komputerlerin tarixi

13
KOMPÜTER NƏDIR? Kompüter , istifadəçidən aldığı məlumatlarla məntiqi hesablamalar aparan, hesablamaların nəticəsini saxlaya bilən, saxladığı məlumatlara istənilən vaxt yenidən işlənə bilinən bir elektron maşındır.

Transcript of komputerlerin tarixi

Page 1: komputerlerin tarixi

KOMPÜTER NƏDIR?

• Kompüter , istifadəçidən aldığı məlumatlarla məntiqi hesablamalar aparan, hesablamaların nəticəsini saxlaya bilən, saxladığı məlumatlara istənilən vaxt yenidən işlənə bilinən bir elektron maşındır.

Page 2: komputerlerin tarixi

KOMPÜTERLƏRİN TARİXİ

Abakb.e.ə. IV əsrdən başlayaraq QədimYunanıstanda, Romada və 18 əsrədək Qərb Avropada hesablama üçün işlədilmiş lövhə. Lövhə zolaqlara bölünürdü. Bu zolaqlardakı markaları (sümük, daş və s.) hərəkət etdirməklə hesablama aparılırdı.Azərbaycanda abak – hesab taxtası kimi tanınır.

Page 3: komputerlerin tarixi

KOMPÜTERLƏRİN TARİXİ

Paskalin• 1641-ci ildə fransız mexaniki Blez

Paskal dörd riyazi əməli (vurma, bölmə, toplama, çıxma) yerinə yetirə bilən çarxlı mexaniki hesablama maşını düzəldir və bir il sonra bu maşını nümayiş etdirir. Bu maşından o dövrdə vergilərin yığılması zamanı hesabatlar aparmaq üçün müvəffəqiyyətlə istifadə edilirdi.

Page 4: komputerlerin tarixi

KOMPÜTERLƏRİN TARİXİ

Leybnis maşını1694-cü ildə görkəmli alman riyaziyyatçısı və filosofu Qotfrid Vilhelm Leybnis daha da təkmilləşdirilmiş, dörd hesab, həmçinin qüvvətə yüksəltmə və kvadrat kökalma əməllərini yerinə yetirən hesablayıcı mexanizm düzəldir və bunu Leybnis maşını adlandırır.

Page 5: komputerlerin tarixi

KOMPÜTERLƏRİN TARİXİ

Analitik maşın• 1830-cu ildə Çarlz Bebic (İngiltərə)

proqramla işləyən hesablama maşını (analitik maşın) yaratmağa cəhd göstmişdir. Ç.Bebbicin məsləhəti ilə onun şagirdi məşhur ingilis şairi Çon Bayronun qızı Ada Avqusta Levleyst Bernulli ədədinin hesablama maşınında hesablanması üçün iki dəyişənli iki xətti tənliklər sisteminin həllinin ilk proqramını tərtib etmiş və bu proqramın köməyi ilə sistemi həll etmişdir. Bununla da Bebicin ideyaları sonralar universal kompüterlərin yaradılmasının əsasını qoymuşdur

Page 6: komputerlerin tarixi

KOMPÜTERLƏRİN TARİXİ

Tyurinq maşını 1936-cı ildə Kembric universitetinin gənc riyaziyatçısı, 24 yaşlı Alan Tyurinq proqramla idarə edilən, müxtəlif sahələrə yararlı olan hesablama maşının yaradılmasının mümkünlüyünü sübut edir. Gənc alimin rəhbərliyi ilə 1940-cı illərin əvvəllərində dünyada ilk elektron hesablama maşını yaradılır. Bu maşının ilə ikinci dünya müharibəsi illərində Böyük Britaniya kəşfiyyat idarəsi müəyyən gizli işləri və tapşırıqları həyata keçirmək üçün istifadə edirdi.

Page 7: komputerlerin tarixi

KOMPÜTERLƏRİN TARİXİ

ENIAC • 1945-ci ilin axırlarında fizik Atanasovun ideyası

əsasında Amerika alimlərindən C. Mouçli və C. Ekkert ilk elektron rəqəm hesablama maşını düzəldir. Hesablama maşınına "ENIAC" (Elektron Numerical Inteqrator And Calculator) adı verilir.İkinci dünya müharibəsi dövründə inşa edilən ENIAC, təxminən 167 m² bir sahəni əhatə edirdi və ağırlığı 30 ton idi.onun vasitəsi uzaq məsafədəki top və mərmilərin hesablamalar aparılırdı

Page 8: komputerlerin tarixi

KOMPÜTERLƏRİN NƏSİLLƏRİ

I nəsil (1950-1959) - elektron lampalı kompüterlər.

Birinci nəsil kompüterlər üçün proqramlar konkret kompüter üçün unikal olan “maşın dilində” tərtib edilirdi.Məs: MESM, BESM, Strela, M-3, Minsk-1, M-20 və s Bu proqramlar həddən artıq mürəkkəb olub, onları yazmaq üçün proqramlaşdırıcıdan kompüterin arxitekturasını dəqiq bilməyi tələb edirdi. Ona görə onlar həddən artıq baha olurdu və əsasən hərbi-sənaye kompleksində və dövlət təşkilatlarında istifadə olunurdu.

Page 9: komputerlerin tarixi

KOMPÜTERLƏRİN NƏSİLLƏRİ

II nəsil( 1955-1967)- tranzistorlar • İkinci nəsil kompüterlər element bazası əsasən

yarımkeçiricilərdən ibarət olan kompüterlərdir.Məsəl üçün , BESM-4, Minsk-22, Ural-14 və s. Bu kompüterlərdə elektron lampaları Bell Laboratories (ABŞ) firmasında Nobel mükafatı laureatları Uilyam Şokli, Uolter Bratteyn və Con Bardin tərəfindən yaradılmış tranzistorlar əvəz etdi. Tranzistorlar kiçik ölçüyə malik olub, daha davamlı, elektrik enerjisinə az tələbkar idi və təqribən 40 ədəd elektron lampanı əvəz edə bilirdi. Bunun nəticəsində kompüterlərin həcmi və kütləsi dəfələrlə kiçildi, elektrik enerjisinə tələbat azaldı, maya və istismar dəyəri ucuzlaşdı.

TRANSISTOR

Page 10: komputerlerin tarixi

KOMPÜTERLƏRİN NƏSİLLƏRİ

III nəsil (1964-1975)- mikrosxemlər

• Üçüncü nəsil kompüterlərin element bazalarını inteqral sxemlər və ya mikrosxemlər təşkil edirdi. İlk mikrosxemlər 1958-ci ildə Cek Kilbi və Robert Noys tərəfindən yaradılmışdır. Mikrosxemlər təqribən 10 мм2 ölçüyə malik olub, on min tranzistoru əvəz etməyə qadirdir Bu nəslin əsasını İBM 360/370 təşkil edirdi. Onun əsasında keçmiş SSRİ-də EC EHM yaradılmışdır.

Page 11: komputerlerin tarixi

KOMPÜTERLƏRİN NƏSİLLƏRİ

IV mərhələ (1974-1976) –inteqral sxemlər • Bu mərhələ böyük inteqral sxemlərin

kompüter istehsalında tətbiqi ilə 1974-1976–cı ildən başlamışdır. Böyük inteqral sxemlər bir kristal üzərində minlərlə tranzistor və digər elektron komponentləri birləşdirməyi təmin etdi. Bunun nəticəsində əvvəllər ayrı-ayrı elementlərdən ibarət olan kompüterin funksional qurğularını böyük inteqral sxemlər əvəz etdi Bunlara nümunə: İBM PC 286, 386, 486, 586 və s.

Page 12: komputerlerin tarixi

KOMPÜTERLƏRİN NƏSİLLƏRİ

V mərhələ-NanotexnologiyaBu mərhələ müasir dövrü əhatə edir və məqsəd yeni və ən yeni elektron texnologiyalara əsaslanan müasir və gələcəyin kompüterlərinin istehsalını təşkil etməkdir. V nəsil kompüterlər çox yüksək məhsuldarlığa və etibarlılığa malik olmaqla, keyfiyyətcə yeni funksional tələblərə, o cümlədən sözlə, biliklər bazaları ilə işləməyə, süni intellekt sistemlərinin təşkilinə, istifadəçi ilə nitq və görmə vasitəsi ilə ünsiyyəti təmin etməyə, ən yeni proqram vasitələrinin yaradılması prosesini sadələşdirməyə və s. imkan verir.

Page 13: komputerlerin tarixi

Hazırladı Könül Eminova

• SON