Dinin tarixi və fəlsəfəsi

Post on 14-Jan-2017

311 views 4 download

Transcript of Dinin tarixi və fəlsəfəsi

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ

Sosial elmlər və psixologiya fakültəsi

Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrası

DİNİN TARİXİ VƏ FƏLSƏFƏSİ ixtisası üzrə

P R O Q R A M

(Dinin tarixi və fəlsəfəsi ixtisası üzrə doktoranturaya qəbul imtahanları üçün)

İxtisas şifri 7214.01 – dinin tarixi və fəlsəfəsi

BAKI – 2016

1

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ

Sosial elmlər və psixologiya fakültəsi

Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrası

DİNİN TARİXİ VƏ FƏLSƏFƏSİ ixtisası üzrə

P R O Q R A M

(Dinin tarixi və fəlsəfəsi ixtisası üzrə doktoranturaya qəbul imtahanları üçün)

İxtisas şifri 7214.01 – dinin tarixi və fəlsəfəsi

BAKI – 2016

Tərtib edən: Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının dosenti Q.C.Mürşüdlü

2

Elmi redaktor: Fəlsəfə üzrə elmlər doktoru, prof. R.N.Aslanova

Rəyçilər: Fəlsəfə üzrə elmlər doktoru, prof. S.Y.Hüseynov

Fəlsəfə üzrə elmlər doktoru, prof. Z.C.Hacıyev

İ Z A H A T V Ə R Ə Q İ

Dinin tarixi və fəlsəfəsi ixtisası üzrə (İxtisas şifri 7214.01 –

dinin tarixi və fəlsəfəsi) doktoranturaya qəbul imtahanı üçün

3

nəzərdə tutulmuş proqram iki hissədən ibarətdir: birinci hissə

dinlər tarixini, ikinci hissə isə dinin fəlsəfəsi problemlərini

ehtiva edir. Proqram fəlsəfə ixtisasının və ilahiyyat fakültəsinin

bakalavr və magistratura pillələrində fəlsəfə dinlər tarixi və

dinin fəlsəfəsi üzrə tədris olunan kursların proqramları əsasında

tərtib olunmuşdur. Proqram iddiaçıları imtahana hazırlıq

zamanı istiqamətləndirmək, onların öyrənməli olduqları

mövzular və bacarıqlar haqqında məlumat vermək məqsədi ilə

yazılmışdır.

Dinin tarixi və fəlsəfəsi ixtisası üzrə (İxtisas şifri 7214.01 –

dinin tarixi və fəlsəfəsi) doktoranturaya qəbul imtahanı verən

iddiaçı aşağıdakı bilik və bacarıqlara malik olmalıdır - iddiaçı:

dinşünaslığın nəzəri problemlərinə dair geniş məlumatlı

olmalı;

dinlər tarixinin öyrənilməsinə müxtəlif yanaşmaları,

nəzəriyyə və konsepsiyaları təhlil etməyi bacarmalı;

dnlərin tarixi formaları, onların yaranması və təkamülü

haqqında biliyə malik olmalı;

4

ayrı-ayrı dinlərin tarixinə və müasir vəziyyətinə dair

biliyə, həmçinin bu sahədə araşdırma aparmaq

bacarığına malik olmalı;

dinin fəlsəfi dərki sahəsində nəzəri və tematik biliklərə

yiyələnmiş olmalı;

dinin fəlsəfi təhlili tarixi haqqında tam təsəvvürə malik

olmalı, din fəlsəfəsinin çağdaş konsepsiyalarını bilməli;

din fəlsəfəsinin kateqorial-anlayış aparatını bilməli və

din fəlsəfəsi üzrə ilk mənbələrlə işləmək vərdişinə sahib

olmalı;

dinin tarixinə və fəlsəfəsinə dair əldə etdiyi bilikləri

professional və gündəlik fəaliyyətdə istifadə etməyi

bacarmalı;

dinin aktual problemlərini müəyyən etmək və

öyrənmək, onları din fəlsəfəsinin prinsip və

metodologiyasının tətbiqi əsasında təhlil etməyi

bacarmalıdır.

I. DİNLƏR TARİXİ5

“Din” anlayışının etimologiyası. Müxtəlif

mədəniyyətlərdə din fenomenini ifadə etmək üçün işlədilən

anlayışlar. Avesta mətnlərində din sözü. İslamaqədərki

türklərin dini görüşü ifadə etmək üçün istifadə etdikləri sözlər.

Uzaq Şərq mədəniyyətində din anlayışı. Qərb dillərində istifadə

olunan “religion” sözünün mənşəyi haqqında mülahizələr.

Quranda din sözünün məna tutumu.

Dinlər tarixinin öyrənilməsinə müxtəlif (antropoloji,

tarixi, teoloji) yanaşmalar. Dinlər tarixinin öyrənilməsi üzrə

məktəblər: mifoloji, antropoloji, sosioloji, fenomenoloji və d.

məktəblər. Dini etiqadların müxtəlifliyi. Dinlər arasında

qarşılıqlı əlaqə.

Dinin strukturu və əsas elementləri: dini təsəvvürlər,

dini hisslər və dini ayinçilik. Dinin təşkilati strukturu, dini

institut və təşkilatlar. Dini şüurun daxili ziddiyyətliliyi. Dini

şüur - insan idrakının konkret-hissi və abstrakt momentlərinin

ziddiyyətli vəhdətidir.

Dinin funksiyaları: dünyagörüşü, nizamlayıcı,

əlaqələndirici, əvəzləyici, birləşdirici-ayırıcı və s.

6

Dinlərin formaları və coğrafi yayılması: ibtidai tayfa-

qəbilə dinləri; milli dinlər; dünya dinləri. Dinin yaranması və

erkən formaları. İlkin din formaları problemi. İbtidai

cəmiyyətdə dini şüurun formalaşmasında magiyanın mühüm

rolu. Magik mərasimlərin differensiasiyası. Neolit dövründə

dini şüurun inkişafı. Əcdadlar kultu və dəfnetmə mərasimləri.

Qəbilə-tayfa dinləri. Magiya, tabu, fetişizm, totemizm,

animatizm, animizm.

1. Milli-dövlət dinləri. Milli din anlayışı. Milli dinlərin

tayfa dinlərindən başlıca fərqi. Milli dinin dövlət dininə

çevrilməsi.

Zərdüştilik dini. Zərdüştiliyə qədərki İran dinləri.

Zərdüştilik dinin peyğəmbəri Zərdüşt. Avesta zərdüştilərin

müqəddəs kitabıdır. Avestanın günümüzədək çatmış hissələri:

Yəsna, Vəndidad, Vispered və Yəştlər. Müəllifi Zərdüşt olan

Qatalar ən qədim himnlərdir. Zərdüştilik monodualist dindir.

Ahura-Məzdaya etiqad, təktanrıçılığın təbliği. Dualizm

ideyaları. Zərdüştiliyin dini prinsipləri, qiyamət günü, cənnət

və cəhənnəm, çinvət körpüsü və s. haqqında təlimi.

Zərdüştiliyin dini-mənəvi dəyərləri. Zərdüştilik müasir dövrdə.

7

Hindlilərin qədim milli dini hinduizm. Hinduizm

Vedalar dinidir. Veda mətnlər toplusu. Brəhmənizm dininin

təşəkkülü. Hinduizmin dini-fəlsəfi əsasları. Hinduizmdə

sanatana dhərmə ənənəsi. Dhərmə, karma və sansara

anlayışları. Allahlar haqqında təlim. Trimurti – Brəhmə, Şiva

və Vişnu allahlar üçlüyü. Hinduizmin əsas istiqamətləri:

şivaizm və vişnuizm. Hinduizmin dini-ayinçilik praktikası və

əsas bayramları. Müasir hinduizm.

İudaizm etnik dini. İudaizmin meydana gəlməsi.

Yəhvaya sitayiş kultunun yaranması. Yəhudiliyin (iudaizmin)

müqəddəs mətnləri. Tanaha (Əhdi-Ətiq) daxil olan mətnlər:

Tövrat ( “On nəsihət” və “Musanın beş kitabı”), Zəbur,

Münsiflərin kitabları və s. Qanun və rəvayətlər toplusu Talmud

(“Mişna” və “Gemara”). İudaizmin dini mərasimləri və

bayramları. İudaizmin mistik istiqaməti – kabbala. Sionizm.

Daosizm dini. Daosizmin fəlsəfi təlim kimi meydana

gəlməsi və dini ayinçilik sisteminə çevrilməsi. Lao-szı və onun

dao haqqında təlimi, “Dao de szin” əsəri. Daosizmin buddizmlə

oxşar cəhətləri. Daosizmin sitayiş obyektləri və ayinçilik

8

praktikası. Daosizmin mənəvi idealı. Daosizmdə zahidlik; si,

szin, şen anlayışları.

Konfusiçilik dini. Konfusiçilik etik-fəlsəfi təliminin

yaranması və dini sistemə çevrilməsi. Konfusi və “Lun yuy”

kitabı. Səma kultunun və əcdadlar kultunun dirçəldilməsi.

İnsanın kamilləşməsi proqramı. Konfusinin təbliğ etdiyi

fəzilətlər: insanpərvərlik, borc hissi, səmimilik, ədəb-ərkanlıq

və oğulluq ehtiramı - jen, çjen, i, li, və syao əxlaqi

keyfiyyətləri. Konfusiçilikdə dini ritualların əhəmiyyəti.

2. Dünya dinləri. Dünya dinləri, onların xarakterik

cəhətləri və coğrafi yayılması.

Buddizm dini. Buddizm təliminin banisi Siddihartha

Hautamanın fəaliyyəti və nurlanması. Buddizmdə düqhə və

nirvana anlayışları. Buddanın dörd nəcib həqiqət və səkkiz

salehlik yol haqqında təlimi. Buddizm dininin formalaşması və

dünya dininə çevrilməsi. Buddizm dini ədəbiyyatı Tripitaka və

Dhammapada. Buddizmin əsas istiqamətləri (mahayana,

hinayana). Buddizmin əsas ayin və bayramları. Müasir dünyada

buddizm.

9

Xristianlıq dini. Xristianlığın meydana gəlməsi, onun dini-

fəlsəfi mənbələri. İisus Xristosun həyatı və fəaliyyəti. Onun

tarixi şəxsiyyət olub-olmamasına dair mübahisələr:

dişünaslıqda mifoloji və tarixi məktəblər. Bibliya xristianların

dini mətnlər toplusu kimi – Əhdi-ətiq (39 kitab) və Əhdi-cədid.

Xristianlığın dövlət və dünya dininə çevrilməsi. Etiqad

simvollarının qəbul edilməsi. İisus Xristosun iki təbiəti

haqqında ehkama dair mübahisələr. Monofizitlər və diofizitlər.

Xristianlığın parçalanması: katolisizm və pravoslavlıq.

Parçalanmanın, ideya və ayinçilik ixtilaflarının səbəbləri.

Katolisizmin özəl xüsusiyyətləri. Vatikan dünya katoliklərinin

mərkəzi kimi. Katolisizmin əsas ehkamları, ayin, mərasim və

bayramları.

Şərqi xristianlıq – pravoslavlıq. Katoliklər və pravoslavlar

arasında etiqad, ayin və mərasim fərqləri. Pravoslav kilsəsi.

Pravoslavlığın əsas ehkamları, ayin, mərasim və bayramları.

Protestantizmin yaranması, onun əsas istiqamət və

sektaları. Lüterançılıq və anqlikançılıq, onların meydana

gəlməsi və fərqli cəhətləri. Svinqliançılıq və kalvinizm

10

protestantizmin istiqamətləri kimi. Protestantizm müasir

dünyada.

Azərbaycanda xristianlığın yayılması. Xristianlığın

coğrafiyası.

İslam dini. Məhəmməd peyğəmbərin həyatı və ilk vəhy

alması. Təkallahlığı təbliğ etməsi. Kəəbənin fəthi və İslam

dininin formalaşması. İslamın yayılması və dünya dininə

çevrilməsi. İslamın müqəddəs kitabı Quran, onun quruluşu və

məzmunu. Məkkə və Mədinə vəhyləri. Sünnələr, onların

toplanması və səhih hədis topluları.

İslam dininin əsas ehkamları (kəlmeyi-şəhadət, namaz,

oruc, zəkat, həcc). İslamda imanın əsas şərtləri. İslamda ayin və

bayramlar, onların dini baxımdan əhəmiyyəti. İslam əsasında

yaranan dini elmlər (fiqh, kəlam və s.).

İslamda parçalanma və ixtilafların səbəbləri. İslamda əsas

cərəyanlar: sünnilik və şiəlik. İslamda xaricilik cərəyanı.

Onların arasında ideya və ayin fərqləri. Sünnilikdə dörd hüquq

məktəbi (malikilər, şafiilər, hənbəlilər və hənifilər). Şiəliyin

cəfəri məktəbi.

11

İslam mistisizmi. Sufiliyin mənbələri və əsas cəhətləri.

Quran və sufilik. İslam müasir dünyada. Mədəniyyətlərarası və

dinlərarası münasibətlərin tənzimlənməsində islamın yeri və

rolu.

Azərbaycanda islamın yayılması. Azərbaycanda dini

tolerantlıq və dinlərarası dialoq.

Qeyri-ənənəvi dinlər, onların ideya mənbələri. Bəhailik,

onun yaranması və əsas prinsipləri.

Ədəbiyyat

1. Alici Mustafa. Müslüman- Hıristiyan Diyaloğu. İst., İz

Yayınlar, 2010.

2. Aslanova R. İslam və mədəniyyət. Bakı, 2002.

3. Azərbaycan fəlsəfə tarixi, I cild. Bakı, Elm, 2014.

4. Belyayev Y.A. Müsəlman təriqətləri. B., 1990.

5. Bərki Ə.H., Kəskioğlu O. Xatəmül-Ənbiya Həzrəti

Məhəmməd və həyatı. Ankara, 1997.

6. Bünyadov Z. Dinlər, təriqətlər, məzhəblər. B., 1997.

7. Әliyev R.Y. İslam . II nәşri. Bakı, "Әbilov, Zeynalov

vә oğulları", 2004.

8. Əliyev R. Dinin əsasları. Bakı, 2003.

12

9. Əlizadə A. Xristianlıq: tarix və fəlsəfə (ilk şağlar). B.,

2007.

10. Xəlilov S.Sivilizasiyalararası dialoq. B., 2009.

11. İslam: Tarix. Fəlsəfə. İbadətlər. B., 1994.

12. Qocatürk N. İslam mədəniyyətində sufizm. B., 2010.

13. Masse A. İslam. B., 1992.

14. Quluzadə M. Azərbaycanda dövlət və din

münasibətlərində din-islam amili. Bakı, 2001.

15. Mustafayev E. İslam sxolastikasında insanın iradə

azadlığı problemi. B., 2005.

16. Paşazadə A. Qafqazda islam. Tarix və müasirlik. B.,

1996.

17. Tümer G., Küçük A. Dinler tarihi. Ankara, 1997.

18. Алов А.А., Владимиров Н.Г., Овсиенко Ф.Г.

Мировые религии. М., 1998.

19. Васильев Л.С. История религий Востока. М., 1988.

20. Введение в общее религиоведение. Под ред.

И.Н.Яблокова. М., 2008.

21. Всеобщая история религий мира. М., 2010.

22. Горелов А.А. История мировых религий. М., 2005.

13

23. Грюнeбаум Г.Э. фон. Классический ислам. М., 1988.

24. Ибн Хишам. Жизнеописание пророка Мухаммеда.

М., 2011.

25. История религии: В 2 т. М., 2002.

26. Ислам. Энциклопедический словарь. М., 1991.

27. Иудаизм и христианство. М.,1995.

28. Журавский А.В. Христианство и ислам. Социальные

проблемы диалога. М., 1990.

29. Классики мирового религиоведения. М., 1996.

30. Мистики XX века: Энциклопедия. М., 1996.

31. Оливер П. Мировые религиозные верования. М.,

2003.

32. Радугин А.А. Введение в религиоведение. М., 2000.

33. Радхакришнан С. Индийская философия, т.1. М.,

1993.

34. Религиозные традиции мира: В 2 т. М., 1996.

35. Саидбаев Т.С. Ислам. М., 1993.

36. Сидоров С. Буддизм: история, каноны, культура. М.,

2005.

37. Токарев С.А. Ранние формы религии. М., 1990.

14

38. Томпсон М. Мировые религиозные верования. М.,

2003.

39. Торчинов Е.А. Религии мира. СПб, 1997.

40. Хрестоматия по исламу. М., 1994.

41. Христианство: Словарь. М., 1994.

42. Шантени де ля Соссей Д.П. Иллюстрированная

история религии. М., 1992.

43. Шлейермахер Ф. Речи о религии к образованным

людям ее презирающим. М., 1994.

44. Элиаде М. Очерки сравнительного религиоведения.

М., 1999.

45. Юнусов А. Ислам в Азербайджане. Б., 2004.

46. Ясперс К. Смысл и назначение истории. М., 1991.

Mənbələr

1. Avesta. Birinci kitab. B., 1995.

2. İncil. Əhdi-Cədid. Stokholm, 1995.

3. Qurani Kərim // Tərc. Bünyadov Z., Məmmədəliyev V.

B., 2004.

15

4. əş-Şəhrəstani M. Dini təriqətlər və fəlsəfi təlimlər. Bakı,

1998.

5. Библия. М., 1976.

6. Дхаммапада. М., 1960.

7. Конфуций. Лунь юй. Изречения. М., 2007.

8. Лао-Цзы. Дао де-цзин. Алматы, 2004.

9. Ригведа. Избранные гимни. М., 1972.

II. DİN FƏLSƏFƏSİ

Din fəlsəfəsi kursuna giriş. Din və fəlsəfə, onların

qarşılıqlı münasibəti, oxşar və fərqli tərəfləri. Dinin və

fəlsəfənin qnoseoloji obyektinin eyniliyi və idrak metodlarının

fərqli xüsusiyyətləri.

Din fəlsəfəsinin məzmun tutumuna müxtəlif

mövqelərdən - dinşünaslığın bir hissəsi kimi, fəlsəfi biliyin

müstəqil sahəsi kimi, fəlsəfənin mövzularından biri kimi və

dini fəlsəfə kimi - yanaşma. “Din fəlsəfəsi”, “dini fəlsəfə”,

“fəlsəfi teologiya” və “dinşünaslıq” anlayışlarının və bu adlar

altındakı bilik sahələri arasında qarşılıqlı münasibətin şərhi.

Sözün geniş mənasında din fəlsəfəsi: yaranması və mahiyyəti.

16

Sözün məhdud mənasında din fəlsəfəsi və onun əsas

xüsusiyyəti. Din fəlsəfəsinin təşəkkülünün tarixi formaları.

Din fəlsəfəsinin formalaşmasını şərtləndirən əsas

amillər. Fəlsəfənin ilahiyyatdan ayrılması və onun nəticələri.

Tarixi bilik sahəsinin genişlənməsi və müxtəlif dinlərə dair

empirik materialların toplanması din fəlsəfəsinin və elmi

dinşünaslığın elm kimi formalaşmasının mühüm şərtləri kimi.

İslam dünyasında dinlərin müqayisəli öyrənilməsi. Əbu

Reyhan Biruni müqayisəli dinşünaslığın parlaq nümayəndəsi

kimi. Onun əsərlərində müxtəlif xalqların dini bayram və

adətləri haqqında məlumatların toplanması. Dinlərin

komparativist təhlilində M. əş-Şəhrəstaninin “Dini təriqətlər və

fəlsəfi təlimlər” kitabının əhəmiyyəti.

Orta əsrlərdə Avropada dinin öyrənilməsinin səciyyəvi

xüsusiyyəti.

Din fəlsəfəsinin predmeti və problemləri. Din - fəlsəfi

təhlilin predmeti kimi. Dinin tərifi problemi. Dinə verilən

təriflər və onların təsnifatı: teoloji, fəlsəfi və elmi təriflər.

Teoloji təriflərin xüsusiyyəti. İslam ilahiyyatçılarının din

anlayışı. Xristian ilahiyyatçılara görə dinin tərifi. Dinin fəlsəfi

17

tərifinin səciyyəvi cəhətləri. Fəlsəfədə dinə verilən bəzi

təriflərin (A.Uaythedin, F.Şleyermaherin, M.İqbalın,

B.Rasselin, Ə.Şəriətinin və b.) şərhi.

Elmi təriflərin teoloji və fəlsəfi təriflərdən fərqli

xüsusiyyətləri. Dinə elmi və fəlsəfi tərif verilərkən istifadə

olunan üsul və metodlar: deskriptiv, genetik, strukturalist,

semantik və s.

Müxtəlif mədəniyyətlərdə din fenomenini ifadə etmək

üçün işlədilən anlayışlar. Avesta mətnlərində din sözü.

İslamaqədərki türklərin dini görüşü ifadə etmək üçün istifadə

etdikləri sözlər. Uzaq Şərq mədəniyyətində din anlayışı. Qərb

dillərində istifadə olunan “religion” sözünün mənşəyi haqqında

mülahizələr. Quranda din sözünün məna tutumu.

Din fəlsəfəsinin problemlərini müəyyənləşdirməyin

çətinliyi. Din fəlsəfəsinin məşğul olduğu əsas problemlər: dinin

fəlsəfi tədqiqinin spesifikasının müəyyənləşdirilməsi, fəlsəfi

biliklər və din haqqında elm sistemində din fəlsəfəsinin

statusunun aşkar olunması; dinin genezisi və təbiətinin aşkar

olunması üçün çeşidli konsepsiya və nəzəriyyənin təhlili; dinin

ontoloji və epistemoloji əsaslarının aşkar edilməsi; Tanrının

18

varlığına dair dini və fəlsəfi sübutların tədqiqi; dinin əsas

postulatlarının fəlsəfi təhlili; dini təcrübə, dini inam, dini bilik

və din dilinin fəlsəfi təhlili; dinin mədəni universumda yeri və

fəlsəfi-dini antropologiyanın xüsusiyyətləri və s.

Din fəlsəfəsinin müstəqil bilik sahəsinə çevrilməsi.

Din haqqında fəlsəfi biliklərin yaranması. Qədim Şərq

fəlsəfəsində din haqqında ideyalar. Hindistanda lokayatların

ilahinin varlığını, ruhun ölməzliyini, axirət dünyasının

mövcudluğunu inkar etmələri. Çin filosofu Van Çunun səmanın

ali varlıq sayılmasına qarşı mülahizələri.

Antik filosoflar dinin yaranması və tanrılar haqqında.

Ksenofanın dinin və tanrıların mənşəyi və qnoseoloji şərtləri

haqqında fikirləri. Evgemer dinin yaranmasında güclü

şəxsiyyətlərin rolu haqqında. Platon tanrıların mənşəyi

haqqında. Tanrıların və dinin mənbəyi haqqında Demokritin

fikirləri. Onun axirət dünyasına inamı rədd etməsi. Demokrit

ideyalarının Epikür və T.L.Kar tərəfindən davam etdirilməsi.

T.L.Karın dinin yaranmasında qorxu hissini əsas götürməsi.

Kriti və Sekst Empirikin dinin yaranması və tanrılar haqqında

mülahizələri. “Tanrıların təbiəti haqqında” əsərində Siseronun

19

dinin tədqiqinə metodoloji yanaşma prinsipləri. Onun dini

fəlsəfədən ayırması.

Dinin fəlsəfi təhlil predmetinə çevrilməsində XYII-

XYIII əsrlər Avropa maarifçilik fəlsəfəsi nümayəndələrinin

rolu. Yeni dövr maarifçiləri və filosoflarının dinin yaranma

səbəbləri, insan həyatında və ictimai həyatda yeri məsələsinə

dair və etiqad azadlığı ilə bağlı fikirləri. T.Hobbs dinin

yaranma səbəbləri və Bibliya haqqında. Volterin deizmi, Tanrı

– Ali Zəka haqqında təlimi. Dinin fəlsəfi təhlilində P.Beylin

“Tarixi-tənqidi lüğət” əsərinin əhəmiyyəti. Beyl dinin

cəmiyyətdə yeri və rolu haqqında. Onun yalnız ateistlərdən

ibarət cəmiyyətin mümkünlüyü haqqında mülahizələri. XYII-

XYIII əsrlər fransız maarifçiləri və materialistlərinin dinin

mənşəyi və mahiyyəti haqqında görşlərinin öyrənilməsində

Holbaxın “Təbiətin sistemi” adlı əsərinin əhəmiyyəti. Holbaxın

din haqqında mülahizələri.

Din fəlsəfəsinin formalaşmasında B.Spinozanın rolu.

Onun Tanrı ilə təbiəti eyniləşdirməsi, fəlsəfə ilə ilahiyyatı bir-

birindən ayırması. Spinoza dini etiqad və vicdan azadlığı

haqqında. “İlahi-siyasi traktat”da Bibliya mətnlərinin elmi-

20

tənqidi təhlilini verməsi. Bibliyanın şərhinin immanent üsulu.

Spinozanın din fəlsəfəsində qorxu və ümid affektləri dinin

mənbəyi kimi. Spinoza dinin insanın və cəmiyyətin həyatına

təsiri haqqında.

D.Yumun “təbii din” anlayışının dinin nəzəri

konstruksiya kimi fəlsəfi təhlilinə və konkret dinlərin empirik

tədqiqinə imkan yaratması. Onun “Dinin təbii tarixi” əsərində

dinin meydana gəlməsinə və monoteist dinlərin formalaşmasına

dair mülahizələri. D.Yum ilk dini prinsiplərin törəmə, ikinci

olması haqqında. Onun politeist dinlərin meydana gəlməsində

emosiya və affektlərin roluna dair mülahizələri. Yum Tanrının

varlığının sübutlarına münasibəti.

İ.Kanta görə dinin fəlsəfəsi. Din fəlsəfəsinin

təşəkkülündə alman mütəfəkkirlərinin rolu. Din fəlsəfəsinin

fəlsəfəsinin xüsusi sahəsinə çevrilməsində İ.Kantın xidmətləri.

Kantın dinin fəlsəfi təhlilini ehtiva edən əsərləri. Kantın din

fəlsəfəsinin nəzəri mənbələri: Yum və Russo.

Kant tərəfindən ənənəvi metafizikanın və teologiyanın

tənqidi. Onun nəzəri zəkanı məhdudlaşdırması. Kant

spekulyativ və təcrübi zəkanın qarşılıqlı münasibəti haqqında.

21

Kant fəlsəfəsində “ali xoşbəxtlik” anlayışı. “Ali xoşbəxtliyin”

elementləri, əxlaq və səadət. Təcrübi zəkanın postulatları.

Tanrının varlığının elmi sübutunun mümkünsüzlüyünü

əsaslandırması. Tanrının varlığının klassik sübutlarının rəddi.

Zəkanın tənqidi və əxlaq dininin mahiyyəti. Tanrının

varlığının əxlaqi sübutu. Tanrı ideyası zəkanın idealı kimi.

Dinin əxlaqa münasibəti Kantın din fəlsəfəsinin əsas məsələsi

kimi: “Din yalnız zəka dairəsində”.

Kanta görə dini etiqadın təsnifatı: əxlaq dini və statutar

(tarixidin, kilsə dini) din. Əxlaq dininin səciyyəsi. Statutar

dinin xüsusiyyəti. Saf əxlaq dini və ibadət dininin fərqi.

Hegelin din fəlsəfəsi. Hegelin ruh fəlsəfəsi. Din mütləq

ruhun formalarından biri kimi. Hegel tərəfindən din

fəlsəfəsinin fəlsəfi biliyin müstəqil sahəsi kimi

formalaşdırılması. “Dinin fəlsəfəsinə dair mühazirələr”. Hegelə

görə fəlsəfə və din, onların qarşılıqlı münasibəti. Əbədi

həqiqətin dərkində fəlsəfə ilə dinin metod fərqləri. Hegelin

Tanrıya etiqadı rasionallaşdırması.

Hegel fəlsəfəsində din anlayışı. Dinin şərhində həqiqi,

mütləq din adlandırdığı xristianlığı əsas götürməsi. Tanrı –

22

mütləq ideya kimi. Dinin İlahi ruhun törəməsi kimi şərhi.

Tanrının varlığının ənənəvi sübutlarına münasibəti. Vəhy dini.

Dini şüur formalarının dini münasibətlərin formaları

kimi nəzərdən keçirilməsi. Dini münasibətlərin formalarının

obyektiv və subyektiv tərəfləri. Dini münasibətlərin (şüurun)

formaları və onlar arasında fərqlər: dini hiss, seyretmə

(seyrədalma, dalma), təsəvvür və təfəkkür. Dinin spekulyativ

anlayışının şərhi.

Dinin Hegel təsnifatı. Xalq dini və pozitiv din. Dinin

inkişafının pillələri: təbii din, mənəvi fərdiyyət dini, mütləq din

və onların səciyyəsi. Təbii dinin səviyyələri. Mənəvi fərdiyyət

dininin formaları. Mütləq dinin – xristianlığın səciyyəsi:

xristianlıq həqiqət, azadlıq və ruh kimi. Hegel təsnifatında

islama yer ayrılmaması.

Din fəlsəfəsinin fəlsəfi biliyin müstəqil sahəsinə

çevrilməsində və inkişafında Hegelin xidmətləri.

Dinin mənbəyi və mahiyyətinə dair nəzəriyyə və

konsepsiyalar. Din fəlsəfəsində dinin mənbəyi və mahiyyəti

problemi. Dinin mənbəyi anlayışı. Dinin mənbəyi və

mahiyyətinə dair ehtimal və nəzəriyyələrin təsnifatı: teoloji-

23

fəlsəfi və elmi-fəlsəfi nəzəriyyələr. Dinin mənbəyinə dair teist

nəzəriyyələr. Xristianlıqda dinin mənbəyi problemi. V.Şmidtin

pramonoteizm nəzəriyyəsi. İslamda dinin əbədiliyi ideyası.

Dinin mənbəyi haqqında elmi-fəlsəfi konsepsiya və

nəzəriyyələrin təsnifi və onların səciyyəsi. Siyasi nəzəriyyə və

onun növləri: a. Evgemerizm nəzəriyyəsi. Ölmüş başçıların,

hökmdar və qəhrəmanların iahiləşdirilməsi dinin obyekti kimi;

b. Aldatma (uydurma) nəzəriyyəsi (Kriti, T.Hobbs, J.J.Russo,

Kondorse və b.). Burada dinin siyasətçilərin uydurması və

dövləti idarə etmə vasitəsi hesab olunması.

Dinin mənbəyinə dair naturalist nəzəriyyələr: a). qorxu

nəzəriyyəsinin mahiyyəti (Demokrit, T.L.Kar, Spinoza, Yum

və b.). Təbiətin dinin mənbəyi hesab olunması; b). koqnitiv

nəzəriyyələr – astral-mifoloji konsepsiya (Ş.Düpüi, K.Volney,

B.Bauer və b.). Dinin mifologiyaya əsaslanması ideyası.

E.Teylorun animizm nəzəriyyəsi. Ruhi varlıqlara inam ibtidai

dinin “minimumu” kimi; c). adaptasiya (uyğunlaşma)

nəzəriyyəsi – L.Levi-Bryül, R.Marett və M.Eliadenin

konsepsiyaları. Dinin insanın təbiətə uyğunlaşması vasitəsi

kimi şərhi. Dinin mənbəyi haqqında 24

antropoloji nəzəriyyələr: a). sosioloji nəzəriyyə -

E.Dürkheymin fəlsəfi-sosioloji konsepsiyası; b). psixoloji

nəzəriyyə - Z.Freyd dinin mənbəyinin insanın qeyri-şüuri

istəkləri ilə əlaqədar olması haqqında; c). fəlsəfi-antropoloji

nəzəriyyə - L.Feyerbax dinin mənbəyinin insanın asılılıq

hissində olması haqqında. Onun Tanrı ilə insanı, dinin predmeti

ilə insanın mahiyyətini eyniləşdirməsi. “Xristianlığın

mahiyyəti” əsəri dinin fəlsəfi təhlili nümunəsi kimi. Feyerbax

fəlsəfəsində dinin tipologiyası: təbii dinlər və mənəvi-bəşəri

dinlər, onların səciyyəsi.

Klassik marksizmdə dinin mahiyyəti və mənşəyi

problemi. K.Marks insan mahiyyəti və onun fantastik

gerçəkliyə çevrilməsi haqqında. Marksizmdə dinin real

gerçəkliyin təhrif olunmuş inikası kimi dəyərləndirilməsi.

Dinin Engels tərəfindən verilmiş tərifi. Marksizm klassikləri

dinin aradan qalxması şərtləri haqqında.

XIX əsr Azərbaycan maarifçiləri dinin mənşəyi və

mahiyyəti haqqında. Azərbaycan maarifçilərinin fəlsəfəsində

dinin mənşəyi və mahiyyəti məsələsi. Mirzə Fətəli Axundzadə

dinin yaranma səbəbləri və mənbələri haqqında.

25

“Kəmalüddövlə məktubları” traktatı dinin fəlsəfi təhlilinin

nümunəsi kimi.

C.Əfqani tərəfindən dinin fəlsəfi-sosioloji təhlili. Dinin

mədəniyyət sistemində yeri məsələsi. Əfqani təlimində dinlərin

təsnifi: həqiqi və batil inanclar.

Dini təcrübə. Dini şüur (dini münasibət) din fenomeni

olaraq din fəlsəfəsinin predmeti kimi. Dini sistemlərdə şüurun

iki səviyyəsi: adi dini şüur və konseptual, nəzəri-

sistemləşdirilmiş dini şüur. Dini təcrübə dini münasibətin

(şüurun) formasıdır. Dini təcrübə anlayışının məzmun tutumu.

Dini təcrübə - dini hiss və yaşantıların məcmusu kimi. Dini

təcrübə dini ənənənin tərkib hissəsi, dini münasibətlərin

mühüm cəhətidir. U.Ceymsin “Dini təcrübənin müxtəlifliyi”

əsərinin dini təcrübənin tədqiqində əhəmiyyəti. U.Ceyms

müəyyən psixi hal və yaşantının, təcrübənin dinin

formalaşmasında ilkinliyi haqqında. Dini təcrübənin

öyrənilməsində F.Şleyermaher və R.Otto kimi teoloq-

filosofların rolu.

Dini təcrübənin əsas xüsusiyyətləri: onun obyektivliyi,

passiv və fərdi xarakter daşıması. Dini təcrübədə transsendent

26

varlıqla əlaqənin dərk olunması. transsendent varlıqla əlaqənin

dərk olunmasıdır. Dini yaşantı. Dini yaşantıda başlıca şərtlər -

möcüzə hissi, yeni dəyərlər hissi, müqəddəslik hissi və s.

Dini təcrübənin tipləri. Dini təcrübənin tiplərinin dini

təcrübə yaşayan və bir-birindən fərqlənən psixoloji şəxsiyyət

tipləri üzrə verilməsi.

Mistik təcrübə və onun məzmunu. Mistisizmlə dini

ənənənin qarşılıqlı münasibəti. Mistik təcrübənin əsas xüsusiyyəti

- subyekt-obyekt fərqinin ya aradan qalxması, ya da kəskin

zəifləməsi, “Mən” və “Tanrının” vəhdəti yaşantısı.

Mistik təcrübəyə hazırlığın əsas mərhələləri: cismani istək

və arzulardan təmizlənmə; iradənin təmizlənməsi; ağlın

nurlanması; Tanrıya qovuşma.

Mistik təcrübənin əsas tipləri. U.Ceymsə görə mistik

təcrübənin keyfiyyətləri: sözlə ifadə olunmazlıq; intuitivlik; qısa

müddətlilik; iradənin fəaliyyətsizliyi.

Sufizm ənənəsində mistik təcrübə.

Dini inam. Dini inam dini münasibətin (şüurun) əsas

formalarından biridir. Dini inamın əsas məzmunu və predmeti.

Dini inamın teoloji anlamı. Dini inamın fəlsəfi şərhi. Dini

27

inamın elementləri: koqnitiv (idraki), emosional və iradi

elementlər. Dini münasibətin inam kimi idraki aspektdən

nəzərdən keçirilməsi. İnam və bilik problemi. Bilik dini inam

fenomeninin komponenti kimi. Dini inama münasibətdə

müxtəlif yanaşmalar. Dini inamın koqnitiv – intellektual

fenomen kimi şərh edilməsi (K.Volney, Ş Düpüi, B.Bauer və

b.). Dini inamda emosional-iradi elementə üstünlük verilməsi

(U.Cems, Z.Freyd, K.Yunq və b.).

Elmi və dini bilik. Elmi biliyin faktiki sübut və dəlillərə,

təcrübə və müşahidəyə əsaslanması. Dini bilikdə ehtimal

olunan fikirlərin həqiqət kimi təsdiqlənməsi. Elmi biliklə dini

biliyin obyektinin fərqliliyi. Dini etiqadlar sisteminin

əsaslandırılmasında ağılın rolunun müsbət dəyərləndirilməsi:

qəti və mötədil rasionalizm. Dini biliyin rasional

arqumentasiyalar vasitəsilə əsaslandırılmasını lüzumsuz hesab

edən fideist istiqamət. Fideizmin iki növü haqqında məlumat.

Din dilinin fəlsəfi təhlili. Fəlsəfədə linqivistik çevriliş və

din dilinin fəlsəfi tədqiqat obyektinə çevrilməsi. Dinin analitik

fəlsəfəsinin spesifikliyi. Din dili probleminin L.Vitgenşteyn

28

tərəfindən qoyuluşu və şərhi. L.Vitgenşteynin “dil oyunu”

nəzəriyyəsi.

Din dili dini inamın mövcudluq vasitəsidir. Din dilinin

xüsusiyyətləri. Din dili elementləri dini məna daşıyan işarələr

sistemi kimi. Din dilinin qatları: təbii dil və süni dil. Təbii dil

qatının ilkinliyi. Süni dil qatının xüsusiyyəti.

Dini şüurun simvolik aspekti. Müxtəlif dinlərin simvolları

və onların şərhi.

Din mədəni universum sistemində. Müasir humanitar

bilikdə mədəniyyət anlayışı: antropoloji, aksioloji, normativ və

s. yanaşmalar.

Mədəniyyət və din münasibətlərinin sosial-tarixi və nəzəri-

idraki xarakteri. Din və mədəniyyətin genezisi. XX əsrin

tanınmış ilahiyyatçı-filosofu P.Tillix mədəniyyət və dinin

qarşılıqlı münasibəti haqqında. Dinin sivilizasiyalar tarixində

rolu və əhəmiyyəti. K.Douson yeni mədəniyyətin yaranmasında

islamın rolu haqqında. Mədəniyyətin dinə əsasən

tipologiyalarının tərtib olunması (A.Toynbi və S.Hantinqtonun

tipologiyaları və s.).

29

Dinin digər mədəni universalilərlə qarşılıqlı təsiri. Din və

mif, onların oxşar və fərqli cəhətləri. Mifin sinkretik məzmun

daşıması. Dinin ilkin formaları (animizm, fetişizm, totemizm və

s.) mifoloji sinkretizmin ayrılmaz hissəsi kimi. Mifoloji

bütövlüyün parçalanması və dinin, eləcə də digər mədəniyyət

formalarının yaranması. Dində mifoloji süjetlərdən istifadə

olunması.

Din və incəsənətin qarşılıqlı münasibətləri. Din və incəsənət

gerçəkliyin hissi-əyani obrazlar vasitəsilə mənimsənilməsi

formasıdır. İncəsənət mifoloji bütövlüyün ayrılmaz hissəsi

kimi. Dini ideyaların ifadəsi üçün incəsənət növlərindən

istifadə edilməsi. İncəsənəti və dini eyniləşdirən

konsepsiyaların məzmunu. Dinin və incəsənətin fərqli cəhətləri.

Din fövqəlhissi reallıqdan asılılıq hissi və pərəstişdir. İncəsənət

reallığın obrazlı mənimsənilməsi vasitəsidir. Dini incəsənət.

İslam aləmində dini incəsənətin xüsusiyyətləri. Dində və

incəsənətdə simvollar.

Din və əxlaqın qarşılıqlı münasibəti məsələsinə müxtəlif

yanaşmalar: 1. əxlaqın dinə bağlılığını irəli sürən görüşlər; 2.

din və əxlaqın bir-birindən asılı olmadığını qəbul etməklə

30

bərabər, onların qarşılıqlı əlaqəsini təsdiq edən görüşlər.

Əxlaqın dinə əsaslandığını iddia edən görüşlərin əsas

xüsusiyyəti. Platonun “Yevtifron” dialoqu və fəlsəfə tarixində

“Yevtifron dilemması” problemi. Xristian ilahiyyatçı

filosofların bu problemdən irəli gələn əxlaq nəzəriyyələri. İslam

dünyasında fəqih və kəlamçıların “hüsn və qubh məsələsi”

adlandırdıqları problemin mahiyyəti. İslam fəlsəfəsində

(mütəzilik, əşərilik, maturidilik) bu problemin fərqli şərhi və

ortaq cəhətləri. Din və əxlaqı müstəqil fenomen hesab edən

təlimlərin formaları: a. dinlə əxlaqın qarşılıqlı münasibətini

təsdiqləyən və b. dinlə əxlaqın qarşılıqlı əlaqəsini inkar edən

görüşlər. Onların mahiyyəti. Çağdaş din fəlsəfəsində din və

əxlaqın avtonomluğunu qəbul etməklə bərabər, onların

arasında qarşılıqlı əlaqənin mövcudluğunu təsdiqləyən

düşüncələrin üstünlük təşkil etməsi.

Din və elm, onların ortaq və fərqli tərəfləri. Elmin və dinin

idraki metodlarının fərqi. Müxtəlif dinlərin (xristianlıq, islam

və s.) elmə münasibəti. Elmin ayrı-ayrı sahələri ilə dinin

əlaqəsi. Dinlə elmin münasibətlərinin səciyyəsi. Antik dövrdə

dinlə elmin münasibətinin indifferent xarakteri. Orta əsrlərdə və

31

Yeni dövrdə xüsusən xristian dünyasında dinlə elm arasında

münasibətin kəskinləşməsi. XX əsrin əvvəllərindən başlayaraq

din və elm arasında gərginliyin səngiməsi. Din və elm

bəşəriyyətin mənəvi mədəniyyətinin iki mühüm fenomenidir.

Din və fəlsəfənin qnoseoloji obyektinin eyniliyi və onlar

arasında fərqlər. Din və fəlsəfənin qarşılıqlı münasibətinin

səciyyəsi Antik mədəniyyətdə din və fəlsəfənin yanaşı

mövcudluğu. Qədim hind, Çin, orta əsrlər xristian və islam

mədəniyyətlərində din və fəlsəfənin sintezi. Yeni dövr Avropa

mədəniyyətində bu iki fenomenin qarşıdurması. İslam dünyası

filosofları din və fəlsəfənin qarşılıqlı əlaqəsi haqqında. Farabi

və İbn Rüşdün fikirlərinin müqayisəsi. K.Yaspers din və

fəlsəfənin əlaqəsi haqqında.

Tanrının varlığının sübutları. Tanrının varlığının

sübutu din fəlsəfəsinin və fəlsəfi teologiyanın əsas

problemlərindən biri kimi. Monoteist dinlərdə (iudaizm,

xristianlıq, islam, siqhizm) Tanrının varlığının teoloji sübutu.

Quranda və hədislərdə Allahın varlığının sübuta ehtiyacı

olmayan həqiqət kimi təsbit olunması.

32

Tanrının varlığının fəlsəfi sübutlarının tipləri: 1. Ən

mükəmməl varlıq kimi Tanrı anlayışından çıxış edərək onun

varlığının sübutu (ontoloji sübut); 2. Dünya və insan

təcrübəsinin müxtəlif aspektlərinə əsaslanan sübutlar

(kosmoloji, teleoloji, antropoloji və s.).

Tanrının varlığının klassik, yaxud ənənəvi sübutları:

ontoloji, kosmoloji, teleoloji. Ontoloji sübut. “Mükəmməl

varlıq” anlayışı ontoloji sübutun əsasıdır. Monoteist dinlərdə

Tanrının mükəmməl varlıq olması ideyası. İbn Sina

fəlsəfəsində “vacibül-vücud” anlayışı ontoloji sübut kimi.

A.Avqustinin ontoloji sübutu. A.Kenterberilinin Tanrının

varlığına dair aprior (ontoloji) və aposterior sübutları. Onun

ontoloji sübuta üstünlük verməsi. Ontoloji sübut ətrafında

gedən mübahisələr. Rahib Qaunilonun tənqidi. Ontoloji

sübutun Kant tərəfindən tənqidi və onun çağdaş fəlsəfədə

davamçıları (G.Rayl, K.Bayer, J.J.Smart və b.). Dekart,

Spinoza və Leybnis fəlsəfəsində ontoloji sübutun yeni

nümunələri. Çağdaş din fəlsəfəsində Norman Malkolmun

ontoloji sübutu dirçəltmək cəhdləri. F.Akvinalının Tanrının

varlığına dair arqumentləri.

33

Kosmoloji sübut. Antik fəlsəfədə kosmoloji sübutun

örnəkləri. Kosmoloji sübutun iki forması: kəlami sübut və

F.Akvinalının sübutları. İslam dini-fəlsəfi düşüncəsində

“vacibül-vücud” anlayışı kosmoloji sübut kimi. Əl-Kindi və əl-

Qəzalinin sübutları. Farabinin və İbn Sinanın imkan dəlili.

F.Akvinalının kosmoloji sübutu. Leybnis fəlsəfəsində

kosmoloji sübut. Kosmoloji sübutun tənqidi (İbn Rüşd və

İ.Kant). Kosmoloji sübutun çağdaş din fəlsəfəsində müdafiə

olunması (Kreyq, Teylor, Suinbern və b.).

Teleoloji sübut. Antik fəlsəfədə teleoloji sübutun ilk

nümunələri. Monoteist dinlərin müqəddəs kitablarında nizam

və məqsəd ideyası. Müsəlman filosoflar aləmin yaradılışının

məqsədəuyğunluğu haqqında. Əl-Kindi və Farabi ilahi

nizamlayıcının varlığı haqqında. İbn Sina fəlsəfəsində Allah

aləmin nizam və tərtibinin səbəbkarı kimi. Əl-Qəzalinin

məqsəd və nizam ideyasını aləmin gözəlliyi fikriylə birgə

nəzərdən keçirməsi. İbn Rüşdün teleoloji sübutla bağlı

görüşləri. F.Akvinalının teleoloji sübutu əsaslandırması. İngilis

filosofu U.Peylinin ( XYIII əsr) aləmin məqsədəuyğunluğuna

dair arqumentləri. Teleoloji sübutun tənqidi (D.Yum, İ.Kant).

34

Əxlaqi sübut. Tanrının varlığının əxlaqi sübutunun İ.Kant

tərəfindən əsaslandırılması. Əxlaqi borc qanunu. Təcrübi

zəkanın postulatları (azadlıq, ölməzlik, Tanrı).

Tanrı haqqında təlimlər. Müxtəlif dinlərdə Tanrının

atributlarına dair ideyalar. Monoteist dinlərdə Tanrının təkliyi,

əzəli, əbədi, qadir və mütləq varlıq olmasının əsaslandırılması.

Xristianlıqda Tanrı konsepsiyası: Müqəddəs üçlük təlimi.

Quran Tanrının sifətləri haqqında.

Din fəlsəfəsində Tanrı haqqında təlimlər. Tanri-aləm

münasibətləri. Teizm.

Deizmin mahiyyəti. Deizmdə “ilk mühərrik”, “ilk

təkanverici” anlayışı. Deist filosoflar. Fəlsəfə

tarixində panteist ideyalar. İ.S.Eriugenanın panteizmi. C.Bruno

və B.Spinoza fəlsəfəsində Tanrı-aləm münasibətləri. Müsəlman

dini-fəlsəfi düşüncəsində panteizm. İbn Ərəbinin vəhdəti-vücud

təlimi. Panenteizm.

Tanrının varlığına skeptik baxışlar. Ateizm, aqnostisizm və

sekulyarizm. L.Feyerbaxın ateizmi. K.Marksın və F.Engelsin

elmi ateizm təlimi.

35

Dini antropologiya. Mifoloji və dini təsəvvürlərdə insanın

mənşəyi məsələsi. Dini antropologiyanın xüsusiyyətləri. Dini

antropologiyada ruhla bədənin münasibəti məsələsi. Fərdi

ruhun ölməzliyi ideyası. Səmavi dinlərdə insan anlayışı.

İnsanın yer üzündə Tanrının nümayəndəsi və təmsilçisi kimi

dəyərləndirilməsi.

Xristianlığın insan haqqında təlimi. İslam dinində

insan, onun mahiyyəti. Səmavi

dinlərdə insanın iradə azadlığı problemi. İslam fəlsəfəsində

iradə azadlığı: cəbərilik, qədərilik, mütəzilik, əşərilik və

maturidilik təlimləri.

Fəlsəfi antropologiyanın formalaşması və inkişafı. Fəlsəfə

tarixində insan problemi. Antropologiyanın fəlsəfi fənn kimi

formalaşması. Bu sahədə Yeni dövr Avropa filosoflarının

(R.Dekart, T.Hobbs, İ.Kant, L.Feyerbax və b.) rolu. M.Şeler

çağdaş fəlsəfi antropologiyanın yaradıcısı kimi.

Dini antropologiyada ölümdən sonrakı həyat və ruhun

ölməzliyi problemi. İslam dinində ölüm və ölməzlik. Fəlsəfi

baxımdan ölməzlik.

36

Dini müxtəliflik və dinlərarası dialoq problemi. Çağdaş

dünyada baş verən kürəsəl proseslərdə din faktorunun yeri və

rolu. Dini müxtəliflik və dinlərarası münasibətlər çağdaş din

fəlsəfəsinin problemi kimi. Dinlər arasında oxşarlıq və

fərqliliyin tarixi kökləri. Dini müxtəlifliyin mahiyyəti. Çağdaş

din fəlsəfəsində dinlərin müxtəlifliyi probleminə dair

nəzəriyyələr. Dini inhisarçılıq və ya ənənəvi eksklüzivizm.

Dini əhatəedicilik və ya inklüzivizm. C.Hikin plüralizm modeli.

Bu nəzəriyyə və ya paradiqmaların mübahisə predmeti və

məzmunu. Dini çoxluq və dini plüralizmin bir-birindən fərqi.

Dinlərarası ziddiyyətlər, onların xüsusiyyəti, genezisi: dini

mətnlərə yanaşmada fərqlilik; sosial-mədəni mühitin

doğurduğu problemlər; dinlərin siyasiləşməsi və siyasi faktorlar

və s. Müxtəlif (tarixi, siyasi, sosio-mədəni və s. ) xarakterli

ziddiyyətlərin konfessional formada reallaşması. Dini

ziddiyyətlərin beynəlmiləlləşməsi. Dindaxili ziddiyyətlər,

onların səbəbləri.

Mədəniyyətlərarası münasibətlərin tənzimlənməsində və

dialoqun qurulmasında müxtəlif din mənsublarının

yaxınlaşmasının, dinlərarası razılıq və sazişin əhəmiyyəti. Dini

37

sahədə dialoqun məzmunu və əsas formaları. Qərb din

fəlsəfəsində dinlərarası dialoqun dəstəklənməsi (C.Hik,

N.Smart, V.Smit və b.). Xristian aləmində dialoq çağırışları.

İslamın dini dözümlülük ənənələri.

Azərbaycanda dini tolerantlıq cəmiyyətin sabit inkişafının

faktoru kimi. Respublikamızda müxtəlif dini konfessiyalar

arasında əməkdaşlıq və dialoqun inkişafı.

Ədəbiyyat

1. Alici Mustafa. Müslüman- Hıristiyan Diyaloğu. İst., İz

Yayınlar, 2010.

2. Aslanova R. Qloballaşma və mədəni müxtəliflik. Bakı,

Elm, 2004.

3. Bünyadzadə K. Şərq və Qərb: ilahi vəhdətdən keçən

özünüdərk. B., 2006.

4. Xəlilov S. Baxış bucağı. B., 2009.

5. Xəlilov S. İnam, şübhə və idrak / BDU İlahiyyat

Fakültəsinin Elmi Məcmuəsi, 2010, №14 (sentyabr).

6. Xəlilov S. Sivilizasiyalararası dialoq (dəqiqləşdirilmiş

ikinci nəşr). Bakı, 2009.

38

7. Xəlilov S. Qərb fəlsəfəsində islama və xristianlığa iki

fərqli münasibət // Xəlilov S. Fəlsəfə: tarix və müasirlik

(fəlsəfi komparativistika). Bakı, 2006.

8. İsmayıloğlu M. Din fəlsəfəsi. B., 2011.

9. Kılıç R. Ahlakın dini temeli. 4. Baskı. Ankara, 2003.

10. Kurucan A. İslamda dialoq və tolerantlıq. Bakı, Xəzər

nəşriy., 2008.

11. Qedirova R. Gazali ve İbn Rüşd`de Din-felsefe

münasibeti // BDU İlahiyyat fakültəsinin Elmi

Məcmuəsi, 2006, №5 (mart).

12. Quliyev E. Dinlərarası dialoqa Quran mövqeyindən

yanaşma / Dövlət və Din toplusu, 2009, №1 (9), fevral.

13. Mehdiyev N. Dini epistemologiya / BDU İlahiyyat

fakültəsinin Elmi Məcmuəsi, 2008, №09 (aprel).

14. Mehdiyev N. Fideizm ya da Tanrı inancının irrasionallığı

/ Fəlsəfə və sosial-siyasi elmlər jurnalı, №1, 2009.

15. Mehmet S.Aydın. Din felsefesi. 5. Baskı. Ankara, 1996.

16. Mehmet Aydın. Allahın mövcudluğuna inanmağın

rasionallığı / Fəlsəfə və sosial-siyasi elmlər jurnalı, №1,

2009.

39

17. Mehmet Bayrakdar. Din Felsefesine Giriş. 2. Baskı.

Ankara, 2005.

18. Memiş İ. Kur`an-I Kerim`de İnsan ve insane-

tefekkürilişkisi / BDU İlahiyyat fakültəsinin Elmi

Məcmuəsi, 2008, №09 (aprel).

19. Mustafayev E. İslam fəlsəfi görüşündə iradə azadlığı

problemi http://www.oner.by.ru/elshen.htm

20. Mürşüdlü Q. C.Əfqaniyə görə qəza və qədərin

mahiyyəti. Bakı Universitetinin Xəbərləri, Sosial-siyasi

elmlər seriyası, 2006, №1.

21. Mürşüdlü Q. C.Əfqaniyə görə dinin fəlsəfəsi. Bakı

Dövlət Universiteti İlahiyyat Fakültəsinin Elmi

Məcmuəsi, 2008, №09 (aprel).

22. Rüstəmov İ.Ə. Azərbaycanda təbii-elmi biliyin

inkişafının fəlsəfi problemləri. B., 2001.

23. Skirbekk Q., Gilye N. Fəlsəfə tarixi. Bakı, 2008.

24. Zeynalov M. Fəlsəfə tarixi. Ali məktəblər üçün dərslik.

Bakı, 2000.

25. Аринин Е.И. Философия религии. Принципы

сущностного анализа. Архангельск, 1998.

40

26. Армстронг К. История Бога. Тысячелетние искания в

иудаизме, христианстве и исламе. К.-М.: "София",

2004.

27. Введение в общее религиоведение. Под ред.

И.Н.Яблокова. М., 2008.

28. Иудаизм и христианство. М.,1995.

29. Журавский А.В. Христианство и ислам. Социальные

проблемы диалога. М., 1990.

30. Кимелев Ю.А. Философия религии.

Систематический очерк. М., 1998.

31. Красников А.Н. и др. Проблемы философии религии

и религиоведения. Калининград, 2003.

32. Мамедов А.К. Философия религии Канта // Религии

мира: история и современность. Ежегодник, 1986.

М., 1987.

33. Митрохин Л.Н. Философия религии (опыт

истолкования Марксова наследия). М., Республика,

1993.

34. Радхакришнан С. Индийская философия, т.1. М.,

1993.

41

35. Свободомыслие и атеизм в древности, средние века

и в эпоху Возрождение. М., 1986.

36. Томпсон М. Философия религии. М., 2001.

37. Зеленков М.Ю. Религиозные конфликты: проблемы

и пути их решения в начале ХХI века (политико-

правовый аспект). Воронеж, 2007.

38. Шахов М.О. Религиозное знание, объективное

знание о религии и наука". Вопросы философии",

2004, №11.

39. Шохин В.К. Философия религии и её исторические

формы. М., 2010.

Mənbələr

1. Afqani C. Dehriyyuna Reddiye (Natüralizm eleştirisi).

İst.,1997.

2. Axundzadə M. F. Kəmalüddövlə məktubları // Əsərləri,

3 cilddə. Bakı, 2005. II cild.

3. Əfqani C. Təfsirçinin təfsiri (ingiliscədən tərc.

Q.Mürşadlü). “Fəlsəfə və sosial-siyasi elmlər” jurnalı,

2010, №2.

42

4. İkbal M. İslamda Dini Düşüncenin Yeniden Doğuşu.

İst., 1984.

5. İqbal M. Dini təcrübədən doğan kəşflərin fəlsəfi təhlili.

Fəlsəfə və sosial-siyasi elmlər jurnalı, 2008, №5-6.

6. İqbal M. İslam mədəniyyətinin ruhu // Fəlsəfə və sosial-

siyasi elmlər jurnalı, 2009, №1.

7. İncil. Əhdi-Cədid. Stokholm, 1995.

8. Quran (tərc. Z.Bünyadov və V.Məmmədəliyev). B.,

2001.

9. Marks K., Engels F. Din haqqında. B., 1965.

10. əş-Şəhrəstani M. Dini təriqətlər və fəlsəfi təlimlər. Bakı,

1998.

11. Гегель Г.В.Ф. Философия религии. В 2-х т. М.,

1975-1977. Т.1.

12. Де ла Соссе П.Ш. Учебник по истории религий

http://www.upelsinka.com/Russian/

classic_sossey_1.htm

13. Джемс В. Многообразие религиозного опыта. М.,

1993.

14. Кант И. Трактаты и письма.М., 1980.43

15. Кант И. Моральный принцип религии

http://www.upelsinka.com/Russian/classic_kant_1.htm

16. Леви-Брюль Л. Сверхъестественное в первобытном

мышлении. М., 1994.

17. Левин Г.Д. Можно ли религиозное знание

приравнять к научным гипотезам? "Вопросы

философии", 2004, №11.

18. Лекции по философии религии Гегеля

http:/tainimirozdania/ucoz.ru/publ/25-1-0-229

19. Самыгин С.И., Нечипуренко В.И., Полонская И.Н..

Религиоведение: социология и психология религии.

Ростов-на-Дону; "Феникс", 1996.

20. Спиноза Б. Богословско-политический трактат //

Избр.произв. в 2-х т. М., 1957. т. 2.

21. Тайлор Э.Б. Первобытная культура. М., 1989.

22. Фейербах Л. Сущность христианства. М., 1965.

23. Шлейермахер Ф. Речи о религии. Монологи. М.,

1994.

44

24. Юм Д. Естественная история религии // Соч. В 2-х т.

М., 1965. Т. 2.

25. Элиаде М. Священное и мирское. М., 1994.

45