Inforex Weekly#110

10
ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR + N°110 MAY 2015 INFOREX PROQNOZ TEXNİKİ ANALİZ 1 2 DALĞA ANALİZİ 8

description

Inforex Weekly#110: treyderler ucun heftelik online Forex icmali

Transcript of Inforex Weekly#110

Page 1: Inforex Weekly#110

ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR +

N°110 MAY 2015

INFOREX PROQNOZ

TEXNİKİ ANALİZ1 2 DALĞA

ANALİZİ8

Page 2: Inforex Weekly#110

SƏBİNƏ MƏMMƏDQIZIekspert - analitik

EURUSD ötən həftə kəskin düşdü - Yunanıstanın borcu ilə bağlı qorxular və zəif Avrozona göstəriciləri öz işini gördü. 1.09 səviyyəsi izlənilən dəstək səviyyəsidir və buradan aşağı möhkəmlənmə 2-ci rübdə enişin davam edəcəyi ehtimalını gücləndirəcək. Gözəçarpan müqavimət kimi 1.1264 və 1.1470 müşahidə olunur.

INFOREX WEEKLY TEXNIKI ANAlİZ1

Page 3: Inforex Weekly#110

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 2

MAVLET BAGIYEVekspert - analitik

Page 4: Inforex Weekly#110

INFOREX WEEKLYTEXNIKI ANAlİZ3

Çalışmaq,çalışmaq,yenə də çalışmaq-bu qaydanı FOREX-də unudun

Mən heç kimin ürəyini qırmaq istəməzdim,amma maaliyyə bazarları üçün sizin uzun müddət qrafiklər üzərində çalışmağınızın heç bir əhəmiyyəti yoxdur.Günün 24 saatını qrafik qarşısında keçirərək sosial həyatdan uzaqlaşmağın sonunda sizi milyonçuya çevirəcəyinə olan əminlik sizdə formalaşıbsa,təcili bu qaydanın üzərindən xətt çəkməlisiniz.Düzdür, bazarda bəzi stereotiplər özünü doğruldur,amma elə miflər də vardır ki,onları özünüzə yaxın buraxmamağınız məsləhətdir.Heç də istisna deyil ki,sizdən yaxşı treyder çıxacaq və siz treydinqi həyatınızın əsas işinə çevirəcəksiniz.Amma bunun üçün sutkalarla qrafik qarşısında oturmağa və qrafikləri izləməyə ehtiyac yoxdur.

Treydinqdə uğur qazanmaq üçün siz öz bacarıqlarınızı və ustalığınızı inkişaf etdirməlisiniz.Bu o deməkdir ki,siz idarə etməyə qadir olmadığınız qrafikləri izləməli deyil,gücünüz çatan şeylər üzərində işləməlisiniz və nəyə qadir olduğunuzu aşkara çıxarmalısınız.Bunun üçün ticarət jurnalından başlaya və açdığınız orderləri analiz edə,nəyi yaxşı ,nəyi zəif etdiyinizi öyrənə bilərsiniz.

Unutmayaq ki,treydinq teatr sənətinə oxşardır:Uğur ustalıq və istedadın harmonik birləşməsi fonunda yaranır.Hər bir treyderin tarixi özünəməxsusdur və qoy sizin də treyderlik fəaliyyətiniz xoşbəxt davamla müşaiyət ol-unsun.

Page 5: Inforex Weekly#110

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 4

Morgan Stanley texniki proqnozları

Dollar: Qalxış trendi. Biz hesab edirik ki,USD-nin korreksiyası başa çatmaq üzrədir.BU dolların güclənməsi yox,avronun zəifləməsi səbəbindəndir.

Avro: Dönüş yaxınlaşır. Biz hesab edirik ki,istiqrazların gəlirliyi narahatlı üçün səbəb yaradır ,avrozonadakı qalxış isə impulsunu zəiflədir,bu da avroda dönüşə gətirə bilər.

Funt: EURGBP-də satışlar.Neytral trend. Biz hesab edirik ki,funt avroya nəzərən dəstək alır,dollarda qalxış trendinin bərpa olunması isə GBPUSD u satmağı əlverişli edir.yeni hökumətin addımları bazarın diqətindədir.

ortamüddətli perspektivüçün proqnozlar

Citigroup EUR/GBP-da satışları tövsiyyə edir

Citigroup EUR/GBP cütlüyünün 8% aşağı düşərək 0.65 səviyyəsini yoxlayacağını gözləyir və ilk hədəf 0.7014 olmaqla satış açmağı tövsiyyə edir.

BANKLARIN

M.Draqi bazarın fikrini hesaba almayaraq QE-ni davam etdirir

Avropa MB prezidenti M.Draqi BVF ştabında çıxışı zamanı bildirib ki,bazarın necə reaksiya verməsindən asılı olmayaraq “hədəf əldə olunana qədər nə qədər lazım olsa ,o qədər müddət” QE-ni davam etdirəcək.O həmçinin əksəriyyətin skeptik proqnozlarına baxmayaraq proqramın artıq yaxşı nəticə verdiyini qeyd edib. Demək lazımdır ki,ekspertlər son aylarda bildirirlər ki,kütləvi zəiflədilmə proqramının effekti istiqrazlarda,fond indekslərində itirmək üzrədir.Harada bu proqram həyata keçirilibsə,ardınca likvidlik problemi yaranıb,bu ilk növbədə Yaponiyaya aiddir,amma ABŞ-da da böyük məbləğlə ticarət aparmaq çətinləşib.Avrozona borc bazarında likvidliyin azalması barədə artıq maaliyyə institutları məlumat yayıblar.

Qrafikdə qızıl nöqtələri necə tapmaq lazımdır?

Bəzi ticarət sistemlərində iş prinsipi qızıl nöqtələrin tapılmasına əsaslanır. Forexdə belə bir ifadə var: Kim ki,trend xəttinin qırılmasında order açır,onun gəlir əldə etmə ehtimalı 50:50 dir.Qızıl nöqtələri tapıb order açan isə hərəkətin 100%ni əldə etməyə qadir olur

Page 6: Inforex Weekly#110

INFOREX WEEKLY TEXNIKI ANAlİZ5

Həftə ərzində Bollincer konverti daxilində ticarətlər davam edə bilər (64.29-68.25). Ümumi dinamika enişə meyl-lidir, amma 64.29 dəstəyinin davam gətirməsi 68.25 səviyyəsinə sapmaya gətirəcək.

“Brent” eurusd və qızıl, Trendin hansı istiqamətdə inkişaf potensialı güclüdür?

EURUSD: 1.1390 səviyyəsi işlənmədən əvvəl ayılar Bollincerin aşağı xəttinə istiqamətlənə bilərlər (1.0890).

Page 7: Inforex Weekly#110

Qızıl: 1170.63-1225.46 lokal fleti daxilində ticarət gözlənilir.

Həftənin əsas hadisələri

Yeni Zellandiya ticarət balansı, ABŞ-da uzunmüddətli məhsul sifarişləri, Almaniya və Yaponiya istehlak qiymətləri indeksi, ABŞ və Kanada ÜDM rəqəmləri.

Çərşənbə axşamı az miqqdarda rəqəmlər açıqlanacaq. ABŞ işgüzar aktivlik indeksi,daşınmaz əmlak qiymətləri indeksini dərc edəcək. Çərşənbə FRS üzvü Lekerin çıxışı ilə başlayacaq, UBS istehlak aktivliyi indikatorunu təqdim edəcək, Almaniya isə GfK rəqəmlərini açıqlayacaq. Kanada Bankı faiz dərəcələrini açıqlayacaq.Cümə axşamı həftənin ən informativ günü olacaq. Britaniya BBA İpoteka kreditləşməsi barədə rəqəmlər açıqlayacaq. ABŞ başa çatmamış ev satışı müqavilələrinin sayını bildirəcək. Cümə günü az rəqəmlər açıqlanacaq. Əvvəlcə Avstraliya yeni ev satışlarını açıqlayacaqsonra KOF rəqəmləri açıqlanacaq, Böyük Britaniya ÜDM hesabatı açıqlanacaq. Axşam saatlarında ABŞ Çikaqo menecerlərinin təchizat və Reuters/Michigan istehlkaçıların inam indeksini dərc edəcək. istehlak qiymətləri indeksi, ABŞ və Kanada ÜDM rəqəmləri.Çərşənbə axşamı az miqqdarda rəqəmlər açıqlanacaq. ABŞ işgüzar aktivlik indeksi, daşınmaz əmlak qiymətləri indeksini dərc edəcək. Çərşənbə FRS üzvü Lekerin çıxışı ilə başlayacaq, UBS istehlak aktivliyi indikatorunu təqdim edəcək, Almaniya isə GfK rəqəmlərini açıqlayacaq.Kanada Bankı faiz dərəcələrini açıqlayacaq.Cümə axşamı həftənin ən informativ günü olacaq. Britaniya BBA İpoteka kreditləşməsi barədə rəqəmlər açıqlayacaq. ABŞ başa çatmamış ev satışı müqavilələrinin sayını bildirəcək. Cümə günü az rəəmlər açıqlanacaq. Əvvəlcə Avstraliya yeni ev satışlarını açıqlayacaqsonra KOF rəqəmləri açıqlanacaq, Böyük Britaniya ÜDM hesabatı açıqlanacaq. Axşam saatlarında ABŞ Çikaqo menecerlərinin təchizat və Reuters/Michigan istehlkaçıların inam indeksini dərc edəcək.

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 6

Page 8: Inforex Weekly#110

Binar opsionlarda istifadə olunan 1-2-3 və ya 3 şam strategiyası

1-2-3 strategiyası bir neçə 10 illik müddətində istifadə olunan strategiyadır və mükəmməl strategiya kimi tanınır. O elementar 3 nöqtəli patternə əsaslanır. Giriş nöqtəsi ikinci nöqtənin yaratdığı müqavimət və dəstək səviyyələrindən birinin qırılmasına əsaslanır. Kifayət qədər sadə və gəlirli strategiya olduğu üçün yeni başlayanlar üçün idealdır.

“Pattern 1-2-3” strategiyası üzrə ticarət alqoritmi:

1. 1, 2, 3 nöqtələri yaranan kimi 2 nöqtəsindən yuxarıda Buy Stop və ya aşağıda Sell Stop orderi yerləşdirilir.

2. Stop Loss satışda 1 nöqtəsindən yuxarıda, alışda aşağıda təyin edilməlidir. Qiymətin lazımi istiqamətdə getdiyi halda stop 3 nöqtəsinə sürüşdürülməlidir.

3.Minimal Take Profit 1 və 2 nöqtələri arasındakı məsafə qədər götürülməlidir. Maksimal T/P həcmi Fibonaççi genişlənməsi tətbiq edilməklə hesablana bilər. (1-2 nöqtələrindən 1,68% və ya 2,68% ).

INFOREX WEEKLY TEXNIKI ANAlİZ7

Page 9: Inforex Weekly#110

INFOREX WEEKLYDALGA ANAlİZI

Dalğa analizi EUR/USD, GBP/USDEUR/USD

(3) of [C] dalğası daxilində eniş dinamikası inkişaf edir. Bu impuls daxilində [iii] of 1 of (3) uzanması formalaşır.Yaxın zamanda enişin davamı gözlənilir.

8

GBP/USD

(3) of [3] daxilində eniş güclənir və bu dalğa daxilində [iii] of 1 of (3) uzanması müşahidə olunur. Enişin davam etməsi mümkündür.

Page 10: Inforex Weekly#110

INFOREX WEEKLYDALĞA ANAlİZİ

WWW.INFOREX.AZ

InForex Redaktorlar

Məmmədqızı Səbinə

Layihənin rəhbəri Vəliyev İlqar

Dizayner

Moos Vitaliy

Azərbaycanda ilk və tək treyderlər üçün online jurnal