· Web viewHeyətin seçilməsi və işə götürülməsi, xidməti irəliləyiş Şirkətdə...

60

Transcript of  · Web viewHeyətin seçilməsi və işə götürülməsi, xidməti irəliləyiş Şirkətdə...

2

3

Əlavə IAzərbaycan Respublikası Dövlət Neft Şirkətinin 10 avqust 2012-ci il tarixli,

108 nömrəli əmri ilətəsdiq edilmişdir

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin standartlaşma sistemiStandartların istifadəsinə və tətbiqinə dair standart

(SOCARSS – 001.2012)

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT ŞİRKƏTİNİN

KORRUPSİYA İLƏ MÜBARİZƏ ÜZRƏ SİYASƏTİ

4

MÜNDƏRİCAT

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT ŞİRKƏTİNİN PREZİDENTİNİN BƏYANNAMƏSİ............................................................................................................................3

ƏSAS TERMİNLƏR, ANLAYIŞLAR VƏ QISALDILMALAR.................................................44

1. ÜMUMİ MÜDDƏALAR.........................................................................................................7

1.1 Təyinat, məqsəd və tapşırıqlar..........................................................................................7

1.2 Qanunvericilik və metodoloji əsaslar................................................................................7

1.3 Siyasətin tətbiqi sahəsi......................................................................................................9

1.4 Dəyişikliklərin edilməsi qaydası........................................................................................9

2. KORRUPSİYA FƏALİYYƏTİ İLƏ MÜBARİZƏ SİSTEMİNİN ƏSAS PRİNSİPLƏRİ.....9

2.1 Korrupsiya fəaliyyətinin qəbul edilməməsi prinsipi..........................................................9

2.2 İyerarxik maneələrin olmaması prinsipi...........................................................................9

2.3 Cəzanın qaçılmazlığı prinsipi..........................................................................................10

3. KORRUPSİYA FƏALİYYƏTİ İLƏ MÜBARİZƏ SİSTEMİ...............................................10

3.1. Ali rəhbərliyin örnək olması ...........................................................................................10

3.2. Korrupsiya riskinin idarə edilməsi..................................................................................10

3.3. Korrupsiyaya qarşı prosedurların işlənib hazırlanması və tətbiqi.................................10

3.4. Monitorinq və nəzarət.....................................................................................................10

4. FƏALİYYƏTİN ƏN RİSKLİ İSTİQAMƏTLƏRİ ÜZRƏ QƏRARLAR.............................11

4.1 Hədiyyələr, işgüzar qonaqpərvərlik nişanələri və təmsilçilik xərcləri............................11

4.2 «Rəsmiyyətlərin sadələşdirilməsi üçün ödənişlər».........................................................13

4.3 Sosial və sponsor fəaliyyəti.............................................................................................13

4.4 Hakimiyyət orqanlarının, siyasi partiyaların və hərəkətlərin, eləcə də beynəlxalq təşkilatların maliyyələşdirilməsi................................................................................................13

4.5 İctimaiyyətlə əlaqələr üzrə tədbirlər...............................................................................14

5. İŞÇİLƏRLƏ QARŞILIQLI ƏLAQƏ.....................................................................................14

5.1 Heyətin seçilməsi və işə götürülməsi, xidməti irəliləyiş..................................................14

5.2 İşçilərin məlumatlarındırılması və təlimləndirilməsi......................................................14

5.3 Yaranan məsələlər üzrə işçilərə məsləhətlərin verilməsi................................................15

6. QARŞI-TƏRƏFLƏRLƏ VƏ ÜÇÜNCÜ ŞƏXSLƏRLƏ QARŞILIQLI ƏLAQƏ.................15

6.1 Hakimiyyət orqanları, rəsmi şəxslər və siyasi xadimlər.................................................15

6.2 Qarşı-tərəflər...................................................................................................................15

5

7. UÇOTUN APARILMASINA DAİR TƏLƏBLƏR...............................................................15

8. KORRUPSİYA FƏALİYYƏTİ HAQQINDA MƏLUMATLANDIRMA SİSTEMİ...........16

9. CAVAB TƏDBİRLƏRİNDƏN İMTİNA..............................................................................16

10. POZUNTULARLA BAĞLI TƏDBİRLƏR.......................................................................17

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT ŞİRKƏTİNİN PREZİDENTİNİN BƏYANNAMƏSİ

Azərbaycan Respublikasında ən böyük şirkət, eləcə də qlobal enerji daşıyıcılar bazarında əsas iştirakçılardan biri olan Şirkətimiz daim inkişaf edir, yeni bazar və fəaliyyət istiqamətlərini mənimsəyir, iri beynəlxalq şirkətlər və maliyyə qurumları ilə uzunmüddətli əməkdaşlıq qurur.

İstehsal, maliyyə, investisiya və digər fəaliyyət növlərini həyata keçirərkən biz hər zaman işgüzar münasibətlərin mədəniyyətinin təkmilləşdirilməsinə, biznes etikası və korporativ idarəetmə məsələlərinə böyük diqqət yetirmişik. Yarandığı ilk illərdən etibarən ölkəmizdə bu sahədə aparıcı şirkətlərdən biri olan Şirkətimiz öz qarşı-tərəflərinə, işçilərinə və bütövlükdə cəmiyyətə sosial cəhətdən məsuliyyətli davranışın, eləcə də ədalətli, vicdanlı və açıq fəaliyyətin dəyərli nümunəsini nümayiş etdirir. Biz gələcəkdə də bu yüksək standartı aşağı salmaq niyyətində deyilik.

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş korrupsiya ilə mübarizə prinsipləri və tələblərinə, biznes etikası normalarına və , beynəlxalq qanunvericilik və normativ hüquqi aktlara və xarici ölkələrin qanunlarına, eləcə də aparıcı beynəlxalq təcrübə ilə müəyyən edilmiş tələblərə tam uyğunlaşmaq məqsədilə biz korrupsiyanın hər bir növünə qarşı “dözümsüzlük” prinsipini təsbit edən Korrupsiya ilə mübarizə siyasətinin hazırlanması və həyata keçirilməsi qərarını qəbul etdik. Bu prinsip həm Azərbaycan Respublikasının ərazisində, həm də dünyanın hər hansı digər ölkəsinin ərazisində korrupsiya kimi təfsir edilə biləcək hər hansı hərəkət və ya hərəkətsizliyə yol verməkdən və ya bunlarda iştirak etməkdən imtina deməkdir. Şirkətin rəhbərliyi şirkətin işgüzar nüfuzuna, onun bazar mövqeyinə ziyan vura biləcək və/ və ya rəqabət üstünlüyünün itirilməsinə gətirib çıxaracaq hərəkətlərin qarşısını almaq üçün səylərini əsirgəməyəcəkdir. Qəbul edilmiş Korrupsiya ilə mübarizə siyasəti, tutduğu vəzifədən asılı olmayaraq, bütün işçilərə yüksək tələbləri müəyyən edir, habelə bizim yüksək etika və hüquq standartlarına, ədalət, şəffaflıq, vicdanlılıq və maddi məsuliyyət prinsiplərinə sadiqliyimizi əks etdirir. Biznes etikası, korrupsiya ilə mübarizə və effektiv korporativ idarəetmə – bunlar son nəticədə rəqabət üstünlüyü və maliyyə uğurunu müəyyən edən qərarlara təsir edən amillərdir.

Şirkətimiz, mövcud imkanları, ədalətli və açıq işgüzar fəaliyyətin qarşılamalı olduğu fundamental etika normaları və korrupsiya ilə mübarizə prinsipləri və tələbləri haqqında bütün qarşı-tərəflərini və digər maraqlı üçüncü şəxsləri məlumatlandırmağa, həmin təşkilatlar tərəfindən oxşar siyasət və prosedurların qəbul edilməsini həvəsləndirməyə və dəstəkləməyə çalışacaqdır. Şirkət korrupsiya ilə mübarizə məsələlərində onun fikir və dəyərlərinə şərik olmayan qarşı-tərəflər və digər şəxslərlə qarşılıqlı əlaqələrdən imtina etməyə cəhd edəcəkdir.

Korrupsiyaya qarşı mübarizə siyasətinin qəbul edilməsi və korrupsiyaya qarşı tədbirlərin həyata keçirilməsi fəaliyyətimizin bütün maraqlı tərəflər üçün legitimliyi, şəffaflığı və aşkarlığını təmin etməyə imkan yaradacaqdır.

Öz növbəmdə mən, Şirkətin prezidenti olaraq, bütün əməllərimdə və qərarlarımda korporativ və etika dəyərlərinə, habelə işgüzar fəaliyyətin korrupsiyaya qarşı prinsiplərinə dəqiq riayət edəcəyimə söz verirəm. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əməkdaşı yüksək adını daşıyan əməkdaşlarımdan və tabeliyimdə olan işçilərdən də mən oxşar hərəkət tərzi gözləyirəm. Bütövlükdə Şirkətimizin və fərdi olaraq hər birimizin sabit tərəqqisi və firavanlığı məhz bundan asılıdır.

Hörmətlə,

6

Rövnəq Abdullayev

7

ƏSAS TERMİNLƏR, ANLAYIŞLAR VƏ QISALDILMALAR

ARDNŞ – Azərbaycan Respublikası Dövlət Neft Şirkəti.

ARDNŞ-nin asılı şirkəti – nizamnamə kapitalında ARDNŞ-nin 20%-dən çox paya malik olduğu məhdud məsuliyyətli cəmiyyət və ya səsvermə hüququ verən səhmlərinin 20%-nin ARDNŞ-yə məxsus olan, lakin ARDNŞ-nin və ya onun törəmə müəssisəsinin struktur bölməsi olmayan səhmdar cəmiyyətdir.

ARDNŞ-nin törəmə şirkəti – Şirkətin strukturuna daxil olan qurumların, nizamnamə kapitalındakı səhmlərinin (paylarının) nəzarət zərfi Şirkətə məxsus olan müəssisəsi deməkdir.

“Dözümsüzlük”– Şirkətin prezidentinə, rəhbər işçilərinə, Şirkətin işçilərinə və hazırki Siyasətin tələbləri tətbiq olunan digər şəxslərə birbaşa və ya dolayısı ilə, şəxsən və ya üçüncü şəxslərin vasitəçiliyi ilə, Azərbaycan Respublikasının və hər hansı digər ölkələrin ərazisində, həmin ölkələrdə mövcud işgüzar fəaliyyət təcrübəsindən asılı olmayaraq, hər hansı korrupsiya fəaliyyətində iştirakın qəti qadağan edilməsi deməkdir.

Hakimiyyət orqanları – Azərbaycan Respublikasının və digər dövlətlərin istənilən dövlət hakimiyyət orqanları və ya yerli özünüidarə orqanları, o cümlədən qanunvericilik, icra (o cümlədən hökumət departamentləri, idarələri və nazirlikləri) və məhkəmə hakimiyyəti orqanlarıdır.

İctimai qurum – istənilən formada:

Beynəlxalq və milli ictimai təşkilatlar və birliklər, ictimai hərəkətlər;

Siyasi partiyalar və siyasi birliklər;

Qeyri-kommersiya təşkilatları (ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları, eləcə də Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qeyri-kommersiya təşkilatlarının digər formaları) deməkdir.

İctimai qurumun nümayəndəsi:

hər hansı vəzifəli şəxs və ya ictimai qurumun işçisi;

ictimai qurumda vəzifənin tutulması üçün hər hansı namizəd / müsabiqə iştirakçısı deməkdir.

İşçilər – işəgötürənlə əmək münasibətləri və mülki-hüquq xarakterli münasibətləri olan fiziki şəxslərdir.

Korrupsiya əməliyyatı – birbaşa və ya dolayısı ilə, şəxsən və ya üçüncü şəxslərin vasitəçiliyi ilə rüşvətin təklif, vəd edilməsi, verilməsi, istənilməsi və alınması, rüşvətin verilməsi və/və ya alınmasında vasitəçilik, “rəsmiyyətlərin sadələşdirilməsi üçün ödənişlər”in aparılması, kommersiya bəxşişi, rəsmi şəxslərə bəxşiş, vəzifəli şəxs tərəfindən özü və ya digər şəxslər üçün istənilən formada maddi və/və ya qeyri-maddi faydanın, o cümlədən pul vəsaitlərinin, digər dəyərlilərin, əmlakın, əmlak hüquqlarının, xidmətlərin (işlərin) əldə edilməsi üçün öz vəzifəsindən qanunsuz istifadə edilməsi və ya həmin faydanın və ya hüquqların həmin şəxsə digər şəxslər tərəfindən qanunsuz təqdim olunması deməkdir.

8

Qarşı-tərəf – ARDNŞ-nin əmək münasibətləri istisna olmaqla hər hansı müqavilə münasibətlərini qurduğu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış hər hansı hüquqi və ya fiziki şəxs, eləcə də xarici hüquqi və ya fiziki şəxsdir.

Maraqların toqquşması – işçinin və/ və ya onun yaxın qohumlarının şəxsi maraqlarının Şirkətin maraqlarına zidd olan və ya zidd ola bilən və onun və/və ya onun yaxın qohumlarının şəxsi marağı olan, nəticədə vəzifələrin lazımınca yerinə yetirilməsinə, o cümlədən obyektiv qərarların qəbul edilməsinə təsir göstərə biləcək vəziyyət və ya şəraitlərdir.

Məsul qurum - müvafiq qurum ARDNŞ-nin prezidentinin əmri ilə müəyyən edilir.

Rəhbər işçilər – ARDNŞ-nin prezidenti, Şurası və Komitələrinin üzvləri, vitse-prezidentləri, ARDNŞ-nin struktur bölmələrinin rəhbərləri, eləcə də ARDNŞ və onun struktur bölmələrində idarəetmə funksiyalarına sahib olan digər vəzifəli şəxslərdir.

Rəsmi şəxs:

Daimi, müvəqqəti və ya xüsusi tapşırıqla Azərbaycan Respublikasının və ya hər hansı digər ölkənin hakimiyyət orqanının funksiyalarını yerinə yetirən şəxs;

Azərbaycan Respublikasının və ya hər hansı digər ölkənin dövlət qulluqçusu;

Azərbaycan Respublikasının və ya hər hansı digər ölkənin hökumətində vəzifələr də daxil olmaqla hakimiyyət orqanlarında vəzifələrə təyin edilməyə namizəd;

Azərbaycan Respublikasının və ya hər hansı digər ölkənin dövlətin və hakimiyyət orqanlarının mülkiyyətində və ya nəzarəti altında olan kommersiya təşkilatının hər hansı vəzifəli şəxsi və ya işçisi.

«Rəsmiyyətlərin sadələşdirilməsi üçün ödənişlər» («facilitation payments») – konkret ölkənin qanunvericilik və digər normativ-hüquqi aktları ilə nəzərdə tutulmayan, lakin həmin ölkədə işgüzar təcrübə ilə bağlı olan qanunla müəyyən edilmiş prosedur və ya hərəkətlərin standart yerinə yetirilməsi qaydasının təmin edilməsi və ya sürətləndirilməsi məqsədilə təqdim olunan pul vəsaitləri, əmlak, əmlak hüquqları, xidmətləri və ya digər maddi və ya qeyri-maddi fayda deməkdir.

Siyasi xadim – peşəkarcasına, o cümlədən siyasi partiyanın funksioneri kimi siyasi fəaliyyətlə məşğul olan şəxsdir.

Struktur bölmə –ARDNŞ-nin strukturuna daxil olan şöbə, idarə və departamentləri deməkdir.

Şəxsi maraqlar – fiziki şəxsin hər hansı şəxsi və sosial (əmlak, maliyyə, siyasi və digər kommersiya maraqları istisna olmaqla) maraqlarıdır.

Şəxsi kommersiya maraqları - fiziki şəxsin hər hansı əmlak, maliyyə, siyasi və digər kommersiya maraqlarıdır.

Şirkət – ARDNŞ və onun strukturuna daxil olan müxtəlif təşkilati-hüquqi formaya malik olan hüquqi şəxslər qrupudur.

Tətbiq edilən korrupsiyaya qarşı qanunvericilik – korrupsiya, rüşvətxorluq və digər növ korrupsiya fəaliyyətləri ilə mübarizə baxımından tətbiq edilən qanunvericiliyin norma və tələbləri deməkdir.

9

Tətbiq edilən qanunvericilik – Azərbaycan Respublikasının qanunvericiliyinin, eləcə də beynəlxalq qanunvericilik və normativ-hüquqi aktların və xarici dövlətlərin qanunvericiliyinin Şirkətə və /və ya onun işçilərinə müvafiq şəraitdə tətbiq edilən norma və tələbləri (məsələn, konkret dövlətin ərazisində fəaliyyətin həyata keçirilməsi, xarici qarşı-tərəflə müqavilə şərtləri və s.) deməkdir.

Üçüncü şəxslər – Şirkətin işçisi olmayan hər hansı fiziki şəxs eləcə də strukturuna daxil olmayan hər hansı hüquqi şəxs deməkdir.

Yaxın qohumlar – həyat yoldaşı, valideynlər, övladlar, övladlığa götürənlər, övladlığa götürülənlər, qardaş və bacılar, baba və nənələr, nəvələr deməkdir.

10

1. ÜMUMİ MÜDDƏALAR

1.1 Təyinat, məqsəd və tapşırıqlar

1.1.1. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin korrupsiya ilə mübarizə siyasəti (bundan sonra – «Siyasət») korrupsiya fəaliyyəti ilə mübarizə və tətbiq edilən korrupsiyaya qarşı qanunvericilik normalarının yerinə yetirilməsi baxımından ARDNŞ-nin başlıca prinsip və tələblərini müəyyən edən əsas sənəddir.

1.1.2. Hazırki Siyasət ARDNŞ tərəfindən korrupsiya fəaliyyətinin qəbul edilməməsi və onun korrupsiyaya qarşı mədəniyyət səviyyəsinin artırılması, işgüzar nüfuzun dəstəklənməsi və fəaliyyətin açıqlığının təmin edilməsi məqsədilə işgüzar fəaliyyətin yüksək etik standartlarına sadiqliyini əks etdirir, eləcə də ARDNŞ-nin və onun struktur bölmələrinin fəaliyyətində korrupsiya risklərinin minimuma endirilməsi üzrə tədbirləri təsvir edir.

Siyasət açıq sənəddir və ARDNŞ-nin rəsmi internet səhifəsində dərc edilir.

1.1.3. Hazırki Siyasətin məqsədləri:

Bütün maraqlı tərəflərdə, o cümlədən hakimiyyət orqanlarında, investisiya icmasında, qarşı-tərəflərdə, törəmə və asılı şirkətlərdə, birgə müəssisələrdə, struktur bölmələrdə, ARDNŞ-nin işçilərində və digər şəxslərdə ARDNŞ tərəfindən istənilən növ və təzahürdə korrupsiya fəaliyyətinin qəbul edilməməsi haqqında vahid anlayışın yaradılması;

Korrupsiya risklərinin minimuma enidirilməsi;

ARDNŞ-nin fəaliyyətinin şəffaflığının artırılmasının təmin edilməsi.

1.1.4. Hazırki Siyasətin tapşırıqları:

ARDNŞ-yə tətbiq edilən korrupsiyaya qarşı qanunvericiliyin əsas tələblərinin ümumiləşdirilməsi;

Korrupsiya fəaliyyyəti ilə mübarizə sahəsində əsas prinsip və tələblərin müəyyən edilməsi və aydınlaşdırılması, eləcə də riayət olunacaq başlıca hərəkət qaydaları, standartları və normalarının formalaşması;

ARDNŞ-nin işçilərinin vəzifə və məsuliyyətinin korrupsiya fəaliyyətinin qarşısının alınması üzrə tədbirlər çərçivəsində müəyyən edilməsi.

1.2 Qanunvericilik və metodoloji əsaslar

1.2.1. Siyasət Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə, ARDNŞ-nin Nizamnaməsinə və digər daxili sənədlərinə dəqiq riayət etməklə, korrupsiyaya qarşı beynəlxalq və xarici ölkələrin qanunvericiliyinin tələblərini, eləcə də korrupsiya fəaliyyəti ilə mübarizə sahəsində beynəlxalq təşkilatların və aparıcı dünya təcrübəsinin tövsiyələrini nəzərə almaqla işlənib hazırlanmışdır. 1.2.2. Hazırki Siyasətin qanunvericilik əsasları :

1. Beynəlxalq qanunvericilik:

11

Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya qarşı Konvensiyası (BMT-nin Baş Asambleyasının 58-ci sessiyasının 51-ci plenar iclasında Nyu York şəhərində 31.10.2003 tarixində qəbul edilmiş Qətnamə 58 / 4) (United Nations Convention against Corruption);

Avropa Şurasının Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiyası (Strasburq şəhərində 27.01.1999 tarixində qəbul edilmiş ETS №173) (Criminal Law Convention on Corruption);

Avropa Şurasının korrupsiyaya ilə əlaqədar vətəndaş məsuliyyəti haqqında Konvensiyası (Strasburq şəhərində 04.11.1999 tarixində qəbul edilmiş ETS №174) (Civil Law Convention on Corruption).

2. Azərbaycan Respublikasının korrupsiyaya qarşı qanunvericiliyi:

Azərbaycan Respublikasının “Cinayət məcəlləsi”;

Azərbaycan Respublikasının “İnzibati xətalar haqqında Məcəlləsi”;

Azərbaycan Respublikası Prezidentinin 28.07.2007-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiyası və planı”;

Azərbaycan Respublikasının “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunu və s.

3. Korrupsiya ilə mübarizə üzrə xarici qanunvericilik:

Böyük Britaniyanın “Rüşvətxorluqla mübarizə” Qanunu (UK Bribery Act, 2010);

1.2.3. Hazırki Siyasətin metodoloji əsasları :

1. Azərbaycan Respublikasının qanunvericiliyi:

Azərbaycan Respublikasının “Vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması haqqında” Qanunu;

Azərbaycan Respublikasının “Dövlət qulluqçularının etik davranışı qaydaları haqqında” Qanunu;

2. Xarici qanunvericilik:

ABŞ-nin “Xaricdə korrupsiya ilə mübarizə” Qanunu (Foreign Corrupt Practices Act, 1977).

3. Beynəlxalq tövsiyələr:

Böyük Britaniyanın 30.03.2011-ci il tarixində dərc edilmiş “Rüşvətxorluqla mübarizə” Qanununun (UK Bribery Act, 2010) normalarına riayət etmək məqsədilə müvafiq prosedurlar sisteminin yaradılması üzrə Böyük Britaniya Ədliyyə Nazirliyinin tövsiyələri (UK Bribery Act, 2010);

Korporativ korrupsiyaya qarşı proqramların aparıcı təcrübəsinə uyğun olaraq Böyük Britaniyanın “Rüşvətxorluqla mübarizə” Qanununun tələbləri çərçivəsində müvafiq prosedurların işlənib hazırlanması üzrə “Transparency International” Beynəlxalq qeyri-hökumət təşkilatının tövsiyələri (Transparency International the 2010 UK Bribery Act Adequate Procedures Guidance on good practice procedures for corporate anti-bribery programmes);

12

“Transparency International” Beynəlxalq qeyri-hökumət təşkilatı və Sosial məsuliyyət üzrə beynəlxalq təşkilat tərəfindən işlənib hazırlanmış rüşvətxorluğa müqaviməti təmin edən biznesin həyata keçirilməsi prinsipləri (Transparency International and Social Accountability International Business Principles for Countering Bribery);

“Transparency International” Beynəlxalq qeyri-hökumət təşkilatının “Korrupsiya ilə mübarizə sahəsində terminlərin dəqiq tərifi” adlı sorğu kitabı (Transparency International Anti-corruption Plain Language Guide);

Beynəlxalq Ticarət-Sənaye Palatasının korrupsiya ilə mübarizə qaydaları toplusu (ICC Rules on Combating corruption);

Beynəlxalq Ticarət-Sənaye Palatasının agentlər, vasitəçilər və digər üçüncü şəxslərlə qarşılıqlı əlaqələr üzrə tövsiyələri (ICC Guidelines on Agents, Intermediaries and Other Third Parties).

1.3 Siyasətin tətbiqi sahəsi

1.3.1. Hazırki Siyasət tutduğu vəzifədən asılı olmayaraq Şirkətin rəhbərliyinin bütün üzvləri və işçiləri tərəfindən dünyanın bütün ölkələrində mütləq icra olunmalıdır.

1.3.2. Siyasətin başlıca prinsip və tələbləri Şirkətin törəmə və asılı şirkətlərinə, birgə müəssisələrinə, bütün qarşı-tərəflərinə, o cümlədən təchizatçılarına, agentlərinə, vasitəçilərinə, məsləhətçilərinə, nümayəndələrinə və digər şəxslərə o halda şamil edilir ki, müvafiq vəzifələr onlarla imzalanmış müqavilələrdə, onların daxili sənədlərində (o cümlədən, müvafiq halda Şirkətin təsisçi kimi qəbul etdiyi və ya verdiyi qərar, əmr, sərəncam və göstərişlərində) göstərilir və ya tətbiq edilən korrupsiya ilə mübarizə qanunvericiliyindən birbaşa irəli gəlir.

1.4 Dəyişikliklərin edilməsi qaydası

Hazırki Siyasətə dəyişikliklər ARDNŞ-nin prezidentinin əmri əsasında, aşağıdakı hallarda edilir: tətbiq edilən korrupsiya ilə mübarizə qanunvericiliyinin və/və ya aparıcı beynəlxalq

təcrübənin dəyişməsi; qeyri-effektiv korrupsiyaya qarşı prosedurların aşkar edilməsi; Şirkətin təşkilati strukturunun dəyişməsi; Şirkətin normativ-hüquq bazasının təkmilləşdirilməsi və s.

2. KORRUPSİYA FƏALİYYƏTİ İLƏ MÜBARİZƏ SİSTEMİNİN ƏSAS PRİNSİPLƏRİ

2.1 Korrupsiya fəaliyyətinin qəbul edilməməsi prinsipi

2.1.1. Öz fəaliyyəti və layihələrin həyata keçirilməsi əsnasında, habelə hakimiyyət orqanları, rəsmi şəxslər, ictimai qurumlar və onların nümayəndələri, siyasi xadimlər, investorlar, qarşı-tərəflər, partnyorlar və digər şəxslərlə qarşılıqlı əlaqə zamanı Şirkət hər hansı növ və təzahürdə olan korrupsiyanın qəbul edilməməsi prinsipinə riayət edir («dözümsüzlük »).

2.2 İyerarxik maneələrin olmaması prinsipi

Hazırki Siyasətin prinsip və tələblərinə, tutduğu vəzifədən, ARDNŞ ilə əmək münasibətlərinin müddətindən və s. asılı olmayaraq Şirkətin bütün işçiləri əməl etməlidirlər.

13

2.3 Cəzanın qaçılmazlığı prinsipi

Şirkətin korrupsiyaya qarşı prinsip və tələblərini pozmuş işçilər Azərbaycan Respublikasının qanunvericiliyi və Şirkətin daxili sənədləri, o cümlədən hazırki Siyasətlə, eləcə də müvafiq hallarda beynəlxalq qanunvericilik və normativ hüquqi aktlar və xarici dövlətlərin qanunvericiliyi ilə nəzərdə tutulmuş çərçivədə və əsaslarla pozuntunun həcmi və formasından asılı olmayaraq, mütləq məsuliyyətə cəlb ediləcəklər.

3. KORRUPSİYA FƏALİYYƏTİ İLƏ MÜBARİZƏ SİSTEMİ

3.1. Ali rəhbərliyin örnək olması

Prezident, rəhbər işçilər və Şirkətin digər yuxarı vəzifəli şəxsləri korrupsiyanın bütün forma və təzahürlərinə barışmaz münasibət yaratmaq üçün tətbiq edilən korrupsiyaya qarşı qanunvericiliyi və Şirkətin daxili sənədlərin, o cümlədən hazırki Siyasətin tələblərinin yerinə yetirilməsinin və etik davranışın şəxsi nümunəsini təcrübədə nümayiş etdirməlidirlər.

3.2. Korrupsiya riskinin idarə edilməsi

3.2.1. Müvafiq struktur bölmə fəaliyyət göstərdiyi bütün ölkələr üçün səciyyəvi olan korrupsiya riskini müəyyən edir və müntəzəm şəkildə qiymətləndirir.

Bu məqsədlər üçün korrupsiya baxımından ARDNŞ-nin potensial zəif biznes prosesləri və fəaliyyət istiqamətləri üçün səciyyəvi olan korrupsiya riskinin əlamətlərinin siyahısı mütəmadi olaraq işlənib hazırlanır və yenilənir.

3.2.2. ARDNŞ baş verməsinin mümkünlüyü və təsir dərəcəsindən asılı olmayaraq korrupsiya riskinin idarə edilməsi zərurətini qəbul edir. Riskin idarə edilməsi ARDNŞ-nin bütün fəaliyyət istiqamətləri və biznes proseslərinin quruluşunun xüsusiyyətlərini nəzərə almaqla həyata keçirilir.

3.3. Korrupsiyaya qarşı prosedurların işlənib hazırlanması və tətbiqi

3.3.1. Korrupsiya riskinin azaldılması və tətbiq edilən korrupsiyaya qarşı qanunvericiliyin tələblərinə uyğunluğun təmin edilməsi məqsədilə Şirkət korrupsiyaya qarşı prosedurlar sistemini işləyib hazırlayır və tətbiq edir.

3.3.2. Müəyyən edilmiş və qiymətləndirilmiş risklərə məntiqi dərəcədə cavab verən korrupsiyaya qarşı prosedurlar hazırki Siyasətdə və Şirkətin digər daxili sənədlərində müəyyən edilmişdir və bütün İşçilər tərəfindən mütləq yerinə yetirilməlidir.

3.3.3. Korrupsiya fəaliyyəti ilə mübarizə tədbirlərinin təşkil edilməsi, o cümlədən korrupsiya riskinin idarə edilməsi, korrupsiyaya qarşı prosedurların işlənib hazırlanması, tətbiqi və nəzarət edilməsi və s. üçün cavabdeh olan vəzifəli şəxslər ARDNŞ-nin prezidenti tərəfindən təyin edilir.

3.4. Monitorinq və nəzarət

3.4.1. Şirkətdə müntəzəm qaydada maliyyə-təsərrüfat fəaliyyətinin və daxili nəzarət sisteminin daxili və xarici auditi aparılır, tətbiq edilən qanunvericiliyin və Şirkətin daxili sənədlərinin tələblərinin, o cümlədən hazırki Siyasətin müəyyən etdiyi korrupsiyaya qarşı prinsip və tələblərin yerinə yetirilməsinə nəzarət həyata keçirilir.

14

3.4.2. Şirkət tətbiq edilmiş korrupsiyaya qarşı prosedurların effektivliyinin daim monitorinqini aparır, onların kifayətliliyi, mütənasibliyi və aktuallığını qiymətləndirir, eləcə də nəzarət mühitinin nöqsanları əsasında və/və ya tətbiq edilən korrupsiyaya qarşı qanunvericilikdə və aparıcı beynəlxalq təcrübədə dəyişikliklərə əsasəlanaraq onları təkmilləşdirir.

3.4.3. ARDNŞ-nin prezidenti müntəzəm qaydada korrupsiya fəaliyyəti ilə mübarizə və Şirkət tərəfindən tətbiq edilən korrupsiyaya qarşı qanunvericiliyin normalarının və hazırki Siyasətin prinsip və tələblərinin Şirkət tərəfindən yerinə yetirilməsinin təmin edilməsi üzrə işin nəticələri haqqında hesabatları nəzərdən keçirir. Nəzarətin nəticələri ARDNŞ-nin Davamlı inkişaf haqqında hesabatında və ya digər formada açıqlanır.

4. FƏALİYYƏTİN ƏN RİSKLİ İSTİQAMƏTLƏRİ ÜZRƏ QƏRARLAR

4.1 Hədiyyələr, işgüzar qonaqpərvərlik əlamətləri və təmsilçilik xərcləri

4.1.1. Hədiyyələr, işgüzar qonaqpərvərlik əlamətləri və təmsilçilik xərcləri işgüzar təcrübənin və qarşı-tərəflərlə sabit işgüzar münasibətlərin qurulmasının zəruri hissəsidir. Lakin bəzi hədiyyələr, işgüzar qonaqpərvərlik əlamətləri və təmsilçilik xərcləri üçüncü şəxslərlə qərarların qəbul edilməsinə qanunsuz təsir etmə, eləcə də rüşvət kimi qəbul edilmə ehtimalından Şirkətin işgüzar nüfuzuna mənfi təsir göstərə bilər. Bu riskləri azaltmaq, eləcə də şəffaflığı təmin etmək məqsədilə Şirkət məqbul hədiyyələr, işgüzar qonaqpərvərlik əlamətləri və təmsilçilik xərclərinə dair hazırki Siyasətdə və Şirkətin digər daxili sənədlərində nəzərdə tutulan mütləq tələblər müəyyən edir.

4.1.2. Hazırki Siyasətin məqsədləri üçün yalnız Şirkətin işçiləri tərəfindən üçüncü şəxslərin xeyrinə/ üçüncü şəxslərdən verilən/alınan hədiyyələr, işgüzar qonaqpərvərlik əlamətləri və təmsilçilik xərcləri nəzərdən keçirilir.

4.1.3. Şirkətin işçilərinə üçüncü şəxslərdən onlara və ya onların yaxın qohumlarına hədiyyələrin verilməsini və/və ya işgüzar qonaqpərvərlik əlamətlərinin göstərilməsini xahiş etmək, tələb etmək və ya buna məcbur etmək qadağan edilir.

4.1.4. Şirkət hədiyyələr, işgüzar qonaqpərvərlik əlamətləri və təmsilçilik xərclərinin verilməsi və alınmasını hər hansı sövdələşmənin nəticəsinə və/və ya hədiyyəni alanın təmmiz niyyətlə hədiyyə verənin xeyrinə qərar qəbul edilməsinə təsir edə biləcək hallarda qadağan edir.

4.1.5. Hədiyyələr, işgüzar qonaqpərvərlik əlamətləri və təmsilçilik xərclərinin verilməsi və alınması yalnız aşağıdakı tələblər mütləq yerinə yetirildiyi təqdirdə mümkündür:

Qanunilik:

tətbiq edilən qanunvericiliyə, eləcə də Şirkətin daxili sənədlərinin, o cümlədən hazırki Siyasətin prinsip və tələblərinə uyğun olmalıdır;

Əsas (səbəb, məqsəd):

Şirkətin işgüzar fəaliyyəti ilə (məsələn, layihə və ya müqavilənin təqdimatı, icrası və tamamlanması) və ya rəsmi bayramlarla (məsələn Yeni il, Novruz Bayramı, Azərbaycan Respublikası Neftçilər Günü və s.) bilavasitə bağlı olmalıdır;

Hədiyyə (qonaqpərvərlik əlamətləri və s.) alan tərəflə Şirkətin işgüzar fəaliyyətinə təsir göstərəcək qərarların (məsələn, sövdələşmə, müqavilə, lisenziya və ya icazə

15

alınması və s.) qəbul edilməsinə birbaşa və ya dolayı təsir göstərməsini və ya digər qeyri-etik və ya qanunsuz məqsədləri güdməməlidir;

Hədiyyə (qonaqpərvərlik əlamətləri və s.) hədiyyəni alan şəxs üçün heç bir öhdəlik yaratmamalıdır;

Göstərilmiş xidmət və ya yerinə yetirilmiş iş üçün mükafatlandırma (o cümlədən gizli) olmamalıdır.

İqtisadi məqsədəuyğunluq:

əsaslandırılmış, məntiqli və konkret hadisəyə (səbəbə) mütənasib olmalıdır;

bahalı və zinət əşyası olmamalıdır.

Növlər:

nəğd və ya qeyri-nəğd pul vəsaitləri, qiymətli kağızlar, qiymətli metallar, hədiyyə sertifikatları və ya digər pul ekvivalenti formasında hədiyyələrin verilməsi və alınmasına yol verilmir.

Şəffaflıq:

verilmə və alınma prosesi şəffaf olmalıdır;

həmin hədiyyələr, işgüzar qonaqpərvərlik əlamətləri və təmsilçilik xərcləri haqqında məlumat açıqlanarsa Şirkətin, onun işçilərinin və/və ya digər şəxslərin nüfuzu ilə bağlı risk yaratmamalıdır.

4.1.6. Yuxarıda göstərilən bütün tələblər hədiyyələr, işgüzar qonaqpərvərlik əlamətləri və təmsilçilik xərclərinin Şirkətin işçiləri tərəfindən birbaşa eləcə də vasitəçilərlə həm alınması, həm də verilməsinə tətbiq edilir.

4.1.7. Şirkətin rəsmi iştirak etdiyi sərgilərdə, açıq prezentasiyalarda, forumlarda və digər təmsilçi və marketinq tədbirlərində suvenir məhsulları və ya qiyməti yüksək olmayan, hədiyyə verənin simvolikası və/və ya loqotipi göstərilən məhsullar formasında hədiyyələrə yol verilir və onlar imic materialları hesab olunur.

4.1.8. Üçüncü şəxslər tərəfindən verilmiş və ya üçüncü şəxslərə Şirkətin adında verilən hədiyyələr, eləcə də imic materialları Şirkətin daxili sənədlərinə uyğun olaraq təfərrüatı ilə məlumat göstərilməklə xüsusi reyestrdə əks etdirilməlidir.

4.1.9. Rəsmi, protokol və digər tədbirlərdə və ya görüşlərdə, eləcə də öz iş vəzifələrini yerinə yetirmək məqsədilə işgüzar səyahətlərdə üçüncü şəxslər tərəfindən verilmiş hədiyyələr, imic materialları eləcə də yemək məhsulları və aşağı qiymətli hədiyyələr istisna olmaqla, Şirkətin mülkiyyəti hesab olunurlar.

Bununla bağlı, Şirkətin işçisi yuxarıda qeyd olunan hallarda aldığı hədiyyələrlə bağlı aşağıdakıları yerinə yetirməlidir (Şirkətin daxili sənədlərinin tələblərinə uyğun olaraq):

Öz birbaşa rəhbərini həmin hədiyyə haqqında məlumatlandırmalı; Müvafiq struktur bölmənin rəhbərinə xidməti yazı təqdim etməli; Müvafiq struktur bölmənin rəhbərinə aldığı hədiyyəni təhvil verməlidir.

16

4.2 “Rəsmiyyətlərin sadələşdirilməsi üçün ödənişlər”

Şirkət hakimiyyət orqanaları, rəsmi və digər şəxslərin xeyrinə “Rəsmiyyətlərin sadələşdirilməsi üçün ödənişlər”in həyata keçirilməsinə yol vermir.

4.3 Sosial və sponsor fəaliyyəti

4.3.1. ARDNŞ, dövlət şirkəti olaraq, cəmiyyətin dəstəklənməsində, sosial və sponsor yardımının göstərilməsində öz rolunu qəbul edir.

4.3.2. Sosial və sponsor yardımı aşağıdakı əsas meyarlara uyğun olmalıdır:

tətbiq edilən qanunvericiliyin normalarına, eləcə də Şirkətin daxili sənədlərinin, o cümlədən hazırki Siyasətin prinsip və tələblərinə uyğun olmalıdır;

Şirkətin biznes maraqları və/və ya nizamnaməsindəki məqsədlərinə nail olmasına dair birbaşa və ya dolayısı əlaqəli olmalıdır;

Şirkətin nüfuzuna müsbət təsiri olmalı və sosial əhəmiyyətli məqsədlərinə nail olmasına real təsir göstərməlidir.

4.3.3. Şirkət birbaşa yardım alana və ya qeyri-hökumət təşkilatı və ya fondların vasitəsilə sosial və xeyriyyə yardımı göstərir, eləcə də verilmiş vəsaitlərin doğru məqsədlər üçün istifadəsinə nəzarət edir.

4.3.4. Sosial və sponsor yardımının göstərilməsi çərçivəsində təqdim olunan pul vəsaitləri, əmlak və/ və ya əmlak hüquqlarının onları alan tərəfindən qeyri-qanuni və ya qeyri-etik məqsədlərlə istifadə edilməyəcəyindən əmin olmaq məqsədilə Şirkət mütləq vəsaitləri alanın, o cümlədən bu cür yardımın göstərilməsi çərçivəsində cəlb edilən fondların və digər təşkilatların işgüzar nüfuzu və korrupsiyaya qarşı dözümsüzlüyünü yoxlayır.

4.3.5. Sosial və sponsor yardımı haqqında məlumat ARDNŞ-nin rəsmi internet səhifəsində və ya onun struktur bölmələrinin rəsmi internet səhifələrində, Davamlı inkişaf haqqında hesabatında və ya digər şəkildə mütləq açıqlanır.

4.4 Hakimiyyət orqanlarının, siyasi partiyaların və hərəkətlərin, eləcə də beynəlxalq təşkilatların maliyyələşdirilməsi

4.4.1. Şirkət siyasi partiyaların və hərəkətlərin, eləcə də onların nümayəndələrinin maliyyələşdirilməsini həyata keçirmir.

Bu zaman Şirkət işçilərinin işdən asudə vaxtda siyasi fəaliyyətdə şəxsən iştirak etməsi hüququnu qəbul edir. Belə iştirak:

işçilərin öz hesabına həyata keçirilməli;

Şirkətdəki işlərinin hüquq və vəzifələrinə zidd olmamalıdır.

17

4.5 İctimaiyyətlə əlaqələr üzrə tədbirlər

4.5.1. Şirkətin ictimaiyyətlə əlaqələri üzrə bütün tədbirlər müstəsna olaraq Şirkətin, onun törəmə və asılı şirkətlərinin, birgə müəssisələrinin və/ və ya işçilərinin əmək vəzifələrinin yerinə yetirilməsi ilə bağlı imici və işgüzar nüfuzunun təkmilləşdirilməsinə yönəlir.

Şirkət mətbuatda Şirkətin işgüzar fəaliyyəti ilə bağlı qərarları qəbul edən, lakin onun işçiləri olmayan rəsmi və ya üçüncü şəxslərin şəxsi imicinin yaxşılaşdırılmasına yönəldilən dərclərin və/ və ya kütləvi informasiya vasitələrində yayımların ödənilməsinə yol vermir.

4.5.2. Şirkətin həyata keçirdiyi bütün tədbirlər aşağıdakı əsas tələblərə uyğun olmalıdır:

tətbiq edilən qanunvericiliyin normalarına, eləcə də Şirkətin daxili sənədlərinin, o cümlədən hazırki Siyasətin prinsip və tələblərinə uyğun olmalıdır;

Şirkətin işgüzar fəaliyyəti ilə birbaşa əlaqəli olmalıdır;

Məntiqi dərəcədə əsaslandırılmış və vacibliyə mütənasib olmalıdır (o cümlədən tədbirin forması baxımından);

Mükafatlandırma (o cümlədən gizli) olmamalı və/ və ya həmin şəxs tərəfindən Şirkətin və/ və ya onun işçilərinin xeyrinə müəyyən qərarın qəbul edilməsinə təsir göstərməməlidir;

Həyata keçirilən və/ və ya maliyyələşdirilən tədbirlər haqqında məlumat açıqlandığı təqdirdə Şirkət, onun işçiləri və/ və ya digər şəxslərin nüfuzu ilə bağlı risk yaratmamalıdır.

5. İŞÇİLƏRLƏ QARŞILIQLI ƏLAQƏ

5.1 Heyətin seçilməsi və işə götürülməsi, xidməti irəliləyiş

5.1.1. Şirkətdə işçilərin seçilməsi və işə götürülməsi, xidməti irəliləyiş prosesi və işçilərə ödənişlərin (mükafatların, bonusların və s.) ödənilməsi onun şəffaflıq, ədalət və qərəzsizlik prinsiplərinə sadiqliyini əks etdirir, eləcə də hazırki Siyasətin başlıca prinsip və tələblərinə uyğundur.

5.1.2. Əvvəllər hər hansı şəkildə korrupsiya və ya biznes etikası normalarına və/ və ya hazırki Siyasətin prinsip və tələblərinə zidd olan digər fəaliyyətdə iştirak etmiş fiziki şəxslərlə əmək münasibətlərinin qurulması ilə bağlı riski minimuma endirmək məqsədilə Şirkət rəhbər vəzifələrə və/ və ya qərarların qəbul edilməsi ilə bağlı vəzifələrə işçiləri qəbul edərkən namizədləri yoxlayır.

5.2 İşçilərin məlumatlarındırılması və təlimləndirilməsi

5.2.1. İşçilərə Şirkətin qəbul etdiyi korrupsiyaya qarşı başlıca prinsiplərin və tələblərin, o cümlədən hazırki Siyasətin şərtlərinin öyrədilməsi korrupsiyaya qarşı mədəniyyətin və etika qaydalarına uyğunluğun lazımi səviyyədə formalaşmasının təməlində dayanır.

5.2.2. Yeni qəbul edilmiş bütün işçilər üçün hazırki Siyasətin müddəaları və Şirkətin korrupsiyaya dözümsüzlük prinsipi üzrə giriş təlimi və işləyən əməkdaşlar üçün tətbiq edilən korrupsiyaya qarşı qanunvericiliyin və Şirkətin daxili sənədlərinin müddəa və normaları üzrə əyani və /və ya qiyabi formada müntəzəm informasiya seminarları keçirilir.

18

5.3 Yaranan məsələlər üzrə işçilərə məsləhətlərin verilməsi

Öz hərəkətlərinin tətbiq edilən korrupsiyaya qarşı qanunvericiliyin normalarına, hazırki Siyasətin prinsip və tələblərinə və /və ya işgüzar etikanın normalarına uyğun olub-olmadığından şübhələnən Şirkətin işçiləri, müəyyən edilmiş prosedura uyğun olaraq müvafiq struktur bölməyə məsləhət almaq üçün müraciət edə bilər.

6. QARŞI-TƏRƏFLƏRLƏ VƏ ÜÇÜNCÜ ŞƏXSLƏRLƏ QARŞILIQLI ƏLAQƏ

6.1 Hakimiyyət orqanları, rəsmi şəxslər və siyasi xadimlər

Şirkət hər hansı kommersiya və/və ya rəqabət üstünlüklərinin alınması məqsədilə rəsmi şəxslər, siyasi xadimlər və onların yaxın qohumları üçün və onların xeyrinə hər hansı xərclərin ödənilməsindən, o cümlədən onlara Şirkətin hesabına maddi və /və ya qeyri-maddi faydanın (məsələn, nəqliyyat, yaşayış, yemək, əyləncə və s. xərclərin ödənilməsi formasında) verilməsindən imtina edir.

6.2 Qarşı-tərəflər

6.2.1. Korrupsiya fəaliyyəti ilə məşğul olan qarşı-tərəflərlə işgüzar əlaqələr riskini minimuma endirmək məqsədilə Şirkət:

öz qarşı-tərəflərinin etibarlılığı, işgüzar nüfuzu və korrupsiyaya tolerantlığı haqqında məlumatı təhlil edir, eləcə də maraqların toqquşmasının olub-olmaması baxımından yoxlayır;

onları hazırki Siyasətin prinsip və tələbləri haqqında məlumatlandırır;

onlarla imzalanan müqavilələrə tətbiq edilən korrupsiyaya qarşı qanunvericiliyin normalarının və hazırki Siyasətin başlıca prinsip və tələblərinin yerinə yetirilməsi zərurəti ilə bağlı korrupsiyaya qarşı müddəalar daxil edərək, onların korrupsiya əməllərinə yol verdiyinə dair faktları üzə çıxarsa, tətbiq edilən qanunvericilik çərçivəsində müqavilənin qüvvəsinə məhkəməsiz və birtərəfli şəkildə xitam vermək və zərərlərin ödənilməsini tələb etmək hüququnu özündə saxlayır.

6.2.2. Şirkət və onun işçiləri tətbiq edilən korrupsiyaya qarşı qanunvericiliyin normalarına və Şirkətin daxili sənədlərinin tələblərinə, o cümlədən hazırki Siyasətin prinsip və tələblərinə zidd olan və/ və ya Şirkətin və/ və ya onun işçilərinin işgüzar nüfuzu üçün risk yaradan hər hansı ödənişlərin və/ və ya hərəkətlərin həyata keçirilməsi üçün agentlərin, məsləhətçilərin, nümayəndələrin və digər vasitəçilərin cəlb edilməsindən imtina edir.

6.2.3. ARDNŞ, öz səlahiyyətləri çərçivəsində törəmə və asılı şirkətlərində, birgə müəssisələrində və ya birliklərdə oxşar korrupsiyaya qarşı siyasət və/ və ya prosedurların qəbul edilməsinin fəal tərəfdarıdır.

7. UÇOTUN APARILMASINA DAİR TƏLƏBLƏR

7.1. Şirkət əmindir ki, uçotda maliyyə-təsərrüfat fəaliyyəti haqqında məlumatların etibarlı, dəqiq və tam əks etdirilməsi aşağıdakılar üçün mütləq və zəruri şərtlərdir:

Azərbaycan Respublikasının qanunvericilik tələblərinin yerinə yetirilməsi, o cümlədən mühasibat uçotu, vergilərin tutulması və s. sahəsində;

Şirkətin işgüzar nüfuzunun dəstəklənməsi;

19

Dövlətin, qarşı-tərəflərin və digər şəxslərin Şirkətin fəaliyyəti haqqında məlumatlarındırılması.

7.2. Şirkətdə uçotun aparılması tətbiq edilən qanunvericiliyin və daxili sənədlərin tələblərinə tam uyğun şəkildə həyata keçirilir. Bütün maliyyə-təsərrüfat əməliyyatları və sövdələşmələr mühasibat uçotunda dəqiq, düzgün və münasib dərəcədə təfərrüatı ilə əks etdirilir, sənədləşdirilir və yoxlama üçün açıqdır.

7.3. Mühasibat, vergi və idarəetmə uçotunun və hesabatlarının məlumatlarının təhrif edilməsi və ya saxtalaşdırılmasına yol verilmir.

8. KORRUPSİYA FƏALİYYƏTİ HAQQINDA MƏLUMATLANDIRMA SİSTEMİ

8.1. Şirkət öz işçilərini və digər şəxsləri, Şirkətin hər hansı vəzifəli şəxslərinin hərəkətlərinin qanuniliyi və/və ya etika qaydalarına uyğunluğu ilə bağlı ehtimal edilən və ya yol verilmiş korrupsiya hərəkətləri faktları ilə bağlı, eləcə də Şirkətə və /və ya onun işçilərinə maddi zərər vura bilən və ya onların işgüzar nüfuzuna xələl gətirə bilən digər pozuntularla bağlı əsaslı şübhə yarandığı hallarda Şirkətin “qaynar xətt”inə xəbər verməyə təşviq edir.

8.2. Pozuntular haqqında bildirişlər Şirkətin işçisinin birbaşa rəhbərinə və/və ya aşağıdakı vasitələrlə «Qaynar xətt»ə verilə bilər:

Elektron poçtla (Müvafiq struktur bölmə tərəfindən müəyyən edilir)

[email protected]

ARDNŞ-nin korporativ portalında elektron forma (Müvafiq struktur bölmə tərəfindən müəyyən edilir)

Poçtla (ARDNŞ-nin Baş ofisinin ünvanı) – Neftçilər pr. 73, Bakı şəh. AZ1000

Şirkət məlumatı vermiş şəxsin məxfiliyini etibarlı qaydada təmin edir.

8.3. «Qaynar xətt»ə daxil olmuş bütün məlumatlara mütləq baxılır və onların nəticələri məsul quruma ötürülür.

Müvafiq struktur bölmə daxil olunmuş məlumatlarla və görülmüş tədbirlərlə bağlı hesabat hazırlayır və məsul quruma təqdim edir.

8.4 Şirkətin işçisi və ya digər şəxs tərəfindən qəsdən yanlış məlumatın verilməsi hazırki Siyasətin pozulması və etika qaydalarına uyğun olmayan hərəkət hesab olunur və belə şəxs tətbiq edilən qanunvericiliyə və Şirkətin daxili sənədlərinə uyğun olaraq məsuliyyətə cəlb oluna bilər.

9. CAVAB TƏDBİRLƏRİNDƏN İMTİNA

9.1. Şirkət zəmanət verir ki, aşağıdakı işçilərlə bağlı heç bir tədbir görülməyəcəkdir (o cümlədən işdən azad edilmiş, vəzifəsi azaldılmış, mükafatdan məhrum edilmiş və s.):

rüşvət almaq və ya verməkdən, kommersiya bəxşişini verməkdən, rüşvətxorluqda və ya digər korrupsiya fəaliyyətində vasitəçilik etməkdən imtina etmiş işçilər - belə imtina Şirkətin kommersiya və ya rəqabət üstünlüyünü almaması və /və ya yalnız tətbiq edilən korrupsiyaya qarşı qanunvericiliyin və/və ya hazırki Siyasətin pozulması yolu ilə qarşısı alına bilən zərərlərə məruz qalmasına gətirdiyi halda belə;

20

korrupsiya fəaliyyətinin ehtimal edilən faktı haqqında vicdanla xəbər vermiş işçilər və ya digər şəxslər – bu ehtimal doğrulmasa belə.

10. POZUNTULARLA BAĞLI TƏDBİRLƏR

10.1. Şirkətin prezidenti, rəhbər işçiləri və digər işçiləri, tutduqları vəzifədən asılı olmayaraq, hazırki Siyasətin prinsip və tələblərinin pozulmasına, eləcə də göstərilən prinsip və tələbləri pozan tabeli şəxslərin hərəkətlərinə (hərəkətsizliyinə) görə şəxsi məsuliyyət daşıyırlar.

10.2. Şirkətin işçiləri tərəfindən Siyasətlə müəyyən edilmiş korrupsiyaya qarşı prinsiplərin və tələblərin yerinə yetirilməsi yuxarı vəzifələr və xidməti irəliləyiş üçün kadr ehtiyatlarının formalaşması zamanı nəzərə alınır.

10.3. Şirkətin istənilən forma və təzahürdə korrupsiyanın qəbul edilməməsi prinsipinə riayət etməsini nəzərə alaraq, əsaslandırılmış şübhə doğuran və ya müəyyən edilmiş hər bir korrupsiya fəaliyyəti faktı ilə bağlı Azərbaycan Respublikasının və /və ya digər tətbiq edilən qanunvericiliyinin tələblərinə, eləcə də Şirkətin daxili sənədlərinə uyğun olaraq xidməti araşdırmalar aparılacaqdır.

Hazırki Siyasətin prinsip və tələblərinin pozulmasında günahı olan şəxslər Şirkətin, hüquq mühafizə orqanlarının və digər şəxslərin təşəbbüsü ilə Azərbaycan Respublikasının qanunvericiliyi, Şirkətin daxili sənədləri, habelə müvafiq hallarda beynəlxalq qanunvericilik və normativ hüquqi aktlar və /və ya xarici dövlətlərin qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla intizam, inzibati, mülki-hüquqi və /və ya cinayət məsuliyyəti daşıyırlar.

21

Əlavə 2Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 10 avqust 2012-ci il tarixli,

108 nömrəli əmri ilətəsdiq edilmişdir

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin standartlaşma sistemiStandartların istifadəsinə və tətbiqinə dair standart

(SOCARSS – 002.2012)

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT ŞİRKƏTİNİN

BİZNES ETİKASI MƏCƏLLƏSİ

22

ƏSAS TERMİNLƏR, ANLAYIŞLAR VƏ QISALDILMALAR 4

1. ÖN SÖZ5

1.1Giriş..................................................................................................................................................5

1.2 Məcəllənin məqsədləri və tapşırıqları 5

1.3 Tətbiq sahəsi və cərimələr 6

1.4 Dəyişikliklərin edilməsi qaydası......................................................................................................6

2. ETİKA PRİNSİPLƏRİ 6

2.1 Qanunilik 6

2.2 Effektivlik 7

2.3 Düzlük və açıqlıq 7

2.4 Peşəkarlıq və səriştəlilik 8

2.5 Sosial məsuliyyət 8

3. ALİ RƏHBƏRLİYİN ROLU9

4. İŞÇİLƏRƏ QARŞI HÖRMƏT VƏ ŞİRKƏTDƏ İŞGÜZAR DAVRANIŞ NORMALARI 9

4.1 Bərabər imkanların təmin edilməsi və ayrı-seçkiliyin qadağan edilməsi 9

4.2 Spirtli içkilər, narkotik və digər maddələrin qəbul edilməsinin qadağan edilməsi 10

4.3 Hörmətsiz davranış, zorakılıq və hədələrdən imtina10

4.4 Maraqların toqquşmasına yol verməmək 10

4.5 Aktivlərin qorunmasının təmin edilməsi 12

4.6 Məlumatların məxfiliyinin və fərdi məlumatların qorunmasının təmin edilməsi 12

4.7 İnformasiya texnologiyarından istifadə qaydaları.........................................................................13

4.8 Məlumatların açıqlanması..............................................................................................................14

5. QARŞI-TƏRƏFLƏRLƏ QARŞIIIQLI İŞGÜZAR ƏLAQƏLƏR STANDARTLARI 14

6. ANTİİNHİSAR QANUNVERİCİLİK VƏ SƏDAQƏTLİ RƏQABƏT QAYDALARININ YERİNƏ YETİRİLMƏSİ15

7. SAĞLAMLIĞIN QORUNMASI, İSTEHSALATDA TƏHLÜKƏSİZLİK TEXNİKASINA RIAYƏT ETMƏ VƏ ƏTRAF MÜHİTİN QORUNMASI 15

7.1 Sağlamlığın, əməyin qorunması və istehsalatda təhlükəsizliyin təmin edilməsi 15

7.2 Ətraf mühitin qorunması 16

8. İŞGÜZAR ETİKA MƏSƏLƏLƏRİ ÜZRƏ MƏSLƏHƏTLƏR 16

9. POZUNTULAR HAQQINDA XƏBƏRDAR ETMƏ SİSTEMİ 16

10. İŞGÜZAR ETİKA QAYDALARININ YERİNƏ YETİRİLMƏSİNİN TƏMİN EDİLMƏSİ 16

23

10.1 Tədbirlərin görülməsinə görə məsuliyyət 16

ƏSAS TERMİNLƏR, ANLAYIŞLAR VƏ QISALDILMALAR

Aktivlər – maddi, maliyyə və qeyri-maddi aktivlərin, qiymətlilərin və əmlakın məcmu.

ARDNŞ – Azərbaycan Respublikası Dövlət Neft Şirkəti.

ARDNŞ-nin asılı şirkəti – nizamnamə kapitalında ARDNŞ-nin 20%-dən çox paya malik olduğu məhdud məsuliyyətli cəmiyyət və ya səsvermə hüququ verən səhmlərinin 20%-nin ARDNŞ-yə məxsus olan, lakin ARDNŞ-nin və ya onun törəmə müəssisəsinin strukturuna daxil olmayan səhmdar cəmiyyətdir.

ARDNŞ-nin törəmə şirkəti – Şirkətin strukturuna daxil olan qurumların, nizamnamə kapitalındakı səhmlərinin (paylarının) nəzarət zərfi Şirkətə məxsus olan müəssisəsi deməkdir.

Hakimiyyət orqanları – Azərbaycan Respublikasının və digər dövlətlərin istənilən dövlət hakimiyyət orqanları və ya yerli özünüidarə orqanları, o cümlədən qanunvericilik, icra (o cümlədən hökumət departamentləri, idarələri və nazirlikləri) və məhkəmə hakimiyyəti orqanlarıdır.

İşçilər – işverənlə əmək münasibətləri və mülki-hüquqi xarakterli münasibətləri olan fiziki şəxslərdir.

Qarşı-tərəf – ARDNŞ-nin əmək münasibətləri istisna olmaqla hər hansı müqavilə münasibətlərini qurduğu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış hər hansı hüquqi və ya fiziki şəxs, eləcə də xarici hüquqi və ya fiziki şəxsdir.

Maraqların toqquşması – işçinin və/ və ya onun yaxın qohumlarının şəxsi maraqlarının Şirkətin maraqlarına zidd olan və ya zidd ola bilən və onun və/və ya onun yaxın qohumlarının şəxsi marağı olan, nəticədə vəzifələrin lazımınca yerinə yetirilməsinə, o cümlədən obyektiv qərarların qəbul edilməsinə təsir göstərə biləcək vəziyyət və ya şəraitlərdir.

Məcəllə – ARDNŞ-nin biznes etikası məcəlləsi

Məsul qurum - müvafiq qurum ARDNŞ-nin prezidentinin əmri ilə müəyyən edilir.

Rəhbər işçilər – ARDNŞ-nin prezidenti, Şurası və Komitələrinin üzvləri, vitse-prezidentləri, ARDNŞ-nin struktur bölmələrinin rəhbərləri, eləcə də ARDNŞ və onun struktur bölmələrində idarəetmə funksiyalarına sahib olan digər vəzifəli şəxslərdir.

Struktur bölmə – ARDNŞ-nin strukturuna daxil olan şöbə, idarə və departamentləri deməkdir.

Şəxsi kommersiya maraqları - fiziki şəxsin hər hansı əmlak, maliyyə, siyasi və digər kommersiya maraqlarıdır.

Şəxsi maraqlar – fiziki şəxsin hər hansı şəxsi və sosial (əmlak, maliyyə, siyasi və digər kommersiya maraqları istisna olmaqla) maraqlarıdır.

Şirkət – ARDNŞ və onun struktur bölmələri daxil olmaqla müxtəlif təşkilati-hüquqi formaları üçün hüquqi şəxslər qrupudur.

24

Tətbiq edilən qanunvericilik – Azərbaycan Respublikasının qanunvericiliyinin, eləcə də beynəlxalq qanunvericilik və normativ-hüquqi aktların və xarici dövlətlərin qanunvericiliyinin Şirkətə və /və ya onun işçilərinə müvafiq şəraitdə tətbiq edilən norma və tələbləri (məsələn, konkret dövlətin ərazisində fəaliyyətin həyata keçirilməsi, xarici qarşı-tərəflə müqavilə şərtləri və s.) deməkdir.

Üçüncü şəxslər – Şirkətin işçisi olmayan hər hansı fiziki şəxs eləcə də strukturuna daxil olmayan hər hansı hüquqi şəxs.

Yaxın qohumlar – həyat yoldaşı, valideynlər, övladlar, övladlığa götürənlər, övladlığa götürülənlər, qardaş və bacılar, baba və nənələr, nəvələr deməkdir.

25

11. ÖN SÖZ 1.1. Giriş

1.1.1 ARDNŞ-nin işgüzar nüfuzu, rifahı, inkişafı və uğuru əsas etibarı ilə Şirkətin daxilində olan mühitdən və hakimiyyət orqanlarının, investorların, biznes tərəfdaşlarının, qarşı-tərəflərin və digər şəxslərin Şirkətə olan münasibətindən asılıdır. Onların etibarı etik, vicdanlı və sosial cəhətdən məsuliyyətli biznes təcrübəsinin yüksək standartlarını daim dəstəkləmək üçün qazanılır. Bu baxımdan, tətbiq edilən qanunvericiliyin normalarını və öz Nizamnaməsinin müddəalarını yerinə yetirməklə yanaşı, ARDNŞ Azərbaycan Respublikasında hüquqi və etik öhdəliklər və dəyərlərin nümunəsi olmağa çalışır, işgüzar fəaliyyətinin etika prinsipləri və qaydalarını müəyyən edir və onlara əməl edir.

ARDNŞ davamlı inkişafın, sosial məsuliyyətin və korporativ etikanın ümumdünya prinsiplərini öz təcrübəsinə inteqrasiya edir. Etika standartlarına və dəyərlərinə sadiqlik, Şirkətə lazımsız risklərdən qorunmaq, uzunmüddətli iqtisadi artımı dəstəkləmək, Azərbaycan Respublikasında və beynəlxalq bazarda mövqeyini gücləndirmək, uğurlu biznes əməliyyatlarını həyata keçirmək, səmərəliliyi və mənfəəti artırmaq imkanını yaradır.

1.1.2 ARDNŞ-nin biznes etikası Məcəlləsi ARDNŞ rəhbərliyinin əqidəsi, dəyərləri və peşəkar standartlarına əsaslanır və ARDNŞ-nin, onun prezidentinin və işçilərinin, eləcə də struktur bölmələrin işçilərinin korporativ mədəniyyət səviyyəsinin artırılması, korporativ idarəetmənin ən yaxşı təcrübələrinə uyğun olaraq yerinə yetirilməsi və Şirkətin işgüzar nüfuzunun lazımi səviyyədə dəstəklənməsi məqsədilə açıq və ədalətli biznesin yüksək etika standartlarına sadiqliyini əks etdirir.

1.1.3 Hazırki Məcəllənin təsbit etdiyi etika normaları və davranış standartları dünyanın istənilən məkanında tətbiq edilməlidir. Bu zaman “ən sərt normanın tətbiqi” prinsipi qüvvəyə minir:

tətbiq edilən qanunvericilik hazırki Məcəllə ilə müqayisədə daha sərt məhdudiyyətlər müəyyən edirsə, işçilər konkret vəziyyətdə öz hərəkətlərində tətbiq edilən qanunvericiliyin normalarını rəhbər tutmalıdırlar;

tətbiq edilən qanunvericilik hazırki Məcəllə ilə müqayisədə daha mülayim məhdudiyyətlər müəyyən edirsə, işçilər konkret vəziyyətdə öz hərəkətlərində tətbiq edilən hazırki Məcəllənin normalarını rəhbər tutmalıdırlar.

1.1.4 Bu Məcəllə Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərini nəzərə almaqla işlənib hazırlanmışdır və ümumiyyətlə qəbul edilmiş işgüzar davranış və etika standartlarına uyğundur.

1.1.5 Hazırki Məcəllə açıq sənəddir və ARDNŞ-nin rəsmi internet səhifəsindəki dərc edilir.

1.2. Məcəllənin məqsədləri və tapşırıqları1.2.1 ARDNŞ-nin Biznes etikası məcəlləsi Şirkətə qoyulmuş məqsədlərə nail olmaq, artımı və

planlı inkişafı təmin etmək, habelə Şirkətin, onun işçilərinin, cəmiyyətin və ümumiyyətlə Azərbaycan Respublikasının rifahını yaxşılaşdırmaq imkanını yaradan norma və davranış

qaydalarını təsbit edir.

1.2.2 Məcəllənin tapşırıqları:

26

vahid və dəqiq etika normaları və dəyərlərinin, eləcə də Şirkətin daxilində və qarşı-tərəflərlə və üçüncü şəxslərlə münasibətlərdə peşəkar davranışının prinsiplərini işləyib hazırlamaq və tətbiq etmək;

Şirkətdə doğruluq, düzlük, etibarlı və qarşılıqlı hörmət olan mühiti yaratmaq və dəstəkləmək;

Şirkətin fəaliyyətinin şəffaflığını və biznes tərəfdaşlarının, təchizatçıların, müştərilərin, digər qarşı-tərəflərin, hakimiyyət orqanlarının və üçüncü tərəflərin etibarını artırmaq;

işçilərin qeyri-etik davranışı və ya obyektiv olaraq qeyri-etik və /və ya tətbiq edilən qanunvericiliyə zidd hesab olunan davranışla bağlı nüfuzuna dair riskləri azaltmaqdır.

1.3. Tətbiq sahəsi və cərimələr

1.3.1. ARDNŞ-nin prezidenti, Şirkətin işçiləri və rəhbər işçiləri tutduqları vəzifədən, Şirkətlə əmək münasibətlərinin müddətindən və s. asılı olmayaraq, öz vəzifə borclarının yerinə yetirilməsi və Şirkət adından fəaliyyətin həyata keçirilməsi çərçivəsində hazırki Məcəllənin müəyyən etdiyi etika normaları və dəyərlərinə əməl etməlidirlər.

1.3.2. Hazırki Məcəllə ilə müəyyən edilmiş etika normaları və dəyərlərini, eləcə də tətbiq edilən qanunvericiliyin tələblərini pozmuş işçilər Şirkətin daxili sənədlərinin və tətbiq edilən qanunvericiliyin nəzərdə tutduğu qaydada və əsaslarla inzibati və digər məsuliyyətə cəlb ediləcəklər.

1.3.3. ARDNŞ, öz səlahiyyətləri çərçivəsində törəmə və asılı şirkətlərində, birgə müəssisələrində hazırki Məcəllə ilə müəyyən edilmiş etika normaları və dəyərlərinin yerinə yetirilməsi və/ və ya oxşar müddəaların qəbul edilməsində fəal iştirak edir.

1.4 Dəyişikliklərin edilməsi qaydası

Hazırki Məcəlləyə dəyişikliklər ARDNŞ-nin prezidentinin əmri əsasında, aşağıdakı hallarda edilir:

tətbiq edilən qanunvericiliyinin və/və ya aparıcı beynəlxalq təcrübənin dəyişməsi; təsisçinin maraqlarının dəyişməsi; ARDNŞ-nin maraqlarının dəyişməsi; və ya digər əsaslar.

12. ETİKA PRİNSİPLƏRİ

12.1 Qanunilik

2.1.1 Şirkət tətbiq edilən qanunvericiliyin tələblərinə riayət edir, habelə fəaliyyət göstərdiyi ölkələrin mədəni ənənələrini və işgüzar tədavülünü nəzərə alır.

2.1.2 Qanunvericilik və digər norma və qaydalara riayətin təmin edilməsi məqsədilə Şirkətin işçiləri:

öz vəzifə borclarını vəzifə təlimatları, əmək müqavilələri, Şirkətin daxili sənədləri, eləcədə bu Məcəllə və tətbiq edilən qanunvericiliyə qəti riayət etməklə yerinə yetirməli;

27

istehsalat qaydalarını və təhlükəsizlik texnikasının tələblərini, eləcə də tətbiq edilən qanunvericilik və Şirkətin daxili sənədləri, ilə müəyyən edilmiş ətraf mühitin qorunması və ekologiya üzrə tələbləri yerinə yetirməli;

korrupsiyanın istənilən forma və təzahürlərini qəbul etməmək prinsipinə (“dözümsüzlük”) tərəfdar olmalı və ARDNŞ-nin korrupsiya ilə mübarizə siyasətinin tələblərini yerinə yetirməli;

gündəlik və peşəkar fəaliyyətində qeyri-qanuni və/və ya qeyri-etik hərəkətlərə və ya qanuniliyi və/və ya etikaya uyğunluğu şübhə doğura bilən hərəkətlərə yol verməməlidir.

12.2 Effektivlik

2.2.1 Fəaliyyətin effektivliyini artıraraq Şirkət sosial layihələri yerinə yetirmək, işçilərin və ümumiyyətlə Azərbaycan Respublikasının cəmiyyətinin rifahını artırmaq imkanını əldə edir.

2.2.2 İşgüzar fəaliyyətin effektivliyini təmin etmək məqsədilə Şirkət:

Korporativ idarəetmə, törəmə və asılı şirkətlərlə, birgə müəssisələrlə qarşılıqlı əlaqə sistemini təkmilləşdirir;

Öz istehsal fəaliyyətinə yenilikçi texnologiyaları tətbiq edir;

Təbii ehtiyatları maksimal dərəcədə effektiv və qənaətlə sərf edir, eləcə də ətraf mühitin qorunması üçün mümkün olan bütün cəhdləri edir;

Ayrı-ayrı istiqamətlərinin, biznes-proseslərinin və ümumiyyətlə Şirkətin fəaliyyətinin effektivliyini artırmaq, habelə mənfəəti maksimal səviyyəyə çatdırmaq imkanını yaradan digər qanuni tədbirləri həyata keçirir.

12.3 Düzlük və açıqlıq

2.3.1. Şirkət öz fəaliyyətini düzgün aparır, bütün vəzifələrini yerinə yetirir və etibarlı tərəfdaş adını saxlamağa çalışır, habelə lazım olan məlumatı özünün rəsmi internet saytında, hesabatlarda (davamlı inkişaf haqqında hesabat və s.), mətbuat yayımlarında, kütləvi informasiya vasitələrində dərc edərək və ya digər şəkildə açıqlayaraq, apardığı əməliyyatların və sövdələşmələrin şəffaflığını təmin edir.

2.3.2. Vəzifə borclarını yerinə yetirdiyi və idarəetmə qərarlarını qəbul etdiyi zaman Şirkətin işçiləri:

Şirkətin qarşı-tərəflərinin seçilməsini və onlarla əməkdaşlığı vicdanla, obyektiv və qərəzsiz həyata keçirməyi, fırıldaqçılıq hərəkətlərindən və işlərin vicdansız görülməsindən çəkinməyi;

digər işçilərin və üçüncü şəxslərin, o cümlədən hakimiyyət orqanlarının nümayəndələrinin təzyiqi altında qərarların qəbul edilməsindən və ya vəzifə borclarının yerinə yetirilməsindən çəkinməyi;

qeyri-etik rəqabət metodlarından çəkinməyi;

müstəsna olaraq Şirkətin maraqlarına uyğun hərəkət etməyi və hər hansı maraqların toqquşmasından çəkinməyi, fərdi məqsədlərlə və /və ya yaxın qohumların məqsədləri üçün xidməti vəzifələrini və /və ya məxfi məlumatı, Şirkətin maddi və ya qeyri-maddi aktivlərini, habelə yaranan işgüzar fürsətləri istifadə etməməyi;

28

iş yoldaşlarına, eləcə də müştərilərin, işgüzar tərəfdaşların və Şirkətin digər qarşı-tərəflərinin nümayəndələrinə, tutduğu vəzifədən, cinsindən, yaşından, milli və dini mənsubiyyətindən və s. asılı olmayaraq, hörmətcil, nəzakətli və xeyirxah münasibət göstərməyi öz üzərinə götürür.

12.4 Peşəkarlıq və səriştəlilik

2.4.1 İnsan kapitalı Şirkətin, buraxılan məhsulunun yüksək keyfiyyətini, bütün maraqlı tərəflər qarşısında vəzifələrinin uğurla yerinə yetirilməsini, eləcə də Şirkətin sabit artımını və inkişafını təmin edən əsas dəyərlərindən biridir. Şirkət yüksək ixtisaslı kadrları cəlb etməyə, ixtisasın artırılmasına və işçilərin təlimləndirilməsinə vəsait ayırmağa çalışır.

2.4.2 Şirkətin işçiləri:

öz vəzifə borclarını lazımi peşəkarlıq və səriştə tətbiq etməklə, müəyyən edilmiş vaxt ərzində yerinə yetirməyə;

daim peşəkarlıq və səriştə səviyyələrinin artırılmasına çalışmağa;

iş yoldaşları ilə effektiv bilik mübadiləsini təmin etməyə, eləcə də işgüzar əlaqələrin yüksək səviyyəsini dəstəkləməyə;

gündəlik işlərin görülməsində səy və diqqət göstərməyə, eləcə də öz bilik, təcrübə və səriştələrini vəzifə borclarının yerinə yetirilməsi zamanı ən effektiv yoldan istifadə etməyə;

yalnız səlahiyyətləri daxilində və lazımi bilik, səriştə və təcrübələri çərçivəsində olan tapşırıq və işləri yerinə yetirməyə;

qərar qəbul edərkən vəziyyətin dəqiq və hərtərəfli öyrənilməsinin nəticələrini rəhbər tutmağa, kifayət olmayan və /və ya yoxlanmamış məlumata əsaslanan qərarların qəbul edilməsindən çəkinməyə;

iş yoldaşları, rəhbərlik, tərəfdaşlar, qarşı-tərəflərin nümayəndələri və digər şəxslərlə ünsiyyət zamanı onlara yoxlanılmamış və ya səhv məlumat verməməyə;

qarşı-tərəflər haqqında məxfi məlumatı səlahiyyəti olmayan şəxslərin icazəsiz müdaxiləsindən qorumağa;

Şirkətin və üçüncü şəxslərin iş əsnasında istifadə edilən aktivləri və resurslarına məsuliyyətli eləcə də ehtiyatla yanaşmağa;

Yüksək peşəkar etika standartını dəstəkləməyə və vəzifə borclarını özləri və ətrafdakılar üçün təhlükəsiz qaydada, eləcə də Şirkətə ziyan və /və ya zərər vurmadan yerinə yetirməyə;

Şirkət və/və ya onun işçiləri üçün bütün riskli və/və ya təhlükəli vəziyyətlər haqqında birbaşa rəhbərə və ya hazırki Məcəllə və Şirkətin daxili sənədləri ilə nəzərdə tutulmuş şəxslərə məlumat verməyə borcludur.

12.5 Sosial məsuliyyət

2.5.1 Şirkət korporativ sosial məsuliyyəti özünün işgüzar fəaliyyətinin vacib hissəsi hesab edir və öz işçiləri, fəaliyyət göstərdiyi rayonların əhalisi, cəmiyyət və ümumiyyətlə Azərbaycan Respublikası qarşısında yüksək sosial məsuliyyət siyasətini rəhbər tutur.

2.5.2 Korporativ sosial məsuliyyət siyasəti çərçivəsində Şirkət:

29

fəaliyyət göstərdiyi rayonların sosial infrastruktur obyektlərinin tikintisi, yaşayış məntəqələrinin abadlaşdırılması sahəsinə öz töhfəsini verir;

ətraf mühitin qorunması üzrə tədbirlər görür;

öz işçiləri üçün müxtəlif sosial proqramlar və tədbirlər işləyib hazırlayır və həyata keçirir;

fəal şəkildə sponsorluq layihələrini həyata keçirir və digər sosial fəaliyyətlə məşğul olur.

13. ALİ RƏHBƏRLİYİN ROLU

3.1 ARDNŞ-nin prezidenti və rəhbər işçiləri aşağıdakı etika normaları və dəyərlərin yerinə yetirilməsi üzrə əlavə vəzifələri üzərilərinə götürürlər:

Hazırki Məcəllənin müəyyən etdiyi etika normaları və prinsiplərin yerinə yetirilməsində şəxsi nümunə göstərmək;

İşçilərlə münasibətlərdə sədaqətli olmaq, onların təklifləri, ideyaları, tələbləri və şikayətlərinə diqqətlə və vaxtında cavab vermək;

Ayrı-seçkilikdən çəkinmək, işçilərin əmək haqqı və xidməti irəliləyiş baxımından eyni hüquq və imkanlarla təmin etmək;

İşçiləri, onların həyatı və səhhətinə zərər vurmayan əmək şəraiti ilə təmin etmək;

Şirkətlə işçilərin münasibətlərini uzunmüddətli əməkdaşlıq, məqsədlərin ümumiliyi, hörmət və qarşılıqlı maraqların nəzərə alınması, sosial tərəfdaşlıq əsasında qurmaq;

Şirkətdə işçilərin əhəmiyyətli və əsassız ixtisarına gətirən qərarların qəbul edilməsindən çəkinmək;

İşgüzar fəaliyyəti dövlət və cəmiyyət qarşısında sosial məsuliyyəti nəzərə almaqla həyata keçirmək;

Tərəfdaşlar, investorlar və digər maraqlı tərəflərlə əsaslı qərarların qəbul edilməsi imkanını təmin etmək məqsədilə qüvvədə olan qanunvericiliyə və daxili sənədlərə uyğun olaraq Şirkət haqqında tam və düzgün məlumatın vaxtında açıqlanmasını təmin etmək;

Şirkətdə doğruluq, düzlük, qarşılıqlı hörmət və vicdanlılıq mühitinin dəstəklənməsinə səbəb olan digər tədbirlər görmək.

14. İŞÇİLƏRƏ QARŞI HÖRMƏT VƏ ŞİRKƏTDƏ İŞGÜZAR DAVRANIŞ NORMALARI

14.1 Bərabər imkanların təmin edilməsi və ayrı-seçkiliyin qadağan edilməsi

4.1.1. Şirkət işçilərinin hamısına peşəkarlıq və qabiliyyət səviyyəsini artırmaq üçün eyni imkanlar yaradan sağlam iş mühitini yaratmağa və dəstəkləməyə çalışır.

4.1.2. Şirkət işçilərin ayrı-seçkiliyinə yol vermir eləcə də ayrı-ayrı ölkələrdə mədəni xüsusiyyətlərə və ənənələrə görə normal hesab olunsada, Şirkətin etika normalarına və dəyərlərinə zidd olan hərəkətlər qəti qadağandır.

4.1.3. İşçilərlə münasibətlər, o cümlədən onların işə götürülməsi və işdən azad edilməsi, attestasiyası və qiymətləndirilməsi, təlimləndirilməsi və ixtisaslarının artırılması, xidməti irəliləyişi və kompensasiya və mükafatların ödənilməsi və s. tətbiq edilən qanunvericiliyə dəqiq riayət etməklə qurulmalı, şəffaf olmalı və yalnız obyektiv meyarlara əsaslanmalıdır.

30

4.1.3. Şirkətin işçisinin səriştə və məziyyət səviyyəsi, cinsi, irqi, milli və dini mənsubiyyəti, fiziki məhdudiyyətləri, siyasi baxışları və s. nəzərə alınmadan, yalnız onun peşəkarlığı, ixtisası, iş nəticələri və digər istehsal nəticələri ilə müəyyən edilir.

14.2 Spirtli içkilər, narkotik və digər maddələrin qəbul edilməsinin qadağan edilməsi

4.2.1. İşçilərin istehsal və şəxsi təhlükəsizliyinin təmin edilməsi, eləcə də etika normaları və dəyərlərinin yerinə yetirilməsi məqsədilə Şirkətin işçilərinə spirtli içki, narkotik və tətbiq edilən qanunvericiliklə qadağan edilmiş digər maddələrin iş yerində və ya vəzifə borclarını yerinə yetirdikləri zaman qəbul edilməsi qəti qadağandır.

4.2.2. İş yerində olduğu və ya vəzifə borclarını yerinə yetirdiyi zaman işçinin spirtli içki və ya narkotik sərxoşluq vəziyyətində olması tətbiq edilən Əmək məcəlləsinə uyğun olaraq inzibati pozuntu hesab olunur və işdən azad olunanadək əmək müqavilələri və Şirkətin daxili sənədlərinə uyğun olaraq məsuliyyət daşıyır.

4.2.3. Şirkətin ərazisində və/və ya iş vaxtı spirtli içkilərin qəbul edilməsinə yalnız Şirkətin təşkil etdiyi və/və ya Şirkətin prezidenti tərəfindən icazə verilmiş tədbirlər və xüsusi hadisələr zamanı yol verilə bilər.

14.3 Hörmətsiz davranış, zorakılıq və hədələrdən imtina

4.3.1. Şirkətin işçiləri öz iş yoldaşlarına qarşı, qarşı-tərəflərin nümayəndələrinə və üçüncü şəxslərə hörmətlə yanaşmalı, Şirkətin və /və ya işçinin peşəsinin nüfuzuna mənfi təsir göstərə bilən hərəkətlərə yol verməməlidir.

4.3.2. Şirkətin işçilərinin özlərini iş yoldaşlarına, qarşı-tərəflərin nümayəndələrinə və üçüncü şəxslərə qarşı təhqiredici, alçaldıcı və digər bədxahlıqla hərəkət etməsi qəti qadağandır.

4.3.3. Şirkətdə iş yoldaşlarına, qarşı-tərəflərin nümayəndələrinə və üçüncü şəxslərə qarşı zorakılıq təzahürü, o cümlədən fiziki, şifahi, yazılı və digər hədələr, cinsi təqib qəbuledilməzdir.

4.3.4. Pis niyyətlə şayiələr, təhqiredici və alçaldıcı materiallar, eləcə də işçilərin, qarşı-tərəflərin nümayəndələrinin və üçüncü şəxslərin nüfuzuna ziyan vuran digər məlumatların yayılması Şirkətin işçilərinə qadağan edilir.

14.4 Maraqların toqquşmasına yol verməmək

4.4.1. Şirkət, Şirkətin işgüzar məqsədlərinin və işçilərin şəxsi və şəxsi kommersiya maraqlarının maksimal müvazinətini saxlamağa çalışır.

4.4.2. Şirkət öz işçilərinin maraqlarına hörmət edir və onların işdən asudə vaxtda qanuni maliyyə, sahibkarlıq, siyasi və digər fəaliyyətlə məşğul olmaq hüququnu qəbul edir, o şərtlə ki, həmin fəaliyyət və maraqlar onların Şirkətdəki vəzifə borclarını yerinə yetirmək qabiliyyətinə təsir göstərməsin.

4.4.3. Vəzifə borclarını yerinə yetirdiyi zaman işçi Şirkətin maraqlarını öz şəxsi və şəxsi kommersiya maraqlarından üstün tutmalı və maraqların toqquşmasına gətirən və ya gətirə biləcək şəxsi maraqlara yol verməməlidir.

Belə halların yaranması riskini minimuma endirmək üçün Şirkətin işçiləri:

31

Hər hansı işgüzar məsələlərlə bağlı qərarların qəbul edilməsi və öz vəzifə borclarının yerinə yetirilməsi çərçivəsində yalnız Şirkətin maraqlarını rəhbər tutmalı;

Maraqların toqquşmasına gətirə bilən maliyyə və digər öhdəliklərdən çəkinməli;

Şirkətin işgüzar maraqları ilə ziddiyyətə, potensial maraqların toqquşmasına gətirə bilən şəxsi və/və ya şəxsi kommersiya maraqları haqqında məlumatı açıqlamalı;

Şirkətin rəqiblərinin fəaliyyət nəticələrində şəxsi maraqlara sahib olmamalı;

Törəmə, asılı və birgə müəssisələr istisna olmaqla Şuraya və ya qarşı-tərəflərin digər idarəetmə orqanlarına üzv olmamalı;

Xidməti vəziyyətin şəxsi maraqlar üçün istifadə edilməsinə yol verməməlidir və s.

Maraqların toqquşması ilə səciyyələnən vəziyyətlərin yuxarıda göstərilən siyahısı tam deyildir. Maraqların toqquşmasını üzə çıxarmaq üçün hər bir konkret hal fərdi qaydada, bütün mövcud şəraitləri nəzərə almaqla nəzərdən keçirilməlidir.

4.4.4. Şirkətin maraqları və işçinin şəxsi kommersiya maraqları arasında maraqların toqquşması halı yarananda (faktiki maraqların toqquşması halı) və ya yaranması riski (potensial maraqların toqquşması halı) olanda Şirkətin işçisi bu haqda özünün birbaşa rəhbərinə aşağıdakı məlumatları mütləq ehtiva etdirən xidməti yazı təqdim etməyə borcludur:

İşçinin adı, soyadı, atasının adı, vəzifəsi, şöbəsi /struktur bölməsi;

Potensial və ya faktiki maraqların toqquşmasının məzmunu.

İşçinin birbaşa rəhbəri aldığı xidməti yazıda əksini tapmış maraqların toqquşması məsələsini həll etmək üçün Şirkətin daxili sənədləri ilə nəzərdə tutulmuş tədbirlər görür və lazım olduqda məsul quruma təqdim edir.

4.4.5 Şirkətin işgüzar maraqları və şəxsi maraqlar arasında yaranan faktiki maraqların toqquşması hallarının mövcudluğu, eləcə də Şirkətdə öz birbaşa tabeliyində yaxın qohumları olan Şirkətin bütün işçiləri bu haqda müvafiq struktur bölməyə öz ad, familiya və atasının adı, vəzifəsi, işlədiyi struktur bölmənin adı və yaxın qohumu haqqında da eyni məlumatları əks etdirən yazılı xəbərdarlıq etməlidir. Qeyd olunan məlumatla bağlı öhdəlik (yaxın qohumların mövcudluğu hallarında) Şirkətin yüksək vəzifəsi olan, yəni yaxın qohumun birbaşa tabeliyində olduğu Şirkətin işçisinə aiddir.

4.4.5-ci bənddə qeyd olunan müvafiq struktur bölmə maraqların toqquşması ilə bağlı məsələləri Şirkətin daxili sənədlərinə uyğun olaraq tənzimləyir, lazım olduqda məsul qurumu məlumatlandırır.

4.4.5-ci bənddə qeyd olunan müvafiq struktur bölmənin əldə etdiyi maraqların toqquşması haqqında məlumatlar konfidensialdır və məsul qurumun və/və ya ARDNŞ-ni prezidentinin icazəsi olmadan Şirkətin digər işçilərinə və/və ya üçüncü şəxslərə açıqlana bilməz.

4.4.6 Potensial və ya faktiki maraqların toqquşması haqqında bilərəkdən xəbər verməyən Şirkətin işçisi Şirkətin, hüquq mühafizə orqanlarının və ya digər şəxslərin təşəbbüsü ilə tətbiq edilən qanunvericiliyin və Şirkətin daxili sənədlərinin nəzərdə tutduğu əsaslarla inzibati, mülki-hüquqi və ya cinayət məsuliyyətinə cəlb edilə bilər.

14.5 Aktivlərin qorunmasının təmin edilməsi

32

4.5.1. Şirkətin mülkiyyətində olan və ya ona digər mülki-hüquqi münasibətlər əsasında məxsus olan aktivlər müstəsna olaraq Şirkətin məqsədlərinə və vəzifələrinə nail olmaq üçün nəzərdə tutulur və onun tərəqqisi və planlı inkişafının əsasında dayanır.

Şirkət öz aktivlərinin işçilər və üçüncü şəxslər tərəfindən israf edilməsi, korlanması, itkisi, qanunsuz istifadəsi və digər sui-istifadəsindən lazımi qorunmasını təmin etməyə çalışır.

4.5.2. Şirkətin bütün aktivləri və ehtiyatları yalnız işçilərin vəzifə borclarının yerinə yetirilməsi çərçivəsində istifadə edilə bilər.

Bununla əlaqədar Şirkətin işçiləri:

Vəzifə borclarının yerinə yetirilməsi çərçivəsində onlara təqdim edilmiş Şirkətin aktivlərini və ehtiyatlarını effektiv və təyinatı üzrə istifadə etməli;

Şirkətin istifadə edilən aktivləri ilə səliqə və ehtiyatla rəftar etməli;

Şirkətin aktivləri ilə işləmək səlahiyyəti və qaydası ilə bağlı təsdiq edilmiş təlimat, qayda və prosedurlara dəqiq riayət etməli;

Şirkətin aktivlərini şəxsi məqsədlərlə və /və ya yaxın qohumların məqsədləri üçün istifadə etməməldir və s.

14.6 Məlumatların məxfiliyinin və şəxsi məlumatların qorunmasının təmin edilməsi

4.6.1. Məxfi məlumatın açıqlanması Şirkətə və /və ya onun işgüzar nüfuzuna ziyan vura bildiyinə görə Şirkət məlumatların məxfiliyinin və şəxsi məlumatların qorunmasının təmin edilməsinə xüsusi diqqət yetirir.

Məlumatların məxfiliyinin və şəxsi məlumatların qorunmasının təmin edilməsi sahəsində Şirkətin başlıca prinsiplərinə aşağıdakılar daxildir:

Şəxsi məlumatların toplanması, istifadə edilməsi və qorunması və məxfi məlumatın təmin edilməsi sahəsində tətbiq edilən qanunvericiliyin normalarının və Şirkətin daxili sənədlərinin tələblərinin yerinə yetirilməsi;

Məxfi məlumatın qəti qaydada xidməti təyinatına görə vəzifə borclarının və tətbiq edilən qanunvericiliyin icrası çərçivəsində istifadə edilməsi;

Məxfi məlumatın hər hansı digər şəxslərə, o cümlədən işləri belə məlumatın istifadə edilməsi ilə bağlı olmayan işçilərə açıqlanması yalnız tətbiq edilən qanunvericiliyinin müəyyən etdiyi qaydada və əsaslarla və/və ya məlumatın sahibinin müvafiq icazəsi olduğu təqdirdə həyata keçirilir;

Şəxsi məlumatların işlənməsi Azərbaycan Respublikasının və /və ya tətbiq edilən digər qanunvericiliyin normalarına dəqiq riayət etməklə həyata keçirilir;

Məxfi məlumatın və şəxsi məlumatların itirilməsi, məhv edilməsi, korlanması, dəyişdirilməsi, icazəsiz istifadə edilməsi, açıqlanması və s. risklərindən təhlükəsizlik vasitələrini tətbiq etməklə lazımi qorunması.

4.6.2. Üçüncü şəxslərin tələbləri qanuna əsaslandığı və ya Şirkətin daxili sənədləri və ya tətbiq edilən qanunvericiliyin digər şərtlərinin nəzərdə tutduğu hallar istisna olmaqla, Şirkətin məxfi məlumatını əldə etmək imkanı olan işçiləri həmin məxfi məlumatın üçüncü şəxslərə, o cümlədən hakimiyyət orqanlarının nümayəndələrinə, digər işçilərinə və yaxın qohumlarına açıqlanmaması

33

tələblərini yerinə yetirməlidirlər (hətta özlərinin əmək münasibətləri və ya vəzifə öhdəlikləri başa çatdıqdan sonra).

4.6.3. Şirkətin işçiləri işgüzar tərəfdaşların, təchizatçıların və digər qarşı-tərəflərinin mülkiyyətində olan məlumatlarına, o cümlədən onların əqli mülkiyyətlərinə, müəlliflik və əlaqədar hüquqlarına hörmətlə yanaşır.

4.6.5. Şirkətin işçilərinə Şirkətdə işlədikləri müddət ərzində əldə edilmiş ictimaiyyətə açıqlanmayan məlumatı şəxsi maraqları, şəxsi kommersiya maraqları və/və ya yaxın qohumları üçün istifadə edilməsi qadağan edilir.

4.7. İnformasiya texnologiyarından istifadə qaydaları

4.7.1 Şirkətin hər bir işçisi, ona Şirkətin məqsədlərinə uyğun olaraq istifadəsi, vəzifə borcunun yerinə yetirilməsi və Şirkətin xeyrinə istifadəsi çərçivəsində sırf ona verilmiş kompüter sistemlərindən və digər informasiya texnologiyalarında istifadəsi üçün cavabdehdir.

4.7.2 İşçinin şəxsi maraqları üçün kompüter sistemi və digər informasiya texnologiyaları vasitələrindən istifadəsinin (dövri) məhdudlaşdırılması o halda olur ki, bu məqsədlə istifadə Şirkətin maraqları və hazırki Məcəllənin işgüzar nörmalarına zidd olmur.

Qeyd olunmuş kompüter sistemləri və digər informasiya texnologiyalarından şəxsi məqsədlər üçün istifadəsi Şirkət üçün əlavə xərc yaratmamalıdır və /və ya işçinin səmərəliliyini azaltmamalıdır.

4.7.3 Şirkətin kompüter sistemlərini və digər informasiya texnologiyalarını işçinin şəxsi kommersiya maraqları üçün istifadə etməsinə icazə verilmir. 4.7.4 Şirkətin işçiləri kompüter sitemləri və digər informasiya texnologiyalarında istifadə etdikləri zaman tətbiq edilən qanunvericiliyin, Şirkətin informasiya təhlükəsizliyi üzrə eləcə də daxili sənədlərin və işgüzar etika normalarının tələblərinə riayət etməlidirlər. 4.7.5 Şirkətin işçilərinə kompüter sitemləri və digər informasiya texnologiyalarında istifadə etdikləri zaman:

Müvafiq icazə almadan əlavə proqram yükləmək və ya lazımi lisenziya olmadan avadanlıq qoşmaq;

Proqramı söndürmək və/və ya Şirkətin informasiya təhlükəsizliyinin tələblərini nəzərə almamaq;

Şirkətin kompüter sistemlərini və digər informasiya texnologiyalarını: o Qumar oyunları;o Ayrıseçkilik, ədəbsiz və ya təhdidedici xarakterli məlumatlara baxmaq, yükləmək

və ötürmək;o Korrupsiya fəaliyyəti və dələduzluluq;o Şəxsi biznesinin aparılması məqsədilə Şirkətin rəqibi olub-olmamasında asılı

olmayaraq digər təşkilatlara iş görmək və ya xidmət göstərmək;o əqli mülkiyyət hüquqlarını pozmaq (eləcə də əqli mülkiyyət hüququ olan

materialları yükləmək, ötürmək və s.)o “kibercinayət” (məsələn, spam və ya virus göndərmək, hakerlik etmək, digər

şəxsin adından mesaj göndərmək və s.) törətmək üçün istifadə etmək qadağandır.

4.7.6. Şirkətin işçiləri onların korporativ elektron poçt vasitəsilə, digər vasitələrlə, onların kompüterlərində və digər informasiya sistemlərində olan məlumatlar üzrə şəxsən məsuliyyət daşıyırlar.

34

Bununla bağlı Şirkətin işçilərinin komputer sistemlərinə və digər informasiya texnologiyalarına giriş şifrələri müdafiyə olunan yerdə saxlanılmalıdır.

İş yoldaşının kompüter sisteminə və digər informasiya texnologiyalarına həmin şəxsin icazəsi olmadan giriş icazə verilmir. Kompüter sistemləri, proqramlar və digər informasiya texnologiyalarının şifrəsindən icazəsiz istifadəsi Şirkətin işçisinin əmək müqaviləsinə xitam verilənədək tətbiq edilən qanunvericiliyin və Şirkətin daxili sənədlərinə əsasən intizam və digər məsuliyyətə cəlb olunamsına səbəb ola bilər.

4.7.7. Məlumatların qorunamsı, dələduzluq riskinin minimuma endirilməsi və “kibercinayətin” törədilməsinin qarşısının alınmasını təmin etmək məqsədilə Şirkət işçilərin kompüter sistemləri və digər informasiya texnologiyalarında istifadəsinin monitorinqini aparır.

4.7.8. Şirkət, kompüter sistemlərində və ya digər informasiya texnologiyalarında qeydiyyatda olan və/və ya saxlanılan onun işçilərinə vəzifə borclarını yerinə yetirmək üçün təqdim olunan məlumatlara tətbiq edilən qanunvericiliyin tələblərinə əsasən (məsələn, cinayət işlərilə bağlı xidməti istintaq zamanı və s.) baxılması və lazım olduqda açıqlanması hüququnu özündə saxlayır.

4.8. Məlumatların açıqlanması

4.8.1. Kütləvi informasiya vasitələrində, hökumət orqanlarına, investorlar və digər maraqlı şəxslərə məlumatların açıqlanması qaydası Şirkətin Nizamnaməsi, daxili sənədləri və tətbiq edilən qanunvericiliyə uyğun həyata keçirilir.

4.8.2 Məlumatların açıqlanması yalnız məlumatın etibarlılığını, dəqiqliyini və dolğunluğunu (bütün mövcud faktların aydınlaşdırılmasını) təmin edən Şirkətin səlahiyyətli işçisi tərəfindən həyata keçirilir.

15. QARŞI-TƏRƏFLƏRLƏ İŞGÜZAR ƏLAQƏLƏR Ə DAİR NORMALAR

5.1. Qarşı-tərəflərlə münasibətlərdə Şirkət qanunilik, düzlük, qərəzsizlik, qarşılıqlı hörmət və uzunmüddətli əməkdaşlıq və kömək prinsiplərini rəhbər tutur.

Şirkətin qarşı-tərəflərlə bütün qarşılıqlı münasibətləri tətbiq edilən qanunvericiliyə, ARDNŞ-nin Korrupsiya ilə mübarizə siyasətinin başlıca prinsip və tələblərinə, eləcə də hazırki Məcəllənin müəyyən etdiyi etika normaları və dəyərlərinə qəti riayət etməklə qurulur.

5.2. Şirkət özü və ya digər şəxslər üçün hər hansı qanundan kənar üstünlüklərin əldə edilməsi məqsədilə özünün qarşı-tərəflərlə münasibətlərindən sui-istifadə etmir.

5.3. Şirkət Azərbaycan Respublikasının qanunvericiliyi və Şirkətin daxili sənədləri ilə nizamlanan obyektiv seçim meyarlarının istifadə edilməsinə əsaslanan təchizatçıların, podratçıların və digər qarşı-tərəflərin seçilməsi prosesinin düzlüyü, açıqlığı və şəffaflığını təmin edir.

5.4. Şirkət imzalanmış müqavilələr çərçivəsində öz qarşı-tərəfləri qarşısında öhdəliklərinin vicdanla yerinə yetirilməsini təmin edir və onlardan da eyni davranışları tələb edir.

5.5. Şirkət qanuni tələbləri, etika normaları və dəyərlərini pozmaqla fəaliyyət göstərən və /və ya korrupsiya fəaliyyətində iştirak edən işgüzar tərəfdaşlarla qarşılıqlı əlaqə riskinin azaldılması

35

üzrə məntiqi səy göstərir. Bu müddəanın yerinə yetirilməsi üzrə tədbirlər kompleksi ARDNŞ-nin rəsmi internet saytında dərc edilmiş Korrupsiya ilə mübarizə siyasətində əks etdirilir.

16. ANTİİNHİSAR QANUNVERİCİLİK VƏ SƏDAQƏTLİ RƏQABƏT QAYDALARININ YERİNƏ YETİRİLMƏSİ

6.1. Şirkət hər hansı vicdansız rəqabət, üstün və ya inhisar mövqeyindən sui-istifadə təzahürlərini qəbul etmir.

Şirkət sədaqətli rəqabət etməyə, etika normaları və dəyərlərinə, eləcə də antiinhisar qanunvericiliyinin tələblərinə əsaslanan fəaliyyət göstərməyə çalışır.

6.2. Şirkət obyektiv qaydada rəqabəti məhdudlaşdıran və tətbiq edilən antiinhisar qanunvericiliyə zidd hesab oluna bilən razılaşmaların rəqiblərlə imzalanmasından imtina edir.

6.3. Tətbiq edilən antiinhisar qanunvericiliyin və rəqabət haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə Şirkət və onun rəhbərliyi Şirkətin daxili sənədləri və tətbiq edilən qanunvericilikdə nəzərdə tutulmuş qaydada və əsaslarla inzibati, cinayət və /və ya digər məsuliyyətə cəlb edilir.

17. SAĞLAMLIĞIN QORUNMASI, İSTEHSALATDA TƏHLÜKƏSİZLİK TEXNİKASINA RİAYƏT EDİLMƏSİ VƏ ƏTRAF MÜHİTİN QORUNMASI

17.1 Sağlamlığın, əməyin qorunması və istehsalatda təhlükəsizliyin təmin edilməsi

7.1.1. Şirkət öz fəaliyyətində işçilər, podratçılar və Şirkətin ərazisində işləyən digər qarşı-tərəflər üçün təhlükəsiz iş şəraitini yaratmaq və saxlamaq prinsipini rəhbər tutur. Şirkət öz fəaliyyəti çərçivəsində bədbəxt hadisələrin, istehsalatda zədələnmələrin, peşəkar xəstəliklərin və qəza vəziyyətlərinin istisna edilməsi üçün bütün qüvvəsi ilə çalışır.

7.1.2. Şirkətin ərazisində olan işçilərə və digər şəxslərə (o cümlədən sahədəki fəhlələrə) onların həyatına və /və ya səhhətinə, Şirkətin digər işçilərinin həyatına və /və ya səhhətinə və ya üçüncü şəxslərə ziyan vuran və ya vura bilən, habelə ətraf mühitin çirklənməsi və ya digər zərərlərin vurulması riskini yaradan fəaliyyətlə məşğul olmaq və ya tapşırığı yerinə yetirmək qadağan edilir.

7.1.3. Şirkətin ərazisində olan işçilər və digər şəxslər (o cümlədən sahədəki fəhlələr):

Tətbiq edilən qanunvericiliyin və Şirkətin daxili sənədlərinin təhlükəsizlik texnikasının qaydalarını, istehsalat normalarını və qaydalarını, eləcə də özlərinin iş yerlərində əməyin təhlükəsizliyi normalarını bilməli və bunları dəqiq əməl etməli;

Öz vəzifə borclarını yerinə yetirdikləri zaman tətbiq edilən qanunvericiliyi və Şirkətin daxili sənədləri ilə nəzərdə tutulmuş zəruri fərdi qorunma vasitələrini istifadə etməli;

Təhlükəli materiallarla düzgün və təhlükəsiz davranışı və onların utilizasiya edilməsini təmin etməli, öz vəzifə borclarını yerinə yetirərkən ehtiyat tədbirlərinə əməl etməli;

özünün birbaşa rəhbərinə hər hansı təhlükəsizlik texnikasının, ətraf mühitin qorunması və ya digər istehsalat normalarının pozulması faktları, eləcə də yaranmış və ya potensial qəza və ya digər fövqəladə vəziyyətlər haqqında, o cümlədən axmalar, qəzalar, istehsalat zədələri, peşəkar xəstəliklər və Şirkətin işçiləri, cəmiyyət və ya ətraf mühit üçün təhlükə yaradan və ya yarada bilən digər hadisələr haqında dərhal xəbər verməlidir.

36

17.2 Ətraf mühitin qorunması

7.2.1. Şirkət Azərbaycan Respublikasında istehsal fəaliyyətində qabaqcıl texnologiyaların tətbiqi və istifadə edilməsi, davamlı inkişafa kömək edilməsi, təbii ehtiyatların səmərəli istifadəsi, ətraf mühitin qorunmasının təmin edilməsi və ekoloji təhlükəsizlik üzrə aparıcı şirkətdir.

7.2.2. Şirkət tətbiq edilən qanunvericiliyin ətraf mühitin qorunması və ekologiya üzrə norma və qaydaların yerinə yetirilməsinə dair tələblərə dəqiq riayət edir, habelə Şirkətin istehsalat fəaliyyətinin cəmiyyətə, təbiətə və ətraf mühitə mənfi təsirinin azaldılması üzrə bütün mümkün cəhdləri və tədbirləri yerinə yetirir.

7.2.3. Şirkət öz tərəfdaşlarından, podratçılarından, təchizatçılarından və digər qarşı-tərəflərindən ətraf mühitin qorunması, əməyin təhlükəsizliyi, istehsalat və ekoloji təhlükəsizlik sahəsində qanunla müəyyən edilmiş normaların, eləcə də Şirkətdə qəbul edilmiş tələblərin yerinə yetirilməsini gözləyir.

7.2.4. Ətraf mühitin qorunması sahəsində Şirkətin strategiyası və onun realizasiyası üzrə konkret tədbirlər ARDNŞ-nin rəsmi internet saytında dərc edilmiş Ekologiya üzrə siyasətində əks etdirilir.

18. BİZNES ETİKASI MƏCƏLLƏSİ ÜZRƏ MƏSLƏHƏTLƏR

Hazırki Məcəllənin müəyyən etdiyi etika normaları və dəyərlərinin tətbiqi üzrə sualları yaranan və ya öz hərəkətlərinin və ya qərarlarının biznes etikası normalarına uyğunluğunda şübhəsi olan Şirkətin işçiləri məsləhət üçün özlərinin birbaşa rəhbərlərinə və/və ya müvafiq struktur bölməyə müraciət edə bilərlər.

19. POZUNTULAR HAQQINDA XƏBƏRDARLIQ ETMƏ SİSTEMİ

9.1. Şirkət öz işçilərini və digər şəxsləri, Şirkətin hər hansı vəzifəli şəxslərinin hərəkətlərinin qanuniliyi və/və ya etika qaydalarına uyğunluğu ilə bağlı ehtimal edilən və ya yol verilmiş korrupsiya hərəkətləri faktları ilə bağlı, eləcə də Şirkətə və /və ya onun işçilərinə maddi zərər vura bilən və ya onların işgüzar nüfuzuna ziyan vura bilən digər pozuntularla bağlı əsaslı şübhə yarandığı hallarda Şirkətin “qaynar xətt”inə xəbər verməyə təşviq edir.

Pozuntular haqqında bildirişlər Şirkətin işçisinin birbaşa rəhbərinə və/və ya aşağıdakı vasitələrlə «Qaynar xətt»ə verilə bilər:

Elektron poçtla (Müvafiq struktur bölmə tərəfindən müəyyən edilir) –

[email protected]

ARDNŞ-nin korporativ portalında elektron forma (Müvafiq struktur bölmətərəfindın müəyyən edilir)

Poçtla (ARDNŞ-nin Baş ofisinin ünvanı) – Neftçilər pr. 73, Bakı şəh. AZ1000

Şirkət məlumatı vermiş şəxsin məxfiliyini etibarlı qaydada təmin edir.

9.2«Qaynar xətt»ə daxil olmuş bütün məlumatlara mütləq baxılır və onların nəticələri məsul quruma ötürülür.

37

4.4.5-ci bənddə qeyd olunan müvafiq struktur bölmə daxil olunmuş məlumatlarla və görülmüş tədbirlərlə bağlı hesabat hazırlayır və məsul quruma təqdim edir.

Şirkətin işçisi və ya digər şəxs tərəfindən yanlış məlumatın təqdim edilməsi qeyri-etik hərəkət nümunəsi hesab olunur və belə şəxs Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi və Şirkətin daxili sənədlərinə uyğun olaraq məsuliyyətə cəlb edilə bilər.

9.3. Şirkət zəmanət verir ki, digər işçilər və ya digər şəxslər tərəfindən Şirkətin qəbul edilmiş etika normalarının və dəyərlərinin pozulması haqqında təmmiz niyyətlə xəbər vermiş işçilərlə bağlı tədbirlər görülməyəcəkdir (o cümlədən onlar işdən azad edilməyəcək, aşağı vəzifəyə təyin edilməyəcək, mükafatdan məhrum edilməyəcəklər və s.).

9.4. Şirkətin işçisi və ya digər şəxs tərəfindən qəsdən yanlış məlumatın verilməsi hazırki Siyasətin pozulması və etika qaydalarına uyğun olmayan hərəkət hesab olunur və belə şəxs tətbiq edilən qanunvericiliyə və Şirkətin daxili sənədlərinə uyğun olaraq məsuliyyətə cəlb oluna bilər.

20. İŞGÜZAR ETİKA QAYDALARININ YERİNƏ YETİRİLMƏSİNİN TƏMİN EDİLMƏSİ

20.1 Tədbirlərin görülməsinə görə məsuliyyət

10.1.1. ARDNŞ-nin prezidenti Şirkətin düzlük, açıqlıq, qarşılıqlı hörmət olan mühitinin yaradılması və saxlanılması, habelə hazırki Məcəllənin müəyyən etdiyi etika normaları və dəyərlərinə riayət edilməsi üzrə Şirkətin siyasətinin həyata keçirilməsi fəaliyyətinin təşkil edilməsinə görə məsuliyyət daşıyır.

10.1.2. Məsul qurumun vəzifələrinə biznes etikasının qəbul edilmiş norma və prinsiplərinin yerinə yetirilməsinə birbaşa nəzarət, hazırki Məcəllənin yenidən baxılması, ona düzəlişlərin və əlavələrin edilməsi, habelə göstərilən sahədə digər tədbirlərin görülməsi daxildir.

10.1.3. Şirkətin işçiləri, öz vəzifə borclarının yerinə yetirilməsi çərçivəsində hazırki Məcəllənin müəyyən etdiyi etika normaları və dəyərlərinin yerinə yetirilməsinə görə məsuliyyət daşıyırlar.

38

Əlavə IIIAzərbaycan Respublikası Dövlət Neft Şirkətinin 10 avqust 2012-ci il tarixli,

108 nömrəli əmri ilətəsdiq edilmişdir

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin standartlaşdırma sistemi.

Pozuntular, o cümlədən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin etika normaları və korrupsiyaya qarşı tələblərinin pozulması halları haqqında

məlumatlandırma sistemi standartı (SOCARSS – 003.2012)

01.1 Standartlaşmanın məqsədi – “Pozuntular, o cümlədən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin etika normaları və korrupsiyaya qarşı tələblərinin pozulması halları haqqında məlumatlandırma sistemi” Standartı (bundan sonra “Standart”) Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (bundan sonra “ARDNŞ”) pozuntular haqqında məlumatlandırma sisteminin kanalları vasitəsi ilə daxil olan bildirişlərin ötürülməsi, alınması və ilkin işlənməsi qaydasını tənzimləyir.

1. Hazırki Standartın əsas məqsədləri aşağıdakılardır:

ARDNŞ-nin işçiləri və digər maraqlı şəxslər tərəfindən, öz şəxsi təhlükəsizliklərinə görə çəkinmədən və ARDNŞ-nin rəhbərliyi tərəfindən sanksiyaların tətbiq edilməsindən qorxmadan, ARDNŞ-də mümkün pozuntular haqqında məlumatlandırma kanallarının, qaydalarının və prosedurlarının müəyyən edilməsi.

Dələduzluq və korrupsiya hərəkətlərinin qarşısının alınması, həmçinin biznes etikası normalarının mütəmadi pozulması hallarının vaxtında üzə çıxarılması və qarşısının alınması.

Maliyyə, hüquqi, nüfuz və digər risklərin minimuma endirilməsi.

01.2 Məsul qurum – müvafiq qurum ARDNŞ-nin prezidentinin əmri ilə müəyyən edilir.

01.3 Struktur bölmə - ARDNŞ-nin strukturuna daxil olan şöbə, idarə və departamentlər deməkdir.

01.4 “QAYNAR XƏTT”in əsas iş prinsipləri

1.1 ARDNŞ-nin pozuntular haqqında məlumatlandırma sistemi və ya “Qaynar xətt”i ARDNŞ-nin işçiləri və digər maraqlı şəxslər (üçüncü şəxslər) (birlikdə bundan sonra “Xəbər verənlər”) tərəfindən ARDNŞ-nin vəzifəli şəxslərinin və digər şəxslərin hərəkətlərinin qanuna və/və ya etika qaydalarına uyğun olub-olmamasına dair şübhələr, ARDNŞ-nin Biznes etikası məcəlləsinin və Korrupsiyaya qarşı siyasətin normalarına riayət edilməməsinə dair əsaslandırılmış şübhələr, eləcə də ARDNŞ-yə və/və ya onun işçilərinə

39

maddi zərər və ya onların işgüzar nüfuzuna ziyan vura biləcək digər pozuntular haqqında xüsusi məlumatlandırma kanalların məcmusudur.

Hazırki Standartın məqsədləri üçün pozuntular tətbiq olunan qanunvericiliyin və ARDNŞ-nin daxili sənədlərinin, o cümlədən Biznes etikası məcəlləsinin və Korrupsiya ilə mübarizə siyasətinin hər hansı pozuntusu deməkdir.

1.2 ARDNŞ “Qaynar xətt”in maksimum effektiv funksionallığını və alınan məlumatların tətbiq olunan qanunvericiliyin normaları və bu Standartın tələbləri çərçivəsində işlənməsini təmin etməyə çalışır.

1.3 Hazırki Standart ARDNŞ-nin ayrı-ayrı əsas iş prinsiplərini, onun əsas siyasət və prosedurlarını əks etdirir. Bu Standart ARDNŞ-nin işçilərinin, müştərilərinin, təchizatçılarının, rəqiblərinin, səhmdarlarının və hər hansı digər maraqlı şəxslərin Standart əsasında könüllü hərəkətlərinə cavab olaraq hər hansı yeni hüquq və zəmanətlər yaratmır və yaratmaq üçün nəzərdə tutulmur.

20.2 “Qaynar xətt”in istifadə məqsədləri

1.4 “Qaynar xətt”in və ARDNŞ-də mümkün pozuntuların üzə çıxarılmasının məqsədli tətbiqi sahələri:

Biznesin şəffaflığı və etika qaydalarına uyğunluğu, sabit inkişaf üzrə tədbirlər;

Dələduzluğa və korrupsiyaya müqavimət;

Ekoloji və sənaye təhlükəsizliyinin həyata keçirilməsi;

Xeyriyyə, sosial və sponsor yardımının göstərilməsi;

Mühasibat, vergi uçotunun aparılması və müvafiq hesabatların, o cümlədən maliyyə, idarəedici və s. hesabatların hazırlanması;

Satınalma fəaliyyətinin həyata keçirilməsi;

Maliyyə, kredit və investisiya əməliyyatlarının, şirkətlərin birləşmələri və satınalınmalarına dair sövdələşmələrin həyata keçirilməsi;

Aktivlərin idarə edilməsi, əmlakın istifadə edilməsi və ya sərəncam verilməsi;

Müqavilə münasibətləri, qarşı-tərəflərlə və digər üçüncü şəxslərlə hesablaşmalar, ARDNŞ-nin biznesi və əməliyyat fəaliyyəti üçün əhəmiyyətli olan digər proseslər;

Məlumatın məxfiliyinin qorunması;

ARDNŞ-nin iqtisadi və/və ya sosial əhəmiyyətli məqsədlərin əldə edilməsinə yönələn digər fəaliyyət sahələri.

20.3 “Qaynar xətt”in istifadəsinin qeyri-məqbul məqsədləri

1.5 “Qaynar xətt”in aşağıdakılar üçün istifadəsinə yol verilmir:

Qəsdən yanlış məlumatların, iftiraların və s. yayılması;

Şəxsi hesablaşmalar, ARDNŞ-nin maraqlarına zidd olan şəxsi məqsədlərə nail olunması;

Məişət və kadr problemlərindən şikayətlər, həmçinin stress və digər vəziyyətlərdə psixoloji yardım;

40

Şirkətin işçilərinin, onların yaxın şəxslərinin eləcə də qohumlarının həyatına, sağlamlığına qarşı təhdid və təhqirlər;

Reklam xarakterli məlumatın yayılması, ARDNŞ-nin birbaşa fəaliyyətinə aid olmayan məlumatların yönəldilməsi;

“Qaynar xətt”in təyinatına zidd olan digər oxşar məqsədlər.

1.6 ARDNŞ “Qaynar xətt”in qeyri-məqbul məqsədlərə istifadəsi ilə səciyyələnən və/və ya qeyri-normativ leksikanın mövcud olduğu bildirişləri ilkin baxışın nəticələrinə əsasən baxılmaması hüququnu özündə saxlayır.

20.4 “Qaynar xətt” haqqında məlumatlandırma qaydası

1.7 Hazırki Standart açıq sənəddir və ARDNŞ-nin açıq internet saytında və/və ya digər qaydada dərc edilir.

1.8 ARDNŞ-də mövcud olan “Qaynar xətt” haqqında məlumat həmçinin ARDNŞ-nin Korrupsiya ilə mübarizə siyasətində və Biznes etikası məcəlləsində əks olunur.

01.5 “QAYNAR XƏTT”ə məlumatın ötürülməsi qaydaları

ARDNŞ aşağıdakı pozuntular haqqında məlumatlandırma kanallarını və ya “Qaynar xətt”ə bildirişlərin ötürülməsi qaydalarını təmin edir:

Məlumatlandırma kanalları Əlaqələr

Operator tərəfindən

yoxlamanın dövriliyi

Anonimliyin təmin

edilməsinin mümkünlüyü

Elektron poçt ünvanı (Müvafiq struktur bölmə tərəfindən müəyyən edilir)

[email protected] Məlumatın ölçüsü əlavələrlə birlikdə 10 Мb-ni aşmamalıdır

Hər iş günü Bəli

Korporativ portalın XXX Məlumatın ölçüsü əlavələrlə birlikdə 10 Мb-ı aşmamalıdır(Müvafiq struktur bölmətərəfindən müəyyən edilir)

www.________________Məlumatın ölçüsü əlavələrlə birlikdə 10 Мb-ni aşmamalıdır Hər iş günü Bəli

Poçt ünvanı (ARDNŞ-nin Baş ofisinin ünvanı)

Neftçilər pros. 73, Bakı şəh. AZ1000 Həftədə bir dəfə Bəli

01.6 “QAYNAR XƏTT”ə ötürülən bildirişlərin formatı

Bildirişlər Xəbər verən tərəfindən onun üçün münasib formada ARDNŞ-nin “Qaynar xətt”inə göndərilə bilər.

Lakin, bildirişlərin işlənməsi prosedurunun tezləşdirilməsi və sadələşdirilməsi məqsədi ilə aşağıdakların göstərilməsi tövsiyə olunur:

41

Güman olunan pozuntunun baş verdiyi ARDNŞ-nin fəaliyyət sahəsi/istiqaməti;

Pozuntunun baş vermiş olduğu, baş verdiyi və ya baş verəcəyi dövr və onun dövriliyi (bir neçə dəfə, bir dəfə);

Pozuntunun qısa təsviri (o cümlədən, məlumatlar, konkret mühüm faktlar və şəraitlər, vacib təfsilatlar, mümkün səbəblər);

ARDNŞ-nin şöbə/departament/idarə/struktur bölməsinin adı, potensial günahkar və/və ya əlaqəli şəxslərin vəzifələri və adları, soyadları, atalarının adları;

Xəbər verənə məlum olan pozuntuların güman edilən nəticələri və/və ya ARDNŞ-yə dəymiş zərər;

Xəbər verənin ARDNŞ-də daha kiməsə və ya üçüncü şəxslərə pozuntular haqqında hər hansı məlumatı verib-verməməsi (vermişdirsə, həmin şəxslərin adları, soyadları, atalarının adları və vəzifələri, həmçinin baxılmanın/müzakirənin nəticələri göstərilməli; əks təqdirdə səbəblər göstərilməlidir (mövcuddursa);

Pozuntu haqqında məlumatı ola bilən, bildirilən məlumatı təsdiq edə və ya tamamlaya bilən ARDNŞ-nin işçilərinin adları, soyadları, atalarının adları və vəzifələri;

Könüllü surətdə - xəbər verənin adı, soyadı, atasının adı və əlaqə nömrələri (onunla əks əlaqə üçün) və onun bildirişin baxılması nəticələri və görülən tədbirlər haqqında məlumatı almaqda maraqlı olub-olmadığını.

01.7 Bildirişlərin anonim qaydada ötürülməsi

Xəbər verənlərə ARDNŞ-nin “Qaynar xətt”inə məlumatları anonim qaydada ötürmək imkanı verilir.

Lakin “Qaynar xətt”ə bildirişləri anonim təqdim edən şəxslər alınan məlumatı dəqiqləşdirmək və həmin şəxslə gələcəkdə qarşılıqlı əlaqəni qurmaq mümkün olmadığına görə bu cür bildirişlər ilə bağlı xidməti araşdırmanın keçirilməsinin çətinliyini başa düşməlidirlər.

01.8 Məxfiliyin zəmanəti

1.1 ARDNŞ, öz səlahiyyətləri və mövcud imkanları çərçivəsində, pozuntu haqqında mühüm və doğru və qeyri-məqbul məqsədli məlumatlandırma əlamətləri (hazırki Standartın 01.3-cü maddəsinin 1.6-cı bəndində sadalanan) olmayan məlumatı təqdim etmiş Xəbər verənin şəxsiyyəti haqqında məlumatın məxfiliyini təmin edir. ARDNŞ-nin “Qaynar xətt”inin operatoru, məsul qurum və müvafiq struktur bölmənin işçiləri, tətbiq olunan qanunvericiliyin nəzərdə tutduğu hallar istisna olmaqla, qeyd olunan məlumatı ARDNŞ-nin digər işçilərinə və ya üçüncü şəxslərə açmaq hüququna malik deyil.

1.2 Xəbər verən könüllü surətdə, o cümlədən ehtiyatsızlıqdan, “Qaynar xətt”ə məlumat göndərməsi faktını ARDNŞ-nin digər işçilərinə və ya üçüncü şəxslərə açdığı təqdirdə, ARDNŞ xəbər verənin məxfiliyinin qorunub saxlanılmasına görə heç bir məsuliyyət daşımır.

01.9 “Qaynar Xətt”ə gələn bildirişlərin işlənməsi qaydası

1.1 ARDNŞ, barəsində “Qaynar xətt”ə bildiriş daxil olmuş şəxsin tutduğu vəzifəni və iş təcrübəsini nəzərə almadan, bütün bildirişlərin peşəkar, vaxtında və diqqətlə işlənməsi

42

yolu ilə ARDNŞ-nin işçilərinin etibarını təmin etməyə və onlarla açıq dialoq aparmağa çalışır.

1.2 “Qaynar xətt”ə daxil olan məlumatların ARDNŞ-nin daxili sənədlərinin tələblərinə uyğun olaraq qeydiyyata alınması və ilkin işlənməsinə görə müvafiq struktur bölmə (bundan sonra “Operator”) məsuliyyət daşıyır.

1.3 01.9-cu maddənin 1.2-ci bəndində qeyd olunan müvafiq struktur bölmə “Qaynar xətt”ə daxil olan bildirişlərdəki məlumatların doğruluğunu yoxlayır və aşağıdakıların məqsədəuyğun olub-olmaması haqqında qərarqəbul edir: :

bildiriş əsasında məsul qurum tərəfindən xidməti yoxlamanın aparılmasına dair sanksiyanın alınması;

pozuntu əlamətlərinin olub-olmaması, o cümlədən ARDNŞ-nin etika normalarının və Korrupsiyaya qarşı prinsip və tələblərinin pozulması haqqında qərar çıxarmaq imkanını verən məlumatların olmaması və ya kifayət qədər olmaması.

1.4 01.9-cu maddənin 1.2-ci bəndində qeyd olunan müvafiq struktur bölmə “Qaynar xətt”ə daxil olan bildirişlər və onların əsasında görülən tədbirlər haqqında hesabatlar tərtib edir və rüblük olaraq məsul quruma təqdim edir.

01.10 Xəbər verənlərin verdikləri məlumata görə məsuliyyəti

1.1 ARDNŞ digər işçilərin pozuntuları və ya ARDNŞ-də qəbul olunmuş etika normalarını, korrupsiyaya qarşı prinsip və tələblərini, eləcə də tətbiq edilən qanunvericiliyin normalarının digər şəxslərlə pozulması və digər pozuntular haqqında təmiz niyyətlə məlumat vermiş işçilərə qarşı heç bir sanksiyalar (o cümlədən işdən çıxarılma, vəzifənin aşağı salınması, mükafatlardan məhrum etmə və s.) tətbiq etməyəcəyinə zəmanət verir.

1.2 ARDNŞ “Qaynar xətt”ə bilərəkdən yanlış məlumatı vermiş ARDNŞ-nin işçisini qüvvədə olan qanunvcericiliyə və ARDNŞ-nin daxili sənədlərinə uyğun olaraq məsuliyyətə cəlb etmək hüququnu özündə saxlayır.

43