İqlim dəyişmələri şəraitində eroziyaya qarşı...

25
İqlim dəyişmələri şəraitində eroziyaya qarşı irriqasiya sisteminin tətbiqi Bu layihə Avropa Birliyi tərəfindən maliyyələşdirilir 1

Transcript of İqlim dəyişmələri şəraitində eroziyaya qarşı...

Page 1: İqlim dəyişmələri şəraitində eroziyaya qarşı …w3.cenn.org/CENN_Projects/MC_CCA/Brochures-Textbooks...3) Suvarma zonasında son illər yem bitkiləri əkinləri genişlənmişdir.

İqlim dəyişmələri şəraitində eroziyaya qarşı irriqasiya sisteminin tətbiqi

Bu layihə Avropa Birliyi tərəfindən maliyyələşdirilir

1

Page 2: İqlim dəyişmələri şəraitində eroziyaya qarşı …w3.cenn.org/CENN_Projects/MC_CCA/Brochures-Textbooks...3) Suvarma zonasında son illər yem bitkiləri əkinləri genişlənmişdir.

Bu nəşr Qafqaz ekoloji qeyri-hökumət təşkilatları Şəbəkəsi (CENN) və Beynəlxalq Mercy Corps təşkilatlarının birlikdə Avropa Biriyinin Qrantı əsasında həyata keçirdikləri “Gürcüstanda və Cənubi Qafqazda iqlim dəyişmələrinə adaptasiya, biomüxtəlifliyin qorunması məqsədilə yerli imkanların artırılması və regional əməkdaşlığın gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanmışdır.

Nəşrin məzmununa görə yalnız Layihənin icraçı tərəfləri məsuliyyət daşıyır. Nəşrə daxil edilmiş məlumatların Avropa Birliyinin baxışları ilə uyğun olması vacib deyildir.

Təlim materialı Eldar Qurbanov tərəfindən tərtib olunmuşdur.

2

Page 3: İqlim dəyişmələri şəraitində eroziyaya qarşı …w3.cenn.org/CENN_Projects/MC_CCA/Brochures-Textbooks...3) Suvarma zonasında son illər yem bitkiləri əkinləri genişlənmişdir.

M Ü N D Ə R İ C A T

1.Giriş ..............................................................................................................................................4

2.Layhə zonasında kənd təsərrüfatının strukturu.............................................................................6

3.Torpaqların keyfiyyəti ..................................................................................................................8

4.İrriqasiya sisteminin texniki potensialı və ehtiyaclarının qiymətləndirilməsi............................11

5.İrriqasiya və iqlim dəyişilmələri.................................................................................................14

O cümlədən .............................................................................................................................16

6.Layihə zonasında iqlim dəyişilmələrinin su ehtiyatlarına təsiri. ................................................17

7.İqlim dəyişilmələri şəraitində irriqasiya eroziyasına qarşı sistemin tətbiqinə aid təkliflər. .......19

3

Page 4: İqlim dəyişmələri şəraitində eroziyaya qarşı …w3.cenn.org/CENN_Projects/MC_CCA/Brochures-Textbooks...3) Suvarma zonasında son illər yem bitkiləri əkinləri genişlənmişdir.

1. Giriş

Müasir dövr bir çox ekoloji problemlərin mövcudluğu ilə seçilir. Bu problemlərin ən

mühümlərindən biri də iqlim dəyişilmələridir. İqlim dəyişilmələri istər yer kürəsində, istər ölkəmizdə və tədqiq olunan regionda əsaslı problemlər yaratmış və yaratmaqdadır.

Təqdim olunan bu region öz relyefinin, hipsometrik göstəricilərinin hidroloji xüsusiyyətlərinin fərqliliyi ilə seçilir. Bu baxımdan burada hər hansı bir tədbirin hazırlanması və ya onun həyata keçirilməsi praktiki və nəzəri təhlil tələb edir. Ona görə də ərazinin iqlim dəyişilmələri şəraitində torpaqlardan istifadə edilmədə bir çox problemlər yaranmışdır ki, bununda əsaslarından biri suvarma işlərinin təşkili və aparılmasıdır.

İqlim dəyişmələri yer kürəsinin bir planet kimi formalaşdığı dövrdən indiyə qədər olmuşdur. Bu dəyişilmələr müddətinə və əhatə dairəsinə görə müxtəlif olmuşdur. Bu qeyd edilən göstəricilərdən asılı olaraq onun təsir dairəsi də fərqli olmuşdur. Məsələn, yerin geoloji inkişafı boyunca aktiv tektonik və vulkanik fəaliyyətlər nəticəsində onun təbii şəraiti okeanların və qurunun sahəsi, materiklərin ümumi şəkili, dağ silsilələrinin hündürlükləri və onların tutduğu ərazilər, atmosferin tərkibi dəfələrlə dəyişilmişdir.

Qədim dövrlərin iqliminin tətqiqi göstərir ki, bir neçə milyon illər əvvəlki iqlim şəraiti,

indikindən olduqca fərqlənmişdir. Hazırkı dövrdə planetin ekvator və qütblərindəki temperaturun müasir böyük ziddiyyətləri təxminən 70 mln il əvvəl üçüncü neogen dövrün başlanğıcında formalaşmışdır. Azərbaycanın bu ərazisində də iqlimin formalaşması bu dövrə təsadüf edir. Lakin buradakı dəyişmələr sonralar özünü göstərməyə başlamışdır. Keçən əsrin 2-ci yarısından başlayaraq iqlimdə dəyişmələr artıq alimlər və ictimaiyyət tərəfindən həyəcan doğurmağa başlamışdır. Bu dəyişilmələr keçən əsrin 70-ci illərində özünü daha qabarıq göstərməyə başladı. Bu da tədbirsiz ötüşmədi.

Şəkil 1. Bir sıra Qlobal İqlim Modelləri üzrə 2020-2039-cu illərdə orta aylıq temperaturda (°C) proqnozlaşdırılan dəyişikliklər . Rənglər modellərə aiddir.

4

Page 5: İqlim dəyişmələri şəraitində eroziyaya qarşı …w3.cenn.org/CENN_Projects/MC_CCA/Brochures-Textbooks...3) Suvarma zonasında son illər yem bitkiləri əkinləri genişlənmişdir.

İqlimdə baş verən istiləşmə regionda özünü daha çox göstərir. Belə ki, temperaturun ilbə-

il yüksəlməsi nəticəsində məlum olduğu kimi buxarlanma da yüksəlmişdir. Bu isə quraqlığa xüsusən, illik vegetasiya dövründə rütubətin çatışmazlığına səbəb olur ki, bu da əsas problemlər yaradır.

Şəkil 2. Buzlaqlar daha sürətlə əriyir

Şəkil 3. Məlum daşqınların sayı (1999-2008)

İqlim dəyişilmələri torpağa ilk növbədə təsir edir. Temperaturun yüksəlməsi torpaqda üzvi maddələrin minerallaşmasını sürətləndirir. Üzvi maddələrin minerallaşmasının sürətlənməsi torpaqda olan humusun kəskin azalmasına səbəb olur. Bu isə torpaqların münbitliyini aşağı salır və becərilən bitkilərin məhsuldarlığı kəskin azalır. Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının azalması istər fərdi kənd təssərüfatı istehsalçısının, o cümlədən regionun iqtisadi zəifləməsinə və iqtisadi itkisinə səbəb olur.

5

Page 6: İqlim dəyişmələri şəraitində eroziyaya qarşı …w3.cenn.org/CENN_Projects/MC_CCA/Brochures-Textbooks...3) Suvarma zonasında son illər yem bitkiləri əkinləri genişlənmişdir.

Şəkil 4. Sellərin dağ yamaclarında yaratdığı eroziya

Məlumdur ki, yuxarıda göstərilən bu itkini doldurmaq üçün əlavə tədbirlər tələb olunur.

Bu tədbirlər çox şaxəli və müxtəlif müddətlidir. Məsələn regionda bunun əsas istiqaməti suvarma işlərinin aparılmasıdır. Artıq müşahidələr göstərir ki, vaxtı ilə suvarılmayan dağətəyi düzənliklərdə və alçaqdağlıq ərazilərdə suvarmanın tətbiqi çox vacib və əhəmiyyətli bir problemə çevrilmişdir. Çünki yay aylarının quru keçməsi, rütubətin çatışmaması torpaqların qurumasına səbəb olur və becərilən kənd təsərrüfatı bitkiləri tez sıradan çıxır, məhsul bəzən tam olaraq itir. Bunun qarşısını almaq üçün suvarmanın tətbiqi də çətinliklər yaradır. Birinci olaraq qeyd etmək lazımdır ki, suvarma üçün ilk növbədə suvarma mənbəyi lazımdır. İqlim dəyişilməsi quraqlıq anında biomüxtəlifliyin kəskin azalmasına səbəb olmuşdur. Onu da göstərmək lazımdır ki, ərazinin relyefinin mürəkkəb olması əkin sahələrinin meylli yamaclarda yerləşməsi suvarma işlərini çətinləşdirir. Meylli yamaclar suvarılarkən eroziya prosesi baş verir. Bu səthi irriqasiya eroziyası kimi həm də suvarma arxlarında xətti dağılma yarğan eroziyası kimi özünü göstərir.

Eroziya proseslərinin qarşısını almaq üçün tədbirlərin hazırlanması və tətbiqi problemə çevrilir. Ona görə də bu torpaqları mühafizə etmək onların münbitliyini qorumaq üçün eroziyaya qarşı suvarma texnikası işlənib hazırlanmalı və iqtisadi inkişafdan asılı olaraq mütərəqqi suvarma üsulları tətbiq edilməlidir. Bu zaman torpağın münbitliyi qorunar və optimal miqdarda məhsul əldə edilər.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə su

ehtiyatlarından suvarma məqsədi ilə işlədilməsində ciddi nöqsanlar hələ də qalmaqdadır. 2006-cı ildə seçmə yolu yoxlanılan kənd təsərrüfatı müəssisələrinin yarıdan çoxu müəyyən edilmiş normadan artıq su sərfinə yol vermişdir. Suvarma sistemlərində Samux, Şəmkir Ağstafa, Tovuz rayonlarının hər birində 36% su itkisi qeyd edilmişdir. Lakin eyni tədqiqatlar göstərir ki, su itkisinin qarşısını almaq üçün ən başlıcası irriqasiya eroziyasına qarşı mübarizə aparmaqla təsərrüfatlar arasında suyun paylanması qabaqcadan tərtib edilmiş hidromodul qrafiki əsasında vegetasiya suvarılması aparılmalıdır. Bəzən artıq suvarma zamanı suyun nəzarətsiz axması nəticəsində şose yolları üçün təhlükə yaranır. Mürəkkəb relyefli sahələrdə yarğan şəbəkəsi inkişaf edir. Belə hallara Ağstafa, Tovuz və Samux rayonlarında, Gəncə-Qazax şose yolunda və Xunan maili düzənliklərində rast gəlinir.

2. Layihə zonasında kənd təsərrüfatının strukturu

Bu regionda kənd təsərrüfatının inkişafı da qədimdə çox sahəli olmuşdur və indi də çox

sahəli olaraq qalmaqdadır. Lakin müasir iqlimin dəyişilməsi şəraitində kənd təsərrüfatında bir

6

Page 7: İqlim dəyişmələri şəraitində eroziyaya qarşı …w3.cenn.org/CENN_Projects/MC_CCA/Brochures-Textbooks...3) Suvarma zonasında son illər yem bitkiləri əkinləri genişlənmişdir.

çox dəyişilmələr mövcuddur. İqlim dəyişilmələrinin əsas göstəricilərindən biri əkinçilikdə suvarmanın tətbiqinin genişlənməsinə səbəb olmalıdır.

Kənd təsərrüfatı inkişafına görə 4 zonaya ayrılır. 1) Qış otlaqları - Ceyrançöl alçaq dağlıqlarını və düzənliyini əhatə edir. Burda əsasən ilin

qış aylarında mal-qara bəslənir. Ərazinin reylefi çox mürəkkəb olmaqla əsasən parçalanmışdır. Qışın burada kifayət qədər mülayim olması və yem ehtiyatlarının bol olması otlaq kimi istifadə edilir. Ərazidə eroziyanın şiddətli inkişafı və yarğanların inkişafı torpaq örtüyünün böyük hissəsini yararsızlaşdırmışdır. Son on illərdə yağıntıların azalması, buxarlanmanın intensivləşməsi ot örtüyünün zəifləməsinə səbəb olmuşdur.

2) Suvarma əkinçiliyi zonası – Gəncə-Qazax mailli düzənliyi və ona bitişik əraziləri əhatə edir. Daha çox kənd təsərrüfatında istifadə edilir. Burada əsasən payızlıq buğda müxtəlif tərəvəzlər və bostan kimi əkinlər, o cümlədən, kartof əkinləri əhəmiyyətlidir. Demək olar ki, bütün əkinlər suvarılır ərazinin meylli olması və suvarmanın nizamlanmaması irriqasiya eroziyasının inkişafına səbəb olur.

3) Suvarma zonasında son illər yem bitkiləri əkinləri genişlənmişdir. Bu da əsasən heyvandarlığın inkişafı ilə əlaqədardır. Suvarma zonasında çoxillik əkinlərin sahələri də genişlənməkdədir. Xüsusən burada müxtəlif meyvə və üzümlüklər əsas yer tutur. Bu təbii təsərrüfat yerlərinin suvarılması bir çox yerlərdə mütərəqqi yolla aparılır. Dəmyə əkinçiliyi və heyvandarlıq zonası olmaqla regionda əhəmiyyətli yer tutur. Burada becərmə işlərinin düzgün aparılmaması torpaqların münbitliyinin tez sıradan çıxmasına səbəb olur. Bu zonada kartof və dənli bitkilərin becərilməsi iqtisadi cəhətdən əhəmiyyətlidir. Dəmyə əkinçiliyi ilə yanaşı xüsusən qoyunçuluq da inkişaf etmişdir.

4) Dağ-çəmən heyvandarlıq və arıçılıq zonası əsasən 1800-2000 metrdən yüksəkliyi əhatə edir. Buradan yay otlaqları kimi istifadə edilir. Lakin son illərdə bu otlaqların çox yüksəlməsi otlaqların məhsuldarlığının aşağı düşməsinə səbəb olmuşdur. Xüsusən eroziyaya qarşı tədbirlərin həyata keçirilməsi tələb olunur.

Layihə zonasında kənd təsərrüfatı torpaqlarının istifadə strukturu cədvəl 1-də verilmişdir.

Cədvəldən görünür ki, Ağstafa rayonunun torpaqlarının 21,8%-i əkin, 0,4% çoxillik əkilmələr, 1,2% biçənək, 72,3% otlaq və örüş, 3-4% həyatyanı sahədən ibarətdir. Rayon ərazisində meşələr 4,8% və s. sahələr isə 32,6% təşkil edir. İzahatdan aydın olur ki, rayonun əsas torpaq ehtiyatı örüş, otlaq və əkinlərdən ibarətdir.

Samux rayonunda əkinlər nisbətən çox 27,4%, otlaq və örüşlər nisbətən az 69,3%, çoxillik əkinlər 0,2%, biçənəklər isə cəmi 1% təşkil edir. Rayonun ümumi ərazisinin 3%-ni həyatyanı torpaqlar tutur. Meşələr çox az cəmi 1,7% və s. torpaqlar isə daha çox demək olar ki, rayonun ümumi ərazisinin yarısını əhatə edir.

Məlumdur ki, bölgənin ərazicə ən böyük rayonu Tovuzdur. Burada isə ümumi olaraq ərazinin 18,5%-i əkinə daxildir. Çoxillik əkinlər 0,7%, biçənək isə o biri rayonlarla müqayisədə daha böyük əraziyə malikdir. Ümumi ərazisinin 3,5%-ni tutur. Örüş və otlaqlar 70,8%, həyatyanı sahələr 6,7%, meşələr isə o biri rayonlarla müqayisədə xeyli çox 14,0%-ə bərabərdir. Şəmkir rayonlarında isə əkinlər daha çox 31,8% sahəyə malikdir. Çoxillik əkinlər 0,3%, biçənəklər 1,9%, örüşlər nisbətən az 58,8%-i əhatə edir. Həyətyanı sahələr 7,1% və meşə örtüyü isə 3,1% təşkil etməklə Tovuz rayonu ilə müqayisədə xeyli azdır.

Təhlildən aydındır ki, region əsas əkinçilik və heyvandarlıq rayonudur.

7

Page 8: İqlim dəyişmələri şəraitində eroziyaya qarşı …w3.cenn.org/CENN_Projects/MC_CCA/Brochures-Textbooks...3) Suvarma zonasında son illər yem bitkiləri əkinləri genişlənmişdir.

Cədvəl 1 Layihə zonasında kənd təsərrüfatı torpaqlarının istifadə strukturu

Kənd təsərrüfatı sahələri K.t.istifadə

olunmayan sahələr S/s

Rayon lar

Ümu mi

sahə Əkin dinc

Çoxil lik ək-mələr

Bi-çənək

Örüş və ot-laqlar

Həyat yanı

Cəmi Meşə Sair sahələr

1 2 3 4 5 6 7 8 9 10 11 1 Ağstafa 150370

12,2 20545 21,8

337 0,4

1088 1,2

68072 72,3

4096 4,3

94138 62,6

7162 4,8

49070 32,6

o.c.suv. 22490 12,2

18274 81,4

337 1,5

189 0,8

673 3,0

2979 13,3

22452 23,8

38 0,2

-

Samux 145511 11,8

19444 27,4

146 0,2

48 0,1

49071 69,3

2112 3,0

70821 48,7

2464 1,7

72226 49,6

2

o.c.suv 21708 11,8

19402 89,4`

146 0,7

48 0,2

- 2112 9,7

21708 34,9

- -

Tovuz 194209 15,8

20263 18,5

743 0,7

3433 77491 70,8

7375 6,7

109305 56,3

27267 14,0

57637 29,7

3

o.c.suv 23198 12,6

17601 75,9

613 2,6

266 1,2

- 4718 20,3

23198 24,3

- -

Şəmkir 165678 13,5

39409 31,8

392 0,3

2307 1,9

72824 58,8

8818 7,1

123750 74,7

5056 3,1

36872 22,2

4

o.c.suv 38394 20,9

30980 80,7

392 1,0

203 0,6

6 0,02

6801 17,7

38382 27,7

12 0,03

-

3. Torpaqların keyfiyyəti

Regionda iqlim dəyişmələri torpaqların keyfiyyətinə də təsir göstərmişdir. Belə ki,

iqlimdə quraqlaşma ilk növbədə torpağın münbitliyini aşağı salır. Bioloji və kimyəvi proseslərin sürətini zəiflədir. Məlumdur ki, bu proseslərin təsiri müxtəlif formada olur.

Şəkil 5. İqlim dəyişmələrinin və antropogen faktorların əkin sahələrinə təsiri

8

Page 9: İqlim dəyişmələri şəraitində eroziyaya qarşı …w3.cenn.org/CENN_Projects/MC_CCA/Brochures-Textbooks...3) Suvarma zonasında son illər yem bitkiləri əkinləri genişlənmişdir.

Uzunmüddətli təbii və antropogen təsirlərə məruz qalmış bölgənin kənd təsərrüfatına yararlı torpaq sahələrinin keyfiyyət göstəricilərinin əsaslı şəkildə dəyişməsi onların müxtəlif keyfiyyət qruplarında yer tutmasına səbəb olmuşdur. İstifadə olunan əkin və dincə qoyulmuş 193,9 min hektar torpaqların 4,1%-ni (7,9 min ha) yüksək keyfiyyətli torpaqlar təşkil edir və bu qrup ilkin təbii münbitlik xassəsini qoruyub saxlamışdır. Ümumilikdə, yüksək keyfiyyət aqroistehsal qrupuna daxil olan torpaqlar kənd təsərrüfatına yararlı torpaqların 75,4 min ha və ya 9,7%-ni təşkil edir. Bunun da ən çox hissəsi, yəni 56,3-%-ni (42,5 min ha) həyatyanı torpaqların payına düşür. Yaxşı və orta keyfiyyətli qrupda əkin və dincə qoyulmuş sahələr 173,0 min hektardan ibarət olub, örüş və otlaq torpaqları miqdarca ən çox yaxşı və orta (II və III) keyfiyyət qrupunda cəmlənmişdir. Kəndyanı örüş torpaqların 52,0 min hektarı və ya 18,1%-i II və 128,1 min hektarı və ya 44,6%-i III keyfiyyət qrupuna transfer olmuşdur. Bele hal qış və yay otlaqlarının torpaqlarında müşahidə olunur. Narahatlıq doğuran səbəblərdən biri örüş və otlaq torpaqlarının I keyfiyyət qrupunda tutduğu sahənin ölçüsünün IV keyfiyyət qrupundan az olması faktıdır (Cədvəl 2).

Cədvəl 2 Bölgənin ümumi kənd təsərrüfatı sahələri torpaqlarının keyfiyyət qrupları üzrə paylanma strukturu

(ha/%)

Kənd təsərrüfatı sahələri Örüş və otlaqlar

Ümu

mi sahə

Bonit

et şkalas

ı

Keyfiyyət

qrupu

Əkin dinc

Çoxillik

əkmələr

Biçənə

k

Həyətya

nı kəndya

nı qış yay

Cəmi

100-81

I 7931 10,5

949 1,3

1215 1,6

42507 56,3

6770 9,0

14548 19,3

15302,3

754509,7

80-61 II 9758342,9

1337 0,6

18362 8,1

- 51970 22,9

45532 20,0

12557

5,5

227341

29,3 60-41 III 75411

25,2 1760 0,6

12205 4,1

- 128093 42,9

55410 18,6

25968

8,7

298847

38,5 40-21 IV 12939

11,7 385 0,2

2519 1,5

- 98441 57,7

42050 24,6

14378

8,4

170712

22,0 20-1 V - - - 2329

55,6 1715 40,9

149 3,6

4193 0,5

1228731

100-1 I-V 193864

25,0

4431 0,6

34301 4,4

42507 5,5

287603 37,0

159255

20,5

54582

7,0

776543

63,2

Çoxillik və biçənək torpaqları əsasən II və III keyfiyyət qrupunda cəmlənmişdır. Bölgənin ayrı-ayrı rayonlarının istifadə etdikləri kənd təsərrüfatı sahələrinin transferlik

dinamikası özünü daha qabarıq şəkildə büruzə verir. Samux, Tovuz və qismən Şəmkir rayonlarının əsas kənd təsərrüfatı sahələri altında (əkin, çoxillik əkmələr, biçənək, örüş və otlaqlar) isdifadə edilən torpaqların bütünlüklə və əsasən orta və aşağı keyfiyyətli torpaqlarla transfer olunması buna misaldır. Hətta ayrı-ayrı ərazilərdə örüş və otlaq torpaqlarının aşağı keyfiyyətli və şərti yararsız torpaqlara çevrilməsini də müşahidə etmək mümkündür.

Beləliklə, torpaqların keyfiyyətini səciyyələndirən məlumatlardan aydın olur ki, bölgədə torpaqların kənd təsərrüfatında uzunmüddətli istismar edilməsi və burada heç bir zaman

9

Page 10: İqlim dəyişmələri şəraitində eroziyaya qarşı …w3.cenn.org/CENN_Projects/MC_CCA/Brochures-Textbooks...3) Suvarma zonasında son illər yem bitkiləri əkinləri genişlənmişdir.

kompleks torpaq yaxşılaşdırma tədbirlərinin həyata keçirilməməsinin nəticəsi torpaqların keyfiyyət qrupları arasında yuxarıdan aşağıya doğru transferlik dinamikasının güclənməsinə şərait yaratmışdır. Torpaqların keyfiyyət qrupunda müşahidə edilən müxtəlif dinamiklik bölgənin suvarılan torpaqların meliorativ vəziyyətində də özünü göstərməkdədir.

Regionun torpaqları genetik tipinə görə də bir-birindən xeyli fərqlənir. Burda əsasən açıq şabalıdı, tünd şabalıdı, adi şabalıdı, çəmən- boz, allüvial–çəmən, bozqırlaşmış qəhvəyi, qəhvəyi-meşə, qonur meşə və dağ-çəmən torpaqlar daha geniş yer tutur. Məlumdur ki, keyfiyyət və mütəhərrik göstəriciləri bir-birindən fərqlənirlər. Əsasən keyfiyyətinin yüksəkliyi ilə adi şabalıdı, tünd şabalıdı, bozqırlaşmış qəhvəyi və qəhvəyi dağ-meşə torpaqlar seçilir. Ona görə də bu torpaqlar yüksək keyfiyyətli qruplara daxil edilir. Bu torpaqlar yüksək keyfiyyətli olduğu üçün əkin kimi istifadə edilir. Bir çox hissəsi isə biçənək və çoxillik əkmələr altındadır. Açıq şabalıdı, çəmən-boz, allüvial–çəmən torpaqlarının bir hissəsi şorlaşmış və keyfiyyətini itirmişdir. Düzdür suvarılan torpaqlarda meylli sahələr suvarılarkən irriqasiya eroziyası nəticəsində onlar münbitliyi xeyli itirmiş və müxtəlif dərəcədə deqradasiyaya uğramışdır. Qış otlaqlarında isə bu torpaqlar əsasən yarğan eroziyasına məruz qalmış və keyfiyyət göstəriciləri aşağı düşmüşdür.

Ümumi yararlı torpaq ehtiyatının 42,5 min hektarına (5,6%) bərabərdir. Ərazisinin 119,2 hektarı (9,7%) meşə torpaqlarına aiddir, 332,9 min hektarı isə kənd təsərrüfatında istifadə olunmayan sahələrdir. Bunun müəyyən hissəsi azyararlı və şərti yararsız torpaqlar qrupuna aiddir (Cədvəl 3). Ümumən bu torpaqlardan səmərəli istifadə etmək üçün əlavə tədbirlərin həyata keçirilməsi vacibdir.

Cədvəl 3 Bölgənin kənd təsərrüfatı sahələri torpaqlarının rayonlar üzrə paylanmış keyfiyyət qrupları (ha/ %)

Kənd təsərüfatı sahələri

Örüş və otlaqlar s/s

Rayonlar

Ümumi sahə

Bonitet

şkalası

Keyfiyyət

qrupu

əkin + dinc

Çoxillik

əkmələr

Biçənək

Həyətyanı Kənd

yanı qış yay

Cəmi

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 100-81

925 4,5

32 9,5

96 8,8

4096 39,3

1542 4,7

3740 10,7

- 10431 11,1

80-61 9328 45,4

199 59,0

992 91,2

7877 23,9

13996 39,9

- 32392 34,4

60-41 10292 50,1

106 31,5

- 19822 60,1

10775 30,7

- 40995 43,5

40-21 - - - 3758 11,3

6572 18,7

- 10320 11,0

1 Ağstafa

20-1 - - - - - Cəmi 150370

12,2 100-1 20545

21,8

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 20-1 V - - - - 764

1,9 542 1,9

115 1,9

1421 1,1

Сəmi 173338 14,1

100-1 I-V 44340 34,5

415 0,3

3471 2,7

6326 5,0

40177 31,2

27905 21,7

5922 4,6

128556 74,2

100-81

I - - 2112 16,8

773 15,6

9699 22,0

- 12584 17,8

80-61 II 3176 16,3

73 50,0

- - 2051 41,4

19988 15,3

- 25288 35,7

60-41 III 16001 82,3

73 50,0

48 0,2

- 1573 31,8

11863 26,9

- 29558 41,7

6

Samux

40-21 IV 267 1,4

- - - 555 11,2

2569 5,8

- 3391 4,8

10

Page 11: İqlim dəyişmələri şəraitində eroziyaya qarşı …w3.cenn.org/CENN_Projects/MC_CCA/Brochures-Textbooks...3) Suvarma zonasında son illər yem bitkiləri əkinləri genişlənmişdir.

20-1 V - - - - - - - - Сəmi 145511

11,9 100-1 I-V 19444

30,9 146 0,2

48 0,1

2112 3,4

4952 7,0

44119 62,3

- 70821 48,7

100-81

I - - - 7375 100

- - - 7375 7,7

80-61 II 3830 18,9

140 31,6

648 18,0

- 7697 19,0

6367 21,0

2352 35,4

21034 19,2

60-41 III 8956 44,2

329 44,3

1518 44,2

- 17828 44,0

12624 41,6

2840 42,6

44095 40,3

40-21 IV 7477 36,9

274 36,9

1267 36,9

- 15005 37,0

11318 37,3

1460 22,0

36801 33,7

7

Tovuz

20-1 V - - - - - - - - Сəmi 194209

15,8 100-1 I-V 20263

18,5 743 0,7

3433 3,1

7375 6,7

40530 37,1

30309 27,7

6652 6,1

109305 56,3

100-81

I 334 2,4

15 1,6

620 17,4

2348 51,1

620 2,1

651 10,4

8 0,2

4596 7,6

80-61 II 6672 43,6

212 23,0

960 27,0

- 3184 10,6

891 14,2

414 10,1

12333 20,3

60-41 III 5775 42,1

680 73,8

1000 28,0

- 10903 36,4

2254 35,9

1565 38,2

22177 36,4

40-21 IV 347 6,9

15 1,6

985 27,6

- 15198 50,9

2222 35,4

2081 50,7

21448 35,2

8

Xanlar

20-1 V - - - - - 572 4,0

34 0,8

287 0,5

Сəmi 93776 7,6

100-1 I-V 13728 21,8

922 1,5

3565 5,9

2348 3,9

29905 49,5

6271 10,4

4102 6,7

60841 64,9

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 100-81

I 3389 8,6

25 6,4

18 0,8

8818 67,7

310 0,5

458 3,0

- 13018 10,6

80-61 II 22385 56,8

207 52,8

1781 77,2

- 4588 8,0

1243 8,0

- 30204 24,4

60-41 III 13005 33,0

160 40,8

468 20,3

- 19870 34,6

5378 34,7

- 38881 31,4

40-21 IV 630 1,6

- 40 1,7

- 31017 54,0

7475 48,3

- 39162 31,6

9

Şəmkir

20-1 V - - - - 1555 2,9

920 6,0

- 2485 2,0

Сəmi 165678 13,5

100-1 I-V 39409 31,8

392 0,3

2307 1,9

8818 7,1

57350 46,3

15474 12,5

- 123750 74,7

4. İrriqasiya sisteminin texniki potensialı və ehtiyaclarının qiymətləndirilməsi

Hal-hazırda ümumən ölkəmizdə irriqasiya sistemlərinin texniki səviyyəsi xeyli aşağı düşmüşdür. Bunu da əsas səbəbi sovet dövlətinin süqutundan sonra bu istiqamətdə dövlət səviyyəsində inşaat və maliyyə tədbirlərinin olmamasıdır. Dövlət kənd təsərrüfatı müəssisələrinin az mövcud olması, kiçik kəndli təsərrüfatlarının çox olması, iqtisadi imkanların zəif olması bu işlərin həyata keçirilməsini mümkünsüzləşdirir.

Yuxarıda göstərilən bu səbəblərdən başqa suvarma şəbəkəsində su ehtiyatlarının az olması və onların texniki vəziyyətinin istismara hazır olmamaqla cavab verməməsi onun potensialını aşağı salır. Köhnə kanallardan istifadə, torpaq bəndlərinin olması suyun 15-20%-nin itməsi ilə nəticələnir.

Suvarma şəbəkəsində su, hər bir kanaldan suvarılan kənd təsərrüfatı bitkilərinin suvarma kanalları və suvarmaların davam etməsi və onun müddəti nəzərə alınmaqla tərtib edilən sudan istifadə planına əsasən verilir. İstər bir, istərsə də bir neçə bitkinin birlikdə dövrü suvarılması və

11

Page 12: İqlim dəyişmələri şəraitində eroziyaya qarşı …w3.cenn.org/CENN_Projects/MC_CCA/Brochures-Textbooks...3) Suvarma zonasında son illər yem bitkiləri əkinləri genişlənmişdir.

suvarılmalarının davam etməsi vaxtlarının müxtəlif olması suvarma sistemi kanallarından su məsrəfinin, suyun axma sürətinin və kanallarda su səviyyəsinin dəyişməsinə səbəb olur. Buna görə də sudan istifadə planına əsasən suvarma sisteminə suyun müxtəlif vaxtlarda, müxtəlif sərfi nəzərə almaqla verilməsi, suyun kanallarda axma sisitemində qurulmuş hidrotexniki qurğularla nizamlanır, ümumi qaydaya uyğun olaraq bu iş əvvələn suvarma sisteminin magistral kanalın suvarma mənbəyi ilə birləşdirən başqa qurğu vasitəsilə yerinə yetirilir.

Layihə bölgəsi məlum olduğu kimi maili düzənliyi və dağətəyi sahələri əhatə edir ki, bu da irriqasiya sisteminin texniki potensialını aşağı salmaqla bir çox problemlər yaradır. Bu problemlərin olması onunla bağlı olan başqa problemləri də yaratmış olur.

Əvvəl də qeyd etdiyimiz kimi müasir iqlim dəyişməsi dövründə suvarma arealında genişlənmələr baş vermişdir. Bu genişlənmələr iki istiqamətdə, həm enlik və həm də hündürlük istiqamətində gedir və bölgədə özünü göstərir.

Regionda irriqasiya sisteminin texniki potensialı və ehtiyatlarının qiymətləndirilməsində müasir suvarma şəbəkəsindəki qurğular öz təyinatına görə iki qrupa bölünür:

Birinci qrup qurğular nizamlayıcı slüzlər, suyun səviyyəsini qaldıran qurğular, su paylayan, suburaxan, lil çökdürən, ikinci qrupa isə novlar, borular, dükerlər və beton su kanalları aiddir.

Su nizamlayıcı - slüzlər su paylayıcı kanalların başlanğıcında onların magistral kanallardan və ya təsərrüfat kanallarının təsərrüfatlararası kanallardan ayrıldığı yerdə qurulur. bölgədə son illərdə suvarmanın genişləndirilməsi zamanı bunlar demək olar ki, nəzərə alınmamışdır. Ona görə də onların (irriqasiya sistemlərinin) texniki potensialı çox aşağı düşmüşdür. Torpaq bəndlərinin olması suvarma suyunun ötürülmə zamanı inkişafını çoxaldır. Su nizamlanmadığı üçün isə torpaq bəndlər üçün iri yarğanlar yaranır, torpaqlar sıradan çıxır. Əziyyətlə gətirilmiş su bir anda axıb itir. Bu itkilər xüsusən böyük kanaldan kiçik kanala və arxlara ayrılanda daha çox itki baş verir. Ona görə də hökmən bura da müasir tələblərə uyğun su ötürənlər və su nizamlayıcılar qurulmalıdır. Heç olmasa əllə qaldırıla bilən qurğuların hazırlanması vacibdir.

Nizamlayıcı slüzlərin normal işləməsi üçün böyük kanallardan (magistral və s.) kiçik kanallar (təsərrüfatarası kanallar və s.), suyun götürülməsini təmin etmək məqsədi ilə böyük kanallarda su səviyyəsinin qalxmasının təminedici qurğular qurulur ki, bu qurğular da adətən, sipərlərdən və ya qapılardan ibarət olur. Bölgədə hökmən bu qurğulardan istifadə etmək tələb olunur. Suvarma kanallarının qovşağında suyun böyük kanallardan kiçik kanallar arasında bölüşdürülən yerində kanala suyun səviyyəsini qaldıra bilən qurğu yerləşdirilməlidir. Su şərti 200 l/san-dən artıq olan hər bir kanalın sonunda su buraxanların qurulması vacibdir.

Son illər su mənbələrində səviyyənin tərəddüdü suyun lilli olmasında irriqasiya qurğularında bir çox problemlər yaratmış olur. Bu zaman qurğunu relyefin elə bir yerində yerləşdirilməsi tələb olunur ki, onun səmərəliliyi yüksək olsun və məhsuldarlığın artması üçün xeyir vermiş olsun.

Tədqiq edilən bölgənin relyefi mürəkkəb olduğu üçün sudan səmərəli istifadə etmək məqsədi ilə əlavə tədbirlərin həyata keçirilməsi tələbi meydana çıxır. Məsələn, kanal istiqamətində ensiz və dərin dərələrə suaxan başqa məcralara təsadüf edilərsə, kanal belə maneələrdən akveduk-nov qurğusu ilə keçirilir.

Əsas kanal istiqamətində böyük dərinliyə malik olmayan su axınına və ya yola təsadüf edilərsə, kanal belə yerlərin altında dükerlərlə keçirilir və əsas etibari ilə düker, məsrəfi cox da olmayan kanallar istiqaməti ilə qurulur.

Zonanın relyefi mürəkkəbdir ki, bunu nəzərə alaraq və relyefdən asılı olaraq, magistral və paylayıcı iri kanallar istiqamətində təpəliyə və nisbətən yüksəkliyə təsadüf edildikdə belə yerlərdə kanalların tunel formasında keçirilməsi vacibdir. Çünki bu zaman istər yan və istər dib eroziyanın inkişafının qarşısı alınar. Bu tunellərin olması zamanı kanalların uzunluğu xeyli

12

Page 13: İqlim dəyişmələri şəraitində eroziyaya qarşı …w3.cenn.org/CENN_Projects/MC_CCA/Brochures-Textbooks...3) Suvarma zonasında son illər yem bitkiləri əkinləri genişlənmişdir.

azalır, çünki kanal bu təpəliklərin ətrafından yox, onun içərisindən kəsib keçir. Ərazinin irriqasiya sistemlərinin müasir vəziyyəti göstərir ki, iqtisadi imkanlardan asılı olaraq suvarma-irriqasiya sistemlərinin yenidən qurulması hesabına onun suvarma potensialını artırmaq mümkündür.

Hal-hazırda layihə zonasında suvarılan torpaqların sahəsi xeyli artmışdır. Torpaqların

suvarılma üçün tam əlverişli olmaması da iqlimin dəyişilməsi və əsasən qurqlaşma ilə aktuallaşmışdır.

Suvarılan torpaqların yarıdan çoxunun meylliyi 0,02-dən yüksəkdir. Belə torpaqlarda suvarma işləri çox ehtiyatla aparılmalıdır. Çünki, hətta kiçik su sərflərində belə torpaqlar yuyulur.

Ərazinin 105,6 min hektarı və ya kənd təsərrüfatına yararlı torpaqların 23,6%-i suvarılan torpaqlardan ibarətdir (Cədvəl 4). Ən çox suvarılan torpaqlar əkin və dincə qoyulmuş sahələrdir. Burada əkin torpaqlarının demək olar ki, 77,2%-ə qədəri suvarılan sahələrdir. Miqyasına görə ikinci yerdə olan suvarılan torpaqlara kənd təsərrüfatına yararlı həyatyanı sahələr daxildir. Bu torpaqların təqribən 27,1 min hektarı (63,9%) suvarılan sahələrdir. Suvarılan örüş və otlaq torpaqlarının sahəsi isə 1,5 min ha (4,3%) təşkil edir.

Cədvəl 4 Layihə zonasında suvarılan torpaqların sahəsi, hektarla

Sıra № Rayonlar Ümumi sahə Suvarılan torpaqların

sahəsi 1 Ağstafa 150370 22490 2 Tovuz 194209 23198 3 Şəmkir 165678 38394 4 Samux 145511 21708

Burada kənd təsərrüfatına yararlı torpaq ehtiyatlarının böyük bir hissəsinin meliorasiya

vəziyyəti qənaətbəxş deyildir. Bu torpaqların mövcud meliorativ vəziyyəti rəqəmlərdə öz əksini tapmışdır (Cədvəl 5).

Cədvəl 5

Bölgənin ümumi suvarılan torpaqlarının rayonlar üzrə meliorativ vəziyyətinə dair bəzi göstəricilər (ha/%)

Qrunt sularının dərinliyinə görə

sahələrin paylanması (m-lə)

Qrunt sularının minerallaşma dərəcəsinə

görə paylanması

Qrunt sularının dərinliyinə və minerallaşma

dərəcəsinə görə sahələrin qiymətləndirilməsi

S/s Rayonlar

Ümumi sahə

<1,0 1,0-3,0 >3,0 <1,0 1,0-3,0 >3,0 yaxşı kafi qeyri kafi 1 2 3 4 5 6 7 8 9 10 11 12 1 Ağstafa 22490

12,2 2205 9,8

8270 36,8

12015 53,4

1206153,6

6715 29,9

3714 16,5

14419 64,1

3115 13,8

4956 22,0

2 Tovuz 23198 12,6

180 0,8

1722 7,4

21269 91,8

1059 4,6

21264 91,7

874 3,8

21410 93,2

155 0,7

1633 7,0

3 Şəmkir 38394 20,9

1086 2,8

17278 45,0

20030 52,2

7771 20,2

27975 72,9

2648 6,9

20817 54,2

1253732,6

5040 13,1

4 Samux 21708 11,8

3400 15,7

7596 35,0

10712 49,3

4061 18,8

14401 66,3

3246 14,9

15659 72,1

3365 15,5

26,84 12,4

13

Page 14: İqlim dəyişmələri şəraitində eroziyaya qarşı …w3.cenn.org/CENN_Projects/MC_CCA/Brochures-Textbooks...3) Suvarma zonasında son illər yem bitkiləri əkinləri genişlənmişdir.

Ərazidə suvarılan torpaqların qrunt sularının yatım dərinliyinə görə yayılması da xeyli

müxtəlifdir. Belə ki, qrunt sularının səviyyəsi təhlükəli həddə olan, yəni 1 metrdən az dərinlikdə yerləşən sahələrdə suvarılan torpaqların 9,5 min hektarı (5,2%) yerləşmişdir. Bölgədə suvarılan sahələrin yalnız 62,2%-i (114,3 min ha) qrunt suları təhlükəsiz dərinlikdə (3,0 m-dən aşağıda) yerləşən ərazilərdə paylanmışdır. Müşahidələr götərir ki, bölgənin ayrı-ayrı rayonlarında suvarılan torpaqların qrunt sularının dərinliyə görə ərazidə paylanması xeyli müxtəlifdir. Belə ki, ciddi şorlaşma təhlükəsi olan, yəni qrunt suyunun dərinliyi 1,0 m-də yerləşən suvarılan torpaqlara ən çox Samux (3400 ha), Ağstafa(2205 ha) və Şəmkir (1086 ha) rayonları ərazisində rast gəlinir. Bu ərazilərdə qrunt sularının mövcud qorxulu səviyyəsinin aşağı salınması bölgənin gündəmdə duran ən ciddi meliorativ problemidir. Bu xüsusda regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramında Gəncə-Qazax bölgəsində suvarma suyuna olan ehtiyacın tam ödənilməsi ilə yanaşı, Samux və Şəmkir rayonlarının suvarılan torpaqlarının bir hissəsində qrunt suyunun səviyyəsinin (1,0 m-dən az) aşağı salınması sahəsində müəyyən işlərin görülməsi nəzərdə tutulmuşdur.

5. İrriqasiya və iqlim dəyişilmələri

İrriqasiya dedikdə suvarma sistemində sudan istifadə edilməsi plana əsasən suvarmaya

lazım olan miqdar suyun lazım olan vaxtda suvarma mənbəyindən götürülüb suvarma sisteminin daimi kanalları vasitəsilə suvarılan sahələrə nəql edilməsi başa düşülür. Dünyada baş verən quraqlaşma prosesi bunun əhəmiyyətini günü-gündən artırır. Belə ki, min illərlə suvarmaya ehtiyacı olmayan torpaqlar suvarılır. Hətta Qərbi Avropanın mülayim dəniz iqliminə malik olan ölkələri belə bu üsuldan istifadə edirlər. Məsələn, Belçika, Niderland, Danimarka, Almaniya kimi ölkələr artıq bir çox əyalətlərində daimi suvarma sistemləri qurmuşdurlar. Rusiya Federasiyası və Baltikyanı ölkələr də suvarmanı genişləndirmişlər.

Şəkil 6. Sellərin irriqasiya sisteminə təsiri

Su tarix boyu insan üçün ən dəyərli sərvətlərdən biri olub. Keçmiş əsrlərdən onu torpağın qanı, məhsulun anası adlandırırlar. Qədim atalar sözündə deyilir: “Soruşma ki, mənim nə qədər var-dövlətim var, soruş ki, mənim nə qədər suyum var”, “Su gəlir, deməli xoşbəxtlik gəlir”. Müasir zamanın görkəmli alimləri meliorasiyanı XX əsrin ümidi adlandırırlar.

14

Page 15: İqlim dəyişmələri şəraitində eroziyaya qarşı …w3.cenn.org/CENN_Projects/MC_CCA/Brochures-Textbooks...3) Suvarma zonasında son illər yem bitkiləri əkinləri genişlənmişdir.

İrriqasiyaya artan maraq onun nəticələrinin çoxcəhətli istifadəsi ilə əlaqədardır. Suvarılan torpaqlardan yüksək məhsuldarlığın alınmasına imkan verir. Şəffaf su tutarlar balıq yetişdirmə, istirahət üçün istifadə olunur. Dəyərli olan su ümidsiz hesab olunan landşaftları canlandırır. Son dərəcə gözəl bəndlər, güclü nasos stansiyaları, orijinal suvarma texnikası, eroziyaya qarşı qurğular, iri kanallar və boru kəmərləri melioratorların əməyinə dərin hörmət hissi doğurur.

Yer kürəsi əhalisinin sürətli artımı və kənd təsərrüfatı üçün yararlı torpaqların olduqca məhdud miqyasda olması əsasən əhalisi sıx olan ölkələrdə kənd təsarrüfatı istehsalatının əhəmiyyətli dərəcədə intensivləşdirilməsini tələb edir. Hal-hazırda dünya kənd təsərrüfatı dövriyyəsində 1,5 mlrd. ha torpaq var. Onun 40%-i arid iqlim zonasında yerləşir, burada isə süni suvarma kənd təsərrüfatı məhsulları istehsalının ikiqat artmasına səbəb olur. Suvarılan əkinlərin 15%-i isə yarımarid adlandırılan iqlim zonasının payına düşür. Bu isə suvarılan əkin sahələrinin genişləndirilməsi və becərilən bitkilərin məhsuldarlığının artırılması şərti daxilində, istehsal olunan məhsulun həcminin üçqat yüksəldilməsinə imkan verir. Suvarılma aparılmadan praktik olaraq əkinçilik mümkün olmayan arid zonada becərilən kənd təsərrüfatı torpaqlarının 5%-i yerləşir. Beləliklə belə nəticəyə gəlmək olar ki, 60%-nin suvarılmaya ehtiyacı var. Hal-hazırda iqlimin quraqlaşması ilə əlaqədar suvarmanın arealı şimala doğru xeyli irəliləmişdir.

Suvarma əkinçiliyin keçən əsrdəki inkişaf intensivliyi verilən rəqəmlərlə xarakterizə olunur: XIX əsrin əvvəllərində bütün dünyada suvarılan ərazilər 8 mln. ha təşkil edirdi. Əsrin sonunda isə bu rəqəm 40 mln. ha olmuşdur, yəni, 5 dəfə artmışdır. Hal-hazırda dünyada süni suvarmadan 120 ölkə istifadə edir. Bir çox ölkələrdə davamlı yüksək məhsul əldə etmək üçün bu əkinlər daha da genişlənmişdir.

İsti quru iqlim şəraitində buxarlanmanın güclü getməsi qrunt sularının minerallaşmasına və torpaqların şorlaşmasına səbəb olur. Bu proses xüsusi kollektordrenaj şəbəkəsi olmayan torpaqlarda intensiv baş verir. O cümlədən, layihə zonasında da irriqasiya və iqlim dəyişilmələri şəraitində qrunt sularının minerallaşması yüksəlmişdir və bir çox ərazilərdə kifayət qədər təhlükəli forma almışdır.

Qrunt sularının minerallaşma dərəcəsinə görə suvarılan torpaqlar müxtəlif olmaqla üç qrupa ayrılmışdır. Birinci qrupa minerallaşma dərəcəsi 1 q/l-dən az, ikinci qrupa 1-3 q/l və üçüncü qrupa isə 3 q/l-dən çox olan qrunt suları daxil edilmişdir. Birinci qrupda, yəni, qrunt suyunun minerallaşma dərəcəsi 1 q/l-dən az olan sahələrdə torpağın şorlaşması üçün təhlükə yoxdur. Belə sahələr bölgədə ümumi suvarılan torpaqların 31,2%-ni (57,4 min ha) əhatə edir. Bu göstərici hətta dağlıq Gədəbəy rayonunun Gəncə və Naftalan şəhərlərini suvarılan torpaqlarında bütünlüklə (100%), digər rayonlarda isə 4,6-86,3% arasında dəyişir. Qrunt suyunun minerallaşma dərəcəsi 1-3q/l-ə çatan suvarılan torpaqların sahəsi 111,2 min ha və ya bölgənin ümumi suvarılan torpaqlarının 65,0%-ni təşkil edir. Üçüncü qrupda (3q/l-dan çox) suvarılan torpaqların 15,1 min hektarı (8,2%) yerləşir. Bölgənin Ağstafa və Samux rayonlarında suvarılan torpaqların yalnız 10,5-16,5%-nin qrunt sularının minerallaşma dərəcəsinə görə üçüncü qrupda yerləşməsi və həm də qrunt suları səviyyəsinin dərində olması və ərazilərin yaxın gələcəkdə şorlaşması üçün meliorativ şəraitin təhlükəli olmadığını göstərir. Hal-hazırda suvarılan torpaqlarda qrunt sularının minerallaşma dərəcəsi 1-3q/l arasında dəyişən ərazilərdə qrunt suyu səviyyəsinin yer səthinə yaxın olması torpaqlarda şorlaşma təhlükəsini artırır. Bölgənin əksər rayonlarının suvarılan torpaqlarının 30,92%-ə qədəri qrunt suyunun minerallaşma dərəcəsinin 1-3q/l arasında tərəddüd etdiyi ərazidə yerləşir. Son illərdə torpaqda mənfi proseslərin güclənməsi deyilənlərin əyani sübutudur. Hazırda ölkəmizdə suvarılan torpaqların 777,6 min hektarı və ya 42,3%-i müxtəlif dərəcədə şorlaşmışdır. Bunun 13.6 min hektarı (7,4%) orta və 9,7 min hektarı (5,3%) şiddətli dərəcədə şorlaşmış torpaqlardan ibarətdir. Suvarılan sahələrin yalnız 54,5 min hektarı (30%) zəif şorlaşmışdır. Məlum olduğu kimi bu vaxta qədər respublikanın tədqiq olunan bölgəsinin torpaq sahələrində drenləşmə

15

Page 16: İqlim dəyişmələri şəraitində eroziyaya qarşı …w3.cenn.org/CENN_Projects/MC_CCA/Brochures-Textbooks...3) Suvarma zonasında son illər yem bitkiləri əkinləri genişlənmişdir.

aparılmamışdır. Yaxın gələcəkdə bölgələrdə suvarılan torpaqların yaxşılaşdırılması üçün sahələrdə drenləşmə aparılmasına dair müvafiq layihə-axtarış işləri həyata keçirilməkdədir.

Beləliklə, rəqəmlərdən aydın olur ki, qrunt sularının dərinliyinə və minerallaşma dərəcəsinə görə suvarılan torpaqların 102,2 min hektarının (55,6) meliorativ durumu yaxşı, 55,8 min hektarının (30,4%) kafi və qalan 25,6 min hektarınınkı (5,2 %) isə qeyri-kafidir.

Cədvəl 6

Bölgənin ümumi suvarılan torpaqlarının rayonlar üzrə şorlaşma durumu (ha/%)

0-1 m qatda şorluq dərəcəsi O cümlədən

S/s Rayonlar Ümumi sahə Şorlaş-

mayan Cəmi

şorlaşmış Zəif Orta Şiddətli 1 2 3 4 5 6 7 8

1 Ağstafa 22490 12,2

13961 62,1

8529 37,9

3995 46,8

3906 45,8

628 7,4

2 Tovuz 23198 12,6

15533 67,0

7665 33,0

5891 77,0

40 0,5

1734 22,6

3 Şəmkir 38394 20,9

21895 57,0

16499 43,0

12655 76,7

1809 11,0

2035 12,8

4 Samux 21708 11,8

12409 57,2

9299 42,8

3991 43,0

4736 51,0

572 6,0

Bölgənin torpaq örtüyündə münbitliyin itirilməsinə və habelə becərilən kənd təsərrüfatı

bitkilərinin məhsuldarlığının azalmasına və ümumiyyətlə, torpaqların ekoloji meliorativ vəziyyətinin pisləşməsinə səbəb olan təbii amillərdən biri də torpaqlarda eroziya prosesləri baş verməsidir. Eroziyanın inkişafının müasir vəziyyəti cədvəl 7-də verilmişdir.

Cədvəl 7 Bölgənin torpaq ehtiyatlarının rayonlar üzrə eroziyaya uğraması (ha/%)

Eroziya dərəcəsi

O cümlədən

S/S Rayonlar Ümumi sahəsi

Eroziyasız sahə

Cəmi eroziyalı

sahə Zəif Orta şiddətli

1 2 3 4 5 6 7 8

1 Ağstafa 150370 12,3

11649 77,5

33903 22,5

19258 56,8

7595 22,4

7050 20,8

2 Samux 145511 11,9

107936 74,3

37575 25,7

18545 49,6

12370 33,1

6660 17,8

3 Tovuz 194209 16,0

123664 63,7

70545 36,3

31255 44,3

10750 12,2

28540 40,5

4 Şəmkir 165678 13,6

101561 61,3

641117 38,7

34556 54,0

11284 17,6

18277 28,5

Ərazidə eroziya prosesinin geniş vüsət almasının başlıca səbəbi təbii amillərlə yanaşı, son

onilliklərdə insanın aktiv təsərrüfat fəaliyyəti ilə əlaqədardır. Xüsusi ilə dağlıq ərazilərdə örüş və otlaq sahələrinin intensiv şəkildə otarılması həmin sahələrdə otlaq yükünün həddindən artıq yüksək olması, habelə bir çox sahələrdə meşə, meşə-kolluqların tədricən qırılıb məhv edilməsi və eləcə də həmin sahələrin müəyyən hissəsinin şumlanıb əkilməsi bölgənin torpaqlarında eroziya prosesinin güclənməsinə səbəb olmuşdur.

16

Page 17: İqlim dəyişmələri şəraitində eroziyaya qarşı …w3.cenn.org/CENN_Projects/MC_CCA/Brochures-Textbooks...3) Suvarma zonasında son illər yem bitkiləri əkinləri genişlənmişdir.

6. Layihə zonasında iqlim dəyişilmələrinin su ehtiyatlarına təsiri

Layihə zonasında iqlim dəyişilmələrinin su ehtiyatlarına təsiri çox böyükdür. Belə ki,

tədqiqatçılar artıq sübut etmişdirlər ki, temperaturun yüksəlməsi buxarlanmanın artmasına səbəb olmaqla su ehtiyatlarını azaldır. Bu azalmalar istər çayların mənbələrində və istər su anbarlarında özünü göstərir. Regionun bir çox çayları üzrə apardığımız araşdırılmalar da bunu sübut edir.

Gəncə çayının su ehtiyatlarının dəyişilməsini müəyyən etmək üçün bir çox meteoroloji stansiyaların məlumatlarından istifadə etmişik.

Cədvəl 8

Gəncə çayının Zurnabad məntəqəsində axının miqdarının dəyişilməsi 1991-2005-ci illər üzrə

Qış Yaz Yay Payız illik Meteoroloji stansiya

Göstəricilər

Samux Havanın temperaturu

1,1 0,5 1,1 0,6 0,8

Yağıntı % -15 -9 -21 2 -11 Daşkəsən Havanın

temperaturu 0,8 1,3 1,2 0,1 0,9

Yağıntı % -10 -2 -6 12 -2 Cədvəldən məlumdur ki, 1991-2005-ci illərdə Gəncəçayda axının miqdarı 20% azalmışdır.

Halbuki, Samux məntəqəsində yağıntının miqdarı 11%, Daşkəsən məntəqəsində isə 2% azalmışdır.

Yuxarıda göstərilən illərdə baş verən dəyişilmələr Zəyəm çayda da baş vermişdir (Cədvəl 9).

Cədvəl 9

Zəyəm çayda ağbaşlar məntəqəsində axının miqdarının dəyişilməsinin göstəriciləri (1991-2005-ci illər)

Meteoroloji stansiya

Göstəricilər Qış Yaz Yay Payız illik

XII III-V VI-VIII IX-XI XII-XI Şəmkir Havanın

temperaturu 0,7 0,3 0,7 0,5 0,8

Yağıntı % -36 -17 -20 -0,4 -17 Gədəbəy Havanın

temperaturu 0,2 0,4 1,3 0,7 0,6

Yağıntı % -17 -3 -7 -7 -7 Ağbaşlar Axın % 21 2 -15 -2 -1

Zəyəm çayda da yuxarıda qeyd edilən dəyişilmələr baş vermişdir. Lakin Gəncəçaya

nisbətən bu dəyişilmələr axında özünü zəif göstərmişdir. Məsələn: yağıntı Şəmkir stansiyasında 17%, Gədəbəydə isə 7% azalsa da, çayda axının miqdarı cəmi 1% aşağı düşmüşdür.

17

Page 18: İqlim dəyişmələri şəraitində eroziyaya qarşı …w3.cenn.org/CENN_Projects/MC_CCA/Brochures-Textbooks...3) Suvarma zonasında son illər yem bitkiləri əkinləri genişlənmişdir.

Ümumi olaraq regionun çayları və su ehtiyatları aşağıdakı kimidir.

Qərbdə İncə su ilə (Qazax r-nu) Şərqdə İncəçay (Goranboy r-nu ) arasında 175 kilometr

məsafədə kiçik Qafqaz dağlarının şimal yamacından bir çox çaylar öz mənbəyini götürür və sağdan Kür çayına qovuşur. Bunlardan uzunluğu 100 km-dən artıq olan çaylara yalnız Ağstafa çay aid edilir. Qalan çayların uzunluğu 100 km-dən azdır. Qərbdən Şərqə regionun çayları - İncəsu, Çoqasçay, Ağstafaçay, Həsənsu, Axıncaçay, Əsrikçay, Zəyəmçay, Cəyirçay, Şəmkirçay, Qoşqarçay, Gəncəçay. Ağstafaçay (uzunluğu 133 km, su toplayıcı sahəsi 2586 km2, orta illik su sərfi 8,5 m3/sm ), Axıncaçay (uzunluğu 76 km, su toplayıcı sahəsi 942 km2, orta illik su sərfi 5,84 m3/sm ), Şəmkirçay (uzunluğu 95 km, su toplayıcı sahəsi 1170 km2, orta illik su sərfi 925 m3/sm), Gəncəçay (uzunluğu 98 km, su toplayıcı sahəsi 752 km2, orta illik su sərfi 4,2 m3/sm), Kürəkçay (orta illik su sərfi 3,8 m3/sm) Kiçik Qafqazın şimal-şərq yamacı yüksəkdağlıq silsilələrindən başlanğıcını götürməklə bu regionun böyük çayları hesab edilir. Öz mənbəyini ortadağlıq qurşaqdan götürən qalan çaylara nisbətən bu çaylarda orta illik axımın həcmi 1,5-3 dəfə artıqdır.

Şimal-şərq yamacdakı çayların dərələri 3 hissəyə bölünür. Zəyəmçay və Şəmkirçay dərələri isə 4 hissəyə ayrılır. Zəyəmçay və Şəmkirçayın yuxarı axını Şahdağ silsiləsinin şimal yamacında yerləşir. Bu hissə çay hövzəsinin ən çox yağıntılı və bulaqları bol olan hissəsidir. Çaylar dərin və dar dərələrlə axır, çay yatağının düşməsi isə 100 m/km-i, hətta 120 m/km-i ötür. Şınıx-Dəstəfur çökəyində bu çaylar nisbətən geniş dərələrə axır, yatağın meylliyi 10-30 m/km-ə qədər azalır və çay dairəsi genişlənir, terraslarla müşayiət olunur. 3-cü hissədə çaylar Şəmkir antiklinoriununu kəsdiyi yerdə yaratdığı dərin (800-1000 m-ə qədər) terraslı dərə ilə axır. 4-cü hissədə onlar artıq Gəncə-Qazax düzənliyini kəsib keçir. Bu hissədə çayların əksəriyyəti qutuvari terraslı dərələrlə axır. Bunlardan ən dərini (60 m-ə qədər) Tovuzçayın dərəsidir. Bu hissədə daşqın və gur sulu vaxtlar müstəsna olmaqla, çay suları tamamilə suvarmaya sərf olunur.

Ağstafaçay. Mənbəyini Ermənistan Respublikasında Pənbək silsiləsinin şimal yamacında 3000 m yüksəklikdən götürür və Poylu qəsəbəsi yaxınlığında 210 m yüksəklikdə sağda Kür çayına qovuşur. Ağstafaçayın uzunluğu 133 km, su toplayıcı hövzənin sahəsi 2586 km2-dir. Çayın yuxarı və orta axını Ermənistan Respublikası ərazisində, aşağı axını isə Azərbaycan ərazisində yerləşir.

Çayqarışandan (Ağstafa və onun ən böyük qolu Tərsçayın qovuşduğu yer belə adlanır) İcevan şəhərinə qədər Ağstafaçay çox dərin (1000-1500m) qraben tipli dərə ilə axır. İcevan şəhərindən Əyrikörpüyə qədər dərə qraben tipli olsa da, xeyli enlənir və geniş alçaq terraslarla müşayiət olunur. Qazax şəhərindən başlamış mənsəbinə qədər Ağstafaçay Gəncə-Qazax maili düzənliyi ilə axır. Maili düzənlikdə çay terraslı qutuvari dərə əmələ gətirmişdir.

Ağstafaçayın hövzəsində yağıntıların orta illik miqdarı 580 mm-dir. Çayın orta illik su sərfi 8,5 m3/s, orta illik axımın həcmi 416x106 m3, axın layının qalınlığı 161 mm, axın modulu 5,1 1/km2-ə qədərdir. Çayda illik su sərfinin 7% qışda, 52% yazda, 28% yayda, 13% payızda keçir. Çoxsulu illərdə Ağstafaçayda su sərfi 19 m3/s, axın layı 232 mm təşkil edir. Azsulu illərdə su sərfi 3,64 m3/s-ə, axın layı 44 mm-ə qədər azalır. Bu rəqəmlərin müqayisəsi göstərir ki, yağıntıların illik miqdarının tərəddüdündən asılı olaraq çayda illik su sərfi böyük hüdudda dəyişir. Buna görə kənd təsərrüfatının az və orta sulu illərdə suya olan ehtiyacını ödəmək üçün çayın üzərində Ağstafaçay su anbarı yaradılmışdır. Lakin bu anbardan ayrılan və əsasən Qazax, Ağstafa, Tovuz rayonları ərazisində suvarmanı yaxşılaşdırmaq məqsədi ilə çəkilmiş beton örtüklü kanala Tovuz rayonu ərazisində yüksək təzyiqli sorucularla Kürdən su vurulur (5 m3/s). Bunsuz qalan sahələri su ilə təmin etmək mümkün deyil. Ağstafaçayın aşağı axınında və

18

Page 19: İqlim dəyişmələri şəraitində eroziyaya qarşı …w3.cenn.org/CENN_Projects/MC_CCA/Brochures-Textbooks...3) Suvarma zonasında son illər yem bitkiləri əkinləri genişlənmişdir.

Gəncə-Qazax maili düzənliklərindən axan bütün çaylarda olduğu kimi, gur sulu dövr və daşqınlar zamanı müstəsna olmaqla, qalan aylarda su olmur. Lakin bu zona çaylarının demək olar ki, hamısının aşağı axınında yataqaltı suların səthə çıxması nəticəsində axın yaranır. Bu xüsusiyyət Ağstafaçay və Şəmkirçay, Zəyəmçay və cavan allüvial-prolüvial çöküntü qatlarından təşkil olunmuş maili düzənliklərdən axan bütün çaylar üçün səciyyəvidir. Bir çox hallarda isə çaylardan qum-çınqıl qatına süzülən sular gətirmə konusları kənarlarında və Kür çayı dərəsində səthə çıxır.

Suvarmanın inkişafı regionda bir neçə su anbarının inşasına səbəb olmuşdur. Bu su anbarları Coğaz, Ağstafaçay, Vahidlidir. Ancaq onu da qeyd etmək lazımdır ki, hal-hazırda suvarmada Şəmkir və Yenikənd su anbarlarından istifadə edilir. Bununla da bölgənin suvarma suyuna olan ehtiyacı hələ də ödənilmir.

7. İqlim dəyişilmələri şəraitində irriqasiya eroziyasına qarşı sistemin tətbiqinə aid təkliflər

Regionda müasir iqlim dəyişilmələri şəraitində irriqasiya eroziyasının qarşısının alınması

və ləğv edilməsi yalnız təşkilat-təsərrüfat, aqrotexniki, meliorativ və meliorativ-hidrotexniki kimi kompleks tədbirlərin həyata keçirilməsi ilə mümkündür. Bütün bu tədbirlər zonal və yerli şəraitə uyğun olaraq hazırlanmalıdır. Bu zaman sahələrin münbitliyinin qorunması və ümumdünya kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasına xüsusi diqqət vermək lazımdır.

Təşkilat-təsərrüfat tədbirləri eroziya təhlükəsi olan zonalarda torpaq sahələrinin səmərəli təşkilini özündə ifadə edir. Bu tədbirlərə aşınmış torpaqlarda növbəti əkinin tətbiq edilməsi, güclü aşınmış hissələrin çoxillik otlar əkilməklə suvarılan sahələr sırasından müvəqqəti olaraq çıxarılması, suvarılan sahələr boyunca çoxillik əkilmə (üzümlüklər və bağlar) ilə əlaqədar olaraq baş verən eroziya nəticəsində yaranan yarğan və qobuların ayrılması və ən mühümlərindən biri suvarma sahələrinin təşkili aiddir.

Suvarılan sahənin uzunluq ölçülərinin müəyyən edilməsi zamanı aşağıdakı şərtlərə əsaslanmaq lazımdır:

1. Mexaniki tərkibinə, morfoloji xüsusiyyətlərinə və münbitlik qabiliyyətinə görə torpaqların eyni tipliyi

2. Sahənin səthində köndələn və uzununa meyllilik daimi olduqda səthin hamarlılığı 3. Qrunt sularının yatımının və onların kimyəvi tərkibinin eyni səviyyəsi Bundan başqa, müvəqqəti suvarma şəbəkələrinin qarşılıqlı yerləşmə sxemindən asılı

olaraq suvarma sahələrinin ölçüləri və müvəqqəti şəbəkələrdə son su sərfinin həcmi ilə müəyyən olunur. Bununla da qarşılıqlı əlaqəsi olan 2 tapşırıq həll olunur – torpaq qruntlarının yuyulub aparılmasının qarşısı alınır və suyun yol verilən son sərfi ilə suvarma nəticəsində əməyin daha yüksək məhsuldarlığına nail olunur.

Suvarma sahəsinin uzunluq ölçüsü növbəli əkin sahəsinin uzunluq ölçüləri ilə müəyyən olunur. Növbəli əkin sahəsinin sayı və onların ərazisi isə öz növbəsində, növbəli əkinin tipindən asılıdır.

Suvarma sahələri və növbəli əkin sahələrini düzbucaqlı dördbucaq şəklində və şum istiqamətində yamacın eninə gərilmiş formada planlaşdırmaq lazımdır.

Suvarma sahələrinin uzunluq ölçülərinə kanalların daimi şəbəkə tipi və suyun torpağa verilmə üsulu qoruyucu təsir göstərir.

Suvarma sahələrinin içərisində müvəqqəti suvarma şəbəkələri (suvarma kanalları, ayırıcı şrımlar) düzəldilir və ya boru kəməri və nov formasında daşına bilən, sökülə bilən qurğu quraşdırılır. Suyun paylanması qarşılıqlı yerləşmiş müvəqqəti suvarma şəbəkələrinin iki sxemi

19

Page 20: İqlim dəyişmələri şəraitində eroziyaya qarşı …w3.cenn.org/CENN_Projects/MC_CCA/Brochures-Textbooks...3) Suvarma zonasında son illər yem bitkiləri əkinləri genişlənmişdir.

üzrə aparılır. Birinci – köndələn. Bu zaman suvarma elementlərinə su birbaşa suvarma kanalından düşür. İkinci- uzununa. Bu zaman su suvarma kanalından suvarma elementinə ayırıcı şırımlar vasitəsilə verilir.

Filtrasiya üçün minimum su itkisini və 24 saat ərzində bu elementlərdə suvarmanın davamlılığını nəzərə almaqla ayırıcı şrımların və suvarma kanallarının optimal uzunluq kəmiyyəti cədvəl 10-da verilənlərlə xarakterizə olunur.

Cədvəl 10

Suyun sərfindən və FİƏ-dən asılı olaraq suvarma kanalları və ayırıcı şırımların optimal uzunluğu

Suvarma kanallarının, ayırıcı şırımların su sərfi, l/s

50 40 20 15 10 5

Optimal uzunluq, m 700-800 600-700 400-500 300-400 200-300 100-200 Faktiki FİƏ 0,8-0,02 0,9-0,01 0,0-0,95 0,9-0,92 0,9-0,94 0,92-

0,96 Suvarma kanalları və ayırıcı şırımlar üçün praktiki olaraq suyun yol verilə bilən ən az

sərfində 5-10 l/san-də optimal uzunluq 100-300 m-dən çox olmur, bu zaman ayırıcı şırımların və suvarma kanallarının meylliyi torpağın tipinə, böyüklüyünə uyğun olmalıdır, bu uyğunluq cədvəl 11-də göstərilmişdir.

Cədvəl.11

Meyllilikdən asılı olaraq su ayırıcı şırım və arxlarda yol verilən su sərfinin qiyməti

Suyun sərfi, l/san 5 10 20 40 60 80 100 Torpağın tipi və növ

müxtəlifliyi Suvarma kanalının böhran meylliyi Çəmən-boz 0,014 0,008 0,005 0,003 0,002 0,0015 0,001 Açıq şabalıdı (boz -qəhvəyi)

0,016 0,01 0,006 0,0035 0,0025 0,002 0,0015

Tünd şabalıdı 0,018 0,0014 0,007 0,004 0,003 0,0025 0,002 Torpağın eroziyası ilə mübarizədə görülən aqrotexniki tədbirlərə növbəli əkinin

mənimsənilməsi, torpağın düzgün becərilməsi, eroziyaya uğramış torpaqlarda üzvi və mineral gübrələrin yüksək dozalarda tətbiqi, siderasiya bitkilərinin əkilməsi, eləcə də suvarma işlərinin düzgün təşkili və həyata keçirilməsi aiddir.

Suvarılan sahələrdə torpağı qoruyan növbəli əkin hələlik mövcud deyil. Yalnız xüsusi növbəli əkin həyata keçirilir ki, burada da əsas məqsəd bitkilərin düzgün növbələnməsi zamanı sahələrin münbitliyinin qorunmasıdır. Bu zaman növbəli əkinin növündən və tipindən eləcə də torpağın aşınma dərəcəsindən asılı olaraq çoxillik otlar növbəli əkin sahələrinin 30-50% hissəsini tutmalıdır. Bu cür növbəli əkinlərdə bitkilərin növbələnməsi sxemini pozmadan suvarma şəbəkələrinin hər il əsaslı planlaşdırılması və yenidən qurulmasına icazə verən meliorativ sahələr olmalıdır.

Regionda torpaqlarda eroziyanın qarşısını almaq üçün yamaclarda torpağın becərilməsi çox əhəmiyyətlidir. Torpağın qorunması ilə aparılan becərilmə torpağın strukturunun maksimum qorunmasına, bitkinin böyüməsi və inkişafı üçün optimal şəraitin yaradılmasına, alaq otlarının, ziyanvericilərin və xəstəliklərin məhv edilməsinə yönəldilməlidir. Struktur torpaqlarda rütubət yaxşı toplanır, az buxarlanır, nahamar səth axının sürətini, hissəciklərin ayrılma və aparılma sürətini azaldır. Suvarılan sahələrdə torpaq strukturunun və möhkəmliyinin itirilməsi əsasən texniki səbəblərə görə (torpağın səthində traktorların, alətlərin,

20

Page 21: İqlim dəyişmələri şəraitində eroziyaya qarşı …w3.cenn.org/CENN_Projects/MC_CCA/Brochures-Textbooks...3) Suvarma zonasında son illər yem bitkiləri əkinləri genişlənmişdir.

nəqliyyatın, insanların, mal-qaranın hərəkəti, su axınlarının təsiri) baş verir. Ona görə də suvarılan sahələrdə torpağın becərilməsi ən az və ən vacib yollardan ibarət olmalıdır (şumlama, dırmıxlama).

Suvarılan sahələrdə eroziyaya uğramış zonada torpağın düzgün becərilməsinə əsas şumlama və yamacların köndələn əkilməsi aiddir. Bu suvarma suyunun sürətini azaldır, torpaqda daha çox rütubət toplanmasına imkan verir və üst qatın yuyulmasını azaldır.

Aşınmış torpaqlara yüksək dozada üzvi və mineral gübrələrin verilməsi irriqasiya nəticələrinin aradan qaldırılması üçün effektivdir. Üzvi gübrələr torpağın suya qarşı davamlılığının artmasına imkan yaradır. Bu isə bitki qalıqlarının parçalanması nəticəsində humus maddələrinin təsiri ilə baş verir.

Ərazidə irriqasiya eroziyası ilə mübarizə üçün aparılan aqrotexniki tədbirlər sistemində yüksək meyllilik şəraitində suvarma zamanı müvəqqəti suvarma şəbəkəsinin düzgün bölünməsi böyük əhəmiyyət kəsb edir. Bu zaman əsas şərt yerinə yetirilməlidir. Suvarma kanalında suyun sərf sürəti yuyulma sürətindən çox olmamalıdır.

Müvəqqəti suvarma şəbəkələrini meylliliyə görə bölürlər. Bölünmədən sonra suvarılan yamaclar döyəclənib bərkidilir, sonra isə zəif su axını buraxılır. Torpağın bu cür isladılması torpağın ayrı-ayrı yığımlarının yapışmasını gücləndirir. Bu isə sonrakı suvarmalar zamanı onların yuyulub aparılmasına maneçilik törədir.

Hazırlanmış müvəqqəti suvarma kanalları torpağın xətti eroziyasının qarşısını alır. Onları şumlamadan dərhal sonra bölürlər, sonra isə həmin sahələrə birbaşa əkin bitkiləri (dənli və ot bitkiləri) əkilir. Cərgəarası şumlanan bitkilər üçün belə suvarma kanalları əlverişli deyil.

Suya qənaət üçün müvəqqəti suvarma şəbəkəsinin elementlərindən olan boru kəmərləri suvarma suyuna böyük qənaət etməyə və irriqasiya eroziyasının qarşısını almağa imkan verir. Bu boru kəmərləri suçuların əməyinin səmərəliliyini artırır, onların istifadəsi zamanı yerin relyefi və meylliliyi mühüm rol oynamır.

Əsas aqrotexniki tədbirlərdən biri də, suvarılan sahələrdə irriqasiya eroziyasının qarşısını alan əsas çöl bitkilərinin suvarılmasının səmərəli texnika və üsullarının tətbiqidir.

Şırımda suyun çox az sərfi ilə suvarma aparmaqla torpağın yuyulmasını minimuma qədər endirmək olar. Lakin bu əməyin səmərəliliyinin az olmasına səbəb olur. Buna görə də şırımda suyun optimal sərfinin müəyyən edilməsi zamanı torpağın yuyulmasının yol verilən həddini nəzərə almaq lazımdır. Bu şərtə şırım və zolaqla səthi suvarmanın texniki elementlərinin təcrübi və hesablama yolu ilə alınmış uyğunluğu müvafiqdir (Cədvəl 12).

Cədvəl 12

Torpaqdan və səthi meyllilikdən asılı olaraq şırımla suvarmanın texniki elementləri

Torpağın adı və su keçirməsi

Meyllilik Su sərfi, l/san Şırımın uzunluğu, m

Çəmən-boz orta su keçirmə

0,006 0,01 0,02

0,5 0,3 0,1-0,2

250 200 100

Açıq şabalıdı (açıq boz-qəhvəyi) orta su keçirmə

0,01 0,02 0,03 0,04

0,5 0,3 0,2 0,1

250 220 200 150

Tünd şabalıdı (boz qəhvəyi) orta su keçirmə

0,006 0,01 0,02 0,03 0,04

0,8 0,6 0,4 0,3 0,2

250 200 250 100 80

21

Page 22: İqlim dəyişmələri şəraitində eroziyaya qarşı …w3.cenn.org/CENN_Projects/MC_CCA/Brochures-Textbooks...3) Suvarma zonasında son illər yem bitkiləri əkinləri genişlənmişdir.

Cədvəl 13

Zolaq üsulu ilə suvarmanın texniki elementləri

Meyllilik Su keçirmə, l/gün Zolağın uzunluğu, m Zolağın 1m-nə düşən suvarma suyu, 1/san

0,03-0,02 150-170 1-2 0,02-0,01 Zəif 120-150 2-4 0,01-0,005 KF=0,01-0,05 100-120 4-6 0,005-0,001 70-80 6-8 0,03-0,02 120-150 2-3 0,02-0,01 Orta 100-120 3-4 0,01-0,005 KF=0,05-0,4 80-100 4-6 0,005-0,001 60-70 6-8 0,03-0,02 100-120 3-4 0,02-0,01 Güclü 80-100 4-5 0,01-0,005 KF=0,4-1,0 60-80 5-6 0,005-0,001 40-50 6-8

Analoji torpaq tiplərində, lakin ağır və ya yüngül mexaniki tərkiblə, eləcə də güclü və ya

zəif sukeçirmə ilə aparılan suvarmada təqdim olunmuş texniki elementlərə 1,2 və 0,8-ə bərabər olan düzəliş əmsalını əlavə etmək lazımdır.

Daimi suvarma kanallarının yatağının yuyulmasının qarşısını (tor eroziyası) xüsusi eroziyaya qarşı üzlüklərlə, kanalın istiqamətinə görə suyun yuxarı və aşağı səviyyələri arasında fərqə görə, kanalın meylliliyinin azalması ilə, güclü təzyiqə malik yeraltı boru kəmərləri sistemində açıq kanalların bağlanması ilə almaq mümkündür. Sonuncu halda ərazinin böyük meylliliyi təbii təzyiqin yaranmasını asanlaşdırır və nasos-güc qurğularının tətbiqini istisna edir.

Suvarılan torpaq sahələrinin hamarlanması. Torpaqda irriqasiya prosesinin qarşısını almaq üçün ən təsirli tədbirlərdən biri də sahənin əsaslı hamarlanmasıdır. Bu həm də suçuların əməyinin səmərəliliyinin artırılması üçün lazımdır. Aqronomiya, kənd təsərrüfatı işlərinin mexanikləşdirilməsi torpağın meliorasiyası baxımından əhəmiyyətlidir. Hamarlanmamış relyefin ayrı-ayrı elementlərində torpağın münbitliyinin müxtəlif olmasına görə suvarılan sahələrin məhsuldarlığının azalmasına, bitkilərin təbii faktorların (su, istilik, qida) təsiri ilə relyefin formasına görə qeyri-müntəzəm paylaşmasına, mürəkkəb relyeflərdə torpağın becərilməsi, bitkilərə qulluq kimi işlərin keyfiyyətinin azaldılmasına səbəb olur.

Böyük parkların təsərrüfatlarında və su təsərrüfatı təşkilatlarında güclü torpaq qazma texnikasının olması hamarlanma işlərinin böyük miqyasda aparılmasına imkan verir. Lakin bunu torpağın münbitliyini pozmadan və maksimum iqtisadi səmərə əldə etməklə həyata keçirmək lazımdır. Bu baxımdan suvarılan torpaqların hamarlanması probleminə kompleks yanaşma olduqca mühümdür.

Hamarlama işlərinin layihələşdirilməsi və təşkili zamanı aşağıdakı tələblərə əməl olunmalıdır: Sahədə kəsiyin həcmi ayırma həcminə təxminən bərabər olmalıdır, hamarlanmadan sonra sahə suvarma üsulundan asılı olaraq daimi meylliyə və düzgün quruluşa malik olmalıdır; torpağın münbitliyi və strukturu maksimum qorunmalıdır. Hamarlanma işlərinin orta xüsusi həcmi adətən 1200-1600 m2 üzrə topoqrafik şəkillərinə əsasən əvvəlcədən hesablanır.

Suvarılan sahələrin səthinin hamarlanması böyük kəsik və qalaqlarla əlaqədar olaraq torpağın vəziyyətinə və onun münbitliyinə böyük təsir göstərir. Bu təsir əsasən 2 səbəbdən baş verir:

22

Page 23: İqlim dəyişmələri şəraitində eroziyaya qarşı …w3.cenn.org/CENN_Projects/MC_CCA/Brochures-Textbooks...3) Suvarma zonasında son illər yem bitkiləri əkinləri genişlənmişdir.

1) Torpağın müxtəlif qatlarında münbitliyin təbii olaraq qeyri-müntəzəm paylanması hamarlanma işlərinin həyata keçirilməsi zamanı pozulur.

2) Torpaq qazan mexanizmlərin dəfələrlə keçidi və torpağın qarışdırılması onun su-fiziki xasələrinə mənfi təsir göstərir. Bununla əlaqədar olaraq hamarlanma işlərində əsas məqsəd torpağın münbitliyinin qorunmasıdır.

Sahənin hamarlanması ling üsulu ilə həyata keçirilir; torpağın üst, daha çox münbit olan qatı kəsilir və xüsusi “ehtiyat hissələrə” boşaldılır, sahənin əsaslı surətdə düzləndilirməsindən sonra yenidən sahəyə səpələnir. Torpağın üst qatının saxlanması planlaşdırma işlərinin xüsusi həcmi 600 m3/ha-dan çox olduğu zaman iqtisadi cəhətdən səmərəli olur. Sahənin hamarlanmasının xüsusi həcminin daha aşağı olduğu zaman (600 m3/ha-dan az) isə bütöv hamarlanma aparmaq lazımdır.

Hamarlanmış suvarılma sahələrinin münbitliyinin artırılması üçün torpağa güclü dozada mineral və üzvi gübrələr vermək lazımdır. Lakin yalnız bu tədbir kifayət deyil. Hamarlanmadan sonra torpağın su-fiziki xassələrinin yaxşılaşdırılması üçün xüsusi aqromeliorativ tədbirlər həyata keçirmək lazımdır; bütün hamarlanmış sahənin 25-30 sm dərinliyində kotanla, torpağı dərinləşdirən cihazla şumlanması və siderasiyası aparılmalıdır. Kəsiklərdə torpaqda adətən azot az olur, ona görə də azot gübrələrinin verilməsi məqsədəuyğundur, əkinlər isə bakterial gübrələrin (nitragina, azotbakterina və s.) tətbiqi ilə aparılır.

Növbəli əkin sistemində hamarlanma işlərinin aparılması zamanı meliorativ sahədə çoxillik otlar, o cümlədən, qarayonca əkmək lazımdır.

Üzvi gübrələrin tətbiqi, siderasiya, dərin şumlama, çoxillik otların əkilməsi torpağın strukturunun yalnız uzunmüddətli dövr üçün bərpa edə və yaxşılaşdıra bilər. Ona görə də hamarlanmadan sonra torpağın strukturunun tez bərpası üçün süni struktur yaradıcılardan istifadə etmək lazımdır. Bunlara K-4 preparatı aiddir, torpağın çəkisinin 0,005%-nə bərabər dozada verilir, bu zaman suya davamlı aqreqatların çıxımı 70%-ə qədər təmin olunur.

Regionun dağətəyi rayonlarında suvarılan torpaqların hamarlanması onların məhsuldarlığını 10-40%-ə qədər, suçunun əməyinin səmərəliliyini -1,5 dəfə artırır, suvarma suyuna 20-30% qənaət etməyə imkan verir.

Eroziyaya qarşı kompleks tədbirlər torpağın irriqasiya eroziyası ilə mübarizədə bütün üsulları əhatə edir. Lakin bir çox hallarda onu tam tətbiq etməyə ehtiyac yoxdur, yalnız ayrı-ayrı uyğunluğu kifayətdir. Torpağın irriqasiya eroziyasının qarşısını almaq üçün ən təsirli tədbirlərdən biri də sahənin hamarlanmasıdır. Bu həm də suçunun əməyinin səmərəliliyinin artırılması üçün lazımdır, aqronomiya, kənd təsərrüfatı işlərinin mexanikləşdirilməsi torpağın meliorasiyası baxımından əhəmiyyətlidir. Nəticə

İqlim dəyişilmələri həm ekoloji, həm də sosial-iqtisadi proseslərə böyük təsir göstərməklə bəzən müəyyən ərazinin tam olaraq dəyişkənliyinə səbəb olur.

Aparılmış müşahidə və təhlillərdən nəticəyə gəlmək olar ki, regionun iqliminin dəyişilməsi, kənd təsərrüfatının srtukturlarına və iqtisadi potensiallara böyük təsir etmişdir. Torpağın münbitliyi aşağı düşmüş, su-fiziki xassələri pisləşmişdir. Torpaqda humusun miqdarı və ehtiyatı azalmışdır. Onun bu xüsusiyyətinə görə əlavə olaraq üzvi və mineral gübrələrin tətbiq edilməsi problem yaradır. Bu isə iqtisadi cəhətdən zəif olan fərdi kəndli təsərrüfatları üçün çətinliklər yaratmışdır. Çünki sovet dönəmində bir çox tədbirlərin həyata keçirilməsi dövlət tərəfindən aparılırdısa, indi bunu hər bir təsərrüfat öz gücü ilə yerinə yetirməlidir.

İqlim dəyişilmələrin əsas nəticəsindən biri rütubət çatışmazlığını aradan qaldırmaq üçün suvarma işlərinin tətbiqidir. Suvarmanın tətbiqində bir çox problemlər yaranır ki, bunun əsasını irriqasiya eroziyasının inkişafı təşkil edir. İrriqasiya eroziyası torpağın münbitliyinə və

23

Page 24: İqlim dəyişmələri şəraitində eroziyaya qarşı …w3.cenn.org/CENN_Projects/MC_CCA/Brochures-Textbooks...3) Suvarma zonasında son illər yem bitkiləri əkinləri genişlənmişdir.

becərilən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına da kəskin kəmiyyət və keyfiyyət cəhətdən təsir göstərir. Torpağa verilən gübrə də bəzi hallarda suvarma suyu ilə yuyulub sıradan çıxır. Meylliliyi 0,2-dən yüksək olan boz-qəhvəyi torpaqlarda bir suvarma zamanı 15-20 t torpaq 1 hektardan yuyulur. Bunun qarşısını almaq üçün eroziyaya qarşı suvarma texnikası hazırlanmalı və tətbiq edilməlidir. Bu zaman yuyulan torpaq və qida maddələrinin miqdarı minimuma enər. Bitkilərdən optimal və davamlı olaraq məhsul əldə edilər.

İrriqasiya eroziyasına qarşı əlavə olaraq bir çox tədbirlərin də həyata keçirilməsi nəzərdə tutulur. Bir çox kələ-kötür sahələr hamarlanmalı, torpağın eroziyaya davamlılığına qarşı yüksəldici tədbirlər görülməlidir. İqtisadi imkandan asılı olaraq mütərəqqi suvarma üsullarından da istifadə edilməlidir.

İrriqasiya eroziyasına qarşı mübarizə aparmaq üçün optimal uzunluqlu şırımlar seçilməlidir. Bu vaxt elə etmək lazımdır ki, artıq su itkisinə yol verilməsin. Çünki irriqasiya eroziyasının inkişafı zamanı su itkisi baş verir. Bu isə su ilə zəif təmin olunmuş respublikamızda daha böyük problemlər yaratmaqla ekoloji şəraitə təsir göstərir. Məsələn, yuxarıda qeyd olunduğu kimi respublikamızda 10 km3-dən bir qədər çox suvarma məqsədi üçün sudan istifadə olunur. Lakin suvarmadan düzgün, sudan vaxtında və səmərəli istifadə olunmadıqda su itkisi xeyli yüksəlir.

24

Page 25: İqlim dəyişmələri şəraitində eroziyaya qarşı …w3.cenn.org/CENN_Projects/MC_CCA/Brochures-Textbooks...3) Suvarma zonasında son illər yem bitkiləri əkinləri genişlənmişdir.

25

Ədəbiyyat 1. Babayev M., Qurbanov E., Həsənov V. Azərbaycanda torpaq deqradasiyası və

mühafizəsi. Bakı, Elm. 2010 2. Cəfərov M.İ., Quliyev R.M. Torpaq fondu və ondan səmərəli istifadə. Bakı, Elm. 1997 3. Qurbanov E.A., Ramazanova L.R. Azərbaycanda səhralaşma, səbəblər və nəticələr,

ona qarşı ictimai hərəkatın təşkili. Bakı 2000 4. Qurbanov E.A. Səmərəli irriqasiya. Bakı 2011 5. Əzizov Q.Z. Kür-Araz ovalığının meliorasiya olunan torpaq-qruntların su-duz

balansı və onu nəticələrinin elmi təhlili. Bakı ,Elm 2006 6. Məmmədov Q.Ş. Azərbaycanda Aqrar islahatlar tənəzzüldən ərzaq təhlükəsizliyinə

doğru. Azərnəşr, Bakı 2011 7. Məmmədov Q.Ş. Azərbaycanın torpaq ehtiyatlarından səmərəli istifadəsinin sosial-

iqtisadi və ekoloji əsasları. Bakı, Elm 2007 8. Məmmədov Q.Ş., Məmmədova S.Z., Şabanov C.Ə. Torpaq eroziyası və mühafizəsi.

Bakı Elm 2009 9. Mustafayev X.M. Torpaq eroziyası. Bakı Azərnəşr, 1964 10. Mişinkina V.V. Azərbaycanda torpaq eroziyasına qarşı aqrotexniki mübarizə

üsulları. Bakı Azərnəşr 1970 11. Şəkuri B.Q. Azərbaycan Respublikasında son 60 ildə eroziya proseslərinin tədqiqi

tarixinin bəzi səhifələri. Bakı 2009