Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyanatı · həlli, hibrid təhdidlərə qarşı...

21
Qeyri-rəsmi tərcümə 1 Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyanatı Brüssel, 24 noyabr 2017 Ermənistan Respublikası, Azərbaycan Respublikası, Belarus Respublikası, Gürcüstan, Moldova Respublikası və Ukraynanın Dövlət və ya Hökumət Başçıları və nümayəndələri, Avropa İttifaqının nümayəndələri, ona Üzv Dövlətlərin Dövlət və ya Hökumət Başçıarı və nümayəndələri 24 noyabr 2017-ci il tarixində Brüsseldə görüşmüşlər. Avropa Parlamentinin Prezidenti və Regionlar Komitəsinin, Avropa İqtisadi və Sosial Komitəsinin, Avropa İnvestisiya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı, Şərq Tərəfdaşlığının Regional və Yerli Qurumların Konfransı və Avronest Parlament Assambleyasının nümayəndələri də Sammitdə iştirak etmişlər. 1. Sammit iştirakçıları Avropa Qonşuluq Siyasətinin xüsusi istiqaməti olan Şərq Tərəfdaşlığına yüksək önəm verdiklərini bir daha təsdiq edirlər. Onlar birgə dəyərlərə, qarşılıqlı maraq və anlayışa, birgə iştirak və cavabdehliyə, fərqləndirmə və qarşılıqlı cavabdehliyə əsaslanan və Şərqi Avropadakı tərəfdaş ölkələri Avropa İttifaqına daha da yaxınlaşdıran bu strateji və iddialı Tərəfdaşlığa dair birgə öhdəlik götürdüklərini bir daha təsdiq edirlər. İslahatlar sahəsində davamlı və səmərəli şəkildə tərəqqinin əldə edilməsi Şərq Tərəfdaşlığının davamlı uğur qazanması baxımından mü hümdür.

Transcript of Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyanatı · həlli, hibrid təhdidlərə qarşı...

Page 1: Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyanatı · həlli, hibrid təhdidlərə qarşı mübarizə, insan alveri və qaçaqmalçılıq, terrora və şiddətli ekstremizmə

Qeyri-rəsmi tərcümə

1

Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyanatı

Brüssel, 24 noyabr 2017

Ermənistan Respublikası, Azərbaycan Respublikası, Belarus Respublikası, Gürcüstan, Moldova

Respublikası və Ukraynanın Dövlət və ya Hökumət Başçıları və nümayəndələri, Avropa İttifaqının

nümayəndələri, ona Üzv Dövlətlərin Dövlət və ya Hökumət Başçıarı və nümayəndələri 24 noyabr

2017-ci il tarixində Brüsseldə görüşmüşlər. Avropa Parlamentinin Prezidenti və Regionlar

Komitəsinin, Avropa İqtisadi və Sosial Komitəsinin, Avropa İnvestisiya Bankı və Avropa

Yenidənqurma və İnkişaf Bankı, Şərq Tərəfdaşlığının Regional və Yerli Qurumların Konfransı və

Avronest Parlament Assambleyasının nümayəndələri də Sammitdə iştirak etmişlər.

1. Sammit iştirakçıları Avropa Qonşuluq Siyasətinin xüsusi istiqaməti olan Şərq

Tərəfdaşlığına yüksək önəm verdiklərini bir daha təsdiq edirlər. Onlar birgə dəyərlərə,

qarşılıqlı maraq və anlayışa, birgə iştirak və cavabdehliyə, fərqləndirmə və qarşılıqlı

cavabdehliyə əsaslanan və Şərqi Avropadakı tərəfdaş ölkələri Avropa İttifaqına daha da

yaxınlaşdıran bu strateji və iddialı Tərəfdaşlığa dair birgə öhdəlik götürdüklərini bir

daha təsdiq edirlər. İslahatlar sahəsində davamlı və səmərəli şəkildə tərəqqinin əldə

edilməsi Şərq Tərəfdaşlığının davamlı uğur qazanması baxımından mühümdür.

Page 2: Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyanatı · həlli, hibrid təhdidlərə qarşı mübarizə, insan alveri və qaçaqmalçılıq, terrora və şiddətli ekstremizmə

Qeyri-rəsmi tərcümə

2

2. Sammit iştirakçıları Şərq Tərəfdaşlığının təməl daşı olan demokratiyanı, qanunun

aliliyi, insan haqları və fundamental azadlıqları, eləcə də beynəlxalq hüququn prinsip və

normalarını qüvvətləndirməyə dair bir daha öhdəlik götürürlər. Avropa İttifaqı bütün

tərəfdaşlarının ərazi bütövlüyü, müstəqillik və suverenliyi ilə bağlı göstərdiyi dəstəyə

sadiq qalır. Avropanın sülhsevər və bölünməz olduğuna dair ümumi fikirlərimiz

baxımından BMT-nin Nizamnaməsində, 1975-ci ilin Helsinki Yekun Aktında və 1990-

cı ilin ATƏT-in Paris Xartiyasında təsbit olunmuş məqsədlərə və prinsiplərə dair tam

öhdəliyin götürülməsi, onlara hörmət bəslənməsi və riayət edilməsi mühümdür. Sammit

iştirakçıları Şərq Tərəfdaşlığı Sammitinin keçmiş Bəyanatlarında ifadə olunmuş

elementləri və prinsipləri bir daha təsdiq edərək, əvvəlki Sammitlərdə və ikitərəfli

razılaşmalarda götürülmüş öhdəlikləri yerinə yetirməkdə qətiyyətli olduqlarını

vurğulayırlar.

3. Bu kontekstdə onlar vurğulayır ki, öhdəlik götürdükləri birgə dəyər və prinsiplərin

möhkəmləndirilməsi və təşviq olunması əsas prioritet kimi Aİ ilə Tərəfdaşlar arasında

möhkəmlənmiş münasibətlərin inkişaf etdirilməsinə töhfə verir. Şərq Tərəfdaşlığı

vasitəsilə qurulmuş münasibətlər Avropa İttifaqı ilə tərəfdaş ölkələri birlikdə daha

gücləndirərək, onların birgə çətinlikləri daha yaxşı həll etmələri üçün imkan yaradır.

Sammit iştirakçıları razılaşır ki, daha güclü əməkdaşlıq, perspektivli və hərtərəfli siyasi

dialoq ümumi çətinliklərin aradan qaldırılması və ümumi məqsədlərin əldə edilməsi

baxımından mühümdür.

4. Avropa İttifaqının Xarici və Təhlükəsizlik Siyasəti üçün Qlobal Strategiyada və Avropa

Qonşuluq Siyasətinin icmalında müəyyən edildiy kimi iştirakçılar həm Aİ, həm də

Tərəfdaş Ölkələrdə dövlət, iqtisadi və sosial davamlılığın gücləndirilməsinin, bu

baxımdan Şərq Tərəfdaşlığının Avropa İttifaqının qonşuluğunda oynadığı mühüm

rolunu vurğulamışlar.

Page 3: Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyanatı · həlli, hibrid təhdidlərə qarşı mübarizə, insan alveri və qaçaqmalçılıq, terrora və şiddətli ekstremizmə

Qeyri-rəsmi tərcümə

3

5. Şərq Tərəfdaşlığı cəmiyyətlərin yaxşı idarə edilməsi, onların daha firavan və

məsuliyyətli olması məqsədini güdən BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədləri və

İqlim Dəyişikliyinə dair Paris Sazişi ilə müəyyən edilmiş əsas qlobal siyasət

məqsədlərinin əldə olunmasını dəstəkləyir. Sammit iştirakçıları qəbul edir ki, iqlim

dəyişikliyinin mənfi təsiri zəmanəmizin ən böyük çətinlikləri sırasındadır ki, bütün

iştirakçı tərəflər bu istiqamətdə öz səylərini birləşdirməlidirlər. Öz cəmiyyətlərinin

iqtisadi və sosial potensialını tam şəkildə açmaq üçün onlar iqtisadi inkişafı artıran və

sosial vəhdətliyi möhkəmləndirən dinamik vətəndaş cəmiyyətinin və gender

bərabərliyinin mühüm olduğunu təsdiqləyirlər.

6. Sammit iştirakçıları regionun bir çox hissələrində beynəlxalq hüquq prinsiplərinin

davamlı olaraq pozulmasından dərin narahatçılıq içində qalır. Beynəlxalq hüquq

prinsipləri və normaları əsasında regionda həll olunmamış münaqişələrin sülh yolu ilə

həll olunmasını təşviq etmək üçün Sammit iştirakçıları səyləri bərpa etməyə çağırırlar.

Münaqişələrin həlli, etimadın qurulması və yaxşı qonşuluq münasibətləri iqtisadi və

sosial inkişaf və əməkdaşlıq baxımından vacibdir. Sammit iştirakçıları danışıqların

aparılması üzrə mövcud razılaşdırılmış format və proseslər çərçivəsində və ya onlara

dəstək olaraq, o cümlədən müvafiq hallarda yerlərdə iştirak təmin olunmaqla

münaqişənin həlli və etimadın qurulmasında göstərilən səyləri və Aİ-nın artan rolunu

alqışlayır.

7. Iştirakçılar vurğulayır ki, Şərq Tərəfdaşlığının məqsədi ortaq demokratiya, rifah,

sabitlik və genişlənən əməkdaşlığın vahid məkanını qurmaqdır və heç kəsə qarşı

yönəlməmişdir. Digər tərəfdaşlarla əlaqələr iştirakın daha geniş olmasını tələb etdikdə

və Şərq Tərəfdaşlığının konkret fəaliyyətinin məqsədlərinə və onun ümumi

məqsədlərinə töhfə verdikdə, əməkdaşlıq fərdi qaydada üçüncü ölkələrə də açıq ola

bilər. Onlar bir daha Avropa İttifaqı ilə münasibətlərdə can atdıqları iddia səviyyəsinin

və hədəflərin seçilməsində hər bir tərəfdaşın suveren hüquqa malik olduğunu

təsdiqləyirlər.

Page 4: Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyanatı · həlli, hibrid təhdidlərə qarşı mübarizə, insan alveri və qaçaqmalçılıq, terrora və şiddətli ekstremizmə

Qeyri-rəsmi tərcümə

4

8. Sammit iştirakçıları Şərq Tərəfdaşlığının indiyədək qazandığı uğurları və Aİ ilə hər bir

tərəfdaş ölkə arasındakı ikitərəfli münasibətlərdə fərqləndirmənin artırılmasını

alqışlayırlar. Əməkdaşlığın əhatə dairəsi və intensivliyi Aİ-nın və tərəfdaşların iddia və

ehtiyacları, eləcə də islahatların tempi və keyfiyyəti ilə müəyyən edilmişdir.

9. Sammit iştirakçıları Aİ-nın Dövlət və ya Hökumət Başçılarının 2016-cı il dekabr tarixli

qərarından sonra Gürcüstan, Moldova Respublikası və bu yaxınlarda Ukrayna ilə

Assosiasiya Sazişlərinin və Dərin və Hərtərəfli Azad Ticarət Məkanlarının qüvvəyə

minməsini yüksək qiymətləndirir.

10. Bu kontekstdə Assosiasiya Sazişlərində bəyan edildiyi kimi Sammit iştirakçıları

əlaqədar tərəfdaşların Avropa meyllərini və Avropa seçimini iqrar edir. Sazişlərdə

Avropa İttifaqı ilə siyasi assosiasiya və iqtisadi inteqrasiyanın sürətləndirilməsi nəzərdə

tutulur. Sammit iştirakçıları bunların həyata keçirilməsində Aİ-nın yardımını alqışlayır.

Bu baxımdan, ŞT-nın hərtərəfliliyini qorumaqla, AS/DHATM tərəfdaşlarının müraciət

etdiyi kimi və AS/DHATM-ların tam şəkildə həyata keçirilməsini dəstəkləmək

məqsədilə assosiasiya ilə bağlı islahatlara aid tərəqqi, imkanlar və çətinliklərə dair birgə

müzakirələrə bu tərəfdaşları cəlb etmək zamanıdır.

11. Sammit iştirakçıları Sammitlə paralel olaraq Avropa İttifaqı ilə Ermənistan arasında

Hərtərəfli və Böyüyən Tərəfdaşlıq Sazişinin imzalanmasını alqışlayır. Iştirakçılar yeni

çərçivə sazişi ətrafında Avropa İttifaqı ilə Azərbaycan arasında aparılan danışıqlar

istiqamətində əldə edilən yaxşı tərəqqini alqışlayır. Onlar həm də Aİ-Belarus

Əlaqələndirmə Qrupu, İnsan Haqları Dialoqu və Ticarət sahəsində Dialoq çərçivəsində

Aİ-nın Belarusla bağlı öhdəliklərinin daha əhatəli olmasını alqışlayır.

Page 5: Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyanatı · həlli, hibrid təhdidlərə qarşı mübarizə, insan alveri və qaçaqmalçılıq, terrora və şiddətli ekstremizmə

Qeyri-rəsmi tərcümə

5

12. Sammit iştirakçıları Avropa Qonşuluq Alətindən, o cümlədən trans-sərhəd əməkdaşlıq

proqramları və digər mövcud maliyyə alətlərindən tam və məqsədyönlü şəkildə istifadə

etməklə Aİ-nın davamlı şəkildə Şərq Tərəfdaşlığını dəstəkləməsini alqışlayırlar. Aİ-nın

öz tərəfdaşlarına göstərdiyi maliyyə yardımı islahat istiqamətindəki konkret addımlarla

şərtləşdiriləcəkdir. Aİ-nın stimullara əsaslanan yanaşması ("çoxa-çox") daha çox islahat

aparan tərəfdaşlara fayda gətirməyə davam edəcəkdir. Xüsusilə də Davamlı İnkişaf

üçün Avropa Fondunun təsis edilməsi ilə Kənar İnvestisiya Planında yeni

maliyyələşdirmə imkanları nəzərdə tutulur ki, əhəmiyyətli məbləğdə investisiyaların

səmərəli şəkildə səfərbər ediləcəyi gözlənilir.

13. Iştirakçılar Şərq Tərəfdaşlığı çərçivəsində genişlənmiş və dərinləşmiş əməkdaşlığımızın

vətəndaşlara konkret fayda vermək fokusu ilə öz dinamikliyini və səmərəliliyini daha da

artıracağına ümid bəsləyir. Onlar bu məqsədə xidmət edən Aİ proqramları barədə

məlumatlandırmanın artırılmasının mühüm olduğunu yada salır.

14. Sammit iştirakçıları şəffaf və inklüziv şəkildə konkret nəticələr hasil edən, eləcə də

davamlılığı artıran "2020-ci ilə 20 Nəticəni" alqışlayır [Əlavə I-də göstərildiyi kimi].

Onlar Şərq Tərəfdaşlığının yenilənmiş çoxtərəfli strukturunda əməkdaşlığı

intensivləşdirməyə ümidvardır [Əlavə II-də göstərildiyi kimi] ki, bu da Tərəfdaşlığın

güddüyü siyasi məqsədləri, o cümlədən tərəfdaşlar arasındakı əməkdaşlığı daha yaxşı

dəstəkləyəcəkdir. Onlar bu əməkdaşlığa dair daha inteqrə edilmiş, iştiraklı, bir neçə

sektorla çarpazlaşan, nəticələrə yönələn metod hazırlayacaqlar. Iştirakçılar müxtəlif

sahələr üzrə birgə işə dair siyasi istiqamətin verilməsində Nazirlər səviyyəsində

keçirilən görüşlərin rolunu vurğulayırlar.

Page 6: Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyanatı · həlli, hibrid təhdidlərə qarşı mübarizə, insan alveri və qaçaqmalçılıq, terrora və şiddətli ekstremizmə

Qeyri-rəsmi tərcümə

6

15. Sammit iştirakçıları vurğulayırlar ki, insanların onların hökumətlərinə etimad

göstərməsi üçün bütün səviyyələrdə yaxşı idarəçiliyin olması vacibdir. Dövlət

idarəçiliyi və məhkəmə sistemində, eləcə də korrupsiya əleyhinə mübarizədə islahatların

aparılması bu baxımdan qalan digər siyasətlərin əsasında durub, davamlılığın

gücləndirilməsi baxımından vacibdir. Iştirakçılar razıdır ki, səmərəli, cavabdeh, şəffaf

və demokratik qurumların da inkişafından asılı olan insan təhlükəsizliyinin qorunması

ictimai zəiflikləri azaldacaqdır. Təhlükəsizlik sahəsində aparılan islahatlar, inteqrə

edilmiş sərhəd idarəçiliyinin həyata keçirilməsi, qeyri-qanuni miqrasiya məsələlərinin

həlli, hibrid təhdidlərə qarşı mübarizə, insan alveri və qaçaqmalçılıq, terrora və şiddətli

ekstremizmə qarşı mübarizə istiqamətində əməkdaşlıq və Aİ-nın dəstəyi, o cümlədən

dinlərarası və mədəniyyətlərarası dialoq, radikallaşmanın qarşısının alınması,

kibertəhlükəsizliyin artırılması və kibercinayətə qarşı mübarizə, təbii fəlakətin

qarşısının alınması, ona reaksiya və böhran idarəçiliyi gücləndirməklə tərəfdaş ölkələrin

üzləşdiyi təzyiqlərə davam gətirmələri üçün onların bacarığı artacaqdır. Sammit

iştirakçıları yuxarıda sadalanan çağırışların həll edilməsində aidiyyatı olan Tərəfdaş

Ölkələrlə Aİ-nın müvafiq qurumları arasındakı səmərəli əməkdaşlığın mühüm olduğu

fikri ilə razıdır. Sammit iştirakçıları, müvafiq hallarda, ÜTMS sahəsində təhlükəsizlik

məsələləri üzrə dialoqun və əməkdaşlığın genişləndirilməsinin vacib olduğunu

vurğulayaraq, tərəfdaşların bu baxımdan Aİ missiyalarına və əməliyyatlarına verdiyi

dəyərli töhfəni alqışlayır.

Page 7: Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyanatı · həlli, hibrid təhdidlərə qarşı mübarizə, insan alveri və qaçaqmalçılıq, terrora və şiddətli ekstremizmə

Qeyri-rəsmi tərcümə

7

16. Sammit iştirakçıları hesab edir ki, Şərq qonşuluğunda birgə məqsəd olan sabitlik və

davamlılığın təməlində iqtisadi və sosial inkişaf və köklü dəyişiklik proseslərinə

göstərilən dəstək durur. Avropa İttifaqının və Beynəlxalq Maliyyə Qurumlarının

səylərindən də istifadə etməklə düzgün iqtisadi siyasətin və normativ bazaların işlənib

hazırlanması rəqabətə dözümlü, ekologiya yönümlü, rəqəmsallaşdırılmış, innovasiya

yolu tutan iqtisadiyyatların inkişafı, investisiyaların cəlb edilməsi, iş yerlərinin açılması,

Aİ ilə və Tərəfdaş Ölkələrin öz aralarında inklüziv davamlı inkişafın və artan ticarətin

təşviqi üçün mövcud Azad Ticarət Məkanlarının tam şəkildə istifadəsi istiqamətində də

Tərəfdaşların səylərini artırmaq baxımından əlverişli mühitin yaranmasına yardım

edəcəkdir. Bu baxımdan onlar 2017-ci ilin oktyabr ayında Tallində keçirilmiş 4-cü Şərq

Tərəfdaşlığı Biznes Forumunun nəticələrini təqdir edir. Digər məsələlərlə yanaşı, yerli

valyutada verilən kreditlərə çıxışı asanlaşdırmaqla kiçik və orta müəssisələr üçün

şəraitin yaradılması, eləcə də yüksək sürətli geniş zolaqlı internet şəbəkəsinə çıxışın

artmasına dəstək və Tərəfdaş Ölkələr arasında və ola bilsin sonrakı mərhələdə Aİ ilə

rominq tariflərinin azalmasına doğru irəliləyiş xüsusi əhəmiyyət kəsb edəcəkdir. Bu

baxımdan Sammit iştirakçıları Rəqəmsal Bazarların Uyğunlaşdırılması sahəsində

əməkdaşlıq göstərməyə razıdır ki, məqsəd Tərəfdaş Ölkələrin də Rəqəmsal Vahid

Bazardan faydalanmasıdır.

Page 8: Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyanatı · həlli, hibrid təhdidlərə qarşı mübarizə, insan alveri və qaçaqmalçılıq, terrora və şiddətli ekstremizmə

Qeyri-rəsmi tərcümə

8

17. Bağlantıların mühüm olduğunu nəzərə alaraq, iştirakçılar ortaq fikrə gəlmişlər ki, daha

yaxşı və təhlükəsiz nəqliyyat əlaqələri Avropa İttifaqı ilə tərəfdaş ölkələr arasında və

tərəfdaşların özləri arasında inkişaf üçün yeni imkanlar açaraq, kommunikasiya və

mübadilələri daha da sıxlaşdırır. Gürcüstan və Moldova Respublikası ilə bağlanmış

Ümumi Aviasiya Məkanı Sazişlərinin müsbət təsirinə arxalanaraq, Sammit iştirakçıları

mümkün olan ən yaxın tarixdə Ukrayna ilə Ümumi Aviasiya Məkanı Sazişinin

imzalanmasının mühüm olduğunu xatırladaraq, Ermənistan və Azərbaycanla da bu

sazişlər ətrafında danışıqların tez bitməsinə öz dəstəklərini ifadə edirlər. Onlar nəqliyyat

əlaqələrinin intermodallığına və qarşılıqlı fəaliyyət göstərə bilməsinə, bütün nəqliyyat

növlərində TEN-T şəbəkəsi ilə bağlantıların təkmilləşdirilməsinə böyük önəm verərək,

Aİ ilə tərəfdaş ölkələr arasında baza şəbəkələrinə dair indikativ xəritələri müəyyən edən

Yüksək Səviyyəli Razılaşmaların imzalanmasını alqışlayır. Sammit iştirakçıları hamının

təhlükəsiz, davamlı, etibarlı və münasib enerji ilə təmin olunmasının vacibliyini qəbul

edir, təchizatın təhlükəsizliyinin, enerji mənbələrinin, təchizatçı və marşrutların

diversifikasiyasının mühüm olduğunu qeyd edir, bu məqsədlə həmrəylik və inklüzivlik

ruhunda işləmək zərurətini vurğulayır. Avropa Enerji İttifaqının təsis edilməsində

tərəfdaş ölkələrin fəal əməkdaşlığı alqışlanır. Onlar qarşılıqlı bağlantılar vasitəsilə və

enerji mənbələrindən davamlı şəkildə istifadə etməklə, o cümlədən enerjidən və bərpa

olunan enerji mənbələrindən artan istifadə, asılılığın azaldılması və davamlılığın

dəstəklənməsi ilə enerji təhlükəsizliyinin artırılması yolunda öhdəlik götürmüşlər.

Iştirakçılar onu da vurğulayırlar ki, nüvə təhlükəsizliyi və ətraf mühitin təhlükəsizliyi

üzrə ən yüksək beynəlxalq standartlara əməl olunmalıdır.

Sammit iştirakçıları ekoloji yönümlü, daha səmərəli və davamlı iqtisadiyyata keçid,

iqlim dəyişikliklərinə uyğunlaşmanın yüksəlməsi və onların təsirinin zəiflədilməsi,

eləcə də ətraf mühit sahəsindəki çətinliklərin aradan qaldırılması yolundakı

öhdəliklərini vurğulayır. Çoxtərəfli sazişlərin və bu sahələrdə hərtərəfli islahatların

vaxtında həyata keçirilməsi vacib məsələ olaraq qalır.

Page 9: Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyanatı · həlli, hibrid təhdidlərə qarşı mübarizə, insan alveri və qaçaqmalçılıq, terrora və şiddətli ekstremizmə

Qeyri-rəsmi tərcümə

9

18. Təhsil, gənclər, mədəniyyət və elmi mübadilə yolu ilə də insanlar arasında əlaqələr və

mobillik cəmiyyətləri bir-birinə yaxınlaşdırır. Sammit iştirakçıları Moldova

Respublikası, Gürcüstan və Ukrayna üçün vizadan azad rejimlərin səmərəli şəkildə

həyata keçirilməsini alqışlayır. Onlar təhlükəsiz və yaxşı idarə olunan mühitdə mobillik

sahəsində əməkdaşlığı möhkəmləndirməyə və daha çox tərəqqi qazanmağa, yaxşı idarə

olunan və təhlükəsiz mobillik şərtləri ilə, o cümlədən Tərəflər arasında viza rejiminin

sadələşdirilməsi və readmissiya sazişlərinin səmərəli şəkildə həyata keçirilməsi ilə

Ermənistanla müəyyən edilmiş qaydada viza rejiminin liberallaşdırılması haqqında

dialoqa başlamaq məsələsini nəzərdən keçirməyə ümid bəsləyirlər. Iştirakçılar təhsil,

tədqiqat və innovasiyalar sisteminin müasirləşdirilməsində, onların keyfiyyət

göstəriciləri və rəqabət qabiliyyətinin yaxşılaşdırılmasında, eyni zamanda BMT və

Avropa Şurası Konvensiyalarında və əlaqədar protokollarda təsbit edildiyi kimi milli

azlıqlara mənsub şəxslərin artıq həyata keçmiş hüquqlarına hörmət bəslənməsi, azlıqlara

mənsub şəxslərə qarşı ayrı-seçkiliyin salınmaması və müxtəlifliyə hörmət edilməsi, bu

sistemlərdə islahat apararkən Avropa Şurasının ekspert potensialının tam şəkildə nəzərə

alınması kimi məsələlərdə bütün tərəfdaşlarla birgə daha çox işləyəcəklərinə ümid

bəsləyirlər. 2017-ci ilin iyun ayında keçirilmiş 3-cü ŞT Gənclər Forumunda

vurğulandığı kimi Aİ-nın təqdim etdiyi hərtərəfli gənclər siyasəti mexanizmi və gənclər

paketi vasitəsilə gənc nəslin səriştəsinin, vətəndaş fəallığı və həmrəyliyinin inkişaf

etdirilməsi, akademik mobilliyinin dəstəklənməsi, onların işədüzəlmə imkanları və

sahibkarlıq ruhunun təşviq edilməsi baxımından gənclərin dəstəklənməsinə və onların

səlahiyyətlərinin artırılmasına xüsusi diqqət ayrılacaqdır.

19. Sammit iştirakçıları fəaliyyət göstərən media mühiti və ifadə azadlığının demokratik,

sabit və çiçəklənən cəmiyyətdə oynadığı mühüm rolu vurğulamışlar. Onlar Şərq

Tərəfdaşlığında müstəqil media, media peşəkarlığı, eləcə də media savadlılığı

məsələlərinə dəstəyin artırılmasına ehtiyacın olduğunu qəbul edir. Onlar strateji

kommunikasiya sahəsində göstərilən cəhdlərin və Aİ ilə Şərq Tərəfdaşlığı ölkələri

arasındakı əməkdaşlıq barədə məlumatlandırmanı təşviq etmək üçün görülən işlərin

daha da çoxaldılmasının, eləcə də ictimaiyyət arasında məlumatlandırmanın

artırılmasının və dezinformasiyanın ifşa edilməsinin zəruri olduğu ilə razıdır. Bu

baxımdan onlar 2017-ci ilin sentyabr ayında Kiyevdə keçirilmiş 2-ci Şərq Tərəfdaşlığı

Media Konfransının verdiyi töhfəni alqışlayır.

20. Sammit iştirakçıları cəmiyyətin bütün tərəflərinin inklüsiv iştirakının Şərq Tərəfdaşlığı

üçün mühüm olduğunu bir daha təsdiq etmişlər. Aİ-nın Gender Fəaliyyət Planında

Page 10: Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyanatı · həlli, hibrid təhdidlərə qarşı mübarizə, insan alveri və qaçaqmalçılıq, terrora və şiddətli ekstremizmə

Qeyri-rəsmi tərcümə

10

nəzərdə tutulduğu kimi onlar kişi və qadınlar arasındakı bərabərliyi artırmağa can

ataraq, qadınların səlahiyyətlərinin artırılmasını təşviq edirlər. 2017-ci ilin oktyabrında

Tallində keçirilmiş Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Konfransında vurğulandığı

kimi ŞT Vətəndaş Cəmiyyəti Forumu vasitəsilə də vətəndaş cəmiyyəti ilə qarşılıqlı

əlaqələr və ictimai kütlələrlə işləyən vətəndaş cəmiyyəti təşkilatlarının və sosial

tərəfdaşların geniş şəkildə əhatə olunması və onlara hədəfli yardımın göstərilməsi bu

Tərəfdaşlığın ayrılmaz hissəsi olaraq qalır. Onlar insanlara ən yaxın idarəetmə

səviyyəsində Tərəfdaşlığın məqsədlərinin əldə edilməsində Şərq Tərəfdaşlığı üçün

Regional və Yerli İdarə Qurumlarının Konfransı (CORLEAP) çərçivəsində yerli və

regional idarəetmə qurumlarının oynadığı rolu alqışlayır. Sammit iştirakçıları

AVRONEST Parlament Assambleyası çərçivəsində parlamentlər arasında daha yaxın

əməkdaşlığa, dialoqa və mübadilələrin aparılmasına şövq edir, bu kontekstdə

"Assosiasiya Sazişlərinin xüsusi İşçi Qrupu" Bürosunun təsis edilməsinə razılıq

bildirirlər.

21. Sammit iştirakçıları Şərq Tərəfdaşlığının 2019-cu ilə planlaşdırılan növbəti Sammit

iclasını səbirsizliklə gözləyirlər ki, burada onlar Şərq Tərəfdaşlığının əldə edilən

nəticələrini nəzərdən keçirmək, Şərq Tərəfdaşlığı əməkdaşlığını daha da gücləndirmək

üçün onu istiqamətləndirmək niyyətindədirlər.

Page 11: Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyanatı · həlli, hibrid təhdidlərə qarşı mübarizə, insan alveri və qaçaqmalçılıq, terrora və şiddətli ekstremizmə

Qeyri-rəsmi tərcümə

QOŞMAYA Əlavə I

Əlavə I – 2020-ci ilə 20 Nəticə

Vətəndaşlar üçün gözəçarpan nəticələrin əldə edilməsi Şərq Tərəfdaşlığında bizim

işimizin əsasında duran məsələdir. Şərq Tərəfdaşlığının 2015-ci ildə Riqada keçirilmiş

Sammitində razılaşdırılmış dörd prioritet çərçivəsində 2020-ci ilə hədəfi olan 20 əsas

sahə müəyyən edilmişdir. Ümumi davamlılığımızın artırılması məsələsi bizi konkret

nəticələrin seçimində istiqamətləndirmişdir.

2020-ci ilə 20 Nəticə bütün iştirakçı tərəflərlə işləmək üçün inklüziv qaydada

hazırlanmış iş aləti kimi düşünülmüşdür. Şərq Tərəfdaşlığında çoxtərəfli əməkdaşlıq

üçün optimallaşdırılmış struktur nəticələrə yönələn, hərtərəfli və sistematik tərzdə

razılaşdırılmış nəticələrin həyata keçirilməsinə müntəzəm qaydada yaxından nəzarət

edərək, ümumi iştirakı və birgə öhdəliyi, ikitərəfli prioritetlərlə bir-birini

tamamlamalarını təmin edəcəkdir.

Çarpazlaşan Nəticələr

1. Cəmiyyətin demokratik quruluşu, şəffaf ictimai idarəetmə, özəl sektorun inkişafı,

inklüsiv və davamlı iqtisadi artım, ətraf mühitin qorunması, sosial innovasiyalar,

mobillik və insanlar arasında əlaqə baxımından vətəndaş cəmiyyətinin fəal olması

vacibdir. İslahatların hərəkətverici qüvvəsi və cavabdehliyin tərəfdarı kimi vətəndaş

cəmiyyəti hökumətin əvəzedilməz tərəfdaşıdır. Vətəndaş cəmiyyəti təşkilatlarının, o

cümlədən sosial tərəfdaşların texniki ekspert təcrübəsinin və idarəetmə potensialının

gücləndirilməsi ilə Tərəfdaş Ölkələrdə siyasi dialoqun və nəticələrə yönələn qərarların

alınmasının dəyəri artacaqdır.

Page 12: Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyanatı · həlli, hibrid təhdidlərə qarşı mübarizə, insan alveri və qaçaqmalçılıq, terrora və şiddətli ekstremizmə

Qeyri-rəsmi tərcümə

2. Gender bərabərliyi və qeyri-ayrı-seçkilik Tərəfdaş Ölkələrə cəmiyyətin iqtisadi və sosial

potensialından tam şəkildə istifadə etmək imkanı verəcəkdir. 2016-2020-ci illər üçün Aİ

Gender Fəaliyyət Planına, Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv

edilməsi haqqında Konvensiyaya və ayrı-seçkiliyə qarşı prinsiplərə əsasən Tərəfdaş

Ölkələrdə cəmiyyətlər arasında təşviqat işinin tam şəkildə aparılmasına şərait

yaradılacaqdır. Aİ müvafiq qanunvericiliyin qüvvəyə minməsini, effektiv bərabərlik

qurumlarının təsis edilməsini və gücləndirilməsini dəstəkləyəcəkdir. "Qadınlar

Biznesdə" proqramı qadın sahibkarların iqtisadi perspektivlərini artıracaqdır.

3. Gücləndirilmiş, daha aydın və xüsusi hazırlanmış kommunikasiya, o cümlədən Stratcom

EAST-in fəaliyyətinin nəticəsi olaraq Şərq qonşuluğunda vətəndaşlar Avropa İttifaqını

daha yaxşı tanıyacaq, eləcə də Aİ vətəndaşları arasında Tərəfdaş Ölkələr və Şərq

Tərəfdaşlığı haqda anlayış artacaqdır. Tərəfdaş Ölkələrdə kütləvi informasiya

vasitələrinin müxtəlifliyi və onların müstəqil olması cavabdehliyi, eləcə də

dizinformasiyaya qarşı davamiyyəti artırmağa davam edəcəkdir.

İqtisadi inkişaf və bazar imkanları

4. "Aİ4Biznes" proqramı, müvafiq milli yardım proqramları vasitəsilə, eləcə də Tərəfdaş

Ölkələrdə KOM-ların fəaliyyət mühitini yaxşılaşdırmaqla tərəfdaş ölkələrdə Kiçik və

Orta Müəssisələrin (KOM-lar) inkişaf potensialı açılacaqdır. Dövlət-özəl sektor

arasında dialoqun institutlaşdırılması, müştəri yönümlü biznesi dəstəkləyən təşkilatlara

yardımın göstərilməsi, Şərq Qonşuluğunda ticarətin artması və investisiyanın təşviqi

üçün iqtisadi diplomatiya sahəsində yeni regional şəbəkənin təsis edilməsi ilə davamlı

iqtisadi inkişaf üçün potensial daha da artacaqdır.

Page 13: Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyanatı · həlli, hibrid təhdidlərə qarşı mübarizə, insan alveri və qaçaqmalçılıq, terrora və şiddətli ekstremizmə

Qeyri-rəsmi tərcümə

5. Səmərəli şəkildə davamlı iqtisadi inkişafa və köklü dəyişikliklərə nail olmaq üçün

maliyyə vasitələrinə çıxışla bağlı və maliyyə infrastrukturunda olan boşluqlar aradan

qaldırılacaqdır. Kapital bazarlarının möhkəmlənməsi və onların fəaliyyətinin

genişlənməsi həm də kapital bazarların islahatı üzrə pilot proqramlar vasitəsilə

dəstəklənəcəkdir. Investisiyaları təşviq etmək və ixracı artırmaq üçün səmərəli kredit

reyestrləri və alternativ maliyyələşdirmə mənbələri dəstəklənəcəkdir. Beynəlxalq

Maliyyə Qurumları ilə sıx əməkdaşlıq etməklə bu islahatlar yerli valyuta ilə kredit

vermənin artmasını şövq edəcəkdir.

6. Yerli və regional səviyyələrdə yeni iş imkanlarının açılması Aİ proqramının həyata

keçirilməsi ilə dəstəklənəcəkdir ki, proqramlarda məqsəd xüsusilə də gənc vətəndaşlar

arasında iqtisadi fəalliyyətin diversifikasiyası və fərqliliklərin azaldılmasıdır. "İqtisadi

İnkişaf üçün Merlər" adlı yeni təşəbbüs effektiv yerli iqtisadi inkişaf strategiyalarının

həyata keçirilməsi üçün yerli icra hakimiyyətlərinin səfərbər olmasına yardım

edəcəkdir. Kənd təsərrüfatı sektorunda da olmaqla regional inkişaf layihələrinin həyata

keçirilməsi bu məqsədlər istiqamətində əlavə yardım edəcəkdir.

7. "Aİ4Rəqəmsal" təşəbbüsü çərçivəsində Tərəfdaş Ölkələr arasında və Aİ ilə Rəqəmsal

Bazarların Uyğunlaşdırılması dəstəklənəcəkdir ki, məqsəd vətəndaşlar, dövlət

idarəçiliyi və biznes dairələri üçün "onlayn" rejimli pan-Avropa xidmətlərində mövcud

əngəl və maneələri aradan qaldırmaqdır. Bu kontekstdə əməkdaşlıq milli

telekommunikasiya nizamlayıcı orqanlarının müstəqilliyinə, tezliklərin bölgüsünün və

rominq qiymətlərinin hesablanmasının uyğunlaşdırılmasına, geniş-zolaqlı internet

şəbəkəsinin, kibertəhlükəsizlik, rəqəmsal innovasiya, qarşılıqlı işləyən eSəhiyyə

xidmətləri və rəqəmsal səriştənin inkişafı üçün milli strategiyaların həyata

keçirilməsinə, trans-sərhəd elektron İmzaların, elektron ticarət və Rəqəmsal Nəqliyyat

Dəhlizlərinin pilot sınanmasına yönələcəkdir.

Page 14: Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyanatı · həlli, hibrid təhdidlərə qarşı mübarizə, insan alveri və qaçaqmalçılıq, terrora və şiddətli ekstremizmə

Qeyri-rəsmi tərcümə

8. Aidiyyatı olan üç tərəfdaş Gürcüsan, Moldova Respublikası və Ukrayna üçün Dərin və

Hərtərəfli Azad Ticarət Məkanlarının həyata keçirilməsi də daxil olmaqla, Aİ ilə

Tərəfdaş Ölkələr arasında, eləcə də Tərəfdaş Ölkələrin öz arasında ticarət

dəstəklənəcəkdir. Aİ fərqləndirmə qaydasında Ermənistan, Azərbaycan və Belarus daxil

olmaqla hər bir tərəfdaş ölkə ilə ümumi maraqları əks etdirmək üçün qarşılıqlı ticarəti

möhkəmləndirmək və investisiya cəlb etmək məqsədilə cəlbedici və real variantları,

investisiyaların qorunması ilə bağlı islahata uğramış investisiya siyasətini, əqli

mülkiyyət sahəsi də olmaqla beynəlxalq ticarət qaydalarını və ticarətlə bağlı beynəlxalq

standartları, ölkə iqtisadiyyatlarının müasirləşdirilməsi və diversifikasiyası məsələlərini

birgə müzakirə edəcəkdir.

Qurumların və yaxşı idarəetmənin qüvvətləndirilməsi

9. Korrupsiyanın qarşısının alınması və onun əleyhinə mübarizə, şəffaflığın artırılması və

çirkab pulların yuyulması əleyhinə mübarizə aparmaq üçün davamlı strukturların təsis

edilməsi və onların daha da inkişaf etdirilməsi ilə qanunun aliliyi və anti-korrupsiya

mexanizmləri gücləndirilməcəkdir. Aktivlərin və maraq toqquşmasının bəyan edilməsi

üçün asan axtarış imkanı olan məlumat bazaları ilə səmərəli sistemlərin, siyasi

partiyanın maliyyələşdirilməsi, anti-korrupsiya qurumlarının müstəqilliyi, aktivlərin

bərpa olunması və idarə edilməsi üçün hüquqi baza və mexanizmlərin və maliyyə

araşdırmaları üçün səmərəli alətlərin hazırlanmasına dair beynəlxalq səviyyədə verilmiş

münasib tövsiyyələrin yerinə yetirilməsi istiqamətində görülən tədbirlər bu kontekstdə

izlənəcəkdir.

Page 15: Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyanatı · həlli, hibrid təhdidlərə qarşı mübarizə, insan alveri və qaçaqmalçılıq, terrora və şiddətli ekstremizmə

Qeyri-rəsmi tərcümə

10. Məhkəmə sisteminin müstəqilliyi, qərəzsizliyi, effektivliyi və cavabdehliyinə dair

Avropa standartlarına uyğun olaraq əsas islahatların həyata keçirilməsi, məsələn,

obyektiv şəkildə əvvəlcədən müəyyən edilmiş meyarlara uyğun olaraq məhkəmə

hallarının bölgüsü üçün müvafiq elektron vasitələrin tərtib edilməsi məsələləri vacib

əhəmiyyət kəsb edəcəkdir. Razılaşdırılmış göstəricilər dəsti ilə müqayisədə hakimlərin

şəffaf şəkildə və xidmətlərinə görə seçilməsi və vəzifələrinin artırılmasının tarixçəsi,

məlumat verilmiş intizam xətaları, ədalət mühakiməsinə çatımlığın artması, məhkəmə

korpusunun hərtərəfli və effektiv təlimi, həll olunmamış mülki və cinayət işlərinin

sayının əhəmiyyətli dərəcədə azalması və məhkəmə qərarlarının həyata keçirilməsinin

yaxşılaşması ictimaiyyətin Dövlət qurumlarına olan etimadını artıracaqdır.

11. Peşəkar, siyasiləşdirilməmiş, cavabdeh və etik dövlət idarəçiliyinin qurulması üçün

beynəlxalq prinsiplərə uyğun şəkildə Dövlət İdarəçiliyi İslahatlarının həyata keçirilməsi

mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq prinsiplərə uyğun olan milli səviyyəli

strategiyalar, təkmilləşdirilmiş dövlət qulluğu qanunvericiliyi, informasiyaya ictimai

çıxış, çatımlı və xidmət yönümlü idarəetmə qurumları, büdcəyə artan nəzarət və rəsmi

statistika üçün təkmilləşdirilmiş institusional çərçivə bu sahədə əldə edilən tərəqqini

nümayiş edəcəkdir. Dövlət qulluqçuları üçün öyrənmək məqsədilə iş yerində

mütəxəssisin müşayiət edilməsi və onun işinin müşahidə edilməsi sisteminin olması

imkanı araşdırılacaqdır.

12. Təhlükəsizlik və təbii fəlakətlərlə bağlı risklərin idarə olunması sahəsində daha güclü

əməkdaşlıq Tərəfdaşların böhran və təbii fəlakətlərə cavab vermələri üçün daha

hazırlıqlı olmalarında onları dəstəkləyəcəkdir. Dəstək göstərməklə, o cümlədən

mütəşəkkil cinayətkarlıq əleyhinə mübarizə naminə potensial quruculuğu məqsədilə

tərəfdaşlar hibrid həmlələrə qarşı daha davamlı olacaqdır ki, buraya kiber təhlükəsizlik

və Kimyəvi, Bioloji, Radioloji və Atom və ya cinayət, qəza və ya təbii mənşəli risklərin

təsirinin azaldılması da daxildir. Təhlükəsizlik sahəsində dialoqu və ÜTMS üzrə

praktiki əməkdaşlığı qüvvətləndirməklə, o cümlədən Ümumi Təhlükəsizlik və Müdafiə

Siyasəti/Ümumi Xarici və Təhlükəsizlik Siyasəti (ÜTMS/ÜXTS) sahəsində təlim

imkanlarını və potensial quruculuğunu artırmaqla tərəfdaş ölkələrin Avropanın mülki və

hərbi missiya və əməliyyatlarına verdiyi töhfə dəstəklənəcəkdir.

Page 16: Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyanatı · həlli, hibrid təhdidlərə qarşı mübarizə, insan alveri və qaçaqmalçılıq, terrora və şiddətli ekstremizmə

Qeyri-rəsmi tərcümə

Bağlantılar, enerjidən səmərəli istifadə, ətraf mühit və iqlim dəyişikliyi

13. Trans-Avropa Nəqliyyat (TEN-T) baza şəbəkəsinin, o cümlədən yollar, dəmir yolu,

liman və hava limanlarının və daxili su yollarının genişləndirilməsi 2030-cu ilədək

TEN-T şəbəkəsini bitirmək üçün uzun-müddətli indikativ investisiya fəaliyyət planına

uyğun fəal şəkildə dəstəklənəcəkdir. Genişlənən baza şəbəkəsində tələb olunan

əlaqələrin təmin edilməsi və mövcud nəqliyyat şəbəkələrinin səmərəliliyini də

artırmaqla logistika zəncirində çətinliklərin aradan qaldırılması nəqliyyat bağlantılarını

daha da asanlaşdıracaq, beləliklə iqtisadi mübadilələri dəstəkləyəcəkdir. Yükdaşıma

axınlarının davamlı şəkildə artması sərhəd keçid prosedurlarının səmərəliliyinin

yüksəlməsi və inzibati, texniki və digər maneələrin azaldılması ilə dəstəklənəcəkdir.

Yol təhlükəsizliyinin artması və Ümumi Aviasiya Məkanı Sazişlərinə doğru addımlar

nəqliyyat bağlantılarını daha da gücləndirəcəkdir.

14. Tərəfdaş ölkələr arasında və onlarla Aİ arasında qaz və elektrik enerjisi sahəsindəki

qarşılıqlı əlaqəliliyin artması ilə enerji təchizatının təhlükəsizliyi yüksələcəkdir.

"Aİ4Enerji" təşəbbüsü enerji bazarlarında səmərəlilik və şəffaflığı daha yüksək

dərəcədə dəstəkləyəcəkdir. Enerji Birliyi çərçivəsində mövcud əməkdaşlığa davamlı

dəstək göstəriləcəkdir ki, bu Birlik Şərq tərəfdaşlarının müvafiq öhdəliklərini yerinə

yetirmələrində onlara yardım edəcəkdir. Bu kontekstdə Ukraynanın qaz nəqliyyatı

sistemi və anbarlarının müasirləşdirilməsi, strateji Cənub Qaz Dəhlizinin istismara

verilməsi və onun Mərkəzi Asiyayadək əlavə olaraq uzadılması, Ungen-Kişinyov və

Hermanoviçi-Bliçe Volitsia birləşdirici qaz boru kəmərlərinin çəkilməsi, Gürcüstanla

Ermənistan arasında birləşmiş elektrik enerjisi sisteminin gücləndirilməsi, eləcə də

Ukrayna və Moldovanın elektrik enerjisi sistemlərinin Avropa şəbəkəsinə potensial

inteqrasiyası üçün şərtlərin təmin edilməsi bu sahədə birgə öhdəliyi və tərəqqini

nümayiş edəcəkdir.

Page 17: Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyanatı · həlli, hibrid təhdidlərə qarşı mübarizə, insan alveri və qaçaqmalçılıq, terrora və şiddətli ekstremizmə

Qeyri-rəsmi tərcümə

15. İqlim Dəyişiklikləri üzrə Paris Sazişinə uyğun olaraq iqlim dəyişikliklərinə dayanıqlı və

aşağı karbon dioksid emissiyaları ilə inkişaf yollarına can atmaq, enerjidən səmərəli

istifadəni və bərpa olunan enerji mənbələrindən istifadəni yaxşılaşdırmaq və istixana

qaz emissiyalarını azaltmaq məqsədilə qərarlı tədbirlər görüləcəkdir. "Merlər Sazişi"

proqramı vasitəsilə Davamlı Enerji və İqlimin Qorunması Planlarının həyata

keçirilməsi, davamlı səmərəlilik üçün KOM-ların dəstəklənməsi, Aİ4Biznes, Aİ4Enerji

və Aİ4İnnovasiya arasında sinerjinin təmin edilməsi, ekoloji investisiyalar üçün

maliyyənin verilməsi, istixana qazlarının azaldılması üçün milli strategiyaların

hazırlanmasına, eləcə də milli emissiyaların monitorinqi, hesabatvermə və yoxlamasına

və milli adapativ siyasətlərin hazırlanması istiqamətində əlavə səylərin dəstəklənməsi

bu tədbirlərə daxildir.

16. Su ehtiyatları idarəçiliyinin və trans-sərhəd əməkdaşlığın təkmilləşdirilməsi, ekoloji və

iqlimlə bağlı hədəflərin sektor siyasətlərinə geniş şəkildə daxil edilməsi, düzgün ekoloji

idarəçiliyin inkişaf etdirilməsi və ətraf mühit üzrə məlumatlandırmanın artırılması yolu

ilə ətraf mühitin qorunması, iqlim dəyişikliyinin göstərdiyi təsirin zəiflədilməsi və ona

uyğunlaşma artacaqdır. Ekologiyaya daha çox yönümlü və daha dairəvi iqtisadiyyata

keçid dəstəklənəcəkdir. Çay hövzəsi idarəçiliyi planlarının hazırlanması, Qara Dəniz

üçün ekoloji risklərin müəyyən edilməsi, strateji ekoloji qiymətləndirmələrin və ətraf

mühitə təsirlərin qiymətləndirilməsi üçün qanunvericiliyin işlənməsi, ətraf mühit haqda

məlumatlara çıxışın artması və su bioloji resursların davamlı şəkildə işlədilməsi bu

sahədə atılan əsas addımlar sırasında olacaqdır.

Page 18: Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyanatı · həlli, hibrid təhdidlərə qarşı mübarizə, insan alveri və qaçaqmalçılıq, terrora və şiddətli ekstremizmə

Qeyri-rəsmi tərcümə

Mobillik və insanlar arasında əlaqələr

17. Gürcüstan, Moldova Respublikası və Ukrayna tərəfindən viza rejiminin

liberallaşdırılması meyarlarının davamlı şəkildə yerinə yetirilməsinə nəzarət etməklə,

şərait imkan verərsə, yaxşı idarə olunan və təhlükəsiz mobillik üçün şəraitin olması, o

cümlədən Tərəflər arasında imzalanmış Viza Rejiminin Sadələşdirilməsi və

Readmissiya Sazişlərinin səmərəli şəkildə həyata keçirilməsi şərti ilə, müvafiq olaraq

Ermənistan və Azərbaycanla Viza rejiminin liberallaşdırılması ətrafında dialoqun

müəyyən edilmiş qaydada başlanması məsələsini nəzərdən keçirməklə, və bundan

başqa, Belarusla Viza Rejiminin Sadələşdirilməsi və Readmissiya Sazişinin

imzalanması ilə mobillik sahəsində əldə edilən tərəqqi təşviq olunacaqdır. Digərləri ilə

yanaşı, tərəfdaş ölkələrdə miqrasiya idarəçiliyini yaxşılaşdırmaq məqsədilə mövcud

Mobillik Naminə Tərəfdaşlıqların həyata keçirilməsinə dəstək davam edəcəkdir.

Tərəfdaş Ölkələr arasında və onlarla Aİ-na Üzv Dövlətlər arasında sərhəd keçid

məntəqələrinin müasirləşdirilmiş şəbəkəsi ilə İnteqrə edilmiş Sərhəd İdarəçiliyinin

həyata keçirilməsi mobilliyi dəstəkləyəcək, eyni zamanda təhlükəsizliyi artıraraq, artan

ticarət axınlarına töhfə verəcəkdir.

18. Xüsusilə də "Aİ4Gənclər" təşəbbüsündə təqdim edilən gücləndirilmiş "Gənclər Paketi"

vasitəsilə gənclərin səriştəsinə, sahibkarlıq və işədüzəlmə imkanlarına qoyulan

investisiya əhəmiyyətli dərəcədə artacaqdır ki, buraya liderlik, mobillik, rəsmi və qeyri-

rəsmi təhsilin keyfiyyət məsələləri diqqət mərkəzində duran gənclərlə iş üçün yol

xəritələri çərçivəsində gənclər üçün yeni mobillik proqramları və hədəfli tədbirlər

daxildir. Gənclər və gənc əməkçilər Erasmus+ proqramı çərçivəsində artan mobillik

imkanlarından faydalanacaqlar. Tərəfdaş Ölkələrin Erasmus+, Creative Europe

(Yaradıcı Avropa), COSME və Horizon 2020 proqramlarında iştirak etməsi

universitetlər, idarəetmə qurumları, biznes şirkətləri, peşəkarlar, mədəniyyət və audio-

vizual operatorlar, gənc tələbələr və tədqiatçılar qarşısında yeni mobillik imkanları açır,

mədəniyyət və yaradıcılıq sənayelərinin inkişaf etməsinə töhfə verir. Aİ proqramlarında

güclənən əməkdaşlığa bütün müvafiq və zəruri hallarda dəstək göstəriləcəkdir.

Page 19: Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyanatı · həlli, hibrid təhdidlərə qarşı mübarizə, insan alveri və qaçaqmalçılıq, terrora və şiddətli ekstremizmə

Qeyri-rəsmi tərcümə

19. Aİ-na Üzv Dövlətlərin fəaliyyəti nəzərə alınaraq, Tərəfdaş Ölkələrdən olan şagirdlərə

yüksək keyfiyyətdə təhsil vermək, onların təhsil və işədüzəlmə imkanlarını artırmaq,

əməkdaşlığı, multikultural qarşılıqlı anlaşma, tolerantlıq, fundamental dəyərlər, Avropa

İttifaqının və onun regiondakı işinin daha yaxşı başa düşülməsini təşviq etmək, eləcə də

dil bilmək səriştəsini artırmaq üçün Şərq Tərəfdaşlığı Avropa Məktəbi təsis ediləcəkdir.

Tərəfdaş ölkələrin universitetlər şəbəkəsində yüksək səviyyədə tədris məsələsi diqqət

mərkəzində duracaqdır.

20. ŞT və Aİ-nın tədqiqat və innovasiya sistemlərinin inteqrə edilməsi yeni

"Aİ4İnnovasiya" təşəbbüsü vasitəsilə təşviq olunacdır ki, məqsəd tədqiqatçıların

məşğulluq və karyera perspektivlərini, rəqabət əsasında tədqiqat və innovasiyaların

maliyyələşdirilməsini və tədqiqat-sənaye tərəfdaşlıqlarına dəstəyi artırmaqdır. Bu işdə

məqsəd fərdi tədqiqatçılar üçün Horizon 2020 üzrə bütün maliyyələşdirmə planlarına

tam çıxışı təmin etməkdir. Milli elmi-tədqiqat institutları və innovasiya sistemlərinin

islahatları icra göstəricilərini və rəqabət qabiliyyətini artıracaqdır. Avropada bütün Milli

Elmi-Tədqiqat və Təhsil Şəbəkələrini birləşdirən Pan-Avropa GEANT şəbəkəsinə

inteqrasiya rəqəmsal fərqi daha da azaldacaqdır.

Page 20: Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyanatı · həlli, hibrid təhdidlərə qarşı mübarizə, insan alveri və qaçaqmalçılıq, terrora və şiddətli ekstremizmə

Qeyri-rəsmi tərcümə

QOŞMAYA Əlavə II

Sammit və nazirlər səviyyəsində keçirilmiş görüşlərin siyasi kursu ilə təyin olunan strateji istiqamət çərçivəsində Şərq Tərə fdaşlığının yeni optimallaşdırılmış

strukturunun səmərəliliyini və onun fəaliyyətinin ardıcıllığını təmin etmək məqsədilə 2015-ci ildə Riqada keçirilmiş ŞT Sammitində razılaşdırılmış dörd əsas

əməkdaşlıq sahəsinə uyğun olaraq Platformalar sektorlarası forumlar kimi yenidən strukturlaşdırılmışdır. Onlar Panellər (dərin müzakirələrin keçiriləcəyi yer) və

Yüksək Vəzifəli Şəxslərin Görüşləri (ümumi nəzarəti, sinerjilərin müəyyən edilməsini və ümumi prosesin yoxlanmasını təmin edəcəkdir) arasında qovuşma

nöqtəsi olacaqdır. Platformalar Panellərin işinə siyasi istiqamət verəcək və Yüksək Vəzifəli Şəxslərin Görüşlərinə hesabat verəcəklər. Belə ŞT strukturu inklüziv

və nəticə yönümlü prosesdə işləyəcəkdir. Aİ və tərəfdaş ölkələr nəticələrə, xüsusilə də 2020-ci ilə 20 nəticəyə yönələn iş planı və metodologiyanı

Page 21: Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyanatı · həlli, hibrid təhdidlərə qarşı mübarizə, insan alveri və qaçaqmalçılıq, terrora və şiddətli ekstremizmə

Qeyri-rəsmi tərcümə

razılaşdıracaqlar. Vətəndaş cəmiyyəti, o cümlədən müvafiq hallarda sosial trəfdaşlar və biznes icması yenilənmiş prosesə və bu nəticələrin əldə edilməsinə tam

şəkildə cəlb olunacaq.