Inforex Weekly#95

10
ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR + N°95 FEVRAL 2015 INFOREX PROQNOZ TEXNİKİ ANALİZ 1 2 YAPON ŞAMLARI 7

description

Inforex Weekly#95: treyderler ucun heftelik pulsuz onine Forex icmali

Transcript of Inforex Weekly#95

Page 1: Inforex Weekly#95

ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR +

N°95 FEVRAL 2015

INFOREX PROQNOZ

TEXNİKİ ANALİZ1 2 YAPON

ŞAMLARI7

Page 2: Inforex Weekly#95

SƏBİNƏ MƏMMƏDQIZIekspert - analitik

INFOREX WEEKLY TEXNIKI ANAlİZ01

Avro/dollar fundamental fonda iri eniş trendinin aşağı sərhədini əldə edib.Həftə iqtisadi statistika ilə elə də zəngin deyil. Əsasən ABŞ -da büdcə balansı,İngiltərə bankının infliyasiya hesabatları diqqət mərkəzində olacaq.Yunanıstan məsələsi ilə bağlı şərhlər də vəziyyətə müəyyən təsir edə bilər. Trendin aşağı sərhədinin işlənməsini gözləmək olar. Dəstəklər 1.1270-50,1.1160,müqavimətlər 1.14 və 1.1520 ətrafındadır.

Page 3: Inforex Weekly#95

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 02

BNP Paribas avro/dollarda şortlara üstünlük verir

BNP Paribas analitkləri qeyd edirlər ki,dollar üçün əlverişli olan məşğulluq hesabatı onların gözləmələrinə uyğun olub və bank hazırda cütlüyün qalxışını korreksiya qiymətləndirir.BNP Paribas satışları $1.1450 ətrafında ,stop $1.1620 hədəf $1.08 olmaqla yeniləməyi tövsiyyə edir.

BANKLARIN ortamüddətli perspektivüçün proqnozlar

Deutsche Bank bu həftə dolları frank qarşısında almağı məsləhət görür

Deutsche Bank həftəlik icmalda tövsiyyə edir ki,investorlar dolların frank qarşısında alışına nəzərə salmalıdırlar.”Bazar hələ SNB-nin qərarından özünə gəlməyib və bu da kapitalın isveçrə frankından götürüləcəyi ehtimaını gücləndirir».

Həftənin birinci yarısı o qədər də maraqlı olmağa söz vermir.İnvestorların diqqəti cümə axşamı Böyük Britani-yada açıqlanacaq vacib xəbərlərə yönələcək və bu xəbərlər bazara güclü təsir göstərəcək.

Həftənin ikinci günü Böyük Britaniyada pərakəndə satışlara və sənaye istehsalı rəqəmlərinə diqqət ayırmaq lazımdır.

Çərşənbə günü Yaponiya dövlət bayramını qeyd edəcək,digər ölkələr elə də güclü hesabatlar dərc etməyi planlaşdırmırlar,ABŞ-da rüblük büdcə hesabatı açıqlayacaq.FOMC nümayəndəsi Fişerin çıxışı diqqət mərkəzində olacaq.

Cümə axşamı Asiya sessiyasında Avstraliya MB sədri müavini Debel çıxış edəcək.Günorta BOE infliyasiya hesabatını təqdim edəcək,Amerika işsizlik müavinətlərin sayını açıqlayacaq.

Həftənin son günü Avstraliya MB sərdinin çıxışı ilə başlayacaq və Fişerin çıxışı ilə başa çatacaq.Günün birinci yarısı Almaniyada yüksək volatilliyə malik olan ÜDM hesabatı dərc olunacaq.Bundan başqa Fransada məşğulluq hesabatı,İspaniyada CPİ rəqəmləri açıqlanacaq.Günün sonunda ABŞ-da Miçiqan universitetinin indeksləri açıqlanacaq.

Həftəlik fundamental gözləmələr

Page 4: Inforex Weekly#95

INFOREX WEEKLY TEXNIKI ANAlİZ03

Tənbəl treyderin gündəliyi

Ötən həftə kifayət qədər gərgin keçdi ,bu da hər ayın ilk həftəsində belə olur.Mənim üçün bunu boynuma almaq çətin olsa da,deməliyəm ki,demək olar ki,heç nə qazana bilmədim,baxmayaraq ki,güclü xəbərlər oldu və orderlər də var idi.Çox investorlar ,əsasən də yeni başlayanlar gündə 100500 order açmağı və bu orderlərin hamısının uğurlu olacağını xəyal edirlər.Bazar ertəsi (2.02.2015) həftəyə elə də yaxşı başlamadım.Böyük Britaniyada sənaye sektorunda aktivlik mənə ci-ddi zərər verdi.İmpuls o qədər kiçik idi ki,order şamdan kənarda açıldı,qiymətin qeyri-müəyyən hərəkəti isə məni məcbur etdi ki, -5,2 punkt zərərlə orderi bağlayım.Mən hadisələrin bu cür inkişaf edəcəyini nəzərə almışdım,ona görə də lotlarla və risklərə oynamadım və ziyan kiçik oldu.Çərşənbə axşamı (3.02.2015) Avstraliya Bankının fantastik qərarından heç nə qazana bilmədiyim üçün az qalırdım saçlarımı yolam.Əvvəlcə mən bu xəbərdən qazanmaq istəmirdim,amma əgər özümü məcbur edib səhər tezdən durmuşdumsa qərar verdim ki,order açım.AMMA !Xəbər vaxtı yaxın olduğundan stop orderi qiymətə yaxın yerləşdirə bilmədim.Faiz dərəcələri dəyişdi və hətta 0.5 lotla ən azı 3-5% qazanmaq olardı.Orderin açılmadığını və Avstraliyalının necə sürətlə hərəkət etdiyini görəndən sonra az qaldı ki,ürəyim getsin.Adrenalin öz təsirini göstərib bütün gücümü əlimdən aldıqdan sonra başımı yastığa qoydum və ....Abonentə müvəqqəti olaraq zəng çatmadı.Gecə oyaq qalmağa çalışdım,çünki Yeni Zellandiyada məşğulluq rəqəmini əldən çıxarmaq istəmirdim.Qiymət gü-clü atlandı ,mən order açdım və hesab bir az çoxaldı.Nəhayət ki,bir az sevindim.Növbəti sarsıntım cümə günü (6.02.2015) Amerika Non -Farm -da işləyəndə oldu.Mən bu xəbəri o qədər gözləyirdim ki, səhv etməkdən qorxurdum.Amma yenə də səhv etdim.Birinci ,order açanda 2,44 əvəzində 0,44 lotla açdım,sonra isə qiymət qıc olaraq bir nöqtədə fırlanmağa başladı və orderi cəmi +7,6 punkt xeyirlə bağladım.Necə də bacarıqsız bir həftə idi!!

Qrinspen Yunanıstanın AB tərkibindən çıxışının qaçılmaz olduğunu bildirir

ABŞ Mərkəzi Bankının keçmiş sədri A.Qrinspan hesab edir ki,Yunanıstan avrozonanı tərk etməyə məcbur olacaq.O bildirir ki,Yunanıstan iqtisadiyyatını ayaqda tutmaq naminə ölkənin kredit borclarını ödəməyə razı olanları görmür.Yunanıstan istəyir ki,yenidən onun xilas olunması müzakirə edilsin,amma Qrin-spenin fikrincə ölkə avro zonasından çıxmazsa,problem həll olunmayacaq.

Bir müddət əvvəl Böyük Britaniya xəzinədarlığının kansleri Corc Osborn hesab edir ki,Yunanıstanın blokdan çıxması Böyük Britaniya iqtisadiyyatında böyük narahatlıqlar yarada bilər.Qrinspen qeyd edir: “Mən hesab edirəm ki,Yunanıstan son nəticədə avrozonanı tərk etməyə məcbur olacaq.Fikirləşmirəm ki,bu ona və ya digərlərinə kömək edə bilər ,amma artıq hamı başa düşür ki,bu ən yaxşı strategiyadır”.

Yunanıstanda seçkilərdə Syriza partiyası qalib gəldikdən sonra, Yunanıstan nazirləri Avropa paytaxtlarını ziyarət etməyə başlayıblar və xilas proqramına dəstək almaq istəyirlər.Amma Almaniya və AMB-nin xilas proqramını yenidən nəzərdən keçirmək niyyəti belə yoxdur.

Hazırda bütün kartlar avrozona üzvlərindədir.Valyuta blokunu qoruyub sax-lamaq cəhdləri hamıya zərbə vuracaq.Yunanıstanın çıxışı isə avrozonanın süqu-tuna və digər cənub ölkələrinin onun yolu ilə getməsi risklərini gücləndirəcək.

Page 5: Inforex Weekly#95

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 04

Neft “Brent”

Aylıq qrafik: neft aktiv korreksiya edir və texniki baxımdan izah olunandır.Yaxın korreksiya hədəfləri 74.25 (Həftəlik Bollincerin orta xətti) və - 97.65 (aylıq Bollincerin orta xətti).

Günlük qrafik: görürük ki, neftin ümumi korreksiyası günlük qrafikdə formalaşan lokal qalxış trendinə əsaslanıb.Bu 74.25 hədəfinin real olacağı ehtimalını gücəlndirir.

Dəstək hələ ki, 52.09 (Bollincerin orta xətti) səviyyəsindədir.

Gözləmələr: Korreksiya 74.25 yaxınına qədər davam edə bilər, buradan neft yenidən aşağı yumallanmağa başlayar.Alış zonası- 52.09 əraziidndədir,amma buğalar bu dəstəyə toxunmadan da potensialını həyata keçirə bilərlər.

Trend potensialının müəyyən edilməsi

Page 6: Inforex Weekly#95

INFOREX WEEKLY TEXNIKI ANAlİZ05

Qızıl. Aylıq qrafik: zəif ADX göstəriciləri buğalara qiyməti Bollincerin yuxarı xəttinə qaldırmağa imkan verməyiblər və hazırda aşağı xəttin yoxlanması ehtimalı real ola bilər (1149.44). ADX-in passivliyi ayılara aiddir, ona görə də göstərilən dəstək yeni tələb yarada bilər.

Gözləmələr: 1149.44 ətrafına eniş gözəlmək olar. Eyni zamanda 1264.50 səviyyəsinə istiqamətlənmiş ziqzaq görə bilərik ki buradan da satışlar başlana bilər.

EUR/USD. Aylıq qrafik: Bollincerin aşağı sərhədinin aktiv hücuma məruz qaldığını görürük və buradan həm orta xəttə qayıdış (1.3105),həm də 1.10 ətrafına eniş baş verə bilər.Həftəlik periodda trend istiqamətində ayı siqnalı yaranıb- ayı pinbarı 1.1490-1.1513 zonasından çıxıb.

Eyni zamanda ossilyatorun buğa konvergensiyasını nəzərə almaq lazımdır,buna görə də həmin siqnalın etibarllığı sual altına düşür. 1.2281 ətrafına korreksiya mümkündür.

Page 7: Inforex Weekly#95

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 06

“Tikan“ patterni barədə

Pattern «Tikan» (eng. «Spike») –forexdə qrafik dönüş modelidir və V-şəklindədir.Mahiyyətinə görə bu qiymətin müəyyən istiqamətdə,sonra isə tam əks istiqamətdə kəskin hərəkətidir.Nəticədə qrafik üzərində uzun və nazik tikana bənzər pik yaranır.Treyderlər buna öz jarqonlarında “Tikan “ deyirlər.

Artıq deyildiyi kimi ,o hazırki tendensiyanın dönüşündən xəbər verir.Əgər qiymət ildırım sürəti ilə qalxıbsa,sonra isə qarşısıalınmadan düşməyə başlayırsa,qarşımızda ayı tikanı patterni formalaşır.Əksinə vəziyyətdə,güclü enişdən sonra trendin sonunda yuxarı istiqamətlənmiş “tikan” formalaşır.

Nəzərə almaq lazımdır ki,modelin nə əvvəlində,nə də sonunda nəzərə çarpan konsolidasiya olmur.Adətən “Ti-kan” -ın getdiyi yol 100 punkt və daha çox olur.Elliot nəzəriyyəsində, tikan modeli 5 ci impuls dalğasına uyğun gəlir.

Əvvəldən deyək ki, “tİkan “ modelində ticarət aparmaq zəif əsəblilər üçün deyil.

Cəsarətlilər üçün bu patterndə belə bir alış sxemini tərtib etmək olar.Eniş trendinin müşahidə olunduğu cütlükdə H1,H4 və ya D qrafikini açırıq.İndikatorlardan MA əlavə etmək olar.”tikan “ yaranmasını gözləyirik.MOdelin yaranmasını aşağıdakı faktorlar gücləndirə bilər:

- “Tikanın” yaranmasından əvvəl olan güclü ayı tendensiyası;- “Tikanın” minimum qiyməti ilə əvvəlki şamın minimum qiymətləri arasında güclü fərq;- Ağ şamdan əvvəl yaranmış qara şamın uzun kölgəsi.

Pattern formalaşdıqdan sonra müqavimət səviyyəsinin qırılmasını gözləmək lazımdır.Bundan sonra bazara daxil olmaq və alış orderi açmaq olar.Nəzərə alın ki,bəzi hallarda tikandan sonra qiymət əksinə dönməyə və mövcud hərəkəti davam etdirə bilər.Ona görə də qırılmanın təstiqi mütləq vacibdir.Stop-loss fiqurun minimumundan bir neçə punkt aşağıda təyin edilir.

Page 8: Inforex Weekly#95

INFOREX WEEKLY07 DALGA ANALIZI

Dalğa analizi EUR/USD, GBP/USDEUR/USD

Lokal trend güc yığır. Yəqin ki, (v) of [iii] dalğası daxilində daha bir eniş impulsu yaranıb və ardınca 1,09 istiqamətində daha güclü hərəkət gözləmək olar.

GBP/USD

4 of (1) dalğası bitib.Böyük ehtimalla korreksiya dalğası ikiqat ziqzaq formasını alıb. Bu hələ ki, təstiq olunmayıb,amma eniş dinamikasının davamı bunu təstiq edəcək.

Page 9: Inforex Weekly#95

INFOREX WEEKLY 08DALGA ANALIZI

FACEBOOK SƏHIFƏSI

USD/CAD

(4) of [3] dalğasının başa çatması ehtimal olunur və ziqzaq formasını alır. 2? of (5) of [3] dalğası daxilində lokal korreksiyadan sonra qalxışın davamı mümkündür.

Page 10: Inforex Weekly#95

INFOREX WEEKLY11 DALGA ANALIZI

WWW.INFOREX.AZ

InForex Redaktorlar

Məmmədqızı Səbinə

Layihənin rəhbəri Vəliyev İlqar

Dizayner

Moos Vitaliy

Azərbaycanda ilk və tək treyderlər üçün online jurnal