263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının...

336
2013-CÜ İL ÜZRƏ FƏALİYYƏT HAQQINDA H E S A B A T AZƏRBAYCAN RESPUBLİKASININ İQTİSADİYYAT VƏ SƏNAYE NAZİRLİYİ

Transcript of 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının...

Page 1: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

2013-CÜ İL ÜZRƏ FƏALİYYƏT HAQQINDA

H E S A B A T

Fevral - 2014

BAKI

A Z Ə R B A Y C A N R E S P U B L İ K A S I N I N İ Q T İ S A D İ Y Y A T V Ə S Ə N A Y E N A Z İ R L İ Y İ

Page 2: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

MÜNDƏRİCAT

Giriş.................................................................................................................... 3I. Sosial-iqtisadi inkişafın təmin olunması...................................................... 51.1. Makroiqtisadi sabitliyin təmin olunması...................................................... 5 - qeyri-neft sahələrinin inkişafı................................................................... 11 - investisiyalar............................................................................................. 15 - məşğulluq və işsizlik.................................................................................. 161.2. Əməkhaqqı və əhalinin gəlirləri ................................................................. 161.3. Yoxsulluğun səviyyəsi................................................................................... 16II. Sahibkarlığın inkişaf etdirilməsi................................................................. 172.1. 2013-cü ildə sahibkarlığın inkişafı vəziyyəti və bu istiqamətdə həyata keçirilmiş tədbirlər............................................................................................... 172.2. Sahibkarlığa Kömək Milli Fondunun 2013-cü il üzrə fəaliyyəti.................. 262.3. “Azərbaycan İnvestisiya Şirkəti” ASC tərəfindən 2013-cü il ərzində görülmüş işlər...................................................................................................... 48

2.4. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) 2013-cü il üzrə fəaliyyəti...................................................................................... 50

2.5. Bakı Biznes Tədris Mərkəzinin 2013-cü il üzrə fəaliyyəti............................. 532.6. Bakı Biznes Mərkəzinin 2013-cü il üzrə fəaliyyəti......................................... 642.7. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 2013-cü il üzrə fəaliyyəti................................................................... 64III. Dövlət Proqramlarının icrası...................................................................... 74IV. Beynəlxalq iqtisadi əməkdaşlıq................................................................... 834.1. Xarici ölkələrlə ikitərəfli əməkdaşlıq............................................................. 834.2. Beynəlxalq təşkilatlarla əməkdaşlıq............................................................. 884.3. Xarici ticarət sahəsində görülmüş işlər......................................................... 132V. Normativ-hüquqi bazanın təkmilləşdirilməsi............................................. 138VI. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2013-cü ildə fəaliyyəti.............................................................................................................. 150VII. İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun 2013-cü ildə fəaliyyəti.............................................................................................................. 157VIII. “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin 2013-cü ildə fəaliyyəti... 174IX. “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin 2013-cü ildə fəaliyyəti...... 183X. “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin 2013-cü il üzrə fəaliyyəti... 189XI. İqtisadiyyat və Sənaye Nazirliyinin cari fəaliyyəti.................................... 191

2

Page 3: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Giriş

Ümummilli Lider Heydər Əliyev tərəfindən uzunmüddətli dövr üçün müəyyən edilmiş sosial-iqtisadi inkişaf strategiyasının möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən müasir tələblərə əsaslanmaqla və inamla davam etdirilməsi sayəsində əvvəlki illərdə olduğu kimi 2013-cü ildə də ölkəmiz dinamik inkişaf etmiş, makroiqtisadi sabitlik qorunub saxlanılmış, qeyri-neft sahələrinin və regionların davamlı inkişafına nail olunmaqla iqtisadiyyatın şaxələnməsi sürətlənmiş, innovativ və bilik iqtisadiyyatının formalaşması istiqamətində əhəmiyyətli işlər görülmüş, özəl sektorun inkişafı üçün əlverişli investisiya və rəqabət mühiti formalaşdırılmış və əhalinin sosial rifahı daha da yüksəlmişdir.

Ölkə iqtisadiyyatının inkişafı bir sıra beynəlxalq təşkilatlar tərəfindən hazırlanan hesabatlarda da öz müsbət əksini tapmışdır. Belə ki, “Qlobal Rəqabətlilik Hesabatı”na əsasən, ötən ildə olduğu kimi, Azərbaycan MDB ölkələri arasında 1-ci yerdə olmuşdur. Son hesabatda ölkəmiz 7 pillə irəliləyərək 148 ölkə arasında 39-cu yerə qalxmışdır. Son illərdə Azərbaycanın Dünya İqtisadi Forumu tərəfindən hazırlanmış hesabatlarda nəticələri yaxşılaşmışdır. Belə ki, son 9 ildə ölkəmiz “Qlobal rəqabət qabiliyyəti indeksi” hesabatları üzrə 30 pillə - 2005-ci ildə 117 iqtisadiyyat arasında 69-cu yerdən 2013-cü ilə 39-cu yerədək - irəliləmişdir. Hesabatda əks etdirilmiş bəzi göstəricilər üzrə isə xüsusi ilə yaxşı nəticələr əldə edilmişdir. Belə ki, “makroiqtisadi sabitlik” göstəricisi üzrə ölkəmiz dünya sıralamasında 8-ci, “əmək bazarının səmərəliliyi” göstəricisi üzrə isə 30-cu olmuşdur. Hesabatda Azərbaycan bəzi alt göstəricilər üzrə ilk 20-yə daxil olmuşdur: “inflyasiyanın illik səviyyəsi” (1-ci yer), “işə götürmə və işdən azad etmə praktikası” (8-ci), “ümumi milli yığımın ÜDM-ə nisbəti” (10-cu), “ümumi dövlət borcunun ÜDM-ə nisbəti” (13-cü), “qabaqcıl texnoloji məhsulların dövlət alqısı” (14-cü), “dövlət büdcəsi saldosunun ÜDM-ə nisbəti” (15-ci).

Son “Doing Business” hesabatında isə ölkəmiz 189 ölkə arasında 70-ci olmuşdur. Hesabatın aparıldığı 10 göstəricidən 3-ü üzrə Azərbaycan dünya ölkələrinin sıralamasında “ilk 25”-liyə daxil olmuşdur. Belə ki, “biznesə başlamaq” göstəricisi üzrə ölkəmiz dünyada 10-cu, “mülkiyyətin qeydiyyatı” göstəricisi üzrə 13-cü, “investorların müdafiəsi” göstəricisi üzrə 22-ci yerə layiq görülmüşdür.

“İqtisadi Azadlıq İndeksi-2014” hesabatına əsasən, Azərbaycan iqtisadi azadlıq səviyyəsinə görə 7 pillə irəliləyərək 178 ölkə arasında 81-ci yerdə qərarlaşıb. Azərbaycan ilk dəfə olaraq milli iqtisadiyyatı “orta azad” olan ölkələr qrupuna aid edilmişdir.

Hesabat müəlliflərinin fikrinə görə, Azərbaycan hökuməti ölkədə iqtisadi azadlığın yaxşılaşdırılması istiqamətində islahatlar aparmışdır. Son bir ildə ölkədə fiskal azadlıq, biznes azadlığı, monetar azadlıq, investisiya azadlığı və maliyyə azadlığı göstəriciləri üzrə müsbət nəticələr əldə edilmişdir.

3

Page 4: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Bununla yanaşı, Azərbaycan iqtisadiyyatının vəziyyəti beynəlxalq reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilmişdir. Belə ki, “Moody’s” Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın uzunmüddətli kredit reytinqini səviyyəsinə saxlamış, reytinq üzrə proqnozu isə sabit kimi qiymətləndirilmişdir.

“Standart & Poor’s” reytinq agentliyi Azərbaycanın xarici və daxili valyutada uzunmüddətli suveren kredit reytinqini bir daha “BBB-” səviyyəsində təsdiq etmişdir. Eyni zamanda, “Fitch Ratings” agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli suveren investisiya reytinqini "sabit" proqnozu ilə "BBB-" səviyyəsində saxlamışdır.

Beləliklə də, Azərbaycan Qafqaz ölkələri arasında investisiya reytinqinə malik yeganə ölkə olaraq qalmaqdadır.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında bazar iqtisadiyyatı şəraitində sağlam rəqabəti təmin edən səmərəli dövlət tənzimlənməsi, enerjidən səmərəli istifadə edən və yüksək əlavə dəyər yaradan ixrac yönümlü iqtisadiyyata transformasiya və insan inkişafı konsepsiyası əsas götürülməklə sosial-iqtisadi sahələrin inkişafına kompleks yanaşma prinsipləri əsas götürülmüşdür.

İnkişaf Konsepsiyası iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, nəqliyyat, tranzit və logistika infrastrukturunun təkmilləşdirilməsi, bölgələrin inkişafı, informasiya-kommunikasiya texnologiyalarının inkişafı və informasiya cəmiyyətinə keçidin təmin olunması, insan kapitalının inkişafı və səmərəli sosial müdafiə sisteminin qurulması, qanunvericiliyin təkmilləşdirilməsi və institusional potensialın gücləndirilməsi, vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, mədəni irsin qorunması və səmərəli idarə edilməsi və həmçinin, ətraf mühitin qorunması və ekologiya məsələlərini özündə ehtiva edir.

İnkişaf Konsepsiyasının əsas hədəflərini ölkədə adambaşına düşən ÜDM-in həcminin 13000 ABŞ dollarına çatdırılması, qeyri-neft sektoru üzrə ÜDM-in orta illik real artım tempinin 7 faizdən yüksək olması və eləcə də adambaşına düşən qeyri-neft sektoru üzrə ixracın həcminin 1000 ABŞ dollarına çatdırılması təşkil edir.

Hazırda İnkişaf Konsepsiyanın əsas hədəflərinin reallaşdırılması ilə bağlı ardıcıl və zəruri tədbirlər həyata keçirilir ki, bu da növbəti illərdə ölkəmizin davamlı inkişafını, onun dünyada mövqeyinin daha da möhkəmlənməsini və xalqımızın sosial-iqtisadi vəziyyətinin davamlı olaraq yaxşılaşmasını təmin edəcəkdir.

4

Page 5: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

I. Sosial-iqtisadi inkişafın təmin olunması 1.1. Makroiqtisadi sabitliyin təmin olunması

Həyata keçirilən məqsədyönlü siyasət və görülmüş işlər nəticəsində öz inkişaf xüsusiyyətləri ilə seçilən ölkəmizdə son 10 ildə ümumi daxili məhsul istehsalı real ifadədə 3.2 dəfə, o cümlədən sənaye məhsulunun ümumi həcmi 2.7 dəfə, kənd təsərrüfatı 1.5 dəfə, tikinti sektoru 4.7 dəfə, nəqliyyat sektoru 2.5 dəfə, rabitə və informasiya sektoru 8.2 dəfə, ticarət 3.2 dəfə artmışdır. 2004-2013-cü illər ərzində adambaşına ÜDM istehsalı üzrə 2.8 dəfə artım qeydə alınmışdır.

Qrafik 1. ÜDM və qeyri-neft ÜDM-in dinamikası, faizlə, 2003=100

2004 2005 2006 2007 2008 2009 2010 2011 2012 20130

50

100

150

200

250

300

350

110.2

139.3187.4

234.3259.5

283.5297.7 298 304.5 307.6

113.6 123.0137.7

153.4177.7 184.3

198.7217.4

238.5262.3

ÜDM Qeyri-neft ÜDM

2013-cü ildə ÜDM-in real artım tempi 5.8% təşkil etmiş və cari qiymətlərlə 57.7

milyard manat olmuşdur. Adambaşına düşən ÜDM-in həcmi 6207.3 manat (7912.5 ABŞ dolları) təşkil etmişdir. ÜDM-in 46,3 faizi sənayedə, 11,8 faizi tikintidə, 7,1 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 5,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 4,8 faizi nəqliyyat və anbar təsərrüfatında, 1,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində, 1,8 faizi informasiya və rabitədə, 14,7 faizi sosial və digər xidmət sahələrində istehsal olunmuş, məhsula və idxala görə ödənilmiş xalis vergilərin payı 6,4 faiz təşkil etmişdir.

Ulu Öndər tərəfindən əsası qoyulmuş neft strategiyasının bu gün də müvəffəqiyyətlə davam etdirilməsi nəticəsində 2004-2013-cü illər ərzində ümumi daxili məhsulun aparıcı hissəsi olan neft sektoru üzrə 4.1 dəfə artım müşahidə olunmuşdur.

5

Page 6: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Bu illər ərzində ölkədə qaz kondensatı da daxil edilməklə 389.7 milyon ton xam neft hasil edilməklə, neftin hasilatı 2.8 dəfə artmışdır.

Qrafik 2. Neft və əmtəəlik qaz hasilatı, illik, faizlə

2004 2005 2006 2007 2008 2009 2010 2011 2012 20130.0

50.0

100.0

150.0

200.0

100.6

143.2 145.0 132.3104.5 113.3 100.8 89.4 94.7 100.2

97.4114.8 106.1

178.2150.8

99.9 102.1

98.1 105.4 103.6

Neft hasilatı Əmtəəlik qaz hasilatı

Neft Azərbaycanın ən mühüm milli sərvətlərindən olmaqla ölkədə ÜDM-in neft sektorunun bərabər qeyri-neft sektorunun da yüksək templərlə inkişaf etməsinə təkan vermişdir. Belə ki, son 10 ildə qeyri-neft sektoru üzrə yaradılmış əlavə dəyər real ifadədə 2.6 dəfə artmışdır.

2013-cü ildə qeyri-neft sektorunun real artım tempi 2012-ci illə müqayisədə 10.0% olmuşdur.

Qrafik 3. Neft-qaz və qeyri-neft qaz ÜDM-in inkişaf dinamikası, ötən ilin müvafiq dövrünə nisbətən, faizlə

yan fevmar ap

rmay iyn iyl avq sen okt noy

dekyan fev

mar apr

may iyn iyl avq sen okt noydek

2012 2013

-2.4 -2.1

1,0

5.9

8.8 10,0

Neft sektoru Qeyri-neft sektoru

2013-cü ildə sənaye sektorunda əlavə dəyərin həcmi 1.2%, nəqliyyat sahəsində 6.3%, informasiya və rabitə sahəsində 10.7%, ticarət sahəsində 9.9%, tikinti sahəsində isə 23.0% real artım qeydə alınmışdır.

6

Page 7: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Qrafik 4. İqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişaf dinamikası, ötən ilin müvafiq dövrünə nisbətən, faizlə

Sənaye Kənd təsərrü-fatı

Tikinti Ticarət, nəqliyyat

vasitələrinin təmiri

Nəqliyyat və anbar təsərrü-

fatı

Turistlərin yer-ləşdirilməsi və

ictimai iaşə

İnformasiya və rabitə

Sosial və digər xidmətlər

-10

-5

0

5

10

15

20

25

30

-3.8

5.8

18

9.6

5

18.815.9

5.4

1.4

4.9

23

9.9

6.3

16

10.7

4.9

2012 2013

Ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə, ötən ildə də investisiya siyasətinin əsas prioritet istiqamətlərini infrastruktur sahələrinin inkişafı, investisiya resurslarının qeyri-neft sektorunun və regionların inkişafına yönəldilməsinin stimullaşdırılması, regionlar arasında investisiyaların bölgüsünün optimallaşdırılması, ölkədə investisiya fəaliyyətinin sosial istiqamətinin gücləndirilməsi təşkil etmişdir.

2004-cü ildən etibarən ölkədə inşaat işlərinin aparılması üçün əsas kapitala 98.0 mlrd. manat həcmində investisiya yönəldilmişdir. 2013-cü ildə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 2003-cü ildəkindən 4.7 dəfə çox olmuşdur.

2013-cü ildə iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 17.9 mlrd. manat əsas kapitala investisiya yönəldilmişdir. Əsas kapitala yönəldilmiş ümumi sərmayələrin 23.0%-i neft sektorunun, 73.0%-i isə qeyri-neft sektorunun inkişafında istifadə edilmişdir. Bu vəsaitin 76.7%-ni daxili investisiyalar, 23.3%-ni isə xarici investisiyalar təşkil etmişdir.

Qrafik 5. 2013-cü ildə əsas kapitala qoyulan investisiyaların mənbələr üzrə bölgüsü

daxili 76.7%

xarici23.3%

neft sektoru27.0%

qeyri-neft sektoru73.0%

7

Page 8: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Ticarət və iaşə şəbəkələrindən əhaliyə satılmış istehlak malları real ifadədə 2003-cü ilə nisbətən 3.2 dəfə artmışdır.

2013-cü ildə əhaliyə 19.7 mlrd. manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.9% çox istehlak malları satılmış, 6.5 mlrd. manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 8.2% çox pullu xidmətlər göstərilmişdir. 2013-cü ildə ölkə sakinləri ticarət şəbəkəsindən 10170.4 mln. manatlıq ərzaq məhsulları və 9485.5 mln. manatlıq qeyri-ərzaq malları almış və bu göstəricilərin real həcmi ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 2.3% və 20.2% artmışdır.

Son 10 ildə əhalinin nominal gəlirləri 6.5 dəfə artmışdır. 2013-cü ildə əhalinin gəlirləri 8.0% artaraq 37.6 mlrd. manata çatmış və onun adambaşına həcmi 4039.6 manat təşkil edərək 2012-ci ilə nisbətən 6.6% çox olmuşdur. 2012-ci il ilə müqayisədə orta aylıq əmək haqqı 2013-cü ildə nominal ifadədə 6.2% artaraq 423.0 manata çatmışdır.

Qrafik 6. Əhalinin real gəlirləri, faizlə, 2003=100

2004 2005 2006 2007 2008 2009 2010 2011 2012 2013

107.7120.2

140.4

171.7

202.4217.3

233.0257.4

289.7305.5

Həyata keçirilən məqsədyönlu siyasət və iqtisadi islahatlar nəticəsində ölkədə milli valyutaya olan inam daha da möhkəmlənmiş, bunun nəticəsində manatla yerləşdirilmiş əmanətlərin xüsusi çəkisi 2004-cü ildəki 7.5 faizdən 2013-cü ilin 11 ayında 61.6 faizədək artmışdır. 2003-ci ildən 2013-cü ilin dekabr ayının 1-dək əhalinin banklardakı əmanətləri üzrə 25.5 dəfə artım qeydə alınmışdır.

2013-cü ilin 1 dekabr tarixinə əhalinin banklardakı əmanətləri müqayisə ilinin eyni dövrünə nisbətən 34.8% artaraq 6419.6 mln. manat təşkil etmişdir. İlin əvvəlindən əhalinin əmanətləri 25.5% və ya 1306.2 mln. manat artmışdır.

8

Page 9: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Qrafik 7. Əhalinin əmanətləri və illik artım templəri, dövrün əvvəlinə, mln. manat və faizlə

yan

fev

mar

apr

may iyn iyl

avq

sen

okt

no

y

dek

yan

fev

mar

apr

may iyn iyl

avq

sen

okt

no

y

2012 2013, 11 ay

0

1000

2000

3000

4000

5000

6000

7000

0.0

10.0

20.0

30.0

40.036.0

27.2

34.8

Əhalinin əmanətləri faizlə

Azərbaycan iqtisadiyyatının dinamik inkişafı ölkənin bank-kredit sisteminin inkişafına da öz töhfəsini vermişdir. 2013-cü ilin 1 dekabr vəziyyətinə bank-kredit təşilatları tərəfindən verilmiş kreditlərin həcmi 2003-cü illə müqayisədə 22.7 dəfə artmışdır. Eyni zamanda ayrılmış kreditlərin həcmində uzunmüddətli kreditlərin xüsusi çəkisi 77.6 faiz təşkil etmişdir.

2013-cü ilin 1 dekabr tarixinə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları müqayisə ilinin eyni dövrünə nisbətən 30.0% artaraq 15.2 milyard manat təşkil etmişdir. 1 dekabr tarixinə iqtisadiyyata banklar tərəfindən kredit qoyuluşlarının həcmi isə 2012-ci ilin eyni dövrünə nisbətən 29.8% artaraq 14812.2 mln. manat təşkil etmişdir (Qrafik 8). İlin əvvəlindən iqtisadiyyata banklar tərəfindən kredit qoyuluşunun həcmi 22.1% və ya 2680.6 mln. manat artmışdır.

Qrafik 8. İqtisadiyyata banklar tərəfidən kredit qoyuluşları, dövrün sonuna, mln. manatla

yan

fev

mar

apr

may iyn iyl

avq

sen

okt

no

y

dek

yan

fev

mar

apr

may iyn iyl

avq

sen

okt

no

y

2012 2013 11 ay

9000

10000

11000

12000

13000

14000

15000

0.0

5.0

10.0

15.0

20.0

25.0

30.0

35.0

24.629.8

İqtisadiyyata kredit qoyuluşları əvvəlki ilə nisbətən, %-lə

9

Page 10: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

2013-cü ildə orta illik inflyasiya 2.4% təşkil etmişdir.

Qrafik 9. Orta illik inflyasiya, faizlə

yan fev mar apr may iyn iyl avq sen okt noy dek0.0

1.0

2.0

3.0

4.0

5.0

6.0

4.8

3.7

3.12.7 2.5

2.2 2.0

1.71.5 1.3 1.2 1.1

0.8 1.0 1.21.4

1.72.0 2.1

2.2 2.3 2.3 2.3 2.4

2012 2013

2004-2013-cü illər ərzində ticarət əlaqələri ilbəil genişlənmiş və bu sahədə 6.7 dəfə artıma nail olunmuşdur. O cümlədən, idxal olunan məhsullar üzrə 4.1, ixrac olunan məhsullar üzrə 9.3 dəfə artım müşahidə olunmuşdur. 2013-cü ildə xarici ticarət dövriyyəsi 34.7 mlrd. ABŞ dolları, ixrac 24.0 mlrd. ABŞ dolları, idxal isə 10.7 mlrd. ABŞ dolları olmaqla 13.3 mlrd. ABŞ dolları həcmində müsbət ticarət saldosu yaranmışdır.

2013-cü ildə dövlət büdcəsinin gəlirləri 2003-cü il ilə müqayisədə 16.0 dəfə artaraq 19.5 mlrd. manat, xərcləri isə 15.5 dəfə artaraq 19.1 mlrd. manata çatmış, ölkənin strateji valyuta ehtiyatları 50 mlrd. dolları ötmüşdür.

Qrafik 10. Strateji valyuta ehtiyatları, mlrd. ABŞ dolları ilə

2003 2004 2005 2006 2007 2008 2009 2010 2011 2012 20130

10

20

30

40

50

60

1.6 1.8 2.4 3.97.1

18.220.4

29.8

40.6

46.5> 50,0

10

Page 11: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Qeyri-neft sahələrinin inkişafı2013-cü il ərzində ölkə iqtisadiyyatının qeyri-neft sektorunda davamlı inkişafın

təmin edilməsi, qeyri-neft məhsulları ixracının dəstəklənməsi və ixracın diversifikasiyası, idxaldan asılılığın azaldılması və özünütəminetmə, həmçinin yerli resurs və xammalla işləyən və ixrac qabiliyyətli məhsullar istehsal edən sənaye komplekslərinin yaradılması, rəqabətqabiliyyətli məhsul istehsalının, və dövlət əhəmiyyətli müəssisələrin fəaliyyətinin dəstəklənməsi, biznes mühitinin əlverişliliyinin artırılması, xarici və yerli investisiyaların cəlb edilməsi, özəl müəssisələrin fəaliyyətinə dəstək verilməsi, özəl sektorun inkişafını təşviq edən və rəqabət mühitini təkmilləşdirən institutlara diqqətin artırılması, ölkə sahibkarlarının maarifləndirilməsi və onların işgüzar əlaqələrinin inkişafı, eləcə də ərzaq təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edən kənd təsərrüfatı məhsullarının istehsalı və emalının artırılması, müasir texnologiyaların tətbiqi və yeni aqro-emal müəssisələrinin yaradılması istiqamətində əhəmiyyətli işlər həyata keçirilmişdir.

SənayeSənayeləşmə siyasəti çərçivəsində 2013-cü ildə çoxşaxəli inkişafın təmin olunması

istiqamətində məqsədyönlü tədbirlər sistemli və ardıcıl olaraq davam etdirilmiş, ənənəvi istehsal sahələrinin inkişafının davam etdirilməsi və yerli xammala əsaslanan sənaye müəssisələrinin fəaliyyətinin keyfiyyətcə müasir səviyyədə qurulması ilə yanaşı rəqabət qabiliyyətli yeni istehsal sahələrinin yaradılması da dəstəklənmişdir. Sənayenin qeyri-neft sektorunda innovasiya yönümlü texnologiyaların tətbiqinin dəstəklənməsi, ixtisaslaşmış və ümumi təyinatlı sənaye şəhərciklərinin yaradılması istiqamətində əməli tədbirlər görülmüşdür.

Azərbaycan iqtisadiyyatının aparıcı sahəsi olan sənayenin inkişafının müasir mərhələyə çatdırılması məqsədi ilə institusional, infrastruktur təminatının yaxşılaşdırılması, investitisya mühitinin daha cəlbedici olması istiqamətində tədbirlər davam etdirilir, yeni və müasir istehsal müəssisələri yaradılır. Bu məsələdə dünya dövlətlərinin uğurlu təcrübələri nəzərə alınaraq ölkədə sənaye komplekslərinin yaradılması işinə başlanılmışdır. 2013-cü ildə Sumqayıt Kimya Sənaye Parkının təməli qoyulmuş və Parkda fəaliyyət göstərmək üçün 2 rezident qeydiyyatdan keçmiş, və ilk sərmayəçi olan “Azərtexnolayn” ASC-nin polad boru zavodu Parkın ərazisində fəaliyyətə başlamışdır.

2013-cü il ərzində Bakı şəhərində Gəmiqayırma zavodu, Gəmi təmiri İstehsalat bazası, Qaz turbinli İstilik Elektrik Stansiyası, Qazax rayonunda Sement Zavodu, Sumqayıtda Polad Boru zavodu, “Gilan” Tekstil parkı, Abşeron rayonunda Plastik qablar istehsalı və “Milla” süd məhsulları zavodları, Hacıqabulda seramik plitələr istehsal edən müəssisə, Şirvan şəhərində Cənub Elektrik stansiyası, Qəbələ rayonunda Üzüm emalı zavodu, İsmayıllı rayonunda Tikiş fabriki, Şabran rayonunda Taxtakörpü SES, “İsmayıllı-1” SES, Naxçıvan MR-da Arpaçay SES və digər sənaye müəssisələri istifadəyə verilmişdir.

11

Page 12: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Aparılan məqsədyönlü və ardıcıl iqtisadi siyasətin nəticəsidir ki, ölkənin son illər davamlı inkişaf xarakteri almış qeyri-neft sektorunda hesabat dövründə də artım qeydə alınmışdır. Belə ki, 2013-cü ilin yanvar-dekabr aylarında iqtisadiyyatın qeyri-neft sahələrində 32.6 milyard manatlıq əlavə dəyər yaradılmış və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10.0% artmışdır. Qeyri-neft sektorunda yaradılan əlavə dəyərin ÜDM-də xüsusi çəkisi əvvəlki ilin müvafiq dövrünə nisbətən 3.1 faiz bəndi artaraq 56.6% təşkil etmişdir. 2013-cü ilin yanvar-dekabr aylarında qeyri-neft sənayesi məhsullarının istehsalı 4.8% artmış və 6.8 milyard manat təşkil etmişdir.

Sənayenin inkişaf dinamikası

2006 2007 2008 2009 2010 2011 2012 20130.0

4000.0

8000.0

12000.0

16000.0

20000.0

24000.0

28000.0

32000.0

36000.0

15544

22495.5999999999

29773.3

22563.5999999999

27978.2

35026.934565 33696.7

12358.8

18481.8

24980.8

18261.0

22902.0

29220.227848.7 26920.1

3185.2 4013.8 4792.5 4302.6 5076.2 5806.7 6716.3 6776.6

S ə n a y e N e f t s ə n a y e s i Q e y r i - n e f t s ə n a y e s i

mln.manat

Qeyri-neft sənayesi məhsulları sənayenin ümumi buraxılışının 20.1%-ni təşkil etmiş və sənayedə xüsusi çəkisi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0.7 faiz bəndi artmışdır. Qeyri-neft sənayesində istehsal olunmuş məhsulun 108.1 milyon manatı və ya 1.6%-i mədənçıxarma sənayesinin, 4679.2 milyon manatı və ya 69.1%-i emal sənayesinin, 1770.6 milyon manatı və ya 26.1%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatının, 218.7 milyon manatı və ya 3.2%-i su təchizatı, tullantıların təmizlənməsinin payına düşmüşdür.

Qeyri-neft sənayesinin ümumi buraxılışının strukturuMədənçıxarmanın qeyri-neft bölməsi

1.6%

40.9%

5.9%5.1%

1.9%3.0%3.6%

8.6%

Elektrik enerjisi,qaz və buxar istehsalı...

26.1%

Su təchizatı,tullantıların təmizlənməsi və emalı

3.2%Qida məhsulları və içki istehsalı

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı

Tikinti materiallarının istehsalı

Elektrik avadanlıqlarının is-tehsalı

Kimya sənayesi

Maşın və avadanlıqların istehsalı

Digər sənaye sahələri

2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 2013-cü ilin yanvar-dekabr aylarında qeyri-neft sənayesində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və

12

Page 13: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

təchizatının xüsusi çəkisi 0.4 faiz bəndi, su təchizatı, tullantıların təmizlənməsinin xüsusi çəkisi 0.2 faiz bəndi artmış, mədənçıxarmanın xüsusi çəkisi 0.4 faiz bəndi, emal sənayesinin xüsusi çəkisi 0.2 faiz bəndi azalmışdır.

Qeyri-neft sənayesinin emal bölməsində istehsal olunmuş məhsulun 59.2%-qida məhsullarının, 8.6%-i metallurgiya və hazır metal məmulatları istehsalı sahələrinin, 7.4%-i tikinti materiallarının istehsalı, 4.3%-i kimya sənayesinin, 5.3%-i maşın və avadanlıqların istehsalı, 2.8%-i elektrik avadanlıqları istehsalı sahələrinin, 12.4%-i isə digər bölmələrin payına düşür.

2013-cü ilin yanvar-dekabr ayları ərzində məhsul istehsalı qeyri-neft emal sənayesinin 15 bölməsində, o cümlədən qida məhsulları istehsalında (4.2%), tikinti materiallarının istehsalında (21.0%), maşın və avadanlıqlar istehsalında (25.1%), kimya sənayesində (19.5%), içki istehsalında (13.6%), metallurgiya sənayesində (1.5%), maşın və avadanlıqların quraşdırılması və təmiri sahəsində (31.3%), elektrik avadanlıqları istehsalında (14.6%), poliqrafiya məhsulları istehsalında (43.4%), dəri və dəri məmulatların, ayaqqabıların istehsalında (30.9%), sair nəqliyyat vasitələrinin istehsalında (2.3 dəfə) artmış; 8 bölməsində, o cümlədən hazır metal məmulatlarının istehsalında (46.8%), kompüter və digər elektron avadanlıqların istehsalında (27.6%), toxuculuq sənayesində (22.7%), geyim istehsalında (20.3%), rezin və plastmas məhsulları istehsalında (7.3%) azalmışdır.

Qida məhsullarının istehsalı sahəsində 2.6 milyard manatlıq məhsul istehsal edilmişdir. Qənd və şəkər tozunun istehsalı 16.6%, qaymaq və xama istehsalı 2.2%, marqarin istehsalı 6.3%, kərə yağı istehsalı 0.6%, çörək və bulka məmulatları istehsalı 1.0% artmışdır.

Tikinti materiallarının istehsalı 345.4 milyon manat təşkil etmişdir. Əsas tikinti materiallarından tikinti gipsi istehsalı 14.3%, tikinti kərpici istehsalı 57.8%, hörmə üçün beton qarışığı istehsalı 12.2% artmış, sement istehsalı 3.8% artaraq 2.04 milyon tona çatmışdır.

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı müəssisələrində 400.7 milyon manatlıq məhsul istehsal olunmuşdur. Yanvar-dekabr ayları ərzində 1.9 min ton və ya 49.7% çox çuquntökmə, 219.9 min ton poladtökmə, 60.8 min ton polad borular istehsal edilmişdir.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 1.8 milyard manatlıq məhsul istehsal edilmişdir. Ölkədə 20.6 milyard kilovat-saat elektrik enerjisi istehsal olunmuş və əvvəlki ilə nisbətən 0.6% artmışdır. Bunun 6.6%-i SES, 93.4%-i isə İES-lərin payına düşmüşdür.

2013-cü ilin yanvar-noyabr aylarında bütövlükdə ölkə sənayesində çalışan muzdlu işçilərin sayı 6.1% artmış və 182.8 min nəfər təşkil etmişdir. Orta aylıq əmək haqqı 8.0% artaraq 645.7 manata çatmışdır. Sənayedə çalışanların 50.0%-i (91.4 min nəfər) emal müəssisələrində əmək fəaliyyəti ilə məşğuldur.

Yanvar-dekabr aylarında əsas kapitala yönəldilmiş bütün vəsaitin 39.6 faizi və ya

13

Page 14: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

7.1 milyard manatı sənaye sahələrinin inkişafına sərf edilmişdir. Sənaye sahələrinə 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 16.4% çox investisiya qoyulmuşdur.

Kənd təsərrüfatı2013-cü il ərzində kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri

5244.6 milyon manat təşkil etmiş və keçən ilin eyni dövrünə nisbətən 4.9 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 4.2 faiz, heyvandarlıq məhsulları üzrə 5.5 faiz artmışdır.

Yanvar-dekabr aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 573.4 milyon manat və ya 3.2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığa sərf edilmişdir.

12 ay ərzində 1073.7 min hektar payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin sahəsi biçilmiş və 2961.9 min ton məhsul götürülmüşdür. Hektarın orta hesabla məhsuldarlığı 27.6 sentner olmuşdur. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə taxıl istehsalı 5.7 faiz və ya 159.7 min ton artmışdır.

Dənli və dənli paxlalıların tərkibində payızlıq və yazlıq buğda əsas yer tutur. Belə ki, istehsal olunmuş taxıl məhsulunun 64.1faizini və ya 1898.1 min tonunu buğda təşkil etmişdir.

2013-cü il ərzində sahələrdən 992.7 min ton kartof, 1232.8 min ton tərəvəz bitkiləri, 429.7 min ton ərzaq üçün bostan məhsulları, 852.9 min ton meyvə və giləmeyvə, 154.1 min ton üzüm, 3.5 min ton tütün, 181.4 min ton şəkər çuğunduru və 0.567 ton yaşıl çay yarpağı toplanmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən kartof istehsalı 2.5 faiz, tərəvəz istehsalı 1.4 faiz, bostan məhsulları istehsalı 0.4 faiz, meyvə və giləmeyvə istehsalı 5.3 faiz, üzüm istehsalı 2.1 faiz, şəkər çuğunduru 3.2 faiz çox toplanmışdır.

2013-cü ilin yanvar-dekabr aylarında 44.8 min ton xam pambıq və 3.5 min ton tütün yarpağı yığılmışdır.

Təsərrüfatlarda 2014-cü ilin məhsulu üçün təmiz herik şumu da daxil olmaqla cari ilin payızlıq əkinləri üçün 1088.2 min hektar şumlanmışdır. 2014-cü ilin məhsulu üçün 995.5 min hektarda dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir, bunun da 979.1 min hektarı və ya 98.4 faizi dən üçün tutulmuşdur. Dənlik taxılın 66.0 faizi və ya 646.3 min hektarı buğda əkini sahəsidir.

Kənd təsərrüfatının əsas sahəsi olan heyvandarlıq sahəsində mal-qaranın baş sayı və heyvandarlıq məhsulları istehsalı dinamik olaraq artır. Son illər sürünün cins tərkibinin yaxşılaşdırılması istiqamətində görülmüş müəyyən işlər mal-qaranın baş sayının və heyvandarlıq məhsullarının artmasına öz müsbət təsirini göstərmişdir.

2014-cü ilin 1 yanvar tarixinə ölkə üzrə 2728.7 min baş iri buynuzlu mal-qara, o cümlədən 1311.7 min baş inək və camış, 8770.9 min baş qoyun və keçi mövcud olmuşdur. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə iri buynuzlu mal-qaranın sayı 29.3 min baş (1.1 faiz), o cümlədən inək və camışların sayı 17.0 min baş (1.3 faiz), qoyun və keçilərin sayı isə 83.2 min baş (1.0 faiz) artmışdır.

2013-cü ildə ölkədə diri çəkidə 514.4 min ton ət, 1820.5 min ton süd, 1401.5 milyon ədəd yumurta və 16.8 min ton yun istehsal edilmişdir. Ötən ilin müvafiq dövrü ilə

14

Page 15: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

müqayisədə ət istehsalı 4.2 faiz və ya 21.0 min ton, süd istehsalı 5.9 faiz və ya 0.9 min ton, yumurta istehsalı 14.2 faiz və ya 174.8 milyon ədəd və yun istehsalı 1.9 faiz və ya 0.3 min ton artmışdır. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun əsas sahələrindən olan kənd təsərrüfatında məhsul istehsalının stimullaşdırılması, rəqabət qabiliyyətinin artırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi və ixracın genişləndirilməsi məqsədilə subsidiyaların verilməsi, vergi güzəştlərinin tətbiqi, lizinq xidmətlərinin genişləndirilməsi kimi kompleks dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsi aqrar sektorun inkişafına müsbət təsir göstərmiş, eləcə də, ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 3004 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” çərçivəsində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində son illər yerli istehsal hesabına əsas növ ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi xeyli yüksəlmiş və hətta bir sıra məhsullar üzrə tam təminata keçilmişdir. Əvvəllər xarici ölkələrdən idxal olunan malların bir qismi artıq Azərbaycanda istehsal olunmağa başlamışdır. Qida məhsullarından bitki yağları, şəkər, ət və ət məhsulları, süd məhsulları, bostan məhsulları, meyvə və tərəvəz konservləri, meyvə şirələri və s. daxili bazarımızı zənginləşdirmiş, əsas qida məhsullarına idxaldan asılılığımızı xeyli azaltmışdır.

Sahibkarlara göstərilən hərtərəfli dövlət dəstəyinin (güzəştli kreditlərin verilməsi, emal müəssisələri və məhsul saxlama anbarlarının şəbəkələrinin genişləndirilməsi, kənd təsərrüfatı texnika ilə təminatının yaxşılaşdırılması, cins mal-qaranın lizinqə verilməsi və s.) kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına öz müsbət təsirini göstərmişdir.

İnvestisiyalar 2013-cü ilin Dövlət İnvestisiya Proqramı Azərbaycan Respublikası Prezidentinin

17 mart 2010-cu il tarixli 239 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilmişdir.

“Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”nın 4.3-cü bəndinə uyğun olaraq, 2012-ci ildə icrası davam edən layihələrin icra vəziyyəti barədə sifarişçi təşkilatlardan daxil olmuş monitorinq hesabatları Dövlət investisiyaları şöbəsində araşdırılaraq təhlil olunmuş və “Azərbaycan Respublikasının 2012-ci il üzrə Dövlət İnvestisiya Proqramına daxil olan layihələrin monitorinqinin nəticələri barədə icmal hesabat” 06 mart 2013-cü il tarixli İİN-X/O-1870/2013 nömrəli məktubla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmuşdur. 2013-cü ildə sifarişçi təşkilatlar tərəfindən həyata keçirilən monitorinqlər zamanı obyektlərdə inşaat işlərinin tərtib olunmuş layihə-smeta sənədlərinə uyğun aparılmasına, avadanlıqların alınmasına nəzarət olunmuş, aşkar olunmuş çatışmamazlıqların aradan qaldırılması üçün işlər görülmüşdür.

15

Page 16: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Məşğulluq və işsizlik

2013-cü ildə də ötən illərdə olduğu kimi, ölkədə sosial sahələrin inkişafı və əhalinin həyat səviyyəsinin yüksəldilməsi dövlətin daim diqqət mərkəzində olmuşdur. Ötən dövr ərzində sosial sahələrin təhlili və inkişafı ilə bağlı zəruri informasiya bazasının formalaşdırılması istiqamətində işlər davam etdirilmiş, əhalinin həyat səviyyəsinin sosial-iqtisadi göstəriciləri təhlil edilmişdir.

2014-cü il yanvarın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, ölkədə iqtisadi fəal əhalinin sayı 4757.8 min nəfər olmuş, onlardan 4521.2 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil etmişdir.

2013-cü ilin dekbar ayının 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1505.9 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 901.8 min nəfər, qeyri-dövlət bölməsində isə 604.1 min nəfər təşkil etmişdir. Bununla yanaşı, iqtisadiyyatın neft sektorunda 37.6 min nəfər, qeyri-neft sektorunda isə 1468.3 min nəfər çalışmışdır. Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1463.1 min nəfər təşkil etmişdir.

2014-cü il yanvarın 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 36.2 min nəfər olmuş, onların 41.5 faizini qadınlar təşkil etmişdir. İşsizliyə görə müavinətin orta məbləği 268.5 manat təşkil etmişdir.

1.2. Əmək haqqı və əhalinin gəlirləri

Ölkənin iqtisadi və sosial sahələrində 2013-cü ilin yanvar-noyabr ayları muzdla işləyənlərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,6 faiz artaraq 419.0 manat təşkil etmişdir.

Həyata keçirilən tədbirlər sosial sahədə əhəmiyyətli müsbət dəyişiklikləri təmin etmişdir. 2013-cü ilin sentyabr ayının 1-dən minimum əmək haqqı 12.3 faiz artırılaraq 105 manata çatdırılmışdır. Eyni zamanda, dövlət büdcəsindən maliyyələşən bir çox sahələrdə çalışanların əmək haqları 2013-cü ilin 1 sentyabr tarixindən orta hesabla 10 faiz artırılmışdır.

Bununla yanaşı, pensiyaçıların rifah halının yaxşılaşdırılması məqsədilə 2013-cü ilin 1 sentyabr tarixindən pensiyaların baza hissəsi 17.6 faiz artırılaraq 100 manata çatdırılmışdır.

1.3. Yoxsulluğun səviyyəsi

Yaşayış minimumunun həddi 2014-cü ildə 125 manat məbləğində təsdiq edilmişdir ki, bu da 2013-cü il üçün təsdiq olunmuş yaşayış minimumundan 7.8 faiz çoxdur. Yaşayış minimumunun artması “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nda qarşıya qoyulan hədəflərin yerinə yetirilməsinə imkan verəcəkdir.

Məlum olduğu kimi, “Yaşayış minimumu haqqında” və “Ünvanlı Dövlət Sosial Yardımı haqqında” Azərbaycan Respublikası Qanunlarına uyğun olaraq, ehtiyac meyarı mərhələlərlə yaşayış minimumuna çatdırılmalıdır. Aztəminatlı ailələrin sosial

16

Page 17: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

müdafiəsini təmin edən ünvanlı sosial yardımın hesablanmasında tətbiq edilən ehtiyac meyarının məbləği artırılaraq 2013-cü ildə 93 manata çatdırılmışdır. 2014-cü ildə ehtiyac meyarının məbləği yaşayış minimumunun 80 faizi səviyyəsində götürülməklə 100 manat müəyyənləşdirilmişdir ki, bu da aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması üçün dövlət tərəfindən görülən konkret tədbirlərdən biridir.

Son illər ərzində yoxsulluğun səviyyəsinin aşağı salınmasında “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın və ümumilikdə müxtəlif istiqamətlər üzrə qəbul edilmiş digər sahəvi proqram, tədbirlər planı və digər irimiqyaslı sənədlərin xüsusi əhəmiyyəti olmuşdur. Həyata keçirilən tədbirlər nəticəsində yoxsulluq səviyyəsi 2013-cü ilin yekunlarına əsasən 5.3 faiz təşkil etmişdir.

2002 2003 2004 2005 2006 2007 2008 2009 2010 2011 2012 20130

5

10

15

20

25

30

35

40

45

5046.7 44.7

40.2

29.3

20.8

15.813.2

10.99.1

7.6 6 5.3

Yoxsulluğun illər üzrə səviyyəsi (faizlə)

II. Sahibkarlığın inkişaf etdirilməsi 2.1. 2013-cü ildə sahibkarlığın inkişafı vəziyyəti və bu istiqamətdə həyata

keçirilmiş tədbirlərAzərbaycan Respublikasında sahibkarlığın inkişafı qarşıya qoyulmuş iqtisadi

siyasətinin mühüm tərkib hissələrindən birini təşkil edir. Bu istiqamətdə ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, dövlət tənzimlənməsi sisteminin, biznes mühitinə dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, regionlarda sahibkarlığın inkişafı, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin daha da yaxşılaşdırılması kimi kompleks tədbirlər həyata keçirilmişdir.

Həmçinin, sahibkarlığın məsləhət, informasiya təminatının gücləndirilməsi və işgüzar əlaqələrinin inkişafı istiqamətində mütəmadi tədbirlər həyata keçirilmiş, sahibkarların istehsal etdiyi rəqabətqabiliyyətli məhsulların təşviqi sahəsində tədbirlər davam etdirilmişdir. Sahibkarlığın inkişafına dövlət köməyi digər tədbirlərlə yanaşı, bu sektora əhalinin daha geniş kütləsinin, o cümlədən  gənc sahibkarların, qadın sahibkarların cəlb edilməsini, insanların işgüzarlıq potensialının gerçəkləşməsinə əlverişli imkanların, kiçik və orta sahibkarların maliyyə vəsaitlərinə olan tələbatının ödənilməsinə əlverişli şərait yaradılmasına xidmət etmişdir.

17

Page 18: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Ötən illər ərzində sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydalar xeyli liberallaşdırılmış, sahibkarlığa dövlət maliyyə yardımı mexanizmi təkmilləşdirilmiş, sahibkarların hüquqlarının müdafiəsinin işlək mexanizmləri yaradılmış, sahibkarlıq subyektlərinin dövlət qeydiyyatına alınması prosedurları daha da sadələşdirilmiş və elektron qeydiyyat prosesi işə salınmış, sahibkarlara elektron xidmətlərin sayı genişləndirilmışdır. 2013-cü ildə Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, fiziki şəxslərin gəlir vergisi üzrə vergi dərəcələri azaldılmış, ölkədə dövlət tərəfindən yaradılan sənaye parklarına vergi güzəştlərinin tətbiqi nəzərdə tutulmuşdur.

2013-ci ildə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən sahibkarlara göstərilən xidmətlər tamamən elektronlaşdırılaraq, “Elektron xidmət növlərinin siyahısı”na sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin daxil edilmiş, o cümlədən lisenziya və sertifikatların verilməsi və bu xidmətlərə görə dövlət rüsumlarının və haqların on-line rejimində ödənilməsi təmin edilmişdir. Bu istiqamətdə Nazirlik tərəfindən 26 xidmətin, o cümlədən 7 interaktiv, 19 informativ xidmətin elektron qaydada göstərilməsi, 20 mindən çox icazəverici sənədlərin verilməsi təmin edilmişdir.

Həyata keçirilmiş tədbirlər nəticəsində ölkə iqtisadiyyatında və onun əsasını təşkil edən sahibkarlığın inkişafı sahəsində müşahidə edilən pozitiv meyllər daha qabarıq şəkildə özünü göstərmişdir. Azərbaycan cəmiyyətində sahibkarlar təbəqəsi formalaşmış, Ümumi Daxili Məhsulun həcmində özəl sektorun payı artmış, sahibkarlar ölkəmizin inkişafında əhəmiyyətli rol oynamağa başlamışdır. Aqrar sektor, sənaye, ticarət, mehmanxana və iaşə xidməti, tikinti, nəqliyyat, rabitə kimi istehsal və xidmət sahələrində qeyri-dövlət bölməsinin payı 70-99% arasında olmuş və 2013-cü ildə özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 81,4%-ni təşkil etmişdir.

2013-cü ildə ölkədə hüquqi şəxslərin sayı artmaqda davam etmiş və 7879 vahid yeni sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs qeydiyyata alınmış, onların sayı artaraq ümumilikdə 86010 vahidə çatmışdır.

Yeni fəaliyyətə başlamış sahibkarlıq subyektləri iqtisadiyyatın bütün sahələrini əhatə etməkdədir. Ölkə ərazisində yeni müəssisələrin 54,5 faizi Bakıda, 12,6 faizi Aran, 6,5 faizi Abşeron, 7,0 faizi Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçmişdir. Müəssisələrin çox hissəsi topdan və pərakəndə satış; avtomobillərin, motosikletlərin təmiri; kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq; tikinti; emal sənayesi; peşə, elmi və texniki fəaliyyət sahələrində fəaliyyət göstərmişdir.

İllər üzrə yeni yaradılmış hüquqi şəxslərin sayı

18

Page 19: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

2009 2010 2011 2012 20130

1000

2000

3000

4000

5000

6000

7000

8000

9000

5314

42965137 5417

7879

2013-cü il ərzində 65080 vahid fərdi sahibkarlıq formasında fəaliyyət göstərən fiziki şəxs qeydiyyatdan keçmişdir. Ölkədə fəaliyyət göstərən  fiziki şəxslərin ümumi sayı dinamik şəkildə artaraq 2014-cü ilin 1 yanvar tarixinə 454997 vahid olmuşdur. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin əsas hissəsi Bakıda (34,8%), Aran (19,7%), Gəncə-Qazax (12,4%), Lənkəran (7,5%), Şəki-Zaqatala (6,3%), Abşeron (4,7%), Quba-Xaçmaz (5,5%), Naxçıvan (3,3%), Dağlıq Şırvan (2,9%), Yuxarı Qarabağ (2,4%) və Kəlbəcər-Laçın (0,5%) iqtisadi rayonlarında qeydiyyata alınmışdır.

İllər üzrə fiziki şəxslərin sayı

2009 2010 2011 2012 2013130000

180000

230000

280000

330000

380000

430000

480000

272597

306933

364600

432141454997

Beləliklə, ölkədə sahibkarlıq subyektlərinin bölgüsünə gəldikdə, onların 15,9 faizini hüquqi şəxslər, 84,1 faizini isə fiziki şəxslər təşkil etdiyi məlum olur.

Əyani sübutunu sadalanan rəqəmlərdən də, aydın şəkildə göstərən dövlət-sahibkar münasibətləri inkişaf etdirilməsi, sahibkarlığın dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi, inzibati maneələrin aradan qaldırılması istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Sahibkarlığın məsləhət, informasiya təminatının gücləndirilməsi və işgüzar əlaqələrinin inkişafı istiqamətində mütəmadi tədbirlər davam etdirilməkdədir.

Sahibkarlar arasında inteqrasiyanın genişləndirilməsi məqsədilə silsilə tədbirlərin keçirilməsi. Ölkə daxilində və xaricində həyata keçirilən sərgilərdə və bir

19

Page 20: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

sıra tədbirlərdə sahibkarların iştirakı təmin olunmaqla onlara öz məhsul və xidmətlərini nümayiş etdirmək imkanları yaradılır ki, bu da öz növbəsində həmin sahibkarların istehsal etdiyi məhsul və xidmətlərin satışının dəstəklənməsinə xidmət edir. Yerli sahibkarların potensial imkanlarının reallaşdırılmasına dəstək və biznesin müasir formalarının təşviq edilməsi, xarici əlaqələrinin genişləndirilməsi məqsədi ilə Azərbaycanda və xarici ölkələrdə biznes forum və konfrans təşkil olunur. Qeyri-neft sektorunda istehsal edilən məhsullarının satış bazarlarının genişləndirilməsi məqsədi ilə Amerika, Avropa, Yaxın Şərq ölkələrində, MDB ölkələrində keçirilmiş sərgilərdə milli şirkətlərin iştirakı təşviq edilmişdir.

Aqrar sektorda fəaliyyət göstərən sahibkarlar tərəfindən istehsal edilən məhsullar üçün yeni bazarların tapılmasının stimullaşdırılması məqsədilə 2013-cü il 18-27 yanvar tarixlərində Almaniyanın paytaxtı Berlin şəhərində qida, kənd təsərrüfatı və bağçılıq sahəsində ənənəvi "Beynəlxalq Yaşıl Həftə - 2013" ("International Green Week - 2013") sərgisi keçirilmişdir. Bu il Azərbaycan 6-cı dəfə bu sərgidə iştirak etmişdir. Ölkəmiz "Beynəlxalq Yaşıl Həftə - 2013" sərgisində 30-a yaxın şirkətlə təmsil olunmuşdur. Nazirliyin təşkilatçılığı ilə sərginin Azərbaycan pavilyonunda ölkəmizdə istehsal olunan 250-ə yaxın çeşiddə müxtəlif kənd təsərrüfatı və yeyinti məhsulları nümayiş etdirilmişdir. Sərgi çərçivəsində alman və Azərbaycan iş adamlarının iştirakı ilə ölkəmizin biznes və investisiya imkanlarına dair təqdimat keçirilmişdir. Sərgi çərçivəsində iştirakçılara Azərbaycan haqqında müxtəlif çap materialları, jurnal, broşur və disklər paylanılmışdır.

Bununla yanaşı, 2013-cü ilin 13-16 fevral tarixində Almaniyanın Nürnberq şəhərində keçirilmiş “Biofach” beynəlxalq orqanik məhsulların sərgisində ölkəmizdən aqrar sahədə fəaliyyət göstərən Azərsun Holdinq MMC, Bakfem MMC, Gilan Holdinqin Qəbələ Konserv Zavodunun, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun nümayəndələrinin iştirakı təmin edilmişdir. Qeyd olunan müəssisələr sertifikatlı ekoloji təmiz məhsulların nümayiş etdirildiyi sərgi çərçivəsində keçirilən simpoziumda, eləcə də, ekoloji təmiz məhsul sertifikatlaşdırılması sahəsində Almaniyanın aparıcı sertifikatlaşdırma orqanları, həmçinin ekoloji təmiz ərzaq məhsulları ticarəti ilə məşğul olan şirkətlərin, assosiasiyaların nümayəndələri ilə görüşmüş, təqdimatlarda iştirak etmişlər.

Həmçinin, 2013-cü ilin 5-6 iyun tarixində Rusiya Federasiyasının Volqoqrad şəhərində IV Rusiya-Azərbaycan regionlararası əməkdaşlıq forumu və forum çərçivəsində keçirilmiş sərgidə ölkəmiz Azərbaycan Respublikasının kollajı, Azərbaycan xalqının Ümummilli Lideri cənab Heydər Əliyev, Bakı Buxtası, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Dövlət Bayrağı Meydanı, İqtisadi inkişaf, Energetika, Sənaye, Rabitə və İKT, Turizm, Sumqayıt Kimya Sənaye Parkı, Ekologiya (Təmiz şəhər), Aqrar Sənaye Kompleksi, Layihələr pavilyonları ilə təmsil olunmuşdur. Həmçinin sərgi pavilyonunda Azərsun Holdinq, Gilan Holdinq, “Azqranata” MMC, “Viva” MMC, “Mətanət-A” MMC qurulmuş stendlərdə təmsil olunmuşdurlar. Digər şirkətlər “Aqro-Azərinvest” MMC, “Aspi-Aqro” MMC, “Viva” MMC, “Tovuz Baltiya” MMC-nin məhsulları hədiyyə olaraq paylanılmışdır. Tədbirlərdə Azərbaycan tərəfindən dövlət qurumlarının və ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən iş adamlarının iştirakı təmin edilmişdir

20

Page 21: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

2013-cü il 19 iyun tarixində Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycanla Qazaxıstanın qərb vilayətləri arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı maraq kəsb edən layihələrin müzakirə edilməsi məqsədilə ikitərəfli görüşlər və biznes forum keçirilmişdir. Hər iki ölkənin iş adamlarının iştirakı ilə keçirilən forumda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Manqistau Akimliyi arasında qarşılıqlı əməkdaşlıq haqqında Memorandum imzalanmışdır.

2013-cü ilin 29 avqust - 1 sentyabr tarixlərində Türkiyə Respublikasının İzmir şəhərində keçirilmiş 82-ci İzmir Beynəlxalq Sərgisində iştirak edilmişdir. Sərgidə qida məhsulları, tikinti materialları, İKT, maliyyə, turizm, kənd təsərrüfaı avadanlıqları və sektorları təmsil edən 63 ölkədən 1250 firmanın nümayəndələri olmuşdur. Tədbirdə istirak edən rəsmilərə və iş adamlarına Azərbaycan haqqında müxtəlif çap materialları, jurnal, broşur və disklər paylanılmışdır.

2013-cü ilin 26-29 sentyabr tarixlərində Pakistan İslam Respublikasının Karaçi şəhərində "8-ci Expo Pakistan” sərgisində Azərbaycan nümayəndə heyəti iştirak etmişdir. Sərgi çərçivəsində ziyarətçilərə Azərbaycan haqqında müxtəlif çap materialları, Azərbaycan istehsalçı şirkətləri haqqında məlumatları özündə əks etdirən broşur və digər təşviqat materialları paylanılmışdır.

2013-cü ilin 19 noyabr tarixində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Londondakı Baş Qərargahında Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin, AYİB-in təşkilatçılığı, Azərbaycanın Böyük Britaniyadakı Səfirliyinin, Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə "Azərbaycan Günü" keçirilmişdir. Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin, Böyük Britaniyanın dövlət qurumlarının, AYİB-in, Londonda fəaliyyət göstərən diplomatik korpusun və biznes strukturlarının nümayəndələri, eləcə də Azərbaycandan olan iş adamları iştirak etmişdir.

2013-cü ilin 28 noyabr tarixində “Şərq Tərəfdaşlığı” Sammiti çərçivəsində Litva Respublikasının Vilnüs şəhərində 2-ci Şərq Tərəfdaşlığı biznes forumu keçirilmişdir. Tədbirdə “Şərq Tərəfdaşlığı” təşəbbüsünə üzv ölkələrin dövlət rəsmiləri, Avropa İttifaqının nümayəndələri, eləcə də Avropa şirkətlərinin və təşkilatlarının təmsilçiləri iştirak etmişlər. Tədbir çərçivəsində biznes üçün yeni imkanlara, Şərq və Qərb əlaqələrinə dair iclaslar keçirilmişdir. Biznes Forumda Azərbaycan Respublikasını nümayəndə heyəti, o cümlədən İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Gənc Sahibkarlar Şəbəkəsi və digər qurumlar təmsil etmişdir.

Bununla yanaşı, 2013-cü il 17 sentyabr - 17 oktyabr tarixlərində Bakı Expo Mərkəzində keçirilən Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı sahəsində əldə edilmiş nailiyyətləri özündə əks etdirən “Azərbaycan – 10 ildə (2003-2013)” sərgisində aidiyyəti dövlət qurumlarının fəaliyyəti ilə yanaşı, ölkədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin istehsal etdikləri rəqabətqabiliyyətli məhsulların nümayişi təmin edilmişdir.

Xarici ölkələrdə keçirilmiş tədbirlərlə yanaşı, sahibkarlığın inkişafına dövlət dəstəyinin ən vacib komponentlərindən biri də sahibkarların maarifləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi, konsaltinq və innovasiya xidmətlərinin göstərilməsi olmuşdur. Bu məqsədlə ötən il ərzində Bakı şəhərində 45 tədbir və regionlar üzrə 75

21

Page 22: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

tədbir olmaqla ümumilikdə 132 tədbir keçirilmiş və həmin tədbirlərdə sahibkarın iştirakı təmin edilmişdir.

Belə ki, 2013-cü il 29 yanvar, 28 fevral, 15 mart, 16 aprel, 17 may, 27 iyul, 27 avqust, 20 sentyabr tarixlərində müvafiq olaraq Bərdə, Xızı, Qəbələ, Qusar, Daşkəsən, Xaçmaz, Yardımlı, Goranboy rayonlarında "İqtisadiyyat və Sənaye Nazirliyinin göstərdiyi elektron xidmətlər mövzusunda"; 18 yanvar, 24 yanvar, 8 fevral, 15 fevral, 7 mart, 15 mart, 5 aprel, 12 aprel, 19 aprel, 17 may, 23 may, 7 iyun, 14 iyun, 21 iyun, 5 iyul, 12 iyul, 19 iyul, 7 avqust, 16 avqust, 23 avqust, 6 sentyabr, 13 sentyabr, 20 sentyabr, 4 oktyabr, 11 oktyabr, 18 oktyabr, 7 noyabr, 15 noyabr, 22 noyabr, 5 dekabr, 13 dekabr, 20 dekabr tarixlərində müvafiq olaraq Ağsu, Ağcabədi, Yevlax, Ağstafa, Cəlilabad, Quba, Mingəçevir, İsmayıllı, Şirvan, Ağdam, Qəbələ, Zaqatala, Şəmkir, Lənkəran, Xudat, Biləsuvar, Lerik, Ağdaş, Goranboy, Şamaxı, Qazax, Kürdəmir, Tərtər, Şəki, Göyçay, Qobustan, Saatlı, Masallı, Tovuz, Bərdə, Göygöl, Xaçmaz rayonlarında “Sahibkarlığın inkişafına dövlət dəstəyi”nə dair və 31 yanvar, 22 fevral, 19 mart, 26 aprel, 30 may, 28 iyun, 24 iyul, 30 avqust, 27 sentyabr, 29 oktyabr, 29 noyabr, 26 dekabr tarixlərində müvafiq olaraq Binə qəsəbəsində, Qaraçuxur qəsəbəsində, Sabunçu rayonunda, Biləcəri qəsəbəsində, Qaradağ rayonunda, Şüvəlan qəsəbəsində, Sabunçu rayonunda, Binəqədi rayonunda, Suraxanı rayonunda, Xəzər rayonunda, Binəqədi rayonunda, Sabunçu rayonunda "Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi"nə dair tədbirlərdə iştirak edilərək sahibkarların maarifləndirilməsi aparılmışdır.

  Həmçinin, ölkəmizdə fəaliyyət göstərən sahibkarlıq subyektləri haqqında məlumatların asan əldə olunması, onların əlaqələrinin genişləndirilməsinin təşviq edilməsi məqsədilə rəqabətqabiliyyətli məhsul istehsalçıları haqqında məlumatları əks etdirən kataloqlar Azərbaycan, rus və ingilis dillərində çap olunmuşdur. Belə ki, 2013-cü ildə 9 sahəni əhatə etməklə 248 müəssisə ilə bağlı məlumatları özündə əks etdirən Azərbaycan və İngilis dillərində “Azərbaycanda istehsal olunub, Azərbaycan məhsullarının kataloqu” çap edilmiş və onun elektron variantı Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilmişdir. Bununla yanaşı, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Bakı ofisi ilə həyata keçirilmiş əməkdaşlıq nəticəsində “Fındıq ixracatçılarının kataloqu” Azərbaycan, Rus və İngilis dillərində hazırlanaraq nəşr edilmişdir. “Fındıq ixracatçılarının kataloqu”nda Azərbaycan haqqında, Azərbaycanda fındıq becərilməsi və istehsalı haqqında, dünyada fındıq istehsalı, fındıq becərilməsi və Azərbaycanın 20 əsas fındıq ixracatçıları haqqında məlumatlar yerləşdirilmişdir. Kataloqların mühüm iqtisadi tədbirlər, o cümlədən biznes forumlar, beynəlxalq sərgilər, konfranslar, seminarlar zamanı paylanılması təmin edilir.

Sahibkarlığın inkişafının stimullaşdırılması üçün sənaye parklarının yaradılması. Müasir istehsal infrastrukturuna malik sənaye parkının yaradılması ölkədə sənaye sahələrinin inkişafının, ölkə iqtisadiyyatının tarazlı inkişafının təmin edilməsini, habelə istehsal sahələrinin və onun innovasiya istiqamətinin inkişafını nəzərdə tutan dövlət siyasətinin reallaşdırılmasına yönəldilmişdir. 21 dekabr 2011-ci il tarixdə ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq üçün imzalanmış “Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanın və 28 dekabr 2011-ci il tarixdə “Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması

22

Page 23: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamın icrası istiqamətində sistemli tədbirlər davam etdirilmişdir.

Sənaye parklarının yaradılması, idarə edilməsi və onlarda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyən “Sənaye Parkları haqqında” Nümunəvi Əsasnamə hazırlanaraq 24 aprel 2013-cü il tarixdə təsdiq edilmişdir. Beynəlxalq təcrübə nəzərə alınmaqla, Nazirlik tərəfindən sənaye parkında vergi və gömrük sahəsində stimullaşdırıcı tədbirlərin tətbiqi barədə təhlillər aparılmışdır. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilərək 2013-cu il yanvarın 1-dən qüvvəyə minmiş və bununla da, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə yaradılmış sənaye və texnologiya parklarında sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin gəlirlərinin 7 il müddətinə gəlir vergisindən azad edilmişdir. Həmçinin, parkların idarəedici təşkilatının və operatorunun mənfəətinin parkın infrastrukturunun tikintisinə və saxlanılmasına yönəldilmiş hissəsinin müddət qoyulmadan, sənaye və texnologiya parklarının rezidenti olan hüquqi şəxslərin fəaliyyətindən əldə etdikləri gəlirlərin 7 il müddətinə mənfəət vergisindən, sənaye və texnologiya parklarının infrastrukturunun, istehsal sahələrinin yaradılması və tikintisi məqsədilə idxal edilən texnikaların, texnoloji avadanlıq və qurğuların ƏDV-dən, parkların idarəedici təşkilatı və operatoru, parkların rezidenti olan hüquqi və fiziki şəxslərin əmlak və torpaq vergilərindən azad edilməsini nəzərdə tutan maddələr qanuna daxil edilmişdir. Bu güzəştlər məhz qeyri-neft sektorunun, o cümlədən sənayenin inkişafına təkan verəcək və böyük investisiyaların ölkəmizə daxil olmasına şərait yaradacaq.

Sənaye və texnologiyalar parklarında gömrük sahəsində stimullaşdırıcı tədbirlərin tətbiqi məqsədilə hazırlanmış “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli, 91 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar layihəsi razılaşdırılması üçün aidiyyəti dövlət qurumlarına göndərilmiş və aidiyyəti üzrə razılaşdırıldıqdan sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim ediləcəkdir.

Potensial investorlarla görüşlərdə Sumqayıt Kimya Sənaye Parkı barədə məlumat verilmişdir. Həmçinin, dünyanın aparıcı kimya və neft-kimya şirkətlərinin Sumqayıt Kimya Sənaye Parkına cəlb edilməsi məqsədilə yol xəritəsi və ondan irəli gələn tədbirlər planı hazırlanmış və plana uyğun olaraq müvafiq işlər görülməkdədir. Bu istiqamətdə çoxsaylı biznes forumlar, dəyirmi masalar, “B2B” formatda görüşlər təşkil olunmuşdur. Sənaye parkının rezidenti qismində iştirak etmək niyyəti ilə bağlı Almaniya, Kanada, Polşa, Türkiyə, Səudiyyə Ərəbistanı, Çin, Avstriya və bir sıra yerli şirkətlərin müraciətləri qəbul edilmiş və hal-hazırda baxılmaqdadır. Xarici investorların Sumqayıt Kimya Sənaye Parkına göstərdiyi marağın nəticəsidir ki, artıq sənaye parkına 20-dən çox investisiya layihəsi təqdim edilmişdir.

Bununla yanaşı, ölkəmizdə səfərdə olan xarici ölkə nümayəndələri ilə keçirilən iqtisadi tədbirlərdə sənaye parklarına dair təqdimatlar edilmiş, parklarda fəaliyyət göstərəcək investorlara tətbiq ediləcək güzəştlər barədə məlumatlar verilmiş, nümayəndə heyətinə müvafiq təşviqat materialları təqdim edilmişdir. Həmçinin, ölkəmizdə səfərdə olan iri transmilli investisiya şirkətlərinin (Almaniyanın “BASF Kaspian Yapı Kimyasalları Sanayi” MMC, Çin Xalq Respublikasının “Xinjiang

23

Page 24: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Zhongtai Chemical Co., Ltd” şirkəti, Avstriyanın “Kremsmuller Group” şirkəti) nümayəndələri aidiyyəti üzrə qəbul edilmiş, sənaye parklarında investisiya qoymaq imkanları barədə müzakirələr aparılmışdır.

Həmçinin, Hökumətlərarası Komissiyaların iclas protokollarına ölkədə yaradılmış sənaye parklarına investorların cəlb olunması ilə bağlı məsələlər daxil edilmiş və komissiyaların iclasları zamanı müzakirə edilmişdir.

Sənaye parkları ilə bağlı qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və ölkəmizdə yaradılmaqda olan sənaye parklarının fəaliyyəti prosesində bu təcrübədən səmərəli şəkildə istifadə edilməsi mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar, 2013-cü ildə Koreya Respublikasının Koreya Sənaye Kompleksləri Korporasiyası (KİCOX) ilə “Azərbaycanda Xüsusi İqtisadi Zonaların və Sənaye Şəhərciklərinin İnkişafı” layihəsi çərçivəsində Azərbaycanda sənaye parklarının yaradılması, onların idarə edilməsi istiqamətində koreyalı ekspertlər 2013-cü il 13-15 may tarixində Azərbaycanda səfərdə olmuş, Nazirliyin aidiyyəti qurumları ilə birgə sənaye parkları vasitəsilə investisiya və rəqabətqabiliyyətinin təşviq edilməsi, bazar və institusional mexanizmlərin təkmilləşdirilməsi, iqtisadi biliklərin artırılması, bu sahədəki yeniliklərin öyrənilməsi üçün təcrübə mübadilələri aparılmışdır. “Azərbaycanda Xüsusi İqtisadi Zonaların və Sənaye Şəhərciklərinin İnkişafı” layihəsinin Yekun Hesabatı hazırlanaraq təqdim edilmişdir.

Sahibkarların hüquqlarının müdafiəsinin daha da möhkəmləndirilməsi. Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” 28 sentyabr 2002-ci il tarixli, 790 nömrəli Fərmanının 11-ci bəndinə uyğun olaraq sahibkarlıq subyektlərində yoxlamalarla bağlı bu Nəzarət Kitabçalarında olan qeydlərin təhlilinin aparılması, habelə sahibkarlarla operativ əlaqə sisteminin yaradılması, onların fəaliyyətinə mane olan və qanunsuz müdaxilə edənlər haqqında məlumatı sistemləşdirərək, tədbir görülmək üçün müvafiq orqanlara göndərilməsi və bu barədə mütəmadi olaraq məlumat verilməsi İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilmişdir.

Bununla əlaqədar, qeyd olunan tapşırığın icrası məqsədilə yoxlamalarla bağlı Nəzarət Kitabçalarında olan qeydlərin və sahibkarlarla yaradılmış operativ əlaqə sistemi vasitəsilə onların fəaliyyətinə mane olan və qanunsuz müdaxilə edənlər haqqında hesabat ildə iki dəfə Azərbaycan Respublikası Prezidentinə təqdim olunur və 2013-cü ilin 6 ayı üzrə hesabat 2013-cü 16 dekabr tarixdə aidiyyəti üzrə təqdim edilmişdir.

Həmin Fərmanın 6-cı bəndində dövlət orqanları tərəfindən (vergi orqanları istisna olmaqla) sahibkarlıq subyektlərində yoxlamaların qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada yalnız Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsinin iştirakı ilə həyata keçirilməsi təsbit edilmişdir. Dövlət orqanları tərəfindən (vergi orqanları istisna olmaqla) sahibkarlıq subyektlərində aparılan yoxlamalarda iştirak etmək üçün davamlı olaraq nümayəndələr ayrılmış və sahibkarlıq subyektlərində həyata keçirilən yoxlamalarda iştirak edən əməkdaşlar üçün treninqlər keçirilmişdir. Bu istiqamətdə dövlət orqanları tərəfindən həyata keçirilmiş yoxlamalarda Nazirliyin nümayəndələrinin iştirakı sahibkarların hüquqları müdafiəsinə yönəldilmişdir.

Bununla yanaşı, 2013-cü il ərzində sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində genişmiqyaslı tədbirlər, o cümlədən, il ərzində sahibkarlıq subyektlərinə 38859 Nəzarət

24

Page 25: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Kitabçası verilmiş və sahibkarların hüquqlarının qorunmasında mühüm vasitə olması barədə təbliğat işləri davam etdirilmiş, sahibkarlıq fəaliyyətinə maneələr törədilməsi ilə bağlı sahibkarlıq subyektlərindən daxil olan şikayətlərə mütəmadi olaraq baxılmış, şikayətçilər qəbul edilmiş, tələb olunduqda yerində araşdırılmış və zəruri olduqda metodiki köməklik göstərilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” təsdiq edilmiş və 1 may 2011-ci il tarixindən sahibkarlıq sahəsində aparılan yoxlamaların Vahid Məlumat Reyestri fəaliyyətə başlamışdır. Reyestrin aparılmasını, istifadəsini və orada saxlanılan məlumatların mühafizəsini təmin edən qeydiyyat informasiya sisteminin vahid portalı www.yoxlama.gov.az internet ünvanında yerləşdirilərək yoxlayıcı orqanlar və sahibkarlıq fəaliyyəti subyektlərinin istifadəsinə verilmişdir. Nazirliyin əməkdaşlarının nümayəndə qismində iştirak olunan yoxlamaların Reyestrindən çıxarışlar əsasında aparılması diqqətdə saxlanılır.

Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanının tələblərinə uyğun olaraq hazırlanmış “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu 2013-cü il 2 iyul tarixində qəbul olunmuş və 2013-cü il 28 avqust tarixində təsdiq edilmişdir. Qanunda sahibkarın təqsirsizlik prezumpsiyası, qanun pozuntularının qarşısının alınmasının cəzalandırılmadan üstünlüyü, yoxlamalar sahəsində risk qiymətləndirilməsi sisteminin və yoxlama suallarının siyahısının tətbiqi və yoxlamanın qabaqlayıcı və profilaktik xarakter daşıması və sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə riayət olunmasında sahibkara köməklik göstərilməsinə xidmət etməsi kimi məsələlər öz əksini tapmışdır.

Bununla əlaqədar, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli, 955 nömrəli Fərmanının 1.1.7-ci bəndinin və həmin Fərmanın icrası ilə bağlı qəbul olunmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli, 240s nömrəli Sərəncamının 2.1-ci bəndinin icrası ilə əlaqədar olaraq “Azərbaycan Respublikasında kiçik, orta və iri sahibkar meyarları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı layihəsi hazırlanmışdır. Bununla əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli, 240s nömrəli Sərəncamının 2.1-ci bəndinin, habelə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 46.1-ci və 46.7-ci maddələrinin tələblərinə əsasən, aidiyyəti dövlət qurumları ilə razılaşdırılaraq aidiyyəti üzrə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilmişdir.

Sahibkarlıq subyektləri üçün dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili.

Azərbaycan Respublikası Prezidentinin “Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə bağlı bəzi məsələlər haqqında” 2011-ci il 26 oktyabr tarixli, 509 nömrəli Fərmanına əsasən İcazələr Elektron İnformasiya Portalı yaradılaraq istifadəyə verilmişdir.

25

Page 26: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

2012-ci il 15 mart tarixdən 2014-cü ilin 01 yanvar tarixədək mərkəzi və yerli icra hakimiyyəti orqanı tərəfindən hazırlanmış 131 qanunvericilik aktı layihəsinin İcazələrin Elektron İnformasiya Portalında yerləşdirilməsi təmin edilmişdir. Bunun nəticəsində sahibkarların o cümlədən, ictimaiyyətin layihələrin müzakirəsində yaxından iştirakı təmin edilmişdir. İcazələrin Elektron İnformasiya Portalının xidmətindən ümumilikdə 227367 istifadəçi yararlanmışdır. Ölkə xaricindən 86 dövlətdən olan istifadəçilər portala müraciət etmişdir.

Bununla yanaşı, yaradılmış elektron məlumat mənbələri (www.icazeler.gov.az, www.yoxlama.gov.az, www.biznesinfo.az) haqqında sahibkarları məlumatlandırmaq, onların maarifləndirilməsilə yanaşı regionlarda üzüm emalı və şərabçılığın inkişafı məqsədilə Nazirliyin təşkilatçılığı ilə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə birlikdə 2013-cü il 7 mart tarixində "Üzümçülüyün inkişafı və üzüm emalına dəstək" mövzusunda tədbir Şəmkir rayonunda, regionların sosial-iqtisadi inkişafı məqsədilə 11 mart tarixində "Regional inkişaf. Strateji hədəflər və perspektivlər mövzusunda elmi-praktiki konfrans” Gəncə şəhərində 2013-cü il 29 noyabr və 9 noyabr tarixində “Aqrar-sənaye kompleksinin rəqabətqabiliyyətinin artırılması: nailiyyətlər və perspektivlər” mövzusunda Xaçmaz rayonunda təşkil edilmişdir. Həmin tədbirlərdə 450-ə yaxın sahibkarın iştirakı təmin edilmiş və tədbirlər haqqında məlumatlar Nazirliyin rəsmi internet saytında, İcazələr elektron informasiya portalında və digər internet portallarında, eyni zamanda televiziyalarda geniş işıqlandırılmışdır.

Sahibkarlıq subyektləri ilə operativ əlaqənin gücləndirilməsi.Ölkəmizdə sahibkarlığın inkişafına dövlət himayəsinin sistemli şəkildə həyata

keçirilməsini gücləndirmək, dövlət-sahibkar münasibətlərini daha da təkmilləşdirmək, sahibkarlar tərəfindən edilən müraciətlərin cavablandırılmasında sistemlilik yaratmaq və operativliyə nail olmaq üçün “195-2” prefiks nömrəsi ilə 01 sentyabr 2009-cu il tarixdən rəsmən fəaliyyət göstərən Nazirliyin Telefon Məlumat Mərkəzi yaradılmış və bu Mərkəz ölkənin bütün regionlarını əhatə edir. 2009-cu ilin 1 sentyabr tarixindən 2014-cü ilin 01 yanvar tarixinədək Mərkəzə 23100 müraciət daxil olmuş və cavablandırılmışdır. Həmçinin Telefon Məlumat Mərkəzi tərəfindən 2013-cü il ərzində ümumilikdə 12 sual vərəqəsi və 87 şikayət vərəqəsi tərtib olunmuşdur. Tərtib olunmuş sual vərəqələrinin hamısı Telefon Məlumat Mərkəzi tərəfindən operativ araşdırılaraq qanunvericiliyə uyğun olaraq cavablandırılmışdır.

2.2. Sahibkarlığa Kömək Milli Fondunun 2013-cü il üzrə fəaliyyəti

Sahibkarlığa Kömək Milli Fondu dövlətin iqtisadi siyasətinin həyata keçirilməsində yaxından iştirak etməklə, sahibkarlara güzəştli kreditlərlə maliyyə dəstəyinin verilməsi, investisiya layihələrinin maliyyələşdirilməsi sahəsində konkret sahələrin təşviqi, regionlarda və Bakı şəhərinin qəsəbələrində sahibkarlığın inkişafına həsr olunmuş tədbirlərin keçirilməsi, sahibkarlara maarifləndirici treninqlərin təşkil edilməsi, sahibkarlığın informasiya təminatının gücləndirilməsi, müasir texnologiyaların tətbiqini, rəqabət qabiliyyətli, xüsusilə ixrac yönümlü və idxalı əvəz edən məhsulların istehsalını və emalını nəzərdə tutan, eləcə də bu sahələrin inkişafını

26

Page 27: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

stimullaşdıran infrastruktur layihələrinin maliyyələşdirilməsi istiqamətində 2013-cü ildə də uğurlu fəaliyyətini davam etdirmişdir.

Sahibkarlığa Kömək Milli Fondu 2013-cü ildə sahibkarlığın inkişafı ilə bağlı muasir texnologiyalara əsaslanan aşağıdakı sahələr üzrə investisiya layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsini təmin etmişdir:- südlük və ətlik istiqamətli cins heyvandarlıq komplekslərinin yaradılması;- quşçuluq təsərrüfatlarının yaradılması və ya bərpası;- ət kəsimi və emalı müəssisələrinin yaradılması;- çörək istehsalı zavodlarının tikilməsi;- iri taxılçılıq və ya toxumçuluq təsərrüfatlarının yaradılması;- üzümçülük təsərrüfatlarının və üzüm emalı müəssisəslərinin yaradılması;- istixana komplekslərinin yaradılması;- intensiv bağçılıq (alma, armud, gilas, nar, ərik, xirnik, gavalı və s.) və ya tingçilik

təsərrüfatlarının yaradılması;- meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması;- meyvə-tərəvəz və taxıl tədarükü, saxlanması satışı məqsədi ilə soyuducu anbar və

taxıl anbarı komplekslərinin yaradılması;- Digər sənaye (yüngül, yeyinti, maşınqayırma və s.) müəssisələrinin yaradılması;- kiçik sahibkarlığın (o cümlədən əlillərin, məcburi köçkünlərin, gənclərin və

qadınların) inkişafı.

Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin əsas istiqamətləri “Sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbirləri

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na və “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq, sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2013-cü il ərzində “Sahibkarlığın inkişafına dövlət dəstəyi”nə dair regionlarda 33, Bakı şəhərinin qəsəbələrində 12 olmaqla 45 tədbir keçirilmişdir. Tədbirlərdə sahibkarlara güzəştli kreditlər təqdim edilmiş, 4700-dək sahibkara, o cümlədən regionlarda 3440, Bakı şəhərinin qəsəbələrində isə 1240 sahibkara maarifləndirici treninqlər keçirilərək iqtisadi biliklər verilmiş, nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, həmçinin yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədi ilə müzakirələr aparılmış, tədbir keçirilmiş şəhər və rayonlar üzrə investisiya təkliflərinin qəbulu üçün kütləvi informasiya vasitələrində elanlar verilmişdir.

Bu tədbirlərin əsas mahiyyəti regionların və Bakı şəhərinin qəsəbələrinin mövcud iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələrin aparılması, onların təkliflərinin öyrənilməsi, güzəştli kreditlərin verilməsi mexanizminin

27

Page 28: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

izah olunması, o cümlədən investisiya layihələrinin hazırlanması və təqdim olunmasına dair maarifləndirici treninqin keçirilməsi və sahibkarlara güzəştli kreditlərin təqdim olunmasıdır. Xüsusilə qeyd edilməlidir ki, bu tədbirlər çərçivəsində sahibkarlar ilə görüşlərin keçirilməsi, müzakirələrin aparılması ilə yanaşı, həmin ərazilərdə potensial biznes imkanları, reallaşdırılması məqsədəuyğun olan layihələr də müəyyən edilir. Başqa sözlə, vətəndaşların sahibkarlıq fəaliyyətinə cəlb olunması, onların dövlətin güzəştli kreditləri hesabına biznes qurmağa təşviq edilərək real sahibkarlıq subyektləri, iş adamları üzə çıxarılır və Fond tərəfindən həmin layihələrin maliyyələşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.

Tədbirlərdən öncə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən aşağıdakı işlər görülür:

- Tədbir keçiriləcək rayonun (şəhərin) iqtisadi potensialının reallaşdırılması məqsədilə müvafiq təhlillər aparılır və hər bir rayon (şəhər) üzrə prioritet istiqamətlər müəyyənləşdirilir;

- Müəyyənləşdirilmiş prioritet sahələr üzrə kiçik, orta və böyük həcmli nümunəvi investisiya layihələri hazırlanır.

Tədbirlər çərçivəsində sahibkarların maarifləndirilməsi istiqamətində aşağıdakı müvafiq təşviqat işləri həyata keçirilir:

- Sahibkarlara güzəştli kreditlərin verilməsi mexanizmi, tələb olunan sənədlər, elektron müraciət və müvəkkil kredit təşkilatlarının filial şəbəkəsi mövzusunda maarifləndirici treninq keçirilirilərək iqtisadi biliklər verillir;

- Prioritet sahələr üzrə hazırlanmış kiçik, orta və böyük həcmli nümunəvi investisiya layihələrinin təqdimatı keçirilir və həmin nümunəvi layihələr sahibkarlara təqdim olunur;

- mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədi ilə sahibkarlarla müzakirələr aparılır, onların təklifləri öyrənilir və sualları cavablanıdırılır;

- Sahibkarlara müxtəlif çap materialları (bukilet, broşur və s.) təqdim olunur;- Tədbirdən sonra tədbir keçirilmiş rayon (şəhər) üzrə investisiya təkliflərinin

qəbulu üçün kütləvi informasiya vasitələrində elanlar verilir.

Respublikanın regionları və Bakı şəhərinin qəsəbələri üzrə iqtisadi potensialın reallaşdırılmasının təşviqi tədbirləri

2013-cü ildə “Sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbirlərində sahibkarlara güzəştli kreditlərin verilməsi və maarifləndirici treninqlərin keçirilməsi ilə yanaşı, sahibkarlıq subyektləri ilə onların təmsil olunduqları rayonların inkişaf perspektivləri, təbii ehtiyatları və mövcud iqtisadi potensialı nəzərə alınmaqla, güzəştli şərtlərlə maliyyələşdirilməsi zəruri olan sahələrin müəyyənləşdirilməsi istiqamətində geniş müzakirələr aparılmış və bu müzakirələrin məntiqi nəticəsi olaraq investisiya layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsi məqsədilə sahibkarlıq

28

Page 29: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

subyektlərindən investisiya təkliflərinin qəbulu üçün kütləvi informasiya vasitələrində elanlar verilmişdir.

2013-cü ildə Sahibkarlığa Kömək Milli Fondunun “Sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbirlərində sahibkarlıq subyektlərinin maarifləndirilməsi istiqamətində həyata keçirdiyi təşviqat işləri sırasında iqtisadiyyatın müxtəlif sahələri üzrə Fond tərəfindən hazırlanmış nümunəvi investisiya layihələrinin təqdimatlarının keçirilməsi və həmin nümunəvi layihələrin sahibkarlara təqdim olunması xüsusi qeyd olunmalıdır. Bu təqdimatlar biznes layihələrinin hazırlanmasında nəzəri biliklərin praktiki biliklərlə əlaqələndirilməsini təmin etmiş, eyni zamanda, konkret biznes sahəsində daha geniş və dəqiq məlumatların əldə olunmasında, hesablamaların düzgün aparılmasında, səmərəlilik baxımından biznes fəaliyyətlərinin qiymətləndirilməsində və müqayisə edilməsində sahibkarlara dəstək olmuş, hər bir regionun potensial imkanları nəzərə alınmaqla yeni biznes sahələrinin yaradılmasına təşəbbüslərin artmasına, sahibkarlıq subyektlərinin iqtisadi aktivliyinin əhəmiyyətli dərəcədə yüksəlməsinə öz müsbət təsirini göstərmişdir.

Nümunəvi investisiya layihələrinin təqdimatlarının keçirilməsi və həmin layihələrin sahibkarlara təqdim olunması, onların güzəştli kreditlərin istifadəsinə daha həssas yanaşmasını, eləcə də güzəştli kreditlərə olan tələbatın artmasını şərtləndirmişdir.

Sahibkarlığa Kömək Milli Fondu ilə müvəkkil kredit təşkilatları arasında investisiya layihələrinin maliyyələşdirilməsi, sahibkarların müraciətlərinin qeydə alınması və idarə edilməsi prosesinin avtomatlaşdırılmasına dair “İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə Sistemi”nin işə salınması məqsədi ilə müvəkkil kredit təşkilatlarına sənəd dövriyyəsinin təşkili haqqında müqavilələr bağlanmış, sahibkarların sistemdən istifadəsini asanlaşdırmaq üçün istifadəçi təlimatları çap etdirilmiş, müvəkkil kredit təşkilatlarının əməkdaşlarına sistemdən istifadəyə dair treninqlər keçirilmişdir. Bu sistemdən istifadə etməklə sahibkarlar vaxt itkisinin qarşısını alır, izafi xərclərin aradan qaldırılmasını təmin edir, investisiya layihəsinin maliyyələşdirilməsi prosesinin bütün mərhələlərini öz şəxsi səhifəsindən izləmək imkanı əldə edir. Elektron idarəetmə sisteminin tətbiqi dövlətin güzəştli kreditlərinin əldə edilməsi ilə əlaqədar sənəd dövriyyəsi prosesinin daha sürətli və təhlükəsiz qaydada, tam olaraq elektron formada həyata keçirməyə imkan verəcək.

Sahibkarlar internetə çıxışı olan kompyuter, telefon və ya planşetin köməyi ilə günün istənilən vaxtı, istənilən yerdən Fondun saytına daxil olaraq sistemdən istifadə etməklə müvəkkil kredit təşkilatına getmədən güzəştli kreditlər əldə etmək üçün müraciət edə bilərlər. Bunun üçün sahibkarlar məlumat formasını dolduraraq qeydiyyatdan keçir və şəxsi səhifəsinə daxil olur. Tələb olunan məlumatları daxil etdikdən və sənədləri sistemə yüklədikdən sonra elektron müraciət seçilmiş müvəkkil kredit təşkilatına göndərilir və sistem sahibkara bu barədə bildiriş təqdim edir. Müvəkkil kredit təşkilatında investisiya layihəsinin qiymətləndirilməsi ilə əlaqədar bütün proseslər elektron sistem vasitəsi ilə qanunvericiliklə müəyyən edilmiş müddətdə yerinə yetirilir

29

Page 30: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

və müsbət qiymətləndirilmiş layihələrin maliyyələşdirməsi məqsədi ilə elektron formada Sahibkarlığa Kömək Milli Fonduna göndərilir. İnvestisiya layihələri Sahibkarlığa Kömək Milli Fondunda elektron sistemdə qeydiyyata alınır, layihə ekspertiza edildikdən sonra maliyyələşdirilməsinə qərar verildiyi halda tələb olunan kredit vəsaiti müvəkkil kredit təşkilatının elektron sifarişi əsasında onun bank hesabına köçürülür. Müvəkkil kredit təşkilatı tərəfindən isə həmin vəsaitin sahibkarın hesabına köçürülməsi təmin olunur.

Elektron sistemin sahibkarlar üçün aşağıdakı üstünlükləri təmin edir:- Sahibkar üçün zaman və məkan məhdudiyyəti olmadan müvəkkil kredit

təşkilatına müraciət etmək imkanı yaradır;- Sahibkar internetə çıxışı olan istənilən qurğu (kompyuter, planşet və ya telefon)

vasitəsi ilə investisiya layihəsinin maliyyələşdiriməsi ilə əlaqədar müvəkkil kredit təşkilatına elektron müraciət göndərə bilər;

- Sahibkarın güzəştli krediti əldə etməsi ilə əlaqədar xərclərin (nəqliyyat, poçt və s.) azaldılmasını təmin edir;

- Sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə dair Fondun və müvəkkil kredit təşkilatının verdiyi rəylə birbaşa öz şəxsi hesabında tanış olmaq imkanı yaradır;

- Sahibkarın müvəkkil kredit təşkilatına müraciəti zamanı subyektiv yanaşmanın qarşısını alır;

- Fond ilə müvəkkil kredit təşkilatı arasında sənəd dövriyyəsinin daha sürətli və təhlükəsiz həyata keçirilməsini təmin edir;

- Fondun investisiya layihələrinin maliyyələşdirilməsi prosesinə operativ nəzarət imkanlarını artırır;

- Sistem sahibkarın investisiya layihələrinin maliyyələşdiriməsi prosesində şəffaflığın daha da artırılmasını təmin edir.

Elektron idarəetmə sisteminin tətbiqi sahibkarların hüquqlarının qorunması istiqamətinə irəliyə atılan daha bir addım olmaqla, biznesin daha səmərəli aparılmasına, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsi prosesinin və güzəştli kreditlərə çıxış imkanlarının asanlaşmasına öz müsbət təsirini göstərəcəkdir.

Respublikanın bütün şəhər və rayonları əhatə olmaqla iqtisadi potensial təhlil olunmuş, prioritet istiqamətlər müəyyənləşdirilmiş, beynəlxalq təcrübə və istehsalçı şirkətlər öyrənilmiş, prioritet sahələr üzrə nümunəvi investisiya layihələri hazırlanaraq sahibkarlara təqdim olunmuşdur. Artıq 60-dək istiqamət üzrə hazırlanmış nümunəvi layihələr Fondun internet saytında yerləşdirilmişdir. Bundan əlavə, güzəştli kreditlər hesabına prioritet sahələrdə investisiya layihələrinin maliyyələşdirilməsi məqsədi ilə 2010-2012-ci illər üzrə respublikada idxalda əsas yer tutan və yerli istehsalı mümkün olan qida və qeyri-qida məhsulların müəyyənləşdirilməsi istiqamətində müvafiq təhlillər aparılmışdır. Təhlillərin nəticəsi olaraq aqrar sənaye komplekslərinə daxil olan sahələr üzrə 45, digər sənaye sahələri üzrə isə 35 məhsul seçilmişdir. Araşdırmalara əsasən,

30

Page 31: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

idxalda əsas yer tutan və yerli istehsalı mümkün olan 80 məhsulun 2010-2012-ci illər üzrə ümumi idxalı 1.6 milyard manat, orta illik nisbi artım göstəricisi 4% (məbləğ üzrə), ümumi ixracı 401.1 milyon manat, orta illik nisbi artım göstəricisi 23% təşkil etmişdir. Seçilmiş məhsullar üzrə yerli istehsalın təşviq edilməsi məqsədilə nümunəvi layihələr hazırlanaraq sahibkarlara təqdim olunmuşdur.

İlk dəfə olaraq respublikanın iqtisadi və inzibati rayonları üzrə müəyyən edilmiş iqtisadiyyatın prioritet istiqamətlərinin interaktiv xəritəsi hazırlanaraq Fondun saytında yerləşdirilmişdir.

Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə dövlətin güzəştli kreditlərini almaq üçün müvəkkil kredit təşkilatlarına müraciət etmiş sahibkarlıq

subyektlərinə dair2013-cü il ərzində Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə dövlətin güzəştli

kreditlərini almaq məqsədilə sahibkarlıq subyektləri tərəfindən 37 müvəkkil kredit təşkilatına ümumilikdə 4517 müraciət daxil olmuşdur. MKT-lər tərəfindən müraciətlərin 4471-i (99%) müsbət qiymətləndirilmiş, 46 (1%) müraciətə isə sahibkarın rentabelli biznesinin, ödəmə qabiliyyətinin, likvid girovunun, fəaliyyət üçün müvafiq şəraitinin olmaması səbəblərindən imtina edilmişdir.

Müraciətlər üzrə ümumi investisiya tələbatı 418 803.3 min manat, o cümlədən müsbət qiymətləndirilmiş müraciətlər üzrə 417 954 min manat (99.8%), imtina olunmuş müraciətlər üzrə 849.3 min manat (0.2%) olmuşdur.

Müraciətlər üzrə ümumi kredit tələbatı 272 588.8 min manat, o cümlədən müsbət qiymətləndirilmiş müraciətlər üzrə 271797.3 min manat (99.7%), imtina olunmuş müraciətlər üzrə 791.5 min manat (0.3%) olmuşdur.

2013-cü il ərzində Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatlarına Aran iqtisadi rayonu üzrə 1952 (43.2%), Gəncə-Qazax iqtisadi rayonu üzrə 882 (19.5%), Şəki-Zaqatala iqtisadi rayonu üzrə 235 (5.2%), Lənkəran iqtisadi rayonu üzrə 328 (7.3%), Quba-Xaçmaz iqtisadi rayonu üzrə 262 (5.8%), Dağlıq Şirvan iqtisadi rayonu üzrə 275 (6.1%), Abşeron iqtisadi rayonu üzrə 107 (2.4%), Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 169 (3.7%) və Bakı şəhərinin qəsəbələri üzrə 307 (6.8%) müraciət daxil olmuşdur.

2013-cü il ərzində Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatlarına müraciət etmiş sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli kredit tələbatı 272 588.8 min manat, o cümlədən Aran iqtisadi rayonu üzrə 62 086.8 min manat (22.8%), Abşeron iqtisadi rayonu üzrə 41 271.5 min manat (15.1%), Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 4 278 min manat (1.6%), Şəki-Zaqatala iqtisadi rayonu üzrə 27 494.5 min manat (10.1%), Lənkəran iqtisadi rayonu üzrə 21 551 min manat

31

Page 32: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

(7.9%), Quba-Xaçmaz iqtisadi rayonu üzrə 6 747.4 min manat (2.5%), Gəncə-Qazax iqtisadi rayonu üzrə 37 364.6 min manat (13.7%), Dağlıq Şirvan iqtisadi rayonu üzrə 8 189.5 min manat (3%) və Bakı şəhərinin qəsəbələri üzrə 63 605.5 min manat (23.3%) təşkil etmişdir.

2013-cü il ərzində Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatlarına müraciət etmiş sahibkarlıq subyektlərinin investisiya layihələrinin 4340-ı (96.1%) aqrar sektorun inkişafı (güzəştli kredit tələbatı 177 320.8 min manat (65.1%)), 177-si (3.9%) müxtəlif sənaye və digər sahələrin (güzəştli kredit tələbatı 95268 min manat (34.9%) inkişafı sahələrini əhatə etmişdir.

2013-cü il ərzində Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatlarına müraciət etmiş sahibkarlıq subyektlərinin investisiya layihələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.7 dəfə çox olmuşdur.

2013-cü il ərzində Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatlarına müraciət etmiş sahibkarlıq subyektlərinin investisiya layihələrinin 4421-i (97.9%) kiçik həcmli (kredit tələbatı 53413.3 min manat (19.6%)), 40-ı (0.9%) orta həcmli (kredit tələbatı 7584.5 min manat (2.8%)), 56-sı (1.2%) böyük həcmli (kredit tələbatı 211 591 min manat (77.6%) olmuşdur.

Dövlətin güzəştli kreditlərini almaq məqsədilə Sahibkarlığa Kömək Milli Fonduna edilmiş müraciətlər

2013-cü il ərzində sahibkarlıq subyektlərinə güzəştli kredit verilməsi məqsədilə müvəkkil kredit təşkilatları tərəfindən Sahibkarlığa Kömək Milli Fonduna təqdim edilmiş 4606 müraciətə (investisiya layihəsinə) baxılmış və 4550 (98.8%) müraciətin (investisiya layihəsinin) maliyyələşdirilməsinə müsbət rəy verilmişdir. İnvestisiya layihələri minimal tələblərə uyğun hazırlanmadığı və iqtisadi cəhətdən səmərəliliyi əsaslandırılmadığı üçün 56 (1.2%) layihəyə imtina verilmişdir ki, bundan da 34-ü nöqsanları aradan qaldıraraq təkrar ünvanlanaraq müsbət rəy verilmiş müraciətlər olmuşdur.

Ötən il ərzində Aran iqtisadi rayonu üzrə 2032 (44.7%), Gəncə-Qazax iqtisadi rayonu üzrə 903 (19.9%), Lənkəran iqtisadi rayonu üzrə 333 (7.3%), Quba-Xaçmaz iqtisadi rayonu üzrə 273 (6%), Dağlıq Şirvan iqtisadi rayonu üzrə 294 (6.5%), Şəki-Zaqatala iqtisadi rayonu üzrə 214 (4.7%), Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 143 (3.1%), Abşeron iqtisadi rayonu üzrə 52 (1.1%) və Bakı şəhərinin qəsəbələri üzrə 306 (6.7%) investisiya layihəsinin maliyyələşdirilməsinə müsbət rəy verilmişdir.

Hesabat dövründə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən maliyyələşdirilməsinə müsbət rəy verilmiş investisiya layihələri üzrə ümumi kredit

32

Page 33: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

tələbatının 175 060.6 min manatı (69.9%) regionlar üzrə olmaqla 250 289.6 min manat olmuşdur. O cümlədən:

- Aran iqtisadi rayonu üzrə 48 076.4 min manat (19.2%);- Gəncə-Qazax iqtisadi rayonu üzrə 37 520.4 min manat (15%);- Lənkəran iqtisadi rayonu üzrə 22 541 min manat (9%);- Şəki-Zaqatala iqtisadi rayonu üzrə 18 863.5 min manat (7.5%);- Dağlıq Şirvan iqtisadi rayonu üzrə 16 465.5 min manat (6.6%);- Abşeron iqtisadi rayonu üzrə 18 911 min manat (7.6%);- Quba-Xaçmaz iqtisadi rayonu üzrə 4 458.3 min manat (1.8%);- Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 8 224.5 min manat (3.3%);- Bakı şəhərinin qəsəbələri üzrə 75 229 min manat (30%).2013-cü il ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən

maliyyələşdirilməsinə müsbət rəy verilmiş investisiya layihələrinin 4370-i (96%) (kredit tələbatı 169 607 min manat (67.8%) aqrar sektor, 180-ı (4%) (kredit tələbatı 80 683 min manat (32.2%)) isə müxtəlif sənaye və digər sahələrin inkişafını əhatə etmişdir.

Ötən il ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən maliyyələşdirilməsinə müsbət rəy verilmiş investisiya layihələrinin 4 471-i (98.3%) kiçik həcmli (kredit tələbatı 54 158.6 min manat (21.6%), 29-u (0.6%) orta həcmli (kredit tələbatı 4 341 min manat (1.7%) və 50-si (1.1%) isə böyük həcmli (kredit tələbatı 191 790 min manat (76.6%) olmuşdur.

2013-cü il ərzində müvəkkil kredit təşkilatları tərəfindən Sahibkarlığa Kömək Milli Fonduna təqdim edilmiş investisiya layihələrinin 2012-ci illə müqayisəsi

33

Page 34: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

0 500

1 0001 5002 0002 5003 0003 5004 0004 500

4 419(95.9%)

187(4.1%)

2 366(93.3%)

170(6.7%)

2013-cü il ərzində sahibkarlıq subyektlərinə dövlətin güzəştli kreditlərinin verilməsi məqsədilə müvəkkil kredit təşkilatları tərəfindən Sahibkarlığa Kömək Milli Fonduna təqdim edilmiş investisiya layihələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.7 dəfə çox olmuşdur ki, bu da Fondun dövlətin iqtisadi siyasətinin həyata keçirilməsində yaxından iştirak etməsi, sahibkarlara güzəştli kreditlərlə maliyyə dəstəyinin verilməsi, investisiya layihələrinin maliyyələşdirilməsi sahəsində konkret sahələrin təşviqi, regionlarda və Bakı şəhərinin qəsəbələrində sahibkarlığın inkişafına həsr olunmuş tədbirlərin keçirilməsi, sahibkarlara maarifləndirici treninqlərin təşkil edilməsi istiqamətində uğurlu fəaliyyətinin nəticəsidir.

Sahibkarlığın inkişafına verilmiş dövlətin güzəştli kreditləri

Dövlətin güzəştli kreditlərinin maliyyə mənbələri“Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında” Azərbaycan

Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 13 dekabr 2012-ci il tarixli 760 nömrəli Fərmanının 2.13.1.1-ci bəndinə əsasən İqtisadiyyat və Sənaye Nazirliyinin nəzdində fəaliyyət göstərən Sahibkarlığa Kömək Milli Fonduna sahibkarlığın inkişafı ilə bağlı xərclər üçün dövlət büdcəsindən ayrılmış 150 000 min manat vəsait 2013-cü il ərzində “Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na uyğun olaraq müvəkkil kredit təşkilatlarının sifarişi əsasında sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə güzəştli kredit verilməsi məqsədilə istifadə olunmuşdur.

2013-cü il ərzində verilmiş güzəştli kreditlərin maliyyə mənbələri (min manat)

34

Page 35: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Güzəştli kreditlərin ver-ilməsi üçün ayrılmış cəmi

vəsaitlərFonda qaytarılan vəsaitlər

hesabına Dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına

0

50000

100000

150000

200000

250000

300000

275 000

125 000(45.5%) 150 000(54.5%)

Azərbaycan Respublikası Prezidentinin 07 oktyabr 2009-cı il tarixli 162 nömrəli

Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”nın 1.7-ci bəndinə əsasən qaytarılan kredit vəsaitləri və digər daxilolmaların 125 000 min manatı sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə istifadə olunmuşdur. Sahibkarların maarifləndirilməsi istiqamətində müvafiq təşviqat işlərinin aparılması, xüsusi ilə respublikanın regionlarında və Bakı şəhərinin qəsəbələrində “Sahibkarlığın inkişafına dövlət dəstəyi” çərçivəsində keçirilmiş tədbirlərdə iqtisadiyyatın müxtəlif sahələri üzrə hazırlanmış nümunəvi investisiya layihələrinin təqdimatının keçirilməsi və həmin nümunəvi layihələrin sahibkarlara təqdim olunması kreditlərin daha da səmərəli istifadəsinə stimul yaratmış, eyni zamanda, güzəştli kreditlərə olan tələbatın artmasına təsir göstərmişdir. Bundan əlavə, sahibkarlıq subyektləri tərəfindən dövlətin güzəştli kreditlərinin səmərəli istifadə etmələri ilə əlaqədar 14.9 milyon manat (qaytarılan vəsaitin 11.9%-i) vəsait müvəkkil kredit təşkilatları vasitəsilə vaxtından əvvəl geri qaytarılmışdır.

Müvəkkil kredit təşkilatları ilə əməkdaşlıqSahibkarlığa Kömək Milli Fondu dövlətin güzəştli kreditlərini sahibkarlıq

subyektlərinə çatdırılması üçün 44 müvəkkil kredit təşkilatı, o cümlədən 30 bank, 1 bank olmayan kredit təşkilatı və 13 kredit ittifaqı ilə əməkdaşlıq edir.

Azərbaycan Respublikası Mərkəzi Bankının təqdim etdiyi maliyyə-statistik göstəricilər əsasında mövcud qanunvericiliyə uyğun olaraq hər maliyyə ilinin əvvəlində Fondun vəsaitləri üzrə müvəkkil kredit təşkilatlarına limitlər müəyyən edilir və müvəkkil kredit təşkilatları onlara ayrılmış limit həddində sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsini həyata keçirirlər.

Müvəkkil kredit təşkilatlarının filial şəbəkəsinin respublikanın iqtisadi rayonları üzrə bölgüsü

35

Page 36: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Abşeron 31 (5%)

Bakı şəhərinin qəsəbələri 310 (50%)

Gəncə-Qazax 61 (10%)

Lənkəran 35 (6%)

Aran 101 (16%)

Şəki-Zaqatala 25 (4%)

Quba-Xaçmaz 33 (5%)Yuxarı Qarabağ

4 (1%)Dağlıq Şirvan

15 (3%)

Hazırda müvəkkil kredit təşkilatlarının filial şəbəkələrinin 305-i (49.6%) regionlarda olmaqla 615-ə çatmışdır.

Sahibkarlıq subyektlərinə verilmiş dövlətin güzəştli kreditləri2013-cü il ərzində Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə 4468 sahibkarlıq

subyektinə 275 milyon manat dövlətin güzəştli kreditləri verilmiş və bu kreditlər hesabına 12045 yeni iş yerinin yaradılması təmin olunacaqdır.

Dövlətin güzəştli kreditlərinin 68.8%-i aqrar sektorun, 31.2%-i müxtəlif sənaye və digər sahələrə verilmişdir.

2012-ci il ilə müqayisədə maliyyələşdirilmiş investisiya layihələrin sayı 84.7%, verilmiş güzəştli kredit vəsaitinin həcmi 26.1%, yeni yaradılacaq iş yerlərinin sayı isə 32.6% artmışdır.

Fondun vasitəsilə müasir texnologiyaların tətbiqinə əsaslan iri layihələrin maliyyələşdirilməsi ilə yanaşı, kiçik həcmli layihələrin də güzəştli şərtlərlə maliyyələşdirilməsi əsas məsələlərdən biridir. Əsasən əhalinin həssas qruplarının, o cümlədən məcburi köçkün, əlil, gənc və qadın sahibkarların, eləcə də az təminatlı ailələrin kiçik həcmli kreditlərdən maksimum bəhrələnərək özlərinə biznes imkanları yaratmaları daim diqqət mərkəzində saxlanılır. Belə ki, 2013-cü il ərzində 29 (0.6%) əlil sahibkara 0.8 mln. (0.3%) manat, 307 (6.9%) məcburi köçkün sahibkara 5 mln. (1.8%) manat, 430 (9.6%) qadın sahibkara 9.3 mln. (3.4%) manat və 917 (20.5%) gənc sahibkara 62.8 mln. (22.8%) manat güzəştli kredit verilimişdir. Bu kreditlər hesabına müvafiq olaraq 100-dək (0.8%), 481 (4%), 1064 (8.8%) və 2468 (20.5%) yeni iş yerinin yaradılması təmin olunacaqdır.

2012-ci illə müqayisədə qadın sahibkarlara verilmiş güzəştli kreditlərin məbləği 2.6 dəfə, gənc sahibkarlara verilmiş güzəştli kreditlərin məbləği 17.9%, layihələrin sayı müvafiq olaraq 2.3 və 2.2 dəfə artmışdır.

36

Page 37: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

2013-cü il ərzində kiçik həcmli 4377 (98%) layihəyə 52.9 (19.2%) milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 7669 (63.7%) yeni iş yerinin yaradılması təmin olunacaqdır. 2012-ci illə müqayisədə kiçik həcmli layihələrin sayı və məbləği 1.9 dəfə və bu kreditlər hesabına yeni yaradılan iş yerlərinin sayı isə 1.8 dəfə artmışdır.

Qeyri-neft sektorunun aparıcı sahələrindən biri olan aqrar sektorun inkişafı ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təmin olunması və məşğulluğunun təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Aqrar sahənin daha da inkişaf etdirilməsi məqsədilə dövlət tərəfindən investisiya layihələrinin reallaşdırılmasına, güzəştli kreditlərin verilməsinə xüsusi əhəmiyyət verilir və bu istiqamətdə fəaliyyət getdikcə genişlənir. Bu dəstək tədbirlərinə misal olaraq Fondun vəsaitləri hesabına dövlətin güzəştli kreditlərinin verilməsini göstərmək olar.

Aqrar sektorun inkişafı ilə bağlı 4288 (96%) layihəyə 189.2 (68.8%) milyon manat dövlətin güzəştli kreditləri verilmişdir ki, bu da 2012-ci il ilə müqayisədə layihələrin sayı 1.9 dəfə, güzəştli kreditlərin həcmi 27.4% və yeni iş yerlərinin sayı isə 48.2% artmışdır.

Sərhəd, cəbhə və məcburi köçkünlərin sıx məskunlaşdığı rayonların inkişafının stimullaşdırılması Fondun fəaliyyətində əsas istiqamətlərdən biri kimi xarakterizə olunur. 2013-cü ildə sərhəd, cəbhə və məcburi köçkünlərin sıx məskunlaşdığı rayonlardan olan 2596 sahibkara 87.6 milyon manat güzəştli kredit verilmişdir.

“2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar Fondun vasitəsi ilə 45 investisiya layihəsinin maliyyələşdirilməsinə 5 milyon manat, o cümlədən müasir texnologiyaların tətbiqi ilə 469 ha üzüm əkilməsinə mərhələlərlə 4.5 milyon manat güzəştli kredit verilmişdir.

“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın təsdiqindən sonra 712 investisiya layihəsinin maliyyələşdirilməsinə 148.3 milyon manat, bunlardan müasir texnologiyaların tətbiqinə əsaslanan 53 layihənin, o cümlədən illik istehsal gücü 38.6 mln. ədəd damazlıq yumurta, 5.3 min ton quş əti, 28 mln. ədəd əmtəə yumurtası olan 9 quşçuluq təsərrüfatı, illik istehsal gücü 159.3 min ton olan 13 çörək istehsalı zavodu, 48 hektar ərazidə 13 istixana kompleksi, illik istehsal gücü 1.8 min ton ət kəsimi və 10 min ton ət emalı olan 2 ət emalı müəssisəsi, 5 hektar ərazidə 1 tingçilik təsərrüfatı, illik istehsal gücü 78 min ton metal konstruksiya olan 2 zavod, illik istehsal gücü 36 min poqon metr istixana konstruksiyaları və qida sənayesi avadanlıqları olan 1 zavod, illik istehsal gücü 3440 ədəd transformator və digər elektrotexniki avadanlıqlar olan 1 zavod, illik istehsal gücü 75 mln. ədəd olan şüşə qablar istehsalı zavodu, illik istehsal gücü 188 min ton olan 1 kərpic zavodu, illik istehsal gücü 150 mln. ədəd uşaq bezi və 96 mln. ədəd müxtəlif növ salfet olan 1 müəssisə, illik istehsal gücü 15 min ton PVC tərkibli yarımfabrikatlar olan 1 müəssisə, 1 polipropilen kisə istehsalı müəssisəsi, 2 mebel istehsalı müəssisəsi, 1 şokolad məhsulları, 1 un və un məmulatları istehsalı müəssisəsi, 1 logistik mərkəz və 1

37

Page 38: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

geyim məhsulları istehsalı müəssisəsinin maliyyələşdirilməsinə 138.8 milyon manatadək güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 5300-dək yeni iş yerinin yaradılması imkanı yaranmışdır.

2013-cü il ərzində Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə Aran iqtisadi rayonu üzrə 1998 (44.7%) layihəyə 68547.1 min (24.9%) manat, Gəncə-Qazax iqtisadi rayonu üzrə 879 (19.7%) layihəyə 37196 min (13.5%) manat, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 270 (6%) layihəyə 8608.1 min (3.1%) manat, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 137 (3.1%) layihəyə 5660.5 min (2.1%) manat, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 212 (4.7%) layihəyə 19260.3 min (7%) manat, Lənkəran iqtisadi rayonu 329 (7.4%) layihəyə 21609 (7.9%) min manat, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 290 (6.5%) layihəyə 16588 min (6%) manat, Abşeron iqtisadi rayonu üzrə 50 (1.1%) layihəyə 20879 min (7.6%) manat və Bakı şəhərinin qəsəbələri üzrə 303 (6.8%) layihəyə 76652 min (27.9%) manat dövlətin güzəştli kreditləri verilmişdir.

2013-cü il ərzində dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilmiş investisiya layihələrinin respublikanın iqtisadi rayonları üzrə bölgüsü

Bakı şəhərinin qəsəbələri 303 (6.8%)

Abşeron 50 (1.1%)

Gəncə-Qazax879 (19.7%)

Şəki-Zaqatala 212 (4.7%)

Lənkəran 329 (7.4%) Quba-Xaçmaz

270 (6.5%)Aran

1998 (44.7%)

Yuxarı Qarabağ

137 (3.1%)Dağlıq Şirvan

290 (6%)

2013-cü il ərzində verilmiş dövlətin güzəştli kreditlərinin respublikanın iqtisadi rayonları üzrə bölgüsü (min manatla)

38

Page 39: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Bakı şəhəri

nin qəsəbələri

76652 (27.9%)

Abşeron

20879 (7.6%

)

Gəncə-

Qazax

37196 (13.5%)

Şəki-Zaqatala 19260.3 (7%)

Lənkəran

21609 (7.9%

)

Quba-Xaç-maz

8608.

1 (3.1%

)

Aran

68547.1

(24.9%)

Yuxarı

Qarabağ

5660.5

(2.1%)

Dağlıq Şirvan 16588 (6%)

2013-cü il ərzində aqrar sektor üzrə 4288 (96%) layihənin maliyyələşdirilməsinə 189 245 min (68.8%) manat, müxtəlif sənaye və digər sahələr üzrə 180 (4%) layihənin maliyyələşdirilməsinə 85 755 min (31.2%) manat güzəştli kredit verilmişdir.

2013-cü il ərzində dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilmiş investisiya layihələrinin iqtisadiyyatın sahələri üzrə bölgüsü

Aqrar sektor 4288 (96%)

Müxtəlif sənaye və digər sahələr 180 (4%)

2013-cü il ərzində verilmiş dövlətin güzəştli kreditlərinin iqtisadiyyatın sahələri üzrə bölgüsü (min manatla)

39

Page 40: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Aqrar sektor

Müxtəlif sənaye və digər sahələr

189 245(68.8%)

85 755(31.2%)

Dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilən investisiya layihələrinin həyata keçirilməsi nəticəsində 12045, o cümlədən Bakı şəhərinin qəsəbələri üzrə 2289 (19%), Abşeron iqtisadi rayonu üzrə 478 (4%), Aran iqtisadi rayonu üzrə 4028 (33.4%), Gəncə-Qazax iqtisadi rayonu üzrə 2011 (16.7%), Lənkəran iqtisadi rayonu üzrə 1143 (9.5%), Şəki-Zaqatala iqtisadi rayonu üzrə 532 (4.4%), Quba-Xaçmaz iqtisadi rayonu üzrə 528 (4.4%), Dağlıq Şirvan iqtisadi rayonu üzrə 778 (6.5%) və Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 258 (2.1%) yeni iş yerlərinin yaradılması nəzərdə tutulur.

2013-cü il ərzində verilmiş dövlətin güzəştli kreditləri hesabına yaradılacaq yeni iş yerlərinin respublikanın iqtisadi rayonları üzrə bölgüsü

Bakı şəhərinin qəsəbələri

Abşeron Gəncə-Qazax Şəki-Zaqatala Lənkəran Quba-Xaçmaz Aran Yuxarı Qarabağ Dağlıq Şirvan

0

500

1000

1500

2000

2500

3000

3500

4000

4500

2289(19%)

478(4%)

2011(16.7%)

532(4.4%)

1143(9.5%) 528

(4.4%)

4028(33.4%)

258(2.1%)

778(6.5%)

2013-cü il ərzində verilmiş dövlətin güzəştli kreditləri hesabına yaradılacaq yeni iş yerlərinin iqtisadiyyatın sahələri üzrə bölgüsü

40

Page 41: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Aqrar sektor9497

(78.8%)

Müxtəlif sənaye və digər sahələr 2548

(21.2%)

Dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilən investisiya layihələrinin həyata keçirilməsi nəticəsində yaradılacaq yeni iş yerlərinin 78.8%-i aqrar sektorun, 21.2%-i müxtəlif sənaye və digər sahələrin payına düşmüşdür.

2013-cü il ərzində iqtisadiyyatın sahələri üzrə verilmiş dövlətin güzəştli kreditlərinin 2012-ci il ilə müqayisəsi (min manatla)

0

20 000

40 000

60 000

80 000

100 000

120 000

140 000

160 000

180 000

200 000

148 524(68.1%)

69 477(31.9%)

189 245(68.8%)

85 755(31.2%)

2013-cü il ərzində sahibkarlıq subyektlərinə verilmiş dövlətin güzəştli kreditləri (275 000 min manat) 2012-ci il (218 000 min manat) ilə müqayisədə 26.1% (57 000 min manat) artmışdır.

2013-cü il ərzində verilmiş dövlətin güzəştli kreditlərinin növlər üzrə bölgüsü (min manatla)

41

Page 42: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Kiçik həcmli 52 914.7

(19%)

Orta həcmli 4 341 (2%)

Böyük həcmli 217 744.3 (79.2%)

2013-cü il ərzində güzəştli şərtlərlə maliyyələşdirilmiş investisiya layihələrinin 19.2%-i kiçik həcmli (kredit məbləği 52914.7 min manat), 1.6%-i orta həcmli (kredit məbləği 4341 min manat) və 79.2%-i böyük həcmli (kredit məbləği 217744.3 min manat) olmuşdur. 2013-cü il ərzində güzəştli şərtlərlə maliyyələşdirilmiş investisiya layihələrinin 4377-si kiçik həcmli (ümumi layihələrin 98%-i), 29-u orta həcmli (ümumi layihələrin 0.6%-i) və 62-si böyük həcmli (ümumi layihələrin 1.4%-i) layihələr olmuşdur.

2013-cü il ərzində maliyyələşdirilmiş investisiya layihələrinin növlər üzrə bölgüsü

Kiçik həcmli 437798%

Orta həcmli 29

0.6%

Böyük həcmli 62

1.4%

Məcburi köçkünlərə və əlillərə verilmiş dövlətin güzəştli kreditləri

42

Page 43: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq olunmuş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrasının təmin edilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən davamlı olaraq məqsədyönlü tədbirlər həyata keçirilir. Bu məqsədlə 2013-cü il ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 307 məcburi köçkün sahibkara 5 mln. manatdan çox güzəştli kredit verilmişdir. Verilmiş güzəştli kreditlər hesabına 481 yeni iş yerinin yaradılması təmin olunacaqdır.

Bundan əlavə, Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına müvəkkil kredit təşkilatları vasitəsilə 2013-cü il ərzində 29 əlil sahibkara 0.8 mln. manat dövlətin güzəştli kreditləri verilmişdir. Bu kreditlər hesabına 100-dək yeni iş yeri yaradılmışdır.

Son illər Fond tərəfindən “Sahibkarlğın inkişafına dövlət dəstəyi” mövzusunda məcburi köçkün qəsəbələrində və ərazisinin böyük hissəsi işğal olunmuş rayonlarda 13 tədbir keçirilmişdir. Tədbirlər çərçivəsində məcburi sahibkarlara maarfiləndirici treninqlər keçirilmiş, iqtisadiyyatın müxtəlif sahələri üzrə hazırlanımış nümunəvi investisiya layihələri və digər metodiki materiallar təqdim edilmişdir.

Bu məqsədlə 2013-cü il 27 dekabr tarixində Bakı Biznes Mərkəzində Xankəndindən olan məcburi köçkünlərlə onların sahibkarlıq fəaliyyətinə cəlb olunması və güzəştli kreditlərin verilməsinə dair tədbir keçirilmişdir. Tədbirdə 100-dək Xankəndində olan məcburi köçkün iştirak etmişdir.

Tədbir çərçivəsində Xankəndindən olan məcburi köçkünlərin sahibkarlıq fəaliyyətinə cəlb olunmasının stimullaşdırılması, dövlətin güzəştli kreditlərindən istifadə imkanlarının təşviq edilməsi, güzəştli kreditlərin verilməsi mexanizmi və maliyyələşdiriləcək investisiya layihələri barədə təqdimatlar keçirilmişdir.

Qadın sahibkarlara verilmiş dövlətin güzəştli kreditləriMüasir mərhələdə respublikada qadınların iqtisadi sferada öz potensiallarını

artırması üçün müxtəlif həvəsləndirici və təşviqedici tədbirlər görülür. Qadınların biznes sahələri yaratması üçün güzəştli kreditlərin verilməsi, evdar qadınların sahibkarlığa cəlb olunması da bu tədbirlərdəndir. Eyni zamanda, respublikanın ucqar və dağlıq regionlarında, məcburi köçkünlərin sıx məskunlaşdığı ərazilərdə yaşayan qadınların özəl biznes və aqrar təsərrüfatlarını yaratması üçün də tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, son illərdə qadın sahibkarların sayının artdığı müşahidə olunur. Sahibkarlıq fəaliyyətinin və kiçik biznesin inkişafının yeni iş yerlərinin yaradılması, işsizliyin azaldılması və məşğulluğun təmin edilməsi sahəsində səmərəli vasitə olduğunu nəzərə alsaq, mövcud və potensial qadın sahibkarların inkişaf proseslərindən kənarda qalmadığı təmin edilir. Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə 2013-cü il ərzində 430 qadın sahibkara 9.3 milyon manat dövlətin güzəştli kreditlər verilmişdir. Verilmiş güzəştli kreditlər hesabına 1064 yeni iş yerinin yaradılması imkanı yaranmışdır.

43

Page 44: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Sahibkarlığa Kömək Milli Fondu regionlarda və Bakı şəhərinin qəsəbələrində “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda təşkil etdiyi tədbirlər çərçivəsində qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması və xüsusilə evdar qadınların məşğulluğunun təmin edilməsi məqsədi ilə xalçaçılıq, tikişçilik və digər daha çox qadın əməyinə ehtiyac duyulan sahələrdə nümunəvi inestisiya layihələri hazırlayır və onlara təqdim edir. Bu istiqamətdə təşviqat işlərinin aparılması öz səmərəsini verməklə yanaşı, qadınların bizneslə məşğul olmaq sahəsində lazımi bilik və informasiyanı əldə etmələrinə geniş imkanlar açır.

Gənc sahibkarlara verilmiş dövlətin güzəştli kreditləriAzərbaycan Respublikasında sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə

gənclərin daha fəal iştirakının təmin edilməsi, aparılan işlərin yeni səviyyəyə yüksəldilməsi istiqamətində sistemli tədbirlər həyata keçirilir. Bu baxımdan ölkə iqtisadiyyatının rəqabətə davamlılıq qabiliyyətinin artırılması üçün gəncliyin innovativ potensialından geniş istifadə olunması məqsədəuyğundur.

Gəncliyin inkişafında növbəti mərhələnin təmin edilməsi məqsədilə Dövlət Başçısının 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı təsdiq edilmişdir. Dövlət Proqramının əsas məqsədi ölkədə gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir.

Bununla yanaşı, Dövlət Proqramının əsas vəzifələrindən biri də gənclər arasında sahibkarlığın inkişaf etdirilməsidir. Bununla əlaqədar, Sahibkarlığa Kömək Milli Fondu respublikada gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunmasının stimullaşdırılması, gənc sahibkarların biznes əlaqələrinin genişləndirilməsi, onların innovasiya və müasir texnologiyaların tətbiqinə əsaslanan sahibkarlığa istiqamətləndirilməsi və s. bu kimi istiqamətlərdə məqsədyönlü fəaliyyətini davam etdirir. Bundan əlavə, kiçik sahibkarlığın, o cümlədən xırda ailə təsərrüfatlarının, gənc sahibkarların, güzəştli kreditə ehtiyacı olan digər az təminatlı şəxslərin maliyyələşdirilməsi Fondun əsas prioritetlərindəndir.

Fondun vasitəsilə 2013-cü il ərzində 917 gənc sahibkara 62.8 milyon manat dövlətin güzəştli kreditləri verilmişdir. Verilmiş kreditlər hesabına isə 2500-dək yeni iş yerinin yaradılması imkanı yaranmışdır.

Qeyd etmək lazımdır ki, Fond tərəfindən regionlarda və Bakı şəhərinin qəsəbələrində “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda keçirilən tədbirlər sahibkarlıq fəaliyyəti ilə, xüsusilə kiçik sahibkarlıqla məşğul olan gənclərin iqtisadi aktivliyinin əhəmiyyətli dərəcədə artmasına təsir göstərir.

Bütün bunlarla yanaşı, ölkə gənclərinin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və

44

Page 45: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

mədəni həyatında onların intellektual və yaradıcı potensiallarının ümummilli məsələlərin həllinə yönəldilməsi müasir dövrün tələbi olaraq qalır.

Fondun vasitəsilə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilmiş, yeni texnologiyaların tətbiqinə əsaslanan investisiya layihələri

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dünya ölkələrinin qabaqcıl təcrübəsinin Azərbaycana gətirilməsi, ölkədə müasir texnologiyaların tətbiqinə əsaslanan istehsal, emal, infrastruktur sahələrinin yaradılması istiqamətində verdiyi tapşırıqların icrasını təmin etmək məqsədi ilə Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə son illərdə respublika iqtisadiyyatının qeyri-neft sektoru üzrə ümumi dəyəri 1.5 mlrd. manat olan 293 investisiya layihəsinin maliyyələşdirilməsinə 712.4 mln. manat dövlətin güzəştli kreditləri verilmişdir. Maliyyələşdirilmiş müəssisələrdən 233-ü (79.5%) istifadəyə verilmiş, digər 60 (20.5%) müəssisə üzrə isə tikinti-quraşdırma işləri aparılır.

Yeni texnologiyalara əsaslanan investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi sahəsində işlər 2013-cü ildə də davam etdirilmiş və 72 investisiya layihəsi maliyyələşdirilmişdir. Bu layihələrdən illik istehsal gücü 24.1 min ton quş əti, 27.4 milyon ədəd damazlıq və 1.8 milyon ədəd əmtəəlik yumurta olan 11 quşçuluq təsərrüfatı, 8700 başlıq (illik istehsal gücü 41.6 min ton süd və 0.4 min ton ət) olan 6 cins heyvandarlıq kompleksi, 29.3 ha ərazidə 5.6 milyon ədəd ştil və 11.6 min ton tərəvəz məhsulları olan 10 istixana kompleksi, illik istehsal gücü 87.8 min ton çörək və 0.5 min ton şirniyyat məhsulları olan 8 çörək zavodu, illik istehsal gücü 31.3 min ton konserv məhsulları olan 3 kənd təsərrüfatı məhsullarının emalı müəssisəsi, illik istehsal gücü 12 min ton ət kəsimi və 3.2 min ton ət emalı olan 1 emal müəssisəsi, illik istehsal gücü 200 ton quru meyvə və 50 ton bəhməz olan 1 quru meyvə istehsalı müəssisəsi, illik istehsal gücü 1.6 min ton toxumluq taxıl istehsalı olan 1 iri taxılçılıq təsərrüfatı, 469 ha ərazidə illik istehsal gücü 8.3 min ton üzüm olan 6 üzümçülük təsərrüfatı, 25 ha ərazidə illik istehsal gücü 1.2 milyon ədəd ting və 305 ha ərazidə illik istehsal gücü 10.3 min ton meyvə olan 4 intensiv bağçılıq və tingçilik təsərrüfatı, tutumu 5 min ton soyuducu anbar olan 1 logistik mərkəz, illik istehsal gücü 75 milyon ədəd şüşə qablar və 19.2 milyon ədəd polipropilen kisə olan 2 tara istehsalı müəssisəsi, illik istehsal gücü 250 dəst olan 1 mebel istehsalı müəssisəsi, müxtəlif növ tikinti materialları istehsal edən 6 tikinti materialları istehsalı müəssisəsi və 11 digər sənaye məhsullarının istehsalı və emal (illik istehsal gücü 36 min poqon metr istixana konstruksiyaları və qida sənayesi avadanlıqları olan 1 zavod, illik istehsal gücü 15 min ton PVC tərkibli yarımfabrikatlar olan 1 müəssisə, illik istehsal gücü 150 milyon ədəd uşaq bezi və 96 milyon ədəd müxtəlif növ salfet olan 1 müəssisə, illik istehsal gücü 6.5 min ton olan 1 mis emalı, illik istehsal gücü 3.8 min ton iplik, 850 min metr parça istehsalı və boyaması olan 1 fabrik, illik istehsal gücü 120 min dəst müxtəlif tikiş məhsulları olan 1 trikotaj məhsulları istehsalı müəssisəsi, illik istehsal gücü 58.1 min ton un, 6.7 min ton peçenye

45

Page 46: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

və vafli, 6.5 min ton kəpək və 18 min tonluq taxıl anbarı olan 2 müəssisə, illik 20 min ton yerli taxıl tədarükü və emalı olan 1 müəssisə, illik istehsal gücü 350 ton göbələk olan 1 müəssisə və aylıq 200 nəfərə tibbi xidmət göstərən 1 tibbi xidmət müəssisəsi) müəssisəsinə 219.4 mln. manat güzəştli kredit verilmişdir.

Müasir texologiyalara əsaslanan investisiya layihələrinin məbləği 2012-ci illə müqayisədə 16.8% artmışdır.

Dövlətin güzəştli kreditləri hesabına rəqabətqabiliyyətli və ixrac yönümlü məhsullar istehsal edən kiçik və orta həcmli qeyri-neft sənaye müəssisələrinin yaradılması Respublikanın müxtəlif yeyinti və digər sənaye məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi ilə yanaşı, ölkənin ixrac potensialının artırılmasında mühüm əhəmiyyətə malikdir. Bundan əlavə, müasir texnologiyaların tətbiqinə əsaslan investisiya layihələrinin reallaşdırılması regionlarda məşğulluğun təmin edilməsinə, regionların investisiya cəlbediciliyinin artırılmasına, digər sahələrin inkişafının stimullaşdırılmasına, eləcə də iqtisadiyyatın strukturunun şaxələnməsinə şərait yaradır.

Son illər Fond tərəfindən maliyyələşdirilmiş və 2013-cü ildə 56 istehsal, emal və infrastruktur müəssisələri, o cümlədən tutumu 28.1 min ton 6 soyuducu və tutumu 30 min ton olan 1 taxıl anbarı kompleksi, illik istehsal gücü 8.7 min ton quş əti, 10 milyon ədəd əmtəəlik yumurta və 5 milyon ədəd damazlıq yumurta olan 7 quşçuluq təsərrüfatı, 6000 başlıq (illik istehsal gücü 20.1 min ton süd və 1.2 min ton ət) olan 4 cins heyvandarlıq kompleksi, 22.6 ha ərazidə illik istehsal gücü 5.6 milyon ədəd ştil və 8.4 min ton tərəvəz məhsulları olan 7 müasir istixana kompleksi, illik istehsal gücü 146.1 min ton çörək 7 çörək zavodu, illik 30 min ton qarğıdalı və 2 min ton taxıl istehsalı olan 2 iri taxılçılıq təsərrüfatı, 120 ha ərazidə illik istehsal gücü 1.6 min ton üzüm olan 3 üzümçülük təsərrüfatı, 25 ha ərazidə illik istehsal gücü 1.2 milyon ədəd ting və 160 ha ərazidə illik istehsal gücü 5.8 min ton meyvə olan 3 intensiv bağçılıq və tingçilik təsərrüfatı, illik istehsal gücü 780 ton quru meyvə və 50 ton bəhməz olan 2 quru meyvə istehsalı müəssisəsi, illik istehsal gücü 3.5 milyon kvadrat metr seramik plitələr olan 1 tikinti materialları istehsalı müəssisəsi, illik istehsal gücü 19.2 milyon ədəd polipropilen kisə istehsalı olan 1 tara istehsalı müəssisəsi, 11 digər emal və sənaye məhsulları istehsalı müəssisəsi (illik istehsal gücü 4 min ton polietilen boru olan 1 müəssisə, illik istehsal gücü 24 min ton metal konstruksiya olan 1 tikinti materialları istehsalı müəssisəsi, illik istehsal gücü 150 milyon ədəd uşaq bezi və 96 milyon ədəd müxtəlif növ salfet olan 1 müəssisə, illik istehsal gücü 15 min ton PVC tərkibli yarımfabrikatlar olan 1 müəssisə, illik istehsal gücü 6.5 min ton mis məmulatları olan 1 müəssisə, illik istehsal gücü 250 dəst olan 1 mebel istehsalı müəssisəsi, illik istehsal gücü 1.2 min kvadrat metr xalça və 10 min ədəd trikitaj məhsulları olan 1 müəssisə, illik istehsal gücü 58.1 min ton un, 6.7 min ton peçenye və vafli, 6.5 min ton kəpək, 445 ton şirniyyat məhsulları və 18 min tonluq taxıl anbarı olan 3 müəssisə, illik 18.2 min ton

46

Page 47: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

yem dəyirmanı olan 1 müəssisə, illik 20 min ton yerli taxıl tədarükü və emalı olan 1 müəssisə) istifadəyə verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2013-cü ildə istifadəyə verilmiş müəssisələrdən 13-də (Qəbələ rayonunda müasir heyvandarlıq kompleksində (28.02.2013), Hacıqabul rayonunda seramik piltələr zavodunda (15.04.2013), Sumqayıt şəhərində Gilan Tekstil Parkında (3 fabrikdə-03.05.2013), Kürdəmir rayonunda müasir heyvandarlıq kompleksi və süd emalı zavodunda (07.08.2013), Qəbələ rayonunda aqrar-sənaye kompleksində (14.08.2013), Sabirabad rayonunda müasir istixana kompleksində (29.08.2013), Ağcabədi rayonunda müasir heyvandarlıq kompleksində (29.08.2013), Gədəbəy rayonunda süd emalı zavodu və tərəvəz məhsullarının tədarükü, saxlanılması və satışı kompleksində (10.09.2013), Sumqayıt şəhərində aqrar-sənaye kompleksində və qida məhsullarının saxlanılması, daşınması və satışı üzrə logistik mərkəzdə  (03.10.2013) və Bakı şəhəri, Xətai rayonunda çörək zavodunda (18.10.2013) olmuş, tapşırıq və tövsiyələrini vermişdir.

Dövlətin güzəştli kreditləri üzrə ödənişlər“Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin

istifadəsi Qaydaları”na və Fondun vəsaitlərindən istifadə edilməsinin şərtləri haqqında müvəkkil kredit təşkilatları ilə bağlanmış müqaviləyə əsasən verilmiş güzəştli kreditlər üzrə yaranmış öhdəliklərin vaxtında yerinə yetirilməsinə gündəlik nəzarət edilmişdir. “Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin dövriyyəsinə nəzarət Proqramı” vasitəsilə hesablanmış və müvəkkil kredit təşkilatları tərəfindən Fonda ödənilməli olan kredit, faiz və cərimənin ümumi məbləğlərinin dəqiqləşdirilməsi aparılmış və onların vaxtında ödənilməsini təmin etmək məqsədilə müvəkkil kredit təşkilatları ilə müntəzəm əlaqə saxlanılmışdır.

Eyni zamanda, verilmiş güzəştli kreditlərin dövriyyəsi ilə bağlı göstəricilər və vəsaitlərin müvəkkil kredit təşkilatlarının, eləcə də sahibkarlıq subyektlərinin hesabına daxil edilməsinə nəzarət etmək məqsədilə müvəkkil kredit təşkilatlarından müvafiq sənədlər (SWIFT, memorial order, bildiriş və ödəniş qrafiki), ödənilmiş vəsaitlərin sahibkarlıq subyektləri üzrə siyahısı rəsmi qaydada Sahibkarlığa Kömək Milli Fonduna təqdim olunması təmin edilərək təhlil olunmuş və məlumat bazasına daxil edilmişdir.

2013-cü il ərzində müvəkkil kredit təşkilatları tərəfindən Sahibkarlığa Kömək Milli Fondunun xəzinə hesabına 134147.4 min manat vəsait daxil olmuşdur.

2014-cü il 01 yanvar tarixinə Sahibkarlığa Kömək Milli Fondunun müvəkkil kredit təşkilatları üzrə kredit portfeli 683 621.4 min manat təşkil etmişdir.

Güzəştli kreditlərin təyinatı üzrə istifadəsinin monitorinqi“Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin

istifadəsi Qaydaları”nın 4.3-cü bəndinə uyğun olaraq 22 müvəkkil kredit təşkilatı

47

Page 48: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

tərəfindən Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 206.1 mln. manat güzəştli kreditlərin ayrılması məqsədilə təqdim edilmiş 80 sahibkarlıq subyektinin, o cümlədən 49 kənd təsərrüfatı məhsullarının istehsalı və emalı yönümlü, 28 sənaye məhsullarının istehsalı yönümlü və 3 xidmət infrastrukturunun (soyuducu və taxıl anbarı kompleksləri, tibbi xidmət) inkişafı yönümlü investisiya layihəsinin bilavasitə yerində ilkin monitorinqi həyata keçirilmişdir.

Sahibkarlığa Kömək Milli Fondu tərəfindən müvəkkil kredit təşkilatlarının nümayəndələrinin iştirakı ilə respublikanın 3 şəhər və 24 rayonunda 24 müvəkkil kredit təşkilatı vasitəsilə 204 sahibkarlıq subyektinə verilmiş 157.9 mln. manat güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadəsinə nəzarət etmək məqsədilə monitorinqlər aparılmışdır.

42 müvəkkil kredit təşkilatı tərəfindən 4875 sahibkarlıq subyektinə Fondun vəsaiti hesabına verilmiş 550.1 mln. manat güzəştli kredit vəsaitlərinin təyinatı üzrə istifadəsinə nəzarət etmək məqsədilə monitorinqlər aparılmış və bu barədə müvafiq hesabatlar Fonda təqdim edilmişdir.

Təqdim olunmuş hesabatlar investisiya layihələrinin ekspertizası və monitorinqi şöbəsi tərəfindən təhlil edilərək Fondun məlumat bazasına daxil edilmişdir.

2.3.“Azərbaycan İnvestisiya Şirkəti” ASC tərəfindən 2013-cü il ərzindəgörülmüş işlər

Hesabat dövrü ərzində “Azərbaycan İnvestisiya Şirkəti” (AİŞ) tərəfindən ölkəmizin qeyri-neft sektorunun inkişaf etdirilməsi və bu sahədə fəaliyyət göstərən səhmdar cəmiyyətlərin maddi-texniki bazasının təkmilləşdirilməsi, eləcə də yeni müəssisələrin yaradılması istiqamətində işlər davam etdirilmişdir.

20 sentyabr 2013-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə Bakı Gəmiqayırma Zavodunun rəsmi açılışı olmuşdur. ARDNŞ, AİŞ və Sinqapurun “Keppel” şirkətinin səhmdar olduğu bu müəssisə 2011-ci ildə təsis edilmişdir. Zavodda AİŞ 25%, ARDNŞ 65% və Sinqapurun “Keppel Corporation” şirkəti 10% paya malikdir. Layihənin I mərhələsinin dəyəri 470 mln ABŞ dolları təşkil edir. Bu məbləğin 34%-i səhmdar kapitalı, 66%-i isə istiqraz buraxılışı hesabına ödənilmişdir. AİŞ-in ümumi sərmayə yatırımı 118 070 000 ABŞ dolları (40 mln. dollar nizamnamə kapitalına investisiya və 78 070 000 ABŞ dollar istiqraz məbləğində alışı) olmuşdur. Bakı Gəmiqayırma Zavoduna AİŞ-tərəfindən 2013-cü ildə qoyulmuş investisiya 60,6 mln. ABŞ dolları təşkil etmişdir.

Layihə çərçivəsində 1000 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Zavod istismara verildikdən sonra Birinci Mərhələdə ildə 4 ədəd 15 min ton yükgötürmə qabiliyyətinə malik tanker, 4 ədəd dəniz təchizat və ya yedək gəmisi tikmək imkanı nəzərdə tutulmuşdur ki, bu da Azərbaycanın yük daşıma donanmasının müasir gəmilərlə təmin edilməsi və ölkənin yük daşıma potensialına böyük dəstək kimi qiymətləndirilə bilər. Yeni gəmilərin tikintisindən əlavə bu zavodda il ərzində həcmindən asılı olaraq, həmçinin 80-100 gəminin təmiri də nəzərdə tutulmuşdur. Xəzər dənizindəki yük daşınmalarının həcminin artırılmasını nəzərə alaraq daha iri həcmli tankerlərə ehtiyac duyulduqda İkinci Mərhələdə zavodda 60-70 min ton yükgötürmə qabiliyyətinə malik tankerlərin tikintisi mümkündür.

48

Page 49: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin iri özəl taxılçılıq təsərrüfatlarının yaradılması barədə verdiyi tapşırıqların icrasının təmin edilməsi məqsədi ilə 2012-ci ildə Ağcabədi və Beyləqan rayonlarının ərazilərində müvafiq olaraq 3300 hektar və 1500 hektar olmaqla, ümumilikdə 4800 hektar sahədə “Dəvəçi Broyler” ASC-yə məxsus ilk özəl iri pilot taxılçılıq təsərrüfatı - “Qarabağ-Taxıl” MMC yaradılmışdır. 2013-cü ildə müəssisə tərəfindən əkin işləri aparılmış sahələrdə orta məhsuldarlıq 53-55 sentner təşkil etmişdir. 2013-cü ildə müəssisənin maddi-texniki bazasını möhkəmləndirmək istiqamətində məqsədyönlü işlər aparılmışdır.

2013-cü il ərzində xarici investorların cəlb edilməsi istiqamətində AİŞ-in nmünayəndələri xarici investorlarla ikitərəfli görüşlər keçirib, İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə biznes forumlarında o cümlədən, beynəlxalq biznes forumlarında və işgüzar görüşlərdə mütamadi olaraq iştirak etmişlər. AİŞ Avstriya, Böyük Britaniya Krallığı, Fransa, Bosniya və Herseqovina Respublikası, Qətər Dövləti, Xorvatiya, Belçika Krallığı, Böyük Lüksemburq Hersoqluğu, Rusiya Federasiyası, Qazaxıstan, Türkiyə Respublikası kimi ölkələrdə və Respublikamızda təşkil olunmuş tədbirlərdə ölkəmizin investisiya mühiti və biznes imkanları, AİŞ tərəfindən həyata keçirilən layihələr və potensial investisiya imkanları barədə məlumat vermiş və fikir mübadiləsi aparmışdır.

Həmçinin, qeyri-neft sektoruna xarici investisiyaların cəlb edilməsi məqsədilə AİŞ və “Bloomberg LP” şirkətinin televiziya kanalı arasında 22 iyul 2013-cü ildə müqavilə bağlanmışdır. Dünyanın nüfuzlu xəbər yayımı qurumlarından olan “Bloomberg LP” şirkətinin televiziya kanalında Azərbaycan iqtisadiyyatının sürətli inkişafını, qazanılmış böyük nailiyyətləri əks etdirən video çarxlar nümayiş olunmuşdur. Video çarxlardan biri Azərbaycan iqtisadiyyatının ümumi inkişafına, digər 7-i isə sənaye, enerji, kənd təsərrüfatı, turizm, nəqliyyat, İKT və idman sahəsindəki uğurlarımıza həsr edilmişdir. Video çarxlar “Bloomberg TV Avropa” və “Bloomberg TV Amerika” telekanallarında gün ərzində ən baxımlı saatlarda (“prime time”) yayımlanmışdır. Sentyabrın 23-dən etibarən telekanallarda göstərilən video çarxların yayımı dekabrın 16-dək davam etdirilmişdir.

Eyni zamanda, Azərbaycanda investisiya və biznes mühitinin təkmilləşdirilməsi məqsədilə təhlil işlərinin aparılması üçün beynəlxalq məsləhətçi ilə 14 yanvar 2013-cü il tarixində müqavilə imzalanmışdır.

2014-cü ildə də ölkəmizin qeyri-neft sektorunun inkişaf etdirilməsi və bu sahədə fəaliyyət göstərən müəssisələrin maddi-texniki bazasının təkmilləşdirilməsi, eləcə də yeni müəssisələrin yaradılması, ölkəmizə xarici investisiyaların cəlb edilməsi və “Azərbaycan-2020” İnkişaf Strategiyasında nəzərdə tutulan məqsədlərə nail olunması üçün zəruri tədbirlərin həyata keçirilməsi istiqamətində işlər davam etdiriləcəkdir.

2.4. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO)2013-cü il üzrə fəaliyyəti

49

Page 50: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

2013-cü il üzrə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) fəaliyyəti qeyri-neft sektorunda davamlı inkişaf üzrə dövlət proqramları və iqtisadi inkişaf nazirinin əmrləri ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq təşkil olunmuşdur:

Hesabat dövrü ərzində AZPROMO tərəfindən ölkə təqdimatı üçün hazırlanmış yeni konsepsiyasya uyğun olaraq Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətlər, biznes mühit, qanunvericilik, investisiya imkanları, inkişaf etdirilməsi üçün prioritet olan qeyri-neft sektorunun sahələri, vergi rejimi, eləcə də müvafiq ölkə ilə Azərbaycan arasında ticarət və investisiya sahəsində cari vəziyyət və əməkdaşlıq imkanlarını barədə məlumatları özündə əks etdirən ölkə təqdimatı mütəmadi olaraq yenilənmiş və ölkə daxilində və xaricdə təşkil olunan biznes forum və işğüzar görüşlər zamanı təqdim olunmuşdur. Hesabat dövründə beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi məqsədilə AZPROMO tərəfindən təşkil olunmuş biznes forumlar çərçivəsində altı Anlaşma Memorandumu imzalanmışdır:

Sloveniyanın Sahibkarlıq, İnnovasiya, İnkişaf və Turizm üzrə İctimai Agentliyi – 16 yanvar 2013-cü il;

Çinin Beynəlxalq Ticarətin Təşviqi Şurası – 18 aprel, 2013-cü il; Qazaxıstanın Manqistau əyalətinin Akimliyi – 19 iyun, 2013-cü il; Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurası – 21 iyun, 2013-cü il; Türkdilli ölkələrin illik toplantısı çərçivəsində dörd tərəfli Anlaşma

Memorandumu; Qazaxıstanın İxrac və İnvestisiya Milli Agentliyi, Qırğızıstanın İqtisadiyyat

Nazirliyi və Türkiyə Cumhuriyyətinin Baş naziri yanında İnvestisiyalara Dəstək və Təşviq Agentliyi – 28 iyun, 2013-cü il;

Azərbaycan və Qazaxıstan arasında “Aktau - İstehsal və Logistika Mərkəzi” layihəsi üzrə Anlaşma Memorandumu imzalanmışdır-14 avqust, 2103-cü il;

İtaliyanın İCE təşkilatı - 13 noyabr, 2013-cü il.Hesabat dövrü ərzində 54 xarici şirkətin (Danimarka, Almaniya, Polşa, Pakistan,

Çin, İspaniya, İtaliya, Sloveniya, Pakistan, Cənubi Afrika, Portuqaliya, Hindistan, Cənubi Koreya, Türkiyə, Qətər, Fransa, BƏƏ, Banqladeş, Rusiya, ABŞ, Hollandiya, Yunanıstan, Böyük Britaniya, Sloveniya, Canubi Afrika, Macarıstan) Azərbaycanda biznes mühiti, investisiya imkanları, prioritet olan iqtisadi səhələr, investisiya layihələri, yerli şirkətlər, qanunvericilik, vergi rejimi, gömrük rüsumları və digər bu kimi mövzularda olan sorğuları cavablandırılmış və dövlət orqanları və müvafiq sektorlarda fəaliyyət göstərən yerli şirkətlərlə görüşləri təşkil olunmuşdur. Yerli şirkətlərə ixracla bağlı müxtəlif məsləhət və məlumatlandırma xidmətləri göstərilmişdir.

ÖLKƏDƏ VƏ XARİCDƏ TƏDBİRLƏRİN TƏŞKİLİ

Hesabat dövrü ərzində AZPROMO tərəfindən yerli və xarici şirkətlərin iştirakı ilə ümumilikdə 277 biznes tədbir, o cümlədən 27 biznes forum, 24 işgüzar görüş, 6 sərgi, 185 ikitərəfli görüş, “Sosial-iqtisadi inkişafda sahibkarlığın rolu” Türkiyə-Azərbaycan təcrübəsi mövzusunda 1 beynəlxalq konfrans, “Dubay və Azərbaycan arasında ticarətin genişlənməsi” мövzusunda 1 dəyirmi masa, “Afrikada biznes imkanları” adlı 1 təqdimat, 6 təlim seminarı təşkil olunmuş və 26 beynəlxalq tədbirdə iştirak edilmişdir.

50

Page 51: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Biznes Forumun 23-ü Azərbaycanda (Sloveniya (2), Rumıniya, Litva, Qazaxıstan (2), Çin, Latviya, Azərbaycan-Gürcüstan-Türkiyə, Belçika-Niderland, Qara Dəniz, Macarıstan, Rusiya, Avropa İttifaqı-Azərbaycan, 2-ci Avrasiya Sement Forumu, Türkiyə, İtaliya, Niderland, ABŞ, Almaniya, Avstriya, Səudiyyə Ərəbistanı və İran), 4-ü isə xaricdə (Bosniya və Herseqovina, Avstriya, Qazaxıstan, Londonda “Azərbaycanın rəqabətqabiliyyətliliyinin gücləndirilməsi” mövzusunda 3-cü illik Biznes Forum) keçirilmişdir. Ötən il Azərbaycanda 24 işgüzar görüş (Serbiya, Türkiyə (2), Əfqanıstan, Yunanıstan, Macarıstan, Slovakiya, İsveçrə, Makedoniya, CAR, Braziliya, Kanada, İsveç, İtaliya (3), Çin, İspaniya, Rusiya (2),Yaponiya (2), Fransa) təşkil edilib.

2013-cü ildə 6 sərgi keçirilmişdir:1. “Beynəlxalq Yaşıl Həftə - 2013”;2. “FestiVitas" Beynəlxalq Şərab-Turizm sərgisi;3. Fransada 50-ci “Beynəlxalq kənd təsərrüfatı sərgisi”;4. BƏƏ-nin Dubay şəhərində 3-cü İllik İnvestisiya Toplantısı çərçivəsində sərgi;5. “Azərbaycan 10 ildə” Milli sərgi;6. Gəncə Beynəlxalq Şərab Festivalı .

BEYNƏLXALQ TƏDBİRLƏRDƏ İŞTİRAK

1. Azərbaycan-Türkmənistan İşçi Qrupunun İclası (Aşqabad, Türkmənistan) - 24 yanvar 2013-cü il

2. Beynəlxalq İnvestisiya Forumu WAIPA (Cenevrə, İsveçrə) – 11 fevral 2013-cü il3. Azərbaycan-Yaponiya Kosmik Sektor Seminarı (Bakı, Azərbaycan) – 27 fevral

2013-cü il4. “Azərbaycan: Qafqazın Lokomotivi” (Paris, Fransa) – 14 mart 2013-cü il5. ADA “Kapston” layihəsinin təqdimat mərasimi (Bakı, Azərbaycan) – 4 aprel 2013-

cü il6. Birləşmiş Ərəb Əmirliklərində 3-cü İllik İnvestisiya Toplantısı (Dubay, BƏƏ) – 30

aprel - 1 may 2013-cü il7. WAİPA İdarə etmə komitəsinin iclası (Dubay, BƏƏ) – 1 may 2013-cü il8. “FDİ facilatınq in Europe and Central Asia” adlı seminar (İstanbul Türkiyə) – 2-3

may 2013-cü il9. Niderland Krallığının Maastrixt İdarəçilik Məktəbində “Niderlandda Azərbaycan

Günləri” – 24 may 2013-ci il10. 4-cü Rusiya Azərbaycan regionlararası forum (Volqoqrad, Rusiya) – 5 iyun 2013-cü

il11. Azərbaycan Səhiyyə Konfransı (Bakı, Azərbaycan) – 5 iyun 2013-cü il12. Belçikanın Brüssel və Lyüksemburqun Lyüksemburq şəhərlərində Azərbaycanın

Belçikadakı Səfirliyinin təşikalçılğı ilə keçirilmiş biznes tədbirlər – 10-12 iyun 2013-cü il

13. Litva Hökumətlərarası Komissiyasının iclası (Vilnyus, Litva) – 20 iyun 2013-cü il14. Türkdilli ölkələrin illik toplantısı (İstanbul, Türkiyə) – 28 iyun 2013-cü il15. 82-ci İzmir Beynəlxalq sərgisi (İzmir, Türkiyə) – 29 avqust 2013-cü il

51

Page 52: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

16. İnvestisiyaların Təşviqi Aqentliklərin Dünya Assosiasiyasının növbəti iclası (İstanbul, Türkiyə) – 1 sentyabr 2013-cü il

17. East-İnvest Akademy (Kişinev, Moldova) – 9 sentyabr 2013-cü il18. İnvestesiyaların Təşviqi Agentliklərinin Ümumdünya Assosiasiyası (WAIPA) və

Polşa İnformasiya və Xarici İnvestisiya Agentliyi (PAIiIZ) tərəfindən təşkil edilmiş təcrübə mübadiləsi üzrə təlim proqramı (Varşava, Polşa) – 16-19 sentyabr 2013-cü il

19. “Birbaşa xarici investisiya siyasəti” üzrə seminar (Vyana, Avstriya) – 21-29 sentyabr 2013-cü il

20. İslam İnkişaf Bankı Qrupunun İnvestisiyaların Təşviqi üzrə Texniki Yardım Proqramı (ITAP) və Türkiyənin Xarici İnvestisiyalara Dəstək Agentliyi (ISPAT) tərəfindən təşkil edilmiş ixtisasartırma proqramı (Ankara, Türkiyə) – 23-27 sentyabr 2013-cü il

21. EXPO Pakistan 2013 Beynəlxalq Sərgisi (Karaçi, Pakistan) – 26 sentyabr 2013-cü il22. Birləşmiş Ərəb Əmirliklərinin ticarət missiyasını səfəri ilə bağlı tədbir (Bakı,

Azərbaycan) – 24 oktyabr 2013-cü il23. Asiya və Sakit okeanı ölkələrinin investisiya şəbəkələrinin üçüncü iclası (Banqkok,

Tailand Krallığı) – 15 noyabr 2013-cü il24. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Londondakı baş qərargahında

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin və AYİB-in təşkilatçılığı, Azərbaycanın Böyük Britaniyadakı Səfirliyinin və Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə “Azərbaycan Günü” tədbiri (London, Böyük Britaniya) – 19 noyabr 2013-cü il

25. “Cənubi Qafqaz və Mərkəzi Asiya: regional mühitin dəyişdirilməsi üçün ssenarilər” (İstanbul, Türkiyə) – 23 noyabr 2013-cü il

26. Şərq Tərəfdaşlığı ölkələrinin II Biznes Forumu (Vilnüs, Litva) – 28 noyabr 2013-cü il

2013-cü ildə “Dubay və Azərbaycan arasında ticarətin genişlənməsi” мövzusunda Dəirmi Masa, “Afrikada biznes imkanları” mövzusu adlı təqdimat və 6 təlim seminarları (“ABŞ-a İxrac imkanları barədə” seminar, Zaqatala şəhərində “Bazar Tədqiqatları” üzrə treninq, İxracatçı şirkətlər üçün “Bazar Tədqiqatları” mövzusunda seminar, “İxracatçılar üçün Təlimat Kitabı”ına dair təqdimat, Çin Xalq Respublikasının şərab bazarı üzrə təlim, Mingəçevirdə fəaliyyət göstərən şirkət nümayəndələrinə AZPROMO-nun fəaliyyəti haqqında məlumatlandırılmasına dair keçirilmiş görüş) təşkil edilmişdir.

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR

Hesabat dövrü ərzində Belçikanın “Brussels Airlines” avia şirkətinin “b.there” jurnalının may buraxılışında “Invest in Azerbaijan” reklamı yerləşdirilmiş, xarici jurnal və mətbuat orqanlarında məqalələr dərc olunmuş və reklamlar yerləşdirilmişdir.

AZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan 2013” jurnalına və “World economics” yerli jurnalın 1-ci buraxılışına müsahibələr verilmişdir.

AZPROMO ilə Böyük Britaniyanın nüfuzlu “Business New Europe” (BNE) jurnalı arasında “Invest in Azerbaijan” adlı aylıq bülletenin hazırlanması və yayılmasına dair

52

Page 53: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Anlaşma Memorandumu imzalanmışdır. Sözügüdən bülletenin iyul, sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə buraxılışları hazırlanmış və xarici iş adamları, xarici ticarət və sənaye palataları, investisiyaların təşviqi agentliklərindən ibarət olan geniş auditoriyaya yayılmışdır.

Ölkədə və xaricdə keçirilən bütün tədbirləri əhatə edən press-relizlər yayılmış və tədbirlər KİV-də geniş işıqlandırılmışdır. İxrac və idxal təklifləri, ölkədə və xaricdə keçirilən sərgilərlə bağlı elan/məlumatlar AZPROMO-nun internet səhifəsi vasitəsilə yerli sahibkarlara göndərilmişdir.

“Chin Xalq Respublikasında şərab bazarı” kitabça və CD hazırlanmış və elektron versiya internet səhifədə yerləşdirilmişdir.

B2B saytı üçün “roll up2” hazırlanmış və tədbirlərdə qurulmuşdur. İxracın Təşviqi və İnvestisiyaların Təşviqi Departamentlərinin Xidmətlərinə dair əl

kitabçaları yenilənmişdir. AZPROMO-nun rəhbərliyi tərəfindən BƏƏ-nin “Daily Al Bayan” qəzetinə

müsahibə verilmişdir. AZPROMO-nun Fransada Muluz Şərab Festivalında iştirakı barədə Fransanın

“Lalsace” qəzetində məqalə dərc olunmuşdur.AZPROMO-nun Almaniyadakı nümayəndəsi tərəfindən Almaniyanın “Going

Public” jurnalına müsahibə verilmişdir.

2.5. Bakı Biznes Tədris Mərkəzinin 2013-cü il üzrə fəaliyyəti

Azərbaycanın davamlı və dinamik sosial-iqtisadi inkişafının müasir mərhələsində sahibkarların maarifləndirilməsi, onlara metodiki köməkliyin, məsləhət və innovasiya xidmətlərinin, informasiya təminatının, marketinq, təlim və digər xidmətlərin sistemli və mütəmadi qaydada həyata keçirilməsi sahibkarlığın inkişafına dövlət dəstəyinin ən vacib istiqamətlərindən biridir.

Bakı Biznes Tədris Mərkəzinin (BBTM) əsas fəaliyyət istiqamətləri Azərbaycan Respublikasında sahibkarlığın inkişafının innovasiya-tədris-konsaltinq sisteminin formalaşdırılması vasitəsilə sahibkarların, iş adamlarının və sahibkarlıq fəaliyyətinə yeni başlayanların maarifləndirilməsindən, onların informasiya, innovasiya və konsaltinq xidmətlərinə olan tələbatlarının dolğun şəkildə ödənilməsindən, regionlarda işgüzar fəallığın artırılmasından, eyni zamanda əhalinin geniş təbəqələrinin, xüsusilə də gənclərin, əlillərin və qadınların sahibkarlıq fəaliyyətinə cəlb edilməsindən, sahibkarlıq subyektlərində kadrların peşə hazırlığı səviyyəsinin yüksəldilməsindən ibarətdir.

Bu baxımdan, BBTM-nin hesabat dövründə aşağıdakı istiqamətlərdə strateji məqsədləri formalaşdırılmışdır:

Bakı şəhərində və regionlarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin, sahibkarlıq fəaliyyətinə yeni başlayanların maarifləndirilməsi, onlara zəruri nəzəri biliklərin və beynəlxalq təcrübənin, vərdişlərin və bacarıqların aşılanması istiqamətində sistemli, planauyğun və davamlı fəaliyyətin təşkili və həyata keçirilməsi;

Sahibkarlıq subyektlərinə tədris-metodiki, innovasiya və konsaltinq xidmətlərinin göstərilməsi;

İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) aparatının, strukturuna daxil olan və tabeliyindəki qurumlarının əməkdaşlarının maarifləndirilməsi istiqamətində sistemli, planauyğun və davamlı fəaliyyətin həyata keçirilməsi (korporativ maarifləndirmə).

53

Page 54: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Strateji məqsədlərə nail olmaq üçün BBTM-nin konseptual baxımından əsas vəzifələri müəyyən edilmişdir. Onların sırasından aşağıdakıları xüsusi qeyd etmək olar:

biznes və korporativ tədris metodologiyasının təkmilləşdirilməsi;Bakı şəhərində və regionlarda ixtisaslaşma, sosial-demoqrafik və digər

xüsusiyyətlər nəzərə alınmaqla maarifləndirilmə istiqamətlərinə olan tələbatın müəyyən edilməsi;

biznes və korporativ tədris istiqamətlərinin müəyyən edilməsi, tədris planlarının və tədris proqramlarının işlənib hazırlanması;

Bakı şəhərində və regionlarda biznes tədrisinin təşkili və idarə edilməsi;gənclərin, əlillərin və qadınların sahibkarlıq fəaliyyətinə hazırlanması üzrə

maarifləndirmə proqramının işlənib hazırlanması;İKT-dən istifadə etməklə distant təlimlərin təşkili və həyata keçirilməsi, İqtisadiyyat

və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar barədə sahibkarların məlumatlandırılması və s.

54

Page 55: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

BBTM-nin əsas strateji məqsədlərini əhatə edən vəzifələri, iş planında nəzərdə tutulan tədbirləri, həmçinin ölkəmizdə həyata keçirilən müxtəlif Dövlət Proqramlarının icrasına dair tədbirlər planlarında və İSN-nin əmr və sərəncamlarında verilən tapşırıqları həyata keçirmək məqsədi ilə Mərkəz tərəfindən 2013-cü ildə təlimçilər şəbəkəsinin genişləndirilməsi istiqamətində müvafiq işlər görülmüş, hazırlanmış tədris-metodiki vəsaitlər təkmilləşdirilmiş, yeni tədris istiqamətləri üzrə təqdimatlar hazırlanmış, Bakı şəhərində və regionlarda mütəmadi keçirilən tədbirlərdə təqdimatlardan istifadə olunmuşdur.

Mərkəzin təlimçilər şəbəkəsinin genişləndirilməsi

Sahibkarların maarifləndirilməsi işinin daha da təkmilləşdirilməsi, konsaltinq və innovasiya xidmətlərinin səmərəliliyinin yüksəldilməsi, təlimlərin, kursların, dəyirmi masaların, seminarların, konfransların və digər tədbirlərin yüksək səviyyədə təşkili məqsədilə Bakı Biznes Tədris Mərkəzi tərəfindən 2013-cü il ərzində təlimçilər və mütəxəssislər şəbəkəsinin genişləndirilməsi istiqamətində zəruri təşkilatı işlər görülmüşdür. Prioritet tədris istiqamətləri üzrə təlimçilər şəbəkəsinin yaradılması və genişləndirilməsi üzrə işlərin daha yüksək səviyyədə təşkili məqsədi ilə BBTM mütəmadi olaraq respublikanın ali təhsil müəssisələri və müvafiq tədris mərkəzləri ilə əməkdaşlığı davam etdirir. Belə ki, təlimçilər şəbəkəsinin genişləndirilməsi məqsədi ilə müəyyən edilmiş tədris istiqamətləri üzrə İSN-nin struktur bölmələrinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Xəzər Universitetinin, Turizm İnstitutunun, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun, Gəncə Aqrar Universitetinin və digər tədris və elmi müəssisələrin əməkdaşları Mərkəzin təlimçilər şəbəkəsinə daxil edilmiş, onlar üçün zəruri təlimlər (təlimçilərin təlimi) keçirilmiş və şəbəkənin daha da genişləndirilməsi istiqamətində mütəmadi olaraq işlər davam etdirilir.

Mərkəz tərəfindən keçirilən maarifləndirici tədbirlər:Biznes tədrisinin həyata keçirilməsi

2013-cü il ərzində Bakı Biznes Tədris Mərkəzi və onun nümayəndəlikləri tərəfindən Bakı şəhərində və regionlarda xarici və yerli ekspertlərin iştirakı ilə sahibkarlar, iş adamları və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün “Biznes-planların və investisiya layihələrinin hazırlanması”, “Biznesin əsasları, təşkili və idarə edilməsi”, “Sahibkarların maarifləndirilməsi məqsədi ilə investisiya layihələrinin hazırlanması üzrə xüsusi proqram təminatından istifadə”, “Ekoloji təmiz kənd təsərrüfatının inkişafı”, “Ekoloji təmiz üzüm istehsalının inkişafı”, “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması”, “Aqrar iqtisadiyyat”, “Üzümçülüyün inkişaf perspektivləri”, “Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları”, “İdxalı əvəz edəcək məhsulların istehsalının və ixracının stimullaşdırılması”, “Öz biznes ideyanı yarat”, “Öz biznesinə başla” və “Öz biznesini təkmilləşdir”, “Logistika”, “Korporativ idarəetmə”, “Marketinq”, “Menecment”, “Layihələrin idarə edilməsi”, “Bacarıqların inkişaf etdirilməsi”, “Qadın hüquqlarının qorunması”, “Uşaqların hüquqlarının müdafiəsi”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”, “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” və s. 197 mövzu üzrə 94 treninqlər, seminarlar, dəyirmi

55

Page 56: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

masalar, konfranslar və digər tədbirlər keçirilmişdir. Bu tədbirlərin 35-i Bakı şəhərində, 59-u regionlarda keçirilmiş, 14-ü isə İqtisadi İnkişaf Nazirliyinin əməkdaşları üçün təşkil edilmişdir. Tədbirlərin 8-i beynəlxalq ekspertlərin iştirakı ilə keçirilmişdir. Tədbirlərdə 2500-dən artıq dinləyici iştirak etmişdir.

Tədris kurslarının illər üzrə dinamikası

2007 2008 2009 2010 2011 2012 20130

20

40

60

80

100

120

140

160

40

72

76

120

144

9294

2013-cü ildə Bakı Biznes Tədris Mərkəzi distant təlimlərin keçirilməsi istiqamətində fəaliyyətini davam etdirmişdir. Mərkəz tərəfindən hazırlanmış distant təlim mexanizmi, tədris plan və proqramları, tədris materialları təkmilləşdirilmiş, yeni təqdimatlar hazırlanmışdır. Distant təlim kurslarının keçirilməsi 2014-cü ildə nəzərdə tutulmuşdur.

Bakı Biznes Tədris Mərkəzi tərəfindən həyata keçirilən korporativ təlimlər

Dövlət qulluqçuları üçün etik davranış məsələləri üzrə mütəmadi tədris kursları və treninqlərin təşkil edilməsi məqsədi ilə İqtisadiyyat və sənaye nazirinin 20 fevral 2013-cü il tarixli F-18 nömrəli əmrinin icrasını təmin etmək məqsədi ilə təsdiq edilmiş təqvim-tematik planlara əsasən Bakı Biznes Tədris Mərkəzi və İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu tərəfindən zəruri təşkilati-metodiki və hazırlıq işləri vaxtında görülmüş və 2013-cü il ərzində:

- martın 11-də “İnformasiya azadlığı sahəsində qanunvericilik. İnformasiya əldə edilməsinin oxşar münasibətlərdən fərqləndirilməsi”;

- martın 15-də “Azərbaycan Respublikasında korrupsiya ilə mübarizə və maraqlar toqquşması sahəsində qəbul edilmiş normativ-hüquqi aktlar və əldə edilmiş nailiyyətlər”;

- aprelin 15-də “Dövlət qulluqçusunun əsas hüquqları və vəzifələri. Etik davranış qaydaları və prinsipləri”,

- mayın 24-də “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi. Dövlət idarəçiliyində maraqların toqquşmasının qarşısının alınması sahəsində beynəlxalq təcübə”;

- iyunun 10-da “İnformasiya əldə olunmasının təşkili. İnformasiyanın əldə olunmasının sorğu əsasında təmin edilməsi”;

56

Page 57: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

- iyunun 18-də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi məsələləri. Dövlət qulluğunda maraqlar toqquşmasının qarşısının alınması yolları”;

- iyulun 15-də “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın tələbləri və qarşıda duran vəzifələr”;

- avqustun 15-də “Etik davranış qaydalarının tənzimləmə dairəsi və məqsədləri. Maraqlar toqquşmasının qarşısının alınması sahəsində dövlət qulluqçuları üçün müəyyən edilən məhdudiyyətlər”;

- sentyabrın 10-da “İnformasiya sahibinin informasiyanı açıqlamaq vəzifəsi. Təqdim olunan informasiyaya dair tələblər”;

- sentyabrın 16-da “İş bölgüsü, zamanın idarə edilməsi. Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq qurumlar və bu istiqamətdə öhdəliklər”;

- oktyabrın 17-də “İnsan resurslarının idarə edilməsi və motivasiya. Maraqlar toqquşmasının qarşısının alınmasına nəzarət və nəzarət orqanının funksiyaları”;

- noyabrın 15-də “Etik davranış qaydalarının həyata keçirilməsinin təmin olunması. Maraqlar toqquşması və etik davranış qaydaları ilə bağlı müraciətlər və araşdırmaların aparılması qaydaları”;

- dekabrın 10-da “İnformasiyanın xidməti istifadə üçün nəzərdə tutulması. İnformasiya təhlükəsizliyinin təmin edilməsi”;

-dekabrın 16-da isə “İnsan resurslarının idarə olunmasının əsas prinsipləri. Maraqların toqquşması ilə bağlı qanun pozulmasına görə dövlət qulluqçusunun məsuliyyəti” mövzularında İqtisadiyyat və Sənaye Nazirliyinin aparatının, strukturuna daxil olan və tabeliyindəki qurumlarının əməkdaşları üçün treninqlər keçirilmişdir.

Konsaltinq xidmətləri2013-cü il ərzində Bakı Biznes Tədris Mərkəzi və onun nümayəndəlikləri

tərəfindən Bakı şəhərində və regionlarda müraciət edən sahibkarlara, iş adamlarına və sahibkarlıq fəaliyyətinə yeni başlayanlara müxtəlif sahələr üzrə 795 məsləhət xidmətləri göstərilmişdir ki, onlardan 15-i Bakı şəhərində, 780-i isə regionlarda göstərilmişdir. O cümlədən: Gəncə - 39, Göyçay -197, Lənkəran - 165, Qazax - 209, Yevlax - 107, Şəki -54, Xaçmaz – 9.

2013-cü il ərzində göstərilən konsaltinq xidmətlərinin sayı

15 39197

165209

107 54 9

Bakı

Gəncə

Göyçay

Lənkəran

Qazax

Yevlax

Şəki

Xaçmaz

57

Page 58: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Bakı şəhərində və regionlarda sahibkarlara, iş adamlarına, sahibkarlığa yeni başlamaq istəyənlərə göstərilən konsaltinq xidmətlərinin səmərəliliyini yüksəltmək məqsədi ilə Mərkəz tərəfindən “Bakı Biznes Tədris Mərkəzi və onun nümayəndəliklərinin sahibkarlıq subyektlərində göstərilən konsaltinq xidmətlərinin səmərəliliyinin yüksəldilməsi istiqamətində tədqiqatların aparılması” mövzusu üzrə elmi-tədqiqat işi yerinə yetirilmişdir.

Elmi-tədqiqat işinin əsas məqsədi BBTM və onun nümayəndəliklərinin sahibkarlara göstərilən xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılmasından, sahibkarlığın inkişafına yönəlmiş konsaltinq xidmətləri sektorunun araşdırılmasından, konsaltinq xidmətlərinə olan tələbatın öyrənilməsi və sahibkarları maraqlandıran sahələrin müəyyən edilməsindən ibarətdir (Şəkil 3).

Elmi-tədqiqat işinin yerinə yetirilməsi nəticəsində yaradılmış verilənlər bazası 2013-cü il ərzində mütəmadi olaraq yeniləşdirilmiş, göstərilmiş məsləhət xidmətləri haqqında aylıq, rüblük və yarımillik məlumatlar verilənlər bazasında öz əksini tapmışdır.

Nazirliyinin qurumları ilə birlikdə keçirilən tədbirlər

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş aprelin 30-da Lənkəran şəhərində, mayın 1-də Sumqayıt və Bakı şəhərlərində, mayın 6-da Şamaxı şəhərində, mayın 7-də Gəncə və Yevlax şəhərlərində İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycan regionlarının inkişafı" mövzusunda keçirilmiş konfranslarda Bakı Biznes Tədris Mərkəzinin nümayəndəsi iştirak etmiş və "Heydər Əliyev və Azərbaycanda insan kapitalının inkişafı" mövzusunda çıxış etmişdir.

İyunun 3-də İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun, Bakı Biznes Tədris Mərkəzinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Türkiyənin Özyeğin Universitetinin təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində "Sosial-iqtisadi inkişafda sahibkarlığın rolu: Türkiyə-Azərbaycan təcrübəsi" mövzusunda beynəlxalq praktik konfrans keçirilmişdir.

Beynəlxalq təcrübə

03 aprel 2013-cü il tarixində Bakı Biznes Tədris Mərkəzinin əməkdaşlarının Türkiyə Respublikasının Ticarət və Sənaye Nazirliyinin Kiçik və Orta Müəssisələrinin İnkişafı Təşkilatının (KOSGEB) nümayəndələri, 10 iyun 2013-cü il tarixində Asiya İnkişaf Bankının nümayəndələri ilə görüşləri keçirilib. BBTM-nin nümayəndələri həmçinin, 17-18 iyun 2013-cü il tarixində Berlin şəhərində Ticarət və İnvestisiyalar üzrə Almaniya-Azərbaycan Yüksək Səviyyəli İşçi Qrupunun 3-cü iclasında iştirak edib.

19 dekabr 2013-cü il tarixində Gürcüstanın Telavi şəhərində “ŞT ölkələrində irəliləyən ərazi əməkdaşlığı: Azərbaycan-Gürcüstan Qonşu ölkələr arasında Əməkdaşlıq Proqramı” mövzusuna həsr olunmuş regional konfransda Bakı Biznes Tədris Mərkəzinin İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri Vidadi Baxışov iştirak etmişdir.

58

Page 59: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

“Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı”nın icrası

12 oktyabr 2009-cu il və 28 fevral 2013-cü il tarixlərində Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyi arasında imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumuna müvafiq olaraq Bakı Biznes Tədris Mərkəzi Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə birlikdə “Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Azərbaycan-Almaniya birgə Proqramı”nı həyata keçirir. Proqram çərçivəsində Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar və menecerlər Almaniyada 1 ay müddətində “İqtisadi kooperasiya” üzrə ixtisasartırma kursunu keçirlər. İxtisasartırma kursu üzrə zəruri xərclər (yol xərcləri istisna edilməklə) Almaniyanın dövlət büdcəsi hesabına ödənilir.

Proqramın məqsədi: Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsindən, ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların və menecerlərin Almaniyanın tədris mərkəzlərində nəzəri biliklərinin artırılmasından, Almaniya müəssisələrində innovativ texnologiyalar və idarəetmə metodları, müəssisələrin fəaliyyət mexanizmi ilə tanış olmasından, peşə-hazırlıq səviyyələrinin yüksəldilməsindən, Almaniya müəssisələri ilə iqtisadi kooperasiya əlaqələrinin yaradılmasından ibarətdir.

Əgər 2009-2013-cü illərdə 173 nəfər sahibkar və menecerlər Proqram çərçivəsində Almaniyada 1 ay müddətində “İqtisadi kooperasiya” üzrə ixtisasartırma kursu keçmişdirsə, onların 16 nəfəri 2009-cu ildə, 20 nəfəri 2010-cu ildə, 52 nəfəri 2011-ci ildə, 41 nəfəri 2012-ci ildə, 44 nəfəri isə 2013-cü ildə göndərilmişdir. Bu isə, öz növbəsində, Proqramın Azərbaycanda uğurla inkişaf etməsini səciyyələndirən amillərdən biridir. Bütün ixtisasartırma kursu keçənlərin 17,4 %-ni (30 nəfər) qadın sahibkarlar və menecerlər təşkil etmişdir.

2013-cü il ərzində Bakı Biznes Tədris Mərkəzi tərəfindən “Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Azərbaycan-Almaniya birgə Proqramı” çərçivəsində aşağıdakı işlər görülmüşdür:

Aqrar sahədə fəaliyyət göstərən 7 nəfər sahibkar və menecerlər (rusdilli qrup) beynəlxalq qrupun tərkibində (Azərbaycan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Qazaxıstan və s.) 2013-cü ilin yanvarın 20-dən fevralın 16-dək Almaniya Federativ Respublikasının Berlin şəhərində yerləşən “Bildungszentrum am Müggelsee” Tədris Mərkəzində, 21 nəfər sahibkar və menecerlər (ingilisdilli qrup) aprelin 21-dən mayın 18-dək Almaniyanın "Münxen və Yuxarı Bavariya üçün ticarət sənaye palatası" Tədris Mərkəzində, 16 nəfər sahibkar və menecerlər isə (ingilisdilli qrup) 02-29 iyun tarixlərində “TÜV Rheinland Akademie” Tədris Mərkəzində “İqtisadi kooperasiya” üzrə ixtisasartırma kursunu keçmişlər.

Onlar fəaliyyət göstərdikləri sahələr üzrə Almaniya müəssisələrində təcrübə keçmiş, müəssisələrin fəaliyyəti ilə, istehsalatda tətbiq edilən innovativ texnologiyalarla, keyfiyyət sistemləri və s. ilə yaxından tanış olmuş, bəziləri isə həmin müəssisələrlə işgüzar əlaqələr yaratmışlar. Yaranmış biznes əlaqələri üzrə sahibkarlar və menecerlər tərəfindən işlərin davam etdirilməsi planlaşdırılır.

59

Page 60: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Aqrar sahədə fəaliyyət göstərən sahibkarların və menecerlərin “İqtisadi kooperasiya” üzrə ixtisasartırma kurslarına göndərilməsinin məqsədi onların rus dilində keçirilən treninqlərdə iştirak etməsindən, nəzəri biliklərinin artırılmasından, Almaniyanın kənd təsərrüfatı müəssisələrinin fəaliyyəti ilə, istehsalatda tətbiq edilən innovativ texnologiyalarla, keyfiyyət sistemləri və s. ilə tanış olmalarından, beynəlxalq təcrübənin mənimsənilməsindən və əldə etdikləri bilik və təcrübənin öz biznes subyektlərində istifadə edilməsindən, Almaniya müəssisələri ilə işgüzar əlaqələrin yaradılmsından ibarət olmuşdur.

İxtisasartırma kursları müddətində aqrar sahədə fəaliyyət göstərən sahibkarlar və menecerlər Berlin şəhərində yerləşən “Bildungszentrum am Müggelsee” Tədris Mərkəzində rus dilində təşkil olunmuş treninqlərdə iştirak etmiş, öz nəzəri biliklərini artıraraq müvafiq sertifikatlar almışlar.

Bununla yanaşı, ixtisasartırma kurslarının proqramı çərçivəsində sahibkarlar və menecerlər Berlin şəhərində keçirilən "Beynəlxalq Yaşıl Həftə - 2013" ("International Green Week - 2013") sərgisində iştirak etmişlər.

Bundan əlavə, onlar fəaliyyət göstərdikləri sahələr üzrə Almaniya müəssisələrində təcrübə keçmiş, müəssisələrin fəaliyyəti ilə, istehsalatda tətbiq edilən innovativ texnologiyalarla, keyfiyyət sistemləri və s. ilə yaxından tanış olmuş, bəziləri isə həmin müəssisələrlə işgüzar əlaqələr yaratmışlar. Yaranmış biznes əlaqələri üzrə sahibkarlar və menecerlər tərəfindən işlərin davam etdirilməsi planlaşdırılır.

Fevralın 28-də "Azərbaycanla Almaniya arasında iqtisadi kooperasiya əlaqələrinin genişləndirilməsi" mövzusunda konfrans keçirilmişdir.

Martın 15-də Proqram çərçivəsində Almaniyanın “Münxen və Yuxarı Bavariya üçün ticarət-sənaye palatası” Tədris Mərkəzinə 2013-cü ilin 21 aprel - 18 may tarixlərində ixtisasartırma kurslarına göndəriləcək 21 nəfər sahibkarlar və gənc menecerlər üçün hazırlıq seminarı başlamışdır.

Aprelin 13-də Almaniyanın “TÜV Rheinland Akademie” Tədris Mərkəzində 2013-cü ilin 02-29 iyun tarixlərində ixtisasartırma kurslarına göndəriləcək 16 nəfər sahibkarlar və gənc menecerlər üçün hazırlıq seminarı keçirilmişdir.

Noyabrın 1-də "Azərbaycan Respublikasında biznes sahəsində idarəetmə kadrlarının hazırlanması: Azərbaycan-Almaniya əməkdaşlığı" mövzusunda 1-ci Beynəlxalq Konfrans keçirilmişdir.

2 noyabr 2013-cü il tarixində “Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Azərbaycan-Almaniya birgə Proqramı” çərçivəsində sahibkar və gənc menecerlər üçün 2012-ci ildə Almaniyada təşkil olunmuş ixtisasartırma kurslarının səmərəliliyinin qiymətləndirilməsinə həsr edilmiş seminar keçirilmişdir.

Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən Bakı Biznes Tədris Mərkəzinə göndərilmiş müsabiqənin nəticələrinə əsasən namizədlərin 54 nəfəri (67,5 %) müsabiqədə müvəffəqiyyət qazanmışlar. Onlardan 41 nəfərinin iqtisadi kooperasiya üzrə ingilisdilli qrupların tərkibində, 3 nəfərinin kənd təsərrüfatı sahəsində iqtisadi kooperasiya üzrə rusdilli qrupun tərkibində, 10 nəfərinin səhiyyə sahəsində iqtisadi kooperasiya üzrə rusdilliqrupun tərkibində Almaniyaya ixtisasartırma kurslarına göndərilməsi nəzərdə tutulmuşdur. Namizədlərin Almaniyaya ixtisasartırma kurslarına göndərilməsi 02-29 mart və oktyabr-noyabr 2014-cü ildə nəzərdə tutulmuşdur.

60

Page 61: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Keçirilmiş tədbirlər KİV-də və televiziya kanallarında geniş işıqlandırılmış, tədbirlər barədə məlumat isə İqtisadiyyat və Sənaye Nazirliyinin www.economy.gov.az, Bakı Biznes Tədris Mərkəzinin www.bbtc.az və informasiya agentliklərinin internet səhifələrində yerləşdirilmişdir.

Bakı Biznes Tədris Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi

Bakı Biznes Tədris Mərkəzinin şöbə müdirlərinin, əməkdaşlarının və nümayəndəliklərinin (Gəncə, Lənkəran, Şəki, Qazax, Göyçay, Yevlax və Xaçmaz) rəhbərlərinin iştirakı ilə 14-16 yanvar və 11-12 iyul 2013-cü il tarixlərində Mərkəzdə geniş müşavirələr keçirilmişdir.

Müşavirələrdə nümayəndəliklərin problemləri və gələcək fəaliyyət planları, icra və əmək intizamının möhkəmləndirilməsi məsələləri müzakirə edilmiş, biznes tədrisinin müasir tələblər səviyyəsində qurulması məqsədilə onların fəaliyyətinin və maddi-texniki bazasının daha da gücləndirilməsi istiqamətində müvafiq qərarlar qəbul edilmişdir.

Müşavirələrdə qəbul edilmiş qərarların icrasının təmin edilməsi, sahibkarların və sahibkarlıq fəaliyyətinə yeni başlayan şəxslərin maarifləndirilməsi məqsədi ilə keçirilən treninqlərin səmərəliliyinin yüksəldilməsi, tədris prosesində interaktiv metodlardan və innovativ tədris metodologiyalarından istifadənin təmin edilməsi məqsədi ilə 2013-cü ilin I və II yarımillikləri üzrə Mərkəzin və nümayəndəliklərin iş planlarında nəzərdə tutulmuş tədris modulları üzrə tədris-metodiki vəsaitlərə, tədris planlarına, tədris proqramlarına yenidən baxılmış, mövzular üzrə yeni təqdimatlar hazırlanmış, tədris prosesində istifadə üçün nümayəndəliklərin rəhbərlərinə çatdırılmış, hazırlanmış təqdimatlar əsasında müvafiq tədbirlər həyata keçirilmişdir.

Sahibkarlara və sahibkarlıq fəaliyyətinə yeni başlayan şəxslərə məsləhət xidmətlərinin göstərilməsi səviyyəsinin yüksəldilməsi məqsədi ilə qanunların və digər normativ-hüquqi sənədlərin informasiya bazası 2013-cü il il ərzində yeniləşdirilmiş və məsləhət xidmətlərinin göstərilməsində istifadə üçün nümayəndəliklərin rəhbərlərinə çatdırılmışdır.

2013-cü il il ərzində Bakı Biznes Tədris Məkəzinin və onun nümayəndəliklərinin kadr potensialının gücləndirilməsi məqsədi ilə gənc mütəxəssislər işə qəbul edilmişdir. Əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsinə xüsusi diqqət yetirilmişdir.

Bakı Biznes Tədris Məkəzinin əməkdaşlarının ezam edilməsinin məqsədi onların Berlin şəhərində yerləşən “Bildungszentrum am Müggelsee” Tədris Mərkəzində, Münxen şəhərində yerləşən “Münxen və Yuxarı Bavariya üçün ticarət-sənaye palatası” Tədris Mərkəzində və Köln şəhərində yerləşən “TÜV Rheinland Akademie” Tədris Mərkəzində keçiriləcək treninqlərdə iştirak etməsindən, nəzəri biliklərinin artırılmasından, innovativ tədris metodologiyalarının mənimsənilməsindən, Almaniya müəssisələrinin fəaliyyəti ilə, istehsalatda tətbiq edilən mütərəqqi texnologiyalarla, keyfiyyət sistemləri və s. ilə tanış olmalarından və əldə etdikləri bilik və təcrübənin gələcəkdə Bakı şəhərində və regionlarda keçiriləcək maarifləndirici tədbirlərdə istifadə edilməsindən ibarət olmuşdur.

31 oktyabr 2013-cü il tarixində Bakı Biznes Tədris Mərkəzinin və Sahibkarlığa Kömək Milli Fondunun birgə təşkilatçılığı ilə Mərkəzin əməkdaşları və nümayəndəliklərinin (Gəncə, Lənkəran, Şəki, Qazax, Göyçay, Yevlax və Xaçmaz)

61

Page 62: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

rəhbərləri üçün “İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi” mövzusunda təlimçilərin təlimi keçirilmişdir.

2013-cü il ərzində BBTM-in lokal şəbəkəsi daim işlək vəziyyətdə saxlanılmış, onun administrasiyası məsələləri vaxtında aparılmış və internet provayderlə yaranmış bütün problemlər vaxtında həll edilmişdir. BBTM-in saytında Əlaqə, Müraciətlər, Layihələr və Elanlar bölmələrində dəyişikliklər edilmiş və həyata keçirilən tədbirlər haqqında məlumatlar mütəmadi olaraq yeniləşdirilmişdir. BBTM tərəfindən alınmış kompyüter avadanlıqları, proqram təminatları (əməliyyat sistemləri, antivirus proqramları, Office proqramları) İnformasiya resursları və texnologiyaları şöbəsinin əməkdaşları tərəfindən quraşdırılmış və sazlanmışdır. Hazırda BBTM-in saytının İSN-in tələblərinə müvafiq olaraq yeniləşdirilməsi üzərində işlər davam etdirilir. Bu məqsədlə, 2014-cü ilin I yarımilliyi ərzində BBTM-in yeni saytının yaradılması planlaşdırılır.

Biznes tədrisinin prioritet istiqamətlərini müəyyən etmək məqsədilə Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış sorğu anketləri yeniləşdirilmiş, nümayəndəliklər tərəfindən sahibkarlar arasında sorğular keçirilmiş, sorğuların nəticələri Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış xüsusi proqram təminatı vasitəsi ilə emal edilmiş və təhlil edilərək biznes tədrisinin prioritet istiqamətləri əsasən müəyyən edilmişdir.

Bakı Biznes Tədris Mərkəzinin layihə təklifləri

22 dekabr 2012-ci il tarixli “Xalq qəzeti”ndə dərc edilmiş elana əsasən Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş “İqtisadi islahatların həyata keçirilməsi ilə bağlı xərclər” üzrə vəsaitin məqsədyönümlü və səmərəli istifadəsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 1998-ci il tarixli, 77 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin “İqtisadi islahatların həyata keçirilməsi ilə bağlı xərclər” maddəsində nəzərdə tutulan vəsaitdən istifadə olunması haqqında Əsasnamə”nin 1.2-ci bəndində müəyyən olunmuş işlərin yerinə yetirilməsi ilə əlaqədar təkliflərin (sifarişlərin) qəbulu üzrə müsabiqədə iştirak etmək üçün Bakı Biznes Tədris Mərkəzi tərəfindən “Regionlarda qadın sahibkarlığının inkişaf meyllərinin araşdırılması və təkliflərin hazırlanması”, “Əlil gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi mexanizminin araşdırılması və təkliflər paketinin hazırlanması”, “Sərhədyanı regionlarda gənclərin məşğulluq problemlərinin araşdırılması və təkliflərin hazırlanması (Quba-Xaçmaz iqtisadi rayonu üzrə)”, “Qaçqın və məcburi köçkünlərin əsas məskunlaşdığı regionlarda işsizliyin aradan qaldırılması və onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi məqsədi ilə distant təlim mexanizminin hazırlanması” mövzularında layihə təklifləri hazırlanaraq İqtisadi İnkişaf Nazirliyinə təqdim edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “12“ sentyabr 2013-cü il tarixli 252s nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının 2013-cü il üçün dövlət büdcəsinin “İqtisadi islahatların keçirilməsi ilə bağlı xərclər” maddəsində nəzərdə tutulan vəsait hesabına Bakı Biznes Tədris Mərkəzi tərəfindən “Əlil gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi mexanizminin araşdırılması və təkliflər paketinin hazırlanması” layihəsi həyata keçirilir.

Hazırda layihə üzrə görülməsi nəzərdə tutulan işlərin müəyyən hissəsi həyata keçirilmişdir. Bunlar əsasən aşağıdakılardır:

62

Page 63: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

1. İlkin olaraq, layihənin texniki tapşırığının təqvim planına əsasən işlər toplusu layihənin işçi heyəti arasında bölüşdürülmüş və işlərin əlaqələndirilməsi, eləcə də kommunikasiya məsələləri öz həllini tapmışdır.

2. İlkin mərhələnin əsas vəzifələrindən biri olan satistik məlumatların əldə edilməsi prosesi başa çatdırılmışdır. Rəsmi statistik məlumatlar aşağıdakı istiqamətlər üzrə əldə edilmiş, qruplaşdırılmış və araşdırılmışdır:

Maarifləndirmə ( tədris) dəstəyi; Maliyyə dəstəyi, o cümlədən: Maliyyə mənbələrinə çıxış; Güzəştli kreditlərin əldə edilməsi; Sosial investisiyaların cəlb edilməsi; Vergi güzəştləri; Hüquqi dəstək Statistik məlumatlar aşağıdakı mənbələrdən: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Dövlət Sosial Müdafiə Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin

və digər dövlət qurumlarının rəsmi internet saytlarından və dövrü dövlət mətbuatından əldə olunmuşdur.

3. Layihə çərçivəsində araşdırmaların aparılmasını təmin etmək məqsədi ilə əldə edilmiş informasiyanın strukturu müəyyən edilmişdir. Struktura müvafiq olaraq və gələcəkdə təkliflər paketinin hazırlanması məqsədi ilə Sorğu anketi hazırlanmışdır. Hazırda Gəncə-Qazax iqtisadi rayonu üzrə sorğuların keçirilməsinə dair müvafiq hazırlıq işləri görülür.

Sorğu anketində əlil gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi istiqamətində yaranan problemlərin öyrənilməsinə yönəlmiş suallar öz əksini tapmışdır. Sorğu anketində həmçinin, əlill gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi ilə əlaqədar tələbatın öyrənilməsinə də önəm verilmişdir.

Problemlərin və təlabatın araşdırmaları: Maarifləndirmə (tədris); Maliyyə mənbələri; Vergi; və digər istiqamətlər üzrə aparılmışdır.4. Layihənin hər bir mərhələsi və alt mərhələri üzrə mütamadi olaraq layihənin

rəbərliyi tərəfindən monitorinqlər keçirilmiş, əlaqələndirmə aparılmış və nəticədə layihə üzrə işlərin keyfiyyətlə yerinə yetirilməsinin təmin edilməsi istiqamətində müvafiq tapşırıqlar verilmişdir.

5. Qismən yerinə yetirilmiş işlərə beynəlxalq təcrübənin öyrənilməsini aid etmək olar. Bu sahədə layihənin işçi heyəti tərəfindən bir sira məlumatlar toplanmış və qruplaşdırılmışdır.

Məlumatlar Qərbi Avropa (Almaniya, Çexiya, Slovakiya, Fransa, Macarıstan), Amerika Birləşmiş Ştatları, Kanada və Cənubi Koreya ölkələrinin təcrübəsi əsasında əldə edilmişdir.

Hazırda layihə çərçivəsində işlər başa çatmaq üzrədir. Layihənin nəticələrinə dair hazırlanmış təkliflər paketi aidiyyəti üzrə təqdim ediləcəkdir.

63

Page 64: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

2.6. Bakı Biznes Mərkəzinin 2013-cü il üzrə fəaliyyəti

2013-cü il ərzində Bakı Biznes Mərkəzində bir sıra dövlət strukturlarının, eyni zamanda Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin, nüfuzlu yerli və xarici şirkətlərin, o cümlədən bankların tədbirləri həyata keçirilmişdir. Əlavə olaraq onu da qeyd etmək istərdik ki, müxtəlif yerli və xarici şirkətlərin məhsullarının sərqisi, mədəniyyət və incəsənət sahəsində əhəmiyyətli olan bir neçə sərgi də məhz Bakı Biznes Mərkəzində keçirilmişdir.

Bununla yanaşı 2013-cü ildə Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu tərəfindən təşkil olunmuş 9 biznes-forum, bir sıra dövlətlərin rəhbər vəzifəli şəxslərinin, o cümlədən Serbiya prezidentinin iştirakı ilə görüş və müxtəlif konfranslar keçirilmiş, memorandumlar imzalanmışdır:

1.16/01/2013-cü il tarixində Azərbaycan-Sloveniya biznes forumu.2.13/03/2013-cü il tarixində Azərbaycan-Macarıstan biznes forumu.3.14/03/2013-cü il tarixində Azərbaycan-Rumıniya biznes forumu.4.09/04/2013-cü il tarixində Azərbaycan-Litva biznes forumu.5.13/11/2013-cü il tarixində Azərbaycan-İtaliya biznes forumu.6.21/11/2013-cü il tarixində Azərbaycan-Niderland biznes forumu.7.03/12/2013-cü il tarixində Azərbaycan-Rusiya (Tatarıstan) biznes forumu.8.04/12/2013-cü il tarixində Azərbaycan-Rusiya (Tatarıstan) biznes forumu.9.10/12/2013-cü il tarixində Azərbaycan-Səudiyyə Ərəbistan biznes forumu.

2.7. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 2013-cü il üzrə fəaliyyəti

2013-cü ildə Dövlət Xidməti tərəfindən 3273 təsərrüfat subyektində yoxlama aparılması məqsədi ilə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyat aparılmışdır.

3 qeydiyyat Avropa İttifaqına ixrac üçün kod almış 3 təsərrüfat subyektində istehsalın Aİ-nin qanunvericiliyinə uyğunluğunu müəyyənləşdirilmək məqsədilə dövri ekspertiza keçirilməsi məqsədi ilə aparılmışdır. Bu təsərrüfat subyektlərində aparılmış ekspertiza zamanı bir sıra nöqsanlar aşkar olunmuş və bu nöqsanların aradan qaldırılması barədə təsərrüfat subyektlərinə göstəriş verilmişdir.

1 qeydiyyat Avropa İttifaqına ixrac üçün kod nömrəsi alınması barədə müraciət etmiş 1 təsərrüfat subyektində ekspertiza keçirilməsi məqsədi ilə aparılmışdır. Aparılmış ekspertiza nəticəsində müəssisədə istehsal olunan məhsulların ümumi bazarın təşkili barədə Avropa İttifaqı qanunvericiliyinin tələblərinə uyğun olduğu müəyyən edildiyindən həmin təsərrüfat subyektinə məhsulların ixracı üçün təsdiqedici kod nömrəsi verilmişdir.

104 qeydiyyat taxılçılıq subyektləri tərəfindən istehsal olunan taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti tədbirləri qaydasında anbarda olan buğdadan və hazır məhsullardan nümunələr götürülməsi məqsədi ilə aparılmışdır. Bu nəzarət tədbirlərinin 93-də taxıl məhsullarından nümunələr götürülərək laborator

64

Page 65: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

müayinəyə göndərilmişdir. Nəzarət tədbiri təyin olunmuş ünvanda fəaliyyət göstərən taxılçılıq subyektinin fəaliyyətini dayandırması, həmin ünvanda başqa təsərrüfat sübyektinın fəaliyyət göstərməsi və s. səbəblərdən 11 nəzarət tədbiri zamanı nümunə götürülməsi mümkün olmamışdır.

98 qeydiyyat antiinhisar və reklam haqqında qanunvericiliyə riayət olunmasına nəzarət, eləcə də haqsız rəqabətin qarşısının alınması məqsədi ilə nəzarət tədbiri həyata keçirilməsi üçün aparılmışdır. Bu nəzarət tədbirləri zamanı 89 halda yoxlama aparılmış və bu yoxlamalardan 67-də qanun pozuntusu aşkar olunmuşdur. Nəzarət tədbiri təyin olunmuş ünvanda fəaliyyət göstərən təsərrüfat subyektinin həmin ünvanda fəaliyyətini dayandırması və ya həmin ünvanda başqa təsərrüfat sübyektinın fəaliyyət göstərməsi və s. səbəblərdən 9 halda nəzarət tədbiri aparılması mümkün olmamışdır.

4 qeydiyyat taxılçılıq subyektlərində taxıl məhsullarınnın keyfiyyətinə və təhlükəsizliyinə nəzarət tədbiri həyata keçirilməsi məqsədi ilə aparılmışdır. Bu nəzarət tədbirlərinin 4-də qanun pozuntusu aşkar edilmişdir.

3063 qeydiyyat pərakəndə ticarət, ictimai iaşə, məişət və digər nov xidmət qaydalarına əməl olunmasına nəzarət tədbiri həyata keçirilməsi məqsədi aparılmışdır. Bu nəzarət tədbirləri zamanı 2535 halda yoxlama aparılmış və bu yoxlamalardan 2254-də qanun pozuntusu aşkar olunmuşdur. Nəzarət tədbiri təyin edilmiş ünvanda fəaliyyət göstərən təsərrüfat subyektinin həmin ünvanda fəaliyyətini dayandırması və ya həmin ünvanda başqa təsərrüfat sübyektinın fəaliyyət göstərməsi və s. səbəblərdən 528 halda nəzarət tədbiri aparılması mümkün olmamışdır.

Nəzarət tədbirlərinin 2539-u (96,6%-i) ticarət, 28-i (1,1%-i) istehsal, 42-si (1,6%-i) ictimai-iaşə, 19-u (0,7%-i) isə digər xidmət obyektlərində aparılmışdır. Ticarət obyektlərində aparılmış yoxlamaların 88,9%-də, istehsal sahəsində aparılmış yoxlamaların 85,7%-də, ictimai-iaşə obyektlərində aparılan yoxlamaların 71,4%-də, digər xidmət sahələrində aparılmış yoxlamaların 78,9%-də qanun pozuntusu aşkar edilmişdir.

2013-cü ildə aparılmış nəzarət tədbirləri haqqında məlumat, sahələr üzrə

Sıra N-si Sahələrin adları

Aparılmış nəzarət

tədbirlərinin sayı

Nöqsan aşkar edilmiş nəzarət

tədbirlərinin sayı

Nöqsan aşkar edilmiş nəzarət tədbirlərinin xüsusi çəkisi (%-lə)

1 Ticarət 2539 2256 88,9

2 İstehsal 28 24 85,7

3 İctimai-iaşə xidməti 42 30 71,4

4 Digər xidmət sahələri 19 15 78,9

5 Yekun 2628 2325 88,5

Həyata keçirilmiş nəzarət tədbirləri nəticəsində mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, qanunvericiliyə uyğun olaraq sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ

65

Page 66: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

sənədlərin tələblərinə uyğun olmayan ümumilikdə 50,7 ton ərzaq malları, 1,1 ton qeyri ərzaq malları və 5,6 ton tikinti materialları dövriyyədən çıxarılmışdır.

Dövriyyədən çıxarılmış ərzaq mallarının 44,4 tonu müvafiq qaydada məhv edilmiş, 4,1 tonu normativ sənədlərin tələblərinə uyğunlaşdırıldıqdan (üzərinə azərbaycan dilində məlumatların vurulması təmin edildikdən) sonra satışa qaytarılmış, 0,5 tonunun şəxsi məqsədlər üçün istifadəsinə icazə verilmiş, 1,7 tonu ilə bağlı araşdırmalar davam edir.

Dövriyyədən çıxarılaraq məhv edilmiş ərzaq mallarının (44,4 ton) mal qrupları üzrə bölgüsü, faizlə

Miner

al su

lar,

sərin

ləşdiri

ci içk

ilər

Ət və ə

t məh

sul

ları

Süd və

süd m

əhsu

l

ları

Dənlilə

r, tax

ıl və t

axıl m

əhsu

lları

Koserv

lər

Uşaq ye

məklər

i0.00

5.00

10.00

15.00

20.00

25.00

30.00

Dövriyyədən çıxarılmış qeyri ərzaq mallarının 1,0 tonu müvafiq qaydada məhv edilmiş, 0,1 tonu normativ sənədlərin tələblərinə uyğunlaşdırıldıqdan sonra satışa qaytarılmışdır.

Dövriyyədən çıxarılmış tikinti materiallarının 0,7 tonu müvafiq qaydada məhv edilmiş, 4,9 tonu ilə bağlı araşdırmalar davam edir.

Antiinhisar və reklam haqqında qanunvericiliyə riayət olunmasınanəzarət, eləcə də haqsız rəqabətin qarşısının alınması, məhdudlaşdırılması

və aradan qaldırılması ilə bağlı görülmüş işlərAntiinhisar və reklam haqqında qanunvericiliyə riayət olunmasına nəzarət, eləcə

də haqsız rəqabətin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması məqsədi ilə aparılmış 89 nəzarət tədbirindən 67-də qanun pozuntusu aşkar edilmiş, 22-də isə pozuntu aşkar edilməmişdir. Pozuntu aşkar edilməmiş nəzarət tədbirləri əmtəə nişanının təqlidi, qanunsuz reklam üsullarından istifadə edilməsi, saxta və markalanması normativ sənədlərin tələblərinə uyğun olmayan malların satışı ilə əlaqədar müvafiq bazar iştirakçılarından və vətəndaşlardan daxil olmuş müraciətlər əsasında aparılmış yoxlamalardan ibarət olmuşdur.

2012-ci illə müqayisədə aparılmış nəzarət tədbirlərinin sayı 19 yoxlama və ya 17,6 faiz azalmış, qanun pozuntusu aşkar edilmiş nəzarət tədbirlərinin sayı isə 24 yoxlama və ya 26,4 faiz azalmışdır.

Hesabat dövründə 67 təsərrüfat subyekti barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır. Bu işlərdən 52-si aparılmış nəzarət tədbirləri

66

Page 67: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

zamanı, 15-i isə daxil olmuş müraciətlər və KİV-də yayımlanan məlumatlarla bağlı Dövlət Xidmətində aparılmış araşdırmalar nəticəsində aşkar edilmiş qanun pozuntusu əlamətləri üzrə qaldırılmışdır.

Hesabat dövründə qaldırılmış işlərin sayı ötən illə müqayisədə 16 iş və ya 19,3 faiz azalmışdır.

2013-cü ilin 12 ayı ərzində 79 işə baxılması başa çatdırılmışdır. Bu işlərdən 59-u hesabat dövründə qaldırılmış, 20-si isə keçən ildən davam edən işlərdən ibarət olmuşdur.

İl ərzində baxılması başa çatmış işlərin sayı ötən illə müqayisədə 5 iş və ya 6,8 faiz artmışdır.

Baxılması başa çatmış işlər üzrə 62 təsərrüfat subyektinə 2145,9 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə müvafiq icrası məcburi göstərişlər verilmişdir. Hesabat dövründə qaldırılmış işlər üzrə 50 təsərrüfat subyektinə 305,8 min manat, əvvəlki ildən davam edən işlər üzrə 12 təsərrüfat subyektinə 1840,1 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.

Hazırda 8 işə baxılması davam edir.Yoxlamalar zamanı təsərrüfat subyektləri tərəfindən aşağıdakı formalarda antiinhisar

qanunvericiliyinin pozulduğu və haqsız reklama yol verildiyi aşkar edilmişdir:- müvafiq sertifikatları olmadan, sertifikatlaşdırılan malların istehsalı;- məhsulların etiketlərində istehlakçılara yanlış məlumatların verilməsi;- istehlakçıların seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından

istifadə edilməsi və s.

Taxıl məhsullarınnın keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı görülmüş işlər

“Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq 21 iri taxılçılıq subyektində anbarda olan buğdadan və istehsal edilən unlardan nümunələr götürülərək laborator şəraitdə qiymətləndirilmişdir.

Götürülmüş buğda nümunələrinin laborator müayinəsi zamanı onların III sinif ərzaq buğdası üçün müəyyən edilmiş göstəricilərə uyğun olduğu müəyyən edilmişdir. Bununla yanaşı bu müəssisələrdən 8-nin istehsalı olan un nümunələrindən hazırlanmış çörəklərdə 36 saatdan sonra kartof xəstəliyi ilə yoluxma aşkar edilmişdir. Bununla əlaqədar, istehsalın qanunvericiliyin tələblərinə uyğunlaşdırılması ilə bağlı zəruri tədbirlər həyata keçirilməsi barədə həmin müəssisələrə müvafiq göstərişlər verilmişdir. Göstərişlərin icrası ilə bağlı görülmüş işlər barədə müəssisələr tərəfindən məlumatlar verildikdən sonra, istehsal olunan unlardan təkrar nümunələr götürülmüş və laborator müayinələr nəticəsində bu unların normativ sənədlərin tələblərinə uyğun olduğu müəyyən edilmişdir.

Bundan başqa Bakı şəhəri və respublikanın regionları üzrə 64 çörək istehsalı müəssisəsində istehsal edilən çörəklərdən götürülmüş nümunələrin laborator qaydada müayinəsi zamanı kənarlaşma aşkar edilməmişdir.

Satışda olan çörəklərin keyfiyyətinə nəzarət məqsədilə mağazalarda satılan çörəklərdən 2013-cü il ərzində Bakı şəhəri və respublikanın regionları üzrə 1752 nümunə götürülərək laborator şəraitdə müayinə olunmuş və bu çörəklərin keyfiyyət və təhlükəsizlik göstəricilərinin standartların tələblərinə uyğun olduğu müəyyən edilmişdir.

67

Page 68: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Bundan başqa istehlakçılardan daxil olmuş müraciətlər əsasında 4 çörək istehsalı müəssisəsində taxıl məhsullarınnın keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə yoxlama aparılmışdır. Yoxlama zamanı bu müəssisələrdə çörəyin texnoloji təlimat olmadan istehsal edildiyi və çörəklərin markalanmasının normativ texniki sənədlərin tələblərinə uyğun həyata keçirilmədiyi müəyyən edilmişdir. Bununla əlaqədar həmin təsərrüfat subyektlərinə qanun pozuntularının aradan qaldırılması barədə göstərişlər verilmiş və icrası təmin edilmişdir.

İstehlak bazarında keyfiyyətsiz və təhlükəli malların satışının qarşısının alınması ilə bağlı görülmüş işlər

Mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, qanunvericiliyə uyğun olaraq sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan keyfiyyətsiz və təhlükəli ərzaq və qeyri-ərzaq mallarının satışının qarşısının alınması, eyni zamanda qiymət intizamına əməl olunmasına nəzarət məqsədi ilə hesabat dövründə 2535 yoxlama aparılmış və bu yoxlamalardan 2254-də mövcud qanunvericiliyin tələblərinin pozulduğu aşkar edilmişdir.

Aparılmış yoxlamaların sayı ötən illə müqayisədə 182 yoxlama və ya 7,73 faiz, pozuntu aşkar edilmiş yoxlamaların sayı isə 5 yoxlama və ya 0,2 faiz artmışdır.

Qanun pozuntularına yol vermiş sahibkarlıq subyektləri barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati qaydada tədbirlərin görülməsi məqsədi ilə hesabat dövründə ümumilikdə 2213 qərar qəbul edilmişdir (o cümlədən əvvəlki dövrdə aparılmış yoxlamaların nəticələri üzrə 39 qərar). Barəsində qərar qəbul edilmiş 1049 təsərrüfat subyektinə ümumilikdə 1640,7 min manat (o cümlədən əvvəlki dövrdə aparılmış yoxlamaların nəticələri üzrə 25 təsərrüfat subyektinə 42,5 min manat) məbləğində inzibati cərimə tətbiq edilmişdir. Bundan başqa 1164 təsərrüfat subyektinə (o cümlədən əvvəlki dövrdə aparılmış yoxlamaların nəticələri üzrə 14 təsərrüfat subyektinə) xəbərdarlıq olunmuşdur.

Hesabat dövründə aparılmış yoxlamalar zamanı qanun pozuntusu aşkar edilmiş 80 yoxlamanın nəticələri üzrə işlərə baxılması davam edir.

2013-cü ildə aparılmış nəzarət tədbirləri zamanı ümumilikdə 34,8 ton müxtəlif növ istehlak üçün yararsız ərzaq və qeyri ərzaq malları satışdan çıxarılaraq müvafiq qaydada məhv edilmişdir. Aparılmış nəzarət tədbirlərinin sayının ötən illə müqayisədə 7,73% (və ya 182 yoxlama) artmasına baxmayaraq satışda aşkar edilmiş istehlak üçün yararsız ərzaq və qeyri ərzaq mallarının həcmi 20,0% (və ya 8,7 ton) azalmışdır. Bununla yanaşı nöqsan aşkar edilmiş yoxlamaların xüsusi çəkisi də 7,0% azalmışdır. Belə ki, əgər ötən ilin yanvar-dekabr ayları ərzində aparılmış yoxlamaların 95,6%-də nöqsan aşkar edilmişdirsə bu göstərici 2013-cü ilin müvafiq dövrü ərzində 88,9% olmuşdur.

Aparılan nəzarət tədbirləri zamanı ticarət, ictimai iaşə, məişət və digər növ xidmət fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektləri tərəfindən aşağıdakı pozuntulara yol verilməklə istehlakçıların hüquqlarının pozulduğu aşkar olunmuşdur:

- saxlama müddəti ötmüş malların satışı;- mənşəyi məlum olmayan malların satışı;

68

Page 69: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

- keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan malların satışı;

- malların qaytarılması və ya dəyişdirilməsi qaydalarına əməl edilməməsi;- müqavilələrə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlərin daxil edilməsi;- müqavilə və zəmanət öhdəliklərinə əməl edilməməsi və s.

Süni qiymət artımının qarşısının alınması ilə bağlı görülmüş işlərSüni qiymət artımının qarşısının alınması, əhalinin artan tələbatının daha dolğun

ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması məqsədilə Dövlət Xidməti və digər aidiyyəti dövlət orqanlarının birgə təşkilatçılığı ilə Bakı şəhərində Novruz Bayramı ilə əlaqədar 8, Qurban Bayramı ilə əlaqədar 23, Yeni il bayramı ilə əlaqədar 8 müxtəlif yerlərdə bazarla müqayisədə daha ucuz qiymətə ərzaq mallarının, kənd təsərrüfatı məhsullarının və diri qoyunların satış yarmarkaları təşkil olunmuşdur.

Əhali tərəfindən daha çox istifadə olunan malların - 57 adda ərzaq malları, 26 adda tərəvəz məhsulları və 49 adda tikinti materiallarının orta bazar qiymətlərinin səviyyəsi, dinamikası və dəyişmə meylləri barədə məlumatların toplanması və təhlili məqsədi ilə ölkənin bütün regionlarını əhatə edən mütəmadi monitorinqlər davam etdirilimişdir. Toplanmış məlumatlar müntəzəm olaraq təhlil edilmiş, qiymətlərində dəyişikliklər qeydə alınmış məhsullar üzrə bunun səbəbləri araşdırılmış və nəticələrindən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülmüşdür.

Taxıl məhsullarının süni qiymət artımının qarşısının alınması məqsədilə çörəyin və unun qiymətinin bütün regionlarda mütəmadi monitorinqləri davam etdirilimişdir.

Yeni dərs ilinin başlanması ilə əlaqədar süni qiymət artımının qarşısının alınması məqsədilə məktəbli geyimi və ləvazimatlarının satıldığı obyektlərdə gündəlik monitorinqlər keçirilmişdir.

Hesabat dövründə aparılmış monitorinqlər zamanı süni qiymət artımı qeydə alınmamışdır.

Məhkəmə prosesləri, icra üzrə icraat, icraya nəzarət barədə məlumat2013-cü ildə Dövlət Xidmətinin cavabdeh qismində cəlb edildiyi 430 iş üzrə

məhkəmə prosesləri keçirilmişdir. Hesabat dövründə 378 iş üzrə məhkəmə baxışı tamamlanmış, baxılan 87 iş üzrə Dövlət Xidmətinin qərarından verilən şikayət təmin olunmamış, 71 iş üzrə cərimə məbləği azaldılmış, 217 iş üzrə inzibati cərimə xəbərdarlıqla əvəz edilmiş, 1 iş üzrə Dövlət Xidmətinin qərarı əsasında tətbiq olunmuş maliyyə sanksiyası ləğv edilmiş, 2 iş üzrə qərar və göstəriş ləğv edilmişdir. Qalan 52 iş üzrə məhkəmə prosesi hazırda davam edir.

Dövlət Xidmətinin tətbiq etdiyi maliyyə sanksiyasının ləğv edilməsi ilə bağlı 1 iş üzrə Bakı Apellyasiya Məhkəməsinin gəldiyi nəticə Ali Məhkəmənin qərarı ilə qüvvədə saxlanılmış, inzibati cərimə tətbiq edilməsi ilə bağlı Dövlət Xidmətinin 2 qərarının ləgv edilməsi ilə bağlı işlər üzrə qərardan Dövlət Xidmətinin kassasiya şikayəti vermək hüququ olmadığından apellyasiya instansiya məhkəməsinin qərarı qüvvədə qalmışdır.

Antiinhisar qanuvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməmiş və ya tam həcmdə ödəməmiş 33 təsərrüfat subyekti barəsində ödənilməmiş maliyyə sanksiyasının və vaxtında ödənilmədiyi üçün penyanın tutulmasına dair iddia ərizəsi hazırlanaraq aidiyyəti üzrə məhkəməyə göndərilmişdir.

69

Page 70: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Hesabat dövrü ərzində məhkəmədə baxılan 2 iş üzrə Dövlət Xidmətinin maliyyə sanksiyası və peniyanın tutulması barədə iddiası təmin olunmuş, 5 iş üzrə peniyanın məbləği azaldılmışdır.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən barələrində inzibati cərimə tətbiq edilmiş 1115 təsərrüfat subyekti haqqında Dövlət Xidmətinin qanuni qüvvəyə minmiş, lakin icra edilməmiş qərarları (o cümlədən əvvəlki dövrdə aparılmış yoxlamaların nəticələri üzrə 439 qərar) müvafiq qaydada icra olunmaq üçün məhkəmə icraçılarına göndərilmişdir.

Vətəndaşlardan daxil olan ərizə və şikayətlərə baxılması ilə bağlı görülmüş işlər

Dövlət Xidmətinə 2013-cü il ərzində ümumilikdə 4505 müraciət daxil olmuşdur. 2012-ci ildən baxılması davam edən 48 müraciət (35 müraciət istehlakçı hüququ, 13 müraciət isə digər məsələlərlə bağlı) də nəzərə alınmaqla hesabat dövründə ümumilikdə 4553 müraciətə baxılmışdır. Onlardan 1699 müraciət istehlakçı hüquqları ilə bağlı, 2854 müraciət isə digər məsələlərlə bağlı olmuşdur.

İstehlakçı hüququ ilə bağlı baxılmış müraciətlərin sahələr üzrə bölgüsü, ədədlə

Məiş

ət tex

nikası

Digər mall

ar

Rabitə

Mobil

telef

onlar

Ərzaq m

alları

Geyim

əşya

ları

Məiş

ət əşy

aları

Digər xid

mətlər

Təbii q

az tə

chiza

Elektri

k ene

rjisi

təchi.

..

İctim

ai iaş

ə xidməti

Ticarət

qayda

ları

Su və k

anali

zasiy

a xid...

Mali

yyə x

idmətiSa

ir

Məiş

ət Xidm

əti

Nəqliy

yat x

idməti

Tibbi xid

mət

Turizm xi

dməti

Təmir t

ikinti xidm

əti

Qeyri-

ərzaq

mall

arı0

50

100

150

200

250

İstehlakçı hüquqları ilə bağlı baxılmış 1699 müraciət üzrə 844 halda müraciət təmin olunmuş, 46 halda araşdırma aparılmış və ərizələrdə qeyd olunan faktlar aşkar edilməmiş, 473 halda vətəndaşlara qanunamüvafiq izahat və tövsiyə verilmiş, 34 halda ərizə baxılması üçün aidiyyəti orqanlara göndərilmiş, 21 halda aidiyyəti üzrə müraciət etmələri tövsiyə olunmuş, 3 halda zəruri sənədlər təqdim edilmədiyindən müraciətə baxılması dayandırılmış, 85 halda müraciət işə alınmış, 193 müraciət üzrə araşdırmalar davam etdirilir.

70

Page 71: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

İstehlakçı hüquqları ilə bağlı baxılmış müraciətlərin sayı ötən illə müqayisədə 1060 müraciət və ya 2,66 dəfə, təmin olunmuş istehlakçı müraciətlərinin sayı isə 529 müraciət və ya 2,68 dəfə artmışdır.

Digər məsələlərlə bağlı baxılmış 2854 müraciət üzrə 2475 halda müraciət təmin olunmuş, 9 halda araşdırma aparılmış və ərizələrdə qeyd olunan faktlar aşkar edilməmiş, 153 müraciət müvafiq qaydada izahat verilməklə cavablandırılmış, 47 halda ərizə baxılması üçün aidiyyəti orqanlara göndərilmiş, 24 halda müraciətlə bağlı rəy və təklif verilmiş, 33 halda aidiyyəti üzrə müraciət etmələri tövsiyə olunmuş, 21 halda zəruri sənədlər təqdim edilmədiyindən müraciətə baxılması dayandırılmış, 77 halda müraciət işə alınmışdır. 15 müraciətə baxılması davam etdirilir.

Digər məsələlərlə bağlı baxılmış müraciətlərin sayı ötən illə müqayisədə 92 müraciət və ya 3,3 faiz artmış, təmin olunmuş müraciətlərinin sayı isə 48 müraciət və ya 1,8 faiz azalmışdır.

İstehlakçıların maarifləndirilməsi ilə bağlı görülmüş işlər

İstehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarının keyfiyyətli və təhlükəsiz mallarla təmin edilməsində maarifləndirmənin xüsusi rolunu nəzərə alaraq bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların, istehlakçıların və sahibkarların iştirakı ilə Ağdaş, Ucar, Qobustan, Zərdab, Qazax, Qax, Lerik, Samux, İmişlı, Hacıqabul, Füzuli və Salyan rayonlarında, həmçinin Ümumdünya istehlakçı hüquqlarının müdafiəsi Günü ilə bağlı Bakı şəhərində "Azərbaycanda istehlakçı hüquqları qorunur" mövzusunda Konfranslar keçirilmişdir. Konfranslarda istehlakçı hüquqlarının qorunması sahəsində mövcud vəziyyət və qarşıda duran vəzifələr, istehlakçıların keyfiyyətli və təhlükəsiz mallarla təmin edilməsində sahibkarların vəzifələri, qüsurlu mal satılarkən istehlakçıların hüquqlarının təmin edilməsində və mövcud ticarət qaydalarına əməl olunmasında sahibkarların vəzifələri, istehlakçıların hüquqlarının pozulmasına görə məsuliyyət və s. kimi aktual məsələlər müzakirə olunmuşdur.

Yetişməkdə olan gənc nəslin maarifləndirilməsi məqsədilə 2013-cü il ərzində Bakı Asiya Universitetində, Qafqaz Universitetində, Xəzər Universitetində, Odlar Yurdu Universitetində, Bakı Avrasiya Universitetində, Bakı Qızlar Universitetində, Azərbaycan Universitetində, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında, 2 nömrəli Bakı Baza Tibb Kollecində, Azərbaycan Dövlət Pedoqoji Kollecində və Bakı Texniki Kollecində “İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir” mövzusunda tələbə və müəllim heyətinin iştirakı ilə seminar keçirilmişdir. Seminarda istehlakçı hüquqları barədə ətraflı məlumatlar verilmiş, bu sahədə dövlət orqanları ilə istehlakçılar arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanmış, tələbələrin istehlakçı hüquqları ilə bağlı sualları cavablandırılmışdır.

İstehlakçıların maarifləndirilməsi məqsədilə istehlakçıların hüquqlarına dair 16 adda 220 mindən artıq buklet, 6 adda 22 mindən artıq yaddaş kitabçası çap olunmuş və paylanmışdır.

İstehlakçı hüquqlarının müdafiəsinin təmin edilməsi və daha geniş əhali kütləsinin öz hüquqları barədə maarifləndirilməsi məqsədilə son zamanlar informasiya texnologiyalarından geniş istifadəyə başlanılmışdır. Belə ki, Dövlət Xidməti tərəfindən hazırlanmış maarifləndirici məlumatlar 84 min istifadəçinin elektron poçt ünvanına və

71

Page 72: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

respublikada fəaliyyət göstərən mobil operatorların 3 milyon 600 mindən artıq abunəçisinə göndərilmişdir. “İstehlakçı hüquqlarınızı tələb edin!” mövzulu sosial xarakterli reklam Bakı şəhərinin müxtəlif yerlərində 10 ədəd bilbortda 3 ay ərzində yayımlanmışdır.

Təsərrüfat subyektlərini və istehlakçıları maarifləndirmək məqsədi ilə hazırlanmış məlumatların istifadəçilərin elektron ünvanına göndərilməsi işlərinin təşkili məqsədi ilə 210 mindən artıq istifadəçi ünvanının bazası yaradılmış və hazırda bu bazanın genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Malların endirimli satışının təşkili və endirimli qiymətlərlə mal alarkən nələrə diqqət edilməli olması barədə maarifləndirici məlumat 210 mindən artıq elektron ünvan sahibinə göndərilmişdir.

Bundan başqa istehlakçıların maarifləndirilməsi məqsədilə gündəlik istehlakda geniş istifadə olunan müxtəlif ərzaq və qeyri-ərzaq məhsullarının istehlak xassələri və mal alarkən istehlakçıların nələrə diqqət etməsi, o cümlədən ticarət, ictimai iaşə və digər xidmət sahələrində istehlakçıların bilməli olduqları məsələlərlə bağlı 71 adda maarifləndirici məlumat müxtəlif kütləvi informasiya vasitələrində yayımlanmışdır.

Eyni zamanda, istehlakçıların maarifləndirilməsi məqsədilə yayımlanan “Keyfiyyət möhürü” verilişinin 54 buraxılışının hazırlanmasında AzTV ilə əməkdaşlıq edilmişdir.

Dövlət Xidmətinin fəaliyyət istiqamətləri üzrə həyata keçirdiyi tədbirlər və onların nəticələri barədə məlumatlar kütləvi informasiya vasitələri ilə mütəmadi olaraq ictimaiyyətə çatdırılmışdır.

Maarifləndirmə işləri sahəsində həyata keçirilən davamlı və çoxsaylı tədbirlər nəticəsində istehlakçı hüququ ilə bağlı vətəndaşlardan daxil olmuş müraciətlərin sayı ötən illə müqayisədə 2,74 dəfə artmışdır. Bundan başqa qeyri hökumət təşkilatları vasitəsi ilə Dövlət Xidmətinə göndərilən müraciətlərin sayında azalmalar müşahidə edilmişdir. Belə ki, 2013-ci ildə Dövlət Xidmətinə istehlakçı hüquqları ilə bağlı daxil olmuş müraciətlərin tərkibində bu cür müraciətlərin sayı 2012-ci illə müqayisədə 48,1 faiz azalaraq 7,87% olmuşdur.

Ərzaq mallarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi, ixrac olunan mallara sertifikatların verilməsi ilə bağlı görülmüş işlər

2013-cü ildə ərzaq mallarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi ilə bağlı 3553 laborator müayinə aparılmışdır. Müayinə aparılmış mallar əsasən taxıl emalı məhsulları, süd və süd məhsulları, konservlər, ət və ət məhsulları, mineral sular və sərinləşdirici içkilər, tamlı məhsullar, yağlar və s. olmuşdur. Müayinə nəticəsində 63 halda malların keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ-texniki sənədlərin tələblərinə uyğun olmadığı müəyyən edilmiş və bununla bağlı müvafiq tədbirlər görülmüşdür.

2012-ci illə müqayisədə aparılmış laborator müayinələrin sayı 1985 müayinə və ya 2,27 dəfə artmış, keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan müyanələrin xüsusi çəkisi isə 80 faiz azalmışdır. Belə ki, 2012-ci il ərzində aparılan laborator müayinələrin 9,06 faizində malların keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ-texniki sənədlərin tələblərinə uyğun olmadığı müəyyən edilmişdirsə, 2013-cü ilin müvafiq dövründə bu göstərici 1,77 faiz olmuşdur.

Hesabat dövrü ərzində malın mənşə ölkəsini təsdiq edən sertifikatların alınması ilə bağlı Dövlət Xidmətinə elektron qaydada 15143 müraciət daxil olmuşdur. Daxil olmuş müraciətlərdən 650-si üzrə (daxil olan müraciətdə nöqsan olması, sahibkarın özü

72

Page 73: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

tərəfindən imtina olunması və s. səbəbdən) imtina olunmuş, 14493 müraciət üzrə ümumilikdə 17331 mənşə sertifikat (MDB üzvü olan dövlətlərə ixrac olunan mallara 12447 ədəd, MDB üzvü olmayan dövlətlərə ixrac olunan mallara 3229 ədəd, Ümumi Üstünlüklər Sisteminə (GSP+) daxil olan inkişaf etmiş dövlətlərə ixrac olunan mallara 1655 ədəd) verilmişdir. Eyni zamanda 18 hüquqi şəxs tərəfindən real vaxt rejimində (online) 70 ödəniş həyata keçirilmişdir.

Hesabat dövründə verilmiş sertifikatların sayı ötən illə müqayisədə 1173 ədəd (MDB üzvü olan dövlətlərə ixrac olunan mallar 404 ədəd və ya 3,35 faiz, MDB üzvü olmayan dövlətlərə ixrac olunan mallar 437 ədəd və ya 15,65 faiz, Ümumi Üstünlüklər Sisteminə (GSP+) daxil olan inkişaf etmiş dövlətlərə ixrac olunan mallar 332 ədəd və ya 25,09 faiz) və ya 7,26 faiz artmışdır.

Nəticə

Maarifləndirmə işlərinin genişləndirilməsi, nəzarət tədbirlərinin gücləndirilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi nəticəsində istehlakçıların hüquqlarının müdafiəsi, haqsız rəqabətin qarşısının alınması və satılan malların keyfiyyət və təhlükəsizliyi ilə bağlı bir sıra müsbət dəyişikliklər müşahidə olunmaqdadır. Belə ki:

1. İstehlakçıların öz hüquqları barədə bilikləri xeyli artmış və onlar qanunla qorunan hüquqlarının pozulmasına qarşı daha barışmaz olmuşlar. Son zamanlar insanlar həm öz istehlakçı hüquqları, həm də təkcə öz istehlakçı hüquqları ilə bağlı olmayan pozuntularla əlaqədar müvafiq təşkilatlara daha çox müraciətlər edirlər. Nəticədə həm istehlakçının öz hüquqları daha yaxşı qorunur, həm də ümumi istehlakçı mənafelərinə zidd hərəkətlərin qarşısı alınmaqla istehlakçıların hüquqları daha yaxşı müdafiə olunur.

2. İstehlak bazarına daxil olan həm yerli istehsal, həm də idxal mallarının keyfiyyət və təhlükəsizlik göstəriciləri yaxşılaşmışdır. İstehlak bazrında dövriyyədə olan malların ilk baxışdan gözlə görünməsi mümkün olmayan keyfiyyət və təhlükəsizlik göstəricilərinin laborator şəraitdə qiymətləndirilməsi zamanı normativ sənədlərlə və ya etiket göstəriciləri ilə müqayisədə kənarlaşma aşkar edilən malların xüsusi çəkisi getdikcə azalır. Xüsusi qeyd etmək lazımdır ki, bu tendensiya laborator müayinələrə cəlb edilmiş məhsulların sayının əvvəlki dövrlərlə müqayisədə artımı fonunda müşahidə edilir.

3. Əmtəə bazarlarında malların qiymətlərində süni artım və mal qıtlığı müşahidə edilmir.

4. Malların etiketlərində istehlakçılara daha dolğun və daha düzgün məlumatlar verilir. Əvvəllər malların etiketlərində istehsalçının adı, ünvanı, malın tərkibi, saxlanma şəraiti, enerji dəyəri, istehsal və son istifadə tarixi və qanunvericiliklə müəyyən edilmiş digər məlumatlar tam verilmirdisə, indi bu cür mala demək olar ki rast gəlinmir.

5. Malların etiketlərində qanunvericiliklə müəyyən olunmuş qaydada təyin edilməyən saxlama müddətlərinin göstərilməsi halları demək olar ki, aradan qaldırılmışdır.

6. Təsərrüfat subyektləri istehlakçıların pozulmuş hüquqlarının bərpasına daha məsuliyyətlə yanaşmağa başlamışlar. Son zamanlar təsərrüfat subyektləri istehlakçıların hüquqlarının pozulması barədə müraciətlərə operativ qaydada baxmaqla yanaşı, keyfiyyətsiz və təhlükəli malların satışının qarşısının alınması ilə bağlı da tədbirlər görürlər.

73

Page 74: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

III. Dövlət Proqramlarının icrası

“2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın 2013-cü il ərzində

icra vəziyyətinə dair arayışÖlkəmizin iqtisadi və sosial həyatında müşahidə olunan müsbət meyllərin, o

cümlədən əhalinin rifah halının yaxşılaşdırılması və yoxsulluğun səviyyəsinin azaldılması sahəsində tədbirlərin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” təsdiq olunmuşdur. Dövlət Proqramı özündə əsas 9 strateji məqsədi əks etdirir. Belə ki, makroiqtisadi sabitliyi saxlamaq və qeyri-neft sektorunu tarazlı inkişaf etdirməklə davamlı iqtisadi artımın təmin edilməsi, əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi, yaşlı əhalinin, aztəminatlı ailələrin və sosial cəhətdən xüsusilə həssas qrupların sosial riskinin azaldılması, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirlərinin davam etdirilməsi, təhsil və səhiyyə sahəsində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, sosial infrastrukturun inkişaf etdirilməsi Dövlət Proqramının əsas strateji istiqamətlərindəndir. Bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2008-2015-ci illərdə ölkədə işsizlik səviyyəsinin 3-4 % həddinədək, yoxsulluğun səviyyəsinin isə 2 dəfə azaldılması nəzərdə tutulur. Sözügedən Dövlət Proqramı çərçivəsində prioritetlər və hədəflər 2008-2015-ci illəri əhatə etməklə, səkkiz illik dövr, sahələr üzrə tədbirlər isə Proqramın ilk üç ili - 2008-2010-cu illər üçün müəyyənləşdirilmişdir. 2008-2010-cu illərdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə qeyri-neft sektorunun inkişafı təmin edilmiş, əməkqabiliyyətli əhalinin məşğulluğu artmış, işsizlik və yoxsulluq səviyyəsi azalmış, əhalinin rifah halı daha da yaxşılaşdırılmışdır. Belə ki, 2010-cu ilin sonuna ölkədə işsizlik səviyyəsi 5,6 faiz, yoxsulluq səviyyəsi isə 9,1 faiz təşkil etmişdir.

Əhalinin rifah halının yaxşılaşdırılması, ölkədə davamlı iqtisadi artımın və makroiqtisadi sabitliyin təmin olunması, yoxsulluğun səviyyəsinin azaldılması istiqamətində nəzərdə tutulmuş tədbirlərin icrasının davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə 2011-2015-ci illəri əhatə edən Tədbirlər Planı da uğurla icra olunmaqdadır.

Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2013-cü ildə ümumi daxili məhsulun həcmi 57,7 milyard manat olaraq 2012-ci illə müqayisədə 5,8 faiz artmışdır. Onun adambaşına düşən həcmi isə 6207,3 manat (7912,5 ABŞ dolları) təşkil etmişdir.

Qeyri-neft sektoru 10,0 faiz artmışdır.Ölkədə iqtisadi artımın təmin edilməsi, qeyri-neft sektorunun inkişafı nəticəsində

əhalinin həyat səviyyəsinin yüksəlişi davam etmişdir. Belə ki, 2013-cü ildə əhalinin

74

Page 75: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

sərəncamda qalan gəlirləri 2012-ci ilə nisbətən 8,0 faiz artaraq 34,5 milyard manat təşkil etmiş, hər nəfərə düşən gəlirlər isə 3705,7 manat və ya orta hesabla ayda 308,8 manat olmuşdur. Əhalinin pul gəlirləri istehlak qiymətləri indeksini üstələmişdir. Ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 2013-cü ildə 2012-ci ilə nisbətən 6,6 faiz artaraq 419,0 manat təşkil etmişdir.

Yoxsulluğu yaradan əsas amillərdən birinin işsizlik olduğunu nəzərə alaraq, yoxsulluqla mübarizədə ölkədə əmək qabiliyyətli əhalinin məşğulluğunun təmin olunması sahəsində tədbirlərin həyata keçirilməsinə önəmli yer verilir. Belə ki, ölkənin əməkqabiliyyətli əhalisinin məşğulluğunu təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2011-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Proqram çərçivəsində əmək bazarının tənzimlənməsinin təkmilləşdirilməsi, işçi qüvvəsinə olan tələbatın stimullaşdırılması və insan kapitalının inkişaf etdirilməsi, sosial cəhətdən həssas əhali qruplarının məşğulluğunun təmini, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilməkdədir. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 2013-cü ildə işsizlik səviyyəsi 5,0 faiz təşkil etmişdir.

Əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması məqsədilə 30 noyabr 2012-ci il tarixli “Azərbaycan Respublikasında 2013-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən yaşayış minimumu ölkə üzrə 116 manat və “Azərbaycan Respublikasında 2013-cü il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən ehtiyac meyarının həddi 93 manat məbləğində müəyyənləşdirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq 2013-cü ilin yanvar ayının 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 1,1 faizlik artım hesablanmışdır.

Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarına əsasən, 2013-cü ilin sentyabr ayının 1-dən minimum əmək haqqının, əmək pensiyalarının baza hissəsinin və sosial müavinətlərin, həmçinin məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin məbləği artırılmışdır.

Eyni zamanda, ölkə başçısının müvafiq Sərəncamları ilə təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əməkhaqları 2013-cü ilin sentyabr ayının 1-dən orta hesabla 10 faiz artırılmışdır.

“2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nda təhsil, səhiyyə, sosial müdafiə, ətraf mühitin mühafizəsi və digər sahələrdə nəzərdə tutulmuş tədbirlərin icrası uğurla davam etdirilir ki, bu da ölkədə yoxsulluğun azaldılmasında mühüm rol oynayır. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə yoxsulluq səviyyəsi 2013-cü ildə 5,3 faizə enmişdir.

75

Page 76: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsi və yoxsulluğun azaldılması istiqamətində müxtəlif tədbirlərin həyata keçirilməsi bundan sonra da davam etdiriləcəkdir.

“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın 2013-cü il ərzində

icra vəziyyətinə dair arayış Hər bir ölkənin etibarlı ərzaq təminatı onun iqtisadi sabitliyinin və sosial

dayanıqlılığının başlıca şərtidir. Ona görə də, cəmiyyətin hər bir üzvünün əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlərin həyata keçirilməsi çox vacibdir. Azərbaycan Respublikasında yerli kənd təsərrüfatı məhsulları istehsalının artırılması, kəskin ərzaq qıtlığı hallarına yol verilməməsi sisteminin yaradılması və ölkənin hər bir vətəndaşının sağlam və məhsuldar həyat tərzi üçün onun qəbul edilmiş normalara uyğun ərzaq məhsulları ilə tam təmin edilməsinə nail olmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2008-ci il tarixli 3004 nömrəli Sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” təsdiq edilmişdir.

Sözügedən Dövlət Proqramının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 27 avqust tarixli 312s saylı və 2008-ci il 12 sentyabr tarixli 338s saylı sərəncamları qəbul edilmişdir. Bu sərəncamlara uyğun olaraq aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən təsdiq olunmuş qrafiklərə əsasən ölkədə ərzaq məhsullarının istehsalının artırılması, əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi məqsədi ilə müvafiq tədbirlər ardıcıllıqla həyata keçirilir.

Azərbaycan Respublikası Prezidentinin 13 dekabr 2012-ci il tarixli 760 nömrəli “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Fərmanının 2.10.1.3-cü yarımbəndinə əsasən “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın maliyyələşdirilməsi ilə bağlı 2013-cü ilin dövlət büdcəsində 125,0 mln. manat vəsait nəzərdə tutulmuşdur.

Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində 2014-cü il yanvar ayının 1-i vəziyyətinə 1073,7 min hektar sahədən orta hesabla hər hektardan 27,6 sentner olmaqla 2961,9 min ton taxıl məhsulu toplanmışdır. Həmçinin, mövsüm ərzində sahələrdən 992,7 min ton kartof, 1662,5 min ton tərəvəz və bostan məhsulları, 852,9 min ton meyvə və giləmeyvə toplanmışdır. 2012-ci illə müqayisədə kartof istehsalı 2,5 faiz, tərəvəz və bostan məhsullarının istehsalı 1,1 faiz, meyvə və giləmeyvə istehsalı isə 5,3 faiz artmışdır.

Bundan əlavə, 2013-cü il ərzində ölkədə diri çəkidə 514,4 min ton ət, 1820,5 min ton süd, 1401,5 milyon ədəd yumurta istehsal edilmiş və 2012-ci ilə nisbətən ət istehsalı 4,2 faiz, süd istehsalı 5,9 faiz, yumurta istehsalı isə 14,2 faiz artmışdır.

76

Page 77: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

2013-cü il ərzində kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 5244,6 mln. manat təşkil etmişdir. Onun sabit qiymətlərlə dəyəri ötən illə müqayisədə 4,9 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı üzrə 4,2 faiz, heyvandarlıq məhsulları üzrə isə 5,5 faiz artmışdır.

Ümumilikdə, əkinə yararlı torpaq sahələrindən səmərəli istifadə olunması, bitkiçiliyin, xüsusən taxılçılığın, meyvəçiliyin, tərəvəzçiliyin, heyvandarlığın, o cümlədən ət və süd məhsulları istehsalının inkişaf etdirilməsi üzrə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin vaxtında və uğurla həyata keçirilməsi, “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli Sərəncamına uyğun olaraq hər hektar əkin sahəsinin becərilməsində istifadə edilən yanacağa və motor yağlarına görə büdcə vəsaiti hesabına 40 manat yardımın verilməsi, habelə istehsalçılara satılan mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi, eləcə də buğda istehsalının stimullaşdırılması məqsədilə hər hektar üçün əlavə olaraq 40 manat yardımın verilməsi və bütövlükdə sahibkarlara göstərilən hərtərəfli dövlət dəstəyinin (güzəştli kreditlərin verilməsi, emal müəssisələri və məhsul saxlama anbarlarının şəbəkəsinin genişləndirilməsi, kənd təsərrüfatı texnikası ilə təminatın yaxşılaşdırılması, cins mal-qaranın satışı və s.) artırılması kənd təsərrüfatı məhsullarının istehsalına öz müsbət təsirini göstərmişdir. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlər ölkədə ərzaq məhsullarının istehsalında artıma və hər bir ölkə vətəndaşının keyfiyyətli və təhlükəsiz ərzaq məhsullarına olan tələbatının tam ödənilməsinə şərait yaradır.

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 2013-cü il ərzində icra vəziyyətinə dair arayış

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 80 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, 2013-cü il ərzində də makroiqtisadi sabitliyin təmin olunmasında, sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yüksəldilməsində, yoxsulluq səviyyəsinin aşağı düşməsində və əhalinin rifah halının yaxşılaşdırılmasında müstəsna rol oynamışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün bölgələrə mütəmadi səfərləri Dövlət Proqramının icrasını sürətləndirməklə, regionların tarazlı inkişafının təmin edilməsi, yeni iş yerlərinin yaradılması və əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi sahəsində görülən işlərə təkan vermişdir. Ölkə üzrə həyata keçirilən məqsədyönlü tədbirlərin davam etdirilməsi və iqtisadi sabitliyin qorunub saxlanması nəticəsində 2013-cü il ərzində 82 mindən çoxu daimi olmaqla 110 min yeni iş

77

Page 78: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

yeri açılmış, 8 min yeni müəssisə fəaliyyətə başlamışdır. Açılmış iş yerlərinin 70 faizdən çoxu regionların payına düşür. Ümumilikdə, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın qəbulundan ötən müddət ərzində 470 mindən çox yeni iş yeri, 28 mindən çox yeni müəssisə yaradılmışdır.

Ölkə Prezidenti 2013-cü il ərzində Sumqayıt, Şirvan, Naftalan və Mingəçevir şəhərlərində, Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala, Balakən, Kürdəmir, Yevlax, Sabirabad, Saatlı, Ağcabədi, Salyan, Bərdə, Biləsuvar, Lənkəran, Cəlilabad, Yardımlı, Masallı, Astara, Tovuz, Qazax, Gədəbəy, Şəmkir, Şabran, Quba, Xaçmaz, Siyəzən, Ağstafa, Abşeron, Qobustan, Şamaxı, İsmayıllı və Hacıqabul rayonlarında, o cümlədən Bakı şəhərində bir sıra infrastruktur obyektlərinin açılış və təməlqoyma mərasimlərində iştirak etmiş, istehsal təyinatlı müəssisələrin fəaliyyəti ilə tanış olmuş, yerlərdə ictimaiyyətin nümayəndələri ilə görüşlər keçirmişdir.

Bu dövr ərzində ölkə başçısının iştirakı ilə bir sıra mühüm əhəmiyyətli istehsal təyinatlı müəssisələr fəaliyyətə başlamış, qeyri-neft sənayesinin dinamik inkişafı uğurla davam etdirilmişdir. Belə müəssisələrə Bakıda “Gəmi təmiri və gəmiqayırma” İstehsalat Birliyi, Gəmiqayırma və Çörək zavodları, Qəbələdə heyvandarlıq-südçülük kompleksi, aqrar-sənaye kompleksi, “Aspi Winery” üzüm emalı zavodu, Sumqayıtda “Gilan” Tekstil Kompleksi, “Sağlam qida” aqrar sənaye kompleksi, “Azərtexnolayn” MMC-nin polad boru zavodu, Hacıqabulda Gilan Seramik Parkında seramik plitələr istehsalı zavodu, Abşeronda birdəfəlik plastik qablar və priforminqlər istehsalı, polistirol və polipropilen kisələr istehsalı, süd məhsulları və dondurma istehsalı zavodları, Qazax sement zavodunun yeni istehsal xətti, Kürdəmirdə heyvandarlıq-südçülük kompleksi, Ağcabədidə “Aqat–aqro” heyvandarlıq kompleksi, İsmayıllıda Tikiş fabriki, Gədəbəydə yeni qızıl zavodu, “Halal Qida” süd emalı zavodu və tərəvəz məhsullarının tədarükü, saxlanılması və satışı kompleksi aid edilə bilər.

Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2013-cü il ərzində 4468 sahibkarlıq subyektinə müvəkkil kredit təşkilatları vasitəsilə 275 milyon manat güzəştli kredit verilmişdir. Güzəştli kredit vəsaitlərinin 68,8 faizi aqrar sahənin, 31,2 faizi digər sənaye və turizm sahələrinin maliyyələşdirilməsinə yönəldilmişdir.

2013-cü il ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Aran iqtisadi rayonu üzrə 1998 layihəyə 68,5 milyon manat, Gəncə-Qazax iqtisadi rayonu üzrə 879 layihəyə 37,2 milyon manat, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 270 layihəyə 8,6 milyon manat, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 137 layihəyə 5,7 milyon manat, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 212 layihəyə 19,3 milyon manat, Lənkəran iqtisadi rayonu üzrə 329 layihəyə 21,6 milyon manat, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 290 layihəyə 16,6 milyon manat, Abşeron iqtisadi rayonu üzrə 50 layihəyə 20,9 milyon manat və Bakı qəsəbələri üzrə 303 layihəyə 76,7 milyon manat güzəştli kreditlər verilmişdir.

Güzəştli kreditlər hesabına maliyyələşdirilən investisiya layihələrinin həyata keçirilməsi nəticəsində 12045, o cümlədən Bakı qəsəbələri üzrə 2289, Abşeron iqtisadi

78

Page 79: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

rayonu üzrə 478, Gəncə-Qazax iqtisadi rayonu üzrə 2011, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 532, Lənkəran iqtisadi rayonu üzrə 1143, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 528, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 258, Aran iqtisadi rayonu üzrə 4028, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 778 yeni iş yerlərinin yaradılması nəzərdə tutulur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 23 aprel tarixli Sərəncamı ilə Gəncə şəhərinin və Daşkəsən rayonunun ərazilərində dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edən polad istehsalı kompleksinin layihələndirilməsini, tikintisini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirən Azərbaycan Polad İstehsalı Kompleksi Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır.

2013-cü ildə xaricdən damazlıq heyvanların idxal olunmasının və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satılmasının təmin edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 10 milyon manat vəsaitin ayrılması barədə ölkə başçısı tərəfindən sərəncam imzalanmışdır. 2013-cü il taxılçılıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarının taxılyığan kombaynlara ehtiyacını təmin etmək üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 25 milyon manat vəsait ayrılmışdır.

Son illərdə Azərbaycan Respublikasında torpaqlardan istifadənin səmərəliliyinin artırılması və əkinə yararlı torpaqların genişləndirilməsi məqsədi ilə əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, o cümlədən əhalinin içməli suya olan tələbatının ödənilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini nəzərə alaraq, əhalisi 310 min nəfərdən çox olan respublikanın 29 rayonunun 104 yaşayış məntəqəsində əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 2013-cü ildə subartezian quyularının layihələndirilməsi və qazılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 6 milyon manat ayrılmışdır.

Son illərdə turizmin inkişaf etdirilməsi istiqamətində zəruri işlər görülmüş, təkcə 2013-cü il ərzində Bakıda “Alov qüllələri” kompleksindəki “Fairmont Baku” oteli, Qubada “Rixos” oteli, Qusarda “Pik Palas” və “Şahdağ” otelləri, Qəbələdə “Qafqaz Karvansaray” otel kompleksi, Şəmkirdə “Excelsior Hotel” mehmanxanası istifadəyə verilmişdir.

Enerji təchizatında da mühüm layihələrin icrası başa çatdırılmış, yeni elektrik stansiyalarının tikintisi əhalinin elektrik enerjisinə olan tələbatını təmin etməklə energe-tika sisteminin dayanıqlılığında mühüm rol oynamışdır. Hesabat dövründə Bakıda Qaz turbinli istilik elektrik stansiyasının, Şirvanda “Cənub” elektrik stansiyasının, Şərurda Arpaçay Su Elektrik Stansiyasının, “İsmayıllı-1” Su Elektrik Stansiyasının, Şabranda Taxtakörpü Su Elektrik Stansiyasının istifadəyə verilməsi fasiləsiz və keyfiyyətli

79

Page 80: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

elektrik enerjisi ilə təminatda və abonentlərə yüksək səviyyəli xidmət göstərilməsində əhəmiyyətli olmuşdur.

2013-cü il ərzində ölkədə nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər davam etdirilmiş, Heydər Əliyev Beynəlxalq Aeroportunda Anqar Kompleksi və Beynəlxalq Logistika Mərkəzi, “Qələbə meydanı” müxtəlif səviyyəli tunel tipli yol qovşağı, yeraltı avtomobil dayanacaqları, Buzovna-Mərdəkan-Qala avtomobil yolu, Yevlax hava limanı, Hacıqabulda Rəncbər-Qubalı Baloğlan–“Pir Hüseyn” Xanəgahı, Qəbələ-Oğuz, Şəkidə Aşağı Küngüt-Aydınbulaq, Şəki-Qax, Hacıqabul-Sabirabad, Saatlıda Qarayevkənd-Sımadakənd, Bakı-Qazax magistralı - Səmədabad - Qaraməmmədli – Qaramanlı - Göyük, Qobustan-Xilmilli, İsmayıllıda İvanovka-Hacıhətəmli-Mollaisaqlı, Tovuz–Qovlar–Ağbaşlar, Qazax-Quşçu Ayrım, Şabran-Pirəbədil-Zeyvə, Cəlilabadda Qarazəncir-Qarakazımlı-Bayxanlı, Yardımlı-Deman-Arvana, Astarada Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə, Lənkəran-Vilvan-Osaküçə-Türkəncil avtomobil yolları, Sabirabadda Kür çayı üzərində körpü istifadəyə verilmişdir.

Hesabat ili ərzində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması sahəsində Oğuz, Zaqatala, Naftalan, Şəmkir, Yardımlı, Lənkəran, Biləsuvar, İsmayıllı və Kürdəmir şəhərlərinə içməli suyun verilməsi, Kür-Bakı su kəmərindən Hacıqabul şəhərinə içməli suyun gətirilməsi, Şirvan-Muğan qrup su kəməri, Qax, Tovuz, Siyəzən, Şabran, Quba, Ağstafa şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin istifadəyə verilməsi layihələri başa çatmışdır. Bu müddət ərzində Taxtakörpü su anbarı və Vəlvələçay-Taxtakörpü kanalı kimi mühüm infrastruktur obyektlərinin istismara verilməsi Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının yaşayış məntəqələrinin içməli suya olan tələbatını yaxşılaşdırmaqla yanaşı ölkəmizin şimal bölgəsində ekoloji tarazlığın yaranmasında əhəmiyyətli rol oynayacaqdır.

Təhsil sahəsinin inkişafı hesabat dövründə də diqqətdə saxlanılmış, Bakı Oksford məktəbinin Şəmkir filialı üçün Uşaq Akademiyası, Zaqatalada Bəhmətli kənd tam orta məktəbi, Bakının Yasamal rayonundakı 158 nömrəli tam orta məktəb, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yeni korpusu, Qubada Azərbaycan Dövlət İqtisad Universitetinin tədris, idman və istirahət kompleksi və Bakı Dövlət Universitetinin tədris-təcrübə və istirahət mərkəzinin açılışları olmuşdur.

Bu müddətdə Mingəçevirdə Gənclər evi, Şəmkirdə “Zəka” İntellektual Gənclər Mərkəzi, Ağcabədi, Siyəzən, Quba, Lənkəran və Qobustanda Gənclər Mərkəzi, Xaçmaz, Qax, Saatlı, Şirvan, Qobustan İdman Kompleksləri, Qəbələ Atıcılıq Klubunun birinci mərhələsi, Qubada Milli Qolf Klubu, Ağstafada Peyntbol və Atıcılıq Mərkəzi, Masallıda Regional Boks Mərkəzi, Astarada Boks Mərkəzi istifadəyə verilmiş, Sumqayıt və Mingəçevirdə Heydər Əliyev Mərkəzləri, Qəbələdə Mədəniyyət Mərkəzi, Azərbaycan Milli İncəsənət Muzeyinin yeni korpusu, əsaslı bərpa və yenidənqurma işlərindən sonra Azərbaycan Dövlət Musiqili Teatrı istifadəyə verilmişdir.

80

Page 81: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

2013-cü il ərzində bir sıra yeni səhiyyə müəssisələrinin - Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının, Yevlax, Cəlilabad və Ağcabədidə Mərkəzi Xəstəxananın, Bakıda Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ikinci müalicə korpusunun, Tovuzda Hemodializ Mərkəzinin istifadəyə verilməsi bu sahədə xidmət səviyyəsinin yüksəldilməsinə mühüm təsir göstərmişdir. Eyni zamanda, hesabat dövründə ölkə başçısı tərəfindən Mingəçevir şəhər və Biləsuvar rayon mərkəzi xəstəxanalarının yenidənqurulmasına, Naftalan şəhər, Quba, Şəmkir və Qobustan mərkəzi rayon xəstəxanalarının yeni binalarının tikintisinə dair əlavə tədbirlər haqqında sərəncamlar imzalanmışdır.

Aztəminatlı əhalinin xüsusilə, məcburi köçkünlərin sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində hesabat dövründə Abşeronun Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi, Mingəçevir şəhərində 502 məcburi köçkün ailəsi, Bərdədə 866 məcburi köçkün ailəsi üçün bütün zəruri infrastruktur təminatı olan yeni məhəllə salınmışdır. Həmçinin, ölkə başçısı tərəfindən Binəqədi rayonunda müvəqqəti məskunlaşmış 700 nəfərdən ibarət 155 məcburi köçkün ailəsinin köçürülməsi üçün Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisində yeni çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə 14 milyon manat vəsait ayrılmışdır. Eyni zamanda, Füzuli rayonunun Horadiz şəhərində erməni işğalı zamanı yandırılmış və dağıdılmış 1398 nəfər üzvü olan 341 ailənin əvvəllər yaşadığı 227 evin və 3 çoxmənzilli binanın bərpası məqsədi ilə ölkə başçısının müvafiq sərəncamı ilə Füzuli Rayon İcra Hakimiyyətinə 6 milyon manat vəsait ayrılmışdır.

Bununla yanaşı, 2013-cü il ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Mingəçevir, Şirvan, Şəki, Gəncə, Naftalan, Lənkəran, Yevlax və Xudat şəhərlərinin, Astara, Cəlilabad, Yardımlı, Masallı, Lerik, Sabirabad, Saatlı, Göyçay, Ağdaş, Kürdəmir, Biləsuvar, Beyləqan, Ağcabədi, Salyan, Neftçala, Ucar, Bərdə, İmişli, Hacıqabul, Daşkəsən, Tovuz, Ağstafa, Qazax, Goranboy, Samux, Şəmkir, Gədəbəy, Şamaxı, İsmayıllı, Qobustan, Quba, Xaçmaz, Siyəzən, Şabran, Zaqatala, Balakən, Qax, Oğuz, Qəbələ, Tərtər, Füzuli, Xızı və Abşeron rayonlarının, eləcə də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə, Yevlaxda Olimpiya İdman Kompleksinin tikintisinə dair əlavə tədbirlər haqqında sərəncamlar imzalanmışdır.

Eyni zamanda, Bakı, Gəncə və Sumqayıt şəhərlərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi, dövlət mənzil fonduna aid olan çoxmənzilli binalarda istismara yararsız liftlərin yeniləri ilə əvəz edilməsi məqsədilə ölkə başçısının müvafiq sərəncamı ilə 7 milyon manat məbləğində vəsait ayrılmışdır. Hesabat dövründə Bakı şəhərinin Xəzər, Sabunçu, Suraxanı, Qaradağ və Binəqədi rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında ölkə başçısının müvafiq sərəncamları olmuşdur. Bundan əlavə, ölkə başçısının Qız qalasında və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində muzey ekspozisiyalarının yenidən qurulması, Dənizkənarı Bulvarda yenidənqurma və

81

Page 82: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

abadlıq işlərinin davam etdirilməsi ilə bağlı müvafiq sərəncamları ilə ümumilikdə 14,5 milyon manat əlavə vəsait ayrılmışdır.

82

Page 83: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

IV. Beynəlxalq iqtisadi əməkdaşlıq

4.1. Xarici ölkələrlə ikitərəfli əməkdaşlıqHesabat dövrü ərzində mütəmadi olaraq dünya ölkələrinin iqtisadiyyatı, tarixi,

coğrafiyası, əhalisi, Azərbaycan ilə iqtisadi və digər əlaqələrinə dair məlumatlar hazırlanmışdır. Bu məlumatlar İqtisadiyyat və Sənaye Nazirliyində xarici qonaqlarla keçirilən görüşlər üçün, Azərbaycan Respublikasının Prezident Administrasiyasının və Nazirlər Kabinetinin tapşırıqları, eləcə də digər dövlət orqanlarının müraciətləri əsasında müvafiq qaydada təqdim edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xarici ölkələrə səfərləri, eləcə də xarici ölkələrin dövlət rəsmilərinin Azərbaycana səfərləri ilə əlaqədar, Azərbaycan Respublikasının Prezident Administrasiyasının sərəncamları ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq aidiyyəti üzrə müvafiq ölkə ilə Azərbaycan arasında ikitərəfli iqtisadi əlaqələrə dair məlumatlar təqdim edilmiş və digər müəyyən edilmiş tədbirlər həyata keçirilmişdir.

Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xorvatiya, Monteneqro, Ukraynaya, Türkiyəyə, Avstriyaya, Litvaya, eləcə də Gürcüstanın Prezidenti cənab Mixail Saakaşvilinin, Serbiya Respublikasının Prezidenti cənab Tomislav Nikoliçin, Latviya Respublikasının Prezidenti cənab Andris Berzinşin, İtaliya Respublikasının Nazirlər Şurasının sədri cənab Enriko Lettanın, Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinin, Belarus Respublikasının Prezidenti cənab Aleksandr Lukaşenkonun, Gürcüstanın Prezidenti cənab Giorgi Marqvelaşvilinin Azərbaycan Respublikasına səfərləri ilə əlaqədar olaraq müvafiq Sərəncamlarla təsdiq edilmiş tədbirlər planlarına uyğun olaraq həmin ölkələrlə ikitərəfli ticarət-iqtisadi əlaqələrə dair arayışlar Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilmişdir.

Bundan başqa, müvafiq müraciətlərə əsasən, Slovakiya Respublikası Baş nazirinin müavini, xarici və Avropa işləri naziri cənab Miroslav Layçakın, İsveçrə Konfederasiyasının Kantonlar Şurasının sədri Filippo Lombardinin və Xorvatiya Respublikası Parlamentinin sədri Josip Lekonun Azərbaycana səfəri ilə əlaqədar olaraq, bu ölkələrlə ikitərəfli ticarət-iqtisadi əlaqələrə dair arayışlar Azərbaycan Respublikasının Milli Məclisinə, eləcə də Azərbaycan-Qazaxıstan iqtisadi əlaqələrinə dair arayış Nazirlər Kabinetinə təqdim edilmişdir.

Azərbaycan Respublikasının digər ölkələrlə iqtisadi əməkdaşlığının genişləndirilməsi, qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından hesabat dövrü ərzində iqtisadiyyat və sənaye naziri cənab Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyətlərinin və nazirliyin nümayəndələrinin bir sıra ölkələrə, habelə xarici rəsmilərin Azərbaycana səfərləri həyata keçirilmişdir.

Belə ki, nazir Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Bosniya və Herseqovinaya, Qətər Dövlətinə, Qazaxıstanın Aktau şəhərinə, eləcə də İsveçrə Konfederasiyasının Federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və Tədqiqat üzrə Federal Departamentin rəhbəri, nazir Yohan N. Şnayder-Ammannın, 2013-cü il 25 may tarixində Qəbələ şəhərində Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli biznes forumunun keçirilməsi ilə əlaqədar Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kvirikaşvilinin, Rusiya Federasiyası İnquşetiya Respublikası Hökumətinin sədri Musa Çiliyevin, Sinqapur Respublikasının ticarət, sənaye və milli inkişaf üzrə dövlət naziri Li Yi Şyanın, Rusiya Federasiyası Tatarıstan Respublikasının Baş nazirinin müavini - sənaye və ticarət naziri Ravil Zaripovun rəhbərlik etdikləri nümayəndə heyətlərinin

83

Page 84: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Azərbaycan Respublikasına səfərləri ilə əlaqədar müvafiq məlumatlar hazırlanaraq rəhbərliyə təqdim olunmuş, eləcə də aidiyyəti üzrə digər zəruri təşkilati işlər həyata keçirilmişdir.

İqtisadiyyat və Sənaye Nazirliyinin həmsədr olduğu Hökumətlərarası Komissiyaların iclaslarının keçirilməsi ilə əlaqədar lazımi təşkilati işlər həyata keçirilmiş, o cümlədən Komissiyanın iclaslarının protokolları aidiyyəti dövlət qurumlarının rəy və təklifləri nəzərə alınmaqla qarşı tərəflə razılaşdırılmış və imzalanmaq üçün hazırlanmışdır. Yekun olaraq imzalanmış protokollarda nəzərdə tutulan işlərin əlaqədar dövlət qurumları tərəfindən icrası məqsədilə müvafiq əlaqələndirmə işləri həyata keçirilərək məlumatlar toplanılmışdır.

İqtisadiyyat və Sənaye Nazirliyinin həmsədrliyi ilə Azərbaycan Respublikası və Çin Xalq Respublikasının Sincan Uyğur Muxtar Rayonu arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupunun 2-ci iclası 2013-cü ilin 9-10 iyul tarixlərində Urumçi şəhərində, Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qrupun 3-cü iclası 2013-cü ilin 17-18 iyul tarixlərində Berlin şəhərində, Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiyanın 2-ci iclası 2013-cü ilin 3-4 sentyabr tarixlərində Bakı şəhərində və Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 3-cü iclası 2013-cü ilin 10-11 dekabr tarixlərində Bakı şəhərində keçirilmişdir.

İqtisadiyyat və Sənaye Nazirliyinin həmsədrlik etdiyi Komissiyaların nəticələri barədə hesabatlar hazırlanaraq aidiyyəti üzrə təqdim olunmuş, o cümlədən qeyd olunan Komissiyalar üzrə aidiyyəti nazirlik, komitə və təşkilatlara mütəmadi olaraq icra olunmaq üçün göndərilmiş Protokolların müvafiq bəndlərinin həyata keçirilməsinə nəzarət olunmuşdur.

2009-cu il 9 noyabr tarixində Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Sloveniya Respublikasının İqtisadiyyat Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum”a uyğun olaraq, Birgə İşçi Qrupun yaradılması nəzərdə tutulmuşdur. Qeyd olunan Birgə İşçi Qrupun yaradılması ilə əlaqədar müvafiq tədbirlər həyata keçirilmişdir.

2012-ci il 28 avqust tarixində Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in 4-cü maddəsinə uyğun olaraq iki ölkə arasında qarşılıqlı maraq kəsb edən müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Hökuməti ilə Koreya Respublikası Hökuməti arasında Birgə Komissiyanın yaradılması nəzərdə tutulmuşdur. Qeyd olunan Birgə Komissiyanın yaradılması ilə əlaqədar müvafiq tədbirlər həyata keçirilmişdir.

2013-cü ilin 11 mart tarixində Xorvatiyanın Zaqreb şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş” 4-cü maddəsində Azərbaycan Respublikası ilə Xorvatiya Respublikası arasında enerji, infrastruktur, mühəndislik, gəmiqayırma, elektronika, maşınqayırma, əczaçılıq, kənd təsərrüfatı və qida sənayesi, eləcə də digər sahələrdə əməkdaşlığın təşviq olunması məqsədilə Birgə Komissiyanın yaradılması

84

Page 85: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

nəzərdə tutulmuşdur. Qeyd olunan Birgə Komissiyanın yaradılması ilə əlaqədar müvafiq tədbirlər həyata keçirilmişdir.

2013-cü ilin 8 aprel tarixində Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq haqqında Saziş”in 8-ci maddəsinə uyğun olaraq, ölkələrimiz arasında əməkdaşlığın təşviq olunması məqsədilə Azərbaycan və Albaniya tərəfinin nümayəndələrindən ibarət iqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə İşçi Qrupunun yaradılması nəzərdə tutulmuşdur. Qeyd olunan İşçi Qrupun yaradılması ilə əlaqədar müvafiq tədbirlər həyata keçirilmişdir.

2012-ci il iyulun 26-da Buenos-Ayres şəhərində imzalanmış “Azərbaycan Respublikası və Argentina Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş”in 8-ci maddəsinə uyğun olaraq, Azərbaycan - Argentina ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir.

Eyni zamanda, Azərbaycan Respublikasının aşağıda qeyd edilən dövlətlərlə Birgə Hökumətlərarası Komissiyaların iclaslarının Protokol layihələrinin hazırlanması zamanı İqtisadiyyat və Sənaye Nazirliyinin rəy və təklifləri təqdim edilmişdir:

Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın 2-ci iclas Protokolu;

Azərbaycan Respublikası və Latviya Respublikası arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclas Protokolu;

Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclas Protokolu;

Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlığa dair Hökumətlərarası Komissiyanın 14-cü iclas Protokolu;

Azərbaycan Respublikası ilə Türkmənistan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclas Protokolu;

Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 4-cü iclas Protokolu;

Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclas Protokolu;

Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 2-ci iclas Protokolu;

Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 3-cü iclas Protokolu;

Azərbaycan-Fransa İqtisadi Komissiyasının 7-ci iclas Protokolu;Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq üzrə birgə

Hökumətlərarası Komissiyanın 10-cu iclas Protokolu; Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında ticarət-iqtisadi

əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclas Protokolu;Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında

ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın ilk iclas Protokolu;

Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclas Protokolu;

85

Page 86: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclas Protokolu.

Bununla yanaşı, aşağıdakı Hökumətlərarası Komissiyaların iclaslarında Nazirliyin nümayəndələrinin iştirakı təmin edilmişdir:

Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın 2013-cü il 11-12 fevral tarixlərində Bakı şəhərində keçirilmiş 2-ci iclası;

Azərbaycan Respublikası və Latviya Respublikası arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2013-cü il 24 aprel tarixində Bakı şəhərində keçirilmiş 5-ci iclası;

Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2013-cü il 27-28 iyun tarixlərində Vilnüs şəhərində keçirilmiş 3-cü iclası;

Azərbaycan-Fransa İqtisadi Komissiyasının 2013-cü il 26 noyabr tarixində Bakı şəhərində keçirilmiş 7-ci iclası;

Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 2013-cü il 14 noyabr tarixində Kiyev şəhərində keçirilmiş 10-cu iclası;

Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2013-cü il 13 noyabr tarixində Bakı şəhərində keçirilmiş 8-ci iclası;

Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın 2013-cü il 4 dekabr tarixində Bakı şəhərində keçirilmiş ilk iclası;

Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 2013-cü il 10 dekabr tarixində Bakı şəhərində keçirilmiş 9-cu iclası;

Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2013-cü il 16 dekabr tarixində Bakı şəhərində keçirilmiş 3-cü iclası.

İqtisadi sahədə müxtəlif ölkələrlə müqavilə-hüquq bazasının genişləndirilməsi məqsədilə aşağıdakı ikitərəfli sənəd layihələri üzrə müvafiq tədbirlər həyata keçirilmişdir (o cümlədən tərcümə, respublikanın aidiyyəti qurumları ilə razılaşdırılma, imzalanma üçün hazırlıq):

- 2013-cü ilin 28 fevral Bakı şəhərində “Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyi ilə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanmışdır;

- 2013-cü ilin 11 mart tarixində Zaqreb şəhərində “Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş” imzalanmışdır;

- 2013-cü ilin 8 aprel tarixində Bakı şəhərində “Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq haqqında Saziş” imzalanmışdır;

86

Page 87: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

- 2013-cü ilin 6 iyun tarixində Volqoqrad  “Azərbaycan Respublikası Hökuməti və Volqoqrad vilayəti (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında Saziş” imzalanmışdır.

- “Naxçıvan şəhər İcra Hakimiyyəti (Azərbaycan Respublikası) və Simferopol şəhər İcraiyyə Komitəsi (Ukrayna) arasında iqtisadi və sosial-mədəni sahələrdə əməkdaşlıq haqqında Protokol”un layihəsi tərcümə edilərək Nazirlər Kabinetinə təqdim olunmuşdur;

- “Azərbaycan Respublikası Hökuməti və İtaliya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanması səlahiyyətinin alınması məqsədilə Nazirlər Kabinetinə müraciət olunmuşdur;

- “2013-2015-ci illər üzrə Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında iqtisadi əməkdaşlığa dair Tədbirlər Planı”nın layihəsi ümumiləşdirilərək Azərbaycan dilinə tərcümə olunmuş və Nazirlər Kabinetinə təqdim edilmişdir;

- Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında uzunmüddətli iqtisadi əməkdaşlığa dair Müqavilə, Proqram və Tədbirlər Planı layihələri respublikanın aidiyyəti dövlət qurumlarının rəy və təklifləri əsasında ümumiləşdirilərək Nazirlər Kabinetinə təqdim olunmuşdur;

- Tərəfimizdən hazırlanmış “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi və Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum”un layihəsinə Rusiya Federasiyası tərəfindən bir sıra əlavə və düzəlişlər edilmişdir. Hazırda Rusiya Federasiyası tərəfindən əlavə və düzəlişlər edilmiş layihəyə Azərbaycan tərəfində baxılır;

- “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Rusiya Federasiyasının Regional İnkişaf Nazirliyi arasında qarşılıqlı anlaşma haqqında Memorandum” layihəsi ümumiləşdirilərək qarşı tərəfə təqdim olunmuşdur;

- Nazirlik tərəfindən hazırlanmış “Azərbaycan Respublikası Hökuməti və San Marino Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş” layihəsinə respublikanın aidiyyəti qurumları tərəfindən İqtisadiyyat və Sənaye Nazirliyinə rəy və təkliflərin təqdim olunması üçün Nazirlər Kabinetinə müraciət olunmuşdur;

- “Azərbaycan Respublikası Hökuməti və Çelyabinsk vilayəti (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında Sazişin icrasının həyata keçirilməsi üzrə 2013-2017-ci illər üçün Tədbirlər Planı”nın layihəsi ümumiləşdirilərək Nazirlər Kabinetinə təqdim olunmuşdur;

- “Şimali-Osetiya Alaniya Respublikası Hökuməti (Rusiya Federasiyası) və Azərbaycan Respublikası Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında Saziş” layihəsi ümumiləşdirilərək Nazirlər Kabinetinə təqdim olunmuşdur;

- “Azərbaycan Respublikası Hökuməti və Banqladeş Xalq Respublikası Hökuməti arasında Birgə İqtisadi Komissiyanın yaradılması haqqında Saziş” layihəsinin respublikanın aidiyyəti dövlət qurumlarının rəy və təklifləri əsasında ümumiləşdirilərək, Xarici İşlər Nazirliyi vasitəsilə qarşı tərəfə təqdim olunmuşdur;

87

Page 88: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Dövlət qurumlarından nazirliyə rəy və təkliflərin bildirilməsi üçün daxil olan müxtəlif sahələrdə Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığı, Qambiya Respublikası, Belarus Respublikası, Qırğız Respublikası, Malayziya, Albaniya Respublikası, Meksika Birləşmiş Ştatları, Çin Xalq Respublikasının Sincan Uyğur Muxtar Rayonu, Fransa Respublikası, Braziliya Federativ Respublikası, İtaliya Respublikası, Argentina Respublikası, Toqo Respublikası, Moldova Respublikası, Litva Respublikası və Rusiya Federasiyasının Çelyabinsk vilayəti ilə əməkdaşlıq əlaqələrini tənzimləyən ikitərəfli sənədlər təhlil olunaraq, müvafiq rəy və təkliflər bildirilmişdir.

Bundan əlavə, Azərbaycan Respublikası Hökuməti ilə xarici ölkələr arasında investisiyaların qarşılıqlı qorunmasına dair bazanın təkmilləşdirilməsi və ölkələr arasında qarşılıqlı etimadın artırılması məqsədilə “investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Saziş”lərin imzalanması işi hər il olduğu kimi 2013-cü ildə də davam etdirilmişdir.

Belə ki, tərəfdaş ölkələrlə müqavilə hüquq bazasının genişləndirilməsi məqsədilə “investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Saziş”lərin razılaşdırılması istiqamətində müvafiq işlər aparılmış, habelə 19 aprel 2013-cü tarixində “Azərbaycan Respublikası Hökuməti və Makedoniya Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” yeni sazişin imzalanmasına nail olunmuşdur.

Bundan əlavə, 2013-cü il ərzində ölkəmizdə investisiya mühitinin yaxşılaşdırılması və biznes əlaqələrinin daha da genişləndirilməsi məqsədilə müxtəlif sahələrdə bir sıra nailiyyətlər əldə edilmiş, xarici ölkələrin investisiya siyasəti sahəsindəki təcrübəsi tərəfimizdən öyrənilmiş, həmçinin xarici şirkətlər tərəfindən təqdim edilən investisiya layihələri təhlil olunaraq, rəy və təkliflər bildirilmişdir. Eyni zamanda Azərbaycanda investisiya mühitini əks etdirən məlumatlar hazırlanaraq mütəmadi qaydada İqtisadiyyat və Sənaye Nazirliyinin internet səhifəsində yerləşdirilmiş, o cümlədən Azərbaycanın sosial-iqtisadi göstəriciləri, biznes və investisiya mühiti və bu sahədə əldə edilən nailiyyətlər barədə xarici ölkələrdəki səfirliklərimizə hər rüb müvafiq məlumatlar təqdim edilmişdir. Bununla yanaşı, Azərbaycanda sahibkarlıq fəaliyyətini və biznes mühitini genişləndirmək məqsədilə ölkəyə sərmayə yatırmaq niyyətində olan bir sıra xarici investorlarla görüşlər təşkil edilmiş və ölkəmizdə yaradılmış mövcud investisiya mühiti ilə bağlı suallar cavablandırılmışdır.

4.2. Beynəlxalq təşkilatlarla əməkdaşlıq Beynəlxalq donorlarla əməkdaşlıq

“Dünya Dostları” Koreya Məsləhətçi Proqramına, Asiya İnkişaf Bankının (AİB) “Bərpa olunan enerjinin inkişafı” layihəsinə hazırlıq üzrə texniki yardım layihəsinin yaddaş qeydinə, Alman-Azərbaycan texniki əməkdaşlığı çərçivəsində icrası sona çatmış “İqtisadiyyatın davamlı inkişafı proqramı” ikitərəfli layihəsindən qalan vəsaitin “Dövlət qulluğunda islahatların dəstəklənməsi” layihəsinə ayrılmasına, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) “Təbii fəlakət risklərinin idarə edilməsinə dair maliyyə risklərinin dəyərləndirilməsi” qrant layihəsinə və layihənin icraçı agentlik kimi Dünya Bankı tərəfindən həyata keçirilməsinə münasibətin

88

Page 89: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

bildirilməsinə dair məktublara baxılmış və məsələlər bağlı Nazirliyin mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir.

AİB-in “Bakı Şəhər Nəqliyyatının Davamlı İnkişaf Proqramı” qrant layihəsi ilə bağlı danışıqların aparılması üçün keçiriləcək iclasda iştirakla bağlı məktuba baxılmış, sözügedən görüşdə Nazirlikdən nümayəndənin iştirakı təmin olunmuşdur.

İsveçrənin İnkişaf və Əməkdaşlıq Təşkilatının (SDC) maliyyə dəstəyi ilə həyata keçirilən “Bərdə, Tərtər və Ağdam Rayonlarında Bazarın Fermerlər üçün Stimullaşdırılması” və “Ağcabədi və Beyləqan Rayonlarında Heyvandarlıq Resurslarına və Bazarlarına Çıxışın Yaxşılaşdırılması” layihələrinin müqavilə sənədləri baxılması üçün aidiyyəti məktubla Nazirlər Kabinetinə göndərilmişdir.

Tələbatın Müəyyənləşdirilməsi üzrə Yazılı Sorğu Formasının doldurularaq təhvil verilməsinə dair Nazirlər Kabinetinin tapşırığına baxılmış və məsələ ilə bağlı İqtisadi İnkişaf Nazirliyinin mövqeyi təqdim edilmişdir.

SECO tərəfindən maliyyələşdirilən “İstehlakçıların Hüquqlarının Müdafiəsi və Maliyyə Savadlılığı” layihəsinə dair sənədlərə baxılmış və İqtisadi İnkişaf Nazirliyinin irad və təklifləri Nazirlər Kabinetinə təqdim edilmişdir.

Koreya Respublikasının müvafiq qurumları tərəfindən həyata keçirilən Biliklərin Bölüşdürülməsi və Rəsmi İnkişafa Yardım proqramları çərçivəsində əməkdaşlıq üçün rəy və təkliflərin təqdim olunmasına dair Nazirlər Kabinetinin müvafiq tapşırığına baxılmış və müvafiq rəy və təkliflər cavab məktubu ilə aidiyyəti üzrə təqdim edilmişdir.

Azərbaycan Beynəlxalq Bankının ölkədə islam bankçılığı sisteminin tətbiqi təşəbbüsü ilə bağlı müraciətinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin dərkənarına əsasən baxılmış və müvafiq rəy və təkliflər cavab məktubu ilə aidiyyəti üzrə təqdim edilmişdir.

“Booz Allen Hamilton” şirkətinin İqtisadi İnkişaf Nazirliyində görüş təşkil olunmasına dair məktubuna baxılmış və İqtisadi İnkişaf Nazirliyinin Xarici ticarət siyasəti və ÜTT və Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin əməkdaşları arasında görüş təşkil olunmuşdur.

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) İqtisadi İnkişaf Nazirliyində görüşlərin təşkil olunmasına dair müvafiq məktublarına baxılmış, GIZ nümayəndələri 22 aprel 2013-cü il tarixində iqtisadi inkişaf nazirinin müavini cənab Niyazi Səfərov tərəfindən qəbul olunmuş, eləcə də sorğu olunmuş tarixlərə uyğun olaraq sözügedən nümayəndə heyəti ilə aidiyyəti şöbələr arasında görüşlər təşkil olunmuşdur.

GIZ-in məktubuna cavab olaraq Cənubi Qafqazda Özəl Sektorun İnkişafı Proqramının fəaliyyətləri haqqında İqtisadi İnkişaf Nazirliyində təqdimatın 5 iyun 2013-cü il tarixində keçirilməsi haqqında məktub qarşı tərəfə göndərilmiş və qeyd olunan tarixdə GIZ nümayəndələri tərəfindən təqdimat keçirilmişdir.

Azərbaycan Respublikasında səfərdə olan nümayəndə heyəti ilə görüşün keçirilməsinə dair Deloitte&Touche LLC şirkətinin müraciətinə baxılmış və 2 aprel 2013-cü il tarixində sözügedən şirkətin nümayəndələri ilə görüş təşkil edilmişdir.

"Booz Allen Hamilton" şirkətinin müraciətinə baxılmış və 17 aprel 2013-cü il tarixində sözügedən şirkətin nümayəndələri ilə görüşün keçirilməsi təmin edilmişdir

Şərq-Qərb İdarəçilik İnstitutu (EWMI) təşkilatından daxil olmuş məktuba əsasən Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) layihəsi çərçivəsində Quba rayonunun

89

Page 90: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Zərdabi icması ilə birlikdə həyata keçirilən "İcmadaxili yolların asfaltlanması və işıqlandırılması" layihəsinin başa çatması ilə əlaqədar tədbirdə İqtisadi İnkişaf Nazirliyinin nümayəndələrinin iştirakı təmin edilmişdir.

Görüşün keçirilməsinə dair "Chemonics" şirkətinin müraciətinə baxılmış və 23 aprel 2013-cü il tarixdə sözügedən şirkətin təmsilçisi ilə Nazirliyin nümayəndələri arasında görüş təşkil edilmişdir.

Şərq-Qərb İdarəçilik İnstitutunun İqtisadi İnkişaf Nazirliyində görüşün keçirilməsinə dair məktubuna baxılmış və 29 aprel 2013-cü il tarixində Şərq-Qərb İdarəçilik İnstitutunun prezidenti cənab Adrian Hevruk və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan Nümayəndəliyinin Demokratiya və İdarəetmə Ofisinin rəhbəri Ronald Glas Nazirliyin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Sahil Babayev və Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədovun iştirakı ilə qəbul edilmiş və SEDA layihəsinin 2-ci il üzrə iş planına dair müzakirələr aparılmışdır.

Görüşün təşkilinə dair "Deloitte&Touche LLC" şirkətinin müraciətinə baxılmış və 14 may 2013-cü il tarixində Nazirlikdə aidiyyəti şöbələrin və sözügedən şirkətin nümayəndələri arasında görüş təşkil edilmişdir.

Azərbaycan Respublikasının dövlət orqanlarının benefisiarı olduğu qrant, maliyyə və texniki yardım layihələrinə dair onlardan alınmış hesabatlar ümumiləşdirilərək Nazirlər Kabinetinə təqdim olunmuş, eyni zamanda dövlət qurumlarından və beynəlxalq donorlardan alınmış məlumatlar əsasında həyata keçirilən texniki yardım və qrant layihələrinə dair mövcud məlumat bazası yeniləndirilmişdir.

8 yanvar 2013-cü il tarixində “Təbii sərvətlərlə zəngin ölkələrdə diversifikasiya” mövzusunda konfransın keçirilməsi məsələsinin müzakirəsi məqsədilə GIZ Bakı Ofisinin direktoru Henninq Tvesten və “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı Proqramı” üzrə Azərbaycan heyətinin rəhbəri Mark Bekmanın iştirakı ilə İqtisadi İnkişaf Nazirliyində görüş keçirilmişdir.

2013-cü ilin18-19 fevral tarixlərində Bakı şəhərində “Torpaq necə mühafizə oluna bilər – Azərbaycan və Almaniyada torpaqların mühafizəsi və çirklənmiş ərazilərin idarə edilməsinin hüquqi əsasları” mövzusunda keçirilmiş seminarda “Təmiz Şəhər” ASC-nin Ətraf mühit və əməyin mühafizəsi şöbəsinin texniki təhlükəsizlik koordinatoru Cevriyyə Quliyeva iştirak etmişdir.

7 mart 2013-cü il tarixində GIZ nümayəndələri ilə İqtisadi İnkişaf Nazirliyində keçirilmiş görüşdə GIZ-in Cənubi Qafqazda Özəl Sektorun İnkişafı Proqramı çərçivəsində Bakıda “Təbii ehtiyatlarla zəngin ölkələrdə iqtisadi diversifikasiyanın strategiyaları” mövzusunda beynəlxalq konfrans keçirilməsi təşəbbüsü ilə bağlı müzakirələr davam etmişdir.

GIZ-in Bakıda “Təbii sərvətlərlə zəngin ölkələrdə diversifikasiya” mövzusunda konfrans keçirilməsi ilə bağlı təşəbbüsü müvafiq münasibətin bildirilməsi məqsədilə aidiyyəti məktubla Nazirlər Kabinetinə bildirilmişdir.

Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) dəstəyi ilə Yaponiyanın "TEPSCO" şirkəti tərəfindən həyata keçirilən "Azərbaycanın Elektroenergetika Sektorunun Tədqiqi" layihəsi çərçivəsində 19 mart 2013-cü il tarixində keçirilmiş tədbirdə İqtisadi İnkişaf Nazirliyinin aidiyyəti nümayəndələri iştirak etmişdir.

90

Page 91: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

"Azərbaycan Respublikası Hökuməti və JICA arasında "Meliorasiya və İrriqasiya Avadanlıqlarının Təkmilləşdirilməsi Layihəsi (İkinci Mərhələ)" üzrə Qrant Razılaşması"nın və sözügedən razılaşmaya dair Notanın imzalanma mərasimində iştirakla bağlı Nazirlər Kabinetinə müvafiq məktub göndərilmişdir.

Prezident Administrasiyasının tapşırığına əsasən GIZ-in və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) 12-13 iyun tarixlərində Bakıda iqtisadi müxtəliflik üzrə beynəlxalq konfrans keçirilməsi ilə bağlı birgə təşəbbüs məktubuna baxılmış və müvafiq məktubla sözügedən konfransın keçirilməsi tarixlərinə təşkilati məsələlər razılaşdırıldıqdan sonra baxılması təklif olunmuşdur.

2013-cü ilin17-19 aprel tarixlərində Roma şəhərində keçiriləcək tədbirdə iştirak üçün İİN-dən nümayəndənin namizədliyi təqdim olunmuş və səfərlə bağlı hesabat Xarici İşlər Nazirliyinə göndərilmişdir.

Böyük Britaniyanın “Oksfam” Beynəlxalq Humanitar təşkilatının Azərbaycan ofisinin “İçməli su xidmətlərinin çatdırılmasında Mərkəzi Aran-Qarabağ zonasında 20 bələdiyyənin bilik və bacarıqlarının artırılması” layihəsinin yekunlarına həsr edilmiş konfransda iştirakla bağlı məktublarına baxılmış və 1 may 2013-cü ildə keçirilmiş konfransda müvafiq nümayəndənin iştirakı təmin edilmişdir.

5 iyun 2013-cü il tarixində İqtisadi İnkişaf Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə Nazirlikdə GIZ tərəfindən həyata keçirilən “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı” layihəsi üzrə təqdimat keçirilmişdir.

7 iyun 2013-cü il tarixində AİB-in Azərbaycandakı Nümayəndəliyinin qadın sahibkarlığının inkişafının təşviq edilməsi ilə bağlı regional texniki yardım layihəsi çərçivəsində Bankın ölkəmizdə səfərdə olan konsultantları ilə İqtisadi İnkişaf Nazirliyinin müvafiq struktur bölməsi arasında görüş keçirilmişdir.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən həyata keçirilməsi planlaşdırılan “Aqrobiznes və marketinq sahəsində potensialın artırılması” sahəsində layihə sənədinin hazırlanması ilə əlaqədar danışıqlara dair tədbirlərdə iştirak haqqında məktuba baxılmış, görüş və seminarda müvafiq nümayəndələrin iştirakı təmin olunmuşdur.

Silahlı Qüvvələrin Hərbi Akademiyasının nəzdində Strateji Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kurslarında “Beynəlxalq iqtisadi təşkilatlar və Azərbaycanın xarici iqtisadi əlaqələri” mövzusunda Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin Beynəlxalq donorlarla əməkdaşlıq sektorunun müdiri Toğrul Quliyev mühazirə oxumuşdur.

FAO-nun "Azərbaycan Əlaqələndirmə və Tərəfdaşlıq Ofisi"nin yaradılması və Etimad Fondunun idarə olunmasına dair məsələlərin müzakirəsi məqsədilə İtaliya Respublikasının Roma şəhərinə səfər edəcək nümayəndə heyətində iştirak üçün nümayəndənin təqdim olunmasına dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığına baxılmış və müvafiq nümayəndə haqqında məlumatlar cavab məktubu ilə qarşı tərəfə təqdim edilmişdir.

"Azərbaycan Ticarət və Aqrobiznesin İnkişafı" (ATLAS) layihəsi üzrə icraçı təşkilatın seçilməsi məqsədilə formalaşdırılacaq Qiymətləndirmə Komitəsinə namizədin təqdim edilməsinə dair USAID-in məktubuna baxılmış və İqtisadi İnkişaf Nazirliyinin mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir.

91

Page 92: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

FAO-nun Əlaqələndirmə və Tərəfdaşlıq Ofisinin Bakı şəhərində təsis edilməsi ilə bağlı Xarici İşlər Nazirliyində keçiriləcək görüşdə səlahiyyətli nümayəndənin iştirakına Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən baxılmış və səlahiyyətli nümayəndənin təqdim olunması haqqında məktub aidiyyəti üzrə təqdim edilmişdir.

Azərbaycan Respublikası Nəqliyyat Nazirliyindən daxil olmuş AİB-in "Bakı şəhər nəqliyyatın davamlı inkişafı dövlət proqramı" texniki yardım üzrə Çərçivə Sazişinin müzakirəsi məqsədilə təşkil olunacaq iclasda iştirak haqqında məktuba baxılmış və tədbirdə şöbənin müdir müavini Ruslan Rüstəmlinin iştirakı təmin edilmişdir.

FAO tərəfindən həyata keçirilmiş “Ərzaq təhlükəsizliyi sahəsində imkanların gücləndirilməsi üzrə Texniki Yardım” layihəsi haqqında Kənd Təsərrüfatı Nazirliyinin məktubuna baxılmış və İqtisadi İnkişaf Nazirliyinin müvafiq mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir.

“Mərkəzi Asiya və Qafqazda dağ sutoplayıcılarının davamlı idarə olunması üçün imkanların yaradılması” layihəsinə yenidən baxılması haqqında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məktubuna baxılmış və İqtisadi İnkişaf Nazirliyinin müvafiq mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığına əsasən Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) tərəfindən təklif olunan “Naxçıvan Dövlət Universiteti üçün Elektron Təhsil Şəbəkəsi və Rəqəmsal Multimedia İnfrastrukturunun yaradılması”və “Azərbaycanda Elektron Hökumət üçün Təlim Mərkəzinin yaradılması” layihələri üzrə qrant razılaşmalarının ilkin variantlarına baxılmış və sözügedən layihələrə dair müvafiq rəy və təkliflər Nazirlər Kabinetinə təqdim edilmişdir.

FAO tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulan “FAO/Ərzaq və Kənd Təsərrüfatı üzrə Qlobal Məlumat və Erkən Xəbərdarlıq Sisteminin Qiymət üzrə Milli Məlumat Bazası və Analiz Aləti” layihəsinə dair məktuba baxılmış və İqtisadi İnkişaf Nazirliyinin müvafiq mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir.

AİB-in “Bakı şəhər nəqliyyatının davamlı inkişaf proqramı” üzrə texniki yardım layihəsi ilə bağlı məktuba baxılmış və layihəyə dair müvafiq münasibət Nəqliyyat Nazirliyinə bildirilmişdir.

Kənd Təsərrüfatı Nazirliyinin FAO-nun “Azərbaycan Əlaqələndirmə və Tərəfdaşlıq Ofisi”nin yaradılmasına dair sənədlərə yenidən münasibət bildirilməsi haqqında məktubuna baxılmış və İqtisadi İnkişaf Nazirliyinin müvafiq mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə FAO arasında imzalanması təklif olunan “Azərbaycanın Milli Meşə Proqramı və Meşə Qanunvericiliyinin İnkişafına Dəstək” layihəsinə yenidən münasibət bildirilməsi haqqında məktuba baxılmış və İqtisadi İnkişaf Nazirliyinin cavab məktubu ilə aidiyyəti üzrə münasibət bildirilmişdir.

Yaponiya Hökuməti tərəfindən “Meliorasiya və irriqasiya avadanlıqlarının yaxşılaşdırılması” layihəsinin 2-ci mərhələsinin həyata keçirilməsi üçün “Azmelsutəsərrüfat” ASC-yə yeni qrant vəsaitinin ayrılması ilə bağlı iki hökumət arasında mübadilə ediləcək Notalara dair rəy bildirilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin dərkənarına baxılmış və müvafiq məktubla sözügedən notalara dair münasibət Nazirlər Kabinetinə bildirilmişdir.

92

Page 93: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Yaponiya Hökumətinin 2 KR Proqramı çərçivəsində alınaraq icarəyə verilmiş kənd təsərrüfatı texnikalarının istifadəsindən Tərəfdaşlıq Fonduna daxil olmuş vəsait hesabına yeni taxılyığan kombaynların alınıb istifadəyə verilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin məktubuna Nazirlər Kabinetinin dərkənarına əsasən baxılmış və müvafiq məktubla məsələ ilə əlaqədar bəzi uyğunsuzluqların olduğu Nazirlər Kabinetinə bildirilmişdir. Daha sonra Yaponiya Hökumətinin 2KR Proqramı çərçivəsində ayırdığı qrantlar və Tərəfdaşlıq Fonduna daxil olmuş vəsaitlər hesabına yeni texnikaların alınması və Fondda yığılmış vəsaitin məbləğindəki uyğunsuzluğun dəqiqləşdirilməsinə dair Kənd Təsərrüfatı Nazirliyinin məktubuna cavab olaraq məsələyə dair etirazımızın olmadığı barədə münasibətimiz Kənd Təsərrüfatı Nazirliyinə bildirilmişdir.

Nazirlər Kabinetinin tapşırığına müvafiq olaraq, FAO-nun “İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə toxumçuluq sahəsinin inkişafı” layihəsinin sənədinə baxılaraq, sənədə dair İqtisadi İnkişaf Nazirliyinin rəy və təklifləri Kənd Təsərrüfatı Nazirliyinə təqdim edilmişdir.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin JICA texniki dəstəyi hesabına həyata keçirilməsi nəzərdə tutulan “Kosmik görüntülərin məsafədən zondlaşdırılması texnologiyalarının Azərbaycanın məlum filiz rayonları timsalında tətbiqi” layihəsi haqqında məktubuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin dərkənarına əsasən baxılmış və Nazirlər Kabinetinə ünvanlanmış məktubla sözügedən layihənin ekspertizası həyata keçirilmişdir.

USAID-in Azərbaycandakı Nümayəndəliyinin məktubuna əsasən “Azərbaycanda Ticarət və Aqrobiznesin İnkişafı (ATLAS)” layihəsinin texniki tapşırıq sənədinə yenidən baxılmış, İqtisadi İnkişaf Nazirliyinin sözügedən sənədə dair əlavə irad və təklifinin olmaması barədə məktubu qarşı tərəfə təqdim edilmişdir.

AİB-in Azərbaycandakı Daimi Nümayəndəliyinin “Biokütlədən müştərək enerji istehsalı” layihəsinə hazırlıq üçün texniki yardım təklifi ilə bağlı məktubuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığına əsasən baxılmış və İqtisadi İnkişaf Nazirliyinin mövqeyi Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilmişdir

19-23 avqust 2013-cü il tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı çərçivəsində Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının İllik İclası, Biznes Forumu, İşçi Qruplarının İclası və Ekspeditor Daşımalarının Beynəlxalq Federasiyasının Standartları və Logistikası üzrə Seminar keçirilmişdir. Tədbirlərdə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının nümayəndələri iştirak etmişdir.

10-12 sentyabr 2013-cü il tarixlərində Qazaxıstanın Almatı şəhərində CAREC Proqramı üzrə Enerji Sektorunun Əlaqələndirici Komitəsinin 16-cı İclası keçirilmişdir. Tədbirdə Sənaye və Energetika Nazirliyinin nümayəndələri iştirak etmişdir.

18 sentyabr 2013-cü il tarixində Qazaxıstanın paytaxtı Astana şəhərində CAREC Proqramı üzrə Gömrük Əməkdaşlıq Komitəsinin 12-ci İclası keçirilmişdir. Tədbirdə Dövlət Gömrük Komitəsinin nümayəndəsi iştirak etmişdir.

19-20 sentyabr 2013-cü il tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində CAREC Proqramı Nəqliyyat Sektoru üzrə Əlaqələndirici Komitəsinin və Gömrük

93

Page 94: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Əməkdaşlıq Komitəsinin Birgə İclası keçirilmişdir. Tədbirdə Nəqliyyat Nazirliyinin və Dövlət Gömrük Komitəsinin nümayəndələri iştirak etmişdir.

27-28 sentyabr 2013-cü il tarixlərində Tailandın paytaxtı Banqkok şəhərində CAREC Proqramı çərçivəsində Milli Əlaqələndiricilərin Məsləhətləşmə İclası keçirilmişdir. Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi iştirak etmişdir.

22 oktyabr 2013-cü il tarixində Qazaxıstanın paytaxtı Astana şəhərində CAREC Proqramının Ticarət Siyasəti üzrə Əlaqələndirici Komitəsinin 19-cu İclası keçirilmişdir. Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi iştirak etmişdir.

23-24 oktyabr 2013-cü il tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində CAREC Proqramının 12-ci Nazirlər Konfransı keçirilmişdir. Tədbirdə İqtisadi İnkişaf Nazirliyi, Nəqliyyat Nazirliyi və Dövlət Gömrük Komitəsinin nümayəndələri iştirak etmişdir.

12-14 noyabr 2013-cü il tarixlərində Yaponiyanın paytaxtı Tokio şəhərində AİB-in İnstitutu və CAREC İnstitutunun birgə təşkilatçılığı ilə “Mərkəzi Asiyanın qlobal təchizat dəhlizlərində iştirakı və inkişaf sahəsində strategiyaların hazırlanmasında onların rolu” mövzusunda seminar keçirilmişdir. Tədbirdə Nəqliyyat Nazirliyinin nümayəndəsi iştirak etmişdir

ATLAS layihəsi üzrə təkmilləşdirilmiş konsepsiya sənədinə dair USAID-in məktubuna dair İqtisadi İnkişaf Nazirliyinin mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir.

SEDA layihəsi çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (Şura) və USAID arasında imzalanması nəzərdə tutulan Anlaşma Memorandumuna dair Nazirlər Kabinetinə müvafiq məktubla məlumat verilmişdir.

ATLAS layihəsinin Texniki Tapşırıq Sənədinə baxılmış və bununla əlaqədar Nazirliyin qurumları tərəfindən verilən rəy və təkliflər toplanaraq USAID-ə təqdim edilmişdir.

“Azərbaycanda Xüsusi İqtisadi Zonaların və Sənaye Parklarının İnkişafı” layihəsi çərçivəsində koreyalı ekspertlər tərəfindən hazırlanmış yekun hesabata irad və təkliflər aidiyyəti üzrə təqdim edilmişdir.

"Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatlarının Hökuməti arasında Azərbaycan Respublikasında seçilmiş Amerika Hökuməti yardım proqramlarının birgə maliyyələşdirilməsi üzrə Anlaşma Memorandumu"na düzəliş layihəsinə dair məktuba baxılmış və İqtisadi İnkişaf Nazirliyinin mövqeyi qarşı tərəfə bildirilmişdir.

SDC tərəfindən maliyyələşdirilən “Bərdə, Tərtər və Ağdam rayonlarında bazarın fermerlər üçün stimullaşdırılması” və “Ağcabədi və Beyləqan rayonlarında heyvandarlıq resurslarına və bazara çıxışın yaxşılaşdırılması” layihələri üzrə imzalanması nəzərdə tutulan sazişlərə dair rəy və təkliflər cavab məktubu ilə sözügedən təşkilata təqdim edilmişdir.

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə USAID arasında 17 aprel 2013-cü il tarixində imzalanmış birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumuna dair Şuradan daxil olmuş məktuba baxılmış və Nazirliyin mövqeyi müvafiq məktublarla qarşı tərəfə təqdim edilmişdir.

94

Page 95: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

“Azərkosmos” ASC və ABŞ-ın Ticarət və İnkişaf Agentliyi (USTDA) arasında imzalanması nəzərdə tutulan qrant sazişinə rəyin bildirilməsinə dair Nazirlər Kabinetinin müvafiq tapşırığına baxılmış və İqtisadi İnkişaf Nazirliyinin rəy və təklifləri aidiyyəti üzrə təqdim edilmişdir.

27-28 fevral 2013-cü il tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində Ümumdünya Gömrük Təşkilatı ilə birgə Yenidən Baxılmış Kiot Konvensiyası üzrə seminar keçirilmişdir. Tədbirdə Dövlət Gömrük Komitəsinin nümayəndələrinin iştirakı təmin edilmişdir.

4-5 aprel 2013-cü il tarixlərində Panamada İnter-Amerika İnkişaf Bankı, Ümumdünya Gömrük Təşkilatı və Panamanın Gömrük Komitəsi ilə birgə “Asiya-Sakit Okean və Latın Amerikası: Gömrük Rəhbərlərinin Əməkdaşlıq Dialoqu – ümumi inkişaf naminə effektiv və təhlükəsiz ticarət” mövzusunda iclas keçirilmişdir. Tədbirdə Dövlət Gömrük Komitəsinin nümayəndələrinin iştirakı təmin edilmişdir.

9-12 aprel 2013-cü il tarixlərində Gürcüstanda (Tbilisi-Batumi-Sarpi) AİB-in İnstitutu ilə birgə “Sərhədlərdə və sərhədlərdən kənar inteqrə edilmiş ticarətin asanlaşdırılması: islahatlar və tətbiq” mövzusunda seminar keçirilmişdir. Tədbirdə Dövlət Gömrük Komitəsinin və İqtisadi İnkişaf Nazirliyinin nümayəndələrinin iştirakı təmin edilmişdir.

20-31 may 2013-cü il tarixlərində Çin Xalq Respublikasının Şanxay şəhərində Çinin Gömrük Administrasiyası ilə birgə “Gömrük sisteminin təkmilləşdirilməsi və idarəetmə” mövzusunda təlim kursu keçirilmişdir. Tədbirdə Dövlət Gömrük Komitəsinin nümayəndələrinin iştirakı təmin edilmişdir.

5-7 iyun 2013-cü il tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində CAREC Proqramının Nəqliyyat Sektoru üzrə Əlaqələndirici Komitəsinin 12-ci İclası keçirilmişdir. Tədbirdə Nəqliyyat Nazirliyinin və Dövlət Gömrük Komitəsinin nümayəndələrinin iştirakı təmin edilmişdir.

6-7 iyun 2013-cü il tarixlərində Türkmənistanın paytaxtı Aşxabad şəhərində CAREC Proqramı üzrə Enerji Sektorunun Əlaqələndirici Komitəsinin 15-ci İclası keçirilmişdir. Tədbirdə Sənaye və Energetika Nazirliyinin nümayəndələrinin iştirakı təmin edilmişdir.

26 iyun 2013-cü il tarixində Qazaxıstanın Almatı şəhərində CAREC Proqramının Ticarət Siyasəti üzrə Əlaqələndirici Komitəsinin 18-ci İclası keçiriləcək. Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin nümayəndələrinin iştirakı ilə bağlı məlumat AİB-ə təqdim edilmişdir.

27-28 iyun 2013-cü il tarixlərində Qazaxıstanın Almatı şəhərində CAREC Proqramının Yüksək Vəzifəli Rəsmilərinin İclası keçirilmişdir. Tədbirdə İqtisadi İnkişaf Nazirliyi, Nəqliyyat Nazirliyi, Sənaye və Energetika Nazirliyi və Dövlət Gömrük Komitəsinin nümayəndələrinin iştirakı ilə bağlı məlumat AİB-ə təqdim edilmişdir.

AİB-in CAREC Proqramı çərçivəsində Beynəlxalq Valyuta Fondu tərəfindən yenilənmiş Ticarət Siyasəti üzrə Strateji Fəaliyyət Planının layihəsinə dair rəy və təkliflərin İqtisadi İnkişaf Nazirliyinə təqdim edilməsinə dair müvafiq məktublar aidiyyəti dövlət orqanlarına ünvanlanmışdır.

95

Page 96: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

CAREC İnstitutunun Bakı şəhərində yerləşdirilməsi ilə bağlı AİB-in Mərkəzi və Qərbi Asiya Regional Departamentinin müdiri cənab Klaus Qerhausserin müraciətinə baxılmış və İqtisadi İnkişaf Nazirliyinin mövqeyi qarşı tərəfə bildirilmişdir.

CAREC İnstitutunun Bakı şəhərində yerləşdirilməsinə dair müvafiq müraciət hazırlanaraq Azərbaycan Respublikasının maliyyə naziri, AİB-in Müdirlər Şurasında Azərbaycan Respublikasından müdir cənab Samir Şərifova göndərilmişdir.

Nazirlər Kabinetinin 22 iyul 2010-cu il tarixli 210s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Hökuməti ilə BMT İnkişaf Proqramı arasında imzalanmış “Birləşmiş Millətlər Təşkilatının İnkişafa Yardım üzrə Çərçivə Sənədi (UNDAF) 2011-2015 Azərbaycan” layihəsi üzrə qrantın istifadəsinə dair məlumatların təqdim olunması üçün 13 mart 2013-cü il tarixli İİN-X/O-2071/2013 nömrəli məktubla Nazirlər Kabinetinə müraciət edilmiş və təqdim olunmuş məlumatlar 8 may 2013-cü il tarixli İİN-X/O-3763/2013 nömrəli məktubla Nazirlər Kabinetinə göndərilmişdir.

USAID-in “Ermənistan-Türkiyə Münasibətlərinin Normallaşdırılması üçün İqtisadi Perspektivlər” layihəsinə dair Xarici İşlər Nazirliyinə məlumat verilmişdir.

FAO-nun Azərbaycan Əlaqələndirmə və Tərəfdaşlıq Ofisinin yaradılması və Etimad Fondunun idarə olunması ilə bağlı məsələləri müzakirə etmək məqsədilə 2013-cü ilin17-19 aprel tarixlərində İtaliya Respublikasının Roma şəhərində keçirilmiş danışıqların nəticəsi olaraq hazırlanmış hesabata dair İqtisadi İnkişaf Nazirliyinin mövqeyi Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilmişdir.

USAID-in Azərbaycandakı Nümayəndəliyinin Azərbaycan və ABŞ Hökumətləri tərəfindən birgə maliyyələşdirilən SEDA layihəsinə dair sənədlərə baxılmış və İqtisadi İnkişaf Nazirliyinin mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir.

KOICA-nın qrantı hesabına həyata keçirilməsi nəzərdə tutulan “Azərbaycanda suvarma və drenaj şəbəkələrinin bərpası və idarə olunmasının təkmilləşdirilməsi” layihəsinə dair sənədlərə baxılmış və İqtisadi İnkişaf Nazirliyinin mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Yaponiya Hökuməti tərəfindən təşkil olunan gənc liderlər üçün təlim proqramları üzrə ehtiyaclara dair sorğu forması barədə məktuba baxılmış və İqtisadi İnkişaf Nazirliyinin mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Yaponiya Hökuməti tərəfindən təşkil olunan təlim və dialoq proqramlarında iştirak üçün müraciət formasına dair məktuba baxılmış və qeyd edilən sorğu forması aidiyyəti üzrə təqdim edilmişdir.

Yaponiya Hökumətinin İnkişafa Rəsmi Yardım proqramı üzrə müraciət formalarının hazırlanıb təqdim olunması haqqında Xarici İşlər Nazirliyinin məktubuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığına əsasən İqtisadi İnkişaf Nazirliyində baxılmış və sözügedən proqram çərçivəsində Yaponiya Texniki Əməkdaşlığı üzrə müraciət formasına uyğun olaraq hazırlanmış təkliflər İqtisadi İnkişaf Nazirliyi tərəfindən aidiyyəti üzrə təqdim edilmişdir.

Azərbaycanda müfəttişlik və diaqnostika xidmətləri ilə bağlı sərhəd bitki karantin məntəqələrində potensialın artırılması layihəsinə dair sənədlərə baxılmış və İqtisadi İnkişaf Nazirliyinin mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir.

16 sentyabr 2013-cü il tarixində ölkəmizdə fəaliyyət göstərən beynəlxalq iqtisadi təşkilatların, maliyyə institutlarının və donorların 17 sentyabr-17 oktyabr 2013-cü il

96

Page 97: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

tarixlərində Bakı Ekspo Mərkəzində keçirilməsi nəzərdə tutulan “Azərbaycan – 10 ildə. Sosial – iqtisadi inkişaf: dövlət proqramlarının icrası” sərgisində iştirakını təmin etmək məqsədilə sözügedən qurumlara İqtisadi İnkişaf Nazirliyi tərəfindən dəvət məktubları göndərilmişdir.

KOICA-nın texniki yardımı hesabına həyata keçirilməsi nəzərdə tutulan “Müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və Azərbaycan Təhsil Nazirliyi üçün sənəd dövriyyəsi” layihəsinə dair sənədlərə baxılmış və layihəyə dair müvafiq münasibət İqtisadi İnkişaf Nazirliyi tərəfindən aidiyyəti üzrə bildirilmişdir.

Beynəlxalq Miqrasiya və İnkişaf Mərkəzinin (CIM) xüsusi ekspert proqramı çərçivəsində GIZ-in Azərbaycana ezam olunmuş eksperti Riçel Makqovanın 25 sentyabr 2013-cü il tarixindən ilkin olaraq 1 il müddətində İqtisadi İnkişaf Nazirliyinə beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsində dəstək göstərəcəyini nəzərə alaraq, adıçəkilən ekspertə 1 illik yaşayış və iş icazələrinin verilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müvafiq məktub ünvanlanmışdır.

Azərbaycan Respublikasının Təhsil, Gənclər və İdman Nazirlikləri və ABŞ-ın Sülh Korpusu arasında İngilis Dilinin Tədrisi layihəsinin həyata keçirilməsi üzrə əməkdaşlıq haqqında imzalanmış Anlaşma Memorandumu çərçivəsində hazırda ölkəmizdə fəaliyyət göstərən Sülh Korpusu Könüllüləri haqqında ətraflı məlumatların təqdim edilməsi barədə aidiyyəti dövlət orqanlarına müvafiq məktublar ünvanlanmışdır.

SDC-nin maliyyə dəstəyi ilə icrası nəzərdə tutulmuş “Ağcabədi və Beyləqan rayonlarında Heyvandarlıq Resurslarına və Bazarlarına Çıxışın Yaxşılaşdırılması” layihəsi üzrə sazişin imzalanması üçün Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2011-ci il tarixli 373 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması və ya ləğv edilməsi haqqında təkliflərin mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus müəssisələr tərəfindən verilməsi Qaydaları"nın 2.6-cı bəndinin tələblərinə uyğun olaraq tərcümə edilmiş müvafiq sənədlər xarici dildə olan mətnə uyğunluğun təsdiq edilməsi məqsədilə İqtisadi İnkişaf Nazirliyinin mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir.

CAREC ProqramınınNəqliyyat Sektoru üzrə Əlaqələndirici Komitənin və Gömrük Əməkdaşlıq Komitəsinin Birgə İclası haqqında AİB-in dəstəyi ilə 19-20 sentyabr 2013-cü ildə Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində keçiriləcək iclasda iştirak haqqında İqtisadi İnkişaf Nazirliyinin mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir

“Azərbaycanda Toxum Sertifikatlaşdırma Sisteminin Türkiyə və Beynəlxalq Sistemlə uyğun hala gətirilməsi və İSTA qaydalarına görə fəaliyyət göstərən laboratoriya sisteminin yaradılması” layihəsinə dair sənədlərə baxılmış və İqtisadi İnkişaf Nazirliyinin mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir

SDC-nin maliyyə dəstəyi ilə həyata keçirilən “Ağcabədi və Beyləqan rayonlarında Heyvandarlıq Resurslarına və Bazarlarına Çıxışın Yaxşılaşdırılması” layihəsi üzrə müqavilə sənədlərinə baxılması və tərcümənin təsdiq edilməsi haqqında məktuba baxılmış və İqtisadi İnkişaf Nazirliyinin mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir

Qrant layihələrinə dair Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin məktubuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən baxılmış və sözügedən məsələyə dair İqtisadi İnkişaf Nazirliyinin mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir.

97

Page 98: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

BMTİP-inAzərbaycandakı Nümayəndəliyinin “İnsan İnkişafı üzrə yay məktəbi” mövzusunda keçiriləcək təlimdə iştiraka dair məktubuna baxılmış və iştirak edəcək nümayəndə barədə İqtisadi İnkişaf Nazirliyinin mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir.

SDC-nin “Ağcabədi və Beyləqan Rayonlarında Heyvandarlıq Resurslarına və Bazarlarına Çıxışın Yaxşılaşdırılması” layihəsi üzrə sənədlərə baxılmış və İqtisadi İnkişaf Nazirliyinin mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Norveçin Roqaland Təlim və Təhsil Mərkəzi Fondu arasında “Azərbaycanda texniki peşə təhsilinin və təliminin inkişafı və gücləndirilməsi üzrə Əməkdaşlıq Memorandumu”nun imzalanmasına münasibət bildirilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığına baxılmış və Memorandum layihəsinə dair təkliflər İqtisadi İnkişaf Nazirliyi tərəfindən aidiyyəti üzrə təqdim edilmişdir.

BMTİP-in dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulan “Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin təkmilləşdirilməsi” texniki yardım layihəsi üzrə sənədlərə baxılmış və İqtisadi İnkişaf Nazirliyinin mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir.

Çin Xalq Respublikasının nümayəndələri tərəfindən Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatına investisiya qoyuluşu, həmçinin əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı və istehsal məhsullarının ixracının stimullaşdırılması sahələrində qrant layihələrinin həyata keçirilməsi təklifləri barədə məktuba baxılmış və İqtisadi İnkişaf Nazirliyinin mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir.

FAO-nun tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulan “Azərbaycanda xəstəliklərdən azad kartof toxumçuluğunun inkişaf etdirilməsi” layihəsinə dair sənədlərə baxılmış və İqtisadi İnkişaf Nazirliyinin mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir.

FAO tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulan “Azərbaycanda arıçılıq sahəsində məhsuldarlığın artırılması vasitəsilə kənd əhalisinin yaşayışının artırılması” layihəsinə dair sənədlərə baxılmış və İqtisadi İnkişaf Nazirliyinin mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir.

Almaniya İnkişaf Bankı (KFW) tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulan “Zaqatala Biosfer Rezervatının” yaradılması ilə bağlı layihə sənədinə baxılmış və İqtisadiyyat və Sənaye Nazirliyinin mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir.

AİB-in Azərbaycandakı Daimi Nümayəndəliyinin “Azərbaycanda mikromaliyyə sektorunun inkişafı üzrə texniki yardım” layihəsinə hazırlıq üzrə texniki yardım layihəsinin yaddaş qeydi ilə bağlı sənədlərə baxılmış və İqtisadiyyat və Sənaye Nazirliyinin mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir.

Malayziya Federasiyasının Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Malayziya Texniki Əməkdaşlıq Proqramının təlim proqramları ilə bağlı məktuba baxılmış və İqtisadiyyat və Sənaye Nazirliyinin mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir.

Koreya Respublikasının Strategiya və Maliyyə Nazirliyi tərəfindən tədqiqat, inkişaf barədə məsləhətləşmə və potensialın artırılmasından ibarət Bilik Mübadiləsi Proqramı çərçivəsində layihə təkliflərinin təqdim edilməsinə dair məktuba Azərbaycan

98

Page 99: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Respublikası Nazirlər Kabinetinin tapşırığına əsasən baxılmış və layihə təklifləri İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən aidiyyəti üzrə təqdim edilmişdir.

Xarici İşlər Nazirliyinin Misir Ərəb Respublikası Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən “MDB ölkələri ilə texniki əməkdaşlıq fondu” tərəfindən təşkil edilməsi nəzərdə tutulan kurslarda iştirak haqqında məktuba baxılmış və məsələyə dair münasibət İqtisadi İnkişaf Nazirliyi tərəfindən aidiyyəti üzrə təqdim edilmişdir.

19 iyul 2013-cü il tarixində AİB-in CAREC Proqramı çərçivəsində nəqliyyat və ticarətin asanlaşdırılması sahələri üzrə ekspertin Bakıya gəlməsi və görüşlərin təşkil edilməsi ilə bağlı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə və Dövlət Dəniz Administrasiyasına müvafiq məktublar ünvanlanmışdır.

Səhiyyə Nazirliyinin uşaqların immunlaşdırılmasında yeni vaksinin tətbiqinə münasibətin bildirilməsi barədə məktubuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığına əsasən baxılmış və İqtisadi İnkişaf Nazirliyinin mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir.

15-17 iyul 2013-cü il tarixlərində AİB-in CAREC Proqramı çərçivəsində CAREC dəhlizlərinin qiymətləndirmə və monitorinq sahəsi üzrə ekspertin Bakıya gəlməsi və görüşün təşkil edilməsi ilə bağlı Dövlət Gömrük Komitəsinə müvafiq məktub ünvanlanmışdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin FAO-nun dəstəyi ilə “Azərbaycanın Milli Meşəçilik Proqramı və meşə qanunvericiliyinin inkişafına dəstək” layihəsinin Milli Məsləhət Komitəsinə nümayəndənin ayrılması ilə bağlı məktubuna İqtisadi İnkişaf Nazirliyində baxılmış və müvafiq nümayəndənin namizədliyi barədə qarşı tərəfə məlumat verilmişdir.

Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikası Hökuməti və FAO arasında imzalanması təklif edilən bir neçə saziş layihəsinə dair təkliflərin bildirilməsi haqqında məktubuna baxılmış və İqtisadi İnkişaf Nazirliyinin mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir.

“Koreya Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Qrant Yardımına dair Çərçivə Sazişi” layihəsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığına İqtisadi İnkişaf Nazirliyində baxılmış və sözügedən sazişə dair irad və təkliflərin İqtisadi İnkişaf Nazirliyinə bildirilməsi haqqında aidiyyəti dövlət qurumlarına məktublar ünvanlanmışdır.

16 iyul 2013-cü il tarixlərində AİB-in CAREC Proqramı çərçivəsində CAREC dəhlizlərinin qiymətləndirmə və monitorinq sahəsi üzrə ekspertlə Dövlət Gömrük Komitəsində keçirilən görüş zamanı ekspert tərəfindən statistik məlumatların təqdim edilməsi ilə bağlı məlumatların İqtisadi İnkişaf Nazirliyinə bildirilməsi haqqında aidiyyəti üzrə məktub ünvanlanmışdır.

Serbiya Respublikasının Maliyyə və İqtisadiyyat Nazirliyinin Dövlət Borcu Administrasiyasına ünvanlanmış məktubun aidiyyəti üzrə çatdırılmasına köməklik göstərilməsi ilə bağlı Xarici İşlər Nazirliyinə məktub ünvanlanmışdır.

2013-cü ilin fevral-iyul aylarında AİB-in CAREC Proqramı çərçivəsində ölkəmizdə səfərdə olmuş ekspert qrupu tərəfindən səfərin yekunu olaraq hazırlanmış Nəqliyyatın inkişafı və ticarətə töhfəsi üzrə strategiyanın və onun reallaşdırılmasına dair Fəaliyyət Planının Aralıq İcmalı haqqında aidiyyəti irad və təkliflərin İqtisadi

99

Page 100: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

İnkişaf Nazirliyinə təqdim edilməsi ilə bağlı Dövlət Dəniz Administrasiyası və Dövlət Xəzər Dəniz Gəmiçiliyinə müvafiq məktublar göndərilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koreya Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Qrant Yardımına dair Çərçivə Sazişi” layihəsinə dair sənədlərə baxılmış və İqtisadi İnkişaf Nazirliyinin mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir.

23-24 oktyabr 2013-cü il tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində AİB-in CAREC Proqramının 12-ci Nazirlər Konfransında iştirak edəcək nümayəndələr barədə məlumatın İqtisadi İnkişaf Nazirliyinə təqdim edilməsinə dair aidiyyəti dövlət orqanlarına müvafiq məktublar göndərilmişdir.

“Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası arasında texniki-iqtisadi əməkdaşlıq haqqında Saziş” layihəsinə baxılmış və müvafiq dövlət qurumları tərəfindən məsələyə baxılması üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət edilmişdir.

ATƏT-in Bakı ofisi və Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən enerji səmərəliliyi sahəsində Sənaye və Energetika Nazirliyinin sədrliyi ilə yaradılması planlaşdırılan Rəhbər Komitədə iştirak etmək üçün nümayəndənin ayrılması ilə bağlı məktuba İqtisadi İnkişaf Nazirliyində baxılmış və aidiyyəti nümayəndənin təyin edilməsi barədə qarşı tərəfə məlumat verilmişdir.

“Koreya Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Qrant Yardımına dair Çərçivə Sazişi“ layihəsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığına İqtisadiyyat və Sənaye Nazirliyində baxılmış və Sazişin yekun variantının hazırlanması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyində görüşün keçirilməsi ilə bağlı aidiyyəti dövlət orqanlarına müvafiq məktublar ünvanlanmışdır.

Nazirlər Kabinetinin 2013-cü il üzrə Yaponiyanın orta və kiçik həcmli müəssisələri tərəfindən istehsal olunan məhsulların təchizatı üzrə qrant yardımına dair ərizə forması və aidiyyəti siyahılara baxaraq, təkliflərin təqdim edilməsi barədə müvafiq tapşırığına baxılmış və Nazirlər Kabinetinə ünvanlanmış məktubla məsələ ilə bağlı irad və təklifin olmadığı bildirilmişdir.

Azərbaycan Respublikası və Çin Xalq Respublikası Hökumətləri arasında imzalanmış texniki-iqtisadi əməkdaşlıq sazişləri çərçivəsində Çin Xalq Respublikasının yardımı hesabına xüsusi təyinatlı maşın və texniki vasitələrin Azərbaycana çatdırılmasına dair imzalanması nəzərdə tutulan müqavilə layihəsinə dair rəy və təkliflərin təqdim edilməsi haqqında Nazirlər Kabinetinin tapşırığına İqtisadiyyat və Sənaye Nazirliyində baxılmış və müvafiq rəy və təkliflər Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilmişdir.

Təhsil Nazirliyinin Azərbaycan və Koreya Respublikalarının Təhsil Nazirlikləri arasında “İnnovativ İKT əsaslı pilot tədris otağı” layihəsinə dair Anlaşma Memorandumuna münasibət bildirilməsi ilə bağlı məktuba baxılmış və İqtisadiyyat və Sənaye Nazirliyinin mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir.

FAO tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulan “Kənd ərazilərində yaşayan qadınların kəndin davamlı inkişafının sosial-iqtisadi və gender aspektləri üzrə imkanların artırılmasına dəstək” layihəsinə dair sənədlərə baxılmış və İqtisadiyyat və Sənaye Nazirliyinin mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir.

100

Page 101: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Azərbaycan və BMTİP arasında yeni tərəfdaşlıq modelinin təklif olunması barədə Konsepsiya sənədinə dair rəy və təkliflərin təqdim edilməsi ilə bağlı məktuba İqtisadiyyat və Sənaye Nazirliyində baxılmış və müvafiq münasibət aidiyyəti üzrə təqdim edilmişdir.

“Koreya Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Qrant Yardımına dair Çərçivə Sazişi” layihəsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığına baxılmış, sözügedən Çərçivə Sazişinin yekun variantının hazırlanması məqsədilə müzakirələrin aparılması üçün 2013-cü ilin30 oktyabr tarixində İqtisadiyyat və Sənaye Nazirliyində müvafiq dövlət orqanları və Koreya tərəfinin nümayəndələri arasında görüşün keçirildiyi və əksər məsələlərdə qarşılıqlı razılaşma əldə olunmadığından əlavə dəqiqləşdirmələr aparıldıqdan sonra təkliflərin yenidən müzakirəsi üçün aidiyyəti dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə təkrar iclasın keçirilməsinin nəzərdə tutulduğu barədə Nazirlər Kabinetinə məktub göndərilmişdir.

Xarici İşlər Nazirliyinin KOICA 2015-ci il üzrə Qlobal Təlim Proqramları ilə əlaqədar ehtiyacların araşdırılması və aidiyyəti təkliflərin təqdim edilməsinə dair məktubuna Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən baxılmış və İqtisadiyyat və Sənaye Nazirliyinin ehtiyaclarına uyğun hazırlanmış sorğu formaları aidiyyəti üzrə təqdim edilmişdir.

“Koreya Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Qrant Yardımına dair Çərçivə Sazişi” layihəsinə Azərbaycan dövlət orqanlarının rəyi ilə bağlı KOICA-nın Azərbaycandakı Nümayəndəliyinin müvafiq məktubuna baxılmış, Çərçivə Sazişinə dair Azərbaycan tərəfinin bildirdiyi rəylərə uyğun olaraq Koreya tərəfinin şərhləri və qeydləri aidiyyəti üzrə münasibət bildirilməsi üçün rəsmi məktublarla müvafiq qurumlara göndərilmiş və bununla bağlı qarşı tərəfə məktub ünvanlanaraq təqdim edilmiş şərhlər və qeydlərə dair müvafiq qaydada rəylər toplandıqdan sonra görüş təşkil olunacağı bildirilmişdir.

23-24 oktyabr 2013-cü il tarixində keçirilmiş AİB-in CAREC Proqramının 12-ci Nazirlər Konfransı zamanı “Nəqliyyat və Ticarətin Asanlaşdırılması Strategiyası 2020” sənədinin qəbul edilməsi ilə əlaqədar olaraq, strategiya çərçivəsində icra edilən layihələr haqqında son məlumatların İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim edilməsinə dair müvafiq dövlət orqanlarına məktublar ünvanlanmışdır.

Norveç Krallığının Enerjiyə Qənaət Beynəlxalq Cəmiyyətinin dəstəyi ilə icrası nəzərdə tutulan “Cənubi Qafqazda Enerji Səmərəliliyinin Artırılması” regional layihəsi ilə əlaqədar İqtisadi İnkişaf Nazirliyində görüşün təşkil edilməsi ilə bağlı məktuba baxılmış və aidiyyəti şöbələrdə müvafiq görüşlər keçirilmişdir.

Böyük Britaniyanın Oksfam Beynəlxalq Humanitar Təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Bərdə, Tərtər, Ağdam rayonlarında yoxsul fermerlər üçün bazarın stimullaşdırılması” layihəsi çərçivəsində görüşün keçirilməsi ilə əlaqədar müraciətə baxılmış və sözügedən görüşdə Strateji planlaşdırma şöbəsinin sektor müdiri Müzəffər İsmayılov iştirak etmişdir.

AİB-in Mərkəzi və Qərbi Asiyada “İqlim dəyişikliyinin iqtisadiyyatı” üzrə Regional Texniki Yardımın həyata keçirilməsi məqsədilə AİB tərəfindən seçilmiş “Abt Associates Inc.” Məsləhətçi şirkətinin nümayəndələri ilə görüşün keçirilməsi ilə bağlı

101

Page 102: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

məktuba baxılmış və İqtisadi İnkişaf Nazirliyinin müvafiq nümayəndələri ilə görüş keçirilmişdir.

GIZ-in “Azərbaycanda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi” layihəsi ilə bağlı müzakirələrin aparılması məqsədilə görüşün təşkil edilməsi ilə bağlı məktuba baxılmış və görüşdə aidiyyəti nümayəndələrin iştirakı təmin edilmişdir.

SDC-nin ölkəyə qayıdan əmək miqrantlarının iqtisadi inteqrasiyası ilə bağlı icrası nəzərdə tutulan proqramı çərçivəsində görüşün keçirilməsi ilə bağlı məktuba baxılmış və 17 oktyabr 2013-cü il tarixində İqtisadi İnkişaf Nazirliyində müvafiq görüşlər keçirilmişdir.

SECO-nun nümayəndə heyətinin İqtisadiyyat və Sənaye Nazirliyində qəbul edilməsi ilə bağlı İsveçrənin Azərbaycandakı səfirliyinin məktubuna baxılmış və 29 oktyabr 2013-cü il tarixində nümayəndə heyəti Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Sahil Babayev tərəfindən qəbul edilmişdir.

2011-2015-ci illər BMT-nin inkişafa yardım üzrə Çərçivə Sənədində (UNDAF) nəzərdə tutulan nəticələrin mövcud milli prioritetlərə münasibliyi üzrə əldə edilən nailiyyətlərin müzakirəsi məqsədilə keçiriləcək Aralıq İcmal seminarında iştirakla bağlı məktuba baxılmış və 15 noyabr 2013-cü il tarixində seminarda Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini Ruslan Rüstəmli iştirak etmişdir.

Texniki yardım və qrant hesabına həyata keçirilən layihələrin icra vəziyyəti barədə məlumatların, o cümlədən başa çatmış layihələr üzrə yekun hesabatların İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim edilməsinə dair dövlət orqanlarına göstəriş verilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinə məktub ünvanlanmışdır.

BMTİP və Qlobal Ekologiya Fondu tərəfindən birgə maliyyələşdirilməsi nəzərdə tutulan “Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərinin tərkibindəki sahilyanı ekoloji sistemlərdə idarəetmənin təkmilləşdirilməsi” layihəsinin sənədlərinə dair münasibətin bildirilməsinə dair Nazirlər Kabinetinin məktubuna baxılmış və İqtisadiyyat və Sənaye Nazirliyinin rəy və təklifləri aidiyyəti üzrə təqdim edilmişdir.

Ədliyyə Nazirliyi və İsveçrənin İnnovativ Yeni Diaqnostika Fondu arasında 1 sentyabr 2010-cu il tarixli Anlaşma Memorandumunun müddətinin uzadılması haqqında Razılaşma layihəsinə dair rəy və təkliflərin təqdim edilməsi barədə Nazirlər Kabinetinin tapşırığına baxılmış və İqtisadiyyat və Sənaye Nazirliyinin rəyi aidiyyəti üzrə təqdim edilmişdir.

Avropa İttifaqı ilə əməkdaşlıqAvropa Qonşuluq və Tərəfdaşlıq Alətinin (AQTA) 2008-ci il üzrə Fəaliyyət Proqramı çərçivəsində “Ədliyyə sahəsində islahatlara dəstək proqramı” çərçivəsində Avropa İttifaqı tərəfindən ayrılan ikinci tranşın benefisiar qurumun hesabına köçürülməsi aidiyyəti üzrə təmin edilmişdir. Proqram üzrə 2013-cü ilin noyabr ayında Aİ-nin qiymətləndirici missiyası ölkəmizdə səfərdə olmuşdur. Səfər çərçivəsində 2012-2013-cü illər üzrə həyata keçirilmiş işlər qiymətləndirilmiş və Proqram çərçivəsində nəzərdə tutulan son dəyişən vəsaitin dövlət büdcəsinə köçürülməsi üzrə danışıqlar aparılmışdır. Sözügedən missiyanın səfəri zamanı əlaqədar dövlət qurumları ilə görüşlər keçirilmişdir.

102

Page 103: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

AQTA-nın 2009-cu il üzrə Fəaliyyət Proqramı çərçivəsində “Avropa Komissiyasının Azərbaycan Respublikasına “Kənd təsərrüfatı və kənd ərazilərinin inkişafına dəstək proqramı” ilə bağlı ayırdığı 13,0 mln. avro məbləğində qrant vəsaitinin proqramın məqsədlərinə istifadəsi üzrə Tədbirlər Planı”nın layihəsi hazırlanmış və dövlətdaxili prosedurların tamamlanması üçün müvafiq qaydada Nazirlər Kabinetinə təqdim edilmişdir. Tədbirlər Planı Nazirlər Kabinetinin 2013-cü il 8 aprel tarixli 77s nömrəli Sərəncamı ilə təsdiq edilmişdir. 2013-cü ilin 4 aprel tarixində Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin, aidiyyəti dövlət qurumlarının və İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndələrinin iştirakı ilə Proqramın İdarəetmə Komitəsinin ilk iclası keçirilmişdir. Bundan əlavə Tədbirlər Planının “Kənd təsərrüfatı və kənd ərazilərinin inkişafına dəstək Proqramı” çərçivəsində texniki yardım və təchizat layihələrinin tender sənədlərinin hazırlanması” adlı 1-ci bəndinin icrası məqsədilə müvafiq qaydada əmr layihəsi hazırlanmış və iqtisadi inkişaf nazirinin 18 iyun tarixli F-59 nömrəli əmri ilə müvafiq tender komissiyası yaradılmışdır. Ötən ilin 24 iyun tarixində tender komissiyasının hazırlıq iclası təşkil edilmiş, aidiyyəti qurumların və İqtisadiyyat və Sənaye Nazirliyinin aidiyyəti nümayəndələrinin iştirakı təmin edilmişdir. 2013-cü idə sözügedən Proqram çərçivəsində nəzərdə tutulan tender üzrə müvafiq sənədlər hazırlanmışdır. Sözügedən Proqram çərçivəsində 2013-cü ilinsentyabr ayında Aİ-nin yoxlama missiyasının benefisiar qurumlarla görüşünün təşkil edilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilmişdir. 2013-cü ilin 27 noyabr tarixində Aİ-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin və benefisiar qurumların aidiyyəti nümayəndələrinin iştirakı ilə Proqram üzrə İdarəetmə Komitəsinin 2-ci iclası keçirilmişdir.

AQTA-nın 2011-ci il üzrə Fəaliyyət Proqramı çərçivəsində həyata keçirilən “Regionların inkişafına dəstək Qrant Proqramı” çərçivəsində ilkin tranşın Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsinə dair 2013-cü il 6 mart tarixində Avropa Komissiyasına müraciət olunmuşdur. “Regionların inkişafına dəstək Qrant Proqramı”nın Tədbirlər Planı Nazirlər Kabinetinə təqdim olunmuşdur. AQTA-nın 2011-ci il üzrə Fəaliyyət Proqramı çərçivəsində həyata keçirilən “Regionların inkişafına dəstək Qrant Proqramı”nın Tədbirlər Planının yekun versiyası aidiyyəti dövlət qurumları ilə razılaşdırılaraq Nazirlər Kabinetinə təsdiq olunması məqsədilə təqdim olunmuşdur.

Avropa Qonşuluq və Tərəfdaşlıq Alətinin 2013-cü il üzrə Fəaliyyət Proqramının büdcə və komponentləri müəyyənləşdirilmiş, Maliyyələşdirmə Sazişi Avropa Komissiyası tərəfindən təqdim edilmiş və hazırda aidiyyəti dövlət qurumlarının rəy və təkliflərinin bildirilməsi üçün Nazirlər Kabinetinə təqdim edilmişdir.

2013-cü il 22-26 aprel tarixlərində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda büdcəyə dəstək proqramlarının əlaqələndirilməsinə, o cümlədən “Ədliyyə sahəsində islahatlara dəstək Proqramı”na texniki dəstək” layihəsi çərçivəsində Moldovanın paytaxtı Kişinyov şəhərinə təşkil edilmiş təlim səfərində Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin əməkdaşlarının iştirakı təmin edilmişdir.

2013-cü ildə İİN-nin həmsədrlik etdiyi 3-cü və 4-cü İşçi Qrupu üzrə Assosiasiya Sazişinin layihəsinin 21 fəslinin müzakirəsi bitmiş (18 fəsil 3-cü İşçi Qrupu, 3 fəsil isə 4-cü İşçi Qrupu çərçivəsində), 15 fəsil üzrə isə danışıqlar aparılmaqdadır (11 fəsil 3-cü İşçi Qrupu, 4 fəsil isə 4-cü İşçi Qrupu çərçivəsində). 2013-cü ilin 29 may tarixində

103

Page 104: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Bakıda Assosiasiya Sazişi üzrə Ticarət və ticarətlə əlaqədar məsələlərə dair IV İşçi Qrup çərçivəsində Assosiasiya Sazişinin “Mal ticarəti”, “Dövlət satınalmaları”, “Gömrük”, “Davamlı inkişaf” və “Ticarət ilə əlaqəli enerji müddəaları” fəsillərinin müzakirəsi ilə bağlı Avropa İttifaqının ekspertləri ilə müvafiq görüş keçirilmiş və aidiyyəti nümayəndənin iştirakı təmin edilmişdir.

2013-cü il 9 aprel tarixində Brüssel şəhərində Assosiasiya Sazişi ilə bağlı Plenar iclas keçirilmiş və həmin iclasda İqtisadiyyat və Sənaye Nazirliyinin aidiyyəti nümayəndələrinin iştirakı təmin edilmişdir.

2013-cü ilin 14 may tarixində Brüsseldə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Avropa İttifaqının siyasətləri ilə İqtisadi İnteqrasiya və Yaxınlaşma üzrə 2-ci Platformanın doqquzuncu iclası keçirilmiş və iclasda İqtisadiyyat və Sənaye Nazirliyinin və aidiyyəti qurumların nümayəndələrinin iştirakı təmin edilmişdir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təqdim edilmiş Şərq Tərəfdaşlığı Nəqliyyat Nazirlərinin 2-ci görüşünün Birgə Bəyannamə layihəsinə nəqliyyat sahəsində əməkdaşlığı əks etdirən hesabata dair İSN-in rəy və təklifləri Nəqliyyat Nazirliyinə təqdim edilmişdir.

Avropa İttifaqının Hərtərəfli İnstitusional Quruculuq Proqramı çərçivəsində həyata keçiriləcək “Avropa İttifaqı ilə qarşılıqlı iqtisadi və ticarət əlaqələrinin dərinləşməsi istiqamətində görüləcək işlər” adlı İnstitusional islahatlar Planı 1 2013-cü ilin15 mart tarixində Nazirlər Kabineti tərəfindən təsdiq olunaraq aidiyyəti dövlət qurumlarına icra olunması üçün göndərilmişdir.

Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Demokratiya, yaxşı idarəçilik və sabitlik üzrə 1-ci Platformasının nəzdində yaradılmış Dövlət idarəçiliyi islahatları Panelinin 2013-cü ilin18 aprel tarixində keçirilən dördüncü görüşündə İSN tərəfindən iştirak təmin edilmişdir.

Avropa Komissiyası tərəfindən Qonşu Ölkələr Arasında Əməkdaşlıq alətinin büdcəsinin, 2014-2020-ci illər üzrə yeni proqram sənədlərinin, icra qaydalarının, o cümlədən yardımların proqramlaşdırılması üzrə növbəti addımların müzakirə edilməsi məqsədilə 2013-cü ilin12-13 noyabr tarixlərində Yunanıstanın Afina və 14-15 noyabr tarixlərində Kavala şəhərlərində silsilə tədbirlərdə İSN-nin nümayəndələrinin iştirakı təmin edilmişdir.

2013-cü ildə “Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında Müasirləşmə üzrə Strateji Tərəfdaşlıq” sənəd layihəsinə baxılmış və sənədə dair İSN-in rəyi Xarici İşlər Nazirliyinə təqdim edilmiş və həmçinin sənəd aidiyyəti dövlət qurumlarına münasibətin bildirilməsi üçün göndərilmişdir.

2013-cü idəViza Sadələşdirilməsi və Readmissiya Sazişlərinə, o cümlədən Yerdəyişmə üzrə Tərəfdaşlıq barədə Birgə Bəyannaməyə İSN tərəfindən baxılmış, aidiyyəti üzrə rəy və təkliflər XİN-ə ünvanlanmışdır.

2013-cü ilin 11 iyun tarixində Belarusun paytaxtı Minsk şəhərində Avropa İttifaqının Avropa Qonşuluq və Tərəfdaşlıq Alətinin Şərq regionu üzrə “Tullantıların idarə edilməsi” regional layihəsinin İdarəetmə Komitəsinin iclasında İSN-in aidiyyəti nümayəndəsinin iştirakı təmin edilmişdir.

2013-cü ilin 25 aprel tarixində Avropa İttifaqının İNOGATE Proqramı çərçivəsində həyata keçirilən “Xüsusi Ekspert Aləti” layihəsinin icrası ilə əlaqədar müzakirələrin aparılması məqsədilə Proqramın Texniki Katibliyinin ekspertləri ilə

104

Page 105: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

görüş keçirilmişdir və görüşdə İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsinin iştirakı təmin edilmişdir.

2013-cü ilin mart ayında “Azərbaycan Respublikası və Avropa İttifaqı və onun üzv dövlətləri arasında vahid aviasiya məkanına dair Saziş layihəsinə müvafiq qaydada baxılmış və aidiyyəti üzrə rəy və təkliflər Nazirlər Kabinetinə təqdim edilmişdir.

2013-cü ildə Şərq Tərəfdaşlığı çərçivəsində Avropa Komissiyası tərəfindən tərəfdaş ölkələrlə dialoqun aparılması və yaxınlaşma siyasəti modeli əsasında Pilot Regional İnkişaf Proqramının hazırlanması təklif edilmiş və PRİP çərçivəsində müvafiq dövlət orqanları tərəfindən verilən layihə təkliflərinə münasibət bildirilməsi üçün Avropa Komissiyasına təqdim edilmişdir. PRİP çərçivəsində nəzərə alınması üçün Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı Avropa Komissiyasına təqdim edilmiş və qarşı tərəf bu sənədi qəbul etmişdir.

2013-cü il 12 aprel tarixində İqtisadiyyat və Sənaye Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin nəzdində fəaliyyət göstərən Avropa İttifaqının Tvinninq, TAİEX və SİQMA Alətlərinin Proqram İdarəetmə Qurumu və “Tvinninq, TAİEX və SİQMA əməliyyatlarının tətbiqinə dəstək” layihəsi tərəfindən “Tvinninq proqramlaşdırılması-2012” adlı seminar təşkil edilmiş və seminarda aidiyyəti dövlət qurumlarının və İqtisadiyyat və Sənaye Nazirliyininmüvafiq nümayəndələrinin iştirakı təmin edilmişdir.

2013-cü il 4 iyun tarixində Proqram İdarəetmə Qurumu və “Tvinninq, TAİEX və SİQMA əməliyyatlarının tətbiqinə dəstək” layihəsi tərəfindən “Tvinninq layihəsinin idarəetmə dövrü” mövzusuna həsr olunmuş seminar keçirilmiş və seminarda benefisiar qurumların və İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndələrinin iştirakı təmin edilmişdir.

2013-cü ilin sentyabrında Proqram İdarəetmə Qurumu və “Tvinninq, TAİEX və SİQMA əməliyyatlarının tətbiqinə dəstək” layihəsi tərəfindən “Tvinninq layihə təkliflərinin qiymətləndirilməsi və seçim görüşlərində aktiv iştirakın təmin edilməsi” mövzusuna həsr olunmuş seminar keçirilmiş və seminarda benefisiar qurumların və İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndələrinin iştirakı təmin edilmişdir.

2013-cü ilin19-20 sentyabr tarixlərində Brüssel şəhərində “İnstitusional quruculuq günləri”nə həsr olunmuş illik konfrans keçirilmiş və konfransda nazirliyin aidiyyəti nümayəndələrinin iştirakı təmin edilmişdir.

2013-cü ilin oktyabrında Proqram İdarəetmə Qurumu və “Tvinninq, TAİEX və SİQMA əməliyyatlarının tətbiqinə dəstək” layihəsi tərəfindən “Milli və layihə səviyyəsində tvinninq layihələrinin monitorinqi” mövzusuna həsr olunmuş seminar keçirilmiş və seminarda benefisiar qurumların və İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndələrinin iştirakı təmin edilmişdir.

2013-cü ilin 22 noyabr tarixində Proqram İdarəetmə Qurumu və “Tvinninq, TAİEX və SİQMA əməliyyatlarının tətbiqinə dəstək” layihəsi tərəfindən “Layihələrin monitorinqi” mövzusuna həsr olunmuş seminar keçirilmiş və seminarda benefisiar qurumların və İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndələrinin iştirakı təmin edilmişdir.

2013-cü il 17 oktyabr tarixində BTƏ şöbəsi nəzdində fəaliyyət göstərən PİQ və “Tvinninq, TAİEX və SİQMA əməliyyatlarının tətbiqinə dəstək (İTTSO II)”

105

Page 106: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

layihəsinin təşkilati dəstəyi ilə Təhsil Nazirliyində Avropa İttifaqının institusional quruculuq alətləri tvinninq və TAİEX üzrə seminar keçirilmişdir.

2013-cü il 13 dekabr tarixində Avropa İttifaqı tərəfindən maliyyəşdirilən “Azərbaycanda Tvinninq, TAİEX və SİGMA alətlərinin tətbiqi (İTTSO II)” layihəsinin yekun konfransı təşkil edilmiş və tədbirdə aiddiyyəti dövlət qurumları və xarici qonaqların iştirakı təmin edilmişdir.

2013-cü il ərzində Tvinninq layihələrindən 6-sının icrası başa çatmış, 6-sı icradadır, 5 –i layihə sənədlərinin razılaşdırılması üzrə müxtəlif mərhələdədir. 2011-ci il büdcəsi üçün növbəti proqramlaşdırma həyata keçirilib və 4 layihə Aİ Azərbaycan Nümayəndəliyi ilə razılaşdırılmışdır, layihə fişləri hazırlanır. Hazırda, 2012-ci maliyyə ili üzrə tvinninq layihələrinin proqramlaşdırılması aparılır.

Nazirliyin əməkdaşları tərəfindən layihələrin hesabatları izlənilərək onların monitorinqi mütəmadi olaraq aparılmış və bununla əlaqədar Tvinninq layihələri çərçivəsində hər 3 aydan bir təşkil olunan İdarəetmə Komitələrinin iclaslarında iştirak olunmuşdur.

2013-cü ildə 50 TAİEX müraciəti edilmişdir. Bu müraciətlərdən 16-sı Azərbaycanda seminarın keçirilməsi, 20-si ekspert missiyası, 14-ü isə təlim səfəridir. Müraciətlərdən 1-i İqtisadiyyat və Sənaye Nazirliyi, 4-ü Dövlət Statistika Komitəsi, 4-ü Mərkəzi Bank, 4-ü Kənd Təsərrüfatı Nazirliyi, 6-sı Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi, 1-i Fövqəladə Hallar Nazirliyi, 1-i Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 1-i Əmlak Məsələləri Dövlət Komitəsi, 1-i Maliyyə Nazirliyi, 5-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 3-ü Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, 1-i Təhsil Nazirliyi, 4-ü Dövlət Miqrasiya Xidməti, 4-ü Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, 2-si Baş Prokurorluq, 2-si Vergilər Nazirliyi, 2-si Dövlət Gömrük Komitəsi, 1-i Milli Elmlər Akademiyası, 1-i Ədliyyə Nazirliyi, 1-i Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, 1-i Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən edilmişdir.

SİGMA layihəsi çərçivəsində ekspertlər qrupu ölkəmizə 2013-cü il 18-22 fevral tarixlərində və 2013-cü il 16-20 aprel tarixlərində səfər etmişdirlər. Səfər çərçivəsində potensial tərəfdaş dövlət qurumları ilə görüşlər keçirilmiş dövlət idarəçiliyində və risklərin qiymətləndirilməsi sahəsində layihələrin təqdimatları keçirilmişdir.

2013-cü ilin12 sentyabr tarixində Proqram İdarəetmə Qurumu və “Tvinninq, TAİEX və SİQMA əməliyyatlarının tətbiqinə dəstək” layihəsi tərəfindən Aİ-nin TAİEX alətinə həsr olunmuş konfrans keçirilmiş və konfransda İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndələrinin.

2013-cü il 2-3 dekabr tarixlərində Fransanın paytaxtı Paris şəhərində keçirilmiş Avropa İttifaqının Dövlət İdarəçiliyinin və İdarəetmənin Təkmilləşdirilməsinə Dəstək (SİGMA) aləti üzrə 4-cü Əlaqələndirici Seminarda İqtisadiyyat və Sənaye Nazirliyi və benefisiar qurumlar tərəfindən iştirak təmin edilmişdir.

2013-cü il 2-3 may tarixlərində Azərbaycanda səfərdə olan Avropa Komissiyasının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə Komissarı Ştefan Füle ilə iqtisadi inkişaf nazirinin 3 may tarixində görüşü keçirilmişdir.

2013-cü il 16 may tarixində iqtisadi inkişaf nazirinin Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri, Səfir Roland Kobia ilə görüşü təşkil edilmişdir.

106

Page 107: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

2013-cü il 17 may tarixində iqtisadi və inkişaf nazirinin müavini ilə Avropa Parlamentinin Slovakiyalı üzvü Boris Zalanın görüşü təşkil edilmişdir.

2013-cü ildə Avropa İttifaqı və Azərbaycan arasında Ticarət, iqtisadi və əlaqədar hüquqi məsələlər üzrə Alt-komitənin 11-ci iclasının Protokoluna dair müvafiq dövlət qurumlarının rəy və təkliflərin təqdim edilməsi ilə bağlı aidiyyəti tədbirlər həyata keçirilmişdir.

Avropa İttifaqı və Azərbaycan arasında Ticarət, iqtisadi və əlaqədar hüquqi məsələlər üzrə Alt-komitənin 12-ci iclasında müvafiq dövlət qurumlarının iştirakının təmin edilməsi ilə bağlı aidiyyəti tədbirlər görülmüş və 2013-cü ilin 30-31 may tarixlərində Bakı şəhərində Avropa Komissiyasının və aidiyyəti dövlət qurumları nümayəndələrinin iştirakı ilə komitənin 12-ci iclası keçirilmiş, tədbirlə bağlı bütün təşkilati məsələlər həyata keçirilmiş və İSN-nin nümayəndələrinin iştirakı təmin edilmişdir.

2013-cü ilin 24 avqust tarixində Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının 4-cü iclası keçirilmiş və iclasda Nazirliyin və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı təmin edilmişdir.

Avropa Komissiyasının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə Komissarı Ştefan Fülenin dəvəti ilə iqtisadiyyat və sənaye nazirinin 2013-cü il 28-30 avqust tarixlərində Brüsselə səfəri əlaqələndirilmiş və təşkil edilmişdir.

2013-cü il 11 sentyabr tarixində Bakı şəhərində keçirilmiş 1-ci Avropa-Azərbaycan İnvestisiya Konfransında İqtisadi İnkişaf Nazirliyi tərəfindən aidiyyəti üzrə iştirak təmin edilmişdir.

Avropa İttifaqı ilə Azərbaycan arasında Əməkdaşlıq Komitəsinin 2013-cü il 1 oktyabr tarixində Bakı şəhərində təşkil edilmiş 14-cü iclası əlaqələndirilmiş və iclasda aidiyyəti iştirak təmin edilmişdir.

Avropa İttifaqı ilə Azərbaycan arasında Avropa Qonşuluq Siyasəti çərçivəsində qəbul edilmiş Fəaliyyət Planı aidiyyəti qurumlara təqdim edilmiş, həmçinin Fəaliyyət Planının 2013-cü il üzrə icrası üzrə aidiyyəti məlumat 2013-cü ilin oktyabr ayında İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən XİN-ə təqdim edilmişdir.

2013-cü idəAvropa Komissiyasının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə Komissarı Ştefan Fülenin iqtisadi inkişaf nazirinə ünvanlanmış Brüsselə dəvət məktubu əlaqələndirilmiş və cənab Füleyə cavab məktubu ünvanlanmışdır.

Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının üzvlərinin təyin olunması ilə bağlı aidiyyəti tədbirlər həyata keçirilmiş və yeni üzvlət təyin edilmişdir.

Azərbaycan Respublikası qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması üzrə Tədbirlər Planı”nın (2010-2012) icrası ilə bağlı aidiyyəti dövlət orqanlarına sorğu edilmiş və daxil olmuş məlumatlar əsasında Tədbirlər Planının 2013-cü idəicrasına dair hesabat hazırlanmışdır. 2013-cü ilin24 avqust tarixində Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının növbəti iclasında sözügedən Tədbirlər Planının icra müddəti uzadılaraq, Azərbaycan Respublikası qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması üzrə Tədbirlər Planı” (2013-2014) təsdiq edilmişdir.

2013-cü ilin 21-23 oktyabr tarixlərində Belçika Krallığının Brüj şəhərində “Qanunvericiliyin uyğunlaşdırılması” mövzusuna həsr olunmuş seminar keçirilmişdir.

107

Page 108: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Seminarda İqtisadiyyat və Sənaye Nazirliyinin aidiyyəti nümayəndələrinin iştirakı təmin edilmişdir.

Azərbaycan Respublikası qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliynə uyğunlaşdırılması üzrə Tədbirlər Planı”nın icrasının cari vəziyyətinə dair məlumatın verilməsi barədə vətəndaş müraciətinə baxılmış və aidiyyəti vətəndaşla 2013-cü il 25 oktyabr tarixində İqtisadiyyat və Sənaye Nazirliyində görüş keçirilərək müvafiq məlumatlar təqdim edilmişdir.

2013-cü ildə Avropa İttifaqı tərəfindən maliyyələşdiriləcək “Azərbaycanda institusional quruculuğa dəstək” layihəsinin Texniki Tapşırığına baxılmış və yekun rəy Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinə təqdim edilmişdir.

28-29 avqust 2013-cü il tarixlərində İSN-nin rəhbərliyi ilə nümayəndə heyətinin Avropa Qonşuluq və Tərəfdaşlıq Alətinin 2012-ci il üzrə Azərbaycan üçün Fəaliyyət Proqramının Maliyyələşdirmə Sazişinin və Avropa İnvestisiya Bankının Çərçivə Sazişinin imzalanması məqsədilə Belçika Krallığının paytaxtı Brüssel şəhərinə səfəri təşkil edilmişdir.

Avropa İnkişaf və Əməkdaşlıq üzrə Baş Katibliyi və Avropa Xarici Fəaliyyət Xidməti tərəfindən 24 aprel 2013-cü il tarixində Belçika Krallığının Antverpen şəhərində təşkil edilmiş 2014-2020–ci illər üçün Avropa İttifaqının Sərhədlərarası Əməkdaşlıq Proqramının tənzimləyici çərçivəsi üzrə əldə edilmiş irəliləyişlərin müzakirəsinə həsr olunmuş iclasda İqtisadiyyat və Sənaye Nazirliyinin aidiyyəti nümayəndəsinin iştirakı təmin edilmişdir.

2013-cü il 20 iyun tarixində Rumıniya Respublikasının Konstanta şəhərində təşkil edilmiş Avropa İttifaqının “Qara Dəniz Hövzəsində Əməkdaşlıq Proqramı” çərçivəsində 2014-2020-ci illərdə maliyyələşdirilməsi nəzərdə tutulan sahələrin proqramlaşdırılması məqsədilə yaradılan Birgə Proqramlaşdırma Komitəsinin ikinci iclasında İqtisadiyyat və Sənaye Nazirliyinin aidiyyəti nümayəndələrinin iştirakı təmin edilmişdir.

2013-cü il 28 aprel tarixində Rumıniyada Sərhədlərarası Əməkdaşlıq layihəsi çərçivəsində (CBC-Cross Border Cooperation) tərəfdaş ölkələrin məlumatlandırıcı seminarı keçirilmiş və Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin aidiyyəti əməkdaşı iştirak etmişdir.

Qonşu ölkələr arasında əməkdaşlıq Proqramı çərçivəsində Ərazi Əməkdaşlığı üzrə Azərbaycan-Gürcüstan ikitərəfli layihələrin həyata keçirilməsi məqsədilə 2013-cü ilin19-20 dekabr tarixlərində Gürcüstanın Telavi şəhərində regional konfrans təşkil edilmişdir. İSN tərəfindən geniş tərkibli iştirak təmin edilmişdir.

Qonşu ölkələr arasında əməkdaşlıq Proqramına Dəstək Texnik Yardım layihəsinin nümayəndələri 2013-cü ilin28 noyabr tarixində ölkəmizdə səfərdə olmuş və BTƏ şöbəsinin aidiyyəti nümayəndələri ilə görüş təşkil edilmişdir.

Beynəlxalq maliyyə institutları ilə əməkdaşlıqDövlət zəmanəti ilə alınmış kreditlər hesabına maliyyələşdirilən layihələrin icra

vəziyyəti ilə bağlı məlumatların əldə olunması məqsədilə 6 oktyabr 2009-cu il tarixli 263s nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Dövlət zəmanəti ilə alınmış kreditlər hesabına həyata keçirilən layihələrə dair xüsusi hesabat forması” na əsasən 2013-cü il ərzində icrada olan layihələrin cari vəziyyəti ilə bağlı aidiyyəti dövlət qurumlarının verdiyi məlumatlar təhlil edilərək müvafiq hesabat bazası hazırlanmışdır.

108

Page 109: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Yaponiyanın “Tokyo Electric Power Services Co. Ltd” (TEPSCO) şirkətinin nümyəndələri ilə 2013-cü ilin21 yanvar tarixində Nazirlikdə görüş təşkil edilmiş, görüş zamanı TEPSCO şirkəti tərəfindən hazırlanmaqda olan Azərbaycanın enerji sektoru ilə bağlı hesabatın daha dolğun olması üçün lazımi makroiqtisadi proqnoz məlumatlar qarşı tərəfə təqdim edilmiş və ölkəmizlə şirkət arasında gələcək əməkdaşlığın perspektivləri ətrafında müzakirələr aparılmışdır.

Dünya Bankının və Azərbaycan Respublikası Hökumətinin birgə maliyyə vəsaiti hesabına həyata keçirilən “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri” layihəsi çərçivəsində mövcud olan Böyük Bakının Regional İnkişaf Planı komponenti ilə bağlı 20-26 yanvar 2013-cü il tarixlərində Bakıda səfərdə olmuş Dünya Bankının missiyasının nəticələri barədə təqdim olunmuş Yaddaş Qeydinə baxılmış və Nazirliyin münasibəti Nazirlər Kabinetinə bildirilmişdir.

İslam İnkişaf Bankının maliyyəsi hesabına həyata keçirilməsi nəzərdə tutulan “Naxçıvan MR-da İrriqasiya və Drenaj Sistemlərinin İnkişafı” layihəsi ilə bağlı 10-16 fevral 2013-cü il tarixlərində Azərbaycanda səfərdə olmuş Bankın missiyası ilə keçirilmiş görüşlər nəticəsində hazırlanmış Danışıqlar Protokoluna baxılmış və müvafiq münasibət Nazirlər Kabinetinə bildirilmişdir.

Dünya Bankının ekspertlərinin 15 fevral 2013-cü il tarixində Bakıya səfəri zamanı keçirilmiş görüşdə Birgə İqtisadi Tədqiqatlar Proqramı çərçivəsində ödənişli məsləhət xidmətlərinin həyata keçirilməsi qaydaları müzakirə olunmuşdur.

İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankının (ECOBANK) Nizamnaməsinin Azərbaycan Hökuməti tərəfindən təsdiqi istiqamətində müvafiq prosedurlar yerinə yetirilmiş və sözügedən Nizamnamə 15 fevral 2013-cü ildə Azərbaycan Respublikasının 557-IVQ nömrəli Qanunu ilə təsdiq edilmişdir.

2013-cü ilin 26 fevral tarixində Dünya Bankının Cənubi Qafqaz üzrə Regional Direktoru cənab Henri Keralinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə iqtisadi inkişaf naziri cənab Şahin Mustafayev arasında müvafiq görüş təşkil edilmişdir.

6-7 mart 2013-cü il tarixlərində İslam İnkişaf Bankının vitse-prezidenti cənab Birama Boubacar Sidibenin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində aidiyyəti dövlət qurumları o cümlədən Nazirlikdə görüşlər keçirilmişdir.

Asiya İnkişaf Bankının vitse-prezidenti cənab Siao Jaonun 18-19 mart 2013-cü il tarixlərində Bakıya səfəri çərçivəsində 19 mart 2013-cü il tarixində iqtisadi inkişaf naziri ilə müvafiq görüş keçirilmişdir.

2013-cü il 25-27 mart tarixlərində Malayziya Respublikasının paytaxtı Kuala-Lumpur şəhərində “Ticarət və inkişaf” mövzusunda keçirilmiş seminarda iştirak təmin edilmişdir.

Dövlət Xərclərinin İcmalı ilə bağlı Dünya Bankının Qiymətləndirmə missiyası ilə kənd təsərrüfatı, səhiyyə və fiskal siyasət istiqamətləri üzrə 4 aprel 2013-cü il tarixində İqtisadi İnkişaf Nazirliyində aidiyyəti şöbələrin nümayəndələrinin iştirakı keçirilmiş görüşdə missiya ilə sözügedən istiqamətlər üzrə müvafiq müzakirələr aparılmışdır.

2013-cü ilin 7-10 aprel tarixlərində Avropa Yenidənqurma və İnkişaf Bankının Direktorlar Şurasının Azərbaycana səfəri təşkil olunmuşdur.

Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Departamentinin Nəqliyyat Şöbəsinin Direktoru xanım Xiaohong Yangın rəhbərlik etdiyi missiya ilə 17 aprel

109

Page 110: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

2013-cü il tarixində keçirilmiş görüşdə Bankın ölkəmizdə dəmir yolu layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə olunmuşdur.

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) 2013-cü ilin 10-11 may tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilmiş Müdirlər Şurasının 22-ci İllik Toplantısında Azərbaycan nümayəndə heyətinin iştirakı təmin edilmişdir. Toplantı çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə AYİB-in Türkiyə, Şərqi Avropa, Qafqaz və Orta Asiya üzrə İcraçı Direktoru cənab Olivye Dekam və AYİB-də iqtisadçılar Franklin Stivs və Aleks Pivovarskiy, Bankın Nəqliyyat Qrupunun və Özəl Sektor Qrupunun direktorları, o cümlədən Bankın Bələdiyyə və Ətraf-Mühit İnfrastruktur departamentlərinin nümayəndələri arasında görüşlər keçirilmişdir. Eyni zamanda, Azərbaycan nümayəndə heyəti Asiya İnkişaf Bankının vitse prezidenti, İslam İnkişaf Bankının regional direktoru cənab Hişam Maroof və Mitsubişi Bankının Avropa üzrə direktoru ilə görüşmüşdür.

ECOBANK-ın Müdirlər Şurasında Azərbaycan Respublikasından Müdir və Ehtiyat Müdirin təyin edilməsi, Mərkəzi Bankın ECOBANK-ın avuarlarının depozitorunun müəyyən edilməsi, üzvlüklə bağlı vəsaitin köçürülməsi məqsədilə Fərman layihəsi hazırlanmış və 10 may 2013-cü il tarixli məktubla Nazirlər Kabinetinə təqdim edilmişdir.

Avropa Yenidənqurma və İnkişaf Bankının Müdirlər Şurası tərəfindən hazırlanmış İordaniyanın, Marokkonun və Tunisin kredit alan ölkə statusu haqqında üç Qətnamə layihələrinə dair səsvermə formu müvafiq qaydada rəhbərlik tərəfindən imzalanmış və elektron poçt vasitəsilə Banka göndərilmişdir.

15-17 may 2013-cü il tarixlərində Polşanın Varşava şəhərində Dünya Bankı tərəfindən Avropa və Mərkəzi Asiya Regionunda İqtisadi İnkişaf və Yaşıl Artımın İqtisadiyyatı mövzusunda keçirilmiş Konfransda nümayəndənin iştirakı təmin edilmişdir.

İslam İnkişaf Bankının 2013-cü ilin 21-22 may tarixində Tacikistanın Düşənbə şəhərində keçirilmiş Müdirlər Şurasının 38-ci İllik Toplantısında Azərbaycan nümayəndə heyətinin iştirakı təmin edilmişdir.

Almaniyanın KfV İnkişaf Bankının Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə direktoru xanım Eva Vittin 2013-cü ilin2-6 iyun tarixlərində Azərbaycana səfəri çərçivəsində Nazirlikdə görüş keçirilmişdir.

Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JİCA) tərəfindən ölkəmizdə maliyyələşdirilən layihələrin monitorinqinin aparılması və gələcək əməkdaşlığın genişləndirilməsi məqsədilə 12 iyun 2013-cü il tarixində Bakıda səfərdə olan JİCA-nın missiyası ilə İqtisadi İnkişaf Nazirliyində müvafiq görüş keçirilmişdir.

2013-cü ilin 13 iyun tarixində Dünya Bankının Cənubi Qafqaz üzrə Regional Direktoru cənab Henri Keralinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə iqtisadi inkişaf naziri cənab Şahin Mustafayev arasında nəzərdə tutulan görüş keçirilmişdir.

14 iyun 2013-cü ilin tarixində Bakı Biznes Mərkəzində İslam İnkişaf Bankının kredit qaydaları və şərtlərinə dair aidiyyəti dövlət rəsmiləri uçum seminarın keçirilməsi Nazirlik tərəfindən təşkil olunmuşdur.

2013-cü il 14-16 iyul tarixlərində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti cənab Suma Çakrabartinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana ilk rəsmi səfəri təşkil edilmişdir.

110

Page 111: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Societe Generale Bankı ilə ölkəmizin potensial əməkdaşlığı istiqamətində müzakirələrin aparılması məqsədilə Societe Generalenin missiyası ilə İqtisadi İnkişaf Nazirliyində 18 iyul 2013-cü il tarixində müvafiq görüş keçirilmişdir.

“Azərbaycan Respublikasını təmsil edən Azərbaycan Respublikası Hökuməti ilə Avropa İnvestisiya Bankı arasında AİB-in Azərbaycandakı fəaliyyətini tənzimləyən Çərçivə Sazişi”nin imzalanması istiqamətində müvafiq tədbirlər görülmüş və sözügedən Çərçivə Sazişi 29 avqust 2013-cü ildə Belçikanın Brüssel şəhərində imzalanmışdır. Çərçivə Sazişi Azərbaycan Respublikasının 22 oktyabr 2013-cü il tarixli 761-IVQ nömrəli Qanunu ilə təsdiq edilmişdir. Çərçivə Sazişinin qüvvəyə minməsi üçün tələb olunan Hüquqi rəy müvafiq qaydada imzalanması məqsədilə 28 noyabr 2013-cü il tarixli məktubla Ədliyyə Nazirliyinə təqdim edilmişdir və sənədin yaxın zamanda imzalanaraq Banka göndərilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikası Hökuməti ilə Almaniya Federativ Respublikası Hökuməti arasında “2008-2012-ci illər üzrə maliyyə əməkdaşlığına dair Hökumətlərarası Saziş” layihəsi sənədinə baxılmış və nazirliyin mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir.

Beynəlxalq maliyyə institutlarının kredit vəsaitləri hesabına icra olunan layihələrin həyata keçirilməsi zamanı ləngimələrə yol verilməməsi məqsədilə layihələr çərçivəsində nəzərdə tutulan iş və xidmətlərin ehtimal olunan dəyərlərinin beynəlxalq standartlara uyğun hesablanması, Məsləhətçi Mühəndislərin Beynəlxalq Federasiyasının standartlarına uyğun düsturların tətbiqi və bu məsələnin hüquqi və texniki tərəfləri ilə bağlı ölkədaxili qanunvericiliyin beynəlxalq təcrübəyə uyğunlaşdırılması, eləcə də bu istiqamətdə fəaliyyət göstərən müstəqil məsləhətçinin cəlb olunması, o cümlədən aidiyyəti qurumların nümayəndələrindən ibarət birgə İşçi Qrupun yaradılması və Qrup tərəfindən müvafiq təkliflərin hazırlanaraq təqdim olunması ilə bağlı Nazirlər Kabinetinin tapşırığına əsasən müvafiq tədbirlər görülmüşdür.

Beynəlxalq maliyyə institutları tərəfindən ölkəmizdə icra olunan və gələcəkdə icra olunacaq layihələr üzrə baş verə biləcək risklərin qiymətləndirilməsi ilə bağlı İİN-in təklifləri Nazirlər Kabinetinə bildirilmişdir.

İslam İnkişaf Bankının 5-ci Səhm Kapitalının artırılmasında Azərbaycanın iştirakı məsələsi ilə əlaqadar müvafiq dövlətdaxili prosedurlar yerinə yetirilmişdir.

İslam İnkişaf Bankının artırılmış 4-cü Səhm Kapitalının 50%-nin 2016-cı ildən başlayaraq çağrılması haqqında Bankın məktubu müvafiq qaydada Maliyyə Nazirliyinə təqdim edilmişdir.

İslam İnkişaf Bankı tərəfindən elan edilmiş doktorantura və doktoranturadan sonrakı mərhələ üzrə təhsil almaq istəyənlər üçün Təqaüd Proqramı ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyası, Rabitə və İnformasiya Texnologiyaları, Səhiyyə, Təhsil, Kənd Təsərrüfatı, Energetika nazirliklərinə namizədlərin təqdim edilməsi barədə müvafiq məktublar göndərilmişdir.

İslam İnkişaf Bankı tərəfindən elan edilən İslam bankçılığı, texnologiyalar sahəsində mükafatlandırma ilə əlaqədar namizədlərin birbaşa Banka təqdim edilməsi ilə bağlı Milli Elmlər Akademiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət edilmişdir.

111

Page 112: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

İslam İnkişaf Bankı Qrupuna daxil olan Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasına Azərbaycanın üzvlüyü istiqamətində müvafiq dövlətdaxili prosedurlar yerinə yetirilmiş və 2013-cü ilin 23 mayında Korporasiyanın Baş Assambleyasında Azərbaycan üzvlüyə qəbul edilmişdir. Təsis Sazişinin təsdiq edilməsi məqsədi ilə 12 avqust 2013-cü il tarixli məktubla Nazirlər Kabinetinə müraciət edilmişdir və sənədin müvafiq dövlətdaxili prosedurlara uyğun təsdiq edilməsi gözlənilir.

“Tullantıların ekoloji baxımdan təmiz idarə olunması proqramı” üzrə 2013-cü ilin11-17 may tarixlərində ölkəmizdə səfərdə olmuş KfV Bankının Qiymətləndirmə Missiyası tərəfindən hazırlanmış Yaddaş Qeydinə baxılmış və müvafiq rəy bildirilmişdir.

Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən hazırlanmış 2014-2017-ci illər üzrə Azərbaycana dair Ölkə tərəfdaşlıq Strategiyasına aidiyyəti dövlət qurumlarından rəylərin təqdim olunması ilə bağlı Nazirlər Kabinetinə müraciət olunmuş və yığılmış rəylər əsasında sənədin yenilənmiş variantı Banka təqdim olunmuşdur.

Dünya Bankının Azərbaycan Respublikası ilə 2011-2014-cü illər üzrə Ölkə Tərəfdaşlıq Strategiyasının Aralıq Hesabatına baxılmış və aidiyyəti üzrə münasibət bildirilmişdir.

Dünya Bankı ilə mövcud əməkdaşlığın genişləndirilməsi məqsədilə ölkəmizdə yeni yaradılmış texnologiya və sənaye parklarının fəaliyyətinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması eləcə də regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramının hazırlanmasında birgə əməkdaşlığın aparılması haqqında təkliflər Dünya Bankına ünvanlanmışdır.

Dünya Bankı və Azərbaycan Respublikası Hökumətinin birgə maliyyə vəsaiti hesabına icra olunması təklif olunan “Magistral Yol 4” layihəsinin əhatə edəcəyi regionlar üzrə (Şirvan, Səlyan, Neftçala) müvafiq iqtisadi, statistik və digər zəruri məlumatların ümumiləşdirilərək Dünya Bankına təqdim edilməsi haqqında Nazirlər Kabinetinin tapşırığına əsasən müvafiq məlumatlar Nəqliyyat Nazirliyinə göndərilmişdir.

Dünya Bankı və Azərbaycan Respublikası Hökumətinin birgə maliyyə vəsaiti hesabına icra olunan “Ədliyyə Sisteminin Müasirləşdirilməsi üzrə Əlavə Maliyyələşdirmə” layihəsi ilə bağlı təqdim olunmuş sənədlərə münasibət bildirilmiş və Nazirlər Kabinetinin tapşırığına uyğun olaraq layihə üzrə keçiriləcək danışıqlarda Nazirlik tərəfindən iştirak edəcək nümayəndələr barədə məlumatlar Ədliyyə Nazirliyinə bildirilmişdir.

Dünya Bankı və Azərbaycan Respublikası Hökumətinin birgə maliyyə vəsaiti hesabına icra olunan “Azərbaycan Kənd İnvestisiyaları” layihəsi üzrə müəyyən olunmuş idarəçilik xüsusiyyətlərinə Nazirlər Kabinetinin tapşırığına uyğun olaraq münasibət bildirilmişdir.

Dünya Bankı və Azərbaycan Respublikası Hökumətinin birgə maliyyə vəsaiti hesabına icrası nəzərdə tutulan “Kənd Təsərrüfatının Rəqabətliliyinin Gücləndirilməsi” layihəsi ilə bağlı hazırlanmış Layihə Qiymətləndirmə Sənədinə dair aidiyyəti rəy və təkliflər eləcə də layihə üzrə keçiriləcək danışıqlarda Nazirlik tərəfindən iştirak edəcək nümayəndə barədə məlumat Nazirlər Kabinetinə bildirilmişdir.

112

Page 113: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Dünya Bankı və Azərbaycan Respublikası Hökumətinin birgə maliyyə vəsaiti hesabına icra olunan “Səhiyyə sektorunda islahatlar II” layihəsinin icra müddətinin 31 dekabr 2013-cü il tarixinə kimi uzadılması və layihəyə əlavə maliyyə vəsaitlərinin cəlb edilməsi məsələsinə baxılmış və müvafiq rəy Nazirlər Kabinetinə bildirilmişdir.

Dünya Bankının və Azərbaycan Respublikası Hökumətinin birgə maliyyə vəsaiti hesabına həyata keçirilən “Magistral Avtomobil Yolu II – Əlavə Maliyyələşdirmə I” layihəsi üzrə Kredit Sazişinin icra müddətinin uzadılması və M3 Ələt-Masallı avtomobil yolunun Şorsulu – Masallı hissəsinin layihə çərçivəsindən çıxarılması məsələsinə aidiyyəti üzrə münasibət bildirilmişdir.

Dünya Bankının və Azərbaycan Respublikası Hökumətinin birgə maliyyə vəsaiti hesabına icra olunan “Sudan İstifadə Edənlər Birliklərinin İnkişafına Dəstək” layihəsi üzrə əlavə maliyyə vəsaitinin cəlb olunması məsələsinə Dünya Bankının və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin birgə iştirakı ilə baxılmasına dair Nazirlər Kabinetinin tapşırığına əsasən keçirilmiş görüş barədə müvafiq məlumat Nazirlər Kabinetinə təqdim edilmişdir.

“Dəmir yolu ticarətinin və nəqliyyatının dəstəklənməsi” layihəsi çərçivəsində lokomotivlərin alınması ilə bağlı Almaniyanın KfV İnkişaf Bankının və Frasnanın Societe Generale Bankının maliyyə təkliflərinə baxılmışdır və məsələyə dair münasibət Nazirlər Kabinetinə bildirilmişdir.

Dünya Bankının “Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi” layihəsi üzrə 28 oktyabr - 1 noyabr 2013-cü il tarixlərində Azərbaycanda səfərdə olmuş missiyasının Yaddaş Qeydinə baxılmış və aidiyyəti rəy və təkliflər Nazirlər Kabinetinə bildirilmişdir.

“Dünya Bankı tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulan “Ali Təhsil İslahatı” layihəsi üzrə təqdim olunmuş layihə sənədinə baxılmış və Nazirliyin rəyi Təhsil Nazirliyinə bildirilmişdir.

Dünya Bankı tərəfindən maliyyələşdirilən “Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi” layihəsi çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetində və Azərbaycan Memarlıq və İnşaat Universitetində yaradılmış təlim mərkəzlərinin fəaliyyətlərinin davam etdirilməsi ilə bağlı təqdim olunmuş təkliflərə baxılmış və aidiyyəti üzrə rəy təqdim olunmuşdur.

Azərbaycan Respublikası Hökuməti və Dünya Bankının birgə maliyyə vəsaiti hesabına icra olunan “Magistral Yol II” və “Magistral Yol III” layihələri çərçivəsində restrukturizasiya işlərinin həyata keçirilməsi və vəsaitlərin yenidən bölüşdürülməsi məsələsinə baxılmışdır.

“Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun (R-19) Gəncə-Toğana-Murov hissəsinin (56 km) bərpası” və “Gəncə-Yenikənd-Qıpçaq (150 km) avtomobil yolunun tikintisi layihələri üzrə Texniki-İqtisadi Əsaslandırma (TİƏ) sənədlərinin hazırlanması üçün maliyyə vəsaitlərinin cəlb olunması məsələsinə baxılmış və məsələyə dair rəy və təkliflər Nazirlər Kabinetinə bildirilmişdir.

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Dünya Bankının əməkdaşlığı çərçivəsində müvafiq layihənin həyata keçirilməsi məsələsinə baxılmış və Nazirliyin müvafiq rəy və təklifləri Nazirlər Kabinetinə bildirilmişdir.

113

Page 114: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun (İFAD) və Azərbaycan Respublikası Hökumətinin birgə maliyyə vəsaiti hesabına həyata keçirilmiş “Şimal-Şərq Kənd İnkişaf” layihəsi ilə bağlı İFAD-ın ekspertləri tərəfindən hazırlanmış qiymətləndirmə hesabatına dair rəy və təkliflər Nazirlər Kabinetinə təqdim edilmişdir.

Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun “Kompensasiya olunan texniki yardım proqramını yaradan alət” sənədinə baxılmış və aidiyyəti rəy və təkliflər Nazirlər Kabinetinə bildirilmişdir.

Dövlət Sərhəd Xidmətinin yeni tədris korpusunun tikintisi ilə bağlı Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən maliyyə dəstəyinin göstərilməsi məsələsinə münasibət bildirilmişdir.

Saatlı-Əhmədbəyli-Heydərabad, Qara Nuru-Əliabad, Fətəlikənd-Azadkənd və Sarıcalar-Əbilkənd rayon avtomobil yollarının yenidənqurulması layihəsinin həyata keçirilməsi məsələsinə münasibət bildirilmişdir.

Asiya İnkişaf Bankının "Yol Şəbəkəsinin İnkişafı: İkinci İnvestisiya Proqramı"çərçivəsində Ələt - Astara - İran İslam Respublikası ilə Dövlət sərhədi avtomobil yolunun Masallı – Şorsulu hissəsində 30 km uzunluğu olan Masallı-Cəlilabad yeni avtomobil yolunun tikintisi layihəsinə dair Kredit Sazişinə baxılmış və münasibət bildirilmişdir.

İslam İnkişaf Bankı və Azərbaycan Respublikası Hökumətinin birgə maliyyə vəsaiti hesabına icra olunan “Mingəçevir Su Elektrik Stansiyasının yenidən qurulması” layihəsi üzrə stansiyanın vaxtında istismara verilməsi məqsədilə maliyyələşdirmə təkliflərinə baxılmış və məsələ ilə bağlı Nazirliyin mövqeyi Nazirlər Kabinetinə bildirilmişdir.

Beynəlxalq İnkişaf üzrə OPEK Fondu tərəfindən “Bank Respublika” ASC-yə kredit xəttinin ayrılması istiqamətində müvafiq dövlətdaxili prosedurlar yerinə yetirilmişdir.

Beynəlxalq Valyuta Fondunun qızıl ehtiyatlarının satışından əldə olunmuş vəsaitlərin yenidən bölüşdürülməsi nəticəsində Azərbaycan Respublikasının payına düşən hissəsinin ödənilməsi ilə bağlı öhdəliyin Azərbaycan Respublikasına verilməsi şərti ilə Yoxsulluğun Azaldılması və Artım üzrə Etimad Fonduna köçürülməsi məsələsinə baxılmış və Nazirliyin mövqeyi Nazirlər Kabinetinə bildirlmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən Qara Dəniz Ticarət və İnkişaf Bankının Müdirlər Şurasının 15-ci İllik Toplantısının Bakı şəhərində keçirilməsi məqsədilə yaradılacaq İşçi Qrupunda Nazirliyi təmsil edəcək nümayəndələr barədə Maliyyə Nazirliyinə məlumat verilmişdir.

Qara Dəniz Ticarət və İnkişaf Bankının 2012-ci il üzrə İllik Hesabatının layihəsinə baxılmış və Nazirliyin rəyi Maliyyə Nazirliyinə bildirilmişdir.

"Azərbaycanda Regional İnkişafa Dəstək" layihəsi çərçivəsində Azərbaycan Hökuməti tərəfindən təklif edilən dəhlizin (Bakı-Lahıc-İsmayıllı-Qəbələ-Şəki-Qax) tədqiqatı üzrə Dünya Bankı Qrupunun Yaddaş Qeydinə dair Nazirliyinin rəyi Nazirlər Kabinetinə bildirilmişdir.

Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən “Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax hissəsinin yenidən qurulması” layihəsinin icra müddətinin uzadılmasına dair Nazirliyin rəyi Nazirlər Kabinetinə bildirlmişdir.

114

Page 115: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Beynəlxalq Valyuta Fondunda kvotaların artırılması və İcraiyyə Şurasında islahatlarla bağlı Fondun Rəhbərlər Şurasının qəbul etdiyi Qətnaməyə dair rəy Nazirlər Kabinetinə bildirilmişdir.

“Beynəlxalq maliyyə-kredit və ictimai-siyasi təşkilatlara üzvlüklə bağlı xərclər üzrə 2013-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin bölgüsü” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 yanvar 2013-cü il tarixli 7s nömrəli Sərəncamına əsasən ECOBANK-a üzvlük haqqı ilə bağlı ilkin ödənişin həyata keçirilməsinə dair məktub Maliyyə Nazirliyinə ünvanlanmışdır.

Azərbaycan Respublikası Hökuməti və Dünya Bankının birgə maliyyə vəsaiti hesabına icra olunan “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri - 2” layihəsi çərçivəsində istehsalat bazalarının və inzibati binaların tikintisi, maşın-mexanizmlərin alınması məqsədilə əlavə vəsaitin ayrılması ilə Nazirliyin rəyi Nazirlər Kabinetinə bildirilmişdir.

Dünya Bankının və Azərbaycan Respublikası Hökumətinin birgə maliyyə vəsaiti hesabına həyata keçirilən “Böyük Bakının Regional İnkişaf Planı” layihəsinin ərazisi üzrə nəzərdə tutulan investisiya proqramları, həyata keçirilən layihələr və özəl sektorun maraq istiqamətləri barədə məlumatlar Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müraciəti əsasında Komitəyə təqdim olunmuşdur.

Dünya Bankının və Azərbaycan Respublikası Hökumətinin birgə maliyyə vəsaiti hesabına icra olunması planlaşdırılan “Ədliyyə Xidmətlərinin və İnfrastrukturunun Müasirləşdirilməsi” layihəsinin həyata keçirilməsi məsələsinə Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən münasibət bildirilmişdir.

Respublikada yeni yaradılmış texnoloji və sənaye parklarının qiymətləndirilməsi və qabaqcıl beynəlxalq təcrübə ilə uzlaşdırılması məqsədilə Azərbaycanda səfərdə olmuş Dünya Bankının missiyasının nəticələri barədə Yaddaş Qeydinə baxılmış və məsələyə dair mövqe Nazirlər Kabinetinə bildirilmişdir.

“Balaxanıda neftlə çirklənmiş ərazilərin təmizlənməsi” və “Azərbaycan Respublikasında radioaktiv çirklənməyə məruz qalmış ərazilərin xəritələndirilməsi” layihələrinin daxil olduğu “Çirklənmiş ərazilərin ekoloji bərpası” proqramı üzrə Almaniyanın KfV İnkişaf Bankı tərəfindən tərtib edilmiş Kredit Sazişinin layihəsinə baxılmış və müvafiq rəy Nazirlər Kabinetinə bildirilmişdir.

“Naxçıvan Muxtar Respublikasında İrriqasiya və Drenaj Sistemlərinin İnkişafı” layihəsinə dair İslam İnkişaf Bankının missiyası tərəfindən hazırlanmış Danışıqlar Protokolu və Naxçıvan Muxtar Respublikasının Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi tərəfindən təqdim edilmiş Texniki İqtisadi Əsaslandırma sənədinə aidiyyəti üzrə baxılmış və müvafiq rəy verilmişdir.

Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyindən daxil olmuş Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) və Almaniya İnkişaf Bankının (KfV) yerli ofislərinin yaradılmasına dair Razılaşma sənədinin ilkin layihəsinə baxılmış və aidiyyəti rəy və təkliflər XİN-ə bildirilmişdir.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən təklif edilən layihələrin maliyyələşdirilməsi məqsədilə beynəlxalq maliyyə institutlarına müraciətin edilməsi ilə bağlı Agentliyin məktubuna baxılmış və müvafiq münasibət Nazirlər Kabinetinə bildirilmişdir.

115

Page 116: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən “Abşeron rayonunda 80 MVt gücündə külək elektrik stansiyası” layihəsi üzrə “MVV Decon” məsləhətçi şirkəti tərəfindən hazırlanacaq TİƏ ilə bağlı tərtib olunmuş suallar aidiyyəti üzrə cavablandırılmışdır.

Almaniyanın KfV İnkişaf Bankı tərəfindən maliyyələşdirilən “Kreditlərin Zəmanəti Fondu” qrant layihəsinin həyata keçirilməsi ilə bağlı Bankın təkliflərinə baxılmış və müvafiq münasibət bildirilmişdir.

İslam İnkişaf Bankınn fəaliyyətinin son 40 il ərzində qiymətləndirilməsi və növbəti 10 il müddətində gələcək işlərin həyata keçirilməsi məqsədi ilə hazırlanmış sorğu Nazirlik tərəfindən cavablandırılaraq Banka təqdim edilmişdir.

Almaniyanın KfV İnkişaf Bankının 2013-cü ilin11-13 sentyabr tarixlərində ölkəmizdə səfərdə olmuş missiyası ilə 2013-cü ilin11 sentyabr tarixində Nazirlikdə görüş keçirilmişdir. Görüş zamanı icrası nəzərdə tutulan “Azərbaycan Dəmir Yolları” QSC üçün lokomotivlərin alınması və “Tullantıların ekoloji baxımdan təmiz idarə olunması proqramı” ətrafında müzakirələr aparılmışdır.

Regionların inkişafına dair tədqiqatın əhatə dairəsini müəyyən etmək məqsədilə 16-20 sentyabr 2013-cü il tarixlərində Bakıda səfərdə olan Dünya Bankının missiyası ilə 18 sentyabr 2013-cü il tarixində Nazirlikdə müvafiq görüş keçirilmiş və görüş zamanı tərəflər arasında qeyd olunan istiqamətlər üzrə ətraflı fikir mübadiləsi aparılmışdır.

Azərbaycan Respublikası üçün orta müddətli borclanma strategiyasının hazırlanması məqsədilə 16-25 sentyabr 2013-cü il tarixlərində Bakıda səfərdə olan Dünya Bankının missiyası ilə Nazirlikdə görüş keçirilmişdir.

Balaxanı Sənaye, Sumqayıt Kimya Sənaye, Yüksək Texnologiyalar Parklarının yaradılması və onları qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırmaq məqsədilə Dünya Bankının texniki yardımının nəzərdən keçirilməsi məqsədilə 2013-cü ilin 30 sentyabr- 2 oktyabr tarixlərində Azərbaycanda səfərdə olmuş Dünya Bankının missiyası ilə görüş keçirilmişdir.

Asiya İnkişaf Bankının maliyyəsi hesabına həyata keçirilən layihələrin icra vəziyyətinin yekun hesabatı ilə bağlı 2013-cü il 18 oktyabr tarixində Bankın Bakıdakı nümayəndəliyində keçirilmiş görüşdə nümayəndənin iştirakı təmin edilmişdir.

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ GmbH) və Almaniyanın KfV İnkişaf Bankının yerli ofislərinin yaradılmasına dair razılaşma sənədi ilə bağlı Xarici İşlər Nazirliyində (XİN) 2013-cü ilin21 oktyabr və 28 noyabr tarixlərində keçirilən görüşdə İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndələrinin iştirakının təmin edilmişdir.

4-8 noyabr 2013-cü il tarixlərində Islam İnkişaf Bankının kənd təsərrüfatı üzrə missiyasının Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyində görüş keçirilmişdir.

Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən Dünya Bankının Avropa və Mərkəzi Asiya Regionu üzrə Şəhərsalma və su sahələri üzrə sektor meneceri xanım Sumila Qulyaninin 4-8 noyabr 2013-cü il tarixlərində Azərbaycana səfəri çərçivəsində 2013-cü ilin5 noyabr tarixində İqtisadiyyat və Sənaye Nazirliyində görüş keçirilmişdir.

Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən Koreyanın İqtisadi İnkisaf üzrə Əməkdaşlıq Fondunun (EDSF) nümayəndəsi Lee Jongminin 4-7 noyabr 2013-сü il

116

Page 117: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

tarixlərində Azərbaycana səfəri çərçivəsində 2013-cü ilin5 noyabr tarixində İqtisadiyyat və Sənaye Nazirliyində görüş keçirilmişdir.

Dünya Bankı tərəfindən təklif edilən Regional İnkişaf sahəsində Tədqiqat ilə bağlı Bankın 4-8 noyabr 2013-cü il tarixlərində Bakıya səfər etmiş missiyası çərçivəsində 2013-cü ilin5 noyabr tarixində Sahibkarlığa Kömək Milli Fondunda görüş keçirilmişdir.

Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən 7 noyabr 2013-cü il JW Marriott (Abşeron) otelində keçirilmiş Kiçik Biznesə Dəstək Proqramı adlı tədbirdə iştirak təmin edilmişdir.

10-15 noyabr 2013-cü il tarixlərində İslam İnkişaf Bankının və Malayziyanın Sənayenin İnkişafı Komitəsinin Kuala-Lumpur şəhərində birgə təşkil etdiyi “Sərmayələrin təşviqi” mövzusunda keçirilmiş seminarda nümayəndənin iştirakı təmin edilmişdir.

19 noyabr 2013-cü il tarixində Avropa Yenidənqurma və İnkişaf Bankının Londondakı Baş Qərargahında Bankla Azərbaycan Respublikası arasında mövcud əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə "Azərbaycan Günü" təşkil olunmuşdur. Bu tədbirdə Azərbaycana dair ölkə təqdimatı, eləcə də son illərdə müxtəlif sahələrdə ölkəmizin uğur və nailiyyətlərini nümayiş etdirən sərgi təşkil olunmuşdur. Eyni zamanda, tədbir iştirakçılarına Azərbaycanın tarixi, mədəniyyəti və turizmi barədə məlumatları özündə əks etdirən ingilis dillərində təşviqat materialları paylanmış, tədbir ərəfəsində Azərbaycan musiqisi nümayiş etdirilmişdir.

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası tərəfindən Azərbaycan Beynəlxalq Bankına kredit xəttinin ayrılması ilə bağlı müvafiq dövlətdaxili prosedurlar yerinə yetirilmişdir.

Nazirlər Kabinetinin tapşırığına əsasən “Yaşma Buxar-Qaz Elektrik Stansiyası Layihəsi” üzrə hazırlıq sorğusunun (Texniki-İqtisadi Əsaslandırma) başlanılması məqsədilə 2-16 dekabr 2013-cü il tarixlərində Bakıda səfərdə olan Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin missiyası ilə görüş keçirilmişdir.

9-12 dekabr 2013-cü il tarixlərində Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam İnkişaf Bankı tərəfindən “İslam maliyyələşdirilməsində vergitutma” mövzusunda keçirilmiş təlim kursunda nümayəndənin iştirakı təmin edilmişdir.

Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin kredit vəsaiti hesabına hazırda maliyyələşdirilən layihələrin monitorinqinin aparılması məqsədilə 11-16 dekabr 2013-cü il tarixlərində Bakıda səfərdə olan missiya ilə İqtisadiyyat və Sənaye Nazirliyində görüş keçirilmişdir.

Beynəlxalq iqtisadi təşkilatlarla əməkdaşlıq2013-cü il 12-13 mart tarixlərində Banqladeşin paytaxtı Dəkkə şəhərində

Banqladeş və İsveçrə hökumətlərinin birgə təşkilatçılığı ilə "BMT-nin 2015-ci ildən sonrakı inkişaf gündəliyi kontekstində əhali dinamikası" üzrə liderlərin beynəlxalq səviyyəli görüşü keçirilmişdir. Sözügedən tədbirdə İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi iştirak etmişdir. Görüşə hazırlıqla bağlı sənədlərə baxılmış, müvafiq tədbirlər görülmüşdür.

21-22 mart 2013-cü il tarixlərində Cenevrədə keçirilmiş "Siyasət yaratma və davamlılıq standartları: Hökumət və özəl sektor davamlı inkişaf məqsədlərinə nail

117

Page 118: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

olmaq üçün birgə necə fəaliyyət göstərə bilər" mövzusunda konfransda İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsinin iştirakı təmin edilmişdir. Görüşə hazırlıqla bağlı sənədlərə baxılmış, müvafiq tədbirlər görülmüşdür.

2013-cü ilin 28-29 mart tarixlərində Kiyev şəhərində GUAM-ın İqtisadiyyat və ticarət üzrə işçi qrupunun növbəti iclasında İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsinin iştirakı təmin edilmişdir. Görüşə hazırlıqla bağlı sənədlərə baxılmış, müvafiq tədbirlər görülmüşdür.

2013-cü ilin 3-5 aprel tarixlərində İstanbulda Türkiyə Hökuməti, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Katibliyi və Şərqi Avropada Fəlakətlərə Hazırlıq və Onların Aradan Qaldırılması Təşəbbüsünün (DPPI SEE) birgə təşkilatçılığı ilə "Fəlakətlərin iqtisadiyyata təsiri" mövzusunda İƏT-in simpoziumunda İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi iştirak etmişdir.

9-12 aprel tarixlərində NATO Beynəlxalq Katibliyinin nümayəndə heyətinin ölkəmizə səfəri ilə bağlı Azərbaycanla NATO arasında Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) və müdafiə və təhlükəsizlik sektorunda həyata keçirilən islahatlar və planları əhatə edən Planlaşdırma və Analiz Prosesinin (PAP) məqsədlərinin icrasının qiymətləndirilməsi məqsədi ilə keçirilmiş sessiyalarda İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi iştirak etmişdir. Bununla bağlı, FTƏP və PAP üzrə keçirilmiş tədbirlər barədə məlumatlar hazırlanmış, sənədlərə dair rəy və təkliflər təqdim olunmuşdur.

2013-cü ilin 16-17 aprel tarixlərində BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) Katibliyi tərəfindən İsveçrənin Cenevrə şəhərində “Hərtərəfli və davamlı inkişafın dəstəklənməsi üçün bütün səviyyələrdə əlverişli iqtisadi mühitin gücləndirilməsi” mövzusunda təşkil edilmiş mütəxəssis iclasında İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi iştirak etmişdir.

25-26 aprel 2013-cü il tarixlərində Bakıda İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətlərinin əmək nazirlərinin 2-ci Konfransı keçirilmiş, tədbirdə İqtisadi İnkişaf Nazirliyinin əməkdaşları iştirak etmişdir. Tədbirə hazırlıq mərhələsində Konfrans zamanı qəbul edilməsi nəzərdə tutulan Əmək və Məşğulluqla bağlı məsələlər üzrə əməkdaşlıq üçün İƏT Çərçivə sənədinə baxılmış və İqtisadi İnkişaf Nazirliyinin mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir

2013-cü il il 29 aprel - 1 may tarixlərində Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) Baş direktoru cənab Toni Taylorun iştirakı ilə keçirilmiş Mülki Aviasiyanın ölkə iqtisadiyyatında rolunu əks etdirən məruzə və Azərbaycan Milli Aviasiya Akademiyasına İATA-nın regional mərkəz sertifikatının təqdimatında iqtisadi inkişaf naziri cənab Şahin Mustafayev iştirak etmişdir.

3 may 2013-cü il tarixində Bakı şəhərində Kənd Təsərrüfatının Kreditləşməsi üzrə Beynəlxalq Konfederasiyanın (CİCA) 43-cü illik Konfransı keçirilmişdir. Tədbirdə iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov iştirak etmiş və çıxış etmişdir.

6-8 may 2013-cü il tarixlərində Tehranda keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının Regional Planlaşdırma Şurasının 23-cü iclasında İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsinin iştirakı təmin edilmişdir. Tədbirə hazırlıq ilə bağlı iclasın işçi sənədlərinin ticarət və sərmayələr sahəsində əməkdaşlığa dair hissələrinə aidiyyəti üzrə baxılmış, aidiyyəti mövqelər formalaşdırılmışdır. Regional Planlaşdırma

118

Page 119: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Şurasının 23-cü iclasında Azərbaycan Respublikası tərəfindən İƏT-in İqtisadi Tədqiqatlar Mərkəzinin yaradılması, Mərkəzin Əsasnamənin üzv ölkələrə paylanması,  Əsasnamənin İqtisadi İslahatlar Elmi-Tədqiqatlar İnstitutu tərəfindən hazırlanması və İƏT-in Katibliyinə təqdim olunması, 2013-cü il 5-6 sentyabr tarixlərində İƏT-in üzv dövlətlərinin İqtisadi Təhlil Mərkəzlərinin 1-ci Bakı Forumunun və 2013-cü ilin dekabrında İƏT-in Redaksiya Heyətinin 2-ci iclasının Bakıda keçirilməsi kimi məsələlər müzakirə olunmuşdur.

23-24 may 2013-cü il tarixlərində Qazaxıstanın Astana şəhərində keçirilmiş 6-cı Astana İqtisadi Forumu və Forum çərçivəsində 1-ci Ümumdünya Antiböhran Konfransında iqtisadi inkişaf nazirinin müavini S.Həsənova iştirak etmişdir. Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin fəal dəstəyi və iştirakı ilə keçirilən bu Forumda dünyanın 90 ölkəsindən 8000-dən çox nümayəndə, o cümlədən, dövlətlərin birinci şəxsləri, aparıcı siyasətçilər, Nobel mükafatının laureatları, nüfuzlu alimlər qatılmışlar.  Forumun əsas nəticələrindən biri  G20-nin sammitində müzakirə edilməsi üçün G20  ölkələrinin başçılarına, beynəlxalq və regional təşkilatların rəhbərlərinə ünvanlanmış  dünya iqtisadiyyatının inkişafı üçün tövsiyələri özündə əks etdirən illik açıq məktub olmuşdur. Forum çərçivəsində keçirilmiş Anti-böhran Konfransının əsas məqsədi BMT-yə üzv ölkələrin dövlət başçılarının müzakirəsinə təqdim olunan Dünya anti-böhran planının layihəsinə dair əsas yanaşmaların hazırlanması olmuşdur. Görüşə hazırlıqla bağlı sənədlərə baxılmış, müvafiq tədbirlər görülmüşdür.

27-28 iyun 2013-cü il tarixlərində Varşava şəhərində İƏİT-in və Polşa Respublikasının Hökumətinin təşkilatçılığı ilə keçirilmiş “Avrasiya ölkələrinin rəqabət qabiliyyətliliyinin artırılması üzrə siyasətin həyata keçirilməsi” adlı konfransda İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsinin iştirakı təmin edilmişdir.

27 iyun 2013-cü il tarixində Türkiyənin İstanbul şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iqtisadiyyat üzrə İşçi Qruplarının 4-cü iclası keçirilmişdir. Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndə heyətinin, həmçinin özəl sektorun nümayəndələrinin iştirakı təmin edilmişdir. İşçi Qruplarının iclasının əsas məqsədi iqtisadiyyat nazirlərinin görüşündə müzakirə olunacaq məsələlərə dair gündəliyin hazırlanması olmuşdur.

28 iyun 2013-cü il tarixində Türkiyənin İstanbul şəhərində keçirilmiş TDƏŞ-in iqtisadiyyat nazirlərinin 3-cü görüşündə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev iştirak etmişdir. TDƏŞ-in iqtisadiyyat nazirlərinin 3-cü görüşü çərçivəsində “İnvestisiyaların təşviqi üzrə agentliklər arasında Anlaşma Memorandumu” imzalanmışdır. Sözügedən sənəd Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Türkiyə Respublikasının İnvestisiya Dəstəyi və Təşviqi Agentliyi, Qazaxıstanın Milli İxrac və İnvestisiya Agentliyi və Qırğızıstanın İqtisadiyyat və Antiinhisar Nazirliyi tərəfindən imzalanmışdır.

3-4 iyul 2013-cü il tarixlərində İtaliyanın Trento şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Mərkəzində (OECD Trento Centre) regional seminar keçirilmişdir, seminarda İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi iştirak etmişdir.

2013-cü ilin 10-11 iyul tarixlərində İsveçrənin Cenevrə şəhərində BMT-nin Avropa üçün İqtisadi Komissiyası (UNECE) çərçivəsində “Ticarət üçün yardım planlarının həyata keçirilməsi” üzrə konfrans və həmçinin, 8-10 iyul tarixlərində

119

Page 120: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Ticarətə Yardım üzrə 4-cü Qlobal Xülasə keçirilmiş, tədbirlərdə İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi iştirak etmişdir.

10-11 iyul 2013-cü il tarixlərində İsveçrənin Cenevrə şəhərində BMT-nin Avropa üçün İqtisadi Komissiyası (UNECE) çərçivəsində “Ticarət üçün yardım planlarının həyata keçirilməsi” üzrə konfrans və həmçinin, UNECE-nin D/O-7733/2013 nömrəli 28 iyun 2013-cü il tarixli məktubuna əsasən, 8-10 iyul tarixlərində Ticarətə Yardım üzrə 4-cü Qlobal Xülasə keçirilmiş, tədbirlərdə İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi iştirak etmişdir. UNECE və Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) dəstəyi ilə BMT-nin Mərkəzi Asiya, Əfqanıstan və Azərbaycan iqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) fəaliyyət göstərir. SPECA çərçivəsində Azərbaycan, Qazaxıstan və Qırğızıstan üçün Aid-for-Trade matritsa işlənib hazırlanmışdır. İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşı Aid-for-Trade-dən irəli gələn məsələlər üzrə yerli əlaqələndirici təyin olunmuşdur.

2013-cü ilin16 avqust tarixində Qəbələdə TDƏŞ-in 3-cü Zirvə Toplantısı keçirilmişdir. Toplantıda Nazirlik cənab nazir Şahin Mustafayev tərəfindən təmsil olunmuşdur. Tədbirə hazırlıq məqsədilə Zirvə Toplantısının Bəyannaməsinin layihəsinə dair İqtisadiyyat və Sənaye Nazirliyinin təklifləri aidiyyəti üzrə təqdim edilmişdir. Toplantının yekunu olaraq dövlət başçıları tərəfindən imzalanmış Bəyannamənin 5-ci maddəsinin (d) bəndində əsas elementi Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xətti olan və Mərkəzi Asiyanı Avropa ilə Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Xəzər və Mərmərə dənizləri vasitəsi ilə birləşdirən Mərkəzi/Şərq-Qərb Dəhlizinin əhəmiyyəti qeyd olunmuşdur. Bundan irəli gələrək, Çin, Qazaxıstan, Türkmənistan. Gürcüstan, Türkiyə, Avropa İttifaqı üzv-dövlətləri və digər maraqlı ölkələrin hökumət nümayəndələrinin iştirakı ilə beynəlxalq konfrans keçirilməsi təklif edilmişdir. Bununla bağlı, konfransın keçirilməsinə dair Nazirliyin müsbət rəyi, həmçinin konfransın gündəliyinə daxil ediləcək məsələlərə dair İSN-nin mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir.

5-7 noyabr 2013-cü il tarixlərində İran İslam Respublikasının paytaxtı Tehran şəhərində keçirilmiş “İqtisadi Əməkdaşlıq Təşkilatının Regional elektrik təchizatı bazarının yaradılması” mövzusuna həsr olunan Ekspertlər Qrupunun 1-ci toplantısında İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsi iştirak etmişdir.

14-17 noyabr 2013-cü il tarixlərində Bakı şəhərində keçirilmiş “MDB-nin maliyyə bazarları – Birliyin məkanında iqtisadi inteqrasiyanın əsası” mövzusunda MDB üzv-dövlətlərinin 6-cı Bakı Beynəlxalq Konfransında İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsinin iştirakı təmin olunmuşdur.

2013-cü il 18-21 noyabr tarixlərində İstanbulda İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 29-cu iclası keçirilmiş, tədbirdə Niyazi Səfərov iştirak etmişdir. Sessiyanın mövzusu “İƏT Üzv Dövlətlərinə Birbaşa İnvestisiya Axınının Artırılması" olmuşdur. Təbirdə üzv dövlətlər arasında iqtisadiyyat və ticarət sahəsindəki əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində əməkdaşlıq təşəbbüsləri nəzərdən keçirilmişdir. Bu çərçivədə, iştirakçılar, COMCEC Strategiyasının həyata keçirilməsini qiymətləndirdikdən sonra kənd təsərrüfatı, turizm, ticarət, maliyyə əməkdaşlığı, yoxsulluğa qarşı mübarizə və özəl sektor əməkdaşlığı kimi sahələrdəki mövcud fəaliyyətləri nəzərdən keçirmiş və

120

Page 121: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində yol və metodlarla bağlı müzakirələr aparılmışdır.

Bundan əlavə, Ankara şəhərində Ticarət üzrə İşçi Qrupunun 2013-cü ilin20 iyun tarixində 1-ci, 31 oktyabr tarixində isə 2-ci iclası keçirilmişdir. Yoxsulluq üzrə İşçi Qrupunun 2013-cü ilin27 iyun tarixində 1-ci iclası keçirilmişdir. 2013-cü ilin26 dekabr tarixində İşçi Qrupunun 2-ci iclasının keçirilməsi planlaşdırılır. İşçi Qrupları 14-15 avqust 2012-ci il tarixində İƏT-in İslam Zirvə Konfransının 4-cü növbədənkənar sessiyası zamanı qəbul edilmiş COMCEC-in Strategiyasının həyata keçirilməsi mexanizmlərindən biridir. İşçi Qrupları vasitəsilə, ölkə mütəxəssisləri müvafiq əməkdaşlıq sahələrində təcrübə mübadiləsi imkanı əldə edirlər. İşçi Qrupları Ticarət, Nəqliyyat və Kommunikasiya, Turizm, Kənd Təsərrüfatı, Yoxsulluğun Azaldılması və Maliyyə sahəsi üzrədir. İqtisadiyyat və İnkişaf Nazirliyinin nümayəndələri Nazirliyin fəaliyyət dairəsinə aid olan Ticarət və Yoxsulluğun azaldılması üzrə İşçi Qruplarında iştirak edirlər.

20-22 noyabr 2013-cü il tarixlərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) alternativ və bərpa olunan enerji mənbələri üzrə İşçi Qrupunun 2-ci iclası və 4-cü seminarı keçirilmişdir. Tədbirdə İqtisadiyyat və Sənaye nümayəndələri iştirak etmişdirlər.

24-25 noyabr 2013-cü il tarixlərində İran İslam Respublikasının Tehran şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının üzv ölkələrin Yüksək vəzifəli şəxslərin (Daimi Nümayəndələr Şurasının) iclasında İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun rəhbəri iştirak etmişdir. Tədbirdə Bakıda yaradılması nəzərdə tutulan “İƏT-in Tədqiqat Mərkəzi”nin Nizamnaməsinin yekun variantının müzakirə edilmiş və təsdiq edilmişdir. Mərkəzin yaradılması təşəbbüsü İƏT-in 5 may 2006-cı il tarixində Bakıda keçirilmiş IX sammitində (Zirvə Toplantısında) Azərbaycan Respublikasının prezidenti, Cənab İlham Əliyev tərəfindən irəli sürülmüş və sammitdə qəbul edilmiş “Bakı Deklarasiyası–2006” sənədinin xxii bəndində öz əksini tapmışdır. Mərkəzinin yaradılması haqqında məsələnin 24-25 Noyabr 2013-cü il tarixlərində Daimi Nümayəndələr Şurasının iclasının nəzərinə təqdim edilməsindən əvvəl İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu 2009-cu ildən başlayaraq mərkəzin əsasnaməsini hazırlamış və zəruri hazırlıq işlərini aparmışdır. İƏT Tədqiqat Mərkəzinin Bakıda yaradılması haqqında İƏT Nazirlər Şurası yekdilliklə qərar verdi. Bu qərar 2013-cü ilin noyabrın 26-da Tehranda keçirilmiş İƏT Nazirlər Şurasının 21-ci İclasının hesabatında öz əksini tapmışdır.

2013-cü ilin17-19 dekabr tarixlərində Taylandın Banqkok şəhərində Asiya və Sakit Okean regionunda Davamlı inkişaf üçün enerji mövzusu üzrə Siyasi Dialoq keçirilmişdir. Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsi iştirak etmişdir.

2013-cü ilin 30-31 may tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Almaniyanın Xristian Albrext adına Kil Universitetinin Şərqi Avropa Hüququ İnstitutunun, Ural Dövlət Hüquq Akademiyasının və Qazaxıstanın Əl-Fərabi adına Milli Universitetinin birgə təşkilatçılığı ilə "Qafqaz və Orta Asiyada Beynəlxalq Ticarət Hüququ: regional inteqrasiya və qloballaşma arasında" mövzusunda beynəlxalq konfrans keçirilmiş,

121

Page 122: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

tədbirdə Nazirliyin nümayəndəsi iştirak etmişdir. Beynəlxalq ticarət sahəsində tədbirdə mühazirə ilə çıxış etmişdir.

Əsas istiqamətlərdən biri olan Müstəqil Dövlətlər Birliyi (MDB) təşkilatı çərçivəsində bir sıra layihələrin həyata keçirilməsi davam edir. Belə ki, MDB-nin 2020-ci ilədək İqtisadi İnkişaf Strategiyasının ikinci mərhələsinin (2012-2015-ci illər) həyata keçirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərlə mütəmadi işlər görülür. Sözügedən tədbirlərin görülməsi ilə bağlı Azərbaycan Respublikasının müxtəlif qurumları tərəfindən görülmüş tədbirlər haqqında məlumatlar İqtisadi İnkişaf Nazirliyində ümumiləşdirilmiş və məlumatlar tərcümə olunaraq MDB-nin İcraiyyə Komitəsinə və Nazirlər Kabinetinə məktubla təqdim edilmişdir.

2013-cü il ərzində MDB-nin Dövlət Başçıları Şurasının 1 iclası, Hökumət Başçıları Şurasının 2 iclası, İqtisadi Şuranın 4 iclası keçirilmişdir. Bununla bağlı, iclaslara hazırlıq məqsədilə bir sıra sənədlər təhlil edilmiş, rəylər bildirilmişdir.

MDB-nin üzv dövlətlərinin xarici ticarətin gömrük statistikasının Vahid metodologiyasının yeni redaksiyasının layihəsinə dair Rusiya Federal Gömrük Xidmətinin təklifinə münasibət bildirilməsi ilə bağlı 31 yanvar 2013-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində müzakirə təşkil olunmuş, müzakirədə İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri iştirak etmişdirlər. İclasda məsələ ilə əlaqədar İİN-in mövqeyi təqdim olunmuş və digər qurumlarla razılaşdırılmışdır.

MDB-nin üzv dövlətlərində bank tənzimlənməsi və nəzarəti sahəsində tənzimləyici rejimlər haqqında Məlumata baxılmış və İqtisadi İnkişaf Nazirliyinin mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir.

Müstəqil Dövlətlər Birliyində istehsal kooperasiyası haqqında MDB İcraiyyə Komitəsinin məktubuna baxılmış və İqtisadi İnkişaf Nazirliyinin mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir.

MDB-nin üzv dövlətlərinin 2020-ci ilə kimi beynəlxalq gənclər əməkdaşlığına dair Strategiyası”nın həyata keçirilməsinə dair 2014-2015-ci illər üçün Tədbirlər Planının layihəsinə baxılmış, rəy və təkliflər aidiyyəti üzrə təqdim edilmişdir.

Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən MDB-nin İqtisadi Şurasının 18 iyun 2013-cü il tarixli MDB üzv dövlətlərinin informasiya-kommunikasiya inkişafının regional monitorinqinin nəticələri haqqında Qərar layihəsinə dair aidiyyəti üzrə rəy və təkliflər təqdim edilmişdir.

MDB çərçivəsində mütəmadi təqdim olunan Ticarət siyasəti icmalının hazırlanması məqsədilə Azərbaycan Respublikasının müxtəlif qurumları tərəfindən göndərilmiş məlumatlar təhlil olunaraq ümumiləşdirilmiş, Ticarət siyasəti icmalı işlənib hazırlanmış, rus dilinə tərcümə edilmiş, MDB-nin İcraiyyə Komitəsinə məktubla təqdim edilmiş, həmin İcmalın surəti məktubla Nazirlər Kabinetinə ünvanlanmışdır.

MDB iştirakçı dövlətlərinin iqtisadiyyatlarının inkişafına dair əsas makroiqtisadi göstəricilər haqqında MDB-nin Hökumət Başçıları Şurasının Qərarına dair aidiyyəti üzrə rəy və təkliflər hazırlanmışdır.

Azərbaycan Respublikası Milli Məclisinin MDB üzv-dövlətlərinin Parlamentlərarası Assambleyasının Elm və Təhsil Daimi Komissiyasının hazırladığı

122

Page 123: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

model “İnnovasiya məcəlləsi”, İqtisadiyyat və Maliyyə üzrə Daimi Komissiyasının hazırladığı “Rəqabətin qorunması haqqında”, “Sosial-iqtisadi inkişafın strateji proqnozlaşdırılması və planlaşdırılması haqqında” və “İctimai-özəl tərəfdaşlıq haqqında” model qanun layihələrinə dair aidiyyəti üzrə rəy və təkliflər təqdim edilmişdir.

MDB üzv-dövlətlərinin 2013-cü il üzrə mühüm məhsul növlərinin istehsalı, istehlakı, idxalı və ixracı proqnozunun hazırlanmasına dair aidiyyəti üzrə rəy və təkliflər təqdim edilmişdir.

MDB məkanında statistik fəaliyyətin təkmilləşdirilməsinin vəziyyəti və aktual problemləri haqqında MDB İqtisadi Şurasının Qərar layihəsinə dair aidiyyəti üzrə rəy və təkliflər təqdim edilmişdir.

Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən Müstəqil Dövlətlər Birliyinə üzv- dövlətlərin əsas ərzaq növlərinin balanslarının formalaşması qaydalarının layihəsinə baxılmış, rəy bildirilmişdir.

Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətlərinin baza təşkilatlarının iqtisadi sahədə fəaliyyətləri haqqında Qərar layihəsinə baxılmış, aidiyyəti üzrə rəy və təkliflər Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilmişdir.

MDB İqtisadi Şurasının “MDB-nin iştirakçı dövlətlərinin innovasiya fəaliyyətinin dəstəyi üçün elektron informasiya resurslarının vəziyyəti haqqında” Protokol Qərarı layihəsinə baxılmış, aidiyyəti üzrə rəy və təkliflər Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilmişdir.

MDB-nin İqtisadi Şurasının “Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətlərinin audit təşkilatlarının dəstəklənməsi tədbirləri haqqında” Protokol Qərarı layihəsinə baxılmış, aidiyyəti üzrə rəy və təkliflər Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilmişdir.

MDB-nin İqtisadi Şurasının “Moskva şəhərində Ümumrusiya sərgi mərkəzinin əsasında MDB-nin iştirakçı dövlətlərinin daimi fəaliyyət göstərən sərgilərinin yaradılması barədə Qərara” dair aidiyyəti üzrə rəy və təkliflər təqdim edilmişdir.

MDB-nin üzv-dövlətlərinin xarici ticarətinin gömrük statistikasının vahid metodologiyasının yeni redaksiyasının layihəsinə dair aidiyyəti üzrə rəy və təkliflər təqdim edilmişdir.

“MDB üzv dövlətlərinin sənaye sahəsində əməkdaşlığı və sənaye siyasəti üzrə Şuranın yaradılması haqqında Saziş”ə dair MDB İcraiyyə Komitəsinin məktubuna baxılmış və İqtisadi İnkişaf Nazirliyinin mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Biznes Şurasının (QDİƏT) Baş Katibi vəzifəsinə Azərbaycanın nümayəndəsinin seçilməsi ilə bağlı tədbirlər görülmüşdür. Belə ki, QDİƏT-in Biznes Şurasının prosedur qaydalarına əsasən, Baş Katibin maliyyə təminatı mənsub olduğu üzv ölkə tərəfindən həyata keçirilməlidir. Bununla bağlı İSN tərəfindən müvafiq tədbirlər həyata keçirilmiş, aidiyyəti üzrə müraciət olunmuşdur.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurasından daxil olmuş müraciətə əsasən 2014-cü ildə Bakı şəhərində Aqro-ərzaq zəncirinin inkişafına özəl sektorun cəlb olunması üzrə ƏKTT-QDİƏT Biznes Şurasının Yüksək Səviyyəli Forumunun keçirilməsi planlaşdırılmışdır. Hal-hazırda bununla bağlı müvafiq tədbirlər həyata keçirilir, Forumun Bakı Biznes Mərkəzində keçirilməsi nəzərdə tutulur.

123

Page 124: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankına (ECOBANK) ölkəmizin üzv olması prosedurunun yekunlaşdırılması üçün aidiyyəti işlər görülmüşdür. Belə ki, Bankın Nizamnaməsi 2012-ci ilin sentyabrın 28-də ölkəmiz adından iqtisadi inkişaf naziri tərəfindən imzalandıqdan sonra, sənədin ratifikasiyası üçün aidiyyəti tədbirlər həyata keçirilmişdir. Sənəd 15 fevral 2013-cü il tarixində Milli Məclis tərəfindən ratifikasiya olunmuşdur.

“Avtorizasiya olunmuş iqtisadi operatorların tanınması barədə GUAM üzv dövlətlərinin hökumətləri arasında Saziş”ə dair aidiyyəti üzrə rəy və təkliflər təqdim edilmişdir.

“Azərbaycan Respublikası Hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) arasında Əməkdaşlıq haqqında Saziş”ə dair aidiyyəti üzrə rəy və təkliflər təqdim edilmişdir.

“Xəzəryanı dövlətlər arasında Xəzər dənizinin hidrometeorologiyası sahəsində əməkdaşlığa dair Saziş” layihəsinə baxılmış, aidiyyəti üzrə rəy və təkliflər təqdim edilmişdir.

Azərbaycan Respublikası, Türkiyə və Gürcüstanın nəqliyyat nazirliklərinin nümayəndələrindən ibarət Model Avtomagistral Təşəbbüsü üzrə İşçi Qrupunun 2013-cü il 14 may tarixində Tbilisi şəhərində keçirilmiş iclasında imzalanması təklif olunan hökumətlərarası “Model Avtomagistralın yaradılması haqqında Saziş” layihəsinə dair aidiyyəti üzrə rəy və təkliflər təqdim edilmişdir.

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT), ABŞ-ın "Johnson Cornell" Universiteti və Fransanın "İNSEAD" Biznes Məktəbi tərəfindən nəşr olunmuş "2013-cü il qlobal innovasiya indeksi: innovasiyanın yerli dinamikaları" adlı hesabata dair aidiyyəti üzrə rəy və təkliflər təqdim edilmişdir.

BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Katibliyi tərəfindən hazırlanmış “Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Təhlil 2013” məcmuəsinə töhfə vermək məqsədilə məcmuədə qeyd olunan istiqamətlərə uyğun aidiyyəti üzrə məlumatlar İqtisadi İnkişaf Nazirliyi tərəfindən təqdim edilmişdir.

Birləşmiş Millətlər Təşkilatının Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinin (COPUOS) Katibliyindən daxil olmuş Hüquq alt-komitəsinin tövsiyələri əsasında 2012-ci ilin iyun sessiyası zamanı təsdiq olunmuş hesabata baxılmış və İqtisadi İnkişaf Nazirliyinin mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir.

MDB İqtisadi Şurasının “25 may 2006-cı il tarixli əqli mülkiyyət sahəsində hüquqpozmaların qarşısının alınması və mübarizə ilə bağlı dövlətlərarası məlumat mübadiləsinin təşkili və milli bazaların formalaşması Konsepsiyasının icrası ilə bağlı” Qərar layihəsinə baxılmış və İqtisadi İnkişaf Nazirliyinin mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir.

UNECE-nin Ticarət üzrə və İqtisadi Əməkdaşlıq və İnteqrasiya üzrə altproqramlarının işi ilə bağlı BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE) çərçivəsində Rusiya, Belarus, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Ukrayna tərəfindən ünvanlanmış müvafiq bildirişə baxılmış və İqtisadi İnkişaf Nazirliyinin mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir.

2013-cü ilin 28-29 mart tarixlərində Kiyev şəhərində GUAM-ın İqtisadiyyat və ticarət üzrə işçi qrupunun növbəti iclasında İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi

124

Page 125: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

iştirak etmişdir. Görüşə hazırlıqla bağlı sənədlərə baxılmış, müvafiq tədbirlər görülmüşdür.

2012-ci ilin 3-14 dekabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində Beynəlxalq Telekommunikasiya üzrə Ümumdünya Konfransı keçirilmişdir. Konfransda 1988-ci ildə ilk dəfə qəbul edilmiş və 25 ildən sonra yenidən baxılması nəzərdə tutulmuş Beynəlxalq Telekommunikasiya Reqlamenti iştirakçı ölkələr tərəfindən imzalanmışdır. Bununla bağlı, Beynəlxalq Telekommunikasiya Reqlamentinə baxılmış və İqtisadi İnkişaf Nazirliyinin mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir.

2013-cü ilin 24-26 aprel tarixlərində İran İslam Respublikasının paytaxtı Tehran şəhərində, daha sonra isə Kiş adasında keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) üzv dövlətlərinin Ticarət Nazirlərinin 5-ci toplantısında Nazirliyin təmsil olunması üçün müvafiq hazırlıq işləri aparılmış, İƏT Katibliyi tərəfindən təqdim olunmuş sənədlər paketinə baxılmış, aidiyyəti üzrə rəy və təkliflər bildirilmiş, mövqe formalaşdırılmışdır.

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Ticarətin Asanlaşdırılması üzrə Saziş layihəsinə dair Xarici İşlər, Ədliyyə, Maliyyə, Vergilər, Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirlikləri, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Dövlət Mülki Aviasiya Administrasiyası, Dövlət Dəniz Administrasiyası tərəfindən rəy və təkliflər İqtisadi İnkişaf Nazirliyində ümumiləşdirildikdən sonra Xarici İşlər Nazirliyinə göndərilmişdir.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının və QDİƏT-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin Odessa şəhərində keçiriləcək iclaslarına hazırlığı yüksək səviyyədə təmin etmək və müxtəlif məsələlərə dair ölkəmizin vahid mövqeyinin formalaşdırılmasını təmin etmək məqsədilə 2013-cü il 10 iyun tarixində Xarici İşlər Nazirliyində keçirilmiş görüşdə İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi iştirak etmişdir.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 67-ci sessiyasının Prezidenti cənab Vuk Yeremiçin 17-19 iyun 2013-cü il tarixlərində Bakıya səfəri zamanı 18 iyun tarixində iqtisadi inkişaf naziri cənab Şahin Mustafayevlə görüşü təşkil edilmişdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə BMT-nin "Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi" Konvensiyasının Katibliyi arasında 27 sentyabr 2010-cu il tarixində imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq hazırlanmış Milli Su Strategiyasının layihəsinə baxılmış və İqtisadi İnkişaf Nazirliyinin mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir.

Trans-sərhəd sənədsiz ticarətin asanlaşdırılması üzrə BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 68/3 Qətnaməsinin icrası ilə bağlı milli əlaqələndiricinin təyin olunması ilə bağlı məktuba baxılmış və milli əlaqələndirici qismində İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsinin namizədliyini təklif edilmişdir.

Azərbaycan Respublikasının Cenevrədəki Daimi nümayəndəliyindən daxil olmuş məlumata əsasən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının Ofısi müraciət edərək BMT Baş Assambleyasının A/RES/67/165 saylı "Qloballaşma və onun insan hüquqlarına təsiri" adlı qətnaməyə istinadən bu sahədə dövlətlər tərəfindən müvafiq

125

Page 126: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

məlumat və təkliflərin verilməsini xahiş etmişdir. Məlumatlar BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının Ofisinə göndərilmişdir.

Birləşmiş Millətlər Təşkilatının "Bioloji müxtəliflik haqqında" Konvensiyasının "Genetik ehtiyatlara çıxış və onların istifadəsindən əldə olunan mənfəətin ədalətli və bərabər bölüşdürülməsi" üzrə Naqoya Protokoluna Azərbaycan Respublikasının qoşulması ilə bağlı məktuba baxılmış və İqtisadi İnkişaf Nazirliyinin mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir.

11-13 iyun 2013-cü il tarixlərində Qazaxıstanın Astana şəhərində Hökumətlərarası Mütəxəssislər Qrupunun iclası zamanı müzakirə olunmuş Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının Əsasnaməsinin dəyişdirilmiş mətninə baxılmış və İqtisadi İnkişaf Nazirliyinin mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir.

Ölkəmizin tərəfdar olmadığı Birləşmiş Millətlər Təşkilatının (BMT) beynəlxalq sənədlərinə Azərbaycanın qoşulması məsələsinə baxılmış və İqtisadi İnkişaf Nazirliyinin mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir.

"Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyi arasında Anlaşma Memorandumu"na baxılmış və İqtisadi İnkişaf Nazirliyinin mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir.

Mərkəzi Avropanı Adriatik dənizi ilə birləşdirəcək “5c” Panavropa Nəqliyyat Dəhlizinin inşasının maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikası tərəfindən kreditin ayrılması ilə bağlı Bosniya və Herseqovina rəsmilərinin Azərbaycan Respublikasının Prezidentinə ünvanladığı müraciətə müvafiq göstərişə əsasən İqtisadi İnkişaf Nazirliyində aidiyyəti üzrə baxılmışdır.

2 fevral 2012-ci il tarixində Azərbaycan Respublikası Hökuməti (Borcverən qismində) və Serbiya Respublikası Hökuməti (Borcalan qismində) arasında Serbiya Respublikasında E-763 Avtomobil Magistralının Ljig-Boljkovci, Boljkovci-Takovo və Takovo-Preljina Hissələrinin Tikintisinin Maliyyələşdirilməsi üzrə Kredit Sazişi imzalanmış və 6 aprel 2012-ci il tarixli, 319-IVQ nömrəli Qanunla Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmişdir. Kredit Sazişinə əsasən qeyd olunan tikinti-quraşdırma işlərinin Sifarişçisi qismində Serbiyanın “Koridori Srbije d.o.o. Beograd” Dövlət Şirkəti, Podratçı qismində isə Azərbaycan Respublikasının “AzVirt MMC” şirkəti çıxış edir. Podratçı tərəfindən verilmiş və Sifarişçi tərəfindən təsdiqlənmiş növbəti ödəniş sənədləri İqtisadi İnkişaf Nazirliyinə təqdim edilmişdir. 2.608.257,23 avro məbləğində vəsaitin müvafiq təsdiqedici sənədlər əsasında Podratçı “AzVirt MMC” şirkətinə ödənilməsinə dair Maliyyə Nazirliyinə müraciət olunmuşdur.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) nəzdində "Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiya"nın 3-cü Sessiyasının 2014-cü ilin may ayında Bakı şəhərində keçirilməsi barədə müraciətə baxılmış və İqtisadi İnkişaf Nazirliyinin mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir.

2013-cü ilin 9-11 dekabr tarixlərində Qvineyanın Konakri şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 40-cı sessiyasında qəbul olunması nəzərdə tutulan Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının Nizamnamə layihəsinə baxılmış və İqtisadiyyat və Sənaye Nazirliyinin mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir.

126

Page 127: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) qadınlara qarşı zorakılıq, səbəbləri və nəticələri üzrə xüsusi məruzəçisi R.Manjunun ölkəmizə səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyində 26 noyabr tarixində nazir müavini Sevinc Həsənova ilə görüş keçirilmişdir.

ATƏT-in Bakıdakı Ofisinin rəhbəri Səfir cənab Koray Tarqayın fəaliyyət müddətinin başa çatması ilə əlaqədar 26 noyabr tarixində vidalaşmaq məqsədilə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ilə görüşü baş tutmuşdur.

26 noyabr 2013-cü il tarixində BMT-nin Əhali Fondu (BMTƏF) və BMT-nin İnkişaf Proqramı (BMTİP) tərəfindən "Azərbaycanda Əhalinin Vəziyyətinin Təhlili"nin ilkin nəticələrinə dair dəyirmi masa keçirilmişdir. Görüşdə İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsi iştirak etmişdir.

Azərbaycan Respublikasının "Beynəlxalq hava daşımaları üzrə bəzi qaydaların unifikasiyası haqqında Konvensiya"ya qoşulması ilə bağlı məktuba baxılmış və İqtisadiyyat və Sənaye Nazirliyinin mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir.

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) İllik İqtisadi Hesabatına (ECO Annual Economic Report 2012) daxil etmək məqsədilə 2012-ci il üzrə əsas iqtisadi göstəricilərdən ibarət məlumat sorğusuna baxılmış və Hesabata daxil edilməsi üçün sorğu olunmuş 2012-ci il üzrə müvafiq yenilənmiş məlumatlar təqdim edilmişdir.

İslam Əməkdaşlıq Təşkilatının Cibutidə keçirilmiş Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında və Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş Yaxın Şərqdə sülh və təhlükəsizlik məsələlərinə həsr olunmuş Üçüncü Sir-Bani Yas Forumunda iştirak etmiş Azərbaycan Respublikası xarici işlər nazirinin həmin ölkələrə səfəri ilə bağlı hesabatda qeyd olunmuş təkliflərə münasibət bildirilməsi haqqında məktuba İqtisadi İnkişaf Nazirliyinin mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir.

"BMT-nin ixtisaslaşmış təşkilatlarının imtiyaz və immunitetləri haqqında" Konvensiya"nın Azərbaycan Respublikasına münasibətdə qüvvəyə minməsi ilə bağlı Azərbaycan Respublikası tərəfindən edilmiş qeyd-şərtlərə dair BMT-nin ixtisaslaşmış təşkilatlarının cavablarına münasibət bildirilməsi haqqında məktuba baxılmış və İqtisadi İnkişaf Nazirliyinin mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir.

Beynəlxalq Mülki Aviasiya Təşkilatının (BMAT) Açıq Açarlar Direktoriyasına baxılmış və İqtisadi İnkişaf Nazirliyinin mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir.

BMT-nin "İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın Fakültativ Protokolu"na baxılmış və İqtisadi İnkişaf Nazirliyinin mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir.

2012-ci il 20-22 iyun tarixlərində Brazilyanın Rio-de-Janeyro şəhərində keçirilmiş Rio+20 Konfransında qəbul edilmiş Davamlı İstehlak və İstehsalın Rasional Modelləri üzrə 10 İllik Proqram Çərçivəsi üçün milli əlaqələndirici və onun alternativinin təyin olunması məsələsinə baxılmış və sözügedən Proqram Çərçivəsi üzrə milli əlaqələndirici qismində İqtisadi İnkişaf Nazirliyinin əməkdaşının namizədliyini təklif olunmuşdur.

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 2013-cü ildə Rusiya Federasiyasında keçiriləcək növbəti Biznes Forumunda iştirak edəcək şirkətlərə dair məlumatın qarşı tərəfə göndərilməsi və AQEM-in yaradılacaq Biznes Şurasının Nizamnamə layihəsinə dair məktuba baxılmış, iştirakda maraqlı olan

127

Page 128: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

şirkətlərə tədbir barədə məlumat verilmiş və Nizamnamə layihəsinə dair İqtisadi İnkişaf Nazirliyinin mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir.

Atlantik Şuranın Avrasiya Mərkəzi (ACUS) tərəfindən Bakıda "Bakı: Avrasiyada ticarət və tranzit/Yeni İpək Yolunun paytaxtı" mövzusunda beynəlxalq tədbirin keçirilməsi məsələsinə baxılmış və İqtisadi İnkişaf Nazirliyinin mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir.

“Dəniz tələbləri ilə bağlı məsuliyyətin məhdudlaşdırılması haqqında” Beynəlxalq Dəniz Təşkilatı tərəfindən qəbul edilmiş Beynəlxalq Konvensiyaya əlavə və dəyişikliklər haqqında 1996-ci il Protokoluna ölkəmizin qoşulması məsələsinə münasibət bildirilməsi haqqında Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının məktubuna baxılmış və İqtisadi İnkişaf Nazirliyinin mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir.

"Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında" Avropa Şurası və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) birgə Konvensiyasına dəyişikliklərin edilməsi haqqında Protokola Azərbaycan Respublikasının qoşulması məsələsinə baxılmış və İqtisadi İnkişaf Nazirliyinin mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir.

Dənizçilik sahəsində əmək fəaliyyətinin həyata keçirilməsinə dair Konvensiya və Tövsiyələrin bütün cari standartlarını birləşdirən 2006-cı ildə Beynəlxalq Əmək Təşkilatı tərəfindən qəbul edilmiş "Dənizçilik Sahəsində Əməyə dair" Konvensiyaya ölkəmizin qoşulması məsələsinə münasibət bildirilməsi haqqında Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının məktubuna baxılmış və İqtisadi İnkişaf Nazirliyinin mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir.

Azərbaycan Hökuməti tərəfindən BMT-nin İnsan Hüquqları Şurasının xüsusi prosedurlar üzrə mandat daşıyıcılarına daimi dəvətin göndərilməsi məsələsinə baxılmış və İqtisadi İnkişaf Nazirliyinin mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir.

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Katibliyi tərəfindən hazırlanmış regionda ticarətin və sərmayələri artırılması üçün edilən təkliflərə baxılmış, Nazirliyin rəyi aidiyyəti üzrə təqdim edilmişdir.

QDİƏT-in ticarətin asanlaşdırılması üzrə əməkdaşlığın gücləndirilməsinə dair Konsepsiya Sənədinin layihəsinə İSN-də aidiyyəti üzrə baxılmışdır. Konsepsiya sənədinin layihəsi Türkiyə tərəfindən 18-19 oktyabr 2012-ci il tarixlərində İstanbul şəhərində QDİƏT-in Ticarət və iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupunun iclası zamanı təqdim edilmişdir. Sənəd layihəsinə dair Xarici İşlər, Ədliyyə, Maliyyə, Vergilər və Nəqliyyat Nazirlikləri, Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Dövlət Miqrasiya Xidmətinin rəyləri ümumiləşdirilərək aidiyyəti üzrə təqdim edilmişdir.

QDİƏT-in elektron kitabçası üçün kiçik və orta ölçülü müəssisələrə enerjidən səmərəli istifadə üzrə dəstək göstərilməsi və enerji səmərəliliyi üzrə hüquqi tənzimləməyə dair sorğu sənədi üzrə məlumatlar aidiyyəti üzrə təqdim edilmişdir.

BMT-nin Sənaye İnkişaf Təşkilatı (UNİDO) ilə Azərbaycan Respublikası arasında yeni “Əməkdaşlıq üzrə Çərçivə Proqramı”nın imzalanması nəzərdə tutulur. Bununla bağlı, Azərbaycan hökuməti adından sənədin Energetika Nazirliyi tərəfindən imzalanması nəzərdə tutulmuşdur. Oktyabr ayında Hökumətdə baş vermiş struktur dəyişiklikləri ilə əlaqədar sənaye sahəsi İSN-ə həvalə edilmişdir. UNİDO-nun sənaye inkişafı üzrə fəaliyyət göstərən təşkilat olduğunu nəzərə alaraq, yeni “Əməkdaşlıq üzrə

128

Page 129: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Çərçivə Proqramı”nın imzalanması üzrə müvafiq tədbirlər hal-hazırda İSN tərəfindən həyata keçirilir. Belə ki, Çərçivə Proqramının yenidən işlənməsi və onun aidiyyəti dövlət qurumları və UNİDO ilə razılaşdırılması, daha sonra ölkə adından Nazir tərəfindən imzalanması üçün aidiyyəti işlər görülür.

UNİDO tərəfindən Sloveniyada keçirilməsi planlaşdırılan Sənaye Parkları üzrə Regional Konfransda Azərbaycan tərəfinin ekspert qismində iştirakı məsələsinə dair İqtisadiyyat və Sənaye Nazirliyinin mövqeyi aidiyyəti üzrə bildirilmişdir.

BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının 2016-2017-ci illər üçün təklif olunmuş proqram planının layihəsinə dair İSN-nin mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir.

“BMT-nin Avropa İqtisadi Komissiyasının ölkələri rəqəmlərdə” adlı nəşrin ölkəmizlə bağlı hissəsinə baxılaraq təhlil edilmişdir, məsələyə dair İSN-nin mövqeyi aidiyyəti üzrə bildirilmişdir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) ilə əməkdaşlıq çərçivəsində bir sıra işlər həyata keçirilmişdir. Belə ki,

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) “İnvestisiya Statistikası üzrə Əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun layihəsi üzrə digər qurumların mövqeləri toplanaraq ümumiləşdirilmiş və aidiyyəti üzrə təqdim edilmişdir.

TDƏŞ-in üzv dövlətləri arasında “İnvestisiya mühiti üzrə təcrübə mübadiləsi imkanlarının tədqiq edilməsi haqqında Anlaşma Memorandumu”nun layihəsi üzrə digər qurumların mövqeləri toplanaraq ümumiləşdirilmiş və aidiyyəti üzrə təqdim edilmişdir.

TDƏŞ-in “Türk Şurasının üzv dövlətlərinin Kiçik və Orta Ölçülü Müəssisələr üzrə Hökumət Orqanları arasında Anlaşma Memorandumu”nun layihəsi üzrə digər qurumların mövqeləri toplanaraq ümumiləşdirilmiş və aidiyyəti üzrə təqdim edilmişdir.

TDƏŞ-in çərçivəsində biznes sahəsində nailiyyət və töhfələrinə görə üzv dövlətlərin investorlarına Biznes Mükafatının verilməsi üzrə Azərbaycan tərəfinin namizədləri aidiyyəti üzrə təqdim edilmişdir.

Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin 3-5 aprel 2013-cü il tarixlərində İstanbulda keçirilmiş “Türk Diasporu və Türk Dünyası Baxışı 2013” mövzusunda keçirilmiş II Dünya Türk Forumunda Azərbaycan Respublikasını İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru təmsil etmişdir.

2009-cu ildə Ümumdünya Ərzaq Təhlükəsizliyi Sammitində qəbul edilmiş Bəyannaməyə əsasən dünyada baş verən qlobal meyllərə həsr olunacaq, həmçinin hamı üçün davamlı ərzaq təhlükəsizliyinə nail olunması üzrə hesabatın hazırlanması üçün təqdim edilmiş sorğu cavablandırılmış və aidiyyəti üzrə təqdim edilmişdir.

Avropa Şurasının Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyasının Azərbaycanda həyata keçirilməsinə ilə bağlı həmin Konvensiya üzrə Məşvərətçi Komitə tərəfindən hazırlanmış hesabata İSN-nin rəyləri aidiyyəti üzrə təqdim edilmişdir.

28 may 1999-cu il tarixində Monrealda imzalanmış “Beynəlxalq hava daşımaları üzrə mövcud qaydaların uyğunlaşdırılması haqqında Konvensiya”ya qoşulmaq məsələsinə baxılmışdır. Təqdim olunmuş Konvensiyanın beynəlxalq yük və sərnişin hava daşımaları zamanı təhlükəsizliyin təmin edilməsi, daşıyıcıların bu sahədə

129

Page 130: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

məsuliyyətinin artırılması, beynəlxalq aviasiya hadisələrinin qurbanları, habelə onların ailələrinin müdafiəsinin gücləndirilməsi, həmçinin beynəlxalq hava daşımalarını tənzimləyən mövcud qaydaların təkmilləşdirilməsi baxımından əhəmiyyət daşıdığını nəzərə alaraq, sənədə müvafiq qeyd-şərtlə qoşulmağa dair müsbət mövqe aidiyyəti üzrə təqdim edilmişdir.

7-8 oktyabr 2013-cü il tarixlərində Ər-Riyad şəhərində Səudiyyə Ərəbistanı Krallığı və Ərəb Dövlətləri Liqasının (ƏDL) təklifi əsasında ƏDL-Mərkəzi Asiya/Azərbaycan Əməkdaşlıq Forumu üçün Azərbaycan tərəfinin mövqeyinin formalaşdırılması məqsədilə digər dövlət qurumlarının məlumatları toplanaraq ümumiləşdirilmiş və aidiyyəti üzrə təqdim edilmişdir.

Azərbaycan Respublikası ilə Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) arasında Strateji əməkdaşlığın qurulması üçün KƏŞ Katibliyinin və Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı Səfirliyinin iqtisadi, ticarət, investisiya, enerji, turizm sahələrində və özəl şirkətlər arasında əməkdaşlığın genişləndirilməsi haqqında təkliflərinə dair İSN-nin mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir.

İqtisadiyyat və Sənaye Nazirliyinin icraçısı olduğu digər tədbirlər

Dünya Bankı ilə Azərbaycan Respublikası Hökumətinin birgə həyata keçirdiyi “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi çərçivəsində Balaxanı poliqonu üçün əlavə texnikanın satın alınması üzrə “Yuga Holdinq” MMC ilə müqavilə imzalanmış və avadanlıqlar (1 ədəd buldozer, 1 ədəd hidravlik ekskavator, 1 ədəd qreyder, 4 ədəd özüboşaldan yük maşını və 2 ədəd metan detektor) təchiz edilmişdir.

Sözügedən layihə çərçivəsində Bakı şəhəri ərazisində yerləşən qeyri-qanuni tullantı sahələrinin yığışdırılması məqsədilə cəlb edilmiş “Gökşin İnşaat” şirkəti tərəfindən sahəsi 200 m2 böyük olan qeyri-qanuni tullantı sahələrindən, ümumilikdə, 483 min tondan çox bərk tullantılar təmizlənərək, zərərsizləşdirilməsi üçün Balaxanı poliqonuna daşınmışdır.

Həmçinin, yeni bərk məişət tullantılarının idarəçiliyi şirkəti - “Təmiz Şəhər” ASC-yə idarəetmə dəstəyinin təmin edilməsi üzrə məsləhət xidmətlərini həyata keçirən “İntegrated Skills” şirkəti tərəfindən “Təmiz Şəhər” ASC üçün “Mühasibat uçotu üzrə proqram təminatı-funksional tələblər və mümkün seçimlər” sənədi, “Tullantılar üzrə məlumat sisteminə dair” texniki tapşırıqlar, informasiya texnologiyaları strategiyası, tarif siyasəti ilə əlaqədar təkliflər və keyfiyyət idarəetməsi sistemi üzrə fəaliyyət planı hazırlanmış və “Təmiz Şəhər” ASC-nin işçiləri üçün təlimlər keçirilmişdir. Bundan başqa, məsləhətçi şirkət Bakı şəhəri üzrə bərk məişət tullantılarının idarə olunması üzrə 20 illik strategiyanın hazırlanması işlərini həyata keçirir.

Qeyd olunan layihə çərçivəsində “Təmiz Şəhər” ASC və Layihə İdarəetmə Qrupu üçün potensial quruculuğa dair təlimlər üzrə cəlb edilmiş İsveçin “EİTEC və HİFAB” konsorsiumu Cəmiyyətin işçiləri üçün 5 təlim keçirmiş və xarici ölkələrə səfərlər təşkil etmişdir.

“Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi çərçivəsində Qaradağ və Suraxanı poliqonlarının bərpasına dair keçirilmiş tenderin qalibi Turkiyənin “Gökşin İnşaat” şirkəti ilə müqavilə imzalanmışdır. Hazırda şirkət tərəfindən Suraxanı sahəsində müvafiq bərpa işləri həyata keçirilir.

130

Page 131: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Layihənin D komponenti çərçivəsində Bakı şəhərində zəif xidmət göstərilən 6 ətraf rayonların bərk məişət tullantılarının toplanmasının və daşınmasının təkmilləşdirilməsi məqsədi ilə Türkiyənin “Hidro-Mak” və “AKMETAL” şirkətləri ilə müqavilələr imzalanmışdır. “Hidro-Mak” şirkəti ilə bağlanan müqaviləyə əsasən 29 ədəd 16m3 tutumu olan Ford markalı tullantı daşıyan maşınlar Qaradağ, Sabunçu, Suraxanı, Binəqədi, Pirallahı və Xəzər rayonlarına təhvil verilmişdir. “AKMETAL” şirkəti ilə imzalanan müqaviləyə əsasən isə təchiz ediləcək 0.5 m3 və 1.1 m3 tutumlu 3239 ədəd tullantı konteynerlərinin bir hissəsi ölkəyə gətirilərək yuxarıda qeyd olunan rayonlara təhvil verilmişdir.

“HPC” şirkəti tərəfindən Qaradağ sahəsində yeni poliqon və ötürücü məntəqə, o cümlədən Şüvəlan sahəsində ötürücü məntəqənin layihələndirilməsi məqsədilə ərazilərdə topoqrafik çəkilişlər, geotexniki tədqiqatlar aparılmış və müvafiq təfsilatlı layihə sənədləri hazırlanaraq təqdim edilmişdir.

“ACEP” şirkəti Qaradağ sahəsində yeni poliqon və ötürücü məntəqə, Şüvəlan sahəsində ötürücü məntəqə üzrə aparılacaq tikinti işlərinə dair ətraf mühitə təsirin qiymətləndirilməsi işlərini aparmış və adıçəkilən ərazilərin yaxınlığında yaşayan əhali ilə ictimai dinləmələri keçirmişdir. Şirkət tərəfindən hazırlanmış Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədi müvafiq qurumun təsdiqinə təqdim edilmişdir.

Tullantılar üzrə informasiya sisteminin layihələndirilməsi, təchizatı və tətbiqi üzrə Almaniyanın “Hydroplan” şirkəti tərəfindən bərk məişət tullantılarının yandırılması zavodu, Balaxanı poliqonu və çeşidləmə xətti üzrə vahid tullantıların informasiya sistemi hazırlanaraq təhvil-təslim aktı əsasında “Təmiz Şəhər” ASC-yə təqdim edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2012-ci il tarixli 1978 nömrəli Sərəncamı ilə verilmiş imzalama səlahiyyəti əsasında Azərbaycan Respublikası Hökuməti adından çıxış edən İqtisadi İnkişaf Nazirliyi və Serbiya Respublikasının Hökuməti adından çıxış edən Xarici İşlər Nazirliyi arasında 2 fevral 2012-ci il tarixində Bakı şəhərində Serbiya Respublikasında E-763 avtomobil magistralının Ljig-Boljkovci, Boljkovci – Takovo və Takovo - Preljina hissələrinin tikintisinin maliyyələşdirilməsi üzrə 300 milyon Avro məbləğində Kredit Sazişi imzalanmışdır. Kredit Sazişi Azərbaycan Respublikasının 6 aprel 2012-ci il tarixli 319-IVQ nömrəli Qanunu ilə təsdiq edilmişdir. Kredit Sazişinin icrası ilə bağlı Nazirlik tərəfindən müvafiq tədbirlər görülmüşdür.

Azərbaycan məhsullarının ixracı və ölkə xaricində satışının təşviqi, xarici bazarların öyrənilməsi, habelə Azərbaycan tarixinin, mədəniyyətinin və iqtisadiyyatının layiqincə təbliğ olunması məqsədilə Rusiya Federasiyasının Moskva şəhərində “Azərbaycan Evi”nin yaradılması ilə bağlı olaraq İqtisadi İnkişaf Nazirliyinin tabeliyindəki “Bakı Biznes Mərkəzi” MMC tərəfindən Rusiya Federasiyasında ООО “Бакинский Бизнес Центр” təsis edilmiş və 2012-ci ilin əvvəlində Rusiya Federasiyası Federal Vergilər Xidmətində qeydiyyata alınmışdır. ООО “Бакинский Бизнес Центр” tərəfindən 2012-ci ilin noyabr ayında sözügedən “Azərbaycan Evi”nin yerləşəcəyi daşınmaz əmlakın icarəyə götürülməsi ilə bağlı icarə müqaviləsi imzalanmışdır. Qeyd olunan daşınmaz əmlakda müvafiq təmir işlərinin aparılması məqsədilə təfsilatlı dizayn layihələndirmə sənədləri cəlb olunmuş təcrübəli şirkət tərəfindən tərtib edilmişdir.

131

Page 132: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Monteneqro Respublikasında avtomobil magistralının tikintisinin maliyyələşdirilməsi ilə bağlı Monteneqro Respublikasının Maliyyə Nazirliyi tərəfindən daxil olmuş kredit təklifi ilə bağlı məktuba İqtisadi İnkişaf Nazirliyinin mövqeyi aidiyyəti üzrə təqdim edilmişdir.

“SOCAR Turkiyə Egey” Neft emalı zavodu layihəsi çərçivəsində yaradılmış səhmdar cəmiyyətinin hesabına ilkin sərmayə kapitalı aidiyyəti üzrə köçürülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli 4 nömrəli Sərəncamı əsasında İqtisadiyyat və Sənaye Nazirliyinin yaradılması ilə bağlı “SOCAR Turkiyə Egey” Neft emalı zavodu layihəsi çərçivəsində yaradılmış səhmdar cəmiyyətinin səhmdarları aidiyyəti üzrə məlumatlandırılmışdır.

“SOCAR Turkiyə Egey” Neft emalı zavodu layihəsi ilə bağlı həyata keçirilməsi zəruri olan məsələlərə dair Azərbaycan Respublikasının Neft Şirkətinə aidiyyəti üzrə məlumat verilmişdir.

4.3.Xarici ticarət sahəsində görülmüş işlər İqtisadiyyatın bütün sahələrində olduğu kimi, xarici ticarət sahəsində də 2013-cü

ildə əhəmiyyətli işlər görülmüş və Ümumdünya Ticarət Təşkilatına üzvolma prosesi ilə bağlı işlər davam etdirilmişdir. İxracın şaxələndirilməsi və yerli məhsulların rəqabət qabiliyyətinin artırılması istiqamətində əhəmiyyətli nailiyyətlər əldə olunmuşdur.

Ölkə başçısının tapşırıqlarına əsasən iqtisadiyyatın neft sektorundan asılılığının azaldılması, qeyri-neft sektorunun balanslaşdırılmış inkişafı, yerli məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi, istehsal olunan malların xarici bazarlara çıxarılmasının asanlaşdırılması, ticarət tərəfdaşlarımızla əlaqələrin daha da genişləndirilməsi, yeni bazarlara çıxış, mövcud və potensial imkanlardan daha səmərəli istifadə edilməsi istiqamətində məqsədyönlü tədbirlər ardıcıl surətdə davam etdirilir.

Hesabat dövründə qeyri-neft ixracının genişləndirilməsi, ölkənin ixrac potensialından daha da səmərəli istifadəsi məqsədilə ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması istiqamətində işlər davam etdirilmişdir.

Bu çərçivədə, Nazirlər Kabinetinin 08.02.2011-ci il tarixli 40s nömrəli sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illər üçün qeyri-neft məhsullarının ixracının stimullaşdırılmasına dair Tədbirlər Planı”nın aidiyyəti bəndlərinin icrası ilə bağlı müvafiq işlər davam etdirilmişdir.

Həmçinin, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına dair Tədbirlər Planının 2013-cü il üzrə İcra Qrafikinə əsasən,Azərbaycan mənşəli kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxış imkanları araşdırılmış və artırılması istiqamətində müvafiq təkliflər hazırlanmışdır. Eyni zamanda, Azərbaycan mənşəli kənd təsərrüfatı məhsullarına xarici bazarlarda tətbiq edilə biləcək diskriminasiya hallarının aradan qaldırılması məqsədilə mütəmadi müşahidələr aparılır və müvafiq məlumatlar rəhbərliyə təqdim edilir.

Həmçinin, qeyri-neft ixracının təşviq edilməsi sahəsində Azərbaycanda istehsal olunan rəqabətqabiliyyətli məhsulların siyahısı və onların istehsalçılarının rekvizitləri ilə bağlı müvafiq məlumatlar mütəmadi yenilənmiş və saytda yerləşdirmək məqsədilə MDB-nin İcraiyyə Komitəsinə təqdim edilmişdir. Digər MDB ölkələri tərəfindən təqdim olunan müvafiq siyahı isə İqtisadiyyat və Sənaye Nazirliyinin saytında yerləşdirilmişdir.

132

Page 133: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

“Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq Proqramının həyata keçirilməsi üzrə 2012-2015-ci illər üçün Tədbirlər Planı”na müvafiq olaraq mal və xidmət bazarının vəziyyəti barədə məlumat mübadiləsinin təmin edilməsi məqsədilə Xarici İşlər Nazirliyinin vasitəsi ilə Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə müvafiq məlumatlar təqdim edilmişdir.

Ölkəyə idxal olunan, həmçinin ölkədə istehsal olunan bir sıra aksizli mallara tətbiq edilən aksiz vergilərinin dərəcələrinin eyniləşdirilməsi ilə bağlı məsələyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığına uyğun olaraq aidiyyəti qurumların səlahiyyətli nümayəndələri ilə birlikdə baxılmış və birgə hazırlanmış təkliflər razılaşdırılmaq üçün Nazirlər Kabinetinə təqdim olunmuşdur.

Bir sıra inkişaf etmiş ölkələr tərəfindən tətbiq edilən Ümumiləşdirilmiş Preferensiyalar Sistemi (GSP) proqramlarından Azərbaycan ixracatçılarının istifadə səviyyəsinin artırılması istiqamətində zəruri tədbirlər görülmüş, qeyd olunan proqramlar çərçivəsində Azərbaycan məhsullarının dünya bazarlarının böyük bir hissəsinə, o cümlədən ABŞ, Avropa Birliyi ölkələri, İsveçrə, Kanada, Türkiyə, Yaponiya və Norveçə rüsumsuz və ya aşağı dərəcəli rüsumlarla ixrac edilməsi imkanları ilə əlaqədar sahibkarların məlumatlandırılmasına xüsusi əhəmiyyət verilmişdir. Belə ki, əvvəlki illərdə keçirilən tədbirlərin davamı olaraq 2013-cü ildə Nazirliyin müvafiq strukturları tərəfindən Bakı şəhəri və regionlarda keçirilən müxtəlif tədbirlərdə iştirak təmin edilmiş və ölkəmizin ixrac potensialının səmərəliliyini təmin edilməsi məqsədilə sahibkarlara ixrac bazarları barədə zəruri məlumatlar verilmiş və onların sualları cavablandırılmışdır.

Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə sahibkarların maarifləndirilməsi məqsədi ilə Bakı və Xırdalan şəhərlərində “Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları” mövzusunda sahibkarlara və menecerlərə müvafiq təqdimatlar göstərilmişdir.

2013-cü ildə xarici ticarət siyasəti sahəsində görülən işlərin əsas istiqamətlərindən birini də xarici ticarət fəaliyyəti ilə bağlı təhlillər təşkil etmiş və bu təhlillər əsasında müvafiq arayışlar hazırlanmışdır. Belə ki, Azərbaycanın xarici ticarət fəaliyyətinin təhlili ilə bağlı 60-dan çox ölkə üzrə ikitərəfli ticarət əlaqələri, ticarətin strukturu və dinamikası təhlil olunmuş və bu təhlillər əsasında dövri arayışlar hazırlanmışdır. Eyni zamanda ölkə qrupları (Avropa İttifaqı, MDB, GUAM, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Konfransı Təşkilatı, Mərkəzi Asiya Regionu Ölkələrinin İqtisadi Əməkdaşlıq proqramı (CAREC) və digər qruplar) üzrə də Azərbaycan Respublikasının xarici ticarətinə dair dövri arayışlar hazırlanmışdır. Bununla yanaşı, qeyri-neft sektoru üzrə xarici ticarətin dinamikası, ixracın tərkibi və coğrafi strukturu, əsas idxal mallarının strukturu təhlil edilmiş, qeyri-neft sektoru üzrə idxal və ixrac dövriyyəsinə, həmçinin bir sıra ölkə və ölkə qrupları ilə ticarət əlaqələrinə dair arayışlar hazırlanaraq rəhbərliyə və aidiyyəti struktur bölmələrə təqdim edilmişdir. Arayışlar müvafiq olaraq İqtisadiyyat və Sənaye Nazirliyinin Məlumat bazasında, rəsmi internet saytında yerləşdirilmiş və mütəmadi yenilənmiş, xidməti istifadə üçün müvafiq struktur bölmələrə və aidiyyəti qurumlara təqdim olunmuşdur.

Hesabat dövründə Xorvatiya, Tacikistan, Serbiya, Çin, Belarus, Rusiya, Ukrayna, Özbəkistan, Macarıstan və digər ölkələrin idxalının strukturu təhlil edilmiş və Azərbaycandan həmin ölkələrə ixrac edilə biləcək məhsulların siyahısı

133

Page 134: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

müəyyənləşdirilərək müxtəlif ikitərəfli görüşlərdə istifadə edilmişdir. Bundan əlavə, MDB ölkələrinin paytaxt şəhərlərində əsas ərzaq məhsullarının qiymətlərinin dəyişmə dinamikası haqqında müqayisəli təhlillər aparılmışdır.

Eyni zamanda, USAİD-in Azərbaycanda Ticarət və Aqrobiznes İnkişaf Layihəsinin (ATLAS) xarici ticarət bölməsinə dair rəy və təkliflər aidiyyəti üzrə təqdim olunmuşdur.

Bir sıra xarici ölkələrlə ticarət-iqtisadi əməkdaşlıq sahəsində fəaliyyət göstərən Hökumətlərarası Komissiyaların, o cümlədən Azərbaycan Hökumətinin Hindistan, Pakistan, ÇXR Sintzyan-Uyğur Muxtar rayonu, Çin, Kuba, Ukrayna, Tacikistan, Moldova, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Rusiya Federasiyasının Çelyabinsk vilayəti, Litva, Latviya, Yunanıstan, Fransa, Küveyt, Avstriya, İtaliya, Yaponiya, Macarıstan, Xorvatiya ilə birgə komissiyaların iclas protokoluna daxil edilmək üçün xarici ticarət sahəsində əlaqələrin genişləndirilməsi üzrə təkliflər aidiyyəti üzrə təqdim olunmuş, dövlət əhəmiyyətli tədbirlərdə, beynəlxalq təşkilatların iclaslarında, müxtəlif ixtisas artırma kurslarında iştirak olunmuşdur.

ÜTT-yə üzvolma sahəsində görülən işlərHesabat dövrü ərzində Azərbaycanın ÜTT-yə üzvolma prosesində vacib

məsələlərdən biri olan çoxtərəfli danışıqlar davam etdirilmişdir. Bu çərçivədə 2012-ci ilin 7 dekabr tarixində keçirilmiş Azərbaycan üzrə İşçi Qrupun 10-cu iclasından sonra Azərbaycan tərəfinə təşkilatın üzv dövlətləri - Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı və Çinin Tayvan əyaləti tərəfindən suallar təqdim edilmişdir. İdxalın lisenziyalaşdırılması, özəlləşdirmə, idxal-ixrac əməliyyatları, kənd təsərrüfatında və sənayedə aparılan siyasət, subsidiyalaşdırma, sanitariya və fitosanitariya tədbirləri, texniki tənzimləmə, əqli mülkiyyət kimi sahələri əhatə edən həmin sualların aidiyyəti qurumlar tərəfindən cavablandırılması məqsədilə Nazirlik tərəfindən müvafiq işlər görülmüş, sonda alınan cavablar təhlil olunub və ümumiləşdirilərək ÜTT Katibliyinə təqdim edilməsi məqsədilə Xarici İşlər Nazirliyinə göndərilmişdir.

Bununla yanaşı, iclasda Azərbaycan üzrə İşçi Qrupun Hesabatının ilkin variantının hazırlanmasına dair qərar qəbul olunmuş və Faktlar İcmalının son variantı əsasında Katiblik tərəfindən tərtib olunmuş sənədin ilkin variantına baxılmış, zəruri dəyişikliklər edilmiş, təkliflər bildirilmişdir.

Eyni zamanda, İşçi Qrupun növbəti (11-ci) iclasında baxılması məqsədilə üzv dövlətlər tərəfindən tələb olunan Azərbaycan Respublikasının müvafiq normativ-hüquqi sənədlərinin ingilis dilinə tərcüməsi təmin edilmiş və sənədlər ÜTT Katibliyinə təqdim edilməsi məqsədilə Xarici İşlər Nazirliyinə göndərilmişdir.

Həmçinin 2012-ci il 6 dekabr tarixində Cenevrədə kənd təsərrüfatı üzrə keçirilmiş görüşdən sonra bir neçə üzv dövlətin suallarının cavablandırılması işi əlaqələndirilmişdir. Həmçinin, növbəti görüş üçün kənd təsərrüfatında daxili dəstək üzrə yeni cədvəllərin hazırlanmasında zəruri köməklik göstərilmiş, o cümlədən, ayrı-ayrı hissələr üzrə ekspertin yardımıilə bağlı müraciət edilmiş və hazırlanmış sənəd ingilis dilinə tərcümə edilərək ÜTT Katibliyinə təqdim edilməsi məqsədilə Xarici İşlər Nazirliyinə göndərilmişdir. Sənəd, həmçinin Azərbaycanın üzv olarkən kənd təsərrüfatı sahəsində götürəcəyi şərtlər 2013-cü ilin iyun ayında kənd təsərrüfatı üzrə Cenevrədə Cairns qrupunun üzvləri ilə keçirilən görüşlərdə müzakirə edilmişdir.

134

Page 135: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

2013-cü ildə ikitərəfli danışıqlar sahəsində müvafiq işlər görülmüş və danışıqlar prosesi davam etdirilmişdir. Xidmətlər və tariflər üzrə danışıqlar ilə bağlı aşağıdakı işlər görülmüşdür.

TariflərTariflər üzrə ikitərəfli danışıqlara hazırlıq məqsədilə müvafiq ÜTT üzv

dövlətlərinin müraciətlərinə baxılmış və zəruri işlər görülmüşdür. Belə ki, ABŞ, Kanada, Hindistan, Cənubi Koreya, Çinin Tayvan əyaləti, Honduras tərəfindən daxil olmuş mallar üzrə yeni təkliflər Azərbaycanın ÜTT-yə üzv olmasına hazırlıq işləri üzrə Komissiya nəzdində fəaliyyət göstərən Tariflər üzrə İşçi Qrupu çərçivəsində aidiyyəti dövlət qurumları ilə birgə təhlil olunmuş və bunlar əsasında mallar üzrə yeniləşdirilmiş təkliflər hazırlanmış və qarşı tərəfə təqdim olunmuşdur. Eyni zamanda, mallar üzrə ümumiləşdirilmiş təklif hazırlanaraq ÜTT Katibliyinə təqdim edilməsi məqsədilə Xarici İşlər Nazirliyinə göndərilmişdir.

Ayrı-ayrı mal qrupları üzrə, o cümlədən, balıqçılıq və kənd təsərrüfatında aidiyyəti qurumlar (Kənd Təsərrüfatı və Sənaye və Energetika nazirlikləri) və şirkətlər (“Caspian Fish Co”, “MS” MMC, “Xəzərbalıq” MMC) ilə müzakirələr əsasında Tariflər üzrə İşçi Qrupu çərçivəsində həssas (Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən) və qeyri-həssas mallar siyahıları tərtib olunmuşdur. Bunlar ilə bağlı danışıqlarda ölkəmizin mövqeyinin təkmilləşdirilməsi məqsədilə zəruri dəyişikliklərin edilməsi üçün siyahılar Dövlət Gömrük Komitəsinə təqdim olunmuşdur.

2013-cü ilin iyun ayında Cenevrə şəhərində Kanada, Hindistan, Cənubi Koreya, Çinin Tayvan əyaləti ilə mallar üzrə ikitərəfli danışıqlar aparılmışdır.

XidmətlərXidmətlər üzrə ikitərəfli danışıqlara hazırlıq məqsədilə müvafiq ÜTT üzv

dövlətlərinin müraciətlərinə baxılmış və zəruri işlər görülmüşdür. Belə ki, ABŞ, Avropa İttifaqı, Kanada, Norveç, Hindistan, Cənubi Koreya, Çinin Tayvan əyaləti tərəfindən daxil olmuş xidmətlər üzrə yeni sorğular Azərbaycan Respublikasının ÜTT-yə üzv olmasına hazırlıq işləri üzrə Komissiyanın tərkibində fəaliyyət göstərən Xidmətlər üzrə İşçi Qrupu çərçivəsində aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birgə təhlil olunmuş və bunlar əsasında xidmətlər üzrə yeniləşdirilmiş təkliflər, həmçinin xarici işçi qüvvəsinə tətbiq olunan kvota tələblərinə dair müvafiq məlumat və qanunvericilik sənədləri ingilis dilinə tərcümə edilərək qarşı tərəfə təqdim olunmuşdur. Bununla yanaşı, ayrı-ayrı xidmətlər sahəsinə dair müzakirələrin aparılması məqsədilə aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə Aİ ilə 27 fevral tarixində videokonfrans təşkil olunmuşdur.

2013-cü ilin iyun ayında Cenevrə şəhərində Kanada, Hindistan, Cənubi Koreya, Çinin Tayvan əyaləti ilə xidmətlər üzrə ikitərəfli danışıqlar aparılmışdır.

Texniki yardım proqramları çərçivəsində də bir sıra işlərin həyata keçirilməsi əlaqələndirilmişdir. Belə ki, Azərbaycan və ABŞ Hökumətləri arasında imzalanmış Memorandum əsasında həyata keçirilən “Azərbaycanda Ticarət və Rəqabətlilik” (ATR) proqramı çərçivəsində beynəlxalq ekspertlər tərəfindən bir sıra araşdırmalar hazırlanmış və bununla bağlı birgə müzakirələr və təhlillər aparılmışdır. Araşdırmalar aşağıdakı mövzular üzrə aparılmışdır:

- tariflər üzrə yeniləşdirilmiş təkliflərin hazırlanması prosesində istifadə olunan Azərbaycanda Balıqçılıq və Kağız məhsullarının istehsalı, bu sahələrdə mövcud

135

Page 136: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

vəziyyət və inkişaf potensialına dair araşdırmalar. Bu məqsədlə müvafiq şirkətlərin (“Azersun” Holding, Caspian Fish Co”, “MS” MMC, “Xəzərbalıq” MMC) nümayəndələri və ATR ekspertləri arasında görüşlər keçirilmişdir;

- xidmətlər üzrə təkliflərin təkmilləşdirilməsi məqsədilə Azərbaycanda xarici işçi qüvvəsinə dair kvota tələbləri, həmçinin təhsil xidmətləri ilə bağlı işçi sənədlər;

- kənd təsərrüfatı üzrə çoxtərəfli danışıqlarda müzakirə edilən məsələlər, o cümlədən ƏDV-dən azadolmalar və ixrac subsidiyalarına dair araşdırmalar.

Qeyd olunan araşdırmalar üzrə, həmçinin, bir sıra digər məsələlər üzrə aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə dəyirmi masaların keçirilməsi davam etdirilmişdir. Belə ki, 12-13 iyun tarixlərində “Təhsil xidmətləri” və “Əmək miqrasiyasının xidmətlər sahəsində götürülən öhdəliklərə təsiri: kvota məsələləri” mövzusunda Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Dövlət Miqrasiya Xidmətinin nümayəndələrinin iştirakı ilə, 21 iyun tarixində İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda “Azərbaycanın ÜTT-yə üzvlük prosesi: üzvlüyün potensial təsirləri və onların təhlili yolları” mövzusunda İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun əməkdaşlarının iştirakı ilə, 24 sentyabr tarixində “Kənd təsərrüfatında ƏDV-dən azadolmalar” və “İxrac subsidiyalarına dair vəziyyət” mövzusunda Kənd Təsərrüfatı, Vergilər və Xarici İşlər nazirliklərinin nümayəndələrinin iştirakı ilə dəyirmi masalar keçirilmişdir.

Həmçinin, il ərzində ATR layihəsi çərçivəsində ÜTT-yə üzvolma prosesində mallar və xidmətlər üzrə aparılan danışıqlar ilə bağlı beynəlxalq ekspert tərəfindən təhlillər hazırlanmış və nazirlik daxilində müzakirə edilmişdir. Qeyd olunan təhllillərdən yeni ikitərəfli təkliflər hazırlanarkən istifadə olunmuşdur.

Eyni zamanda, ÜTT-nin Texniki Yardım Proqramı çərçivəsində 2013-cü ilin 12-13 noyabr tarixlərində Bakıda İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən aidiyyəti dövlət qurumlarının nümayəndələrinin və ÜTT ekspertinin iştirakı ilə Sanitar və Fitosanitar tədbirlər üzrə seminar təşkil olunmuşdur.

Cəmiyyətin maarifləndirilməsi istiqamətində işlər davam etdirilmişdir. Belə ki, www.wto.az saytında Azərbaycan, digər danışıqçı ölkələr, həmçinin, ümumilikdə ÜTT-də baş verən cari proseslər ilə bağlı zəruri məlumatların yerləşdirilməsi təmin edilmişdir.

25 may tarixində daxil olmuş vətəndaş müraciəti əsasında Qafqaz Universitetinin tələbəsi Təbriz Məmmədlinin qəbulu həyata keçirilmişdir. Qəbul zamanı vətəndaşın Azərbaycanın ÜTT-yə üzvlük prosesi ilə bağlı apardığı danışıqların, gedən proseslərin cari vəziyyəti barəsində sualları cavablandırılmış, ətraflı məlumat üçün müvafiq mənbələr haqqında məlumat verilmişdir.

30-31 may tarixlərində Azərbaycan Dövlət İdarəçilik Akademiyası və Almaniyanın Kristian Albrext adına Kil Universitetinin birgə təşkilatçılığı ilə Bakıda keçirilmiş “Qafqazda və Orta Asiyada beynəlxalq ticarət hüququ: regional inteqrasiya və qloballaşma arasında”  mövzusunda beynəlxalq konfransda iştirak edən əməkdaş “Azərbaycanın ÜTT-yə üzvlük prosesinə ümumi baxış” mövzusunda çıxış edərək konfrans iştirakçılarını Azərbaycanın ÜTT-yə üzv olma prosesi çərçivəsində aparılan cari işlərlə bağlı məlumatlandırmış və iştirakçıları maraqlandıran sualları cavablandırmışdır.

136

Page 137: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

V. Normativ-hüquqi bazanın təkmilləşdirilməsi 2013-cü il ərzində İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən sosial-iqtisadi inkişafın təmin edilməsi məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsi sahəsində aşağıdakı işlər görülmüşdür:

- “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli, 383 nömrəli Fərmanının 2.3.1-ci hissəsinin icrası olaraq hazırlanmış “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanun layihəsinin qəbulu istiqamətində tədbirlər davam etdirilmiş və adıçəkilən layihə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 02.07.2013-cü il tarixli, 714-IVQ nömrəli Qanunla qəbul edilmişdir.

Hazırda həmin Qanunun tətbiqi ilə bağlı, Azərbaycan Respublikası Prezidentinin 28.09.2013-cü il tarixli, 955 nömrəli Fərmanının və Nazirlər Kabinetinin 02.09.2013-cü il tarixli, 240s nömrəli Sərəncamının icrası olaraq “İri, orta və kiçik sahibkar meyarları”nın, “Yoxlama suallarının siyahısının forması və tətbiqi qaydası”nın, “Məhsul nümunələrinin götürülməsi ilə bağlı yoxlayıcı orqanın çəkdiyi xərclərin sahibkar tərəfindən əvəzinin ödənilməsi qaydaları və müddətləri”nin və “Hər bir yoxlayıcı orqanın nəzarət sahəsi üzrə risk qruplarının müəyyənləşdirilməsi meyarları”nın layihələrinin hazırlanması və razılaşdırılması istiqamətində tədbirlər yerinə yetirilir;

- “Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 26.10.2011-ci il tarixli, 509 nömrəli Fərmanının 1-ci hissəsinin icrası olaraq beynəlxalq təcrübə nəzərə alınmaqla və Beynəlxalq Maliyyə Korporasiyasının ekspertlərinin iştirakı ilə hazırlanmış Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə bağlı lisenziya (icazə) sisteminin tənzimlənməsinin təşkilati, iqtisadi və hüquqi əsaslarını müəyyən edən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanun layihəsi, habelə lisenziyalar və icazələrin siyahısı aidiyyəti dövlət orqanlarının təklifləri əsasında yenidən işlənmişdir və adıçəkilən qanun layihəsinin razılaşdırılması istiqamətində tədbirlər davam etdirilir;

- ölkədə qiymətləndirmə fəaliyyətinin təşkilati, iqtisadi və hüquqi əsaslarının möhkəmlənməsi, qiymətləndirmə fəaliyyətinə dair qanunvericilik bazasının təkmilləşdirilməsi, qiymətləndirmə fəaliyyətinin dövlət tənzimlənməsinin və bu sahədə özünütənzimləmə məsələlərinin daha səmərəli həll olunması, habelə qiymətləndirmə bazarının inkişafı məqsədilə hazırlanmış “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi aidiyyəti dövlət orqanlarının təklifləri əsasında yenidən işlənmişdir və adıçəkilən qanun layihəsinin razılaşdırılması istiqamətində tədbirlər davam etdirilir;

- “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 12 iyun tarixli, 377-IVQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 17.07.2012-ci il tarixli, 686 nömrəli Fərmanının 1.2-ci bəndinin icrası olaraq ümumvətəndaş pasportunun verilməsinə və ya

137

Page 138: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

dəyişdirilməsinə görə dövlət rüsumunun fərqli məbləğlərini nəzərdə tutan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi hazırlanmışdır;

- Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddətində dəyişiklik edilməsi məqsədi ilə Azərbaycan Respublikasının 11 qanununun və Azərbaycan Respublikası Prezidentinin 8 fərmanının layihəsi hazırlanmışdır;

- “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 22.10.2013-cü il tarixli, 4 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrası olaraq “Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanının, həmin fərmanla təsdiq edilməsi nəzərdə tutulan İqtisadiyyat və Sənaye Nazirliyinin Əsasnaməsinin və Strukturunun layihələri hazırlanmışdır;

- alternativ və bərpa olunan energetika sahəsində fəaliyyətin daha da gücləndirilməsi məqsədilə “Alternativ və bərpa olunan energetika sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanının, həmin fərmanla təsdiq edilməsi nəzərdə tutulan Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Əsasnaməsinin və Strukturunun layihələri hazırlanmışdır;

- Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 19.04.2013-cü il tarixli, 628-IVQD nömrəli Qanununa uyğunlaşdırılması məqsədilə “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 aprel tarixli 865 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 509-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 802 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanlarının layihələri hazırlanmışdır;

- “Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 05.11.2012-ci il tarixli, 736 nömrəli Fərmanının 7.1.2-ci yarımbəndinin icrası olaraq yüksək texnologiyalar parklarının fəaliyyətinin hüquqi tənzimlənməsi məqsədilə “Texnologiyalar parkları haqqında Nümunəvi Əsasnamə” layihəsi hazırlanmışdır;

- ölkə iqtisadiyyatının qara metallurgiya məhsullarına artan tələbatını ödəmək və yerli xammal hesabına qara metallurgiya sənayesinin kompleks inkişafını təmin etmək məqsədilə “Polad istehsalı kompleksinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamının layihəsi hazırlanmışdır;

- Bakı şəhərində əmələ gələn bərk məişət tullantılarının kompleks şəkildə və daha səmərəli idarəedilməsi məqsədi ilə “Bakı şəhərində təhlükəsiz tullantıların idarəetmə sisteminin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamının layihəsi hazırlanmışdır;

- Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsinin təmin edilməsi məqsədi ilə “Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamının layihəsi hazırlanmışdır;

138

Page 139: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

- Abşeron yarımadasında yerləşən Böyük Şor və Zığ göllərinin bərpa edilməsi, ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə “Böyük Şor və Zığ göllərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamının layihəsi hazırlanmışdır;

- “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli, 415-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 04.09.2012-ci il tarixli, 697 nömrəli Fərmanının 1.4-cü bəndinin icrası olaraq hazırlanmış “Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları”nın və onun təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarının layihəsi aidiyyəti dövlət orqanlarının təklifləri əsasında yenidən işlənmiş və Nazirlər Kabinetinə təqdim edilmişdir;

- Azərbaycan Respublikası Prezidentinin “Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında” 21.12.2011-ci il tarixli, 548 nömrəli Fərmanının 7.1.3-cü və “Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında” 28.12.2011-ci il tarixli, 1947 nömrəli Sərəncamının 5.1.3-cü yarımbəndlərinin icrası olaraq sənaye parkında gömrük sahəsində stimullaşdırıcı tədbirlərin tətbiqinin təmin olunması məqsədi ilə hazırlanmış “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli, 91 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” Nazirlər Kabinetinin qərarının layihəsi aidiyyəti dövlət orqanlarının təklifləri əsasında yenidən işlənmişdir və razılaşdırılması istiqamətində tədbirlər davam etdirilir;

- Azərbaycan Respublikası Prezidentinin 19.12.2007-ci il tarixli, 683 və 09.02.2009-cu il tarixli, 50 nömrəli fərmanlarına, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının 11.07.2009-cu il tarixli, 2/569 və 26.10.2009-cu il tarixli, 2/934 nömrəli məktublarında müəyyən olunan yanaşmaya, beynəlxalq təcrübəyə uyğun olaraq hazırlanmış “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısı”nın təsdiq edilməsi haqqında” və “Bəzi malların (işlərin, xidmətlərin) qiymətlərinin tənzimləmə mexanizminə dair Tədbirlər Planı (2014-2015-ci illər)”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərarlarının layihələri aidiyyəti dövlət orqanlarının təklifləri əsasında yenidən işlənərək Nazirlər Kabinetinə təqdim edilmişdir;

2. Aşağıdakı sənədlər İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının müvafiq qərarları ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyi tərəfindən Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmişdir:

2.1. “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 24.04.2013-cü il tarixli, 865 nömrəli Fərmanının 3.1-ci bəndinin icrası olaraq hazırlanmış:

- “Hüquqi və fiziki şəxslərin sənaye parkının rezidenti kimi qeydiyyatdan keçmək üçün təqdim etdikləri ərizənin forması və ona əlavə edilən sənədlərin siyahısı”;

- “Sənaye parkının qeydiyyat şəhadətnaməsinin forması”;- “Sənaye parkının rezidentlərinin reyestrinin aparılması qaydası”; - “Sənaye parkında fəaliyyət göstərmək üçün hüquqi və fiziki şəxslərlə operator

arasında bağlanılan niyyət razılaşması”nın nümunəvi forması;

139

Page 140: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

- “Hüquqi və fiziki şəxslərin sənaye parkının rezidenti kimi qeydiyyatdan keçmək üçün təqdim etdikləri ərizəyə əlavə olunan investisiyanın həcminin minimal həddi”;

- “Hüquqi və fiziki şəxslər tərəfindən təqdim olunan investisiya layihəsinin qiymətləndirilməsi Qaydası”;

- “Sənaye parkının idarəedici təşkilatı ilə rezidenti arasında bağlanılan sənaye parkının ərazisində dövlət mülkiyyətində olan torpaq sahəsinin icarə müqaviləsi”nin nümunəvi forması;

2.2. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 509-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 29.12.2012-ci il tarixli, 802 nömrəli Fərmanının 4-cü hissəsinin icrası olaraq hazırlanmış:

- “Sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına dair təsdiqedici sənəd” forması;

- “Sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatı və ya operatoru tərəfindən texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına dair təsdiqedici sənəd” forması;

2.3. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23.05.2011-ci il tarixli, 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin icrası olaraq hazırlanmış:

- “Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı ilə məşğul olan istehsal və emal müəssisələrinə təsdiqedici kod nömrəsinin verilməsi üçün müraciətlərin və sənədlərin qəbulu haqqında inzibati reqlament”;

- “İnzibati cərimələrin və maliyyə sanksiyalarının internet vasitəsilə ödənilməsi haqqında inzibati reqlament”;

2.4. Nazirliyin normativ hüquqi aktlarınının “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 20.11.2012-ci il tarixli 470-IVQD nömrəli Qanunununa uyğunlaşdırılması məqsədilə hazırlanmış:

- “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizanın keçirilməsi və nəticələrini təsdiq edən mənşə sertifikatının verilməsi üzrə inzibati reqlament”də dəyişikliklər;

- “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə ixrac olunan yeyinti məhsullarına keyfiyyət sertifikatının verilməsi üzrə inzibati reqlament”də dəyişikliklər.

İri taxılçılıq təsərrüfatlarının qurulması nəzərdə tutulan torpaq sahələrinin müəyyənləşdirilməsi və Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisələrinin ərazilərində iri taxılçılıq təsərrüfatlarının qurulması ilə bağlı Nazirlik tərəfindən hazırlanmış müvafiq sərəncam layihəsi Nazirlər Kabinetinə təqdim edilmiş və bunun əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 3 aprel tarixli 64s nömrəli Sərəncamı imzalanmışdır. 2013-cü ildə bu sərəncamdan irəli gələn müvafiq işlər həyata keçirilmişdir.

140

Page 141: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

“Ölkədə heyvandarlıq sahəsində pilot təsərrüfatın yaradılması” ilə bağlı sərəncam layihəsi Nazirlər Kabinetinə təqdim olunmuş ilə Nazirlər Kabinetinin 12 sentyabr 2013-cü il tarixli 254s nömrəli Sərəncamı imzalanmışdır.

Ölkəyə idxal olunan bir sıra kənd təsərrüfatı istehsal vasitələrinə və texnikasına tətbiq olunan güzəştlərlə əlaqədar hazırlanan təkliflər Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırığına əsasən Prezident Administrasiyasının kənd təsərrüfatında subsidiya mexanizminin təkmilləşdirilməsi ilə bağlı təkliflərinə baxılmış və aidiyyəti üzrə münasibət bildirilmişdir.

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində “Strateji planların hazırlanması ilə bağlı tövsiyə” sənədi Nazirlər Kabinetinə təqdim edilmiş və sözügedən sənədin təqdimatı ilə bağlı 6 dekabr 2013-cü il tarixində Milli Fəaliyyət Qrupunun üzv və qeyri-üzvlərinin iştirakı ilə tədbir keçirilmişdir.

Hesabat dövründə, həmçinin “Avtorizasiya olunmuş iqtisadi operatorların tanınması barədə GUAM üzv-dövlətlərinin hökumətləri arasında Saziş” layihəsinə, baxılmış və münasibət bildirilmiş, o cümlədən “Malların beynəlxalq alğı-satqısı üzrə müqavilələrə dair” 1980-ci il BMT Konvensiyasına qoşulmaq məqsədilə Konvensiyanın Azərbaycan dilinə tərcümə edilmiş mətni xarici dildə olan mətnə uyğunluğunun təsdiq edilməsi üçün Xarici İşlər Nazirliyinə göndərilmişdir. Həmçinin, “GUAM üzv dövlətləri arasında azad ticarət zonasının yaradılması üzrə sazişin tərəflərinin fəaliyyətini əlaqələndirən İşçi Orqanın yaradılması və fəaliyyəti Qaydalarının təsdiq olunması haqqında Protokol” layihəsi tərcümə edilərək aidiyyəti dövlət qurumlarının rəy və təkliflərinin bildirilməsi üçün Nazirlər Kabinetinə təqdim edilmişdir.

Azərbaycan Respublikası ilə Ukrayna arasında mövcud olan müqavilə-hüquq bazasının inventarlaşması haqqında Xarici İşlər Nazirliyinin sorğusuna baxılmış və cavablandırılmış, həmçinin Azərbaycan Respublikası tərəfindən MDB ölkələri ilə qarşılıqlı ticarətdə tətbiq olunan tarif və qeyri-tarif tədbirlərinə dair məlumatlar hazırlanaraq MDB İcraiyyə Komitəsinə təqdim olunmuşdur.

2013-cü il ərzində həmçinin xarici ticarət fəaliyyətinin hüquqi tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. Bu istiqamətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 fevral 2011-ci il tarixli 40s nömrəli sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illər üçün qeyri-neft məhsullarının ixracının stimullaşdırılmasına dair Tədbirlər Planı”nın 1.1-ci bəndinə uyğun olaraq hazırlanmış “Xarici ticarət fəaliyyətinin dövlət tənzimlənməsi haqqında” Qanun layihəsinin yekun variantının hazırlanması və aidiyyəti dövlət orqanları ilə razılaşdırılması ilə bağlı müvafiq işlər görülmüşdür. Layihə ilə bağlı aidiyyəti orqanlardan daxil olan rəylər əsasında qanun layihəsinin təkmilləşdirilmiş variantı Nazirlər Kabinetinə təqdim edilmişdir.

Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 fevral 2011-ci il tarixli 40s nömrəli sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illər üçün qeyri-neft məhsullarının ixracının stimullaşdırılmasına dair Tədbirlər Planı”nın 1.3-cü bəndinin, o cümlədən “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 iyul 2013-cü il tarixli, 936 nömrəli Fərmanının 1.2.1-ci yarımbəndinin icrası ilə bağlı hazırlanmış “Antidempinq,

141

Page 142: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

kompensasiya və mühafizə tədbirləri haqqında” Qanun layihəsinin aidiyyəti dövlət orqanları ilə razılaşdırılması istiqamətində işlər görülmüşdür. Layihə Ədliyyə Nazirliyi ilə razılaşdırılmış, Dövlət Gömrük Komitəsinin təklifləri ilə bağlı müvafiq əsaslandırma-arayış hazırlanaraq layihənin təkmilləşdirilmiş variantı Nazirlər Kabinetinə təqdim edilmişdir.

Eyni zamanda qeyd olunan sərəncamın icrasının əlaqələndirilməsi həyata keçirilmiş, aidiyyəti tədbirlərin icrası ilə bağlı məlumatların təqdim edilməsi məqsədilə müvafiq dövlət orqanlarına xatırlatma məktubları göndərilmiş və daxil olan məlumatlar əsasında Tədbirlər Planının icra vəziyyəti ilə bağlı ümumi hesabat hazırlanmışdır.

Hesabat dövründə həmçinin, idxal zamanı əlavə dəyər vergisindən və gömrük rüsumlarından bir sıra azadolmaların ləğvinə dair İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən hazırlanmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 1998-ci il 22 aprel tarixli 91 nömrəli və “Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında” 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarlarında müvafiq dəyişikliklər edilməsini nəzərdə tutan qərar layihələri ilə bağlı aidiyyəti dövlət orqanlarının vizaları alınaraq layihələrin yekun variantı Nazirlər Kabinetinə təqdim edilmişdir. Nazirlər Kabinetinin 8 noyabr 2013-cü il tarixli 323 və 324 nömrəli qərarları ilə müvafiq dəyişikliklər artıq qəbul edilmişdir.

2013-cü ildə həmçinin digər dövlət orqanları tərəfindən hazırlanmış və xarici ticarət fəaliyyətinə aid olan normativ-hüquqi aktların layihələrinə baxılmış və rəy bildirilmişdir. Bu istiqamətdə yeni Gömrük Məcəlləsinin qəbul edilməsi ilə əlaqədar “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli, 499 nömrəli Fərmanının, o cümlədən “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 iyul 2013-cü il tarixli, 936 nömrəli Fərmanının icrası ilə əlaqədar bir sıra layihələrə o cümlədən, “Səlahiyyətli iqtisadi operator statusunun verilməsi, müvəqqəti dayandırılması və ləğv olunması Qaydaları”, “Mallara dair bəyannamənin təsdiq edildiyi gündən 1 (bir) il müddətində malların qüsurlu olması ilə əlaqədar sövdələşmə qiymətinə düzəlişlər edilməsi halları”, “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması, buraxılışın dayandırılma müddətinin uzadılması, qəbul edilən qərarlar barədə ərizəçiyə və bəyannaməçiyə məlumat verilməsi Qaydaları”, “Malların emal və ya xüsusi istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazənin verilməsinin yerli istehsalçıların mühüm maraqlarına təsir göstərmə dərəcəsinin müəyyənləşdirilməsi üçün iqtisadi şəraitin təhlilinin aparılması Qaydaları”, “Müvəqqəti saxlanc anbarlarının və gömrük anbarlarının tiplərinə, quruluşuna, təchizatına, orada yerləşdirilən mallarla əlaqədar əməliyyatlara, uçot və hesabatın aparılmasına, gömrük nəzarətinin həyata keçirilməsinə, anbar sahibinə dair Tələblər”, “Təminatdan istifadə etməklə gömrük borcunun ödənilməsinin təmin edilməsi Qaydaları”, “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”, “Sərbəst zonaya gətirilən daxili malların, sərbəst zona daxilində emal əməliyyatlarına məruz qalmış daxili malların və sərbəst zona daxilində sərbəst dövriyyəyə buraxılmış malların gömrük orqanları tərəfindən daxili

142

Page 143: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

mallar gömrük statusunun təsdiq edilməsi Qaydası”, “Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”, “Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar barəsində sərəncam verilməsi Qaydaları”, “Malların beynəlxalq və daxili tranzit xüsusi gömrük prosedurları altında yerləşdirirlərək daşınması Qaydaları”, “Məlumat daşıyıcı vasitələrinin gömrük dəyərləndirilməsi Qaydaları” və s. layihələrinə baxılmış və münasibət bildirilmişdir (layihələrə rəy bildirilmiş və ya razılaşdırılmış yekun variant iqtisadiyyat və ya sənaye naziri tərəfindən vizalanmışdır).

Həmçinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Standartlaşdırma haqqında” Qanun layihəsinə, “İdxal olunan məhsullara uyğunluq sertifikatının verilməsi Qaydası”nın layihəsinə baxılmış və münasibət bildirilmişdir.

Eyni zamanda, “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə”, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihələrinə və “Azərbaycan Respublikasının Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə” və “Azərbaycan Respublikasının Prezidentinin 2001-ci ilin 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin fərman layihələrinə aidiyyəti üzrə baxılmış və rəy bildirilmişdir.

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının 2002-ci il 2 iyul tarixli 358-2Q nömrəli Qanununa uyğun olaraq “Azərbaycan Respublikasının 2014-cü il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” hazırlanmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilmişdir.

“Azərbaycan Respublikasının 2014-cü il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müvafiq qərarla bəyənilmişdir.

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 509-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 802 nömrəli Fərmanının 1.2-ci bəndinin icrası ilə əlaqədar hazırlanmış Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 164.1.8-ci maddəsində nəzərdə tutulmuş dövlət əhəmiyyətli nəşrlərin siyahısına və bu siyahının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərman layihəsinə baxılmış, təhlil olunmuş və münasibət bildirilmişdir.

“İnvestisiya qiymətli kağızlar üzrə dividend, diskont və faizlərin vergidən azad edilməsi haqqında” və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanun layihələri və müvafiq təkliflərlə bağlı razılaşdırılmış layihənin təqdim edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin dərkənarına baxılmış, təhlil olunmuş və münasibət bildirilmişdir.

143

Page 144: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

“Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 dekabr tarixli 760 nömrəli Fərmanının 3.6-cı bəndinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2012-ci il tarixli 341s nömrəli Sərəncamının 2.9-cu bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmış “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının qanun layihələrinə baxılmış, təhlil olunmuş və münasibət bildirilmişdir.

Dövlət büdcəsindən maliyyələşdirilən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş dövlət əhəmiyyətli nəşrlərin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətinin ƏDV-dən azad edilməsi barədə müddəaların Vergi Məcəlləsindən çıxarılması ilə əlaqədar hazırlanmış “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 509-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 802 nömrəli Fərmanı”nda dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı layihələrinə aidiyyəti üzrə baxılaraq münasibət bildirilmişdir.

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 21 dekabr 2012-ci il tarixli 509-IVQD nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 802 nömrəli Fərmanının icrası məqsədilə hazırlanmış “Vergi partnyorluğu sazişinin Forması”nın və “Vergi partnyorluğu sazişinin bağlanması Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı və həmin Qərarla təsdiq edilməsi nəzərdə tutulan müvafiq sənədlərə baxılmış, təhlil olunmuş və münasibət bildirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkədə göstərilən aqroservis xidmətlərinin və mineral gübrələrin satışının əlavə dəyər vergisindən azad edilməsi barədə Kənd Təsərrüfatı Nazirliyinin məktubuna baxılmış, qaldırılmış məsələyə dair münasibət 21.08.2013-cü il tarixli İİN-X/O-7183/2013 nömrəli məktubla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, 23.07.2013-cü il tarixli İİN-X/O-6282/2013 nömrəli məktubla isə Nazirlər Kabinetinə bildirilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığına əsasən “Transfer qiymətqoyma haqqında” Azərbaycan Respublikasının Qanunu və həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı layihələrinə dair rəy və təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunmuşdur.

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 509-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli 802 nömrəli Fərmanının 3.2-ci bəndinin icrası ilə əlaqədar nağd əməliyyatların məhdudlaşdırılması və nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə hazırlanmış normativ hüquqi aktların layihələri təhlil olunmuş, iqtisadi təsirləri qiymətləndirilmiş və münasibət bildirilmişdir.

144

Page 145: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığına əsasən “Dövlət əhəmiyyətli nəşrlərin siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərman layihəsinə dair hazırlanmış hüquqi ekspertiza rəyinə baxılmış, təhlil olunmuş və münasibət bildirilmişdir.

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 5 aprel tarixli 596-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 17 aprel tarixli 2853 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrası məqsədilə hazırlanmış “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsinə baxılmış, rəy və təkliflər aidiyyəti üzrə təqdim olunmuşdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığına əsasən “Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə müvafiq qaydada münasibət bildirilmişdir.

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə” və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 28 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı layihələrinə münasibət bildirilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 13 sentyabr tarixli 246s nömrəli Sərəncamının 5-ci bəndinin icrası ilə əlaqədar, tikinti fəaliyyəti subyektlərinin peşə məsuliyyətinin icbari sığortası ilə bağlı hazırlanmış “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu layihəsinin yeni variantına Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq dərkənarına əsasən baxılmış, təhlil olunmuş və münasibət bildirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 04 iyul tarixli 937 nömrəli Fərmanının 1.3-cü bəndinin icrası ilə əlaqədar hazırlanmış avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə beynəlxalq “Yaşıl Kart Sistemi”nin Azərbaycan Respublikasında tətbiqini nəzərdə tutan “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsinə baxılmış, təhlil olunmuş və münasibət bildirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 dekabr tarixli 1890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq üzümçülük təsərrüfatları ilə tədarük, emal və şərabçılıq müəssisələri arasında kooperasiyanın dəstəklənməsi, məhsuldar, fillokseraya davamlı və rayonlaşdırılmış üzüm sortlarının tinglərindən istifadənin stimullaşdırılması, üzüm istehsalçıları, şərabçılıq və digər üzüm emalı

145

Page 146: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

sahələri üçün maliyyə stimulları mexanizmlərinin yaradılması məqsədilə təkliflər hazırlanaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilmişdir.

“Süni mayalama metodu ilə alınan buzov və balaqlara görə heyvandarlıq məhsulları istehsalçılarının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi Qaydaları”nın, “Heyvandarlığın yem bazasının möhkəmləndirilməsi üçün senaj və silos istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi Qaydaları”nın, “Azərbaycan Respublikasında yetişdirilən damazlıq heyvanların ölkə daxilində satışının stimullaşdırılması Qaydaları”nın və bu qaydaların təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərar layihələrinə baxılmış, təhlil olunmuş və münasibət bildirilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı və həmin Sərəncamla təsdiq edilməsi nəzərdə tutulan Kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi üçün kənd təsərrüfatı məhsulları istehsalçılarına ildə bir dəfə birdəfəlik yardım verilməsi Qaydaları”nın, “Toxumçuluq və tinglik təsərrüfatlarından satılan sertifikatlı (1-ci, 2-ci və 3-cü reproduksiyalı) toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi Qaydaları”nın və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılmasına görə 50 faizinin satıcılara və iri fermer təsərrüfatlarının öz istifadələri üçün idxal etdikləri mineral gübrələrin dəyərinin 50 faizinin dövlət tərəfindən ödənilməsi Qaydaları”nın layihələrinə baxılmış, təhlil olunmuş və münasibət bildirilmişdir.

İqtisadiyyatın infrastruktur təminatı üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 14 may tarixli 648-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2 iyul 2013-cü il tarixli 933 nömrəli Fərmanının 1.1.12-ci yarımbəndinin icrası ilə əlaqədar “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun əlavə mədaxil mənbələrinin müəyyənləşdirilməsi üçün hazırlanmış Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı layihələrinə baxılmış, rəy və təkliflər Nəqliyyat Nazirliyinə təqdim olunmuşdur.

“Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2007-ci il tarixli 2198 nömrəli Sərəncamına uyğun hazırlanmış “Dövlət Nəqliyyat Siyasəti Konsepsiyası” layihəsinə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli 800 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq yenidən baxılaraq, rəy və təkliflər aidiyyəti üzrə təqdim olunmuşdur.

“Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın və “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının icrası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncam layihəsinə baxılmış, rəy və təkliflər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təqdim olunmuşdur.

146

Page 147: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Sinqapurun Keppel şirkəti və “Azərbaycan İnvestisiya Şirkəti” ASC tərəfindən təsis edilmiş “Bakı Gəmiqayırma Zavodu” MMC-nin uğurlu fəaliyyətinin təmin edilməsi məqsədilə gəmiqayırma sahəsində yaxın və uzun müddətdə tələbatın və dövlət sifarişlərinin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müraciətinə baxılaraq münasibət bildirilmişdir.

“Gəmiqayırma fəaliyyətinə xüsusi hüquqi rejimin tətbiqi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə dair rəy və təkliflər Azərbaycan Respublikası Prezidenti Administrasiyasına təqdim olunmuşdur.

“Gəmiqayırma fəaliyyətinin Dövlət Strategiyasının layihəsinin hazırlanması barədə” Azərbaycan Respublikası Prezidentinin Sərəncam layihəsinə dair rəy və təkliflər Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmuşdur.

“Avtomobil nəqliyyatı ilə sərnişin daşımalarının yerinə yetirilməsində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin gücləndirilməsinə dair” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncam layihəsinə baxılmış, müvafiq təkliflər Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilmişdir.

“Azərbaycan Respublikasında “Milli genişzolaqlı internetin inkişafı” layihəsinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı layihəsinə və “2013-2015-ci illərdə Azərbaycan Respublikasında milli genişzolaqlı internetin inkişafına dair Dövlət Proqramı”nın layihəsinə baxılaraq rəy və təkliflər Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli 695 nömrəli Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 sentyabr 2012-ci il tarixli 246s nömrəli Sərəncamının 2.7-ci və 2.9-cu yarımbəndlərinin icrası ilə əlaqədar hazırlanmış “Ümumi və baş planların hazırlanması, razılaşdırılması və təsdiq olunması Qaydaları” və “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması Qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı” layihələrinə baxılmış, sənədlərə dair münasibət Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə bildirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 28 mart 2013-cü il tarixli 2815 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın 7-ci bəndinə uyğun hazırlanmış “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafı üzrə Milli Strategiya” layihəsinə baxılmış, rəy və təkliflər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təqdim olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının 6-cı bölməsinin icra edilməsi məqsədilə “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın və “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının icrası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncam layihəsinə baxılmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinə və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təkliflər təqdim olunmuşdur.

147

Page 148: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

“Bakı şəhərində nəqliyyat problemlərinin aradan qaldırılması üzrə 2013-2015-ci illər üçün Tədbirlər Planı”nın və onun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncam layihəsinə baxılmış, rəy və təkliflər Nəqliyyat Nazirliyinə təqdim edilmişdir.

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 iyul 2008-ci il tarixli 792 nömrəli Fərmanının 1.11-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmış “Azərbaycan Respublikasında avtomobil nəqliyyatı sisteminin inkişafına dair Tədbirlər Planı”nın layihəsi İqtisadiyyat və Sənaye Nazirliyi ilə razılaşdırılmışdır.

Hesabat dövründə, Nazirlik tərəfindən ölkənin mənzil-kommunal sahəsində islahatların sürətləndirilməsi, sahənin normativ-hüquqi bazasının formalaşdırılması və mütəmadi olaraq təkmilləşdirilməsi, Mənzil Məcəlləsindən irəli gələn müddəaların tətbiqi, vətəndaşların mənzil hüquqlarının təmin edilməsi, eləcədə mənzil fondunun yeni idarəetmə üsullarının həyata keçirilməsi istiqamətində zəruri işlər görülmüş, qanunvericilik aktlarında və dövlət proqramlarında mənzil-kommunal təsərrüfatı sahəsində Nazirliyə həvalə edilmiş tədbirlərin icrası davam etdirilmişdir.

Belə ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanının icrası ilə bağlı “2014-2016-ci illərdə Azərbaycan Respublikasında mənzil-kommunal təsərrüfatının inkişafı üzrə Tədbirlər Planının”nın layihəsi hazırlanaraq Nazirlik daxilində razılaşdırılmış və yekun variantı müvafiq qaydada təqdim ediləcəkdir.

Mənzil-kommunal təsərrüfatı sahəsinin bazar iqtisadiyyatı prinsiplərinə uyğun idarə olunması və inkişaf etdirilməsi və bu sahədə islahatların dəstəklənməsi mexanizminin yaradılması ilə bağlı təkliflər (“Mənzil-Kommunal Təsərrüfatı Sahəsində İslahatlara Yardım Fondunun yaradılması və onun vəsaitlərinin istifadə Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı layihəsi) hazırlanaraq aidiyyəti dövlət orqanları tərəfindən münasibət bildirilməsinə dair müvafiq göstərişin verməsi üçün Nazirlər Kabinetinə təqdim olunmuşdur.

Bakı şəhərinin inzibati ərazisində yerləşən çoxmənzilli binalarda Azərbaycan Respublikası Mənzil Məcəlləsi ilə nəzərdə tutulmuş idarəetmə üsullarının tətbiqi məqsədilə pilot layihənin həyata keçirilməsi barədə Nazirlər Kabinetinin Sərəncamı layihəsi hazırlanaraq təqdim olunmuşdur. Nazirlər Kabinetinin müvafiq dərkənarına əsasən Maliyyə, Ədliyyə, Fövqəladə Hallar nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi və Bakı Şəhər İcra Hakimiyyətinə layihəyə münasibət bildirmək tapşırığı verilmişdir. Adıçəkilən qurumların təklifləri nəzərə alınmaqla hazırlanan Sərəncam layihəsinin yeni variantı Nazirlər Kabinetinə təqdim olunmuş və müvafiq blankda dərc olunaraq hazırda aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir.

“Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi və idarə edilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı və “Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu layihələri hazırlanaraq Nazirlər Kabinetinə göndərilmişdir. Razılaşdırmaq məqsədilə müxtəlif dövlət orqanlarına göndərilmiş layihələrə dair rəy və təkliflər aidiyyəti üzrə Nazirliyə daxil olmuşdur. Təqdim edilmiş rəy və təkliflərdə fikir ayrılıqları olduğundan həmin orqanların

148

Page 149: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

nümayəndələri ilə İqtisadi İnkişaf Nazirliyində müzakirələr aparılmışdır. Müzakirələrin nəticəsi olaraq, alternativ təkliflərin hazırlanması məqsədəuyğun hesab olunmuşdur və hazırda yeni variant üzərində işlər davam etdirilir.

“Sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahələrinə ehtiyacı olan vətəndaşların aztəminatlı hesab edilməsi Qaydası” və həmin Qaydanın təsdiq olunması barədə Nazirlər Kabinetinin müvafiq qərar layihələri hazırlanmış və razılaşdırılması üçün aidiyyəti dövlət orqanlarına təqdim olunmuşdur. Hazırda Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərindən və Əmlak Məsələləri Dövlət Komitəsindən təkliflər daxil olub, Ədliyyə Nazirliyindən isə qısa müddət ərzində təqdim ediləcəyi bildirilmişdir.

Şəhər (rayon) ərazilərinin sanitar təmizliyinin və küçələrin, yolların, park və xiyabanların işıqlandırılmasının təmin edilməsində çalışan işçilərin əməyinin normalaşdırılması, onların sayının hesablanması və iş vaxtından daha səmərəli istifadə edilməsi, şəhərlərin (rayonların) müvafiq normalara uyğun işıqlandırılmasının və təmizliyinin təmin edilməsi məqsədilə hazırlanmış “Şəhər (rayon) ərazilərinin sanitar təmizliyinin təmin edilməsi üzrə əmək, xidmət, xərc normalarının hesablanması metodikası və onların tətbiqi Qaydaları” və “Şəhər (rayon) küçələrinin, yolların, park və xiyabanların işıqlandırılması üzrə əmək, xidmət, xərc normalarının hesablanması metodikası və onların tətbiqi Qaydaları”, eləcədə həmin Qaydaların təsdiq edilməsi barədə Nazirlər Kabinetinin Qərar layihəsinin yekun variantı aidiyyəti dövlət orqanlarının rəy və təklifləri əsasında hazırlanmış, həmin qurumlarla (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti) razılaşdırılmış və hazırda Maliyyə Nazirliyi ilə razılaşdırma mərhələsindədir.

“Yaşıllıq sahələrinə qulluq işləri üzrə əmək, xidmət, xərc normalarının hesablanmasının metodiki əsasları və onların tətbiqi Qaydaları” layihəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, Maliyyə, Ədliyyə nazirliklərinə və Bakı Şəhər İcra Hakimiyyətinə razılaşdırılmaq üçün təqdim edilmişdir. Hazırda, həmin qurumların təklifləri nəzərə alınmaqla sənədin yekun variantının hazırlanması istiqamətində işlər davam etdirilir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin müvafiq tapşırığına uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tapşırığı ilə mövcud normalar nəzərə alınmaqla qəbiristanlıqların yaradılması, onların idarə olunması və istismarı, habelə dəfn üçün torpaq sahələrinin ayrılması, dəfnlərin qeydiyyatı və digər aidiyyəti məsələləri tənzimləyən müvafiq qaydalar layihəsi aidiyyəti qurumların rəy və təklifləri nəzərə alınmaqla hazırlanır.

Nazirlər Kabinetinin müvafiq göstərişinə əsasən plastik qablaşdırma məhsullarının daha yüksək təhlükəsizliyini təmin edən sərt standartların və ətraf mühit, insan sağlamlığı üçün təhlükə yaradan tullantıların siyahısının tərtibi, belə məhsulların təhlükəsizlik təmin etməklə toplanması, saxlanması və emalının təşkili məqsədilə mövcud vəziyyətin öyrənilməsi, GİM sahəsində Avropa Birliyi, Müstəqil Dövlətlər Birliyi və Baltikyanı ölkələrdə vəziyyətin müqayisə edilməsi, GİM üzrə fəaliyyət planının hazırlanması və icrası mexanizmlərinin işlənməsi üçün beynəlxalq məsləhətçinin cəlb edilməsi ilə bağlı müvafiq Sərəncam layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunmuşdur.

149

Page 150: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

“Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin Nümunəvi Nizamnaməsi”, “Sahə mülkiyyətçilərinin ümumi yığıncağının Protokolu”, “Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçilməsi barədə bildiriş”, “Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin yaradılması haqqında sahə mülkiyyətçilərinin ümumi yığıncağının protokolu” və “Yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri üçün Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinə daxil olmaq haqqında ərizə forması” hazırlanaraq, “Mənzil fondunun yeni idarəetmə üsullarına dair sənədlər toplusu” adlı kitabçanın II nəşri çap olunmuş və həmin materiallar Nazirliyin internet saytında da yerləşdirilmişdir.

2013-cü il ərzində mənzil kommunal sahəsində formalaşmaqda olan yeni münasibətlərin təbliği və maarifləndirmə işlərinin aparılması məqsədilə Nazirliyin təşkilatçılığı ilə Şəki-Zaqatala, Dağlıq Şirvan, Lənkəran iqtisadi rayonlarına daxil olan şəhər və rayonların, həmçinin Bakı şəhərinin, onun tərkibinə daxil olan inzibati rayonların icra hakimiyyəti orqanlarının nümayəndələrinin, bələdiyyə sədrlərinin, sahibkarlıq subyektlərinin və sahəyə maraq göstərən ictimaiyyətin digər nümayəndələrinin iştirakı ilə tədbirlər keçirilmiş, kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır. Tədbirlərdə yeni Mənzil Məcəlləsinin qəbulunu zəruri edən səbəblər, onun üstünlükləri və əhəmiyyəti barədə məlumatlar verilmiş, həmçinin tədbirlərdə iştirakçılara 500 nüsxəyə yaxın “Mənzil fondunun yeni idarəetmə üsullarına dair sənədlər toplusu” paylanmışdır.

Bununla yanaşı, mülkiyyətçilərin çoxmənzilli binaların idarə edilməsinin yeni metodları barədə maarifləndirilməsi məqsədilə Binəqədi Rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə həmin rayonun sakinləri ilə görüşlər keçirilmişdir. Həmin görüşlərdə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılmasının qanunvericilik əsası barədə məlumat verilmiş, hüquqi-təşkilati yardım göstərilmiş və broşurlar paylanmışdır.

Həmçinin, Mənzil Məcəlləsindən irəli gələn yeni idarəetmə üsullarının praktiki tətbiq edilməsinin təmin olunması məqsədilə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin özlərinin təşəbbüsü ilə Binəqədi, Yasamal və Nərimanov rayonlarında ayrı-ayrı pilot layihələrin həyata keçirilməsinə başlanmışdır.

Hazırda, çoxmənzilli binada sahə mülkiyyətçiləri ilə idarəedici şirkətlər arasında münasibətlərin tənzimlənməsi məqsədilə “Çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin birtipli forması” hazırlanmaqdadır.

Mənzil-kommunal sektorunun bazar iqtisadiyyatı prinsiplərinə uyğun inkişaf etdirilməsi, bu sahədə müasir yanaşmaların müəyyən olunması və həyata keçiriləcək islahatlarla bağlı işlərin sürətləndirilməsi, eləcədə mənzil-kommunal təsərrüfatı sahəsində yeni idarəetmə metodlarının tətbiqi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində Avropa İttifaqının yardımı ilə “Mənzil-kommunal sahəsində islahatlara dəstək” adlı layihənin icrasına başlanılmışdır.

150

Page 151: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

VI. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2013-cü ildə fəaliyyəti

Dövlətin uğurlu iqtisadi siyasətinin tərkib hissəsi kimi tarif (qiymət) tənzimlənməsi sahəsində həyata keçirilən tədbirlərin davamı olaraq 2013-cü il ərzində Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən fəaliyyət istiqamətləri üzrə aşağıdakı işlər görülmüşdür:

Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005-ci il tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2005-ci il tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq hesabat dövründə tariflərin (qiymətlərin) dövlət tənzimlənməsi ilə bağlı Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2 iclası keçirilmiş və aşağıda göstərilən 14 qərarı qəbul edilmişdir:

- “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə (taksi istisna olmaqla) ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” 26 aprel 2013-cü il tarixli 1 nömrəli Qərar;

- “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin tabeliyində olan İstehlak Mallarının Ekspertizası Bürosu tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 24 noyabr 2011-ci il tarixli 9 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” 26 aprel 2013-cü il tarixli 2 nömrəli Qərar;

- “Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının bəzi qərarlarının ləğv edilməsi barədə” 2 dekabr 2013-cü il tarixli 3 nömrəli Qərar;

- “Sabit şəbəkə operatorları tərəfindən ölkə daxilində təşkil olunan rəqəmli rabitə kanallarından aylıq istifadə tariflərinin tənzimlənməsi barədə” 2 dekabr 2013-cü il tarixli 4 nömrəli Qərar;

- “Sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqlarının tənzimlənməsi barədə” 2 dekabr 2013-cü il tarixli 5 nömrəli Qərar;

- “Mobil və sabit şəbəkə operatorlarının beynəlxalq telefon rabitəsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” 2 dekabr 2013-cü il tarixli 6 nömrəli Qərar;

- “Sabit şəbəkə operatorlarının şəhərlərarası telefon rabitəsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” 2 dekabr 2013-cü il tarixli 7 nömrəli Qərar;

- “Sabit şəbəkə operatorlarının telefon çəkilişi xidmətinin tarifinin tənzimlənməsi barədə” 2 dekabr 2013-cü il tarixli 8 nömrəli Qərar;

- “Faks aparatından istifadəyə görə aylıq abunə haqqının tənzimlənməsi barədə” 2 dekabr 2013-cü il tarixli 9 nömrəli Qərar;

- “Taksofonlardan həyata keçirilən telefon rabitəsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” 2 dekabr 2013-cü il tarixli 10 nömrəli Qərar;

- “Şəhərlərarası və beynəlxalq telefon danışıqları üçün “107” sifariş xidmətinin tarifinin tənzimlənməsi barədə” 2 dekabr 2013-cü il tarixli 11 nömrəli Qərar;

151

Page 152: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

- “Hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” 2 dekabr 2013-cü il tarixli 12 nömrəli Qərar;

- “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 2 dekabr 2013-cü il tarixli 13 nömrəli Qərar;

- “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” 2 dekabr 2013-cü il tarixli 14 nömrəli Qərar.

Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə (taksi istisna olmaqla) ölkədaxili sərnişindaşıma xidmətlərinin tarifləri ilə bağlı Qərara əsasən şəhərdaxili marşrutlarda sərnişindaşıma tarifləri 20 qəpik səviyyəsində saxlanılmaqla yanaşı, şəhərətrafı və qəsəbələrarası marşrutların yeni nömrələri əvvəlki qərarda olduğu kimi məsafələr üzrə tariflərə uyğun qruplaşdırılmışdır. Qərarda sərnişindaşıma tarifi, marşrutun sxemi və marşrutda dövrün uzunluğu barədə məlumatların avtobuslarda və dayanacaqlarda sərnişinlərin aydın görə biləcəyi formada yerləşdirilməsinin təmin edilməsi kimi məsələlər öz əksini tapmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2013-cü il tarixli 16 nömrəli Qərarına əsasən İstehlak Mallarının Ekspertizası Bürosunun adında dəyişiklik edildiyi nəzərə alınaraq, “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin tabeliyində olan İstehlak Mallarının Ekspertizası Bürosu” sözləri “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC sözləri ilə əvəz edilmiş, qanunvericiliyin tələblərinə uyğun olaraq Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsullarının istehsalı və emalı müəssisələrinə təsdiqedici kod nömrələrinin verilməsi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin vəzifələrinə aid edildiyindən, ekspertiza tarifini nəzərdə tutan müvafiq bölmə ləğv edilmiş, ixrac olunan xam neft üçün ekspertiza tarifi həcmə görə deyil, verilən hər bir sertifikat üzrə müəyyənləşdirilmiş, neft məhsulları ilə kimya məhsullarının spesifik xüsusiyyətləri bir-birinə yaxın olduğundan onlar eyni təsnifatda göstərilmiş, kimya və neft məhsullarının boru kəməri ilə deyil, sistern və xüsusi nəqliyyat vasitələri ilə daşındığı nəzərə alınaraq kimya və neft məhsulları üçün sertifikata görə deyil, bir tona görə sabit qiymət müəyyənləşdirilmişdir.

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2 dekabr 2013-cü il tarixli iclasında qanunvericiliyin tələbləri, habelə qərarların tətbiq dairəsi dəqiqləşdirilməklə bir sıra qərarlar ləğv edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 28 mart 2013-cü il tarixli 2815 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planının 9-cu bəndində “Rabitə və internet xidmətləri tariflərinin həmin xidmətlərin maya dəyərinə uyğunlaşdırılması üzrə tədbirlərin görülməsi” tapşırığının icrasının təmin edilməsi məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, nazirliyin tabeliyindəki qurumların və Tarif (qiymət) Şurası Katibliyinin mütəxəssislərindən ibarət İşçi Qrupu yaradılmış və rabitə sahəsində bir sıra xidmətlər üzrə tarif tənzimlənməsi həyata keçirilmişdir.

Ölkə daxilində təşkil olunan rəqəmli rabitə kanallarından mövcud aylıq istifadə tarifləri (2 mb/s üçün 150 manat/ay, 8 mb/s üçün 1317 manat/ay, 34 mb/s üçün 4458 manat/ay, 155 mb/s üçün 15075 manat/ay) ləğv edilərək, 2 mb/s üçün 50 manat/ay, 10

152

Page 153: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

mb/s üçün 250 manat/ay, 100 mb/s üçün isə 400 manat/ay səviyyəsində yeni tariflər müəyyənləşdirilmişdir. Həmçinin, ölkə daxilində təşkil olunan rəqəmli rabitə kanallarına qoşulma haqqı (Bakı şəhərində 600 manat, digər şəhərlərdə 200 manat) tutumdan asılı olmayaraq bütün istifadəçilər üçün 50 manat həddində müəyyən olunmuşdur.

Telefon nömrəsinin addan-ada keçirilməsi, şəhərlərarası və beynəlxalq danışıqlara görə açıqlamaların verilməsi, telefona aylıq texniki xidmət göstərilməsi üçün ödənişlər ləğv edilmişdir.

Stasionar telefonlar üzrə aylıq abunə haqqı əhali üzrə 2 manatdan 2 manat 50 qəpiyə, büdcə təşkilatları üçün 3 manatdan 7 manata yüksəldilmiş, qeyri-büdcə təşkilatları üçün isə mövcud 7 manat səviyyəsində saxlanılmışdır.

Üç zona üzrə müəyyənləşdirilən beynəlxalq telefon danışıq tarifləri (MDB ölkələri - 36 qəpik/dəqiqə, İran, Türkiyə - 45 qəpik/dəqiqə, Amerika, Avropa və digər ölkələr - 54 qəpik/dəqiqə) azaldılaraq bütün istiqamətlər üzrə 32 qəpik/dəqiqə müəyyən edilmiş, həmçinin tariflər üzrə şənbə, bazar, bayram günləri və gecə saatları üçün 0,75 əmsalı təsdiq edilmişdir.

Şəhərlərarası telefon danışıq tarifi 7 qəpikdən 5 qəpiyə endirilmiş, eyni zamanda tariflər üzrə şənbə, bazar, bayram günləri və gecə saatları üçün 0,8 əmsalı təsdiq edilmişdir.

Şəhər və kənd yerlərində əhali və büdcə təşkilatları üçün 40-80 manat, həmçinin digər təşkilatlar üçün 120 manat olan telefon çəkilişi xidməti tarifləri ləğv edilərək, bütün istehlakçı qruplar üzrə telefon çəkilişi xidmətinin tarifi 30 manat müəyyənləşdirilmişdir.

Faks aparatından istifadəyə görə aylıq abunə haqqı 80 qəpikdən 50 qəpiyə endirilmişdir.

Taksofonlardan həyata keçirilən şəhərlərarası telefon danışıqlarının tarifləri 7 qəpik/dəqiqədən 5 qəpik/dəqiqəyə endirilmiş, üç zona üzrə müəyyənləşdirilən beynəlxalq danışıq tarifləri azaldılaraq bütün istiqamətlər üzrə 32 qəpik/dəqiqə müəyyən edilmiş, həmçinin şəhərdaxili danışıq tarifləri üzrə 10 qəpik/1 jeton əvəzinə 2 qəpik/dəqiqə təsdiq edilmişdir.

“107” sifariş xidməti üzrə kənd yerlərində mövcud 5 qəpik tarifi saxlanılmış, şəhər və rayon mərkəzlərində 20 qəpik tarifi ləğv edilərək 10 qəpik səviyyəsində müəyyən edilmişdir.

Göstərilənlərlə yanaşı aşağıdakı digər sahələr üzrə də tarif tənzimlənməsi həyata keçirilmişdir.

Belə ki, ölkədaxili sərnişin hava gəmilərində yükün, poçtun və normadan artıq baqajın daşınması üçün tariflər əvvəlki səviyyədə (ƏDV ilə 30 qəpik/kiloqram) saxlanılmış, ölkədaxili sərnişindaşıma xidmətlərinin mövcud tarifləri yuxarı hədd tarifləri kimi öz əksini tapmışdır.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2011-ci il tarixli 1578 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının (2011-2015-ci illər)” 1.2.3.4-cü bəndində “Dövlət dotasiyalarının mərhələlərlə aradan qaldırılması məqsədilə tariflərin

153

Page 154: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

(qiymətlərin) iqtisadi cəhətdən əsaslandırılmış xərclərə uyğunlaşdırılması (2011-2015)” tapşırığı nəzərdə tutulmuşdur.

Buna müvafiq olaraq, aylıq istehlakı 15 milyon kub metrdən az olmayan, istehsal məqsədləri üçün təbii qaz istehlak edən kimya, alüminium, dağ mədən filizi əsasında polad əritmə, həmçinin, elektrik enerjisi istehsalı müəssisələri üçün təbii qazın satış tarifi sabit haqq ləğv edilməklə və nəql xərcləri daxil olmaqla 80 manat/min kubmetr səviyyəsində müəyyən edilmişdir. Bu kateqoriyaya aid istehlakçılar üçün müəyyən edilən 15 milyon kubmetr aylıq minimum istehlak limiti 10 milyon kubmetrə endirilmişdir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 dekabr 2013-cü il tarixli 333 nömrəli Qərarı ilə neft məhsullarının aksiz dərəcələrinə edilən dəyişikliyə uyğun olaraq 11 neft məhsulu üzrə tarif tənzimlənməsi həyata keçirilmiş, avtomobil benzinləri və dizel yanacağının pərakəndə satış qiymətləri orta hesabla 30% artırılmışdır. Bir sıra neft məhsulları üzrə isə yeni topdansatış tarifləri (reaktiv mühərrik yanacağı üçün 450 manat/ton, nafta, maye qaz və soba mazutu üçün 300 manat/ton, mühərrik yanacaqları üçün 350-400 manat/ton və bitum üçün 400 manat/ton) müəyyənləşdirilmişdir.

Hesabat dövründə malların (işlərin, xidmətlərin) tariflərinin (qiymətlərinin) dövlət tənzimlənməsi sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilmişdir. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2011-ci il tarixli 1578 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının (2011-2015-ci illər)” 1.2.3.1-ci bəndində “Tariflərin (qiymətlərin) dövlət tənzimlənməsi üzrə qanunvericilik bazasının təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması (2011-2015)”, 1.2.3.2-ci bəndində “Tariflərinə (qiymətlərinə) dövlət tənzimlənməsi tətbiq olunan sahələrin liberallaşması, dövlət orqanları tərəfindən pullu və gələcəkdə pulsuz göstərilməsi mümkün olan xidmət sahələrinin müəyyən olunması, bu xidmətlərin maliyyələşməsi ilə bağlı mövcud problemlərin aradan qaldırılması üçün təşkilati-hüquqi və maliyyə tədbirlərinin həyata keçirilməsi (2011-2015)”, 1.2.3.3-cü bəndində “Tənzimlənən mallar (işlər, xidmətlər) üzrə monitorinq prinsiplərinin və tənzimləmə sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin müəyyən edilməsi (2011-2012)” tapşırıqları öz əksini tapmışdır. Həmin bəndlər üzrə icraçı təşkilatlar kimi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası, İqtisadi İnkişaf Nazirliyi və Ədliyyə Nazirliyi müəyyən edilmişdir. Adıçəkilən icra hakimiyyəti orqanlarının rəyləri əsasında ictimai münasibətlərin hüquqi tənzimlənməsinin sistemliliyi və kompleksliyi prinsipinə uyğun olaraq, aşağıdakı normativ hüquqi aktların layihələri “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələblərinə müvafiq olaraq hazırlanmışdır:

- “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının qanun layihəsi;

- “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının qanun layihəsi.

- “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərman layihəsi;

- “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında”

154

Page 155: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 29 avqust 2000-ci il tarixli 389 nömrəli Fərmanda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərman layihəsi;

- Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005-ci il tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərman layihəsi.

- “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar layihəsi;

- “Bəzi malların (işlərin, xidmətlərin) qiymətlərinin tənzimləmə mexanizminə dair Tədbirlər Planı”nın (2014-2015-ci illər) təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar layihəsi;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar layihəsi;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2005-ci il tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar layihəsi.

Göstərilənlərlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2013-cü il tarixli 820 nömrəli Fərmanının 3.2-ci bəndinin icrası məqsədilə mütərəqqi beynəlxalq təcrübə öyrənilməklə aşağıdakı qanunvericilik aktlarının layihələrinin hazırlanmasında işçi qaydasında iştirak edilmişdir:

- “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının qanun layihəsi;

- “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin fərman layihəsi;

- “Dərman vasitələrinin qiymətlərinin müəyyən edilməsi və onlara nəzarətin həyata keçirilməsi Qaydaları”nın layihəsi.

Bundan başqa, “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın, “İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qazpaylayıcı şəbəkəyə qoşulması Qaydaları”nın və “İstehlakçıların su təchizatı və tullantı suların axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”nın layihələrinin hazırlanmasında işçi qaydasında iştirak edilmişdir.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2011-ci il tarixli 1578 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının (2011-2015-ci illər)” 1.2.3.5-ci bəndində “Tarif (qiymət) Şurasının maddi-texniki və təşkilati-hüquqi bazasının təkmilləşdirilməsi, tariflərin (qiymətlərin) tənzimlənməsi strategiyasının, sahəvi tənzimləmə metodologiyasının, avtomatlaşdırılmış məlumat informasiya bazasının və

155

Page 156: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

məlumat mübadilə modellərinin yaradılması (2011-2015)” tapşırığı nəzərdə tutulmuşdur. Tapşırığın icrası çərçivəsində Tarif (qiymət) Şurasının Katibliyinin strukturu, sənəd dövriyyəsi üzrə informasiya bazasının təşkili işi təkmilləşdirilmiş, idarələrarası sənəd dövriyyəsinin təşkili ilə bağlı zəruri işlər görülmüşdür.

Tarif (qiymət) Şurası Katibliyinin əməkdaşlarının bir sıra beynəlxalq konfrans və seminarlarda iştirakı təmin edilmişdir. Eyni zamanda, Tarif (qiymət) Şurasının və Katibliyinin strukturu, fəaliyyətinin əsasını təşkil edən normativ-hüquqi sənədlər, beynəlxalq əməkdaşlığı və aktual tarifləri (qiymətləri) özündə əks etdirən məlumatlar Şuranın rəsmi internet saytında yerləşdirilmiş, vətəndaşları maraqlandıran suallar cavablandırılmışdır.

156

Page 157: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

VII. İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun 2013-cü ildə fəaliyyəti

Hesabat ilində İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun fəaliyyətinin müasir tələblər səviyyəsində yenidən qurulması istqamətində tədbirlər davam etdirilmişdir. Belə ki, 2013-cü ilin əvvəlində İnstitutun Elmi-Tədqiqat İş Planı İqtisadi İnkişaf Nazirli-yinin fəaliyyət istiqamətlərinə uyğun tərtib edilmiş, müvafiq şöbələr və struktur bölmələri ilə razılaşdırılmaqla cənab nazir tərəfindən təsdiq olunmuşdur. İlin əvvəlindən etibarən İnstitutun Elmi-Tədqiqat işləri qeyd olunan plana uyğun təşkil edilmişdir.

1. ELMİ-TƏDQİQAT İŞLƏRİ

2013-cü ildə İş Planı üzrə nəzərdə tutulmuş aşağıdakı istiqamətlərdə və mövzularda elmi-tədqiqat işləri yerinə yetirilmişdir:

Problem. Vahid platformada Azərbaycan Respublikasının Ümumi Tarazlıq Modelinin işlənməsi

“Regionlar üzrə sahələrarası balans modelinin hazırlanması (iqtisadi rayonlar üzrə)” mövzusu üzrə tədqiqat işində sənaye, kənd təsərrüfatı və “digər sahələr” əhatə olunmaqla Bakı şəhəri və 10 iqtisadi rayonun üç sahəli regionlarının sahələrarası balans cədvəlləri hazırlanmışdır. Balans cədvəlləri hazırlanarkən texnoloji əmsallar və əlavə dəyər normaları ölkə üzrə tərtib olunmuş, balans cədvəlinə müvafiq olaraq sabit götürülmüş, eləcə də son istehlak və yığım ölkə üzrə orta göstəricilər əsasında hesablanmışdır. Balans cədvəllərinin tərtibi nəticəsində müəyyən edilmişdir ki, Bakı və Naxçıvan şəhəri istisna olmaqla, digər regionlarda yaradılan əlavə dəyər həmin regionlardakı son istehlak xərclərindən xeyli azdır və regiona gətirilən məhsulların miqdarı regiondan aparılan məhsulların miqdarından xeyli çoxdur.

Regionların balans cədvəllərinin hazırlanması regionlar üzrə əmək və kapital qoyuluşu balanslarının hazırlanmasına, bununla da Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramlarının koordinasiyasına yeni imkanlar yaratmışdı. Növbəti mərhələdə regionların balans cədvəllərinin 6 sahə üzrə genişləndirilməsi planlaşdırılır (məsul icraçı: i.e.d. V.M. Vəliyev, icraçılar: M.M. Mehdiyev, A.S.Süleymanov, R.R.Musayev, E.E.Ələkbərov, S.X. Xankişiyev).

“Əsas istehlak mallarının qiymətlərinin monitorinqinin nəticələrinin təhlili” mövzusu üzrə tədqiqat işində 2009-cu ildən başlayaraq Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhərinin 9 inzibati rayonnunda və 7 iqtisadi rayonun müxtəlif bazarlarında 132 adda məhsul - ərzaq məhsulları, tərəvəz, meyvə və giləmeyvələr və tikinti materialları üzrə 3 qrup məhsullar arasında monitorinqlərin nəticələri təhlil edilmişdir. Monitorinqin nəticələri müvafiq ilin baza dövrünə əsasən təhlil olunaraq qiymətlərdəki dəyişmələr və onların səbəbləri araşdırılmışdır. Müvafiq aylar üzrə tərtib olunan hesabatlar mütəmadi olaraq Dövlət Xidmətinə təqdim olunur və təhlilin nəticələri istehlak bazarında qiymətlərin dinamikasını izləməyə imkan verir (məsul icraçılar: i.e.d. V.M. Vəliyev, i.e.n. M.R. Rəsulova; icraçılar: A.S. Süleymanov, E.E. Ələkbərov, Ə.C. Yaqublu).

157

Page 158: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

“İqtisadiyyatın müxtəlif sahələrində vergi güzəştlərinin tətbiqinin səmərəliliyinin qiymətləndirilməsinə dair tövsiyələrin hazırlanması” mövzusu üzrə tədqiqat işində Azərbaycan Respublikasının Vergi Məcəlləsində güzəştlərlə əlaqədar dəyişikliklər (vergi dərəcələri istisna olmaqla) araşdırılmış, vergi növləri üzrə tətbiq olunan güzəştlər təhlil olunmuş və bir sıra dünya ölkələrinin bu sahədə təcrübələrini öyrənmək məqsədilə araşdırmalar aparılmışdır. Həmçinin, Rusiyanın müxtəlif bölgələrində yerli vergilərə tətbiq olunan vergi güzəştlərinin büdcə, iqtisadi və sosial səmərəliliyinin qiymətləndirilməsi, planlaşdırılmış vergi güzəştlərinə görə büdcə daxilolmalarının miqdarının qiymətləndirilməsi metodikaları öyrənilmişdir (məsul icraçı: i.e.n. M.R. Rəsulova; icraçılar: V.İ. Mövsümov, A.O. Həsənova, A.Z.İmanova, T.Ş.Məmmədov, S.X. Xankişiyev).

Problem. Xarici ticarət və ölkənin beynəlxalq rəqabətqabiliyyətliliyinin artırılması

“Xarici ticarət və əmək bazarı arasında əlaqələrin araşdırılması” mövzusu üzrə tədqiqat işində qabaqcıl qərb ölkələrinin təcrübəsinə əsaslanaraq amil tutumu modeli əsasında Azərbaycan üçün əməyin hansı növlərinin üstünlük təşkil etdiyi ixrac sahələrini müəyyənləşdirmək məqsədi ilə Azərbaycan, Rusiya, Qazaxıstan və İran iqtisadiyyatı üçün xalis ixrac və istehlak üzrə amil tutumu matrisi qurulmuşdur. Bu ölkələrin sahələrarası balanslarının əhatə etdiyi iqtisadi fəaliyyət sahələri üzrə əməyin ixtisaslara görə bölgüsü matrislərini qurmaq mümkün olmadığından ABŞ-ın əmək matrisindən istifadə edilmişdir. Amil tutumu modelinə əsaslanaraq qeyd olunan ölkələr üçün əməyin hansı növlərinin üstünlük təşkil etdiyi ixrac sahələri müəyyənləşdirilmişdir. Tədqiqatın nəticəsinə görə, Rusiya, İran və Qazaxıstanla müqayisədə Azərbaycanda qeyri-neft sektorunda hazırda istehsal olunan əmtəə və xidmətlər yüksək ixtisaslı əmək növündə daha az, lakin daha aşağı ixtisaslı əməkdə (kənd təsərrüfatı və s.) üç ölkə ilə müqayisədə daha yüksəkdir. 2013-cü ildə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən 2011-ci ilin rəqəmləri əsasında sahələrarası balans nəşr olunduğu təqdirdə tədqiqat işinin nəticələrinin yenilənməsi nəzərdə tutulmuşdur (məsul icraçı: i.e.n. M.R. Rəsulova, icraçı: A.Ş. İmanova).

“Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin təhlili” mövzusu üzrə tədqiqat işində Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin mövcud vəziyyətinin təhlili məqsədilə tədiyə balansı üzrə 1995-2012-ci illəri əhatə edən zəruri statistik məlumatlar toplanılmış və ilkin təhlil aparılmışdır. Tədqiqat işi davam etdirilir və növbəti mərhələdə tədiyə balansının əsas komponentlərinin ekonometrik qiymətləndirilməsi nəzərdə tutulmuşdur (məsul icraçı: i.e.n. M.R. Rəsulova; icraçı: Ü.İ. İbrahimli).

“Azərbaycanın milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması üzrə nəzəri-metodoloji əsaslarının işlənilməsi” mövzusu üzrə tədqiqat işində milli standartlaşdırma sisteminin nəzəri metodoloji əsasları haqqında ilkin araşdırmalar aparılmış və standartlaşdırmanın iqtisadiyyata təsiri, milli standartlaşdırma sisteminə dair beynəlxalq tələblər və həmin tələblərin ölkəmizdə tətbiqi vəziyyəti təhlil edilmişdir. Nəticədə milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasının zəruriliyi və uyğunsuzluğun zərərləri müəyyənləşdirilmişdir (məsul icraçı: i.e.d. Ə.C. Muradov; icraçı: E.Ə. Mikayılov).

158

Page 159: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Problem. Azərbaycanda sahibkarlığın və regionların inkişafı məsələləri

“Regionların sosial-iqtisadi inkişaf göstəricilərinin təhlili və inzibati rayonlar üzrə prioritet investisiya istiqamətlərinə dair təkliflərin hazırlanması” mövzusu üzrə tədqiqat işində regionların sosial-iqtisadi inkişaf göstəricilərinin təhlili və inzibati rayonlar üzrə prioritet investisiya istiqamətlərinə dair təkliflərin hazırlanması İnstitut tərəfindən hazırlanan və mütəmadi olaraq yenilənən “Regionların sosial-iqtisadi Pasportu”nun tərkib hissəsi kimi həyata keçirilmiş və hər il üzrə yenilənməsi planlaşdırılmışdır (məsul icraçı: i.e.n. R.N. Hüseynəliyev, icraçı: i.f.d. E.F. Qasımov,i.e.n. M.R.Rəsulova, A.Q.Davudov, N.F.İsmayılova).

“Sahibkarlığın inkişafında xüsusi iqtisadi zonaların rolu” mövzusu üzrə tədqiqat işində Xüsusi İqtisadi Zonalar (XİZ) və sahibkarlığın (kiçik və orta müəssisələrin) xarakteristikası, XİZ-lər tərəfindən sahibkarlara göstərilən xidmətlər əks edilmişdir. Beləliklə, XİZ-lər qabaqcıl texnologiyaların inkişaf mərkəzləri kimi regionların iqtisadi inkişafı üçün səmərəli üstünlükləri sürətlə yarada bilən, iqtisadi siyasətə asanlıqla uyğunlaşan çevik alət olaraq sahibkarlara müxtəlif xidmətlər göstərirlər:

1) kiçik və orta biznes müəssisələrini zəruri məlumatlarla (məsələn, XİZ-lər Ticarət və İnkişaf üzrə BMT-nin (UNCTAD) konfransında qəbul edilmiş EMPRETEC (Müəssisə və Texnologiya) proqramından istifadə etməklə) təmin edə bilərlər;

2) xüsusi inkubator ola bilərlər; 3) XİZ-lərin çoxillik xarici iqtisadi fəaliyyətinin formalaşması mexanizmləri üzrə

təcrübəsindən istifadə edilə bilər; 4) birgə müəssisələrin yaradılması üçün biznes əməkdaşlığının, daxili bazarın

təminatı üçün sazişlərin, malların və xidmətlərin istehsalının ötürülməsi, birgə istehsal, texnologiyanın ötürülməsi, sənaye binalarının bölüşdürülməsi və birgə istifadəsi haqqında müqavilələrin bağlanılması mexanizmləri yaradıla bilər;

5) xüsusi dəmiryol dəhlizləri, inzibati xərclərin azaldılması, sərhəddən malların daşınmasının asanlaşdırılmış proseduru kimi üsul və mexanizmlərdən istifadə edə bilərlər [mobilliyi (hərəkətliliyi) təmin etmək və məhsulların paylanmasını asanlaşdırmaq məqsədilə];

6) maddi-texniki baza ola bilərlər (məsul icraçı: i.e.n. H.Ə. Eynalov, icraçı: N.F. İsmayılova).

“Regionların iqtisadi potensialının qiymətləndirilməsi və ondan istifadə səviyyəsinin təhlili (Dağlıq Şirvan)” mövzusu üzrə tədqiqat işi “Dağlıq Şirvan iqtisadi rayonunun genişləndirilmiş pasportu” adı altında icra edilmişdir. Belə ki, İnstitut tərəfindən hazırlanan və mütəmadi olaraq yenilənən “Regionların sosial-iqtisadi Pasportu”u nümunə olaraq Dağlıq-Şirvan iqtisadi rayonunun timsalında inzibati rayonların da göstəriciləri ayrıca verilməklə genişləndirilmiş və bu təcrübənin digər iqtisadi rayonlar üzrə də aparılması üçün imkanların araşdırılması vəzifə olaraq qarşıya qoyulmuşdur. (məsul icraçı: i.f.d. E.F. Qasımov, icraçılar: S.A.Vəliyev, N.A.Cabbarova).

“Azərbaycanda kiçik və orta sahibkarlığın inkişaf perspektivlərinin qiymətləndirilməsi” mövzusu üzrə tədqiqat işində il ərzində Azərbaycanda (kiçik və orta) sahibkarlığın inkişaf perspektivlərinin qiymətləndirilməsi üzrə elmi şəkildə təhlil aparılmış (SWOT və PEST analizləri, xarici təsir analizi, steykholder analizi və s.),

159

Page 160: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

əsaslandırılmış, nəticə və təkliflər hazırlanaraq müxtəlif elmi-praktiki konfranslarda təqdim edilmişdir. Gözlənilən nəticələr - Azərbaycanda (kiçik və orta) sahibkarlığın sahələr üzrə inkişaf perspektivlərinin göstərilməsi, innovasiya yönümlü sahibkarlıq subyektləri üçün uyğun strategiyanın qurulması üsullarının verilməsidir (məsul icraçı: i.e.n. S.H. Abasova, icraçılar: İ.B.Zeynalov, D.C.Hüseynova).

“Ölkədə kiçik və orta sahibkarlığın inkişafı üzrə SWOT analizin aparılması, təklif və tövsiyələrin hazırlanması” mövzusu üzrə tədqiqat işi aparılmışdır. Azərbaycanda il ərzində (kiçik və orta) sahibkarlığın fəaliyyətinin SWOT təhlili aparılmış (SWOT analizi) və əsaslandırılmış, nəticə və təkliflər hazırlanaraq müxtəlif elmi-praktiki konfranslarda aprobasiya edilmişdir. Gözlənilən nəticələr - Azərbaycanda (kiçik və orta) sahibkarlığın sahələr üzrə inkişaf perspektivlərinin göstərilməsi, innovasiya yönümlü sahibkarlıq subyektləri üçün uyğun strategiyanın qurulması üsullarının verilməsidir (məsul icraçı: i.e.n. S.H. Abasova, icraçılar: M.M.Osmanov, D.A.Əhmədov, D.C.Hüseynova).

“Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin səmərəli yerləşdirilməsi məqsədilə Respublika iqtisadiyyatının prioritet sahələrinin müəyyənləşdirilməsi” mövzusu üzrə Respublika iqtisadiyyatının bir sıra vacib məsələləri araşdırılmışdır:

1) mövcud nəzəri yanaşmalar, elmi-təcrübi materiallar və mütərəqqi dünya təcrübəsinin təhlili əsasında müasir dövrdə ölkə iqtisadiyyatının prioritet sahələrinin müəyyənləşdirilməsi üzrə nəzəri-metodoloji əsaslar öyrənilmiş və ümumiləşdirilmişdir;

2) müvafiq nəzəri-metodoloji əsaslara uyğun olaraq, bu vaxta kimi aparılmış analoji tədqiqatların (BMT-nin İnkişaf Proqramının dəstəyi ilə 2003-cü və 2005-2006-cı illərdə İqtisadi İslahatlar Mərkəzində, 2009-2010-cu illərdə İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda, GTZ-in dəstəyi ilə 2009-cu ildə Finre Consulting və Yerli İqtisadi İnkişaf Mərkəzində, 2003 və 2005-ci ildə DB-nın dəstəyi ilə aparılmış müvafiq tədqiqatların) nəticələri də nəzərə alınmaqla ölkə iqtisadiyyatının inkişaf potensialına malik olması ehtimal olunan sektor və alt-sektorların ilkin siyahısı dəqiqləşdirilmişdir (bu zaman aşkar cari və potensial müqayisəli üstünlüklərin qiymətləndirilməsinin Balassa, xalis ixrac, ixrac oxşarlığı üsullarından istifadə edilməklə əldə olumuş nəticələrə istinad edilmişdir);

3) ölkənin xüsusiyyətləri nəzərə alınaraq, daha dərin və müfəssəl tədqiqatlar və təhlillər aparmaqla əvvəlki mərhələdə seçilmiş sektor və alt-sektorların siyahısı daha da dəqiqləşdirilmiş və konkretləşdirilmişdir;

4) seçilmiş prioritet sahələrin inkişaf etdirilməsi və bu sahələrə investisiyaların cəlb edilməsi siyasətinə dair təklif və tövsiyələr işlənib hazırlanmışdır (məsul icraçılar: i.e.n. R.N. Hüseynəliyev, i.e.n. V.Ə. Rüstəmov icraçılar: M.M.Mehdiyev, A.Q.Davudov, A.M.İsmayılova).

Problem. İnsan resurslarının inkişafı və sosial-iqtisadi problemlər üzrə tədbirlərin keçirilməsi

“İnsan inkişafının sosial-iqtisadi sahələrinin inkişafı üzrə tədris proqramlarının hazırlanması və treninqlərin keçirilməsi” mövzusu üzrə Türkiyə Respublikası Baş Bakanlığının Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümyəndəliyi ilə əməkdaşlıq çərçivəsində İnstitutda “İnnovasiya və Təlim Mərkəzi”

160

Page 161: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

yaradılması layihəsi həyata keçirilmişdir. Tədqiqat işi üzrə qarşıya qoyulmuş məqsəd - kadr hazırlığında və innovativ elmi-texniki imkanların genişləndirilməsində müasir texnoloji vasitələrdən istifadə edilməsi olmuşdur. Belə ki, məhz bu məqsədlə də Mərkəz “LifeSize” avadanlığı vasitəsilə video-əlaqə (telemost), “Smart Lövhə” (“Ağıllı Lövhə”) vasitəsilə təlimlərin intellektual idarə olunması, təlimdən sonra vəsaitlərin elektronlaşdırılması, istifadəçilərin hər birinin çap vasitələrindən faydalanma imkanları ilə təchiz olunmuşdur. Aktiv iştirakçı tutumu 35, qeyri-aktiv iştirakçı tutumu isə 80-100 nəfərdir. Daha sonra isə kadr potensialının gücləndirilməsində Mərkəzdən istifadə edilməsi ilə Fəaliyyət Proqramının ilkin layihəsi hazırlanmış və bu Proqramın növbəti illərdə tətbiqi nəzərdə tutulmuşdur (məsul icraçı: i.e.d. V.M. Vəliyev, icraçı: A.M. İsmayılova, K.Q. Hüseynova). “Sosial-iqtisadi inkişafın elmi əsaslarının işlənməsi üzrə beynəlxalq təcrübənin öyrənilməsi və əlaqələrin koordinasiya edilməsi” mövzusu üzrə tədqiqat işi aparılmışdır. Qeyd olunan tədqiqat işinin aparılması “Azərbaycanın, digər İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri ilə regional və iqtisadi əməkdaşlığının prioritetlərinin qiymətləndirilməsi” mövzusu ilə davam etdirilmişdir. Belə ki, hesabat dövründə aparılmış tədqiqatlar üzrə nəticələr sistemləşdirilmiş və müxtəlif tədbirlərdə məruzə edilmişdir:

1) “İƏT-ə üzv ölkələrdə nəqliyyat və logistika” mözusunda məqalə hazırlanmış və 5-6 sentyabr 2013-cü il tarixlərində Bakıda keçirilmiş “Enerji, regional inteqrasiya və sosial-iqtisadi inkişaf” mövzusunda I Beynəlxalq Konfransa təqdim olunmuşdur;

2) məqalədə iki beynəlxalq nəqliyyat dəhlizinin kəsişməsində yerləşən İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin nəqliyyat sektoru araşdırılmışdır. Hal-hazırda beynəlxalq təcrübədə qəbul olunmuş və Dünya Bankı tərəfindən 150-dən artıq ölkəni əhatə etməklə hazırlanan “Logistics Performance Indeks” cədvəlində İƏT-ə üzv ölkələrin reytinq göstəricilərindən istifadə edilərək regionda bu sahədə mövcud olan problemlər öyrənilmiş və həmmüəlliflər tərəfindən problemlərin aradan qaldırılması istiqamətində həyata keçirilməsi vacib olan tədbirlər haqqında təklif irəli sürülmüşdür;

3) “Azərbaycanla İƏT-ə üzv ölkələr arasında əməkdaşlıq çərçivəsində logistika infrastrukturunun inkişaf prioritetlərinin qiymətləndirilməsi” adlı məqalə və təqdimat hazırlanmış, konfransda məruzə edilmişdir. Qeyd olunanlarla yanaşı tədqiqat işinin icrası ilə əlaqədar olaraq, Azərbaycan Texniki Universitetində Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan Təhsili” mövzusunda Respublika elmi konfransında və 13-15 iyun 2013-cü il tarixlərində Bakıda keçirilmiş “TransCaspian” 12-ci Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisində iştirak edilib (məsul icraçı: A.M. İsmayılova, icraçı: K.Q. Hüseynova).

“Sahibkarların maarifləndirilməsi məqsədilə Fondun fəaliyyət istiqamətlərinə uyğun metodiki materialların nümunələrinin hazırlanması” mövzusu üzrə İnstitutun fəaliyyətinə uyğun olaraq, sahibkarların maarifləndirilməsi məqsədilə kitabçaların hazırlanması həyata keçirilməyə başlanmışdır. Belə ki, hesabat ilində bu məqsədlə İnstitutun əməkdaşı Albert Tağıyev tərəfindən 3 cib kitabçası hazırlanmış və çapa təqdim edilmişdir:

1) “Müəssisələrin inkişafında françayzinq dəstəyindən necə istifadə etməli? (müəssisə menecerləri üçün)”;

161

Page 162: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

2) “Müəssisələrin rəqabətlilik qabiliyyətini necə yüksəltməli?”; 3) “İnnovasiya: sual-cavabda” (məsul icraçılar: A.M. İsmayılova, A.Q. Davudov

icraçılar:D.C.Hüseynova, Q.F.Mustafayev,N.N.Əhmədov).

Problem. Azərbaycan Respublikasında kommunal xidmətlərin sosial-iqtisadi göstəricilərinə təsirinin qiymətləndirilməsi

“Mənzil-kommunal sahəsində sosial-müdafiə mexanizmlərinin nəzəri-metodoloji aspektləri” mövzusu üzrə tədqiqat işi aparılmışdır. Tədqiqat işinin əsas məqsədi mənzil-kommunal təsərrüfatı kompleksinin (MKTK) fəaliyyətinin effektivliyi, dayanıqlılığı və etibarlılığının artırılması, sosial-müdafiə mexanizmlərinin nəzəri-metodoloji aspektlərinin işlənməsindən ibarət olmuşdur. Bu məqsədlə ilkin mərhələdə Azərbaycan Respublikasında MKTK-nın cari vəziyyəti təhlil edilmiş, problemlər araşdırılmış, mənzil-kommunal sektorunda keçmiş Sovetlər Birliyinə daxil olan ölkələrin də təcrübəsi nəzərə alınmaqla, beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində müxtəlif mənbələrdən məlumatlar toplanımış və sistemləşdirilmiş, Azərbaycan Respublikasında mənzil kommunal təsərrüfatı kompleksində qəbul edilmiş qanunvericilik aktlarının tələbləri nəzərə alınmaqla idarəetmə sisteminin formalaşdırılması və bu sahədə bazar iqtisadiyyatı və kommersiyalaşdırma prinsiplərinin tətbiqi yolu ilə kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi imkanları araşdırılmış, mənzil-kommunal xidmətlərində keyfiyyətin yüksəldilməsi, eləcə də mənzil-kommunal təsərrüfatı sistemində sosial-müdafiə istiqamətində problemlər tədqiq edilmişdir (məsul icraçılar: Ü.P. Piriyeva, F.Q.Mikayılov, icraçı: E.Ş.Rüstəmov).

“Mənzil-kommunal təsərrüfatı sahəsi üzrə statistik uçotun təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması” mövzusu üzrə tədqiqat işində mənzil-kommunal təsərrüfatı sahəsi üzrə statistik uçotun təkmilləşdirilməsinə dair beynəlxalq təcrübə araşdırılmış, materiallar toplanmışdır. Növbəti ildə də yeniləşdirilməsi nəzərdə tutulur (məsul icraçı: i.f.d. E.F. Qasımov, icraçı: H.H.Məmmədov).

Problem. Azərbaycan Respublikasında sosial inkişaf problemlərinin tədqiqi

“İnsan potensialının inkişafına yönəldilmiş investisiyaların qiymətləndirilməsi” mövzusu üzrə tədqiqat işinin iki illik plan əsasında yerinə yetirilməsi nəzərdə tutulmuşdur. 2013-cü ildə işin planı hazırlanmış və iş planına müvafiq olaraq “İnsan potensialının inkişafı səviyyəsinin nəzəri metodoloji əsasları” adlanan birinci bölmədə insan potensialının nəzəri metodoloji aspektləri tədqiq edilərək ümumiləşdirilmiş, müvafiq qiymətləndirmə metodologiyası seçilmişdir. İkinci bölmədə təbii resurslarla zəngin olan oxşar iqtisadiyyatlı ölkələr üzrə insan potensialının inkişafına yönləndirilmiş investisiyalar və onun nəticələri müqayisəli tədqiq edilmişdir. Üçüncü bölmə Azərbaycan Respublikasında insan potensialının inkişafına yönəldilmiş investisiyaların mövcud vəziyyətinin tədqiqi adlanır ki, burada da ölkəmizdə insan inkişafına qoyulmuş investisiyalar onun insan potensialının inkişafına təsirlərinin qiymətləndirilməsi nəzərdə tutulmuşdur. Bu istiqamətdə müvafiq məlumatlar toplanmış, emalı prosesi davam etdirilir. Növbəti bölmədə isə insan potensialının inkişafının perspektiv inkişaf istiqmətləri və bu inkişafda investisiyaların

162

Page 163: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

yönəldilməsinin perspektiv istiqamətləri araşdırılacaq və müvafiq təklif və tövsiyələr veriləcəkdir (məsul icraçı: F.Q. Mikayılov).

“Qaçqınların və məcburi köçkünlərin məşğulluq vəziyyətinin analitik təhlili” mövzusu üzrə tədqiqat işi aparılmışdır. Bu istiqamətdə analitik təhlil materialları toplanılır, işin növbəti ildə tamamlanması nəzərdə tutulmuşdur (məsul icraçılar: F.Q. Mikayılov, i.f.d. E.F. Qasımov).

“Azərbaycan Respublikasında ali təhsil müəssisələrində maliyyələşmə mexanizminin tədqiqi” mövzusunda tədqiqat işi üzrə aşağıdakı kimi plan tərtib edilmiş və plana müvafiq olara işlər aparılmışdır. Ali təhsildə maliyyələşmə mexanizmlərinin nəzəri metodoloji aspektləri - nəzəri metodoloji məsələlər öz əksini tapmaqla bir sıra beynəlxalq təcrübələrə baxılmış, eyni zamanda ali təhsilin hazırkı durumu və onun iqtisadi inkişafda rolu tədqiq edilmiş və Boloniya proseslərinə qoşulan ölkəmizdə ali təhsilin hansı mərhələdə olması araşdırılmış və Boloniya prosesinin ali təhsilin inkişafına verdiyi töhfələr tədqiq edilmişdir. Tədqiqat işinin “Ali təhsildə maliyyələşmə mexanizmlərinə dair xarici ölkələrin təcrübəsi” adlanan bölməsində istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrdə ali təhsildə maliyyələşmə mexanizmləri qruplaşdırılaraq araşdırılmış və müqayisələr edilmişdir. Ali təhsildə maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı bölmədə bakalavr pilləsi üzrə maliyyələşmə mexanizmi ilə bağlı ölkəmizdə aparılan institutional işlər öz əksini tapmışdır. Sonuncu bölmədə isə magistratura və doktorantura üzrə görülmüş işlərin nəticəsi öz əksini tapacaqdır.

Yekunda araşdırmaların nəticələri olaraq perspektiv inkişaf istiqamətlərinə dair tövsiyələr veriləcək və növbəti ilin birinci yarısında başa çatdırılması nəzərdə tutulmuşdur (məsul icraçılar: F.Q. Mikayılov, E.S. İmanov, icraçılar: E.B.Məmmədov, İ.B.Zeynalov).

Problem. Qeyri-neft sahələrinin inkişafının qiymətləndirilməsi

“Ekoloji təmiz kənd təsərrüfatı inkişafının nəzəri aspektləri, prioritetlərinin tədqiqi və inkişafı məsələləri (Quba-Xaçmaz iqtisadi rayonu timsalında)” mövzusu üzrə tədqiqat işində əsas məqsəd ekoloji təmiz kənd təsərrüfatının inkişafı prosesinin planlı şəkildə həyata keçirilməsi üçün dünya təcrübəsi öyrənilməklə və yerli şərait nəzərə alınmaqla müasir tələblərə cavab verən inkişaf planının hazırlanması təşkil etmişdir. Tədqiqat işində ekoloji təmiz kənd təsərrüfatı sahəsində nəzəri-metodoloji məsələlər müəyyən edilmiş, ekoloji təmiz kənd təsərrüfatı sahəsində beynəlxalq təcrübənin ölkəmizdə tətbiqi imkanlarının sistemli təhlili və qiymətləndirilməsi aparılmış, SWOT təhlili əsas qiymətləndirmə metodu seçilməklə ekoloji təmiz kənd təsərrüfatının ölkəmizdə inkişafı sahəsində güclü və zəif tərəflər müəyyən edilmiş, imkan və təhlükələr aşkar edilmişdir. Tədqiqat işi çərçivəsində ekoloji təmiz kənd təsərrüfatının ölkəmizdə inkişafı üçün qısa, orta və uzunmüddətli dövrləri əhatə edən tədbirlər əməli tövsiyələr şəklində verilmişdir. Tədqiqat işində müəyyən edilmişdir ki, kənd təsərrüfatının əlavə dəyərinin artırılmasında unikal keyfiyyətli yerli məhusulların dünya bazarına “eko” sertifikatı ilə çıxarılması mühüm rol oynaya bilər. Həmçinin, regionlar üzrə mövcud ixtisaslaşma səviyyəsinə və dünya bazarında tələbi yüksək olan ekoloji təmiz məhsullara nəzər saldıqda demək olar ki, əksər iqtisadi rayonda bu sahənin dəstəklənməsi olduqca zəruridir. Tədqiqat işinin nəticəsində “Ekoloji təmiz kənd təsərrüfatının inkişaf etdirilməsinə dair təkliflər layihəsi” konsepsiyası,

163

Page 164: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

“Azərbaycan Respublikasında ekoloji təmiz kənd təsərrüfatının inkişafı strategiyası və fəaliyyət planı (2014-2020)” layihəsi hazırlanmışdır. “Azərbaycan Respublikasında ekoloji təmiz kənd təsərrüfatının inkişaf etdirilməsinə dair təkliflər layihəsi” konsepsiyası və “Azərbaycan Respublikasında ekoloji təmiz kənd təsərrüfatının inkişafı strategiyası və fəaliyyət planı (2014-2020)” layihəsi bu sahənin ölkəmizdə inkişafı istiqamətində zəruri dövlət siyasətinin konseptual istiqamətlərini, missiyanı, vizyonu, əsas dəyərləri, strateji məqsəd və hədəfləri, zəruri tənzimlənmə tədbirlərini və digər aktual məsələləri əhatə etməklə istifadəsi məqsədəuyğun hesab edilir (məsul icraçı: i.e.n. H.Ə. Eynalov, icraçılar: A.Q. Davudov, Q.F.Mustafayev, N.N. Əhmədov).

“Azərbaycanda üzümçülüyün inkişafının aktual məsələləri” mövzusu üzrə tədqiqat işinin əsas məqsədi üzümçülük və şərabçılıq sahəsində təbii fəlakətlərin və digər risklərin yaratdığı fəsadların qarşılanması və müasir texnologiyaların tətbiq imkanlarının genişləndirilməsi üçün sığorta və lizinq üzrə mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi və onun əsasında yerli xüsusiyyətlər də nəzərə alınmaqla, müvafiq sahədə siyasətə dair təklif və tövsiyələrin hazırlanmasından ibarət olmuşdur. Tədqiqat işi çərçivəsində üzümçülük və şərabçılıq sahəsində sığorta və lizinq xidmətlərinin təşkilinin nəzəri-metodoloji əsasları araşdırılmış və müvafiq sahədə mütərəqqi beynəlxalq təcrübə öyrənilərək mövcud vəziyyət təhlil edilmiş və problemlər müəyyən edilmişdir. Tədqiqatın nəticələrinə görə ölkəmizdə sığorta və lizinq mexanizmlərinin inkişafı bu sahənin maliyyələşmə imkanlarını genişləndirəcəyi kimi, kreditlər üçün daha asan şəkildə zəmanətlərin təmin edilməsinə də yol açacağı müəyyən edilmişdir. Eyni zamanda, müəyyən edilmişdir ki, lizinqin təkmilləşdirilməsi istiqamətində aparılan siyasət lizinq xidmətləri bazarının inkişafına, kiçik və orta sahibkarlığın maliyyələşdirmə vasitəsi kimi lizinqdən geniş istifadə edilməsinin həvəsləndirilməsinə, həmçinin, Azərbaycanın lizinq sektoruna xarici və daxili investisiyaların cəlb edilməsi üçün əlverişli mühit yaradılmasına yönəldilməlidir. Tədqiqat işində Türkiyə və İspaniya təcrübəsi əsas götürülməklə ümumilikdə, kənd təsərrüfatında, o cümlədən üzümçülükdə risklərin yüksəkliyini nəzərə alaraq, hökumətin təşəbbüsü ilə ölkədə Kənd Təsərrüfatı Sığortası Fondunun (bundan sonra Fond) yaradılması istiqamətində əməli tövsiyələr verilmişdir. Beynəlxalq maliyyə böhranları zamanı yüksək dayanıqlılıq göstərilməsi, davamlı və dinamik inkişaf etməsi və dünyada sürətlə yayılması səbəbilə, Azərbaycanda kənd təsərrüfatı, o cümlədən, üzümçülük üzrə sığortanın təkmilləşdirilməsi zamanı təkavul mexanizminə də diqqət yetirilməsi məqsədəuyğun sayılır. Ölkə əhalisinin əksəriyyətinin müsəlman olması da bu modelə üstünlük verilməsinin lehinə işləyən daha bir güclü arqumentdir (məsul icraçı: A.Q. Davudov icraçılar: Q.F.Mustafayev, N.N. Əhmədov).

“Müqayisəli üstünlük əsasında idxalı əvəz edən və ixracyönümlü rəqabətqabiliyyətli məhsulların müəyyənləşdirilməsi üzrə araşdırmanın aparılması” mövzusu üzrə tədqiqat işində aşkar müqayisəli üstünlük göstəricilərini hesablamaqla ölkəmizin aqrar-sənaye kompleksi məhsullarının əsas tərəfdaş ölkələrlə müqayisədə aşkar müqayisəli üstünlüyü müəyyən edilmişdir. Tədqiqat nəticəsində aşkar müqayisəli üstünlük göstəricisi kimi balassa indeksləri əsasında 200-ə qədər məhsul aşkar müqayisəli üstünlük əsasında araşdırılmışdır. Aparılmış tədqiqatın nəticələri yekunlaşdırıldıqdan sonra siyahısı müəyyənləşdiriləcək, idxalı əvəz edən və ixracyönümlü rəqabətqabiliyyətli məhsullar barədə konkret təkliflər veriləcəkdir (məsul

164

Page 165: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

icraçılar: i.e.n. V.Ə. Rüstəmov, M.M. Mehdiyev, icraçılar: A.Q. Davudov, Q.F.Mustafayev, N.N. Əhmədov).

“Yeyinti sənayesinin ayrı-ayrı sahələrində təmərküzləşmənin səviyyəsinin müəyyən edilməsi” mövzusu üzrə tədqiqat işində yeyinti sənayesinin ayrı-ayrı sahələrində təmərküzləşmə səviyyəsinin müəyyən edilməsi üzrə tədqiqat işində təmərküzləşmənin obyektiv əsası, yeyinti sənayesinin ayrı-ayrı sahələrində təmərküzləşmə səviyyəsi, yeyinti sənayesində təmərküzləşmə səviyyəsinin göstəriciləri, bazarda təmərküzləşmə səviyyəsinin müəyyən edilməsi indeksləri, Azərbaycanda yeyinti sənayesi istiqamətləri üzrə məlumatlar ümumiləşdirilmiş, Azərbaycanda yeyinti sənayesində mövcud olan təmərküzləşmə ilə bağlı təhlillər aparılmışdır (məsul icraçılar: i.e.n. R.N. Hüseynəliyev, icraçı: E.İ. Qədirov).

“Respublikanın idxal asılılığı olan əsas qida və yüngül sənaye məhsullarının və müqayisəli üstünlüyə malik olan məhsulların müəyyən edilməsi” mövzusu üzrə tədqiqat işində 2013-cü ildə ərzaq balanslarının təhlili və aşkar müqayisəli üstünlük göstəriciləri və potensial rəqabətqabiliyyətlilik göstəriciləri əsasında idxal asılılığı olan əsas qida və yüngül sənaye məhsullarının siyahısı müəyyən edilmişdir. Tədqiqatlar aşağıdakı göstəricilər əsasında aparılmışdır:

1) aşkar müqayisəli üstünlük göstəricisi kimi Balassa indeksləri; 2) potensial müqayisəli üstünlük göstəricisi olan daxili resurs sərfi əmsalı;3) ərzaq balansı. Aparılmış tədqiqatın nəticələri yekunlaşdırıldıqda idxal asılılığı olan əsas qida və

yüngül sənaye məhsullarının siyahısının müəyyən edilməsi barədə konkret təkliflər veriləcəkdir (məsul icraçılar: i.e.n. R.N. Hüseynəliyev, i.e.n. V.Ə. Rüstəmov, Mehdiyev Malik, icraçılar: A.Q. Davudov, Q.F.Mustafayev, N.N. Əhmədov).

“Ölkənin qeyri-neft sektorunun 2003-2012-ci illər üzrə inkişaf dinamikasının təhlili (regional aspektdə)” mövzusu üzrə tədqiqat işində iqtisadi göstəricilərin (qeyri-neft, sənaye, kənd təsərrüfatı, pərakəndə ticarət dövriyyəsi, tikinti, nəqliyyat, telekommunikasiya və poçt, əhaliyə göstərilmiş pullu xidmətlər, turizm sahələrini əhatə edən) statistik tədqiq edilməsi əsasında iqtisadiyyatın aktual təmayülünün təhlili müəyyən edilmiş və müvafiq nəticələr əldə edilmişdir. Aparılmış təhlil nəticəsində müəyyən edilmişdir ki, ölkədə qeyri-neft məhsullarının buraxılışında həm qeyri-neft sənayesi, həm də kənd təsərrüfatı məhsullarının xüsusi çəkisi azalmışdır (məsul icraçılar: N.F. İsmayılova, A.Q. Davudov, icraçılar: Q.F.Mustafayev, N.N. Əhmədov).

“Təsərrüfat cəmiyyətlərində qiymətli kağızlardan istifadə məsələləri” mövzusunda tədqiqat işi üzrə bir sıra işlər görülmüşdür:

1) mövcud nəzəri yanaşmalar, elmi-təcrübi materiallar və mütərəqqi dünya təcrübəsinin təhlili əsasında müasir dövrdə təsərrüfat cəmiyyətlərində qiymətli kağızlardan istifadə üzrə nəzəri-metodoloji əsaslar öyrənilmiş və ümumiləşdirilmişdir;

2) müvafiq nəzəri-metodoloji əsaslara uyğun olaraq, təsərrüfat cəmiyyətlərində qiymətli kağızlardan istifadəni şərtləndirən səbəblər və bu prosesin müasir xüsusiyyətləri öyrənilmiş və sistemləşdirilmişdir;

3) ölkədə təsərrüfat cəmiyyətlərində qiymətli kağızlardan istifadə və bu prosesin dövlət tənzimlənməsi sahəsində mövcud vəziyyəti təhlil olunmuş və qiymətləndirilmişdir;

165

Page 166: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

4) ölkədə qiymətli kağızlar bazarının inkişafı ilə bağlı siyasətə dair təklif və tövsiyələr işlənib hazırlanmışdır (məsul icraçı: i.e.n.V.Ə. Rüstəmov icraçı: A.Q. Davudov).

“Ekoloji turizmin inkişaf etdirilməsi istiqamətində araşdırmaların aparılması” mövzusu üzrə tədqiqat işində əsasən dünya ölkələrinin ekoturizm sahəsində təcrübələri tədqiq edilmiş, inkişaf etməkdə olan ölkələrdən Keniya nümunəsi üzərində dayanılmışdır. Bundan başqa ilk 10 ekoturizm üzrə ölkələrin təcrübəsi nəzərdən keçirilmişdir. Tədqiqat işində ekoturizmə qatılan turist profili incələnmiş və ekoturizmə qatılan turistlərin əsasən təhsilli, 35-54 yaş arasında olan yüksək gəlirli insanlar olduğu müəyyən edilmişdir. Tədqiqatları nəzərə alaraq, Azərbaycan nümunəsi verilmişdir. Qeyd edilmişdir ki, Azərbaycanın sahib olduğu iqlim, coğrafi yerləşməsi və təbii qaynaqların zənginliyi ekoturizmin inkişaf etdirilməsi üçün geniş şərait mövcuddur. Əsasən dağətəyi bölgələrdə, xüsusilə, Lənkəran iqtisadi rayonunda, Naxçıvan və Qafqaz sıra dağları ətəyində yerləşən bölgələrdə ekoturizm imkanları mövcuddur. Ölkədə ekoturizmin inkişaf etdirilməsi sahəsində kiçik müəssisələr üçün münbit şərait yaradılmalı, ümumi qiymət səviyyəsi yuxarı olduğuna görə onların aşağı salınması məqsədilə tədbirlər həyata keçirilməli, təbii qaynaqların qorunması üçün xüsusi bölgələr təşkil edilməli, dünya ölkələrindən Keniya Respublikası, Kanada kimi ölkələrin təcrübələrindən faydalanılmalıdır. Eyni zamanda, ekoturizmə qatılan turistlərin sakit, yaşıllığı bol olan ərazilərdə, kənd və qəsəbələrdə istirahəti üçün şərait yaxşılaşdırılmalıdır. Həmçinin, kənd turizmi üçün formalaşan tələbə cavab vermək məqsədilə Finlandiya təcrübəsi tətbiq edilə bilər(məsul icraçılar: i.e.n. H.Ə. Eynalov, i.e.n. S.H. Abasova, icraçılar: Q.F.Mustafayev, R.R. Məmmədov).

“Qeyri-neft sektorunun inkişafı, o cümlədən onun ixrac potensialının artırılmasında qərarların qəbulu modellərinin ilkin işlənilməsi” mövzusu üzrə tədqiqat işində qeyri-neft sektoruna, xüsusən də onun ixrac potensialının artırılmasına təsir göstərən amillər seçilərək təsir xüsusiyyətlərinə müvafiq olaraq sinfi təsnifat verilmişdir. Mövcud meyarların təsirinin qiymətləndirilməsi prosesində qeyri-səlis şəraitin ola biləcəyini nəzərə alaraq, belə şəraitdə müvafiq olaraq amillərin seçilməsi üçün xüsusi metodologiya seçilmişdir. Tədqiqat işi ekspert qiymətləndirmələr aparılması məqsədi ilə davam edir (məsul icraçı: i.e.d. V.M. Vəliyev, icraçı: A.M. İsmayılova).

Problem. Enerji və infrastruktur xidmətlərinin sosial-iqtisadi inkişaf göstəricilərinə təsirinin qiymətləndirilməsi

“Azərbaycanın enerji balansının sahələrarası təhlili” mövzusu üzrə tədqiqat işi aparılmışdır. 2013-cü ildə 2003-2011-ci illər üzrə təbii qaz və elektrik enerjisinin tələb-təklif göstəriciləri üzrə məlumatlar toplanmış, əhali və iqtisadi sektorlarda istehlak göstəriciləri təhlil edilmişdir. Eyni zamanda, Azərbaycanın 2012-ci il enerji balansı üzrə məlumatlar yenilənmiş və enerji balansının xərclər-buraxılış modelinə müvafiq olaraq təhlil olunması üçün ilkin nəzəri baza işlənilmişdir (məsul icraçı: i.e.d. V.M. Vəliyev, İ.A.Mirzəliyev, N.B.Ağayev, N.A.Cabbarova).

166

Page 167: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Problem. Dağlıq Qarabağ və ona qonşu inzibati rayonların Ermənistan tərəfindən işğalı nəticəsində dəymiş ziyanın qiymətləndirilməsi

Bu problem üzrə plan tərtib edilmiş, müvafiq metodologiya seçilmiş və məlumatlar toplanmışdır. Lakin, son illərdə bu səpkidə müxtəlif institutional qurumların apardığı qiymətləndirmələr və dəymiş zərərlə bağlı alınmış fərqli nəticələr əsas götürülərək Milli Məclis tərəfindən, dəymiş zərərin qiymətləndirilməsi ilə bağlı vahid komissiya yaradılmışdır. Bu qiymətləndirmə komissiyası tərəfindən zərərin qiymətləndirilməsinin aparılması nəzərdə tutulmuşdur. Bütün bunları nəzərə alaraq, bu bölmənin İnstitut tərəfindən işlənilməsi dayandırılmış, toplanılmış işçi materialların həmin işçi qrupuna göndərilməsi planlaşdırılmışdır (məsul icraçı: i.e.d. V.M. Vəliyev, icraçılar: i.e.n. R.N. Hüseynəliyev, i.e.n. O.İ. İbrahimov, i.e.n. V.Ə. Rüstəmov, i.e.n. M.R. Rəsulova, F.Q. Mikayılov, i.f.d. E.F. Qasımov, N.F. İsmayılova, A.Q. Davudov)

Problem. Məlumat bazasının formalaşdırılması, statistik göstəricilərin təhlili və cari işlərin yerinə yetirilməsi

“Statistik məlumatların yenilənməsi, təsnifləşdirilməsi və emalı” və “Statistik baza üçün sahəvi göstəricilərin elektron bazasını yeniləmək” mövzuları üzrə müvafiq olaraq kənd təsərrüfatı, tikinti, sənaye, nəqliyyat, təhsil, turizm və digər sahəvi göstəricilərin elektron bazası yenilənmişdir, eləcə də “MDB ölkələrinin əsas sosial-iqtisadi göstəricilərinin elektron bazasını yaratmaq” mövzusu üzrə MDB ölkələrinin əsas sosial-iqtisadi göstəricilərinin elektron bazası hazırlanır.

“İqtisadi rayonların pasportunun yenilənməsi” və ““Azərbaycan təqdimatı” kitabının yenilənməsi” mövzuları üzrə Azərbaycan Respublikasının iqtisadi rayonları və ümumilikdə sosial-iqtisadi inkişafı üzrə İnstitut tərəfindən hazırlanmış və mütəmadi olaraq yenilənən İqtisadi Rayonlarının Pasportları və Azərbaycan Təqdimatı 2012-ci ilin sosial-iqtisadi göstəriciləri əlavə edilərək yenidən işlənilmiş, Nazirliyin və İnstitutun Veb səhifələrində yerləşdirilmiş, CD disklərində elektron yerləşdirilmiş və çap olunaraq təqdim edilmişdir. Eyni zamanda iqtisadi rayonların çap olunmuş pasportları və ölkə təqdimatı Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr edilmiş illik konfranslarında nümayiş etdirilir.

“Regionların və inzibati rayonların elektron statistik bazasını yeniləmək” mövzusu üzrə pilot olaraq Dağlıq Şirvan iqtisadi rayonu timsalında onun bütün inzibati rayonları fərdi olaraq da əlavə edilərək elektron statistik bazası 2012-ci ilin rəqəmləri əlavə edilərək hazırlanmışdır (məsul icraçı: i.f.d. E.F. Qasımov, icraçılar: S.A.Vəliyev, N.A.Cabbarova, H.H.Məmmədov, A.İ.Şabanova).

Dövlət proqramlarının, Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam, tapşırıqlarından irəli gələn və digər məsələlərin icrası istiqamətində İnstitutda Dövlət Proqramları, Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarından, eləcədə Nazirliyin Kollegiyasının qərarları, müvafiq əmr və göstərişlərindən irəli gələn məsələlərin icrası, həmçinin müxtəlif qurumlardan daxil olmuş cari işlərin yerinə yetirilməsi ilə bağlı kompleks işlər aidiyyəti üzrə yerinə yetirilmişdir.

167

Page 168: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

2. XARİCİ ƏLAQƏLƏR

Əməkdaşlıq müqavilələri. Hesabat ilində İnstitutun əməkdaşlıq etdiyi təşkilatlarla işlərin davam etdirilməsi ilə yanaşı əlaqələrinin genişləndirilməsi istiqamətində də müxtəlif tədbirlərin həyata keçirilməsi davam etdirilmişdir. Birgə tədqiqatların aparılması, elmi və elmi-texniki tədbirlərdə iştirak və kadr potensialının gücləndirilməsi kimi əməkdaşlıq əlaqələrinin nəzərdə tutulduğu 6 anlaşma memorandumu imzalanmışdır ki, onlardan 4-ü ikitərəfli, 2-si çoxtərəflidir.

Ezamiyyələr. Son illərdə olduğu kimi, hesabat ilində də İnstitutun əməkdaşları ölkəmizdə və xaricdə müxtəlif elmi və elmi-texniki tədbirlərdə iştirak etmək, sorğuların keçirilməsi məqsədilə 21 Respublika xarici və 50 Respublika daxili ezamiyyələrdə olmuşlar.

Respublika xarici ezamiyyələrin 5-i təşkilatçılar (Avropa İttifaqı, Beynəlxalq Valyuta Fondu, Dünya Bankının Tədqiqat İnstitutu), digərləri İnstitut tərəfindən maliyyələşdirilmişdir. İnstitutun əməkdaşları Almaniya, Avstriya, Türkiyə, Rusiya, Qazaxıstan, Estoniya, Cənubi Koreya, Portuqaliya, Çexiya, Ukrayna və İran İslam respublikalarında ezamiyyədə olmuşlar.

Respublika daxili bütün ezamiyyələr İnstitut tərəfindən maliyyələşdirilmişdir.Görüşlər. Hesabat ilində İnstitutda xarici qonaqlarla 20-dən çox görüş

keçirilmişdir. Türkiyənin Bakıdakı Səfirliyinin inkişaf, iqtisadiyyat və ticarət üzrə müşavirləri,

Türkiyə Respublikasının Elm, Sənaye və Texnologiya Nazirliyinin Kiçik və Orta Müəssisələrin İnkişafı Təşkilatının (KOSGEB) nümayəndə heyəti, Sabancı Universitetinin əməkdaşı, “Chemonics” Şirkətinin nümayəndələri, İslam İnkişaf Bankının nümyəndələri, Birləşmiş Millətlərin Qida və Kənd-təsərrüfatı Təşkilatının (UN FAO) aqrobiznes və sahibkarlığın inkişafı üzrə eksperti (Stjepan Tanic), İslam Ölkələrinin Statistika, İqtisadiyyat və Sosial Tədqiqatlar və Təlim Mərkəzi (SESRİC) Təlim və Tədqiqatlar Departamentinin rəhbəri, Yalova Universitetinin əməkdaşları, Qırğızıstanın Turk-Manas Universitetinin rektoru, Türkiyənin Özyeğin Universitetinin əməkdaşları və Dünya Bankının nümayəndələri ilə keçirilmiş görüşlər gələcək əməkdaşlıq və perspektiv imkanların qiymətləndirilməsi cəhətdən İnstitut üçün xüsusi əhəmiyyət daşımışdır.

Beynəlxalq təşkilatlarla iş. Son illərdə, xüsusi ilə 2011-ci ildən etibarən İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) ilə sıx əməkdaşlıq hesabat ilində də davam etdirilmişdir. Belə ki, 2013-cü ilin 26 dekabr tarixində İran İslam Respublikasının Tehran şəhərində keçirilən İƏT-in Nazirlər Şurasının 21-ci İclasında Bakıda “İƏT-in Tədqiqat Mərkəzi”nin Nizamnaməsi sonuncu dəfə müzakirə edilmiş və təsdiq edilmişdir. Mərkəzin yaradılması təşəbbüsü ilk dəfə İƏT-in 5 may 2006-cı il tarixində Bakıda keçirilmiş IX sammitində (Zirvə Toplantısında) Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev tərəfindən irəli sürülmüşdür. Bu təklif sammitin “Bakı Deklarasiyası–2006” sənədinin xxıı bəndində öz əksini tapmaqla yanaşı sonradan İƏT-in Daimi Nümayəndələr və Regional Planlaşdırma şuralarının iclaslarında və digər tədbirlərdə gündəliyə daxil edilmişdir. 2009-cu ildən başlayaraq İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu tərəfindən mərkəzin əsasnaməsi hazırlanmış və quruma təqdim edilməsi üçün müvafiq hazırlıq işləri aparılmışdır. Bundan sonra, 2010-2013-cü illərdə bu məsələ qurumun müxtəlif tədbirlərində davamlı olaraq gündəliyə daxil edilmiş, eləcə

168

Page 169: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

də İnstitutun nümayəndələrinin iştirakı ilə keçirilən bir sıra tədbirlərdə (3-4 may 2011-ci ildə Astanada (Qazaxıstan) ekspertlərin 1-ci iclası, 7-8 noyabr 2012-ci ildə Bakıda Daimi nümayəndələrin 2-ci iclasında, 21-22 avqust 2013-cü ildə İssik-Kulda Daimi nümayəndələrin 3-cü iclasında, 5-6 sentyabr 2013-cü ildə Bakıda I “Bakı Forum-Konfransı”nda) geniş müzakirə olunmuşdur.

İƏT-lə əməkdaşlıq sadalananlarla bitməmişdir. 2012-ci ildə İnstitut tərəfindən quruma maliyyələşmə üçün təqdim edilmiş iki layihə təklifi üzrə qərar 11 noyabr tarixində İran İslam Respublikasının Tehran şəhərində keçirilən Daimi Nümayəndələr Şurasının 189-cu iclasında qəbul edilmişdir. Belə ki, “İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə ekoloji təmiz kənd təsərrüfatının inkişaf etdirilməsi və qurumlararası əməkdaşlıq imkanlarının və təcrübənin gücləndirilməsi” mövzusunda tədqiqat layihəsinin 2014-cü ildə icrasına başlanması haqqında qərar qəbul edilmiş, “İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə Ümumi Tarazlıq Modelinin tətbiq imkanlarının araşdırılması və potensialın gücləndirilməsi” mövzusunda tədqiqat layihəsinin isə digər üzv ölkələrin, beynəlxalq təşkilatların iştirakı ilə genişləndirilmiş şəkildə təqdim olunması tövsiyə edilmişdir.

Hesabat ilində həmçinin, İnstitutun İƏT-lə əməkdaşlıq və “EcoMod Network” Şirkəti ilə birgə təşkilatçılığı çərçivəsində 5-6 sentyabr tarixlərində Bakı şəhərində “İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin I Bakı Forumu” və “Enerji, regional inteqrasiya və sosial-iqtisadi inkişaf” mövzusunda I Beynəlxalq Konfrans keçirilmişdir. İƏT-in maliyyələşmə qaydalarına uyğun olaraq, üzv ölkələrdən 2 nəfərin yol xərcləri İƏT, qonaqlar üçün digər xərclər İnstitut tərəfindən qarşılanmışdır.

2 gün davam edən I “Bakı Forum-Konfransı”nda İƏT-in Baş katibi Şamil Ələsgərov başda olmaqla, İƏT-in Ticarət və İnkişaf Bankını, Türk Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) Baş ofisini, təşkilatçı “EcoMod Network” Şirkətini, Türkiyənin Orta Doğu Texniki Universitetinin Texnoparklar bölməsini, Birləşmiş Millətlər Universitetinin Müqayisəli Regional Tədqiqatlar İnstitutunun (UNU-CRIS) nümayəndələri ilə yanaşı ümumilikdə İran, Pakistan İslam, Brüssel, Türkiyə, Yaponiya, Malayziya, İtaliya, Qazaxıstan, Qırğızıstan və Tacikistan respublikalarından 50-yə yaxın xarici qonaq iştirak etmişdir. Geniş və maraqlı elmi müzakirələrin aparıldığı I “Bakı Forum-Konfransı”nın yekununda bir daha üzv ölkələrin bir sıra sahələrdə birgə tədqiqatların aparılmasını, əməkdaşlıq əlaqələrinin istər bərpası, istərsə də yenilərinin qurulmasının əhəmiyyəti, həmçinin, gənc alimlər və tədqiqatçılara yer ayrılması, onların öz potensiallarının üzə çıxarılmasına şərait yaradılması xüsusilə vurğulanmış, bu kimi işlərin gənclərin inkişafında xüsusi həvəsləndirici rola malik olmasına görə daha da genişləndirilməsi tövsiyə olunmuşdur. Tədbirdə həmçinin, ən yaxşı təqdimat, yaxşı təşkilatçılığa və fəal iştiraklarına görə müxtəlif nominasiyalar üzrə qaliblərə mükafatlar təqdim olunmuşdur.

İnstitutun 50 illik yubileyi münasibətilə II “Bakı Forum-Konfrası”nın 2014-cü ilin 1-3 oktyabr tarixlərində ölkəmizdə keçirilməsi qərara alınmışdır və bu istiqamətdə müvafiq işlərin görülməsinə başlanılmışdır.

2013-cü ilin 6 dekabr tarixində Bakıda keçirilməsi planlaşdırılan İƏT-in “İqtisadiyyat” Jurnalının 2-ci iclası isə qurumda maliyyə çatışmazlığı səbəbi ilə 2014-cü ilin aprel ayına təyin edilmişdir.

169

Page 170: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Hesabat ilində digər İslam İnkişaf Bankının (IDB) müraciəti ilə İnstitutun və İslam Ölkələrinin Statistika, İqtisadiyyat və Sosial Tədqiqatlar və Təlim Mərkəzinin (SESRIC) birgə təşkilatçılığı ilə 12-14 noyabr tarixlərində “Çoxtərəfli ticarət sistemi və ÜTT” mövzusunda təlim keçirilmişdir. Təlimdə İnstitutun doktorantları və əməkdaşları ilə yanaşı, Bakı Dövlət və Qafqaz universitetlərinin də əməkdaşları da iştirak etmişlər.

Xarici təşkilatlarla iş. Hesabat ilində Türkiyə Respublikasının Özyeğin Universitetinin müraciəti əsasında 3 iyun tarixində Özyeğin Universitetinin, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun, Bakı Biznes Tədris Mərkəzinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) birgə təşkilatçılığı ilə “Sosial-iqtisadi inkişafda sahibkarlığın rolu: Türkiyə-Azərbaycan təcrübəsi” mövzusunda beynəlxalq praktiki konfrans keçirilmişdir. 200-yə yaxın nümayəndənin iştirakı ilə təşkil edilmiş konfransda məqsəd sahibkarlığın inkişaf etdirilməsində Türkiyə təcrübəsinin öyrənilməsindən və bu sahədə Azərbaycandakı təşkilatlarla əməkdaşlıq imkanlarının müzakirə edilməsindən ibarət olmuşdur. Konfransda həmçinin, “Virtual Birja” online müsabiqəsinin qalibləri də müklafatlandırılmışlar. “Virtual Birja” online müsabiqəsi ATİG (Advised Trading İnvestment Group) Qiymətli Kağızlar təşkilatının və Özyeğin Universitetinin birgə əməkdaşlığı ilə internet üzərində (online rejimdə) 8 aprel-6 may tarixlərində keçirilmişdir, müsabiqədə Azərbaycandan 166 tələbə iştirak etmişdir. Qaliblərə (Təbriz Məmmədli (Qafqaz Universiteti), Ayxan Hüseynli və Tural Rüstəmov (Azərbaycan Dövlət Aqrar Universiteti)) mükafatları Universitetin rektoru Erhan Erkut və ATİG İdarə Heyətinin sədri Mustafa Özen təqdim etmişlər.

Özyeğin Universiteti Hüsnü M.Özyeğin Vakfı tərəfindən təsis edilmişdir. 5 fakültəsi və 18 ali təhsil proqramı ilə 127 min kvadrat metrlik sahə ilə Çekmeköydə yerləşən Universitetdə 20-dən çox Azərbaycanlı tələbə təhsil alır.

“Ölkə turu: Azərbaycan” (“Country Tour: Azerbaijan”) mövzusunda görüş isə ABŞ-ın Brandies Universitetinin müraciəti əsasında 4 iyun tarixində təşkil edilmişdir. Tədbir professor Can Erbilin rəhbərliyi ilə adı çəkilən Universitetin 26 MBA (Master Business Administaration) magistr tələbələrinin iştirakı ilə təşkil edilmişdir. Bununla yanaşı Universitetin müraciətinin təmin edilməsi məqsədilə xarici qonaq tələbələrin Azərbaycan Diplomatik Akademiyası, Milli Bankın Tədqiqat Mərkəzi, “Azərsun” holding, Qafqaz Universiteti, Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Azərbaycan Türk Sənayeçi və İşadamları Beynəlxalq Cəmiyyəti (TUSİAB) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə görüşlərin keçirilməsinə köməklik göstərilmişdir. Görüşlərdə tələbələrə ölkəmiz, onun müstəqillikdən bu günədək keçmiş olduğu inkişaf yolu haqqında ətraflı məlumat verilmiş, ölkəmiz haqında onları maraqlandıran suallar cavablandırılmışdır.

Hesabat ilində uğurla davam etdirilən əməkdaşlıqlardan biri də Türkiyə Respublikası Baş Bakanlığının Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TIKA) ilə olan əməkdaşlıqdır. Qurumla əməkdaşlıq çərçivəsində İnstitutda “İnnovasiya və Təlim Mərkəzi”nin qurulması layihəsi başa çatdırılmışdır.

Kadr hazırlığında və innovativ elmi-texniki imkanların genişləndirilməsində müasir texnoloji vasitələrdən istifadə edilməsi məqsədilə qurulan Mərkəz “LifeSize” avadanlığı vasitəsilə video-əlaqə (telemost), “Smart Lövhə” (“Ağıllı Lövhə”) vasitəsilə

170

Page 171: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

təlimlərin intellektual idarəolunması, təlimdən sonra vəsaitlərin elektronlaşdırılması başa çatdırılmış, istifadəçilərin hər biri çap vasitələrindən faydalanma imkanları ilə təchiz olunmuşdur. Mərkəzin qurulmasında TİKA tərəfindən avadanlıqların alınması, İnstitut tərəfindən otaqların ayrılması, təmiri, zəruri gücdə internetə çıxış və informasiya texnologiyaları avadanlıqları ilə təmin olunması həyata keçirilmişdir. İstifadəsinə başlanılmış Mərkəzin aktiv iştirakçı tutumu 35, qeyri-aktiv iştirakçı tutumu isə 80-100 nəfərdir.

3. İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR

Veb səhifənin idarə olunması. İnstitutun fəaliyyəti haqqında geniş ictimaiyyətin məlumatlandırılması və müsbət imicin formalaşdırılması məqsədilə hesabat ili ərzində veb səhifəsi vasitəsilə davam etdirilmişdir. Əvvəlki illərdə olduğu kimi məlumatların işıqlandırılması azərbaycan və ingilis dillərində olmaqla iki dildə aparılmışdır.

Hesabat ili ərzində sayta istər oxucular, istərsə də xəbər (yayım) agentlikləri tərəfindən marağın artımı və sayt vasitəsilə yayımlanan xəbərlərə istinadların sayının artımı müşahidə olunmaqla davam etmişdir. Ümumilikdə, hesabat ili ərzində veb səhifədə 58-i press-reliz, 14-ü elan və 6-sı məlumat olmaqla müxtəlif məzmunlu 78 xəbər mətni yerləşdirilmişdir.

Xəbərlərin aylar üzrə dinamikası aşağıdakı qrafikdə öz əksini tapmışdır:

Yanv

ar ayı

üzr

ə

Fevra

l ayı

üzr

ə

Mar

t ayı

üzr

ə

Aprel

ayı

üzr

ə

May

ayı

üzr

ə

İyun

ayı

üzr

ə

İyul

ayı

üzr

ə

Avqus

t ayı

üzr

ə

Senty

abr a

yı ü

zrə

Oktyabr

ayı

üzr

ə

Noy

abr a

yı ü

zrə

Dekab

r ayı

üzr

ə0

2

4

6

8

10

12

14

16

Kütləvi İnformasiya Vasitələrində işıqlandırılma. İnstitutda görülən işlərin müxtəlif mətbu orqanlarda işıqlandırılması hesabat ilində davam etdirilmişdir. Belə ki, V. Vəliyev “Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar dərin elmi əsaslara malikdir” və Ə. Nuriyev, V. Vəliyev “Görkəmli dövlət xadimi, qayğıkeş insan” adlı məqalələr “Xalq qəzeti”nin 15 aprel və 26 sentyabr tarixlərində yayımlanmışdır. Bununla yanaşı İnstitutun təşkilatçılığı ilə keçirilmiş müxtəlif tədbirlərin işıqlandırılması “Respublika”, “Azərbaycan”, “Palitra” qəzetlərinin ayrı-ayrı saylarında davam etdirilmişdir.

171

Page 172: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

4. LAYİHƏLƏRİN İDARƏ OLUNMASI

Hesabat ilində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 252s nömrəli 2013-cü il 12 sentyabr tarixli Sərəncamına əsasən “Dövlət büdcəsinin “İqtisadi islahatların həyata keçirilməsi ilə bağlı xərclər” maddəsində nəzərdə tutulan vəsait hesabına “Azərbaycan Respublikasında çoxölçülü meyarlar əsasında yoxsulluq indeksinin qiymətləndirilməsi”, “Kənd təsərrüfatında subsidiyalaşdırma sahəsində mövcud vəziyyətin təhlili və mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla, bu prosesin təkmilləşdirilməsi üzrə tövsiyələrin hazirlanmas” və “Ekoloji təmiz kənd təsərrüfatının inkişaf etdirilməsi sahəsində mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi və inkişaf planının hazırlanması” mövzularında tədqiqat işləri həyata keçirilmişdir.

5. ELMİ və ELMİ-TEXNİKİ TƏDBİRLƏR

Hesabat ilində kadr potensialının gücləndirilməsi məqsədilə müxtəlif elmi və elmi-texniki tədbirlərin təşkil edilməsi davam etdirilmişdir.

İnstitutun təşkilatçılığı ilə xarici məruzəçilərlə 7 seminar, 2 dəyirmi masa, 2 beynəlxalq konfrans, 1 Forum, beynəlxalq əməkdaşlıq çərçivəsində 1 təlim və xarici tələbələrlə görüş təşkil edilmişdir.

Eləcə də, İnstitutda təhsil alan doktorantlar üçün “Makroiqtisadiyyat”, “Mikroiqtisadiyyat” və “İnnovasiya” fənləri üzrə dərslər tədris edilmişdir. Həmçinin, Bakı Dövlət, Azərbaycan Dövlət İqtisad, Qafqaz, Azərbaycan İctimai Siyasi və Bakı Slavyan universitetlərindən, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik və Milli Aviasiya akademiyaslarından 88 nəfər tələbə istehsalat təcrübəsində iştirak etmişlər.

Hesabat ilində İnstitutun əməkdaşları Nazirliyin, tabelikdə olan və olmayan digər qurumları tərəfindən təşkil edilmiş 30-dan çox müxtəlif təlim, konfrans və tədbirlərdə iştirak etmişlər.

6. NƏŞR FƏALİYYƏTİ

İqtisadi Əməkdaşlıq Təşkilatının “İqtisadiyyat” Jurnalı. Hesabat ilində İƏT-in “İqtisadiyyat” Jurnalının fəaliyyətinin davam etdirilməsi istiqamətində işlər davam etdirilmişdir. İlk iclası 8 noyabr 2012-ci il tarixində Bakıda keçirilən Jurnalın Redaksiya Heyətinin üzvlərinin (Türkmənistan istisna olmaqla) məqalələri toplanmış və mütəxəssislərə rəyə təqdim olunmuşdur. Jurnalın fəaliyyətinin yenilənmiş qaydalarına uyğun olaraq, rəylər əsasında Jurnalın ilk nömrəsinin elektron variantı hazırlanmışdır.

Redaksiya Heyətinin 6 dekabr 2013-cü il tarixində Bakıda keçirilməsi planlaşdırılmış 2-ci iclası üzrə müvafiq hazırlıq işlərinin aparılmasına baxmayaraq, qurumda maliyyə çatışmazlığı səbəbindən iclas təxirə salınmış və 2014-cü ilin aprel ayında keçirilməsi qərarlaşdırılmışdır. İclasda Jurnalın ilk sayının müzakirə edilməsi, Jurnalın fəaliyyət istiqamətlərinin, fəaliyyət üzrə yeni qaydaların, rəylərin toplanması mexanizmləri kimi məsələlərin müzakirə edilməsi nəzərdə tutulur.

Cib kitabçaları və metodiki vəsaitlərin hazırlanması. Hesabat ilində İnstitutun fəaliyyətinə uyğun olaraq, sahibkarların və geniş ictimaiyyətin maarifləndirilməsi istiqamətində A.H.Tağıyevin müəllifliyi ilə “Müəssisələrin inkişafında françayzinq

172

Page 173: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

dəstəyindən necə istifadə etməli? (müəssisə menecerləri üçün)”, “Müəssisələrin rəqabətlilik qabiliyyətini necə yüksəltməli?” və “İnnovasiya: sual-cavabda” adlı 3 cib-kitabçası, H. Eynalov, A. Davudov, M.A. Yetginin müəllifliyi ilə “Gələcək nəsillər üçün ekoloji təmiz kənd təsərrüfatı” adlı kitab və tədqiqat layihəsinin yekunları üzrə “Logistika terminlərinin izahlı lüğəti” adlı lüğət hazırlanmışdır.

Eləcə də, İnstitutun “Elmi əsərlər toplusu”nun 8-11-ci buraxılışları tirajla nəşr olunmaq üçün hazırlanmış və nəşriyyata təqdim edilmişdir.

7. ELMİ KATİBLİK ÜZRƏ İŞLƏR

2013-cü il ərzində İnstitutun Elmi Şurasının 7 iclası keçirilmişdir. İclaslarda İnstitutda yerinə yetirilən elmi-tədqiqat işlərinin mövzuları, doktorant və dissertantların dissertasiya işlərinin mövzuları və s. bu kimi məsələlərin müzakirələri təşkil olunmuş, həmçinin doktorantlarının attestasiyalarının nəticələri, 2013-cü ildə İnstitut tərəfindən yerinə yetirilən elmi-tədqiqat işlərinin planına dəyişikliklərin edilməsi ilə bağlı təkliflər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli 129 nömrəli “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında Qərarı və fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbul məqsədilə “Respublika” qəzetinin 28 noyabr 2013-cü il tarixli, 261 (4844) saylı sayında verilmiş qəbul elanına əsasən İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda doktoranturaya sənəd qəbulu başlamışdır. Sənəd qəbulu dekabr ayının 25-də yekunlaşmışdır. Növbəti mərhələdə imtahanların keçirilməsi nəzərdə tutulur.

23 dekabr 2013-cü il tarixində İnstitutda təhsil alan doktorantların attestasiyası keçirilmişdir.

Bu günkü tarixə İnstitutda fəlsəfə doktoru proqramı üzrə 4 nəfər 2-ci kurs əyani, 8 nəfər 2-ci kurs qiyabi, 2 nəfər 3-ci kurs əyani, 10 nəfər 3-ci kurs qiyabi olmaqla, 24 doktorant və 22 dissertant, elmlər doktoru proqramı üzrə isə 7 dissertant təhsil alır. 2013-cü il 30 dekabr tarixindən fəlsəfə doktoru proqramı üzrə təhsil alan dissertantlardan 5 nəfəri təhsil müddətinin sona çatması ilə əlaqədar olaraq doktoranturadan xaric edilmişdir.

2013-cü ildə İnstitutun doktorant və dissertantlarından 5 nəfəri dissertasiya işlərini ilkin variantda bitirərək təqdim etmiş, onların namizədlik dissertasiyları ilkin müzakirədən müvəffəqiyyətlə keçmiş və müvafiq Dissertasiya Şuralarına təqdim olunmaları haqda qərar qəbul edilmişdir. Eyni zamanda, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu tərəfindən aparıcı təşkilat kimi 14 namizədlik və 1 doktorluq disserta-siya işlərinin müzakirəsi təşkil edilmiş, onlara müvafiq rəylər verilmişdir. Bir sıra dis-sertasiya işlərinin avtoreferatlarına, dissertasiya işlərinin əsas müddəalarını özündə əks etdirən təhriri-məruzələrə İnstitutun əməkdaşları tərəfindən müvafiq rəylərin verilməsi təmin olunmuşdur.

Hesabat dövründə İnstitutun kitabxana fondu yeni elmi ədəbiyyatlarla zənginləşdirilmişdir.

173

Page 174: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

VIII.“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin 2013-cü ildə fəaliyyəti

2013-cü il üçün “Təmiz Şəhər” ASC-nin yeni korporativ strukturu Səhmdarların ümumi yığıncağının səlahiyyətlərini həyata keçirən İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən təsdiq edilmişdir. Həmin korporativ strukturlara əsasən 2013-cü il üzrə ştat cədvəlində 692 ştat vahidi mövcuddur. Onlardan 92 ştat vahidi cəmiyyətin aparatına, 600 ştat vahidi isə tabeliyində olan qurumlara aiddir.

Cəmiyyətin əməkdaşlarının iş təcrübəsinin artırılması üçün onlar müxtəlif ixtisasartırma kurslarına və ya təlimlərinə cəlb edilir. Cəmiyyət daxili 2013-cü il üçün təsdiq olunmuş İşçi heyətinin təlim proramına əsasən I rüb üzrə 140, II rüb üzrə 224, III rüb üzrə 194, IV rüb üzrə 125 əməkdaşa vəzifə təlimatları üzrə, texniki təhlükəsilzik qaydalarına riayət edilməsi və daxili nizam-intizam prosedurları mövzusunda təlimlər keçirilib. Azərbaycan Hökümətinin “Kadr potensialının gücləndirilməsi”  layihəsi çərçivəsində Cəmiyyətin 7 əməkdaşı müvafiq təlimlərə cəlb edilmişdir. “ASPI Consulting Engineers, Inc.” tərəfindən keçirilən Beynəlxalq maliyyə hesabatları standartlarına dair təlimdə 11, Fövqəladə Hallar Nazirliyi tərəfindən keçirilən təhlükəli yüklərin daşınmasında texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydaları və normalarının öyrənilməsi üzrə təlim kurslarında 15 əməkdaşımız iştirak etmişdir. Dünya Bankı tərəfindən təşkil edilən xarici mütəxəssislər tərəfindən keçirilən Tullantıların Vahid İdarətmə Sistemi – Potensialın artırılması və bərk məişət tullantıllarının daşınması və ötürülməsi üzrə 28 əməkdaşa treninq keçirilmişdir. Həmçinin beynəlxalq təcrübənin öyrənilməsi və ixtisas biliklərinin artırılması məqsədi ilə Cəmiyyətin 1 əməkdaşının xaricdə təşkil olunan “Sənaye və texnoloji parklara investisiyaların cəlb olunması” mövzusu ilə bağlı təlimdə iştirakı təmin olunmuşdur. 30 may və 25 oktyabr 2013-cü il tarixlərində poliqonda yanğınsöndürmə və ilk tibbi yardım üzrə təlim kursları keçirilmişdir.

İSO 9001:2008 Keyfiyyəti İdarəetmə Sistemi üzrə daxili audit keçirilmiş və İSO 9001:2008 Keyfiyyəti İdarəetmə Sisteminin sertifikatlaşdırılma prosesi başa çatdırılmışdır.

CİMEX MMC ilə bağlanmış 27 may 2013-cü il tarixli müqavilə əsasında Cəmiyyətin iş yerlərinin attestasiyası keçirilmişdir.

Hesabat dövrü ərzində “Təmiz Şəhər” ASC-nin Müşahidə Şurasının 6 iclası keçirilmişdir.

2013-cü ilin yanvar - dekabr ayları ərzində “Təmiz Şəhər” ASC tərəfindən tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi üzrə cədvəl:

Təşkilatların adı Qəbul edilən tullantıların həcmi (ton)MKTB 156.766,29İSTKXİ 55.881,60Kommunal XM MMC 296.704,16Digər 58.984,34

YEKUN 568.336,39

Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunda görülmüş işlər

174

Page 175: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunun (“Poliqon”) fəaliyyətinin inkişaf etdirilməsi və təkmilləşdirlməsi istiqamətində “Təmiz Şəhər” ASC bir sıra tədbirlər həyata keçirilməkdədir, o cümlədən:

Poliqonun fəaliyyətinin təkmilləşdirilməsi məqsədi 2 ədəd İSUZU markalı avtobus alınmışdır.

Poliqon ərazisində tullantıların qəbulu və yerləşdirilməsi üçün meydançalar genişləndirilmişdir.

Poliqonda texniki təhlükəsizlik işləri təşkil edilmişdir. Poliqon işçiləri üçün “Texniki təhlükəsizlik” və “Əməyin mühafizəsi” üzrə təlimlər keçirilmişdir.

Poliqonda işin 24 saat davam etdirilməsini həyata keçirmək üçün, eyni zamanda burada çalışan işçilərin iş şəraitini yaxşılaşdırmaq məqsədilə Cəmiyyət tərəfindən işçilər profilaktik qida əvəzi kompensasiya ilə təmin olunurlar.

Poliqonda təşkil edilmiş ilkin əl ilə çeşidləmə sistemi daimi olaraq təkmilləşdirilərək çeşidləmə məntəqəsinin ərazisi cəpərlənmiş, çeşidləyicilər bütün lazımi geyim, təhlükəsizlik vasitələri ilə təmin edilmişdirlər.

Poliqon daxili yol sistemi təkmilləşdirilmiş və genişləndirilmişdir.Poliqonda yanğından mühafizə və mərkəzi kanalizasiya sistemləri qurulmuşdur.Poliqonun ofis binasına qaz xətti çəkilmişdir.Böyükşor gölünün səviyyəsinin qalxması nəticəsində poliqonun aktiv sahəsinin su

altında qalması və gölün çirklənməsi təhlükəsinin aradan qaldırılması məqsədi ilə aktiv zonanın Böyükşor gölü ilə sərhəd hissəsində torpaq bəndinin tikintisi yekunlaşmaq üzrədir.

Tullantıların çeşidlənməsi üçün onların poliqondan Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna magistral yola çıxmadan təhlükəsiz daşınmasının təmin edilməsi məqsədi ilə poliqondan zavoda qədər asfalt yol çəkilmişdir.

Poliqona gətirilən tullantıların tərkibi radiometrik-dozimetrik cihazlar vasitəsilə ölçülür, gətirilən tullantıların tərkibində təhlükəli və ya radioaktiv tullantılar aşkarlandıqda Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunur. Bundan əlavə olaraq əvvəlcədən tərtib olunmuş qrafik əsasında poliqon ərazisində də mütəmadi olaraq radiometrik-dozimetrik cihazlar vasitəsilə monitorinq aparılır.

Ətraf mühitin mühafizəsi o cümlədən Böyük Şor gölünün mühafizəsi məqsədi ilə poliqon ərazisində müəyyən olunmuş yerlərdə 2013-cü ilin hər rübü havadan, sudan və torpaqdan nümunələr götürülmüş və Xəzər Ekoloji Laboratoriyasında analiz olunmuşdur. Sonuncu analizlərin nəticələrinə əsasən ərazidə təsir parametrləri kəmiyyət baxımından xeyli yaxşılaşmışdır. Eyni zamanda, havaya atılan tüstü qazlarının miqdarı ərazidə torpaqlama işlərinin aparılması nəticəsində atılmanın yol verilə bilən həddinə qədər azaldılmışdır.

Poliqon ərazisində müvafiq abadlaşdırma və bərpa işlərinin aparılması ilə əlaqədar olaraq ətraf ərazilərə gəmiricilərin yayılma ehtimalının qarşısını almaq üçün ərazidə dezinfeksiya, dezinseksiya və deratizasiya işləri aparılmışdır.

Poliqonda vəhşi quşların çoxsaylı populyasiyası ilə qansız və keyfiyyətli mübarizəni təmin etmək məqsədi ilə poliqonun aktiv zonasında quraşdırılmış “Meqa Blaster Pro” qurğusu və müxtəlif vizual hürküdücülərin fəaliyyəti davam etdirilmişdir.

175

Page 176: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

İşçilərin təhlükəsizliyini təmin etmək məqsədi ilə poliqonda mövcud olan sahibsiz itlər mütəmadi olaraq zərərsizləşdirilir.

Tullantı daşıyan avtomaşınlar poliqonda tullantıları boşaltdıqdan sonra poliqonda fəaliyyət göstərən yuma məntəqəsində yuyulduqdan və dezinfeksiya edildikdən sonra poliqon ərazisini tərk edirlər.

İl ərzində poliqon ərazisində keçirilmiş iki yaşıllaşdırma aksiyaları (mart və noyabr ayları) zamanı 1700-dən artıq, ümumilikdə isə bu günə qədər 7000-dən çox ağac və bəzək kolları əkilmişdir.

Bərk məişət tullantılarının yandırılması zavoduna dair2012-ci ilin dekabr ayından başlayaraq zavod müqavilədə defektlərin aşkar

olunması üçün nəzərdə tutulmuş müddət daxilində fəaliyyət göstərir. Həmin müddət zavodun bütün avadanlıqlarının sınaqdan keçirilməsi, yarana biləcək nasazlıqların aradan qaldırılması, avadanlıqların parametrlərinin yandırılacaq tullantıların xüsusiyyətlərinə uyğun tənzimlənməsi və nəticədə zavodun tam gücü ilə çalışmasına hazırlanması üçün nəzərdə tutulmuşdur. Bakı bərk məişət tullantılarının yandırılması zavodunun istismara buraxılmasının sertifikatlaşdırılması üçün 13.12.2013-cü il tarixində zavodun istismar qabiliyyəti Beynəlxalq Müstəqil Auditor "Bureau Veritas" tərəfindən yoxlamalar aparılmışdır.

Yuxarıda göstərilənləri nəzərə alaraq həmin vaxt ərzində, yəni 2012-ci ilin dekabr ayından 31 dekabr 2013-cü il tarixinə qədər, zavodun istehsal gücü aşağıdakı kimi olmuşdur:

1. Tədarük olunmuş tullantıların həcmi - 386 716 ton 2. Yandırılmış tullantıların həcmi - 350 666 ton 3. İstehsal olunmuş elektrik enerjisinin həcmi - 134,1 mln kWt/saat4. Dövlət Enerji Şəbəkəsinə ötürülmüş enerjinin həcmi - 111,3 mln kWt/saat5. Daxili ehtiyaclar üçün sərf olunan enerjinin həcmi - 22,8 mln kWt/saat 6. Stansiyanın ortalama faydalı gücü 17.11.2013-cü il tarixinə - 32 mWt

Podrat müqaviləsinə əsasən tərəflərin iştirakı ilə müştərək hesab açılmış və Müqavilənin ümumi məbləğinin 3 faizinin xeyriyyəçilik məqsədləri və zavodun tikiləcəyi rayonun ərazisində keçiriləcək sosial layihələr üçün sərf edilməsi məqsədi ilə mərhələlərlə həmin hesaba köçürülməsi haqqında razılıq əldə olunmuşdur. Tərəflərin razılığına əsasən prioritet layihə kimi Balaxanı qəsəbəsinin qəsəbədaxili su və kanalizasiya şəbəkəsinin, həmçinin qəsəbə xarici magistral su və kanalizasiya boru kəmərlərinin və nasosxanaların tikintisi layihəsi seçilmişdir. Layihənin maliyyələşdirilməsinə dair Balaxanı Sosial İnkişaf Fondu ilə “Azərsu” ASC aralarında 26 noyabr 2012-ci il tarixində müqavilə imzalanmışdır. Müştərək hesabdan ödəniləcək məbləğ müqabilində görüləcək podrat işlərinə texniki nəzarətin aparılması üçün “Billur” şirkəti ilə 26 dekabr 2012-ci il tarixində müqavilə imzalanmışdır. Hal-hazırda “Azərsu” ASC tərəfindən podratçı şirkət qismində cəlb edilmiş "KUTAY İNŞAAT" MMC işlərin icrasını həyata keçirir. "Billur" şirkətinin verdiyi rəylərə əsasən, 1 dekabr 2013-cü il tarixinə qədər olan müddətdə layihənin müştərək hesabdan maliyyələşdirilən işlərin 90,99% yerinə yetirilib.

“Bərk məişət tullantılarının kompleks idarəçiliyi” layihəsinə dair

176

Page 177: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

“Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi çərçivəsində 2013-cü ildə aşağıdakı işlər görülmüşdür:

1. Layihə çərçivəsində “HPC” şirkətinə Bakı şəhəri ərazisində yeni poliqon sahələrinin və ötürücü məntəqələrin layihələndirilməsi işləri həvalə edilmişdir. Şirkət tərəfindən Qaradağ rayonunda yeni poliqon və ötürücü məntəqə və Şüvəlan qəsəbəsində ötürücü məntəqənin layihələndirilməsi məqsədilə ərazilərdə topoqrafik çəkilişlər və geotexniki tədqiqatlar aparılmış və müvafiq təfsilatlı layihə sənədləri hazırlanmışdır.

2. Bakı şəhəri ərazisində yeni poliqon sahələrinin və ötürücü məntəqələrin layihələndirilməsinin ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) “ACEP” şirkəti tərəfindən həyata keçirilmişdir. “ACEP” şirkəti Qaradağ rayonunda yeni poliqon və ötürücü məntəqə və Şüvəlan qəsəbəsində ötürücü məntəqə üzrə aparılacaq tikinti işlərinə dair ətraf mühitə təsirin qiymətləndirilməsi işlərini aparmış və adıçəkilən ərazilərin yaxınlığında yaşayan əhali ilə ictimai dinləmələri keçirmişdir. Şirkət tərəfindən hazırlanmış ƏMTQ sənədi müvafiq dövlət qurumunun təsdiqinə təqdim edilmişdir.

3. “Təmiz Şəhər”ASC-yə idarəetmə dəstəyinin təmin edilməsi üzrə məsləhət xidmətlərini göstərən “İntegrated Skills” şirkəti tərəfindən cəmiyyət üçün “Mühasibat uçotu üzrə proqram təminatı-funksional tələblər və mümkün seçimlər” sənədi, “Tullantılar üzrə məlumat sisteminə dair” texniki tapşırıqlar, informasiya texnologiyaları strategiyası, tarif siyasəti ilə əlaqədar təkliflər və eləcə də keyfiyyət idarəetməsi sistemi üzrə fəaliyyət planı hazırlanmış və cəmiyyətin işçiləri üçün təlimlər keçirilmişdir. Keyfiyyət idarəetməsi sistemi üzrə işlər yekunlaşmış və cəmiyyətin İSO9001 standartı üzrə sertifikatının alınmasına dair zəruri təkliflər verilmişdir. Eyni zamanda, cəmiyyətin müvafiq işçi heyətinə beynəlxalq maliyyə hesabatı standartları və 1C üzrə təlimlər keçirilmişdir. Həmçinin məsləhətçi şirkət Bakı şəhəri üzrə bərk məişət tullantılarının idarə olunması üzrə 20 illik strategiyanın hazırlanması işlərini həyata keçirir.

4. Tullantılar üzrə informasiya sisteminin layihələndirilməsi, təchizatı və tətbiqi üzrə Almaniyanın “Hydroplan” şirkəti cəlb edilmiş, Bakı bərk məişət tullantılarının yandırılması zavodu, Balaxanı poliqonu və Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodu üzrə tullantıların vahid informasiya sistemi hazırlanaraq cəmiyyətə təqdim edilmişdir.

5. “Təmiz Şəhər” ASC və Layihə İdarəetmə Qrupu üçün potensial quruculuğuna dair təlimlər üzrə cəlb edilmiş İsveçin “EİTEC və HİFAB” konsorsiumu cəmiyyətin işçiləri üçün 5 təlim keçirmiş və xarici ölkələrə səfərlər təşkil etmişdir.

6. Balaxanı poliqonu üçün əlavə texnikanın satın alınması üzrə “Yuga Holdinq” MMC ilə müqavilə imzalanmış və avadanlıqlar (1 ədəd buldozer, 1 ədəd hidravlik ekskavator, 1 ədəd qreyder, 4 ədəd özüboşaldan yük maşını və 2 ədəd metan detektor) təchiz edilmişdir.

7. Bakı şəhəri ərazisində yerləşən qeyri-qanuni tullantı sahələrinin yığışdırılması üçün cəlb edilmiş “Gökşin İnşaat” şirkəti tərəfindən sahəsi 200 m2 böyük olan qeyri-qanuni tullantı sahələrindən 483 min tondan çox bərk tullantıları təmizlənərək, zərərsizləşdirilməsi üçün Balaxanı poliqonuna daşınmışdır.

177

Page 178: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

8. Qaradağ və Suraxanı poliqonlarının bərpasına dair keçirilmiş tenderin qalibi Turkiyənin “Gökşin İnşaat” şirkəti ilə müqavilə imzalanmışdır. Hazırda şirkət tərəfindən Suraxanı poliqonunda müvafiq bərpa işləri həyata keçirilir.

9. Layihənin D komponenti çərçivəsində Bakı şəhərində zəif xidmət göstərilən 6 ətraf rayonların bərk məişət tullantılarının toplanmasının və daşınmasının təkmilləşdirilməsi məqsədi ilə Türkiyənin “Hidro-Mak” və “AKMETAL” şirkətləri ilə müqavilələr bağlanmışdır. “Hidro-Mak” şirkəti ilə imzalanan müqaviləyə əsasən 29 ədəd 16m3 tutumu olan Ford markalı tullantı daşıyan maşınlar Qaradağ, Sabunçu, Suraxanı, Binəqədi, Pirallahı və Xəzər rayonlarının icra hakimiyyətlərinə təhvil verilmişdir. “AKMETAL” şirkəti ilə imzalanan müqaviləyə əsasən isə təchiz ediləcək 0,5 m3 və 1,1 m3 tutumu olan 3239 ədəd tullantı konteynerlərinin bir hissəsi ölkəyə gətirilərək yuxarıda qeyd olunan rayonların icra hakimiyyətlərinə təhvil verilmişdir.

Hal-hazırda layihə üzrə işlər davam etdirilir.

Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunda görülmüş işlər 31 dekabr 2013-cü il tarixinə qədər çeşidləmə zavodunda 68 min ton tullantı qəbul

edilərək çeşidləmə nəticəsində 7 min ton xammal ayrılmış və təkrar emala yönəldilmişdir. Ayrılan xammalın miqdarının artırılması üçün müvafiq tədbirlər görülür. Bununla yanaşı zavodda fəaliyyətinin təkmilləşdirilməsi və inkişaf etdirilməsi, əməyin təhlükəsizliyinin təmin edilməsi üçün aşağıdakı işlər görülmüşdür:

Zavodda fövqəladə hal zamanı fəaliyyət planı, zavodun bütün tikililəri üçün təxliyyə planları hazırlanmış və Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılmışdır;

Zavod ərazisində müvafiq yol hərəkəti nişanları və zavod daxilində bütün müvafiq texniki-təhlükəsizlik nişanları qoyulmuşdur;

Zavodda hər bir işçi profilaktik qida əvəzi kompensasiya ilə təmin olunmuşdur;Zavodun işinin təşkili məqsədi ilə konveyer lentlərinin təmiri, ehtiyyat hissələri,

məftil və sürtkü yağları sifariş edilmiş, digər ehtiyyat hissələri mütəmadi sifariş edilir;Zavodun hər bir işçisi mövsümi olaraq fərdi mühafizə vasitələri ilə-xüsusi geyim,

ayaqqabı və əşyalarla təmin edilmişlər;Zavod ərazisində müvafiq yol hərəkəti nişanları qoyulmuşdur;Zavod ərazisində yerləşən hər bir obyektdə “İlk tibbi yardım” qutuları qoyulmuş və

müvafiq dərman və preparatlarla təchiz edilmişdir;Zavodda bütün işçilərə “Əməyin Mühafizəsi və Texniki Təhlükəsizliyə” dair

vəzifə təlimatları keçirilmiş və onların bilik səviyyələrinin yoxlanılması üçün imtahanlar təşkil edilmişdir;

Zavodun fəaliyyətinin inkişaf etdirilməsi üçün 1 ədəd Ford markalı 30 kub metr tutumu olan konteyner daşıyan avtomaşın və 1 ədəd qreyferli təkərli KAMATSU markalı ekskavator alınmışdır.

Balaxanı Sənaye Parkı üzrə görülmüş işlər

Balaxanı Sənaye Parkına (BSP) dair məsləhətçi “Ernst & Young Holdings (CIS) B.V.” şirkəti tərəfindən hazırlanmış texniki-iqtisadi əsaslandırma sənədlərinə uyğun olaraq parkın layihə-smeta sənədlərinin hazırlanması yekunlaşmaq üzrədir. BSP-nin

178

Page 179: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

ərazisində torpaq işləri və hasarlamanın layihəsi hazırlanmış, podratçı şirkətlə müqavilə imzalanmış və tikinti işləri bitirilmişdir.

BSP-yə potensial rezidentlərin cəlb edilməsi üzrə elektrik və elektron tullantıların emalında maraqlı olan Türkiyənin “Exitcom” şirkəti, akkumulyatorların bərpasında maraqlı olan İsrailin “Battery Solutions Ltd.” şirkəti, pet qabların təkrar emalında maraqlı olan “Az.Ekol” MMC, polietilenin təkrar emalında maraqlı olan “KSC QRUP” MMC, rezin və plastik tullantıların piroliz üsulu ilə təkrar emalında maraqlı olan Türkiyənin “Metem Turizm Tekstil İnşaat Ticaret Yatirim A.Ş” şirkəti ilə BSP-nin idarəedici təşkilatı olan “Təmiz Şəhər” ASC aralarında anlaşma memorandumları imzalanmışdır. Eyni zamanda, digər rezidentlərin cəlb edilməsi üçün müvafiq işlərin görülməsi davam etdirilir.

BSP-də ofis, konsaltinq, laborator müayinə, biznes inkubasiya, treninq, peşə hazırlığı və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış biznes inkubasiya konsepsiyasının həyata keçirilməsi üçün pilot rayon olaraq Quba-Xaçmaz iqtisadi rayonu seçilmişdir. Konsepsiyanın gələcəkdə davamı olaraq BSP-də biznes inkubatorların yaradılması, gənclərdə biznes ideyasının formalaşması və sahibkarlıq fəaliyyətinə başlanması üçün 4 mərhələli dəstək tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Eyni zamanda, keçiriləcək treninqlərin mövzularının, onların tədris planlarının, proqramlarının və tədris-metodiki vəsaitlərinin işlənib hazırlanması, keçiriləcək treninqlərdə distant təlim sistemindən və digər innovativ tədris metodlarından istifadə edilməsi və göstəriləcək məsləhət xidmətlərinin istiqamətlərinin müəyyən edilməsinə dair hazırlıq işləri davam etdirilmişdir.

Maraqlı şirkətlərin cəlb olunması məqsədilə müxtəlif təşviqat işləri çərçivəsində BSP-nin www.bsp.az internet portalı və elektron müraciət forması hazırlanmışdır. Təşviqat xarakterli broşurlar, CD və USB fleş disklər hazırlanaraq müxtəlif yerli və xarici tədbirlərdə istifadə olunur.

Sənaye parklarının idarəedici təşkilatı, operatoru, orada fəaliyyət göstərəcək rezidentlər üçün gömrük sahəsində stimullaşdırıcı tədbirlər haqqında təkliflər aidiyyəti dövlət orqanları ilə razılaşdırılma mərhələsindədir.

Abşeron yarımadasında yerləşən 9 gölün bərpası layihəsi üzrə görülmüş işlərAzərbaycan Respublikası Prezidentinin 4 may 2011-ci il tarixli 1490 nömrəli

Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” və 22 iyun 2012-ci il tarixli 2302 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Əlavə Tədbirlər Planında nəzərdə tutulmuş Binəqədi qəsəbə İdman Kompleksinin qarşısındakı gölün qurudulması, həmçinin Böyükşor, Xocasən, Lökbatan, Qırmızı, Qu, Zabrat, Zığ və Bülbülə göllərinə məişət tullantı, texniki və s. sularının axıdılmasının qarşısının alınması məqsədilə tədbirlərin görülməsi, ekoloji vəziyyətlərinin yaxşılaşdırılması və meşə zolaqlarının, parkların salınması üzrə məsləhətçi şirkət qismində Hollandiyanın “Witteveen Bos” şirkəti ilə İqtisadi İnkişaf Nazirliyi aralarında 13 dekabr 2012-ci il tarixli müqavilə imzalanmışdır.

Dövlət proqramının icasının təmin edilməsi məqsədilə İqtisadi İnkişaf Nazirliyinin 18.07.2012 tarixli, F-79 nömrəli Əmri ilə təsdiq edilmiş Tədbirlər planına

179

Page 180: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

əsasən yuxarıda qeyd olunan işlərin görülməsi üzrə “Təmiz Şəhər” ASC birinci icraçı kimi müəyyən edilmişdir və Cəmiyyət tərəfindən müvafiq koordinasiya işləri görülməkdədir.

Həmçinin, adı şəkilən dövlət proqramının icrasının təmin edilməsi məqsədilə İqtisadi İnkişaf Nazirinin 21 avqust 2013-cü il  tarixli, F-79 nömrəli Əmri ilə İşçi qrupu yaradılmışdır. İşçı qrupunun üzvləri qismində Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft şirkəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyəti, Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti, Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti, Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti, Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti və Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyətinin nümayəndələri müəyyən olunmuşdurlar.

Layihə üzrə məsləhətçi şirkət artıq aşağıdakı işləri görmüşdür:Göllərin ətrafında ilkin vizual monitorinq aparılmış, sahil xətti öyrənilmiş və

göllərə axıdılan suların mənbələri müəyyənləşdirilmişdir.Göllərin morfometriyası, geoloji və hidroloji, ekoloji şəraitləri barədə tədqiqatlar

aparılmışdır. Göllərin və ətraf sahələrin geoloji, hidrogeoloji, geotexniki vəziyyətinin

qiymətləndirilməsi üzrə laboratoriya tədqiqatları yerinə yetirilmiş, eləcə də çöl ekoloji ölçmələri və laboratoriya tədqiqatları aparılmışdır.

Göllərin hidroloji rejimlərinin, su və duz balanslarının tədqiqi və qiymətləndirilməsi, təbii rejiminin rekonstruksiyası, optimal səviyyə rejimlərinin müəyyən edilməsi işləri həyata keçirilmişdir.

Məsləhətçi şirkətin nümayəndələri İşçi qrupun üzvləri ilə 3 görüş keçirmiş və görüşlər zamanı aşağıdakı hesabatlar təqdim edilmişdir:

14 fevral 2013-cü il tarixində keçirilmiş birinci görüş zamanı məsləhətçi şirkət tərəfindən layihə üzrə ilkin təqdimat nümayiş etdirilmişdir.

22 may 2013-cü il tarixində keçirilmiş ikinci görüş zamanı məsləhətçi şirkət tərəfindən İcmal hesabat təqdim edilmişdir.

15 noyabr 2013-cü il tarixində keçirilmiş üçüncü görüş zamanı məsləhətçi şirkət tərəfindən Binəqədi, Qaradağ, Sabunçu rayonlarında yerləşən 9 gölün - Böyükşor, Xocahəsən, Binəqədi, Bülbülə, Qırmızı, Lökbatan, Qu, Zığ və Zabrat göllərinin - bərpası ilə əlaqədar ümumi ssenarilər və yanaşmalar üzrə təqdimat keçirilmişdir.

İcmal hesabata verilmiş rəylərə əsasən məsləhətçi şirkət tərəfindən 10 dekabr 2013-cü il tarixində İlkin hesabat təqdim edilmişdir. Müqavilə üzrə son hesabat 2014-cü ilin yanvar ayında təqdim ediləcəkdir.

Eyni zamanda, Böyük Şor gölünün kompleks bərpası layihəsinin birinci mərhələsi olaraq Olimpiya stadionu inşa edilən ərazinin yaxınlığında, yəni gölün şərq hissəsində yerləşən 300 hektara yaxın sahənin bərpası üçün məsləhətçi şirkət tərəfindən təfsilatlı layihələndirmə və mühəndislik işlərinin yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan məsləhət xidmətlərinin yerinə yetirilməsi üçün “Təmiz Şəhər” ASC ilə “WITTEVEEN+BOS AZERBAIJAN B.V.” şirkəti arasında 25 noyabr 2013-cü il tarixində müqavilə imzalanmışdır. Hal-hazırda Böyük Şor gölünün bərpası layihəsi çərçivəsində gölün 500 metrlik mühafizə zonasında yerləşən yeraltı və yerüstü mövcud

180

Page 181: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

və planlaşdırılan infrastruktur barədə aidiyyəti qurumlardan məlumatlar toplanılmışdır. Məsləhət xidmətlərinin göstərilməsi davam etdirilir.

Tullantıların ayrı-ayrılıqda yığılması və daşınmasının təbliğ edilməsi məqsədi ilə həyata keçirilən pilot layihələr barədə

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC tərəfindən Xəzər rayonunda yerləşən Qala qəsəbəsində üzvi və qeyri-üzvi tullantıların ayrı ayrılıqda yığılmasının və daşınmasının təşkil edilməsi üzrə pilot layihəsinin həyata keçirilməsi davam etdirilmişdir. Qala qəsəbəsində tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsini Cəmiyyət özü həyata keçirir. Qala qəsəbəsinin bütün ərazisini əhatə etmək şərti ilə bu günə qədər 154 tullantı toplama meydançaları və həmin meydançalarda 648 ədəd 2 rəngli tullantı konteynerləri quraşdırılmışdır. Eyni zamanda, qəsəbə ərazisində fəaliyyət göstərən bəzi hüquqi şəxslərin ərazilərində 253 ədəd əlavə 2 rəngli konteynerlər qoyulmuşdur. Qəsəbə ərazisində hər bir ev təsərrüfatı, həmçinin fərdi sahibkarlar və hüquqi şəxslər ilə ayrı-ayrılıqda xidmət müqavilələri bağlanılır. Qala qəsəbəsində tullantıların daşınması fəaliyyətinin inkişaf etdirilməsi üçün 2 ədəd 8 kub metr tutumu olan MİTSUBİSHİ markalı tullantı daşıyan avtomaşın alınmışdır. Qala qəsəbəsində Cəmiyyət tərəfindən görülmüş işlər nəticəsində tullantıların ayrı-ayrılıqda yığılmasına sakinlərin marağı daha da artmışdır.

Bakı şəhərində evlərdə və müəssisələrdə ilkin çeşidləmə üzrə “Təmiz Şəhər” ASC-nin “İçərişəhər” Dövlət Tarix - Memarlıq Qoruğu ilə birlikdə həyata keçirdiyi pilot layihəsi davam etdirilmişdir. “İşərişəhər” ərazisində tullantıları çeşidlənmiş vəziyyətdə DTMQ Balaxanı poliqonuna öz nəqliyyat vasitələri ilə daşınmasını həyata keçirir. “İçərişəhər”də Cəmiyyət tərəfindən görülmüş işlər nəticəsində tullantıların ayrı-ayrılıqda yığılmasına sakinlərin marağı daha da artmışdır.

2013-cü il ərzində Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Diplomatik Akademiyası, ASAN xidmət mərkəzləri ilə tullantıların çeşidlənməsi və çəşidlənmiş şəkildə toplanması üzrə əməkdaşlıq edilmişdir. Əməkdaşlıq layihələri üzrə hər bir qurumda xüsusi işarələrlə təchiz edilmiş üç növ tullantı konteynerləri, çeşidlənmə layihələri üzrə təşviqat xarakterli poster, buklet və flayerlər hazırlanmış və tələbə və əməkdaşlara təqdim edilmişdir.

İctimaiyyətlə əlaqələr və təşviqat fəaliyyəti barədə

2013-cü ilin fevral-dekabr aylarında – Bakı bərk məişət tullantılarının yandırılması zavodu və Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodlarına müxtəlif universitet tələbələri və müəllim heyətləri, QHT, KİV və digər qonaqlar üçün məlumat turları təşkil edilmişdir;

2013-cü il aprel-oktyabr aylarında - Təhsil müəssisələrində ekoloji təlim-tərbiyə işləri çərçivəsində Cəmiyyət “EkoReal” təşkilatı ilə birlikdə Azərbaycan Dövlət Neft Akademiyasının “Ətraf mühit və neft sənayesi” fakültəsinin, Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Fövqəladə hallar və həyat fəaliyyətlərinin təhlükəsizliyi” fakültəsinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya fakültəsinin tələbələri üçün “Bərk məişət tullantılarının idarəolunması” mövzusunda mühazirə və seminarlar təşkil etmişdir;

181

Page 182: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

2013-cü ilin aprel-may aylarında - Heydər Əliyev Fondunun təşəbbüsü ilə Cəmiyyət tərəfindən həyata keçirilən “Təmiz Qala” layihəsinin maarifləndirmə proqramı çərçivəsində və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilati dəstəyi ilə “Kod Da Vinçi” məntiqi-intellektual oyunu təşkil edilmişdir;

28-29 may 2013-cü il tarixlərində Cəmiyyət Rusiyanın Moskva şəhərində “Tullantıların idarəolunması sistemləri və texniki həll yolları” mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak etmişdir;

16-20 iyun 2013-cü il tarixlərində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və "Qız Qalası" qalereyasının təşkilati dəstəyi ilə "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda İkinci Beynəlxalq “Tullantıdan Sənətə” sərgisi keçirilmişdir;

17-21 iyun 2013-cü il tarixlərində Cəmiyyətin təşkilatçılığı, Fransanın “CNİM S. A.” şirkətinin maliyyə dəstəyi və Azərbaycan Diplomatik Akademiyası, Tullantıdan Enerjiyə Tədqiqat və Texnologiya Şurası (SYNERGIA), ABŞ-ın Kolumbiya Universiteti, Xəzər Enerji və Əraf Mühit Mərkəzinin tərəfdaşlığı ilə Azərbaycanda ilk dəfə “Tullantıdan Enerjiyə tullantıların davamlı idarə olunmasının ayrılmaz hissəsi kimi və Bakı şəhərinin təcrübəsi” adlı beynəlxalq seminar keçirilmişdir;

11-15 iyul 2013-cü il tarixlərində Heydər Əliyev Fondunun dəstəyi ilə Cəmiyyət tərəfindən Mingəçevir şəhərində “Təmiz şəhər naminə” IV Ekoloji Yay Məktəbi baş tutmuşdur;

25 sentyabr 2013-cü il tarixində Azərbaycan Diplomatik Akademiyasında Cəmiyyət tərəfindən bərk məişət tullantılarının çeşidlənmiş şəkildə yığılması və daşınması üzrə layihənin təqdimat mərasimi keçirilmişdir;

28 sentyabr 2013-cü il tarixində “Beynəlxalq Xəzər həftəsi” çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Cəmiyyət tərəfindən “Təmizlik naminə!” şüarı altında növbəti iməcilik aksiyası keçirilmişdir;

 7-11 oktaybr 2013-cü il tarixində Cəmiyyət Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən Tullantıların İdarə edilməsi üzrə Ümumdünya Konqresdə iştirak etmişdir;

13 oktaybr 2013-cü il tarixində Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə Cəmiyyət tərəfindən gənclər arasında velo-yürüş təşkil edilmişdir;

15-17 noyabr 2013-cü il tarixlərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Cəmiyyət tərəfindən həyata keçirilən “Təmiz Qala” layihəsinin maarifləndirmə proqramı çərçivəsində Qala qəsəbəsində “Yenidən istifadə et. Azalt. Çeşidlə.” (“Reuse. Reduce. Recycle.”) şuarı altında uşaqlar arasında ikinci beynəlxalq konfrans təşkil edilmişdir;

20-22 noyabr 2013-cü il tarixlərində Cəmiyyət 3-cü Beynəlxalq “Xəzər: Ətraf mühit üçün texnologiyalar” sərgisində iştirak etmişdir;

6 dekabr 2013-cü il tarixində Cəmiyyətin rəsmi internet saytının - www.tamizshahar.az (www.cleancity.az) - yenilənmiş versiyasının və tullantıların azaldılmasına yönəldilmiş yeni saytın təqdimatı keçirilmişdir. Tədbir çərçivəsində həmçinin, www.teb.az internet səhifəsi vasitəsilə tullantıların azaldılmasına yönəldilmiş Təkrar Emal Birjasının (TEB) da təqdimatı keçirilmişdir;

X. “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin 2013-cü ildə fəaliyyəti

182

Page 183: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Ölkə başçısının rəhbərliyi ilə reallaşdırılan iqtisadi siyasətin ana xəttini iqtisadiyyatın diversifikasiyanın təmin olunması, o cümlədən qeyri-neft sektorunun inkişafı təşkil edir. Bu sahədə atılan olduqca əhəmiyyətli addımların bir istiqaməti olaraq Azərbaycanda müasir sənaye quruculuğu və innovativ istehsalın stimullaşdırılması siyasəti aparılır, iqtisadiyyatın digər sahələri kimi, kimya sənayesində, informasiya texnlogiyaları sahəsində də yeni infrastruktur layihələri həyata keçirilir.

“Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən, ölkədə innovativ sahibkarlığın inkişaf etdirilməsi, yeni işgüzar fəaliyyət növlərinin və məhsulların təşviqi üçün əlverişli mühitin formalaşdırılması ilə yanaşı, qabaqcıl yanaşmaların transferi və mənimsənilməsi istiqamətində tədbirlər gücləndirilir, istehsalatların və texnologiyaların işlənilməsi və tətbiqi üçün texnoparklar və sənaye parkları yaradılır. Həyata keçirilən uğurlu siyasətin davamı olaraq respublika iqtisadiyyatının, o cümlədən Sumqayıt şəhərinin inkişafının müstəsna əhəmiyyəti nəzərə alınaraq, burada iri sənaye parkları inşa edilir.

Ölkə iqtisadiyyatının çoxşaxəli inkişafı və regionların inkişaf etdirilməsi siyasətinin nəticəsi olaraq, bir vaxtlar zərərli kimya zavodlarının fəaliyyət göstərdiyi “Gənclər şəhəri”ndə olduqca yeni və müasir müəssisələr yaradılır. Bu istiqamətdə atılan əhəmiyyətli addımlardan biri Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2011-ci il tarixli Fərmanı ilə İqtisadi İnkişaf Nazirliyinin1 (İİN) tabeçiliyində Sumqayıt Kimya Sənaye Parkının (SKSP) yaradılması olmuşdur. SKSP-nin məqsədi innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahədə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaqdır.

Ölkənin qeyri-neft sektorunun inkişafında strateji addımlardan olan adı çəkilən Fərmanın icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2012-ci il tarixli, 47s nömrəli və Sumqayıt Şəhər İcra Hakimiyyətinin 7 mart 2012-ci il tarixli, 59 nömrəli Sərəncamlarına əsasən Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin ərazisindən 167,66 hektar torpaq sahəsi SKSP-nin idarəedici təşkilatı Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin tabeliyindəki “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin istifadəsinə verilmişdir.

Respublikada aparılan intensiv irimiqyaslı tikinti quraşdırma, qabaqcıl Avropa texnologiyalarının gətirilməsi, onlar əsasında yeni zavodların yaradılması və yeni iş yerlərinin açılması dövlətin prioritet məqsədlərindən biridir. Məhz bu səbəbdən Parkın fəaliyyətinin təşkili məqsədilə “Sumqayıt Kimya Sənaye Parkı” MMC Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, 1 ünvanında yerləşən ərazidə müvafiq tikinti-quraşdırma işlərini yerinə yetirir, Sənaye parkının təbliği və təşviqi sahəsində zəruri addımlar atır, həmçinin müvafiq qanunvericiliyin formalaşdırılmasına əhəmiyyətli töhvə verir.

3 oktyabr 2013-cü il tarixində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin iştirakı ilə SKSP-nin təməlqoyma mərasiminin keçirilməsi layihənin tarixində əhəmiyyətli səhifələrdən biri oldu.

Bununla yanaşı, yerli və xarici iri şirkətlərin Sumqayıt Kimya Sənaye Parkına maraq göstərməsi, buraya sərmayə yatırmaq niyyətində olmaları, ən əsası isə çox az bir

1hazırki İqtisadiyyat və Sənaye Nazirliyi (İSN)

183

Page 184: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, artıq hüquqi şəxslərin rezident kimi qeydiyyadan keçməsi yuxarıda qeyd etdiyimizin bariz nümunəsidir.

Sumqayıt Kimya Sənaye Parkının inşası 10 minə yaxın daimi iş yerinin açılmasına səbəb olacaq ki, bu da gələcəkdə iqtisadiyyatın inkişafına təkan verməklə yanaşı, dünya səviyyəli şirkətlərin Azərbaycana maraq göstərməsinə və sərmayə yatırmasına gətirib çıxaracaqdır. Eyni zamanda, əhalinin sosial həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına da kömək edəcəkdir.

Cənubi Qafqazın ilk kimya sənaye parkı olan və Azərbaycanda innovativ sənaye quruculuğunun irimiqyaslı lahiyəsinə çevrilən Sumqayıt Kimya Sənaye Parkının əsas hədəfləri:

Qafqaz və Orta Şərq regionunda kimya sənaye mərkəzinə çevrilmək. Yerli istehsalın rəqabət qabiliyyətliliyini artırmaq. Ölkədə innovativ və yüksək texnoloji istehsalı və bu sahədə sahibkarlığı

genişləndirmək. Qeyri-neft sektorunun inkişafını stimullaşdırmaq. Kimya sənayesində innovativ və yüksək texnoloji istehsalın əsas mərkəzinə

çevrilmək. Regionda kimya sənayesi məhsullarının əsas təchizatçısına çevrilmək. Kimya sənayesində elmin və texnologiyanın inkişafı üçün baza yaratmaq. Azərbaycanda kimya sənayesi üzrə peşəkar kadrlar təbəqəsi formalaşdırmaqdır.

Dövlət başçısı cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə rəhbərinin qeyd etdiyi kimi, Sumqayıt Kimya Sənaye Parkında minlərlə yeni iş yeri açılacaq, təqribən 40-a yaxın böyük müəssisə yaradılacaq və buraya milyardlarla investisiya yatırılacaqdır. Bütün bunlar isə Azərbaycanda həyata keçirilən geniş sənayeləşmə siyasətinin böyük uğurları olmaqla yanaşı, həm də sənayedə məşğulluğun daha da artırılmasına mühüm töhfə verəcəkdir.

Sumqayıt Kimya Sənaye Parkı dövlət başçısının müəyyən etdiyi sosial-iqtisadi inkişaf konsepsiyasına uyğun olaraq qeyri-neft sənayesinin inkişafı, sənaye potensialının daha da artırılması, müasir texnologiyaların cəlb olunması istiqamətində qarşıya qoyulmuş vəzifələrin icrasını bundan sonra da davam etdirəcəkdir.

“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin fəaliyyətinin əsas istiqamətləriAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 dekabr 2011-ci il

tarixli Fərmanını rəhbər tutaraq “Sumqayıt Kimya Sənaye Parkı” MMC İqtisadi İnkişaf Nazirliyinin rəhbərliyi ilə fəaliyyətə başladığı andan bir sıra istiqamətlərdə zəruri işləri həyata keçirmişdir. Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin ərazisindən 167,66 hektar torpaq sahəsi Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin istifadəsinə verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının 4-cü bəndi ilə Sumqayıt Kimya Sənaye Parkının fəaliyyətinin təşkili, parkda yerləşəcək istehsal sahələrinin qurulması üçün icazə sənədlərinin alınması, layihələrin hazırlanması,

184

Page 185: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

razılaşdırılması, infrastruktur təminatı və digər zəruri tədbirlərin həyata keçirilməsi “Sumqayıt Kimya Sənaye Parkı” MMC-yə həvalə edilmişdir.

Sumqayıt Kimya Sənaye Parkının fəaliyyətinin təşkili, ərazidə mövcud olan köhnə qurğuların sökülməsi, torpağın istifadəyə yararlı vəziyyətə gətirilməsi istiqamətində zəruri addımlar atılmışdır. Parkın ərazisində yerləşən texnoloji cəhətdən köhnəlmiş zavodların, yeraltı və yerüstü obyektlərin söküntüsü və ərazidən daşınması işi yüksək səviyyədə yerinə yetirilmiş və ərazi tam olaraq təmizlənmişdir. Ümumilikdə ərazidən 1,7 mln. kub metr tullantı, o cümlədən 27 min kub metr təhlükəli tullantı çıxarılaraq ekoloji tələblərə uyğun şəkildə təhlükəli tullantılar poliqonuna daşınmışdır.

Paralel olaraq, SKSP-nin fəaliyyətinin təşkili məqsədilə məsləhətçi şirkət cəlb olunmuş, SKSP-nin xarici və daxili infrastrukturunun yaradılması, Sosial zonada yerləşən obyektlərin layihələndirilməsi məqsədi ilə müvafiq tədbirlər görülmüşdür. Beynəlxalq təcrübəyə əsaslanaraq Sənaye Parkının Baş Planı hazırlanmış, Parkın bütün infrastruktur obyektləri layihələndirilmiş, mövcud standartlara uyğunlaşdırılmış, müvafiq orqanlarda qeydiyyata salınaraq ekspertiza rəyinin alınması üçün təqdim edilmişdir.

SKSP-nin təbliği və təşviqatı istiqamətində köklü addımlar atılmış, investorların cəlb olunması, Parkın ölkə daxilində və xaricində tanıdılması, fəaliyyətinin tənzimlənməsi üçün müvafiq işlər yerinə yetirilmişdir. Dərin təhlillər və araşdırmalar nəticəsində Sumqayıt Kimya Sənaye Parkında istehsal və emal olunacaq sənaye məhsulları üzrə prioritet istiqamətlər müəyyənləşdirilmişdir. Parkın Sənaye zonasında 6 sahə: aqro və tibb kimyası, məişət kimyası, tikinti sənayesi kimyası, elektronika və avtomobil sənayesi kimyası, polimerlər və sənaye avadanlıqlarının istehsalı sahələri üzrə müəssisələr tikilib istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Bu istiqamətlər üzrə indiyə qədər “SKSP” MMC 50-yə yaxın şirkət ilə danışıqlar aparmış, 20-yə yaxın investisiya layihəsi nəzərdən keçirmişdir. Daxil olmuş layihələrin təhlili nəticəsində “Sumqayıt Kimya Sənaye Parkı” MMC tərəfindən “Azertexnolayn” MMC və “SOCAR Polymer” MMC-yə rezident statusu verilmişdir. Adı çəkilən müəssisələr polipropilen, üzərində poliproliten təbəqə olan polad borular, yüksək diametrli polietilen borular, hidrotexniki avadanlıqlar istehsalı üzrə ixtisaslaşmış şirkətlərdir.

Eyni zamanda, investorların cəlb olunması məqsədi ilə Parkın rezidentlərinə təqdim edilən güzəştlər paketi layihələndirilmiş və qanuni qüvvəyə minmişdir. Sənaye parkında rezidentlər qeydiyyata alındığı andan 7 il müddətinə mənfəət, əmlak və torpaq vergisindən, habelə SKSP-yə istehsal məqsədi ilə idxal etdikləri avadanlığa görə ƏDV-dən azad olunurlar. Sumqayıt Kimya Sənaye Parkının investorlar üçün cəlbediciliyinin daha da artırılması məqsədilə burada qeydiyyatın “bir pəncərə” sistemi ilə həyata keçirilməsi məqsədilə zəruri təşkilati işlərə start verilmişdir.

SKSP-nin səmərəli fəaliyyəti üçün zəruri olan normativ-hüquqi aktların layihələri tərtib edilərək aidiyyəti üzrə təqdim edilmişdir. "Sənaye parkları haqqında Nümunəvi Əsasnamə"nin layihəsi hazırlanaraq Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 aprel tarixli Fərmanı ilə təsdiq edilmişdir.

SKSP-nin təşviqi və investorların cəlb olunması sahəsində həyata keçirilən tədbirlər

185

Page 186: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

İqtisadiyyat və Sənaye Nazirliyinin tabeçiliyində fəaliyyət göstərən “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin faktiki olaraq fəaliyyətə başladığı andan potensial investorların SKSP-yə cəlb edilməsi istiqamətində zəruri addımlar atılmağa başlanılmışdır. Belə ki,

1. Avropa və Asiya ölkələri üzrə kimya sənayesinin və kimya sənaye parklarının inkişafı araşdırılmışdır:

2. SKSP-nin texniki iqtisadi əsaslandırmasının aparılması, parkın idarəolunması mexanizmlərinin öyrənilməsi məqsədilə xarici məsləhətçi şirkətlərlə danışıqlar aparılmış, o cümlədən, “McKinsey”, “Boston Consulting”, “Ernst&Young”, “Deloitte”, “Booz and Co”, “ABeam”, “Accenture” və “Chemie Cluster Bayern” şirkətlərindən təkliflər alınmışdır.

3. “SKSP” MMC-nin təşviqi və investorların cəlb edilməsinə dair Yol Xəritəsi və bundan irəli gələn Tədbirlər Planı, bu məqsədlə iştirak olunması planlaşdırılan tədbirlərin siyahısı hazırlanmışdır;

4. SKSP-nin Asiya və Avropa ölkələrində təşviqatını həyata keçirmək məqsədilə dünyanın kimya sahəsi üzrə qabaqcıl ictimaiyyətlə əlaqələr sahəsində xidmət göstərən Hollandiyanın “EMG” şirkəti ilə danışıqlar aparılmışdır;

5. SKSP-də Türkiyə Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri cənab İsmail Alper Coşku ilə görüş keçirilmişdir;

6. Kimya sənayesində fəaliyyət göstərən xarici şirkətlərin Azərbaycan Respublikasındakı nümayəndəlikləri və Azərbaycan-Almaniya Ticarət Palatası ilə görüşlər keçirilmiş və bu şirkətlər SKSP haqqında məlumatlandırılmışdır (məs: “PPG industries”, “Mitsui”, “Mitsubishi Corporation” və s.);

7. Polşanın “Novol” şirkətinin səhmdarları ilə görüş keçirilmişdir;8. SKSP-nin İtaliyada təşviqini həyata keçirmək məqsədilə “Flame Consulting”

şirkətinin direktoru Marko Qalimberti ilə bir sıra görüşlər keçirilmişdir;9. Azərbaycanın Yaponiyadakı səfirliyi vasitəsilə yapon şirkətlərinin SKSP-yə

cəlb olunması məqsədilə hədəf şirkətləri və kimya assosiasiyaları müəyyən edilmişdir;

10.“AZPROMO”nun təşkil etdiyi biznes forumlarda iştirak edilmişdir;11.2013-cü ildə SKSP “Azərfloat” MMC, “Yüksəklik” MMC, “AzMeCo”, “BT

TEXNO SERVİS”, o cümlədən Almaniyanın “CommerZbank”, “Saint Gobain Weber” “Bayer”, “Gicon”, “Horn”, “Textima”, “GIZ”, Fransanın “Polymer Net Techology”, “Air Liquide”,“Cifal”, Türkiyənin BİTÜM şirkətləri və Asiya İnkişaf Bankı ilə görüşlər keçirilmişdir.

Tədbirlər

1. "Sosial-iqtisadi inkişafda sahibkarlığın rolu: Türkiyə-Azərbaycan təcrübəsi" mövzusunda beynəlxalq praktik konfransda iştirak edilmişdir;

2. Qəbələdə Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunda iştirak edilmişdir;3. Xaçmazda yerli sahibkarlarla görüşdə iştirak edilmişdir;4. Xarici ölkələrin səfirlikləri, Türkiyənin Ege regionunun iş adamları üçün

Sumqayıt Kimya Sənaye Parkının (SKSP) investisiya imkanlarına dair təqdimatı keçirilmişdir;

186

Page 187: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

5. Azərbaycana səfər edən Yunanıstan Biznes/Ticarət Missiyası ilə işgüzar görüşdə iştirak edilmişdir;

6. Azərbaycan Diplomatik Akademiyasında Afrika qitəsinin iqtisadi baxımdan ən perspektivli dörd ölkəsi - Anqola, Namibiya, Botsvana və Cənubi Afrikaya həsr olunmuş xüsusi tədqiqat layihəsinin təqdimatında iştirak edilmişdir;

7. İspaniyadan gəlmiş iş adamları ilə görüşdə iştirak edilmişdir;8. Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 15-ci illik

toplantısı çərçivəsində Biznes Forumda iştirak edilmişdir;9. Amerika Birləşmiş Ştatları-Azərbaycan ticarət palataları ilə SKSP-yə ABŞ-nın

kimya şirkətlərinin cəlb olunması sahəsində işlər müzakirə olunmuşdur;10. Azərbaycan-Almaniya Xarici Ticarət Palatasının təşkilatçılığı ilə Bakıda təşkil

olunan Birinci Avropa–Azərbaycan İnvestisiya Konfransında iştirak edilmişdir;

11. “Torpaq necə mühafizə oluna bilər - Azərbaycan və Almaniyada torpaqların mühafizəsi və çirklənmiş ərazilərin idarə edilməsinin hüquqi əsasları” mövzusunda Azərbaycan–Almaniya seminarında iştirak edilmişdir;

12. “SKSP” MMC-nin “XX Beynəlxalq Xəzər neft-qaz sərgi və konfransı”nda (“Caspian Oil&Gas 2013”) iştirakı məqsədilə təklif layihəsi hazırlanıb rəhbərliyə təqdim edilməsi və bu istiqamətdə təşkilatı işlər görülməsi prosesində iştirak edilmişdir;

Mətbuat və ictimaiyyətlə əlaqələr sahəsində görülmüş işlər

“SKSP” MMC-nin direktor müavini Zaur Məmmədovun “Business New Europe”, “The Oil and Gas Year” və “CHEManager” jurnalları üçün müsahibəsi təşkil edilmişdir.

“Business New Europe” jurnalı üçün SKSP-nin fəaliyyəti barədə məqalə hazırlanmışdır.

“SKSP” MMC-nin yerli və xarici mətbuatda reklam edilməsi imkanları araşdırılmış, seçilmiş KİV-lərdə müvafiq məlumatlar yerləşdirilmişdir.

“SKSP” MMC haqqında biznes kataloqlarda (navigator.az və biznesinfo.az) məlumat yerləşdirilmişdir.

“Caspian Oil&Gas 2013” sərgisinin rəsmi kataloqunda “SKSP” MMC-nin təşviqat məlumatı və reklamı dərc olunmuşdur.

“SKSP” MMC-nin banneri hazırlanmış, “Azerbaijan Today” jurnalının www.azerbaijantoday.az internet saytında yerləşdirilmişdir.

“Azerbaijan Today” və “Bussiness New Europe” jurnallarında SKSP-nin reklamı dərc olunmuşdur.

“Bussiness New Europe” jurnalı üçün SKSP haqqında ingilis dilində məqalə hazırlanmış, “The Oil and Gas Year” jurnalına “SKSP” MMC-nin loqosunun və Sumqayıt Kimya Sənaye Parkının Sosial zonasının təsvirinin göndərilməsi təmin edilmişdir.

Facebook, Linkedin, Twitter və Youtube sosial şəbəkələrində “SKSP” MMC-nin rəsmi səhifələri və kanalı açılmış və fəaliyyət göstərməkdədir.

“SKSP” MMC-nin saytının yeni versiyası hazırlanmışdır.

187

Page 188: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Maliyyə sahəsində görülən işlər

Hesabat dövründə “Sumqayıt Kimya Sənaye Parkı” MMC tərəfindən tenderlər elan edilmiş, kotirovka sorğuları keçirilmiş və qalib gəlmiş müəssiəslərlə satınalma müqavilələri bağlanmışdır.

Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2011-ci il tarixli, 548 nömrəli Fərmanının 7.2-ci bəndində “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin ilkin mərhələdə saxlanması xərclərinin maliyyələşdirilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi müəyyən edilmişdir. Bu səbəbdən “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin 2013-cü ildə saxlanması xərclərinin maliyyələşdirilməsi bütünlüklə dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilmişdir.

“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin fəaliyyətinin təşkili sahəsində görülən digər işlər

Hesabat dövründə “SKSP” MMC informasiya kommunikasiya texnologiyaları sahəsində zəruri işlər görülmüşdür.

1. Müəssisənin lokal şəbəkəsi (www.scip.az) domeni qurulmuşdur. 2. Müəssisənin elektron mail “Host”-u yaradılmışdır.3. Ofisdə bütün kabelləşmə işləri aparılmışdır.4. Müəssisənin bazalar sistemi yaradılmışdır.5. Müəssisənin “Vahid pəncərə” sistemi yaradılmışdır.6. Müəssisənin rəsmi səhifəsi yaradılmış, müəssisə üçün “Hosting” deposu alınmış

və səhifə həmin depoya yerləşdirilmişdir.

Nəticə

Hesabatdan da göründüyü kimi, 2013-cü ildə “Sumqayıt Kimya Sənaye Parkı” MMC qarşısında qoyulmuş məqsədlərə çatmaq istiqamətində ciddi addımlar atmışdır. O cümlədən, SKSP-nin fəaliyyətinin təşkili, ərazilərdə mövcud olan köhnə qurğuların sökülməsi, torpağın istifadəyə yararlı vəziyyətə gətirilməsi sahəsində kompleks tədbirlər görülmüşdür. Eyni zamanda, xarici və daxili infrastrukturun, həmçinin elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, nəqliyyat, yanğından mühafizə, sosial və digər infrastruktur obyektlərinin layihələndirilməsi məqsədilə zəruri işlər görülmüşdür.

Paralel olaraq, “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin fəaliyyətinin bütün istiqamətlərində əhəmiyyətli irəliləyişlər əldə olunmuş və mövcud durum təhlil edilmişdir.

Müəssisə növbəti dövrlərdə də qarşısında qoyulmuş məqsədlərə çatmaq üçün zəruri olan bütün addımları atacaqdır.

188

Page 189: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

X. “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin 2013-cü il üzrə fəaliyyəti

“Azərlotereya” ASC tərəfindən Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin qorunmasının ardıcıl təmin edilməsi və lotereyaların keçirilməsindən dövlət büdcəsinə daxilolmaların artırılması istiqamətlərində 2013-cü il ərzində bir sıra işlər görülmüşdür.

2013–cü ildə “Azərlotereya” ASC tərəfindən “Binqo”, “Qızıl Onluq” və “Super loto” ənənəvi həftəlik lotereyaların, “5/36” və “6/40” tirajlı elektron lotereyalarının keçirilməsi davam etdirilmişdir. 04 yanvar 2013–cü il tarixindən etibarən “Uğur” lotereyasının əvəzinə “Qızıl Onluq” lotereyasının, 05 iyul 2013-cü il tarixindən isə “Qızıl Onluq” lotereyasının əvəzinə “Super loto” tirajlı lotereyasının keçirilməsinə start verilmişdir. Bundan əlavə bir sıra bayram tirajları keçirilmişdir, o cümlədən:

2013-cü ilin mart ayında – “Binqo+8” və “Bahar Sevincləri” lotereyaları, may ayında - “May Sevincləri”, oktyabr ayında - “Qızıl Payız”, dekabr ayında isə “Yeni İl Sevincləri”, “Qış Möcüzəsi” və “Super Binqo” lotereyaları keçirilmişdir.

2013-cü il ərzində “Azərlotereya” ASC tərəfindən təşkil olunan lotereya oyunlarında aşağıda qeyd olunan sayda iri uduşlar və avtomobillər oynanılmışdır.

“Binqo” lotereyasında:Chevrolet Aveo avtomobili - 51 ədədCek Pot – 1 ədəd (məbləği – 51 000 manat)“Klassik loto” lotereyasında:Nissan Sunny avtomobili – 50 ədədCek Pot – 4 ədəd (ümumi məbləği 85 000 manat)“Qızıl Onluq” lotereyasında:Kia Rio avtomobili – 24 ədəd“Super loto” lotereyasında:Kia Rio avtomobili – 24 ədəd“5/36” lotereyasında:Cek Pot – 10 ədəd (ümumi məbləği – 860 156 manat)“6/40” lotereyasında:Cek Pot – 7 ədəd (ümumi məbləği – 813 155manat)“Avto Sürpriz” ani lotereyasında:Toyota Prado avtomobili – 1 ədədKia Rio avtomobili – 1 ədəd“Avto Sürpriz +” ani lotereyasında:Nissan Juke avtomobili – 1 ədədKia Rio avtomobili – 1 ədəd Bayram tirajları üzrə, o cümlədən: “Binqo+8” lotereyasında 8 ədəd Chevrolet

“Aveo” avtomobili oynanılmışdır; “Bahar Sevincləri” lotereyasında - Nissan “Juke”, Chevrolet “Aveo” və Kia “Rio”; “May Sevincləri” lotereyasında - Jeep “Cherokee” və Kia “Rio”; “Qızıl Payız” lotereyasında - Nissan “Juke” və Kia “Rio”; “Qış Möcüzəsi” lotereyasında - Hyundai “Sonata” və Hyundai “Accent”; “Yeni İl Sevincləri” lotereyasında - Kia “Sportage” və Kia “Rio”; “Super Binqo” lotereyasında isə 5 ədəd Chevrolet “Aveo” avtomobili oynanılmışdır.

189

Page 190: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Ümumilikdə 2013-cü il ərzində “Azərlotereya” ASC tərəfindən keçirilən lotereya oyunlarında 177 avtomobil və 22 Cek Pot (“Cek Pot”ların ümumi məbləği 1 809 311 manat) udulmuşdur (2012-ci il ərzində 182 avtomobil və 17 Cek Pot (ümumi məbləği 625 041 manat). Qeyd etmək lazımdır ki, 2013-cü ildə Azərbaycanın lotereya tarixində ən iri rekord uduş qeydə alınmışdır, Belə ki, 16 sentyabr tarixində “6/40” lotereyasının 401-ci tirajında 439 135 manatadək yüksəlmiş “Cek Pot” qazanılmışdır.

Şəffaflığın təmin olunması məqsədi ilə bu uduşların qalibləri haqqında ətraflı məlumatlar televiziya, internet və qəzetlər vasitəsi ilə ictimaiyyətə çatdırılmışdır.

2013-cü ildə “Azərlotereya” ASC təşkil etdiyi tirajlı lotereya oyunlarının satışını artırmaq və lotereya iştirakçılarının lotereya oyunlarının biletlərini asan əldə etmək məqsədi ilə lotereya biletlərinin internet vasitəsi ilə satışı layihəsi üzrə işlər sona çatdırılmış və 06 may 2013–cü il tarixindən etibarən istifadəyə verilmişdir. Lotereya iştirakçıları www.azerlotereya.com səhifəsinə daxil olaraq, qeydiyyatdan keçib şəxsi hesablarındakı balansını artıraraq, “Azərlotereya” ASC-nin təşkil etdiyi lotereya oyunlarının biletlərini internet vasitəsi ilə əldə edə bilərlər. www.azerlotereya.com səhifəsində lotereya iştirakçısı “şəxsi hesabı”na daxil olaraq öz balansını plastik bank kartları, “NETMONEY” və “PORTMANAT” xidmətləri vasitəsi ilə artırması üçün xüsusi proqram təminatı yazılmışdır.

2013-cü ilin iyun ayından etibarən “Azərlotereya “ASC-nin “5/36” və “6/40” tirajlı lotereyalarının biletlərini, 2013-cü ilin noyabr ayından etibarən isə “Binqo” və “Klassik loto” tirajlı lotereyalarının biletlərini “TOPAZ” satış məntəqələrində satışına start verilmişdir. Hazırda bu məntəqələr vasitəsi ilə “5/36” lotereyasından – 28 051 ədəd, “6/40” lotereyasından – 21 874 ədəd, “Binqo” lotereyasından – 2 885 ədəd, “Klassik loto” lotereyasından isə - 2 449 ədəd bilet satılıb.

Ümumilikdə 2013-cü il ərzində “Azərlotereya” ASC tərəfindən keçirilən lotereyalar üzrə ilkin hesablamalara əsasən 26 190 560 ədəd lotereya bileti (2012-ci ildə 19 802 733 ədəd bilet satılmışdır) satılaraq 26 811 000,0 manat vəsait əldə olunmuşdur. Əldə olunan vəsaitdən 17 395 478.0 manat uduş fonduna sərf olunmuşdur ki, bu da satış həcminin təxminən 65% təşkil edir.

190

Page 191: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

XI. İqtisadiyyat və Sənaye Nazirliyinin cari fəaliyyəti

Nazirliyə daxil olmuş müraciətlər və onlara baxılması. Nazirlikdə kargüzarlıq işinin təşkili, aparılması və sənədlərin, o cümlədən daxil olan vətəndaş müraciətlərinin qeydiyyata alınması, rəhbərliyin müvafiq dərkənarına uyğun olaraq icraçılara çatdırılması, icrasına nəzarət edilməsi, cavab məktublarının aidiyyəti üzrə göndərilməsi və s. işlərin qanunvericiliyin tələblərinə uyğun olaraq yerinə yetirilməsi təşkil edilmişdir.

“İqtisadi İnkişaf Nazirliyində Elektron İdarəetmə Sisteminin tətbiqi haqqında” iqtisadi inkişaf nazirinin 1 mart 2010-cu il tarixli, F-30 nömrəli Əmrinə əsasən, istifadəyə verilmiş elektron sənəd dövriyyəsinin təkmilləşdirilməsi və tətbiq dairəsinin genişləndirilməsi 2013-cü ildə də davam etdirilmişdir.

İqtisadi inkişaf nazirinin 21.02.2012-ci il tarixli, F-23 nömrəli əmrinə əsasən, Nazirliyin Aparatına daxil olan bütün rəsmi sənədlərlə bağlı kargüzarlıq işlərinin elektron qaydada aparılmasına başlanılmış və Nazirlyin Aparatında Elektron İdarəetmə Sisteminin (EİS) “Kargüzarlıq” modulu tam istifadəyə verilmişdir.

Eyni zamanda, 2013-cü ildən etibarən İqtisadiyyat və Sənaye Nazirliyinin regional bölmələrinində Eelektron İdarəetmə Sisteminə qoşulması təmin edilmişdir.

Bu günə qədər EİS-in tətbiqi nəticəsində elektron sənəd dövriyyəsində sənədlərin operativ, nizamlı və optimal hərəkəti təmin edilmiş, elektron sənəd dövriyyəsinin zərurətindən irəli gəlməyən instansiyalar və əməliyyatlar sənədlərin hərəkətindən kənarlaşdırılmışdır.

Nazirliyə daxil olan sənədlərin icrası, o cümlədən vətəndaşların ərizə, təklif və şikayətlərinin qanunvericiliklə müəyyən edilmiş müddətlər daxilində cavablandırılması işini Ümumi şöbə səlahiyyətləri çərçivəsində cari nəzarətdə saxlamış, kargüzarlıq qaydalarının pozulması hallarının aradan qaldırılması məqsədilə təkliflər və xəbərnamələr vermişdir.

İqtisadi inkişaf nazirinin 19 yanvar 2011-ci il tarixli F-06 nömrəli əmrinə əsasən kargüzarlığın aparılması və sənəd dövriyyəsinin təşkili istiqamətində rübdə bir dəfə Nazirliyin kargüzarlıq xidmətlərinin əməkdaşlarının iştirakı ilə seminarların keçirilməsi Ümumi şöbəyə tapşırılmışdır. Bu məqsədlə 14 mart 2013-cü il, 1 iyul 2013-cü il, 24 sentyabr 2013-cü il, 14 noyabr 2013-cü il, tarixlərində - 4 dəfə Nazirliyin Aparatının bütün struktur bölmələrinin, strukturuna daxil olan və tabeliyindəki qurumların kargüzarlığa məsul şəxslərinin iştirakı ilə seminarlar keçirilmişdir. Seminarlarda kargüzarlığın aparılması işinin daha da təkmilləşdirilməsi, onun vahid sistemə və formaya salınması məqsədi ilə qarşıda duran vəzifələr müzakirə olunmuşdur. Eyni zamanda İqtisadi inkişaf nazirinin 3 may 2013-cü il tarixli F-41 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti üzrə aparılmış xidməti yoxlamada Daxili nəzarət şöbəsinin əməkdaşları ilə birlikdə Ümumi şöbənin əməkdaşı iştirak etmişdir. Yoxlama zamanı sənəd dövriyyəsinin, kargüzarlığın təşkilinin və sənədlərə baxılması işlərinin qanunvericiliyin tələblərinə uyğunluğu vəziyyəti yoxlanılmış, aidiyyəti üzrə tövsiyyə və təkliflər verilmişdir.

Nazirliyin bütün struktur bölmələrinin, tabeliyində olan və tabeliyində olmayan qurumlarda saxlanılan sənədlərin inventarizasiya prosesinin nəticələri ilə bağlı siyahılar rəsmi təqdim edilməzdən əvvəl Ümumi şöbədə baxılmış, inventarizasiya işinin

191

Page 192: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

aparılması zamanı sənədlərin tez tapılmasının təmin edilməsi məqsədilə işlərin xronoloji, nominal prinsipə əsasən sistemləşdirilməsi, sənədlərin təsdiq edilmiş iş nomenklaturuna uyğun olaraq struktur bölmələr tərəfindən qovluqlarda düzgün formalaşdırılması, sənədlərin qeydiyyatı ilə bağlı səhvlərin aradan qaldırılması və s. barədə kargüzarlığa məsul şəxslərə müvafiq tövsiyələr verilmişdir.

Vətəndaşların müraciətlərinə baxılması, o cümlədən daxil olan ərizə və şikayətlərin qanunvericiliklə müəyyən edilmiş müddətlər daxilində cavablandırılması işini Ümumi şöbə səlahiyyətləri çərçivəsində cari nəzarətdə saxlamışdır.

Həftənin 1-5-ci günləri saat 09:00-dan 18:00-a qədər, zəruri hallarda isə həftənin şənbə günləri də vətəndaşlar Ümumi şöbənin Vətəndaşların qəbulu və müraciətlərinə baxılması sektorunda qəbul edilir, dinlənilir, müvafiq izahatlar verilir və vətəndaşların istəyinə uyğun olaraq vəzifəli şəxslərin qəbulu təşkil edilir. Xüsusi araşdırma tələb edən məsələlər üzrə isə vətəndaşların yazılı müraciətləri qəbul edilərək qeydiyyata alınır və müvafiq icraçı qurum tərəfindən araşdırıldıqdan sonra müəllifə yazılı cavab verilir.

Nazirliyin internet saytında vətəndaşların virtual (video) qəbul edilməsi üçün imkanlar yaradılmış, Nazirliklə əlaqəli suallarının operativ cavablandırılması üçün “Sual-cavab” bölməsi, araşdırma tələb edən müraciətlərini göndərmələri üçün “Nazirliyə müraciət edin” bölməsi, həmçinin rəhbər vəzifəli şəxslərin qəbuluna yazılmaları üçün "Nazirliyin rəhbər şəxslərin qəbuluna yazılın" bölməsi, həmçinin iqtisadiyyat və sənaye nazirinin regionlarda keçirilən səyyar qəbuluna yazılmaları üçün "İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbuluna yazılmaq üçün müraciət" bölməsi ictimaiyyətin istifadəsinə verməklə insan hüquq və azadlıqlarının səmərəli təmin edilməsi işində iştirak etmişdir. Hal-hazırda qəbul qrafikinə uyğun olaraq vətəndaşların vəzifəli şəxslər tərəfindən video qəbulu həyata keçirilir.

Qeyd olunanlara əlavə olaraq, Nazirlik üzrə bəzi statistik məlumatları da təqdim edirik.

2013-cü ildə Nazirliyin Aparatına 18722 sənəd və müraciət daxil olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2837 sənəd və ya 17.8% çoxdur.

Nazirlikdən 11330 sənəd çıxmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 930 sənəd və ya 9% faiz çoxdur.

Nazirliyin struktur bölmələri arasında daxili yazışmaların sayı 13494 xidməti sənəddən ibarət olmuşdur ki, bu da təqribən 2012-ci ilin göstəricilərinə bərabərdir.

2013-cü ildə Nazirliyin Aparatına vətəndaşlardan 3198 müraciət daxil olmuşdur. Daxil olan müraciətlərin 13-ü video qəbul olmaqla 364-ü şifahi, 2834-ü isə yazılı müraciətlərdir. Yazılı 2834 müraciətin 59-u məlumat xarakterli, 2775-i isə icra xarakterli olmuşdur. Beləliklə, 2775 sənəd icra xarakterli olmuş və rəhbərliyin müvafiq dərkənarına əsasən icra məqsədilə aidiyyəti struktur bölmələrə göndərilmişdir. İcra xarakterli müraciətlərin 1720-si ərizə, 1038-i şikayət, 17-si isə təklif olmaqla, 1550-si icra üçün tabe qurumlara göndərilmiş, 1225-i isə Aparatın struktur bölmələrində baxılmışdır. 150 müraciət nəzarətə götürülmüş, 411 müraciət isə təkrar xarakterli olmuşdur. Aparatda baxılan 1225 müraciətin 686-na müvafiq izahat verilmiş, 324-ü aidiyyəti üzrə baxılmaq üçün digər dövlət orqanlarına göndərilmiş, 160-ı müsbət həll olunmuş, 39-i əsassız sayılmış, 7-sinin icrası nəzərdə tutulmuş, 1-i qismən həll olunmuş, 8-i isə hal-hazırda icradadır.

192

Page 193: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Həmçinin, 2013-cü il ərzində iqtisadiyyat və sənaye naziri tərəfindən respublikanın 15 şəhərində (Mingəçevir, Şirvan, Samux, Tovuz, Oğuz, Horadiz, Xaçmaz, Lerik, İsmayıllı, Xızı, Kürdəmir, Göyçay, Cəlilabad, Gədəbəy və Tərtər) 762 vətəndaşın qəbulu həyata keçirilmişdir.

Elektron idarəetmə. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli Fərmanından irəli gələn məsələlərin icrasının təmin olunması məqsədilə ötən dövr ərzində şöbə üzrə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilmiş, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 oktyabr 2012-ci i l tarixli 235 nömrəli qərarı ilə yeni redaksiyada təsdiq edilmiş "Elektron xidmət növlərinin Siyahısı"na əsasən Nazirlik üzrə müəyyən edilmiş elektron xidmətlərin, o cümlədən “Malın mənşə ölkəsini təsdiq edən sertifıkatın verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “İxrac olunan yeyinti məhsullarının keyfiyyətini və təhlükəsizliyini təsdiq edən keyfiyyət sertifikatının verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin qeydiyyata alınması üçün müraciətin və sənədlərin qəbulu”, “Əmtəə birjasının fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi üçün müraciətin və sənədlərin qəbulu” , “Əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu” xidmətlərinin göstərilməsi üçün “Elektron Hökumət” portalına elektron texnoloji inteqrasiyası təmin olunmuşdur. “Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı ilə məşğul olan istehsal və emal müəssisələrində təsdiqedici kod nömrəsinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu” və “İnzibati cərimələrin və maliyyə sanksiyalarının internet vasitəsilə ödənilməsi” elektron xidmətləri üzrə inzibati reqlamentlər İqtisadi İnkişaf Nazirliyinin Kollegiyasının 20 iyul 2013-cü il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilərək, “Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri”nə daxil edilməsi üçün İİN-X/O-6298/2013 nömrəli 23.07.2013-cü il tarixli məktubla Ədliyyə Nazirliyinə göndərilmiş və Nazirliyin internet saytında yerləşdirilmişdir. Bununla yanaşı həmin elektron xidmətlərin faktiki fəaliyyət göstərməsi və “Elektron Hökumət” portalına inteqrasiyası təmin olunmuşdur. Eyni zamanda həmin xidmətlərin daha da çevik işini təmin etmək məqsədilə istifadə olunan proqram təminatı yenidən işlənib təkmilləşdirilərək serverlərdə yerləşdirilmişdir.

Nazirlik üzrə təsdiq edilmiş bütün xidmətlər tamamən elektronlaşdırılmış, göstərilən elektron xidmətlərə görə nəzərdə tutulan dövlət rüsumlarının və digər ödənişlərin, eləcə də maliyyə sanksiyalarının və inzibati cərimələrin real vaxt rejimində elektron formada ödənilməsinin “GoldenPay” və “Hökumət ödəniş portalı” (HÖP) vasitəsi ilə həyata keçirilməsi təmin olunmuşdur. (qeyd: - hal-hazırda HÖP vasitəsilə 6 elektron xidmət ödəmələri həyata keçilir, 1-inin isə “İnzibati cərimələrin və maliyyə sanksiyalarının internet vasitəsilə ödənilməsi” test rejimində qoşulması təmin olunmuşdur.) Nazirliyin HÖP sisteminə qoşulması üçün sistemin tələblərinə uyğun olaraq əlavə xüsusi proqram təminatı hazırlanmışdır.

Fərmanın 4-cü bəndinin icrası barədə İİN-X/O-187/2013 nömrəli 12.01.2013-cü il tarixli, İİN-X/O-2286/2013 nömrəli 28.03.2013-cü il tarixli, İİN-X/O-4974/2013 nömrəli 13.06.2013-cü il tarixli, İİN-X/O-8139/2013 nömrəli 23.09.2013-cü il tarixli, İİN-X/O-8533/2013 nömrəli 03.10.2013-cü il tarixli, İSN-X/O-403/2013 nömrəli

193

Page 194: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

05.11.2013-cü il tarixli məktublarla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verilmişdir.

Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən Nazirlikdə elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirmələr aparılmışdır. Qiymətləndirmə nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron xidmət növlərinin Siyahısı”nda Nazirlik üzrə müəyyən olunmuş 7 elektron xidmətdən 6-nın elektron formada göstərilmə səviyyəsi “əla” (“Malın mənşə ölkəsini təsdiq edən sertifıkatın verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “İxrac olunan yeyinti məhsullarının keyfiyyətini və təhlükəsizliyini təsdiq edən keyfiyyət sertifikatının verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin qeydiyyata alınması üçün müraciətin və sənədlərin qəbulu”, “Əmtəə birjasının fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi üçün müraciətin və sənədlərin qəbulu” və “Əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı ilə məşğul olan istehsal və emal müəssisələrində təsdiqedici kod nömrəsinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu”), 1-nin göstərilmə səviyyəsi isə “yaxşı” (“İnzibati cərimələrin və maliyyə sanksiyalarının internet vasitəsilə ödənilməsi”) qiymətləndirilmişdir.

Nazirliyin elektron xidmətlərinin digər dövlət orqanlarının məlumat informasiya bazalarının qarşılıqlı inteqrasiyanın təmin edilməsi işləri davam etdirilmiş, təşkilati idarəetmə sisteminin səmərəliliyinin, göstərilən elektron xidmətlərin operativliyinin və keyfiyyətinin artırılmasına dair müvafiq işlər həyata keçirilmişdir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin məlumat bazaları ilə qarşılıqlı elektron informasiya mübadiləsinin aparılması ilə bağlı Razılaşma layihələri hazırlanmışdır. Hazırda həmin layihələr adıçəkilən dövlət orqanları ilə müzakirə olunur və razılaşdırma mərhələsindədir.

Bundan əlavə “Normativ-hüquqi aktların layihələrinin “Elektron Hökumət” portalında yerləşdirilməsi haqqında” iqtisadi inkişaf nazirinin 15 oktyabr 2012-ci il tarixli F-105 nömrəli əmrinə əsasən Nazirlik tərəfindən hazırlanmış sahibkarlıq sahəsini tənzimləyən normativ hüquqi aktların layihələrinin həmin portalda yerləşdirilməsinin hüquqi əsasları müəyyən edilmiş və bu sahədə işlər mütəmadi olaraq davam etdirilir. Hal-hazırda 25 layihə “Elektron Hökumət” portalında yerləşdirilmişdir.

Nazirliyin internet saytının və rəsmi elektron poçtunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 sentyabr 2012-ci il tarixli 189 nömrəli Qərarının tələblərinə uyğun yeni versiyaları hazırlanaraq Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sərəncamında olan Azərbaycan Respublikasının dövlət orqanları üçün məlumat və resurs mərkəzində yerləşdirilməsi üzrə işlər başa çatdırılmışdır.

Altsistemlərin və verilənlər bazasının yaradılması, mövcud altsistemlərin təkmilləşdirilməsi məqsədilə, İstehlak Mallarının Ekspertizası Mərkəzi üçün “Malın mənşə ölkəsini təsdiq edən sertifıkatın verilməsi” və “İxrac olunan yeyinti məhsullarının keyfiyyətini və təhlükəsizliyini təsdiq edən keyfiyyət sertifikatının verilməsi” ilə bağlı məlumat bazaları yaradılmışdır.

194

Page 195: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi üzrə Dövlət Xidməti tərəfindən verilən sertifikatların reyestrinin və hesabat sisteminin yaradılması Dövlət Gömrük Komitəsi ilə Nazirlik arasında ikitərəfli razılaşma protokolu imzalandıqdan sonra həyata keçiriləcəkdir.

Nazirliyin aparatının və məsul olduğu digər internet saytlarıının təkmilləşdirilməsi (economy.gov.az, e-xidmetler.gov.az, videoalaqa.economy.gov.az, xerite. economy.gov.az, icazeler.gov.az, b2b.az) və yeni informasiya portallarının yaradılması işləri mütəmadi olaraq həyata keçirilir.

Nazirliyin aparatının şəbəkəsindəki sviçlər idarəolunan sviçlər ilə dəyişdirilmiş, magistral xəttlər optik kabellər ilə çəkilərək şəbəkənin topologiyası təkmilləşdirilmiş, aparatın bölmələrinə, strukturuna daxil olan və tabeliyindəki qurumlara optik xəttlər çəkilərək Nazirliyin şəbəkəsinə birləşdirilmişdir. Bundan əlavə şöbə tərəfindən Naxçıvan Muxtar Respublikasının İqtisadi İnkişaf Nazirliyinin inzibati binasında kompüter şəbəkəsinin və serverlərinin yenidənqurma işləri aparılmış, sənəd dövriyyəsi sistemi bərpa olunmuşdur.

Nazirliyin kompüter şəbəkəsinin təkmilləşdirilməsi və təhlükəsizliyinin qoruması üzrə mütəmadi olaraq müvafiq işlər aparılır.

Nazirliyin işçilərinin fərdi kompyuterlərində və proqram təminatlarındakı nasazlıqların aradan qaldırılması işi mütəmadi olaraq həyata keçirilir. Nazirliyin bütün kompüterləri yeni lisenziyalı “Kaspersky” antivirus proqramı ilə təmin olunmuşdur.

Kadr işinin təşkili. Bununla bağlı nəzərinizə çatdırırıq ki, İqtisadi inkişaf nazirinin əmrlərinə əsasən Nazirliyin Aparatı və strukturuna daxil olan qurumları üzrə ümumilikdə 29 vakant vəzifə qanunvericiliyə uyğun olaraq daxili müsahibəyə çıxarılmış və müsahibədən uğurla keçən 26 nəfər əməkdaş müvafiq vakant inzibati vəzifələrə təyin edilmişlər. Ötən il ərzində ümumilikdə 16 vakant vəzifə qanunvericiliyə uyğun olaraq ümumi müsahibəyə çıxarılmış və müsahibədən uğurla keçən 16 nəfər müvafiq vakat vəzifələrə təyin edilmişlər. 04.10.2013-cü il tarixində elan edilmiş müsabiqəyə 5 vakant vəzifə qanunvericiliyə uyğun olaraq çıxarılmış, müsahibə davam edir.11.10.2013-cü il tarixində elan edilmiş daxili müsahibəyə 6 vakant vəzifə qanunvericiliyə uyğun olaraq çıxarılmış, müsahibədən müvəffəqiyyətlə keçmiş əməkdaşlar müvafiq vakant inzibati vəzifələrə təyin edilmişlər.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsinə uyğun olaraq 4 nəfər digər dövlət qurumlarından İqtisadi İnkişaf Nazirliyinə keçirilmişdir.

Dövlət qulluqçuların reyestri mütəmadi olaraq aparılmış və qanunvericiliyə müvafiq olaraq hər ayın əvvəlində aidiyyəti üzrə təqdim edilmişdir. Nazirliyin 41 əməkdaşına ilkin və 94 əməkdaşına isə növbəti ixtisas dərəcəsi verilmişdir.

2013-cü il ərzində 14 treninq keçirilmişdir. Bunlardan 10 treninq “Maraqların toqquşmasının qarşısının alınması” və “Dövlət qulluqçuları üçün etik davranış məsələləri” mövzuları üzrə 4 treninq isə “İnformasiya azadlığının təmin edilməsi” mövzusu üzrə keçirilmişdir.

İcra intizamına nəzarətin həyata keçirilməsi və bu sahədə inzibatçılığın təkmilləşdirilməsi üzrə:

İqtisadi inkişaf nazirinin 08.02.12. tarixli F-17, 25.04.12. tarixli F-55, 22.08.12. tarixli F-90, 23.10.12. tarixli F-110, 05.02.13. tarixli F-12, 14.05.13. tarixli F-45 və

195

Page 196: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

31.07.13. tarixli F-72 nömrəli əmrlərinin icra vəziyyəti üzrə Daxili nəzarət şöbəsi tərəfindən monitorinqlər aparılmış və zəruri tədbirlər görülmüşdür.

İqtisadi inkişaf nazirinin 01.03.12. tarixli F-25 nömrəli əmri ilə Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarından irəli gələn məsələlərin İqtisadi İnkişaf Nazirliyinin Aparatının bölmələri, strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumları tərəfindən icra vəziyyətinin mütəmadi araşdırılması və nəticələrinə dair iqtisadi inkişaf nazirinə məlumat verilməsi, eləcə də yarımillik hesabat dövrləri üzrə ildə 2 dəfə, 30 iyul və 30 yanvar tarixlərindən gec olmayaraq, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına məlumat verilməsi Daxili nəzarət şöbəsinə tapşırılmışdır.

İqtisadi inkişaf nazirinin 29.12.08. tarixli 766 nömrəli əmrinə uyğun olaraq, Nazirliyin Aparatının bölmələrinin, strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumlarının iş planlarında nəzərdə tutulmuş tədbirlərin düzgün və vaxtında icra olunmasına nəzarət təmin olunmuş və aşkar olunmuş nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 05.09.12. tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin və qeyd olunan Sərəncamla verilmiş tapşırıqların 2013-cü il üzrə də tam, vaxtında və mahiyyətcə aidiyyəti üzrə icrasının, görülmüş işlər barədə məlumatların aidiyyəti üzrə təqdim edilməsinin, həmçinin bu istiqamətdə zəruri olan digər əlaqələndirmə işlərinin təmin olunması məqsədilə iqtisadi inkişaf nazirinin 11.01.13. tarixli F-02 nömrəli əmrinə müvafiq olaraq qeyd olunan Fəaliyyət Planlarının icrası ilə bağlı 2013-cü ilin iş planları və Fəaliyyət Planlarının 2012-ci il üzrə icrası barədə məlumatlar Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya və Nazirlər Kabinetinə təqdim olunmuşdur.

İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı çərçivəsində Azərbaycan Respublikası ilə bağlı qəbul edilmiş hesabatın və korrupsiyaya qarşı mübarizə ilə bağlı verilmiş tövsiyələrin İqtisadi İnkişaf Nazirliyində aidiyyəti üzrə sistemli və ardıcıl şəkildə icrasının təmin edilməsi məqsədi ilə iqtisadi inkişaf nazirinin “İstanbul Fəaliyyət Planı çərçivəsində Azərbaycan Respublikası ilə bağlı hesabatın və korrupsiyaya qarşı mübarizə sahəsində tövsiyələrin aidiyyəti üzrə icrası haqqında” 28.12.10. tarixli F-150 nömrəli əmri imzalanmışdır. Həmin əmrə müvafiq olaraq Azərbaycan Respublikası ilə bağlı qəbul edilmiş hesabatın və korrupsiyaya qarşı mübarizə ilə bağlı verilmiş tövsiyələrin icrası istiqamətində görülmüş işlər barədə məlumatlar müvafiq məktublarla Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilmişdir.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Korrupsiyaya və Rüşvətxorluğa qarşı mübarizəyə dəstək üzrə İşçi Qrupunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı çərçivəsində Azərbaycan Respublikasının 3-cü raund dəyərləndirilməsi və müvafiq tövsiyələrin icrası ilə bağlı sualların cavablandırılması haqqında Azərbaycan Respublikasının Baş Prokurorluğunun müraciətinə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının 19.03.13. tarixli 2/282 nömrəli məktubuna əsasən İqtisadi İnkişaf

196

Page 197: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Nazirliyində aidiyyəti üzrə baxılmış və tövsiyələrin icra olunması vəziyyətinin müəyyən edilməsinə dair suallarda qeyd olunan məsələlərlə bağlı İqtisadi İnkişaf Nazirliyi tərəfindən görülən işlər barədə müvafiq məktubla Azərbaycan Respublikasının Baş Prokurorluğuna məlumat verilmişdir.

Eyni zamanda, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı çərçivəsində Azərbaycan Respublikasının 3-cü raund dəyərləndirilməsi ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunun dəvəti ilə 06.06.13. tarixində Ukrayna, Rumıniya, Qazaxıstan, Litva və Tacikistan nümayəndə heyətindən ibarət ekspertlər qrupu ilə “Maliyyə nəzarəti və audit” mövzusunda keçirilmiş görüşdə iştirak edilmiş və İqtisadi İnkişaf Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun verilmiş suallar aidiyyəti üzrə cavablandırılmışdır.

Əhaliyə xidmət göstərən dövlət orqanları tərəfindən vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın təkmilləşdirilməsi üçün müvafiq şuraların və ya əməkdaşlıq şəbəkələrinin yaradılması, Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrasına vətəndaş cəmiyyəti institutlarının cəlb edilməsinə dair tapşırıqların icrasının təşkili məqsədilə, İqtisadi İnkişaf Nazirliyi tərəfindən ilkin mərhələdə Azərbaycan Milli Qeyri- Hökumət Təşkilatları Forumu ilə əməkdaşlığa başlanılmış, eləcə də qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın inkişaf etdirilməsi və Nazirliyin mühüm və zəruri hesab olunan fəaliyyət istiqamətləri üzrə birgə layihələrin icrası üçün İqtisadiyyat və Sənaye Nazirliyində İctimai Əməkdaşlıq Şurasının yaradılması nəzərdə tutulmuş və hazırda Milli Məclisdə 2-ci oxunuşda olan “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsinin tələbləri nəzərə alınmaqla qeyd olunan şuranın əsasnaməsi hazırlanmaqdadır.

Eyni zamanda, qeyd olunan fəaliyyət planlarında dövlət orqanlarının öz fəaliyyəti barədə ictimaiyyətlə birbaşa ünsiyyət formasında tədbirlərin və “Açıq qapı” vətəndaş forumlarının keçirilməsi barədə tapşırığın icrası məqsədilə İqtisadi İnkişaf Nazirliyi tərəfindən 18 aprel 2013-cü il tarixində “Açıq qapı” günü - vətəndaş forumu keçirilmiş, vətəndaşlara və KİV nümayəndələrinə Nazirliyin fəaliyyəti barədə məlumat verilmiş, Nazirliyin göstərdiyi elektron xidmətlərinə dair təqdimat keçirilmiş və forum iştirakçılarının İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinin fəaliyyəti ilə əyani olaraq tanış olmaları təmin edilmişdir.

Daxili nəzarət tədbirləri üzrə:Daxili nəzarət şöbəsi tərəfindən 2013-cü il ərzində Nazirliyin Aparatında əmək

intizamına riayət olunmasını vəziyyəti üzrə gündəlik monitorinqlər keçirilmiş və aşkar olunmuş nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülmüşdür.

Ötən il Nazirliyin Aparatının bölmələrinin, strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərinə vəzifə, funksiya və səlahiyyətlərin Nazirliyin strukturları və əməkdaşları tərəfindən qanunvericiliyə uyğun olaraq yerinə yetirilməsinə, əmək və icra intizamına riayət edilməsinə nəzarətin gücləndirilməsi barədə konkret tapşırıqlar verilmişdir.

Əməli metodiki işlər üzrə:Azərbaycan Respublikası Prezidentinin 05.09.12. tarixli 2421 nömrəli Sərəncamı ilə

təsdiq olunmuş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət

197

Page 198: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Planı”nda nəzərdə tutulmuş tədbirlərin və qeyd olunan sərəncamla verilmiş tapşırıqların 2013-cü il üzrə də tam, vaxtında və mahiyyətcə aidiyyəti üzrə icrasının, görülmüş işlər barədə məlumatların aidiyyəti üzrə təqdim edilməsinin, həmçinin bu istiqamətdə zəruri olan digər əlaqələndirmə işlərinin təmin olunması məqsədilə iqtisadi inkişaf nazirinin “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” nın və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrasına dair 2013-cü il üzrə iş planlarının təsdiq edilməsi haqqında” 11.01.13. tarixli F-02 nömrəli əmri imzalanmışdır.

İqtisadi İnkişaf Nazirliyi tərəfindən ölkədə və xaricdə keçirilən beynəlxalq və digər xarakterli tədbirlər zamanı tələb olunan müvafiq məlumatların aidiyyəti üzrə təqdim olunması işlərinin tənzimlənməsi, əlaqələndirilməsi və bu barədə ildə 2 dəfə əsaslandırılmış məlumatların Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına təqdim olunması məqsədi ilə iqtisadi inkişaf nazirinin 21.06.13. tarixli F-61 nömrəli əmri imzalanmışdır.

İqtisadi İnkişaf Nazirliyinin internet informasiya resurslarında fəaliyyətinin genişləndirilməsi, Nazirliyin fəaliyyəti ilə bağlı məlumatların daha geniş əhali auditoriyasına çatdırılması, ictimaiyyətin hərtərəfli və dolğun məlumatlandırılması məqsədilə sosial şəbəkələrdən (Facebook və Twitter) istifadənin təmin olunması məqsədi ilə iqtisadi inkişaf nazirinin 24.06.13. tarixli F-63 nömrəli əmri imzalanmışdır.

İqtisadi İnkişaf Nazirliyinin Aparatının bölmələrinin, strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların fəaliyyəti ilə bağlı dövri məlumatların (ictimai informasiyanın) hazırlanması, ümumiləşdirilməsi və ictimaiyyətə operativ və dolğun çatdırılması üçün Nazirliyin internet resurslarında yerləşdirilməsi işlərinin əlaqələndirilməsi məqsədi ilə iqtisadi inkişaf nazirinin 20.08.13. tarixli F-78 nömrəli əmri imzalanmışdır.

İqtisadi inkişaf nazirinin 14.12.12. tarixli F-133 nömrəli əmrinə əsasən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlakçıların hüquqlarının müdafiəsi və antiinhisar qanunvericiliyi ilə bağlı həyata keçirilən nəzarət tədbirlərini, bu sahədə mövcud funksional iş proseslərini, prosessual hərəkətləri və qaydaları korporativ şəkildə tənzimləyən “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında nəzarət tədbirlərinin həyata keçirilməsi qaydalarına dair” və “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar (rəqabət) və reklam qanunvericiliyinə riayət olunmasına nəzarət tədbirlərinin həyata keçirilməsi qaydalarına dair” daxili metodiki reqlamentlərin layihələri hazırlanmışdır.

Beynəlxalq təcrübənin öyrənilməsi:Daxili nəzarət üzrə risklərin idarə olunması və elektron daxili nəzarət sisteminin

formalaşdırılması istiqamətində təkliflər verilmiş, eləcə də dövlət orqanlarında daxili nəzarət qurumlarının fəaliyyətinin beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi və inzibatçılıqda risklərin idarə edilməsi sisteminin tətbiqi sahəsində innovativ təşəbbüslərin öyrənilməsi məqsədilə bir sıra beynəlxalq tədbirlərdə iştirak olunmuşdur.

198

Page 199: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

Bu istiqamətdə Nazirliyin əməkdaşlarının Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın və Estoniya Şərq Tərəfdaşlığı Mərkəzinin birgə təşkilatçılığı ilə 2013-cü ilin 6-10 may tarixlərində Estoniyanın Tallin şəhərində “Məlumat bazalarının yaradılması və onlar arasında əlaqə” mövzusunda, Birgə Vyana İnstitutunun və Avstriya Federal Maliyyə Nazirliyinin təşkilatçılığı ilə 2013-cü ilin 2-6 dekabr tarixlərində Avstriyanın Vyana şəhərində “Qlobal mühitdə inzibati islahatlar” mövzusunda keçirilən təlim kurslarında iştirakları təmin edilmişdir.Hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir və İqtisadiyyat və Sənaye Nazirliyi üzrə sahəvi elektron nəzarət sisteminin qurulması məqsədilə ilkin işlər həyata keçirilmiş, o cümlədən texniki tapşırıq hazırlanmış, eləcə də risklərin idarə edilməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Avropa İttifaqının yardım alətləri çərçivəsində danışıqlara başlanılmışdır.

Maliyyə-təsərrüfat fəaliyyəti. Ötən il ərzində Nazirliyin bütün bölmələri lazımi dəftərxana və təsərrüfat

ləvazimatları, avadanlıqlarla təmin edilmişdir. Eyni zamanda nazirliyin balansında olan avadanlıqlara texniki xidmət göstərilmişdir.

Nazirliyin balansında olan avtomaşınların təmiri, mərkəzi aparata məxsus kompüter, printer və surətçıxarma avadanlıqlarına xidmət göstərilməsi, həmin avadanlıqların işlək materiallar və tərkib hissələri ilə təmin olunması vaxtaşırı olaraq təşkil olunmuşur.

Nazirliyin balansında olan nəqliyyat vasitələrinin hərəkətinə icazə verən yol vərəqələri tərtib olunaraq sürücülərə təqdim olunmuş, yanacaq kartına hər ay aylıq yürüş norması daxilində yanacaq yüklənməsi təmin olunmuşdur.

Nazirliyin Aparatının, regional bölmələrinin istifadə etdiyi elektrik enerjisi, telefon danışıq haqqı müvafiq təşkilatlarla Nazirlik arasında bağlanmış müqavilələrə və hesab-fakturalara əsasən ödənilmişdir.

İctimaiyyətlə əlaqələr. 2013-cü ildə qəzetlərdə, jurnallarda, internet saytlarında, televiziya və radio kanallarında ölkəmizin, eləcə də dünyanın iqtisadi həyatında baş verən hadisələri əks etdirən xəbərlərin və analitik yazıların, televiziya süjetlərinin gündəlik təhlili aparılmış, icmallar hazırlanmışdır.

İqtisadiyyat və Sənaye Nazirliyinin, struktur bölmələrinin və tabeliyindəki qurumların müxtəlif sahələr üzrə elanlarının, keçirdiyi tenderlərin və onların nəticələri barədə məlumatların mətbuatda dərc olunması və Nazirliyin www.economy.gov.az internet səhifəsində yerləşdirilməsi təmin edilmişdir.

2012-ci il üzrə Nazirliyin fəaliyyətinə dair müvafiq hesabat ictimaiyyətə açıqlanması məqsədilə 2013-cü ilin əvvəlində www.economy.gov.az saytında yerləşdirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin icrası istiqamətində iqtisadiyyat və sənaye nazirinin F-54 nömrəli, 31 may 2013-cü il tarixli əmri ilə informasiya azadlığı sahəsində daxili icraat qaydaları təsdiq edilmiş, Nazirliyin saytında yerləşdirilmiş və qaydalar barədə ictimaiyyət məlumatlandırılmışdır. Aprelin 18-də İqtisadiyyat və Sənaye Nazirliyində ictimaiyyət, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri üçün “Açıq qapı” günü - vətəndaş forumu keçirilmişdir. Bundan başqa, Fəaliyyət Planına uyğun olaraq,

199

Page 200: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərə dair ictimaiyyətin geniş məlumatlandırılması məqsədilə bir çox rayonlarda təqdimatlar keçirilmiş, Bakı Biznes Tədris Mərkəzi tərəfindən regionlarda sahibkarlar üçün keçirilmiş tədbirlərdə Nazirliyin təqdim etdiyi elektron xidmətlər barədə geniş məlumat verilmişdir.

2013-cü il ərzində Azərbaycan iqtisadiyyatının inkişafı, sahibkarlığa dövlət dəstəyi, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, beynəlxalq reytinq agentliklərinin hesabatlarında ölkəmizin mövqeyi, istehlakçıların hüquqlarının qorunması və s. barədə mətbuatda analitik yazılar, şərhlər dərc edilmiş, televiziya və radio üçün müsahibələr təşkil olunmuşdur.

Şəffaflığın təmin olunması, Nazirliyin fəaliyyətinə dair ictimaiyyətin daha geniş məlumatlandırılması məqsədilə Nazirliyin rəhbər vəzifəli şəxslərinin, eləcə də Nazirliyin strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərinin məqalə və müsahibələri mətbuatda geniş işıqlandırılmışdır.

Hesabat dövründə ictimai mənafeyə toxunan qərarlarla bağlı məlumatlar hazırlanmış, müsahibələr təşkil olunmuşdur.

İl ərzində İqtisadiyyat və Sənaye Nazirliyinin iştirakı və təşkilatçılığı ilə keçirilmiş tədbirlər barədə məlumatlar hazırlanmış, bu tədbirlər yerli və xarici KİV-də işıqlandırılmışdır. Bundan başqa, Nazirliyin fəaliyyətinə dair brifinqlər təşkil edilmiş, ictimaiyyətlə birbaşa ünsiyyət formasında keçirilmiş tədbirlər – “Azərbaycanda mənzil-kommunal sahəsində yeni münasibətlər”, “Mənzil-kommunal sahəsində vəziyyətin təhlili və ilkin nəticələr” mövzularında ictimai dinləmələr, Sahibkarlığa Kömək Milli Fondunun “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda bütün regionları əhatə edən tədbirlər, ölkə regionlarında rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasına həsr olunmuş konfranslar, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin “Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır” mövzusunda regionlarda təşkil etdiyi konfranslar, AZPROMO-nun təşkilatçılığı ilə keçirilmiş biznes forum və işgüzar görüşlər, ölkəmizin biznes imkanlarına dair təqdimatlar, Bakı Biznes Tədris Mərkəzinin sahibkarların maarifləndirilməsi məqsədilə keçirdiyi treninqlər və s. KİV-də geniş işıqlandırılmışdır.

Hesabat dövründə Azərbaycanda yaradılmış əlverişli biznes mühitinin və investisiya imkanlarının təşviqi (AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycanda və xarici ölkələrdə təşkil edilmiş biznes forumlar, sərgilər, seminarlar və s.), ölkə iqtisadiyyatına investisiyaların cəlb edilməsi, bir sıra ölkələrlə Azərbaycan arasında hökumətlərarası komissiyaların iclaslarının keçirilməsi, iqtisadiyyatın müxtəlif sahələri üzrə memorandumların imzalanması, müxtəlif ölkələrin nümayəndə heyətlərinin İqtisadiyyat və Sənaye Nazirliyində görüşləri, Nazirliyin əməkdaşlarından ibarət nümayəndə heyətinin xarici ölkələrə səfərləri barədə məlumatlar KİV vasitəsilə mütəmadi olaraq ictimaiyyətə çatdırılmış, Nazirliyin internet səhifəsində yerləşdirilmişdir.

2013-cü ildə sahibkarların və istehlakçıların məlumatlandırılması istiqamətində həyata keçirilən maarifləndirmə tədbirləri çərçivəsində AzTV ilə birgə “Keyfiyyət möhürü” verilişinin növbəti buraxılışları hazırlanmış, müxtəlif mal və xidmətlərə dair maarifləndirici məlumatlar hazırlanaraq KİV-lərdə yerləşdirilmiş, Nazirlik tərəfindən

200

Page 201: 263 vərəq. - Baş səhifə - Azərbaycan Respublikasının ...economy.gov.az/doc/hesabat-isn-2013.docx · Web viewAZPROMO-nun rəhbərliyi tərəfindən “Business year Azerbaijan

hazırlanmış müxtəlif bukletlər və yaddaş kitabçaları vətəndaşlara, iş adamlarına və istehlakçılara paylanmışdır.

İl ərzində Nazirliyin www.economy.gov.az saytı, eləcə də qurumun strukturuna daxil olan və tabeliyindəki qurumların internet səhifələri mütəmadi olaraq yenilənmişdir.

201