DEPRESSİYA VƏ XƏRÇƏNG ÜPA-nın “Depressiya və Xərçəng” kitabına əsaslandırılmış...

24
DEPRESSİYA VƏ XƏRÇƏNG ÜPA-nın “Depressiya və Xərçəng” kitabına əsaslandırılmış sinopsis (Katon W, Maj M, Sartorius N, eds. – Chichester: Wiley, 2010)

description

DEPRESSİYA VƏ XƏRÇƏNG ÜPA-nın “Depressiya və Xərçəng” kitabına əsaslandırılmış sinopsis (Katon W, Maj M, Sartorius N, eds. – Chichester: Wiley, 2010). X ərçəng xəstələrində depressiyanın etiologiyası. - PowerPoint PPT Presentation

Transcript of DEPRESSİYA VƏ XƏRÇƏNG ÜPA-nın “Depressiya və Xərçəng” kitabına əsaslandırılmış...

DEPRESSİYA VƏ XƏRÇƏNG

ÜPA-nın “Depressiya və Xərçəng” kitabına əsaslandırılmış sinopsis

(Katon W, Maj M, Sartorius N, eds. – Chichester: Wiley, 2010)

Xərçəng xəstələrində depressiyanın etiologiyası

• İllər ərzində xərçəng xəstələrində depressiyanın yayılmasını tədqiq etmək məqsədi ilə çoxsaylı elmi tədqiqatlar aparılıb. Əldə edilmiş tədqiqatların nəticələri bir-birindən mühüm dərəcədə fərqlənir (böyük depressiyanın yayılması 3-38%-ə, depressiv spektrə aid olan digər pozuntularının yayılması isə 1,5-52%-ə qədərdir)

• Aşağıda göstərilən xərçəng növlərinin depressiya ilə yaxın əlaqəsi var: beyin (41-93%), mədəaltı vəzi (50%-ə kimi), baş və boyun (42%-ə kimi), süd vəzisi (4,5-37%), ginekoloji (23%) və ağ ciyər xərçəngi (11%)

From Massie MJ et al. The prevalence of depression in people with cancer. In: Depression and Cancer. Kissane D, Maj M, Sartorius N (eds). Chichester: Wiley, 2010.

Xərçəng olan xəstələrdə epidemioloji tədqiqatların metodoloji problemləri

• Yayılma faizlərinin bir-birindən fərqli olması müxtəlif tədqiqatların fikir ayrılığını əks etdirir (depressiyanın fərqli anlayışı, istifadə olunan psixiatrik cədvəllər və müsahibələr, xərçəngin növü və dərəcəsi, aparılan müalicə)

• Depressiv simptomlar adi qəm və kədər hisslərindən böyük affektiv pozuntularadək özünü büruza verə bilər. Bununla əlaqədar, xərçəng xəstələrində depressiyanı təyin etmək bir qədər çətin olur

• Həmçinin çətinlik ondan ibarətdir ki, DSM-IV təsnifatında təsvir edilən depressiyanın bəzi simptomları (iştahanın və çəkinin azalması, yuxunun pozulması, yorulma, diqqətin yayılması, psixomotor ləngimə) xərçəngə qarşı müalicənin yaratdığı əks-təsirə uyğun gəlir

From Passik SD, Lowery AE. Recognition and screening of depression in people with cancer. In: Depression and Cancer. Kissane D, Maj M, Sartorius N (eds). Chichester: Wiley, 2010.

Depressiya və düşkünlük

Xərçəng olan xəstələrdə depressiyanı düşkünlükdən ayırmaq

lazımdır. Depressiyada olan insan zövqalma qabiliyyətini itirir,

lakin düşkünlük zamanı xəstə pis fikirlərdən yayındırılsa, hazırkı

vəziyyətdən zövq ala bilər. Düşkün insan nə edəcəyini bilmir,

özünü köməksiz və bacarıqsız hiss edir; depressiv insan

məqsədini, motivasiyasını itirir və hətta düzgün istiqaməti seçsə

də, məqsədə doğru hərəkət etmək həvəsi olmur

From Massie MJ et al. The prevalence of depression in people with cancer. In: Depression and Cancer. Kissane D, Maj M, Sartorius N (eds). Chichester: Wiley, 2010.

Xərçəng olan xəstələrdə depressiyanın təyinində maneələr

• Onkoloji tədbirlər, ilk növbədə, fiziki müalicəni və onun əks-təsirini, ikinci dərəcədə isə, ağrı və başqa simptomların korreksiyasını nəzərə alır. Emosional simptomlar nəzərdən qaçırılır, ya xərçəng diaqnozuna verdiyi reaksiya kimi qiymətləndirilir və hesaba alınmır

• Pasientlər emosional şikayətlərə görə, həkimə müraciət etmirlər. Bunun əsas səbəbi, birinci növbədə, öz müalicə həkimini əsas müalicəvi istiqamətdən yayındırmaqdan və ya həkimin depressiyada olan xəstəyə qarşı ola biləcək neqativ münasibətdən qorxu

From Passik SD, Lowery AE. Recognition and screening of depression in people with cancer. In: Depression and Cancer. Kissane D, Maj M, Sartorius N (eds). Chichester: Wiley, 2010.

Xərçəng olan xəstələrdə depressiya skrininq cədvəllərinin qiymətləndirilməsi

ÖlçüSualların sayı

Tədqiqat- ların sayı

İştirakçıların sayı

Ümumiləşdi

rIlməsiDoğruluq Etibarlılığı Qərarı

Distressin dərəcəsini ölçən

1 15 4,088 Olunub Orta Orta Babat

PSSV-9 9 2 390 Olunmayıb Yüksək - Naməlum

SQSV-18 18 4 10,749 Olunub Yüksək Yüksək Good

EDMDC 20 4 1,002 Olunub Yüksək Yüksək Əla

EPDC 10 4 470 Palliativ qayğı Yüksək Orta Yaxşı

XHDC 14 41 10,203 Olunub Yüksək Orta Yaxşı

ZÖQDC 20 6 1,459 Olunub Yüksək Orta Zəif

BDSV 21 4 398 Olunub Yüksək Yüksək Əla

ÜSSV-28 28 2 170 Olunub Yüksək Yüksək Əla

Data based on the meta-analysis by Vodermaier et al. (J. Natl. Cancer Inst. 2009;101:1464-1488).PSSV-9, Pasientlərin Sağlamlıq Sorğu Vərəqəsi-9 (PHQ-9); SQSV-18, Simptomların Qısa Sorğu Vərəqəsi – 18 (BSI-18); EDMDC, Epidemioloji Tədqiqatlar Mərkəzinin Depressiya Cədvəli (CES-D); EPDC, Edinburq Postnatal Depressiya Cədvəli (EPDS); XHDC, Xəstəxanada Həyacan və Depressiya Cədvəli (HADS); ZÖQDC Zanqın Özü-Özünü Qiymətləndirmə Depressiya Cədvəli (ZSDS); BDSV, Bekın Depressiya Sorğu Vərəqəsi (BDI); ÜSSV-28, Ümumi Sağlamlıq Sorğu Vərəqəsi – 28 (GHQ-28).

From Passik SD, Lowery AE. Recognition and screening of depression in people with cancer. In: Depression and Cancer. Kissane D, Maj M, Sartorius N (eds). Chichester: Wiley, 2010.

Xərçəng xəstələrində emosional reaksiyalara təsir edən faktorlar

Xərçəng xəstənin emosional cavabına 3 faktor təsir edir:

a) diaqnoz (çağırış, yoxsa təhlükə), b) vəziyyətini idarə

etmək qabiliyyəti (cüzi olması, ya tamamilə olmaması),

c) proqnoz (müsbət ya mənfi)

From Clarke DM. Psychological adaptation, demoralization and depression in people with cancer. In: Depression and Cancer. Kissane D, Maj M, Sartorius N (eds). Chichester: Wiley, 2010.

Xəstəliyi Kontrol Proqnozqəbul

etmə

Mübarizə Çağırış kimi Bir az Yaxşıaparmaq

Uzaqlaşmaq Minimal Qeyri-münasib Yaxşıya inkar etmək təhlükə kimi

Fatalizm Cüzi Nəzarətsiz Naməlumtəhlükə kimi

Ümidsizlik- Mühüm təhlükə Nəzarətsiz Qaçılmazköməksizlik ya itki kimi neqativ

Narahatlıq/təşviş Mühüm Naməlum Naməlumfikirləri təhlükə kimi

Xərçəngə uyğunlaşma üsulları

According to Moorey and Grey (Psychological therapy for patients with cancer: a new approach. Washington: American Psychiatric Press, 1989).

From Clarke DM. Psychological adaptation, demoralization and depression in people with cancer. In: Depression and Cancer. Kissane D, Maj M, Sartorius N (eds). Chichester: Wiley, 2010.

Xərçəng xəstələrində sitokinlər və neyrodavranış simptomları

• İltihab sitokinləri (TNF-alfa, IL-1 və IL-6) xərçəng xəstələrində, böyük depressiyanın simptomları ilə uyğun gələn, “xəstəlik davranışı” sindromu əmələ gətirir

• Bu sindroma anhedoniya, koqnitiv pozuntular, həyacan/əsəbilik, psixomotor ləngimə, yorğunluq, anoreksiya, yuxu pozuntuları və ağrıya həssasslıq daxildir

• Depressiv xərçəng xəstələrində sitokinlərin miqdarı artır. Bu isə öz növbədə “xəstəlik davranışı” sidromunun simptomlarının əmələ gəlməsinə səbəb olur

From Musselman DL et al. Biology of depression and cytokines in cancer. In: Depression and Cancer. Kissane D, Maj M, Sartorius N (eds). Chichester: Wiley, 2010.

Depressiya xərçəng xəstələrinin yaşama faizinə təsir edir

• 5 il ərzində süd vəzisi xərçəngindən əziyyət çəkən qadınlar arasında aparılan tədqiqatın nəticələri təsdiq edir ki, ağır dərəcəli depressiyada olan qadınlarda yaşama ehtimalı aşağı enir (Watson et al., 1999)

• 8 il davam edən və 10,000 iştirakçı daxil olan populyasiyaüzrə aparılan tədqiqat, depressiyasız xəstələr ilə müqayisədə depressiya ilə olan xəstələrin ölüm riskinin yüksəlməsini təsdiq edib (Onitilo et al., 2006).

• Yuxarıda göstərilənlərin əsas səbəbi depressiv xəstələrin müalicə qaydalarına riayət etməməsidir (DiMatteo et al., 2000).

From DiMatteo RM, Haskard-Zolnierek KB. Impact of depression on treatment adherence and survival from cancer. In: Depression and Cancer. Kissane D, Maj M, Sartorius N (eds). Chichester: Wiley, 2010.

Depressiyanın xərçəngin müalicəsinə neqativ təsiri

• Xəstənin xərçəng diaqnozu və müalicəsi barədə məlumatı tam başa düşə bilməməsi

• Özü-özünə qayğı göstərməyə həvəsin enməsi; planlaşdırma problemləri

• Müalicəyə pessimist münasibət və inamsızlıq

• Sağlamlıq tədbirlərindən uzaqlaşma

• Sosial izolyasiya

• Sosial imkanlardan lazımi dərəcədə istifadə etməməsi

• Müalicənin əks-təsirinə qarşı tolerantlığın enməsi

From DiMatteo RM, Haskard-Zolnierek KB. Impact of depression on treatment adherence and survival from cancer. In: Depression and Cancer. Kissane D, Maj M, Sartorius N (eds). Chichester: Wiley, 2010.

Depressiya xərçəng xəstələrində intihar riskini artırır

• Ümumi populyasiya ilə müqayisədə xərçəng xəstələrində intihar riski 2 dəfə artır (Rockett et al., 2007).

• Hər ikinci tamamlanmış intiharın səbəbi depressiya hesab olunur. Depressiyadan əziyyət çəkən xəstələrdə intihar riski 25 dəfə artır (Breitbart et al., 2006).

• Xərçəng xəstələrində intiharın əlavə səbəbləri siyahısına - yaxın insanlar üçün yük olmak istəməməsi, müstəqilliyinin itirilməsi, öz ölümünü idarə edə bilməməsi, fiziki simptomlar, ümidsizlik, ictimai qayğının lazımi dərəcədə təşkil edilməməsi və gələcəkdən qorxu kimi əlamətlər daxildir (Hudson et al., 2006).

From Breitbart W et al. Suicide and desire for hastened death in people with cancer. In: Depression and Cancer. Kissane D, Maj M, Sartorius N (eds). Chichester: Wiley, 2010.

Öz reaksiyalarınıza fikir verin

• Sizin reaksiyalarınızın müzakirəyə nə cür təsir etməsinə agah olun• Öz davranışınızı və cavablarınızı kontrol edin• Pasiyentə öz pozitiv münasibətinizi nümayış etdirin• Sizə nəzarət edən insanı tapın

Sizə danışılan məsələlərə açıq olun

• Pasiyenti narahat edən problemlərlə ehtiyatla maraqlanın• Verbal və qeyri-verbal distress işarələrə fikir verin• Pasienti öz hisslərini açıqlamağa həvəsləndirin• Diqqətlə qulaq asın, pasiyentin sözünü kəsməyin• Pasientin sözlərindən istifadə edərək, ölümə meyilini müzakirə edin• Sakitliyə, kədərə və göz yaşına icazə verin• Öz empatiyanızı verbal və qeyri-verbal tərzdə ifadə edin• Xəstəliyə müxtəlif reaksiyaların olmasını etiraf edin

İntihara meyillik yaradan yanaşı faktorları qiymətləndirin

• Psixiatrik anamnez• Əvvəlki intihar cəhdləri• Spirtli içkilərdən və/ya narkotik maddələrdən istifadə etməsi• İctimai qayğının çatışmaması• Özünü “yük” kimi hiss etməsi• Ailədə münaqişələr• Əlavə yardıma ehtiyacı• Depressiya və təşviş/həyacan• Həyatın mənasını və ləyaqətini itirməsi • Koqnitiv pozuntular• Fiziki simptomlar, xüsusilə ciddi ağrı

Xərçəng xəstələridə intihar riski faktorlarının qiymətləndirilməsi - I

Based on the National Breast Cancer Centre and National Cancer Control Initiative Clinical Practice Guidelines (2003) and Hudson et al. (Palliat. Med. 2006;200:703-710).

From Breitbart W et al. Suicide and desire for hastened death in people with cancer. In: Depression and Cancer. Kissane D, Maj M, Sartorius N (eds). Chichester: Wiley, 2010.

Xüsusi problemlərə cavab vermək

• Xəstənin və ya onun ailəsinin həyacan və narahatlığını qəbul edin• Dəyişdirə biləcəyiniz yanaşı faktorlara xüsusi diqqət yetirin• Müdaxilə proqramları məsləhət görün• Daha mürəkkəb məsələlərin öhdəsindən gəlmək üçün plan qurun

Müzakirəni yekunlaşdırmaq

• Ən vacib məsələləri yekunlaşdırın və bir də nəzərdən keçirin• Pasiyentin ümidlərini aydınlaşdırın• Suallar vermək üçün imkan yaradın• Başqa insanlar ilə müzakirəni asanlaşdırmağa kömək edin• Lazımi məsləhətlər verin

Müzakirədən sonra• Baş verən müzakirəni xəstəlik tarixində təsvir edin• Müalicə komandasının üzvlərini məlumatlandırın

Xərçəng xəstələrində intihar riski faktorlarının qiymətləndirilməsi II

Based on the National Breast Cancer Centre and National Cancer Control Initiative Clinical Practice Guidelines (2003) and Hudson et al. (Palliat. Med. 2006;200:703-710).

From Breitbart W et al. Suicide and desire for hastened death in people with cancer. In: Depression and Cancer. Kissane D, Maj M, Sartorius N (eds). Chichester: Wiley, 2010.

From Kissane DW et al. Psychotherapy for depression in cancer and palliative care. In: Depression and Cancer. Kissane D, Maj M, Sartorius N (eds). Chichester: Wiley, 2010.

Məntiqi səhvin növü Realistik cavab

Bədbəxtçilik: “Xərçəng bir də qayıdacaq. Mənim vəziyyətim ümidsizdir. Mən geri çəkilməliyəm”.

“Mənim həkimim mənə müsbət proqnoz verir. Mən xoşbəxtəm ki, mənim sağalmağa ümidim var”.

Şişirtmə: “Bu kürək ağrısı əslində xərçəng ağrısıdır. Problemələrim yenidən başlayır”.

“Mən bağda işləmişəm. Bu kürək ağrısı sabaha qədər çəkilməlidər. Davam edərsə, gələn həftə həkimim ilə əlaqə saxlayaram”.

“Hər şey ya heç nə” düşünməsi: “Əgər mən sağala bilmərəmsə, nə isə etməyin mənası yoxdur”.

“Mən tam sağala bilməyəcəm, lakin müalicəvi tədbirlərlə bir neçə il ərzində xərçəngi saxlaya bilərəm”.

Selektiv filtrasiya: “Kimyəvi terapiyanın əks-təsiri məni bədbəxt edəcək”.

“Kimyəvi terapiya xərçəngin qayıtma faizını azaldır. Əks-təsirlərinə dözməyə dəyər”.

Pessimizm, gələcəkdən xəbərdarlıq : “Əminəm ki, saçlarım töküləcək və yoldaşım məni tərk edəcək”.

“Yaxşı görünmək istəyirəm və buna görə də parik taxacam. Yoldaşım ilə bir yerdə yeni dəbli fasonları axtararıq”.

Depressiyalı xərçəng xəstələrində aparılan koqnitiv terapiya - I

From Kissane DW et al. Psychotherapy for depression in cancer and palliative care. In: Depression and Cancer. Kissane D, Maj M, Sartorius N (eds). Chichester: Wiley, 2010.

Məntiqi səhvin növü Realistik cavab

“Etməliyəm, lazımdır, borcumdur” fellərdən istifadə etməsi: “Xərçəngdən əvvəl olduğu kimi, mən hər bir problemi özüm həll etməliyəm.”

“Kimyəvi terapiyanın nəticəsində məndə yüngül anemiya və yorğunluq əmələ gəlib. Sadə məşqlər məni əzələ zəifliyindən qoruyar.”

Özünə “ad” qoyma: “Mən yararsız, iradəsizəm.” “Doğrudan da, şualanma terapiyası iltihab proseslərini oyadır. Ağrıkəsici dərmanları qəbul etməliyəm. Yaxşı olacam.”

Şəxsiyyətləndirmə: “Məndə xərçəng xəstəliyinin olması heç də təəccübli deyil. Bu mənim qünahımdır.”

“Xərçəng DNT-nin təsadüfi dəyişikliklər nəticəsində yaranır. Bu hər bir ailədə baş verir. Xərçəngin stress ilə heç bir əlaqəsi yoxdur, bu sadəcə köhnə mifdir.”

Məntiqsiz təfəkkür: “Mən tezliklə özümü xoşbəxt hiss etməsəm, heç vaxt yaxşı olmayacam.”

“Antidepressantların təsiri bir neçə gündən sonra başlayır. Mən dözümlü olmalıyam.”

Emosional şərtləndirmə: “Kimyəvi terapiyadan sonra özümü qeyri-adekvat hiss edirəm. Yəqin ki, işimin öhdəsindən gələ bilməyəcəm.”

“Ona görə işləyirəm ki, özümə hörmətim olsun. İş yoldaşlarım mənə dayaq olurlar.”

Depressiyalı xərçəng xəstələrində aparılan koqnitiv terapiya - II

Ağır xərçəng xəstələrində olan depressiyanın

CALM terapiyası- I

Modul Məqsəd Həkimin fəaliyyəti Nəticə

Simptomları idarəetmək və qayğıkeşlər ilə əlaqə saxlamaq

Tibbi qayğını göstərən insanlar ilə bir yerdə simptomları araşdırmaq və xəstəliyin müalicəsində və idarəetməsində dayaq olmaq

Həkim xəstənin gələcəyini tarazlaşdırmağa çalışmalıdır və xəstənin başqa qayğıları ilə münasibətində vəkil kimi iştirak etməlidir

Rejimə riayyət edilməsi; uyğunlaşdırılmış işin yaxşılaşması; qayğı xidmətlərinin koordinasiyasının yaxşılaşması; qayğı göstərməyinin əsas məqsədlərinin aydınlaşması

Öz-özünə və yaxın insanlara qarşı münasibətin dəyişilməsi

Ağırlaşan xəstəliyinin nəticəsində pasientin “MƏN”- obrazında, sosial və şəxsi münasibətində baş verə bilən zərərlərə ünvanlanmaq lazımdır

Bir neçə ailə psixoterapevtik seansları keçirdin. Seanslar zamanı ailə münasibətlərinin dinamikasını araşdırın, ailədə müvazinətin pozulmasını bərpa etməyə kömək edin. Gələcəkdə baş verə bilən məsələlərə və problemlərə hazır olun

Qayğının məqsədlərini daha yaxşı anlaması, konsensusa gəlməsi; ünsiyyətin yaranması, birləşmə və qarşılıqlı dayağın yaranması

From Kissane DW et al. Psychotherapy for depression in cancer and palliative care. In: Depression and Cancer. Kissane D, Maj M, Sartorius N (eds). Chichester: Wiley, 2010.

Ağır xərçəng xəstələrində olan depressiyanın CALM terapiyası- II

Modul Məqsəd Həkimin fəaliyyəti Nəticə

Həyatda “məna” və “məqsəd” anlayışlarının yaranması

Pasientin dinni fikirlərini və ya ağır və inkişaf edən xəstəliyin qarşısında “məna” və “məqsəd” anlayışlarını pasient innə cür başa düşməsini araşdırmaq

Pasientə öz həyatının mənasını araşdırmaqda köməklik. Müəyyən adaptiv strateqiyalarını seçib, ilk baxışdan idarə oluna bilinməyən situasiyanın öhdəsindən gəlmək

Öz məqsədlərini və əsas planlarını anlaması və yenidən qiymətləndirməsi; həyat təcrübəsinin sona gəlməsini qəbul etməsi

Gələcək, ümid və ölüm fikirləri

İlk qorxuları və həyacanları araşdırmaq. Həyatının sona çatması və ölümə hazır olması barədə söhbət aparmaq

Ölüm fikri ilə bağlı yaranan həyacanlarını tarazlaşdırmağa çalışın; gələcəkdən və planlaşdırmadan açıq ünsiyyət yaradın

Münasib qayğı və ölüm – dirim məsələlərində balans və həmrəylik tapmaq

From Kissane DW et al. Psychotherapy for depression in cancer and palliative care. In: Depression and Cancer. Kissane D, Maj M, Sartorius N (eds). Chichester: Wiley, 2010.

Ciddi suiqəst riski olan xəstə

• Daimi müşahidə və vəziyyətinin qiymətləndirilməsi • Tüfəng və ya toksik maddələr kimi təhlükə daşayan əşyalar

xəstənin otağından və ya mənzilindən kənar edilməlidir• Sui-qəst davranış riski barədə xəstənin ailə üzvlərinə xəbər

verilməlidir

Ciddi suiqəst riski olmayan, sakit xəstə• Pasient razılıq verməlidir ki, özünü gücü çatmayan kimi hiss

edərsə, həkim ilə əlaqə saxlayacaq. Sui-qəst davranışın nümayış etdirmək əvəzinə, sui-qəst fikirlərini həkim ilə müzakirə edəcəyini söz verməlidir.

Stasionar şəraitdə qalan xəstə

• Tibbi personal pasientin palatasına xüsusi diqqət yetirməlidilər. Palatada autodestruktiv davranışı həyata keçirmək üçün istifadə oluna biləcək vasitələrin olub-olmamasını nəzarətdə saxlanmalıdır.

• Sui-qəst fikirləri ifadə edən xəstəyə ilk dəqiqələrdən daimi müşahidə tədbirləri görmək zəruridir

Ciddi sui-qəstə meyilli, ambulator müalicədə olan pasientlər. Qeyd olunmalıdır ki, bu pasientlərin sui-qəst fikirləri onların ağır səhhəti və/ya qəbul etdiyi müalicə ilə bağlı deyil.

• İradi ya qeyri-iradi hospitalizasiya• Psixiatr bu işin təşkilində kömək edə bilər. Krizis vaxtı tibbi

fəalliyyət və onun əsaslandırılması qeyd olunmalıdır.

Sui-qəstə meyilli olan pasientlərdə krizis müdaxiləsi

Adapted from Holland et al. (eds). Quick reference for oncology clinicians. Charlottsville: IPOS Press, 2006.

From Breitbart W et al. Suicide and desire for hastened death in people with cancer. In: Depression and Cancer. Kissane D, Maj M, Sartorius N (eds). Chichester: Wiley, 2010.

Antidepressantlar və onların xərcəng xəstələrində istifadə olunması - I

Qrup Təsir Əks təsirMüyəssər

çatışmamazlıqlar

Əks-təsirMüyəssər üstünlüklər

Xərçəng xəstələrdə istifadə

Trisikllik antidepressantlar (amitriptilin, imipramin, dezipramin, klomipramin)

5-HT və NA qeri-sorulrma inhibisiyası

Antimuskarin

Antihistamin

Anti alfa 1

Qəbizlik, ağız quruluğu, sidik ifrazının ləngiməsi, yaddaşın disfunksiyası

Yuxululuq

Postural hipotenziya, ürəkbulanma, reflektor taxikardiya

Hipotenziya

Ağrıkəsici effekt

Yuxugətirici effekt

Təhlükəli antimuskarin əks-təsirlərə görə xərçəng xəstələrdə adətən istifadə olunmur. Zəruridirsə ehtiyat ilə istifadə edin

Serotoninın selektiv qeri-sorulma inhibitorları (fluoksetin, fluvoksamin, paroksetin, sertralin, sitalopram, es-sitalopram

5-HT reseptorlarda qeri-soğurmanın inhibisiyası

Seksual disfunksiya (5-HT2A)

Mədə-bağırsaq traktına təsir (ürəkbulanma, qusma, diareya) (5HT3)

Bəziləri o birlərinə nisbətən daha güclü sedativ effektə malikdirlər (sitalopram)

Fluvoksamin istisna olmaqla müntəzəm istifadə olunur. Bəzi tədqiqatların nəticələrinə görə, paroksetin tamoksifen ilə mübadiləyə daxil olur

From Grassi L et al. Pharmacotherapy of depression in people with cancer. In: Depression and Cancer. Kissane D, Maj M, Sartorius N (eds). Chichester: Wiley, 2010.

Antidepressantlar və onların xərcəng xəstələrində istifadə olunması - II

Qrup Təsir

Əks təsirMüyəssər

çatışmamazlıqlar

Əks-təsirMüyəssər üstünlüklər

Xərçəng xəstələrində istifadə

Noradrenalinin selektiv qeri-sorulma inhibitorları (reboksetin)

NA reseptorlarda qeri-sorulrma inhibisiyası

Cüzi antimuskarin

Qan təzyiqinin aşağı düşməsi, başgicəllənmə Ağız quruluğu, sidik ifrazının ləngiməsi

Enerjinin artması və koqnitiv funksiyalarının yaxşılaşması

Gündəlik istifadə olunmur

Serotoninın və noradrenalinin selektiv qeri-sorulma inhibitorları (venlafaksin, desvenlafaksin, duloksetin, milnasipran)

5-HT və NA qeri-sorulrma inhibisiyası

Hipertenziya riskinin artması

Ağrıkəsici effekt Daha çox istifadə olunur

Dopaminin və noradrenalinin selektiv qeri-sorulma inhibitorları (bupropion)

Dopamin və NA qeri-sorulrma inhibisiyası

Həyəcan

Psixomotor oyanma

Diqqət və konsentrasiya funksiyalarının yaxşılaşması

Yorğunluq hissinin azalması

Xroniki yorğunluq hiss edən xəstələrdə və ya ilk mərhələlərdə. Cəngolma riskini qiymətləndirin

From Grassi L et al. Pharmacotherapy of depression in people with cancer. In: Depression and Cancer. Kissane D, Maj M, Sartorius N (eds). Chichester: Wiley, 2010.

Antidepressantlar və onların xərcəng xəstələrdə istifadə olunması - III

Qrup Təsir

Əks təsirMüyəssər

çatışmamazlıqlar

Əks-təsirMüyəssər üstünlüklər

Xərçəng xəstələrində istifadə

Noradrenergik və spesifik serotoninergik antidepressantlar (mirtazapin)

5-HT və NA aktivliyini gücləndirir  

Antihistamin

    

Yuxululuq

İştahanın və çəkinin artması 

Yuxululuq (insomniya hallarda yararlıdır)

Daha çox istifadə olunurNadir hallarda baş verə biləcək neytropeniyanı nəzarət edin

Serotoninın antaqonistləri və qeri sorulrma inhibitorları (trazodon, nefazodon)

5-HT aktivliyini gücləndirir Yuxuya təsir

Ağrıya təsir

Keçmişdə işlədilmişdi. Nefazodon qara ciyərdə problem yarada bilər

Psixostimulyatorlar (dekstroamfetamin, metilfenidad, deksmetilfenidat, modafinil)

Dopaminin aktivliyini artırır Qərarsızlıq, həyacan, insomniya, qorxulu yuxular, psixoz, anoreksiya Aritmiya, taxikardiya, hipertenziya

Tolerantlıq, asıllıq, ürəkkeçmə

Sürətli təsir

Ağrı hissiyatına təsir

Son mərhələlərdə olan xəstələr üçün

From Grassi L et al. Pharmacotherapy of depression in people with cancer. In: Depression and Cancer. Kissane D, Maj M, Sartorius N (eds). Chichester: Wiley, 2010.

Xərçəng xəstələridə antidepressantlardan istifadə qaydalarının göstərişləri

• Müalicəni aşağı dozalar ilə başlayın. Optimal dozanı müəyyənləşdirmək üçün bir müddət dozanı titrasiya edin (bununla lüzumsuz əks-təsirlərdən yayınacaqsız).

• Pasienti müalicənin latent dövründən və mümkün olan əks-təsirlərindən xəbərdar edin və arxayınlaşdırın. Əks halda pasient müalicəni vaxtsız dayandaracaq.

• Residivın baş verməsinin ehtimalını istisna etmək üçün müalicəni 4-6 ay ərzində davam edin.

• Müntəzəm olaraq pasientin fiziki göstəriciləri və yanaşı gedən xərçəng əleyhinə dərmanlara nəzarət edin (steroidlər, antiemetiklər, antibiotiklər, antiestrogenlər və ximioterapiya maddələri).

• Müalicəni dayandırmaq məqsədi ilə, ilk öncə dozanı bir neçə həftə müddətində 50%-ə kimi azaldın. Əks halda, xəstədə ləğvetmə sindromu əmələ gələ bilər. Ləğvetmə sindromu xəstə üçün çox məşəqqətlidir. Eyni zamanda xərçəng və ya depressiyanın residivı kimi yanlış təsurat yarada bilər.

• Onkoloji xəstəxanalarda pasientlərin inandırılması və maarifləndirilməsi son dərəcə önəmlidir.

From Grassi L et al. Pharmacotherapy of depression in people with cancer. In: Depression and Cancer. Kissane D, Maj M, Sartorius N (eds). Chichester: Wiley, 2010.

Bu sinopsis ÜPA-nın somatik xəstələrdə depressiyanın yayılması və

proqnostik əhəmiyyəti barədə programının hissəsidir.

Proqramı təşkil edilməsi üçün Lugli Təşkilatına, İtalyan Bioloji Psixiatriya

Cəmiyyətininə, Eli-Lilly və Bristol-Myers Squibb-a minnətdarlıq bildirilir.

ÜPA Dr. Andrea Fiorilloya, Naples, İtaliya bu sinopsisin hazırlamasında

köməkliyi üçün və Gülay Məmmədzadəyə, Bakı, Azərbaycan bu sinopsisı

Azərbaycan dilinə tərcümə etdiyi üçün öz xüsusi minnətdarlığını bildirir.

Minnətdarlıq