Inforex Weekly#71

16
ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR + N°71 AVQUST 2014 INFOREX PROQNOZ TEXNİKİ ANALİZ 1 2 DALĞA ANALİZİ 10

description

Inforex Weekly#71: treyderler ucun heftelik online Forex icmali

Transcript of Inforex Weekly#71

Page 1: Inforex Weekly#71

ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR +

N°71 AVQUST 2014

INFOREX PROQNOZ

TEXNİKİ ANALİZ1 2 DALĞA

ANALİZİ10

Page 2: Inforex Weekly#71

SƏBİNƏ MƏMMƏDQIZIekspert - analitik

INFOREX WEEKLY TEXNIKI ANAlİZ01

Eur/Usd

Avro/dollar göstərilən periodda eniş trendini aşağı istiqamətdə GAP-lə qırıb.GAP-in işlənməsindən sonra enişin davam edəcəyini demək olar.Hazırda həm fundamental,həm texniki faktorlar avronun qalxışının əleyhinədir.

Page 3: Inforex Weekly#71

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 02

EUR/USD -ni rallidə satın – UBS

UBS analitikləri cütlükdə ayı proqnozunu saxlayırlar və cütlükdə qlxışların satış üçün istifadə edilməsini məqsədəuyğun sayırlar. “Qalxış 1.3417 ətrafına qədər davam edə bilər,amma uzunmüddətli qrafiklərdə ayı trendinin davam etməsi hədəfin hələ tam əldə olunmadığını göstərir.Cütlüyün 1.3330 və 1.3400 ətrafına qalxışını hədəf 1.3045, stop 1.3530 olmaqla satış orderi açmaq üçün istifadə etmək olar”.

BANKLARIN ortamüddətli perspektivüçün proqnozlar

Credit Suisse: avroda eniş trendi yeni impuls alıb

Avro/dollarda ümumi əhval bədbindir və Credit Suisse valyuta strateqləri cütlüyün yaxın zamanda qalxış dinamikasına başlayacağına şübhə edirlər.Bankda hesab edirlər ki,ola bilsin cütlük kiçik qalxış nümayiş etdirər,amma bu qalxışı əvvəl satış aça bilməyən investorlar satış üçün istifadə edəcəklər. CS bildirir ki, $1.3225 səviyyəsinin qırılmasında yeni satış orderi açıb və cütlüyün $1.3020/15 səviyyəsinə düşəcəyini gözləyir.

Draqi avro-ayıların tərəfindədir

Ola bilsin ki,Draqinin cümə günü çıxışı tarixi çıxış olsun,çünki o məşhur “avrozonanın xilası üçün hər şey edəcəyik” ifadəsini özünəməxsus dəyişik formada dedi və bu da borc bazarında qarşısıalınmaz rallinin qırılmasına səbəb oldu.Draqi demişkən,AMB infliyasiyanın azalması davam edəcəyi halda ,imkanı çatan addımları atacaqdır.Bu o deməkdir ki,infliyasiya aşağı düşməyə davam edərsə,Draqi “ çap maşınını “ işə salacaq. Bundan başqa Draqi AMB monetar siyasəti ( aşağı faiz dərəcələri bir neçə il saxlana bilər) ilə FRS monetar siyasəti ( faiz dərəcələrinin artırılması gələn il başlaya bilər) arasında əks mütənasiblik olduğunu bildirdi və məhz bu avro/dollarda qısamüddətli qalxış istisna edilməsə də ,ümumi trendin enişə meylli olaraq qalmasına səbəb olur. Ümumiyyətlə,Ellen və Draqinin şərhlərindən belə nəticə çıxır ki,satış orderlərini açıq saxlamaq üçün dəlil kifayət qədər güclüdür.

Page 4: Inforex Weekly#71

INFOREX WEEKLY TEXNIKI ANAlİZ05

Page 5: Inforex Weekly#71

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 04

Ötən həftə valyuta bazarındakı hərəkət dinamikasına baxış

Ötən həftə dolların əsas valyutalar qarşısında möhkəmlənməsi ilə yadda qaldı.Həftənin əvvəlində gözləniləndən daha yüksək olan ABŞ daşınmaz əmlak bazarı rəqəmləri dolların möhkəmlənməsinə stimul verdi.Amerika valyutasına əlavə dəstək FOMC-un iclas protokolları tərəfindən gəldi. Protokolların dərcinə qədər bazarda belə bir fikir vardı ki,Koitə üzvləri yenə də faiz dərəcələrinin qaldırılma vaxtını uzadacaqlar.Amma protokol göstərdi ki,FOMC daxilində pul-kredit siyasətinin sərtləşdirilməsi meylləri güclənib.Dollar həftəni FRS sədri J.Ellenin poz-itiv şərhləri fonunda qalxışla başa çatdırdı.Həftə ərzində ən kəskin eniş funta aid oldu.Funtun zəifliyi Böyük Britaniyanın infliyasiya rəqəminin gözləniləndən aşağı olması ilə bağlı idi.İngiltərə Bankının monetar siyasətə dair iclas protokolları göstərdi ki,Komitə üzvlərindən 9 üzvündən 2-si faiz dərəcələrinin qaldırılmasının lehinə səs verib və bu funta itkilərini nisbətən bərpa etməyə kömək etdi.Amma bu dəstək davamsız oldu,belə ki,bu iclas infliyasiya rəqəmlərinin dərc olunmasından əvvəl keçirilmişdi ,infliyaisya təzyiqinin azalmsı isə faiz dərəcələrinin qaldırılmasına səs vermiş komitə üzvlərinin fikrini dəyişməsinə səbəb ola bilər.Dolların möhkəmlənməsi fonunda digər valyutaların ötən həftə nümayiş etdirdiyi dinamika: EUR/USD -0.8%, GBP/USD -0.6%, USD/JPY +1.5%.

Page 6: Inforex Weekly#71

INFOREX WEEKLY TEXNIKI ANAlİZ05

Həftə üçün gözləmələr

GBP/USD

Əsas valyutaların hərəkət dinamikası bu həftə Avropa və ABŞ-da vacib iqtisadi xəbərlərin olmaması səbəbindən J.Ellen və M.Draqinin ötən həftə olmuş rezonanslı çıxışlarının müzakirə olunması və çıxarılan nəticələrlə müəyyən olunacaq.

FRS-in son protokolları göstərib ki, Amerika requlyatoru ABŞ-da tək əmək bazarında deyil,daşınmaz əmlak bazarında da qalxışın olmasını qəbul edib,bu da investorlarda faiz dərəcələrinin artırılması vaxtının tezləşəcəyi barədə əminlik formalaşdırıb.

Məhz bu səbəbdən dollar ötən həftə digər valıytalar qarşısında aktiv bahalaşdı.Eyni zamanda Draqidən hansısa monetar qəti addımlar hələ ki,gözlənilmir.Bütün bunlar göstərir ki,ümumi Avropa valyutasınıln qalxış üçün gücü və əsası yoxdur,ona görə də orta və uzunmüddətli periodda avro/dolların enişini gözləmək olar.Avro üçün AMB tərəfindən stimullaşdırıcı addımların atılması realdır,bu da avronun məcburi enişini təmin edəcək.

Çərşənbə axşamı Böyük Britaniya İpoteka kreditləşməsi barədə hesabat,Amerika uzunmüddətli məhsul sifarişləri,20 ən iri şəhərdə daşınmaz əmlak bazarı rəqəmləri,Riçmond indeksi açıqlayacaq.

Çərşənbə günü Avrozona aparıcı indikatorlar indeksi,Almaniya istehlakçıaların əhval-ruhiyyə indeksi,idxal qiymətləri indeksi,Fransa işgüzar sektorda əminlik indeksi,ABŞ ipoteka kreditləşməsi hesabatı dərc edəcək.

Cümə günü Avrozonada emaledici və xidmət sektorunda işgüzar əminlik indeksləri,Almaniyada işsizlik səviyyəsi hesabatları,istehlak qiymətləri indeksi,Böyük Britaniyada pərakəndə satışlar,Amerikada başa çatdırılmamış ev satışı müqavilələri,yenidən baxılmış ÜDM rəqəmləri dərc olunacaq.

Cümə günü Avrozonada istehlak qiymətləri indeksi və işsizlik səviyyəsi hesabatı,ABŞ-da şəxsi istehlak xərcləri,Çikaqo işgüzar aktivlik indeksi qiymətləri açıqlanacaq.

Page 7: Inforex Weekly#71

Forex -də valyuta məzənnələrinin dinamikasını nə təyin edir?

Valyuta məzənnələrinə təsir baxımından bir çox iqtisadi göstəricilər universal xarakter daşıyır .

Məsələn,ÜDM artımının zəifləməsi və işsizlik səviyyəsinin yüksəlməsi ölkə valyutasının məzənnəsinə mənfi təsir edir. Dollar məzənnəsini proqnozlaşdırmaq üçün maksimum informaisyanı nəzərə almaq lazımdır.Bu ona görə belədir ki,dollar aparıcı dünya valyutasıdır və ona görə də iqtisadi hadisələrə tez reaksiya verir.

Dolların məzənnəsinə ən çox təsir edən hadisələr Amerika iqtisadiyyatındakı vəziyyətdir,ona görə də dollar ABŞ-dakı iqtisadi rəqəmlərə həssasdır. Ayrıca ,dolların məzənnəsinə ABŞ borc bazarında və ipoteka sektorunda vəziyyət güclü təsir edir.

Dolların dinamikasına FRS-in təyin etdiyi faiz dərəcələri ilə bağlı qərar da həmçinin güclü təsir edirAvronun məzənnəsini proqnozlaşdırmaq üçün ilk növbədə Avropa Birliyinin göstəriciləri nəzərə alnmalıdır.Avro çoxmilli valyuta olduğu üçün ayrıca ölkələrə aid olan milli iqtisadi xəbərlər ona az təsir edir.

Avronun məzənnəsinə digər ölkələrin öz qızıl-valyuta rezervləri siyasətinə etdiyi dəyişikliklər təsir edə bilər .

Avro ikinci dünya valyutası olduğu üçün aparıcı dünya banklarının rezervlərində avronun həcminin azaltması və ya artırması avronun bazar məzənnəsinə təsir edə bilər.Həmçinin Avropa ölkələrində investisiya aktivıliyi məzənnəyə təsir edə bilir.Bir qayda olaraq avronun məzənnəsinin qalxması dolların zəifləməsinə səbəb olur.

Avronun tarixinə baxsaq,görərik ki,valyuta 2001-ci ildən indiyə qədər artmaqdadır.2001-ci ildə 0.8225-dən 2008-ci ildə 1.6038-ə qədər artım nümayiş etdirib.Digər valytaların dinamikasını proqnozlaşdırmaq üçün dünya iqtisadiyyatının ümumi göstəricilərini izləmək lazımdır.

Məsələn,funt Böyük Britaniyada iqtisadi vəziyyətə və investisiya aktivliyinə həssasdır.

Yapon yenasına ölkə iqtisadiyyatından başqa,Yaponiya Bankının intervensiyaları təsir edir (Yaponiya ixracat ölkəsi olduğuna görə yenanın məzənnəsini aşağı səviyyədə saxlamağa çalışır və mütəmadi olaraq intervensiyalar edir).

Qızılın və gümüşün məzənnəsini proqnozlaşdırmaq üçün dünya iqtisadiyatının ümumi vəziyyətini qiymətləndirmək lazımdır.Bir qayda olaraq,qiymətli metallar böhran dövründə,vollatilliyin yüksəlməsi zamanı,neftin qiymətinin qalxması zamanı bahalaşır.

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 06

FACEBOOK

Page 8: Inforex Weekly#71

EUR/USD təzyiq altındadır və qiymət 1,3570 səviyyəsindən aşağıda qaldıqca 1,31 və 1,285 ətrafına eniş gözləmək olar.

1,357 səviyyəsinin yuxarı qırılması 1,37 və 1,378 yaxınlığına qalxışa səbəb olacaq. Müqavimətlər və dəstəklər :

1,378 1,37 1,357 1,3272 1,31 1,285 1,266

EURUSD

INFOREX WEEKLY TEXNIKI ANAlİZ07

Texniki analiz: GBP/USD, EUR/USD, USD/JPY, GOLD-XAU/USD

Page 9: Inforex Weekly#71

GBPUSD

GBP/USD təzyiq altındadır və qiymət 1,6995 səviyyəsindən aşağıda qaldıqca 1,645 və 1,62 ətrafına eniş gözləmək olar.

1,6995 səviyyəsinin yuxarı qırılması 1,719 və 1,74 yaxınlığına qalxışa səbəb olacaq. Müqavimətlər və dəstəklər:

1,74 1,719 1,6995 1,6587 1,645 1,62 1,5855

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 08

Page 10: Inforex Weekly#71

USD/JPY cütlüyü buğa istiqamətinə meyllidir,qiymət 100,65 səviyyəsindən yuxarıda qaldıqca 105,45 və 107,5 ətrafına qalxış gözləmək olar.

100,65 dəstəyinin qırılacağı halda 97,7 və 96 ərazisinə eniş gözləmək olar.

Müqavimətlər və dəstəklər :110,65 107,5 105,45 103,752 100,65 97,7 96

USDJPY

INFOREX WEEKLY TEXNIKI ANAlİZ09

Page 11: Inforex Weekly#71

QIZIL

Qızıl diapazon daxilində ticarət aparır,qiymətli metal 1345 müqavimətindən aşağıda qaldıqca 1240 və 1180 səviyyələrinə eniş gözləmək olar.

1345 müqavimətinin yuxarı qırılması 1390 və 1434 ətraflarına qalxışa səbəb olacaq.

Müqavimət və dəstək səviyyələri:

1434 1390 1345 1278,4 1240 1180 1155

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 10

Page 12: Inforex Weekly#71

INFOREX WEEKLY11 DALGA ANALIZI

EUR/USD və GBP/USD üçün nəzərdə saxlana biləcək ticarət strategiyaları

EUR/USD

Müqavimətlər:

Müqavimət 1: 1.3265

Müqavimət 2: 1.3300

Müqavimət 3: 1.3330

Dəstəklər:

Dəstək 1: 1.3185

Dəstək 2: 1.3155

Dəstək 3: 1.3105

Tövsiyyə

Satış 1.3185. Stop 1.3205. Hədəf 1.3155

və ya

Alış 1.3210. stop 1.3190. Hədəf 1.3245

GBP/USD

Müqavimətlər:

Müqavimət 1: 1.6595

Müqavimət 2: 1.6660

Müqavimət 3: 1.6735

Dəstəklər: .Dəstək 1: 1.6540

Dəstək 2: 1.6510

Dəstək 3: 1.6465

Tövsiyyə

Satış 1.6555. stop 1.6575. hədəf 1.6510

Page 13: Inforex Weekly#71

Dalğa + Fibonaççi analizi

EUR/USD

Cütlüyün əldə olunmuş minimumdan meylli dəhlizin yuxarı sərhədinə-34-cü fiqura qalxmağa cəhd edəcəyini gözləmək olar.

Eniş dalğası hədəfləri:

1,3243 – 261,8% -Fibo1,3100

Qalxış dalğası hədəfləri:

1,3321 – 200,0%-Fibo1,3369 – 161,8% -Fibo

GBP/USD

15 iyundan başlanğıcını götürən 5 dalğalı eniş strukturunun 3-cü dalğasının uzanan forma alması və ötən həftənin sonunda başa çatması ehtimal olunur .Bu ehtimala üstünlıük verilərsə,5 dalğalı sistemin başa çatmasından sonra 1,6530 səviyyəsinin yoxlanacağını gözləmək olar.

Eniş dalğası hədəfləri:

1,6531 – 323,6% -Fibo

Qalxış dalğası hədəfləri:

1,6627 – 261,8%-Fibo 1,6724 – 200,0% -Fibo

INFOREX WEEKLY 12DALGA ANALIZI

Page 14: Inforex Weekly#71

INFOREX WEEKLY13 DALGA ANALIZI

USD/JPY

Ötən həftənin sonunda cütlüyün əldə etdiyi maksimum 5 dalğalı sistemin 3-cü dalğasının təpəsi kimi görünür. BU fikrə üstünlük verilərsə,cütlük bu sistemin 4-cü dalğasını formalaşdırma mərhələsinə keçə bilər və 103,40 ətrafına düşə bilər.

Eniş dalğası hədəfləri:

103,24 – 200,0% -Fibo102,96 – 161,8% -Fibo

Qalxış dalğası hədəfləri:

104,13 – 323,6% -Fibo105,00

Page 15: Inforex Weekly#71

XAU/USD

Ortamüddətli gözləmələr dəyişməyib - üfüqi (iv) of [c] of A üçbucağının başa çatmasından sonra qiymətin (v) of [c] of A son dalğası daxilində 1200 ətrafına enişini gözləmək olar. Hazırda e of (iv) qalxış ziqzaqının [B] of e of (iv) eniş korreksiyasının başa çatmasını gözləmək olar.

INFOREX WEEKLY 14DALGA ANALIZI

Dalğa analizi

TREYDERLƏR ÜÇÜN FORUM

Page 16: Inforex Weekly#71

WWW.INFOREX.AZ

InForex Redaktorlar

Məmmədqızı Səbinə

Layihənin rəhbəri Vəliyev İlqar

Dizayner

Moos Vitaliy

Azərbaycanda ilk və tək treyderlər üçün online jurnal