Nun oğlu Yeşua Allahın əsgəri- Mənim atam tez-tez Musanın Allahın gücü vasitəsi ilə...

48
Nun oğlu Yeşua Allahın əsgəri Orijinalın adı: Joshua, God’s Warrior Orijinal mətn: Qreys Kim Avropa üçün uyğunlaşdırma: Cennifer Haayer Xahiş edirik, DİQQƏTLİ OLUN! Təklif etdiyimiz dərslərin əyani vəsaitlərini BUM-in bir çox ofislərindən və ya internet mağazalrından ala bilərsiniz. BUM ofislərinin siyahısını və Avropada olan internet mağazalarını siz www.teachkids.eu/az saytında “Ölkələr” düyməsini basarkən tapa bilərsiniz. Copyright © 1999, 2001 Child Evangelism Fellowship® Inc. Bütün hüquqlar qorunur. Icazəsi ilə istifadə olunur. Yalnız şəxsi, xidməti və qeyri-kommersiya işlər üçün istifadə etmək olar. İcazə haqda tam məlumat almaq üçün www.teachkids.eu/az saytına girə bilərsiniz.

Transcript of Nun oğlu Yeşua Allahın əsgəri- Mənim atam tez-tez Musanın Allahın gücü vasitəsi ilə...

Page 1: Nun oğlu Yeşua Allahın əsgəri- Mənim atam tez-tez Musanın Allahın gücü vasitəsi ilə etdiyi möcüzələr haqqında danışırdı. - Heç kim Allahı Musa kimi tanımır.

Nun oğlu YeşuaAllahın əsgəri

Orijinalın adı: Joshua, God’s WarriorOrijinal mətn: Qreys Kim

Avropa üçün uyğunlaşdırma: Cennifer Haayer

Xahiş edirik, DİQQƏTLİ OLUN!

Təklif etdiyimiz dərslərin əyani vəsaitlərini BUM-in bir çox ofislərindən və ya internet

mağazalrından ala bilərsiniz. BUM ofislərinin siyahısını və Avropada olan internet mağazalarını siz www.teachkids.eu/az saytında “Ölkələr” düyməsini basarkən tapa bilərsiniz.

Copyright © 1999, 2001 Child Evangelism Fellowship® Inc.

Bütün hüquqlar qorunur. Icazəsi ilə istifadə olunur.

Yalnız şəxsi, xidməti və qeyri-kommersiya işlər üçün istifadə etmək olar.

İcazə haqda tam məlumat almaq üçün www.teachkids.eu/az saytına girə bilərsiniz.

Page 2: Nun oğlu Yeşua Allahın əsgəri- Mənim atam tez-tez Musanın Allahın gücü vasitəsi ilə etdiyi möcüzələr haqqında danışırdı. - Heç kim Allahı Musa kimi tanımır.

MündəricatGiriş ...............................................................................................3

Xülasə ............................................................................................4

Dərs 1. Nun oğlu Yeşua Allahın iradəsi ilə rəhbər olur...................5

Dərs 2. Pəncərədən sallanan qırmızı kəndir .................................13

Dərs 3. Yerixonun fəthi ................................................................19

Dərs 4. Axanın günahı...................................................................27

Dərs 5. Giveon əhalisi ilə bağlı əhvalat ........................................33

Dərs 6. Nun oğlu Yeşua xalq ilə vidalaşır......................................41

Fon üçün ülgü ...............................................................................46

Uşaq ilə xilas haqqında söhbətin planı .........................................48

Page 3: Nun oğlu Yeşua Allahın əsgəri- Mənim atam tez-tez Musanın Allahın gücü vasitəsi ilə etdiyi möcüzələr haqqında danışırdı. - Heç kim Allahı Musa kimi tanımır.

3

GirişNun oğlu Yeşuanın kitabı – israillilərin vəd olunmuş torpaqda baş verən bir neçə tarixi hadisələr

haqqında qeydləri deyil. Orada, Allahın Özünü necə açması və Öz xalqına, onun tarixi mühüm olan anda kömək etməsi barədə danışılır.

3400 il bundan əvvəl Öz xalqına möcüzəli yolla kömək Edən, elə bu gün də xilas edə, qoruya, istiqamətləndirə və güc verə bilər. Biz dua edirik ki, uşaqlar bu dərsə qulaq asaraq, Allah ilə şəxsi münasibətlərə gəlsinlər və öz həyatları üçün Onun iradəsini bilsinlər.

Verilən dərs silsilələri, əslində, müjdələyici deyillər, lakin dərslərdə Müjdənin müxtəlif nöqteyi-nəzərləri izah edilir. Siz xilas və dərsin müxtəlif hissələri haqqında lazımi fikirləri qeyd edə bilərsiniz. Misal üçün, mahnıların sözlərini izah edərək, qısa fənn və ya missionerlik dərsi keçərsiniz. Çox vacibdir ki, iman etməyən uşaqlar bilsinlər ki, siz həmişə ruhani problemlərin həllində onlara yardım etməkdə hazırsınız, xüsusi ilə də, əgər onlar Məsihi öz şəxsi Xilaskarları kimi qəbul etmək istəyirlərsə. Dərs müddətində və ya Müqəddəs Kitab dərsində, Müqəddəs Ruh oyadanda, siz təqribən belə deyə bilərsiniz:

“Əgər sən hələ Məsihi öz Xilaskarın kimi qəbul etməmisənsə və öz günahlarına görə narahatsansa, sənə bu gün Rəbbə müraciət etmək və Onun gözəl bağışlanma ənamını və əbədi həyatı qəbul etmək lazımdır. Sən evə gələndə öz otağında və ya indi, oturduğun yerdə Allaha müraciət edə bilərsən. Amma əgər sən mənimlə danışmaq istəyirsənsə, mən sevinərək sənə bu gün necə Allahın övladı ola bilməyini başa düşməyin üçün kömək edə bilərəm. Hamı evə gedəndə, birinci sırada əyləş. Və mən sənə necə həqiqi məsihçi ola bilməyin haqqında ətraflı izah edəcəyəm.

Siz, həmçinin, məsihçi həyatında sual və ya problem yaranan hər hansı bir müraciət edən uşağa kömək etməyə hazır olmalısınız. Allahın Sözünün köməkliyi ilə ona kömək edin və onunla birlikdə dua edin.

Verilən vəsaitin sonunda siz suallar siyahısı tapacaqsınız ki, onlar uşaq ilə söhbətdə, Məsihə gəlmək istəyində sizə yardımçı olacaqlar.

HƏR BİR DƏRS ÜÇÜN MƏRKƏZİ HƏQİQƏT

Mərkəzi həqiqət hər bir dərsə aiddir. Müəllim, siz bütün dərs boyu onu yadda saxlamalısınız. Sadəcə, müqəddəs kitab hadisəsini nağıl etməklə kifayətlənməyin! Dərslərin planında siz mərkəzi həqiqətin mətndə (ola bilsin Müqəddəs Ruh sizə Müqəddəs Kitabdan müəyyən bir parçada digər mühüm həqiqətləri də göstərə bilər) göstərildiyini tapacaqsınız. Dərsin planında aşağıdakı ixtisarlar edilmişdir:

MHİE- iman etməyən uşaqların həyatına mərkəzi həqiqətin tətbiqi

MHİ – iman edən uşaqların həyatına mərkəzi həqiqətin tətbiqi

MƏTNDƏN VƏ İLLÜSTRASİYALI ALBOMDAN NECƏ İSTİFADƏ ETMƏLİ

Dərslər flaneleqrafın köməkliyi ilə öyrədilmək üçün yazılmışdılar. Bu cür fiqurlar illüstrasiyalı albomların tərtibatında da istifadə ediliblər.

• Alboma hər bir dərs üçün 6 illüstrasiya daxildir. Dərs 1 üçün illüstrasiya bu yolla nömrələnibdir: 1-1, 1-2, 1-3, 1-4, 1-5 və 1-6. Dərs 2 üçün illüstrasiyada müvafiq olaraq belə nömrələr var: 2-1, 2-2, 2-3 və başqaları.

• Flaneleqraf üçün dərsin mətninə daxil edilən səhnələrin sxemlərini illüstrasiya ilə müqayisə edərək, siz görəcəksiniz ki, onlar həmişə eynidirlər və ya oxşardırlar.

• Əgər flaneleqraf üçün 1-ci səhnə və 1-ci illüstrasiya oxşardılarsa, əyani vəsait kimi illüstrasiyadan istifada edin. Həmin şey dərsin səhnələrinə də aiddir.

• Əgər siz dərsin səhnəsinə oxşamayan illüstrasiya ilə üzləşirsinizsə və ondan istifadə edə bilmirsinizsə, onda onu ötürün.

Page 4: Nun oğlu Yeşua Allahın əsgəri- Mənim atam tez-tez Musanın Allahın gücü vasitəsi ilə etdiyi möcüzələr haqqında danışırdı. - Heç kim Allahı Musa kimi tanımır.

4

Xülasə Dərs Mərkəzi

həqiqət Tətbiq Yadda saxlamaq üçün ayə

1. Nun oğlu Yeşua Allahın iradəsi ilə rəhbər olur.Say. 27:15-23Qan.tək. 31:7, 34:9Yeşua 1:1-18

Allah Öz övladlarını möhkəmləndirir.

İman etməyən: Məsihçi həyatı yaşamağı bacarmayacağından ehtiyat etməyə izin vermə ki, səni Məsihə imandan saxlasın.

İman edən: Möhkəmlən – Allah səninlədir və səndədir.

Yeşua 1:9“... möhkəm və cəsarətli ol ... qorxma və ruhdan düşmə, çünki Allahın Rəbb gedəcəyin hər yerdə səninlədir”.

2. Pəncərədən sal-lanan qırmızı kəndir.Yeşua 2:1-24

Allah Öz övladlarını qoruyur.

İman etməyən: Məsihə iman et – və təhlükəsizlikdə olacaqsan.

İman edən: Heç bir şeydən qorxma.

Romalılara məktub 8:1“...indi Məsih İsada olanlara heç bir məhkumluq yoxdur...”.

3. Yerixonun təslimi. Yeşua 5:13-6:27

Allah Öz övladlarına qələbə verir.

İman edən: Allaha etibar et – və O, günah üzərində sənə qələbə verəcəkdir.

Əgər siz bütün öz dərslərinizi Nun oğlu Yeşua silsiləsindən keçirsinizsə, onda ötən dərslərin ayələrini təkrarlamağı təklif edirik. Əgər siz bu dərsi ayrıca keçirsinizsə, onda uşaqlar ilə İbranilərə 2:18-i əzbərləməyi təklif edirik.

4. Akanın günahı.

Yeşua 7:1-26

Allah Öz övladlarına müqəddəs olmağı əmr edir.

İman etməyən: Səni Allah qarşısında təmizləyən İsa Məsihi imanla qəbul edəndən sonra müqəddəs həyat yaşamağa başlayacaqsan.

İman edən: Allahın əmrlərini yerinə yetir və öz həyatınla Ona məxsus olduğunu göstər.

1 Peter 1:16:“Müqəddəs olun, çünki Mən müqəddəsəm.”

5. Giveonun əhalisi ilə bağlı əhvalat.Yeş. 9:1 – 10-27

Allah istəyir ki, Onun övladları Ona etibar etsinlər.

İman edən: Şeytan səni sınağa çəkəndə, nəsə seçim etmək və ya nəsə çətin bir şey etmək lazım olanda Allaha etibar et.

Sül.Məs. 3:5“Bütün qəlbinlə Rəbbə güvən, Öz idrakına etibar etmə.”

6. Nun oğlu Yeşua xalq ilə vidalaşır.Say. 13:17-33Yeş. 14:1-15Yeş. 23:1-24:26

Əvvəlki dərslərin mərkəzi həqiqətlərini təkrarlayın. (1-5).Dərsi bu həqiqət ilə yekunlaşdırın: “Allah Öz övladlarını Göylərə aparacaqdır.”

Əvvəlki dərslərin tətbiqləri təkrarlanır. 1 Peter 1:16 və Sül. Məs. 3:5 ayələrini təkrarlayın.

Page 5: Nun oğlu Yeşua Allahın əsgəri- Mənim atam tez-tez Musanın Allahın gücü vasitəsi ilə etdiyi möcüzələr haqqında danışırdı. - Heç kim Allahı Musa kimi tanımır.

DƏRSİN PLANI

Giriş

“Elmira Əliyeva gedir...”

Hadisələrin gedişatı

1. Musa Allahdan varis haqqında soruşur.

2. Allah Nun oğlu Yeşuanı göstərir. MHİE

3. Musa Yeşuanı xalqın qarşısına çıxarır.

4. Musa Yeşuaya deyir: “Möhkəm ol!”

MHİ

5. Musa ölür.

6. Allah Nun Oğlu Yeşuaya müraciət edir: “Möhkəm ol!” MHİ

Kulminasiya

Yeşua nəzarətçilərə hazırlaşmağı əmr edir

YekunYeşua xalqa müraciət edirXalq onu ruhlandırır: “Möhkəm ol!” MHİ

Nun oğlu Yeşua Allahın iradəsi ilə rəhbər olur

5

Dərs 1

KƏLAMSaylar 27:15-23Qanunun Təkrarı 31:7, 34:9Nun oğlu Yeşua 1:1-18

MƏRKƏZİ HƏQİQƏT

Allah Öz övladlarını möhkəmlədir.

TƏTBİQ

İman etməyənlərə: Məsihçi həyatı yaşamağı bacarmayacağından ehtiyat etməyə izin vermə ki, səni Məsihə imandan saxlasın.

İman edənlərə: Möhkəmlən – Allah səninlədir və səndədir.

YADDA SAXLAMAQ ÜÇÜN AYƏ:Yeşua 1:9“....möhkəm və cəsarətli ol.... qorxma və ruh-dan düşmə, çünki Allahın Rəbb gedəcəyin hər yerdə səninlədir”.

ƏYANİ VƏSAİTLƏR• İllüstrasiyalar: 1-1, 1-4, 1-5, 1-6.• Fiqurlar JW-1, JW-4, JW-5, JW-6, JW-7, JW-8,

JW-9 və JW-10. • Flaneleqraf üçün fon – səhralıq fonu və məbəd

təsviri olan fiqur.• Kağızın zolağında “Nun oğlu Yeşua” yazılmış

sözlər.• Mərkəzi həqiqətin sözlərini sipər formasında

yazmaq lazımdır və hər dəfə mərkəzi həqiqətin nöqteyi-nəzərinin izahı səslənəndə, onu göstərmək lazımdır.

Page 6: Nun oğlu Yeşua Allahın əsgəri- Mənim atam tez-tez Musanın Allahın gücü vasitəsi ilə etdiyi möcüzələr haqqında danışırdı. - Heç kim Allahı Musa kimi tanımır.

6

Ayənin yadda saxlanılmasının təlimi Giriş

Sən nə vaxtsa qorxu hissi keçirmisən? Sən nədən qorxmusan? Sözü gedəcək Nun oğlu Yeşuanın qorxmağa bütün hüquqları var idi və biz sizinlə bunun səbəbini öyrənəcəyik. Amma Allahın ona nə dediyinə qulaq as.

Tanışlıq

Müqəddəs Kitabdan ayəni oxuyun. Əgər uşaqlarda öz Müqəddəs Kitabları varsa, bu ayəni necə tapmağı onlara izah edin. Əgər yoxdursa, öz Müqəddəs Kitabınızda bu ayənin harada yazıldığını göstərin. Sonra əyani vəsaiti göstərin və hamınız birlikdə ayəni oxuyunİzah

İzah

“... möhkəm və cəsarətli ol və qorxma ...” – Allah cəsur olmağı əmr edir. “çünki ...” – ona görə ki...”... Rəbb, sənin Allahın səninlədir ...” - əgər sən Allahın övladısansa, onda Allah həmişə səninlədir. “... hara getsən belə ...” - başqa sözlə, hər bir zaman, hər bir yerdə və hər bir vəziyyətdə.

Tətbiqİman edən uşaqlar üçün: Əgər sən Rəbb İsa Məsihi öz Xilaskarın kimi qəbul etmisənsə, O,

harada olsan belə, səninlə olmağı vəd edir. Həyatında nə baş versə belə, Rəbb sənə güclü olmağı və qorxmamağı əmr edir, axı O, səninlədir.

İman etməyən uşaqlar üçün: Əgər sən hələ Rəbb İsanı öz Xilaskarın kimi tanımırsansa, sən

bu vədə etibar edə bilməzsən. Amma sən İsanı bu gün qəbul edə bilərsən və O, sənin həyatına gələcəkdir. Yalnız onda sən Allahın vədlərinə möhkəm etibar edə bilərsən. İsa həmişə və hər yerdə səninlə olacaqdır. O, heç vaxt səni tərk etməyəcəkdir.

Təkrarlama

Ayəni təkrarlamaq üçün “Əyləncəli qalxmalar” oyunun-dan istifadə edin. Gözləri mavi olanlar ayağa qalxırlar və ayəni təkrarlayırlar. Sonra, kimin qardaşı varsa, sonra, kimin bacısı varsa, dondurmanı sevənlər və s. Öz əyləncəli üsullarınızı fikirləşin ki, uşaqlar ayağa qalxsınlar və ayəni təkrarlasınlar.

Page 7: Nun oğlu Yeşua Allahın əsgəri- Mənim atam tez-tez Musanın Allahın gücü vasitəsi ilə etdiyi möcüzələr haqqında danışırdı. - Heç kim Allahı Musa kimi tanımır.

77

Dərs- Bilirsən, bizim gənc müəllimimiz Elmira Əliyeva gedir -

Nailə kədərli-kədərli öz anasına dedi. - Siz onun üçün darıxacaqsınız, o, necə də yaxşı müəllimdir –

ana cavab verdi. - Və üstəlik, necə də mehriban və xoşəgəlimli... Bizlərdən

heç kim istəmir ki, o getsin – Nailə davam edirdi. - Maraqlıdır, onun yerinə kim dərs deyəcək? – ana soruşdu. - Bilmirəm, amma əminəm ki, yeni müəllim bizim xoşumuza

gəlməyəcəkdir. Heç kim Elmira Əliyevanı əvəz edə bilməz. Yəqin ki, Allahın xalqı, israillilərin də çoxu özlərini Nailə və

onun sinif yoldaşları kimi hiss edirdilər. Musa çox uzun müddət onların rəhbəri idi; amma indi onlar bildilər ki, o, daha onlara rəhbərlik etməyəcəkdir. Bəzi israillilər, ola bilsin ki, belə deyirdilər:

- O, bizi Misirdən çıxartdı. Onsuz biz heç bir şey edə bilmərik.

- Mənim atam tez-tez Musanın Allahın gücü vasitəsi ilə etdiyi möcüzələr haqqında danışırdı.

- Heç kim Allahı Musa kimi tanımır. - Kim onun yerini layiqincə tuta bilər?

1 a və 16-cı səhnələr – Nun oğlu Yeşua Musanın yerinə təyin edilir

(Say. 27:15-23; Qan. Tək. 31:7-5; 34:9)(uzaqda səhralıq və dağ təsviri olan fon, çadır hissələri təsviri

olan fiqur).

Kiməsə Musanı əvəz etmək və Allahın xalqının rəhbəri olmaq çox çətin idi. Kim seçiləcəkdir? Musa bu sual üçün cavabı Allah-dan soruşmaqla çox müdrik hərəkət etdi.

(JW-4, Musa fiqurunu yerləşdirin). - Qoy Rəbb cəmiyyət üzərində adam qoysun – Musa dua

edirdi. Allah Musaya cavab verdi:- Nun oğlu Yeşuanı götür (“Nun oğlu Yeşua” sözlərini

yerləşdirin) və onu bütün xalq üzərində rəhbər qoy. Onların hamısının qarşısında elan et ki, Yeşua indi onların yeni rəhbəridir.

Nun oğlu Yeşua öz arxası ilə iki milyon adamı apara bilərdi? İnsanlara qida və içki lazım idi. Onlara düşərgə qurmaq üçün yer tapmaq lazım idi. Allahın onlara verəcəyini vəd etdiyi ölkənin ətrafında çoxlu düşmənlər olduğuna görə, döyüşçülər döyüşə hazır olmalı idilər. Ola bilsin, Yeşua “supermenə” oxşayırdı? Heç də yox. Amma Allah onu mühüm iş üçün seçmişdir və Allah Nun oğlu Yeşuaya Musaya kömək etdiyi kimi kömək edəcəkdir. Allah heç vaxt Özünün kömək etməyəcəyi bir şeyi etməyi xahiş etmir. Əgər

İllüstrasiya 1-1 Məktəbə qədər olan uşaqlar sevinclə diz üstə çökəcəklər və “Musa ilə birlikdə dua edəcəklər”. Müqəddəs Kitabda Musanın duasında ilk dəfə Nun oğlu Yeşuanın adı çəkilir.

Page 8: Nun oğlu Yeşua Allahın əsgəri- Mənim atam tez-tez Musanın Allahın gücü vasitəsi ilə etdiyi möcüzələr haqqında danışırdı. - Heç kim Allahı Musa kimi tanımır.

8

sən Allahın övladı olmusansa, imanla İsa Məsihi öz Xilaskarın kimi qəbul etmisənsə, Allah istəyir ki, sən Ona məqbul həyat yaşayasan. Eyni vaxtda, Allah bunda sənə yardım edir. Müqəddəs Ruh sənin həyatına gəlir və məhz O, doğru və mehriban olmaqda yardım edir. O, sənə dua etməkdə və başqalarına sənin məsihçi olmanı danışmaqda yardım edəcəkdir.

Ola bilsin ki, bu gün aramızda həqiqətən məsihçi, Allahın övladı olmaq istəyən var. Amma bir şey sənin Rəbb İsa Məsihə iman etməyinə mane olur: qorxursan ki, sən məsihçi həyatı yaşaya bilməyəcəksən. Xahiş edirəm, yadda saxla ki, Allah səni möhkəmləndirəcəkdir ki, sən Onun üçün yaşaya biləsən. Əlbəttə, əgər sən həqiqi məsihçi olmamısansa, imanla İsa Məsihi öz Xilaskarın kimi qəbul etməmisənsə, məsihçi həyatı yaşamaq qeyri-mümkündür. Lakin sən bu addımı atanda, Müqəddəs Ruh səndə, sənin qəlbində məskunlaşacaqdır və Allah üçün yaşamaqda sənə yardım edəcəkdir. Müqəddəs Kitabda biz oxuyuruq ki, Müqəddəs Ruh, həmçinin, Nun oğlu Yeşuada da yaşayırdı.

(JW-4, Musa fiqurunu götürün). Musa dərhal Rəbbin ona dediyini etdi. O, Nun oğlu Yeşuanı çox

yaxşı tanıyırdı. Uzun illər Nun oğlu Yeşua İsrailin rəhbərinin sadiq yardımçısı qalmışdır. Musa bütün düşərgəyə xəbər yaydı ki, İsrailin bütün cəmiyyəti toplaşsın. Eleazar – kahin – bütün xalq qarşısında qabağa çıxdı. Musa Nun oğlu Yeşuanı çıxartdı (JW-1 və JW-5, Musa və Nun oğlu Yeşua fiqurlarını yerləşdirin) və onun başına əllərini qoydu. Sonra rəhbər xalqa müraciət elədi.

- Bu, sizin yeni rəhbərinizdir, ona qulaq asın. Nun oğlu Yeşua belə böyük insan toplantısına baxaraq nə hiss

edirdi? Tezliklə onların hamısı İordan çayını keçməli olacaqlar. Yaxınlıqda isə nə körpü, nə də qayıq var idi. Vəd olunmuş torpaqda zəhmli və rəhmsiz düşmənlər yaşayırdılar. Şübhəsiz ki, Nun oğlu Yeşua hiss etdi ki, o zəifdir, bu tapşırıq üçün tamamilə zəifdir. Amma Musa ona dedi:

- Yeşua, möhkəm və cəsarətli ol, çünki sən bu xalq ilə Allahın vəd etdiyi torpağa girəcəksən. Rəbbin Özü səndən öncə gedəcəkdir və Onun Özü səninlə olacaqdır. O, səni heç vaxt tərk etməyəcəkdir. Qorxma.

Əlbəttə, tapşırıq Nun oğlu Yeşua üçün kifayət qədər çətin idi, amma Allah üçün yox. Allahın Özü yeni rəhbərə kömək edəcəkdir, onu güc və cəsarət ilə dolduracaqdır. Nun oğlu Yeşua heç vaxt tək olmayacaqdır – Allah həmişə onunla olacaqdır. Allahın onu heç vaxt tərk etməyəcəyini bilmək, Nun oğlu Yeşuanı möhkəmləndirməkdə kömək etdi.

Məsihçi, Allah sənə vəd edir: “Səni heç vaxt atmaram, səni heç vaxt tərk etmərəm» (İbr. 13:5). Onun vədi sənə möhkəm və cəsarətli olmağa kömək edir?

Ola bilsin ki, sən Nun oğlu Yeşuanın nə hiss etdiyini başa düşürsən. Sən İsa Məsihdən sənin bütün günahlarını götürməsini

MHİE

Burada yadda saxlamaq üçün ayəni təkrarlamaq yaxşı olardı.

İllüstrasiya 1-4

MHİ

MHİ

Page 9: Nun oğlu Yeşua Allahın əsgəri- Mənim atam tez-tez Musanın Allahın gücü vasitəsi ilə etdiyi möcüzələr haqqında danışırdı. - Heç kim Allahı Musa kimi tanımır.

99

xahiş etdin və bilirsən ki, indi sən – Allahın övladısan. Amma Rəbbə məqbul hərəkət etmək necə də çətindir. Məktəbdə hər bir kəs hansısa bir qrupa, kompaniyaya məxsusdur və belə kompaniyalar tez-tez nalayiq hərəkətlər edirlər: natəmiz şeylərə, mədəni olmayan zarafatlara gülürlər, müəllimlərə qulaq asmırlar. Bu cür hərəkət etməmək də çətindir. Elə görünür ki, kiməsə məsihçi olmağın haqqında demək üçün kifayət qədər güclü olmaq mümkün deyildir. Allah Nun oğlu Yeşuaya dediyi eyni şeyi sənə də demək istəyir: “...möhkəm və cəsarətli ...qorxma və ruhdan düşmə, çünki Allahın Rəbb gedəcəyin hər yerdə səninlədir” (Yeşua 1:9). Allah sinifdə də səninlə olur. O, hətta digərləri qulaq asmasalar da, sənə itaət etməkdə kömək edəcəkdir. Ondan kömək istə və düzgün hərəkət et. Öz şəxsi təcrübəndə sən biləcəksən ki, Allah Öz övladlarını möhkəmləndirir. Bu haqda, həmçinin, İsrailin yeni rəhbəri də biləcəkdir.

Səhnə 2 – Rəbb Nun oğlu Yeşuanı səlahiyyət ilə ayırır(Yeşua 1:1-9)(Fon səhnə 1-də olduğu kimidir).İsraillilər çox əzab çəkirdilər. Musa dağa qalxdı və qayıtmadı.

O, orada öldü. (JW-5, Nun oğlu Yeşua fiqurunu yerləşdirin). Nun oğlu Yeşua

da, yəqin ki, kədərlənmişdi və özünü tənha hiss edirdi, axı o, bir daha Musadan məsləhət soruşa bilməyəcəkdi.

Amma sevən və mehriban Allah Yeşuaya dedi: - Mənim qulum olan Musa öldü. İndi sən və bütün bu xalq

İordan çayından Mənim sizə vermək istədiyim o torpağa keçməyə hazır olmalıdırlar. Sizin ayaqlarınız dəyəcəyi bütün yerləri Mən sizə verəcəyəm. Və Musa ilə olduğum kimi, səninlə də olacağam. Mən səni heç vaxt tərk etməyəcəyəm. Möhkəm və cəsarətli ol.

Allahın Özündən eşitmək necə də təsəlliverici və sakitləşdiricidir! Bəli, Allah həqiqətən Öz övladları ilə olaraq onları möhkəmləndirir. Bu, o demək deyil ki, imanlılarda güclü əzələlər olacaqdır və onlar sinifdə ən yaxşı idmançılar olacaqlar! Bu, o deməkdir ki, Allahın övladları, hətta çox çətin olsa da, onlar Allah üçün yaşaya bilərlər. Nun oğlu Yeşuaya çox çətin olacaqdır. Amma Allah ona daha nəsə demək istəyirdi:

- Mənə qulaq as və bütün qanunu diqqətlə qoru və yerinə ye-tir, bu kitabı gecə və gündüz öyrən ki, orada yazılanları dəqiqliklə yerinə yetirəsən.

Qanun Kitabı Müqəddəs Kitabın ilk beş kitabından ibarətdir. Bu kitabları sadalaya bilərsən? (Yaradılış, Çıxış, Levitlər, Saylar, Qa-nunun Təkrarı). Allah Musa vasitəsi ilə bu kitabları yazmışdır və indi Nun oğlu Yeşuaya bu kitabları oxumağı və orada yazılanlara əməl etməyi əmr edirdi. Qanun İsrailin yeni rəhbərinə güclə və cəsarətlə dolmaqda kömək edəcəkdir.

Əgər sən – Allahın övladısansa, hər gün Müqəddəs Kitabdan bir parça oxumaq üçün vaxt ayır. Oxuduğunu yadda saxlamağa

Allahın onlarla olacağı anlar haqqında uşaqlara xatırladın. Xüsusi ilə onların hansı yolla Rəbbə etibar edə biləcəklərini qeyd edin ki, O, onlara cəsarət, səbr və güc versin. Həmçinin, Allaha Onun hüzuruna görə minnətdarlıq etməyin nə qədər mühüm olduğunu da xatırladın. Sonra birlikdə yadda saxlamaq üçün ayəni təkrarlayın.

İllüstrasiya 1-5

MHİ

Page 10: Nun oğlu Yeşua Allahın əsgəri- Mənim atam tez-tez Musanın Allahın gücü vasitəsi ilə etdiyi möcüzələr haqqında danışırdı. - Heç kim Allahı Musa kimi tanımır.

çalış və Allah sənə nəyisə etməyi əmr edəndə, Ondan əmri yerinə yetirməkdə sənə yardım etməsini dilə. Beləcə, tədricən Allah səni möhkəm məsihçi edəcəkdir. Nun oğlu Yeşua da həmçinin, onun dövründə mövcud olan Müqəddəs Kitabın hissələrini oxumalı, yadda saxlamalı və yerinə yetirməli idi.

Həmçinin, o, xalqın ən həyəcanlı mərhələsində, Misirdən çıxanda Qanun kitabını diqqətlə qorumalı idi.

Səhnə 3 – Yeşua əmr verir

(Yeşua 1:10-18).

(Fon əvvəlki səhnədəki kimidir. JW-7, Nun oğlu Yeşuanı yerləşdirin).

İsrailin rəhbəri, yəqin ki, çox həyəcanlı idi. Nəhayət ki, İsrail Kənan torpağına girəcək. Qırx il əvvəl o, vəd olunmuş torpaqda olan casuslardan biri idi və oranın necə məhsuldar və gözəl olduğunu yaxşı xatırlayırdı. Tezliklə İsrail orada həmişəlik məskunlaşdı.

(JW-6, nəzarətçilər və JW-8, JW-9 və JW-10, xalq).

Nun oğlu Yeşua nəzarətçiləri çağırdı (xalqın başçılarını) və onlara əmr etdi:

- Düşərgəni gəzin və xalqa deyin: “Yol üçün özünüzə yemək hazırlayın. Üç gündən sonra siz İordandan keçəcəksiniz ki, Rəbbin sizə verəcəyi torpağı götürək”.

Xəbər tez yayıldı və tezliklə hamı yola hazırlaşırdı. Bəzi ad-amlara xüsusi göstərişlər vermək gərək olurdu. Onlar əvvəllər Musaya qulaq asdıqları kimi, rəhbərə qulaq asırdılar və hər şeyi yerinə yetirməyə söz verdilər. Onlar həmçinin, öz yeni rəhbərlərini ruhlandırırdılar. Onların nə dediklərini bilirsən?

- Möhkəm və cəsarətli ol!Məhz bu sözləri Nun oğlu Yeşuaya Musa və Allah deyirdilər.

İndi Nunun oğlu onları üçüncü dəfə eşidirdi. Bu adamlar vasitəsilə Allah İsrailin yeni rəhbərinə möhkəmlənməkdə kömək edirdi.

Allah Öz övladlarını möhkəmləndirmək üçün tez-tez başqa məsihçilərdən istifadə edir. Aliyənin də həyatında belə oldu. Qız məsihçi oldu, amma anası ona dirilmə məktəbinə və “Xoş Xəbər” dərnəyinə getməyi qadağan etdi. Amma qıza Kərimovların ailəsində olmağa icazə verirdilər. Onlar isə məsihçi idilər. Aliyənin sualı və ya hansısa problemi olanda, o, evin xanımı Sevda Piri-yevaya müraciət edirdi. Sevda Piriyeva qıza Müqəddəs Kitabda cavab tapmaqda kömək edirdi və sonra onlar birlikdə dua edirdilər. Kərimovlar ailəsinin belə görüşləri Aliyəyə möhkəm məsihçi ol-maqda kömək etdi.

Əgər sən – məsihçisənsə və mənimlə söhbət etmək istəyirsənsə, digərləri gedəndə mənə yaxınlaş. Mən sevinərək səni dinləyəcəyəm və Müqəddəs Kitabda cavab tapmaqda sənə kömək edəcəyəm.

10

Səsin və mimikanın köməyi ilə baş verən hadisənin sevincini və

həyəcanını göstərin.

İllüstrasiya 1-6

Page 11: Nun oğlu Yeşua Allahın əsgəri- Mənim atam tez-tez Musanın Allahın gücü vasitəsi ilə etdiyi möcüzələr haqqında danışırdı. - Heç kim Allahı Musa kimi tanımır.

1111

Ayəni yadda saxlamaq üçün təkrarlayın və uşaqları onlara cəsarət verən Allaha etibar etməyə çağırın.

Allah Nun oğlu Yeşuanı xalqın başçıları vasitəsi ilə ruhlandırdığı kimi, bizə kömək etmək üçün, həqiqətən də, başqa məsihçilərdən istifadə edir. Nun oğlu Yeşuanın dəstəyə çox ehtiyacı var idi, axı onun qarşısında çox çətin tapşırıq dururdu: çayı keçmək, şəhərləri və dağları ələ keçirmək. Amma Yeşua bilirdi ki, Allah onu utandırmayacaqdır. Allah onunla olacaqdır.

Məsihçi, sən də həmçinin, bundan əmin ola bilərsən. Allaha etibar et – və O, səni möhkəmləndirəcəkdir. Bu gözəl sözləri xatırlayın: ”...möhkəm və cəsarətli ...qorxma və ruhdan düşmə, çünki Allahın Rəbb gedəcəyin hər yerdə səninlədir”. (Yeşua 1:9)

TƏKRARLAMAQ ÜÇÜN SUALLAR:1. Allah Musanın yerinə xalqın rəhbəri olmaq üçün kimi seçdi?

(Nun oğlu Yeşuanı.)2. Nun oğlu Yeşua xalqı hara apardı? (Kənana.)3. Nə üçün Nun oğlu Yeşua möhkəm və cəsarətli ola bildi? (Rəbb

onunla idi.)4. Allah Öz övladlarını necə möhkəmləndirir? (O, onlarla olur və

Müqəddəs Ruh onlarda olur.) 5. Nun oğlu Yeşua bu sözləri kimdən eşitdi: “Möhkəm ol!”?

(Musadan, Allahdan və xalqdan.)6. Allah Nun oğlu Yeşuaya möhkəm olmaq üçün bir şey əmr etdi.

Nə? (Qanunu oxumaq və əməl etmək.) 7. Sən necə Allahın övladı ola bilərsən? (İman ilə İsa Məsihi öz

şəxsi Xilaskarın kimi qəbul etməklə.)8. İsraillilər hansı çayı keçməli idilər? (İordan.)9. Musa harada öldü? (Dağda.)10. Ayəni bitir: “... möhkəm və cəsarətli ol, qorxma...” (“...çünki

Allahın Rəbb gedəcəyin hər yerdə səninlədir” Yeşua 1:9).

TƏTBİQİ FƏALİYYƏT“Hadisələrin dairəsi”

Dairənin hazırlanması: flomasterin köməkliyi ilə kağız boşqabı 8 sektora bölün. Hər bir sektorda uşağa cəsarətin lazım olduğu vəziyyətin və ya fəaliyyətin adını yazın. Misal üçün, evdə, təklikdə, məktəbdə, maşında, mağazada, izdihamda, oyun zamanı, gecə. Kartondan oxlar kəsmək lazımdır və onu metal sancağın köməkliyi ilə dairənin mərkəzinə bərkitmək lazımdır.

Qoyun uşaqlar növbə ilə oxları fırlatsınlar və olara cəsarət lazım olacaq vəziyyəti müzakirə etsinlər. Misal üçün, əgər ox “məktəb” sektorunda dayansa, uşaq onun sinfində oxuyan davakara necə münasibət bəslədiyi haqqında fikirləşə bilər. Hər bir vəziyyəti müzakirə edərək, Allahın onlarla olduğunu bilərək uşaqların necə cəsarət göstərə biləcəkləri haqqında söhbət edin.

MHİ

Təkrarlamaq üçün oyun“Dama”Balaca kağız paketə ən azı 8 qırmızı və 8 qara dama (siz əsl plasmas dama götürə bilərsiniz) qoyun. Uşaqları iki koman-daya ayırın. Komandalara növbə ilə suallar verin. Əgər cavab doğrudursa, cavab verən uşaq paketdən bir dama çıxarda bilər. Əgər o, qırmızı dama çıxartdısa, onda onu özünə götürür və daha birini çıxartmaq hüququ alır. Əgər dama qara rəngdədirsə, uşaq onu da özünə götürür, amma oynamaq gedişi qurtarır. Oyunun axırında komandalar toplanmış damaları hesablayırlar. Daha çox dama toplayan komanda qalib gəlir.

Page 12: Nun oğlu Yeşua Allahın əsgəri- Mənim atam tez-tez Musanın Allahın gücü vasitəsi ilə etdiyi möcüzələr haqqında danışırdı. - Heç kim Allahı Musa kimi tanımır.

12

Page 13: Nun oğlu Yeşua Allahın əsgəri- Mənim atam tez-tez Musanın Allahın gücü vasitəsi ilə etdiyi möcüzələr haqqında danışırdı. - Heç kim Allahı Musa kimi tanımır.

Dərs 2

KƏLAMYeşua 2:1-24

MƏRKƏZİ HƏQİQƏTAllah Öz övladlarını qoruyur.

TƏTBİQ

İman etməyənlərə: Məsihə iman et – və təhlükəsizlikdə olacaqsan.

İman edənlərər: Heç bir şeydən qorxma.

YADDA SAXLAMAQ ÜÇÜN AYƏ

Romalılara Məktub 8:1 “...indi Məsih İsada olanlara heç bir məhkumluq yoxdur”.

ƏYANİ VƏSAİT

• İllüstrasiyalar: 2-2, 2-3, 2-4, 2-5 və 2-6.• Fiqurlar JW-7, JW-8, JW-9, JW-11, JW-12, JW-

13, JW-14, JW-15, JW-16, JW-17 və JW-18.• Səhralıq, damın görünüşü və həmçinin, şəhər

divarında evin görünüşü fonu. • Kağızın zolağında yazılmış “casus” sözü.• Mərkəzi həqiqətin sözünü sipər forması olan

fiqurda yazmaq lazımdır və hər dəfə mərkəzi həqiqətin aspektlərini izah edərkən göstərmək lazımdır.

Pəncərədən sallanan qırmızı kəndir

13

DƏRSİN PLANI

Giriş Casus kimdir?

Hadisələrin gedişatı

1. Yeşua casusları Kənana göndərir. MHİ

2. Casuslar Yerixona gəlirlər.

3. Casuslar Rahava düşürlər.

4. Padşahın elçiləri Rahavın evinə gəlirlər.

MHİ

5. Rahav casusları gizlədir.

6. Rahav padşahın elçilərinə yalan deyir.

7. Rahav müdafiə üçün xahiş edir.

Kulminasiya

Casuslar pəncərədən sallanan qırmızı kəndir ilə düşərək qaçırlar. MHİ

Yekun

Onlar Nun oğlu Yeşuanın yanına qayıdırlar

MHİ/İE

Page 14: Nun oğlu Yeşua Allahın əsgəri- Mənim atam tez-tez Musanın Allahın gücü vasitəsi ilə etdiyi möcüzələr haqqında danışırdı. - Heç kim Allahı Musa kimi tanımır.

14

İllüstrasiya 2-2

Dərs (Lövhədə “casuslar” sözünü yerləşdirin).Aşağıdakı cümlələrdən hansı casus və ya kəşfiyyatçının kim

olduğunu izah edir? (a) Çox yaxşı görmə qabiliyyəti olan milçək.(b) Xüsusi eynək taxan adam və buna görə də hər şeyi uzaq

məsafədən görür. (c) Başqa ölkədə olan şeyi gizli öyrənən şəxs.(d) Gözdə ağrılı toz dənəsi.Əlbəttə ki, doğru cavab – c bəndidir. Ola bilsin ki, sən

kəşfiyyatçılar haqqında oxumusan və ya onlar haqqında filmə baxmısan.

Səhnə 1 – İki casus göndərilir

(Fonda səhralıq və uzaqlıqda dağ təsviri. JW-7, Nun oğlu Yeşua və JW-8, JW-9, iki casus fiqurlarını yerləşdirin).

Bu gün biz Nun oğlu Yeşuanın seçdiyi iki casus ilə tanış olacağıq. O, onlara maraqlı və təhlükəli tapşırıq verdi.

- Gedin və Kənan torpağına baxın – deyə, o əmr etdi – və xüsusi ilə Yerixona.

Yerixon böyük şəhər idi və İordan çayının sahilində yerləşirdi. Bu, Allahın israillilərə verdiyi, onların daxil olacağı birinci şəhər idi. Yerixonu ələ keçirmək çox vacib idi.

İki casus İsrail düşərgəsini sakitcə tərk etdi və İordan çayına tərəf yola düşdülər. Müqəddəs Kitab bizə onların çayı necə keçdikləri haqda demir, - yəqin ki, gecə vaxtı onun dayaz yerindən keçiblər. Tezliklə casuslar vəd olunmuş torpağa ayaq basdılar. O an necə də həyəcanlı idi..., həm də bir az qorxunc. Sakinlərin çoxu casusları məmnuniyyətlə tuta və öldürə bilərdilər. Nun oğlu Yeşuanın göndərdikləri özlərini çox ehtiyatlı aparmalı idilər. İsrailin rəhbərinə bilmək lazım olduğu bütün şeyləri onlar izah edə biləcəklərmi? Ümumiyyətlə, onlar bu naməlum və çox təhlükəli ölkədən sağ-salamat çıxa biləcəklərmi?

Heç kim və heç nə onlara zərər gətirə bilməzdi, heç bir düşmən Allahın icazəsi olmadan onlara toxuna bilməzdi. Axı casuslar Allahın xalqına məxsus idilər. Allah Öz xalqını qoruyur.

Bu, elə bu gün də Allahın övladı olan hər bir şəxsə aiddir. Müqəddəs Kitabdan gözəl sözlərə qulaq as: “...Amma Rəbbə

güvənən arxayın yaşar” (Sül. Məs. 29:25). Əgər sən İsa Məsihin sənin günahlarını götürdüyünü bilirsənsə, onda sən Allaha məxsussan və O, sənin qayğına qalır. O, səni qoruyur. Ola bilsin ki, sən də bu gün qorxursan? Müqəddəs Kitabda Allah dəfələrlə Öz xalqına deyir: “Qorxma.” Allahın Sözü vəd edir ki, Rəbbə etibar edən, təhlükəsizlikdə olur. Allah Öz övladlarını hər an, hər gün və gecə qoruyur. Bu, o deməkdir ki, məsihçi heç vaxt ayağını sındırmır, xəstələnmir və ya heç vaxt döyülməyəcəkdir. Bu, o

Yerixonu xəritədə göstərin. Yerixon ikiqat divar ilə

hasarlanmışdır. Xarici və daxili divarlar arasında 3,5-4 m məsafə var idi. Divarların hündürlüyü 8

metrdən hündür idi. Məktəbəqədər uşaqlar sevinclə

casuslara sağollaşma üçün əl yelləyəcəklər...

.

MHİ

Page 15: Nun oğlu Yeşua Allahın əsgəri- Mənim atam tez-tez Musanın Allahın gücü vasitəsi ilə etdiyi möcüzələr haqqında danışırdı. - Heç kim Allahı Musa kimi tanımır.

1515

Kətandan kətan lifləri düzəldirdilər və Rahav, ola bilsin ki, bu sənətlə məşğul idi. Məktəbəqədər uşaqların kətanın nə olduğunu başa düşməsi üçün “ot”, “bitki” ifadələrindən istifadə edin.

deməkdir ki, məsihçi heç vaxt ayağını sındırmır, xəstələnmir və ya heç vaxt döyülməyəcəkdir. Bu, o deməkdir ki, məsihçinin həyatında Allahın icazəsi, izni olmadan heç bir şey baş verə bilməz. Rəbb isə - Öz övladlarına nəzarət edən və onları qoruyan, sevən və hər şeyə qadir Səmavi Atadır.

Allah o iki casusun qayğısına qalır, axı onların o qərib ölkədə Allaha ehtiyacları var idi.

Səhnə 2 – Rahav casusları gizlədir (Yeşua 2:2-7)(Evin damı və kətan lifləri, təsvirləri olan fon, JW-11).Yerixona yaxınlaşaraq, casuslar şəhəri əhatə edən böyük,

hündür və enli divar gördülər. Divar o qədər enli idi ki, bəzi adam-lar orada tikilən evlərdə yaşayırdılar. Böyük dəmir darvazalar hər axşam bağlanırdılar ki, düşmənlər şəhərə girə bilməsinlər. Amma hansısa yolla, Müqəddəs Kitab bizə demir necə - iki casus şəhərə daxil oldular. Heç bir insan bilməməli idi ki, onlar kimdirlər və nə üçün gəliblər. Casuslar lazım olan hər şeyi araşdırdılar. Misal üçün, onlar öyrəndilər ki, şəhər darvazaları axşam bağlanırdı. Sonra isə Allah onları gecələyə biləcəkləri yerə gətirdi.

Gizlicə (ən azı onlar belə fikirləşirdilər) iki casus divarın təpəsində olan bir evə gəldilər. Orada Rahav adlı bir qadın yaşayırdı. (JW-12, Rahav fiqurunu yerləşdirin). O, israillilər və onların Allahı haqqında eşitmişdi. Beləliklə, evin yiyəsi yolçuları gecələmək üçün evə buraxdı, amma bu, çox təhlükəli idi. Qonaqlar kətan liflərinin altında gizləndilər (Casuslar kətan lifləri altında fiqurunu yerləşdirin, JW-13 и JW-14).

Nə Rahavın, nə də casusların ağlına gəlmirdi ki, kimsə yad-lara fikir verib və nəsə şübhələnib. Yerixonun Padşahına təcili söz çatdırdılar:

- İsrail oğullarından hansısa adamlar bu gecə bura gəliblər ki, ölkəyə baxsınlar.

Padşah həmin dəqiqə bu adamları tapmağı əmr etdi. Və casusları Rahavın evində güddülər.

Tezliklə padşahın elçiləri onun evinə doğru gedən yolda idilər. - Sənin evinə gələn adamları təslim et – onlar əmr etdilər, -

çünki onlar bütün ölkəni xəlvəti baxıb öyrənməyə gəliblər. (JW-15, fiqurunu yerləşdirin).

Rahav cəld padşahın elçilərinə cavab verdi: -Bəli, mənim yanıma adamlar gəldilər, amma mən onların kim

olduğunu bilmirdim. Qaranlıq düşən kimi və qapıları bağlamaq vaxtı gələndə, onlar getdilər. Mən bilmirəm onlar hara getdilər, amma siz tələssəniz, onlara çata bilərsiniz.

Rahav yalan dedi – o, bunu ona görə etdi ki, casusların həyatını qorusun. Amma Allaha yalan lazım deyildi ki, bu adamları qorusun.

İllüstrasiya 2-3

İllüstrasiya 2-4

İllüstrasiya 2-5

Page 16: Nun oğlu Yeşua Allahın əsgəri- Mənim atam tez-tez Musanın Allahın gücü vasitəsi ilə etdiyi möcüzələr haqqında danışırdı. - Heç kim Allahı Musa kimi tanımır.

16

MHİ

Rahavın sözlərini həyəcanlı və ehtiramla deyin. Əgər sizin

uşaqlarınız Rəbbin Qırmızı dənizi necə qurutduğunu bilmirlərsə,

bu hadisə haqqında onlara qısaca danışın. Bax: Çıxış 14.

İllüstrasiya 2-3

Hətta evi axtarsaydılar da, Allah casusları qoruyardı. Yalanı heç bir vəziyyət ilə bəraətləndirmək olmaz. Biz bunu bilirik, amma buna baxmayaraq, yenə də yalan danışırıq. Burada və daha başqa şeylərdə biz Allaha qulaq asmırıq və buna görə də günahlarımıza görə Ondan cəzaya layiqik. Amma Rahav bütpərəst idi və Allahın Qanunlarını bilmirdi.

Padşahın elçiləri o müddətdə evin damında kətan liflərinin altında gizlənən casusları tutmağa tələsdilər. Rəbbin Özü Nun oğlu Yeşuanın göndərdiyi adamları onları yalnız düşmənlər əhatə edən bu şəhərdə qorudu.

Əgər sən Allahın övladısansa, onda sənin də güclü düşmənin var: Şeytan – bu, sənin düşmənindir. O istəyir ki, sən Rəbb İsa Məsihi sevməyəsən və Ona qulaq asmayasan. Məhz o, sənin bəzi sinif yoldaşlarını sənin məsihçi olduğuna görə sənə gülməyə təhrik edir. O, səni duadan və ya “Xoş Xəbər” dərnəyi ilə məşğul olmaq-dan yayındırmağa çalışır. Şeytan səni Allahdan həmişəlik götürmək istəyir. O, bunu edə bilərmi? Allahın övladları barədə Rəbb İsanın dediklərinə qulaq as: “...Onları Mənə verən Atam hamıdan böyük-dür. Onları heç kim Atanın əlindən qapa bilməz...” (Yəhya 10:29). Əgər sən, həqiqətən, Allahın övladı oldunsa, onda artıq heç kim və heç vaxt səni Səmavi Atandan götürməz. Allah Öz övladlarını, o iki casusu qoruduğu kimi, düşməndən qoruyur.

Səhnə 3 – Casuslar Rahava söz verirlər

(Yeşua 2:8-14)

(Fon, səhnə 2-dəki kimidir. JW-8 və JW-9, casuslar və JW-12, Ra-hav fiqurlarını yerləşdirin).

Padşahın elçiləri gözdən itəndə, Rahav casuslar ilə danışmaq üçün dama qalxdı. Bütün sakinlər sizdən və sizin xalqdan qorxurlar. Çünki biz Rəbbin Qırmızı dənizi sizin qarşınızda necə qurutduğu haqqında eşitmişik. Heç kimdə sizə qarşı getməyə cəsarət qalmayıbdır, çünki Rəbb, sizin Allahınız göylərdə və yerdədir... Mən sizə mərhəmət etdim, xahiş edirəm, şəhəri zəbt edəndə, mənim ailəmə də mərhəmət edin.

Casuslar razılaşdılar:

- Hər şey sənin xahiş etdiyin kimi olacaqdır. Rəbb şəhəri bizim əlimizə verəndə, biz sənə mərhəmət və həqiqət göstərəcəyik.

Səhnə 4 – Casuslar qırmızı kəndir ilə aşağı düşürlər

(Yeşua 2:15-22)

(Şəhər divarları və pəncərə təsviri olan fon) Casuslar Yerixondan çıxmalı və Nun oğlu Yeşuaya qayıtmalı idilər.

Amma küçəyə çıxmaq çox təhlükəli idi. Rahavın ağlına bir fikir gəldi. O, qırmızı kəndir götürdü və onu evin içində möhkəm bağladı, boş ucunu isə pəncərədən salladı.

İllüstrasiya 2-6

Page 17: Nun oğlu Yeşua Allahın əsgəri- Mənim atam tez-tez Musanın Allahın gücü vasitəsi ilə etdiyi möcüzələr haqqında danışırdı. - Heç kim Allahı Musa kimi tanımır.

1717

MHİ

(JW-16, Rahav pəncərədə, flaneleqrafın eninə yerləşdirilmiş, kəndirin altında və qırmızı kəndiri/vertikal/ “pəncərədən” aşağı... JW-17 və JW-18, casuslar qırmızı kəndirdə fiqurunu yerləşdirin).

- Aşağı salın və dağlara qaçın. Orada üç gün gizlənin ki, sizin dalınızca düşənlər ilə qarşılaşmayasınız.

Casuslar pəncərəyə qalxdılar və kəndir ilə aşağı düşməyə başladılar. Nəhayət, onlar şəhərin hüdudlarından kənarda idilər. Necə də gözəl xilas! Allah həmişə onların qayğısına qalır.

O qırmızı kəndir bizə Allahı Öz övladlarını ən böyük təhlükə olan – günaha görə əbədi cəzadan təhlükəsizlikdə qoruduğunu xatırladır. Bizim hamımız günaha görə cəzaya layiqik. Amma Allah dünyaya Öz yeganə Oğlunu, Rəbb İsa Məsihi göndərdi. Allahın Oğlu heç bir cəzaya layiq deyildi, çünki o, kamil həyat sürmüşdür. İsa Məsih çarmıxda öləndə, Al-lah Onu bizim günahlarımıza görə cəzalandırdı. Allahın Oğlu Öz dəyərli qanını ona görə tökdü ki, hər bir insan günahdan təmizlənə bilsin. Bu, əbədi cəzadan qurtulmaq üçün yeganə yol idi.

Sən iman ilə İsa Məsihi öz Xilaskarın kimi qəbul edəndə, onda xilas əldə edirsən, təhlükəsizlikdə olursan. Sənə daha cəhənnəmdə olmağa gərək olmayacaqdır və bunların hamısı sənin Öz dəyərli qanını tökən Xilaskarın sayəsindədir. Müqəddəs Kitab deyir: “Ona iman edən mühakimə olunmur”. (Yəh. 3:18). Bizim layiq görüldüyümüz cəzadan xilas –qırmızı kəndir ilə düşən iki casusun xilasından daha gözəldir.

Casusların ayağı yerə dəyəndə, onlar yenə Rahava müraciət etdilər:

- Qulaq as, biz bir daha bu ölkəyə gələndə, bu kəndiri pəncərədən bağla. Onda biz sənin evini tanıyacağıq və orada olan hər bir kəs xilas olacaqdır. Biz bunun qayğısına qalacağıq.

Bu sözlərlə iki israilli qaranlıqda gizləndilər. Onlar dağlara tərəf yola düşdülər və üç gün mağarada gizləndilər.

Səhnə 5 – Casuslar Nun oğlu Yeşuaya qayıdırlar(Yeşua 2:23-24).(Fon səhnə 1-dəki kimidir). İki casus təhlükəsiz İordan çayına gəlib çıxdılar. Onlar yenidən

onun dayaz yerindən keçdilər və o biri sahilində çıxdılar. Casuslar İsrail düşərgəsinə tələsirdilər ki, öz sərgüzəştləri haqqında Nun oğlu Yeşuaya danışsınlar.

(JW-7, Nun oğlu Yeşua, və JW-8, JW-9, casuslar fiqurunu yerləşdirin).

- Rəbb bütün bu torpağı sizin əlinizə veribdir – kəşfiyyatçılar danışdılar – və bütün sakinlər bizdən qorxurlar!

Nun oğlu Yeşuanın elçiləri bundan əmin idilər ki, xalq Allaha tamamilə etibar edə bilər. Məgər Rəbb onların hər bir dəqiqəsini bu təhlükəli əməliyyatda qorumadı?

Uşaqlardan ayağa qalxmalarını və yadda saxlamaq üçün ayəni təkrarlamaqlarını xahiş edin.

İllüstrasiya 2-2

Page 18: Nun oğlu Yeşua Allahın əsgəri- Mənim atam tez-tez Musanın Allahın gücü vasitəsi ilə etdiyi möcüzələr haqqında danışırdı. - Heç kim Allahı Musa kimi tanımır.

18

MHİ

MHİE

Əgər sən Allahın övladısansa, sən də həmçinin, bundan əmin ola bilərsən ki, Allah səni qoruyacaqdır. O, səni təhlükədən, şeytanın hücumundan və günahına görə olan cəzadan qoruyacaqdır. Allahın övladı olmaq necə də gözəldir!

Bu gün bizim aramızda Allahın günaha görə verdiyi cəzadan xilas olmayan var? Bilirsən ki, cəzaya layiqsən, amma bütün ürəyin ilə xilası əldə etmək istəyirsən. Əgər sən öz günahlarına görə peşmansansa, bilirsən ki, İsa Məsih ölərək Öz dəyərli qanını tökmüşdür ki, səni günahdan təmizləsin. Nədən sən Onu elə bu dəqiqə imanla qəbul etməyəsən? Sən Ona müraciət edə bilərsən və təqribən belə deyə bilərsən: “Rəbb İsa, mən öz günahlarıma görə peşmanam. Mən Sənə etibar edirəm və xahiş edirəm ki, günahımı götürəsən. Çarmıxdakı ölümünə və mənə görə axıtdığın Sənin dəyərli qanına görə minnətdaram”. İsa Məsihi iman ilə qəbul edəndə, Allahın övladı olacaqsan. Allah səni qoruyacaqdır. O vəd edir: “Ona iman edən mühakimə olunmur” (Yəh. 3:18).

Rahav xilas olacaqdır? O, casusların sözlərinə inanmalı idi. Ola bilsin ki, Rahav o qırmızı kəndiri elə pəncərədə saxladı. Şübhəsiz ki, o hazırlıqlı idi, axı onun və onun ailəsinin xilası məhz bu qırmızı kəndirdən asılı idi. Amma israillilərin Yerixona girdikdə nə baş verdiyini bilmək üçün sənə gələn dərsə gəlmək lazımdır.

TƏKRARLAMAQ ÜÇÜN SUALLAR

1. Nə üçün Yeşua iki casus göndərdi? (Ölkənin necə olduğuna baxmaq üçün.)

2. Casuslar Yerixon haqqında nə öyrəndilər? (Şəhər möhkəm enli divarla əhatə olunub, böyük şəhər darvazaları ilə axşam bağlanırlar.)

3. Nə üçün Nun oğlu Yeşuanın elçiləri israillilərin düşərgəsindən uzaqda olaraq bütün müddət təhlükəsiz idilər? (Onları Allahın Özü qoruyurdu.)

4. Allah kimləri qoruyur? (Öz övladlarını.)5. Kim Allahın düşmənidir və məsihçiləri Allahı sevməkdən və

Ona qulaq asmaqdan dayandırmaq istəyir? (Şeytan.)6. Casuslar Yerixonda harada qaldılar? (Rahavın evində.) 7. Padşahın elçiləri gələndə, Rahav casusları harada gizlətdi?

(Evin damında, kətan liflərin altında.) 8. Elçilər gələndə Rahav nə pis şey etdi? (O, yalan dedi.)9. Casuslar şəhəri necə tərk etdilər? (Onlar Rahavın

pəncərəsindən qırmızı kəndir ilə düşdülər.)10. Bu qırmızı kəndir bizə nəyi xatırladır? (İsa Məsihin bizi gü-

nahdan və ona görə olan cəzadan xilas etmək üçün çarmıxda öləndə axıtdığı qanını xatırladır.)

Təkrarlamaq üçün oyun“Kömək edin, Mən yapışmışam!”

Uşaqları iki komandaya ayırın. Hər komanda divara

“yapışan” (yəni beli, başı, əli və ayaqları ilə divara toxunur) öz

nümayəndəsini seçir. Komanda-lara növbə ilə suallar verin. Əgər

cavab doğrudursa, suala cavab verən uşaq öz dostuna bədəninin bir hissəsini (misal üçün qolunu)

“qopartmağa” kömək edə bilər. Əgər cavab düz deyilsə, hər iki

komanda öz nümayəndəsinə yardım etməkdən məhrum olur,

amma cavab verməyən komanda cavabı təklif edə bilər. Hər

komanda maksimal olaraq 6 suala düz cavab verə bilər ki, bu

da onlara öz dostunu divardan “qopartmağa” (başı, beli, əlləri və

ayaqları) imkan verəcəkdir.

Page 19: Nun oğlu Yeşua Allahın əsgəri- Mənim atam tez-tez Musanın Allahın gücü vasitəsi ilə etdiyi möcüzələr haqqında danışırdı. - Heç kim Allahı Musa kimi tanımır.

Dərs 3 Yerixonun fəthiKƏLAM

Yeşua 5:13 -6:27

MƏRKƏZİ HƏQİQƏT

Allah Öz övladlarına qələbə verir.

TƏTBİQ

İman edənlərə: Allaha etibar et – və O, günah üzərində sənə qələbə verəcəkdir.

YADDA SAXLAMAQ ÜÇÜN AYƏƏgər sən Nun oğlu Yeşuanın bütün silsilələrini öyrədirsənsə, onda əvvəlki dərsin ayəsini təkrarlamağı təklif edirik. Əgər siz dərsi ayrıca keçirsinizsə, onda uşaqlarla İbranilərə 2:18-i əzbərləməyi təklif edirik.

ƏYANİ VƏSAİTLƏR• İllüstrasiya: 3-1, 3-4, 3-5, 3-6, 4-1, 4-2, 4-3, 4-4,

4-5 və 4-6.• Fiqurlar JW-2, JW-8, JW-9, JW-10, JW-12,

JW-19, JW-21, JW-22, JW-23, JW-24, JW-26-a-b, JW-27а-b, JW-28, JW-29, JW-30, JW-31 və JW-32.

• Təmiz fon. Çayın təsviri üçün mavi rəngli lentdən istifadə edin; həmçinin, quru dib fonu da lazımdır.

• JW-26a və JW-26b fiqurlarını yapışdırmaq, həmçinin JW-27а və JW-27b fiqurlarına da aiddir. Fiqurları flaneleqrafda qarışdıraraq, JW-26-i JW-27-in üstündə yerləşdirin. Səhnə 3-ü danışaraq, JW-26-nı götürün.

• Mərkəzi həqiqətin sözlərini sipər forması fiqurunda yazmaq və mərkəzi həqiqətin aspektləri izah olunarkən, hər dəfə göstərmək lazımdır.

DƏRSİN PLANI

Giriş

İordan çayından keçmək

Hadisələrin gedişatı1. Nun oğlu Yeşua və xalq Yerixonu

görürlər.2. Rəbb Nun oğlu Yeşuaya müraciət edir. MHİ 3. Rəbb əmr verir. MHİ 4. Nun oğlu Yeşuanın başda olması ilə xalq

Yerixonu dövr edirlər. 5. Yeddinci gündə xalq şəhəri yeddi dəfə

dövr edir. 6. Bütün xalq yüksək səslə qışqırır.

KulminasiyaYerixonun divarları dağılır. MHİİsraillilər şəhəri zəbt edirlər.Rahav və onun ailəsi xilas olur. MHİYekunYerixon dağılıb.

19

Page 20: Nun oğlu Yeşua Allahın əsgəri- Mənim atam tez-tez Musanın Allahın gücü vasitəsi ilə etdiyi möcüzələr haqqında danışırdı. - Heç kim Allahı Musa kimi tanımır.

20

Qısa tətbiqi dərs

(Müqəddəs Kitab dərsi iman etməyən uşaqlar üçün tətbiqi daxil etmir, buna görə də siz dərs proqramına aşağıda göstərilən tətbiq dərsini daxil edə bilərsiniz.

Uşaqlara ad günü açıqcasını göstərin və belə açıqcaları nə vaxt aldığımızı onlardan soruşun?).

“Ad günü” nə deməkdir? Bu, sənin öz ailəndə dünyaya gəldiyin gündür. Ailənin üzvü olmaq gözəl şeydir, amma Allahın ailəsinin üzvü olmaq daha gözəldir.

Nə vaxt insan, oğlan və ya qız Allahın övladı olur? (Qoyun uşaqlar fikirləşsinlər və cavab versinlər).

Doğulanda.

İmanlı cəmiyyətinə gələndə.

Dirilmə günü məktəbinə gələndə.

Burada heç bir doğru cavab yoxdur. Doğru cavabı harada tapmaq olar? Müqəddəs Kitabda. Biz onu Yəhyanın Müjdəsi 1:12 -də oxuyuruq (yüksəkdən oxuyun). Rəbb İsanı imanla qəbul edən hər bir kəs, Allahın övladı olubdur. Əgər sən, həqiqətən də, Allahın ailəsində olmaq istəyirsənsə, onda artıq bu gün iman ilə Rəbb İsanı qəbul edə bilərsən. Rəbb İsa Məsihi öz həyatına dəvət et və Ondan xahiş et ki, səni bütün günahlarından xilas etsin. Məhz bu cür sən Onu qəbul edəcəksən. Əgər sən bunu etsən, onda bundan əmin ola bilərsən ki, Allahın ailəsinə doğulmusan və Allahın övladı oldun.

Bəlkə sənin sualların var? Sən Allahın övladı olmaq istəyirsən, amma bilmirsən necə? Dərsdən sonra xahiş edirəm mənə yaxınlaş və biz söhbət edərik. Mən (müəllim, yeri göstərin) olacağam.

Page 21: Nun oğlu Yeşua Allahın əsgəri- Mənim atam tez-tez Musanın Allahın gücü vasitəsi ilə etdiyi möcüzələr haqqında danışırdı. - Heç kim Allahı Musa kimi tanımır.

2121

Dərs Səhnə 1 – İordandan keçmək

(Yeşua 3:1-4:18) Xalq İordan çayının sahilində toplaşdı. Burada onlar düşərgə

şəklində üç günlük məskunlaşdılar.

(JW-2, Nun oğlu Yeşua və JW-6, JW-8, JW-9, JW-10, israillilər fiqurunu yerləşdirin; həmçinin, mavi lent də yerləşdirin, “çay”).

Nun oğlu Yeşua Rəbbin sandığını daşıyan kahinlərə əmr etdi ki, suya birinci girsinlər.

(JW-19, JW-20, xidmətçilər və JW-21, kahinlər; JW-2 fiqurunu JW-7, Nun oğlu Yeşua fiquru ilə əvəz edin).

Nun oğlu Yeşua xalqa dedi:

- Bura gəlin və Rəbbiniz Allahın sözlərinə qulaq asın. Rəbbin indi edəcəyinə görə, siz biləcəksiniz ki, sizin aranızda düşmənləri sizin torpağınızdan qovan Yaşayan Allah var.

Allah israillilərə qələbə vəd etmişdir!

(JW-7fiqurunu JW-24 fiquru ilə əvəz edin, Nun oğlu Yeşua; JW-21 kahin fiqurunu “çaya” tərəf tərpədin).

Xalq sahildən çıxan çaya diqqətlə baxdı, çünki su bolluğu vaxtı idi. Elə görünürdü ki, suya girmək çox təhlükəli idi. Amma kahinlər çaya girdilər.

Bütün israillilərin gözləri önündə su azalmağa başladı. Kahinlər çayın ortasına girdilər və dayandılar.

(“Quru dib” və həmçinin, JW-22 və JW-23, döyüşçülər fiqurunu da yerləşdirin.).

Çayın mənbəyindən tökülən su dayanırdı və nəhəng su divarı qalxırdı. Su isə başqa tərəfə axırdı və xalq quru ilə keçirdi, bataqlıqla dib ilə yox! Çayı bütün iki milyon adam keçdi!

(JW-24 fiqurunu JW-7fiquru ilə əvəz edin, Nun oğlu Yeşua; bütün fiqurların yerini dəyişin, JW-21 istisna olmaqla, kahinlər, “çayın” o biri tərəfində).

Allah Nun oğlu Yeşuaya çaydan on iki daş götürməyi və onları sahilə qoymağı əmr etdi.

(JW-25, 12 daş fiqurunu yerləşdirin). Daşlar xalqa Allahın onlar üçün etdiyi möcüzəni xatırlatmalı

idi. Nəhayət, sandığı daşıyan kahinlər sahilə çıxdılar. (JW-21, kahinlər “çayın” o biri tərəfinə fiqurunu yerləşdirin). Həmin dəqiqə su divarı endi və çay yenidən məcranı doldurdu.

İsraillilər sarsılmış və həyəcanlanmışdılar, axı onlar nəhayət ki, vəd olunmuş Torpağa girmişdilər.

İllüstrasiya 3-1

İllüstrasiya 3-4

İllüstrasiya 3-5

İllüstrasiya 3-6

(çay)

(çay)

(çay)

(qurumuş çayın dibi)

(qurumuş çayın dibi)

Page 22: Nun oğlu Yeşua Allahın əsgəri- Mənim atam tez-tez Musanın Allahın gücü vasitəsi ilə etdiyi möcüzələr haqqında danışırdı. - Heç kim Allahı Musa kimi tanımır.

22

Müqəddəs Kitabdan ayələri ox-uyun, bu, sizin sözlərinizə nüfuz

verəcəkdir.

MHİ

Səhnə 2 – Gözə görünməyən rəhbər peyda olur(Yeşua 5:13-15)(Yer mənzərəsi olan fon, uzaqda Yerixon görünür). Amma qarşıda israilliləri o şəhərləri ələ keçirmək üçün döyüşlər

gözləyir. (JW-26а-бb fiqurunu JW-27а-b fiquru ilə əvəz edin, Yerixo-nun divarları dağılmış şəhərlərin fonunda).

Düz onların qarşısında Yerixonun nəhəng divarları yüksəlirdi. Bu, onların ələ keçirəcəkləri ilk şəhər idi. Bəs necə? Yerixonun sakinləri darvazaları bağlamışdılar və heç kim ora daxil ola bilməzdi və nə də şəhərdən çıxa bilərdi.

Yerixon barədə düşünərək (JW-2, Nun oğlu Yeşua), Nun oğlu Yeşua, yəqin ki, Allahın bu torpağı onlara verəcəyi və düşmənlərə qələbə çalmaq vədini xatırladı. Allah heç vaxt Öz vədini pozmur, buna görə də israillilər qələbəyə əmin ola bilərdilər.

Bizlərdən İsa Məsihi sevənlər və Ona məxsus olanlar da mübarizə aparmalı, döyüşməlidirlər. Əlbəttə ki, biz şəhərləri ələ keçirmirik və kiməsə qarşı döyüşdə iştirak etmirik, amma həyatımızda hələ çox pis hərəkətlər və imtahanlar var ki, onlara üstün gəlmək lazımdır. Ola bilsin, sən – məsihçisən, amma sənin pis xasiyyətin çox problem yaradır? Sən qışqırırsan, hətta bağırırsan, ayaqlar tapdalayırsan, sonra isə ayıb olur? Ola bilsin ki, sənin bədbəxtliyin - tənbəllikdir, söyüş söyməkdir və ya lovğalanmaqdır? Məhz sən belə hərəkətlərə və sınaqlara üstün gəlməlisən. Gəlin Allahın bizə nə vəd etdiyinə qulaq asaq. (Uşaqlardan hansındansa Rom. 6:14 oxumağı xahiş edin). Bu, o deməkdir ki, günah daha səni idarə etmir, çünki sən ona itaət etməməlisən. (Daha bir uşaqdan İbr. 2:18-i oxumağı xahiş edin). Burada Rəbb İsanın pislik etmək həvəsinin nə olduğunu bildiyini deyir və O, belə imtahan ilə üzləşəndə, sənə kömək etmək istəyir. (Daha bir uşaqdan 1 Kor. 10:13-ü oxumağı xahiş edin). Bu ayədə o barədə danışılır ki, sən heç vaxt daha boyük sınaq ilə üzləşmirsən ki, onun qarşısında təslim olmalı olacaqsan. Başa düşürsən, Allah İsrail xalqına qələbəni vəd etdiyi kimi, Öz övladlarına da qələbə verməyi vəd edir.

Gözlənilmədən Nun oğlu Yeşua dərk etdi ki, kimsə onun yanında dayanıbdır (JW-28, Rəbbin ordusunun rəhbəri fiqurunu yerləşdirin). O, başını çevirdi və düz qarşısında əlində qılınc olan bir adam gördü. İsrailin rəhbəri bunun kim olduğunu bilmirdi, ona görə də soruşdu:

- Sən bizlərdənsən, yoxsa düşmənlərdən? Adam cavab verdi: - Xeyr, Mən Rəbbin ordusunun Rəhbəriyəm. Nun oğlu Yeşua dərhal başa düşdü ki, bu, onu dəstəkləmək üçün

gələn Rəbbin Özüdür. - Rəbbim mənim Öz quluna nə deyəcək? – o soruşdu.Rəbb cavab verdi:- Ayaqlarından ayaqqabılarını çıxart, çünki dayandığın yer

müqəddəsdir.

Mimika, səs və həmçinin, kiçik oyun sizə hekayənin bu

hissəsinin həyəcanını və təzyiqini ifadə etməyə kömək edəcəkdir.

Bu sözləri yumşaq və ehtiramla deyin.

Xəritədə Yerixonu göstərin.

İllüstrasiya 4-1

İllüstrasiya 4-2

Page 23: Nun oğlu Yeşua Allahın əsgəri- Mənim atam tez-tez Musanın Allahın gücü vasitəsi ilə etdiyi möcüzələr haqqında danışırdı. - Heç kim Allahı Musa kimi tanımır.

2323

MHİ

Nun oğlu Yeşua tez öz sandallarının ipini açdı və onları çıxartdı (JW-2 fiqurnu JW-29 fiquru ilə əvəz edin). Yəqin ki, o, Rəbbin qarşısında aşağı diz çökdü.

Allah Nun oğlu Yeşuaya necə də böyük mərhəmət göstərdi: O, İsrailin rəhbərini yenidən inandırdı ki, onunla olacaqdır!

Məhz buna görə israillilər əmin ola bildilər ki, Yerixonun istehkamlı şəhərlərini ələ keçirə biləcəklər. Allahın Özü onlarla idi – Hər şeyə Qadir olan və Müqəddəs. Hansısa ordu və ya hansısa padşah Allahdan böyük ola bilər? XEYR! Məsihçilər, siz mübarizə aparırsınız? Özünü sevməyə, tənbəlliyə, söyüş söyməyə üstün gəlmək istəyirsən? Yadda saxla ki, sən tək deyilsən. Allah səninlədir. Bundan əlavə, O, Müqəddəs Ruh ilə sənin daxilində yaşayır. O, sənin mübarizə apardığın çatışmamazlıqlarından daha boyük və daha güclüdür. Buna görə də Nun oğlu Yeşua Yerixon üzərində qələbədən əmin olduğu kimi, sən də hər şeyə üstün gələ bilərsən.

Rəbb İsrailin rəhbərinə Yerixonu necə ələ keçirmək barədə çox qəribə göstəriş vermişdir. Göstəriş o qədər qəribə idi ki, Yerixonun sakinlərinə və eləcə də israillilərə hədsiz ağılsız görünə bilərdi. Amma Nun oğlu Yeşua bilirdi: əgər onlar şəhəri ələ keçirmək istəyirlərsə, onda Rəbbin əmrini dəqiqliklə yerinə yetirməlidirlər.

Səhnə 3 – İsrail xalqı Yerixonu dolanırlar

(Yeşua 6:8-15).(Şəhərin divarları təsviri olan fon. JW-22, JW-23, JW-8, JW-9

и JW-19, döyüşçülər, JW-21, kahinlər sandıq ilə, JW-30,levitlər, JW-10 və JW-31, xalq, JW-24, Nun oğlu Yeşua əmr verir fiqurlarını yerləşdirin.)

Nun oğlu Yeşua bütün xalqı çağırdı və nə etmək lazım olduğunu izah etdi.

- Döyüşçülər dəstənin önündə gedirlər. Sonra Rəbbin əhd sandığından qabaqda kahinlər gedirlər. Onlar kərənayı çalacaqlar. Bütün qalan adamlar sandığın arxasınca gedəcəklər. İrəli!

Döyüşçülər yeddi kahindən irəlidə gedirdilər, uzaqda Rəbbin əhd sandığını gətirirdilər, sonra isə bütün xalq gedirdi. Kahinlər kərənayı çalırdılar, digərləri isə tam sakitliyə riayət edirdilər. Beləcə, israillilər bir dəfə şəhərin ətrafını dolandılar və düşərgəyə qayıtdılar. Eyni şeyi onlar sonrakı gün də etdilər və digər gün də ... Beləcə, israillilər şəhəri altı gün ardıcıllıqla dolandılar. Ola bilsin, kimsə hətta hiddətlənibdir: “Beləcə biz şəhəri heç vaxt ələ keçirə bilməyəcəyik!” Yəqin ki, şəhərin ətrafındakı belə sakit marş Yerix-onun sakinlərini böyük çaşqınlığa gətirmişdir. Burada nə baş verir?

Səhnə 4 – Yerixonun dağılması (Yeşua 6:15-21)(Fon əvvəlki səhnədəki kimidir).Yeddinci gündə Allahın fikri başqa cür idi. Həmin gün Nun oğlu

Günləri sayaraq, yerinizdə addımlayın. 6 barmaq – 6 günü barmağınızı göstərin. Məktəbəqədərkilər günləri sizinlə saya bilərlər. Yeddinci gün haqda danışaraq, yeddiyə qədər sayın – israillilər şəhəri yeddi dəfə dolandılar.

Rəbbin əmri:yeddi dəfə, şeypurun davamlı səsi, çığırtı.

İllüstrasiya 4-3

İllüstrasiya 4-4

Page 24: Nun oğlu Yeşua Allahın əsgəri- Mənim atam tez-tez Musanın Allahın gücü vasitəsi ilə etdiyi möcüzələr haqqında danışırdı. - Heç kim Allahı Musa kimi tanımır.

24

MHİ

Yeşua xalqa əmr etdi ki, şəhəri yeddi dəfə dolansınlar. Bir, iki, üç, dörd, beş, altı... Hər şey ötən altı gün kimi idi: kahinlər kərənayı çalırdılar, digərləri isə sakit dururdular. İsraillilər şəhəri yeddi dəfə dolandılar. Və bu dəfə Nun oğlu Yeşua əmr etdi:

- Qışqırın, çünki Rəbb şəhəri sizə verdi! Kahinlər kərənayı çaldılar və bütün xalq qışqırdı. Və o anda hər

şey baş verdi!(JW-26а-b fiqurunu yığışdırın). Yerixonun hündür, gü-

clü divarları təməlindən dağıldılar. Heç bir insan belə divara toxunmadı, amma onlar tikələrə bölündülər. İsraillilər heyrət içində idilər, Yerixon xalqı isə dəhşətə və lərzəyə gəldi. Bunu Allah etdi; məhz O, Öz xalqına qələbə verdi.

Hər bir israilli bilirdi ki, bu qələbə Allaha məxsus idi. Kənan xalqı da həmçinin, israillilərin necə böyük Allaha məxsus olduqlarını dərk edirdi.

Əgər İsa Məsih sənin Xilaskarın olubsa, O, həmçinin, sənin Allahındır. O, sənin döyüşlərində sənə də qələbə vermək istəyir. Məsihçinin tez-tez mübarizə apardığı xasiyyətinin pis cizgilərini mənə sadalaya bilərsən?

Qoy sənə Rəşad və onun necə söyüş söymə ilə mübarizə aparması haqqında danışım.

Rəşadın valideynləri tez-tez pis sözlər işlədirdilər, xüsusi ilə də qəzəblənəndə. Buna görə də oğlan yadda saxlamışdı və belə sözlər istifadə edirdi. On yaşında Rəşad məsihçi oldu, və o andan hər şeydə Allahı razı salmaq istəyirdi. Bir dəfə Rəşad Müqəddəs Kitabda belə sözlər oxudu: “İndi isə siz də qəzəbi, hiddəti, kini, böhtanı, ağzınızdan çıxan ədəbsiz sözlər kimi şeylərin hamısını kənara atın”. (Kol. 3:8) “Ağzınızdan çıxan ədəbsiz sözlər” sözü oğlanın yadında qalmışdır. O, işlətdiyi sözləri xatırladı, amma bil-irdi ki, onlar Allaha məqbul deyillər. “Rəbb, xahiş edirəm, mənə pis sözləri işlətməməkdə yardım et”, - Rəşad dua etdi.

O, bir anda söyüş söyməyi dayandırdı, amma pis sözləri fərqləndirməkdə daha cəld oldu və onları istifadə edəndə utanırdı. Rəşad öz problemini məsihçi olan və Rəşadın həqiqi dostu olan Tahir ilə bölüşdü. Tahir öz dostu Rəşad üçün dua edirdi. Rəşad pis sözləri daha az istifadə etməyə başladı.

Bir dəfə oğlan təsadüfən atasının necə danışdığını eşitdi:

- Rəşadın məsihçi olması, onu dəyişibdir, xüsusi ilə də onun nitqini. Mən artıq onun pis sözlər danışdığını eşitmirəm...Bu, bizim üçün dərs olmalıdır.

Rəşad çox xoşbəxt idi. O, buna görə Allaha minnətdarlıq edir ki, bu döyüşdə qələbə çaldı. Axı bu qələbəni ona Allah verdi. Əgər sən məsihçisənsə, sən də israillilər kimi qələbə çala bilərsən.

Divarlar dağılanda, hər bir israilli şəhərə asanca daxil ola bildi. Yerixonun sakinləri o qədər pis və korlanmış idilər ki, Allah Nun

Allahın xalqının necə qışqırması haqqında danışaraq, qoyun hamı

qışqırsın. Dərsə qədər yerə düşən cisimlər səsini və həmçinin, danışdığınız müddət də daxil olmaqla yazın.

İllüstrasiya 4-5

Page 25: Nun oğlu Yeşua Allahın əsgəri- Mənim atam tez-tez Musanın Allahın gücü vasitəsi ilə etdiyi möcüzələr haqqında danışırdı. - Heç kim Allahı Musa kimi tanımır.

2525

oğlu Yeşuaya əmr etdi ki, hər şeyi və hamını məhv etsin. Bütün gümüş və qızıllar, mis qablar və dəmirlər Allaha həsr edilməli idi. Buna görə də onları Rəbbin xəzinəsinə qoydular. Yerixona gedərkən, bütün israillilər bu əmri bilirdilər.

Səhnə 5 – Rahav və onun bütün ailəsi xilas olur

(Yeşua 6:19-26)

(JW-27а-b, uzaqda dağılmış divarların təsviri)

Yerixonun sakinləri qaça bilmədilər. Onlardan yalnız çox azı xilasa ümid edirdilər. Bu adamların kim olduğunu xatırlayırsınız? Düzdür, Rahav və onun ailəsi. Nə üçün onlar xilas oldular? Ona görə ki, onlar casuslara inandılar və öz pəncərələrindən qırmızı kəndiri salladılar.

Nun oğlu Yeşua (JW-2 fiqurunu yerləşdirin) casuslara əmr etdi ki, ( JW-8 və JW-9 fiqurlarını yerləşdirin) Rahavı və onun ailəsini axtarıb tapsınlar. Casuslar pəncərəsindən qırmızı kəndir sallanan evi tez tapdılar. Evdə onları Rahav və onun ailəsi gözləyirdi. Yəqin ki, Yerixonun digər sakinləri, onları şəhərdən təhlükəsiz yerə çıxardanda onlara necə də paxıllıq edirdilər. (JW-12və JW-32 fiqurlarını yerləşdirin). Rahav israillilərin Allahına inandığına və öz pəncərəsindən qırmızı kəndiri salladığına görə hədsiz sevinirdi.

Yadınızdadır, əvvəlki dərsdə biz qırmızı rəngin bizə Rəbb İsanın dəyərli qanını necə xatırlatdığını öyrənmişdik. Məhz İsa Məsihin ölümü sayəsində Allahın övladları günahın cəzasından xilas olublar. Amma həmçinin, Öz Oğlunun ölümünə görə Allah Öz övladlarına qələbə verir.

Sən məsihçi olana qədər, günah sənin həyatında hökmranlıq edirdi. Bax buna görə sənə pis hərəkətlər etmək belə asan idi. Amma Rəbb İsa sənin Xilaskarın olanda, O, sənin Sahibin oldu. Axı İsa Məsih çarmıxda öləndə və üç gündən sonra diriləndə, O, günah və şeytan üzərində qələbə çaldı. Buna görə də, pis hərəkətlərə qarşı mübarizə aparanda, kömək üçün Ona müraciət et. Çarmıxdakı Öz ölümü və dirilməsi ilə Allahın Oğlu ən vacib qələbəni çaldı, buna görə də O, qələbə çalmaqda sənə mütləq kömək edəcəkdir. İndi biz fasilə edəcəyik və dua edəcəyik. Əgər sən Allahın övladı olmusansa və Rəbb İsanı sevirsənsə, mübarizə apardığın şeyi Ona de və sənə kömək etməsini dilə.

(Uşaqlara sakitlikdə dua etməyə imkan verin, sonra yüksəkdən dua edin).

Rahav hədsiz sevinmişdir – o, qələbə çalanların tərəfində idi. Ola bilsin ki, yaxınlıqdakı İsrail düşərgəsindən o və onun ailəsi Ye-rixona baxırdılar. Allahın xalqı da həmçinin, şəhər üzərində qalxan alova və tüstüyə baxırdı. Nun oğlu Yeşua və bütün xalq Allahın onlara verdiyi böyük qələbəyə görə sevinirdilər.

MHİ

İllüstrasiya 4-6

Page 26: Nun oğlu Yeşua Allahın əsgəri- Mənim atam tez-tez Musanın Allahın gücü vasitəsi ilə etdiyi möcüzələr haqqında danışırdı. - Heç kim Allahı Musa kimi tanımır.

TƏKRARLAMAQ ÜÇÜN SUALLARBuraxılmış sözləri yerinə qoyun. 1. Allah İordan çayından ____ ____ saldı ki, Onun xalqı keçə

bilsin. (Quru yol.)2. Yerixon ____ və _____ divarlarla əhatə olunmuşdur. (Hündür,

möhkəm.) 3. Hər bir məsihçi _____ qarşı mübarizə aparır. (Günah.) 4. ______ gəldi və Nun oğlu Yeşuaya Yerixonu necə ələ

keçirmək haqqında danışdı. (Rəbb.) 5. İsraillilər hər gün şəhəri ____ gün ərzində bir dəfə dolanırdılar.

(Altı.) 6. Yeddinci gündə onlar şəhəri ____dəfə dolandılar və sonra

hamısı qışqırdı. (Yeddi.)7. Yerixonun divarları _______. (Dağıldı.)8. Allah Öz övladlarına vəd edib ki, üstün gələ bilməyəcəyi

_____ sınağa imkan verməyəcəkdir. (Böyük.)9. İnsan məsihçi olana qədər, onu ______ idarə edir. (Günah.) 10. Yerixonda xilas olan yeganə adamlar _____ və onun ailəsi idi.

(Raxav.)

Tətbiqi fəaliyyət“Təmizləyicilər” (müzakirə)Bir neçə kartoçkadan istifadə edərək, “təmizləyicinin” necə

işlədiyini müzakirə edin. (Misal üçün, dırmıq həyəti yarpaqlar-dan necə təmizləyir?). Müzakirənin sonunda, İsanın necə günahın cəzasında xilas edə biləcəyi haqda danışın. İzah edin ki, İsa əgər onların Xilaskarı olsa, uşaqların həyatını günah-dan (günahdan saxlaya) təmizləyə bilər. Soruşun, hansı yolla onlar (uşaqlar) İsaya necə izin verə bilərlər ki, onların həyatına günahın daxil olmasına izin verməsin.

26

Təkrarlamaq üçün oyun “Təmizləyicilər”

Qara flomasterin köməkliyi ilə A3 formatlı kağızı 12

müxtəlif hissələrə bölün (6-6 olmaqla iki sıra). Yuxarı sıraların

damalarında qırmızı flomaster ilə “təmizləyici” (hər bir damada

bir ad) sözünü yazın: tozsoran, sabun, dırmıq, ülgüc, İsa, rezin

parçası. Aşağıdakı damalarda göy flomaster ilə yazın: palçıq,

günaha görə cəza, toz, karandaş, yarpaqlar, saçlar (tüklər).

Damaları uyğun gələn kartoçka-larla –həmin ölçüdə və həmin

sözlərlə - (12 ədəd) müvəqqəti bağlamaq üçün olan lentin

köməyi ilə örtün. Uşaqları iki komandaya ayırın. Komandalara növbə ilə suallar verin. Əgər cavab doğrudursa,

cavab verən uşaq 2 kartoçka – yuxarıdakı və aşağıdakını

aça bilər. Əgər sözlər üst-üstə düşürsə, (məsələn, “tozsoran” və

“toz”) uşaq kartoçkanı özündə saxlaya bilər. Əgər anlayışlar

üst-üstə düşmürsə, kartoçkalar yerində qalır. Ən çox kartoçka toplayan komanda qalib gəlir.

Page 27: Nun oğlu Yeşua Allahın əsgəri- Mənim atam tez-tez Musanın Allahın gücü vasitəsi ilə etdiyi möcüzələr haqqında danışırdı. - Heç kim Allahı Musa kimi tanımır.

Dərs 4

KƏLAMNun oğlu Yeşua 7:1-26

MƏRKƏZİ HƏQİQƏTAllah Öz övladlarına müqəddəs olmağı əmr edir.

TƏTBİQİman etməyənlərə: Sən, səni Allah qarşısında

təmizləyən İsa Məsihi iman ilə qəbul edəndən sonra müqəddəs yaşamağa başlayacaqsan.

İman edənlərə: Allahın Əmrlərini yerinə yetir və öz həyatınla Ona məxsus olduğunu göstər.

YADDA SAXLAMAQ ÜÇÜN AYƏPeterin 1-ci məktubu 1:16 “Müqəddəs olun, çünki Mən müqəddəsəm”.

ƏYANİ VƏSAİT• İllüstrasiyalar: 5-2, 5-3, 5-4, 5-5 və 5-6.• Fiqurlar JW-6, JW-7, JW-8, JW-9, JW-10,

JW-19, JW-20, JW-25, JW-29, JW-33, JW-34, JW-35, JW-36, JW-37 və JW-38.

• Fonlar: yerin ümumi görünüşü, çadır və əhd sandığının təsviri olan fiqurlar.

• Çadır (bax şablona) təsviri olan fiqurlar hazırlayın.

• Mərkəzi həqiqətin sözlərini fiqurun üzərindəki qalxan formasında yazmaq lazımdır və mərkəzi həqiqətin nöqteyi-nəzərini izah edərkən hər dəfə göstərmək lazımdır.

DƏRSİN PLANI

GirişAkan divardan dırmaşırHadisələrin gedişatı

1. Akan hasilatı tapır. MH

2. O, onu gotürür.

3. Akan hasilatı gizlədir.

4. İsraillilər Ay şəhərini ələ keçirməyə çalışırlar.

5. İsraillilər Ay yaxınlığında məğlubiyyətə uğrayırlar. MHİ/İE

6. Nun oğlu Yeşua dua edir. MHİ

7. Allah ona nə emtək lazım olduğunu deyir. MHİ

8. Bütün xalq Yeşuanın qarşısında dayanır.

9. Akan göstərilir. MHİ

Kulminasiya

Hasilat onun çadırında tapılır

Yekun

Akanı daşlayırlar MHİ/İE

İsrail Ay şəhərini ələ keçirir

Akanın günahı

27

Page 28: Nun oğlu Yeşua Allahın əsgəri- Mənim atam tez-tez Musanın Allahın gücü vasitəsi ilə etdiyi möcüzələr haqqında danışırdı. - Heç kim Allahı Musa kimi tanımır.

28

Dərs Səhnə 1 – Akanın günahı

(Yeşua 7:1, 21). (Təmiz fon və çadır təsviri olan fiqur (şablona bax)).Akan Yerixona daxil olmaq üçün uçurumlardan keçdi. Bütün

israillilər kimi, o da Yerixonluların qaçmasına izin verməməli idi. Gözlənilmədən onun gözləri valeh olmaqdan.... və tamahkarlıqdan parıldamağa başladı. O, onun özünkündən daha da gözəl olan paltar gördü. Amma bu, hələ hər şey deyil: Akanın gözləri qarşısında gümüş və qızıl parıldayırdı. “Mən heç olmasa bir az hasilat əldə etməliyəm, - deyə, Akan fikirləşdi, - axı bu şeyləri axtarmayacaq-lar. Bunların hamısını öz çadırımda gizlədəcəyəm”.

Nə üçün israillilər Yerixondan hasilat götürməməli və bu yolla varlanmamalı idilər? Bu suala cavab verə bilərsiniz? (Qoy uşaqlar cavab versinlər). Allah xalqa əmr etdi ki, özləri üçün heç nə götürməsinlər, gümüş, qızıl, mis və dəmirdən düzəldilmiş qabları Rəbbin xəzinəsinə qoymaq lazım idi. Allah istəyirdi ki, Onun xalqı digərlərindən fərqlənsin. Onun fikri bundan ibarət idi ki, İsrail Ona itaətdə saleh yaşasın. Allah xalqa çoxlu əmrlər vermişdi ki, Ona məqbul yaşamaqda onlara kömək etsin. Allahın xalqı bilirdi ki, Allah müqəddəsdir və onlar da müqəddəs olmalıdırlar. Axı bu, Allahın Özünün əmri idi (1 Peter 1:16).

Allahın Öz övladları üçün olan fikri bu gün də eynidir. Al-lah Öz övladlarına müqəddəs olmağı əmr edir. Əgər sən Allahın övladısansa, Allah istəyir ki, sən öz həyatınla Ona məxsus olduğunu göstərəsən. Müqəddəs Kitabda O Öz övladlarına necə yaşamaq haqqında danışır. Eyni şeyi uzun illər əvvəl O Öz xalqına da deyirdi. Akan qəşəng paltarlar, gümüş və qızıl götürəndə, yəqin ki, Allaha qulaq asmadığını bilirdi.

Döyüşçü göz gəzdirdi ki, görsün kimsə ona baxır, ya baxmır? Yox! Onda o, cəld gözəl paltarı, qızıl külçəsini və iki yüz qramlıq gümüşü götürdü. Biz bilmirik ki, o, bu oğurlanmış şeyləri öz çadırına necə gətirdi, amma o, bunu etməyi bacardı (JW-33, Аxan və JW-34, çadırda hasilat fiqurlarını yerləşdirin).

Çadırda Akan cəld yerdə bir deşik qazdı. Əvvəlcə ora gümüşü qoydu, sonra qızılı və qəşəng paltarları və oranı tez örtdü. İndi hər şey gizlədilibdir. “Yəqin ki, heç kim burada hasilatı tapa bilməyəcəkdir, - deyə, Akan fikirləşdi, – bunların hamısı mənimdir.”

Səhnə 2 – Aylılar tərəfindən məğlub olmaq (Yeşua 7:2-5). (Fon: yerin ümumi görünüşü).Əlbəttə ki, Nun oğlu Yeşua Akanın günahı haqqında heç nə

bilmirdi. O, Rəbbin əmrini pozmaq haqqında bilmirdi. İsrailin rəhbəri, israillilərin ələ keçirəcəkləri sonrakı şəhər, Ay haqqında düşünürdü. Ölçülərinə görə, Ay Yerixondan kiçik idi, və onu ələ keçirmək çətin deyildi. Allah Öz xalqına Yerixon üzərində qələbə verdi, əlbəttə ki, O, Ayı ələ keçirməkdə də onlara kömək edəcəkdir.

İllüstrasiya 5-2

Xəritədə Yerixonu göstərin, sonra isə Ayı göstərin ki, uşaqlar

daha yaxşı istiqamətlənsinlər.

Hekayəni nəql edərək, gözlərinizi qıyın. Həmçinin, sizə mimika,

səs və bir az oyun da kömək edəcəkdir.

Gedişatı oynayın. Siz oxşar əşyalar göstərə bilərsiniz

Barmağınızı dodaqlarınıza qoyun, sanki sirr saxlamağı

xahiş edirsiniz

MH

Page 29: Nun oğlu Yeşua Allahın əsgəri- Mənim atam tez-tez Musanın Allahın gücü vasitəsi ilə etdiyi möcüzələr haqqında danışırdı. - Heç kim Allahı Musa kimi tanımır.

2929

MHİE

Nun oğlu Yeşua casusları göndərdi ki, şəhərə baxsınlar. Elçilər ruhlandırıcı xəbər ilə geri qayıtdılar:

- Aya böyük ordu göndərməyə ehtiyac yoxdur. Şəhərin sakinləri azdır. İki, yaxud üç min döyüşçü göndər – bu, kifayət edəcəkdir.

Üç min adam Ayı ələ keçirməyə yola düşdü. Amma döyüş asan olmadı (JW-36, JW-37, JW-38, döyüşçülər və JW-3, Ayın divarları).

Ayın sakinləri var qüvvələri ilə mübarizə aparırdılar və üç min altı israillini öldürdülər. Hamı sarsılmışdı və qorxmuşdu. Və belə olmalıdır, bir-birlərindən soruşurdular: “Nə üçün belə oldu?”

Bəs sən onların sualına cavab verə bilərsən? (Qoy uşaqlar cavab versinlər). Belə oldu, ona görə ki, düşərgədə günah var idi. Allah günahı görərək, qəzəblənmişdi və narazı idi. Allah – müqəddəs, xeyirxah və təmizdir; O, ədaləti sevir. Allah Öz xalqına hasilat barədə əmr vermişdir, Akan isə onu pozdu. Biz yadda saxlamalıyıq ki, Allah- müqəddəsdir və günah tamamilə Ona məqbul deyildir.

Əgər sən hələ Allahın övladı olmamısansa, sənin həyatın günahla doludur və sən Allahla yaşaya bilməzsən. Axı günah Allahın hüzurunda ola bilməz. Sənə İsa Məsih lazımdır; yalnız O, səni bütün günahlardan xilas edə bilər. Yalnız onda sənin həyatın Allahın gözlərində təmiz olacaqdır, sən Ona məxsus olacaqsan və Onun övladı olacaqsan.

Əgər sən dərk etsən ki, sənin həyatın günahla doludur və Al-lahla sülh əldə etmək istəyirsən, amma buna necə nail olmağı bilmirsənsə, mən sevinərək Müqəddəs Kitaba əsaslanaraq sənə izah edə bilərəm. Hamı evə gedəndə, xahiş edirəm qal, öz stulunda otur. Onda mən biləcəyəm ki, sən mənimlə danışmaq istəyirsən.

Əgər sən artıq Allahın ailəsinin üzvü olmusansa, Allah sənə də Özü kimi müqəddəs olmağı əmr edir. Bu, o deməkdir ki, səndə yaxşı və düzgün etmək və hər cür düzgünsüzlükdən və pislikdən qaçmaq istəyi yaranır. Öz çətinliklərin haqqında Səmavi Atana danış və Ondan bağışlanma dilə. Biz heç vaxt günahın necə olmasından asılı olmayaraq, onu əhəmiyyətsiz saymamalıyıq. Günah heç vaxtAllaha məqbul olmayacaqdır. Bax, buna görə də israillilər belə bəlaya düşdülər.

Səhnə 3 – Nun oğlu Yeşuanın duası (Yeşua 7:6-15). (Yerin təsviri olan fon, uzaqda məbəd görünür). Nun oğlu Yeşuanı qorxmuş adamlar əhatə edirdilər (JW-6, JW-8,

JW-9, JW-10, JW-19, JW-20, israillilər fiqurunu yerləşdirin). O, nə edə bilərdi? İsrailin rəhbəri çox müdrik hərəkət etdi – o,

dizləri üstə çökdü və duada Allaha müraciət etdi (JW-29 fiqurunu yerləşdirin). Və Nun oğlu Yeşua fəryad etdi:

- Ya Rəbb, Külli-İxtiyar, nə üçün Sən bizi İordandan keçirdin, bizi məhv etmək üçün? Bu torpağın adamları məğlubiyyətimizi eşidəcəklər. Onlar bizi əhatə edəcəklər və bizim adımızı yer üzündən siləcəklər. Onda Rəbb Allah, Sənin Qüdrətli Adın bir daha səslənməyəcəkdir.

Ovucunuzu qulağınıza qoyun, sanki Nun oğlu Yeşua qulaq asır

Mimika ilə Aya məğlub olmağınıza görə yaşadığınız sarsıntını göstərin

İllüstrasiya 5-3

MHİ

İllüstrasiya 5-4

Page 30: Nun oğlu Yeşua Allahın əsgəri- Mənim atam tez-tez Musanın Allahın gücü vasitəsi ilə etdiyi möcüzələr haqqında danışırdı. - Heç kim Allahı Musa kimi tanımır.

30

İllüstrasiya 5-5

MHİ

Allah dərhal Nun oğlu Yeşuaya cavab verdi: - Qalx, nə üçün üzü üstə yıxılmısan? İsrail günah işlədibdir və

Mənim əhdimi pozubdur; və qadağa qoyulmuşu götürüb gizlətdilər. Bundan sonra sizinlə olmayacağam, əgər aranızdan qadağa qoyulmuşu götürməyənə qədər.

Bütün bunlar bizə Allahın necə müqəddəs olması haqqında danışır. Əgər israillilər arasında günah var idisə, Allah onlarla ola bilməzdi. Allah və günah eyni yerdə ola bilməzlər.

Məsihçilər, bu, sizin Allahınız və Səmavi Atanızdır. O, sizə də müqəddəs olmağı əmr edir, “çünki Mən müqəddəsəm” (Lev. 11:44). Allahın övladları düzgün olanı və xeyirxahlıq etməlidirlər.

Belə vəziyyətlərdə sən müqəddəsliyi necə göstərə bilərsən: • Evdə, qonaq otağında, siz qardaşınızla dalaşırsınız, güldanı

əlinizdən salırsınız və sındırırsınız? • Sizin qalib gəlmək istədiyiniz qaçış yarışlarında kimsə qalib

gələndə? • Əgər sən öz futbol komandana yeni oğlan götürsən, məktəb

davakarları səni döyməklə hədələyirlər? Müqəddəs Kitab hərəkətlərin Ona məqbul olması üçün necə

yaşamaq haqqında danışır. Sən necə düzgün hərəkət etməyi bilməyəndə, özündən soruş: “Bəs Rəbb İsa necə edərdi?” Sonra O, nə edərdisə, elə də et. Bu yolla sən Allahın əmrlərini müqəddəslikdə yerinə yetirəcəksən. Allahın övladları müqəddəs olmayanda, Akan günah işlətdiyi vaxtdakı kimi, Allah çox narazı olur.

Səhnə 4 – Nun oğlu Yeşua Akan ilə danışır (Yeşua 7:24-26).(Yerin ümimi görünüşünün təsviri olan fon). Sonrakı gün səhər tezdən Yeşua hər şeyi aydınlaşdırmağı qərara

aldı. Allah ona günah işlədən adam ilə nə etmək lazım olduğunu dedi. Amma hər şeydən əvvəl onu axtarmaq lazımdır.

Bütün İsrail xalqı qəbilə-qəbilə rəhbərin qarşısında toplaşdı. (JW-6, JW-8, JW-9, JW-10, JW-19, JW-20, JW-39, israillilər fiqurunu yerləşdirin). Cəmi 12 qəbilə var idi. Nun oğlu Yeşua Yəhuda qəbiləsini seçdi, çünki günahkar bu qəbiləyə aid idi. Sonra Nun oğlu Yeşuanın qarşısında Yəhuda (JW-10 yığışdırın) qəbiləsinin tayfası durdu. Zaranın tayfası seçildi, çünki günahkar bu tayfaya məxsus idi. Zaranın tayfasında Akana göstərildi (JW-8, JW-9, JW-19, JW-20 yığışdırın). Akan günahkar idi. O, necə də dəhşətli dəqiqələr yaşayırdı!

Nun oğlu Yeşua, İsrailin böyük rəhbəri dedi: - Oğlum mənim, Rəbbə, İsrailin Allahına həmd et və mənə

etdiklərini de, məndən gizlətmə. Buna Akan cavab verdi: - Mən Rəbb qarşısında günah işlətmişəm. Bax mən bunu

etmişəm. Mən gözəl paltar, qızıl və gümüş görəndə, onları ələ keçirməyi çox istədim, buna görə də onları götürdüm və gizlətdim. Bunların hamısı mənim çadırımın altında yerdə gizlədilibdir.

Page 31: Nun oğlu Yeşua Allahın əsgəri- Mənim atam tez-tez Musanın Allahın gücü vasitəsi ilə etdiyi möcüzələr haqqında danışırdı. - Heç kim Allahı Musa kimi tanımır.

3131

Məgər Akan başa düşmürdü ki, Allahdan heç nəyi gizlətmək mümkün deyil? O, hər şeyi bilir; O, hər şeyi görür.

Ola bilsin ki, bizim aramızda Akan kimi məsihçilər var ki, öz günahlarını gizlətməyə çalışırlar. Elə indicə sən oğurladığın şeyi yadına salırsan. Sən Allahın “oğurluq etmə” qanununu pozmusan. Sənin oğurladığın şey, sənin otağında gizlədilibdir. Heç kim bu haqda bilmir. Yalnız sən və Allah. Allah çox kədərlidir. Sən elə bu dəqiqə bunu düzəltməlisən, əgər mümkündürsə. Oğurlanmış şeyi yiyəsinə qaytar və Allahdan səni bağışlamasını dilə. Öz günahını gizlətməyə çalışma, sən Allahı aldada bilməyəcəksən. Akanın günahı açıq idi. Bütün israillilərin qarşısında təqsirkar kimi durmaq necə də utandırıcı idi!

Nun oğlu Yeşua adamları Akanın çadırına göndərdi ki, onun dediyinin düz olub-olmadığını yoxlasınlar. Akan və bütün xalq gözləyərkən, Nun oğlu Yeşuanın göndərdiyi adamlar artıq çadırda idilər. Ora daxil olaraq, onlar baxdılar və gizlədilmiş şeyləri tapdılar. Onlar tez oranı qazdılar və paltarı, gümüşü və qızılı gördülər. “... günahınıza görə cəza alacaqsınız”, - Müqəddəs Kitab deyir (Say. 32:23). Akanın günahı ona cəza gətirdi. Yeşuanın göndərdiyi adamlar hasilatı ona gətirdilər. Bütün xalqın qarşısında onlar bunu Rəbbin qarşısına qoydular.

Səhnə 5 – Akanın ölümü (Yeşua 7:24-26). (Yerin ümimi görünüşünün təsviri olan fon). İsrailin rəhbəri Akanın həqiqətən günahkar olmasından əmin

olanda və onun günahına görə israillilərin Ay altında məğlubiyyətə uğradıqlarına görə, Akanı və onun bütün ailəsini çadırdan kənara vadiyə apardılar. Çadırdan kənara oğurlanmış şeyləri və həmçinin, Akanın öküzlərini, qoyunlarını və hətta onun çadırını da çıxartdılar (Akanın ailəsi, yəqin ki, onun oğurladığı şeyləri basdırdığını görmüşdü və yəqin ki, onun etdiyi şey ilə razılaşmışdılar).

Yeşua Akana müraciət etdi: - Nə üçün bizə belə rüsvayçılıq gətirdin? Qoy bu gün Rəbb

sənə böyük bədbəxtlik gətirsin. Sonra israillilər Akanı və onun ailəsini daşladılar. Günahkarlar

öləndə, israillilər hər şeyi yandırdılar və külün olduğu həmin yerə daşlardan dağ qoydular (JW-25 yerləşdirin).

İsrail düşərgəsindən Akana və onun günahına aid olan hər bir şeyi silmək lazım idi. İsrailin Allahı – müqəddəsdir, buna görə də israillilər müqəddəs xalq olmalı idi. Allah o qədər müqəddəsdir ki, hər hansı bir günahı cəzalandırmalıdır: hər bir yalanı, hər bir itaətsizliyi, hər bir pis fikri, hər bir xudbinliyi. Allahın övladları, yəni İsa Məsihə öz Xilaskarları kimi iman edənlər, bilirlər ki, İsa Məsih onların layiq olduğu cəzanı götürübdür. O, bunu çarmıxdakı Öz ölümü ilə etdi. İsa Məsihi iman ilə öz Xilaskarları kimi qəbul etməyənlər isə əbədi cəzanı çəkməli olacaqlar.

Ya İsa Məsih, ya da bizim özümüz cəzanı qəbul edəcəyik. Allahın Padşahlığında günah ola bilməz, çünki Allah müqəddəsdir.

Uşaqlara aydın olan sınaq nümunələri gətirin.

İllüstrasiya 5-5

MHİ

MHİ/İE

Page 32: Nun oğlu Yeşua Allahın əsgəri- Mənim atam tez-tez Musanın Allahın gücü vasitəsi ilə etdiyi möcüzələr haqqında danışırdı. - Heç kim Allahı Musa kimi tanımır.

32

Yəhyanın müjdəsi 3:18-i qeyd edin, yaxud oxuyun.3:18.

Bəs sən Allahın övladısan? Əgər deyilsənsə, xahiş edirəm, Allahın müqəddəsliyi haqqında yaxşı fikirləş. Səni Allahdan ayıran və ona görə cəza çəkməli olacağın günah haqqında fikirləş. Amma “Ona iman edən məhkum olmayacaqdır...” (Yəh. 3:18). Günahlar-dan qurtulmaq və Allah qarşısında təmiz olmaq üçün sən İsa Məsihə indi iman etmək istəmirsənmi? Onda sən biləcəksən ki, sən Allahın övladısan. Sən müqəddəs həyat yaşamağa başlayacaqsan. Allaha məxsus olan bizlər, Onun əmrini yerinə yetirməliyik: “Müqəddəs olun, çünki Mən müqəddəsəm”. Bizim həyatımız təmiz olmalıdır.

İsraillilər də həmçinin, müqəddəsliyi göstərməli idilər. Hər dəfə vadidən keçərkən, onlar Akanın günahını və Allahın müqəddəsliyini xatırladan böyük daş məzarı görürdülər. Nun oğlu Yeşua günahkarı tapanda və onu cəzalandıranda, Allah yenidən ona və bütün xalqa xeyir-dua verdi. Nun oğlu Yeşua yenidən Aya ordu göndərdi və israillilər böyük qələbə əldə etdilər.

TƏKRARLAMAQ ÜÇÜN SUALLAR1. Yerixondakı hasilat barədə Allahın əmri necə idi? (Cəvahiratı

Rəbbin xəzinəsinə qoymaq lazım idi; qalan hər şeyi məhv etmək).

2. Nə üçün Allah Öz xalqına çoxlu əmrlər vermişdi? (Ona görə ki, onlar Allaha məxsus olduqlarını öz həyatları ilə göstərərək digər xalqlardan fərqlənsinlər).

3. “Müqəddəs” nə deməkdir? (Digərlərindən fərqlənən; təmiz).4. Akan özünə nə götürdü? (Qızıl, gümüş və paltar).5. Oğurlanmış şeyləri o, harada gizlətdi? (Öz çadırında). 6. Akanın hasilatı gizlətməsini kim gördü? (Allah). 7. Əgər Allah bütün günahı cəzalandırmalıdırsa, insan bu cəzadan

necə qurtula bilər? (İsa Məsihə iman edənlər yalnız cəzadan xilas olublar. Çünki Allahın Oğlu bizim yerimizə cəzanı çəkibdir).

8. Akanın günahına görə israillilər ilə nə baş verdi? (Onlar Aylılara məğlub oldular).

9. Nun oğlu Yeşua məğlubiyyət haqqında eşidəndə nə etdi? (O, dua etdi).

10. Akan ilə nə baş verdi? (Onu ölənə qədər daşladılar). Əyani fəaliyyət “Sənin günahın bizi yaxaladı” (müzakirə)

Uşaqlardan onların öz günahlarını gizlətməyə çalışdıqları anlar haqqında danışmaqlarını xahiş edin. Sonra uşaqlardan, günahı gizlətməyin əvəzinə, nəyin mümkün olduğunu etməyi və nəticənin necə ola biləcəyini soruşun. Hər dəfə soruşun, nə üçün günahı etiraf etmək daha yaxşı olardı. Günahdan, ümumiyyətlə, necə qaçmağın mümkün olması haqqında müzakirə edin. Balaca uşaqlarla müzakirə zamanı, nümunələr gətirməyə hazır olun.

MHİ

Təkrarlamaq üçün oyun

Stolüstü oyun “Canlı” 30 dənə kağız boşqabı rəngli

markerlə, yaxud da jurnal kəsikləri ilə, yaxud da parça qırıntıları ilə rəngləyin. Bir

boşqab “Start”-ı bildirməlidir və daha biri “Finiş”-i. Boşqabları

yerə qoyun və onları yapışqanla yerə bərkidin.

Uşaqları 2 komandaya ayırın. Qoy onlardan hər biri kapitan seçsin.

Komanda növbə ilə suallara cavab verir. Əgər cavab düzdürsə, cavab

verən uşaq kubuki atır (oyunda yalnız 1 kubikdən istifadə edin),

onun komandasının kapitanı isə kubikdə göstərilən addım

(boşqab) qədər irəli gəlir. Əgər bütün suallara cavab verərək heç

bir komanda finişə çatmadısa, oynamağa davam edin. Qoyun

komandalar növbə ilə ku-biki atsınlar, onlardan biri finiş

nöqtəsinə çatana qədər.

Page 33: Nun oğlu Yeşua Allahın əsgəri- Mənim atam tez-tez Musanın Allahın gücü vasitəsi ilə etdiyi möcüzələr haqqında danışırdı. - Heç kim Allahı Musa kimi tanımır.

Dərs 5 Giveonun əhalisi ilə bağlı əhvalat

KƏLAMNun oğlu Yeşua 9:1-10:27

MƏRKƏZİ HƏQİQƏTAllah istəyir ki, Onun övladları Ona etibar etsinlər.

TƏTBİQİman edənlərə: Şeytan səni sınağa çəkəndə,

seçim etmək lazım olanda, yaxud nəsə çətin bir şey etmək lazım olanda Allaha etibar et.

YADDA SAXLAMAQ ÜÇÜN AYƏSüleymanın Məsəlləri 3:5 “Bütün qəlbinlə Rəbbə güvən, Öz idrakına etibar etmə.”

ƏYANİ VƏSAİTLƏR• İllüstrasiyalar: 6-1, 6-2, 6-3, 6-4 və 6-5.• Fiqurlar JW-6, JW-7, JW-24, JW-41, JW-

42, JW-43, JW-44, JW-45, JW-46, JW-48-a-b-v, JW-49 və JW-50.

• Səhralıq fonu və dağ ilə, həmçinin, təmiz fon.

• Bayat çörək tikəsi.• Mərkəzi həqiqətin sözlərini qalxan

formasında olan fiqura yazın və mərkəzi həqiqəti izah edərkən hər dəfə onu göstərin.

DƏRSİN PLANI

Giriş

Bayat çörək tikəsi ilə aldadılmış!

Hadisənin gedişatı

1. Giveonluların qorxusu.

2. Nun oğlu Yeşuanı aldatmaq fikri. MHİ

3. Yeşua ilə görüş.

4. Giveonlular və Nun oğlu Yeşua saziş bağlayırlar. MHİ

5. Nun oğlu Yeşua həqiqəti bilir. MHİ

6. Beş padşah Giveona qarşı gedir.

7. Giveonlular Nun oğlu Yeşuaya müraciət edirlər.

8. Rəbb Nun oğlu Yeşuanı inandırır.

9. İsraillilər döyüşə gedirlər. MHİ

10. Düşmənlər qaçırlar.

11. Nun oğlu Yeşua günəşə dayanmağı əmr edir.

Kulminasiya

Günəş dayanır MHİ

YekunDüşmən məğlub olub və beş padşah edam edilib

33

Page 34: Nun oğlu Yeşua Allahın əsgəri- Mənim atam tez-tez Musanın Allahın gücü vasitəsi ilə etdiyi möcüzələr haqqında danışırdı. - Heç kim Allahı Musa kimi tanımır.

34

Əlavə dərs(Verilən dərs iman etmiş uşaqlar üçün nəzərdə tutulubdur. Aşağıda

verilən materialın köməkliyi ilə siz iman etməyən uşaqlara Məsihi qəbul etməyin mühümlüyü haqqında danışa bilərsiniz ki, onlar Allaha gələ bilsinlər).

Qəmgin balaca oğlan padşah sarayının səkisinə yaxın yerdə oturmuşdu. Deyəsən, bir nəfər dayanana və ondan mehribancasına soruşana qədər heç kim ona fikir vermirdi:

- Sən nə üçün ağlayırsan? - Mən padşahı görmək istəyirəm, amma mənə icazə vermirlər

– deyə, uşaq hıçqırdı. - Gəl mənimlə gedək – onun əlindən tutaraq adam dedi.Onlar nəzarətçinin yanından keçərək saraya getdilər, uzun

koridorların yanından ötərək, padşahın olduğu otağa düşdülər.Padşah balaca oğlan ilə salamlaşdı: -Xoş gəlmisən!Uşaq çox təəccübləndi. Nə üçün bu adama bunu ora gətirmək

heç bir çətinlik törətmədi? Adam onun təəccüblənməsini gördü və izah etdi:

- Mən – padşahın oğluyam. Allah - ən böyük Padşahdır. Onun yanına yalnız Onun Oğlunun

gətirdikləri gələ bilər. İsa Məsih öldü ki, insanları Allaha gətirsin. “...Məsih də saleh olmayanlar uğrunda, onların günahları üçün bir dəfə əzab çəkdi ki, sizi Allahın hüzuruna gətirsin...” (1 Peter 3:18). O öldü ki, səni Allaha gətirsin. Sənə yalnız Ondan sənin Xilaskarın və Rəbbin olmağını diləməyin lazımdır, yoxsa sən Allaha gələ bilməzsən. Əgər sən Onu imanla qəbul etsən, yalnız Göylərin Padşahlığına düşməyəcəksən, amma həmçinin, Ona hər gün, istənilən anda müraciət edə bilərsən və Onunla, öz Səmavi Atan ilə danışa bilərsən.

Page 35: Nun oğlu Yeşua Allahın əsgəri- Mənim atam tez-tez Musanın Allahın gücü vasitəsi ilə etdiyi möcüzələr haqqında danışırdı. - Heç kim Allahı Musa kimi tanımır.

3535

MHİ

İllüstrasiya 6-1

Dərs (Müəllim, bayat çörək tikəsini göstərin). Bir dəfə Nun oğlu Yeşuanı çörək tikəsi ilə aldatdılar. Bu, necə

baş verdi?

Səhnə 1 – Giveonlular Nun oğlu Yeşuaya gəlirlər (Yeşua 9:1-15).(Qalqalda düşərgə təsviri ilə fon (Yeşua 9:6)).Kənanın sakinləri qorxmuşdular. - Sən gələn xalq haqqında, hər bir döyüşdən qalib gələn

xalq haqqında eşitmisən? – yəqin ki, onlar bir-birlərindən soruşurdular.

- Hətta Yerixonun möhkəm divarları da dağıldı. Ələ keçirilən şəhər isə tamamilə yandırılır.

- Onlar Ayı da ələ keçirdilər.- Bəs bizimlə nə olacaqdır? - Qorxuram ki, bizi də ələ keçirəcəklər- Kənanın sakinləri

müzakirə etməyə davam etdilər. Giveonun sakinləri də qorxmuşdular. İsraillilər öz

düşərgələrini Giveonun yaxınlığında yerləşən Qalqalda saldılar. -İndi onlar bizim şəhəri istənilən anda tuta bilərlər. - Və biz daha onları döyüşdə məğlub edə bilmərik.-Yeganə çıxış yolu – onları aldatmaqdır – deyə, giveonlular

fikirləşirdilər. Bax onlar bunu etməyi qərara aldılar. Giveonun bir neçə sa-

kini köhnəlmiş paltarlar geyindilər və öz ayaqlarını cırıq parçalara saldılar, sonra quru, kiflənmiş çörəyi köhnə kisələrə qoydular və Nun oğlu Yeşuanın görüşünə getdilər ki, onu aldatsınlar. (JW-7-,Nun oğlu Yeşua, JW-6, israil rəhbərləri, JW-41 və JW-42, giveonlular).

- Biz uzaq ölkədən gəlmişik – onlar Allahın xalqının rəhbər ilə görüşəndə, yorğun səslə hiylə ilə dedilər – xahiş edirik, bizimlə sülh bağlayın.

Onların dedikləri doğru idi? Xeyr, giveonlular Nun oğlu Yeşuanı aldatmağa çalışdılar. Və sən də Allahın övladısansa, səni də kimsə aldatmağa çalışır. Bu, şeytandır, Allahın düşməni. O, səni inandırmağa çalışır ki, guya Müqəddəs Kitabı oxumaq vacib deyil. “Sən bu gün yorulmusan, axşam vaxtı özünə əziyyət vermə”, - bax gör o, sənə necə fikir yeritmək istəyir.

Ola bilsin ki, sən başa düşürsən ki, sənə dostların ilə videofilmə baxmaq lazım deyil. Sən dəqiq bilirsən ki, Rəbb İsa istəmir ki, sən ona baxasan. Amma şeytan sənə belə fikir verir: “Axı hamı ona baxır”.

Şeytan səni aldatmağa çalışanda, Allahın köməyinə arxayın ol. Allahdan soruş: “Mən necə hərəkət edim?” O, düzgün qərar verməkdə sənə kömək edəcəkdir və onda şeytanın yalanı səni

Giveonu xəritədə göstərin.

Giveonluların yalanı haqdakı hekayə uşaqlar üçün daha real ola bilər, əgər onlar kiflənmiş çörəyə, yamanmış paltara toxunsalar, yaxud onu iyləsələr və s.

Page 36: Nun oğlu Yeşua Allahın əsgəri- Mənim atam tez-tez Musanın Allahın gücü vasitəsi ilə etdiyi möcüzələr haqqında danışırdı. - Heç kim Allahı Musa kimi tanımır.

36

MHİ

aldatmayacaqdır. Giveonun adamları işgəncə verilmiş səyahətçilərə oxşayırdılar.Buna görə də İsrailin rəhbəri onlardan soruşdu: - Siz kimsiniz və haradan gəlmisiniz? - Biz qullarıq və uzaq ölkədən gəlmişik – onlar özlərini

hədsiz yorğun kimi göstərərək asta səslə danışdılar. – Biz sənin qüdrətli Allahın haqqında eşitmişik və sizinlə saziş bağlamaq istəyirik.

Nun oğlu Yeşua yolçularda cırılmış paltarları və sanki uzun yol getməkdən sürtülmüş ayaqqabıları gördü.

-Bax, - yolçular öz kisələrindən qurumuş çörəyi çıxardaraq dedilər, - bu çörəyi biz sizin yanınıza gələndə isti götürmüşdük.

Nun oğlu Yeşua fikirləşdi: “Onlar, həqiqətən də, o qədər çox gediblər ki, çörək quruyubdur və kiflənibdir”.

Onlarla saziş bağlayım, ya yox? Bu, Nun oğlu Yeşua üçün çətin sual idi. Siz necə fikirləşirsiniz, o, qərar verməzdən əvvəl nə etməli idi? Düzdür, o, dua etməli idi. Allah istəyir ki, onun övladları qərar qəbul edərkən Ona etibar etsinlər. Müqəddəs Kitabda biz oxuyuruq: “Bütün qəlbinlə Rəbbə güvən, öz idrakına etibar etmə”. (Sül.Məs. 3:5). Bu, o deməkdir ki, Allah istəyir ki, sən hər şeyi öz gücünlə düzəltməyəsən, amma Ondan kömək istəyəsən. Artıq Allahın övladı olan bizlər, qərar vermək lazım gələndə bunu yadda saxlamalıyıq. Misal üçün, gimnastikaya, yoxsa “Xoş Xəbər” dərnəyinə getmək barədə, əgər onlar eyni vaxtda keçirilirlərsə, sənə qərar vermək lazımdır. Ac uşaqlarla pulu bölüşməkmi, axı onda çoxdandan yığdığın pul ilə yeni model döyüş gəmisi ala bilməyəcəksən? Düzgün seçim etmək üçün Al-lahdan kömək istə.

Sən necə fikirləşirsən, Nun oğlu Yeşua dua etdi? Xeyr. Müqəddəs Kitab bizə deyir ki, o, Rəbbdən nə etmək lazım olduğunu soruşmadı. İsrailin rəhbəri yolçulara qulaq asdı və onların dediklərinə inandı. O, israillilərin onlar ilə müharibə etməyəcəyi və onları məhv etməyəcəyini deyən sazişi onlarla bağlamağa razılaşdı. Allah Öz xalqına əmr etmişdi ki, Kənanın heç bir xalqı ilə sülh müqaviləsi bağlamasınlar. Amma Nun oğlu Yeşua özü sərbəst qərar qəbul etdi və bu əldən düşmüş yolçuların Kənandan yox, uzaqdan gəldikləri barədə özü qərar verdi.

Səhnə 2 – Giveonlular Nun oğlu Yeşuanın qulu olurlar (Yeş. 9:16-27). (Fon səhnə 1-dəki kimi). Üç gündən sonra rəhbər (JW-6 fiqurunu yerləşdirin) başa

düşdü ki, böyük səhv edibdir. Bu “əldən düşmüş yolçular” onların yaxın düşmənləri olan – giveonlular imişlər. Nun oğlu Yeşuanı aldatdılar, çünki o, Rəbdən düzgün qərar vermək üçün kömək istəmədi.

Allahın övladları qərar qəbul edərkən həmişə Allahdan kömək

Müqəddəs Kitabı açın və ayəni oxuyun. Qoy uşaqlar hamısı birlikdə ayəni təkrarlasınlar

Page 37: Nun oğlu Yeşua Allahın əsgəri- Mənim atam tez-tez Musanın Allahın gücü vasitəsi ilə etdiyi möcüzələr haqqında danışırdı. - Heç kim Allahı Musa kimi tanımır.

3737

MHİdiləməlidirlər. Əks halda, onlar Nun oğlu Yeşua kimi böyük səhv edəcəklər.

İsraillilər öz vədlərini poza bilmədilər, buna görə də onlar giveonluları ələ keçirə və onları məğlub edə bilmədilər. Bəzi israillilər hətta buna görə deyindilər də.

- Nə üçün onları öz qullarımız etməyək? Onlar ağac yara bilərlər və bizim üçün su çıxarda bilərlər – İsrail rəhbərlər birliyi təklif edirdilər.

Nun oğlu Yeşua gileyləri eşitdi və giveonlulara müraciət etdi: - Siz nə üçün bizi aldatdınız? Onlar isə cavab verdilər:-Biz çox qorxduq.İsrailin rəhbəri, yəqin ki, dinlədikləri üzərində çox fikirləşdi,

nəhayət ki, giveonluları öz xalqının qulu etməyə qərar verdi. (JW-43, JW-44, JW-45 və JW-46, giveonlular fiqurunu yerləşdirin). Amma Nun oğlu Yeşua, yəqin ki, etdiyi səhvə görə çox peşman idi.

Gəlin sizə, səhv etmiş oğlan Davud haqqında danışım. Mən onun haqqında danışacağam, siz isə fikirləşin və deyin, bu oğlan hansı səhvi etmişdir.

Davudun müəllimi bütün vəhşi heyvanların, quşların və insanların müntəzəm olaraq öz müasir formasını alması haqqında danışırdı. Onlar tam başlanğıcdan uzun illər ərzində təkamülləşirdilər. Davud fikirləşdi: “Bu, heç də Müqəddəs Kitabda deyilən kimi deyil. Mən bütün sinfə sübut edəcəyəm ki, müəllim səhv edir”.

Özünə çox əmin olaraq, oğlan durdu və danışmaq istədi, amma gözlənilmədən o, heç bir söz belə deyə bilmədi. O qızardı, nəsə mızıldandı və yerinə oturdu. O, arxasında gülüşləri eşitdi, müəllim isə dərsə davam etdi.

Əgər sən İsanı sevirsənsə, Onun köməyinə arxalan. Bütün qəlbinlə Rəbbə arxalan.

Nun oğlu Yeşua bunu etmədiyini çox gec başa düşdü. Amma Allah hələ də onun qayğısına qalmağa davam edirdi və bu səhvdən yaxşı dərs öyrənməyə kömək etdi.

Səhnə 3 – Beş padşah Nun oğlu Yeşuaya qarşı müharibə edirlər

(Yeş 10:1-6).(Fon yerin ümumi görünüşünün təsviri ilə). Giveonun ətrafında başqa mühasirə olunmuş şəhərlər var idi.

Onları başqa padşahlar idarə edirdilər (JW-47,padşahlar fiqurunu yerləşdirin). Güclü və səlahiyyətli, indi isə onlar hürkmüşdülər. Padşahlar İsraillə olan qüdrətli Allah haqqında eşitmişdilər. Onlar Yerixonun divarlarının dağılması haqqında və Ay üzərində qələbə haqqında eşitmişdilər. Onlar, həmçinin, eşitmişdilər ki, Giveonun əhalisi İsrail xalqı ilə sülh sazişi bağlayıbdır.

Мəktəbəqədər uşaqlar sevinərək giveonluların necə ağac yardıqlarını və su daşıdıqlarını göstərəcəklər

Müzakirə zamanı qeyd etmək lazımdır ki, Davud düz idi və Allahın-Yaradan olmasını deməsinə səy göstərməsində səmimi idi. Onun səhvi bunda idi ki, o özünə çox əmin olduğu üçün Allahdan kömək istəmədi, və bütün sinif qarşısında ayağa durmazdan əvvəl, dediyi haqqında fikirləşmədi

İllüstrasiya 6-2

MHİ

İllüstrasiya 6-3

Qoy uşaqlar padşahları öz əyani vəsaitlərində saysınlar. Üç şəhər: Yerixon, Ay və Giveon

Page 38: Nun oğlu Yeşua Allahın əsgəri- Mənim atam tez-tez Musanın Allahın gücü vasitəsi ilə etdiyi möcüzələr haqqında danışırdı. - Heç kim Allahı Musa kimi tanımır.

38

İllüstrasiya 6-4

MHİ

Bu padşahlardan biri o qədər hürkmüşdü ki, başqa padşahlara da məktub göndərdi.

“Gəlin və mənə kömək edin, - o xahiş etdi – ondan ötrü ki, birlikdə Giveonu cəzalandıraq ki, onlar israillilərlə sülh müqaviləsi bağlayıblar.”

Padşahlar görüşdülər, onların hərbçiləri isə Giveon yaxınlığında düşərgələr saldılar və hücuma hazırlaşırdılar. Təhlükə haqqında eşidərək, giveonlular dərhal Nun oğlu Yeşuadan bağışlanma göndərdilər: “Xahiş edirik, tez bizə gəlin, çünki başqa padşahlar birlikdə toplaşıblar ki, bizə qarşı döyüşsünlər.”

Səhnə 4 – Nun oğlu Yeşua Günəşə dayanmağı əmr edir (Yeş. 10:7-27).(Döyüş meydanı təsviri olan fon. JW-48а-b-v, döyüş fiqurunu

yerləşdirin). Ola bilsin ki, Nun oğlu Yeşua (JW-24, yerləşdirin) qüvvətli

padşahların öz orduları ilə ona qarşı döyüşməsini eşidəndə qorxu hiss keçirdi. Amma Rəbb ona müraciət etdi və ona təsəlli verdi:

- Onlardan qorxma. Mən onları sənin əllərinə təslim etmişəm. Sən döyüşdə qələbə çalacaqsan. Onlardan heç biri sənin qarşında dayana bilməyəcəkdir.

İndi Nun oğlu Yeşua qələbəyə tam inamla güclü padşahlara qarşı çıxa bildi. Sənin tərəfində güclü və qüdrətli padşahların Padşahı olanda nə üçün hansısa padşahdan qorxasan? Allah dedi ki, O, artıq bu düşmənləri Nun oğlu Yeşuanın əlinə veribdir. İsrailin rəhbəri bütün qəlbi ilə Allaha etibar edirdi.

Məsihçi, bu, həmçinin, sənin də Allahındır. O, hər şeyə qadirdir. O, sənin qayğına qalır. Allah səni heç vaxt darda qoymaz. İnsanlar, hətta sənin atan və anan, yaxud sənin ən yaxşı dostun, səni pis vəziyyətdə qoya bilər. Amma Allah heç vaxt. Sən çətin qərarlar verməli olanda, yaxud həyatda çətin məsələni həll etməli olanda, Nun oğlu Yeşua döyüşə gedərək Ona arxalandığı kimi, Allaha etibar et.

İsraillilər düşmənlə görüşə çıxdılar və bir çox düşmən ordusu məhv edildi. Düşmən qorxu içində qaçdı, israillilər isə onları izlədilər. Qəflətən göydən böyük daş dolusu tökülməyə başladı və bu, daha çox düşmən öldürdü.

Amma artıq gün sona yetirdi, israillilərə isə daha artıq vaxt lazım idi ki, beş padşah və onların orduları üzərində tam qələbə çalsınlar. Onda Nun oğlu Yeşua yüksəkdən qışqırdı:

-Günəş və ay, dayanın!(JW-49 və JW-50, günəş və ay fiqurlarını yerləşdirin). Necə də qəribə əmr! Allah bu istəyi eşitdi və yalnız dünya

tarixində bir dəfə Günəş dayandı. Bu, israillilərə günün uzanması və qələbə əldə etmək üçün imkan verdi.

İsrailin rəhbəri çox sevinirdi ki, Allaha etibar etmişdir. Allah –

Иİllüstrasiya 6-5Qoy uşaqlar birlikdə Nun oğlu

Yeşuanın sözlərini desinlər: “Günəş, Giveon üzərində dayan

və ay, Ayyalon vadisində dayan!”

Page 39: Nun oğlu Yeşua Allahın əsgəri- Mənim atam tez-tez Musanın Allahın gücü vasitəsi ilə etdiyi möcüzələr haqqında danışırdı. - Heç kim Allahı Musa kimi tanımır.

3939

o, nə qədər böyük və qadirdir! O, həmişə Öz xalqına kömək edir. Əgər sən – Onun övladısansa, O, həmişə sənə də kömək edəcəkdir. Sənə nə vaxtsa çətin olanda – misal üçün, öz dostlarına məsihçi olmağın barədə danışmaq, yaxud valideynlərin qonaq gedəndə öz bacına baxmaq lazım olanda – Allaha etibar et. O, həmişə sənə kömək edə bilər. O, hətta Günəşi saxladı ki, Öz xalqına kömək etsin.

Müharibəni başlamış beş padşah gördülər ki, qələbə çala bilmirlər. Buna görə də qaçıb mağarada gizləndilər.

- Mağaranın girişinə böyük daşlar söykəyin və onu qoruyun,- Nun oğlu Yeşua öz döyüşçülərinə əmr etdi.

Sonra, mübarizənin sonunda, padşahları mağaradan çıxartdılar və edam etdilər.

Bütün israillilər bildilər ki, yalnız Allahın onlarla olduğuna görə onlar qələbə çaldılar. Necə də gözəldir ki, Allah Rəbb İsanı tanıyanlara kömək etmək istəyir. Şeytan səni aldatmağa çalışanda, yaxud sən çətin işlərlə məşğul olmalı olanda, Allaha etibar et. “Bütün qəlbinlə Rəbbə güvən, öz idrakına etibar etmə”.

(Sül.Məs. 3:5).TƏKRARLAMAQ ÜÇÜN SUALLAR

1. Nə üçün giveonlular Yeşua ilə razılıq bağlamaq istəyirdilər? (Onlar Yerixon və Ay üzərində qələbə haqqında eşitmişdilər.)

2. Onlar necə geyinmişdilər və nə üçün? (Onlar cırılmış paltar geyinmişdilər ki, elə görünsünlər ki, guya uzun yol gediblər.)

3. Nə üçün Nun oğlu Yeşua aldadıldı? (O, Allahdan nə etmək lazım olduğunu soruşmadı.)

4. Kim məsihçini aldatmaq istəyir? (Şeytan.)5. Müqəddəs Kitabdan olan ayəni bitirin: ““... öz idrakına etibar

etmə”. (Sül.Məs. 3:5.)6. Nə üçün Allahın övladları Allaha etibar edə bilərlər? (O, hər

şeyə qadirdir və aldada bilməz.)7. Giveonun sakinlərinin israillilərlə sülh müqaviləsi

bağlamalarına kim qəzəbləndi? (Beş padşah.)8. Allah Nun oğlu Yeşuanı döyüşdə necə dəstəklədi? (O, ona

müraciət etdi və qələbə vəd etdi.)9. Döyüş müddətində hansı qeyri-adi bir şey baş verdi? (Günəş və

ay dayandı.)10. Bu, dünyanın mövcudluğundan bəri neçə dəfə baş vermişdir?

(Yalnız bir dəfə.)

Yaddaş üçün ayəni təkrarlayın

MHİ

MHİ

Təkrarlamaq üçün oyun

“Gizli təhlükələr”12 kvadrat kəsmək lazımdır. Onlardan altısını 1-dən 6-ya qədər nömrələyin, digərlərini isə altı – mənfi rəqəmlər ilə -1-dən -6-ya qədər. Kvadratları çevirin ki, yalnız təmiz tərəfi görünsün. Uşaqları iki komandaya ayırın. Onlardan biri “X”, yəni ki, “çarmıxlar”, digəri isə “O”, yəni “sıfırlar” olacaqdır. Komandalar növbə ilə suallara cavab verirlər. Əgər cavab doğrudursa, cavab verən uşaq kvadrat seçə bilər ki, onun üzərinə öz komandasının nişanını qoyacaqdır. Kvadratı çevirmirlər. Oyunun axırında komandalara onların nişanları ilə olan kvadratları verin. Qoy komandalar xalları hesablasınlar. Bununla belə, yadda sax-lamaq lazımdır ki, mənfi rəqəmlər müsbət rəqəmlərdən götürürlər. Kimin qalib gəldiyini bilərək, siz, ola bilsin ki, çox təəccüblənəcəksiniz!

Page 40: Nun oğlu Yeşua Allahın əsgəri- Mənim atam tez-tez Musanın Allahın gücü vasitəsi ilə etdiyi möcüzələr haqqında danışırdı. - Heç kim Allahı Musa kimi tanımır.

40

Əyani fəaliyyət“Gizli”

Uşaqlardan xahiş edin, bu sözlərin hər birinə tərif versinlər: zəhər, düşmən, açıq qoyulmuş elektrik naqili, təqsirkar, xəstə hey-van. Qoy çox uşaqlar hər bir anlam haqqında öz fikirlərini desinlər. Sonra ona göstərin ki, həqiqi məna gizli ola bilər. Misal üçün, dost qiybət yaya bilər və bu yolla düşmən kimi fəaliyyət göstərə bilər; sənin etibar etdiyin adam təqsirkar ola bilər. Uşaqlardan soruşun, onlar müəyyən bir vəziyyətin, yaxud insanın mümkün ola bilən təhlükəsindən, onun nəticəsi ilə üzləşmədən əvvəl əmin ola bilərlər? Süleymanın Məsəllləri 3:5-6 –ya bax və uşaqları, onlara müdriklik verən Allahı axtarmağa həvəsləndirin.

Page 41: Nun oğlu Yeşua Allahın əsgəri- Mənim atam tez-tez Musanın Allahın gücü vasitəsi ilə etdiyi möcüzələr haqqında danışırdı. - Heç kim Allahı Musa kimi tanımır.

DƏRSİN PLANI

Giriş“Buraxılmış adları yerinə qoyun”

Hadisənin gedişatı1. Kalev və Nun oğlu Yeşua Kənanı

yoxlayırlar.2. Onlar, bu ölkəni onlara verən Rəbbə

etibar edirlər. MH5İ 3. Xalqın qorxusu. 4. Kalevin və Nun oğlu Yeşuanın Kənana

girməsindən qırx il sonra. MH2İ5. Kalev dağı ona verməsini xahiş edir.6. Nun oğlu Yeşua razılaşır. 7. Kalev düşmənləri qovur. MH3İ 8. Nun oğlu Yeşua xalqa müraciət edir. MH4İ9. O, xalqı seçim etməyə çağırır. MHİ/İE10. Nun oğlu Yeşua əhdi yeniləyir.

Kulminasiya

Nun oğlu Yeşua deyir: “Mən və mənim evim...”

YekunXalq Allaha xidmət etməyə söz verir.Nun oğlu Yeşua yadda saxlamaq üçün daş

qoyur.İsrailin rəhbəri ölür. MHİ

41

Dərs 6 Nun oğlu Yeşua xalq ilə vidalaşır

KƏLAMSaylar 13:17-33Nun oğlu Yeşua 14:1-15, 23:1 – 24:26

MƏRKƏZİ HƏQİQƏTVerilən dərsdə ötən dərslərin mərkəzi həqiqətlərini təkrarlayın. (1-5) Mərkəzi həqiqətin dərsini bitirin: “Allah Öz övladlarını göylərə aparacaqdır.”(Dərsin planında müxtəlif dərslərin mərkəzi həqiqətləri rəqəmlərlə qeyd edilibdir, misal üçün, dərs 1-də - MH1).

TƏTBİQÖtən dərslərin tətbiqləri təkrarlanır.

YADDA SAXLAMAQ ÜÇÜN AYƏ1Peter 1:16 və Sül. Məs. 3:5-ayələrini təkrarlayın.

ƏYANİ VƏSAİTLƏR• İllüstrasiyalar: 1-2, 6-2 və 6-6.• Fiqurlar JW-3, JW-6, JW-7, JW-9, JW-10

və JW-51.• Yun sap ilə lövhəni 3 yerə bölün – hər biri

bir səhnə üçün. İmkan dairəsində hər bir hissədə mərkəzi

həqiqətin sözləri olan uyğun “qalxanları” yerləşdirin.

Mərkəzi həqiqətin altıncı əyani vəsaitini qalxan fiquru formasında hazırlayın və onu dərsin sonunda istifadə edin.

Page 42: Nun oğlu Yeşua Allahın əsgəri- Mənim atam tez-tez Musanın Allahın gücü vasitəsi ilə etdiyi möcüzələr haqqında danışırdı. - Heç kim Allahı Musa kimi tanımır.

42

Dərs(Müəllim, uşaqlara tanış olan sözlərdən istifadə edərək, verilən

ideyanı sizin qrupunuzun uşaqlarının yaşına görə uyğunlaşdırın). Mən yaxşı tanınmış ədəbiyyat qəhrəmanının adını

çəkəcəyəm, siz isə başqa qəhrəmanın adını əlavə edin – onunla cüt olan. Misal üçün: canavar və _____________. Doğru cavab – dovşan.

Çuk və (Gek).Tom və (Cerri).Çeburaşka və (timsah Gena).Vinni Pux və (Donuz).Nun oğlu Yeşua və (Kalev).

Səhnə 1 – Casuslar Musaya məlumat verirlər

(Yeş 14:7-9; Saylar 13:17-33).(Təmiz fon. Lövhə üç hissəyə bölünüb).Bəli, Kalev və Nun oğlu Yeşua həyəcanlı, tam macəralı

kəşfiyyatçılar yolunu Kənana birlikdə getdilər. Orada onlar gün işığında sayrışan kiçik çaylar və qida üçün yaxşı olan məhsullar - əncir, nar və böyük üzüm meynələri gördülər. Amma kəşfiyyatçılar, həmçinin, gördülər ki, yerli sakinlər onlardan qat-qat hündür və güclüdürlər. Onları nəhəng adamlar adlandırdılar.

(Bu fiquru yerləşdirin - JW-3,casusları və onların gətirdikləri üzümləri yada salmaq).

Qırx gün ərzində vəd olunmuş torpağı araşdıraraq, Kalev, Nun oğlu Yeşua və digər on casus onların xəbərini gözləyən Musanın və İsrail xalqının yanına qayıtdı. Casuslar Musaya və xalqa torpağın çox zəngin olması, məhsulları qidaya yararlı olan çoxlu bitkilərlə bol olması haqqında danışdılar və əlavə etdilər:

- Amma o ölkədə yaşayanlar, - nəhəngdirlər və şəhəri kifayət qədər yaxşı möhkəmləndiriblər.

Xalq qorxdu. - Biz heç vaxt o nəhənglərə üstün gələ bilmərik! – onlar

qışqırdılar.Amma Kalev dedi:-Gəlin gedək, o torpağı ələ keçirək, çünki biz onu ələ keçirə

bilərik. Kalev yadına saldı ki, Allah bu torpağı onlara vəd etmişdir.

O və Nun oğlu Yeşua bilirdilər ki, onlar Allaha etibar edə bilərlər. Məhz elə bu həqiqəti biz ötən dərsdə öyrəndik: “Allah istəyir ki, Onun övladları Ona etibar etsinlər”.

Əgər sən – Allahın övladısansa, sən narahat olmamalısan və qorxmamalısan. Ola bilsin ki, elə bu dəqiqə səni nəsə nara-

İllüstrasiya 1-2

MH5İ

Page 43: Nun oğlu Yeşua Allahın əsgəri- Mənim atam tez-tez Musanın Allahın gücü vasitəsi ilə etdiyi möcüzələr haqqında danışırdı. - Heç kim Allahı Musa kimi tanımır.

4343

MH2İ

hat edir? Bu haqda Allaha de və Ondan kömək dilə. O, səni pis vəziyyətdə qoymayacaqdır. Kalev və Nun oğlu Yeşua bundan əmin idilər, hətta digər casuslar belə deyəndə ki:

- Biz bu adamlara qarşı gedə bilmərik; biz onların necə güclü adamlar olduqlarını gördük. Biz onlarla müqayisədə cırcırama kimiyik.

Qorxmuş və şübhələnən xalq qırx il əvvəl dediklərinə baxma-yaraq, o ölkənin adamları Allahın xalqına zərər yetirmədilər. Allah Öz xalqını hər bir təhlükədən qorudu.

O, bütün övladlarını şeytanın hədəsindən, niyyətindən və səlahiyyətindən, günaha görə cəzadan qoruyur. Sən Müqəddəs Kitabda Rəbbə məxsus olanların heç vaxt məhkum olunmayacaqları haqda danışan ayəni xatırlayırsan? Düzdür, Romalılara məktub 8:1. Gəlin, bu ayəni birlikdə təkrarlayaq.

Səhnə 2- Kalev Nun oğlu Yeşua ilə danışır(Yeş. 14:6-16).(JW-7, Nun oğlu Yeşua və JW-9, Kalev fiqurlarını yerləşdirin). Nun oğlu Yeşua və Kalev israillilər arasında yaşlı adamlar-

dan idilər. Digərləri isə səhralıqda deyinənlərin uşaqları idilər. Bir dəfə Nun oğlu Yeşuanın yanına onun köhnə dostu gəldi

– Kalev. -Yeşua, - o dedi, - mən sənə Musanın qırx beş il əvvəl ver-

diyi vədi xatırlatmaq istəyirəm. Xatırlayırsan, biz bura casus-lar kimi gələndə, Musa o dağlı tərəf olan hissəni verməyi söz vermişdir. O vaxtdan mən bütün qəlbimlə Rəbbin ardınca ge-dirdim. Baxmayaraq ki, mənim artıq səksən beş yaşım var, mən hələ də möhkəm və sağlamam. Mən bilirəm ki, bu dağlarda düşmənlər yaşayır, amma əminəm ki, biz onları oradan qova bilərik.

Nun oğlu Yeşua Kalevə ona vəd edilmiş dağı verdi. Tezliklə bütün düşmənlər o dağdan qovuldular – Kalev hər bir döyüşdə qələbə çaldı. “Allah Öz övladlarına qələbə verir”.

Deyə bilərsən məsihçi nə ilə mübarizə aparmalı olur? Qüru-rla, xudbinliklə, səbirsizliklə, söyüş söyməklə, tənbəlliklə, pis vərdişlərlə. Hər bir insan öz “döyüşünü” aparır, amma onların heç biri Rəbb üçün qeyri-müəyyən deyillər.

Ola bilsin ki, dərnək ilə məşğul olmağa başlayandan, sizlərdən bəziləri Allahın köməkliyi ilə qələbə çalıblar, və indi onun haqqında danışmaq istəyirlər (Qoy uşaqlar, yaxud bir uşaq bölüşsün).

Dəfələrlə öz uzun həyatı boyu Kalev öz qələbələrində Al-laha etibar edirdi. İndi o, yaxşı məskunlaşmışdı və öz ailəsi ilə dağda xoşbəxt yaşayırdı. Və Kənan torpağında sülh hökm sürürdü.

Səhnə 3 – Nun oğlu Yeşuanın xalqa vida müraciəti(Yeş. 23:1-24:31).(JW-51, Nun oğlu Yeşua, JW-6, xalqın rəhbərləri və JW-10, israillilər

MH3İ

Page 44: Nun oğlu Yeşua Allahın əsgəri- Mənim atam tez-tez Musanın Allahın gücü vasitəsi ilə etdiyi möcüzələr haqqında danışırdı. - Heç kim Allahı Musa kimi tanımır.

44

fiqurunu yerləşdirin). Uzun illər keçdi. Nun oğlu Yeşuanın yüz on yaşı tamam oldu.

O bilirdi ki, tezliklə dünyasını dəyişəcəkdir – Allahla əbədi olmaq üçün, əbədiyyətə qovuşacaqdır. Amma getməmişdən əvvəl, o, xalqa əhd qoymaq istəyirdi.

Bütün rəhbərlər və ağsaqqallar toplaşdılar. Nun oğlu Yeşua onlara dedi:

- Siz Rəbbin etdiklərini gördünüz. O, sizin üçün döyüşdü. Bütün qalan düşmənlər qovulacaqlar. Amma siz möhkəm və cəsarətli olmalısınız ki, Musanın qanun kitabında yazılanların hamısına əməl edəsiniz. Bu torpaqda yaşayan xalqların yalan allahlarına sitayiş etməyin. Əgər siz Allaha itaət etməsəniz və On-dan dönsəniz, onda dəhşətli cəzaya məruz qalacaqsınız.

İsrailin rəhbəri xalqa Allahın iradəsini xatırlatdı: israillilərin həyatı digər xalqların həyatından fərqlənməlidir. Allah xalqa müqəddəs olmağı əmr edir.

Nə üçün Allahın övladları müqəddəs olmalıdırlar? Ona görə ki, Allah, onların Atası, müqəddəsdir və Öz övladlarına müqəddəs olmağı əmr edir. Əgər sən özünü məsihçi adlandırırsansa, ətrafdakılar sənin həyatında yaxşı və düzgün hərəkət etmək istəyini görməlidirlər. Sən tez-tez başqa insanlardan fərqlənməli olacaqsan. Bu, çoxlarının xoşuna gəlməyə bilər, amma Allah razı qalacaqdır. Nun oğlu Yeşua, həqiqətən, istəyirdi ki, xalq yeni torpaqda Allaha itaətli həyat sürsün.

Nun oğlu Yeşua xalqa dedi ki, onlar çox mühüm seçim etməlidirlər. Onlar yalan allahlara sitayiş etməyi, yoxsa onları Misirdən çıxardan və onların özlərinin yeni və gözəl evini verən yeganə həqiqi Allaha xidmət etməyi seçəcəklər.

- Siz kimə xidmət edəcəyinizi bu gün seçməlisiniz, - deyə, o, xalqı çağırdı. – Mən və mənim ailəm Rəbbə xidmət edəcəyik.

Nun oğlu Yeşuaya qulaq asmaq kifayət deyildi, - insanlar seçim etməli idilər. Və bu gün bu, “Xoş Xəbər” dərnəyinin bəzi oğlan və qızlarına aiddir. Sən Allahın övladının nə demək olduğu haqda çox öyrəndin. Sən eşitdin, amma Rəbb İsa Məsihə öz Xilaskarın kimi iman etməmisən. Allah deyir:

-Bu gün seç! Əgər sən Allahın övladı olmaq istədiyin barədə əminsənsə,

onda elə indi İsa Məsihi öz həyatına dəvət et. Allah söz verir: “Lakin Onu qəbul edənlərin hamısına, adına iman edənlərə Allahın övladları olmaq ixtiyarını verdi....” (Yəhya 1:12). Ona de: “Rəbb İsa Məsih, Səndən xahiş edirəm, mənim günahlarımı bağışla. Mən bilirəm ki, Sən mənə görə ölmüsən. Mən Sənin övladın olmaq və Sənə xidmət etmək istəyirəm”.

Nun oğlu Yeşua dedi: - Mən Rəbbə xidmət edəcəyəm. Xalq isə cavab verdi: - Biz də Rəbbə xidmət edəcəyik, çünki O – bizim

Allahımızdır.

İllüstrasiya 6-2

MH4İ

MHİ

Page 45: Nun oğlu Yeşua Allahın əsgəri- Mənim atam tez-tez Musanın Allahın gücü vasitəsi ilə etdiyi möcüzələr haqqında danışırdı. - Heç kim Allahı Musa kimi tanımır.

4545

İsrailin rəhbəri əhdi xalq ilə yenilədi və Allahın Əmri kitabında qeyd etdi. O, yaxınlıqda böyüyən palıd ağacı altına böyük daş qoydu. Daş, xalqa verdikləri sözü və bağladıqları əhdi xatırlatmaq məqdəsi ilə qoyulmuşdur.

Tezliklə, Nun oğlu Yeşua öldü. Allah həmişə onun yanında idi. Allah Nun oğlu Yeşuanı möhkəmləndirir və ona çoxlu qələbələr verirdi. Nəhayət, İsrailin rəhbərinin bütün döyüşləri qurtardı və o, Allah ilə əbədi olmaq üçün əbədiyyətə qovuşdu.

Yalnız Müqəddəs Kitabdakı rəhbərlər Allahın hüzurunda ol-mayacaqlar. Allah Göylərə Öz övladlarını da aparacaqdır. Orada nə kədər, nə ağrı, nə ölüm olacaqdır. O yer sevinc və xoşbəxtliklə doludur. Əgər sən Allahın övladısansa, sən də orada olacaqsan. Sən Allah ilə, Rəbb İsa Məsih və Allahın bütün övladları ilə birlikdə əbədiyyən yaşayacaqsan. Ötən dərslərdən də haqqında çox eşitdiyimiz Nun oğlu Yeşua da orada olacaqdır.

TƏKRARLAMAQ ÜÇÜN SUALLARUşaqları iki komandaya ayırın və onlara “Nun oğlu Yeşuanın”

həyatına aid altı sual hazırlamaq üçün vaxt verin. Komandanın tapşırığı- çətin suallar seçmək. Sonra komandalar bir-birlərinə sual-lar verirlər.

Daha çox suala cavab verən komanda qalib gəlir.

İllüstrasiya 6-6

MHİ

Page 46: Nun oğlu Yeşua Allahın əsgəri- Mənim atam tez-tez Musanın Allahın gücü vasitəsi ilə etdiyi möcüzələr haqqında danışırdı. - Heç kim Allahı Musa kimi tanımır.

46

Fonun şablonu

Açıq tonlu (şəkilsiz, yaxud zolaqlı) flaneldən çadır təsviri olan fiqur hazırlayın. “Giriş” kəsin. Fiq-uru qara, yaxud tünd fonda istifadə edin.

Page 47: Nun oğlu Yeşua Allahın əsgəri- Mənim atam tez-tez Musanın Allahın gücü vasitəsi ilə etdiyi möcüzələr haqqında danışırdı. - Heç kim Allahı Musa kimi tanımır.

47

Page 48: Nun oğlu Yeşua Allahın əsgəri- Mənim atam tez-tez Musanın Allahın gücü vasitəsi ilə etdiyi möcüzələr haqqında danışırdı. - Heç kim Allahı Musa kimi tanımır.

48

Uşaq ilə xilas haqqında qısa söhbətin planı

(Müqəddəs Kitabda saxlayın.)

Uşağın aşağıdakıları başa düşdüyündən əmin olun: Allah

Allah kimdir? Allah bizi yaradandır. O, Müqəddəs Kitab vasitəsilə bizimlə danışır. Allah müqəddəs və pakdır. O, bizi sevir.

GünahGünah nədir? Günah – Allahın əmrlərinə qulaq asmamaqdır.Müəyyən günahlar haqqında danışın.Uşaq da təbiətinə və əməllərinə görə günahkardır. (Biz günah işlədirik, buna görə də günahkarıq.)Günah cəzaya layiqdir.

XilaskarSəni günahdan təkcə kim xilas edə bilər? Allah Oğul çarmıxda günahkarlara görə öldü. Rəbb İsa ölülərdən dirildi. O, hamı üzərində Rəbdir.

Xilası necə əldə etməyi başa salınAllahın bizdən nə istədiyini və Onun nə etdiyini başa salın. Müqəddəs Kitabdan ayələrdən istifadə edin. (Yəhya 1:12; 3:16; 6:37; Həv. İş 16:31; Rom. 6:23 yaxud 10:13)Rəbb sənin nə etməni istəyir? Rəbb nə edəcəkdir? Çətinliklər haqqında xəbərdarlıq edin. Soruşun: “Rəbbə etibar etmək istəyirsən, yoxsa sən hələ bir az gözləyəcəksən?”Əgər uşaq hazırdırsa, duada ona kömək edin.

Xilasa əminlik haqqında danışınİstifadə etdiyiniz Müqəddəs Yazılara qayıdın. Həyatdakı dəyişikliklər haqqında danışın. Ona deyin ki, Məsihə həqiqi iman etmiş adam bilməlidir.

Sonra məsihçi həyatı haqqında bəzi məsləhətləri verinMüqəddəs Kitabı oxu.Allahın əmrlərini yerinə yetir. Bizim Səmavi Atamız, Allah ilə danış. Rəbbin sənin üçün etdiklərini başqalarına de.Əgər günah işlətmisənsə, Rəbdən bağışlanma istə. Başqa məsihçilər ilə görüş.Rəbbin vədini yadda saxla: “Səni heç vaxt tərk etmərəm.” (İbr. 13:5)