MÖVZULAR: 1) Azərbaycan Respublikasında təhsil sistemi...

24
MÖVZULAR: 1) Azərbaycan Respublikasında təhsil sistemi 2) Tərbiyədə məqsəd anlayışları 3)Ali məktəbdə təlimin əyanilik prinsipi 4) Təhsil standartları. Tədris proqramına verilən tələblər 5) Təlim texnologiyalarının təsnifatı

Transcript of MÖVZULAR: 1) Azərbaycan Respublikasında təhsil sistemi...

Page 1: MÖVZULAR: 1) Azərbaycan Respublikasında təhsil sistemi …referat.ilkaddimlar.com/d_pdf_refe_pedaq_6318.pdf · və onlardan insanların xeyrinə ... toplama, çıxma, vurma, bölmə,

MÖVZULAR:

1) Azərbaycan Respublikasında təhsil sistemi

2) Tərbiyədə məqsəd anlayışları

3)Ali məktəbdə təlimin əyanilik prinsipi

4) Təhsil standartları. Tədris proqramına verilən tələblər

5) Təlim texnologiyalarının təsnifatı

Page 2: MÖVZULAR: 1) Azərbaycan Respublikasında təhsil sistemi …referat.ilkaddimlar.com/d_pdf_refe_pedaq_6318.pdf · və onlardan insanların xeyrinə ... toplama, çıxma, vurma, bölmə,

1. Azərbaycan Respublikasında təhsil sistemi

Təhsil sistemi – hакimiyyət оrqаnlаrının rəhbərliyi ilə ölкədахilində qаrşılıqlı аsılılıq və аrdıcıllıqlа fəаliyyət göstərəntəhsil-tərbiyə müəssisələrinin коmplекsindən ibаrət mürəккəb bir təsisаtdır.Təhsil sistemi dedikdə ölkə daxilində mövcud olan bütün təlim və tərbiyə müəssisələrinin məcmusu nəzərdə tutulur. Bura məktəbəqədər tərbiyə müəssisələri, ümumtəhsil məktəbləri, orta və ali ixtisas məktəbləri, məktəbdənkənar tərbiyə ocaqları daxildir. Təhsil sistemi üst quruma daxil olub ölkənin ictimai və iqtisadi quruluşuna müvafiq şəkildə, həm də dövlət tərəfindən müəyyən edilmiş prinsiplər əsasında qurulur. Ona görə də aydındır ki, ictimai-iqtisadi quruluşu müxtəlif olan ölkələrdə təhsil sistemlərinin və eləcədə sosialist ölkələrinin xalq maarifi sistemlərinin özlərinə məxsus spesifik xüsusiyyətləri vardır. Bütün xalqların istədiyi dildə təhsil almaqda bərabər hüququ vardır. Təhsil dünyəvidir. Qadınlar və kişilər bərabər təhsil hüququna malikdir. Uşaq və gənclərlə yanaşı yaşlıların da təhsil hüququ vardır. O cümlədən Azərbaycanda da təhsil bu müddəalar əsasında qurulmuşdur.SSRİ-də və Azərbaycanda xalq maarifi aşağıdakı quruluşda idi:- körpələr evi, uşaq bağçaları (1-6 yaş)- ibtidai məktəblər (1-4 sinif)- natamam orta məktəblər (1-9 siniflər)- orta məktəblər (1-11 siniflər)- xüsusi və yardımçı məktəblər (fiziki və əqli cəhətdən nöqsanlı olan uşaqlar üçün internat məktəblər)- fəhlə və kəndli gənclər üçün axşam növbəli qiyabi orta məktəblər (VIVII, VIII-XI).- ixtisaslı fəhlə kadrları hazırlayan texniki-peşə məktəbləri- 9 illik təhsil texniki-peşə məktəbləri üzərində qurulmuş 1 və 2 il təhsil müddəti olan- 9 illik təhsil üzərində qurulan və təhsil müddəti 2,5-3 il olan texnikumlar, orta ixtisas məktəbləri- XI illik təhsil üzərində qurulan və təhsil müddəti 1,5-2 il olan texnikumlar,- orta XI illik təhsil üzərində qurulan və təhsil müddəti 4-6 il olan ali məktəblər, bura daxildir: universitetlər, institutlar, konservatoriyalar, akadameyilar. Akademiyalar dedikdə burada ali təhsil verən, məsələn: kəndtəsərrüfat akademiyası, hərbi akademiyalar, tibb akademiyaları və s. nəzərdə tuturlur.- elmi kadrların hazırlanması üçün ali məktəblər və elmi tədqiqat institututları nəzdində 3 illik aspirantura: buranı bitirənlər elmlər namizədi alimlik dərəcəsi almaq üçün disertasiya müdafiə etməlidir. Respublika Milli Məclisinin 2009-cu il iyunun 19-da keçirilmiş iclasında“Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu” qəbul olunmuş və

Page 3: MÖVZULAR: 1) Azərbaycan Respublikasında təhsil sistemi …referat.ilkaddimlar.com/d_pdf_refe_pedaq_6318.pdf · və onlardan insanların xeyrinə ... toplama, çıxma, vurma, bölmə,

ölkə prezidentinin təsdiqinə verilmişdir. Ölkə Prezidenti İlham Əliyev “Təhsilhaqqında Azərbaycan Respublikasının Qanunun tətbiq edilməsi barədə” 5sentyabr 2009-cu il tarixdə Fərman imzalamışdır.

Təhsil Qanunu altı fəsildən və 47 maddədən ibarətdir. Ayrı-ayrımaddələr özləri də bəndlərə bölünmüşdür.

“Ümumi müddəalar” adlanan birinci fəsil yeddi maddədən ibarətdir.Burada təhsildə işlənən əsas anlayışlara aydınlıq gətirilir; təhsil haqqındaAzərbaycan Respublikasının qanunvericiliyi; təhsil sahəsində dövlətsiyasətinin əsas prinsipləri; təhsilin əsas məqsədi; təhsil hüququna dövləttəminatı; təhsil sahəsində dövlət standartları; tədris ili kimi ümdə məsələlərşərh edilir.

Ikinci fəsil “Azərbaycan Respublikasının təhsil sistemi” adlanır. Bufəsil 20 maddədən ibarətdir. Ayrı-ayrı maddələrdə təhsil sistemininquruluşu; təhsilin keyfiyyət səviyyəsi; təhsil proqramı (kurikulum); təhsilməzmununa və təşkilinə dair ümumi tələblər; təhsilin formaları; təhsilalmaformaları; təhsil müəssisəsi; təhsil müəssisəsinin təsisçisi; təhsilfəaliyyətinin lisenziyalaşdırılması və təhsil müəssisəsinin akkreditasiyası;təhsilin pillələri və səviyyələri; məktəbəqədər təhsil; ümumi təhsil; ilk peşə-ixtisas təhsili; orta ixtisas təhsili; ali təhsil; doktorantura; əlavə təhsil, təhsilsistemində elmi araşdırmalar; ali və orta ixtisas təhsili müəssisələrinətələbə qəbulunun ümumi qaydaları; təhsil haqqında dövlət sənədi; təhsilmüəssisələrində iaşə və tibb xidməti kimi məsələlər öz əksini tapmışdır.

Təhsil haqqında Qanunun II fəsli “Təhsil sisteminin idarə olunması,təhsil subyektlərinin hüquqları, vəzifələri və sosial müdafiəsi” adlanır. Bufəsil 8 maddəni özündə birləşdirir. Adı çəkilən fəsildə təhsil sahəsindədövlətin vəzifələri; təhsil müəssisəsinin idarə olunması; təhsil prosesininiştirakçıları; təhsilalanların hüquq və vəzifələri; təhsilverənlərin hüquq vəvəzifələri; valideynlərin və ya digər qanuni nümayəndələrin hüquq vəvəzifələri; təhsilalanların sosial müdafiəsi; təhsilverənlərin sosial müdafiəsikimi maddələr verilmişdir.

“Təhsilin iqtisadiyyatı” adlanan III fəsil 6 maddədən ibarətdir. Bumaddələrdə təhsil sistemində mülkiyyət münasibətləri; təhsil müəssisəsininmaliyyələşdirilməsi; dövlət və bələdiyyə təhsil müəssisələrininmaliyyələşdirilməsi mənbələri; özəl təhsil müəssisələrininmaliyyələşdirilməsi; təhsil müəssisəsinin sahibkarlıq fəaliyyəti; keyfiyyətsiztəhsilə görə vurulan zərərin ödənilməsi məsələlərinə aydınlıq gətirilir.

Qanunda V fəsil “Təhsil sahəsində beynəlxalq əlaqələr” adlanır.Burada təhsil sahəsində beynəlxalq əməkdaşlıq və xarici əlaqələr;Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin vəvətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaqhüququ kimi maddələr öz ifadəsini tapmışdır.

“Keçid və yekun müddəaları” adlanan sonuncu, VI fəsil üç maddəniözündə birləşdirir. Bu maddələrdə qanunun pozulmasına görə məsuliyyət;keçid müddəaları; qanunun qüvvəyə minməsi kimi məsələlər işıqlandırılır.

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun ayrı-ayrı maddələrində nəzərdən keçirilən bəzi məsələlərlə tanış olaq Müxtəlif dövrlərdə, müxtəlif pedaqoqika dərsliklərində təhsilə müxtəlif yanaşmalar olub, müxtəlif təriflər verilib. Mövcud pedaqoqika dərsliklərini və təhsilə olanmünasibətləri təhlil etdikdən sonra N.M.Kazımovun təhsilə münasibətini aktual hesab edirik və onun təhsilə verdiyi tərifi əsas götürürük. Xalq təsərrüfatının tərkib hissəsi kimi, müvafiq tədris müəssisələrində müəyyən

Page 4: MÖVZULAR: 1) Azərbaycan Respublikasında təhsil sistemi …referat.ilkaddimlar.com/d_pdf_refe_pedaq_6318.pdf · və onlardan insanların xeyrinə ... toplama, çıxma, vurma, bölmə,

müddətdə öyrənilən, tərbiyə və inkişaf imkanına malik olan, təlimin həm zəruri şərti; həm də nəticəsi olan biliklər, bacarıq vəvərdişlər sistemi təhsildir. Lakin, bu tərifdə təhsil xalq təsərrüfatının tərkib hissəsi hesab edildiyi halda təkcə tədris müəssələrində bilik, bacarıq və vərdişlərə yiyələnmə sistemi kimi verilib. Halbuki, istehsal müəssələrininözündə, mədəniyyət müəssələrində də və diğər qeyri təhsil müəssələrində də bilik, bajarıq və vərdişlərə yiyələnmə mövcuddur. Məsələn peşə təhsili xüsusi təhsil müəssələri ilə yanaşı mədəniyyət müəssələrində,elmi – tədqiqat müəssələrində də verilir və s. Təhsil onun məzmunu, formaları, məqsədi cəmiyyətin iqtisadi - ictimai inkişafı ilə bağlı olaraq inkişaf edir və dəyişir, o cəmiyyətin, əsasən iqtisadi tələbləri ilə müəyyən edilir. Müasir inkişaf səviyyəsi,ictimai iqtisadi quruluş böyüyən nəslin hərtərəfli inkişafını tələb edir. Yəni böyüyən nəslin həm zehni qabiliyyətləri inkişaf etdirilməli, həm də onlarda maddi istehsalla bağlı bilik, bacarıq və vərdişlər formalaşdırılmalıdır. Ona görə də təhsil ümumi, politexnik və peşə təhsilləri olmaqla üç hissəyə ayrılır. Təhsilin bu tərkib hissələri bir birilə qarşılıqlı əlaqədə olub biri digərinin mövcudluğu üçün zəmin, əsas rolunu oynayır. Ümumi təhsil böyüyən nəslin seçəcəyi peşədən asılı olmayaraq həyatın bütün sahələri üçün zəruri olan biliklərə yiyələndirir və onlarda fəaliyyət üçün əsas olan bacarıq və vərdişlər formalaşdırır.Öyrədiləcək elmi biliklər elmlərin son nəaliyyətlərini əhatə edir. Ümumi təhsilin tərkibinə daxil olan fənlər üç əsas qrupa ayrılır: təbii, humanitar, əmək və fiziki inkişaf fənləri: Təbii fənlərin tərkibinə riyaziyyat, fizika, kimya, bioloqiya və s. daxildir.Bu fənlər vasitəsilə təbiət hadisələrinin obyektiv inkişaf qanunauyğunluqları və onlardan insanların xeyrinə istifadə yolları haqqında elmi məlumatlar verilir. Bu təbii və riyazi biliklərin öyrədilməsi vasitəsilə böyüyən nəslin təfəkkürü, ümumiyyətlə idrakı inkişaf etdirilir. Bu təbii elmlərin tədrisi prosesində həmçinin hər bir öyrənilən elmi məlumata aid zəruri bacarıq və vərdişlər formalaşdırılır. Humanitar fənlərin tədrisi vasitəsi ilə isə böyüyən nəsl cəmiyyətin obyektiv inkişaf qanunlarını, insanların sosial təbiətini öyrənib dərk edir. Humanitar fənlərə tarix, ədəbiyyat, coğrafiya, ana dilləri, xarici dil, və s. daxildir. Bu fənlərin hər biri uşaqlara cəmiyyət hadisələrinin konkret bir sahəsi haqqında elmi məlumat verir. Məsələn tarix dərsləridə hər kəs həm öz xalqının, həm də başqa xalqların tarixi keçmişini, dil dərslərində dilin tərkib hissələri, qrammatik qada –qanunları və s. mənimsəyir. Ədəbiyyət, musiqi, təsviri sənət dərsləri uşaqların estetik hiss və zövqlərini formalaşdırır, onlara gözəllik qanunlarını dərk etdirir, yaradıcılıq qabiliyyətlərini inkişaf etdirir. Bədən tərbiyəsi, əmək təlimi və bu kimi dərslərböyüyən nəslin sağlamlığını möhkəmləndirir, onları əməyə hazırlayır, əmək üçün zəruri olan bacarıq və vərdişlər formalaşdırır, gəncləri vətənin müdafiəsinə hazırlayır. Təhsilin bütün səviyyələrin də (peşə təhsili, ali təhsilvə s.) təhsil alanların fiziki və əmək hazırlığı diqqət mərkəzində olur, təhsil

Page 5: MÖVZULAR: 1) Azərbaycan Respublikasında təhsil sistemi …referat.ilkaddimlar.com/d_pdf_refe_pedaq_6318.pdf · və onlardan insanların xeyrinə ... toplama, çıxma, vurma, bölmə,

məqsədlikdn asılı olaraq onlar müxtəlif səviyyələrdə, formalarda aparılır. Məsələn əmək təhsili ali təhsil müəssisələrində istehsalat təcrübələri formasında aparılır. Burada artıq gənclər seçdiyi peşə üzrə birbaşa əməyə, müstəqil fəaliyyətə hazırlanırlar. Ümumi təhsil ibtidai, natamam orta, orta olmaqla üc hissəyə ayrılır.İbtidai təhsil orta məktəblərin I – IV siniflərini əhatə edir, təbii və ictimai hadisələr haqqında elementar elmi məlumatlar verir, ətraf aləmlə tanış edir, hesablama – toplama, çıxma, vurma, bölmə, oxu və yazı bacarıq və vərdişləri formalaşdırır. Natamam orta təhsil orta məktəblərin V - IX siniflərini əhatə edir. Bu dövrdə uşaq və yeniyetmələr təbiət və cəmiyyət elmlərinin əsas anlayışlarını mənimsəyir, zəruri bacarıq və vərdişlərə yiyələndirilir, elmi dünyagörüş elementləri formalaşdırılır, marağa və bacarığa görə peşə seçməyə hazırlanırlar.Bu dövrdə həmçinin uşaq və yeniyetmələrdə əxlaqi keyfiyyətlər də formalaşdırılır. Ümumi orta təhsil intelektual səviyyənin əvvəlkilərə nisbətən yüksək pilləsidir. Bu orta məktəblərin X-XI siniflərini əhatə edir. Bu səviyyədə yeniyetmə və gənclər həyat üçün zəruri olan bilikləri daha dərindən öyrənir, onların mövcud bacarıq və vərdişləri daha da inkişaf etdirilib möhkəmləndirilir, elmi dünyağörüş formalaşdırılır, mövcud ictimai – siyasi hadisələrə, istehsala şüurlu münasibət yaradılır, müstəqil peşə seçmə təşəbbüsləri üzə çıxarılır. Ümumi orta təhsil həm orta məktəblərdə həm də əlahiddə məktəblərdə ( lal –kar, kor, əqli cəhətdən zəif inkişaf etmiş uşaqlar üçün məktəblər), litseylər, qimnaziyalar, seminariyalar və müxtəlif tipli peşə məktəblərində də verilir. Ümumtəhsil aşağıdakı vəzifələri yerinə yetirir: böyüyən nəsl təbiət, cəmiyyət və insan təfəkkürünə aid elmi məlumatlarla silahlandırılır; idrakı prosesləri, yaradıcılıq qabiliyyətləri inkişaf etdirilir; onlarda elmi dünyagörüşün əsasları formalaşdırılır; cəmiyyətin tələb etdiyi əxlaq normaları, davranış qaydalarına yiyələndirilir; estetik zövqləri, hissləri inkişaf etdiriləcək estetik görüşlər sistemi yaradılır; hüquqi biliklərə yiyələndirilir və müvafiq münasibət formalaşdırılır; ictimai – siyasi fəallıq tərbiyə edilir. Təhsilin bütün səviyyələrində tədrisin məqsədi, vəzifələri, məzmunu öz əksini tədris planı, proqramları, dərsliklərdə tapır. Tədris planı ayrı – ayrı məktəblərdə (orta, peşə, ali, xüsusi məktəblər) öyrədilən fənlərin sayı, həcmi, ardıcılığı, həmçinin siniflər, kurslar üzrə verilən rüblük, smestlik, illik saatların miqdarını müəyyən edən rəsmi dövlət sənədidir. Onu dövlət müəyyən edir, təsdiqləyir. Tədris müəssələrinin onu dəyişdirməyə icazəsi yoxdur. Onu təhsil nazirliyi təstiq edir və yerinə yetirilməsi məcburidir. Hər təhsil müəssəsinin məqsədinə uyğun olaraq tədris planı tərtib edilir. Tədris planı təhsil müdətinə görə qurulur və burada xüsusi kurslar, dərsdən kənar təlim məşğələləri də əhatə olunur. Tədris proqramları hər fənn üzrə aşılanacaq bilik, bacarıq və vərdişlərin məzmununu, həcmi, təcrübə,müxtəlif tip məşqələləri (müxtəlif siniflər və kurslar üzrə) əhətə edir. Proqramlarda konkret olaraq hər mövzuya verilən saat, həmin mövzu üzrə aparılan təcrübi işə verilən vaxt, müstəqil işlərə verilən saatların miqdarı

Page 6: MÖVZULAR: 1) Azərbaycan Respublikasında təhsil sistemi …referat.ilkaddimlar.com/d_pdf_refe_pedaq_6318.pdf · və onlardan insanların xeyrinə ... toplama, çıxma, vurma, bölmə,

göstərilir. Proqramda həmçinin mövzular üzrə mənimsədiləcək elmi məlumatlar, onların sistemi də verilir. Proqram tərtibində hər bir elmin sistematiklik və ardıcılığı gözlənilir. Tədris edilən mövzular elə ardıcılıqlı düzülür ki həm həmin elmi sahəsi haqqında sistemli anlayışlar yaradılır, həm də elmin sistemi və ardıcılığı pozulmur. Hər bir fənnin tədrisində elmin sistemi qorunur, hər yeni tədris edilən mövzu özündən əvvəl öyrədilmiş mövzunu mökəmləndirir və onu tamamlayır, sonrakı mövzulara zəmin hazırlayır.

Page 7: MÖVZULAR: 1) Azərbaycan Respublikasında təhsil sistemi …referat.ilkaddimlar.com/d_pdf_refe_pedaq_6318.pdf · və onlardan insanların xeyrinə ... toplama, çıxma, vurma, bölmə,

2. Tərbiyədə məqsəd anlayışları

Tərbiyəyə müxtəlif təriflər verirlər: “Tərbiyəçinin tərbiyə olunanaməqsədyönlü təsiri”, “uşaqda bu və ya digər keyfiyyəti (böyüyə hörmət,düzlük və doğruçuluq, vətənpərvərlik və s.) inkişaf etdirmək üçün onagöstərilən təsir” , “yaşlı nəslin qazandığı sosial təcrübənin gənc nəsləverilməsi” və s.Həmin təriflər tərbiyə prosesinin mahiyyəti bu və ya digər dərəcədə açır. Birqədər də dəqiq ifadə etməli olsaq, tərbiyəyə belə tərif verə bilərik: tərbiyədedikdə, bu və digər keyfiyyəti inkişaf etdirmək, davranış təcrübəsiniformalaşdırmaq üçün tərbiyəçinin (valideynin, müəllimin) tərbiyə olunana(uşağa, şagirdə) mütəşəkkil, məqsədyönlü, planlı, sistemli və fasiləsiz təsirgöstərməsi prosesi başa düşülür. “Tərbiyə” sözü son dərəcə genişanlayışdır. Çox zaman “təhsil” və “təlim” də onun tərkibində nəzərdənkeçirilir, hətta pedaqogikaya tərif verərkən ona “tərbiyə” haqqında elm kimiyanaşırlar. Bu, görünür, təhsil və təlim anlayışlarına nisbətən tərbiyəanlayışının daha erkən meydana gəlməsilə bağlıdır. Ilk insanlar məhztərbiyə edə-edə övladlarına bilik, bacarıq, vərdişlər qazandırırdılar. Ingilisdilində “education” sözü var. O, eyni zamanda həm tərbiyə, həm təhsil,təlim, maarif, həm də ən əsası, “pedaqogika” mənasını verir.Bu gün çox təlatümlü bir dövrdə yaşayırıq. Belə bir vaxtda, təbii ki, tərbiyəprosesini köhnə sxemlər, modellər üzrə qurmaq olmaz. Biz cəmiyyətdənayrı yaşamırıq və cəmiyyətdə baş verən dəyişikliklərə biganə qala bilmərik.Eyni zamanda həmin dəyişikliklər bu və ya digər dərəcədə hər bir şəxsinhəyatına da öz təsirini göstərir. Özünütərbiyə dedikdə, şəxsiyyətin (şagirdin, uşağın) ictimaiyyətin təqdiretdiyi müsbət keyfiyyətləri və davranış təcrübəsini özündə təkmilləşdirmək;mənfi sifətlərdən və naqis hərəkətlərdən azad olmaq üçün öz üzərindəsistemli, məqsədyönlü və planlı şəkildə apardığı dərkedilmiş fəaliyyətanlaşılır.Gənc nəslin tərbiyəsi diqqətdən yayınmır. Ailədə valideynlər, məktəbdəpedaqoji kollektivin üzvləri şagirdlərin tərbiyəsi qayğısına qalırlar. Nəticədəməktəblinin müsbət mənəvi keyfiyyətləri inkişaf edir, o, nümunəvi davranıştəcrübəsinə yiyələnir, intizamı gözləyir. Hələ vaxtilə bu həqiqəti aydın başadüşən Şeyx Şihabəddin Sührəvərdi deyirdi: “Tut yarpağı tədricən atlasolduğu kimi, düzgün təlim-tərbiyə sayəsində hər bir şəxs də get-gedə həqiqiinsana çevrilə bilər”.Əlbəttə, pedaqoji təsirlərə biganə qalan uşaq və yeniyetmələrə də rastgəlinir. Başqaları tərəfindən aparılan tərbiyə ilə yanaşı, hər bir kəs, ocümlədən şagirdlər özləri də öz tərbiyələri ilə məşğul olmalıdırlar. Bu,özünütərbiyədir. Yaxşı görünmək, başqalarının rəğbətini qazanmaq,insanlara və cəmiyyətə faydalı olmaq arzusu insanı özünütərbiyəsiqayğısına qalmağa sövq edir. Lakin heç də hamı özünütərbiyə ilə məşğulolmur. Insanı (şagirdi) buna daxili tələbat məcbur etməlidir. Tərbiyə və özünütərbiyə bir-birinə möhkəm tellərlə bağlıdır. Özünütərbiyədüzgün aparılan tərbiyənin nəticəsində meydana gəlir. Deməli,özünütərbiyə tərbiyədən bilavasitə asılı olan pedaqoji prosesdir. Tərbiyəninmüəyyən bir formasıdır. Tərbiyə olmadan özünütərbiyədə yüksək nəticələrqazanmaq qeyri-mümükündür. Özünütərbiyənin səciyyəvi xüsusiyyətibundan ibarətdir ki, şagird tərbiyənin obyektindən onun subyektinə keçir.Özünütərbiyə məktəblidən yüksək şüurluluq və məqsədaydınlığı tələb edir.Özünütərbiyədə şüurluluq o deməkdir ki, şagird daxili təhrikedici motivlərin

Page 8: MÖVZULAR: 1) Azərbaycan Respublikasında təhsil sistemi …referat.ilkaddimlar.com/d_pdf_refe_pedaq_6318.pdf · və onlardan insanların xeyrinə ... toplama, çıxma, vurma, bölmə,

köməyilə özü, heç kimin diqtəsi olmadan özünütərbiyəsi ilə məşğul olur.Ona görə də deyirlər ki, özünütərbiyə insanın təkmil, kamil görünməkdənötrü şüurlu cəhdi ilə əlaqədardır. Özünütərbiyədə məqsədaydınlığı budur ki,yeniyetmə yaxşı təsəvvür etməlidir ki, o özündə hansı keyfiyyətləri inkişafetdirmək, hansı mənfi keyfiyyətlərdən və davranış təcrübəsindən yaxaqurtarmaq istəyir. Özünütərbiyədə şüurluluq və məqsədaydınlığı ilə yanaşıbu işə müntəzəm səy də tələb olunur. Şagird öz tərbiyəsi (özünütərbiyəsi)qayğısına qalmalıdır.Özünütərbiyə mexanizminin bir-biri ilə qarşılıqlı əlaqə və münasibətdə olaniki tərəfi vardır: 1) subyektiv, daxili (özünüdərk, özünəöhdəlik, özünüidarə,özünütənqid , özünüqiymətləndirmə və s.); 2) obyektiv, xarici (xarici aləmdəki rəngarəng fəaliyyət).Özünütərbiyənin ilk rüşeymləri xeyli erkən – uşaq vaxtı yaranır. Oğlan vəqızlar bu zaman öz davranışlarını hələ ki, şəxsiyyət keyfiyyətləri iləəlaqələndirmirlər, lakin hansı hərəkətin başqalarına, valideynlərinə xoşgəlib-gəlməyəcəyini artıq bilirlər. Uşaq irəli sürülən tələbləri əsas götürərək,ata-anasını, baxdığı filmdə, tamaşada gördüyü, oxuduğu kitabda sevdiyiqəhrəmanı yamsılayaraq, çalışır ki, yaxşı olsun (“Mən də qəhrəmanolacağam” və s.), pis keyfiyyətlərdən, davranış və rəftardan imtina edir.(“Daha söyüş söyməyəcəm”, “Balacaları incitməyəcəm” və s.).Yeniyetməlik yaşında özünütərbiyə yeni xarakter alır. Insanların hərəkət vəəməllərindəki müsbət və mənfi tərəfləri görmək, başqaları ilə özünümüqayisə etmək , özünüqiymətləndirməyə cəhd və s. bu yaşda gənc nəsliözünütərbiyəyə istiqamətləndirən motivlərdir.Əgər tərbiyə prosesi şagirdə ərtafdan göstərilən təsirləri nəzərdə tutursa,özünütərbiyə, bilavasitə onu daxildən fəaliyyətə yönəldən motivləri əksetdirir. Lakin bəzən təcrübəsizliyə və məhdud dünyügörüşə malik olmaq,səbirsizlik, utancaqlıq, yaxud təkəbbürlük səbəbindən şagird, müəlliminköməyi olmadan özünütərbiyəni həyata keçirə bilmir və ruhdan düşür. Bunaisə yol vermək olmaz. Böyüklər yeniyetmələrə özünə kənardan baxmağı,özünütəhlili, özünütənqidi öyrətməli, özünütərbiyənin əsas metod vəvasitələrinə, o cümlədən özünənazərət və özünəhesabata, özünətəlqinə vəözünüinandırmaya və s. nail olmaqla onlara kömək göstərməlidirlər. Öz-özünü görmək bacarığı özünütərbiyədə mühüm rol oynayır. Şərqin böyüksənət abidələrindən biri olan “Qabusnamə”də deyilir: “Gərək insan aynayabaxsın, görünüşü yaxşıdırsa, işi də görünüşü kimi yaxşı olmalıdı, çünkigözələ çirkinlik yaraşmaz, buğdadan arpa, arpadan buğda bitməməlidir...Aynaya baxdıqda özünü kifir görsən, yenə yaxşılıq et, çünki, çirkinlik etsən,kifirliyi artırmış olarsan. Bu isə çox pis şeydir. Bir çirkinlik üstünə bir dəçirkinlik gəlsən, bir yerdə iki çirkinlik olar”.Ilk gənclik yaşında özünütərbiyə daha məqsədyönlü xarakter alır.Dünyagörüşün təşəkkül tapıb formalaşması, özünün qüsurlu tərəflərinigörmək bacarığı, özünütərbiyə proqramına yiyələnməkdə şagirdə şəraityaradır. Bu yaşda məktəblilər əsas etibarilə ağlın, iradənin, müsbət mənəvikeyfiyyətlərin inkişafı qayğısına qalır, fiziki kamilliyə can atırlar.Özünütərbiyənin komponentləri bunlardır: özünətəlqin, özünənəzarət,özününizamlama, özünəqiymət, özünə kənardan baxmaq bacarığı,özünəsərəncam, özünəöhdəlik, özünəməsuliyyət, özünütəhlil,özünəhesabat, özünütənqid və s. və i.a.Yenidəntərbiyə dedikdə, tərbiyəçinin uşaqda təşəkkül tapmış yalnışmühakimə, mülahizə, baxış, əqidə və qiymətləndirmənin, habeləşəxsiyyətin formalaşması prosesinə əngəl törədən davranış təcrübəsinin

Page 9: MÖVZULAR: 1) Azərbaycan Respublikasında təhsil sistemi …referat.ilkaddimlar.com/d_pdf_refe_pedaq_6318.pdf · və onlardan insanların xeyrinə ... toplama, çıxma, vurma, bölmə,

dəyişdirilməsinə, yönəldilmiş məqsədəuyğun, mütəşəkkil, planlı və sistemlifəaliyyət nəzərdə tutulur.Tərbiyəyə nisbətən yenidəntərbiyə daha çətin və uzunsürən prosesdir. Biryandan şagirddə özünü göstərən mənfi hallar aradan qaldırılır, digərtərəfdən müsbət keyfiyyətləri inkişaf etdirilir. Bu isə asan başa gəlmir. Mənfidavranış təcrübəsi, ərtafdakılara xoşagəlməz münasibət və ünsiyyət tərziartıq formalaşmışdır. Təsəvvürümüzə gətirək ki, şagird mənfi emosiya vəhisslər, münasibət, meyllər yaradan qeyri-sağlam mühitə düşmüşdür. Onuşəxsiyyət üçün arzuolunmaz keyfiyyətlərdən, davranış tərzindən azadetməkdən ötrü çox çalışmaq, vaxt itirmək, məhəllənin, həmyaşıdlarının,yaşlıların mənfi təsirlərini neytrallaşdırmaq lazımdır. Bütün bu işlərlə məşğulolmaq tərbiyəçidən möhkəm iradə, enerji, səbr, hövsələ, soyuqqanlıq tələbedir ki, heç də hər bir müəllim, valideyn bu kimi çətinliklərə tablaşmır, yaxuddözmək istəmir. Uşağı isə həyatın fərəhli yollarına çıxarmaq, xoşbəxtliyinsirrini ona anlatmaq lazımdır.Tərbiyə prosesinin komponentləri. Şagirdlər arasında tərbiyə işlərininsəmərəli aparılması üçün tərbiyənin komponentlərini aydın təsəvvür etməklazımdır. Həmin komponentlər aşağıdakılardır: tərbiyənin məqsəd vəvəzifələri, məzmunu, prinsipləri, metodları, tərbiyə işinin təşkili formaları vəs. Tərbiyənin mənşəyi, mahiyyəti, məqsədi barədə artıq danışdıq.Tərbiyənin ayrı-ayrı tərkib hissələri nəzərdən keçirilərkən vəzifələrə dətoxunacağıq. Bu, bir həqiqətdir ki, tərbiyənin ümumi vəzifələri onun tərkibhissələrində öz əksini tapır. Bu və ya digər tərkib hissəyə aid olan vəzifə isəümumi tərbiyənin vəzifələrindən irəli gəlir.Tərbiyənin məqsəd və vəzifələri.Müxtəlif ictimai-iqtisadi formasiyalarda tərbiyənin məqsədinə müxtəlifşəkildə yanaşmışlar. Hər bir dövrdə cəmiyyət üzvlərinin şəxsiyyətinəmüəyyən tələblər verilmişdir. Antoqonist siniflərin mövcud olduğu ictimai-iqtisadi formasiyalarda tərbiyə sinfi xarakter daşımış, hakim sinfinmənafeyinə xidmət göstərmişdir. Siniflərin mövcud olmadığı ibtidai icmaquruluşunda tərbiyənin məqsədi ümumi idi – uşaqların hamısı (cinsi fərqlərmüəyyən dərəcədə nəzərə alınmaqla) eyni tərbiyəni alırdı.Sosializm cəmiyyətinin qarşısında kommunizm qurmaq kimi vahid məqsəddurduğundan şəxsiyyəti, gənc nəsli formalaşdıran tərbiyə prosesi dəkommunist tərbiyəsi adlanırdı. Bu tərbiyənin başlıca məramı isə ahəngdarvə hərtərəfli inkişaf etmiş şəxsiyyət, kommunizm qurucuları yetişdirmək idi.Bütün yuxarıda deyilənlərdən görünür ki, tərbiyənin məqsədi həmişə bu vəya digər cəmiyyətin tələblərini obyektiv şəkildə özündə ehtiva edir.Prof. N.M. Kazımovun qənaətincə, “Məqsəd hər hansı işə, tədbirə,fəaliyyətə başlamazdan əvvəl adamın şüurda yaratdığı, arzu etdiyi xəyalinəticədir”. Professor tərbiyənin məqsədinə aşağıdakı şəkildə aydınlıqgətirir: “Tərbiyənin məqsədi tərbiyə işini həyata keçirməzdən əvvəltərbiyəçinin şüurda canlandırdığı xəyali nəticədir. Tərbiyə işinin məqsədiniəvvəlcədən dəqiq ölçüb-biçməyin böyük əməli əhəmiyyəti vardır. Məqsədnə qədər ərtaflı ölçülüb-biçilərsə, o qədər dəqiq müəyyənləşdirilərsəalınacaq nəticənin uğurlu olacağı bir o qədər artır”.Hərtərəfli və ahəngdar inkişaf etmiş şəxsiyyətin tərbiyə edilməsi öz-özlüyündə pis ideya deyil. O, öz aktuallığını bu gün də itirməyib. Müasirdövrdə tərbiyənin məqsədini belə müəyyənləşdirmək mümkündür: özsoykökünə bağlı, cəmiyyətə yararlı, Vətəni sevən, onun taleyi üçün narahatolan, müdafiəsində duran, ölkəmizi dünyanın ən inkişaf etmiş və sivildövlətləri səviyyəsinə çatdırmaqda marağı olan və bu yolda mübarizəaparan, nümunəvi davranışlı, ən nəcib sifətləri özündə birləşdirən,

Page 10: MÖVZULAR: 1) Azərbaycan Respublikasında təhsil sistemi …referat.ilkaddimlar.com/d_pdf_refe_pedaq_6318.pdf · və onlardan insanların xeyrinə ... toplama, çıxma, vurma, bölmə,

demokratik dünyagörüşlü, humanist, elmi biliklərə yiyələnmiş gənc nəsilyetişdirmək. Mütəfəkkirlər, pedaqoqlar tərbiyənin məqsədi ilə bağlı özfikirlərini bildirmişlər. Onları yada salmağa çalışaq:Y.A. Komenski: “İnsan yalnız tərbiyə sayəsində insan olur... Əxlaqtərbiyəsinin əsas vəzifəsi xeyirxah insan tərbiyə etməkdir”.J.J. Russo “Elm, yaxud tərbiyə haqqında” əsərində tərbiyənin üç başlıcavəzifəsinə diqqəti yönəldirdi: 1) xeyirxah hisslərin tərbiyəsi, başqa sözlə,qəlbin (ürəyin) tərbiyəsi; 2) xeyirxah mühakimələr tərbiyəsi; 3) xeyirxahiradə tərbiyəsi.J.J. Russonun qənaətincə, insanlar tərbiyəni üç mənbədən alırlar –təbiətdən, əşya və hadisələrdən, ətrafdakı adamlardan.İ.H. Pestalotsi məktəbin əsas vəzifəsinin mənəvi qüvvələri və qabiliyyətlərioyatmaqdan, düşünmək qabiliyyətini inkişaf etdirməkdən ibarət olduğunugöstərirdi.İ.F. Herbart tərbiyənin məqsədini xeyirxah insan formalaşdırmaqda görürdü.Məhəmməd Füzulinin nöqteyi-nəzərincə, tərbiyənin məqsədi – elmli, pakmənəviyyata, zəngin həyata malik, insanın ruhi aləmini, əhvalını yaxşıanlayan, şəxsi mənafeyini xalqın mənafeyi ilə bağlayan, ağlı və zəkası iləinsanlara nur bəxş edən, sözündə, əhdində sədaqət və vəfa nümunəsigöstərən, səmimi şəxs formalaşdırmaqdır.Abbasqulu ağa Bakıxanova görə, tərbiyənin məqsədi əsl insanınyetişməsinə nail olmaqdır.M.F. Axundovun nöqteyi-nəzərincə, tərbiyənin məqsədi mövhumatauymayan, elmi biliklərə yiyələnmiş, şüurlu, materialist dünyagörüşünəmalik, vətənpərvərlər yetişdirməkdən ibarətdir.Tərbiyənin məqsədinin yerinə yetirilməsi zamanı əqli, mənəvi, əmək,estetik, hüquqi, ekoloji, iqtisadi və s. tərbiyəni həyata keçirməklə əlaqədarolan daha xüsusi vəzifələr irəli sürülür. Tərbiyənin hər hansı tərkib hissəsiüzrə işin aparılması, digər tərkib hissələrinin vəzifələrinin də eyni zamandagerçəkləşməsinə, yerinə yetirilməsinə kömək göstərir.

Page 11: MÖVZULAR: 1) Azərbaycan Respublikasında təhsil sistemi …referat.ilkaddimlar.com/d_pdf_refe_pedaq_6318.pdf · və onlardan insanların xeyrinə ... toplama, çıxma, vurma, bölmə,

3. Ali məktəbdə təlimin əyanilik prinsipi

Bəzən belə güman edirlər ki, təlim biliklərin şagirdlərə verilməsinin sadəprosesidir. Təlim mürəkkəb tərbiyəvi-təhsilləndirici-inkişafetdiricifunksiyalara malikdir. Təlimdə müəllim və məktəblilərin qarşılıqlı fəaliyyətikimi iki tərəf çıxış edir: tədris və öyrənmə. Onlar bir-biri ilə sıx surətdəbağlıdır. Təlimin səmərəliliyi tədris prosesində müəllim və məktəblilərindüzgün qarşılıqlı fəaliyyətindən, təhsil alanların idraki fəalllığının vəmüstəqilliyinin, öyrənməyə maraqlarının səviyyəsindən xeyli dərəcədəasılıdır. Təlimin canı şagirdin fəal müstəqil tədris fəaliyyətidir. Öyrənməinsanın səciyyəvi fəaliyyətini özündə birləşdirir və insan fəaliyyətinin şüurluməqsədi izlədiyi, müvafiq bilik, bacarıq və vərdişləri, davranış normalarınıvə fəaliyyət növlərini mənimsədiyi yerdə təzahür edir.Psixologiyadaöyrənmə şüurlu tənzim olunan öyrətmə kimi nəzərdən keçirilir. Uşağınyaşının üstünə yaş gəldikcə, müxtəlif yaş dövrlərinə qədəm qoyduqca onundavranışındakı və fəaliyyətindəki bütün əsas dəyişikliklər öyrətmə faktlarıilə müşayiət olunur. Öyrənmə xarakterinə malik olması üçün məqsədyönlüfəaliyyətin orqanizmin anadangəlmə xüsusiyyətlərilə deyil, həyatdaqazanılan xüsusiyyətlərilə, gələcək fəaliyyətlə bağlılığı vacibdir. Bu mənadaöyrənmə şəxsiyyətin xüsusiyyətlərindən, o cümlədən onu gələcəyəyönəldən hərəkətlərindən irəli gələn məqsədəuyğun bir prosesdir. Hər birfəaliyyətin əsas motivləri (təhrikediciləri) rolunda insanın tələbatları vəmaraqları çıxış edir. Tələbatlar şəxsiyyətin bu və ya digər həyat şəraitindənasılılığını göstərən, bu şəraitdə onun fəallığına şərait yaradanözünəməxsus psixi halət tələbat kimi nəzərdən keçirilir. Öyrənməninmüsbət motivləri onun həyata keçirilməsinin mühüm göstəriciləridir.

Öyrənmə motivasiyasının formalaşdırılması mühüm psixoloji-pedaqojiproblem kimi özünü göstərir. Şagirdlər öyrənmənin faydasını anlamalı vəöyrənmənin obyektiv, ictimai əhəmiyyətini, habelə onun subyektiv mənasınıbaşa düşməlidirlər. Motiv (latınca motiv motere-hərəkətə gətirmək mənasınıverir) şagirdi fəaliyyətə təhrik edən qüvvədir. Odur ki, pedaqoji kollektivlərinüzvləri öyrənmənin müsbət motivlərinin formalaşdırılması qayğısınaqalmalıdırlar. Psixologiya və pedaqogikada təlim motivlərinin iki qrupunadiqqəti cəlb edirlər: idraki motivlər və sosial motivlər. Məktəblilərin fəallığıbu və ya digər tədris fənninin (Azərbaycan dili, Azərbaycan tarixi, riyaziyyat,fizika və s.) tədrisi zamanı nəzərdən keçirilən hər hansı bir obyektəistiqamətləndikdə, demək, söhbət idraki motivlərdən gedir. Idraki motivlərinaşağıdakı növlərini fərqləndirirlər: 1. Geniş idraki motivlər (şagird hər birfənnin tədrisində yeni cisim, hadisə və proseslərə, faktlara və deduktivnəticələrə maraq göstərir). 2. Tədris-idrak motivləri (məktəblinin yalnız bir,yaxud iki-üç fənnə marağı olur və onları daha yaxşı öyrənir). 3. Özünütəhsilmotivləri (məktəbli bilikləri müstəqil əldə edir).Ikinci qrup motivlərə-şagirdindigər insanlarla müxtəlif sosial qarşılıqlı əlaqələrə malik fəaliyyəti ilə bağlıolan sosial motivlər daxildir. Diqqət edək: 1. Geniş sosial motivlər-Vətənə,cəmiyyətə faydalı olmaq üçün bilik almaq, bir şagird kimi öz borcunu yerinəyetirmək üçün yaxşı oxumaq, nümunəvi davranmaq və s. 2. Məhdud sosialmotivlər (başqa sözlə, mövqe motivləri)-insanlarla qarşılıqlı münasibətlərə(qarşılıqlı anlama, qarşılıqlı səmimiyyət və hörmətə) nail olmaq. 3.Valideynlərin və müəllimlərin rəğbətini və hörmətini qazanmaq, məktəbdəvə ailədə lazımi mövqe tutmaq üçün yaxşı oxumaq istəyi. 4. Sosialəməkdaşlıq motivləri-biliklərə yiyələnmə zamanı müəllimlərlə, sinifyoldaşları və digər şəxslərlə qarşılıqlı münasibətlərin xarakterini təhlil edir,

Page 12: MÖVZULAR: 1) Azərbaycan Respublikasında təhsil sistemi …referat.ilkaddimlar.com/d_pdf_refe_pedaq_6318.pdf · və onlardan insanların xeyrinə ... toplama, çıxma, vurma, bölmə,

onlarla yaxşı münasibət qurmağa cəhd göstərir və s. Məktəblilərdə həm dəyaradıcılıq motivləri təzahür edir. Belə hallarda motivlərin xarakterindədəyişikliklər baş verir, yaradıcılıqdan ötrü zəruri sayılan başlıca cəhətlər önplana keçir. Motivin psixoloji funksiyaları bütün hallarda, demək olar ki,eynidir. Burada iki cəhət-təhriketmə və istiqamətləndirmə vəhdətdə çıxışedir. Deməli, motiv bir tərəfdən insanı fəaliyyətə sövq edir, digər tərəfdənonun fəaliyyətinin istiqamətini müəyyən edir. Tələbat, motiv və məqsədşəxsiyyətin əsas motivasiya sahələridir. Məqsəd təlim fəaliyyətinin vədavranışın yönəldiyi dərk olunan nəticədir. Hərtərəfli inkişafa nail olmaqüçün bu motivləri uzlaşdırmaq, bir araya gətirmək lazımdır. Yalnız bu haldaidraki və sosial fəallıq bərqərar olar.Təlim prosesinin özünəməxsus qanunauyğunluqları vardır. Onların dərkedilməsi və düzgün nəzərə alınması böyük əhəmiyyət kəsb edir. Bu haldamüəllimin əməyi məqsədyönlü və elmi xarakter daşıyır, təlimin səmərəsiartır. Təlimin qanunauyğunluqları dedikdə bu prosesə obyektiv şəkildə xasolan ümumi, mühüm, sabit və təkrarlanan əlaqələr, səbəb-nəticə asılılıqlarıbaşa düşülür. Qanunauyğun prosesləri (hadisələri) öyrənməklə elmmüvafiq qanunları müəyyən edir. Təlimin qanunları bu prosesdə özünügöstərən qanunauyğun əlaqələrin mahiyyətinin aydın, dəqiq məntiqiifadəsidir. Təlimin qanunauyğunluqlarını aşkara çıxarmaqda təlimə bütövproses kimi, həm də sistemli şəkildə yanaşmaq vacib şərtdir. Bu zamantəlim prosesinin ünsürləri (komponentləri) arasındakı əlaqə və asılılıqlarıüzə çıxarmaq xüsusi əhəmiyyət kəsb edir. Təlimin ünsürlərinin birində olandəyişikliklər qanunauyğun olaraq digərlərində dəyişikliyə gətirib çıxarır. Beləqanunauyğun əlaqələr təlim prosesinin bütün ünsürləri arasında (təliminməqsədi, məzmunu, vasitə və metodları, təşkili formaları, təlimin nəticələri),habelə təlim prosesi ilə onun cərəyan etdiyi şərait arasında özünü göstərir.

Göstərilən qanunların mahiyyətini qısaca nəzərdən keçirək:I qanun: təlim prosesi, onun məqsəd və məzmunu, təşkili vasitələri cəmiyyətin tələbatı ilə və həyatla nə qədər düzgün və dolğun əlaqələndirilirsə, təlimin səmərəsi, keyfiyyəti bir o qədər yüksək olur.II qanun: təlimdə təhsil, tərbiyə və şəxsiyyətin inkişafı prosesləri qarşılıqlı əlaqədə aparıldıqda onların hər birinin səviyyəsi daha da yüksəlir.III qanun: təlimin məzmunu və təşkili elmilik və sistematiklik baxımından nə qədər düzgün qurulursa, mənimsəmənin keyfiyyəti də bir o qədər yüksək olur.IV qanun: təlimdə mücərrəd anlayışların mənimsənilməsi konkret faktlarla nə qədər düzgün və dolğun əlaqələndirilirsə, şagird anlayış və qanunları biro qədər yaxşı dərk edir, ümumiləşdirmə prosesi daha səmərəli olur.V qanun: şagird mənimsəmə prosesinə nə qədər şüurlu və fəal yanaşırsa, təlimin səmərəsi də bir o qədər yüksəlir. Əksinə, passivlik, əzbərçilik mənimsəmənin keyfiyyətinə mənfi təsir göstərir.VI qanun: təlimin məzmunu onun məqsədinə, vasitə, metod və formaları isəməzmun və məqsədə uyğun seçilib tətbiq edildikdə bütövlükdə təlim prosesi yüksək səmərə verir, onun optimal təşkilinə imkan yaranır.VII qanun: təlim prosesi şagirdin real təhsil imkanlarını - yaş və fərdi xüsusiyyətlərini, inkişaf səviyyəsini nəzərə almaqla qurulduqda təlimin

Page 13: MÖVZULAR: 1) Azərbaycan Respublikasında təhsil sistemi …referat.ilkaddimlar.com/d_pdf_refe_pedaq_6318.pdf · və onlardan insanların xeyrinə ... toplama, çıxma, vurma, bölmə,

keyfiyyəti yüksəlir, təlimə maraq artır.VIII qanun: təlim prosesi lazımi şəraitdə cərəyan etdikdə onun səmərəsi artır və əksinə.IX qanun: təlimdə bilik və bacarıqlar vaxtında nə qədər möhkəmləndirilirsə, şüurlu şəkildə təkrar və tətbiq edilirsə, təlimin nəticəsi, mənimsəmənin səviyyəsi bir o qədər yüksək olur. Təlimin nəzərdən keçirilən qanunlarının təsnifatı şərti xarakter daşıyır. Çünki təlimin bir çox qanunauyğunluqları müxtəlif təlim ünsürləri ilə bağlı olur. Məsələn, təlimin cəmiyyətin tələbatı ilə əlaqəsi qanunu təkcə məqsəd ünsürünü yox, onun vasitəsilə digər ünsürləri də əhatə edir. Təsnifat zamanı bu və ya digər qanunun təlimin hər hansı ünsüründəki dominant (aparıcı) rolu nəzərə alınmışdır. Təlimin qanunauyğunluqları müvafiq təlim prinsiplərində öz əksini tapır.

TƏLİM PRİNSİPLƏRİ- Ümumiyyətlə prinsip insanların hər hansı istənilənfəaliyyət prosesində istinad etdiyi, rəhbər tutduğu qaydalar sistemidir. Təlimprinsipləri öyrədənin (müəllim, təlimatçı, usta və s.) öyrətmə prosesində,biliklərə yiyələnmə prosesində əsaslandığı qaydalar, qanunlar sistemidir.Təlim prinsipləri təlimin bütün mərhələlərində, öyrətmənin yerindən,yaşından asılı olmayaraq bütün mərhələlərində ən ümumi cəhətləriniəhatə edir. Təlimin məqsədlərinin səmərəli şəkildə yerinə yetirilməsinəxidmət edən təlim prinsipləri təlimməqsədlərindən asılı olaraq dəyişir. Öyrətmə təcrübəsi, müəllim və öyrətmə ilə məşqul olan digər şəxslərintəcrübəsi, ümumiləşdirilmiş qənaətləri və s. təlim prinsiplərinin mənbəyidir.Bura həmçinin klassik pedaqoqların təlim haqqındakı nəzəri fikirləri dədaxildir. Pedaqoqika tarixində təlim prinsipləri müxtəlif mənbələrə istinadedilərək müəyyən edilmişdir. Məsələn Y.A.Komenski təlim prinsiplərinitəbiətəvarilik əsasında müəyyən etmişdir. Təlim prinsipləri haqqındakı mövcud nəzəri və təcrübi fikirləriümumiləşdirərək aşağıdakı şəkildətəsnif etmək olar:1.Təlimin həyatla, quruculuq işi ilə əlaqələndirilməsi.2.Təlimin mövcud əxlaq normalarına uyğun tərbiyələndirməsi.3.Müvafiqlik.4.Fərdi yanaşma.5.Əyanilik.6.Şüurluluq və fəallılıq.7.Sistematiklik və ardıcıllıq.8.Biliklərin möhkəmləndirilməsi. Əyanilik prinsipi dərk etməni real əyşa və ya hadisələr, faktlar üzərindəqurmağa deyilir. Məşhur çex pedoqoqu Y.A.Komenski əyaniliyə yüksəkqiymət verərək onu müəllimlər üçün «qızıl qayda» adlandırılmışdır. Qeydetmişdir ki, mənimsəmə prosesində nə qədər çox hiss üzvləri iştirak edərsəqavrama bir o qədər səmərəli olar.

Page 14: MÖVZULAR: 1) Azərbaycan Respublikasında təhsil sistemi …referat.ilkaddimlar.com/d_pdf_refe_pedaq_6318.pdf · və onlardan insanların xeyrinə ... toplama, çıxma, vurma, bölmə,

Mənimsənilən materialın konkret əşya və hadisələr üzərində qurulması,onun haqqındakı məlumatı dəqiqləşdirir, daha da aydın və dürüst dərketmə imkanı yaradır. Əşya haqqında (məlum olmayan) şifahi sözləməlumat əvəzinə özünün təqdim olunması mənimsəmədə eyni zaman dabir neçə hiss üzvünün iştirakını təmin etdiyi üçün, əşya aydınmənimsənilməklə yanaşı uzun müddət yadda qalır, hafizədə özünə dahamöhkəm yer edir. Bu həmçinin materialın şüurlu mənimsənilməsinə dəimkan yaradır. Hər kəsə öyrəndiyini görmə, toxunma, üzərində iş aparmaimkanı verilir. Əyanilik təlimin bütün sahələrində,bütün mərhələlərində aktualdır. Buəsasən əşya və ya hadisə haqqında ilk tanışlıq zamanı müsbət nəticə verir.Təhsil müəssisələrində bu əvvəlcədən düşünülmüş xüsusisistem əsasında aparılır. Mədəniyyət və incəsənət müəssisələrində aparılan təlim tipliməşğələlərdə də bu xüsusilə nəzərə alınmalıdır. Məsələn musiqi,dərnəklərində musiqi alətini tutma, ifanın xüsusi elementləri müəllimtərəfindən göstərilməklə yanaşı xüsusi şəkillər vasitəsilə də çatdırılmalıdır.Rəqs dərnəklərində rəqsin özünü, ifa tərzlərini əks etdirən şəkil vəplakatlardan istifadə edilməlidir. Yaşlılar və gənclər üçün texniki və digər yaradıcılıq dərnəklərində isəvəziyyət başqadır. Beləki, bu dərnəklərdə irəli sürülən hər bir «yeni» mütləqköhnənin üzərində onun yenidən təhlili və tərkibi üzərində qurulur. Buradada əyani şeylərlə yanaşı onun şəkli, sxemi, maketi üzərində də işləməkolar. Deməli əyanilik təlimin bütün səviyyələrində biliyin asanmənimsənilməsini, əşya və hadisələr haqqında düzgün təsəvvürləryaranmasını, nitq və təfəkkür inkişafını, biliklərin uzun müddət hafizədəqalmasını, dərsin maraqlılığını öyrənənlərin fəallığını və s. təmin edir. Buprinsip öyrənənlərin yaş, intelektual, ümumiyyətlə inkişaf səviyyələrinəuyğun şəkildə tətbiq edilməlidir.

4.Təhsil standartları. Tədris proqramına verilən tələblər

Page 15: MÖVZULAR: 1) Azərbaycan Respublikasında təhsil sistemi …referat.ilkaddimlar.com/d_pdf_refe_pedaq_6318.pdf · və onlardan insanların xeyrinə ... toplama, çıxma, vurma, bölmə,

Təhsil haqqında Azərbaycan Respublikasının Qanununda təhsilə belə tərifverilir: “Sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsiprosesi və onun nəticəsi”. Təhsil anlayışına təkcə təlimin nəticəsi kimi bilik,bacarıq və vərdişlər deyil, həm də insanın fəaliyyətində və ünsiyyətindəmənəvi cəhətdən tənqidi düşünmək, yaradıcılıq nümünəsi göstərmək vəqiymətləndirmək bacarığı daxildir. Buna insanı fəaliyyətin mühüm növlərinədaxil etməklə nail olunur. Təhsilin məzmunu təlim prosesininkomponentlərindəndir. Bu, elmi biliklər, bacarıq və vərdişlər sistemidir.Həmin sistemə yiyələnməklə şagirdlərin əqli və fiziki qabiliyyətlərininhərtərəfli inkişafı, onların dünyagörüşünün, əxlaqının, nümunəvi davranışvə rəftar tərzinin formalaşdırılması, ictimai həyata və əməyəhazırlanmasının məqsədlərindən və xarakterindən asılı olaraq, ümumi vəpeşə-ixtisas təhsili həyata keçirilir. Məktəbdə və digər təlim-tərbiyəmüəssisələrində təhsilin məzmunu kurikulumlar, təhsil standartları, dövləttədris planları, öyrənilən fənlər üzrə tədris proqramları və dərsliklərləmüəyyən olunur.Təhsilin məzmunu təlim metodlarını və təlimin 6təşkiliformalarını müəyyənləşdirir, şəxsiyyətin istiqamətini formalaşdırır. Ona görədə təhsilin məzmununa, onun seçilməsi prinsiplərinə və didaktikada onunquruluşuna böyük əhəmiyyət verilir. Təhsilin ayrı-ayrı pillələrində məzmunun işlənib hazırlanmasında dövləttəhsil standartları özünəməxsus rol oynayır. Təhsilin standartlaşdırılmasıölkəmizdə vahid təhsil məkanının yaradılması zərurətindən irəli gəlir vəmüxtəlif tip məktəblərdə təhsil alanlar üçün ümumi təhsilin vahid səviyyəsinitəmin edirsə, digər tərəfdən dünya təhsil sisteminə inteqrasiyaolunmağımıza imkan verir.Təhsil standartı – məzunların ümumi təhsil hazırlığına verilən tələblərinməcburi səviyyəsidir, təlimin və nəzarətin həmin tələblərə uyğun gələnməzmununu, metodlarını, formalarını və vasitələrini özündə əks etdirir.Bunlar həm “norma”, həm “nümunə” və həm də “ölçü”dür.Pedaqoji ədəbiyyatda göstərildiyi kimi, təhsil standartı dedikdə, təhsilliliyindövlət normaları kimi nəzərdən keçirilən, ictimai idealı və bu ideala nailolmaq üzrə təhsil sistemini ifadə edən əsas cəhətlərin sistemi başa düşülür.Dövlət təhsil standartları müəyyən dövr üçün dövlət tələblərini özündəəhatə edən ümumi normalar məcmusu olub, pedaqoji elmin prinsiplərinəəsasən hazırlanır. Təhsil standartları mütərəqqi beynəlxalq meyarlar, milli,ümumbəşəri dəyərlər əsas götürülməklə, müəyyən edilir. Dövlət təhsil standartları təhsilin məzmununu, pedaqoji kollektiv üzvlərininkeyfiyyət göstəricilərini, təhsilin müxtəlif pillələrində şagirdlərin (tələbələrin)bilik, bacarıq və vərdişlərinin səviyyəsini, təhsil müəssisəsinin və təlimprosesinin idarə olunmasını, maddi texniki bazanı müəyyən edir. Təhsilmüəssisələrində təhsilin dövlət standartlarına uyğun təşkili təmin edilir. Ayrı-ayrı məktəb tiplərinin fəaliyyətlərinin, təhsilin səviyyəsinin və məzunlarıntəlim göstəricilərinin monitorinqi və qiymətləndirilməsində, akkreditasiya vəməzunların yekun attestasiyasında müvafiq təhsil standartlarına əsaslanılır.Sağlamlıq imkanları məhdud olan məktəblilərin təhsilini həyata keçirməkməqsədilə isə xüsusi dövlət standartları işlənib hazırlanır. Ümumi dövlət təhsil standartı aşağıdakıları nəzərdə tutur:- təhsilin hər bir pilləsi üzrə məzmunu əks etdirir. Dövlət şagirdlərə(tələbələrə) zəruri ümumi təhsil hazırlığı verməyi nəzərdə tutur;

- təhsilalanların zəruri hazırlığına minimum tələblər verilir. Məzmun baxımından ümumtəhsil məktəbinin dövlət standartı nəzərdə

tutur:

Page 16: MÖVZULAR: 1) Azərbaycan Respublikasında təhsil sistemi …referat.ilkaddimlar.com/d_pdf_refe_pedaq_6318.pdf · və onlardan insanların xeyrinə ... toplama, çıxma, vurma, bölmə,

- elmlərin əsaslarına dair nəzəriyyələrdən, konsepsiyalardan, onlarıntarixindən, problemlərindən, metodologiyasından və proqnozlarındanxəbərdar olmaq;- bu və ya digər bilik sahəsinin əsas anlayışlarını bilmək və tətbiq etməkbacarığı;- əsas anlayışlara tərif vermək;- anlayışın məzmununu və qayəsini açmaq;- anlayışlara praktik şərh (təfsir) vermək;- bilik, elm sahələri və fəaliyyət növləri üzrə fasiləsiz ümumtəhsiltexnologiyaları ilə tanış olmaq və onların əsaslarını mənimsəmək;- cəmiyyətin əsas problemlərini (ailə, milli, sosial, siyasi, mənəvi, mədəni,beynəlxalq, ekoloji, iqtisadi, istehsalat və s. sahələrdə) bilmək və onlarınhəll edilməsi sahəsində öz vəzifələrinin nədən ibarət olduğunu aydın başadüşmək;- sabit (standart) və dəyişən (qeyri-standart) situasiyalarda idraki (nəzəri)və praktik vəzifələrin yerinə yetirilməsi zamanı elmi bilikləri tətbiq etməkbacarığı;- müvafiq təhsil sahəsinin nəzəriyyəsi və praktikasına bələd olmaq.Yuxarıda qeyd olunanlar təhsilin pillələri və səviyyələri üzrə təhsilinstandartlaşdırılmasının ümumi parametrlərini əhatə edir. Onlar təhsilsahələri, konkret tədris fənləri üzrə konkretləşdirilir. Tədris materialınıntəqdimetmə səviyyəsinə və məktəblinin icbari hazırlığına verilən tələblərnəzərə alınmaqla şagirdlərin hazırlığı səviyyəsinə nəzarət etmək və onuqiymətləndirmək məqsədilə tapşırıqlar (testlər) sistemi müəyyənləşdirilir.Təhsil standartlarında məzmun elə qurulur ki, hər bir məktəbli maksimumgücüçatan səviyyədə oxuya bilsin və onlarda təlimin müsbət motivləriformalaşdırıla bilsin.Dövlət təhsil standartları təhsilin məzmununun formalaşdırılmasında realtəcəssümünü tapan aşağıdakı normativ sənədlərə önəm verir: tədris planı,tədris proqramı, dərsliklər, dərs vəsaitləri, məsələ və çalışma kitabları və s.Bu normativ sənədlər təhsilin məzmununun layihələndirilməsinin müvafiqsəviyyəsinə (tədris planı-nəzəri təsəvvürlərin səviyyəsinə; tədris proqramı-tədris fənlərinin səviyyəsinə; tədris ədəbiyyatı-tədris materialınınsəviyyəsinə) uyğun gəlir. Tədris planı məktəbin fəaliyyətini istiqamətləndirən normativ sənəddir. Tədris planı Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiqedilən sənəd olub tədris ilinin müddətini, rüblərin və tətillərin sürəkliyini;tədris müəssisələrində öyrənilən fənlərin tərkibini (sırasını), onların hər birsinif üzrə bölüşdürülməsini, bu və ya digər sinifdə öyrənilən fənn üçünnəzərdə tutulan saatların həftəlik və illik miqdarını əks etdirir.Tədris planı tədris fənlərinin siyahısını, öyrənilən hər bir fənnə bütövlükdəvə onun hər bir mərhələsinə ayrılan vaxtı, başqa tərəfdən təhsilinməzmununda məktəbin bilavasitə əsaslandığı prioritetləri müəyyənləşdirir,digər tərəfdən onun həyata keçirilməsi üçün zəmin yaradır.Tədris planının vəzifəsi şagirdlərin hərtərəfli inkişafını təmin etmək, onlarıVətənin müdafiəsinə və əməyə hazırlamaqdır. Odur ki, orta ümumtəhsilməktəbinin, peşə-texniki məktəblərinin tədris planında sosial-iqtisadiyönümlü tədris fənləri (həyat bilgisi, Azərbaycan tarixi, insan və cəmiyyətAzərbaycan Respublikası Konstitusiyasının əsasları, iqtisadi biliklərinəsasları və s.); humanitar yönümlü fənlər (Azərbaycan dili, xarici dil,ədəbiyyat, musiqi, təsviri incəsənət və s.); təbiət-riyaziyyat fənləri(riyaziyyat, kimya, biologiya, coğrafiya və s.), həmçinin fiziki tərbiyə,texnologiya fənləri salınır.

Page 17: MÖVZULAR: 1) Azərbaycan Respublikasında təhsil sistemi …referat.ilkaddimlar.com/d_pdf_refe_pedaq_6318.pdf · və onlardan insanların xeyrinə ... toplama, çıxma, vurma, bölmə,

Tədris planında tədris fənlərinin uzlaşdırılması diqqət mərkəzində dayanır,məktəblilərin hərtərəfli inkişafı, zəruri bacarıq və vərdişlərinformalaşdırılması, ümumtəhsil hazırlığı təmin olunur. Tədris planının təkmilləşdirilməsi cəmiyyətin sosial sifarişi nəzərəalınmaqla aparılır. Məcburi fənlərlə yanaşı tədris planında fakultativməşğələlərə ayrılan vaxt (saatlar) da göstərilir. Ümumtəhsil məktəblərinin tədris planları əlavə və dəyişikliklərlə birlikdə həril kitabça şəklində, yaxud “Azərbaycan müəllimi” qəzeti vasitəsilə bütünməktəblərə çatdırılır (Ali və orta ixtisas məktəblərinin tədris planları əvvəlkiillərdən fərqli olaraq, bir neçə ildir ki, tədris müəssisələrinin özləri tərəfindənhazırlanaraq, Təhsil Nazirliyinin təsdiqinə verilir). Ümumtəhsil məktəblərinintədris planlarında tədris olunacaq fənlərin siyahısı, illik və həftəlik saatlarverilməklə yanaşı, tədris planına dair qeydlər də öz əksini tapır. Aydınlıqüçün “2009-2010-cu tədris ili üçün tədris planına dair qeydlər”in bəzibəndlərinə nəzər salaq: “5. XI siniflərdə fakultativ, fərdi və qrupməşğələlərinə ayrılmış saatlardan dərs cədvəlinə daxil edilməklə 1 saatıfizika, 1 saatı coğrafiya fənninin tədrisinə verilir; 10. fakultativ məşğələqrupları şagirdlərin sayı 8 nəfərdən az olmamaq şərti ilə komplektləşdirilir;12. Dərs ili 32 tədris həftəsindən ibarətdir. Dərs məşğələləri bütünümumtəhsil məktəblərində, bir qayda olaraq, sentyabrın 15-də başlayıb,mayın 31-də başa çatır. Dərs ili iki yarımilə bölünür: - Birinci yarımil - 15sentyabr-29 dekabr; - ikinci yarımil 06 yanvar-31 may; 13. Dərs ili ərzindəaşağıdakı tətillər müəyyən edilir: -6 gün payız tətili (12-17 noyabr); - 7 günqış tətili (30 dekabr-05 yanvar); -8gün yaz tətili (16-23 mart).Bazis tədris planı dövlət standartlarının tərkib hissəsi, əsas dövlət normativsənədi olaraq, ümumi orta təhsilin dövlət normasını əks etdirir ki, bu daməktəblilərin təhsilinin qurulmasına, məzmununa və səviyyəsinə veriləntələbləri müəyyənləşdirir. Bazis tədris planı məktəbin maliyyələşdirilməsiüçün tip tədris planının işlənib hazırlanması üçün əsas olur.Tədris planının tərkibinə aşağıdakı tələblər verilir:1. Fənləri onların arasındakı əlaqəyə və məktəblilərin səviyyəsinə uyğunşəkildə əks etdirilməsi, sonrakı fənn üçün baza yaradan əvvəl verilir,nisbətən çətin fənlər yuxarı siniflərdə tədris olunur. 2. Fənlər arasındakınisbətə diqqət yetirilməsi (elmlərdən bir qisminə, məsələn, təbiət elmlərinəüstünlük vermək və başqa qismini arxa plana çəkmək olmaz); 3. Şagirdlərinyaş xüsusiyyətləri diqqət mərkəzində dayanmalı; 4. Fənlərin tədrisindəardıcıllığa əməl olunmalı; 5. Milli tərbiyə ənənələrinin nəzərə alınması; 6.Təhsilin məzmunundakı vahidlik və varislik gözlənilməlidir; 7. Hər bir fənnə(sinifdən-sinfə keçdikcə) verilən yer, ardıcıllıq və s.-in gözlənilməsi.Fənn proqramları tədris planının tələblərinə əsasən tərtib olunur.

Tədris proqramı Azərbaycan Respublikasının Təhsil Nazirliyitərəfindən təsdiq edilən sənəd olub bu və ya digər sinifdə hər bir fənn üzrətəhsilin məzmununu və quruluşunu müəyyənləşdirir, elmi biliklərin,dünyagörüş və mənəvi-etik ideyaların, həmçinin şagirdlər tərəfindənmənimsənilməsi vacib bilinən praktik bacarıq və vərdişlərin özündəbirləşdirir.

Tədris proqramları quruluşuna görə iki komponentdən ibarətdir:izahat vərəqi (yaxud giriş) və təhsilin məzmunu. Bəzi pedaqoqlar metodikgöstərişləri üçüncü komponent kimi verirlər. Əslində metodik göstərişlər dəizahat vərəqində öz əksini tapır.

Tədris proqramları, əsasən iki şəkildə hazırlanır: sistematik (ardıcıl)və konsentrik. Proqramın sistematiklik prinsipi üzrə tərtibinin mahiyyətibundan ibarətdir ki, bu və ya digər fənn elmin sistemini qoruyub saxlamağa

Page 18: MÖVZULAR: 1) Azərbaycan Respublikasında təhsil sistemi …referat.ilkaddimlar.com/d_pdf_refe_pedaq_6318.pdf · və onlardan insanların xeyrinə ... toplama, çıxma, vurma, bölmə,

xidmət edir, ayrı-ayrı mövzular özlərindən əvvəlki mövzuları tamamlayır,özlərindən sonrakı mövzular üçün zəmin yaradır.

Tədris mövzularının konsentrik düzülüşünün mahiyyəti belədir ki,aşağı siniflərdə, yaxud əvvəlki sinifdə öyrənilən mövzuların yuxarı (sonrakı)siniflərdə daha əhatəli və dərindən keçilməsi təmin olunur. Məsələn, ibtidaisiniflərdə Azərbaycan dilindən isim barədə yığcam məlumat verilir, V sinifdəhəmin mövzunun üzərində daha geniş dayanılır. Və yaxud, V sinifdə “Atayurdu” fənni tədris olunur. “Ata yurdu” Azərbaycan tarixi kursuna daxil olanbir fəndir. Bu fənn üzrə VI-XI siniflərdə nəzərdən keçiriləcək mövzularınböyük əksəriyyətinə yığcam şəkildə ekskurs edilir. Başqa sözlə, V sinifdəqədim dövrdən bu günümüzə qədər tariximiz qısa şəkildə işıqlandırılır,digər siniflər Azərbaycan tarixinin yalnız müəyyən dövrünü (lakin hərtərəfli)əhatə edir. Tədris proqramının quruluşunun konsentrik üsulunda eyni material(məsələ) bir neçə dəfə, lakin sadə mürəkkəbliklə, yeni komponentlərlətəhsilin məzmununun genişləndirilməsi, zənginləşdirilməsi, onlar arasındakıəlaqələrin və asılılıqların dərindən nəzərdən keçirilməsi ilə şərh olunur. Proqramda materialın konsentrik yerləşdirilməsi heç də sadəcə təkrarınəzərdə tutmur, bu və ya digər məsələlər nəzərdən keçirilən hadisə vəproseslərin mahiyyətinə daha dərindən nüfuz etməklə genişləndirilmişəsasda öyrənilir. Proqramın konsentrik qaydada hazırlanması məktəblilərin yaş və dərketməsəviyyəsini hesaba almaqla bağlıdır. Məktəblilərin psixi inkişafının səviyyəsibelədir ki, bir sıra hallarda elmin qanun və anlayışlarını onlara çatdırmağaimkan olmur. Odur ki, bəzi qanun və anlayışlar barədə əvvəlcə yığcamtəsəvvürlər yaradılır, daha sonra (sonrakı siniflərdə) geniş şəkildə həminməsələlərin üzərində dayanılır.Proqramın tərtibinə aşağıdakı tələblər verilir:1. Tədris planına əsasən hazırlanmalı; 2. Sistematik və ardıcıllığa əməlolunmalı; 3. Proqramda müəllim üçün müvafiq göstərişlər olmalı; 4.Proqramda elmin mübahisəli məsələləri öz əksini tapmamalı; 5. Elminmüasir inkişaf səviyyəsinə uyğun gəlməli; 6. Tərbiyəvi vəzifələr öz həllinitapmalı; 7. Məktəblilərin anlaq səviyyələri, yaş xüsusiyyətləri diqqətmərkəzində dayanmalı; 8. Nəzəriyyə ilə təcrübənin vəhdəti təmin edilməli;9. Fənlər arasında təbii əlaqəyə fikir verilməli; 10. Proqramda elmin başlıcamüddəaları və anlayışları daxil olunmalıdır və s.Konkret fənn (məsələn, tarix və s.) üzrə bütün siniflərin proqramı, adətənbir yerdə, toplu halında nəşr olunur və göstərilir: “Ümumtəhsil məktəblərininV-XI sinifləri üçün tarix proqramları”. (Son zamanlar bəzi fənlər üzrədərsliklərin (hər bir dərsliyin) axırında həmin sinif üzrə proqramın əksetdirilməsi təcrübəsindən də istifadə olunur).Proqramın izahat vərəqi bu fənnin tədris olunduğu bütün siniflər nəzərəalınmaqla, ümumi yazılır. Burada kursun qarşısında duran məqsəd vəvəzifələr, proqramın özündən əvvəlki proqramdan fərqi, yeniliklər,müəllimlərin diqqət yetirməli olacaqları əsas məsələlər, fəndaxili vəfənlərarası əlaqələrin yaradılması, yeni təlim texnologiyalarından istifadəyə,təlimin optimallaşdırılmasına, müəllim-şagird münasibətlərinin düzgünqurulmasının zəruriliyinə, təlimin prinsip və metodlarından səmərəliistifadəyə, şagirdlərin müstəqil işlərinin təşkilinə, məktəblilərin təlimfəaliyyətinin monitorinqi və qiymətləndirilməsinə və s. dair tövsiyələr özəksini tapır.Proqramda təhsilin məzmunu üçün ayrılmış hissədə (hər bir sinif üçünayrıca) konkret bölmənin (bəhsin) adı və həmin bölmənin öyrənilməsinə

Page 19: MÖVZULAR: 1) Azərbaycan Respublikasında təhsil sistemi …referat.ilkaddimlar.com/d_pdf_refe_pedaq_6318.pdf · və onlardan insanların xeyrinə ... toplama, çıxma, vurma, bölmə,

ayrılan saat, bu bölməyə daxil olan hər bir mövzu öyrənilərkən diqqətyetirilməsi vacib olan məsələlər (məzmun) ifadə olunur.

5. Təlim texnologiyalarının təsnifatı

Pedaqogika texnoloji təlim prosesinə yeni baxışdır. Bu baxışa görə təlimprosesi ənənəvi təlimdən fərqli olaraq maksimumidarə olunan proses olmalıdır. Təlim texnologiyasının

Page 20: MÖVZULAR: 1) Azərbaycan Respublikasında təhsil sistemi …referat.ilkaddimlar.com/d_pdf_refe_pedaq_6318.pdf · və onlardan insanların xeyrinə ... toplama, çıxma, vurma, bölmə,

tarixi XX əsrin II yarısında bilikləri yoxlamaq üçün texnikiqurğuların meydana gəlməsindən başlamışdır. Bir müddət təlimtexnoloji təlimdə texniki vasitələrdən istifadə kimi başadüşülürdü. Alimlər belə hesab edirlər ki, texnikadan istifadə dahaçox informasiya vermək üçün köməkçi xarakter daşıyır. Ammatədris prosesinin ayrı-ayrı mərhələlərində texnikanın tədris prosesinədaxil edilməsi aktiv inkişaf edir. Alimlər gələcəkdə müəllimvə məktəbin köməyi olmadan öyrədici (təlimedici) sistemlərdənmüstəqil istifadə olacağını praqnozlaşdırırlar. Mütəxəssislər və müəllimlərin özləri, təlimin texnikasıideyasına birmənalı münasibət bəsləmirlər. Müəllim əməyi hələdə mexanikləşdirilməmiş əl əməyi olaraq qalır. Bir çox pedaqoqlarbelə hesab edirlər ki, bu belə də olmalıdır, çünki yalnızcanlı insan oxuda, öyrədə bilər. Lakin təlim texnologiyasınıninkişafı göstərir ki, hər bir fənni öyrətmək üçün texnoloji prosesiyaratmaq mümkündür. Texnologiya üzrə mütəxəssislər “Texnolojiproqramlar” təlim layihələri işləyib hazırlayırlar. Texnologiyanın köməyi ilə həll olunan başlıca problemtəlim prosesinin idarə olunmasıdır. Ənənəvi “qeyri-təlim texnologiyası”metodlarının nöqsanları vardır. Qeyri müəyyənlik öyrənməəməliyyatlarının az idarə olunması mənimsənilmənin yoxlanılmasınınobyektiv və epizodik xarakter daşıması buna misal ola bilər. Ənənəvi yanaşmada müəllim teoremi öyrətmək, şeri təhliletmək, kvadrat tənlikləri həll etmək və s. məqsədləri qoyur. Buməqsədlər şagirdlərin fəaliyyətini təsvir etmir. Texnologiyayagörə təlimin məqsədi şagirdin vəziyyətini, onun biliklərini,fikirlərini,hisslərini, davranışını dəyişməkdir. Texnologiyanınvəzifəsi təlimedici sistemin bütün elementlərini öyrənmək vətəlim prosesini layihələşdirməkdir. Pedaqoji texnologiya təlim prosesinə yeni baxışdır. Bu baxışagörə təlim prosesi ənənəvi təlimdən fərqli olaraq maksimumidarə olunan proses olmalıdır. Müasir pedaqoji texnologiyalarıntarixi XX əsrin II yarısında bilikləri yoxlamaq üçün qurğularınmeydana gəlməsindən başlanır. Bu müddət təlim texnologiyasıtəlimdə texniki vasitələrdən istifadə kimi başa düşülürdü. Alimlərhesab edirdilər ki, texnikadan istifadə daha çox informasiyanıvermək üçün köməkçi xarakter daşıyır. Amma tədris prosesininayrı-ayrı mərhələlərində texnikanın tədris prosesinə daxil edilməsiaktiv inkişaf edir. Alimlər gələcəkdə müəllim və məktəblərinköməyi olmadan öyrədici, təlimedici sistemlərdən müstəqilistifadə olunacağını proqnozlaşdırırlar. Pedaqoji texnologiyanınyaradılması və tətbiqi üzrə spesifik prinsipləri müəyyənləşdirməkvə onların pedaqoji-psixoloji təlimini vermək olduqca vacibdir.Pedaqoji ədəbiyyatda müxtəlif spesifik prinsiplər verilmişdir.Bunlar aşağıdakılardır:1. Tərbiyəedici təlim prinsipiHər hansı pedaqoji texnologiyaların strateji məqsədlərişəxsiyyət xarakterlərini formalaşdırmaq olmalıdır. Deməli, buradamünasibətlər tərbiyəedici təlimin psixi materialı hesab olunur.Burada 3 qrup münasibətləri fərqləndirmək olar:1) Qanunatabelik münasibətləri2) Əməkdaşlıq münasibətləri3) “Mən” konsepsiyası

Page 21: MÖVZULAR: 1) Azərbaycan Respublikasında təhsil sistemi …referat.ilkaddimlar.com/d_pdf_refe_pedaq_6318.pdf · və onlardan insanların xeyrinə ... toplama, çıxma, vurma, bölmə,

Təlim prosesi uşaqların psixikasına təsir edən xarici konstruksiyadır.Bu proses müəllimin, uşaqların, didaktik materiallarıntarixindən ibarətdir.2. İnkişafetdirici təlim prinsipiPedaqoji texnologiyaları tətbiq edən zaman tərbiyəedicisəmərəni nəzərə almaqla yanaşı, onun inkişafetdirici tərəfini dəlahiyələşdirmək və həyata keçirmək də yaxşı olar. Uşağın psixiəməliyyatlarında artım hiss olunmalıdır. Emosional və intellektualsahənin ahəngdar inkişafını təmin etmək lazımdır. İntellektualsahənin emosional sahəni sıxışdırması insanda soyuq münasibətlərinyaranmasına, insanlara sevinc bəxş etmək, sevincə şərikolmaq bacarıqlarının olmamasına gətirib çıxarır.3. Təlimdə müvəffəqiyyət qazanmaq prinsipiMüvəffəqiyyət qazanmaqdan ötrü situasiya yaratmaq uşağıdaha böyük nəticələrə nail olmağı stimullaşdırır. Uşağın keç-mişini öyrənmək üçün böyük əmək sərf etmək lazım gəlir.Makarenko uşağı koloniyaya qəbul edəndə keçmişini öyrənməyətələsmirdi. O hər bir uşaq üçün əməli təlim texnologiyası işləyibhazırlamışdı. Bu müvəffəqiyyət qazanmaq üçün situasiyayaranmaqdan ibarət idi. O hamı üçün, o cümlədən şagird üçünpsixi enerji mənbəyini – yemək, istirahət, yuxu, nəfəs alma, fizikihərəkətlər təşkil etdiyi qənaətində idi.4. Bütün uşaqlarla əks əlaqə prinsipiMühüm vəzifədən biri hər bir dərsdə bütün uşaqlara özmüvəffəqiyyətləri barədə məlumat verilir. Bütün şagirdlərlə əksəlaqə prinsipi şagirdi hər dərsə hazır gəlməyə stimullaşdırır.Seçmə yolu ilə sorğu aparanda şagirdlər oyun qaydalarını tezmənimsəyir, dərsə hərdənbir hazırlaşırlar. Beləliklə, sinifdətələblər formalaşır. Şagird belə fikirləşir: Əgər, məndən işinnəticələrini soruşmayacaqsa hər dəfə nəyə hazırlaşmağımın nəəhəmiyyəti var. Şagirdlər dərsə gələndən bir neçə həftə sonraşüurlu və şüursuz surətdə bu nəticəyə gəlirlər. Bu prinsipi lazımişərait yaratdığı halda həyata keçirmək olar. Hər şeydən əvvəl evtapşırıqları uşaqların gücünə müvafiq olmalıdır. Tapşırıqlar verənzaman başqa fənlər də nəzərə alınmalıdır. Çox təəssüf ki, məktəbdə evtapşırıqlarının dəqiq həcmi yoxdur. Bu işdəmüəllimlər müxtəlif cür hərəkət edirlər.5.Müntəzəm olaraq təkrar etmək prinsipi.Tədris materialı ilə ilk dəfə tanış olandan sonra onu birneçə dəfə təkrar etmək lazımdır. 1-2 dərsdən sonra keçirilənmateriala qayıtmaq lazımdır. Burada sual yarana bilər: bəs vaxtıharadan tapaq? Axı, çox zaman bu proqramda nəzərə alınmır.Problemi proqramda həll etmək olar. İl ərzində keçirilən materialaqayıtmaq və əsas fikirləri təkrar etmək lazımdır. Dərs ilinə ötəntədris ilində keçirilən materialın təkrarı ilə başlamaq lazımdır.Yay ərzində çox şey şagirdin yadından çıxır. Normal və sağlampsixika belə qurulmuşdur. Təkrar etmədiyimiz hər hansı məlumatşüurdan çıxıb şüuraltıya keçir və yaddan çıxır. Ona görə dəbilikləri aktuallaşdırmaq üçün tədris ilinin əvvəlində onları təkraretmək lazımdır.6. Optimal psixi gərginlik prinsipi.Həm şagirdlər, həm də müəllimlər üçün zəruridir. Şagirdihəm həddən artıq yükləmək, həm də az yükləmək pisdir. Şagird

Page 22: MÖVZULAR: 1) Azərbaycan Respublikasında təhsil sistemi …referat.ilkaddimlar.com/d_pdf_refe_pedaq_6318.pdf · və onlardan insanların xeyrinə ... toplama, çıxma, vurma, bölmə,

az psixi gərginlik şəraitində inkişaf etmir. Bu tələbi müəllimə dəaid etmək olar. Əgər müəllimlər dərsdə hər şeyi özləri etməkistəyirlərsə, bu müəllimlərin psixi cəhətdən yüklənməsinə gətiribçıxarır. Odur ki, şagirdlərə daha çox səlahiyyətlər verməklazımdır. Onları tədris prosesinin idarə olunmasına cəlb etməyəimkan verən bir çox texnologiyalar vardır.7. Tədris prosesində şagirdlərin maksimum iştirakıprinsipi.Bu prinsip dərsdə şagirdləri müxtəlif növ fəaliyyətə cəlbetməyi nəzərdə tutur. Bu məqsədlə qarşılıqlı sorğu keçirilir.Yaranan problemlər, cavablardakı kəm-kəsirlər aradan qaldırılır.Burada prinsip belədir: şagirdlərin görə biləcəyi işi müəllimgörməməlidir. Bu prinsip müəllimi artıq yükdən azad etməyəimkan verir. Şagirdi vacib fəaliyyətə cəlb etmək onu nəinkiinkişaf etdirir, həm də tərbiyə edir. Tədris prosesində real fəaliyyətdəuğur qazanmaq situasiyasını yaratmaqla təlimin tərbiyə-edici, inkişafetdirici məqsədlərinə müvəffəqiyyətlə nail olunur.8. Təlimdə yaxın inkişaf zonasına oriyentasiya prinsipi.Əgər uşaq çalışmanı yerinə yetirə bilmirsə onda təlimihəmin uşağın inkişafına, səviyyəsinə endirmək lazımdır. Əgərşagird fəaliyyətindəki qüsuru düzəldə bilmirsə, onda ona iradtutmağa ehtiyac yoxdur. Çünki bu irad onun inkişafına heç birtəsir göstərməyəcək. Əgər göstərmiş olarsa bu neqativ tərəfdən(uşaqda onu əhatə edən adamlardan intiqam almaq hissi formalaşabilər) özünü təzahür edəcəkdir.9. Müəllim və şagirdlərin vahid məqsədlər üçünbirləşməsi prinsipi.Bu iş prinsipi məqsədləri, texnologiyaları şagirdlərə zorlaqəbul etdirməməlidir. Tədris prosesini təkmilləşdirmək üçünmüzakirələr keçirmək olur. Təlim prosesinin texnologiyasımüəllim və şagirdlərin fəaliyyətinin birgə məhsulu olmalıdır.Amerika məktəblərində komisiyalar yaradılır. Həmin komissiyamüəllim və şagirdin bu cəmiyyətdə birləşməsidir. Bir qrupmüəllim bir sinfin şagirdləri ilə birləşir, onlar arasında müqaviləbağlanır. Müqavilədə şagirdin və müəllimin ayrılıqda nəyə cavabverəcəyi göstərilir. Amerika məktəblərində aparılan sorğununnəticələri göstərir ki, bu forma şagirdlərin xoşuna gəlir. Onlarqayğı hiss edir. Müəllimin öz nailiyyətləri üçün böyük məsuliyyətdaşıdığı göstərilir.Pedaqoji texnologiyaların təhlili məktəb rəhbəri və məktəbpsixoloquna kömək etməlidir. Təlim prosesində ən səmərəli yolbu və ya digər situasiyada ən əlverişli olan pedaqoji texnologiyanıtətbiq etməkdir. İndi biz bəzi pedaqoji texnologiyanın təhlilinəbaxaq:1. “Fikirlərin hücumu” (Məqsədlər) – şagirdlərin yaradıcıfikirlərini birləşdirməklə elmi və ya təlim problemini həll etmək.“Kollektiv beyin” yaratmaq2. Əməkdaşlıq etmək bacarığını, qanunatabelik vərdiş-lərini təhlil etmək3. Şagirdlərin yaradıcılığını inkişaf etdirməkBu texnologiya məktəbdə sorğu zamanı yeni materiallarıöyrənməkdə, keçmiş materialları təhlil etməkdə və ümumiləşdirəndə,problemi həll edəndə və başqa hallarda tətbiq edilir.

Page 23: MÖVZULAR: 1) Azərbaycan Respublikasında təhsil sistemi …referat.ilkaddimlar.com/d_pdf_refe_pedaq_6318.pdf · və onlardan insanların xeyrinə ... toplama, çıxma, vurma, bölmə,

Bundan bütün fənlərin tədrisində istifadə etmək olar. Onunardıcıllığı gedişatı belədir.1. Şagirdlərə mövzu, məqsəd bildirilir, onlarda motivasiyayaradılır.2. Əməkdaşlığın ümumi qaydaları bildirilir.3. Qiymətləndirmə meyarı bildirilir.4. Elmi aspektlər və məqsədlər təyin olunur.5. Müəllim və ya başqa məsul şəxs ilkin situasiyanı şərhedir. O, deyir: Uşaqlar, qarşıda tədris ili durur. Biz onu maraqlıkeçirə bilərik. Amma onu necə keçirmək bizim özümüzdənasılıdır. İndi bizim hər birimiz tədris ilində nə ilə məşğul olmaqistədiyimizi açıq-aşkar deyə bilərik. İstədiyiniz təsnifləri təklifedin. Bilin ki, başqalarının təklifini tənqid etmək olmaz.6. Başlanğıc informasiya ilə tanış olunur, onu dinləyir,əgər hansı məsələ aydın deyilsə sual verib dəqiqləşdirirlər.7. Əlavə informasiya verilir, əgər lazım gələrsə müəllimson nəticəni bir daha qeyd edir, “fikirlərin hücumu” başlayır. Hərbir təklif qısa formada yazılır, ekspertlər fikirləri qısa ifadəetməyə kömək edirlər. Katiblər isə yazırlar. Ekspertlər, katiblər“fikirlərin hücumu”na müntəzəm olaraq müdaxilə edirlər,dinləyicilərin təklifinə heç kim cavab vermir, heç kim təhlil etmir,necə deyilirsə, yazı taxtasına elə də yazılır, hücumun müddəti 45dəqiqədən çox olmur.8. Şagirdlərin fəallığı sönür, təkliflər gəlmir, fikirlərinhücumu başa çatır.9. Ekspertlər “fikirlərin hücumu”nu təhlil edir, növbətiməşğələdə nəticələr bildirilir.10. Müəllim və ya məsul şəxslər yekunlaşdırırlar vəümumiləşdirmələr aparırlar.Tədris prosesində “fikirlərin hücumu” texnologiyası aztətbiq olunur, çünki bu çətin texnologiyadır.

ƏDƏBİYYATLAR:

Page 24: MÖVZULAR: 1) Azərbaycan Respublikasında təhsil sistemi …referat.ilkaddimlar.com/d_pdf_refe_pedaq_6318.pdf · və onlardan insanların xeyrinə ... toplama, çıxma, vurma, bölmə,

1)Fərrux Rüstəmov , Tamilla Dadaşova “ Ali məktəbpedaqogikası” Bakı, 2007;

2)Fərrux Rüstəmov “Ali məktəb pedaqogikası” BAKI,2011; 3) N.M.Kazımov, Ə.Ş.Həşimov. Pedaqoqika. Bakı «Maarif»,1996;

4) Azərbaycan Respublikasının Təhsil Qanunu. Bakı,1992;

5) Bədəlova A. Pedaqogikanın müasir problemləri. (Magistrlər üçünproqram). Bakı, 2009;

6) Nəzərov A. “Müasir təlim texnologiyaları” fənni üzrə proqram. Bakı, 2010;

7) Z.Qaralov Azərbaycanda təhsil iş planının əsasları. «Azərbaycan müəllimi», 21-31 fevral,2001.