Verilmiş təqdimatların vaxtında və (və ya) tam yerinə yetirilməməsi;

39
AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ NAZİRLİYİNİN DÖVLƏT SIĞORTA NƏZARƏTİ XİDMƏTİ AZƏRBAYCAN SIĞORTAÇILAR ASSOSİASİYASI SIĞORTA AGENTLƏRİNİN II MİLLİ FORUMU SIĞORTA AGENTİ FƏALİYYƏTİ: PROBLEMLƏR VƏ PERSPEKTİVLƏR BAKI- 2013

description

AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ NAZİRLİYİNİN DÖVLƏT SIĞORTA NƏZARƏTİ XİDMƏTİ Azərbaycan SIğortaçIlar AssosİasİyasI SIĞORTA AGENTLƏRİNİN ii MİLLİ FORUMU SIğorta agentİ fəalİyyətİ: Problemlər və perspektİvlər BakI- 2013. - PowerPoint PPT Presentation

Transcript of Verilmiş təqdimatların vaxtında və (və ya) tam yerinə yetirilməməsi;

Page 1: Verilmiş təqdimatların vaxtında və (və ya) tam yerinə yetirilməməsi;

AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ NAZİRLİYİNİN DÖVLƏT SIĞORTA NƏZARƏTİ XİDMƏTİ

AZƏRBAYCAN SIĞORTAÇILAR ASSOSİASİYASI

SIĞORTA AGENTLƏRİNİN II MİLLİ FORUMU

SIĞORTA AGENTİ FƏALİYYƏTİ: PROBLEMLƏR VƏ PERSPEKTİVLƏR

BAKI- 2013

Page 2: Verilmiş təqdimatların vaxtında və (və ya) tam yerinə yetirilməməsi;

AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ NAZİRLİYİNİN DÖVLƏT SIĞORTA NƏZARƏTİ XİDMƏTİ

SIĞORTA AGENTİ FƏALİYYƏTİ VƏ DÖVLƏT NƏZARƏTİ.

QANUNVERICILIKDƏ YENILIKLƏR.

MƏRUZƏÇİ: MAHİR ABDULLAYEV – Lisenziyalaşdırma, ərizə və şikayətlər şöbəsinin müdiri

Page 3: Verilmiş təqdimatların vaxtında və (və ya) tam yerinə yetirilməməsi;

HAZIRDA AZƏRBAYCAN RESPUBLİKASININ SIĞORTA BAZARINDA 800 NƏFƏR SIĞORTA AGENTİ FƏALİYYƏT GÖSTƏRİR. HÜQUQİ ŞƏXS – 52FİZİKİ ŞƏXS - 748

Page 4: Verilmiş təqdimatların vaxtında və (və ya) tam yerinə yetirilməməsi;

2011-CI İLDƏN ETİBARƏN SIĞORTA AGENTLƏRİNİN SAYI ARTMAĞA BAŞLAMIŞ VƏ BU DA BİLAVASİTƏ «İCBARİ SIĞORTALAR HAQQINDA» AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN QƏBUL EDİLMƏSİ İLƏ ƏLAQƏDAR OLMUŞDUR.

il Hüquqi şəxs sığorta agenti Fiziki şəxs sığorta agenti

2009 14 187

2010 1 62

2011 11 108

2012 46 5972013 52 748

Page 5: Verilmiş təqdimatların vaxtında və (və ya) tam yerinə yetirilməməsi;

Sığorta agentlərinin sayına qanunvericiliklə məhdudiyyət qoyulmamışdır və sığorta bazarı inkişaf edib, böyüdükcə bu xidmət növünə daim tələbat olacaqdır.  

Page 6: Verilmiş təqdimatların vaxtında və (və ya) tam yerinə yetirilməməsi;

Sığortaçılar, təkrarsığortaçılar, sığorta vasitəçiləri (sığorta agentləri və sığorta brokerləri), aktuarilər, müstəqil auditorlar, müstəqil ekspertlərvə sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslər sığorta bazarının peşəkar iştirakçılarıdır.

Page 7: Verilmiş təqdimatların vaxtında və (və ya) tam yerinə yetirilməməsi;

Sığorta agentləri müştərilərinə göstərdikləri vasitəçilik, yaxud məsləhət xidmətlərinə görə komisyon muzd alırlar.

  Sığortanın könüllü növləri üzrə komisyon

muzdun məbləği sığortaçı ilə sığorta agenti arasında bağlanılan müqavilə ilə müəyyən olunur.

Page 8: Verilmiş təqdimatların vaxtında və (və ya) tam yerinə yetirilməməsi;

BİLMƏK VACİBDİR !!! İCBARİ SIĞORTA NÖVLƏRİ ÜZRƏ SIĞORTA TARİFLƏRİ QANUNVERİCİLİKLƏ MÜƏYYƏN OLUNUR. QANUNVERİCİLİYİN İCRASI İSƏ HAMI ÜÇÜN MƏCBURİDİR.  SIĞORTA AGENTLƏRİ SIĞORTAÇI TƏRƏFİNDƏN ONLARA VERİLƏN SƏLAHİYYƏTDƏN KƏNARA ÇIXA BİLMƏZLƏR.

Page 9: Verilmiş təqdimatların vaxtında və (və ya) tam yerinə yetirilməməsi;

SIĞORTA BAZARINDA “ICAD OLUNAN” YENİ TERMİN - «SUBAGENTLƏR» QANUNVERİCİLİKLƏ BELƏ TERMİN (ANLAYIŞ) VƏ BELƏ FƏALİYYƏT NÖVÜ MÜƏYYƏN OLUNMAMIŞDIR.

Page 10: Verilmiş təqdimatların vaxtında və (və ya) tam yerinə yetirilməməsi;

SIĞORTA AGENTLƏRİ BİR SIRA HALLARDA İCBARİ SIĞORTA ŞƏHADƏTNAMƏLƏRİNİ QANUNSUZ OLARAQ LİSENZİYASI OLMAYAN TANIŞLARINA, YAXUD QOHUMLARINA VERİR VƏ ONLARI MÜQAVİLƏ BAĞLAMAĞA CƏLB EDİRLƏR.

Page 11: Verilmiş təqdimatların vaxtında və (və ya) tam yerinə yetirilməməsi;

BİLMƏK VACİBDİR:  SIĞORTA AGENTİ FƏALİYYƏTİ SAHİBKARLIQ FƏALİYYƏTİ NÖVÜDÜR. Azərbaycan Respublikasında sığorta agenti fəaliyyəti ilə məşğul olmaq üçün sığorta nəzarəti orqanından müvafiq lisenziya alınmalıdır. şəxslər bu tələbə əməl etməməyə görə müvafiq qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Page 12: Verilmiş təqdimatların vaxtında və (və ya) tam yerinə yetirilməməsi;

Azərbaycan Respublikasında sığorta agenti və ya sığorta brokeri fəaliyyəti ilə məşğul olmaq üçün sığorta nəzarəti orqanından müvafiq lisenziya alınmalıdır. Şəxslər bu tələbə əməl etməməyə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

Page 13: Verilmiş təqdimatların vaxtında və (və ya) tam yerinə yetirilməməsi;

AZƏRBAYCAN RESPUBLİKASININ İNZİBATİ XƏTALAR MƏCƏLLƏSİ MADDƏ 199. QANUNSUZ SAHIBKARLIQ FƏALİYYƏTİ İLƏ MƏŞĞUL OLMA Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılıq (lisenziya) tələb olunduğu hallarda belə razılıq olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə

fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər yüz iyirmi manatdan yüz altmış manatadək miqdarda cərimə edilir.qeyd: belə əməllər xeyli miqdarda (min manatdan artıq) ziyan vurduqda və ya həmin miqdarda gəlir əldə etməklə törədildikdə Azərbaycan respublikası cinayət məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.

Page 14: Verilmiş təqdimatların vaxtında və (və ya) tam yerinə yetirilməməsi;

AZƏRBAYCAN RESPUBLİKASININ CİNAYƏT MƏCƏLLƏSİMADDƏ 192. QANUNSUZ SAHİBKARLIQ

 192.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdəcinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında cərimə və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.192.2. eyni əməllər:192.2.1. külli miqdarda ziyan vurduqda;192.2.2. külli miqdarda gəlir əldə etməklə törədildikdə;192.2.3. mütəşəkkil dəstə tərəfindən törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç misli miqdarında cərimə və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Page 15: Verilmiş təqdimatların vaxtında və (və ya) tam yerinə yetirilməməsi;

SIĞORTA NƏZARƏTİ ORQANININ SANKSİYALARI Sığorta nəzarəti orqanı “Sığorta fəaliyyəti haqqında” Qanunda və inzibati qanunvericilikdə nəzərdə tutulmuş qaydada və əsaslarla aşağıdakı sanksiyaları tətbiq edə bilər: 1) sığorta agentini, həmçinin onların rəhbər işçilərini inzibati məsuliyyətə cəlb etmək;2) lisenziyanın qüvvəsini dayandırmaq;3) lisenziyanı ləğv etmək.

Page 16: Verilmiş təqdimatların vaxtında və (və ya) tam yerinə yetirilməməsi;

Aparılan təhlillər, araşdırmalar və ya yoxlamalar nəticəsində sığorta agentlərinin fəaliyyətində sığorta qanunvericiliyinin pozulması və ya buna şərait yarada bilən hallar aşkar edildikdə sığorta nəzarəti orqanı onlara belə pozuntu və (və ya) halların müəyyən müddət ərzində aradan qaldırılmasına, yaxud qarşısının alınmasına dair icrası məcburi olan tədbirlər barədə yazılı göstəriş – təqdimat verir.

Page 17: Verilmiş təqdimatların vaxtında və (və ya) tam yerinə yetirilməməsi;

Təqdimatlar və sanksiyalar haqqında qərar 

Təqdimatlar və sanksiyaların tətbiqi haqqında qərarların surəti hüquqi şəxs sığorta agentinin icra orqanının rəhbərinə, fiziki şəxs olan sığorta vasitəçisinə çatdırılması təsdiq olunan qaydada göndərilir.

Təqdimatlar və sanksiyalar haqqında qərarlar sığorta agentinin ünvanına daxil olduğu andan qüvvəyə minir.

Page 18: Verilmiş təqdimatların vaxtında və (və ya) tam yerinə yetirilməməsi;

Lisenziyanın qüvvəsinin dayandırılması 

Sığorta nəzarəti orqanı aşağıdakı əsaslarla sığorta agentinin lisenziyasının qüvvəsini 6 ayadək müddətə dayandıra bilər

Verilmiş təqdimatların vaxtında və (və ya) tam yerinə yetirilməməsi;

Lisenziya sahibinin «Sığorta fəaliyyəti haqqında» Qanunla icazə verilməyən fəaliyyətlə məşğul olması;

Hüquqi şəxs olan sığorta agentinin müvafiq lisenziyaya malik olan işçisi ilə əmək münasibətlərinə xitam verilərkən onu bu Qanuna uyğun gələn digər şəxslə əvəz etməməsi;

Page 19: Verilmiş təqdimatların vaxtında və (və ya) tam yerinə yetirilməməsi;

Lisenziyanın Ləğvi 

Sığorta nəzarəti orqanı aşağıdakı hallarda sığorta agentinin lisenziyasını ləğv edə bilər: 

Lisenziyanın qüvvəsinin dayandırılmasına əsas vermiş hallar müəyyən edilmiş müddətdə aradan qaldırılmadıqda;

12 ay ərzində lisenziyanın qüvvəsinin iki dəfə dayandırılmasına səbəb olmuş hal, lisenziyanın qüvvəsinin həmin hal əsasında sonuncu dəfə dayandırıldığı tarixdən etibarən 9 ay ərzində təkrar yarandıqda;

Lisenziyanın verilməsi üçün əsas götürülmüş sənədlərdə, düzgün əks etdiriləcəyi təqdirdə lisenziya verilməsindən imtinaya səbəb ola biləcək səhv və ya yanlış məlumatlar sonradan aşkar edildikdə.

 

Page 20: Verilmiş təqdimatların vaxtında və (və ya) tam yerinə yetirilməməsi;

Lisenziyanın Ləğvi 

Sığorta nəzarəti orqanı aşağıdakı hallarda sığorta agentinin lisenziyasını ləğv edə bilər:

Sığorta sirrinin qorunması ilə bağlı tələbə əməl edilmədikdə; Lisenziyanın qüvvəsi dayandırıldıqdan sonra fəaliyyət davam

etdirildikdə; Vətəndaş qüsursuzluğunu aradan qaldıran

hal yarandıqda. 

 

Page 21: Verilmiş təqdimatların vaxtında və (və ya) tam yerinə yetirilməməsi;

DİQQƏT !!! Lisenziyası ləğv edilən sığorta agenti heç bir zaman sığorta agenti fəaliyyəti ilə məşğul ola bilməz.

Page 22: Verilmiş təqdimatların vaxtında və (və ya) tam yerinə yetirilməməsi;

«Sığorta fəaliyyəti haqqında» Qanuna edilən dəyişikliklərə Milli Məclis tərəfindən

29 oktyabr 2013-cü il tarixdə qəbul olunmuşdur. Həmin dəyişikliklərə əsasən;

sığorta müqavilələri sığortaçı tərəfindən elektron qaydada bağlanıla bilər.

Page 23: Verilmiş təqdimatların vaxtında və (və ya) tam yerinə yetirilməməsi;

Elektron sənəd formasında olan sığorta müqaviləsi üzrə sığorta haqqının ödənilməsi sığortalının müvafiq sığorta qaydaları və sığorta müqaviləsinin şərtləri ilə tanış olmasını, həmin qaydalar və şərtlərlə razılığını, həmçinin sığorta müqaviləsinin bağlanması faktını təsdiqləyir. 

Page 24: Verilmiş təqdimatların vaxtında və (və ya) tam yerinə yetirilməməsi;

Sığorta müqaviləsi bağlanarkən sığortaçı, sığorta brokeri və ya sığorta agenti sığortalını icbari sığortanın şərtləri ilə, yaxud könüllü sığorta müqaviləsinin əsaslandığı sığorta qaydaları ilə tanış etməlidir. Bu zaman sığortalıya sığorta hadisəsi hesab edilə bilən halın baş verdiyi zaman necə hərəkət etməyi, sığortaçının sığorta ödənişindən imtina etməsinin qanuni əsaslarını əks etdirən, hamı tərəfindən asanlıqla başa düşülən üslubda tərtib edilmiş yaddaş vərəqi verməlidir.

 

Page 25: Verilmiş təqdimatların vaxtında və (və ya) tam yerinə yetirilməməsi;

Sığorta agentinin sığortaçı ilə bağladığı

tapşırıq müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta agenti bir neçə sığortaçının sığorta agenti kimi fəaliyyət göstərə bilər.

Page 26: Verilmiş təqdimatların vaxtında və (və ya) tam yerinə yetirilməməsi;

Sığorta agentləri sığorta nəzarəti orqanında attestasiyadan keçdiyi tarixdən hesablanmaqla

3 ildə bir dəfə həmin orqanda attestasiyadan keçməlidir.

Page 27: Verilmiş təqdimatların vaxtında və (və ya) tam yerinə yetirilməməsi;

Sığortaçıların hesabatları və məlumatları ilə bağlı bu

Qanunun tələbləri hüquqi şəxs olan sığorta brokerlərinə və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə də şamil edilir.

Hüquqi şəxs olan sığorta brokerlərinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin maliyyə hesabatlarının müstəqil auditor tərəfindən yoxlanılması tələb olunmur.

Page 28: Verilmiş təqdimatların vaxtında və (və ya) tam yerinə yetirilməməsi;

Hüquqi şəxs sığorta agenti qanunvericiliklə

müəyyən olunmuş tələblərə cavab verən işçisi barədə hər maliyyə ilinin sonunda sığorta nəzarəti orqanına yazılı məlumat verməlidir.

Fiziki şəxs sığorta agenti fəaliyyəti barədə rüblük hesabatı sığorta nəzarəti orqanının müəyyən etdiyi formada həmin orqana təqdim etməlidir.

Page 29: Verilmiş təqdimatların vaxtında və (və ya) tam yerinə yetirilməməsi;

İllik hesabatlar dərc olunduğu qəzetlərin nüsxələri ilə

birlikdə maliyyə ili başa çatdıqdan 90 gün müddətində, rüblük hesabatlar müvafiq rüb başa çatdıqdan 20 gün müddətində, aylıq hesabatlar isə müvafiq ay başa çatdıqdan 10 gün müddətində sığorta nəzarəti orqanına təqdim edilməlidir.

Page 30: Verilmiş təqdimatların vaxtında və (və ya) tam yerinə yetirilməməsi;

Nizamnamədə edilən dəyişikliklərin hüquqi şəxslərin dövlət

reyestrində qeydiyyata alınması barədə müvafiq sənədlər onlar alındıqdan 5 iş günü müddətində sığorta nəzarəti orqanına təqdim edilməli, habelə hüquqi şəxsin rəhbər işçilərinin vəzifədən kənarlaşdırılması, işdən çıxarılması və ya daimi fəaliyyət göstərən orqanının yerləşdiyi ünvanının dəyişməsi barədə müvafiq qərar qəbul edildiyi tarixdən 3 iş günü müddətində, filial və ya nümayəndəliyinin açılması, onların fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi haqqında qərar qəbul etdiyi tarixdən isə 7 iş günü müddətində bu barədə həmin orqana yazılı məlumat verilməlidir.

Page 31: Verilmiş təqdimatların vaxtında və (və ya) tam yerinə yetirilməməsi;

İllik maliyyə hesabatları maliyyə ili başa çatdıqdan

3 ay müddətində Azərbaycan Respublikasında nəşr olunan 2 qəzetdə dərc etdirilməli və hüquqi şəxsin rəsmi internet səhifəsində yerləşdirilməlidir.

 

 

Page 32: Verilmiş təqdimatların vaxtında və (və ya) tam yerinə yetirilməməsi;

Sığortaçı ilə sığorta agenti arasında bağlanan vasitəçilik xidmətinin

göstərilməsi üzrə tapşırıq müqaviləsində aşağıdakılar əks olunmalıdır:

tapşırıq müqaviləsinin nömrəsi və tarixi; sığortaçının adı və ünvanı; sığorta agenti fiziki şəxs olduqda onun adı, atasının adı, soyadı, yaşayış

yeri, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, lisenziyasının seriya və nömrəsi və VÖEN-i;

sığorta agenti hüquqi şəxs olduqda onun adı, olduğu yer, lisenziyasının seriya və nömrəsi, VÖEN-i, müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğuldursa, icra orqanının rəhbərinin, əsas fəaliyyəti digər fəaliyyət növüdürsə, icra orqanının rəhbəri ilə yanaşı, sığorta agenti lisenziyasına malik olan işçisinin adı, soyadı

və atasının adı;

Page 33: Verilmiş təqdimatların vaxtında və (və ya) tam yerinə yetirilməməsi;

tapşırıq müqaviləsinin predmeti; sığorta agentinin müştərilərə təklif edəcəyi sığorta növlərinin

siyahısı; tapşırıq müqaviləsi üzrə sığorta agentinə ödənilməli olan

komisyon muzdun məbləği; tərəflərin hüquq və vəzifələri; müqavilə şərtlərini pozmağa görə tərəflərin məsuliyyəti; tapşırıq müqaviləsinin qüvvədə

olduğu ərazi; tapşırıq müqaviləsinin qüvvədə

olduğu müddət; tərəflərin rekvizitləri.

Page 34: Verilmiş təqdimatların vaxtında və (və ya) tam yerinə yetirilməməsi;

MÜLKI MƏCƏLLƏNIN 911.2 VƏ 938.4-CÜ MADDƏLƏRI 911.2. Sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə

sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir.

Bu Məcəllənin 911.2-ci maddəsinə uyğun olaraq bildirilmiş hallarla bağlı sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan hər hansı dəyişiklik barədə məlumatlandırılmış sığorta vasitəçisi həmin məlumatı aldığı tarixdən 1 gün müddətində sığortaçıya çatdırmalıdır.

 

Page 35: Verilmiş təqdimatların vaxtında və (və ya) tam yerinə yetirilməməsi;

MADDƏ 938–1. (MÜLKI MƏCƏLLƏ) SIĞORTA VASITƏÇISININ SIĞORTA MÜQAVILƏSININ BAĞLANMASINDAN ƏVVƏL SIĞORTALIYA AÇIQLAMALI OLDUĞU MƏLUMATLAR

Sığorta vasitəçiliyi ilə bağlanan hər bir sığorta müqaviləsinin bağlanmasından, yenilənməsindən və ya ona dəyişikliklər edilməsindən əvvəl sığorta vasitəçisi sığorta etdirən şəxsi ən azı aşağıdakı məlumatlarla təmin etməlidir:

özünün adı və yaşayış yeri (hüquqi şəxslər üçün – olduğu yer); daxil edildiyi reyestr və həmin reyestrdən onun barəsində informasiya əldə

etməyin üsulları; sığorta müqaviləsinin tərəfi kimi təklif edilən sığortaçı ilə səhmdar, əlaqəli şəxs

və ya asılı cəmiyyət münasibətlərində olub-olmaması; sığorta vasitəçilərindən şikayət vermək hüququ və proseduru, həmçinin

şikayətin üsulları və təqdim etmə vasitələri; sığorta vasitəçiliyini bir və ya bir neçə sığortaçı ilə bağladığı tapşırıq

müqaviləsi üzrə öhdəlikləri əsasında (həmin sığortaçıların adı, ünvanı, sığorta bazarındakı mövqeyi barəsində obyektiv məlumat verməklə) və ya belə bir müqavilə olmadan həyata keçirməsi;

Page 36: Verilmiş təqdimatların vaxtında və (və ya) tam yerinə yetirilməməsi;

“ICBARI SIĞORTALAR HAQQINDA” AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU İnformasiya sistemi sığortalının bağladığı icbari sığorta müqaviləsinin

mövcudluğu barədə mobil rabitə və internet vasitəsilə təsdiqləyici məlumat almaq və həmin müqavilədə əks olunan məlumatları əldə etmək imkanını təmin etməlidir. Sığorta müqaviləsi bağlanarkən sığortalını bu imkanın hüquqi və texniki xüsusiyyətləri barədə aydın yazılı şəkildə məlumatlandırmaq sığortaçının vəzifəsidir.

Məlumatı informasiya sisteminə daxil edən istifadəçi həmin məlumatı aid olduğu şəxsin tələbi ilə ona təqdim etməlidir.

Page 37: Verilmiş təqdimatların vaxtında və (və ya) tam yerinə yetirilməməsi;

Beynəlxalq təcrübədə agent fəaliyyəti xüsusi bir elm kimi öyrənilir.

Agent müştərilərinin psixologiyasına təsir göstərə bilmək bacarığına malik olmalıdır.

 Sığorta agenti qarşısındakı insanla mehriban və səmimi ünsiyyət qurmaq, ondan sığorta müqaviləsini bağlamağa «Hə» cavabını almaq qabiliyyətinə malik olmalıdır.

Page 38: Verilmiş təqdimatların vaxtında və (və ya) tam yerinə yetirilməməsi;

NƏZƏRƏ ALMAQ LAZIMDIR Kİ;

Sığorta agentləri maaşlı vəzifə sahibi deyillər, sahibkardırlar.

Bir sahibkar olaraq onların gəlirinin məbləği öz hərəkətlərindən və fəaliyyətindən asılıdır.

Sığorta agenti sığorta sahəsində nə qədər çox bilik və bacarığa, bu sahədə tələb olunan qabiliyyətə malik olarsa, gəliri də bir o qədər çox olacaqdır.

 

Page 39: Verilmiş təqdimatların vaxtında və (və ya) tam yerinə yetirilməməsi;

DİQQƏTİNİZƏ GÖRƏ TƏŞƏKKÜR EDIRƏM