Respublikanın ümumtəhsil məktəblərinin maket... · 2014-06-30 · dilində olan variantına...

13
Respublikanın ümumtəhsil məktəblərinin 2-ci sinifləri üçün “Riyaziyyat” dərslik komplekti Müəlliflər: Nayma Qəhrəmanova Cəmilə Əsgərova Bakı: “Radius”, 2014 RƏY

Transcript of Respublikanın ümumtəhsil məktəblərinin maket... · 2014-06-30 · dilində olan variantına...

Page 1: Respublikanın ümumtəhsil məktəblərinin maket... · 2014-06-30 · dilində olan variantına uyğun olaraq “vurma cədvəli” kimi yazılması məqsədəuyğundur. Səhifə

Respublikanın ümumtəhsil məktəblərinin

2-ci sinifləri üçün “Riyaziyyat” dərslik komplekti

Müəlliflər: Nayma Qəhrəmanova

Cəmilə Əsgərova

Bakı: “Radius”, 2014

RƏY

Page 2: Respublikanın ümumtəhsil məktəblərinin maket... · 2014-06-30 · dilində olan variantına uyğun olaraq “vurma cədvəli” kimi yazılması məqsədəuyğundur. Səhifə

2

Rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır:

1. Məzmunun işlənməsi baxımından;

2. Dil və yazı üslubu baxımından;

3. Dizayn və bədii tərtibat baxımından;

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından;

5. “Müəllim üçün metodik vəsait”in (MMV-nin) məzmununun işlənməsi

baxımından.

1. Məzmunun işlənməsi baxımından

“Riyaziyyat-2” dərslik komplekti 2008-ci ildə təsdiq olunmuş təhsil proqramı

(kurikulum) əsasında hazırlanıb. Proqramda 43 alt standart öz əksini tapıb. (Bax:

Ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün fənn kurikulumları. Bakı: Təhsil, 2008,

səh. 71-75).

Dərslik komplektinin ötən ilki monitorinqi nəticəsində hazırlanmış yekun rəydə

qeyd edilən irad və təkliflərin bəziləri bu maketdə nəzərə alınmışdır.

Bununla yanaşı, müəyyən iradlar olduğu kimi qalıb. Həmçinin, maketdə yeni

qüsurlara da rast gəlinir. Bunlar aşağıdakılardır:

Dərslik hazırlığında əsas tələb proqrama uyğunluqdur. Lakin bu dərslikdə

proqramda nəzərdə tutulan alt standartların bir çoxu tam şəkildə öz əksini tapmayıb.

Bunlar aşağıdakılardır:

1.1.5. 100 dairəsində düzünə və tərsinə iki-iki, üç-üç, dörd-dörd, beş-beş ritmik

sayır.

Bu bacarıqların reallaşdırılması dərslikdə “Sıra sayları” (səh. 18) və “100-lük

kvadrat” (səh. 20) adlı mövzularda nəzərdə tutulmuşdur. MMV-də (səh. 23) dərsliyin

18-ci səhifəsində verilən “Sıra sayları” mövzusu üçün əldə ediləcək şagird bacarıqları

belədir:

- ədədlərin yalnız əşyanın sayını deyil, həmçinin sıra, nömrə və nişan ifadə etdiyini

başa düşür.

- gündəlik həyatda rastlaşdığı müxtəlif vəziyyətlərdə sıra saylarından düzgün

istifadə etdiyini nümayiş etdirir.

Page 3: Respublikanın ümumtəhsil məktəblərinin maket... · 2014-06-30 · dilində olan variantına uyğun olaraq “vurma cədvəli” kimi yazılması məqsədəuyğundur. Səhifə

3

Qeyd olunan şagird bacarıqlarının 1.1.5. alt standartının tələblərinə heç bir

uyğunluğu yoxdur.

2.2.1. “Ədədi ifadə ilə ədədi müqayisə edir və müqayisənin nəticəsini “>”, “<”,

“=” işarələrinin köməyi ilə yazır.

Qeyd olunan alt standartda ədədi ifadə ilə ədədin müqayisə olunması tələb

olunduğu halda, dərslikdə səhifə 28-də (1), 46-da (3), 77-də (3), 107-də (4), 113-də (6),

116-da (3), 139-da (2) verilmiş tapşırıqlarda ədədi ifadələr müqayisə olunub. Bu isə alt

standarta ziddir. Belə ki, ədədi ifadələrin müqayisəsi 3-cü siniflər üçün nəzərdə tutulmuş

alt standarta uyğundur. Deməli, burada şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmayıb,

növbəti tədris ilinin materialından istifadə olunub.

3.1.1. İstiqamət və məsafə haqqında təsəvvürlərini şərh edir.

Bu alt standartın tələblərinə uyğun olaraq, ikinci sinifdə yalnız şüa və parça

anlayışları verilməli idi. Çünki gələcək mövzularda həndəsi fiqurlar öyrədilərkən bu

anlayışların müstəsna əhəmiyyəti vardır. Lakin bu alt standartın tələblərindən kənara

çıxılaraq izahında qüsurlara yol verilmiş “koordinat şəbəkəsi”, “koordinat cütləri”

kimi anlayışlar dərsliyə daxil edilmişdir.

3.2.1. Bucaq haqqında təsəvvürü olduğunu nümayiş etdirir, düz bucağı tanıyır və

təsvir edir.

Bu alt standartda bucaq və onun növlərindən biri olan düz bucağın tanıdılması tələb

olunur. Bunun əsas səbəblərindən biri də 1-ci sinifdən daxil edilən üçbucaq, düzbucaqlı

və kvadrat haqqında şagirdlərin biliklərini bir qədər də dərinləşdirməkdir. Dərslikdə bu

alt standartın tələblərindən kənara çıxılaraq “iti bucaq” və yarımçıq izah olunan “kor

bucaq” anlayışları verilmişdir.

3.2.2. Müxtəlif əlamətlərə görə həndəsi fiqurların təsnifatını aparır və nəticəni

şərh edir.

İlk iki alt standartın (3.1.1. və 3.2.1.) tələblərinə əsasən, yeni həndəsi fiqurlar daxil

edildikdən sonra üçbucaq, düzbucaqlı və kvadrat haqqındakı biliklər genişləndirilməli

idi. Bunlardan əlavə, standartlarda olmayan, ancaq dərsliyin 4 səhifəsini (səh. 69-72)

əhatə edən “kub”, “düzbucaqlı prizma”, “silindr”, “konus”, “kürə” kimi anlayışlar

verilmişdir.

Page 4: Respublikanın ümumtəhsil məktəblərinin maket... · 2014-06-30 · dilində olan variantına uyğun olaraq “vurma cədvəli” kimi yazılması məqsədəuyğundur. Səhifə

4

Heç bir standarta əsaslanmadan dərsliyin 129-131-ci səhifələrində “Seçin,

qruplaşdırın”, “Simmetriya”, “Birləşdirin, ayırın və yenisini yaradın” kimi

mövzular verilmişdir.

Səhifə 5. “Mündəricat”da verilmiş mövzuların səhifələri dərsliyin uyğun səhifələri

ilə üst-üstə düşmür. Bəzi mövzular isə dərslikdən çıxarılsa da, burada öz əksini

tapmışdır.

Səhifə 14. İzahın sonuncu iki cümləsinin yazılmaması tövsiyə edilir. Çünki

rəqəmin qiyməti heç vaxt dəyişmir. Yerləşdiyi mərtəbədən asılı olaraq rəqəmin əmələ

gətirdiyi “mərtəbə ədədi” dəyişir.

Səhifə 16. Yarımbaşlığın “˃, ˂, = işarələrindən istifadə etməklə ədədlərin

müqayisəsi” kimi verilməsi daha məqsədəuyğundur. Bundan sonra ədədlərin

müqayisəsinə aid verilmiş tapşırıqların şərtindən “˃, ˂, =” yazılışlarının çıxarılması

tövsiyə edilir.

Səhifə 20. İzahda verilmiş “1 ədədinin sətrindəki ədədlər” və “1 ədədinin

sütunundakı ədədlər” ifadələri əvəzinə uyğun olaraq, “1-ci sətirdəki ədədlər” və “1-ci

sütundakı ədədlər” yazılmalıdır.

Səhifə 29. “Misal 1”-in izahının “3+5=8 cəmindən istifadə etməklə hesablamanı

şifahi yerinə yetirmək olar” şəklində verilməsi məqsədəuyğundur.

Səhifə 47. Yarımbaşlıq “Qəpik pullar” deyil, “Metal pullar” olmalıdır.

Səhifə 49. İzahda “Manatın işarəsi: M” ifadəsi əvəzinə “Manatın qısa şəkildə

ifadəsi: man. və ya ” yazılmalıdır.

Səhifə 56-57. Yarımbaşlıq “Tez hesablama bacarıqları” deyil, “Cəld hesablama

bacarıqları” olmalıdır.

Səhifə 60. “Öyrənmə”də verilmiş birinci cümlənin çıxarılması məqsədəuyğundur.

İzahın əvvəlinə səhifə 61-də verilmiş “düz xətt, parça, şüa, sınıq xətt, əyri xətt”

anlayışlarının əlavə olunması, mövzunun adının “Həndəsi fiqurlar”, yarımbaşlığın

adının isə “Düz xətt, şüa, parça, bucaq” verilməsi təklif edilir.

Səhifə 69. Burada, verilmiş “Düzbucaqlı prizma” anlayışı yoxdur. Həmin fiqur

“düzbucaqlı paralelepiped”dir. Bu irad səhifə 71-ə, 72-də 1-ci tapşırığa da aiddir.

Page 5: Respublikanın ümumtəhsil məktəblərinin maket... · 2014-06-30 · dilində olan variantına uyğun olaraq “vurma cədvəli” kimi yazılması məqsədəuyğundur. Səhifə

5

Səhifə 71. “Bu üzlər kvadrat, düzbucaqlı, dairə formasında olur” cümləsinin

“Bu üzlər uyğun olaraq kvadrat, düzbucaqlı, dairə formasında olur” kimi verilməsi

məqsədəuyğundur.

Səhifə 73. Standartlarda nəzərdə tutulmayan “əşyanın yeri”, “koordinat

şəbəkəsi”, “koordinat cütü” kimi izahı qüsurlu olan anlayışlar verilmişdir. Həmçinin,

mövzunun izahında koordinat şəbəkəsində verilmiş əşyaların şəkillərinin xətlərin

kəsişməsində deyil, kvadratların daxilində verilməsi məqsədəuyğundur. Bu irad həmin

səhifədə 1-ci, səhifə 74-də 1-ci və 2-ci tapşırıqlara da aiddir.

Səhifə 77. İzahda verilmiş “ən yaxın onluğa tamamlamaqla” ifadəsinin əvəzinə

“ən yaxın onluqla əvəz etməklə” yazılmalıdır. Bu irad səhifə 77-də 1-3-cü tapşırıqlarım

şərtinə də aiddir.

Səhifə 80. İzahda verilmiş “Kitabın uzunluğu 2 qarışdır” ifadəsinin əvəzinə

“Kitabın uzunluğu təxminən 2 qarışdır” yazılmalıdır.

Səhifə 85. Burada, verilmiş başlıq “Kütlələrin müqayisəsi. Kütlənin ölçülməsi”

olmalıdır. Çünki bu başlıq altında verilmiş tapşırıqların əksəriyyəti kütlələrin

müqayisəsinə aiddir.

Səhifə 88. Yarımbaşlıq “Tutumların müqayisəsi. Tutumun ölçülməsi” kimi

olmalıdır.

Səhifə 96. İzahda sonuncu cümlədə verilmiş “və ya əksinə” ifadəsi cümlənin

sonunda yazılmalıdır.

Səhifə 97. İzahda uyğun olaraq “Cəmi: 35=15 (stəkan)” və “Cəmi: 53=15

(stəkan)” ifadələrinin yazılması məqsədəuyğundur.

Səhifə 101. İzahda “sayma vasitəsi” ifadəsinin “kökə” sözü ilə əvəz edilməsi

məqsədəuyğundur.

Səhifə 123. Yarımbaşlıqda, mövzunun izahında, 1-ci, 2-ci tapşırıqda və səhifə 129-

da 2-ci tapşırıqda verilmiş “Venn diaqramı” ifadəsi “Eyler-Venn diaqramı” kimi

yazılmalıdır.

Səhifə 130. İzahda verilmiş “simmetriya xətti” ifadəsi “simmetriya oxu” kimi

verilməlidir.

Page 6: Respublikanın ümumtəhsil məktəblərinin maket... · 2014-06-30 · dilində olan variantına uyğun olaraq “vurma cədvəli” kimi yazılması məqsədəuyğundur. Səhifə

6

2. Dil və yazı üslubu baxımından

Dərslikdə əksər tapşırıqların sonluğunda “.” əvəzinə, “:” yazılmalıdır. Həmin

tapşırıqlar bunlardır: səhifə 7-də (1, 4), 12-də (1, 4), 14-də (1, 3), 20-də (1), 28-də (4),

29-da (1-3, 5), 30-da (1, 2, 4), 33-də (1, 3, 4), 41-də (1-4), 42-də (1-3, 5), 43-də (1-4),

44-də (1-3), 45-də (1, 2), 46-da (2-4), 47-də (1), 51-də (4), 54-də (2, 6), 57-də (3), 59-

da (4, 5), 63-də (1, 2 a; b, 4), 67-də (2), 68-də (4, 5), 69-da (1), 75-də (1-3), 77-də (2,

3), 79-da (3), 87-də (1, 5), 95-də (1, 2), 97-də (1, 3), 98-də (1), 100-də (3, 4), 104-də

(3), 105-də (1, 3-5), 106-da (1, 3), 107-də (1, 2, 4), 108-də (1-3), 113-də (1, 6), 116-da

(2, 3), 117-də (1, 4), 132-də (4), 135-də (3), 138-də (2, 3), 139-da (2-5), 140-da (2),

141-də (1, 2), 142-də (3), 143-də (4), 144-də (2-5).

Səhifə 10. 3-cü tapşırığın 2-ci bəndində “Elgünün naxışında” ifadəsi “Elgünün

çəkdiyi naxışda” kimi yazılmalıdır.

Səhifə 17. 3-cü tapşırığın şərtində verilmiş “başlayın” sözünün “başlayaraq” kimi

yazılması məqsədəuyğundur.

Səhifə 18. 4-cü tapşırığın şərtində verilmiş “ulduzaları” sözü “ulduzları” kimi

yazılmalıdır.

Səhifə 23. 6-cı tapşırıqda “2-2” ifadəsinin “iki-iki” kimi yazılması

məqsədəuyğundur.

Səhifə 26. Yarımbaşlıqda “ifadələr” sözündən sonra vergül işarəsi qoyulmalıdır.

Yenə həmin səhifədə 1-ci tapşırıqda “uyğun gözə” ifadəsi “tərəzinin uyğun

gözünə” kimi yazılmalıdır.

Yenə həmin səhifədə 5-ci tapşırıqda “neçə portağal” ifadəsi “neçə qutu portağal”

kimi olmalıdır.

Səhifə 30, 39, 40. Yarımbaşlıqda verilmiş birinci cümlədən sonra nöqtə

qoyulmalıdır.

Səhifə 32. 1-ci tapşırığın şərtində “Sona” sözü “Sonanın” kimi yazılmalıdır.

Səhifə 33. 5-ci tapşırığın 2-ci bəndində “hələ neçə səhifə” ifadəsi “daha neçə

səhifə” kimi yazılmalıdır.

Səhifə 35. 2-ci tapşırığın mətnində verilmiş 1-ci cümlənin ayrı olaraq iki sadə

cümlə şəklində yazılması daha məqsədəuyğundur.

Page 7: Respublikanın ümumtəhsil məktəblərinin maket... · 2014-06-30 · dilində olan variantına uyğun olaraq “vurma cədvəli” kimi yazılması məqsədəuyğundur. Səhifə

7

Səhifə 43. Yarımbaşlıqda nöqtə mötərizədən sonra yazılmalıdır.

Səhifə 45. 4-cü tapşırıqda “stiker” əvəzinə “yapışqanlı şəkil” yazılması daha

məqsədəuyğundur.

Səhifə 53. 1-ci tapşırıqda “4 dənəsi” ifadəsi əvəzinə “4-ü” yazılması daha

məqsədəuyğundur.

Səhifə 63. İzahın sonunda verilmiş “yetirirlir” sözü “yetirilir” kimi yazılmalıdır.

Səhifə 67. 3-cü tapşırıqda “bərabərliklər” ifadəsi əvəzinə “bərabərlik” yazılması

daha məqsədəuyğundur.

Səhifə 68. 2-ci tapşırığın şərtində iki yerdə verilmiş “dənə” sözü çıxarılsın.

Səhifə 84. 1-ci tapşırıqda “dobrudur” sözü “doğrudur” kimi yazılmadır.

Səhifə 126. İzahda verilmiş “iki mavi var” ifadəsi “iki mavi kub var” kimi

verilməlidir.

3. Dizayn və bədii tərtibat baxımından

Dərsliyin forzas səhifəsində birinci bayraq, sonra gerb təsviri verilməlidir.

Səhifə 6. Şagirdlərin geyiminin vahid məktəbli formasında verilməsi

məqsədəuyğundur. Bu irad digər bölmələrdə verilmiş uyğun şəkillərə də aiddir.

Yenə həmin səhifədə “37+22=37+20+2” bərabərliyində sətirdən sətrə keçən

zaman “bərabərlik” işarəsi yazılmalıdır.

Səhifə 13. İzahda verilmiş kublar eyni ölçüdə olmalıdır.

Səhifə 16. Tapşırıqların nömrələnməsi düzgün aparılmayıb.

Səhifə 18. 1-ci tapşırıq üçün verilmiş şəklin məsələnin mətnindən sonra verilməsi

məqsədəuyğundur.

Yenə həmin səhifədə 2-ci tapşırıqda ədəd oxu üzərində verilmiş 21 ədədi fərqli

şriftlə verilmişdir.

Səhifə 53. 5-ci tapşırıqda “2”-nin yuxarısında yazılmalı olan “b” hərfi

sürüşdürülüb.

Səhifə 61. Üçbucağın, kvadratın, düzbucaqlının daxili oblastı rəngsiz şəkildə

verilməlidir. Bu irad həmin səhifədə verilmiş 2-ci tapşırığa da aiddir.

Səhifə 67. 3 və 4-cü tapşırıqların mətni düz xətdən aşağıda yazılmalıdır.

Page 8: Respublikanın ümumtəhsil məktəblərinin maket... · 2014-06-30 · dilində olan variantına uyğun olaraq “vurma cədvəli” kimi yazılması məqsədəuyğundur. Səhifə

8

Səhifə 80. 4-cü tapşırıqda 2-ci və 3-cü sətirlərarası məsafə böyükdür.

Səhifə 119. Burada, verilmiş təqvimdə tarixi dəyişməyən bayram günlərinin

qırmızı rəngdə göstərilməsi dizayn baxımından daha məqsədəuyğun olar.

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından

Səhifə 8. 4-cü tapşırığın şərtinin dərsliyin rus dilində olan variantına uyğun olaraq

yazılması məqsədəuyğundur.

Səhifə 12. 1-ci tapşırığın şərtinin “Nümunəyə uyğun olaraq yazılışları dəftərinizdə

tamamlayın” kimi yazılması daha məqsədəuyğundur.

Səhifə 47. 1-ci tapşırığın 1-ci bəndinin cavabı “Cəmi: 78 qəpik” kimi yazılmalıdır.

Yenə həmin səhifədə 3-cü tapşırıqda “qəpik pul” əvəzinə, “metal pul”

yazılmalıdır. Bu irad səhifə 48-də verilmiş 6-cı tapşırığa da aiddir.

Səhifə 50. 1-ci tapşırığın şərtində verilən “Pulları say” əvəzinə, “Hər qrupda nə

qədər pul var?” tələbinin qoyulması daha məqsədəuyğundur.

Səhifə 54. 6-cı tapşırıqda “boş xana” ifadəsinin əvəzinə “rəngli xana” yazılması

məqsədəuyğundur.

Səhifə 58. 1-5-ci tapşırıqların şərtində “Hesablamanı əvvəlcə şifahi yerinə

yetirin” tələbi qoyulur. Lakin sonrakı tələbin nədən ibarət olacağı isə məlum deyil. Ona

görə də tapşırıqların şərti dəqiqləşdirilməlidir.

Səhifə 68. 1-ci tapşırığın şərtində “müxtəlif üsullar” ifadəsinin yazılmasına

ehtiyac yoxdur.

Səhifə 80. 4-cü tapşırığın şərtində “düz xətt parçası” əvəzinə “parça” yazılmadır.

Səhifə 82. Şagirdlərin boylarının müqayisəsinə aid verilmiş 4-cü tapşırıq psixoloji

baxımdan düzgün hesab edilmir.

Səhifə 90. 1-ci tapşırıqda şagirdlərə indiyə qədər öyrədilməyən “körpə uşağın

ağırlığı” anlayışının verilməsi doğru deyil. Həmçinin, burada verilmiş şəkillərin altında

vahidlərin adlarının hamısı ya bütöv, ya da qəbul olunmuş qısa şəkildə yazılmalıdır.

Səhifə 94. 3-cü tapşırığın şərti belədir: “Şəklə uyğun vurma və bölmə əməllərini

yazın”. Bölmə əməli səhifə 101-də keçiriləcəkdir. Ona görə də tapşırığın şərti

dəyişdirilməlidir.

Page 9: Respublikanın ümumtəhsil məktəblərinin maket... · 2014-06-30 · dilində olan variantına uyğun olaraq “vurma cədvəli” kimi yazılması məqsədəuyğundur. Səhifə

9

Səhifə 97. 1-ci tapşırığın sonunda uyğun olaraq “42=8 (dama)” və “24=8

(dama)” ifadələrinin yazılması məqsədəuyğundur.

Səhifə 114. 3-cü tapşırıqda verilmiş “vurma əməlləri” ifadəsinin dərsliyin rus

dilində olan variantına uyğun olaraq “vurma cədvəli” kimi yazılması məqsədəuyğundur.

Səhifə 133. 5-ci tapşırıqda “M” işarələməsi “man. və ya

” kimi yazılmalıdır.

5. “Müəllim üçün metodik vəsait”in (MMV-nin)

məzmununun işlənməsi baxımından

MMV-də müasir dərsin tələblərinə cavab verən dərs nümunələri demək olar ki,

verilməmişdir. Mövzular üçün motivasiya xarakterli qoyulmuş suallar nəzərdə tutulan

problemin həll edilməsinə imkan vermir. Məsələn, səhifə 35-də (dərs 23), 44-də (dərs

30), 57-də (dərs 43), 59-da (dərs 45, 46), 78-də (dərs 57, 58), 94-də (dərs 71-72), 125-

də (dərs 98-99).

Səhifə 12. Burada, verilmiş “davaranışlarını” sözü “davranışlarını” kimi

yazılmalıdır.

Səhifə 16. Cədvəldə “Dərs 24” üçün verilmiş mövzunun sonunda “olduğu hal”

ifadəsi yazılmalıdır.

Yenə həmin səhifədə “Dərs 25”-in dərslik üçün qeyd olunmuş səhifəsi “27-28”

deyil, “31” olmalıdır.

Səhifə 18. Dərs 7-9-un 1-ci saatı üçün motivasiya adı altında verilmiş izahat və

göstərişlər müasir dərsin tələbinə uyğun deyil. Həmçinin, burada “1010” əvəzinə “on-

on” yazılmalıdır.

Yenə həmin səhifədə verilmiş “rəqəmlərin yerinin dəyişməsi ilə onun

qiymətinin dəyişməsi” fikri elmi səhvdir. Çünki rəqəmin qiyməti heç vaxt dəyişmir.

Səhifə 20. Motivasiya hissəsində qoyulmuş məsələdən istifadə etməklə 100

dairəsindəki ədədləri onluq və təklik tərkibinə görə müqayisə etmək mümkün deyil.

Halbuki, bu mövzudan əvvəl ədədləri say vasitələrindən istifadə etməklə onluq və təklik

tərkibinə ayrılması verilib. Burada da əvvəlcədən say çöplərindən, onluq bağlamalardan

istifadə etməklə ədədlərin müqayisəsini aparmaq olardı. Həmçinin, burada verilmiş

“ualnız” sözü “yalnız” kimi yazılmalıdır.

Page 10: Respublikanın ümumtəhsil məktəblərinin maket... · 2014-06-30 · dilində olan variantına uyğun olaraq “vurma cədvəli” kimi yazılması məqsədəuyğundur. Səhifə

10

Səhifə 22. Şagirdlər yalnız 100 dairəsində ədədləri keçdikləri halda “Öyrənmə”də

“127” və “5346”-nın tək və ya cüt olması göstərilir.

Səhifə 23. “Motivasiya” hissəsində qoyulmuş məsələ əsasında nəzərdə tutulan

problemin həll edilməsi mümkün deyil. Qoyulan suallar mücərrəd olmaqla yanaşı,

əyanilikdən uzaqdır.

Səhifə 24. Dərs üçün verilmiş motivasiyada problem qoyuluşu yoxdur. Sadəcə

ədəd oxu üzərində verilmiş ədədin uyğun olduğu nöqtənin göstərilməsi tələb olunur ki,

bu da son məqsəddir.

Səhifə 35. “Motivasiya”da verilmiş “üəzrinə” və “lavə” sözləri uyğun olaraq

“üzərinə” və “əlavə” kimi yazılmalıdır.

Səhifə 41. 4-cü tapşırığın A bəndinin sonunda vergül işarəsi olmamalıdır.

Yenə həmin səhifədə 9-cu tapşırığın cavabları üçün verilmiş ikinci sətir

yazılmamalıdır.

Yenə həmin səhifədə 14-cü tapşırığın şərtinin “Aydan 10 nəfərdən ibarət sırada

soldan 7-cidir. Samir Aydanın sağında dayanıb. Samir sağdan neçəncidir?” kimi

verilməsi məqsədəuyğundur.

Səhifə 42. “2.3.2.” alt standartı tam yazılmayıb.

Səhifə 43. “Motivasiya”da qoyulmuş ikinci sual şagirdlərin yaş xüsusiyyətlərinə

uyğun deyil.

Səhifə 58. Dərsliyin 50-ci səhifəsində 3-cü tapşırığın izahı verilib. Tapşırığın

şərtinə görə Nailə xanım kassaya 30 manat pul verib. Sonda isə sual olunur: “Kassaya

verilmiş məbləğ hansı kağız pullarla ola bilər? Variantları söylə”. Burada isə

tapşırığın izahı belə yazılıb: “Bu pullar 1 ədəd 20 manatlıq və 2 ədəd 10 manatlıq və

ya 3 ədəd 10 manatlıq ola bilər” Birinci variantda pulun ümumi miqdarı 40 manat olur

ki, bu da məsələnin şərtinə ziddir.

Səhifə 66. 9-cu tapşırıqda bərabərlikdən sonra nöqtə qoyulmalıdır.

Yenə həmin səhifədə 14-cü tapşırıqda verilmiş dırnaq işarəsi Azərbaycan şriftinə

uyğun yazılmalıdır. Həmçinin, burada “təklidən” sözü “təklikdən” kimi yazılmalıdır.

Səhifə 72. 1-ci, 3-cü, 15-ci tapşırıqlarda uyğun olaraq verilmiş “ifadəsində”,

“misalında”, “ifadəsində” sözləri “bərabərliyində” sözü ilə əvəz olunmalıdır.

Page 11: Respublikanın ümumtəhsil məktəblərinin maket... · 2014-06-30 · dilində olan variantına uyğun olaraq “vurma cədvəli” kimi yazılması məqsədəuyğundur. Səhifə

11

Yenə həmin səhifədə 9-cu tapşırıq “Mötərizəli ifadələr” mövzusuna aiddir. Bu

isə 3-cü bölmədə tədris olunur. Ona görə də bu tapşırığın “I yarımillik summativ

qiymətləndirmə tapşırıqları” blokunda verilməsi düzgün deyil.

Yenə həmin səhifədə 16-cı tapşırığın şərtinin “1 manat 10 qəp. +3 man. 70

qəp.=4 man. 80 qəp. ifadəsi neçə 10 qəpiklikdir” deyil, “4 man. 80 qəp. neçə 10

qəpiklikdir” və ya “1 manat 10 qəp. +3 man. 70 qəp. ifadəsi neçə 10 qəpiklikdir” kimi

verilməsi daha başa düşülən olar.

Səhifə 92. 16-cı tapşırıqda “başlanğıc” anlayışı verilir. Dərslikdə uyğun mövzuda

bu anlayış haqqında məlumat verilmədiyindən, onun tapşırığın şərtində verilməsi elmi-

metodiki cəhətdən düzgün deyil.

Səhifə 94. Dərs 71, 72-də “Təxmini hesablamalar” başlığı altında qoyulmuş

məsələlər ədədlərin yuvarlaqlaşdırılmasına aiddir. “Təxmini hesablamalar” isə

kəmiyyətlərə aid olduğundan qoyulmuş məsələlər uğurlu hesab edilə bilməz. Bu onu

göstərir ki, standartda nəzərdə tutulan “Təxmini hesablama” bacarıqları ədədlərin

yuvarlaqlaşdırılması ilə qarışdırılmışdır.

Səhifə 96. “Motivasiya” timsalında qoyulmuş məsələdə ədalətlilik prinsipi

pozulmuşdur. Yəni dərsdə idman oyunları ilə bağlı tapşırıqların verilməsi düzgün deyil.

Həmçinin, sm-in ölçü vasitəsi kimi verilməsi elmi səhvdir.

Səhifə 107. Dərs 82-də “Tutumun ölçülməsi” mövzusunda qoyulmuş suallar

tutumun ölçülməsi deyil, müxtəlif qabların tutumlarının müqayisəsinə aiddir. Ona görə

də motivasiya sualı kimi qoyulmuş tələblərin doğru olması üçün mövzunun adı

“Tutumların müqayisəsi. Tutumun ölçülməsi” olmalıdır.

Səhifə 111. 6-cı tapşırığın sualı “Asifin bacısının boyu neçə santimetrdir” deyil,

“Asifin bacısının boyu neçə santimetr ola bilər” kimi yazılmalıdır.

Yenə həmin səhifədə 11-ci tapşırığın c distraktorunda verilmiş “20 sm-lik”

ifadəsi “2 sm-lik” kimi yazılmalıdır.

Yenə həmin səhifədə 18-ci tapşırıqda verilmiş dırnaq işarəsi Azərbaycan şriftinə

uyğun yazılmalıdır.

Yenə həmin səhifədə 19-cu tapşırığın doğru cavabı yoxdur.

Səhifə 132. 8-ci tapşırığın şərtindəki “Elvin hər birində 6 hekayə olmaqla 1

kitab aldı” cümləsi “Elvin içərisində 6 hekayə olan 1 kitab aldı” kimi yazılmalıdır.

Page 12: Respublikanın ümumtəhsil məktəblərinin maket... · 2014-06-30 · dilində olan variantına uyğun olaraq “vurma cədvəli” kimi yazılması məqsədəuyğundur. Səhifə

12

Səhifə 134. “Motivasiya”da verilmiş “Ən böyük zaman vahidi hansıdır” sualı

şagirdlərin yaş xüsusiyyətlərinə uyğun deyil. Çünki sualın doğru cavabı eradır (min il).

İkinci sinifdə şagirdlərin isə era (1000 il) haqqında təsəvvürləri yoxdur.

Səhifə 147. 3-cü tapşırığın şərti səhvdir. Çünki tapşırıqda verilən məlumatları

“Eyler-Venn” diaqramında yerləşdirdikdə şagirdlərin ümumi sayı 6 nəfər olur. Şərtdə

isə bu 8 kimi qeyd olunub. Həmçinin, tapşırığın şərtində verilən “Venn diaqramı”

ifadəsi “Eyler-Venn diaqramı” kimi yazılmalıdır.

Səhifə 148. 7-ci bölmənin adı “Əyləncəli riyaziyyat” əvəzinə, “Ümumiləşdirici

tapşırıqlar” kimi yazılmalıdır.

Səhifə 151. 3-cü tapşırığın şərti aydın deyil. Çünki burada nəyə nəzərən “5 vahid

sağda və 3 vahid yuxarıda yerləşən nöqtənin” göstərilməsi məlum deyil.

Yenə həmin səhifədə 4-cü tapşırıqda “koordinat başlanğıcı” anlayışı verilir.

Dərslikdə uyğun mövzuda bu anlayış haqqında məlumat verilmədiyindən, onun

tapşırığın şərtində verilməsi elmi-metodiki cəhətdən düzgün deyil. Bu irad səhifə 154-də

verilmiş 16-cı tapşırığa da aiddir.

Yenə həmin səhifədə 7-ci tapşırıq üçün təklif edilmiş cavabların hamısı

düzgündür. Tapşırıqda isə hansı fikrin səhv olduğu soruşulur. Ona görə də c

distraktorunda verilmiş “10 kq unu 5 kq-lıq 4 torbaya yerləşdirmək olar” ifadəsinin

əvəzinə “20 kq unu 5 kq-lıq 2 torbaya yerləşdirmək olar” yazılması tövsiyə edilir.

Yenə həmin səhifədə 10-cu tapşırıqda verilmiş “bülmə” sözü “bölmə” kimi

yazılmalıdır.

Yenə həmin səhifədə 12-ci tapşırığın düzgün cavabı yoxdur.

Yenə həmin səhifədə 14-cü tapşırıqda verilmiş “kğrə” sözü “kürə” kimi

yazılmalıdır.

Səhifə 152. 15-ci tapşırığın şərti “14:45+15 dəq. vaxtına uyğun vaxt hansı

bənddə düzgün verilib” əvəzinə, “Saat 14:45-dir. 15 dəqiqə sonra saat neçə olacaq”

kimi verilməlidir.

Yenə həmin səhifədə 17-ci tapşırıqda verilmiş “ən yaxın onluğa tamamlasan”

ifadəsi “ən yaxın onluqla əvəz etsən” kimi yazılmalıdır.

Yenə həmin səhifədə 18-ci tapşırıqda 3 yerdə verilmiş “büləni” sözü “böləni”

kimi yazılmalıdır.

Page 13: Respublikanın ümumtəhsil məktəblərinin maket... · 2014-06-30 · dilində olan variantına uyğun olaraq “vurma cədvəli” kimi yazılması məqsədəuyğundur. Səhifə

13

Yenə həmin səhifədə 19-cu tapşırığın şərti belədir: “Arifin 7 yaşlı qardaşı ali

məktəbə qəbul oldu”. Burada, tapşırığın şərti tam verilməlidir.

Səhifə 154. 13-cü tapşırıqda təklif olunan cavablar tapşırığın sualı ilə uzlaşmır. Ona

görə də cavabların “a) 41 man., b) 52 man., c) 64 man.” kimi verilməsi təklif edilir.

Yenə həmin səhifədə 15-ci tapşırığın düzgün cavabı yoxdur.

Yenə həmin səhifədə 16-cı tapşırığın sualı “Dovşanın koordinat cütü hansıdır”

əvəzinə “Dovşanın yerləşdiyi koordinat cütü hansıdır” kimi olmalıdır.

Səhifə 155. 17-ci tapşırıqda verilmiş “ən yaxın onluğa tamamlasan” ifadəsi “ən

yaxın onluqla əvəz etsən” kimi yazılmalıdır.

Yenə həmin səhifədə 20-ci tapşırıqda cavablarda verilmiş “l” kursivlə, yəni, “l”

kimi verilməlidir.

Yenə həmin səhifədə 21-ci tapşırıq “Temperaturun ölçülməsi” mövzusuna aiddir.

Bu isə 2-ci sinifdə tədris olunmur. Ona görə də bu tapşırığın verilməsi düzgün deyil.

Yenə həmin səhifədə 25-ci tapşırıqda iki yerdə verilmiş dırnaq işarəsi Azərbaycan

şriftinə uyğun yazılmalıdır. Həmçinin, c bəndində verilmiş “2 s” ifadəsi “2c” kimi

yazılmalıdır.

Yenə həmin səhifədə 29-cu tapşırıqda verilmiş “şeиr” sözü “şeir kimi

yazılmalıdır.

Qeyd 1. Rəsmi olaraq iş dəftəri dərslik komplektinə daxil edilməmişdir. Buna

baxmayaraq, MMV-də verilmiş illik planlaşdırma cədvəlində və əksər dərs

nümunələrində iş dəftərinə istinad edilmişdir ki, bu da bir çox hallarda şagirdin dərsi tam

mənimsəməsi üçün iş dəftərindən istifadə etməsini qaçılmaz edir. Məsələn, iş dəftərində

səhifə 17-də 1, 2-ci, səhifə 20-də 2-ci, səhifə 28-də 1, 2, 4-cü, səhifə 29-da 1, 2, 3, 5-ci,

tapşırıqlara uyğun dərslikdə heç bir nümunə verilməmişdir. Bu tapşırıqlar şagirdlər üçün

xüsusi əhəmiyyətə malik olduğundan dərslikdə verilməlidir. İş dəftərinin alınmasının

könüllü olması sinifdəki şagirdlərin hamısının onu əldə etməsinə zəmanət vermir. Bu da

ayrıseçkilik yaradır və ədalətlilik prinsipinin pozulmasına gətirib çıxarır.

Qeyd 2. Dərslik komplektinin rus dilində olan variantının tərcüməsi ilə bağlı çoxlu

sayda qüsurlar olduğu üçün iradlar, təkliflər və düzəlişlər rəydə göstərilməmişdir (Bax:

Dərslik komplekti rus dilində olan variant).