Inforex Weekly#94

8
ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR + N°94 FEVRAL 2015 INFOREX PROQNOZ TEXNİKİ ANALİZ 1 2 YAPON ŞAMLARI 5

description

Inforex Weekly#94: treyderler ucun heftelik online Forex icmali

Transcript of Inforex Weekly#94

Page 1: Inforex Weekly#94

ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR +

N°94 FEVRAL 2015

INFOREX PROQNOZ

TEXNİKİ ANALİZ1 2 YAPON

ŞAMLARI5

Page 2: Inforex Weekly#94

SƏBİNƏ MƏMMƏDQIZIekspert - analitik

INFOREX WEEKLY TEXNIKI ANAlİZ01

Cütlük eniş hədəfini işləyə bilməyərək 1.110 ətrafından yuxarı korreksiyaya başlayıb.İlkin müqavimət 1.1582 səviyyəsindədir,buranın qırılması 1.2054 ətrafına qalxışa gətirəcək.1.11 dəstəyinin aşağı qırılması yeni eniş dalğasına və 1.0923 və 1.0508 ətrafına yol aça bilər.

Diqqətlər hazırda NFP rəqəmlərinə,Yunanıstanla Üçlük danışıqlarına və Böyük Britaniyada faiz dərəclərinə yönəlib.

Page 3: Inforex Weekly#94

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 02

Morgan Stanley -in ticarət tövsiyyələri

USD: Trend yuxarı istiqamətlidir.Biz USD-nin əvvəlki kimi qalxacağını gözləyirik.Bəzi başqa ölkələr valyutaların ucuzlaşmasını deflyasiyanı ixrac etmək üçün istifadə etdiyi halda ABŞ öz valyutasına bahalaşmağa imkan verir. USD -də buğa proqnozu faiz dərəcələrinə deyil, iqtisadi artıma əsaslanır.

EUR: Trend eniş istiqamətlidir.Avropadakı son iqtisadi göstəricilər bir az pozitivdir,amma fikirləşirik ki,bu çətin ki,avroya qüvvət verər.İqtisadi rəqəmlərin gücü infliyasiya gözləmələrini dəyişmək üçün yetməzsə,avro yenə də təzyiq altında qalacaq.

JPY:Neytral trend qüvvədədirHesab edirik ki,yena krosslarda möhkəmlənə bilər,amma dollara nisbətində dair pro-qnozlarda bir az ehtiyat edirik. AUDJPY, NZDJPY və CADJPY daha həssas görünürlər.İnfliyasiya proqnozunun aşağı düşməsini nəzərə alaraq Yaponiya Bankının debatlarını izləyirik.

BANKLARIN ortamüddətli perspektivüçün proqnozlar

BNP Paribas avroda proqnozları aşağı salır və satışları genişləndirməyi tövsiyyə edir

BNP Paribas valyuta analitikləri avro/dolların qalxışına şübhə ilə yanaşır və qalxışın yeni satışar cəlb edəcəyini gözləyirlər. Bank real QE-nin deyiəndən daha iri həcmli olacağını düşünür və $1.1450 səviyyəsindən, stop $1.1620, hədəf $1.08 olmaqla satışlar açılmasını tövsiyyə edir.

Həftənin əsas hadisələrinə baxış

Həftənin əsas hadisəsi ABŞ-da NFP məşğulluq hesabatıdır və bu hesabat da həmişəki kimi cümə günü açıqlanacaq.Göstəricinin 245 min artacağı gözlənilir.İşsizlik səviyyəsi 5,5% -ə qalxa bilər.Kanadada həmçinin işsizlik səviyyəsi rəqəmləri açıqlanacaq.Kanadada işsizlik səviyyəsinin 11 min azalacağı gözlənilir.

Avrozonada həftənin ən vacib xəbəri Almaniyada gözlənilən sənaye sifarişləri olaacq və bu rəqəmlərin proqnozdan yüksək olacağı gözlənilir.Ümumiyyətlə,həftə ərzində diqqətlər Yunanıstanla aparılan danışıqlara yönələcək,belə ki,oradakı hakim partiya olan Syriza ilə Üçnük arasında ayın sonuna qədər razılaşma əldə olunmalıdır.Böyük Britaniya xidmət sektorunda PMİ indeksini açıqlayacaq.Cümə axşamı isə İngiltərə Bankı faiz dərəcələri barədə qərarını açıqlayacaq.

Avstraliya Rezerv Bankı da yumşaldılmaya başlayacaqmı?

Avstraliya Mərkəzi Bankı bu həftə keçiriləcək iclasında yumşaldılmaya başlayan növbəti Mərkəzi Bank ola bilər.Yanvarda Danimarka,Hindistan və Sinqapur da daxil olmaqla bir çox ölkələrin Mərkəzi Bankları artan deflyasiya riskləri və azalan neft qiymətləri fonun-da monetar siyasətdə qəfil yumşaldılmaya başladılar..«Bazarın qiymət dinamikasına nəzər salarkən Avstraliya Mərkəzi Bankı da Yeni Zellandiya,Kanada,İsveçrə və Dani-marka Mərkəzi Banklarının ardınca faiz dərəcələrini aşağı sala biləcəyi gözləmələri yaranır,» -deyə İG bazar analitiki Kris Uiston bildirir.

Page 4: Inforex Weekly#94

INFOREX WEEKLY TEXNIKI ANAlİZ03

Forex həftəlik icmal 26.01.15 - 30.01.15

Yeni ticarət həftəsi Yunanıstandakı parlament seçkilərinin təsiri ilə başlayıb.Sipras partiyasının seçkilərdə qalib gəlməsi qiymətdə ğz əksini tapmışdı,amma yenə də bazarın GAP ilə açılmasını müşahidə etdik.

Həftə ərzində FRS diqqət mərkəzində oldu və o da hər kəsə səbirli olmağı məsləhət görərək,Amerika iqtisadiyyatının düzgün yolla addımladığını qeyd etdi.

Funt dollar qarşısında qarışıq dinamika nümayiş etdirib,amma son nəticədə əmin artım müşahidə etdik.Bazar İngiltərə Bankının rəsmisi Endrü Heldey-nin şərhlərini gözləyirdi,o qeyd etdi ki,Bank faiz dərəcələrini artırmağa tələsmir,ona görə ki,Britaniya iqtisadiyyatı artım yolundadır və Mərkəzi Bank buna mane olmaq istəmir.

Həftəlik proqnoz 2-6 Fevral

XAU/USD:

Yanvarın son günü qızılın güc nümayiş etdirərək qalxış trendini inkişaf etdirməyə çalışmasına baxmayaraq hər şey bir anda dəyişə bilər və yenidən ayı trendi bərpa oluna bilər.Buna bir neçə səbəb var,belə ki,qızılın və neftin cümə günündəki qalxışı dolların enişi ilə müşaiyət olunmayıb.İkincisi ,10 illik ABŞ qiymətli kağızlarının gəlirliliyi artıq 5 həftədir ki,azalaraq .64% olub.İnfliyasiya gözləmələrinin zəifləməsi də neqativ faktordur.Bununla əlaqədar olaraq 1250 ətrafında sell açaraq ,stop-lossu 1295 səviyyəsində,hədəfi 1200 ətrafında təyin etmək olar.

Page 5: Inforex Weekly#94

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 04

Trend potensialının müəyyən edilməsi Neft “Brent”

Həftəlik qrafik: Maraqlı mənzərə var. Buğalar daxili ötən həftənin barını qırıblar,bu da onlara Bollincerin orta xəttinə korreksiya edəcəyi ehtimalının mövcudluğunu göstərir (75.72).Amma biz yenə də konvertdən cənub potensialının inkişaf edə biləcəyi ehtimalını müşahidə edirik.Hədəf - 40.82 (Bollincerin aşağı xətti).Ona görə də alıcılar diqqətli olmalıdırlar.Konservativ ticarət aparan treyderlər satış üçün imkanlar axtara bilərlər.Bu imkan 75.72 ətrafında yarana bilər.

Bollincer konvertinin xüsusiyyətidir ki,bütün təyin olunmuş səviyyələr dinamikdir.Ona görə də ayı potensialının saxlanması halında orta xətt daha da aşağı düşə bilər və korreksiya edə bilər.

Mümkün ticarət həlləri:

1) 55.23 səviyyəsindəki alışlar açıq saxlana bilər.

2) 55.23 ərazisində əlavə alışlar açıla bilər.

3) 55.23 zonası hədəf 46.70 olmaqla satışlar üçün istifadə oluna bilər.

Page 6: Inforex Weekly#94

INFOREX WEEKLY05 DALGA ANALIZI

Dalğa analizi EUR/USD, GBP/USD

EUR/USD

iv? of (v) of [iii] dalğasının üfüqi üçbucaq şəklini alması ehtimal olunur.Yaxın günlərdə qiymətin bu modeldən çıxacağı və 1,1000 istiqamətinə hərəkət edəcəyi gözlənilir.

GBP/USD

(v) of [v] dalğası daxilində yeni impulsun yaranması ehtimalı var.Ola bilsin ki,kiçik korreksiyadan sonra eniş davam edə bilər.

Page 7: Inforex Weekly#94

INFOREX WEEKLY 06FUNDAMENTAL ANALIZ

“Kasıb treyder “ sindromundan necə xilas olmalı və qazanmalı? (ardı)«kasıb» treyderdən«varlı» treyderə necə çevrilməli

Hadisələri tələsdirmək və ticarət qaydalarına zidd gedərək depoziti çox sayda orderlərlə yükləmək lazım deyil.Treyder öz yaratdığı qaydalara sözsüz əməl etməlidir. Öz itkilərinizə haqq qazandırmaq lazımd eyil. Gücünüzü müqəssir axtarmağa deyil,bazara yanaşmada səhvlərinizi tapmağa yönəldin. Əldə olunmuş gəlirin yarısını çıxarın ,ikinci yarısını ticarət üçün saxlayın.Beləliklə siz,vəziyyədi idarə etmək imkanı qazanacaqsız,həmçinin şəxsi xərcləriniz üçün vəsaitiniz olacaq.

Zamanla depozit yavaş,amma əminliklə artacaq.Və yalnız vəsait sizin istədiyiiz həddə çatdıqdan sonra tam ola-raq çıxara biləcəksiniz.Bu zamana qədər aza qane olmaq lazım olacaq.Bu yanaşma heç də yüngül deyil,amma qazanılan pul heç də asan yolla başa gəlmir.Buna görə də heç vaxt sonuncu pulunuzu və ya borc alaraq Forex ticarətlərinə başlamayın.

Artıq “varlı” və “ kasıb” treyder arasındakı fərqi görərkən,özünüzün hansı tipə aid olduğunuzu qiymətləndirin.Əgər çox kriteriyalara görə siz “ kasıb” treydersinizsə,o zaman “varlı” treyder kimi düşünməyə başlayın.Öz varidatını özü qazanan çox varlı adamlar nə vaxtsa kasıb olublar.Amma onlar qarşılarına məqsəd qoyaraq bu pulları qazanıblar.Beləliklə,Forexdə qazanmaq imkanı hamıya verilir.Ğnəmli olan onu işlətməyi bacarmaqdır.

FACEBOOK SƏHIFƏSI

Page 8: Inforex Weekly#94

INFOREX WEEKLY11 DALGA ANALIZI

WWW.INFOREX.AZ

InForex Redaktorlar

Məmmədqızı Səbinə

Layihənin rəhbəri Vəliyev İlqar

Dizayner

Moos Vitaliy

Azərbaycanda ilk və tək treyderlər üçün online jurnal