Inforex Weekly#112

10
ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR + N°112 IYUN 2015 INFOREX PROQNOZ TEXNİKİ ANALİZ 1 3 DALĞA ANALİZİ 8

description

Inforex Weekly#112: treyderler ucun heftelik online Forex icmali

Transcript of Inforex Weekly#112

Page 1: Inforex Weekly#112

ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR +

N°112 IYUN 2015

INFOREX PROQNOZ

TEXNİKİ ANALİZ1 3 DALĞA

ANALİZİ8

Page 2: Inforex Weekly#112

SƏBİNƏ MƏMMƏDQIZIekspert - analitik

INFOREX WEEKLY TEXNIKI ANAlİZ1

Ötən həftənin güclü amerika rəqəmlərinə baxmayaraq avrodolların 1,15 və 1,17 səviyyəsinə qalxışı reallaşa bilər-ekspert rəyiBazarda fundamental fon o qədər tez tez dəyişir ki, avrodolların proqnozlaşdırılması çətin bir məsələyə dönüb.ABŞ iqtisadi statistikası gah treyderləri məyus edir, gah da güclü rəqəmlər təqdim edir. Ötən həftənin birinci yarısı avro tamamilə qalxış dinamikası nümayiş etdirdi.

Avrozonadakı infliyasiya yüksəlişindən ilhamlanan treyderlər avronu 1,1284 səviyyəsinə qədər qaldırdılar. Buna Draqinin bazarı volatillik artımına hazır olmağa çağırması da öz təsirini göstərdi.

Avroda davamlı eniş trendinin bərpa olunacağını gözləməyə dəyərmi? Bu barədə ABŞ-da pərakındə satışlar rəqəmi məlum olmayana qədər danışmaq tezdir. Yunanıstanda vəziyyət donub. Treyderlər hələ ki, bu məsələyə fikir vermirlər, belə ki, Yunanıstan ödəniş vaxtını ayın 30 na qədər uzadıb.

Saatlıq qrafikdə qalxış trendinin konturları elə də ciddi nəzərə çarpmasa da, dəstək səviyyələri kifayət qədər dəqiq görünür.

Günlük qrafikdə texniki 1.1175 səviyyəsi müqavimətdir və buradan yuxarı qırılma 1.15 səviyyəsinə yol açacaq.Bu isə öz növbəsində qalxışın 1.17 səviyyəsinə istiqamətlənəcəyini deməyə əsas verir.

Page 3: Inforex Weekly#112

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 2

Bazardan qisas almağa çalışmayın

Yeni başlayanlara da,treydnq sahəsində təcrübəsi olanlara da hərdən elə gəlir ki, bazar sanki onlardan üz çevirib.Siz ticarət aparmağa başlayırsınız,amma elə həmin an uduzursunuz,trendə uyğun olaraq bazara daxil olursuz,amma növbəti dəqiqə trend tamam əks istiqamətə dönür.Daha bir əməliyyat açırsınız,bu da eyni halı təkrar edir...

Bəzən elə olur ki,bazarın hərəkətindən bir şey anlamaq olmur,belə dəlisov hərəkətlər baş verən zaman heç bir texniki indikator özünü doğrultmur.Tanış haldır elədir?Əgər belə hallar sizdə baş verirsə,ilk növbədə sakitləşin və bazara açığınız tutmasın.ola bilsin ki,elə bir hadisə olub ki,bazarı şoka salıb.Fundamental fona nəzər salın,ola bilsin ki,bilmədiyiniz bir xəbər bazarda vəziyyəti tamamilə dəyişib.Ümumiyyətlə ticarətlərə başlamazdan əvvəl bazarda bu gün hansı məumatların dominant olduğuna nəzər salın və araşdırın,bəzən elə olur ki,gündəlik planlaşılan statistik məlumatlar pozitivdir,amma elə bir fon xəbəri var ki,bazar bu xəbərə meylli olur və statis-tikaya etina etmir.

Və bir çoxları bazarı,qiyməti çıxan xəbərə uyğun hərəkət etmədiyinə görə günahlandırır.Ya da belə bir hal görə bilərik: hər şey yaxşıdır və qiymət trendə uyğun hərəkət edir,biz bazara daxil oluruq,orderimiz də qazanc gətirməkdədir,amma qəfildən hədəfə və müəyyən vacib səviyyəyə çatmamış trend dönür və bizim qanımızı qaraldır.1 saatdan sonra da məlum olur ki,müəyyən bir Mərkəzi Bank və ya hansısa iri maaliyyə müəssisəsi məsələn,20 milyard həcmində orderi açıb və ya bağlayıb.Nəzərə alın ki,iri iştirakçılar bazarın müəyyən bir səviyyəyə çatmasını ,məsələn qiymətin MA-nı kəsməsini və ya hansısa başqa bir siqnal yaranmasını heç də həmişə gözləmirlər.

Bu halda sizə əsəbiləşmək yox,sadəcə orderi kiçik zərərlə bağlayıb.bazarı müşahidə etmək və daxil olmaq üçün daha uyğun məqamlar axtarmaq qalır.Hər halda güclü müqavimət və dəstək səviyyələri bazarda 80% hallarda işləyən səviyyələrdir və qiymətin həmin səviyyəyə çatdıqda özünü necə aparacağını izləyin.Ticarətdə kiçik fasilə vermək sizin əsəblərinizi qoruyar və vəziyyəti düzəltmək üçün bir şey fikirləşməyə zamanınız olar.Əsəblərinizi qoruyaraq aqressiv ticarətlərdən uzaq olmaq arzusuyla...

Redaktordan

Page 4: Inforex Weekly#112

INFOREX WEEKLYTEXNIKI ANAlİZ3

Avrozonanı nə gözləyir?

ING komandası qeyd edir ki,bu həftə yunan dramı inkişaf edə bilər.”Avrozonada bazar hələ ki,Draqinin sözlərini həzm edir,prosses zamanı istiqrazların aqressiv satışına başlanılsa da,Draqinin sözləri,sərtdən çox yumşaq xarakterli kimi qiymətləndirilə bilər.Yunanıstan bu həftə də bazarı qorxutmaqa davam edəcək.Bizim əsas gözləməmizə görə,razılaşma hər halda əldə olunacaq.Amma həm yunan ,həm də kreditorlar tərəfi bu prossesi ləngidir”.

ortamüddətli perspektivüçün proqnozlarBANKLARIN

Treyderin inkişaf pillələri

Treyderlər üçün saat qurşağının ,zamanın məkanın fərqi yoxdur, onlar üçün yalnız inkişafa təkan verən ideyalar vardır. Hər bir treyder inkişafında 3 professional mərhələdən keçir. Junior Trader-treyderlərin inkişafında ilk mərhələ. Bu pillədə treyder eksperimentləri xoşlayır, öyrəndiyi metodları tətbiq edir, onları dəyişir, mükəmməlləşdirməyə çalışır. Bu mərhələdə professional treyder bacarıqları inkişaf edir.

Senior trader -hər bir treyder bu gün dünənkindən daha çox qazanmaq istəyir. Müəyyən bir uğur əldə etdikdən sonra özünü yeni nailiyətlərə hazır hesab edir və buna çalışır. Bu mərhələdə treyder bazarın hərəkətini proqnozlaşdırmaq üzərində işləyir və öz proqnozlarının doğru olduğunu sübut etməyə çalışır.

Mentor -sonuncu mərhələ. Bu səviyyəyə çatmış treyder özünü tam olaraq təcrübəli, istedadlı treyder adlandıra bilər. Onun proqnozunu əksər yeni başlayan treyderlər gözləyir və faydalanmağa çalışır.

YUNANISTANIN ÖDƏMƏNİ AYIN SONUNA ÖTÜRMƏSİ NƏYİN NƏTİCƏSİDİR?

Yunanıstanın 4 iyun ödəməsini ayın sonuna saxlaması Afinanın olduqca çətin bir vəziyyətdə olduğunu ifadə edir, deyə Fitch Ratings açqılayır. Agentlik əlavə edir ki, bu qərar Yunanıstanın reytinqinə təsir etməyəcək. Xatrıladaq ki, Yunanıstan ayın sonunda ümumi həcmi €1.5 mlrd olan məbləğ ödəməlidir.

«BVF olan borcun yubadılması özlüyündə defolta aparmır, amma bu Yunanıstanın likvidliklə bağlı ciddi problemlərinin olduğunu göstərir. Biz hadisələrin inkişafını izləyirik. Bizim Yunanıstan üçün müəyyən etdiyimiz ‘CCC’ reytinqi defoltun yaxında olduğunu göstərmir».

Page 5: Inforex Weekly#112

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 4

Ötən həftənin nəticələrinə görə amerika xəzinə kağızlarının gəlirliliyi artıb, bu da infliyasiya gözləmələrinin qalxmasına və qızılın dəstək almasına səbəb ola bilər. Amma bu qalxışdan satış əməliyyatları üçün istifadə etmək olar, çünki pozitiv amerika rəqəmləri buna şərait yarada bilər.

Həftə ərzində 1178/1186 səviyyəsinə qalxışda Sell açmaq və gəliri 1159 səviyyəsinə fiksə etmək olar.

XAU/USD 8 – 12 iyun həftəlik analiz:

Facebook

Page 6: Inforex Weekly#112

INFOREX WEEKLYTEXNIKI ANAlİZ5

Opsionlarla gəlirli ticarət aparmaq üçün hazırda bir çox startegiyalar işlənilib hazırlanıb. Onlardan bəziləri texniki analizdə dərin bilik tələb etmir və sadəliyinə görə onlarla işləmək asandır. Onlardan birini təqdim edirik: Trendə üçqat toxunma startegiyası. Bu strategiya ilə işləmək üçün qrafik üzərində aydın görünən trend xətti çkmək lazımdır. Bunun üçün ən azı 2 minimal ekstremum tapılmalıdır. Skrinşotda göründüyü kimi qiymət bu trend xəttinə bir neçə dəfə toxunub qayıdır. 3cü toxunmada treyder kontraktı almalıdır. İkinci toxunmada almaq olmaz. Bu staregiyanın üstünlüyü ondadır ki, belə trend xətti üzrə hərəkətə tez tez rast gəlinir və baza aktivinin tarixini vərəqləsək, buna əmin olmaq mümkündür. Bəzi mütəxəssislər qiymətin xəttə toxunduğu zaman deyil, şamın bu xəttdən yuxarıda möhkəmləndiyi zaman Koll alışına daxil olmağı məsləhət görürlər. Bu sistem eniş trendi zamanı da istifadə oluna bilər. Put opsionunu almaq üçün ən azı iki maksimumun toxunduğu trend xətti çəkmək və buna uyğun kontraktı almaq lazımdır.

Trend xəttinə üçqat toxunma strategiyası (binar opsion)

Həftənin gözlənilən məlumatları

Bu həftə investorlar diqqətlərini Yaponiyanın,avroznanın yenidən baxılmış rəqəmlərinə cəmləyəcəklər. Bundan başqa ABŞ-da pərakəndə satışlar rəqəmləri və istehlakçıların inam indeksi göstəriciləri təqdim olunacaq ki, bu da dünyanın ən iri iqtisadiyyatınln vəziyyətini ortaya qoyacaq.

Çərşənbə axşamı, 9 iyun

Avstraliya ipoteka kreditləri və şəxsi sektorda işgüzar əminlik indeksini təqdim edəcək. Avrozona iqtisadi bərpa və istehlak qiymətləri göstəricilərini açıqlayacaq. İsveçrədə istehlak infliyasiyası təqdim ediləcək. Böyük Britaniya ticarət balansını dərc edəcək.

Çərşənbə, 10 iyun

Yaponiya baza dəzgah sifarişlərinin sayını bildirəcək. Avstraliya MB sədri Qlenn Stivens danışacaq. Böyük Bri-taniya istehsal və emaledici sektor sənayesində istehsal həcmini açıqlayacaq, elə həmin gün İngiltərə Bankının sədri M.Karni Londonda çıxış edəcək.

Cümə axşamı, 11 iyun

Yeni Zellandiya Rezrv Bankı faiz dərəcələri ilə bağlı qərar qəbul edəcək və müşaiyətedici açıqlama ilə çıxış edəcək.Avstraliya aylıq məşğulluq hesabatını təqdim edəcək. ABŞ-da pərakəndə satışlar və işsizliyə görə müavinət müraciətlərinin sayı bildiriləcək. Kanada Bankının sədri Stiven Poloz Ottavada çıxış edəcək.

Cümə , 12 iyun

ABŞ həftəni istehsal qiymətləri infliyasiyası və istehlakçıların əhval ruhiyyəsi ilə başa çatdıracaq.

Page 7: Inforex Weekly#112

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 6

Heiken Ashi indikatorunun trend strategiyalarında tətbiqi

Heiken Ashi indikatoru nəyə lazımdırHeç kim üçün sirr deyil ki,trendə uyğun ticarət aparmaq ən təhlükəsiz üsulllardandır. Heiken Ashi (və ya «orta bar») indikatoru – modifikasiya olunmuş barlardan ibarət trenddir.

Yeni şamların hesabat formuluAdi şamlar qiymətin açılış, bağlanış, maksimum və minimumuna əsassən formalaşır. Heiken Ashi indiaktorunda isə hər bir bar aşağıdakı üsullar hesablanır:Şamın bağlanış qiyməti= (Open + High + Low + Close) / 4. hazırki barın orta qiyməti. Şamın açılış qiyməti = (Open (əvvəlki bar) + Close (sonrakı bar)) / 2. əvvəlki barın orta qiyməti.Şamın maksimumu = açılış,bağlanış və maksimum arasındakı yüksək rəqəm Şamın minimumu=açılış,bağlanış və minimum arasındakı minimal rəqəm İndi isə eyni qrafikin həm adi şamlardan, həm də Heiken Ashi düsturuna uyğun olaraq hesablanmış quruluşuna baxaq.Onları müqayisə etsək,ikincinin daha az rəngarəng olduğunu görə bilərik.

Heiken Ashi indikatoruna əsaslanmış sadə strategiyaBu şama əsaslanan sadə strategiyaya baxaq. Bu strategiyanın effektivliyi əlavə indikatorların tətbiqi ilə artırıla bilər,amma burada biz sadəcə indikatorun tətbiqini araşdırırıq.

Alış siqnalının yaranması Heiken Ashi də buğa şamı formalaşıb.(yaxşı olar ki,günlük və həftəlik taymfremlərdən istifadə edilsin).Növbəti şamda fiksə olunmuş stop-loss və take profitlə (hərəsi 30 punkt olmaqla) alış açırıq.

Satış siqnalının yaranması Qırmızı ayı şamı formalaşıb.Növbəti şamda fiksə olunmuş (30 punkt) stop loss və take profitlə satış orderi açırıq. Aparılan hesabatlar göstərib ki,uğurlu orderilərin nisbəti orta hesabla 75%-dir.

Page 8: Inforex Weekly#112

Trendin inkişaf potensialını müəyyən edirikNeft

Ötən həfətə buğalar yaxşı pinbar və qalxış şansı əldə etmişdilər, amma ayılar onların bu istəklərinin reallaşmasına mane oldular və hazırda 46.58 səviyyəsinin yoxlanması mümkündür. Aşağı xətdəki dəstək 62.44 dözümlüdür, ona görə də 65.00 səviyyəsində yeni satışlara girmək üçün imkan axtarmağına dəyər.

INFOREX WEEKLY TEXNIKI ANAlİZ7

Qızıl

Lokal dəstək 1167.39 səviyyəsindədir, amma ADX aktiv olduğuna görə, bu səviyyəyə çox da bel bağlamaq olmaz.Bu həftə yeni eniş dalğası və 1167.39, 1134.70, sonra isə у 1213.01 səviyyəsinə qalxış gözləmək olar.

Page 9: Inforex Weekly#112

INFOREX WEEKLYDALGA ANAlİZI

Dalğa analizi EUR/USD

EUR/USD

2 of (C) of [Y] dalğası daxilindəki korreksiya başa çatdıqdan sonra 3 of (C) of [Y] dalğası daxilindəki ilk beşlik yarana bilər.

8

Page 10: Inforex Weekly#112

INFOREX WEEKLYDALĞA ANAlİZİ

WWW.INFOREX.AZ

InForex Redaktorlar

Məmmədqızı Səbinə

Layihənin rəhbəri Vəliyev İlqar

Dizayner

Moos Vitaliy

Azərbaycanda ilk və tək treyderlər üçün online jurnal