GİRİŞ: İNTEQRASİYA ANLAYIŞI VƏ ONA …€“ Hecksher-Ohlin nəzəriyyəsinə görə...

24
GİRİŞ: İNTEQRASİYA ANLAYIŞI VƏ ONA MÜXTƏLİF YANAŞMALAR dos. Elşən BAĞIRZADƏ UNEC “Beynəlxalq iqsadiyyat” kafedrası Bakı - 2016

Transcript of GİRİŞ: İNTEQRASİYA ANLAYIŞI VƏ ONA …€“ Hecksher-Ohlin nəzəriyyəsinə görə...

Page 1: GİRİŞ: İNTEQRASİYA ANLAYIŞI VƏ ONA …€“ Hecksher-Ohlin nəzəriyyəsinə görə ölkələr idxal və ixrac əməiyyatlarına qoşulur və ticarətdən qazanc əldə edərlər.

GİRİŞ: İNTEQRASİYA ANLAYIŞI VƏ ONA MÜXTƏLİF YANAŞMALAR

dos. Elşən BAĞIRZADƏ

UNEC “Beynəlxalq iqtisadiyyat” kafedrası

Bakı - 2016

Page 2: GİRİŞ: İNTEQRASİYA ANLAYIŞI VƏ ONA …€“ Hecksher-Ohlin nəzəriyyəsinə görə ölkələr idxal və ixrac əməiyyatlarına qoşulur və ticarətdən qazanc əldə edərlər.

“İnteqrasiya” anlayışı

• “İnteqrasiya”(integration) sözünün iqtisadi ədəbiyyatlarda işlədilməsi 1940-cı illərdən əvvələ təsadüf edir.

– Bu söz ilk dəfə rəsmi olaraq 31 Oktyabr 1949-cu ildə Avropa İqtisadi Əməkdaşlıq Təşkilatı Şurasının (OEEC) iclasında Paul Hoffman tərəfindən işlədilmişdir.

– Sözün kökü Latınca“bütövləşmə”, “bütövləşdirmə” mənaları daşıyan “integratio” sözünə dayanır.

Page 3: GİRİŞ: İNTEQRASİYA ANLAYIŞI VƏ ONA …€“ Hecksher-Ohlin nəzəriyyəsinə görə ölkələr idxal və ixrac əməiyyatlarına qoşulur və ticarətdən qazanc əldə edərlər.

“İnteqrasiya” anlayışı

• “İnteqrasiya”(integration) anlayışı yalnız fiziki və ya mexaniki bütövləşmə prosesini deyil, hər kəs tərəfindən qəbul edilən və etik və əxlaqi dəyərlərlə izah olunan bir qrup qaydalar və davranış qəlibləri çərçivəsində inkişaf edən prosesi ifadə edir.

Page 4: GİRİŞ: İNTEQRASİYA ANLAYIŞI VƏ ONA …€“ Hecksher-Ohlin nəzəriyyəsinə görə ölkələr idxal və ixrac əməiyyatlarına qoşulur və ticarətdən qazanc əldə edərlər.

“İnteqrasiya” anlayışına siyasi yanaşmalar

• Abbe de Saint-Pierrenin (1658-1743) “Sonsuz Barış Layihəsi”;

• İmmanuel Kantın (1724-1804) “Əbədi Barış Haqqında Fəlsəfi Esse”si;

• Funksionalizm yanaşması;• Federalizm yanaşması;• Transsaksionalizm yanaşması;• Neofunksionalizm yanaşması;• Hökumətlərarası yanaşma;• Sosial mühəndislik yanaşması;• Marksist yanaşma;

Page 5: GİRİŞ: İNTEQRASİYA ANLAYIŞI VƏ ONA …€“ Hecksher-Ohlin nəzəriyyəsinə görə ölkələr idxal və ixrac əməiyyatlarına qoşulur və ticarətdən qazanc əldə edərlər.

“İnteqrasiya” anlayışına iqtisadi yanaşmalar

• Klassik məktəb– Adam Smith, “Xalqların sərvət”(1776): iki ölkə arasındakı

ticarətdə gömrük vergilərini ortadan qaldırıb üçüncü ölkələrə qarşı ortaq gömrük vergisi tətbiq edilməsi halında, gömrük birliyinə doğru gedən ölkələrdəki istehsalçı və satıcılar bundan fayda əldə edəcəkdir.

– Robert Torrens, “Tarif siyasət haqqında risalələr” (1827): qarşılıqlı tarif müzakirələrinin çoxtərəfli tarif müzakirələrinə tərcih edilməsi zəruriliyini göstərilir. Çoxtərəfli tarif müzakirələrinin ticarət hədləri üzərində neqatif təsirə malik olduğu qeyd edilir.

Page 6: GİRİŞ: İNTEQRASİYA ANLAYIŞI VƏ ONA …€“ Hecksher-Ohlin nəzəriyyəsinə görə ölkələr idxal və ixrac əməiyyatlarına qoşulur və ticarətdən qazanc əldə edərlər.

“İnteqrasiya” anlayışına iqtisadi yanaşmalar

• Neoklassik məktəb– Sənaye kapitalizminin dünya bazarlarını üzünə

açacaq sərbəst ticarətə duyduğu ehtiyacla əlaqədar olaraq, sərbəst xarici ticarəti müdafiə etmişlər.

– Hecksher-Ohlin nəzəriyyəsinə görə ölkələr idxal və ixrac əməiyyatlarına qoşulur və ticarətdən qazanc əldə edərlər. Bu səbəblə sərbəst ticarət dünya rifahını artırır və ticari məhdudiyyətlərdən daha faydalıdır.

Page 7: GİRİŞ: İNTEQRASİYA ANLAYIŞI VƏ ONA …€“ Hecksher-Ohlin nəzəriyyəsinə görə ölkələr idxal və ixrac əməiyyatlarına qoşulur və ticarətdən qazanc əldə edərlər.

“İnteqrasiya” anlayışına iqtisadi yanaşmalar

• Strukturalist məktəb– İqtisadi inteqrasiyaların uzunmüddətli faydalarını

nəzərə alamqla yanaşı, bu prosesə qoşulan ölkələrin qısamüddətdə ortaya çıxacaq mənfi nəticələri diqqətdə saxlamaları zəruridir.

– Ticarətin sərbəstləşdirilməsinin İEOÖ-lər üzərindəki uzunmüddətli təsirilə bağlı yetərli empirik sübut tapılmadığı üçün qısamüddətli nəticələrin diqqətə alınması daha əhəmiyətlidir.

Page 8: GİRİŞ: İNTEQRASİYA ANLAYIŞI VƏ ONA …€“ Hecksher-Ohlin nəzəriyyəsinə görə ölkələr idxal və ixrac əməiyyatlarına qoşulur və ticarətdən qazanc əldə edərlər.

İqtisadi inteqrasiya nəzəriyyəsinin formalaşması

• İqtisadi inteqrasiya anlayışının nəzəri araşdırmaları 1950-ci illərdə başlamış və 1950-1965-ci illər arasında iki fərqli dövr keçmişdir:– 1950-1960-cı illər arasında gömrük birliyi nəzəriyyəsi çərçivəsində

istehsal, istehlak və ticarət axınları üzərindəki təsirləri araşdırılmışdır.

– 1960-cı ildən sonra isə regional ticarət sazişlərinin hər zaman müsbət nəticələr doğurmayacağı fikrindən hərəkət edərək, ölkələri inteqrasiyaya yönəldən səbəblər və məqsədlər müzakirə edilməyə başlanmışdır. H. Johnson, C. Cooper və B. Masselin tədqiqatları bu istiqamətdə önəmlidir və bunlar əsasən iqtisadi inteqrasiyaların İEOÖ-lər üzərindəki təsirini araşdırmışdır.

Page 9: GİRİŞ: İNTEQRASİYA ANLAYIŞI VƏ ONA …€“ Hecksher-Ohlin nəzəriyyəsinə görə ölkələr idxal və ixrac əməiyyatlarına qoşulur və ticarətdən qazanc əldə edərlər.

İqtisadi inteqrasiya nəzəriyyəsinin formalaşması

• İqtisadi inteqrasiya anlayışının ayrıca tədqiqi Jacob Vinerin araşdırmaları ilə başlamışdır.

• Viner 1950-ci ildə Gömrük Birliyi Məsələsi (The Customs Union Issue) adlı əsərində görmürk birliklərini araştırmışdır:– Gömrük Birliyi – birliyi təşkil edən ölkə iqtisadiyyatları arasında əmtəə

hərəkətini məhdudlaşdıran xarici ticarət maneələrini ortadan qaldırıb xarici dünyaya qarşı ortaq gömrük siyasəti tətbiq edildiyi inteqrasiya formasıdır.

– Bu çərçivədə Viner gömrük birliklərinin statik təsirləri kimi “ticarət yaradıcı” və “ticarət saptırıcı” effektlərini araşdırmışdır:• “Ticarət yaradıcı effekt” (trade creation): Bahalı yerli istehsalın gömrük birliyi

daxilindəki digər üzv ölkədən gələn ucuz idxalat ilə əvəz edilməsidir.• “Ticarət sapdırıcı effekt” (trade diversion): Gömrük birliyindən öncə üçüncü bir

ölkədən gələn ucuz idxalatın yerini birlik daxilindəki daha bahalı idxalatın almasıdır.– Ticarət yaradıcı effekt dünya rifahını artırdığı halda, ticarət sapdırıcı effekt isə

dünya rifahını azaldır.

Page 10: GİRİŞ: İNTEQRASİYA ANLAYIŞI VƏ ONA …€“ Hecksher-Ohlin nəzəriyyəsinə görə ölkələr idxal və ixrac əməiyyatlarına qoşulur və ticarətdən qazanc əldə edərlər.

İqtisadi inteqrasiya nəzəriyyəsinin formalaşması

• James Meade– Vinerin təhlili 1955-ci ildə Gömrük Birliyi Nəzəriyyəsi

(The Theory of Customs Union) adlı əsəri ilə Meade tərəfindən inkişaf etdirilmişdir.

– Meade gömrük birliyinin istehlak effektlərini də təhlil etmiş və istehsalda hər zaman sabit xərclərin mövcud olmayacağını göstərərək, Vinerin “istehsalda sabit xərclər” fərziyyəsini də yumuşaltmışdır.

Page 11: GİRİŞ: İNTEQRASİYA ANLAYIŞI VƏ ONA …€“ Hecksher-Ohlin nəzəriyyəsinə görə ölkələr idxal və ixrac əməiyyatlarına qoşulur və ticarətdən qazanc əldə edərlər.

İqtisadi inteqrasiya nəzəriyyəsinin formalaşması

• R. Lipsey və K. Lancaster – 1957-ci ildə yazdıqları “İkinci Ən Yaxşının Ümumi Nəzəriyyəsi” (The

General Theory of Second Best) adlı əsərlərilə iqtisadi inteqrasiya nəzəriyyəsinə “ikinci ən yaxşı nəzəriyyəsi” (the theory of second best) ilə mühüm xidmət göstərmişlər.

– Bu nəzəriyyəyə görə birinci ən yaxşı siyasət tam rəqabət və sərbəst ticarətdir. Çünkü bu siyasət ilə dünya rifahının ən yüksək səviyyəyə çıxarılacağı optimal şərtlər reallaşdırılmaqdadır.

– Tam rəqabət və sərbəst ticarətin təmin edilə bilmədiyi vəziyyətdə üzv ölkələrə qarşı ticarət sərbəstləşdirildiyi halda, üçüncü ölkələrə qarşı gömrük tarifinin tətbiq edildiyi gömrük birlikləri ikinci ən yaxşı siyasətdir.

Page 12: GİRİŞ: İNTEQRASİYA ANLAYIŞI VƏ ONA …€“ Hecksher-Ohlin nəzəriyyəsinə görə ölkələr idxal və ixrac əməiyyatlarına qoşulur və ticarətdən qazanc əldə edərlər.

İqtisadi inteqrasiya nəzəriyyəsinin formalaşması

• Jaroslav VANEK və Murray KEMP – Gömrük birliklərinin ticarət həddləri üzərindəki

təsirlərini araşdıraraq iqtisadi inteqrasiya nəzəriyyəsinə xidmət etmişlər.

– Vanek 1965-ci ildə yazdığı “Beynəlxalq Diskriminasiyanın Ümumi Tarazlığı” (General Equilibrium of Internatonal Discriminaton: The Case of Customs Union) adlı tədqiqatı ilə ümumi tarazlıq təhlili çərçivəsində mövzunu qiymətləndirmişdir.

Page 13: GİRİŞ: İNTEQRASİYA ANLAYIŞI VƏ ONA …€“ Hecksher-Ohlin nəzəriyyəsinə görə ölkələr idxal və ixrac əməiyyatlarına qoşulur və ticarətdən qazanc əldə edərlər.

İqtisadi inteqrasiya nəzəriyyəsinin formalaşması

• Jan TINBERGEN– 1954-cü ildə yazdığı “Beynəlxalq İqtsadi İnteqrasiya”

(Internatonal Economic Integraton) adlı kitabında iqtisadi inteqrasiyanı “beynəlxalq iqtsadi əməkdaşlığın ən münasib səviyyəyə yüksəldilməsi” kimi ifadə etmişdir.

– İqtisadi inteqrasiyanın neqativ və pozitiv formalarını ayırmışdır:• Neqatv inteqrasiya – ortaq nəzarət mexanizmi altında milli siyasətlər

və iqtisadiyyatlar arasındakı diskrimnasiyanın aradan qaldırılmasını nəzərdə tutur.

• Pozitv inteqrasiya – ölkələrin ən azından bəzi səlahiyyətlərini ortaq qurumlara və ya ortaq mexanizmlərə ötürməsini nəzərdə tutur.

– Tinbergenə görə praktikada hər iki formalı inteqrasiya birlikdə reallaşır.

Page 14: GİRİŞ: İNTEQRASİYA ANLAYIŞI VƏ ONA …€“ Hecksher-Ohlin nəzəriyyəsinə görə ölkələr idxal və ixrac əməiyyatlarına qoşulur və ticarətdən qazanc əldə edərlər.

İqtisadi inteqrasiya nəzəriyyəsinin formalaşması

• Bela BALASSA– 1974-cü ildə yazdığı “İqtsadi İnteqrasiyanın Tipləri” (Types of Economic

Integraton) adlı kitabında iqtisadi inteqrasiyanı “bir proses kimi müxtəlif milli dövlətlərə aid iqtsadi vahidlər arasındakı diskriminasiyanı ortadan qaldırmaya istqamətlənmiş tədbirlərin alınması; bir vəziyyət kimi isə milli iqtsadiyyatlar arasında diskriminasiyanın olmaması” şəklində ifadə etmişdir.

– Balassaya görə iqtisadi inteqrasiya müxtəlif iqtisadiyyatların könüllü şəkildə qarşılıqlı asılılıqlarını artırdıqları bir prosesdir.

– Bu prosesdə inteqrasiyalar ən aşağı səviyyədən ən yüksək səviyyəyə qədər, tcarətn sərbəstləşdirilməsindən (trade integraton) başlayaraq, istehsal faktorlarının hərəkətnin sərbəstləşdirilməsi (factor integraton), milli iqtsadi siyasətlərinin uyğunlaşdırılması (policy integraton) və bütün bu siyasətlərin tamamilə eyniləşdirilməsinə (total integraton) qədər gedə bilir.

Page 15: GİRİŞ: İNTEQRASİYA ANLAYIŞI VƏ ONA …€“ Hecksher-Ohlin nəzəriyyəsinə görə ölkələr idxal və ixrac əməiyyatlarına qoşulur və ticarətdən qazanc əldə edərlər.

İqtisadi inteqrasiya nəzəriyyəsinin formalaşması

• Ballasaya (1961-ci ildə yazdığı “İqtsadi İnteqrasiya Nəzəriyyəsi-The Theory of Economic Integraton”kitabda) görə iqtisadi inteqrasiyanın 5 mərhələsi aşağıdakılardır:– Sərbəst ticarət sazişi (Free Trade Agreement): – Gömrük Birliyi (Customs Union);– Ortaq Bazar (Common Union);– İqtisadi Birlik (Economic Union);– Tam iqtisadi inteqrasiya (Total Economic Integration);

Page 16: GİRİŞ: İNTEQRASİYA ANLAYIŞI VƏ ONA …€“ Hecksher-Ohlin nəzəriyyəsinə görə ölkələr idxal və ixrac əməiyyatlarına qoşulur və ticarətdən qazanc əldə edərlər.

İqtisadi inteqrasiya nəzəriyyəsinin formalaşması

• Robert Z. LAWRENCE–1996-cı ildə yazdığı “Regionalizm, Çoxtərəflilik

və Dərin İnteqrasiya” (Regionalism, Multilateralism and Deeper Integration) kitabında “dərin” və “dayaz” inteqrasiya anlayışlarını ayırmışdır.–Dərin inteqrasiya sərhədlərdəki maneələrin

qaldırılmasından da geniş bir inteqrasiya olduğu halda, dayaz inteqrasiya ticarətin sərbəsləşdirilməsilə məhdudlaşır.

Page 17: GİRİŞ: İNTEQRASİYA ANLAYIŞI VƏ ONA …€“ Hecksher-Ohlin nəzəriyyəsinə görə ölkələr idxal və ixrac əməiyyatlarına qoşulur və ticarətdən qazanc əldə edərlər.

İqtisadi inteqrasiya nəzəriyyəsinin formalaşması

• Peter Robson–Beynəlxalq iqtisadi inteqrasiyanı “bir-

birindən ayrı milli iqtsadiyyatların daha böyük iqtsadi bloklar və ya birliklər formasında insttutsional birləşməsi” kimi ifadə edir.

Page 18: GİRİŞ: İNTEQRASİYA ANLAYIŞI VƏ ONA …€“ Hecksher-Ohlin nəzəriyyəsinə görə ölkələr idxal və ixrac əməiyyatlarına qoşulur və ticarətdən qazanc əldə edərlər.

İqtisadi inteqrasiya nəzəriyyəsinin formalaşması

• Ali El-Agraa–İqtisadi inteqrasiyaların elementi kimi

ticarətdə diskriminasiyanın aradan qaldırılması ilə yanaşı ölkələr arasında əməkdaşlıq və koordinasiyanın təmin edilməsini də qeyd edir.

Page 19: GİRİŞ: İNTEQRASİYA ANLAYIŞI VƏ ONA …€“ Hecksher-Ohlin nəzəriyyəsinə görə ölkələr idxal və ixrac əməiyyatlarına qoşulur və ticarətdən qazanc əldə edərlər.

İqtisadi inteqrasiya nəzəriyyəsinin formalaşması

• Ali El-Agraa–İqtisadi inteqrasiyaların elementi kimi

ticarətdə diskriminasiyanın aradan qaldırılması ilə yanaşı ölkələr arasında əməkdaşlıq və koordinasiyanın təmin edilməsini də qeyd edir.

Page 20: GİRİŞ: İNTEQRASİYA ANLAYIŞI VƏ ONA …€“ Hecksher-Ohlin nəzəriyyəsinə görə ölkələr idxal və ixrac əməiyyatlarına qoşulur və ticarətdən qazanc əldə edərlər.

İqtisadi inteqrasiya nəzəriyyəsinin formalaşması

• John Pinder– İnkişaf etmiş ölkələr arasındakı inteqrasiyada siyasət

uyğunlaşdırılmasının inteqrasiyanın mühüm elementi olduğunu qeyd edərək, iqtisadi inteqrasiyanı üzv ölkələrin iqtisadi vahidləri arasında diskriminasiyanın aradan qaldırılması və rifahla bağlı hədəflərin reallaşdırılmasını təmin edəcək formada koordinasiyalı və ortaq siyasətlərin formalaşdırılması və tətbiqi kimi ifadə etmişdir.

Page 21: GİRİŞ: İNTEQRASİYA ANLAYIŞI VƏ ONA …€“ Hecksher-Ohlin nəzəriyyəsinə görə ölkələr idxal və ixrac əməiyyatlarına qoşulur və ticarətdən qazanc əldə edərlər.

İqtisadi inteqrasiya nəzəriyyəsinin formalaşması

• Imre VAJDA– İqtisadi inteqrasiyanın aşağıdakı formalarını

ayırır:• Bazar inteqrasiyası (market integraton):

Ticarətin sərbəstləşdirilməsini nəzərdə tutur.• İstehsal və inkişafın inteqrasiyası (producton

and development integraton): İstehsal və inkişafın milli səviyyədən millətlərarası səviyyəyə yayılmasını nəzərdə tutur.

Page 22: GİRİŞ: İNTEQRASİYA ANLAYIŞI VƏ ONA …€“ Hecksher-Ohlin nəzəriyyəsinə görə ölkələr idxal və ixrac əməiyyatlarına qoşulur və ticarətdən qazanc əldə edərlər.

İqtisadi inteqrasiya haqqında iqtisadçıların razılaşdığı 3 fikir

• İqtisadi inteqrasiya əsasən əmək bölgüsünə əsaslanır.

• İnteqrasiyanın irəli mərhələsində əmtəələrin, xidmətlərin və istehsal faktorlarının sərbəst hərəkəti nəzərdə tutulur.

• İqtisadi inteqrasiya əmtəə və xidmətlər ilə istehsal faktorlarının mənbəyi və gedəcəyi yerdən asılı olmayaraq eyni yanaşmaya məruz qalmasını tələb edir.

Page 23: GİRİŞ: İNTEQRASİYA ANLAYIŞI VƏ ONA …€“ Hecksher-Ohlin nəzəriyyəsinə görə ölkələr idxal və ixrac əməiyyatlarına qoşulur və ticarətdən qazanc əldə edərlər.

İqtisadi inteqrasiyanın 3 forması

• Milli inteqrasiya – bir ölkə sərhəddləri çərçivəsində müxtəlif regionların inteqrasiyasını nəzərədə tutur.

• Beynəlxalq iqtsadi inteqrasiya – müxtəlif ölkələrin bir region çərçivəsində birləşməsini nəzərdə tutur.

• Dünya inteqrasiyası – müxtəlif regional qrupların birləşməsi və vahid bir iqtisadi və siyasi birlik halına çevrilməsi nəzərdə tutulur.

Page 24: GİRİŞ: İNTEQRASİYA ANLAYIŞI VƏ ONA …€“ Hecksher-Ohlin nəzəriyyəsinə görə ölkələr idxal və ixrac əməiyyatlarına qoşulur və ticarətdən qazanc əldə edərlər.

Mənbələr1. H. Seyidoğlu, Uluslararası İktisat: Teori, Politika ve Uygulama,

İstanbul, 2015.2. P. Krugman and M. Obsteld,   International Economics: Theory

and Policy, Seventh Edition Pearson – Addison Weasley. 3. C. BALKIR. Uluslararası Ekonomik Bütünleşme: Kuram, Politika

ve Uygulama – AB ve Dünya Örnekleri. İstanbul Bilgi Üniversitesi Yayınları, İstanbul, 2010.

4. E. ERTÜRK. Uluslararası İktisadi Birleşmeler. Vipaş, Bursa, 2002.

5. A. E. AGRAA. European Union Economics and Policies. Cambridge University Press, 2007.

6. Ə. Bayramov, Regional iqtisadi inteqrasiya: nəzəriyyə və praktika, Bakı, 1997.