Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... ·...

88
Малыши могут Müəllif: Şirli Person Avropaya uyğunlaşma: Reyçel Boll Copyright © 2001, 2011 Child Evangelism Fellowship® Inc. Copyright © 2011 Общество Евангелизации Детей. Bütün hüquqlar qorunub saxlanılıb. Müəllif hüquqlarının icazəsi ilə istifadə olunub. 117420 Moskva Nametkina küç. ev 15 əlaqə tel. (495) 719-79-36 [email protected] Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər Yalnız şəxsi, xidməti və qeyri-kommersiya işlər üçün istifadə etmək olar. İcazə haqda tam məlumat almaq üçün www.teachkids.eu/az saytına girə bilərsiniz. Xahiş edirik, DİQQƏTLİ OLUN! Təklif etdiyimiz dərslərin əyani vəsaitlərini BUM-in bir çox ofislərindən və ya internet mağazalrından ala bilərsiniz. BUM ofislərinin siyahısını və Avropada olan internet mağazalarını siz www.teachkids.eu/az saytında “Ölkələr” düyməsini basarkən tapa bilərsiniz.

Transcript of Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... ·...

Page 1: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

Малыши могут познать Бога через Его Сына

Müəllif: Şirli PersonAvropaya uyğunlaşma: Reyçel Boll

Copyright © 2001, 2011 Child Evangelism Fellowship® Inc.Copyright © 2011 Общество Евангелизации Детей.

Bütün hüquqlar qorunub saxlanılıb. Müəllif hüquqlarının icazəsi ilə istifadə olunub.

117420 MoskvaNametkina küç. ev 15

əlaqə tel. (495) [email protected]

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

Yalnız şəxsi, xidməti və qeyri-kommersiya işlər üçün istifadə etmək olar.

İcazə haqda tam məlumat almaq üçün www.teachkids.eu/az saytına girə bilərsiniz.

Xahiş edirik, DİQQƏTLİ OLUN!

Təklif etdiyimiz dərslərin əyani vəsaitlərini BUM-in bir çox ofislərindən və ya internet

mağazalrından ala bilərsiniz. BUM ofislərinin siyahısını və Avropada olan internet mağazalarını siz www.teachkids.eu/az saytında “Ölkələr” düyməsini basarkən tapa bilərsiniz.

Page 2: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

2

Mündəricat

Dərs SəhifəMəktəbəqədər uşaqları öyrətmək nə üçün vacibdir? 3Məktəbəqədər uşaqlar... Onlar necədir? 3Silsilə dərslərdən necə istifadə etmək olar? 4Körpələrin təlimatlandırılmasına dair məsləhətlər 4İki və üç yaşlı uşaqların təlimatlandırılması 6Körpələrin Məsihə yönəldilməsinin vacibliyi nədədir? 7Körpələr və Xoş Müjdə 7Yapma (lepka) üçün xəmir, “gil”, alət və kostyumlar 8Məşğələlərin planlaşdırılması 9Dərslərin xülasəsi 10Ayəni əzbərləmək üçün musiqi və hərəkətlər 12Musiqiyə uyğun söz və hərəkətlər 14Qafiyələnmə 16

Dərs 1 Vəd olunmuş Xilaskar - İsa Məsihin doğulması 17Dərs 2 Çobanların İsa Məsihi görməsi 27Dərs 3 Münəccimlərin Padşah-Xilaskara səcdə etməsi 35Dərs 4 Balaca İsanın böyüməsi 43Dərs 5 İsa Məsihin xidmətə başlaması 51Dərs 6 Matta və dostlarının İsa Məsihlə görüşməsi 61

Ayəni əzbərləmək üçün rəmzlər (1-ci və 3-cü dərslər) 70Ayəni əzbərləmək üçün rəmzlər (4-cü dərs) 72Ayəni əzbərləmək üçün rəmzlər (5-ci və 6-cı dərslər) 73Yaxalıq üçün qeyd olunmuş adların nümunəsi (1-ci və 6-cı dərslər) 74Milad mağarasının fiqurları (1-ci və 2-ci dərslər) 75«Quzu» (2-ci dərs) 77«Kağız boşqabdan mələklər » (2-ci dərs) 78«Ulduz toplusu» (3-cü dərs) 79«Ulduz» (3-cü dərs) 80«Asılqanlı dəvə» (3-cü dərs) 80«Oğlan və qız» ox işarəsi (4-cü dərs) 81«Göndərişlər» (5-ci dərs) 81«Göyərçin» (5-ci dərs) 82«Dairəvi təsvirlər » (5-ci dərs) 83«Müqəddəs Kitaba inanıram» mahnısına aid əyanı vəsait (6-cı dərs) 84«Ayaq izləri» (6-ci dərs) 86

Körpələrin Məsihə necə yönəldilməsi cilddə

Page 3: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

3

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

Məktəbəqədər uşaqları öyrətmək nə üçün vacibdir?Siz yeni, yaxud təcrübəli müəllim olmağınızdan asılı olmayaraq, ən bəhrəli xidmətlərdən birinə - uşaqların təlimatlandırılmasına vaxtınızı və gücünüzü ayırmağa qərar vermisiniz! Məktəbəqədər uşaqları öyrətmək nə üçün belə vacibdir? Mütəxəssislər körpələrin biliyə daha açıq və həssas olduqları ilk beş-altı ili onların inkişafında mühüm rol oyandığını hesab edirlər. Uşaqları bilik, yaradıcılıq və qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə can atmasına formalaşdıran bu illər onların gələcək təhsilinə də öz təsirini göstərəcək. Əgər beş yaşına qədər uşaqların intellektual inkişafı yarıyadək tamamlanıbsa, onda Müqəddəs Kitabın həqiqətlərinın tədrisi onların ruhani və intellektual bünövrəsində çox vacib təməl olacaqdır.

Məktəbəqədər uşaqların ruhani inkişafına nəzər saldıqda, Müqəddəs Kitabın əsas həqiqətləri sadə və aydın şəkildə izah olunarsa, onlar böyük həvəslə mənimsəməyi bacarırlar. Bəzi körpələr İsa Məsihi Xilaskar kimi qəbul etməyə artıq hazır olurlar. Dərslərin təkrarlanması zamanı da onları öyrətməyi unutmayın. Uşaqlara düşünmək və fikirlərini bildirmək üçün imkan yaradın. Körpələrin sizinlə, yəni müəllimlərlə münasibətləri, onların Allahla olan münasibətlərinə təsir edəcəyini unutmayın. Xidmətinizi Rəbbə həsr edin. Xidmətiniz barədə mətanətlə dua edin. Qoy sizin vasitənizlə Allahın məhəbbəti körpələrə izhar olunsun. Bu kitabda Müjdədəki həqiqətlərin sağlam əsasları, həyatdan gətirilən nümunələr, eləcə də müxtəlif dərslərdə söz, hərəkət və mahnılar vasitəsilə təkrar olunan həqiqətlərin tətbiqi izah olunur. On

lar hə

r şeyə

inan

ırlar

Körpələrin fiziki inkişafına gəldikdə, onlarda böyük əzələlər inkişaf etdiyinə görə, çox oturmaq onların narahatçılığına səbəb olur. Onların hərəkəti və oynamağı üçün kifayət qədər yer və vaxt lazımdır. Körpələrə rəngarənglik və hər dərs vəziyyətində hərəkət lazımdır. Körpələrə Müqəddəs Kitab və həyat hekayələrini, izah olunmuş həqiqətləri səhnələşdirməyə imkan yaradın. Bu, onların hərəkət etməsinə və dərsin daha yaxşı mənimsənilməsinə şərait yaradacaq. Bu kitabda siz ruhani tədris üçün səhnəciklər qafiyələnmə, həmçinin müxtəlif fəaliyyət üsulları tapa bilərsiniz. Mahnı və ayələrin əzbərlənməsi dərsin yaddaşda həkk olunmasına kömək edəcək.

Onlar

oyna

yır

İIntellektual inkişafa gəldikdə isə, məktəbəqədər uşaqlar tez-tez sual verir, müşahidə edir və daima öyrənirlər. Öyrənmək onların xoşuna gəlir. Onlar bunu beş duyğu vasitəsilə həyata keçirirlər. Körpələrin hislərinə toxunan və tədris prosesində böyük fayda əldə etməyə imkan yaradan müxtəlif üsul və vasitələrdən istifadə etmək vacibdir. Bunu da qeyd etməliyik ki, məktəbəqədər uşaqlar hər şeyi hərfi qəbul edirlər. Buna görə də onların sadə və aydın terminologiyaya, yəni özündə hərfi məna daşıyan sözlərə ehtiyacları var. Amma bu, o demək deyil ki, siz heç də mürəkkəb sözlərdən istifadə etməməlisiniz. Körpələri bəlkə də başqa yerdə eşitməyəcəkləri Müqəddəs Kitab terminləri ilə tanış etmək vacibdir. Məsələn: günah, Xilaskar və səcdə kimi sözlərlə. Bu kitabda xüsusi diqqətlə seçilmiş sözlər və izahlar, həmçinin uşaqların beş duyğu hissinə toxunan müxtəlif üsul və vasitələr istifadə olunub.

Hər ş

eylə m

araqla

nan

İctimai baxımından uşaqlar dünyanı yalnız onların özlərinin və ehtiyaclarının ətrafında dövr edən aləm kimi təsəvvür edirlər. Körpələrin dünyagörüşü yalnız onların təsvir etdiyi şəxsi nöqteyi-nəzərlə məhdudlaşıb. Ona görə də rəqabətlərdən qaçmağa çalışın və onların fərdi səylərini tərifləyin. Bu kitabda təklif olunan salamlaşma ideyaları dərsi mənimsəmək üçün təkrar oyunlar və yaradıcılıq fəaliyyətləri məktəbəqədər uşaqlara dərsin məqsədinə rəqabətsiz şəkildə çatmağa imkan verir. Eq

oistdi

rlər

Emosional baxımdan məktəbəqədər uşaqlar asanlıqla küsürlər. Onların hisləri tez-tez özünü büruzə verir. Təhlükəsizlik, məhəbbət və mənsubiyyət mühiti yaradın. Onların xüsusiyyətləri, böyümək və öyrənmək səyləri haqqında müsbət şərhlər əsasında körpələrdə özünüqiymətləndirmə xüsusiyyətini formalaşdırmağa çalışın. Məktəbəqədər uşaqlar sadəlövh olduqları üçün onlarla səmimi və dürüst davranın. Söz və vədlərinizi həyata keçirməyə çalışın, müntəzəmliyə yol verin. Belə etməklə, siz qarşılıqlı etibarlı münasibət yaradacaqsınız. Bu kitabdakı izah edilmiş dərslərin məqsədi, əsas həqiqətlər və onların tətbiqi məktəbəqədər uşaqları birbaşa təhlükəsizlik və sevgi mənbəyinə, yəni İsa Məsihlə şəxsi ünsiyyətə yönəldəcək.

Tez i

nciyə

n

Məktəbəqədər uşaqlar... onlar necədir?

Page 4: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

4

Körpələrin təlimatlandırılmasına dair məsləhətlər

Yaxşı hazırlaşmaq və məşğələni təşkil etmək vacibdirw Dərs və məşğələnin planını yaxşı mənimsəyin.w Vaxtı düzgün planlaşdırınw Məşğələnin yazılı şəkildə planını hazırlayın və ona

əsasən fəaliyyət göstərinw Materialları səhmana salın.w Hər şeyə hazır olun. Siz mütləq qrupunuzdakı

uşaqların ehtiyaclarına cavab verməlisiniz. w Bütün çətinlik və sürprizlərə hazır olun!

Dərsdən qabaq vaxtı planlaşdırın Uşaqlar gəlməzdən əvvəl siz sinifdə olmalısınız. Bu, sizə dərsi yaxşı tədris etməyə, həmçinin təhlükəsizlik mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq, elastik plastik boru materiallardan) hazırlamaq və sancaq və ya ikitərəfli yapışqandan istifadə etməklə bərkitmək mümkündür. Həmçinin, şəkilli kitabların boyanmasını, audio-hekayələri və ya musiqiləri hazırlayın. Bu cür fəaliyyət növünü otağın hər bir yerində təşkil etmək olar. Hazırlanmış fəaliyyət növləri dərsin əsas məqsədini vurğulamalı və ötən dərsin

təkrarlanmasına kömək etməlidir. “Salamlaşma” hissəsində olan məsləhətlər dərs qabağı məşğələlər üçün təyin olunub. Bu məsləhətlər çox effektli və sadədir. Həmçinin uzun hazırlaşma prosesi tələb etmir. Həmişə planlaşdırılmış fəaliyyət növlərinin olması çox yaxşıdır. Lakin bəzən dərslərdən qabaq uşaqlarla ünsiyyət daha yaxşı nəticə verə bilər.

Dərsləri müəyyən nizamla hazırlayınDərsləri nizamlamaq və dərsin hansı bölümündə otağın hər hansı bir yerində nə ilə məşğul olacağınızı öncədən müəyyənləşdirmək vacibdir. Uşaqlar, onları nə gözləyəcəyini biləndə, özlərini təhlükəsiz hiss edirlər. Təklif olunan nizam qaydaları hər dərsin əvvəlində qeyd olunur. Hazırladığınız plan üzrə hərəkət edin. Lakin uşaqların fəaliyyət növlərinə necə yanaşdığına diqqət edin və hər dərsi buna uyğunlaşdırın. Təhlükəsizlik mühiti və maraq dairəsi yaradan dərsin dəyişməz hissəsi əvvəldə və sonda mahnılardan, uşaqların əyləşə biləcəyi xüsusi poleuritan xalçalardan, müxtəlif fəaliyyət növləri ilə məşğul olmaq üçün otağın müəyyən hissələrindən (məsələn, hekayə, mahnı və əl işləri üçün ayrılmış müəyyən künclər), (hərəkətli və hərəkətsiz) qafiyələnmələrdən ibarət ola bilər.

Silsilə dərslərdən necə istifadə etmək olar?Əlinizdə tədris üçün materiallar silsiləsindən bir nüsxə var. Bu materiallar Müjdə Uşaq İctimaiyyəti tərəfindən dərc olunub. Kitabın adında olduğu kimi məktəbəqədər uşaqların Allahı tanıyacaqlarına əminik!Məşğələlər keçirtmək üçün bu dərslik bütün lazım olan məlumatları özündə cəmləşdirir. Burada dərslərin tam mətni göstərilib. Şəkillərin əks tərəfində də siz mətnlərə rast gələ bilərsiniz. Yeni dərs tədris etməyə başlamısınızsa, onda şəkillərin əks tərəfindəki mətnlər özünüzü daha rahat hiss etməyə sizə kömək edəcək. Lakin mətni vərəqdən oxumağa çalışmayın. Diqqətinizi uşaqlara yönəldin. Oxunmuş deyil, sadə dildə izah olunmuş dərslər uşaqlar üçün maraqlı olacaq. Daha təcrübəli müəllimlər yəqin ki, əyani vəsaitləri uşaqların diqqət mərkəzində olması üçün püpitr (üzərinə not və kitab qoymaq üçün mail lövhəsi olan ştativ) üzərinə qoyaraq, əllərində açıq

Müqəddəs Kitabla dərsi tədris etməyə üstünlük verə bilərlər. Əyani vəsaitlər püpitr üzərinə yerləşdirilərsə, onda bu, müəllimə dərs daxilində müxtəlif fəaliyyət növlərindən istifadə etməyə kömək edəcək. Uşaqların fəal iştirak etmələri üçün hər bir dərsə çoxlu maraqlı ideyalar daxildir: səhnəcik, hərəkətli qafiyələnmə və mahnılar. Qrupunuzdakı uşaqların ehtiyaclarını unutmayın. Və uşaqlarınız üçün daha rahat anlaşılan ideyaları seçin.

Bu kitabda siz fəaliyyətin bir növünü əks etdirən növbəti rəmzlərə rast gələcəksiniz.

Fəaliyyət növlərini əks etdirən rəmzlər:

Mahnı Səhnəcik Hərəkətli

qafiyələnmə

Page 5: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

5

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

Uşaqların dərs vaxtı hərəkətdə olmasına çalışınw Kömək. Uşaqlara əyani və digər vəsaitləri əllərində

saxlamağa və dərslikləri başqalarına paylamağa imkan yaradın.

w Səhnəciklər. Dərsdə olan hekayələri səhnələşdirmək uşaqların çox xoşuna gəlir.

w Dua. Dərs zamanı uşaqlara müəyyən bir ehtiyaca görə dua etməyi təklif edin.

w Hərəkətli mahnı və qafiyələnmələr. Hərəkətli mahnı və qafiyələnmələr oxuyun.

w Suallar. Həm tədris, həm də təkrar vaxtı suallar verin. Uşaqların da suallarına cavab verməyə vaxt ayırın.

Duyğu hisslərinin fəaliyyətdə olmasına şərait yaradın.Məktəbəqədər uşaqlar duyğu orqanları vasitəsilə yeni məlumatlar əldə edirlər. Buna görə də ən effektli tədris üsulu kimi görmə, eşitmə, dadbilmə, iybilmə və toxunma duyğu orqanlarından istifadə olunur. Müqəddəs Kitab dərsini hazırlayarkən hekayədəki qəhrəman olsaydınız hansı duyğu orqanınızın fəaliyyətdə olacağını düşünün. Həmin an nə görər, yaxud nə eşidərdiniz? Nə qoxulayar və nə dadardınız? Bəlkə də hansısa əşyalara toxunardınız? Özünüzə bu cür suallar verin. Bu suallar yaradıcılıq baxımından sizə dərsə nə gətirəcəyinizə kömək edəcək. Bir neçə nümunəyə baxaq.

w Görmə. İstifadə etdiyiniz əyani vəsaitlər haqqında danışın və uşaqlardan nə gördüklərini soruşun.

w Eşitmə. Dərsdəki qəhrəmanların surətini təsvir edərkən səslənmədən istifadə edin. Uşaqlara eyni səsləri və dialoqları təkrarlamağa icazə verin. Dərsi mahnılar vasitəsilə möhkəmləndirin.

w İybilmə. Dərsə aid olan və qoxulamaq mümkün olan əşyalardan istifadə edin (məsələn, ərzaq, ədviyyat, ətirlər). Həmçinin uşaqlara sanki ətir qoxuduqlarına imkan yaradın (məsələn, bişirilən yemək, çiçək və heyvanlar).

w Dadbilmə. Uşaqlara dərsdə adları çəkilən ərzaqları və başqa xalqlara məxsus milli ərzaqları dadmağa imkan verin.

w Toxunma. Dərslə əlaqədar uşaqların toxuna biləcəyi təhlükəsiz əşyaları hazırlayın. Bu, müxtəlif fiqurlar, teksturalar (süxurların quruluşundakı xarici əlamətlər) və təbiət materialları ola bilər. Eləcə də uşaqlara dərsə aid əyani vəsaitləri, mahnı, ayə

və təkrarlama üçün oyunlar kitabçalarını sizə saxlamağa kömək etməyə izn verin.

Müxtəlif əyani vəsaitlərdən istifadə edinMüxtəlif formalı, ölçülü, rəngli əyani vəsait və əşyalardan istifadə edin. Mahnı və ayələr lövhəciklərini müxtəlif üsullarla hazırlamaq olar...

w Lövhəcikləri çubuğa bərkitmək olar.w Onun əks tərəfinə kiçik maqnit bərkidin ki,

maqnitləşmiş lövhəcikdə əyani vəsaiti yerləşdirmək mümkün olsun.

w İp üzərində əyani vəsaiti düzmək üçün sıxaclardan istifadə edin.

w Əyani vəsaitləri cib üçün nəzərdə tutulmuş lövhəciklərdə yerləşdirin.

w Dərsliyi flanel lövhənin üzərinə yapışdırmaq üçün məxmər kağız, yaxud kağız dəsmalların qalıqlarından istifadə edin.

Dərsləri musiqinin müşayiəti ilə tədris edinMusiqi diqqəti yayınmış dinləyicinin marağını yenidən bərpa etməyə imkan yaradır. Uşaqlarla mahnını əzbərdən öyrənmək elə də vacib deyil. Sadəcə olaraq zümzümə edin. Uşaqlar dinləyərkən mahnını əzbərləyəcəklər. Hətta, sizin musiqi duyumunuz olmasa belə, dərs vaxtı bir neçə mahnı oxuyun. Əksər hallarda uşaqlar nəinki başqa şeyləri, mahnıları daha tez öyrənir.

Tez-tez təkrar edinƏsas həqiqəti müxtəlif üsullarla vurğulayın və möhkəmləndirin. Təkrarlar üçün oyun, mahnı, səhnəcik, əl işləri və əyani dərslər hazırlayın. Siz həmçinin uşaqlara əyani vəsaitlər vasitəsilə dərsliyi nəql etməyə imkan yarada bilərsiniz.

Dostpərvər olunGülümsəməyi unutmayın. Uşaqlara müraciət edərkən, onların nəzərində eyni səviyyədə olmaq üçün əyləşin. Hər bir uşağa şəxsən adları ilə müraciət edin. Bütün uşaqlara bir şəxsiyyət kimi maraq göstərin. Səbirli olun. Tərifləmək və ruhlandırmağa can atın.

Page 6: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

6

İki-üç yaşlı körpələr öyrənməyə daha meylidirlər. Bəziləri bu dövrü “Kəşf dövrü” adlandırır. Lakin bu yaşdakı körpələrin başa düşmələri və dərk etmələri arasında böyük fərq ola bilər. Buna görə də hər bir uşağa qarşı diqqətli olun. Dərsin planıTədris vaxtı hər iki-üç dəqiqədən bir müxtəlif fəaliyyət növlərindən istifadə edin. Müqəddəs Kitabdan dərslikDərsi tez-tez təkrarlayın! Bu yaşda uşaqlar (iki-dörd yaş arası), yeni dərsə keçməmişdən əvvəl eyni dərsi bir neçə dəfə dinləməyi xoşlayırlar. MahnılarBu dərsliyə iki və ya üç mahnı daxil edin. Dərs vaxtı hər mahnını bir neçə dəfə oxuyun. Əgər siz mahnı üçün ləvazimat istifadə edirsinizsə, onda mahnını hər dəfə oxuduğunuz vaxt bu ləvazimatı müxtəlif uşaqlara əllərində saxlamağa izn verin. Bütün uşaqlar həmin ləvazimatı əllərində saxlayanadək, mahnını oxumağa davam edin Əzbərləmək üçün ayəTəkrar – körpələrə Müqəddəs Kitabdakı ayənin tədrisi üçün açardır. Addımbaaddım qısa cümlələrlə ayəni

Nizam-intizamı qorumaqda müntəzəm olunSevgi göstərin, eyni zamanda münasibətlərinizdə möhkəm və real olun. Unutmayın ki, məktəbəqədər uşaqlara daha çox hərəkətdə olmaq və danışmaq üçün imkan yaratmaq lazımdır. İstənilən halda nizam-intizamda problem yaranarkən ehtiyatlı olun: uşağın şəxsiyyətinə deyil, davranışına nəzarət etməyə çalışın (problem onun şəxsiyyətində deyil, onun düzgün olmayan davranışında yaranır). Dərsə yaxşı hazırlığın və fəal qarşılıqlı əlaqənin bir çox problemlərdən yan keçməyə imkan yaratdığını yadda saxlayın.

w Qaydaları aydın müəyyən edin və onlara ciddi riayət edin. Hər dərsin əvvəlində qaydaları şifahi şəkildə xatırladın. Mümkünsə bunu daha sonra əyani vasitələrlə də tətbiq edin. Nə qədər insanın bu və ya digər fəaliyyət növü ilə məşğul ola biləcəyini müəyyən edin.

w Tələblərinizi müsbət nöqteyi-nəzərindən izah edin: uşaqlara qadağalarla yanaşı məşğul ola biləcəkləri şeyləri də söyləyin. “Belə etmək olmaz!” əvəzinə “Ya bunu, ya da onu et” deyin.

w Uşaq sözə baxmaq istəməyəndə özünü düzgün aparmaq barədə fikirləşməyə ona vaxt lazımdırmı deyə soruşun. Əgər belədirsə, onda ona bir neçə dəqiqə sakit oturmağa və düşünməyə imkan yaradın. (Bu vaxtı onun yaşına müvafiq olaraq müəyyən edin). Vaxt başa çatanda, ondan özünü yaxşı aparmağa hazır olub-olmadığını soruşun. Əgər hazırdırsa, onda o, digər uşaqlara qoşula bilər.

w Köməkçinizdən xahiş edin ki, sinfi dərsdən yayındıran uşağın yanında əyləşsin. Uşağın əlinə tez-tez toxunmaq onun diqqətinin cəmlənməsinə kömək edir.

İki - üç yaşlı körpələrə tədris

səsləndirin. Uşaqlar isə sizdən sonra təkrarlasın. Əgər qrupda uşaqların sayı çox deyilsə, onda hər bir uşağa ayəni təkrarlamasını söyləyin. Uşaqları ruhlandırmaq üçün onları yapışqanla (nakleyka) mükafatlandırmaq istəyiniz də yarana bilər. Bütün dərslik boyu bir ayənin üzərində çalışın ki, uşaqlar onu yaxşı əzbərləyə bilsinlər.

Müjdənin qısa izahıBu Müjdənin qısa izahını bütün seriyalarda istifadə edin. Hər simvolu sadə sözlərlə başa salın(vacib deyil rəngdir, və ya şəkildir), və qoy uşaqlar sizin arxanızca təkrarlasınlar. Müjdəni hər dərsin əvvəlində təkrar edin. Hər bir münasib vaxtda onu təkrar edin,mahnı oxuyanda və ya ayəni əzbərləyəndə.Hər dərsi Müjdəni izah etməklə qurtarın.

Page 7: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

7

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

Körpələrin Məsihə yönəldilməsinin vacibliyi nədədir?Məktəbəqədər uşağın bağışlanma alması mümkündürmü? İsa Məsih dedi: “Sizə doğrusunu deyirəm: əgər siz yolunuzdan dönüb uşaqlar kimi olmasanız, Səmavi Padşahlığa əsla daxil ola bilməzsiniz” (Matta 18:3). İsa Məsih Ona “iman hər kəsə” məhdudiyyət qoymadan xilas vəd edib (Yəhya 3:16). O, “kiçiklərin” və onları büdrətməyin nə qədər təhlükəli olduğunu vurğulayırdı (Matta 18:6). Şirli Vinser uşaqlara müjdələmək barədə uzun illər müəllimlər öyrətmiş və jurnal üçün məqalələr yazmışdı. Yaş həddinə görə cavabdehliyi o, Yaqubun məktubu 4:17 “... kimsə bir yaxşı işi görməli olduğunu bilib onu etmirsə, günah edir” ayəyə əsaslandırırdı. Visner iddia edirdi ki, “Beş yaşına kimi hər bir uşaq artıq pisi yaxşıdan ayırd etməyi bacarır. Körpə erkən yaşlarından nəyi edib, nəyi etməməli olduğunu artıq dərk edir. Əks halda o, buna görə cəzalandırılacaq. Bu cür uşağın Allahın pis əməllərə görə cəzalandıracağını və günahdan xilas ola bilməyin mümkünlüyünü mənimsəməsi asandır”. Statistika göstərir ki, imanlıların 85%-i Məsihi 4-14 yaş arası qəbul ediblər. Məşhur yazıçı və təbliğçı Coş Makdauel bu statistikaya əsasən belə deyib: “Ola bilsin ki, növbəti beş il ərzində bu rəqəm 95%-ə qədər qalxdı”. O, həmçinin güman edir ki, bu yaş həddi

4-dən 8-zə qədər azala bilər. Aydın görünür ki, uşaqlar hələ körpə ikən onlara Məsih barədə müjdələməliyik. Çünki bunda böyük üstünlük var. Bir çox məsihçi xidmətçilər Məsihə çox kiçik yaşlarında iman edib. Məsələn, Korri Ten Bum Məsihə beş yaşında, d-r Ceyms Dobson və Emmi Karmaykl isə üç yaşında iman etmişdi. Uşaqlara müjdələmək bizim ilk məqsədimiz olmalıdır. D-r Hovard Hendriks bu barədə belə söyləyir: “Hələ Məsihi dərk etməyən uşaqdan məsihçi kimi davranmağı gözləmək sanki ona gülmək kimidir. Müqəddəs Ruh insanın qəlbini doldurmayanadək, o, Allaha məqbul həyat yaşaya bilməz”. Markın Müjdəsi 16:15-də İsa Məsihin “bütün bəşəriyyətə” müjdələməsi barəsində əmr etdiyini oxuyuruq. Deməli, bura uşaqlar da daxildir. Məşhur şotland tədqiqatçısı və missioner David Livinqston demişdir: “Bizim işimiz xüsusi yaş həddini vurğulamadan uşaqlarımıza günah və Xilaskar barədə danışmaqdır. Çünki Müqəddəs Ruh öz vaxtında günaha görə ifşa edəcək”.Allah körpəni Özünə cəlb edə bilər. Siz körpənin Allahla ünsiyyət qura biləcəyinə şübhə edə bilərsiniz, ancaq Allahın körpə ilə ünsiyyət qurmasına şübhə etməyin!

Körpələr və Xoş Müjdə

Məktəbəqədər uşaqlarla işləyərkən, biz Müqəddəs Kitabın həqiqətlərini onlara anlayacağı tərzdə yavaş-yavaş dərk etdirməyə çalışırıq. Hər bir dərslik Müqəddəs Kitabdakı həqiqətlərin izahına, yaxud artıq öyrədilmiş həqiqətlərin dərinliyinə yönəlir. Beləliklə, uşaqlar nəinki Müjdənin əsas həqiqətlərini, həmçinin də digər həqiqətləri öyrənmiş olurlar. Körpələri öyrədərkən, onlara ruhanı həqiqətləri dərk etdirən və Məsihə yönəldən Müqəddəs Ruha yer verin. Lakin unutmayın ki, məktəbəqədər uşaqlar daha çox müəllimi razı salmağa çalışırlar. Buna görə də uşaqlarınızı məhz bu cür “inam etməkdən” yayındırın.

Əgər məktəbəqədər uşaq sizə sual verirsə, ona onun anlayacağı tərzdə cavab verin. Əgər cavab onu qane etməzsə, o, bu sualı sizə yenidən və ya sizə başqa bir sual vermiş olacaq. Uşağa heç bir təzyiq göstərmədən, onun hazır olduğu vaxtda sərbəst şəkildə imana gəlməsinə icazə verin. Əgər uşaq Müjdəni dərk edib Rəbbə iman etmək istəyirsə, o zaman sizə “Körpəni Məsihə necə yönəltmək” səhifəsindəki xilas barədə suallar kömək edə biləcək. (Körpəni Məsihə necə yönəltmək” səhifəsinə bax.)

Page 8: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

8

w Çox da böyük olmayan qapaqsız qutuların ağzına rezın çəkə bilərsiniz. Nəticədə arfaya bənzəyən bir alət alınacaq.

w Şeypurun əvəzinə borucuqdan istifadə etmək olar.w Nağara əvəzinə konserv qabından istifadə etmək

olar. w İki çubuq vasitəsilə körpələr ritm tuta bilər. w Həmçinin, dəri, yaxud lent kəmərcikdən olan

zınqırovdan istifadə etmək olar. w Plastik qabın kənarlarından deşiklər açıb

zınqırovların kəmərini onlara bərkitmək olar. Nəticədə, qaval alınacaq.

w İki cilalanmış çubuğun üzərinə sumbata kağızı yapışdırıb ritm tutmaq aləti kimi istifadə etmək olar.

Müqəddəs Kitabda qəhrəmanların libasları

Aşağıda təsvir olunan örtükdən Müqəddəs Kitabda bəhs olunan həm kişi, həm də qadın rollarını ifa etmək olar. İstənilən parçadan istifadə edin, lakin ətəklərini kəsin. Uşaqlar üçün üç cür örtük düzəldin: balaca örtüyün ölçüsü – 60x120 sm, orta örtüyün ölçüsü 70x152 sm, böyük örtüyün ölçüsü isə 75x160 sm olsun. Böyüklər və ya yeniyetmələrə örtük hazırlamaq üçün, onlardan ölçü götürmək lazımdır. Beləcə, istədiyiniz ölçünü əldə etmiş olacaqsınız). Hər örtük üçün kəndirdən, yaxud parçadan kəmər düzəldin. Daha sadə libasları böyük kağız çantalardan hazırlamaq olar. Bunun üçün baş və qola görə oyuqlar açmaq lazımdır.

tikiş

tikiş

əymə əymə

kəsik

60 sm

120 sm

Yapma (lepka) üçün xəmir, “gil”, alət və libaslarYuxarıda adları qeyd olunanlar məktəbəqədər uşaqların oyun və tədrisi üçün lazım olan ləvazimatlardır. Dərsliyi əl işləri vasitəsilə təkrarlamaq üçün uşaqlar, dərslə bağlı duzlu xəmirdən (yapma üçün xəmir), yaxud “gildən” nümunələr düzəldə bilərlər. Ritmik alətlər ilahilər zamanı fəal iştirak etmək üçün ən yaxşı vasitədir. Libaslar isə uşaqlara rolları ifa etməkdə onları daha çox həvəsləndirir. Körpələr hansısa bir dərsliyi səhnələşdirə bilərlər.

Yapma (lepka) üçün xəmir1 fincan adi un1,5 fincan duz2 xörək qaşığı çaxır daşı2 xörək qaşığı duru yağ1 fincan suda qarışdırılmış qida boyasıİstəyə görə əlavə inqrediyentlər: qida boyası, vanilin, darçın, yaxud digər ədviyyatlar; parıldayan bəzək şeylər (zərlər).Bütün inqrediyentləri böyük bir qabda qarışdırın. Bütün bunları qaz pilətəsində aşağı istilikdə məhlul bərkiyənə qədər qarışdırın. Sonra məhlulu soyudub, onu elastik olana qədər qarışdırın. Hazırlanmış məhlulu hava keçməyən qabda saxlayın. Məsələn, ağzı bağlanan plastik paket. Məhlulu paketini içinə qoymazdan əvvəl havasını çıxardın.

“Gil”200 qr. qarğadalı unu2 ¼ litr su400 qr. qida sodasıBütün bu inqrediyentləri orta ölçülü qabda qarışdırın. Qabı pilətənin üzərində orta istilikdə dayanmadan xəmir halını alana qədər qarışdırın. Sonra onu düz qaba töküb, üzərinə az miqdarda qarğıdalı unu əlavə edib yoğurun. Daha sonra isə xəmiri nəm dəsmal ilə, yaxud plastik paketlə örtün. Hazırlanmış xəmirdən fiqur düzəltmək üçün istifadə etmək olar. Hazır fiqurlar quruduqdan sonra, onları rəngləmək olar.

Ritmik alətlərSadə ritmik alətləri adi evdəki məişət əşyalarından düzəldə bilərsiniz. Onları yapışqanla, yaxud rəngli yapışqan lentlərlə və ya başqa vəsaitlərlə bəzəyə, parıltılı flomasterlə, yaxud rəngli boyalarla rəngləyə bilərsiniz. (Alətləri ya dərslikdən öncə, ya da ki, uşaqlarla əl işi görərkən hazırlayın). İçinə düyü və paxla qoyduğunuz ritmik alətlərin qapaqlarını mütləq möhkəm yapışdırın.

w Balaca plastik qapaqlı qabların içinə düyü və noxud qoya bilərsiniz.

Page 9: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

9

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

Məşğələlərin planlaşdırılması30-dəqiqəlik və ya 1-2 saatlıq (həftəlik, yaxud gündəlik) məşğələni planlaşdırmaq üçün, sizə cədvəl təklif edirik. Əgər siz həftədə bir dəfə dərs deyirsinizsə, fəaliyyətinizin növlərində seçiminiz geniş, lakin vaxtınız məhdud olacaq. Uşaq bağçasında dərs deyirsinizsə, əlavə ideya və vəsaitlərinizi tərbiyəçiyə ötürə bilərsiniz. O zaman dərsiniz daha bəhrəli olacaq. Əgər məşğələlərinizi məbəddə ibadət zamanı keçirsinizsə, bu ideyalar daha əlverişlidir. Əgər siz bazar ertəsindən cümə gününə qədər dərs deyirsinizsə, onda vaxtınıza uyğun olan üç plandan birini seçin. Məşğələ üçün sizə 30 dəqiqə vaxt verilibsə, cədvəldə olduğu kimi, Müqəddəs Kitabdan ayəni əzbərləmək və mövzunu keçmək üçün dərsi dörd günə bölün. Təkrarlamaq üçün ya həftənin sonunu, ya da gündəlik vaxt ayırmaq olar.

1-ci gün Müqəddəs Kitabdan

ayə

2-ci gün Müqəddəs Kitabdan

mövzu (birinci hissə)

3-cü gün Müqəddəs

Kitabdan mövzu (ikinci hissə)

4-cü gün Müqəddəs Kitabdan

mövzu(üçüncü hissə)

5-ci günTəkrarlama

Məşğələ cədvəli(Əgər əlavələr yoxdursa, saat dəqiqələrə bölünüb)

Məşğələ bölümü 30 dəqiqə 1 saat 2 saat

Salamlaşma Dərsdən öncə

Dərsdən öncə

Dərsdən öncə

İlahilər (nəğmələr) - 5 5

Əzbərləmək üçün ayə 5 5 10

Bədənin açılışması üçün hərəkətlər* 5 5 5

Müqəddəs Kitab mövzusu** 15 15 20

? Təkrarlama 5 5 10

Müjdənin qısa izahı - 5 5

Yemək vaxtı - - 10

Yaradıcılıq fəaliyyəti - 15 20

Əlavə fəaliyyətlər - - 25

Vidalaşma*** - 5 10

*məşğələnin bu hissəsində təklif olunan fəaliyyətlərdən istifadə edə bilər və ya əl hərəkətləri ilə nəğmə oxuya bilərsiniz.**Vaxtı nəzərə alaraq siz səhnələrdən istifadə edə bilərsiniz***Uşaqlar valideynləri gözləyərkən, onlar sizə otağı yığışdırmağa kömək edə, ayəni təkrarlamağa və ya bir neçə ilahi oxuya

bilərlər.

Page 10: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

10

Dər

sM

ərkə

zi hə

qiqə

tSa

lamlaş

ma

Səcd

əƏz

bərlə

mək

üç

ün ay

əBə

dən

hərə

kətlə

riTə

krar

lama

Müj

dəni

n qısa

iza

hıQ

afiyə

nəğm

ələr

Yara

dıcıl

ıq

fəaliy

yəti

Əlavə

fəali

yyətl

ər

(qafi

yələ

r ku

rsiv

işarə

ləni

b)(B

irini

se

çin)

(Biri

ni

seçi

n)

Vəd

olun

muş

X

ilask

arın

do

ğulm

ası

Qal

atiy

alıla

ra

4:4-

5

Luk

a 1:2

6-38

Mat

ta 1

:16,

18

-25

Luka

2:1

-7

Alla

h və

dini

ye

rinə y

etird

i və

Xila

skar

ı gö

ndər

di

Topl

a oyu

n“İ

sa M

əsih

m

əni s

evir”

Dua

“Alla

hı ta

nıya

bi

lərə

m”

İanə

yığm

aq

“Alla

h dü

nyan

ı el

ə sev

di k

i, Va

hid

Oğl

unu

verd

i...”

Yəhy

a 3:1

6

Ayən

i əl

hərə

kətlə

ri ilə

öyrə

nirik

Dar

tın və

ho

ppan

“Mila

d

mağ

aras

ına

fiqur

u əl

avə

et

Mila

d zı

nqıro

vlar

ı“M

iladı

n se

vinc

i”Yə

hya 3

:16

əsas

ən o

yun

İş və

rəqi

Yapm

a (le

pka)

üçü

n xə

mir

«İsa

Məs

ih

doğu

ldu”

“Per

sona

jların

lasə

si”

Çob

anla

rın

İsa M

əsih

i gö

rməs

i

Mat

ta 1

:21-

23

Luka

2:8

-20

Alla

h hə

mişə

qiqə

ti de

yir

Topl

a oyu

n“İ

sa M

əsih

m

əni s

evir”

Dua

“Alla

hı ta

nıya

bi

lərə

m”

İanə

yığm

aq

“Alla

h dü

nyan

ı el

ə sev

di k

i, Va

hid

Oğl

unu

ona v

erdi

. Bu

na o

na g

örə

etdi

ki,

Ona

im

an ed

ən

hər k

əs h

əlak

ol

mas

ın..”

Yəhy

a 3:1

6

Ayən

i əl

hərə

kətlə

ri ilə

“Baş

la

çiyi

nlər

, diz

topu

qlar

Çob

anla

r İsa

görm

əyə g

əlir

“Məl

ək xə

bər

gətir

di”

(mah

nı)

“Məl

ək xə

bər

gətir

di”

“Kağ

ız

boşq

abla

rdan

ha

zırla

nmış

məl

əklə

r”

İş və

rəqi

Yapm

a (le

pka)

üçü

n xə

mir

“Mağ

ara

düzə

ldiri

k

“Təs

vir o

vu”

Mün

əccim

lərin

X

ilask

ar-

Padş

aha s

əcdə

et

məs

i

Mat

ta 2

:1-1

2

Sayl

ar 2

4:17

İsa M

əsih

Padş

ahdı

r!Sə

yahə

t oy

unu

“İsa

Məs

ih

mən

i sev

ir”

Dua

“Alla

hı ta

nıya

bi

lərə

m”

“Mila

dın

sevi

nci”

“Alla

ha iz

zət”

İanə

yığm

aq

“Alla

h dü

nyan

ı el

ə sev

di k

i, Va

hid

Oğl

unu

ona v

erdi

. Bu

na o

na g

örə

etdi

ki,

Ona

im

an ed

ən

hər k

əs h

əlak

ol

mas

ın, ə

bədi

yata

mal

ik

olsu

n”

Yəhy

a 3:1

6Ay

əni ə

l hə

rəkə

tləri

ilə

öyrə

nirik

“Baş

la

çiyi

nlər

, diz

topu

qlar

Uld

uz

topl

usu

“Məl

ək xə

bər

“Mən

M

üqəd

dəs

Kita

ba

inan

ıram

“Məl

ək xə

bər

gətir

di”

Asıl

qanl

ı də

İş və

rəqi

Yapm

a (le

pka)

üçü

n xə

mir

“Uld

uzu

tap”

“Uld

uzun

ar

dınc

a get

Məşğələnin xülasəsi

Page 11: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

11

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

Dər

slik

Mər

kəzi

həqi

qət

Salam

laşm

aSə

cdə

Əzbə

rləm

ək

üçün

ayə

Bədə

n hər

əkət

ləri

Təkr

arlam

aM

üjdə

nin q

ısa

izahı

Qafi

yələr

nəğm

ələr

Yara

dıcıl

ıq

fəaliy

yəti

Əlavə

fəali

yyətl

ər

(qafi

yələ

r ku

rsiv

işarə

ləni

b)(B

irini

se

çin)

(Biri

ni

seçi

n)

Bala

ca İs

anın

yüm

əsi

Luka

1:3

5

Luka

2:3

9-47

Yəhy

a 1:1

-2

İsa M

əsih

in

sanl

arı

güna

hdan

az

ad et

mək

üç

ün

gəlm

işdi

Ata

və an

a nə

edir

?“M

ən A

llahı

ta

nıya

bi

lərə

m”

Dua

“Mən

M

üqəd

dəs

Kita

ba

inan

ıram

“...A

ta

Oğl

unu

düny

anın

X

ilask

arı

olar

aq

gönd

ərdi

” 1Y

əhya

4:1

4

Ayən

i ox

uyun

Ata

-ana

oyu

nu

oyna

yırıq

“Biz

yüyü

rük”

Böyü

məy

imiz

ə nə

köm

ək

edir

?

“Üçü

bi

rində

1Yəh

ya 4

:14

“Alla

h ya

xşıd

ır”

“Bəd

ənin

ci

zgisi

İş və

rəqi

Yapm

a (le

pka)

üçü

n xə

mir

“Biz

yüyü

rük”

“Mən

ba

cara

ram

İsa M

əsih

in

xidm

ətə

başla

mas

ı

Luka

3:2

1-22 Lu

ka 4

:14-

15 Luka

5:1

-11

Alla

h ist

əyir

ki, s

ən İs

a M

əsih

ə im

an

edib

Onu

n ar

dınc

a ge

dəsə

n

“Bal

ığı t

ut”

“Mən

Alla

tanı

ya

bilə

rəm

Dua

“Müq

əddə

s K

itabı

oxu

İanə

yığm

aq

“inan

ıram

ki

, dün

yaya

lməl

i ola

n A

llahı

n O

ğlu

Məs

ih S

ənsə

n”

Yəhy

a 11:

27

Ayən

i de

yə-d

eyə

addı

mla

yın

“Baş

la b

ədən

, çi

yinl

ə top

uq”

“Dən

izdə

ba

lıq”

Yəhy

a 3:1

6“M

ən

Müq

əddə

s K

itaba

in

anıra

m”

“Mən

Alla

tanı

ya

bilə

rəm

“İsa

Məs

ih

barə

hara

da

danı

şmal

ı?”

İş və

rəqi

Yapm

a (le

pka)

üçü

n xə

mir

“Əm

əyin

se

vgisi

” ta

pmac

ası

“Nec

ə et

məl

i?”

Mat

ta və

do

stlar

ının

İsa

Məs

ihlə

rüşm

əsi

Luka

5:1

-11

Luka

5:2

7-32

Luka

6:1

2-16

Alla

h ist

əyir

ki, s

ən İs

a M

əsih

in

ardı

cılı

olas

an

“Süf

rə aç

ırıq”

“Mən

Alla

tanı

ya

bilə

rəm

Dua

“Müq

əddə

s K

itabı

oxu

İanə

yığm

aq

Yəhy

a 11:

27

təkr

ar“B

aşqa

sına

danı

ş”“P

ulla

dol

u pu

lqab

ı”“M

ən A

llahı

ta

nıya

bi

lərə

m”

(mah

nı)

“Mən

Alla

tanı

ya

bilə

rəm

“Mən

M

üqəd

dəs

Kita

ba

inan

ıram

” Pa

ylam

a m

ater

ialı

İş və

rəqi

Yapm

a (le

pka)

üçü

n xə

mir

“Get

və d

aniş”

“Mən

in

anıra

m”

Məşğələnin xülasəsi (davam)

Page 12: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

12

«Allah»Əvvəlcə, yuxarını göstərib,

sonra isə açıq əlinizi sinənizə yaxınlaşdırın

«Dünyanı»Sağ çiyninizdən sol çiyninizə

doğru yarımqövs çəkin

«Sevdi»Əlinizi sinənizin üzərində

çarpazlayın

«Oğlunu»Orta barmağınızla sol əlinizin ovcunun içinə toxunun; Orta

barmağınızla sağ əlinizin ovcunun içinə toxunun.

«Verdi»Açıq ovucunuzu özünüzə tərəf

yaxınlaşdırın

«Ona»Orta barmağınızla sol əlinizin ovcunun içinə toxunun; Orta

barmağınızla sağ əlinizin ovcunun içinə toxunun.

«İman edən»Əvvəlcə, əlinizlə alnınıza

toxunun, sonra isə əllərinizi bir-birinə sıxın

«Hər kəs»Qrupunuzdakı uşaqların hamısını

göstərin

«Həlak olmasın»Əvvəlcə, yumruğunuzu

yaxınlaşdırıb, sonra geriyə çəkin

«Əbədi»Barmaqla dairəni təsvir edin

«Həyata»Əl barmaqlarınızı tərpədə-tərpədə sinənizdən üzünüzə doğru aparın

Ayəni əzbərləmək üçün musiqi və hərəkətlər Dərs1-3 Yəhya 3:16Ayəni oxuyun «Allah dünyanı elə sevdi ki, Vahid Oğlunu ona verdi. Buna ona görə etdi ki, Ona iman

edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun».

*Ola bilsin, siz İsa Məsihin çarmıxda ölməsini uşaqlara izah etməli olacaqsınız.

Page 13: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

13

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

«1 Yəhya 4:14»

Dərs 5–6 Yəhya 11:27«Ayəni deyə-deyə addımlayın » «…İnanıram ki, dünyaya gəlməli olan Allahın Oğlu Məsih Sənsən…» («Ayə ilə addımla» üsulunun təlimatı dərslərin izahında verilib.)

-

Ayəni əzbərləmək üçün musiqi və hərəkətlər (davam)Dərs 4 1 Yəhya 4:14Ayəni oxuyun “…Ata Oğlunu dünyanın Xilaskarı olaraq göndərdi.” Hərəkətlər: (1) Yuxarı göstərin. (2) Əlinizi körpəni yelləyirmiş kimi yellədin. (3) Hər iki əlinizin barmaqlarını iks şəkildə tutun. (4) Barmaqlarınızı başınızın üzərində dairə şəkilində birləşdirin

«Малыши могут познать Бога через Его Сына» © 2011 ОЕД. Все права закреплены.

Page 14: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

14

«Mələk xəbər gətirdi»1. (1) Sevin dünya (təkrarlayın) Rəbb hamı üçün doğuldu Sevin dünya!2. (2)Mələk xəbər gətirdi (təkrarlayın) Allahın Oğlu Bet-Lexemdədir Mələk xəbər gətirdi!3. (3) Çobanlar qaçıb gəldilər (təkrarlayın) İsa Məsihi görmək üçün Çobanlar qaçıb gəldilər!4. (4) Uzaqdan münəccimlər (təkrarlayın) Körpəni görmək üçün Ulduz onlara yol göstərdi!Hərəkətlər: (1) Ritm tutun. (2) Əlinizi

ağzınızın kənarına qoyun. (3) Yerində qaç. (4) Sanki dəvənin üzərində gedirmiş kimi yerinizdə yellənin.

«Müqəddəs Kitabı oxu»1. (1) Kəlamı hər gün oxu,

(2) Hər gün, hər an dua elə

(1) Kəlamı hər gün oxu

(3) Oxu ki, böyüyəsən (2 dəfə təkrarlayın).

2. (4) Başqalarına Allah haqqında danış

Əl hərəkətləri: (1) Əlini kitab kimi aç. (2) Əllərinizi duaya açın. (3) Aşağıya doğru əyilərək yavaş-yavaş dikəlin və əlinizi başınızın üstünə qaldırın. (4) Əlinizi ağzınızın kənarına qoyun.

«İsa Məsih məni sevir»1. (1) İsa (2) məni sevir

(3) Bunu dəqiq bilirəm

(4) O, uşaqları Öz yanına çağırır

(5) Onları qucağına alır.

(1) O məni sevir, (2) İsa məni sevir (1) sevir.

(1) O məni sevir(6) Bunu Kəlam deyir.

2. (1) İsa (2) məni sevir

(7) Əgər Ona itaətliyəmsə. (8) Onu kədərləndirsəm belə, (1) O, yenə də məni sevir. (1) O məni sevir, (2) İsa məni sevir (1) sevir.

(1) O məni sevir (6) Bunu Kəlam deyir. Əl hərəkətləri. (1) Özünüzü qucaqlayın.

(2) Orta barmağınızla sol əlinizin ovcunun içinə toxunun; Orta barmağınızla sağ əlinizin ovcunun içinə toxunun.*

(3) Əlinizlə başınızı göstərin. (4) Əllərinizi aşağı endirin. (5) Təsvir edilən körpəni göyə qaldırın. (6) Ovcunuzu kitab kimi açın. (7) Əllərinizi bel bərabərliyində qabağa uzadın. (8) Başınızı qətiyyətlə yelləyib, şəhadət barmağınızı silkələyin.

* Bəlkə də siz bu əl hərəkətləri ilə İsa Məsihin çarmıxda uğurumuzda öldüyünü izah etməli olacaqsınız.

«Mən Müqəddəs Kitaba inanıram»1. (1) Mən Müqəddəs Kitaba inanıram

(1) Orada Rəbbin iradəsi açıqlanıb.2. (2) Mən Məsihə inanıram.

(2) O, Allahın Oğludur, Ona inanıram.3. (3) Hamımız günah işlətmişik. (3) Günahlarımız Rəbbi kədərləndirdi.4. (4) Günahdan azad olmağım üçün

(4) Məsih uğurumda öldü.5. (5) O, ölülərdən dirildi. (5) Mənim üçün dirildi.6. (6) Məsihi qəbul edirsənmi sən? (6) Onun övladı olmaq üçün Məsihi qəbul

edirsənmi sən?Əl hərəkətləri: (1) Əllərinizi kitab formasında

açın. (2) Barmağınızla göyə işarə edin. (3) Əvvəlcə başqalarını, sonra isə özünüzü göstərin. (5) Əlinizi uzadaraq barmağınızı göyə qaldırın. (6) Əllərinizi duaya açın.

Mahnılara aid sözlər və hərəkətlər

«Малыши могут познать Бога через Его Сына» © 2011 ОЕД. Все права закреплены.

Page 15: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

15

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

«Mən Allahı tanıya bilərəm»(uyğunlaşdırılıb)

1. (1) Mən bəlkə də hündür deyiləm, (2) Mən qayalardan kiçiyəm. (3) Ancaq mən bunları yaradan (4) Allahı tanıya bilərəm. (5) Mən axar sular kimi (

6) güclü deyiləm. Amma sulara güc verən (4) Allahı tanıya bilərəm.

Nəqarət:

(7) Bəli, mən (3) Allahı tanıya bilərəm. (5) O, böyük və qüdrətlidir.

(7) Bəli, mən (3) Allahı taniya bilərəm, (8) Ona uca səslə ilahi oxuya bilərəm.

(9) Məni Allah sevir (7) Məni övladı

(10) adlandıraraq, (11) ailəsinə qəbul edir.

2. (12) Çarmıxda ölümünü (13) görməsəm də, (3) Ancaq mən Allahı tanıya bilərəm.

(1) Kiçik olsam da, (15) hər şeyə dərk etməsəm də, (3) Ancaq mən Allahı tanıya bilərəm. (16) Məsihin diri olduğunu bilirəm.

Hərəkətlər: (1) Əllərinizi yuxarı qaldırıb, dik durun. (2) Əllərinizlə başınızın üstündə dam örtüyü təsvir edin. (3) Şəhadət barmağınızla göyü göstərin. (4) Əllərinizi irəli uzadıb, ovucunuzu açaraq, sonra yanlara doğru uzadın. (5) Əzələləri möhkəmləndirin. (6) Ovuclarınızı üzü aşağı çevirib, barmaqlarınızı tərpədərək, əllərinizi soldan sağa aparın. (7) Barmağınızla özünüzə işarə edin. (8) Əllərinizi carçı kimi ağzınızın kənarına qoyun. (9) Özünüzü qucaqlayın. (10) Əlinizi aşağı yendirin. (11) Əllərinizi göyə qaldıraraq yuxarı baxın. (12) Başınızı qətiyyətlə yelləyib, şəhadət barmağınızı silkələyin. (13) Şəhadət barmaqlarınızla çarmıxı göstərin. (14) Ovucunuzu kitab kimi açın. (15) Əlinizlə başınızı göstərin. (16) Əllərinizi göyə yönəldin.

«Üçü birində»1. (1) Ata Allah (təkrarlayın),

(2) Allahın Oğlu (təkrarlayın),

(3) Müqəddəs Ruh (təkrarlayın),

(4) Üçü birində (təkrarlayın).

2. Ataya izzət olsun! (təkrarlayın),

Oğula izzət olsun (təkrarlayın),

Müqəddəs Ruha izzət olsun (təkrarlayın),

Üçlükdə bir Olana (təkrarlayın),

Hərəkətlər: (1) Şəhadət barmağınızı yuxarı qaldırın. (2) Orta barmağınızla sol əlinizin ovucunu göstərin; sağ barmağınızla digər əlinizin ovucunu göstərin.* (3) Əlinizi ürəyinizin üstünə qoyun. (4) Əvvəlcə üç barmağınızı, sonra isə bir barmağınızı göstərin.

* Bəlkə də siz bu əl hərəkətləri ilə İsa Məsihin çarmıxda uğurumuzda öldüyünü izah etməli olacaqsınız.

«Allah yaxşı Allahdır»1. (1) Allah (2) elə yaxşıdır (2 dəfə təkrarlayın)

(3) Mənə qarşı (2) yaxşıdır

2. (1) Allah (2) məni sevir (2 dəfə təkrarlayın)

(3) Mənə qarşı (2) yaxşıdır

3. (3) Onu alqışlayıram (2 dəfə təkrarlayın)

(3) Mənə qarşı (2) yaxşıdır

Hərəkətlər: (1) şəhadət barmağınızla yuxarı göstərin. (2) Əlləriniz açıb yuxarı baxın. (3) Özünüzü göstərin. (4) Özünüzü qucaqlayın. (5) Ritm tutun.

Mahnılara aid sözlər və hərəkətlər

«Малыши могут познать Бога через Его Сына» © 2011 ОЕД. Все права закреплены.

Page 16: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

16

«Miladın sevinci»(1) Budur xeyirxah Məryəm Yusiflə birlikdə

(2) Uzun yol getdikləri üçün usandılar,

Budur, mənzillərinə gəlib çatdılar (3) Yusif qapını döydü

Onlara “Yer yoxdur” deyə cavab verdilər.

(5) Pəyəyə yollanın, orada gecələyin

(6) Həmin gecə Rəbb bizə Məsihi göndərdi

Miladın sevincini!

Hərəkətlər: Əvvəlcə bir, sonra isə digər şəhadət barmağınızı qaldırın. (2) Başınızı və çiyinlərinizi aşağı salın. (3) Qapını döyürmüş kimi təsvir edin. (4) Başınızı yelləyib barmağınızla hədələyin. (5) Əlinizi büküb yatırmış kimi təsvir edin. (6) Qafiyəyə uyğun əl çalın.

«Allaha izzət olsun» ( Luka 2:14)

İzzət, izzət (təkrar)

Ucada ola Rəbbə! (təkrar)

Yer üzündə sülh və razılıq! (təkrar)

Yer üzündə sülh və razılıq! (təkrar)

Hərəkətlər: Hər sözü dedikdən sonra oturub-durun!

Qoy, uşaqlar eyni hərəkəti təkrarlasınlar!

Qafiyələnmə

«Малыши могут познать Бога через Его Сына» © 2011 ОЕД. Все права закреплены.

Page 17: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

17

Dərs 1 Vəd olunmuş Xilaskar İsa Məsihin doğulması

Müqəddəs Kəlamdan ayələr: Qalatiyalılara 4:4-5, Luka 1:26-38, Matta 1:16, 18-25, Luka 2:1-7

Mərkəzi həqiqət: Allah Öz vədinə əməl edib Xilaskarı göndərdi

Tətbiq: İman etməyən uşaqlar üçün: İman et ki, Allah Öz Oğlunu sənin Xilaskarın olmaq üçün göndərdi. İman edən uşaqlar üçün: Allaha minnətdarlıq et ki, O Öz oğlunu

sənin Xilaskarın olmaq üçün göndərdi

Əzbərləmək üçün ayə: «Allah dünyanı elə sevdi ki, Vahid Oğlunu verdi…» (Yəhya 3:16).

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

Salamlaşma

◆ Musiqili disk və pleyer ◆ Uşaqların adları qeyd olunan

nişanlar (səh.74) ◆ Top və ya digər yumşaq əşya

Salamlaşma Sakit bir musiqi qoyun. Hər bir uşağı mehribancasına

qarşılayıb, adlarını çəkərək nişanları yaxalarına taxın. Fəaliyyət “Topla oyun”Növbə ilə uşaqların hər birinə topu və ya yumşaq əşyanı ata-ata

– “Adın nədir? Hansı yeməyi xoşlayırsan? Sevdiyin rəng hansıdır? Bayram günlərində hara getməyi xoşlayırsan? Sənin sevdiyin heyvan hansıdır?” – suallarını verin.

İlahilər və dua

◆ Musiqili disk və pleyer; ilahilər kitabı, yaxud mahnının sözləri (səh.13-14)

◆ “Mən Allahı tanıya bilərəm” mahnısına vəsait

◆ İanə üçün səbət və ya pul daxılı

Mahnı (ilahi) “İsa məni sevir” (1-ci bənd)Dua Uşaqlarla belə dua edin: “Əziz Rəbbimiz, bizi (hər uşağın

adını çəkin) sevdiyin üçün Sənə minnətdarıq. Ya Rəbb, sənə minnətdaram ki, Sən həmişə Öz vədini yerinə yetirirsən. İsa Məsihin adı ilə, amin”.

Mahnı (ilahi) “Mən Allahı tanıya bilərəm”, nəqarəti iki dəfə təkrarlayırıq.İanələr(Sərbəst istəyə görə). Səbəti bir-bir uşaqlara ötürün ki, onlar

ianələrini oraya atsın. (Mütləq valideynlərə ianə və onların nə üçün xərcləndiyi barədə danışın).

Əzbərləmək üçün ayə

◆ Dərs vəsaiti PSON-n, PSON-o, PSON-p, PSON-q və PSON-r

◆ Yaxud PSON-R1, PSON-R2, PSON-R3, PSON-R4 və PSON-R5 əyani vəsaitlər (səh. 70-71)

◆ İzah (səh 20) ◆ Hərəkətlər (səh. 12)

Ayə Yəhya 3:16Təkrar Ayəni əl hərəkətləri ilə öyrənirik.

Page 18: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

18

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

Bədənin açılışması üçün edilən hərəkətlər.

Fəaliyyət “Dartın və hoppan”Uşaqlar yuxarı dartınsınlar, sonra isə ayaq barmaqlarına və dizlərinə toxunsunlar. Daha sonra bir ayağı üstündə, sonra da digər ayağın üstündə hoppansınlar.

Müqəddəs Kitab dərsi

◆ Mətn (səh. 22) ◆ Dərs vəsaiti PSON1-2,

PSON1-3, PSON1-4, PSON1-5 və PSON1-6

◆ Məryəmin və roma əsgərinin libası (istəyə görə)

◆ Tumar ◆ Saman

Dərs“Vəd olunmuş Xilaskarın doğulması”Dərsi ya bütöv, ya da ki, bir neçə hissələrə bölüb danışın.

Dərsi danışarkən əlləriniz boş qalsın deyə, dərsə aid olan rəsmləri uşaqların görə biləcəyi hündürlükdə püpitr (üzərinə not və kitab qoymaq üçün mail lövhəsi olan ştativ) üzərinə yerləşdirin.

?Təkrarlama

◆ Milad mağarası: pəyə və fiqurlar (səh75-76)

◆ Suallar (səh. 25)

Oyunlar “Milad mağarasına fiquru əlavə et”Suala düzgün cavab verən uşaq Milad mağarasına bir fiqur əlavə etmək fürsəti qazanır.

Müjdənin qısa izahı

◆ “Müjdə zınqırovları” (səh. 21)

◆ Dörd rəngli zınqırovların təsvir edilmiş şəkillər

◆ Əyani vəsaitlər PSON-a, PSON-b, PSON-c və PSON-d

Fəaliyyət “Müjdə zınqırovları”

Yemək vaxtı

◆ Süfrə (sizin zövqünüzə görə); uşaqların bəzi qidalara qarşı allergiyası ola biləcəyini nəzərə alın.

Fasilə Uşaqların tualetə getməsi və əllərini yuması üçün fasilə

elan edin.Dua Qida üçün Allaha minnətdarlıq edin.Sürfə başında Yemək vaxtı uşaqları dərsi təkrarlamağa yönəldin.

(Qeyd. Dərsi yaxşı mənimsəməsi üçün uşaqlar dərs vaxtı bir az yemək yeyə bilər, amma bunlar kiçik porslar olmalıdır ki, əsas yeməyi əvəz etməsin.

Page 19: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

19

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

Yaradıcılıq fəaliyyəti

(Yaradıcılıq fəaliyyətlərindən birini

seçin)

◆ Əyani vəsaitlər PSON-R1, PSON-R2, PSON-R3, PSON-R4, PSON-R5, PSON-R6, PSON-R7 və PSON-R8(səh 75-76);

◆ Rəngli karandaşlar və ya flomasterlər

◆ Qayçı ◆ Hər uşaq üçün bir ədəd zərf ◆ Hər uşağa işləmək üçün iş

vərəqləri ◆ Hər uşağa çəngə ot ◆ Yapışqan ◆ Yapma (lepka) üçün xəmir

və ya “gil” (səh. 8)

Əl işləri “Yəhya 3:16-ya əsasən oyunlar”Qoy hər uşaq ayənin kiçik rəmzlərini kəsib rəngləsin, sonra zərfə qoyub öz adını zərfin üzərinə qeyd etsin. Bu rəmzlərdən növbəti “ayəni oxu” oyununda da istifadə etmək olar. (Bir çox məktəbəqədər uşaqlar üzdən oxumağı bacarmırlar, lakin şəkillərdən “oxuya” bilirlər). 2-ci və 3-cü dərslərdə yeni şəkilləri əlavə edib ayəni sonadək əzbərləyin. Üçüncü dərsdən sonra bitmiş oyunun zərflərini paylamazdan öncə uşaqlara ayəni bir-birinə danışmağa imkan yaradın. İş vərəqləri “İsa mağarada doğuldu”Uşaqlardan samanı “yem təknəsinin” üzərinə yapışdırmağı kömək edin.Yapma üçün xəmir “Mağarada”Uşaqlardan İsanın doğuldu gecə mağarada təsəvvür etdikləri heyvanı və ya adamları xəmirdən düzəltməyi xahiş edin. Uşaqlar fiqurları düzəldənədək dərsi onlarla təkrarlayın.

Əlavə yaradıcılıq

(Yaradıcılıq fəaliyyətlərindən birini

seçin)

◆ Libaslar (məsələn, mələyin haləsi, Məryəm üçün şərf, Yusif üçün əba və s.)(səh. 8)

◆ Çobanlardan başqa Milad mağarasının fiqurları (səh. 75-76)

Oyun“İsa Məsih doğuldu”Hekayəni yavaş-yavaş danışın. Bu müddətdə uşaqlar onu səhnələşdirsin. Rolları təyin edin. Libasları qabaqcadan hazırlayın. Çünki uşaqlar libaslardan istifadə etməyi xoşlayırlar. Fəaliyyət“Personajların xülasəsi” Hər uşağa Milad mağarasının fiqurlarından birini verərək onlara Müqəddəs Kitab hekayəsindəki personajlardan birinin rolunu verin. Rolu aldığı personajın verə biləcəyi cavabın sualını uşağa verin (məsələn, Məryəmdən İsanın anası olacağını haradan öyrəndiyini soruşa bilərsiniz. Yusifdən soruşa bilərsiniz: Məryəmlə evlənməli olduğunu ona kim demişdi. Körpədən soruşun: O, harada doğuldu).

* Доступны на сайте www.cefonline.com.

Page 20: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

20

Əzbərləmək üçün ayə“Allah dünyanı elə sevdi ki, Öz vahid oğlunu qurban verdi...” (Yəhya 3:16).GirişSən kimdənsə xəbər almağı sevirsənmi? Bəlkə telefonla danışmaq və ya məktub almağı xoşlayırsan? Səni tanıyan və ya sevənlərlə ünsiyyətdə olmaq gözəldir, elə deyilmi?Suala cavab vermək üçün uşaqlara şərait yaradın.Bu dünyada səni hamıdan çox sevən və yaxşı tanıyan Allah bu gün sənə çox vacib bir şey demək istəyirMövzu ilə tanış olmaqSizin hər birinizin öz ünvanı var. Bu ünvan poçtalyona kömək edir ki, sənə gələn məktubları çatdırsın, elə deyilmi? Bizim ayəmizin də Müqəddəs Kitabda öz ünvanı var – “Yəhya 3:16”. Ayənin ünvanını xorla bir ağızdan ucadan söyləyin. Ovcunuzu Müqəddəs Kitabdakı kimi acıb bağlayın.Uşaqlardan birinə Müqəddəs Kitabdan ayənin yerini tapmaqda və həmin yeri nişanlamaqda sizə kömək etməsinə icazə verin.Ayəni oxuyun, sonra PSON-n, PSON-o, PSON-p, PSON-q və ya PSON-R1, PSON-R2,PSON-R3 PSON-R4,və PSON-R5 əyani vəsaitlərini göstərin.İzah“Allah dünyanı elə sevdi ki...” Allah- Yaradandır. Allah dünyanı boşluqdan yaratdı. Günəşi (yuxarını göstərin), Yeri (aşağını göstərin), səni (uşaqları göstərin), məni (özünüzü göstərin). Allah səni və məni elə sevir ki.. (özünüzü qucaqlayın) Baxmayaraq ki, biz günahlarımızla Onu məyus edirik, O, yenə də bizi sevir!“...Öz Oğlunu qurban verdi...” Allah bizə hədiyyə verib. Bu hədiyyə onun yeganə Oğludur. O, bu dünyaya sənin xilaskarın olmaqdan ötrü gəlib (Səni günahlarından xilas edən Kəs). İsa Məsih Ata Allahla birlikdə göylərdə idi. Lakin O, Yer üzünə gəldi ki, sənin və mənim günahlarımdan ötrü çarmıxda qurban getsin. Üçüncü gündə isə dirildi.Tətbiqetməİman etməyən uşaq üçün:

Allah Öz günahsız Oğlunu qurban verdiyi üçün sən günahlarına görə bağışlana bilərsən. Allah istəyir ki, sən İsa Məsihə Xilaskarın kimi iman etməklə bu ənamı qəbul edəsən.

İman etmiş uşaq üçün: Əgər sən İsa Məsihə öz Xilaskarın kimi iman edirsənsə, onda Allaha minnətdar ol ki, O, Öz vədinə əməl edərək Yer üzünə Xilaskar göndərdi. İsa Məsih sənin günahlarına görə öldüyündən sən Allahın övladı kimi yaşaya və Cənnətə düşə bilərsən.

Təkrar“Ayəni hərəkət vasitəsilə öyrənək”Ayəni cümləbəcümlə təkrarlayaraq hərəkəti yerinə yetirin (səh.12).Sonra isə bu ayəni simvollardan istifadə etməklə təkrarlayın.

Page 21: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

21

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

Müjdənin qısa izahı“Müjdə zınqırovları” Qızıl zınqırovu göstərin.Məndə dörd müxtəlif rəngli zınqırov var. Onlar İsa Məsihə öz Xilaskarınız kimi iman etməyi başa düşməkdə sizə kömək edəcək. Qızıl zınqırov bizə Allah və göylər – Onun yaşadığı yeri göstərir. Orada küçələr və bütün şəhər qızıldandır. Allah həmişə düzgün qərar verməyi bilir və Onun bütün qərarları düzgündür. Göylər də müqəddəsdir, çünki orada müqəddəs Allah yaşayır. Allah bütün dünyanı yaradandır. Müqəddəs Kitabda yazılıb: “Allah dünyanı elə sevdi ki...”(Yəhya 3:16). Allah yaratdığı dünyanı – balıqları, gülləri, daha çox isə insanları sevir! Allah səni də sevir və bir vaxt Göydə olmağını istəyir. Lakin bizim ikimizin də “günah” adlı problemimiz var.Qara zınqırovu göstərin.Bu zınqırovun rəngi mənə günahı xatırladır. Çünki günahlı həyat çirkli və ya qaranlıqda olan həyata oxşayır. Günah – Allaha uyğun olmayan düşüncələrimiz, danışığımız və hərəkətlərimizdir. Biz Allahın dediyi kimi yox, öz istədiyimizi etmək arzusu ilə doğuluruq. Buna görə də Allahın günah adlandırdığı işləri görürük.Günahlı əməllərdən misal çəkin, yaxud da PSON-a, PSON-b. PSON-c və PSON-d əyani vəsaitlərini müzakirə edin.Allah deyir: “Hamı günah işlədib” (Romalılara 3:23) və hər bir günahın cəzası var. Öz günahlarınla sən məhv olmusan (bu səbəbdən heç vaxt Allahla birlikdə olmayacaqsan və heç vaxt Göydə olmayacaqsan).Qırmızı zınqırovu göstərin.Bu qırmızı zınqırov mənə Allahın sənə olan sonsuz məhəbbətini xatırladır. Bu məhəbbətə görə O, İsa Məsihi – Özünün kamil Oğlunu göndərdi ki, O sənin günahının cəzası olaraq qan töküb çarmıxda ölümə getsin. Dostlarından hansısa biri nə vaxtsa sənin yerinə cəza çəkməyə razılıq verərdimi?Uşaqlar suala cavab versin.Buna rəğmən, xeyr. Lakin İsa Məsih çarmıxda ölərkən məhz bu cür etdi. O sənin günahlarına görə əbədi cəza aldı. Müqəddəs Kitabda yazılıb: “....Onun Oğlu İsanın qanı bizi hər günahdan təmizləyir” (1 Yəhya 1:7). İsa Məsih ölən kimi Onu basdırdılar. Lakin üç gündən sonra O, yenidən dirildi. Bu gün isə O, Göylərdə yaşayır.Mavi zınqırovu göstərin.Rəbb İsa Məsihin səndən ötrü etdiklərinin sayəsində günahlarına görə bağışlanma qazanırsan. Müqəddəs Kitabda yazılıb: “Allah dünyanı elə sevdi ki, öz Oğlunu qurban verdi. Bunu ona görə etdi ki, Ona iman edənlər həlak olmasın əbədi həyata malik olsunlar” (Yəhya 3:16) Günah işlətdiyindən xəbərdarsanmı? İman edirsənmi ki, İsa Məsih səni günahın cəzasından xilas etmək üçün ölüb, sonra isə yenidən dirilib? Belə olan halda İsa Məsihdən sənin Xilaskarın olmanı xahiş edə və bağışlanmaya nail ola bilərsən. Sən Onun övladı olmaqla Allahın əbədi ailəsinə daxil olursan və O, itaətli olmaqda sənə kömək edəcək. Günlərin birində isə sən Onunla Onun Göylərdəki evində birlikdə olacaqsan. Əgər sən İsa Məsihə öz xilaskarın kimi iman etmək istəyirsənsə, böyük

Dörd dənə müxtəlif rəngli zınqırovlar kəsin.

Page 22: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

22

məmnuniyyətlə bu işdə sənə yardımçı olaram (yeri və vaxtı deyin).

Dərsin birinci hissəsiSənə kimsə vəd veribmi? Bəlkə kimsə səni istirahət günündə harasa aparmağı və ya sənin üçün yaxşı nəsə etməyə söz verib? Adamların öz vədinə əməl etməsi əladır, elə deyilmi? Bəzən elə olur ki, onlar verdikləri sözə əməl edə bilmirlər. Onlar bunu istəyirlər, lakin nə isə baş verir, yaxud alınmır, nəticədə verilən söz yerinə yetirilməmiş qalır. Hərdən isə elə olur ki, insanlar qəsdən öz vədlərinə əməl etmirlər.Allahın bizə verdiyi Müqəddəs Kitabda müxtəlif vədlər mövcuddur.Uşaqlara Müqəddəs Kitabınızı göstərin.

Bu vədi bizə Allah verib. Allah bizdən tamamilə fərqlənir. O, o qədər qüdrətlidir ki, bütün vədlərinə əməl etməyə qadirdir.

Allah bütün dünyanı səadət içində kamil yaratmışdı. Lakin ilk insanlar-Adəm və Həvva Allahın sözündən çıxdılar və bütün dünya pisliyə qərq oldu. Allah insanları layiq olduğu cəzadan xilas edəcək Bir Kəsi göndərməyə dair söz verdi. Bu xüsusi insan Xilaskar adlanırdı. Çünki o, insanları xilas etməli idi. Allah bu vədinə təyin edilmiş müddətdə əməl etdi. Allahın göndərmək üçün vəd etdiyi Xilaskarı biz Müqəddəs Kitabdan tanıyırıq.

Məryəm sadə bir qız idi. Uzun illər bundan öncə o, Nazaret adlı şəhərdə yaşamışdı. O, böyük ümidlə gələcəyə baxırdı, çünki tezliklə Yusif adlı bir adama ərə gedəcəkdi. Adi günlərdən biri idi. Ola bilsin, Məryəm ya döşəməni silir, ya da ki, un ələyirdi.

Uşaqlardan Məryəmin necə döşəmə sildiyini və ya xəmir yoğurduğunu göstərmələrini xahiş edin.Təsvir PSON1-2Qəflətən qarşısında bir mələk dayandı! O sarsılmışdı! Mələklər –Allahın elçiləridir. Necə düşünürsən, Məryəm nə hiss edirdi?Uşaqlar suala cavab versinlər.Mələk Məryəmə xüsusi bir xəbər çatdırmaq üçün gəlmişdi.“Salam, ey lütfə nail olmuş qız! Rəbb səninlədir”. Bu o deməkdir ki, Allah Məryəmdən razı idi.Mələyin sözləri Məryəmi həyəcanlandırdı. Görəsən, mələk ona nə demək istəyir?Mələk ona dedi: “Qorxma, Məryəm” (Luka 1:30).Bu sözlərdən sonra Məryəm bir az yüngülləşməli idi. Elə bu anda mələk ona heyrətamiz bir xəbər dedi:“Sən hamilə olub bir Oğul doğacaqsan. Onun adını İsa qoy. O, böyük olacaq və Haqq-Taalanın Oğlu adlanacaq” (Luka 1:31-32). Məryəm Allahın elçisinə inandı və dedi: “Mən Rəbbin quluyam” (Luka 1:38). Allah necə istəyirsə, elə də etsin!

Page 23: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

23

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

Dərsin ikinci hissəsiMələyin Məryəmə gətirdiyi xəbər həyəcanlandırıcı idi. Təsəvvür edə bilərsənmi, Məryəm bu fövqəladə xəbər haqqında nə düşünürdü?

Səhnələşdirin. Bunu Məryəm kimi paltar geyinmiş köməkçilərdən biri edə bilər. Özünü mələyin dedikləri haqqında həyəcanla düşünürmüş kimi göstərir.“Mənim yanıma mələk gəldi. O mənə Allahdan xəbər gətirmişdi. O dedi: “Rəbb səninlədir. Qorxma, Məryəm, Sən Rəbbin lütfünə nail olmusan. Sən Allahın Oğlunu doğacaqsan. Allah səni seçib ki, sən vəd olunmuş Xilaskarın anası olasan. Onun adını İsa qoy. O, böyük olacaq və Allahın oğlu adlanacaq. O, əbədi padşah olacaq və Onun padşahlığının sonu olmayacaq”. Necə də gözəl xəbərdir! Maraqlıdır, Yusif bu barədə nə deyəcək?”

Yusif bu xəbəri tərəddüdlə qarşıladı. O, necə hərəkət edəcəyini bilmədi. Təsvir PSON1-3Elə həmin gecə Yusif yuxuda ikən Allah Öz mələyini onunla danışmaq üçün göndərdi. Allaha yaxşı məlum idi ki, Yusif nə edəcəyini bilmir. Rəbb Yusifi sevirdi və onların hər ikisinin qayğısına qaldı.

“Məryəmi özünə arvad etməkdən qorxma, çünki onun bətnindəki körpə Allahın Oğludur. Onun adını İsa qoy, çünki O Öz xalqını günahlarından xilas edəcək (Mattanın Müjdəsindən 1:20-21).

Əgər sən İsa Məsihdən səni günahlarından azad etməsini xahiş etmisənsə, Onda hər gün buna görə Allaha minnətdarlıq etməlisən. Çünki O, Öz vədini tutaraq İsa Məsihi göndərdi ki, səni xilas etsin.

Təsvir PSON1-4Yusif dülgər idi. O, taxtadan əşyalar düzəldirdi.

Gəlin, özümüzü Yusif kimi dülgər zənn edək. Biz çəkiclə vurur və mişarlayırıq.

Uşaqlardan dülgər təsəvvür etməyi xahiş edin.

Dərsin üçüncü hissəsiAllah Xilaskar göndərəcəyinə dair söz vermişdi. Həm də Xilaskarın harada doğulacağını da demişdi (Mikeya 5:2). O, Bet-Lexem adlı bir şəhərdə doğulmalı idi. Lakin Məryəm Yusiflə Nazaretdə yaşayırdı. Allah Öz vədini yerinə yetirəcəkdimi? Əlbəttə ki, hə!Öz vədini yerinə yetirməkdən ötrü Allah hətta, roma imperatorundan, qeysər Avqustdan istifadə etmişdi. Bir dəfə Nazaretə imperatorun carçısı gəlmişdi. Növbəti mətni kağız tumardan oxuyun. Bunu roma əsgərinə

geyinmiş köməkçiniz də edə bilər. “Sizin imperatorunuz - qeysər Avqust fərman verib ki, hər biriniz öz doğma şəhərinizə gedib siyahıya alınasınız. Bu, hamının vergi verməsi üçün vacib idi”.Yusifin nəsli Bet-Lexem şəhərindən olduğuna görə Məryəmlə Nazaretdən Bet-Lexemə getməli oldu. Yol çox uzun idi. O vaxtı nə maşın, nə qatar nə də ki, təyyarə var idi. Hamı piyada getməli idi.

Page 24: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

24

Məryəm tezliklə uşağı dünyaya gətirməli idi. Bu səbəbdən bütün yol boyu o, uzunqulağın üstündə getdi.

Təsvir PSON1-5Bet-Lexem bir neçə günlük yol idi.

Uşaqlarla birlikdə əşyaları yığmağınızı və Bet-Lexemə yollanmağınızı, yemək və gecələmək üçün dayanmağınızı təsvir edin. Əgər sizin uşaq qrupunuz böyükdürsə, onda onlar hərəkətləri yerində oturaraq etsinlər.

Məryəm Yusiflə Bet-Lexemə çatanda onların problemi yarandı. Onlar gecələmək üçün yer tapa bilmirdilər. Şəhər o qədər də böyük deyildi. Lakin siyahıyaalınma üçün şəhərə çoxlu adam gəlmişdi. Məryəmin körpəsi doğulmaq üzrə idi. Ona görə də onlar gecələmək üçün bir yer tapmalı idilər. Hara getməli? Nə etməli?

Təsvir PSON1-6Məryəmlə Yusif daldalanacaq üçün bir pəyə tapdılar. Adətən pəyədə mal-qara saxlanılırdı. Burada körpə dünyaya gəldi. Məryəm Onu bələyə büküb axura qoydu.Axur mal-qara üçün yem təknəsi idi. Düşünürəm ki,Yusif Körpəni qoymamışdan qabaq oranı təmizlədi.

Gəlin təsəvvür edək ki, bizdə Yusif kimi axuru süpürürük. Uşaqlara iyləmək üçün quru ot və ya saman verin

Allah Öz Sözünə sadiq qalıb Xilaskar göndərdi. Allah həmişə verdiyi Sözü yerinə yetirir. Allah İsa Məsihi göndərdi ki, O sənin Xilaskarın olsun. İllər keçdikdən sonra İsa Məsih çarmıxa çəkildi, basdırıldı və yenidən dirildi. İsa Məsih öldüyü vaxt bizim pis əməllərimizin cəzasını aldı. Günah - Allahın qanunu pozan düşüncələrimiz, sözlərimiz və əməllərimizdir. Allah Öz Oğlunu sənin və mənim Xilaskarı olmaq üçün bu dünyaya göndərməklə Öz vədini yerinə yetirdi. Ondan başqa heç kim bizim Xilaskarımız ola bilməz. Əgər sən artıq İsa Məsihdən Xilaskarın olmağını istəmisənsə, buna görə İsa Məsihə minnətdar ol.

“Doğulmanın sevinci” şerini hərəkətlərlə danış (səh16).

Təkrar üçün suallar.Əzbərləmək üçün ayə

1. Allah kimi sevir? (Dünyada olan bütün insanları- məni və səni).

2. Allah kimi hədiyyə olaraq bizə göndərdi? (Özünün yeganə Oğlu İsa Məsihi).

3. Yer üzündə doğulmamışdan öncə İsa Məsih harada idi (Ata Allah ilə birlikdə Göylərdə).

Page 25: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

25

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

Dərsin 1-3-cü hissələri1. Həmişə Öz vədinə sadiq qalan Kimdir? (Allah).2. Allahın Xilaskar göndərmək barədə vədini biz haradan öyrənə

bilərik? (Müqəddəs Kitabdan)3. Məryəmin yanına kim gəlmişdi? (Mələk).4. Mələk ona Allahdan hansı xəbəri gətirmişdi? (Məryəmin oğlu

olacaqdı).5. Allah Yusifə nə etməli olduğunu necə bildirdi? (Məryəm onunla

yuxuda danışdı)6. Yusif və Məryəm körpəni necə adlandırmalı idilər? (İsa ).7. Vəd olunmuş Xilaskar – İsa Məsih harada doğulmalı idi? (Bet-

Lexem şəhərində).8. Məryəmlə Yusif nə üçün Bet-Lexemə getməli oldular? (Əhalinin

siyahıya alınmasında iştirak etmək üçün).9. Onlar orada olduqları vaxt nə baş verdi? (körpə İsa doğuldu).

Müjdənin qısa izahı1. Müqəddəs Allahın evi harada yerləşir? (Göylərdə).2. İsa Məsih çarmıxda öldükdən və basdırıldıqdan sonra nə baş

verdi? (O, yenidən dirildi).3. Allahın əbədi ailəsinin övladı olmaqdan ötrü sən nə etməlisən?

(İsa Məsihə şəxsi Xilaskarın kimi iman etmək. Bu sualı təkrar üçün istifadə edərək Allaha deyin: “Mən bilirəm ki, günah etmişəm və buna görə bağışlanma istəyirəm. Mən iman edirəm ki, İsa Məsih mənim günahlarımdan ötrü ölüb və yenidən dirilib. Yalvarıram, məni bağışla və Öz övladın et”).

Page 26: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

26

Page 27: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

27

Dərs2Çobanların İsa Məsihi görməsi

Müqəddəs Kəlamdan ayələr: Matta 1:21-23, Luka 2:8-20

Mərkəzi həqiqət: Allah həmişə həqiqəti deyir

Tətbiq: Həm iman edən, həm də iman etməyən uşaq üçün: Ağaclara, çiçəklərə görə Allaha minnətdar ol.

Əzbərləmək üçün ayə: «Allah dünyanı elə sevdi ki, Vahid Oğlunu verdi. Bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun…» (Yəhya 3:16)

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

Salamlaşma

◆ Musiqili disk və pleyer ◆ Uşaqların adları qeyd olunan

nişanlar (səh. 74) ◆ Top və ya digər yumşaq əşya

Salamlaşma Sakit bir musiqi qoyun. Hər bir uşağı mehribancasına qarşılayıb, adlarını çəkərək nişanları yaxalarına taxın. Fəaliyyət “Topla oyun”Növbə ilə uşaqların hər birinə topu və ya yumşaq əşyanı ata-ata “Adın nədir? Hansı yeməyi xoşlayırsan? Televizorda xoşladığın veriliş hansıdır? Daha çox nədən qorxursan?” suallarını verin.

İlahilər və dua

◆ Musiqili disk və pleyer; ilahilər kitabı, yaxud mahnının sözləri (səh. 14, 15)

◆ “Mən Allahı tanıya bilərəm” mahnısına vəsait

◆ İanə üçün səbət və ya pul daxılı

Mahnı (ilahi) “İsa məni sevir” (1-ci bənd)Dua Uşaqlarla belə dua edin: “Əziz Rəbbimiz, bizi (hər uşağın

adını çəkin) sevdiyin üçün Sənə minnətdarıq. Ya Rəbb, sənə minnətdaram ki, Sən həmişə həqiqəti deyirsən. İsa Məsihin adı ilə, amin”.

Mahnı (ilahi) “Mən Allahı tanıya bilərəm”, nəqarəti iki dəfə təkrarlayırıq.İanələr(Sərbəst istəyə görə). Səbəti bir-bir uşaqlara ötürün ki, onlar

ianələrini oraya atsın. (Mütləq valideynlərə ianə və onları nə üçün xərcləndiyi barədə danışın).

Əzbərləmək üçün ayə

◆ Dərs vəsaiti PSON-n, PSON-o, PSON-p, PSON-q və PSON-r

◆ Yaxud PSON-R1, PSON-R2, PSON-R3, PSON-R4 və PSON-R5 əyani vəsaitlər(səh. 70-71)

◆ İzah (səh 30) ◆ Hərəkətlər(səh. 12)

Ayə Yəhya 3:16Təkrar Ayəni əl hərəkətləri ilə öyrənirik

Page 28: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

28

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

Bədənin açılışması üçün edilən hərəkətlər.

Fəaliyyət “Başla çiyin, dizlə topuq”Bu sözləri hərəkətlərlə hansısa tanınmış musiqi sədaları altında göstərmək olar:Başla çiyin, dizlə topuq,Dizlə topuq, dizlə topuq,Başla çiyin, dizlə topuq,Əl çalaq, Allaha izzət verək!

Bibliya dərsi

◆ Mətn (səh. 32) ◆ Dərs vəsaiti PSON2-3,

PSON2-4, PSON2-5 və PSON—2-6

◆ Yaxud PSON-a, PSON-b, PSON-c və PSON-d

◆ Musiqili disk və pleyer; ilahilər kitabı, yaxud mahnının sözləri (səh 14-15)

◆ Quzu təsvir olunmuş yumşaq oyuncaq və ya şəkil (səh. 77)

◆ Müqəddəs Kitab personajlarının libasları və bələnmiş gəlincik

Dərs“Çobanların İsa Məsihi görməsi”Dərsi ya bütöv, ya da ki, bir neçə hissələrə bölüb danışın. Dərsi danışarkən əlləriniz boş qalsın deyə, dərsə aid olan rəsmləri uşaqların görə biləcəyi hündürlükdə püpitr (üzərinə not və kitab qoymaq üçün mail lövhəsi olan ştativ) üzərinə yerləşdirin.

?Təkrarlama

◆ Milad mağarası: pəyə və fiqurlar (səh 75-76) yaxud PSON2-3 əyani vəsaiti

◆ Suallar (səh. 34)

Oyunlar “Çobanlar yem təknəsinə yaxınlaşır”Qoy, uşaqlar otağın bir cərgəsində üzü Milad mağarası və ya PSON2-2 əyani vəsaitə doğru dursunlar. Onlar çobanlar timsalında Körpə İsaya baxmağa gəliblər. Suala doğru cavab verən uşaq yem təknəsinə bir addım yaxınlaşmaq şansı qazanır.

Müjdənin qısa izahı

◆ Bax, səh. 31 ◆ Musiqili disk və pleyer; ilahilər

kitabı və ya mahnının sözləri (səh. 14)

◆ Əyani vəsaitlər PSON-a, PSON-b, PSON-c və PSON-d (istəyə görə)

Fəaliyyət “Mələk xəbər verir”

Yemək vaxtı

◆ Süfrə (sizin zövqünüzə görə); uşaqların bəzi qidalara qarşı allergiyası ola biləcəyini nəzərə alın.

Fasilə Uşaqların tualetə getməsi və əllərini yuması üçün fasilə elan

edin.Dua Qida üçün Allaha minnətdarlıq edin.Sürfə başında Yemək vaxtı uşaqları dərsi təkrarlamağa yönəldin. (Qeyd.

Dərsi yaxşı mənimsəməsi üçün uşaqlar dərs vaxtı bir az yemək yeyə bilər, amma bunlar kiçik porslar olmalıdır ki, əsas yeməyi əvəz etməsin.

* Доступны на сайте www.cefonline.com.

Page 29: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

29

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

Yaradıcılıq fəaliyyəti

(Yaradıcılıq fəaliyyətlərindən birini

seçin)

◆ Hər uşağa şəkildə göstərilən nümunəyə əsasən kəsilmiş 23 sm vərəqdən boş qablar(səh. 78);

◆ Rəngli karandaşlar və ya flomasterlər

◆ Zər və yapışqan ◆ Hər uşağa işləmək üçün iş

vərəqləri ◆ Pambıq ◆ Yapma (lepka) üçün xəmir və

ya “gil” (səh. 8)

Əl işləri “Kağız boş qablardan hazırlanmış mələklər”Uşaqlar vərəqdən hazırlanmış boş qabları müxtəlif rəngli karandaşlarla boyaya və parıltı verməsi üçün üzərinə zər tökə bilərlər. A kəsiyini B kəsiyin içinə keçirərək qanadları bir-birinə yapışdırın. Siz bütün qrupa boş qabı düzgün kəsməyi öyrədə bilərsiniz . Çünki bir çox məktəbəqədər uşaqlar çətin naxışları kəsməyi bacarmırlar.İş vərəqləri “Çobanlar qoyun otarırdı”Uşaqlardan pambığı quzuların üzərinə yapışdırmağı xahiş edin.Yapma üçün xəmir “Çobanlarla”Uşaqlara plastilindən, yaxud xəmirdən çoban üçün əsa və ya quzu düzəltməyə kömək edin. Bu vaxtdan dərsi təkrarlamaq üçün istifadə edin.

Əlavə yaradıcılıq

(Yaradıcılıq fəaliyyətlərindən birini

seçin)

◆ Milad mağarasının fiqurları (yalnız Körpə İsanın təknədəki, Məryəm, Yusif və bir quzu fiqurlarından istifadə etməklə hər bir uşaq üçün bir dəst verin)(səh. 75-76);

◆ Milad mağarasının əlavə fiqurları (istəyə görə səh. 75-76)

◆ Rəngli karandaş və ya flomasterlər

◆ Qayçı ◆ Çubuqlar ◆ Yapışqan ◆ Hər bir uşaq üçün qalın vərəq

(istəyə görə) ◆ Əyani vəsaitlər PSON2-

2, PSON2-3, PSON2-4, PSON2-5 və PSON2-6 (bunlardan dördünü seçin)

Səhnəcik“Mağar düzəldək”Hər bir uşağa rəngləmək üçün fiqur dəstini paylayın. Uşaqlar ayrı-ayrılıqda fiqurları kəsib, kukla almaq üçün çubuqlara yapışdıra bilərlər. Kukla tamaşasının yaranması qrupunuzdakı uşaqların çox xoşuna gələcək. Əgər kukla teatrı yaratmağı qərara almısınızsa, ehtiyat üçün əlavə fiqurlar düzəldin. Təkrarlama“Şəkil ovu”Təsvirləri divardan uşaqların görə biləcəyi bir yerdən asın. Uşaqlardan təsvir etdiyiniz şəkli tapmağı tapşırın (məsələn: “İsa Məsihin doğulduğu gecə təsvir edən şəkili tapın”, “Çobanların qoyun otarmasını təsvir edən şəkli tapın”.

Page 30: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

30

Əzbərləmək üçün ayə“Allah dünyanı elə sevdi ki, Vahid Oğlunu verdi. Bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun” (Yəhya 3:16)

GirişKimsə sənə nə vaxtsa inanıb-inanmayacağını yoxlamaq məqsədilə yalan deyibmi? Cavab vermələri üçün uşaqlara şərait yaradın. Ola bilsin, kimsə sənə “sənin üçün böyük hədiyyəm var” deyib, amma heç nə verməyib. Özümün bu cür aldadılmağından xoşlanmıram, bəs, sən? Səni tanıyan və sevən Allah həmişə yalnız həqiqəti deyir.

Mövzu ilə tanış olmaqMüqəddəs Kitabda O, sənin üçün hazırlanan hədiyyədən bəhs edir. Biz bu barədə Yəhyanın Müjdəsi üçüncü fəsil on altıncı ayədən oxuya bilərik. Gəlin, bu ünvanı Yusifin səsi ilə deyək: “Yəhya 3:16”.Sonra eyni ünvanı “Məryəmin səsi”, daha sonra isə uşaqların səsi ilə təkrarlayın. Uşaqlardan birinə Müqəddəs Kitabdan ayəni tapmaqda sizə kömək etməsini təklif edin.Ayəni oxuyun, sonra PSON-n, PSON-0, PSON-p, PSON-q, PSON-r, PSON-s və PSON-t və ya PSON-R1, PSON-R2, PSON-R3, PSON-R4, PSON-R5, PSON-R6 və PSON-R7.

İzahƏvvəlcə, ayənin keçən dəfə öyrəndiyimiz hissəsini təkrarlayırıq.Təkrarlama zamanı əyani vəsaitlərdən istifadə edirik. Allah səni, məni, ümumiyyətlə yaratdığı hər bir insanı sevir. Allah bizə xüsusi hədiyyə bağışlayıb. Bu, Onun Öz Oğlu – Xilaskarımızdır (Günahlarımıza görə qurban gedən).İndi isə ayəyə daha bir hissə əlavə edək “Ona iman edən hər kəs...” “hər kəs” sözü “səni, məni, istənilən bir insanı” ifadə edir. “İman edən” kəlməsi sənin əməllərində özünü büruzə verən həqiqətə əminliyinin göstəricisidir. “...ölməsin...” “Ölmək” sözü Allahla əbədi olaraq ayrılmaq deməkdir. Bu ayədə deyilir ki, İsa Məsihə iman edən hər kəs heç vaxt ölməyəcək, yaxud da Allahla ayrılmayacaq.

Tətbiqetməİman etməyən uşaq üçün:

Allah istəyir ki, sən İsa Məsihə Xilaskarın kimi iman edəsən ki, həlak olmayasan. Əvəzində isə bir vaxtlar Allahla birlikdə göylərdə olasan.

İman edən uşaq üçün:Sən İsa Məsihə Xilaskarın kimi iman edirsənsə, onda Allahın vədlərinin həqiqət olduğunu dərk edirsən. Allah istəyir ki, sən başqalarına İsa Məsihin – vəd olunmuş Xilaskar olması barədə danışasan.

Page 31: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

31

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

Təkrarlama

“Ayəni əl hərəkətləri ilə öyrənək”Əl hərəkətləri ilə ayəni sözbəsöz təkrarlayın. Sonra əyani vəsaitlərdən istifadə edərək ayəni təkrarlayın.

Müjdənin qısa izahı“Mələk xəbər gətirdi” mahnısıDairə qurub əl-ələ tutun. Dairə boyunca hərəkət edə-edə mahnı oxuyun. Hər bənddən sonra uşaqlara mahnının qısa izahını verin. Sonra isə

mahnını bütöv oxuyun. (Bu dərsdə dördüncü bəndi oxumaq lazım deyil. Onu üçüncü dərsə əlavə edin).

1-ci bənd: Sevinc – həqiqi və əbədi xoşbəxtlikdir. “Rəbb” – İsa Məsihin adıdır. Körpə İsanın doğulması Ona iman edən hər kəsə həqiqi və əbədi xoşbəxtlik bəxş etdi. 2-ci bənd: Bu bənddə deyilir ki, İsa Məsih Allahın Oğludur! O, tamamilə kamildir. O, heç vaxt günah işlətməyib. 3-cü bənd: İsa Məsih gəldi ki, insanları xilas etsin. Çünki biz Allahın qanununu pozmuşuq. Bir neçə günah nümunəsinin adını çəkin (məsələn, ananın və atanın sözündən çıxmaq), yaxud “ PSON-a, PSON-b, PSON-c və PSON-d əyani vəsaitlərini müzakirə edin.İsa Məsih boya-başa çatanda sənin və mənim etdiyim günahın cəzasına görə çarmıxa çəkildi. Əgər sən Ondan Xilaskarın olmağını istəsən, O, bunu edəcək.

Page 32: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

32

Dərsin birinci hissəsiNə vaxtsa qorxmusan? Bəlkə, sən qaranlıqdan, yaxud hörümçəkdən qorxursan? Hətta, böyüklər də bəzən qorxur. Müqəddəs Kitab bizə qorxmuş insanlardan bəhs edir. Onlar ömründə heç vaxt görmədikləri və ya ağlına gətirmədikləri vəziyyətlə qarşılaşmışdılar.

Təsvir PSON2-3Bunlar Bet-Lexem şəhərinin yaxınlığında qoyun otaran çobanlar idi. Onlar gecə-gündüz öz sürülərinin qayğısına qalırdılar. Onlar sürü üçün təravətli ot və içməyə təmiz su axtarışında idilər. Onlar sürünü vəhşi heyvanlardan qoruyurdular. Bəzən itən quzunu axtarmalı, quyuya düşən quzunu isə xilas etməli olurdular.

Elə təsəvvür edin ki, siz qoyunları otaran, onların qayğısına qalan və itmiş quzunu axtaran çobansınız. İmkan daxilində quzu təsvir olunmuş oyuncağı otaqda gizlədin ki, “çobanlar” onun axtarışı ilə məşğul olsunlar. Digər bir variant – quzular təsvir olunmuş şəkildən istifadə edin (səh.77)

Gecə idi. Göy üzündə bir dənə də olsun ulduz görsənmirdi. Çobanlar qoyun otarırdı. Bəlkə də onlar ocağın başına toplaşmışdılar. Ocaq soyuq gecədə onları həm isidir, həm də vəhşi heyvanları qorxuzurdu. Lakin qəflətən hər şey dəyişdi.

Təsvir PSON2-4Allahın mələyi göründü. Allahın nuru onları bürüdü. Çox güman ki, bu parıltı həddindən artıq göz qamaşdırıcı idi. İşıq gözünüzə düşürmüş kimi üzünüzü qoruyun. Uşaqlardan da bunu təkrarlamağı xahış edin.Çobanlar qorxdular. Bu vaxta kimi onlar buna bənzər heç nə görməmişdilər. Mələk onlara Allahın Xoş Xəbərini çatdırdı: “Qorxmayın! Mən sizə bütün xalqı sevindirəcək bir Müjdə gətirmişəm” (Luka 2:10).Görəsən bu, nə xəbər idi? Gəlin, bu barədə öyrənək.Mələk dedi: “Bu gün Davudun şəhərində sizin üçün Xilaskar doğuldu. Bu, Rəbb Məsihdir.... axurda yatan bələnmiş Körpə tapacaqsınız” (Luka 2:11-12). Bu ayələri Müqəddəs Kitabdan oxuyun. Uşaqlara izah edin ki, “Rəbb” – İsanın tituludur, “Məsih” isə Onun adlarından biridir. Allah çobanlara bu xəbəri çatdırmaq üçün mələyini göndərdi. Allah onlara Xilaskarın doğulacağını bildirdi.Və budur, göy üzündə çoxlu sayda mələklər görsəndi. Onlar Allahı izzətləndirərək belə deyirdi: “Ən ucalarda Allaha izzət, Yer üzündə Onun razı olduğu insanlara sülh olsun!” (Luka 2:14). Sonra mələklər yoxa çıxdı və göy üzü yenidən zülmətə büründü.

Dərsin ikinci hissəsiTəsvir PSON2-3Mələklər çobanları tərk edəndən sonra, onlar bir-birinə baxıb dedilər:

Page 33: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

33

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

“Gəlin, Bet-Lexeme gedək və Rəbbin bizə bildirdiyi bu hadisəni görək” (Luka 2:15).Mələklərin haqqında danışdığı Körpə Allahın vəd etdiyi Xilaskar idi. Bu vəd Allahın Sözündə, Müqəddəs Kitabda hələ bir neçə əsr bundan qabaq yazılmışdı. Sən Müqəddəs Kitabda yazılanlara inana bilərsən. Çünki Allah həmişə həqiqəti deyir. Bu Körpə Allahın Oğlu idi. O bizim dünyamıza etdiyimiz pis əməllərimizin cəzasını Öz üzərinə götürmək üçün gəlmişdi. Müqəddəs Kitabda yazılıb ki, sən, mən, mələklərin danışdığı çobanlar, bir sözlə hamımız günah işlətmişik. Günah Allahın biz dediyini deyil, öz istəyimizə uyğun hərəkət etməyimizdir. Bir neçə münasib nümunə göstərin (məsələn, valideynlərə itaətsizlik, qardaşını və ya bacını incitmək), yaxud PSON-a, PSON-b, PSON-c və PSON-d əyani vəsaitləri müzakirə edin.Allah səni sevir. Buna görə İsa Məsihi göndərib ki, sənin layiq olduğun cəzanı çəksin. Elə çobanlar da məhz bu Xilaskarı görmək istədilər. Elə təsəvvür edin ki, siz çobansınız və təpədən düşüb Bet-Lexemə tələsirsiniz. Səhnəni oynaya-oynaya “Mələk xəbər gətirdi” adlı mahnısını oxuyun.

Dərsin üçüncü hissəsiÇobanlar Bet-Lexemə gəlib çatdılar. Kimin yadındadır, onlar kimi görməyə gəlmişdilər?

Uşaqlar suala cavab versinlər. Uşaqların cavabında Körpə İsanın olduğuna diqqət yetirin. Təsvir PSON2-5Onlar Onu hər yerdə axtarırdılar və nəhayət, tapdılar. Vəd olunmuş Xilaskar, eynilə mələklərin dediyi kimi, yem təknəsində idi. Allah həmişə həqiqəti deyir. O, çobanlara həqiqəti söyləmək üçün mələkləri göndərdi. Mələklərin söylədikləri həqiqət idi. Necə düşünürsən, yem təknəsində uzanmış Körpəni görən çobanlar nə hiss etdilər? Cavab vermələri üçün uşaqlara şərait yaradın. Çobanlar çox da yubanmadılar. Təsvir PSON2-6Onlar həmin gündən etibarən gördüklərini hamıya danışmağa başladılar. Onlara qulaq asan hər kəs heyrət içində idi. Sonra çobanlar öz yerlərinə qayıtdılar. Onlar Allahı izzətləndirirdilər. Çünki mələklərin dedikləri həqiqət idi. Qayıdanbaşı rastlaşdıqları hər kəslə başlarına gələnləri danışırdılar.

Xoş Xəbəri yayan çobanları təsvir edin. Siz belə deyin: Uşaqlar bu cür desin

“Siz Xoş Xəbəri eşitmisinizmi?” “Xilaskar doğuldu”

“Mələklər bizə Xoş Xəbəri gətirdi” “Xilaskar doğuldu”

“Biz bunu gözümüzlə gördük. Bu, həqiqətdir!” “Xilaskar doğuldu”

“Allahın vədi yerinə yetdi” “Xilaskar doğuldu”

Page 34: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

34

Biz səninlə əmin ola bilərik ki, İsa Məsihin Körpə kimi dünyaya doğulması tam həqiqətdir. İnsanlar orada oldular və Məsihi gördülər. Bu hekayə Allahın Sözündə - Müqəddəs Kitabda yazılıb. Biz, Müqəddəs Kitaba inana bilərikmi? Nə üçün? Ona görə ki, bu, Allahın Sözüdür. Allah isə həmişə həqiqəti deyir.Uşaqlara Müqəddəs Kitabınızı göstərin.Sən də, eynilə çobanlar kimi, İsa Məsih barəsində eşitdiklərini başqasına danışa bilərsən. Dərsin sonunda bu hekayəni oynamaq üçün müxtəlif rol ifa etmələrini uşaqlara tapşırın. Müxtəlif personajların libaslarını hazırlayın. Həm müəllifin sözlərini, həm də dialoqu oxuyun. Yaxud bunu hansısa köməkçinizdən istəyin. Hekayəni iki -üç dəfə oynamaqla, özlərini müxtəlif rollarda sınamaq üçün uşaqlara şərait yaradın. Böyüklər Məryəm və Yusifin rolunu oynaya bilərlər. Yem təknəsinə isə bələnmiş kuklanı qoymaq olar. Uşaqlar çobanları və ya mələkləri oynaya bilərlər. Sonra isə rolları dəyişin. Səhnəni oynayıb qurtarandan sonra “Mələk xəbər gətirdi” mahnısını oxuyun (1-3 bəndlər).

Təkrar üçün suallar:Əzbərləmək üçün ayə1. Həmişə həqiqəti söyləyən kimdir? (Allah)2. “Həlak olmaq” nə deməkdir? (Allahdan əbədi ayrı düşmək).3. Kim həlak olmayacaq? (İsa Məsihə Öz Xilaskarı kimi iman edənlər).Dərsin 1-3-cü hissələri1. Bet-Lexemin yaxınlığındakı düzənlikdə olan adamlar kim idi? (Çobanlar).2. Çobanlara Allahdan xəbər gətirən kimlər idi? (Mələklər).3. Mələk onlara nə dedi? (Xilaskar doğuldu).4. Çobanlar Xilaskarı harada tapacaqdılar? (Yem təknəsində).5. Çobanlar nə etdi? (Onlar Körpəni görməyə getdilər).6. Xilaskar İsa Məsih nə üçün bu dünyaya gəldi? (Bizim günahlarımızın cəzasını çəkmək üçün).7. Nə üçün biz cəzaya layiqik? (Ona görə ki, hamımız Allahın dediyini yox, öz istəklərimizə görə hərəkət etmişik).8. Çobanlar Xilaskarı gördükdən sonra nə etdilər? (Onlar rastlaşdıqları hər kəsə Onun barəsində danışdılar). 9. Bu hekayənin həqiqət olduğunu haradan bilirik? (Çobanlar İsanı gördülər; onlar gördükləri barədə hamıya danışdılar; biz Müqəddəs Kitabda yazılanlara etibar edə bilərik). Müjdənin qısa izahı1. Sevinc nə deməkdir? (Həqiqi və əbədi olan xoşbəxtlik).2. Biz sevinci necə əldə edə bilərik? (İsa Məsihə iman etməklə).3. Xilas olmağımıza nə ehtiyac var? (Biz Allahın cəzasına layiqik, çünki Onun qanunlarını pozmuşuq. Bu sualı təkrar üçün istifadə edin. Allaha belə deyin: “Sənin qarşında günahkar olduğumu bilirəm. Buna görə bağışlanma istəyirəm. Mən inanıram ki, İsa Məsih mənə görə öldü və üçüncü gün dirildi. Xahiş edirəm, mənim günahlarımı bağışla və məni övladın et”).

Page 35: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

35

Dərs3Münəccimlərin Padşah-Xilaskara səcdə etməsi

Müqəddəs Kəlamdan ayələr: Matta 2:1-12, Saylar 24:17

Mərkəzi həqiqət: İsa Məsih – Padşahdır

Tətbiq: Həm iman edən, həm də iman etməyən uşaq üçün: Padşah İsanı izzətləndir

Əzbərləmək üçün ayə: «Allah dünyanı elə sevdi ki, Vahid Oğlunu verdi. Bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun». (Yəhyа 3:16)

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

Salamlaşma

◆ Musiqili disk və pleyer ◆ Uşaqların adları qeyd olunan

nişanlar (səh 74) ◆ Yol xəritəsi ◆ Səyahət üçün əşya dolu

çamadan

Salamlaşma Sakit bir musiqi qoyun. Hər bir uşağı mehribancasına qarşılayıb, adlarını çəkərək nişanları yaxalarına taxın. Fəaliyyət “Səyahət oyunu”Qoy, uşaqlar səyahət üçün götürdükləri əşyaları göstərsinlər. Həmçinin onlar indiyədək etdikləri səfər barədə də danışa bilərlər. İstəsəniz, uşaqlara yol xəritəsini və əşyalarla dolu çamadanı göstərin.

İlahilər və dua

◆ Musiqili disk və pleyer; ilahilər kitabı, yaxud mahnının sözləri (səh 14-16)

◆ “Mən Allahı tanıya bilərəm” mahnısına vəsait»

◆ İanə üçün səbət və ya pul daxılı

Mahnı (ilahi) “Mən Allahı tanıya bilərəm” (nəqarəti iki dəfə oxuyuruq).Dua Uşaqlarla belə dua edin: “Əziz Rəbbimiz, bizi sevdiyin üçün

Sənə minnətdarıq. Ya Rəbb, Sənə minnətdarıq ki, mahnı oxuyanda, dua edəndə və hekayələr dinləyəndə Sənə izzət verə bilirik. İsa Məsihin adı ilə, amin”.

Qafiyələnmə “Miladın sevinci” və “Allaha izzət olsun”İanələr(Sərbəst istəyə görə). Səbəti bir-bir uşaqlara ötürün ki, onlar

ianələrini oraya atsın. (Mütləq valideynlərə ianə və onların nə üçün xərcləndiyi barədə danışın).

Əzbərləmək üçün ayə

◆ Dərs vəsaiti PSON-n, PSON-p, PSON-q, PSON-r, PSON-s, PSON-t və PSON-u

◆ Yaxud PSON-R1, PSON-R2, PSON-R3, PSON-R4, PSON-R5, PSON-R6, PSON-R7 və PSON-R8 əyani vəsaitlər. (səh. 70-71)

◆ İzah (səh 38) ◆ Hərəkətlər. (səh. 12)

Ayə Yəhya 3:16Təkrar Ayəni əl hərəkətləri ilə öyrənirik

Page 36: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

36

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

Bədənin açılışması üçün edilən hərəkətlər.

Fəaliyyət “Başla çiyin, dizlə topuq”Bu sözləri hərəkətlərlə hansısa tanınmış musiqi sədaları altında göstərmək olar:Başla çiyin, dizlə topuq,Dizlə topuq, dizlə topuq,Başla çiyin, dizlə topuq,Əl çalaq, Allaha izzət verək!

Bibliya dərsi

◆ Mətn (səh 40) ◆ Dərs vəsaiti PSON3-1,

PSON3-2, PSON3-4, PSON3-5 və PSON3-6

◆ “Mən Müqəddəs Kitaba inanıram” mahnısına aid əyanı vəsait

◆ Musiqili disk və pleyer; ilahilər kitabı, yaxud mahnının sözləri (səh.14)

◆ Hansısa qızıl bir nümunə, ətir və mirra (və ya buna nəsə)

Dərs“Münəccimlərin Padşah-Xilaskara səcdə etməsi”Dərsi ya bütöv, ya da ki, bir neçə hissələrə bölüb danışın. Dərsi danışarkən əlləriniz boş qalsın deyə, dərsə aid olan rəsmləri uşaqların görə biləcəyi hündürlükdə püpitr (üzərinə not və kitab qoymaq üçün mail lövhəsi olan ştativ) üzərinə yerləşdirin

?Təkrarlama

◆ “Ulduz toplusu”nun iki dəsti (hərəsində ədəd ulduz olmaqla)(səh. 79)

◆ Suallar (səh. 42)

Oyunlar “Ulduz toplusu” Təsadüfdən bir oyun oynayın. Ulduzları üzü aşağı olmaqla ya masanın üstünə, ya da yerə düzün. (Məktəbəqədər uşaqlar üçün ulduzları üzü yuxarı şəkildə düzün). Suala düzgün cavab verən uşaq iki ulduzu açır. Əgər şəkillər üst-üstə düşsə, onda o, ulduzları açıq saxlayır. Əgər şəkillər üst-üstə düşməsə, onda onları yenidən üzü aşağı saxlayıb oyunu davam etdirə bilər. Oyunu hər bir uşağın cavab vermək şansı yaranana kimi davam etdirin.

Müjdənin qısa izahı

◆ Bax, səh. 39 ◆ Musiqili disk və pleyer; ilahilər

kitabı və ya mahnının sözləri (səh. 14)

◆ Əyani vəsaitlər PSON-a, PSON-b, PSON-c və PSON-d (istəyə görə)

Fəaliyyət “Mələk xəbər verir”

Yemək vaxtı

◆ Süfrə (sizin zövqünüzə görə); uşaqların bəzi qidalara qarşı allergiyası ola biləcəyini nəzərə alın.

Fasilə Uşaqların tualetə getməsi və əllərini yuması üçün fasilə elan

edin.Dua Qida üçün Allaha minnətdarlıq edin.Sürfə başında Yemək vaxtı uşaqları dərsi təkrarlamağa yönəldin. (Qeyd.

Dərsi yaxşı mənimsəməsi üçün uşaqlar dərs vaxtı bir az yemək yeyə bilər, amma bunlar kiçik porslar olmalıdır ki, əsas yeməyi əvəz etməsin.

Page 37: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

37

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

Yaradıcılıq fəaliyyəti

(Yaradıcılıq fəaliyyətlərindən birini

seçin)

◆ Hər bir uşağa dəvə fiquru (səh. 80),

◆ Rəngli karandaşlar və ya flomasterlər

◆ Qayçı ◆ Hər uşağa iki ədəd paltar

sancağı ◆ Hər uşağa işləmək üçün iş

vərəqləri ◆ Hər uşağa böyük qızılı, zərli

ulduz yapışqanı ◆ Hər uşağa balaca qızılı, zərli

ulduz yapışqanı (istəyə görə) ◆ Yapma (lepka) üçün xəmir və

ya “gil” (səh. 8)

Əl işləri “Sancağa bərkidilmiş dəvə”Uşaqlara dəvələri necə kəsmək lazım olduğunu və rəngləməyi

göstərin. Ayaq əvəzinə paltar sancağı bərkidin. İş vərəqləri “Münəccimlər İsa Məsihi görmək məqsədilə uzaq bir səyahətə

çıxdılar”. Münəccimlərin izlədikləri ulduzun üzərinə uşaqlar qızılı

yapışqanı yapışdırsınlar. Həmçinin onlara göy üzünə daha çox xırda ulduzları da yapışdırmağı təklif etmək olar.

Yapma üçün xəmir Uşaqlarla dərsi təkrarlayana kimi, onlar xəmirdən dəvə və ya

ulduz düzəltsinlər.

Əlavə yaradıcılıq

(Yaradıcılıq fəaliyyətlərindən birini

seçin)

◆ Ulduz (səh. 80) Səhnəcik“Ulduzu tap”Ulduzu otaqda münasib bir yerdə qoyun ki, məktəbəqədər uşaqlar onu rahatlıqla tapa bilsinlər. Uşaqlara tapşırın ki, onlar sakitcə ulduzu axtarsınlar. Ulduzu tapandan sonra, onların nəsə demələrinə və ya etmələrinə ehtiyac yoxdur. Sadəcə yerlərində əyləşsinlər. Bütü uşaqlar ulduzu tapandan sonra, yerinə birinci əyləşən uşaq ulduzu sizə verə bilər. Təkrarlama“Ulduzu izlə”Ulduzu əlinizlə yuxarı qaldırın. Uşaqlar isə münəccimləri təsvir edirmiş kimi sizin arxanızca getsinlər.

* Доступны на сайте www.cefonline.com.

Page 38: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

38

Əzbərləmək üçün ayə

“Allah dünyanı elə sevdi ki, Vahid Oğlunu verdi. Bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun” (Yəhya 3:16)GirişSən hədiyyə almağı xoşlayırsanmı? Necə düşünürsən, həyatının ən vacib hədiyyəsi hansıdır? Suala cavab vermələri üçün uşaqlara şərait yaradın. Uşaqlara PSON-n, PSON-o, PSON-p, PSON-q, PSON-r, PSON-s, PSON-t və PSON-u, yaxud PSON-R1, PSON-R2, PSON-R3, PSON-R4, PSON-R5, PSON-R6, PSON-R7 və içində PSON-R8 əyanı vəsaitlərlə birgə hədiyyə qutusunu göstərin. Allah sənə həyatının vacib hədiyyəsini – möcüzəli bir hədiyyə hazırlayıb. Mövzu ilə tanış olmaqBu hədiyyə barədə O, Müqəddəs Kitabında Yəhya 3:16 ayəsində bəhs edir. Gəlin, bir ayağımız üstündə tullana-tullana birlikdə xorla deyək. Ayəni əvvəlcə bir ayaq üstə, sonra isə hər iki ayağınız üstündə tullana-tullana təkrarlayın. Əvvəlcədən nişanlanmış yeri açmaqda sizə kömək etmələrini uşaqlardan xahiş edin.Bu ayənin əsas hədiyyə barədə söz açan ikinci yarım hissəsinə diqqət yetirin! Müqəddəs Kitabdan ayəni oxuyun. Sonra isə hədiyyə qutusundan əyani vəsaitləri lazımi qayda ilə bir-bir çıxarıb göstərin. Ayənin hansı hissəsində hədiyyədən bəhs edilir? Hədiyyəmiz nə olacaq? (Əbədi həyat).İzahGəlin, bu ayəni bir daha səsləndirək və onun hər bir hissəsinin nə demək olduğunu aydınlaşdıraq. Ayəni oxuduqca, lazım olan rəmzləri göstərin.Allah səni, o cümlədən yaratdığı bütün insanları sevir. Lakin biz günah işlətmişik. Baxmayaraq ki, sən də günah (Allaha məqbul olmayan əməllər) işlətmisən, O səni də sevir. Allahın kamil Oğlu İsa Məsih sənin günahlarının cəzasını çəkmək məqsədilə çarmıxda öldü. Sonra isə yenidən dirildi. Əgər sən İsa Məsihə Xilaskarın kimi iman edirsənsə, onda Allahla əbədi ayrılmayacaqsan. Budur, ayənin ikinci hissəsi:“...əbədi həyata malik olsun”. Bu yeni həyat, sən İsa Məsihi öz Xilaskarın kimi qəbul edəndən sonra başlayır. Allahın Ruhu sənə kömək etmək məqsədilə daxilində məskən salır. Bir gün isə sən Göylərdə, Allahın Evində məskən salacaqsan.

Page 39: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

39

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

Tətbiqetməİman etməyən uşaq üçün:

Allah istəyir ki, sən İsa Məsihə iman edəsən və hədiyyə olaraq əbədi həyatı alasan. Beləliklə, sən Allahın övladına və Onun ailəsinin bir üzvünə çevrilirsən.

İman etmiş uşaq üçün:Əgər sən artıq İsa Məsihə iman etmisənsə, onda Ona Padşah və Xilaskar izzət verməlisən. Sən Onu öz mahnılarınla izzətləndirə bilərsən.

Təkrarlama“Ayəni əl hərəkətləri ilə öyrənirik”Ayəni sözbəsöz təkrarlayaraq hərəkətlərinizlə göstərin (səh.12). Sonra rəmzlərdən istifadə edərək ayəni bir daha təkrarlayın.

Müjdənin qısa izahı“Mələk xəbər verir” mahnısı

Dairə qurub əl-ələ tutun. Dairə boyunca hərəkət edə-edə mahnı oxuyun.

Hər bənddən sonra uşaqlara mahnının qısa izahını verin. Sonra isə mahnını bütöv oxuyun. (Bu dərsdə dördüncü bəndi oxumaq lazım deyil. Onu üçüncü dərsə əlavə edin).

1-ci bənd: Sevinc – həqiqi və əbədi xoşbəxtlikdir. “Rəbb” – İsa Məsihin adıdır. Körpə İsanın doğulması Ona iman edən hər kəsə həqiqi və əbədi xoşbəxtlik bəxş etdi.

2-ci bənd: Bu bənddə deyilir ki, İsa Məsih Allahın Oğludur! O, tamamilə kamildir. O, heç vaxt günah işlətməyib.

3-cü bənd: İsa Məsih gəldi ki, insanları xilas etsin. Çünki biz Allahın qanununu pozmuşuq.

Bir neçə günah nümunəsinin adını çəkin (məsələn, ananın və atanın sözündən çıxmaq), yaxud “ PSON-a, PSON-b, PSON-c və PSON-d əyani vəsaitlərini müzakirə edin.

İsa Məsih boya-başa çatanda sənin və mənim etdiyim günahın cəzasına görə çarmıxa çəkildi. Əgər sən Ondan Xilaskarın olmağını istəsən, O, bunu edəcək.

4-cü bənd: İsa Məsih Körpə Padşah ona görə adlanır ki, O, həqiqətən Padşahdır.

Page 40: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

40

Dərsin birinci hissəsiGecələr göy üzündə parıldayan və işıq saçan nədir? Sən gecələr göy üzündə ulduzları seyr etməyi xoşlayırsanmı? Təsvir PSON3-2Nə vaxtsa ulduzları saymaq və onlara yaxından teleskop vasitəsilə baxmaq istəmisənmi?

Əllərinizi teleskop tuturmuş kimi tutub, sanki göy üzündə ulduzları seyr edirsiniz.

Ulduzları öyrənən adamları astronom adlandırırlar. Uşaqlardan bu sözü təkrarlamalarını xahiş edin.Astronomlar göyün xəritəsini tərtib edirlər. Onlar gecələr göy üzünü seyr edir və diqqətlə ulduzların yerləşdiyi nöqtələri qeyd edirlər. Ulduzlar tez-tez yerini dəyişir. Astronomlar isə bu yerdəyişməni diqqətlə izləyirlər. Onlar ulduzlara ad qoyurlar.Astronomlar qədim vaxtdan mövcuddurlar. Hələ İsa Məsihin dövründən insanlar ulduzları araşdırır, onlarda baş verən dəyişiklikləri öyrənməyə çalışırdılar. Uzaq bir ölkədə ulduzları seyr etməyi xoşlayan insanlar yaşayırdı. Müqəddəs Kitab onları münəccim adlandırır. Onlar üçün göydə baş verənlər maraqlı idi. Təsvir PSON3-1Günlərin bir günü gecə yarısı onlar göyün üzündə maraqlı bir əlamət gördülər. Bu ulduzun xüsusi əhəmiyyətə malik olduğunu dərk etdilər. İsraildə yeni Padşah doğuldu. Necə düşünürsən, yeni doğulmuş padşahı harada tapmaq olar? Münəccimlər elə hesab edirdilər ki, Yəhudanın Padşahı Yerusəlim şəhərində doğulmalıdır. Buna görə də onlar Padşaha səcdə etmək üçün oraya yollandılar. Onlar uzun bir yol qət etməli oldular. Ehtiyat üçün su, çörək və paltar götürmək lazım gəlirdi. Həmçinin yeni doğulmuş Padşaha hədiyyələr də götürmək lazım idi. Biz bilmirik münəccimlər neçə nəfər idi və necə səyahət edirdilər. Çox güman ki, onlar dəvənin üstündə səyahət edirdilər.

Səyahətə hazırlaşmağı və dəvələrin üzərinə su, çörək və paltar yükləməyi təsvir edin.

Dərsin ikinci hissəsiMünəccimlər Yerusəlimə qədər uzun bir yol qət etməli oldular. Təsvir PSON3-4Sən nə vaxtsa uzaq bir səyahətə çıxmısanmı? Yəqin ki, mənzil başına tez çatmaq üçün səbirsizlənmisən. Münəccimlər də səbirsizliklə yeni Padşahı görmək və Ona səcdə etmək istəyirdilər. Buna görə də onlar belə bir uzaq yola çıxmağa qərar verdilər. вNəhayət, onlar əsas şəhərə, Yerusəlimə gəlib çatdılar. Lakin onlar yeni Padşahı harada tapacaqdılar? Münəccimlər hamıdan soruşmağa başladılar: “Yəhudilərin anadan olmuş Padşahı haradadır? Şərqdə Onun ulduzunu gördük və Ona səcdə qılmağa gəldik” (Matta 2:2).Bəlkə də, münəccimlər küçədə, ya da bazarda gördüyü insanlara bu sualı verirdilər: “Anadan olmuş Padşah haradadır?”.

Page 41: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

41

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

Qoy uşaqlar bu sualı təkrarlasınlar.Münəccimlərin gətirdiyi bu yeni xəbər padşahın sarayına kimi gedib çatdı. Hirod bundan xəbər tutdu. Hirod qəddar insan idi. O, çoxlu ağır cinayətlər törətmişdi. Necə düşünürsən, o, yeni padşahın doğulmasına sevinirdimi? Əlbəttə ki, yox! Müqəddəs Kitabda deyilir ki, o, bu barədə eşidən kimi təlaşa düşdü (Matta 2:3). Hirod nə baş verdiyini başa düşmək istəyirdi. Çünki əslində padşah o idi. Və əgər yeni Padşah doğulubsa, onun bundan xəbəri olmalı idi. Padşah Hirod qanunşünasları və kahınləri bir yerə yığdı. Bu adamlar baş verəcək hadisələrin qeyd olunduğu Əhdi-Ətiqdəki (Müqəddəs Kitabın birinci hissəsi) yazılardan xəbərdar idi. Onlara məlum idi ki, Allah Padşah olacaq Xilaskarı göndərməyi vəd edib. Padşah Hirod bu barədə daha çox məlumat əldə etmək istədi. “Vəd olunmuş Padşah harada doğulacaq?” –deyə kahinlərdən və qanunşünaslardan soruşdu.Necə düşünürsən, onların bundan xəbəri var idimi? Bəli, onlar düzgün cavabı bilirdilər.

“Bet-Lexemdə” – deyə cavab verdilər,- çünki Mikeya peyğəmbərin kitabında belə yazılıb. (Mikeya 2:5)Müqəddəs Kitabınızdan Mikeya 5:2-ni oxuya bilərsiniz.

Allah Padşah olacaq Xilaskar göndərəcəyinə dair söz vermişdi. Budur, O, Öz Sözünə sadiq qaldı. Padşah Yerusəlimdə deyil, Bet-Lexemdə doğuldu. Bilirsənmi, Padşahın adı nə idi? Onun adı İsa idi.Dərsin üçüncü hissəsiNə vaxtsa gizlində heç kimin bilmədiyi nə isə etmisənmi? Padşah Hirod münəccimlərə gizli görüş təyin etdi.Təsvir PSON3-5O, onlardan nə isə öyrənməyə çalışdı.“Yeni Padşahın doğulduğunu bildirən ulduzu siz ilk dəfə nə vaxt gördünüz?”-deyə onlardan soruşdu.Padşah Hirod yeni Padşahın doğulmasına şad deyildi. Lakin o, bunu münəccimlərə hiss etdirmədi. O, onları aldatdı.“Gedin, Körpəni diqqətlə axtarın, tapan kimi mənə xəbər verin ki, mən də gedib ona səcdə qılım” (Matta 2:8).Əslində padşah Hirod yeni Padşaha sədə etmək fikrində deyildi.O, qəddar və qısqanc idi. Münəccimləri Bet-Lexemə göndərəndən sonra, səbirsizliklə onların geri qayıtmalarını gözləyirdi.İndi münəccimlər hara gedəcəklərini yaxşı bilirdilər. Onların uzun səyahəti nəhayət, başa çatmaq üzrə idi. Bet-lexem Yerusəlimdən çox da uzaqda yerləşmirdi. Buna görə də onların səyahətinin son hissəsi o qədər də çox vaxt almayacaqdı. Yola düzələn kimi onlar səmada bir ulduz gördülər. Yəqin ki, onlar yolu tapdıqlarına görə sevinirdilər. Ulduz Padşahın olduğu yerə qədər onları müşayiət elədi. Münəccimlər evə girdilər. Orada İsa-Yeni Padşah Öz anası-Məryəmlə birlikdə idi.

Page 42: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

42

Təsvir PSON3-6Münəccimlər çobanlardan bir qədər sonra gəldilər. Artıq O, yeni doğulmuş körpə deyil, balaca bir oğlan idi. Münəccimlər Ona səcdə edib, izzət verdilər.Yadındamı, münəccimlər özləri ilə nə gətirmişdilər? Yol üçün azuqə ilə yanaşı İsa üçün də hədiyyə gətirmişdilər. Hədiyyələr qeyri-adi olsa da, həmin məqam üçün əlverişli idi.Münəccimlər Ona səcdə edib Padşaha layiq hədiyyələrini bir gün Öz xalqını xilas edəcək İsaya təqdim etdilər. Onlar Ona qızıl, buxur və mirra təqdim etdilər.

Uşaqlara qızıl əşya, ətir və mirra (yaxud ona bənzər bir şey) göstərin.Biz səninlə İsa Məsihə münəccimlər kimi qızıl, buxur və mirra

təqdim edə bilmərik. Lakin sən Ona xilaskarın kimi iman etmisənsə, Onu Padşahın kimi izzətləndirə bilərsən. Sən Onu bu mahnıdakı kimi izzətləndirə bilərsən.

“Mən Müqəddəs Kitaba inanıram” mahnısının 1-ci və 2-ci bəndini oxuyun.

Münəccimlər İsa Məsihə səcdə etdikdən sonra geri qayıtmağı qərara aldılar. Allah bilirdi ki, padşah Hirod İsa Məsihi öldürmək istəyirdi. Buna görə də O, yuxuda münəccimlərə xəbərdarlıq etdi ki, onlar Yerusəlimə deyil, başqa yolla vətənlərinə dönsünlər. Onlar gördüklərini yol boyu müzakirə edəcəkdilər. Çünki Allahın göndərdiyi yeni Padşahı görmüşdülər!Sən İsa Məsihin Allah tərəfindən insanların xilas etmək üçün göndərilmiş Xilaskar olduğuna iman edirsənmi? Gəl, elə indi Padşah İsanı izzətləndirək. Ona ilahi oxuyaq!

Dərsin sonunda “Mələk xəbər gətirdi” mahnısını oxuyun.Təkrarlamaq üçün suallar

Əzbərləmək üçün ayə1. Sənə əbədi həyat vermək istəyən kimdir? (Allah).2. Əbədi həyat nə deməkdir? (Allahın ailəsində Onun əbədi övladı

olmaq deməkdir).3. Əbədi həyatı kim əldə edə bilər? (İsa Məsihi Xilaskar kimi qəbul edən

hər kəs). Dərsin 1-3-cü hissələri1. Gecə göy üzündə nə parıldayır? (Ulduzlar).2. Müqəddəs Kitabda ulduzları öyrənən adamları necə adlandırırdılar?

(Münəccimlər).3. Yeni ulduzun peyda olmasının mənası nə idi? (Yeni Padşahın

doğulması).4. Münəccimlər haraya yolandılar? (Yerusəlimə). 5. Padşah göndərəcəyinə Kim vəd verib? (Allah).6. Yeni Padşahın adı nə idi? (İsa).7. Padşah Hirod yeni Padşah doğulacağı barədə xəbəri necə qarşıladı?

(Qəzəblənib təlaşa düşdü).8. Yeni Padşah harada doğuldu? (Bet-Lexemdə).9. Padşah İsanı görən münəccimlər nə etdilər? (Onlar Ona hədiyyə

gətirib səcdə etdilər).Müjdənin qısa izahı1. İsa Məsih kimin Oğludur? (Allahın)2. İsa Məsih nə üçün bizim dünyamıza gəldi? (Günahkarları xilas etmək

üçün).3. Nə üçün İsa Məsihi nəğmələrlə izzətləndiririk? (Çünki O, Padşahdır).

Page 43: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

43

Dərs 4Balaca İsanın böyüməsi

Müqəddəs Kəlamdan ayələr: Luka 1:35, Luka 2:39-47, 51-52, Yəhya 1:1-2

Mərkəzi həqiqət: İsa Məsih gəldi ki, insanları günahdan azad etsin

Tətbiq: İman etməyən uşaq üçün: İsa Məsihdən xilasını istə İman etmiş uşaq üçün: İsa Məsih sənin Xilaskarındırsa, Ona

məqbul həyat yaşa.

Əzbərləmək üçün ayə: «…Ata Oğlunu dünyanın Xilaskarı olaraq göndərdi» (1 Yəhya 4:14).

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

Salamlaşma

◆ Musiqili disk və pleyer ◆ Uşaqların adları qeyd olunan

nişanlar (səh. 74)

Salamlaşma Sakit bir musiqi qoyun. Hər bir uşağı mehribancasına qarşılayıb, adlarını çəkərək nişanları yaxalarına taxın. Fəaliyyət “Ata və ana nə iş görür?”Uşaqlardan ata-analarının nə iş gördüklərini təsvir etmələrini xahiş edin (çəkiclə döycələmək, maşın sürmək, yemək hazırlamaq, iti gəzdirmək, maşını yumaq, telefonla danışmaq). Uşaqlar öz fikirlərini də deyə bilərlər

İlahilər və dua

◆ Musiqili disk və pleyer; ilahilər kitabı, yaxud mahnının sözləri (səh. 14, 15)

◆ “Mən Allahı tanıya bilərəm” mahnısına aid vəsait

◆ İanə üçün səbət və ya pul daxılı

Mahnı (ilahi) “Mən Allahı tanıya bilərəm” (nəqarəti iki dəfə oxuyuruq)Dua Uşaqlarla belə dua edin: “Əziz Rəbbimiz, minnətdarıq

ki, Sən İsa Məsihi çarmıxda ölmək üçün bu dünyaya göndərmisən. Minnətdarıq ki, İsa Məsih yenidən ölülərdən dirilib. Bizi sevdiyinə görə Sənə təşəkkür edirik. İsa Məsihin adı ilə, amin”.

Mahnı (ilahi)“Mən Müqəddəs Kitaba inanıram” (1-5 bəndləri)İanələr(Sərbəst istəyə görə). Səbəti bir-bir uşaqlara ötürün ki, onlar

ianələrini oraya atsın. (Mütləq valideynlərə ianə və onların nə üçün xərcləndiyi barədə danışın).

Əzbərləmək üçün ayə

◆ Dərs vəsaiti PSON-R9, PSON-R10, PSON-R11 və PSON-R12 (səh. 72)

◆ İzah (səh 52) ◆ Musiqi ilə hərəkətlər(səh. 13)

Ayə 1 Yəhya 4:14Təkrar “Ayəni oxuyun”

Page 44: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

44

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

Bədənin açılışması üçün edilən hərəkətlər.

Fəaliyyət “”Ata-ana oyunu oynayırıq”Uşaqlar ana-atanı təsvir edirmiş kimi idman etsinlər (məsələn, yerlərində addımlayıb və qaçsınlar, tullanıb-düşsünlər, çömbəlib-otursunlar və s.).

Bibliya dərsi

◆ Mətn (səh. 48) ◆ Dərs vəsaiti PSON4-1, PSON4-

2, PSON4-3, PSON4-5 və PSON4-6

◆ Yaxud PSON-a, PSON-b, PSON-c və PSON-d əyani vəsaitlər

◆ Musiqili disk və pleyer; ilahilər kitabı, yaxud mahnının sözləri (səh. 14-15)

◆ 1 Yəhya 4:14 ayəsinə uyğun musiqili hərəkətlər (səh. 13)

◆ Körpə uşağın şəkli (imkan daxilində sizin və ya köməkçinizin körpəlik şəkli)

Dərs“Balaca İsanın böyüməsi”Dərsi ya bütöv, ya da ki, bir neçə hissələrə bölüb danışın. Dərsi danışarkən əlləriniz boş qalsın deyə, dərsə aid olan rəsmləri uşaqların görə biləcəyi hündürlükdə püpitr (üzərinə not və kitab qoymaq üçün mail lövhəsi olan ştativ) üzərinə yerləşdirin

?Təkrarlama

◆ Ox işarəsi “Qızla oğlan” (səh. 81) ◆ Boyölçən (yaxud işarələnmiş uzun

çubuq və ya dərzinin metrəsi) ◆ Suallar (səh. 57)

Oyunlar “Biz boy atırıq”Boyölçən metri divara bərkidin. Suala düzgün cavab verən

uşaq qrafik üzrə nişanı bir bölgü artıra bilər.

Müjdənin qısa izahı

◆ Bax, səh. 47 ◆ Musiqili disk və pleyer; ilahilər

kitabı və ya mahnının sözləri (səh.14)

◆ Uşaqların güclü və sağlam böyüməsinə kömək edən əşya dəsti və ya onların təsviri (47-ci səhifədəki nümunələrə bax)

Fəaliyyət Böyüməyimizə nə kömək edir?

Yemək vaxtı

◆ Süfrə (sizin zövqünüzə görə); uşaqların bəzi qidalara qarşı allergiyası ola biləcəyini nəzərə alın

Fasilə Uşaqların tualetə getməsi və əllərini yuması üçün fasilə

elan edin.Dua Qida üçün Allaha minnətdarlıq edin.Sürfə başında Yemək vaxtı uşaqları dərsi təkrarlamağa yönəldin. (Qeyd.

Dərsi yaxşı mənimsəməsi üçün uşaqlar dərs vaxtı bir az yemək yeyə bilər, amma bunlar kiçik porslar olmalıdır ki, əsas yeməyi əvəz etməsin.

* Доступны на сайте www.cefonline.com.

Page 45: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

45

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

Yaradıcılıq fəaliyyəti

(Yaradıcılıq fəaliyyətlərindən birini

seçin)

◆ Hər bir uşağa onun boyu uzunluğunda kağız vərəq

◆ Rəngli karandaşlar və ya flomasterlər

◆ İstəyə görə parça hissələri ◆ Yapışqan ◆ Hər uşağa işləmək üçün iş

vərəqləri ◆ Hər uşaq üçün çox da böyük

olmayan zolaqlı kağız ◆ Yapma (lepka) üçün xəmir və ya

“gil” (səh. 8)

Əl işləri “Bəzən cizgiləri”Qoy hər uşaq iri vərəqin üzərinə uzansın. Siz isə onun vərəq üzərində bədəninin cizgilərini qeyd edin. Bundan sonra uşaqlar rəsmin üzərində üz cizgilərini, saçlarını, paltarlarını və s. çəksinlər. Həmçinin rəsmin üzərinə parça hissələrindən də yapışdırmaq olar. İş vərəqləri “Balaca İsanın böyüməsi”Uşaqlara zolaqlı kağızı tumar şəkilində büküb rəsmin üstünə tumar əvəzi yapışdırmağa kömək edin. Yapma üçün xəmir “Dülgərin alətləri”Uşaqlara dülgər alətləri hazırlamaqda kömək edin. Bu alətləri nə məqsədlə istifadə olunması və İsanın bunları necə işlətməsi barədə uşaqlara danışın.

Əlavə yaradıcılıq

(Yaradıcılıq fəaliyyətlərindən birini

seçin

Fəaliyyət “Biz boy atırıq”Qoy, uşaqlar əvvəlcə körpələri, sonra balaca uşaqları, daha

sonra isə gündəlik işlərlə məşğul olan (məsələn, yemək yeyəndə - uzanmış vəziyyətdə butulkadan yemək yeyir, oturaq şəkildə yemək yeyir. Hərəkət edəndə - qarnı üzərində iməkləmək, əllər üstündə iməkləmək, yerimək. Dua edəndə - “Amin” deyirlər, “Ya Rəbb, anama xeyir-dua ver, atama xeyir-dua ver”, “Ya Rəbb, xahiş edirəm ata-anama xeyir-dua ver. İsa Məsihin adı ilə, amin! ”) məktəbəqədər uşaqları təsvir etsinlər.

Fəaliyyət“Mən bacarıram”Uşaqlar hər hansı bir bacarıqları barədə düşünsünlər. “Mən ...

edə bilirəm” – deyərək hər hansı bir qabiliyyətin adını çəkin. (Məsələn, “Mən boy uzunu dartına bilirəm”, “Mən ona qədər saya bilirəm”, “Mən əl çala bilirəm”, “Mən qucaqlaşa bilirəm”. Uşaqlar adları çəkilən hərəkətləri göstərsinlər.

Page 46: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

46

Əzbərləmək üçün ayə“... Ata Oğlunu dünyanın Xilaskarı olaraq göndərdi” (1 Yəhya 4:14).

Giriş

Valideynlərinə kömək edirsənmi? Məsələn, anan səndən “Uşaq bezini gətir” və ya atan “Çəkici mənə ver” deyə xahiş edirlər. Ata Allah Öz Oğlu İsanı çox vacib bir tapşırığı yerinə yetirmək üçün bu dünyaya göndərdi.

Mövzu ilə tanış olmaq

Bu barədə biz 1Yəhya 4:14-də oxuya bilərik.

Əvvəlcədən nişanlamış yeri açmaqda sizə kömək etmələrini uşaqlardan xahiş edin.

Gəlin, bu ayəni pıçıltı ilə üç dəfə deyək.

Ayəni adi səslə, sonra isə ucadan bir daha təkrar edin. Daha sonra PSON-R9, PSON-R10, PSON-R11 və PSON-R12 əyani vəsaitləri göstərin.

İzah

“Ata...” Burada Ata – Göylərdə olan, bizi yaradan və sevən Allahdır.

“...Oğlunu ... göndərdi...” Ata Allah, Oğul Allah və Müqəddəs Ruh Allah – bunlar eyni Allahdır. O, üçlükdə olan Vahid Allahdır. Ata Allah Oğul Allahı, yəni İsa Məsihi Yer üzünə göndərdi ki, Onun işini yerinə yetirsin. İsa Məsih Körpə kimi doğuldu, sonra isə böyüyərək yetkin insana çevrildi.

“...Xilaskarı olaraq...” İsa Məsih günahsız həyat yaşadı. Sonra isə sənin və mənim günahımızın cəzası olaraq çarmıxa çəkilərək öldü və üçüncü gün yenidən dirildi. Günah – Allaha məqbul olmayan sözlər, düşüncələr və hərəkətlərdir. Hamı günah işlədib və Xilaskara (bizi günahdan azad edən Kəsə) möhtacdır.

“...dünyanın” “Dünya” sözü səni, məni və bütün insanları nəzərdə tutur.

Tətbiqetmə

İman etməyən uşaq üçün:Allah istəyir ki, sən İsa Məsihi öz Xilaskarın kimi qəbul edəsən. İsa Məsih çarmıxda öləndə, O, Allahın sənin üçün təyin etdiyi cəzanı Öz üzərinə götürdü. Sən Ona iman etsən, O səni bağışlayar.

İman etmiş uşaq üçün:Əgər sən İsa Məsihə Xilaskarın kimi iman etmisənsə, Allah sənin Onun övladı kimi böyüməyini istəyir. O istəyir ki, sən sözlərində, hərəkətlərində və düşüncələrində İsa Məsihə daha çox oxşayasan.

Təkrarlama

“Ayəni oxuyun”

Ayəni sözbəsöz təkrarlayaraq hərəkətlərinizlə göstərin (səh. 13). Sonra rəmzlərdən istifadə edərək ayəni bir daha təkrarlayın.

Page 47: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

47

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

Müjdənin qısa izahı“Böyüməyimizə nə kömək edir?”Sinfə uşaqların sağlam və güclü böyümələrinə kömək edən əşya dəsti (və ya onların təsvirini) gətirin. Bu dəstə süd, çörək, meyvə, tərəvəz, düyü, makaron, diş fırçası, sabun, kitab, oyuncaq, ev, ailə və s. əlavə edin.Allah bizə sağlam və güclü böyüməyimizə kömək edən çoxlu yaxşı nemətlər verib. Ərzaq və təsvirləri göstərərək onlar haqqında qısaca izahat verin.Lakin Allahı razı salaraq böyümək istəyiriksə, onda etməli olduğumuz daha bir neçə vacib məqam var. “Müqəddəs Kitabı oxu” mahnısını oxuyun.Müqəddəs Kitab – Allahın sözdür.Uşaqlara Müqəddəs Kitabınızı göstərin.Bu kitabda Allah haqqında bilməli olduğumuz hər şey barədə danışılır. Bu, çox vacib və xüsusi Kitabdır. Çünki O, bizə ünvanlanan Allahın Sözüdür. Buna bənzər başqa kitab mövcud deyil. Bir qədər böyüdükdən sonra sən sərbəst şəkildə o kitabı oxuya bilərsən. Lakin indi də hər dəfə dərsə gəlməklə bu kitabın müəyyən hissələrini yadda saxlaya bilərsən. Ola bilsin, sən evdə Müqəddəs Kitab hekayələrini eşidirsən. Allahın Sözünə mütləq qulaq as.Eləcə də Allahla danışa bilərsən. Biz bu ünsiyyəti dua adlandırırıq. İstədiyin yerdə dua edə bilərsən. Bunun üçün xüsusi sözlərdən istifadə etmək lazım deyil. Allah istəyir ki, sən Onunla ünsiyyət qurasan. Sən özündə olan hər şeyə görə Ona minnətdar ola bilərsən. Pis əməllərinə görə Ondan bağışlanma diləyə bilərsən. Sən Ondan kömək də istəyə bilərsən. Yuxarıda təsvir etdiyiniz kimi uşaqlarla birlikdə dua edin. Unutma ki, sağlam və güclü böyüməyin üçün sənə müxtəlif vasitələr lazımdır. Eyni zamanda, dua etməyin və Müqəddəs Kitabı oxumağın da vacibdir. Bunu nə vaxt edə bilərik? Hər gün. Çünki bu, böyüməyimizə kömək edir. “Müqəddəs Kitabı oxu” mahnısını bir daha oxuyun.

Page 48: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

48

Dərsin birinci hissəsiUşaqlara körpə uşağın şəklini (imkan daxilində sizin və ya köməkçinizin körpəlik şəklini göstərin). Uşaqlardan kimə məxsus olduğunu tapmalarını xahiş edin. Sizlərdən kim belə balaca körpə olub? Necə oldu ki, böyüyüb bu boyda oldun? Sənin böyüməyinə nə kömək etdi?Qısaca bu sualı müzakirə edin. Sənin böyüməyinə Allah kömək edir. Allah sənin bədənindəki hər əzələni və hər sümüyü yaxşı bilir. O, sənin dərinin, saçının və gözünün rəngini seçib. Sənin səsinin və gülüşünün necə olacağına O, qərar verib. O, boyunu və gücünü müəyyənləşdirib. Allah səni olduğun kimi yaradıb! O səni yaratdığı kimi sevir!

Biz səninlə hansısa bir vaxtda doğulmuşuq. Lakin Oğul Allah həmişə Var olub. Yer üzünə gəlməmişdən qabaq, İsa Məsih Göylərdə Ata Allah ilə birlikdə idi.

Təsvir PSON4-1Vaxtı gəlib çatanda Ata Allah Oğlunu Yer üzünə Körpə uşaq kimi göndərdi. Bu, insan cildində Allahın Oğlu idi. İsa Məsih Allahın işini Yer üzündə həyata keçirtmək üçün gəldi.

Bilirsənmi, Allah üçlükdədir? Ata Allah, Oğul Allah və Müqəddəs Ruh Allah Vahid Allah deməkdir. Bu, eyni Allahın üç Şəxsdə birləşməsidir. Gəlin, üç barmağımızı göstərərək Allahın üç adını yadda saxlayaq. Barmaqlarını qatladıqca bir-bir adları təkrarlayın.

“Üçü birində” mahnısını oxuyun.

Ata Allah Oğlunu Yer üzünə göndərdi ki, Onun kamil məqsədini həyata keçirtsin. Bu barədə Müqəddəs Kitab ayələri deyir.

1Yəhya 4:14 ayəsini musiqi ilə oxuyaraq uşaqlarla əl hərəkətləri edin.

Beləliklə, İsa Məsih Körpə uşaq şəklində doğulmuşdu. Ona xüsusi tapşırıq verilmişdi. O, dünyanın Xilaskarı olmaq üçün göndərilmişdi. Lakin O, hələ çox balaca idi. Gəlin, Onun necə böyüdüyünü öyrənək. Dərsin ikinci hissəsi Təsvir PSON4-2İsa Məsih Məryəm və Yusiflə birlikdə Nazaret adlı kiçik bir şəhərdə yaşayırdı. Gəlin, birlikdə bu şəhərin adını deyək: “Nazaret”. Məhz həmin şəhərdə O, boya-başa çatmışdı. Müqəddəs Kitab deyir ki, (Luka 2:52) O, ilk növbədə müdriklikdə (əlinizlə başınızı göstərin), ikincisi, fiziki cəhətdən (əzələlərinizi nümayiş etdirin), üçüncüsü, insanların sevgisinin əhatəsində (əlinizi yellədə-yellədə gülümsəyin) və nəhayət, dördüncüsü, Allaha məqbul olan (başınızı aşağı əyib əlinizi duaya açın) həyatda böyüyürdü. İsa Məsih müdriklidə (başınızı göstərin) böyümüşdü. Bu o deməkdir ki, O düşünməyi və düzgün qərar verməyi öyrənmişdi. Sən də düşünməyi və düzgün qərar qəbul etməyi öyrənirsən. Ancaq, bəzən sənin düşüncə və qərarların yanlış olur.

Page 49: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

49

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

Bir neçə nümunə göstərin (məsələn, bacı-qardaşının xətrinə dəymək; oyuncaqlarını bölüşə bilməmək), yaxud PSON-a, PSON-b, PSON-c və PSON-d əyani vəsaitləri müzakirə edin. İsa Məsih kamil idi. O, bir dəfə də olsun günah etməmişdi. O, balaca olanda da həmişə düzgün qərarlar qəbul edirdi. Öz həyatı ilə Səmadakı Atasını, yəni Allahı razı salırdı.

Təsvir PSON4-3

İsa Məsih fiziki cəhətdən də böyüyürdü (əzələlərinizi nümayiş etdirin). Bu o deməkdir ki, O, get-gedə böyüyür və qüvvətlənirdi. Uşaqlar böyüdükcə müxtəlif işlər görməyi öyrənirlər. Onlar kömək və xidmət etməyi öyrənirlər. Eynilə İsa Məsih də bunları öyrənirdi. O, dülgər işləyən Yusifə kömək edirdi.

İsa Məsih insanların sevgisinin əhatəsində (əlinizi yellədə-yellədə gülümsəyin) böyüyürdü. İsa Məsih hamı ilə mehriban idi. Buna görə də insanlar Onu çox sevirdi. Adamlara Onunla vaxt keçirtmək xoş idi.

İsa Məsih Allahı yada sala-sala böyüyürdü. O, hər bir işdə kamilliyə nail olurdu. O, heç vaxt günah işlətməmişdi. Biz kamil ola bilmərik. Çünki biz Allahın istəyini yerinə yetirmək arzusu ilə deyil, özbaşınalıq istəyi ilə doğulmuşuq. Biz valideynlərimizin sözündən çıxanda və ya başqa insanların xətrinə dəyəndə Allahın qanununu pozuruq. Allah bunu günah adlandırır. Allah günahı həmişə cəzalandırıb. Lakin Allah səni sevir və buna görə də İsa Məsihi göndərdi ki, sənin günahlarının cəzasını çəksin. İsa Məsihdən Xilaskarın olmağını və günahlarının bağışlanmasını istəyə bilərsən.

Dərsin üçüncü hissəsiİsanın on iki yaşı olanda anası və Yusiflə birlikdə çox maraqlı bir səyahətə çıxmışdı. Hər il Yusiflə Məryəm xüsusi bir bayramı qeyd etmək məqsədilə Nazaretdən Yerusəlimə gedirdilər. Paytaxtdaki bayrama çoxlu adamlar gəlirdi. Buna görə də Məryəmlə Yusif bu bayrama yaxınları ilə birlikdə gedirdilər. Və budur, İsanın on iki yaşı olanda, O da onlarda birlikdə həmin bayramda iştirak edə bilərdi Təsvir PSON4-5Necə düşünürsünüz, O, bu səyahətə görə sevinirdimi? Sonuncu dəfə İsa Yerusəlimdə körpə vaxtında olmuşdu. O, bunu xatırlaya bilməzdi. İndi isə Onun on iki yaşı var. O, Yerusəlimi, insanların ibadət etdiyi məbədi görə bilərdi. Yerusəlimə gedən yol olduqca uzun idi. Çünki o vaxtlar nə maşın, nə də ki, təyyarə var idi. İnsanlar özləri ilə ərzaq və geyim götürüb piyada səyahət edirdilər.

Elə göstərin ki, sanki Yerusəlimə getməyə hazırlaşırsınız. Yemək və gecələmək üçün yolda dayanmalı olursunuz.

Yolboyu adamlar mahnı oxuyurdu.

“Allah yaxşıdır” mahnısını oxuyun və ya Yerusəlimə səyahətinizdə bu musiqini səsləndirin.

Məbəddə (insanların Allaha ibadət etdiyi xüsusi yer) İsa qanunşünaslarla söhbət edirdi.

Page 50: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

50

Təsvir PSON4-6Onlar İsanın biliyinə heyran olmuşdular. İsa onlara suallar verdikcə, hamı Onun ağlına valeh olmuşdu. İsa Məsih müdriklikdə böyüyürdü (başınıza göstərin). O bilirdi ki, Allah Onun Atasıdır. Buna görə də O, Allaha məqbul həyat yaşayırdı. İsa Məsih Oğul Allah olduğu üçün bu qədər biliyə malik idi. O, Yer üzünə Allahın iradəsini yerinə yetirmək üçün gəlmişdi. Əgər İsa Məsih sənin Xilaskarındırsa, sən də Ona məqbul həyat yaşaya bilərsən. Bu isə o deməkdir ki, sən öz istədiyini deyil, Allahın istəyini yerinə yetirirsən. Allaha dua etdiyin zaman Ondan valideynlərinə qarşı itaətli olmağına kömək etməsini dilə. Allahdan sənə “buyurun” və “təşəkkür edirəm” kəlməsini öyrətməsini xahiş et. Allah duanı hər zaman eşidir. Yerusəlimdə səyahət bitən kimi, İsa Məryəm və Yusiflə birlikdə evlərinə qayıtdı. O, Allaha məqbul həyat yaşamağa davam edirdi.

Təkrarlamaq üçün suallar.

Əzbərləmək üçün ayə 1. Oğlu göndərən kim idi? (Ata Allah).2. Oğul kimdir? (Allahın Oğlu İsa).3. Xilaskar hansı tapşırığı tamamladı? (O, günahlarımızın cəzasını çəkərək çarmıxda öldü).

Dərsin 1-3-cü hissələri

1. Sənə böyüməyə kömək edən kimdir? (Allah).2. İsa Məsih Yer üzünə doğulmazdan əvvəl harada idi? (Göylərdə Allahla birlikdə idi).3. İsa Məsih nə üçün dünyaya gəlmişdi? (Yer üzündə Allahın işini yerinə yetirmək üçün).4. İsa hansı şəhərdə boya-başa çatmışdı (Nazaretdə). 5. İsa Məsih nə vaxtsa günah işlədibmi? (Xeyr).6. Bəs, biz nə vaxtsa günah etmişikmi? (Bəli).7. İsa Məsihin on iki yaşı olanda nə baş vermişdi? (O, maraqlı bir səyahətə getmişdi).8. Qanunşünaslar İsa barədə nə düşünürdülər? (Onlar Onun biliyinə və müdrikliyinə heyran idilər).9. Əgər sən İsa Məsihi Xilaskarın kimi qəbul etmisənsə, Allaha məqbul həyat yaşamaq üçün nə etməlisən? (Allahın dediklərinə əməl etmək).

Müjdənin qısa izahı1. Allah oxumağımız üçün hansı möcüzəli kitabı bizə bəxş edib? (Müqəddəs Kitabı).2. Allahla necə danışa bilərik? (Dua vasitəsilə).3. Biz nə vaxt dua etməli və Müqəddəs Kitabı oxumalıyıq? (Hər gün).

Page 51: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

51

Dərs 5İsa Məsihin xidmətə başlaması

Müqəddəs Kəlamdan ayələr: Luka 3:21-22, Luka 4:14-15, Luka 5:1-11

Mərkəzi həqiqət: Allah istəyir ki, sən İsa Məsihə iman edib Onun ardınca gedəsən

Tətbiq: İman etməyən uşaqlar üçün: İsa Məsihə öz Xilaskarın kimi iman et və Onun ardınca get. İman edən uşaqlar üçün: İsa Məsihi itaətkarlıqla izlə

Əzbərləmək üçün ayə: «…inanıram ki, dünyaya gəlməli olan Allahın Oğlu Məsih Sənsən…» (Yəhya11:27).

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

Salamlaşma

◆ Musiqili disk və pleyer ◆ Uşaqların adları qeyd olunan

nişanlar (səh. 74) ◆ Üzərinə sözlərlə yazılmış

(səh. 74) sancaqla bərkidilmiş balıqlar (səh. 81),

◆ “Tilov” (bir ucuna çubuq, digər ucuna bərkidilmiş ip)

Salamlaşma Sakit bir musiqi qoyun. Hər bir uşağı mehribancasına

qarşılayıb, adlarını çəkərək nişanları yaxalarına taxın. Fəaliyyət “Balığı tut”Uşaqlar növbə ilə balıq tuturmuşlar kimi “tilovu” çıxartsınlar.

Hər tutulmuş balığın üzərində yazılmış sözü oxuyun. Uşaqların hər birinin oyunda iştirak etmək şansı qazanana kimi oyunu davam etdirin. Lazım gələrsə, tutulmuş balıqları yenidən suya buraxın.

İlahilər və dua

◆ Musiqili disk və pleyer; ilahilər kitabı, yaxud mahnının sözləri (səh.14-15)

◆ “Mən Allahı tanıya bilərəm” mahnısına vəsait

◆ İanə üçün səbət və ya pul daxılı

Mahnı (ilahi) “Mən Allahı tanıya bilərəm” nəqarəti iki dəfə oxuyuruqDua Uşaqlarla belə dua edin: “Əziz Rəbbimiz, İsa Məsihi Yer

üzünə göndərdiyinə görə sənə minnətdarıq. Onun ardıcıllarına görə Sənə təşəkkür edirik. Bizim də İsa Məsihin ardıclıları olmağımıza kömək et. İsa Məsihin adı ilə, amin”.

Mahnı (ilahi) “Müqəddəs Kitabı oxu” (1-ci bənd).İanələr(Sərbəst istəyə görə). Səbəti bir-bir uşaqlara ötürün ki, onlar

ianələrini oraya atsın. (Mütləq valideynlərə ianə və onların nə üçün xərcləndiyi barədə danışın).

Əzbərləmək üçün ayə

◆ PSON-R3-1, PSON-R14, PSON-R15 və PSON-R16 əyani vəsaitlər(səh. 73)

◆ İzah (səh. 54)

Ayə Yəhya 11:27Təkrar Ayəni oxuya-oxuya yerində addımla.

Bədənin açılışması üçün edilən hərəkətlər.

Fəaliyyət “Başla çiyin, dizlə topuq”Bu sözləri hərəkətlərlə hansısa tanınmış musiqi sədaları altında göstərmək olar:Başla çiyin, dizlə topuq,Dizlə topuq, dizlə topuq,Başla çiyin, dizlə topuq,Əl çalaq, Allaha izzət verək!

Page 52: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

52

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

Bibliya dərsi

◆ Mətn (səh. . 57) ◆ Dərs vəsaiti PSON5-3,

PSON5-4, PSON5-5 və PSON—5-6

◆ “Mən Müqəddəs Kitaba inanıram” və “Mən Allahı tanıya bilərəm” mahnılarına əyani vəsait

◆ Musiqili disk və pleyer; ilahilər kitabı, yaxud mahnının sözləri (səh..14-15)

◆ Alma ◆ Göyərçinin təsviri (səh. 82)

Dərs“İsa Məsihin xidmətə başlaması”Dərsi ya bütöv, ya da ki, bir neçə hissələrə bölüb danışın. Dərsi danışarkən əlləriniz boş qalsın deyə, dərsə aid olan rəsmləri uşaqların görə biləcəyi hündürlükdə püpitr (üzərinə not və kitab qoymaq üçün mail lövhəsi olan ştativ) üzərinə yerləşdirin.

?Təkrarlama

◆ Hər uşaq üçün bir ədəd balıq (səh. 74),

◆ Mavi yun parça ◆ Suallar (səh. 59-60)

Oyunlar “Balıqlar dənizdə ” Suyu təsvir edən mavi yun parçanı flanelqrafın üzərinə qoyun. Suala düzgün cavab verən uşaq balığı suyun üzərinə bərkidə bilər. Uşaqların hər birinin oyunda iştirak etmək şansı qazanana kimi oyunu davam etdirin. Lazım gələrsə, sualları təkrarlayın.

Müjdənin qısa izahı

◆ Bax, səh. 55 ◆ Əyanı vəsaitlər PSON-n,

PSON-o, PSON-p, PSON-r, PSON-s, PSON-t və PSON-u

◆ Yaxud PSON-R1, PSON-R2, PSON-R3, PSON-R4, PSON-R5, PSON-R6, PSON-R7 və PSON-R8 əyani vəsaitlər (səh. 70-71)

◆ İstəyə görə mikrofon

İzah“Yəhya 3:16”

Yemək vaxtı

◆ Süfrə (sizin zövqünüzə görə); uşaqların bəzi qidalara qarşı allergiyası ola biləcəyini nəzərə alın

Fasilə Uşaqların tualetə getməsi və əllərini yuması üçün fasilə elan

edin.Dua Qida üçün Allaha minnətdarlıq edin.Süfrə başında Yemək vaxtı uşaqları dərsi təkrarlamağa yönəldin. (Qeyd.

Dərsi yaxşı mənimsəməsi üçün uşaqlar dərs vaxtı bir az yemək yeyə bilər, amma bunlar kiçik porslar olmalıdır ki, əsas yeməyi əvəz etməsin.

* Доступны на сайте www.cefonline.com.

Page 53: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

53

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

Yaradıcılıq fəaliyyəti

(Yaradıcılıq fəaliyyətlərindən birini

seçin)

◆ Hər uşağa bir ədəd dairəvi dəsti (səh. 83);

◆ Hər uşağa rəngli kağız və ya karton

◆ Rəngli karandaşlar və ya flomasterlər

◆ Yapışqan ◆ Qayçı ◆ Hər uşağa işləmək üçün iş

vərəqləri ◆ Kreker (peçenye) balıqlar ◆ Yapma (lepka) üçün xəmir və

ya “gil” (səh. 8)

Fəaliyyət“İsa Məsih haqqında başqalarına harada danışmaq”Kağızın üzərində hər uşağın çəkməsinin cizgilərini çəkin. Sonra

o, həm yazılar olanla, həm də yazılarsız dairəvi şəkilləri rəngləyib kəssin. Sonra kəsilmiş dairəni ayaq cizgisinin üzərinə yapışdırsın.

İş vərəqləri “İsa Məsih həvariləri seçdi”Qoy uşaqlar kreker “balıqları” tilovun üzərinə yapışdırsınlar. Yapma üçün xəmir “Balıqçı üçün balıq” Siz dərsin əsas hissələrini təkrarlayana kimi, uşaqlar xəmirdən

balıq düzəltsinlər.

Əlavə yaradıcılıq

(Yaradıcılıq fəaliyyətlərindən birini

seçin)

◆ Əzik kağız, cürbəcür oyuncaqlar, qab-qacaq və zəruri halda digər ləvazimatlar

Fəaliyyət“Əmək sevgisi” tapmacalarMüxtəlif komandalar münasib hərəkətləri göstərsinlər, digər uşaqlar isə onların nə etdiyini tapsınlar. Aşağıda bir neçə nümunə göstərilib.- Dostunu qucaqlamaq- Zibili yığışdırıb səbətə toplamaq- Oyuncaq və ya qab-qacağı yığışdırmaq- Kiməsə İsa Məsih haqqında danışmaq- Qapını açıb kimisə irəli buraxmaq- Süfrə açmaq- Oyuncaqları bölüşdürmək- Ağlayan uşağı sakiləşdirmək.Fəaliyyət “Necə etməli?”Müxtəlif şəraitlərdə necə hərəkət edəcəklərinə dair uşaqlar qərar versinlər. (yuxarıda göstərilən ideyalara baxın). Uşaqlardan biri sizə yaxınlaşıb hansısa şəraiti nümayiş etdirməkdə sizə kömək etsin. Sonra isə sinfə cavab vermək üçün şərait yaradın (Məsələn, “(hansısa uşağın (adı) kefi yoxdur; nə edək?” - deyə soruşun. Uşaqlar suala cavab versinlər). .

Page 54: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

54

Əzbərləmək üçün ayə“ ... inanıram ki, dünyaya gəlməli olan Allahın Oğlu Məsih Sənsən.” (Yəhya 11:27).

GirişSizə bir sual vermək istəyirəm. Ümidvaram, ki siz onu cavablandıracaqsınız. İsa Məsih kimdir?

Özünüzü jurnalıst kimi apararaq əlinizdə əsl, yaxud yalançı mikrofon tutub uşaqların hər birini sorğu-sual edin. Hər cavaba təsdiq əlaməti olaraq başınızı yelləyin.Mövzu ilə tanış olmaqBu sualın ən gözəl cavabı Müqəddəs Kitabda Yəhya 11:27-də qeyd olunub. Bir gözünüzü əlinizlə tutub ayəni təkrarlayın.

Əvvəlcə bir gözünüzü, daha sonra hər iki gözünüzü əlinizlə tutaraq ayəni təkrarlayın. Əvvəlcədən nişanlanmış yeri açmaqda sizə kömək etmələrini uşaqlardan xahiş edin.

Ayəni bir daha oxuyun, sonra PSON-R9, PSON-R10, PSON-R11 və PSON-R12 əyani vəsaitləri göstərin. İzah“inanıram...” “İman etmək” sözü həqiqətə əmin olmaq deməkdir. Bu, əminlik əməllərdə də özünü büruzə verir.

Stulu göstərin.Əgər mən “Bu stulda otursam, yıxılmaram” deyib oturmuramsa, demə buna əmin deyiləm. Yox, əgər əminəmsə ki, bu stul məni saxlayacaq, onda cəsarətlə onun üzərində oturacağam.

Bunu nümayiş etdirin.

“İman etmək” sözü həqiqətə əmin olmaq deməkdir. Bu, əminlik əməllərdə də özünü büruzə verir.

.”..dünyaya gəlməli olan Allahın Oğlu Məsih Sənsən”. Allah istəyir ki, çarmıxda sənin günahlarından ötrü qurban gedən İsa Məsihin Allahın Oğlu olduğuna iman edəsən.

Tətbiqetməİman etməmiş uşaq üçün:

Allah istəyir ki, sən Ona məqbul olmayan əməllərini etiraf edəsən. Allah istəyir ki, sən İsa Məsihə Onun Oğlu kimi iman edəsən. O, sənin günahlarından ötrü Allahın cəzasını qəbul edərək çarmıxda öldü və yenidən dirildi.

İman edən uşaq üçün:Sən İsa Məsihə iman etmisənsə, Allah istəyir ki, sən Onun ardınca gedib Onun iradəsini həyata keçirəsən. Sən Onun iradəsini başaqlarına İsa Məsih haqqında danışmaqla da yerinə yetirə bilərsən. Sən bunu elə bu gün də edə bilərsən.

Page 55: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

55

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

Təkrarlama“Ayəni deyə-deyə addımla”Rəmzləri oxuya-oxuya yerinizdə addımlayın. Sonra otaq boyunca addımlaya-addımlaya ayəni təkrarlayın. Hər təkrarlamanın sonunda əl çalın. Hər iki təkrarlamadan sonra aparıcını dəyişin və ayəni təkrarlamağa davam edin.Müjdənin qısa izahıPSON-n və PSON-o (və ya PSON-R1 və PSON-R2) əyani vəsaitlərini göstərin.Bu təsvirlərə Müqəddəs Kitabdan hansı ayə uyğun gəldiyini xatırlayırsanmı? (Yəhya 3:16). Qızıl dairə bizə Allahı, uca Yaradanımızı və Göylərdəki evini xatırladır. Müqəddəs Kitabda yazılıb: “Dünyanı və onda mövcud olan hər şeyi Yaradan yerin-göyün Sahibi olan Allah...” (Həvarilərin İşləri 17:24). Kim mənə Allahın yaratdıqlarından nəsə birinin adını deyə bilər?Qısa müzakirə aparın.PSON-p (yaxud PSON-R3) əyani vəsaiti göstərin. Allah bütün yaratdıqlarından zövq alır. Lakin hər şeydən çox O, insanı sevir. Allah səni olduğun kimi yaradıb və sevir. Lakin Allah sənin etdiklərinin hamısını bəyənmir. Çünki bəzən sən günah edirsən. Sən Allaha məqbul olmayan sözlər deyir, əməllər edir və fikirlər düşünürsən. Aşağıda verilən günah nümunələrini, yaxud PSON-a, PSON-b, PSON-c və PSON-d əyani vəsaitləri müzakirə edin. Ola bilsin ki, mağazada istədiyin oyuncağı sənə almadıqları üçün belə düşünürsən: “Anam pisdir. O mənə istədiyim oyuncağı almadı!”. Bəlkə də öz anana deyirsən: “Sən qəddarsan! Mən səni sevmirəm!”. Yaxud da ayaqlarını yerə döycələyərək “Oyuncağı mənə alın, çünki onu istəyirəm!” deyirsən. Bütün bunlar Allaha məqbul olmayan hərəkətlərdir. Belə etməklə, sən günaha yol verirsən. Allah da bu günahı cəzalandırmalıdır. Yəhya 3:16-da bu cəza “həlak olmaq” adlanır (yəni Allahla əbədi ayrılıq). Lakin Allah səni o qədər sevir ki, səni cəzalandırmamaq və günahlarını bağışlamaq üçün bir yol qoydu. PSON-q (yaxud PSON-R4) əyani vəsaiti göstərin.Allah günahsız Oğlu - İsa Məsihi verdi. İsa Körpə kimi doğuldu, balaca oğlan uşağı kimi böyüdü və nəhayət, həddi-buluğa çatmış bir kişi oldu. O, bütün uşaqlardan və böyüklərdən fərqlənirdi. İsa həmişə düzgün hərəkət edirdi. O, bir dəfə də olsun günah etməmişdi. Günahsız ola-ola başqalarının günahının cəzasını çəkməyə razı oldu.Müqəddəs Kitabda yazılıb: “Məsih günahlarımız üçün öldü... dəfn olundu... və üçüncü gün dirildi.... sonra .... göründü” (1Korinflilərə 15:3-5). İsa Məsih bütün insanların günahlarından ötrü qan tökdü. O öləndən sonra, Onu qəbirdə dəfn etdilər. Lakin O, ölü olaraq qalmadı, üçüncü gün dirildi! Diriləndən sonra adamlara görünüb onlarla danışdı. İsa Məsih həqiqətən də diri idi. Sonra isə O, Göylərə qayıtdı!PSON-s (yaxud PSON-R6) əyani vəsaiti göstərin.

Page 56: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

56

Allah deyir ki, sən İsa Məsihə öz Xilaskarın kimi iman etsən, günahların bağışlanacaq. PSON-t (yaxud PSON-R7) əyani vəsaiti göstərin.İman edəndən sonra günaha görə nə cəzalanacaq, nə də ki, Göylərdə Allahla bərabər olmaqdan məhrum olacaqsan. PSON-u (yaxud PSON-R8) əyani vəsaiti göstərin.Bunun əvəzinə İsa Məsihə iman edən andan, sən Allahın ailəsinə daxil olub əbədi həyat (heç vaxt bitməyən həyat) alacaqsan. Sən Allaha itaət edib Onun övladı kimi yaşayacaqsan. Bir gün isə Onunla birlikdə Göylərdə olacaqsan. İman edirsənmi ki, İsa Məsih günahlarından ötrü həyatını qurban verib? Mən böyük məmnuniyyətlə bu barədə Onunla danışmaqda sənə kömək edərəm (uşaqla təkbətək söhbət etmək üçün haraya gələcəyini deyin).

Page 57: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

57

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

Dərsin birinci hissəsi

Kim böyüyəndə nə olacağını bilir? Bəlkə atanın, yaxud ananın iş yerində işləmək istəyirsən?

Qoy uşaqlar öz fikirlərini bildirsinlər. Onların yaşında olanda kim olmaq istədiyiniz barədə danışa bilərsiniz.

İsa Məsih böyüyəndə Onun qarşısında xüsusi bir tapşırıq var idi. Yer üzündə bu işi Ondan başqa heç kəs edə bilməzdi. Allah Onu Göydən göndərdi ki, bu vacib və əhəmiyyətli tapşırığı yerinə yetirsin.

Danışacağımız hekayə İsa Məsihin 30 yaşı olanda baş verib. O, kifayət qədər böyümüşdü, elə deyilmi? İsa Məsih Qalileya gölünə gəldi. Orada Yəhya adlı bir nəfər var idi. O, insanlara Allah haqqında danışır və su ilə onları vəftiz edirdi. Yəhya adamlara deyirdi ki, onlar günahlarına görə peşman olmalıdırlar. Günahlarını etiraf edən hər kəs vəftiz olunurdu. Onlar suya batır, sonra isə dərhal sudan çıxırdılar. Bununla da insanlar etdikləri pis əməllərinə görə peşmançılıq çəkdiklərini göstərirdilər.Biz də səninlə günaha yol vermişik. Buna görə də Allahdan bağışlanma istəməliyik. Ondan bağışlanmanı səmimi qəlbdən istəməliyik.

Bağışlanma haqqında kiçik bir səhnəcik oynayın. Köməkçinizlə birlikdə belə bir səhnəcik oynayın: biri o birinin əlindən kobud şəkildə alma alır və “bağışla” deyərək yeməyə başlayır.

Uşaqlardan soruşun: həqiqətənmi alma götürən bağışlanma istədi? Bağışlanmanın öz əməlinə görə həqiqətən peşman olduqda baş verməsi haqqında uşaqlarla danışın (almanı dişləmədən

yiyəsinə qaytarmalı idi).

Sən günahlarına görə bağışlanma istəyəndə və bunu səmimi qəlbdən edəndə, bu, Allaha məqbul olur.Dərsin ikinci hissəsiİsa Məsih də gölə tərəf yaxınlaşdı. Baxmayaraq ki, indiyə kimi pis heç nə etməmişdi, insanlara Allaha məqbul olan hərəkəti etdiyini göstərdi. Sudan çıxandan sonra O, Allaha dua etdi. Bu, an qeyri-adi bir hadisə baş verdi. Müqəddəs Kitabda yazılıb ki, Göyün üzü açıldı və Müqəddəs Ruh göyərçin şəkilində Onun üzərinə endi.Göyərçin təsvir olunmuş şəkli göstərin. Ata Allah səmadan danışdı: “Sən Mənim sevimli Oğlumsan, Səndən razıyam” (Luka 3:22).İsa Məsih həm insan, həm də Oğul Allah idi. Onda heç bir günah yox idi. İsa Məsih heç vaxt Allahın qanununa məqbul olmayan qadağan olunmuş əmələ yol verməmişdi. O, tamlığı ilə Allahı razı salırdı. Beləliklə, İsa Məsih xidmətinə başladı. Onun neçə yaşı olduğunu xatırlayırsanmı? Otuz. İsa Məsih şəhərbəşəhər gəzərək insanlara

Page 58: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

58

Allahdan danışırdı. Şənbə günləri yerli sinaqoqlardan (məbədə oxşayan yer) birinə gedirdi. Sinaqoqlarda Müqəddəs Kitab oxunur və şərh edilirdi. İsa Məsih Müqəddəs Kitabdan parçalar oxuyur, onun mənasını izah edirdi. Bu gün biz də Allahı Müqəddəs Kitabdan öyrənməliyik. Müqəddəs Kitab Allah haqqında həqiqəti açıqlayır.

“Müqəddəs Kitaba inanıram” mahnısını oxuyun.

Dərsin üçüncü hissəsiİsa Məsih getdikcə məşhurlaşırdı. Hara gedir-getsin, Onu dinləmək üçün ətrafına izdiham toplaşırdı.Bir dəfə O, Qalileya gölündə idi. Ətrafına isə çoxlu sayda adam toplaşmışdı. İsa Məsih onlara Allahdan danışırdı. Təsəvvür edə bilərsənmi Ona yaxınlaşmaq üçün insanlar necə basabas salmışdılar? Ola bilsin kimsə Onu daha yaxından görmək üçün barmaqlarının ucunda dayanaraq boylanırdı.

Uşaqlardan İsa Məsihi daha yaxşı görmək və eşitməyə cəhd edirmiş kimi barmaqlarının ucunda dayanaraq boylanmalarını xahiş edin.

O vaxt İsa Məsihin ağlına belə bir fikir gəldi. O, gölün yaxınlığında iki ədəd boş qayıq gördü. Onları orada torlarını yuyan balıqçılar saxlamışdılar. İsa Məsih qayıqlardan birinə mindi. O, Şimon adlı bir nəfərə məxsus idi. İsa Şimondan Onu sahildən bir qədər uzaqlaşdırmasını xahiş etdi.Təsvir PSON5-3Sonra İsa Məsih taxta oturacağın üzərində oturub yenidən xalqı öyrətməyə başladı. Danışıb qurtarandan sonra üzünü Şimona (qayığın sahibinə) tutub dedi: “Qayığı dərinliyə aparın və torlarınızı balıq tutmaq üçün suya atın” (Luka 5:4).Şimon cavab verdi: “Ustad, biz bütün gecə çalışdıq, lakin heç nə tuta bilmədik. Amma Sənin sözünə görə yenə də torları ataram” (Luka 5:5).Şimon qardaşı Andrey ilə birlikdə qayığı gölün daha dərinliyinə apardı.Təsvir PSON5-4Onlar toru bir tərəfə atdılar və o qədər balıq tutdular ki, hətta torları cırılmağa başladı.

Qoy, uşaqlar bunu təsvir etsinlər.Onlar qonşu qayıqdakı yoldaşlarını da köməyə çağırmalı oldular.

Uşaqlardan kimisə çağırırmış kimi əl etmələrini xahiş edin.Hər iki qayıq balıqla elə doldu ki, batmağa başladı.Bu qədər balıq görən Şimon başa düşdü ki, İsa Məsih adi insan deyil. O, özünün də günahkar olduğunu yaxşı bilirdi. Amma İsa Şimona belə dedi: “Qorxma, bundan belə, balıq əvəzinə adam tutacaqsan” (Luka 5:10).

Page 59: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

59

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

Təsvir PSON5-5Şimon və dostları (Andrey, Yaqub və Yəhya) hər şeyi atıb İsa Məsihin dalınca getdilər. Gəlin, birlikdə xorla onların adını təkrarlayaq.Onlar təsadüfi bir adamın yox, Allahın Özünün ardınca gedirdilər.Sən də onlar kimi İsa Məsihin ardıcılı ola bilərsən.

“Mən Allahı tanıya bilərəm” mahnısını oxuyun.

İsa Məsihin ardıcılı olmaq üçün səndən tələb olunan bir şey var. Bizim hekayədə olduğu kimi sən də Şimon kimi pis əməllər etdiyini dərk etməlisən. Sən günahlarına görə tövbə edib, İsa Məsihə Xilaskarın kimi iman etməlisən. Ancaq, belə olan halda, İsa Məsihin ardınca gedə bilərsən. “İsa Məsihin ardınca getmək” Allaha məqbul olan kimi yaşamaq deməkdir.

Təsvir PSON5-6Sən Onun haqqında başqalarına danışa bilərsən. Onun ardıcılı olmaqda sənə kömək etməyini İsa Məsihdən istə

Təkrarlamaq üçün suallar

Əzbərləmək üçün ayə

1. İsa Məsih kimdir? (Allahın Oğlu).

2. “İman etmək” sözü nə deməkdir? (Həqiqətə əmin olmaq deməkdir. Bu, əminlik əməllərdə də özünü büruzə verir.)

3. İsa Məsih barədə kimə danışmalı? (Hamıya)

Dərsin 1-3-cü hissələri

1. Bugünkü hekayəmizdə İsa Məsihin neçə yaşı var idi? (Otuz).

2. İnsanların su vəftizindən keçməsinin səbəbi nə idi? (Onlar su vəftizi vasitəsilə etdikləri pis əməllərinə görə peşmançılıq çəkib Allahdan bağışlanma istəyirdilər).

3. Biz də pis əməllər etmişik. Belə olan halda, kimdən bağışlanma istəməliyik? (Allahdan).

4. İsa Məsih su vəftizindən keçmişdi. O, hansı pis əmələ yol vermişdi? (Heç bir pis əmələ. O, bir dəfə də olsun günah etməmişdi).

5. İsa Məsih şəhərbəşəhər gəzərək nə edirdi? (O, insanlara Allah haqqında danışırdı).

6. Biz Allah haqqında haradan eşidə bilərik? (Bir neçə cavab ola bilər. Məsələn, “Xoş Xəbər dərnəyindən”, “Məbəddə”. Müqəddəs Kitabı oxumaqla).

7. İsa Məsih insanlarla danışarkən harada oturmuşdu? (qayıqda).

8. İsa Məsihin ardıcılına necə çevrilmək olar? (İsa Məsihi Xilaskar kimi qəbul edərək Allahdan bağışlanma istəməklə).

9. Bugünkü dərsimizdən İsa Məsihin ardınca gedən dörd adamın adı nə idi? (Şimon, Andrey, Yaqub və Yəhya). Dörd addan iki adı tapmaqla düzgün cavab kimi qiymətləndirmək olar.

Page 60: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

60

Müjdənin qısa izahı

1. Günah nədir? (Allaha məqbul olmayan sözlər, düşüncə və hərəkətlər).

2. Bizim günahlarımızdan ötrü çarmıxda cəzanı kim çəkib? (İsa Məsih).

3. Allahın övladı olmaq üçün nə etməli? (İsa Məsihi Xilaskarın kimi qəbul etməlisən).

Bu sualı təkrar üçün istifadə edin. Allaha belə deyin: “Sənin qarşında günahkar olduğumu bilirəm. Buna görə bağışlanma istəyirəm. Mən inanıram ki, İsa Məsih mənə görə öldü və üçüncü gün dirildi. Xahiş edirəm, mənim günahlarımı bağışla və məni övladın et”).

Page 61: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

61

Dərs 6Matta və dostlarının İsa Məsihlə görüşməsi

Müqəddəs Kəlamdan ayələr: Luka 5:1-11, Luka 5:27-32, Luka 6:12-16

Mərkəzi həqiqət: Allah istəyir ki, sən İsa Məsihin ardıcılı olasan.

Tətbiq: İman etməyən uşaqlar üçün:

İsa Məsihdən Xilaskarın olmağını xahiş et və Onun ardınca get

İman edən uşaqlar üçün:

İsa Məsihi dua edə-edə və Müqəddəs Kəlam oxuyaraq izlə

Əzbərləmək üçün ayə: Təkrar (Yəhya 11:27)

Məşğələ planı Lazım olan Nə etməli?

Salamlaşma

◆ Musiqili disk və pleyer ◆ Uşaqların adları qeyd

olunan nişanlar (səh. 74) ◆ Kağız boşqablar, fincanlar,

cihaz dəsti və salfetlər

Salamlaşma Sakit bir musiqi qoyun. Hər bir uşağı mehribancasına qarşılayıb, adlarını çəkərək nişanları yaxalarına taxın. Fəaliyyət “Süfrə açırıq”Uşaqlara yaxşı süfrə açmağın qaydalarını öyrədin. Qoy uşaqlar bunu sərbəst şəkildə özləri etsinlər.

İlahilər və dua

◆ Musiqili disk və pleyer; ilahilər kitabı, yaxud mahnının sözləri (səh. 14-15)

◆ “Mən Allahı tanıya bilərəm” mahnısına vəsait

◆ İanə üçün səbət və ya pul daxılı

Mahnı (ilahi) “Mən Allahı tanıya bilərəm” nəqarəti iki dəfə oxuyuruqDua Uşaqlarla belə dua edin: “Əziz Rəbbimiz, minnətdaram ki,

mənim günahlarımdan ötrü ölmək üçün İsa Məsihi Yer üzünə göndərmisən. Minnətdaram ki, mən İsa Məsih haqqında başqaları ilə bölüşə bilirəm. İsa Məsihin adı ilə, amin”.

Mahnı (ilahi) “Müqəddəs Kitabı oxu” İanələr(Sərbəst istəyə görə). Səbəti bir-bir uşaqlara ötürün ki, onlar

ianələrini oraya atsın. (Mütləq valideynlərə ianə və onların nə üçün xərcləndiyi barədə danışın).

Əzbərləmək üçün ayə

◆ PSON-R13, PSON-R14, PSON-R15 və PSON-R16 əyani vəsaitlər (səh. 73)

◆ İzah (səh. 64)

Ayə Yəhya 11:27Təkrar Ayəni oxuya-oxuya yerində addımla.

Bədənin açılışması üçün edilən hərəkətlər.

Fəaliyyət “Başqasına danış”Otağın perimetri boyunca hərəkət edərək uşaqlardan xahiş

edin ki, ehtiyacı olanlara İsa Məsih barədə, Onun ölüb-dirilməsi haqqında danışsınlar (Məsələn, yerimək, qaçmaq, hoppanmaq, çapmaq və s.).

Page 62: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

62

Məşğələ planı Lazım olan Nə etməli?

Bibliya dərsi

◆ Mətn (səh. 67) ◆ Dərs vəsaiti PSON6-1,

PSON6-2, PSON6-3, PSON6-4 və PSON—6-5

◆ “Mən Allahı tanıya bilərəm” mahnılarına əyani vəsait

◆ Musiqili disk və pleyer; ilahilər kitabı, yaxud mahnının sözləri (səh. 15)

◆ Plastmas və həqiqi qəpiklər

◆ Süfrə, oyuncaqdan hazırlanmış və həqiqi yemək

Dərs“Matta və dostlarının İsa Məsihlə görüşməsi ”Dərsi ya bütöv, ya da ki, bir neçə hissələrə bölüb danışın. Dərsi danışarkən əlləriniz boş qalsın deyə, dərsə aid olan rəsmləri uşaqların görə biləcəyi hündürlükdə püpitr (üzərinə not və kitab qoymaq üçün mail lövhəsi olan ştativ) üzərinə yerləşdirin.

?Təkrarlama

◆ Kətan çanta (mümkünsə bağ ilə birlikdə)

◆ Plastmas və həqiqi qəpiklər

◆ Suallar (səh. 69)

Oyunlar “Pul qapını pulla doldur”Suala düzgün cavab verən uşaq qəpiyi kətan çantanın içinə ata bilər.

Oyun bitdikdən sonra, uşaqlar pulla dolu çantanı əllərinə götürüb silkələsinlər.

Müjdənin qısa izahı

◆ Bax, səh. 66 ◆ “Mən Allahı tanıya

bilərəm” mahnılarına əyani vəsait

◆ Musiqili disk və pleyer; ilahilər kitabı, yaxud mahnının sözləri (səh. )

◆ Əyani vəsaitlər PSON-a, PSON-b, PSON-c və PSON-d (istəyə görə)

Fəaliyyət“Mən Allahı tanıya bilərəm” mahnısı

Yemək vaxtı

◆ Süfrə (sizin zövqünüzə görə); uşaqların bəzi qidalara qarşı allergiyası ola biləcəyini nəzərə alın.

Fasilə Uşaqların tualetə getməsi və əllərini yuması üçün fasilə elan edin.Dua Qida üçün Allaha minnətdarlıq edin.Sürfə başında Yemək vaxtı uşaqları dərsi təkrarlamağa yönəldin. (Qeyd. Dərsi

yaxşı mənimsəməsi üçün uşaqlar dərs vaxtı bir az yemək yeyə bilər, amma bunlar kiçik porslar olmalıdır ki, əsas yeməyi əvəz etməsin.

* Доступны на сайте www.cefonline.com.

Page 63: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

63

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

Məşğələ planı Lazım olan Nə etməli?

Yaradıcılıq fəaliyyəti

(Yaradıcılıq fəaliyyətlərindən birini

seçin)

◆ Hər uşağa bir dəst “Mən Müqəddəs Kitaba inanıram” (səh. 84-85), əyanı vəsaiti

◆ Rəngli karandaşlar və ya flomasterlər

◆ Qayçı ◆ Hər uşağa altı ədəd çubuq ◆ Yapışqan və ya skotç ◆ Hər uşağa işləmək üçün iş

vərəqləri ◆ Aromatizator (məsələn,

portağallı, badamlı və nanəli)

◆ Yapma (lepka) üçün xəmir və ya “gil” (səh. 8)

◆ Xəmir üçün yumru forma

Fəaliyyət“Mən Müqəddəs Kitaba inanıram” əyani vəsaitiHər uşağa bir dəst əyanı vəsait paylayın. Uşaqlar onu əvvəlcə rəngləyib, sonra çubuğa bərkitsinlər. İlahi oxuduqları və İsa Məsih haqqında şəhadət etdikləri zaman bu əyani vəsaitlərdən necə istifadə edəcəklərini onlara öyrədin.İş vərəqləri “Matta və dostlarının İsa Məsihlə görüşməsi”Hər uşağın barmağını aromatizatora batırın. Sonra isə onlar barmaqlarını şəkilin üzərindəki yeməklərə sürtsünlər. Yapma üçün xəmir “Vergini ödəmək üçün qəpiklər”Xəmir üçün yumru formadan istifadə etməklə qəpik hazırlamağı uşaqlara təklif etmək olar. Uşaqlar qəpiyi hazırlayana kimi, siz dərsi onlarla təkrarlayın. Qoy, uşaqlar masanı yığışdıran zaman uydurulmuş vergini öz qəpikləri ilə ödəsinlər.

Əlavə yaradıcılıq

(Yaradıcılıq fəaliyyətlərindən birini

seçin)

◆ Səkkiz ədəd addım izləri (səh. 86),

◆ Kağız skotç ◆ Musiqili disk və pleyer ◆ “Mən Müqəddəs Kitaba

inanıram” (səh. ) əyanı vəsaiti

Fəaliyyət“Get və danış” Addım izlərini ayaq izləri kimi dörd-dörd olmaqla qarşı-qarşıya yapışdırın. Uşaqların yarısını bir tərəfdə, digərini isə digər tərəfdə olmaqla cərgə ilə üz-üzə düzün. Qoy hər cərgədən bir uşaq mərkəzə gələrək bir-birinin əlini sıxıb, aşağıda qeyd olunmuş müjdə həqiqətini söyləsinlər. Bütün uşaqların oyunda iştirakı təmin olunana kimi bunu davam etdirin.• Allah səni sevir• İsa Məsih sənin uğrunda öldü• İsa Məsih yenidən dirildiFəaliyyət “Mən iman edirəm”Altı uşaq “Mən Müqəddəs Kitaba inanıram” əyani vəsaitini əllərində saxlasınlar. Manını oxuya-oxuya hər bənddən sonra dayanıb onların nəyə inandığını soruşun (məsələn, “Nə üçün Müqəddəs Kitaba inanırsan?”). Uşaqlardan iman etdikləri barədə başqalarına danışmağı xahiş edin.

Page 64: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

64

Əzbərləmək üçün ayə: “ ... inanıram ki, dünyaya gəlməli olan Allahın Oğlu Məsih Sənsən.” (Yəhya 11:27).

Giriş

Sənin valideynlərin hansı vəzifədə işləyir? Sən də böyüyəndə eyni vəzifədə işləmək istəyərdinmi?

Qısaca bunu uşaqlarla müzakirə edin

Müqəddəs Kitab dövründə hər oğul atasının peşəsini davam etdirirdi. İsa Məsihin həyatında da eynilə bu cür olmuşdu! İsa Məsih kimin Oğlu idi? (Allahın).

Mövzu ilə tanış olmaq

Bunun cavabını biz Müqəddəs Kitabda “Yəhya 11:27-də” tapacağıq. Mən “dayan” deyənə kimi yerinizdə addımlayın.

Yerinizdə addımlayın, sonra isə “Dayan” deyin.

Müqəddəs Kitabdan hansı ayəyə müraciət etdiyinizi uşaqlardan soruşun. Sonra yerinizdə qaçmaqla və iti yeriməklə eyni hərəkəti təkrarlayın.

Əvvəlcədən nişanlanmış yeri açmaqda sizə kömək etmələrini uşaqlardan xahiş edin.

Ayəni bir daha oxuyun, sonra PSON-R13, PSON-R14, PSON-R15 və PSON-R16 əyani vəsaitləri göstərin.

İzah

“inanıram...” “İman etmək” sözü həqiqətə əmin olmaq deməkdir. Bu əminlik əməllərdə də özünü büruzə verir. Mənim sizə ləzzətli bir qonaqlığım var. Siz mənə inanırsınızmı?

Böyürünüzdə konfetlə dolu qutu gizlədin.

Mənə inandığınızı sübut edin. Gözlərinizi yumun və əlinizi açın.

Sizin dediyiniz kimi hərəkət edən uşağın əlinin içinə konfet qoyun.

Sizdən kimsə mənə inandı. “İman etmək” sözü həqiqətə əmin olmaq deməkdir. Bu əminlik əməllərdə də özünü büruzə verir.

Əvvəlcə sizə inanmayan uşaqlara ikinci dəfə şans verin.

Allah istəyir ki, sən mağarda yem təknəsində doğulan Körpənin – İsa Məsihin Allahın Oğlu olduğuna iman edəsən. O, böyüdüyü vaxt günahlarımızdan ötrü çarmıxda qurban getdi və yenidən dirildi.

Tətbiqetmə

İman etməmiş uşaq üçün:İsa Məsihin Allahın Oğlu olduğuna iman edirsənmi? Sən iman edirsənmi ki, O, günahlarına görə (danışdığın, düşündüyün və etdiyin bütün pisliklər) qazandığın Allahın cəzasını üzərinə götürərək çarmıxda ölüb və sonra isə dirilib?

Page 65: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

65

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

Allah istəyir ki, sən İsa Məsihi qəbul edib Allahın övladı kimi bağışlanasan.

İman etmiş uşaq üçün:Əgər sən İsa Məsihi qəbul etmisənsə, onda başqalarına İsa Məsihin kimliyi və Onun etdikləri barədə danışaraq Allahın övladı kimi yaşa.

Təkrarlama

“Ayəni deyə-deyə addımla”

Rəmzləri oxuya-oxuya yerinizdə addımlayın. Sonra otaq boyunca addımlaya-addımlaya ayəni təkrarlayın. Hər təkrarlamanın sonunda əl çalın. Hər iki təkrarlamadan sonra aparıcını dəyişin və ayəni təkrarlamağa davam edin.

Page 66: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

66

Müjdənin qısa izahı“Mən Müqəddəs Kitaba inanıram”

Hər bənddən sonra uşaqlara mahnının qısa izahını verin. Sonra isə mahnını bütöv oxuyun.

1-ci bənd: Müqəddəs Kitab Allahın sənə ünvanlandığı Sözüdür. Allah istəyir ki, Onun tərəfindən yaradıldığını və sevildiyini biləsən (1Yəhya 4:19). Allah istəyir ki, sən Onun əbədi ailəsinin üzvü olasan və günlərin bir günü göylərdə Onun yanına gələsən.

2-ci bənd: İsa – Yer üzünə gələn Allahın Oğludur. O, Körpə kimi doğuldu, sonra boya-başa çataraq yetkin insana çevrildi. O, həmişə düzgün hərəkət edirdi. O, hər bir əməlində kamil idi. O, heç vaxt günah işlətməmişdi.

3-cü bənd: Lakin biz günah işlətmişik. Biz Allahın günah adlandırdığı sözləri deyirik, fikirləri düşünürük, əməlləri edirik.

Aşağıda qeyd olunan günah nümunələrini göstərin və ya PSON-a, PSON-b, PSON-c və PSON-d əyani vəsaitlərini müzakirə edin.

Nə vaxtsa atan sənə deyir: “Oyuncaqlarını yığışdır, yatmaq vaxtıdır”, sənsə fikirləşirsən ki: “Mən hələ oynamaq istəyirəm”. Ola bilsin, sən atana “Yox, istəmirəm” deyə etiraz da edirsən. Bəlkə də ayaqlarını yerə döycələyib, üz-gözünü turşudursan. Bütün bunlar günahdır, çünki valideynlərinin sözünə qulaq asmamaq – Allaha qarşı itaətsizlikdir. Allah deyir: “Hamı günah işlədib” (Romalılara 3:23).

4-cü bənd: Günah cəzasız qalmamalıdır. İsa Məsih səni elə bir məhəbbətlə sevir ki, sənin günahlarına görə cəzalanaraq çarmıxda ölüb. Allah deyir ki, İsa Məsihin Qanı səni günahdan təmizləyir. Sən Onun sənin əvəzinə cəzalandığına inanmalı və Onu Xilaskarın kimi qəbul etməlisən. (1Yəhya 1:7).

5-ci bənd: Üçüncü gün İsa Məsih yenidən ölülərdən dirildi (1Korinflilərə 15:3-5). Onun üçüncü gün ölülərdən dirilməsi onu göstərdi ki, Allahın bizə təyin etdiyi İsa Məsihin çəkdiyi cəza bitdi. Diriləndən sonra O, gəzir, danışır, yeyirdi. O, bir çoxlarına görünmüşdü. Sonra isə göylərə qayıdıb Onu qəbul edənlər üçün xüsusi ev hazırladı.

6-cı bənd: İsa Məsihi Xilaskar kimi qəbul etdikdə sən bağışlanır, Allahın əbədi ailəsinin üzvünə çevrilir və əbədi həyatı miras alırsan (Yəhya 1:12). Bundan sonra, Müqəddəs Ruh Allaha itaətli olmağın üçün daxilində məskən salır. Sən Allahın cəzasından azad olursan. Çünki sənin əvəzinə İsa Məsih cəzalandırılmışdı. İsa Məsihi Xilaskarın kimi qəbul etmək istəyirsənmi? Əgər sənə mənim köməyim lazımdırsa, dərsdən sonra mənə yaxınlaş (uşaqlarla səmimi söhbət edə biləcəyiniz yeri seçin).

Page 67: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

67

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

Dərsin birinci hissəsi“Aparıcını təkrarla” oyunu oynaya bilirsənmi?

Bu oyunu uşaqlarla birlikdə oynayın. Onlara hərəkətləri göstərin ki, sizin ardınızca təkrar etsinlər. Əgər qrupunuz çox da böyük deyilsə, onda uşaqlardan cərgəyə düzülmələrini və sizin ardınızca irəliləmələrini xahiş edin. Yox, əgər qrupunuz böyükdürsə, onlar hərəkətləri öz yerlərində dayanaraq təkrarlasınlar. Oyunu

yekunlaşdırın və dərsə başlamamışdan öncə uşaqların öz yerlərini tutaraq sakitləşməsini gözləyin.

Siz indi yaxşı ardıcıl olmağı öyrəndiniz. Ardıcıl o kəsdir ki, indi təkrarladığımız kimi o da ona göstərilənləri təkrarlayır!İsa Məsih elə adamlar seçdi ki, Onun ardınca gedə və Ondan öyrənə bilsinlər. Onlardan dördü balıqçı idi. Onların adı yadında qalıbmı? (Şimon, Andrey, Yaqub və Yəhya).

İsa Məsih çoxlu sayda adamlara Allahın Sözünü qayıqdan vəz edirdi. O, Şimona qayığı Qalileya gölünün daha dərin yerinə aparmağı tapşırdı. Orada isə onlar çoxlu balıq tutdular. Bu hadisədən sonra baş verənləri xatırlayırsanmı? İsa Məsih dörd balıqçını Onun ardınca gəlmələrini əmr etdi və Onlar bunu etdilər. Təsvir PSON6-1

Şimon, Andrey, Yəhya və Yaqub Onun ardınca gedir, Onunla danışır, bütün günü Onunla birlikdə olurdular.Biz onlar kimi İsa Məsihlə birlikdə gedə bilmərik. Lakin buna baxmayaraq, biz İsa Məsihin ardıcılı ola bilərik. Bəs, bu, bizim nəyimizə lazımdır? Çünki O, Oğul Allahdır. Sən Onun ardıcılı olmaq üçün nədən başlamalısan? Sən İsa Məsihi imanla öz Xilaskarın kimi qəbul etdiyin andan Onun ardıcılına çevrilirsən. Sənə Onun xilası lazımdır. Çünki sən Allahın qanununu pozmusan. Sən Allahın günah adlandırdığı əməlləri etmisən.

Bir neçə nümunə göstərin. Buna görə də İsa Məsihdən Xilaskarın olmağını xahiş etməlisən. Bundan sonra Onun ardıcılı və Ona məqbul ola bilərsən. Allahla duada danışmaq İsa Məsihin xoşuna gəlir. Başqalarına qarşı diqqətli və mehriban olmaq, Onun haqqında danışmaq Onu sevindirir. Baxmayaraq ki, İsa Məsihi gözlərimiz ilə görmürük, amma Onun ardınca gedə bilərik.

Dərsin ikinci hissəsiTəsvir PSON6-2Bir dəfə İsa Məsih vergiyığan Matta adlı bir nəfəri gördü. Matta vergiyığan idi. O, vergiləri yığaraq pulları o dövrdə dövləti idarə edən roma hökumətinə verirdi. Romalılar isə bu pulları yolların çəkilməsinə və ordunun güclənməsinə sərf edirdi. Vergiyığan adamlara vergi haqqını söyləyirdi.

Masa arxasında oturaraq vergiyığan Mattanı təsvir edin.

Siz uşaqlara bu hekayəni yada salmaq üçün 5-ci dərsə aid olan əyani vəsaitlərdən istifadə edə bilərsiniz.

Page 68: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

68

Uşaqlara qəpikləri paylayın ki, onlar Mattaya vergini ödəyə bilsinlər. Necə düşünürsən, insanlar Mattanı və ya digər vergiyığanları sevirdilərmi? Xeyr. Onlar sevilmirdilər. Bir çoxları Mattanı və digər vergiyığanları pis insan hesab edirdilər. Çünki onlar roma dövləti üçün pul yığırdılar. Bundan əlavə, onlar lazım olduğundan çox pul tələb edir, insanları aldadır və pulu mənimsəyirdilər. Ancaq, İsa Məsih Mattanı sevirdi. Və ona müraciət edərək – “Ardımca gəl” – dedi (Luka 5:27). Səncə, Matta nə etdi? Müqəddəs Kitab deyir ki, Matta ayağa qalxıb hər şeyini buraxaraq İsa Məsihin ardınca getdi. Təsvir PSON6-3Matta İsa Məsih üçün evində böyük bir ziyafət verdi. Ziyafət - bu, xüsusi qonaqlıqdır. O, həmçinin bu ziyafətə öz dostlarını da dəvət etmişdi. Onun dostlarının əksəriyyəti vergiyığan idi. Yerdə süfrə açın. Uşaqlara əsl ziyafət verilirmiş kimi süfrəyə həqiqi

və ya oyuncaqlardan hazırlanmış yeməklər düzün. Uşaqlara başa salın ki, Matta da eyni şeyi öz evində İsa Məsih üçün etmişdi.

Dərsin üçüncü hissəsiNecə düşünürsünüz, İsa Məsihə qonaqlıq vermək Mattanın ürəyincə idimi? Çox güman ki, o, buna çox sevinirdi.Təsvir PSON6-5Lakin bəzi adamlar narazı idilər. Bu adamlar fəriseylər idi. Uşaqlardan bu sözü təkrarlamalarını xahiş edin.Fərisəylər elə hesab edirdilər ki, Allah yalnız yaxşı insanlardan xoşlanır. Onlar İsa Məsihin ardıcılları ilə danışmaq üçün gəlmişdilər. “Niyə vergiyığanlar və günahkarlarla birgə yeyib içirsiniz?” - deyə onlar cavab tələb etdi (Luka 5:30).Fəriseylər elə düşünürdülər ki, əgər İsa Allahın Oğludursa, O, Matta və onun dostları kimi insanlarla ünsiyyət qurmamalı idi. Lakin İsa Məsih Mattanı sevir və onun qayğısına qalırdı. İsa cavabında fəriseylərə dedi: “Sağlamların deyil, xəstələrin həkimə ehtiyacı var. Mən salehləri deyil, günahkarları tövbəyə çağırmaq üçün gəlmişəm” (Luka 5:31-32).Matta İsa Məsihin ardınca getməli olan bir günahkar idi. İsa Məsih Mattanın günahlarını bağışladı. Biz də günahkarıq. Biz də İsa Məsihin ardınca getməliyik. İlk öncə Ona Xilaskarın kimi iman et. Çünki O, bizim layiq olduğumuz cəzanı Öz üzərinə götürdü. O, bizim kimi günahkarları xilas etmək üçün Yer üzünə gəldi. Yalnız O, bizi layiq olduğumuz cəzadan qurtara bilər. Bizim yalnız Allaha dua edib günahlarımıza görə bağışlanma istəməli və Ondan xilas diləməliyik.Müjdənin həqiqətlərini izah edərkən PSON6-4 əyan vəsaitlərdən istifadə edə bilərsiniz.Biz artıq İsa Məsihin beş ardıcılının adlarını bilirik. Bunlar – Şimon, Andrey, Yaqub, Yəhya və Mattadır. Lakin İsa Məsihin başqa ardıcılları da var idi. Günlərin bir günü İsa Məsih dua etmək üçün dağa qalxdı. O, bütün

Page 69: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

69

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

gecəni duada keçirmişdi. Ertəsi gün isə O Özünə şagirdlər seçdi. Bu şagirdlər on iki nəfərdən ibarət idi. İsanın sağırdləri Onun barəsində başqalarına danışmalı, Onun təlimini yazmalı və Onun kimi yaşamalı idilər ki, bizim kimi insanlar İsa Məsih haqqında Müqəddəs Kitabda oxuya bilsin. Lukanın müjdəsindən 6:14-16-dan İsa Məsihin şagirdlərinin adlarını oxuyun. Bu on iki şagird İsa Məsihin ardınca getdilər. Əgər sən də onlar kimi İsa Məsihi qəbul etmisənsə, onda Onun ardınca irəliləyə bilərsən.

Dərsi “Mən Allahı tanıya bilərəm” mahnısı ilə bitirin.Təkrar üçün suallar

Əzbərləmək üçün ayə1. Oğul Allah kimdir? (İsa Məsih).2. “İnanmaq/iman etmək” sözü hansı mənanı verir? (Həqiqətə elə

əminlikdir ki, sənin əməllərində özünü büruzə verir).3. Nə üçün İsa Məsih başqalarının yerinə cəzalandırılmalı idi?

(Özlüyündə Onun heç bir günahı yox idi. O, tamamilə günahsız idi).

Dərsin 1-3-cü hissələri 1. Nə üçün biz İsa Məsihin ardınca getməliyik? (Çünki O – Oğul

Allahdır).2. Onun ardıcılı olmağımız ilk əvvəl nədən başlayır? (Ona Xilaskar

kimi iman etməyimizdən).3. Nə üçün bizə Xilaskar İsa Məsih lazımdır? (Biz hamımız Allahın

qanununu pozmuşuq və cəzaya layiqik).4. Vergiyığanın adı nə idi? (Matta).5. İsa Məsih Mattaya necə münasibət bəslədi? (O, Mattanı sevdi).6. Matta İsa Məsih üçün evində nə təşkil etdi? (O, İsa Məsihin

şərəfinə böyük bir ziyafət verdi).7. Nəyi Matta üçün İsa Məsihdən başqa heç kəs edə bilməzdi? (Onun

günahlarını bağışlamağı).8. Məsihin ardıcıllarının/şagirdlərinin sayı nə qədər idi? (on iki).9. Biz İsa Məsihin on iki ardıcılına/şagirdinə necə oxşaya bilərik? (İsa

Məsihi izləməklə).Müjdənin qısa izahı1. Sənin yaşında olan uşaq necə günah işlədə bilər? (nümunə

göstərin) (Müxtəlif cür cavablar ola bilər. Məsələn, itaətsizlik və ya valideynlərinin sözünə qulaq asmamaq).

2. Nə üçün sənin günahın cəzasından azad olmaq fürsətin var? (Çünki İsa Məsih sənin günahlarına görə cəzalandırılıb).

3. Allahın əbədi ailəsinin övladı olmaq üçün nə etməlisən? (İsa Məsihi Xilaskarın kimi qəbul etməlisən. Bu sualı təkrar üçün istifadə edərək Allaha deyin: Mən bilirəm ki, günah işlətmişəm və buna görə bağışlanma istəyirəm. Mən iman edirəm ki, İsa Məsih mənim günahlarıma görə ölüb və yenidən dirilib. Yalvarıram, mənim günahlarımı bağışla və məni öz övladın et).

Page 70: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

70

Ayəni əzbərləmək üçün rəmzlər (1-ci və 3-cü dərslər)Ayənin simvollarının surətini çıxarın və kəsərək rəngləyin. Məsləhətlərdən istifadə etmək üçün “Müxtəlif əyani vəsaitlərdən yararlanmaq” paraqrafına baxın. (səh.5)

«Малыши могут познать Бога через Его Сына» © 2001, 2011 ОЕД. Все права закреплены. Лист разрешается копировать только для детей вашей группы.

«Yəhya 3:16» «Allah»

«dünyanı elə sevdi ki» «Öz Oğlunu»

Yəhya 3:16

Page 71: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

71

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

Ayəni əzbərləmək üçün rəmzlər (1-ci və 3-cü dərslər) (davam)

«Малыши могут познать Бога через Его Сына» © 2001, 2011 ОЕД. Все права закреплены. Лист разрешается копировать только для детей вашей группы.

«verdi» «Ona iman edən hər kəs»

«həlak olmasın» «əbədi həyata malik olsun».

Page 72: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

72

Ayəni əzbərləmək üçün rəmzlər (4-cü dərs) Ayənin simvollarının surətini çıxarın və kəsərək rəngləyin. Məsləhətlərdən istifadə etmək üçün “Müxtəlif əyani vəsaitlərdən yararlanmaq” paraqrafına baxın. (səh.5)

«Малыши могут познать Бога через Его Сына» © 2001, 2011 ОЕД. Все права закреплены. Лист разрешается копировать только для детей вашей группы.

«1 Yəhya 4:14» «Ata Öz Oğlunu »

«dünyanın» «Xilaskarı olaraq göndərdi»

1 Yəhya 4:14

Page 73: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

73

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

Ayəni əzbərləmək üçün rəmzlər (5-ci və 6-cı dərslər) Ayənin simvollarının surətini çıxarın və kəsərək rəngləyin. Məsləhətlərdən istifadə etmək üçün “Müxtəlif əyani vəsaitlərdən yararlanmaq” paraqrafına baxın. (səh.5).

«Малыши могут познать Бога через Его Сына» © 2001, 2011 ОЕД. Все права закреплены. Лист разрешается копировать только для детей вашей группы.

«Yəhya 11:27» «inanıram ki»

«gəlməli olan Allahın Oğlu» «... Məsih Sənsən »

Yəhya 11:27

Page 74: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

74

Yaxalıq üçün qeyd olunmuş adların nümunəsi (1-ci dərs) Kifayət qədər simvolların surətini çıxarıb onları kəsin (hər uşağa bir ədəd və bir neçə artıq nümunə saxlayın). İşarələri rəngli karton və penaplendən hazırlayıb uşaqların yaxasına təhlükəsiz sancaq və ikitərəfli skotçla bərkitmək olar.

Balıq (5-ci və 6-cı dərslər)Yuxarıda qeyd edildiyi kimi, uşaqların adları qeyd olunan nişan üçün bir neçə balıq düzəldin. 5-ci dərsdə “Balığı tut” oyunu üçün rəngli kağızdan doqquz ədəd balıqların surətini çıxarıb kəsin. 5-ci dərsdə “Dənizdə balıq” oyunu üçün isə flaneldən və ya rəngli kağızlardan balıqları düzəldib ya məxmər, ya da pambıq parçanın üzərinə yapışdırın.

«Малыши могут познать Бога через Его Сына» © 2001, 2011 ОЕД. Все права закреплены. Лист разрешается копировать только для детей вашей группы.

Axur (1-ci və 3-cü dərslər)Təbəssüm (4-cü dərs)Təbəssümün üzərində uşaqların adını qeyd edin.

Page 75: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

75

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

Milad mağarasının fiqurları (1-ci və 2-ci dərslər)

«Малыши могут познать Бога через Его Сына» © 2001, 2011 ОЕД. Все права закреплены. Лист разрешается копировать только для детей вашей группы.

1-ci dərs üçün fiqurları kartonun hər iki tərəfinə eyni surətini çixarıb, rəngləyərək kəsin. Kəsilmiş fiqurların bir üzünə ya məxmər, ya da pambıq parçanı yapışdırın ki, onları flanelqrafın üzərinə yapışdırmaq mümkün olsun. Ya da yapışqan məhlul vasitəsilə ağ lövhəyə bərkidin. Eləcə də maqnitdən və ya yapışqan lövhədən istifadə edə bilərsiniz. Həmçinin pəyə fiqurunun cizgilərini qeyd etmək üçün flanel lövhənin üzərində yun ipdən, ağ lövhənin üzərində ağ quru markerdən, yapışqan lövhənin üzərində isə kağız zolaqlardan istifadə edə bilərsiniz. (Sxemə nəzər sal).2-ci dərs üçün hər uşağa bir ədəd 76 səhifədəki şəkillərin surətini çıxarın.

Page 76: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

76

Milad mağarasının fiqurları (1-ci və 2-ci dərslər) (davam)

«Малыши могут познать Бога через Его Сына» © 2001, 2011 ОЕД. Все права закреплены. Лист разрешается копировать только для детей вашей группы.

18 sm

25 sm

Pəyənin sxemi

Page 77: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

77

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

«Quzu»(2-ci dərs)Quzunun surətini çıxarıb kəsin.

«Малыши могут познать Бога через Его Сына» © 2001, 2011 ОЕД. Все права закреплены. Лист разрешается копировать только для детей вашей группы.

Page 78: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

78

«Kağız qabdan mələklər»(2-ci dərs)

«Малыши могут познать Бога через Его Сына» © 2001, 2011 ОЕД. Все права закреплены. Лист разрешается копировать только для детей вашей группы.

Kəsik А

Boşqab

Sxem

Kəsik B

Aşağıdakı sxemin surətini çıxarıb xətt üzrə kəsin. Kəsilmiş fiquru kağızdan hazırlanmış boşqabın ortasına bərkidin. Sxemdə göstərildiyi kimi kəsikləri nişanlayaraq yalnız sxemin içində olan cizgiləri və qanadları qeyd edin. (Sxemdə qeyd olunduğu kimi xaric xətləri kəsməyin).

Page 79: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

79

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

«Ulduz toplusu»(3-cü dərs)Sarı, yaxud mavı kartonun üzərində ulduzların iki dəstinin surətini çıxarıb kəsin.

«Малыши могут познать Бога через Его Сына» © 2001, 2011 ОЕД. Все права закреплены. Лист разрешается копировать только для детей вашей группы.

Page 80: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

80

«Ulduz »(3-cü dərs)Ağ kartonun üzərində ulduzun surətini çıxarıb kəsin. İstəyə görə onu çubuğun üzərinə bərkidə bilərsiniz.

«Asılqanlı dəvə»(3-cü dərs)Hər uşağa bir ədəd ağ kartonun üzərində şəklin surətini çıxarıb kəsin. Aşağıda göstərildiyi kimi onu iki aşıqlana bərkidin.

«Малыши могут познать Бога через Его Сына» © 2001, 2011 ОЕД. Все права закреплены. Лист разрешается копировать только для детей вашей группы.

Page 81: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

81

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

“Oğlan və qız” ox işarəsi(4-cü dərs)Rəngli kartonun üzərində ox işarəsinin surətini çıxarıb xətt üzrə kəsin. Oxu, aşağıda qeyd edildiyi kimi boyölçənin üzərində bərkidin.

«Göndərişlər»(5-ci dərs)Balığın üzərinə, yaxud kağızda yazılmış və sancaqla bərkidilmiş sözləri kəsin.

Allah Öz vədinə sadiqdir Allah müqəddəsdir (qüsursuzdur)

Allah həmişə həqiqəti deyir Allah səni sevir

Allah səcdəmizə layiqdir Sən günah işlətmisən

İsa Məsih Yer üzünə Allahın işini yerinə yetirmək üçün gəlmişdi

İsa Məsih sənin uğrunda çarmıxda ölərək üçüncü gün dirildi

Allah istəyir ki, bütün insanlar İsa Məsihin ardınca getsinlər və Onun işini görsünlər

Sən İsa Məsihə Xilaskarın kimi qəbul edə bilərsən.

«Малыши могут познать Бога через Его Сына» © 2001, 2011 ОЕД. Все права закреплены. Лист разрешается копировать только для детей вашей группы.

Page 82: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

82

«Göyərçin»(5-ci dərs)Göyərçinin surətini çıxarıb xətt üzrə kəsin.

«Малыши могут познать Бога через Его Сына» © 2001, 2011 ОЕД. Все права закреплены. Лист разрешается копировать только для детей вашей группы.

Page 83: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

83

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

Dairəvi təsvirlər (5-ci dərs)Dairələrin surətini çıxarıb hər uşağa bir dəst paylayın.

«Малыши могут познать Бога через Его Сына» © 2001, 2011 ОЕД. Все права закреплены. Лист разрешается копировать только для детей вашей группы.

Mən İsa Məsih haqqında öz ailəmə danışa bilərəm

Mən İsa Məsih haqqında öz dostlarıma danışa bilərəm

Mən İsa Məsih haqqında bağçadakı dostlarıma danışa bilərəm

Mən İsa Məsih haqqında dostlarıma oynadığımız zaman danışa bilərəm

Page 84: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

84

“Müqəddəs Kitaba inanıram” mahnısına aid əyanı vəsait (6-cı dərs) (Paylama vəsaiti) Hər uşağa əyani vəsaitin bir dəstini çıxarın.

«Малыши могут познать Бога через Его Сына» © 2001, 2011 ОЕД. Все права закреплены. Лист разрешается копировать только для детей вашей группы.

Page 85: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

85

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

«Малыши могут познать Бога через Его Сына» © 2001, 2011 ОЕД. Все права закреплены. Лист разрешается копировать только для детей вашей группы.

«Mən Müqəddəs Kitaba inanıram»

Page 86: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

86

Uşaqlar mərkəzlə üz-üzə

durmalıdırlar

Burada uşaqlar bir-birinin əlini sıxmalıdırlar

«Ayaq izləri»(6-ci dərs)Ayaq izinin surətini çıxarın xətt üzrə kəsin. Sonra onu kartonun üzərində səkkiz ədəd surətini çəkib kəsin. İstəyə görə ayaq izlərini laminasiya edə bilərsiniz. Aşağıda göstərildiyi kimi onları yerə düzüb skotçla bərkidin.

«Малыши могут познать Бога через Его Сына» © 2001, 2011 ОЕД. Все права закреплены. Лист разрешается копировать только для детей вашей группы.

Page 87: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

87

Körpələr Allahı Onun Oğlu vasitəsilə tanıya bilər

Page 88: Körpələr Allahı Малыши могут Onun Oğlu познать Бога ... · 2016-03-03 · .|US ¹O ¹U $OODKÕ 2QXQ 2÷OX YDVLW ¹VLO ¹ WDQÕ\D ELO ¹U 4 Körpələrin

Körpələrin Məsihə necə yönəldilməsiVerilən işarələr Müjdənin əsas amillərini təşkil edir. İstənilən həqiqət nümunələri və Müqəddəs Kitab ayələrinin izahı üçün istifadə olunan amillər aşağıda qeyd olunub. “Yaxın ünsiyyətdə istifadə olunan əsas suallar”ın surətini istəyə görə çıxarıb kəsmək olar. Həmin sualları Müqəddəs Kitabın arasına qoyub uşaqla xilas barədə danışarkən istifadə edin.

Yaxın ünsiyyətdə istifadə olunan əsas suallar Ehtiyacw Mən, mənimlə nə barədə söhbət etmək

istədiyini bilirəm. Ancaq söhbəti özün aça bilərsən?

w Nəyə görə sənə Rəbb İsa lazımdır?w Günah nədir? Kim günah etmişdir?

(Romalılara 3:23).w Allahın günah adlandırdığı hərəkətin

haqqında danışa bilərsən? Allahın cavabıw Allah Rəbb İsanı dünyaya nə üçün göndərdi?w Rəbb İsa Kimdir?w İsa Məsih günaha qarşı nə etdi? (1Korinflilərə

15,3,4).w İsa Məsih öldükdən və dəfn olunandan sonra

nə baş verdi? Xilasın yoluw (Uşağa şərt və vəd bildirən ayələri göstərin və

sizinlə birlikdə onu təkrarlamasına kömək edin. Məsələn, Yəhya 3:16, Yəhya 1:12, yaxud Həvarilərin İşləri 16:31). Allah sənin üçün nə edəcəyinə söz verir?

w Allahın indi sənin üçün nə etməsini istəyirsən? (Əgər uşaq nəyə ehtiyac duyduğunu dərk edirsə, ona dua etməyi imkan yaradın. Dua üçün bir neçə nümunə təklif edin: Allahla səni ayıran günah barədə Onunla danış; İsa Məsihin sənin üçün nə etdiyinə olan imanın barədə söylə; bu gün Allahdan nə almaq istədiyin barədə xahişini bildir).

Əminlik və inkişafw Allah indi sənin üçün nə etdi? (Uşağa bir

daha şərt və vəd verilən ayələri göstərin). Allaha səni xilas etdiyinə görə minnətdarlıq et.

w Allah səni nə vaxtsa tərk edəcəkmi? (İbranilərə 13:5).

w Allah günahdan imtina etməyinə kömək edəcək. Bəs, birdən bir daha günaha yol versən, nə etməlisən? (1Yəhya 1:9).

w Uşağa minnətdarlıq duasını etməyə imkan yaradın.

Allahın Şəxsiyyəti və uşaqlara olan sevgisiw Allah Yaradandır; O səni yaradıb.w Allah Müqəddəsdir (O, qüsursuz və kamildir)w Allah səni sevir.w Müqəddəs Kitabda yazılıb: “Allah dünyanı elə

sevdi ki..” (Yəhya 3:16).Uşağın problemiw Günah – Allaha məqbul olmayan düşüncə, söz

və hərəkətlərdir. w Sən özbaşınalıq etmək istəyi ilə doğulmusan.w Sən ...... (məktəbəqədər uşaqların dərk etdiyi

tərzdə günahın nümunəsini göstərin) günah işlədirsən.

w Müqəddəs Kitabda yazılıb: “hamı günah edib” (Romalılara 3:23).

w Allah günahı ölümlə cəzalandırır, yəni insan əbədi olaraq Allahdan ayrı düşür.

Allahın cavabı – İsa Məsih vasitəsilə günahların bağışlanmasıdır

w İsa Məsih – Allahın Oğludur.w İsa Məsih heç vaxt günah işlətməyib.w İsa Məsih günahlarımızın əvəzi olaraq könüllü

şəkildə çarmıxda cəza çəkdi.w Müqəddəs Kitabda yazılıb: “İsa Məsihin qanı

bizi hər günahdan təmizləyir” (1Yəhya 1:7).w İsa Məsih çarmıxda öldü və üç gündən sonra

həyata qayıtdı (1Korinflilərə 15:3-4)w İndi İsa Məsih Göylərdədir. Xilasın yolu İsa Məsihi Xilaskar kimi qəbul

etməkdirw Günahdan imtina etməyə hazır olmaq lazımdır.w Çarmıxda sənin uğrunda öldüyünə görə İsa

Məsihə minnətdarlıq et.w Ondan günahlarını bağışlamağı və sənə əbədi

həyat verməyini xahiş et. w Müqəddəs Kitabda yazılıb: “Çünki Allah

dünyanı elə sevdi ki, Vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun” (Yəhya 3:16).

(Şərt və vəd verilən bu, və ya digər ayəni oxuyun. Məsələn, Həvarilərin işləri 16:31, yaxud Yəhya 1:12. Bu ayələrdə qoyulan şərtlərə əməl edənlər üçün Allah Öz vədini yerinə yetirəcək. Yəhya 3:16-da “İsa Məsihi qəbul et” şərti qoyulur. Əvəzində “Allah sənə əbədi həyat verəcək” vədi verilir. Əgər uşaqlar İsa Məsihi qəbul etmək istəsələr, uşaqlara proqramın növbəti hissəsində onların sizinlə harada və nə vaxt söhbət edə biləcəyini müəyyənləşdirin).