Inforex Weekly#109

8
ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR + N°109 APREL 2015 INFOREX PROQNOZ TEXNİKİ ANALİZ 1 2 DALĞA ANALİZİ 6

description

Inforex Weekly#109: treyderler ucun heftelik online Forex icmali

Transcript of Inforex Weekly#109

Page 1: Inforex Weekly#109

ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR +

N°109 APREL 2015

INFOREX PROQNOZ

TEXNİKİ ANALİZ1 2 DALĞA

ANALİZİ6

Page 2: Inforex Weekly#109

SƏBİNƏ MƏMMƏDQIZIekspert - analitik

Avrodollara problemlər 1.14 səviyyəsindən yuxarıda əminliklə qalmağa imkan vermir.Buğa istiqamətli hərəkət üçün 1.1480 səviyyəsindən yuxarıda möhkəmlənmək lazımdır.D qrafikində ikiqat dibə bənzəyən model formalaşdığını görürük və əgər buğalar deyilən müqavimətdən yuxarı qalxmağa nail olarlarsa,bu model təstiq olunacaq ,bu halda göstərilən hədəflərə qalxış gözləyəcəyik.Enişin bərpa olunması üçün 1.14 fiurundan aşağıda ayılar öz mövqelərini möhkəmləndirməlidirlər.

INFOREX WEEKLY TEXNIKI ANAlİZ1

Page 3: Inforex Weekly#109

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 2

Bəhanələr tapmaqda usta olan,çətin ki başqa bir sahədə usta ola bilər

Əgər siz Forexlə ciddi məşğul olmağı arşınıza məqsəd qoyursunuzsa,vaxtım yoxdur,başlamaq üçün vəsaitim yoxdur,bura çox rikslidir,bura çox müəkkəbdir kimi bəhanələr tapmaq kimi xüsusiyyətdən tamamilə qurtulmalısınız.

Bəzi treyderlər,vaxtlarının əsas hissəsini qrafiklər qarşısında keçirir ,bu həm əsəblərin gərginləşməsinə,həm də vaxt itkisinə səbəb olur.Bunun baş verməməsi üçün limit orderlərdən istifadə edə və ya başqa qısamüddətli strategiyaya keçə bilərsiniz.

Bunun üçün çoxlu pul lazımdır deyən həvəssiz treyderlər əvvəlcə demo hesabda öz təcrübələrini artıra ,sonra isə kiçik depozitlə bazara daxil ola bilərlər.Ümumiyyətlə,kiçik depoziti qoruyub saxlaya bilməyənlər böyük depoziti də qoruya və artıra bilməyəcəklər.

Forex qazanc əldə etmək üçün olduqca riskli bir sahədir və bunu hamımız bilirik.Amma istənilən biznes növündə risk mövcuddur və ticarət planına,nizam-intizama əməl etməklə bu riski azaltma sizin öz əlinizdədir.

Bəhanələrdən azad olmaq və uğurlu ticarətlər arzusu ilə.

Page 4: Inforex Weekly#109

INFOREX WEEKLYTEXNIKI ANAlİZ3

Mario Draqi optimistliyindən qalmır

Cümə axşamı axşam saatlarında M.Draqi çıxış etdi.Aydın məsələdir ki,o Avropa MB-nın mübarizə alətlərinin mükəmməl olmadığına görə gileyləndi və döşəməyə dirənmiş aşağı faiz dərəcələri şəraitində özünün “yeni “ adlandırdığı,amma tarix boyu bir neçə dəfə özünü doğrutlmuş kütləvi zəiflədilmədən başqa şey olmayan QE-ni tətbiq etməyə məcbur olduğunu bildirdi.Amma miqyas bu dəfə o birilər qədər deyildi...Özünü və apardığı monetar siyasəti təmizə çıxarmağa çalışan Draqi bir neçə diaqramdan ibarət gözləmələrini təqdim etdi ,bu gözləmələr özünü doğrulda da,doğrultmaya da bilər.Draqi qəsdən vurğuladı ki,Avrop MB -nın 2014 proqnozlarını doğru olub və bu il də bank sükanı möhkəm saxlayır.

Fitch Avropa banklarının kredit reytinqini kütləvi azaltmağı plannlaşdırır

Handelsblatt bildirir ki,Fitch reytinq agentliyi Deutsche Bank və Commerzbank dax-il olmaqla əksər Avropa banklarının retinqini azaltmaq istəyir. Verilən məlumatlara görə Fitch böhran halında dövlət dəstəyi ehtimalını qiymətləndirdikdən sonra reytini 1-4 səviyyə aşağı sala bilər. ”Əgər Deutsche Bank kiçik azalmaya məruz qalarsa,Commerzbank daha çox zərər görə bilər” -, Handelsblatt.

ortamüddətli perspektivüçün proqnozlar

Credit Agricole: həftənin icmalı

Bu həftə ABŞ-da CPİ rəqəmləri bizi təəccübləndirə bilər,aprel iclasının protokolları isə son vaxtlar dərc olunan rəqəmlərin FRS proqnozlarına neqativ təsir etməyədiyini əks etdirəcək.Əmtəə aktivlərinin stabil dinamikası avstraliya ,yeni zellandiya dollarına dəstək verəcək.Avrodollar dönüşə yaxındır,keçilməz yunan problemləri və AMB-nin geni həcmli stimullaşr proqramı əvvəl-axır öz işini görəcək.Avropa bu həftə bir sıra inam və əhval-ruhiyyə indikatorlarını təqdim edəcək.Böyük Britaniyada CPİ in-deksi açıqlanacaq və bu da funtun qalxış dinamikasının möhkəmliyini yoxlayacaq.Ortamüddətli periodda Britaniya valyutasının perspektivləri pozitiv görünür.Diqqət mərkəzində Avro – işgüzar aktivliyin aşağı düşmə əlamətləri meydana çıxa bilər. Dollar – Zəif CPI rəqəmləri dollara təzyii artıra bilər.Mənfi dinamika iymətdə nisbətən əksini tapıb,ona görə də əgər FRS konstruktiv pronoz saxlayarsa amerika valyutasının enişi dayandıracağını gözləmək olar. Funt– qalxışdan sonra stabilləşməlidir.

Morgan Stanley: həftə ərzində əsas valyutalarda gözlənilən dinamikalara dair qeydlər

Dollar.Taktiki korreksiya davam edir.Əsas trend -UP Amerika statistikası təəccübləndirməkdə davam edir.Əsas zəiflik məşğuuluq və pərakəndə satış hesabatlarında müşahidə olunub.Bu həftə dərc olunacaq Amerika statistikası fonun-da taktiki korreksiya davam edə bilər.Amma bizim iqtisadçılar infliyasiyanın artıma başlaya biləcəyini istisna etmirlər.Bu da dollara gücümnü qaytara bilər.FOMC iclas protokollarını və İstehlak qiymətləri İndeksini izləmək lazımdır. Avro.Taktiki planda alxış korreksiyasına davam edə bilər.Əsas trend enişdir.Biz avronun yaxın həftələrdə qalxışının davam edəcəyini görürük 1.1500 və nisbətən yuxarı səviyyələr əlçatan zirvələrdir.Bir neçə həftədən sonra avronun enişi bərpa edəcəyini düşünürük.Funt sterlinq .Avro/funtda satışları artması.Əsas trend neytral Biznes sektorun konserva-tiv partiyanı dəstəkləməsi funta dəstək verib.Xidmət sektoru rəqəmlərinin pozitivliyi Böyük Britniyada iqtisadi yüksəlişdən xəbər verib.Yaxın vaxtda sterlinin dinamikası faiz dərəcələrinin artırılma gözləmələrini özündə əks etdirməlidir.

BANKLARIN

Page 5: Inforex Weekly#109

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 4

Nomura: Avrodollar paritet görməyəcək

Nomura avronun həm rezerv valyuta statusunu alması ,həm də bunun valyutanın dinamikasına necə təsur edə biləcəyi barədə fikirlərini bölüşür. Bank avronun paritetə düşəcəyini heç vaxt proqnozlaşdırmayıb,o bunun üçün FRS-in monetar siyasəti sərtləşdirməsini şərt kimi görür,bu isə belə görünür ki,yaxın vaxtda həll olu-na biləcək bir məsələ deyil.

Avrozona iqtisadiyyatının inkişafına nə mane olur?

The Wall Street Journal avrozonada iqtisadi inkişafa mane olan 5 faktoru açıqlayıb.Yüksək borc yükü. Bir neçə onillik sərt iqtisadiyyat dövrünə baxmayaraq çox ölkələrin dövlət borcları artmaqdadır və rekord səviyyəyə çatmağa az qalıb. Yüksək işsizlik səviyyəsi. Avropa Komissiyasının açıqlamasına görə işsizlik səviyyəsi uzun zamandır ki,yolverilməyən həddədir,düzdür qısamüddətli iqtisadi stimullar yeni iş yerlərinin yaradılmasına yol açırsa da,uzunmüddətli perspektivdə işdən azad eilmələr daha yüksək səviyyədədir.Bu ,ən çox İtaliyada müşahidə olunur.

Azalmış imkanlar. İnvestisiya qoyulmalarının həm kommersiya,həm də dövlət layihələrində azalması Avrozonanın köhnəlmiş infrastrukturda qalmasına səbəb olub.Bu,istehsalın yaxın illərdə artması üçün əsas problemdir. İşçi qüvvəsinin yaşlanması. Avrozonanın hazırki problemi —bütün işsizlərin işlə təmin olunmasıdır.Avropa ocalır,doğumların sayı azalır,bu da əmək qabiliyyətli əhalinin azalmasına gətirir. Qaynar nöqtələr. Yunanıstanla kreditorlar arasında qarşıdurma ya defolt elan edilməsi,ya da ölknin zonadan çıxması ilə nəticələnəcək.Avropa ilə rusiyanın pisləşmiş münasibətləri ,qarşılıqlı sanksiyalar iqtisadi inkişafa mane olur.Şimali Afrika və Yaxın Şərqdəki hadisələr də Avropaya xeyir gətirmir.

EURUSD -1.1217 səviyyəsinə istiqamətlənmiş korreksiya mümkündür

Bollincerin yuxarı sərhədi (1.1571) işlənməmiş hədəf kimi görünür.Amma eyni zamanda ADX-də ayı təzyiqinin artması və ossiylatorda yüngül divergensiya əlamətləri müşahidə olunur.Ola bilsin ki,əvvəlki orta xəttə (1.1122) korreksiya baş verər, sonra isə buğalar 1.1571 səviyyəsini yenidən yoxlayarlar.

Trendin hansı istiqamətə hərəkət potensialı güclüdür?

Page 6: Inforex Weekly#109

INFOREX WEEKLY TEXNIKI ANAlİZ5

-- Bilirik ki,ticarət strategiyasız bazarda qazanmaq və işləmək çətindir və bəzən bazarda baş verən hərəkətlərə nəzər salanda giriş nöqtəsinin tapılmasının nə qədər çətin olduğunu görmək olur.Bu zaman köməyə MEG-ATREND ticarət strategiyası gəlir.Bu strategiya kifayət qədər asandır və burada MA ilə CCİ indikatoru istifadə edilir.Ticarət siqnalları həm 1 saatlıq ,həm də 4 saatlıq qrafiklərdə alınır.İşlək qrafik sahəsini belə qurmaq lazımdır:1.H və ya H4 zaman intervalını seçirik.2.Qrafikə 16 periodlu eksponsial MA və 100 parametrli sadə MA əlavə edirik.3.Biri 3 periodlu,digəri 13 periodlu CCİ əlavə edirik və +100 ,-100 səviyyələrini təyin edirik.

Bu strategiyanın xüsusiyyəti bundan ibarətdir ki,orderin açılma imkanının yaranmasından əvvəl xəbərdarlıq siqnalı yaranır.

Satış siqnalı

1.satış orderinə xərəbdarlıq siqnalı eksponsial MA-nın sadə MA-nı yuxarıdan aşağı kəsməsidir.2.İkinci xəbərdarlı siqnalı 13 parametrli CCİ-n+100 səviyəsinə dəyib qayıtması götürülür.3.Sonra biz 3 periodlu CCİ-n -100 səviyyəsinə toxunub qayıtmağını gözləyirik,bu da orderin açılması üçün siqnal olacaq.4.Orderi açırı,take profit və stop-loss 200 punkt təyin edirik və baş verənləri izləyirik.Ola bilsin ki,CCİ-lar yeni siqnallar yaradar. Əgər order bağlanmamış CCİ-lar yeni siqnallar yaradarsa,depozitimizin dözmə səviyyəsini qiymətləndirərək əlavə order aça və ya take-profiti bazarın hərəkət istiqamətində daha 200 punkt irəli çəkə bilərik.

MEGATREND STRATEGIYASI

Page 7: Inforex Weekly#109

INFOREX WEEKLYDALGA ANAlİZI

Dalğa analizi EUR/USD

Eur/usd

(2) of [С] daxilindəki uzanma hələ tam başa çatmadığı üçün yaxın zamanda lokal maksimumun yenilənməsini görə bilərik.

6

Page 8: Inforex Weekly#109

INFOREX WEEKLYDALĞA ANAlİZİ

WWW.INFOREX.AZ

InForex Redaktorlar

Məmmədqızı Səbinə

Layihənin rəhbəri Vəliyev İlqar

Dizayner

Moos Vitaliy

Azərbaycanda ilk və tək treyderlər üçün online jurnal