Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş...

80
Körpələr Allahı dua vasitəsilə tanıya bilər Müəllif: Şirli Person Avropaya uyğunlaşma: Reyçel Boll Copyright © 2001, 2011 Child Evangelism Fellowship® Inc. Copyright © 2011 Общество Евангелизации Детей Bütün hüquqlar qorunub saxlanılıb. Müəllif hüquqlarının icazəsi ilə istifadə olunub. 117420 Moskva Nametkina küç. ev 15 əlaqə tel. (495) 719-79-36 [email protected] Xahiş edirik, DİQQƏTLİ OLUN! Təklif etdiyimiz dərslərin əyani vəsaitlərini BUM-in bir çox ofislərindən və ya internet mağazalrından ala bilərsiniz. BUM ofislərinin siyahısını və Avropada olan internet mağazalarını siz www.teachkids.eu/az saytında “Ölkələr” düyməsini basarkən tapa bilərsiniz. Yalnız şəxsi, xidməti və qeyri-kommersiya işlər üçün istifadə etmək olar. İcazə haqda tam məlumat almaq üçün www.teachkids.eu/az saytına girə bilərsiniz.

Transcript of Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş...

Page 1: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

Müəllif: Şirli PersonAvropaya uyğunlaşma: Reyçel Boll

Copyright © 2001, 2011 Child Evangelism Fellowship® Inc.Copyright © 2011 Общество Евангелизации Детей

Bütün hüquqlar qorunub saxlanılıb. Müəllif hüquqlarının icazəsi ilə istifadə olunub.

117420 MoskvaNametkina küç. ev 15

əlaqə tel. (495) [email protected]

Xahiş edirik, DİQQƏTLİ OLUN!

Təklif etdiyimiz dərslərin əyani vəsaitlərini BUM-in bir çox ofislərindən və ya internet

mağazalrından ala bilərsiniz. BUM ofislərinin siyahısını və Avropada olan internet mağazalarını siz www.teachkids.eu/az saytında “Ölkələr” düyməsini basarkən tapa bilərsiniz.

Yalnız şəxsi, xidməti və qeyri-kommersiya işlər üçün istifadə etmək olar.

İcazə haqda tam məlumat almaq üçün www.teachkids.eu/az saytına girə bilərsiniz.

Page 2: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

2

Mündəricat

Dərs Səhifə

Məktəbəqədər uşaqları öyrətmək nə üçün vacibdir? 3

Məktəbəqədər uşaqlar... Onlar necədir? 3Silsilə dərslərdən necə istifadə etmək olar? 4Körpələrin təlimatlandırılmasına dair məsləhətlər 4İki və üç yaşlı uşaqların təlimatlandırılması 6Körpələrin Məsihə yönəldilməsinin vacibliyi nədədir? 7Körpələr və Xoş Müjdə 7Yapma (lepka) üçün xəmir, “gil”, alət və kostyumlar 8Məşğələlərin planlaşdırılması 9Dərslərin xülasəsi 10Ayəni əzbərləmək üçün musiqi və hərəkətlər 12Musiqiyə uyğun söz və hərəkətlər 13

Dərs 1 İlyas peyğəmbərin həqiqi Allaha dua etməsi 15Dərs 2 Yunus peyğəmbərin günahını etiraf etməsi 25Dərs 3 Nehemya peyğəmbərin hər bir vəziyyətdə dua etməsi 33Dərs 4 İsa Məsihin duası. 41Dərs 5 Allahın həvari Peterə görə edilən duanın cavabı 49Dərs 6 Allahın həvari Paulun və Silanın duasına cavab verməsi 57

Ayəni əzbərləmək üçün rəmzlər (1-ci və 2-ci dərs) 65Ayəni əzbərləmək üçün rəmzlər (3-cü və 4-cü dərs) 66Ayəni əzbərləmək üçün rəmzlər (5-ci və 6-cı dərs) 68Yaxalıq üçün qeyd olunmuş adların nümunəsi (1-6-cı dərslər) 69“Dua üçün açılan əllər” nümunəsi (1-ci dərs) 70“Balıq və Yunus peyğəmbər” (2-ci dərs) 71“Hərflər” (4-cü dərs) 71“Allah sevinc bəxş etdi” mahnısına aid əyani vasitələr (2-ci dərs) 72“İşıqfor” (3, 4, 5 və 6-cı dərslər) 73Qapı cəftəsi üçün “Dua nümunəsi” (6-cı dərs) 74“Dua nişanı” (3-cü dərs) 74“Dua dairəsi” (4-cü dərs) 75“Dua rəsmləri” (4-cü dərs) 76“Duaçı ayı balası” (6-cı dərs) 76“Dayan”, “Gözlə” və “İrəli” işarələri (5-ci dərs) 77“Müjdə ürəkcikləri” paylama materialı (5-ci dərs) 78

Körpələrin Məsihə necə yönəldilməsi cilddə

Page 3: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

3

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

Məktəbəqədər uşaqları öyrətmək nə üçün vacibdir?Siz yeni, yaxud təcrübəli müəllim olmağınızdan asılı olmayaraq, ən bəhrəli xidmətlərdən birinə - uşaqların təlimatlandırılmasına vaxtınızı və gücünüzü ayırmağa qərar vermisiniz! Məktəbəqədər uşaqları öyrətmək nə üçün belə vacibdir? Mütəxəssislər körpələrin biliyə daha açıq və həssas olduqları ilk beş-altı ili onların inkişafında mühüm rol oyandığını hesab edirlər. Uşaqları bilik, yaradıcılıq və qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə can atmasına formalaşdıran bu illər onların gələcək təhsilinə də öz təsirini göstərəcək. Əgər beş yaşına qədər uşaqların intellektual inkişafı yarıyadək tamamlanıbsa, onda Müqəddəs Kitabın həqiqətlərinın tədrisi onların ruhani və intellektual bünövrəsində çox vacib təməl olacaqdır.

Məktəbəqədər uşaqların ruhani inkişafına nəzər saldıqda, Müqəddəs Kitabın əsas həqiqətləri sadə və aydın şəkildə izah olunarsa, onlar böyük həvəslə mənimsəməyi bacarırlar. Bəzi körpələr İsa Məsihi Xilaskar kimi qəbul etməyə artıq hazır olurlar. Dərslərin təkrarlanması zamanı da onları öyrətməyi unutmayın. Uşaqlara düşünmək və fikirlərini bildirmək üçün imkan yaradın. Körpələrin sizinlə, yəni müəllimlərlə münasibətləri, onların Allahla olan münasibətlərinə təsir edəcəyini unutmayın. Xidmətinizi Rəbbə həsr edin. Xidmətiniz barədə mətanətlə dua edin. Qoy sizin vasitənizlə Allahın məhəbbəti körpələrə izhar olunsun. Bu kitabda Müjdədəki həqiqətlərin sağlam əsasları, həyatdan gətirilən nümunələr, eləcə də müxtəlif dərslərdə söz, hərəkət və mahnılar vasitəsilə təkrar olunan həqiqətlərin tətbiqi izah olunur.

onlar

hər ş

eyəina

naırla

r

Körpələrin fiziki inkişafına gəldikdə, onlarda böyük əzələlər inkişaf etdiyinə görə, çox oturmaq onların narahatçılığına səbəb olur. Onların hərəkəti və oynamağı üçün kifayət qədər yer və vaxt lazımdır. Körpələrə rəngarənglik və hər dərs vəziyyətində hərəkət lazımdır. Körpələrə Müqəddəs Kitab və həyat hekayələrini, izah olunmuş həqiqətləri səhnələşdirməyə imkan yaradın. Bu, onların hərəkət etməsinə və dərsin daha yaxşı mənimsənilməsinə şərait yaradacaq. Bu kitabda siz ruhani tədris üçün səhnəciklər, qafiyələnmə, həmçinin müxtəlif fəaliyyət üsulları tapa bilərsiniz. Mahnı və ayələrin əzbərlənməsi dərsin yaddaşda həkk olunmasına kömək edəcək.

onlar

oyna

yır

İntellektual inkişafa gəldikdə isə, məktəbəqədər uşaqlar tez-tez sual verir, müşahidə edir və daima öyrənirlər. Öyrənmək onların xoşuna gəlir. Onlar bunu beş duyğu vasitəsilə həyata keçirirlər. Körpələrin hislərinə toxunan və tədris prosesində böyük fayda əldə etməyə imkan yaradan müxtəlif üsul və vasitələrdən istifadə etmək vacibdir. Bunu da qeyd etməliyik ki, məktəbəqədər uşaqlar hər şeyi hərfi qəbul edirlər. Buna görə də onların sadə və aydın terminologiyaya, yəni özündə hərfi məna daşıyan sözlərə ehtiyacları var. Amma bu, o demək deyil ki, siz heç də mürəkkəb sözlərdən istifadə etməməlisiniz. Körpələri bəlkə də başqa yerdə eşitməyəcəkləri Müqəddəs Kitab terminləri ilə tanış etmək vacibdir. Məsələn: günah, Xilaskar və səcdə kimi sözlərlə. Bu kitabda xüsusi diqqətlə seçilmiş sözlər və izahlar, həmçinin uşaqların beş duyğu hissinə toxunan müxtəlif üsul və vasitələr istifadə olunub.

hər ş

eylə m

araqla

nan

İctimai baxımından uşaqlar dünyanı yalnız onların özlərinin və ehtiyaclarının ətrafında dövr edən aləm kimi təsəvvür edirlər. Körpələrin dünyagörüşü yalnız onların təsvir etdiyi şəxsi nöqteyi-nəzərlə məhdudlaşıb. Ona görə də rəqabətlərdən qaçmağa çalışın və onların fərdi səylərini tərifləyin. Bu kitabda təklif olunan salamlaşma ideyaları dərsi mənimsəmək üçün təkrar oyunlar və yaradıcılıq fəaliyyətləri məktəbəqədər uşaqlara dərsin məqsədinə rəqabətsiz şəkildə çatmağa imkan verir.

eqois

tdirlə

r

Emosional baxımdan məktəbəqədər uşaqlar asanlıqla küsürlər. Onların hisləri tez-tez özünü büruzə verir. Təhlükəsizlik, məhəbbət və mənsubiyyət mühiti yaradın. Onların xüsusiyyətləri, böyümək və öyrənmək səyləri haqqında müsbət şərhlər əsasında körpələrdə özünüqiymətləndirmə xüsusiyyətini formalaşdırmağa çalışın. Məktəbəqədər uşaqlar sadəlövh olduqları üçün onlarla səmimi və dürüst davranın. Söz və vədlərinizi həyata keçirməyə çalışın, müntəzəmliyə yol verin. Belə etməklə, siz qarşılıqlı etibarlı münasibət yaradacaqsınız. Bu kitabdakı izah edilmiş dərslərin məqsədi, əsas həqiqətlər və onların tətbiqi məktəbəqədər uşaqları birbaşa təhlükəsizlik və sevgi mənbəyinə, yəni İsa Məsihlə şəxsi ünsiyyətə yönəldəcək.

tez in

ciyən

Məktəbəqədər uşaqlar... onlar necədir?

Page 4: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

4

Körpələrin təlimatlandırılmasına dair məsləhətlər

Yaxşı hazırlaşmaq və məşğələni təşkil etmək vacibdirw Dərs və məşğələnin planını yaxşı mənimsəyin.w Vaxtı düzgün planlaşdırınw Məşğələnin yazılı şəkildə planını hazırlayın və ona

əsasən fəaliyyət göstərin.w Materialları səhmana salın.w Hər şeyə hazır olun. Siz mütləq qrupunuzdakı uşaqların

ehtiyaclarına cavab verməlisiniz. w Bütün çətinlik və sürprizlərə hazır olun!

Dərsdən qabaq vaxtı planlaşdırınUşaqlar gəlməzdən əvvəl siz sinifdə olmalısınız. Bu, sizə

dərsi yaxşı tədris etməyə, həmçinin təhlükəsizlik mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq, elastik plastik boru materiallardan) hazırlamaq və sancaq və ya ikitərəfli yapışqandan istifadə etməklə bərkitmək mümkündür. Həmçinin, şəkilli kitabların boyanmasını, audio-hekayələri və ya musiqiləri hazırlayın. Bu cür fəaliyyət növünü otağın hər bir yerində təşkil etmək olar.

Hazırlanmış fəaliyyət növləri dərsin əsas məqsədini vurğulamalı və ötən dərsin təkrarlanmasına kömək etməlidir. “Salamlaşma” hissəsində olan məsləhətlər dərs qabağı məşğələlər üçün təyin olunub. Bu məsləhətlər çox effektli və sadədir. Həmçinin uzun hazırlaşma prosesi tələb etmir. Həmişə planlaşdırılmış fəaliyyət növlərinin olması çox yaxşıdır. Lakin bəzən dərslərdən qabaq uşaqlarla ünsiyyət daha yaxşı nəticə verə bilər.

Dərsləri müəyyən nizamla hazırlayın Dərsləri nizamlamaq və dərsin hansı bölümündə

otağın hər hansı bir yerində nə ilə məşğul olacağınızı öncədən müəyyənləşdirmək vacibdir. Uşaqlar, onları nə gözləyəcəyini biləndə, özlərini təhlükəsiz hiss edirlər. Təklif olunan nizam qaydaları hər dərsin əvvəlində qeyd olunur. Hazırladığınız plan üzrə hərəkət edin. Lakin uşaqların fəaliyyət növlərinə necə yanaşdığına diqqət edin və hər dərsi buna uyğunlaşdırın. Təhlükəsizlik mühiti və maraq dairəsi yaradan dərsin dəyişməz hissəsi əvvəldə və sonda mahnılardan, uşaqların əyləşə biləcəyi xüsusi poleuritan xalçalardan, müxtəlif fəaliyyət növləri ilə məşğul olmaq üçün otağın müəyyən hissələrindən (məsələn, hekayə, mahnı və əl işləri üçün ayrılmış müəyyən künclər), (hərəkətli və hərəkətsiz) qafiyələnmələrdən ibarət ola bilər.

Silsilə dərslərdən necə istifadə etmək olar?

Əlinizdə tədris üçün materiallar silsiləsindən bir nüsxə var. Bu materiallar Müjdə Uşaq İctimaiyyəti tərəfindən dərc olunub. Kitabın adında olduğu kimi məktəbəqədər uşaqların Allahı tanıyacaqlarına əminik!

Məşğələlər keçirtmək üçün bu dərslik bütün lazım olan məlumatları özündə cəmləşdirir. Burada dərslərin tam mətni göstərilib. Şəkillərin əks tərəfində də siz mətnlərə rast gələ bilərsiniz. Yeni dərs tədris etməyə başlamısınızsa, onda şəkillərin əks tərəfindəki mətnlər özünüzü daha rahat hiss etməyə sizə kömək edəcək. Lakin mətni vərəqdən oxumağa çalışmayın. Diqqətinizi uşaqlara yönəldin. Oxunmuş deyil, sadə dildə izah olunmuş dərslər uşaqlar üçün maraqlı olacaq. Daha təcrübəli müəllimlər yəqin ki, əyani vəsaitləri uşaqların diqqət mərkəzində olması üçün püpitr (üzərinə not və kitab qoymaq üçün mail lövhəsi olan ştativ) üzərinə qoyaraq, əllərində açıq Müqəddəs Kitabla dərsi tədris etməyə üstünlük verə bilərlər. Əyani vəsaitlər püpitr üzərinə yerləşdirilərsə, onda bu, müəllimə dərs daxilində müxtəlif fəaliyyət növlərindən istifadə etməyə kömək edəcək. Uşaqların fəal iştirak etmələri üçün

hər bir dərsə çoxlu maraqlı ideyalar daxildir: səhnəcik, hərəkətli qafiyələnmə və mahnılar. Qrupunuzdakı uşaqların ehtiyaclarını unutmayın. Və uşaqlarınız üçün daha rahat anlaşılan ideyaları seçin.

Bu kitabda siz fəaliyyətin bir növünü əks etdirən növbəti rəmzlərə rast gələcəksiniz.

Fəaliyyət növlərini əks etdirən rəmzlər:

Mahnı Səhnəcik Hərəkətli

qafiyələnmə

Page 5: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

5

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

Uşaqların dərs vaxtı hərəkətdə olmasına çalışınw Kömək. Uşaqlara əyani və digər vəsaitləri əllərində

saxlamağa və dərslikləri başqalarına paylamağa imkan yaradın.

w Səhnəciklər. Dərsdə olan hekayələri səhnələşdirmək uşaqların çox xoşuna gəlir.

w Dua. Dərs zamanı uşaqlara müəyyən bir ehtiyaca görə dua etməyi təklif edin.

w Hərəkətli mahnı və qafiyələnmələr. Hərəkətli mahnı və qafiyələnmələr oxuyun.

w Suallar. Həm tədris, həm də təkrar vaxtı suallar verin. Uşaqların da suallarına cavab verməyə vaxt ayırın.

Duyğu hisslərinin fəaliyyətdə olmasına şərait yaradın.Məktəbəqədər uşaqlar duyğu orqanları vasitəsilə yeni

məlumatlar əldə edirlər. Buna görə də ən effektli tədris üsulu kimi görmə, eşitmə, dadbilmə, iybilmə və toxunma duyğu orqanlarından istifadə olunur. Müqəddəs Kitab dərsini hazırlayarkən hekayədəki qəhrəman olsaydınız hansı duyğu orqanınızın fəaliyyətdə olacağını düşünün. Həmin an nə görər, yaxud nə eşidərdiniz? Nə qoxulayar və nə dadardınız? Bəlkə də hansısa əşyalara toxunardınız? Özünüzə bu cür suallar verin. Bu suallar yaradıcılıq baxımından sizə dərsə nə gətirəcəyinizə kömək edəcək. Bir neçə nümunəyə baxaq....

w Görmə. İstifadə etdiyiniz əyani vəsaitlər haqqında danışın və uşaqlardan nə gördüklərini soruşun.

w Eşitmə. Dərsdəki qəhrəmanların surətini təsvir edərkən səslənmədən istifadə edin. Uşaqlara eyni səsləri və dialoqları təkrarlamağa icazə verin. Dərsi mahnılar vasitəsilə möhkəmləndirin.

w İybilmə. Dərsə aid olan və qoxulamaq mümkün olan əşyalardan istifadə edin . (məsələn, ərzaq, ədviyyat, ətirlər). Həmçinin uşaqlara sanki ətir qoxuduqlarına imkan yaradın (məsələn, bişirilən yemək, çiçək və heyvanlar).

w Dadbilmə. Uşaqlara dərsdə adları çəkilən ərzaqları və başqa xalqlara məxsus milli ərzaqları dadmağa imkan verin.

w Toxunma. Dərslə əlaqədar uşaqların toxuna biləcəyi təhlükəsiz əşyaları hazırlayın. Bu, müxtəlif fiqurlar, teksturalar və təbiət materialları ola bilər. Eləcə də uşaqlara dərsə aid əyani vəsaitləri, mahnı, ayə və təkrarlama üçün oyunlar kitabçalarını sizə saxlamağa kömək etməyə izn verin.

Müxtəlif əyani vəsaitlərdən istifadə edinMüxtəlif formalı, ölçülü, rəngli əyani vəsait və

əşyalardan istifadə edin. Mahnı və ayələr lövhəciklərini müxtəlif üsullarla hazırlamaq olar...

w Lövhəcikləri çubuğa bərkitmək olar.w Onun əks tərəfinə kiçik maqnit bərkidin ki,

maqnitləşmiş lövhəcikdə əyani vəsaiti yerləşdirmək mümkün olsun.

w İp üzərində əyani vəsaiti düzmək üçün sıxaclardan istifadə edin.

w Əyani vəsaitləri cib üçün nəzərdə tutulmuş lövhəciklərdə yerləşdirin

w Dərsliyi flanel lövhənin üzərinə yapışdırmaq üçün məxmər kağız, yaxud kağız dəsmalların qalıqlarından istifadə edin.

Dərsləri musiqinin müşayiəti ilə tədris edinMusiqi diqqəti yayınmış dinləyicinin marağını yenidən

bərpa etməyə imkan yaradır. Uşaqlarla mahnını əzbərdən öyrənmək elə də vacib deyil. Sadəcə olaraq zümzümə edin. Uşaqlar dinləyərkən mahnını əzbərləyəcəklər. Hətta, sizin musiqi duyumunuz olmasa belə, dərs vaxtı bir neçə mahnı oxuyun. Əksər hallarda uşaqlar nəinki başqa şeyləri, mahnıları daha tez öyrənir.

Tez-tez təkrar edinƏsas həqiqəti müxtəlif üsullarla vurğulayın və

möhkəmləndirin. Təkrarlar üçün oyun, mahnı, səhnəcik, əl işləri və əyani dərslər hazırlayın. Siz həmçinin uşaqlara əyani vəsaitlər vasitəsilə dərsliyi nəql etməyə imkan yarada bilərsiniz

Dostpərvər olunGülümsəməyi unutmayın. Uşaqlara müraciət edərkən, onların nəzərində eyni səviyyədə olmaq üçün əyləşin. Hər bir uşağa şəxsən adları ilə müraciət edin. Bütün uşaqlara bir şəxsiyyət kimi maraq göstərin. Səbirli olun. Tərifləmək və ruhlandırmağa can atın.

Page 6: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

6

İki-üç yaşlı körpələr öyrənməyə daha meylidirlər. Bəziləri bu dövrü “Kəşf dövrü” adlandırır. Lakin bu yaşdakı körpələrin başa düşmələri və dərk etmələri arasında böyük fərq ola bilər. Buna görə də hər bir uşağa qarşı diqqətli olun.

Dərsin planıTədris vaxtı hər iki-üç dəqiqədən bir müxtəlif fəaliyyət

növlərindən istifadə edin.

Müqəddəs Kitabdan dərslikDərsi tez-tez təkrarlayın! Bu yaşda uşaqlar (iki-dörd yaş

arası), yeni dərsə keçməmişdən əvvəl eyni dərsi bir neçə dəfə dinləməyi xoşlayırlar

MahnılarBu dərsliyə iki və ya üç mahnı daxil edin. Dərs vaxtı hər

mahnını bir neçə dəfə oxuyun. Əgər siz mahnı üçün ləvazimat istifadə edirsinizsə, onda mahnını hər dəfə oxuduğunuz vaxt bu ləvazimatı müxtəlif uşaqlara

Nizam-intizamı qorumaqda müntəzəm olunSevgi göstərin, eyni zamanda münasibətlərinizdə

möhkəm və real olun. Unutmayın ki, məktəbəqədər uşaqlara daha çox hərəkətdə olmaq və danışmaq üçün imkan yaratmaq lazımdır. İstənilən halda nizam-intizamda problem yaranarkən ehtiyatlı olun: uşağın şəxsiyyətinə deyil, davranışına nəzarət etməyə çalışın (problem onun şəxsiyyətində deyil, onun düzgün olmayan davranışında yaranır). Dərsə yaxşı hazırlığın və fəal qarşılıqlı əlaqənin bir çox problemlərdən yan keçməyə imkan yaratdığını yadda saxlayın.

w Qaydaları aydın müəyyən edin və onlara ciddi riayət edin. Hər dərsin əvvəlində qaydaları şifahi şəkildə xatırladın. Mümkünsə bunu daha sonra əyani vasitələrlə də tətbiq edin. Nə qədər insanın bu və ya digər fəaliyyət növü ilə məşğul ola biləcəyini müəyyən edin.

w Tələblərinizi müsbət nöqteyi-nəzərindən izah edin: uşaqlara qadağalarla yanaşı məşğul ola biləcəkləri şeyləri də söyləyin. “Belə etmək olmaz!” əvəzinə “Ya bunu, ya da onu et” deyin.

w Uşaq sözə baxmaq istəməyəndə özünü düzgün aparmaq barədə fikirləşməyə ona vaxt lazımdırmı deyə soruşun. Əgər belədirsə, onda ona bir neçə dəqiqə sakit oturmağa və düşünməyə imkan yaradın. (Bu vaxtı onun yaşına müvafiq olaraq müəyyən edin). Vaxt başa çatanda, ondan özünü yaxşı aparmağa hazır olub-olmadığını soruşun. Əgər hazırdırsa, onda o, digər uşaqlara qoşula bilər.

w Köməkçinizdən xahiş edin ki, sinfi dərsdən yayındıran uşağın yanında əyləşsin. Uşağın əlinə tez-tez toxunmaq onun diqqətinin cəmlənməsinə kömək edir.

İki-üç yaşlı körpələrə tədris

əllərində saxlamağa izn verin. Bütün uşaqlar həmin ləvazimatı əllərində saxlayanadək, mahnını oxumağa davam edin.

Əzbərləmək üçün ayəTəkrar – körpələrə Müqəddəs Kitabdakı ayənin tədrisi üçün açardır. Addımbaaddım qısa cümlələrlə ayəni səsləndirin. Uşaqlar isə sizdən sonra təkrarlasın. Əgər qrupda uşaqların sayı çox deyilsə, onda hər bir uşağa ayəni təkrarlamasını söyləyin. Uşaqları ruhlandırmaq üçün onları yapışqanla (nakleyka) mükafatlandırmaq istəyiniz də yarana bilər. Bütün dərslik boyu bir ayənin üzərində çalışın ki, uşaqlar onu yaxşı əzbərləyə bilsinlər.

Page 7: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

7

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

Körpələrin Məsihə yönəldilməsinin vacibliyi nədədir?

Məktəbəqədər uşağın bağışlanma alması mümkündürmü? İsa Məsih dedi: “Sizə doğrusunu deyirəm: əgər siz yolunuzdan dönüb uşaqlar kimi olmasanız, Səmavi Padşahlığa əsla daxil ola bilməzsiniz” (Matta 18:3). İsa Məsih Ona “iman hər kəsə” məhdudiyyət qoymadan xilas vəd edib (Yəhya 3:16). O, “kiçiklərin” və onları büdrətməyin nə qədər təhlükəli olduğunu vurğulayırdı (Matta 18:6). Şirli Vinser uşaqlara müjdələmək barədə uzun illər müəllimlər öyrətmiş və jurnal üçün məqalələr yazmışdı. Yaş həddinə görə cavabdehliyi o, Yaqubun məktubu 4:17 “... kimsə bir yaxşı işi görməli olduğunu bilib onu etmirsə, günah edir” ayəyə əsaslandırırdı. Visner iddia edirdi ki, “Beş yaşına kimi hər bir uşaq artıq pisi yaxşıdan ayırd etməyi bacarır. Körpə erkən yaşlarından nəyi edib, nəyi etməməli olduğunu artıq dərk edir. Əks halda o, buna görə cəzalandırılacaq. Bu cür uşağın Allahın pis əməllərə görə cəzalandıracağını və günahdan xilas ola bilməyin mümkünlüyünü mənimsəməsi asandır”. Statistika göstərir ki, imanlıların 85%-i Məsihi 4-14 yaş arası qəbul ediblər. Məşhur yazıçı və təbliğçı Coş Makdauel bu statistikaya əsasən belə deyib: “Ola bilsin ki, növbəti beş il ərzində bu rəqəm 95%-ə qədər qalxdı”. O, həmçinin güman edir ki, bu yaş həddi 4-dən 8-zə qədər azala bilər. Aydın görünür ki, uşaqlar hələ körpə ikən onlara Məsih barədə müjdələməliyik.

Çünki bunda böyük üstünlük var. Bir çox məsihçi xidmətçilər Məsihə çox kiçik yaşlarında iman edib. Məsələn, Korri Ten Bum Məsihə beş yaşında, d-r Ceyms Dobson və Emmi Karmaykl isə üç yaşında iman etmişdi. Uşaqlara müjdələmək bizim ilk məqsədimiz olmalıdır. D-r Hovard Hendriks bu barədə belə söyləyir: “Hələ Məsihi dərk etməyən uşaqdan məsihçi kimi davranmağı gözləmək sanki ona gülmək kimidir. Müqəddəs Ruh insanın qəlbini doldurmayanadək, o, Allaha məqbul həyat yaşaya bilməz”. Markın Müjdəsi 16:15-də İsa Məsihin “bütün bəşəriyyətə” müjdələməsi barəsində əmr etdiyini oxuyuruq. Deməli, bura uşaqlar da daxildir. Məşhur şotland tədqiqatçısı və missioner David Livinqston demişdir: “Bizim işimiz xüsusi yaş həddini vurğulamadan uşaqlarımıza günah və Xilaskar barədə danışmaqdır. Çünki Müqəddəs Ruh öz vaxtında günaha görə ifşa edəcək”.Allah körpəni Özünə cəlb edə bilər. Siz körpənin Allahla ünsiyyət qura biləcəyinə şübhə edə bilərsiniz, ancaq Allahın körpə ilə ünsiyyət qurmasına şübhə etməyin!

Körpələr və Xoş Müjdə

Məktəbəqədər uşaqlarla işləyərkən, biz Müqəddəs Kitabın həqiqətlərini onlara anlayacağı tərzdə yavaş-yavaş dərk etdirməyə çalışırıq. Hər bir dərslik Müqəddəs Kitabdakı həqiqətlərin izahına, yaxud artıq öyrədilmiş həqiqətlərin dərinliyinə yönəlir. Beləliklə, uşaqlar nəinki Müjdənin əsas həqiqətlərini, həmçinin də digər həqiqətləri öyrənmiş olurlar. Körpələri öyrədərkən, onlara ruhanı həqiqətləri dərk etdirən və Məsihə yönəldən Müqəddəs Ruha yer verin. Lakin unutmayın ki, məktəbəqədər uşaqlar daha çox müəllimi razı salmağa çalışırlar. Buna görə də uşaqlarınızı məhz bu cür “inam etməkdən” yayındırın.

Əgər məktəbəqədər uşaq sizə sual verirsə, ona onun anlayacağı tərzdə cavab verin. Əgər cavab onu qane

etməzsə, o, bu sualı sizə yenidən və ya sizə başqa bir sual vermiş olacaq. Uşağa heç bir təzyiq göstərmədən, onun hazır olduğu vaxtda sərbəst şəkildə imana gəlməsinə icazə verin. Əgər uşaq Müjdəni dərk edib Rəbbə iman etmək istəyirsə, o zaman sizə “Körpəni Məsihə necə yönəltmək” səhifəsindəki xilas barədə suallar kömək edə biləcək. (Körpəni Məsihə necə yönəltmək” səhifəsinə bax.)

Page 8: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

8

w Şeypurun əvəzinə borucuqdan istifadə etmək olar.w Nağara əvəzinə konserv qabından istifadə etmək olar. w İki çubuq vasitəsilə körpələr ritm tuta bilər. w Həmçinin, dəri, yaxud lent kəmərcikdən olan

zınqırovdan istifadə etmək olar. w Plastik qabın kənarlarından deşiklər açıb zınqırovların

kəmərini onlara bərkitmək olar. Nəticədə, qaval alınacaq.

w İki cilalanmış çubuğun üzərinə sumbata kağızı yapışdırıb ritm tutmaq aləti kimi istifadə etmək olar.

Müqəddəs Kitabda qəhrəmanların libaslarıAşağıda təsvir olunan örtükdən Müqəddəs Kitabda bəhs olunan həm kişi, həm də qadın rollarını ifa etmək olar. İstənilən parçadan istifadə edin, lakin ətəklərini kəsin. Uşaqlar üçün üç cür örtük düzəldin: balaca örtüyün ölçüsü – 60x120 sm, orta örtüyün ölçüsü 70x152 sm, böyük örtüyün ölçüsü isə 75x160 sm olsun. Böyüklər və ya yeniyetmələrə örtük hazırlamaq üçün, onlardan ölçü götürmək lazımdır. Beləcə, istədiyiniz ölçünü əldə etmiş olacaqsınız). Hər örtük üçün kəndirdən, yaxud parçadan kəmər düzəldin. Daha sadə libasları böyük kağız çantalardan hazırlamaq olar. Bunun üçün baş və qola görə oyuqlar açmaq lazımdır.

tikiş

tikiş

əymə əymə

kəsik

60 sm

120 sm

Yapma (lepka) üçün xəmir, “gil”, alət və libaslarYuxarıda adları qeyd olunanlar məktəbəqədər uşaqların oyun və tədrisi üçün lazım olan ləvazimatlardır. Dərsliyi əl işləri vasitəsilə təkrarlamaq üçün uşaqlar, dərslə bağlı duzlu xəmirdən (yapma üçün xəmir), yaxud “gildən” nümunələr düzəldə bilərlər. Ritmik alətlər ilahilər zamanı fəal iştirak etmək üçün ən yaxşı vasitədir. Libaslar isə uşaqlara rolları ifa etməkdə onları daha çox həvəsləndirir. Körpələr hansısa bir dərsliyi səhnələşdirə bilərlər.

Yapma (lepka) üçün xəmir

1 fincan adi un1,5 fincan duz2 xörək qaşığı çaxır daşı2 xörək qaşığı duru yağ1 fincan suda qarışdırılmış qida boyasıİstəyə görə əlavə inqrediyentlər: qida boyası, vanilin, darçın,

yaxud digər ədviyyatlar; parıldayan bəzək şeylər (zərlər).Bütün inqrediyentləri böyük bir qabda qarışdırın. Bütün

bunları qaz pilətəsində aşağı istilikdə məhlul bərkiyənə qədər qarışdırın. Sonra məhlulu soyudub, onu elastik olana qədər qarışdırın.

Hazırlanmış məhlulu hava keçməyən qabda saxlayın. Məsələn, ağzı bağlanan plastik paket. Məhlulu paketini içinə qoymazdan əvvəl havasını çıxardın.

“Gil”200 qr. qarğadalı unu2 ¼ litr su400 qr. qida sodası Bütün bu inqrediyentləri orta ölçülü

qabda qarışdırın. Qabı pilətənin üzərində orta istilikdə dayanmadan xəmir halını alana qədər qarışdırın. Sonra onu düz qaba töküb, üzərinə az miqdarda qarğıdalı unu əlavə edib yoğurun. Daha sonra isə xəmiri nəm dəsmal ilə, yaxud plastik paketlə örtün. Hazırlanmış xəmirdən fiqur düzəltmək üçün istifadə etmək olar. Hazır fiqurlar quruduqdan sonra, onları rəngləmək olar.

Ritmik alətlərSadə ritmik alətləri adi evdəki məişət əşyalarından düzəldə bilərsiniz. Onları yapışqanla, yaxud rəngli yapışqan lentlərlə və ya başqa vəsaitlərlə bəzəyə, parıltılı flomasterlə, yaxud rəngli boyalarla rəngləyə bilərsiniz. (Alətləri ya dərslikdən öncə, ya da ki, uşaqlarla əl işi görərkən hazırlayın). İçinə düyü və paxla qoyduğunuz ritmik alətlərin qapaqlarını mütləq möhkəm yapışdırın.

w Balaca plastik qapaqlı qabların içinə düyü və noxud qoya bilərsiniz.

w Çox da böyük olmayan qapaqsız qutuların ağzına rezın çəkə bilərsiniz. Nəticədə arfaya bənzəyən bir alət alınacaq.

Page 9: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

9

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

Məşğələlərin planlaşdırılması30-dəqiqəlik və ya 1-2 saatlıq (həftəlik, yaxud gündəlik) məşğələni planlaşdırmaq üçün, sizə cədvəl təklif edirik. Əgər siz həftədə bir dəfə dərs deyirsinizsə, fəaliyyətinizin növlərində seçiminiz geniş, lakin vaxtınız məhdud olacaq. Uşaq bağçasında dərs deyirsinizsə, əlavə ideya və vəsaitlərinizi tərbiyəçiyə ötürə bilərsiniz. O zaman dərsiniz daha bəhrəli olacaq. Əgər məşğələlərinizi məbəddə ibadət zamanı keçirsinizsə, bu ideyalar daha əlverişlidir.

Əgər siz bazar ertəsindən cümə gününə qədər dərs deyirsinizsə, onda vaxtınıza uyğun olan üç plandan birini seçin. Məşğələ üçün sizə 30 dəqiqə vaxt verilibsə, cədvəldə olduğu kimi, Müqəddəs Kitabdan ayəni əzbərləmək və mövzunu keçmək üçün dərsi dörd günə bölün. Təkrarlamaq üçün ya həftənin sonunu, ya da gündəlik vaxt ayırmaq olar.

1-ci gün Müqəddəs Kitabdan

ayə

2-ci günMüqəddəs Kitabdan

mövzu(birinci hissə)

3-cü günMüqəddəs Kitabdan

mövzu (ikinci hissə)

4-cü gün Müqəddəs Kitabdan

mövzu (üçüncü hissə)

5-ci günTəkrarlama

Məşğələ cədvəli(Əgər əlavələr yoxdursa, saat dəqiqələrə bölünüb)

Məşğələ bölümü 30 dəqiqə 1 saat 2 saat

Salamlaşma Dərsdən öncə

Dərsdən öncə

Dərsdən öncə

İlahilər (nəğmələr) - 5 5

Əzbərləmək üçün ayə 5 5 10

Bədənin açılışması üçün hərəkətlər* 5 5 5

Müqəddəs Kitab mövzusu** 15 15 20

? Təkrarlama 5 5 10

Dua vaxtı - 5 5

Yemək vaxtı - - 10

Yaradıcılıq fəaliyyəti - 15 20

Əlavə fəaliyyətlər - - 25

Vidalaşma*** - 5 10

*məşğələnin bu hissəsində təklif olunan fəaliyyətlərdən istifadə edə bilər və ya əl hərəkətləri ilə nəğmə oxuya bilərsiniz.**Vaxtı nəzərə alaraq siz səhnələrdən istifadə edə bilərsiniz***Uşaqlar valideynləri gözləyərkən, onlar sizə otağı yığışdırmağa kömək edə, ayəni təkrarlamağa və ya bir neçə ilahi oxuya

bilərlər.

Page 10: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

10

Dərs

Mərk

əzi

həqi

qət

Salam

laşm

aSə

cdə

Əzbə

rləm

ək

üçün

ayə

Bədə

n hə

rəkətl

əri

Təkr

arlam

a

Dua v

axtı

Qafiy

ə və

nəğm

ələr

Yara

dıcıl

ıq

fəaliy

yəti

Əlav

ə fəa

liyyət

lər(B

irini

seçin)

(qafi

yələ

r ku

rsiv

işarə

ləni

b)(B

irini

se

çin)

İlyas

pe

yğəm

bər

həqi

qi A

llaha

du

a edi

r

1 Pa

dşah

lar

16:3

0-33

1 Pa

dşah

lar

17:1

1 Pa

dşah

lar

18:1

-39,

42-

46

Biz y

alnı

z hə

qiqi

Alla

ha

ibad

ət və

dua

et

məl

iyik

“Mən

öz

rəsm

imi ç

əkə

bilə

rəm

“İsa

Məs

ih

mən

i sev

ir”

Dua

“Alla

hı ta

nıya

bi

lərə

m”

İanə

yığm

aq

“Nə v

axt R

əbbi

ça

ğırs

am, m

əni

eşid

ir. ”

Zəb

ur

4:3

Əl i

lə ri

tm

tutu

ruq

“Baş

la

çiyi

nlər

, diz

topu

qlar

“Dua

ya

yönə

lən

əllə

r”M

atta

6:9

“Onu

alqı

şla”

“Dua

ya

yönə

lən

əllə

r” rə

smi

İş və

rəqi

Yapm

a (le

pka)

üçü

n xə

mir

“Dua

qut

usu”

“Rəb

bi

izzə

tlənd

irmə”

Yunu

s pe

yğəm

bər

güna

hını

etira

f ed

ir

Yunu

s 1:3

Gün

ah

– A

llaha

ita

ətsiz

lik

dem

əkdi

r

“Mən

m

innə

tdar

lıq

edirə

m”

“Alla

hı ta

nıya

bi

lərə

m”

Dua

“M

ilad

sevi

nci”

İanə

yığm

aq

Təkr

arla

ma

Zəb

ur 4

:3

Əl i

lə ri

tm

tutu

ruq

Ayən

i əl

hərə

kətlə

ri ilə

öyrə

nirik

“Alla

h hə

r ye

rdəd

ir”“ik

s və

sıfırc

ıqla

r”

X -

O

Mat

ta 6

:9-1

0“A

llah

bizə

se

vinc

bəx

ş ed

ib”

İş və

rəqi

Yapm

a (le

pka)

üçü

n

“Alla

hdan

gi

zlən

mək

m

ümkü

n de

yil”

“Etir

af d

uası”

Neh

emya

pe

yğəm

bər

hər v

əziyy

ətdə

Al

laha d

ua

edird

i

Neh

emya

1-2

Neh

emya

4

Neh

emya

6:

15-1

6

Alla

h ist

əyir

ki, s

ən h

ər

şey ü

çün

Ona

m

ürac

iət

edəs

ən

“Hər

şey

səya

hət ü

çün”

“Alla

hı ta

nıya

bi

lərə

m”

Dua

“Mən

dua

ed

irəm

İanə

yığm

aq

“Səh

ər,

güno

rta,

axşa

m n

alə

çəki

rəm

, ah-

zar e

dirə

m..”

Z

əbur

55:

17

“Day

an və

irə

li”

“Səf

ərə y

ola

düşm

ək”

“Neh

emya

nın

diva

rını

tikm

əsi”

Mat

ta 6

:9-1

1“O

nu al

qışla

”D

ua n

işanı

İş və

rəqi

Yapm

a (le

pka)

üçü

n xə

mir

“Köm

ək ed

in!”

“Alla

h bi

lazı

mdı

r”

Məşğələnin xülasəsi

Page 11: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

11

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

Dərs

Mərk

əzi

həqi

qət

Salam

laşm

aSə

cdə

Əzbə

rləm

ək

üçün

ayə

Bədə

n hə

rəkətl

əri

Təkr

arlam

aDu

a vax

tıQa

fiyələ

r və

nəğm

ələr

Yara

dıcıl

ıq

fəaliy

yəti

Əlav

ə fəali

yyətlə

r

((qa

fiyəl

ər

kurs

ivlə

işa

rələ

nib)

(Biri

ni se

çin)

((Bi

rini s

eçin

)

İsa M

əsih

dua

ed

irdi

Həv

arilə

rin

işlər

i 16:

31

1Tim

otey

1:

15

Luka

11:

1-13

Luka

22:

39-4

3

Alla

ha d

ua

etm

ək ço

x va

cibd

ir

“Mən

səni

n üç

ün d

ua ed

ə bi

lərə

m”

“İsa

Məs

ih

mən

i sev

ir”D

ua“A

llahı

tanı

ya

bilə

rəm

”İa

nə yı

ğmaq

“Səh

ər,

güno

rta,

axşa

m n

alə

çəki

rəm

, ah-

zar e

dirə

m, O

, sə

simi e

şidir”

Z

əbur

55:

17

“Day

an və

irə

li”

“Baş

la

çiyi

nlər

, diz

topu

qlar

“Hər

fi ta

p”M

atta

6:9

-12

“Onu

alqı

şla”

“Mən

hər

gün

dua

edirə

m”

“Dua

da

irəsi”

İş və

rəqi

Yapm

a (le

pka)

üçü

n xə

mir

«D

ua lö

vhəs

i”

«D

ua va

xtı»

Alla

h hə

vari

Pete

rin

duas

ına

cava

b ve

rdi

Həv

arilə

rin

İşlər

i 12:

1-17

Alla

h Ö

z xa

lqın

ın

duas

ına

cava

b ve

rir

“Kağ

ızda

n zə

ncir”

“Mən

M

üqəd

dəs

Kita

ba

inan

ıram

”D

ua

“Mən

dua

ed

irəm

”İa

nə yı

ğmaq

“Mən

i çağ

ır,

sənə

cava

b ve

rim...”

Ye

rem

ya 3

3:3

Ayən

i əl

hərə

kətlə

ri ilə

öyrə

nirik

“Day

an,

gözl

ə, ge

t ”“S

ıranı

qır”

Mat

ta 6

:9-1

3“M

ən h

ər gü

n du

a ed

irəm

”“M

üqəd

dəs

Kəl

amda

n ür

əkci

klər

İş və

rəqi

Yapm

a (le

pka)

üçü

n xə

mir

“Bəl

i”, “g

özlə”

, ya

xud

“xey

ir”

“Həv

ari P

eter

i az

ad ed

ək”

Alla

hla M

atta

, Pa

ul və

Sila

nın

duas

ına c

avab

ve

rir

Həv

arilə

rin

İşlər

i 16:

11-3

5

Alla

h ist

əyir

ki, s

ən

Onu

nla

ünsiy

yət

qura

san

“İşıq

forla

r”“A

llahı

tanı

ya

bilə

rəm

Dua

“Mən

dua

ed

irəm

İanə

yığm

aq

“Mən

i ça

ğır,

sənə

ca

vab

verim

, bi

lməd

iyin

yük,

dər

k ed

ilməz

şe

ylər

i sən

ə bi

ldiri

m ”

Yere

mya

33:

3

Ayən

i əl

hərə

kətlə

ri ilə

öyrə

nirik

“Apa

rıcın

ı tə

krar

la”“D

uaya

nəlm

ə”M

atta

6:9

-13

“Onu

alqı

şla”

“Qap

ı cəft

əsi

üçün

dua

vhəc

iklə

ri”

İş və

rəqi

Yapm

a (le

pka)

üçü

n xə

mir

“Dua

edən

ayı

bala

ları”

“Pau

l, Si

la və

baş

m

ühafi

zəçi

Məşğələnin xülasəsi (davam)

Page 12: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

12

«Çağır» «Cavab verəcəyəm»

«Göstərəcəm» «Böyük» «Dərk edilməz»

Göyə baxaraq əllərinizi carçı kimi

ağzınızın iki tərəfinə tutun

Başınızı əyib əlinizi qulağınızın arxasına

qoyun

Əllərinizi gözlərinizin önünə qoyaraq binokldan

baxırmış kimi baxın

Əllərinizi geniş açın Təəccüblə çiyinlərinizi çəkin

Ayəni əzbərləmək üçün musiqi və hərəkətlər Dərs 1–2 Zəbur 4:3Ritm tuturuq «…Nə vaxt Rəbbi çağırsam, məni eşidir» (“Ritm tutmaq” üsulunun göstərişi hər iki dərsdə qeyd olunub).

Dərs 3–4 Zəbur 54:17Dayan – irəli «Səhər, günorta, axşam nalə çəkirəm, ah-zar edirəm, O, səsimi eşidir». (“Dayan və irəli” üsulunun göstərişi hər iki dərsdə qeyd olunub).

Dərs5–6 Yeremya 33:3Ayəni əl hərəkətləri “Məni çağır, sənə cavab verim, bilmədiyin böyük, dərk edilməz

ilə öyrənirik şeyləri sənə bildirim ”

Page 13: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

13

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

“İsa Məsih məni sevir”1. (1) İsa (2) məni sevir

(3) Bunu dəqiq bilirəm

(4) O, uşaqları Öz yanına çağırır

(5) Onları qucağına alır.

(1) O məni sevir, (2) İsa məni sevir (1) sevir.

(1) O məni sevir

(6) Bunu Kəlam deyir.

2. (1) İsa (2) məni sevir

(7) Əgər Ona itaətliyəmsə.

(8) Onu kədərləndirsəm belə,

(1) O, yenə də məni sevir.

(1) O məni sevir, (2) İsa məni sevir (1) sevir.

(1) O məni sevir

(6) Bunu Kəlam deyir.

Əl hərəkətləri. (1) Özünüzü qucaqlayın. (2) Orta barmağınızla sol əlinizin ovcunun içinə toxunun; Orta barmağınızla sağ əlinizin ovcunun içinə toxunun.*

(3) Əlinizlə başınızı göstərin. (4) Əllərinizi aşağı endirin. (5) Təsvir edilən körpəni göyə qaldırın. (6) Ovcunuzu kitab kimi açın. (7) Əllərinizi bel bərabərliyində qabağa uzadın. (8) Başınızı qətiyyətlə yelləyib, şəhadət barmağınızı silkələyin.

* Bəlkə də siz bu əl hərəkətləri ilə İsa Məsihin çarmıxda uğurumuzda öldüyünü izah etməli olacaqsınız.

“Mən Allahı tanıya bilərəm”(uyğunlaşdırılıb)

1. (1) Mən bəlkə də hündür deyiləm, (2) Mən qayalardan kiçiyəm. (3) Ancaq yaradan mən bunları (4) Allahı tanıya bilərəm. (5) Mən axar sular kimi (6) güclü deyiləm. Amma sulara güc verən (4) Allahı tanıya bilərəm.

Nəqarət: (7) Bəli, mən (3) Allahı tanıya bilərəm. (5) O, böyük və qüdrətlidir.

(7) Bəli, mən (3) Allahı taniya bilərəm, (8) Ona uca səslə ilahi oxuya bilərəm.

(9) Məni Allah sevir (7) Məni övladı

(10) adlandıraraq, (11) ailəsinə qəbul edir.

2. (12) Çarmıxda ölümünü (13) görməsəm də, (3) Ancaq mən Allahı tanıya bilərəm.

(1) Kiçik olsam da, (15) hər şeyə dərk etməsəm də,

(3) Ancaq mən Allahı tanıya bilərəm. (16) Məsihin diri olduğunu bilirəm.

Hərəkətlər: (1) Əllərinizi yuxarı qaldırıb, dik durun. (2) Əllərinizlə başınızın üstündə dam örtüyü təsvir edin. (3) Şəhadət barmağınızla göyü göstərin. (4) Əllərinizi irəli uzadıb, ovucunuzu açaraq, sonra yanlara doğru uzadın. (5) Əzələləri möhkəmləndirin. (6) Ovuclarınızı üzü aşağı çevirib, barmaqlarınızı tərpədərək, əllərinizi soldan sağa aparın. (7) Barmağınızla özünüzə işarə edin. (8) Əllərinizi carçı kimi ağzınızın kənarına qoyun. (9) Özünüzü qucaqlayın. (10) Əlinizi aşağı yendirin. (11) Əllərinizi göyə qaldıraraq yuxarı baxın. (12) Başınızı qətiyyətlə yelləyib, şəhadət barmağınızı silkələyin. (13) Şəhadət barmaqlarınızla çarmıxı göstərin. (14) Ovucunuzu kitab kimi açın. (15) Əlinizlə başınızı göstərin. (16) Əllərinizi göyə yönəldin.

Rəbbi alqışla(1) Onu alqışla. Onu alqışla

(2) Onu səhər də,

(3) nahardan sonra da

(4) Onu alqışla, Onu alqışla.

(5) Rəbbi sevin... Onu sevin...

(6) Ona minnətdar ol...

Əl hərəkətləri: (1) Ritmi tutun. (2) Dartılıb, əsnəyin.

(3) Əllərinizlə gözlərinizi yumun.

(4) Ritmi tutun. (5) Özünüzü

qucaqlayın. (6) Əllərinizi dua üçün açın.

Ayəni əzbərləmək üçün musiqi və hərəkətlər

«Малыши могут познать Бога через Его Сына» © 2011 ОЕД. Все права закреплены.

Page 14: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

14

Ayəni əzbərləmək üçün musiqi və hərəkətlər

«Малыши могут познать Бога через Его Сына» © 2011 ОЕД. Все права закреплены.

“Mən dua edirəm”1. (1) Mən hər zaman

(2) Və hər yerdə dua edirəm.

(3) Rəbbə minnətdar olub

(4) Ona izzət verirəm.

2. (2) Hər gün, hər an Ona mən

(1) Şükür edib dua edirəm.

(5) Tövbə edərək Ondan

(1) Bağışlanma istərəm.

(2) Hər gün, hər an Ona mən

3. (1) Mən hər zaman

(2)Və hər yerdə dua edirəm.

(6) Başqa insanlar üçün mən

(3) (1) hər gün dua edirəm.

Əl hərəkətləri: (1) Əllərinizi duaya açın. (2) Əvvəlcə bir, sonra isə digər ovcunuzu açın. (3) Əllərinizi göyə qaldıraraq yuxarı baxın. (4) Yuxarı baxaraq özünüzü qucaqlayın. (5) Barmağınızla özünüzə işarə edin. (6) Barmağınızla başqalarına uzadın.

Allah bizə sevinc bəxş edib(1) Əgər kədərli olsan

(2) Yaxud möhkəm hirslənsən

(3) Rəbbə dua edərəm

(4) O da sevinc bəxş edər.

Əl hərəkətləri: (1) Başınızı aşağı əyin. (2) Əllərinizi belinizə qoyun. (3) Əllərinizi duaya açın. (4) Gülümsəyin.

Mən hər gün dua edirəm1. (1) Mən hər gün, gecə-gündüz

(1)Rəbbə dua edirəm.

(1) Hər gün dua edirəm

(4) Allah məni eşidir

(1) Duanı unutmaram.

2. Bəzən Rəbb (6) “bəli” (5) deyir

Bəzən (7) “gözlə” söyləyir,

(5) Bəzən isə “yox” deyir.

(9) Rəbbin sevgisi güclüdür

(5) Mənə cavab verəcək.

Əl hərəkətləri: (1) Əllərinizi duaya açın. (2) Əllərinizi yanlara açaraq, ovuclarınızı yuxarıya doğru yönəldib barmaqlarınızı aralayın. (3) Əllərinizi birləşdirib, başınızın altına qoyub yatdığınızı göstərin. (4) Əllərinizi qulağınızın ardına qoyub başınızı yuxarı yönəldin. (5) Göyə işarə edin. (6) Əlinizi irəli uzadıb “dayan” işarəsini göstərin. (7) Başınızla birgə şəhadət barmağınızı yelləyin. (9) Özünüzü qucaqlayın.

Mən Müqəddəs Kitaba inanıram.1. (1) Mən Müqəddəs Kitaba inanıram

(1) Orada Rəbbin iradəsi açıqlanıb.

2. (2) Mən Məsihə inanıram.

(2) O, Allahın Oğludur, Ona inanıram.

3. (3) Hamımız günah işlətmişik

(3) Günahlarımız Rəbbi kədərləndirdi.

4. (4) Günahdan azad olmağım üçün

(4) Məsih uğurumda öldü.

5. (5) O, ölülərdən dirildi.

(5) Mənim üçün dirildi.

6. (6) Məsihi qəbul edirsənmi sən?

(6) Onun övladı olmaq üçün Məsihi qəbul edirsənmi sən?

Əl hərəkətləri: (1) Əllərinizi kitab formasında açın. (2) Barmağınızla göyə işarə edin. (3) Əvvəlcə başqalarını, sonra isə özünüzü göstərin. (5) Əlinizi uzadaraq barmağınızı göyə qaldırın. (6) Əllərinizi duaya açın.

Page 15: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

15

Dərs 1İlyas peyğəmbərin həqiqi Allaha dua etməsi

Müqəddəs Kəlamdan ayələr: Padşahlar 16:30-33, 1 Padşahlar 17:1, 1 Padşahlar 18:1-39, 42-26

Mərkəzi həqiqət: Biz yalnız həqiqi Allaha dua etməliyik

Tətbiq: Həm iman edən, həm də iman etməyən uşaq üçün: Müqəddəs Kitabda bəhs edilən Allaha dua et.

Əzbərləmək üçün ayə: «…Nə vaxt Rəbbi çağırsam, məni eşidir” (Zəbur 4:3)

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

Salamlaşma

◆ Musiqili disk və pleyer ◆ Uşaqların adları qeyd

olunan nişanlar (səh. 69) ◆ Hər uşağa dörd ədəd rəngli

karandaş və tabaşir ◆ Hər uşağa A4 formatlı

vərəq

Salamlaşma Sakit bir musiqi qoyun. Hər bir uşağı mehribancasına qarşılayıb, adlarını çəkərək nişanları yaxalarına taxın. Fəaliyyət “Mən öz şəkilimi çəkə bilərəm”Uşaqlardan hər birindən öz şəkillərini çəkməyini xahiş edin. Şəkillər bitdikdən sonra, uşaqları ətrafınıza yığın ki, onlar növbə ilə öz rəsmləri haqqında danışsınlar. Qoy bu fəaliyyət uşaqlarla yaxından tanış olma üçün və onlarla söhbətə başlamaq üçün yaxşı başlanğıc olsun.

İlahilər və dua

◆ Musiqili disk və pleyer; ilahilər kitabı, yaxud mahnının sözləri (səh.13)

◆ “Mən Allahı tanıya bilərəm” mahnısına vəsait

◆ İanə üçün səbət və ya pul daxılı

Mahnı (ilahi) “İsa məni sevir” (1-ci bənd)Dua Uşaqlarla belə dua edin: “Əziz Rəbbimiz, bizi sevdiyin

üçün Sənə minnətdarıq. Səninlə duada söhbət edə bildiyimizə görə təşəkkür edirik. İsa Məsihin adı ilə, amin”.

Mahnı (ilahi) “Mən Allahı tanıya bilərəm”, nəqarəti iki dəfə

təkrarlayırıq.İanələr(Sərbəst istəyə görə). Səbəti bir-bir uşaqlara ötürün ki, onlar

ianələrini oraya atsın. (Mütləq valideynlərə ianə və onları nə üçün xərcləndiyi barədə danışın).

Əzbərləmək üçün ayə

◆ Dərs vəsaiti PPRA-R1, PPRA-R2, PPRA-R3 və PPRA-R4 (səh. 65)

◆ İzah (səh. 18)

Ayə Zəbur 4:3Təkrar Ritm tuturuq

Page 16: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

16

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

Bədənin açılışması üçün edilən hərəkətlər

Fəaliyyət “Başla çiyin, dizlə topuq”Bu sözləri hərəkətlərlə hansısa tanınmış musiqi sədaları altında göstərmək olar:Başla çiyin, dizlə topuq,Dizlə topuq, dizlə topuq,Başla çiyin, dizlə topuq,Əl çalaq, Allaha izzət verək!

Bibliya dərsi

◆ Mətn (səh. 20) ◆ Dərs vəsaiti PPRA-R1-1,

PPRA-R 1-2, PPRA-R 1-3, PPRA-R 1-4 və PPRA 1-5

◆ Dərs başlamazdan əvvəl dərs vəsaitinin üzərindəki PPRA 1-1şəkili kağızla örtün

◆ Musiqili disk və pleyer; ilahilər kitabı, yaxud mahnının sözləri (səh. 13)

◆ Yağış havasına aid olan əşyalar – plaş, rezin çəkmələr, çətir və s.

Dərs “İlyas peyğəmbər həqiqi Allaha dua edir”Dərsi ya bütöv, ya da ki, bir neçə hissələrə bölüb danışın.

Dərsi danışarkən əlləriniz boş qalsın deyə, dərsə aid olan rəsmləri uşaqların görə biləcəyi hündürlükdə püpitr (üzərinə not və kitab qoymaq üçün mail lövhəsi olan ştativ) üzərinə yerləşdirin.

?Təkrarlama

◆ Hər uşaq üçün “Duaya yönələn əllər” rəsmi (səh. 69)

◆ Flanelqraf ◆ Suallar (səh. 23)

Oyunlar “Duaya yönələn əllər”Suala düzgün cavab verən uşaq flanelqrafın üzərinə “duaya yönələn əllər” fiquru yapışdıra bilər.

Duaya yönələn diqqət

◆ Bax, səh 22 ◆ Musiqili disk və pleyer;

ilahilər kitabı və ya mahnının sözləri (səh. 14)

◆ Poçt açıqcası, elektron məktub, zərfin içində adi məktub və mobil telefon (yaxud bu əşyaların rəsmləri)

İzah Matta 6:9

Yemək vaxtı

◆ Süfrə (sizin zövqünüzə görə); uşaqların bəzi qidalara qarşı allergiyası ola biləcəyini nəzərə alın.

Fasilə Uşaqların tualetə getməsi və əllərini yuması üçün fasilə

elan edin.Dua Qida üçün Allaha minnətdarlıq edin.Sürfə başında Yemək vaxtı uşaqları dərsi təkrarlamağa yönəldin.

(Qeyd. Dərsi yaxşı mənimsəməsi üçün uşaqlar dərs vaxtı bir az yemək yeyə bilər, amma bunlar kiçik porslar olmalıdır ki, əsas yeməyi əvəz etməsin.

Page 17: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

17

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

Yaradıcılıq fəaliyyəti

(Yaradıcılıq fəaliyyətlərindən

birini seçin)

◆ Duaya yönələn əllər” kartoçkalar (səh. 70);

◆ Rəngli karandaşlar və ya flomasterlər

◆ Yapışqan ◆ Qurudulmuş toxum və ya

paxla ◆ Hər uşağa işləmək üçün iş

vərəqləri ◆ Narıncı, yaxud qırmızı zər ◆ Yapma (lepka) üçün xəmir

və ya “gil” (səh. 8)

Əl işləri “Duaya yönələn əllər” kartoçkalarHər uşağa kağız üzərində öz əlinin rəsmini cızmağa kömək edin. Çəkdikləri rəsmin kənarlarına yapışqan çəkərək qurudulmuş toxum və paxlaları yapışdırsınlar. İş vərəqləri “İlyas peyğəmbər həqiqi Allaha dua edir”Uşaqlara alov şəkilinin üzərinə yapışqanı çəkib, qırmızı və ya narıncı zər çəkməyə kömək edin.Yapma üçün xəmir “Qurbangah yaradırıq”Uşaqlardan xəmirdən (və ya “gil”dən) daşlar düzəltməyi və qurbangah yaratmağı xahiş edin. Onlar tapşırığı yerinə yetirənədək, dərsi onlarla təkrarlayın.

Əlavə yaradıcılıq

(Yaradıcılıq fəaliyyətlərindən

birini seçin)

◆ Qəşəng qutu (yaxşı olar ki, qutu qulplu kub formasında olsun 15 sm)

◆ Nə üçün dua etmək lazım olduğunu göstərən əşyalar (ailənın, dostların, ev heyvanların rəsmi; balaca Müqəddəs Kitab; oyuncaq qida; təbiət materialları və s.)

◆ Allahın yaratdıqlarının təsviri.

Oyunlar “Dua qutusu”Dərs başlamazdan əvvəl qutunun içinə bir neçə əşya və rəsmlər qoyun (Qutunun içinə nə qədər çox əşya qoysanız, bir o qədər uşaqlar oyundan zövq alacaq). Hər bir uşaq qutuya yaxınlaşıb bir əşyanı götürə bilər. Sonra götürdüyü əşya nəyi və ya kimi xatırladırsa, ona görə Allaha minnətdarlığını bildirməlidir. Fəaliyyət “Allaha həmd edək”Uşaqlara “şükür duası”na çevirmək üçün xoş sözlər söyləyin (məsələn, “Sən çox ağıllısan” sözü “Ya Rəbb, minnətdaram ki, Sən uşaqları ağıllı yaratmısan” və ya “Sən çox cəldsən” sözü “Ya Rəbb, minnətdaram ki, sən uşaqlara cəld qaçmaq üçün güclü ayaqlar vermisən” duasına çevrilməlidir). Həmçinin uşaqlar öz ünvanlarına eşitdikləri xoş sözləri söyləyə bilərlər.

* Доступны на сайте www.cefonline.com.

Page 18: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

18

Əzbərləmək üçün ayə“....Nə vaxt Rəbbi çağırsam, məni eşidir. ”

Giriş

Təsəvvür et ki, sən bir otaqdasan, valideynlərin isə başqa otaqdadır. Sənin köməyə ehtiyacın var. Valideynlərini səsləyirsən, amma onlar səni eşitmir.

Uca səslə səsləyin: “Ana! Ata!”

Olub ki, sən valideynlərini çağırırsan, onlar isə səni eşitmir?

Uşaqlara bu suala cavab vermələri üçün şərait yaradın.

Mən, Onu çağırarkən həmişə eşidən Bir Kəsi tanıyıram!

Mövzu ilə tanış olmaq

Müqəddəs Kitab Zəbur kitabının dördüncü məzmurunun üçüncü ayəsində həmin Şəxsdən bəhs edir. “Zəbur 4:3” -- bu ayənin ünvanıdır. Gəlin, hamımız birlikdə bu ayəni üç yolla - pıçıltı, adi səslə və ucadan tələffüz edək.

Əllərinizi ağzınızın kənarına qoyaraq bu ayəni söyləyin.

Uşaqlardan birinə Müqəddəs Kitabda əvvəlcədən nişanlanmış ayəni tapmaqda sizə kömək etməsini xahiş edin.

Ayəni ucadan səsləndirdikdən sonra, PPRA-R1, PPRA-R2, PPRA-R3 və PPRA-R4 əyani vəsaitləri göstərin.

İzah

“Məni eşidir...” Rəbb – Allahın həqiqi adıdır. O, səni və bütün dünyanı yaratdı. Səsin necə olur olsun, O səni eşidir. Bu böyük dünyada harada olursansa ol, O, səsini eşidir.

“Nə vaxt Rəbbi çağırsam...” Rəbbi çağırmaq – Onunla söhbət etmək deməkdir. Allahla danışmaq üçün bizə telefon lazım deyil. Biz Onunla ya ucadan, ya da demək istədiklərimiz barədə düşünə bilərik. Allahla söhbət – “dua” adlanır.

Tətbiqetmə

İman etməyən uşaq üçün:Sən Rəbbi çağırarkən, günahkar olduğunu və günaha görə peşman olduğunu etiraf etsən, O səni eşidəcək.

Günah barədə nümunələr gətirin.

Sən İsa Məsihə Xilaskarın kimi iman etdiyini Rəbbə söyləsən, O səni eşidəcək. Çünki İsa Məsih sənin günahlarına görə qurban gedib. Sən Allaha İsa Məsihi Xilaskarın kimi qəbul etmək istədiyini söyləyəndə, O səni eşidir. Sən Ona bunu bu gün də söyləyə bilərsən!

Page 19: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

19

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

İman edən uşaq üçün:Əgər sən İsa Məsihə iman etmisənsə, harada Onu səsləsən, Rəbb səni eşidəcək. Rəbb istəyir ki, sən Ona duada izzət verəsən. Sən Allahı Möcüzəli Rəbb olduğu üçün izzətləndirəndə, bu, Onun xoşuna gəlir. Sən Rəbbin etdiyi hər işə görə Ona minnətdarlıq edəndə, Onu necə sevdiyini söyləyəndə Rəbb sevinir.

Təkrarlama“Əl ilə ritm tuturuq”Ayəni növbəti üsulla təkrarlayın: əllərinizi dizlərinizə vurun, sonra əl çalın və s. Altından xətt çəkilmiş hecaları səsləndirəndə əllərinizi dizlərinizə, xətt olmayan hecalarda isə əl çalın: “Nə vaxt Rəb-bi ça-ğır-sam, mə-ni eşi-dir”. Diqqətimizi duaya yönəldəkMatta 6:9“Mən dua edirəm” nəğməsini oxuyun.Biz dostlarımız və valideynlərimizlə necə ünsiyyət qururuq? Onlar yanımızda olanda, onlarla adi söhbət edə bilirik. Onlar uzaqda olanda isə, onlara açıqca, elektron və ya adi məktub, sms göndərə və ya zəng edə bilərik. Bu əşyaları (yaxud onların təsvirlərini) yanınızda saxlayın ki, onları uşaqlara təqdim edə biləsiniz.Başqa insanlarla ünsiyyət qurmaq üçün müxtəlif üsullar var. Eləcə də, biz Allahla danışa bilərik. Bunun üçün zəng etmək, ismarıc və ya məktub göndərmək lazım deyil. Müqəddəs Kitabda Allahla necə danışa biləcəyimiz barədə yazılıb. Bu cür ünsiyyət “dua” adlanır. İsa Məsih bizə Allahla ünsiyyət qurmaq imkanını verib. Pis əməllərimizə görə layiq olduğumuz cəzanı İsa Məsih Öz üzərinə götürərək çarmıxda qurban getdi. Onu mağarada (yəni qəbirdə) dəfn etmişdilər. Ancaq O, üçüncü gün yenidən dirildi. Əgər sən İsa Məsihi öz Xilaskarın kimi qəbul edib, günahlarına görə bağışlanma istəsən, Allahın ailəsinə daxil olub dua vasitəsilə Səmavi Atanla, yəni Allahla danışa bilərsən. İsa Məsih Öz şagirdlərinə dua etməyi öyrətmişdi. O, şagirdlərinə dualarını “Ey göylərdə olan Atamız! Adın müqəddəs tutulsun!” sözləri ilə başlamalarını öyrətmişdi. Bu ayəni Müqəddəs Kəlamdan oxuyun.“Ey göylərdə olan Atamız” – bu sözlər Allah haqqındadır. “Adın müqəddəs tutulsun!” – bu, o deməkdir ki, Allahın adını izzətləndirməli, ucaltmalı və Onun adına hörmət etməliyik. Buna görə biz Allahla ünsiyyət quranda Onun izzətimizə layiq olduğu barədə düşünməyə başlayırıq. Uşaqlarla qısa dua edib, dediyiniz hər sözü təkrarlamaları üçün onlara vaxt verin. “Səmavi Atamız, Sən necə də ucasan! Amin!”

Page 20: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

20

Dərsin birinci hissəsiYağışlı havaya uyğun olan əşyaları göstərin: plaş, rezin çəkmələr, çətir və s. Uşaqlardan soruşun ki, bu libaslardan nə vaxt istifadə edirlər?

Bu gün biz uzun müddət yağış yağmayan ölkə barədə danışacağıq.

Padşah Axav uzun illər bundan əvvəl yaşamışdır. O, çox zalım padşah idi. O, həqiqi Allah haqqında yaxşı bilirdi. Lakin O, həmişə Allahın qanunlarını pozur və buna görə narahat olmurdu. O, elə düşünürdü ki, Allaha itaətsizlik etməkdə elə də pis heç nə yoxdur. Lakin o, səhv düşünürdü. Onun Allaha olan münasibəti başqa şeylərə nisbətən daha vacib olmalı idi. Müqəddəs Kitabda oxuduğumuz Allah – yeganə və həqiqi Allahdır.

Uşaqlara Müqəddəs Kitabı göstərin.

Allah dünyanın Hökmdarı və Yaradanıdır. Biz hamımız Ona qarşı itaətli olmalıyıq. Ancaq padşah Axav Allaha itaətli deyildi. O, bütlərə sitayiş edəcəyini qərara almışdı. O, elə düşünürdü ki, insanların yaratdığı bütlərə dua etmək olar. Amma bu, düzgün fikir deyildi. Allah padşah Axavın davranışından narazı idi, buna görə də O, İlyas adlı peyğəmbəri göndərmişdi.

Uşaqlardan bu adı təkrar etməsini xahiş edin.

İlyas peyğəmbər padşah Axavın yanına gəlib dedi: “Bu torpaqda Allah əmr etməyincə nə şeh, nə də yağış olacaq”(1 Padşahlar 17:1).

Təsvir 1-1Aşağıdakı şəkli kağız vərəqi ilə örtün.

Yağış ağacların, otların və digər bitkilərin böyüməsi üçün çox vacibdir. Məhz Allah yağış və şehi (səhər tezdən otların üstündə yaranan su damcıları) göndərir. Bütün bunlar dayanmalı idi. Daha çiçəklərin və bitkilərin inkişaf etməsi üçün vacib olan su olmayacaqdı. Daha insanların içməsi və yemək hazırlaması üçün çaylarda su olmayacaqdı. Göydən yer üzünə bir damla belə su düşməyəcəkdi. Tezliklə heyvanlar üçün nə yem, nə də su olacaqdı. Həmçinin, quraqlıq bütün məhsulları məhv etdiyi üçün insanlar da ac qalacaqdı. Su bitəcək. İçməli su da olmayacaqdı. Lakin buna baxmayaraq, padşah Axav yenə də həqiqi Allaha qarşı itaətsizlik edirdi. O, elə düşünürdü ki, İlyas peyğəmbər onu boş yerə narahat edir. Padşah Axav öz həyatını əvvəlki kimi yaşamağa davam edirdi.

Uzun müddət keçsə də, yağış hələ də yağmırdı. İnsanlar yuxudan oyandıqda, göydə bulud görmürdülər. Səmada bulud nə günorta, nə də axşam görünürdü. Bəlkə də, ilk günlər yağışın yağmaması insanlar üçün xoş idi. Lakin tezliklə, otlar saralıb, bitkilər məhv olmağa başladı. Məhsul yığmağın vaxtı çatdı, amma sünbüllər quruduğu üçün insanlar un əldə edə bilmirdilər. Bu, dəhşətli mənzərə idi. Hamı yağışın yağmasını səbirsizliklə gözləyirdi. Lap körpə uşaqlar isə yağışın nə olduğunu bilmirdi.

Şəklin alt qatını örtən vərəqi yığışdırın.

Page 21: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

21

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

Yerin necə görünməli olduğunu (yuxarı hissədəki şəkil) və nəticədə padşah Axavın gördüyünü (aşağı hissədəki şəkil) izah

edin.

Vəziyyət o qədər ağırlaşmışdı ki, hətta, padşah Axav heyvanlar üçün otun qalmadığını başa düşdü.

Sanki su və ot axtarırmış kimi otaqda gəzişməyə başlayın. Elə edin ki, siz tamamilə qurumuş çaya və arxa rast gəlmisiniz, lakin

otdan əsər-əlamət yoxdur

Dərsin ikinci hissəsiTəsvir 1-2

Üç il vaxt keçdi. Bu illər ərzində bir dəfə də olsun yağış yağmadı! Sonra isə Allah İlyas peyğəmbəri padşah Axavın yanına göndərdi.

İlyas peyğəmbəri görən padşah onu acıladı: “İsraili yaman günə qoyan sənsən?” (1Padşahlar 18:17).

Allahın peyğəmbəri ilə bu cür danışmaq düzgün deyildi.

“İsraili yaman günə qoyan mən deyiləm. Bunu edən sən və sənin nəslindir. Çünki siz Allahın qanunlarını pozmusunuz” (1 Padşahlar 18:18).

Sonra İlyas peyğəmbər padşaha dedi: “Bütə səcdə edən yalançı peyğəmbərləri götürüb dağın başına gəl. Qoy, xalq da həmin yerə gəlsin” (1Padşahlar 18:19).

Nəsə çox vacib bir hadisə baş verməli idi. Bunu görmək üçün xalqın da gəlməsi vacib idi.

Adamlar dağa yığılışdı. Yalançı peyğəmbərlər və padşah Axav da orada idi. Təsvir 1-3İlyas peyğəmbər üzünü xalqa tutub dedi: “Hələ çox şübhə edəcəksiniz? İnanmağınız üçün daha nə istəyirsiniz? Əgər Allahınız Rəbdirsə, Onun ardınca gedin. Yox, əgər başqasıdırsa, onda onun ardınca gedin ” (1Padşahlar 18:21). Lakin xalq ona heç bir cavab vermədi. İlyas peyğəmbər istəyirdi ki, onlar həqiqi Allahın tək olduğunu dərk etsinlər. O, üzünü xalqa tutub dedi: “Həqiqi Allahın yeganə peyğəmbəri mənəm. Ancaq Baal allahının peyğəmbərləri çoxdur. Gəlin, iki qurbangah düzəldək. Onların üzərinə odun və qurban qoyaq. Ancaq qurbanı yandırmayaq” (1Padşahlar 18:22-23).Onlar daşdan qurbangah düzəltdilər (qurbangah daşlar toplusuna oxşayırdı). Qurbangahın üzərinə odun, onun da üstünə parçalanmış buğa qoydular. Lakin qurbanı yandıracaq od yox idi. İlyas peyğəmbər dedi: “qoy, Baalın peyğəmbərləri Baalı çağırıb öz qurbangahına alov göndərməyi ondan xahiş etsinlər. Mən isə həqiqi Allahı çağırıb digər qurbangaha alov göndərməsini xahiş edəcəm” (1Padşahlar 18:24).

Page 22: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

22

Təsvir 1-4

Baalın peyğəmbərləri od göndərməsi üçün ona yalvarmağa başladılar. Sübh tezdən saatlarla ara vermədən Baalın adını çağırmağa başladılar. Lakin heç nə baş vermədi.

Onlar qışqırışırdılar: “Ey Baal, bizə cavab ver!” (1Padşahlar 18:26).

Lakin cavab yox idi. Belə olan halda onlar qurbangahın ətrafına dolanmağa başladılar. Yenə də heç bir cavab almadılar.

Günorta çağı İlyas peyğəmbər rişxəndlə onlara dedi: “Möhkəm qışqırın, bəlkə sizin allahınız Baal məşğuldur, ya da harasa gedib? Bəlkə də yoldadır, yaxud yatıb, bəlkə onu oyatmaq lazımdır?”

(1 Padşahlar 18:27).

Baalın peyğəmbərləri öz allahlarını çağırmağa davam edirdilər. Lakin heç nə baş vermədi. Onlar Baalı gün boyu çağırsalar da, alov yanmadı. Baal adlı allah onlara cavab vermədi.

Dərsin üçüncü hissəsiSonra İlyas peyğəmbər xalqı bir yerə yığdı. O, qurbangahı və tonqalı düzəltdi. Daha sonra çox qəribə bir hərəkət etdi. O, qurbangahın ətrafında xəndək qazdı. Sonra əmr etdi ki, qurbanın, odunun və daşların üstünə su töksünlər. Təkcə bir vedrə su yox, qurbangahdan daşıb xəndəyi doldurana qədər su töksünlər. Əgər qurban alovlansaydı, onda insanlar əmin olacaqdırlar ki, bunu İlyas peyğəmbər etmədi. Çünki odun tamamilə yaş olduğundan bunu o, edə bilməzdi. Bunu ancaq həqiqi Allah edə bilərdi.

Beləliklə, qurbangah hazır oldu. İlyas peyğəmbər üzünü Allaha tutdu.

Aşağıdakı ayələri Müqəddəs Kitabınızdan oxuyun.

“Ey İbrahimin, İshaqın və İsrailin Allahı Rəbb! Qoy bu gün bilinsin ki, İsraildə Sən Allahsan və mən Sənin qulunam, bütün bu işləri də Sənin sözünlə etdim. Səsimi eşit, ya Rəbb, mənə cavab ver. Qoy bu xalq bilsin ki, Sən Allahsan, ya Rəbb, onda onların ürəyini Özünə tərəf döndərəcəksən” (1Padşahlar 18:36-37). Təsvir 1-5Qurbangahı alov bürüdü. Həqiqi Allah İlyas peyğəmbərin duasını eşitdi. İlyas peyğəmbər nə qışqırır, nə də ki, tullanırdı. Müqəddəs Kitabdan tanıdığımız həqiqi Allah Öz xalqının duasını həmişə eşidir. Yeganə dua etməli olduğumuz Allah Odur. Allah İlyas peyğəmbərin duasına cavab verdi.Alovu görən adamlar yerə yıxıldılar və “Allah var olan Rəbdir” dedilər (1Padşahlar 18:39)Onlar gördülər ki, Baal adlı allah yalançı allah imiş. Buna görə də o, heç kəsi eşitmir. Amma bizim Allahımız həqiqidir. O, həm eşidir, həm də cavab verir. Müqəddəs Kitabda bəhs olunan Allah var olan yeganə Allahdır və biz yalnız Ona dua etməliyik. Sən Müqəddəs Kitabda yazılan Allaha dua et. Çünki O, həqiqidir.

Page 23: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

23

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

Mərasim qurtardıqdan sonra İlyas peyğəmbər dağın başına çıxdı. O, quluna əmr etdi ki, gedib dənizə baxsın. Necə düşünürsən, onlar nəyi görmək istəyirdilər? Yağış gətirən buludları! Qul yeddi dəfə baxdıqdan sonra uzaqdan buluda oxşayan nə isə gördü. Mən göyün üzündə ovuc boyda bulud görürəm” (1Padşahlar 18:44).Göyün üzü qaraldı. Külək qalxdı və güclü yağış yağmağa başladı. Allah alov göndərmişdi. İndi isə O, yağış göndərdi. Müqəddəs Kitabdakı Allah həqiqi Allahdır. Biz Ona dua edə bilərik. O, həqiqi Olan tək Allahdır. Biz yalnız Ona həmd etməliyik.

“Onu alqışla” ilahisini oxuyun.

Təkrar üçün suallarƏzbərləmək üçün ayə1. Sənin çağırışına cavab verən kimdir? (Həqiqi olan Rəbb Allah).2. Rəbbi necə çağırmaq lazımdır? (Duada Onunla səsli və ya

özlüyündə danışmaqla).3. Allahı izzənləndirmək üçün istifadə olunan hansısa bir söz söylə.

(Cavablar müxtəlif ola bilər. Məsələn: “Ya Rəbb, Sən qüdrətlisən/ hər şeyə qadirsən/ Yaradansan/ Kamil Allahsan və s.”).

(Dərsin 1-3-cü hissəsi)

1. Xalqı həqiqi Allahın yerinə yalançı allahlara sitayiş etməyə kim vadar etmışdi? (Padşah Axav).

2. Şehi və yağışı göndərən kimdir? (Allah).3. Həqiqi Allahı haradan tanıyırıq? (Müqəddəs Kitabdan).4. Allah padşah Axavın yanına kimi göndərdi? (İlyas peyğəmbəri). 5. Xalq, yalançı peyğəmbərlər, İlyas peyğəmbər və padşah Axav hara

toplaşmışdılar? (Dağda).6. Yalançı peyğəmbərlərin təqdim etdikləri qurbandan ötrü öz

yalançı allahına dua edəndə nə baş verdi? (heç nə).7. Padşah Axava və xalqa Allah Özünün həqiqiliyini necə sübut etdi?

(O, göydən alov göndərərək İlyas peyğəmbərin təqdim etdiyi qurbanı yandırdı).

8. Xalq Allahın izzətini və qüdrətini gördükdə nə etdi? (Onlar Allaha səcdə edib, Onu izzətləndirdilər).

9. Biz yalnız kimə dua etməliyik? (Müqəddəs Kitabdan tanıdığımız həqiqi və tək olan Allaha).

Diqqətimizi duaya yönəldək1. Allahla olan ünsiyyəti necə adlandırırıq? (Dua).2. Duamızı hansı sözlə başlayırıq? (“Ey göylərdə olan Atamız”).3. Dua edərkən Allahla danışmaq imkanını bizə kim verir? (İsa

Məsih).

Page 24: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

24

Page 25: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

25

Dərs 2Yunus peyğəmbərin günahını etiraf etməsi

Müqəddəs Kəlamdan ayələr: Yunus 1-3

Mərkəzi həqiqət: Günah Allaha qarşı olan itaətsizlikdir.

Tətbiq: İmanlı və imansız uşaqlara: Günahlarından ötrü Allahdan bağışlanma diləməlisən

Əzbərləmək üçün ayə: Təkrar: Zəbur 4:3

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

Salamlaşma

◆ Musiqili disk və pleyer ◆ Uşaqların adları qeyd

olunan nişanlar (səh. 69) ◆ Hər uşağa dörd ədəd rəngli

karandaş və tabaşir ◆ Hər uşağa A4 formatlı

vərəq

Salamlaşma Sakit bir musiqi qoyun. Hər bir uşağı mehribancasına qarşılayıb, adlarını çəkərək nişanları yaxalarına taxın. Fəaliyyət “Mən minnətdaram” Hər bir uşaq Allaha nədən ötrü minnətdar olduğunun şəkilini çəksin. Zəruri hallarda onlarda məsləhət verin. Hər bir uşaq çəkdiyi şəkili göstərsin, onun haqqında danışsın və minnətdarlıq duası etsin.

İlahilər və dua

◆ Musiqili disk və pleyer; ilahilər kitabı, yaxud mahnının sözləri (səh. 13)

◆ İanə üçün səbət və ya pul daxılı

Mahnı (ilahi) “Onu alqışla”Dua Uşaqlarla belə dua edin: “Əziz Allahımız, Sənə

(uşaqların çəkdiyi adamların və ya əşyaların adını çəkin) minnətdarıq. Bütün bunları bizə verdiyinə və bizi sevdiyinə görə Sənə təşəkkür edirik. İsa Məsihin adı ilə, amin

Mahnı (ilahi) “İsa məni sevir”.İanələr(Sərbəst istəyə görə). Səbəti bir-bir uşaqlara ötürün ki, onlar

ianələrini oraya atsın. (Mütləq valideynlərə ianə və onları nə üçün xərcləndiyi barədə danışın).

Əzbərləmək üçün ayə

◆ Dərs vəsaiti PPRA-R1, PPRA-R2, PPRA-R3 və PPRA-R4 (səh. 65)

◆ İzah (səh. 28)

Ayə Zəbur 4:3Təkrar Əl ilə ritm tuturuq

Page 26: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

26

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

Bədənin açılışması üçün edilən hərəkətlər.

Fəaliyyət “Allah hər yerdədir”Bu sözləri ucadan deyin. Uşaqlar isə ardınızca təkrarlasınlar:Allah hər yerdədir. (Əlləriniz geniş açın)Allah dağdadır (dağa dırmanma hərəkətləri edin)Allah yerdədir. (Yerə uzanın)Allah parkdadır (Qaçın və tullanın)Allah okeandadır (Üzmə hərəkətləri edin)

Bibliya dərsi

◆ Mətn (səh. 29) ◆ Dərs vəsaiti PPRA-R2-1,

PPRA-R 2-2, PPRA-R 2-3, PPRA-R 2-4 və PPRA 2-5

◆ Dərs vəsaiti PPRA-a, PPRA-b, PPRA-c və PPRA-d

◆ Paraşüt (və ya mavı rəngli parça)

◆ Qayıq formasında kəsilmış süngər)

Dərs “Yunus peyğəmbərin günahını etiraf etməsi”Dərsi ya bütöv, ya da ki, bir neçə hissələrə bölüb danışın. Dərsi danışarkən əlləriniz boş qalsın deyə, dərsə aid olan rəsmləri uşaqların görə biləcəyi hündürlükdə püpitr (üzərinə not və kitab qoymaq üçün mail lövhəsi olan ştativ) üzərinə yerləşdirin.

?Təkrarlama

◆ Yunus və balığın təsvir olunduğu dairələr (səh.71)

◆ Dörd ədəd ip ◆ Kağız üçün qısqac ◆ Flanelqraf ◆ Suallar (səh. 32)

Oyunlar “iks və sıfırlar”Dörd ədəd ipi flanelqrafın üzərinə elə yapışdırın ki, iks və sıfırlar oyunu oynamaq üçün cədvəl alınsın. Suala düzgün cavab verən uşaq cədvəlin xanasına bir simvol əlavə edir. Üç eyni simvol vertikal, horizontal və diaqonal boyunca düzülənədək oyunu davam etdirin. Əgər qrupunuzdakı uşaqlar az yaşlıdırsa, onları komandalara bölməyin. Az yaşlı uşaqlar xanalara simvol əlavə etməyi çox xoşlayırlar. Bu simvollar eyni cərgədə düzüləndə, bu, onların heyrətinə səbəb olur.

Diqqətimizi duaya yönəldək

◆ Bax, səh29 ◆ Musiqili disk və pleyer;

ilahilər kitabı və ya mahnının sözləri (səh. 14)

İzah Matta 6:9-10

Yemək vaxtı

◆ Süfrə (sizin zövqünüzə görə); uşaqların bəzi qidalara qarşı allergiyası ola biləcəyini nəzərə alın.

Fasilə Uşaqların tualetə getməsi və əllərini yuması üçün fasilə

elan edin.Dua Qida üçün Allaha minnətdarlıq edin.Sürfə başında Yemək vaxtı uşaqları dərsi təkrarlamağa yönəldin.

(Qeyd. Dərsi yaxşı mənimsəməsi üçün uşaqlar dərs vaxtı bir az yemək yeyə bilər, amma bunlar kiçik porslar olmalıdır ki, əsas yeməyi əvəz etməsin.

Page 27: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

27

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

Yaradıcılıq fəaliyyəti

(Yaradıcılıq fəaliyyətlərindən

birini seçin)

◆ “Allah sevinc bəxş edir” mahnısına əyani vəsaitlər (səh. 72); mahnının hər bəndini bir uşaq oxuyur

◆ Rəngli karandaşlar və ya flomasterlər

◆ Qayçı ◆ Yapışqan ◆ Hər uşağa dörd ədəd çubuq ◆ Musiqili disk və pleyer;

ilahilər kitabi və ya mahnının sözləri(səh.14)

◆ Hər uşağa işləmək üçün iş vərəqləri

◆ Balıq formalı yapışqanlar ◆ Yapma üçün xəmir və ya

“gil” (səh. 8)

Əl işləri “Allah sevinc bəxş edir”, paylaşma üçün vəsait. Uşaqlar əvvəlcə şəkilləri rəngləsinlər, sonra onları kəsərək çubuqlara yapışdırsınlar. Bu vaxt “Allah sevinc bəxş edir” mahnısını uşaqlarla oxuyun. Mahnıya uyğun olaraq uşaqlar əylənsinlər. İş vərəqləri “Yunus peyğəmbərin günahını etiraf etməsi”Uşaqlar balıq yapışqanlarını Yunus peyğəmbərin ətrafında “su”yun üzərinə yapışdırsınlar. Yapma üçün xəmir “Dənizdə”Uşaqlardan xəmirdən (və ya “gil”dən) dənizdə yaşayan canlıları (balıq, dəniz ulduzu, səkkizayaqlı ilbiz və s.) düzəltməyi xahiş edin. Onlar tapşırığı yerinə yetirənədək, dərsi onlarla təkrarlayın.

Əlavə yaradıcılıq

(Yaradıcılıq fəaliyyətlərindən

birini seçin)

◆ Əyani vəsait PPRA-a, PPRA-b, PPRA-c və PPRA-d

Səhnəcik“Allahdan gizlənmək mümkün deyil”.Uşaqlar otaqda haradasa gizlənsinlər. Onlardan soruşun: “Allah indi səni görürmü?” Uşaqlar: “Bəli, Allah indi məni görür” cavabını versinlər. Təkrar“Etiraf duası”PPRA-a, PPRA-b, PPRA-c və PPRA-d əyani vəsaitlərini bir-bir göstərərək uşaqlara izah edin ki, oxşar vəziyyətlərdə onlar günahlarını necə etiraf etməlidirlər. Vaxt imkan versə, digər vəziyyətləri şərh etmək üçün əsmlərdən və sözlərdən istifadə etmək olar.

* Доступны на сайте www.cefonline.com.

Page 28: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

28

Əzbərləmək üçün ayə“... Nə vaxt Rəbbi çağırsam, məni eşidir” (Zəbur 4:3)

Giriş

Əgər səni adınla çağırıramsa, sən ayağa qalxmalısan.

Uşaqların adını boğuq bir səslə çəkin. Məsələn, ağzınızı əlinizlə örtməklə, üzünü küncə tutmaqla, yerə əyilməklə, ya da qapı arxasından.

Siz məni elə də yaxşı eşitmədiniz, elə deyilmi? Bəs, kim həmişə Onu çağıranda bizi eşidir? (Allah). Harada Allahı çağırmağınızdan asılı olmayaraq, O səni indi məni eşitdiyin kimi eşidir (bütün uşaqların adını aydın şəkildə çağırın).

Mövzu ilə tanış olmaq

Rəbb bizi eşidəcəyinə dair söz verir. Müqəddəs Kitabda bu vədin harada yazıldığını xatırlayırsanmı? (Zəbur 4:3). Bu ayəni hamımız birlikdə bir səslə ucadan deyək.

Öncə ayəni əlinizi ağzınıza tutmaqla, sonra yerə əyilməklə, daha sonra isə dik duraraq təkrarlayın.

Əllərinizi ağzınızın kənarına qoyaraq bu ayəni söyləyin.

Ayəni ucadan səsləndirdikdən sonra, PPRA-R1, PPRA-R2, PPRA-R3 və PPRA-R4 əyani vəsaitləri göstərin.

İzah

“...Nə vaxt Rəbbi çağırsam, məni eşidir”. Rəbb Allah harada olmağından asılı olmayaraq, səni eşidir: istər yataqda, istər yemək yeyəndə, istər oyun meydançasında, avtomobildə - bir sözlə hər yerdə! Biz Allaha adi səslə, yaxud fikrimizlə müraciət edəndə, Onu səsləmiş oluruq. Allahla danışarkən mütləq deyil ki, xüsusi, gözəl sözlərdən istifadə edəsiniz. Sadə dildə dua etmək kifayətdir.

Allah yer üzündə olan bütün dilləri başa düşür. Bu səbəbdən istənilən adam Onunla danışa bilər.

Tətbiqetmə

İman etməmiş körpə üçün:Əgər hələ də İsa Məsihə Xilaskarın kimi iman etməmisənsə, Allah səni bu məqsədlə etdiyin duanı eşidər. O istəyir ki, sən İsa Məsihə öz Xilaskarın kimi iman etdiyini Ona deyəsən. Çünki O sənin günahlarından ötrü əzab çəkib.

İman etmiş körpə üçün:Əgər sən İsa Məsihə öz Xilaskarın kimi iman edirsənsə, nə vaxt çağırmağından asılı olmayaraq, Rəbb səni eşidir. Sən Allahdan Ona itaətli olmağı istəsən, O sənə kömək edəcək! Əgər Onun sözünə qulaq asmasan, günah işlətmiş olarsan. Belə olanda, sən yenə də

Page 29: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

29

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

Allahın övladısan. Lakin O istəyir ki, günahını Ona etiraf edəsən. Beləliklə də, Onun səni bağışladığına bir daha əmin olacaqsan.

Təkrarlama“Əl ilə ritm tuturuq” Ayəni növbəti üsulla təkrarlayın: əllərinizi dizlərinizə vurun, sonra əl çalın və s. Altından xətt çəkilmiş hecaları səsləndirəndə əllərinizi dizlərinizə, xətt olmayan hecalarda isə əl çalın: “Nə vaxt Rəb-bi ça-ğır-sam, mə-ni eşi-dir”. .

Diqqətimizi duaya yönəldəkMatta 6:9-10

“Mən dua edirəm” mahnısını oxuyun

Biz kimə dua edirik? (Səmavi Allaha).

Kim bizə Allahla ünsiyyət qurmaq imkanını verib? (İsa Məsih).

Müqəddəs Kitabda – Allahın Sözündə dua haqqında bəhs edilir. Müqəddəs Kitabdan Allaha necə dua etmək lazım olduğunu öyrənə bilərik. Biz İsa Məsihin Öz şagirdlərinə necə dua etməyi öyrətdiyini də oxuya bilərik.

Müqəddəs Kitabınızdan Mattanın müjdəsi 6:9-10 ayəsini oxuyun.

“Ey göylərdə olan Atamız. Adın müqəddəs tutulsun! Padşahlığın gəlsin. Göydə olduğu kimi, yerdə də Sənin iradən olsun!”

Biz duamızı Allaha “Ey göylərdə olan Atamız” deyə müraciət etməklə başlayırıq. Sənə müraciət edəndə, əvvəlcə adını çağırıram. Əgər mən telefonda öz dostumla danışıramsa, söhbətə öncə onun adını çəkməklə başlayıram. Buna görə də Allahla danışanda ilk olaraq Onun adını çağırıram.

Sonra Onu izzətləndirərək Onun nə qədər qüdrətli olduğunu deyə bilərəm.

Sonra İsa Məsih şagirdlərinə Allahın iradəsinə uyğun olan vəziyyətlər barədə dua etməyi öyrətmişdi.

Buna görə də duaya başlamazdan əvvəl Allah haqqında düşünməliyik. Gəlin, birlikdə Allaha dua edək.

Uşaqlarla qısa dua edib, dediyiniz hər sözü təkrarlamaları üçün onlara vaxt verin.

“Səmavi Atamız, Sən nə qədər qüdrətlisən! Xahiş edirik, bu dünyada hər şeyi Sən istədiyin kimi edəsən! Amin!”.

Page 30: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

30

Dərsin birinci hissəsiYunus peyğəmbər çox tələsirdi. O, özünü gəmiyə çatdırmalı idi. O, Tarşiş şəhərinə getməyi planlaşdırırdı. O, nə qohumlarını ziyarət etməyə, nə də ki, məzuniyyətə gedirdi. Əslində Tarşış şəhərində nə edəcəyini heç özü də bilmirdi. Çünki o, oraya qaçmaq məqsədilə gedirdi. Yunus peyğəmbər canını qurtarmaq istəyirdi. Buna görə hara gedəcəyi vacib deyildi. Əsas o idi ki, buradan uzaqlaşsın. O, əşyalarını yığışdırıb pulunu götürdü və onu buradan uzaqlaşdıracaq gəmi axtarışına çıxdı. Bəs, nə üçün o, bu qədər tələsirdi və kimdən qaçırdı?

Təsvir 2-1

Müqəddəs Kitabda deyilir ki, Allah Yunus peyğəmbərə bir tapşırıq vermişdi. Allah ona Nineva şəhərinə gedib sakinlərə Allahın sözünü çatdırmağı tapşırmışdı. Lakin Yunus peyğəmbər heç cürə oraya getmək istəmirdi. Nineva şəhərinin əhalisi onun xoşuna gəlmirdi. O, oraya getmək və Allah haqqında danışmaq istəmirdi.

“Gedən deyiləm!” – deyə qərar verdi.

Bu, düzgün deyildi! Yunus peyğəmbər Allaha qarşı itaətsizlik etmişdi. Müqəddəs Kitabda bu, günah adlanır. Yunus peyğəmbər tamamilə başqa bir ölkəyə qaçmaq qərarına gəldi. O, gediş haqqını ödəyib gəmiyə minərək yola düşdü. Kim olur olsun, onu fikrindən döndərə bilməzdi. O, yalnız öz istədiyini edəcəkdi.

Təsvir 2-2

Gəmi dənizə çıxdı. Yunus peyğəmbər gəminin alt göyərtəsinə düşdü ki, bir az yatsın. Yəqin ki, çox yorğun idi.

Qəfildən güclü külək başladı. Get-gedə güclənən külək tufana çevrildi. Paraşütün köməyi ilə “tufan” təsviri yaradın. Uşaqları yerə sərilmiş paraşütün ətrafına yığın. Paraşütün ortasına isə süngərdən kəsilmiş gəmi qoyun. Paraşüt dənizi təsvir edir. (Sizdə paraşüt yoxdursa, mavi rəngli parçadan da istifadə edə bilərsiniz). Tufan vaxtı nələrin baş verdiyini uşaqlara danışın. Dalğaların gücləndiyini bildirmək üçün uşaqlara paraşütü daha tez-tez yelləməyi tapşırın. Sonra isə uşaqlara yerlərinə qayıtmağı tapşırın və dərsinizə davam edin. Dənizçilər qorxdular. Nəhəng dalğalar gəmini o tərəf bu tərəfə

çırpırdı. Küləyin uğultusu getdikcə güclənirdi. Gəmiyə su dolmağa başladı. Matroslar öz allahlarına dua etməyə başladılar. Lakin bu, kömək etmədi. Çünki onların allahları yalançı idi və kömək etməyə qadir deyildi. Gəminin batmaması üçün onun yükünü boşaltmaq lazım idi. Nə etməli?Dərsin ikinci hissəsiTəsvir 2-3Dənizçilər əllərinə keçən hər nə varsa dənizə boşaltdılar. Amma buna baxmayaraq, təhlükə sovuşmadı. Gəmi hər an bata bilərdi. Güclü külək əsir, nəhəng dalğalar gəmini möhkəm yellədirdi. Buna baxmayaraq, Yunus peyğəmbər hələ də yatırdı. Gəminin kapitanı onu yatmış vəziyyətdə görüb soruşdu: “Nə yatmısan? Öz Allahını çağır. Bəlkə O bizə kömək edib bizi ölümdən qurtarar” (Yunus 1:6).Dənizçilər Yunus peyğəmbərdən soruşdular: Nə üçün belə güclü tufan

Page 31: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

31

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

qopub? Sən kimsən? Haradan gəlib hara gedirsən?” (Yunus 1:8)Yunus peyğəmbər cavab verdi: “Mən yeri və dənizləri yaradan Səmavi Allaha ibadət edirəm” (Yunus 1:9)Yunus peyğəmbərin sözləri dənizçiləri bərk qorxutdu. Çünki o, Allahdan qaçdığını onlara danışdı.

Təsvir 2-4Dəniz daha da coşmağa başladı. Dalğalar az qala göyə qalxırdı. Tufan heç də zarafat edənə oxşamırdı.“Səninlə nə edək ki, dəniz sakitləşsin”-deyə dənizçilər Yunus peyğəmbərdən soruşdu (Yunus 1:11).“Məni götürüb dənizə atın. Onda fırtına sakitləşəcək. Mən bilirəm ki, bu tufan mənə görədir” –deyə Yunus peyğəmbər cavab verdi (Yunus 1:12).Yunus peyğəmbər yaxşı bilirdi ki, Allahın sözündən çıxıb.Biz də eynən Yunus peyğəmbər kimiyik. Biz də Allahın Sözündən çıxmışıq. Sən valideynlərinin sözündən çıxanda Allaha qarşı çıxmış olursan. Çünki Allah bizə valideynlərimizə hörmət etməyi tapşırıb.PPRA-a, PPRA-b, PPRA-c və PPRA-d əyani vəsaitlərinin köməyi ilə uşaqlara günahın nə olduğunu başa salın.

Yunus peyğəmbər Allahın xalqından olsa da Onun sözündən çıxmışdı. Bəlkə də sən İsa Məsihi xilaskarın kimi qəbul edib Allahın ailəsinə daxil olmusan. Lakin buna baxmayaraq, günah işlədəndə Allahdan bağışlanma diləməlisən. İsa Məsihdən bir daha Xilaskarın olmağı istəməməlisən. Sadəcə Yunus peyğəmbər kimi günahına görə bağışlanma istəməlisən.

Dənizçilər Yunus peyğəmbəri fırtınalı dənizə atmaq istəmədilər. Onlar yaxşı bilirdilər ki, Yunus peyğəmbəri dənizə atsalar, o mütləq batacaq. Onlar var gücləri ilə avar çəkib sahilə çıxmaq istədilər.

Uşaqlara “avar çəkməyi” tapşırın.

Dərsin üçüncü hissəsiDənizçilər avar çəkməyi davam etdirdilər. Bütün cəhdlərinə baxmayaraq, dalğalara güc gələ bilmədilər. Tufan getdikcə daha da güclənirdi. Yunus peyğəmbəri dənizə atmaqdan başqa dənizçilərin çıxış yolu qalmadı. Onlar Yunus peyğəmbəri dənizə atan kimi tufan sakitləşdi. Dənizçilər başa düşdülər ki, tufanı sakitləşdirən dənizi yaradan Allahdır. Elə bu vaxt Yunus peyğəmbər soyuq və dərin dənizdə batmaqda idi. Güman ki, o, üzməyi bacarmırdı. Onun köməyə ehtiyacı var idi. Bu cür vəziyyətdə ona kim kömək edə bilərdi? Yalnız Allah. Allah Yunus peyğəmbəri birdəfəmə udan nəhəng bir balıq göndərdi.Təsvir 2-5Beləliklə, Yunus peyğəmbər nəhəng balığın qarnında qalmalı oldu. Ora qaranlıq və üfunətli idi (barmağınızla burnunuzu tutun). Yunus peyğəmbər burada özünü tamamilə tənha hiss edirdi. Lakin onunla danışacaq Biri var idi. O da Allah idi. Yunus peyğəmbərin də Allaha sözü var idi. Yunus peyğəmbər Allaha dua etməyə başladı. O, Allahdan əməlinə görə bağışlanma istədi. Biz də Allahdan günahlarımıza görə bağışlanma istəməliyik: danışığımızda, düşüncəmizdə və əməllərimizdə yol verdiyimiz pisliklərə

Page 32: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

32

görə. Biz bunu dua vasitəsilə edə bilərik. Məlumdur ki, Allah Yunus peyğəmbəri bağışlamışdı. Çünki O, Yunus peyğəmbəri quruya çıxartmaq üçün nəhəng balığa qusmaq əmrini vermişdi. Yunus peyğəmbər balığın qarnında üç gün, üç gecə qalmışdı.

Birlikdə birdən üçə qədər sayın.Sonra Allah Yunus peyğəmbərlə yenidən danışdı: “Nineva şəhərinə get və Mənim sözümü əhaliyə çatdır” (Yunus 3:2).

Lakin bu dəfə Yunus peyğəmbər qaçmağa cəhd göstərmədi. O, Allahın sözünü Nineva əhalisinə çatdırmaq üçün yola düşdü. Yunus peyğəmbər Allaha itaət etdi.

Təkrarlamaq üçün suallarƏzbərləmək üçün ayə1. “Allahı çağırmaq” nə deməkdir? (Onunla dua vasitəsilə danışmaq).2. Nə vaxt çağırsan çağır, səni eşidən kimdir? (Rəbb Allah)3. Allah hansı sözləri eşidir? (İstənilən dildə, istənilən sözü). (Dərsin 1-3-cü hissəsi)1. Nə üçün Yunus peyğəmbər tələsirdi? (O, qaçırdı).2. Allah Yunus peyğəmbərdən nə etməyini istədi? (Nineva şəhərinə gedib Allahın sözünü əhaliyə çatdırmaq).3. Allaha qarşı itaətsizliyi necə adlandırırıq? (Günah).4. Allah dənizdə nələr etdi? (Tufan qopartdı).5. Dənizçilər Yunus peyğəmbəri dənizə atandan sonra nə baş verdi? (Allah tufanı sakitləşdirdi).6. Allah Yunus peyğəmbərin dənizdə batmaması üçün nə etdi? (O, Yunus peyğəmbəri udan nəhəng bir balıq göndərdi).7. Yunus peyğəmbər balığın qarnında nə etdi? (Günahını etiraf edib Allaha dua edirdi).8. Allahın Yunus peyğəmbəri bağışladığını haradan bilirik? (Balıq onu quruya qusdu). 9. Balığın qarnından çıxandan sonra Yunus peyğəmbər nə etdi? (O, Allahın sözünə qulaq asdı).

Diqqətimizi duaya yönəldək1. Allahla danışmaq fürsətini bizə kim verib? (İsa Məsih).2. Dua vaxtı ilk öncə Kim haqqında düşünməliyik? (Allah haqqında)3. Dua etdiyimiz vaxt Allahdan nə diləyə bilərik? (Onun iradəsinə uyğun olanları).

Page 33: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

33

Dərs 3Nehemya peyğəmbərin hər bir vəziyyətdə dua etməsi

Müqəddəs Kəlamdan ayələr: Nehemya 1-2, Nehemya 4, Nehemya 6:15-16

Mərkəzi həqiqət: Allah istəyir ki, sən hər şey haqda Ona dua edəsən

Tətbiq: İman etmiş və etməmiş uşaqlar üçün: Hər vəziyyətdə Allaha dua et

Əzbərləmək üçün ayə «Səhər, günorta, axşam nalə çəkirəm, ah-zar edirəm...” (Zəbur 55:17)

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

Salamlaşma

◆ Musiqili disk və pleyer ◆ Uşaqların adları qeyd

olunan nişanlar (səh. 69) ◆ Hər uşağa dörd ədəd rəngli

karandaş və tabaşir ◆ Hər uşağa A4 formatlı

vərəq

Salamlaşma Sakit bir musiqi qoyun. Hər bir uşağı mehribancasına qarşılayıb, adlarını çəkərək nişanları yaxalarına taxın. Fəaliyyət “Hər şey səyahət üçün” Uşaqlara səfər zamanı götürəcəyi əşyaların şəklini çəkməyi xahiş edin. Ehtiyac olarsa, öz variantınızı təklif edin. Uşaqlar rəsm çəkib qurtardıqdan sonra onları dairəyə yığın. Hər biri öz şəklini götürüb onun haqqında məlumat etsin. Həmçinin hara səfər etdiklərini də soruşmaq olar.

İlahilər və dua

◆ Musiqili disk və pleyer; ilahilər kitabı, yaxud mahnının sözləri (səh. 13-14)

◆ “Mən Allahı tanıya bilərəm” mahnısına əyani vəsait

◆ İanə üçün səbət və ya pul daxılı

Mahnı (ilahi) “Mən Allahı tanıya bilərəm” nəqarəti 2 dəfə

təkrarlayırıqDua Uşaqlarla belə dua edin: “Əziz Allahımız, biz həmişə

və hər yerdə Sənə səcdə edə biləcəyimiz üçün minnətdarıq. Səni oxuduğumuz, hekayəyə qulaq asdığımız və dua etdiyimiz vaxt izzətləndirə bildiyimiz üçün təşəkkür edirik. İsa Məsihin adı ilə, amin”.

Mahnı (ilahi) “Dua edirəm” (1-2 bənd).İanələr(Sərbəst istəyə görə). Səbəti bir-bir uşaqlara ötürün ki, onlar

ianələrini oraya atsın. (Mütləq valideynlərə ianə və onları nə üçün xərcləndiyi barədə danışın).

Page 34: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

34

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

Əzbərləmək üçün ayə

◆ Dərs vəsaiti PPRA-g, PPRA-h, PPRA-i və PPRA-k

◆ Və ya Əyani vəsait PPRA-R5, PPRA-R6, PPRA-R7, PPRA-R7, PPRA-R8 və PPRA-R9 (səh. 66-67)

◆ İşıqfor (səh. 73) ◆ İzah (səh. 36)

Ayə Zəbur 55:17Təkrar “Dayan-irəli”

Bədənin açılışması üçün edilən hərəkətlər.

Fəaliyyət “Səfərə yola düşürük”Aşağıda qeyd olunan sözləri ucadan deyin, uşaqlar isə hərəkətlər vasitəsilə onları təkrarlasın:Səfərə gedək (Yerinizdə addımlayın)Maşınla gəzməyə gedək (Əlinizlə sükanı sürün və siqnallayın)Təyyarə ilə gəzməyə gedək (Təyyarə uğultusu çıxararaq “uçun”) Gəzməyə at ilə çıxaq (At çapın)Səfərimiz biti. İndi isə yerinizə əyləşə bilərsiniz. (Oturun).

Bibliya dərsi

◆ Mətn (səh. 38) ◆ Dərs vəsaiti PPRA-3-1,

PPRA3-3, PPRA3-3 və PPRA 3-6

◆ Musiqili disk və pleyer; ilahilər kitabı, yaxud mahnının sözləri (səh.13)

◆ Karton evciklər (karton vərəqindən hazırlanmış qutular)

◆ Taxta kubiklər və ya Leqo konstruktorunun detalları

◆ Böyük vərəq və marker ◆ Hər uşaq üçün zərf

Dərs “Nehemya peyğəmbərin hər bir vəziyyətdə dua etməsi”Dərsi ya bütöv, ya da ki, bir neçə hissələrə bölüb danışın. Dərsi danışarkən əlləriniz boş qalsın deyə, dərsə aid olan rəsmləri uşaqların görə biləcəyi hündürlükdə püpitr (üzərinə not və kitab qoymaq üçün mail lövhəsi olan ştativ) üzərinə yerləşdirin.

?Təkrarlama

◆ Taxta kubiklər, Leqo konstruktorunun iri detalları və ya böyük süd paketlərində hazırlanmış “kərpiclər” (süd paketinin “ağzını” kəsib bir-birinə geyindirin; üstünü rəngli kağızla örtün)

◆ Suallar (səh. 40)

Oyunlar “Nehemya divarını tikək”Suala düzgün cavab verən uşaq divara bir kərpic əlavə etmək şansı qazanır. Çalışın ki, kərpiclər kifayət qədər çox olsun və hər uşaq oyunda iştirak edə bilsin

Diqqətimizi duaya yönəldək

◆ Bax, səh. 37 ◆ Musiqili disk və pleyer;

ilahilər kitabı və ya mahnının sözləri (səh. 14)

◆ Qutu, zənbil və ya uşaqlar üçün zəruri olan ərzaqlarla dolu paketlər (yaxud bunları təsvir edən şəkillər)

İzah Matta 6:9-11

Page 35: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

35

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

Yemək vaxtı

◆ Süfrə (sizin zövqünüzə görə); uşaqların bəzi qidalara qarşı allergiyası ola biləcəyini nəzərə alın

Fasilə Uşaqların tualetə getməsi və əllərini yuması üçün fasilə

elan edin.Dua Qida üçün Allaha minnətdarlıq edin.Sürfə başında Yemək vaxtı uşaqları dərsi təkrarlamağa yönəldin.

(Qeyd. Dərsi yaxşı mənimsəməsi üçün uşaqlar dərs vaxtı bir az yemək yeyə bilər, amma bunlar kiçik porslar olmalıdır ki, əsas yeməyi əvəz etməsin.

Yaradıcılıq fəaliyyəti

(Yaradıcılıq fəaliyyətlərindən

birini seçin)

◆ Hər körpə üçün “Dua nişanı” (səh. 74);

◆ Rəngli karandaş və ya flomasterlər

◆ Musiqili disk və pleyer; ilahilər kitabi və ya mahnının sözləri(səh.14)

◆ Hər uşağa işləmək üçün iş vərəqləri

◆ Yapışqan ◆ Qum və ya qarğıdalı unu ◆ Yapma üçün xəmir və ya

“gil” (səh. 8)

Əl işləri“Dua nişanı”Uşaqlar nişanı rəngləyənədək ayəni əzbərləmək üçün onlarla birlikdə təkrarlayın. Allahın bizimlə dua vasitəsilə danışmasını təsvir edən müxtəlif hadisələr danışın. ”Hər gün dua edirəm” ilahisini oxuyun. İş vərəqləri“Nehemya peyğəmbərin hər bir vəziyyətdə dua etməsi”“Nehemya peyğəmbərin hər bir vəziyyətdə dua etməsi”Dərsi ya bütöv, ya da ki, bir neçə hissələrə bölüb danışın. Dərsi danışarkən əlləriniz boş qalsın deyə, dərsə aid olan rəsmləri uşaqların görə biləcəyi hündürlükdə püpitr (üzərinə not və kitab qoymaq üçün mail lövhəsi olan ştativ) üzərinə yerləşdirin.

Yapma üçün xəmir “Nehemyanın divarı”Uşaqlarla dərsi təkrarlayanadək, onlardan kərpicləri bir-birinə yapışdırmağı və divar hörməyi xahiş edin.

Əlavə yaradıcılıq

(Yaradıcılıq fəaliyyətlərindən

birini seçin)

Yaradıcılıq fəaliyyəti “Mənə kömək et”Bu sözlərlə başlayın: “Gəlin, Allahdan nə vaxt kömək istəməli olduğumuz haqda düşünək”. Uşaqlardan birini yanınıza çağırın və vəziyyəti onun qulağına pıçıldayın. Uşaq vəziyyəti təsvir etməyə, qalanlar isə onun nə etdiyini tapmağa çalışsınlar. Sonra digər uşaqlar da növbə ilə eynilə bu cür etsinlər. Vəziyyət belə ola bilər: ayaqqabının ipini bağlamaq, oxumaq, oyuncaqları yığışdırmaq, yatmaq, velosipedi sürmək. Səhnəcik“Bizə Allah lazımdır”Uşaqlara onların qorxa biləcəyi hansısa bir vəziyyəti təsvir edin. Belə ki, bu vəziyyətdə onlar uzun müddət yerlərində sakitcə otursunlar və ya nə barədəsə bir-biri ilə danışsınlar. Qoy, sizin qrupunuz bu vəziyyəti təsvir etsin. Sonra uşaqlarla birlikdə Allahdan sizə kömək etməsini diləyin ki, belə vəziyyətlərdə yanılmayasınız.

* Доступны на сайте www.cefonline.com.

Page 36: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

36

Əzbərləmək üçün ayə“Səhər, günorta, axşam nalə çəkirəm, ah-zar edirəm...” (Zəbur 55:17)

Giriş

Yatmamışdan əvvəl nə etdiyinizi deyin.

Uşaqlardan bir neçəsinin cavab verməsinə imkan verin.

Allah hər gecə yatmamışdan qabaq bizdən nə etməyimizi istəməsi barədə Müqəddəs Kitabda Yazılıb. Kim deyə bilər, Allah nə etməyimizi istəyir?

Uşaqların cavab verməsinə şərait yaradın.

Mövzu ilə tanış olmaq

Düzgün cavabı bizə Zəbur 55:17 ayəsi verir. Gəlin, başımızı yastıqdakı kimi əllərimizin üstünə qoyub (sanki gecədir) bu ayəni ucadan deyək.

Səhəri təsvir edirmiş kimi gərilin və əsnəyin. Sonra isə günortanı təsvir edirmiş kimi gözlərinizi günün işığından qoruyurmuş kimi əlinizlə alnınızın üzərində kölgə yaradın və ayəni bir daha təkrarlayın.

Uşaqlardan birinə Müqəddəs Kitabda əvvəlcədən nişanlanmış ayəni tapmaqda sizə kömək etməsini xahiş edin.

Ayəni oxuyun, sonra isə PPRA-g, PPRA-h, PPRA-i, PPRA-j və PPRA-k, yaxud PPRA-R5, PPRA-R6, PPRA-R7, PPRA-R8 və PPRA-R9 əyani vəsaitləri göstərin.

İzah

“Səhər, günorta və axşam...” Bunlar günün müxtəlif saatlarıdır. Axşam günəş batır (başınızı yatırmış kimi əllərinizin üstünə qoyun). Bəs, günəş nə vaxt yenidən çıxır? (Səhəri təsvir edirmiş kimi gərilin və əsnəyin). (Səhər). Bəs, günəşin yüksəkliyə qalxan vaxtını (günortanı təsvir edirmiş kimi gözlərinizi günün işığından qoruyurmuş kimi əlinizlə alnınızın üzərində kölgə yaradın)biz necə adlandırırıq? (Günorta).

“... nalə çəkirəm, ah-zar edirəm...” Allah istəyir ki, Onun övladları Ona dua etsin (əllərinizi duaya yönəldin). Dua – Allahla ünsiyyət qurmaq deməkdir. İstər səslə, istər də ürəyimizdə Allahla danışanda, Ona dua etmiş oluruq. Günün istənilən saatında dua etmək olar. Bu, Allaha dua etmək üçün ən yaxşı vaxtlardı.

Tətbiqetmə

İman etməmiş uşaq üçün:Allah istəyir ki, sən İsa Məsihi öz Xilaskarın kimi həyatına qəbul edəsən. Əgər istəsən, sən elə bu gün Ona dua edə bilərsən. Az sonra mən sənə bunu etməkdə böyük məmnuniyyətlə kömək edərəm.

İman etmiş uşaq üçün:Əgər sən artıq İsa Məsihi Xilaskarın kimi qəbul etmisənsə, Allah Ona dua etməyini istəyir. Sən Ona hər gün istədiyin vaxt dua edə bilərsən.

Page 37: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

37

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

Təkrarlama

“Dayan və irəli”Ayəni sözbəsöz təkrarladıqca, yuxarıda qeyd olunan hərəkətləri (səh. 36) yerinə yetirin.Sonra isə işarələrdən istifadə edərək ayəni yenidən təkrarlayın. Əlinizin birinə “işıqforun” yaşıl rəngini, digər əlinizə isə qırmızı rəngini götürün. Yaşıl işıq görəndə hamı ilə birlikdə ayəni təkrar edin. Qırmızı işıq görəndə isə dayanın. Hər sözün axırında dayanaraq ayəni üç dəfə təkrarlayın. Sonra isə işarələri uşaqlara verib, “işıqforları” sərbəst şəkildə dəyişməsinə izn verərək ayəni yenidən üç dəfə təkrarlayın.

Diqqətimizi duaya yönəldəkMatta 6:9-11“Dua edirəm” mahnısını ifa edinBizim duada Kimə müraciət etdiyimizi kim xatırlayır? (Səmada olan Atamıza). O, hər şeyi Yaradan Alladır. Bizə Allahla danışmaq imkanını kim verib? (İnsanların layıq olduğu cəzanı Öz üzərinə götürərək çarmıxda qurban gedən İsa Məsih). əgər biz İsa Məsihi öz Xilaskarımız kimi qəbul etsək, Allah dualarımıza cavab verəcəyinə vəd verib (Yeremya 33:3).Allahla danışarkən ilk öncə biz Onu Səmavi Ata adlandıraraq, Onun nə qədər qüdrətli və möcüzəli olduğunu söyləyərək izzət veririk. Sonra isə biz ehtiyaclarımızı Ona bildiririk. İsa Məsih Öz şagirdlərinə bu cür dua etməyi öyrətmişdi: “Gündəlik çörəyimizi bizə bu gün ver” (Matta 6:11).Bu ayəni Müqəddəs Kitabdan oxuyun.İsa Məsihin şagirdlərinin qidaya ehtiyacları var idi. “Gündəlik çörəyimizi” sözləri təkcə çörəyi deyil, həm də ümumi qidanı nəzərdə tuturdu.Gəlin, hansı qidalara ehtiyacımız olduğunu öyrənək. Uşaqlara lazım olan ərzaqla dolu qutunu, səbəti və ya paketləri (yaxud ərzaqların təsviri olan rəsmləri) götürün. Uşaqlardan hər biri ərzaqlardan götürüb öz qablarının içinə qoysun. Gəlin, Allahın nə qədər qüdrətli olduğunu söyləyək, sonra isə ehtiyacımız olduğu şeyləri Ondan diləyək.

Qoy, uşaqlar sözbəsöz duanızı təkrarlasın.

“Böyük və əzəmətli olan Səmavi Atamız! Bizə lazım olanları verməyini Səndən diləyirik. Amin!”

Page 38: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

38

Dərsin birinci hissəsiUşaqlarla hasarla əhatə olunmuş bir şəhər qurun. Qabaqcadan hazırlanmış bir neçə karton evcikləri götürün. Uşaqlar evciklərin

ətrafında kubik və ya “Leqo” konstruktorun iri detallarından “hasar” qursunlar. Tapşırığı asanlaşdırmaq üçün böyük kağızın üzərinə markerlə “hasarın” olacağı yeri cızın. Unutmayın ki, körpə uşaqlara bir yerdə nəsə etmək çətindir. Buna görə də hər bir uşağa “hasarın” bir hissəsini verin). Uzun illər bundan əvvəl düşməndən qorunmaq üçün şəhərin ətrafında darvazaları ilə birlikdə hasar ucaldardılar. Darvazalar gecə vaxtı bağlı olardı. Hasara alınmış ərazidə yaşayan əhali təhlükəsiz yaşayırdı. Lakin müharibə vaxtı düşmən hasarı dağıdıb darvazaları yandıra bilərdi. Onda şəhər müdafiəsiz qalırdı. Nehemya peyğəmbər öz doğma şəhəri, Yerusəlim haqqında xəbər almışdı.Qoy uşaqlar peyğəmbərin və şəhərin adını bir neçə dəfə təkrarlasınlar. Uşaqların bu adlardan hansının şəhər, hansının adam adı olduğunu ayırd etdiklərini aydınlaşdırın. Nehemya peyğəmbər vətənindən uzaq yaşamağına baxmayaraq, Yerusəlim haqqındakı hər xəbərə sevinərdi. Məsələn, şəhərdə nə baş verir? Əhalinin vəziyyəti necədir? O, həmişə qardaşından xahiş edərdi ki, Yerusəlim barədə xəbərləri ona çatdırsın. “Yerusəlimin divarı dağıdılıb, darvazaları isə yandırılmışdı” (Nehemya 1:3). Bu, dəhşətli xəbər idi. Təsvir 3-1Nehemya peyğəmbər oturub hönkür-hönkür ağladı. O, çox kədərlənmişdi. Hətta, böyük adamlar belə pis xəbər eşidəndə kədərlənirlər. Lakin Nehemya peyğəmbərin onu dinləyə biləcək və başa düşəcək Biri var idi. O da Allah idi. Müqəddəs Kitabda yazılıb ki, Nehemya peyğəmbər Allaha dua etdi. Sən də kədərlənəndə və ya pis xəbər eşidəndə Allaha dua edə bilərsən. Nələr hiss etdiyini Allaha de və Ondan kömək istə. Beləliklə, Nehemya peyğəmbər Allaha dua etdi. O, kədərli olsa da bilirdi ki, Allahla hər şey barədə danışa bilər. Təsvir 3-3Nehemya peyğəmbərin işi padşaha müxtəlif şirələr hazırlamaq idi. Nehemya peyğəmbər padşaha həmişə sevinclə xidmət edirdi. Lakin həmin gün Nehemya peyğəmbərin kədərli olduğunu padşah hiss etdi. “Üzün niyə belə qəmlidir” – deyə padşah Nehemya peyğəmbərdən soruşdu. – Xəstə olmasan da, hər halda ürəyin dərdlidir (Nehemya 2:2).O dövrlərdə padşah vacib və hökmlü insan idi. Əgər sən padşahın xidmətçisi olsaydın, onda əhval-ruhiyyənin olmamasına baxmayaraq, padşahın hüzurunda həmişə gülümsəməli idin. Padşahın sözləri Nehemya peyğəmbəri qorxutdu. Doğrudanmı o, bəlaya düşdü? Nehemya peyğəmbər padşaha həqiqəti danışmaq məcburiyyətində idi. “Padşah həmişə sağ olsun! Atalarımın dəfn edildiyi yer-şəhərimiz xaraba qalıb, darvazaları yandırılıb. Bəs, mən necə kədərlənməyim?” (Nehemya 2:3).Padşah Nehemya peyğəmbərin sözlərini eşidib qəzəblənmədi. O, Nehemya peyğəmbərdən soruşdu: “Sən məndən nə diləyirsən?” (Nehemya 2:4).Yaxşı sualdır, elə deyilmi? Nehemya peyğəmbər padşahdan nə istəsin? Nehemya peyğəmbər elə dayandığı yerdə Allaha dua etdi. O, ucadan deyil, ürəyində dua etməyə başladı. Necə düşünürsünüz, Allah onun

Page 39: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

39

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

duasını eşitdimi? Bəli! Biz Allaha müraciət edəndə bunu ürəyimizdə də edə bilərik. Allaha sənin Ona necə yaxınlaşmağının fərqi yoxdur. O, səni hər vəziyyətdə eşidəcək. Nehemya peyğəmbər Allaha həm evdə, həm də sarayda dua edirdi. Biz də hər yerdə - evdə, bağda, məktəbdə, qonaqlıqda, yaxud parkda dua edə bilərik. Harada olmağınız vacib deyil. Biz həm ucadan, həm də ürəyimizdə dua edə bilərik. Allah istəyir ki, biz hər şey üçün Ona müraciət edək. Dərsin ikinci hissəsiNehemya peyğəmbər duada Allahdan kömək dilədi. Allah da onun duasına cavab verdi. Allah Nehemya peyğəmbərə padşahdan kömək istəməsi üçün cəsarət verdi. “... məni Yahudaya, atalarımın dəfn edildiyi şəhərə göndər ki, oranı bərpa edə bilim” (Nehemya 2:5)Padşah Nehemya peyğəmbərə cavab verərək dedi: “Bu səfərin nə qədər çəkəcək? Nə vaxt qayıda bilərsən?” (Nehemya 2:6)Nehemya peyğəmbər padşaha ona nə qədər vaxt lazım olduğunu dedi. Allah Nehemya peyğəmbərə səfər üçün lazım olan hər şeyi və şəhərin darvazalarını yenidən bərpa etmək üçün padşaha məxsus olan meşələrdən ağaclar istəməyə cəsarət verdi. Padşah Nehemya peyğəmbərə razılıq verdi. Allah Nehemya peyğəmbərə kömək edirdi. Allah onun duasına cavab verirdi. Padşah Nehemya peyğəmbəri buraxaraq, ona öz şəhərinə sağ-salamat çatması üçün məktublar verdi. Yerusəlimə gedən yol çox uzun idi. Lakin padşahın verdiyi məktublar sayəsində Nehemya peyğəmbər təhlükəsiz gedə bilirdi.

Atın üzərində çapdığınızı təsvir edin (dizlərinizə vuraraq atın ayaq səslərini çıxarın). Hər bir uşağa (“padşahın məktubu”) zərf verin ki,

onlar köməkçiyə ötürsünlər. Gecə düşdükdən sonra, Nehemya peyğəmbər gizlicə Yerusəlimin divarlarına baxmağa getdi. Nehemya peyğəmbər atın üzərində idi. Amma divarlar uçub dağıldığından at həmin yerlərdən keçə bilmirdi. Darvazalar yandırılmışdı. Hər şey Nehemya peyğəmbərə danışıldığı kimi idi. Ertəsi gün Nehemya peyğəmbər şəhərin əhalisini yığıb, divarları birlikdə bərpa etməyin vaxtının çatdığını bildirdi. O, xalqa Allahın ona necə kömək etdiyini, padşahın meşələrindən ağaclar və padşahın yazdığı məktublar barədə danışdı. “Gəlin, Yerusəlimin divarını bərpa edək...” (Nehemya 2:17).Bir-birinizə deyin: “Gəlin, gedib divarları bərpa edək”.Dərsin üçüncü hissəsiTəsvir 3-4Xalq yenidən divarları tikməyə başladı. İş həddindən artıq çox idi. Onlar iri daşları daşıyıb divardakı dəlikləri tutmalı idilər.

Bənnaların ağır daşları necə daşıdığını təsvir edin. Yerusəlimin divarlarının yenidən bərpa olunması heç də hamını

sevindirmirdi. İsrail xalqının düşmənləri onların işlərinə rişxənd edirdilər. Düşmənlər onlara hər cür mane olmağa çalışırdılar. Onlar işin tamamilə dayanmasını istəyirdilər. Nehemya peyğəmbər israillilərin düşmənlərinə söylədi: “Göylərin Allahı işimizi uğurlu edəcək” (Nehemya 2:20). Nehemya peyğəmbər inanırdı ki, Allah onun duasına cavab verəcək.

Page 40: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

40

Çünki o, Allaha etibar edirdi. İsrailin düşmənləri divarıların yenidən tikilməsini heç istəmirdilər. onlar getdikcə daha çox qəzəblənirdilər. “Bu yazıq yəhudilərin nə etdiklərinə baxın. Onlar buranı təzədən quracaqlarmı?” (Nehemya 4:2). “Əgər tikdikləri daş-divarın üstünə bir tülkü çıxarsa, ora dağılacaq” (Nehemya 4:3). Nehemya peyğəmbər nə edə bilərdi? Divarları yenidən tikmək çox ağır işdir. Üstəlik də düşmənlər bənnalara rişxənd edirdi. Nehemya peyğəmbər Allaha müraciət etdi. O bilirdi ki, Allah ona kömək edəcək. Əgər insanlar səninlə pis rəftar edirlərsə, sən də Allahdan kömək istəyə bilərsən. Sən Allahla hər şey barədə danışa bilərsən. Allahın xalqının düşmənləri onların işində hər vasitə ilə onlara əngəl olmağa çalışırdılar. Onlar gördülər ki, rişxənd etməklə mane ola bilmirlər, onda hücuma keçməyi qərara aldılar. Lakin Allah Öz xalqını müdafiə edirdi. Hücum baş tutmadı. İsraillilər tikintini davam etdirirdilər. düşmən hər dəfə tikintiyə mane olmaq istəyəndə, Nehemya peyğəmbər kömək üçün Allaha dua edirdi. Təsvir 3-6Xalq səylə çalışırdı. Çox keçmədi ki, Yerusəlimin dağılmış divarları yenidən bərpa oldu. Bunu eşidən və görən hər kəs bildi ki, Allah Öz xalqına kömək edir. Çünki Allah Öz xalqının dualarına cavab vermişdı. Nehemya peyğəmbərlə birlikdə xalq Allaha həmd edib hər şeyə görə minnətdarlıq etdi. Onlar bilirdilər ki, Allah onların bütün dualarına cavab verəcək.

“Onu alqışla” ilahini (nəğməni) oxuyun.Təkrarlama üçün suallarƏzbərləmək üçün ayə1. Dua nə deməkdir? (Allahla ünsiyyət deməkdir).2. Biz nə vaxt dua edə bilərik? (İstənilən vaxt).3. Biz necə Allaha dua edə bilərik? (Ucadan və ürəyimizdə). (Dərsin 1-3-cü hissəsi)4. Yerusəlim barədəki hansı xəbər Nehemya peyğəmbəri kədərləndirdi. (Şəhərin divarları dağılmış, darvazaları isə yandırılmışdı). 5. Nehemya peyğəmbərin pis xəbəri bölüşdüyü ilk şəxs kim idi? (Allah).6. Bəs, sən kədərli olduğun zaman nə edə bilərsən? (Allaha dua etmək).7. Nehemya peyğəmbərin işi nədən ibarət idi? (O, padşaha içki süzürdü). 8. Nəyə görə Nehemya peyğəmbər Allaha ucadan dua etmirdi? (Allah onu ürəyində də dua edəndə eşidirdi). 9. Sən dua etdiyin zaman harada olmalısan? (sən istənilən yerdə ola bilərsən).10. Yerusəlimin divarlarını bərpası üçün kimlər çalışırdı? (Nehemya peyğəmbər və Allahın xalqı).11. İsraillilərin düşmənləri nə edirdilər? (Allahın xalqı divarları bərpa edərkən düşmənlər onlara istehza edirdilər). 12. Xalq Allahın onlara kömək etdiyini görəndə nə etdi? (Allaha şükür edərək Ona minnətdarlıq etdilər). Diqqətimizi duaya yönəldək.1. Bizə Allahla danışmaq imkanını kim verib? (İsa Məsih).2. Allahdan nə diləyə biləcəyimiz barədə nümunə gətirin (Ehtiyacı

olduğumuz qida üçün). 3. Biz Allahla daha nələrə barədə danışa bilərik? (Onun qüdrəti barədə)

Page 41: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

41

Dərs 4İsa Məsihin duası

Müqəddəs Kəlamdan ayələr: Həvarilərin İşləri 16:31, 1Timotey 1:15, Luka 11:1-13, Luka 22:39-43, Yəhya 17

Mərkəzi həqiqət: Allaha dua etmək çox vacibdir

Tətbiq: İman etmiş və etməmiş uşaqlar üçün: İsa Məsihdən nümunə götürərək Allaha dua et.

Əzbərləmək üçün ayə: “Səhər, günorta, axşam nalə çəkirəm, ah-zar edirəm, O, səsimi eşidir” (Zəbur 55:17)

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

Salamlaşma

◆ Musiqili disk və pleyer ◆ Uşaqların adları qeyd olunan

nişanlar (səh. 69) ◆ Hər uşağa dörd ədəd rəngli

karandaş ◆ Hər uşağa A4 formatlı vərəq

Salamlaşma Sakit bir musiqi qoyun. Hər bir uşağı mehribancasına qarşılayıb, adlarını çəkərək nişanları yaxalarına taxın. Fəaliyyət “Mən sənin üçün dua edə bilərəm” Uşaqlardan dua edəcəyi insanların şəkillərini çəkmələrini xahiş edin. Onlara dostlarının və ailə üzvlərinin şəkillərini çəkməyi təklif edin. Sonra hər biri öz şəklini götürüb onun haqqında məlumat versin. Bu da uşaqlarla yaxından tanış olmağa kömək edəcək.

İlahilər və dua

◆ Musiqili disk və pleyer; ilahilər kitabı, yaxud mahnının sözləri (səh.13)

◆ “Mən Allahı tanıya bilərəm” mahnısına əyani vəsait

◆ İanə üçün səbət və ya pul daxılı

Mahnı (ilahi) “İsa məni sevir” Dua Uşaqlarla belə dua edin: “Əziz Allahımız, məni,

yaxınlarımı və dostlarımı sevdiyin üçün Sənə minnətdaram. Sənə Xilaskarımız kimi iman etdiyimizə və Sənin ailənə əbədi daxil olduğumuza görə təşəkkür edirik. İsa Məsihin adı ilə, amin!”

Mahnı (ilahi) “Mən Allahı tanıya bilərəm” (1 bənd).İanələr(Sərbəst istəyə görə). Səbəti bir-bir uşaqlara ötürün ki, onlar

ianələrini oraya atsın. (Mütləq valideynlərə ianə və onları nə üçün xərcləndiyi barədə danışın).

Əzbərləmək üçün ayə

◆ Dərs vəsaiti PPRA-g, PPRA-h, PPRA-i, PPRA-j, PPRA-k, PPRA-İ, PPRA-m və PPRA-n

◆ Və ya Əyani vəsait PPRA-R5, PPRA-R6, PPRA-R7, PPRA-R7, PPRA-R8, PPRA-R10 PPRA-11 və PPRA-12 (səh. 66-67)

◆ Musiqili disk və pleyer; ilahilər kitabı, yaxud mahnının sözləri (səh. 14)

◆ İşıqfor (səh.73) ◆ İzah (səh. 44)

Ayə Zəbur 55:17Ayə Zəbur 55:17Təkrar “Dayan-irəli”

Page 42: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

42

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

Bədənin açılışması üçün edilən hərəkətlər.

Fəaliyyət “Başla çiyin, dizlə topuq”Bu sözləri hərəkətlərlə hansısa tanınmış musiqi sədaları altında göstərmək olar:Başla çiyin, dizlə topuq,Dizlə topuq, dizlə topuq,Başla çiyin, dizlə topuq,Əl çalaq, Allaha izzət verək!

Bibliya dərsi

◆ Mətn (səh. 46) ◆ Dərs vəsaiti PPRA-4-1,

PPRA4-2 və PPRA4-3 ◆ Mövzunu danışmazdan

əvvəl PPRA4-3 və PPRA4-4 rəsmlərin üzərindəki “bulud” təsvir olunmuş rəsmini vərəqlə örtün. (səh. 47 izah olunub)

◆ Əyani vəsaitlər PPRA-c və PPRA-d

◆ Musiqili disk və pleyer; ilahilər kitabı, yaxud mahnının sözləri (səh. 13, 14)

Dərs “İsa Məsih dua edir” Dərsi ya bütöv, ya da ki, bir neçə hissələrə bölüb danışın. Dərsi danışarkən əlləriniz boş qalsın deyə, dərsə aid olan rəsmləri uşaqların görə biləcəyi hündürlükdə püpitr (üzərinə not və kitab qoymaq üçün mail lövhəsi olan ştativ) üzərinə yerləşdirin

?Təkrarlama

◆ Məktublar (səh.71), iki dəst ◆ Flanelqraf ◆ Suallar (səh. 48)

Oyunlar “Hərfi tap”Hərflərin bir dəstini flanelqrafın yuxarı hissəsinə, digər hərflərin dəstini isə düz yerə düzün. Suala düzgün cavab verən uşaq yerdə düzülmüş hərfi götürüb flanelqrafın üzərindəki eyni hərfin altından yapışdıra bilər. Bu oyunu bir neçə dəfə təkrarlamaq olar.

Diqqətimizi duaya yönəldək

◆ Bax, səh. 52 ◆ Musiqili disk və pleyer; ilahilər

kitabı və ya mahnının sözləri (səh. 14)

◆ Bir qutu konfet və ya oyuncaq ayı

◆ PPRA-a, PPRA-b, PPRA-c və PPRA-d

İzah Matta 6:9-12

Yemək vaxtı

◆ Süfrə (sizin zövqünüzə görə); uşaqların bəzi qidalara qarşı allergiyası ola biləcəyini nəzərə alın.

Fasilə Uşaqların tualetə getməsi və əllərini yuması üçün

fasilə elan edin.Dua Qida üçün Allaha minnətdarlıq edin.Sürfə başında Yemək vaxtı uşaqları dərsi təkrarlamağa yönəldin.

(Qeyd. Dərsi yaxşı mənimsəməsi üçün uşaqlar dərs vaxtı bir az yemək yeyə bilər, amma bunlar kiçik porslar olmalıdır ki, əsas yeməyi əvəz etməsin.

Page 43: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

43

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

* Доступны на сайте www.cefonline.com.

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

Yaradıcılıq fəaliyyəti

(Yaradıcılıq fəaliyyətlərindən

birini seçin)

◆ Hər uşağa bir ədəd dua dairəsi (səh. 75);

◆ Hər uşağa bir ədəd dua rəsmləri (səh. 76),

◆ Rəngli karandaşlar və ya flomasterlər

◆ Qayçı ◆ Yapışqan ◆ Dəftərxana knopkalar ◆ Şəffaf yapışqan plyonka (istəyə

görə) ◆ Jurnaldan müxtəlif insanların

şəkilləri (istəyə görə) ◆ Hər uşağa işləmək üçün iş

vərəqləri ◆ ◆ Yapma üçün xəmir və ya “gil”

(səh. 8)

Əl işləri “Dua dairəsi”Uşaqlardan rəsmləri rəngləyib, sonra onları kəsərək ölçülərinə görə yapışdırmalarını xahiş edin. Dairələri bir-biri ilə elə birləşdirin ki, deşikli olan dairə yuxarıda qalsın. Belə ki, yuxarıdakı dairəni fırlatmaqla, altdakı şəkillər dəlikdən görünəcək. Dairələrin asan fırlanması üçün hər dairənin üzərinə yapışqan şəffaf plyonka yapışdırın. (İstəyə görə). Uşaqların dua edə bilməsi üçün jurnaldan kəsilmiş müxtəlif insanların şəkillərini hazırlayın (məsələn, ailə, dostlar, qonşular, müəllimlər, təbliğçilər, dövlət məmurları, xəstələr, yoxsullar və s.). Uşaqlar istədikləri şəkli seçib dairənin üzərinə yapışdıra bilərlər. İş vərəqləri“İsa Məsih həm Özü, həm də başqaları üçün dua edirdi”.Uşaqlara çarmıx şəkli olan yapışqanı Müqəddəs Kitabın üzərinə, oyuncaq şəkli olan yapışqanı isə çarpayılarının üzərinə yapışdırmağa kömək edin. Yapma üçün xəmir “İsa Məsih harada dua edirdi” İsa Məsihin dua etdiyi yerlərin xəmirdən düzəltməyə kömək edin (məsələn, dağlar, bağlar, göllər, məbədlər və s.)

Əlavə yaradıcılıq

(Yaradıcılıq fəaliyyətlərindən

birini seçin)

◆ Qalın uzun vərəqlər (məsələn, qəhvəyi bağlama kağızı)

◆ Skotç, dəftərxana knopkası, yaxud çox istifadə olunan yapışqan məhlul

◆ Rəngli qələmlər və ya tabaşır

Yaradıcılıq fəaliyyəti “Dua divar naxışı”Kağızı divara yapışdırın. Qoy uşaqlar kağızın üzərində özləri və başqaları üçün hansı vəziyyətə görə dua etdiklərini təsvir etsinlər. Şəkilləri çəkib qurtarandan sonra, qoy hər uşaq çəkdiyi şəkili haqqında məlumat versin. həmçinin salamlaşma vaxtı da uşaqların çəkdiyi rəsmləri divara vurmaq olar. Fəaliyyət “Dua vaxtı”Uşaqlarla birlikdə ailə üzvləri, dostları üçün harada və necə dua edə biləcəkləri barədə söhbət edin (məsələn, yemək vaxtı, yatmazdan əvvəl, ad günlərində, uşaq meydançasında oyun oynayarkən, maşında və s.). Mümkünsə, qoy uşaqlar bu duaları sizin rəhbərliyinizin altında səhnə kimi göstərsinlər. Dərsi dostlar və ailə üzvlərinin Allahı tanımaları və Ona hər şeydə itaətli olmaları üçün dua etməklə bitirin.

Page 44: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

44

Əzbərləmək üçün ayə“Səhər, günorta, axşam nalə çəkirəm, ah-zar edirəm, O, səsimi eşidir” (Zəbur 55:17)”

Giriş

“Mən hər gün dua edirəm” mahnısını birlikdə xorla oxuyun. Mövzu ilə tanış olmaq

Günün müxtəlif saatlarında dua haqqındakı ayəni kim xatırlayır? (Zəbur 55:17). Gəlin, bu ayəni “yuxulu” səslə təkrarlayaq.

Ayəni sanki yuxudan oyanırmış kimi asta səslə təkrarlayın. Sonra isə həyətdə oynayırmış kimi ucadan təkrarlayın.

Uşaqlardan, əvvəlcədən Müqəddəs Kitabda nişanlanmış ayəni tapmaqda sizə kömək etməyinizi xahiş edin.

Ayəni oxuduqdan sonra uşaqlara PPRA-g , PPRA—h, PPRA-i, PPRA-j, PPRA-k, PPRA—l, PPRA—m və PPRA—n; yaxud PPRA-R5, PPRA—R2, PPRA—R6, PPRA—R7, PPRA-R8, PPRA-R9, PPRA-R10, PPRA-R11 və PPRA-R12 əyani vəsaitləri göstərin. İzah“Səhər, günorta, axşam nalə çəkirəm...” Allah istəyir ki, Onun övladları istənilən vaxt – gecə və gündüz Ona dua etsinlər. “ah-zar edirəm...” “Ah-zar etmək” – kimisə səsləmək, çağırma və kiməsə müraciət etmək deməkdir. Biz ürəyimizdə, yaxud səslə dua etdiyimiz zaman Allaha müraciət etmiş oluruq. Allahla günün istənilən vaxtı həm dua, həm də söhbət edə bilərik.

“O, səsimi eşidir...” Sən dua edəndə Allah səni eşidir. İstər pıçıltı ilə, istər ürəyində, istər kədərli, yaxud sevincli səslə dua etsən, Allah (əlinizi qulağınızın arxasına qoyun) mütləq səsini eşidəcək. Allah heç vaxt məşğul və ya uzaqda olmur. O, həmişə səsini eşidir. Allah eyni zamanda bütün insanların duasını həm dinləyə, həm də cavab verə bilər. Sənin Ona dediyin hər söz Onun üçün maraqlıdır.

Tətbiqetməİman etməmiş uşaq üçün:

Əgər sən hələ də İsa Məsihə iman etməmisənsə, Allah istəyir ki, sən Onu Xilaskarın kimi qəbul edəsən. Sən Allaha günahkar olduğunu etiraf edə və Ondan bağışlanma istəyə bilərsən. Rəbbə İsa Məsihin sənin uğrunda öldüyünə və yenidən dirildiyinə inandığını söyləyə bilərsən. Allahdan səni Onun övladı etməyini istəyə bilərsən. Əgər sən Allaha dua etsən, O səni eşidəcək. Az sonra bunu etməyin üçün sənə kömək edəcəm.

İman edən uşaq üçün: Əgər sən artıq iman etmisənsə, Allah istəyir ki, sən həm özün, həm də başqaları üçün dua edəsən. Allaha çəkinmədən öz arzuların və hislərin barədə danışa bilərsən. Allaha istədiyin yerdə, istədiyin vaxtda və hər şey barədə dua edə bilərsən. O, bütün dualarına cavab

Page 45: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

45

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

verəcək. Təkrarlama“Dayan və irəli”Ayəni sözbəsöz söyləyərək yuxarıda (səh.36) qeyd olunan hərəkətləri təkrar edin. Sonra işarələrdən istifadə edərək eyni ayəni təkrarlayın. “İşıqforun” yaşıl rəngini bir əlinizə, qırmızı rəngini isə o biri əlinizə götürün. “İşıqforun” yaşıl rəngini gördükdə ayəni ucadan birlikdə təkrarlayın. Qırmızı rəngini gördükdə isə dayanın. Hər sözün sonunda fasilələrlə bunu üç dəfə təkrarlayın. Sonra isə “işıqforun” işarələrini uşaqların dəyişməsinə icazə verərək yenidən təkrarlayın.

Diqqətimizi duaya yönəldək Matta 6:9-12“Mən dua edirəm” ilahisini oxuyunSəhnəcik: müəllimlə köməkçi sonuncu konfetin və ya və yumşaq oyuncağın (hər iki tərəfdən dartışdıraraq) kimə çatacağı barədə sanki mübahisə edirmişlər kimi özlərini göstərirlər. Əgər biz hansısa bir əşyaya görə mübahisə etmişiksə, bu zaman nə etməliyik? Əlbəttə ki, üzr istəməliyik. İsa Məsih şagirdlərinə duada Allahdan bağışlanma istəməyi öyrətmişdi. Müqəddəs Kitabınızdan Matta 6:12-ni oxuyun.“Bizim borclarımızı bizə bağışla” (Matta 6:12).Uşaqlara izah edin ki, İsa Məsih “borc” sözü deyəndə, O, günahlarımızı, yəni pis düşüncələrimizi, sözlərimizi və əməllərimizi nəzərdə tuturdu.Hamımız günah işlədirik.Uşaqlara PPRA-a, PPRA-b, PPRA-c və PPRA-d əyani vəsaitləri göstərərək, onlara bu barədə izah edin. Dua etdiyimiz zaman pis düşüncələrimizə, sözlərimizə və əməllərimizə görə Allahdan bağışlanma istəməliyik. Uşaqlarla birlikdə dua edin və sizin ardınızca onların da hər sözü təkrarlaması üçün vaxt verin. “Ey göylərdə olan Atamız! Sən çox qüdrətli Allahsan! Pis fikirlərə, sözlərə və əməllərimizə görə bizi bağışlamağını Səndən xahiş edirik. Amin!”Həmçinin də İsa Məsih həvarilərinə başqalarını da bağışlamağı öyrədirdi.Səhnəcik: nəticədə, müəllimlə köməkçisi konfetə və ya yumşaq oyuncağa görə dalaşır və sonda bir-birlərindən üzr istəyirlər.

Page 46: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

46

Dərsin birinci hissəsiTəsvir 4-1

Allahla necə ünsiyyət qurmaq barədə çox şey öyrəndik. Allahla ünsiyyəti biz dua adlandırırıq. Müqəddəs Kitabdan biz İlyas peyğəmbərin, Yunus peyğəmbərin və Nehemya peyğəmbərin necə dua etdiyi barədə oxuduq. Allah həmişə onların dualarını eşidir və cavab verirdi. Biz də eynilə onlar kimi dua edərək Allahla danışa bilərik. Əgər sən İsa Məsihi Xilaskarın kimi qəbul etmisənsə, Allah dualarını eşidəcəyinə və onlara cavab verəcəyinə söz verir.

Bəs, nə üçün biz məhz İsa Məsihə iman etməliyik? Çünki hamımız Allahın əmrlərini pozmuşuq. Əgər sən ananın sözündən çıxırsansa, onda Allahın əmrini pozmuş olursan. Çünki Allah bizdən valideynlərimizə qarşı itaətli olmağımızı istəyir.

Uşaqlara PPRA-c və PPRA-d əyani vəsaitləri göstərərək onlar barədə məlumat verin.

Allahın qanununun pozulması Müqəddəs Kitabda günah adlanır. Buna görə istənilən günahın əvəzi cazadır (Romalılara 6:23).

Lakin Allah İsa Məsihi göndərdi ki, bizim layiq olduğumuz cəzanı Öz üzərinə götürüb çarmıxda qurban getsin. İsa Məsih üçüncü gün ölülərdən dirilərək göyə qaldırılmışdır. O, bu günə qədər də sağıdır. Biz günahlarımıza görə tövbə edib Allahdan bağışlanma istəməliyik. Biz İsa Məsihə Xilaskarımız kimi iman etməliyik. Müqəddəs Kitabda (Həvarilərin İşləri 16:31) yazılıb ki: “Xilas olacaqsan sən və sənin ailən”. Bu ayəni Müqəddəs Kəlamdan oxuyun.İsa Məsih Göylərdən Yer üzünə Xilaskar kimi endi. İnsanları layiq olduqları cəzadan yalnız O, xilas edə bilər. O, körpə kimi doğuldu və insan kimi boya-başa çatdı. İsa Məsih heç vaxt günah işlətmədi. Onun Allahdan bağışlanma istəməyə ehtiyacı yox idi. Lakin buna baxmayaraq, O, yenə də Allaha dua edir, Onunla ünsiyyət qururdu. Müqəddəs Kəlamda İsa Məsihin bir neçə dua nümunəsi göstərilir.

Bəzən İsa Məsih dua etmək üçün sakit bir yerə gedib Allahla ünsiyyət qururdu. Hətta, O, insanlara xidmət edəndə belə, Allahla ünsiyyət qurmağa vaxt tapırdı. Əgər sənin də oynamaq istədiyin çoxlu oyuncaqların və dostların varsa, bütün bunlara baxmayaraq, Allahla ünsiyyət qurmağı yaddan çıxartmamalısan. Məsələn, sən həm səhər oyanarkən, həm də hər gecə yatmazdan əvvəl dua edə bilərsən.

“Onu alqışla” mahnısını oxuyunDərsin ikinci hissəsi (Luka 11:1-13)Təsvir 4-2Bir dəfə İsa Məsih dua edərkən, şagirdləri də Onun yanında idi. Onlar İsa Məsihdən onlara necə dua etməyi öyrətməyini istədilər (Luka11:1).O zaman İsa Məsih onlara necə dua etməli olduqlarını başa saldı.Müqəddəs Kitabdan həmin duanı oxuyun - Luka 11:2-4.

Page 47: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

47

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

İsa Məsih Öz şagirdlərinə həmişə duada qalmağı öyrədirdi. O, vəd vermişdi ki, Allah həmişə onları eşidəcək. Bizim üçün də Allahla danışmaq çox vacibdir. Çox yaxşı olar ki, sən hər gün dua edəsən. Vacib deyil ki, sən eynilə İsa Məsihin duasındakı sözləri təkrar edəsən. Biz Allaha bizə verdiyi hər bir şeyə görə minnətdar ola bilərik. Allahdan bağışlanma, özümüz və başqa insanlar üçün kömək istəyə bilərik. Çünki Allah bizim Onunla söhbət etməyimizi istəyir.

“Mən hər gün Allaha dua edirəm” mahnısının 1-ci bəndini oxuyun.

Bəzən olur ki, Allahdan yeni oyuncaq istəyirsən, ancaq oyuncağı əldə edə bilmirsən. Və yaxud xəstə dostunun sağalması üçün dua edirsən, lakin bu, baş vermir. Belə olan halda Allah sənə üç yolla cavab verir: “bəli”, “xeyr”, yaxud “gözlə”. Təbii ki, gözləmək çətin olur. Bəzən də Allah duamıza “yox” deyəndə, bunu başa düşə bilmirik. Lakin buna baxmayaraq, biz Allaha hər vəziyyətdə etibar etməliyik. Çünki O bizi çox sevir və bizim üçün hər zaman yaxşı olanı seçir.

“Mən hər gün Allaha dua edirəm” mahnısının 2-ci bəndini oxuyun.

Dərsin üçüncü hissəsi (Luka 22:39-43 və Yəhya 17:1-26)Təsvir 4-3Rəsmdəki “buludun” içindəki təsvir olunmuş şəkilin üstünü bağlayın. Yaxşı olar ki, rəsmdəki “çarmıx” şəkilini “1” rəqəmi ilə, “həvarilərin” şəkilini isə “2” rəqəmi ilə qeyd edəsiniz. İsa Məsih ölümündən qabaq dua edirdi. İsa bilirdi ki, tezliklə Onu çarmıxa çəkəcəklər. O, baş verəcək hadisələrdə Allahın izzətlənməsini istəyirdi. İsa Məsih məhz buna görə Yer Üzərinə Xilaskar kimi gəlmişdi.Çarmıx şəklini gizlədən vərəqi acin.İndi İsa Məsih başladığı işi başa çatdırmalı idi. Buna görə də O, Allahdan kömək dilədi. Necə düşünürsən, Allah İsa Məsihin duasını eşitdimi? Bəli. Eşitdi. Allah İsa Məsihi möhkəmləndirmək üçün göylərdən mələk göndərmişdi.Həvarilərin şəklini gizlədən vərəqi açın.İsa Məsih həmçinin Öz şagirdləri üçün də dua etmişdi. O bilirdi ki, az sonra göylərə qayıdacaq. Buna görə də O, Allahdan şagirdlərini qorumağı və onlara hər şəraitdə kömək etməyini istədi. İsa Məsih Allahdan xahiş etdi ki, Allah Onun şagirdlərini cəsarətləndirsin, onlar da öz növbədə insanlara Allahın sevgisi barədə danışa bilsinlər.Təsvir 4-4Buludun içindəki şəkilləri vərəqlə gizlədin.İsa Məsih tək şagirdləri üçün deyil, başqa insanlara görə də dua etdi. O, gələcəkdə Ona iman edəcək və Onu Xilaskar kimi qəbul edəcək kəslər üçün də dua etdi.Uşaqların təsvir olunduğu şəkli açın.Əgər sən İsa Məsihi Xilaskarın kimi qəbul etmisənsə, onda sən də bu insanlardan birisən.İsa Məsih dua edirdi ki, Ona iman edən hər kəs Allahın Onları necə çox sevdiyini başa düşsünlər.

Page 48: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

48

İsa Məsih çarmıxda öldükdən sonra yenidən ölülərdən dirildi və indi O, Göylərdədir. Buna baxmayaraq, O, yenə də dua etməyə davam edir. O, Ona iman edən bütün insanlara - kişi və qadın, oğlan və qızlara görə dua edir. Gəlin, İsa Məsihə bizə Allahla necə ünsiyyət qurmağı öyrətdiyinə görə minnətdarlıq edək. Dərsi qısa dua ilə yekunlaşdırın: “Ya Rəbb, İsa Məsihin bizə necə dua etməyi öyrətdiyinə görə Sənə minnətdarıq. Onun bizim üçün dua etdiyinə görə Sənə minnətdarıq. Amin!”

Təkrar üçün suallarƏzbərləmək üçün ayə1. Allah nə zaman sənin dualarını eşidir? (Hər zaman və hər

vəziyyətdə – səhər, günorta, axşam).2. Dua nə deməkdir? (Dua – ürəyimizdə, fikirlərimizdə və uca səslə

Allahla söhbət etmək deməkdir).3. Allah sənin Onunla nə barədə danışmağını istəyir? (Hər şey

barədə. Allah istəyir ki, sən Onu izzətlədirib, günahlarını Ona etiraf edib, özün, dostların və ailən üçün kömək istəyəsən və s.)

(Dərsin 1-3-cü hissəsi)1. Nə üçün biz məhz İsa Məsihə iman etməliyik? (Çünki biz Allahın

qanunlarını pozmuşuq).2. İsa Məsih heç vaxt nəyə yol verməmişdi? (Günaha).3. İsa Məsih həmişə nəyə vaxt ayırardı? (Duaya).4. Şagirdlər İsa Məsihdən onlara nəyi öyrətməsini istəyirdi? (Dua

etməyi).5. Allah hansı yollarla duamıza cavab verə bilər? (“Bəli”, “Xeyr”,

“Gözlə”).6. İsa Məsih çarmıxa çəkilməzdən əvvəlki gecə nə etdi? (O, dua

edirdi).7. Allah İsa Məsihi möhkəmləndirmək üçün kimi göndərdi?

(Mələyi).8. İsa Məsih indi haradadır? (Göylərdə).9. İsa Məsihin göylərdəki xidməti nədən ibarətdir? (O, Ona iman

edən hər kəs üçün dua edir).Diqqətimizi duaya yönəldək1. Əgər biz kiminləsə mübahisə etmişiksə, bu zaman nə etməliyik?

(Barışaraq üzr istəməliyik).2. Duada Allaha daha nələr söyləməliyik? (Pis düşüncələrimizə,

sözlərimizə və əməllərimizə görə Allahdan bağışlanma diləməliyik).3. Bizdən kimsə üzr istəyəndə, nə etməliyik? (Onu bağışlamalıyıq).

Page 49: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

49

Dərs 5 Allahın həvari Peterin duasına cavab verməsi

Müqəddəs Kəlamdan ayələr: Həvarilərin İşləri 12:1-17

Mərkəzi həqiqət: Allah Öz xalqının duasına cavab verir

Tətbiq: Həm iman edən, həm də iman etməyən uşaq üçün: Allaha Öz xalqının dualarına cavab verdiyi üçün minnətdarlıq et.

Əzbərləmək üçün ayə: “Məni çağır, sənə cavab verim...” (Yeremya 33:3).

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

Salamlaşma

◆ Musiqili disk və pleyer ◆ Uşaqların adları qeyd

olunan nişanlar (səh. 69) ◆ 2,5x15 sm ölçülü

rəngbərəng zolaqlı kağız ◆ Yapışqan karandaş və ya

skotç

Salamlaşma Sakit bir musiqi qoyun. Hər bir uşağı mehribancasına qarşılayıb, adlarını çəkərək nişanları yaxalarına taxın. Fəaliyyət “Kağızdan zəncir”Qoy uşaqlar rəngarəng kağızlardan zəncirlər düzəltsinlər. Bütün zəncirləri birləşdirin.

İlahilər və dua

◆ Musiqili disk və pleyer; ilahilər kitabı, yaxud mahnının sözləri (səh. 13, 14)

◆ “Mən Müqəddəs Kitaba inanıram” mahnısına əyani vəsait

◆ İanə üçün səbət və ya pul daxılı

Mahnı (ilahi) “Mən Müqəddəs Kitaba inanıram” Dua Uşaqlarla belə dua edin: “Əziz Allahımız, Səninlə

duada danışa bildiyimiz üçün Sənə minnətdarıq. Biz Səni sevir və izzətləndiririk. Xahiş edirik, günahlarımıza görə bizi bağışla. Mənim ailəmə, dostlarıma və mənə kömək etdiyin üçün Sənə təşəkkür edirəm. İsa Məsihin adı ilə, amin”.

Mahnı (ilahi) “Mən dua edirəm” (1-3 bəndləri).İanələr(Sərbəst istəyə görə). Səbəti bir-bir uşaqlara ötürün ki, onlar

ianələrini oraya atsın. (Valideynlərə ianə və onların nə üçün xərcləndiyi barədə danışın).

Əzbərləmək üçün ayə

◆ Dərs vəsaiti PPRA-R13, PPRA-R14 və PPRA-R15(səh. 68)

◆ İzah (səh. 52) ◆ Hərəkətlər(səh. 12) ◆ Telefon (istəyə görə)

Ayə Yeremya 33:3 Təkrar Ayəni hərəkətlərlə öyrənirik

Bədənin açılışması üçün edilən hərəkətlər.

◆ “Dayan və irəli” nişanı (səh. 77)

Fəaliyyət “Dayan və irəli”Uşaqlara başa salın ki, onlara yaşıl işarəni göstərdikdə yerində addımlamalı, qırmızı işarəni göstərdikdə isə yerində dayanmalıdırlar. Sonra eyni şeyi təkrarlayaraq, yerlərində hoppanmağı, fırlanmağı və qaçmağı xahiş edin

Page 50: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

50

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

Bibliya dərsi

◆ Mətn (səh. 54) ◆ Dərs vəsaiti PPRA5-2,

PPRA5-3, PPRA5-4, PPRA5-5 və PPRA5-6

◆ Musiqili disk və pleyer; ilahilər kitabı, yaxud mahnının sözləri (səh. 14)

◆ Vərəq və marker ◆ “İşıqfor”un rəsmı (səh. 73) ◆ Köməkçi üçün həvari

Peterin libası (istəyə görə)

Dərs “Allahın həvari Peterin duasına cavab verməsi” Dərsi ya bütöv, ya da ki, bir neçə hissələrə bölüb danışın. Dərsi danışarkən əlləriniz boş qalsın deyə, dərsə aid olan rəsmləri uşaqların görə biləcəyi hündürlükdə püpitr (üzərinə not və kitab qoymaq üçün mail lövhəsi olan ştativ) üzərinə yerləşdirin.

?Təkrarlama

◆ On beş dairədən ibarət olan kağızdan zəncir, yaxud salamlaşma vaxtı hazırladığınız zəncir

◆ Suallar (səh. 56)

Oyunlar “Zənciri qır”Suala düzgün cavab verən uşaq irəli çıxıb zəncirlərdən birini qıra bilər. Digər variant: uşaqlarının hər birinə zəncir verin ki, hər düzgün cavabdan sonra onlar zəncirləri bir-bir qıra bilsinlər.

Diqqətimizi duaya yönəldək

◆ Bax, səh. 53 ◆ PPRA-1-5, PPRA-3-3,

PPRA2-5 və PPRA4-6 ◆ Musiqili disk və pleyer;

ilahilər kitabı və ya mahnının sözləri (səh. 13)

İzah Matta 6:9-13

Yemək vaxtı

◆ Süfrə (sizin zövqünüzə görə); uşaqların bəzi qidalara qarşı allergiyası ola biləcəyini nəzərə alın.

Fasilə Uşaqların tualetə getməsi və əllərini yuması üçün fasilə

elan edin.Dua Qida üçün Allaha minnətdarlıq edin.Sürfə başında Yemək vaxtı uşaqları dərsi təkrarlamağa yönəldin.

(Qeyd. Dərsi yaxşı mənimsəməsi üçün uşaqlar dərs vaxtı bir az yemək yeyə bilər, amma bunlar kiçik porslar olmalıdır ki, əsas yeməyi əvəz etməsin.

Page 51: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

51

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

* Доступны на сайте www.cefonline.com.

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

Yaradıcılıq fəaliyyəti

(Yaradıcılıq fəaliyyətlərindən

birini seçin)

◆ Hər uşağa bir dəst “Müjdə ürəkcikləri” paylama materialı (səh.78);

◆ Hər uşağa bir qutu sarı, qara, qırmızı və yaşıl rəngli karandaş

◆ Qayçı ◆ Deşikaçan ◆ Hər uşağa dəftərxana

knopkaları ◆ Hər uşağa işləmək üçün iş

vərəqləri ◆ Hər uşaq üçün müəyyən

ölçüdə parça ◆ Yapışqan ◆ Yapma üçün xəmir və ya

“gil” (səh. 8)

Əl işləri “Müjdə ürəkcikləri”Uşaqlardan ürəkcikləri təlimata uyğun rəngləməyi xahiş edin. İşarə olunan yerdə deşik açıb düyməciyi oraya taxın. Böyük yaşlı uşaqlara rəngli kartondan ürəkcikləri özlərinin düzəltmələri daha maraqlı ola bilər. Birlikdə Müjdə etməyi məşq edin. Uşaqlara sarı ürəkciklərin bizə Səmavi Səltənəti, günahın olmadığı Allahın evini, qara ürəkciklərin günaha batdığımızı, qırmızı ürəkciklərin İsa Məsihin uğrumuzda ölməsini, ağ ürəkciklərin bağışlandığımızı və günahlardan azad olmağımızı, yaşıl ürəkciklərin isə bizim Allahın övladları kimi inkişaf etməli olduğumuzu xatırlatdığını izah edin. İş vərəqləri“Allahın Peterin duasına cavab verməsi”.Uşaqlara Rodanın başındakı örtüyün üzərinə yapışqanı çəkib parçanı yapışdırmağa kömək edin. Yapma üçün xəmir “Zəncirləri düzəldin, sonra qırın” Bugünkü dərsi təkrarladığınız zaman uşaqlar xəmirdən zəncir düzəldib onu qırsınlar.

Əlavə yaradıcılıq

(Yaradıcılıq fəaliyyətlərindən

birini seçin)

◆ Hər tərəfində 1, 2, 3, 4, 50 və 100 işarə olunmuş kiçik qutu.

◆ “Dayan”, “Gözlə” və “İrəli” işarələri

Səhnəcik “Bəli”, “Xeyr” və ya “Gözlə”Uşaqları divarın önündə sıraya düzün. Qoy uşaqlar bir-bir kiçik qutunu atsınlar. Qutunun üzərindəki rəqəmi gördükdə, uşaqdan soruşun: “Sən rəqəmə uyğun irəliyə addım ata bilərsən?” Əgər 50 və ya 100 rəqəmləri düşübsə, onda köməkçi “dayan” işarəsini versin və qrupa 50, yaxud 100 addımın həddindən artıq olduğunu və buna görə də bu sualın düzgün cavabının “xeyr” olduğunu izah etsin. Əgər digər rəqəmlər düşübsə, onda köməkçi “irəli” işarəsini qaldırıb və uşaqlara lazım olan addımları atmağa kömək etsin. Əgər uşaq qarşıdakı divara çatıbsa, köməkçi “gözlə” işarəsini qaldırsın və uşağın gözləməsini, müəyyən fasilədən sonra isə qalan addımlarına davam etməyi xahiş etsin. Səhnəcik “Peteri azad edək” Qoy uşaqlar növbə ilə Peteri, iki mühafizəçini, mələyi və dua edən imanlıların təsvirini canlandırsınlar. Əvvəlcə mələk Peteri oyadıb, onu zindandan çıxartsın. Sonra Peter dua edən imanlıların yanına getsin. İmanlılar duadan qalxıb “Allaha şükür olsun! Peter azaddır!” deyə ucadan söyləsinlər. Səhnə paltarları olmadan səhnəciyi bir neçə dəfə təkrarlayın ki, uşaqlar özlərini müxtəlif rollarda sınasınlar.

Page 52: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

52

Əzbərləmək üçün ayə

“Məni çağır, sənə cavab verim...” (Yeremya 33:3).

GirişGüman edin ki, telefonla danışırsınız. “Nömrələri yığa-yığa” səslər çıxardın. Sonra özünüzü abonentin çağırdığını, avtocavabın səsini eşidirmiş kimi göstərin. Sonda isə zəngə cavab verilmədiyini göstərin. Bəzən, olur ki, kiməsə zəng çatmır. Lakin mən hər zaman zəng edə bilinəcək Birini tanıyıram. O, həmişə cavab verir. Bunun üçün də bizə telefon lazım deyil! Bilirsiniz, mən Kimin haqqında danışıram? (Allah haqqında).

Mövzu ilə tanışlıqƏgər biz Allahı çağırsaq, O, mütləq bizə cavab verəcək. O, bu barədə Müqəddəs Kitabda Yeremya 33:3-də söyləyir. Gəlin, bu ayəni (köməkçinin adını söyləyin) kiməsə (üç köməkçi adı çəkin) söyləmək üçün kiməsə zəng etməyimizi fərz edək. Bunu daha bir iki köməkçi vasitəsilə təkrar edin. Uşaqlardan, əvvəlcədən Müqəddəs Kitabda nişanlanmış ayəni tapmaqda sizə kömək etməyinizi xahiş edin. Uşaqlara ayəni oxuduqdan sonra PPRA-R13, PPRA-R14 və PPRA-R15 əyani vəsaitləri göstərin.

İzah“Çağır Məni...” Bu ayə vasitəsilə Allah bizə müraciət edir və Onu hər zaman çağıra biləcəyimizi söyləyir. Bunun üçün bizə telefon lazım deyil. Çünki biz dua vasitəsilə Onu çağıra bilərik. Duamızı həm ürəyimizdə, həm də uca səslə edə bilərik. Duada xüsusi dildə danışmağımız və gözəl sözlər söyləməyimiz vacib deyil. Bir-birimizlə necə ünsiyyət qururuqsa, Allahla da o cür ünsiyyət qura bilərik. Bəs, Allahla nə vaxt danışa bilərik? (İstənilən yerdə və istənilən vaxtda).

“... sənə cavab verəcəyəm...” Allah söz verir ki, Onu çağırsan sənə cavab verəcək. Allah duamıza cavab verməmək üçün heç vaxt məşğul olmur. O, həmişə səsini eşidir və sənə cavab verir. Əlbəttə, Allah həmsöhbətin kimi səs səslə cavab vermir. Lakin buna baxmayaraq, O, duanı cavabsız qoymayacaq.

Tətbiqetməİman etməyən uşaq üçün:

Əgər sən hələ də İsa Məsihi Xilaskarın kimi qəbul etməmisənsə, onda Allaha duada müraciət edib İsa Məsihə iman etdiyini söyləyə bilərsən. Əmin ol ki, Rəbb duanı eşidib səni Öz ailəsinə qəbul edəcək.

İman edən uşaq üçün:Əgər sən artıq Allahın övladısansa, bil ki, Allahı istənilən yerdə və istənilən vaxtda hər bir ehtiyacına görə çağıra bilərsən. O, sənə cavab verəcək.

Page 53: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

53

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

Təkrarlama

“Ayəni əl hərəkətləri ilə öyrənirik”

Ayəni sözbəsöz söyləyərək (səh.12) hərəkətləri təkrar edin.

Sonra işarələrdən istifadə edərək ayəni bir daha təkrarlayın.

Diqqətimizi duaya yönəldək“Matta 6:9-13”

“Mən dua edirəm” ilahisini oxuyun.

Duaya başlayın. Qoy uşaqlar sözbəsöz ardınızca duanızı təkrarlasınlar.

“Ey Göylərdə olan Atamız! Sən qüdrətli Allahsan!

Qoy Yer Üzündə hər şey Sənin istədiyin kimi olsun!

Xahiş edirik, bizim üçün lazım bildiyin şeyləri bizə ver.

Pis düşüncələrimizə, sözlərimizə və əməllərimizə görə bizi bağışla.

Amin!”

Biz həmişə “Xoş Xəbər” adlı dərnəyində Allahla danışırıq. (Əgər sizin qrupunuz başqa cür adlanırsa, onda dərnəyin adını qrupunuza uyğun adla əvəz edin). Bilirsənmi ki, Allahla harada olmağından asılı olmayaraq, Onunla danışa bilərsən.

İlyas peyğəmbər Allaha dağda (PPRA1-5 əyanı vəsaitləri göstərin), Nehemya peyğəmbər sarayda (PPRA3-3 əyanı vəsaitləri göstərin), Yunus peyğəmbər isə balığın qarnında (PPRA2-5 əyanı vəsaitləri göstərin) dua edirdi.

Allahla danışmaq üçün mütləq məbəddə dua etməyin vacib deyil. Sən istənilən yerdə də dua edə bilərsən.

Uşaqlara PPRA4-6 əyani vəsaitləri göstərərək dua vaxtı uşaqların harada olmaları barədə danışın.

Sən Allaha həm evində, həm dostunun evində, həm nənənin evində, həm də uşaq bağçasında dua edə bilərsən. Eləcə də, həyətdə və ya istirahət etdiyin yerdə dua edə bilərsən. Beləcə, harada olmağın vacib deyil!

“Mən dua edirəm” ilahisinin 1-ci bəndi oxuyun.

Page 54: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

54

Dərsin birinci hissəsiHəvari Peter dərin yuxuya getmişdi. O, öz yumşaq yatağında deyil, soyuq zindanda yerdə yatmışdı. Bəs, o, zindana necə düşdü? Nə baş verdi? Təsvir 5-2Həvari Peter İsa Məsihin şagirdlərindən biri idi. O, İsa Məsihi çox sevirdi. İsa Məsih göylərə qayıdandan sonra da, həvari Peter bütün insanlara Onun barəsində danışırdı. Bir çox adamlar Peterin vasitəsilə İsa Məsihə iman etmişdilər. Lakin bəzilərinin Peterin və digər həvarilərin müjdələmələri xoşlarına gəlmirdi. Buna görə onlar həvarilərə İsa Məsih barədə insanlara danışmağa mane olurdular. Bu insanlardan biri də Hirod idi. O, olduqca qəddar insan idi. O, artıq İsa Məsihin ardıcıllarından bir neçəsini həbs etmişdi. Təsvir 5-3Bir dəfə həvari Peterin pis heç nə etməməsinə baxmayaraq, onu həbs etmişdi. Hirod elə fikirləşirdi ki, bununla da İsa Məsih barədəki Xoş Xəbərin yayılmağının qarşısı alınacaq. Hirod istəyirdi ki, İsa Məsihin düşmənləri bu işdən razı qalsınlar. O, bilirdi ki, Peteri həbs etməklə İsa Məsihin düşmənlərinin gözündə hörmət qazanacaq. Buna görə də o, belə hökm verdi: “Qoy Peterə on altı keşikçi keşik çəksin!”Uşaqların keşikçilərin sayı barədə təsəvvürləri olsun deyə, vərəqin üzərində on altı fiqur çəkin (məftildən düzəldilmiş adamlar da ola bilər). Cinayət törətməyən məhbus üçün on altı keşikçi çox idi. Keşikçilərdən biri Peterin sağında, digəri isə solunda durmuşdu. Qalan keşikçilər isə Peteri zindanın çöl tərəfindən qoruyurdu. Təsvir 5-4Gecə düşdü. Peter dərin yuxuya getdi.

Qoy uşaqlar özlərini yuxuluğa vursunlar. Həmin şəhərdə zindana yaxın olan yerdə Peterin dostları bir evdə yığışmışdılar. Onlar da Peter kimi İsa Məsihi çox sevirdilər. Onlar yaxşı bilirdilər ki, keşikçilərlə mübarizə apararaq Peteri xilas etmək mümkün deyil. Lakin onlar bu barədə Allaha dua edib kömək istəyə bilərdilər. Bu, çox düzgün qərar idi. Onlar sadəcə Peterin halına acıyıb narahat ola bilərdilər. Lakin bunun əvəzinə onlar bir yerə toplaşıb Peter üçün Allaha dua etməyə başladılar. Onlar bilirdilər ki, Allah onları eşidib onlara kömək edəcək. Sən də çətinliyə düşəndə dərhal Allahla danışa bilərsən. Əgər sən Allahın köməyinə ehtiyacı olan birini tanıyırsansa, ondan ötrü Allahdan kömək istəyə bilərsən. Allahla danışmaq çox düzgün və yaxşıdır. Dərsin ikinci hissəsiHəvari Peter keşikçilərin nəzarəti altında zindanda yatmışdı. Təbii ki, həmin zindan çox dəhşətli bir yer idi. Lakin buna baxmayaraq, Peter Allaha güvəndiyi üçün rahat yatmışdı. Onu nə yuxusuzluq, nə da başqa bir şey narahat edirdi. Peterin əl-ayağı qandallanmışdı. Digər keşikçilər isə qapının ağzında idilər. Birdən otaqda kimsə peyda oldu! Bu, mühafizəçi deyil, mələk idi. Zindanın otağını işıq bürüdü. Mələk Peteri silkələyərək dedi:

Page 55: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

55

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

“Tez ol, qalx!” (Həvarilərin İşləri 12:7).Peterin biləklərindəki zəncirlər düşdü . Mələk ona dedi: “Qurşağını bağla, çarığını geyin... Üst paltarını geyin ardımca gəl” (Həvarilərin İşləri 12:8).Peter belə də etdi. O, mələyin ardınca düşərək zindandan bayıra çıxdı. Onlar bütün keşikçilərin yanından keçdilər. Keşikçilər isə onları saxlamağa belə cürət edə bilmədilər. Peter bütün baş verənlərin gerçək olduğunu dərk etmirdi. O, elə düşünürdü ki, bir görüntüdür görür (yəni, bütün bunlar yuxuda baş verir). Onlar şəhərə açılan zindanın dəmir darvazalarına çatdılar. Darvaza bərk-bərk bağlanmışdı. Lakin birdən darvaza öz-özünə açıldı. Onlar çıxıb küçə uzunu getdi.Təbii ki, uşaqlara avtomat qapılar yaxşı tanışdı. Buna görə də baş verənlərin nə qədər qeyri-adi olduğunu uşaqlara izah edin.Beləliklə, həvari Peter mələklə birgə zindandan çıxdı. Peter artıq azad idi. Onlar küçə ilə biz az getdikdən sonra, mələk Peterdən ayrıldı. Beləcə Peter küçənin ortasında tək tənha qaldı. Peter o andaca özünə gəlib baş verənlərin gerçək olduğunu anladı. Allah Öz övladlarının duasına cavab vermişdi. “İndi əminliklə başa düşdüm ki, Rəbb Öz mələyini göndərib məni Hirodun əlindən qurtardı” (Həvarilərin İşləri 12:11).Peter hara getməli olduğunu bilirdi. O, imanlıların toplaşdığı evə getdi. Allah onların duasını eşitmişdi. Onların necə dua etdiyini biz bilmirik. Lakin dəqiq bilirik ki, onlar öz dostları üçün dua etmişdilər. Buna görə də Allah Peteri zindandan xilas etmək üçün mələyi göndərdi. Allah onların duasına cavab vermişdi.Biz Allaha Öz xalqının – İsa Məsihə iman edən və Allahın ailəsinə çevrilən kəslərin dualarına cavab verdiyi üçün minnətdarlıq edə bilərik. Lakin Allah bizə həmişə “bəli” deyə cavab vermir. O, xahişimizə cavab olaraq “gözlə”, yaxud “xeyr” deyə bilər. Allah həmişə xeyirxahdır. O, hər zaman düzgün olanı edir. Allahın duaya üç yolla cavab verməsini daha asan şəkildə uşaqlara izah etmək üçün “işıqfor” şəkili olan vərəqi çapdan çıxarın (səh. 73).

“Mən hər gün dua edirəm” ilahisini oxuyun.Beləliklə, Peter imanlıların toplandığı evə gəlib çatdı. O, zindandan azad olduğu üçün çox sevinirdi. Peter qapını döydü. Dərsin üçüncü hissəsiƏlinizlə masanın üzərini taqqıldadınTəsvir 5-5Bir qaravaş qadın qapıya yaxınlaşdı. Lakin o, qapını açmağa tələsmədi. Yəqin ki, o, qapını döyənin kim olduğunu soruşdu. Çünki gecə idi. O, Peterin səsini eşitdikdə, sevincindən evə qaçıb “Peter qapının ağzındadır!” – deyə hamıya xəbər verdi. Qadın tələsdiyindən və həyəcanlı olduğundan qapını açmağı unutmuşdu. Otaqdakı imanlılar bunun həqiqət olduğuna inanmadılar. “Dəli olmusan?” – deyə onlar soruşdular (Həvarilərin İşləri 12:15).“Ancaq o, bayırdadır!” – deyə qız dediyinin üstündə durdu. Peter isə dayanmadan qapını döyürdü.

Page 56: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

56

Təsvir 5-6Nəhayət, onlar qapını açıb bunun Peter olduğuna əmin oldular. Peterin dostları çox sevindilər! Həvari Peter onların sakiləşmələrini xahiş etdi. Hamı sakitləşəndən sonra, Peter bütün baş verənləri onlara danışmağa başladı. Qoy sizin köməkçiniz Peteri təsvir etsin; elə göstərin ki, guya uşaqlar həmin evdə toplaşan imanlılardır. “Peter” də həmin gecə baş vermiş hadisələr barədə onlara danışsın. “Mən əl-ayağım zəncirlənmiş halda yatmışdım. Ətrafımda çoxlu mühafizəçilər var idi. Birdən bir mələk peyda oldu. O, mənə geyinməyi əmr etdi. Mələyin ardınca düşərək mən zindanın darvazasına gəlib çatdım. Onlar çox ağır və çox böyükdürlər! Darvazalar öz-özünə açıldı və mən küçəyə çıxdım. Mələk məni tərk edəndən sonra, bunun yuxu olmadığını başa düşdüm! Allah məni xilas etmək üçün Öz mələyini göndərmişdi”.Beləliklə, Allah Peterin dostlarının duasını eşitmiş və onu zindanda xilas etmişdi. Ertəsi gün zindanda böyük çaxnaşma baş verdi. Peter haradadır? Yəni o qaçıb? O, bunu necə bacardı? Yalnız Peterin dostları Allahın onların dualarını eşidib onu xilas etdiyini bilirdilər.

“Mən hər gün dua edirəm” mahnısını oxuyun

Təkrar üçün suallarƏzbərləmək üçün ayə1. Kim deyir: “Məni çağır, sənə cavab verim”? (Allah).2. Sən Allahı necə çağıra bilərsən? (Allaha ürəyində və uca səslə dua etməklə).3. Allahı çağırdığın zaman Allah sənin üçün nə edəcəyinə söz verib? (Duana cavab vermək).

(Dərsin 1-3-cü hissəsi)1. Peter haqqındakı əhvalatın əvvəlində Peter nə edirdi? (Yatmışdı).2. Peter həmin an harada idi? (Zindanda)3. Peter həmişə Kimin barəsində müjdələyirdi? (İsa Məsih barədə).4. Peter tutulduqdan sonra onun dostları nə etdi? (Bir yerə toplaşıb onun üçün dua edirdilər).5. Bəs, sənə çətin olanda nə edə bilərsən? (Allaha dua etmək).6. Allah onların dualarına necə cavab verdi? (Mələk Peteri zindandan azad etdi)7. Peter həbsdən çıxdıqdan sonra hara getdi? (Dostlarının dua etdiyi evə).8. Qapının döyülməsini eşidən, amma onu açmağı yaddan çıxardan kim idi? (Qaravaş qadın).9. Allah duamıza nə cür cavab verir? (“Bəli”, “Xeyr”, “Gözlə”).Diqqətimizi duaya yönəldək1. Biz dua edəndə kiminlə danışırıq? (Allahla).2. Biz duada Allahla nə barədə danışa bilərik? (Bunlardan hər hansı biri ilə: biz Allahdan bağışlanma istəyə bilərik; Allaha Onun qüdrətli olduğunu söyləməklə; bizə bəxş etdiyi hər bir şeyə görə minnətdar olmaqla; ehtiyaclarımızı Ona söyləməklə).3. Biz harada Allaha dua edə bilərik? (İstənilən yerdə).

Page 57: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

57

Dərs 6Həvari Paul və Silanın duasına Allahın cavab verməsi

Müqəddəs Kəlamdan ayələr: Həvarilərin İşləri 16:11-35

Mərkəzi həqiqət: Allah, Ona dua etməyini istəyir

Tətbiq: İman etmiş və etməmiş uşaqlar üçün:

İsa Məsihdən nümunə götürərək Allaha dua et.

Əzbərləmək üçün ayə: “Məni çağır, sənə cavab verim, bilmədiyin böyük, dərkedilməz şeyləri sənə bildirim (Yeremya 33:3)

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

Salamlaşma

◆ Musiqili disk və pleyer ◆ Uşaqların adları qeyd olunan

nişanlar (səh. 69) ◆ Hər uşağa “işiqfor” verin

(səh. 73), ◆ Hər uşağa bir ədəd qırmızı,

sarı, yaşıl karandaşlar dəsti verin

Salamlaşma Sakit bir musiqi qoyun. Hər bir uşağı mehribancasına qarşılayıb, adlarını çəkərək nişanları yaxalarına taxın. Fəaliyyət“İşıqfor” Hər uşağa üç karandaş və üzərində işiqfor təsviri olan rəsmi verin. İşıqforun yuxarıdakı dairəsini qırmızı, ortadakını sarı və aşağıdakını isə yaşıl ilə rəngləmələrini xahiş edin. Yolda gördüyünüz bu rənglərin nəyi bildirdiyi barədə onlara danışın.

İlahilər və dua

◆ Musiqili disk və pleyer; ilahilər kitabı, yaxud mahnının sözləri (səh. 13)

◆ “Mən Allahı tanıya bilərəm” mahnısına əyani vəsait

◆ İanə üçün səbət və ya pul daxılı

Mahnı (ilahi) “Mən Allahı tanıya bilərəm” (1-ci bənd) Dua Uşaqlarla belə dua edin: “Əziz Allahımız, Səni tanıya

bildiyimə və sevdiyimə görə Sənə minnətdaram. Məni sevdiyinə görə Sənə şükür edirəm. Sən bütün dualarıma ən yaxşı şəkildə cavab verirsən. İsa Məsihin adı ilə, amin”.

Mahnı (ilahi) “Mən dua edirəm”.İanələr(Sərbəst istəyə görə). Səbəti bir-bir uşaqlara ötürün ki, onlar

ianələrini oraya atsın. (Mütləq valideynlərə ianə və onların nə üçün xərcləndiyi barədə danışın).

Əzbərləmək üçün ayə

◆ Dərs vəsaiti PPRA-R13, PPRA-R14, PPRA-R15 və PPRA-R16 (səh. 68)

◆ İzah (səh. 60) ◆ Əl hərəkətləri(səh.12)

Ayə Yeremya 33:3Təkrar Ayəni əl hərəkətləri ilə öyrənirik

Page 58: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

58

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

Bədənin açılışması üçün

edilən hərəkətlər.

Fəaliyyət “Aparıcının ardınca təkrar edin”Uşaqlara hərəkətləri göstərin. Onların sizin ardınızca hərəkətləri təkrar etmələrinə imkan yaradın. Məsələn, yerinizdə qaçın, hoppanın, dartının və s. Sonra digər uşaqların da aparıcılıq etmələrinə izn verin.

Bibliya dərsi

◆ Mətn (səh. 62) ◆ Dərs vəsaiti PPRA-6-1,

PPRA6-2, PPRA6-3, PPRA6-4, PPRA6-5 və PPRA6-6

◆ Əyani vəsaitlər PPRA-a, PPRA-b, PPRA-c və PPRA-d

◆ Musiqili disk və pleyer; ilahilər kitabı, yaxud mahnının sözləri (səh. 13)

◆ Pambıqlı kürəcik və ilıq su ilə dolu kasa

Dərs “Allahın həvari Paulun və Silanın duasına cavab verməsi” Dərsi ya bütöv, ya da ki, bir neçə hissələrə bölüb danışın. Dərsi danışarkən əlləriniz boş qalsın deyə, dərsə aid olan rəsmləri uşaqların görə biləcəyi hündürlükdə püpitr (üzərinə not və kitab qoymaq üçün maili lövhəsi olan ştativ) üzərinə yerləşdirin.

?Təkrarlama

◆ Flanel dairələr: on beş Müqəddəs Kitab və on beş duaya açılan əllər təsvir olunmuş yapışqan (yapışqanları məsihçi dükanlarından tapmaq olar).

◆ Flanelqraf ◆ Suallar (səh. 64)

Oyunlar “Diqqəti duaya yönəltmək”Dairələri şəklin əks tərəfinə yerləşdirin. Uşaq suala düzgün cavab versə, onda o, istənilən iki dairəni seçə bilər. Əgər şəkillər üst-üstə düşərsə, uşaq onları oyunun sonuna qədər özündə saxlaya bilər. Məktəbəqədər uşaqlar üçün isə dairələri şəkillərin üst tərəfinə yerləşdirin. Suala düzgün cavab verən uşaq iki oxşar şəkilli dairələri götürə bilər.

Diqqətimizi duaya yönəldək

◆ Bax, səh. 61 ◆ Musiqili disk və pleyer;

ilahilər kitabı və ya mahnının sözləri (səh. 13)

◆ Rənglənmiş işıqforlar(səh. 73)

İzah Matta 6:9-13

Yemək vaxtı

◆ Süfrə (sizin zövqünüzə görə); uşaqların bəzi qidalara qarşı allergiyası ola biləcəyini nəzərə alın.

Fasilə Uşaqların tualetə getməsi və əllərini yuması üçün fasilə elan

edin.Dua Qida üçün Allaha minnətdarlıq edin.Sürfə başında Yemək vaxtı uşaqları dərsi təkrarlamağa yönəldin. (Qeyd.

Dərsi yaxşı mənimsəməsi üçün uşaqlar dərs vaxtı bir az yemək yeyə bilər, amma bunlar kiçik porslar olmalıdır ki, əsas yeməyi əvəz etməsin.

Page 59: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

59

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

* Доступны на сайте www.cefonline.com.

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

Yaradıcılıq fəaliyyəti

(Yaradıcılıq fəaliyyətlərindən

birini seçin)

◆ Hər uşağa bir ədəd qapı cəftəsi üçün dua nümunəsi (səh. 74);

◆ Rəngli karandaş və ya flomasterlər

◆ Звездочки или другие наклейки

◆ Qayçı ◆ Hər uşağa işləmək üçün iş

vərəqləri ◆ Aromatizator (məsələn,

portağallı, badamlı, yaxud nanəli)

◆ Yapma üçün xəmir və ya “gil” (səh. 8)

Əl işləri “Qapı cəftəsi üçün dua nümunəsi”Uşaqlara dua nümunələri paylayın. Qoy onlar onu istədikləri kimi rəngləsin, ulduzlar, yaxud başqa yapışqanlarla bəzəsin və qayçı ilə xətt üzrə kəssinlər. Onlara xətt üzrə dəqiqi kəsməyə kömək edin. (Məktəbəqədər uşaqlar üçün dua nümunələrini əvvəlcədən kəsin). Uşaqlara hazır dua lövhəciklərinı evdə otaqlarının qapısından dua xatirəsi kimi asmalarını təklif edin. İş vərəqləri“Həvari Paul və Silanın duasına Allahın cavab verməsi”. Uşaqların barmağını aromatizatora batırın ki, uşaqlar bu barmaqlarla şəkildəki qidaya çəksinlər. Yapma üçün xəmir “Həvari Paul və Sila üçün qida”Uşaqlara xəmirdən mühafizəçinin Paul və Sila üçün hazırladığı müxtəlif yeməklərdən düzəltməsinə kömək edin.

Əlavə yaradıcılıq

(Yaradıcılıq fəaliyyətlərindən

birini seçin)

◆ Hər uşağa “Duaçı ayı balası” (səh. 76) yaxud məktəbli mağazasından ayı görkəmində laminat edilmiş stikerlər.

Fəaliyyət“Duaçı ayı balası”Qrupla duada və ünsiyyətdə vaxt keçirin. Uşaqlara duaçı ayı balasını göstərin və onlara bu duaçı ayı balasının başqaları üçün dua etməyə kömək edə biləcəyini izah edin. Əgər uşaq dua ehtiyacını və minnətdarlığını bölüşmək istəyirsə, o, duaçı ayı balasını götürüb yerinə gedərək növbəsi çatana qədər əlində saxlasın. Duaçı ayı balasını əldə saxlanması uşağa öz növbəsini səbirlə gözləməyi öyrənməsinə kömək edir. Təkrar “Həvari Paul, Sila və həbsxananın mühafizəçisi”İmkan verin ki, uşaqlar növbə ilə həvari Paul, Sila, həbsxana mühafizəçisi və digər məhbusları canlandırsınlar. Zəlzələ vaxtı olduğu kimi hamının yerində yellənməsini xahiş edin. Sonra həbsxana mühafizəçisi həvari Paul və Silanın qarşısında diz çökərək deyir: “Xilas olmaq üçün nə etməliyəm?”. Həvari Paul və Sila ona cavab verir: “Rəbb İsa Məsihə iman et”. Səhnə paltarları olmadan səhnəciyi bir neçə dəfə təkrarlayın ki, uşaqlar özlərini müxtəlif rollarda sınasınlar.

Page 60: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

60

Əzbərləmək üçün ayəMəni çağır, sənə cavab verim, bilmədiyin böyük, dərkedilməz şeyləri sənə bildirim (Yeremya 33:3).

Giriş

Qabaqcadan köməkçinizə bildirin ki, siz onu çağırarkən sizə cavab verməsin. Onu bir neçə dəfə çağırın.

Olubmu ki, siz kimisə dəfələrlə çağırmışınız, lakin o sizə cavab verməyib?

Uşaqlara sualı cavablandırmağa izn verin.

Bəs, biz Onu çağıranda həmişə bizə cavab verən kimdir? (Allah)

Mövzu ilə tanışlıq

Allah Müqəddəs Kəlam vasitəsilə deyir ki, həmişə duamıza cavab verəcək. O, bunu Yeremya 33:3-də deyir. Gəlin, bacardıqca yuxarı dartınaraq həmin ayəni təkrar edək.

Əllərinizi əvvəlcə yana açaraq, sonra isə aşağı endirərək ayəni təkrarlayın.

Uşaqlardan, əvvəlcədən Müqəddəs Kitabda nişanlanmış ayəni tapmaqda sizə kömək etmələrini xahiş edin.

Ayəni oxuduqdan sonra uşaqlara PPRA-R13, PPRA-R14, PPRA-R15 və PPRA-R16 əyani vəsaitləri göstərin.

İzah

“Məni çağır, sənə cavab verim...” Allah bu ayənin vasitəsilə sənə müraciət edir. O deyir ki, əgər sən Onu çağırsan, sənə cavab verəcək. Sən Allaha istənilən vaxt dua edə və hər şey barədə Onunla danışa bilərsən. Əmin ol ki, Allah sənə cavab verəcək. Lakin bəzən Allahın cavabı “bəli”, bəzən “xeyr”, bəzən isə “gözlə” ola bilər.

“...böyük, dərkedilməz şeyləri sənə bildirim” Allah duana cavab olaraq sənin üçün böyük və möcüzəli işlər görəcək. Çünki Allahımız böyük və hər şeyə qadirdir! Onun hər şeydən xəbəri var! O, bütün duaların düzgün cavabını bilir. Allah böyük və qüdrətli olduğu üçün sənə böyük möcüzələr göstərə bilər.

Tətbiqetmə

İman etməmiş uşaq üçün:Əgər sən hələ də İsa Məsihi Xilaskarın kimi qəbul etməmisənsə, dua vasitəsilə Allaha müraciət edib İsa Məsihə iman etdiyini söyləyə və günahlarına görə bağışlanma istəyə bilərsən. Allah duana möcüzəli şəkildə cavab verərək və səni Öz övladına çevirəcək!

İman etmiş uşaq üçün:Əgər sən artıq imanlısansa, onda Allahın sənin dualarına ən yaxşı şəkildə cavab verəcəyinə şübhə etmə. Lakin Allahın cavabı təbii ki, müdrik olacaq. O, duana ən yaxşı şəkildə cavab verərək sənə böyük və möhtəşəm işlər göstərəcək.

Page 61: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

61

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

TəkrarlamaAyəni sözbəsöz söyləyərək (səh. 12) hərəkətləri təkrar edin.

Sonra işarələrdən istifadə edərək ayəni bir daha təkrarlayın.

Diqqətimizi duaya yönəldəkMatta 6:9-13“Mən dua edirəm” mahnısını oxuyunRənglənmiş işıqforu göstərin (səh. 73)Biz Allahdan nəsə istəyəndə, işıqfor Allahın dualarımıza nə cür cavab verəcəyini başa düşməyimizə kömək edir. İşıqforun qırmızı rəngi maşınların dayanmasını göstərir. Bu rəng Allahın dualarımıza bəzən “xeyr” deməsini bildirir. Ola bilsin ki, bizim Allahdan istədiyimiz şey bizim zərərimizədir. Bizim üçün nəyin pis, nəyin yaxşı olduğunu Allah yaxşı bilir. Buna görə də O, bəzən bizə “xeyr” cavabı verir.İşıqforun sarı işiğı maşınların getməyə hazır olduğunu bildirir. Bu rəng bizə gözləməli olduğumuzu xatırladır. Bunun üçün səbirli olmağımız lazımdır.İşıqforun yaşıl rəngi isə maşınların getməsinə işarə edir. Bu rəng isə bizə Allahın dualarımıza bəzən “bəli” cavab verməsini bildirir. Allah dualarımıza bu cür cavab verir. Allahın cavabı həmişə xeyrimizə olur. Çünki O, bizə nələrin xeyir gətirdiyindən xəbərdardır.Gəlin, dualarımıza cavab verdiyi üçün Allaha minnətdar olaq. “Səmavi Atamız, Sən qüdrətli olan Allahsan! Dualarımıza “bəli”, “xeyr”, yaxud “gözlə” deyərək cavab verdiyinə görə Sənə minnətdarıq. Amin!”

Page 62: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

62

Dərsin birinci hissəsiTəsvir 6-1Qadınlar çay kənarında oturub İsa Məsih barədə danışan Paulla Silaya qulaq asırdırlar. Paul və Sila İsa Məsihin yeganə Xilaskar olduğundan bəhs edirdilər. O, bizim uğrumuzda çarmıxa çəkilmiş və üçüncü gün dirilmişdir. Müqəddəs Kitabda deyilir ki, Lidiya adlı bir qadın Paulun İsa Məsih barədə dediklərinə inanmışdı. Lidiya əvvəllər də Allahı tanıyırdı. Lakin indi o, həqiqəti dərk edib İsa Məsihə Xilaskar kimi iman etmişdi. Təsvir 6-2Ancaq Lidiyanın yaşadığı şəhərdə Paul və Silanın İsa Məsih barədə danışması heç də hamının xoşuna gəlməmişdi. Bəziləri onların nitqinə görə çox qəzəblənmişdi. Bu adamlar İsa Məsihə iman etməyən insanlar idi. Onlar Paulla Silanı şəhərə gətirib onların üstünə böhtan (onlar haqqında düzgün olmayan sözlər danışdılar) atdılar. Bunu pislik etmək məqsədilə etdilər. Paulla Silanı heç bir pis iş görmədikləri halda, döydürərək zindana atdılar. Əlbəttə ki, Paulla Sila çox əziyyət çəkdilər. Zindanın baş keşikçisinə əmr etdilər ki, Paul və Silanı zindanın xüsusi otağına aparsın. Və onların ayaqlarını kündəyə salsın ki, oradan qaça bilməsinlər. Baxmayaraq ki, onlar cinayətkar deyildilər. Təsvir 6-3Şəkildəki kündəni uşaqlara göstərin.Gecə yarısına yaxın Paul və Sila dua edib Allaha ilahilər oxumağa başladılar. Onların düşdüyü zindan dəhşətli yer idi. Onların ayaqları ağır kündəyə mıxlanmışdı, vurulan kötəklərdən yaraları qanayırdı. Ancaq buna baxmayaraq, onlar oxuyurdular. Digər məhbuslar da onlara qulaq asırdılar. Maraqlıdır, görəsən, onlar bu an nə düşünürdülər? Axı, adətən, məhbuslar zindanda oxumurlar. Paul və Sila yaxşı bilirdilər ki, Allahla duada danışa bilərlər. Biz bilmirik, onlar həmin vaxt Allahla nə deyirdilər. Ancaq bunu bilirik ki, onlar Allaha dua etdilər və Allah onların köməyinə çatdı. Görürsünüzmü, onların zindana düşməsinə baxmayaraq, yenə də Allahla danışırdılar. Biz də eynilə onlar kimi sevinəndə də, kədərlənəndə də Allahla danışmalıyıq.

Bir küncə çəkilib yerdə oturun və ayaqlarınızın kündəyə bağlandığını təsvir edərək “Onu alqışla” mahnısını oxumağa başlayın.

Dərsin ikinci hissəsiBirdən zindan silkələnməyə başladı. Zəlzələ baş verdi.

Yerinizdə oturaraq o yana, bu yana yellənin. Divarlar yerindən oynadı. Zəncirlər qırıldı. Bütün qapılar açıldı. Bunu görən zindanın baş keşikçisi yuxudan oyandı. “Bircə bu, olmasın!” – deyə keşikçı fikirləşdi. – Yəqin, bütün məhbuslar qaçıb. Buna görə məni cəzalandıracaqlar. Mən məhv oldum! Özümü öldürsəm, yaxşıdır!” (Həvarilərin İşləri 16:27).Amma Paul bərkdən qışqırıb dedi: “Canına qıyma, hamımız buradayıq” (Həvarilərin İşləri 16:28).

Page 63: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

63

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

Təsvir 6-4

Zindan gözətçisi işığı yandırmağı əmr etdi. O, həvari Paul və Silanın olduğu otağa daxil olaraq titrəyə-titrəyə onların qarşısında diz çökdü. “Ağalar, xilas olmaq üçün nə etməliyəm” (Həvarilərin işləri 16:30).Necə də yaxşı və düzgün sualdır! Zindan gözətçisi bilirdi ki, onun xilasa ehtiyacı var. “Rəbb İsaya iman et, sən də, ev əhlin də xilas olarsınız” (Həvarilərin İşləri 16:31). Biz də eynilə səninlə bir vəziyyətdəyik. Biz yalnız İsa Məsihə iman etməklə xilas ola bilərik. Bizə layiq olduğumuz cəzadan – yəni Allahla əbədi ayrılıqdan xilas olmaq lazımdır. Biz bütün pis düşüncələrimizə, sözlərimizə və əməllərimizə görə Allahdan bağışlanma diləməliyik. PPRA-a, PPRA-b, PPRA-c və PPRA-d əyani vəsaitlərini göstərərək uşaqlara bu barədə danışın.Bizə Allahla əbədi ayrılıq cəzasından xilas olmaq üçün İsa Məsihin çarmıxda ölüb-dirilməsinə inanmaq lazımdır. Sən bu gün Allahla danışa və öz günahlarına görə bağışlanma diləyə və İsa Məsihə Xilaskarın kimi inandığını söyləyə bilərsən. Müqəddəs Kitab Romalılara məktub 10:13-də “Rəbbin adını çağıran hər kəs xilas olacaq” deyə yazılıb. Bu ayəni öz Müqəddəs Kitabınızdan oxuyun. “Rəbbin adını çağırmaq” – Allaha dua etmək deməkdir. Allahın adını çağıran və Ondan xilas diləyən hər kəsə Allah xilasını göndərəcəyini vəd edir. Allah hər zaman bu duanı eşidir və “bəli” cavabını verir. Zindanın gözətçisi xilasa ehtiyacı olduğunu bilirdi. O, İsa Məsihə inandı və xilas oldu. Dərsin üçüncü hissəsiTəsvir 6-5Həmin gecə zindanın gözətçisi həvari Paul və Siladan İsa Məsih haqqında eşitdi. Sonra o, onların yaralarını yudu.

İlıq su ilə dolu kasa və bir neçə pambıqlı kürəcikləri götürün. Uşaqlardan nəm pambıqla əllərinin üstünü silməyi xahiş edin.

Zindanın gözətçisinin onların yaralarının yumasından sonra həvari Paul v Sila özlərini nisbətən yaxşı hiss etdilər. Təsvir 6-6Zindanın gözətçisi Paulla Silanı öz evinə dəvət etdi. Orada onları gözəl süfrə qonaqlığı gözləyirdi. Müqəddəs Kitab zindan gözətçisinin bütün ailəsinin İsa Məsihə öz Xilaskarı kimi iman etməsini deyir. Həmin gecə onların hamısı Allahın ailəsinə daxil oldu. Həvari Paul və Sila buna görə çox sevindilər! Həmin gecə necə də gözəl nəticə ilə başa çatdı. Ertəsi gün həvari Paul və Sila həbsdən azad oldular. Onları həmişəlik azad etdilər. Onda onları yenidən Lidiyanın evinə qayıdıb, İsa Məsihə iman edən insanlarla vidalaşmağa getdilər. Həvari Paul və Sila həbsxanada Allaha dua edib Onu izzətləndirdilər. O, onların duasını eşitdi və onlara kömək etdi. İndi onlar yenidən İsa Məsih haqqında başqalarına danışa bilərdilər. Onlar artıq əmin idilər ki, yenidən həbs olunsalar da, heç nəyə baxmayaraq, Allaha dua

Page 64: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

64

edə bilərlər. Gəlin, harada və özümüzü necə hiss etməyimizdən asılı olmayaraq Allaha dua edə biləcəyimizə görə minnətdar olaq. Duanı fasilə ilə hissə-hissə ardıcıl olaraq söyləyin ki, uşaqlar sizin ardınızca təkrar edə bilsin.“Əziz Allahımız! Harada olmağımızdan asılı olmayaraq Sənə dua edə bildiyimizə görə şükür edirik! Həm sevincli, həm də kədərli anlarımızda dua edə bildiyimizə görə Sənə minnətdarıq! Amin!”Təkrar üçün suallarƏzbərləmək üçün ayə1. Onu çağırarkən böyük və möhtəşəm işləri sənə göstərən Kimdir? (Allah).2. Nə üçün Allah böyük və möhtəşəm işlər görə bilər? (Çünki O, böyük və qüdrətli Allahdır).3. Allah dualarımıza hansı cavabları verə bilər? (“bəli”, “xeyr”, “gözlə”. O, bizim üçün ən yaxşısını seçir).

(Dərsin 1-3-cü hissəsi)1. Həvari Paul və Sila insanlara İsa Məsih haqqında harada danışırdılar? (Çayın kənarında).2. İnsanlar qəzəblənərkən həvari Paul və Sila ilə necə davrandılar? (Onları döydülər və zindana saldılar).3. Bəs, həvari Paul v Sila gecə zindanda nə etdilər? (Allaha dua edərək ilahilər oxudular).4. Həmin gecə nə baş verdi? (Zəlzələ zindanın divarlarını yeridən oynadıb qapıları açdı. Zəncirlər qırıldı).5. Zəlzələ baş verəndə zindan gözətçisi nə düşündü? (O düşündü ki, bütün məhbuslar qaçıb, buna görə cazalandırılacaq).6. Gözətçi həvari Paul və Silaya hansı sualı verdi? (“Xilas olmağım üçün nə etməliyəm?”).7. Bizə nədən xilas olmaq lazımdır? (Günahlarımıza görə layiq olduğumuz cəzadan). 8. Həvari Paul və Sila gözətçiyə xilas ola bilməsi üçün necə cavab verdilər? (“Rəbb İsaya iman et!”).9. Gözətçi həvari Paul və Silanın qayğısına necə qaldı? (Onların yaralarını yudu və süfrəyə qonaq elədi).

Diqqətimizi duaya yönəldəkSualları verərkən “işıqfor” işarəsindən istifadə edin (səh. 73)1. İşıqforun qırmızı işığı duada nəyi xatırladır? (Bəzən Allah bizə

“xeyr” cavab verir).2. İşıqforun sarı işığı bizə nəyi xatırladır? (Bəzən Allah bizə “gözlə”

deyə cavab verir. Bu zaman bizim səbirli olmağımız lazımdır). 3. Bəs, işıqforun yaşıl işığı bizə nəyi xatırladır? (Bəzən Allah bizə

“bəli” cavab verir).

Page 65: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

65

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

«Малыши могут познать Бога через молитву» © 2001, 2011 ОЕД. Все права закреплены. Лист разрешается копировать только для детей вашей группы.

PPRA-R1 PPRA-R2

PPRA-R3 PPRA-R4

Ayəni əzbərləmək üçün rəmzlər (1-ci və 2-ci dərslər) Ayənin simvollarının surətini çıxarın və kəsərək rəngləyin. Məsləhətlərdən istifadə etmək üçün “Müxtəlif əyani vəsaitlərdən yararlanmaq” paraqrafına baxın. (səh.5)

«Zəbur 4:3» «Nə vaxt Rəbbi»

«çağırsam» «məni eşidir»

Zəbur 4:3

Page 66: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

66

«Малыши могут познать Бога через молитву» © 2001, 2011 ОЕД. Все права закреплены. Лист разрешается копировать только для детей вашей группы.

PPRA-R5 PPRA-R6

PPRA-R7 PPRA-R8

Ayəni əzbərləmək üçün rəmzlər (3-cü və 4-cü dərslər) Ayənin simvollarının surətini çıxarın və kəsərək rəngləyin. Məsləhətlərdən istifadə etmək üçün “Müxtəlif əyani vəsaitlərdən yararlanmaq” paraqrafına baxın. (səh. 5)

«Zəbur 55:17» «Səhər»

«günorta» «axşam»

Zəbur 55:17

Page 67: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

67

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

«Малыши могут познать Бога через молитву» © 2001, 2011 ОЕД. Все права закреплены. Лист разрешается копировать только для детей вашей группы.

PPRA-R9

”PPRA-R10

PPRA-R11 PPRA-R12

Ayəni əzbərləmək üçün rəmzlər (3-cü və 4-cü dərslər) davam

«nalə çəkirəm» «ah-zar edirəm»

«O» «səsimi eşidir»

Page 68: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

68

«Малыши могут познать Бога через молитву» © 2001, 2011 ОЕД. Все права закреплены. Лист разрешается копировать только для детей вашей группы.

Ayəni əzbərləmək üçün rəmzlər (5-ci və 6-cı dərslər)Ayənin simvollarının surətini çıxarın və kəsərək rəngləyin. Məsləhətlərdən istifadə etmək üçün “Müxtəlif əyani vəsaitlərdən yararlanmaq” paraqrafına baxın. (səh. 5)

PPRA-R13 PPRA-R14

PPRA-R15 PPRA-R16

«Yeremya 33:3» «Məni çağır, »

«sənə cavab verim» «bilmədiyin böyük, dərk edilməz şeyləri sənə bildirim.»

Yeremya 33:3

Page 69: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

69

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

«Малыши могут познать Бога через молитву» © 2001, 2011 ОЕД. Все права закреплены. Лист разрешается копировать только для детей вашей группы.

Yaxalıq üçün qeyd olunmuş adların nümunəsi (1-6-cı dərslər) Kifayət qədər simvolların surətini çıxarıb onları kəsin (hər uşağa bir ədəd və bir neçə artıq nümunə saxlayın). İşarələri rəngli karton və penaplendən hazırlayıb uşaqların yaxasına təhlükəsiz sancaq və ikitərəfli skotçla bərkitmək olar.

“Duaya açılan əllər” (5-6-cı dərslər) “Duaya açılan əllər” adlı birinci dərsdən oyun üçün hər uşağa bir ədəd işarələrin surətini çıxarın. İşarəni kəsib ya məxmər, ya da pambıq parçanın üzərinə yapışdırın.

“Balina” (1-2-ci dərslər)

“Kərpic” (3-4-cü dərslər)

Page 70: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

70

«Малыши могут познать Бога через молитву» © 2001, 2011 ОЕД. Все права закреплены. Лист разрешается копировать только для детей вашей группы.

“Dua üçün açılan əllər” nümunəsi (1-ci dərs)Karton lövhədən hər uşaq üçün bir ədəd surət çıxardın. Sonra işarə olunan yerdən kəsin.

Mən duada əllərimdən

istifadə edə bilirəm.

Page 71: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

71

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

«Малыши могут познать Бога через молитву» © 2001, 2011 ОЕД. Все права закреплены. Лист разрешается копировать только для детей вашей группы.

“Balıq və Yunus peyğəmbər” (2-ci dərs) Beş ədəd balıq, beş ədəd Yunus peyğəmbəri olan dairənin surətini çıxarıb kəsin. Kəsilmiş dairələri ya məxmər, ya da pambıq parçanın üzərinə yapışdırın.

“Hərflər” (4-cü dərs)Aşağıdakı şablonların surətini çıxarıb, onları iki flaneldən ibarət hərf dəstinin köməyilə kəsin (Və yaxud da onların surətini karton üzərində çıxarıb ya məxmər, ya da pambıq parçanın üzərinə yapışdırın.).

Page 72: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

72

«Малыши могут познать Бога через молитву» © 2001, 2011 ОЕД. Все права закреплены. Лист разрешается копировать только для детей вашей группы.

“Allah sevinc bəxş etdi” mahnısına aid əyani vasitələr (2-ci dərs)Hər uşağa bir ədəd karton lövhə üzərində əyani vəsaitlərin surətini çıxarıb verin.

Birdən kədərlənsəm yaxud qəzəblənsəm

Allaha dua edəcəm ki, O, sevinc bəxş etsin

Page 73: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

73

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

«Малыши могут познать Бога через молитву» © 2001, 2011 ОЕД. Все права закреплены. Лист разрешается копировать только для детей вашей группы.

“İşıqfor” (3, 4, 5 və 6-cı dərslər)

3-cü və 4-cü dərslər üçün (Əzbərləmək üçün ayə) rəngli karton lövhəsi üzərində işıqforun iki ədəd surətini çıxarıb bir-birinə yapışdırın. Yapışmış kartonun bir tərəfindəki işıqforu qırmızı, digər tərəfindəkini isə yaşıl rənglə boyayın. 5-ci dərs (Müqəddəs Kitab dərsi) və 6-cı dərs üçün (Diqqətimizi duaya yönəldək) rəngli karton lövhə üzərində işıqforun bir ədəd surətini çıxarın və yuxarıdakı dairəni qırmızı, ortadakı dairəni sarı, aşağıdakı dairəni isə yaşıl rənglə boyayın. 6-ci dərs üçün (Salamlaşma) hər uşağa işıqforun bir ədəd surətini çıxarın. İşıqforu işarə olunan yerdən kəsin.

Page 74: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

74

«Малыши могут познать Бога через молитву» © 2001, 2011 ОЕД. Все права закреплены. Лист разрешается копировать только для детей вашей группы.

Qapı cəftəsi üçün “Dua nümunəsi” (6-cı dərs) Hər uşağa karton üzərində bir surət çıxarın.

“Dua nişanı” (3-cü dərs) Hər uşağa karton üzərində bir surət çıxarın.Dua et.

Mən Allahı dua vasitəsilə tanıya

bilərəm

Zəbur 4:3

DUAET

Page 75: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

75

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

«Малыши могут познать Бога через молитву» © 2001, 2011 ОЕД. Все права закреплены. Лист разрешается копировать только для детей вашей группы.

“Dua dairəsi” (4-cü dərs)Kartonun üzərində şablonun surətini çıxarın və hər uşaq üçün iki dairə kəsin. Şəkildə göstərildiyi kimi dairələrin birində qeyd olunmuş hissəni kəsin.

dəftərxana knopkası

Page 76: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

76

«Малыши могут познать Бога через молитву» © 2001, 2011 ОЕД. Все права закреплены. Лист разрешается копировать только для детей вашей группы.

“Dua rəsmləri” (4-cü dərs)Hər uşaq üçün şəkillərin surətini çıxarıb kəsin və laminasiya edin.

“Duaçı ayı balası” (6-cı dərs)Hər uşaq üçün ayı balasının surətini çıxarıb kəsin və laminatlayın.

Page 77: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

77

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

«Малыши могут познать Бога через молитву» © 2001, 2011 ОЕД. Все права закреплены. Лист разрешается копировать только для детей вашей группы.

“Dayan”, “Gözlə” və “İrəli” işarələri (5-ci dərs)5-ci dərsdən əzbərlənmiş ayənin təkrarı və 5-ci dərsin məşqi üçün “Dayan” işarəsini qırmızı, “İrəli” işarəsini isə yaşıl rənglə boyayın. İşarələri kəsib çubuğun arasına salmaqla bir-birin yapışdırın. Eləcə də 5-ci dərsdən “Bəli, gözlə, yaxud xeyr” əlavə fəaliyyəti üçün “gözlə” işarəsini sarı rənglə boyayıb çubuğun üzərinə yapışdırın. Sonra “Dayan”/ “İrəli” işarələri il birlikdə istifadə edin. Dayan

Gözlə

İrəli

Page 78: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

78

«Малыши могут познать Бога через молитву» © 2001, 2011 ОЕД. Все права закреплены. Лист разрешается копировать только для детей вашей группы.

“Müjdə ürəkcikləri” paylama materialı (5-ci dərs)Hər uşağa ürəkciklər dəstinin surətini çıxarın. Uşaqlara ürəklərdən birini sarı, birini qara, digər ikisini isə qırmızı və yaşıl rənglə boyamağa kömək edin. Sonuncu ürək ağ qalmalıdır.

dəftərxana knopkası

(sxem)

Page 79: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

79

Körpələr Allahı dua vasitəsilə tanıya bilər

«Малыши могут познать Бога через молитву» © 2001, 2011 ОЕД. Все права закреплены. Лист разрешается копировать только для детей вашей группы.

Page 80: Körpələr Allahı dua vasitəsilə tanıya bilər · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələrin Məsihə necə yönəldilməsiVerilən işarələr Müjdənin əsas amillərini təşkil edir. İstənilən həqiqət nümunələri və Müqəddəs Kitab ayələrinin izahı üçün istifadə olunan amillər aşağıda qeyd olunub. “Yaxın ünsiyyətdə istifadə olunan əsas suallar”ın surətini istəyə görə çıxarıb kəsmək olar. Həmin sualları Müqəddəs Kitabın arasına qoyub uşaqla xilas barədə danışarkən istifadə edin.

Yaxın ünsiyyətdə istifadə olunan əsas suallar. Ehtiyacw Mən, mənimlə nə barədə söhbət etmək

istədiyini bilirəm. Ancaq söhbəti özün aça bilərsən?

w Nəyə görə sənə Rəbb İsa lazımdır?w Günah nədir? Kim günah etmişdir?

(Romalılara 3:23).w Allahın günah adlandırdığı hərəkətin

haqqında danışa bilərsən Allahın cavabıw Allah Rəbb İsanı dünyaya nə üçün göndərdi?w Rəbb İsa Kimdir?w İsa Məsih günaha qarşı nə etdi? (1Korinflilərə

15,3,4).w İsa Məsih öldükdən və dəfn olunandan sonra

nə baş verdi? Xilasın yoluw (Uşağa şərt və vəd bildirən ayələri göstərin və

sizinlə birlikdə onu təkrarlamasına kömək edin. Məsələn, Yəhya 3:16, Yəhya 1:12, yaxud Həvarilərin İşləri 16:31). Allah sənin üçün nə edəcəyinə söz verir?

w Что ты хочешь, чтобы Бог сделал для Allahın indi sənin üçün nə etməsini istəyirsən? (Əgər uşaq nəyə ehtiyac duyduğunu dərk edirsə, ona dua etməyi imkan yaradın. Dua üçün bir neçə nümunə təklif edin: Allahla səni ayıran günah barədə Onunla danış; İsa Məsihin sənin üçün nə etdiyinə olan imanın barədə söylə; bu gün Allahdan nə almaq istədiyin barədə xahişini bildir).

Əminlik və inkişafw Allah indi sənin üçün nə etdi? (Uşağa bir

daha şərt və vəd verilən ayələri göstərin). Allaha səni xilas etdiyinə görə minnətdarlıq et.

w Allah səni nə vaxtsa tərk edəcəkmi? (İbranilərə 13:5).

w Allah günahdan imtina etməyinə kömək edəcək. Bəs, birdən bir daha günaha yol versən, nə etməlisən? (1Yəhya 1:9).

w Uşağa minnətdarlıq duasını etməyə imkan yaradın.

Allahın Şəxsiyyəti və uşaqlara olan sevgisiw Allah Yaradandır; O səni yaradıb.w Allah Müqəddəsdir (O, qüsursuz və kamildir)w Allah səni sevir.w Müqəddəs Kitabda yazılıb: “Allah dünyanı elə

sevdi ki..” (Yəhya 3:16).Uşağın problemiw Günah – Allaha məqbul olmayan düşüncə, söz

və hərəkətlərdir. w Sən özbaşınalıq etmək istəyi ilə doğulmusan.w Sən ...... (məktəbəqədər uşaqların dərk etdiyi

tərzdə günahın nümunəsini göstərin) günah işlədirsən.

w Müqəddəs Kitabda yazılıb: “hamı günah edib” (Romalılara 3:23).

w Allah günahı ölümlə cəzalandırır, yəni insan əbədi olaraq Allahdan ayrı düşür.

Allahın cavabı – İsa Məsih vasitəsilə günahların bağışlanmasıdır

w İsa Məsih – Allahın Oğludur.w İsa Məsih heç vaxt günah işlətməyib.w İsa Məsih günahlarımızın əvəzi olaraq könüllü

şəkildə çarmıxda cəza çəkdi.w Müqəddəs Kitabda yazılıb: “İsa Məsihin qanı

bizi hər günahdan təmizləyir” (1Yəhya 1:7).w İsa Məsih çarmıxda öldü və üç gündən sonra

həyata qayıtdı (1Korinflilərə 15:3-4)w İndi İsa Məsih Göylərdədir. Xilasın yolu İsa Məsihi Xilaskar kimi qəbul

etməkdirw Günahdan imtina etməyə hazır olmaq lazımdır.w Çarmıxda sənin uğrunda öldüyünə görə İsa

Məsihə minnətdarlıq et.w Ondan günahlarını bağışlamağı və sənə əbədi

həyat verməyini xahiş et. w Müqəddəs Kitabda yazılıb: “Çünki Allah

dünyanı elə sevdi ki, Vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun” (Yəhya 3:16).

(Şərt və vəd verilən bu, və ya digər ayəni oxuyun. Məsələn, Həvarilərin işləri 16:31, yaxud Yəhya 1:12. Bu ayələrdə qoyulan şərtlərə əməl edənlər üçün Allah Öz vədini yerinə yetirəcək. Yəhya 3:16-da “İsa Məsihi qəbul et” şərti qoyulur. Əvəzində “Allah sənə əbədi həyat verəcək” vədi verilir. Əgər uşaqlar İsa Məsihi qəbul etmək istəsələr, uşaqlara proqramın növbəti hissəsində onların sizinlə harada və nə vaxt söhbət edə biləcəyini müəyyənləşdirin).