Münxen Təhlükəsizlik Konfransı Ermənistan rəhbərliyi üçün ...

12
TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ QƏZETİN REDAKSİYA HEYƏTİ Qəzet 1919-cu ildən nəşr edilir www.xalqqazeti.com № 36 (29301) 18 fevral 2020-ci il, çərşənbə axşamı 2020-ci il də Ermənistan rəhbərliyi üçün ifşaedici məqamlar və rüsvayçılıqla başlandı. Üstəlik, bu rüsvayçılığın auditoriyası daha geniş oldu. Çünki Nikol Paşinyan ötən il Soçidə və Aşqabadda – yəni postsovet məkanında özünü gülünc vəziyyətə salmışdısa, bu dəfə o, dünya miqyaslı beynəlxalq forumun panel iclasında savadsızlığı, məntiqsizliyi, siyasi naşılığı və heç olmazsa, təmsil etdiyi xalqın və rəhbərlik etməyə çalışdığı dövlətin tarixini bilməməsi ilə acınacaqlı duruma düşdü. Söhbət Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan --Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan panel müzakirələrindən gedir. Xatırladaq ki, müzakirələrdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak edirdilər. Moderator Selest Volende- rin ilk sözü ərazisi işğala məruz qalmış ölkənin dövlət başçı- sına – Azərbaycan Prezidenti İlham Əliyevə verməsi bəzi avropalıların ikili standart- lardan əl çəkə bilməməsinə baxmayaraq, ədalətli mövqe nümayiş etdirilməsi idi. Amma xanım Volenderin bu jesti Ermənistan tərəfinə çox baha başa gəldi. Çünki Prezident İl- ham Əliyev Nikol Paşinyanı və Ermənistan dövlətinin işğalçılıq siyasətini ifşa etməyə başla- mazdan əvvəl, düşmən ölkə rəhbərlərinin müzakirələrdən qorxaraq, görüşdən qaçmaq ənənəsini yada saldı. Dövlət başçımız elə çıxışının əvvəlindəcə dedi: “İlk növbədə, cənab İşingerə Mün- xen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşinger nəzərdə tutulur- red.) bu tədbiri təşkil etdiyinə görə minnətdarlığımı bildirmək istərdim. Mən elə indicə cənab İşingerə dedim ki, bir neçə il əvvəl Davosda Ermənistan və Azərbaycan rəhbərliyi tərəfindən mesajlar ötürülməsi üçün imkan var idi. Cənab Paşinyanın sələfi də iştirak etməli idi, lakin son anda o, iştirakını təxirə saldı. Beləliklə, mən şadam ki, nəhayət, həmin an gəldi və biz mesajları çatdıra biləcəyik”. Diplomatiyanın və siyasətin ən ali səviyyəli mərtəbəsinə yüksəlmiş olan Azərbaycan Prezidenti İlham Əliyev Serj Sarkisyanın Davosdakı müzakirəni təxirə saldığı- nı desə də, onun Parisdəki müzakirədən xəstələnmək bəhanəsi ilə yarımçıq qaçdığını yada salmadı. Azərbaycan Prezidenti təkcə Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin deyil, eləcə də bütövlükdə Qafqazın tarixi barədə əhatəli məlumata malik olduğuna, həmin məlumatları sübut edən mənbələri göstərdiyinə görə tədbir iştirak- çıları və milyonlarla televiziya tamaşaçısı tərəfindən alqışlarla qarşılandı. Hətta ermənilər açıq şəkildə bildirdilər ki, İlham Əliyev növbəti dəfə Paşinyanı “gözüqıpıq etdi”. Azərbaycan Prezidenti, Nikol Paşinyan başda olmaq- la, bütün ermənilərə tarixi faktları növbəti dəfə xatırlatdı: “Dağlıq Qarabağ bizim ölkənin ayrılmaz tərkib hissəsidir. Tarixi nöqteyi-nəzərdən, 1805-ci ildə Qarabağ xanı İbrahim xan Rusiya imperiyasının generalı Sisianovla saziş imzalayır. Bu sazişə əsasən, Azərbaycanın Qarabağ xanlığı müstəqil ölkə kimi Rusiya imperiyasının tabeliyinə keçir. Kürəkçay adlandırılan həmin sazişdə, -- sazişin mətni internetdədir. -- Qarabağın erməni əhalisi barədə heç nə deyilmir. 1813-cü və 1828-ci illərdə imzalanmış digər müqavilələr -- Gülüstan və Türkmənçay müqavilələrinə əsasən Azərbaycanın qalan hissələri Rusiya imperiyasının tərkibinə keçir. Dağıstan, Gürcüstan və Ermənistan da həmçinin. Beləliklə, bu, məsələnin tarixi tərəfidir... Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə verdiyi ilk fərmanlardan biri Yerevanın Azərbaycandan Ermənistana verilməsi və onun Ermənistanın paytaxtı elan edilməsi ilə bağlı idi. Bu da, həmçinin tarixi faktdır. Əgər siz kiməsə nəsə verirsinizsə, bu, o deməkdir ki, həmin o nə isə sizə məxsus olub”. Azərbaycan rəhbərinin məntiq və arqumentləri qarşısında aciz qalan Nikol Paşinyan yenə də çəkici gah nala, gah da mıxa vurmalı oldu: “Qafqaz Bürosu Dağlıq Qarabağın Azərbaycanın ... yox üzr istəyirəm, Ermənistanın (bu səhv dövlət başçısı üçün rüsvayçılıqdır -İ.M.) tərkib hissəsi olmasına qərar verdi. Bu, tamamilə qanuni qərar idi və bundan sonra İosif Stalinin şəxsi təşəbbüsü əsasında bu qərar Moskvada dəyişdirildi. Bu, bir növ Stalin, Lenin və Atatür- kün gizli sövdələşməsi idi”. Məhz savadsızlığın və anadangəlmə təfəkkürsüzlüyün nəticəsidir ki, Nikol Pa- şinyan Dağlıq Qarabağın “Ermənistandan alınıb Azərbaycana verildiyini” israr etməsiylə kifayətlənməyərək, özünü Lenin, Stalin və Atatürkdən üstün tutmağa cəhd etdi. Bu ayıbı ilə də onun çıxışı Rusiya, Türkiyə və Ermənistanda ikrahla, Azərbaycanda isə gülüşlə qarşılandı. Həmin “qarşılanmaya” qədər isə Prezident İlham Əliyev ona bəzi məqamları başa salmışdı: “Cənab baş nazir indicə qeyd etdi ki, Dağlıq Qarabağı Azərbaycana vermək qərarını Stalin verib. Bu səhvdir. Bir daha Qafqaz Büro- sunun qərarına baxın, 1921-ci il iyul, orada deyilir ki, Dağlıq Qarabağı Azərbaycanda sax- lamaq, Azərbaycana vermək yox. Əgər o, Stalini belə çox bəyənmirsə, qəribədir ki, niyə Şaumyanı belə çox bəyənir? Çünki Şaumyan bolşeviklərdən biri idi. O, günahsız azərbaycanlıları qətlə yetirmiş şəxs idi. Bugünkü Dağlıq Qara- bağın qondarma paytaxtı onun adı ilə adlandırılıb. Sual olunur: əgər Dağlıq Qarabağ qədim Ermənistan ərazisidirsə, niyə paytaxtın adı qədim erməni adı ilə adlandırılmayıb. Çünki pay- taxtın qədim adı Xankəndidir -- Xanın kəndi”. Amma Nikol Paşinyan öz savadsızlığı və məntiqsizliyi ilə adı çəkilən həmin üç tarixi şəxsə deyil, həm də ən qatı daşnakçılardan və ən dəhşətli ermənilərdən olan Anastas Mi- koyana da “meydan oxuyurdu”. Xatırladaq ki, “Moderator.az” saytı ötən il sentyabrın 5-də ermənişünas alim, Türkiyənin Ərciyəz Universitetinin pro- fessoru Qafar Çaxmaqlının erməni kommunist, hiyləgər siyasətçi Anastas Mikoyan haqqında Türkiyə türkcəsində qələmə aldığı "Anastas Mikoyan: Bolşevik erməninin etirafları" kitabının Azərbaycan dilinə tərcüməsinin növbəti hissəsini təqdim etmişdi. Orada yazılır ki, 1920-ci ildə Qarabağ və Zəngəzur bolşeviklərin əlinə keçəndən sonra Mikoyan Ru- siya Xarici İşlər naziri Çiçerinə belə bir məktub göndərmişdi: "Ermənilər Azərbaycanla gerçək müharibə içindədirlər. Sovet Azərbaycanın tərkibində olan, lakin mübahisəli hala gətirilməsi istənilən Zəngəzur və Qarabağa gəlincə, qəti olaraq bildiririk ki, bu ərazilərin müddətsiz olaraq və bun- dan sonra da Azərbaycanın tərkibində yer alması lazımdır". Prezident İlham Əliyev əlavə edir: “Beynəlxalq hüquq məsələsinə gəlincə, yenə deməliyəm ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması- nı tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələrin tələbləri hələ də yerinə yetirilməyib. Ona görə də sülh danışıqla- rı nəticəsində əldə ediləcək istənilən həll yolu Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün saxlanılma- sını təmin etməlidir”. Həmin məsələyə münasibət bildirən Paşinyan isə artıq azərbaycanlılardan çox ermənilərin əsəbi ilə oynayır: “BMT Təhlükəsizlik Şurasının qətnamələrinə gəlincə, bu sənədlərin ümu- mi mənası nə olub? Bu sənədlərin ümumi mənası hər cür zorakılığın qarşısını almaq və hərbi əməliyyatların dayandırılması məqsədilə qeyd-şərtsiz və dərhal atəşkəs elan edilməsindən ibarət olub”. Yəni işğalçı ölkənin gerizəkalı “liderindən” fərqli olaraq, bütün dünya erməniliyi yaxşı bilir ki, zorakılıq törədən tərəf məhz Ermənistandır və ona görə də BMT TŞ tələb edirdi ki, Azərbaycan ərazilərinin işğalı dayandırılsın. Başqa bir fakt. Nikol Paşinyan Ermənistanın və ya Azərbaycanın 7-8-ci sinif şagiirdi səviyyəsində coğrafiya biliyinə malik olsaydı, bütün dünyanın gözü qarşısında “Dağlıq Qarabağda Şaumyan adlı rayon var idi” ifadəsini işlətməkdən çəkinərdi. Ermənistan rəhbəri Münxen Təhlükəsizlik Konf- ransına qarşı da riyakarlıq etməkdən, yalan danışmaq- dan çəkinməyərək dedi ki, mən münaqişənin həllinin Azərbaycan xalqı üçün də səmərəli olmasını arzula- yıram, amma Azərbaycan Prezidenti Dağlıq Qarabağın erməni əhalisi ilə danışmaq istəmir. Fikrimizcə, Paşinyan Azərbaycan Prezidentindən eşidəcəyi cavabı az da olsa, təxmin etsəydi, məsələni bu istiqamətə yönəltməzdi. Prezident İlham Əliyev təxminən otuz il eşitdiyimiz həmin riyakarlığa çox konkret cavab verdi: “ Biz təcavüzkarla danışıqlar aparırıq. Biz Dağlıq Qarabağla danışmağa o vaxt hazır olarıq ki, Ermənistan həmin qeyri-qanuni rejimi maliyyələşdirməsini dayan- dırsın, bütün hərbi qoşunları Dağlıq Qarabağdan çıxarsın və bizim əraziləri tamamilə tərk etsin. Sonra isə bizim həmin insanlarla danışıq aparmağa arqumentimiz olacaq. Lakin nə qədər ki, onlar oradadır, bu, baş verməyəcək”. Rusiyalı jurnalistin status məsələsinin sonraya saxlanması və Dağlıq Qarabağın ətrafında olan rayonların boşaldılması, dəhlizin yaradılması və digər addımlar barədə sualını cavablandıran Azərbaycan Prezidentinin mövqeyi yenə də aydın və konkret idi: “Bu təklif Azərbaycan tərəfindən ciddi şəkildə nəzərdən keçirilmişdir və bütövlükdə, biz buna razılıq vermişdik. Bu, atıla biləcək ən məntiqli addımdır. Aydındır ki, biz bu münaqişəni mərhələlərlə həll etməliyik. Münaqişəni tam şəkildə bir gündə həll edə bilmərik. O, mərhələli olmalıdır və birinci mərhələdə jurnalistin söylədiyi və Rusiyanın təklif etdiyi kimi, işğal olunmuş ərazilərin bir qisminin azad edilməsi baş verməlidir, Azərbaycan məcburi köçkünləri həmin ərazilərə qayıtmalıdır, həmin ərazilərdə yenidən köçürülmə olmalıdır və eyni zamanda, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi getməlidir”. İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti” Beynəlxalq ictimaiyyətin nə etməli olduğu məsələsinə gəlincə, düşünürəm ki, ən vacib olan odur ki, beynəlxalq ictimaiyyət, – biz beynəlxalq ictimaiyyətdən danışan zaman əsasən ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini nəzərdə tuturuq, – onlar, nəhayət, Ermənistan tərəfinə çox aydın şəkildə izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ müstəqil ölkə deyil! Heç kim bu qeyri-qanuni qurumu tanımır. İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Münxen, 16 fevral 2020-ci il Münxen Təhlükəsizlik Konfransı Ermənistan rəhbərliyi üçün heç zaman unudulmayacaq bir dərs oldu Hacıqabul rayonunun Hacıqabul– Muğan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyası- nın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Otuz iki min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Hacıqabul– Muğan avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu- nun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,9 milyon (dörd milyon doqquz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 17 fevral 2020-ci il “İqtisadi təhlükəsizlik siyasi müstəqilliyin əsasıdır” Son 16 ildə Azərbaycanın bütün sahələrdə özünü dünyaya güclü, müstəqil və müasir inkişaf edən ölkə kimi tanıtması da yuxarıdakı fikrin bariz ifadəsidir. Dövlət rəhbəri 50-ci Davos Dünya İqtisadi Forumunda bununla bağlı, həmçinin diqqətə çatdırıb ki, qarşıda duran strateji vəzifə Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirmək və bütün sahələr üzrə onu dünyanın inkişaf etmiş, rəqabətədavamlı ölkələri sırasına çıxarmaqdır: “Respublikamızın iqtisadi inkişaf dinamikası əvvəlcə resurslara əsaslanırdısa, hazırda iqtisadi şaxələndirmənin nəticəsi olaraq qeyri-neft sektoru üstün artım tempinə malikdir. Dünyanın iqtisadi cəhətdən qabaqcıl dövlətlərinin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini qısa zaman kəsiyində sürətlə adlayan Azərbaycan azad və mütərəqqi düşüncə tərzinin diktə etdiyi bazar iqtisadiyyatı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yoluna sadiqliyini sübuta yetirib”. Prezident İlham Əliyev tərəfindən reallaşdırılan uğurlu strategiya və qəbul edilən Dövlət proqramları sayəsində son 16 ildə ölkəmizdə iqtisadi sabitliyin təmin edilməsi, iqtisadi artımın sürətlənməsi və iqtisadiyyatın dayanıqlı inkişafı istiqamətlərində əsaslı tədbirlər həyata keçirilib. Dövlət başçısının Azərbaycanın bölgələrinə mütəmadi səfərləri regional proqramların icrasını sürətləndirməklə bərabər, rayonların hərtərəfli inkişafının təmin edilməsi, yeni iş yerlərinin yaradılması və əhalinin həyat səviyyəsinin yüksəldilməsi sahəsində görülən işlərə güclü təkan verib. Prezident İlham əliyev həmin proqramların icra olunduğu dövr ərzində 2 minə yaxın infrastruktur obyektinin açılış və təməlqoyma mərasimlərində iştirak edib, istehsal təyinatlı müəssisələrin fəaliyyəti ilə tanış olub, sahibkarlarla görüşlər keçirib, qaldırılan məsələlərlə maraqlanıb və problemlərin həlli məqsədilə müvafiq strukturlara konkret tapşırıqlar verib. Görülən genişmiqyaslı tədbirlərin nəticəsidir ki, son 16 il ərzində Azərbaycan iqtisadiyyatı 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 2 dəfə, xarici ticarət dövriyyəsi 6,4 dəfə, ixrac 7,6 dəfə, o cümlədən qeyri-neft ixracı 5,2 dəfə artıb. 2003-cü ildə 1,8 milyard dollar həcmində olan valyuta ehtiyatları keçən ilin yekunlarına görə, 51 milyard, hazırda isə 52 milyard dollara çatıb. Yoxsulluq təxminən 50 faizdən 4,8 faizə düşüb. Son 16 ildə orta əməkhaqqı 11 dəfə, orta pensiya 8 dəfə artıb, 300 mindən çox məcburi köçkünə, 6700 şəhid ailəsinə ev, mənzil verilib. 2003-cü ildə Azərbaycanda qazlaşdırmanın səviyyəsi 51 faiz idisə, hazırda bu rəqəm 96 faizə çatıb. Bu müddətdə 16 min 700 kilometr avtomobil yolu salınıb, Azərbaycanın qonşu ölkələrlə avtomobil magistralları müasirləşdirilib. Mindən çox kəndin yolu abadlaşdırılıb. Ötən 16 il ərzində kəndlərdə su təminatını yaxşılaşdırmaq üçün 1500-dən çox artezian quyusu qazılıb, yüzlərlə kənddə modul tipli sutəmizləyici qurğular quraşdırılıb. Azərbaycan orbitə çıxarılan üç peyklə kosmik dövlətə çevrilib, yeddi aeroport tikilib. Həyata keçirilən məqsədyönlü siyasət və struktur islahatları sayəsində 2019-cu ildə iqtisadi artım prosesləri sürətlənib və iqtisadiyyatın dayanıqlı inkişafı yeni mərhələyə daxil olub. (ardı 7-ci səhifədə) P rezident İlham Əliyev 50-ci Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasındakı çıxışında Azərbaycanın müstəqil, heç kimdən asılı olmayan, milli maraqların hər zaman uca tutulduğu siyasət yürütdüyünü bildirib. Dövlətimizin başçısı respublikamızın qonşu ölkələrlə münasibətlərinin dostluq, qarşılıqlı faydalı əməkdaşlıq, mehriban qonşuluq prinsiplərinə əsaslandığını qeyd edib. Eyni zamanda, Azərbaycan üçün onun milli maraqlarının həmişə birinci yerdə olduğuna və buna görə də müstəqillik illəri ərzində bütün nailiyyətləri xalqımızın müstəqilliyə sadiq qaldığına, siyasi və iqtisadi sahələrdə çox ciddi islahatlar həyata keçirdiyinə görə əldə edildiyini vurğulayıb.

Transcript of Münxen Təhlükəsizlik Konfransı Ermənistan rəhbərliyi üçün ...

Page 1: Münxen Təhlükəsizlik Konfransı Ermənistan rəhbərliyi üçün ...

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSİYA HEYƏTİ

Qəzet 1919-cu ildən nəşr edilirwww.xalqqazeti.com№ 36 (29301) 18 fevral 2020-ci il, çərşənbə axşamı

2020-ci il də Ermənistan rəhbərliyi üçün ifşaedici məqamlar və rüsvayçılıqla başlandı. Üstəlik, bu rüsvayçılığın auditoriyası daha geniş oldu. Çünki Nikol Paşinyan ötən il Soçidə və Aşqabadda – yəni postsovet məkanında özünü gülünc vəziyyətə salmışdısa, bu dəfə o, dünya miqyaslı beynəlxalq forumun panel iclasında savadsızlığı, məntiqsizliyi, siyasi naşılığı və heç olmazsa, təmsil etdiyi xalqın və rəhbərlik etməyə çalışdığı dövlətin tarixini bilməməsi ilə acınacaqlı duruma düşdü.

Söhbət Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan --Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan panel müzakirələrindən gedir. Xatırladaq ki, müzakirələrdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak edirdilər.

Moderator Selest Volende-rin ilk sözü ərazisi işğala məruz qalmış ölkənin dövlət başçı-sına – Azərbaycan Prezidenti İlham Əliyevə verməsi bəzi avropalıların ikili standart-lardan əl çəkə bilməməsinə baxmayaraq, ədalətli mövqe nümayiş etdirilməsi idi. Amma xanım Volenderin bu jesti Ermənistan tərəfinə çox baha başa gəldi. Çünki Prezident İl-ham Əliyev Nikol Paşinyanı və Ermənistan dövlətinin işğalçılıq siyasətini ifşa etməyə başla-mazdan əvvəl, düşmən ölkə rəhbərlərinin müzakirələrdən qorxaraq, görüşdən qaçmaq ənənəsini yada saldı.

Dövlət başçımız elə çıxışının əvvəlindəcə dedi: “İlk

növbədə, cənab İşingerə Mün-xen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşinger nəzərdə tutulur- red.) bu tədbiri təşkil etdiyinə görə minnətdarlığımı bildirmək istərdim. Mən elə indicə cənab İşingerə dedim ki, bir neçə il əvvəl Davosda Ermənistan və Azərbaycan rəhbərliyi tərəfindən mesajlar ötürülməsi üçün imkan var idi. Cənab Paşinyanın sələfi də iştirak etməli idi, lakin son anda o, iştirakını təxirə saldı. Beləliklə, mən şadam ki, nəhayət, həmin an gəldi və biz mesajları çatdıra biləcəyik”. Diplomatiyanın və siyasətin ən ali səviyyəli mərtəbəsinə yüksəlmiş olan Azərbaycan Prezidenti İlham Əliyev Serj Sarkisyanın Davosdakı müzakirəni təxirə saldığı-nı desə də, onun Parisdəki müzakirədən xəstələnmək bəhanəsi ilə yarımçıq qaçdığını yada salmadı.

Azərbaycan Prezidenti təkcə Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin deyil, eləcə də bütövlükdə Qafqazın tarixi barədə əhatəli məlumata malik olduğuna, həmin məlumatları sübut edən mənbələri göstərdiyinə görə tədbir iştirak-çıları və milyonlarla televiziya tamaşaçısı tərəfindən alqışlarla qarşılandı. Hətta ermənilər açıq şəkildə bildirdilər ki, İlham Əliyev növbəti dəfə Paşinyanı “gözüqıpıq etdi”.

Azərbaycan Prezidenti, Nikol Paşinyan başda olmaq-la, bütün ermənilərə tarixi faktları növbəti dəfə xatırlatdı: “Dağlıq Qarabağ bizim ölkənin ayrılmaz tərkib hissəsidir. Tarixi nöqteyi-nəzərdən, 1805-ci ildə Qarabağ xanı İbrahim xan Rusiya imperiyasının generalı Sisianovla saziş imzalayır. Bu sazişə əsasən, Azərbaycanın Qarabağ xanlığı müstəqil ölkə

kimi Rusiya imperiyasının tabeliyinə keçir. Kürəkçay adlandırılan həmin sazişdə, -- sazişin mətni internetdədir. -- Qarabağın erməni əhalisi barədə heç nə deyilmir. 1813-cü və 1828-ci illərdə imzalanmış digər müqavilələr -- Gülüstan və Türkmənçay müqavilələrinə əsasən Azərbaycanın qalan hissələri Rusiya imperiyasının tərkibinə keçir. Dağıstan, Gürcüstan və Ermənistan da həmçinin. Beləliklə, bu, məsələnin tarixi tərəfidir... Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə verdiyi ilk fərmanlardan biri Yerevanın Azərbaycandan Ermənistana verilməsi və onun Ermənistanın paytaxtı elan edilməsi ilə bağlı idi. Bu da, həmçinin tarixi faktdır. Əgər siz kiməsə nəsə verirsinizsə, bu, o deməkdir ki, həmin o nə isə sizə məxsus olub”.

Azərbaycan rəhbərinin məntiq və arqumentləri qarşısında aciz qalan Nikol Paşinyan yenə də çəkici gah nala, gah da mıxa vurmalı oldu: “Qafqaz Bürosu Dağlıq Qarabağın Azərbaycanın ... yox üzr istəyirəm, Ermənistanın (bu səhv dövlət başçısı üçün rüsvayçılıqdır -İ.M.) tərkib hissəsi olmasına qərar verdi. Bu, tamamilə qanuni qərar idi və bundan sonra İosif Stalinin şəxsi təşəbbüsü əsasında bu qərar Moskvada dəyişdirildi. Bu, bir növ Stalin, Lenin və Atatür-kün gizli sövdələşməsi idi”.

Məhz savadsızlığın və anadangəlmə təfəkkürsüzlüyün nəticəsidir ki, Nikol Pa-şinyan Dağlıq Qarabağın “Ermənistandan alınıb Azərbaycana verildiyini” israr etməsiylə kifayətlənməyərək, özünü Lenin, Stalin və Atatürkdən üstün tutmağa cəhd etdi. Bu ayıbı ilə də onun çıxışı Rusiya, Türkiyə

və Ermənistanda ikrahla, Azərbaycanda isə gülüşlə qarşılandı.

Həmin “qarşılanmaya” qədər isə Prezident İlham Əliyev ona bəzi məqamları başa salmışdı: “Cənab baş nazir indicə qeyd etdi ki, Dağlıq Qarabağı Azərbaycana vermək qərarını Stalin verib. Bu səhvdir. Bir daha Qafqaz Büro-sunun qərarına baxın, 1921-ci il iyul, orada deyilir ki, Dağlıq Qarabağı Azərbaycanda sax-lamaq, Azərbaycana vermək yox. Əgər o, Stalini belə çox bəyənmirsə, qəribədir ki, niyə Şaumyanı belə çox bəyənir? Çünki Şaumyan bolşeviklərdən biri idi. O, günahsız azərbaycanlıları qətlə yetirmiş şəxs idi. Bugünkü Dağlıq Qara-bağın qondarma paytaxtı onun adı ilə adlandırılıb. Sual olunur: əgər Dağlıq Qarabağ qədim Ermənistan ərazisidirsə, niyə paytaxtın adı qədim erməni adı ilə adlandırılmayıb. Çünki pay-taxtın qədim adı Xankəndidir -- Xanın kəndi”.

Amma Nikol Paşinyan öz savadsızlığı və məntiqsizliyi ilə adı çəkilən həmin üç tarixi şəxsə deyil, həm də ən qatı daşnakçılardan və ən dəhşətli ermənilərdən olan Anastas Mi-koyana da “meydan oxuyurdu”.

Xatırladaq ki, “Moderator.az” saytı ötən il sentyabrın 5-də ermənişünas alim, Türkiyənin Ərciyəz Universitetinin pro-fessoru Qafar Çaxmaqlının erməni kommunist, hiyləgər siyasətçi Anastas Mikoyan haqqında Türkiyə türkcəsində qələmə aldığı "Anastas Mikoyan: Bolşevik erməninin etirafları" kitabının Azərbaycan dilinə tərcüməsinin növbəti hissəsini təqdim etmişdi. Orada yazılır ki, 1920-ci ildə Qarabağ və Zəngəzur bolşeviklərin əlinə keçəndən sonra Mikoyan Ru-siya Xarici İşlər naziri Çiçerinə belə bir məktub göndərmişdi: "Ermənilər Azərbaycanla gerçək müharibə içindədirlər. Sovet Azərbaycanın tərkibində olan, lakin mübahisəli hala gətirilməsi istənilən Zəngəzur və Qarabağa gəlincə, qəti olaraq bildiririk ki, bu ərazilərin müddətsiz olaraq və bun-dan sonra da Azərbaycanın tərkibində yer alması lazımdır".

Prezident İlham Əliyev əlavə edir: “Beynəlxalq hüquq məsələsinə gəlincə, yenə deməliyəm ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması-nı tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələrin tələbləri hələ də yerinə yetirilməyib. Ona görə də sülh danışıqla-rı nəticəsində əldə ediləcək istənilən həll yolu Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün saxlanılma-sını təmin etməlidir”.

Həmin məsələyə münasibət bildirən Paşinyan isə artıq azərbaycanlılardan çox ermənilərin əsəbi ilə oynayır: “BMT Təhlükəsizlik Şurasının qətnamələrinə gəlincə, bu sənədlərin ümu-mi mənası nə olub? Bu sənədlərin ümumi mənası

hər cür zorakılığın qarşısını almaq və hərbi əməliyyatların dayandırılması məqsədilə qeyd-şərtsiz və dərhal atəşkəs elan edilməsindən ibarət olub”. Yəni işğalçı ölkənin gerizəkalı “liderindən” fərqli olaraq, bütün dünya erməniliyi yaxşı bilir ki, zorakılıq törədən tərəf məhz Ermənistandır və ona görə də BMT TŞ tələb edirdi ki, Azərbaycan ərazilərinin işğalı dayandırılsın.

Başqa bir fakt. Nikol Paşinyan Ermənistanın və ya Azərbaycanın 7-8-ci sinif şagiirdi səviyyəsində coğrafiya biliyinə malik olsaydı, bütün dünyanın gözü qarşısında “Dağlıq Qarabağda Şaumyan adlı rayon var idi” ifadəsini işlətməkdən çəkinərdi.

Ermənistan rəhbəri Münxen Təhlükəsizlik Konf-ransına qarşı da riyakarlıq etməkdən, yalan danışmaq-dan çəkinməyərək dedi ki, mən münaqişənin həllinin Azərbaycan xalqı üçün də səmərəli olmasını arzula-yıram, amma Azərbaycan Prezidenti Dağlıq Qarabağın erməni əhalisi ilə danışmaq istəmir. Fikrimizcə, Paşinyan Azərbaycan Prezidentindən eşidəcəyi cavabı az da olsa, təxmin etsəydi, məsələni bu

istiqamətə yönəltməzdi. Prezident İlham Əliyev

təxminən otuz il eşitdiyimiz həmin riyakarlığa çox konkret cavab verdi: “ Biz təcavüzkarla danışıqlar aparırıq. Biz Dağlıq Qarabağla danışmağa o vaxt hazır olarıq ki, Ermənistan həmin qeyri-qanuni rejimi maliyyələşdirməsini dayan-dırsın, bütün hərbi qoşunları Dağlıq Qarabağdan çıxarsın və bizim əraziləri tamamilə tərk etsin. Sonra isə bizim həmin insanlarla danışıq aparmağa arqumentimiz olacaq. Lakin nə qədər ki, onlar oradadır, bu, baş verməyəcək”.

Rusiyalı jurnalistin status məsələsinin sonraya saxlanması və Dağlıq Qarabağın ətrafında olan rayonların boşaldılması, dəhlizin yaradılması və digər addımlar barədə sualını cavablandıran Azərbaycan Prezidentinin mövqeyi yenə də aydın və konkret idi: “Bu təklif Azərbaycan tərəfindən ciddi şəkildə nəzərdən keçirilmişdir və bütövlükdə, biz buna razılıq vermişdik. Bu, atıla biləcək ən məntiqli addımdır. Aydındır ki, biz bu münaqişəni mərhələlərlə həll etməliyik. Münaqişəni tam şəkildə bir gündə həll edə bilmərik. O, mərhələli olmalıdır və birinci mərhələdə jurnalistin söylədiyi və Rusiyanın təklif etdiyi kimi, işğal olunmuş ərazilərin bir qisminin azad edilməsi baş verməlidir, Azərbaycan məcburi köçkünləri həmin ərazilərə qayıtmalıdır, həmin ərazilərdə yenidən köçürülmə olmalıdır və eyni zamanda, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi getməlidir”.

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

Beynəlxalq ictimaiyyətin nə etməli olduğu məsələsinə gəlincə, düşünürəm ki, ən vacib olan odur ki, beynəlxalq ictimaiyyət, – biz beynəlxalq ictimaiyyətdən danışan zaman əsasən ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini nəzərdə tuturuq, – onlar, nəhayət, Ermənistan tərəfinə çox aydın şəkildə izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ müstəqil ölkə deyil! Heç kim bu qeyri-qanuni qurumu tanımır.

İlham ƏLİYEVAzərbaycan Respublikasının Prezidenti

Münxen, 16 fevral 2020-ci il

Münxen Təhlükəsizlik Konfransı Ermənistan rəhbərliyi üçün

heç zaman unudulmayacaq bir dərs oldu

Hacıqabul rayonunun Hacıqabul–Muğan avtomobil yolunun tikintisi ilə

bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyası-nın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Otuz iki min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Hacıqabul–Muğan avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu-nun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,9 milyon (dörd milyon doqquz yüz min)

manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 fevral 2020-ci il

“İqtisadi təhlükəsizlik siyasi müstəqilliyin əsasıdır”

Son 16 ildə Azərbaycanın bütün sahələrdə özünü dünyaya güclü, müstəqil və müasir inkişaf edən ölkə kimi tanıtması da yuxarıdakı fikrin bariz ifadəsidir. Dövlət rəhbəri 50-ci Davos Dünya İqtisadi Forumunda bununla bağlı, həmçinin diqqətə çatdırıb ki, qarşıda duran strateji vəzifə Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirmək və bütün sahələr üzrə onu dünyanın inkişaf etmiş, rəqabətədavamlı ölkələri sırasına çıxarmaqdır: “Respublikamızın iqtisadi inkişaf dinamikası əvvəlcə resurslara əsaslanırdısa, hazırda iqtisadi şaxələndirmənin nəticəsi olaraq qeyri-neft sektoru üstün artım tempinə malikdir. Dünyanın iqtisadi cəhətdən qabaqcıl dövlətlərinin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini qısa zaman kəsiyində sürətlə adlayan Azərbaycan azad və mütərəqqi düşüncə tərzinin diktə etdiyi bazar iqtisadiyyatı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yoluna sadiqliyini sübuta yetirib”.

Prezident İlham Əliyev tərəfindən reallaşdırılan uğurlu strategiya və qəbul edilən Dövlət proqramları sayəsində son 16 ildə ölkəmizdə iqtisadi sabitliyin təmin edilməsi, iqtisadi artımın sürətlənməsi və iqtisadiyyatın dayanıqlı inkişafı istiqamətlərində əsaslı tədbirlər həyata keçirilib.

Dövlət başçısının Azərbaycanın bölgələrinə mütəmadi səfərləri regional proqramların icrasını sürətləndirməklə bərabər, rayonların hərtərəfli inkişafının təmin edilməsi, yeni iş yerlərinin yaradılması və əhalinin həyat səviyyəsinin yüksəldilməsi sahəsində görülən işlərə güclü təkan verib. Prezident İlham əliyev həmin proqramların icra olunduğu dövr ərzində 2 minə yaxın infrastruktur obyektinin açılış və təməlqoyma mərasimlərində iştirak edib, istehsal təyinatlı

müəssisələrin fəaliyyəti ilə tanış olub, sahibkarlarla görüşlər keçirib, qaldırılan məsələlərlə maraqlanıb və problemlərin həlli məqsədilə müvafiq strukturlara konkret tapşırıqlar verib.

Görülən genişmiqyaslı tədbirlərin nəticəsidir ki, son 16 il ərzində Azərbaycan iqtisadiyyatı 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 2 dəfə, xarici ticarət dövriyyəsi 6,4 dəfə, ixrac 7,6 dəfə, o cümlədən qeyri-neft ixracı 5,2 dəfə artıb. 2003-cü ildə 1,8 milyard dollar həcmində olan valyuta ehtiyatları keçən ilin yekunlarına görə, 51 milyard, hazırda isə 52 milyard dollara çatıb. Yoxsulluq təxminən 50 faizdən 4,8 faizə düşüb.

Son 16 ildə orta əməkhaqqı 11 dəfə, orta pensiya 8 dəfə artıb, 300 mindən çox məcburi köçkünə, 6700 şəhid ailəsinə ev, mənzil verilib. 2003-cü ildə Azərbaycanda qazlaşdırmanın səviyyəsi 51 faiz idisə, hazırda

bu rəqəm 96 faizə çatıb. Bu müddətdə 16 min 700 kilometr avtomobil yolu salınıb, Azərbaycanın qonşu ölkələrlə avtomobil magistralları müasirləşdirilib. Mindən çox kəndin yolu abadlaşdırılıb.

Ötən 16 il ərzində kəndlərdə su təminatını yaxşılaşdırmaq üçün 1500-dən çox artezian quyusu qazılıb, yüzlərlə kənddə modul tipli sutəmizləyici qurğular quraşdırılıb. Azərbaycan orbitə çıxarılan üç peyklə kosmik dövlətə çevrilib, yeddi aeroport tikilib.

Həyata keçirilən məqsədyönlü siyasət və struktur islahatları sayəsində 2019-cu ildə iqtisadi artım prosesləri sürətlənib və iqtisadiyyatın dayanıqlı inkişafı yeni mərhələyə daxil olub.

(ardı 7-ci səhifədə)

Prezident İlham Əliyev 50-ci Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasındakı çıxışında Azərbaycanın müstəqil, heç kimdən asılı olmayan, milli maraqların hər zaman uca tutulduğu siyasət

yürütdüyünü bildirib. Dövlətimizin başçısı respublikamızın qonşu ölkələrlə münasibətlərinin dostluq, qarşılıqlı faydalı əməkdaşlıq, mehriban qonşuluq prinsiplərinə əsaslandığını qeyd edib. Eyni zamanda, Azərbaycan üçün onun milli maraqlarının həmişə birinci yerdə olduğuna və buna görə də müstəqillik illəri ərzində bütün nailiyyətləri xalqımızın müstəqilliyə sadiq qaldığına, siyasi və iqtisadi sahələrdə çox ciddi islahatlar həyata keçirdiyinə görə əldə edildiyini vurğulayıb.

Page 2: Münxen Təhlükəsizlik Konfransı Ermənistan rəhbərliyi üçün ...

18 fevral 2020-ci il, çərşənbə axşamı2

O gün Prezident İlham Əliyevin dilə gətirdiyi sərt və danılmaz həqiqətlərin qarşısında büzüşərək, kiçilərək olduğun-dan da aciz və cılız vəziyyətə düşmüş Ermənistan dövlət başçısının timsalında həmin duruma əslində artıq üç onilə ya-xın müddətdə Azərbaycana qarşı məkrli qəsbkarlıq siyasətini yürüdən Ermənistan salınmışdı.

Həmin gün yalnız qarşı-qarşıya dayanan bir tərəfdə yüksək zəkası, dərin biliyi, ali diplomatik məharəti və qətiyyəti ilə Prezident İlham Əliyev və digər tərəfdə dayaz təfəkkürü və saxta iddiaları, dola-şıq nitqi, inamsız və ürkək davranışları ilə baş nazir Nikol Paşinyan deyildi.

O gün üz-üzə dayanan Həqiqət və Yalan idi.

O gün qarşı-qarşıya gələn həqiqətin özü və həqiqətin əyri güzgüdəki qatma-qarışıq əksi idi.

O gün üz-üzə dayanan (hərçənd, bu deyiliş sən deyən dəqiq səslənmir. Çünki nə həmin görüşdə, nə də Münxendəki digər qarşılaşmalarının heç birində Nikol Paşinyan vüqarla dayanan Azərbaycan rəhbərinin gözlərinə dik baxa bilmir, ba-xışlarını kənara qaçırırdı) Prezident İlham Əliyev və Ermənistan idi.

Əslində isə, daha geniş götürməli ol-duğumuz kimi, bir yanda Prezident İlham Əliyev və o biri yanda erməniçilik, bu tayda Prezident İlham Əliyev və o tayda erməni diasporu, bu cəbhədə Prezident İlham Əliyev və əks cəbhədə təhrif, iftira, saxtakarlıq saçmaqda pərgar olan, kirli dırnaqları və qara əlləri çox uzun erməni təbliğat maşını idi.

Və məğlubiyyət tək Paşinyanınkı deyil, onların hamısınınkı idi!

“Cəbhə” kəlməsini bu yerdə təsadüfən işlətmirəm.

Siyasət meydanı atəşlərin yağdırıldı-ğı döyüş meydanlarından qətiyyən geri qalan məkan deyil.

Son 20 il müddətində Avropa Şurasın-da mütəmadi olaraq erməni yalanları və həmin yalanları həyasızcasına ən bariz gerçəklər kimi dünyaya sırımaq istəyən erməniçiliklə qarşı-qarşıya dayanaraq mübarizə aparan insan kimi mən bilirəm belə qarşıdurma nə qədər çətindir, bu sa-yaq çarpışmalarada uğura yetmək necə müşküldür.

Beynəlxalq arenada bu qəbil kəskin diskussiyalarda hər şeyi anlar həll edir və dəqiqələr ərzində qazanılan müvəffəqiyyət, yaxud düçar olunan məğlubiyyət çox zaman həlledici olur.

Elə Münxen döyüşündəki kimi!Bu qarşıdurma öz iş otağının

sakitliyində əyləşib qarşına cild-cild kitabları, sənədləri yığaraq yerli-yataqlı düşünəndən, çək-çevir edəndən sonra hansısa haqsız həmlələrə əsaslandırılmış cavablar yazmaq imkanı deyil.

Burada sən atəş xəttinin üzərindəsən, bircə saniyə zəiflik göstərsən, büdrəsən, uduzmusan.

Və bu, elə narahat bir gedişatdır ki, girəvəni əldən vermək, zəruri anda zərbəni endirmək fürsətini qaçırmağa ixtiyarın yoxdur, bu əsnada qırmızılıqla söylənən aşkar yalanları, qara böhtan-ları, nümayişkaranə uydurma və saxta-karlıqları eşidərək əsəbiləşməmək, ruhi müvazinətini itirməmək, emosiyalara qapılmamaq, həm də bu cür gərgindən-gərgin durumda ən lazım olan sözləri tapmaq, məhz həmin məqamda dilə gətirilməli həqiqətləri söyləmək son dərəcə çətindir.

Gendən baxana döyüş nə qədər asan görünsə də, hər şey bitəndən sonra olanları təhlil edərək gərək filan sözü də filan cür deyəydin məsləhətlərini verməyə nə var!

Çətin olan ən lazımlı ifadəni gərək olan anında, düşmənin üzünə çırpılmalı dəlilləri yerində və məqamındaca yada salıb ifadə etmək, tərs şillə kimi rəqibin sürtük sifətinə vurmaq ustalığıdır.

Bu baxımdansa Azərbaycan siyasət meydanında Prezident İlham Əliyevə tay olan yoxdur.

Amma yalnız Azərbaycan siyasət meydanındamı?

Bu müstəsna qabiliyyətləri ilə Prezi-dent İlham Əliyev bu gün dünyanın siyasi elitasındakı üstün təklərdəndir!

Bu nə tərifdir, nə mübaliğə. Baxırsınız, müqayisə edirsiniz, görürsünüz.

Bu gün ekran bütün dünyanı və onun məşhur siyasətçilərini hər insana ovuc içərisində olan kimi yaxından göstərə, tanıda bilir.

Mənə isə Prezident İlham Əliyevin siyasi bəsirətliliyini, dərinliyini, baş verə biləcəkləri öncədən görməyini, cəsurluğunu, incə improvizə qabiliyyətini və parlaq diplomatik istedadını yaxın məsafədən müşahidə etmək nəsib olub.

Avropa Şurası Parlament Assamble-yasında mütəmadi olaraq 47 üzv ölkənin dövlət başçılarının məruzə ilə çıxış etmək və deputatların suallarını cavablandırmaq ənənəsi var.

İlham Əliyev də Avropa Evində, qitənin parlamentarları qarşısında çıxış edib, ən qəfil, ən qəliz sualları da elə məharətlə cavablandırıb, ona qərəzli həmlələr edən tərs opponentlərini elə

ustalıqla susdurub və mat qoyub ki, bizlər iftixar hissi keçirmişik, yaxşını qiymətləndirməyi bacaran digər əcnəbilər heyran qalıblar, düşmənlərin də burnu ovulub.

Hamı görüb və əmin olub ki, Azərbaycan Prezidenti müstəsna zəka yiyəsidir, çox güclüdür, müqayisəyəgəlməzdir, əsl liderdir!

Qabaqlar dəfələrlə bağlı qapılar arxasında görüşüb müzakirələr aparmış iki münaqişə tərəfinin – Azərbaycan və Ermənistanın dövlət rəhbərləri fevralın 15-də Münxendə ilk dəfə idi belə şəffaf diskussiya formatında qarşı-qarşıya idilər.

Hər kəsə açıq olan meydanda, kame-raların önündə, beynəlxalq ictimaiyyətin gözü qabağında!

Elə bir meydanda ki, hər kəsin söylə-nənlərə, baş verənlərə əlavə şərhlər siz qiymət vermək imkanı ortadaydı.

Bəlkə elə əvvəldən bu, Ermənistanın səhvi idi ki, həmin görüşə razılıq vermişdi?!

Axı bilirdilər onlarla üz-üzə dayanan Prezident İlham Əliyev olacaq.

Axı bilməmiş deyildilər Prezident İlham Əliyev hansı potensialın, hansı intellektual imkanların, hansı siyasi iradənin sahibidir.

Bunları bilə-bilə, hər halda ən azı təxmin edə-edə həmin görüşə razılıq vermək özünü odun içərisinə atmaq demək idi.

Di gəl, qaçacaq yerləri də yoxdur, belə bir açıq qarşılaşma hər halda gec-tez mütləq baş verməli idi. Vəziyyətin tələb etdiyisə budur ki, belə görüşlər, bu qəbil panellər hökmən olmalı, çox olmalıdır. Çünki bu qəbil qarşılaşmaların hər biri həm gerçəkləri, həm də kimin kim oldu-ğunu əyani şəkildə ortaya çıxarır.

Hələ bir qədər əvvəl, 2019-cu il okt-yabrın 3-də Soçidə, “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Prezident İlham Əliyev Ermənistan dövlət başçısını küncə sıxaraq mağmun vəziyyətdə qoymağa nail olmuşdu. Ancaq orada bu, yalnız bir mövzu – İkinci Dünya müharibəsində faşizmə xidmət etmiş erməni cəlladı Qa-regin Njdenin rəsmi Yerevan tərəfindən qəhrəmanlaşdırılmasının ifşası ilə bağlı olmuşdu.

Münxendə isə bəhs edilən mövzuların əhatə dairəsi yetərincə geniş idi, tərəflər mövqelərini ifadə etməkdə daha sərbəst idilər.

Ancaq həmin gün qəhr olunaraq əzilmiş milçək kökünə salınanın, öldürücü məğlubiyyətə düçar edilənin təkcə aciz, dayaz, meydan boşboğazı kəmsavad Paşinyan olmasını düşünmək düz olmaz.

Hədəfdə erməniçiliyin uydurmalar şəbəkəsi, saxtakarlıq üslubu, utanmadan-qızarmadan dünyaya olmayanı olan kimi satmaq xisləti di.

Prezident İlham Əliyevin səlis, sərrast, zərgər dəqiqliyi ilə sıralanmış, hər cilalı kəlməsi yerində olan əla ingiliscəsi (bu, xüsusilə Paşinyanın erməni ləhcəli kələ-kötür, pozuq ingiliscəsi ilə müqayisədə hamıya aydın görünürdü və bizə əlavə rəğbət və üstünlük qazandırırdı), əmin, arxayın, effektli ifadə tərzi, təmkini (bu da Paşinyanın əlini-qolunu, qaşını-gözünü, bütün vücudunu əyə-əyə, uzun pauzalara dalaraq daxili gərginliklə, kəkələyərək lazımi ingilis kəlmələrini araması və çox zaman da tapmaması, inamsızlığı, ustad qarşısında dayanan şagird kimi görünməsi fonunda daha bir psixoloji üstünlük idi) elə başlanğıcdan auditoriya-ya kimin hansı səviyyənin sahibi olmasını anladırdı.

Erməniçiliyin məlum və mənasız qondarma tarix nağıllarını söyləməyə təşəbbüs edərək “Böyük Tiqranın

dövründə Qafqazda iki dövlət olub: Ermənistan və …” deyən Paşinyanın dilindən “Gürcüstan” sözü çıxmazdan əvvəl onu qabaqlayaraq, rişxəndlə, istehzalı gülüşlə “Və Ermənistan” deyən Prezident İlham Əliyevin bu cür iynəli, sərrast replikaları Paşinyanı sarsıdan bir nokdaun olmaqdan savayı, həm də “ayağımız dəyən hər yer bizimki-dir, hər eşitdiyimiz və döşümüzə yatan nəğmə özümüzünküdür, tarix bizdən başlanır, bizdən qədim xalq yoxdur, Nuh peyğəmbər də erməni olub…” kimi sərsəmləmələri təkrar edə-edə özlərini də bu cəfəngiyyatlara inandırmış erməniçiliyi rüsvay edirdi (Paşinyanın

yöndəmsiz tarixi gəzişmələri onu yalnız Münxen panelində məsxərə obyektinə çevirmədi, elə az sonra işıq üzü görən tənqidi rəylərdən birində tanınmış rusi-yalı siyasətçi bunu “balaca millətə xas yeniyetməlik kompleksi” adlandırdı).

Tərəf olaraq Münxen qarşıdurmasın-da yalnız Paşinyanı götürsək, dünyanın gözü qarşısında qazanılan bu əvəzsiz və möhtəşəm qələbənin, bu siyasət nokau-tunun ağır çəkisini yüngülləşdirmiş olarıq.

Böyük siyasətçinin əsas güclərindən biri auditoriyanı dərhal ələ alaraq da-vamlı olaraq öz təsirində saxlaya bilmək bacarığıdır.

Prezident İlham Əliyevdə bu keyfiyyət ən ali dərəcədədir.

Əvvələn, o, misilsiz natiqdir.Siyasi natiqliyin İlham Əliyev örnəyi

ayrıca öyrənilməyə və örnək götürülməyə layiq bir təcrübədir.

Doğrudur, belə seçkin nümunələrdən nə qədər öyrənsən də, heç vaxt sonacan o olmaq mümkün deyil.

Çünki bədahətən ən gözlənilməz situasiyaların təklif etdiyi şərtlərə uyğun sözü, faktı tapıb demək, hücum ovqatlı tempi əvvəldən axıradək qoruyub saxlaya bilmək fitri qabiliyyət məsələsidir.

Bu təcrübəni hər kəs öz istedadı hü-dudunda mənimsəyib gerçəkləşdirə bilir.

Prezident İlham Əliyev Münxen qar-şılaşmasında rəqibini diskussiya davam edən dəqiqələrdə və yekunlaşarkən deyil, elə sözünü başlayan kimi, müqəddimədəki ilk kəlmələri, birinci zərbəsi ilə məğlub duruma salaraq gicəltmişdi.

Mötəbər auditoriyaya müraciətlə Pre-zident İlham Əliyev nitqini belə başladı ki, mən həqiqətləri söyləyəcəyəm.

Böyük siyasətçinin, ağıllı dövlət baş-çısının, bişkin diplomatın heç bir kəlməsi təsadüfən söylənmir.

Bu vurğulamanın mənası o idi ki, yəni mən doğru olanları deyəcəyəm, amma bilin, sizin qarşınızda həqiqətləri söyləməyəcək, olmuşları təhrif edərək sizə doğru kimi çatdırmağa cəhd edəcək birisi də var.

Prezident İlham Əliyev yüksək mədəniyyətli şəxsiyyətdir və üstəlik, diplomatik etiketin ölçülərinə də səliqə ilə riayət edəndir.

Bir qədər sonra qarşı tərəfin növbəti yalanlarından sonra yenidən etirazını bildirir. Çılpaq şəkildə demir ki, bu adam yalançıdır.

O məqam üçün məqbul olacaq ifadə ilə, amma həmin kontekstdə “yalançı” kəlməsindən də əzici, öldürücü səslənən tərzdə söyləyir ki, opponentim yenə düz danışmır.

Prezident İlham Əliyevin qarşısında Paşinyan miskin, elə alçalmış kökə düş-müşdü ki, erməni olmasaydı, ona adamın yazığı da gələrdi.

…Erməni riyakarlığının həddi-hüdudu yox, erməni məkrinin rəngləri çox.

2020-nin yanvarında növbəti dəfə Strasburqdaydıq, AŞPA-nın qış ses-siyası keçirilirdi və Bakıda 1990-cı il

yanvarın 19-dan 20-nə keçən gecə törədilmiş faciənin, sovet ordusunun günahsız insanların, dinc vətəndaşların üzərinə yeridilərək qəddarcasına, kütləvi şəkildə şəhid etməsinin 30-cu ildönümü münasibətilə biz dəyirmi masa təşkil etmişdik.

Həmin xəbis xislətli, hər həqiqəti tərsinə çevirməkdə, astarı avand kimi göstərməkdə pərgar olan ermənilərsə tam əks mövzuda çıxışlar edirdilər.

Bakıda ermənilərə qarşı törədilmiş qırğınların 30 illiyindən dəm vururdular.

Bu həmin erməni xislətidir ki, Xocalıda soyqırımına məruz qoyduqları məsum insanlarımızın bizim fotoqraflarımız,

kinooperatorlarımız tərəfindən çəkilmiş şəkillərini, videoyazılarını xarici mətbuata guya bunların azərbaycanlıların həlak etdiyi ermənilər olması kimi ötürmüşlər.

Eyni abırsızlıqla elə Münxen diskus-siyası gedişində Ermənistanın baş naziri guya Xocalı soyqırımını azərbaycanlıların özlərinin törətdiyini deyəndə Prezident İlham Əliyev dərhal onun ağzından vurdu, Xocalı soyqırımını yerli və gəlmə ermənilərin həyata keçirdiklərini, bu cinayətə rəvac verənlərin və icraçıların hamısının bəlli olduğunu, Xocalı soyqı-rımını dünyanın bir çox ölkələrinin məhz soyqırımı kimi tanıdığını bəyan etdi.

Nəyə görə dərhal belə sərt mövqeyin göstərilməsi vacibdir?

Axı yaxşı-yaman Nikol Paşinyan rəsmən Ermənistanın dövlət başçısıdır. Təfərrüatlardan yetərincə agah olma-yan auditoriyada kimlərsə bu saxtakar söyləyişlərə inana da bilər, axı kimin ağ-lına gələr ki, bir ölkənin rəhbəri mötəbər auditoriya qarşısında utanmadan belə yalan danışar.

Ona görə də Prezident İlham Əliyev belə məqamlarda ümumi cavabla kifayətlənməyərək detallara keçir, ilk növbədə həmin anda zalda oturanlara, sonra isə müxtəlif saytlarda, telekanal-larda bunları izləyəcək insanlara hər şey tam aydın olsun deyə rədd edilməli bütün uydurmaları təkzib edir, bildirilməli bütün gerçəkləri çatdırır.

(Vaxtilə Ermənistanın sabiq prezidenti Serj Sarkisyana Avropa Şurası Parlament Assambleyasında çıxış edərkən xatırlat-mışdım ki, Karneqi Fondunun Proqram direktoru Tomas de Vaalın 2003-cü ildə Nyu Yorkda nəşr edilmiş kitabında sizin ona verdiyiniz müsahibə əksini tapıb və orada söyləyirsiniz ki, Xocalıda törədilən qırğında bilavasitə iştirak etmisiniz, etiraf edirsiniz ki, azərbaycanlılar Xocalıya qədər elə zənn edirmişlər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insan-lardır, bu düşüncəni dəyişmək lazım idi və biz də etdik. Sual vermişdim ki, artıq soyqırımı kimi rəsmən tanınmış Xocalı qətliamda iştirakınıza görə peşimanlıq hissi keçirirsinizmi? İfrat arsızlıqla, bütün Avropa Şurasına meydan oxuyaraq de-mişdi ki, mən bununla fəxr edirəm).

Həm də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən, vaxtca çox da uzun sürməyən panel müzakirələrində Prezident İlham Əliyev Ermənistan–Azərbaycan Dağlıq Qa-rabağ münaqişəsinin tarixi və indisi ilə bağlı problemlərin bütün spektrini əhatə etməyə müvəffəq oldu.

Özü də ən qaynar mübahisələr do-ğura biləcək mürəkkəb mövzuları da elə məntiqli, elə anlaşıqlı bir şəkildə izah etdi ki, o söylənənlər auditoriyadakı hər kəsə də aydın oldu, bu dəmir məntiqin qarşı-sında qarşı tərəfin nəinki etiraz etmək, nəinki nə tərzdəsə cavab vermək, heç qımıldanmaq heyi yox idi.

Baxmayaraq ki, Paşinyan görüşə hələ qoltuğunda kitab gəlmişdi.

Uydurmaçı, işi-peşəsi saxtakarlıq

olan erməni tarixçilərinin qəlp, qondarma yazıları ilə dolu kitab.

Gücsüzlüyün həddinə baxın ki, deməyə söz tapa bilməyəndə həmin kitabı göstərirdi ki, bax, burda hər şey yazılıb.

Prezident İlham Əliyevin isə nə əlavə kitaba ehtiyacı vardı, nə konspektə.

Bütün eniş-yoxuşları hafizəsində olan tariximizin ən çeşidli dövrlərinə ekskurs-lar edirdi, hər mətləbini də rəqəmlərlə, dəlillərlə, sübutlarla təsbitləyirdi.

“Dağlıq Qarabağ, iddia edildiyi kimi, qədim Ermənistan ərazisidirsə, bəs niyə onun paytaxtı qədim erməni sözü ilə adlandırılmayıb?”

Bunu deyən Prezident İlham Əliyev ardınca şəhərin Azərbaycan dilindəki əski adını diqqətə çatdırır: Xankəndi! Və əlavə edir ki, sonradan bu söz dəyişdirilərək XX əsrdə yaşamış bolşevik Stepan Şaumya-nın adı ilə əvəzlənib.

Yəni ermənilərin oralardakı qədimliyi elə bu qədərdir!

Yaxud Prezident İlham Əliyev bir çox həqiqətlərə nabələd olan auditoriyaya və dolayısı ilə sonra bu görüş haqda məlumatları yayacaq kütləvi informasi-ya vasitələri xətti ilə dünyaya bir daha Ermənistanın indiki paytaxtının da qədim Azərbaycan şəhəri İrəvan olduğunu elan edir, XIX əsrin əvvəllərində bu şəhərin əhalisinin 70 faizdən çoxunu azərbaycanlıların təşkil etməsinə diqqət yönəldir.

Təkzibedilməz tarixi fakt qarşısın-da boynubükük qalmış Paşinyanın bu gerçəkləri inkar edəcək heç bir dəlili yoxdur, susmağa məcburdur.

Və ya Prezident İlham Əliyev münaqişə tərəflərinin məhz Azərbaycan və Ermənistan olduğunu yenidən qabar-dır, Dağlıq Qarabağın münaqişə tərəfi olmadığını, Dağlıq Qarabağın Ermənistan olmadığını, indi işğal altındakı həmin əraziləri idarə edən qeyri-qanuni qu-rumu dünyada heç kimin tanımadığını bildirərək Paşinyanın tez-tez işlətdiyi “Dağlıq Qarabağ respublikası”, “Dağlıq Qarabağ ordusu” deyilən bir anlayışın da mövcud olmadığnı, həmin dırnaqa-rası özünümüdafiə dəstələrinin əslində Ermənistanınkı olduğunu söyləyir, bu or-duda xidmət edənlərin yüzdəsəksəninin, bəlkə də daha çoxunun Ermənistan vətəndaşları olmasını açıqlayır.

Hamı eşidir, anlayır və Ermənistan baş nazirinin bunu da danacaq arqumenti yoxdur, üstəlik çaşqınlıqdanmı, siyasi naşılıqdanmı Prezident İlham Əliyevin müddəalarını təsdiq eləyən fikir söyləyir ki, bəs mənim oğlum da hərbi xidmətini həmin orduda keçib.

Bu panel müzakirələri əvvəldən sonadək diqqətlə izlədikcə onu da müşahidə edirsən ki, Prezident İlham Əliyev ilk sözündə bəyan etdiyi kimi, əvvəldən sonacan yalnız həqiqətləri deyir, yalanları ifşa edir və zahirən kifayət qədər sərbəst axarı olan bu müzakirələrdə çat-dırmalı olduğu bütün qənaətlərini məntiqi ardıcıllıqla bir sapa düzür.

Həm də görməmiş ədalarla özünün guya danışıqlar prosesində “mikroinqilablar” yaratdığını iddia edən Paşinyanın üzünə qarşı bu bəyanatların bel bağlanası olmadığına, boş sözlərdən uzağa getmədiyinə Ermənistanın sabiq rəhbərləri ilə nəticəsiz, yarımçıq qırılan danışıqlardan bələd olduğunu qeyd edir: “Mənim cənab Paşinyanın iki sələfi ilə də danışıqlar aparmaq imkanım olub. Hər zaman danışıqların ən həlledici məqamında söhbəti davam etdirməmək üçün müəyyən bəhanə tapıblar. Başqa sözlə desək, onların hamısı status-kvonun dəyişməz olaraq qalmasını istəyiblər.

…Mən Azərbaycan xalqı üçün nəyin qəbuledilən olduğunu söyləmişəm.

Erməni təcavüzündən əziyyət çəkmiş Azərbaycan vətəndaşları öz evlərinə qa-yıtmaq istəyirlər. Bu, onların fundamental hüququdur. Ermənistan rəhbərliyinə görə onlar, demək olar, 30 ildir bu hüquqdan məhrum ediliblər”.

Münxen panelində baş nazir Nikol Paşinyanın düşdüyü vəziyyət barədə Ermənistandan gələn şərhlərdən biri xeyli diqqətçəkəndir.

Çox narahat olublar ki, Azərbaycan Prezidenti Ermənistan dövlətinin başçı-sını hamının gözü qarşısında bu kökə salırsa, təsəvvür edin şahidsiz cərəyan edən qapalı görüşlərdə nələr yaşanır.

Ölkələrin ərazi bütövlüyü hər dəfə gündəmə gətirilərkən Ermənistanın buna qarşılıq olaraq həmişə ortaya atdığı sürüşkən ideyalardan ən başlıcası millətlərin öz müqəddəratını təyin etmək hüququ məsələsidir.

Və Ermənistanın baş naziri elə bu görüşdə də artıq çoxdan çeynənmiş, ca-vabı dönə-dönə verilmiş həmin fikri yenə təkrar etdi.

Və Prezident İlham Əliyevin o sırtıq iddiaya cavabı konkret və sərt idi. Ermənistana və bütün separatist düşüncəlilərə öz yerini göstərən qəti cavab: “Erməni xalqı artıq bir dəfə öz müqəddəratını təyin edib. Onların erməni dövləti var. Mənim tövsiyəm budur ki, onlar ikinci dəfə öz müqəddəratlarını təyin etməkçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!”

Niyə bu panel müzakirələrində Pre-zident İlham Əliyev belə üstün, bunca güclü, qeyd-şərtsiz qalib idi?

Əlbəttə, ilk və əsas səbəb odur ki, haqq bizim tərəfimizdədir, torpaqları işğal olunan bizik, bu həqiqəti Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələri təsdiqləyir, beynəlxalq hüquq bizim tərəfimizdədir, tarixi gerçəklər xeyrimizədir.

Ancaq məgər belə bir qart düşmən və xərçəng kimi dünya boyu kök at-mış quduz erməniçi şəbəkə ilə üzbəüz dayanarkən bunlar kifayətdirmi?

Qətiyyən yox! Biz gözünü qırpma-dan ağa qara deyən, haqqı nahaq kimi qələmə verən, olmuşu olmamış, olmamı-şı olmuş kimi qoşub-düzən və hiyləgər gedişlərində də özünə havadarlar tapan dünya qulduru erməniçi şəbəkə ilə qarşı-qarşıyayıq.

Belə döyüşlərin hər birindən hər dəfə Prezident İlham Əliyev kimi müzəffər çıxa bilməkçün gərək dövlət başçımızdakı o keyfiyyətlərə də sahib olasan.

Gərək çox və mükəmməl biləsən, gərək coşqun vətənpərvər və xalqçı olasan, gərək dövlətinə və onun ideal-larına sarsılmaz sədaqət bəsləyəsən, gərək həqiqətləri çatdırmağa cəsarətin, səriştən, əzmin ola!

Prezident İlham Əliyevin Münxen zəfəri həm də bir ülgü, bir ustad dərsi idi ki, düşmənlə düşüncə savaşında, ideoloji mübarizədə necə olmaq gərəkdir!

Prezidentlə baş nazirin Mün-xen qarşılaşmasından dərhal sonra Ermənistan mətbuatında siyasilərin və siyasətşünasların dili ilə tələsik bu aşkar məğlubiyyəti Nikol Paşinyanın fərasətsizliyi ilə bağlamaq təşəbbüslərinin eşidilməsi anlaşılandır.

Gözəl dərk edirlər ki, bu iflas əslində Ermənistanınkıdır, onun çürük siyasətininkidir.

Paşinyanı bu yerdə “günah keçisi”nə döndərməklə onu çatdırmaq istəyirlər ki, guya onun yerində bir başqası olsaydı, vəziyyət başqa cür ola bilərmiş.

Yanılırsınız! Hamınız – bütün Ermənistan və

erməniçilik də yığılıb gəlsə, onların qarşısında Prezident İlham Əliyev kimi bir qüdrət dayanarsa, eyni iflas, bəlkə bundan da daha ağırı sizin qaçılmaz aqibətinizdir.

Çünki Prezident İlham Əlivevin və demək, Azərbaycanın, sizin hər yalanınızı ifşa, hər saxtakarlığınızı faş etməyə sözü də var, polad məntiqi də, təpəri də.

Özünüzü boş təsəllilər və xam xəyallarla aldatmayın!

Münxen səhnəsi sizin özünüzün və siyasətinizin qəti çöküşünün anonsu idi, bundan da ağır zərbələri qəbul etməyə hazır olun!

Birinci dəfə deyil ki!2014-cü ildə Praqada “Sülh

tərəfdaşlığı” proqramının 5 illi-yi münasibətilə keçirilən sammitdə Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Türkiyənin ünvanına ittiham-lar yağdırarkən Prezident İlham Əliyev köksünü irəli verdi: “Bu gün, təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam”.

Allah bilir neçə yüzüncü dəfədir ki, həmin epizodu, həmin mərd-mərdanə kişi jestini, o təsirli sözləri xatırlayıram və hər dəfə də elə ilk dəfəymiş kimi duyğulanı-ram.

Harada Azərbaycan dövləti və millətinin ali maraqları var, düşmənə meydan oxuyan qətiyyəti ilə Prezident İlham Əliyev oradadır.

Harada qardaş Türkiyənin ali dövlət və millət maraqlarına qarşı təhlükələrə sinə gərmək zərurəti var, Prezident İlham Əliyev oradadır.

Prezident İlham Əliyev özünə xas qətiyyətlə, inamla, böyük daxili güclə “Mən buradayam!” deyirsə, deməli, zəfər oradadır, demək qələbə, uğur Azərbaycanladır!

Rafael HÜSEYNOV, akademik

16 fevral, 2020

Prezident İlham Əliyev: “MƏN BURADAYAM!”

O gün müasir Azərbaycan tarixinin ən həlledici günlərindən biri kimi yadda saxlanılmalıdır. 2020-ci il fevralın 15-də Münxen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevin çaldığı zəfər sonun başlanğıcı sayıla bilər. Bu, hamıya – Ermənistana və bütün dünyaya bir göstəri, bir xəbərdarlıq idi ki, lap yaxın zamanlarda məhz belə olacaq – təcavüzkar Ermənistan elə bu cür diz çökdürüləcək, terrorizmi dövlət siyasətinə çevirmiş işğalçı ölkə elə bu şəkildə rəzil duruma salınacaq, elə bu təhər amansızlıqla erməniçiliyin yalanlar üzərində qurulmuş bütün puç illüziyaları darmadağın ediləcək!

Page 3: Münxen Təhlükəsizlik Konfransı Ermənistan rəhbərliyi üçün ...

Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır

Ölkənin hərtərəfli inkişafına və daha qüdrətli Azərbaycanın qurulmasına

xidmət edən köklü islahatlar

Azərbaycan Respublikası-nın Prezidenti İlham Əliyevin sərəncamı ilə “Nəsimi ili” elan edilmiş 2019-cu il həm də bütün sahələrdə dərin və köklü islahat-lar ili kimi tariximizə həkk olundu. Ötən ilin olduqca zəngin və ma-raqlı hadisələri ölkə həyatını son dərəcə canlandırmaqla yanaşı, dövlət başçısının əvvəlki illərdə bəyan etdiyi siyasətin ardıcıllığını, dönməzliyini, qarşıya qoyduğu iqtisadi və siyasi konsepsiyala-rın yerinə yetirilməsi üçün güclü siyasi iradəyə sahib olduğunu bir daha sübut etdi.

2018-ci ilin aprelində keçirilən növbədənkənar Pre-zident seçkilərində yenidən Azərbaycan xalqının tam eti-madını qazanmış İlham Əliyev bütün işlərində olduğu kimi, xalqa verdiyi hər bir sözün arxasında qətiyyətlə duraraq Azərbaycanın qüdrətini daha da artırmaq, onu hərtərəfli inkişaf etmiş ən güclü dövlətlərdən birinə çevirmək üçün inamlı addımlarını, başladığı böyük proqramların həyata keçirilməsini uğurla davam etdirmişdir. Ötən dövr ərzində görülən işlərin miqyası, ölkənin idarə olunmasında və digər sahələrdə dərin islahat-ların aparılması Azərbaycanın beynəlxalq mövqeyinin getdikcə güclənməsinə səbəb olmuşdur. Ölkə rəhbəri bu islahatlarla, demək olar ki, yeni idarəetmə sistemi yaratmağa, cəmiyyətin inkişafına əngəl olan bütün maneələri qətiyyətlə aradan qaldırmağa, xalqın arzuladığı tam şəffaf və demokratik bir sistem qurmağa nail ola bilmişdir.

2019-cu ildə aparılan islahat-ların böyük bir qismi idarəetmə strukturlarının təkmilləşdirilməsi ilə əlaqədar olmuş, bununla bağlı dövlət başçısının hələ ilin əvvəlində imzaladığı “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqın-da” 2019-cu il 17 yanvar tarixli fərmanından sonra il ərzində 30-dan artıq fərman və sərəncam verilmişdir. Ümumiyyətlə, ötən il Azərbaycan Prezidentinin im-zaladığı 308 qanun, 452 fərman, 880 sərəncamın bir çoxu dövlət quruculuğu, sosial-iq-tisadi sahədə idarəetmə və s. məsələlər barəsində olmuşdur. Bütün bunlar cəmiyyətdə böyük rəğbətlə qarşılanmışdır.

Dövlət başçısının 2019-cu il aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanla bu sahədə

böyük dəyişikliklər baş vermiş-dir. Struktur islahatlarının davamı olaraq Azərbaycan Respubli-kası Prezidentinin 2019-cu il 29 noyabr tarixli sərəncamı ilə Prezident Administrasiyasının strukturunda edilmiş dəyişiklikləri də xüsusi vurğulamaq lazım-dır. Bu sərəncamla Azərbaycan Prezidenti respublikadakı bütün strukturların işinin yenidən qurul-masının vacibliyini göstərmiş və bu işin davamlı olacağını bir daha təsdiq etmişdir.

Azərbaycan Prezidenti ötən ili səciyyələndirərkən bir daha vur-ğulamışdır: “2019-cu il tarixdə dərin islahatlar ili kimi qalacaq. Siyasi islahatlar, kadr islahatla-rı, struktur islahatları, iqtisadi, siyasi və sosial sahələrdə apa-rılan islahatlar bizim gücümüzü artırmışdır”.

Azərbaycanda aparılan isla-hatların miqyası olduqca geniş və şaxəlidir. Bu islahatlar hətta inqilabi islahatlar adlandırılır və onların ölkə həyatının bütün sahələrində, xüsusilə idarəetmə strukturlarının işinin yenidən qu-rulmasında böyük rol oynayacağı şübhə doğurmur. Xalq tərəfindən xüsusi dəstəklənən bu islahatlar ölkənin inkişafını yeni səviyyəyə qaldırmaq, cəmiyyətin inkişafına mane olan, hər bir vətəndaşı narahat edən və ölkənin imicinə xələl gətirən neqativ halları tam aradan qaldırmaq məqsədi daşı-yır.

Aparılan islahatların innovativ xarakter daşımasını Azərbaycan Prezidentinin qarşıya qoyduğu vəzifələrə uyğun olaraq Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan və 100-dən artıq xidməti özündə cəmləşdirən DOST mərkəzlərinin fəaliyyətinə dövlət başçısının verdiyi qiymət daha aydın göstərir. Prezident İlham Əliyev deyir: “Bizim siyasətimiz, demək olar ki, DOST mərkəzlərində öz əksini tapır – islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texno-logiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Yəni, bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz məhz bu yolla inkişaf etməlidir. Müasir-lik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək”.

Bu il fevralın 12-də Kürdəmir

rayonunda “ASAN xidmət” mərkəzinin açılışında isə Azərbaycan Prezidenti 2020-ci ili “Könüllülər ili” elan etdiyini xüsusi vurğulayaraq, könüllülüyün bizim genetik kodumuza yazıl-mış sarsılmaz dəyərlərimizdən biri olduğunu, xalqımıza xas olan bütün amilləri, əlamətləri özündə cəmləşdirdiyini bir daha qeyd etmişdir. Hazırda fəaliyyət göstərən 2 DOST mərkəzi bir çox xidmətləri özündə cəmləşdirməkdədir və bu mərkəzlərin sayı yaxın vaxtlarda 31-ə çatdırılacaqdır.

Azərbaycanın beynəlxalq qurumlar tərəfindən qəbul edilən və sevinc doğuran uğur-ları gündən-günə artır. 2019-cu ildə iqtisadi sahədə əldə edilən nailiyyətlərimiz Dünya Bankı, Davos Forumu və digər nüfuzlu

beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilərək, ölkəmiz ən islahatçı dövlətlərdən biri hesab edilmiş və bu islahat-ların istər siyasi, istər iqtisadi, istər sosial, istərsə də idarəetmə sahələrini əhatə etməsi xüsusi vurğulanmışdır.

Azərbaycan Prezidenti beynəlxalq maliyyə qurumlarının ölkədə görülən işlərə, o cümlədən həyata keçirilən islahatlara verdiyi qiyməti dəyərləndirib sanki ölkəmizin uğurlarını görmək istəməyən qüvvələrə üzünü tutaraq bildirir: “Davos Ümumdünya Forumu bizi çox yüksək yerlərə layiq görür, o cümlədən islahatların aparıl-ması istiqamətində. İslahatlara meyillilik və rəhbərliyə olan inam əmsalına görə biz dün-yada birinci onluqdayıq. Özü də bunu biz yox, Davos deyir. Dünya Bankı nə deyir? Deyir ki, Azərbaycan 20 ən islahatçı ölkə sırasındadır. İslahatlar bizim şüurlu seçimimizdir. Elə fərz edə bilərik ki, nəyə lazımdır bu islahatlar? Onsuz da hər şey yolunda gedir, ölkə inkişaf edir, yeni müəssisələr açılır, abad-lıq işləri görülür. Yox, struktur islahatları, siyasi islahatlar, iqtisadi islahatlar lazımdır”.

Aparılan köklü islahatlara görə Azərbaycan Dünya Bankının yaydığı “Doing Business 2020” hesabatında 190 ölkə arasın-da 34-cü yerdə, Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik İndeksi” üzrə 141 ölkə arasında 58-ci yerdə, ümumi infrastruk-turun inkişafına görə isə 26-cı yerdə qərarlaşmışdır. “İnklüziv

inkişaf indeksi” adlı illik hesabat-da Azərbaycan inkişaf etməkdə olan 80 ölkə arasında 3-cü yerə yüksəlib. Azərbaycanın kreditin əlçatanlığı üzrə 1-ci, biznesə başlamaq imkanları üzrə 9-cu, müqavilələrin icrası üzrə 28-ci yeri tutması diqqətəlayiqdir. Yuxarıda göstərilən mötəbər qurumların təhlillərindən görü-nür ki, Azərbaycanda aparılan balanslaşdırılmış iqtisadi, sosial və humanitar siyasət dünyada davamlı inklüziv inkişafın planlaş-dırılması və idarə edilməsinin ən yaxşı nümunəsidir.

Azərbaycan Respublikası sosial siyasət üzrə də dünya li-deri mövqeyindədir. Davos Dün-ya İqtisadi Forumunun təsisçisi və prezidenti professor Klaus Şvabın hazırladığı hesabatda 141 ölkənin iqtisadi potensialı təhlil edilərək həmin ölkələrin iqtisadi imkan-ları rəqabətlilik, sosial siyasətin vəziyyəti, əhali arasında gəlirlərin nə dərəcədə ədalətli bölünməsi əsasında müəyyən edilmiş və burada ölkəmiz üçün sosial siyasətin əsas prioritet olduğu müəyyən edilmişdir.

Növbəti Davos Forumu ərəfəsində forumun rəsmi saytında “Prezident İlham Əliyev: Azərbaycanın vahid və dayanıqlı dünyada rolu” adlı məqaləsi dərc edilmiş və orada Azərbaycan Prezidenti ölkəmizin son illər qazandığı nailiyyətləri 2007-ci ilin göstəriciləri ilə müqayisə etmiş, bu illər ərzində Azərbaycan iqtisadiyyatının həcminin 80 faiz, o cümlədən qeyri-neft sektorunun 2,1 dəfə, strateji valyuta ehtiyatlarının 13 dəfə artdığını, yoxsulluğun 4 dəfədən çox azaldığını, işsizliyin 4,9 faizə endirildiyini, 2009-cu və 2019-cu illərdə forum tərəfindən Azərbaycanın ən islahatçı ölkə hesab edildiyini, bu dövrdə ölkəyə 111 milyard dollar xarici inves-tisiya qoyulduğunu, ölkəmizin dünya enerji sisteminə töhfəsini, bu sahədə qlobal layihələr həyata keçirdiyini vurğulamışdır.

Azərbaycan Prezidenti hər il olduğu kimi bu il də Davos Foru-munun ən fəal iştirakçılarından biri kimi dünyanın 117 ölkəsindən 53 dövlət və hökumət başçısı-nın, habelə beynəlxalq maliyyə qurumlarının, dünyanın aparıcı şirkətlərinin rəhbərlərinin iştirak etdiyi bu nüfuzlu tədbirdə diqqət mərkəzində olmuşdur. Qısa za-man ərzində dövlət başçısı onlar-la görüş keçirmiş, Azərbaycanın iqtisadi inkişafına təkan verəcək müasir texnologiyaların ölkəmizə gətirilməsi barədə həmin qu-rumların rəhbərləri ilə danışıqlar apararaq razılıq əldə etmiş, xüsusilə Dünya İqtisadi Foru-munun Azərbaycanda regional mərkəzinin yaradılması haqqında forumun icraçı direktoru Borge Brende ilə niyyət protokolu imza-lamışdır. Artıq 50 illik yubileyini qeyd edən bu mötəbər forum

çərçivəsində qəbul edilən mühüm qərarlardan biri də “Naxçıvan” və “Qoşadaş” yataqlarının Rusi-yanın “LUKOIL” şirkəti ilə birgə işlənilməsi barədə razılıq əldə edilməsidir.

Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət ölkəmizin mənafelərinin bü-tün beynəlxalq təşkilatlarda və dövlətlərarası münasibətlərdə cəsarətlə qorunmasına, xalqın böyük etimad və hörmətinin qazanılmasına gətirib çıxarmış-dır. Dünyada baş verən siyasi burulğanlar, hərbi münaqişələr və iqtisadi böhranlar mühitində böyük güclərin qurduğu siya-si labirintlərdə dəqiq mövqe nümayiş etdirməsi və düzgün yol seçməsi xalqın öz Prezi-denti ətrafında sıx birləşdiyini, Azərbaycanın bütün təhdidlərə və çağırışlara hazır olduğunu bir daha təsdiq etmişdir.

Azərbaycan Prezidenti Vətənimizin müstəqillik illərində, xüsusilə son 26 ildə əldə etdiyi nailiyyətləri səciyyələndirərkən çox haqlı olaraq qeyd edir ki, Azərbaycan artıq 26 ildir sabitlik şəraitində yaşayır və bu illər ərzində ölkəmiz bir əsrə bərabər inkişaf yolu keçmişdir və bu gün dün-ya miqyasında güclü ölkələr sırasındadır.

Azərbaycanın dünya arena-sında sabit və güclü mövqeyini son dövrlərdə, xüsusilə ötən 2019-cu ildə respublikamızda keçirilən çoxsaylı beynəlxalq tədbirlər, dünyanın bir çox tanınmış dövlət və hökumət başçılarının Azərbaycana, eləcə də dövlətimizin başçısının xarici ölkələrə rəsmi və işgüzar səfərləri bir daha təsdiq etdi. Keçən il dünyanın 40-dan çox dövlət və hökumət başçısı Bakıya səfər etmiş, ölkədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Qoşulma-ma Hərəkatının zirvə görüşləri ke-çirilmiş, 120-dən artıq üzv ölkənin yekdil qərarı ilə Azərbaycan ən nüfuzlu beynəlxalq təsisatlardan sayılan bu hərəkata sədrliyi öz üzərinə götürmüşdür. Dünya Dini Liderlərinin Zirvə Görüşünə 70 ölkədən dini liderlər təşrif buyur-muş, bundan başqa UNESCO-nun Dünya İrs Komitəsinin sessiyası da respublikamızın paytaxtında keçirilmişdir. Aydındır ki, belə tədbirlər bundan sonra da ardıcıl surətdə davam etdiriləcək və onlar Azərbaycanın beynəlxalq nüfuzunun getdikcə artmasına xidmət edəcəkdir.

Azərbaycanın iqtisadi uğurlarının qazanılmasında respublikanın Prezidenti İlham Əliyevin ulu öndər Heydər Əliyev siyasətinə sadiqliyi, onun müəyyən etdiyi neft strate-giyasını uğurla həyata keçirməsi, neftdən əldə edilmiş gəlirlərin qeyri-neft sektorunun inkişafı, həmçinin ölkənin və xalqın mənafeyi üçün sərf edilməsi, bəzi

ölkələrdə olduğu kimi, neftdən asılılığın xalqın faciəsinə gətirib çıxarmasının qarşısının alın-ması, sosialyönümlü siyasətə geniş meydan verilməsi, xalqın bütün təbəqələrinin faydalandığı infrastruktur layihələrinin bö-yük cəsarətlə reallaşdırılması, iqtisadiyyatın müasir texnologi-yalar əsasında yenidən qurula-raq şaxələndirilməsi mühüm rol oynamışdır.

Məhz belə bir siyasətin xalq tərəfindən dəstəklənməsi, ölkədə sosial istiqamətdə görülən əvəzsiz işlər, o cümlədən 3 min 300-dən artıq məktəbin, 700-dən çox tibb ocağının tikilməsi, ölkənin hər yerində yol infrast-rukturunun tamamilə yenidən qurularaq 16 min kilometrdən çox yol çəkilməsi, ölkənin energetika sahəsində asılılığının tam aradan qaldırılaraq enerji ixracatçısı-na çevrilməsi, alternativ enerji mənbələrinin işə salınması, bir vaxtlar xaricdən maliyyə yardım-ları alan Azərbaycanın artıq donor ölkə kimi tanınması, əlbəttə, Prezident İlham Əliyevin yeritdiyi düzgün və alternativsiz siyasətin nəticəsi hesab edilməlidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış-larında və əməli fəaliyyətində xalq üçün çalışdığını və görülən bütün işlərin Azərbaycan vətəndaşlarının rifahına xidmət etdiyini dönə-dönə vurğulamışdır. Prezidentin sözü ilə işi arasında bir vəhdətin olduğunu, verilən hər vədin yerinə yetirildiyini görmək üçün sadəcə həyata keçirilən sosial layihələrə nəzər salmaq kifayətdir.

Dövlət başçısının keçən ilin əvvəlində bəyan etdiyi kimi, vergi və gömrük orqanlarında aparıl-mış islahatlar nəticəsində əldə edilən vəsaitin sosial paket kimi əhaliyə təqdim edilməsi reallaş-mış və bu islahatlar nəticəsində əldə olunmuş 1 milyard manat-dan çox əlavə vəsait hesabına 4,2 milyon insanı əhatə etməklə minimum əməkhaqqı 2 dəfə, minimum pensiya məbləği 70 faiz, bəzi müavinətlər 50 faiz, bəziləri isə hətta 2 dəfə artı-rılmışdır. Bu gün Azərbaycan alıcılıq qabiliyyəti nəzərə alın-maqla minimum əməkhaqqı göstəricisinə görə MDB ölkələri arasında 2-ci, minimum pensi-yanın dollarla ifadəsinə görə isə 1-ci yerdədir. Azərbaycan Prezi-denti 2020-ci il yanvarın 13-də keçirilən müşavirədə xüsusi olaraq qeyd edir: “Sosial sahədə

gedən müsbət proseslər və vətəndaşların rifah halının yaxşılaşdırılması bizim üçün prioritet məsələ olaraq qalır”.

Ölkədə gedən bütün proseslərin nəbzini tutmaq, hər bir şəhərdə və rayonda gedən abadlıq, quruculuq proseslərini tənzimləmək, eyni zamanda, yaranan problemlərin həlli üçün operativ tədbirlər görmək baxı-mından respublikanın regionları-na edilən vaxtaşırı səfərlər böyük əhəmiyyət daşıyır.

2019-cu il oktyabrın 28-də Ağdaşda olarkən Prezident İlham Əliyevin dediyi fikirlər onun vətəndaşların problemlərinə göstərdiyi diqqəti bir daha sübut edir: “Vətəndaşlara xidmət etmək bizim borcumuzdur. Prezident kimi mənim əsas vəzifəm ölkə daxilində olan problemləri həll etməkdir. Ona görə də mən bölgələri gəzirəm, hər il bəlkə də 30-35 rayon-da oluram. Elə rayonlar var ki, 10 dəfədən çox olmuşam. Amma 4-5 dəfədən az oldu-ğum rayon yoxdur. Ona görə gəlirəm, vəziyyətlə tanış olu-ram, mövcud olan problemləri vətəndaşların dilindən eşitmək istəyirəm ki, o problemlər həll olunsun. Ona görə mənim işimin əsas hissəsini daxili məsələlər tutur və məhz buna görə Azərbaycan çox uğurla inkişaf edir”.

Ötən il “Şimal-2” Elektrik Stansiyası, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Karbamid”, “SOCAR Polymer” yüksək sıxlıqlı polietilen, Pirallahı Sənaye Parkında “Diamed Co” şpris istehsalı zavodları, Ağdaş-da Biyan Sənaye Parkı, Samur çayı üzərində yeni körpü və digər obyektlər istifadəyə veril-miş, Azərbaycan Prezidentinin səfərləri zamanı bir sıra tarix və mədəniyyət abidələrinin təmir və bərpadan sonra açılışı keçirilmiş, eyni zamanda, vətəndaşlarla çoxsaylı görüşlər olmuşdur. Ağsu, İsmayıllı və Şamaxı rayonlarında zəlzələdən zərər çəkən insan-lar üçün qısa vaxtda 580 fərdi yaşayış evi tikilmiş, eyni zaman-da, 4 və 5 mərtəbəli binalarda 164 mənzil istifadəyə verilmişdir. Bir çox rayonda tarix-diyarşü-naslıq muzeyləri, xalçaçılıq müəssisələri, uşaq bağçaları və digər obyektlər inşa edilmiş, su təchizatı və kanalizasiya sistemləri yenilənmişdir.

(ardı 4-cü səhifədə)

“Bizim müstəqilliyimiz başlıca vəzifəmizdir. Azərbaycan müstəqil dövlətdir, qürurlu dövlətdir və gələcəyə çox nikbin baxan dövlətdir.”

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

V ətən deyib sevdiyimiz və asudə yaşadı-ğımız doğma Azərbaycanımızın taleyinə və tarixinə şanlı səhifə kimi yazılan daha bir ili şərəflə yola saldıq. Əvvəlki

illərdə olduğu kimi, ötən 2019-cu il də sülh, əmin-amanlıq, inkişaf, tərəqqi, islahat və yüksəliş ilinə çevrildi. Dövlətimizin başçısı, müdrik siyasi xadim İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində respublikamız nəinki regionda, dünya ölkələri sırasında da yüksək mövqelərini qorudu və sürətli inkişafına görə çoxlarını heyrətə saldı. Ulu öndər Heydər Əliyevin miras qoyduğu dövlətçilik prinsiplərini, mənəvi dəyərləri qoruyub saxla-yan və zənginləşdirən Prezident İlham Əliyevin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəal iştirakı ilə həyata keçirdiyi inqilabi və dərin islahatlar xalqımızda bu günə və sabaha qəti inam yaratdı, həyata keçirilən islahatların böyük səmərə verəcəyinə, Azərbaycanda həyatın bütün sahələrinin davamlı inkişaf edəcəyinə, xalqın güzəranının daha da yaxşılaşacağına heç bir şübhə yeri qoymadı.

Ötən il aparılan islahatlar ölkənin həyatına yeni impuls verdi, vətəndaşların fəallığı daha da artdı, onlar qarşılaşdıqları problemlərin həlli, ümumi inkişafımıza müsbət təsir göstərən işlərin davam etdirilməsi, eyni zamanda, dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, hər yerdə şəffaflığın artırılması və insanları narahat edən məsələlərin operativ həlli üçün aktiv həyat mövqeyi nümayiş etdirdilər. Bu mövqe Prezident Administ-rasiyasına daxil olan vətəndaş müraciətlərində də hərtərəfli əksini tapıb. AZƏRTAC Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun 2019-cu ildə vətəndaşları düşündürən, onları narahat edən məsələlərin dövlət qurumlarında necə həll olunma-sından, bu işə ölkə rəhbərliyi tərəfindən göstərilən yüksək diqqət və tələbkarlıqdan bəhs edən geniş təhlili məqaləsini oxuculara təqdim edir.

“Azərbaycan artıq 26 ildir ki, sabitlik şəraitində yaşayır və bu illər ərzində ölkəmiz bir əsrə bərabər inkişaf yolu keçmişdir”.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

18 fevral 2020-ci il, çərşənbə axşamı 3

Page 4: Münxen Təhlükəsizlik Konfransı Ermənistan rəhbərliyi üçün ...

Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır(əvvəli 3-cü səhifədə)

2019-cu ildə Azərbaycanın həyata keçirdiyi qlobal layihələrin icrası davam etdirilmiş, no-yabr ayında Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində Cənub Qaz Dəhlizinin əsas hissəsinin – TANAP qaz kəmərinin açılışı olmuş, 6,5 milyard dol-lara başa gələn və gələcəkdə Azərbaycana 100 milyard dollaradək gəlir gətirəcək bu kəmər işə salınmış, TAP layihəsi üzrə əsas işlər isə yekunlaşmaq-dadır. Həmçinin Azərbaycanın son illərdə yaradılan logistika imkanları öz bəhrəsini verməkdədir və təkcə keçən il Azərbaycan üzərindən 13 milyon 950 min ton yük daşınmışdır.

Azərbaycanın 2019-cu ildə qazandığı nailiyyətlər barədə Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə Azərbaycan xalqına təbrikində ətraflı bəhs edərək, xalqın güzəranını yaxşılaşdırmaq üçün görülən işləri, iqtisadi göstəriciləri, həmçinin sosial tədbirləri şərh etmiş, bütün islahatların xal-qın güzəranını yaxşılaşdırmaq üçün həyata keçirildiyini qeyd edərək demişdir: “Bizim sosial siyasətimiz bir daha onu göstərir və mən dəfələrlə bəyan etmişəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əminəm ki, gələcək illərdə iqtisadi imkan-larımız genişləndikcə sosial sahəyə bundan da böyük diqqət göstəriləcək”.

Azərbaycanın 2019-cu ildə əldə etdiyi bütün nailiyyətlər ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən innovativ inkişaf strategiyasının bəhrəsidir. Bu gün Azərbaycanın son 16 ildə əldə etdiyi göstəricilər təhlil edilərkən onun dünyanın

ən güclü dövlətlərində olan artım səviyyəsindən heç də geri qalma-dığı məlum olur.

Dövlət başçısı bu il yanvarın 13-də keçirilmiş və 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Azərbaycanın iqtisa-di nailiyyətlərini qonşu ölkələrlə, xüsusilə Ermənistanla konkret rəqəmlər əsasında müqayisə etmişdir. Azərbaycan Prezidentinin çıxışını hər kəsin izlədiyini nəzərə alaraq, deməliyik ki, göstərilən rəqəmlər müqayisəolunmaz dərəcədə fərqlənir və onların hamısını təkrar sadalamağa ehtiyac belə yoxdur. Azərbaycanın nailiyyətlərinin göz qabağında olduğu aydın görünür. Təkcə bir fərqi göstərmək kifayətdir ki, ordumuz dünyanın ən güclü orduları reytinqində 52-ci yerdə, Ermənistan ordusu isə 96-cı yerdədir. Burada bir məsələni mütləq nəzərə almaq lazımdır ki, Azərbaycan bütün nailiyyətləri öz gücü, öz imkanları hesabı-na, apardığı düzgün iqtisadi siyasət sayəsində əldə etmişdir. Şübhə yoxdur ki, öz işğalçılıq siyasətinin girovuna çevrilən, əslində vassal dövlət olaraq xarici ianələr, yardımlar hesabı-na yaşayan Ermənistan mütləq iqtisadi cəhətdən çökəcək və qüdrətli ordumuz qarşısında tab gətirməyərək tezliklə müqəddəs torpaqlarımızı tərk edəcəkdir.

Ölkənin uğurlu inkişafı, ilk növbədə, xalqın iqtida-ra inam və hörmətindən, ona güvənməsindən və onu daim dəstəkləməsindən irəli gəlir. Bu baxımdan Azərbaycanın dövlət başçısına yalnız qibtə edilə bilər. Azərbaycan Prezidentinin 2019-cu il oktyabrın 28-də Ağdaş rayonun-dakı görüşündə qeyd etdiyi kimi: “Xalqın hökumətə inamına görə

indi biz birinci onluqdayıq. Bu, nəyi göstərir? Bunu biz demi-rik, bunu geniş təhlil aparan dünyanın ən mötəbər qurum-ları deyir və bu da həqiqətdir. Bizim gücümüzün də mənbəyi budur. Çünki xalq-iqtidar birliyi bizim inkişafımızı şərtləndirir və bu dəstək bizə güc verir ki, biz öz sözümüzü deyək, öz mövqelərimizi müdafiə edək”.

Bu birliyin, bu dərin hörmətin kökündə ölkədə aparılan böyük quruculuq işlərinin, ilk növbədə, ardıcıl davam etdirilən sosial siyasətin dayandığı hamıya ay-dındır. Sosial problemlərin uğurla həlli Azərbaycan xalqının gündəlik həyatında və güzəranında öz əksini tapır və onun dövlətə ina-mını daha da yüksəldir. Prezident İlham Əliyev bunu öz çıxışlarında daim vurğulayaraq 2019-cu il martın 7-də Ağsu rayonundakı çıxışında bildirir: “Prezident kimi həmişə çalışmışam ki, Azərbaycan xalqına ləyaqətlə xidmət edim. Vətəndaşları narahat edən problemlərin həlli üçün bütün lazımi addımlar atılacaq”.

Azərbaycanın bugünkü nailiyyətlərinin qazanılmasında ölkədə yeni təsis olunan və artıq özünü ölkə həyatının mühüm qollarından biri kimi təsdiq etmiş vitse-prezidentlik institutu da mühüm rol oynayır. Azərbaycan xalqının xüsusi hörmətini və etimadını qazanmış Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində bunun çox uğurlu bir yenilik olduğu öz təsdiqini tapmışdır. Ölkənin Birinci vitse-prezidenti artıq bir çox mühüm yeniliklərin təşəbbüskarına çevrilmişdir. Mehriban xanım Əliyevanın gördüyü işlər son dərəcə əhatəli və vacibdir, ölkəmizin iqtisadi inkişafına, bir çox vacib sosial problemlərin həllinə, xarici ölkələrdə həyata keçirilən humanitar layihələr vasitəsilə mövqelərimizin gücləndirilməsinə, bütövlükdə ümumi işimizə verilən böyük töhfədir. Təsadüfi deyildir ki, Azərbaycan vətəndaşları bir çox problemlərinin həlli üçün ona müraciət edir və haq-lı tələblərinin əksəriyyətinə müsbət cavab ala bilir, zəruri yardımlar əldə edirlər.

Respublikanın Birinci vitse- prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsində, onun dünyada siyasi nüfuzunun gücləndirilməsində də böyük xidmətləri danılmazdır. Nəinki Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda, özünü qətiyyətli, güclü ictimai-siyasi və dövlət xadimi, güclü şəxsiyyət, ən işgüzar birinci xanım kimi tanıt-mış bu yorulmaz insan tükənməz enerji ilə çalışaraq mühüm dövlət işlərini vətəndaş, ailə qayğıları ilə uzlaşdıra bilmiş, elm və sənət

adamının da, din xadiminin də, əsgər və zabitin də, sıravi insa-nın da ümid və pənah ünvanına çevrilmişdir. Onun ötən il etdiyi 8 xarici səfəri, keçirdiyi 30-dan çox görüşü, ölkədə 12 mərkəzin açılışında iştirakı və gördüyü misilsiz işlər müqabilində aldı-ğı mükafatlar buna sübutdur. 2019-cu ilin avqustunda Mehriban xanım Əliyevanın Rusiya Federa-siyasına rəsmi səfəri təkcə onun üçün deyil, bütün xalqımız üçün əlamətdar hadisə oldu. Həmin səfər zamanı onun Rusiya Fede-rasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Dostluq” orde-ni ilə təltif edilməsi, iyul ayında Bakıda keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında BMT-nin Baş katibi-nin müavini Liu Cenmin tərəfindən BMT-nin rəqəmsal idarəetmənin inkişafı sahəsində xüsusi mükafa-tının təqdim olunması, daha sonra Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilməsi onun əməyinə verilən yüksək qiymətdir. Ancaq Mehriban xanım Əliyevanın ən böyük mükafatı xalqımızın ona bəslədiyi sonsuz inam və tükənməz məhəbbətdir.

Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsində, mədəniyyət və incəsənətinin dün-yaya tanıdılmasında, ölkəmizdə keçirilən böyük humanitar və idman tədbirlərinin təşkilində mühüm rol oynayan Birinci vitse-prezident Mehriban xanım Əliyeva vətəndaşların problemlərinin həllində, onların müraciətlərinə daha diqqətlə baxılmasında var qüvvəsi ilə çalışır. Məhz onun təşəbbüsü, habelə Heydər Əliyev Fondunun birinci vitse-prezidenti Leyla xanım Əliyevanın yaxından köməyi və iştirakı ilə respublikada böyük humanitar tədbirlər keçirilir, ehtiyacı olan insanlara dəstək və yardımlar göstərilir, insanların öz qabiliyyətini və işgüzar potensialı-nı üzə çıxarması üçün bir-birindən uğurlu layihələr reallaşdırılır. Belə tədbirlərin təkcə respublika daxilində deyil, ölkəmizin hüdud-larından kənarda da keçirilməsi, Xocalı soyqırımı, 20 Yanvar faciəsi kimi tarixi hadisələr barədə dünya ictimaiyyətinə obyektiv məlumat verilməsi daim müsbət qiymətləndirilir. Xüsusilə məcburi köçkünlərin, şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçıla-rının və bu qəbildən olan digər insanların həyat şəraitinin yax-şılaşdırılması, onlara qayğının gündən-günə artırılması xalqımız tərəfindən böyük minnətdarlıqla qarşılanır.

2019-cu il Azərbaycanın təkcə iqtisadi sahədə deyil, digər sahələrdə də böyük uğurları ilə yadda qalmışdır. Azərbaycan Respublikası Prezidentinin il ərzində açılışını etdiyi saysız-he-sabsız istehsalat və sosialyönümlü obyektlər, eləcə də yeni qlobal və yerli infrastruktur layihələri üçün

ayırdığı vəsaitlər, təsdiq etdiyi geniş proqramlar və yol xəritələri Azərbaycanın növbəti ildə də qa-zanacağı böyük uğurların təməlini qoymuşdur.

Azərbaycan Respublikası-nın Milli Məclisinə bu il fevralın 9-da keçirilən növbədənkənar seçkilər də genişmiqyaslı islahat-ların tərkib hissəsidir. Beynəlxalq müşahidəçilər bu seçkilərin dünya standartlarına uyğun, obyektiv, ədalətli və tam şəffaf şəraitdə keçirilməsini yüksək qiymətləndirmiş, bu seçkilər əsl vətəndaş fəallığı nümunəsinə, xalqın iradəsinin sərbəst, azad ifadəsinə, bir sözlə, demokratiya-nın təntənəsinə çevrilmişdir.

Görülən işlərin əzəmətini əks etdirən

minnətdarlıq məktublarıÖlkə vətəndaşları hər zaman

olduğu kimi, 2019-cu ildə də sosial problemlərinin həlli, həyata keçirilən abadlıq-quruculuq işləri, ölkəmizin qazandığı nailiyyətlər və uğurlarla əlaqədar dövlətimizin başçısına çoxsaylı minnətdarlıq məktubları göndərmişlər. Onlar öz problemlərinin həlli ilə yanaşı, respublikada aparılan əzəmətli quruculuq işlərindən duyduqları böyük sevinc hissini ifadə etməyi özlərinə borc hesab edirlər. Belə məktublar, demək olar ki, Azərbaycanın bütün bölgələrini əhatə edir. Eyni zamanda, xarici ölkə vətəndaşlarından, habelə xarici ölkələrdə yaşayan soydaş-larımızdan daxil olan minnətdarlıq məktubları da az deyildir.

Vətəndaşlar dövlətin həyata keçirdiyi siyasəti, dövlət başçısının xalqa olan diqqət və qayğısını təqdir etdikləri kimi, Prezident İlham Əliyev də xalqın ümumi məsələlərə münasibətini, dövlətin öz xalqından güc aldığını vur-ğulayaraq deyir: “Bütün bunlar əlbəttə ki, gördüyümüz işlərə verilən yüksək qiymətdir. Ən böyük qiymət Azərbaycan xalqı tərəfindən verilən qiymətdir. Bu yaxınlarda aparılan sorğuya əsasən demək olar ki, əhalinin mütləq əksəriyyəti Azərbaycan rəhbərliyini, bizim apardığı-mız siyasəti birmənalı şəkildə dəstəkləyir. Əlbəttə ki, bu dəstək bizə güc verir, iradəmizi artırır və biz islahatlara daha da böyük həvəslə, daha da böyük imkanlarla meyil göstəririk, bu islahatları aparırıq”.

Yola saldığımız 2019-cu il ölkə tarixində mühüm sosial islahatlar ili kimi yadda qaldığına və bu islahatların təsir dairəsi çox geniş olduğuna görə bununla bağlı il ərzində xeyli minnətdarlıq məktubu daxil olmuşdur. Ümumiyyətlə, ölkəmizin sürətli inkişafı və bunun fonunda xalqı-mızın güzəranının yaxşılaşması vətəndaş məktublarının mütləq əksəriyyətini səciyyələndirən əsas mövzulardandır. Gəncədən

M.Orucov, K.Əhmədov və başqaları dövlət başçısına müraciətlərində yazırlar: “Sizin respublikamıza rəhbərliyiniz dövründə ölkəmizin sosial-iqtisadi inkişafı üçün çox işlər görülüb, uğurlu siyasətiniz nəticəsində Azərbaycan iqtisadi cəhətdən qüdrətli ölkəyə çevrilib, xalqımız isə daha firavan yaşayır. Bütün bunlar Sizin gərgin əməyinizin nəticələridir”.

Bakının Nəsimi rayonundan S.Salahov, Nizami rayonun-dan R.Naibova, Babək rayo-nundan M.Cəfərov, Şirvandan E.Hüseynov, Abşeronun Masazır kəndindən M.Hüseynov, Astara-nın Vaqo kəndindən Z.Abbasov, Balakənin Qullar kəndindən İ.Şıxməmmədov, Biləsuvarın Aşağı Cürəli kəndindən B.Əzizov, Cəbrayıldan məcburi köçkün C.Mehralıyev, Cəlilabadın Qa-rakazımlı kəndindən F.Ağayev, Gədəbəyin Gərgər kəndindən R.Abbasov, M.Nağıyev, Göyçayın Bığır kəndindən N.Qəhrəmanova, Qaxdan N.Məmmədov, Siyəzəndən A.Hüseynov, Şabranın Ağbaş kəndindən İ.Şahpələngova, Şəmkirin Qapan-lı kəndindən M.Həsənova, Tovuz-dan E.Qasımov və digər şəhər və rayonlardan olan vətəndaşlar Azərbaycanın son 26 ildə keç-diyi şanlı inkişaf yoluna nəzər salır, ölkəmizin qazandığı böyük nailiyyətləri vurğulayır, bütün bunlara görə ümummilli liderimiz Heydər Əliyevə Uca Allahdan rəhmət diləyir, onun ideyalarını cəsarətlə həyata keçirən dövlət başçısına dərin minnətdarlıqlarını ifadə edirlər.

Vətəndaşlar bu gün ölkəmizdə müşahidə olunan sürətli sosial-iqtisadi inkişafın respublikada demoqrafik vəziyyətə müsbət təsir göstərdiyini qeyd edərək, ötən il 10 milyonuncu Azərbaycan sakini-nin dünyaya gəlməsindən yaranan sevinclərini də bölüşür, bununla fəxr etdiklərini bildirirlər.

Suraxanının Hövsan qəsəbəsindən F.Hacıyev bu barədə fikirlərini belə ifadə edir: “Bir vətəndaş olaraq, 10 milyonun-cu Azərbaycan sakininin dünyaya gəlməsindən qürur hissi keçirirəm. Sizin Mehriban xanımla birlikdə uşağın doğulduğu səhiyyə ocağı-na getməyiniz, onun valideynləri ilə görüşüb səmimi söhbət etməyiniz, dövlət tərəfindən bu ailəyə mənzil verilməsi və he-sablarına vəsait köçürülməsi Azərbaycan vətəndaşına olan yüksək qayğının əyani sübutudur”.

Azərbaycan vətəndaşları ölkəmiz üçün taleyüklü məsələlərdə, xüsusilə Qarabağ məsələsində hər zaman bir-lik, həmrəylik nümayiş etdirir və dövlət başçısının hər bir qəti addımını dəstəkləyirlər. Ötən il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı dövlət başçısının Ermənistan baş nazirinin “Qara-bağ Ermənistanın bir hissəsidir və nöqtə” bəyanatının xülya olduğunu vurğulayaraq, “Qa-rabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” deməsi həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə ge-niş rezonans doğurdu. Bakının Binəqədi, Qaradağ, Nərimanov, Nizami rayonlarından, Naxçı-van Muxtar Respublikasından, Gəncə, Mingəçevir, Sumqayıt, və başqa şəhərlərdən, Abşeron, Ağdam, Balakən, Cəlilabad, Daşkəsən, Qobustan, Qubadlı, Qusar, Masallı, Salyan, Tərtər, Zərdab və digər rayonlardan bununla əlaqədar gələn onlarla fərdi və kollektiv minnətdarlıq məktubunda Prezidentin bu cəsarətli çıxışı ilə bağlı xoş sözlər əksini tapmışdır.

Xətai rayonundan A.Hacıyev yazır: “Valday” Beynəlxalq Dis-kussiya Klubunun sessiyasındakı çıxışınızı fəxrlə izlədim. “Qarabağ Azərbaycandır və nida işarəsi” deməyiniz məni həm qürurlandır-dı, həm də kövrəltdi. Mükəmməl, olduqca qətiyyətli və sərrast cavabdır”.

Ordu quruculuğu sahəsində görülən işlər də vətəndaşların hər zaman xüsusi önəm verdiyi məsələlərdən biridir. Azərbaycan Ordusunun maddi-texniki bazası-nın gücləndirilməsi, keçirilən xüsu-si təlimlər hesabına zabit və əsgər heyətinin peşəkarlıq səviyyəsinin ildən-ilə yaxşılaşdırılması

müsbət amil kimi dəyərləndirilir. Vətəndaşları ən çox razı sa-lan məqamlardan biri də hərbi hissələrdə əsgərlər üçün yaradılan yüksək şəraitdir. Əsgər ataları – Ordubaddan S.Qasımovun və Şəkidən İ.Nəcəfovun məktubları məhz bununla bağlıdır. Onlar ordudakı mövcud şəraiti təqdir etməklə yanaşı, övladlarının Vətən üçün xidmət etməkdən qürur hissi keçirdiklərini, Ali Baş Komandanın tez-tez cəbhə bölgəsində olma-sının, əsgərlərlə görüşüb onların durumları ilə maraqlanmasının hamıda böyük ruh yüksəkliyi ya-ratdığını bildirirlər.

Milli-mənəvi dəyərlərimizə, tarixi və mədəni irsimizə hörmət və ehtiramla yanaşılması, onların qorunub saxlanılması və təbliğ edilməsi dövlətimizin hər zaman xüsusi diqqətdə saxladığı məsələlərdir. Yola saldığımız 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi bunu bir daha təsdiq edir. Masallının Hişkədərə kəndindən müəllim-filoloq M.Şahbazova bu barədə yazır: “Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin şərəfinə və əziz xatirəsinə ehtiram əlaməti olaraq 2019-cu ili “Nəsimi ili” elan etməyiniz təqdirəlayiq bir addımdır. Bu, Sizin Azərbaycan mədəniyyətinə və ədəbiyyatına verdiyiniz böyük dəyərin daha bir nümunəsidir”.

Mart ayının 1-də dövlət baş-çısının mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görü-şü, həmin görüşdə səsləndirdiyi fikirlər, bunun ardınca martın 4-də və aprelin 17-də Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncamlar imzalaması, həmin tədbirdə bö-yük mesenat H.Z.Tağıyevin Bakı şəhərində heykəlinin qoyulma-sı təklifinə müsbət yanaşması həm yaradıcı insanlar, həm də sıravi vətəndaşlar tərəfindən çox bəyənildi. İsmayıllıdan Ş.Rəsulov və başqaları bunun-la əlaqədar fikirlərini belə ifadə edirlər: “Mədəniyyət və incəsənət xadimləri ilə görüşünüzə ba-

xan zaman Sizin bənzərsiz Prezident olduğunuzu bir daha dərindən dərk etdik. Övladla-rımızın, nəvələrimizin sabahı, gələcəyi üçün arxayın olub, Sizə, dövlətimizə minnətdarlığımızı bildirərək, Allaha şükür edir, ömrümüzü fıravanlıqla davam etdiririk”.

Ötən il iyulun 7-də Bakıda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasın-da Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi də ilin yaddaqalan uğurlarından biri oldu. Bunun-la bağlı dövlətimizin başçısına onlarla minnətdarlıq məktubu ünvanlanmışdır. Şəkidən 2-ci qrup Qarabağ müharibəsi əlili M.Əzizov yazır: “Bu tarixi hadisədən qürur hissi keçirirəm. Ölkəmizin daha da inkişafı, xalqımızın firavan yaşa-yışı, mədəniyyət nümunələrimizin bütün dünyaya nümayiş olunması istiqamətindəki səylərinizi alqışla-yır, Sizə cansağlığı, uğurlar, yeni-yeni nailiyyətlər arzulayıram”.

Qeyd edək ki, bundan əvvəl İçərişəhər, Qız qalası və Şirvan-şahlar Saray Kompleksi, Qobus-tan Qaya Sənəti Mədəni Landşaftı UNESCO-nun Ümumdünya İrs Siyahısına, həmçinin xalqımızın qeyri-maddi mədəni irsinin 13 nümunəsi həmin təşkilatın Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmşdir.

Bunlarla yanaşı, Bakı Dövlət Universitetinin 100 illik, Sumqa-yıt şəhərinin 70 illik yubileyləri ilə əlaqədar daxil olmuş çoxsaylı minnətdarlıq məktublarında həm ayrı-ayrı kollektivlər, həm də sadə vətəndaşlar Prezident İlham Əliyev tərəfindən göstərilən qay-ğıya, bu əlamətdar yubileylərdə onun şəxsən iştirakına, dərin məzmunlu nitqlərinə, etdiyi təltiflərə görə razılıq bildirirlər.

Hər kəsə məlum olduğu kimi, Azərbaycan dövləti so-sialyönümlü siyasət yürüdür, insanların sosial problemlərinin həllini diqqətdə saxlayır və bu istiqamətdə mühüm layihələr həyata keçirir. Ölkəmizdə işsizlik faizinin minimuma endirilməsi üçün müvafiq tədbirlər görülməkdədir. Nazirlər Kabineti-nin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının dediyi kimi, “İş yerlərinin yara-dılması üçün, əlbəttə ki, vacib amillərdən, vasitələrdən biri özünüməşğulluq proqramıdır”.

Ötən il özünüməşğulluq proqramına 10 min 352 nəfər cəlb olunmuşdur ki, bu da 2018-ci ildəkindən 72 faiz çox-dur. Proqrama cəlb olunan vətəndaşlarımızdan 6 min 395 nəfəri, yəni 62 faizi xüsusi kateqo-riyadan olan şəxslər, o cümlədən 2 min 373-ü əlilliyi olan şəxslər, 257-si şəhid ailəsi üzvləri, 1860-ı məcburi köçkünlər, 479-u ünvanlı sosial yardım alanlar, 1426-sı gənclərdir.

Bakının Nizami rayonun-dan R.Əhmədov, Gəncədən Ş.Abbasova, Astaranın Ərçivan qəsəbəsindən M.Səmədov, Cəbrayıldan V.Turabov, Cəlilabaddan B.Cabbarlı və başqaları (cəmi 117 nəfər), Go-ranboydan İ.Nəcəfov, Hacıqa-buldan N.Məmmədov, İmişlinin Cəfərli kəndindən N.Əliyev və başqaları (cəmi 92 nəfər), Qa-zaxdan N.Mahmudov, Sabira-badın Əsgərbəyli kəndindən İ.Əmiraslanov, Cavad kəndindən L.Fərəcova, Balvar kəndindən M.Bağırov, Əlicanlı kəndindən R.İsmayılov, Əhmədabad kəndindən N.Cavaxov, Tərtərin Qaynaq kəndindən H.Mahmudov və digər şəhər və rayonlardan aztəminatlı ailələrin rifahının yax-şılaşmasına müsbət təsir göstərən özünüməşğullluq proqramının həyata keçirilməsinə və onlara bu proqram çərçivəsində lazımi şəraitin yaradılmasına görə təşəkkür edirlər.

Bu məktubların bir çoxun-da vətəndaşlar aztəminatlı ailələrin ünvanlı sosial yar-dım proqramından asılılığının aradan qaldırılması, onların kiçik sahibkarlığa keçidinin təmin olunması məqsədi daşıyan özünüməşğulluq proqramını bəyəndiklərini və dəstəklədiklərini bildirir, yaradıl-mış imkandan səmərəli istifadə edərək təsərrüfatlarını ildən-ilə genişləndirməyə çalışdıqlarını və buna nail olacaqlarına inan-dıqlarını yazırlar.

(ardı 5-ci səhifədə)

“İslahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir, insanların rifah halını yaxşılaşdırmaq, daha güclü, qüdrətli dövlət qurmaqdır”.

İlham ƏLİYEV Azərbaycan

Respublikasının Prezidenti

“2019-cu ildə Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşamış, qurmuş, yaratmışdır. Bizim beynəlxalq mövqelərimiz daha da möhkəmlənmişdir.”

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

18 fevral 2020-ci il, çərşənbə axşamı4

Page 5: Münxen Təhlükəsizlik Konfransı Ermənistan rəhbərliyi üçün ...

Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır(əvvəli 4-cü səhifədə)

Biləsuvardan Y.Fətəliyev, T.Şirinov və başqaları (cəmi 73 nəfər) isə fikirlərini belə ifadə edirlər: “Özünüməşğulluq proq-ramının çox böyük əhəmiyyəti var. Sizin tapşırığınız əsasında icra olunan proqrama biz də cəlb edilmişik. Çoxdan idi ki, öz təsərrüfatımızı yaratmaq istəyirdik, lakin maddi imkanımız yetərli olmadığına görə bunu edə bilmirdik. Özünüməşğulluq proqramı bu sahədə bizə çox böyük kömək oldu. Proqrama uyğun olaraq bizə mal və materi-allar verildi, indi hər birimiz öz ailə təsərrüfatımızı qurmuşuq”.

Sosial məsələlərin həllində, o cümlədən əhalinin məşğulluğunun təmin edilməsində mühüm töhfələrdən biri də Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin yaradılmasıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu il mayın 9-da Bakının Yasamal rayonunda DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılış mərasimində de-mişdir: “Sosial sahə bizim üçün prioritet sahədir. Bu sahəyə çox böyük diqqət göstərilir və bu istiqamətdə aparılan islahat-lar artıq özünü göstərir. DOST Agentliyinin yaradılması bu istiqamətdə atılmış çox önəmli islahatdır. Növbəti illərdə bu agentliyin fəaliyyətinin genişləndirilməsi, əminəm ki, vətəndaşlar tərəfindən də çox yüksək qiymətləndiriləcək”.

Lerikdən G.Quliyevanın məktubunu buna misal göstərmək olar. O, yazır: “Dolanışığımızı daha da yaxşılaşdırmaq üçün müraciət etmişdim. Müraciətimə baxıldı və məni “DOST İş Mərkəzi”ndə işə götürdülər. Ailəmizin maddi vəziyyəti xeyli yaxşılaşdı”.

Sosial məsələlər barədə digər müraciətlərdə Pirallahı-dan F.Məmmədov, Lənkəranın Liman şəhərindən H.Əzizov, M.Qasımova, N.Hüseynova, Hacıqabulun Atbulaq kəndindən R.Rəhimov da işlə təmin olunmalarına görə təşəkkür edir, Göygöldən S.Rzayeva, T.Əhmədova ünvanlı sosial yar-dım verilməsinə, Sabirabaddan S.Abdullayev tənha ahıllara sosial xidmət göstərilməsinə, Samux-dan S.İsayev və başqaları xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün günərzi qayğı mərkəzinin yaradılmasına görə razılıq bildirirlər.

Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haq-qında” 2019-cu il 25 fevral tarixli sərəncamı ilə sosial müavinətlərin artırılmasını, bəzi əhali qrupla-rı üzrə, o cümlədən müharibə veteranları üçün Prezident təqaüdünün təsis edilməsini, bütün qruplardan olan müharibə əlillərinə, habelə I qrup əlilliyə görə sosial müavinət alanlara, Böyük Vətən müharibəsi iştirak-çılarına və bir sıra digər şəxslərə verilən Prezident təqaüdünün məbləğinin artırılmasını vətəndaşlar çox böyük razılıqla qarşıladılar.

Bu məsələlərlə əlaqədar minnətdarlıq məktublarının coğ-rafiyası çox genişdir. Bakı, Culfa, Sədərək, Şahbuz, Lənkəran, Sumqayıt, Şirvan, Yevlax, Ağ-daş, Ağsu, Cəbrayıl, Cəlilabad, Goranboy, Göygöl, Hacıqabul, Xaçmaz, Xocavənd, İmişli, İsmayıllı, Qazax, Quba, Qusar, Lerik, Saatlı, Şamaxı, Ucar, Yardımlı, Zərdab, habelə digər şəhər və rayonlardan yüzlərlə belə məktub daxil olmuşdur.

Gədəbəydən I qrup əlil F.Alıyev dövlətimizin başçısının “I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında” 2019-cu il 3 may tarixli Sərəncamı əsasında təhsil haqqı ödənişindən azad olunduğuna görə yazır: “Bu, çox humanist və təqdirəlayiq bir addımdır.

Artıq ödənişli əsaslarla ali təhsil müəssisələrinə daxil olan əlil tələbələr təhsil haqqı problemi yaşamır və öz dərslərinə daha çox diqqət ayırırlar”.

Ölkəmizin sürətli iqtisa-di inkişafı sayəsində həyata keçirilən uğurlu sosial siyasət əhalinin bütün kateqoriya-larını əhatə edir. Onlar bu siyasətin nəticəsini öz gündəlik həyatlarında görür, hiss edir və bununla əlaqədar təşəkkür etməyi də yaddan çıxarmır-lar. Şəhid ailələrinin üzvləri və

Qarabağ müharibəsi əlilləri – Nəsimidən Z.Umarov, Pirallahı-dan T.Abbasov, Mingəçevirdən A.Xəlilova, Q.Xuduyeva və başqaları bu kateqoriyadan olan vətəndaşlara verilən Prezi-dent təqaüdünün artırılmasına, Xəzərdən B.Hüseynova, Yasa-maldan R.Ərəbxanova, Abşe-ronun Məhəmmədi kəndindən Y.Nadirli, Saray qəsəbəsindən İ.Quliyev, Ağcabədinin Yu-xarı Qiyaməddinli kəndindən T.Qasımov, D.Əliyeva, Hacıbədəlli kəndindən N.Əsgərov mənzillə və ya fərdi yaşayış evi ilə təmin olun-duqlarına görə təşəkkür etmişlər.

Qaradağın Lökbatan qəsəbəsindən Vaqif və Şəfiqə Süleymanovlar, Nizami rayonun-dan (Bakı) G.Ömərova, Şəkinin Kiş kəndindən E.Aslanova, Ağ-damdan Ə.Səfərova və başqa-ları, Göygöldən H.Verdiyeva və başqaları, Masallının Qarğalıq kəndindən H.Vəliyev, Sabiraba-dın Narlıq kəndindən H.Əliyev, digər şəhər və rayonlardan başqaları şəhid vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmənin verilməsinə görə Azərbaycan Prezidentinə minnətdarlıq məktubu ünvanla-mışlar.

Binəqədidən Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin həyat yoldaşı Qalina Hacıyeva isə bunları yazır: “Mən özüm əslən Belarusdanam. Artıq 30 ildən çoxdur ki, ailəmlə birlikdə sevimli Azərbaycanda yaşayıram. Bu müddət ərzində bizə göstərdiyiniz köməyə və dəstəyə görə bütün şəhid ailələri və Azərbaycanın Milli qəhrəmanlarının ailələri adından Sizə təşəkkürümü bildirmək istəyirəm. Sizə və Mehriban xanıma “Çox sağ olun!” deyirəm ki, Vətənimizin rifahı naminə yorulmadan çalışırsınız. Sizin sayənizdə ölkəmiz gözəl və firavan diyara çevrilib”.

Bundan başqa, Qaradağdan Ə.Zeynalov, Sabunçunun Ramana qəsəbəsindən V.Behbudov, Səbailin Badamdar qəsəbəsindən B.Ağayev, Naftalandan N.Məmmədov, Sumqayıtdan A.Eyvazov, Yevlaxın Qoyunbinəsi kəndindən

S.Əskərova, Abşeronun Xırdalan şəhərindən F.İsayev, Bərdənin Böyük Göyüşlü kəndindən Q.Kazımov, Daşkəsəndən S.Abdullayeva, Füzulinin Horadiz şəhərindən A.Abbasov, Neftçaladan G.Cəfərova və başqaları şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə göstərilən dövlət qayğısından razılıqlarını ifadə etmişlər.

Məcburi köçkünlər – Ağdam-dan N.Abbasov, N.Həsənov, Cəbrayıldan Ş.Muradxanlı, Qubadlıdan T.Əliyev və E.Baxşəliyev, Şuşadan K.Məmmədli, S.Muradov, digər şəhər və rayonlardan baş-qaları yeni salınmış yaşayış komplekslərində mənzillə təmin olunmaları ilə əlaqədar sevinc hisslərini bölüşürlər.

Füzulidən V.Ədilzadə, Xocavənddən T.Əliyev, Kəlbəcərin Ağcakənd kəndindən İ.Nuriyev, Zəngilandan K.Mahmudov, digər şəhər və rayonlardan başqaları məcburi köçkünlərə göstərilən dövlət qayğısından, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılmasından razılıqlarını bildirirlər. Ağsuda məskunlaşmış Laçından olan məcburi köçkün N.Rüstəmovun fikirləri maraq doğurur: “Siz məcburi köçkünlərin rahat yaşaması, övladlarımızın təhsil alması, ümumilikdə isə Azərbaycan xalqının firavanlığı üçün yorulmadan çalışır, bö-yük əmək sərf edirsiniz. Sizin sayənizdə on minlərlə məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır”.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə Tarif Şurasının qərarı ilə ötən il mayın 1-dən təbii qazın aşağı tariflə illik istehlak həcminin 1700 kubmetrdən 2200 kubmetrədək artırılması vətəndaşlar tərəfindən ölkəmizdə həyata keçirilən sis-temli sosial siyasətin davamı kimi qiymətləndirildi. Biləsuvardan E.Əliyevin məktubunda deyil-diyi kimi, bu, eyni zamanda, vətəndaşların ailə büdcəsinə dövlətimizin başçısı tərəfindən göstərilən dəstəkdir. Xətai rayonundan A.Hüseynovun, Astaradan E.Həbibovun, İmişlidən Q.Bayramovun, digər şəhər və rayonlardan başqalarının məktubları da bu qəbildəndir.

Azərbaycan Respublika-sında fiziki şəxslərin prob-lemli kreditlərinin həlli ilə bağlı tədbirlər görülməsi də vətəndaşlara göstərilən qay-ğıdan irəli gəlir və əhalinin güzəranının yaxşılaşmasına xidmət edir. Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev demişdir: “Digər önəmli məsələ problemli kreditlərlə bağlı idi. ...Bir neçə ölkədə bu məsələ ilə bağlı müəyyən addımlar atılmışdır, müqayisə aparmaq istəmirəm. Ancaq deyə bilərəm ki, bu məsələ ən genişmiqyaslı və vətəndaşları

təmin edəcək şəkildə, ədalətli şəkildə Azərbaycanda həll olunub. Nə üçün? Ona görə ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Biz Azərbaycan vətəndaşının rifahı üçün əlimizdən gələni edirik. Beləliklə, 100 minlərlə insanı narahat edən bu məsələ də uğurla həll olundu”.

Devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə üzləşdikləri maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə Azərbaycan Prezidentinin ötən il fevralın 28-də imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı bu baxımdan olduq-ca böyük əhəmiyyət kəsb etdi. Ümumilikdə, 602 min 347 fiziki şəxsi əhatə edən bu fərman çərçivəsində həmin şəxslərə 657 milyon manat məbləğində kom-pensasiya nəzərdə tutulmuş, artıq 2019-cu ildə 600 min nəfər üzrə 645 milyon manat kompensasiya ödənilmişdir. Beləliklə, fərmanın icra faizi əhatə dairəsi üzrə 99,6 faizə çatmışdır.

Xəzərin Binə qəsəbəsindən F.İsmayılov, Qaradağdan G.İsgəndərova, Nizami ra-yonundan (Bakı) Q.Salahov, Suraxanının Zığ qəsəbəsindən O.Süleymanova, Yasamal-dan N.Musayev, Naxçıvan şəhərindən M.Məmmədov, Şərur rayonunun Şəhriyar kəndindən İ.İbrahimov, Lənkəranın Şağlaküçə kəndindən N.Novruzov, Mingəçevirdən S.Rəşidova, Sumqayıtdan E.Vəliyev, Şəkidən T.Abdullayev, Yevlaxın Ərəş kəndindən G.Mürşüdova, Ağdamın Qa-sımlı kəndindən M.İsgəndərova, Ağstafanın Poylu kəndindən S.Əhmədova, Bərdədən A.Şükürzadə, Xocavənddən Ş.Dadaşova, İsmayıllıdan V.Ağayev, Qazaxın Orta Sa-lahlı kəndindən M.Alnazarova, Qəbələnin Kötüklü kəndindən N.Nəbiyev, Saatlıdan S.Əzizov, Şəmkirdən V.Cəfərova, Tovu-zun Aşağı Öysüzlü kəndindən Ə.Əhmədova, Zaqatalanın Faldarlı kəndindən A.Abdullayev, digər şəhər və rayonlardan olan vətəndaşlar ödəməkdə çətinlik çəkdikləri kreditlərə görə onlara müəyyən məbləğdə kompensasi-ya ödənilməsinə və ya borclarının silinməsinə görə razılıq etmişlər.

Şirvandan A.Allahverdiyevin məktubunda isə bu sözlər yer alır: “Siz bizi böyük bir çətinlikdən qur-tardınız. Problemli kreditlərin həlli istiqamətində atdığınız addım Sizin xalqın yanında olduğunuzu bir daha göstərdi”.

Dövlətimizin başçısının çətinliklə üzləşən vətəndaşlara dərhal kömək əlini uzatdığını ölkəmizdə baş verən təbii fəlakətlər və texnogen hadisələr dövründə hər zaman müşahidə etmişik. 2019-cu ilin fevral ayında Ağsu, İsmayıllı, Şamaxı rayonlarında baş vermiş zəlzələ ilə əlaqədar görülən işlər barədə həmin rayonlardan,

habelə Nərimanov, Nəsimi, Astara, Bərdə, Goranboy, Masallı, Zaqatala, digər şəhər və rayonlardan onlarla minnətdarlıq məktubu daxil olmuşdur. Dövlət başçısının zəlzələ baş verən bölgəyə getməsi, insanların üzləşdiyi problemlə yerində tanış olması və onların aradan qaldırılması barədə göstərişlər verməsi və müvafiq sərəncamlar imzalaması həmin rayonların sakinləri ilə yanaşı digər bölgələrdən olan insanlar tərəfindən də yüksək qiymətləndirilmişdir.

Qubadan T.Əmiraslanov yazır: “Bir neçə gün əvvəl zəlzələdən zərər çəkmiş insan-larla bərabər oldunuz, onların dərdini dinlədiniz. Bu mənzərə Sizin hər bir vətəndaşın yanında olduğunuzun əyani göstəricisidir”.

Qeyd edək ki, zəlzələ nəticəsində ziyan çəkmiş insan-lardan yeni evlə təmin olun-maları və evlərinin təmir-bərpa edilməsi barədə də minnətdarlıq məktubları daxil olmaqdadır.

Ağdamın Mirəşelli kəndindən M.Quliyev, Əfətli kəndindən M.Abdullayev, Kolqışlaq kəndindən R.Quluyev, Sarıcalı kəndindən E.Nəsirov isə düşmən atəşindən zərər görmüş evlərinin bərpa edilərək onlara təhvil verilməsindən sevindiklərini, bu addımın cəbhə bölgəsində yaşa-yan insanlara böyük mənəvi güc verdiyini vurğulayırlar.

Bakının Nizami rayonunda yerləşən “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın hadisəsi zamanı ziyan çəkmiş sa-hibkarlara dövlət tərəfindən maddi yardım göstərilməsi haqqında Azərbaycan Prezidentinin 2019-cu il 29 mart tarixli, həmçinin Gəncə şəhərində dördmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində qəzalı vəziyyətə düşmüş binanın sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaş-dırılması məqsədilə Prezidentin ehtiyat fondundan vəsait ayrılması barədə 2019-cu il 6 fevral tarixli sərəncamları da vətəndaşlarda böyük razılıq hissi doğurmuşdur. Bu hadisələrlə əlaqədar Xətai, Nərimanov, Yasamal, Gəncə, Mingəçevir, Ağdam, Biləsuvar, digər şəhər və rayonlardan daxil olmuş məktublarda bir fikir xüsusi vurğulanır: “Çox şadıq ki, dövlətimiz hər zaman olduğu kimi yenə çətinliklə üzləşmiş insanları darda qoymadı”.

Azərbaycan Prezidentinin humanizminin təcəssümü olan 2019-cu il 16 mart tarixli sərəncamı ilə ötən il ümumilikdə 431 nəfər əfv olunmuş, o cümlədən azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 399 nəfər cəzanın çəkilməmiş hissəsindən, 12 nəfər cərimə cəzasından, 11 nəfər şərti cəzadan azad edilmiş, 3 nəfərin cəza müddəti azaldılmış, qalan 6 nəfər barədə müvafiq humanist qərarlar verilmişdir.

Əfv olunaraq azadlığa çıxan Yasamal rayon sakini M.Səlimov da dövlətimizin başçısının insan amilinə verdiyi dəyəri xüsusi vur-ğulayaraq yazır: “Novruz bayramı ərəfəsində mərhəmət və huma-

nizm göstərərək yüzlərlə şəxs kimi mənə də ailəmə qovuşmağı hədiyyə etdiyinizə görə Sizə dərin təşəkkürümü, hörmət və ehtiramı-mı bildirirəm”.

Bu mövzuda daxil olmuş digər müraciətlərdə Sabunçunun Maştağa qəsəbəsindən T.Aslanov və Gəncədən C.Səfərova öv-ladlarının, Lənkəranın Liman şəhərindən R.Tahirli və Bərdənin Otuzikilər kəndindən S.Muradov özlərinin, Masallının Ərkivan qəsəbəsindən G.Məmmədova və başqaları ailə üzvlərinin əfv olun-masına görə Prezidentə sonsuz təşəkkür etmişlər.

Mingəçevirdən F.Hüseynov, Biləsuvardan M.Əliyev, Qusar-dan İ.Xankişiyev isə bu məsələyə öz vətəndaşlıq mövqelərini bildirərək qeyd etmişlər: “Əfv etmək böyüklüyün və humanizmin nümunəsidir. Qədirbilən xalqımız bunu yüksək qiymətləndirir. Biz də bunu alqışlayır və Sizə “Çox sağ olun!” deyirik”.

Artıq tarixin yaddaşına qovuşmuş 2019-cu il gənclər siyasəti sahəsində də bir sıra mühüm yeniliklərlə əlamətdar olmuşdur. Xəzərin Mərdəkan qəsəbəsindən Ş.Sərdarlı, Gəncədən Ə.Əhmədov, A.Novruzova, Mingəçevirdən G.İsmayılova, Sumqayıtdan Z.Süleymanov, Biləsuvardan L.Əbilzadə, Qubadan Ə.Qazıyev ali məktəb tələbələri üçün Prezi-dent təqaüdlərinin artırılmasına görə minnətdarlıq bildirirlər.

Gəncədən B.Cəfərli Azərbaycan Dövlət Aqrar Univer-sitetinin yeni tədris korpusunun ti-kintisi və avadanlıqlarla təchizatı, Tərtərdən Ş.Quliyev və başqaları rayonda Olimpiya İdman Komp-leksinin tikintisinin başa çatdırıl-ması ilə bağlı tədbirlər haqqında ötən ilin fevral ayında imzalan-mış sərəncamları Azərbaycan Gəncləri Günü münasibətilə onlara bəxş olunmuş ən böyük hədiyyə hesab edirlər.

Yasamaldan A.Əsgərli, Qaxdan D.Əhmədova ölkənin ic-timai-siyasi və mədəni həyatında fəallığı ilə seçilən gənclərin təltif edilməsinə görə təşəkkürlərini ifadə etmişlər.

Xətai rayonundan Əməkdar idman ustası R.İbrahimov, Pirallahıdan M.Vəliyev, Sura-xanıdan O.Qasımov, Ağsudan G.Ələkbərli, Goranboyun Xoylu kəndindən R.Əlizadə, Qazaxdan Ü.Zeynalov da gənclərə və on-ların sağlamlıqlarına göstərilən dövlət dəstəyindən öz razılıqlarını bildirmiş, gənclərin də bu qayğıya öz əməli işləri ilə cavab verməyə çalışdıqlarını, Azərbaycan cəmiyyətində könüllülük prinsi-pinin geniş təşəkkül tapdığını xüsusi qeyd etmişlər.

Salyandan A.Yarıyeva “ASAN Könüllüləri” təşkilatının müsbət nəticələrini vurğulayaraq yazır: “Dünyada Azərbaycan kimi ikinci bir dövlət göstərmək çətindir ki, müharibə şəraitində ola-ola gənclərin problemləri ilə bu qədər yaxından məşğul olsun. Mən “ASAN Könüllüləri” təşkilatının imkanlarından istifadə etməklə könüllülük təcrübəsindən fayda-landım. Bu da mənim bir gənc

olaraq işlə təmin olunmağıma böyük yol açdı”.

Dövlət başçısının tapşırı-ğı əsasında respublikamızın orta məktəb şagirdləri üçün “Ölkəmizi tanıyaq!” devizi ilə 2014-cü ildən davam etdirilən maarifləndirici tur-aksiya da mühüm təşəbbüslərdən biridir. Gələcək nəslin daha intellektual və məlumatlı olmasına xidmət edən bu layihənin uğurla həyata keçirilməsi böyük razılıqla qar-şılanır. Binəqədi, Nərimanov, Nəsimi, Suraxanı, Naxçıvan, Kəngərli, Şərur, Ağsu, Göygöl, Xocavənd, Kürdəmir, Qobus-tan, Qubadlı, Qusar, Saatlı, Sabirabad, Salyan, Tərtər, Ucar, başqa şəhər və rayonlardan ötən il bu barədə onlarla təşəkkür dolu məktub daxil olmuşdur.

İsmayıllının Talıstan kəndindən A.Abbaszadə bu layihənin əhəmiyyətini vurğulaya-raq yazır: “Ölkəmizin gözəl diyar-larını gəzmək, tarixi, mədəni irsi barədə geniş məlumat əldə etmək həm biz şagirdlərin mənəvi və intellektual aləmini zənginləşdirir, həm də bizi öz dərslərimizə daha da həvəsləndirir. Bu tur-aksiyada təhsildə fərqlənən şagirdlər iştirak etdiyindən məktəblilər dərslərinə daha məsuliyyətlə yanaşmağa, növbəti tədbirlərin iştirakçısı olmağa çalışırlar”.

Səhiyyə məsələlərinə dair məktublarda Şəkidən Z.Hüseynov övladının, Goranboyun Zeyvə kəndindən H.Məhərrəmov nəvəsinin yerli tibb müəssisələrində uğurla əməliyyat edilməsinə, İsmayıllının Sulut kəndindən E.Nurməmmədov kənddə tibb məntəqəsinin açıl-masına, Qobustanın Şıxzərli kəndindən Ş.Babaverdiyev müalicə olunmasına, Neft-çalanın Xıllı qəsəbəsindən N.Məmmədov dövlət hesabına tib-bi müayinədən keçirilməsinə görə minnətdarlıqlarını bildirmişlər.

Şəhər və rayonların, kənd və qəsəbələrin simasını dəyişən, onlara daha yaraşıqlı görkəm bəxş edən və insanlarda xoş ovqat yaradan abadlıq-quru-culuq işləri 2019-cu ildə də davam etdirilmişdir. Bütün respublikanı əhatə edən bu işlərin siyahısı çox genişdir. Son illərdə şəhər və rayonlarda çoxmənzilli yaşayış binalarının dam örtüklərinin təmiri, onların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər gö-rülür. Təkcə 2019-cu ildə dövlət başçısının 7 sərəncamı ilə respublikanın 15-dən çox şəhər və rayonunda bu işlərin həyata keçirilməsi üçün ümumilikdə 82 milyon manatdan artıq vəsait ayrılmışdır.

Gəncədən F.Əliyeva, A.Bayramova, Lənkərandan N.Əzizov, G.Əliyeva, Mingəçevirdən İ.İsmayılov, H.Məmmədova, Daşkəsəndən Z.Məmmədov, Qazaxdan İ.Allahverənli, digər şəhər və rayonlardan olan vətəndaşlar bu məsələlərə görə minnətdarlıq edirlər.

(ardı 6-cı səhifədə)

“Ölkəmizdə milli həmrəylik, vətəndaş həmrəyliyi var... Bizim gücümüz birliyimizdədir”.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

“Vətəndaşların rifah halının yaxşılaşdırıl ması bizim üçün prioritet məsələ olaraq qalır”.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

18 fevral 2020-ci il, çərşənbə axşamı 5

Page 6: Münxen Təhlükəsizlik Konfransı Ermənistan rəhbərliyi üçün ...

Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır(əvvəli 5-ci səhifədə)

Quruculuq işləri içərisində təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi mühüm yer tutur. Suraxanının Bülbülə qəsəbəsindən S.Cəbiyeva, Ağdaşın Pirkəkə kəndindən N.Əliyev, Beyləqanın Dünyama-lılar kəndindən M.Xudaverdiyev, Qazaxın Daş Salahlı kəndindən T.Sultanova, Qobustanın Sündü kəndindən R.Xasıyev, Lerikin Siyov kəndindən S.Ağayev, Neftçalanın Xıllı qəsəbəsindən Q.Əhmədov, Salyanın Sarvan kəndindən R.İsmayılov, Kürsəngi kəndindən İ.Hüseynov və baş-qaları (cəmi 56 nəfər), Tovuzun Bozalqanlı kəndindən N.Quliyev, Zərdabın Hüseynxanlı kəndindən R.Quliyev yaşadıqları qəsəbə və kəndlərdə orta məktəblərin əsaslı təmir olunmasına və ya yeni məktəb binalarının tikintisinə, körpələr evi-uşaq bağçasının istifadəyə verilməsinə görə razılıq etmişlər.

Tərtərdən K.Quliyev, R.Paşalı və başqaları yazır: “Bizim övladla-rımızın təlim-tərbiyə aldığı Tərtər şəhər 4 saylı körpələr evi-uşaq bağçasının əvvəlki vəziyyəti biz valideynləri, həmçinin orada təlim-tərbiyə işləri ilə məşğul olan müəllimləri narahat edirdi. Sizin qayğınız sayəsində artıq heç bir narahatlığımız qalmayıb”.

Lənkəranın Mamusta, Şəkinin Orta Zəyzid, Baş Zəyzid və Vəzərət, Ağcabədinin Hin-darx, Ağdaşın Ərəb, Kükəl, Hü-şün, Astaranın Artupa, Bərdənin Mirasəfli, Qəhrəmanlı, Lənbəran, Gədəbəyin Arabaçı, Goranboyun Qızılhacılı, Göyçayın Şəhadət, Xızının Tıxlı, Kürdəmirin Pi-rili, Karrar, Şilyan, Mürtülü, Dəyirmanlı, Yenikənd, Qaxın İlisu, Qəbələnin Tikanlı, Qobustanın Bədəlli, Yekəxana, Ərəbqədim, Göydərə, Qusarın Böyük Muruq, Düztahir, Mucuq, Sudur, Leri-kin Orand, Masallının Banbaşı, Yeni Zuvand, Böyük Xocavar, Əmirtürbə, Neftçalanın Boyat, Ballıcalı, Oğuzun Calut, Salya-nın Xələc, Parça Xələc, Seyidan, Qarabağlı, Qaraçala, Samuxun Kövər, Qaraağaclı, Tərtərin Sarov, Ələsgərli, Hacıqərvənd, Buruc, Hüsənli, Tovuzun Kirən, Yardımlının Ostayır, Vərgədüz, Zaqatalanın Faldarlı, Muxax, Zərdabın İkinci Alıcanlı kənd və qəsəbələrindən və digər yerlərdən daxil olmuş məktublarda avto-mobil yollarının təmir-tikintisinə, yeni yolların çəkilməsinə, bununla əlaqədar sərəncamların imzalan-masına görə razılıq ifadə olunur.

Ölkəmizdə qazlaşdırma səviyyəsi ildən-ilə yüksəlmək-dədir və artıq respublika üzrə qazlaşdırma 96 faizə çatıb. Təbii qazla yeni təchiz olunan bir sıra yaşayış məntəqələrinin sakinlərindən bununla bağlı minnətdarlıq məktubları daxil olmaqdadır. Ağcabədinin Sarıcalı kəndindən E.Qasımova, Taynaq kəndindən A.Bağırov, İsmayıllının Qalacıq kəndindən T.Emanov, Z.Şalbuzova, T.Çiriyev və başqa-ları (cəmi 23 nəfər), Lerikin Veri kəndindən Ə.İbrahimov, Neftçala-nın Astanlı kəndindən E.Bağırov və digər rayonlardan başqaları öz kəndlərinin təbii qazla təmin olun-masına görə razılıq etmişlər.

İqtisadi və aqrar məsələlər barədə müraciətlərdə Piralla-hıdan A.Alışanov, Gəncədən sahibkar B.Əhmədov, Yevlaxdan E.Səttarov, Ağstafanın Aşağı Kəsəmən kəndindən G.Nəsibova ölkəmizdə əlverişli biznes mühiti-nin yaradılmasına və sahibkarlığın dəstəklənməsinə, Beyləqandan Ə.Nəbiyev kənd təsərrüfatının inkişafına göstərilən qayğıya, Sa-birabadın Sarxanbəyli kəndindən D.Dövlətov, Əhmədabad kəndindən Ə.Deşadze, digər rayonlardan başqaları suvar-ma problemlərinin həllinə və təsərrüfatlarının su ilə təmin olunmasına görə razılıqlarını çatdırırlar.

Məlum olduğu kimi, 2016-cı ildən başlayaraq ölkəmizdə pambıqçılığın inkişafına dövlət dəstəyi gücləndirilmişdir. Fermerlərə subsidiyala-rın verilməsi, pambığın alış qiymətinin artırılması, suvarma suyu ilə təminatın yaxşılaşdı-rılması, yeni torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi və digər tədbirlər pambıqçılı-ğın dirçəlməsinə güclü təkan olmuşdur. Qarşıya qoyulan tapşı-

rıqların uğurla icrasının nəticələri artıq özünü göstərməkdədir. Məlumat üçün bildiririk ki, 2019-cu ildə ölkəmizdə 294 min ton pambıq tədarük edilmişdir. Bu, 2015-cı illə müqayisədə məhsulun 8 dəfədən çox artdığı-nı göstərir. Fermerlərin görülən işlərdən, dövlət dəstəyindən razılığı böyükdür. Beyləqandan Ə.Nəbiyevin, Neftçalanın Bo-yat və Ballıcalı kəndlərindən İ.Qəfərov, A.Hacıyev və başqa-larının (cəmi 58 nəfər), Saatlının Dəllər kəndindən Ə.Kərimovun, Sabirabaddan Ə.Mansurov və başqalarının (cəmi 56 nəfər), Tərtərin Bəyimsarov kəndindən 1-ci dərəcəli “Əmək” ordenli F.Vəliyevin, Buruc kəndindən İ.Qurbanovun, Zərdabın Bıçaq-çı kəndindən E.Rəsulovun və digər rayonlardan başqalarının minnətdarlıq məktubları bununla bağlıdır. Məktubların bir çoxunda xüsusi vurğulanır ki, pambıqçılığın inkişafı ilə minlərlə insan özünə iş yeri tapmış, qazanc əldə etməyə başlamışdır.

Minnətdarlıq məktublarının bir qismi əhalinin içməli və suvarma suyuna olan tələbatını ödəmək üçün subartezian qu-yularının qazılması ilə əlaqədar olmuşdur. Goranboyun Tatarlı kəndindən G.Ocaqverdiyeva, Səfikürd kəndindən T.Aşırov və A.İsmayılov, Qızılhacı-lı qəsəbəsindən Q.Əhmədov, Fəxralı kəndindən S.Qurbanov, Qəbələnin Kürd kəndindən E.Alıyev, Tərtərin Bala Kəngərli kəndindən Ə.Əhmədov, Düyərli kəndindən S.Zeynalov, Kəngərli kəndindən X.Mirzəyev, Çaylı kəndindən V.Bayramov və digər rayonlardan başqaları bu məsələ ilə bağlı təşəkkür etmişlər.

Xəzərin Mərdəkan qəsəbəsindən R.Abbasova, Qaradağın Korgöz qəsəbəsindən Ə.Dünyamalıyev, Pirallahıdan T.Niftəliyev, Sumqayıtdan F.Zahidova, Corat qəsəbəsindən Ə.Cavadova, Yevlaxın Əxşam kəndindən O.Xəlilov, Balçılı kəndindən M.Nəbiyeva, Abşe-ronun Masazır qəsəbəsindən A.Babayev, Ağdaşın Nehrəxəlil kəndindən A.Kərimov, Astaranın Artupa kəndindən M.Quliyev, İ.Əhmədov, Beyləqandan Y.Məmmədova, Füzulinin Hora-diz şəhərindən Ə.Hüseynov və T.Hacıyev, Gədəbəyin Çalburun kəndindən L.Quliyev, Hacıqa-bulun Meyniman kəndindən N.İsmayılov, İsmayıllının Cülyan kəndindən X.Ağayev, Kürdəmirdən S.Novruzov, Qu-banın Qonaqkənd qəsəbəsindən Ə.Qəhrəmanov, Xanəgah kəndindən S.Absəlimov, G.Qurbanov, A.Kazımov, Ma-sallının Köçəkli kəndindən X.Xəlilov, Salyandan E.Hacıyev, digər şəhər və rayon sakinlərinin məktublarında regionların sosi-al-iqtisadi inkişafı istiqamətində görülən işlərdən, əhalinin təbii qaz, içməli su və elektrik enerjisi ilə təchizatının, nəqliyyat infrast-

rukturunun yaxşılaşdırılmasın-dan, müasir körpülərin, park və yaşıllıqların salınmasından, yeni “ASAN xidmət” mərkəzlərinin tiki-lib istifadəyə verilməsindən geniş bəhs olunur.

Xızının Giləzi qəsəbəsindən M.Məmmədov fikirlərini bu sözlərlə çatdırır: “Azərbaycanın bugünkü inkişaf səviyyəsi hər bir vətənpərvər insanda haqlı qürur hissi yaradır. Öz el-obasını, kəndini-kəsəyini abad və firavan görmək, sözsüz ki, hər birimizin arzusudur. Bu arzunu reallığa çevirən, ömrümüzə rəngarənglik gətirən məhz Sizsiniz, cənab Prezident!”.

Müraciətlərin bir çoxunda vətəndaşlar xal-qın güzəranının yaxşılaş-dırılmasında, Azərbaycan həqiqətlərinin dünyaya çat-dırılmasında, ölkəmizin milli maraqlarının və mənafeyinin müdafiə olunmasında, Azərbaycan mədəniyyətinin və incəsənətinin daha da inkişaf etdirilməsində və təbliğində dövlət başçısı ilə birlikdə hər zaman yüksək fəallıq nümayiş etdirən Azərbaycan Respubli-kasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın, həmçinin Heydər Əliyev Fon-dunun vitse-prezidenti Leyla xanım Əliyevanın xidmətlərini təqdir edir, onların bir sıra mühüm təşəbbüslərini, Heydər Əliyev Fondu tərəfindən re-allaşdırılan layihələri yüksək qiymətləndirirlər.

Xaçmazın Köhnə Xaçmaz kəndindən S.Məmmədovanın məktubunda yer alan sözlər də bunu əks etdirir. O bildirir: “Pay torpağımda Heydər Əliyev Fon-dunun “Regional İnkişaf” İctimai Birliyinin həyata keçirdiyi “Sosial bağlar” layihəsi çərçivəsində yeni meyvə bağı salınaraq bizə təhvil verildi. Biz kənd adamlarıyıq, dolanışığımız torpaqdan, bağ-bostandan çıxır. Allahın köməyi ilə bir neçə il sonra bu bağdan bol məhsul götürəcəyik. Bu, dövlətin ailəmizin dolanışığına verdiyi töhfədir. Eyni zamanda, bununla özümüz üçün yeni iş yeri qazan-mışıq”.

Bundan başqa, Xətai ra-yonundan E.Məmmədov və başqaları “Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi çərçivəsində Xətai rayonunda “Gənclik” parkının salınmasını, Nəsimi rayonundan S.Zeynalova Mehriban xanım Əliyevanın 2019-cu il fevralın 14-də Gəncə şəhərinə səfərini və yerli sakinlərlə görüşüb onlarla səmimi söhbət etməsini, problemlərini dinləməsini, Füzuli rayonundan məcburi köçkün S.Məmmədova evlə təmin olunmasını, Göyçayın Alpout kəndindən F.Məmmədov və başqaları kəndlərində müa-sir tələblərə cavab verən yeni uşaq bağçasının inşa edilməsini, İsmayıllının Mollaisaqlı kəndindən R.Gidayev anadangəlmə ürək çatışmazlığı olan oğlunun

uğurla əməliyyat olunmasını ölkə əhalisinə göstərilən qay-ğının bariz nümunələri kimi qiymətləndirmiş, bütün bunlara görə dərin təşəkkürlərini ifadə etmiş, Sabirabaddan İ.Əsgərov böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubiley tədbirləri çərçivəsində Azərbaycan Respublikasının Birinci vitse-prezi-denti Mehriban xanım Əliyevanın regionlarda 650 min ağac əkmək təşəbbüsünü alqışladıqlarını, bu təşəbbüsə həvəslə və böyük ruh yüksəkliyi ilə qoşulduqlarını bildirmişdir.

Yasamaldan A.Xəliqov isə Prezidentə ünvanladığı məktubda bunları yazır: “Biz görürük ki, öv-ladlarınız da Sizin kimi öz xalqına can yandırır, xalqın mənafeyinə xidmət edən mühüm təşəbbüslər göstərirlər. “Bizim həyət” layihəsi də bunlardan biridir. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə çərçivəsində neçə-neçə həyət və məhəllə abadlaşdırıl-mış, həmin həyətlərdə insanlar, xüsusilə də uşaqlar və ahıllar üçün lazımi şərait yaradılmışdır”.

Minnətdarlıq məktublarının bir hissəsi ölkə vətəndaşlarının Prezident Administrasiyasına ünvanladıqları müraciətlərinin müsbət həll edilməsi ilə əlaqədar olmuşdur. Belə məktubların sayı ötən illə müqayisədə 62,9 faiz artmış-dır. Bu, müraciətlərə baxılması işində diqqətin və tələbkarlığın daha da artırılmasının, nəzarətin gücləndirilməsinin nəticəsidir. Bir çox məktubda vətəndaşlar qaldırdıqları sosial problemlərin, ictimai əhəmiyyət kəsb edən məsələlərin həllindən razılıqlarını ifadə edirlər.

Abşeronun Xırdalan şəhərindən Ş.Ələkbərov yaşa-dıqları ərazidə yolun və kanaliza-siya xətlərinin təmir edilməsinə, Ağcabədinin Poladlı kəndindən C.Rüstəmov kənd sakinlərinin evlərinə içməli su xəttinin çəkilməsinə, Xaçmazın Hülövlü kəndindən Z.Paşayev kəndin əkin sahələrinin suvarılmasında yaranmış problemin həll olunma-sına, Şəmkirin Tatarlı kəndindən S.Piriyeva, N.Qasımov və baş-qaları (cəmi 50 nəfər) içməli su xəttinin təmir edilməsinə, Yar-dımlının Bürzünbül kəndindən şəhid atası P.Sərhəngov ya-şadığı kəndin yollarına asfalt çəkilməsinə, Xətai rayonundan şəhid ailəsinin üzvü R.Əzizova ailəsinə mənzil verilməsinə, Xəzər rayonundan A.Abdullayeva övladı-na əlilliyə görə sosial müavinətin təyin edilməsinə, Nəsimi rayo-nundan F.Əsgərov tikinti şirkəti tərəfindən ona dəymiş ziyanın ödənilməsinə, Səbailin Badamdar qəsəbəsindən H.Əlizadə yollarının təmir olunmasına, Suraxanı-nın Qaraçuxur qəsəbəsindən II qrup əlil M.Ağabayeva övlad-

larının təhsil haqqına kömək göstərilməsinə, Yasamaldan şəhid anası S.Kərimova söküntü ərazisinə düşən evinə görə lazımi kompensasiyanın ödənilməsinə, Yevlaxdan G.Vəliyeva alimentlə bağlı qərarın icra olunmasına görə minnətdarlarını bildirirlər.

Sosial məsələlər barədə edilmiş və müsbət həllini tap-mış müraciətlərin bir qismində işlə təmin olunma və ya əvvəlki işə bərpa edilmə, özəl şirkət tərəfindən vətəndaşa əməkhaqqı ödənilməsi məsələləri ilə əlaqədar təşəkkür ifadə olunur. Nərimanov rayonundan S.Əliyeva, Sabunçu-dan R.Zeynalov, Mingəçevirdən M.Camıyev, F.Şirinov, S.Sadıqova və başqaları, Sumqayıtdan Qa-rabağ döyüşləri əlili V.Hüseynov, Ağcabədinin Kürdlər kəndindən S.Süleymanov, Beyləqandan A.Cəfərova, Cəlilabadın Uzuntəpə kəndindən X.Mirzəyev, Xocalıdan və Kəlbəcərdən məcburi köçkünlər Y.Hüseynov və Q.Kazımov, Lerikin Siyov kəndindən Ş.Ağayeva, Oğuzun Tayıflı kəndindən E.Abduləzizov, Zərdabın Gəlmə kəndindən İ.İsgəndərov, digər şəhər və ra-yonlardan başqalarının məktubları bu qəbildəndir.

Bundan başqa, Binəqədidən O.Hacıyeva, Xəzərin Zirə qəsəbəsindən V.Məmmədov, Qaradağın Sahil qəsəbəsindən D.Kərimova, Nizami rayo-nundan (Bakı) G.Qasımova, Suraxanının Bülbülə qəsəbəsindən N.Muxtarova, Naxçıvan şəhərindən Q.Tağıyev, Babək rayonunun Qahab kəndindən N.Ələkbərov, Şir-vandan R.Qənbərov, Abşe-ronun Saray qəsəbəsindən R.Mövsümova, Ağcabədidən R.Şirinov, Ağdaşın Yuxarı Qəsil kəndindən S.Hüseynov, Asta-radan S.İsmayılova, Balakənin Qaravəli kəndindən İ.Əliyev, Cəlilabaddan S.Quliyev, Fü-zuli rayonundan T.Həsənov, Göyçaydan A.Hacıyev, Xaçmazın Arzu qəsəbəsindən F.Orucov, Laçından məcburi köçkün, I qrup Qarabağ əlili F.İsayev, Lerikin Arta kəndindən V.Cəfərov, Siyəzənin Yenikənd kəndindən T.Məmmədov, Şabrandan R.Gülməmmədov, Şamaxının Sabir qəsəbəsindən K.Bayramov, Şəmkirin Düyərli kəndindən R.Ələsgərova, Tovuzun Çeşməli kəndindən R.Namazov, Zaqa-taladan T.Həsrətov, Zərdabdan İ.Əsədov, digər şəhər və rayon-lardan başqaları öz problemləri ilə bağlı müraciətlərinin müsbət həlli ilə əlaqədar görülən işlərə görə razılıq etmişlər.

Azərbaycan Prezidentinin bölgələrə səfərləri, həmçinin Bakıda keçirilən mühüm tədbirlər zamanı ona şəxsən təqdim olunmuş müraciətlərin müsbət həlli ilə əlaqədar minnətdarlıq məktubları da maraq doğurur. Şəkinin Kiş kəndindən N.Yusifli işlə, Ağsunun Çaparlı kəndindən S.Qənbərov

taxılbiçən kombaynla təmin edilməsinə, Ağdamdan məcburi köçkün N.Əhmədova təhsil alma-sına kömək göstərilməsinə, Qo-bustanın Ərəbşalbaş kəndindən T.Orucov ağır vəziyyətdə olan öv-ladının Bakıda yerləşən klinikalar-dan birində uğurla müalicə olun-masına, Şamaxıdan A.Əzizova mənzil-məişət şəraitinin yaxşı-laşdırılmasına görə Prezidentə minnətdarlıq etməyi özlərinə borc bilmişlər.

Dövlət başçısı məmurlardan vətəndaş müraciətlərinə diqqətlə yanaşmağı tələb edir və onlara birmənalı olaraq tapşırır: “Dövlət orqanları, mərkəzi və yerli icra orqanlarının nümayəndələri daim vətəndaşlara qayğı, diqqət göstərməlidirlər, daim vətəndaşların yanında olmalı-dırlar”.

Müraciətlərin bir qismində vətəndaşlar məhz bu amili xüsusi vurğulayır, aidiyyəti dövlət qurum-larına ünvanladıqları müraciətlərə, həmçinin dövlət orqanlarında və yerlərdə keçirilən qəbullar zamanı qaldırılan məsələlərə daha diqqətlə yanaşılmasından yazır, bunun əsasında dövlət başçısının məmurlar qarşısında qoyduğu tələblərin və verdiyi tapşırıqların dayandığını qeyd edirlər. Nərimanov rayonun-dan Ə.Zeynalovun, Lənkəranın Kərgəlan kəndindən R.Səfərovun, Füzulinin Bala Bəhmənli kəndindən M.Əhmədovun, Göygöldən R.Əhmədovanın, Kəlbəcərdən məcburi köçkün S.Musayevin, Şabranın Ay-günlü kəndindən M.Musayevin, Tovuzun Abulbəyli kəndindən M.Hümmətovun, digər şəhər və rayonlardan başqaları-nın məktublarını buna misal göstərmək olar.

Azərbaycan dövlətinin humanizmə və insanların firavan həyatının təmin olunma-sına yönəlmiş işləri təkcə ölkə hüdudları ilə məhdudlaşmır. Rusiyanın Şimali Osetiya-Alani-ya Respublikasının paytaxtı Vla-diqafqaz şəhərində Azərbaycan və Qafqaz xalqları arasında tarixi dostluğun və qardaşlığın rəmzi sayılan Muxtarov məscidinin təmir-bərpa işlərinə verilən dəstək bunun bariz nümunəsidir. 2019-cu il yanvarın 26-da təmir-bərpa işlərindən sonra məscidin təntənəli açılışı olmuşdur. Həmin şəhərdən Şimali Osetiya Gənclər Təşkilatının sədri Z.Məmmədov bu barədə yazır: “Sizin yardımınız sayəsində bərpa edilərək yenidən istifadəyə verilən bu məscidin şəhər üçün əhəmiyyəti böyük olduğundan hər kəs bu işi çox müsbət qiymətləndirir. Biz fəxr

edirik ki, doğma Azərbaycanımızın belə diqqətcil, xeyirxah, nümunəvi Prezidenti var”.

Amerika Birləşmiş Ştat-larının Vaşinqton şəhərindən Ə.Bahaduri də Azərbaycanın uğurlarını xaricdən izləyən və bundan fərəhlənən həmvətənlərimizdən biridir. O, məktubunda bunları qeyd edir: “Xeyli vaxtdır Bakıya gəlməsəm də, Azərbaycan Respublika-sının bütün uğur və inkişafını diqqətlə izləyir, aldığım hər xoş xəbərdən məmnunluq duyu-ram. Nə qədər bəxtiyarıq ki, müstəqil bir dövlət kimi yaşamaq səadəti bizə yenidən nəsib oldu. Sizin Azərbaycanın tərəqqisi naminə gördüyünüz bütün işlərə qəlbən sevinir, hər yeni zəfərə fərəhlənirik”.

Xarici ölkələrdən daxil olan minnətdarlıq məktublarında həmvətənlərimizlə yana-şı əcnəbi vətəndaşlar da Azərbaycan haqqında müsbət fikirlərini bildirirlər. Rusiya Fe-derasiyasından ölkəmizdə qonaq olmuş Fazil Vasilov və Nuraniya Zinnatullina, Türkiyənin Ankara şəhərindən Bekir Kılıç, İstanbul şəhərindən Fəridə Çidəm, Ukray-nanın Donetsk vilayətindən Gen-nadi Ponçenko, 50 ildən çox Bakı şəhərində, hazırda isə Yunanısta-nın Nea Artaki şəhərində yaşa-yan milliyyətcə rus Maya Quliyeva və digər ölkələrin vətəndaşları

ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycanın sürətlə inkişaf etdiyini, gözəlləşdiyini, fira-van və tolerant bir ölkəyə çevrildi-yini xüsusi vurğulayırlar.

Türkiyənin İstanbul şəhərindən Engin Miroğlu-nun məktubunda qeyd olunur: “Ədalətliliyinizə və qurduğunuz firavan dövlətinizə görə Sizə “Əhsən!” deyirəm. Sizə və Azərbaycana heyran qalmışam və çox sevinirəm. Çünki bu qardaş ölkə bizim ikinci Vətənimizdir”.

Ölkəmizin saysız-hesabsız nailiyyətlərini gözü götürməyən, öz şəxsi mənafeyi və ambisiya-ları naminə Azərbaycana qarşı qarayaxma kampaniyaları aparan bəzi yerli və xarici qüvvələrin hərəkətləri vətəndaş məktublarının bir çoxunda qətiyyətlə pislənir, bununla bağlı təəssüf hissi ifadə olunur. Vətəndaşlar əmindirlər ki, belə hallar xalq-iqtidar münasibətlərinə, Azərbaycanın sürətli inkişafına təsir edə bilməz. Ölkəmiz növbəti illərdə də öz stra-teji xətti və inkişaf yolu ilə uğurla addımlayacaqdır. Ağdamdan Ç.Fətəliyev, M.Kazımov və başqa-larının məktubunda deyildiyi kimi: “Ataların bir məsəli var: “Gördü-yünü qoyub görəcəyə getmə”. Biz son illərdə və yaxın keçmişdə baş verənləri görüb, həmin dövrləri yaşayan şəxslərik. Ona görə də kimin yanında olacağımıza qərar verməkdə çətinlik çəkmirik. Cənab Prezident, biz hər zaman dövlətimizin, dövlət başçımızın yanındayıq və Sizi dəstəkləyirik”.

(ardı var)

Süleyman İSMAYILOV, Azərbaycan Respublikası

Prezidenti Administrasiyasının Vətəndaşların müraciətləri ilə

iş şöbəsinin müdiri

“Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, onun qayğıları, onun rifahı dayanır”.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

18 fevral 2020-ci il, çərşənbə axşamı6

Page 7: Münxen Təhlükəsizlik Konfransı Ermənistan rəhbərliyi üçün ...

18 fevral 2020-ci il, çərşənbə axşamı 7“Dünya ictimaiyyəti bir daha Ermənistanın acizliyini, yalana əsaslanan tezislərinin darmadağın olduğunu gördü”

Bu sözləri müsahibəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyası-nın Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev Prezident İlham Əliyevin “mən buraya gəlmişəm həqiqəti söyləməyə” fikrinə toxunaraq qeyd edib ki, sözün əsl mənasında, münaqişənin həlli istiqamətində əsl həqiqətlər beynəlxalq ictimaiyyətin diqqətinə çat-dırıldı. Bunun fonunda Ermənistan baş nazirinin özünü müdafiə edəcək for-mada çıxışlarını və bu çıxışlarla özünü gülünc formaya salmasını, özü-özünü ifşa etməsini bir daha görmüş olduq.

“Prezident İlham Əliyev tərəfindən Dağlıq Qarabağın tarixi ilə bağlı geniş bir arayış verildi. Bu proses çərçivəsində ermənilərin Dağlıq Qara-bağda maddi-mədəni irsinin olmaması, Azərbaycan xalqına qarşı törədilmiş qanlı etnik təmizləmə, Xocalı soyqırı-mı və digər münaqişənin həlli prosesi ilə bağlı olan məqamlar açıq şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Eyni zamanda, münaqişənin həlli ilə əlaqədar beynəlxalq auditoriya tərəfindən hər iki tərəfə suallar ünvan-landı. Dövlətimizin başçısı tərəfindən münaqişənin həlli ilə bağlı Azərbaycanın baxışı, münaqişənin məhz BMT TŞ-nin

qətnamələri əsasında mərhələli şəkildə həlli bir daha qeyd olundu. Həmçinin Ermənistanın baş naziri ənənələrinə sadiq qalaraq yalanlar söyləməyə və münaqişənin əsl mahiyyətini təhrif etməyə çalışarkən, dövlətimizin başçısı o məqamda qeyd etdi ki, Ermənistanın sülh tərəfdarı və sülh iddiasında olması absurddur. Elə həmin gün Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində Azərbaycan əsgərinin öldürülməsi riyakarlığın, Ermənistanın yürütdüyü riyakar siyasətin növbəti bir nümunəsi idi. Həmçinin burada Ermənistanın baş naziri xalqların öz müqəddəratını təyinetmə prinsipini təhrif etməyə çalı-şırdı. Dövlətimizin başçısı bu prinsipin əsl mahiyyətini izah edərək qeyd etdi ki, erməni xalqı artıq bu hüququn-dan istifadə edərək Ermənistan adlı dövlətini yaradıb. Azərbaycan dövləti öz ərazisində bu hüququn bir daha istifadə edilməsinə imkan verməyəcək, buna lüzum da yoxdur. Ermənistan harada istəyirsə, orada bu hüququndan istifadə edə bilər”.

Hikmət Hacıyev vurğulayıb ki, Mün-xen Təhlükəsizlik Konfransı beynəlxalq gündəlikdə duran qlobal təhlükəsizlik məsələlərinin müzakirə olunduğu vacib platformadır. Məhz dövlətimizin başçısı tərəfindən bu tezislər, yəni münaqişənin həllini təşkil edən tutarlı arqumentlər,

təhlillər Münxen Təhlükəsizlik Konfransı kimi mühüm platformada beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Bunun fonunda isə biz bir daha Ermənistanın yalanlarının ifşasını görmüş olduq. Bu, hər bir Azərbaycan vətəndaşının qürur duyacağı bir məqam idi. Prezi-dentimiz tərəfindən mühüm platforma-da Azərbaycan dövlətinin maraqları ləyaqətlə qorunur”.

Hikmət Hacıyev əlavə edib ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevin keçirdiyi hər bir görüş məzmunlu idi: “Burada mən xüsusilə Dünya Bankının İcraçı Direktoru ilə olan görüşü qeyd etmək istərdim. Dünya Bankı tərəfindən ölkəmizdə keçirilən iqtisadi islahat-lar, iqtisadiyyatın şaxələndirilməsi, Azərbaycanda yoxsulluğun aradan qaldırılması istiqamətində ölkəmizin nailiyyətləri yüksək səviyyədə təqdir edildi. Digər dünya ölkələri üçün bir fakt kimi qeyd olundu. Həmçinin Beynəlxalq Böhran Qrupunun rəhbərliyi ilə olan görüşü də qeyd etməliyik. Bu görüşdə Ermənistanın Azərbaycanın işğal olun-muş ərazilərində apardığı qeyri-qanuni fəaliyyətlər də geniş şəkildə müzakirə olundu”.

AZƏRTAC

Bu fikirlər parlament seçkilərinə münasibət bildirən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının şöbə müdiri, siyasi elmlər doktoru, professor Ziyafət Həbibova bildirdi. Professor əlavə etdi ki, Azərbaycanla bağlı məsələlərə həmişə ən tənqidi mövqedən yanaşan təşkilatlar da budəfəki parlament seçkiləri ilə bağlı hesabatlarında müsbət meyilləri qeyd etməyə məcbur oldular. Ölkəmizə qarşı qərəzli olan həmin qurumlar seçkilərin nəticəsinə təsir edə biləcək nöqsan tapa bilmədilər. Çünki seçkilər demokratik meyarlara cavab verirdi.

Z. Həbibova qeyd etdi ki, Prezident İlham Əliyev Kürdəmir rayonunda “ASAN xidmət” mərkəzinin açılışı mərasimində parlament seçkilərinin müsbət şəkildə keçirildiyini bildirdi: “Dövlət başçısı parlament seçkilərində əsas məqsədin demokratik inkişafın təmin edilməsi olduğunu bir daha göstərdi. Seçkiyə 1300 -

dən çox namizədin qatılması göstərir ki, seçkilər gərgin rəqabət şəraitində keçib. Hər bir namizəd öz dairəsində sərbəst şəkildə görüşlər keçirib, seçicilərinin evinə gedib. Hər bir namizəd üçün bərabər səviyyəli şərait yaradılıb. Yəni, buyur, seçicilərini inandır, onların etimadını qazan və qalib gəl. Təəssüf ki, seçkidə səs toplaya bilməyənlər günahı özlərində yox, başqalarında axtarmağa çalışırlar”.

– Hər bir ölkədə keçirilən seçkilərdə nöqsan olur, – deyən Z. Həbibova parlament seçkilərində də müəyyən nöqsanların baş verdiyini diqqətə çatdırdı: “ Dövlətimizin başçısı da bu məsələ barədə danışarkən dedi ki, yol verilən nöqsanlar prosedur xarakterli pozuntulardır. Yəni, bu, hər bir ölkədə var. Heç bir ölkədə ideal seçkilər keçirilmir. Amma, bu seçkilərdəki nöqsanlar seçkilərin legitimliyini və yaxud da nəticələrini şübhə altına ala bilməz. Müşahidəçilərin mütləq əksəriyyəti seçkiləri çox müsbət qiymətləndirdi. Və bəziləri qeyd etdilər ki,

bu, bir çox ölkələr üçün nümunə ola bilər”.Pozuntularla əlaqədar hazırda Mərkəzi

Seçki Komissiyasında ciddi araşdırma apa-rıldığını diqqətə çatdıran professor bu vaxta qədər 4 seçki dairəsinin nəticələrinin ləğv olunmasını yoxlamaların obyektivliyindən xəbər verməsi ilə əlaqələndirdi. Dedi ki, möhtərəm Prezidentimiz də dedi ki, pozuntu-lara yol verən şəxslər öz cəzasını almalıdırlar ki, gələcəkdə bu pozuntulara yol verilməsin: “Buna qətiyyən ehtiyac belə yoxdur. Çünki bu gün tam səmimiyyətlə deyirəm, bi-zim siyasətimizə Azərbaycanda alternativ yoxdur. Elə bir siyasi qüvvə yoxdur ki, o, müəyyən dərəcədə xalqın rəğbətini qazan-sın. Bu seçkilər bir daha onu göstərdi ki, bizim apardığımız siyasət xalqımızın mütləq əksəriyyətinin maraqlarına cavab verir və gördüyümüz işlər də göz qabağındadır”.

Söhbəti qələmə aldı: Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

Pakistanlı müşahidəçi: Azərbaycanda parlament seçkiləri yüksək səviyyədə təşkil olunmuşdu

Pakistan müşahidə missi-yasının üzvü, Mərkəzi Asiya və Azərbaycan üzrə ekspert Mahmud Əsilxan bildirib:

– Səsvermə prosesini Azərbaycanın paytaxtında, həmçinin Gəncə və Naxçı-vanda izlədik. Birbaşa seçki məntəqələrində apardığımız müşahidələr zamanı hər hansı qanun pozuntusu ilə rastlaşmadıq. İlk növbədə deməliyəm ki, seçkilərin təşkili ilə bağlı görülən işlər yüksək səviyyədə idi.

Mərkəzi ceçki Komissiyası məntəqələrin səsverməyə hazırlanması, bülletenlərlə, seçki qutuları ilə təminat, seçici siyahılarının asılması və c. sahələrdə bütün işləri müvafiq standartlara uyğun təşkil etmişdi. Nəzərimizi daha çox cəlb edən məsələlərdən biri də seçkiyə 1300-dən çox namizədin qa-tılması oldu. Bu, Azərbaycan cəmiyyətində seçkilərə böyük inamın olduğunu göstərirdi.

Hesab edirəm ki, seçicilərin səsverməyə bu qədər həvəslə gəlməsi də bu inamdan irəli gəlirdi. Hər kəs məntəqə seçki komissiyasına yaxınlaşaraq, bülletenini götü-rür, sərbəst şəkildə kabinəyə keçərək istədiyi namizədə səs verirdi. Başqa bir tərəfdə çoxsaylı yerli müşahidəçilər əyləşib komissiyanın öz işini qanunauyğun yerinə yetirməsinə nəzarət edirdilər.

Onlar seçicilərin hərəkətlərini də diqqətlə izləyirdilər. Zənnimcə, belə bir şəraitdə qanunsuzluğa yol vermək mümkün deyildi. Ona görə də qəti şəkildə deyə bilərəm ki, Azərbaycanda parlament seçkiləri beynəlxalq standart-lara uyğun, azad, demokratik və şəffaf keçdi.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

“Bu, mənim Azərbaycana be-şinci səfərimdir. Hər dəfə gələndə, ilk növbədə, diqqətimi inkişaf, yeni memarlıq abidələri, parklar cəlb edir. İnsanların qonaqpərvərliyinə, səmimiliyinə isə söz ola bilməz. Budəfki gəlişimin məqsədi növbədənkənar parlament seçkilərində müşahidə aparmaq-dır. Bundan əvvəlki seçkilərdə də müşahidəçi olmuşam. Hər şeyi olduğu kimi, demişəm. Mən Azərbaycanda beynəlxalq səviyyədə seçki keçirildiyinin şahidi olmuşam”.

Bu fikirləri San Dieqo Kaliforniya-sından olan beynəlxalq müşahidəçi Martin Kruminq bildirdi. Dedi ki, insan-lar səsverməyə həvəslə gəlirdilər. Hər birinin sifətində səmimiyyət hiss olunur-du: “ Gözləmək olardı ki, belə soyuq və küləkli havada seçicilərin sayı xeyli az olacaq. Bu, yalnız ehtimal idi. Ancaq seçici axını bu ehtimalı alt-üst etdi. Mən sakinlərin öz ölkəsinin işıqlı gələcəyinə səs verməsini müşahidə etməkdən məmnun oldum. Görünür, insanlar parlament seçkilərinin əhəmiyyətini dərk etdiyindən sərt hava şəraitində də

seçkiyə qatıldılar.”Amerikalı müşahidəçi səffaflığın

təmin olunması üçün seçki məntəqələrinə veb-kameraların quraşdı-rılmasını yüksək qiymətləndirdi. Dedi ki, ötən seçkilərdə də bu üsuldan istifadə edilirdi: “Mən öyrəndim ki, bu üsul ilk dəfə Azərbaycanda tətbiq olunub. Bu

da ölkədə demokratik və şəffaf seç-ki keçirilməsində dövlət başçısının iradəsindən irəli gəlir. Dünyanın istənilən nöqtəsindən seçki prosesini izləməyə şəraitin yaradılması seçkilərdə aşkarlı-ğın təmin olunmasından xəbər verir.

Budəfəki seçkilərdə yeni simaların, gənclərin və qadınların daha çox oldu-ğunu vurğulayan beynəlxalq müşahidəçi dedi ki, ölkənin modernləşdirilməsinə kömək edəcək yeni və enerjili parlament üzvlərinin seçilməsi prosesi böyük ruh yüksəkliyi ilə müşahidə olunurdu: “İn-sanlar səsverməyə axın-axın gəlirdilər. Bəzi seçki məntəqələrində növbənin yaranması seçici aktivliyinin yüksək səviyyədə olmasından xəbər verirdi”.

Söhbəti qələmə aldı: Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

Rəsmi Ermənistanın birinci şəxsi Nikol Paşinyan işğal olunmuş ərazilərə öz ölkəsinin iddiasını əsaslandırmaqdan ötrü az qala çox tələsik uydurulmuş

tarixi faktları səsləndirməyi özünə rəva görür və coğrafi səhvlər bura-xırdı. Bununla belə,

Azərbaycan Prezidenti İlham Əliyev son dərəcə əsaslı və dəqiq idi, hamıya məlum olan faktları ciddi şəkildə əsaslandırır, bizim

eradan əvvəl guya mövcud olan presedentlərə istinad etmirdi. Erməni qanunsuz birləşmələrinin Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi, qəddarlığına görə misli görünməmiş Xocalı soyqırımını törətməsi faktdır. Ermənistan hökumətinin

beynəlxalq hüququn Azərbaycan ərazilərini geri qaytarmağı tələb edən nor-malarını yerinə yetirməməsi faktdır. Bu da faktdır ki, Paşinyan guya Dağlıq Qara-bağın müstəqilliyini müdafiə etməkdən ötrü onu erməni torpağı adlandırır. Münxendə hər kəs Ermənistan hökumətinin mövqeyinin nə qədər etibarsız, Ermənistanın rəsmi hakimiyyətinin öz iddialarında nə qədər inamsız olduğuna bir daha əmin oldu. Belə şəraitdə heç bir kompro-mis mümkün deyil.

Öz tərəfimdən şəxsən onu əlavə etmək istəyirəm ki, nəhayət dövlətin ərazi bütöv-lüyünün bərpa edilməsi üçün işğal olunmuş bütün ərazilər dərhal və hər hansı əlavə şərt olmadan Azərbaycana qaytarılmalıdır”.

Fəridə ABDULLAYEVA, AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Bildiyiniz kimi, ötən gün Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr təşkil olundu. Əvvəllər Münxen Təhlükəsizlik Konfransının Təşkilat Komitəsi

tərəfindən Azərbaycan dövlətinin rəhbərliyi ilə Ermənistan dövlətinin rəhbərliyi ara-sında Qarabağ münaqişəsinin müzakirəsi məsələsi irəli sürülsə də, Ermənistan tərəfi bu təklifdən yayınırdı. Bu dəfə isə razılıq verdilər. Nəticə etibarilə Prezident İlham Əliyev tərəfindən Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bütün aspektləri, yəni tarixi, siyasi, hüquqi və münaqişənin həlli prosesi prinsipial, qəti, əzmli və əsaslandırılmış bir formada Münxen Təhlükəsizlik Konfransı iştirakçılarının diqqətinə, həmçinin də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Bunun fonunda dünya ictimaiyyəti bir daha Ermənistanın acizliyini və yalana əsaslanan tezislərinin darmadağın olduğunu, eləcə də ifşasını aydın şəkildə gördü.

“Paşinyan Münxendə inandırıcı deyildi”

F evralın 9- da keçirilmiş parlament seçkilərini müşahidə etmiş beynəlxalq müşahidəçilərin indiyədək verdikləri açıqlamalarda hələ də mənfi rəyə

rast gəlinmir. Dünyanın inkişaf etmiş dövlətlərindən – ABŞ, Fransa, Rusiya Federasiyası, Almaniya, İtaliya, İspaniya, Pakistan və digərlərindən, eləcə də 59 beynəlxalq təşkilatdan gəlmiş müşahidəçilər, o cümlədən çoxlu sayda aparıcı kütləvi informasiya vasitələrinin əməkdaşı seçkinin gedişini izləyib. Bütün rəylərdə parlament seçkilərinin beynəlxalq standartlara uyğun keçirildiyi bildirilir”.

Namizədlərin çoxluğu seçkilərin demokratik ruhundan xəbər verir

“İnsanlar səsverməyə həvəslə gəlirdilər”

RF Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsi

barədə danışarkən bu mövzunu zəif bildiyini növbəti dəfə nümayiş etdirib. Rusiyalı deputat AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Erməni tərəfi uzun illər problemin birbaşa konstruktiv müzakirəsindən boyun qaçırıb. Münxendəki panel diskussiyası bunun səbəbini göstərdi”.

Azərbaycanda parlament seçkilərini izləmiş beynəlxalq müşahidəçilər prose-sin yüksək səviyyədə təşkil olunduğunu,

demokratik və şəffaf keçdiyini bəyan ediblər. Ayrı-ayrı Avropa və Asiya ölkələrini təmsil etmiş müşahidəçilər seçkilərin nəticələri ilə bağlı çox-saylı mətbuat konfransları keçirərək, öz fikirlərini ictimaiyyətin diqqətinə çatdırıblar.

“İqtisadi təhlükəsizlik siyasi müstəqilliyin əsasıdır” (əvvəli 1-ci səhifədə)

İqtisadiyyatın şaxələndirilməsi, regionların potensialının reallaşdırılması hesabına iqtisadi inkişafın daha da sürətləndirilməsi ilə bağlı ölkə rəhbəri tərəfindən gerçəkləşdirilən strategiya və dördüncü regional proqramın icrası bu istiqamətdə müstəsna rol oynayıb. Son illərdə aparı-lan nəhəng sosial infrastruktur quruculuğu işləri regionların mənzərəsini tamamilə dəyişib.

Bu fikrin təsdiqi olaraq, bir neçə göstəriciyə diqqət yetirək. Belə ki, 2019-cu ildə ölkənin 10 bölgəsində fəaliyyət göstərən sənaye zonalarında istehsalın ümumi həcmində 2,6 dəfə ar-tım qeydə alınıb. İxracın təşviqi və qeyri-neft məhsullarının ixracı zamanı çəkilən xərclərin bir hissəsinin qaytarılması mexanizmi çərçivəsində yerli ixracatçılara 9 milyon manata yaxın vəsait ödənilib. Əvvəlki illə müqayisədə 2019-cu ildə kənd təsərrüfatı emalı müəssisələrinin ixracı 14 faiz artıb. Aqrar sektorun inkişa-

fında böyük rol oynayan 33 rayonda 51 aqropark və yerli fermer təsərrüfatının yaradıl-ması ilə bağlı plan əsasında 2019-cu ildə 16 aqropark və ya fermer təsərrüfatında işlər başa çatdırılıb.

Qeyd edilənlərlə ya-naşı, ötən il gəlirlərin şəffaflaşdırılması və uçotun dürüstləşdirilməsi istiqamətində həyata keçirilən sistemli tədbirlər nəticəsində regionlar üzrə dövlət büdcəsinə 817 milyon manat və ya proqnozdan 163 milyon manat artıq vəsaitin daxil olması təmin edilib. 2005-ci illə müqayisədə regionların qeyri-neft sektoru üzrə ümumi vergi daxilolmalarının xüsusi çəkisi 2 dəfə artaraq 15 faizə çatıb.

Bundan başqa əmək bazarının leqallaşması və yeni iş yerlərinin yaradılması hesabına məcburi dövlət sosial sığorta haqqı üzrə regionlardan daxilolmalar 28 faiz artıb, o cümlədən qeyri-dövlət sek-torunda artım 50 faiz olub. İşsizlikdən sığorta haqqı üzrə

regionların daxilolmaları 39 faiz, o cümlədən qeyri-dövlət bölməsində 70 faiz artıb. Eyni zamanda, regionlarda fərdi sa-hibkarların sayında 12 mindən çox artım qeydə alınıb.

Maliyyə sektorunda həyata keçirilən islahatlar nəticəsində sabitlik və müsbət trendlər müşahidə olunub. Kreditləşmə və əmanətlərin həcmində dollarlaşma azalıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il fevral ayının 28-də prob-lemli kreditlərin həlli ilə bağlı imzaladığı müvafiq fərman çərçivəsində sektor sağlamlaş-dırılıb və müsbət nəticələr əldə olunub.

Real sektora kreditlərin ayrılması intensivləşib. Bu sahədə prosesin sürətləndirilməsi məqsədilə bank sektorunun tənzimlənməsi ilə bağlı mövcud qanunvericiliyə mühüm dəyişikliklər edilib, biznes kreditlərinin risk dərəcələri azaldılıb, məsuliyyətli borclanma vərdişlərinin formalaşdırılmasına, istehlakçıların izafi

borclanmasının qarşısının alınması və onların hüquqlarının qorunmasına, habelə bankların biznes kreditlərinə daha çox yer ayırmasına şərait yaradılıb. Ölkədə sahibkarlığın inkişafına xüsusi diqqət yetirilməsi biznes kreditlərinin daha aşağı faizlə verilməsini zəruri edib. Milli valyuta üzrə biznes kreditlərinin 13 faizlə verilməsi bunun bariz ifadəsidir.

Özəl sektorun inkişafı istiqamətində sistemli isla-hatlar 2019-cu ildə də davam etdirilib. Sahibkarların güzəştli kreditlərlə təmin olunması diqqətdə saxlanılıb. Belə ki, 2019-cu ilin əvvəlindən bugünədək İqtisadiyyat Nazirli-yinin Sahibkarlığın İnkişafı Fon-du tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 450 milyon manat olan 887 sahibkara geri qaytarılan vəsaitlər hesabına 130 milyon manat, o cümlədən 857 kiçik və orta həcmli layihəyə 24 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin

reallaşdırılması 3800-dək yeni iş yerinin açılmasına imkan yaradıb. Güzəştli kreditlərin 74 faizi aqrar sektorun, 26 faizi sənaye istehsalı və digər sahələrin, 66 faizi regionların, 34 faizi isə Bakı qəsəbələrinin payına düşüb.

Ümumiyyətlə, ölkə rəhbərinin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir ki, 2018-ci illə müqayisədə 2019-cu ildə iqtisadi artım 2,2 faiz təşkil edib, o cümlədən qeyri-neft-qaz sektoru 3,5 faiz, kənd təsərrüfatı 7,2 faiz, qeyri-neft-qaz sənaye məhsulu 14,3 faiz, əhalinin nominal gəlirləri 7,4 faiz artıb.

Yuxarıda sadalanan göstəricilərdən belə bir qənaət hasil olur ki, 2019-cu il Azərbaycanın iqtisadi təhlükəsizliyi ilə bağlı mühüm uğurlar əldə edilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan məqsəd və hədəflərə doğru yeni, inam-lı addımlar atılıb. Bunun nəticəsində respublikamızın beynəlxalq imici daha da yüksəlib, qlobalmiqyaslı uğur-lar qazanılıb, həyatın bütün sahələrində dinamik inkişaf davam edib.

“Xalq qəzeti”

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib � Fevralın 17-də Məzahir Pənahovun

sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və icti-mai əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Komissiyanın 5 fevral və 7 fevral 2020-ci il tarixli iclaslarının protokolları təsdiq olunub.

Sonra 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar daxil olan müraciətlərə baxılıb. Maraqlı subyektlərin də bilavasitə iştirakı ilə aparılan geniş müzakirələrdən sonra müraciətlərlə bağlı müvafiq qərarlar qəbul olunub. Komissiya 34 saylı Xətai ikinci seçki dairəsinin 1, 2, 3, 4, 18, 30 və 35 saylı seçki məntəqələrinin səsvermənin nəticələrinə dair yekun protokollarında seçicilərin iradəsinin müəyyənləşdirilməsi mümkün olmadığından, həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrini ləğv edib.

Beynəlxalq müşahidə missiyalarının, xarici qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin cari məsələlərə baxılıb.

Page 8: Münxen Təhlükəsizlik Konfransı Ermənistan rəhbərliyi üçün ...

18 fevral 2020-ci il, çərşənbə axşamı8Hikmət BABAOĞLU: Prezident İlham Əliyev Dağlıq Qarabağın Azərbaycana aid olduğunu

dünya ictimaiyyəti qarşısında bir daha sübut etdi

Hikmət Məmmədov qeyd edib ki, fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və işğalçı Ermənistanın baş nazirinin iştirakı ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirildi: "İlk dəfə idi ki, problem haqqında belə açıq müzakirələr aparıldı və bütün qlobal informasiya resurslarının diqqəti məhz bu panel müzakirələrinə yönəldilmişdi.

Azərbaycan Prezidenti öz haqlı mövqeyi, dərin tarixi, hüquqi və siyasi

bilgiləri, yüksək dilbilmə qabliyyəti, rasional siyasi məntiqi, iti zəkası və hazırcavablığı ilə işğalçı ölkənin baş nazirini rüsvay etdi. Bir daha hamı-ya aydın oldu ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır və əbədi ola-raq da Azərbaycan torpağı kimi qa-lacaq. Bu müzakirələrdə Azərbaycan Prezidenti həm də nümayiş etdirdi ki, etnoqrafiyanı, toponomikanı dərindən bilir və bunları Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün müasir siyasi dialoq müstəvisində lehimizə olan faktor kimi təqdim etməyi bacarır.

Bunlar əsl siyasi lider

keyfiyyətləridir və hər bir azərbaycanlı öz Prezidentinin bu keyfiyyətləri ilə fəxr edə bilər. Müzakirələrdə miskin vəziyyətə salınmış işğalçı Ermənistanın baş nazirinin qarşı-sında özündən əmin, xalqına arxa-lanan, haqqı, ədaləti, beynəlxalq hüququn təmin olunmasını tələb edən bir Prezident var idi. Əminəm ki, bu müzakirələrdə bir daha Pre-zident İlham Əliyev hamını istər

tarixi, istərsə də beynəlxalq hüququn tələbləri nöqteyi-nəzərindən Dağlıq Qarabağın Azərbaycana aid olduğu-na inandırmağı bacardı. Prezident İlham Əliyevin səsləndirdiyi iki fikir isə Paşinyanın və onun havadarlarının sifətinə vurulan siyasi sillə idi: birinci-si, “Erməni xalqı öz müqəddəratını ar-tıq təyin edib. Onların erməni dövləti var. Mənim məsləhətim belə olacaq ki, onlar ikinci, dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox”, ikinci isə, “Onlar status-kvonu dəyişməz olaraq saxlamaq istəyirlər. Hesab edirlər ki, həmin əraziləri daim işğal altında saxlaya bilərlər. Əminəm ki, bu, belə qalmayacaq”. Bu fikirlər təkcə Ermənistana deyil, bütün dünyaya Azərbaycan Prezidenti tərəfindən verilən ismarıc idi ki, biz torpaqlarımızı işğaldan azad, ərazi bütövlüyümüzu bərpa edəcəyik".

Aydın QULIYEV: Azərbaycan Prezidenti Paşinyanı Minsk Qrupu həmsədrləri və dünya

gücləri qarşısında çıxılmaz vəziyyətə saldı

Aydın Quliyev qeyd edib ki, Dağlıq Qarabağa dair Prezident İlham Əliyevlə Paşinyanın iştirak etdiyi panel müzakirədə Azərbaycan liderinin mövqeyinin üstünlüyü bütün parametrlər üzrə özünü göstərdi: “Dağlıq Qarabağ probleminin tarixi, hazırkı mahiyyəti və ən optimal həlli yollarını əhatə edən arqumentlərdə Azərbaycan lideri Ermənistanın baş nazirini, sözün həqiqi mənasında, dalana sıxdı. Paneldə iştirakçıla-rın diqqətini cəlb etmək nöqteyi-nəzərindən də Azərbaycan Preziden-tinin mövqeyi və məntiqi bənzərsiz oldu. Prezident İlham Əliyevdən fərqli olaraq Nikol Paşinyanın publika qarşısında büruzə verdiyi narahatlıq

problemin mahiyyəti barədə onun yarımçıq biliklərə malik olduğunu və Ermənistanın təcavüzkar tərəf oldu-ğunu gizlədə bilməməsini göstərdi. Paşinyanın mülahizələrinin hamının bildiyi təcavüzə uğursuz haqq qazan-dırmaq cəhdlərindən başqa bir şey olmadığını hər kəs gördü. Münxen paneli Dağlıq Qarabağ münaqişəsi başlayandan indiyədək Ermənistanın diplomatik və hüquqi müstəvidə aşkar iflas səhnələrindən biri oldu. Prezi-dent İlham Əliyev Dağlıq Qaraba-ğın hüquqi cəhətdən Azərbaycana məxsus olmasını bütün dünyaya bir daha nümayiş etdirdi”.

A. Quliyev bildirib ki, Paşinyan debatda sülh prosesinə hər

hansı töhfəni vermək yox, erməni cəmiyyətinin millətçi və təcavüzkar kəsiminin hisslərinə uyğun davranışını gizlədə bilmədi: “Paşinyan dünya ictimaiyyətinin qarşısında növbəti dəfə yalan danışdı. Azərbaycan Prezidenti debatda Paşinyanın yalanını belə cavabsız buraxmadı. Üstəlik dövlət başçısı Paşinyanın həm özünün, həm də sələflərinin Dağlıq Qarabağ problemi barədə pozucu-təxribat səylərini ifşa etdi. Həmçinin Ayaz

Mütəllibovun dilindən uydurulmuş yalanı ifşa etdi və Xocalı faciəsinin azərbaycanlıların özləri tərəfindən törədildiyi barədə Paşinyanın yalanını onun üzünə “riyakarlıq” adlandlrdı.

Ən maraqlı məqamlardan biri o oldu ku, Paşinyan ancaq məlum ya-lanları və əsassız iddialarını sadəcə təkrarladığı halda, Azərbaycan lideri dünyaya, öz xalqına və erməni xal-qına real ismarıclar verdi. Prezident İlham Əliyevin “Ermənistan əsgərləri torpaqlarımızda həmişəlik qala bilməyəcəklər” bəyanatı Azərbaycan xalqını qələbəyə səfərbər edən təsir gücünə malikdir. Dövlətimizin baş-çısının “erməni xalqı Azərbaycanla həmişə düşmən münasibətdə yaşaya bilməz” fikri Paşinyanın öz daxili audi-toriyasına hesabladığı söz oyunlarını tam zərərsizləşdirdi”.

Ekspert bildirib ki, debatın maraqlı tərəflərindən biri də dövlət başçısının Paşinyanı Minsk Qrupu həmsədrləri və dünya gücləri qarşısında çıxılmaz duruma salması oldu: “Prezident İlham Əliyev dünya ictimaiyyətini Ermənistanı BMT Təhlükəsizlik Şura-sının qətnamələrinin icrasına məcbur etməyə çağırdı. Dövlət başçısı Paşin-yanla debatda aşkar nümayiş etdirdiyi hərtərəfli üstünlüklərlə əslində sülh prosesinin yeni mərhələsinin əsasını qoydu”.

Ukraynanın “Fakt” portalı Prezident İlham Əliyevin Paşinyanın yalanlarını ifşa

etdiyi müzakirələr barədə məqalə yayıb

E. Hüseynli bildirib ki, bu müzakirələrdə bəzi tarixi fakt-lar beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Azərbaycan Prezidenti İlham Əliyev Paşinyanın yalanla-rını ifşa etdi, Ermənistanın

Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasəti apardığını beynəlxalq ictimaiyyətin diqqətinə çat-dırdı. Prezident İlham Əliyev Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etdiyini və işğal olunmuş ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti apardığını, həmçinin Xocalı soyqırımını törətdiyini bəyan etdi. Bildirdi ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana izah etməlidir ki, Dağlıq

Qarabağ Ermənistan deyil. Heç bir ölkə Dağlıq Qarabağı tanımır.

AZƏRTAC-ın xüsusi müxbiri yazır ki, bu cür həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çat-dırılması böyük önəm kəsb edir. Münaqişələr ədalətli şəkildə həll olunmalıdır. Dağlıq Qarabağ münaqişəsi zamanında ədalətli həll olunsaydı, bu gün Ukray-na da daxil olmaqla başqa ölkələrdə yeni münaqişə ocaqları yaranmazdı.

Münxendə keçirilən panel müzakirlərə münasibətini açıqlayan Hikmət Babaoğlu bildirib ki, Prezident İlham Əliyev öz tarixi, hüquqi və siyasi bilgiləri ilə işğalçı Ermənistanın baş nazirini əzib keçdi.

Siyasi ekspert Aydın Quliyev bildirib ki, Münxen Təhlükəsizlik Konfransınin 2020-ci il mərhələsi beynəlxalq münasibətlər tarixində Azərbaycan həqiqətlərinin parlaq nüma-yiş və tanınma səhnəsi kimi qalacaq.

AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova üzrə xüsusi müxbiri Emil Hüseynlinin Ukraynanın “Fakt” informasiya por-talında Münxen Təhlükəsizlik Konf-ransı çərçivəsində Azərbaycan Prezi-denti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrə dair yazısı dərc edilib.

Erməni mətbuatı Münxendə Prezident İlham Əliyevin Nikol

Paşinyanı məğlub etdiyini bildirir

Azərbaycan lideri İlham Əliyevin fərqli olaraq tarixi faktlara əsaslanması, problemə məntiqi yanaşması, intellektual potensialı ilə auditoriyanı ələ alması, müzakirələr zamanı Nikol Paşinyandan arqumentli danışması, tərəf müqabili üzərində psixoloji üstünlük əldə etməsi Ermənistan mətbuatının da diqqətindən yayınmayıb. Bu ölkənin “Tert.am” saytı bir neçə aparıcı ekspertin iştirakı ilə Münxen de-batında Paşinyanın və Əliyevin arqumentlərini incələyib: “İlham Əliyevin özünü aparması, davamlı olaraq Paşinyanın çıxışlarına istehza-sı, bəzən isə açıq şəkildə gülməsi müharibədə məğlub olan tərəfin biz olduğumuz təəssüratı yaradırdı. Hətta, Azərbaycanın xarici işlər na-ziri Elmar Məmmədyarov da Nikol Paşinyana güldü və bu nazirin ölkə rəhbərimizə, həm də dövlətimizə hörmət etmədiyinin göstəricisi idi. Əslində, özü ilə bu cür davranmağa şərait ya-radan Paşinyan bu vəziyyətə görə təqsirkardır. İndi təsəvvür edirsinizmi, bağlı qapılar arxasın-da nələr baş verir? Münxendə hamı gördü ki, kulis arxasında kim diktə edir, kim isə baş əyir”.

“Tert.am” saytının müzakirəsində iki düşmən ölkə rəhbərinin Münxen debatı ilə bağlı daha sonra bildilirib ki, Azərbaycan tərəfi ənənəvi arqumentlərini təkrarladı. Paşinyan, görünür ki, buna hazır deyildi və mənasız “münaqişə hər üç xalqın: Azərbaycan, Ermənistan və Qarabağın maraqlarına cavab verməlidir” tezisindən başqa heç nə deyə bilmədi. Tarixi mübahisələri kənara qoysaq, Əliyev növbəti dəfə danışıqlarda tələbini açıq şəkildə ortaya qoydu, Paşinyan isə növbəti dəfə bunu edə bilmədi.

Erməni saytında deyilir: “Rəsmi Bakı Qarabağı öz tərkibində görmək, Şuşa və digər yaşayış məntəqələrini qaytarmaq istəyir. Bütün bunlara Əliyev mərhələli həll variantını: ətraf 7 rayonun dönüşünü, məcburi köçkünlərin öz torpaqlarına qaytarılmasını və s. istəyir. Paşin-yan isə İlham Əliyevin şahin kimi göründüyü müzakirələrdə Qərbin dəstəyini almaq üçün

özünü sülh göyərçini kimi təqdim edirdi. Amma bu çox təhlükəli oyundur, xüsusən Münxendə”.

Saytın materialında Paşinyanın baş nazir statusuna layiq olmadığı və bu məsuliyyəti dərk etmədiyi də vurğulanır: “Beynəlxalq audi-toriya qarşısına demokrat imici ilə çıxan Paşin-yan növbəti dəfə sübut etdi ki, dövlət başçısı üçün tikilən kostyum onun əyninə böyükdür”.

Ermənistan mətbuatında yayılan başqa bir məlumatda isə qeyd olunub ki, baş nazir Nikol Paşinyan Münxen konfransı çərçivəsində Moldova Prezidenti İqor Dodonla görüşdükdən sonra diqqətini stolun üstünə qoyulmuş “Kor-loff” markalı qələm çəkib. Qələmi əlinə alıb bir neçə saniyə təəccüblə baxan Paşinyan daha sonra onu diksindirib ölkəsindəki daha bir qar-şıdurmanı xatırladan “Korloff”u yerinə qoyub.

Qeyd edək ki, Nikol Paşinyanla Ermənistanın Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyan arasında “Korloff” qələminə görə böyük qalmaqal yaşanmışdı. Belə ki, eks-prezident Serj Sarkisyanın hakimiyyəti dövründə öz səlahiyyətlərindən sui-istifadədə günahlandırılan Tovmasyanı vəzifəsindən kənarlaşdırmaq üçün ölkədə referendum keçirilməsinə belə qərar verilib. Paşinyan KM sədrinin ona xüsusi xidmətlərini təklif etdiyini bildirmiş və bu görüşün sübutu kimi Tovmasya-nın ona verdiyi 500 avro dəyərindəki “Korloff” qələmini göstərmişdi.

Nəhayət, Ermənistan parlamenti Konstitusiya Məhkəməsinin yeni tərkibini seçməyi nəzərdə tutan referendumun keçirilməsi haqda qanun layihəsini qəbul edib. Referendumun martın sonu aprelin əvvəlində keçirilməsi nəzərdə tutulub. Ermənistan konstitusiyasına “Mənim addımım” fraksiyası tərəfindən hazırlanmış düzəlişlərə əsasən, KM sədrinin və üzvlərinin səlahiyyətlərinə xitam verilməsi nəzərdə tutulur.

R.TAHİR, “Xalq qəzeti”

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr həm Azərbaycanda, həm də Ermənistanda geniş əks-səda yaradıb.

Sevil Mikayılova: Ölkə başçısı Ermənistan hakimiyyətinin tarixi

saxtakarlığını tutarlı faktlar və sənədlərlə bir daha ifşa etdi

"Azernews" qəzetinin baş redaktoru S. Mikayılova bildirib ki, Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan hakimiyyətinin tarixi saxtakarlığını tutarlı faktlar və sənədlərlə bir daha ifşa etdi.

Sevil Mikayılova qeyd edib ki, Prezident İlham Əliyevin Dağ-lıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğu və münaqışənin həllinin yalnız Azərbaycanın ərazi bütövlüyu çərçivəsində həlli ilə bağlı irəli sürduyu hüquqi baza erməni baş nazir Nikol Paşin-yanı çətin duruma saldı: "Panel müzakirələr zamanı Azərbaycan Prezidentinin həqiqətə söykənən dərin siyası məntiqi qarşısında aciz qalan Paşinyan özünü qoru-maq üçün yersiz və gülünc iddi-alar irəli sürməyə məcbur oldu. Lakin heç bir hüquqi cəhətdən əsaslandırılmış fakt ortaya qoya bilmədi. Beləliklə, Prezident İlham Əliyev Dağlıq Qarabağın Azərbaycana məxsus olması-nı bir daha yüksək tribunadan beynəlxalq ictimaiyyətə bəyan etdi.

Paşinyan Prezident İlham Əliyev tərəfindən səsləndirilən tarixi həqiqətlər və təqdim etdiyi faktlar qarşısında aciz durumda qaldı. Prezident İlham Əliyev BMT başda olmaqla dünyanın aparıcı beynəlxalq təşkilatlarının qəbul etdiyi qərar və qətnamələrdən danışdı və faktlar əsasında göstərdi ki, beynəlxalq birlik işğal faktını pisləyir, Azərbaycanın ərazi bütövlüyünü və ədalətli mövqeyini dəstəkləyir. Prezident İlham Əliyevin BMT başda olmaqla dünyanın nü-fuzlu beynəlxalq təşkilatlarının Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən hüquqi sənədləri sadalaması Paşinyana müdafiə

olunmaq üçün heç bir şans qoymadı. Hüquq və tarixdən heç bir anlayışı olmayan Paşin-yan Azərbaycan Prezidentinin şəxsiyyəti və təcrübəsinin təzyiqi qarşısında vəziyyətdən cıxmaq üçün BMT Təhlükəsizlik Şurası-nın 4 qətnaməsinin mahiyyətini təhrif etməkdən başqa çıxış yolu tapmadı".

S. Mikayılova qeyd edib ki, müzakirələr zamanı Paşinyanın Ermənistan və Azərbaycan arasında təxminən 30 ilə yaxın bir müddətdə davam edən sülh danışıqları barədə müfəssəl məlumata malik olmaması üzə çıxdı: "Nikol Paşinyanın beynəlxalq auditoriyanı çaşdırmaq cəhdləri güclü siyasi məntiq qarşısında heçə endi. Dağlıq Qarabağla bağlı panel müzakirələrinə böyük ambisiyalarla qatılan Paşinyan sonda nəinki ozünün siyasi səbatsızlığını ortaya qoydu, eyni zamanda uzun illər dəyişə bilməyəcəyi yalançı və demaqoq siyasətçi obrazı ilə yadda qaldı. Buradan isə belə məlum oldu ki, o, münaqişənin həllinə dair bu vaxta qədər qəbul olunmuş beynəlxalq sənədlərin mətnini ya dərk etmir, ya da onları əsl ermənisayağı məharətlə təhrif etmək arzusundadır.

Azərbaycan Prezidenti hər zaman olduğu kimi əsl həqiqəti beynəlxalq ictimaiyyətə ən yüksək səviyyədə çatdırmağa nail oldu və düzgün məlumat almış auditoriya sonda Paşinyanı dinləməkdən belə imtina etdi".

Nikol Paşinyanın faktları təhrif etməsi nə ilə bağlıdır?

Əslində bu həqiqətlər Ermənistan baş naziri Nikol Paşinyanın vaxtilə redaktoru olduğu müxalifyönlü “Ayka-kan Jamanak” qəzetinin 9 dekabr 2005-ci il tarixli sayın-da dərc olunan “Qəhrəmanlıq tariximizi” unudaq” adlı məqaləsində də diqqətə çatdırılıb.

Yazının sərlövhəsindən göründüyü kimi, Nikol Paşin-yan məqaləsində erməni tari-xini unutmağı səmimi şəkildə təklif edir və “qəhrəmanlıq tarixi” anlayışını dırnaq içində saxlayır.

Nikol Paşinyan erməni yalanları ilə bağlı etirafını ictimaiyyətə çatdırdığı o dövrdə hələ ciddi siyasi fəaliyyət göstərmirdi və bəlkə də indiki vəzifəyə yüksələcəyini heç ağlına belə gətirmirdi. Ona görə də yuxarıda adını çəkdiyimiz məqalədə yazırdı: “…Gəlin əcdadlarımızı tərifləməyi dayandıraq və özümüzə çox praqmatik bir sual ünvanla-yaq: əcdadlarımız bizə nə vəsiyyət etdilər, özlərindən sonra bizə nə qoyub getdilər? Cavab qısa olacaq: alçaldılmalar, satqınlıqlar və əxlaqsızlıqlar. İndi isə bunları aradan qaldırmaq həddən artıq çətindir.

Mən bizim ata-babaları-mızı günahkar sayıram və onları lənətləyirəm. Çünki onlar bizim bu gün daha ləyaqətli və qürurlu yaşa-mağımız üçün heç bir şey etməyiblər.

...Mən əcdadlarımızı tərif edən hər kəsi şiddətlə qınayır, bununla da gələcək nəsillərin layiqli və güclü vətənə sahib olmaq hüququ-nu inkar edirəm…”.

Nikol Paşinyan “Qəhrəmanlıq tariximizi” unu-daq” adlı məqaləsində daha sonra yazırdı: “Bəzən bizim biabırçı və alçaldıcı keçmişi-mizi qəhrəmanlıqlarla zəngin kimi göstərən tarixçiləri an-layıram. Onlar həqiqi tarixin bizi sındıra, əzə, alçalda biləcəyini düşünüb bu yolu tutublar. Ancaq saxtakarlıq, riyakarlıq bizə dayanmağa, susmağa imkan verməyib...”.

Göründüyü kimi, Nikol Paşinyan həmin məqaləsində erməni tarixinin saxta, bia-

bırçı və alçaldıcı olduğunu, ona görə də soydaşlarından qondarma erməni tarixini unutmağı, bu tarixin önündə yazılan “qəhrəmanlıq” sözü-nün üzərindən xətt çəkməyin zəruriliyini bildirib. O, məqaləsində, eyni zamanda, soyqırıma məruz qalmadıq-larını, vətənsiz olduqlarını, əcdadlarının müasirlərinə satqınlıqlar, əxlaqsızlıqlar və digər mənfi keyfiyyətlər miras qoyduqlarını, indiki vaxtda bunu aradan qaldırmağın isə müşkül bir iş olduğunu qeyd edib. Daha sonra bütün bun-lara görə ata-babalarını qı-nadığını, onların ermənilərin bu gün daha ləyaqətli və qürurlu yaşamaları üçün heç bir şey etmədiklərinə görə lənətlədiyini xüsusi vurğula-yıb.

Bir daha xatırladaq ki, N. Paşinyanın müxalifyön-lü nəşrin baş redaktoru olduğu dövrdə yazdığı adı çəkilən məqalədə sadala-nan həqiqətlər onun vəzifə olimpinə yüksəlişi yolunda hakimiyyət qüvvələrinə qarşı çarpışdığı və buna görə də həbs ediləcəyi gözlənilən günlərdə qələmə alınıb.

N. Paşinyan “işğal-çı ölkənin birinci şəxsi” arzusuna çatdıqda isə “Qəhrəmanlıq tariximizi” unudaq” məqaləsini san-ki o yazmayıbmış kimi, demokrat libasında çıxış edib, gah Qarabağ prob-leminin Dağlıq Qarabağ ermənilərinə məxsus ol-duğunu, Ermənistanın bu məsələdən kənarda qaldığını vurğulaması, gah da 1915-ci ildə Osmanlı imperiyasında baş verənlərin “soyqırımı” kimi tanınmasına çalışdığını deməsi və Dağlıq Qarabağı həyasızcasına “tarixi vətən” adlandırması, əslində, erməni riyakarlığından başqa bir şey deyil.

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Mün-xen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel müzakirələrdə ölkəsinin tarixi barədə uydurmaları, cəfəng fikirləri səsləndirərkən, görəsən, 9 dekabr 2005-ci il tarixli “Qəhrəmanlıq tariximi-

zi” unudaq” adlı məqaləsinin yenidən xatırladılacağnı xəyalına belə gətiribmi?

Əslində Paşinyanın 15 il bundan əvvəl xalqının saxta tarixi, “tarixi vətənsiz” olduqları barədə yazdıq-larını “unudub”, bu gün başqa iddialarla çıxış etməsi başadüşüləndir. Çünki ona indi xalqının saxta tarixini etiraf etmək yox, yalan və uydurmalar səsləndirməklə, Ermənistanın üzləşdiyi daxili problemləri görməməzliyə vurub hakimiyyətdə qalmaq daha vacibdir.

Amma işğalçı ölkənin baş naziri “əlyazmaların yanma-ması” həqiqətini də yəqin ki, unutmayıb.

Yeri gəlmişkən, burada bir məqamı da qeyd etmək istərdik. Erməni yazıçısı Anna Turcotte Nikol Paşin-yanın ünvanına ciddi ittiham-lar səsləndirib. O, Münxen təhlükəsizlik konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinə dair panel-diskusiyada Prezident İlham Əliyevin qarşısında baş nazirin gülünc vəziyyətə düşməsini onun kütlüyü ilə izah edib. Erməni yazıçısı vurğulayıb ki, məhz N. Paşinyanın tarixdən xəbərsiz olması, siyasi dis-kusiyaya lazımınca hazırlaşa bilməməsi onu və timsalında bütün Ermənistanı gülünc vəziyyətdə qoyub.

Paşinyanın Azərbaycan Prezidentinə bütün parametrlərdə uduzdu-ğunu bildirən A.Turcotte Ermənistan baş naziri haq-qında “ayıb olsun” ifadəsini işlədib. Yazıçının sözlərindən belə başa düşülür ki, N. Pa-şinyan Münxendəki diskusi-yada saxta erməni tarixindən danışmaq əvəzinə, 1990-cı illərdə ermənilərin üzləşdiyi “zorakılığa” diqqət çəkməli idi…

A.Turcottenin xatırlat-dığı o dövrdə ermənilərin üzləşdiyi “zorakılığın” müəllifinin isə elə ermənilərin özləri olduqları artıq bütün dünyaya bəllidir.

İlyas ƏSGƏROV, fəlsəfə üzrə fəlsəfə

doktoru

Ermənilərin əsassız torpaq iddiaları, saxta erməni tarixi barədə cəfəng fikirləri onların elə öz tanınmış

simalarının səsləndirdikləri fakt və dəlillərlə zaman-zaman təkzib edilib. Azərbaycan torpaqları hesabına qondarma erməni dövləti yaratmaq kimi məkrli planlar Corc Burnutyan, Levon Avdoyan, Riçard Ovannisyan, həmçinin sovet tədqiqatçıları Emanuel Dolbakyan, Manuk Abeqyan, Aşot Abramyan, Rafik Abramyan və digər Qərb erməni alimləri tərəfindən xatırladılıb.

Page 9: Münxen Təhlükəsizlik Konfransı Ermənistan rəhbərliyi üçün ...

Təbii ki, belə bir fikrin ifadəsi, yəni müxtəlif sektorlarda fəaliyyət göstərən transmilli şirkətlərin ölkəmizə gəlişi isə texnoloji trans-ferin sürətlənməsi, investisiyaların çoxalması, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, yeni iş yerlərinin açılması və bütövlükdə, iqtisa-diyyatın rəqabət qabiliyyətinin güclənməsi Azərbaycanın inkişafı baxımından mühüm önəm daşıyır.

Ölkə rəhbərinin iştirakı ilə neft-qaz sektorunda fəaliyyət göstərən BP, “LUKoil” və “Equinor” kimi böyük və nüfuzlu şirkətlərin rəhbərləri ilə keçirilən görüşlərdə səsləndirilən fikirlərdə də yuxarıda vurğulanan məqamlar öz ifadəsini tapıb. Məsələn, ölkəmizin “Nax-çıvan” və “Qoşadaş” perspektiv strukturlarının “LUKoil” şirkəti ilə birgə işlənilməsi məsələsi müzakirə olunaraq müvafiq qərar

qəbul edilib. Adları çəkilən yataq-ların işlənilməsində məhz “LUKoil” kimi nüfuzlu şirkətlə əməkdaşlığın qurulması Azərbaycanın bun-dan sonra da neft sektorunda lider ölkələr sırasında qalmaqda davam edəcəyini, eyni zaman-da, ölkəmizin dünya miqyasın-da nüfuzunu artıraraq etimad göstərilməyə layiq bir ölkə olduğu-nu bir daha təsdiqləyib.

BP şirkətinin baş icraçı direk-toru Robert Dadli ilə görüşdə isə artıq istifadəyə verilən TANAP və bu ilin sonunadək hazır olacağı gözlənilən TAP layihələri, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənilməsinin növbəti mərhələsi barədə danışılıb.

Texnologiya sahəsində ixti-saslaşan şirkətlərdən “Signify” və CİSCO-nun rəhbərləri ilə keçirilən görüşlər də xüsusi diqqət çəkib.

Belə ki, “Signify” şirkəti son üç ildə ardıcıl olaraq “Dow Jones Davamlılıq İndeksi”nin “Elektrik komponentləri və avadanlıqları” kateqoriyası üzrə birinci yerdə olan, işıqlandırma sahəsində innovativ, yüksək keyfiyyətli, enerjiyə qənaət edən işıqlandırma məhsulları, sistem və xidmətlər təqdim edən dünya lideridir.

Adıçəkilən şirkətin baş

icraçı direktoru Erik Rondolat ilə görüşdə ölkəmizə yeni texnolo-giyaların gətirilməsi ilə iqtisadiy-yat, o cümlədən kənd təsərrüfatı sahəsində, həmçinin “ağıllı şəhər” layihələrində və internet texnologi-yaları ilə işıqlandırma sistemlərinin inteqrasiyası istiqamətində müxtəlif həll variantlarının tətbiqi müzakirə edilib. Bildirilib ki, 70-dən artıq ölkədə fəaliyyət göstərən bu şirkət indiyədək 53 milyon obyek-tin işıqlandırılmasını reallaşdırıb. Orta hesabla bir ilə 6 milyard avro dəyərində xidmət satışını həyata keçirən “Signify”in Azərbaycanda biznes fəaliyyətinə qərar verməsi ekspertlər tərəfindən ölkəmizin uğuru kimi qiymətləndirilib.

Dünya İqtisadi Forumu çərçivəsində keçirilən görüşlərdə “CİSCO”, “Carlsberg Group”, “SUEZ Group”, “Procter and Gamble Europe”, “Carlyle Group”, “Swiss Re” şirkətlərinin nümayəndələri də Azərbaycana maraq göstərdiklərini vurğula-yıblar, eyni zamanda, son illərdə respublikamızda biznes, vergi və gömrük sahələrində həyata keçirilən islahatların ümumi rəqabət mühitinə verdiyi müsbət töhfəni yüksək qiymətləndiriblər.

Şübhəsiz ki, həmin görüşlərdə müzakirə olunan yeni əməkdaşlıq

məsələləri adıçəkilən şirkətlər tərəfindən ölkəmizə investisiya yatırımlarının artmasına, yeni tex-nologiyaların transferinə, həmçinin qlobal dəyər zəncirinə qoşulmaq üçün yeni imkanların yaranmasına səbəb olacaqdır.

Yeri gəlmişkən, xatırladaq ki, müstəqillik dövründə Azərbaycana yatırılan 270 milyard dollar sərmayə hesabına ölkəmiz adam-

başına düşən investisiya miqya-sına görə regional liderdir. Ötən il region üzrə sərmayə axınları azaldığı halda, Azərbaycanda qeyri-neft sektoruna yatırılan sərmayə 1,9 faiz artıb. Təsadüfi deyil ki, Avropa İttifaqı, PWC, “Deloitte” kimi mötəbər qurumla-rın keçirdiyi sorğular da investorla-rın Azərbaycanla bağlı proqnozla-rının müsbət olduğunu və onların investisiyaların həcmini artırmaq barədə düşündüklərini göstərib.

Prezident İlham Əliyev “Azərbaycan Respublikası regi-onlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans-da ölkədə investisiya siyasətinin həyata keçirilməsi barədə danışarkən bildirib ki, respubli-kamızda son illər ərzində iqtisadi sahədə yüksək göstəricilər əldə edilib. Əgər bura qoyulan sərmayə də əlavə edilsə, mənzərə daha aydın və ürəkaçan olar: “Keçən il ölkəmizə 13,5 milyard dollar sərmayə qoyulubdur. Azərbaycan həm xarici, həm daxili investorlar üçün çox cəlbedici məkandır. Bu sərmayələrin bir hissəsi dövlət investisiyalarıdır. Bu da təbiidir. Çünki hələ ki, iqtisadi artımda dövlət investisiyaları önəmli rol

oynayır. Xüsusilə nəzərə alsaq ki, hələ də infrastruktur layihələri ilə bağlı görüləsi işlər vardır. Ona görə həm dövlət, həm yerli, həm də xarici şirkətlər ölkəmizə 13,5 milyard dollar həcmində vəsait qoyublar. Hesab edirəm ki, bu, çox yüksək nəticədir”.

Hazırda Azərbaycan hökuməti xarici investorlara və tərəfdaşlara təqdim edilməsi məqsədilə xarici investisiyaların cəlbi üçün nəzərdə tutulan layihələrin sahibkarlıq subyektlərindən qəbuluna xüsusi önəm verir. Bu zaman investisiya layihələrində əsas diqqət maliyyə baxımından əsaslandırılan və iqtisadi cəhətdən səmərəli olan, beynəlxalq standartlara uyğun gələn müəssisələrin yaradıl-masına və həmin obyektlərdə ixracyönümlü və idxaləvəzləyici məhsulların istehsal edilməsinə yetirilir.

Azərbaycanda əcnəbi in-vestorların səmərəli fəaliyyəti məqsədilə hər cür şərait, xüsusilə mükəmməl qanunvericilik baza-sı yaradılıb, “açıq qapı” siyasəti prioritet istiqamət kimi qəbul edilib. Bundan başqa, son illərdə Azərbaycan hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması ilə bağlı çox sayda saziş imzalanıb.

Avropa İttifaqının 20-dən çox üzv ölkəsi ilə respublikamız arasında ikiqat vergitutma aradan qaldırılıb.

Xarici investorların ölkəmizə gəlişinin asanlaşdırılması üçün dövlət-özəl sektor tərəfdaşlığı, gömrük orqanlarının biznes subyektləri ilə qarşılıqlı əlaqələri gücləndirilib. Bununla bağlı Azərbaycan Prezidentinin 21 dekabr 2018-ci il tarixli fərmanı ilə “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası” təsdiq olunub.

Xatırladaq ki, “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə za-manı şəxslərə gömrük nəzarətinin sadələşdirilmiş formaları tətbiq edilməklə müəyyən üstünlüklər ve-rilir. Belə bir buraxılış sistemindən daimi hüququn əldə olunması ilə əlaqədar 2019-cu il fevral ayı-nın 1-dən daxil olan müraciətlər əsasında 500-dən artıq xarici ticarət iştirakçısına həm idxal-da, həm də ixracda mövcud sistemdən istifadəyə icazə verilib.

Azərbaycana investisiya qoyuluşuna marağın getdikcə artması ölkəmizin siyasi cəhətdən sabit olması, milli, dini və irqi tolerantlıq baxımından seçilməsi

ilə bağlıdır. Bununla yanaşı, respublika hökuməti tərəfindən həyata keçirilən iqtisadi siyasət, aparılan islahatlar nəticəsində ölkədə güclü iqtisadi potensi-al mövcuddur. 2003-cü ildən indiyədək bütövlükdə Azərbaycan iqtisadiyyatının 3,4 dəfə artması, sənaye istehsalının 2,7 dəfə, kənd təsərrüfatının 2 dəfə, xarici ticarət dövriyyəsinin 6,4 dəfə, ixracın 7,6 dəfə, o cümlədən qeyri-neft ixracının 5,2 dəfə artması, müasir infrastruktur yaradılması, yüzlərlə müasir müəssisənin fəaliyyətə başlaması da bunun nəticəsidir.

Yaradılan əlverişli biznes və investisiya mühiti, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, region-da əlverişli mövqeyə malik olan mühüm tranzit mərkəzi olma-sı, insan kapitalının inkişafı da ölkəmizin investisiya qoyuluşu baxımından cəlbediciliyini artı-rır. Eyni zamanda, Azərbaycan beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirir. Ölkəmizin təşəbbüskarı olduğu transmilli layihələr bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

“Xalq qəzeti”

Azərbaycanda 2004-cü ildən başlayaraq, regionların sosial-iq-tisadi inkişafına dair qəbul edilən dövlət proqramları da ölkəmizin tərəqqisində önəmli rol oynayıb. Bu proqramların icrası respublika-mızın hərtərəfli inkişafının təmin edilməsinə, paytaxtla bölgələr arasında fərqin azalmasına səbəb olub. Təsadüfi deyil ki, proqramla-rın qəbulundan sonra regionlarda onlarla kiçik, orta və böyük həcmli müəssisələr istifadəyə verilib, müasir infrastruktur yaradılıb, turizm inkişaf edib, aqrar sektorda məhsul istehsalı dəfələrlə artıb.

Dövlətimizin başçısı regional dövlət proqramlarının icrasını daim diqqətdə saxlayıb, ölkənin ən ucqar məntəqələrində yaşa-yan sakinlərin həyatı, gündəlik qayğıları ilə mütəmadi olaraq maraqlanıb. Prezident İlham Əliyevin bölgələrə ardıcıl səfərləri regional proqramların icrasını sürətləndirməklə bərabər, yeni iş yerlərinin yaradılması və əhalinin həyat səviyyəsinin yüksəldilməsi sahəsində görülən işlərə güclü təkan verib.

Regional proqramlar, eyni zamanda, yerlərdə vətəndaş cəmiyyəti qurulmasında ən mü-hüm elementlərdən birinə çev-rilib. Çünki rayon mərkəzlərinin, qəsəbələrin, ucqar kəndlərin sakinləri hər zaman üzərlərində dövlət qayğısını, ölkə rəhbərinin diqqətini hiss ediblər. Belə bir vəhdətin mövcudluğu isə sözügedən dövlət proqramları-nın əhəmiyyətini daha da artırıb, həmin sənədlərdə nəzərdə tutulan tədbirlərin uğurla icrasına diqqəti gücləndirib.

Aparılan geniş təhlillər də göstərir ki, regional dövlət proq-ramları ölkə iqtisadiyyatında mühüm prioritetə çevrilən əsas inkişaf istiqamətlərinin reallaşdırıl-masını sürətləndirir. Bu cür önəmli

istiqamətlərdən biri məhz elə iqti-sadiyyatın diversifikasiyasıdır. Belə ki, regional proqramlar vasitəsilə Azərbaycanın bölgələrində iqtisa-diyyatın ayrı-ayrı sahələri geniş inkişaf edərək, dünya bazarlarına müxtəlif məhsulların çıxarılmasını təmin edir və bununla da qeyri-neft sektorunun güclənməsinə gətirib çıxarır.

“Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ili ölkəmizin tarixinə ən uğurlu illərdən biri kimi düşüb. Bu dövrdə proqramda nəzərdə tutulan bütün tədbirlər yüksək səviyyədə yerinə yetirilib. İcrası planlaşdırılan sosial infrastruktur layihələri yüksək səviyyədə reallaşdırılıb və gələcək inkişaf üçün güclü təməl yaradılıb.

Dünyanın müxtəlif region-larında gərginlik ocaqlarının mövcud olmasına baxmayaraq, Azərbaycanda uzun illərdir ki, siyasi sabitlik mövcuddur. Belə bir şəraitin fonunda ölkə iqtisadiyyatı dinamik olaraq inkişaf etməkdədir. Bunu statistik göstəricilərdən də aydın görə bilərik. Belə ki, dör-düncü regional Dövlət Proqramı-nın icrasının birinci ilində qeyri-neft sənayesinin sürətli inkişafı nəticəsində 98 min yeni iş yeri ya-radılıb. Bu, məşğulluq səviyyəsinin yüksəlməsinə, işsizliyin azalması-na müsbət təsir göstərib.

Ötən il ölkə iqtisadiyyatına 13,5 milyard dollar sərmayə qoyulub ki, bu da ölkə iqtisadiyyatının həm xa-rici, həm də daxili investorlar üçün cəlbedici olduğundan xəbər verir.İl ərzində makroiqtisadi vəziyyət sabit qalıb. İnflyasiya 2,5 faiz təşkil edib, əhalinin gəlirləri isə 7,4 faiz artıb. Bu dövrdə valyuta ehtiyat-ları 6,4 milyard dollar artaraq ilin sonuna rekord həddə – 51 milyard dollara çatıb.

Sadalanan uğurların əldə edilməsinə istər siyasi, istərsə də iqtisadi müstəvidə aparılan islahat-lar öz müsbət təsirini göstərib və bu, sosial sahədə önəmli yeniliklər üçün əsaslı zəmin hazırlayıb.

Yeri gəlmişkən, ölkə rəhbəri sosial məsələlərin həllinə hər zaman böyük diqqət ayırıb. Təkcə 2019-cu ildə Azərbaycanda 4,2 milyon insanı əhatə edən sosial pa-ketin gerçəkləşdirilməsi ilə respub-lika əhalisinin rifahı xeyli dərəcədə yaxşılaşıb. Minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz, bəzi müavinətlər 50 faiz, bəziləri isə 2 dəfə artırılıb. Prezident İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 2020-ci il fevralın 6-da imzaladı-ğı sərəncam da pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti mühüm ad-dım kimi rəğbətlə qarşılanıb.

Xatırladım ki, bu sərəncamla bütün növ əmək pensiyalarının sı-ğorta hissəsi indeksləşdirilərək 16,6 faiz artırılıb. Bu, Prezident İlham Əliyevin tapşırığı ilə ötən il sosial ödənişlərin artırılması sahəsində inqilabi addımların atılmasını gerçəkləşdirən uğurlu sosial isla-hatların 2020-ci ildə də davam etdi-yini göstərir. Bütün bunlar ölkəmizin əhalisinin sosial vəziyyətinin yaxşılaşması istiqamətində görülən işlərin analoqu olmadığını, həmçinin ölkə rəhbəri möhtərəm Prezident İlham Əliyevin apardığı siyasətin əsasında əhalinin sosial rifahının yüksəldilməsi məsələsinin ilk sırada dayandığını göstərir.

İl ərzində infrastrukturun yenilənməsi sahəsində də əsaslı

işlər görülüb. Respublikada 84 məktəb və 60 tibb müəssisəsi tikilib və təmir edilib, 800 meqa-vat əlavə elektrik enerjisi istehsal olunub. Bunun 400 meqavatı yeni işə salınan “Şimal-2” stansiyası-nın hesabına, 400 meqavatı isə itirilmiş güclərin bərpası vasitəsilə reallaşıb. Elektrik enerjisi istehsalı sahəsində ölkəmiz artıq enerji ixracatçısına çevrilib. Bu sahədə ən mühüm məsələlərdən biri də əhalinin qazla təmin edilməsidir. 2003-cü ildə Azərbaycanda qaz-laşdırmanın səviyyəsi 51 faiz idisə, hazırda bu rəqəm 96 faizə çatıb. Bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir.

Ötən il ərzində ölkədə 1300 kilometr avtomobil yolu salınıb ki, bu da əvvəlcədən nəzərdə tutulan-dan 300 kilometr çoxdur. Dünya ekspertlərinin qiymətləndirmələrinə görə, respublikamız avtomobil yollarının keyfiyyəti reytinginə əsasən dünya ölkələri arasında 27-ci yerdə qərarlaşıb. Azərbaycan bu göstəriciyə görə, hətta bir sıra inkişaf etmiş ölkələrdən irəlidədir.

Son illərdə müasir texnologi-yaların və qabaqcıl təcrübənin tətbiqi sayəsində respublikada sənayeləşmə sürətlə inkişaf edib, metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və digər ənənəvi sənaye sahələri genişləndirilməklə yana-şı, yeni sənaye sahələri yaradılıb, bir sıra sənaye məhsulları üzrə özünütəminetmə səviyyəsi yüksəlib. Əlbəttə, bütün bunlar dövlət baş-çısının uğurlu iqtisadi strategiyası nəticəsində gerçəkləşib. Təkcə 2019-cu il ərzində sözügedən istiqamətdə ölkə rəhbərinin iştirakı ilə həyata keçirilən tədbirlərə qısa nəzər salmaqla bunu aydın görmək olar. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə ötən il Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunan “SOCAR karbamid”, yüksəksıxlıqlı polie-tilen, Pirallahı Sənaye Parkında “Diamed” şpris istehsalı zavodları, Bakıda “Şimal-2” elektrik stansiyası istifadəyə verilib.

Keçən il ən mühüm hadisələrdən biri də Trans-Anadolu boru kəməri (TANAP) qaz kəmərinin istismara verilməsi olub. Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunan müşavirədə bildirib:

“2019-cu ildə TANAP qaz kəməri istismara verildi. Hesab edirəm ki, bu, tarixi nailiyyətdir. Çünki TANAP Cənub Qaz Dəhlizinin əsas hissəsidir. Məhz 2012-ci ildə TANAP üzrə imzalanmış sazişdən sonra “Şahdəniz-2” qaz-kondensat yatağının işlənilməsi üçün sanksiya verilib. Əgər TANAP imzalanmasaydı, “Şahdəniz-2”nin işlənilməsi başlamayacaqdı və bu gün biz bu əlavə qaz həcmini əldə edə bilməyəcəkdik. Bu, böyük problemlər yarada bilərdi. Ona görə həm TANAP üzrə sazişin imzalanması, həm də bu qaz kəmərinin vaxtından əvvəl istis-mara verilməsi və nəzərdə tutul-muş vəsaitə çox böyük qənaət edilməsi, doğrudan da böyük tarixi nailiyyətimizdir. Cənub Qaz Dəhlizinin qalan dördüncü layihəsi də uğurla icra edilir. TAP layihəsinin icra səviyyəsi 90 faizi keçib. Əminəm ki, biz bu il TAP-ın istismara verilməsini də nəzərdə tutulmuş vaxtda qeyd edəcəyik”.

Xatırladım ki, TANAP layihəsi təbii qazın “Şahdəniz”, eyni za-manda, Azərbaycanın digər yataq-larından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyır.

Sonda onu da qeyd edim ki, hazırda Azərbaycanda aparılan islahatlar, həyata keçirilən mühüm tədbirlər ölkə vətəndaşları ilə yanaşı, beynəlxalq ictimaiyyət tərəfindən də böyük maraq-la izlənilir və müxtəlif beyin mərkəzləri tərəfindən yüksək qiymətləndirilir. Düşünülmüş addımların nəticəsidir ki, ölkəmiz “Doing Business – 2019” hesa-batında dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilib. Həmçinin Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Bu hesabatda Azərbaycan 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın bir çox dövlətlərini geridə qoymaqla, Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlib.

Əvəz ƏLƏKBƏROV, Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və

maliyyə institutları kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor, BMT-nin sülh səfiri

Sonra Şəhidlər xiyabanı-na gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarı önünə tər güllər düzüb, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.

Bakının ən hündür nöqtəsindən Azərbaycan pay-taxtının mənzərəsini seyr edən layihə iştirakçılarına Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

BBMM-nin icraçı direktoru Rəvan Həsənov jurnalistlərə müsahibəsində bildirib ki, mərkəz yarandığı gündən Prezi-dent İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı əhəmiyyətli layihələr reallaşdırır. BBMM-nin önəmli layihələrindən biri də artıq ənənəyə çevrilən, mütəmadi olaraq ildə iki dəfə təşkil edilən beynəlxalq multikultu-ralizm qış və yay məktəbləridir. 2019-cu ilin payız semestrində “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin tədris olunduğu xarici və yerli universitetlərdə təhsil alan tələbələrin qatılacağı X Beynəlxalq Multikulturalizm Qış Məktəbi fevralın 14-dən 22-dək Bakı şəhəri ilə yanaşı, Quba, Qusar və Xaçmaz rayonlarında fəaliyyət göstərəcək.

O bildirib ki, məktəbin tədris-metodiki və praktiki işinin əsasını azərbaycanlı alim və mütəxəssislərin mühazirələri təşkil edir. Mühazirəçilərin tələbə auditoriyası ilə interaktiv qarşılıqlı əlaqə üslubu məktəb iştirakçılarına imkan verəcək ki, milli və dini azlıqların həyatının hikməti ilə tanış olsunlar, multikulturaliz-min Azərbaycan modelinin nəzəri və praktiki tərəflərini qavra-sınlar. Vurğulanıb ki, məktəbin diqqət mərkəzində müasirlik, miqrasiya ilə mübarizə, multikulturalizmin müxtəlif modellərinin populyarlaşdırılması, etno-dini müxtəliflik konteksti daxilində sabitləşdirici mexanizmlərin tənzimlənməsi və s. kimi aktual problemlər olacaq.

Qeyd edək ki, Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri layihəsi BBMM-nin “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində hazırda dün-yanın 21, Azərbaycanın isə 38 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qoru-nub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır.

Qış məktəbi müddətində iştirakçıların BBMM-nin Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşləri planlaşdırılır. Tələbələrin Qobustana, Atəşgaha, İçərişəhərə, “Şahdağ” Qış-Yay Turizm Kompleksinə, Xaçmaz Tarix Diyarşünaslıq Muzeyinə, Quba Soyqırımı Memo-rial Kompleksinə səfərləri və Qubada dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı qəsəbədə yerli əhali ilə görüşləri, məscid, kilsə və sinaqoqları ziyarəti də nəzərdə tutulub.

P rezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun ənənəvi illik toplantısında həm siyasi liderlərlə,

həm də iş adamları ilə keçirilən görüşlərində Azərbaycanın iqtisadi inkişafının sürətlənməsinə, siyasi əlaqələrinin genişlənməsinə xidmət edən məsələlərə toxunub, yüksək texnologiyalara sahib olan şirkətlərlə əməkdaşlıqda respublikamızın maraqlarını ifadə edib.

Xarici investorların Azərbaycana marağı getdikcə artır

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasət xəttini şəraitin tələblərinə uyğun olaraq yeniləşdirməklə davam etdirən Prezident İlham Əliyev son 17 il ərzində respublika həyatının bütün sahələrini əhatə edən dinamik inkişafa, hər bir Azərbaycan ailəsinin rifahının yaxşılaşmasına və təhlükəsizliyinin təmin edilməsinə, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsinə nail olub.

X Beynəlxalq Multikulturalizm Qış Məktəbi başlayıb

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə “Azərbaycan multikulturaliz-mi modelinin bəşəri sülhə töhfəsi” adlı X Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsinin iştirakçıları fevralın 15-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Regionların sosial-iqtisadi inkişafı dövlət siyasətinin prioritetidir

18 fevral 2020-ci il, çərşənbə axşamı 9

Page 10: Münxen Təhlükəsizlik Konfransı Ermənistan rəhbərliyi üçün ...

18 fevral 2020-ci il, çərşənbə axşamı10AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 43 Bakı şəhəri, 17 fevral 2020-ci il“Azərbaycan Respublikasının ərazisinə

gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu mad-dəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarında (Azərbaycan Respub-likasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 69; 2002, № 2, maddə 112, № 10, maddə 647; 2005, № 1, maddə 58, № 11, maddə 1069; 2013, № 7, maddə 870; 2014, № 1, maddə 64, № 2, maddə 196) aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:

“1-1. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 191.5-ci və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-10.1.7-ci maddələrinə uyğun olaraq, bu Qərarın 1-ci hissəsi ilə “2202100009” və “2202991902” alt yarımmövqeləri üzrə malların hər litrinə görə müəyyən edilmiş aksiz dərəcəsinin 0,1 manatı, “220300” yarımmövqeyi üzrə malların hər litrinə görə müəyyən edilmiş aksiz dərəcəsinin 0,05 manatı, “220820”, “220830”, “220840”, “220850”, “220860” və “220870” yarımmövqeləri və “2208 90 110 0 - 2208 90 780 9 (2208 90 690 1 və 2208 90 780 1 istisna olmaqla)” alt yarım-mövqeləri üzrə malların hər litrinə görə müəyyən edilmiş

aksiz dərəcəsinin 0,2 manatı, “2402100009”, “2402900003”, “2402900009” alt yarımmövqeləri və “240220” yarımmövqeyi üzrə malların 1000 ədədinə görə müəyyən edilmiş aksiz dərəcəsinin 1,5 manatı vergi ödəyiciləri tərəfindən icbari tibbi sığorta fonduna ödənilir”;

1.2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respubli-kasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri” üzrə:

1.2.1. “2202 10 000 9” və “2202 99 190 2” alt yarımmöv-qelərinə aid sətirlərin “Mal mövqelərinin adları” sütunundan “alkoqolsuz” sözü çıxarılsın və həmin sətirlərin “Aksiz dərəcələri (ölçü vahidinə görə, manatla)” sütununda “3,0” rəqəmləri “3,1” rəqəmləri ilə əvəz edilsin;

1.2.2. “2203 00” yarımmövqeyinə aid sətrin “Aksiz dərəcələri (ölçü vahidinə görə, manatla)” sütununda “1,7” rəqəmləri “1,9” rəqəmləri ilə əvəz edilsin;

1.2.3. “2204 (2204 10 110 0 və 2204 30 100 0 istisna olmaqla)” və “2205” mal mövqelərinə, “2206 00” yarımmövqeyinə aid sətirlərin “Aksiz dərəcələri (ölçü vahidinə görə, manatla)” sütununda “3,5” rəqəmləri “3,6” rəqəmləri ilə əvəz edilsin;

1.2.4. “2204 10 110 0” alt yarımmövqeyinə aid sətrin “Aksiz dərəcələri (ölçü vahidinə görə, manatla)” sütununda “5,0” rəqəmləri “5,1” rəqəmləri ilə əvəz edilsin;

1.2.5. “2207 10 000 0”, “2208 90 910 0” və “2208 90 990 0” alt yarımmövqelərinə aid sətirlərin “Aksiz dərəcələri (ölçü vahidinə görə, manatla)” sütununda “4,0” rəqəmləri “5,2” rəqəmləri ilə əvəz edilsin;

1.2.6. “2208 20” yarımmövqeyinə aid sətrin “Aksiz dərəcələri (ölçü vahidinə görə, manatla)” sütununda “10,0” rəqəmləri “7,2” rəqəmləri ilə əvəz edilsin;

1.2.7. “2208 30”, “2208 40”, “2208 50”, “2208 60”, “2208 70” yarımmövqelərinə və “2208 90 110 0 - 2208 90 780 9 (2208 90 690 1 və 2208 90 780 1 istisna olmaqla)” alt yarımmövqelərinə aid sətirlərin “Aksiz dərəcələri (ölçü vahidinə görə, manatla)” sütu-nunda “10,0” rəqəmləri “11,2” rəqəmləri ilə əvəz edilsin;

1.2.8. “2208 90 690 1” və “2208 90 780 1” alt yarımmöv-qelərinə aid sətirlər aşağıdakı redaksiyada verilsin:

2208 90 690 1 tərkibində spirtin miqdarı 9,0 faizdən az olan digər tündləşdirilməmiş alkoqollu içkilər

1 litr üçün 1,9 manat

2208 90 780 1 tərkibində spirtin miqdarı 9,0 faizdən az olan digər tündləşdirilməmiş alkoqollu içkilər

1 litr üçün 1,9 manat

1.2.9. “2402 10 000 9” və “2402 90 000 3” alt yarım-mövqelərinə aid sətirlərin “Aksiz dərəcələri (ölçü vahidinə görə, manatla)” sütununda “20,0” rəqəmləri “31,0” rəqəmləri ilə əvəz edilsin;

1.2.10. “2402 20” yarımmövqeyinə və “2402 90 000 9” alt yarımmövqeyinə aid sətirlərin “Aksiz dərəcələri (ölçü vahidinə görə, manatla)” sütununda “28,0” rəqəmləri “39,0” rəqəmləri ilə əvəz edilsin.

2. Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

Əli ƏSƏDOV Azərbaycan Respublikasının Baş Naziri

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI№ 44 Bakı şəhəri, 17 fevral 2020-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2164; 2018, № 3, maddə 586, № 9, maddə 1904, № 10, maddə 2169, № 11, maddə 2427; 2019, № 1, maddə 148, № 2, maddə 332, № 4, maddələr 747, 748, 759, № 5, maddə 939, № 7, maddələr 1314, 1323, № 8, maddə 1473; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 dekabr tarixli 463 nömrəli, 10 dekabr tarixli 471 nömrəli, 17 dekabr tarixli 477 nömrəli; 2020-ci il 31 yanvar tarixli 28 nömrəli və 7 fevral tarixli 34 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2202 10 000 9 və 2202 99 190 2 alt yarımmövqelərinə aid sətirlərin “Mal mövqelərinin adları” sütunundan “alkoqolsuz” sözü çıxarılsın;

1.2. 2208 90 690, 2208 90 690 1 və 2208 90 690 9 alt yarım-mövqelərinə aid sətirlər aşağıdakı redaksiyada verilsin:

2208 90 690 – – – – – digər alkoqollu içkilər

2208 90 690 1 – – – – – – tərkibində spirtin miqdarı 9,0 faizdən az olan digər tündləşdirilməmiş alkoqollu içkilər

L, 100% spirt

1 litr, 2,0

ABŞ dolları

2208 90 690 9 – – – – – – digərləri

L, 100% spirt

1 litr, 2,0

ABŞ dolları

1.3. 2208 90 780, 2208 90 780 1 və 2208

90 780 9 alt yarım-mövqelərinə aid sətirlər aşağıdakı redaksiyada verilsin:

2208 90 780 – – – – digər alkoqollu içkilər

2208 90 780 1 – – – – – tərkibində spirtin miqdarı 9,0 faizdən az olan digər tündləşdirilməmiş alkoqollu içkilər

L, 100% spirt

1 litr, 2,0

ABŞ dolları

2208 90 780 9 – – – – – digərləri L, 100% spirt

1 litr, 2,0

ABŞ dolları

2. Bu Qərar dərc edildiyi gündən 30 (otuz)

gün sonra qüvvəyə minir.

Əli ƏSƏDOV Azərbaycan Respublikasının Baş Naziri

Qaradağlı qətliamından 28 il ötür

� Erməni vandallarının 1992-ci il fevralın 17-də törətdiyi bu soyqırımı ikinci Xocalı da adlandırılır. Kəndin hər 10 sakinindən biri qanlı münaqişə zəminində şəhid olub. 1992-ci ildə Xocalı faciəsindən bir neçə gün əvvəl Qaradağlıda törədilən soyqırımında 104 kənd sakini və 15 nəfər müdafiə dəstəsinin üzvü əsir götürülüb. Onların 80 nəfərini erməni cinayətkarlar xüsusi vəhşiliklə qətlə yetiriblər.

1992-ci il fevral ayının 14-də erməni quldurları xarici muzdluların, xüsusilə Xankəndidə yerləşən sovet ordusunun 366-cı alayının texnikasından və canlı qüvvəsindən istifadə etməklə əlaqəsi hər tərəfdən kəsilmiş, köməksiz qalan Xocavənd rayonunun Qara-dağlı kəndinə hücuma keçiblər.

Qaradağlının 104 sakini və 14 əsgər sonuncu gülləyə qədər 4 gün düşmənlə mübarizə aparıb. Döyüşlərdə biri qadın olmaqla 14 nəfər həlak olub. Silah-sursatı tükənən soydaşlarımızı sonda ermənilər əsir götürüblər və onların növbəti məşəqqətləri başlanıb.

Kəndin Bəylik bağı adlanan yerində 23 sakin erməni cəlladları tərəfindən güllələnib, əksəriyyəti yaralı halda diri-diri silos quyu-sunda basdırılıb. Əsirlərin bir hissəsi Qa-radağl – Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində maşınlardan düşürülərək

güllələnib. 2 nəfər Zəki bulağında, 2 nəfər Cəmiyyət kəndində öldürülüb.

Girovluqda olan 8 nəfər kənd sakinini isə sonrakı dövrdə amansızlıqla qətlə yetiriblər. 4 nəfər müxtəlif dövrlərdə şəhid olub. 5 nəfərin isə taleyi bu günə qədər məlum deyil.

Ümumilikdə, Qaradağlı soyqırımında bu döyüşkən kənd 117 övladını itirib, onlarla insan girov götürülüb. Öldürülənlərdən 10-u qadın, 8-i uşaq idi. İki ailənin hər birindən 4 nəfər şəhid olub, 42 ailə başçısını itirib, 140-a yaxın uşaq yetim qalıb. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.

T. AYDINOĞLU, “Xalq qəzeti”

Bu kəndin hər 10 sakinindən biri erməni vəhşiliyinin qurbanı olub

B İ L D İ R İ Ş“Nikoyl” İnvestisiya Kommersiya Bankı ASC-nin

adının dəyişdirilərək “Yelo Bank” ASC adlandı-rılması ilə əlaqədar olaraq Əmanətlərin Sığorta-lanması Fondunun reyestrində müvafiq dəyişiklik aparılmışdır.

Əmanətlərin Sığortalanması Fondu “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 29 dekabr 2006-cı il tarixli 30.1-ci maddəsinə əsasən iştirakçı bankların 2020-ci il fevralın 18-nə olan reyestrini ictimaiyyətin diqqətinə çatdırır:

Sıra sayı

Reyestr nömrəsi

Reyestrə daxil olma

tarixiBankın adı

1 1 30/07/07 ASC “Xalq” Bankı

2 2 30/07/07 “AtaBank”ASC

3 3 30/07/07 “Azərbaycan Beynəlxalq Bankı”ASC

4 4 30/07/07 “ACCESSBANK” QSC

5 6 30/07/07 “Bank Melli İran”ın Bakı filialı

6 7 30/07/07 “Azər Türk Bank” ASC

7 9 30/07/07 “Bank of Baku” ASC

8 10 30/07/07 “Bank Respublika” ASC

9 11 30/07/07 “Kapital Bank” ASC

10 13 30/07/07 “AGBank” ASC

11 14 30/07/07 “Muğanbank” ASC

12 15 30/07/07 “Yelo Bank” ASC

13 16 30/07/07 “Pakistan Milli Bankı”nın Bakı filialı

14 17 30/07/07 “Rabitəbank” ASC

15 20 30/07/07 “TuranBank” ASC

16 21 30/07/07 “UNİBANK” Kommersiya Bankı” ASC

17 22 30/07/07 “Yapı Kredi Bank Azərbaycan” QSC

18 26 30/07/07 “Amrahbank” ASC

19 28 07/08/07 “Expressbank”ASC

20 31 10/09/07 “Azərbaycan Sənaye Bankı” ASC

21 34 10/09/07 “NBC BANK” ASC

22 35 25/10/07 “Günay Bank” ASC

23 36 04/12/07 “Bank Avrasiya” ASC

24 37 04/12/07 “PAŞA Bank” ASC

25 38 29/08/08 “Naxçıvanbank” ASC

26 39 16/01/09 “AFB BANK” ASC

27 40 26/02/09 ASC “Bank VTB (Azərbaycan)”

28 42 28/04/09 “PREMİUM BANK” ASC

29 43 15/04/10 “Bank BTB” ASC

30 45 15/05/15 “Ziraat Bank Azərbaycan” ASC

Qış Məktəbinin iştirakçıları dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı qəsəbəni və Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Qonaqların diqqətinə çat-dırılıb ki, buradakı yəhudilər uzun illərdir azərbaycanlılarla birlikdə, sülh və əmin-amanlıq şəraitində yaşayır-lar. Dağ yəhudilərinin Quba ərazisində yığcam şəkildə məskunlaşmasının tarixi XVIII əsrin ortalarına təsadüf edir. Quba xanlığına Fətəli xanın rəhbərlik etdiyi dövrlərdə bü-tün ətraf ərazilərdə yaşayan yəhudilər buraya köçməyə başlayıblar. Həmin vaxt sa-lınan yəhudi məhəllələrində 10-dan artıq sinaqoq inşa olunub. Qırmızı qəsəbədə yəhudilərin dini icması və milli mədəniyyət mərkəzi fəaliyyət göstərir.

Quba Soyqırımı Me-morial Kompleksini ziyarət zamanı Qış Məktəbi iştirak-çıları ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar.

Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqı-rımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX

əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublika-mızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək müm-kündür.

Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Günün sonunda isə X Beynəlxalq Multikulturalizm

Qış Məktəbi iştirakçılarına “Öz xalqını təqdim et” musiqili proqramı təqdim olunub.

Beynəlxalq Multikultura-lizm Yay və Qış məktəbləri layihəsi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikultu-ralizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində hazırda dünya-nın 21, Azərbaycanın isə 38 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturaliz-mini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qoru-

nub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olma-sına şərait yaratmaqdır.

Fevralın 22-dək davam edəcək X Beynəlxalq Multi-kulturalizm Qış Məktəbində Azərbaycan, Ukrayna, Kolumbiya, Xorvatiya, Hindistan, İraq, Yaponiya, İordaniya, Qazaxıstan, Qır-ğızıstan, Litva, Monteneqro, Moldova, Nigeriya, Portuqa-liya, Rusiya, San-Tome və Prinsipi Demokratik Res-publikası, Türkiyə, ABŞ və Braziliya kimi ölkələrin aparıcı universitetlərindən 25 tələbə iştirak edir. Qış məktəbinin iş-tirakçılarına Azərbaycandakı multikultural durum, tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif

xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc yanaşı yaşaması haqqında mühazirələr təqdim ediləcək.

Artıq dəyərli ənənəyə çevrilən multikulturalizm yay və qış məktəblərinin nəticəsi olaraq xaricdə Azərbaycanın gənc dostlarının və onların yaxın çevrəsinin timsa-lında ölkəmizin haqq işini dəstəkləyən intellektual gənclərdən ibarət ünsiyyət platforması və güclü lobbisi formalaşıb. İntensiv şəkildə davam edən bu proses sübut edir ki, Prezident İlham Əliyevin Azərbaycanın dünya-da tanıdılması istiqamətində müəyyənləşdirdiyi hədəflər uğurla reallaşmaqdadır.

F evralın 16-da X Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsinin iştirakçıları Qubada dağ yəhudilərinin yığcam yaşadığı

Qırmızı qəsəbə və Quba Soyqırımı Memorial Kompleksində olublar. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qırmızı qəsəbəyə gələn qonaqlar burada “Altı günbəz” və “Giləki” sinaqoqları ilə yaxından tanış olublar.

Ermənistan silahlı qüvvələri iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 23 dəfə pozublar

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı

kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli, Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

Page 11: Münxen Təhlükəsizlik Konfransı Ermənistan rəhbərliyi üçün ...

18 fevral 2020-ci il, çərşənbə axşamı 11

Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi

küçə və yolların asfalt örtüyünün təmiri işlərinin satın alınması məqsədilə

Lot -1. Qəsəbənin küçə və yollarının asfalt örtüyünün təmiri işlərinin satın alınması.

Tender iştirakçılarına təklif olu-nur ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı me-yarlara üstünlük veriləcəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.

Müqavilənin yerinə yetirilmə müddəti 2020-ci il dekabrın 31-dəkdir.

Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək lazımdır.

Əlaqələndirici şəxs- ABASOV İLHAM İDRİS OĞLU.

Ünvan-E-mail: [email protected]

Telefon - iş 018-6431618.Maraqlananlar tenderin əsas

şərtlər toplusunu (əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak üçün elektron müraciət etdikdən və aşağıda qeyd olunan hesaba 300 ( üç yüz) manat məbləğdə vəsaiti ödədikdən sonra dövlət sa-tınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər.

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Bank rekvizitləri-Dövlət Xəzinədarlığı Agentliyi• H/h- AZ84CTRE

00000000000002516632• VÖEN- 2900329461 (təşkilat)• VÖEN- 1401555071 (bank)• Kod- 210005• M/h- AZ-

41NABZ01360100000000003944 SWİFT BIC: CTREAZ22

Fond- 7YBüdcə təsnifatı kodu- 142330Malgöndərənlər (podratçılar) iddiaçı

statusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:

-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

-tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalı-dır);

-tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günü çox olmalıdır);

-malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:

-malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;

-malgöndərənin (podratçının) ixtisas göstəricilərinə aid məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda əldə edilmişdir);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müva-fiq vergi orqanlarından arayışlar;

- Vergilər Nazirliyi tərəfindən həmin iddiaçıların işçilərinin sayı, əmlakları, avadanlıqları və lazımi texniki imkanla-rının olmasına aid rəsmi arayış;

- Sosial Müdafiə Fonduna borcu olub-olmaması barədə arayış;

-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 6 mart 2020-ci il saat

13.00-a kimi tender komissiyasına dövlət satınalmalarının vahid inter-net portalı vasitəsilə elektron təqdim etməlidirlər.

Malgöndərənlər (podratçılar) öz tender təkliflərini 17 mart 2020-ci il saat 13.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.

Tender təklifi zərfləri 18 mart 2020-ci il saat 13.00-da elektron portal vasitəsilə açılacaqdır.

Tender komissiyası

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 1-ci İlyas Əfəndiyev döngəsi 3 nömrəli ünvanda yerləşən yerli

əhəmiyyətli abidə olan ikimərtəbəli yaşayış binasının təmir-bərpa işlərinin yerinə yetirilməsinin satın alınması məqsədilə

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsi ilə təqdim edə bilərlər.

Əlaqələndirici şəxs – Nadir Quliyev (012) 4921175 (128)

İştirak haqqı 150 manatdır.“İçərişəhər” Dövlət Tarix-Me-

marlıq Qoruğu İdarəsiVÖEN- 1700711731H/h- AZ20IBAZ38090019446067875204Bank- “Azərbaycan Beynəlxalq

Bank”ı ASC-nin Mərkəz filialıKod- 805722M/h- AZ03NABZ01350100000000002944Bankın VÖENİ- 9900001881SWIFT: IBAZAZ2Xİştirak haqqı heç bir halda geri

qaytarılmır.İddiaçılar tenderdə iştirak

üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün yazılı müraciət;

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır və ya tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması, habelə son bir il ərzində (fəaliyyətini dayan-dırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının tam hüquqi adı, sta-tusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-malgöndərənin (podratçının) ixtisas göstərcilərinə aid məlumat;

-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.Tender proseduru “Dövlət satınalmaları haq-qında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İd-diaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 5 mart 2020-ci il saat 17.00-a, tender təklifi ilə bank təminatı sənədlərini isə 16 mart 2020-ci il saat 17.00-dək portal vasitəsilə təqdim etməlidirlər. İddiaçı-ların təklifləri 17 mart 2020-ci il saat 17.00-da açılacaqdır.

İddiaçılar açılışın nəticələrilə por-tal vasitəsilə tanış ola bilərlər.

QEYD- tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

Bakı Şəhəri üzrə Təhsil İdarəsitabeliyindəki bir sıra ümumtəhsil müəssisələrində mühafizə xidmətinin satın alınması məqsədilə

Tender 1 lot üzrə keçiriləcəkdir.Lot-1. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin

tabeliyindəki bir sıra ümumtəhsil müəssisələrində mühafizə xidmətinin satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına (Portal) elektron imza-ları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini Portal vasitəsi ilə təqdim edə bilərlər.

İştirak haqqı 100 manatdır.H/h-AZ03CTRE00000000000002168502VÖEN- 1400617761Büdcə səviyyəsinin kodu- 3Büdcə təsnifatı kodu- 142593Bankın adı- Dövlət Xəzinədarlığı AgentliyiKod- 210005VÖEN- 1401555071

M/h- AZ41NABZ01360100000000003944S.W.I.F.T.BIK.CTREAZ22İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak üçün aşağıdakı

sənədləri təqdim etməlidirlər:-mühafizə fəaliyyətini həyata keçirməsi

barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən iddiaçıya verilən lisenziyanın surəti;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi (əsasnaməsi), qeydiyyatdan keç-diyi ölkə və rekvizitlərinin surəti;

-iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat;

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti (əgər daha az müddətdə fəaliyyət göstərirsə, bütün fəaliyyəti müddətində) haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-iddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərirsə, bütün fəaliyyəti müddətində) maliyyə vəziyyəti haqqında bank arayışı;

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır).

Sənədlər Azərbaycan dilində tərtib olunma-lıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət sa-tınalmaları haqqında” Azərbaycan Respublika-sının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 6 mart 2020-ci il saat 15.00-a, tender təklifi ilə tender təklifinin təminatı (bank təminatı) sənədlərini 17 mart 2020-ci il saat 15.00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların tender təkliflərinin açılışı 18 mart 2020-ci il saat 15.00-da Portal vasitəsilə həyata keçiriləcəkdir. İddiaçılar tender təkliflərinin açılışının nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

Tender komissiyası

Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi

abadlıq işlərinin satın alınması məqsədilə

Lot -1.Qəsəbədə abadlıq işlərinin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini dövlət satınalma-larının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Ten-der təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.

Müqavilənin yerinə yetirilmə müddəti 2020-ci il dekabrın 31-dəkdir.

Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək lazımdır.

Əlaqələndirici şəxs- ABASOV İL-HAM İDRİS OĞLU.

Ünvan- E-mail: [email protected]

Telefon- iş 018-6431618. Maraqlananlar tenderin əsas

şərtlər toplusunu (əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak üçün elektron müraciət etdikdən və aşağıda qeyd olunan hesa-ba 300(üç yüz) manat məbləğdə vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər.

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Bank rekvizitləri-Dövlət Xəzinədarlığı Agentliyi

• H/h-AZ84CTRE

00000000000002516632• VÖEN-2900329461 (təşkilat)• VÖEN-1401555071 (bank)• Kod-210005• M/h-AZ41NABZ01360100000000003944SWİFT BIC:CTREAZ22Fond- 7YBüdcə təsnifatı kodu- 142330Malgöndərənlər (podratçılar) iddiaçı

statusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:

-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

-tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

-tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günü çox olmalıdır);

-malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:

-malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keç-diyi ölkə və rekvizitləri;

-malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;

-malgöndərənin (podratçının)

ixtisas göstəricilərinə aid məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda əldə edilmişdir);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müva-fiq vergi orqanlarından arayışlar;

- Vergilər Nazirliyi tərəfindən həmin iddiaçıların işçilərinin sayı, əmlakları, avadanlıqları və lazımi texniki imkanla-rının olmasına aid rəsmi arayış;

- Sosial Müdafiə Fonduna borcu olub-olmaması barədə arayış;

-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 6 mart 2020-ci il saat 14.00-a kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.

Malgöndərənlər (podratçılar) öz tender təkliflərini 17 mart 2020-ci il saat 14.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.

Tender təklifi zərfləri 18 mart 2020-ci il saat 14.00-da elektron portal vasitəsilə açılacaqdır.

Tender komissiyası

Qax RİHB-in Şəhər İnzibati Ərazi Dairəsi üzrə NümayəndəliyiQax şəhərinin işıqlandırılması üçün mal-materialların satın alınması ilə əlaqədar

Tender 1 lot üzrə keçirilir.Tender iştirakçılarına təklif olunur

ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa” müvafiq tender təkliflərini möhürlənib imzalanmış ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.

Tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar. Təkliflərin qiymətləndirilməsində aşa-ğıda qeyd olunan meyarlara üstünlük veriləcəkdir:

-aşağı qiymət,yüksək keyfiyyət, analoji işlərin görülməsində təcrübə və maliyyə vəziyyəti.

Tenderdə iştirak etmək istəyənlər iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Qax şəhəri, Azərbaycan prospekti 26 nömrəli ünvandan və https://www.etender.gov.az/ rəsmi elektron portalına daxil olaraq əldə edə bilərlər( əlaqələndirici şəxs (satınalınma mütəxəssisi) Qabulov Mustafa Əli oğlu, telefon - 024-25-5-24-70 və 024-25-5-37-73, [email protected] ).

Tenderdə iştirak haqqı 150 (yüz əlli) manatdır.

Təşkilat- Qax RİHB-in Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi

Qax YXOH/h- AZ20Aİ-

İB32051019447100201171

VÖEN-4300088051Bank-”Kapital Bank”ASC-nin

Qax filialıKod-200714VÖEN-9900003611M/h-

AZ37NABZ01350100000000001944SWİFT Bik AİİBZ2Xİştirak haqqı heç bir halda geri

qaytarılmır.İddiaçılar tenderdə iştirak üçün aşa-

ğıdakı sənədləri təqdim etməlidirlər:- tenderdə iştirak etmək üçün yazılı

müraciət;- tenderdə iştirak haqqının

ödənilməsi barədə bank sənədi;- tender təklifi(zərflərin açıldığı

tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklfi məbləğinin 1 faizi həcmində bank zəmanəti( zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müva-fiq orqanlardan arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank aryışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi

ölkə və rekvizitləri;- iddiaçının müvafiq mallar üzrə

mənşə və uyğunluq sertvikatı.Sənədlər Azərbaycan dilində 2

nüsxədə ( əsli və surəti) tərtib olun-malıdır( xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “ Dövlət satınal-maları haqqında” Azərbaycan Respub-likası Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri( ten-der təklifi və bank zəmanəti istisna olmaqla 5 mart 2020-ci il saat 10.00-a, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 16 mart 2020-ci il saat 10.00-a qədər Qax şəhəri, Azərbaycan prospekti 26 nömrəli ünvanda Qax RİHB-in Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə və https://www.eten-der.gov.az/ rəsmi elektron portalında müvafiq qaydada təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarı-lacaqdır.

İddiaçıların təklifləri 17 mart 2020-ci il saat 10.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır. Eyni zamanda elektron portala daxil olmaq-la nəticələri öyrənmək mümkündür.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

AÇIQ TENDER ELAN EDIR

AÇIQ TENDER ELAN EDIR

AÇIQ TENDER ELAN EDIR

AÇIQ TENDER ELAN EDIR

AÇIQ TENDER ELAN EDIR

Birlikdən verilən məlumata görə, tədbirdə əvvəlcə bü-tün şəhidlərin, o cümlədən bu günlərdə şəhid olan Seymur Ələsgərovun ruhuna dualar oxunub.

Sonra “Yeni üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi-nin sədri Sevinc Əzimbəyli çıxış edərək bildirmişdir ki, Xocalıda baş verən soyqırım aktı Azərbaycan xalqının yad-

daşında qanlı faciə kimi yaşa-yır. Ermənilərin törətdikləri bu qətliam Azərbaycan xalqına qarşı soyqırımı aktıdır: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən bu faciə zamanı qocalar, qadınlar, uşaqlar erməni faşistləri tərəfindən güllələnmiş, sağ qalanların bir qismi isə soyuq-dan donaraq həyatlarını itiriblər. Bu hadisə Qarabağ müharibəsi zamanı dövlətimizin, millətimizin

qarşılaşdığı ən böyük faciədir. Əminəm ki, Xocalıda, bütövlükdə Qarabağda şəhid olan bacı və qar-daşlarımızın narahat ruhu torpaq-larımız işğaldan azad olunduqdan sonra sakitlik tapacaq. Bizim borcumuz isə Qarabağın azadlığı yolunda birgə mübarizə aparıb qələbəyə nail olmaqdır”.

S. Əzimbəyli silsilə tədbirlərin təşkilində göstərdiyi köməyə görə, “Cənnət” MMC-nin rəhbərliyinə təşəkkürünü bildirib.

Tədbirin sonunda ehsan süfrəsi açılıb.

M. MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

“Yeni üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Xocalı soyqırımının 28-ci ildönümü münasibətilə anım tədbiri keçirmişdir.

Xocalı şəhidlərinin xatirəsi anıldı

Page 12: Münxen Təhlükəsizlik Konfransı Ermənistan rəhbərliyi üçün ...

18 fevral 2020-ci il, çərşənbə axşamı12

Məsul katib: 493-61-02Şöbələr: 493-59-03 (8 xətli), 493-69-47, 493-34-13,

493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;

E-mail: [email protected], [email protected]

BAŞ REDAKTOR

HƏSƏN HƏSƏNOV

T E L E F O N L A R: “Xalq qəzeti”nin kompyuter mərkəzində yığılıb və səhifələnib, “Azərbaycan” nəşriyyatında çap olunub.

Ü N V A N I M I Z:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.Şəhadətnamə 022273

Çapa imzalanmışdır 00:00

İNDEKS

TİRAJ

SİFARİŞ

QİYMƏTİ

0282

5987

587

40 qəpik

ABŞ

Aviamühərrik ixracı dayandırılır ABŞ Pre-

zident Admi-nistrasiyası Çinin COMAC təyyarəsi üçün “General Electric Co” şirkətinin avi-asiya mühərrikləri tədarükünü qadağan etməyi planlaşdırır.

Bu qərar Vaşinqtonla Pekin arasında ticarət müharibəsinin eskalasiyasına səbəb ola bilər. Administ-rasiyanın bu addımı sayəsində Çinin mühərrik hazırla-maq üçün texnologiya əldə etmək imkanlarını artıracağı bildirilib.

Məlumatı CNN yayıb.

“Trident II”nin sınağı keçirilibABŞ “Trident

II” (D5LE) ballistik raketini sınaq-dan keçirib. Bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri məlumat yayıb. Bildirilir ki, raket Kaliforniya şta-tının San-Dieqo şəhəri yaxınlı-

ğında buraxılıb. Məlumata görə, “Trident II” ballistik raketi 1989-cu ildən ABŞ ordusundadır. Bu, ABŞ və Böyük Brita-niya ordusunda nüvə başlığı daşıya bilən yeganə raketdir. “Trident II” 12 min kilometr məsafədəki bütün hədəfləri məhv etmək gücündədir.

Məlumatı BBC yayıb.

İtaliya

“Air İtalia” müflis olubİtaliyanın

“Air İtalia” aviaşirkəti müf-lis olub. Şirkət səhmdarların və dövlətin bütün cəhdlərinə baxmayaraq fəaliyyətini dayandırdığını rəsmən elan edib. Bildirilir ki, cəmi 12 təyyarəsi olan şirkət keçən il 200 milyon avrodan çox ziyanla işləyib ki, dünya maliyyə bazarında belə az sayda təyyarə ilə bu qədər zərər rekord göstərici sayılır.

Xəbəri “Euronews” verib.

Yaponiya

“Forester”də qüsur aşkarlanıb “Subaru”

şirkəti Çin ba-zarında satıl-mış 81 mindən çox avtomobili təhlükəsizlik məsələlərinə görə geri çağırıb. Bildirilir ki, proses martın 14-dən başlayacaq. Geri

çağırılma 2013-2015-ci illərdə ixrac edilmiş “Forester” modellərinə şamil edilir.

Qeyd olunur ki, həmin avtomobillərin arxa təkərlərinin yayları korroziyaya uğraya və sıradan çıxa bilər. Bu, öz növbəsində təhlükəsizlik riskini artırır.

Xəbəri “Autonews” verib.

İspaniya

Sterlinqə görə 220 milyon avro Madridin “Real”

klubu İngiltərənin “Mançester Siti” ko-mandasının futbol-çusu Rahim Sterlinqi transfer etmək istəyir. İddiaya görə, “Real” futbolçu üçün 220 milyon avro ödəməyə hazır olduğunu açıqlayıb.

İngiltərə mətbuatı isə R. Sterlinqin “Mançester Siti” ilə yeni müqavilə üzərində danışıqlar apardığını bildirib. Qeyd edək ki, futbolçunun klubla hazırkı müqaviləsi 2023-cü ilədəkdir.

Xəbəri “The Sun” nəşri verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 Fevralın 18-də  Bakıda və Abşeron yarımadasında

dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Axşam buludluluğun artacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Gecə 2-5, gündüz 8-10 , Bakıda gecə 3-5, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 777 mm civə sütunundan 773 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 50-55 faiz olacaq.

 Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Gecə 0-5, dağlıq ərazilərdə 10-12

dərəcə şaxta , gündüz 2-7 dərəcə isti olacaq. Â Yuxarı Qarabağ: Xankəndi, Şuşa,

Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 1-6 dərəcə şaxta , gündüz 1- 6 dərəcə isti olacaq.

 Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.

 Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək.

Lakin gecə bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 3-6 dərəcə şaxta , gündüz 2-7 dərəcə isti olacaq.

 Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 1-6, gündüz 8-13 dərəcə isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 4-6, gündüz 7-11 dərəcə isti , dağlarda gecə 0-3 dərəcə şaxta , gündüz 2-5 dərəcə isti olacaq.

Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva, Həmkarlar İttifaqı Komitəsi və professor-müəllim heyəti universitetin müasir rus dili kafedrasının dosenti İbrahimpaşa Babayevə həyat yoldaşı

HİCRAN XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər.

ALLAH RƏHMƏT ELƏSİN

M.ÇAVUŞOĞLU: İdlib mövzusunda Rusiya ilə fəal əməkdaşlığımızı davam etdiririk

“Hələ çox iş görülməlidir, biz bu məsələlərdə Rusiya ilə fəal əməkdaşlığımızı davam etdiririk. Yekun cavabı nümayəndə heyətlərimizin Moskvadakı görüşündən sonra tapacaqsınız. Suriya probleminin əməkdaşlığımızı aşağı salmasına və münasibətlərimizə təsir göstərməsinə imkan verməməliyik”,- deyə na-zir bildirib. M. Çavuşoğlu sonra qeyd edib ki, Rusiya və Türkiyənin qarşıdakı əlaqələri hər iki ölkənin başqa bir görüşə ehtiyacının olub-ol-madığını göstərəcək.

Suriyanın İdlib vilayətindəki gərgin vəziyyət dünya birliyini ciddi narahat edir. Yeri gəlmişkən, ABŞ Prezidenti Donald Tramp bu il fevralın 15-də Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla

telefon danışığı zamanı İdlibdəki vəziyyətdən nara-hatlığını vurğulayıb.

Ağ evin mətbuat ka-tibinin müavini Cad Dirin yaydığı açıqlamada deyilir:

“ABŞ Prezidenti İdlibdəki gərginlikdən narahatlığı-nı bildirib və humanitar fəlakətin qarşısının alın-masında göstərdiyi səylərə görə Türkiyə Prezidentinə təşəkkür edib. Prezident D.Tramp münaqişənin siyasi həllini müdafiə etdiyini bildi-rib.

Xatırladaq ki, son həftələr ərzində İdlibdə münaqişəyə cəlb olunan tərəflər arasında baş verən ağır silahlı qar-şıdurmalar nəticəsində on minlərlə dinc sakin doğ-ma ev-eşiyini tərk etməyə məcbur olub. Rəsmi Ankara suriyalı qaçqınların Türkiyə ərazisinə yeni dalğasının başlanacağından narahatdır.

M.HACIXANLI, “Xalq qəzeti”

“Dünyada islamofobiyanın geniş vüsət alması böyük narahatlıq doğurur”

Mənbənin məlumatına görə, Antonio Quterreş Pakistana səfər öncəsi jurnalistlərə müsahibəsində deyib ki, silahlı münaqişələr nəticəsində evini, işini və doğmalarını itirərək Avropaya mühacirət edən müsəlmanlar zorakılıq və qanunsuzluqlarla üz-üzə qalırlar. Bir çox hal-larda müsəlman miqrantlar radikal yönümlü siyasi partiya tərəfdarlarının hücumuna məruz qalırlar. Bütün bunlar

müasir dünyaya yaraşma-yan hallardır və bunlara son qoymaq lazımdır.

Antonio Quterreş nəzərə çatdırıb ki, bəzi ekstremist siyasətçilər seçkilərdə çox səs toplamaq naminə miqrantları alətə çevirirlər. Onlar təhlükəsizliyin və iqtisadi problemlərin yaranma səbəbini müsəlman miqrant-larda görür və bunu açıq bəyan edirlər. Nəticədə sadə insanlar həmin siyasətçilərə

inanan miqrantlara bas-qın edir və bəzən isə qətlə yetirirlər.

Baş Katib bu fikirləri Av-ropa və ABŞ-da İslam dinini məhdudlaşdıran qanunların qəbul edilməsindən sonra

söyləyib. Həmin qanunlara əsasən baş örtüyü ilə yanaşı, dini ayinlərin də yerinə yetirilməsi məhdudlaşdırılıb.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

9 2007-ci il mayın 31-də “Tac-Mahal” Mənzil-Tikinti Koope-rativi ilə Bağışov Əşrəf Riysəddin oğlu arasında bağlanmış mənzil tikintisi haqqında müqavilə və maliyyə arayışı itdiyi üçün etibarsız sayılır. Bakı, Nəsimi rayonu, Tbilisi prospekti 3007-ci məhəllə, 270 D nömrəli mənzil.

“Türkiyə və Rusiya hökumətləri Suriyanın İdlib vilayəti mövzusunda son razılaşmanın hazırlanması üçün əməkdaşlığı davam etdirir”. Bunu Rusiyanın “İzvestiya” qəzetinə verdiyi müsahibəsində Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

"Reyd zamanı həmin ərazi balıqların ovlanması üçün qurulan sintetik torlardan təmizlənib. Faktla bağlı akt tərtib olunub. Qadağan olunmuş sintetik torların kim tərəfindən qurulduğunu müəyyən etmək və qanunamüvafiq tədbirlər görmək məqsədilə Su Nəqliyyatında Polis İdarəsi tərəfindən araşdırma aparılır".

V. Cavadov hər kəsi sivil qaydalarla balıq ovlanmasının təbliğinə dəstək verməyə, qadağan olunmuş alətlərlə balıq ovlayanları isə bu işlərdən çəkinməyə çağırıb.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədilə Regional Ekologiya İdarəsi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ilə birgə növbəti reydi Xəzər dənizinin Xaçmaz rayonu İstisu qəsəbəsi və Niyazoba kəndi ətrafında keçiriblər. Bunu jurnalistlərə 5 saylı Regional Ekologiya İdarəsinin rəisi Vaqif Cavadov bildirib.

Xəzərin sahili sintetik torlardan təmizlənib

� Dünya bazarında həftənin əvvəlində Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 0,37 faiz artaraq bir bareli 57,37 dollar olub.

Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 0,25 faiz artaraq bir bareli 52,43, Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti 0,32 faiz artaraq bir bareli 58,91 dollar olub.

Ekspertlər bildiriblər ki, bütün maneələrə baxmaya-raq dünya bazarında “qara qızıl”ın qiyməti artmaqda davam edəcək. Çünki OPEC+ dövlətləri razılaşmaya tam əməl edirlər.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Neftdən nə xəbər?

Yens STOLTENBERQ: NATO Rusiya ilə intensiv və açıq diskussiya aparır

Fransa Prezidenti Emmanuel Makronun Moskva ilə dialoqu gücləndirmək barədəki təklifinə münasibət bildirən Stoltenberq deyib ki, NATO artıq Rusiya ilə dialoq aparır: “Biz silahlar üzərində nəzarət, risklərin azaldılması, şəffaflıq mövzusu və digər məsələlər ətrafında məsləhətləşmələr aparırıq”.

Stoltenberq yenidən təsdiq edib ki, Rusiya guya orta və yaxın mənzilli raketlərin məhv edilməsi haqqında müqaviləni pozub: “Biz bununla bağlı da intensiz və açıq diskussiya aparırıq”.

Baş katib bildirib ki, NATO ölkələri bir olmalı, vahid səslə danışmalı və qətiyyətlə hərəkət etməlidirlər. Stolten-berq fevralın 15-də Münhen Təhlükəsizlik Konfransında da bəyan edib ki, NATO Rusiyanın qarşısınıalma və sanksi-yaları dəstəkləmə siyasətini davam etdirir və bununla da münasibətlərin yaxşılaşacağına ümid edir.

Həmin konfransda çıxışı zamanı Fransa Prezidenti də bəyan edib ki, rəsmi Paris Moskva ilə əlaqələrin inkişafında maraqlıdır: “Rusiyanın coğrafi vəziyyətini nəzərə aldıqda, Avropa bu böyük ölkə üçün real tərəfdaşdır. Biz bir-birimizə etibar etməliyik. Aramızda bir sıra məsələlərlə bağlı fikir ayrı-lığı olsa da, biz münasibətləri inkişaf etdirmək istəyirik”.

Makron əlavə edib ki, indiyədək yürüdülmüş “sanksiya və kontrsanksiya siyasəti” nə Rusiya, nə də Avropa üçün pozitiv heç nə gətirməyib.

Xatırladaq ki, orta və yaxın mənzilli raketlərin məhv edilməsi haqqında müqavilənin icrası 2 avqust 2019-cu ildə ABŞ-ın təşəbbüsü ilə dayandırlıb. Vaşinqton bunu Rusiyanın 9M729 tipli yeni qanadlı raketlərini məhv etməkdən imtinası ilə əsaslandırmağa çalışıb. Birləşmiş Ştatlar və onun NATO üzrə müttəfiqləri hesab edirər ki, bu raketlər müqavilənin tələblərini pozur.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

NATO-nun Baş katibi Yens Stoltenberq bəyan edib ki, alyans Rusiya ilə intensiv və açıq diskussiya aparır. Bu barədə o, “Le Fiqaro”ya müsahibəsində bildirib. Məlumatı TASS verib.

Avropanın enerji sektorunun inkişafına 1 milyard dollar ayrılıb

Bu barədə o, Münxen Təhlükəsizlik Konfransında

çıxış edib: “Biz “Üç dəniz təşəbbüsü” çərçivəsində

layihələrə 1 milyard dollar ayırmağa qərar verdik”.

ABŞ Dövlət Departa-mentinin nümayəndəsi Morqan Ortaqus isə “Twitter” səhifəsində bu vəsaitin Avro-panı “suverenlik, çiçəklənmə və energetik müstəqillik” ilə təmin edəcəyini yazıb.

Daha sonra M. Pompeo növbəti çıxışında dünya ictimaiyyətini Rusiyanın “Şimal axını - 2”-nin sadəcə iqtisadi layihə olması barədə bəyanatlarına

inanmamağa çağırıb.Qeyd edək ki, “Üç dəniz

təşəbbüsü” 2016-cı ildə Adriatik, Baltik və Qara dəniz sahili ölkələrinin əməkdaşlıq haqqında imzaladıqları sazişdir. Bu birliyə Avstriya, Çexiya, Slovakiya, Xorvatiya, Macarıstan, Sloveniya, Ru-mıniya, Bolqarıstan, Polşa, Latviya, Litva və Estoniya daxildirlər.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

Birləşmiş Ştatlar hökuməti Avropanın Rusiyadan enerji asılılığını azaldan layihələrə 1 milyard dollar ayırıb. “Euronews” agentliyinin yaydığı məlumata görə, bu bəyanatla ABŞ-ın dövlət katibi Mayk Pompeo çıxış edib.