Inforex Weekly#69

12
ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR + N°69 AVQUST 2014 INFOREX PROQNOZ TEXNİKİ ANALİZ 1 2 DALĞA ANALİZİ 12

description

Inforex Weekly#69: treyderler ucun heftelik online Forex icmali

Transcript of Inforex Weekly#69

Page 1: Inforex Weekly#69

ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR +

N°69 AVQUST 2014

INFOREX PROQNOZ

TEXNİKİ ANALİZ1 2 DALĞA

ANALİZİ12

Page 2: Inforex Weekly#69

SƏBİNƏ MƏMMƏDQIZIekspert - analitik

INFOREX WEEKLY TEXNIKI ANAlİZ01

Eur/Usd

Avro/dollar trendin aşağı sərhədində ticartə aparmaqdadır,1.3480 səviyyəsi hazırda trendin yuxarı sərhədi və müqavimət,1.3368-50 isə dəstək zonasıdır,qiymət ötən həftənin minimal səviyyəsini aşağı qıra bilərsə,1.33 və 1.3250 ətrafına eniş gözləyə bilərik.1.3480 müqavimətinin yuxarı qırılması 1.3570 ətrafına qalxışa yol aça bilər.

Page 3: Inforex Weekly#69

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 02

Həftənin əsas hesabatları – Danske Bank

Allan fon Meren bu həftə diqqət mərkəzində olacaq hesabatlar barədə fikirlərini qeyd edir . Bu həftə bir neçə vacib hesabat açıqlanacaq . ABŞ-da pərakəndə satışlar və istehslakçıların inam indeksi hesabatları ölkədə qalxışın yavaş da olsa,əminliklə da-vam etdiyini göstərməlidir.Avropada ÜDM bu həftə açıqlanacaq və biz daxili tələbin artması şəraitində 0.2% artım gözləyirik.Yaponiyada ÜDM 2 ci rüb üçün kəskin eniş nümayiş etdirməlidir.

BANKLARIN ortamüddətli perspektivüçün proqnozlar

«EUR/USD cütlüyünü nə gözləyir? – Commerzbank və OCBC Bank»

EUR/USD tcarət templərinin zəif olması səbəbindən 1.34 ətrafında fırlanır . «EUR-nun perspektivləri Avrozonanın göstəriciləri ilə təyin ediləcək və proqno-zlara görə risklər güclü olmalıdır.EUR-USD cütlüyünün qalxışı 1.3455 səviyyəsi ilə məhdudlaşa bilər, 1.3300/30 səviyyəsi isə güclü dəstək kimi diqqət mərkəzində ola-caq » OCBC Bank analitiki Emmanuel Nq.

Commerzbank analitiki K.Cons ötən həftənin qalxışını şərh edərək bildirir : «Biz RSI -də divergensiya ,şam qrafikində isə çəkic modelinin formalaşdığını müşahidə edirik –bütün bunlar yaxın perspektivdə qalxışdan xəbr verir.Nəzərə alaq ki,qalxış 3 aylıq eniş trendinin keçdiyi 1.3490 səviyyəsi ilə məhdudlaşa bilər».

Morgan Stanley -da əmindirlər ki, EUR/USD -nin enişi daha iri miqyas ala bilər ,onlar qeyyd edirlər ki,avroya dəstək olan stoplar artıq sıradan çıxmaqdadır.

«Bizim proqnozumuza görə avro/dollar ilin sonunda 1.31 səviyyəsində ticarət apa-racaq və eniş 2015-ci ilin ortalarına qədər davam edəcək,bu tarixdə qiymət 1.24 ətrafında olacaq,» - MS proqnozlaşdırır. Qısamüddətli perspektivdə, MS cütlüyün istənilən sıçrayışını satışların artırılması üçün istifadə etməyi tövsiyyə edir,bankın fikrincə stop-satışlar 1.3480 səviyyəsində, stop 1.3580 ,hədəf 1.31 olmaqla yerləşdirilməlidir.

Dolların diskreditasiyası:İlk addımlar

Analitiklərin müşahidəsinə görə,son vaxtlar Rusiya,öz xarici ticarətindən dolların çıxarılması üçün plan reallaşdırır.Bu yolda aparılan işlərin əsas nəticələrindən biri kimi, “Qazprom”un müştərilərlə hesabatlarda avro və yuandan istifadə etməsini nümunə göstərmək olar. Bundan başqa Böyük Britaniya və Çin birbaşa valyuta svopların ekçmək barədə razılaşma imzalayırlar,NATO-ya birbaşa üzv olan Türkiyə isə dedollarizasiya barədə danışır.Bu fonda İsveçrə də valyuta svopları barədə razılaşmaya qoşulur.Mərkəzi Banklar arasında bu iş tam ciddi aparılır,belə ki,hazırda ticarətlərin 75%-i dollarla aparılırsa,yeni razılaşma bu vəziyyətin dəyişməsini və Amerika dollarının ticarət dövriyyəsindən sıxışdırılmasını nəzərdə tutur.

Page 4: Inforex Weekly#69

INFOREX WEEKLY TEXNIKI ANAlİZ03

TREYDERLƏR ÜÇÜN FORUM

Avro uzunmüddətli eniş riskləri ilə üzbəüzdür

Ötən həftə qeyd edilən texniki sıçrayış bu həftə avrozonanın neqativ iqtisadi rəqəmləri fonunda neytrallaşa bilər.İnfliyasiya artımının olmaması ,istehlak xərclərinin azalması deflyasiya ehtimalını gücləndirir.Əgər cümə günü məlum olacaq -0.6% roqnozlaşdırılan aylıq istehlak infliyasiyası özünü doğruldarsa cütlüyə eniş təzyiqini gücləndirəcək və 1.3300 ətrafına enişi təmin edəcək.

Bazar əvvəlki kimi hesab edir ki ,AMB radikal addımlara başlayacaq və ABŞ QE -nin analoqu olan TLTRO proqramına başlayacaq.Hadisələrin bu cür inkişafı avronun tək dollar deyil,bütün əsas valyutalar qarşısında enişini təmin edəcək.

Page 5: Inforex Weekly#69

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 04

XAU/USD:

Yeni həftə qızıl üçün ayı həftəsi ola bilər.Yaxın şərqdə geosiyasi risklər 10 illik Amerika qiymətli kağızlarının gəlirliliyininn azalmasına yönələcək ,bu da ayı risklərini gücləndirəcək.

Nzərə almaq lazımdır ki,dolların texniki korreksiyası o qədər uzunmüddətli olmayacaq,bu da qızıla əlavə təzyiq göstərəcək.Bununlz əlaqədar olaraq 1325 və 1345 ətrafından ,hədəf 128 olmaqla satışlar üstünlük ola bilər.

Həftəlik analiz 11 avqust – 15 avqust:

Həftəlik icmal 4 – 8 avqust Başa çatan həftə narahatlığı ilə yadda qaldı.Geosiyasi risklər makroiqtisasiyyatı ikinci plana ataraq bazarın dinamikasın təyin etdi.Rusiya ona sanksiya tətbiq edən ölkələrin ixrac etdiyi malların ölkəyə gətirilməsinə qadağalar qoydu.Avropa mümkün zərəri hesablamağa çalışdı.Gözlənildiyi kimi Avropa fond indeksləri həftəni “qırmızı zonada “ başa çatdırdılar ». valyuta bazarında Avro/dollar 1,3332 ətrafında minimum təyin etdi,amma həftənin sonunda gəlirlərin fiksasiyası fonunda 1,3410 ətrafına qalxa bildi.Ümumiyyətlə,optimizm üçün əsas hələ ki,azdır,çünki AB ölkələri və Rusiya arasında qarşılıqlı sanksiyalar region iqtisadiyyatında öz mənfi əksini tapacaq,amma M.Draqi kütləvi zəiflədilmə proqramının tətbiq olunacağı barədə danışmaqla,vəziyyətin stabilləşəcəyinə dair ümidlər yaratdı. Həftə Avstraliya dolları üçün də çox yaxşı keçmədi və o 2 aylıq minimumlara düşdü.RBA-nın monetar siyasətlə bağlı qərarı ,müşaiyət edici şərhlər kimi sürprizlə qarşılanmadı.

Həftəlik proqnoz 11 - 15 avqust Valyuta bazarı

Britaniya funtu üçün bu həftə çox vacibdir. İlk olaraq ölkənin əmək bazarındakı vəziyyət diqqət mərkəzində ola-caq və burada nəinki işsizlik səviyyəsi ,eyni zamanda orta əmək haqqı rəqəmləri də izlənəcək.Onun templərinin güclənməsi MPC -nin yaxın zamanda faiz dərəcələrinə yenidən baxacağı barədə sualı ortaya qoyacaq. Vaciblik şkalasına görə ikinci xəbər İngiltərə Bakının infliyasiya hesabatı və M.Karninin çıxışıdır.Şübhə yoxdur ki,bazar bu məlumatlarda requlyatorun monetar siyasətdə ola biləcək dəyişikliklər barədə olan şərhlərini izləyəcək.MB to-nunu aqressivləşdirərsə, GBP/USD 1,6900 ilkin hədəfinə qalxa bilər. Ümumi avropa valyutası da kifayət qədər aktiv dinamika göstərə bilər . EUR/USD cütlüyünün məzənnəsinə Almaniyada ZEW göstəricisi güclü təsir edəcək.Hesabat proqnozlara yaxın olarsa ,bu ciddi sarsıntı yarada bilər.Bundan başqa 14 avqustda Almaniyada və Av-rozonada iqtisadi qalxış templəri rəqəmləri açıqlanacaq .Neqativ rəqəmlər cütlükdə bədbin əhvalı gücləndirərək 1,3330 səviyyəsinə enişə səbəb ola bilər ki,buradan aşağıda qırılma 1,3300 ətrafına yol açacaq.

Page 6: Inforex Weekly#69

INFOREX WEEKLY TEXNIKI ANAlİZ05

EUR/USD ortamüddətli periodda 1,357 səviyyəsindən aşağıda qaldıqca enişə meylli olacaq , 1,33 , 1,31 ətrafları eniş hədəfləri kimi götürülə bilər.

1,37 səviyyəsinin yuxarı qırılması 1,37 və 1,378 ətrafına yol açacaq.

Vacib dəstək və müqavimətlər: 1,378 1,37 1,3408 1,33 1,31 1,285

EURUSD

Page 7: Inforex Weekly#69

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 06

GBPUSD

GBP/USD cütlüyü ortamüddətli periodda qalxışa meylli olacaq və qiymət 1,665 səviyəsindən yuxarıda qaldıqca 1,719 və 1,74 ətrafına qalxış mümkündür.

1,665 səviyyəsinin aşağı qırılması 1,645 və 1,62 ətrafına enişə yol açacaq.

Dəstək və müqavimətlər:1,77 1,74 1,719 1,6799 1,665 1,645 1,62

Page 8: Inforex Weekly#69

INFOREX WEEKLY TEXNIKI ANAlİZ07

USD/JPY ortamüddətli periodda 100,65 səviyyəsindən yuxarıda qaldıqca buğa istiqamətli olacaq və 103,7 , 105,45 ətrafına qalxış gözləmək olar.

100,65 səviyyəsinin aşağı qırılması 97,7 və 96 yaxınlığına enişə yol açacaq.

Vacib dəstək və müqavimətlər:107,5 105,45 103,7 102,835 100,65 97,7 96

USDJPY

Page 9: Inforex Weekly#69

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 08

NZD/USD və EUR/JPY: Texniki baxış Cütlük 200-günlük SMA -dan yuxarıdadır və hazırda qalxış hərəkətinin 0.8620-0.8640 səviyyəsinə istiqamətlənəcəyi ehtimalı gündəmdədir .Cütlüyün buradan yuxarıda möhkəmlənməsi 0.8845 ətrafına qalxışa yol açacaq. Eyni zamanda trendin 0.8620-0.8640 ətrafından dönüşü 0.8400 dəstəyinə yol açacaq

Cütlük eniş klini daxilində enişi davam etdirib və 136.20 dəstəyindən aşağıda möhkəmlnməyə çalışıb,amma bu hələ ki,uğurlu olmayıb ,eyni zamanda MACD-da divergensiyanın formalaşmasını müşahidə edirik,bu klin-in yuxarı sərhədindən sıçrama ola biləcəyini və 139.90-140.00 ətrafına qalxış ehtimalını gücləndirir.140.00 səviyyəsinin yuxarı qırılması 142.50 ətrafına qalxışa səbəb olacaq.

Page 10: Inforex Weekly#69

Dalğa analizi EUR/USD, GBP/USD, USD/CHF , USD/JPY 2014-cü il avqust ayı üçün

EUR/USD

[Mümkün sıralamalardan birinə görə (E) of [B] eniş dalğası inkişaf edir,bu dalğa ikiqat kombinasiya şəklini ala bilər.

INFOREX WEEKLY 12DALGA ANALIZI

GBP/USD

(B) meylli üçbucağının D of (B) qalxış ziqzaqının başa çatması ehtimal olunur. İnkişaf edən E of (B) son eniş dalğası uzanan üfüqi forma ala bilər.

Page 11: Inforex Weekly#69

USD/CHF

Mümkün variantlardan biri E of (4) son eniş dalğasının yaranmasını ehtimal edir.BU dalğa ikiqat ziqzaq formasına düşə bilər.

USD/JPY

4 of (A) uzanan koreksiyasının inkişaf etməsi ehtimal olunur. Bu halda onun ardınca qiymətin 5 of (A) dalğası daxilində sıçrayışını gözləmək lazımdır. [d] of 4 of (A) Qalxış ziqzaqı inkişaf edir.

INFOREX WEEKLY 14DALGA ANALIZI

Page 12: Inforex Weekly#69

WWW.INFOREX.AZ

InForex Redaktorlar

Məmmədqızı Səbinə

Layihənin rəhbəri Vəliyev İlqar

Dizayner

Moos Vitaliy

Azərbaycanda ilk və tək treyderlər üçün online jurnal