Azərbaycanın Tarixi Coğrafiyası və Etnogenezi Haqqında

24
Azərbaycanın Tarixi Coğrafiyası və Etnogenezi Haqqında (“Orta Əsrlərdə Yaşamış Azərbaycanlı Alimlər” adlı kitabımdan iqtibasla) Dr. Elnur Nəsirzadə Fevral 2011 Qeydə etmək lazımdır ki, ümumiyyətlə Azərbaycan tarixçiliyində tarixi coğrafiya və etnogenez problemi ən çox spekulyasiyaya məruz qalan mövzulardır. Bunun ən böyük səbəbkarı da hesab edirik ki, öz mövqelərini dövrün siyasi atmosferinə və “zəmanə”nin tələbinə görə kökləyən tarixçilərimizdir. Halbuki tarixçi öz elmi mülahizələrini tarixi faktların obyektiv analizinin nəticələrinə görə müəyyənləşdirməlidir. Azərbaycan tarixçiliyinin, eləcə də digər elm sahələrinin, ən böyük problemlərindən biri də ehkamçılıqdır. Məmləkətimizdəki qocaman bir dilçi alim bir tarixçi alimin Azərbaycan dilinin təşəkkülü ilə bağlı fikirlərini xoşlamadığı üçün tənqid etmiş və tənqidə bu sözlərlə başlamışdı: “...Keçmişdə (SSRĐ dövrünü nəzərdə tutur-E.N) dövlət aparatında ideoloji işlərə baxan olurdu və mütləq xalqın taleyüklü məsələləri nəzarət altın- da saxlanılırdı. Amma indi neçə cildlik rəsmi akademik tarixin müəllifi bu cür yazır, heç kim də dinib-danışmır...”. Bu sadə desək dəhşətdir, lakin bu sözlər bir alimin qələmindən çıxdığı üçün deyirəm ki, fəlakətdir. Cənab professor və onun timsalındakılar başa düşməlidirlər ki, elmi tədiqaqat hər hansı bir ideologiyanın nəzarətində olmamalıdır. Olsa bu elm yox ehkamçılıq olar. Elm o zaman tərəqqi edir ki, alimlər hipotez qurub dəlillərlə onu əsaslandırmağa çalışırlar, bunun yanlış olduğunu düşünənlər isə əks arqumentlərlə çıxış edib həmin fikri çürütməyə cəhd edirlər. “Yuxarı”dan sifarişlə elm olmur, olanda da həmin filoloqun dediyi kimi “keçmişdə” qalır, rəqabətə davam gətirə bilməyib darmadağın olub gedir. Hesab edirik ki, mövzuya Azərbaycan sözünün etimoloji izahı ilə giriş etmək yerinə düşəcəkdir. Dəqiq səbəbini müəyyənləşdirmək çətindir, amma nədən ötrüsə ölkəmizdə nəşr olunan tarix dərsliklərində və tədqiqat əsərlərində tarixçilərimiz məmləkətimizin adının etimoloji izahını “Atropatena” və bunun törəmə kəlmələriylə izah etməyə çalışırlar. Bu gün ali məktəblərdə Azərbaycan tarixi fənni üzrə dərslik kimi istifadə edilən kitabın 16-18-ci səhifələrində “Andirpatianu, Andarpataian, Aturpatakan, Atrpatakan, Adirpatyan, Adərpatyan” və s. bənzər formalarda yazılan terminlər oxucunun zehnində istər-istəməz çaşqınlıq, müəmma meydana gətirir. Bu müəmma daha sonra şübhəyə və inamsızlığa da çevrilə bilir. “Atropatena” Atropata məxsus olan yer, “Atropat” sözü isə “atr” (od, atəş) və “pat” (başçı) kimi izah olunur. Mən burada müəllif və əsər adı qeyd etmək istəmirəm, amma maraqlananlar mövzu ilə bağlı kitabların böyük əksəriyyətində eyni mülahizəyə rast gələ bilərlər. Azərbaycan kəlməsinin izahı

Transcript of Azərbaycanın Tarixi Coğrafiyası və Etnogenezi Haqqında

Page 1: Azərbaycanın Tarixi Coğrafiyası və Etnogenezi Haqqında

Azərbaycanın Tarixi Coğrafiyası və Etnogenezi Haqqında

(“Orta Əsrlərdə Yaşamış Azərbaycanlı Alimlər” adlı kitabımdan iqtibasla)

Dr. Elnur Nəsirzadə Fevral 2011

Qeydə etmək lazımdır ki, ümumiyyətlə Azərbaycan tarixçiliyində tarixi coğrafiya və etnogenez

problemi ən çox spekulyasiyaya məruz qalan mövzulardır. Bunun ən böyük səbəbkarı da hesab

edirik ki, öz mövqelərini dövrün siyasi atmosferinə və “zəmanə”nin tələbinə görə kökləyən

tarixçilərimizdir. Halbuki tarixçi öz elmi mülahizələrini tarixi faktların obyektiv analizinin

nəticələrinə görə müəyyənləşdirməlidir. Azərbaycan tarixçiliyinin, eləcə də digər elm

sahələrinin, ən böyük problemlərindən biri də ehkamçılıqdır. Məmləkətimizdəki qocaman bir

dilçi alim bir tarixçi alimin Azərbaycan dilinin təşəkkülü ilə bağlı fikirlərini xoşlamadığı üçün

tənqid etmiş və tənqidə bu sözlərlə başlamışdı: “...Keçmişdə (SSRĐ dövrünü nəzərdə tutur-E.N)

dövlət aparatında ideoloji işlərə baxan olurdu və mütləq xalqın taleyüklü məsələləri nəzarət altın-

da saxlanılırdı. Amma indi neçə cildlik rəsmi akademik tarixin müəllifi bu cür yazır, heç kim də

dinib-danışmır...”. Bu sadə desək dəhşətdir, lakin bu sözlər bir alimin qələmindən çıxdığı üçün

deyirəm ki, fəlakətdir. Cənab professor və onun timsalındakılar başa düşməlidirlər ki, elmi

tədiqaqat hər hansı bir ideologiyanın nəzarətində olmamalıdır. Olsa bu elm yox ehkamçılıq olar.

Elm o zaman tərəqqi edir ki, alimlər hipotez qurub dəlillərlə onu əsaslandırmağa çalışırlar, bunun

yanlış olduğunu düşünənlər isə əks arqumentlərlə çıxış edib həmin fikri çürütməyə cəhd edirlər.

“Yuxarı”dan sifarişlə elm olmur, olanda da həmin filoloqun dediyi kimi “keçmişdə” qalır,

rəqabətə davam gətirə bilməyib darmadağın olub gedir.

Hesab edirik ki, mövzuya Azərbaycan sözünün etimoloji izahı ilə giriş etmək yerinə düşəcəkdir.

Dəqiq səbəbini müəyyənləşdirmək çətindir, amma nədən ötrüsə ölkəmizdə nəşr olunan tarix

dərsliklərində və tədqiqat əsərlərində tarixçilərimiz məmləkətimizin adının etimoloji izahını

“Atropatena” və bunun törəmə kəlmələriylə izah etməyə çalışırlar. Bu gün ali məktəblərdə

Azərbaycan tarixi fənni üzrə dərslik kimi istifadə edilən kitabın 16-18-ci səhifələrində

“Andirpatianu, Andarpataian, Aturpatakan, Atrpatakan, Adirpatyan, Adərpatyan” və s. bənzər

formalarda yazılan terminlər oxucunun zehnində istər-istəməz çaşqınlıq, müəmma meydana

gətirir. Bu müəmma daha sonra şübhəyə və inamsızlığa da çevrilə bilir. “Atropatena” Atropata

məxsus olan yer, “Atropat” sözü isə “atr” (od, atəş) və “pat” (başçı) kimi izah olunur. Mən

burada müəllif və əsər adı qeyd etmək istəmirəm, amma maraqlananlar mövzu ilə bağlı

kitabların böyük əksəriyyətində eyni mülahizəyə rast gələ bilərlər. Azərbaycan kəlməsinin izahı

Page 2: Azərbaycanın Tarixi Coğrafiyası və Etnogenezi Haqqında

asan ikən tarixçilərimizin, rus şərqşünas və tarixçilərinin təsirindən çıxa bilməyərək, özlərini belə

çətinə salmalarını anlamaq olmur. V. Bartold yazırdı ki, “Đskəndərdən sonra irsi mülk olaraq

Atropatın sərəncamına onun keçmişdə sahib olduğu vilayətin bir hissəsi verilmişdi. Beləcə öz

adını Atropatdan götürmüş “Kiçik Midiya”nı, yunanlar Atropatena, ermənilər Atrpatakan

adlandırmış və buradan Azərbaycan yaranmışdır. Bu sözün başqa bir mənasını axtarmaq üçün

heç bir əsas yoxdur. O cümlədən Qafqaz və Đran Azərbaycanının qədim atəşpərəstlik və Zərdüşt

dini ilə əlaqəsi olması barədə heç bir tarixi məlumat yoxdur”1. Göründüyü kimi möhtərəm

akademik “bu sözün başqa bir mənasını axtarmaq üçün heç bir əsas yoxdur” deməklə sadəcə

elmdə yolverilməz olan ehkamçılığa getməmişdir. O, bunu etməklə həm də “Azərbaycan” adının

Makedoniyalı Đsgəndərdən o tərəfə əslinin və kökünün olmadığını isbat etməyə çalışmış, hətta bu

adın yaranmasında ermənicədəki “Atrpatakan”ın da “müstəsna” rolunu vurğulamışdı. Halbuki

irəlidə görəcəyimiz kimi Azərbaycan adının tarixi ən az Nuh (×) tufanı qədər qədimdir.

Məlum olduğu kimi Nuh tufanı barədə ən qədim dastan olan Qılqameş dastanında da məlumata

rast gəlinir. Təəssüf doğuran xüsus budur ki, tarixçilərimiz (o cümlədən coğrafiyaşünaslarımız,

mədəniyyətşünaslarımız və digərləri) rus akademikin bu “tövsiyə”sinə ciddi şəkildə əməl

etmişdilər. “Azərabad” sözünü “Atropat” formasına salıb yunanlaşdırmaq, hətta erməniləşdirmək

nəyə lazımdır? “Azərbaycan” sözü üç kəlmənin birləşməsindən yedana gəlməkdədir, “azər”,

“bad və ya abad” və “gan”. Đndi bu sözlərin ayrı ayrılıqda hansı mənaları ifadə etdiyinə baxaq.

“Azər” məlum olduğu kimi pəhləvi dilində “od, atəş” mənasını ifadə edir. Bundan başqa “azər”

]Dذر[ və ya “azar” ]ذارD[ qədim süryani təqvimində ilin 6-cı və müasir Đran təqvimində isə 9-cu aya

verilən addır. Đslam dini ədəbiyyatında Đbrahim (×) peyğəmbərin atası kimi tanınan “Azər” ilə

Azərbaycan sözündəki “Azər”i qarışdırmamaq lazımdır. Çünki əvvəla yazılışları fərqilidir,

birincisi “azər” ]زرD[ , ikincisi isə “ažər” ]ذرD[ kimi yazılır. Sonra, Đbrahim (×) peyğəmbərin

atasının adı olan “Azər” yəhudi dini ədəbiyyatında əslində “Athar” və [ָּתַרח / ֶּתַרח] “Terah” kimi

qeyd olunur. Bu da ibranicədən tərcümələr vaxtı ərəbcələşərək “Azər” formasına düşmüşdür.

“Azərbad” ]دLMذرD[ və ya “Azərabad” ]دLMذراD[ kəlmələri isə məcusilərin (zərdüştilərin) ali din

xadimlərinə verilən ad idi. Mirxond (1433-1498) öz əsərində Azərbad Mahrəspənd adlı bir şəxs

haqqında söz açaraq onun azərbaycanlı Zərdüştün2 30-cu nəsldən nəvəsi olduğunu, Sasani

şahlarından II Şapurun (309-379) hakimiyyəti dövründə yaşadığını qeyd etmişdir3. Azərbad

1 Vasiliy BARTOLD, Soçineniya, C. II/1, s. 776, Moskva 1963. 2 əl-Məs’udi Zərdüştün azərbaycanlı olduğunu qeyd etmişdir. Bax: Mürucü’z-Zəhəb, C. I, s. 153. ] YM Z[زراد \]إ

]Yg أهe أذرLbcMن...M`ر]_ . Bir çox müasir tədqiqatçı da Zərdüştün azərbaycanlı olduğunu bildirmişdir. Bu barədə ətraflı məlumat üçün bax: Abdulla FAZĐLĐ, Atropatena er.əv. IV-er. VII əsri, s. 166, Bakı 1992. 3 Hamidəddin Muhəmməd ibn Xondşah MĐRXOND, History of the Early Kings of Persia, (Trc. D. Shea), s. 279-280, London 1832.

Page 3: Azərbaycanın Tarixi Coğrafiyası və Etnogenezi Haqqında

Mahrəspənd məhv olmuş Avestanı toplayıb təkmilləşdirməyə çalışmış şəxs kimi tanınmışdı4.

Əbu Reyhan əl-Biruni isə öz əsərində Babil möbidi olan başqa bir Azərbad haqqında məlumat

verməkdədir5. Məhəmmədəli Tərbiyət də əl-Biruniyə istinadən əsərində bu şəxs haqqında ətraflı

məlumat verir6. Buradan belə nəticə çıxarmaq olar ki, “Azərbad” və ya “Azərabad” dini titulu

daşıyan şəxslər ən az Zərdüştdən (e.ə. 628-551) etibarən mövcud olmuşdurlar. Hətta ehtimal ki,

bu titulu daşıyan din xadimləri hələ Zərdüştdən əvvəl də fəaliyyət göstərmişdilər. “Azərbaycan”

adını açıqlayarkən “Azər” sözünün pəhləvi dilində od, atəş mənasını ifadə etdiyini bildirən

Yaqut əl-Həməvi, Azərbadın Nuh (vəfatı e.ə. 2892) peyğəmbərin kötükcəsi olduğunu yazır7. IX-

X əsrlərdə yaşamış coğrafiyaşünas alim Đbn Fəqih də Nuh (×) peyğəmbərin nəvəsi əl-Əsvədin

nəvəsinin adının Azərbad olduğunu yazır8. Yaqut əl-Həməvi ilə Đbn Fəqihin verdiyi bu

məlumatın doğru olma ehtimalı böyükdür. Belə ki, od zərdüştilikdən əvvəl də bir sıra paqan

dinlərdə ehtiramla yanaşılan, bəzən isə ibadət edilən bir obyekt olmuşdur. Hətta səmavi dinlərdə

də buna misal ola biləcək hadisələr var. Musa peyğəmbərin (×) gecənin qaranlığında yanan

odu görərək ona yaxınlaşması və orada Allahla danışması barədə həm yəhudi9, həm də Đslam dini

mənbələrində10 məlumat verilir. Məhəmmədəli Tərbiyət tarixi mənbələrə istinad edərək

azərbaycanlı Zərdüştün ibrani qövmünə mənsub peyğəmbərlərdən Đlyasın (×) əshabından

olduğunu bildirmişdir11. Bütün bunlara istinadən “Azərbad” və ya “Azərabad” adlanan zərdüşti

din xadimlərinin hələ çox qədim zamanlardan bəri mövcud olduqlarını söyləyə bilərik. Hətta

Đslam dininin yaranmasından çox sonra, Abbasilər dövründə də bu titulu daşıyan zərdüşti din

xadimləri mövcud olmuşdular12.

“Gan” və ya “qan” isə yer, ölkə, məmləkət mənasını ifadə edir. Sonu “gan”, “qan”la bitən bir

sıra yaşayış məntəqəsinin adını çəkmək olar. Məsələn Beyləqan, Mərdəkan13, Nəməngan14,

Uruzqan15, Şebergan16 və s. Beləcə zərdüşti məbədinin (və ya din xadimlərinin) ölkəsi mənasını

ifadə edən “Azərbadgan” ]نLlدLMذرD[ və ya “Azərabadgan” ]دLMذراDنLl[ kəlməsi meydana çıxmışdır.

Məlum olduğu kimi “Azərabadgan” sözü pəhləvi dilində həmçinin zərdüşti məbədi, atəşkədə 4 FAZĐLĐ, həmin əsər, s. 166. 5 Əbu Reyhan Muhəmməd ibn Əhməd əl-BĐRUNĐ əl-Xarəzmi, Asarü’l-Baqiyə əni’l-Qüruni’l-Xaliyə, s. 216, Leipzig 1878. 6 Danişməndan, s. 153. 7 YAQUT əl-HƏMƏVĐ, Mu’cəmü’l-Büldan, C. I, s. 81. ]مnopا \cqr ح`] YM مLt YM د`tuا YM انvwإ YM ذLMذرxM ةLzog نLbcMأذر ....{w`q|}pLM رL~pا �tأذر ا eM ecو�[

8 Əhməd ibn Muhəmməd ĐBN FƏQĐH əl-Həmədani, Kitabü'l-Büldan, (Nşr. M. De Goeje), s. 284, Leiden 1885. 9 Bax: Tövrat, Xüruc, III/1-13. 10 Bax: Qur’ani-Kərim, Taha surəsi, 10-cu ayə və sonrası. 11 Danişməndan, s. 152. 12 Bax: Əbü’l-Həsən Əli əl-MƏS’UDĐ, Tənbih və’l-Đşraf, s. 30, Beyrut 1981. Həmçinin bax: Berthold SPULER, Vierter Band Iranistik Zweiter Abschnitt Literatur, s. 44, Leiden 1968. 13 “Gan” və ya “qan” sonluğu bəzən “kan” formasına düşə bilir. 14 Naməngan-Özbəkistanın Fərqanə vilayətində şəhərdir. 15 Uruzqan-Əfqanıstanın eyni adlı vilayətində şəhərdir. 16 Şebergan və ya Şaburgan-Əfqanıstanın şimalında şəhərdir.

Page 4: Azərbaycanın Tarixi Coğrafiyası və Etnogenezi Haqqında

mənasını ifadə edir17. “Azərbadgan”ın “Azərbaycan”a çevrilməsi isə ərəb dilində “g” səsinin

mövcud olmaması ilə əlaqəlidir. Bu səbəbdən orta əsr ərəbdilli tarixi mənbələrdə Azərbadgan

]DذرLMدLlن[ sözü Azərbadcan ]نLد�LMذرD[ , daha sonra isə Azərbaycan ]نLbcMذرD[ kimi yazılmışdı.

Azərbaycanın tarixi coğrafiyası məsələsinə gəldikdə isə ölkənin cənub, şərq və qərbinin haradan

başlaması dəqiq məlum olsa da şimal istiqamətində harada bitməsi ilə bağlı bəzi problemlər

mövcuddur. Tarixən Azərbaycan adlanan məmləkətə aid torpaqların şimalda Araz çayı və

Muğan düzü ilə sona çatması, Araz çayının şimalında qalan ölkənin isə Albaniya və ya ərəbdilli

mənbələrdə qeyd edildiyi kimi Arran adlanması bəzilərində yanlış qənaətin hasil olmasına səbəb

olmuşdur. Daha dəqiq desək erməni tarixçiləri Arranın, yəni bu gün üzərində Azərbaycan

respublikasının mövcud olduğu torpaqların, əslində Azərbaycanın tarixi coğrafiyasına daxil

olmadığını iddia etmişdirlər. Güya Albaniya torpaqları çox yaxın keçmişdən, XX əsrin ilk

rübündən etibarən Azərbaycan adlanmağa başlamışdı. P. M. Muradyanın tərtibatı ilə 1991-ci ildə

Đrəvanda nəşr olunmuş “K Osveşeniyu Problemı Đstorii i Kulturı Kavkazskoy Albanii i

Vostoçnıx Provntsiy Armenii” adlı kitabdakı məqalələrlə tanış olanda əvvəl heyrət etməmək,

sonra isə ibrətlə düşünməmək mümkün olmur. Ələlxüsus “Preyemstvennost Falsifikatsii”

başlıqlı məqalədə akad. Ziya Bünyadovun tezislərinin haqsız və məsnədsiz “tənqid”ə cəhd

edilməsi bir erməni üçün tarixçi olmağın nə qədər ağır və çətin olduğunu açıq-aşkar şəkildə

biruzə verir. Əlbəttə bu dünyadan köçüb getmiş insanın ardınca çox şey söylmək olar, necə olsa

cavab verə bilməyəcək. Lakin bir şeyi unutmamaq lazımdır ki, faktlar ölmürlər. Hələ 1907-ci

ildə Eçmiədzin sinodu prokuroru A. Frenkel yazırdı: “Tamahkarlıq, fitnə-fəsad, xainlik,

satqınlıq, quyruq bulama bu tayfanın (ermənilərin) başlıca milli xüsusiyyətlərindəndir.... Zira

şəhər ermənisi qürur duyacağı bir vətənə sahib deyil....O, sadəcə artıq 1300 ildən bəri öz xalqının

kölə və hamının nifrət etdiyi bir parazit olduğu düşüncəsinə sahibdir”18. Frenkelin yazdıqları

erməni tarixçilərində özünü daha açıq biruzə verir. Çünki sıravi ermənilərdən fərqli olaraq onlar

öz tarixlərinin əsrlər boyu davam etmiş köləlik, əzilmişlik, istismar nəticəsində meydana gəlmiş

aşağılıq, natamamlıq kompleksindən ibarət olduğunu çox daha yaxşı bilirlər. Bu onların

salnaməçilərinin, eləcə də müasir tarixçilərini saxta və yalan tarix uydurmalarına səbəb

olmuşdur. Beləcə özlərini təsəlli, gəncləri və yeniyetmələri isə vətənpərvərlik ruhunda tərbiyə

etmiş olacaqdılar. Lakin gözlənildiyi kimi olmamış, çox az istisna ilə bütün bir millət qonşulara

qarşı pataloji nifrət ruhunda, bir paronoyak kimi yetişmişdir. XVII əsr erməni salnaməçisi Arakel

Davrijetsi (Təbrizli Arakel) özünün “Tarix Kitabı”nda Diyarbəkirdə (Arakelə görə

Tiqranakertdə) müsəlmanların Nikolayos adlı azyaşlı erməni ilə əvvəl uşaqbazlığa təşəbbüs

etmələri, sonra isə onu pulla ələ alaraq Đslam dinini qəbul etməyə məcbur etmələri, Nikolayosun

17 YAQUT əl-HƏMƏVĐ, Mu’cəmü’l-Büldan, C. I, s. 81. Həmçinin bax: Mehmet KANAR, Büyük Farsça-Türkçe Sözlük, s. 18, Đstanbul 1993. 18 Tahir MOBĐLOĞLU, Armeniya. Armyane, Armyanstvo, s. 3, Bakı 2004.

Page 5: Azərbaycanın Tarixi Coğrafiyası və Etnogenezi Haqqında

bunu qəti rədd etməsindən sonra onun sümüklərini sındırmaları, uşağın xaçpərəstlikdən

dönməyərək işkəncədən zövq alması, Nikolayosun işkəncə altında can verməsi, həmin gecə onun

meyidinin olduğu yerə Đsanın öz nurunu saçması19 kimi Sindibadvari nağıl uydurması nə qədər

anlaşılandırsa müasir erməni tarixçilərinin başqalarını tarixi saxtalaşdırmaqla ittiham etmələri də

bir o qədər anlaşılandır. Həmin Arakelin “tarix kitabı”nda yazıldığına görə Xaçatur adlı, hər gün

kilsəyə gedən, dindar, “əzabkeşlərin” ölümü ilə ölməyi diləyən Diraybəkirli başqa bir erməni bir

gün məscidin həyətinə girib əllərini yuduğu üçün bir müsəlman tərəfindən oradan qovulur.

Əvəzində Xaçatur həmin müsəlmanı, onun başındakı yaşıl rəngli (!) əmmaməni və Muhəmməd

.peyğəmbəri söyür. Onu tutub əvvəl, müftinin, sonra qazinin, sonra paşanın yanına aparırlar (ق)

Bu adamların hamısı onu dilə tutub Đslamı qəbul etməsini, əvəzində var-dövlət, ali mənsəb,

şəhərin ən gözəl qızı ilə evləndirilməyi vəd edirlər (nə qiymətli erməniymiş!). Lakin Xaçatur bu

vəzifəli şəxslərin yanında da Đslamı, Muhəmməd (ق) peyğəmbəri təhqir etməyə davam edir və

tələb edir ki, onu Nəsimi kimi20, dərisini soyaraq öldürsünlər. Nə isə, salnaməçi Arakelə görə

Xaçaturu bu arzusuna çatdırırlar21. Düzü Arakelin bu mazoxist təxəyyüllünə “heyran” olmamaq

mümkün deyil. Lakin Arakel unudubmuş ki, müsəlmanlar məscidin hələtindən nəinki erməniləri,

heç itləri və pişikləri belə qovmurlar. Bax erməni “tarixçiliyi”nin keçmişi budur. Đndisindən isə

danışmağa belə dəyməz. Saxta əzabkeşlik nağılları ilə vətənpərvərlik aşılamağa çalışmaq

cəhdləri paronoyak və cani ruhlu nəsillərin yetişməsi zərurətini meydana çıxarmışdır.

Ermənilərdən fərqli olaraq azərbaycanlıların tarixi saxtalaşdırmağa və ya tarix uydurmağa

ehtiyacları yoxdur. Xüsusilə də əgər məsələ ermənilərlə əlaqəlidirsə. Axı ermənilər əsrlər boyu

bizim babalarımızın cizyəödəyənləri, onların nənələri və babaları bizim əcdadımızın kənizi və

nökəri olduğu halda biz hansı səbəbdən ötrü tarix uydurmalıyıq və ya faktları saxtalaşdırmağa

cəhd etməliyik? Şanlı əcdadımız tarix boyu qazandığı uğurları imanının, ürəyinin və biləyinin

gücünə borcludur. Çünki tarixlərini öz qanları ilə yazmaq cəsarətinə sahib olmuşdular. Bu

səbəbdən də tarix uydurmağa və saxtalaşdırmağa bizim deyil, keçmişlərində öyünə biləckləri bir

səhifə belə olmayanların ehtiyacı var.

Maraqlı burasıdır ki, bu işdə, yəni tarixi saxtalaşdırarkən başqasını saxtakarlıqla ittiham

etməkdə, erməni tarixçiləri yalnız deyillər. Avropalı və rus şərqşünaslarla iranlı tarixçilər bu işdə

ermənilərin başlıca köməkçiləridirlər. Burada bunun iki nümunəsini verərək Arranın tarixi

coğrafiyası mövzusuna keçəcəyik. Şəmsəddin Muhəmməd Dəməşqinin “Nuxbətü’d-Dəhr fi

Əcaibü’l-Bərr və’l-Bəhr” adlı kosmoqrafiya və coğrafiyaya dair kitabı 1923-cü ildə Leipzigdə

M. Fraehnin fransızca şərhi ilə nəşr olunmuşdur. Bu nəşrdəki bəzi şərhləri olduğu kimi oxucunun

19 Arakel DAVRĐJETSĐ, Kniqa Đstorii, (Nşr. L. Xanlaryan), s. 405-407, Moskva 1978. 20 Nəsiminin dərisi soyularaq edam edilməsi yalanının haradan meydana çıxdığı deyəsən aydın olur. 21 DAVRĐJETSĐ, həmin əsər, s. 408-412.

Page 6: Azərbaycanın Tarixi Coğrafiyası və Etnogenezi Haqqında

diqqətinə çatdırırıq: “Arran-district de l’Armênie (Ermənistanda rayondur); Əhər-ville de

l’Armênie (Ermənistanda şəhərdir); Bərdə-en Armênie; Beyləqan-en Armênie; Xoy-ville de

l’Armênie; Şəmkur-ville d’Armênie; Şəki-ville d’Armênie; Gəncə (əl-Kənzə) peuplade

Armenienne22 (əhalisi ermənidir). Düşünmək olardı ki, M. Fraehnin bunu elə Şəmsəddin

Dəməşqinin özünün Ərməniyyə haqqında məlumat verərkən dörd Ərməniyyədən bəhs etməsinə,

Arranı, Şəmkir, Gəncə kimi şəhərləri ikinci və üçüncü Ərməniyyəyə aid etməsinə istinadən

etmişdir. Məsələ burasındadır ki, Şəmsəddin Dəməşqi öz əsərində “ikinci Ərməniyyə Cürzan

(Gürcüstan-E.N) adlanır......Tiflis onun bəldələrindəndir və o Kür çayı yaxınlığındadır” ] {c~cgوأر

]و �Yg L|c اn�pد �{�cq و ه� �L�]Lن [|v اvّ�p..... اc]L�p} �vْ�ُ �zّoزان yazdığı halda M. Fraehnin Tiflis

haqqında öz şərhində belə yazır “Tiflis-Gürcüstanda, Kür çayı üzərində şəhərdir” �cq}�[ –ville de

Gêorgie sur le Kourr]. Deməli M. Fraehnin Azərbaycanın vilayət və şəhərlərini Ərməniyyə

ərazisi kimi göstərərkən Şəmsəddin Dəməşqinin verdiyi məlumatlara deyil, özünün məsnədsiz,

qərəzli arzu və istəklərinə əsaslanmışdı. Yoxsa o, Tiflis və Gürcüstanın da Ərməyiyyəyə mənsub

olduğunu qeyd etməliydi. Halbuki belə etməyib. Buna bənzər məqamlara müstəşriqlərin

əsərlərində tez-tez rast gəlinir. Məsələn, ertməni salnaməçi Urfalı Matveyin (Matthieu d’Édesse)

“Xronologiya”sını 1858-ci ildə Parisdə nəşr etmiş fransız Edouard Dulaurier kitabın indeksində

Ani və Düveyn şəhərlərini “Böyük Ermənistan”a təxsis etməklə etməklə kifayətlənməmiş,

Şəmkir, Şəki və Şabranın da Şərqi Ermənistanın (?!) şəhərləri olduğunu qeyd etmişdir23. Naşir işi

daha da irəlilədərək kitabın indeksində Azərbaycan haqqında belə yazmışdır: [Aderbadagan

(Azerbéïdjan), province de l’Arménie orientale], yəni “Azərbaycan-şərqi Ermənistanda

vilayətdir”. Məncə şərhə ehtiyac yoxdur. Müasir dövrdə ermənilərin “Böyük Ermənistan”

xülyasına qapılmalarının, bütün qonşularının torpaqlarına iddia etmə cəsarət və cürətinə necə

sahib olduqlarının səbəbi aydın olur.

Bəzi tarixi mənbələrdə dörd Ərməniyyədən bəhs edilməsinin səbəbləri haqqında aşağıda geniş

məlumat verəcəyik. Bundan əvvəl isə Enayətullah Reza adlı iranlı tarixçinin “Azərbaycan və

Arran” adlı əsəri haqqında danışmaq istərdim. Bu kitab Q. Asatryan tərəfindən ruscaya tərcümə

olunaraq 1993-cü ildə Đrəvanda nəşr olunmuşdur. Əsərin orjinalını, yəni farscasını əldə etmək

təəssüf ki, mümkün olmadı. Tərcüməçi əsərə “Legenda o Dvux Azerbaydjanax” başlıqlı bir

önsöz də yazmışdır. Bu önsözdən bir cümləni iqtibas edib onun elmi səviyyəsini diqqətə

çatdırmaq istəyirəm: “etnik baxımdan türk olan Qafqaz “azərbaycanlılarından” fərqli olaraq

22 Bax: Şəmsəddin Əbu Abdullah Muhəmməd əl-Ənsari əd-DĐMƏŞQĐ, Nuxbətü’d-Dəhr fi Əcaibü’l-Bərr və’l-Bəhr, (Nşr. A. Mehren), s. XIII-LXXXVI, Leipzig 1923. 23 Bax: MATTHĐEU D’ÉDESSE, Chronique, (Nşr. E. Dulaurier), s. 512, 514, 540, 543, Paris 1858.

Page 7: Azərbaycanın Tarixi Coğrafiyası və Etnogenezi Haqqında

şimali Đranın türkdilli məskunları-saf qanlı iranlılardır”24. E. Reza isə antik yunan

salnaməçilərindən sonra Đbn Xordadbeh, Đbn Hövqəl, Đstəxri, Əbü’l-Fida kimi orta əsr ərəbdilli

müəlliflərə, daha sonra isə A. Yanovski, V. Dorn, V. Bartold kimi müasir müəlliflərin əsərlərinə

istinadən özünün “Araz çayının şimalı ilə cənubundakı torpaqlar heç bir zaman eyni ölkənin

ərazisi olmamışdır” fikrinə haqq qazandırmağa çalışmışdır.

Đndi isə dörd Ərməniyyə məsələsinə qayıdaq və Arranın (Qafqaz Albaniyasının) tarixi

coğrafiyasına nəzər salaq. Dörd Ərməniyyə haqqında öz əsərində məlumat verən yeganə müəllif

Şəmsəddin Dəməşqi deyil. Əhməd əl-Bəlazuri, Đbn Xordadbeh kimi müəlliflər də əsərində dörd

Ərməyyə haqqında məlumat verir. Onlar da Şəmsəddin Dəməşqi kimi “Şimşat, Qaliqla

(Ərzurum), Əxlat, Ərciş dördüncü, Bəsfurrəcan (Naxçıvan), Sirac, Bəğrəvənd, Təyr üçüncü,

Cürzan (Gürcüstan) ikinci, Səbscan və Arran birinci Ərməniyyəyə aiddir” 25 deyə qeyd edirlər.

Bəzi orta əsr ərəbdilli müəlliflərin adı çəkilən ölkələri Ərməniyyə adı altında təsnif etmələrinin

əsas səbəbi hələ Sasanilər dövründə əsası qoyulan, Əməvilər, Abbasilər və Böyük Səlcuqlu

sultanları tərəfindən davam etdirilən Bizans əleyhinə kilsə siyasətidir.

Məsələnin bütün təfərrüatı ilə aydınlaşması üçün xeyli keçmişə, xristianlığın yaranma tarixinə

qısaca nəzər salmalı olacağıq. Məlum olduğu kimi ilk isəvilər üç əsrə yaxın müddət ərzində

bütpərəst romalıların təzyiq, zülm və işgəncələrinə məruz qalmışdılar, öz dini etiqadlarını

açıqlaya bilmir, ibadətlərini gizli edir, dinlərini sərbəst yaşaya bilmirdilər. Bu dövrdə xristianlıq

bütpərəst cəmiyyətlərdə və gizli şəkildə yayıldığı üçün köhnə inamları özünə uyğunlaşdıra

bilmir, tam əksinə, gizli də olsa yaşaya bilmək üçün, özü köhnə etiqadlara uyğunlaşmağa

çalışırdı. Xristianlığı qəbul edən hər hansı bir romalı və ya yunan köhnə dini etiqadını tam tərk

etməyərək iman edirdi, kilsə isə buna ciddi etiraz edə bilmirdi, çünki zəif və təzyiq altında idi.

Mövcudluğunu qoruya bilmək üçün tərəfdar kütləsinə ehtiyacı var idi. Dini mətnlər müxtəlif

dillərə, o cümlədən yunan dilinə tərcümə olunmuşdu. Bu tərcümələrə nəzarət edə biləcək bir

mərkəz mövcud deyildi, safı çürükdən ayıra bilmək üçün hər hansı bir etalon dini mətn də yox

idi. Məlum olduğu kimi Đsa (×) sadəcə 2,5 il peyğəmbərlik edə bilmişdi. Xristianlıq ilahi

mənşədən uzaqlaşmış, qədim Roma və yunan bütpərəstliyinin təsiri altında formalaşmış yeni bir

dinə çevrilmişdi. Məsələn qədim dövrlərdə politeist yunanların etiqadına görə baş tanrı Zevsin

arvadı və oğlu var idi. Bu paqan etiqad müasir xristianlaqdakı ata tanrı, oğul tanrı, tanrı doğan

bakirə (yəni Məryəm) kimi dini inancların meydana çıxmasında mühüm rol oynamışdı. Roma

imperatoru Konstantin xristianlığı qəbul edəndən sonra 313-cü ildə Milan şəhərində xristianlığın

sərbəst din olduğunu elan etmişdi. Xristianlığın gizlilik dövrünün sona çatması ilə bir çox

24 “тюркоязычные обитатели северного Ирана-чистокровные иранцы, в отличие от кавказских "азер-байджанцев'', являющихся этническими тюрками”. Bax: Enayətullah REZA, Azerbaydjan i Arran, (Trc. Q. Asatryan), s. 8, Đrəvan 1993. 25 Bax: Fütuhü’l-Büldan, C. II, s. 204.

Page 8: Azərbaycanın Tarixi Coğrafiyası və Etnogenezi Haqqında

problemlər də üzə çıxdı. Məlum oldu ki, bir çox “müqəddəs yazı” mətnləri var və insanlar da bu

mətnlərə əsasən formalaşmış müxtəlif etiqadlara inanırlar. Etiqaddakı bu ixtilaflar əksər hallarda

xristian teoloqların bir-birlərini təkfir, yəni kafirlikdə ittiham etmələri ilə nəticələnirdi. Belə

ixtilaflı fikirlərdən birinin müəllifi də Đsgəndəriyyəli teoloq Arius idi. Xristianlar Đsanın (×)

həm ilahi həm də bəşəri xüsusiyyətlərə sahib olduğununu iddia edirdilər. Yəni onlara görə Đsa

(×) həm insan idi həm də tanrı. Arius isə Đsanın sadəcə insan olduğunu, Kəlam olduqdan, yəni

Tanrının (Ata Tanrının) lütfünə məzhər olandan sonra tanrılıq xüsusiyyətinə büründüyünü iddia

etmişdi. Yəni onun tanrılığı müstəqil deyil Ata Tanrıdan aslı bir tanrılıq idi. Bu iddia xristianlar

arasında ciddi ixtilafa səbəb olmuşdu26. Bütün bu ixtilaflara son qoymaq və dini mətnlərin

hansının kanonik (həqiqi) hansının isə apokrif (saxta) olduğunu müəyyənləşdirmək üçün Roma

imperatorlarının ciddi müdaxilələri ilə müşayət olunan bir çox kilsə qurultayı toplanmışdı. Bu

qurultaylarda alınan qərarlar problemi həll etməmiş əksinə, dərinləşdirmişdi. Xristian kilsəsinin

bir neçə yerə bölünməsi, şərq xristianlığı anlayışının ortaya çıxması ilə nəticələnən 451-ci ildə

keçirilmiş Xalkedon27 qurultayında, belə demək mümkündürsə, kilsələr arasındakı körpülər

yandırıldı. Monofizit və diofizit adlanan etiqadi xristian məzhəbləri rəsmən bərqərar oldu. Đsanın

həm ilahi, həm də bəşəri xüsusiyyətlərə sahib olduğuna inanan diofizitlər Şərqi Roma

imperatorlarının dəstəyinə arxalanaraq Đsanın (×) sadəcə ilahi xüsusiyyətlərə sahib olduğuna

inanan monofizitlərə qarşı əsrlər boyu davam edən dözümsüzlük nümayiş etdirmişdilər28. Şərq

xristianları, hansı ki, bura Misir, Suriya, Ərməniyyə daxil idi29, bəzən qətliamlarla müşayət

olunan bu ağır təzyiqlər səbəbi ilə Bizans imperiyasına nifrət etməyə başlamışdılar30.

Rəsmi mövqeyinə görə erməni kilsəsi özünü Faddey (Thaddeus), Varfolomey (Bartholomew) və

Foma (Thomas) kimi həvari və ya həvari şagirdləri ilə əlaqələndirərək qriqoryan deyil, apostolik,

yəni Đsanın (×) həvariləri tərəfindən təməli qoyulmuş kilsə hesab etməkdədir31. Bu digər

xristian kilsələri qarşısında öz üstünlüyünü sübuta yetirmək istəyindən irəli gəlir. Halbuki

xristianlığın ermənilər arasında IV əsrdən etibarən yayıldığı məlumdur32.

Đslamın meydana çıxmasından qısa müddət sonra əsasən şərq xristianlarının yaşadıqları bölgələr

xilafətin tərkibində daxil edilmişdi. Bizansla daimi müharibə vəziyyətində olan xilafət pravoslav-

diofizit Bizans xristianlığına qarşı monofizit şərq xristianlığını dəstəkləmişdi. Monofizitliyin

bütün xilafət ərazisindəki xristianlar arasında yayılması xilafətin mənafeyinə uyğun idi. Bununla

26 USPENSKĐY, Đstoriya Vizantiyskoy Đmperii, VI-IX vv., s. 210. 27 Xalkedon-indiki Đstanbulun Kadıköy səmti. 28 Abdurrahman KÜÇÜK, “Gregoryen Ermeni Kilsesinin Oluşması ve Konsil Kararları Karşısındakı Tutumu”, AÜĐFD, C. XXXV, Ankara 1953, ss. 117-154. 29 USPENSKĐY, həmin əsər., s. 182-183. 30 KÜÇÜK, həmin məqalə. 31 Malachia ORMANIAN, The Church of Armenia, (Trc. M. Gregory), s. 3-5, London 1910. 32 KÜÇÜK, həmin məqalə.

Page 9: Azərbaycanın Tarixi Coğrafiyası və Etnogenezi Haqqında

Bizans xilafət torpaqlarında yaşayan xristianlar arasındakı tərəfdar kütləsini itirmiş olacaqdı.

Müsəlman idarəçilər isə, cənubi Qafqaz da daxil olmaqla, öz ərazilərindəki monofizit xristianları

daha rahat idarə edə biləcəkdilər. Bu səbəbdən də Əməvilərdən etibarən bütün müsəlman

hökmdarlar monofizit-qriqoryan erməni kilsəsini dəstəkləmiş, cənubi Qafqaz və şərqi

Anadoludakı bütün kilsələrin qriqoryan erməni kilsəsinə bağlı olaraq fəaliyyət göstərməsi

məcburiyyətini bərqərar etmişdilər. Bu əslində Sasanilərin kilsə siyasətinin davamı idi. Bizans

başda ermənilər olmaqla monofizit şərq xristianlarına qarşı amansız tədbirlər görməkdən

çəkinməmişdi. Bizansın və pravoslav yunan kilsəsinin dözümsüzlüyü qarşısında şərq xristianları

Sasani imperiyasının simasında özünə sığınacaq tapmışdılar33. Sasani şahları da şərq

xristianlarını daim özlərinə ən təhlükəli düşmən hesab etdikləri Bizansa qarşı dəstəkləmişdilər.

Xilafət isə bu siyasəti davam etdirərkən daha ciddi və qətiyyətli olmuşdu. Alban katolikosu

Nersesin Bizansa meyl edərək Xalkedon qurultayının qəbul etdiyi prinsipləri yaymağa cəhd

etməsini erməni katolikosu Đlya Əməvi hökmdarı Əbdülməlik ibn Mərvana (685-705) məktubla

bildirmişdi. Əbdülməlik ibn Mərvanın göndərdiyi bir dəstə müsəlman əsgərlə Albaniyanın

paytaxtı Bərdəyə gələn Đlya alban katolikosu Nersesi və tərəfdarlarını mühakimə edərkən

müxtəlif işkəncələr vermişdi. Sonra onu zəncirlədərək acından ölməyə məhkum etmiş, yazdığı

kitabların isə Tərtər çayına atılmasını əmr etmişdi34. Qriqoryan erməni kilsəsinin pravoslav

gürcü kilsəsinə qarşı da eyni tərz davranışları tarixi mənbələrdəki qeydlərlə öz təsdiqini

tapmaqdadır. Erməni katolikosu Abraham Xalkedon kilsə qurultayının qərarlarını qəbul etdiyi

üçün gürcü patriarx Küronu lənətləyərək gürcülərlə heç bir təmamsda olmamaq, nə ibadətdə, nə

yeməkdə, nə içməkdə, nə dostluqda, nə uşaqların tərbiyəsində, nə onların xaçlarına ibadətdə,

gürcüləri öz kilsələrinə buraxmamaq, onlarla qohum olmamaq, gürcülərlə yəhudilərlə olduğu

kimi sadəcə ticari təmasda olmaq barədə qərarlar qəbul etmişdi35. Ermənilərin orta əsrlərdə

gürücülərə aid kilsələri mənimsəyərək onları sıxışdırdıqları bilinən bir tarixi həqiqətdir36.

Monofizit-qriqoryan erməni kilsəsinin Albaniya xristianları üzərində əsrlər boyu davam edən

təsiri albanların bir qisminin əvvəlcə qriqoryanlaşmasına, sonra isə erməniləşməsinə səbəb

olmuşdur. Əvvəlcə xilafətin, sonra isə müsəlman türk dövlətlərinin idarəsi altında olan şərqi

Anadolunun pravoslav yunan əhalisi qriqoryan erməni kilsəsinin nüfuz dairəsinə daxil edilərək

zamanla qriqoryanlaşmağa və erməniləşməyə məruz qalmışdılar. Əsrlər boyu Bizans

hakimiyyəti altında olmuş şərqi Anadolunun pravoslav və yunan əhalisinin “yoxa çıxma”sını

başqa cür izah etmək mümkün deyil. O cümlədən Gürcüstan ərazisində yaşayan indiki ermənilər

33 Bax: Nikolay ADONTS, Armeniya v Epoxu Yustiniana, s. 99-157, Đrəvan 1971; Eduard DANĐELYAN, “Đz Đstorii Armyano Vizantiyskix Otnoşeniy”, http://vizantarm.am. 34 Moisey KALANKATUKLU, Albaniya Tarixi, (Trc. Z. Bünyadov), s. 176-177, Bakı 1993. 35 KALANKATUKLU, Albaniya Tarixi, s. 137-138. 36 Bu haqda daha ətraflı məlumat üçün bax: Đlya ÇAVÇAVADZE, Erməni Alimləri və Fəryad Edən Daşlar, (Trc. V. Quliyev), Bakı 1995.

Page 10: Azərbaycanın Tarixi Coğrafiyası və Etnogenezi Haqqında

də qriqoryanlaşmış və erməniləşmiş alban və gürcülərin törəmələridir. Ermənilər bir millət kimi

öz varlıqlarını qoruyub saxlaya bilmələrini əvvəlcə xilafətə, sonra isə Böyük Səlcuqlu

imperatorluğu, Anadolu Səlcuqlu dövləti kimi türk dövlətlərinin davam etdirdikləri kilsə

siyasətinə borcludurlar. Orta əsr erməni salnaməçiləri bunun fərqində idilər və öz əsərlərində

müsəlman və türk hökmdarlarını daim ehtiramla yad edirdilər. Ertməni salnaməçi Urfalı Matvey

(Matthieu d’Édesse) Böyük Səlcuqlu sultanı Məlikşahın (1072-1092) qəlbinin xristianlara qarşı

şəfqət və xeyirxahlıqla dolu olduğunu, onun Đsanın övladları ilə çox yaxşı rəftar etdiyini, erməni

xalqına rifah, sülh və xoşbəxtlik gətirdiyini qeyd etmişdi37. Erməni patriarxı Vasiliy 1091-ci ildə

Məlikşahın hüzuruna gedərək ondan erməni kilsəsinin, keşiş və rahiblərin vergilərdən azad

edilməsi barədə xahiş etmiş, sultan Məlikşah da onun bu xahişini qəbul edərək erməni din

xadimlərinin, rahiblərin və ümumiyyətlə erməni kilsəsinin bütün vergilərdən azad edilməsi

barədə fərman vermişdi38. Şübhəsiz ki, bu fərman müəyyən siyasi məqsədlərlə verilmişdi.

Xristian din xadimləri, ermənilər də daxil olmaqla, bütün şərq xristianları üzərində böyük nüfuza

malik idilər. Din xadimlərini vergidən azad etməklə Böyük Səlcuqlu sultanı ermənilərin,

ümumiyyətlə bütün şərq xristianlarının Bizansa deyil, türklərin hakimiyyətinə meyl etmələrini

təmin etmişdi.

Məlum olduğu kimi ərəblər səhra qövmüdürlər. Dağlıq ərazilərdə ərəblərin istər hərbi, istərsə də

ictimai-siyasi təsiri dağlıq olmayan ərazilərə nisbətən daha zəif olmuşdur. Bunu klasik dövr ərəb

tarixçilər də qeyd edirlər. Đbn Xəldun yazır: “Dağlarda, əlçatmaz sıldırım qayalıqlarda yaşayan

qəbilələr onların (ərəblərin-E.N) zərərindən və təxribatından qurtulmuşdurlar. Çünki ərəblər

sıldırım dağlarda yaşayan qəbilələrin yanına dırmanmazlar. Bunun məşəqqətinə dözüb özlərini

təhlükəyə atmazlar”39. Bu səbəbdən də Đslam dini dağlıq ərazilərdə ya zəif ya da gec yayılmışdır.

Məlum olduğu kimi Arranın dağlıq hissəsi, məsələn indiki Ermənistan respublikasının ərazisi, o

cümlədən Dağlıq Qarabağ, adından da məlum olduğu kimi dağlıq ərazilərdir. Bu səbəbdən də

Đslam Arranın düzənlik hissəsinə nisbətən buralarda daha zəif yayılmışdı. Şərqi Anadolu və

cənubi Qafqaz xristianlarının əsrlər boyu erməni-qriqoryan kilsəsinin təsiri altında qalmasının

Arranın dağlıq hissəsində yaşayan xristian albanların qriqoryanlaşması və erməniləşməsində

böyük rolu olmuşdur. Müsəlman dövlətlərin qriqoryan erməni kilsəsinin bu anti-Bizans

“xidmət”indən faydalanmaları XI-XII əsrə qədər davam etmişdir. Bu əsrlərdə Anadolu demək

olar ki, bütünlüklə türklərin əlinə keçmiş, bununla da Anadolunun türkləşməsi və Đslamlaşması

prosesi başlamışdı. Bizansın şərqdəki istər siyasi, istərsə də ictimai-dini nüfuzunun bu şəkildə

aradan qalxması şərqi Anadolu və cənubi Qafqazda qriqoryan erməni kilsəsinin dəstəklənməsinə

37 MATTHĐEU D’ÉDESSE, Chronique, s. 201. 38 Yenə orada. 39 ĐBN XƏLDUN, Müqəddimə, C. I, s. 364.

Page 11: Azərbaycanın Tarixi Coğrafiyası və Etnogenezi Haqqında

olan ehtiyacı da aradan qaldırmışdı. Qriqoryan erməni kilsəsinin xidmətinə artıq ehtiyac

qalmamışdı. Bu daha sonrakı əsrlərdə istər cənubi, istərsə də şimali Qafqazda Đslamın yayılması

üçün daha əlverişli şərait yaratmışdı. Bununla yanaşı qərbi Arranda, müasir təbirlə desək qərbi

Azərbaycan torpaqlarında yaşayan albanların mühüm bir qismi artıq qriqoryanlaşmış və

erməniləşmişdi. Tarix boyu müsəlman dövlətlər üçün, əgər yuxarıda haqqında danışdığımız

siyasi zərurətə bənzər hal meydana çıxmayıbsa, zimmilərin, yəni onların idarəsi altında olan

kitab əhlinin hansı məzhəbə qulluq etmələrinin heç bir əhəmiyyəti olmayıb. Çünki hansı

məzhəbdə olmasından aslı olmayaraq zimmi cizyə ödəyicisi idi və eyni miqdarda cizyə ödəyirdi.

Akad. Ziya Bünyadov öz əsərində “Azərbaycan Əhalisinin Müsəlmanlaşdırılması və

Qriqoryanlaşdırılması” başlığı altında bu mövzuya geniş yer vermişdi40. Yuxarıda sözü gedən

“Preyemstvennost Falsifikatsii” başlıq məqaləsində Ş. Mnatsakanyan və P. Sevak adlı erməni

tarixçiləri alban kilsəsinin də eyniylə erməni kilsəsi kimi monofizit olduğunu, bu səbəbdən də

alban kilsəsini monofizitləşdirmək və qriqoryanlaşdırmaq ehtiyacının olmadığını qeyd edərək

akad. Z. Bünyadovun xristian teologiyasından baş çıxarmadığını iddia etmişdirlər. Məncə

başqalarını bu “teoloji problem”i dərk etməməklə qınayanlar “tanrının oğlu, tanrı doğan bakirə”

kimi məfhumları uydurub ortaya atanları qınasalar daha yaxşı olar. Çünki əslində başa

çıxarılmayacaq bir şey yoxdur. Problem insan olan Đsada (×) deyil, biri iki, hətta sonradan üç,

insanı isə tanrı kimi görən gözlərdədir. Cəlaləddin Rumi “Məsnəvi”sindəki “Dastane an

padişahe-cuhud ke, nəsraniyanra mi koşt əz bəhre təəssüb” (Təəssübündən ötrü xaçpərəstləri

öldürən yəhudi padşahın dastanı) adlı hekayədə bu məsələni belə tərənnüm edir.

Z}l D اL»tد ا¹p`º را ¸L[·ر Qoft ustad əhvəlira kandərâ Zu birun âr əz visaq ân şîşerâ زو vMون Dر از و¿Lق Dن ]c½\ را

Yg \½c[ Qoft əhvəl zân du şîşe mən kodam ¸·امZ}l اº`ل زان دو D `� ÃcÄ Pîş to ârəm bekon şərh təmamرم v[ YÂMح �Lzم

Qoft ustad ân du şîşe nist, ro ��� ا���د ن دو �� ���� روg YcM½` اÆÇM ¹p`ºار و ا�Åون Əhvəli beqozar və əfzûnbîn məşo

Z}l Qoft, Ey usta! məra tə’nə məzən اË اvg L»tا Åg \~ÉÊنYÂ[ را در Ìw زان دو L»tا Z}l Qoft usta zân du yəkra dər şikən

�½Í دو ]· ز vه Zo½M Ìw ن`Í Çûn yək beşekəst, hər du şod z çeşm �½Î ن وncg دد ازvl ل`ºد اvg Mərd əhvəl gərdid əz meylân və xəşm41

“Usta çəpgözə dedi: “Get otaqdan şüşəni götür gəl”. Çəpgöz şagird getdi və ustaya “iki şüşə var

hansını gətərim, yaxşı başa sal” deyə səsləndi. Usta da ona “Orada iki şüşə yoxdur, çəpgözlüyü

burax, çox elə diqqətlə baxan olma” dedi. Çəpgöz: “usta, mənə tə’nə etmə” dedi. Usta: “elə isə

birini vur sındır” dedi. Çəpgöz şüşələrdən birini sındıran kimi o biri də gözündən itdi. Şəhvani

meyllər, qərəz və qəzəb insanın gözünü çəp edər”. 40 Ziya BÜNYADOV, Azərbaycan VII-IX Əsrlərdə, s. 85-100, Bakı 1989. 41 Mövlana Cəlaləddin RUMĐ, Məsnəvi, C. I, 12-ci hekayə, http://www.rira.ir

Page 12: Azərbaycanın Tarixi Coğrafiyası və Etnogenezi Haqqında

Şərq xristianları, o cümlədən albanlar ümumiyyətlə monofizit idilər, bu doğrudur. Lakin Bizans

sarayının dəstəyi və yunan kilsəsinin təsiri ilə Arranda diofizitliyin yayılmağa başladığını, bəzi

monofizit alban din xadimlərinin bundan narahat olduqlarını Moisey Kalankatuklu öz

salnaməsində qeyd edir. O, yazır: “Albaniya kilsə qurultayının erməni katolikosu Đlyaya

məktubu. “Erməni katolikosu Đlyaya Albaniyanın kilsə qurultayından ehtiram! Atalarımız sizin

atalarla birlikdə öz canlarının xilası haqqında düşünərək bir mənsəbə bağlı idilər. Bizim ölkəmiz

son vaxtlaradək bütün kainatı zay edən murdar Xalkedon küfründən kənar idi. Uca Tanrının

dözümünə görə bu küfr hər tərəfə yayıldı. Đndi bizim həmişə xeyirxah keşiş saydığımız Nerses

canavara dönüb Đsanın şüurlu dindarlarını parçalamağa başladı....”42. Nersesin aqibəti haqqında

yuxarıda danışmışdıq. Göründüyü kimi VII əsrin sonlarında diofizitlik albanlar arasında özünə

xeyli tərəfdar tapmışdı. Yoxsa monofizit alban din xadimləri “bu küfr hər tərəfə yayıldı” deməyə

ehtiyac duymazdılar.

Akad. Z. Bünyadovun “qriqoryan kilsə xadimləri Arran ədəbi abidələrini məhv edərkən, əvvəlcə

bu abidələri qrabara (qədim erməni dilinə-E.N) çevirirdilər”43 cümləsi Ş. Mnatsakanyan və P.

Sevak adlı iki erməni tarixçisini möhkəm təəccübləndirib!? Heyrətlənən erməni tarixçiləri

yazırlar: “Ədəbi abidəlir məhv etməzdən əvvəl öz dilinə tərcümə etmək,-bax bu dünya tarixində

misli görülməmiş hadisədir. Bütün bu fövqəladə “kəşflərin” müəllifi olan Bünyadov bəlkə bəşər

tarixində buna bənzər başqa bir nümunə göstərsin!”44. Bu cümlələr 1991-ci ildə yazılıb. Akad. Z.

Bünyadov bu istəyi yerinə yetiribmi deyə bilmərəm. Amma bizi də bu iki erməni tarixçisinin

heyrəti təəccübləndirir. Məgər bu kilsənin heç etmədiyi bir işdir? Bu ki, kilsənin tarix boyu ən

sevimli məşğuliyyətlərindən biri olmuşdur. Daha doğrusu ermənilərin də sitayiş etdikləri

xristianlıq bunun üzərində qurulub, əvvəlcə özünə sərf edən kimi tərcümə etmək, sonra da

orjinalı məhv etmək. Nümunəsini də göstərək. Məsələn məlum olduğu kimi, ermənilər də daxil

olmaqla, dünya xristianları belə etiqad edirlər ki, indi mövcud olan Đncil Đsanın (×), başqa

sözlə, onların təsəvvürünə görə Tanrının sözüdür. Məlum olduğu kimi bu gün mövcud olan ən

qədim Đncil nüsxəsi XI əsrə aiddir və yunan dilindədir. XI əsrə aid olan, yəni Đsanın (×)

təvəllüdündən min il sonra qələmə alınmış həmin bu əlyazma nüsxənin III əsrə aid olan yunanca

başqa bir nüsxədən köçürüldüyü deyilir və III əsrə aid olan bu yunanca əlyazma isə bu gün artıq

mövcud deyil45. Đsa (×) isə ömrü boyu Fələstindən kənara çıxmamış, ibrani və arami

42 Albaniya Tarixi, s. 176. 43 Bax: BÜNYADOV, Azərbaycan VII-IX Əsrlərdə, s. 95. 44 MÜŞTƏRƏK, K Osveşeniyu Problemı Đstorii i Kulturı Kavkazskoy Albanii i Vostoçnıx Provntsiy Armenii, (Nşr. P. Muradyan), s. 309, Đrəvan 1991. [Просто диву даешься! Уничтожать литературные памятники, предварительно переводя их на свой язык, -это уже небывалое явление в мировой истории! Буниятов, автор всех этих сногсшибательных «открытий», быть может укажет нам хотя бы еще один такой пример из истории человечества!] 45 Şaban KUZGUN, Dört Đncil, Farklılıkları ve Çelişkileri, s. 88, Đstanbul 2008.

Page 13: Azərbaycanın Tarixi Coğrafiyası və Etnogenezi Haqqında

dillərindən başqa heç bir dil bilməyən bir yəhudi idi. Ona ilahi mənşəli bir kitab vəhy edilmişdi.

Lakin bu təbii ki, yunan dilində ola bilməzdi. Çünki dediyimiz kimi Đsa (×) öz ana dili olan

ibranicədən və aramicədən başqa bir dil bilmirdi. Sual olunur Đsaya (×) vəhy olunmuş və onun

yazdırdığı arami dilində olan Đncil haradadır? Bəli, o sadəcə yoxdur. Nəinki özü, hətta onu

xatırlada biləcək bir sətir yazı belə qalmayıb. Çünki indi əldə olan Đncil mətnlərindən başqa

bütün nüsxələr xristian din xadimlərinin istəyi və Roma imperatorlarının əmri ilə topladılaraq

yandırılmışdır46. Rekongista vaxt 1499-1500-cı illərdə Đspaniyada Qranada baş yepiskopu

Sisnerin əmri ilə 1 milyon cilddən çox ərəb və ibrani dillərində yazılmış kitab yandırılmışdır.

Ərəb dilində müxtəlif elm sahələrinə aid kitabların məhv edilməzdən əvvəl latın dilinə tərcümə

edildiyi məlumdur. Yuxarıda M. Kalankatuklunun erməni katolikos Đlyanın alban din xadimi

Nersesin yazdığı kitabları Tərtər çayına tökdürdüyünü öz salnaməsində yazdığını artıq qeyd

etmişik. Erməni qriqoriyan kilsəsinin albanlara aid ədəbi əsərlərin məhv etməsi işini sonrakı

əsrlərdə də beləcə davam etdirmədiyinə necə inanmaq olar?

Monofizit-qriqoryan erməni kilsəsinin sırf siyasi səbəblərdən ötrü xilafət tərəfindən dəstəklənən

cənubi Qafqaz və şərqi Anadoludakı nüfuzu orta əsr ərəbdilli müəlliflərin əsərlərində bu

ərazilərin Ərməniyyə kimi xarakterizə olunmasına səbəb olmuşdur. Bununla yanaşı Arranın

coğrafi sərhədlərindən bəhs edərkən orta əsr müsəlman coğrafiyaşünasları bu ölkənin ərazisinə

indi üzərində Ermənistan respublikasının mövcud olduğu torpaqları da daxil edirdilər. Yəni

müasir Ermənistan respublukası hal-hazırda tarixi Ərməniyyə torpaqlarında deyil, özünə heç bir

aidiyyatı olmayan Arran torpaqlarının üzərində mövcuddur. Klassik səyyah və

coğrafiyaşünasların əsərlərində Ərməniyyə adı ilə, aşağıda haqqında ətraflı məlumat

verəcəyimiz, tamamilə başqa coğrafi məkan nəzərdə tutulurdu. Şəmsəddin əl-Məqdisi (947-990)

öz əsərində Arran haqqında məlumat verərkən “Arrana gəldikdə bura iqlimin üçdə birini təşkil

edir və dəniz (Xəzər-E.N) ilə Araz çayı arasında yarımada kimi qalır, Mülk (Kür-E.N) çayı onu

uzununa bölür” deyə qeyd edir47. Bu da o deməkdir ki, Araz çayı başladığı şimal-şərqi Anadolu

torpaqlarından etibarən Arranın cənub və cənubi-qərb sərhədini təşkil etmişdir. Yəni Araz

çayından şimalda qalan və Xəzər dənizinə qədər olan ərazi Arran torpaqlarıdır. Başqa sözlə

Türkiyə respublikasının Qars və Ərdəhan vilayətləri, o cümlədən Gürcüstanın Kür çayının

cənubunda qalan ərazisi də tarixi Arran torpaqları hesab olunur. əl-Đdrisi (1100-1165) Arranın

şəhərləri haqqında məlumat verərkən Bərdə, Beyləqan, Bərdic, Şamaxı, Şirvan, Layican, Şabran,

46 həmin əsər, s. 281. 47 ] vّpا Lgx� ا YcM ةvwÅ� e�g Ø� �cq�Ùا Yg Úq�pا `Û] ن`�� L|]Ü� ان½w Ýqzpا v|]س وvّpا v|]ة وvcÛ�pßّáً`Ê L|[ . Bax: Şəmsəddin Muhəmməd əl-Bəşşari əl-MƏQDĐSĐ, Əhsənü’t-Təqasim fi Mərifəti’l-Əqalim, s. 184, Tehran 2006. Həmçinin bax: BÜNYADOV, həmin əsər, s. 138.

Page 14: Azərbaycanın Tarixi Coğrafiyası və Etnogenezi Haqqında

Şəki, Qəbələ, Gəncə, Şəmkir və Tiflisin adını sadalamaqdadır48. əl-Đstəxri (X əsr) isə Bərdə, əl-

Bab (Dərbənd) və Tiflisin Arrandakı ən böyük şəhərlər olduğunu bildirdikdən sonra, Bərzənc,

Varsan və Xunanı da əlavə edərək, əl-Đdrisi ilə eyni şəhərlərin adını çəkir və bunların Arranın

şəhərləri olduğunu bildirir49. Zəkəriyya əl-Qəzvini50 və Hüdudü’l-Aləm müəllifi də sadalanan

şəhərlərin Arranda olduğunu qeyd etmişdirlər51. Əbü’l-Fida (1273-1331) Arranın şimal

sərhəddinin əl-Babdan (Dərbənd) Tiflisə uzandığını qeyd etmişdir52. əl-Đstəxri Azərbaycan,

Arran və Ərməniyyədə insanların ərəbcə və farsca danışdıqlarını, Düveyn (əsərdə Dübeyl kimi

qeyd olunur) ətrafında erməni, Bərdə ətrafında isə Arran dilində danışıldığını qeyd etmşidir53.

Đbn Hövqəl də Arranda əhalinin “arraniyyə” dilində danışdıqlarını qeyd edir54. Bu da onu

göstərir ki, erməni dili Arranın, Düveyn xaric, heç bir yerində əhalinin danışıq dili olmamışdır.

Arran xalqının, yəni albanlarn özlərinə məxsus və digərlərinə bənzəməyən dili olduğunu

yunandilli tarixi mənbələr də təsdiq edirlər. Đsgəndəriyyəli teoloq Zaxariya Arranda digərlərinə

bənzəməyən dildə danışıldığını qeyd edir55. Düveyn isə bütün cənubi Qafqaz xristianları kimi

ermənilər üçün də dini baxımdan əhəmiyyətli şəhər idi. Bu baxımdan burada erməni dilində

danışan icma mövcud olmuşdur.

Ərməniyyənin tarixi coğrafiyasına gəldikdə isə bu ölkə Van gölü və ətraf vilayətlərdən ibarət idi.

Cəlaləddin Süyuti (1445-1505) “əl-Ərməniyyi” yəni Ərməniyyəli nisbəsini izah edərkən yazır:

“əl-Ərməniyyi...Rum (Anadolu-E.N) diyarının bəldələrindən (rayonlarından-E.N) olan

Ərməniyyəyə aid edilir”56. Ərməniyyənin Rum diyarının, yəni Anadolunun vilayətlərindən biri

olduğu Əbu Şamə əl-Məqdisinin (1203-1268) Düveyn şəhəri haqqında məlumat verərkən

yazdıqlarından da aydın olur. Müəllif yazır ki: “Düveyn Azərbaycanın sonuncu bəldələrindən

biridir, daha sonra Rum (Anadolu) başlayır”57. Düveyn ermənilərin Dvin adlandırdıqları qədim

Azərbaycan şəhəridir. Đndi xarabalıqları Sədərəkin şimali-qərbində, Đrəvandan 18 km cənubi-

]واvML½pان و��q} و]�Ø و�~Åة و]�z`ر و�{�cq و�nM Yg \cد أران vMذr} واLßqc�pن وvMدâw واcÎLz½p} و]vوان واLbwnpن[ 48 Bax: Şərif Əbü’l-Həsən Muhəmməd əl-ĐDRĐSĐ, Nüzhətü’l-Müştaq fi Đxtiraqi’l-Afaq, s. 34-35, Riyad 1989. 49 ]vّpLM �cpو]�� و \qان و��vML½pز واLbwÙوان واv[و {cÎLz½pوا â]زvMو âwدvMن وL¿ن وورLßqcM LgÜ� ؛�cq}ب و�L�pوا {rذvM Yg vأآ� {~w·g ان]و�~æÅ و]�z`ر وL~Îن Bax: Đbrahim ibn Muhəmməd ĐSTƏXRĐ, Məsalikü’l-Məmalik, s. 67, Leiden 1927.

50 Zəkəriyya Muhəmməd əl-QƏZVĐNĐ, Asarü’l-Bilad və Əxbarü’l-Đbad, (Nşr. S.M.Şahmuradi), s. 476-477, Tehran 1373. 51 ANONĐM, Hüdudü’l-Aləm minə’l-Məşriq ilə’l-Məğrib, (Nşr. Y. əl-Hadi), s. 120-123, Qahirə 1999. 52 Đmadəddin ƏBÜ’L-FĐDA Đsmayıl ibn Əli, Təqvimü’l-Büldan, (Nşr. M. Reinaud-De Slane McG.), s. 387, Paris 1840. ] �cq}� �pب اL�pا Yg ود اّران·º ل وL�[ 53 ĐSXƏXRĐ, Məsalik, s. 69. ]w L|cpا`ºو ecMد eأن أه vcç ،{cMvÉpوا {ctرL}pان اvpوا {c~cgن وأرLbcMن أذرLopو غو[`ا ،{c~cgرuLM ن`zq�»{c]اvpا �|]Lop {rذvM[

54 ĐBN HÖVQƏL, Surətü’l-Ərz, s. 342. 55 Nina PĐQULYEVSKAYA, Siriyskiye Đstoçniki Po Đstorii Narodov SSSR, s. 110, Moskva 1941; BÜNYADOV, həmin əsər, s. 92. 56 Cəlaləddin Əbdürrəhman ibn Əbu Bəkr SÜYUTĐ, Lübbü’l-Lübab fi Təhrir’l-Ənsab, (Nşr. M. Əbdüləziz), s.26, Beyrut 1991.[ ومvpد اnM Yg Ø~cgرuا ...{c~cgأر �pإ ] 57 Şihabəddin Əbu Şamə Əbdürrəhman ibn Đsmayıl əl-MƏQDĐSĐ, Rəvzəteyn fi Əxbari’d-Dövləteyn, (Nşr. Đ. Zeybəq), C. I, s. 403, Beyrut 1997. ] ·ة nM vÎD Ygد أْذَرLbcMِن nM Øqw Lzgد اvpوموYw وهqM Øُد [

Page 15: Azərbaycanın Tarixi Coğrafiyası və Etnogenezi Haqqında

şərqdə yerləşir. Bu şəhərin tarixi Azərbaycan şəhəri olduğu haqda irəlidə ətraflı məlumat

veriləcək.

Orta əsrlərdə Ərməniyyədə ermənilərlə yanaşı müsəlmanların da əhalinin mühüm bir qismini

təşkil etdiyi barədə mənbələr məlumat verir. Əcaibü’d-Dünya müəllifi yazır: “Əxlat

Ərməniyyənin paytaxtıdır. Şəhər daşdan inşa olunmuş möhkəm qala divarları ilə əhatə olunub.

Bu şəhər səs-küylüdür, çox sayıda bazar var.......Şəhərdə çoxlu musiqiçi var, əxlaqsızlıq açıq-

aşkardır. Erməni və müsəlmanları bir-birlərindən ayırmaq mümkün deyil, çünki hamısı ermənicə

danışırlar”58. Əbdürrəşid Bakuvi (XV əsr) Əxlat şəhəri haqqında yazır: “Böyük şəhərdir.

Ərməniyyənin mərkəzidir.....Əhalisi müsəlman və xaçpərəstlərdir. Əcəmcə (farsca-E.N),

ermənicə və türkcə danışırlar. Şəhərin möhkəm divarları var”59. Sadiq Đsfəhani Ərməniyyənin

şəhərlərindən bəhs edərkən Van gölü ətrafındakı Əxlat, Malazgird, Van, Ərciş, Alehtak, Takritin

adını çəkir60. əl-Đdrisi də Ərməniyyə haqqında bəhs edərkən bu şəhərlərin adını çəkir61.

Bu gün xarabalıqları Türkiyə respublikası ərazisində, Araz çayı üzərində olan Ani62 və Sürmari63

də Arranın qədim şəhərləri idi. Bu iki şəhər özünün möhkəm qala divarları və istehkamları ilə

Ərməniyyə ilə Arran arasında sərhəd zastavası rolunu oynamışdı. Đbnü’l-Əsir 1162-ci ilin yay

aylarında gürcülərin Aniyə hücumu haqqında məlumat verərkən Aninin Arranın şəhərlərindən

biri olduğunu qeyd etmişdir64. Anidə aşkar edilmiş böyük bir atəşgahın qalıntıları da bu şəhərin

qədim Azərbaycan şəhəri olduğunu göstərir. Qalıntıların e.ə. I-IV əsrlərə aid bir atəşpərəstlik

məbədinə aid olduğu güman edilir. Bəzi avropalı iranşünaslar “The Armenian Fire Temple of

Ani” adlandıraraq bu atəşgahı ermənilərə aid etməyə çalışırlar65. Ermənilərin heç vaxt atəşpərəst

olmadıqlarını və bütpərəstlikdən sonra xristianlığı qəbul etdiklərini nəzərə alaraq deyə bilərik bu

məbəd, həmçinin şəhər Azərbaycanın qədim şəhərlərindən biridir.

Əcaibü’d-Dünya müəllifi isə Sürmari haqqında məlumat verərkən deyir: “Sürmari Ərməniyyə ilə

sərhəddə, Araz çayı kənarındakı qayanın üzərində yerləşən qaladır. O vilayətdə ondan daha

müstəhkəm yer yoxdur. Şəhərdə evlər, binalar, bazarlar mövcuddur. Bu şəhərdə türklər yaşayır.

Bol və bərəkətli şəhərdir. Əhalisi cəsur və din uğrunda vuruşan müsəlmanlardır. Şəhərin

ətrafındakı yerlər də türklərin əlindədir”66.

58 ANONĐM, Əcaibü’d-Dünya, (Trc. L. Smirnova), s. 180, Moskva 1993. 59 Əbdürrəşid ibn Saleh əl-BAKUVĐ, Təlxisü’l-Asar və Əcaibü’l-Məlikü’l-Qəhhar, (Trc. Z. Bünyadov), s. 120-121, Bakı 1992. 60 Sadik ISFAHANI, The Geographcal Works, (Nşr.W. Ouseley), s. 6, London 1832. 61 Nüzhətü’l-Müştaq, s. 34-35. 62 Ani qalasının xarabalıqları indi Qars vilayəti ərazisində, Arpaçayın sol sahilində, Türkiyə Ermənistan sərhəddindədir. Ani xarabalıqları Qars şəhərindən 31 km şərqdə yerləşir. 63 Sürmari qalasının xarabalıqları indi Đqdırla Kağızman arasındakı yolun sağında, Đqdırdan 27 km şimali-qərbdə, Sürməli kəndi yaxınlığındadır. 64 ĐBNü’l-ƏSĐR, Kamil fi’t-Tarix, C. XI, s. 228. ]د اّرانnM Yg Ø]D {~w·g �pروا اLtو[ 65 Bax: http://www.cais-soas.com/CAIS/Architecture/ani_fire_temple.htm 66 ANOMĐM, Əcaibü’d-Dünya, s. 212.

Page 16: Azərbaycanın Tarixi Coğrafiyası və Etnogenezi Haqqında

Orta əsr müəllifləri Zəncanın Azərbaycan şəhəri olduğunu qeyd edərək ölkənin cənubunun bu

vilayətlə son çatdığını bildirmişdirlər. Cəmaləddin əl-Himyəri öz əsərində yazır “Zəncan

Azərbaycanın bəldələrindən (rayonlarından) biridir”67. Əbü’l-Fida öz əsərində Azərbaycanın

cənub sərhədlərini qeyd edərkən xəttin Zəncandan Dinəvər, Hulvan, Şəhrəzur, Dəclə sahilinə

oradan da Ərməniyyəyə uzandığını yazır68.

Azərbaycanın şimal sərhədlərinin Tiflisə qədər uzandığını da yenə klassik ərəbdilli mənbələrdən

öyrənirik. Əvvəla onu deyək ki, Bərdə, Bərdic kimi Arranın ən böyük və məşhur şəhərləri bir

çox ərəbdilli müəllif tərəfindən Azərbaycan şəhərləri kimi təsnif edilmişdir. Đbn Xəllikan (1211-

1282) Bərdə şəhəri haqqında “o (Bərdə-E.N) Azərbaycanın kənar (uzaq) bəldələrindən

biridir.....O ölkənin (Azərbaycanın-E.N) insanları deyirlər ki, Bərdə Arranın şəhərlərindən

biridir”69. Đbnü’l-Əsir (1160-1233) əsərində “əl-Bərdəi” nisbəsini izah edərkən yazır: “Bu nisbə

Bərdə şəhərinə aiddir. O (Bərdə-E.N) Azərbaycanın kənar (uzaq) bəldələrindən biridir.”70. Eyni

müəllif “əl-Bərdici” nisbəsini izah edərkən belə qeyd edir: “Bu nisbə Bərdicə aiddir. O (Bərdic-

E.N) Azərbaycanın kənar (uzaq) bəldələrindən biridir. Onunla (Bərdiclə-E.N) Bərdə arasında 14

fərsəx var”71. Bərdənin Azərbaycanın şəhərlərindən biri olduğunu Cəlaləddin Süyuti (1445-

1505) də öz əsərində qeyd etmişdir72. Süyuti “ət-Tiflisi” nisbəsi haqqında məlumat verərkən

yazır “...Azərbaycanın bəldələrindən olan Tiflisə aid edilir”73. Đbnü’l-Əsir də Tiflisin

Azərbaycanın sonuncu, yəni sərhədyanı şəhərlərindən biri olduğunu qeyd etmişdir74. Əbü’l-Fida

Şirvan şəhərinin Azərbaycanın şəhərlərindən biri olduğunu qeyd etmişdir75. Buraya qədər qeyd

olunanlardan belə qənaət hasil olur ki, Arran özü-özlüyündə müstəqil bir ölkə və ya məmləkət

deyil, Azərbaycanın bir hissəni təşkil edən bəldə, vilayət olmuşdur. Eynən tarixi Ərməniyyənin

Diyari-Rumun, yəni Anadolunun vilayətlərindən biri olduğu kimi. Beləcə iranlı Enayətullah

Reza, onun kitabını ruscaya tərcümə etmiş erməni Qarnik Asatryan, erməni mütərcimin məşhur

rus şərqşünası Vasiliy Bartoldun simasında istinad etdiyi şəxslərin, Araz çayının şimalı ilə

cənubundakı torpaqların tarixin heç bir məqamında eyni ölkə hesab olunmadığına dair

fikirlərinin heç bir tutarlı dəlilə əsaslanmadığı açıq-aşkar şəkildə ortaya çıxmışdır. Burada Q.

Asatryanın V. Bartolddan etdiyi iqtibası qeyd etmədən və buna münasibət bildirmədən növbəti

məsələyə keçmək istəməzdim. Erməni mütərcim iranlı tarixçinin əsərinə yazıdığı önsözdə belə

67 Cəmaləddin Abdullah Təyyib Đbn Abdullah Đbn Əhməd əl-HĐMYƏRĐ, Nisbə ilə’l-Məvazi’ və’l-Büldan, C. I, s. 368, Beyrut (trz). ]نLb]Åpن....اLbcMأذر �cqإ� Yg ·qM [ 68 ƏBÜ’L-FĐDA, Təqvimü’l-Büldan, s. 387. 69 Şəmsəddin Əhməd ĐBN XƏLLĐKAN, Vəfayatü’l-Əyan və Ənba Əbnaü’z-Zaman, C. VI, s. 339, Beyrut 1974.

]{rدvM ...bcMد أذرnM �íأ� Yg {~w·g ØنوهL ...اّران �cqإ� Yg {rدvM ن`p`ßw دn�pا Ýq� eوأه[ 70 Đzzəddin Əli ĐBNü’l-ƏSĐR, Lübab fi Təhzibü’l-Ənsab, C. I, s. 135-136, Bağdad (trz). ]Ørدv�pا... {rدvM �pإ {�o~pا æÆه]وهqM Ø·ة Yg أ�nM �íد أذرLbcMن

71 ĐBNü’l-ƏSĐR, Lübab, C. I, s. 136. ]Øbwدv�pا....pا æÆهLîtv� v½r {ÉMأر {rدvM YcMو L|~cM نLbcMأذر �í�xM ة·qM Øوه âwدvM �pإ {�o~[ 72 SÜYUTĐ, Lübbü’l-Lübab, s.26. 73 SÜYUTĐ, Lübbü’l-Lübab, s. 43. ]Øocq}»pن...اLbcMذرxM ·qM �cq}� �pا {qz|g[ 74 ĐBNü’l-ƏSĐR, Lübab, C. II, s.218. ]Øocq}»pا...qM vÎD �cq}� �pا {�o~pا æÆنهLbcMد أذرnM Yg ة·[ 75 ƏBÜ’L-FĐDA, Təqvimü’l-Büldan, s. 396.

Page 17: Azərbaycanın Tarixi Coğrafiyası və Etnogenezi Haqqında

deyir: “Tanınmış rus şərqşünası V.V.Bartoldun 1924-cü ilin noyabr-dekabr aylarında Bakı

universitetinin (indiki ADU-E.N) şərqşünaslıq fakültəsində oxuduğu bir neçə mühazirədən sonra

tələbələrdən birinin verdiyi suala mövzu ilə bağlı verdiyi cavab maraqlıdır. Tələbənin sualı:

“Azərbaycan deyərkən daha çox ən böyük şəhəri Təbriz olmaqla, Arazın o tayındakı Đran

Azərbaycanı nəzərdə tutulur. Hal belə ikən bizim ölkəmizi Azərbaycan adlandırmağa haqqımız

varmı? Bura Azərbaycanmı olub yoxsa Şirvan?”. Akademik V.V.Bartoldun cavabı: “Şirvan sözü

ilə heç vaxt indiki Azərbaycan respublikasının əhatə etdiyi ərazi nəzərdə tutulmayıb. Şirvan ən

böyük şəhəri Şamaxı olan kiçik ərazini əhatə edib. Gəncə və s. şəhərlər heç vaxt Şirvana aid

olmayıb. Əgər indiki Azərbaycan respublikasını əhatə etdiyi bütün vilayətlər üçün bir ad

düşünmək lazım gəlsəydi, hər şeydən əvvəl Arran adını qəbul etmək olardı. Azərbaycan adı ona

görə seçilib ki, Azərbaycan respublikası qurularkən güman edilirdi ki, Đran Azərbaycanı ilə bu

Azərbaycan bir bütünü təşkil edirlər, belə ki, əhalisinin tərkibinə görə bu iki ölkə böyük

bənzərlik ərz edir”76. Göründüyü kimi V. Bartola görə Arazın iki tərəfində yaşayanlar eyni millət

deyil, onların arasında sadəcə böyük bənzərlik var. Beləliklə cənab akademik “bu ölkənin Đran və

Rusiya Azərbaycanı adlanaraq iki hissəyə parçalanması təmsil etdiyim rus imperyalizminin

işğalçılıq siyasətinin acı nəticəsidir” demək cəsarətini göstərə bilmədiyi üçün məsələyə tamamilə

başqa bir don geyindirmək məcburiyyəti hiss etmişdir. Çünki V. Bartold kimi həqiqətən dünya

şöhrətli bir akademikin yuxarıda sadaladığımız mənbələrdəki qeydləri və faktları bilməməsi

mümkün deyil.

E. Rezanın öz əsərində geniş yer verdiyi məsələlərdən biri də Azərbaycanın etnodemoqrafik

təşəkkülü məsələsidir. Müəllif təkidlə Azərbaycanın indiki əhalisinin etnik baxımdan türk

olmadığını, Azərbaycanın istər cənubuna, istərsə də şimalına oğuz türklərinin yerli əhaliyə

nisbətən daha az sayıda gəldiyini, lakin buna baxmayaraq burada daha əvvəldən yaşayan əhalini

türkləşdirə bildiyini qeyd edir77. XI-XII əsrlərdə Orta Asiyadan Azərbaycan və Anadoluya köçüb

gələnlər romalı və ya yunan deyildilər. Onların mühüm əksəriyyəti, E. Rezanın da qeyd etdiyi

kimi, bəsit ictimai və iqtisadi həyat tərzinə malik köçəri, maldar oğuz tayfalar idilər. Danışdıqları

dil də həmin dövrdə yunan və ya sanskrit dili kimi üstün linqvistik xüsusiyyətlərə və ifadə

imkanlarına malik elm dili deyildi. Yerli əhali hansı səbəbdən özlərindən sayca az olan oğuzların

dilini qəbul etməli idi? Məsələ burasındadır ki, bir dilin uzun müddət, əsrlər boyu yaşaya bilməsi

üçün onun iki şeydən birinə ehtiyacı var. Həmin dil ya hərbi-siyasi hakimiyyəti öz əlində

saxlayan etnik ünsürün dili olmalıdır, ya da həmin dildə geniş xalq kütlələrinin sitayiş etdiyi dini

mətinlər yazılmalıdır. Məsələn yəhudilər əslər boyu dövlətsiz, başqa millətlərin arasında 76 REZA, Azerbaydjan i Arran, (Önsöz qismi), s. 5. Sözü gedən sual-cavab V. Bartoldun “Mesto Prikaspiyskix Oblastey v Đstorii Musulmanskoqo Mira” mövzusundakı silsilə mühazirələrində, “V (9-10) Mühazirə” başlığı altında nəşr edilmişdir. Bax: BARTOLD, Soçineniya, C. II/1, s. 703. V. Bartoldun Arranın tarixi coğrafiyası ilə bağlı mülahizələri “Arran” başlığı altında ayrıca nəşr olunmuşdur. Bax: Soçineniya, C. III, s. 334-335, Moskva 1963. 77 REZA, həmin əsər, s. 113 və sonrası.

Page 18: Azərbaycanın Tarixi Coğrafiyası və Etnogenezi Haqqında

yaşasalar da ibrani dili öz varlığını Tövrat, Kabala, Talmud kimi yəhudi dini ədəbiyyatında

qoruya bilmişdi. Çünki bu dinə sitayiş edən bir millət var idi. Həmçinin bir millət kimi özləri

artıq əsrlərdən bəri mövcud olmayan latınların dili Roma katolik kilsəsinin rəsmi dili olduğu

üçün bu gün də öz mövcudluğunu qormaqdadır. Eləcə də ərəb dili, 14 əsr əvvəl Məkkədə necə

danışılırdısa Qur’ani-Kərim sayəsində heç bir dəyişikliyə uğramadan müasir dövrə qədər gəlmiş

və yaşamaqdadır. Türkcənin, etnik mənsubiyyətindən aslı olmayaraq, Azərbaycan və Anadolu

xalqlarının müştərək ünsiyyət vasitəsinə çevrilməsi artıq min ildən bəri bu yerlərdə siyasi

hakimiyyətin türklərin əlində olması səbəbiylədir. Lakin bu yeganə səbəb deyil. Çünki Đran, ərəb

ölkələri, Balkan yarımadası da əsrlər boyu türk mənşəli hakim sülalələrin idarəsi altında

olmuşdur. Lakin bu yerlərdə türk dili əhalinin müştərək ünsiyyət vasitəsinə çevrilməmişdir.

Məsələ burasındadır ki, E. Reza Orta Asiyadan köçüb Azərbaycan və Arran, eləcə də Anadoluda

məskunlaşmış oğuzların sayının yerli əhaliyə nisbətən qat-qat az olması tezisini irəli sürərkən

yanılmışdır. Azərbaycan, Arran və Anadolu çox geniş oğuz kütlələrinin köçüb məskunlaşdıqları

ölkələr olmuşdur. Belə ki, gələn oğuzlar say baxımından digər etnik qruplardan qat-qat çox

olmuşdurlar. XIII əsrin birinci yarısında qələmə alınmış Əcaibü’d-Dünya müəllifi yazır: “Arran

zəngin və bolluq içində olan ölkədir. Bura yerli hökmdarların qış iqamətgahıdır. Dünyanın heç

bir yerində Arranda olan binalardan yoxdur. Türklərin bu qədər sıx yaşadığı başqa heç bir yer

yoxdur. Deyirlər ki, orada 100 minə qədər türk süvarisi var”78. Hər ailədən bir sürvarinin

çıxdığını təxmin edərək ümumi sayın 400-600 min arasında dəyişdiyini söylələ bilərik. XII-XIII

əsrlərdə Arran kimi bir ölkə üçün bu kifayət qədər böyük rəqəm idi. Hələ oğuzlar Orta Asiyada

ikən Qəznə hökmdarı sultan Mahmudun (998-1030) “hərbi yardıma ehtiyacım olsa mənə nə

qədər süvari göndərə bilərsən?” sualına oğuz hökmdarı Arslan Yabgu sadağından bir ox

çıxararaq “əgər bunu Türküstana göndərsəm 200 min süvari gələr” cavabını vermişdi79. Bu da

onu göstərir ki, XI-XII əsrlərdəki köçlər vaxtı Səlcuqların hakimiyyəti altında olan oğuzların ən

az yarısı Orta Asiyadan Azərbaycana köçərək məskunlaşmışdılar. Prof. Faruk Sümer

Azərbaycanda aşağıdakı oğuz qəbilə və əşirətlərinin məskunlaşdığını müəyyənləşdirmişdi: əfşar,

qacar, müqəddəm, dümbəli, kəngərli, qaraçorlu, eynallı, bayat, bayandurlu, bəgdili, qurdbeçə,

xocavəndi, muğanlı, şahsevən, ustaclı, sarıcalı, xançobanlı, cavanşir, xələc, sə’dli (Saatlı), acırlı,

şöklü, mahmudlu, baharlı, qarapapaq və s80. Zübdətü’t-Təvarix müəllifi Osmanlı dövlətinin

qurucusu Osman ğazinin əcdadının da Orta Asiyadan köçüb Azərbaycana gəldiyini və 170 il

Azərbaycan torpaqlarında yaşayan Qayı əşirətinin moğol hücumları qarşısında qərbə, Anadolu

78 Əcaibü'd-Dünya, s. 182. 79 Ali SEVĐM-MERÇĐL Erdoğan, Selçuklu Devletleri Tarihi, s. 20, Ankara 1995. 80 Faruk SÜMER, Oğuzlar, s. 440-446, Đstanbul 1999.

Page 19: Azərbaycanın Tarixi Coğrafiyası və Etnogenezi Haqqında

torpaqlarına köçmək məcburiyyətində qaldığın qeyd edir81. Müəllif həmçinin qeyd edir ki,

Azərbaycanda yaşadığı son illərdə Qayı əşirətinə Osman ğazinin atası Ərtoğrul ğazi rəislik

edirdi82. Şihabəddin Nəsəvi Arranda və Muğanda oğuzların çoxluğunu təsvir etmək üçün belə

yazır: “əgər oradakı türkmənlər (oğuzlar-E.N) bir yerə toplansalar, bu qarışqa sürüsü və çəyirtgə

buluduna bənzəyər”83.

Bundan başqa E. Reza və digərlərinin iddia edilkləri kimi Azərbaycan və Anadolunun

türkləşməsi XI əsrdən etibarən, yəni Böyük Səlcuqlu dövlətinin meydana çıxmasından sonra

başlamamışdı. XV əsr Osmanlı salnaməçilərindən Firdovsi Rumi Anadolunun türkləşməsinin üç

mərhələdə gerçəkləşdiyini qeyd etməkdədir. Birinci mərhələnin IX əsrdən, yəni Abbasilərin

orduda türk mənşəli əsgərlərə üstünlük verməsindən sonra başladığını bildirən müəllif ikinci

mərhələnin Səlcuqluların tarix səhnəsinə çıxması, üçüncünün isə moğolların dağıdıcı hücumları

qarşısında Orta Asiyadakı türk kütlələrinin şərqdən qərbə köçməsi ilə izah edir84. Bu da

ümumilikdə təqribən 400 illik bir dövrü əhatə edir.

Abbasi xəlifələri türk mənşəli əsgərlərdən ibarət hərbi birləşmələri əsasən “əvasim” adlanan,

Bizans və Xəzər xaqanlığı ilə həmsərhəd vilayətlərdə yerləşdirirdilər. Bu haqda yuxarıda ətraflı

məlumat vermişdik. Eləcə də Arranın şimal sərhədləri, indiki Gürcüstan və Dağıstanla

həmsərhəd bölgələri “əvasim” hesab olunurdu. Bu yerlərdə əvvəlcə ərəb, IX əsrdən etibarən isə

türk mənşəli əsgərlər öz ailələri ilə birlikdə məskunlaşmışdılar. Bundan çox daha əvvəl, e.ə. VII

əsrdə isə iskit və kimmer kimi turani qövmlərin Azərbaycan torpaqlarında, ələlxüsus Arranda,

Urmiyə və Van gölü hövzələrində məskunlaşdıqları məlumdur. Sonrakı əsrlərdə baş vermiş

köçlər vaxtı oğuzların məskunlaşmaq üçün şərqi Anadolu və Azərbaycana üstünlük vermələri bu

yerlərdə irqdaşlarının böyük kütlələr halında artıq mövcud olmasından irəli gəlirdi.

Azərbaycanın şimalında orta əsrlərdə əsasən qıpçaq və xəzər türklərinin məskunlaşdığı

məlumdur. Đbnü’l-Ə’səm (öl. 926) Məsləmə ibn Əbdülməlikin 731-ci ildə baş vermiş hərbi

yürüşü vaxtı Dərbənddə 1000 xəzəri ailəsinin yaşadığını qeyd edir85. Mərvan ibn Muhəmməd isə

737-ci ildə məğlub etdiyi xəzərilərdən 40 mindən çox insanı Samur çayı ilə Şabran şəhəri

81 ANONĐM, Zübdətü’t-Təvarix, v. 11b, AMEA ƏĐ Fondu, Nr: C-952/905. “Zübdətü’t-Təvarix” adı ilə tanınan iki tarixi əsər vardır. Bunlardan birinin müəllifi Heydər ibn Əli ər-Razi (1584-1619-dan sonra), digrəininki isə Hafiz Əbrudur (XIV əsrin sonu-XV əsrin əvvəli). Buradakı “Zübdətü’t-Təvarix”in Hafiz Əbruya aid olacağını zənn etmirik. Belə ki, Hafiz Əbru bu əsərini əmir Teymur və oğlu Şahruxun fəaliyyətlərinə həsr etmişdir. Digər tərəfdən bizim istifadə etdiyimiz əlyazmada haqqında danışılan ən son Osmanlı sultanı Fateh II Mehmeddir (1451-1481). Yəni Hafiz Əbru özündən sonra yaşamış bu sultan haqqında yaza bilməzdi. Heydər ər-Razinin əsəri həmçinin “Tarixi-Heydəri” adı ilə də tanınmışdır. O, bu əsərini 35 yaşında ikən (1619-cu ildə) yazıb bitirmişdir. Bu əlyazma əgər Heydər ər-Raziyə aiddirsə nadir nüsxələrdən biri hesab oluna bilər. Belə ki, istifadə etdiyimiz əlyazmanın istinsax tarixi h. 1050-ci (1640) ildir. “Zübdətü’t-Təvarix” haqqında bax: ŞEŞEN, həmin əsər, s. 243, 365. 82 Zübdətü’t-Təvarix, v. 11b. 83 Muhəmməd ibn Əhməd NƏSƏVĐ, Siyrətü’s-Sultan Cəlaləddin Məngübərti, (Nşr. Ə. Həmdi), s. 356, Qahirə 1952.

]وYg L|M اv»pآLzن Yg اذا v½º و ا��xن اÛg ez~p½`ر و اvbpاد g~½`ر...أّران[ . Həmçinin bax: SÜMER, həmin əsər, s. 155. 84 Firdovsi RUMĐ, Mənaqibi Hacı Bəktaşi Vəli, Hacı Bektaş Đlçe Halk Ktp.si Nr. 200. 85 Əhməd ĐBNü’l-Ə’SƏM əl-Kufi, Fəthlər Kitabı, (Trc. Z. Bünyadov), s. 44, Bakı 1995.

Page 20: Azərbaycanın Tarixi Coğrafiyası və Etnogenezi Haqqında

arasındakı düzənlikdə, o cümlədən Kür ovalığında məskunlaşdırmışdı86. 1222-ci ildə böyük

qruplar halında Dərbənddən keçib Azərbaycan torpaqlarına daxil olan qıpçaqların bir qismi

Şirvan, əsas hissəsi isə Gəncə ətrafında məskunlaşmış, bu yerlərin gürcü hücumlarından

qorunmasında mühüm rol oynamışdılar87. Demək ki, E. Reza və onun əsərini tərcümə edərək

önsöz yazmış erməni tarixçinin cənubi Azərbaycanın əhalisinin “türkcə danışan iranlılar” olması

barəsindəki fikirləri qəti surətdə səhvdir.

Türkləşmədən, yəni türk dilinin əhalinin müştərək ünsiyyət vasitəsinə çevrilməsindən əvvəl

mənbələrin verdiyi məlumata görə Azərbaycanda əsasən azəri, ərəb və arran dillərində

danışırdılar. Mənbələrin verdiyi məlumatlardan sözü gedən azəri dilinin hind-avropa dil ailəsinə,

iran dil qrupuna aid bir dil olduğu anlaşılır. X əsr tarixçisi əl-Məs’udi fars dilinin yayılma arealı

haqqında məlumat verdikdən sonra “bundan başqa pəhləvi, dəri, azəri kimi fars dilinə aid olan

digər dillər də var” deyə qeyd etmişdir88. Yuxarıda əl-Đstəxrinin Azərbaycan, Arran və

Ərməniyyədə insanların ərəbcə və farsca danışdıqlarını, Bərdə ətrafında isə Arran dilində

danışıldığını bildirdiyini qeyd etmşidik89. Bütün Đslam dünyası ilə yanaşı Azərbaycana da

səyahət etmiş Đbn Hövqəl (X sər) yazır: “Azərbaycan əhalisinin, o cümlədən Ərməniyyə

əhalisinin əksəriyyətinin, dili farscadır. Bu ölkə əhalisinin bir qismi ərəbcə danışır. Farsca

danışanlar ərəbcə başa düşmürlər”90. əl-Đstəxri və Đbn Hövqəlin “əl-farisiyyə”, yəni farsca

adlandırdıqları bu dil azəri dili idi. Yuxarıda qeyd etdiyimiz kimi azəri dili hind-avropa dil

ailəsinin iran dil qrupuna daxil olduğu üçün ərəb coğrafiyaşünaslar bəzən bu dili farscadan

ayırmırdılar. Lakin belə məlum olur ki, iran dil qrupuna aid olsa da azəricə fars dilindən

əhəmiyyətli dərəcədə fərqlənirdi. XIII əsr tarixçisi Yaqut əl-Həməvi Azərbaycan əhalisi

haqqında məlumat verərkən “onlar azəri (əl-azəriyyə) dilində danışırlar, başqaları bu dili başa

düşmürlər” yazır91. əl-Yaqubi (öl. 905) Azərbaycanın şəhərlərinin və ətraf ərazilərin əhalisinin

əcəm olan azərilərlə cavidanilərin qarışmasından meydana gəldiyini yazır92. Mövzu ilə bağlı

tədqiqat aparmış Ə. Sumbatzadə, S. Qasımova, Ə. Kəsrəvi kimi bir çox müasir tədqiqatçı da

86 BƏLAZURĐ, Fütuhü’l-Büldan, s. 292. ]v�ّpارض ا e|t �� انvML½pر وا`zopا YcM Lg �|pÅ]x� رÅîpا Yg ðqîM \Ég وانvg رLtو[ . ĐBNü’l-Ə’SƏM, Fəthlər Kitabı, s. 49; BÜNYADOV, Azərbaycan VII-IX Əsrlərdə, s. 110; Mixail ARTAMONOV, Đstoriya Xazar, s. 223, Leninqrad 1962. 87 ĐBNü’l-ƏSĐR, Kamil fi’t-Tarix, C. XII, s. 362-367. Azərbaycan respublikasındakı xəzər-qapçaq mənşəli oykonimlərlə bağlı ətraflı məlumat üçün bax: Qiyasəddin QEYBULLAYEV, Toponomiya Azerbaydjana, s. 26-31, Bakı 1986. 88 MƏS’UDĐ, Tənbih və’l-Đşraf, s. 23. ]سv}pت اLòp Yg Lهvcçو {wذرóوا {wر·pوا {w`q|}pLآ[ 89 ĐSXƏXRĐ, Məsalik, s. 69. 90 ĐBN HÖVQƏL, Surətü’l-Ərz, s. 342. ] eن أهLop Lgّx�g �|~cM {cّMvÉpوا �|Ézb� {cّtرL}pL� \c~cgار eأه vن و اآ�LbcMأذر L|M Yzqّو� {qzÉ»o{cّMvÉpLM �|}w á \cّtرL}qM �qّ�»w Yzّg[

91 YAQUT əl-HƏMƏVĐ, Mu’cəmü’l-Büldan, C. I, s. 81. ]ه�vcç L|z|}w á {wذرuا L|p لLßw {òp �|pو[ 92 Əhməd ibn Đshaq əl-YAQUBĐ, Kitabü’l-Büldan, (Nşr. T. Juynboll), s. 28, Leiden 1861. ]LbcMذرD ن·g eوأه Lن وآ`ره{c]وداLbpوا {wذرóا �bÉpا Yg طnÎأ[

Page 21: Azərbaycanın Tarixi Coğrafiyası və Etnogenezi Haqqında

sözü gedən azəri dilinin iran dil qrupuna aid olduğu qənaətinə gəlmişdirlər93. Əvvəlcə fars, sonra

isə ərəb və türk dilləri qarşısında yayılma arealı daralan azəricənin izlərinə bu gün Azərbaycan

ərazisində hələ də rast gəlmək mümkündür. Düşünürük ki, Azərbaycanın həm cənubunda, həm

də şimalında danışılan tat dili qədim azəri dilinin izlərini özündə daşıyır. XIV əsr müəllifi

Həmidullah Qəzvini Şirvanın Quştasfi94 vilayəti haqqında məlumat verərkən buraların qədim

Đran hökmdarı Quştasp ibn Luhrasp tərəfindən abadlaşdırıldığını, əhalisinin ağbənizli olub şafi’i

məzhəbində olduqlarını qeyd edir. Müəllif yazır: “onlar pəhləvi ləhcəsində danışırlar, hansı ki,

Gilanda danışılan dilə qohumdur”95. Sara Qasımova da bu fikirdədir ki, hal-hazırda Təbriz,

Xalxal və Qəzvin ətrafında danışılan, iranlıların “tati” adlandırdıqları xarzani, kəringani, xalxali

kimi ləhcələr qədim azəri dilinin davamıdır96. Bəzi alimlər azəricəni müasir talış dili ilə də

əlaqələndirməyə çalışmışdırlar97. Ola bilsin ki, talış dili azəricənin ləhcələrindən biri olmuşdur.

Abbasqulu ağa Bakıxanovun qeyd etdiyinə görə “Şamaxı ilə Qudyal (indiki Quba) şəhərləri

arasında qalan mahalda, məsələn: Şirvanda Hövz, Lahıc və Qoşunlu; Qubada Bərmək, Şəmpara,

Buduğun aşağı hissəsi və bütün Bakı ölkəsində-altı tərəkəmə kəndindən başqa-bütün əhali tat

dilində danışır”98. 1893-cü ildə Tiflisdə dərc olunmuş cənubi Qafqaz əhalisi haqqında statistik

məlumatlara görə tatlar Bakı qəzasının 49%, Quba qəzasının 36%, Göyçay qəzasının isə 24%-ini

təşkil edirdilər. Həmin statistikaya görə tatların ümumi sayı 119 mindən çox idi99 ki, bu da

ümumi əhalinin 11%-ini təşkil edirdi. 1897-ci il statistikasına görə çar Rusiyasının işğalı altında

olan Azərbaycanda 1,8 milyon əhali yaşayırdı100.

Əhməd Kəsrəvi azəri dilinin aradan qalxma səbəblərini izah edərkən bu prosesin Sasanilərin

Azərbaycanı öz hakimiyyətləri altına almaları ilə başladığını qeyd edir. Ə. Kəsrəviyə görə

Sasanilər dövründə imperiyanın rəsmi dili olan farsca azəri dilinin ədəbi, dini və siyasi dil

olmasını əngəlləyərək onu bu sahələrdə xeyli sıxışdırmışdı101. Bu sahədə tədqiqat aparmış iranlı

alim Nateq Naseh də azəricənin hakim zümrənin dilinə çevrilə bilməməsi səbəbiylə aradan

qalxmağa doğru üz tutduğunu bildirmişdir102. Azəricə əvvəlcə ərəb, sonra isə türk dili qarşısında

geriləyərək yerini sonuncuya buraxmış, beləcə türkcə Azərbaycan əhalisinin müştərək ünsiyyət

vasitəsinə çevrilmşdir. Azərbaycanın coğrafiyası ilə bağlı məlumat verən XIV əsr müəllifi 93 Əlisöhbət SUMBATZADƏ, Azerbaydjantsı-Etnogenez i Formirovaniye Naroda, s. 49, Bakı 1990; Sara QASIMOVA, Azerbaydjan v III-VII vv., s. 43-44, Bakı 1993; Əhməd KƏSRƏVĐ, Azəri ya Zeban Bastane-Azərbaycan, s. 20-23, Tehran 1325. 94 Quştasfi vilayəti kimi Azərbaycan respublikasının şimali-şərqindəki Xəzərsahili ərazilər tanınırdı. 95 QƏZVĐNĐ, Nüzhətü’l-Qülub, s. 94. Gilan vilayəti indiki Đranın şimali-şərqində Xəzər sahilində, Sərrud və Siyahgüldən başlayıb Astaraya qədər uzanan vilayətin adıdır. Burada danışılan dil gilaki adı ilə tanınır. 96 QASIMOVA, həmin əsər, s. 40-41. 97 Vaqif PĐRĐYEV, Azərbaycanın Tarixi-Siyasi Coğrafiyası, s. 31-32, Bakı 2006. 98 Abbasqulu ağa BAKIXANOV, Gülüstani-Đrəm, s. 27, Bakı 1951. 99 Elşən MUSTAFAYEV, Kto Takiye Tatı-Azerbaydjantsı ili persı?, http://kultura.az/articles. Dağlıq Şirvan və Abşeron yarımadasının irandilli əhalisinin türkləşməsi ilə bağlı bax: QEYBULLAYEV, həmin əsər, s. 68-70. 100 http://www.azstat.org/statinfo/demoqraphic/az/1_1.shtml 101 KƏSRƏVĐ, həmin əsər, s. 9-11. 102 SUMBATZADƏ, həmin əsər, s. 49

Page 22: Azərbaycanın Tarixi Coğrafiyası və Etnogenezi Haqqında

Həmidullah Qəzvininin (1281-1350) qeydləri oğuz köçlərindən sonrakı dövrdə Azərbaycanın

etnik mənzərəsi haqqında müəyyən təsəvvür yaradır. Müəllif Marağa şəhəri və ətraf vilayətləri

təsvir edərkən yazır: “Buranın əhalisi türk irqinə bənzər ağbənizdir. Əksəriyyəti hənəfi

məzhəbinə mənsubdur. Onlar ərəb dili ilə qarışmış pəhləvi (azəri-E.N) dilində danışırlar”103.

Xilafətin zəifləməyə başlayıb ərazisində irili-xırdalı müstəqil və yarımüstəqil dövlətlərin

meydana çıxması ərəb dili ilə yanaşı fars və türk dillərində də yazılı abidələrin, ələlxüsus dini

mətnlərin meydana çıxması üçün əlverişli zəmin hazırlamışdı. Fars mənşəli sülalələr tərəfindən

idarə olunan Samani (819-1005), Büveyhi (945-1055), Səffari (861-1495) dövlətlərinin meydana

çıxmasının bu məsələdə böyük rolu olmuşdur. Məsələn Samanilərdən Mənsur ibn Nuhun (961-

976) istəyi ilə Buxarada Qur’ani-Kərim104, sonrakı illərdə isə Təbərinin 40 cildlik Qur’an təfsiri

farscaya tərcümə olunmuşdu105. Qaraxanlı dövlətində (840-1212) isə Qur’ani-Kərim ilk dəfə türk

dilinə tərcümə olunmuşdu106. Beləcə Đslami dövr farscası və türkcəsi yaranmağa və

formalaşmağa başlamışdı. Eyni şeyi azəri dili üçün söyləmək mümkün deyil. Çünki həmin

dövrdə Azərbaycanda yaranan dövlətləri idarə edənlərin heç biri mənşəcə azəri deyildilər. Buna

səbəb xürrəmi üsyanı yatırılarkən azərilərin hərbi-siyasi gücünün və iradəsinin qırılmasımı

olmuşdu? Bunu demək çətindir. Amma hər halda həmin dövrdən günümüzə azəricə yazılmış heç

bir yazılı abidə nümunəsi gəlib çatmamışdır.

Əməvilər və Abbasilərin hakimiyyəti dövründə xilafətin bir çox yerinə olduğu kimi Azərbaycana

da çox sayıda ərəb qəbiləsi köçürülmüş və məskunlaşdırılmışdı. Xilafətin köçürmə və

məskunlaşdırma siyasəti ilk növbədə əvasim adlanan Bizans, o cümlədən Xəzər xaqanlığı ilə

həmsərhəd ərazilərə istiqamətlənmişdi. Azərbaycanda əsasən yəmənli ərəb qəbilələrinə mənsub

ayrı-ayrı klanlar və ailələrin məskunlaşdığı bilinir. əl-Əzd qəbiləsinə mənsub ailələr Urmiyə

şəhəri və ətrafında107, yenə əl-Əzd qəbiləsinə mənsub ər-Rəvvad ailəsi Təbriz və ətrafında108,

Həmdani qəbiləsinə mənsub ailələr Miyanə109, Əvd qəbiləsi Urmiyə gölünün cənubundakı Bərzə

şəhəri ətrafında110, Təyy qəbiləsi Nəriz111, Kində qəbiləsi Sərabda məskunlaşmışdı112. Həmçinin

Təğlib, Şeyban, Qeys, Rəbiə kimi ərəb qəbilələrinin də ayrı-ayrı qolları Azərbaycan ərazisində

103 Həmidullah Mustəvfi QƏZVĐNĐ, Nüzhətü’l-Qülub, (Trc. G. Le Strange), s. 88, London 1919. Farsca orjinal mətn ingilis dilinə belə tərcümə olunub:[The people here are fire-skinned and of Turk race and for the most part are of the Hanafite sect. They speak a Pahlavi (Persian dialect) mixed with arabic]. 104 Emek ÜŞENMEZ, “Türkçe Đlk Kur’an Tercümesi ve Tercümedeki Đslâmî Terimlerin Türkçe Karşılıkları Üzerine”, DÜSBED, S. 1, Kütahya 2006, ss. 89-99. 105 MAHMUDOV, həmin əsər, s. 29. 106 ÜŞENMEZ, həmin məqalə. 107 Khalil ATHAMINA, “Emevî Hilâfeti Döneminde Arap Đskânı”, (Trc. S. Yılmaz), SÜĐFD, S. 2, Sakarya 2000, ss. 203-226. 108 YAQUT əl-HƏMƏVĐ, Mu’cəmü’l-Büldan, C. I, s. 402. 109 BƏLAZURĐ, Fütuhü’l-Büldan, s. 463. 110 BƏLAZURĐ, Fütuhü’l-Büldan, s. 463. 111 ƏBU DULƏF Mis’ər əl-Xəzrəci, Vtoroya Zapiska Abu Dulafa, (Trc. P. Bulqakov-Xalidov A.) s. 40, Moskva 1960. ATHAMINA, həmin məqalə. Nəriz [Åwv]]- Urmiyə gölünün cənubi-qərbində qəsəbədir. 112 ATHAMINA, həmin məqalə.

Page 23: Azərbaycanın Tarixi Coğrafiyası və Etnogenezi Haqqında

məskunlaşmışdılar113. Bərdə və ətraf ərazilərdə əsasən Suriya və Fələstindən gələn ərəb qəbilə və

klanların yerləşdiliyi bilinir114. Əməvilərdən Hişamın (724-743) hakimiyyəti dövründə əmir

Məsləmə ibn Əbdülməlik 24 min suriyalı əsgəri gətirərək Dərbənddə yerləşdirmişdi115. Bu

əsgərlər təbii ki, öz ailələri ilə birləkdə burada məskunlaşmışdılar. Həmçinin Beyləqan, Düveyn

və Naxçıvanda təmir edilərək möhkəmləndirilmiş bir sıra istehkam və qalalara ərəb əsgərləri və

ailələri yerləşdirilmişdi116. O cümlədən Şamaxı başda olmaqla Şirvanın bir sıra məntəqələrində

çox sayıda ərəb ailəsi məskunlaşdırılmışdı117. Ərəblərin Azərbaycana gələrək məskunlaşması

mərhələlərlə bir neçə əsr davam etmişdi. Xilafətin bu köçürmə və məskunlaşdırma siyasəti

sadəcə hərbi və siyasi qayğılardan irəli gəlmirdi. Əsas səbəblərdən biri də Đslamın yayılması

məsələsiydi118 ki, bu da özünü doğrultmuşdu. Köçürmə siyasəti nəticələri baxımından

Azərbaycanın cənubu ilə şimalında bir qədər fərqli olmuşdu. Ölkənin cənubunda yerli əhali

gəlmə ərəblərə ilca edərək, onların himayəsinə daxil olmuş, beləcə bir müddət sonra asılı

kəndliyə, gəlmə ərəblər isə torpaq sahibinə çevrilmişdilər. Bu amil sonrakı illərdə xürrəmi

üsyanının geniş vüsət almasında mühüm rol oynamışdı119. Azərbaycanın şimalında isə, xüsusilə

də Xəzər xaqanlığı ilə həmsərhəd olan ərazilərdə yaşayan azərbaycanlılar hələ raşid xəlifələrdən

Ömər ibn Xəttabın (ا) hakimiyyəti dövründə (634-644), ərəblərlə birlikdə xəzərilərə qarşı

vuruşmaq şərti ilə, cizyə ödəməkdən azad olunmuşdular120. Bu hal Harun ər-Rəşidin (786-809)

hakimiyyətinə qədər belə davam etmişdi. Onun Arrana vali təyin etdiyi Səid ibn Süleym

Dərbənd əhalisindən xərac almaq istədiyi vaxt əhali ona “Ey əmir! Bizdən xərac alma, axı

şəhərimiz düşmənlərlə döyüşür, əhalisi xəzərilərlə müharibədədir” deyərək vergi ödəməkdən

imtina etmişidlər121.

Akad. Ziya Bünyadov Azərbaycanda məskunlaşmış ərəblərin türkləşməsinin orta əsrlərdə baş

verdiyi fikrini irəli sürmüşdür. O, yazır: “Ola bilsin, Arran əhalisinin bir hissəsi (albanlar) çox

tez ərəbləşməyə mə’ruz qalıb ərəblərlə qaynayıb-qarışmış, sonralar isə səlcuq türləri gəldikdən

sonra ərəblərlə birlikdə türkləşməyə mə’ruz qalmışdılar.....Ərəblər yerli əhali ilə o dərcədə

qarışdılar ki, indi Azərbaycanda ərəb dilində danışan heç bir yaşayış məntəqəsi qalmamışdır”122.

A. Bakıxanovun verdiyi məlumatlar akademikin bu fikri ilə əsasən razılaşmamağa imkan verir.

A. Bakıxanov yazır: “.....Bu qəbilənin bir qismi indi də öz aralarında ərəbcə danışırlar.

Təbərsərandakı Dərvaq kəndində də əhali son zamanlaradək ərəb dilində danışarmış; bu dili 113 ATHAMINA, həmin məqalə. 114 ATHAMINA, həmin məqalə. 115 ATHAMINA, həmin məqalə; BÜNYADOV, həmin əsər, s. 166. 116 ATHAMINA, həmin məqalə; DEMĐRCĐ, həmin əsər, s. 194. 117 BÜNYADOV, həmin əsər, s. 167; DEMĐRCĐ, həmin əsər, s. 194. 118 DEMĐRCĐ, həmin əsər, s. 191. 119 DEMĐRCĐ, həmin əsər, s. 195. 120 Əbu Cəfər Muhəmməd ibn Cərir TƏBƏRĐ, Tarixi-Təbəri, C. V, s. 1983, Tehran 1383. 121 ĐBNü’l-Ə’SƏM, Fəthlər Kitabı, s. 63-64. 122 BÜNYADOV, həmin əsər, s. 170-171.

Page 24: Azərbaycanın Tarixi Coğrafiyası və Etnogenezi Haqqında

ancaq yaxın zamanlarda tərk etmişlər, kəndin qocaları indi də bu dili bilirlər. Bundan başqa

Kürə, Təbərsəran məmləkətləri və Samur nahiyəsi, bütün Dağıstan kimi öz kitablarında və

yazılarında ərəb xətti və ərəb dili işlədirlər”123. A. Bakıxanovun 1847-ci ildə vəfat etdiyini nəzərə

alaraq deyə bilərik ki, XIX əsrin I yarısına qədər Azərbaycandakı ərəblərin ən azından bir qismi

öz dillərini qoruyub saxlaya bilmişdilər. Albanların ərəbləşməsi fikri isə isabətlidir. Belə ki, X

əsr coğrafiyaşünası əl-Đstəxrinin Arranda əhalinin ərəb və fars dillərində danışdığını, sadəcə

Bərdə ətrafında arran, yəni alban dilində danışıldığını124 bildirdiyin yuxarıda qeyd etmişdik.

Deməli X əsrdə ərəb dili arran dilini mühüm dərəcədə sıxışdıraraq öz yayılma arealını

genişləndirə bilmişdi. Ərəb və alban mənşəli, lakin ərəbdilli əhalinin türkləşməsi isə uzun əsrlər

boyu davam etmişdi.

Orta əsr ərəbdilli müəllifləri bəzən qohum dilləri və millətləri ayırd edə bilmədikləri üçün bu

barədə müəyyən xətalara yol verə bilirdilər. Məsələn IX əsr tarixçilərindən əl-Bəlazuri raşid

xəlifələrdən Osmanın (ا) hakimiyyəti dövründə (644-656) Azərbaycana yürüş etmiş Səlman

ibn Rəbiə əl-Bahilinin Savalan (Ərdəbil) və Balasacan (Muğan) kürdləri ilə əhdnamə

bağladığını və onları Đslama dəvət etdiyini yazır125. Kürdlərin tarixən Muğan və Ərdəbil ətrafında

deyil, daha çox Azərbaycanın qərb rayonlarında məskunlaşdığını nəzərə alaraq deyə bilərik ki,

əl-Bəlazurinin haqqında bəhs etdiyi xalq talışlar idi. Đrəlidə Düveyn şəhər haqqında məlumat

verərkən kürd qəbilələrinin daha çox Arranın qərbində məskunlaşdığı barədə ətraflı məlumat

verəcəyik. Q. Qeybullayev kürdlərin Azərbaycan torpaqlarında məskunlaşmağa başladıqları

tarixin müəyyənləşdirilməsinin çətin olduğunu yazmaqla yanaşı bunu təqribən XIX əsrin birinci

yarısında baş verdiyini qeyd etməkdədir126. Lakin X əsr tarixçisi əl-Məs’udinin verdiyi məlumat

bu prosesin ərəb qəbilələrinin köçü ilə paralel başladığını söyləməyə əsas verir. əl-Məs’udi, Đbn

Şadluyə adlı şəxsin başçılığı altındakı kürdlərin Azərbaycanda məskunlaşdığını yazır127.

Đslam sivilizasiyasının ayrılmaz bir parçası olan Azərbaycan mədəniyyəti müxtəlif etnik mənşəyə

sahib mümtaz insanlar tərəfindən təməli qoyulmuş və ucaldılmışdır. Bəzi qonşu dövlətlərdən

fərqli olaraq faşizm və şovinizmin Azərbaycanda heç vaxt hakim ideologiyaya çevrilməməsi

Azərbaycan mədəniyyətinin zənginliyindən irəli gəlir. Ötüb keçən uzun əsrlər Azərbaycan

türkcəsini bu mədəniyyətin müştərək dilinə çevirmişdir. Beləliklə Azərbaycan haradır sualına

“Azərbaycan türkcəsinin, son yüz illik zaman dilimi də daxil olmaqla, danışıldığı hər yer

Azərbaycandır” cavabını verə bilərik.

123 BAKIXANOV, həmin əsər, s. 24-25. 124 ĐSXƏXRĐ, Məsalik, s. 69. 125 BƏLAZURĐ, Fütuhü’l-Büldan, s. 286, 455. ]مntÙا �pن إLbtn�pاد اvأآ Lrن... ودn�tن وLbtn�pاد اvآu[ 126 QEYBULLAYEV, həmin əsər, s. 71; həmçinin bax: Qiyasəddin QEYBULLAYEV, “Ob Đranskix Toponimax Azerbaydjana”, AzSSR EA Xəbərləri. Nr. 2, Bakı 1979, ss. 91-99. 127 MƏS’UDĐ, Mürucü’z-Zəhəb, C. II, s. 36. ]نLbcMد أذرnM ادvآuا Yg Y�t Yg �¿...\w`pدL[ YMLM وفvÉzpا �qtوأ ،[