Tələbələrdə öyrənmə motivasiyasının və istəyinin …...mükafatlandırılıb və səhv...

Post on 05-Jul-2020

41 views 0 download

Transcript of Tələbələrdə öyrənmə motivasiyasının və istəyinin …...mükafatlandırılıb və səhv...

Tələbələrdə öyrənmə motivasiyasının

və istəyinin artırılması

Ülkər Bayramova

bayramova.u@gmail.com

Agenda

Motivasiya nəzəriyyələri

Tələbələrin motivasiyasına təsir edən amillər

Tələbə motivasiyasının aşağı olma səbəbləri

Daxili və xarici motivasiya metodları arasında

balansın yaradılması

Tələbələri motivasiya etməyin yolları

Müəllimin tələbələri motivasiya etməkdə rolu

Tanış olaq

Motivasiya

Motivasiya: mənası və miflər

Motivasiya bizi fəaliyyətə, müəyyən istiqamətə yönəldən və bizi müxtəlif fəaliyyətlərə sövq edən daxili hissdir. Öyrənmə və motivasiyanın hər ikisi performans üçün çox vacibdi: oyrənmə bizə bilik və bacarıqlar əldə etməyə, motivasiya isə öyrəndiklərimizi göstərmək üçün təkan verir. Çox motivasiyalı insanlar daha çox nəticələr əldə edirlər.

Motivasiya öyrənmə və performansa təsir edən vacib bir fəaliyyətdir ki, dörd formada özünü göstərir:

Davamı...

1) Motivasiya insanların enerji və aktivlik səviyyəsini

artırır (Pintriç, Marks və Boyl, 1993);

2) Motivasiya fərdi müəyyən məqsədlərə

istiqamətləndirir (Eklz və Viqfild, 1985).

Motivasiya insanların seçiminə təsir edir və onların

nəticələrlə mükafatlandırır.

3) Motivasiya müəyyən fəaliyyətə başlamaq

təşəbbüsüdür və həmin fəaliyyəti davam etdirmək

əzmkarlığıdır (Stipek, 1998)

4) Motivasiya oyrənmə strategiyalarına və fərdin idrak

proseslərinə təsir edir (Dvek və Eliott, 1983).

Miflər... Əsasən aşağıdakı miflər mövcuddur:

1) Uğursuzluq yaxşı motivasiyadır – əgər müəllimlərin məsləhətlərini dinləsək, öz səhvlərimiz üzərində öyrənə bilərik. Həmçinin də ardıcıl uğursuzluq da uğursuzluqla nəticələnə bilər. Kiçik bir uğur qazanana qədər;

2) Müəllimlər tələbələri motivasiya edir – yaxşı müəllimlər tələbələrin qabiliyyətlərinə uyğun cəlbedici və maraqlı tapşırıqlar verməklə buna nail ola bilərlər. Beləliklə, onlar tələbələrdə özünümotivasiya hissi oyada bilərlər.

3) Təhdidlər motivasiyanı artırır – bəzi müəllimlər düşünür ki, valideynlərə məlumat verməklə, qiymətləri aşağı salmaqla tələbələri motivasiya etmək mümkündü. Bunlar qısa müddətə effektiv olsalar da, adətən yaxşı metodlar deyil.

Davamı...

İnsanlar ya sizi ruhlandırır, ya da sizi hər

şeydən məhrum edir – buna görə də onları

ağılla seçin. (Hans F.Hansen)

Case 1

Qrupda müzakirə: 15 dəqiqə

Qrupların təqdimatı: hər qrup üçün 5

dəqiqə

Motivasiya haqqında nəzəriyyələr

Motivasiya nəzəriyyəsinin köklərinə Piaje, Erikson, Maslov bə Bruner kimi inkişafçıların, Bandura və Skinner kimi öyrənmə nəzəriyyəçilərinin əsərlərində rast gəlinir. Motivasiya həmişə öyrənmə fəaliyyətinə bağlı olmuşdur.

Abraham Maslovun (1987) ən məşhur konseptlərindən biri özünü təsdiqləmədir, hansı ki, biz öz qabiliyyətlərimizi potensialımız həcmində istifadə edirik. Özünütəsdiqləmə həm də böyümə konsepsiyasıdır və həmçinin fiziki və psixi sağlamlığa doğru hərəkətdir. Özünü təsdiqləməyə çatmaq tələblər ierarxiyasının təminatını tələb edir.

DAVAMI...

Maslovun bu nəzəriyyəsi beş əsasdan

ibarətdir:

Davamı...

Aclıq və yuxu kimi fizioloji ehtiyaclar dominant və motivasiyanın əsasıdır. Məs. tez-tez səhər yeməyi yeməyən və zəif qidalanan tələbələrin öyrənmə səviyyəsi aşağı düşür.

Təhlükəsizlik ehtiyacları müdafiə, stabillik, qorxu və narahatlıqdan azadlığa can atma kimi ehtiyacların ödənməsidir. Məktəbdən, sinif yoldaşlarından, müəllimlərindən və yaxud da valideynlərindən qorxan tələbələr sinifdə yaxşı nəticələr göstərmirlər.

Davamı...

Sevgi və aidolma ehtiyacları – bizim ailə

və dostlara olan ehtiyacımızdan yaranır.

Sağlam və motivasiyalı insanlar

yalnızlıqdan uzaq olmağa çalışırlar.

Yalnızlıq hissi olan tələbələrin öz

yoldaşları ilə münasibətləri pis olur ki, bu

da onların sinifdəki öyrənmə fəaliyyətinə

mənfi təsir göstərir.

Davamı...

Hörmət ehtiyacları digər insanların fərd

olaraq bizə və özümüzün öz fikirlərimizə

olan ehtiyaclarımızı əhatə edir. Müəllimlər

tələbələrin bu ehtiyaclarının ödənməsinə

əmin olmalıdırlar, tələbələrə onların layiq

olduqları münasibətin göstərilməsini

təmin etməlidirlər.

Davamı...

Özünü təsdiqetmə ehtiyacları – Maslou əsl

özümüzü tapana qədər dincəlmədən

çalışma1 tendensiyasını irəli sürür.

Müəllimlər tələbələrini öz həqiqi

potensialını üzə çıxarana qədər fəaliyyət

göstərmələri üçün ruhlandırmalı, onları

motivasiya etməlidir.

Bruner və onun kəşfetmə öyrənməsi

Jerom Bruner öz «Təhsil prosesi» (1960) kitabında deyirdi ki, təhsili artırmaq üçün hər hansı bir cəhd öyrənmə motivasiyasıdır. Brunerin kəşfetmə öyrənməsi bir çox pedaqoqların diqqətini özünün sinifdə motivasiya ideyalarına görə cəlb etmişdir. Bruner inanırdı ki, kəşfetmə sübutların yerini elə dəyişir ki, onları çərçivədən çıxararaq yeni ideyaların yaranmasını təmin edir və kəşflər yaxşı hazırlanmış düşüncədən əmələ gəlir.

Brunerə görə kəşfetmə öyrənməsinin məqsədi öz problem həll etmək bacarıqlarını müxtəlif şəraitdə üzə çıxarmaqdan ibarətdir. Bruner həmçinin inanırdı ki, kəşfetmə öyrənməsi fərdərin düşdüyü mühitdən asılı olaraq öz duyğularına görə hərəkət etməsidir.

Skinner və motivasiyanın artırılmasında

mükafatlandırmadan istifadə

Skinnerə görə motivasiyalı davranış əvvəlki oxşar davranışların nəticələrindən yaranır. Əgər tələbələr müəyyən davranışlarına görə mükafatlanıblarsa, onlar onu böyük həvəslə yenidən təkrar edirlər. Əksinə olduqda isə onların marağı itir və nəticələr zəif olur.

Müəllimlər sinifdə nəzarəti necə əldə saxlaya bilər? Skinner inanırdı ki, əgər pozitiv mükafatlandırma tətbiq olunsa, bu, mümkündür. Tələbələr yaxşı nəticələrə görə mükafatlandırılmalı və səhv cavablara görə cəza almamalıdırlar.

Davamı...

Məsələn, bir dərsdə tələbələr müəllimə verdikləri düzgün cavablar üçün mükafatlandırılıb və səhv cavablar üçün cəzalandırılmayıblar. Bu tələbələr auditoriyada və məktəbdən kənarda daha azad və xoşbəxt olublarş Çünki onların digər tələbə yoldaşları ilə menasibətləri korlanmayıb, onların digərlərinə olan davranışları dəyişməyib. Zəif tələbələrin düzgün verilmiş cavabları onların mükafatlandırılması üçün səbəbdir.

Mükafatlandırma haqqında fikirlər

Mükafatlandırma haqqında ən çox yayılan

tənqidlərdən biri odur ki, bu, xarici

motivasiya olmaqla rüşvətdir. Lakin rüşvət

qeyri-leqal və qeyri-etik davranışdan ortaya

çıxır. Ancaq təhsildə olan mükafatlandırma

isə bir tələbənin digərləri ilə eyni səviyyəyə

qalxmasına yardım edir.

İkinci ən çox yayılan tənqid isə odur ki, bu,

tələbənin öz təhsili üçün xarici

motivasiyadan asılı olmasına gətirib çıxarır.

Davamı...

Mükafatlandırma metodları o tələbələrə tətbiq olunur ki, onlar:

a) Öyrənməkdə çox çətinlik çəkirlər

b) Motivasiyaları çox aşağıdır

c) Daim dərslərdə aşağı nəticələr göstərirlər

• Yaşının az və çoxluğundan asılı olmayaraq tələbələrin bəzilərinin buna ehtiyacı vardır. Yalnız yaşı çox olmayan tələbələrin xarici motivasiyaya, yaşı çox olan tələbələrin isə daxili motivasiyaya ehtiyacı vardır.

Qrup işi

Sizə görə tələbələri motivasiya etmək üçün mükafatlandırma hansı formada olmalıdır: daxili və ya xarici?

Akademik nailiyyətsizliyə görə cəzalandırmaq lazımdırmı?

Motivasiya üçün hansı mükafatlandırma/cəzalandırma formalarından istifadə etmisiz?

(Müzakirə 10 dəqiqə, təqdimat hər qrup üçün 3 dəqiqə)

Tələbələrin motivasiyasına nələr təsir edir?

Narahatlıq – imtahandan qabaq narahatsız? Toplum qarşısında danışanda özünüzü necə hiss edirsiz? Biz hamımız müəyyən vəziyyətlərdə narahatlıq keçiririk, ancaq bütün vəziyyətlərdə yox.

Sinifdə tələbələrin bir çox narahatlıqları olur: müəllimlər, imtahanlar, sinif yoldaşları, sosial münasibətlər, tələbələrin bir-birini xoşlaması və xoşlamaması və s. Həmin bu narahatlıqlar dərslərin keyfiyyətinə də təsir edir. Çox yüksək motivasiayalar da tələbələrin narahatlığına səbəb olur. Ona görə də öyrənmə üçün orta səviyyəli motivasiya daha çox uyğundur. Buna Yerkes-Dodson qanunu deyirlər, hansı ki, öyrənmə üçün ideal motivasiyanın azaldılması tapşırıqların çətinliyini artırır.

Davamı...

Hər şeyə maraqlı olmaq və maraqlar – hər şeyə maraqlı olmaq natural prosesdir və sinifdəki vaxta uyğun olaraq tətbiq olunmalıdır. Rahat atmosfer, nəyisə kəşf etmək və standart olmayan şeylərin təsdiqi hər şeyə olan maraqdan irəli gəlir.

Kooperativ öyrənmə - Slavinə görə bu, tələbələrin tapşırıqlar üzərində birlikdə işləməsidir. Belə ki, tələbələr birlikdə oturaraq çətin tapşırıqlar üzərində işləyirlər. Bu öyrənmənin iki nəfərlik öyrənmədən fərqi odur ki, burda tələbələr hamısı eyni material üzərində işləyir, burda tutor olmur və bütün tapşırıqlar müəllim tərəfindən verilir.

Kompyuter texnologiyası – müəllimlərin tələbələrdə motivasiyanı artırmaq üçün istifadə etdiyi vasitələrdən biridir. Tələbələrin çoxunda bu zaman müsbət dəyişikliklər baş verir.

Xarici və daxili motivasiya metodları

Xarici motivasiya metodları

xarici faktorlar nəticısində yara-

nır. Bura daxildir:

a) imtahandan keçmək məcbriyyəti

b) Pul mükafatı gözləntisi

c) Səyahət etmək imkanı və s.

Davamı...

Daxili motivasiya metodları hər bir tələbənin öz daxilindən gələn motivasiyadır. Belə ki, bu:

a) Yeni şeyləri öyrənmək

həvəsindən və ehtiyacından

b) Özünü daha yaxşı hiss

etmək arzusu

c) digər tələbələrdən

fərqlənmək istəyi

Davamı...

Motivasiya özünü öyrənmədə dörd formada göstərir:

1) Tələbələr motivasiyalarına və nələrin onları motivasiya etmələrinə görə müxtəlif olurlar;

2) Müxtəlif motivasiayalar təhsildə vacib dəyişikliklərə səbəb olur;

3) Heç bir motivasiya nəzəriyyəsi müəllimlərə kifayət qədər məlumat vermir ki, tələbələri necə motivasiya etmək olar;

4) Təlim vaxtı tələbələr ümumiyyətlə öz öyrənmə motivasiyalarının səviyyəsinə təsir edən fəaliyyətlərinə görə daha çox məsuliyyət və cavabdehlik daşıyırlar.

• İlk növbədə müəllim öz pozitiv

nitqi ilə tələbələrin diqqətini

çəkməyi bacarmalıdır.

• İlk dəqiqələrdən tələbələrin

diqqətini cəlb etmək üçün

dərsinizə aid qısa hekayələrdən,

qrup işlərindən ice breaker-dən

istifadə etmək mümkündür.

Tələbələri motivasiya etməyin yolları

. Sinifdə daha rahat şərait yaradın

Əgər müəllim sinifdə daha rahat şərait yaradarsa, tələbələr də bir o

qədər dərsə motivasiya ilə yanaşarlar və dərsin sonunda sizin

gözləntilərinizi doğruldacaqlar.

Ssenarini dəyişin!

• Auditoriya öyrənmək üçün gözəl

məkandır. Lakin onun darıxdırıcı

və üzücü olması gözlədiyiniz

effekti verməyə bilər. Buna görə

də auditoriyanı daim dinamik

vəziyyətdə saxlayın.

• Dərsləriniz müxtəlif şəraitdə

keçin, metodlarınızı tez-tez

dəyişin, yeniliklər edin.

• Tələbələr yaxşı yenilikləri və

müxtəlif metodlarla keçirilən

dərsləri böyük maraqla

qarşılayırlar.

Tələbələrinizi mükafatlandırın

Mükafatı hamı sevir və tələbələrinizi mükafatlandırmaq

onları daha da motivasiya edəcəkdir.

Buna görə də tələbəlirinizi yaxşı öyrənin, maraqlarını,

hobbilərini unutmayın. Kitab oxumağı sevən bir tələbənin mükafat

olaraq sizdən kitab alması onun üçün ən qiymətli bir hədiyyə olacaq

və onu daha çox motivasiya edəcəkdir.

Tərifləməkdən çəkinməyin!

Tələbələri ruhlandırmaqdan daha yaxşı hədiyyə ola bilməz. Tələbəni

onda olan potensiala inandırmağı bacarın və onun nailiyyətlərini

auditoriyada elan etməkdən çəkinməyin.

Yarışmalar təşkil edin!

Sinifdə müsbət mənada rəqib komandalar yaradın. Bir-birləri ilə

yarışmaq tələbələri motivasiya edir. Bu, eyni zamanda tələbələrə öz

biliklərini nümayiş etdirməyə imkan verir.

Entuziast olun!

Tələbələrinizi motivasiya etməyin ən yaxşı yollarından biri

entuziazmlı və pozitiv olmağınızdır. Tələbələriniz anlamalı və

görməlidirlər ki, siz öyrətməyi nə qədər çox sevirsiz və bu zaman

onlarda da öyrənməyə motivasiyalı olacaqlar.

. Tələbələrinizi yaxşı tanıyın!

Tələbələrinizi yaxşı tanmaq sadəcə onların adlarını yadda saxlamaq

deyildir. Onlar bilməlidirlər ki, müəllim onların uğurunu gözləyir və

buna sevinir. Tələbələr bunu hiss etdikləri zaman daha da motivasiyalı

olur və daha da çox işləyirlər.

. Əyləncəli olun!

Bütün dərsləri oyuna çevirmək məcburiyyətində deyilsiz. Ancaq

tələbələrin yorğunluğunu unutdurmaq və onların diqqətini toplamaq

üçün əyləncəli vasitələrdən istifadə edə bilərsiz ki, bu da onların

motivasiyasının artmasına kömək edəcəkdir.

Belə üsullardan istifadə etməklə dərsinizi tələbələr üçün daha

maraqlı edə bilərsiz və tələbələr üçün daha rahat auditoriya şəraiti

yaradacaqsız ki, bu da onların motivasiyasına müsbət təsir edəcəkdir.

SUALLAR?

TƏŞƏKKÜRLƏR!