GİRİŞ - Kitabxanakitabxana.net/files/books/file/1414646741.pdf · Azərbaycan Dövlət...

612
1 GİRİŞ Dünya xalqları öz nadir sənət incilərini yaradıb. Xalq ədəbiyyatı dünya, kainat, məhəbbət, dostluq, xeyirlə şərin mübarizəsi kimi zəngin bəşəri duyğular üstündə köklənib. Bu kökl ənmədən Nizami, Füzuli kimi böyük dühalar yararlanıb və onlar və onların ən yaxşı sələfləri xalq ədəbiyyatının ən dəyərli inciləri səviyyəsində duran hikmətli fikirləri özündə yaşadan sənət əsərləri qoyub getmişlər. XX əsr Azərbaycan poeziyasının inkişafında ən yüksək mərhələyə çatır. Azərbaycan ədəbiyyatına xalq ədəbiyyatından, Xaqani, Nizami, Füzuli, Nəsimi, Həsənoğlu, Qətran Təbrizi və digər klassik ədəbiyyatımızın ədəbi məktəblərindən dərs almış şairlər gəlir. Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Məmməd Rahim, Osman Sarıvəlli, Şəhriyar kimi sənətkarlar Azərbaycan poeziyasını ən yüksək zirvələrə qaldırır. Kommunist ideologiyasına xidmət edən poeziya tərkibində elə bəşəri duyğuları, mövzuları, ideyaları özündə yaşadan lirik əsərlər meydana gəlir ki, onlar bu gün də, sabah da, gələcəkdə də əsil sənət əsərləri kimi öz bədiidəyərini qoruyub saxlayacaqdır. əyyən bir müddət ərzində istedadın hüdudsuz aləmini ç ərçivə daxilində öz eqoist ideologiyalarına xidmət etmək üçün saxlamağa

Transcript of GİRİŞ - Kitabxanakitabxana.net/files/books/file/1414646741.pdf · Azərbaycan Dövlət...

1

GİRİŞ

Dünya xalqları öz nadir sənət inciləriniyaradıb. Xalq ədəbiyyatı dünya, kainat, məhəbbət, dostluq, xeyirlə şərin mübarizəsi kimizəngin bəşəri duyğular üstündə köklənib. Buköklənmədən Nizami, Füzuli kimi böyük dühalaryararlanıb və onlar və onların ən yaxşı sələflərixalq ədəbiyyatının ən dəyərli inciləri səviyyəsindəduran hikmətli fikirləri özündə yaşadan sənətəsərləri qoyub getmişlər.

XX əsr Azərbaycan poeziyasının inkişafındaən yüksək mərhələyə çatır. Azərbaycanədəbiyyatına xalq ədəbiyyatından, Xaqani, Nizami, Füzuli, Nəsimi, Həsənoğlu, QətranTəbrizi və digər klassik ədəbiyyatımızın ədəbiməktəblərindən dərs almış şairlər gəlir. SəmədVurğun, Süleyman Rüstəm, Rəsul Rza, MəmmədRahim, Osman Sarıvəlli, Şəhriyar kimisənətkarlar Azərbaycan poeziyasını ən yüksəkzirvələrə qaldırır. Kommunist ideologiyasınaxidmət edən poeziya tərkibində elə bəşəriduyğuları, mövzuları, ideyaları özündə yaşadanlirik əsərlər meydana gəlir ki, onlar bu gün də, sabah da, gələcəkdə də əsil sənət əsərləri kimiöz bədii dəyərini qoruyub saxlayacaqdır.

Müəyyən bir müddət ərzində istedadınhüdudsuz aləmini çərçivə daxilində öz eqoistideologiyalarına xidmət etmək üçün saxlamağa

2

çalışsa da, sovet ədəbiyyatı, sovet poeziyası oçərçivəni dağıdıb çıxan bir-birindən istedadlısənətkarlar yetişdirdi və sonra gələn sənətkarlarda bu yolla getdilər. Ədəbiyyatımız bu möhtəşəmkök üstündə sənətkarlar yetişdirdi və onlarsənətkar azadlığını hər şeydən yüksək tutdu. Xalqının, millətinin işıqlı gələcəyini arzulayan vəbu yolda gizli-açıq şəkildə mübarizələr aparanB.Vahabzadə, Xəlil Rza kimi sənətkarlarınədəbiyyat aləminə gəlməsi, öz sözünü deməsiüçün geniş yollar açılmışdı. Sovet ədəbiyatının20-30, 40-50, 60-70-ci illər arasındakı inkişafmərhələlərini nəzərdən keçirdikdə ədəbiyyatagələn, poeziyamızda öz əksini tapan ideyaların, mövzuların rəngarəngliyi- insan taleyi, bəşəriyyətin sabahı, gələcəyi üçün narahatlıq, dünyanı yaşatmaq istəyi, müharibələrin törətdiyivə gələcəkdə də törədə biləcəyi müdhiş faciələrinqabağını almaq üçün qələmə alınan nəsihətamiz, tərbiyəvi xarakterli mövzular öz zəngin məzmunvə ideyalarına görə dünya ədəbiyyatı, mədəniyyəti üçün əsil sənət nümunələri- oxucukütləsinin marağını, məhəbbətini qazana bilənəsərlər yarandı.

Belə sənətkarlardan biri də Azərbaycanıngörkəmli şairi, Respublika Dövlət mükafatılaureatı, istedadlı şair, mübariz şəxsiyyət, novator sənətkar, məhsuldar bir yaradıcılıq yolukeçmiş Fikrət Sadıqdır. O, müxtəlif canrlarda

3

köklənmiş, öz oricinallığı ilə fərqlənən şerlər, poemalar, hekayə və ədəbi-tənqidi, publisistməqalələrlə ədəbiyyatımızı zənginləşdirmişdir.

Qələmini söz sənətinin müxtəlif canrlarındasınamış, bir-birindən mənalı, oxunaqlı əsərləryaradan Fikrət Sadıq heç kimi təkrar etməyən, özoricinallığı ilə seçilən əsərləri ilə Azərbaycanədəbiyyatının öncülləri sırasındadır.

Çağdaş XX əsr Azərbaycan ədəbiyyatınıninkişafında böyük xidmətləri olan sənətkarlarlaçiyin-çiyinə çalışan, oxucu kütləsinin dərinməhəbbətini qazanan Fikrət Sadıq həyathadisələrini yaradıcılıq süzgəcindən keçirərəkonlara lirik-romantik vüsət vermək bacarığı olanşairdir. Əsərlərində lirik qəhrəmanın daxili aləminişirin bir dillə "şərh" etmək qabiliyyətinə malikdir. Onun qələmə aldığı mövzuların həcmindən asılıolmayaraq demək olar ki, hamısında bədiimaterial, mövzu, sücet xalqımızın həyatından, onun tarixi keçmişindən, mübarizələrlə dolutarixindən götürülmüşdür. İnsan taleyi, zəhmətadamlarının fədakarlığı, xalqımızın milli-mənəvidəyərlərini özündə yaşadan və bu gün də xalqyaradıcılığının zəngin xəzinəsinə çevrilənsətirlərində doğma xalqına, vətəninə sədaqətprinsiplərini qoruyub saxlayandır. Vətənpərvərlikduyğuları, qəhrəmanlıq dolu tarixi keçmişimiziözündə yaşadan hadisələri əks etdirən,

4

ümumbəşəri dəyərləri özündə əxz edən mövzularşair üçün zəngin bədii materialdır.

O, yaradıcılığında müasir həyatla səsləşənmövzulara daha çox müraciət edir. Mövzu vəcanr etibarı ilə zəngin və rəngarəng olanyaradıcılığını nəzərdən keçirdikdə iki aspektdiqqətimizi daha çox cəlb edir. Birinci cəhətxalqımızın zəhmətkeş təbəqəsinin, ulularımızınmüsbət mənəvi keyfiyyətlərinin tərənnümüdürsə, ikinci cəhət insani duyğulardan uzaq olanyaltaqlığın, paxıllığın, kasıblığın, ehtiyacın, cəmiyyəti içindən yeyib-tökən rüşvətxorluğun, pulun və digər mənfi halların özünəməxsusoricinal bir şəkildə tənqididir.

Yaratdığı əsərlərində milli-mənəvi dəyərlərə, klassik mədəniyyətimizə, dünya ədəbiyyatının ənyaxşı ənənələrinə söykənir.

Sadə və həyati mövzuları mənalandırmaq, ona fərdi yaradıcılıq prizmasından yanaşmaqlalirik vüsət aşılamaq, müasirlik F.Sadıqyaradıcılığının mühüm cəhətləridir. Onunyaradıcılığında xalqımızın qəhrəmanlıqlarla dolutarixi keçmişi, bəşəri mövzular, xalqımızın son onilliklərdə həm mədəni, həm siyasi, həm ictimaisahədə əldə etdiyi möhtəşəm yeniliklər, mənəvi-psixoloci aləmi, Azərbaycan dilinə, mədəniyyətinə, əxlaq kodeksinə, torpağına, onuntəbiətinə, milli-mənəvi dəyərlərinə hörmət əsasmövzudur.

5

F.Sadığın əsərləri həm ədəbi baxımdan, həmdə ədəbiyyatımıza gətirdiyi yeniliklər baxımındanəhəmiyyətlidir.

İstər lirik, istərsə də epik yazılarında F.SadıqAzərbaycan dilinin sadiq keşikçisinə bənzəyir. Xalqımızın qüdrətli sərkərdəsi, ümummilliliderimiz Heydər Əliyev Yazıçıların Xqurultayında dilimizin qorunub saxlanmasında, zənginləşdirilməsində şair və yazıçılarımızınəməyini yüksək qiymətləndirmişdir: " Azərbaycandilinin formalaşmasında, inkişaf etməsində, bugünkü səviyyəyə çatmasında yazıçılarımızın, şairlərimizin, ədəbiyyatşünaslarımızın, dilçialimlərin böyük xidməti var. Dil bizim ən böyüksərvətimizdir. Xalqı xalq edən, milləti millət edənonun ana dilidir. Layiqli ana dili olmayan, anadilindən istifadə edə bilməyən, ana dilindənbəhrələnə bilməyən xalq, millət, millət olabilməz". Sənətkar əməyinə verilən bu qiymətdənFikrət Sadığın da öz payı var.

F.Sadıq məhz bu sahədə bəlkə də dövrününbütün ziyalılarını qabaqlamış, dil məsələlərinidaima diqqət mərkəzində saxlamış, yazdığıəsərlərində dilimizin saflığı naminə mübarizəaparan qələm sahibidir. Onun əsərlərinin dilisadə, canlı və təbiidir. O, poetik ovqatı qafiyə vəvəznlə ölçmür. Onun yaratdığı əsərlərdə bədiiümumiləşdirmə güclüdür.

6

Yaratdığı əsərlər zamanın səsinə səs verənəsərlərdir. 37-ci illərin repressiyasının dəhşətlinəticələri, imperialist qüvvələrin Azərbaycandagedən milli-azadlıq hərəkatını boğmaq cəhdləri, bu yolda şəhidlər verən Azərbaycan xalqınınmübarizliyi, əzmkarlığı, ikiyə parçalanmışAzərbaycanın dərdinin üstünə gələn Qarabağ, Qərbi Azərbaycan dərdi, torpaq həsrəti, yurdgöynərtisi, didərginlik taleyi yaşayansoydaşlarımızın düşdüyü sarsıdıcı-psixolocivəziyyət, ictimai bəlalardan olan rüşvətxorluq, haramçılıq böyük cəsarətlə təsvir edilir.

"Vətənin əl boyda daşı", "20 ildən sonra", "Ömrün bir günü", "On üç şam", "Ana əli", "Arzubulağı" və s. poemaları, "Yaşıl xatirələr" silsiləşerləri və digər əsərləri onun sənətkarlıqimkanlarını güzgü kimi özündə əks etdirir.

F.Sadıq xalq ədəbiyyatına, milli kökümüzə, milli mədəniyyətimizə, klassiklərimizə hörmətləyanaşan bir sənətkardır. Onun Füzuli, MirzəƏləkbər Sabir, Məhəmməd Hadi, Abbas MizəŞərifzadə, Qabil, Məmməd Araz, Əli Kərim, Rəsul Rza və digər böyük şəxsiyyətlərhaqqındakı yazıları şairin yüksək intellektualsəviyyəsindən, geniş dünyagörüşündən, nəzərihazırlığından xəbər verir.

Fikrət Sadıq yaradıcılığını bütünlüklə tədqiqetmək, müxtəlif canrlarda yazdığı əsərləriümumiləşdirib qiymətini vermək, onun zəngin

7

yaradıcılıq yolunu açmaq, araşdırmaq, müasirAzərbaycan ədəbiyyatının, poeziyasınıninkişafında onun yerini, rolunu düzgünqiymətləndirmək müasir ədəbiyyatşünaslığınvəzifələrindəndir.

Əlbəttə, onun yaradıcılığı Azərbaycan ədəbitənqidinin, sənətşünasların diqqət mərkəzindəolmuşdur. Yeni nəşr olunan hər bir kitabı, mətbuatda dərc olunan əsərləri haqqında ədəbitənqid, sənətsevərlər, şairlər, yazıçılar ictimaiyyətyüksək qiymətini vermişdir. Rəsul Rza, BəkirNəbiyev, Mirvarid Dilbazi, Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə, Elçin, Ağamusa Axundov, Məmməd Araz, Qabil, Anar və onlarla sənətsevərlər Fikrət Sadıq yaradıcılığı haqqındadəyərli fikirlər söyləmiş, resenziyalar, məqalələr, kitablarına ön sözlər yazmışlar.

Hər bir sənətkarın tərcümeyi-halı, yaşadığı, boya-başa çatdığı şərait onun yaradıcılığında daöz silinməz izlərini qoyur. Fikrət Sadığın geniş, elmi tərcümeyi-halı, yaradıcılıq yolu bumonoqrafiyada bir küll halında nəzərdənkeçirilmiş, dərc olunmuş ilk əsərlərindən tutmuşbu günəqədər yaratdığı digər əsərlər müasirdövrün konteksti baxımından yenidən araşdırılmış, qələmindən çıxan şer, poema, dram, nəsr əsərləri, oçerk, məqalə və s. nümunələri müxtəlib bölmələr, fəsillər daxilində

8

tədqiq edilmiş ədəbi mühitlə və zamanla əlaqəlişəkildə tədqiqata cəlb edilmişdir.

Monoqrafiyada bu vaxta qədər toxunulmamışvə ya az araşdırılmış məsələlər üzərində dahaçox dayanılmış, nəşr edilməmiş bir sıraəlyazmaları da nəzərdən keçirilmişdir.

9

FİKRƏT SADIĞIN HƏYATI

Fikrət Abbas oğlu Sadıqov (Fikrət Sadıq) 1930-cu ilin may ayının 30-da Azərbaycanınsəfalı yerlərindən olan Şamaxıda hörmətli birziyalı ailəsində anadan olmuşdur. Atası SadıqovAbbas Qulu oğlu Şamaxıda Şıxminasməhəlləsində doğulub. Uşaqlıq illəri Şirvantorpağında keçmişdir.

Lap körpəlikdən əzizlərini itirmiş Abbas birmüddət dayısının himayəsində yaşayıb. Onagörə də ona "Yetim Abbas" deyirlərmiş. (Hal-hazırda hörmtəli şairimiz, Abbas kişinin oğluFikrət Sadıq onun həyatından bəhs edən "YetimAbbas" povesti üzərində işləyir.) Yetim Abbasgənclik yaşına çatanda Ordu sıralarına hərbixidmətə göndərilib. Çalışqan, ölkədə gedənictimai işlərdə fəal iştirak edən Abbas tez birzamanda diqqəti cəlb etmiş, komsomol sıralarınaqəbul olunmuş, əvvəlcə rayonun komsomol, sonralar rayon partiya komitəsində məsulvəzifələrdə çalışmışdır. Şamaxıda rayon icraiyyəkomitəsinin sədri vəzifəsində işləyərkən özfəallığı, insanpərvərliyi ilə sadə zəhmətadamlarının hörmətini qazanmışdır.

Sonra Abbas Sadıqov Yevlax rayon icraiyyəkomitəsinə məsul vəzifəyə göndərilmişdir.. 1937-38-ci illərdə stalinizmin qara tufanı onun üstünə

10

də öz kölgəsini salmış, namuslu, əməksevər, safinsan olmasına baxmayaraq "xalq düşməni" kimidamğalanıb, Bakıda həbsxanada saxlanmış, birçox işgəncələrə məruz qalmış, tutarlı dəlillərtapılmadıqda Sibirə sürgün edilmiş, ömrününiyirmi ilini qarlı-şaxtalı Uzaq Sitbir çöllərindəməcburi əməklə keçirmiş, hər an ölüm, dəhşətiçərisində yaşamağa məcbur edilmişdir. Özvicdanını saflığına, əməlinə bələd olan AbbasSadıqov hər cür əzablara, təhqirlərə məruz qalsada dözmüş, haqqın-ədalətin qalib gələcəyinəinanmış, ailəsinin, nəslinin qarşısında gözükölgəliolmayacağına inamla ölümün qara pərdəsiniyırtıb çıxmış, nəhayət stalinizmin digər qurbanlarıkimi onun da heç bir təqsiri olmadığı sübutayetirilmiş, evinə- ailəsinə dönmüşdür.

O, sürgün həyatı keçirərkən ailəsi təqibolunmuş, uşaqları, eləcə də Fikrət Sadıq bu ağrı-acını daha çox dadmış, mənən əzilsə də qohum-qonşuların, camaatın atasına münasibətindənbilmişdir ki, o çox saf, Vətənini, xalqını sevəninsan olmuşdur və bu da ona mənən rahatlıqgətirmiş və inanmışdır ki, gec-tez haqq öz yerinitapacaqdır. Ömrü yetimliklə keçən bir insan heçbir vaxt vətəninə, xalqına qarşı çıxmaz. Atasınınhəbsindən sonra Şamaxıda ona "xalqdüşməninin oğlu" deyirdilər. 70 yaşlı şair ogünləri dönə dönə xatırlayır:" Yaxşı yadımdadır, bir dəfə Şamaxıya bərk qar yağmışdı. Biz onda

11

balaca uşaq idik. 6-7 yaşımız olardı. Birincisinifdə oxuyurduq. Qar az qala 70-80 santimetrəçatırdı, yolu-izi qar basmışdı. Hərəkət etməkolmurdu. Müəllimlər, valideynlər hərə bir uşağıçiyninə alıb evlərinə aparırdılar. Mən bir küncdəqalmışdım. Mənim haqqımda heç fikirləşən yoxidi. Axırda bir müəllim gözləri yaşara-yaşaradedi:"Hamı getdi, bəs bu uşağı- yetim Abbasınoğlunu kim aparacaq?"

Vəziyyəti ağır görən dayıları Əbdülkərim vəQədir onları Kürdəmirə aparır. Hətta burada daonu gözümçıxdıya salırlar. Şair öz xatirələrindəyazır:" Kürdəmirdə altıncı sinfə qədər oxudum. Özü də pis oxumurdum. Ümumiyyətlə, həmişə bufikirdə olmuşam ki, atasız uşaqlar yaxşı oxuyurlar, çünki onlar bütün varlıqları ilə çalışırlarki, oxuyub bir tərəfə çıxsınlar. Nə isə, dərslərimdən 4 və 5 qiymətlər alırdım. Ammanədənsə Bakı sənət məktəbinə uşaq göndərməklazım gələndə mənim də adımı siyahıyasaldırdılar. Yəqin bilirsiniz o vaxtlar sənətməktəbinə heç bir prespektivi olmayan, dəcəl, şuluq, müəllimlərin canını boğazına yığanuşaqları göndərirdilər… Digər tərəbdən, BöyükVətən müharibəsinin ən şiddətli çağında, yəni müharibə illərində orta məktəbdə pis oxuyan yuxarı sinif şagirdlərini Bakıya peşə məktəbinəoxumağa göndərirdilər. Çünki əli qüvvətli kişilərdemək olar ki, hamısı cəbhədə idi. Belə

12

vaxtlarda fəhlələrə arxa cəbhədə də böyükehtiyac duyulurdu…mənim atam 1938-ci ildə xalqdüşməni damğası ilə həbs edilmişdi. Və o vaxtlarbizi Stalin, rayonuna, indiki Bayıla 3 nömrəlisənət məktəbinə göndərdilər. Buruqlarınarasında yerləşən bu sənət məktəbi ancaq neftsənayesi üçün müxtəlif ixtisaslı fəhlələrhazırlayırdı. Və burada ixtisaslar könüllü seçilirdi. Mən də siyahını oxudum və elektrik mantyorupeşəsini seçdim. Boydan da bir az balaca, zəifolduğuma görə müəllimim də dedi ki, sənqazmaçı ola bilməzsən. Elə yaxşı ki, bu sənətiseçmisən".

Sabaha ümidinin üzməyən gənc mənənsıxılsa da, başı bəlalar çəksə də, tay-tuşlarınınməktəblərdə təhsil aldığını görüb onlara həsədaparsa da əmək fəaliyyətinə başlayır. Sənətməktəbini bitirib Naftalanda, Qazanbulaqda, Gəncədə "Kirovabad neft kəşfiyyatı" idarəsinəNaftalanın elektrik mantyoru ixtisasında işəgöndərilib, Tərtərdə işıq, telefon, radio mantyoruişləyir. Sonralar bu illər onun yaradıcılıq taleyindədə öz rolunu oynayır. Şair özü demişkən "sonralar nə yazmışamsa həmin o illərdənbəhrələnmişəm, fəhləlik illərim-həyatməktəbimdir".

Hələ Şamaxıda, Çuxuryurdda işləyəndəistirahət günləri "Yeni Şirvan" qəzetininredaksiyasına gələr, orada yaratdıqları şer

13

dərnəyində iştirak edər, yazdıqlarını oxuyar, müzakirə edərdilər. Həmin dərnəkdən sonralarFikrət Sadıq, Musa Yaqub, Oqtay Şamil vəbaşqaları yetişdi, ədəbiyyat aləminə öz dəsti-xətləri ilə gəldilər.

Sonra Ordu sıralarına hərbi xidiətəçağırılmış, tərxis olunduqdan sonra Bakıda birmüddət kinomexanik, Kürdəmirdə dəmir yolundamantyor işləmiş, əmək fəaliyyəti ilə yanaşıtəhsilini də davam etdirmişdir. 1956-1961-cıillərdə Azərbaycan Dövlət Universitetininfilologiya fakültəsini bitirmişdir.

İlk "Tüfəngim" şerini hələ orta məktəbdəoxuyarkən məktəb divar qəzeti üçün yazmış və ozaman ədəbiyyat müəlliminin diqqətini cəlb etmişvə ona " yazsan səndən bir şey çıxar" demişdi.

Bayılda sənət məktəbində oxuduğu illərdə 14 yaşında Həsənoğlunun qəzəlinə nəzirə olaraqyazdığı, sual-cavab şəklində klassik üslubdaqurulmuş bu misralar onun istedadından xəbərverirdi.

Gəldim məktəbxanəyə, elmi-fənni-dərsiqanım,

Nə məktəb, məktəbi-sənət, nə sənət, zəhməti-şanım.

Gənc yaşlarında da şerə, ədəbiyyata həvəsgöstərmiş, şerlər yazmış, univesitetdə oxuduğuillərdə mətbuatla yaxından əlaqə saxlamış,

14

universitetin nəşriyyatının buraxdığıalmanaxlarda şerləri ilə çıxış etmişdir.

İlk şeri 1946-cı ildə Bakıda "Azərbaycangəncləri" qəzetində dərc olunan "Bahar" şeri idi. Bu şer onu isitmədi, əksinə ömrünə qış gətirdi. Bu şeri dərc eyləyən hardansa öyrənib bilmişdiki, Fikrət Sadıq "xalq düşməni"nin oğludur, ondansonra onun yazılarını dərc etmədilər. On ilmətbuat onun üzünə bağlı qaldı. Yalnız 19560-cıildə ADU-nun birinci kursunda oxuyarkən "Aprelçiçəkləri" almanaxında yenidən onun əsərləri işıqüzü gördü və həmin almanaxda "Ana əli" şerinəşr olundu. Fikrət Sadıq yazır: "

Anam mənim- savadsız idi. Amma folklorugözəl bilirdi. Məni şerə həvəsləndirən Şamaxıolmayıb, anam olub. "Ana əli" onun danışdığınağıl idi. Nəzmə çəkmişdim. Mən o şerdənçıxmışam."

Anası Şirmayı xanım Xankişi qızı Kürdəmirdədoğulub. Fikrət Sadığın ana babası XankişininKürdəmirdə karvansarası, Kür üstə su vurmastansiyası (bir malakan ilə şərikli) od dəyirmanı, onlarca mülkü vardlı.

1957-ci ilə atası bəraət alandan sonra FikrətSadığın qəlbi kimi sənəti də qol- qanad açdı, buxovlardan, təqiblərdən yaxasını qurtardı. 1963-cü ildə şairin "Cığır" kitabı çapdan çıxdı və şairbu "cığır"la yaradıcılığının elə bir zirvəsinə gəlibçatdı ki, xalqımız, dövlətimiz, eləcə də digər

15

xalqlar onun əsərlərini sevə-sevə oxudu, ədəbiyyatşünaslar onun yaradıcılığını gördülər, rəsul rzalar sənətə gələn bir qələmin zənginliyinəinandılar və o cığırın hamar olacağına sevindilər. Və sonra o cığırla getdi şair; iki-üç ildən bir yenibir nəşri ilə ədəbiyyat aləmində getdikcəməşhurlaşdı. Hansı vəzndə yazmasından asılıolmayaraq xalqın gözündə ən sevimli şair-sənətkar Fikrət Sadıq oldu və o da bu məhəbbətibirdən-birə qazanmadı. Özünün dediyi kimixalqına, onun sənətinə bağlılıq onu xalqasevdirdi.:" Mən kənd uşağı olmuşam. Eşitdiyimnağıllar, bayatılar, atalar sözləri olub. Ona görədə heca vəznindən uzaq qaça bilməzdim. Hecanımən doğma vəznim hesab edirəm. 60-cı illərdəisə mən sərbəst şer yazmağa başladım. O vaxtgənc idim, gənclik çağında ipə-sapa yatmır, vəznə sığmır, bu səbəbdən sərbəst vəznəkeçməyim təbii sayılmalıdır".

Şamaxıda "Yeni Şirvan" qəzetində ədəbiişçi, Azərbaycan Dövlət Universitetində ədəbiyyat kabinetinin müdiri və laborant, Azərbaycan Sovet Ensiklopediyasıredaksiyasında ədəbi redaktor, şöbə müdiri, "Gənclik" nəşriyyatında redaktor, şöbə müdiri, "Cəfər Cabbarlı" adına Kinostudiyada sənədlifilimlər üzrə şöbədə baş redaktor, AzərbaycanYazıçılar birliyində təbliğat şöbəsinin müdiriişləyib.

16

Universitetdə təhsil aldığı illərdə ömür-günyoldaşı Sevil xanımla tanış olmuş, aralarındaböyük səmimiyyət yaranmış və bu səmimiyyətonlar arasında bir sevginin təməlini qoymuş, universiteti qurtardıqdan sonra hər ikisi təyinatınıŞamaxıya almış, Fikrət müəllim Çuxuryurd, Sevilxanım Məlhəm kəndində müəllim işləmişlər. Şairxatirələrində yazır ki, "aramızda bir güllü-çiçəklikiçik dağ vardı. 3 km məsafə və mənə çoxdoğma olan "Buna hicran deyirsən" şerini ondayazmışdım. Sevilin anası deyirdi ki, mən özqızımı "220"yə, yəni

rayonluya vermərəm. Onda rayonlarda işıq220 volt idi, şəhərdə 127 volt idi. Yəni rayondanfərqlənirdi. Şəhərliyə "127" deyirdilər. Sonralarişıq həm rayonda, həm də şəhərdə 220 volt oldu. Bərabər oldu. Qaynanamın bəhanəsi kəsildi. Qəribə burasıdır ki, ömrünün neçə ilini işıqçıişləyən adamı işıqla sınağa çəkirdilər. Bir azsonra biz evləndik". Ailə quranda maddi çətinlikdə Fikrət Sadığı az sıxmayıb. Amma onunköməyinə böyük sənətkarlar gəlib. Özü demişkənonu evləndirən də "Sabir" olub. "1961- ci ildə M. Ə. Sabirin yüz illik yubileyi qeyd edilirdi. O vaxtmən Şamaxıda müəllim işləyirdim. "Ömrümün birgünü" adlı 300 misradan ibarət kiçik bir poemayazmışdım. Poema "Azərbaycan" dərgisində dərc olundu və onun dərcindən aldığım qonorarhəm nişana, həm də toya bəs elədi. Bir sözlə

17

mən o qonorarla evlənmişəm. Ona görə dəhəmişə hər yerdə deyirəm ki, məni Sabirevləndirib".

Onun övladları ömrünün bəzəyi oldu. İlkin, Orxan, Günəl və dünyalar qədər sevdiyi Aysel ona bütün ömrü boyu çəkdiyi əziyyətləriunutdurmağa çalışdılar.

Böyük oğlu İlkin Bakıda orta məktəbi bitirbKalininqrad vilyaətindəki Sovetsk şəhərində kinotexnikuma daxil olub. Orada faciəli surətdə həlakolub. İki övladı qalıb.

Ortancıl oğlu Orxan Bakıda orta məktəbibitirib, Moskvadakı Qorki adına Ədəbiyyatinstitutuna daxil olub və oranı bitirib. Bakıda C. Cabbarlı adına Kinostudiyada işləyib. İndi dəorada işləyir. Bir neçə kitabın müəllifidir. "Upuzun bir nağıl", "Səhər", "Üçüncü gününadamı" və s. son illərdə ANS kanalında"Zorxana" verilişinin yaradıcısıdır.

Üçüncü övladı Günəl ADU-nun dil-ədəbiyyatfaültəsini bitirib. Hazırda "Günay" şirkətindəişləyir. Bir qızı var.

Qızı Aysel də 135 nömrəli məktəbi sonra isəAzərbaycan Dövlət incəsənət Universititetininsənətşünaslıq fakültəsini bitirib. AzərbaycanDövlət İncəsənət gimnaziyasındakinomatoqrafiya üzrə müəllimə işləyir vəUniversitetin dissertantıdır. Bir oğlu var.

18

Fikrətmüəllim övladlarına ad seçəndə dədiqqətli oldu. Onlara türk adları qoydu. Ona görədə bir zaman incidildi, "niyə uşaqlarına türk adıqoyursan" dedilər. O da "bəs nə adı qoyum, bunlar türk balalarıdır"-deyə cavab verdi, özəqidəsindən, soyundan, kökündən dönmədi.

Və o bu gün də bu əqidəylə yaşayır. "Cığır" (1963), "Ömrün bir günü" (1965),

"Dəniz küçəmizə gəlir" (1968), "Sevgiyağışı"(1970), "İşığın yaşı" (1974), "Ağ cığır" (1979), "Yerdən göyə ümid" (1981), "Məndənsoruşsalar" (1985), "Dünya öz işindədir" (1989), "Seçilmiş əsərləri" (1991), "İşlə ev arasında" (1997), "Gözlədiyim ömür", "Taleyin acığına" (2003) kitablarının müəllifidir.

Uşaqlar üçün bir-brindən mənalı əsərləryazmışdır. O, "Cırtdan hara getmişdi" (1970), "Bala kirpi" (1972), "Göydə nə var" (1978), "Göydən alma düşmədi" (1982), "Gəlin dəniziyuyaq" (1988), "Şerli əlifba" (1988), "Bir parçavətən" (1998) kitabları ilə uşaq ədəbiyatını dahada zənginləşdirmişdir.

Şair Səyavuş Məmmədzadə yazır:" Kim bilir, bəlkə də Şamaxıdan Bakıya gələn bu gənci taleMehdi Hüseyn kimi görkəmli, xeyirxah, nəcib birşəxsiyyətlə üzləşdirməsəydi, o indiki kamilliksəviyyəsinə gəlib çatmayacaqdı. Xatirəsi önündəehtiramla baş əydiyimiz Mehdi müəllim Fikrətləyanaşı çoxlarına, o cümlədən, mənə də sənət

19

yolunda himayədarlıq edib. Beləcə illər keçdi, zaman dolandı. İndi Fikrət artıq yarım əsrliksənət təcrübəsinə və müxtəlif dillərdə çapolunmuş onlarla kitaba malik sözsərraflarımızdan biridir. Moskvadan YuriMedvediyev, Estoniyadan Li Seppel, Budapeştdən Anna Bede kimi sənət dostları həmdə onun əsərlərini müxtəlif dillərə tərcüməetməklə məşğul olurlar. Onun sözlərinəbəstələnmiş "Bu çayın çınqılı" mahnısı, yaxudfars dilindən tərcümə etdiyi Şəhriyarın məşhur"Azərbaycan" şeri əlli milyonluq dünyaazərbaycanlıları ilə yanaşı, həm də ümumtürkdünyasının əvəzsiz mənəvi sərvətinəçevrilmişdir".

Sonrakı illərdə şair bütün ömrünüyaradıcılığına bağlamış otuzdan çox kitab nəşretdirmişdir. O nəsr sahəsində də qələminisınamış "Xırdaca gəlin", "Daş balkon", "İlkməhəbbət haqqında daha bir hekayə, "Sinif-sinifoyunu" və s. hekayələrini yazmışdır.

Fikrət Sadıq qələmini publisistika sahəsindədə sınamış uğurlu nəticələr əldə etmişdir. Belə ki, onun yazıdığı bu ədəbi-bədii publisist yazılarıədəbiyyatımızın düzgun inkişafı məsələlərilə, birçox sənətkarların ədəbi-bədii yaradığıcılığıhaqqında dəyərli fikirlərlə zəngindir. "MəmmədArazdan yeddi söz", "Müşfiqin işığında yolgetmək olar", "Adını de, səni tanıyım",

20

"Ümmandan damla", "Rəsul Rza", "Vətənəqayıt", "Balaş Azəroğlu", "Xəlil Rza kimdir?", "Söz haqqında söz", "Təbiəti qoruyun" kimi çoxlusayda publisist yazıların müəllifidir.

Uşaqlar üçün bir-birindən gözəl məzmunluəsərləri vardır. "Yumaq top" Bakıda Kuklateatrında, "Bir parça vətən"-Bakıda, GəncTamaşaçılar teatrında, "Oğul"-Şamaxıda, "Birivardı, biri yoxdu"-(Alp Ağuz) Lənkərandatamaşaya qoyulmuşdur.

"İçəri şəhər", "Naxçıvan-50", "SüleymanRüstəm" sənədli filmlərinin "Cırtdanın yenisərgüzəştləri" cizgi filminin senarilərini yazmışdır.

Şairin əsərləri dünyanın bir çox dillərinə dətərcümə edilmişdir. "Raneniye doma" (1970), "Veçernaya pesnya" (1974), "Semisvetni klubok" (1981), "Nadecda ot zemli do neba" (1995), "Belaya tropa" (1995), Ukrayna, rus, belarus, eston, litva, qazax, özbək, macar və digərdillərdə tərcümə olunmuş şerlərin müəllifidir.

Hazırda Azərbaycan yazıçılar Birliyində şerüzrə baş məsləhətçidir. Fikrət Sadıq Rəsul Rzaməktəbinin layiqli davamçısı və özündən sonragələn qələm sahiblərinə bu şəffaf yolunbənzərsizliyini aşılamış qələm sahibidir. Onungənc yazarlara həmişə qayğı göstərdiyinihörmətli şairimiz Ramiq Muxtarın bu sözləri iləümumiləşdirərdim:" … mən ona görə xoşbəxtəmki, Fikrət Sadıqla birgə Rəsul Rza məktəbinin

21

yetirməsi olmuş, onun ümmanlar qədər əngin vəzəngin olan sənətindən yaradıcı şəkildəbəhrələnmişəm.".

Tümen, Perm, Novosibirsk və Altayvilayətlərində keçirilən ədəbiyyat günlərindəiştirak etmişdir. Özbəkistan, Macarıstan, İran, Türkiyə və Şimali Kipr respublikalarındaədəbiyyatımızı təbliğ etmişdir.

1963-cü ildən Yazıçılar Birliyinin üzvidir. Yazıçıların VII-VIII qurultaylarında təftişkomissiyasının sədri, 1X qurultayda idarəheyətinin üzvü, X qurultayda idarə heyətininüzvü, qəbul komissiyasının və Şirvan filialınınsədri seçilmişdir.

Ədəbiyyatımızın inkişafında xidmətləriyüksək qiymətləndirilmiş, AzərbaycanRespublikasının "Əməkdar mədəniyyət işçisi", "Əməkdə igidliyə görə" medalı ilə təltif edilmiş, "Dünya öz işindədir" kitabına görə Dövlətmükafatına layiq görülmüşdür. Rəsul Rza vəMəmməd Araz Ədəbi mükafatlarının laureatıdır. Sənət, ədəbiyyat onun həyatıdır. Yazıçınıyaşadan onun kitablarıdır". Otuzdan çox kitabınmüəllifi Fikrət Sadığın həyatı, yaradıcılığı hələoxunmamış kitablar içərisindədir. Yazılacaq. Oxunacaq, əldən-ələ gəzəcək. O hörmətlişairimiz Adil Cəmillə müsahibələrindən birindədeyir:" kitab nəşr olunmayanda elə bilirəm yazıçı-oxucu "körpüsü" qırılır". "Yetim Abbas" nəsr əsəri

22

üzərində işləyən şairin bu əsəri də tezlikləoxucuların ən sevimli əsərlərindən biri olacaq. Oəsər ki, insani duyğular üzərində köklənir həmişə, hər zaman insan qəlbinə yaxın olduğundan özmüasirliyini itirmir.

DÜNYA-KAİNAT-İNSAN HAQQINDA

DÜŞÜNCƏLƏR

Milli ədəbiyyatımızın ən fəal qolu olanpoeziyada insan və zaman, şəxsiyyət vəcəmiyyət münasibətləri həmişə xüsusi birhəssaslıqla tərənnüm olunmuşdur. 60-cı illərdənbaşlayaraq təsvir-tərənnümlə yanaşı, fəlsəfiduyğular, tarixin yaxın keçmişinin qaranlıqsəhifələri də poeziyada əsas predmetlərdən idi. Əsrin ikinci yarısından başlayaraq bəşərsivilizasiyası elmi-texniki tərəqqi dövrünə daxiloldu, ilk süni peyk buraxıldı, ilk insan kosmosunənginliklərini fəth etdi. Bəşəriyyətin maddi vəmənəvi firavanlığı üçün zəmin yarandı və bu yenielmi-texniki yeniliklər, onun qurucuları insan vəonun mənəvi aləminin tədqiqi poeziyanın aparıcı

23

mövzularından biri oldu. "İnsan və zaman, insanvə təbiət, insan və ETİ problemləri dünyayaənənəvi baxışı təzələməyi, zamanın ümumimənzərəsində müşahidə olunan keyfiyyətdəyişmələrinin yeni poetik formalarda əksetdirməyi bədii bir tələbat kimi ortaya atdı. Dahadoğrusu, poeziya həyatın dərin qatlarına enməli, onun inqilabi məzmununun əhatəli inikasınıverməli idi. Yaranmış şərait şerdən daha çoxicadçılıq, ixtiraçılıq və düşündürücülük tələbedirdi".

Dünyanın taleyi üçün narahatçılıq keçirən vəbu həyəcanları, narahatlıqları insanı, dünyanı, təbiəti qorumaq motivləri üzərində kökləyənşairlər 60-cı illərin yeni poetik nəslindən olan ötənonilliklərin layiqli davamçıları, eləcə dəpoeziyamıza son onilliklərdə gəlmiş Əli Kərim, Cabir Novruz, Söhrab Tahir, Məmməd Araz, Famil Mehdi, Tofiq Bayram, Qabil, B. Vahabzadə, Fikrət Sadıq, Fikrət Qocayaradıcılığında daha da çiçəklənmə dövrü kimiqiymətləndirmək olar. Fikrət Sadıq bu şairləriçərisində öz dəsti-xətti olan istedadlı qələmustasıdır.

Bəkir Nəbiyev "Poeziya-1971" -də TofiqBayram, Məmməd Araz, Fikrət Sadıq, FikrətQoca, Cabir Novruz və digərlərinin yaradıcılığına, tərcümeyi-halına münasibətində bildirirdi ki, "Onların hərəsi qəlbini, duyğu və dlüşüncələr

24

aləmini öz yolu ilə zənginləşdirmişdir. Çünkidünyaya başqasının nəzərləri ilə deyil, məhz özgözləri ilə baxmağı bacarmışlar. Əlbəttə, onlarınhəyatda konturlarını yaxşı seçə bilmədikləri, bəzən hətta yanlış gördükləri məqamlar daolmamış deyil. Lakin zaman keçdikcə bu baxışbüllurlaşmış, sərrastlaşmış, hər şairin özgörümünü poetik cəhətdən düz görüm kimikamilləşdirməyə imkan vermişdir. Buna görə dəonların ən yaxşı əsərləri təkcə həmin şairlərinanket məlumatında üzə çıxan tərcümeyi-halınıdeyil, eyni zamanda poetik görümünü təminetmiş mənəvi tərcümeyi- halının dazənginliyindən xəbər verir".

İctimai prosesləri hərəkətə gətirən tükənməzenerci mənbəyi kimi təsvir edilən, artıq tarixininkişaf mexanizminə çevrilən insanın mənəvialəmi poetikanın fraqmentlərində özünü tapır. Budövrdə ədəbiyyata gələn onlarla istedadlı şairlərkimi Fikrət Sadıq da insanın hələ kifayət qədəraçılmamış mənəvi aləmi, sirli, soraqlı, düşündürücü assasiasiyaları ilə qələmiylə üz-üzəoturur. Dünyanın bütün canlılarından seçilən, köksü altında bir dünyaya sığmayan sevinc, qəmgəzdirən, işıqlı əməlləri, arzuları ilə insanlıqzirvəsini fəth edən insanın həyatının müxtəlifməqamları və bu məqamlardakı ruhi vəziyyətitəsvir olunur.

25

Bədii yaradıcılığa məsuliyyətlə yanaşanS.Vurğun Azərbaycan poeziyasının qarşısınaqoyduğu vəzifələrdən bəhs edərkən yazırdı ki, "Əsrimiz böyük mənalar əsridir. Belə bir əsrinədəbiyyatı da mənalar ədəbiyyatı olmalıdır. Xalqımızın əsl gözəlliyi də onun həyat vəmübarizəsindən doğan proqressiv mənalardır. Biz xalqımızın yüksək şüurunu, tarixə və istiqbalaolan nikbin baxışlarını, onun inqilabidünyagörüşünü bədii sözlə kəşf etməliyik".

Hələ sosializm dövründə deyilmiş bu sözlərdəböyük sənətkarlarımızın müasirliyə doğruyönəldidmiş fikirlərində ədəbiyyatın, şerin, sənətin qarşısına zamanın qoyduğu tələblərindüzgün həlli yoları axtarılırdı. Azərbaycan sovetədəbiyyatı, sovet poeziyası sirr deyil ki, genişyaradıcılıq imkanlarına yiyələnmək üçün daimainkişafda olmuş, onların sosialist poeziyasınıinkişaf etdirmək nailiyyətlərindən yararlanmaqlabərabər, bu dövrdə ədəbiyyata gələn sənətadamları, şairləri öz poetik fərdiyyətlərini dəqoruyub saxlamaqla, daima yaradıcılıqaxtarışlarında idilər. Dar, məhdud bir çərçivədənqurtulmaq, öz qəlbinin, istəyinin imkanlarınıədəbiyyata, poeziyaya gətirmək üçün HüseynArif, Bəxtiyar Vahabzadə, Söhrab Tahir, BalaşAzəroğlu, Mədinə Gülgün, Fikrət Sadıq, FikrətQoca, Əli Kərim, Əlağa Kürçaylı və digər qələmsahibləri gəlirdi-şairlər ordusu yetişirdi. Bu gün

26

40-cılara, 50-cilərə, 60-cılara, 80-cilərə bölüb, Azərbaycan ədəbiyyatını qollara ayırıb, ədəbiyyatımızı saf-çürük etmək devizi altında şil-küt edənlərin əksinə olaraq, onları bir-birindənayırmadan, öz fərdi yaradıcılıq imkanlarını, sənətkarlıq qabiliyyətlərini əsas tutmaqla, bütövAzərbaycan ədəbiyyatı zəminində təhliliniaparmağı hər şeydən üstün tutan bir şəxs kimionların yaradıcılığına nəzər saldıqda fərəhlədeyə bilərəm ki, Azərbaycan poeziyası hansıdövrdə, tarixin hansı mərhələlərində, pillələrindəyaranmasından asılı olmayaraq, dünyaədəbiyyatına əvəzsiz sənət inciləri -Nizami, Füzuli kimi qələm ustadlarını bəxş edən birədəbiyyat kimi fərəhlə öyülməyə layiqdir.

Hələ Yazıçıların İkinci Ümümittifaqqurultayında Səməd Vurğun "Sovet poeziyasıhaqqında" əlavə məruzəsində dediyi fikirlər özübir daha sübut edirdi ki, kommunist recimindəAzərbaycan poeziyası etibarlı əllərdə idi. Azərbaycan poeziyasına "yüksək ideyalar, fəlsəfimühakimələrlə aşılanmış əsərlər lazımdır, bunsuz hər hansı bir poeziyanın varlığınıümumiyyətlə təsəvvür etmək mümkün deyildir". Poeziyanın vəzifəsi cəmiyyətin, insanınhəyatında ədəbiyyatın, xüsusilə poeziyanınqoyduğu problemlər, onların həlli yolları şairiyaratdığı əsərə qarşı daha tələbkar olmağayönəldir. II Dünya müharibəsi, dünyada baş

27

verən ictimai-siyasi hadisələr Azərbaycan sovetpoeziyasının da mövzusunu genişləndirdi. Poeziyadakı yenilik hissləri müharibədən sonrakıdövrlərdə yetişən şairlərimizin yaradıcılığındaqüvvətli şəkildə təzahür edir: "Onların poetikfərdiyyətlərinin yetkinləşməsinin məhz bu dövrətəsadüf etməsi həmin şairlərin bütün sonrakı fikri-bədii inkişaflarına müsbət təsir göstərdi, onlarınpoetik düşüncələrini əsrin ən böyük problemlərivə həyəcanları üzərində cəmləndirdi".

F.Sadıq yaradıcılığında dünya mövzusuözünəməxsus çalarları ilə seçilir. Bu mövzuyahəsr edilmiş əsərlərin ideya-məzmunxüsusiyyətləri də fərqlidir. Yaşadığı dünyaya şairşerlərində belə bir tərif verir: "dünya qonduğumuzbudaqdır." Deməli, biz qonağıq, dünya böyükdür, genişdir, ölçüsüz, biçimsizdir, sonsuzdur. Dünyaşairin gözündə nəhəng bir ağacdır. O, ağacın birbudağına da qonan insandır. İnsan da quş kimiköçəridir, gedəridir, olumlu-ölümlü bu dünyadainsana da bir baxt yazılıb; gəlmək-getmək baxtı, dünyaın tutub durmamaq baxtı, yaz, payız, qışgörkəmli, fəsillərin taleyinə bənzəyən bir baxt. F.Sadığın şerlərində bir-birinə bənzəməyənəsərlərində böyük reallıqları ilə təsvir olunandünya dərd, qayğı, əzab dolu bir məfhumdur. Budünyanın tarixində Cənub qütbününbuzlaşmasından əvvəlki dövrü, Xirosima, Naqasaki faciəsi, Troya müharibələri, səlib

28

yürüşləri, I, II Dünya müharibələri, Xatın kəndifaciəsi, Osvensim dərdləri, Qarabağ faciəst, Xocalı soyqırımı, Böyük Vətən müharibəsidəhşətləri var.

Fikrət Sadıq belə faciələrə biganə deyildir. Əsl Yer oğlu kimi yaşadığı dünyanın dəhşətlərinioxucunun gözü önündə canlandırır.

"Xatın kəndi abidəsi", "Növbə daşları", "Birqarış ot", "Klod İzerli", "İnanıram da, inanmıramda" və digər şerlərində dünyanı fəlakət, ölümkabusuna çevirən müharibələr, məhvinəyönəldilmiş atom, hidrogen bombalarının icadıpislənilir. 11 Dünya müharibəsi dövründəXirosima, Naqasaki şəhərlərinə atom bombasıatmış Klod İzerlinin çəkdiyi vicdan əzabıları, törətdiyi faciələrdən ağlını itirməsi, ailəsinin onudəli adlandıraraq atıb getməsi çox düşündürücübir şəkildə söylənilir. Şair insan oğlunun özəməllərində diqqətli olmağa, ad-san, var-dövlətnaminə insan qatili olmamağa çağırır. Əsrin ənböyük günahı, müsibətlər müsibəti, faciələrfaciəsi, müharibənin ən qanlı səhifəsi olanXirosima - ötən hərbin "qaladığı nəhəng" yanarocağa bənzədilir. Amma:

Bu ocaqda odun deyil,İnsan yanıb qalaq-qalaq.

Bir bombayla böyük bir insan qırğını, fəlakətlər fəlakəti törədən Klod İzerli ilk əvvəl özəməlinə görə "sağ ol" qazansa da, az keçmədən

29

insanlığa qarşı törədilən bu faciədən bütünlükləxəbərdar olan həmyerliləri tərəfindən "cani" kimilənətləndi. Dünən onu cinayətə sürükləyənlər, insan əlləriylə qurulub tikilən şəhərləri yerləyeksan etdirənlər, istehsal etdiklər zəhərlisilarhlarla milyonlarla insaların həyatına sonqoyanlar, müharibə törədənlər, onun məkrlisiyasətindən varlananlar, ölkələri "viranəyədöndərənlər" üçün artıq bu gün Klod İzerli heçkim olmalıydı. Zaman keçdikcə törətdiyi faciəninağırlığını duyan Klod İzerli dəlixana divarlarıarasında qaldı. Vətəni atan insanı ailəsi də atdı. Heç kimsəyə gərək olmayan İzerli əməllərininnəticəsini görürdü. Gözəl şəhərləri viranəyədöndərib bundan varlananlar üçün də artıq Klodİzerli heç bir şey idi. Hətta utanmadan onun əzabdolu həyatından kino çəkmək istədikdə Klod rəddedir. Şair onun bütün əzablarını bu "rəddcavab"ında ümumiləşdirir. İnsan övladının çəkdiyipeşimançılıq hissləriylə əsrin ən böyük günahı, hərbin ən böyük faciəsi Xirosimanı qarşı-qarşıyaqoyur. Xirosimanın o dəhşətli faciəsindən bəhsedən film çəkilməsini istəyənlərə

Klod elə qışqırdı ki,Bu səs keçib okeandan,Gəzdi bir-bir ölkələri:-Yox, yox, razı deyliəm mən!Yox, yox, hətta kinoda da,Yandırmayın o şəhəri.

30

Yandırmayın yandırdığımQocaları, körpələri.

Müharibə həmişə kinlə-nifrətlə qarşılanıb. Hansı dövrdə yaşamasından asılı olmayaraqinsanpərvər görüşün sahibləri həmişəmüharibəyə nifrət etmişlər. Müharibəyə nifrətsərhəd tanımır. Dünyanın ən böyük sənətkarlarıhəmişə müharibəyə, onu alqışlayanlara -insanlıqsimasını itirmişlərə ntfrətlərini əsərlərində əksetdirmişlər. Böyük türk şairi Tofiq Fikrət yazırdı:

Lənət sənə, lənət sənə ey hərbi-müqəddəs!Sınsın bütün əqvamı edən böyləmüləvvəs!Sınsın səni təqdis ilə alqışlayanəllər!Şanınla, cihadınla gəbər, ey ulusərdar!Ey nəsli-bəşər düşməni, ey heykəli-idbar!

Bu "nəsli-bəşər" düşməni insandır. O insanki, həm özününkünə düşməndir, həm də onunüçün düşünəndir. Şair buna görə də insanlara üztutur. İndi qoca dünyanın "Qırmızı kitab"ı varsa, bu kitaba nəsli kəsilmiş, məhv olmuş ən nadirtəbiət incilərinin adı salınırsa, onlar artıq məhvolmaq, tamamiylə kökü kəsilmək təhlükəsialtındadırsa, insan niyə düşünməsin? Bunuduyan, əməlindən peşiman olmağa başlayan

31

insanların varlığı onun ürəyində ümid işığınıközərdir:

İnnən belə dünyanıQoruyacaq insanlar.

İspaniyada Polomares yaxınlığında hidrogenbombalı bir amerikan təyyarəsinin qəzayauğraması nəticəsində torpağa dəyən zərbə şairinşerində əsas mövzudur. O dəhşətli, zəhərlibomba düşdüyü ərazini cismən də məhv edir. Ölümə məhkum edilmiş torpağın "ölümü"nü şairsakit qarşılıya bilmir. Ölüm deyilən bir dəhşətlivarlığın canlı aləmdən kənarda mövcudluğunugörüb dəhşətə gəlir. "Adam"ı ölən, "quş"u ölən, "ağac"ı ölən görmüş şair torpağın da ölüb "taunluxəstə kimi ayrıca dəfn edil"ə biləcəyinə heyrət, təəccüb, təəssüf, dəhşət hissiylə yanaşır. "Canına xatirələr, nəğmələr hopmuş" bir parçatorpağın, bir topa bənövşəliyin "tabut kimi" götürülüb aparılmasını, ayrıca dəfn edilməsinişair insan əməlinin nəticəsi kimi təəssüf hissiylə, peşimançılıqla qarşılayır.

Ədəbiyyatşünas alim Təhsin Mütəllimov "Biraxşam" şerində olan bədii məziyyətlər, müasiroxucu, əsər, yazıçı-şair fəaliyyətinə verdiyiqiymətdə haqlı olaraq yazır ki, Şair "Bir axşam" şerində İspaniya yaxınlığında hidrogen bombalıbir amerikan təyyarəsinini qəzaya uğramasınəticəsində ispan kəndlilərinin başına gəlmişmüsibətləri qəzəbli dillə nağıl edir. Müasir

32

dövrümüzün bu atom və hidrogen bəlalarınıninsanlığa gətirdiyi və gətirə biləcəyi böyükfəlakətlərdən danışır, bəşəriyyətin gələcəyinəməsuliyyətsiz yanaşan müharibə iştahlıimperialist dövlətlərin qanlı cinayətini lənətləyir".

Şair bu şerində milli-coğrafi sədlərəsığmayaraq bəşəri ağrları, beynəlxalq miqyaslıəzabları hamıya doğma bir dillə böyük birüzgünlüklə təsvir edir. Onun dünyası Xirosima, Naqasaki faciələrini- dünyaya, bəşəriyyətə hələbu gün də ibrət dərsi omayan o vəhşi bir faciəniyaşayıb. Bu gün də o yerlərdə torpağa, insanlara, mühitə dəyən əzablar yaşanılır. Gözsüz, burunsuz, qulaqsız, qolsuz, eybəcər, şikəstdoğulan yapon uşaqlarının dərdi bəşəri bir dərdkimi qəbul edilməlidir və şair haqlı olaraq bildirirki, bu dərdi-bəlanı Allah yox, insan törədib. İnsannəinki yaşadığı ərazinin, eləcə də bu gündünyanın qəniminə çevrilə bilər. Eyni zamanda oözünün də belə anlarda düşmənidir. Axıdılangünahsız qanlarda ədalətsiz müharibənin, törədilən faciələrdə, dəhşətlərdə insan əli var. Yanıb torpağa qarışan Osvensim qurbanlarınınkülə dönmüş cisminin faciəsində insan əli var. İnsanlar bunu unuda bilər, lakin torpaq heç vaxtunutmur, onun da yaddaşı var, özü də qanyaddaşı.

Şair bilir ki, o dərdi ki, torpaq çəkib, onuunutmayacaq. Qərinələr ötəcək, o qərinələrdə

33

torpaq gördüyü, yaşadığı faciələri yaşadacaq. Ofaciədə əzizlədiyi, bəslədiyi insanların əliolduğunu da unutmayacaq.

Təhsin Mütəllimov yazırdı: "Şairin siyasi-ictimai məzmunlu şerlərində bir motiv dahaqüvvətli səslənməkdədir. O da müasir insanınsülh və əmin-amanlıq arzularıdır. XX əsrvətəndaşının gələcək taleyi məsələsidir".

İnsan nağıllarında uçan xalçaları elmiylə, zəkasıyla təyyarəyə, neçə-neçə uçan varlığaçevirib. Nağıllarını gerçəkləşdirib, ümidlərinigöyərdib. İnsan o təyyarələrdən uçan quşqanadlı arzuların qoynunda yaratmaq eşqiləyaşayan insanları məhv etmək üçün "oturacağınaltına dinamit qoyub" təyyarəni partlatmaq daistəyib. İnsanları məhv edən silahlar hazırlayıb. Bir anda yer kürəsini yox edə biləcək"knopka"ların idarəedicisinə, istehsaledicisinəçevrilib. Təzadlı fikirlərinə görə bir-birinəbənzəməyən insanlar, onların əməlləri FikrətSadıq şerlərində ən qayğılı, dərdli mövzulardır. Onun şerlərində insan obrazı böyüklüyü, nəcibliyi, dahiliyi, müqəddəsliyi ilə yanaşı, cılızlığı, paxıllığı, vəhşiliyi, qaniçənliyi ilə də gözönündədir. Milyonların bu dünyada arzularınınarzusu yaşamaq, yaratmaqdırsa, o milyonlarınnadanları da var ki, bir gün də onların arzularınıgözündə qoyar... Onun xilqətində şər-ölüm dəvar. Ona görə də Fikrət Sadıq insan əməlində bu

34

ikiliyi yaxşı görür və qələmini dünyagörüşünəuyğun bir dillə kökləyib belə insanların daobrazlarını yaradır ki, dünya yaxşılardan xalideyildir, insanı düşünməyə, düşündürməyə vadaredir. Onun poetik qələmində iki insan obrazı var; bir qüvvətli qələm sahibinin-rəssamın yaratdığı ikiobraz. Hər kəs o obrazın daxilini üzündəkicizgilərdə görür. F. Sadıq o cizgiləri sözlə ifadəedəndə rəssam təxəyyülündən də yararlanır:

Bir Xeyir var, bir də ki şər.Şərə qaçan şərə düşər.Şərdən uzaq qaça bəşər,Alçaltmaya şər adamı.

Budur şairin insan üçün arzuladığı, bəşərüçün etibarlı bildiyi dünyanın, bəşəriyyətin əbədivarlığına mane ola biləcək qüvvələr və bundannarahat olan insanların keçirdiyi mənəviiztirablar. Xeyirlə şərin yaşadığı bir dünyadayaxşıyla pisin mövcud olduğa aləmdə pisdənqorunmaq, dünyanı qorumaq yaxşınını arzusudurvə ona görə istəyir ki, insan şər əməllər sahibiolmasın, şər insanı alçaltmasın.

F.Sadığın şerlərində narahatçılıq, gördüklərindən, yaşadıqlarından sevinc duyma, həyatında, dünyada, cəmiyyətdə baş verəntəzadlı hadisələrdən qüssələnmə, fikirçəkmə, tökülən nahaq qanların dərdini içinə salma var. "Üçüncü simfoniyanı dinlərkən" şerinin:

Saçları qarışmış

35

dünyamızı.Raket uclarıdarayacaqmı,Yoxsa kotan dişləri?

-misraları üzərində düşünən proffessorTəhsin Mütəllimov yazır: "Bu misralarda şair XXəsrin mürəkkəb təzadları içərisində yaşayanbütün insanların öz zamanlarına olan ən ciddisualını təkrar edir. Bu misralar arxasından şairvətəndaşın öz əsri haqqında narahat düşüncələrivardır. Axı bir yandan ölməkdə olan adama süniürək və ya böyrək qoyulması üçün insanxarüqələr, möcüzələr yaradır, digər tərəfdənsəinsanların daha kütləvi və daha vəhşi qırğınıüçün yeni yollar axtarılır, silahlar düşünülür… biryandan süni insan-robot ixtira olunur, digərtərəfdən canlı insan bəzən "sağalmazdərdlərdən" gözü baxa-baxa son saatlarınısaymalı olur. Bütün bunlar əsrimizin ən böyüktəzadlarıdır. Fikrətin poeziyasındakı müasirliknəfəsini və siyasi-ictimai pafosunun əsil mənbəyiməhz belə həyati və fəlsəfi mövzulardadır. Bumövzular Fikrətin bütün yaradıcılığında qüvvətlibir xətt təşkil edərək, onun ictimai mündəricəsinidaha da zənginləşdirir."

F. Sadıq yaradıcılığında insan mövzusu genişvə əhatəlidir. Bu şerlərdə insana, onun yaxşı vəpis əməlinə, əməyinə, dostluğuna, qəhrəmanlığına, zəngin və cılız aləminə şair

36

müxtəlif aspektdən yanaşır. Və hər birimükəmməl, bitkin bir mövzudur. Bu mövzularınqəhrəmanı insandır. Orada elə insanlar var ki, arzuladığını tapa bilməyəndə, o arzularınəlçatmazlığını görəndə onları nağıllarına, yaratdığı əsərlərinə köçürür. Göylərə uçmaq, qanad açmaq istəyən insanlar əlinin zəhmətilə, beynini, zəkasının fəaliyyəti ilə qanadlı quşlardanda yüksəkliklərə qalxdılar. İnsanlar öz arzu vəistəklərini, quş qanadlı ümidlərini Qobustan kimineçə-neçə qayalarda, daşlarda, Misirehramlarında, şairin dediyi kimi:

Fidinin heykəllərində,Füzulinin qəzəllərindəÖz qanadlarını qaytardılar.

Göylərə can atan, qanadlanmaq, uçmaqistəyən insanların yaşamaq, yaratmaq, dünyanınsirlərindən vaqif olmaq istəyi özündən sonraqoyub getdiyi qabarlı əllərinin sayəsindəəbədiləşdi. F. Sadıq belə insanları sevir. İnsanarzusu, sevgisi onun əməyidir, qabarlı əllərinyaratdığıdır. Zəhmətkeş insan yaratdığıyla quşqanadlı arzularına çatdı. Və daha irəliyə gedərəkbu "pöhrə atmamış yolun"muş qabarlı əllərin yoxetdiyi o "qanadların" sayəsində dünyanın ənböyük möcüzələrini yarat"dı.

"Əllər-qanadlar" şerində Fikrət Sadıq insanınmənəvi möhtəşəmliyini göstərmək üçün"qanadlar"dan poetik vasitə kimi istifadə edir. Bu

37

şerdə müasir düşüncə tərzinə malik yeni bir lirikqəhrərman tipi var. O, hissi emosional cəhətdənzəngin, həm də güclü analitik düşüncəsi olan lirikqəhrəmandır. "Dənizə bənzəyən göyə uçan" quşların hərəkətləri ilə "göyə can atan insanlar"ınarzusuna qəhrəman ağlın işığında yanaşır. Faktın zahiri effektinə uymayır, onun mahiyyətiniaraşdırır, mənəvi intellektual aləminin zənginliyiilə insanın tarixi və şəxsi ləyaqəti, həyat və ömürfəlsəfəsi tərənnüm olunur. Göyləri fəth etməküçün qanadları olmasa da əllərinin zəhməti, gücüilə quşları belə kölgədə qoya bilir. Qayalaraçəkilən ilkin şəkillər- dünyanın ən böyükmöcüzələri kimi bəşər aləmində tanınan Misirehramları, Qobustan qayaüstü rəsmləri, insanəlinin yaratdığı möcüzələr doğuran heykəllər, insan beyninin fəaliyyəti zəhmətə alışdıqcaqabarlı əllərin möcüzəsi və cismən qanadlardanməhrum insanların əllərlə yaratdığı möhtəşəmliktərənnüm olunur. Bədbinlik fəlsəfəsindən uzaqinsan qüdrətli zəkası ilə əvəzsiz bir idrak sahibikimi vəsf olunur.

F.Sadığın lirik qəhrəmanı şəxsi qayğılardanuzaq olmayan narahat bir qəlb sahibi, daimadüşünməkdə olan insandır. O insan ki, şairinşe'rlərində bu dünyaya daşlardan və ağaclardansonra gəlib. "Daş, ağac, insan" şerində sərtliyi, kövrəkliyi, solmağı, dözümü, vüqarı, yalqızlığı, susmağı "daşdan", göyərməyi, qocalmağı,

38

birləşməyi ağacdan xasiyyət götürmüş insanömrünün fəlsəfəsi var. Bu şe'rdə insanın, dünyanın taleyi üçün nigarançılıq duyğularıəsasdır.

"Ulduz davası" şe'ri Rəsul Rzanın"Kiberinetika", "Pəncərəmə düşən işıq", BəxtiyarVahabzadənin "Baş"," Elm-əxlaq", Əli Kərimin"Metronun yaylı qapıları", "Daş" şe'rləri kimiözündə dünyanın taleyi üçün nigarançılıq çəkəninsanın təlaş hisslərini ümumiləşdirir. Bu şe'rlərdəolduğu kimi "Ulduz davası" nda da lirikqəhrəmanını bəşər üçün dünyanın özündəyaratdığı, icad etdiyi nüvə silahlarının onunilkinliyinə, təbii-bioloci gözəlliyinə, əxlaqbütövlüyünə, mə'nəvi saflığına ləkəvuracağından narahatdır. Elmin, texnikanınsürətlə inkişafı insan övladının qarşısında yeniproblemlər qoyur. Bir tərəfdən elmi-texniki-tərəqqi insan həyatının firavanlığına, xoşbəxtgələcəyinə xidmət edirsə, insanı sevindirirsə, digər tərəfdən "ekologiya" problemləriçərçivəsində ümumi narahatlıq artır. Çünki ETİ-nin imkanlarından, kəşflərindən öz hərbi-sənayekomplekslərini inkişaf etdirmək istəyən dövlətlərinsan həyatı fenameni unudur, təbiət-insanmünasibətlərini pozur. Atmosferə, çaylara, dənizlərə axıdılan zərərli maddələr onlarıçirkləndirir, meşələrdən vəhşicəsinə istifadəedilir, torpaq qəddarlıqla istismar olunur.

39

Meşələrə, çaylara, göllərə vurulan zərbələr floravə faunanı məhv edir və bu dünyanı dincliyini, sakitliyini düşünən insanları narahat qoyur. Bunagörə də şair də dünya üçün narahatdır:

İnsan-sən də dinc otur, dinc dur!Bu yandan da sən başlamısan,

-misralarının arxasında nələr yoxdur; İnsanöz əməliylə dünyanı fəlakətdə qoymayıbmı? Meşələri yerlə-yeksan eyləyən insan, dənizləri, çayları qurudan insan, milyonlarla suda yaşayancanlıları məhv edən insan, yaratdığı, sınaqdankeçirdiyi raket-bombalarıyla dünyanın tarazlığınıpozan insan, tikdiyi, qurduğu zavod və fabriklərləatmosferin evini yıxan, canlı-cansız bütünvarlıqların kökünü kəsən insan, sağlamlığımızıkökündən baltalayan insan, dünyanı qançanağına döndərən insan şair demişkən "nə gəldiəlinə yükləyir dünyanın belinə". Əməllərindənpeşiman olmayan insanın "indi də ulduzlara əlatm"asından narahatdır şair. Ətrafını "quruyurdda qoyan" insan indi də ulduzlar aləminə əlatmaq istəyir və şair bilir ki, bu dəfə də qazancıfəlakət olacaq. Budur şairi həyəcanlandıran, qəzəbləndirən. Odur ki inadla tələb edir:

Döymə qapısını, dəyməqonşuna!

Qırma torun ipləriniDəyişmə Yerin yerini.Ulduzlar yağar başına!

40

Sənin davan bir qarışqa cəhdidir.Bir arı sancmağıdır.Qorx ki, məhv olasan, Dinc dur, İnsan!

O müasirləri kimi şe'rlərində təbiəti mühafizəetmək, onu qorumaq, kosmik yenilikləridünyanın, bəşəriyyətin e'tibarlı gələcəyini tə'minetmək məqsədiylə aparmaq ideyasınıdəstəkləyir. Dünyaya qarşı xəyanət, vətənə, torpağa, başı üzərindəki göylərə, təbiətə qarşıxəyanət kimi bir şeydir.

F.Sadıq üçün həyat başqa bir məfhumdur. O, bu dünyaya gəldiyi üçün peşiman deyil. Həyat-ölüm fəlsəfəsi onun poetik qələmində şəxsi istəkvə arzularının fövqündə vəsf edilir:

Bilirəm ki, öləcəyəm.Amma bir də bu dünyayagələcəyəm.Bir də gəlsəm, vallah, billah,Öz işimi bəri başdan biləcəyəm.Bu ömrümdən kam almadım,O ömrümdə almalıyam.

Gördüyü haqsızlıqlar, ədalətsizliklər FikrətSadığı incitsə də, göynətsə də həyata olaneşqinə toxuna bilmir. Çünki bu həyat bütün acılı-şirinli anlarıyla gözəldir. Çernışevski "Sənətinvarlığına estetik münasibətləri" əsərində həyathaqqında yazır:" dünyada ən əziz olan şeylərinən ümumi və ən əzizi həyatdır; əvvəla elə bir

41

həyat ki, onu insan istəyir, sevir, sonra isə hərhansı bir həyat, çünki hər halda həyat, yaşamaqyaşamamaqdan yaxşıdır; canlı olan hər şey öztəbiəti etibarılə ölümdən, yoxluqdan qorxur vəyaşamağı sevir".

F.Sadıq acılı-şirinli ömürdə sevinci, fərəhi, kədəri, qəmi qoşa görür. Onun üçün həyatın-ömrün həm acısı, həm də şirini olur. İnsan şirinidə, acını da dadır. Bu şirinli, acılı dünyadayaşamağın özü də xoşbəxtlikdir:

Yaşamaq bir səadətdir,Təki, təki ömür ola.Zəhmət ilə yaşanırsa,Ümid ilə yaşanırsa,Ömrün acı cığırları,(kor dalana rast gəlməsə)Mütləq, mütləq çıxacaqdır şirinyola.Acı olsa belə yenəO günləriYaşamağa dəyər bir də dönə-dönə.

Dünya - həyat sevgisi şairin "Quşbaşı qar, baba və uşaqlar" şerində daha poetik bir dillətərənnüm olunur. Onun lirik qəhrəmanı dünya ilə, təbiətlə, onun al-əlvan duyumlu boyaları ilətəmasdadır. Onun nəzərində dünyanın baharı da, qışı da, yayı da, payızı da o qədər gözəldir ki, ondan hansı yaşda olursa-olsun doymaq olmur.

42

Şair üçün dünyada ona əziz olan övladlar, əzizlər, insanlar, coşqun çaylar, dağlar var. İnsanonların vurğunudur. Vurğunu olduğundan imtinaetmək isə şairin lirik qəhrəmanına yaddır:

Bu dünyadan doymaq olar?!Bu dağlardan keçmək olar?Bu dünyanı görə-görəO dünyaya köçmək olar?

Dünya-Kainat-İnsan şairin şerlərindəbənzərsiz mövzularla zəngindir. Kainatınquruluşu haqqında öz poetik düşüncələrini verəndə insandır. Onun poetik gümanlarında kainatnəhəng bir saatdır. Bu saat özü də ürəyəbənzəyir.

Kainat eyni zamanda bir ürəkdir. Bəlkə dəazman bir ağacdır. Fərqi yoxdur. İnsan budünyanın düşünən beynidir, vuran ürəyidir vəşairin demək istədiyi fikir bu misralardaümumiləşib. İnsan övladı ağlı kəsəndən sakiniolduğu dünyanın sirlərindən agah olmaq istəyir, oxuyur, öyrənir, düşünür, yaradır, düşündürür vəbuna görə də bu dünyanın gələcəyini düşünməli, onu qorumalıdır. Dünya insanın əlindədir. Onu özelmi, biliyi ilə yaşada da bilər, məhv edə də bilər. Çünki "Dünyanı barıt çəlləyinə döndərmiş insan".

İnsan eyni zamanda şairin dediyi kimi "İnsanolandan, yaşamaq - ölmək öyrənib". Gördüklərinigötürən, dözmədiklərinə ağlayan, qəlbininsevincini gülüşüylə paylaşan, yaşadığı aləmə

43

kor-koranə baxmayan, daima axtaran, öyrənəninsan gözündən heç nə yayınmır. Şüurun, idrakıngöstərdiyi yolla yeriyən insan dünyaya, yerə təkcə yaşadığı məkan kimi baxmır, onu canlı, hərəkətdə görür və düşünür, ona həyat fəlsəfəsiprizmasından da nəzər salır:

Niyə ürək kimi döyünür Yer.Kim qurub bu Saatı?Bu Ağac, nə ağacdı.Mən də bunu bilirəm ki,Bunları öyrənən bir kəsÖzü bitdiyi budağı kəsməz.

(" Ürək-Saat- Ağac")Dünya şairin şerlərində mürəkkəb dünyadır.

Bu mürəkkəblikdə dünya həm yaxşı dünyadır, həm də… Təki onun namərdi, yalançısı, paxılıolmaya. Dünya belə keyfiyyətli insanlarla doluolanda insanın insana inam qapısı, ümid qapısıbağlanır. Dünyanın yaxşısını-pisini insan niyəseçmir və yaxud seçmək istəmir?!

F. Sadığın həyat, dünya, insan haqqında özfəlsəfəsi var. Mövzularını həyatda gördüyü, müşahidə etdiyi hadisələrdən, mənzərələrdəngötürür. Onunla birlikdə avtobusla, tramvayla işəgedib-gələn metro fəhləsi, gözünün qarısındadəyişən təbiət, baharın gəlişinin yaratdığı xoştəəssürat, payız yağışının gətirdiyi qəm-qüssə, qəzəbini soyudan yağan yağış, dostluqdan aldığıruh yüksəkliyi, ehtiyacın yaratdığı kədər, ümidin

44

sinəsinə gətirdiyi sevinc, doğma balalarınıngözünün qabağında pillə-pillə boy atması, atalıqhissindən doğan poetik duyğular, vətən, xalq, torpaq sevgisi, əlindən gedən dostların qəlbindəyaratdığı hüzn, böyük sənətkarlarımızınqismətinə düşən dərdli tale, xalq yolunda ziyasınınura çevirən, vətəndaşlıq borcunu şərəflə yerinəyetirən ziyalı şəxsiyyətlərin nəcib, xeyirxahəməlləri, bir-birinə bənzəməyən rəngarəng, dolğun məzmunlu hadisələr qələmə aldığıəsərlərin məzmun və ideyasındadır. F.Sadıqromantik şair deyil. Onun romantik misraları dareallıq üzərində köklənib. Onun qələmə aldığımövzular bir-birinə bənzəməyir. Ehtiyac, qayğı, ümid, həsrət də onun müxtəlif mövzulu şerlərindəmüxtəlif aspektdən poetik formasını alır. BəxtiyarVahabzadə onun "Cığır" kitabına yazdığımüqqədimədə göstərir ki, "Fikrətin şerlərində hissilə idrakın vəhdəti vardır. Bu şerlər yalnızhisslərimizə deyil, ağlımıza da təsir edir, bizidüşündürür.".

F. Sadıq adi, sadə insan olmasıyla fəxr edir. Bu sadəlikdə öz böyüklüyünü tapan şair insandır; yüksək insani keyfiyyətlərə malik insan. O, buadın da məsuliyyətini duyur. İnsan gəldi-gedərdisə özündən sonra qoyub getdiyi əməliqalacaq. Onun "Mən adicə insanam" şerindəböyük fəlsəfi duyğular tərənnüm olunur. O, insanların içərisində adi bir insandır, özündən

45

sonra dünyası qalacaq. Bu dünyada"düşüncəmizin günəşdən qətrə-qətrə içdiyi ziyaqalır" deyən şair ən kiçicik zərrənin mində biriolsa da yerin də, göyün də hakimidir. Əllərininzəhmətiylə, düşüncəsinin ziyasıyla əli Veneraya, Marsa çatır. Çünki bu adi insanın "fəqət adiolmayan" kainata bənzər işıqlı idrakı, ağlınıngücü, qüdrəti var ki, bununla kəhkəşana sahibdurmaq istəyir.

İnsan böyüklüyü, ucalığı elə adiliyində kökatır. Saflığı, təbiiliyi, sağlam düşüncəsiylə özadiliyi içərisində gizlənmiş böyüklüyünü görür. Buböyüklük onun düşüncəsinin gücündə, qüdrətində, arzu-niyyətindədir. O, qüdrətlidərrakə sahibi, əsil şairdir, alimdir, müəllimdir, filosofdur. Sadə, hümanist duyğular üzərindəköklənən bəşəriyyət yer üzünün əşrəfidir. Yerüzünün əşrəfi bu adi insanlardan biri olan şairinbir amalı var; daima öz gücünü, qüdrətini göstərəbilmək qabiliyyəti olsun, passiv olmasın, dünyayaartıq görünməsin, gərək olsun kiməsə. Bircə anyaşasa belə ildırım olsun, yandırsın-yaxsın, "sakitaxan çay ol"masın, ondansa "bircə dəfə sel kimiaxsın". Gərəksiz uzun ömürlü olma, mənasızyaşamaqdansa bircə an aş, daş, yandır, yax"ömrü vur başa". Ürəksiz, könlü soyuq, laqeydinsan dəhşətdir kainat üçün.

F. Sadıq hümanist şairdir. O, bir budaq beləqırmağa ürək etməyən insandır. Bir qarışqanı

46

belə yaratmağa qüdrəti çatmayan insanın birbudağa qıyması, onu qırması insan övladınabəslədiyi ümidləri alt-üst etmiş olur:

F.Sadıq insan oğlunu özünə qarşı inamsızlıqyaradan əməllərdən çəkindirməyə çalışır. Canlıların, insan həyatının sağlamlığı, xoşbəxtgələcəyi naminə təbiəti qorumaq lazımdır. FikrətSadıq bu cür əqidədən uzaq insanlara ömrünü, sağlamlığını belə etibar etmir.

Bu dünyada bir mən qalsam,bir də həmin əllər qalsa;Xəstə olsam,dərman olsa-o əllərə əl açmaram;Ümidimi qıra bilər.

Qorxaqlıq Fikrət Sadıq yaradıcılığındainsanlığın bəlası kimi qiymətləndirilir. "Ağırdərddir qorxub yaşamaq" ideyasını əsas götürür. İnsanı həmişə coşqunluğa, yaşayıb yaratmağa, ömrü süstlük içərisində keçirməməyə, az yaşasada mənalı yaşamağa, dünya gözəlliklərindənhəzz almağa səsləyir.

Mənalı insan ömrü qəhrəmanlar, Şəhidlər dəyetirməyə qadirdir. İnsan övladını-qəhrəmanşəxsiyyətlərin işini, əməlini tərənnüm etdiyimisralarda:

Hamı kimi doğuldun,Böyüdün yaşa doldun. Ölüm vaxtı gələndə

47

Onlar torpaq oldular,Sən mərmər heykəl oldun.

İşilə, mərdliyi ilə ölməzliyə qovuşanqəhrəmanın nəcib əməllərini şair beləqiymətləndirir. Özündən sonra ad qoyub gedəninsanın adı unudulmadığı kimi, cismini dəyaşatmaq üçün mərmərə, heykələ döndəririk, ürək kimi gözlərin də canlı şahidi edirik, gələcəknəsillərə çatdırmaq üçün yaşadırıq.

İnsan elə bir varlıqdır ki, bu günündənsabahına ümidlə baxmasa yaşaya bilməz, yaratmaq hissi ölər. Ümid insan üçün həyatdır, yaşamaqdır. Ümidin qırılması qeyri-mümkündür. O gün insan ömrü sona yetər.

İnsan ümidinə bağlanıb, ümidlə yaşayıb, sabaha ümidlə çıxıb, yaşayıb, yaşayır. Quşunqanadı, kor insanın əl ağacı qırıla bilər, ammainsanın ümidləri qırıla bilməz. Ümiddir insanıyaşadan, insanı insan eyləyən. Ümidlər insanailham gətirir. İlhamlı şair tufanla qarşılaşdırılır. Tufanı təbiətin ilham çağına bənzədir və tufanlailhamın fərqində bir böyüklük görür. Tufan ilhamçağında vurub dağıdır. Lakin insan ilham çağındaqurub yaradır. Ümid yıxılana dayaqdır. Ümidsizyaşamaq ölümdən də betərdir, şairin nəzərində. Ümidlə dost olanı, insan kimi yaşayanı, insanikeyfiyyətlərin qorunub saxlanmasının vacibliyiniunutmamağı insanın əsas vəzifəsi bilir: "İnsanqalmaqdırsa niyyətin-insan ol!"-deyən şair

48

"niyyətin hara, mənzilin ora" atalar misalınınhikmətinə sığınaraq insan oğlunu yaxşı niyyətlərüstündə köklənməyə səsləyir.

Real müşahidə, həyatilik F. Sadığınyaradıcılığında əsasdır. O nə özündən əvvəlki, nə də özüylə bir zamanda yazıb-yaradansənətkarlara nə üslubca, nə də yaradıcılıqbaxımından bənzəmir. O, novator şairdir. Onunşerinin qəhrəmanı həyatdan gələn, romantikadanuzaq bir qəhrəmandır. Lakin o, klassiksənətkarlarımızın yaradıcılığına dərindənbələddir. Onlar kimi şerin vəzifələrinii dərindəndərk edir. M.Arif yazırdı: "klassik şerimizingörkəmli nümayəndələri həmişə novatorolmuşlar. Onlar öz dövrlərində ədəbiyyatımızınqarşısında duran vəzifələri yerinə yetirmək üçünyeni yollar, yeni bədii vasitələr axtarıb tapmışlar. Bu keyfiyyət klassik poeziyamızın həyatabağlılığını, öz poetik qidasını xalqdan aldığını, cəmiyyətin inkişafı ilə boy atıb irəlilədiyinigöstərir". (M.Arif. Seçilmiş əsərləri. I cild, Bakı, Az. SSR, EA nəşriyyatı, 1967. səh.526)

Nizami, Füzuli, Nəsimi, Vaqif, Vurğun, Sabirvə digər böyük klassiklərimiz heç zaman bir-birinisənətdə təkrar etməmişlər.

XX əsrin böyük Sabiri də bu ənənəni davametdirmiş, oricinallığı qoruyub saxlamışdır. Azərbaycan xalqının böyük ictimai-siyasihadisələrə, mübarizələrə çağıran sənət əsərləri

49

yaratmışdır. O, özündən əvvəlki sələflərdən dərsalaraq bnzərsiz sənətkar kimi yetişmişdir. Məmməd Arif bir ədəbiyyatşünas kimisənətkarlara qiymət verir. Onun, Sabir poeziyasıhaqqında dediklərini Fikrət Sadıq yaradıcılığındada görmək olar: "o tapdanmış yollarlagetməmişdir və gedə də bilməzdi. Füzuli qəzəlionun üçün əziz olsa da, Vaqif qoşması o qədərqiymətli olsa da, Sabir yalnız o yol ilə gedəbilməzdi. Sabir üzərinə tarix böyük bir vəzifəqoymuşdu. O Azərbaycanın əzilən, istismarolunan sadə, savadsız zəhmətkeş insanlarınıdünyada baş verən böyük ictimai-siyasihadisələrə, sosialist inqilabı uğrundamübarizələrə hazırlamalı idi. Bu böyük vəzifə iləəlaqədar olaraq o, Nizami, Füzuli, Vaqifinşerlərindən çəkdiyi şirəni yeni bir səpgidə xalqaqaytarmalı, XX əsr üçün tamamilə yeni olanSabir şerinin qüvvəsiylə kütlələrin şüuruna təsiretməli, onlarda vətəndaşlıq hissi oyatmalı idi." (M.Arif. Azərbaycan sovet şeri. "Azərbaycan" curnalı, №2, səh.193)

Zamanın tələblərinə yüksək bədii səviyyədəcavab verə bilmək qabiliyyəti, Sabir ruhu, klasikənənə F.Sadıq yaradıcılığında özünəməxsusgözəlliklərə malikdir. Onun vətən, torpaq, xalq, insan sevgisi, ana-bala ünsiyyəti və digərmövzularda yazdığı əsərlər oricinal F.Sadıqyaradıcılığına məxsusdur.

50

Pisi yaxşıdan ayıra bilməyən, gözü görə-görəədalətsizliklərə göz yuman, özünü çəkən, özgəsini bəyənməyən, öz şəxsi mənafeyi naminəbaşqalarına atılan qara böhtanlardan, öz xeyrinaminə söylənilən yalançı təriflərdən, yalandanqorxan şairin köksündə bir dünya var. Odünyadan qorxmamaq o dünyanın nəbzini tutabilmək deməkdir. Fikrət Sadıq həmin dünyanınnəbzini tuta bilmədiyindən, bir əqidə sahibiolduğundan düzlük, saflıq, mərdanəlik kökündənboy atdığından "suyu da üfürüb içdiyindən" təmiz, saf qalıb. Gələcəkdə öz oğlunun, qızının, nəvəsinin… özündən sonra qoyub getdiyi nəslingözündə saf qalmaqdan ötrü keçirdiyinarahatçılığın yaratdığı qorxu hissini keçirir və buqorxuda bu gün də haqlıdır.

Çünki:Bir zaman yenilik olan,Çıraq ilə axtarılan,İndi dərdə çevrilən,Hər köhnə dərddən qorxuram.Sülhlə müharibə,Yaxşılıqla yamanlıq,Arasındakı tükcə sərhəddənqorxuram.Doğruya çəkilən çəpərdən,Yalana qoyulmayan sərhəddənqorxuram.

51

Mərdi qova-qova namərdeyləyən,Namərddən qorxuram.

Bütün bu dediklərini şair görə-görə gəlib. Oçətinliklərdən şərəflə çıxıb. Adına-sanına layiqolub F.Sadıq. Namərd gülləsindən qorxmaqdahaqılıdır. Bu qoca dünya çox mərdləri özədalətsizlikləri içərisində əridib, haqdan, düzlükdən üznü döndərib. F.Sadıq bu düzlüyü, mərdliyi öz simasında qoruyüb saxlamaq üçünona bu yolda gözləyə biləcəkləri görüb, duyub, qorxub.

F.Sadıq saflığından irəli gəlir, kimin kiminsəkölgəsini qılıncladığını gördükdə heyrətə gəlmək. Bu qədər insanların bir-birinə nifrəti, kini "hardansu içir", boy atır. "Nədir səbəb?"- sualına cavabaxtaran şair öz heyrət dünyasında "çabalayır", çıxa bilmir:

…nədir.Bu qədər acıq,Kin, qəzəb, nifrət.Eşidib-eləyəndə ki,kimsə kimsəninkölgəsini belə qılınclayır.Bürüyür məni heyrət.

F.Sadıq aləminə, xarakterinə bələd olan hərkəs bu heyrətə adi baxır. Çünki mənən saf, cismən, ruhən haqla bağlı şəxsiyyətlərin, sənətkarların qələmindən çıxan bu misralarda

52

bəşəri duyğular, insanların bir-birisinə sevgisiarzulanır.

Onun şerlərində Yunis İmrə ruhu var. O, buruhu zamanına uyğun mövzuda yazdığımisralarında yaşadır. Özünü kainatda-onunböyük, sonsuz, geniş qucağında "kövrək" samanca olmadığını bildirir. Yeri "əzab torpağı" adlandırır, dərdini kamançalarda çalınan musiqisədalarında olduğunu söyləyir. Yaşadığızəmanəylə ayaqlaşa bilməyən, möcüzəsi "söz" olan özünü də bir kəlmə söz bilən qəhrəman budünyada özünü qərib sanır. Yerdə, ətrafındayaşadığı insanlarla münasibətdə də qəribdir:

Bir kimsəm yox çata dada.Yerdə hamı-Yerli adam…Mən qəribəm bu dünyada,Mən bu zamanca deyiləm.

Dünya-kainat-insan F.Sadıq şerlərində bəzənpoetik-fəlsəfi don geyinir. Dünyada yaşamaqüçün çox əzablarına dözmüşsə də, lap zəhirmarolsa da yaşamaq hissini, bu işıqlı dünyada ömrün"bal" da daddığını gizlətmir. Başına gələnləri alınyazısı bilir, yaşadığı acılı-şirinli dünyanın "qarışıbşerə çevril"diyini söyləyir. Atasını, anasını, bacılarını, yaxın dostlarını, yaxşı sirdaşlarınıəlindən aldığı bu dünya şair üçün aldadıcıdır:

İnsan dünyanı aldadır.Dünya insanı aldadır.Lap zəhirmar olsa belə,

53

Ömür yenə də bal dadır.("Etiraf)

F. Sadıq bu dünyanın hər üzünü görüb vəbelə qənaətə gəlib ki: bu dünya "kiminə təsəlli", kiminə "ümid", kiminə var-dövlət verib. Hamıyabir gözlə baxmayan dünya şairin güzgümisralarında öz əksini görür. Bu dünya onunümidlərinə qılınc da çəkib, ona səbir də verib, dərdlə də kökləyib, şirin duyğularla könlünü dəalıb. Bu ikili dünyanın, təzadlarla dolu aləminəməllərinin ağrısını çəkən insan qəlbi isə tərəzigözlü dünyasından gileylidir. Fikrət Sadıq itirdiyiiki gözü, sevimli balası İlkinin yoxluğundan doğankədərini, qüssəsini, dərdini, əzabını, nisgilini, ağrı-acısını verəndə də yaratdığı misralardadünyanın ədalətsizliyindən gileylidir. Çünki budünya "zalım adam kimi olur fağırın qənimi". İlkinidə ona görə bu dünyadan incik idi. Şairin özünündediyi kimi:

Mehri-məhəbbəti, qılığı yoxdur.İstidi, soyuqdu-ilığı yoxdur.Yanmış ümidlərin qılığı yoxdur,Torpağı oxşayır külə dünyanın.

Niyyəti bilinməyən bu dünyanın "başı qarışıq, işi dolaşıq", sevinci qəmlə dolu, göz yaşı iləqarışıqdır. Qurulandan, tikiləndən bu dünya"sarayının kərpici qəmdir". Çünki Fikrət Sadığabu dünya olduğu kimi, İlkin kimi bir baladan, Fuad kimi sevimli nəvədən, dərd içində yaşamış

54

anadan, iyirmi il "xalq düşməni" kimi əzilib mənənqırılan atadan, ömrünün-gününün müdrik çağınadüşən "keçid" dövrümüzdən məlumdur. Onunciginə-biginə bələddir.

F.Sadıq ömrünü, gəncliyini qürbətdə, yadlariçində keçirən həmvətənlərinin dərdiniümumiləşdirib bu misralarda. Onlar İlkini kimi onaəzizdir. Taxta sinəsi altında gəzdirdiyi ürəyinəsığmayan dünyanın harasında olursa-olsun biristəyi var; vətən istəyi, bir həsrəti var; vətənhəsrəti:

Bunda nə hikmət var, görəsənnədən?Elə Vətən deyir qürbətə gedən.Hər qürbətə gedən qürbətdəqalsa,Azalar torpağı, kiçilər Vətən!

Ona görə də şair istəmir ki, gedən insanlarqürbətdən İlkin kimi qayıtsın. Çünki İlkin də ohəsrətin odunda, közündə yanıb kül olub. Yadların içində yaşayanda, şimalın darısqal, qürbət küncündə vurnuxanda da ürəyininhökmünə qulaq asmışdı. İnsan ürəyi çevrəyə, kainata sığmayanda özü-özündən də qaçır.

Şair iki dünyamızın varlığına bəzən şübhəyləbaxır. Bir-birinə bitişik bu dünyanın arasındakı"pərdə"yə qarşı çıxır.

Bu dünya-haqq dünya! Deyənlərdə var.

55

O dünya haqq dünya! Deyənlərdə var.

Əgər ikisi də haqq dünyadırsa,Bəs niyə arada gizli pərdə var.

Bu müəmmalı, sirli, soraqlı görünüşüylədünya çoxlarının rahatlığını əlindən alıb; nədir budünya? Nədir yaratdığından istəyi?

F.Sadıq məkanı bildiyi Yerin təkliyini də şəxsiqayğısı kimi çəkir. Bu geniş kainat, ucu bucağıbilinməyən bu möhtəşəm qalaktikada ikinci birinsan məskəni axtarır, varlığına inanır. Yerdəngöyə ümid dolu nəzərlərlə, arzularla baxan şair"var, hardasa var" deyə üstüörtülü şəkildəmütləqləşdirir. Bu boyda ulduz məzarlığında olabilməz ki, bir "diri" olmasın. O dirini, o "hardasa" olanı, ondan həsrətlə, ümidlə xəbər gözləyəninbəzən istəklərini gizlədə bilməməsində də birsəbəb var. Onun lirik qəhrəmanı:

"Ətim yeyən, qanım içən düşmən də yalqızolmasın" -deyə dünyasına bir doğma qardaş, sirdaş gəzir:

Ağ dumanlar, qulaq asın.Qara lağımlar qulaq asın.Göyün zülmət pəncərələrindən,Gecə-gündüz,Düymə-düymə,

İynə-nizə.Səsləyirəm sizi.Açın sirrinizi.

56

Mavi səma, bəsdir, dillən.Danışın ulduzlar!Baxmayın belə matdım-matdım

Fağır-fağır.Var, hardasa, var.

O "var" inamında "əvvəl-axır" yanılmayacağını bilən lirik qəhrəman mütləq "obaşdan" cavab eşidəcək. Başqa cür də olabilməz. "Axı bu boyda kainatda yalqız qalmaq" özü də bu yaşda ağır dərddir. O, əzizi olan Yerkürəsinin bu yalqızlıq dərdini şəxsi dərdi kimiifadə edir. Ona görə sanki qüssə çəkə-çəkəömrün müdrik çağında əlinə "qələm götürüb buduyğuları, hissləri ifadə edən insan Dünyayabaxışlarında onunla həmyaşıd, həmqəlbdir.

Şair gözünün önündən keçirdiyi tramvayların, qatarların, maşınların-bütün nəqliyyatlarıniçərisində bir nəqliyyat da görür. O nəqliyyat Yerkürəsidir. Tramvay "qəpiyə", qatar "manata" mənzil başına çatdırandırsa, ən böyük, ən bahanəqliyyat isə Yer kürəsidir ki, ömür bahasına"günəşin başına dolandırır bizi"- deyir şair. Ömürbahasına bu nəqliyyatın "sərnişini" olan insan-şair ətraf aləmin sirli pərdəsini yırtmaq istəyini, buistəyə çatmaq yolunda acizliyini də etiraf edir. Dünyalar arası nə var görəsən, o hansı varlıqdırki, insanın əzabından, göz yaşından həzz alır?

Min sirri-mübhəmi bir Allah açar,

57

Mən aciz bəndəyəm açabilmərəm.Dünyalararası yalnız ruh uçar,Mən hələ insanam uça bilmərəm.

"Bir ruhu küskünə" şe'rinin əsas ideyası eləşairin özünün epiqraf kimi yazdığı bu misralardaümumiləşib. Övlad sevgisi, ayrılıq dağı ruhküskünlüyü ilə dolu "Bir ruhu küskünə" şe'rindəşəxsi kədər ictimai kədərlə birləşir.

Şairə görə dünyaya azad gələn, yaşıbilinməyən, başı bəlalar çəkən incə qəlbli, birkəlmə acı və ya sərt sözdən küsüb ağlayan, sonra susub içində əzab çəkən, əbədi olmayan, gəldi-gedər, dağ yüklü dərdləri çiynində gəzdirən, hərdən bulud kimi dolub, dünya, həyat, taleəzablarından Tanrısına belə ağ olan insanməsuliyyətini duymalıdır. Nəfsin əsiri, dünyanemətlərinə həris olmamalıdır:

Aldatmasa nəfs onu,Danmaz haqqın yolunu.Bir insan olduğunu,Bilsə -savabdı insan.

("İnsan")Mürşüd Məmmədli şairin insan haqqında

fikirlərini belə ümumiləşdirir:" F. Sadığın poetikqənaətinə və fəlsəfəsinə görə insan yalnız öztəbii mahiyyətindən və mənəvi borcundan irəligələn öhdəlikləri yerinə yetirəndə daşıdığı adınzirvəsinə ucalır. Heyf ki, insanların heç də hamısı

58

daşıdığı adı və tanrının onlara göstərdiyi etimadıdoğrultmurlar". Çünki Fikrət Sadıq Allahınümidlərini "doğrultmay"an, insanlıq ləyaqətinəxələl gətirən "canavar xislət"li insanlardandünyanın xali olmadığını görüb təəssüf hissikeçirir və bildirir ki, insan hər şeydən üstüntutulmalı, insanlıq insanın meyarı olmalıdır. Əməlinə görə insana qiymət verməyi, nanəcibdən mərdi seçməyi bacarmağı, şərdənuzaq olmağı məsləhət bilir. Əks təqdirdə insanlığıuca tutmayan, insanlığı unudan adamı "Yerdənahaq yer tutunca, yeydir yesə yer".

İnsani keyfiyyətlərdən uzaq insanınyaşamasındansa yaşamamağını daha üstüntutan şair insanlar arasındakı yalanı mərdə rəvabilmir. "Mərdə yalan yaraşmaz"- deyən şair özöyüdlərinin bəhrə vermədiyini, əsrlərdən bəriöyüd-nəsihət verilsə də şər sevən insanlarındəyişmədiyini görüb narahat olur.

İnsafı, mürvəti insan mənəviyyatının tacı bilir, hər ürəkdə insaf görəmməyən, insafın "dürr" kimiaz tapıldığını duyan şair insan-insaf birliyindəmeyarları əsas götürür; "insan insaf balasıdır, insafsız qəlb solasıdır, insaflı ad qalasıdır, insafdan yey ad-san yoxdur" misraları hikmətlimisralardır. Çünki:

İnsaf saxlar ər kişini,İnsafla gör hər işini,Gör dünyanın gərdişini,

59

Çətin yoxsa, asan yoxdur.İnsanlar arasındakı insafı, mürvəti, eyni

zamanda dostluğu, səmimiyyəti yüksəkqiymətləndirən şair dostluqda sədaqəti də dahaüstün bilir. Şair dar günündə dostları sınağaçəkdiyini, dostu dostdan, yadı yaddan ayırdığını, əsl dostların unudulub, yamanların "dost" kimiözünü göstərmələrini görüb belə bir qənaətə gəlirki:

Dost var dosta fərəhlidir, Dost var, dosta gərəklidir.Dost var, düşmən ürəklidir,Marıtdayır altdan-altdan.

F.Sadıq dostluğu, sədaqəti tərənnüm etməkləyanaşı, insan həyatında mühüm rol oynayançörəyi, çörəyə dost münasibəti, kəsilən çörəyəsədaqəti, çörəklə ucalmanı da öz şerlərininmövzusuna çevirir. Bir öynəlik çörək üçünçalışan, min bir zəhmətə qatlaşan insanunutmamalıdır ki, çörək ən əziz nemətdir, Qur"ana bərabərdir.

Çörəksiz dövlət ac məmləkət olar. "Çörəkləucalar el-oban, yürdün-yuvan"-deyən şair bir şeyidə unutmamağı nəsihət edir ki, çörəklə düşmənibelə sınağa çəkmək günahdır. Duz-çörək başucalığıdır. Evinə gələn qonağı duz-çörəkləqarşıla, süfrəndə bir tikə çörəyi əsirgəmə:

Qatı düşməni də bax ha,Çörəklə çəkmə sınağa.

60

Çörək ver gələn qonağa,Duz-çörəkdir baş ucaldan.

("Çörəklə ucalır")F.Sadıq öz lirikasında insan, dünya, kainat

haqqında keçirdiyi həyəcanları, düşüncələri ənincə fikirlərlərlə, hisslərlə ifadə etməyi qarşısınabir yaradıcılıq vəzifəsi kimi qoyur, O, bu mövzudayazdığı şerlərində mühakimə yürütmür, qəlbindən keçənləri mənalandırır. O, dünyanındərdləri, əzabları, insan kimi yaşamaq üçünapardığı mübarizələr içində boğulur.

Tövbə! Əl də vurmamışamBir kəpənək qanadına.Bu fağırlıq ucbatından,

Məni salıb qana dünya!("Etiraf")

Dünya insan haqqında düşüncələrini, poetikdillə insanlığı, ülfətin gücü ilə təmasda verir.

İnsan-şairin lirik qəhrəmanı (çox zaman eləözü) dünyaya, onu əhatə edən ətraf aləmə birqayğıyla yanaşır. Min bir qayğıyla əhatə olunaninsan üçün vaxt təkrarolunmaz bir məfhumdur. Şair sevinc, kədər qarışıq vaxtı boş keçirməməyiömrünün mənası bilir. İnsan ömrü də vaxtlaqoşadır. Su kimi axıb gedən vaxtdan şairsəmərəli istifadə etməyi məsləhət bilir. Vaxtındasevilib-sevilməyə, arzulara çatmağa can atan lirikqəhrəman "hər işi vaxtında gör"-deyir. Mənalı, gözəl keçən vaxtın getməsinə heyfslənmir:

61

Vaxt əriyib söz olur.Dilimizin ucunda.Vaxt axırsa qoy axsın,Gözəl əməl uğrunda.

("Vaxt)Şairin yaradıcılığında gerçək hadisələr öz

şəxsi düşüncələrinə uyğun olaraq poetikləşdirilir. Hegel yazırdı:"Həqiqi lirik şair öz daxili aləmindəyaşayır, bütün şəraiti oz poetik fərdiyyətinəuyğun olaraq mənimsəyir və öz daxili aləminixarici aləmlə, onun şərtləri, tale və konfiliktləri ilənecə ən müxtəlif təzahürlə qovuşdursa da, bumaterialın təsvirində o həmişə ancaq öz hiss vəmühakimələrinin müstəqil həyatiliyini ifadə etmişolur":

Qaldır göyə, at yerə,Yernən süründür məni.Şaxtada dondur məni.Oda büründür məni.Çək məni,

aşağı, yuxarı çək.Çək sola, sağa məni.Amma yoxsulluq ilə

Çəkmə sınağa məni.("Çəkmə sınağa məni")

F.Sadıq şe'rlərində insan əməyini yüksəkqiymətləndirir. Yaradan -quran əllər şair üçündaha qiymətlidir, qüdrətlidir. Şair şe'rə eləideyalar, mövzular gətirir ki, insanı düşünməyə,

62

öz-özlüyündə özünün dediklərindəki həqiqətigötür-qoy eləməyə məcbur edir. Kiminsəşərəfinə, hansısa şahın, hökmdarın, hansısa birmüqəddəs insanını adına qranit sütunlar yonulur, mərmər divarlar hörülür. Şərəfinə tikilən şəxsinadı da o divara nəxş edilir. Şairi bu düşündürmür. Onu düşündürən məsələ doğurdan da həqiqimə'nada düşündürcüdür. Ayağına ağacqabığından çarıq geyib, o qranit sütunlarıyonanlar, mərmər divarları hörənlər var, bəsonların adı, zəhməti, əməyi? Şairin qəbul edəbilmədiyi budur:

Bəs bu mərmər divarları,Hörə-hörə donan da var.

Hanı onlar?Hanı ağac qabığından,Çarıq geyən dülgərlərin adlarıbəs.Bir divarda yüz müqəddəs, Nəxş olunub məhəbbətlə,Bir bənnanın adı belə

Yazılmayıb.Axıdılan tərə hayıf!("Qədim kilsə")

F.Sadıq insanları təbii görmək istəyir. Onlarınyaratdıqları əsərləri də təbii çalarlarla dolugörmək arzusundadır. Sənətkardan da tələbi eləbil budur. Bu da ondan irəli gəlir ki, təbiilik onunqanındadır. O, hər şeydə bir təbiilik gəzir. Ona

63

görə də sənədli filmin çəkilişində, "sənədsiz" yağan yalançı yağış o filmə yamaq kimi görünür. Və o filmi çəkənin nəzərini yağacaq yağışa cəlbedir, təbii səhnələr yaratmağa çağırır:

Sabah dağlardaLeysan olacaq.Leysanı çəkməkAsan olacaq.O leysanı çək.O yağışı çək.Yalançı yağışNəyimə gərək.

("Sənədli filmdə yağış")Dünyada gərəksiz, yalqız, lazımsız olmaq

nəinki insan üçün bir daş üçün də dözülməzdir. Ogərəklik şairi narahat edir:

Yaşayıb heç bir şeyə,Gərək olmamaq dərdi,Ölümdən də betərdi.

("Daşlar")Dağlardan düzlərə, dərələrə yuvarlanıb qalan

daşlar bünövrə olmaq, ayaqlar altına döşənmək, "Yerin ən alt qatı"na düşüb təki yarımaq, gərəkolmaq istəyir. Daşların könlündənmi keçir buhisslər, yoxsa narahat, dünyanı nura bürüməkeşqi ilə yaşayan, yaradan bir insanın?

Yerin altında qalanQaya olan.Dağlardan dərlərə, düzlərə

64

YuvarlananDaşların dərdiSığmır yerə-göyə."Niyə bizi görmürlər, niyə?"Niyə o biri daşlar kimibizi dədivara,qalaya,körpüyə,

hörmürlər, niyə?Fikrət Sadığın bu misralarındakı ən incə

detallarda bir dünya məna yaşayır. Yaşayaninsan yarımaq istəyir məmləkətinə, torpağına, xalqına. Daş insan arzusunu, istəyini özündəehtiva edir. Bu daşlarınmı istəyidir, ilahi, görən? Yoxsa öz ağlı, qabiliyyətilə çoxlarından qat-qatyüksəklərdə duran ziyalının düşündüklərimidir? Daşların harayında nə yaşayır görəsən? Dünyadan, onun ədalətsizliklərindən inciklikmi, ağlının, zəkasının, qabiliyyətinin gücünün yatıbqalmasından cana döyən zəhmətkeş bir insanınnarahatçılığımı? Cahilləri kürsülərdə, vəzifələrdəgörən, oturduğu yerdə sayan, xalqı, millətiqabağa apara bilməyən, danışanda ağzına çulludovşan sığmayan məmurların yalançıvədlərindən doyan hər bir qabiliyyətli, istedadlı, enercili insan bu duyğuları yaşaya bilir və şairFikrət Daş obrazında canlı İnsanın istək vəarzularını ümumiləşdirir. O, daş deyil, o insandır,

65

o torpaq altında qalmayıb, dağlardan dərələrdən, düzlərdən deyil, illərdən, aylardan, günlərdlənkeçib, gəlib yetişib, kamil bir insan olub, özgücünü, cəsarətini göstərmək istəyir, lakinkölgədə qalıb, buna imkan verilmir. Budur şairindaşın dililə dedikləri, demək istədikləri, içini didənhaqsızlıqlar. Bu fikirlər Fikrət Sadıq kimi inqilabidüşüncəli bir şairin qəlbində tüğyan eyləyənməsələlərdən bəlkə də biridir. O "daşların" harayına yaxındır şairin bu misraları:

Azadlıq varımdısa hürriyyətineynirəm?

Mənzilə çatmışıqsa ta niyyətineynirəm?

Dərdlərimiz başına götürüb budünyanı,

Ehtiyaca diz çökən əmniyyətineynirəm.

Daban-dabana ziddir alçaqlıqlaülviyyət,

Alçaqlıq dəbdədirsə ülviyyətineynirəm.

Layiq olmayanlara ləyaqətpaylanırsa,

Minnət ilə verilən ləyaqətineynirəm.

66

İnsan əməyi, insan əlinin yaratdığı möcüzələrşairin şerlərinin bəzəyidir. İlk insan "daşı daş iləyonmaqla, ilk əmək aləti düzəltməklə acizliyindaşını atdı. İnsan əli möcüzələr yaratdı. Şairbütün varlıqların kamili insanın əlinin qüdrətiləkamala çatdığını bildirir. Yerin dərin qatlarınaenən insan öz marağı naminə göylərə də əl atdı. Sonsuz fəzanın dərinliklərini fəth etdi. Aya peykgöndərdi. Kosmosa uçdu, Marsın səthinə endi-qalaktikanın sonsuzluğunun şahidi oldu. Ağlın, qüdərtin yaratdığı, icad etdiyi yeniliklər, kəşflərbəşəriyyətin əli ilə oldu. O əllər ki, cansızmərmərdən canlı heykəllər yaratdı, polad kimiəyilməz qayaları "yardı", misli-bərabəri olmayankanalları çəkməklə insan əli xarüqələr yaratdı, dənizləri, çayları, gölləri bir-birinə qovuşdurdu. Eyni zamanda insan əli yaratıdığı hidrogen, atombombaları ilə Naqasaki, Xirosima faciələrinitörətdi, yaratdığı əlləri ilə də dünyada Birinci vəİkinci dünya müharibəsində milyonlarla günahsızinsanların qətlinə fərman verdi. İcad etdiyisilahların köməyi ilə düynaya sahib olmaqiddiasından bu gün də əl çəkmir, hegemonluqsiyasəti yeridir, sayı -hesabı olmayan qanlartökür. Törətdiyi dəhşətli müharibələr ilə uçurur, dağıdır. Bir insanın yaratdığını o biri insan özəliylə məhv edir. İnsanlara yaxşılıq edən əllərləyanaşı, qana batan əllər də çoxdur. Gördüyünü, eşitdiyini, insan əlinin törətdiyi möcüzələri, şair

67

Fikrət ürək ağrısıyla gözümüz önündəcanlandırır; yaşamaq naminə əlinin qüvvəsindənistifadə edən insana nə lazımdır? Həyat, o gündə, bu gün də həyat! "Dünyanın şüarı həyatdır bugün" -deyən şair bəşəriyyəti sülh, əmin- amanlıqiçində yaşamağa səsləyir, "qurduğu büsatıuçurmaq" üçün yaradan əlləri silah götürməməyəçağırır. Bu səsləmədə, çağırışda dünya dolunarahatlıq, həyəcan, təlaş duyulur.

Dünyada yaxşı insanların, yaşamaq eşqiləyaşayan insanların, kağızlar, daşlar üzərindəmisilsiz lövhələr yaradanların, bir insan övladınıhəyata qaytarmaq üçün özünü fəda etməyə hazırolan insanların obrazları Fikrət Sadıq şerininbəzəyidir, tacıdır. "İnsan ölümü utandırır" şerindəfədakar həkimin xəstə üstünə gedərkən keçirdiyinarahatçıllıqlar, qarşılaşdığı çətinliklər, qorxmadan qarlı- çovğunlu gecəni qət edərkən, piyada da olsa özünün xəstəyə yetirən, bir evinaman-zaman bir oğlunu ölümün pəncəsindənqurtarmaq üçün insan övladının nəyə qadirolduğu tərənnüm olunur. Gecəni səhərə kimiölümlə çarpışan həkimin həyəcanları, övladınbaşı üstündə narahatlıq keçirən ata-anaya bəxşetdiyi sevinc insan əllərinin bəxş etdiyi sevincdir.

F.Sadıq xalqının yaratdığı incəsənətə vurğunkönül sahibidir. Ən yaxşı çalınan saz, kaman, tar, balaban insan övladının əllərinin möcüzəsidir, barmaqlarının kəşfidir. İnsan oğlu arzu, həsrət,

68

hopmuş musiqisində nələr yaşatmır; vüsalhəsrəti, könül istəyi, hicran əzabı, yurd nisgili, qartallı qayalara sahib olmaq arzusu, daha nələr, nələr…

Şair balabançı Həsrət Hüseynovun, görkəmlibəstəkar Qara Qarayevin musiqisindəduyduqlarının önündə əsirdir. Eşitdiyi "Ərəbnəğməsi"ndə də insan övladının hiss vəduyğularını görürük. Qəm, kədər, sevinc, ümid, arzu bəşəridir. Hansı dildə, hansı ölkədəyaşamasından asılı olmayaraq, onu dinləyəndəduyursan ki,

Bu nəğmənin bəmində həsrət, intizar, hicran!Bu nəğmənin zilində fəryad, çağırış, üsyan!Bu nəğmənin bəmində sakit sularınsəsi.Bu nəğmənin dilində tufanların nərəsi.Bu nəğmədə qəm də var, kədər də var, yas da var.Nifrət də, qisas da var.

("Ərəb nəğməsi")Afrika xalqlarının azadlıq uğrunda apardıqları

mübarizədə qazandıqları qələbə "Afrika" şerininmövzusudur. 1960-cı ildə Afrika xalqları azadlıqəldə etdi. Ürəklərdəki arzular gül açdı. Nil çayıaşıd-daşdı, amma o sevincdən aşıb-daşdığından

69

nə taxıl zəmilərinə, nə kəndlərə, nə bağlara, nəbəndlərə ziyan toxundu:

Müstəmləkə zənciriniParça-parça qopardı Nil,

apardı Nil.Günəş yerə xəlbir-xəlbir od ələyib əsarəti

yandırıb kül elədi. Zəncilərin- qara dərilizəncilərin zəncirləri "xıncım-xıncım" oldu, azadlıqgünəşi doğan ölkədə qaraların ağ geyinməsi, ağların qara geyinməsi müstəmləkə zəncirininqırılmasına, onların öz hüquqlarını müdafiəetməsinə, bir insan kimi öz şəxsi səadətləriniəldə edə bilməsinə işarədir. Şair Afrika xalqınınbu sevincinə qoşulur. Onun lirik qəhrəmanlarıhansı irqə, hansı dinə mənsub olmasından asılıolmayaraq xoşbəxtltik arzusu ilə yaşayır. BəxtiyarVahabzəadənin dediyi kimi "Sülh mövzusuazadlıq eşqi ilə çırpınan müstəmləkə xalqlarınınqollarındakı əsarət zəncirini qırmaq arzusu" Fikrət Sadığın mövzu dairəsinin geniş, əhatəliolduğunu göstərir və "insan kainatın müqabilindəbir zərrə olsa da, adi insan ömrü intəhasızzamanın bir saniyəsi olsa da, o kainatın vəəbədiyyətin sirlərini öyrənməyə qadirdir. Fikrətkainatın sirli əlifbasını oxumağa başlayan, özidrakı ilə mübhəm sirləri öyrənməyə can atan adiinsanın sonsuz qüdrətini tərənnüm edir".

F.Sadığın muasir nağıllarında insan əvəzsizvarlıqdır. Qumun üstündə "Mağara", "Balıq",

70

"insan" şəkilləri çəkən balaca qız mağaranıbalığa, balığı insana oxşadır. Ona görə dəqəlbində öz nağılını düzür, qoşur. Onunnağılında bu dünyada əvvəllər dağlarda xeylimağaralar, kahalar olub.

Günlərin bir günü,Ayaq açıb yeriyiblər.

Bir yerdə durmaqdan bezikmiş mağaralar gahqarnıüstə, gah üzü, gah böyrü üstə, gah diziüstə, başı üstə yıxıla-dura

Axışıblarçaylara, dənizlərə,balıqlara dönüblər.

Bacalarına su dolub, bir cüt göz olub vəmağaranın ağzı balıq ağzı olub".

Balıqlar suda da cana doyub. Yenidənçıxıblar üzə. Gəldikləri sahillərə sürünüblər. Mağaraların kələ-kötür divarları suda olanpulcuqlara çevrildiyindən süründükcə balıqların opulcuqları tökülür. Ürəklərində təpər tapıb, opulcuqları çırpıb töküb, "dönüb olublar insan". Özilkinliyini unutmayan insan evlər tikib, yollarçəkib, bütün dünyanı gəzib dolanıb, onun sahibiolub. Dünyanın hər misqalında insan izi axtaranşair nə istəyirsə onu yaradır. İlk insanın suda, quruda izləri axtarılır və o izlərdə insan arzusuəsasdır. Bəli insan arzusu. O insan ki, sudançıxdı, evlər tikdi, qurdu, yaratdı, arzularıtükənmədi, başının üstündəki mavi səmaya, boş

71

kainata baxdı, möcüzələr axtardı, gözləmədiyindən də qəribə möcyzələr tapdı. İndidə göyləri fəth etmək istəyir. Quş olub uçmaq, buludlara qoşulmaq istəyib, arzularına çatıb. Burada insan arzusu, istəkləri, həmişə yenilik, macəralar gəzən insanın qorxusuz, hürküsüzyaşamaq fantaziyası baş alıb gedir. Deməli, Fikrət Sadıq insanın ilkinliyini daşda, sudaaxtarır. Bu axtarış yeni deyil, kökə dönmədir bu. İlkinlərimiz də suyu, Dağı, Daşı insanın yaradıcısıhesab etmişlər və bu inamın işqığında möhtəşəmbir mifik dünyalarını qurmuşlar. O mifikünsürlərdə də insan daima yenilik arzusundadır. Bir yerdə qərar tutmaq istəməyən insan quşolmaq istəyir, ağac da, bulaq da, dərya da, göylərə uçmaq üçün qanadlı olmaq da-nəistəyirsə istəsin insan, onun istəyində ancaqyaşamaq istəyi, yenilik duyğusu əsasdır. O, biryerdə qərar tuta bilməz. Çünki onda elə bir duyğuvar ki, bu duyumdur insçanı dəyişən, dəyişdirən, aliləşdirən, möhtəşəmləşdirən. Kim nə bilir, qayalar, mağaralar balıq olub, balıqlar insanolub…. Bunlardan insan necə yaranıb? -sualınaromantik cavablar deyilmi? Fikrət Sadıq insanıburada aliləşdirir. O insanları ki onları sevir. Oinsanları ki, beşikdən qalxanı böyük arzularınqucağında çırpınır. Onlara yetişmək ümidi, arzusuyla çalışır, mübarizə aparır və bumübarizə onları ümidlərin qoynunda yaşadır.

72

çoxlarını dəyişir, adilikdən ülviyyətə, insanlıqdanşəhidlik zirvəsinə qaldırır, onun daima yeniliyə, tərəqqiyə səsləyir.

İnsan bu yolda yıxılır, durur, çiçəklənir, solur. Şairin lirik qəhrəmanının qəlbində istəyi təkcəyaxşılıq olmayan insan xəbisliyi də bir qorxuyaradır. Fikrət Sadıq "qorxu" məfhumuna ötəribaxmır. Bu dünyasının pisini-yaxşısını, ağrısını-acısını, şirinini duyandan ömür yollarının enişini-yoxuşunu görəndən şair "qorxur". Bu qorxudançox ehtiyatdır. Dünya ölümlü-itimlidir. İnsanlarxeyirxah və daşqəlblidir, paxıl və mərddir, acı dil-şirindildir, səmimi və kobuddur. Yaxşını, pisiqanmayan nadandan, yaxşıya göz yumub pisitərifləyən ikiüzlüdən, üzünə dost, arxasıncadüşmən olandan qorxmamaq olmaz. O, təmiz, saf insan olduğundan

Quru böhtandanQırmızı tərifdənAğ yalandan qorxuram.

-deyir və şairin qorxuları da bəşəridir. Sülhləmüharibə, yaxşılıqla yamanlıq üz-üzə durandadünya özü qara geymirmi? Bundan qorxmamaqözü qeyri -insanilikdir. Hər kəs yaşadığı dünyanınəkslikləri ilə qoşadır. Doğruya çəpər çəkilirsə, yalana hədd qoyulmursa, mərdi qova-qovanamərd edirlərsə niyə də qorxmasın. Buqorxaqlığın arxasında insanın öz insani ləyaqətini

73

qoruyub saxlamaq məsələsi durur. Ona görə dəüstüörtülü şəkildə

Həmişə qoçaq olmaq çətindir budünyada,Hərdən bir də qorxaq olur adam-deyir.

F.Sadığın "işıq" şerlərində insan-dünya-kainat var. Bu şerlrində işıq fəlsəfi, bəşəri birucalıqdır. Bu ucalıqda vəhdət və tamlıqölçüsüzlük, nəhayətsizlik, əbədilik var. Onunşerlərində torpaq, insan, vətən, zaman, dünya, işıq anlayışları bir-birilə vəhdətdəir. İşıq, odxalqımızın sitayiş yeri, inam ocağıdır. İşıq şairinşerlərində zamanla-həyatla bir yaranıb.

İşıq inamlarımızda "Avesta"dan əvvəllər dəmövcud idi. "Avesta"da od özünəməxsus birpoetika ilə bəzənib. Fikrət Sadıq bu obraza yeniçalarlar vurub. İşıq saflıqdır, işıq yenilikdir, tərəqqidir. Fikrət Sadıq yaradıcılığında işıqböyük, əvəzsiz bir məfhumdur, varlıqdır. İşıqGünəşin timsalıdır. İşıq həyatdır, şairin nəzərindəişığın yaşı dünyanın yaranışından başlayır.

Bir cazibə burulğanına düşübƏbədi dolanmaqdan:Bir çınqı alışdı haçaqsa.Bir topa dumanlıqdan.

O gün doğulan çınqı,Günəş oldu, Kürə oldu, közərdi.

74

Dövrəsində halay vuranplanetlər,Ondan qopan gözlərdi.

Yer o gözlərin ən gözəlidir, çünki sonsuzsəma səltənətində "bəlkə də ilk odlu-sulu torpaqkimi qəbul etdiyi Yer kürəsinin astronomikqanunlarını şair poetik bir dillə vəsf edir. YerGünəş ətrafında fırlanır, Günəş şairin şerində"başına dolandırır bizim Yeri". Başınadolandırdığı Yer kürəsinin sakinlərini-insanlarınısevdiyindən, insanın dünyaya gələcəyiniəvvəldən bildiyindən dəryalarında, dənizlərində, çaylarında, neftində, qazında "işıq yığıbsaxlayıb", "gizlətməyib yerdən heç nəyini".

Zaman və məkan qütblərini yalnız işıq sürətibirləşdirə bilirsə, ən böyük tamlığı və vəhdəti işıqsürəti mümkün edirsə, onda şair poetikfikirlərində nə qədər haqlıdır:

Amalı işıq olubişığın hər zaman.Yaşda hamıdan böyük,Hünərdə hamıdan iti,Mərdlikdə hamıdan ulu,Səxavətdə Günəşə tay,

ucalardan uca,Həmişəcavan, həmişə

Əbədi işıq.

75

İşıq F.Sadıq şerlərində elə bir tərif alıb ki, fiziklər, riyaziyyatçılar, astronomiklər işığa belə tərif verə bilərdilərmi görən?

Doğra, parçala, kəs, sındır.Böl, quyuya at, as işığı.

Yenə işıq olacaq.Bütövü də işıqdır, zərrəsi də.Rəngi də işıqdır, səsi də.Həcmi də, tutumu da, biçimi də.İşıqdır, işıqdır, ancaq.Əsrlərin zülmətini yara-yaraqorxudulsa da,gizlədilsə də,işıq olub insanlara.

-deyir və özünü işıq övladı kimi vəsf edir. İnsan harda olursa-olsun işıq axtarır, sevgi də, ünsiyyət də, söz də işığa "möhtac"dır. Gecə də, gündüz də insana işıq gərəkdir. "işıqdandoğulmuşuq, işıqdan" israrla deyir və insanınəməlində, qəlbində də işıq gəzir, onun insanikeyfiyyətlərini işıqla, onun çəkisi ilə ölçür:

Qəlbində işığı çox olanın,Ocaq söndürə bilməz əli.Söndürmək istəsə də gəlməz əli.

İşıq ədalətlidir, düzdür, haqqına tapınandır. Yaxşılara ana olan, yalanlara gülən işıq birObrazdır. O, Gecələr yanır, gündüzlər var, dünyanın hər üzünü görür və ona görə də"çoxgörüb, çox bilir işıq". İşığın adında bir həqiqət

76

var. O yalanı sevmir, hiylədən uzaqdır, o mərddir, Prometey onu oğurlayıb insan övladınaçatdırmaq istəyəndə, allahlar allahlıqlarıylaqorxub, bunu "gizlətsə" də od qorxmadan, yarpağı yandırıb keçib, "məni aparırlar" deyəcomərdlik edir, həqiqətin işıq üçün əvəzi yoxdurvə ona görə də mayasına qatılacaq haramıistəmir. İşıq eyni zamanda səbirli, dözümlüdür. İnsan övladına gərəkliliyini bilib tələsmədən onaçatacağı günü də dözümlə gözləyir. ŞairPrometey tərəfindən oğurlanıb insanlaraçatdırılan işığa-oda, onun insan övladınınsəadəti, firavanlığı naminə istifadəsinə poetikməna verir. İşıq obrazdır. İşıq Fikrət Sadıq üçünöz əqidəsi uğrunda döyüşən, əzilən, vurulan, vuruşan, hər cür əzablara sinə gərən mərd, azadlıq mücahidini xatırladır. O azadlıqmücahidini ki, işini, ömrünü vətənin, xalqınınxoşbəxtliyi naminə qurban verdiyindən xalq üçünmüqəddəs, işıqlı bir yolun yolçusu olduğundansevilir, xalqın, vətənin işığı, ziyası, nuru kimiyüksək qiymətini alır. Taleyini insanlarınxoşbəxtliyi naminə qurban verərək öz xalqınıinsanları necə sevirsə, işıq da onları elə sevir. Buişıqda bir yanımcılıq var, inadkarlıq var, cəsarətvar, dözüm var…. İnsan xoşbəxtliyi naminə işıq oqədər fədakardır ki, "mumda" əridib şamdöndəriblər, insan kimi "qəlbini şan-şan" ediblər, ocaqda qaynadıb "dağ" ediblər, şüşə qəfəsə

77

salıb "dustaq" ömrünü yaşadıblar, hətta Nəsimitək dara çəkiblər, amma şöləsini, işığını, nurunu, insana bəxş etdiyi sevincini duyub, "bir dəfə dəincimədi, küsənmədi taleyinə".

İşıq Fikrət Sadıq üçün budur. İşığın ömrüinsanın ömrü kimi mənalandırılır. İşıqla üzbəüz, təkbətək söhbətində şairin daxili aləmi, duyğu vədüşüncələri özünün təzahür formasını, bədiiifadəsini tapır. Milli-mənəvi, etnik, əxlaqidəyərlərimizə söykənərək yazılır Fikrət Sadığınşerləri. Kainatın təməl daşı kimi vəsf etdiyi işıq-od yaxşı ki var. İnsan ağlını, düşüncəsini işığabənzədən şair "bəşərin yoludur, işığın yolu"-deyir.

Bəxtiyar Vahabzadə:Azərbaycan oğluyam,Odu Allah sanmışam.Anam torpaq,Atam od,Mən oddan yaranmışam

-deyirsə, Fikrət Sadıq oda bağlılığını bu cürtərənnüm edir:

Mən lap uşaqlıqdan vurğunamoda.İşıq axtarardı gözüm hər axşam.Anam lampamızı gec yandıranda"Cızza, cızza" deyib çoxağlamışam.

78

Hələ indiyədək qalıb yadımdaƏlim yana-yana od qaladığım.İlan gözündəki parıltını daİşığa oxşadıb qamarladığım.

Hörmətli şairimiz Musa Yaqub onun işıqmövzusunda şerlərində nələr görmür:"ilangözlərində olsa belə o işığı, o parıltını qamarlayıbtutmaq istəyən Fikrət.

Ömrünün bütün mərhələlərində Fikrətiniçindən keçən o işıq onun şerlərinə, misralarınaaxıb keçib, oxucularının ürəyinə ümid işığı verib, yaşamağa inam işığı paylayıb.

İşıq olmasa gül-çiçək üstə şeh parlamaz. İşıqolan yerdə inci var, üzük qaşı var, zərgər işi var. Məhz Fikrət könlünün işığıyla şerdə söz üstündəzərgər işi görür, inci yaradır, sözə rəng vurur, üzüyə qaş qoyur. Budur əsil söz sənəti".

F.Sadığın şerlərində insan təbiətindəki işıqxeyirxahlıq, nəciblikdir. İşıq obrazı onun bütünyaradıcılığından qırmızı bir xətt kimi keçir və"İşığın yaşı" kimi poemanın mövzusuna çevrilir. Lirik assasiasiyalar silsiləsi kimi yazılmış bupoemada işıq obrazı insanın mənəvi tarixininəsas başlanğıclarından biri kimi poetikləşir".

Cənub qütbünün buzlaşmadan əvvəlkidövrünün xəritəsinin tapılması haqqındadanışılan sözlərə şair həm inanır, həm inanmır. Atlantida adlı dünyanın varlığına, orda bütüncanlıların dil açıb danışmasına inanır da, inanmır

79

da. İnsan övladı bilir ki, harda sülh əmin -amanlıqvarsa, harda səmimiyyət varsa orda gülüstanolar. Bunları bəlkə həqiqət, bəlkə fərziyyələrhesab edib eşitdiklərinə inamında şübhələrdolaşan şair fəqət dəhşətli bir şeyə inanır, özü dəheç bir şübhəsi olmadan inanır. İnanır ki, "atomdolu raketlər" qitələrdən qitələrə uçuş etsə, onda

Nə dünya qalar, nə xəritəsi.Nə Atlantida əfsanəsi.Nə də balıqların səsi.

"Dövrlər" Fikrət Sadığın eyni adlı şerindəayrıca bir mövzudur. Dövrlər silahına, Allahına, günahına görə məşhurdur.

Daş-Tunc-Mis dövrüBuüçü bir yerdəparçalanmavə güc dövrüdür.

Sonra daÖmürə,kömürə,dəmirə.

Ondan sonrakı dövrləri şair ən pis dövr kimiqiymətləndirməkdə haqlıdır. Müharibələr, ziddiyyətlər, bir-birilə ədavət və bundan dadəhşətli dərdlərin içində-"itib-batıb, haqq-ədalətdövrü". Və o zamandan bəri davam edən çoz"uzun" çəkən "tarixin bu paxıl və xəbis dövrü"

80

şairi dəhşətə gətirir və həsrətlə "qızıl dövrü, gümüş dövrü, mis dövrü" arzulayır.

Şairin özünün dediyi kimi bu xəbis dünyadaqazancı beton ev. "ton-ton" dərd, qəm, "misqal-misqal" sevincdir.

"Mən adicə insanam" şerində şair yer üzününəşrəfi insanın gəldi-gedər olduğunu, dünyada isəəməli qaldığını "Mən kainata baxılsa ən kiçikzərrənin mində biriyəm" -deyir. Amma"düşüncə"sinin günəşdən qətrə-qətrə içdiyiziyasıyla, zəkasıyla nələrə qadir olduğunu kimbilmir. O, qabarlı əllərilə sahibini Veneraya, Marsa çatdıran insanın "fəqət adi olmayan, kainat kimi sonsuz, işıqlı idrakı" var. Eynizamanda o idrakın sayəsində qazandığı, gücü, qüdrəti, arzu-niyyəti var. Şairin nəzərində insanbelə böyük varlıqdır.

F.Sadıq insan övladının gücünü, təpərini, qeyrətini, əlinin, qolunun qüvvəsini kor qoyansilahlara qarşıdır:

Hələ tüfəngi görüb,İnsana acıdı Koroğlu.Dedi:

"Hünər getdiMərdlik getdi".

Bəs görsəydi atom yüklü raketi?F. Sadıq yaradıcılığında xoşbəxtlik gəzmir.

Hərə xoşbəxtliyi bir şeydə görür. Birininxoşbəxtlik sandığı şey, digəri üçün istirab ola

81

bilər. Sipinoza xoşbətliyi insanın "Ağıl vəzəkasında" öz aydın ideyalarında axtarmaqdagörürsə, F.Sadıq xoşbətlik haqqındadüşüncələrində böyük filosoflara bənzəyir. Sipinoza bildirir ki, "insanını həqiqi xoşbəxtliyi vəsəadəti yalnız onun müdrikliyində və həqiqətidərk etməsindədir. Dünya insan üçün genişməfhumdur. İnsan- dünya fəlsəfəsi müxtəlifbaxışları özündə yaşadır. İnsanın dünyanı necədərk etməsi haqqında baxışlar zəngin vəmüxtəlifdir: "insan nə qədər dünyanı və özünüdərindən dərk edərsə bir o qədər azad olar,… özhiss və ehtiraslarına düzgün nəzarət edə bilər. Dünyanın dərk olunması ruha ən ülvi sakitlikverir. Əsil xoşbəxtlik, səadət, nəşə, sevincmənbəyinə çevrilir. Dünyanı və özünü dərk etməinsana onun səadəti üçün son dərəcə vacib olantəmkinlik verir, ətraf mühitdə baş verənhadisələrə səbrlə aydın, ağıllı, yanaşmağı, tez-tez özündən çıxmağı, hirslənməyi, qəzəblənməyiöyrədir.".

Şairin gözündə Çörək bu dünyanın ənqiymətli sərvətidlir. Gövdəsi saman çöpü olsa da, bütün yer kürəsi "Söykənib çiyninə" deyir şair: hər evdə əziz, müqəddəs sayılan çörək insanınilk kəşfidir görən? Odu Olimpdən gəlib, Prometeyoğurlayıb insanlara veribsə, insanını özünün dəkəşfi balaca kəşf deyildir.

Çörəyi ilk dəfə kəşf edib insan,

82

Çörəyi tapıblar ana torpaqdan.Çörək insana torpağın verdiyi gücün rəmzidir.

Çörək təkcə yaşamaq üçün yeyilmir. Çörəyin birloğması nəyə qadir deyil?

Yeddi dağ aşırır təkcə bir loğma.Bu doğma torpağın gücü deyilmi.

Çörək torpaqdan cövhər, günəşdən nur alır. Kəhrəba rəngli, qızıl sünbülsüz "arzular solar" deyə- şair onu nəvazişlə oxşayır. Onu dən-dən, tel-tel olmağa səsləyir, çünki onunla sevinirinsan. Çörək insan övladının qeyrət, təpərrəmzidir. Çörəyi bol olan vətən basılmaz. Çörəkinsanı dost qapısına apardığı kimi, düşmənayağına da aparmaq qüdrətinə sahibdir. Onagörə də şair ana torpağın kəhrəba rəngli buğdazəmilərini oxşayır, sevir, çöllərinin, çəmənlərininsünbüllə bəzənməsini arzulayır və istədiyi dəbudur ki, "vətənin çörəyi bol olsun gərək". Bəligərək çörək bol olsun ki çörəyə olan ehtiyac onadost - düşmən qapısı döydürməsin. Çörək şairüçün dünyanın hər cür var-dövlətindənqiymətlidir. Şirvanın, Muğanın bərəkəti, buğdanınbir ovucunu bir ovuc mirvariyə dəyişməz şair.

Dünya insanı qayğı, qüssə, dərdlə yükləyib. Bəzən bu dərd, qəm şairin lirik qəhrəmanını"çaşbaş" salır və bu çaşbaşlıqda dərd də özünüitirir. Səbrini dalğalar "oy"muş insanın nə üztutulası ada, nə söz deyiləsi adamı, nə yaxın birsirdaşı qalır. Bomboş qəfəsə bənzətdiyi ürəyinə

83

yaxın qardaş-bacı yoxluğu, həyəcan, qüssə dolubu dünyadan şairə ancaq təlaş qalıb:

Dərd mənimlə tutub qurşaq.Bilirəm ki, o yıxacaq.Ömür boyu mənə ancaqYaşamaq yox, təlaş qalıb.

("Qalıb")İnsan övladı üçün ümid həyatdır. Ümidsizlik

ölümə aparar insanı. Fikrət Sadığın lirikqəhrəmanı ümidə də daha bel bağlamır. Dərdonu üstələyib, yaraları daha ağtırdır.

Yep yekə bir ümid istə.Gətir qoyum yaram üstə.Ölçüsü düşməz üst-üstə.Yaram dərin-batar ümid.

Lirik qəhrəman fikirlərində təzadlıdır. İnsanıyarı yolda qoyan ümid, yaranın dərinliyində batanümid yenə "yoxdan" yaxşıdır. Ona da "taleyinnaxşı", Allahın "bəxşi" kimi baxır, əl tutacağınainanır. Nə yaxşı ki ümid var, o ümid ki, insanıovundurur, bəzən aldadır, qışının, baharınıngələcəyi ümidi ilə yaşayır insan. Demək ümidinsan üçün yaşamağa, inama çağıran birqüvvədir, yaxşı istəkdir:

Həyat ümidlə xoş olar.Ümiddə bu cazibə var.Çəkib bizi də aparar.Ömür boyu qatar-ümid.

84

Ümid- ömür çəkib aparan qatar. İnsan ümidləyaşayır, gecənin zülmətinin günəşli gündüzləəvəz olunacağına ümidini itirmir, pis, çətingünlərin ömrü az olacağına ümid edir. Çətinədüşəndə insan sabaha ümidlə baxır. Ümid insanömrünün həm də meyarıdır. Bu ümid də elə bilruhun köməkçisidir, insanın qəlbinin harasındasagizlənib, ona lazım olanda karına gəlir, köməyinəçatır. Fikrət Sadığın yaradıcılığında ümidinimkanları belə çox, zəngindir.

Şair üçün insan ömrü boyu çalışmalıdır. Onun arzuları, işi tükənməməlidir. İnsan işdə, hərəkətdə özünü görməlidir. İşini qurtarmışlaronun nəzərində ölmüşlərdir. İnsan daima nə isəetməlidir, ömrünün axırına qədər, elə son anınaqədər də:

Yaşasın işi yarımçıq qalanlar.Son anadək narahat olanlar.

Çünki şairin nəzərində "işini qurtarıb ölənlər, çoxdan ölmüşlərdi".

Azərbaycanın bu günkü ictimai-siyasi, elmi-texniki səviyyəsi özündən əvvəlki dövrlərdəntamamilə fərqlidir.

Fəsillər imkan verir ki, şair insan-ömürhaqqında düşüncələrini vəsf etsin. Bahar qıza, yay oğlana, payız ata-anaya bənzədilir. Bargətirən, qayğı çəkən Bahar fəsillərin "ağlayıb-gülən"i, həm də şairin nəzərində "sevginin, dözümün, inamın" son zirvəsidir. Bahar şıltaq bir

85

qıza, yay dəliqanlı bir cavana, payız mehriban, qayğıkeş ata-anaya bənzədildiyi halda qış qocaqarı kimi təqdim edilir. Şair insan ömrünü bufəsillərə bölür, dörd fəsli bütöv bir ömür kimi vəsfedir və onu sənət aləmində dörd misradaverilmiş, bitkin bir şer forması olan rübaiyəbənzədir və bütün bu tərənnüm etdiklərininsəbəbkarı dünyanı bilir.

Dünya, bunlar sənin işindir,Dörd əlin var sənin.Dördü də uzun dünya!Dörddür sənin üzün dünya!-

Yaz əliylə gətirən, payız əliylə aparan, yayəliylə nur əliyən, payızında yazı ağlayanDünyaya şair başqa bir ömür arzulayır. Elə birömür ki, onun insan ömrünün payızı olduğuhalda Dünyanın payızı olmasın."qoy Dünyahəmişə bahar olsun!" -deyir şair və bilir ki, insangəldi-gedərdir, "Dünya var olsun! " Dünyanınəbədiliyini, varlığını arzulayan şair onu sevir. Dünya sevgisi onun qəlbində yegənə məşəldir. Oməşəlin işığında dünyada onu əvəz edəcəknəslini, soyunu görür, çünki bir nəvə eşqilə dizçöküb Allahına "mənə bir nəvə bəxş elə"- deyibdua edəndə də dünyanın varlığının etibarlılığınınişığında istəyini bəyan edirdi. Dünyanın varlığınıarzulayan şair elə o varlıqda əzəli əbədi insanıda görmək istəyir. Dünya öz fəsilləriylə qoyyaşasın. Nə qədər həyat var, insan övladı

86

yaşasın, elə o özü də razıdır ki, nə qədər ki həyatvar, ona yaşamaq nəsib olsun, ona xəzanyağışlarını görmək nəsib olsun. Dünyanın hansıüzü olur-olsun insan üçün həyat deməkdir, eləqarlı qışı da, payızı da. Şair razıdır ki, dünya onuqışına, payızına düçar eləsin, çünki bu payız onaömrünü xatırladır, özünü xatırladır:

Bir daha "payızdan nə qaldı"-demə,

Bircə yarpağından yazmışamhələ.

Bu gün payız mənə dahaəzizdir,

Kəsişib ömrümün payızı ilə.Şair təxəyyülünün yaratıdığı qəribə bir

oxşarlıq, bənzərlik misralardakı lirizm şairə imkanverir ki, ürəyindən keçən hissləri bu qarınyaratdığı mənzərə daxilində açıb töksün. Hərtərəfə yağan qar ayaq altında əziləcək qar-çiçəyəbənzəyir, insan onu tapdayıb üstündən keçsə buqar-çiçək əziləcək. Bunun üçün isə " təbiətinhaqqı yoxdur" insanları qınaya. Çünki insanınəzizləri də o torpaq altındadır. Qar yağması,küləyin, şaxtanın onu buza döndərməsi, Günəşino buzu, şaxtanı əritməsi, qarın ağ nuraboyanması şairi mətləb üstünə gətirir:

Qara baxıb,Qara deməkAğ yalandır.

87

Daha ağı,Qara görmək,Qaralandı.

Və şair qarı tərənnüm edir, şişirtmədən, aydın, təbii bir şəkildə və bir gün onun"sürüşkən"lik bəhanəsiylə qazınıb kürünməsindəbaşqa bir məna gəzir; insanlar arasındayaxşıların, istedadlıların mənən məhvedilməsindən narahatlığını ifadə edir.

F.Sadığın qələmə aldığı mövzularrəngarəngdir. O müşahidə etdiyini, gördüklərini, bildiklərini, onu narahat edən həyat problemlərini bədii sözün gücü ilə müxtəlif poetik formalardavermək qabiliyyətinə malikdir. Hay-küydən, şablon ifadələrdən uzaq həyat həqiqətlərinisənətkarlıqla öz əsərlərində əks etdirənsənətkardır. Onun müraciət etdiyi mövzular-təbiətgözəllikləri, ata-ana sevgisi, övlad məhəbbəti, müharibənin törətdiyi ağrı-acılar, fəlakətlər, müasir həyat, ziddiyyətli cəmiyyət hadisələri, ailəsevgi münasibətləri, müxtəlif şəxsiyyətlərin həyatvə fəaliyyətinin tərənnümü, uşaqlıq illəri ilə bağlıacılı-şirinli xatirələri təşkil edir.

Dünya təzadlarla dolu olsa da şair öz vətəninitəzadlar içində görmək istəmir. Çünki o bilir ki, bütün aləm təzadlarla doludur. Bir-birinəbənzəməyən barmaqlar, qocaya-cavana, ağa-qaraya, əsgərə-qoçuya bölünən, bir-birinəbənzəməyən, peşələri də müxtəlif insanlardır bu

88

düynanın sahibləri. Hər canlının öz gücü, hərmeyvənin öz dadı var, bir ananın övladları bir-birinə bənzəmir. Vaxt da bir-birinə bənzəmir. Dünyanın bütün bu təzadlarında şair bir təbiilikgörür. Lakin onu insanlıq üçün qəbul edə bilmir.

Bu duyumlar "Baş daşına yazılmış biri vardı, biri yoxdu" şerində də qəlb göynədicidir. Şairdaşa yazılmış bu sözləri göz yaşına bənzədir. "Biri vardı" ilə başlayan, "biri yoxdu" ilə sönənhəyat insan üçün nədir?-sualına cavab verir:

Uyu nağıl yaşlı yavru!Torpağın qu tükü olsun!Onsuz da bu dünyada hamını"Biri vardı, biri yoxdu" yaşadır.

Şair "Biri vardı, biri yoxdu" nağıl başını yanıqlıfəryada, "daş beşikdə ana laylası"na bənzədir. "Biri vardı" ilə başlayır, "biri yoxdu" ilə həyat sonayetir. Nağıla bənzəyən ömür, onun kədəri, qüssəsi, dərdi, itkidən doğan göz yaşı dolu buşerdə "budağında sınmış qönçə"nin başdaşınayazılan yazı şairin bu misraya geydirdiyi poetikdon həyat fəlsəfəsidir, insan fəlsəfəsidir, olum-ölüm fəlsəfəsidir. Dünyanın bütün sevincinəbərabər tutulan bir damla göz yaşının fəlsəfəsidir. İnsan üçün iztirab, dərd fəlsəfəsidir. Dünya sirlərdünyasıdır, bir yandan boşalır, bir yandan dolur. Birinə sevinc, birinə qəm, birinə qönçəsindəsolmaq, birinə artıq çəliyini belə əlində saxlamaqimkanı olmamaq, ömründən bezar yaşamaq,

89

qocalıb əldən düşmək, qismətinə yazılan taleyazısı, yarımçıq ömür, əziz itkidən doğan kədər-nə istəsən taparsan Fikrət Sadığın "Biri vardı, biriyoxdu" misrasının içində. Bəlkə də nə qədər görəbilmədiyimiz məsələlər var bu misralarda. Birepopeyadır; Yarımçıq insan ömrü haqqındaepopeya, ümidlərin işığında yaşayan insanhaqqında, ümidləri üzülən insan haqqında… nəad verirsinizsə verin, bu şer belədir, olduğukimidir. Ölçüsü, meyarı olmayan insan kədəriniduyan, insanlığın qayğısını, dərdini öz şəxsidərdi, qüssəsi kimi qəbul edən kövrək ürəkli, safinsanların qəlbindən qopub gələ bilən bumisralarda insan dərdi var.

Müharibə -insan həyatına ən ağır müsibətlərgətirən dəhşətli kabusdur. Fikrət Sadıq BöyükVətən müharibəsinin, İkinci Dünya müharibəsinindəhşətlərini yaşamış sovet adamlarındandır. Müharibə dövründə bütün sovet adamlarınınqapısını qara kağızlar döyüb. Müharibənin ağrı-acıların əsrlər keçsə də yaddan çıxmaz. FikrətSadıq Macarıstanda, Berlin yaxınlığındakıdöyüşlərdə qardaşı həlak olmuş belarus yazıçısı, dostu İvan Novikova "13-lər" adlı bir poema həsretmişdir. 45--ci ilin baharında həlak olmuş on üçəsgərin qələbəyə az qaldığı bir vaxtda həlakolmaları onu mütəəsir edir. Onları "durnaqatarından" ayrılıb qalan, bahar buludundan"qırılıb qaçan" onüçlər adlandırır. On üç əsgərin

90

qara mərmər başdaşları qarşısında dayanıbdüşüncələrə dalan şair dostunun qəlbindənkeçənləri ürəkdən duyur, onun kədərinə şərikolur:

Sən bu uzun yolu qardaş deyib gəlmisən,Bu daşı deyib gəlmisən.Təsəllindən əsa alıb,Ümiddən çarıq geyib gəlmisən.Sənin gözlərində oxudum davanı,Sənin gözlərində gördüm davanı.On üç məzarın önündə şam yandıran "əllərəbaş əyirəm"

-deyən şair onları doğma, əziz adamları kimiqiymətləndirir.

Müharibə çox ölkələri, yerləri viranə, çoxövladları yetim, qadınları dul, qocaları dilsizqoydu. İkinci dünya müharibəsi tarixə Xatınkəndinin müsibətini gətirdi. Şair bu kəndi gəzir, müharibənin törətdiyi qanlı hadisələrin şahidiolur, müharibəni lənətləyir. Hər qarışı "ötənhərbin daşa dönmüş bir dastanı" kimi gördüyüXatın kəndi öz görkəmi ilə insanların ürəyindədaş kimi asılıb qalır. Bu kədər, qüssədözülməzdir, çünki burda insan övladına, insanlıqdünyasına divan tutulub. İndi bu kənd birqəbiristan kənddir. Bütün əhalisi yandırılmış, güllələnmiş, meşələri, bağçaları, əkinləri, quyuları, doqqazları insansız qalmış, ocaqsız, odsuz qalmış, gəlin baxışlı, Xatın görünüşlü,

91

Xatın kəndinin sinəsinə çəkilmiş dağdır. O yerlərigəzmək də mümkün deyil.

Sənin yaslı torpağına qədəm basmaq asandeyil.Zənglərinin naləsinə qulaq asmaq asandeyil.Ah çəkməklə qəzəb sönməz, amma susmaqasan deyil.Körpələrin yandırılıb, civil-civil,Gəlinlərin güllələnib xanım- xatın,Gəldim Xatın, gördüm Xatın.

Belarusiyanını Minski vilayətinin keçmiş Xatınkəndinin yerində Alman faşist işğalçılarınıntamamilə məhv etdiyi Belarus kəndləri, əhalisinnin xatirəsinə yaradılmış bu kompleksBelarusiya Böyük vətən müharibəsi tariximuzeyinin bir filialı kimi bu gün də bütünmuharibə sevənlərə, faşistlərə ibrət dərsidir.

Onun əsərlərində müharibə insanı fiziki vəmənəvi cəhətdən şikəst edir. Bunlarda qəzəb, mərdlik, dözüm, ləyaqət, müharibə törədənlərəqarşı nifrət güclüdür. Müharibənin qayğılarınıödəmək üçün bütün işçi qüvvələrinin döyüşəgetməsi, təsərrüfatın qadın və uşaqların, qocaların öhdəsinə buraxılması, ölkənin kəndtəsərrüffatının dağılması nəticəsində yarananaclıq, qıtlıq, çörəyin talonla verilməsi, insanlarıngecə-gündüz çörək növbəsinə durması onlarıəvəz edən daşların düzümündə, görkəmində

92

bədiiləşdirilir, müharibəyə nifrəti artırır. İllərləqardaş axtarıb, məzarını ziyarət qisməti olmuş, mərmər məzarın önündə diz çöküb qardaşfaciəsinin ağrı-acısını, çəkdiyi əzabları gözlərindəgördüyü dostu şair Novikovun əzablarını, müharibənin insan övladınnı başına açdığımüsibətləri ümumiləşdirir.

Müharibə F.Sadığın öz taleyində də az acıizlər qoymayıb. O, müharibə şəraitində insanlarınçəkdiyi əzabları görüb və onları öz şerlərindədaha təsirli verib.

"Ucadandanışan" əsərində balaca mantyorunkeçirdiyi hisslər tərənnüm olunur. "45- mayı, Bayıl, Krasin küçəsi" ilə bağlı şairin balaca lirikqəhrəmanının xoş xatirələri ilə bağlıdır. O balacamantyor ki, "Uca daş binanın dənizə baxan sərtdivarına ucadandanışan bərkidib: oucadandanışan gözləri, qulaqları intizardaolanlara "davanın" qurtardığını bəyan edib:

Analar, bacılar.Gözünüz aydın,Dava qurtarıb"

-bunu ucadandanışan dedi. Balaca mantyorda o sevinci, o şad xəbəri sahilə qaçıb, dalğalarıçağırıb onlara dedi, "dənizdən muştuluq aldı", osözün sehrində

Mantyorvar səsilə qışqırdı,

Üfüqə, günəşə:

93

"Dava qurtarıb".Uzaq-uzaq adalardan

qayıtdı əks-səda:"Dava qurtarıb".vəHələ də qulağımdadır,O qayaların əks-sədası.

-deyən şair elə o balaca mantyorun özüdür. Müharibəni görməsə də onun acılarını dadmışinsandır. Uşaqlıq illəri müharibə vaxtınadüşəndir. "Ağ cığır"da o yaşıdlarının çəkdiyiəzabları, qüssələri, müharibənin insanlaragətirdiyi fəlakətləri ümumiləşdirir. Cəbhəyə qaçanüç uşaq-qoçaq əsgərlər tərəfindən geri qaytarılır. Atasından gələn qara kağıza dözməyən balacaqoçağın qəlbində düşmənə nifrət odu alovlanır. Onun intiqamını almaq üçün özünü cəhbəyə atanoğlan "mən dərddə olsa əgər, mən yaşda daəsgər olar"- deyir. Dərd-qəzəb, kin, nifrət onumüharibəyə, cəbhəyə səsləyir. Bənövşə adlı zərifbir çiçəyə bənzədilən qızcığazın heç kimiolmadığından-yalqızlığından cəbhəyə qaçırdı. "Bircə atası vardı, o da cəbhədə" idi. Möhtacolduğu ata səsinə:

Yaxşısı budur kəsin dilimi,Amma yolumu kəsməyin, əmilər!Qoyun bircə dəfə görüm,Lap uzaqdan görüm nolarÜmidimi, təsəllimi".

94

Üçlərdən biri- on üç yaşlı, onlardan bir qədərböyük oğlan sənət məktəbində oxuyurdu və artıq"əlim tüfəng tutur daha" fikriylə cəbhəyə can atır. Onu tutsalar da, geri qaytarsalar da:

Tutmayın dörd bir yanımı,Mən onsuz da qaçacağam

-söyləyir.İpə-sapa yatmayan bu qoçaq əsgərlərə söz

gəlməməsi üçün, kimisə zərbə altındaqoymamaq üçün qaçmağa yollar axtarır və beləqərara gəlir ki "komandirin qabağından "qaç"sın. Fikirlər içində çırpınan uşaq leytenantıtutmasaydı "yıxılacaqdı az qala". Elə bu andaoğlanın yadına bir nağıl düşür. Ova çıxmış şahöz adamlarıyla bir ceyranı mühasiryə alır, hərtərəfdən dövrəyə alınan ceyran can hayında, şahisə əylənməkdədir. Şah əmr edir ki:

"Kimin başı üstdən atılsa ceyrano atlı keçəcək başından".

Ceyran bu anda "ox kimi sıç"rayıb şahınbaşının üstündən yoxa çıxır. Lirik qəhərman bunağılın şirin xəyalları içərisində uçarkən, leytenant "üzüquyulu" qara yıxılır. Oğlan bundanistifadə edib üz qoyur qarın üstüylə qaçmağa. "tadənizəcən yıxıla-dura" qaçan balaca qoçaq onuheç kimsənin qovmadığını gördükdətəəccüblənir. Çıxa bilmədiyi qar-ağ cığır zolaqonu geri qayıtmağa səsləyir:

Ağ zolaqda ay nuru,

95

Ağ zolaqda aydan arı,Sudan duru olur insan.

Şairin balaca qəhrəmanı öz işindən peşimanolub vağzala qayıdır. Əsgərlərin leytenantınyaralarını sarıdığını görür. Yaralı leytenantabaxan Bənövşənin, qıvrımsaçlı o balaca oğlanınkədər dolu baxışlarını görür. Qaçdığındanpeşiman olur. Krım döyüşlərində ağır yaralanmış, hələ yaraları sağalmamış leytenantınyaralarından axan qan onun taleyinə acıyan, müharibənin dəhşətlərini bu balaca yaşındagörməsinii istəməyən və buna görə də onuncəbhəyə getməsinə mane olan, evinəqaytarmağa çalışan leytenantın yanında dizçökür:"qaçmaram daha" deyir. Qıvrımsaçlı oğlanıanasına, balaca Bənövşəni uşaq evinə, üçüncüuşağı "İşıqçı" məktəbinə qaytarırlar. İndi o işıqçıoğlan illər keçsə də qaranlıqdan işığa, ölümdənonu həyata, gələcəyə qaytaran o leytenantıaxtarır. O qarlı günlərin acı xatirəlri içərisində lirikqəhrəman qıvrımsaçlı oğlanı, Bənövşəni, leytenantı, onun yaralarını sarıyan əsgərlərixatırlayır. Onları o qarlı, acı xatirələrin şahidləriniarzulayır.

Amma qayıtmasın o günlər,O günlər qayıtmasın!

-deyə müharibənin vurduğu zərbələri görmüş, canında, taleyində, həyatında ağrısını çəkmiş birinsan kimi lənətləyir, o günləri bir də görmək

96

isitəmir. Çünki o günlər -müharibə, facəiələr, dəhşətlərlə dolu idi. Ölüm yuvasıydı, omüharibədə şair əzizlərini itirdi. Müharibəyə lənətoxuyan qəhrəman o illərin aclığını, yalnız bir tikəçörəyin həsrətini çəkənlərin, çörək dükanlarınınqabağında növbə çəkən yorğun qocaları, qoltuqağacına söykənib saatlarla növbə gözləyənyaralıların, qoca qaprıların baxışlarını göz önünəgətirir, müharibəyə lənət oxuyur. Onun kimimüharibənin dəhşətlərini yaşamış şairin ümid, həsrət, sevgi, məhəbbət, doğmalıq hissi iləxatırladığı Qərənfil, uşaqlıq illəri, insanları, həttabalacaları bir-birinə yaxın, doğma edən birümumi qayğı-müharibənin törətdiyi qayğılar, insan övladının xoşbəxtliyini, sevincini, ümidini, gəncliyini, sevib-sevilmək duyğularını əlindənalıb-bütün diqqəti özünə cəlb etmək istəyəneqoist, murdar, çirkin müharibəyə lənət onlarıbirləşdirir:

Bizi yaxınlaşdıranBəlkə məhəbbət imiş,Qayğısız ilk məhəbbət.Bəlkə də həsrət imiş.

Bəli, bu idi onları bir-birinə bu qədəryaxınlaşdıran müharibənin əllərindən aldığıəzizlərinin görmək həsrəti:

Sənin "qardaş" həsrətin,Mənim bacı həsrətim,Onda şirin həsrətim,

97

İndi acı həsrətim.Yaşıl xatirələrim,Yadıma düşdü bir-bir.O günlərə qayıtdım.

Addım-addım, Qərənfil,Çörək dərdimizi də,Ürək dərdimizi də,Xağırladım Qərənfil!

"Beş yarpaq" poemalar silsiləsindəki"Yadındamı, Qərənfil", "Ağ cığır", "Ucadandanışan", "Qərib at, Qəribə at", "Səhrada tənha buruq" müharibənin ağırxatirələrindən, insanlara həsrət, göz yaşı, ayrılıqəzablarından Azərbaycanın taleyinə vurulan ağırzərbələri, bu zərbələrdən əzab çəkən insanlarıntorpağa, elə, Vətənə məhəbbət, düşmənə nifrəthisslərini özündə yaşadır:" Məndən soruşsalar ki, ən çox nədən yazıram. Deyərəm ki işıqdan vəmüharibədən. İşıqçı olmuşam ona görəmi? Müharibənin özünü görməsəm də, ağrısınıacısını dadmışam, ona görəmi? Bu qəlbimdəolan, yaddaşımda qalan diri xatirələrdir ki, zaman-zaman oyanıb şe'r olur".

F.Sadığın "Növbə daşları" şe'rinin mövzusu, ideyası haqqında Rəhim Əliyevin fikirləri dəhəqiqətdir. Şair dava vaxtındakı aclıq illərindəaxşamdan tutulan çörək növbələrində adamlarıəvəz edən daşlardan danışır. "Şairinməhəlləsindəki dükanın qabağındakı daşların

98

hərəsi bir adamın olub və hamı bu daşlarınsahiblrini tanıyıb. Amma biz bu şe'ri daşlarhaqqında yazdığı və mövzuca təzə olduğu üçünfərqləndirmirik, ona görə fərqləndiririk ki, şe'rbizim təsəvvürümüzdəki müharibə obrazınayönəldilib, bu obrazın insani tərəflərinə toxunurvə bununla bizdə poeziyanın doğurmağa qadirolduğu sadə, insani fikirlər və hisslər yaradır." Növbə daşları aclıq və məhrumiyyətlərə, qıtlığamətanətlə dözən insanlarnı fədakarlığını özündəəks etdirir. O daşları bir yerə yığıb yaddaş hasarıhörməyi məsləhət görəndə nə düşünürdügörəsən? O çətin dərdli günlərdə bir-birinəhəmdəm olan, bir-birinin yaşaması naminəçalışan, birlikdə növbəyə durub çörək gözləyən, birlikdə ər, qardaş, ata yolu gözləyən, birlikdə birolan o insanların birliyinimi, dözümünümü, müharibənin dəhşətlərinə nifrətimi əsas götürür. "Növbə daşlarında" çox məzmun, mə'na, ideyavar və bu da şairin həyati müşahidələriningüclülüyündən irəli gəlir.

Müharibə F.Sadığın əsərlərində oxucuşüurunda dərin izlər buraxan lövhələr yaradır. O, bu lövhələrdə müharibənin qoyub getdiyidağıntıları, addamac dövrünün bazarını, bahaçılığın əzdiyi insanı, görkəmi ilə qəlbləriüzən qaçqını görmək mümkündür.

Müharibənin dağıtdığı, uçurtduğu, yerlə -yeksan etdiyi tikililərdən, evlərdən qalanları

99

"Yaralı evlər" şerində ümumiləşdirir. Təəssüf, qüssə, kədər doğuran bu "yaralı evlər" ürəkləriyaralı insanlar kimidir. Atası, əri, oğlu gedibmüharibədən qayıtmamış analara, bacılara, gəlinlərə bənzəyir bu evlər. Müharibənindağıtdığı bir divarın, evin də dərdi şairinqələmində dil açır:

Dərd əlindən bükülüb,Pillələrsiz piləkan.Tavan yerə tökülüb-İnsan olmayan evin,Nəyinə gərək tavan.

"İnsan olmayan evin"-nələr demir bu misralar. Gözümüzün önünə on ildir yiyəsiz qalmış, sökülüb dağılmış, taxtası-tuxtası daşınmış, tilinəbayquş qonub ulayan Kəlbəcərin sıldırımlıqayalarının zirvəsində, döşündə, Laçının, Qubadlının qucağında, dərəsində, düzündəsalınmış-indi yiyəsiz qalmış ocaqlar, obalar, tikililər, qurulular düşür və biz onların da "dərdəlindən bükülmüş pillələrsiz piləkan"ını gözönünə gətirir, ruhən ölürük, dirilirik, ruhən, cismən varlığımızda bu gün yoxluğunu qəbul edəbilmədiyimiz, can atdığımız, öz əlimizlə tikib-qurduğumuz, yağı əli ilə dağılmış, yandırılmışdərd belini bükən "tavan"larımız gəlir. Və HafizHüseynovun bu misralar haqqında söylədikləri:" Fikrət Sadığın şerlərində yaratdığı təsirlilövhələrlə oxucularda müharibə əleyhinə kəskin

100

nifrət yaradır. Bu lövhələr canlı olduğu üçün uzunzaman oxucunun xatirində dərin silinməz izlərburaxır. Şairin "Yaralı evlər" şerindən gətirilmişmisralarda görün nə qədər yüksək emossiya, rəsam tərəfindən çəkilmiş kimi görünən gözəllövhələr, dərin hiss və həyəcan vardır:

Hələ də yer üzündə,Yaralı evlər qalır.Pəncərə oyuqları,Zor ilə çıxarılmış,Göz yeridir, qaralır".

F.Sadıq öz dünyasını sevən, onungözəlliklərini də sevən, bu sevgi ilə qəlbi doluolan, eyni zamanda bu dünyanıneybəcərliklərindən, ədalətsizliklərindən, haqsızlığından ömrünə düşən ağrılı-acılı, şirinhadisələrdən də qəlbi dolu olan, dediklərini, yazdıqlarını qışqıra-qışqıra, gurultu ilə deməkdənçəkinən, lakin bu utancaqlığın onu karvan-karvanyükü çəkməyə məcbur edən qayğı, qüssədənartıq olan, əzizlərinin, qələm sahiblərinin deməkistədiyini, lakin ömür aman vermədiyi üçün deyəbilməyən sabirlərin, hadilərin, əli kərimlərinsözlərini saxlamağa gücü çatmayanda bir sakitguşə görəndə "dərdini dağlara de, dağlargötürsün" qənaətinə gəlir. "Ay uşaqlar, ay MirzəQabil, mən qışqırmaq istəyirəm"-deyir. Onunürəyindən keçənləri Qabil gözəl duyur:" Qışqır, sən ki, şerində heç vaxt qışqırmırsan. Bu ulduzlar

101

əmanəti güllü-bülbüllü meşədə qışqır, qoy ürəyinboşalsın. Qışqır-qoy həyəcanlı, təlatümlüqışqırığını bu yaşıl meşə, o dumanlı dağlar, oəlçatmaz, ünyetməz güləklər, aylar, ulduzlareşitsin!".

"Adamo" şerində özünü sevən eqoistinsanlar, kimsəyə əl tutmayan, "kimsəyəyovuşmaz", "heç kəsi bəyənməz" insanı Adamoadlandırır. Adamo özündən başqa heç kimi adamsaymır, bu dünyada adam yalnız özüdür. Yaxşıtapıntıdır, qısa, eyham və ikrah dolu hissləriözündə birləşdirən odur.

"Metaformoza" (istihalə) şerində şairsevmədiyi, qəbul edə bilmədiyi ikiüzlüləri tənqidedir. Hər cür sifətlərə malik, öz işi xətrinəerməniyə "dayı" deyənləri "bir vaxt türkü söyə-söyə" rütbə və vəzifə, kreslo sahibi olmuşların bugün də "türkəm" deyə-deyə özünü gözə soxması, indi də bu yolla yararlanmaq istəyənin iç üzünügörür.

Türk olan, türk doğulan, Qarsa gedə bilmədiyivaxtda, bu "Moskva nökəri" bu gün də iki üzlüsiyasətlə yaşayır, özü də kefi kök yaşayır. Şairinisə ümidi qalır, elə bir əyar axtarır ki, seçə biləydi, aça biləydi belələlərinin iç üzünü-kimin kimolduğunu əyan edəydi:

Kim qurtarar bizi Allah,Bu yanlışdan, bu tünlükdən.Ay, bir əyar olaydı kaş,

102

Ayıraydı tükü-tükdən,Türkü-türkdən.

("Metamorfoza")"Kim kimdir" şerində də şair pisini-yaxşısını,

əyrisini-düzünü, yaltağını-düzünü, mərdini-namərdini, zalımını-rəhimlini bir-birindən seçəbilmədiyi dünyasında kim-kimdir sualına dahacavab gəzmir. Çünki:

Onsuz da zaman qarışıqdır."Kim kimdir"dən keçib daha.İndi "kim-kimə" zəmanəsidir.Ümid qalıb Allaha.

Ümidi Allaha qalan zamanın da təqsirlərinidünyanın boynuna yıxmaqda haqlımı-haqsızmıdır. Nə qədər şair fikirlərində butəzadları yaşadır, ikili fikirlərin içində çırpınır, bilmirəm, amma bircə şeyi asanlıqla duymaqolar( şairin bütün yaradıcılığına bələd bir oxucukimi) ki, şair bu fikirlərində bəşəri duyğularınıverir. O, bu dünyada, zamanda onun qismətinəömrü-günü bu gün yaşamaq düşən insanövladını əzizləmirsə, qayğısını çəkmirsə, onugözü yaşlı, qarnı ac, qəlbi dərdli qoyubsa, deməkdünya da, zaman da günahkardır. Günahkardırki, bu tərəzinin gözündə tarazlığı pozub. İnsanövladının içindəki İblis-Şeytan əməllərinə eləmeydan verib ki, dünya dünyalıq simasını itirib. Xətir-hörməti qalmayıb insan yanında. Ona görəpuç, fani hesab olunur:

103

Suyu zəhər, çörəyi qəm.Çox zalim, fani dünyadı.Çox dünyalar gəlib gedib,Bu dünya, yəni dünyadı?!

İnsan əməyi, zəhməti F.Sadıq şerlərindəözünə məxsus bir gözəlliklə tərənnüm olunur. Ovucunun içi qabar-qabar olan əllərin qızılatutula biləcək barmaqların yaratdığı, tikib-qurduğu gözəlliklər göz önündə canlandırılır. Əlinqabarını xoşbəxt gələcək üçün hər şeydənyüksək qiymətləndirir. Şairin nəzərində

Dünyaya insan əllərininQabarı bəsdir.Göyərsə bu qabardangöyərəcək -gələcək!!!

Şair bu qabarlı əllərin yaratdığı möcüzələrdənbixəbər deyildir. Su içində plaşı, toztorpağabulaşmış dəbilqəsi, yorğun, qabarlı, lakindözümlü, etibarlı bir cüt fəhlə, əmək adamınınəllərinin yaratdığı möcüzəyə diqqəti cəlb edir. Yerin altında metro tikən bir zəhmətkeş insanınobrazını canlandırır, fırçası, boyası söz olan şairgözümüz önündə sanki canlı bir portret yaradır.

F.Sadıq ilk şeri ilk insanın əməklə əlaqədaryaratdığı mənəvi xəzinəsi kimi tərənnüm edir. Əmək prosesində insan köməyinə ehtiyac, "ilkağır daşı qaldıranda" insanın qarşılaşdığı çətinlik, onu birliyin gücüylə qaldıra biləcəyinə ümid və buümidlərin doğurduğu şirin duyğular ilk şeri

104

yaratdı. Və şairin dediyi kimi "ilk şer ilk insanınbirliyə çağırdığı saymac" oldu.

İnsan elə bir varlıqdır ki, öz arzularınınfövqündə bu möhtəşəm dünyaya da sığa bilmir. Nəsimi nahaq yerə demirdi ki, "məndə sığar ikicahan, mən bu cahana sığmaram. Fikrət Sadığınbu şerində Nəsimi ruhu duyulur.

Şair üçün çevrə dərddir, qəmdir. Çevrədəfırlanan, kənara çıxa bilməyən insan üçün çoxdarısqaldır. İnsan elə məfhumdur ki, o azadolmaq istəyir. Ona öz dünyası darlıq edir. Onunarzusu, istəyi böyükdür. Çevrə bü böyüklükdəəzabdır. Hər günü, saatı "çevrə"də keçən insan"çevrədə dustaqdır", qolu, qanadı buxovludur.

Xəyalım çevrənin boyunca uçubÇevrəyə toxunub sınıb inadım.

- deyir. Şair ürəyindəki dərdi, qəmi çevrə bilir, ömrünün yumağa döndərmiş çevrə insanövladının çəkdiyi əzabları görmür, halı dəyişmir. Şairi qəmə salan çevrə dünyasınındarısqallığıdır:

Bir ayağım gedir, biri sürünür.Bir əlim açıqdır, bir əlim bağlı.Lap cənnət olsa da zindanadönür,Bu çevrə dünyanın darısqallığı.

Şarin bu giley-güzarı çevrədən kənara çıxmır. Heç kimə çatmır əzəldən qara yazılmış səsi, çünki çevrəyə "alın"ıb. İnsan bu çevrənin

105

məhdud çərçivəsindən çıxmaq üçün ot olub yerideşməyə, od olub yanğın salmağa hazırdır. İstəyiisə bu çevrədən çıxmaqdır.

"Birisinə" və "Bayquş" şe'rlərində də şairpaxıl, murdar, xəbis millətlər kimi insanları tənqidedir. Şairin nəzərində paxılın gözü heç kimigötürməz. Paxıl üçün dost-tanış əziz adamyoxdur. Paxılın qəlbində bir sürü iblis qaynayar: adamın xəbisi, paxılı hər cür peşə, sahiblərininarasında var. Şair belələrini özlərinin dəsırasında görür, istedadsız, az-maz istedadıolanları da "zəhmətlə" yaşamağa səsləyir. Paxıl, xəbis bayquş tipli insanların qəlb yıxmaq əlindəngəlir, belələri "qəlp qəlbin sahibləridir". Beləbayquşların abadlıqdan könlü açılmayıb. "Viranəyurd gəzənləri" belə qiymətləndirir:

Ürəyi qurtludur, dili acıdıır.Ona nə gəlirsə dilindən gəlir.

106

VƏTƏN-TORPAQ-MİLLƏT

Fikrət Sadıq şerlərində xalqına sadiqinsandır. Alnı açıq, üzü ağ şair "xalqının şair" övladı olmasıyla fəxr edir:

Fələkdən sinə dağlıyam,Bəndi-bərəsi bağlıyam.Xalqımın şair oğluyam,

107

Quru dilmancı deyiləm.("Deyiləm")

F.Sadıq şerlərində vətənin, xalqın birliyiməsələsini ön plana çəkir. Şair fikir vəduyğularını Bütöv, Azad və Bölünməz Vətənüstündə kökləyir.

Bu gün ana Vətənin başına gətirilənmüsibətlər, parça-parça olunan vətənin dərdi, taleyi qocaman şairi kədərləndirir, o, bu dərdiötəri qarşılaya bilməzdi də. Onun bu dünyadavarı-dövləti, səadəti bu varlıqdadır. Vətəninqədrini bilməyənlərdən gileylidir, gördüyü acıhəqiqətlərdən göynəyəndir, indiki ömründənnarazı əsl vətəndaşdır. O, bu dünyaya bir dəgəlsə belə yaşamazdı, həyatını belə qurmazdı, insanları bir də belə dağınıq, torpaq dərdi çəkə-çəkə qəriblikdə ölüb-itməsini, torpağa amanatqoyulduğunu görmək istəməzdi:

Bir də gəlsəm dözmərəm mən,Hər tərəfə şaxələnən,Bu qədər yol ayırıcına.Bu qədər haça budağa.Gərək bütöv olaq ki, biz,Bütövlüyü də yaşadaq.

Vətənin ərazi bütövlüyünü, xalqının birliyiniarzulayan şair yazılmış tarixini bu gün "adımıza-şənimizə qınaq" bilir və tarixinin yenidənyazılmasının zəruriliyini, yad əllərdə dustaq qalantorpaqlarımızı geri qaytarıb sərhədlərini bərpa

108

edilməsini və yalançı sədlərin pozulmalı olduğuvaxtın çoxdan çatdığını söyləyir. Torpaq, Vətənüçün görüləcək işlərin yığılıb qalması, yazılmamış həqiqi tarixi, sərhəddi pozulmuşVətənin bu günü onu dərdə salıb. Onu Azad, Bölünməz görməyi arzulayan, bu yolda yenidənbir ömrü olsa bütün varlığıyla bü müqəddəs əməlarxasınca düşünmədən gedəcəyinə inananvətəndaş şair bu gün ömründən razı deyil. Yalnızo vaxt gözlədiyi ömründən razı ola bilər ki, vahidAzərbaycan torpağının ərazi bütövlüyünüqorumağı bacarsın, onu düşmən tapdağındanqurtarmalı olduğunu anlasın, vicdan əzabıçəksin, qalxsın, bir oğul kimi qəhrəmanlıqldadöyüşsün, vuruşsun, istədiyimiz qələbəni əldəetsin; Xoşbəxt Vahid Azərbaycanın əsgəri olsun, sərhədləri qorusun, amal və istəklərini işiylə, əməlləri ilə gələcək nəsillərə çatdırsın ki, gələcəkdə onu kimsə, lap elə balaca nəvəsi dəqınağa çəkməsin, deməsin ki, torpaq sizindövrünüzdə başı bəlalar çəkib, siz isə əliqoynunda oturub gözləmisiniz və bu gözləməkləulu babalarımızdan üzü bəri qəhrəmanlıqlarla, qəhrəmanlarla dolu Azərbaycan xalqınıntarixində şərəf, ad-san nöqteyi nəzərindənsələflərinizdən seçilmisinz. Yalnız Şəhid olmuşon minlərlə Azərbaycan oğullarının mərdlik, şücaət dolu həyatı olmasaydı biz neyləyərdik, İlahi. Fikrət Sadığın lirik qəhrəmanı ona görə bir

109

oğul kimi bu günkü ömründən narazıdır, dünyayagəlsə bir də o səhvləri təkrar etməzdi.

Xalqımızın tarixi keçmişi, qəhrəmanlıq dolusəhifələri, fədakarlıq, vətən məhəbbəti, yadellilərə qarşı sonsuz nifrət, nifrətin qəlbindəyaratdığı mübarizə odu, alovu Fikrət Sadıqşerlərində əsasdır.

Onun üçün Vətən ən müqəddəs, torpaq əbədiyanan ocaqdır. Özünü vətənin "bir körpə yarpağı" sanan şair onu özünün ən ülvi təsəllisi, ömrününura qərq edən Günəşi, doğması bilir. O yurdçörəyini yediyi, havasını udduğu, ulularından onamiras qalan bir xəzinədir. Bu yurdun Kürü, Arazı, Göygölü var. Bu yurdun bir "budağı" Qarabağ, bir"budağı" Naxçıvandır. Onun Bakısı, Şirvanı, Mili, Muğanı var. Onun üçün Xəzər başqa bir aləmdir. Doğulub boya-başa çatdığı havasıyla, suyuladirçəldiyi eli, obası odlu ürəyi, uca dağları, yaraşıqlı, hündür, enli kürəkləri, boyu-buxunu, çayları "şirin ləhcəsi", sərt qayaları vüqarıdır. Şairvətənini "yamyaşıl nəhəng bir ağaca" bənzədir. Qolu-budağı Qarabağı, Naxçıvanı, Mili, Muğanı, Şirvanı, Bakını-neçə-neçə dilbər guşələrinisadalayır. Günəşdən can alan, sularından içən, "sevincini, kədərini dad"an, yollarından keçənVətənin ona verdiyi dürlü-dürlü nemətlərin, gözəlliklərin əvəzində təvazökar şair "Arzudan vəalın tərindən savayı" bu Vətənə verəcəyi bir şeyiyoxdur desə də, əsl vətəndaş kimi Azərbaycanın

110

bu gününün, gələcəyinin qoruyucusu kimi vətəninçırağını havayı yandırmamağa can atan əslövladdır. "Ömrümün çırağını vətəni yandıran şair:

Mən də can atıram ki, Bu çırağı yandırmayım havayı-deyir.("Vətən-vətən")

F.Sadığın yaradıcılığında bir parça vətənonun üçün həyatdır, ömürdür, sonu, ucu-bucağıgörünməyən kainatdır. İnsan ömrünün təməldaşıdır, arzusudur, ümididir. Onun üzərində:

Yüz ögey el birləşə,Doğma yurd olmaz.

Çünki onun ömür çırağını ana yurdu yandırıb. Ona öz doğmalığını hiss etdirib, bu doğma-birparça vətənin dərəsi, dağı daha əzizdir. Çünkiömrü boyu "bir Ana, bir də vətən" onu əzizləyir: Ona görə də yurd itirən "Yüz il ağlar, min ilağlar"-deyir.

F.Sadıq bütün xalqını, millətini, Vətəniqorumağa çağırır. Bu çağırışda bir el ağsaqqalı, mömin qoca, Dədə Qorqud nəsihəti yaşayır. Müraciət etdiyi xalqının qocasına, cavanına, qızına, gəlininə, balaca uşağına belə yerin quruotunu, göyün qara buludunu da "vətən bilibqorumağı" tövsiyə edir. Ana torpağın bir parçası, zərrəsi də insan üçün qiymətlidir. Vətən də, anada birdir. Bu birlikdə vəhdətdə bir hikmət, bubirlikdə bir məna var. Bu birliyə şair başının

111

üstündəki Günəşi də yoldaş edir, insan üçündoğma, əziz bilir. Çünki onların "hər üçünün" niyyəti ancaq yaşatmaqdır.

Şair Azərbaycanıyla fəxr edir. Böyük birhəvəslə, coşqunluqla, sevinc dolu duyğularlaVətəni cəsarətin beşiyi kimi tərənnüm edir. "Özsonuncu tikəsini dosta verən", düşməninqarşısında diz çökməyən vətən ona əzizdir. Vətənsiz ömrüm "zülmət kimi keçər qara"- deyir.

And içirəm, ana torpaq,İşdir ölsəm səndən iraq-Parçalaram daş məzarı,Sürünərəm sənə sarı.Son nəfəsdə görmək üçün,Bu düzləri, bu dağları.

(" Azərbaycan")Azərbaycan F.Sadıq üçün dünyadır. Onun bu

şeri Səməd Vurğunun, Məmməd Arazın, B. Vahabzadənin, neçə-neçə şairlərimizin vətənəolan sonsuz məhəbbətinin əbədi salnamələri kimiqiymətlidir. Harda Azərbaycan mövzusu var, ordaFikrət Sadıq duyulur. F.Sadıq qəlbindəkiAzərbaycanın böyüklüynü duyduğundan hələ1962-ci ildə ədəbiyyatşünas alim QulamhüseynBeqdelinin xahişi ilə qüdrətli şairimiz Şəhriyarın"Azərbaycan" şerini Azərbaycan dilimizə tərcüməetmişdir. 1995-ci ildə "Öyrətmən" nəşriyyatısəhvən 8-ci sinif ədəbiyyat dərsliklərində şerintərcüməçisi kimi hörmətli şairimiz Balaş

112

Azəroğlunu göstərib. Əlbəttə, bunu bir texnikisəhv olduğunu bilirik. 1966-cı ildə AzərbaycanDövlət Nəşriyyatı Şəhriyarın seçilmiş əsərlərininəşr etdirərkən tərcümənin Fikrət Sadığa aidolduğunu (Şəhriyar. Seçilmiş əsərləri, Bakı, Azərbaycan Dövlət Nəşriyyatı. səh. 271-272) yazıb. Hələ 1996-cı ilin 28 noyabrında FikrətSadıq mətbuatda gedən bu yalnışlığa görəetirazını bildirib:" Əvvala bu dərsliyin müəllifibilməlidir ki, bu tərcümə sonralar 1966-dan 1996-ya dək azı on dəfə dərc olunub.Hətta İranda nəşrolunan "Varlıq" dərgisinndə də! O tərcüməbarədə Qulamhüseyn Beqdeli və Cavad Heyətcənabları da söz deyiblər. Bu tərcüməyə görəmən İrana-Şəhriyar konfransına getmişəm. Təbrizdə böyük Şəhriyarın məqbərəsində həmintərcüməni oxumuşam. Nəhayət, bu şer 1988-ciildə, xalq o vaxt Lenin indi Azadlıq adlananmeydana axışmasında beyt-beyt yazılıb, divarlara vurulurdu. Sonralar "Koroğlu" musiqidəstəsində çox gözəl bir mahnıya çevrildi. Azqala bütün Azərbaycan ziyalıları bu tərcüməninmənə məxsus olduğunu bildiyi halda, təəccübeləyirəm ki, bu dərsliyin müəllifləri niyəbilməyiblər. Bu tərcüməni mən "Yazıçı" nəşriyyatında dərc olunmuş "Dünya öz işindədir" (bu kitaba görə Dövlət Mükafatına layiqgörülmüşəm) kitabında "Qərib at, qəribə at" poemasında epiraf vermişəm."

113

Bu yazıda da F.Sadığın müəlliflik hüquqununtəsdiqi kimi, "Gözlədiyim ömür" kitabında"Tərcümə" etdiyi əsərlərin içərisində olduğu kimiverməyi özümə borc bilirəm. Çünki sirr deyil ki, həmişə ən qiymətli əsərlərin müəlliflik hüquqlarıpozulmuş, alim və tədqiqatçılarımız bu pozulmuşhüquqları gərgin elmi axtarışları sayəsində bərpaetmişlər. Tərcüməçilik çox çətin peşədir. İllah daki, şair olasan. Və o şeri tərcümə edəndəpoetikanı gözləyəsən, şerin ruhunu qoruyubsaxlaya biləsən. Şəhriyar kimi böyük birsənətkarımızın bütün yaradıcılığının qayəsinitəşkil edən "Azərbaycan" şeri Fikrət Sadıq kimişerə, sənətə, sözə sərraf gözüylə baxan bir şairinqələmindən əlbəttə belə gözəlliklə tərcüməolunmalıydı. Şəhriyarın "Azərbaycan" ŞeriF.Sadığın tərcüməsində:

Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan,

Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan.

Səndən uzaq düşsəm də mən, eşqin iləyaşayıram,

Yaralanmış qəlbim kimi, qəlbi viranAzərbaycan…

Bütün dünya bilir sənin qüdrətinlə, dövlətinlə

114

Abad olub, azad olub mülki-İran, Azərbaycan!

Bu- Bisütun-inqilabda Şirin-vətən üçünFərhad

Külüng vurmuş öz başına, zaman-zaman, Azərbaycan!

Vətən eşqi məktəbində can verməyiöyrənmişik,

Ustadımız deyib heçdir vətənsiz can, Azərbaycan!

Qurtarmaqçün zalimlərin əlindən Reyşümşadını,

Öz şümşadın başdan-başa olub al qan, Azərbaycan!

Yarəb, nədir bir bu qədər ürəkləri qanetməyin,

Qolubağlı qalacaqdır nə vaxtacanAzərbaycan?!

İgidlərin İran üçün şəhid olub, əvəzindəDərd almısan, qəm almısan sən İrandan, Azərbaycan!

Övladların nə vaxtadək tərki-vətənolacaqdır?

115

Əl-ələ ver, üsyan elə, bir də oyan, Azərbaycan!

Bəsdir fəraq odlarından kül ələndi başımıza,Dur ayağa! Ya azad ol, ya tamam yan, Azərbaycan!

Şəhriyarın ürəyi də səninkitək yaralıdır,Azadlıqdır mənə məlhəm, sənə dərman, Azərbaycan!

Bu misralardakı təbiilik, doğmalıq, vətənməhəbbətidir ki, Fikrət Sadığı özünə çəkib və bugözəlliklə, bu axıcıllıqla, sənətkarlıqla Şəhriyarınduyğularında öz istəyi ilə səsləşən motivləriustalıqla dilimizə tərcümə edib, o taylı bu taylıAzərbaycan şairlərinin fikirlərindən, arzularındlanbir-birini xəbərdar edib. Cilid-cilid vətənmövzusunda yazılmış kitablara bərabərdirŞəhriyarın bu şeri Fikrət Sadığın tərcüməsində.

F. Sadığın özünün Vətən mövzunda yazılanşerlərində də bir saflıq duyulur. DoğmaŞamaxının qoynunda böyüyən şair yurdununbaşına dolanır, çünki "nanəli" bulağına, "Qızqalası" dağına mehrini lap uşaqlıqdan salıb. Xaqanilər, Nəsimilər, Sabirlər Vətəninin dağı, daşı, çəməni "şer dolu xəzinə"dir. Şamaxı onunüçün isti ana qucağı, bulaqları cənnət, arzularışirin, "ilk bahar sularından" qüvvət aldığı anayurddur. Şair üçün Vətənin hər guşəsi könül

116

açandır. Lahıcın "nağıl körpülü", "dolay-dolay", "düyüm-düyüm" yolları ilə addımlayan şair yoludüşdüyü kəndin

Yollar kənarına köbə yerinəGözəllik hörülə harda görülüb?

-deyir və məftun olduğu bu yerlərin qədimqalaları şairin xəyallarını çəkib uzaqlaraaparır."Ç iyni güyümlü" bir gözəlin dağ cığırıylagəlişinin, yalçın qayaların bir-birinəbənzərsizliyinin, Girdman dərəsinin sanki əllədüzülmüş qayalarının şairdə yaratdığı heyrətin, təəccübün arxasında bir məhəbbət, bir sevgiyaşayır. Bu vətənə, torpağa, onun füsunkartəbiətinə bəslənən məhəbbətdir:

Bu yerlər yurdumun dilbərguşəsi.

Bir də haçaq bura yolum düşəsi.Öpdüm Girdmanın

dodaqlarından-Bir az da kövrəldi könlüm şüşəsi.

("Yolum bir kəndə düşdü")Şair gəzdiyi hər kənddə, eldə, obada bir

gözəllik duyur. Bu duyumda çaya fərəhlə baxan, dağları nağıl bilən, küləyi fikirlərini dağıdan, gördüklərini ürəyində "xatirətək" saxlayan şairinlirik, kövrək hissləri yaşayır:"bura gəldim könlüm, gözüm açıldı",-deyir. Bu misralarda ana təbiətəsonsuz məhəbbət var.

117

Yer məfhumu şair üçün geniş məfhumdur. O, yer oğludur, o nə Marsdan, nə də başqaplanetdən gəlməmişdir. O, bir ovuc şirvantorpağında doğulub, o torpaqda "ayaqlarım ilkdəfə orda dəyibdir yerə",- deyir. Doğulduğuplanet ona əzizdir, dünyanın bütünkəhkəşanlarından Yer ona daha çox doğmadır. "Əgər Marsa uçarsa", orda insan görərsə yenəYeroğlu olmasıyla fəxr edəcəyini bildirir, çünki"Yerdir, doğma Vətəni!"-şairin və torpaq, yurdsevgisi şairin damarında axan qanındadır:

Yaşayana yurd-yuva, ölənə yataqolan,Dünyanın sevincinə, dərdinə ortaqolan,İnsanlıq gülsün deyə gülüşündən əlçəkən,Qızılından əl çəkən, gümüşündən əlçəkən,Torpaq deyilmi məgər?

Torpaq özü insana o qədər mehribanlıq, doğmalıq yaratdığından insan da onu belə sevəbilir.

Torpaq bütün çalarlarıyla vəsf olunur. Otorpaq ki, insan yolunda nəyə desən hazırdır. O, nələrə qadir deyil. Qucağında çayları, dənizlərigəzdirir, insana od verir, işıq verir, sinəsində gülbitirir, qədimini qoruyub saxlayır, ölüsünüəzizləyir, köksündə yatızdırır, yaşayanına yurd -

118

yuva verir, insanın sevinci, səadəti naminəyatırından, varından əl çəkir, dərdinə, sevincinəortaq olur, qoynunda neçə fəslin şıltaqlığınadözür; birinə bar verir, birinə qar, birinə gül-çiçək, yaşıl çəmən-bütün bu qismətinə düşən insanüçün qoruyub saxlayan, insanla sevinən, insanlabir ağlayandır bu torpaq. O göylərin göndərdiyidə bu torpağındır. İldırımlı yağışlar gecələr, gündüzlər-bütün təbiət, həyat onundur, ancaqonun. Şair bu torpağın övladı kimi onun qədr-qiymətini bilir. Ana torpağı "gəlin qoruyaq"-deyir. Onun üstündə elə bil nanə yarpağı kimi əsir. Sevgisini "anadır, ana torpaq" ifadələrindəümumiləşdirir.

Şair tarixən yadelli işğalçıların talanlarındantorpağı qorumaq üçün çəkilən sədləri, qalalarıgəzdikgə hər qala daşında bir vətən məhəbbəti, sevgisi duyur. Əsrlərin istisinə, soyuğuna sinəgərmiş qala divarların məğrur görkəminə baxır, insan əməyinin daşa dönmüş abidəsinə -məğrurqala divarlarına Bakını qoruyan -balasını"qoruyan bir ana kimi" müraciət edir. Hərsaralmış daşını "min varaqlı bir dastan" saydığıbu qədim Qala divarları əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə keçərək, qorunubsaxlanacaq, xalqımızın ağrılı-acılı günlərininşahidi kimi əbədi qalacaq, qorunacaq abidə kimiqiymətləndirilir, tərənnüm edilir.

119

Şer, sənət diyarı Şirvan şairin yaradıcılığındadönə-dönə qayıtdığı, lakin bənzərsiz yaratdığı biraləmidir. Bu mövzuda yazılmış şerlərdə şairqoynunda göz açdığı, ayaq açıb yeridiyi, ilk analaylasını eşitdiyi , cığırına, yoluna iz saldığıŞirvanın tarixi keçmişini, qəhrəmanlıq doluhəyatını, Xaqani, Nəsimi kimi böyüksənətkarların vətəni olduğunu tərənnüm edir, "Zəlzələlər, istilalar vüqarını sındıra bilməyən, baharını soldurmaqda gücsüz olan, zülmlərə sinəgərib əbədi yaşadığını, "əbədiyyət ocağı"naçevrildiyini vəsf edir. Gülüstan qalasınınyazılmamış bir qəhrəmanlıq dastanı olduğuylafəxr etməklə yanaşı, bulaqlarının, şən nəğməlibülbüllərinin, toy libaslı güllərinin, pıçıldaşanyarpaqlarının, kölgə dolu qüzeylərinin, günəşdolu güneylərinin, sürülü yayalaqlarının davurğunudur.

Şair bütöv Şirvanın ürəyindən keçənlərimisralara çevirir. Çünki:

Qədim Şirvan yollarınınPozulmamış izləri var.Burda dilsiz qalaların,Tunc ürəkli qayaların,Deyilməmiş sözləri var.

Şair doğma Şirvanını Vətəninin digər dilbərguşələrindən təcrid edib tərənnüm etmir. Onu Muğanın, Qarabağın qardaşı, onun bir bucağısanır və onları bir-birindən ayırmadan, bir-birinin

120

yaraşığı kimi tərənnüm edir. Qoca Şirvanı vüqarlı"Şah dağından uca Şirvan" kimi əzizləyir. Şair bumisralarla bütün yurduna, onun hər qarışına olansevgisini üsmumiləşdirir:

Vətəninin ölü çölü də,Əl boyda daşı da Vətənimdir!

Şair üçün ulularımızdan-metelərdən, oğuzlardan, xaqanlardan, qazanlardan, babəklərdən üzü bəri qorunan torpaq, Vətən-millətin dünənki, bugünkü, gələcəkdəkiövladlarınındır. Torpağın hər qarışı- qumlusəhrası, kollu-koslu çölləri, yaşıl ormanları, hərqarışı vətəndir, gələcək nəsillərindir.

O yer ki, vətənindir,O nə sənin, nə mənimdir.Ana yurd, doğma torpaq,Babamdan qalıb mənə,Nəvəmə çatacaq!

Nəvəsinə çatması üçün də bu torpaqlarınkeşiyini çəkməyə borclu olduğunu bildirən şairtorpağı tapdanan oğulun gözü tökülməzmi?-deyəsoruşur. Onu oğulluq, vətəndaşlıq borcunuşərəflə yerinə yetirməkdə borclu olduğunuunutmamağa çağırır.

F. Sadıq xalqının saflığına inanır. Onunnəzərində bu xalq əsilli-nəcabətli xalqdır. Onunkeçmişində, kökündə paxıllıq olmayıb. Bu xalqa opaxıllıq, o yalan, o nəfsiitilik "gəlmədi". Şərəfli

121

keçmişinə, tarixinə güvənir şair. Onun nəzərindəbu Anayurdun elə zamanı, vaxtı olub ki:

Kişilik gündəlik işi,Mərdlik adi yerişi.Düzlük onun bayrağı olub.

Yerdə qalanları "gəlmə" olduğunu, lakin bunukimin gətirdiyi şairi qüssələndirir. Bədii suallarlaonu daha təsirli, düşündürücü bir şəkildə sorur:

Kim gətirdi bunları bəs?Bir kimsə görmədi,Bir kimsə bilmədi.

Vətənin hər bir oğlunu- əsgəri vəzifəsinişərəflçə yerinə yetirməyi, nə qədər ki, əlindəsilah, başında "gülah", sinəndə vətən həsrəti, qəzəbi var, "qaytar Qarabağı, qaytar, yoxsasonra gec olar" -deyir. Nə qədər ki, Xocalı yarasıqanlıdır, göynərtisi içimizdə, qəzəbi sinəmizdədir, nə qədər ki, Meşəli dağların barı-bərəkətidaşınıb, talanıb, qırılıb məhv edilir, yaramızı isti-isti sarımağı məsləhət bilən şair sabahdannarahatdır, bu günün işini sabaha qoymamağa, ləngiməməyə, ləngiməklə itirməyə doğrugetdiyimizi qapaz kimi başımıza vurur; ağrıtmaq, göynətmək, dirçəltmək, ruhdan düşmüş millətinkeçmişini yadına salıb, "ot kökü üstündə bitər"-kəlamındakı həqiqətə fikrimizi yönəltmək, öyüdgötürmək, öyünə biləcəyi keçmişindənyaralanmaq, qabiliyyət, döyüş bacarığı olan birmillət kimi öz şərəfini, ayaqlar altına düşmüş

122

ləyaqətini qaldırmaq, bu məmləkətin əldəngetmiş torpaqlarından qaçqın düşüb bozdüzənliklərdə qurd-quşa yem olanlarınqəbirstanlıqlarının sayının artıdığını, vətənsizliyindözülməzliyini beyninə həkk etmək, qəflətyuxusundan qalxıb real qismət və payının-əlindən itirdiyi varidatını, şərəfini geri qaytarmalıolduğunu anlatmağa çalışır:

Qaytar Qarabağı, qaytar!Yoxsa sonra gec olar.

-sərtliklə deyilmiş bu misralar bir generaləmrinə bənzəyir. Vətənin ağsaqqal qocasının, müdrik möminin sözlərindəki həqiqət bumisralarda dəmir zindana dəyən çəkicin səsiniverir. Ləngimək ölümə bərabərdir, daha çoxitirmə, itirdiklərimizin bizim ola bilməyəcəyinəgətirib çıxaracağından qorxu, təlaş, həyəcan, qəzəb var bu misralarda. Əllərindən adi ovsilahlarını da alıb camaatı əli yalın qoyan, düşmənini isə hərbi tank, sursat veribsilahlandıran,onun dəyirmanına bilə-bilə "sutökənlərin" bu gün də mövcud olduğundan qorxurşair. Bütün bunları Azərbaycanın bu gününüyaşamaq taleyinə düşən vətəndaşının yadınasalır, bu unutqanlığın başlarına gətirdiyimüsibətləri yadına salır, yatmışları oyatmağaçalışır. F. Sadıq sözünü üzə deyir, düşmənindənbelə çəkinmir bu düzlükdə. Düşməninə, onunhavadarlarına nifrətini adıyla bildirir. Erməni

123

faşistlərini silahlandırıb Azərbaycanın milli-azadlıq duyğularını boğmağa çalışan, Azərbaycanı diz çökdürmək istəyən, onun zənginxammalına yenidən sahib olmaq istəyən rusimperialistlərini qamçılayır, onlara olan qəzəbini,kinini misralara çevirir. Azad, müstəqil, suverenbir dövlət kimi tanınan, dünya xəritəsində artıq özyeri olan, qanı-canı bahasına azadlığını əldəedən, bu gün onu yadların həris baxışlarından, tələlərindən qorumaq üçün əzmlə mübarizəaparan Azərbaycan Demokratik Respublikasınadaha dişi batmayan düşmənlərinin öz çirkinəməllərindən əl çəkməyə çağırır, onsuz da artıqheç bir şey edə bilməyəcəyindən şövqlə danışır:

Daha əlin bala batmır,Sərhədlərə əlin çatmır.Kim içibsə azadlığınŞərbətindən bircə gilə,O bir gilə olur ümman.Bircə gün də azad olan,Öz canından keçər, ammaKeçməz bir də torpağından.

Gələcəyə ümidlə baxan nikbin şair gec-tezQarabağ torpaqlarının da öz gücümüzlə ermənimurdarlarından təmizləyəcəyimizi, Azərbaycanınişğal olunmuş ərazilərinə sülh-əmin amanlıq bəxşedəcəyimizi, Azərbaycanın ərazi bütövlüyününtəmin olunacağını inamla bildirir.

124

F.Sadıq şerlərində bəzən qüssəli, bəzənqəzəbli, bəzən dərdli, bəzən hirsli, bəzənnəsihətli kəlmələr, ifadələr işlətməkdə haqlıdır. O, artıq zülmlərə dözməyən, ona baş əyməyənzümrələrdəndir. O, artıq Azərbaycanın əsrlərləbaşına gətirilən müsibətləri alın yazısı, millətinfaciəsi kimi qəbul etməkdən yorulub, onun sinəsibu haqsızlıqlara tab gətirə bilməz. Ona görə dəzaman-zaman şerlərində dünyaya səpələnmişmillətinin taleyindən söhbət açır, kərküktürkmanı, azərbaycan türkü, Şirvanda Kərkük, Kərkükdə Şirvan məsələlərinə tarixi aspektdənyanaşanda da parçalanmış, dağılmış, sürgünlərəməruz qalmış millətinin bölünməsini ürəkağrısıyla bildirir.

F.Sadıq yaradıcılığında dövlətçilik, birlikprinsiplərini poetik bir dillə təbliğ edir. Azərbaycan-Türk dünyasının keçmişi vədünəniylə fəxr edən şair bu günü üçün dənarahatdır. Sabahına xoş ümidlərlə baxmaq üçünbu gün düşünməli olduğumuzu unutmamağaçağırır. "Tanrı türkü qorusun!" kəlamı şeri üçünbaşlıq götürülsə də şairin narahat dünyasındanxəbər verir. O yazır: "Eramızdan yüzillərləəvvəllərdən türk dövlətlərinin bayraqlarındaAypara çəkilib. Bütöv Ayın lap dörddə biri. Türklər o qədər təvazö sahibi olublar ki, bütövAyı bayraqlarına çəkməyiblər. Çox olublar: tayfa-tayfa, qəbilə-qəbilə, dövlət-dövlət və para-para.

125

Bundan da elə Aypara doğur. Nə Oğuz, nə Mete, nə Atilla, nə Çingizxan, nə Osman, nə Atatürkbayraqlarına bütöv Ay çəkməyiblər. Bütöv Ay -bütün türklərin birləşməsindən sonra çəkiləcəkbayrağımıza. Hələ ki, Ayparalar yaşadır bizi. Bəziqüdrətli dövlətlərə paxıllığım tutur. Məsələn, Yaponiya. Onların bayrağında bütöv günəş var. Yəqin orda millət də, dövlət də bütövdür. Bizimkimi dağınıq deyil. Bizi Ayparalar zəfərdən-zəfərə, yüzillikdən yüzilliyə aparır.

Gün o gün olsun ki, türklər minillik arzularınaçatsınlar. Onda Ayparamız bədirlənmiş Ay olar! İnşallah!"

"Tanrısından güc alıb", oxu-yayı, qılıncı, qolunun qüvvəsiylə yeri-göyü fəth edən, göylərdən bac alan türk övladının adı gələndəsarısını udan düşimən onun cəngavərliyini, qorxmazlığını, mərdliyini görüb. Şairin narahatürəyinin səsidir: "Türk özünü qorumur, tanrıTürkü qorusun" misraları. Dünyanın hər yerinəsəpələnmiş türk dünyasını birliyə çağıran şairgördüyü həqiqətlərə göz yuma bilmir. Türkövladını yumşaqcasına məzəmmət edir, bir atanəvazişilə, baba qayğısıyla. Böyük Atilladanböyük Sabirə qədər adlı-sanlı, mötəbərşəxsiyyətləri olan bu millətin bəzi üzüdönükövladlarının damarından yarı qan, yarı suaxdığını, üzü dönüklüyünü, unutqanlığını üzünəvurur, tənqid edir, onların yadına qalaq-qalaq

126

dərdlərini, Zəngəzuru, Gorusu, Göyçəni, DağlıqQarabağı, Aran Qarabağı, müdhiş faciələrimizisalır. Batmış qulaqlarını açmağa, korraşmışyaddaşını oyatmağa, kor gözlərini açmağaçalışır.

"Hələ qisası qalır Zəngəzurun"- deyərək naləçəkir, qəzəb dolu bir səslə hayqırır, bəlkə dəheyfindən içi od tutub yanır, sinəsində bir bacaaçıb, bu torpaq dərdi, bu vətən dərdi, şair FikrətSadığın. Yoxsa "Türk özünü qorumur, TanrıTürkü qorusun"- misrasında bu qədər misraaltımənalarla dolu səsi duyulmazdı:

Dili, dini bir olan əqidəcə birgərək.

Bu millət bir olunca bizlərə səbirgərək.

İyirmi yüz il azmış, bəlkə iyirmibir gərək?

Gəlsin, Türkün açılan yarasınısarısın,-

Türk özünü qorumur. Tanrı türküqorusun!

Hər bəndin sonunda "Türk özünü qorumur, Tanrı türkü qorusun" kəlməsinin mətnaltı mənasıbaşdan-başa oyanışa çağırışdır. Dili bir, dini birmillətlərinin, həmvətənlərinin məhəlləyə, tayfayabölünərək bir-birisini suçlandıran, qurdu içindəndə özünü yeyən millətin gələcəyindən narahatolur, cəsarətlə onları ittiham edir, belələrinə nə

127

desə şair haqlıdır, çünki vətəndaş şairinvətəndən qeyri bir varı, ümid çırağı ola bilməz. Oçırağı söndürənlərin yeri isə dar ağacıdır:

Bölünüb məhlə-məhlə, tayfa-tayfa, kəndbəkənd.Bu ona atır kəmənd, o buna atırkəmənd.Qurdu öz içindədir, ovur içini bənd-bənd.Bu xislətdə, bu dərddə millət necəyarısın?Türk özünü qorumur, tanrı türküqorusun!

Şair göstərir ki, Azərbaycan övladı bu günəlini qoynuna qoyub durmamalı, silah götürübcəbhə açmalı, düşmənə sinəsini səngəretməlidir.

Şair xalqımızın Azərbaycan türkü, kərküktürkü adıyla iki yerə paralanmasını ürək ağrısıylaqələmə alır. Şirvanda kərküklərin, kərkükdəBoyatların yaşamasını, bir millətin övladlarınınyarısının türkman, yarısının azəriadlandırılmasının, addəyişmələrin, bu müəmmalısirlərin arxasında böyük bir həqiqətin gizləndiyiniduyur və bildirir ki,

Əmması budur ki, biz elə birik.Hələ birliyimizi bilə bilmirik.Bizi parça-parça bölüblər belə,

128

Kiməsə xoş gəlmir bu boydabirlik.

20 Yanvar faciəsinin dəhşətlərini yaşayanxalqının o qanlı günlərdə çəkdiyi müsibətləri, özşəhid övladlarının nə kimi cəsarətə, birliyə malikolduqlarını, azadlıqsevər millətiylə fəxr etdiynigizlətmir, azadlığın candan da şirin olduğunubildirir. 1990-cı il 20 Yanvar hadisəsini səkkizildən sonra yenidən xatırlayan, yenidən onungünahkarlarını lənətləyən şair qəhrəman xalqınıvəsf edir, başımıza gətirilən bütün müsibətlərinsəbəbkarı:

Böyük Pyotrdan üzü bəribütün çarlar,hökmdarlar,şahənşahlar, şahlardır.

-deyir və onlar artıq gözünü açıb, bu xalqınbir də kimsənin əsarəti altına keçməcəyini bildirir:

Qoy bilsin tarix.Eşitsin dünya.Qafqaza can atan hər kəs,Türk oğlu ölər,Amma əyilməz!

"Kipr" şerlərində də şair ona doğma, tanışolan türkə torpaqlarının gözəlliyindən, təbiisərvətlərindən, insanlara bəxş edən mənəvigözəlliklərdən fəxrlə, ürəkdolusu söhbət açır. Buyerləri, onun payızını tərənnüm edir. Tanrının

129

onlara bəxş etdiyi bu torpağı, onun bol-bərəkətlini, nemətini Ulu tanrıdan türk üçünqoruyub-saxlamağı da diləyir. Çünki bu yerlərigəzərkən, dənizin qoynundakı sıra dağlaratamaşa edərkən:

Elə bildim Astaradanköçüb gəlib bura dağlar.Gördüm hər yanmənə doğma, mənə tanış,Gülü gülüm, eli elim,Dili dilim, dindir, danış-deyir.

F.Sadıq qələmə aldığı bir mövzununiçərisində mənaca dərin mövzulara da yer ayırır. "Ağ dənizdə gəzinti" şerində dənizin qoynundaətrafı seyr edərkən, türk ellərinin birliyinəticəsində doğmalarının əldə etdiyi nailiyyətlərəsevinməklə, bərabər, gəmi-dəniz-insan haqqındalirik duyğularını verməklə yanaşı, gördüyü yerləri, dünyanın möcüzələrlə dolu qucağını gəzməyi, ölkələr səyahət etməyi məsləhət görür. Görüb-götürmək, çox şey öyrənmək, dünyanı fəth etməküçün insan övladına çox yaşamaqdansa, çoxgəzib çox şey öyrənməyi daha üstün tutmağaçağırır, türk dünyanı gəzsə onda bilər ki, kimolub, nələri olub və ona görə də məsləhət görürki:

Ömür boyunca öyrən.Seyrə çıx, ölkələr gəz.Atalar gözəl deyib;

130

Çox gəzən çox şey bilər,Çox yaşayan çox bilməz.

("Ağ dənizdə gəzinti")Şair üçün türkün binə saldığı, iz qoyub getdiyi

hər bir qarış torpaq ona doğmadır, əzizdir. O, buxarakterinə görə ululuarına bənzəyir. "Vətənin əlboyda daşı" əsərində biz bunu aydın görürük.

Özünü Metenin min il əvvəl Günbatana atdığıdəmir uclu qayım oxuna, "müqəddəs Ağqovağınmin il əvvəl xəzəl olmuş yarpağı"na, "Altıngöldənmin il əvvəl su içmiş bir yağışın damlası"nabənzədir və Dağlıq Altay ellərini, özünün uluköçərilərinin, cəsur ovçuların, hunların yurd yeriolduğunu söyləyir. Gəzdiyi Altay ellərinin özünədoğmalığınıın, özününkülərinə bənzərliyni görür, keçmişini bir görür, onların məişətindəki, dünyagörüşündəki, təfəkküründəki eynilikdəndoğan doğmalığı duyur, hiss edir. Fikrət Sadıqxalqının milli tarixini dərindən bilən sənətkardır. Oyazdığı misralarında min ildən sonra da əvvəlkidoğmalarının, ulularının tarixini yada salır: "Dağlıq Altay köçərilərin, cəsur ovçuların, hunların yurd yeridir. Qədim altaylı alaçıqdayaşayıb. Altay başdan-başa ev olub ona. Gəzəriolub, köçəri olub. Çox görüb, çox götürüb. Yazılarını "Biçiktu" qayasına, Orxon daşlarınayazıb. Dağlarını, çaylarını, ocaqlarını və ən adiqaratikanını belə nağıla bələyib, əfsanələşdirib.Yüzlərcə dastanı hələ dildə-ağızda

131

gəzir, qələmə alınmayıb. Kəndlərində canlıHomerlər yaşayır. Burada aşığa "qayçı" deyirlər. Bəlkə qayçı, hayçı sözündəndir. Qayçı elin, Anayurdun dar günündə, şad günündə hay-harayçısıdır. Onun yaddaşı -insan yaddaşınınsonsuzluğuna sübutdur. İnsan yaddaşına bütövbir kəhkəşan sığışarmış demə! Bu dastanlardaqaranlıq və şər tanrısı Yerlik bəy var ki, çoxdanzülmətə qarışıb. İşıq və Xeyirxahlıq timsalıMaaday qara (bəlkə Mete) var ki, hələ dəyaşayır. Altaylının girdə üzündə, qonur gözündə, tunc biləyində, mehr dolu ürəyində gördüm onu. Bu dastanlarda küpəgirən qarı-Dibələk var ki, bütün küpəgirən qarılar onun yanında arıvızıltısıdır. Dibələk neçə-neçə yolçunu yolundaneləyib. (Dibələk də elə küpəgirən qarıdır. İntəhasıadını orda qoyub gəlmişik).

Burda hər dağ dərə, hər çay mənə doğmadır. Elə bil haçansa bu yerlərdə olmuşam. BurdaDərdümar adlı açılıb-yumulan qayalar var ki, mənə "Odisseya"dakı Ssila və Xarıbda qayalarınıxatırlatdı. Burda hər daşın, ağacın, kolun yiyəsivar. Burda yaxşı adamlar qocalanda ölmür, göyəçəkilib ulduz olur. Yeddi qardaş bürcü, Danulduzu bu cür yaranıb deyirlər.

Burada ər igidlər dağdan-dağa, qayadan-qayaya, çayın bu tayından o tayına atıla bilərmişdeyirlər. Yaxşı baxsan indi də qayaların şaxə-şaxə damarlarında, daşların al-əlvan

132

naxışlarında görərsən o günləri. Vadilərdəeşidərsən at kişnərtisini".

Ç in səddindən üzü bu yana böyük ərazilərdəməskunlaşmış, tarixdə ad qazanmış, qüdrətlidövlətlər qurmuş, möhkəmləndirmiş, öz qılıncına, qalxanına, bir də ki qolundakı təpərə, canındakıcoşqun enerciyə güvənməklə döyüşmeydanlarına qalibiyyət bayraqlarını sancmıştürklərin-soyadlarının şərəfli tarixiylə öyünən şairböyük fəxrlə söyləyir ki:

Ç in səddindən üzü bu yana,Dunaya qədər tapdaq altında qalandünya,Onların idi bir zaman.Dünyanı başdan-başa bürümüşdüonda,Ox-yay, qılınc, qalxan səsi.Göydəmir atların kişnərtisi.Ucalırdı ta yerdənAyadək, Günəşədək,Atilladan tutmuş,Alp Arslan Türkeşədək.("Ərkənoqondan gəlir)

F.Sadıq xalq rəvayətlərinin motivlərindənistifadə etməklə, onun sücetindən yararlanmaqlavətənə, torpağa olan sədaqəti, etibarı tərənnümedir. Onun Metesindən xaqan poladüz göyqılıncını istəyir. Mete qolundakı gücə, təpərəarxayın olsa da, sülh naminə, igidlərini qorumaq

133

naminə döyüşə razı olmur və qılıncını da, gözəlatını da ona göndərəndə də ancaq sülh naminə, qan tökməmək naminə susur. Lakin Ç inXaqanının ondan istədiyi torpaq, bu zamanəyanlarının bu torpağı düşmənə vermək təklifionu yerindən oynadır. Metenin qəzəbini şairmisralara çevirir:

Göy qılıncı istədi xaqan.Verdim ona yaraq olsun.Göydəmir at istədi xaqan,Verdim ona ayaq olsun."Ölü çölü" verə bilmərəm!Torpağı verməzlər,Torpağı alarlar.

Mete babalarından qalan torpağın onaəmanət olduğunu, bu əmanəti gələcək nəsillərüçün qoruyub saxlamağa borclu olan, özvəzifəsinin məsuliyyətini duyan, anlayan ölkəbaşçısı kimi şairin əsərində yüksək qiymətini alır. Bütün elin-obanın bir nəticəyə gəlməsi, Meteninsözlərindəki həqiqətin dəstəklənməsi oxucu üçündərsdir. Mete öz igidlərinə:

Dedi: ərənlər!Göy qılınc kimin idi?Metenin!Göydəmir at kimin idi?Metenin!Bəs "ölü çöl" kimindir?Vətənin!

134

O yer ki, vətənindirO nə sənindir, nə mənim.

F.Sadıq metelərin obrazını sənətinəgətirərkən, onun xalq, dövlət mənafeyini əsastutmasını xalqına, elinə arxalanmaqla tarixdəözünə yer qazanmasını, başçılıq etdiyi ölkəninxalqıyla bağlılığını əsas götürür. Şairinnəzərində:

Bir elin qara ürəklidirsə əgər xanı,

əgər xaqanı.Vətənin günü-gündüzüQatı gecə olar….Elə arxalanan ər güclü olar.Vətən var olacaq, necə ki, el var.

("Aladağın ətəyində")F.Sadığın bu günümüzün hadisələri ilə

səsləşən əsərində Mete "özüdür". O milyonlarınistək və arzularını, üzərinə düşən məsuliyyətinağırlığını Mete kimi duymağa çağırır. Vətəntorpağının hər qarışının bundan sonra daqoruyub saxlamaqda, düşmən tapdağınaverməməkdə, lazım gəlsə onun yolunda canınıbelə qoymaqda məsul oduğunu unutmamağasəsləyir. Şair torpağının bir hissəsinin erməniişğalı altında qaldığı bir zamanda güldən, bülbüldən, məhəbbətdən yaza bilmir. Dönə-dönəqayıtdığı, qələmə aldığı rəvayətlərdə, gah təsviretdiyi təbiət hadisələrində, gah gəzdiyi doğma

135

türk ellərində qələmə aldığı mövzularda bunatoxunur.

Xalqının, dövlətinin taleyini etibarlı əllərdəgörmək istəyir, başsızlıq, özbaşnalığın gətirəbiləcəyi faciələrin qorxusu, təlaşı, narahatçılığışairin gününü göy əskiyə dügüb. Hər bir oğul, hərbir igid düşmən sinəsinə atılan ox olmalıdır. Hərbir oğul öz yurdunda, elində, obasında ərdir, igiddir. Şairin nəzərində o, eldən uzaq düşsə"yalqız qalar, pas atar". Çünki;

Bir ömür boyu unudulan deyil,Göz açıb gördüyüm,Çörəyini yediyim,Doğma yurd, doğma el.

Şair minilliklərin sınağından çıxmış, dədə-babalarımızın bir hikmətli ifadəsini yada salır, yadımıza Dədə Qorqud dünyasının hikmətliifadələrini çatdırır, öz qələminə məxsus DədəQorqud boyasıyla birlikdə:

Vətən, qarşı yatan"Dağlarını aşmağa gəl"ən, "sularından su

iç"mək, "vadilərindən keç"mək, "dərələrinəsığın"maq, ana qoynunda yaşamağa gələn hərbir vətən övladının istək və arzularınıümumiləşdirir. Bu ümumiləşdirmədə son ucuölümlü dünyada yaşayan insan övladının ayaqbasdığı torpağına, yurduna bəslənən müqəddəsduyğularını əsrəlri, qərinələri, keçmişləri, indilərigöstərmədən bu sevgidə birləşdirmək olar. Bu

136

birləşmədə bir insan övladı, bir də vətən torpağıdurur, bir də doğmalıq, bir də soykökə bağlılıq.

F.Sadıq şerlərində metelərin, alp ərlərinzamanını, dövranını oxucuya unutdurmur. Onların amallarındakı yaxınlığı, müqəddəsideyaları əsas götürərək dünəninin-keçmişininprizmasından təsvirini verir.

F.Sadıq susdurula biləcək şair deyildir, oəldən gedən Vətənin hər qarışı üçün dərd çəkən, həsrət yüklü, qayğı, narahatlıq dolu ömründə acıolan doğru sözü deməyi daha üstün tutur. Susan, duymayan, gördüyünü deməyən, içinə qapılıbqalan ürək şair üçün "niyə ürəkdir", kardır, kordur, duymayan ürək"dir-deyir.

Şairsən bülbüldən yaz,Çəməndən yaz, güldən yaz.

-deyənlərin ağzından vuran, xalqın taleyinəbiganə qala bilməyən, xalq, dövlət mənafeyinihər şeydən üstün tutub onun işıqlı, xoşbəxtgələcəyi naminə yaşayan, yaradan Sabirlərin, Cəlillərin əsrimizin bu günündə ən yaxşıdavamçılarından biri kimi, ürəyinin hökmünəqulaq asaraq qələmiylə, kəlamıyla xalqına xidmətedir. Sabirlərin sətiraltı gizlənən eyhamlı, dərinmənalı kəlamlarında yatan hikmətamiz ideyalarıəsas tutaraq vətəndaş şair, onun kimi minlərləvətən, xalq ziyalılarının fikirlrinə, arzu vəideyalarına səs verir.

137

"İstiqlal bayrağı" şerində şair xalq inamınadəstəklənir, göy üzünü-Tanrının məskəni, Tanrıyeri kimi tanıyırıq. İstiqlal bayrağındakı mavirəngi şair "Tanrını qərargahı"na bənzədir. İnsanların ümid yeri, pənahı göylər, onun mavirəngi barağımızdakı üst zolağın mavi rəngi-səmarəngi kimi vəsf edilir. Bu rəngdə həyat, əbədiyyət, ucalıq, bərəkət, yağış, qar, həyat var. Göy rəng-mavi rəng öz ucalığı, ülviyyəti, əbədiyyəti özündəyaşadan bu Tanrıya məxsusdur. Azərbaycanxalqının istiqlal bayrağındakı mavi rəng-səmarəngi Tanrının məskəninə tay tutulmaqla şair onuululuqlara, ucalıqlara qaldırmış olur.

Orta zolaq- qırmızı rəng şəhid qanınabənzədilir. Bu Şəhidlərin qanıdır. Yü il, iki yüz ilvə ondan öncə və ondan sonra öz azadlığını, müstəqilliyini istəyən, bu yolda çalışan, çarpışan, vuruşan, bir qaşıq qanından qorxmayan, döyüşmeydanlarında azadlıqsevər millətinin tökülənqanıdır. O qana Araz, Təbriz, 20 Yanvar,Qarabağ, Xocalı və neçə-neçə faciəli günlərdəqanıtökülən insanların, şəhid oğulların qanıqarışıb. Bu qan bizim qanımızdır-o taylı, bu taylı-bütün türk doğmalarının, azərilərin zəfər qanıdır:

O tayda da, bu tayda da,Haqq uğrunda müğarizə,

Bu rəng xəbərdarlıqdı bizə,Yaxşı bax!

Türkün ömür möhürüdür,

138

Zəfər tarixidirOnun üstündəki Ay-Ulduz!Bu möhürlə tanı bizi!

Bəli, türkün ömrünə savaşlar, mübarizələr, döyüş meydanları, o döyüşlərdən zəfərlə çıxmayazılıb. Bu rəng haqq uğrunda mübarizə aparanbir millətin qanının möhürüdür. Bu möhür qanyaddaşıdır və şair bunu unutmamağı, öz gələcəknəsillərinə nəsihət etdiyi kimi, düşməninə dəməsləhət bilir. Məsləhət bilir ki, türk meydanlardazəfər, qələbə naminə, qələb çalmaq uğrundadöyüşüb, haqq-ədalət uğrunda vuruşub. Gec-tezhaqq yerini tutub, tutur və tutacaq da. Sən də özişini bil. Girmə onunla döyüş meydanına, gözdikmə onun loxmasına, uda biləcəksən, ammaəridə bilməyəcəksən. Öz əlinlə özünə qəbirqazma.

Şair istiqlal bayrağındakı üçüncü-Yerə yaxınzolağı -islam ümmətinin sevdiyi rəng kimitərənnüm edir. Bu rəng özündə Dinclik, Gənclik, Təmizliklə yanaşı, Anayurd, Ana torpaq, AnaVətən mənasını da daşıyır. Sülh, əmin-amanlıqiçində yaşamaq, çiçəkli, çöllü, barlı-bərəkətli, meşəli, dağlı vətən-onun baharı, yayı, həyat eşqigüclüdür bu rəngdə. Azəri övladının istədiyi, uğrunda döyüşdüyü, keşiyində durduğu, əlindəngedəni üçün şam kimi dərddən əriyib çöpədöndüyü, döyüşə hər an hazır olduğu, qovuşmaqhəsrətiylə yandığı Qarabağı, Kəlbəcəri,

139

Zəngilanı, Qərbi Azərbaycanı, Ağdamı, Füzulisi, Cəbrayılıdır. Bu bayraq bir millətin varlığınınsimvoludur, bir dövlət kimi varlığınınatributlarından biridir. Xalqım onu bir dəfəgöylərə qaldırmışdı. İmperialist qüvvələr İblis-Şeytan xislətli qonşularımız bu xalqın varına-yoxuna sahib durmaq üçün öz yırtıcıxarakterindən istifadə edib, onu hansısa birdövlət binasının başından aşağı salsa da, ürəklərdə onu ayaqlara endirə bilmədi. 70 ilmübarizə apardı; gizlin-aşkar apardı və böyükdövlət xadimi Məmmədəmin Rəsulzadənin dediyikimi "Bir kərə yüksələn bayraq bir daha enməz" kəlamının həqiqətinin işığında yeridi, mübarizəapardı və üç rəngli bayrağımızı öz yerinəqaytardı. Ürəklərdəki od öz məşəlini yandırdı. Üçrəngli bayrağımız Müstəqil AzərbaycanDövlətinin əzəli və əbədiliyinin rəmzidir. İndi onunsərhəddi, bayrağı, dili yaşayır və yaşayacaq da:

Ey öz doğma ocağına,Bir də qayıtmış

Üçrəngli bayrağım, ucal!Ucal başımızın üstdə,Ucal bütün ölkələrdə,

Özgələrə tanıt bizi,Əsarətdən azad olmuşÖlkəmizi.

Bu müstəqillik, bu azadlıq hissidir ki, şairinqəlbində qəzəb doğurur Moskvanın

140

Azərbaycanda havaların necə olacağını xəbərverməsini eşidəndə hirsini tökür onun üstünə:

Hava necə olacaq,Axı, sənin nə işinə?Havadan danış, ammaGöz tikmə qonşuların,Torpağına, daşına.

Şairin narahat olmasına da əsas var. Bu günBakının, Şəkinin, Gəncənin, Şamaxınınhavasının necə olması ilə maraqlanmır bu qüvvə. Onun dişində qalıb şirəsi bu yerlərin bərəkətinin, nemətlərinin. Ona görə narahat olmağa əsası varki, onu hamı yaxış "tanıyır":

Tanıyır səni hamı.Sənin işindir dava.Yandırdı Qroznını,Sənin çaldığın hava.

Onun atdığı güllələrin qəlblərə yağdırdığıyağışı unutmayıb şair. Ona görə də istəmirdüşməninin yalançı qayğısını. LeonidNikitinskinin "Komsomolskaya pravda" qəzetində"Tələfat vardır" adlı məqaləsində yazdığı:" Çərşənbə axşamı leysan yağdı. Elə bil Rusiyanıntopa-iopa buludları yeni qaçqınların halınayanmaq üçün gəlmişdi bura" sözlərindənqeyzlənir. Tökdüyü qanların müqabilindəRusiyanın imperialist qüvvələrinə nifrətini gizlədəbilmir. Yağan yağışına, buluduna "qəhmər" çıxanRusiyaya "Şəhid nədir, sən bilməzsən, Sən

141

Şahidsən, şəhid başqa, sən başqa"-deyə onuqırmanclayır. Eyni zamanda kövrək qəlbininaldığı yaraların hələ sağalmadığındandüşməninə nifrəti içində itirdiklərini də əzizləyir, kininin, qəzəbinin odunda yadına düşənŞəhidlərinə ağlayır. Bu göz yaşları nöyüt olubocağını daha da alovlandırır:

Yağışımdan təsəlli umma.Bircə bu qalmışdı elə.Sənin yağışın güllə yağışıdı.Bu yağış mənim yağışımdı.Bu mənim göz yaşımdı.Sənin gözlərin heç yaşarmayıbda.Bu yağış mənim gözlərimdənyağır,Mənim şəhidlərimin qəbrinə.Mənim buluduma dəymə.

Şair göylərin tökdüyü yağışda doğmalıq gəzir. Öz dərdinə ağlayan buludların düşmənhüdudlarından keçdiyi ilə barışmaq istəmir. Düşmən qəlbində insaf görmədiyindən göyləringöndərdiyi buluda "mənimkidir"- deyə sahib çıxırvə o yağan yağışla axan göz yaşlarınınoxşarlığını tapır və qüssəsini, nifrətiniümumiləşdirir.

142

AZADLIQ GÖZƏL ŞEYDİR

Fikrət Sadıq zəngin mənəviyyata maliksənətkardır. "Zəngin şəxsiyyət dərin əqidəyə,

143

inama, yüksək məqsədə və ideala malik olanşəxsiyyətdi. İnsan yüksək mütərəqqi ideallaruğrunda yaşayıb fəaliyyət göstərdikcə özü dəyüksəlir, böyüyür, onun varlığı daha yüksəkictimai məna kəsb edir. Doğru deyilmişdir ki, qartala qanad, insanda ideal eyni dərəcədəzəruridir. Böyük məqsəd, yüksək idealşəxsiyyətin zənginliyinin ölçüsüdür. Əgərşəxsiyyətin həyatında heç bir yüksək məqsədi, idealı olmursa, o maddi cəhətdən nə qədərzəngin olursa-olsun ən yoxsul həyat sürür. Ənmisgin vəziyyətdə yaşayır. Çünki şəxsiyyətihəyatda ucaldan nə onun vəzifəsidir, nə də onunmalik olduğu var-dövlətdir, onu yüksəldənyeganə bir şey varsa, o da ancaq böyük məqsədvə ideallar uğrunda fəal mübarizədir".

F.Sadıq da bu mübarizlərdən biridir. Oqorxmadan, həqiəqti olduğu kimi yazır, gününaktual məsələlərinə toxunur, dövlətimizin, millətimizin azadlığına, xalqların müstəqilliyinəxələl gətirə biləcək məsələləri açıqlayır, həyəcantəbili çalır.

F.Sadıq şerlərində öz milli azadlığı, müstəqilliyi, suverenliyi uğrunda mübarizəaparan, işğalçı rus imperiyasınınistismarçılığından təngə gələn, öz müqəddaratınıözü həll etmək istəyən Azərbaycan xalqı kimidigər Qafqaz xalqlarının, o gümlədən çeçenazadlıqsevərlərinini də mübarizliyini, arzu və

144

ideyalarını dəstəkləyir. Bu ölkənin azadlıqmücahidlərini, onların şərəfli mübarizəəzmkarlığını vəsf edir. Onlarda olan vətən, torpaq, azadlıq sevgisini tərənnüm edir.

Çeçen azadlıqsevərlərini quldur adlandıranrus millətçilərini qınayır. Xalqın öz dost-düşmənini yaxşı tanıdığını, "özü quldur" olan, millətləri, xalqları parçalayan, azsaylı xalqlarafəlakətlər gətirən düşməni öz adıyla gözünü açıbətrafına baxmağa, çirkin siyasətindən əl çəkməyəçağırır.

A rus, qanrıl bax Allaha!Axıdılan bu qan baha.At silahı, bəsdir daha,Oraq götür, biçin gəlir.

Xalqın qəhrəman övladlarının polad iradəsinigörüb onları qorxmazlığa, məğlubedilməzliyəsəsləyən şair onlardakı azadlıq duyğularınınyüksək olduğunu imperialist, işğalçı rusun yadınasalır:

Bil ki, namərd güllələri,Qorxutmaz ər oğlu, əri.Yurddan ayaq basmaz geri,Desələr ki, lap Çin gəlir.

Rus şovinistlərinin Zaqafqaziyada yeritdiyiçirkin siyasətə nifrət edən, xalqlar arasına milliədavət toxumu səpən, bu milli-ayrı-seçkiliksiyasətindən öz məqsədləri üçün istifadə edən, Zaqafqaziyanı terror mərkəzinə döndərən erməni

145

separatçılarını silahlandırıb burada bilərəkdənmüharibə ocaqları yaradan, erməni daşnaklarınısilah, sursat, pullu muzdur qüvvələrləsilahlandıran rus imperializminə qorxmadan, açıqaşkar ürəyindən keçənləri bildirir:

Rus Çeçenə düşmən deyir.Erməniyə niyə demir?Ürəyində min hiylə var,Yerə demir, göyə demir.

Bir soruşan yoxdur nədən,Ayaq altda qaldı vətən.Törətdiyi vəhşilikdən,Nigarandır deyə demir.

Torpağı qanla suvaran, xalqın milliduyğularını qan içində boğan, lakin çeçenxalqının polad iradəsini əyə bilməyən, özünə quledə bilmək imkanı əlindən gedən, çeçentorpaqlarında istədiyinə çatmaq üçün vəhşiliklərtörədən rus ordusunun qaniçənliliyinin, qəddarlığının qarşısına çeçen övladınınməğlubedilməzliyini, cəsarətini qoyur:

Sən çeçeni aciz bilmə.Çeçen dağ çəkir ölümə.Kim deyib ki, "baş əy zülmə",Quran demir, ayə demir.

Millət dikəldib özünü,Kimsə əyəmməz dizini,

146

Tarixə deyir sözünü,İlə demir, aya demir.

F.Sadıq çeçen qəhrəmanlarının azadlıqyolunda şəhid olan igidlərinə göz yaşı axıdır. Çeçenistan dövlətinin başçısı, milli azadlıqmücahidi, çeçen xalqının milli qəhrəmanı CövhərDudayevin bu azadlıq yolunda mübarizədəəfsanəvi şəkildə yoxa çıxması, ölüm xəbərininyayılması, bir müddət Babək, Koroğlu qüdrətli bircəngavərin ölümünə inanmayanların onunyoxluğuna da dözməməsi, xalq içərisindəölümüylə bağlı yayılan söz-söhbət bütün dünyanıdolaşaraq, azadlıqsevərlərin qəlbini necəkədərləndirirdisə, Azərbaycan xalqını da, onunşairini, nasirini, rəssamını da elə kədərləndirirdi. Fikrət Sadıq bu münasibətlə yazdığı əsərindətəkcə Cövhər Dudayevin ölümündən doğankədərini, qüssəsini, ürək ağrısını bildirmir, eynizamanda Qafqaz xalqlarının üzünə bir günazadlıq günəşinin doğacağına inamı da ifadəedir. Çünki bu xalqların qadını da, qocası da, cavanı da, uşağı da azadlıq yolunda əli silahlı, qəlbi düşmənə nifrət dolu "ər"dir. Haqq-ədalətuğrunda mübarizə aparan xalqın bir gün qalibgələcəyinə ümidini itirmir.

Burda ərdir qadın, uşaq.Gərək tutsun yerini haqq.Haqq gəlincə od tutacaq.Dərəsi, dağı deyirəm.

147

Olan oldu, ta qulaq as!Qiyamətə qalmaz qisas.Bir gün azad olar Qafqaz.Mən Olacağı deyirəm.

Cövhər Dudayevin ölüm xəbərini eşidəndəçeçen xalqının öz dərdini, qüssəsini "Yallı"getməklə qarşılaması, Cövhər bayrağının etibarlı, əyilməz, mətin əllərdə olduğuna inam kimiqiymətləndirir. Cövhər Dudayevin ölümünə ağıdeyən şair onun ölümündən doğan kədərini, dərdini, qəmini boğa bilmir. Öz şair təbinə uyğunolaraq namərdi lənətləyir:

Bu dərdi kim kimə desin?Namərdə çeçen neyləsin?Çilikləndi saf aynası,Söndü çırağı deyirəm.

F.Sadıq çeçen xalqının dərdlərini başa düşənazəri övladıdır. O, bu dərdləri yaşamış, bumübarizə yolunda minlərlə şəhid vermiş, nəhayətki, düşmənin dizini qırmış, öz istiqlaliyyətiniqazanmış, azadlıq deyilən baldan şirin birnemətdən dadmış, bunu çeçen kimi onlarlaayaqlar altında əzilməkdən, çapılıb talanmaqdanbezar olmuş, ayağa qalxmış xalqların övladlarınaarzulayan qəlbi təmiz, saf bir azəri millətininövladıdır. Üç rəngli bayrağı uca tutan, bir millətin"istiqlal bayrağı"nın şərəfini, şöhrətini qoruyanşair oğludur:

148

Bu bayrağı, bu səadəti hər kənddə, hərşəhərdə şəhidlər xiyabanı deyilənməzarıstanlarda uyüyan igid vətən oğullarınınqanı, canı, Azərbaycan xalqının mətin oğullarınındəyanəti, dözümü sayəsində qazanıldığınıunutmayan şair xalqların iradəsinə qarşı çıxan, qanlar tökən vəhşi imperialistləri qamçılayır, daşqəlblilərin bu yerlərdə törətdiyi faciələri, illər, qərinələr keçsə də bu yolda verilən "Şəhidləriunutmayaq"-deyir.

Dağüstü parkı "dağ üstə dağ" adlandırmaqdaşair haqlıdır. XX əsrin əvvəllərində xalqımızınmilli-azadlıq, müstəqillik yolunda şəhid olmuş, dağüstü parkda dəfn olunmuş şəhidlərinin məzarıüstündə sonralar ölkəni işğal etmiş qırmızıbolşeviklər o qan yaddaşını hafizələrdən silməküçün park saldı. Şəhid oğulların sümükləriüstündə salınan bu parkdan xəbərsiz millətimiz70 il sonra yenidən bu həyatı yaşamalı oldu. İndiyenə öz azadlığı uğrunda mübarizə aparanşəhidlər bu parkda uyuyur. Şair xalqını o günləriunutmamağa çağırır. O unutqanlığın bizlərəvurduğu yaralar kimi sızıldayır misralarında:

Saralıbdı daşda yazı.Yaram sızlar sızım-sızım.Qoy eşitsin oğlun, qızın!Bu torpağın başı üstənƏskik olmur qara bulud.Ay tutulub, gün tütülüb.

149

Əvvəllər də şəhid olub.Çox Şəhidlər unudulub.Gəlin bir dəŞəhidləri unutmayaq.

Şair 20 yanvar hadisələrinin ildönümümünasibəti ilə yazdığı misralarında çəkdiyinigarançılığı-unutqanlığı yenidən millətininxalqının yadına salır, hafizəsində yaddaşındamöhkəm olmağa çağırır:

Bir il keçdi…Qarışdı göz yaşımıza.Min illik yaddaşımıza.Xiyabanın daşına bax.Daşında göz yaşına bax.Xiyabanda uyuyanlarDaş sadaqda cərgələnmiş,ox timsalı.Qısılıblar bir-birinə.Bu lal sükut deyir mənə:Şəhidləri unutmayaq.Dağ üstə dağ!Dağüstü park.Qırçın-qırçın, təpə-təpə,Sözümüzdə olsun təpər.Şəhidləri unutmayaq.

F.Sadıq bu gün digər işğal olunmuştorpaqlardakı Şəhidlər xiyabanlarının gələcəyiüçün də narahatdır. Unutqan xalqının təmizürəyini, kin -küdurətdən uzaq qəlbini, düşmən

150

xəyanətini unudan, içində kin saxlamayan xalq, düşməninin isə hiyləgər, azğın olduğuna görənarahatdır.

Şəhidlərin məzarlığıYenədəmi park olacaq?Bir zaman olmuşdu axı,Bəs nə oldu axırı,Yaddaşımız yenədəmiYalanlara qərq olacaq.Bir müddət olmuşdu axı.Sonra açıldı paxırı.

("Yenədəmi")F.Sadıq dünya görmüş insandır. Rus

imperialistlərinin yeritdiyi siyasət nəticəsindəkörpəlikdən bu dünyanın haqsızlıqlarıylakökləndi, döyüldü, söyüldü, atasız böyüdü. Vurulan damğaların ucbatından gözdə, könüldəsevincini itirdi. Körpəlikdən ac, susuz qalıb, gecə-gündüz çalışıb, gec də olsa atasının-vətənə layiqbir vətəndaşın övladı olduğunu sübuta yetirdi. Yenicə gözündə yaş qurumuşdu ki, yenəamansız küləklər ocağına əsdi. Əziz balası rusşovinistlərinin qurbanı oldu. Həmin əsən soyuqruzgarların o tərəfdən əsdiyini gördü, qəzəbləndivə başına gələn bəlaların məkanına nifrət vəqəzəbini tökdü:

Bu bəlanın təməl daşı,Gülüstanda qoyulubdu.Bir gülüstan o zamandan

151

oyum-oyum oyulubdu.Bu bəladan gəldi bizim başımızamin bir bəla.Bu bəlanın üstü iləgəlib çatdıq istiqbala.

-deyən şair fikrimizi qara 20 yanvarhadisəsinə, Qarabağ dərdlərinə, "kor ehtiyacucbatından yurdundan dərbədər düşənövladlardan, "həftədə bir gələn xəbər"lərə, bilə-bilə təklənən, "dənlə"nən vətən övladlarımızıntaleyinə uzanan qara əllərə yönəldir və ədavətəqurban gedən övladının "perik düşmüş qəribruhu" nun, "bizdən güclü" bildiyi hələ açılmamışsirrlərin açılacağı gününün doğma yurdadönəcəyi ümidini yaşayır.

"Şübhə və həqiqət" şe'rində şair oğlununölümündə Rusiyanın günahlandırır. Şair bubəlaların Gülüstanda təməl daşı qoyulduğunu, bubəladan başımızın çox çəkdiyini, bu bəlalarınüstündə gəlib çatdıq "istiqbala" deyir. 20 Yanvar, Qarabağ dərdlərində, Qarabağ hadisələrindəonun əli olduğunu qorxmadan açıb. Bu dərdlərinbəlaların, içində balası da güdaza gedən-qürbətdərdini də görür. O qürbət ki, ora Rusiyadır.

Orda-düşmən qapısında sevincdən yox, əsər-ətər,Ad günlərin dumanında həftədə bir qaraxəbər.

152

O qara xəbərin biri də kövrək şairinqapısınındır:Erməniyə arxa duran dostu baxmırhaqqa-ədalətəBəlkə İlkin övladım da qurban gedibədavətə.

Şairin bu fikirlərində həqiqət var. Bəli, igid, işbilən, əməksevər oğullarımızın qara tabutlarıiçərisində İlkin də var və onlar ədavətinqurbanıdır.

F.Sadığın "Bir parça Vətən" poemasınınmövzusu türk xalqlarının həyatından götürülsədə, Azərbaycan türklərinin canında Mete genininizi var. Onun bu əsərəinin mövzu və ideyasıhaqqında Süleyman Əhmədlinin dedikləri yerinədüşür:"Ümumiyyətlə, tarixi dram əsərinəçevirmək çox məsulmiyyətlidir və bu sahədəAzərbaycan dramaturgiyasının özünə məxsusənənəsi vardır. İndiyə qədər əgərdramaturgiyamız Azərbaycan-türk tarixinə dahaçox müraciət etmişlərsə, Fikrət Sadıq ümum türktarixini qələmə almış və əsərdə şəxsi faciənimilli, milli faciəni isə bəşəri faciəyə çevirərəkuzun ömürlü bir səhnə əsəri yaratmışdır". İndikigənc tamaşaçılar (keçmiş Qorki adına gənctamaşaçılar teatrı) teatrında səhnəyə qoyulmuş"Bir parça Vətən" tamaşası Fikrət Sadıqsənətinin, onun mövzu zənginliyinin, yaradıcıtəxəyyülünün məhsuludur.

153

"Yanacağam günəş kimi" şerində azadlıquğrunda döyüşən, bu yolda canını qurban verənmübariz insanların arzu və istəkləri, vətəndaşlıqideyaları toplanıb:

Nə qədər ki,azadılğın qollarında zəncir durur.Nə qədər ki,həqiqəti üzə demək qorxuludur,O vaxtadəkNə yorğunluq, nə soyumaq.Biləcəkdir mübarizəm.Yanacağam günəş kimi.

F.Sadıq vətəninin şəhərinə, kəndinə, qəsəbəsinə işıq çəkərkən, qəlbində bir işıq yeridə qoyurdu ki, bu da doğma vətənin guşələrinəolan sevgi işığıdır. Onun "Bakı" şerində Vətəninpaytaxtı tərənnüm olunur. Evləri "pillə- pillə" qalxan, "küçələri dənizə axan" Bakının hərgecəsi kəhkəşanın-ulduzlu, aylı gecənin birparçasına bənzəyir. Bakı günəş olsa da, olmasada, nur saçsa da, saçmasa da ögey deyil. "Amənim arzularımın, ümidlərimin şəhəri"- deyibvəsf etdiyi Bakının torpağı, suyu da oddur, alovdur. "Öz oduna sığınan" şəhərinə şirinxəyallarında tay gəzir, bənzərini axtarır.

F.Sadıq üçün vətən sərhəddən başlanır. "Sərhəddə səhər" Fikrət Sadığın mənzum şerəbənzəyən əsəridir. Poetik bir zənginliklə yazılmış, deyilmiş bu kəlmələr, misralar sərhədçiyə

154

ünvanlanıb. "Sərhədçi! Sərhəd çəpər deyil, qaladeyil! Çaşma, sərhəddə dur, amma sərhəddiaşma. Bil ki, insan olmasaydı, sərhəd dəolmazdı! Qəbilə, millət, dövlət olmasaydı sərhəddə olmazdı! İndi ki, sərhəd var, onda möhkəmdayan! Nə qədər ki, sən burda varsan, dövlətinmüstəqildir! Elə ki, sən burda olmayacaqsan, bura başqa sərhədçilər gələcək, onda vətənmüstəqil olmayacaq". Bu isə milyonlarlaAzərbaycan vətəndaşı kimi Fikrət Sadıq üçün dəböyük dərddir. Həzin, kövrək şair ürəyi buna tabgətirə bilməz. Ona görə də sərhədçi özqarşısında duran vəzifəni bilməlidir. "Sərhədin dəsərhədi var" deyən şair ona durduğu yerdən oyanda onun doğulduğu, boya-başa çatdığı, üstündə yeridiyi, doğması, əzizləri yaşadığı, ulusu uyuduğu torpaq, Vətən torpağı olduğunutəkrar-təkrar xatırladır. Fikrət Sadıq üçün otorpaqda "doğma ocaq", ata yurdu, kəndi, şəhərivar. Bənövşəli, laləli, qərənfilli, qızılgüllü, süsən-sünbüllü bağları, bağçaları var; gölləri, dənizləri, dağları var. Özünün dediyi kimi "Araz, Kür, Girdiman, Samur, Şahdağ, Babadağ, Kəpəz, Murov kimi dağları" var və neçə-neçə adınışairanə çəkdiyi daş abidələr, söz abidələri var.

Şair sərhədçini etiyatlı olmağa səsələyir. Vədeyir ki, "sənin durduğun yer gözlə görünənsərhəddir. Amma dünyada görünməyən

155

sərhədlər də var. Çox sərhədçini bada verib busərhədlər, sən də sərhədi keçmə heç!"

Şair sərhədçidən ayıq-sayıq olmağı tələbedir. Ondan ölkəsinə ancaq xeyir gətirənləriburaxmağı, yaxşılığı, xeyirxahlığın gətirilməsinirəva bilməyə çağırır, narahat olur ki,"səninsaqqızını oğurlayıb" bu yana saqqız keçirərlər, "qoyma".

Şair sərhədçinin qan yaddaşını yada salır, Dədə Qorqud dövrünün sərhədçisindən görüb-götürməyə çağırır. Bəkil oğlu İmran ilk sərhədçiidi, şair "Bəkil oğlu İmranın başına nə gəldi" -deyə onun fikrini ona yönəldir ki, Bəkilin ayağınısındığını eşidən Təkur kafirləri sərhəddi keçməkistəyəndə, oğuz yurduna basqın fikrinə düşəndəBəkildən dərs alan oğlu İmranı görür. Gəncİmranın təcrübəsiz olacağını düşünən kafirlərməğlub edilir. İmran Təkuru atdan salıb sinəsinəçökəndə Təkur ondan aman diləyir və "Yetmişbütxanamı sənin bir olan Allahına dəyişərəm, mənə aman ver" deyir və dönüb müsəlman olur. Şair bu günün sərhədçisindən o keçmiş şərəf vələyaqətin qorunmasını, Bəkilin, İmranın ləyaqətlidavamçısı olmasını nəsihət edir.

F.Sadıq gecənin zülmətinin bir işıqlı səhərləəvəz olunduğunu, sərhədçinin yuxusuz gecəsininmüqəddəs amallara xidmət etdiyini alqışlayır, çəmənliyə, otların üstünə sübh zamanı düşmüşşeh damcıları, bir damla göz yaşına bənzəyən

156

"şeh gətirmişdir"-deyir. Şair bu sərhəd səhərinilirik bir dillə sərhədçinin taleyindən, vəzifəsindənayırmır: "Özünə, balalarına yem axtaran quşlarsərhədi o yan, bu yana keçsə onlara dəymə! Səhər bu yana keçir qoy keçsin! Günəş bu yanakeçir, qoy keçsin! Külək bu yana keçir, qoykeçsin, quşlar bu yana keçir qoy keçsin! İntizarbaxışlar, həsrət ümid keçir, qoy keçsin, onlaratoxunma… Halal sənə söykənib, halalın sərhədivar. Sən halalı qoru"-deyirsə gənc sərhədçiyə birDədə Qorqud öyüdünü çatdırırsa, ona düşməniniöz adıyla da tanıtdırır:"Ermənini buraxma! Şəri, yanğını, tüstünü, ölüm və qanı qoyma! Qoyma ki, düşmən sərhəd boyu irəliləsin. Qapqara niyyətivar onun".

Açılan nurlu səhərlərimizi zülmətə döndərməkistəyənləri lənətləyib şair: "Allah sənə yar olsun!-deyib Qorqud duasıyla salamladığı sərhədçinivətəni, sərhədi, səhəri, günəşi, özünü qoru"-deyə Ulu Tanrıya tapşırır. Bu tapşırmadayurduna, onun igid əsgərinə, dövlətinə, bayrağına, gerbinə, dilinə, dininə hörmət etdiyi, müqəddəs saydığı bir vətəndaş sevgisi yaşayır. Hələ yaranmaqda olan müstəqil dövlətimizin yenisərhədçisinə verilən xeyir -dualardır. "Sərhəddəsəhər" yazısını ədəbi-bədii əsərlərin ən gözəlnümunələrindən biri olduğunu xüsusilə qeydetmək istərdim. Vətən, torpaq, millət sevgisi ilə

157

zəngin bu sətirlər Fikrət Sadıq dünyasından-vətənə bağlılıqdan yaranıb.

"Azərbaycan sərhədçisinə bu günün sözünüşair Fikrət Sadıq yazdı" deyənlər fikirlərindəhaqlıdırlar. Fikrət Sadıq o sözü açıq yazdı, ürəklə, mərdlik yerişiylə:" səndən əvvəl, illərboyunca sərhədlərimizdə yad dayanardı. Yadögeydi. Yadın canı yanmaz sənə. Sən busərhədin ilkin, doğma sərhədçisisən. Doğmasözünə fikir ver. Döğma deyəndə dodaqlarbirləşir, ögey deyəndə, yad deyəndə dodaqlarbirləşmir. Sən elin-obanın doğma sərhədçisisən. İndi sən dayanmısan sərhəddə" bu vətənsənindir, sən də bu Vətəninsən!".

Şair sərhədçisinin yadına şanlı keçmişiyləyanaşı, son unutqanlıqlarını da salır. Qəflətyuxusundan onu oyadan"Topxana meşəsindəkəsilən ağacların" fəryadından oyanmayıb, "hələmürgü döyən"lərimizin olduğundan narahatdır. Şair ona görə də "Sərhədçi, amandır, sən sayıqol! Oyaq ol! Sən də yatsan bu millət heçoyanmaz. Bu millətin bəxti heç nədə gətirməyib, heç olmasa sərhəd işimizdə gətirəydi."Bu saatoyaq qalan -yerdə sənsən, göydə ulduzlar, Tanrı, bir də ki, ümid! Ümid deyəndə ev-ocaq yadadüşür".

Şair keçmişimizi, qədim döyüşçülərinvuruşmalarda öldükləri yerdə dəfn edilmələrini, geri çəkilmək üçün, arxada arx qazıldığını

158

sərhədçinin yadına salır: "Gərək o Laçındəhlizində qalaydı, ordan başlanır Vətən, sərhədçi"-deyir.

Sərhədçi, sən kimsən, bu xalq, Vətən, torpaqüçün ! Vətən qoruq yeridir, sən qoruqçü, Vətənbağdır, sən çəpər, vətən qaladır, sən bir kərpici, Vətən dastandır, sən bir sözü. Sən bütün budeyilənləri unutmamalısan, sərhədçi!".

F.Sadığın bu deyimlərində bir dünya, kainatvar, onun geniş ənginliklərində xəyalda, arzularınqanadlarında zirvələri fəth edən, qalaktikadan oyana özünə, yerinə, dünyasına sirdaş axtaraninsan var. İnsan həyatın, alın yazısı var. O alınyazısına cənnət diyarlar, dilbər guşələr düşən, lakin onun ağrı-acısını çəkən, öz varını, barınınözü yığıb-yığışdırılmağa imkan verilməyən, açıq, sidq ürəkli bir Azərbaycan övladı var. OAzərbaycan övladı ki, onun bu dünyadaqonşusundan da ehtiyatlanmağa məcbur edənsəbəblər var. O Azərbaycan övladının ondanbaşı az bəlalar çəkməib. Gözünün toxluğundan, qəlbinin saflığından, könül açıqlığından tülkü kimipusquda girəvə gözləyənlər nəsə umub həmsişəvə umacağına çatmaq üçün dönüb quduzcanavara da. Onun ağrılarını çəkmişAzərbaycan indi ayılmış, qanı, canı bahasına özmüstəqilliyini əldə etmiş, DemokratikRespublikasını qurmuş, və bundan sonra da bumüstəqillik yoluyla irəliləməkdə olduğu anlarda

159

da ehtiyatlı olmalıdır. Onun öz ordusu, özbayrağı, öz dövləti, öz dili var. Eyni zamandaonun işğal olunmuş Qarabağı, Zəngilanı, Qərbi, Şərqi var. Onları geri qaytarmaq üçünAzərbaycan əsgəri də vardır. Bu gün artıqmüsəlləh bir əsgər kimi yetişməkdə olanAzərbaycan əsgərinə şairin nəsihəti var, ənmüqəddəs, ən ali, ən möhtəşəm, ən gərəkli, ənvacib nəsihət.

Şairin əsərləri içərisində diqqətimizi cəlb edən"Qərib at-Qəribə at" poeması bədii dəyərinə görəşairin ən gözəl əsərlərindən biri sayıla bilər. Şairəsərin əvvəlində yazır:" Qərib at-Qəribə at"ıyazanda bir işıq aradım ki, ona doğru gedim, birümid istədim ki, yolda qırılmasın, bir sarbanaxtardım ki, dərd karvanımı çəkib aparsın. Çoxgəzdim, çox oxudum. Bu günün və sabahın şairi, Şərqin böyük söz ustadı Şəhriyarın "Azərbaycan" şerinə rast gəldim. Bu şeri haçansa tələbə ikənmüəllimim xalq şairi Bəxtiyar Vahabzadənintəkidi ilə farscadan tərcümə etmişdim.

Dedim, qoy bu şer çağırsın "Qərib at-Qəribəat"ı iki bölünmüş Ana yurda".

Bunları əsərin proloqu kimi götürmək olar. Əsər folklor motivləri ilə zəngindir. Əsərinqəhrəmanı atlı, işıqçı Fəriddi. Onun üzəngisinəayaq qoyduğu atın adı Qəribdir. Türk-Azərbaycan mifologiyasında at uğurlu, düşərlisayılır. Tarix boyu babalarımız atı qəhrəmanın

160

dostu, silahdaşı saymışlar. Qalın-qalın, cilid-cilidxalq dastanlarında, nağıllarında , "Koroğlu"da, "Dədə Qorqud"da, "Qaçaq Nəbi"də , "QaçaqKərəm"də Qırat, Dürat, Göydəmir, Boz at, Bozayğır kimi atlar olub. Fikrət Sadığın qəhrəmanınatının adı Qərib atdır və o at digər atlardanseçilir. Onun sələflərinə oxşar cəhətləri ilə yanaşıözünəməxsus xüsusiyyətləri var.

Bu qərib atınNə ley kimi uçmağı,Nə ceyran kimi qaçmağı,Nə düşmən başı gəmirməyi,Nə ağzından od saçmağı vardı.Nə ipək yalı,Nə ulduz-ulduz xalı,Nə zər baftalı yəhəri,Nə qızıl üzəngisi,Nə əşrəfidən nalı vardı.

O şairin dediyi kimi "nağıldan gəlmə"mişdi. Onun adı kimi görkəmindən də bir qəribəlikyağırdı. Şair onun qəribliyini taleyinə ikiyəbölünmək, bir-birinin qəribinə çevrilmək düşmüşyurdunun o tayından gəlməsində görür.

Bəlkə də nağılın o tayından,Lap o taydan gəlmişdi.Gəlmişdi bir xalqınBirləşmək ümidi,Bir də qırılanda.Bir sevincin gözü kor olanda.

161

O Qərib at Azərbaycan xalqının - "gözü korolan sevinci" yaşayan başıbəlalı xalqın ağrı-acısını çəkən atdır. O qərib atın sinəsinə çalın-çarpaz dağ çəkilib. Bir ürəyin ortasından çəkilmişsərhəd tikanlarının göynərtisini yaşayan atdır, otaylı-bu taylı Azərbaycanın dərd-sərini sinəsindəgəzdirən atdır.

Qərib atGecələr yaralı quş kimiÇırpır özünüSərhəd tikanlarına.Qanadır sinəsini, dizini.

O, Qərib atda o taylı-bu taylı Azərbaycanxalqının dərdi qəmi ümumiləşib. O taydan-butaya gedib-gəlmək imkanlarını axtaran, keçilməzsədlərin böyüklüyünü, təhlükəsini duyanda, əliheç bir şeyə çatmayanda qəzəbindən "zəncirçeynəyən" oğulları kimi o da "qəzəbindən yerieşir ovum-ovum".

O, hər dəfə özünü oda, közə vurub sərhədməftillərinə yaxınlaşanda qanayan sinəsindən, dizindən çox sərhədçilər tərəfindənqovulmasından göynəyir. Bəzən taleyin buamansızlığına boyun əyib kor-peşiman qayıdır, dayanıb baxır, "addım-addım" hovur-hovur, həsrətlə geri boylana-boylana qayıdır və birdən " şimşək kimi yenidən çaxır", qəzəbi aşır, "birdən-birə yelə dönür, tufan olur" bu Qərib at şairinmisralarında:

162

Qayalığın arasından -daşlıqdan,Misri qılınc timsalıSıyrılıb çıxır birdən.

Dördnala çaparaq, Çırpılır yenəSərhəd dirəyinə!

Dəyir qayıdır əks-səda kimi.Qəhər boğur onu,

Ağlayır adam kimi.Onu daşlara, qayaya çırpan arzu, istəkdir.

Yolların qəfil bağlanması onu bu tayda qoydu. Beş aydır ki, o at əzizini, doğmasını gəzir. Doğması Maşallah onu gəzən kimi. İş yerindənFəridə verilmiş bu Qəribə at öz qəribəliyini sankiona da hiss etdirir. Fərid atın başını sağaçəkəndə, at sola çəkir:

Axırda Fəridbaşlı-başınaburaxdı atın başını.

Qərib at neçə kəndi-kəsəyi arxada qoyub, özünü bir neft buruğunun astanasına-taxtakörpünün yanına yetirir. Sanki "qapını döyürmüşkimi" döyəcləyir ayağını "didim-didim didilmişkörpünün ayağına". Sahibini haraylayır. Bir vaxtazmış, indi isə evinə qayıtmış uşaq kimi sevinirQərib at. Çünki sahibi "Demokrat" Maşallah "dəlikimi qaçdı körpüyə, gözüm, canım" deyə-deyə. Uzaqdan onu tanımış, ayrılıq həsrətinin acısını

163

Qərib atdan az çəkməmiş Maşallahın heyrətinihəyəcansız oxumaq olmur:

"Bu at mənim atımdı.Dünya ölüm-itimdi.Beş aydır ayrılmışıq.Vətən o tayda qalıb,Biz bu tayda qalmışıq.Bir-birimizdən uzaq,Beş aydır mən onu axtarıram,

O da məni.- İşə bir bax!- Yazıya bir bax!- -Varam çərxi -fələyinbirdən belə oyununa".Maşallah qaçdı, sarıldıQərib atın boynuna!

Fikrət Sadıq bu görüş mənzərəsinin sankicanlı şahidi olub. Bəlkə də o elə Fərid özüdür. Biratın yüyənini sağa çəkəndə sola döndüyünü, onun dərdini-sərini duyub, başa düşmək üçünşair qəlbi, həssas qəlb sahibi lazımıydı ki, qəzəblənmədən, hirslənmədən səbrlə atıncilovunu buraxıb onun hara gedəcəyini görməküçün arxasınca düşüb kəndlər, ellər, obalarkeçsin. Borsunlunu, Xanqərvəndi arxada qoysun, gəlib neft buruqlarına çıxsın. O neft buruqlarınaki, Cənubi Azərbaycan ovladı olan, "demokrat" adlanan Maşallahı - atın sahibini tapmasınıgörsün və bu görüş səhnəni

164

Qardaş, orda olaydın kaş!Görəydin ki, necə görüşürTəbiətin iki dərdli övladı,

-deyə dərdli-dərdli söyləsin gördüklərini. Onların axıtdıqları göz yaşlarının doğurduğutəəssüfü, nisgili belə çəkidə təsvir etsin, ifadəeləsin. Atın göz yaşına qarışan insanın göz yaşı-içimizdə elə ağır oldu ki,

Bu damlaƏyə bilməz onu.Əgər tərəzinin o biri gözünəDünyanın bütün göz yaşlarıqoyula.Hər düşən göz yaşları-damlalar"cızıltıyla yandırdı yeri".

Qəriblik Astarasında qoyub gəldiyi və dönə-dönə tapşırdığı bu Qərib at nələrə qadir imiş:

"Bərk saxlayınqoruyun bu atı.

Bu at-vətən amanatı.Araz amanatı.Həsrət amanatı.

Bu at gəlib Naftalana çıxır. Burda onuarabalara qoşmaq, boru üçün dirək daşımaqistəsələr də həsrət adlı əzablarınıngöynərtisindən "ipə-sapa" yatmadığından, Mehtər onun başına gələnləri yaxşı bildiyindən"onu qoruyub. Keçmiş Nobeldən qalmaemalatxanada ona tövlə qurub. Burda da Qərib

165

atın kişnərtisi, fəryadı yoldan eləyirdi doğmanı, yadı!

Qapını bağladılar,Qapını sındırdı.

Ayağını cidarladılar,Kəndiri qırdı.

Saxlaya bilmədilərOnu yoldan.

At olasan belə inad olasan.Kaş, belə inad ola insan!Hər gecə Biləsuvara

Dəyib qayıtdı.Dəli saydılar qərib atı.

Mantyor Fərid Naftalan- Tərtər üzrə xəttəçıxanda Qəribdən başqa tövlədə at olmadığındanMehtər onu verməli olur və Qərib atın dilini bilənbir insan kimi onu Fəridə tapşırır: " muğayat ol"-deyir və bildirir ki:

İnsan kimi dil bilir bu at,Vətən həsrəti çəkir bu at.Qəribə atdı bu at.Qərib atdı bu at.Bil Fərid!Bunun iki mənzili var:Gündüz tövlə.Gecə sərhəd.

Fərid o gün qırıq telefon xətlərini birləşdirəbilməsə də, iki həsrətlini bir-birilə birləşdirməkdə, onları bir-birinə qovuşdurmaqda əli olan xeyirxah

166

bir insan kimi sevinirdi və onun nəzərində "budünyaya dəyən bir işdi". O vaxtdan "VətəniMaşallahda, Maşallah da Vətəni Qərib atındatapdı".

Şair şahidi olduğumu, eşitdiyi hadisənimiqələmə almaq üçün yalnız ŞəhriyarınAzərbaycan şerini tərcümə edəndən sonraözündə qüvvə tapdı. Bu hadisənin üstündən qırxil keçir. Maşallah da daha dünyada yoxdur. Amma Maşallah kimi vətən həsrətliləri var. Ağsaçlı anasını, gəncliyini Azərbaycanımızın otayında qoyub gəlmiş dərdlilər yurdudurAzərbaycaınmızın bu tayı da. AzərbaycanMaşallahın ölümündən sonra Qərib atınyoxluğunu rəvayətə çevirir:

Maşallahdan sonraQərib atı bir də görüblər.Görüblər ki, deyirlər!Deyirlər,

Buluddan idi elə bil.Canlı deyildi sanki.Yerimirdi, uçurdu.

Həmişəki təkBiləsuvara gəldi, durdu…

Məlul-məlul o taya baxdı.Sonra da havaya qarışıb axdı.

F.Sadıq bu misralarda təkcə şair deyil, eynizamanda millətinin, xalqının dərd-səri önündəiçində damla-damla əriyib axan şam, saçını

167

erkən yaşında ağardıb gəncliyində saçları bəyazqara dönən müdrik bir qoca, bir mllətin atası, anası, qocası, dərdlisi, həsrətlisi, o taylı-bu taylıAzərbaycanı özündə yaşadan, ağrılarınagöynəyən, o ağrıları içində göz yaşına çevirən, sevinməyə, şad olmağa gücü çatmayan, canlısı-cansızı da bu dərdləri özü kimi çəkdiyini düşünənbir vətəndaş şair, el ağsaqqalı, el oğlu, elqəhrəmanıdır. Qılıncı sözdən ibarət olan şairinQərib atı da Qırat, Dürat kimi gözləri önündəhaqqın-ədalətin pozulduğunu görəndə zəncirçeynəyən Boz atlardandır. Onun yaratdığı buQərib at real dünyamızın gerçəkliklərininyaratdığıdır. Onda nə yel qanadlar var, nə dəryaatlarına məxsus qüdrət. Onun qüdrəti də, ülfətidə itirdiyi vətəndədir. Əlindən gedəndənqismətinə sərhəd tikanlarının sinəsində açdığıyaraların göynərtisində kişnəmək qalıb, bir dəsəhərə qədər sərhədddə durub o taya baxıbdüşünmək, için-için ağlamaq. Bütün bunları şairFikrət Sadıq elə qələm alıb ki, ancaq vətən, xalqdüşünən qəlb bu rəvayəti belə yüksək biristedadla qələmə ala bilər. Mədinə Gülgün vəBalaş Azəroğlu bu əsər haqqında yazır:" Cənubdan gətirilmiş bu atın qürbət çəkməsi, Vətən həsrətilə yaşaması əsl poetika, tapıntıdır. Siz bu nadir mövzunu istedadınızınimkanlarından istifadə edərək o qədər inandırıcıvə poetik təsvir etmişsiniz ki, oxucu bu qərib atın

168

hər axşam yüyənini qıraraq cənuba-sərhədədoğru üz tutub getdiyinə zərrə qədər də şübhəetmir. Hətta bu sizin misralarınızda atın ayaqsəslərini, qəlbinin döyüntüsünü eşidir, nəfəsiniduyuruq. Bu vətən məhəbbətinin ən ülviçağlarıdır ki, siz onu kəşf etmisiniz, bir şair kimiyaşamısınız, poetik yüksəkliyə qaldıra bilmisiniz".

Bəzəksiz-boyasız, pafoslu kəlmələrdən uzaqbu əsərdə elə bir ritm var ki, onun haqqındaoxucu həmişə düşünəcək. Hər dəfə Qırat, Dürat, Xızır peyğəmbərin boz atı, Metenin Göydəmir atıxatırlananda, onların qəhrəmanlıq doluhəyatlarındakı epizodlar yada düşəndə, hardasao an oxucu qəlbini göynədən qəmli Qərib atəfsanəsi də yada düşəcək və onda Fikrət Sadıqda hər dəfə xatırlanacaq. Necə ki indi də kim oəsəri oxuyursa o Qərib atın taleyinə acıyırmışkimi Təbrizini, Xocalısını yada salır. MəgərErməni faşistlərinin törətdikləri qanlı cinayətlərzamanı aylarla dəmir zəncirlərdə qalıb acındanölən, qapısı bağlı tövlələrdə acından qırılan mal-qara, Qərib at taleyindən də acı talelər qismətinədüşən atlar az olubmu? Düşmən əlində azmıqalıb. İnsanlarımız, neçə-neçə gəlin-qızlarımız, igid ərlərimiz, mömin qocalarımız, bu gün dədağların o üzünə həsrət torpaqlara amanatqoyulanlarımız bizə Qərib atı unutdura bilərmi? Heç vaxt. Gözümüzün nuruna bir həsrət dumanıçöküb, qoymaz ki, sevinək, qoymaz ki, Qərib at

169

istəyini, pasportuna "demokrat" damğası vurulanmaşallahları, didərgin damğası vurulanqaçqınlarımzın taleyini unudaq.

Ona görə də Qərib atın belə bir əfsanəviyoxluğu, rəvayətə çevrilsə də buna nağıl deməkşairin ağlına da gəlmir. Bu bir həqiqətdir ki, butaleyi də millət yaşayıb. Gördüyünü, eşitdiyinirəvayət yox, nağıl yox, həqiqət, əsl doğru həqiqətadlandıran şair fikirlərində israrında haqlıdır. Çünki nə qədər ki, dünyada həsrət var. Nə qədərki, o taylı, bu taylı, qərbli, Şərqli Azərbaycanlılarınsinəsində Vətən həsrəti, ayrılıq göynərtisi, girovdağı birləşib, bir ocağın başına yığılmaq, VahidAzərbaycan olmaq həsrəti var. Nə qədər ki, qərib-qərib dağlarına, yurduna baxıb göy yaşlarıtökülür, nə qədər ki, Təbriz, Şuşa, Borçalı, İrəvan, Göyçə dağları sinəmizdədir, yaralarsağalmayıb, Anayurdun belə bir böyük həsrətyükü var, onun o həsrət yüklü Dünyasının Qəribatı var, ruhu da torpağa həsrətli maşalahları davar, unudulmaz Qərib at harayı, kişnərtisi. OnuFikrət Sadıq elə dastanlaşdırıb ki, unudulasıdeyil. Əsl sənətkar odur ki, zamanın ruhunu tutabilsin, millətinin qayğılarını yaşaya bilsin və onunruhunua uyğun əsrlər yaratsın, yadda qalsın, sevilsin, seçilsin. Şair Fikrət Sadıq kimi qismətinəxalq məhəbbəti düşənlər nə qədər xoşbəxtdir. Belə sənətkarı olan xalq da xoşbəxtdtr. Gücü

170

qələminə, sözuünə çatanların işi bir orduyabərabərdir.

F.Sadığın bu poeması bu günküAzərbaycanın dərdini, sərini, istək və arzularınıözündə birləşdirən ən gözəl, qiymətli, dərinməzmunlu, zəngin ideyalı əsərdir.

"Yaşıl yarpaqlar" silsilə poemalarda "yaşıl" birişıq var. Yaşıl işıq sənin yolundur. O işıqda sənkeçilməz sədləri keçə bilərsən. Nə qədər ki, budünya o tayın bu tayın həsrətini çəkir. Ohəsrətlilərin düşmənə qarşı olan qəzəbi dağlarkimi şahə qalxacaq, dəniz kimi coşacaq, o yaşılişıq görünəcək və o yaşıl işıq bizim dəyolumuzda yanacaq. Fikrət Sadığın o "yaşıl" ümidi, səbr, bir də mərdanəlik, təpər, birlik istəyir. Birlik olan yerdə keçilməz sədləri aşmaq dahaasandır.

F.Sadıq bəzən düzgün yazılmamış tariximizintaleyindən narahatdır. "Tarix elmi" şeri bumövzuda yazılmışdır. Keçmişin saxtalaşdırılması, xalqın öz tarixini olduğu kimi bilməməsi, qaldığıçaş-başlıq şairi narahat edir, nəyin düz, nəyintəhrif olunduğunu üzə çıxarıb, tarixi yenidənyazmaq tarixçilərin qarşısına vəzifə kimi qoyulur. İndiyə kimi yazılmış tarixin müəlliflərini tarixidüzgün yazmamaqda günahlandırır:

Ya özləri bilə-bilə yazıblar,Ya onlara bu tarixi yazdırıblar.

171

Şair bu fikirlərində haqlıdır. 200 il hegemonbir dövlətin apardığı ardıcıl siyasətin nəticəsidirki, bu gün tariximizi yenidən araşdırmaq, onuyenidən yazmaq, düz, olduğu kimi tarixihəqiqətləri üzə çıxarmaq ehtiyacı doğub.

F.Sadıq üçün mövzu qəhət deyil. Lakin o hərmövzunu da əsəri üçün sucet eləmir. Buna görədə onun əsərlərində bir-birinə bənzəməyənəsərləri sırasında "Sındırıldı süküt buzu" şe'ri dədiqqəti cəlb edir. Budapeştdə erməni dığasınınhərəkətlərinə dözməyən, yurdunu yuvasınıdüşmən əlində olmasından nifrəti daşan RamilSəfərovun düşməndən aldığı intiqam qisasınıtərənnüm edir:

Birdən- birə qövr elədi,Ürəyində pıçıldayan torpaq dərdi.İllər keçir, yurddaşları hələ də ki, didərgindi, dərbədərdi.Xocalını yandıran o,Qarabağı yandıran o,O "yan" ların birisindən qisasaldı.Ər oğlu ər, milli əsgər RamilSəfər.

Bu xəbərdən aldığı təssuratını şair birdastana bərabər misralarla ifadə edir. O misralarki, Dədə-Qorquddan gəlir, Koroğludan, Nəbidən, tankçı Həzidən gəlir:

172

Çal qılıncın, Ramil Səfər, yetdim-dedi.Ramil Səfər şairin nəzərində neçə ananın

qisasını aldı, neçə igidin, neçə bacının, qardaşınmuradına yetdiyini eşitdi. Elə bil Ramil əsgər"sükut buzu"nu sındırdı, ana yurdun oğul-qızınıöz hərəkəti ilə düşməndən qisas yoluna çağırdı. Bu hərəkət "bir haray, bir çağırışdı".

Bu gələcək döyüşlərə,Xəbərdarlıq işarəsi,Haqqın səsi.Sonra hücum, sonra zəfər.

O zaman da Ramil Səfər onların arasındaolacaqdır. Çünki bu istək, arzu onu hərbiçiolmağa vadar etmişdir.

"İpək yolunun üstündən köndələn" şerində buyolun üstündən Ermənistana Rusiyanıngöndərdiyi təyyarələrə qarşı çıxır:

Erməniyə tank verirsən, Üzümüzə gülə-gülə.Ona raket göndərirsən,Bizə balet göndərirsən bilə-bilə.

Buna görə də şair xalqını, millətini, dövlətiniçətinliklərdən çıxarmaq üçün məsləhət görür ki, "özünə güvən, oğul özünə inan". Dostlarınçoxluğuna baxmayaraq dara düşəndə ona da belbağlamağa ümid qalmır. Bir-birinə qənimdövlətlər, millətlər bir-birinə soyuqdur". Ona görədə: "Özünə güvən, oğul özünə inan!"-deyir və

173

inanır ki, yalnız bu yolla bir yana çıxarAzərbaycan.

"Qız qalası" şeri şairin şerləri içərisində özməzmununa, bədii dəyərinə görə də qiymətlidir. İnsan olsa da o Qız qalasına vurğundur. Şair onu"tarixin daş əsgəri", "Xəzərin övladı" kimiəzizləyir. Onu elə öz vüqarına, təmkinigörünüşünə görə də vəsf edir:

Cilalayır səni zaman.Yuyur yağış, üşüdür qar.Səndə ötən nəsillərin baxışı var,

Qız qalası!Daşlarında donub qalıbindiyədək,Hər bahardan bir az çiçək.Hər payızdan bir az xəzəl.

Şair burada abidənin qədimliyini yada salır. Bir zamanlar Xəzərin qoynunda olan, dənizdəboy atan "Xəzər övladı"nın indi ondan kənardüşməsi, ləpələrinin öpüşünə həsrət qalması lirikbir dillə tərənnüm olunur. Ona vurğunluğununsirlərini gəzir:

Mən insanam, sən abidə, Qız qalası!

Bəs vurğunam sənə nədən,Qız qalası?!

Parisdə yaşayan Əyyub və Davud Emdadianqardaşlarının-Cənublu qardaşlarınınAzərbaycana gəlişini kövrək sözlərlə ifadə edir:

174

Mən SiziTəbrizdən gözləyirdim.Siz Parisdən gəldiniz.Mənim əziz qardaşlarım.

Onların çəkdiyi şəkillərdə duyduğu vətənhəsrəti şairin də qəlbini göynədir. Əvvəlkimisralarında Təbrizdən gəlməsini arzuladığıqəmi-qüssəni, vətən ayrılığını şair bu kövrəldicimisralarında daha təsirli şəkildə ümumiləşdirir:

Çəkdiyiniz şəkillərə baxdım.Gözümdə bir az da ucaldı.Zirvə-zirvə, naxış-naxış,

Rəng-rəng.Savalan, Heydərbaba, Damavənd.

Onun gördüyü şəkillərdəki sapsarı xətt-"Qürbət-qürbət-qürbət" içini talayır. Dünyanın həryerinə səpələnmiş o taylı -bu taylı Azəri övladını"payız yarpağı"na bənzədir. Anayurda dönməkümidi onun başını ağartdı, "bu həsrətlə daşımgöyərdi, göyərmədi arzum mənim" deyə şair öz-özünə sual verir, düşüncələr içərisində çabalayırki,

Yoxsa, yoxsa ta əzəldən,Buymuş alın yazım mənim!

Amma şair yenə ümidsiz deyil. Əyyub vəDavud qardaşlarına ünvanlanan bu qırıq-qırıq, parakəndə misraları təsəlli kimi qəbul edilməsiniistəyir. Ümidini hələ üzməyib. Nə vaxtsa üzünə

175

güləcək taleyə inanır və bir yerə yığılacaqlarınaümid bəsləyir.

Şairin yaradıcılığı haqqında M. Arazın fikirləridaha əhatəlidir: "ağlı kəsəndən, "heybəsiçiynində" zəhmət yükü daşıyan, həyatı şerinə, şeri həyatına yol göstərən bir şairdən söz açmaq, onun poetik kəşflərinə yenidən kəşfiyyatçı gözüilə baxmaq o qədər də asan deyildir. Buradaistər-istəməz ona müəllimlik edənin böyükpoeziya sənətinin xəritəsini göz önünə gətirirsən: torpağa məhəbbət, insana hörmət, sabaha inam. Böyük sənətin təbliğ elədiyi böyük ideallarhəmişə bunlarla bağlı olub. Fikrət Sadıq bupoeziya xəritəsindəki bütün şərti işarələri sərrafşair gözü ilə mənimsəyir, ondan öz boyasını, özmiqyasnı götürür; dünyanın adı Vətən olan birparçasında öz "təsərrüfatını" yaradır:

Gözümü yumub açdım.Ötüb keçdi dəli yaşım.Yoruldu tufanlı yaşım,Duruldu selli yazım.

Ana yurda səpələnib,Aranlı-dağlı günlərim.Yollara töküldü yaşım,Kəndçi yaşım, çöllü yaşım.

Müxtəlif rəngələrə məxsus naxış elementlərləvə təsvirlərlə bəzədilən bədii toxuculuq məmulatıolan xalçalar yüksək estetik əhəmiyyət kəsb

176

etməklə yanaşı, məişətimizdə otaqların daxilindəistiliyi saxlayan, binaların divarlarına bəzək verənəşyalardır. F.Sadıq Azərbaycan xalçalarınınkompazisiya zənginliyinə naxış elementlərininoricinallığına, rəng koloritinə görə digər şərqxalçalarından əsaslı surətdə fərqləndiyini, onunözünəməxsus gözəlliyini tərənnüm edir. Dünyadaöz xalçaları ilə məşhur olan Aəzrbaycan xalçalarıtoxunulan ərazilərin, tayfanını, xalça toxuyanustannını, naxışın və ya kompazisiyanını adıylaadlanır. Azərbaycanda "Bərdə", "Aran", "Qarabağ", "Açma-yumma", "Pirəbədil", "Qonaqkənd", "Afurca", "Qobustan", "Şirvan", "Xiləəfşan", "Gəncə", "Fəxralı", "Kəmərli","Şıxlı", "Təbriz" kimi xalçalar Azərbaycan xalçalarınınşöhrətindən xəbər verir. Xalçalara vurulannaxışlar, bəzəklər şairin könlünü riqqətə gətirir.

Xalça naxış-naxışdı.Bu bulud, bu yağışdı.Yeri güllü bahardı,Köbəsi qarlı qışdı.

Xalçada tağ görmüşəm.Tağda çıraq görmüşəm,Aydımı ya qaşdımı,Yoxsa oraq görmüşəm?

Xalçalarda tariximiz, keçmişimiz var. Şairinnəzərində xalça qədim xəritəni, hikmətlə doluşe'ri xatırladır. Burda hər ilmə bir kitablıq söz

177

deyir. Şair xalçadakı butaları, bəzəkləri, iri ölçülühəndəsi göyləri, nəbati motivli gül və naxışları ənqədimdən nənələrimizdən, babalarımızdan bizəmiras qaldığını bildirir.

Xalça uzaq dünənin bu günə gülxonçası,

Min bir əfsanə sayır hər gülü, hərqönçəsi.

Əlifbanı bilməyən nənəminəlyazması,

Bir gülünə həkk olub həm özü, həmdünyası.

Arxeoloci mənbələrə və yazılı abidələrə görəbelə bir fikir yürüdülür ki, Xalçalıq Azərbaycandahələ tunc dövründən mövcud olub. Dağlıq Altaykurqanlarındakı daimi buzlaq ərazilərdə, Mingəçevirdə xalçaya aid ən qədim və qiymətliarxeoloci materiallar, tapıntı yeridir. Herodot, Klavdi, Ksenefont Azərbaycan xalçalığının inkşafıhaqqında məlumat vermişlər. F. Sadıq üçün dədünyanın əlifabası elə nənələrimizin naxışları, xalçaya vurduğu ilmələrdir. Şair ilmələrinə, naxışlarına bələd olduğu Azərbaycan xalçalarınıtərənnüm edir. O xalçaları ki, adına yaraşır. "Balıq xalçası pul-pul yanır". "Bulud" xalçasıxeyir-bərəkət yağdıran, yağış tökən buluda, "Ləmpə" xalçası alışıb yanan tonqalabənəzədilir. Xətaidən, Babəkdən yadigar qalanxalçalarda vətənin nəqşləri, rəngləri yaşayır.

178

"Kürlə haşiyələnmiş Qazax xalçası, Dədə Qorqudqopuzlu"dur. Öz görünüşüylə Tovuz quşunabənzəyən Bərdə xalçası Nüşabəni yada salır":

Nüşabədən söz açır Bərdədən gələnxalça.

Tovuz quşudur sanki, az qalır qanadaça.

Bu xalçanı bir zaman görüb SultanMəhəmməd.

Gör nə danışır naxış, gör nə deyirsınıq xətt.

Bu xətt onun ümidi, bu sədd onunimkanı.

Sevinci dağ laləsi, kədəri çöl tikanı.Hər ilməsi bir hərf, hər düyünü

kəlmədi…Xalçaya vurulan hər "gül" bir məna daşıyır.

"Gül" var oxdur, kamandır, şəhərdir, qaladır, "gül" var çəndir, dumandır, dağdır, "gül" var Babadağı, Gül var Şirvan düzü, torpaq, xan çinar, göz, qaş, "yarın üzüdür". "Yumru gül" çərxi fələyinrəmzidir. İnsan qəlbindən keçən arzular, fikirlərnağıllardan eşidilən əfsanəvi varlıqlar, naxışlar, bəzəklər qəlb çırpıntılarıdır xalçaların üzərinəhəkk olunub. Əlifbanı bilməyən insanın ilkyazısıdır bu incəliklər. Şairin lirik duyğuları başalıb gedir. Zərif xalça naxışlarının zənginbutalarına, güllərinə, ilmələrinə, naxışlarınabaxdıqca tarixi, xalqımızın milli mənəvi

179

zənginliyini, dəyərlərini düşünürük. Bu xalçaları, onların adlarını, gözəlliyini bayatılar üstündə vəsfedən şair şifahi xalq ədəbiyyatının ən zəngindərin mənalı, yüksək tutumlu bayatılarının dasayını artırmış olur. Bu bayatılarda "Muğam", "Qımıl", "Təbriz" "Quba", "Şirvan", "Gəncə", "Qollu-cici", "Qarabağ", "Qobustan", "Pirəbədil", "Xilə-buta" xalçalarının adı çəkilir və Azərbaycanxalçaçılıq sənətinə məxsus bu gözəl, qənirsiz, nəfis dəst-xətli xalı -xalçalardan danışılır. Şairintərənnüm etdiyi o nəfis, gözəl zərif duyumlu, xalçaların gözəlliyi ilə şairin o gözəlliyi tərənnümetdiyi, seçdiyi, dənə-dənə mirvari kimi sapadüzülmüş zərgər misallı sözlər birləşib milli-mənəvi sərvətimizin ən zəngin xəzinəsinə çevrilir. İki sənət-bir- sənətkar gözündə, sözündə dahada ucalır, ülviləşir: Qobustan xalçasının hərgülünü bir dastana bərabər tutur, "ağ sapı"ndatoy nişanəsi , qara sapında qara günün yasını görür.

Bu xalça "Qobustan"dı.Hər gülü bir dastandı.Ağ sapı toydan qalıb.Qara sapı yasdandı.

Bu xalça "Gəncə " olar.Naxışı incə olar.Yeri gül, xonçası gül,Köbəsi qönçə olar.

180

"Təbriz" xalçasında "uçuq", naxış "körpülər"iayrılığın izləri kimi qüssəli bir dillə tərənnüm edir. Ayrılıq, həsrət duyur hər ilməsində. Öz qədimliyi, gözəlliyi ilə dünyanı gəzən, əldən-ələ keçib bugün Avropanın ən zəngin muzeylərini bəzəyən"Təbriz" xalçasının hər gülündə bir məna gəzirşair. Qəlbindən keçən qüssə-kədəri duyur və buduyumla onu oxşayır, sevir, əzizləyir. "Qımıl" xalçası qışın oğlan çağında gül "umul"anarzuları, istəkləri özündə yaşadır:

Bu xalça "Qımıl"dımı.Qonçədi, yumuldumu?Qışın oğlan çağında,Ondan gül umuldumu.

Xalçalarımızın misilsiz gözəlliyini tərənnümedən bu bayatı qoxulu misralar insan qəlbinintellərini riqqətə gətirir. İçərişəhərin Xalçamuzeyində saxlanan xalçalar, xalçaçılıqmuzeyində bu sənətlə bağlı nümunələr, onlarınəzərdən keçirən şair baxışlarında bədii şəkildəöz əksini tapıb. Onun bu əsəri haqqında deyilənfikirlərə biz də şərikik. "Şair qayım-qədimxalçalarımızı savadsız nənələrimizinəlyazmalarına bənzətməklə cəlbedici bir poetiklövhə yaradır. xalqımıza xas olan incəliyi, gözəllikvə əlvanlığı özünə hopdurmuş bu şer hökmənorta məktəb proqramına daxil edilməli, müvafiqteleviziya verilişlərində təbliğ olunmalıdır. Muzeydən aldığı təəssüratı fikir yükü ilə

181

cilaladıqdan sonra sanki ilmə-ilmə toxunanmisralara çevirir:

Hər ilməsi bir hərf.Hər düyünü kəlmədi.Gözümü bir anlığaYana çəkə bilmədim.

Bu gül baba dağıdır.Bu gül şirvan düzüdür.Bu gül gözdür, bu da qaş.Bu gül yarın özüdür.

Savalanın qaşınaTəzə yağmış qara bax.Zəncir boyunbağıdaDənələnmiş qara bax.

F.Sadıq ədəbiyyata çox sakit, hay-küysüz, özünü təqdimatsız gəlib; aramla yazıb, çoxoxunub, çox düşündürüb".

Sadə, aydın, xalq şeri üslubunda deyilmiş, heca vəznində qurulmuş bu misralar Fikrət Sadıqsənətinin ecazkarlığından, oricinallığından xəbərverir. Sənətkarlıq imkanlarının zənginliyinigöstərir. Deməli, sərbəst vəznin üstündə qurduğuşerlərində, poemalarında olduğu kimi, hecavəznində yazdığı şerlər də öz bədiiliyinə, təsirgücünə, sənət tutumuna görə qiymətləndirilir. Fikrət Sadıq üçün " Sərbəst şer mücərrədliyisevmir, sərbəst o demək deyil ki, mücərrəd

182

sözlərə sərbəstlik verəsən. Sərbəst mücərrədçilikeləyəsən. Sərbəst o deməkdir ki, oxucuya dahaaydın, daha yığcam, daha kəsə bir yol ilə yazdığımətləbi anladasan. Məmməd Arazın Fikrət Sadıqpoeziyası haqqında fikirlərinə biz də şərikik. "Fikrət Sadıq böyük poeziya salonunda özkürsüsü olan, öz oxucularına əsl sənət örnəklərioxuyan, əvəzində xalqın minnətdarlıq alqışınıqazanan bir sənətkardır. Əsl xoşbəxt şair çoxyazan, çox dərc olunan deyil, çox oxunansənətkardır. Sənətdə mütləq meyar budur: çoxunaz təsirindən, əlbəttə azın çox təsiri gərəklidir. Burada söz cilası, söz zərgərliyi vərdişinəyiyələnmək bacarığı həqiqi istedada qismətdir".

DAĞLAR MÖVZUSU

Fikrət Sadıq yaradıcılığında insan, ağac, təbiət hər biri bir obrazdır. Şair bəzən buobrazları vəsf edir, bəzən onlardan incik,

183

gileylidir, bəzən bu obrazlar fəlsəfi dünyasınınqəhrəmanlarıdır. Bütün bunlar kimi Dağlar daşairin yaradıcılığında bir mövzudur.

Gördüyü, gəzdiyi, seyrinə çıxdığı, məftunuolduğu dağlar şairin daxili aləmindən, keçirdiyisıxıntılardan bəhs etmək üçün bir motiv deyil, əksinə, dağ şairə bəzən kədər, bəzən sevinc, ucalıq bəxş edir.

Bir zamanlar "ətəyi laləli", "qayası şəlaləli" birdağı yağan leysan yağışlar yuyub aparmış, onun"sahmanı dağıl"mışdır. Gördüyü mənzərə şairnqəlbində kədər oyadır. "Yeri düzənlik olmuş" dağa şairin baxmağa ürəyi gəlmir. "Yumdumgözlərimi, baxa bilmədim" deyən şair dağın beləqətrə-qətrə əriməsinə başqa bir poetik dongeyindirir, açıb-ağartmadığı "yerində özü boydadağ qal"dığı dağın mənzərəsində, görünüşündəbir məna gəzir. Çünki bu qayalı meşələr, düzlüdağlar gəzməkdən yorulmadığı, baxdıqca heyranolduğu səfalı yerlərdir. Şair

Anamın ayağınaDüşüb öpdüyüm kimiÖpdüm ətəyinizdən-

-dediyi dağların qəlbinə verdiyi işığı, nurutərənnüm edir. Dağların mənzərələri şairin daxiliəhval-ruhiyyələri ilə bağlı şəkildə tərənnümolunur.

184

Bəzən dərd içini yandıranda, qəzəbinicoşduranda, sinəsini düşmənə kin-nifrətlədolduranda şair səbrini daha basa bilmir:

Silkələn, uçul, dağıl,Zalımların başına.Sənmi həsrət qoymusan,Qardaşı-qardaşına.

Eyham, istehza, kinayə dolu bu misralardaşair düşmənini tanıdığını bildirir. Millətin başınagətirilən müsibətlərin səbəbkarlarını lənətləyir.

Şair üçün bir böyük dərd də vardır. BuAzərbaycanın qismətinə yazılan Kür, Araz, Qoşqar, Savalan, Camış, Murov, Vedidir. Arazonun köksünü yarıb sinəsinin üstündən keçir. Kürdərd dolu, bulanıq axır. Vedi Dəlidağa, Murovahəsrətlə baxır. Savalanın başından duman əskikolmur. Dağlar bir-birinə sərhəddimi, arxadımı, yoxsa Azərbaycanın içində böyüyən dərddimigörən? Budur şairi düşündürən.

"Dərdli sərhəd dağları, yolları bağlı" olmağından nigaran şairin yaradıcılığında"dağlar" mövzusu vətəndaş şairin torpağının, dövlətinin, millətinin taleyinə biganə qalabilməyən, işğal altında inləyən Şuşanı, Qarabağı, Ağdamı, Zəngilanı, Cəbrayılı-adını çəkməydiyimneçə-neçə eli-obası talanan, çapılan torpağınəzablarını canının ağrısı kimi qəbul edən FikrətSadıq dünyasını açıb tökmək üçün bədiipriyomdur.

185

Dağlar bəzən şairə öz daxili-mənəviduyğularını da tərənnüm etməyə imkan verir. Şair:

Nahaq güvənmişəm mən sizədağlar.Demə üstünüzü qar alacaqdır.Hardan biləydim ki, bu ayrılıqvar.Sevginin ocağı qaralacaqdır.

Belə bir möcüzə görməmişəmmən.Gəlin hali edin məni bu sirdən.Kimin xəyalına gələrdi birdən,Qartallı dağları sar alacaqdır.

Dağlar bəzən şairin güvənc yeridir. Gəncliyinin ən coşqun çağında yazılmış bu şerdədağlar şairin sevdiyi, inandığı, arxalandığı birgözəldən gördüyü vəfasızlığı, sınıq könlününəzablarını daha təsirli, bədii cəhətdən qüvvətliverilməsi üçün yararlandığı vasitədir. Şairingüvəndiyi, amma bu güvəncində yanıldığı dağlarşairin sevgisidir. Dağlar kimi vüqarlı, əzəmətlibildiyi sevgisinə güvənməkdə yanılmış lirikqəhrəmanın keçirdiyi hisslər poetik bir dillə verilir. Şair sevgisini "qartallı dağlara" bənzədir. Buqartallı dağların üstünü "sar" (ayrılıq, hicran) alması onu kədərləndirir. Keçirdiyi narahatçılıq, iztirablar lirik bir dillə tərənüm olunur.

186

Ümumiyyətlə, "dağlar" istər xalqədəbiyyatiının, istərsə də yazılı ədəbiyyatın ənçox müraciət etdiyi mövzudur. Dağ yazılıədəbiyyatda lirik qəhrəmanın pənah apardığı, həyatdan, vəfasız sevgilisindən, özzəmanəsindən şikayət etdiyi, müraciət etdiyi birpredmetdir.

"Dağlar" Qafqaz və Azərbaycan poeziyasındaən çox müracət edilən mövzu olsa da, onun əngözəl nümunələrini yaradan şairlərimiz arasındaFikrət Sadığın da öz yeri, öz dəsti-xətti var.

Ədəbiyyatımızın mərdlik, vüqar, əzəmətsimvolu olan dağ şairin "Dağlar" şerində dərdlidir, "sinəsi dağlı dağlar"dır, "Yolları bağlı dağlar"dır. Sizə nə deyim sizdən -deyə müraciət etdiyi, üztutduğu dağın həsrətinə, kədərinə öz dərdi, kədəri kimi baxır, şair elə bil keçirdiyi vətən, yurdağrı-acılıarını ifadə edir:

Bu gözəl yerlər gərəkKədərli olmayaydı.Güneydəki bənövşəQüzeydəki laləninHəsrətini çəkərək,Saralıb solmayaydı.

Bu dərdli, yaralı dağda Azərbaycanınsinəsinə vurulan, Güneyə, Qüzeyə parçalananbir-birinə həsrət doğmaların göz yaşı var. Bu"Necədir o yan dağlar" sorğusunda Murovun buüzünün o üzündəki Kəlbəcər, Zəngilan, Göyçə,

187

Vedi həsrətinin açdığı yaraların göynərtisi, iniltisivar. Şair bu həsrətə, dərdə ürək yanğısıylayanaşdığından:

Güclə ayrı salınan,Qardaşının halına,Alış dağlar, yan dağlar!-deyir.

Hələ vüqarını, əzəmətini qoruyub saxlayan, hələ dizini düşmən önündə qatlamayan, hələdoğmalarına ürək-dirək verəcək görkəmlə üzübəri baxan qayaları, qalalı dağları şair düşmənəboyun əyməməyə, dərdi-səri unutmağa, "yetimuşaqlar kimi" bir-birinə qısılıb durmamağa, ətalətzəncirini qırıb dağıtmağa çağırır. Bir-birininçiyninə qısılıb qalan bu dağları mübarizəyəqalxmağa, olum-ölüm mübarizə meydanınaatılmağa səslədiyi dağlarının timsalındaAzərbaycan torpağının tikanlı məftillərdəntəmizlənib azadlığa, müstəqilliyə qovuşdurabiləcək igid oğullara müraciətdir:

Əzab olarmı bunca,Vətəni ayırınca,Odlara qalan, dağlar.

("Dağlar")F. Sadığın "Dağlar" şerində bir bayatılılıq var.

"Hələ şifahi xalq ədəbiyyatımızın ilk nümunələriolan bayatılarda dağlar bəzən ilahi bir qüvvə, əfsanəvi bir varlıq, bəzən insana arxa vəsığınacaq, bəzən də dəhşətli və qorxulu bir varlıq

188

şəklində bədii təsvir və müraciət obyekti kimidiqqəti cəlb edir"

Məsələn:Bu dağlar ulu dağlar, Çeşməli, sulu dağlar.Burda bir qərib ölmüşGöy kişnər, bulud ağlar.

F. Sadığın bu misraları da bayatıya bənzəyir.Dərdli sərhəd dağları,Sinəsi dağlı dağlar.Cığırları tikanlıYolları bağlı dağlar.

Dağlar həmişə xalq dastanında qəhramanınüz tutduğu yerdir. Yazılı ədəbiyyatda Nizamidənüzü bəri dağlar poetik obyektə çevrilir. Bu gündağ və onunla bağlı obrazlar bəzən Vətəninsimvolu kimi, hami, sirdaş, arxa, insanların, təbiətin əzizi kimi poetikləşdirir, qara, topa-topayağış buludları "zəmilərin, bağların üstündənağır-ağır" keçərək, sanki təbiətin suya olanehtiyacını duymayaraq, bəlkə də "saymazyana" keçərək öz yağışını dağlara boşaldır. Dağlar isəbuludların "mərhəmət" saydığı bu yaxşılığı " comərdliklə qarşılayır, dağlar buludların əksinəolaraq,

Dağlar dözməyir bu namərdliyə,Yağışı qətrə-qətrə,Zərrə-zərrə yığıb bir yerə,Axıdır aşağı,

189

Axıdır paxıl buludların Əsirgədiyi düzlərə. ("Dağların böyüklüyü")

Bu şerdə dağların böyüklüyü onunmərdliyində, haqqı-ədaləti, düzlüyü ucatutmasındadır. İnsanların cəmiyyətdə dağların bu"etibarından", "ədalətliyindən" yararlanması üçünçox şey var. İnsanlıq rəmzi kimi ümumiləşdirilən"dağ" insanın həyat yolunu konkretləşdirir, Bupoetik parçalarda şair buludlarla dağlarıözünəməxsus bir şəkildə insana yaxınlaşdırır. Dağlar vüqarlı, curətli, mərd insan qədər böyükvə ülvidir.

"Qızıl dağlar ölkəsində " bağışlanan " dostpayı" da dağdır. Altayda dostları ona "ağır birdağ" bağışlayırlar, lirik qəhrəman gücü çatıb özüilə gətirə bilmədiyi bütöv bir dağdan iki qəlpə daşgötürə bilir. İki qəlpə çaxmaq daşı! "Bu iki qəlpəçaxmaq daşında" olan güc, qüdrət, sehr, cadulirik qəhrəmana imkan verəcək ki:

Dara düşsəm,Bir-birinə çaxacağam. Dağlar, qayalar yeriyəcək,Köməyimə Altaydan.Belə bir sehr var,Dost payında.

Şair "qızıl dağlar ölkəsi" adlı ərazini təsvir vətərənnüm etməklə minillik tariximizin ənöncəliklərinə qayıtmış olur.

190

Şair burada türkdilli xalqlarda əsas başlanğıc, əcdad, kök kimi qəbul etdiyi dağ məfhumunupoetikləşdirir. Türk dilli xalqlar, o cümlədənaltaylar dağ ruhuna inanmış, igid, cəsurqəhrəmanı dağların yaratdığına inanmış, mifikinamlarında bunu qoruyub saxlamışlar. İki qəlpəçaxmaq daşı dağ ruhuyla ilişkəlidir. F.Sadıq bumifik duyuma bir müasirlik gətirməklə onlarınişığında oğuz-türk-türkmən-altay birliyini, birkökə, inama tanımanı ümumiləşdirir M. Seyidov"Azərbaycan xalqının soykökünü düşünərkən" əsərində yazır: "Altay xalqının əski əfsanəsindədeyilir ki, Altay dağları öz yüksəkliklərinə, görünüşlərinə görə çox gözəldir, onlar daşqınaqədər bahadırlar, igidlər idilər. Bu bahadırlardanbir sırası valideynlərinin və başqalarınınovsunundan dağa dönüblər. Daşqından sonraelə ki, torpaq öz əvvəllki vəziyyətinə gəlir. Obahadırları öz üzərində saxlaya bilir. Buna görədə onların hamısı dağa dönüblər". .

F. Sadıq poetik bir şəkildə dost payı kimiqəbul etdiyi o dağ ruhunda bir atanın övladlarını-türk dünyasının İlkinliyini-əbədiliyini birliyə olanmeylini ümumiləşdirir. "Üç söz"də isə şair"toxmaq", "tomraq" şəklində Azərbaycan, hind vəaltayca işlənən bu sözün "dəstəkli balta-bıçaq" mənasında işlənməsindən çox şair poetik bir dilləfikrimizi bu sözün "qardaş" olduğuna yönəldir:

Bir-birinə bu qədər yaxın,

191

Bir-birindən bu qədər uzaq,Üç qardaş sözə bax!

"Altay" şerində də şair Altayla Qafqaz dağlarıarasındakı oxşarlığı, "Biçiktü" (Pitikli dağ) yazılıdağları ilə Qobustan yazılı qayaları, Aygöllə-Göygöl, Xatunsu-Bəysu qovuşduğu yer ilə ArazlaKürün qovuşduğu Suqovuşan arasındakıoxşarlığı tərənnüm edərkən sanki türk övladınınqəlbinin incə tellərinə toxunmuş olur, onunkeçmişini, türk dünyasının birliyini, bütövlüyünü, türk qəbilə birləşmələrinin ilkin, toplumsalşəklində yaşadığı dövrü, onların ardıncayaşadıqları ərazini genişləndirməsi, maldarlıq, həyat, məişət üçün yararlı ərazilərə köçmələrini, köçdükləri yerlərə öz doğma ərazilərinə, çaylarına oxşar adları da qoyması, bir kökdənqopub, ayrılıb, dünya tarixinə öz şərəfli tarixiniyazması türk xalqlarını, eyni dilə, mədəniyyətə, incəsənətə, mənəviyyata malik türk övladlarıolduqlarını yada salır və F.Sadığın "qızıl dağlarölkəsi"nin sakinləri də onların doğmaları, əzizləridir, onların-İlkin köçərilərin "hələ tarixiniməkləyən çağında" qurub-quraşdırdığı birmühərriki təsvir edir:

Dirsəkli oxun qütbü-iki:Yaylaq-qışlaq.Dörd bölümlü iş;Yaz, yay, payız, qış.Dağdan çölə,

192

Çöldən dağa:Otlaqdan otlağa!

Şair burada türkdilli xalqlarda--Günbatan, günçıxan tərəfləri yaylaq-qışlaq kimi təsvir edir. Günəşə tapınan türkdilli xalqlar, o cümlədənaltaylar maldarlıqla mışğul olduqlarındanyurdlarının da günçıxan tərəfdə salırdılar. Şair özsələflərinin məşğuliyyətinə, həyat şəraitinə, iqlimdünyasına dərindən bələd olduğundan, dünyanınhər yerinə səpələnmiş dili bir, kökü bir millətininhansı bölgədə, hansı səmtdə yaşamasından asılıolmayaraq qoruyub saxladıqları milli bərabərliyi, oxşarlığı tərənnüm edir. Birbaşa olmasa dadolayı yolla ulu əcdadlarının qoyduğu qaydalaraəməl etmələrini tərənnüm edir.

Türk xalqları üçün dağ ucalığımüqəddəslikdir. Ümumiyyətlə, ilkin dövrlərdətürkdilli xalqlar dağların əhatəsindəyaşadıqlarından dağı mifikləşdirmiş, ona Tanrıxislətli bir məfhum kimi baxmış, özlərinin DağTanrısını yaratmışlar:"Sibirdəki türk xalqları, ocümlədən altaylılar dağı öz ailələrini, soyadlarınınkökü, başlanğıcı, yardımçısı saymışlar. Altaylılardağı adətən insan şəklində təsəvvür etdiklərinəgörə onun ayrı-ayrı hissələrini insan bədəninə dəoxşadırdılar. Dağ-aru-tos- müqəddəs başlanğıcsayıldığından onlara elə gəlirmiş ki, qəhrəmanlardağ ruhundan yaranmışlar.

193

Şair Altay-türk- qonağı olduğu ellərin adət-ənənələrindəki, məşğuliyyətindəki, inamlarındakıona yaxın olan görüntüləri qələmə alır. Özkökünə, soyuna bağlı türkdilli Altaylıların dağlarlaəhatə olunmuş ərazilərdə bu gün də yaşamaqdadavam etməsi, maldarlıq məşğuliyyətləri, onlarınövladlarının da öz dağlarına bəslədikləriməhəbbəti könül oxşarlığıyla tərənnüm edir. Oğuz türkləri kimi Altaylılar da hər bir çaya, dağa, gölə, vadiyə ad verib onları yaşatmış, müqəddəsləşdirmiş, nəsilllərdən-nəsillərəötürmüşlər. Bu gün şairin Pitikli dağ-Qobustan, Gümüşsu-İstisu, Aygöl-Göygöl, Xatunsu-Bəysu-Kür-Araz adlarında gördüyü bənzərliklər, özü dəəsrləri adlayıb gələn bənzərliklərdir. Bunların yaşıminilliklərdən də öncədir. Qədimdən üzü bəribütün dağ zirvələrinin sahibi hesab olunan Altayruhu şairin də tərənnüm etdiyi ellərdəmüqəddəsdir. O hər şeyə qadir ruhdur. İnsanlaraqarşı xeyirxah olan bu ruh qışda tufan, çovğungöndərib mal-qaranı məhv etmir, ovçuları ovsuzqoymur. O, insanların dağdan çölə, çöldən dağa, otlaqdan otlağa apardığı mal-qara, qoyun-quzusürülərinə otluq, bol yemlik nəsib edir. Onlarıqoruyur. Yayda yaylağa, qışda qışlağa köç edənbu yelərin insanları bolluq içərisində yaşayır, lakin Altay ruhu pis insanları cəzalandıra da bilir. İnsan onu unutduqda, şər əməlləri baş alıbgetdikdə, etibarsızlıq ucbatından onun lənətinə

194

də düçar ola bilər. Lap qədimdən qurub-yaratdıqları dirəkli ox köçəri çobanlara imkanverir ki, işini ehtiyatlı qursun, yaylağını, qışlağınıtanısın. Şair onların adət-ənənə və inamlarındaAzərbaycan türklərinin adət-ənənələrini görür, inamlarını hiss edir. Qoşa çaylar-qovuşan çaylar:

Dəclə-FəratQanq - Camma.Ceyhun-Seyhun.Kür-Araz,Bəy-Xatun,Bir-birindən xəbərsiz,Beş Leyli-Məcnun.

-kimi tərənnüm olunur. Dünyanın çoxyerlərində olan qoşa çaylar arasında məskənsalan insan onları sevib, onlardan "birləşməyi", "Sel olmağı", "ulus olmağı-el olmağı" öyrənib. Buçaylar insanlara ilham verib, yaşamaq, sevməköyrədib. Bu çayların yaxasında həyat gül açıb, insanlara çaylar öyrədib "bir-birinə qovuşmağı, qoşalaşmağı", başdan-başa poetik zəngin fəlsəfiduyğuların qol-qanad açıb pərvazlandığı və insanqəlbini ehtizaza gətirən bu tərənnümlər FikrətSadığın qələmində belə don geyinib. Elətəvazökarcasına, elə sadəliklə, elə bir biçimlədeyilib ki, elə bil elə öz əyninə tikilib. Bu misralarharda yaşamasından asılı olmayaraq öz millimənəvi dəyərlərinə görə elə bizim türkdünyamızın mənəvi pasportudur. Onu

195

Oğuznamələr, Dədə- Qorqudlar, Qədim türkdastanları, zəngin poetik folklor nümunələrinəsildən-nəsilə necə ötürübsə, o yerlərə verilənadlar, o adlardakı onu yaradan, düzüb-qoşanxalqın mənəvi zənginliyi bədii xəzinəsininməhsulu olduğu duyulur və Fikrət Sadıq da özdövrünün Dədə Qorqudu kimi gördükləriniyenidən varaqlara köçürür, uzunömürlüyünün -bu millətin milli varlığının ilk qoruyucusu kimikeşiyində durur. Dədə-baba türklərimizinməhəbbətlə suvardığı bu vadilər, qobular insanməskənidir. İnsana əzəldən gərək olan su yeri, torpaq yeri onu sevməyə səsləyib, özünü dəsevdirə bilib. Elə sevdirib ki, bu gün onun bir əlboyda, bir qarış torpağını özününküləşdirəndədözmür, qana-qan deyir, şəhid verir, yiyə durur, özündən güclü olan insan İblis, şeytan əməlliqonşularına da artıq elə bir dərs verib ki, gec-tezitirilənlərimiz də geri qaytarılacaq. Bir zamanlardöyüş meydanlarında xaincəsinə öldürülən Turanqəhrəmanlarından Alp Ər Tonqaya, onun igidlik, mərdlik dolu həyatına xalq əvvəlki minilliyin U-U1 illərində necə ağılar demişsə, o ağılar bu gün dəxalq içərisindədir və bu xalq nə torpağını, nə osevdiyi torpağın yetirmələrini unutmur, sevincinətoy-bayram edir, kədərinə ağlayır, çətinədüşəndə səsinə səs verir və bu gün də şair bunuistəyir, gəzdikcə ulularının torpağındakı adət-ənənəni öz evində də görür, bu sevginin, bu

196

məhəbbətin mayasının hardan gəldiyini duyur, budoğmalıq isə onun şair ilhamını coşdurur. Gördüklərini uşaq kimi sevinə-sevinə deyil, birmüdrik ağsaqqal kimi, özünəməxsusşəxsiyyətinin çəkisi qədər bir zənginliklətərənnüm edir. İnsanın ən böyük varı-dövləti, meyarsız çəkisi onun insanlığında, zəkasınnıngücündə, düşüncə zənginliyində pərvəriş tapır. İnsanı geyimiylə qəbul edib ağlıyla yola salankamil insan bilir ki, Fikrət Sadıq kimi insanlarınvarı-dövləti elə onun mənəvi zənginliyidir vəbunlar onun yaratdığı əsərlərində öz çəkisinisaxlayır. Bir şair ki, gördüyü, gəzdiyi türktorpaqlarında qorunub saxlanan ən incədetallarını bu dərəcədə dərindən bilir və onunhaqqı var öz mənsub olduğu xalqı öysün, qələminə qüvvət, Ata!

Şair bu qoşa çayları "Bir cüt qaranquş"a, "bircüt sevgili"yə bənzədir və onun nəzərində "buçaylar bir -birinin dilini bilir". Dağ kimi türkxalqlarında su da etiqad olunan, tapınılan varlıqolduğunu şair gözəl bildiyindən türkün suyabağlılığını da məhəbbətlə tərənnüm edir. Könülisidici misralarla, şirin bir doğmalıqla vəsfedir. Əski dünyası birliyi sevib, öz yurdunun, özününkülərin qayğısına qalıb, ağıllıları birlikdəolub, dəlisovlarının gücünü, təpərini xalq millətnaminə vuruşa yönəldib, birləşiblər, xoşluqla, boşluqla, çəkişə-çəkişə, bərkiyiblər. Dünyaya

197

Hun imperiyasını, Osmanlı imperiyasını, BöyükDaşqın dövrünə qədər mövcud olan şumerdünyasının da izlərini qoyublar. Bəşəriyyət buhəqiqətə göz yuma bilməz. İndiki türk dünyasınınulu əcdadları olan şumerlərin Kramerin dediyikimi "Tarix şumerlərdən başlayır" bir tədqiqatçı, tanınmış alimin gəldiyi tədqiqat işlərinin nəticəsikimi sübut etdiyi bu həqiqət nə qədər ört-basdıredilməyə çalışılsa da, Günəşin nə qədər üstünüqara buludlar örtməyə çalışsa da, o günəş doğankimi bu həqiqət də həmişə hansı yollla olur -olsunhəqiqət kimi qəbul edilir. Və bütün dünya xalqlarıkimi türk xalqları da müasir sivilisasiyamızın sivildövlətləri kimi öz adlarını bu dünyanın tarixkitabına yazıblar. Tarix isə pozulmazdır. Bütünbu yüksəkliklərə isə türkün türkə qayğısıyla əldəedilib. Bu qayğı çəkmək hissi onları birləşməyə, birliyə doğru getməyə, onu qoruyub saxlamaqlabir dövlət kimi formalaşmağa aparıb. Şairintərənnüm etdiyi o suqovuşanlarda məskunlaşantürk xalqları məskunlaşdığı ərazini qorumağı, onusevməyi, ilahiləşdirməyi bacardığından, əskivətən onqonu yaradıb. Türk xalqları yaşadıqlarıərazini, yeri, onun təbii gözəllikləriniqiymətləndirməyi, ona itaət etməyi, onaxoşbəxtlik, firavanlıq gətirən çölləri, düzləri, çayları sevmək, bir-biriən yaxın dilibir xalqlarlaünsiyyət saxlamaq, çətin işlərini asanlaşdırmaq, dünyada insan kimi yaşamaq üçün birləşmək,

198

birlikdə olmaq qabiliyyəti aşılayıb. İnsan-türkövladı təbiətin möcüzələri fövqündə özünütanıyıb, bütün canlılardan üstünlüyünü, qüdrətiniduyub, insanlığa qiymət verməyə başlayıb. Yerüzünün əşrəfi insan onun nəzərində fövqaladə birqüdrət sahibi kimi vəsf edilib. İnsanlıq qiymətinialmağa başladıqca dünyada troya, səlib yürüşləriyavaş-yavaş da olsa azalmağa başlayıb. İnsanşüuru, düşüncəsi çox həlli olmayan məsələlriaçıb. Bu yolda türkün də öz dəsti-xətti olub. İnsanməhəbbəti su, yurd, torpaq məhəbbətilə birləşibinsanı ali varlıq edib. İnsan Su Allahını, yurdTanrısını, Məhəbbət ilahəsini yaradıb, yaratdığında özünü tapıb, mifikləşdiridiyi buinamın işığında elə köklənib ki, dünyayaNizamilər, Füzulilər, Firdövsilər, Heredodlar, Aristotellər… verib. Və zaman keçdikcə hər birxalq qadir olduğu işi görüb. İnsani duyğularüstündə köklənən türk dünyası ilkin dünyasıylaseçilib və bu seçimində bu gün də özününilkinliyini qoruyub saxlayır.

F.Sadıq bu günün insanıdır, lakinminilliklərdlən öncəki adət-ənənənin, məişətin, ona əziz olan bir inamın işığında kökləyirqələmini. Suya, torpağa bağlılıq bu gündəyaşayırsa, hardan gəlib bu silinməz əbədi qayda-qanunlar ki, adət-ənənələri, inamları beləqoruyub? Türk xalqlarında su, yerlə bağlı tanrılar, "vətən-yurd" məfhumu yaranan formalaşan

199

zaman və sonralar, ehtimal ki, yer, su tanrılarımaddi həyat ehtiyacları və həyat tərzi ilə ilişgəliolaraq ən qüvvətli, ən böyük tanrılardan biri kimixalqların inamında kök salmışlar. Bu tanrılarguya türk xalqlarının gündəlik maddi və mənəviehtiyaclarının ödənilməsinə yardım edirdilər. Çünki biri su ilə, biri isə torpaqla, yerlə bağlı idi. Türk xalqları hər iki Tanrını birləşdirməklə onunsimasında öz maddi ehtiyaclarının müdafiəçilərinigörürdülər. Şairin görüb hüsnünə heyran olduğutürk xalqları, o cümlədən, altaylılar üçünmüqəddəs bildiyi məbudlara-tanrılara yer, sudeyilir. "bu məbudlar ya uca dağların zirvələrində, eləcə də ölkələri yaşıllaşdıran çayın başındaotururlar".

Azərbaycan xalqının soykökündə duran əskiqəbilə birləşmələri də öz inam və etiqadlarında, əkinçilik, ovçuluq, maldarlıq məşğuliyyətlərinəgörə altaylılarla yaxınlıq təşkil edir. Eyni inam vəetiqadlara söykənən türk xalqlarının milli-mənəvidəyərlərinə şair münasibətində eynidir. O, tərənnüm etdiyi Gəlin Xatun çayını yurdununHəkərisi, Arazı, Kürü, Arpası kimi sevir, tərənnümedir. Görünüşündə duyulduğu doğmalıq şairəimkan verir ki, qəmzə, naz donlu, xanım-xatınyerişli "Gəlin Xatunu" vəsf eləsin:

Al da yaraşır ona, şal da!Yenə bəzənib-düzənib,Görüşə tələsir gəlin Xatun.

200

Bəy gözləyir onu-Su qovuşanda.

Kür Arazı, Araz Kürü suqovuşanda necəgözləyirsə, həzin-həzin nazla axan Xatunu Bəyləqovuşmağa doğru axımını şair o incəliklə, həssaslıqla tərənnüm edir. Baykaldan Bosforaqədər, Türküstandan Yakutiyanın tundrasınaqədər, Qafqazdan Fars körfəzinə qədər uzanannəhəng türk dünyasının qədim dövrlərdənmərkəzi hesab olunan Altaya səyahət edən şairgördüyü, eşitdiyi hadiəsələri, rəvayətləri, mənzərələri tərənnüm edir. Altay qoğala-GöyAnası ulduz yapmaq üçün təndirə yapdığı üstüxaşxaşlı qoğala bənzədilir:

Göy Anatəzə qoğal-ulduz yapacaqdıintəhasız göy təndirə.

Əlləri əsdi.üstü xaşxaşlıqoğal -ulduz düşdü yerə.

Göy Anaəlinin tini ilə qoğalın

üstündəqobular yaratmışdı.

Dağlar ucaltmışdı.Ay işığı axıtmışdı,

Əlini çəkdiyi dərələrəƏlləri əsdi,Üstü sıra dağlı

201

Qoğal-ulduz düşdü Yerə,Oldu Altay!

Şairin şerində işlətdiyi Göy Ana ifadəsiAltaylılar, eləcə də türk dünyası üçün doğmadır. Qədim türk mifologiyasında allahlar panteonundaGöy Tanrı birinci yerdə durur. Qədim türklərin " əsl dini gerçək inam bəslədikləri" Tanrı kainatahakim olan Göydür, Göyüzüdür. Hələ yeddinciəsrdə Bizans tarixçisi Simakattas yazırdı ki," qədim türklər yalnız kainatın yaratdığı olaraqbildikləri və tək ulu qüdrət olaraq qəbul etdikləriGöy Tanrıya tapınmışlar". Göy Ana-Göy Tanrıyaradıcı funksiyaya malikdir. Dünyanın sahibiSəma-Göy Ana tarixi mifologiyada hər şeyəqadir, yerin yaradıcısı, insanın yaradıcısı, dünyada baş verən hadisələri idarə edən, insanaömür bəxş edən, müdriklik verən, günahişlədənləri cəzalandıran qüdrət sahibidir. Altayların bu günə qədər mifik inamlarındayaşatdığı Göy Tanrı -Səma kultu çox qədimdövrlərin qəbilələrinin mifik təfəkkürününməhsuludur:"Qeyd etmək lazımdır ki, Səma kultuMərkəzi Asiyanın bir sıra köçəri tayfalarıarasında hələ qədim türklərdə dövlətyaranmasından xeyli əvvəl yayılmışdı. Həminxalqların tərkibində etnik elementlər olduğundanqədim türklər öz etnik əcdadlarından çox şeygötürmüşdülər. Asiya köçəriləri içərisində səmakultunun rolu və əhəmiyyəti o qədər böyük idi ki,

202

C.P.Ru onu dini tenqrizm baxışları adlandırmağacəhd etmişdir". L.P.Potapovun "Altay şamanizmi" əsərində göstərilən bu məsələlərdən ətraflıdanışılır. Fikrət Sadıq bir şair kimi, həm də türkmifologiyasına, Altay, Mərkəzi Asiya, Xəzər, oğuz, qıpçaq və digər türkdilli tayfaların Allahlarpanteonuna dərindən bələd olduğu üçünşerlərində bu obrazları poetikləşdirmədə çətinlikçəkmir. Altay dünyasının yaranışında da birilahilik, bir müqəddəslik axtarır. Yaradanın əlçəkdiyi qayası, dağı, ocağı ilə zərif naxışlarvurduğu, min bir bəzək tökdüyü Altay ulduzabənzədilir. Elə bir ulduza ki, onun hər qayasının, daşının, ağacının yiyəsi var. Şairin "göydəmir at", "keçi başlı" "qaraşamlı", "yalınqat" adlı qayasının, ağacının, yolunun Ulduzununun, Günəşinin, Ayının öz yiyiəsi var və şairin arzusu, Altaydanbircə istəyi budur ki, "bu yurdun təkcə o olsunyiyəsi" və şair Altayından- türk dünyasının qədim, əzəli türk torpağınını sabahından nigaran olduğuüçün, bu gün qoynunda yaşadığı Azərbaycantürk dünyasının başı çəkən müsibətlərdən ibrətdərsi götürdlüyü üçün onu ehtiyatlı olmağaçağırır:

Altay sənə ərkim var.Sənə bir söz deyəsiyəm.Təkcə sənsən bu yurdun yiyəsi.Qoru bu çayları, bu ağacları.Qoru bu dağları, bu yamacları,

203

Qızıl adını qoru.F.Sadıq Ağac-İnsan varlığında bir oxşarlıq

gəzir. "Əski türkdilli xalqlarda ağac ana onqon, onqonların anası, hərdən isə doğrudan doğruyainsanların, qəbilələrin, xalqların ulu babalarınınanası kimi özünü göstərir.

Şairin dediyi kimi:Uzun illərdən gələn ağac-insan!-misrasını

bəlkə şair bu mifizmin işığında isinib yaradıb. Görününr çox gözəl bilir ki, Altay eposunda ənqədim dövrlərdən dünyanın mərkəzində bitənağac obrazı ən hörmətli obrazdır. "Altay dastanıolan "Maday qara" türk xanlığı dövründən əvvəlkiəsrlərin məhsuludur və burada dağ başında bitəndörd qayın ağacı yeni batırlar nəslinin anası kimiqəbul edilir. Maday Qara təhlükə qarşısındaqalanda körpə oğlunu həmin ağaclarınbudağında beşik asıb onun içinə qoyur. Ucadağların zirvəsində bitən dörd ağac mifik obrazolub igidlərin himayəçisidir. Bir çox folklormənbələrində ağacın müqədddəsliyindən söhbətgedirsə, Fikrət Sadıq Altay xalqınınmifologiyasında olduğu kimi ağac birlik, eli-obanıbir yerə yığan, ağac heykəl, ağac insancütlüyünə fəlsəfi mifik baxışlarında poetikanınişığında yenə bədii don geyindirir.

Şair burada "Maday Qara"nın ölməzliyini vəsfedir. O Maday Qara ki, Altay-türk dünyasının ilkinbahadırlarındandır. Onun ölkəsi dağlıq,

204

düzənlikdir, yetmiş qollu çayı, yeddi böyük dağı, qalası, dağlar arasında yeddi vadisi var. "Yeddiqollu çayın qırağında, yeddi dağın ətəyindəkivadidə daşdan, doxsan künclü saray-yurdqurulmuşdur". Onun xalqı bu yerlərdə yaşayıb, onun çoxlu saylı sürüləri, heyvanları olub. Varlıvə qara adamlardan ibarət qəbilənin ağasıMaday qara şairin şe'rində yəhər üstə ömürsürüb, yaylaqlı, qışlaqlı alaçıqlarda yaşayıbqayalarına, qobularına, dağlarına, görümünə, biçiminə, boyuna ad verib. O Altayda altmış xanıməğlub edib "altmış kaanlı (xanlı) ölkənin başçısıolub. Qocalanda altına yeddi qat pambıq döşəksalınmış, başının altına yeddi qat pambıq yastıqqoyulmuş Maday qara 60 günlük yuxuya gedibayılanda sürülərini dağılmış, qəbiləsinin pərən-pərən düşdüyünü görüb öz batırlıq qüdrətinisaxlayaraq ayağa qalxır. 60 gündən sonraoyanıb heyvanlar üçün yeni otlaq, qəbilə üçünyeni yurd yeri tapmaq qayğısını başa düşənMaday qara özünün batır paltarını 62 düyməligeniş şalvarını alıb geyinir, 90 qatlı çuqun altlı, çuqun çəkmələrini ayağına çəkir. Ay kimi işıqlı 62 qızıl sədəf düyməli, ikiüzlü sincan kürkünügeyinir. Gün kimi parlayan 72 gümüş sədəfdüyməli gün kürkünü çiyninə atır."

Altun dəbilqə qoyan, tunc kəmər bağlayan, üstündən 68 düyməli, qızıl işləməli tunc geyimgeyinən Maday qaranın bahadırın atı Qarış

205

Qulaq da 62 şəkilli qızıl yüyənlidir. Altaybahadırın Maday qaranın yenilməzliyini, ölməzliyini, vətəni Altayda daha yaxşı duyanF.Sadıq öz bahadırları Koroğlu, Nəbi kimi Madayqaranı da tərif edir. Onu dan ulduzundan yerəenən Altaylı kimi vəsf edir və onun ölməzliyini bumisralarda ifadə edir; döyüşdə, yürüşdə qocalıböləndə də şairin qəhrəmanı "dönüb ulduz oluryenə". Altayın vadilərində qulaqlarına hələ dəatların kişnərtisinin gəldiyini duyur. Maday qara:

Mahnılarını, nağıllarını,Ağaclara, axar sulara,Ayın üzünə yazıb.

Ondan sonra qalan yurd yerləri çaylar, qobular dağlar altay qəhrəmanını, altay xalqınınqədim igid bahadırlar yurdu olduğunudan xəbərverir. "Uğursu", "Arcan qobu", "Ağdağ" kimi yeradlarının doğmalığı şairin qəlbinə ilham gətirir. Kövrək qəlbinin həzin tellərini titrədir. "Qızıldağlar ölkəsi"ndə gördüyü mənzərələr, eşitdiyinağıllar, dastanlar, doğma Azərbaycanına bənzərdağlar dərələr, meşələr, çaylar göllər şairə ilhamverir ki, "Metenin min il əvvəl Günbatana atdığıdəmir uclu qayım oxu"nu görsün:

Mən müqəddəs ağ qovağınMin il əvvəl xəzan olmuşyarpağıyam.Qayıtmışam baxım görümHanı mənim budağım?!-

206

- deyən şair bu budaqdan, kökdən, soydanolduğunu unutmur və unutmaq fikrində də deyil. Əgər unutsa onda gərək əslini, kökünü, soyadınıunutmuş ola:

1982-ci il 25 iyul tarixində Vasili Şukininyubileyinə dəvət alan şair ulu dağlarınastanasında "üz tutub Batırqana". Hər kəsi özdilində yad eləyən sənətkar torpaqa olansevgisini ümumiləşdirir:

Mən dilimin dil açdığı, O çağları unutsam,Onda gərək bəri başdanSoyadımı unudum.

Torpaq, onun hər qarışı, elə bir dağı da şairüçün "Son şer"ində bütöv bir dağlar mövzusunabərabər məzmun, ideya zənginliyinə malikdir:

Göylər niyə zalim olsun,Tale mənə zamin olsun,Bir dərə məzarım olsun,Bir dağı örtün üstümə.

207

SƏNƏT- SƏNƏTKAR- ZAMAN

Fikrət Sadıq şəxsiyyətinin nədənsə birsənətkar kimi "kölgədə" qalması mənə elə gəlirki, onun təvazökarlığının nəticəsidir. Çünki buinsan öz səsini qaldırmaq istəyəndə də abır-həyasına qısılıb, boğulub, susub. Həmişə beləolub. Bir zamanlar Məhəmməd Hadi, Əli Kərimvarlığı da Fikrət Sadıq taleyini yaşayıb. MürşüdMəmmədli bununla əlaqədar olaraq yazır:" Zənnimcə, belə münasibətin əsasında yaradıcışəxslərin təvazö hissi ilə özünü reklam etməkkimi zərərli peşəyə uymamaq mədəniyyəti durur. Bəlkə də bu mədəniyyətin kökündə təbiətinmahiyyətindən doğan örnəklər durur. Axı göylərəucalan dağların, palıdların, varlığın əzəlihikmətlərindən mücdə verən çayların, irmaqların, İsaq-Musaq quşlarının üfüqdə qənirsiz birgözəllik lövhəsi yaradan göy qurşağının özünütəbliğə ehtiyacı yoxdur. Onları Tanrı neməti, taleqisməti və mənəviyyat ruzisi kimi dəyərləndirməkçağdaş anlaq və əxlaq sahiblərinin borcudur".

Müasir Azərbaycan poeziyasının inkişafındaöz dəsti-xətti olan şairdir. Onun gərgin vəməhsuldar yaradıcılıq fəaliyyəti ərzindəqələmindən çıxmış ən yaxşı əsərləriədəbiyyatımızın inkişafında, onun əldə etdiyimüvəffəqiyyətlərdə mühüm rol oynamışdır.

Anar yazır:" F.Sadıq oricinal poeziyasındaheç kəsin təkrarı deyil, öz üslubu, öz dəsti-xətti,

208

həyata öz baxışı olan bənzərsiz şer ustadıdır. Fikrət poeziyasında dilimizin incəliklərinidərindən-dərinə duymaq, kəlmələri, ifadələrizərgər dəqiqliyi ilə seçmək, sözün müxtəlifçalarlarından, sözlərin bir-biriilə qonşuluğundan, bir-birinə qoşulmasından, ya bir-birinə qarşıçıxmasından doğan gözlənilməz məna və obraztapıntılarından faydanlanmaq məharəti onu özsəsiylə seçilən sənətkarlarımızdan biri kimi təsdiqetmişdir"

F. Sadıq öz əsərlərində sənətkara, onunsənətinə həmişə hörmət və məhəbbətlə yanaşır. Yaradıcılığında Sabir, onun şəxsiyyəti, keçdiyihəyat yolu, Azərbaycanın işıqlı gələcəyi naminəmübarizə, əqidə mübarizəsi ayrıca bir mövzudur. Bu böyük sənətkarla eyni gündə dünyaya gələnşair onun hər dəfə məzarını ziyarət edərkən, Sabir haqqında deyilən hər sözdə yeni Sabir kəşfedir. "Hophopnamə" müəllifinin Azərbaycansatirik poeziyasının inkişafında oynadığı mislsizrolu görür. Onu yaratdığı əsərlərdə yenidən tapır. M. Ə. Sabir yaradıcılığına həsr etdiyi kiçik həcmlişerləri ilə yanaşı, "Ömrün bir günü" poeması daonun həyatından, fəaliyyətindən bəhs edənmükəmməl, zəngin bədii dolğunluğa malik birəsərdir. Şairin bu gözəl, yığcam, qüvvətlikompozisiyaya malik əsəri haqqında hələ 60-cıillərdə Məsud Əlioğlu yazırdı:" Fikrət SadıqSabirin böyüklüyünü səciyyələndirən ən mühüm

209

və həlledici hadisələri incə təfərrüatlarına qədərxəyaldan və fikirdən uzun zaman silinməyən birşəkildə diqqət və sənətkarlıqla hafizələrə həkkedə bilmişdir".

F.Sadıq yaradıcılığında Azərbaycan xalqınınmaariflənməsində ədəbiyyatımızın, mədəniyyətimizin, tariximizin inkişafında mühümrol oynayan böyük sənət dahilərinə poetikmünasibətin özü əsas mövzulardan biridir.

Sabirin yaradıcılığı, taleyi haqqındadüşüncələrində şair gözlərimiz önundə məğrur, incə, həssas qəlbli bir şəxsiyyəti canlandırır. Azərbaycan xalqının ağır və böhranlı dövründəyaşamış, yaratmış, olduqca mürəkkəb, ziddiyyətlihəyat, yaradıcılıq yolu keçmiş Sabir realboyalarla tərənnüm olunur. Fikrət Sadıq onuAzərbaycan xalqının həyatının çıxılmazvəziyyətdən qurtuluşu üçün yol axtaran, cəmiyyətdaxilində fənalıqları görən, bunları yerli-dibli yoxetmək üçün vasitələr gəzən, qələmini bu yolda"süngüyə çevirən", zəmanəyə və cəmiyyətə qarşısətiraltı mənalarda əsl üsyankar şair kimi çıxışedən, şöhrət, para, mənsəb, vəzifə düşkünləriniifşa edən, yaşadığı cəmiyyətin, mühitinyetimlərinin, sadə əmək adamlarının, günahsızirtica qurbanlarının dərdli faciələrinə "gülməklə", daxilində bunları ürək ağrısı və mənəvi sıxıntıiçində qarşılayan, dini adətlərin qurbanı avam, savadsız, zülmət, cəhalət qaranlıqları içərisində

210

çabalayan xalqının işıqlı, xoşbəxt bir həyataqovuşması, cəhalətdən qurtulub inkişaf etməsiüçün çalışan, bir sözlə, cəmiyyəti fəlakətlərdən, iztirablardan, həyatın eybəcər sıxıntılarından, dəhşət və müsibətlərin pəncəsindən xilas etməknaminə ömrünü şam kimi əridən Sabir şerininişığında yazdığı "Bir dəstə çiçək" şerindəümumiləşdirir. Xalqın dərdini öz dərdi kimiqarşılayıb, onun taleyini öz taleyi sanıb xalq, millət üçün yaşayb-yaradan böyük sənətkarıhörmətlə dindirir:

Sən elin dərdini hamıdan əzəl,Bildirib ağladın, bilib ağladın. Sən gülə-bülbülə yazmadınqəzəl."Güldürüb ağladın, gülübağladın".

F. Sadıq Sabirin məzarı önünə bir qələmustadı kimi deyil, Sabir şerinə, sənətinə, şəxsiyyətinə vurğun bir Azərbaycan vətəndaşıkimi gəlir. Təvazökarcasına:

Şair! Bu müqəddəs məzarınamən,Məhəbbət dolusu ürəklə gəldim.Yaxşı şer demək gəlmir əlimdənOdur ki, bir dəstə çiçəklə gəldim. -deyir.

"Sabir olmasa" şerində də Sabir sənətini, yaradıcılığını bir ədəbiyyatşünas alim kimi

211

düzgün və yüksək qiymətləndirir. Onunpoeziyasını yüksəklərə qaldırır və Azərbaycanpoeziyasının zirvələrindən bir sayır. Sabir şerini, sənətini düzgün qiymətləndirməyibacarmayanların gözünü açmağa çalışır. Sabirşerini bu gün qiymətləndirməsək, onda şerimizin"qiyamət" günüdür-deyə narahatçılıq keçirir. "Doğru sözün hörməti olmaz", "şerimizdə durumolar", "sıra dağlardan bir zirvə əskilər" deyənarahatçılığını bildirir və onun sənətini, yaratdığıəsərlərin ideya, məzmun zənginliyinə, Sabirpoeziyasının Azərbaycanın realist poeziyasınıninkişafına təsirini bilərəkdən-bilməyərəkdən gözyumanların cavabını verir:

Sabir olmasa,Şer cəmənimizdə tikan bitər.Gərəkli şer göyərməzYüz min gopgopnaməBir "hophopnamə"yə dəyməz.

Mirzə Ələkbər Sabirin 100 illik yubileyimünasibətilə yazdığı "Ömrün bir günü" poemasışairin lirik duyuğularıyla zəngindir. Burada şairSabirin kədərli, pərişan, tutqun baxışlarıyla, qəm-qüssə, kədər içində qaralan üzüylə, başındakı zil, qara papaqda oxşarlıq, bənzərlik görür. Tutqungörkəmi ilə dostlarını kədərləndirən, düşməninisevindirən Sabir kasıb, köhnə sınıq-salxaqdaxmalarda çürüyən, dilənçi kökündə yaşayan, bəy, qoluzorlular əlində döyülən, söyülən, əzilən

212

günahsız xalqının taleyinə acıyır. Təmtaraqlı, varlı evlərdə kef çəkən, kəndlilərin əməyiniistismar edən bəylərin, qoçuların, hökümətadamlarının əməllərinə hirsələnir:

Qəlbində bir millətinÇəkə biləcəyi dərd.Dözə biləcəyi qəm,Əlində qəlbi kimiSınıq, qurşun bir qələm

-olan şairin masasının üstündə özünündediyi kimi "vicdanı kimi təmiz bir neçə bəyazvaraq və bir də dərdlərin əlindən, ahından sönəbiləcək çıraq oturub milləti, xalqı düşünür bucəfakeş, fədakar millət fədaisi. Vətən qanağladığı bir zamanda aşiqanə ruhlu qəzəllər, mərsiyələr çıxmadı şairin qələmindən. O bunuözüunə rəva da bilmədi. Qəflət yuxusundayatmış millətini top, tüfəng gücünə deyil, sözgücünə oyatmağa çalışır:

Sözdür mənim silahım,Tuşladığım hədəfə.Sözü düz atmaq gərək!Sözlə yatan milləti,Sözlə oyatmaq gərək.

İkiyə bölünmüş Vətənin özünün də şəhərlərə, şəhərlərin məhlələrə bölünməsi, sünni-şiəqarşıdurmasının yaratdığı ziddiyyətlər, dinxadimlərinin, bəzi ziyalıların vətənə, xalqa, millətin acı həqiqətlərinə qarşı laqeydliyi, şairin

213

yazdığı həqiqətlərə qarşı hücumlar, hədə-qorxular, "millətdən sən nə var, şairsən güldənyaz, millət özümüzündür, özümüz bilərik, öldürmək də, yaşatmaq da öz işimizdir"- deyən, xalqa öz əmlakı kimi baxan tacirlərin, mollaların, bəylərin hədələri şairi qorxutmur. Şair Sabirin:

"Millət necə tarac olur-olsun, nəişim var,Düşmənlərə möhtac olur, olsun, nəişim var"

- misralarını xatırladır. Bu misralarınarxasında gizlənən eyhamları, şərəfsizlərin çirkinsifətləri, vətəni, xalqı, milləti hərraca qoyanları özdililə necə ifşa etdiyini nəzmə çəkir:

Bu sözləri molla dedi,Tacir dedi, bəy, xan dedi,Şair yazdı.Ürək duydu, vicdan dedi,Şair yazdı…Ədaləti, həqiqətiZəncirləyən dövran dedi,Şair yazdı.

Şair bu lirik poemada Sabiri xalq şairinə, sənətkarına çevirən, onu haqqın-ədalətin carçısıedən, gördüklərinə göz yummayıb düzü düz, əyrini əyri olduğu kimi yazan, millətinindüşmənlərini öz dililə, öz sözləri ilə ifşaedən, bir ordunun gücünə bərabər poetikgücüylə, sözün qüvvəsiylə xalqının, millətinin

214

vəkilinə çevrilən, insan hüquqlarını, insanazadlığını tərənnüm edən, yazdığı ölməz"Hophopnamə"si ilə tarixdə qalan xalq şairininişini, əməlini, ideyalarını lirik bir ustalıqlatərənnüm edir. Sabir kimi bir şairin arzu, ideyalarını yaradıcılığında davam etdirən -Sabirənənələrinin davamçısı olmaq şərəfindənməmnun olan Fikrət Sadıq satirik şair olmasa dabir çox yazılarında Sabiranə deyimləri ilə onabənzəyir. Hər bir sənətkar öz əsərlərindəzəmanəsinin çatışmamazlıqlarını görüb, onlaragöz yuma bilmirsə, yaratdığı əsərlərdə onlarıtənqid edirsə, bu onun vətəndaşlıq borcu kimiqiymətləndirilməlidir. Fikrət Sadıq belələrindəndir.

F.Sadıq milli istiqlaliyyəti və azadlığı, xalqınınmənəvi ehtiyaclarını öz əsərlərində əks etdirənMəhəmməd Hadi yaradıcılığına hörmət vəməhəbbətini ifadə edir. Vətənpərvər millətini, xalqını dərin məhəbbətlə sevən Məhəmməd Hadizəmanəsinin təlatümlü, keşməkeşli bir vaxtındaqismətinə yaşamaq, yaratmaq düşdü. Xalqının, dilinin başına gətirilən müsibətlərə dözməyərəkmilli istiqlaliyyəti, azadlığı hər şeydən üstüntutduğundan, yaratdığı əsərlərdə öz ideyalarınasadiq qaldığından bir müddət yeridilən siyasətinqurbanı oldu, yaradıcılığı, şəxsiyyətiqiymətləndirilmədi. Ürəyi, qəlbi qələmiylə ancaqxalqına, vətəninə, millətinə xidmət edən bucəfakeş sənətkarı Fikrət Sadıq kimi qələm

215

sahibləri, ideyalarına hörmətlə yanaşan ziyalışəxsiyyətlər unutmadı. F. Sadıq MəhəmmədHadi taleyinə acıyan bir qələm sahibi kimi, dönməz əqidə sahibinin işini, fəaliyyətini bir elağsaqqalının dili ilə belə qiymətləndirir. Böyüksənətkarın məzarını gah Gəncədə, gah Şirvandagəzən, arayan, axtaran, onun məzarınısoraqlayan şairə verilən cavabda MəhəmmədHadi şəxsiyyəti, mənəviyyatı dolğun misralarlaifadə olunur:

Bir qocadan soruşdum, dedi: "Axtarma bala.Özünü yorma bala.O ki, elə yanırdı:Ya gərək əriyəydi, ya gərək külolaydı.Ana yurdun dərdinə, el-obanındərdinəElə yanmadı ki, o, məzarı daqalaydı.

Zəmanənin eybəcərliklərinə dözməyərəkəsərlərində onu ittiham edən Məhəmməd HadiniFikrət Sadıq "şairlər şairi" adlandırır. Sabahını bugündən görən şairin xalqın başına gətirilənmüsibətləri, irticaçıların apardıqları gizlin məkrlisiyasəti Məhəmməd Hadinin görən gözlərini, duyan ürəyini pərişan qoymuşdu. F.Sadıq bunusənətkar, xalq, vətən, millət düşünən vətəndaşınvətəndaşlıq borcu bilir. Ona görə də bəzən

216

gördüyünə dözməyərək zəmanəsinin bütünçirkinliklərini qamçılayırdı:

Uca başı qalın duman,Həmişə halı pərişan.Şairi incitsə zaman,O da qamçılar zamanı.

F.Sadıq bu misralarında Məhəmməd Hadiruhlu bir sənətkar olduğunu gizlətmir. O, özü dəbir çox şerlərində M. Hadi kimi alovlu şairdir, dərdləri ona təsəllidir, "iztirabları" dərmandır. O, dünənini unudub, bu gününü görməyən, bugününü başa vurub sabahını düşünməyənlərə"vay o millətə" deyib xalqın taleyi nöqteyi-nəzərindən od tutub yanır.

Millət taleyini, faciəsini şəxsi faciəsi, taleyibilən Mirzə Cəlillərin, Sabirlərin yoluna nəzərsalan Fiktət Sadıq, Mirzə Cəlil cəsarətini, yaratdığı əsərlərin ideya-məzmun gözəlliyini tərifedir. Mirzə Cəlilin səbrlə, təmkinlə apardığımübarizədə xalqının gözünün önündəki qəflətpərdəsini yırtmaq istəyir, fanatizmin işığında qazvurub qazan dolduran, şəxsi xoşbəxtliyinixalqının bədbəxtliyi üzərində quran şeyx, müridadı altında fəaliyyət göstərən dələduzları, "Ölülər" əsərində necə ifşa edirsə, "Lal" əsərindəlalları da elə dindirir. Fikrət Sadıq da o cürreallıqla Mirzə Cəlil şəxsiyyətinin böyüklüyünüəsərlərinin fonunda açıb-tökür. Gül-bülbülsevgisindən "eşqnamə"lər yazanlardan fərqli

217

olaraq o məzlum xalqının boş, mənasız elmləribaşına doldurub, cəfəngiyyat biliklərlə özünü əslziyalı, xalq, millət yararçısı bilənləri sadə birAzərbaycan anasının " kitabı"yla ibrət dərsi verir. Sabirləri, zərdabiləri neçə-neçə sənət, qələmsahiblərini başına yığıb, xalqınınmaariflənməsinə, savadlanmasına, cəmiyyətininkişafına çalışan Mirzə Cəlilin fəaliyyətini yüksəkqiymətləndirir, onun bu günkü Azərbaycanıninkişafında rolu olan bir şəxsiyyət kimi yüksəklərəqalıdrır:

Kimi ulduz tapdı,Kimi ada.O tapdı SabiriUlduz axa bilər,Ada bata bilər.Amma Sabiri kim unuda bilər?Mirzə Cəlili kim unuda bilər?

Sabirlərin, Cəlillərin onların timsalındaminlərlə vətən, xalq, millət, dövlət naminəçalışanların, vuruşanların xalq tərəfindən heç birzaman unudulmadığını, işi, əməlləri ilə qanyaddaşına çökdüyünü bildirir. Şerinə, sənətinə, yaradıcılığına yüksək qiymət verir. "Yeddi çinarşairinə" şerində şairin " yeddi çinar" misrasınamünasibətini bildirir, yeddi çinarın biri şairinözünün, altısının isə şeri, sözü olduğunu söyləyir. O 1+6 bütövlüyündə kökü Dədə Qorqud əsrindəolub zirvələri gələcəyə baxan, "rişələri

218

bayatılardan su içən" torpağa məhəbbətdən boyatan, pöhrələnən və buna görə də "səadət" olaninsan dayanır. O insan dünyanın gözəlliyindən, yaşıllığından sevinib, Nəsimi, Füzuli dərdindənyanıb, saralıb, müharibənin dəhşətlərindən üzügülməyib. yazıb-yaratdığı, vəsf etdiyi ana təbiətingözəllikləri, sənətkar ömrünün faciələri, ədalətsizliklər, insan taleyi, alın yazısı insanövladının həm cismən, həm də mənən çəkdiyiəzablar var.

F.Sadıq taleyinə yazıb yaratmaq düşənşairlərimizin, ədəbiyyatşünaslarımızın, tənqidçilərimizin acı taleyini, yaşamağını, duymağı bacaran sənətkardır. Onun əsərlərindəMikayıl Müşfiq, Məhəmməd Hadi neçə-neçəstalinizm qurbanlarının dərd-səri dil açır. "Müəllimim" şerini o illərin ağrı-acısını çəkmiş, əqidəsinə görə ölümə məhkum edilmiş, təsadüfən sağ qalanlardan biri GülhüseynHüseynoğluna yazmışdır. Düz sözlü, düz ilqarlı, uşaq kimi kövrək, eyni zamanda çılğın, həqiqətingözünə dik baxan, düzü-düz, əyrini-əyrisöyləyən, şöhrətdən, şandan uzaq "Müşfiq kimiincidilən müəllimim" deyə müraciət etdiyiGülhüseyn Hüseynoğlu "dili şirin, şeri rəvan", kasıb süfrəsini heç nəyə dəyişməyən, yaxşını, pisi gözəl tanıyan, sadə, məğrur bir insan kimitərənnüm olunur. G. Hüseynoğlu şəxsiyyətinəhörmətlə yanaşan, onu yüksək qiymətləndirən bir

219

insan kimi ürəyindən keçən hisslərini gözəl birşer dililə ifadə etmişdir:

Hər söz bir dən, kağız torpaq,Yazdıqların yarpaq-yarpaq.Gələcəyə boy atacaq müəllimim.Başından əskilməz çənin, xalqasözün

vardır sənin.Əsil oğlusan Vətənin, müəllimim!

"Fikrətdən-Fikrətə" şerindəki səmimiyyət, şerlərinin dilinin ahəngdarlığı, axıcıllığı könüloxşayır. Fikrət Sadığın ağ saçlarını görən FikrətQoca:" Fikrət Sadıq, sən qocalma, Qoca var"-deyir. Fikrət Sadıq bu misraya könlündən keçənmisraları da qoşur, düzür. Şair ömrününincəliklərini tərənnüm edir:

Kim deyir ki, şer yazmaq asandı,Şer yazan daş deyil ki, insandır.Düşünəndi, ağlayandı, küsəndi,Misralardan pillə düzər, ucalar.

"İsi üçün ağı" İsi Məlikzadənin vaxtsızölümündən doğan itginin üzüntülü anlarıdır. Kimdir İsi? F.Sadıq misralarında onun tərcümeyihalını verir:

O dadlı, duzlu dilinlənəsrimizin bir budağı sən idin.Torpaqların Qarabağı məlum;Dustaq, əsir.Adamların Qarabağı sən idin.

220

İsi Məlikzadə Qarabağı əsir olandan "yaralıqəlbində" sıxıldı, boğuldu, məhv oldu, qırıldı"yaşamaq hissi". F.Sadıq onun sıxıntısında, boğulan ilhamında vətən, xalq, Qarabağ dərdiçəkənləri görür: "Qara tüstülər çıxır hər günbaşımızdan"-deyir: millətin qara sabahınındərdini çəkir. İsi Məlikzadənin dərdi, qüssəsi, yoxluğu çökmüş bu hüznlü misralarda milləttaleyi, onun sabahı üçün təlaş, onun bu günküacılarına dözməyən vətənpərvər şəxsiyyətindünyadan vaxtsız köçməsi Azərbaycanını taleyiilə səsləşən ideyalar əsasdır:

Vay o millətə ki,Dünənini unudub.Bu gününü görmür.Gecəsini bir təhər başa vurub,Bilmir necə olacaq.Sabahının səhərisi.

Görkəmli aktyorumuz Abbas MirzəŞərifzadənin həyatından aktyorluq fəaliyyətindənbəhs edən "Səs" əsəri Fikrət Sadıqyaradıcılığında ən dəyərli əsərlərdən biridir. Azərbaycan teatr sənətinin inkişafında misilsizxidmətləri olan Abbas Mirzə Şərifzadənin keçdiyihəyat yolu, onun aktyorluq məharəti Azərbaycansəhnəsinin, teatrının yaradılmasında əvəzsiz rolutərənnüm edilir. Onun nitqi, səsi, ifaçılıqqabiliyyəti, aktyorluq istedadı, yaratdığı obrazlaraləmində öz səsi, öz nəfəsi, ruhu ilə tanınması,

221

teatr sənətinin inkişaf etdirilməsində çəkdiyiəzablar, ilk "Azərbaycan teatrı"nı yaratmaqdaona dayaq olan Hüseyn Ərəblinski istedadı vəsfolunur. Onlar minilik zəncirləri qıraraq səhnəniyaratdılar. Nəsimisi, Füzulisi olan millətin"səhnəsi də olsun gərək" idealını seçdilər. Qarşısına çıxan maneələri, keçilməz sədləriaşdılar. Azərbaycan teatrını inkişaf etdirməküçün teatr sənətimizin inkişfında xidmətlərinəgörə adı qızıl hərflərlə yazıldığı Abbas MizəŞərifzadə və Hüseyn Ərəblinski taleyi çoxqovğalardan keçdi. Hüseyn Ərəblinskiyə gülləatıldı. Sakit bir yaz axşamı Bayır şəhərin üstündəqara çadıra bənzəyən Çadra küçəsində Hüseynəatılan güllə teatrı yetim qoysa da, səhnəçırağımızın birini söndürsə də

Pozulmadı növrağı,Abbas Mirzə yetişdi.Qaldırdı al bayrağı.

Şair böyük sənətkarlara hörmət vəməhəbbətini ifadə etdiyi misralarda onlarınuşaqlıq illərindən, ilk səhnə xatirələrindəndanışır, lirik bir dillə danışır. Uşaqlıq illərindəşəbihçilərin keçirdiyi mərasimlərdə əmisiyləbirlikdə iştirakı, əmisinin əli qılıncıl Haris özününisə əsir uşaq rolunu necə ifa etdikləri haqqındaxatirələrindən yararlanan şair o səhnələri, gətirdiyi yenilikləri şirin bir dillə tərənnüm edir. Abbas Mizə Şərifzadənin dililə o səhnəni yaradır:

222

Mən Şəbihdə əsir uşaq,Əmim necə Haris idi.Əlində siyirmə qılıncHaris qana həris idi.

Mən Müslümün oğlu idim.Bu Şəbihdə ölməliydim.Dizin-dizin sürünərək,Mən yalvarıb deməliydim.Haris, səni Tanrı, bizi quranabağışla,Öldürmə bizi, xaliqi sübhanabağışla.

Sonralar 1908-ci ildə "Zorən təbib" tamaşasında o ürəkləri riqqətə gətirən, özşıltaqlığıyla şəbihi pozan uşaq Lal obrazınıməharətl oynayır. Ondan sonra M.F.Axundovun, Ə.Haqverdiyevin, N.Vəzirovun, Cabbarlının, Hüseyn Cavidin ümidlərini göyərdəcək -Azərbaycan teatrının işıqlı gələcəyini görə bilməknəsibləri olacaq-çünki yeni yetişən aktyordünyasının, Azərbaycan teatrının ilk aktyoru olduAbbas Mirzə. O, lal ola-ola, bircə kəlmə sözdeməsə də, ilk aktyor sözünü dedi, sənətilə, əlləriylə, gözləriylə danışan:

Abbas Mirzə səsininGümüşü cingiltisi,Sonra əsir edəcək,Qulaq asan hər kəsi.

223

Bir kimsəyə bənzəməyən şəxsiyyət AbbasMirzənin səsi "yumulu gözləri açdı", "vicdanlarıoyatdı". Hüseyn Ərəblinski kimi bir şəxsiyyətləbirləşəndən sonra

Tənələrə dözə-dözə,Addımladı iki təşnə.İki ürək bir ocaqdaYandı sənət atəşinə.

Şair bu iki sənət dünyasının nadir incilərini ikiyanar ulduza, səhnəmizi qoruyan iki qanadabənzədir:

İki irmak qoşalaşıbGur çay oldu.İki arzu birləşib,Bir haray oldu.İki şimşək çaxdı göydə.İki ulduz yandı yerdə,Gələcəyə boylandılar,Səhnəmizin dan yerindən.

Bu iki qüdrətli sənətkarın gərgin əməyi ilə şairdemişkən "birinin faciəsi, o birinin inadı ilə" teatrquruldu, yaradıldı, yaşadıldı. Teatr- Azərbaycanteatrı mövcud oldu. Şübhələr, qorxular unuduldu. Sənət, sənəti yaradan qüdrətli sənətkar qaldı, tariximiz onun adını şərəfli səhifələrinə yazdı. Oqüdrət ki Abbas Mirzə Şərifzadənin qanında idi, canında onunla birgə böyümüşdü. Anası şer, sənət vurğunu, atası müəllim olan Abbas Mirzəyəevdə bir söz deyilməsə də oynadığı tamaşalara

224

getməzdilər. Lakin cəhalətə düşmən aktyor"başına daşlar yağsa da" söz içində söz deməkeşqiylə yaşamış, ümidlə gələcəyə baxmış, sabiranə eyhamları ilə səhnədə dediyi hərsözünün yarada biləcək partlayışını gözləmiş, qorxmamış və inanmışdı ki, ona bu gün "arsızdeyənlər" bir gün gələcək sənətinə başəyəcəklər."Ölüm və ya olum" yolundançəkinməyən Hüseyn Ərəblinski, Abbas MizəŞərifzadə faciəsinin özü ağaları, nadanlarısilkələyir. Sənətə, sənətkara qıyanları külək "ora-bura" çırpıb, illər boyu yatanları Hüseynə atılangüllənin səsləri oyadır. O "güllə dönüb tufan olub" hər yerdə-təkcə Çadrasını dəlib keçdiyi Çadraküçəsində deyil, bütün Bakının küçələrində əks-səda verir. Onlüyünü bayrağa çevirib haqq-ədalətnaminə mübarizə meydanına atılan Gavəninobrazını yaradarkən Abbas Mirzə özü də Gavəidi; Səhnənin Gavəsi. Şair "onun tərəf müqabili" kimi dövranı, zamanı görürdü. O dövranı ki, Abbas Mirzə onun gərdişini "dəyişmişdi". Ozamanı ki, onu əyləmişdi, "dəyişmişdi yerin-göyün vərdişini". Ürəklərdə elə işıqlı imarətlərucaltmışdı ki, səhnənin Mirzə Cəlili kimitanınmışdı o. "Ey mənim müsəlman qardaşlarım, biz kimik" deyə müsəlman dünyasına, onuncəhalət yuvasına öz yazıları, öz kəsərli sözləri, aydın ifadələri ilə elə bir "bomba" atmışdı ki, yer -göy silkələnib, ağaclar dilə gəlib, insan qəflət

225

yuxusundan oyanıb. Mirzə Cəlilin göstərdiyi yollagedib, elmin, savadın işığında yeriyib, yolunutapıb, yeriyib. Abbas Mirzə də səhnəmizdə MirzəCəlilə dönüb, cəhaləti öldürüb, nadanlığı boğub. Fikrət Sadıq da onun qüdrətini elə qüdrətlikəlamlarla vəsf edib. Şair aktyor sənətininincəliklərini, xalqa xidmət meyarlarını tərəziningözündə elə düzgün çəkib ki, Mirzə Cəlil- AbbasMirzə böyüklüyünə zərrə qram da "xəyanətetməyib." Şairin sevə-sevə, məharətlə tərənnümetdiyi şirin dilli, təmiz qəlbli, əliaçıq, canıyanan, "dar ayaqda dosta hayan" başdan-başa"qayadan" yonulmuş Abbas Mirzə sənətinin, istedadının qüdrətini, ifaçılıq qabiliyyətini, yaratdığı obrazlarda ümumiləşdirir. Onusəhnəmizin "tağı" adlandırır. O tağa bu gün dəxalq, millət onun ziyalısı, fəhləsi, əkinçisi dəsəcdə qılır, o səhnəmizin "əbədiyyət" tağıdır. O:

Gah Nadirdir, yerdə canlıfələkdir.Gah Qacardır- zülmü ərşədirəkdir."İblis"ində İblislərə gülüb o.Arifləri ayıltmağa gəlib o."Aydın"ından aydınlaşıb ürəklər,Sənan yanıb, sənanlaşıb diləklər.Karl olub, cəsarətdə sınanıb.Otelloya, otellolar qısqanıb.Oqtay olub, çəkib könül harayı.

226

Səhnəmizə Firəngizlər arayıb.Elxan ölər, məsləkini dəyişməz.Yalnız qorxaq haqq uğrundadöyüşməz.

-misralarında Abbas Mirzə sənəti, şəxsiyyətiaçılır. Fikrət Sadıq sənət sərrafıdır. Abbas MirzəŞərifzadə sənəti, istedadı, onun qüdrəti bu cür də tərənnüm olunmalıydı.

Abbas Mirzə Şərifzadənin həyatından, onunsənətkarlıq qüdrətindən, teatrımızın inkişafındaoynadığı misilsiz roldan bəhs edən əsərində şairxalq oyunlarının motivlərindən yararlanır. Onunuşaq yaşlarında əmisi ilə oynadığı Şəbihtamaşalarından söhbət açır. Aktyorluq sənətinəolan məhəbbətinin ilkin kökləri xalqımızınmeydanlarda, bayram günlərində xalq içərisindəkeçirdikləri xalq dramaları adlanan səhnəciklərləbağlıdır. Xalq dramaları sonradan yaranandramaturgiyamızın inkişafında, onunmüvəffəqiyyət qazanmasında mühüm roloynamışdır. Əli Sultanlının dediyi kimi "Maraqlıbir inkişaf dövrü keçirən zəngin, dolğunAzərbaycan dramaturgiyasının əsas doğuşqaynaqlarından biri xalq dramıdır. Heç şübhəsizbelə bir təməl olmadan, xalqın milli ənənələri iləbağlı, onun fikir çırpıntılarını və qəlb acılarını öztəffəkkür aynasında cilalandıran dramaturqlaryetişə bilməzdi". Əgər xalq dramalarıdramaturqlar yetişdirirdisə, o xalq dramındakı

227

obrazları oynayan şərifzadələr, ərəblinskilər dəonun yetirmələri idi. Şərifzadə evdə ilkin rollarınışəbihlərdə oynayanda yetişir, kamilləşir. FikrətSadıq onun ilkin oynadığı xalq dramlarındatapdığı bu sənətə vurğunluğunu qələmə alarkənhər bir sənətkarın qüdrətli sənətkar kimiyetişməsində xalq sənətinin oynadığı əvəzsizrolu ön plana çəkir.

Aktyorun oynadığı və onlarla şöhrət tapdığırolları da məhz o dramaturqlar yaratmışdır ki, onlar da Şərifzadə kimi o xalq dramalarınınişığında böyümüşdü.

F. Sadıq şe'rimizin qayğısını çəkdiyi kimiistetadsız, sənətə yad adamların ədəbiyyatagəlişini, boş hay- küyünü tənqid etdiyi kimi, həqiqəti onların düz gözünün içinə dediyi kimimusiqimizin, incəsənətimizi cılızlaşdıran, suni, bayağı yad musiqiləri (əgər belə adlandırmaqolarsa) zorla beynimizə yeritməyə çalışanüzdəniraq "bəstəkarları", müğəniləri də tənqidedir. "Bəstəsi" özünün, "sözü" özünün, oxuyanıda "özü olan kombayn" müğənniləri tənqidatəşinə tutur. Dünyaya öz musiqisi, istedadlısənətkarları ilə meydan oxuyan Azərbaycanmusiqisini bu kökə salanları, yad musiqiləri "sitat" adı altında səhnəmizə, efirmizə çıxaranları şairaçıqca tənqid edir:

Səsində məlahət yox.Sözündə məna yoxdur.

228

Bəstəsi sitat-sitat,Şeri qırıq-qırıqdır.

Şair elmdə sitat gördüyünü, mahnıda sitatolduğunu, onu musiqiyə gətirənləri, Azərbaycanmusiqisini "şil-küt" edənləri qınayır, onlarınyadına Bülbülü, Xanı, Rəşidi, Şövkəti və neçə-neçə Azərbaycan musiqisini öz zənginrepertuarları ilə göylərə qaldıran sənətkarlarımızısalır. Qəzəbli şair:

Yoxsa bu diringilərHara aparır bizi.Haray qoparın ellər,Bir dəstə soyuq, özgəRəngəbərng bəstəçilər.Müğənnilər, şairlər,Hara aparır bizi.Nə qədər ki, gec deyil,Qoruyun mahnınızı,Qoruyun şerimizi.

Özgə musiqisindən gətirilən "sitat" da"oğurluqdu" -deyir. İstedadsız bəstəkar adnaminə, şəxsi marağı naminə nə iş görürsə, özünü biabır etmiş olur. Xalqın gözü tərəzidir, istedadsız sənətkarın, yalançı, soyuq, sönükəsərin ömrü çox uzun olmaz. Ona görə şairüzünü tutub deyir:

Alim gedib muğamlaAvropanı oyatdı.Sən burda neyləyirsən?

229

Belə getsə muğamınQara çuxası yatdı.

Dünyanı öz zəngulələri ilə heyran qoyan AlimQasımov kimi sənətkarların muğam sənətininincəliklləri ilə Avropanı heyrətdə qoyduğu birzamanda, dünyanın Şərq musiqisinin zənginqollarından biri olan Azərbaycan musiqisinəheyran olduğu bir vaxtda öz içimizdən çıxan, özünü bəyənməyən, muğama çəpəki baxanlar, onların musiqimizə gətirmək istədiyi cılız, yöndəmsiz, mənasız hərəkətlər, sitatlar şairinarahat edir.

F.Sadıq yaxşı sənətkarı, şairi ürəkdolusu şirinbir dillə tərənnüm edir. Hətta onun yoxluğu daF.Sadığın dilini saxlaya bilmir. "Şair-mütərcimVladimir Əbdüləzim oğlunun məzarı başında" şerində şair ürək yanğısıyla qərib birməzarıstanda yatan istedadlı sənətkarın sənətini, şəxsiyyətini, acı taleyini qələmə alır. Fikrət Sadıqtərcüməçi-şair sənətkarın zəhmətini yüksəkqiymətləndirir." Ey bizi dünyaya tanıdan şair"-deyə müraciət etdiyi insanı, istedadını, gecələrsübhə qədər göz yummayıb qalın-qalın, cilid-cilidkitabları tərcümə edib ölkələrə yaydığını, çəkdiyizəhmətin müqabilində "mükafat, ad-san" ummadığını açır, şairə, sənətə hörmətinazalmasından doğan qəmini-qüssəsini, eynizamanda şairə olan hörmətini, onun sənətini, əməyini yüksək qiymətləndirdiyi bu misralarda

230

F.Sadıq "yerə-göyə sığmayan ustad" adlandırır. Qismətinə düşən hər əzabı "alın yazısı" kimiqəbul edən bir insanın ondan sonra dayaşayacaq əməlini, işini həzin, kövrəkmisralarının mövzusu edir:

Sakit bir güzəran sürdün sadəcə,Təmtəraq, bərbəzək bilmədinnədir.Sənin millətlərə bəxş elədiyin,Qədim şerimizin inciləridir.

Şair onun əməyini, zəhmətini "xalvar-xalvargördüyü" işi şəhid-sənətkar yüksəkliyində, ucalığında vəsf edir:

Sən dostdan-tanışdan nigarangetdin.Son illər nə qədər şəhidimiz var.

Sən şerin, sənətin qurbanı oldun.Qoy sənə ad verim şəhid-sənətkar.

O Şəhid sənətkar ki, o bütün dünyada şairləritanıdıb, amma onu öz yurdunda "tanıyanyoxmuş." Şair bunun günahını soyuq dövrandagörür. Onun zəhəmətini, əməyini, "Sizif" (əsatirqəhərəmanı) zəhmətinə bənzədir, özgə qəbirlərinarasında "yalnız", "qərib" hiss elədiyi şairə-sənətkara yanır:

Sən ki, yerə, göyə sığmırdın, ustad,

231

De necə sığışdın bu darməzara?Əgər belə getsə mizan-tərəzi,Şairə, sənətə hörmət azalar.

Özbəkistana, Belarusiyaya, Litvaya, Macarıstana və digər xalqların həyatına həsredilmiş şerləri milli və beynəlmiləl duyğuları əksetdirir. Onun üçün dünyanın bütün qələmsahibləri, onlar ki, əsərlərində bəşəri duyğularıəsas götürürlər onların özü də, sənəti də əzizdir. Latış şairi Aleksandr Çaka həsr etdiyi "Şairləgörüş" şerində Xəlil Rza demişkən " xalqlardostluğu, millətlər qardaşlığı haqqında heç birgurultulu ibarəyə, şüar, plakat ifadəsinə rastgəlmirik. Azərbaycan şerində bu mərhələninaradan qalxdığını Fikrət Sadıq yaxşı bilir. Bunagörə də təbiiliyə, səmimiliyə meydan verir, inandırır ki, Aleksandr Çak da onun üçünMəhəmməd Hadi qədər əzizdir".

Latış rəssamı "Statis Krasauskasın əlləri" şeribənzərsiz ifadələrlə zəngindir. "Göyə uzansaəllər ovuclar Aya bənzər, Barmaqlar şüalara, Günəşdən aldığı odun milyonda birini qaytarar". Parlaq, mənalı bir ömür sürmək uğrundadüşünənlərin, mübarizə aparanların surətiniyaradır.

"Şair Adil Rəsul üçün ağı" şe'rində də oyaşantıları, dost itgisindən doğan kədəri, hüznügörürük. Onun da sakit, saf bir həyat sürdüyünü,

232

dünyanın başına götürən "yoxsulluq"dan gileyinieşidirik. Adil Rəsul kimi qayğılı bir şairin ömrübütün şairlərin ömrünə bənzəyir. F.Sadığı buzəmanədə narahat edən bir şey var: Nədir adilrəsulları dünyadan belə erkən aparan?

Yaşın əlli doqquzu keçmiş idi.Dərdin məgər birmi idi, beşmi idi.Batmışdın dərd içində.Ürəkdən danışıb, gülərdin bəzən.O da içəndə.Acılı-şirinili şair ömrünəBir canı yanan varmı görən"Kimdir bu vaxtsız ölümə məsul.Adil Rəsul?

"Dillər əzbəri nəğmələri" olan şair ömrü, güzəranın, dövranın çətinliklərinin çiyinlərəyüklədiyi qayğıdır. Şair sözünə, qələminə, istetadına baxışların yoxsullaşması, qayğılarınazalması və bir də şairin şairlik ömrü. Şe'rlərinisatıb dolanan şair Məhəmməd Hadi taleyiyaşayan şairlərə zəmanə niyə biganədir? Zəmanə niyə belə qəddar, zalım çıxır dünyanındərdini çəkən, özgənin dərdini öz dərdi bilib öziçində yaşadan şe'rinə boyayan şairə? Budurmuqəlbi kövrək, hissi oyaq, ancaq dünyaya səadət, sevinc arzulayan və bu arzuların işığını, nurunuaxtaran şair taleyinə qayğı? Niyə öləziyib?! Bir-ikimədhiyyəçilərin yararlandığı mükafatlar,

233

ordenlər, adlar, ianələr bütün şair dünyasınaolunan hörmətinmi ifadəsimidir, Allah!

Şair üçün sənətkarın milləti, sərhəddi yoxdur. Harda qüdrətli nasir, şair varsa, Fikrət Sadığınona, onun sənətinə hörməti də var. Görkəmli latışşairi Aleksandr Çakın məzarını ziyarət edərkənşair hansı ülvi duyğularla yaşayırsa onu qələməalır. Qarlı bir gündə bir dəstə bənövşəni soyuqməzara-qara mərmər daşın üstünə qoyduğu, yandırdığı şam əllərini isitidiyi kimi çiçəkləri dəisidir. Şair burada keçirdiyi hissləri böyük birdoğmalıqla, məhəbbətlə Aleksandr Çakınünvanına çatdırır.

Fikrət Sadıq şerə, sənətə yüksək qiymət verirvə sənətkar qarşısına tələblər qoyur:

Haqq şairi olan hər kəs xalqının istək vəarzularını yaradıcılığında əsas tutacaq. Yalançıad sənətkara şərəf gətirməz. Şair haqqın şairiolmalıdır. Düz əməlli, nəcib qəlbli, düz ilqarlışairin qiymətini yazdığı əsərlər verir. Quru adlar, fəxri fərmanlar, diplomlar gözdən pərdə asmaqkimi bir şeydir. Cəmiyyətin ziddiyyətli dövründə, iqtisadi geriliyin hökm sürdüyü bir zamandaəlində pulu olub, vecsiz yazıları ilə xalqın başınıqatanlar, zəif əsərlərin çapı, gündə bir bədiidəyəri olmayan əsərləri gözə soxmaqla "mənşairəm" deyərək bar- bar bağıranları, Füzuliləri, Cəlilləri dananları, özünü ədəbiyyatda yenilikçikimi tanıtmaq ümidi ilə boş-boş bağırtılarla, hay-

234

küylə ədəbiyyat aləminə qalmaqal salanları birmöhürlə ümumiləşdirir:

Bu möhürlə tanıyacaqlar,gələcəkdə Azərbaycanı.Bu illərdə şair olmayanınKitabı çıxırdı.Şair olanın canı.

Əsil sənət sahibləri, qələm ustadlarıyazdıqlarını maddi çətinlik ucbatından mətbuatsəhifələrinə çıxarmaqda aciz qaldıqları birzamanda "qafiyəbazlar" qaz vurub qazandoldurur. Şeri, sənəti öz cılız yazıları ilə daha dacılızlaşdırır və bunu görən Fikrət Sadıq kimi əhli-qələmlər sakit qəbul edə bilmir, onları yerindəoturtmağı vacib bilirlər:

Kağızı bol-dərdi az-qafiyəpərdaz!Sən get nadan naşirinGözündən pərdə as!Bu ağılla, bu kamallaXalqı aldatmaq olmaz.Nə qədər boylansan da,Lap od tutub yansan da,Çabalasan da, partlasan daTəpə dönüb dağ olmaz.

Şairi şerin qayda -qanunlarını bilməyən, bugün şer-sənət incəliklərini zirvələrdən endiribqiymətdən salanların, şerin başında şair

235

demişkən "turp əkən"lərin cəfəngiyyat yazılarıbezdirir:

Əruz, heca nədir,Misra, bənd nədir?Adicə qaydanı-Qanunu bilmir.Şerinə, ağlınanə desən gəlir.Bircə düz əməlli

qafiyə gəlmir.Dərin mənalı, yüksək məzmunlu əsərlərin-

kitabların bu gün az çap edilməsi, yaxşıkitablardan "quru ad" qalması, sayınınazalmasına səbəb "şerə də mafiya" gəlməsindəgörür. Pullu şairlərin yalançsı şerləri həqiqi şeriöldürür.

Şer, sənət şairin nəzərində ən ülvi, ucavarlıqdır. Yaxşı şerin "üzündə nur, dilində ah" olmuş taleyə bənzəyir. Hikmətli, dərin mənalı sözşairin nəzərində aləmdir. Sabirlər xalqın, millətindərdini şerə yazdı. Xəyyam beytlərdən, sözdənqala qurdu. İlk söz, ilk deyim, ilk şer Adəməbərabər tutuldu. Fikrət Sadıq qələmində, əzəli, əbədi ilkin olan söz şerin dürrü, incisidi. Doğrusöz şerin təməl daşıdır. Şair şerin, sənətin bugünü üçün narahatlıq keçirsə də, ümidsiz dədeyildir. O bilir ki, "şer var, olub, olacaq". Çoxlarına şer adidirsə, Fikrət Sadıq kimilərə şer"Hatəmdi". Dövrana, zamana, zəmanəyə

236

əyilməyən şerdə eşq, hicran, həsrət, məhəbbət, ümid, sevgi var. Şerdə dorğru söz var. Doğru sözisə iti qılıncdan da kəsərlidir:

Doğru sözün əsli qılınc,Söz qılıncı-Misri qılınc.Söz də kəsir misli qılınc.İnamdan möhkəmdi şer.

Sözlə hörülən şerin ölçüsü, bəzəyi qafiyədir:Qafiyə şerin zinəti,Libası, bər-bəzəyidi.Mətləbi uzatsa da o,Yenə şerin gərəyidi.

Qafiyələr gəzən, şerlərində məna olmayan, şair olmaq istəyənlərə şerləri ilə Fikrət Sadıqdeyir ki:

Təzə-təzə qafiyə ilə,Ha təzələ, ha malala.İçindən dərd boylanmasa,Şer şer olmaz, bala.

"Bu gün şair mənəm"-deyib quduranları, gözləri ayaqlarının altını görməyənləri, "sözüsözə yapışdırmaqla" şair olub şer yazanları:

Yoxdur vəzn, yoxdur məzmun,qafiyə yox, misra məğmun.Şairlikdir yoxsa oyun?Biri görür, biri görmür.

Baş sındırıb, cümlə qurur,Fikir dayaz, məna quru.

237

Aydan arı, sudan duru,İşıqlı sözləri görmür.

Saatlarla oturub fikirləşən, sınıq-salxaqcümlələr quran, qurduğu cümlələrdə mənaolmayan "şairlərin" məhdud dünygörüşününnəticəsidir ki, istedadının zəifliyidir ki, hərbirindən nur tökülən sözləri görmür, istedadsızlıqimkan vermir ki, nəyəsə qadir olsun, nəsə yaradabilsin və yaratdığı oxucu kütləsinin könlünüoxşasın. Söz özü də elə bir varlıqdır ki, hərdeyəndə, hər şair olmaq istəyənin əlində ipə -sapa yatmır:

Hər misrası bir müəmma,Kəpənəyi görür, ammaKəpənəyin qanadındaRəngi görmür, zəri görmür.

Əbu-səhl olan bəndə,Susur sözdən söz düşəndə.Tükü tükdən seçir səndə,Öz gözündə tiri görmür.

Şair üçün sözün misraya çevrilməsi də ötəriiş deyildir. Bu gör-götür dünyasında şairgörübdür ki, sözün əlindən tutub ehmal-ehmalgətirərlər şerə. Sözdən naşı şəkildə istifadəedənlər şairin nəzərində sözün ayağındanyapışıb necə gəldi atır şer misrasına,

Sözün kobudluğundanAz qalır misra sına.

238

Hər bir qələm sahibi şairin nəzərində sözdənməharətlə istifadə etməyi, şerin qaydaqanunlarına əməl etməyi, vəzni, hecanı, ahəngi, qafiyəni gözləməklə yazılan şerin gözəlliyiniqorumağa borcludur.

Daşdı, daşın köhnəsi də,Daş üstə daş olur qala.Şer də sözlə hörülür,Köhnə söz də sözdür, bala!

Qayıt, baş vur dönə-dönə,Qafiyələr ümmanına.Amma şeri büründürmə,Hoqqabazlıq dumanına.

Şeri yüyənsiz ata, qafiyəni "kəmənd"ə, şeritəzə "gəlinə", qafiyəni rübəndə bənzədir və şairşerin bütün incəliklərinə, qayda-qanunlarınadərindən bələd olan bir söz-sənət ustadı kimihaqlı olaraq bildirir ki:

Şer qala kimi hörülür bənd-bənd.Bəndləri bağlayır nizə-qafiyə.

Qafiyə misrada öz yerində işlədiləndə şe'rigöylərə qaldırır. Şair şe'rlərdə qafiyə gəzir, eləqafiyə ki, yeni olsun, təzə olsun, təzə söz deməyibacarmaq, şe'rə, sənətə məzmun yeniliyigətirmək, şe'rin mə'na duyumunu artırmaq şairinqarşısına qoyduğu əsas vəzifə olmalıdır.

O sevilən əsərləri ilə xalq içərisində hörmətləqarşılanan şairlərimizdəndir.

239

Hələ onun yaradıcılığının ilkinnümunələrindən olan "Cığır" şerlər kitabıhaqqında yazırdılar:" Fikrət Sadığın "Cığır" şerlərkitabındakı "Könül soyuq Ay olunca" misrasıylabaşlanan şer insanları mənalı ömür sürməyəsəsləyir. Bu şairin ilk kitabıdır. Həmin şerlər gəncşairin döyünən ürəyi, arzuları, diləkləridir. Onuntərənnüm etdiyi yüksək ideyalar oxucunudərindən düşündürür, onun qəlbinə hakim kəsilir. Buradakı şerlər Azərbaycan poeziyasınınsıralarına istedadlı gənc şair gətirmişdir."

F.Sadıq doğrudan da milli poeziyamızıninkişafına çalışan, onun qayğıları ilə, problemləriilə nəfəs alan, yaşayan, yaradan sənətkardır. Onun öz dəsti-xətti vardır. Öz əxlaqi görüşləri, təfəkkür dünyası vardır. O əməksevərliyi, taleyinona verdiyi, yüklədiyi ağır kədərli uşaqlıq illrininçətinliklərində, əzab-əziyyətində bişib, möhkəmlənib. Onun şerləri yığcam, incə, zərif, şairanə naxışlarla zəngindir, poetik kəşflərindəhəyat eşqi güclüdür, eyni zamanda mərdanəlik, vüqar var. Xəlil Rza nahaq yerə onunla fəxretdiyini demirdi:"Azərbaycan torpağının illər boyuyetirdiyi şairlər sırasında Fikrət Sadıq adlı bir şairdə var. Mərd, mətin, cəsur, vüqarlı bir şair".

F.Sadıq həmişə yazdığı əsərlərinin məzmunvə qayəsinə görə diqqəti cəlb etmiş, onunyaradıcılığı haqqında istər qələm dostları olsun, istərsə də ədəbiyyatşünaslar, oxucular maraqlı,

240

qiymətli fikirlər söyləmişlər. Onun tərənnümetdiyi, qələmə aldığı mövzular ürəyindən gəlir. Oyazdığı şerlərində duyğularını, hisslərini, fikirlərinioxucuları ilə bölüşür. Gah onların ruhunu oxşayır; gəncində, qocasında, cavanında həyat eşqiniartırır, gah onu millət, xalq, dövlət, torpaq naminəbirliyə çəkir, gah da onu əməllərindəkinaqislikdən təmizləməyə çalışır:

Bakıda qocalar evi var.İnanmırdım, gördüm, inandım.Biz də qoşulduq soyuq millətlərə.Dünya başıma fırlandı.

Gör necə döndü dövran.Övladların da üzü döndü.Atadan-anadan.Mən elə bilirdimnankor olmazbizim övladlar.Bakıda qocalar evi var.

Şairin Bakıda qocalar evinin olmasındannarahat olmasının əsası var. O, ağlı kəsəndənata-ana qarşısında borcunu yerinə yetirməsini, qocalarına, xəstəsinə, uşağına qayğıgöstərməsini görüb. Lap qədimdən üzü bəritarixin bütün qatlarında da şair belə eşidib, beləgörüb, kitablarda belə oxuyub, insanlar arasındabelə görüb. Ona görə də:

Döyüşə gedəndə,

241

Gözünün qabağında olsun deyə,Qocasını-qarısını,Döyüş arabalarındaÖzüylə aparanTürkə yaraşmazBu vəhşi adət.Bu millətin əgər,Qocalar evi varsa,Deməli, yoxdur o millət.

Bu misraları oxuyan hər kəsin qeyri-ixtiyariolaraq şairin gördüyü mənzərədən təsirlənərək, kədərlə, qəzəblə qələmə aldığı misralardan sankivicdanı oyanır. Yerində deyilən, öz dövrününhadisələrini dolğun əks etdirən, gördüyüyaramazlıqlara göz yummayan, əksinə, onu ifşaedən, cəmiyyətin saflığına çalışan, kökə hörmətprinsiplərini qoruyan, bəşərilik, düşünməyə, düşündürməyə vadar edən mövzulara daha çoxyaradıcılığında yer ver, sələflərinin poetik vəmənəvi təcrübələrindən yararlan, əsərləri ilə gəncnəslin mənəvi və vətəndaşlıq cəhətdənyetkinləşməsinə xidmət etdən, öz poetikfərdiyyətlərinə arxalanmaqla, özünəməxsusşairlik dəsti-xətti ilə həyat hadisələrini qələməalma Fikrət Sadıq yaradıcılığınınözünəməxsusluğundan, zəngin mövzudairəsindən xəbər verir:

Qələm olsun barmaqlarım,Qələm tutub yalan yazsa.

242

Səni necə doğru yazım,Başdan-başa yalansansa.-

misralar F. Sadıq mənəviyyatınıngüzgüsüdür. O, özü saf, pak olduğu kimiyazılarında da bu paklığı, düzlüyü qorumağaçalışır. Öz dəsti-xətti, dünyaya baxışlarındabənzərsizliyi F.Sadıq yaradıcılığının oricinallığıçoxlarının diqqətindən yayınmır. Anar F.Sadıqyaradıcılığına dərindən bələd olan böyük qələmustadı kimi çox yerində deyir ki, "Fikrətpoeziyasında dilimizin incəliklərini dərindənduymaq, kəlmələri, ifadələri zərgər dəqiqliyi iləseçmək, sözün müxtəlif çalarlarından, sözlərinbir-birinə qonşuluğundan, bir-birinəqoşulmasından, ya bir-birinə qarşı çıxmasındandoğan gözlənilməz məna və obraztapıntılarından faydalanmaq məharəti onu özsəsiylə seçilən sənətkarlarımızdan biri kimi təsdiqetmişdir. Şairlər yurdu Azərbaycanda əsl şair adıqazanmaq çətindir. Xaqanidən üzü bəri şairlərməskəni kimi şöhrətlənmiş Şirvan torpağında buiş bir az da tuldur. Amma Şirvan torpağınınsuyunu içmiş, havasını udmuş, laylaları, bayatıları, şer xəzinəsi mühitində yetişmiş Fikrətsadıq bu çətin işin öhdəsindən uğurla gəlmiş vəgəlməkdədir. O poeziyamızın ədəbi karvanınıkeçmişdən gələcəyə aparan dəyərli sözsərraflarından biridir."

243

Qorxudan ağarıb, saçımqorxudan,Qocalıq qorxusu deyil bu qorxu.Məni əzizləyən, məni ovudan,Bu ana torpağa nə verdim axı?

-misralarında şair saçının ağarmasını obrazlışəkildə-vətən, xalq naminə narahatlıq keçirən birvətəndaşlıq məsuliyyəti ilə bağlayır. Bumisralarda obrazlı ümumiləşdirmə cəhdiqüvvətlidir. Burada vətənin, torpağın işıqlıgələcəyi üçün daha çox çalışmaq, məsuliyyəthissi yığcam, obrazlı şəkildə verilir.

F.Sadıq əsərlərinə xalq ədəbiyyatındangəlmə mövzular seçəndə onu müasirləşdirməyə, əsərin bədii-ideya zənginliyini qorumağa çalışır. Xəlil Rza onun "Vətənin əl boyda daşı" poemasını əzəmətli bir romana bənzədir:"Sən buməlum əfsanəni necə usta, necə qüdrətli qələmləgöz önündə canlandırmısan. Sən dilimizi necəgözəl bilirsən, Fikrət Sadıq! Sənin sərbəst şerinnağıllarımızdan, bayatı və laylalarımızdan su içib. Yalnız gözəl, mərd yaşayanlar belə bir poeziyayarada bilərlər. Sənin poeziyan yaşanmışhisslərin bəhrəsidir".

Sənətə, sənətkara düzgün qiymət verməyən, istedadlı, qüdrətli sənətkarı gözü götürməyənlərəFikrət Sadıq ancaq şeri, kəsərli misraları iləcavab verir:

244

Şer nədir, şair nədir, sənbilməzsən.Fəhm nəsə, səndə yoxdur,

xamsan hənuz.Təşbeh-sehr, cinas-daş-qaş,Təlmih-eyham.Sən girdiyin kol deyildir, heca, əruz.

Beyt evdir, misra -qapı, ağzıbağlı.Bir vaxt adil aça bilən o kilidiİndi paslı bir mismarla nadanaçır.Çünki, indi bütün işlər ikilidir.

Özündən əvvəlki sənətə, şerə, ədəbiyyatayuxarıdan aşağıya baxan bir-iki cızma-qaramüəlliflərə şair məsləhət verir ki:

Dönə-dönə danışırsan sənağacın,Ovum-ovum ovulacaqyarpağından.Heç olmasa bircə kəlmə dədanışaydın,Gövdəsindən, budağından, torpağından.

İndi ədəbiyyatımızın canına taxtabiti kimidaraşan qələmçilərin yaradıcılığını şair yarpağabənzədir və onun kök üstündə bitmədiyindən

245

"ovum-ovum" ovulacağına şübhəsi yoxdur. Nəqədər qaraya ağ, ağa qara deyilsə də, "yalanlarınüstü ilə yeriyir haqq", keçmişinə təpik atan, cübbəli libasını bəyənməyənləri "sütül nəsil" adlandırır və onları əmin edir ki, ədəbiyyatımızınqocaman sərkərdələrini öz "südqarışıq acı sözləriilə nə qədər" gözdən salmağa çalışsalar da, onlar"öz yolundan döndərəmməz şerimizi".

"Söz hörgüsü" şerində şairin sözdən yarananmisraya, beytə, rübaiyə, qafiyəyə, bölgüyə, məcaza, bənzətməyə, mübaliğəyə, alleqoriyaya, şerə - bir sözlə, şer növünə, bədii təsvir və ifadəvasitələrinə poetik şəkildə münasibətini bildirir. Şairin fikrincə, şairi tanıtmaq üçün bircə tutarlı, mənalı, dolğun məzmunlu misra kifayətdir. Şerinhər sətri misradır. Misrada tam bir fikir ifadəoluna bilir. Məsələn Səməd Vurğunun "El bilir ki, sən mənimsən"- "Azərbaycan" şerindən birmisradır. "Mən cahan mülkündə mütləq doğruhalət görmədim"-misrası Vaqifin "Görmədim" müxəmməsindən götürülümüş misralardır vəburada fikir tamdır. Şair misranı bir bənddə beləpoetik tərifini verir:

Düz xəncər, nizə, işıq şüası.Şerin ilkin daşı-kərpici.Şairi tanımaq üçünbəs eyləyər bircə misrası.

246

Böyük klassiklərimizin, eləcə də F.Sadığınyaradıcılığında belə bitkin, tutarlı, bədii cəhətdənqüvvətli misralar çoxdur.

Şerdə iki misra beytdir. Beytin tərkibindəki oiki misra bitkin bir fikri ifadə edir və bir-birinitamalayır:

Məni candan usandırdı, cəfadanyar usanmazmı?

Fələklər yandı ahimdən, muradımşəmi yanmazmı?

-beytdə şairin şerində dediyi fikir bitkinliyiəsasdır. Sözləri cilalamaqla beyt yaranır. Buradaişlədilən hər söz qiymətli daş-qaşla bərabərtutulur. Şair yığcamlıq, dolğunluq sevən beytiyaradan şairdən, sənətkardan sənətkarlıqməharəti gözləyir. Hər sözü yanaşı yazmaqlabeyt qurmaq olmaz. Məzmunca, ahəngcə, başlanğıcla, sonuncu deyilməklə beytlər seçilir. Məqtə beytlər yaratmaq öz məzmunu, ifadə etdiyifikrə görə lap qədimdən klassik sənətkarlarımızınyaradıcılığında olmuş, qüvvətli, zəngin şahbeytlər yaranmış və bunlar öz ustadınınqabiliyyətinin, istedadının məhsulu kimi yüksəkqiymətləndirilmişdir. Fikrət Sadıq şer yaradıcılığıhaqqında "Söz hörgüsü" şerində ədəbiyyatşünasalim kimi çıxış edir. Rübai dörd misradan ibarətolan şer növüdür. Rübailərin ən gözəl növünüÖmər Xəyyam, Azərbaycan ədəbiyyatındaMəhsəti Gəncəvi yaratmışdır. Dörd misra şairin

247

şerində bürclü qəsrə bənzədilir. Elə bir qəsr ki, onun daxilində həyat, məhəbbət, gözəllik, insanınkönül dünyası, fəlsəfi duyğular, dünya, kainathəyat haqqında fəlsəfi düşüncələri öz əksinitapır. Rübailr sənətkardan yüksək istedad, qabiliyyət tələb edir. Dünya ədəbiyyatınınklassiklərindən olan Ömər Xəyyam, MəhsətiGəncəvi və digər sənətkarlar ən gözəl rübailəryaratmaqla bu şer növünü yüksəkliklərəqaldırmışlar. Fikrət Sadıq klassik ədəbiyyatımızadərindən bələd olan, rübailərdə yatan məna vəməzmun gözəlliyini dərindən duyan və şeryaradıcılığında onların xüsusi əhəmiyyətini bilənbir tədqiqatçı, ədəbiyyatşünas alim kimi rübainidə yüksək qiymətləndirir. Şairin "ahəngtərəzisinin pərsəngi", "şer divarının üzüadlandırdığı qafiyədə ekiz sözə-misralarınaxırında işlənən, bir-birinə səs tərkibi etibarıylayaxın olan sözləri deyir. "şerdə qafiyə böyükəhəmiyyətə malikdir və onun yadda qalmasınıasanlaşdırır. Həmqafiyə olan sözlər daha çoxmisraların axırında gəldiyi üçün başqa sözlərənisbətən yüksək intonasiya ilə deyilir. Həminsözlərdə intonasiyanın yüksəlməsi misranıntamamlanmasını bildirir, eyni zamanda onuəvvəlki misra ilə bağlayır və şerin ümumiahəngini tənzim edib nizama salır. Buna görə dəşerdə qafiyə formal əlaməti, xarakteri daşımayıb

248

onun məzmunu və quruluşu ilə möhkəm bağlıolan bir amilə çevrilir."

F.Sadıq haqqında deyilən bu elmi -nəzərifikirləri dörd misrada belə ümumiləşdirib onunpoetik imkanlarını, şerin yaranmasında rolunutərənnüm edir:

Qafiyə-ekiz söz.Ahəng tərəzisinin pərsəngi.Şer divarının hamar üzü.Köhnə daşı çox olsaKifir göstərəcək hörgünüzü.

F. Sadıq üçüncü və dördüncü misralardayeni, təzə sözlərlə yaranan qafiyəyə üstünlükverir, "nimdaş qafiyədən qulaqlar qabar, hardasan üzə çız təzə qafiyə" fikirlərinin üstünəqayıdır, sənətkardan, şairdən yeni söz, yeniqafiyələr vasitəsilə könül oxşayan, ruha qidaverən, insan qəlbinin incə tellərini ehtizazagətirən şerlər yaratmağı tövsiyə edir. Şairn sözünhörgüsündə -şerdə qəbul etdiyi şərtlərdən biri dəahəngi yaradan bölgüdür. Şerdə bölgü danışıq, nitq zamanı fasilədir. Belə fasilələr nitqinizamlayır, ona gözəllik, məna gətirir. Bölgüşerdə ahəngi qüvvətləndirir, onu nəsrdənfərqləndirir, onu adi danışıqdan ayırır. Şerinoxusu zamanı bütün misralarda bölgü şerinahəngini nizama salır:

NəfəsdərməSöz dayanacağı.

249

Döngə-dalan,Elə böl ki,Dalandan küçəyə çıxırsan.

F.Sadıq bölgünün tərifini belə verir. Dolğunmisralarla fikrini şerlə bizə çatdırır.

Həqiqi mənasını itirib məcazi mənada işlənənsözlər məcazlardır. Məcazlar istər nəzmlə, istərsə də nəsrlə yazılan bütün əsərlərdə işlədilir. Dilin tərkib hissələrindən biri olan bədii təsvir vəifadə vasitələri ədəbiyyatşünaslıqda məcazlaradlanır. Məcazsız yazılan bədii əsərin bədiikeyfiyətindən danışmaq olmaz. Məcaz şerinemossionallığını artırır, verilən əhvalatı, hadisənin danışığını şirinləşdirir, estetikkeyfiyyətini artırır:

Məcaz-möcüzə.Hörgüdə qapı-pəncərə yeri,

İşığa qərq edir şeri.Qapı-pəncərə evin yaraşığı, bəzəyi, tikilən

binanın əsası olduğu kimi bədii əsərin gözəlliyiniartıran da, onu sevdirən, mənalandıran, əsərintəsir gücünü artıran, oxunaqlı edən dəməcazlardır. Şair məcazın bir neçə növünü dəbədii əsərin yaraşığı, bəzəyi, qiymətli incisi kimitərif edir. Şerin dadı-duzu bənzətmədədirbənzətmə məcazın növlərindən biridir."bədiiədəbiyyatda bir əşyanın və ya hadisəninmüəyyən əlamətə görə özündən daha qüvvətli

250

əşya və hadisəyə oxşadılmasına təşbeh, yaxudbənzətmə deyilir" iki əşya arasında oxşar əlaməttapmağa, bənzədiləni daha üstün götürməkləqüvvətli təşbeh yaratmaş mümkündür. Bənzətməsi az olan şeri şair dadsız-duzsuzşerlər sırasına daxil edir, hansı ki, onlardasənətkarlıq məslələrindən danışmaq qeyri-mümkündür. Sözdən məharətlə istifadə etməklə, bədii təsir gücünə malik təşbehlər yaratmaqlaşerin məna duyumunu artırmaq yaxşı, qüdərtlisənətkarın qarşısına vəzifə kimi qoyulur. Şerdəhadisənin, hiss və həyəcaının əslindəolduğundan daha güclü şəkildə deyilməsisöylənilən fikrin, ideyanın oxucuya daha qabarıqçatdırılmasına xidmət edir. "Şerin damı", "buludaçatanı", "ulduza çatanı" hesab etdiyi mübaliğəhaqqında bu fikirləri belə verir:

Şeri gərəkMübaliğə tanıda.

Söz evinin bacası damübaliğədir.

Tüstüsündən bilinir,Ocağında yanan nədir?Çır-çırpıdır, yoxsa, vələs,Ürəkdir, yoxsa həvəs?

F.Sadığın elə bu misraları özü bütöv birəsərdir; dərin məzmunlu, şerin, sənətin qədr-qiymətini bilən, onun incəliklərinə dərindən bələdolan, şerdə bədiiliyin rolunu görən şairin

251

fikirlərində böyük həqiqət vardır. Xalqyaradıcılığında klassik ədəbiyyatımızın da, müasir şerimizin, nəsrimizin də bəzəyi olanmübaliğə hadisələri şişirtmiş, reallıqdan uzaq birşəkildə vermiş olsa da bədii cəhətdən oxucuyazövq verir, xoş təsir bağışlayır və əsərin ideyasıilə bağlı verildiyindən könül oxşayır. Sözünhörgüsündə şair bu gözəl bədii təsvir vasitəsininəhəmiyyətini xüsusilə vurğulayır. "Alleqorik" şerləri də yazıçı yüksək qiymətləndirir. İstərbitkilər, istərsə də heyvanlar, dağlar, daşlar bədiiəsərdə canlı, danışan bir obraz kimi kimiverilərkən onu yaradan, can verən, ona dil verənsənətkar onun dili ilə cəmiyyətdəkiözbaşnalıqları, yaxud da yüksək insanikeyfiyyətləri təbliğ etmiş olur. O zaman alleqorikqüvvətli bir əsər kimi qəbul edilir ki, mətləb açıla, fikir öz əksini tapa, yaradılan əsər həm bədiiimkanlarını, həm də məna tutumuna görəoxucunun könlünü oxşaya bilə.

F.Sadıq şairin qəlbən təmiz, saf olmasınıəsas sayır. Şer yazan hər kəsə bildirir ki:

Bəri başdan bil!Ürəyində ya qurd ola gərək, yaşer.İkisi bir yerdə yola getməz.Qurd şeri yeyir.

252

Şair sənətkar qəlbən saf, təmiz, paxılıqdanuzaq, duru olmasa yaratdığı sənət əsəri də heçnədir.

Musiqiyə, şerə, sənətə, Fikrət Sadıqyaradıcılığında ayrıca hörmət, məhəbbət var. Oməhəbbətdir ki, Qədiri, onun "Neçin gəlməz" mahnısını ona sevdirir. Dağı, daşı naləsityləyandıran "neçin gəlməz"in odu Günəşlə birləşib. O mahnının "qəmli sədas"ı Günəşi"ovsun"lamışdı. Külli-Qarabağ diqqət kəsilmişdibu mahnıya. Günəşin sarı telləri tarzənın əlindəkisarı simə elə dolaşmışdı ki, sarı sim kökdəndüşmüşdü.

Qədirin səsi tükəndi,Əlini göyə uzatdı.

Bir topa buluduQavalın qabağına qatdı,Çəkib gətirdi, örtdü,

Günəşin üzünə.Qayıtdı yenə "neçin gəlməz"inə.

F.Sadığın poeziyasında əsas cəhət onunzəmanəsinin, dövrünün qayğılarıyla yaşaması, yaşadığı cəmiyyətdə əsrin mükəmməl vəziddiyyətli, dramatik hadisələrinə, məsələlərinəlaqeyd qalmamasıdır.

F.Sadığın Füzulinin məzarını ziyarət etməsibu böyük sənətkarın şerinə, sözünə, irsinəverdiyi yüksək qiymət F. Sadıq şəxsiyyətininözündən əvvəlki ədəbi sələflərinə bəslədiyi

253

hörmət və məhəbbətin ifadəsidir. Şeriylə yerə-göyə sığmayan bu böyük şəxsiyyəti "Hər beytinurnan süslənmiş"

Hərəsi bir baş daşıdır,Səni dünya yaşadır-deyir.

F.Sadıq üçün dünyada sənətkarın vətəni, sərhəddi yoxdur. O bütün dünyanın qiymətlivarlığıdır. Belə olmasaydı Lermontovun faciəliölümündən doğan qüssə və kədərini, şairə olanməhbbətini belə lirik boyalarla verə bilməzdi. Lermontovun dueldə faciəli ölümünə həsr etdiyi"Duel" şeri böyük sənətkara məhəbbətinifadəsidir. Lermontovu duel yerində köksüqanamış qartala, qanadı sınmış şahinə, bir dəinadı qırılmış selə bənzədir. Cəhalətin, intiriqaların qurbanı olan puşkinlər kimilermontovlar, nəsimilər onların faciəli taleyinə şairmünasibəti ancaq belə yüksək lirk, poetik bir dilləöz ifadəsini tapa bilər ki, Fikrət Sadıq bu işinöhdəsindən "məharətlə gəlir". Yaralı qartalabənzətdiyi Lermontovun cismində bir vüqar, əzəmət, eyni zamanda insan qəlbinə yol tapabiləcək hümanizm görür və onu sevdiririnsanlara. Bu misralarda kövrək şair qəlbininqüssəsi, itkidən doğan təəssüf hissləri o qədərgüclüdür ki, kim deməz ki bu misraların"arxasında gəlin, istedadları, insanları qoruyaq" kimi yüksək ideyalar dayanmayıb? Bunlar eləmisraların özündən tökülür.

254

Şeri "duruluqda bulaq suyuna" mənada"işığa" bənzədən, oxşadan Fikrət Sadıq üçünNazim Hikmətin bir sözü qiymətlidir ki, "ən yaxşışerim, bəlkə də hələ yazmadığımdır. Əsl şerürəklə, ağlın razılığı ilə hisslə fikrin birgəyaratdığı nemətdir. Onun fikrincə, bunların biriolmasa şer yarımçıq olar. Şer ürəkdən su içməsəquru olur, ağılla sığallanmasa dayaz olur" FikrətSadıq şerə, sənətə, misraya duyğuyla beləyanaşır

F.Sadıq böyük türk şairi Nazim Hikmətəhörmət və məhəbbətini ifadə edən şerində bugözəl sənətkarın düşüncələrini, onun dənizincoşqun sularına pərişan, dalğın baxışlarını verir:

Doğma Türkiyəsiylədayanaraq üz-üzə.Dağ cüssəli bir şairBaxır Qara dənizə.Həzin külək dağıdırSaçlarını üzünə.Nə düşünür görəsən,Fikri nədir, sözü nə?

F. Sadığın burada da insana olan qayğılarınıgörürük. Elçin yazırdı: "bu sual Fikrətinpoeziyasını həmişə düşündürür, bu poeziyanınən uğurlu nümunələri həmin sualın qayğısınıçəkən şairdir və bu sualların cavabları yalnızonun ayrı-ayrı şerlərinin qəhrəmanları olanNazim Hikmət və Orxan Vəli, Lermontov və

255

Məhəmməd Hadi, Əli Kərim və Statis Krasauskaskimi şəxsiyyətlərin ucalığı baxımından öyrənilir, araşdırılır, daha da artıq dərəcədə adi, hər günrastlaşdığımız, söhbətləşdiyimiz insanlarınpsixolocisi, həyata, güzərana münasibətibaxımından axtarılır və özünün yaddaqalan, inandıran bədii ifadəsini və təcəssümünü tapır".

Dünya, kainat, insan, həyat, sənətkar, söz, təbiət və digər mövzuda yazılmış şerləri, silsiləgəraylıları uşaqlar üçün yaratdığı şer nümunələriböyük söz sənətinin nümunələridir. Hələ müxtəliftərcümələri; Məhəmmədhüseyn Şəhriyarınməşhur "Azərbaycan" şerini Fikrət kimi tərcüməedən ikinci adam çətin ki, tapıla" .Qabil FikrətSadıq şəxsiyyətini, daxili gözəlliyini DədəQorquda bərabər tutur. "Kaş ki, onu-məhz onuxüsusilə zahiri görünüşünə, mənəvi saflığınagörə "Dədə Qorqd" filmində Dədə Qorqud rolunaçəkəydilər".

Şair deyilən hər sözü, yazılan hər kəlməniinsanlıq naminə mehrlə, məhəbbətlə, səmimiyyətlə ifadəsini arzulayır. Küçələrə, dalanlara, sərt hərflərlə yazılmış "Burdan o yanayol yoxdur" sözlərə baxan şair qəlbi bu sərtliyiqəbul edə bilmir. Söz elə bir qüdrət sahibidir ki, oəyilməz dizləri əyər, "yüz ümidi qırılmış bir adam" o qadağa önündə dayanıb mən yol tapacağam " deyib özünə qəsd" edər. Ona görə də şair budünyada şirin, səmimi, ümidverici sözlərə

256

ehtiyacı olan insanların bu dünyada xaliolmadığıını bildiyindən qəlb sərrafı kimi "mehr-məhəbbətə, qılığa" möhtac insanın səadətinaminə:

İndən beləo küçələrdə,

metroda,kor dalanlarda,daha nə bilim harda,yumşaq hərflərlə, qayğı ilə,"Acizanə xahiş edirik"yazılsın-deyir.

Xoş qılıqla deyilən şirin söz insan qəlbininehtiyacı olduğu nurdur.

Şair üçün bu dünyada hər varlığın, məfhumun öz adı var. Ona görə də lapkörpəlikdən hər kəsə sözləri öz mə'nasına uyğunifadə etməyi məsləhət bilir. Şair üçün sözün yeriəsasdır. Sözü yerində deyəndə " bal dadır". Yersiz deyilsə söz səndən küsər, mə'na axsıyar, yarımçıq olar". Yarımçıq söz nə könül oxşayar, nə insana rahatlıq verər. Əksinə, yerindədeyilməmiş söz "deşər qulağı, dili dalayar". Onagörə də nəsihət edir ki,

Qarı nənəyə"Qoca xala",demə bala.Qarı qarıdır,

257

Qoca qocadır.Sözlər qohumdur,Mə'na haçadır.

Hər kəsi sözü məqamında, yerində deməyəçağırır. O şerin, sənətin bütün ölçü-biçimlərinəsənətkarlıqla yanışır. Şair bütün vəznlərə birgözlə baxır:

OxuyuramƏruzu da,Sərbəsti də,Hecanı da.

Görürəm səpələnmiş hissi də,həyəcanı da.

Eşidirəm fikirlərin səsini.Açıram düyünlü istiarələrsilsiləsini.Könlümə yatmasa atıram.Qafiyəli-qafiyəsiz,Necə olursa-olsun.Şer gərək ovsunlasınCavanı da, qocanı da,Oxuyuram

Əruzu da,Sərbəsti də,Hecanı da.

F. Sadığı şerlərinin daxilində elə poetikmisralar var ki, bunlar şah misralardır. "Axşamınboynuna dolanıb səhər".

258

Zaman Fikrət Sadıq yaradıcılığında əsasmövzulardan biridir. O yaşadığı zamanədənşikayətçidir. Özü də elə-belə şikayətçi deyil, açıq-aşkar narazılığına səbəb olan məsələlərini şerdənəzəri təhlilini verir. Cəmiyyətin bu günkühəyatını, Dədə Qorqud nəsihətiylə, Sabiranəşəkildə, Məhəmməd Hadi küskünlüyü ilə, MircəCəlil duyumuyla, İsi, Balasadıq yanğısıyla, Qabilcoşqunluğuyla verir:

Allah səni qorusun,çiçəkdən, qızılcadan.

-deyən nənələrimiz yada salınır. Ürək açan, könül oxşayan bu xalq deyimlərinə uyğun olaraqşair ürəyindən keçən hissləri verir. Ya Şamaxılıbir Haqqı paşanın diliylə "Allah səni qorusunpaxıl qonşudan, namərddən, alçaqdan" bir sözlə, çirkin niyyətli, qəlbi xovlu insanlardan deyir. Nağıllarda, rəvayətlərdə eşitdiyi "Allah sənişeytan şərindən, zənən hiyləsindən, quruböhtandan" qorusun dualarnı yada salır və əsilmüdrik bir qoca kimi, zamanın dərd-sərini, ağrı-acısını dadmış, daşı ayağına dəymiş, başıbəlalalr çəkmiş millətinə dualar edir:

Allah səni qorusun,bayquş səsindən, erməni hiyləsindən,rus qapazından,Qərbin açıq-saçıq libasından,qırmızı üzündən,

259

hay küylü "caz" ından.Şərqin təkkəbbüründən,ədasından, nazından,görümlü, eşidimli,hər cür yalandan.Atasından beləRüşvət alandan,Məcburi köçmənlikdən,Tikanlı çəmənlikdən,İşsiz qalıb yatmaqdan,Xlor alıb satmaqdan,Hər gün çörək dərdindən,Üzü üstə yıxılandan,Maaşı üstələyən, dövlət vergilərindən.

Şair belə bir tərzdə ehtiyac içərisindəyaşayan xalqının yoxsul təbəqəsinin dərd-səriniqələmə alır "ovu gözündən vurur", oxucununqəlbinə, dərdinə-sərinə şərik əsl vətəndaş kimiçıxış edir; "indi də mən deyirəm, Allah səniqorusun" -deyən şair başı bəlalar çəkən xalqınaoxun haradan atıldığını bildirir, cəmiyyətindaxilindəki eybəcərliklərdən bezdiyindən onlarıoxucunun üzünə vurur və hər kəsi öz əməlinəgörə cəzalandırır. "Atasından belə rüşvət alan"ıifşa edir. Maaşı xlorla əvəz edilən fəhlənin miskintaleyinə acıyır, maaşından artıq, astarı üzündənbaha olan dolanacağın çətinliklərini, xalqınümumi məişətinə, yaşayışına, güzəranına

260

dövlətin diqqətini cəlb edir, qoyduğu vergilərəetirazını bildirir. Dövlətin üzünə vurduğu işıq, qaz, su və s vergilərlə verilən əmək haqqı arasındakıuyğunsuzluğu iqtisadçının özündən yaxşı görüb"töhmətləndirir".

Kasıbın, ehtiyac içində üzənin daxili aləminişair məharətlə açır. Cibində pul olanda "laldanışır, kar eşidir, kor görür". Varı olan zülmətgecəni "ay işıqlı", pulu olmayan aylı gecəni də"tor" görür. İnsafın, mürvətin göyə çəkildiyi buzamanda ondan ancaq "quru ad qal"dığını, varlının süfrəsinə yağ-bal duzdüyünü, kasıbın isə"həftədə bir şor gördü"yünü ürək ağrısıyla bildirirvə insanın ehtiyac üzündən bu dünyada elə ölükimi bir şey olduğunu söyləyir:

Həyat xoşdu, acı-şirin hər nədi,Bu zamanda beş gün yaşa, görnədi.Kasıb qorxmur o dünyadan, gornədir?Yazıq elə bu dünyada gor görür.

("Görür")Mürşüd Məmmədov şairin bu misraları

haqqında maraqlı fikirlər söyləyir:"Poetikfraqmentində qədərdən gələn haqsızlığa biretiraz əhval-ruhiyyəsi ifadə olunur. Bu etiraz damüəllifin humanizmindən doğur. Şair nə üçünsualının cavabını oxucunun ixtiyarına buraxır. Ruzgarın gərdişindən hali olan oxucu anlayır ki,

261

ziddiyyət və əksliklər üzərində qurulan həyatınözü də Xaliqin əsəridir və bu əsərdə hər kəsənövbənöv alın yazıları bəxş edilir. Kasıbla, fağırlazənginlər arasında dərdlər bərabər bölünsəydi, həyatın disharmoniyası pozulardı, çünki onunmahiyyəti də, fəlsəfəsi də yalnız bu natarzlıqdavə qeyri- mükəmməllikdədir".

Xalqının, millətinin xoş firavan yaşaması üçünFikrət Sadıq ürəyini şama döndərir, misralarındagah varlıdan umur ki, millətinin kasıbına, yoxsuluna əl tutsun, gah da tanıdıqlarının düzgözünün içinə oxuyur ki:

"Bir yetimə əl tut"-dedim.Bir tükü də tərpənmədi.Dilə gəldi dağ da, daş da,Amma o susdu, dinmədi.

F. Sadıq böyük Sabirin:Nuş olur canıma ət, xasə ohəngamda kim,Mən yeyəm, xırda uşaqlar baxa, ağlaşa, ətə.

-misralarında o hər zamanda ac, yoxsulfəqirlərin halına acımayan, əksinə, özünüdüşünən "pulgir", "üzüdönük"lərin olduğunubildirir və Sabirin bu misralarını yada salmaqla, dövranın üzünün dönməsindən, "hər şeyinbazarla ölçül"məsindən, varlının ədasından,yoxsulun xəcalətindən bəhs edir. İnsanlığın, insan övladının belə ucuzlaşmasından əzab

262

çəkir. "Nə baha, nə ucuz" şeri bu günkühəyatımızın gerçəklikləridir və bu gerçəkliklərdənəzab çəkən insanlardır. O insanlar ki, FikrətSadıq onları sevir, onların xoşbəxtliyini, səadətiniistəyir, istədiyini görməyəndə göynəyir. İnsankimi yaşaya bilməyən, firavan ömür sürməyən, zamanın dəyənəyi altında həm cismən, həmmənən əzilən, istədiyini tapmayan, almağa gücüçatmayan, ailə-uşaq qarşısında gözükölgəliqalanların dərdini ucuz-baha bir-birinin əksi olanhəyati gerçəklik qarşısına çıxarır. Bu gün onunüçün nəyin baha, nəyin ucuz olduğunu eləsənətkarlıqla açıb-tökür ki, təhlilə ehtiyac qalmır, hər misra özlüyündə bu ikiliyin qiymətini verir. Zamanın gerçəkliklərini belə dolğunluqla, olduğukimi verən Fikrət Sadığın güclü həyatimüşahidələri var bu misralarda.

Duz baha-buz ucuz.Çörək baha-ürək ucuz.Qənd baha-fənd ucuz.Un baha-ün ucuz.Ət baha-dərd ucuz.Daş baha-baş ucuz.Dəva baha-dava ucuz.Bilim baha-ölüm ucuz.Qəbir baha-səbir ucuz.Dövran baha-insan ucuz.

F.Sadıq insan xoşbəxtliyini, səadətini onunmənəvi zənginliyində, fikir və hisslərinin

263

saflığında görür. "Bir sıra Yaxın və Orta Şərqxalqlarının qədim dini, əxlaqi, fəlsəfi ideyalarınıtoplamış olan "Avesta"da xoşbəxtliyin altı şərtiirəli sürülür. Həmin şərtlər bunlardır: doğruluq, xeyirfikirlilik, müdriklik, hakimiyyət, sağlamlıq vəuzunömürlülük. Bunları əldə etmək üçün insandaim çalışmalı, əziyyət çəkməli, səadətin əsasqənimi olan qəzəb, yalan, qeybət kimiqəbahətlərlə mübarizə aparmalıdır. Bumübarizənin əsas vasitəsi isə doğru söz, doğrufikir, doğru əməldir". (Ziyəddin Göyüşov)

Dünyanı yalanlar, riyalar içərisində görən"ümidi boşa çıxmış" lar cana doyub haqqı-ədaləti, xoşbəxtliyi axtarır, gəzir, dolaşır, gördüyühaqsızlıqlardan dəhşətə gəlib ümidsizləşir vəFikrət Sadıq da bunlara biganə qala bilmir.

Mehdi Hüseyn yazır:"Böyük ədəbiyat hərzaman insanla dost olmuşdur. O, öz qidasını hərzaman insandan almış, onunla nəşvi-nüma tapıbyüksəlmişdir. İnsana məhəbbət ədəbiyyat üçünyeni bir motiv deyildir. Lakin bu motiv hər birəsrdə müxtəlif şəkildə tərənnüm olunmuş, müxtəlif yazıçıların ilhamına bir-birindən çoxfərqli bir istiqamət vermişdir

F. Sadıq zamanın daşqınında iri sal daşlarlabirgə xırda çör-çöp qarışığı gətirən selin içindənəsə axtarır. Alimdən hörmətli sayılan "oğru", "bərk-bərk" yalana sarmaşmış "doğru", "əlli minkərə qarış"an dünyanın qarışığı şairi narahat

264

edir, bütün bu "qarışıq vaxtda"n gördüklərindən, çəkdiklərindən qəlbi qan ağlayan şair xeyirləşərin vəhdətindəki yamanlığın çoxluğundangöynəyir.

Yalan bir xalvardı, yaxşı birmisqal.Dünyamız qarışıb olub darısqal.Bu odlu kürəyə əl vurma, süstqal,Kömür alovlanıb, kürə qarışıb.

Şair dünyasını nərdtaxtaya bənzədir. Tamahın, nəfsin "zərə" qarışdığı dünyada yarısıməşəqqət, "yarısı röya" şairin sürdüyü ömürdü. Yaşadığı aləmdən də haqlı olaraq narazıdır. Mövcud cəmiyyətdə müxtəlif yollarla varlanan, keçid dövrünün çətinliyindən məharətlə istifadəedərək öz şəxsi mənafeyini düşünən, torpağınyeraltı-yerüstü varını çapıb-talayan, bir ovucmənsəbpərəstin haramçılıqla yığıb-yığışdırdığıvar hesabına tikdirdiyi villalar, gəzdiyi xaricimaşınlar, rüşvətlə qalxdığı vəzifədən, kreslodandövlətin, xalqın mənafeyi naminə deyil, şəxsimaraqları naminə istifadə etməklə quduranlar bugün F.Sadıq yaradıcılığında bütün çalarlarıylaşerimizdə canlandırılır. Xalq sənətkarı olduğuburada daha açıq görünür. Fikrət Sadıqdamədhiyyə yoxdur. Ona görə də bu gün kağız üstü"xalq şairi" adını almamışdırsa da xalqın gözütərəzidir. O çəkidə hər sənətkar ağır gələ bilməz:

265

Bir süfrədə kəsdiyimizÇörək sənin-loxma mənim.Bir küçədə yan-yanaşıSaray sənin-daxma mənim.

Və qismətinə düşəni açıq-aşkarbölünməsindəki haqsızlıq onu dilləndirir. Bölünmüş qismətdə "bütöv sənin-para mənim" günlərin "ağı sənin-qarası mənim" dedikdəzəmanəsinin, yaşadığı cəmiyyətin iç üzünü açıbtökmüş olur. Şairə dərd edən odur ki, bu doğmavətəndə qismətinə düşən daşdır:

Sevinc sənin yol yoldaşın.Amma bu göz yaşı mənim.Bir ölkədə vətəndaşıq,Vətən sənin-daşı mənim.

("Bu zəmi hər ikimizin")Fikrət Sadıq dünyası göz önündədir.

Bəzəksiz-boyasız. Onu bu qiyafədə xalq dahaçox sevir. Fikrət Sadıq xalq şairidir, Sabir tinətli, Nəsimi xislətli, Füzuli dərdli. Fikirləşəndə ki, Fikrət Sadıq bizim zəmanəmizdə deyilMəhəmməd Hadininmi, Hüseyin Cavidinmi, Nəsimininmi, Sabirinmi döıvründə yaşayır və buideya məzmunlu əsərlərin müəllifidir, elə ozamanda da sənədsiz- filansız xalq şairidir, yanan bir parçana sərin su səpilmiş olur. O, ozamanda da belə seviləcəkdi, çünki belə cəsarətXaqani, Sabir ölkəsində yetişə bilər.

266

Dünyanın ədalətsizlikləri, insan övladının birparça çörək yolunda çəkdiyi əzablar, gördüyühaqsızlıqlar təngə gətirəndə Fikrət Sadıq olmaqolar.

Dünyanı başına götürən dərdlər, ehtiyac, qayğı, şərin, pisliyin meydanda at oynatması, millətə canı yanmayan "millətbaz"ların sözdəxalq, millət, işdə özüçün yaşaması şairiqəzəbləndirir. "Nəfsinə qul olan "beş-altı işbaz" xalqa nicat yolu tapa bilməz. "Yeddidən birimizqaçqın, didərgin" olan zaman insanları yazıqgünə qoyub.

Daşqəlblilərin əməlləri, sərvət naminətorpağını, millətini satan xainləri şairin görməyəgözü yoxdur.

Hər kəs öz işini görür, özüyçünBir iş görən yoxdur millətnaminə.Torpaq da, vətən də satılır, Allah!Varlanmaq naminə, sərvətnaminə.

Özünü "naşılar əlinə düşən çırağ"a bənzədənşair dünyasının, millətinin, xalqının çəkdiyizülümlərə baxanda bağrı qan ağlayır. İnsanlarınəməlləri, xislətindəki acgözlük, onun nəzərindəsağalmaz mərəzdir. Göz açıb dünyaya gəlibətrafında baş verən hadiəsləri dərk etdiyivaxtdan, oxuduğu qalın-qalın kitablardan, müşahidə etdiyi həyat hadisələrindən şair belə

267

bir qənaətə gəlir ki, bəşər yarandığı gündən öztəbiətini dəyişməyib: güclü elə gözlərindən qandaman güclü, zəif, elə zəif, əyri elə əyridir:

Allahlar ha düz yola çağırır,Qanunlar ha dəyişir,Kitablar ha öyrədir.Gözü tox elə gözü toxdur.Acgöz yenə acgözdür.

("Bu yağış")Şair dərdləndirən budur ki, onun qismətinə

düşən loxma Orxan Vəlinin dediyi kimi " aslanəlində"dir. Kaş mənim də loxmam aslan əlindəolaydı. Çünki:

Aslan döyüşü üzbəüz olur, mərdolur,İnsanda min bir dərd olur.

Bu ədalətsiz dünyada insanların birini ağa, birini qul edən, onları bir-birindən ayıran puldünyanı da özü istədiyi kimi fırladır, ad-san da, şərəf də pulla alınır, pula satılır. Şair düz sözdanışanın başının bəlalar çəkdiyini xatırlatmaqlaözünün də adı bu sırada çəkilsə narahat deyil:

Doğru söz danışanın başı bəlalarçəkər,Nə qəm, çəkilsə adım o sırada, osəfdə. ( "Pərakəndə şer")

Şair cəsarətlə dünyada qanun-qaydaolmadığını deyir. Dinc yaşayışlı insan övladı

268

üçün nə yerdə, nə göydə - heç yerdə tapılacaqbir nemət deyil.

F. Sadıq yaradıcılığında bəzək-düzək yoxdur. Bəzək-düzək elə onun yaratdığı əsərinideyasındakı düz sözü üzə deməkdədir. Şerinbədiiliyi içərisində onu əridir:

Bu qurbanı olduğum TanrıdaBilmirəm bu nə adətdir,

Bu nə adət!Pulu olana pul verir,

Evi olana imarət!Kasıbı da unutmur,

Ona daDərd üstündən verir dərd.

Xəlil Rza hələ 80-ci illərdə Fikrət Sadıqyaradıcılığına dərindən bələd olan bir qələmustadı kimi yazırdı:" Azərbaycan torpağının minillər boyu yetirdiyi şairlər sırasında Fikrət Sadıqadlı bir şair də var. Mərd, cəsur, vüqarlı bir şair. Bu kövrək, bu həzin, bu cəsur, müstəqil şairinyalnız özünün kəşf etdiyi müstəqil bir dünyasıvar".

F. Sadıq şerlərində bu dünyanın öz qapısı, özpəncərəsi, psixologiyasını, təfəkkür tərzini yaxşıbildiyi insanlar var. O, bu insanlardan nəistəyirsə, onu yazır. Onun ehtiyac duyduğuinsanlıqdır. Bu çətin zəmanədə xalqının böyükqurbanlar bahasına əldə etdiyi azadAzərbaycanın əbədi müstəqilliyini təmin etmək,

269

əmniyyəti, bərabərliyi qoruyub saxlamaq üçünmənsub olduğu milləti vicdanı saf görmək isətyir. Onun bu istəyi şerlərində bu və ya digər birdeyim tərzində verilib. Bu əsərlərində heç kimiadıyla, ismiylə məhşər ayağına çəkmir. Millimənafe naminə, mənsub olduğu xalqın xoşbəxtsabahı naminə kövrək bir dillə, bəzən uşaqincikliyi ilə sözünü deyir. Elçin yazır:" sən özpoetik sözü, öz nəfəsi, öz məktəbi olan gözəl birsənətkarsan və buna görə də ədəbiyyatımızdatutduğun yer işıqlı və ucadır. Sənin sadə, xeyirxah, vətənpərvər şəxsiyyətində -dostların, ocümlədən mənim üçün həmişə eləcə bir işıq, təmizlik, paklıq təcəssümü olub."

F. Sadığı dostluqda dəyanətli, sədaqətli edənonun insan ovladını öz əməlinə, işinə görəqiymətləndirməsidir. O, öz gözünü tərəzi olmağasəsləyir:

Tərəzi ol, iki gözüm,Ağır çəkmə, hər adamı.Əməlinə görə ayırNanəcibdən ər adamı.

("Adamı")F. Sadıq zəmanəsinin çətinliklərindən doğan

qayğıların içində itib-batıb şerlərini, yazdıqlarınıçap etdirə bilməyəndə ruhdan düşüb qələmi yerəqoymaq istəyəndə bir vətəndaş şair kimi vicdanıonu sakit buraxmır. Yalanlar təriflənəndə, "doğrutəklənəndə", düzdə qurulmuş çadırdakı yetimin

270

"üst-başını cındır görəndə" necə yazmasın. Şairdünyanın, millətin qayğılarını, əzablarını yazır, içindən keçirib, ilhamının ələyindən ələyib yazır. Buna görə də şair "yazmamaq olmur" fikrindəhaqlıdır.

F. Sadıq şerlərində Allah fəlsəfəsi var. Alllahgöyün qatında, eyni zamanda sənin qəlbindədövr edən qanındadır." Allah çayın şırıltısında, quşun səsində, günün doğmasında, batmasında, insanın gözünün nurunda, bənizində Allahyaşayır. Şair yerin göyün kainatın yiyəsi, Allahasevgisini ürəyində yaşadır. Ona inanır. İnanır ki:

Allahdandır bu həyat.Bu torpaq, bu təbiət.Bu dənizlər, bu dağlar.Bu gözəllik, bu qüdrət.

Şair insan bəndəsinin əməllərindən xəbərdarolan, "əməlimizi uzaqdan görən" bir böyük varlıqolan Allahı uca tutur. Onun nəzərində hər kəssidq ürəklə Allahının köməyinə çağırsa, ucavarlıq ondan heç nəyi əsirgəməz. Şair səadətidə, fəlakəti də, gecəni də, gündüzü də, xeri-şəridə Allahın yazısı, sınağı olduğunu unutmamağıinsan övladına tövsiyə edir. İnsan əməlində, işində düz olmalıdır. Şairin fikrincə, oructutmaqla, namaz qılmaqla insan mömin olmaz. Şirin-şirin danışmaq hələ əməllərinin saflığıdeyildir. Zalım, qəddar, insafsız insanın rəhmdilAllahın qarşısında nə qiyməti ola bilər? Yer

271

üzünün əşrəfi insanın bu günə qalmağınıngünahı, şairin fikrincə, "özündədir".

Mənasız, boş, məqsədsiz insan ömrüqiymətsizdir. Şair allahına bağlı, mərifəti, haqq-ədaləti əsas tutan insaflı, humanist insanlarlayanaşı, hələ də hərc-mərclik salan insanların daolduğunu gizlətmir. Lakin bu başı bəlalı dünya " lap nə qədər qarışsa da" Allahla insan bağlılığıvar və bunu yaradılan unutmamalıdır. Ona görədə:

Can yandırsan diliyləAllaha da xoş gedər.Boş, mənasız, məqsədsizÖmür hədərdir, hədər.

Allah insanı əməllərində düz, saf olması üçünQuranı göndərib:

Allah! Quranda Allah!Hər ayəsində Allah!

Gör, götür, oxu, daxilən saflaş, mənən saflaş, əməllərində Allah deyən yolu tut, çünki səniyaradan Allahdır. İnsan oğlu öz əməlinə görəcəzalandırılır, mükafatlandırılır:

Səadət də Allahdan,Fəlakət də Allahdan.Allahın yazısıdır,Dünyada yaxşı, yaman.

Allahın sınağıdır,Gecə-gündüz, xeyir-şər.

272

Hələ yol ayrıcında,Çaşıb qalıbdır bəşər.

Allahın məhək daşı,Safçürük edir bizi.Yaxşı tanıyır Allah,Bizim hər birimizi.

F. Sadığın şerlərində Tanrıdan istəyi var. Buistək odur ki, yaxşı insan övladını şərdən, böhtandan qorusun. Bəşər övladının kələyinə, şeytanın əməlinə diqqəti yönəldən şair:

Adəmi aldadan şeytanəl çəkməyib bu dünyadan.Yeri yerindən oynadanTufanı var, kələyi var.

Qarışıbdır yalan, gerçək.Bu dünya olub görəcək.Bu yuxu uzun sürəcək,Qurğuşundan bələyi var-deyir.

F. Sadıq yaratdığı şe'rlərin adlarının özü hərbiri ayrılıqda bir mə'na ifadə edir: "Qayğı vəqanad", "Tufan və ümid", "Ç içək və tikan", "Sağəl, sol əl", "Dost-düşmən", "Həyət və həyat".

"Qayğı və qanad" şe'rində şair qayğı vəqanadda oxşar cizgilər axtarır. Uşaq bir də olsa, beş də olsa qayğıdır, sayı qədər qayğıdır. Buqayğının içində çörək, övlad, həyat qayğılarıyaşayır eyni zamanda uşaq da qanaddır, bir də

273

olsa, beş də olsa qanaddır, sevinc, fərəh, ümidqanadı, insanı yaşamağa səsləyən qanad. Böyüyüb, boya-başa çatan övladının sevinci, fərəhi, onlarda arzu dolu həyat eşqi insana qol-qanad verir.

Tufanla İlhamı şair eyniləşdirir. Tufan təbiətinilham çağıdır. İnsanın da ilham çağıdır. Bir fərqondadır ki, tufan ilham çağı vurub dağıdır, insanyaradır. "Övlad, qayğı" insanı nə qədəryüksəldirsə onların sevinən üzünü, fərəhdən gülaçan gözlərini görəndə necə qanadlanıb, ürəkdolusu, sevinc dolusu nəfəs alırsan. Bir övlad, birqayğı, beş övlad beş qayğıdırsa, bir övlad birqanad, beş övlad beş qanaddır. İnsanın taleyinəbiçilib bu.

F. Sadıq yaradıcılıqda düzlük, mərdlik, ululuqnə qədər incə, eyni zamanda poetik bir dillə vəsfolunursa, cəsarət də o incəliklə, o pafoslatərənnüm olunur. Cəsarət şairin şe'rində birobrazdır. O elə bir obrazdır ki, o çiçəyə ilkinhəyat verən, Promoteyin əlləriylə yerə od gətirib. O buludların toqquşmasından yaranan şimşəkdir. Məsləklərin toqquşmasında-Babəkdir. Cəsarətşairin nəzərində bəşəriyyətin bu günə kimi gəlibçıxmasında rolu olan misilsiz bir qüvvədir. O eləbir qüvvədir ki, o insan övladının içindədir. Onunvasitəsilə insan oğlu ölümün gözünün içinə dikbaxa bilir. O cəsarətdir ki, Nəsimiyə də dərisini"ənəl-həqq" dediyindən diri-diri soyarkən güc-

274

təpər verib, dizini qatlanmağa qoymayıb. Fikrindən dönməyənlər cəsarətin gücünə, tonqallarda atəşlərdə yanarkən dəhşətlərədözüb. Cəsarət şairin nəzərində azadlıqgələcəyə körpüdür, göyə ilk dəfə uçmaq dacəsarətin qələbəsidir. Cəsarət elə qüvvə, eləvarlıqdır ki, onun qüdrət və gücünü şair bütündolğunluğuyla tərənnüm edir:

Yeri məhvərindən oynatmağa daÇatar qüdrətim.Sönmüş planeti oyatmağa daÇatar qüdrətim.

O da taleyin amansız zərbələrinə dözdü. Xalq düşmənin balası damğasını alsa da, atasının saflığına, təmizliyinə inandı, içindəgöynədi, ağrıdı, atasızlıq odunda yandı. Gedərgəlməzə yola saldığı atasının qayğısınıçiyinlərinə götürüb uşaqlıqdan sənət məktəbinədaxil olub işıqçı oldu. Gecənin zülmətini yaranişığın bir gün dərd, zülmət dolu bir həyatı andıranatasız keçirdiyi qaranlıq gecələrə işıq salacağınainanıb, işıqçı olmaq eşqi ilə bu peşəni seçib vəkönül arzularının işığında yazıb. Uzun illər atasıgedəndən sonra yolunu gözləsə də inanmayıbqaydacağına. Stalinizmin şəxsiyyətə pərstişininacı nəticələri aradan qaldırılmağa başlanandaartıq çoxları kimi onun atası da bəraət alıb, alnıaçıq evlərinə qayıtdı. Zamanın vurduğu damğasinəsində sağalmaz yaralar açsa da, "xalq

275

düşməni" kimi bir adın ailənin üstündəngötürülməsi nə demək olduğunu bizdən yaxşıbilən stalinizmin qurbanı olan ailələr bilir. Ozaman "xalq düşməni" damğası alanın evəqayıda bilmək şansı zərrə qədər də yox idi. Lakinzaman gəlib haqq-ədalət bərpa olunanda, qələbəçalanda onun atası da qayıtdı. Bu "qayıdış" Fikrət Sadıq yaradıcılığında epopeyadır:

Atam qayıtdı dedilər.İnanmadım, dedim məgər,Gedər-gəlməzdənAdam qayıda bilər?İnanmadım, dedim məgərAtam qayıda bilər?

Atası gedəndə uşaq olan, özü demişkən"körpəcə fidan" atası gələndə "indi ağac olmuş, qol-budaq atmış", böyüyüb boya-buxuna çatmışFikrət Sadıq iyirmi ildən sonra onun qayıdabiləcəyinə inanmır.

F. Sadıq bu atasızlıq ağrı-acısı içindəyaşadığı bir ömrün iyirmi ilində gizlin içindəgəzdirdiyi ağrı-acılarını açır. Atasız bu illərdəqorxub dağlara, daşlara danışdığı dərdini indiürəklə, kövrələ-kövrələ danışır. Artıq saflığınaömür boyu şübhə etmədiyi atası qayıdıb. İndidaha hər şeyi danışa bilər. Bu haqsızlığıngəncliyinə, uşaqlığına vurduğu yaranıngöynərtilərini deməyə haqqı var, kimisə ittihametməyə haqqı var, zülümdən, haqsızlıqdan,

276

ədalətsizlikdən gileylənməyə haqqı var. Qoydesin. Qoy ittiham etsin. Bu onun haqqıdır. Çünkiçox arzusu, istəyi tapdanıb, onu bü günə inamyaşadıb, inanıb saflığına, nəcib nəslin zümrəsiolduğuna. Haqq nazilib, ancaq üzülməyib. İndi ohaqqı tapdayanlar onun qəlbinin ədalətməhkəməsi qarşısında acizdir. O vurub yıxmaq, öldürmək qorxusu ilə onları hədələmir. Özünəməxsus bir təmkinlə, səbirlə, vüqarla bu adıntaleyinə vurduğu zərbələrdən onları da göynədir:

Gəzməyi öyrənməmişDərdin ağır yükünüDaşımağı öyrəndim.Əlifba oxumamışÜrəyimdə sükutlaDanışmağı öyrəndim,-deyir.

Şair yaşadığı zəmanədə gördüyüeybəcərlikləri ədalətsizlikləri, əyrilikləri də tənqidedir. Yayın qızmar iyul Günəşi altında lirikqəhərəman soyuq ürəklərin buzununəriməsindən "gilə-gilə ömrün əriyib getməsindən, qədəmlərini qıran "dizlərinə" yığılmış duzunəriməməsindən bəhs etsə də, bu"düşüncələri"ndə "ayaq tutub dünyanı " gəzənyalan, doğru sözün etibardan düşməsindən, əyrinin qanad açıb quş kimi uçan, doğrunun, düzün isə qiymətdən düşməsindən-dünyadagördüyü haqsızlıqlardan giley-guzarı çoxdur.

277

Çarxı çönmüş bu dünyada ölü də urvatsızolur, molla da imansız. Dünya nəfsi azğınların, gözü doymazların dünyasıdır. Rüşvət, bahalıq, yalan baş alıb gedən dünyadan qalan dabezardır, ölən də bezardı. Ölü basdıranların yerə, qəbrə, kəfənə, suya, mürdəşirə, baş daşınaqoyulan qiymət ölünü "yerindən oynadır". İnsaf, mürvət qalmayan, ölünün də "haqqına" da əlatılan zamanının ədalətsizlikləri ölənin özünüqəzəbləndirir:

Mən dururam ayağa,Dözə bilmirəm daha,Mənim ölü üsyanımAcıq getməsinBöyük Allaha.

Küncü, bucağı, qucağı mərddən çox namərdolan rüşvət, özbaşınalıq, kin- küdurət, qiybətdünyasından bezar ölü:

Qardaş çəkilə bilməz,Vallah bu dərd, bu qədər ,Öldün canın qurtardı,Öldün azadsan guya.Ölənin qayğısı, dərdi,Dirilərinkindən də betərdi.

Bu dünyada xeyirin, şərin yerindəolmamasından ölünü dəhşət bürüyür, uz tuturgöylərə. Ulu tanrının yaratdığı bəşərin torpaqolan canındakı iti nəfsini ifşa edir, dünyanı yeyən,

278

gözü doymayanları iti, azğın nəfsindən əlçəkməyə çağırır.

Ölüsü ölənin belə göz yaşlarının unudub onuyerdən necə götürəcəyinin dərdini çəkməsi, ölünün özünün insan övladına baha başagəldiyini və bütün bunların insan övladınıntörətdiyinin şahidi olan lirik qəhərəman:

Yoxmu sənin qəlbindəAllah xofu bu qədər?

-deyə sorğu-suala çəkir. Yaşadığı zəmanəninçətinliklərindən istifadə etməklə varlanmaq, özünə yaxşı gün güzaran düzəltmək, özxoşbəxtliyini qeyrilərinin göz yaşları, bədbəxtliyiüzərində qurmaq istəyənlərin çirkinmə'nəviyyatını lənətləyir. Zaman o qədəriyrəncləşib ki, dünya o qədər çirkinləşib ki, elə birgünə qalıb ki, "ölü də üzə durub", dünyaya qarşıüsyana qalxıb. Bu dünyada duz, çörək, qənd, çay, un, ət, yağ, qəbir, mənzil, işıq, insan həyatıüçün nə lazımsa hamsı baha, insana düşmən, onu məhv edən dərd, qəm, ölüm, qan, insan, səbir ucuzdur. Dovranın üzü elə dönüb ki, varlıqədasından "cırılır", yoxsul xəcalətindən ölür. Dünyanı, insanlığı barmağına dolayıb, ah-nalələriərşə yüksəldən pul- var və bu şairin lirikqəhrəmanın gözünün düşmənidir. Ehtyacı "korkahaya" bənzədən, ümidini göylərə bağlayan, yoxsulu yox edən, çox başları özündən əskiklərə

279

əyən, çox karvanları dağıdan, aciz, günahı yuylabilməz "pulun başına daş düşsün" deyir.

F. Sadıq üçün dünyanı, quşları, ağacları, otları, bütün canlıları, cansız məxluqatlarıyaradan, sayını artıran "Çərxi-fələk"dir. O çərxi-fələk ki, insanı da yaradıb, onun alın yazısını dayazıb.

F. Sadıq dünyada yaşayan insanlarınmüxtəlifliyinə baxışlarında da qəribədir. Onunfikrincə, yer üzündə bütün canlılar kimi insanlarıda Tanrı yaratmışdır. Bu insanların biri mehriban, o biri sərt, "biri namərd, biri mərd"dir. Bu müxtəliflik insan faciəsində, xoşbəxtliyində özişini görür. Biri insanlıq üçün yararlıdır, o birisiyararsız, "zay"dır.

Zay adamlar şairin nəzərində zay qab kimidir. "Zay" adam olmaqdansa, say qab olasan, sınasan, canın qurtara!"-deyən şair "Yoxsa nədirbu" şerində cürbəcür gördüyü bu insanlarınxislətindəki pisliyi, şəri, iblis əməli ilə bağlamağaməcbur olur. Tanrının yaratdığı Adəmi İblisinoğurladığı haqqında deyilənləri həqiqət kimiqəbul etməli olur. Başqa cür düşünə bilməyənşair öz-özünə sual verir:

Yoxsa nədir dünyanı bürüyən,Bu şüğhələr, xəyanətlər,Fəlakətlər, davalar.

"Vəzni sərrast, məzmunu ehtiyac" olan ilkşerin misrası qaya parçasıdır. Mübaliğələr-

280

şişirtmələr şair üçün şer dünyasına ayaq açıb. İnsan təfəkkürü inkişaf etdikcə əqli-zəkanınyaratdığı duyğular sonralar şerə-bəzəklər vurub.

60-cı illərdən üzü bəri yazıb-yaradan şairlərin, sənətkarların yaradıcılığı ilə Fikrət Sadıqyaradıcılığını üz-üzə qoyub təhlilini aparadıqdaheyrətedici bir aləmlə qarşılaşırsan. Fikrət Sadıqüçün bu dünyada nə şöhrət, nə şan, nəromantika, nə xəyalplov var. Hər şair sənətkar özmühitinə, zamanına baxışlarında fərdidir. Zamanmühit, cəmiyyətin eyibləri insanın taleyinə, xoşbəxtliyə zərbələr vurur. Fikrət Sadıq mısra-mısra, asta-asta gördüyünü yazır, elə yazır ki, oxucunun "canına sarı yağ kimi yayılır, sankioxucunun istədiyini, arzuladığını narahatdünyasının çatışmamazlıqlarını onun özündən dəyaxşı görür və ona görə camaata üzünü tütüb, Sabiranə bir şəkildə Mirzə Cəlil deyimi, duyumuilə dillənir:

Ay camaat, cibində pul olandalal danışır, kar eşidir, kor görür.Varlı zülmət gecəni ay işıqlı,kasıb aylı gecəni də tor görür.

İnsaf hanı, ondan quru ad qalıb.Bu dərd bunu, bu bəxt onuniqbalı.Varlı düzür süfrəsinə yağ-balı

281

Amma kasıb həftədə bir şorgörür.

Həyat xoşdu, acı-şirin hər nədi,Bu zamanda bir gün yaşa görnədi.Kasıb qorxmur o dünyadan, görnədir?Yazıq elə bu dünyada gor görür.

("Görür")Fikrət Sadıq təbiətin qızmar istisindən, qarlı

çovğunundan, "gilavarsız", xəzrisiz Bakınınüstünə ələnən "xalvar-xalvar" odun yaratdığınarahatçılığın içində də millət qayğısı, dərdi-səriilə yaşayır. Bakının isti, qızmar, "qora bişirən" avqustunun yaratdığı abı-havada bir yarpaqtərpənməyir. İstidən üzü, gözü, ağzındakı diliyanan şair təbiəti kor qoyan quraqlığın özüyləgətirdiyi darıxdırıcı istini-insanın kasıblığıylaqarşılaşdırır. İstidən "iştahı" küsən, yaşamağahəvəsi belə ölən insanların halına yanır:"Adambilmir hara gedə"deyə düşünən şair kasıblığın, işsizliyin də insan ömrü üçün bu istinincəhənnəm əzabı yaratdığını söyləyir, millətindərd-səri də bir yandan bu isti qızmar günündəşairə rahatlıq vermir. Şair dünyası bu misralardaaçılır.

282

Allahın da rəhmi gəlmir bumillətinQocasına, xəstəsinə.Burda bizi öyrədir ki, vərdiş edəkCəhənnəmin istisinə.Hazır gedək o dünyada yanmaqüçün,Nağıl, kitab, lazım deyil,Bu eyhamı qanmaq üçün.

Qızmar günəşin torpağa, insana, təbiətəvurduğu ziyan da onun nəzərində kasıbçılıq kimi insan ömrünə yazılmış əzabdır, zülümdür, bumisralarda insan taleyi, insan xoşbəxtliyi arzuolunur. İnsan ömrünə nə yazılsa yaxşı yazılsıngərək, ona görə də dualarında "Allah onuqorusun" deyir. Özü də nədən qorusun deyir, keçmişdə nağıllarda, rəvayətlərdə olduğu kimi"şəri-şeytandan", "məkri-zənəndən", "quruböhtandan" qorusun demir. İndi o dualarınməzmunu dəyişib. Əsl həyatla, real həqiqətləsəsləşən, özü də şeytannın, quru böhtanıntörədə biləcəyi dəhşətlərdən də dəhşətlisi olan və"göz gördüyündən qorxar" məsələsinə rəğməntəkcə bir şəxsin deyil, bütöv bir millət üçün, onunmili-mənəvi dəyərlərinə, milli əxlaqi dəyərlərinə, adət-ənənələrinə, incəsənətinə, mədəniyyətinə, həyat tərzinə, əxlaq kodeksinə zidd olan məndeyərdim ki, düşmən kəsilən bəlalardan qorusundeyir. O bəlalardan ki, bu gün gözümüzü yumub

283

Avropaya inteqrasiya siyasəti, şüarı altındabalamızı belə atıb qaçırıq, millət, xalq üçünbundan böyük bəla ola bilərmi? Daysı "dğa"lar, xalaları katyalar, kürəkənləri yevrey, ingilis, olanlar Avropaya pəncərəmizi lap karvansaraqapısına döndərib. Və gördükləri "şairəm, çünkivəzifəm budur əşar yazım, gördüymü nikü-bədieyləyib izhar yazım"-deyən Sabirdən dərsinialmış Fikrət Sadığı narahat etməyə bilməz. Birzamanlar "əcnəbilər göydə balonlarla uçur, biz avtomobil minməyiriz".

Əsl vətəndaş şair milli mənafeyi əsas tutanbir ziyalı kimi onu düşündürən, narahat edənölkədə rüşvətxorluğun baş alıb getməsi, "atasından belə" rüşvət alan övladlarınçoxalması, hər gün çörək dərdindən qapı-qapı, küçəbəküçə düşüb xlor satanları küçəyəsürükləyən ehtiyac, işsizliyin baş alıb getməsidirvə bir də:

Üst-üstə yığılandaMaaşı üstələyən,Dövlət vergilərini günbəgünartmasıdır.

Şairi şəhərlərimizi bəzəyən, Bakının həryerində, geniş meydanlarında, uzun küçələrində, yol ayrıcında hər dörd yana qoyulan "damağındasiqaret, başında şlyapa kovboylar" narahat edir. Amerkanın özünün siqaret çəkməməsinəbaxmayaraq "Malbro", "Konqress", "Kent" kimi

284

siqaretləri Azərbaycanda partapart satmasınarahat edir;"Adamın adamı aldatdığınıeşitmişik" deyən şair ölkələrin də bir-birinə fəndişlətməyindən qəzəblənir, Qəzəbini də belə açıbtökür:

Bəs niyəİndiyədək yer tapılmır,Koroğluya, NəbiyəHeykəl qoyula.Amma kovboylar yaraşıq olub,Hər yol ayırıcına,Hər dörd yola.Şəhəri bürüyüb tüstüBəsdir, atam, bəsdi.

Fikrət Sadığı qəzəbləndirən həm də şəhərinhər yerində "neon lampalarıynan göz vuranəcnəbi adlar"dır. Bir zamanlar dilimizin üstündəağalıq edən, "rus qapazı" altında qalan, bu gündə "Yad sözlərin" dilimizi üstələməsi, bir ovucişbazın camaatı gah Şərqə, gah Qərbə çəkməsihirsləndirir. Ölkəyə gətirilən malların"günbəgündən bahalaş"ması, açılanqəssabxanalar, dəmirin, kağızın Rusiyadan, yağın, unun Türkiyədən, saqqızın, duzun İrandangətirilməsi yandırır, göynədir:

Məgər bunlar səndə yoxdur?A başı bəlalı Vətən!

- deyə onu sorğu-suala, qınaq dolu sorğu-suala çəkir. Elə bil məhşər ayağına çəkir vətənin

285

ziyalısını, əli qolu bağlı, cibi imkan verməsə də, ağlı, istedadı xalqı bu zülümdən qurtarmaq üçünbəs edən ziyalısını yandıran da elə budur. Hər birxammalı ola-ola xaricin dəyərli, dəyərsiz, küçəyəatılan nimdaş paltarlarını, keyfiyyətsiz ərzağınıbu xalqın əyninə, boğazına dürtənləri sorğu-suala tutur. Elə deyərdim bu vətənin ziyalısını, şairini, sənətkarını, istedadllı iqtisadçısını, hüquqşünasını, alimini, mühəndisini məhşərayağına çəkir. Vətənin bu gün ac, yoxsulqalmasının səbəbini qorxmadan, çəkinmədən, sərtliklə qəzəblə o kəslərin üzünə çırpır ki, onlarözlərin düşünür, qazanc üçün qonşudan alıbözününkünə beşqat qiymətə sırıyır. Ölkəniniqtisadiyyatının inkişafı üçün vəsait qoymur:

Bu təktəklər, dəstələr,Millət olmasa əgər,Elə belə olacaq.

Millət olmaq üçün isə birlik lazımdır. O birlikAzərbaycanın gələcək taleyini həll edə bilər. Obirlik dövlətin iqtisadiyyatının, kənd təsərrüfatını, sənayesini, elmini-texnikasının inkişafınısürətləndirə bilər. Azərbaycanın öz çörəyi, özduzu ola bilər. Onun nefti xammal şəklindəölkədən kənara dəyər-dəyməzinə axıb getməz. Ölkə bolluq içərisində yaşayar. Boluq olan yerdəisə ucuzluq və firavanlıq olar. Bu gün isə cənnətkimi bir məkanda yaşasa da güzəranı, yaşayışı,

286

həyat tərzi əzabla dolu olan şair şəxsi dərdinideyil, milli dərdi əsas götürür.

Efirlərdə gedən reklamlar, reklamlardaişlədilən mənasız sözlər, Azərbaycan diliningözəlliklərinin pozulması, xalq musiqisinə ögeymünasibət, "müğənni xanımların" bayağımahnıları, qonşuları təqlid etməsi, ekranlardagöstərilən dəhşət, vəhşət, ölüm, qan qoxuyanfilmlər, bu filmlərdəki qeyri insani keyfiyyətlərindaha önə çəkilməsi, bunun ruhumuza, əxlaqımıza uyğun olmaması hirsləndirir. "Ayvətəndaş, ay dadaş gözümə kül üfürmə"-deyərəkonu məhşər ayağına çəkir, bir vətəndaş kimiondan tələb edir ki, bu millətin işinə yara, İş yeriaç, zavod işlət, millətə gün ağla. Sankiyaxasından tutub onları silkələyir, milli vicdanınıoyatmağa çalışır, özünə qaytarmaq istəyir yolunuazmış bankir vətən oğullarını şəxsi mənafeyi millimənafeyə qurban verməməyə, ali, müqəddəshisslərlə yaşamağa, çalışmağa çağırır. Və buşərəfli yolun yolçuçu olan şair özü kimiləricəmiyyətdə axtarır.

F. Sadığın şerlərindəki kəsər onunpoetikasında elə əriyir ki, onu düşüncəli oxücüelə ilk misralardaca görür. Bəzən görürsən ki, deyirlər filan şair o qədər anlaşıqlı bir dildəsözünü deyir ki, o dəqiqə bilirsən ki, bu adam nədemək istəyir. Onun şerlərində bu qəbildən də, sözdəki mənanı niqab altında gizlətmə

287

xüsusiyyətləri də var və bunların hər ikisigözəldir. Məncə şair, sənətkar yazdığı üzərindəoxucunu həm də düşündürməlidir. Şair təfəkkürümisraya, beytə çıxardığı fikirlərinə diqqəti cəlbetməlidir. Sözü bütün çılpaqlığıyla deməkdənsə, elə niqab altı söyləmək özü elə poetik gözəllikdir.

"Təzə şer, köhnə dərd, köhnə şer, təzə dərd" şeri bu cəhətdən şairin yaradıcılığının"zirvələrindəndir". O zirvələrdən ki, Fikrət Sadıqbütün insan cəmiyyətinin, pulun rol oynadığıcəmiyyətin bütün iç üzünü açıb tökür: puluncəmiyyətdəki hökmü böyükdür, həyat puluolanındır, pulun varsa dünyanın altını üstünəçevirə bilərsən və ya əksinə. Pulun varsa getqatarı saxlat, qalaları uçurt, yaylaqları, güllübağçaları xaraba qoy, dağları yerindən oynat, kəsdiyin başa söz yoxdur, as, kəs, vur, dağıt, özyerinə vətənin sərhədlərini qorumaq üçün pulver, özgəsini yerinə göndər, başının salamatsaxla, sərhəddi aş, təzə partiya yarat, "lap şer dəqırıldat", kitab çıxart, mahnılar icad elə, hapınla-gopunla Füzulini, Üzeyri üstələ. Pul ki səndədir, dünya da sənindir.

Pulun varsa daxma sat, imarətal!Təəccüb sat, heyrət al!Lap vətən sat, qürbət al!…Pulun var, ver indidənCənnətin qəbzini al, ol rahat!

288

Elə günü bu gündənCəhənnəmi göndər taCəhənnəmin dibinə.Dalınca da bir qara daş dığırlat!

Diqqətlə oxuduqda bu şerdə kəskin nifrət, istehza, sarkazm görərik. Pulu ilə cəmiyyəti, xalqı, vətəni, yıxıb sürüyənlər, dağıdıbparçalayanlar, özünü öyənlər, cahillər, istedadsızlar, cəmiyyətin nifrətini qazanmağalayiq cahillər, pul gücünə dünyaya sahib durmaqistəyənlər, özünü dahi sananlar, bir-iki cızma-qarasıyla Füzulini dananlar, zövqsüzmahnılarıyla Üzeyri öz aləmində geridə qoyanözündən müştəbehlər, Vətəni satan xainlər, təbiətə, tarixi abidələrimizə düşmən çıxanlar, yalançı siyasətbazlar, dar düşüncəlilər, onlarıyoldan çıxaran öz gərəksizliyini duymağa imkanverməyən, əksinə, onların mənəviyyatı qədərboş, mənasız pul, onun cəmiyyətdə oynadığı roltənqid olunur. Eyni zamanda bu bir ovuc " pulluların" nadan əməllərinin əzabını çəkən xalq, kütlə, millət taleyi ön plana çəkilir, oxucunudüşünməyə vadar edir:

Allahın göndərdiyiHamımıza verdiyi

nefti, qazı mənimsəyənlərin sabah bu xalqınbaşına daha böyük bəlalar gətirə biləcəyinə, hətta xalqa havanı da pulla satacağına inanır. Arzusu, muradı pulla ölçülən, hər şeyi pulla

289

almağa imkanı olan, torpağı, vətəni, milləti beləhərraca qoya biləcək nankorlardan qurtulmaqqüdrətli ölkə yaratmaq, xalq, millət, onun rifahınaminə işləmək, iqtisadiyyatı gücləndirmək, millətin xoşbəxt gələcəyi naminə ömrünü şamaçevirə bilmək ancaq aqil, müdrik, saf, dünyamalında gözü olmayan ancaq insanlıq naminə, xoşbəxtlik, sağlam, şən həyat naminə yaşyaıb-yaradan insanları sevmək, milli mənafeyi üstüntutanların arxasınca getməklə işıqlı həyataqovuşa bilməyin mümkünlüyünü bildirir. Açıqşəkildə yox, üstüörtülü yalnız ömrünün, həyatınınmənasını çoxlu pulda görən, pulu olub quduran, qudurğanlıqla insanlıq keyfiyyətlərini itirən, özsəadəti naminə xalqının torpaqlarını, əzizlərinibelə qurban verməyə hazır olan nadanlarınmurdar əməllərini, iç üzünü açıb tökür. Xalqınvarını talayan, satan, mənimsəyən, "mənəm-mənəmlik" iddiasında olan, axırda xalqı quruyurdda qoya biləcəklərdən "Allah bu millətiqorusun"- deyir Fikrət Sadıq. Fikrət Sadıqxalqının taleyindən narahat bir ata kimi budualarını müxtəlif formada, müxtəlif şəkildə edir. Millətin taleyi üçün narahat şairin ürəyigördüklərindlən qorxduğundan onun sabahınaminə qaranlıq gecələrində əlində qələm şamkimi əriyir axır. Pafoslu kəlmələrlə yox, sadə, adimisralara, içindən gələn bir şəkildə; qırıq, yarımçıq , lakin bütöv bir ideya, zəngin bir ideya,

290

dərin bir məna üzərində köklənmiş tutumuda, sərbəst şerin vəzninə, ahənginə uyğun bir deyimtərzilə. Gözümüz önündə Rəsul Rzanın misralarıcanlanır. Bu vəznin imkanlarından məharətləyararlanan Rəsul Rzanın Azərbaycan şerinəgətirdiyi yeniliklər danılmazdır. O bir məktəbyaratdı getdi və bu məktəbin özündn sonra gələndavamçılarının sıralarında Fikrət Sadıq seçildi, qiymətləndirildi. Sərbəst şerin azadlığı, çərçivələnməməsi, qəlibə salınmaması-poetikqadirliyi Fikrətin poetik vergisinin tərzi ilə səsləşir, onun poeziyasının sadəliyinə, təbiiliyinə, axıcılığına uyğundur. "Sevgi yağışı" başlığıaltında çap edilmiş və yuxarıda haqqındadanışdığımız "Sevgi yağışı" eləcə də "Balıqçı vəsu pərisi", "Dənizə axan küçə" adlı lirikpoemaların ümumi bədii təsiri bu fikri tamamiləsübuta yetirir" (Elçin).

Qələm dostu Balasadığa ünvanladığı şerindədə şair öz dərdini danışır."Şerə, sözə canı yanan, dərd əhli yox!"- deyib heyfslənir. Şer, sənətxiridarlarının bu dünyadan getməsi, Balasadıqkimi qələm sahiblərini itirməsi onu göynədir. Dəryadakı tənha dalğalar əlində çırpınan qayıqkimi çırpınır şair təzadlar aləmində, fikirlər, düşüncələr onu itirdiklərini xatırlamağa, sızlaya-sızlaya onları yada salmağa vadar edir. "Hayıfsəndən Balasadıq" deyə üz tutduğu mərhumdostu, qələm yoldaşı Balasadıq kimilərin bu gün

291

ədəbiyyatımızın, incəsənətimizin inkişafında şairyerini görür, kədərlənir. Şeri, sənəti atıbdolanışıq dalınca qaçanları, "şerə, sözə canyandırsan dərd əhli"lərinin azalması, əvəzindəədəbiyyata, şerə, sənətə ancaq qarayaxan"nadan", "soyuq" üzdəniraq qələm sahiblərinin dəgəlməsini özünə dərd eləyir:

Eyham qanan bir kimsə yox!Şerin təşbeh siqlətinə,Mübaliğə sambalına,Tab gətirən adam azdır.Görürsən ki, ya oxumur,Ya oxuyur, başa düşmür,Çünki kökündən dayazdır.

("Şer oxumağa adamtapılmır").

F. Sadıq üçün şer, sənət əvəzsizdir. O, ilahinin yetirməsidir.

Sənətə, sənətkara düzgün qiymət verməyən, istedadlı, qüdrətli sənətkarı gözü götürməyənlərəFikrət Sadıq ancaq şeri, kəsərli misraları iləcavab verir.

Özündən əvvəlki sənətə, şerə, ədəbiyyatayuxarıdan aşağıya baxan bir-iki cızma-qaraçımüəlliflərə şair məsləhət verir ki:

Dönə-dönə danışırsan sənağacın

Ovum-ovum ovulacaqyarpağından.

292

Heç olmasa bir kəlmə dədanışaydın

Gövdəsindən, budağından, torpağından.

İndi ədəbiyyatımızın canına taxtabiti kimidaraşan qələmçilərin yaradıcılığını şair yarpağabənzədir və onun kök üstündə bitmədiyindən"ovum-ovum" ovulacağına şübhəsi yoxdur. Nəqədər qaraya ağ, ağa qara deyilsə də, "yalanlarınüstü ilə yeriyir haqq", keçmişinə təpik atan, cübbəli libasını bəyənməyənləri "sütül nəsil" adlandırır və onları əmin edir ki, ədəbiyyatımızınqocaman sərkərdələrini öz "südqarışıq acı sözləriilə nə qədər" gözdən salmağa çalışsalar da, onlar"öz yolundan döndərəmməz şerimizi".

Arif Əmrahoğlu haqlı olaraq göstərir ki, "Poeziya adlı dünyada o güzəştə getmir. Onunüçün bu dünya taledi, qismətdi, canının-qanının, istedadının hesabına saflığını qoruyub saxladığımüqəddəslikdi. Fikrət Sadıq çox güman ki, mifoloci xarakterli müqəddəs dünyada daqədərinə Zevslik yox, Siziflik düşdüyü üçünxoşbəxtdi. Fikrət Sadığın şer dünyasında gerçəkdünyada demək istəmədiyi "yox"u da deyir, sevgisini də, nifrətini də ifadə edir. İşıqlı dünyanınqəliblərindən, çirkinliklərindən içi xıltlıinsanlarından bezəndə o, özünün şer dünyasınınməsumluğuna pənah aparar, sığınar. Nə yaxşı ki, bu şer dünyasında da yeganə tək Fikrət

293

Sadığımız var və bizi özünün şer dünyasınınişığına aparır. Bu işığın sehrinə düşübgedirsən… Geriyə baxmasan da əminsən ki, Fikrət Sadıq dünyasının işığına doğru səndənbaşqa gələnlər də az deyil".

F. Sadıq həyata keçə bilməyən arzularınıniztirabını çəkir. Qorki yazırdı ki, "Əzab, iztirabinsanın arzularından doğur. İnsanın elə arzularıvar ki, təqdirə, hörmətə layiqdir, elə arzuları davar ki, buna layiq deyildir. Siz insanın eləarzuların yerinə yetirməyə kömək edin ki, bunlaronun sağlam və güclü olması üçün zəruridir, onlar insana nəcabət və ülviyyət verir".

Bilik, dünyagörüş və özünü dərk etməkinsana arzu və istəkləri seçməkdə kömək edirsə, insanın taleyi də xeyli dərəcədə onun arzu vəistəklərini tənzimləyir. Arzu və istəkləri ilə mühitarasındakı konfilikt onlara çatmaqda insanamane olur.

F. Sadıq zəngin mənəviyyata maliksənətkardır."Zəngin şəxsiyyət dərin əqidəyə, inama, yüksək məqsədə və ideala malik olanşəxsiyyətdi. İnsan yüksək mütərəqqi ideallaruğrunda yaşayıb fəaliyyət göstərdikcə özü dəyüksəlir, böyüyür, onun varlığı daha yüksəkictimai məna kəsb edir. Doğru deyilmişdir ki, qartala qanad, insana ideal eyni dərəcədəzəruridir. Böyük məqsəd, yüksək idealşəxsiyyətin zənginliyinin ölçüsüdür. Əgər

294

şəxsiyətin həyatında heç bir yüksək məqsədi, idealı olmursa, o maddi cəhətdən nə qədərzəngin olursa olsun ən yoxsul həyat sürür. Ənmisgin vəziyyətdə yaşayır. Çünki şəxsiyyətihəyatda ucaldan nə onun vəzifəsidir, nə də onunmalik olduğu var-dövlətdir, onu yüksəldənyeganə bir şey varsa, o da ancaq böyük məqsədvə ideallar uğrunda fəal mübarizədir".

F. Sadıq da bu mübarizlərdən biridir. Oqorxmadan, həqiəqti olduğu kimi yazır, gününaktual məsələlərinə toxunur, dövlətimizin, millətimizin dili saflığına xələl gətirə biləcəkməsələləri açıqlayır, həyəcan təbili çalır.

Qabil böyük ürək açıqlığıyla Fikrət Sadıqdünyasını, gündəlik müşahidələrini, gördüyüəhvalatları əsərlərinin məzmununa çevirdiyinisöyləyir: "Böyük şəhərin mərkəzindən uzaqməhəllələrindən birində yaşayan Fikrət Sadıq hərgün evdən işə, işdən evə avtobusla, trolleybuslagəlir, gedir. Və özü dediyi kimi -kimləri, nələri, nəcür hadisələri, əhvalatları görmür? Bumüşahidələr, bu şahidlik kövrək, yanıqlı, nifrət vəqəzəb dolu, müasir vətəndaş poeziyamızın gözəlnümunələrinə çevrilir. Söz-sözə, fikir fikrə, təşbeh-təşbehə zərgər dəqiqliyi ilə calanır. Fikrətin nəinki dili, özü demişkən əlləri də danışır-şer deyir":

Əlimi görürsən,Əlim dərddən danışır.

295

Dərddən danışan əllərinÇəkdiyi zülmü görmürsən.

Qocalıq F. Sadıq qələmində lirik birmövzudur. Özün qocalmasan qocalığın nəolduğunu duymazsan. Gənclik "gur ocaq", qocalıq onun "kül"üdür. Coşqun, şux gəncliküçün hər şeyin öz qüdrəti var, gülün-çiçəyin ətriilə yaşayır gənclik, sevib-sevilmək, həyat eşqi iləyaşayır gənclik, gənclik bahardır, qocalıq qış. Qocalıqdan əltutulur, ayaq yerimir, göz yumulur, dodaq əsir, qovu sovrulmuş çaxmağa bənzəyirqocalıq. "gün batan", "şər qarışan" ana bənzəyirqocalıq şairin nəzərində.

İnsan taleyinin ağrı-acısını çəkən insandırFikrət Sadıq. "Ömrüm boyu hər arzuma, niyyətimə çəpər çəkildiyindən şəkil çəkəbilməyən şair ancaq çəpər şəkli çəkə bilir və onagörə də :

Əlimə qələm alandaÖzüm istəməsəm dəÇəpər çəkirəm mən.

-deyir. Bu misralarda kövrək bir qəlbinkeçdiyi, yaşadığı çəkdiyi ağrılı-acılı, əyri-üyrü, hamar olmayan həyatı göz önündə canlanır. Uşaqılığında ata həsrətini yaşayıb. Millətinixoşbəxt, bəxtəvər görmək istəyib, görməyəndədərdinin üstünə dərd gəlib. Təbriz dərdinə, Qarabağ həsrətinə qarışıb həsrəti, qüssəsi. Azərbaycanının bütöv görmək istəyib, parça-

296

parça doğrandığını görüb içində yanıb kösövolub. Xalqının naz-nemət içərisində ömürsürməsini istəyib, taleyin burulğanındaçabaladığını görüb, saçlarını gəncliyində dəndüşüb, kasıbçılıqla sınağa çəkilməkdən qorxub, qorxduğu gözünə çöp düşüb, millətinin kasıbçılıqiçərisində yaşadığını görüb öz dərdini unudub, elə yaylıq tutub. Həm şəxsi, həm milli, həmdünyəvi dərd-sər, insan qayğısı, arzusuna, istəyinə, ümidlərinə çəpər çəkilən bu dünyadaqələm aldığı olub.

F. Sadıq şerlərində dünyanın ən qayğıkeşinsanlarındandır. Elə onun bütün yaradıcılığıqayğıdan yoğrulub. Xalqının güzəranından, dərdindən, torpağın, millətin qaçqınlıq taleyindən, pis sənətkar əməlindən doğan qayğılarla doludurFikrət Sadığın şerləri.

Həyatının mənası olan övladlarının, evinin, ailəsinin qayğısı da onun çiyinlərindədir. Hər günövladlarının qayğısıyla yaşamaqla yanaşı, dünyanın da dərdini çəkir. Zamanın ən qaynarnöqtələrindən

"Vyetnamdan nə xəbər var, görəsən","Kennedinin qatilini tapdılarmı?"

və neçə-neçə belə qayğılar da şairinyaşantısındadır. Çoxdan görüşmədiyi birdostuyla qarşılaşma, avtobusda adamlarınçoxluğundan yaranan narahatçılıq, konduktorun

297

acıdilliyi, maaşın gecikdirilməsi və digər yüzlərləqayğılarla yaşayan şairi həyata bağlayan da buqayğılardır.

Oyanmaq ümidiləyatıram hər gecə.

Oyanmamaq da olarelə-beləcə.

Amma oyanıram, əhdim var,Oyadır hər səhər.

Şair bütün bu qayğılarda adilik görür. İnsanqayğı dolu adi bir həyatını yaşayırsa, evin, qohum-əqrəbanın, dünyanın qayğısını çəkirsə, deməli, əsl insan odur.

37-ci ilin repressiyasında Azərbaycanxalıqının ən istedadlı, qabiliyyətli ziyalıları, böyüksöz ustadları ilə yanaşı o zaman partiyada məsulvəzifələrdə işləyən şəxsləri də məruz qalmışdır. Bu represiya ədəbiyyatımızın, mədəniyyətimizininkişafına da ağır zərbələr vurub, onun ənqüdrətli sənətkarlarpını əlindən alıb. Buşəxsiyyətlərin ailələrinin çəkdiyi əzab vəəziyyətləri, məşəqqətləri ölçə biləcək meyaryoxdur. Təqib, qorxu, həyəcan, müdhiş gecələrindəhşətli qapı döyümləri, aparılmalar, gedib-qayıtmamazlıq, ölüm, fəlakət demək idirepressiya. Əqidə sahibləri, haqq-ədalət sevənləryalançı ifşalara məruz qalmış, sürgünəgöndərilmiş, Nargin adalarında güllələnmiş, məhv edilmiş, sağ qalanlar ölüm qorxusu altında

298

Uzaq Sibirin, Qazağıstanın, Türkmənistanın, Özbəkistanın qumlu səhralarında ölümə sinəgərərək işləmiş, ən ağır əmək işləri görmüş, xəstəlik, səfalət içərisində çoxu məhv olmuş, qayıda bilənlərin taleyinə isə dərd içində yaşamadüşündürür. Atasız, anasız qalmış repressiyaqurbanlarının övladlarının başına gətirilənmüsibətlər, onların doğmalarından ayrısalınması, yetimxanalarda böyüməsi, dostların, qohumların qorxudan onlara yaxın durmaması, qohumlar, ailələr arasında tellərin qırılması, kimsəsiz qalan, "xalq düşməni" nin övladları kimitanınmanın xalqımızın böyüməkdə olduğu nəslintaleyinə, qismətinə yazılmış faciələr idi. Beləbəxti gətirməyən övladlardan biri idi Fikrət Sadıq.

F. Sadığı yaşadan ümidlər, "pıçıltıyla da olsa" atasının "yaxşı" adam olduğu haqqında eşitdiyisözlər idi. O zaman xalq düşmənlərinin adınınbelə çəkilməsi "yasaq" olduğu bir zamanlarŞamaxıda, Yevlaxda icrakom işləmiş atasıhaqqında deyilən həqiqətlər haqqın-ədalətintamamilə məhv olmadığından xəbər verirdi vəFikrət Sadıq da ürəyində bir könül rahatlığıtapırdı ki, onun atası yaxşı insan olub. O "yaxşıinsan"ın oğlu kimi deyil, "düşmən oğlusan" deyilibtəhqir olunanda, aclıq dövründə bir tikə çörəyəmöhtac qalanda, "düşmən oğlusan"-deyib onaçörək verilməyəndə "aclığa" da, "acığa" dadözüb, lakin "tənələrə dözməyib, içində qırılıb,

299

sümükləri "ağır -ağır dirəkləri daşıdıqca bərkiyib" on üç yaşından məftil çəkməkdən əlləri qabar-qabar olsa da, işıq çəkib ellərə. Özünün dediyikimi atası tutulub getsə də atasız evləri çıraqsızqalsa da, o özgə evləri işıqlandırdıqca "İşıqçıəmi" sözünün işığında təsəlli tapmaqla gəncliyiniqoruyur, saxlayır və sanki şair kədərini, aldığımənəvi zərbələri, bütün dərdini, ağrılı-acılı iyirmiillik göynərtilərini, təhqirləri, tənələri "çilik-çilik" edir, təmiz adının qayıtmasıyla, atasınınqayıtmasıyla:

Atam qayıtıdı…YenəTəmiz adım qayıtdı.Keçmişim qayıtdı.Gələcəyim qayıtdı,Həbs edilmiş səadətim,Açılmamış məhəbbətim,Dodağımdan qoparılmış,Şaqraq uşaq gülüşlərim,Uzaqlara aparılmış,Arzum, muradım qayıtdı.-deyir.

O təmiz ad-geri qaytarılmış saf ad onunkədərini, dərdini, əzablarını, "güclü yaz seli kimi" gəlib yudu, apardı. Fərəh "köz-köz" olmuşkönlünün yaralı yerlərinə "məlhəm oldu", atagedəndən işığını, istisini duymadığı Günəşqəlbinin ən qaranlıq guşələrinə də "düşdü". FikrətSadıq bu Günəşin işığını, istisini duyandaömrünün ən coşqun, qaynar gənclik illərinə

300

qədəm qoymuşdu. Yaşıdları, dostları, tanışlarıqarşısındı artıq tənəli baxışlarlaqarşılanmayacaq, şərəfli adının geri qayıtdığınasevinməklə yanaşı, ömründən gedən iyirmi ildəvə ondan bir qədər əvvəldən başlanmış budəhşətli repressiyaların "qapı-qapı gəzdiyi" günləri, çoxlarına göz yaşı, acı daddırdığı əzabı, əyilməz, igid oğulları necə diz çökdürdüyünü ürəkağrısıyla xatırlayır və ona görə Sibirin, UzaqŞərqin qarlı-çovğunlu çöllərində mədənlərdəişləyən həmvətənlərini həm cismən, həm dəmənən çəkdiyi əzabları göz önünə gətirir. "Atamqayıtdı, təmiz adım qayıtdı" bir insan taleyinin, xoşbəxtliyinin ən yüksək zirvəsi olan o saflıq, təmizlik, hallalıq heç bir meyarla ölçülə bilməz. Onu yalnız Nəsimi kimi bir cahana sığmayan, lakin cahanı özünə sığışdıra bilən ürək ölçə bilər. Və o ürək şair ürəyidir ki fərəh dolu, sevinc dolumisralarda bunu vəsf edə bilib.

F. Sadıq iyirmi ilik gənclik, uşaqlıq dövründəçəkdiyi əzab-əziyyətləri, məşəqqətləri qalın-qalın, cild-cild kitablara yaza bilərdi. Lakin öz şəxsikədərini, qüssəsini, ağrı-acısını qismətinə yazılan"taleyin acığına" sinəsində saxladı və bir misraylabu qüssəni, həsrəti elə vurğuladı ki, epopeyalarabərabər oldu. "Atam qayıtdı, təmiz adım qaıtdı".

F. Sadıq dərdlərinə, sərlərinə "yas" quransənətkarlardan deyil. Onun hər dəfə şerləindəvurduğu "güllər" bəs edir ki, bir insan kimi

301

çəkdiklərini izhar eyləsin. Eyni zamanda özqüssəsini, ahları şerləri üçün mövzu seçməyəninsandır. O dərdə-kədərə "kişi ürəyi ilə dözməyi" bacarandır:

Ağlama, sısqama, bəbə deyilsən.Kişi köksündəsən, kişi ol Ürək

-deyən Fikrət Sadıq iyirmi ildə də ürəyinidözümlü, təpərli olmağa çağırıb. "cınqırınıçıxarma, gülərlər sənə" deyib. Onu qınaqlardanda çəkindirib. Bir təmiz adın qayıtması insanüçün böyük bir səadət idi. Elə bir səadət ki, otəmiz, saf adın işığında övladlarını böyütdü, tərbiyə etdi. Cəmiyyət üçün, xalq üçün, millətüçün qələmini süngüyə çevirdi. Orxonlaryetişdirdi, hansı ki, bu gün cəmiyyətdə gedənproseslərə qarşı öz aydın, işıqlı, cəsarətlitəfəkkürü ilə qorxmadan üsyana çıxır. Xalq, millətmənafeyi naminə dədəsinə belə güzəştəgetməyən Orxan Fikrət oğlunu yetişdirib, OrxanMillətoğlu. Azərbaycanın işıqlı, sözdə deyil, işdəəsl demokratik, azad, varlı, firavan, suverenolduğunu gözləri ilə görmək istəyən vəqorxmadan buna əngəl tördənləri ifşa edənOrxan Millətoğlu. XX əsrin birinci dövrünün MizəCəlilləri, Sabirləri kimi ölümdən qorxmadan, həqiqəti üzə deyir, düz deyir, düz sözün içindəmillətin xoşbəxt, işıqlı gələcəyi naminə sözünüqılınca çevirib, kəsir, doğrayır….

302

F. Sadıq elə bir şəxsiyyətdir, o mərdinamərddən, düzü əyridən seçmək üçünürəyindən, gözündən də məsuliyyət tələb edir.

Dost həyatın sınaqlarından çıxmaqda sənəkömək edirsə, onda əsl dostdur. O, dostu, düşməni seçməkdə sərrafdır:

Dar günümdə ələyirəm,Dostu dostdan, yadı yaddan.Dost var yaman gözə girir,Dost var tamam çıxıb yaddan.

Dar günündə dostu dostdan, yadı yaddanseçməyi bacaran şair qəvvas gözüylə onları bir-birindən ayırır. Dostların hamısı şairin nəzərindəeyni deyil. Dost var çətin anda dostuna gərəkolur, ona əl tutur, həyatın enişli-yoxuşluyollarında dost gərəkliyindən imtina etmir. Beləyaxşı ürək dostlarının varlığından narahatdır. Ona görə də yaxşısını sınadığı, yamanını"qınadı"ğı dostlarla bağlı yazdığı şerlər öz ideyavə məzmununa görə bəşəridir. Fikrət Salıq üçündost nədir, dostluq nədir, yaşının bu müdrikçağına qədər gördüyü, tanıdığı, seçdiyi dostlarahər kəsə öz xislətinə uyğun qiymətini verib:

Tost vardı,Dost vardı.Tost qurtardıDost qurtardı.

Malının, cibinin dostları şairin bu misralarındaöz qiymətini alır.

303

Şair düzlüyün, saflığın, haqqın-ədalətintərənnümçüsüdür. Onun poetikasında hər şeySabiranədir. Düzü düz, əyrini əyri-necə görübsəelə yazır. Ona görə də keçid dövrü adlandırılan, xaosa çevrilən ömrümüzün bir çox illərinə nəzərsalır, saf çürük edir və belə qənaətə gəlir ki, bu"keçid deyil addamacdır, addamac".

Bu keçid dövrü qıl körpüsü tirdən olandır. Bu"keçid" dövründə hərə öz bacardığı kimi özünəçəkir. Əlinə fürsət düşən qarışqa kimi yuvasınadaşıyır. Bu addamacdan ancaq millət yarımır, xalq yoxsullaşır, yoxsulluq ordusu yaranır, bu daki, faciədir:

Qalıb millət bu keçiddə naəlac.Başdan-başa fəlakətdi addamac.Addamacda neçə-neçə adam ac.Neçəsinə taxtı-tacdı addamac.

Son illərdə bəlkə də keçid dövrününeybəcərliklərini bu dərəcədə açıq, cəsarətlə ifşaedən ikinci bir şair az tapılar. Keçid dövrününçətinlikləri Fikrət Sadıq yaradıcılığna nigarançılıq, təlaş gətirib. Vaqif Yusifli onun "bu təlaş vənigarançılığı yalnız bir fərdin daxili narahatlığınıifadə etmir, ümumən dövrün, konkret desək, bugünün (bu keçid dövrü nə qədər davam edəcək, Allah bilir) sözündən doğur"-deyir. Vaqif YusifliFikrət Sadıq şerlərindən nümunə kimi:

Çörəklə sınağa çəkiblər xalqı,Qarışıq salıblar haqla-nahaqqı.

304

Bu yazıq camaat neyləsin axı,Vətən satılanda-kitab satılmaz

-misralarını "dövrün, zamanın üzünə çırpılanşillədir bu" deyir və bildirir ki, " bu şillənin səsiniFikrət Sadığın başqa şerlərində də eşidirik".

Bu misralar insan saflığının, xalqa yanımlığınnətiəcəsidir. Ömrünün müdrik çağı bu keçiddövrünə düşən Fikrət Sadıq X1X əsrin sonu, XXəsrin əvvəllərində Azərbaycanın ictimaivəziyyətinin kəskinliyini öz satiralarında Sabirnecə ifşa edirdisə, Fikrət Sadıq ona oxşarşəkildə, ancaq Fikrət Sadıq üslubunda bu dövrüneybəcərliklərini açıb tökür. Dediklərindəki həqiqətoxucu kütləsinin ürəyindən xəbər verir. Bu"keçid"də yetimə, yesirə, kasıba rəhm yoxdur. Gözdən pərdə asanların əməllərində də birözünəçəkimlik hökm sürür. Yetim-yesirin, qaçqının, didərginin malı yeyilir. Günahsızdöyülür. Söyülür, onu qorğa kimi qovururaddamac. Addamacı qıpqırmızı qızmar "sac"a, günahsızı isə qovrulan "qorğa"ya bənzətməkləşair keçid dövrünün bütün eybəcərliklərini açıbtökür. Bu keçid dövrünün eybəcərlikləri, xalqazidd əməlləri "bazarda" daha çılpaqlığıyla üzəçıxır. Bazar "gözbağlıca meydanıdı". Onun təməlişərlə qoyulub, işi hiylədi və bazara bu qədər iradtutması təbiidir:

Tüstü içindədi başı.Ovulmuş tərəzi daşı.

305

Yalan, fırıldaq, göz yaşı,Qarğış, ahu-zardı bazar.

Dadlı xörək, ləzzətli keyf,Dünyanı yeyəcək bu dev.Birinə üçmərtəbəli ev,Birinə məzardı bazar.

Günü gündən ölkəni başına götürən bahalıq, qıtlıqğın əzabını xalq, millət çəkən kimi şair özüdə çəkir. Kasıbı dost-tanış məclislərinə dəvətetmir, kasıb qonşunu, qohumu saymırlar, doğmalardan da, ata-anadan da şirin olan puluninsanı bu kökə salması şairi sıxır, kasıbınölüsünə də oxunan Yasini molla yarımçıq kəsirvə güzəranın belə ağır vaxtında ölünün özünündə kasıba yük olması göynədir:

Oğul-uşaqlara dərdverməməkçin,Lap ölə-ölə də yaşamalısan.

Şair dünyadan o qədər küsüb ki, kimsənixərcə salmamaq üçün, kimisə narahat etməməküçün son nəfəsində özü öz qəbrini qazmağarazıdır. Bir zamanlar öz evinin işığını yandırabilməsə də, qeyrisinin evinə işıq çəkəndə necəsevinirdisə şair, bu gün də mənəvi işıqdanməhrum olan ürəklərə işıq çəkmək, məlhəmolmaq eşqilə yazır, yaradır:

Günü-gündən bahalaşır,Çörək, dərman, nəqliyyat.

306

Cənnətdə yaşasam da,Cəhənnəm olub həyat.Dördnala çapır atını

Üstümüzə bahalıq.Hara çatır, qiymət artır,"Qaç, at basdı, millət"vallahçaş-başdı millət.

Şair gördüklərini, ürəyini ağrıtdıqlarını yazır. Hərə öz hayındadır; kimi deputatlıq uğrundamübarizə aparır, kimi öz gün-güzəranınıyaxşılaşdırmaq üçün min bir hiylə qurur. Kimiaşkarlıq pərdəsi altında altdan-altdan özünə işyeri, vəzifə tapır, ad alır, kiminin də dünyanın bugedişatına baxanda həyat gözündən düşür:

Duz səpmə gəl ağzı açıqyarama.

Əsir olub indi halal harama.Dünya nədir? Ağzı bağlı barama.Vallah dəyməz bir kəpənək

ömrünə.F. Sadığın xalqına, vətəninə, olan

məhəbbətinin, onun qayğılarına öz şəxsiqayğıları kimi yanaşmasının nəticəsidir ki, özkökünə, xalqının qurduğu nağıllara qayıdır; o"dəsti-xətlə" sözünü deyir, cəmiyyətdə gördüyüvə dözmədiyi halları pisləyir. Böyük rusdramaturqu A.N. Ostrovski yazırdı ki" " xalqyazıçısı olmaq üçün vətənə məhəbbət bəsləmək

307

azdır. Çünki bu məhəbbət yazıçıya enerci, hissverir, məzmun vermir; odur ki, vətəni sevməkləbərabər xalqı yaxşı bilmək, onunla yaxınlaşmaq, ona dərindən bələd olmaq lazımdır. Bədii istedadüçün ən gözəl məktəb öz xalqının həyatınıöyrənməkdir. Xalqın həyatını bədii şəkildə əksetdirmək isə yaradıcılıq fəaliyyəti üçün ən gözəlsahədir".

F. Sadıq 60-cı illərdə ədəbiyyata gəlmiş sənətadamları içərisində layiqli yer tutmuşşəxsiyyətdir. Hələ 60-70-ci illərdə o, Azərbaycanpoeziyasında öz dəsti-xəti ilə tanımaqda idi. Rəsul Rza yazırdı ki, " 50-ci illərin sonu, 60-cıillərin əvvəllərində Azərbaycan poeziyasına gəncistiedadlı şairlər gəldi. Yeni forma axtarışları, mövzu diapazonunun genişliyi trafaret obraz, qafiyə və metaforaların inkarı - çox şey onlarıbirləşdirdi. Yeni, məhz bu illərdə formalaşmışnəslin tarixi təcrübəsi də onları birləşdirənamillərdən oldu. "Bu şairlər içərisində həmyaşına, həm də istedadına görə ön sıradagedənlərdən biri Fikrət Sadıq idi".

F. Sadıq yaradıcılığını izləyən, onun sənətaləmində əldə etdiyi uğurları görən görkəmliqələm ustadları öz sözünü demiş, onunmüvəffəqiyyətlərini görmüş, yaradıcılığa gətirdiyimövzuların zənginliyini, məzmun dolğunluğunu, Fikrət Sadıq fərdiliyini onun zəngin yaradıcılıqqabiliyyətinə malik olduğu haqqında yazılan

308

məqalələrdə böyük səmimiyyətlə etiraf etmişlər. Bu cəhətdən Rəsul Rzanın Fikrət Sadıqyaradıcılığı haqqında dedikləri sanki onunəsərlərinin, şəxsiyyətinin canlı güzgüsüdür. Bugüzgüdə Rəsul Rza onun yaradıcılıq imkanlarını, bir vətəndaş, hümanist insan kimi keçirdiyihissləri, təmiz duyğuları, dünya haqqında təzadlıfikirlərini əks etdirir. Onun insan-kainat-dünya-onun problemlərini duyma, onu yaradıcılığındaəks etdirmə, insan övladının irqindən, dilindən, dinindən asılı olmayaraq ona əziz olması, insanxoşbəxtliyinə can atma, dünyanı, insanlarıxoşbəxt görmək istəyi-bir sözlə F.Sadıqqəlbindən keçən bütün fikirlər var. O, bir ürəyindəümman yaşadır. O, ümmanın sevincinə, xoşbəxtliyinə mane olanları, ondan əzabçəkənləri dərdini tək ürəyində, köksündə çəkir. Çəkdiklərini şe'rə çevirir: "Gənc, çox istedadlışairimizi Əli Kərimin vaxtsız ölümündən doğankədər də Lermentov və Orxan Vəlinin vaxtsızölümündən doğan kədər kimi ürəyini yaxır. Azərbaycan xalq dastanı qəhrəmanlarını, əfsanəyə görə öz məhəbbətinin odunda yanmışKərəmin faciəli taleyi, Xirosima və Osvensinkülünün döyündüyü bir ürəkdə yaşayır. Şair ürəyimüxtəlif zamanların və müxtəlif xalqların sevincvə kədərinin qovuşduğu titrəmə mərkəzidir. Sabirin məzarı və faşistlərin yandırdığı Litva

309

kəndi Pirçüpisin sakinlərinə qoyulan abidə də birürəkdədir".

Ona görə də millətinin dərdini şəxsi dərdikimi qarşılayır, "mənim dərdim" - deyir. Qaçqınnıda, köçkünün də yazısı kağızlar üstündə qalıb. Maddi imkansızlıq ucbatından əsərləri işıq üzügörməyən istedadlı sənətkarların çəkdiyi mənəvisarsıntıların doğurduğu dərdi də, mənasız qalaq-qalaq cızma-qaralarını gah efirə çıxaran, gahnəşr etdirən, özündən başqa özgənibəyənməyən dahilik iddiasına düşənlərin, Avropaxəstəliyi gəzdirənlərin, Füzuliyə "şıllaq" atanların, Mirzə Cəlili duymayıb nankorcasına onatüpürənlərin, Haqverdiyevə daş atanların, 60-cılara göz süzdürənlərin, 80-cilərin varlığıgözlərinə tir kimi girənlərin, vəzifə, kürsü naminəəldən-ayaqdan gedənlərin, dədəsinə beləutanmadan güllə atanların Azərbaycanədəbiyyatı, sənətkarları hansı ki, dünyamədəniyyətinə, ədəbiyyatına dahilər bəxş etmişAzərbaycanın dahi sənətkarlarını bəyənməyib, Avropa ədəbiyyatına cumub yaxşını-pisi seçəbilmək qabiliyyəti belə olmadan onu dalına palankimi götürüb ədəbiyyatımıza gətirənlərin, qarşısıkəsiləndə topsuz-tüfəngsiz yalan-böhtan doluyazılarla, çıxışlarla vətən, xalq sevən, onlarınkeçmişinə qayğı, bu günə səbirlə yanaşanlaraqarşı qalxıb "inqilab" etməyə hazır olan nadan, cahillərin əlindəki qələmlərin müqəddəsliyini,

310

məsuliyyətini duymayanların, vəzifə başındaoturanlara "ithaf" yazmaqdan "şil-küt" olanların, bu milləti birliyə deyil, bölünməyə aparanlarıntörətdikləri faciəni, dərdi öz dərdi bilir. Hər günqapısını döyüb birliyə üzv olmaq eşqiləyaşayanlarıın, əli, cibi pulluların gündə birmənasız, sönük kitablarına keçirdiyi təqdimatlar, pul verib özünə elmi iş yazdıranlar, amandı mənişair olmağa qoymayın deyib məclislərdə səsiningur yerinə salıb bir-iki misrasını on məclisdəoxuyanlar, abrını-həyasını töküb özünü əsilsənətkar, şair kimi mərtəbəyə qaldırmaqistəyənlər, cibini güdənlər efirləri şit, bayağımusiqiləri (əgər musiqi demək olarsa) ilə, çığır-bağırı ilə Azərbaycanın nəfis musiqisinikökündən baltalayanlar, küçələri orfoepikcəhətdən səhv, biabırçı şüarlarla dolduranlar, Azərbaycan dilinin qramatikasından xəbəriolmayanların yazdıqları reklamlar, sürətlə sözünü"surətlə" sözündən ayıra bilməyənlərin kasıbmənəviyyatı, şəhərimizə, mədəniyyətimizəqarışqa kimi daraşan əcnəbi dilli reklamlar, afişalar, şəhərimizin milliliyini pozan, dilinə, mədəniyyətinə yad, yabançı olan sözlərlə, üstündən də rəngbərəng işıqlar asmaqla özsəhvlərini, eyiblərini örtbasdır etmək istəyənlərinçirkin, həyasız əməlləri də şair üçün dərddir. Bomboz çöllərdə qəbirstanlıqları salınan, torpağaamanat qoyulan yurdsuzların qəlbindəki Vətən,

311

yurd həsrətləri, göynərtiləri dərddir şairə. Şairdərdləri ərşə qalxanda əl açıb göylərəyalvarmaqdan başqa əlacı qalmır. Oyalvarışlarda da millət dərdi var.

O yerdəkilər kimdir? Şairin "Yaddaşınqayıtması" şerində (Sabirin dediyini yadına salıbbu gün də öz cəmiyyətində gördüyü) daşqəlbli, qohum, yad, Allah, din, iman tanımayan, xalqıaldadıb pul yığan, özü xımır-xımır yeyən, üstündən su içən, yetimə əl tutmayan varlınınədası, yoxsulun xəcaləti dərddir. Ölüsünübasdıra bilməyənin, sələmin altında əzilənin, ehtiyacın içində ölənin dərdidir bu dərd ki, FikrətSadıq onları yaşayır, ağrısını çəkir.

Nizami Şəmsizadə "Şer göydən enəndə" məqaləsində yazır:"Fikrət Sadıq, sənin şerlərinnarahat ruhun pıçıltılı fəryadlarıdır. Mən buşerlərdə Azərbaycan xalqının üzüntülü simasınıgördüm. Sənin tənhalıq və imkansızlıqarasındakı fəzada aramsız çırpınan lirik məninarı çiçəkdən bal çəkən kimi insanların üzündənHüzn yığır və onu ilham gülüstanındaməhəbbətlə çiçəkləndirir. Bu sarı Hüzn çiçəkləribizə daha doğmadır, çünki onlar tənha xalqınkədərli təbəssümünün poetik ifadəsidir. Daş-kəsəkdə çiçək bitirmək hər bağbanın işi deyil, sənin füsunkar poeziyan "heç nə" adlandırdığındaş- kəsəkdən yaranıb. Sən bu daş-kəsəyəbirdən-birə elə məhəbbətlə baxmısan ki,

312

heyrətdən böyüyən gözlərin kədər bulağı- gözyaşı çağlayıb, onlara yazığın gəlib. Yazığınyazığa acıması ən böyük hümanizmdi; sən onunmüəllifisən. Yazıq cəmiyyətin qərib şairi- səninoxucun da elə bizik- kövrək qəlbin göz yaşıadlanan insanın saflığını baxışlarına yığan, yaddaşına hopduran, kədərinə səxavətlə boyverən ziyalı dostların."

F. Sadıq Azərbaycan dilinin qrammatikasındadilimizin, nitqimizin inkişafında rol oynayancümlələr, insanlar arasında nitqdə ən çox işlənənşəxs əvəzliklərindən öz fikirlərini ifadə etməküçün sənətkarcasına yararlanır. Şairin fikrincə, mən, sən, o-üç şəxsi birləşdirir və onlar "bir-biriləzəncirlə bağlıdı". Lakin bu mən, sən, o bir-birinidüşünmür:

Mən nə tapsaÖzü yeyir

xımır-xımır,xırda-xırda.

Səni neyləyir,Onu neyləyir.

Birlikdən kənarda qalan bu mən, sən, o -larınbirliyi nə deməkdir bir xalq üçün, millət üçün, onun işıqlı gələcəyi, təhlükəsizliyi üçün. Bu mən, sən, o lar niyə bu qədər cismən, mənən bir-birinəhər bir sahədə bağlanmır, ki, insan övladıbundan əziyyət çəkir. Müharibələrin, dəhşətliterrorların, şəxsi intiriqaların qurbanı olur. Niyə

313

bu mən, sən o -lar birləşmir ki, insan deyilən birvarlıq bu dünyada ancaq xoşbəxt yaşamaqnaminə düşünsün, yaratsın, qursun. Niyə? Niyə? Bu mən, sən, o -lar bir millət kimi, bir ailə kimi, birdövlət kimi lazımdır ki, birləşsin. Onsuz da buinsan övladı bir-birinə zəncirlə bağlıdı; həminsanlıq nöqteyi-nəzərindən, həm şüur, həmhəyat naminə. Elə isə tək insan heç bir şeyəqadir deyilsə, niyə o biriləri ilə birlik naminədüşünmür?

Axı onun ayrılığı, bir-birindən uzaqlığı bəşərüçün müsibətdir, fəlakətdir. Şair bu tək-tüklərinbiriliyini istəyir, bu birlik olsa, xoşbəxt ailə, xoşbəxt millət, xoşbəxt dövlət və nəhayət, dünyaxoşbəxt olar. Niyə bunu istəmirik sən, mən, o?

Şair qəm çəkir ki, "Mən"dən mənəmlik, mənimsəmək yaranıb. "Sən"dən yetim qohumnağılı qalıb. O da yenə məchul, naməlum". Şaironun da avara, sərgardan qaldığındannarahatdır. Bu mən-lər, sən-lər, o-lar millətibölüb, ayırıb:

Biz ola bilmirik hələ.Bunun da bir illəti var.Çünki can yandırmır Siz-lərBaş götürüb qaçır Onlar.

Başdan-başa birlik, bütövlük ideyası iləzəngin bu misralarla şair istəyir ki, onun kimidüşünənlər çox olsun. Çoxluq, ideyalardakı birlikşarin arzularına çəkilən hasarları, sədləri vurub

314

yıxar. Çünki bu birlikdəki, çoxluqdakı qüvvəti birdəfə görmüşük və bu bir dəfədə biz 200 illik biristismar zəncirini qırıb atmışıq, dünyayagörünməmiş bir mübarizə alovu ilə gəlmişik və bualovun istisində çoxları isindi, açıldı, şaxtasını, buzunu qırdı və XX əsrin sonlarını elə birmübarizə alovuna cəlb etdi ki, bir-birinin ardıncaən kiçik xalqlar da bu müstəqilliyin şirinliyinidadıb mübarizəyə qalxdı. Və nələr əldə edildisəXX1 Əsrin birinci onilliyi indi onun nəticəsiniyaşayır. Azərbaycan öz taleyini, sərhədlərinimöhkəmlətmək, ərazi bütövlüyünü təmin etməküçün indi o birliyi əlində çıraq tutub.. O çırağıyandıranlardandır Fikrət Sadıq həmin o çırağınişığına çağırır hamımızı. Zamanın, dövrün beləçətinlikləri içərisində yaşadığımız bir vaxtda xalq, dövlət qayğısı çəkən, Dədə Qorqudbabalarımızın qoyduğu bu yolla addımlayanFikrət Sadıqlara ehtiyacımız var bir millət kimi, onları Tanrı bizə çox görməsin

F. Sadıq Vətəni sevən, onun qayğılarınıyaşayan, ehtiyaclarına bələd olan şairdir, ruhənxalqına bağlıdır, onun ədəbiyyatını, həyatını, güzəranın yaxşı bilir. Onun şifahi xalqədəbiyyatından geniş istifadə etməsinin bircəhətidir ki, yaşadığı dövrün tələb vəehtiyaclarını görür. Fikrət Sadıq sələflərinin yoluilə gedir. Vətən, millət, xalq mənafeyi naminədüşündüyündən klassikləri kimi onu folklordan

315

götürdüyü çalarlarla zəngilləşdirir və istədiyigözəl sənət əsərini yaradır.

Şair hər şeydən narahatdır. Güzəranı çətinxalqından tutmuş təhlükə ocağına çevrilmişdünyasının taleyinədək- hər şeydən narahatdır. O nə istəyir onu şerinin mövzusuna çevirir. Təhsin Mütəllimov yazır:" Şair böyük vurğunluqla, əzmlə qurub-yaradan insanın qəhrəmanlığından, yaratmaq eşqindən danışır ("Metro fəhləsi"), xalqımızını tarixi abidələrini vəsf edir ("Qızqalası"), ana torpağın halal çörəyininmüqəddəsliyindən söhbət açır ("Şirvan". "Çörək"), azad, məsud yaşamağın nə böyüksəadət olduğunu bir daha xatırlayır və xatırladır".

Fikrət Sadıq şerlərində qaçqınlıq ömrünüyaşayan insanların taleyini yaşayır. Didərginlikdamğası, yurd həsrəti onu hər şeyini itirmişinsana döndərir, onları özü kimi duya bilir: səbirkasası daşmış, qocalıb əldən düşmüş insan qəlbinisgilli ölmək istəmir. Onda "yanar torpağım, daşım"-deyir. Çadıra mıx çalıb asdığı şəklinarxasına vəsiyyətini yazıb. O, özünü arxalıköpəklərin basdığı qurda bənzədir, "namərdtəpikləriylə tapdalanan" yurdam deyir. Bu qış daburda qalsa, qarda, çovğunda, yağışda ağlınıitirməkdən, qəzəbinin selə dönəcəyindən, kininin-küdurətinin coşub daşacağından qorxur. Onagörə o qoca qaçqın bu ağır gündən qurtuluşuözümüzün gücündə axtarır."Dəyənək

316

götürməsək donuz darıdan çıxmaz"- deyir. Üzünü xalqına, millətinə tutub məsləhətini verəno qoca qaçqın vətəndaş millətini, xalqını, torpağını sevən, torpağı əlindən gedəndənəzizlərinin dərdini-sərini duyan ürək sərrafı, qəlbsirdaşı, içində Təbriz, Qarabağ, Göyçə dərdigəzdirən, yaraları o qaçqın, didərgin insanlarıgörüncə qövr eyləyən xalqın sözünü deyən, könlündən keçəni yazan şairin özüdür. Bu təkcəçadırdakıların dərdi deyil, ümumxalq dərdidir. Odərdi el yığılıb yüngülləşdirməlidir, onun yeganəbir çarəsi var, o da qaçqın babanın dediklərindəkihəqiqətdir və onu anlamalıyıq, papağımızıqabağımıza qoyub fikirləşməli, bir iş görməliyik:

A mənim çadırdaşım!A əzizim, qardaşım.Adi söz, xoş qılıqlaTorpaq qayıdır məgər?İş belə getsə əgər,

Yenə bəlalar çəkər,Bəlalar çəkən başım!

Qələbənin bir yolu var; ayağa qalxıb, silahgötürüb, düşmən üzərinə getmək, torpağıyağmalayan düşmənə müharibə elan etmək, döyüşə girib qanımız-canımız bahasına da olsabelə Qarabağ dərdinə əlac qılmalı, yurdsuzları özyurdlarına qaytarmalı, nəm, soyuq çadırlardaçürüyən millətin həsrət yükünü çiynindən aşırıb, sevinc nəsib eləmək, qol gücünə, zor gücünə

317

düşmən üzərində qələbə çalmaq, onlarınburnunu ovub, bir dəfəlik ona kim olduğunugöstərməliyik. Fikrət Sadıq bunu deyir; gahqəzəblə, gah yalvarışla, gah öyüdlə-nəsihətlə, gah qınaq içərisində deyir.

O bu sözləri deməyə bilmir, dərdi yazmayabilmir. O, yazılanları görür, o yalan təriflərədözmür, millətin naləsini unudanları, mənasızşeylər yazanları, xalqın başını qarışdıranlarıgörüb, onları bağışlaya bilmir, ona görə dəhəqiqəti, doğrunu yazır. Acı da olsa o həqiqətiistəyir qoy hamı bilsin, bir çıxış yoluaxtaranlardan olsun. Düzün ortasında gördüyüçadır, o çadırdakı insanların gözlərindəki kədər, üst-başı şairin qələminə qüvvət verir. Dünyanındərdi, qayğısı, millətin keçirdiyi hisslər, gün-güzəran, ömrün əzabı, varlı-yoxsul təbəqəsinəbölünən dünya-İnsanın insana qənim kəsildiyidünya onu yazmağa vadar edir. Bu şöhrətli-şanlıVətənin "bilməmişik qədrini" deyir şair:

Dərd ərşə bülənd olub.Zaman-zaman, dəfə-dəfə.Para-para olduq, yetər.Biz para-para olduqca,

Parça-parça oldu vətən!Zəmanə şairin nəzərində hər şeyə əl atıb;

ölçüləri də dəyişib zəmanə, bazarı "gözbağlıca" meydanına çevirib, bazar-alver məfhumları artıq

318

özünü dəyişib. Alver al -sat olub. "Ucuz alıb, baha satmaq" bizi hara aparıb çıxaracaq:

İnsaf itdi, mürvət batdı,Al-sat bizi aldı satdı.Varlıların varı artdı.Yoxsulları sızlatdı bu.

Necə ki, "Dərman" şe'rində şair gördükləriniqələmə alıb, dərmana su qatana, damcısındanoğurlayana Allahını unutmamağı məsləhət görür:

Yuxudan durub hər sabah,Başını qaldır göyə bax.Bəlkə də yada düşə Allah,Şeytanı dost tutma bala!

Şairi dərdə salan milləti aldadan bunadanların əməlidir, özü də çirkin əməli, axıdərman bir dərdin çarəsidir. Südə su qatıbsatıbsan, buğdaya vələmir, arpa qatıb satmısan, "ucuz alıb, baha" satıb baş kəsmisən, alqı-satqıda çoxların aldadıb-alçaltmısan, çəkidaşlarının içini oymusan, nələrə əl atmamısan, bu alver "al- sat"qısında, barı dərmana qıyma, İnsan!

Südə su qatdığın olub.Dərmana su qatma, bala!Can-dərmana umudludur,Canı pula satma bala.

Əlli damcı hər şüşədən,Əlli yığıb daş -baş edən.

319

Əl çək, bu alçaq peşədən,Milləti aldatma bala.

Qara Qarayevin "Üçüncü sinfoniyasınıdinlərkən" şair o musiqi sədalarında nəyi görmür; bu musiqidə Osvensim fəryadını duyur; dalğaların parçalanmasını, "qayalarınovulması"nı, Dədə Qorqudun səsini, Kərəminyanğısını, bir tanış çiçəyin qoxusunu, sevdiyidoğma yurdunu duyur. Eyni zamanda businfoniyada dünyası üçün narahat bir ürəiynçırpıntıları, döyüntüləri eşidilir. Böyük sənətkarınyaratdığı bu gözəl sənət əsərinin şair Fikrətsözlərdən rəsmini çəkir, tablosunu yaradır. İnsanarzulardan sarayı olan dünyada şairlə bəstəkarınarxalandığı ümidin çırağında yeriyir.

Onun yaratdığı əsərlərdə böyüklüyünə, kiçikliyinə baxmayaraq böyük məna var. Hələ 60-cı illərdən ədəbiyyata gəldiyi illərdə F. Sadıqözünə "cığır" açıb. Elə bir cığır ki, o B. Vahabzadə demişkən "yalnız özü üçün deyil, başqaları üçün də yaşamaq" naminə yaradıb, qurub. Mirvarid Dilbazi onun yaradıcılığnadərindən bələd olan bir xalq şairi kimi böyükuzaqgörənliklə demişdir:" Fikrətin "Bulud", "Cığır" və xüsusilə xalq əfsanəsi əsasında yazdığı "Anaəli" poeması onun gələcəkdə yaxşı bir şairolacağını göstərir."

"Oğul" pyesi şairin yaradıcılığındaözünəməxsus yer tutur. Burada İkinci dünya

320

müharibəsinin dəhşətlərini, özündən sonra qoyubgetdiyi ağrı-acıları çəkən insanların mənəviiztirablarını, övlad məhəbbətini ümumiləşdirir. Burada Toğrul kəndə işıq çəkməyə gələn gəncişıqçılardan biridir. Quram kişi gürcü xalqınınnümayəndəsidir. Əsrlərlə dostluq, qardaşlıqideyalarına hörmət bəsləyən, mehriban qonşuluqşəraitində yaşayan gürcü-azəri xalqının ən yaxşıkeyfiyyətlərini özündə cəmləşdirənobrazlardandır. Oğlu Nikonu müharibədəitirəndəndən ata təkdir. Təsadüfən gördüyüToğrul onun Nikosuna oxşadığından bir atamehribanlığı ilə onu tez-tez görməyə gəlir və hərdəfə də Nikoya bənzətdiyi Toğrul qoca kürcüyəoğul mehribanlığı ilə yanaşır. Toğrul qocanınıkönlünü almaq, dərdlərini yüngüllətmək üçünQuram kişiyə, onun gözüyaşlı ovlad həsrətliqarısına tez-tez baş çəkir. Sadə insanlarındostluğundan, qardaşlığından bəhs edən buəsərdə bir-birinə bənzəyən insanların daxili istəkvə arzuları üzə çıxır. İki xalqın bir-birinə bəslədiyibu səmimi münasibətlərin kökü dərindir. Kəsəmən kəndində bir az dost evində qonaqqalan Quram kişi Toğrulu oğlu Nikoya bənzədir. Ondan gördüyü övladlıq duyğularının, məhəbbətinin səmimiliyinə inamından Nikoyabənzətdiyi Toğrulu öz övladı Niko kimi qəbul edir: "Eşit çöl, siz də eşidin ulduzlar. Sən də eşit, buruq, sən də, sən də ey səhər yeli… ağ

321

yalanmış qara kağız, oğlum sağdır, sağ! Dostelində işıqçıdır. Bir gün sabah sağ - salamatqayıdacaq, evimizə dönəcək. Sağdır, oğlumsağdır."

Quram kişinin bu sözlərində onun övladitkisindən doğan mənəvi sarsıntıları, onabəslədiyi məhəbbəti yaşayır. Şair onun qəlbindənkeçən hissləri təsirli ifadələrlə verir.

322

MƏHƏBBƏT

Fikrət Sadığın məhəbbət lirikası dabənzərsizdir. Onun lirik qəhrəmanı özüdür. Saçına vaxtsız dən düşmüş, dünyanın qayğılarıbəyaz əlini çəkmiş saçlarının vaxtsız ağarmasıda şair üçün problem yaradıb. Əsrin dörddə biriniyaşamış, gənclik illərini başa vurmamış, hələsevilməmiş, lakin sevdiyi gözəlin gözündə qocagörünən şair öz fikir və duyğularını təsirli bir dilləifadə edir:

Baxıb oğrun-oğrun mənə gülənqız.Saçlarım ağsa da qoca deyiləm.O saçlar sinəmə bir-bir çəkilənDərdsə də, dağsa da qocadeyiləm.

Onun lirik qəhrəmanı yarın vəfasızlığındangileylidir. O, başqa cür sevgi, həsrət ilə yaşayır. O istəyir ki, sevənlər həmişə bir-birinə can deyib,

323

can eşitsin, hicrana dözmədiyini açıq ürəklə etirafetsin. Onun sevdiyi insan isə lirik qəhərəmanaelə "yan" deyir və odur ki, aşiq yana- yana qalır. Bəzən lirik qəhərəman sevdiyi insanı insafamürvətə çağırır:

Yar yarını qapıda çox saxlamaz.Yar yarını bu dağ ilə dağlamaz.Öldürmə ki, bir kəsim yoxağlamaz,Aşiqlərdən bir nişanə qalmışam.

Lirik şe'rlərində F. Sadıq qəlb çırpıntılarnınıda nəzərə alır. Onun lirik qəhərəmanı sevdiyiinsana məhəbətini bildirmək istəyir, ancaqçətinlik çəkir. İstəkli yarı ona baxmır. Lirikqəhərəman "eşqin gözü kordur" deyən düz deyibfikriylə, bu hisslə alışıb yanır:

Bulud kimi hicran alıb üstümü,Alışıram görən yoxdur tüstümü.Hirsləndimi, utandıimı, küsdümü?Yerə baxır mənə sarı baxmayır.( "Baxmayır")

Bir baxışın həsrəti şair üçün yaman dərddir. Sevdiyi insana bu dərd, qəm üçün narahatlıqkeçirməyən qızın susmasını şair yarın nazı kimiqəbul edir və əlində ixtiyarı olan yarı bəxtiyarsayır. Hər qəmzəsi sinəsinə dağ çəkən yarınədası, nazı dözülməzdir. Lirik qəhərəmanı daraçəkən budur.

324

Məhəbbət kimi əbədi, bəşəri bir mövzuyamüraciət edərkən şair insanı nəcibləşdirən, kövrək və zərif duyğuları ön plana çəkir. Görüşünə getdiyi gözəlin gecikməsi hansısasəbəbdən gəlib çıxmaması onun doğurduğuhəyəcan və təlaş lirik bir dillə ifadə edilir. Lirikqəhrəmana ümid verən, "gözlə"- deyən sərinbulaq, qoşa qovaq, "düşən yarpaq" onunla sankihəmsöhbətdir. Onların baxışlarındakı ümidişığında isinənsə də, gerçəkliyi qəbul etməli olurki, o gözləsə də yar gəlmədi. O intizardan doğanqüssə, kədər, ümidsizlik göz yaşlarına çevrilibaxır; özü də bir başa yarın qapısına axır:

Göz yaşlarım gilə-gilə,Axıb getdi yarım gilə.Hər dəqiqəm döndü ilə,Mən gözlədim yar gəlmədi.

("Yar gəlmədi")Məhəbbət şairin əsərlərində bir dünyadır.

İnsan qəlbinin sonsuz istəkləri, ülvi duyğuları, hiss və həyəcanları təbiətin, kainatın gözəlliklərivə bütün bunların insanda doğurduğu əhval-ruhiyyə o məhəbbətin bir parçasıdır. Təbiətinəsrarəngiz gözəllikləri insanda ona qarşıməhəbbət yaradır. Sevgi insan üçün həyatdır, mənalı həyatdır.

Sevgi bütün əsrlərdə-dünya-insanməhfhumları ilə birlikdə poetikanını mövzusuolub. Klassiklərimiz onu daha yüksək zirvələrə

325

qaldırıb. Məhəbbət bəşəri mövzudur, eynizamanda ictimai mövzudur. Həmid Araslı klassikməhəbbət lirikasından bəhs edərkənyazırdı:"Orta əsr vətəndaşları azadlıq uğrundaapardıqları mübarizənin ilk pilləsində mənəviazadlığı könül aləmində, məhəbbət aləmindəbərabərlik tələblərini məhəbbət mövzusundaəbədiləşdirirdilər".

F. Sadıq ən gözəl ədəbi ənənələrəsöykənərək sevdiyi insana olan məhəbbətiniifadə edir. O, o insana bəşəriyyətin anası, gələcək övladının tərbiyəçisi kimi baxır. Yalnızbelə sevgilər bəşəri ola bilər. O, insanı, onungözəlliyini, sevgisini, mənəvi aləmini öz ruhuna, öz xarakterinə uyğun bir tərzdə tərənnüm edir:

F. Sadığın məhəbbət mövzulu şe'rlərindəkilirik tutum könül oxşayır:

Qoy başını çiynimə gülüm,Qoy uzansın bu qatarın yolu,Ç iynimdə daş daşıdığım olub,Dərd daşıdığım olub,Bu da qismətimdə varmış,Ç iynimdə gözəlllik dədaşımalıyammış.Qoy başını çiynimə, gülüm,Qoy uzansın bu qatarın yolu.

Dünyanın çox qayğılarını çiynində gəzdirən, onların ağırlığından yorulub şikayətlənən, öz-özlüyündə inciyən, küsən şair "bu da qismətimdə

326

varmış" deyəndə də bəlkə də bu qayğının o biriqayğılarar bənzəmədiyindən, qəlbinə, ruhuna birsevinc gətirdiyindən "qoy uzansın bu qatarınyolu" deyir.

O, sevgi duyğularını da misraya çevirəndəehtiyatlıdır. Ç iy, şit, bayağı məhəbbət FikrətSadıq qələmindən çıxmayıb, onunyaradıcılığında bu mövzu müəyyən bir sədd, çərçivə daxilindədir. abır, həya, ismətçərçivəsində:

Sənə min göz baxıb, alışa, yanan.Bir cütü yadında qalıbmı görən.Hamıya bir gözlə baxma, sonala!Axı onlar kimi baxmamışam mən.

Bu göz tünlüyündə qarışıqdüşüb,Gözünə dəyməyib gözlərimyəqin.Gözündən könlümə bir işıqdüşüb,Sönüncə yolunu gözlərəm sənin.

Gözündən könlünə düşən o işıq nurunu"yığa-yığa taparam səni" deyən lirik qəhrəmanınbircə arzusu var:

Gözündən könlümə nur sapıdüşüb.Onu yığa-yığa taparam səni.

327

Bircə arzum qalıb-bir dəgörüşüb,Sevda dünyamıza aparam səni.

Göz görüb könül sevdiyinə vurğun şair busevgini unutmaq fikrində də deyil:

Bir an olmamısan gözümdəniraq.Sənə səndən yaxşı göz olubeşqim.Göz görüb bəyənsə, ürəksusacaq,Gözə yazılanı dəyişməz heç kim.

Bu misralarda lirik qəhrəmanın könülduyğuları, görüb sevdiyi insana olan saf hissləritərənnüm olunur. Gözü yollarda qalan intizarlıaşiq bildirir ki, bir soyuq ürəkdə sevgi oyatmağabir gözün bir gözə hökmü çatar. Gözünün kökünühicran saraltmış, üstünə həsrət dumanı çökmüş, sevdiyini görmədiyindən "bu boyda dünya" gözünə görünməyən göz dolusu məhəbbətləbaxdığı insana könlündən keçənləri elə şirin birdillə izhar edir ki, bu qəhrəman Məcnun kimidivanə, Kərəm kimi odda yanan pərvanə olmasada, sevgi dəryasında onlardan heç də pisüzməyən qəvvasdır.

Şairi həyata konkret baxışları hər bir şerindətəzə, oricinaldır. "O axşam yadındamı" şerindəyığcam və lakonik bir lövhənin portretini cızır. Fikrin poetik gözəlliyinə nail olur. O gecə küləkli

328

bir gecədə yoxuşa doğru deyə-gülə qalxmaqistədikləri cığırda külək onlara "qənim" kəsilib", lirik qəhrəmanın "isti" kəlmələrini dodağındasoyudurdu. Ürəyi dolu lirik qəhrəmana "bəhanə" olan külək sevgi yollarında hələ cəsarətləaddımlaya bilməyən bir qəlbin sədalarıdır. Lirikqəhrəman o axşamın əbədiliyini istəyirdi və"vüsallı bir ümiddən" kəlmə-kəlməqaçdıqlarından narahat idi. Hicran zirvəsinəqalxdıqlarını görürdü və bu gecənin küləyi onusanki xəbərdar edirdi, narahat edirdi ki, küləkbəlkə bir sınaqdır; "bəlkə sabah tufanlara dözəbilmədik". O gecənin qorxusu, hürküsü, narahatlığı şerin sanki konteksində cəmlənib. Qəfil əsən o külək kimi ümidləri küləklərə çırpılansevgi notları yarımçıq qalmış ürəklərin mahnısınıçala bilmədi və burada külək, qorxu əslində lirikqəhərəmanın ilk sevgi hisslərini göyərtmək, busevgiyə, vüsala yetişmək, onu qorumaq hissləriniifadə etmək üçündür. Və hisslərində yanılmayanqəhrəmanı kədərəlndirən anlar gəlib çatdı. "Eşqimizin sədası daşa dəyib qayıtdı" deyir. Buayrılıq onu tək qoydu. "Tək qaldım, yenə tək, təkqaldım yenə tək". Yalqızlığım tənhalığımağırlıqları çökmüş misralardır. Və bu tənhalığıinsanlıq dünyasına, sevən lakin sevgisi daşlaradəyən ürəklər üçün daha ağır, daha tirtapınadözülməzdir.

329

Təklik, tənhalıq haqqında düşüncələrinimüxtəlif təbiət- yağış, külək, tufan hadisələrininpoetik tərənnümü vasitəsiylə insan sevgisini, ülfətin gözəlliklərini verir, tənhalığın doğurduğuqüssə, sıxıntı son o iki misrada "tək qaldım, yenətək" də poetik ifasını alır. Tənha qalan insan ağırkədərin ürək sıxıcı, üzüntülü fikirlərin əlindəçəboğulur. Onun lirikasında ümumbəşəri mövzular, motivlər, həyat sevgisi güclüdür. Çerneşeviski"Sənətin varlığa estetik münasibətləri" əsərindəyazırdı ki, "dünyada ən əziz olan şeylərin ənülvisi və ən əzizi həyatdır. Əvvəlcə elə bir həyatki, onu insan istəyir, sevir: sonra isə hər hansı birhəyat, çünki hər halda həyat, yaşamaqyaşamamaqdan yaxşıdır, canlı olan hər şey öztəbiəti etibarı ilə ölümdən, yoxluqdan qorxur vəyaşamağı sevir." Fikrət Sadıq bu həyat hissini, yaşamaq ehtirasını mə'nalı, düşündürücüifadələrin içində verir:

Bir tufanlı dənizi üzüb keçəbilərəm.

Bir lalə dərmək üçün.Bir keçilməz meşəni iki bölüb

gələrəm.Bir bulaq görmək üçün.

Bir qaranlıq dərənin dumanınıadözərəm.

Bir dağa qalxmaq üçün.

330

Bir sonsuz kainatı ulduz-ulduzgəzərəm,

Günəşə baxmaq üçün.F.Sadıq bu misralarında yaşamaq, görmək,

sevdiyi həqiqətlərə doğru çırpınmaq, o arzularaçatmaq, yaşamaq, özü də mə'nalı yaşamaq, dünyanın gözəlliklərindən kam almaqla yaşamaq, mə'nalı ömür sürmək istəyən insanını arzularını, romantik duyğularının işığında tərənnüm edir.

"Baxışların" şerində ilk məhəbbətin onaverdiyi əzabları, bu sevginin getdikcəunudulduğunu, fəqət öz sevgi alovlarınınsönməsinə baxmayaraq həyat dəyişsə dəindiyədək dəyişməyən "baxışların" özündəgizlətdiyi dərin mənaya diqqəti yönəldir. Uşaqlıqda eşitdiyi bir nağıl kimi yadında qalan ilkməhəbbəti, ilk arzusu daşlara çırpılmış lirikqəhrman illər ötsə də hələ də o baxışlarıdəyişməyən insandan sorur ki:

Ocaq sönər, külü qalar birməsəldir,Heç birimiz alışmarıq əvvəlkitək.Anlat mənə, öyrət mənə bu nəsirrdir.Sən dəyişdin, dəyişməyibindiyədək

baxışların.(Baxışların)

331

Pafoslu sözlərdən, romantik duyğulardan çoxreallıq üzərində köklənmiş bu misralar da FikrətSadıq qələminə məxsusdur:

Sənə can atanQanadlarım yorulmadı.Həsrətim ovulandaTöküləndə payızımdan,Ümidimin yarpaqları,Heç olmasa bircə dəfə düşünməni barı.

Qanadlarım gərilər,Həsrətim bərkiyər.Yaşıllanar baharındanTumurcuqları ümidimin,Heç olmasa düşün məniBircə dəfə.

O sakit bir səslə öz sevgisini, qəlbininçırpıntılarını, könlündən keçən istək və arzuları, səmimi, saf duyğularını açıb söyləyir. Şair çoxgözəl bilir ki, insanı həyata bağlayan, onuyaşamağa ruhlandıran, onda ən nəcib duyğularoyadan ümid məhəbbət aləmində həm də birinsan taleyini həll edir:

Sırğamın qaşı zümrüd,Gözümün yaşı zümrüd,Sən küsü içindəsən,Məni bürüyüb ümid.Az qalıb.

332

Azca qalıb.Birinci zümrüd giləmKipriyimdən dammağa,Ümidimi qırma ha.

Sırğamın qaşı yaqut.Gözümün yaşı yaqut.Bir kəlməm söz olubmuş,O biri kəlməmi unut.

Bu məhəbbətin özülü sınanılmışdırsa, ümidgöyərə bilər, ümid sevinc gətirə bilər. "Ayrılıq" Fikrət Sadıq üçün həm də sevgidə etibarı, vəfanısınamaq üçün karına gəlir. Məhəbbət cəfasızolmur. Məhəbbət o zaman lirik qəhrəmana zövqverir ki, o bir sıra yolları adlayıb, ağırimtahanlardan keçmiş olsun. Ayrılıq imtahanışairə imkan verir ki, özünü tanıya bilsin. Sevgisində, məhəbbətində dəyanətini qorusun. Ayrılığı sehirli üfüqə bənzədir, o üfüqdə Günəşdeyil, görüş doğulur. Görüşün yaratdığı fərəh dəayrılıq yükü kimi çəkidə ağır gəlir:

Ayrılıq sevgiyə mizan-tərəzi.Onu əyə bilər bir qumcapərsəng.Daha bərk sevməkçin bir-birimizi,Arabir beləcə ayrılaq gərək.

"Dünyada əbədi ayrılıq" olduğundan danarahat olan lirik qəhrəman beş günlük, bir aylıqayrılığa dözməyi öyrətmək istədiyi sevgilisinə bu

333

həqiqəti acı olsa da qəbul etməyə çağırır. Təbiətin qanunlarına boyun əyməli olan insanövladı elə şeylər var ki, onun qarşısında acizdir. Fikrət Sadığın lirik qəhrəmanı kimi:

Gəl görmə onun da suçunuməndə.Möhkəm olmalısan indən beləsən.Bir gün mən əbədi köçübgedəndə,O son ayrılığa dözə biləsən.

Lirik qəhrəman ayrılığın əzabını çəkmişinsandır. Bir gecəlik ayrılığın ona verdiyi ağrı-acışairin kövrək misralarında tüğyan edir. Ömrününçox ayrılıq gecələri olmuş insan çox uzun çəkənbir gecənin ayrılığından danışır:

Çox uzun çəkdi bu gecə,O birilərinə bənzəməz.Gecənin bir ətəyi

Sən olan tayda.Bir təyi mən olan tayda.Sən ordan çək,Mən çəkim burdan-

Açaq səhəri.Çox olub ömrümün

Ayrılıq gecələri.Çox uzun çəkdi bu gecə-O birilərinə bənzəməz!

334

O gecənin ulduzunda, ayında gördüyü insanelə sevdiyi insan olub. Həsrətində olduğu, ayrılığına dözmədiyi o insan, insanı həqiqətdənuzaqlaşdıran romantik xəyallara qapılmaqdan, gileysiz-güzarsız, aşıqlarımızın, şairlərimizinişlətdikləri ifadələrdən istifadə etmədən ürəkdənqopan hərarətli misralarla verir. Onun məhəbbəthəyəcanlarında bir həyat eşqi var.

F. Sadığın ömrü-uşaqlığı, gəncliyi atahəsrətilə göynəyib, ata məhəbbətilə ovunub. Onun üçün ata başqa bir varlıqdır. Fikrət Sadıqüçün ana bir dünyadırsa, ata insanı dünyadayaşadan ümid, arxa, dayaqdı. Şair bu ümidlərinacısı olub. Ümid onu aldadıb. Və aldada-aldada, uşaq kimi başını tovlaya -tovlaya uşaqlığını, gəncliyini ötüşdürüb. Və bir də görüb ki, sonsuz, nəhayətsiz bir sevinc kimi atası yenidən ömründəpeyda olub, sevinən, gülən gözlərinin sevincyaşları qurumamış ümid onu elə aldadıb ki, bir dəgörüb ki, ümidli, gümanlı günləri yağlı əppəy olubgöyə çıxıb. Və ona ümidin verdiyi heç nəolmayıb, yalançı xoş xəyallardan başqa. Və birgün acü həqiqət qapısını döysə də, onu uşaqkimi indiyə qədər aldadır, elə uşaqlığından yetimqonmuş ümidə qarğış, nifrin yağdırıb:

Ümid yaman yerdə aldatdı məni,Ümidin ümidi qırılsın görüm.Ala gözlərini alıb apardı,Əcəlin gözləri kor olsun görüm.

335

Bu son ayrılıqmış, necəbilmədim?Quş olub yanına uça bilmədim.Yetimlik əlindən qaça bilmədim,Taleyin qapısı vurulsun görüm.

Sinəmə çəkilən ata dağıdır.Təsəlli bir azca kədər dağıdır.Hardan biləydim ki, vida çağıdır.Ölümün öz yeri gor osun görüm.

("Ümidə qarğış")"Ümidin ümidi qırılsın görüm", "Taleyin qapsı

vurulsun görüm", "Ölümün öz yeri gor olsungörüm" bu tapıntılar insan təfəkkürününün, insanəzablarının zəngin poetik dünyasınınməhsuludur. İnsan əzabları, çəkdiyi mənəvisarsıntılar, ən əziz insanın itkisindən doğankədər, qüssə, bu hisslər bizlərə doğmadır və şairinsan kədərini, qüssəsini belə incəliklə, həssaslıqla ifadə etməkdə mahirdir.

"Bir ovladın" şerində ana nəvazişi, anaqayğısı mahnılara, laylalara hopmuş analıqhissləri vəsf olunur. Bir övladın başı üzərində özilıq nəfəsilə, nəğməsilə körpəsini ovutması şairinəsərlərində əlvan, poetik bir dillə verilir:

Bir övladınBir ömürlükQayğısı-

336

Ödəməz,Bir körpəninBaş ucundaÇalınan bir laylasını.Ah! Ana laylası, ana laylası!

Bu misralarda körpənin rahatlığı üçün ananınkörpənin beşiyi başında söylədiyi laylanın ülviliyiqüvvətlidir. Bu laylanın içində də bir məhəbbətyaşayır ki, onsuz insanlıq dünyası ola bilməz.

Cəfər Cabbarlı, Səməd Vurğun, Əli Kərim, Bəxtiyar Vahabzadə və digər şairlərimiz özşerlərində ana məhəbbətini, analıq duyğularını, övlad-ana sevgisini böyük sənətkarlıqlatərənnüm etdiyi kimi Fikrət Sadıq da özşerlərində bu məhəbbəti özünəməxsus, bəzəksiz-boyasız lirik duyğularla vəsf edir. Anasından uzaq düşmüş bir körpə kimi onuxatırlayır, kəşməkeşli yaşıyan anasını "donubqalmış mənam mənim" adlandırır.

Narazı getdi dünyadan,İncimək olmaz anadan.Bu mənasız zəmanədə,Donub qalmış mənam mənim!

("Anam yadıma düşəndə")Şair "Anam yadıma düşəndə" şerində sanki

doğma ana əli ilə döyülən, lakin dünyalar qədərsevilən, ana-övlad məhəbbətini dərindən duyanbir insan kimi F. Sadıq bəzəksiz, boyasız anaməhəbbətini real cizgilərlə tərənnüm edir. O,

337

ananı obrazlı şəkildə göylərə qaldırıb, realhəyatdan təcrid olunmuş şəkildə tərənnüm etmir. Onun ana-bala sevgisinin tərənnümündə bədiitapıntısı daha real, daha tutumlu, daha gözəldir. Ə. Ağayev yazırdı ki, "Poeziyada sənətkarlıqhaqqında danışarkən, ümumiyyətlə bədiiyaradıcılıq üçün çox mühüm olan bir cəhətini-yaradıcılıqda müstəqil olmaq, öz yolu ilə getmək, özünəməxsus bir şəkildə danışa bilməkməsələsini unutmaq olmaz".

Şerdə şair təmiz, kövrək duyğularla "başıbəlalar çəkə-çəkə" başına dolandığı anasınınona nağıl danışmasında, incidəndə "boğazdanyuxarı yumşaq "qarğış" larında yaşayandoğmalığı daha da poetikləşdirir. Kövrək şairanaya bəslədiyi yüksək, ülvi məhəbbətdən doğanduyğularını "Ana əli" poemasında daha obrazlışəkildə vəsf edir. Qədim bir rəvayətdəngötürülmüş mövzunun sücet xəttini başdan-ayağa ana məhəbbəti, ana qayğısı, anamüqəddəsliyi təşkil edir. Şairin nəzmə çəkdiyirəvayətdə deyilir ki, xəstə, ölüm yatağında olanana ərini yanıa çağırır və körpələrini ona tapşırır. Ölümünün yaxınlaşdığını duyan ana ondan xahişedir ki, işdir evlənsə, evə başqa qadın gətirməliolsa kövrək ana ürəyi balalarının ögeylik dərdiniçəkməməsi üçün vəsiyyət edir ki;

Odur ki, mən ölən tək,Əlimin birini kəs.

338

Qurudub saxla evdə.Evin "təzə gəlini"Saxlamayıb əlini,Əgər döymək istəsə,Ciyərparalarımı,Qoy öz əlimlə döysün.Ağrıyan ürəyimibir ana kimi duysun.

Ana canını övladlarına və ərinə tapşırır. Ərananın etdiyi "vəsiyyəti yerinə yetirir. Ananınqaxac əlini zərxaraya büküb qızıl mücrüdəsandıqda gizlədir. Bir müddət keçəndən sonraata evə qadın gətirir. Səhərdən axşama kimi çöl-bayır işində olan ata övladlarının döyülməsindən, söyülməsindən xəbərsiz qalır. Ögey ananınqəddarlığına dözməyən körpələr xəstələnir, evəhəkim çağırılır. Dünya görmüş

Loğman ataya baxdı,Loğman "anaya" baxdı.Yetimlərin gözündəDonan mənaya baxdı.Dedi ki: "birdən-birə,Bunlar azarlamazdı.Bir "ah" da çəkib bu an, Xəstələrinə dərman,"Ana əli"ni yazdı.

Atanın ögey ananın yalanlarına uyub daşadönmüş ürəyi od tutub yanır. Gözündən qəflətpərdəsi götürülən ata balalarının dünyadan

339

vaxtsız getmiş anasının arzusunu yadına salır. Və bir zaman etdiyi vəsiyyət sinəsini parçalayır. Mücrüdəki qurumuş əli ögey ananın qarşısınaqoyur və onun etdiyi vəsiyyəti övladlarına yadolan bu qadından gizlətmir. Yad da olsa buqadına duyduğu ehtiyac onu məcbur edir ki, innən belə də olsa, nə edəcəyini ona anlatsın:

Başa saldı "ana"ya:Əgər qalmaq istəsən,"Qal"-dedi."Amma qalmaq istəsən,gəl bu əli al"-dedi.Analarına oxşa."Döyəndə bu əllə döy,oxşayanda da oxşa!Unutma ki, anasan,Analıq deyil asan!"

F. Sadıq şerlrində bu müstəqilliyi, özünəməxsusluğu qoruyan, onu şəxsi duyğularlazənginləşdirən bir şair kimi diqqətimizdənyayınmır. Onun mühakimələri, düşüncələriqəlbindən gəlir. "Cığır" şerində şair tənhalığınonda yaratdığı üzüntülərdən gileylənmir. Oinsanlara olan məhəbbətini ifadə edir. İnsaniülfəti, həyatda bir-birinə gərəkliyi əsas tutur.

Şairin şerlərində bəşəri mövzular əsasdır. O, dünya, kainat, insan, ətraf aləm haqqında fikrinireal cizgilərlə verməkdə mahirdir. Məhəbbətmövzusu şairlərin, qələm sahiblərinin ən çox

340

müraciət etdiyi mövzulardan olduğundan FikrətSadığın bu mövzuda yazdığı əsərləri dənəzərdən keçirilərkən samballı sənət əsərləri kimidiqqəti cəlb edir.

Sinəsinə çəkilən ata dağı şairin bütündünyasının yenidəni"alt-üst" edir. İllərlə qarlı -çovğunlu Sibir, Uzaq Şərq çöllərində əsir-yesirolan atasının son məkanı- yeri müqəddəs vətənolması qəlbinə təsəllidirsə, ata dağını görəngözlərinə çökən kədər, qussə, duman-çən kimiömrü bir şaxtaya, qara bürüyür. Ata sevgisi, ataqayğısı, ata məhəbbəti şair üçün qənirsiznemətdir. Ata itirən övlad bu sevgidən məhrumolduğundan göynəyir, içini yeyib tökür:

Quru təsəlliyə təslimdir qəlbim.Quru təsəlliyə möhtacam indi.Köklü budaqlarım yaşıl qalsa da,Kökünü sel yumuş ağacam indi.

("Təsəlli")Bir zaman ümid məndən üz döndərsə, qorxu

pəncrəmi döysə bir "əlimdən qopuz tutar, birəlimdən Dədə Qorqud" deyən şairin bütüninamları aldığı acı xəbərdən bir andaca ölür. Dözümü, vüqarı yuxalır, ata yoxluğunu duyanürəyi dizlərini bükür, belə olanda şair təbiətinpaxıl olduğunu duyur. O paxıllıq ki, təbiətinqəlbində özündən uca görəndə onu "gödəldir". İnsana bir yandan mərhəmət, insaf öyrədir, o biriyandan balanı atasız qoyur, yuvaları dağıdır.

341

İnsana bəşəri duyğular arzulayan ana təbiətindaxilindəki bu təzad, ziddiyyətlər, onu insanduyğuları qarşısında cavabsız, günahkar kimidayanmağa məcbur edir. Nədir təbiətin, insanainsanlıq aşılayanın qəlbindləki bu paxıllıq ki, qoymur insan övladlının ömürlük sevinciçərisində yaşamağa, bir səhəng qara boya kimiatır onun bəmbəyaz ağappaq qar yorğanınüstünə. Onu dəyişir, onu bahar buludları kimidoldurur, gözünün yaşını sel kimi axıdır, qəlbiniqırır, küskünləşdirir və insan balası özyaradanına ağ olur:

Dünyanın günləri ağlı-qaralı,Tutmaz hər gələnin burda qərarı.Qəlbimin başını duman, qar alır.Beş günlük dünyanı bicagörəndə.

F. Sadığın şerlərində ən zəngin məzmunlumövzulardan biri də övlad məhəbbəti, övladsevgisinin tərənnümüdür. O şerlərində həyatdaoldluğu kimi övladlarını sonsuz bir məhəbbətləsevən atadır. Dünyadan xəbərsiz "mışıl-mışıl" yatan körpəsini oxşayan ana nəvazişli sözlərindəümman dolu sevgi var. Döşəyi bir topa bulud, "Balışı" bir parça Ay, üstünü "ulduz" dolu maviörtük örtən Günələ layla çalır. Elə bir layla ki, duyumunda, sevgisində əsrlərin damarındansüzülüb gələn bir məhəbbət var, ata məhəbbəti; yerə-göyə sığmayan ata məhəbbəti.

342

Kəhkəşanı sapa keçirib,çarpayından asmışam,

səndən ötrü.Bundan o yana

Çatmır hünərim layla!Laylay Günəlim laylay.

Günəşin əlləri endirdiYerə səni.

Əllərini yandırmadı ki,Görəsən?Laylay Günəlim, laylay.

Günəş Günəlimlaylay!Ay Günəlim Laylay!

("Çarpayıda").Sevimli körpəsini Günəşə bənzədən şair ata

o günəşin işığında isinib. O günəşin sevgisindənürəyi, qəlbi "od" götürüb, qızınıb.

"Layla" şerində isə şair laylanın keçib gəldiyienişli-yoxuşlu yolları, qərinələri yola verən ününü, sədasını vəsf edir. "Dünyanın ilk körpəsiylə birzamanda doğulmuşam"-deyir layla. İlk ananıntəsəllisi, ümidgahı, ilk sözü, ilk pıçıltısı olan laylayşairin qəlbində başqa bir aləmdir, başqa birvarlıqdır. Həzin-həzin axan bulaqlar öz"şırıltısını", xəfif-xəfif əsən küləklər" öznəğməsini, dərdli kaman, yanıqlı ney öz səsinilaylanın özü demişkən ondan alıb:

343

Mən olmasam şıltaq-şıltaqkörpələri kim uyudar?

Yer üzündə bəstələnən ən biringinəğmə mənəm.

"Laylası şirin bala,yuxusu dərin bala,böyü, boya, başa çat,Toyunu görüm bala!

-deyir. Beşiklərə həmdəm, analara sirdaş, körpə gözlərinə yuxu, ümid, arzu, sevinc dolulayla dünyanın hər yerində - yer üzündə doğulankörpələri əzizləyən olub. Layla belə tərənnümolunur, vəsf olunur. Xalq ədəbiyyatında laylalar"beşik nəğməsi" də adlanır. Akademik AzadNəbiyəev yazır: "Laylalar, beşik başında analarınxüsusi ritmlə, ahənglə zümzümə etdiyinəğmələrdir. Onlarda ananın körpəsinə dərinməhəbbəti, onun bu gününə, sabahına bəslədiyiümid əks olunmuşdur… bəzən ana laylanınsözlərini təkrar etmir, ümumi ritmi zümzümə edir, həzin və ahəngdar bir musiqi yaranır. Bufüsunkar ritm səslərin ritmi və ahəngdarlığıdır, Buananın körpəsinə çoşqun məhəbbətlə yaratdığımusiqinin poeziyasıdır".

F. Sadıq "Layla" şerində laylanınkeyfiyyətlərini, xüsusiyyətlərini poetik bir dillə vəsfedir. İncə, lirik duyğularla, həzin, kövrəkduyğularla."Oğlum İlkinə" şeri elə təpədəndırnağa bir layladır. Ata laylası.

344

Onun balaca Ayseli də dünyadla elə şeyləristəyir ki, onlar bir qəlbə, ürəyə sığa bilər, evəsığışmaz. "Bös-böyük təyyarə", "up-uzun qatar", "yepyekə bir gəmi". O qəlb istəyir ki, onun istəyitəyyarəylə, qatarla, gəmiylə-nə ilə gəlirsə gəlsin, amma tez gəlsin. Gözü yolda qalan balasının, balaca Ayselinin qulaqlarına uzaq-uzaq yerlərdəngələn ata səsinə, nəvazişinə ehtiyacdır onu belə"böyük " şeylərdən yapışmağa vadar edən. Bəlkəbu, atanın özünün ürəyindən keçən tezlikləbalalarına qovuşmaq istəyidir. Bu istəkdə özünügörmək, özü kimi balasına, doğmasına, əzizinətezliklə qovuşmaq istəyindən doğan ülviduyğulardır desək bəlkə daha doğru tapmışolarıq bu istəyin kökünü. Hər halda övladməhəbbətinin intəhasızlığından doğan hisslərdirbunlar. Amma şirin hisslərdir, bəşəri hisslərdir, dünyəvi hisslərdir, insani hisslərdir:

Balaca Ayseləzəng elədim.

Dedim: "Nə alım sənə?""Bös-böyük təyyarə al", -dedi

dönə-dönə.Bir də zəng elədim

balaca Ayselə."Up-uzun qatar al"-dedi

elə…Sonra yenə zəng elədim,dedi: "Gəmi al mənə,

345

yepyekə bir gəmi"Bu arzular

körpə bir qəlbin,Görüş həsrəti deyilmi

bəs nədir?Təyyarə, qatar, gəmi

bütün bunlarmənə işarədir.

Bilirəm, qızım, bilirəm.Gəlirəm, qızım, gəlirəm.

F. Sadıq "Layla" şerində deyə bilmədiklərinidaha ürəklə, səmimiyyətlə deyir. Bir gecə anaqayğılı olmaq istəmiş, səhərədək oyaq qalıb, körpəsi ağladıqca ovutmaq könlündən keçmişata istəyinə nail ola bilmir. "kirpiklərimdən daşasıldı oyana bilmədim" -deyə təssüflənir. Təəssüflənir ki:

Bir ömür boyu ana olur analar.Mən bir gecə ola bilmədim.

Şair bu misralarda Ana məhəbbətinin, anaqağısının möhtəşəm bir heykəlini qurub.

"Ana qayğılı" olmaq arzusuyla bir gecəninqayğısını yaşaya bilməyən, oyaq qalammayaninsan-şair-lirik qəhrəman bu "etibarın" buqüdrətin sahibi olmadığından özünü suçlu bilir. Bir ananın illərlə çəkdiyi zəhməti, yuxusuzgecələrin ağırlığını, narahatçılığını utana-utana, çəkinə-çəkinəmi deyir ki, mən bir gecə anaolammadım, amma "bir ömür boyu ana olur

346

analar". Səhərə qədər kipriyindən daş asılan, oyana bilməyən şairin bu etirafı övladın yatağıbaşında kirpiyindən od götürən, ömrü boyu qayğıçəkən insanın ana qayğısı, ana məhəbbətiönündə əydiyi başdır. Ana laylasını "yer üzündəbəstələnən birinci nəğmə" hər kəlməsi "beşiküstə sayə salan qanad"lı ilk ananın təsəllisi, pıçıltısı, "ilk sözü", "ümidgahı" adlandırmaqlayanaşı real əsaslar üzərində poetik duyğularınıtamamlayır: "həzin axan bulaqların şırıltısı", "xəfif-xəfif əsən küləklərin nəğməsi" səsinilayladan alıb. Laylada həyat eşqi, ümid, arzu, istək, sevinc, məhəbbət var. Dünya var, həyatvar laylanın hər misrasında, həzinliyində.

Böyük bir ülviyyətlə, böyük bir ürəklə ataduyğusuyla ana qəlbini, ana adının böyüklüyünüzirvələrdə saxlayıb, özü kimi ana sevən, anaqədrini bilən, analıq adının yüksək tutansənətkarlarımız kimi. Ana məhəbbətindənyoğrulmuş xəzinəyə düşən misralardır bumisralar.

Sabah üstündə ayaq açıb gəzəcəyi, laləsiniüzəcəyi, çəməni, torpağı, uca göyləri, onun zərrinnaxışlarını- hansı ki, bunlar onu nə vaxtsa özünəheyran edəcək, məftunluqla bağlanacaq onlara-ovladına bəxş edir. Quş kimi köçəri olan insanövladını bu düynada əbədi görməyən şair onasevinc dolu bir ömür arzulayır, elə bir ömür ki, kədərsiz olsun, elə bir ömür ki "Kədəri olsa da

347

qoy əziz olsun". Onun övladlarından bir istəyi var; dünyada kiməsə gərək olmaq, "bir damcı yağışolub" bircə sünbülü yaşat"maq da şairin övladıüçün bəsidir. Təki yaşatmaq, yaratmaq nəsibiolsun. Fikrət Sadıq övladlarından ayrı düşəndəhicrana, həsrətə dözməyən, səslərini eşidəndəşaxtalı, qarlı Moskvada günü "Günəşə qərq olan" görür. O, dünyanın çox hicranıa dözüb, ata, ana, yar hicranı çox çəkib, bu hicrana dözümlü ürəyi"övlad hicranına dözə bilmir neyləyim"-deyəkövrəlir. Fikrət Sadıq doğrudan da sevinməli, fəxredilməli, öyünməli atadır. Onun qəlbi övlad üçünməhəbbət dəryasıdır, ümmandır, desəmyanılmaram. İlkinin itkisi onun Qorqud cöhrəsinə, Qorqud sinəsinə elə çalın- çarpaz dağlar çəkib ki, misralarında Uruzu, Beyrəyi yağılar əlindəgöynəyən ana nidalı ahlarını duyuruq:

Qonur gözləriməQonur gözlərininHəsrəti oğlum!Göy gölü dumanlı gördümsənsiz,Lalələri solğun!

Fikrət Sadıq bu misraları 30-40 il əvvəlsöyləyəndə Dədə Qorqud dünyasının əbədisəsinə səs verirmiş.

Fikrət Sadıq "Gecə taksisi" şerində nədəndanışmır, İlahi! Dağ boyda dərdindən, həsrəti, nisgili qəlbinə çökən İlkinindən, onun qorxa-qorxa

348

duyduğu yoxluğundan. O İlkindən ki, uzaq səfərəgedib; nağıl dolu bir səfərə, üç qardaşdan biriningetdiyi gedər-gəlməzə. Ordan arabir şeytanınqıçını qırıb gələndə gecə qatarıyla gəlib və evəqatar vağzalından taksiylə gələrdi. O taksi şairinbu gün dərd dağarcığına çevrilib:

Hərdənbir… gecə…Evimizin qabağındaTaksi dayanandaOyanıram əyləcə.Əyləcin paslı

qıçırtısına,Çırpalan qapı

səsinə.Diksinirəm, oğlum!Az qalır mənimlə bahəmEv də diksinə.

Diksinmə? Yox, könüldən qopub ayrılan və omüdhiş ayrılığı duyan ata ürəyinin-kövrək hisslərsahibinin-şair ürəyinin titrəməsidir. O xalqı üçündə, onun 20 yanvar faciəsinin qurbanları üçündə, Xocalı faciəsi üçün də, hər gün Rusiyadanmeyiti gələn oğullarımız üçün də ürəyi belətitrəyib, ruhu belə diksinib. Ömrünün bu müdrikçağlarında keçirdiyi təlaşlı günlərin ağır yükünəbir oğul dağı da qarışdı-karvan gərək çəkibaparsın. Sarvan gərək yol göstərsin, DədəQorqud gərək "Bəy ərənlər, Dünya mənimdirdeyənlər, Fani dünya kimə qaldı" sözlərindəki bu

349

dünyanın sakini insan övladının taleyinə yazılanyazı-qismətin təsəllisini bir an da olsa içində hissetsin, bir qədər səbr etsin. O şairdir, ona səbretmək də çətindir. Necə səbr etsin? İllərlə İlkinyolu gözləyib ata. Onun qayğılarına bir ananınqayğı, dərd, qüssə, göz yaşı dolu baxışları da biryük deyilmi? Çəkən karvan lazımdır bu dərdi. Fikrət Sadıq çəkəcək bu dərdi, yeri gələndəanaya da, qardaşa da, bacıya da təskinlikverəcək, ovunduracaq onları, amma içində özdünyasının dərdini yaşayacaq, qeyriləri üçünnarahat olacaq, oğullar yadına düşəcək, sərhədlər yadına düşəcək. O sərhədlər ki,

Ölkələri basa-basa,Sərhədləri keçə-keçə -

gələrdi İlkini. O həsrət yanğısı, o həsrət dağıçiyinlərdə, ürəklərdədir, zaman-zaman gecətaksisi onu diksindirəcək, qatarlar onun nigaranümidlərinə, yola dikilmiş baxışlarına sonqoymuyacaq, o unudulacaq deyil. Çünki onuçəkən insan Fikrət Sadıqdır. O, doğmalarının da, xalqının da dərdini, qayğısın belə çəkib. Ondailahi bir böyüklük var. Tanrı onu belə yaradıb, ohəsrət, o istək onun qanındadır. Kövrəkqəlbinizin sızıltılarına səbriniz kömək olsun! Budərdi təkcə siz çəkmirsiniz. Bu torpaq son illər onminlərlə boylu-buxunlu, yaranal oğullarımızıəlimizdən alıb, o uzaq yollar çox ailələrə dərdgətirib, zaman-zaman, saat-saat gətirib, könüllər

350

sındırıb, ürəklər dağlayıb. O, bu millətinistəməyənlərinin qurbanıdır. O, bir insana qarşıdeyil, milyonlarla öz müstəqilliyini əldə etmişAzərbaycan xalqından gizlin alınan intiqamlardır. Amma onun arxasında bir tarix var, xalq onuunutmayacaq. Unutmayacaq ki, onun başı buyolda nələr çəkib. Gözünün önünə NərimanNərimanovun oğlunu, Hüseyn Cavidin oğlunu, neçə-neçə kin-küdurətin qurbanlarını gətirək. Otaleyə bir Fikrət Sadıq taleyi də qoşuldu. Dözməliyik. Allah səbr versin! Misralarındakıhəsrət gözümün yaşını tökdü, ağlatdı, qoymadıçox söz deyim, elə yaxşıdır, çox sözüm, çoxkövrəldər sizi. Yaxşıların yanmasını, göynəməsini istəmirəm. Yerdə qalan oğulların, millətin, xalqın arxan, dayağın olsun!.

Onun lirik şerlərində, "Oğlum İlkinə", "Körpəyuxusu", "Ad günündə", "Yaşıl xatirələr" və digərəsərlərində hisslər səmimi və təbiidir. Övladsevgisini hər şeydən əziz bilən ata qəlbinin, məhəbbətinin bədii, təbii ifadələrlə zənginliyi buşerlərin keyfiyyətlərini, bədiiliyini artırmışdır.

"Şairin poeziyası fikir üstündə boy atır. Ammabu fikir heç vaxt kitabdan, dərsliklərdən gəlmir. Şairin şerlərindəki müdrik fikirlər adi həyatimüşahidələrdən doğur. Şairin qüvvətli fantaziyasıyoxdur, amma qüvvətli həyati müşahidələri var. Kökündən onun poeziyası reallıq üzərindəköklənib. Sabir kimi gördüynü yazır, şair onu

351

narahat edən mövzuları, problemləri şerinəgətirir. Düşündürücü yazır, çoxlarının könlündənkeçənləri elə bil görüb, gördüklərini özünəxastərzdə mənalandırmaq, müşahidə etdiyi həyathadiəsləri haqqında sakit-sakit söhbət açmaqparadoksal görünsə də məhz bu yolla poetikmüdrikliyə nail olur. Çünki faktda görünə bilənmətləbi şərh etmir, ona ancaq eyham vurmaqlaçox zaman kifayətlənir".

"Tapılmış ümidləri qırıl"an, qəlbi sınıq, ümidləri kövrək, hər dəfə sevdiyini görüb yenidən"sevdaya" düşən bir zamanlar məğrur olub, biracı kəlməsindən inciyən, lakin o vaxtından dahaəziz, itirdiyini yenidən tapan, "əbədi sevgi"dənqorxub, lakin onun əbədilyinə şübhə etməyən bircan sahibinin keçirdiyi daxili sarsıntıları, arzu vəistəkləri görürük:

Əbədi sevgidən qorxmuşdumonda,

Bu haqlı suala indi nə deyim.Bu yorğun ürəkdə sevgi oyadan,Əbədiyyətimdir səni görməyim.

Bu əbədi sevgi onun sakit dənizinə daş atıb, onun yatmış baxtını oyadıb, indi onun dünənixatirə, sabahı ümid olan dünyasını bir-birinəqovuşdura biləcək sevgisinə sözü budur:

Yelkənsiz tərəddüd qayğınla sən,Sahilimə yanaş, əlindən tutum.Ya da bir dəfəlik çıx ürəyimdən,

352

Bir zərrə də qalma səni unudum. ("Yenə səni gördüm")

Ürəyi olmayan "fikirli qaya", "qayğısız su", "laləicığır", "ötən bulud", "güllü çəmən"i öpən körpəçay" şairin ilk sevgisinin şahididir. Onlar ilk eşqinşahidi olsalar da şair kimi ürək sahibi deyillər ki, onun çəkdiyi əzabı çəksinlər, bu vəfasız sevgininağrı-acılarına dözüb, yanıb, göynəsinlər:

Ürəyiniz yoxdur, sizə nə var ki,Əzab çəkməzsiniz yar sorağında.Hanı o ildırım baxışlı yar ki-Könül dəftərimin hər varağındaSilinməz bir lövhə yaratdı getdi.Eh sizə nə var kiYar atdı getdi!"Eh sizə nə var ki".

Şairin lirik qəhrəmanı sevən aşiq, vüsalaçatmayan, ona yalnız həsrət, hicran nəsibeyləyən iki qara gözə, iki sönmüş gözəbənzətdiyi "iki gilə qara şanı"da öz daxili istək vəarzularını, hal-vəziyyətini sevgi yolunda çəkdiyiəzab və üzüntüləri, həsrət qaldığı o bir cüt gözünsinəsinə vurduğu yaranı, verdiyi əzablarıümumiləşdirir:

İki gilə qara şanı,İki gilə göz yaşım.Döndü birdən,Qövr elədi yenə odum, közümmənim.

353

("İki gilə qara şanı").Şairin lirik qəhrəmanı sevdiyi insanın

ayaqlarına qapılmır, sadə bir dillə ona müraciətedir. Darıxan sevgilisinə özünün də darıxdığınıbildirir və deyir ki, "gəl bir yerdə darıxaq". Şairsevdiyi insan üçün darıxdığını, onu itirəbiləcəyindən keçirdiyi qorxunu, həyəcanını açıbsöyləyəndə sevdiyi insanın daxili duyğularındanxəbərsiz olduğunu gizlətmir. Mən səniitirəcəyimdən qorxuram, "mən səndən ötrüdarıxıram, səni bilmirəm" sözlərində bir insanqəlbini narahatçılığı yaşayır. Bu lirik duyğulardasaf məhəbbət, onun yaratdığı hicran, həsrətqorxusu ehtiyatlanma əsasdır.

Şairin lirik qəhrəmanının nəzərində üzdə olantəbəssüm, gözdə olan göz yaşı ilə ölçüdə adidir. Təbəssüm üzdə olur, sevincin lal səsi olub, yalançı da ola bilər. Amma göz yaşı rişədir vəonun "kökü ürəkdə olur", o gözlə görünən niskil, əllə tutulan kədər"dir, o yalançı olsa belə şirindildir. Şairə yalançı təbəssümdən yalançı gözyaşı daha əzizdir. "Sevgi yağışı" şerininqəhrəmanı oğlan və qızdır. Qəfil yağan yağışdanqorunmaq üçün mağaraya sığınmış bu iki sevgilidaş divarlar ararsında bir-birini sevənlərin hansıdövrdə, zamanda yaşamasından asılı olmayaraqümumiləşdirilmiş obrazlardır. Onlar daşmağaranın içərisində yağış damlalarınınyaratdığı səslər arasında öz gücüylə, qüvvəsiylə

354

öyünən bir igid gözəl bir qızla öz sevgisindən, birqəbilənin oğlanının digər qəbilənin qızına olansevgisindən, arasındakı maneçiliyi məhəbbətingücüylə aradan götürmələrindən, qızın

Sevirsən, gəl apar,Verməsələr, güclə al,

-istəyinin qarşısında oğlan "öldü var, döndüyoxdur" kəlməsiylə eşqinə sadiqliyini, dönməzliyini bildirməsindən poetik bir dillə bəhsedərkən muasir gəncliyin Leyli, Məcnun, Fərhad, Şirin kimi yüksək saf, təmiz, ülvi duyğulara malikolduğunu, bu hissləri, duyğuların bəşəriliyinitərənnüm etmiş olur. Elçin bu hisslərin çox gözəltəhlilini verir: "əsrlər keçər, ictimai qurumlar bir-birini əvəz edər, insan təfəkkürü yeni-yeninaliyyətlər əldə edər, predmetlər aləmininmahiyyəti dəyişər, fəqət oğlanın və qızınhisslərindəki saflıq, təmizlik, onların sədaqəti, mərdliyi dəyişməz və əbədidir. Oğlan və qız Leylivə Məcnundur, Romeo və Cüllettadır, Əsli vəKərəmdir, müasir gəncliyin ən yaxşınümayəndələrindəndir". Elçin fikirlərində haqlıdır.

Fikrət Sadıq öz zəmanəsinin sevəngəncliyinin obrazını yaradır. Elə yaradır ki, elə bilnağıllar aləmidir, elə hörmətli şairəmiz FiruzəMəmmədli demişkən:" bir sevən oğlan vardı, birsevən qız vardı, bir də sevənləri mağarayaqovub, qapıya pərdə kimi endirilən sevgi yağışı vardı. "Oğlan yağış pərdənin saçaqlarını yana

355

çəkib" baxanda və "qız da ona qısılanda" aşağıda yağış selini yuyub üzüaşağı apardığıyamacda möcüzə baş verdi: "Bir qız ilə bir oğlanəl-ələ verib qaçdılar; dağ yolu ilə üzüaşağı" Möcüzə oğlanla qızın əl-ələ verib qaçmaqlarındadeyildi. Möcüzə bu gənclərin çıxıb gəldiyi qədim, lap qədim dövrlərin, minilliklərin o üzündən buüzünə boylanmasında idi. Kim bilir, möcüzəbəlkə də oğlanla qızın qəlbini birləşdirən sevgitellərinin işığında idi".

İnsan yaranandan bəlkə də onunla qoşayaranıb məhəbbət və bu məhşəbbətin işığındainsan mənən zənginləşir; dünyasını sevir, həyatısevir, insanları sevir. Bu "sevgi yağışı"ndasaflaşır. Həyat eşqini, yaşamaq, yaratmaqəzmini artıran ruhi bir ehtiyacdır sevgi FikrətSadığın əsərlərində. Ona görə də insan övladınınsevgisini dünyanın bütün real və qeyri realvarlıqları içərisində daha ülvi, dah uca olduğunuvəsf edir. "Balıqçı və su pərisi" əsərində insansevgisinin böyüklüyünün möhtəşəm heykəliniyaradır. Sadə, lirik bir dillə verdiyi təsvir vətərənnüm daxilində duyumlar yaşayır ki, birməhəbbət dastanına bərabərdir. Əsli-Kərəm, Leyli-Məcnun, Balıqçı Kastitis-Su pərisi Yuratesevgisi həmişə var; keçmişdə də olub, bu gün dəvar, sabah da olacaq. "Balıqçı və su pərisi" lirikpoeması bir qədim Litva əfsanəsinin sücetiəsasında qurulmuş, sərbəst şer vəznində

356

yazılmış ən gözəl əsərlərdən biri sayılmalıdır. Burada şairin ədəbiyyata, şerə gətirdiyi məzmun, mövzu yeniliyi forma ilə vəhdətdədtr. Şairin lirikdünyası bu poemada öz əksini daha dolğun, daha təsirli bir şəkildə tapıb. Səmada buludlarıntoruna günəş düşdüyü kimi, dənizdə dəBalıqçının qayığı dalğaların "toruna düşür". Qayıqda oturan Balıqçı da "xəyalların torunadüşür". Su pərisinə vurulmuş Balıqçı "Su pərisihara, mən hara" fikir burulğanında çırpınır. Lakinürək onu çəkib görüş yerinə gətirmişdi. Balıqçıdənizə çıxıb ki, balıq ovlayıb qoca ata-anasınınistəyini yerinə yetirsin. Amma o bunu unudub, vurğun gözləri ovunu gəzir, içində təlatüm, qasırğa burulğanı var. Şair dalğalarla xəyallarıntorunda çırpınan Balıqçını və onun qayığınıküləyin axarı apardığı səmtə-Dəniz qızıylayenidən görüş yerinə çəkir:

Bir dalğanın köpüklü qanadındagəldi Dəniz qızı.Qızılı saçlarından sürüşdü işıqkürələri.Bir telində bir damcı asıldı, yelləndi.Bir cüt əlin sığalıDənizə tökdü damcıları.İki gilə dəniz qaldı təkcə,Kirpiklərin qoruğundaQaşların daldasında.

357

Su pərisinin-nağıllar dünyasınınqəhrəmanının obrazının bu qədər reallıqla verəbilmək, onun varlığını təmin etmək, nağıldünyasına "daş atmaq" da sənətkardan məharəttələb edir; elə bir daş ki, könüllərə bir istilik, həmdə bir titrətmə, bir duyğu gətirdi, dəyməyilə titrətdioxucu qəlbini.

Bu misralardakı poetik deyim, həyat eşqi, ikiqəlbin çırpıntıları pak və məsum hisslərin ülviliyiniDəniz qızının-Su pərisinin munis görkəmiharalara çəkib aparmır insanı. Su pərisiBalıqçının "ayrılığı qıran qollarında" bir gözqırpımında qayığa qalxır. Balıqçı hansı hisslərintorunda çırpınır? İnsan övladının sevgi gücüdərya imiş ki:

Mən öləriyəm, sən pəri""Bilirəm Balıqçı"."Dənizi atarsanmı məndən

ötəri?""Sevirəm Balıqçı""Atam, anam, qocalar

görmək istəyir səni"."Gedirəm, Balıqçı".

Ülviyyətin qucağına atılmış, sevgi deyilən safbir varlığı bu qədər incəliklə, lirik bir duyumlaiərənnüm etmək sərbəst vəznin imkanlarınıgenişləndirmək, sənətkarın sənətkarlıqimkanlarının zənginliyi nəticəsində buzu qırmaqlirik istedad və qüdrətin sərbəst vəznin

358

imkanlarının heç də əruz, heca vəzninimkanlarından geri qalmadığını sanki sübutayetirmək deyilmi? Deməli, istedadlı sənətkar özsözünü hər bir vəzində deyə bilərmiş, bununüçünsə istedad zənginliyi, zəngin sənətkar bədiitəxəyyülü olmalıymış ki, sərbəst vəzninimkanlarının məhdudlaşdıran, bu vəzni rəddedənlərin əksinə olaraq Azərbaycan şerində buvəznin ən qiymətli, zəngin nümunələrini yaradanRəsul Rza məktəbinin yetirməsi Fikrət Sadığın özistedadı sayəsində əldə etmişdir. Qəhrəmanındaxili aləmini, lirik duyğularını, sevgi yolundaçəkdiyi əzabları, bu sevgi yolunda ölümə gedənöz ülvi duyğularının əsiri olan İnsan-sevən insanobrazını belə zəngin bədii keyfiyyətlərə, ülvihisslərə malik Məcnun ürəkli, Kərəm diləkliBalıqçının mükəmməl sevgi aşiqi obrazınınyaratmaq xüsusi bir istedad tələb edir. Elə biristedad ki, ona, o lirik, yüksək bədiiliklə deyiləbiləcək sözlər üçün vəzn əsas olmasın. Əsasodur ki, hansı dillə, hansı bədii təfəkkürlə, estetikzövqlə, incəliklə, bədii pafosla, metononiya ilədeyilir:

Qabarlı ələ bənzər qayalısahildənÜsulluca itələndi qayıq.Yırğalandı nəhəng beşik.Yatırdı qorxaqlığı.Qayıq haqladı üfüqü.

359

Üfüq iki bölündü.Uzaqlaşdı bir qövsü.Bir qövsü söndü.Uzaqda-lap uzaqda-Dənizlə səma qarışanda-bir-birinəÜfüq parçalandı dörd yerə.Qövslər birləşdi, oldu çevrə.Qayıq ortada qaldı tək, nöqtə.Tor atıldı, oxşadı vergülə.Görəsən nə olacaq bu cümləninaxırı?Apardı qayığı küləyin axarı.Bir də yelkəninYamaqlı ciyərinə xışıltı ilə dolanhava.

İnsan sevgisində bir əbədiyyət var. Elə birəbədiyyət ki, ölüm qorxusu duymur. SevdiyiDəniz qızını-Su pərisini meşənin kənarındagörünən kəndə ata-anasının görüşünə aparmaqistəsə də, ümmanda doğulan, boy atan Su pərisi"zərrəyə sığmaram, Balıqçı" deyir və ona "dənizəqayıdaq, Balıqçı, dənizə" deyə kəndə getməkdənimtina etdikdə Balıqçı onu dənizin qucağınasəsləyən səsə səs verir. Ürək onu çəkib aparır. "Qayıq yorğun", "dor ağacı köhnə", yelkənyamaqlı olmasına baxmayaraq insan övladıürəyinin köləsinə dönür, sevgi onu çəkib özüyləaparır. "Qurudan əsən külək qısqandı bu iki

360

sevən qəlbə, az qaldı bir əsimdə qıra dorağacını, yelkəni çırpdı üzünə "şillə kimi". "Şirindillisevgi ovutdu Balıqçının" aldığı acını. Ürəklərdəqopan " məhəbbət tufanı" insan övladını çəkibapardı dalğaların qoynuna. Dənizin ənginliklərinədoğru aparanda "bəxtiyarlaşmış baxışlar unutduhər şeyi. Göz gözü görməyəndə qayıq bir sualtıqayanın çeçələ barmağına toxundu. İnsanövladının "öləriyəm" dediyi məqam çatdı:

Toxundu qayıq.Parçalandı dilim-dilim, taxta-taxta.Su pərisi bir dalğanın yalında.Aşdı o taya.Balıqçı daşa dəydi,Yanına düşdü qolları.Qana bulaşdı, üzü qızardı.Utandı mənzil başınaçatmadığından.Utandı çiliklənmiş qayığından.Daş kimi batdı suya.

İnsan övladı həsrətində olduğu sevgidəryasında üzə bilməməyindən utandı. İnsanqüruru hər şeydə yüksəklərə qalxdı. Dəniz qızıBalıqçını xilas etmək istədi, əbəs imiş. OndaDəniz qızı "inandı ölümün doğruluğuna":

"Ölüm" deyir insanlar buna.Acıdı insanlara. Dönə-dönə

361

dolandı o yerin başına.Yoldaşı vurulmuş sona kimi."Mən quruda boğulurdum,o suda boğuldu.Günah sevgidə olduGünakar mən oldum".

İnsan övladıyla sevgidə Dəniz qızı daimtahanlardan üzü ağ çıxdı. Bu da məhəbbətinmüqəddəsliyindən irəli gəlir. Dözmədi insanövladına bəslədiyi sevginin ölümünə, əlindəngetməsinə,

Özünü dalğa kimi çırpdı qayaya,Pul-pul libası qəlpə-qəlpə oldu.Səpələndi dənizə,Çevrildi kəhrəbaya,Çevrildi əfsanəyə,Çevrildi nağıla.

Şair bir qoca balıqçıdan eşitdiyi əfsanənintəkcə sücetindən istifadə edib onu nəzməçəkmədi, eyni zamanda onu məhəbbət haqqındaballadaya çevirdi. Dənizlə torpaq övladının safsevgisinə əbədi bədii heykəl qoydu. "Aman nəbərkmiş torpaq", "Aman Allah, insan necə gəzirquruda"- deyən Dəniz qızı bu kobud quru torpaqüzərində yaşayan insan qəlbinin incəliklərinin, zərif duyğularının əsirinə çevrildi, yenə insanövladını sınağa çəkdi, onun öz sevgisinəsadiqliyini gördü, çəkib özyülə dənizə aparandada bu insanın köksündəki su kimi zərif bir varlığın

362

böyüklüyünü, möhtəşəmliyini duydu. Bərk torpaqüstündə bərkiyib mətinləşmiş, əzablara, çətinliklərə sinə gərmiş, yaşamış, yaratmış, üzübərk torpağı özünə ram etmiş və dünyanınəşrəfinə çevrilmiş, o torpaq tərəfindən sevilmiş, əzizlənmiş, qucağında, köksündə ona yerayırmış, onun-insan övladının sevgisini qazanmışinsan ürəyi nələrə qadir deyilmiş, İlahi! İnsanövladı üçün torpaq həyatdır, Dəniz qızı üçün dədəniz o deməkdir. Torpağın sərtliyinə dözmədiSu pərisi. İnsan övladı sevgisində demə dahaetibarlı, daha mətinmiş ki. Ümmanlar qoynundadoğulmuş Dəniz qızı torpaqdan, onunsərtliyindən qorxub insan övladını dəryalarasəslədi, onu çəkib apxasınca apardı. O insan ki, yer üzünün varlıqları içərisində elə o sevgiyə, omunis duyğulara görə ən qiymətli varlıqdır, əşrəfilik taleyinə yazılıb. İnsan övladının safduyğularıdır ki, məhəbbətinin böyüklüyüdür ki, Balıqçı Kastitis və Su Pərisi- Dəniz qızı Yuratehaqqında, onların bu qarşılıqlı, möhtəşəm, safməhəbbəti kəhrəbanın görünüşündəəbədiləşdirilir. Donmuş göz yaşına bənzədilənkəhrəba -Yurate, Kastitis yadımıza Leyli vəMəcnunu, Əsli və Kərəmi salır. Onların öz eşqi, məhəbbəti yolunda canını qurban etmələri, sevginin əbədiliyini, pərdə-pərdə yenidəngözümüz önündə canlandırmış olur. Sanki şairLeyli-Məcnun sevgisinin əbədiliyini, ülviliyini, bu

363

bədii məziyytlər içərisində əbədiləşdirməyəçalışır.

Sarı rəng özündə bir dünya həsrəti, hicranıyaşadır. O sarı rəng payızda rəngini dəyişənyarpaqlar, həsrətdən saralmış tarın simlərinəçöküb. "Gözlərimin kökünün, yarpağımın rəngidə, tarımın simi də məhəbbətdən saralıb"-deyirşair. "Ayrılıq" Fikrət Sadıq dünyasının bəzən şirinanlarına şirinlik gətirir. O ayrılıqdan o qədərgileylənmir. Onun poetikasında ayrılıq özçalarları ilə seçilir "yaxın yerdə ayrı olmağın" onun üçün öz gözəlliyi var. Sevgilisinin hicrankimi qəbul etdiyi ayrılığa şair tamamilə başqa birdon geyindirir. Güllü-çiçəkli dağın qüzeyində özü, güneyində yarı yaşadığını, "bir günəşin" zərrələrialtında isindiklərini, "bir küləyin" buz nəfəsindəüşüdüklərini söyləyən şair "buna hicrandeyirsən?" deyə könlünü almağa çalışır. Şairinpoetik duyğuları burada da baş alıb gedir, buludlardan yağan yağışlar hər ikimizinbağçasına "düşür", köhnə cığırlarda "ayaqizlərimiz" hər gün görüşürsə buna hicran deməkolarmı? Hicrandan, ayrılıqdan gileylənməməyəçağırdığı sevgili yarın onları qarşıda gözləyənsəadətə fikrini cəlb etməyə çalışır:

Birdir qürub çağımız da, səhərimiz də,Bir ulduzun altındadır evlərimizdə.

364

Bir arzumuz iki qəlbdə yuvasalıbdır.Bircə sizdən bizim evə köçməkqalıbdır,Buna hicran deyirsən?

Elçin haqlı olaraq "Sevgi yağışı"nı muasirpoeziyanın nümunəsi kimi götürür və sənətkarlıqbaxımından şairin istedad və bacarığını bu ikiobrazın vasitəsilə belə qiymətləndirir ki, "buoğlanın və qızın hisslərindəki saflıq, təmizlik, paklıq Fikrətin poeziyasının poetikkomponentləridir və həmin poeziyanı" səciyyələndirən və məxsusiləşdirən cəhətlərdirvə məhz buna görə də həndəsi fiqurlaraaludəçilik, naturmotlara meyl F.Sadıqpoeziyasına o qədər lazımdır, nə qədər ki, həminsaflıq, sadəlik təmizlik zora düşməsin". İnsanürəyi şair üçün kəşf olunmamış sirlər aləmidir. Buürək dünyanın möcüzəsidir. O da varlıqdır. Budünyanın varlığıdır. Ürək hər şeydə var; Qalaq-qalaq qalaktikalar da bir qurtum suda, bir ovucküldə, bir zərrə odda "bütöv bir ürək var":

Onun yaratdığı əsərlərdə böyüklüyünə, kiçikliyinə baxmayaraq böyük məna var. Hələ 60-cı illərdən ədəbiyyata gəldiyi illərdə F. Sadıqözünə "cığır" açıb. Elə bir cığır ki, o B. Vahabzadə demişkən "yalnız özü üçün deyil, başqaları üçün də yaşamaq" naminə yaradıb, qurub. Mirvarid Dilbazi onun yaradıcılığna

365

dərindən bələd olan bir xalq şairi kimi böyükuzaqgörənliklə demişdir:" Fikrətin "Bulud", "Cığır" və xüsusilə xalq əfsanəsi əsasında yazdığı "Anaəli" poeması onun gələcəkdə yaxşı bir şairolacağını göstərir."

366

FİKRƏT SADIQ YARADICILIĞINDATƏBİƏT

F.Sadığın şe'rlərində təbiət ayrıca birmövzudur. Meşələrin, quşların, ətraf mühitinmühafizəsində təiiliyin olmaması, buraxılantüstülərin dünyaya vurduğu zərbə, çirkli sularındənizlərə axıdılması, bunun nəticəsində"günahsız, körpəcə balıqlar"ın, canlıların məhvolması, zavod bacalarından ilan kimi qıvrılıb, "burum - burum" burulub göylərə qalxıb, zəhərlitüstüsü ilə təbiəti zəhərləməsi, meşələrinqırılması, düzlərdə ceyranların, çayda Xəşəmbalığın, dağlarda giləmeyvələrin kökününkəsilməsi şairi kədərləndirir. Meşələrdə nadirağacların kökünün kəsilməsində, qoca dünyanınağlına yazılan "Qırmızı kitab" damğasında insanəli var. Amma insan unutmamalıdır ki, bu dünyatəkcə onun deyildir, hamınındır. Bu dünyada adibir cücünün də, həşaratın da yaşamağa haqqıvar. Şair təbiətə, torpağa, tanrı ne'mətlərinə, gözəlliklərinə bilərəkdən, bilməyərəkdən -fərqiyoxdur balta çalan insanlara bunu məsləhətgörür ki:

Adicə çiçəyin də burnunuqanatmayaq!

367

Torpaq yaşadır bizi.Nankor övladıq məgər,Torpağı yaşatmayaq?!

Torpağı, təbiəti qorumaq, yaşatmaq bəşərövladının borcudur. Ana təbiətin övladı özyaradanına, yaşadanına qarşı nankorolmamalıdır. Meşələri yox edən, qalaq-qalaqmə'nasız kağızlara çevirən, tamahından dünyanıkor qoyan insan övladının çoxluğundan dünyadağılmaz, amma "əl boyda" tüstülərdən dünyaəyilər, məhv olar, tarazlığını itirər.

Şair öz narahat duyğularıyla insan övladınıqəflət yuxusundan oyatmağa çalışır. Artıq budünyanın təmiz, aydın səmasına, torpağına, varına, bəzəyinə vurduğu zərbəni duyan insaninnən belə dünyanı qoruyacaqsa, ətrafında bugün də mövcud olan təbiətə düşmən qüvvələrinəməllərinə göz yummamalıdır.

O, elinə, təbiətə vurğun şairdir. Onunəsərlərində insan öz elinə, obasına, üstündəgəzdiyi torpağa möhkəm tellərlə bağlı, xalqınıntaleyini, torpağının qüdrətini duyandır. Torpağaməhəbbətinin böyüklüyüdür ki, insanın ondangüc almasını şair tez duyur. O, ana təbiətin, doğulduğu Şirvan torpağının, əsrarəngizGöygölü- Azərbaycanın bütün dilbər guşələrinin, eləcə də ana təbiətin bihuşedici mənzərələrinitərənnüm edir. Onun aləmində təbiətə münasibətinsanın mənəvi dünyasını üzə çıxarır. O, təbiəti,

368

meşələri, dağları, çayları, çölləri qorumaq naminəbəlkə də onun gözəl dağlarını, sıldırımqayalarını, şiş uclu zirvələrini, enişli-yoxuşluyollarını, füsunkar baharını, könül oxşayan qışınıtərənnüm edir. Onun şerlərində bir həyəcan təbilivar və flora və faunamızın, təbiətimizin taleyiüçün narahatdır.

Yadıma akademik Həsən Əliyevin "Həyəcantəbili" kitabı düşdü. Təbiətin vurğunu müəllifyazır:" Əlimə qələm alarkən torpağın tədqiqindənbaşladım. Bu sahədə yazdığım kitabların da, məqalələrin də oxucuları yalnız torpağı tədqiqedənlər və becərənlər oldu. Bəs torpağın dərdi? Özündən süd verib, bəslədiyi insanlarda sinəsinəyara vuranlardan, gözlərinə zərər tozuüfürənlərdən. Mən isə torpağın övladlarındanbirisi kimi haray saldım ki, … qoy səsimi hamıeşitsin". Fikrət Sadıq da təbiətin, torpağın, dərdini, sərini çəkə bilməyib, elə bir haray çəkirki, qorxur. Atlantida faciəsindən qorxan kimiqorxur. Nə vaxtsa belə bir ölkə olubmu? Naməlumdur. Amma öz yaşadığı zamanda icadedilən silahlar onun torpağını, yaşadığı dünyanıAtlantida əfsanəsinə döndərə bilməsi reallığını, təhlükəsini duyur, qorxur, həyəcan təbilini çalır. Nələr çəkmiş torpağın başı: dəhşətli müharibələr, keçirilən nüvə sialahlarını sınaqları, istehsaledilən kimyəvi məhsullar, zavod və fabriklərin, tullantılarının torpağın bağrında açdığı qara

369

yaralardır. Təbiətsevərlər kimi Fikrət Sadıq daqələmini bu mövzuda məsələlərə həsr edir. MeşəFikrət Sadığın əsərlərində əvəzsiz sərvətdir, oxalqın da sərvətidir, gözəlliklər məskənidir.

Ay şairin şe'rlərində bir aləmdir. İnsan övladıdünyaya gələndən, "ağlı kəsəndən", "göylərinçırağı" ayın vurğunu olub. Onun buludlarınarasından "qıyqacı baxış"larını sevib. Onun onbeş günlük "sehri haləsinə" məftun olub və onagörə də

Ulduz hanı Aya tay,Ay yaranıb qüdrətdən.Ayı ilkin görənlər"Ay" çığırır heyrətdən.

Aya insanın baxışlarını, verdiyi mə'naları, baxışında, duruşunda gördüyü gözəlliyi, saflığı, şair göz önünə gətirir. Onun gözləri önündəneçə-neçə körpəyə "ay parçası deyiblər"; hərşairin dünyada "Ay üzlü" yarı olub. Şairləryaratdıqlar əsərlərində gözəli, vəsf etdiyi insanıAyla müqayisə edib. Aya aşiqlik prizmasındanbaxıb; gah onun gözçəlliyini vəsf edib, ulduzlardan üstün tutub, gah sevdiyi gözəlinüzündə Ayın nurunu, işığını gəzib, görüb, tərənnüm edib, gah göylərin yaraşığı gözəllərinqaşlarını "hilala" - yeni doğulmuş on dörd gecəlikaya bənzədib. Ay insan övladının istəklərinəuyğun vəsf edilib və F.Sadııq da onu vəsf edir. Amma başqa şəkildə;

370

Ay üzü qazıq-qazıq,Ay üzü dərə-tərə.Göydən yağan daşları,Ay qoymur düşsün yerə.

Demə ay ləkələriYağan daşların yeri,Ay göyün fədaisi,Yerin cəsur əsgəri.

Ulduz yağışlarının,Önündə tənha durur.Odur ki, keçib gedir,Gecələr məğrur-məğrur.

Demə ta yaranandan, Yeri qoruyubmuş Ay.Yerlə göy arasında,Keçikçi olubmuş Ay.

Ay şairin nəzərində bax budur. Ayın belətərifini F.Sadıq qələmində tapa bilərik. Onu ayüzlü nigarına bənzətmir. Ay parçası bildiyi birkörpəyə oxşatmır. Amma o da Aya heyrandır. Baxışına, duruşuna vurğun olanlardandır. O, Ayda başqa bir aləm tapıb: ay sən demə "Göyünfədaisi", "göylə yer arasında keşikçi", "göydənyerə yağan daşları" yerə düşməyə qoymayansən demə "yerin cəsur əsgəri" imiş. Bu ülvülüklə, bu bənzərsizliklə, bu baxışlarla aya baxmaq özü

371

də insandan daxili ictimai bir zənginlik tələb edir. Bu şair təxəyyülünün zəngin xəzinəsinin qiymətlibənzətmələrindəndir. Bu bənzətmələrF.Sadığındır. Gördüyünə, eşitdiyinə yaxınmənada nə varsa, hamısına hörmətləyanaşmaqla bərabər, öz sözünü də deməkbacarığı, cəsarəti. Nizami sevgili yarını "üzüaydan da gözəl sərvi xumar"a bənzədir. F.Sadıqisə dünyası üçün narahat olan bir əsgər kimidüşünür. Onun baxışını, duruşunu məğrur, cəsurəsgərə bənzədir. Hər iki bənzətmə sənətkarlarınəhval-ruhiyyəsinə uyğundur, gözəldir, bədiiliyi iləkönülə yatandır. F.Sadığın Aya baxışları muasirzamanla, dövrlə səsləşir ona görə oxucu onundemək istədiyi fikri tez tutur, mə'nanı anlayır. Buəhval ruhiyyəni onun "Soyuq şe'r"ində də oxucutez tuta bilir. "Canımdakı soyuğu çıxarabilməzsən həkim!"-deyir şair. Çünki bu adi soyuqdeyil. Onun canındakı "soyuğun" köküuşaqlıqdan gəlir, artıq o soyuqlar onun canıda"daşlaşıb", ona loğmanın gücü çatmaz, təbib, məlhəm kömək edə bilməz. Çünki uşaqlıqdancanında yığılıb qalmış soyuqların kökü var:

Atalı-analı yetim olmuşam.Doğmalarıma qərib olmuşam.Üzümə yalandan gülə-gülə,Üzümə soyuq baxıblar.O soyuq baxışlardan qalıb, qalanıb,

372

Ciyərimin başındakı qar.Gördüyü soyuqluqlar onun üzünü dünyadan

döndərib. Sevgidən qaçanda özünə soyuqolduğunu hiss edib, sevəndə də ""soyuq" baxışlargörüb. Yaxşı yazanda "üzünə soyuq baxıblar". Çoxlarının-doğmaların, yadların, qohumlarınsoyuq baxışlarından ciyəri "xalvar-xalvar" soyuqçəkən şair hardasa bir soyuq baxışdan damütəəsirdir. Yadın yad, soyuq baxışı yad olduğuüçün qəlbi qıra bilməz, küsdürə bilər, ürəyini qısabilər, amma qıra bilməz.

Amma:Yaxın adamın buz baxışıQılıncdan betər kəsir.

Bəlkə şairə soyuq baxanlardan biri eləhəkimin özüdür. Çünki şair " bir az da səninsoyuqluğun üşütdü qəlbimi" deyir, qınaq dolu " xətrinə dəyməsin, dərmanların kar eləməz qat-qat qalanmış soyuqlarıma"-deyir. Kövrək insanözünə yaxın insanların bir soyuq baxışlarınınağrısın, acısını duyduğu kimi "Soyuq şer"indəümumiləşdirir. Bu soyuq "adi soyuq" deyil, bu birinsan övladının taleyinə, qismətinə yazılmış ömürpayıdır və bu ömürdə gördüyü, yaşadığı qəmin, qüssənin soyuğudur.

Şair təbiətin soyuqluğundan öz daxili əhval-ruhiyyəsini vermək üçün bədii vasitə kimiyararlana da bilir. Təbiətin soyuq üzü şairə yaddeyil.

373

Məmməd Araz:"Fikrət Sadığın təbiət şerləriyalnız təsvir, peyzac lirikası deyil. Bu şerlər əsgərpapağı geyimli bir şairin vətəndaş çağırışı, harayıdır. Təbiətə əl qaldıran insan təkcə palıdı, vələsi qırmır, əslində özü oturduğu budağı kəsir, təkcə quşun qanadını qırıb, ceyranı didərginsalıb, bulağı nəğməsiz qoymur, öz nəfsinidaraldır, öz çörəyini zəhərləyir, öz ömrünütüstüyə bükür".

Ehtiyatlı olun quşlarTora düşmək…Yaralanmaq qorxusu var.

Şairin dediyi kimi təkcə insanın deyil, hamınındır bu dünya. Adi bir cücünün də haqqıvar yaşamağa.

Məhsuldarlığı artırmaq, torpağın gücüçatacaq çəkidən çox məhsul əldə etmək üçünəkin sahələrinə səpilən kimyəvi maddələrdəngeninə boluna, ölçüsüz, meyarsız istifadə, onuyeyən insanlarnı orqanizminə dəyən zərbə, meşələrin məhv edilməsinin təbiətə, insansağlamlığına, ətraf mühitə vurduğu zərbəbugünkü elmi-texniki inqilabın havanı, təbiətiböhranlı vəziyyətə salması, ekoloci müvazinətinpozulması insan əməlidir.

Dünyanın dərdini çəkən, torpağın ağrısınıcan ağrısı kimi qəbul edən F.Sadıq qorxur ki,

İnsanların çoxluğu ağırlıq salmazYerə.

374

Amma dünya əyilər, əl boydatüstülərə.

Bu da təbiətin gələcəyindən nigaorançılığınnəticəsidir ki, şair onu şerinin mövzusuna çevirir, təxirəsalınmaz mövzusuna.

"Dünyadan qaçan insan"ı da ana torpaqbağrına basır. Torpağın bir zərrəsinə dönəninsan Bəhramgura bənzədilir.

Bəhram-Gur şahı daElə-beləcə çığıra-çığıra,Çəkmişdi kamınaTorpaq-mağara.

Dünyadan qaçan insan övladının xoşbəxtliyinigörmür, "qışı qış kimi", yazı yaz kimi gəlməyənhəyatından da bezib. O insan ki, onun sevinciərşə çəkilib, torpaqdan qovulanın varı talanıb, arzuları gözündə qalıb. Bu insan o zaman budünyaya qayıdacaq ki,

Qarabağlılar qayıdıb,Doğma yurdlarındaYenə məskunlaş"acaqlar.

Bir-birini əvəz edən fəsillər olacaq; baharınıqar, şaxta vurmayacaq. Qarında baharınınağacları düymələyib və bir də amansızcasınabudağında dondurulmayacaq, yaxşını görəcək, yamanı görməyəcək, millətinin birliyini görəcək. Şair folklor mötivləri üzərində köklənmiş buəsərində Adəm övladının yaşadığı dünyadakıəzablarını ümumiləşdirməklə yanaşı, dünya

375

əzablarına, hərc-mərcliyinə, şeytan-iblis əməlliinsanların insanlığa, insan adına gətirdiyi pisliyəqarşı çıxır.

Fikrət Sadığın yaradıcılığının kamillik dövrünüyaşamaqdadır. Onun bütün əsərlərinə küllhalında nəzər saldıqdan, yetkin dövrlərini dədiqqətlə nəzərdən keçirdikdən sonra belə birqənaətə gəlmək olur ki, yaradıcılığında əsascəhət lirikadır. Onun yaradıcılığında təbiətə, məhəbbət, vətənpərvərlik lirikası yaşayır. Dünyaya göz açan insan təbiətin qoynundaböyüyür, yaşa dolur, onunla daima təmasda olur. Fikrət Sadıq da bu milyardlarla insanlardanbiridir. Onun qələmində təbiət öz gözəllikləri iləəsərlərinin məna tutumunu zənginləşdirir. O, təbiəti insanla qoşa tərənnüm edir. Təbiət onungözündə o zaman ülviləşir, füsünkar olur ki, oinsanı yaşadır. Təbiətin əsrarəngiz gözəlliklərinigörən, duyan, hiss edən qiymətləndirməyə qadirolan insan təbiəti dərk etdikdə özünü onunlabirlikdə görür. Özündə ona oxşar cəhətlər seçir, onun sirlərindən agah olduqca özünün də enişli-yoxuşlu ömür yolunun sirlərini açıqlayır. Özündətəbiətlə eynilik axtarır. Ona oxşamağa çalışır. Buistək, arzu üstündə qələmini kökləyir. Yaşadığıdünyada nəyəsə gərək olduğunu duyan şairtəbiətə daha yaxın olduğundan buluda "and" verib yalvarır ki, onu göy üzünə qaldırıbmeşələrin üstüylə gəzdirsin, quru ağac görəndə

376

onu yağış eləsin yağdırsın onun üstünə, onagərək ola bilsin.

Pəncərəsi meşəyə açılan şair boz üzü olanpayızın təbiətin gözəlliyini talan etdiyini duyur, duyduqca kövrəlir, yamyaşıl təbiətin saçlarına, bərinə-bəzəyinə düşmən kəsilən payızın əlindənqaçmaq istəyən ağacları, budaqları özününqəlbindən keçən hisslərlə, duyğularla "dilləndirir". Oxşarlıq gəzir, tapır, təbiətin payızında ömrününyaxınlaşan qocalığını görür, hisslərini, duyğularını, təbiətin sonsuz gözəllikləri iləmüqayisədə bölüşür.

Payız buludlarının gətirdiyi qüssə-qəm şairindaxili əhval-ruhiyyəsini açır:

Birbaşa qəlbimə yağdıdünənki yağış.

Yuyub apardıqəmi, nisgili, qayğını.

Yuya bilmədi, ammaürəyə dolan payızı,

yaxınlaşan qocalığı.Ömrünün "payızı" ilə kəsişən payız fəslinin bir

sıra bənzərliklərini poetikləşdirən şair "ömrünpayızından" qaçmaq mümkün olmadığıqənaətinə gəlir. Təbiətin payızını da ömrə yazılanbir an kimi qəbul edir və:

Dünya, bir də düçar elə,Xəzan yağışına məni!-deyir.

377

Yaşamaq eşqini bu misralar üzərindəkökləməklə qəlbindən keçən həyat eşqiniümumiləşdirmiş olur. İnsana yaxın, insanla qoşaolan təbiət Fikrət Sadıq sənətində hər cüranlarda insanla yanaşıdır. Təbiətin özündə birinsan ömrü var.

Fikrət Sadığın lirik qəhrəmanı kimin üçünsəyaşamağı, kiməsə gərək olmağı həyatınınmə'nası bilir. Bunun üçün bəzən buluddan dakömək ummağı təbiidir. O, buluda yalvarır, onaand verir ki, yağışından onu "salla"yıb göy üzünəqaldırsın, meşənin üstüylə gəzdirsin, onu oratullasın. İstəyir:

Yağış bilib yağdır məni,O ağaca gərək ollam.

Fikrətğ Sadıq ağaclara, meşələrə qarşı dahəssas şairdir. O, bütün ağacları, təbiəti sevir, onları ömrü boyu yaşatmağa hazırdır. Payızınxəzan yağışı saraldıb məhv edə biləcək meşələrio " otağında gizlət"məyi ürəkdən arzulayır. Hərağac onun lirikasında bir obrazdır. "Qaməti ağşirmayıdan yonul"muş ağcaqayın şairin daha çoxsevdiyi ağacdır. Şair onu obrazlaşdırır; onunəzərində aycaqayın ağac deyil, gözəl bir qızdır. Bu qıza mehrlə, ülfətlə baxsan "yola düşübyeriyəcək".

İllah da ki, meh sığallayaislanmış saçlarını.

378

Ağcaqayın gözəlliyi ilə "meşənin bütünağaclarını dəli edib". Şair vurğunu olduğu təbiətinseçmələrinə də vurğun ola bilər. Fikrət Sadığınşerlərində meşə canlıdır, onun öz nəfəsi, özhəyatı, öz taleyi var. Yağışlar yağanda "meşənəfəsini qısır", quşları susur, dələləri dəcəluşaqlar kimi atılıb-düşmür, ağacdələnlər ağacıdəlmir.

Bir zamanlar bütöv olan meşənin indiçəpərlərə alınması, bölünməsi onu kədərləndirir. O, "bu ağac mənim, o ağac sənin" deyib meşənibölən insanların meşəyə olan məhəbbətiniağacların bir-birindən ayrılmasına, birləşməkdərdinə, yenə də bütöv olmaq ümidi, həsrəti iləyanmasına dözə bilmir. Şair burada vətəni, torpağı parçalanan xalqının birlik, bötövlük eşqiləgöynəməsi ilə meşələrin bölünməsi nəticəsindəonların düşdükləri vəziyyətdə bir oxşar tale gəzirvə görür bu oxşar taleni, kədərlənir, dərdininüstünə dərd gəlir, hisslərini boğa bilmir, "açırsandığı tökür pambığı", insanları qəflətyuxusundan oyatmağa çalışır. Hər gördüyüayrılıq, həsrət qığılcımında içini də yandıran birqığılcımı duyur.

Fəsillər təbiətin möcüzəsidir və şair bufəsillərin rəngarəngliyinə biganə deyil. Onlarınhər biri bir dünyadır şairin gözündə və o dünyayaöz gözləriylə baxır, hər fəsildə bir məna gəzir, hərbirində bir həyat var.

379

Payız şairin lirikasında fəlsəfədir. Payız birinsan ömrüdür, payız şairin lirik dünyasında biraləmdir. Elə bir aləm ki, o, bəzən şairə çoxəzizdir. Onun nəzərində belə anlarda " hər təzəpayızın öz hüsnü var". Dünya sirli-sehrlidir. Onunişindən baş açmaq imkanı olmayan lirikqəhrəmana bircə məsələ aydındır ki, onun dördəli, dörd üzü var və bunlar fəsillərdir. O fəsilləryaz, yay, payız, qışdır və o, yaxşı başa düşür ki, yaz əlilə gətirən, payız əlilə aparan, yay əlilə nurəliyən, qış əliylə qar əliyən bu dünya eləfəsillərdə dünyalığını görür, varlığını duyur. Dördəlli, dördüzlü dünyanın köksündədir bu dördfəsil

"Payız düşüncələri"ndə şair vahid hissi, fikri, əhval-ruhiyyəni poetik bir məharətlə ifadə edir. Burada şerin bütün bəndlərində həm daxili forma, həm də hiss və duyğular bir-birini tamamlayır. Təbiət hadisəlri şairin lirik qəhrəmanın fikirləriniifadə etmək üçün bir bədii priyomdur. Yaşamaq, yaratmaq üçün şairin keçirdiyi nigarançılıqhisslərinin içində bir böyük təlaş hissi də var ki, bu da təbiətin, insan ömrünün baharı, yayı, payızı, qışı olmasını təbii qarşılayır. Bunu təbiətinyazılmamış bir qanunu kimi qəbul edən, buqismətə, yazıya bir insan kimi boyun əyən şairindünya üçün keçirdiyi təlaş hissidir. "İlin payızıonsuz da gələcək", "ömrün payızından daqaçmaq olmaz". Amma Tanrıdan istəyi budur ki:

380

Dünyanın payızı olmasınancaq!

Qoy dünya həmişə rahat olsun."Biz gəldi-gedərik,

dünya var olsun!"Şerdəki bütün bədii və təsvir vasitələri-xəzan

yağışının ağacları yuyub təmizləməsi, budaqlarınpəncərədən içəri boylanması, qaməti "ağşirmayıdan yonul"muş ağcaqayının gözəlliyi, buyağışlı payız ömründə meşələrin susması, yağışın gətirdiyi lal sükut, hər fəslə verilənromantik adlar lirik boyalarla zənginləşdirilir. Payızın-ömür payızının təbiətin fəsillərindən biriolan payızın obrazıyla qarşılaşdırma dünya-insan-kainat-təbiət mövzusu fəlsəfi tamlığınıtapır. Burada fəlsəfi lirika öz başlanğıcını həyatfəlsəfəsindən götürür. Real təfərrüatlara, müqayisələrə, əsaslanan şair burada təbiəthadisələri, insan ömrü ətrafında düşüncələrədalır və bunları təsirli, obrazlı bir qələmə alır.

Şairin obrazlılıq dedikdə şerlərində güclüpafos yoxdur, amma onun sakit, adi görünənmisralarının canındadır bu pafos; təmtəraqsız, haysız-küysüz, amma təbii və son dərəcə təbii birdillə deyilir bunlar və insanı düşündürür. O, ətrafında baş verən hadisələri sadəcə seyr etmir, onların mahiyyətinə varır. Şəxsi əhval-ruhiyyə, duyumlarla şer üçün götürdüyü mövzunuzənginləşdirir. Şair yaşadığı təbiətə laqeyd deyil,

381

onun qanunauyğunluqlarına soyuqqanlı yanaşabilmir. Çünki onu sevir, bu sevgidə dünyanınəbədi-həmişə bir şəkildə qalmasını, qışsız, payızsız olmasını istəyir. Qoynunda insanyaşayan dünyanın varlığı bəşəriyyətin varlığı, bütün canlıların varlığı deməkdir və şair buşerində özündən çox bəşəriyyətin qayğıkeş şairikimi diqqəti cəlb edir. Bu bəşərilik əsərin bədiiməziyyətlərini artırır. Şair həyat hadisələrinidiqqətlə müşahidə edib, duyduqca, onasəmimiyyətlə yanaşdıqca yaratdığı əsərin mənadəyərini artırmış olur.

Qövsü-quzeh təbiətin ən əsrarəngizmöcüzələrindən biridir. Yağış yağandan sonramavi səmada yeddi rəngə çalan Fatma nənəninqurşağı, peyğəmbərin qurşağı kimi tanıdığımıznağıl şirinliyi ilə seyr etdiyimiz, gözəlliyindənruhən qidalandığımız qövsü-quzeh şairinqələmində xüsusi çalarlarla tərənnüm olunur. "Qövsü-quzeh" şairin zəngin, lirik duyğularınıözündə toplayıb; Hər buludda "dağ seli", şəlaləyaşayır. Bulud topası birdən-birə o dağ selini, ogur şəlaləni yerlərə göndərmir ki, çiçəklərin, yarpaqların onları götürməyə gücü çatmaz. "Onagörə bilə-bilə, gilə-gilə" yağır yağış. Yağan yağışdamcılarını "inci kürələri"nə bənzədir. Lirik birdillə sevə-sevə tərənnüm etdiyi o damcılara daşair ehtiyatla, zərgər incəliyi ilə yanaşır. Sankiqopub düzümündən düşəcək, sanki o incilər bir

382

boyunbağıdadır və o zərgər əlində zərifliyi iləkönülləri oxşayır. Topa-topa zəhimli buludlardantökülən incə inci kimi şeh damcıları, buludlardanyerdə güllərin, nərgizlərin yarpaqları üzərinədüşmüş şeh damcılarına bənzədilir. Gözümüzönündə yağışlı bir anda ana təbiətin gözəlliyinəqələm qatan yağışın yuduğu təbiətə verdiyigözəlliklərə vurğun şair birdən-birə (bəlkə dəətrafını nura qərq edən yağışdan sonra tərtəmiztəmizlənmiş ağacların, otların, çiçəklərin seyrinədaldığından qövsü quzehin nə vaxt peydaolduğunu görmür) "buludların qulağından biraypara sırğa kimi asıl"an qövsü quzeyi görür. Şair diqqətimizi qövsü-quzehin yaratdığımöcüzələrə yönəldir. Yeddi rəngə çalan qövsü -quzehdə səma rəngi, torpaq rəngi, çörək rəngi, yarpaq rəngi, həyat rəngi görür. Şair bu gözəllyiilirik bir dillə, lətif kəlamlarla vəsf edir. Yer kürəsinibir "fincan"a , qövsü- quzehi onun "büllurqulpuna" oxşadır. Günəşin əlində tutduğu bu"fincan"dakı arzu, qayğı, ümid, sevincdən birudum da içdiyinə sevinir. Qövsü-quzehin şairinsinəsində yaratdığı həyat eşqi bədii ifadəsini belətapır:

Nə yaxşı ki, yağdı yağış,Neçə-neçə hikmət gördüm.Şəffaf suyun bölündüyüYeddi rəngdə,Xəfif mehdə,

383

İnci şehdə.Ağır-ağır buludlarınqoruduğu gözəllikdə

Qövsü -quzeh təbiətin möcüzəsidir, əzəməti, möhtəşəmliyi, sirli, soraqlı gözəlliyi ilə insanıyaşamağa, sevməyə, sevilməyə, sabaha ümidlə, xoş arzularla baxmağa çağırır. Yağışın yağmasıilə kəsilməsi, göyün üzünün rüzgarın açılmasıgünəşin doğmasıyla könlü -gözü oxayan birmənzərənin göz önündə açılması ruhumuza, qanımıza bir xoş duyğu gətirir. Sanki təzələnirik, təbiətin özü kimi daxilən, ruhən təmizlənirik.

Burda min bir rəngə çalan təbiətin gözəllikləri, yaşıl çəmənlər, sız ormanlar, laləli, süsənli-sünbüllü göy oxşayan dağ zirvələri, zirvələrəqonan qartallar, göydə şığıyan şahinlər, cəh-cəhigüllü bağçaları başına götürən bülbüllərinzümzüməsi tərif olunmur, burda bütün gözəlliyi, sehri, möcüzəni "nur çələngli", "yeddi rəngli", "büllur qulplu" qövsü quzeh yaradır və şair onunyaratdığı bu gözəllikdən doğan heyrət vəheyranlığını bu misrada bütün dolğunuluğu ilətərənnüm edir:

Birdən doğdu qövsü -quzeh.Bilmədim ki, göydən doğduqövsü- quzeh,Yerdən doğdu qövsü -quzeh,Buludların qulağındanBir aypara sırğa kimi

384

asıldı o.Düzənlikdən dağ kimi

yol saldı o.Naxış-naxış zərrələrdən,Donub qaldım yerimdə mən.

Təbiətin möcüzələrini Fikrət Sadıq sükutlaqarşılaya bilmir, hər gördüyü əkisliklərdə də şairbir mə'na gəzir.Təbiətin gözəl fəsli olan baharözündə min bir qəribəliklər yaşadır. "Göy zəmidəağ bənövşə" bitirən baharı şair sorğu - sualatutur:

Bahar səndə nə adətdir,Göy çəməndə mor bənövşəbitirirsən,Göy zəmidə ağ bənövşə. Rəngə dolmaz, Zəngin olmaz,O çiçək ki üzərinə kölgə düşər.

Sünbüllərin ayaqları altında bitən bənövşə dəinsanı sevir, onun çörəyinin bol olmasınıarzulayır. Təki çörək bol olsun, təki insanlarfiravan yaşasın, çörəklə sınağa çəkilməsinlər. Təbiət özü onlar üçün çiçəklər qədər ətirli, gözəldir. Bənövşə də bu ana təbiətin birzərrəciyidir.

O, hər fəsilə özünəməxsus bir baxışla baxır. O, klassik və xalq ədəbiyyatında təbiətinfəsillərinin tərənnümünü, bu tərənnümün zənginbədii təsvir və ifadə vasitələri ilə dolu, yüksək

385

sənətkarlıqla tərənnümünə dərindən bələd olsada onları təkrarlamır. Ona öz baxışlarıyla baxır. Öz poetik qüvvəsiylə yanaşır və daha cazibədardaha mə'nalı şeriyyət gətirir və bu şe'riyyət onunsənətkarlıq imkanlarını zənginliyindən xəbərverir. Qış fəsli nə qədər soyuq, sərt, şaxtalı birfəsil olsa da F.Sadıq şe'rində o insanın canınaüşütmə salmır, əksinə qar özündə bir təbiilik, birsadəlik yaşadır. O bu qış fəslinin bir günlükmənzərəsini elə bir poetik dillə təsvir edir ki, istər-istəməz oxucu belə bir qarlı qış gününü arzulayır. O günü yaşamaq istəyir. O günün sevincindənözünə pay istəyir. Aramsız "quşbaşı qar" yağançöllər qardan ağ libas geyinib, yollar, cığırlarqarla örtülüb, qayalar, dağlar sanki "büllurdantökülüb", bu səhnəyə şair adi baxa bilmir.

Allah, Allah nə ilahi sükut,Nə gözəl tamaşa!Baxırsan gözün qamaşır,Hər yan yanır par-par.

Göydən yerə durmadan yağan lopa-lopaquşbaşı qar qəribə bir mənzərə yaradır; yer, göyqar pərdəsiylə örtülüb, bu qar pərdənin bir ucuyerə, bir ucu göyə bənd olub. Qarın bu yağımını, bu durumunu qarışdıra biləcək bir həzin külək, birxəfif yel arzusunda olan şair bu yağan qarıbaharın gözəllik çələngi olan çiçəklərin, bolbərəkətli zəmilərin gələcəyi üçün zəmin kimitərənnüm edir.

386

Üzümüzə gələn yazın,Ç içəklərini suvarır.İndidən bu qar.Qara bax, qara,Həm ruzi bərəkətdir

Qar həm də gözəllik və əyləncədir. Körpəuşaqların gözlərindəki sevinc onların qaçışı, yürüşü, qar üstündə güləşməsi, qartopuoynamaları, qardan adam düzəltmələri lirik birdillə tərənnüm olunur, şair gördüyü bu aləmingözəlliyini artıq ömrünün payızını sona vurmaqdaolan qocanın-lirik qəhrəmanın dililə qar pərdə, onun yaratdığı insandakı gümrahlığı, sevincindoğurduğu həyat eşqini tərənnüm edir.

Övladlarım, əzizlərim, De harda var?Bu uşaqlar.Bu dağlar,Bu qar.Bu dünyadan doymaq olar?!Bu dağlardan keçmək olar?!Bu dünyanı görə-görə,O dünyaya köçmək olar?!("Quşbaşı qar, baba və uşaqlar")

Fikrət Sadıq üçün təbiətin möcüzəsi olanyağış onun kömək dağarcığıdır. O, gərəksizyaşamağı ölümdən betər bilir.

387

Dəniz də təbiətin bir parçasıdır. Təbiətisularsız, çaylarsız, dənizlərsiz, okeanlarsıztəsəvvür etmək mümkün deyil.

Dəniz mövzusu az müraciət olunanmövzudur. Doğrudur, hardasa kimsə özdüşüncələrində, fikirlərində təlatümlü dənizləri, coşqun ləpələri tərənnüm edib, öz hisslərini daxiliistəklərini dənizlə bağlı ifadə edib. Amma tək-təkşairlər tapılar ki, onların yaradıcılığında "dəniz" mövzusu bu qədər oynaq, eyni zamanda həzin, coşqun, eyni zamanda kövrək duyğularıntərənnümü üçün şairin yaxın dostu olsun. Şairinlirik qəhrəmanı bəlkə də elə özü ilk dəfə dənizgörəndə uşaq imiş. Dayanıb dənizə o qədərbaxıb, təəccüb içərisində qalıb ki, "bu qədər sunecə yığışıb bir yerə", Hətta "paxıllığı" da tutubdənizdə atılıb -düşən uşaq kimi dəcəl ləpələrə. Amma yaşa dolduqca dənizə qarşı bütünhəsədləri yox olub, əvəzində dənizə elə vurulubki, onu dənizdən ayrı salmaq üçün qohumlar, dostlar dənizin tufanıyla, qasırğasıyla onuqorxudurlar. Və qəlbini elə qırırlar ki, dənizçi olabilmir. O vaxtdan özünə yeni bir sənət arayandayolunu başqa bir "dəniz" bağlayır. Söz dəryasına, dənizinə, onun qoynuna atılan lirik qəhrəman budəfə qorxmadan, çəkinmədən onun qoynundadır:

Orda da tufan var, boran varBilirəm.

388

-deyir, özünün dediyi kimi, dahayolundan dönməyəcək:Dənizdə doğuldum,Dənizdə ölərəm-fikirləriniDənizdə doğulmuşam, dənizdəDəniz ləpəsiyəm mən.

-misralarında daha da qətiləşdirir, mütləqləşdirir. O inanır ki, "dəniz" ləpəsidir, çünki"dəniz ləpəsinin göz yaşı"nda duzu qalıb, dənizləpəsinin "ürəyi"ndə sözü qalıb.

Dəniz şairin lirik qəhrəmanı ilə bir yerdədir. Xəzər məcrasına sığmayanda küçəsinə gəlir. Xəzri əsəndə əsən külək onunla "həmsöhbət", "həmdərd" olur. Sanki özü bağlı qapıdan, pəncərədən keçib gəlib lirik qəhrəmanın az qalasaçların qarışdırır və:

Dənizi küçəmizə gətirir elə bil.Divarlara çırpılır dalğalar.

Belə günlərdə şairin evi "gəmi"yə, otağı"kayuta"ya oxşayır və o an şairi narahat edənodur ki:

Gəmi- evimiz birdən əyilər, birdən batar".

Otağında oturub dənizi küçəsində, evindəqarşılayan şair üşüyür. Onun xəyal dənizi əsldəniz kimi sərt, soyuq, qorxulu deyil, ona görə"dənizdəkiləri düşünürəm" deyə narahat olur. Dənizdə kimlər yoxdur, gəmilər, əsrarəngiz,

389

möhtəşəm, dəmir lövbərlər üstündə salınmış NeftDaşları, orada çalışan minlərlə həmvətənlərimiz. Dənizin qoynunda qara qızıl çıxaran neftçilərinəməyi, zəhməti, təbiətin şıltaq anlarında oturubözünün xəyal dünyasına, dənizinə baş vuran şairinarahat etməyə bilmir.

"Dünyaqayğı" müasir nağılın qəhrəmanı daDənizçi də, Gülçin də, zolaqlı köynəkdədənizçiyə bənzəyən İlkin də "dalğalarla əlbəyaxa" dənizdəki şəhəri, bir-birindən uca evlərigörür."Neft daşları"nı gəzir. "Baltik dənizində"kisəhər də şairin lirikasında özünəməxsus, bənzərsiz çalarlarla tərənnüm olunur. Bir sabahBaltik dənizində yağan yağış dənizlə qoşalaşır:

"Baltik dənizində səhər" şerində səhər şairinlirikasında özünəməxsus, bənzərsiz çalarlarlatərənnüm olunur. Bir sabah Baltik dənizindəyağan yağış dənizlə qoşalaşır. Təkcə təbiətinyaratmaqda olduğu möcüzəli bir mənzərə- bir-birinə bənzəməyən səhərlərdən birinin açılmasınışair müşahidə etmir, onun sözdən canlı "rəsmini" çəkir.

Yağışa bax, bax yağışa,Şıdırğı yağdı bu sabah.Yağdı göyü isladınca,

Mavi rəng yerə damınca.

Süzüldü mavilik yerə,Axdı qara üfüqlərə,

390

Axdı şırım aça-aça,Buluddan da torpağacan.

Bu misralardakı lirika könül oxşayır. Təbiətinən əsrarəngiz anlarında, sübhə doğru yönələn bir vaxtda dənizdə əvvəl şıdırğı yağış yağdı. Çoxyağdı, "yağdı göyü isladınca". Sonra göyün göyrəngi qara üfüqlərin üstünə axdı. Kimsə üfüqləriyudu. Bu yandan da külək qoşuldu yağışa. O daaşağıdan dəniz dalğaların qapıb göyə çırpdı. Hava oldu alatoran:

Bu yandan da əsdi külək.O yerdə ki qırıldı rəng.Qapıb dəniz dalğasını,Həmin yerə çırpdı onu.

Göy dalğalar axdı göyə,Qarışdı mavi maviyə.Ağardı qorxudan qara.Hava oldu alatoran.

Yerdən qaranlığı qovan qüvvə sankidayandı, nəfəsini dərdi… yoxsa təbiətin beləanında kimsə yoruldu, bir hovur dincini aldı?!

Qovub yerdən qaranlığı,Nəfəs dərib bir anlığa.Dondu səmada rəng seli,Kimsə yoruldu elə bil.

Və birdən:Səhəri açan rəngsazın,Düşdü əlindən fırçası.

391

Bu rəngsaz Tanrının Özüdür. Səhəri açmağayalnız o qadirdir. Onun "qızıl saçaqlı fırçası" vardır. O fırça da Günəşdir. Onun doğuluşuyla"Yandı göyün bir parçası", dan yeri söküldü, səhər açıldı. Bir azdan dənizdə açılacaq səhərintəbii mənzərəsini bu cür çalarlarla yaratmaq dasənətkarlıq məharəti tələb edir.

Şer "Baltik dənizində səhər" adlansa da, onubütün dənizlərə aid eləmək olar. Ad-şərtidir.

Dəniz, külək, yağış yağışın yaratdığımənzərə, küləyin dalğalarla təması-yağanyağışın dəniz üzərində göylə yer arasındayaratdığı mənzərəsi sanki rəssamın əlilə çəkilmişbir tablo kimi göz önündə canlandırılır. Ən incədetalları belə şair gözdən qaçırmır; Nə yağanşıdırğı yağış, nə yağışdan sonra göy üzününkönül oxşayan maviliyi, nə buludlarınçəkilməsiylə göz oxşayan mavi dənizlə mavisəma arasındakı bənzərlik, nə səhərin açılması, nə də günəşin qızıl saçaqlı, göy üzünüişıqlandıran günəş şüaları. Təbiətin gözəlliyinəvurulan çalarlar elə vəsf edilir ki, dəniz təbiətinayrılmaz bir parçası kimi dünyanın bütövlüyündəözünü tapır. Bu tapıntı insan, təbiət, dəniz, göy, səma, yağış, külək, günəş, gecə, gündüzvarlıqlarındadır

Bahar fəsli qocalmır, insan qocalır. "Qocanınbaharı olar" fikrində bir hikmət görür şair. Anasının hər bahar övladlarına, gəlinlərinə,

392

nəvələrinə "adbaad" səməni qoyduğunu, "bubizim ruzumuzdur" -deyə cücərtdiyini, bir bahar " qədərdən özünün səmənisi cücərmədiyindənömrünün son baharının çatdığını duyduğundandanışır, özü də elə -belə danışmır, ürəkparçalayan, sinə dağlayan dünya boydakədərdən-insan kədərindən, ayrılığın yaratdığıkədərdən danışır:

Bir bahar qəzavü qədərdən,Cücərmədi onun səmənisi.Tez başına yığdı bizi,Gözləri yol çəkdi."ah" çəkdi,

Sonra da bizibir yana çəkdi.

Səhər qarışıqŞirin nağıl diliylə,Pıçıldaya-pıçıldaya,"Övladlarım" -dedi."Son baharımdı-bu Baharım"-dedi.Biz zarafat sandıq bu sözü,Amma doğru çıxdı.Nə tez, nə gec,Elə martın 21-nəKeçən gecəKöçdü dünyadan.

Fikrət Sadıq xalqdan gəlmə inamlarınişığında kökləyir ilham sazını, qüssəli, kədərli bir

393

dillə anasının Son Baharını, ağır itkidən doğanqüssəsini qələmə alır. Amma onu da təsəlli sanırki:

Bahardı təbiəti oyadan.Bahardı qanımızı qaynadan.Bahardan-bahara dəyişir cahan.

Və bu baharın nəyi gətirməsi, nəyiaparmasını "özü bilir ancaq". Həmişə belə olub, olur, "indən belə də belə olacaq". Fikrət Sadığınşerində Bahar mövzusu çox fəlsəfi xarakterdaşıyır. O, baharın ayaqlarına yıxılmayan, onuuşaq kimi əzizləməyən, başına sığal çəkməyənşairdir. Amma onun Baharı real həqiqətlərintabağında önümüzə qoyulur, hərə ondan birsevinc, ümid, həyat götürür. Amma o baharınsevinci də, kədəri də şirindir. "Baharın qocasıolmur, Amma qocanın Baharı olur" kəlmələrində-misralarında insan ömrü-təbiət-bahar var. Obahar şairin ilham mənbəyidir. O bahardan şairçox şey əldə edib. Ona görə də onun realvarlığında real ümidəlrin işığı da közərir. İstisindəisinmiş baharını sevir şair, amma bir qədərxəsislik edir onu oxşamağa, başına sığalçəkməyə. Olduğu kimi tərənnüm edir. O da FikrətSadıq yaradıcılığının bənzərsizliyindən irəli gəlir. O nə klassik sənətkarlarımız kimi, nə folklormənbələrində olduğu kimi, nə də digər qələmdostları kimi bütünlüklə ürəyini açıb ortalığaqoymur, bahara olan sevgisini də bu cür verir,

394

qoy versin, onda da Baharın gözəlliyi o cürduyulur, özü də bu misralardakı səmimiiyyyətioxucu duyur, özü də gözəl duyur.

Baharın gəlişi özyülə coşqun bir həyat sevgisigətirir. Gəlişindən sellər, sular, çaylar daşır, insanın damarında qanı da coşur. Baharhəyatdır, onda yaşatmaq eşqi güclüdür. O özü iləbərabər insanı irəliyə səsləyir, işıqlı bir səhərə. "Bahar hər il gələcək" deyir şair və hər gələndətəbiət yuyunacaq, göyərəcək, çəmənləryaşıllaşacaq, kainat güləcək. Bahar o bahardır ki, küləklərin "qırmacladı"ğı tufanın kökündənyıxmağa cəhd etdiyi, günəşsiz yaşamağa, yağışlar altında üşüməyə, buz altında qalmağavadar edilən ağacı "o ki var ilıq nəfəsiləovundurdu, könlünü aldı, əzabını unutdurdu". Bahar mülayimdir, sevimlidir, təbiətin birparçasıdır., təbiət isə anamızdır. Təbiət"anamızdır" deyir şair. Təbiət dağından vüqar, çiçəyindən zəriflik, çayından coşqunluq öyrədirbizə. Təbiət hər şeyi insana verib; yeraltı, yerüstüsərvəti insanındır. Təbəiət onu insan üçünyaradıb. Dünyada nə varsa, bütün gözəlliklər, eləbahar da şairin nəzərində ancaq insan üçündür, onun xoşbəxt, firavan, qayğısız ömrünün birparçasıdır. Onu yaradan insan üçün yaradıb. Eləulduzlar insanlar üçün səpələnib göylərə:

İnsanındır-məğrur dağ, dumanlıdərə,

395

İnsanındır-çörəkli vadi də.Bulaq da, meşə də.Təbiət verir insana.İlk daş aləti dəQızılı da, nefti də.

Fikrət Sadıq onu da əsas sayır ki, şer gərəkdünənindən, keçmişindən ayrı düşməsin. Folkloru "tükənməz çeşmə" adlandırır və göstərirki, "yazılı ədəbiyyat bu çeşmədən su içməsəsolar".

Şairin yaradıcılığında təbiətin şıltaq sərt fəsliqış incə lirik bir dillə tərənnüm olunur. Yağan qarçiçəyə, qu tükünə, ağ sapa bənzəyir. O,

Ağ saplar torpaqdakıKələ-kötür yerləriZərif -zərif közəyir.

("Qarlı şerlər").Fikrət Sadıq gördüyü mənzərəni poetik bir

dillə təsvir edərkən gözümüzün önündə canlı birtəbiət lövhəsi yaranmış olur. "Göy göldə duman" əsil təbiət lövhəsidir, əsrarəngiz bir təbiət lövhəsi. Bəzəksiz-düzəksiz əsl təbiət lövhəsi: həmişə başıdumanlı Kəpəz Göy gölün gözəlliyinə qısqanır, özünü ondan gözəl olduğunu öz gözəlliyinigöstərmək üçün:

Başındakı dumanıÇiyinlərindən atdı.Heç özü də bilmədi,Bir möcüzə yaratdı.

396

Duman örpək sürünüb,Düşdü Göy gölün üstə.Bir yarpaq çətir oldu,Bir qönçə gülün üstə.

Dumanın saçları,İlişdi ilmə-ilmə,Sahil ağaclarına.Ağ bir sükut yayıldı,Gölün yamaclarına.

Fikrət Sadıq yaşadığı ölkənin havasının, suyunun, ekologiyasının halına acıyır. "Azərbaycan ekologiya gözü ilə" şerindən dərdtökülür. Elə bir dərd ki, onu Azərbaycan təbiəti, torpağı, flora və faunası alıb. XəstədirAzərbaycan təbiəti. Bir zamanlar kəhrababuğdasıyla şöhrət qazanmış Milin, Muğanın "ağqızılı" könül açan deyildir. Torpağa tökülənkübrələr, kimyəvi maddələr bərəkətli düzlərinbelini qırıb. Bir zamanlar öz qara kürüsü ilədünyada məşhur olan Xəzərin sinəsində neftdaşları ucaldıldı, dibini o qədər eşdilər ki, ənqiymətli balıqların da kökü kəsildi. Dənizdə canlıhəyat demək olar ki, məhv olmaq təhlükəsialtındadır. Əvəzində dənizin üzünə də neft çıxdı, dəniz çirkləndi, atmosfer qatına buxarlanıbqalxan zəhərli maddələr Bakının havasını da korqoydu. Çayı, sədri düyüsü ilə tanınan Lənkəran,

397

Astara indi elə bil yoxdur; Qarabağın hərdərəsindən, qayasından musiqi, nəğmə, tar-qaval səsi gələn o yerlərin sinəsinə, qulaqlarınıindi də top, mərmi, tank gurultusu, güllə deşir. Şirvan torpağındakı üzüm sahələri otlaqları mal-qaranı əlindən aldı, "südlü diyarı" südsüz qoydu. Bütün bunlar Azərbaycan ekologiyasının ağırnəticələridir:

Suyu - dəni soğulmuş dəyirmankimisən.A başı bəlalı Vətən!

Vurulan ağır zərbə şairin qəlbini göynədir, yatmışları oyatmağa, kar olmuş qulaqları, korolmuş gözləri açmağa Azərbaycanın bu günküekoloci tarazlığının pozulmasına səbəb olanamilləri aradan qaldırmağa çağırır:

Özün dön, bir xəritənə bax?Gör nəyə bənzərin var-deyir.

("Azərbaycan ekologiya gözüilə").

398

GƏRAYLI.Fikrət Sadıq yaradıcılığı çox şaxəlidir. Onun

əsərləri həcmcə də çoxdur. Bu əsərlər içərisindəşairin çoxlu sayda gəraylıları da çap olunmuşdur. Bu gəraylılar Azərbaycan şerinin ən gözəlnümunələridir.

Fikrət Sadığın sərbəst vəznində yazdığıyüksək lirik tutuma, bədii təsir qüvvəsinə malikşerlərində olduğu kimi heca vəznində yazdığıkəraylıları da mövzu və ideya zənginliyicəhətdən, sənətkarlıq baxımından diqqətəlayiqdir. Onun "Son şer" gəraylısı vətənpərvər, mərd Azərbaycan oğlunun arzu və istəkləriniözündə ehtiva edir:

Döyüşdə ölmədim deyəm,Bayrağı örtün üstümə.Üstündə son misram donmuş,Varağı örtün üstümə.

Onun lirik qəhrəmanı ümidi "yaralı bir quş", qolu-qanadı qırılmış, zamanın kötəyini yemişinsandır. Lakin vətən, torpaq sevgisi onun üçün

399

həyatın mənasıdır. Üşüyəndə "yarpağı örtünüstümə", qara günüm çox olduğundan " qaratorpağı örtün üstümə" deyir. Dar məqamda, çətinə düşəndə karına torpağı, onun yarpağınıçağırır. Son anda taleyinə, qismətinə düşənməzar yeri də bir dərəni arzulayır və üstünün birdağ örtməsini istəyir. Bu lirik qəhrəman döyüşdəöldükdə Vətənin bayrağını üstünə çəkilməsiniistəyirsə, demək onun qanında, canında buvətənin, torpağına, onun hətta xəzəl olmuşyarpağına da məhəbbəti böyükdür. Vətənəməhəbbətin ən ülvi işartıları da onun üçündür. Lirik bir xalq şeri üslubunda yazılmış gəraylıdakımövzu, ideya, məzmun və forma bitkinliyi şerinbədii təsir qüvvəsinin zənginliyindən xəbər verir.

"İnsan gendə küsüb durur" gəraylısı daözünəməxsus dil-üslub gözəlliyi ilə doludur. Ömür yolu suya bənzəyir, bu yolda əcəl dayanıb, torpaq, vətən ağrısını tale yazısı, insan üçündərd, əzab sayır. Şairin "oda atır bizi torpaq" misrasında Qarabağ, Təbriz, Kəlbəcər dərdiduyulur, yalnız ümidə sığınan qəhrəmana ümid, ona dostdur, arxadır. Sevinci, dərdi şair fələyin"uki quşu" adlandırır. Zamanı uçar quşa, insanayaşamağa aman verməyən görür:

Quş belində uçur zaman.Yaşamağa vermir aman.Qarışıbdır yaxşı-yaman,İnsan gendə küsüb durur.

400

"Ağlar" gəraylısında da insan taleyi, insansəadəti, insan xoşbəxtliyi əsasdır. Dünyanınqəmi, kədəri, qüssəsi göz yaşı tökdürür. Çəməndə, meşə də, ağac da ağlayır. Amma insan kimiağlayan ola bilməz:

Sözdür ki, ağlar asiman,Ağlar dağ-daş, ağlar ümman.Ağlasınlar: amma insan-Hamısından betər ağlar.

Dünyanın haqsızlıqlar içərisində çabalaması, onun ağrılarını çəkən insan üçün ağırdır. Bu ağrı, əzab həddini aşıbdır.

Gəraylılarında sözü, şairi tərənnüm edir. Şairo yazıları, qüvvətli, şairləri mahir sənətkaradlandırır ki, onların duyumu, hissi güclüdr. Onlarboş yerə söz deməzlər. Ürəkləri dərdlə, sevinclədolanda şer yaranır. Xəyallarla yaşayan, yazdıqları ilə özünü aldadan, "qəlbi soyuq, şeriyalan" şairlərin də olduğunu gizlətmir. Lakinqüdrətli şair ancaq sözü ilə ucala bildiyindənhəmişə "uca söz hayındadır".

Şair özü də sözə, onun məna tutumuna, bədiidəyərinə diqqətlidir. O, söz meydanında adını, tutumunu saxlamaq üçün bütün varlığıylahərəkətdədir. Şer yaza bilməmək şair adına, ləyaqətinə ləkədir, bu əsl sənətkar üçün ölümdənbetərdir, şair bu məsuliyyəti duyur:

Tanrı məni birdən öldür,Ölümə möhtac bil məni.

401

Bir də özümə gəlmərəmDevrilmiş taxt-tac bil məni!( "Şer yaza bilməyəndə")

Şairin şair qəhrəmanı şer yaza bilmirsə, özünü "barsız ağac"a bənzədir. Həyat onun üçünşahmat, oyundur. Şer, sənət şairin ilhammənbəyi, könül sirdaşıdır.

Sabir Rüstəmxanlının şairin gəraylılarıhaqqında yazdıqları yerinə düşür:" Fikrət Sadığıngəraylıları bu günün ağrılarından biçilib, formaənənəvi, "arxaik" olsa da, ruh arxaik deyil, çalınan saz olsa da, çalan "Uvertura", milli marşçalır və ya şəhid məzarı üzərində ağı deyir. Buforma çağdaş dünyanın rənglərinə boyanıb və budünyanın heç bir dərdinə darlıq eləmir".

İnsan, zaman-kainat-dünya movzularınaFikrət Sadıq yaradıcılığında çox tez-tez müraciətetməsi təbiidir. "Zəmanədən küsən şerim", "onsuz da hər gün, hər saat, mən ölürəm, sakitrahat", "İnnən belə əvvəlkitək fırlanacaq çərxi-fələk", "Quş belində uçur zaman" və s. misralarında yatan məna buna misaldır.

Şair Sabir Rüstəmxanlı onun gəraylılarıhaqqında yazır:" onun gəraylılarında zamansərhədləri şərtidir, çünki şerlərdə bir ömrün ağrı-acısı, itki və təəssüflər… ilə yanaşı zamanın, məkanın kainat ölçüləri də var və şair ruhuhəmişə bu iki ölçü arasında-ölümlə ölümsüzlük, insani sonla ilahi sonsuzluq arasında

402

çırpınmaqdadır. Bu təzad, narahatlıq onunşerlərində həm dil, həm obrazlar sistemibaxımından yeni, bənzərsiz ifadəsini tapır".

Şair gəraylılarında nəvəni budağının barınabənzədır. Özünü kök, oğlunu budaq, nəvənibudağın barı bildiyi nəvəsi onun üçün həm də"düşmən çəpəri"dir. Şairin gəraylı üstündəköklədiyi "Nəvəmi görəndə" şe'ri su kimi axıcı, sadə, şirin bir dilə malikdir. Nəvəsinin dünyayagəlişini yorğun "payız qocanın" qayıtmış Baharıkimi vəsf edir. Nəvə şair babanın gözündə nədir?

Nəvəsiz bu dünya nədir?Nəvə- dəvə qafiyədir.Dünya dəvədi, ya nədir?Dəvənin ovsarı sənsən.

Nəvə onun üçün bal kimi şirindir. Onun gəlişiözüylə nə gətirdi?

Sevindirdi bizi göylər,Baba-nəvə, balnan-şəkər.Bütöv sevinc varsa əgər,Yarı mənəm, yarı sənsən.

"Düşmən gözü çıxardanım", "Sənə qurbanolsun canım", "Qəlbim, ürəyim, Fuadım" kimiifadələr məhəbbətlə doludur. Şair keçirdiyi daxilihissləri, sevinci, fərəhi ifadə edir. Bu ifadələrdənelə bir sevinc, şadlıq tökülür ki, şair öz hisslərinigəraylı üstündə elə tərənnüm edir ki, unudursanonun sərbəst vəzndə yazdığı əsərlərini. Eləbilirsən, elə ömrü boyu heca vəznində yazıb

403

F.Sadıq və elə heca vəzninin ən gözəlnümunələrinin də o yaradır.

Ay hələ məndən qaçanım!Sənə qurban olsun canım!Bu yorğun payız qocanın,Qayıtmış Baharı sənsən!

"Balaca körpə, dürr qızım, dürdanə qızım", "yeri şəhanə qızım" deyə nəvazişlə oxşadığıAyselini də şair böyük məhəbbətlə şe'rininqəhrəmanı edir. Aysel onun evinin sevinci, "tərGünəşi", "Ay parçası", "uca dağların laləsi" dir. Şaqraq səsini gur bulaq səsinə, yerişini xanım-xatınların, şahzadələrin yerişinə oxşadır.

Gəraylının incə mətləblər ifadə edən misralarıtəpədən-dırnağa sevgiyə bürünüb. Elə bir sevgiki, Aysel onu ata-anasına bağışlayıb. Ayselmehriban pərvanə kimi ata-ananın başınadolanan, qayğısını çəkən, qulluqlarnıda duranövladdır. Həm də ona görə ata Ayselini bu qədərçox sevir, bu qədər gözəl tərənnüm edir ki:

Ağıl, ismətdi daş- qaşı,Ürəyi büllur göz yaşı.

Qardaşına qız qardaşı,Ər qızım, mərdanə qızım.

Aysel balam elə budur.Özü sadə, amma məğrur,Ürəyim arxayın vurur,Əyilməz dövranə qızım.

404

Şair F.Sadıq görmək istədiyi zəngin, mənəvigözəlliyi sevimli Ayselində görür və ona görə dəqürurla onu vəsf edir. Bu msisralarda Ayseləbəslənən ata sevgisinin ölçüsü-meyarı yoxdur. Övlad sevgisi F.Sadığın bir parçasıdır.

"Yoxdur" gəraylısı məzmunca, ideyacazəngin bir gəraylıdır. Bu şe'rdə bircə misra daolsun artıq söz yoxdur. Bir-birini tamamlayanbəndlərdə bir bitkin mövzu, ideya var və bunlardainsan ləyaqəti, humanizm prinsipləri əsasgötürülür. İnsanlığın ölçüsü-insaf nədir?

Hər ürəkdə insaf bitməz.Hər buludda leysan yoxdur.Hər dərədə sel şütüməzHər ormanda aslan yoxdur.

İnsaf dürrdür, az tapılar.Az tapılan dürr saf olar.Daşda məgər insaf olar.İnsaf yoxsa, insan yoxdur.

"Çərxi-fələk" gəraylısında da şair zamanı, dövranı, rast gəldiyi ədalətsizlikləri çərxi-fələkləüz-üzə qoyur. Onu bir növ itiham edir. Bazarın odtutub yanmasını görən insanın ağlı başındançıxırsa, hər kəs özüyçün yaşayırsa, insaf-mürvətyoxa çıxıbsa, "kim qoyub bu nırxı fələk?"-deyəsuala tutur. Fələyin çarxı çönüb:

O çarxın dişləri dən-dən.Yaralayır bizi hərdən.

405

Dövranın gərdişi həmən.Dəyişməyib axı, fələk.

Şairi narahat edən də budur ki, çarxı-fələkəyriyə qahmar çıxsa yalan həddini aşacaq, bu daelə bir vəziyyətə gətirib çıxaracaq ki, xalqın səbirkasası daşacaq, ayağa qalxacaq və bundan daşair narahatdır. "Aldatma gəl, xalqı fələk"- israrlabunu tələb edir. Onun haqqa-ədalətə çağırdığıtərəfin əməllərində müəmalı görünən tərəflər var:

Düzlüyə gəlişin nədi?!Əyri ilə işin nədi?!Dəyirman öz işindədiHəməndi çax-çaxı fələk?!

"Dəyirman öz işini görür, çax-çaxı başağrıdır." məsəli xatırlanır. Amma şair sözünüdeyir, deməlidir. O, sabah üçün narahatdır. Onunarahat edən "çörək dərdi"dir. Xalqın düşdüyüçətinliyini fəsadları-işsizlik, bahalıq, qıtlıqdır. "Görəsən sabah nə olar, nədəndir bu qorxu, fələk" misralarında ümidsizlik var sabaha, ümidsizlikdən cana doyma var. Tezliklə buçətinlikdən çıxacağına gümanı qalmayan xalqınkönlündən keçəni, düşündüyünü deyir şair FikrətSadıq.

Dünya bəzən şairin gəraylılarında ürəyiniboşaltdığı varlıqdır. O varlıq ki, onun qapısınaçox daş atılır. Daş-qaşa tutan da onu aldada-aldada nağılla "yaşa"dıb. Çətinə düşüb ona üztutanda ətini "şişə" çəkib, nadana, paxıla onu

406

möhtac edib. Öz övladına dünyanın belə laqeydmünasibəti ürəyini qırdığından, ondan umduğunugörmədiyindən incikdi şair. Ona görə "döybaşına, ağla"-deyir. Çünki özü sürgünə bənzəyəndünya onun ömrünü düyünə salıb, onu yamangünə qoyub:

Şerlə qatdın başımı,Tükətdin də göz yaşımı,Eşit mənim qarğışımı,Bir tutma gəl, xalxla məni.

Şair "tale"yə də o cür müraciət edir. Dünyaya"döy başına, ağla məni", hər yetən fağırla mənidəyişik salma", "xalxla məni" bir tutma deyirsə, taleyə də "mənimlə oyun oynama" -deyir. Qocavaxtında onunla oyun oynayan taledən niyəyanıqlıdır şair? Niyə ehtiyatla dolanır onunla, niyəistəmir bir az da könlünü aça? Çünki taleyəbələddir, uşaqlığından bələddir. Bu o taledir ki, onu 20 il ata üzünə həsrət qoyub və bu qocavaxtında da istəmir, onunla oynasın tale, çünki:

Sən yazılı aynamısan?Sənə baxsa çaşar insan.Sən çaşmayıb oynamısan.Bir dəfə də çaş oynama.

Sən Yerin-Göyün hakimi,Mən ərköyün uşaq kimi.Kəs oyunu, saxla hökmü,Oynama, qardaş, oynama!

407

Sən oynasan, axmaz sular,Meşə saçlarını yolar.Zəlzələn evlər uçurar,Titrəyər dağ-daş oynama!

Zəif görmüsən qocanı.Qırmısan qapı- bacanı.Mən tapmışam tapmacanı.Sən ol, qara daş oynama.

"Ən ucqar ev" gəraylısında şair insanlığınyoxa çıxmasından, dostun, yadın dəyişməsindən, güzəranın pisləşməsindən gileylənir və nəticədəbütün hər şeyi-götür qoy edəndən sonra beləqərara gəlir ki, yaşadığı dünya həmən dünyadı, dəyişməyib, dəyişən insandır-özümüzük.

"Qumru-1", "Qumru- 11" gəraylıları Qumruquşuna müraciətlə yazılıb. Qumru quşununşəhərə necə gəlib çıxdığını, evinin banında yuvaqurduğunu, bir kimsəyə dəyib toxunmadığınıtərənnüm edir. Onun qəmli, kədərli nəğmələrininsəbəbkarı olan bu həyatdan, zamandangileylənir. Eyni zamanda hansısa bir səbəbdənöz doğma yurdunu itirib yeni yurda düşənQumrunun buralara alışmadığını öz daxili-əhvalruhiyyəsinə uyğun tərənnüm edir:

Bütün quşlar oxuyur da!Alışmırsan təzə yurda.Gecə-gündüz səni burda,

408

Boğan qəhərdən ötürsən.

Nə günüvə dirçələsən?Dirçəlibsən ki, beləsən?Dərddən ötürsən hələ sən.Bezib şəhərdən ötürsən!

Gecə məni oyatmısan.Daş yuxuma daş atmısan.Deyirsən ki, "ayıl insan",Ayılmıram mən, ötürsən.

Bu gəraylıda həyatdan, dövrandan narazılıq, yurd həsrəti, bu çətin, ağır güzərandan qurtulmaqüçün insan övladını mübarizəyə çağırış, şəhərintüstülü, zəhərli havası, kəndin təmiz dünyası, dərdin, qəmin, qüssənin çoxluğu, bundan insanövladı kimi təbiətin bu zərif məxluqutun da əzabçəkməsi, vaxtlı vaxtında dən tapmaması-çörəkdərdi çəkən insanlara işarədir. Qumru şairəimkan verir ki, qur-qur ötən səsindən istifadəetməklə könlündən keçənləri sapa düzsün. Hərbiri qiymətlidir bu sözlərin, çünki onda həyat eşqivar; insan övladının öz haqqını tələb etməsi var, insan kimi yaşamaq istəyi var və daha nələr, nələr var bu qumrunun səsində. Şair məhzbunları ümumiləşdirir. Onun toxunduğu simlər, mətləblər oxucuya aydındır. Sabir Rüstəmxanlıyazır:

409

"Bahardır:"bütün quşlar oxuyur"-qınağabaxın! Qınağın incəliyinə baxın, incəliyingözəlliyinə baxın! Sonra gələn dözülməyən dərdigörün! Qınağın ardınca gələn bu ağrı-acı nədir? Doğrudanmı bu bir qumru quşunun ağrı-acısıdır, yurdunu itirmiş, dəyişmiq qumru quşunun? Yox, inanılası deyil, yurdunu itirdiyinə görə belə quşağrı-acısı olmaz. Bu yurdunu-yuvasını itirmiş birqız Qumrunun, bir gəlin Qumrunun, qaçqınQumrunun qəhərdən boğula-boğula yanıqlı səsə, sözə çevirdiyi ağrı-acısıdır".

Oğlu ölən bir il ağlar.Yüz il ağlar,Min il ağlar,Yurd itirən

Yeddi hecalı "Girir araya" gəraylısında daşairin baxtından, taleyindən, dövranındanşikayəti var. Sevinməyə həsrətdir, elə ki bir azgünü xoş keçir, "zülüm girir araya". Həmişə işi"nəhs" gətirir:

İşim nəhs gəlir, nəhsəm.Çaşıb bütöv söz desəm,Bütövləmək istəsəm,Bölüm girir araya.

Burada şairin eyhamlı fikirləri oxucunu tutur. Özü də öz oxucusunu. O oxucunu ki, birlik, bütövlük arzulayır. Xalqına birləşməyi, vahidAzərbaycan problemini həll etməyi məsləhət bilir. Xalqımızın mütərəqqi fikirli ziyalılarının ən böyük

410

arzusu, işi, məqsədi budur. Fikrət Sadıq dabunlardan biridir. İstədiyinə çatmadığı üçün "işimnəhs gəlir, nəhsəm"- deyir. Bu gəraylıda şairinşəxsi duyğuları da öz ifadəsini tapıb. Onun lirikqəhrəmanının bir şeydə bəxti gətirmir. Eləməhbbətdə də:

Xəyalım göydən ensə,Yerdə bir yar bəyənsə,Ürəyim bir söz desə,Dilim girir araya.

"Deyiləm-1". "Deyiləm-11" gəraylıları Yunisİmrə ruhuna yaxındır.

Sözdü mənim söz möcüzəm.Özüm də bir kəlmə sözəm.Parça buludca acizəm.Xəfif dumanca deyiləm.Yunis İmrə də duyğuların beləifadə edir.

Yunus, sənin sözün dərin.Cahil görməz sahillərin.Bilməzmisən cahillərinNecə keçir zəmanəsi.

Nəriman Əbdürrəhmanlı yazırdı:" Nə vaxtsaFikrət Sadığın "Son şer" adlandırdığı gəraylısınıoxumuşdum və sözün gözəlliyini bütün canımda-qanımda duymuşdum. Misralar, bəndlər durnaqatarı kimi yaddaşıma düzülmüşdü. Amma ondaFikrət Sadığı sərbəst şer yazan şair kimi

411

tanıyırdım. Bu boyda gəraylı duyumundanxəbərim yoxuydu:

Tərəzi ol, iki gözüm,Ağır çəkmə hər adamı.Əməlinə görə ayır,Nanəcibdən ər adamı.

Həm də Fikrət Sadıqda gəraylı yazan başqaşairlərdə görmədiyim bir cəhəti gördüm. O çoxvaxt səmadan yerə enir, əbədi mövzulardan yox, gün-güzəran detallarından-"eyvanıyla qabaq-qənşər bitən qovaq"dan, ən "ucqarev"dən…adicə "su"dan yazır və bütün bunlarıgəraylı qəlibinə ustalıqla sığışdırır". Fikrət SadıqN. Əbdürrəhmanoğlünün dediyi kimi doğrudan daşerlərində nə güldən, nə bülbüldən, nə ilahieşqdən dəm vurur. Onun gündəlik həyatımızıgəraylının qəlibinə bu qədər ustalıqla, incəlikləlakin təffərrüatı ilə yerləşdirə bilməsi də onunzəngin dünyagörüşündən, sənətkarlıqimkanlarının çoxşaxəliliyindən irəli gəlir. FikrətSadəq sərbəst şerlərində olduğu kimi xalqüslubunda yazdığı şerlərində də vətən, torpaq, dünya, insan, məhəbbət, torpaq, təbiət incəlikləriduyumunda təbiidir. Gəraylılarında romantikdünyasından çox real həyata, bağlılığını görürük, Onun gəraylıları, qoşmaları bizim yadımıza XəstəQasımı, Yunis İmrəni, Şəmşiri, Ələsgəri salır. Builk öncə ədəbiyyata heca vəznində yazdığıəsərləri ilə gələn, sonralar sərbəst şerin ən gözəl

412

nümunələrini yaradan bir özünəməxsusluq, biristedad, bir duyum, bir poetik dünyası olan FikrətSadıqdan xəbər verir.

"Anam yadıma düşəndə" gəraylısınınmövzusu ana məhəbbəti üzərində köklənib. Burada şairin anaya olan ən gözəl hissləri ifadəolunub. Ana itirən övladın anaya bəslədiyisəmimi duyğuları, analı dünyasının acılı-şirinlixatirələri, əlindən gedən ana mehribançılığınının, onun çəkdiyi əzablardan doğan qüssəsini bugəraylının içərisində belə zərif, incə, həzin, lirikbir dillə tərənnümü Fikrət Sadığın xalqədəbiyyatının şer növündə də elə zərgər dəqiqliyiilə işlədiyini göstərir və bu gəraylı anaməhəbbətini özündə əks etdirən ən gözələsərlərdən biri kimi qiymətləndirilməlidir. Bəzəksiz-boyasız, real həyat hadisələrini, insantaleyini özündə yaşadan bu gəraylı öz məzmunvə forma incəliyinə görə ən gözəl əsərdir. Yaşadığı zamandan, dövrandan narazı gedən, ömründə bir xoş gün görməyən anasına "donubqalmış mənam mənim"- deyə əzizləyir. Dərdiniəzizləyir, Gözünün önündə analı dünyasınınacısını da yaşamış, çəkdiyi mənəvi sarsıntıları özürəyində də duymuş qəlb sərrafı şairin analıdünyasının acı xağtirəlrini, kövrək anlarını əksetdirir və bu gəraylı ahəngdar, musiqili sözlərləzəngindir.

413

"Məndə" gəraylısı mövzuca digər gəraylılarıkimi ən yaxşı şer nümunələrindəndir. Buradaşairin lirik qəhrəmanı kasıb olsa da xəbis deyildir. Dost, düşmənin minnətinin yükünü çəkən deyil. Dünyada varı-dövləti ancaq söz olub onun. "Dərdverib, dövlət qıyma"yan fələkdən də şikayəti təbiidillə verilir.

"Göydə düyülüb düyünüm"-deyir. Səsieşidlməz olduğunu, ömrünün-gününün çox piskeçdiyini söyləsə də, hələ ümidi hər yerdənüzülməyib. Vətən boyda ümidinə sığınıb, sabahına nikbin baxır, çünki Vətəni var; eli-obasıvar-dövləti, arxası, dayağı Vətən olan şairin giley-güzarı ona ümidini bağlayanda tamamilə yoxolur:

Ümidim sənədir, Vətən!Korluğum yoxdur heç nədən.Susayıram su verirsən.Üşüyürəm-kürkün məndə.

Şair burada keçmişini- səxavətli, qüdrətli türkövladı kimi tanındığını, türkün bir zamanlaradında, soyunda yaşatdığı böyüklüyü qoruyubsaxlayır. Keçmişini müqəddəs tutur, bu günkütürkün qismətinə o türkün qismətiyazılmadığından "məcburdur" ki, desin o yalnız otürkün adını saxlaya bilib. Zaman poladı əritdiyikimi, insanı da əridib:

Dedin: "bəs türk qüdrətlidi,Bəs belə səxavətlidi",

414

O türklər dünyadan gedib,Adı qalıb türkün məndə.

Şairin bu gəraylısında kökdən isinmə, onabağlılıqla yanaşı, o türk kimi qüdrətli, birgə olmaqistəyi, istədiyini görməməkdən doğan təəssüfhissi güclüdür. Bu gəraylılarda istifadə etdiyihəmqafiyələr şerin oynaqlığını, tempini artırır.

"Bir qəlbi qıra-qıra" gəraylısında şair çoxzəngin xalq ifadələrini şerinə gətirməklə onunsənətkarlıq cəhətdən gəraylının ən yaxşınümunəsi kimi yaratmağa müvəffəq olmuşdur. "Yaman dəyişdi halım", "töküldü yerə kalım, dəymişim dura-dura", "asta-asta gəlirsən, gəlməyindən qalasan" "dağsız dünya göründügözümə qara-qura" və s. ifadələr könül oxşayır.

Şair "Manat" gəraylısında pulun cəmiyyətdəoynadığı rolu göstərir. İnsan dünyaya gələngündən onu kasıbçılıq, var-dövlət sınağa çəkdi, pulu olan "korun gözü", "lalın dili", "çolağın qandı" manat pul olub. Çünki pul ilə insan istəsədünyanı dağıdar. Şair yaşadığı zəmanədə dəpulun elə fironluğunu görür, kasıbın halına yanır, pulsuzun dərdinə acıyır və pulun insan üçündünyada hər şeyə qadir olduğunu açıb-tökən"Manat"ında:

Misri qılıncdı, Qıratdı.Topdu, tüfəngdi, "qrad"dı.Sözdü, ürəkdi, muraddı,Min cür təmənnadı manat.

415

Hara çatdı, hara vardı,Orda qiyamət qopardı.Əli gətirənə yardı,Acizi qınadı manat.

Orda dağları tərpədər,Salar kəndləri dərbədər.Burda ölünü dirildər,Lap İbn-Sinadı manat.

Səninlə olsa zamana.Səsin çatar asimana.Göy bir yana, Yer bir yanaDursa, bir yanadı manat.

Çünki şairin lirik qəhrəmanı bu pulu beləgörüb, pul onun nəzərində:

Qızıl, gümüş, əfi ilan.Ölüm, zülüm, böhtan, yalan,Uçurmaqdan ləzzət alan,

-əzəldən fəna olmaqla yanaşı, birinə "yadqohum", birinə "ana", "evlər dağıdan", "LeyliniMəcnunu" bir-birindən ayıran, "hər yetənə" daşatandır. Şair onun bütün xüsusiyyətlərini bir"Manat" gəraylısında elə ustalıqla "tərənnüm" edir ki, insan övladının gözü qarşısında çoxmətləblərə aydınlıq gətirilir; "buz kimi", "qəlbidaş" manat-pul çox inadı qırıb, çox dizlilərin dizinibüküb, çox nahaq qanlar töküb, amma bu iblis-

416

mələk simalı pul sevilib, insanları şirin dililə eləzəhərləyib ki, insanlığı içindən yeyib, hümanistdünyamıza elə qılınc çəkib ki, ana balasına, dədəoğuluna və ya əksinə düşmən çıxıb. Şair puluncəmiyytlərdə oynadığı çirkin simasını oxucuyadaha kəsərli, təsirli şəkildə çatdırmaq üçün mifikobrazlardan yararlanır. Əzrayıl, Şeytan obrazlarıona fikrini tutarlı ifadə etmək üçün kömək edir:

Bu adam ələyən xəlbir,Əzrayılla olub əlbir.Kor Şeytanla dilbir, qəlbbir.Gör necə mənadı manat.

Başdan - ayağa "şərdir təməli ilə" pul deyir vəbu iki misra-bir beytdə:

Hiyləyə büküb yaşadır,Manatda manatı manat.

"Manatda manatı manat"-şairin qurduğu sözoyunu fikrin təsirli, qüvvətli verilməsinə xidmətedir. Fikri bədii şəkildə, bədii çalarlarla verməklətəsir qüvvəsini artırmış olur.

"Su üzü mübarək olar", "Çox atılıb yollara su" misraları ilk insanların inam və etiqadlarını əksetdirir:

Su var hətta daşda, duzda.Aydınlıqdı suyumuz da

-misrasında ilkin inamlar yaşayır. Yuxudagörülən su aydınlıq, paklıq, xeyir sayılır.

Burada"Zər qədrini zərgər bilər,

417

Zərdən bahadır zərrələr.Ağır qatarları çəkər,Dönsə əgər buxara su,

-misralarında birinci misra "zər qədrini zərgərbilər" el misalı öz tutumuna, məna dərinliyinəgörə ən yaxşı atalar sözü və məsllərimizdəyaşayır. Şair bu hikmətli sözlə suyun qüvvətini, qüdrətini daha təsirli ifadə etməyə nail olmuşdu.

"Su" gəraylısı da "Manat" gəraylısı kimi birvarlığın xüsusiyyətlərini açır, onun yaxşıkeyfiyyətlərini tərənnüm edir.

"Su" məzmunca "Manat"dan xeyli fərqlidir. Pul cəmiyyətə xidmət edir, su bütün insanlara; kasıba da, varlıya da.

Pulun hər cür üzü var, qüdrət və hiyləsindəistədiyi formada "şeytana papuş tikə bilər", suyunisə bir üzü var və "su üzü mübarək olar"-deyirşair. Su həyatdır, suyun canında od var, insanınalın təridir su, su insanın qada-balasını, xəstəliyini, dərdini üstündən götürə bilmək"qüdrətinə" malikdir, su əzizini yola salan insanınürəyinə, ruhuna təskinlikdir, onun yaşatmaq ruhuböyükdür. Ona görə də şair suyu sevə-sevətərənnüm edirsə, pula münasibətindəmisralarından dərd tökülür. Suya isə şairanəyanaşır; onu göz yaşına bənzədir, şehə, nəməbənzədir və bu bənzətmələr şerin ahəngini, bədiigözəlliyini artırır:

Göz yaşıdı, şehdi, nəmdi…

418

Hər fəsildə bir aləmdi.Lalə üzündə şəbnəmdi,Zinət verir Bahara su.

Elə sular var ki, təbibdi, loğmandı, canaməlhəmdi. Şair Badamlı, İstisu kimi təbii, şəfaverici müalicəvi mineral sularınxüsusiyyətlərini vəsf edir.

Şair suyu üzüyə, Yer kürəsini qaşa bənzədir. Dünyanın xeyli hissəsini, hər tərəfdən su əhatəetdiyindən, dünyanı üzük kimi dövrəyə aldığındınşairin bu bənzətməsi yerinə düşür. Su azadlıqsevər, yaxşı insan xislətlidir, yaltaqlıq nəolduğunu bilməz, kimsəyə "əyilməz", suyunqüvvəsi, qüdrəti böyükdür. Onun sayəsindəgecələr aləm nura qərq olur, "axar, çilçıraqlarasu". Su qayğıkeşdir, dünyanın, insanlarınqayğılaprını çiynində gəzdirəndir. Ona görə dədərdli adam dərdini suya açır, qorxan su içir, suyla təsəlli tapar. Su çox keyfiyyətlərə malikdir, o coşub-daşmağı, vurub-dağıtmağı, "qurubyarat"mağı da bacarır. Su "insanın pənahıdır", Sudünyanın "anası"dır, "susuz heç nə təmiz olmaz, su təmizlik, su dəstəmaz, su həyatdır". Şair bukeyfiyətləri lirik bir dillə tərənnüm edir. Bəzəntərif-tərənnüm etdiyi suyun gözünə ictimai, siyasi, fəlsəfi fikirlərini, düşüncələrini də "qatır":

"Suyla, təkcə suç yuyulmaz,Neyləsin günahkara su,

və yaxud:

419

Ulduzların ahı sudur.İnsanın pənahı sudur,Neytron silahı sudur,Var bomba su, qumbara su.

Və yaxud:İnsanın alın tərindəHörülübdür divara su.

Və yaxud:Abır-üzün suyudursa,Çaxır üzüm suyudursa,Yalan-sözün suyudursa,Gör gəlib hardan-hara su.

Və yaxıud:Qarışmaya dünyada kaşMəhəbbətə, ilqara su.

Və yaxud:Hamı ağzına su alıb,Yer üzündə su azalıb.

Bütün bunlar bir daha göstərir ki, FikrətSadığın gəraylılarında həyatın müxtəlif sahələri-dünya-kainat-insan-zaman-su-torpaq-sevgi özifadəsini tapıb və bu mövzular xalq ədəbiyyatınında mövzusu olub. Həm məzmunca, həmideyaca, həm də sənətkarlıq baxımından bir-birinin bəzəyi olan bu şerləri rişəsi xalqədəbiyyatından su içmiş bir qəlbin, təfəkkürünməhsuludur. "Zər qədrini zərgər bilər" atalar sözüburda yerinə düşür. Fikrət Sadıq xalqədəbiyyatını sevən, ona bələd olan, onun

420

gözəlliyini duyan, mənəvi zənginliyiniqiymətləndirən, ondan zərgər kimi özyaradıcılığında yararlanan, bir-birindən dəqiq, əntiq əsərlər yaradan qələm sahibidir.

421

MİNATÜR

Fikrət Sadığın yaradıcılığında minatür şerləridə mühüm yer tutur. Bu həcmcə kiçik, lakinməzmun və ideyaca dərin mənalı minatur şerlərdə şairin dünyagörünüşünü, dünya, kainat, torpaq, vətən, insan sevgisi, sənət sənətkarhaqda duyğy və düşüncələrini ifadə edənmükəmməl sənət əsərləridir.

Harda türk var,Orda neft var.Harda neft var,Orda bəla var.Nefti olan ölkələrin,Haqqında Kərbala var.

Güney-quzey Azərbaycan kəlməsi taleyinəyazılan ağrı-acılar şairə dərddir. Bu dərdlərəgünçıxan-günbatan adının da qoşulması, Azərbaycanın bir ürək kimi dörd yerəparçalanması dərdlərdən də "betər dərddir".

Bir zaman ikiyə bölündü Vətən, Güney-quzey azmış demə,İndi də günçıxan-günbatan,Çıxdı bu yandan.İndi vətən dörd oldu.Bu dərd əvvəlkilərdənBetər dərd oldu.

422

R. Rza onun şerləri haqqında yazırdı: "təkcəqədim poezyamızın ənənələrindən deyil, eləcədə təsviri sənətimizin minillik ənənələrindən -ortaəsr minatürlərinin rəsmlərindən gələn zəriflik, poetik dünyagörüşünün zərgər incəliyi FikrətSadıq istedadının başlıca xüsusiyyətidir. Fikrətinbir sıra şerlərində poetik dəsti-xəttin kalliqrafiknəfisliyi duyulur".

Kobudluq böhtan atdı zərifliyə,Zəriflikhəyadan sındı çilik-çilik.Yalanı da çağırdılar,Dedi:-BilirikZərifliyin kobudluğunu.Gerilik də bilir bunu.Ədalətə çatdı xəbərgec idi,Zərifliyi yerlə-yeksan eləmişdilər.

Burada zəriflik düzlüyün, saflığın rəmzidir. Yalançının, riyakarın həyasız, mənfur qəlblilərinböhtanına məruz qalıb təhqir olunan, əziləntəmizliyin, müdrikliyin timsalı Zəriflik haqq-ədalətöz yerini tapana qədər atılan böhtanlara, yalanadözməyərək mənən məhv olduğu kimi, cisməndə dünyanın ədalətsizliklərinə dözmür, məhvolur. Nadana, yalana qəhmər çıxıb düzübaltalayanlar da, yalançılar da, onundəmtutanları da o mənfur qüvvələrdən heç nələriilə seçilmir.

423

Fikrət Sadığın minatür şerlərinin hər biriayrılıqda bir mövzudur. İki-üç bəzən dörd-beşmisrada dolğun, bitkin bir fikir var. Özünüöyənlər, eqoist insanlar şairin ikicə misralıqşerində öz əməllərinə görə bilərlər və bu misralarəsil ibrət dərsidir:

Biri polad qayanı qəlpə-qəlpəqoparıb

yol açır, öyünməyir.Biri köhnə cığırın otunutəmizləyib hər gün özündəndeyir.

("Biri")Kimsənin arxasınca danışmağı bacarmayan,

bunu kişilik qüruruna, qeyrətinə sığışdırmayan, hər kəsin eybini üzünə deyən şair:

Susdum,çoxaldı dostum.Dindim, Düşmənim artdı, Gəl, gör nə partapartdı.

-deyir. Dostun düz sözünü acı bilən, eşitdiyindən nəticə çıxarmayan, dostla düşməniniseçməyi bacarmayan kəslər şairin bumisralarından ibrət götürülməlidirlər.

Fikrət Sadıq insanlar arasına nifaq salanları, ikiüzlü, hiyləgər şəxsləri dörd misrasında tənbehedir:

Saman altdan su yeritmə,

424

Saman çürüyər əvvəl-axır.Üzə çıxar qəlbin pası,Üzə çıxar bütün paxır.

Eqoistləri, başqalarından özünü yüksəktutanları şerlərində çox incəliklə ifşa edir:

Nə gördü bəyənmədi."Bu boşdu","Bu puçdu","Bu heçdi"-dedi.Özündən özünə dedilər:"Bu bambaşqa məsələ,Bunun qiyməti beşdi"-dedi.

Üzdə quzu kimi sakit, mehriban, dalda"başkəsən" ikiüzlülər şairin insan kimi baş açabilmədiyi nifrət elədiyi şəxslərdir. Şair onlarıinsanlar arasında görmək istəmir, hər kəsi öz bədəməlinə görə tənbeh etməyi məsləhət görür:

Yalançını yalanla,Zalımı qılıncla,Acgözü yeməklə,Sözbazı qaxıncla,Nadanı biliklə,Tənbəli balıncla,Rüşvətçini pulla,Paxılı acıqla,Öldürün!Öldürün, qorxmayın,Aləmə bildirin!("Xəbərdarlıq")

425

Bu misralar insanı bəd əməllərdən uzaqolmağa çağırişdır. İnsanlığa yaraşmayan əməlsahibi insanlıq adına ləkə gətirdiyindən ölüməlayiqdir. Şair düzlüyün, saflığın simvolu kimiinsanı qiymətləndirir. Ona görə də hər bir pisəməl sahibini o əməllə yox etmək lazımdır.

Fikrət Sadığın atmacaları, zarafatlarıarxasında insan düşüncələri dayanır. Kamil zəkasahibinin atmacaları insanı düşündürməyəbilməz. "düzə zaval yoxdur" atalar məsəli "yüzölçülüb, bir biçilmiş" fikirdirsə, düzü zavaldanAllah niyə bəs saxlamır bu cəmiyyətdə? Onunatmacalarından birində deyilir ki:

Düzü divara dirədilərgüllələdilər.

Güllələr düz getdi.Əyrini divara dirədilər

güllələdilər.Güllələr əyri getdi.

Haqsızlıq dünyanı başına götürdüyündən"indən belə əyriyə zaval yoxdur"-deyən şairfikrində bəlkə də haqlıdır. Bu gün bir milyonayaxın həmvətəni torpağından qaçqın, didərgindüşüb; Xocalı kimi dəhşətli bir tarixi faciəniyaşayıb; on minlərlə oğul-qızlarını şəhid vermişAzərbaycan xalqının başına erməni faşistlərininvə onun tərəfdarlarının gətirdiyi müsibətlər, elmin, texnikanın, insan şüurunun ən yüksəkinkişaf mərhələsinə qədəm qoyduğu bir dövrdə

426

erməni murdarlarının yalançı hay-küylərinəinanan bir çox dövlətlərin onların yalanlarınauyub günahsız xalqımızın səsinə deyil, yalançıların səsinə səs verməsi -Fikrət Sadıqkimi haqqın səsini eşitmək istəyənlərin gəldiyi bunəticə bir şair qəlbinin dünyanın buhaqsızlıqlarından qəlbən inciməsindən, küskünlüyündən doğur.

Şairin elə mövzuda atmacaları da vardır ki, bunlar ilk baxışdan gülüş doğurur. Məsələn, iclaszalının qapısı ağzında məndən soruşdular:

Zalda nə qədər adam vardı?Dedim: "elə bilirsən zaldakıların hamısı

adamdı?"Fikrət Sadığın bu atmacalarındakı fikir və

ideyaları görkəmli alimimiz proffessor KamilNərimanoğlunun sözləri ilə ümumiləşdirməkistərdim:" Fikrət Sadığın atmaca və zarafatlarıözü kimidir, iynəli, tikanlı deyil. Başqasınasataşmaq, toxunmaq məqsədindən də uzaqdır. Həyatın özü kimidir; kədəri də, sevinci dəözündədir. Həmişə mənə elə gəlir ki, Fikrət Sadıqbu atmaca, zarafatlarla özünü sakitləşdirib, tarıma çəkilmiş qəzəblərini yumşaldıb, taleyinironiyasına ironiya ilə cavab verib. Hər şeyinzarafat damarını tutmaq, özü də sənətkarlıqdır"

Fikrət Sadığın atmacalarında fəlsəfi fikirlərözü bir aləmdir. Bir dəfə bir cavan oğlan məndənsoruşdu:

427

-Əmi, bu maşını sən sürürsən?Dedim:-Oğul mənə bir ömür verilib, heç ömür sürə

bilmirəm, maşını necə sürüm?Və yaxud:Bir kitab həvəskarı məndən soruşdu:-Sizdə "İdeal" var?Dedim:-"İdi"-rusca (get), al!Yəni-get al, əgər tapsan.İdeal-insanlığın can atdığı və çatmadığı əl

çatmaz, ünyetməz bir gələcəkdir.Yarandığı gündən səma,Bir an ürəksiz olmayır.Ürək-günəş cəzb eləyir.Ürək-Ayı.Nə qədər ki, yorulmayıb,Qabarmalar, çəkilmələr,Yaşayacaq ürək-Yer.

Fikrət Sadıq şerə, sənətə yüksək qiymətverən sənətkardır. O "Şerin dörd halı" bir bəndlikminatür şerində sanki bu yaşanmanın möhürünüvurub:

Köhnə fikir təzə libas geysə -cəhalət!Köhnə fikir köhnə libas geysə-ətalət!Təzə fikir köhnə libas geysə -əsarət!

428

Təzə fikir, təzə libas geysə-cəsarət!

Onun üçün yazan-yaradan əsil şair, əsilsənətkar öləndən sonra da "ölməz".

Şair doğulub anadan deyirlər kifilankəs.Hamı bir cür doğulur, amma birəmması var. Əsil şair dünyadadoğulanda bilinməz.Öləndə bilinər bu-şair öləndəölməz!

"Xəbərdarlıq" minatür şe'rində şair əslnəsihətçidir. On misralıq bu şeri aşıqlarınustadnamələrini xatırladır. Gəncliyə öyüd-nəsihət, onu düz yola döndərmə, milli-mənəvidəyərlərə hörmət prinsiplərini uca tutmağa, qocasına, ağbirçəyinə qayğıyla yanaşmağa, onların böyüklüyünü unutmamağa çağırışdır. Bumisralar:

Qocasını saymayan millətin,Övladı nadan olacaq.Gör-götür dünyasıdı bu.Soruşma, bu nədən olacaq.

Fikrət Sadıq minatür şerlərində dünyanındərdindən gileylidir. Kiminsə qismətinə kasıblıq, ehtiyac, kiminə də var-dövlət nəsib edən Tanrıyagiley-güzardımı bu, yoxsa üsyan, yoxsa görübmüşahidə etdiyi dünyanın haqsızlığına qarşı

429

etirazmıdır? Hər halda bu ədalətsiz bölüm haqlıolaraq şairin narazılığına səbəb olur:

Bu qurbanı olduğum TanrıdaBilmirəm bu nə adətdir,Bu nə adət!Pulu olana pul verir,Evi olana imarət!Kasıbı da unutmur,ona dadərd üstündən verir dərd.

Tənbəllik də şairin minatür şerlərində qısa, yığcam tərifini alır. Nədir tənbəllik: tənbəllik -gözünü qum tutmuş bulaqdır, ayaq açıb gecyeriyən uşaqdır. "əsarətə öyrəşən el"dir.

Tənbəllik;İstedadın ölümü,Fikrin xərçəngi.Arzunun güvəsiUsta Zeynalın nəvəsi-

-dir. Tənbəllik, onun fəsadları bütünçılpaqlığıyla göz önündədir. Tənbəl insanistedadı öldürə bilər, gözəl ideyalarının, fikirlərinin evini yıxa bilər, ətalət içində qalar. Mirzə Cəlilin "Usta Zeynal"ı kimi yoxsulluğuqədər- qismət kimi qarşılamaqla, bir ömrü aclıq, kasıbçılıq içində başa vura bilər. Tənbəl insan budünyada heç nədir. Şairin bu qısa, yığcamşerində qalın-qalın kitablara bərabər məzmun, ideya var.

430

Şair "Nəzirə"sində qanun-qayda, dinc yaşayışgörmədiyi dünyanın eybəcərliklərini kökündənbaltalayır. Bəzəksiz, boyaqsız bütün çılpaqlığıyladünyanın əsil simasını göstərir:

Dinc yaşayış nə Yerdə var, nəAyda.Yalan-palan danışmaqdan nəfayda.Qanun-qayda var deyirlərdünyada.Yalan sözdür, nə qanun var, nəqayda.

Bundan ona, ondan buna qeybət edənləri, aragəzdirənləri, söz aparıb söz gətirənləri, ədavət toxumu səpənləri şair puç, mənasız ömürsahibləri, məhvə məhkum məxluqatlar adlandırır:

Sözlərin içindən pıçıltı.Bunun boynuna biçildi.Pıçıldadıqca kiçildi.Ondan buna pıç-pıç.Bundan ona pıç-pıç.Axırda özü də puç oldu.

Fikrət Sadığın minatür şəkilli şerləri-yanıltmacları da mənalıdır, şirindir, axıcıdır, könüloxşayandır. Xalq ədəbiyyatının ən gözəlnümunələrində olduğu kimi, şairinyanıltmaclarında da bir təbiilik, axıcılıq vardır:

Həmişəgələn həmişə gələr.Hərdəngələn hərdən gələr.

431

Vay o gündənHəmişə gələn hərdən gələr.Hərdəngələn həmişə gələr.

Və yaxud:Göydə var bir çərxi-fələk.Yerdə var min çərxi-fələk.Bu çərxi fələyin,Qəlbində nə varBilə bilmirik.Min çərxi-fələyinÜrəyindəkini nə bilək.

Şair "yalan ayaq tutar yeriməz" atalarməsəlini yaşadığı zəmanə üçün mə'nasız görür.

Yalan ayaq tutsa daYeriməz deyiblər.Yalançını işə gələnGörürəm hər səhər.

Və yaxud:Bu zamandaƏli Vəliyə şər atır.Vəli Əliyə şər atır.

("Bu zamanda")Onun zamanında "əyrini divara diriyib

güllələyəndə güllələr əyri gedir" "düzü divaradiriyib güllələyəndə güllələr düz gedir": düzöldürülür, məhv edilir, böhtana məruz qalır; zaman düzlərin zamanı deyil.

432

Sabir Rüstəmxanlı: yazır"Fikrət Sadığın sözüiti və kəsədir. Məclislərdə, yolda-irizdə elədiyizarafatlar bəlkə də saf poeziyadır. Bu kitabdabədhatən deyilən:

Dedilər ki, bütləri qırın,Demədilər ki, lütləri qırın".

Şairin fikrincə, haqq şairi haqqı deməlidir, həqiqətin carçısı olmalıdır:

Vacib deyil ki, şair-Xalq şairi olsun gərək.Bu vacibdir ki, ammaHaq şairi olsun gərək.

("Atalar demişkən")Fikrət Sadığın həcmcə kiçik, lakin mənaca

dərin münatür şerlərində böyük ideyalar var, oxucunu düşündürür, onu yerindən tərpədir:" Əgər hər hansı şer, yaxud şerin təkcə misrasıoxucunu təlatümə gətirirsə, onu adi təsəvvürlərməngənəsindən çıxarıb qəlbinin tellərini böyükarzular məqamında kökləyə bilirsə, yaxud … insanı öz "mən"inin dərinliklərinə nüfuz edibmahiyyətini və taleyini ona göstərməyə qadirdisə, belə bir əsərdə poeziyanın nəinki varlığı, həttamüvəffəqiyyəti göz qabağındadır".

433

UŞAQ ƏDƏBİYYATI

İstər Azərbaycan şairləri, yazıçıları, istərsədə dünya ədəbiyyatı korifeyləri hansı canrdayazıb-yaratmasından asılı olmayaraq özyaradıcılığında uşaq ədəbiyyatının inkişafınaciddi fikir vermişlər. Bu cəhət Nizami, Füzuli, Sabir, Mirzə Cəlil, Rəsul Rza, Şekspir, Puşkin, Qorki, Tolstoy, Viktor Hüqo, M. Tven, C. Vernkimi bir çox sənətkarların yaradıcılığında aydıngörünür.

Söz sənətinin tərbiyəvi əhəmiyyəti böyükdür. Gənc oxucuya, uşaqlara bədii əsərlər mərdlik, vətənpərvərlik, qəhrəmanlıq hissləri aşılayır. Buna görə də uşaq və gənclərin bədii zövqünüoxşayan, onların mənəvi tərbiyəsinə xidmət edənbədii əsərlər xalq tərəfdən də yüksəkqiymətləndirilir.

Bu cəhət Fikrət Sadığın yaradıcılığı üçün dəsəciyyəvidir. Qara Namazov "Azərbaycan uşaqədəbiyyatı" kitabında yazır:" Uşaqlar üçünyazmaq çətindir. Onun özünəməxsus

434

xüsusiyyətləri yazıçıdan fitri istedadla, elmibiliklərə yiyələnməklə yanaşı, uşaq aləminidərindən öyrənməyi tələb edir. Müxtəlif yaşlıuşaqların maraq dairəsini, estetik zövqünüöyrənmədən onu müəyyən məqsədə doğruyönəltmək, onun fərdi meyllərini inkişaf etdirməkolmaz."

Fikrət Sadıq yaratdığı uşaq ədəbiyyatınümunələrində uşaq psixologiyasını dərindənbilməklə yanaşı, balacaların yaş xüsusiyyətlərini, qavrama qabiliyyətini, zövqünü, təfəkkürünüözünəməxsus bir oricinallıqla qələmə almışdır. Oçox gözəl başa düşür ki, uşaqlar üçün yaradılanəsərlər Camal əhmədov demişkən "humanistideyalar təbliğ edir, şəxsiyyəti formalaşdırır, nəcibinsani hisslər aşılayır, balaca oxuculara cəmiyyətvə təbiət hadisələri barədə bilik verir, bu sahədəonların məlumatlarını genişləndirir və tamalayır."

Fikrət Sadıq uşaq ədəbiyyatımızın əngörkəmli nümayəndələri Sabirin, A. Səhhətin, S. S. Axundovun nəcib ənənələrini davametdirərək, Azərbaycan uşaq ədəbiyyatını əsərləriilə zənginləşdirmişdir. O, ədəbiyyat tarixinə uşaqşairi kimi daxil olmasa da, uşaq ədəbiyyatınınən yaxşı nümunələrini yaradanların sırasındaöncüldür.

Yaratdığı "Cırtdan hara getmişdi" (1970), "Bala kirpi" (1972), "Göydə nə var" (1978), "Göydən alma düşmədi" (1982), "Gəlin dənizi

435

yuyaq" (1988), "Şerli əlifba" (1988), "Bir parçavətən" (1998) kitabları ilə uşaq ədəbiyatını dahada zənginləşdirmişdir.

Bu kitablarda toplanmış əsərlər mövzu, sücetcəhətdən əlvan və rəngarəngdir. Burada müxtəlifhəyat hadisələri, müxtəlif obrazlar var. Həmkənd, həm şəhər uşaqlarının həyatındangötürülmüş əsərlərinin dili sadədəir. Kiçik və ortayaşlı uşaqların təbiət hadisələrinə, heyvanlara, quşlara marağını nəzərə alaraq əsərlərininmövzusunu, sücetini bu istiqamətdə dəqurmuşdur. Belə əsərlərində uşaq kimi onlarıngözü ilə hadisələrə baxır, gördüyü gözəllikləritəsvir və tərənnüm edir.

Kiçik yaşlı oxucuları ilə onların başa düşəcəyidildə, uşaq təfəkkürünə, psixologiyasına uyğundanışır, sadəlik, aydınlıq burada əsas götürülür. Uşaqların qəlbində insan əməyinə, zəhmətinə, yaradıcılığına məhəbbət oyadır.

Onun balacalara həsr etdiyi əsərlərinqəhrəmanları qoçaq, mehriban, qayğıkeş, qorxmaz, hər şeylə mraqlanan, gözüaçıq, diribaş, təbiətin gözəlliklərindən zövq alan, dənizlərisevən, macəralar axtaran sadə uşaqlardı.

Səməd Vurğun keçən əsrin ortalarındayazırdı:" Uşaq insandır. Onun sadə görünən, oynaq, daima xoşbəxt və azad təbiətində böyükinsanların bütün xassələri mövcuddur. Düşünmək, duymaq, sevmək, küsüb-incimək,

436

ağlamaq, gülmək, qəzəblənmək, xatırlamaq, xəyala dalmaq, ümid və arzulara bağlanmaq, yaxşılıq, hörmət-bütün insan xassələri uşaqaləmində mövcuddur. Demək istəyirəm ki, bizuşaqla danışdığımızı, uşaq üçün yazdığımızzaman insn üçün yazdığımızı unutmamalıyıq"

Fikrət Sadıq yaratdığı şerlərdə bu meyarlıqgözlənilir. Onun balaca qəhrəmanları mərd, doğrucul, qayğıkeş insanları sevir. Yalandanışan, tənbəl, paxıl xüsusiyyətlərə malikolanları doğru yola çəkməyə çalışır. Onunqəhrəmanı əməksevərdir, ətraf aləmin, təbiətinvurğunudur, macəralar, nağıllar dolu həyateşqiylə yaşayır.

Fikrət Sadığın uşaq əsərlərinin oxucularınqəlbinə asanlıqla yol tapa bilməsi onun pedoqocifəalliyyəti, müəllimlik qabiliyyəti ilə sıx bağlıdır. Uşaq şerlərini yazmaq üçün köməyinə çatanonun uşaq aləmi ilə daha yaxından tanışlığıdır.

Əli qələm tutan gündən, əlifbaınn sirli-sehirlialəmində sanki möcüzələr adasına düşmüş insankimi gözləri heyrət dolu sevinclə yanan uşaqaləmini ələ almaq Fikrət Sadığın bir şair kimixoşbəxtliyidir. İlk məktəb, bağça yollarındaaddımlayan uşaq onun "Şeirli əlifba " kitabınıvərəqləyərkən, hər hərfə məxsus şe'rlərioxuyarkən, əlvan şəkillərə tamaşa edərkəngözlərini qarşısında yeni bir aləm açılır və o aləmonu qoynuna alıb elmin enişli-yoxuşlu yolları ilə

437

irəli aparır. A hərfinin "Ana", B hərifinin "Bayraq", Ə hərfinin "Əlifba-Müdrik baba" sözləriniyaratmaqda rolunu açıqlayır. Əli ilk qələm tutan, ilk kəlməsi ana olan uşaq aləminə şair yeni birsöz də artırır. "Bayraq" sözü və Vətənimizingerbi, simvolu, atributu kimi bu gündən körpəqəlbində özünə yer tapır- sevgi dolu bir yer:

BbBayrağım mənim,Mavi, al, yaşıl,Bayrağım mənim,Əyilməz başım.Və yaxud:AaYaxşı-yaxşı baxın a!Adama oxşayır A.Ən əziz adam ana,Yazılır iki "A"nan.

Şair bu kiçik, lakin dərin məzmunluşe'rlərində müəllimdir. Əlifba biliklərə açılanqapıdır:

Əlifba - müdrik baba!Qoy eşitsin uşaqlar,Baxıb görsün uşaqlar,Əlimdə bir kitab var.Əlifba kitabıdır.Əlifba kitabınınİşıqlı "A" "B"ləri,Ağıllı hərifləri,

438

Biliklərə qapıdır.Şahin Xəlillinin şairin "Şeirli əlifba" və digər

uşaq şerləri haqqında dediyi sözlər onun busahədə yaradıcılığı haqqında əhatəli fikritamamlayır:" Uşaqların zövqünü, könlünüoxşayan şer yazmaq hər şairin hünəri deyildir. Uşaq üçün şer yazanın gərək özünün də uşaqkimi kövrək, zərif və qeyri-adi bir ürəyi olsun" gərək. Elə bizim Fikrət Sadıq kimi.

Kitabda toplanmış şe'rlərdə Əlifba, kitab, müəllim, Azərbaycan torpaqlarının qədim adlarıilə bağlı lirik şəkildə deyilən fikirlər gələcəyimizinrəhni olan uşaq təfəkkürünün, uşaq düşüncəsinininkişafında mühim rol oynamaqla bərabər, şe'r, sənət haqqında ilkin duyğularının cücərməsinədə imkan yaradır. İndi üç yaşından yuxarı uşaqtapılmaz ki, hansısa bir mövzuda şer əzbərbilməsin. Böyük ürəklə, həvəslə əzbər söylədiyişerləri söyləməkdən çəkinsin. Fikrət Sadığın "M" hərfiylə bağlı yazdığı "Müəllim" şeri elə ilkbaxışdan könül oxşayır:

Müəllim-anadansonra ən əziz adam!

Qaranlıqdan işığaÇıxmaq üçün dünyada,

Yalnız-yalnızyalnız mən.

Bərk-bərk tutub,Gedirəm.

439

Müəllimin əlindən."O.o" şerində vətənə məhəbbət, torpağa

sevgi, başı bəlalar çəkən ana yurda düşmənçıxanlara nifrət hissləri güclüdür:

Od bizim qəlbimizdə,od bizim qanımızda.

Su da od tutub yanır,Azərbaycanımızda.

Bu yurda "Odlar yurdu"demirlər ki, boş yerə-

Odla yazıb adını-Amansız yüzillərə.

Oda görə bəlalar çəkibbizim başımız.

Toxunsalar, od saçar,torpağımız, daşımız.

Oda əl uzadanlar,gurul-gurul yanacaq.

Odlar yurdu-məğrurdur,Məğrur da dayanacaq.

Sadə, qısa, aydın kəlmələrdən yaranmış buşerlərdə Fikrət Sadıq qələminin ecazkar qüvvəsi, sənətkarlıq qabiliyyəti daha qabarıq görünür. Pafossuz, gurultulu, dəbdəbəli sözlərdən kənar, aydın, həqiqi, ürəyəyatımlı, şirin, incə bir dilləvətən məhəbbəti kövrək uşaq qəlbinə yoltapacaq bir dillə tərənnüm olunur. Bu gün uşaqədəbiyyatı demək olar ki, balaca oxucularıntələbatını ödəyə bilmədiyi halda Fikrət Sadığın

440

belə şerləri, uşaqlara ən qiymətli hədiyyədir."Göydən alma düşmədi" kitabında şair uşaqlararəngarəng, bir-birindən maraqlı gözəl şerlər bəxşetmişdir. "Aydan" şerində şair uşaqlara Aydanındiliylə danışır:

Aydan dedi:Mən Aydanam.Məni aydanAlıb anam.Mən baxandaAy top olur.Dolu olur.Yumru olur.BaxmayandaAy saralır.Para olur.Yarı olur.Hamı onainandı,Aydan, Axı,Aydandı.

"Əlifba dərsində" şerində şair əlifbanıöyrənən, hərflərin yazılış şəkillərin uşaqlardaoyatdığı marağı lirik bir duyumla ifadə edir:

Baş açmıram bu işdən.Çaşıb qalmışam düzü.Anama oxşayır lap,Yazıdğım "ana" sözü.

441

Bu bir "A", bu da bir "A".Anamın iki gözü.İki "A" arasında,"N" da anamın üzü.

Şairin uşaqlar üçün yazdığı şerlərdə incəyumor hissləri də güclüdür. "Riyaziyyat" şerindəmüəllim:

Uşaqlar bu çevrəni,bütün vətərləriylə,kim köçürər lövhəyə,elə beləcə düzgün.-deyə soruşanda biri:-Müəllim,mən deyim.-De.-Güzgü.

Şagirdin bu cavabı uşaq təfəkkürününməhsuludur.

"Balaca ana" şerində hər gün səhərqardaşlarını gülərüzlə məktəbə yola salan, evdəqalıb qab-qacağı yuyan, səliqəyə salan körpəqızcığazın qardaşları tərəfindən "balaca ana" deyə çağırılmasını təbii sanır. Onun qardaşlarıözləri gəzməyə gedəndə onu evdə tək qoyubgetməsini, gecələr "qaqaş"larının üstünüörtməsini, bir ana kimi onlara qayğı göstərməsinişair "anaları dünyada hər zaman belə gördüm"

442

misraları ilə bağlayır. Ana qayğısı, bacıməhəbbəti şerin əsas ideyasıdır.

Fikrət Sadıq şerlərində fidan balalarlagörüşünü, onlarla birlikdə olduğu anları, bugörüşlərlə bağlı xatirələrini qələmə alarkənkörpələrə məhəbbətini vəsf edir. "Aysel kənddə" şerində nənənin xəmir yoğurub, sac asmasından, yuxa yaymasından, Ayselin bağanı tanımayıbonu daş əvəzinə gətirib ocağın bir tərəfindənsacın altına qoymasından, bağanınyeriməsindən, Ayseləə uşaqların gülməsindən, nənənin kənd uşağı olmayan, bağa görməyənAyselə qəhmər çıxmasından şirin, incə yumorhissiylə danışır. Şer çox oynaq, ahəngdar, yaddaqalan bir dillə yazıldığından uşaqlar tərəfindəntez qavranılır. "Göydən alma düşmədi" əsəri dəuşaqlar üçün əsil "nağıl"dı. Müasir nağıldı. Uşaqdünyasının bəzəyi nağıl. Burda küpəgirənqarılar, ifritələr, divlər, təpəgözlər, məlikməmmədlər yoxdur. Amma mövzusunagörə cəlbedici, maraqlı nağıldı. Ürəkləri oxşayannağıldı. Uşaqlar üçün sevimli nağıldı. Uşaqlıqdünyasının gözəlliyi, saflığı bu nağılın bədiibəzəyidir, onun şerlərinin əsas ideyasıdır. "Almaharda bitir" şerində Faiq, Ç ingiz və balacaSonanın mübahisəsi elə şirin və lirik bir dilləverilir ki, belə şerlərin bədii gözəlliyi diqqəti cəlbedir:

İki qardaş, bir bacı,

443

Faiq, Ç ingiz və Sona.Mübahisə etdilər,Alma yeyəndən sonra.

Faiq dedi ki: AlmaAğacdan dərilibdir.Ç ingiz dedi:-AnamınZənbilində gəlibdir.

Kiçikdir hələ Sona.Di gəl onu inandır.Qardaşlar nə dedilər,Sona dedi: -Yalandır.Almanı mən həmişə,Süfrəmizdə görmüşəm.

"Küsəyən qız" şerində şıltaq, küsəyənCəmilənin yemək zamanı ananı incitməsi, anasının işdən yorğun, arğın gəlib onun üçünbişirdiyi xörəklərə, çəkdiyi əziyyətlərə laqeydqalması, tərslik etməsi öz əksini tapıb. Şair bütünuşaqları, eləcə də Cəmilə xarakterli uşaqları anazəhmətini qiymətləndirməyə çağırır.

"İynə" şerində əlinə iynə batıb, barmağıqanayan Həcər "al bunu at, anacan"-deyibağlayanda anası onu başa salır ki, iynə ilə güllüpaltarlar, çəkmələr tikilir, iynə "hamınıbəzəndirir". İynə ilə oynamaq olmaz. Çünki ooyuncaq deyil. Onun da öz işi var və şair şeriananın bu sözləri ilə bitirir:

444

Bircə il də böyü sən.Özün öz əllərinlə,Həmin bu iynə iləqaragöz gəlininəbir qəşəng don tikərsən.

"Sevər" şerində bağçayla vidalaşıb məktəbəilk qədəmlərini basan Sevərin sevinci çox uzunsürmür. İki-üç dərsdən sonra yorulan Sevərinyuxusu gəlir və yatmaq istəyir, çarpayı gəzir, tapmır, şagird yoldaşları ona gülür. Dərsdən evəgələn kimi yorğun Sevər yeməyini yeyib, doyunca yatır. Və anasından xahiş edir ki, onuməktəbə yox, bağçaya aparsın. Çünki məktəbinnə "qəndi", nə "çayı", nə "çarpayısı" var. Ana isəqızını tənbəl olmamağa səsləyir:

Yazı yazmaq istəyənməktəbə pis deyərmi?Həkim olmaq istəyənMəktəbi pisləyərmi?Məktəbdə yatmaq olmaz.Sinifdə yemək olmaz.Ayıbdır, bu sözləriMüəllimə demək olmaz.Bağçanın öz yeri var,Məktəbin öz yeri var.

Öz səhvini başa düşən Sevər utanır və bir dəbelə hərəkətə yol vermir.

"Balaca işıqçı" da işıqlı arzularla yaşayır. Bəlkə də balacalıqda keçirdiyi uşaqlıq illərindən

445

bir fraqmentdir. Fərhad balaca işıqçıdır. Həyətdədostlarıyla oynayarkən Sədaqətin qurduğubalaca evciyə işıq çəkir. Bu balaca işıqçınınistədiyi odur ki, otaqlar çıraqban olsun. Tələsdiyindən barmağını ip kəsən Fərhad onadeyir:

"Qoy kəssin də nə olar,təki yansın işıqlar".

Burada da şair elə misralar qurub ki, hadisələri elə incəliklə təsvir edib ki, balacalarındünyasını oxşayır.

"Ay" şerində balaca uşaq göydə Ayınhərəkətinə tamaşa edir. Ona elə gəlir ki, ofırlananda Ay da fırlanır, dayananda o dadayanır.

Burada balaca uşağın keçirdiyi hisslər, aynhərəkətində, küləyin əsməsində gördüyüqəribəliklər onun balaca təfəkkürünə sığışmayanqəribə hisslər oyadır. İnsan övladının gözaçandan təbiətə, təbiət hadisələrinə marağıtərənnüm olunur.

Şairin uşaq dünyasından xəbər verən "Gilə", "Körpə", "Alma harda bitir", "İynə", "Küsəyən qız", "Sevər", "Balaca işıqçı", "Ay", "Say", "Dəcəlkülək","Göydə nə var" və digər şe'rləri uşaqlarınduyğu və düşüncələrindən, təfəkküründən körpəuşaq dünyasının gözəlliyindən bəhs edən ənmaraqlı, sevimli uşaq ədəbiyyatının zənginnümunələridir. F.Sadıq təbiətdən həm böyük bir

446

qayğı ilə danışır, onun qorunmasını, muhafizəedilməsini istəyir. Uşaqlara həsr etdiyi şe'rlərində"Çanaqlı bağa ilə qurbağa "arasındakı dialoqonların bir-birini lağa qoyması, qurbağanın lovğa, ədalı sözlərinə qarşı "sən də bağa, mən də bağa, təkcə "qur"un artıqdır ha, çox döşünə döyməqağa, quruldama lovğa, lovğa"-deyib onuyoldaşına gülməməyə, eqoistlikdən əl çəkməyə, hamıya diqqətli olmağa çağırır. "Ağacdələn" şerində ağacları "tıq-tıq, taq-taq"la böcəklərinqapısını döyəcləyən ağacdələndən bəhs edir. "Dələ"nin ağacdan-ağaca, budaqdan-budağahoppanması, özü üçün oynayıb-şənlənməsi, qışın sərtliyindən qorxmaması, yığdığı qozalarınüç qışına bəhs edəcəyindən rahat olan dələninhəm işgüzarlığından, həm də nikbinliyindən bəhsolunursa, "Bala kirpi" şe'rinin mövzusu tamambaşqadır. Burda bir ərköyün kirpidən söhbət açır. Bala kirpi Kürü o taya keçmək üçün körpünü, bərəni gözləməyib özünü Kürə vurur, Dəli Kür dəacıqlanıb onu batırmaq istədikdə Bala kirpi"batıram ha ay haray" deyə kömək diləyir. Xəbərtutan balıqlar onun köməyinə gəlir. Onuburulğandan çıxartsalar da Bala kirpi boğulmaqtəhlükəsi altında qalsa da yenə lovğalıqdan əlçəkmir:

"Yoldan qaçın,Üzəcəyəm.Mən batırdım,

447

Yoxsa bəyəm".Gülmək tutduBalıqları.Boğulmuşdun, Dinmə barı,Bala kirpi,Dinmə kiri.

Burda lovğalıq, yekəxanalıq pislənir. Şairuşaqları sadə, xeyirxah olmağa səsləyir. Lovğalıqetməməyə, yaxşılıq etməyə çağırır. Gənc nəslinmənən saf və təmiz böyüməsi onun cəmiyyətüçün yaralı bir şəxsiyyət kimi yetişməsi bu ye'rdəəsasdır. "Şəkilli kitabxana" şe'rində şair grdüyüən maraqlı, tayı bərabəri olmayan bir şəkillikiğabxananı tərənnüm edir. Orda gördüyümənzərələri, rəssamlıq işlərini, onun zənginliyini:

Bu binanınBütün kitablarıynan,UşaqlarınBöyük dostuŞair Korney Çukovski-

-nin uşaqlara bağışladığını söyləyir. Divarlaraçəkilən maral, dovşan, tülkü, kəpənək, filin, beqemotun və digər heyvanların şəkilləri vəonların necə canlı təsvir edilməsinə şairin heyrətiaçıqlanır:

Əziz balalar,Görüb heyranOlmuşam.

448

Mat qalmışam,İnanın mənə.

FİKRƏT SADIĞIN NƏSRİ, BƏDİİ

PUBLİSİSTİKASI

Fikrət Sadığın hekayələri sayca az olsa daonlarda dərin məzmun vardır. Eyni zamanda buhekayələrin özündə də bir şeriyyət var. Bu dapoetik duyğuların zənginliyinin nəticəsidir. Biryolun tarixçəsi, övladın doğmalarına bəslədiyiməhəbbət, itkinin doğurduğu qüssə, intizar, ölüm-olum fəlsəfəsinin uşaq təfəkküründə ilişdiyi sirli-soraqlı məqamlar bu hekayələrin mövzusudur. Bunların da əsasında insan, onun arzuları, duyğuları, kədəri, qüssəi dayanır. Bəşərilik bumövzularda olan təmiz insani duyğulardadır. Buhekayələrin hər biri mənsur şerlərə də bənzəyir. Fərqi yoxdur hansı formada yazırsa-yazsın,

449

sənətkar o zaman sevilir, əsər o zaman diqqəticəlb edir ki, insan axtardığı mövzuları onlarıniçində görür.

Fikrət Sadıq təkcə gözəl şerlər, poemalar, dram əsrələri müəllifi deyil, eyni zamanda onungözəl elmi-ədəbi-publisist yazıları da vardır. Bunlar şairin qələminin məhsulu olan dəyərliyazılardır. Bu yazılarda şair şerlərində olduğukimi zamanın nəbzini elə tutur ki, onundediklərini, yazdıqlarını az qala hamımızyaşamışıq, görmüşük duymuşuq, bəzənhirslənmişik, bəzən ümidə üz çevirib, sabahainamla baxmışıq, bəzən də… Fikrət Sadıqbunları yazıb.

Füzuli sənəti, yaradıcılığı, şəxsiyyətihaqqında yazdığı "Füzuli şair sözünün sinonimidir" məqaləsində onu Şərqin ən dahisənətkarlarından biri kimi yüksək qiymətləndirir. Həm türk, həm fars, həm də ərəb dilindəyaratdığı əsərləri ilə nəinki Şərqdə, həm də bütündünyada tanınmış Füzuli Fikrət Sadıq qələmində"kədər, eşq, fikir və Allah şairidir": "Avropa Şərqşerinə əsrlər boyu səcdə qılıb. Bu şerinyaradıcılıarından biri Füzulidir. Onun lirik, epik, fəlsəfi, alleqorik şer inciləri hətta nəsri belə ondansonra gələn şairlərə məktəb olub. Abbas Səhhətdemişkən Azərbaycan şeri dörd yüz il onuntilsimindən çıxa bilmədi. Ta böyük SabirədəkAvropa şerində yaxşı nə varsa Füzulidə də var.

450

Nadir beytləri Homer epizmi, Dante lirizmi, Şekspir dramatizmi səviyyəsindədir". Şairin hərsözü, hər sətri, hər beyti mükəmməl bir fikir, yüksək ideya, ülvi duyğuları özündə yaşadır. Fikrət Sadıq onun beytlərini, atalar sözləri kimihikmətli, az, lakin dərin məna ifadə etdiyini bildirirvə "Beyt" sözünün mənasını açır. Və şairin "Dustbipərva, fələk birəhm, dövran bisükun. Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun" beytinibelə izah edir ki, "Beyt" ərəbcə "ev" deməkdir. Bubeyt doğrudan da, qapı-pəncərəsi, tavan-döşəməsi, bəzəyi, naxışı olan bir evdir ki, daşı -kərpici söz, qapı -pəncərəsi gün işığı düşəntəşbeh, bacası Allaha zillənən göz, səmayaaçılan təsəlli və ümid yoludur".

Füzuli şerinin möcüzəsini "bütöv bir qranitqayadan, bütöv bir beyt yonmasında", başqacanrlardan fərqli olaraq sözləri "yan-yanadüzmə"sində görür.

Şair Füzulinin türk dilində yaratdığı əsərlərindili, bədii məziyyətləri haqqında da dəyərli fikirlərsöyləyir. Füzulişünaslar kimi bu böyük sənətkarınəsərlərinin bədii dilini, estetik dəyərini, kamilsənət inciləri kimi yüksək qiymətini verir:"Türkdilinin müqtədir və kamil şer dili olduğunu bütündünyaya ilkin bildirənlərdən biri də Füzulidir. Şərqdə zərifliyi ilə seçilən fars şeri də, türk şerinəqibtə eylədi. "Leyli və Məcnun kimi göz yaşıməhəbbətnaməsi, türk və fars dillərində nurla

451

yazılmış iki divan, ərəbcə yazılmış "Mətləül-etiqad" əsəri və fəlsəfi qəsidələri, insanlara-insanlıq öyrədir. "Bəngü-Badə", "Həfti-cam", "Rindü-zahid", qəlbimizə munis olan "Ənisül-qəlb", şəhidliyin məhək daşı "Həqiqətül şühada" Füzuli qələminin möcüzələridir. Adlarınıçəkdiyimiz bu əsərlər günəşin doğması, qürubu, dəniz, çay, şəlalə, zəlzələ, ulduz yağışı, aylı-ulduzlu səma, dağlar, dərələr və həyat qədərəbədidir. Füzuli kimi şairlər bir dəfə gəlirlər budünyaya, gəlib də qalırlar bu dünyada".

"Ümmandan damla" Məhəmməd Hadiyaradıcılığı haqqında şairin bədii fəlsəfi-ədəbigörüşlərini özündə birləşdirir. "Məhəmməd Hadişer məktəbidir. Onu oxuyan hər kəs sehirlənir. Müdrik sözlərinin tilsiminə düşür, təkrar-təkrarqayıdır, özü də bir az müdrikləşir." Şair onunəsərlərinin dili qəliz olsa da, klassik şer dilimizəyaxın olduğunu bildirir. Şair onun şerimizə"ərbabi-vəhşət", "babi-səadət", "hüri-mədəniyyət" "zindani-cəhalət" və s kimi yeni romantiktərkiblər, məcazlar gətirdiyini açıqlayır.

"Hadi əruzun odlu-alovlu bəhrlərindən istifadəetməyi, qılınc kimi kəsərli təkrirlər işlətməyi, qüvvətli təzadlar yaratmağı bədii suallar verməyibacarırdı".

İç, iç nə qədər istərrisən qanımızalim.

452

Bir gün görərərm qanını səhbalariçində

-beytinə fikir verin. Burada iki dəfə təkraredilən "iç" sözü şairin həm nifrətini, həmqəzəbini, həm də gələcəyə ümidini bildirir. İkidəfə təkrar olunan "iç" sözü iki kəskin qılınca, ikiod parçasına bənzədilir.

Fikrət Sadıq diqqəti Hadi şerində cinaslarayönəldir. Onun "əlvahi-intibah" adlı tərcibəndinincinaslarla dolu olduğunu söyləyir və onun:

"Tuti" qəfəs içində, "Ceylan" dadamlarda."Leyla" xəyal içində, həmşirəsi"Səhər"də.Artıq yetər deyilmi rübəndlər"Yetər"də.

-misralarında cinasların müxtəlif sözlərdəndeyil, "bir sözün həqiqi və məcazi mənasındanyarandığını açır:"Hadi bu tərcibənddə qadınadlarını sadalayaraq, Leyla və Səhərin qaranlıqiçərisində olduğunu, Yetərə rübəndin yetərolduğunu deyir. Buradakı qadın adlarının hərbirinin iki mənası olduğundan, şair öxünəməxsuscinas-təzadlar yaratmışdır. Şair MəhəmmədHadinin yaratdığı təzadların ictimai xarakterliolduğnu, onun yaşadığı mühitdə, fikirlərdədüşüncələrlə üzləşdiyini görüb daxili sarsıntılarkeçirdiyini" öz ürəyində gilə-gilə əridib təzadlıfikirləri ilə bərabər şerlərinə qatdığını söyləyir və

453

Məhəmməd Hadini düşündürən Şərq və Qərbarasındakı təzadlara diqqəti yönəldir.

Fikrət Sadıq Məhəmməd Hadiyaradıcılığındakı sənətkarlıq məsələlərinə diqqətidaha çox yönəldir. Onun yaradıcılığındakı millilik, milli mənafeyi qoruma duyğuları ilə yanaşı, yaradıcılığındakı sənətkarlıq imkanlarını da birədəbiyyatşünas kimi təhlilini verir. Onunşerlərindəki daxili qafiyələri klassik şerimizdə dəolduğunu açıqlamaqla, Füzuli, Nəsimi, Nəbatişerindəki daxili qafiyənin zənginliyini bildirməkləonu da qeyd edir ki, Məhəmməd Hadininşerlərindəki daxili qafiyələr, ilham selinin yazıprosesində gətirdiyi qafiyələr kimi qiymətləndirilir. Onun yaradıcılığındakı daxili qafiyələrin bir növüolan qafiyələrin rədif ilə qafiyələnməsini şerəgətirdiyi həzinlik, səmimilik, musiqilik araşdırılır.

Fikrət Sadıq Məhəmməd Hadi yaradıcılığı, onun sənətkarlıq məziyyətləri haqqında böyükustalıqla, ədəbiyyatşünaslığın bütün sahələrinədərindən bələd olan bir ədəbiyyatşünas, ədəbiyyat nəzəriyyəçisi, tənqidçisi kimi danışır ki, bu da Fikrət Sadıq zəkasının, istedadınınböyüklüyündən xəbər verir. O, şerlərindəMəhəmməd Hadinin bir millətin vətəndaşı, qeyrətli şəxsiyyət, xalqının dərdini, qayğısını özyaradıcılığında əks etdirən, dünya-insan- millivarlığımız nöqteyi-nəzərindən, Şərq- Qərbtaleyini, Şərq müsəlmanlarının həyatını əks

454

etdirən bir şair kimi ona olan hörmətini, sevgisinişəxsiyyətinə olan ehtiramını ifadə edirsə, "ümmandan damla" əsərində onun yaradıcısənətkarlıq imkanlarını araşdırır."Həyathəqiqətlərini, hadisələr və predmetlər arasındakıoxşarlığı düzgün təyin etməkdən ötəri zənginxəyal, dərin müşahidə əsas şərtdir. Bu ikikeyfiyyətdən məhrum olan şair məcaz yaradabilməz. Klassik Şərq və mütərəqqi türk poeziyasızəminində yaranan Hadi şeri başdan-başaoricinal məcazlar: bənzətmə, bədii təyin, istiarəvə mübaliğələr ilə doludur. Hadi həyathəqiqətlərini həm həqiqi, həm də məcazi mənadaəks etdirməkdə əvəzsiz sənətkar idi:

…dodaqsız dişlər üstündədururdu bir bəyaz xəndə.Nə müstəhzi gülüşlərdi həyataqarşı mədfəndə.

Şair təsadüfən qəbirstanda gördüyü birkəllənin dişlərinin ağarmasını gülüşəbənzədərkən, "Ölülər həyata gülür" -deyəqüvvətli bir təzad yaratmışdır".

Fikrət Sadıq adi həyat həqiqətlərini poetikyüksəkliklərə qaldıran, onu şair təfəkkürününsüzgəcindən keçirərək onlara yeni məna verən, obrazlı ifadələr yaradan Məhəmməd Hadinin incədərin həyat müşahidələrinə malik olduğunuyüksək qiymətləndirir və fikrini bu cümlələrləbitirir:"Hadidə rast gəldiyimiz məcazları ümmana

455

bənzətsək, bu misralar damladır. Fəqət dəryadangötürülən bir damla su, həmin dəryadakı suyunacılığını və ya şirinliyini göstərə bilər. Hadi hərvərəqi min kitab olan bir kitabdır".

Məhəmməd Hadi yaradıcılığının zəngintəhlilini aparan şairin "Ümmandan damla" məqaləsi ədəbi-tənqidi fikir tarixində bu mövzudayazılmış ən samballı yazıdır. Həm Şərq, həm dəQərb ədəbiyyatına, eləcə də dünya ədəbiyyatınadərindən bələd olan Fikrət Sadıq Azərbaycansənətkarlarının, şairlərinin fitri istedadınınməhsulu olan əsərlərini, yaradıcılığınıaraşdırarkən onların möhtəşəmliyini, əsərlərininideya-bədii dəyərini, bəşəriliyini üzə çıxarmaqlaədəbiyyatşünaslığımızı da zənginləşdirmiş olur.

Sabir yaradıcılığı, onun sənətkar kimiədəbiyyatda mövqeyini aydınlaşdıran "Əbədiziyarətgah" məqaləsi də zəngin ədəbi-tənqidifikirlərinə görə dəyərlidir. "Sənədsiz filansız "Xalqşairi" Sabir Fikrət Sadıq üçün "azadlıqtəşnəsi"dir. Onun "Səttarxana" şeri şairingözündə Azadlığın Sabiranə tərənnümüdür. Mahnı üçün söz axtaran bəstəkarlarımıza Sabirin"Bənzətmə" şerini nümunə göstərir və bildirir ki, "Sabirin "Bənzətmə" şerindən yaxşı mahnıtanımır:

Sevdayi məvadətdən,Xali görünür başlar.Biganə bilir yeksər,

456

Qardaşları qardaşlar.Gözlər dəxi qan saçsın,Bitsin saçılan yaşlar.Ağlar bizə torpaqlar,Düzlər, dərələr, daşlar.Zinhar edəlim xidmət,İnsanlığa, yoldaşlar!Qeyrət a vətəndaşlar!Hümmət a vətəndaşlar!

Şairin sənətinə, qüdrətinə hörmət vəməhəbbətin ifadəsi olaraq Sabir poeziya günlərikomitəsinin yaranması, Rəsul Rzanın komitəninsədri seçilməsi, onun bu sahədə gördüyü işlər və1962-ci ildən bəri onun hər il məzarının ziyarətedilməsi, o vaxtdan bəri həyatımızda, cəmiyyətimizdə Azərbaycan xalqının həyatında, taleyində baş verən dönüşlər, yeniliklər, azadlığını əldə etmək yolunda verdiyi qurbanlar, Millətindən nigaran uyuyan, gözü yolda qalan, böyük şairə qələbə xəbəri" yetirmək arzusu vəistəkləri azadlıqsevər şairə bəslənən sonsuzməhəbbətin təzahürü kimi qiymətləndirilməlidir. Fikrət Sadıq onun 100 illiyi münasibətilə yazdığıpoemasında öz lirik duyğularını, Sabirşəxsiyyətinə, sənətinə olan hisslərini poetik birdillə ifadə etmişdir.

Mikayıl Müşfiq yaradıcılığına, sənətinə, şəxsiyyətinə Fikrət Sadıq münasibətini poetikcümlələrlə bildirir:

457

Müşfiq-şəfəq sözündəndir.Müşfiqin şəfəqində yol getməkolar.Müşfiqin şəfəqində yol gedənadam yorulmaz!Bu şəfəq Ay işığı, Günəş nuru-şer odudur.

Müşfiq şairin nəzərində sözü mum kimiyoğurub çiçəkdən Günəş, kədərdən sevincyaradandır. Fikrət Sadıq yazır ki, "o əruzuhecaya elə yaxınlaşdırmışdı ki, hələ dəədəbiyyatşünaslar bu şerləri bir-birindən ayırabilmirlər:

Baxışın qəlbimi incitmişdir.Bu baxışdan, bu duruşdan əlçək.Bir də baxsan mənə iş bitmişdir,Bir də baxsan mən fikrimdönəcək"

Atasının Müşfiq taleyinə bənzəyən taleyini, stalinizmin qurbanı olan insanların başınagətirilən fəlakətləri, qadağan illərində heç birqorxu-hürkü bilməyən Müşfiq yaradıcılığınıöyrənən, öz şerləri ilə Fikrət Sadığın "gözlərini " açan, Müşfiq şəfəqindən bir zərrə payına düşən, bər-bəzəkli, təm-təraqlı şerlərə könül verməyən, yalana, yalançıya tərif dolu misralar düzmyən birşair oldu Fikrət Sadıq. Müşfiq onun gözlərindəədəbiyyatdan dərsini alan, Azərbaycan dili kimi

458

rəvan, fikirləri aydın, təşbeh, mübaliğə, istiarəseli, qafiyə təzəliyi, forma gözəlliyi yaradan birsənətkardır. O bir çox sənətkarların, Azərbaycanədəbiyyatının korifeylərini Mikayıl Müşfiqyaradıcılığına, şəxsiyyətinə, sənətinə doğmamünasibətini, onun həyatı, yaradıcılığ haqqındayazılan əsərləri, bu cəhətdən Rəsul Rzanın, Gülhüseyn Hüseynoğlünün əməyini yüksəkqiymətləndirir:"Həqiqət uğrunda fəda olan"lardanolduğunu bildirir və "Müşfiqin şəfəqində yolgedənləri işığa doğru yol gedənlər" adlandırır.

Fikrət Sadığın "Şuşada Vaqif poeziyagünləri", "Rəsul Rza", "Ç inar ömürlü şair" adlıməqalələrinin hər biri lirik bir əsrəi xatırladır. İstərxatirə, istər oçerk şəklində olsun, necəadlandırırsınızsa adlandırın mən bu yazılardapoetika, lirizm görürəm.

Şair duyğuları, hissləri onun gördüyü yaxşıinsanlara, xeyirxah adamlara, sənətə, sənətkaraqayğı ilə yanaşanlara, gənc qələm sahiblərininəlindən tutaraq, enişli-yoxuşlu sənət yollarındabüdrəməmələri üçün açdıqları çığırlar insanyaddaşında qalıb.

Dədə Şəmşirin 85 illik yubileyində iştiraketmək üçün Bakıdan Kəlbəcərə gedən şairinustadla görüşü, Kəlbəcərin füsunkar təbiətininşairdə doğurduğu təəssürat və onların FikrətSadıq qələmində poetik təsviri poetik sənətimizinincəliklərini özündə yaşadan zəngin ifadə

459

vasitələrinə, bədii təsvir vasitələrinə malik gözələdəbi-bədii nümunələrdəndir. "Kəlbəcər sözündə"daş" var. Allah, Allah! Daş neçə rəngdə olar? Bubölgənin dağlarına çiçəklər, otlar və hətta quşlarda həsəd aparırlar. Daş üstə daş! Qaya üstəqaya! Başdan-başa qayalaşan dağlar!"

Fikrət Sadığın "Balaş Azəroğlu". "Vətənəqayıt", "Həzin bir axşamda yada düşmək" yazılarının dili, rəvanlığı, ahəngi, poetikası könüloxşayır. Balaş Azəroğlu Fikrət Sadıq üçün"millətin dərdinə, sevincinə şərik olan, onunuğrunda azadlıq yollarında can qoyan" şairdir. Anadan şair doğulan, mərd, mübariz BalaşAzəroğlu "Elə oğul istəyir ki, Vətən" yazdı ki, busaat da Vətən həmin elə o arzulara möhtacdır." Ömür-gün yoldaşı, mərhum, zərif qəlbli, həsrətdolu şairə Mədinə Gülgün B. Azəroğlunun səadətçeşməsidir. "Onu hər gün öz yanında görür. Onunla nəfəs alır, onu düşünür, özü ilə onu dayaşadır. Əgər Leyli- Məcnun olubsa, FərhadlaŞirin olubsa, onda Balaş -Mədinə məhəbbəti dəəbədidir, həqiqətdir. Bu iki şair bizim üçün səadətrəmzidirlər. Bir şerin yox, bir beytin iki ayrılmazqafiyələridir. Bir şerin şah bəndləridir. Bizonlardan Vətəni sevməyi-bütöv vətəni sevməyi, biz onlardan məhəbbəti-əsil məhəbbəti, nəhayət, biz onlardan mübarizlik, mərdlik öyrənmişik. Bizdən sonra gələn nəsillərə də Balaş Azəroğlugörk olacaq. And yeri olacaq.

460

Nə qədər ki, Vətən para-paradır, nə qədər ki, mübarizə var, nə qədər ki, şer var, BalaşAzəroğlu da var bu dünyada"

Fikrət Sadıq açıq qəlbli, sidq ürəkli bir şairyanımcılığıyla, şair təəssübkeşliyi ilə BalaşAzəroğlu sənətinə, sənətkarlığına bələd olan, onun şəxsiyyətinə, o şəxsiyyətin Mədinə Gülgün ilə birlikdə böyüklüyünə səmimi, poetik bir dilləyanaşır.

B. Azəroğlunun yaradıcılığana, xarakterinəbələd olan qələm dostu kimi onun ülviməhəbbətinə-əbədi məhəbbətinə Leyli-Məcnun, Fərhad-Şirin ülviyyəti kimi baxır və buyanaşmada dediyi sözdə, səmimi insaniduyğularla zənginlik var. Bu da Fikrət Sadıqşeriyyətindən, saflığından, sənətkara, sənətəhörmətindən doğur.

Əzizə Cəfərzadənin "Vətənə qaıt", "Aləmdəsəsim var mənim", "Yad et məni" əsərlərininşairanə adlarını bir-birinə "qovuşdurur":

Vətənə qayıtdım, imana -dinə qayıtdım. Vətənə qayıtdım ki, aləmdə səsim car oldu.İndialəmdə səsim var mənim.Yad et məni, yana-yana yad et!

Nişat Şirvani, Seyid Əzim Şirvani və AbbasSəhhət Şirvaninin həyatından bəhs edən buəsərlərin adlarını bir Günəşdən asılı "üç şüa", birağacda "üç budaq" adlandırır və "bu adlar birbeşikdə boy atan üç şairin üç əsrlik ömrüdür,

461

dördüncü şair qəlbli kövrək Əzizə xanımınqələmindən bir də dünyaya gəlib, yenidənəbədiləşibdir"-deyir. Əzizə Cəfərzadəyaradıcılığına, onun tarixə dərindən bələdliyinəbir sənətkar gözü ilə baxır, yaratdığı obrazlarıbədii təxəyyülünün süzgəcindən keçirir, onlarpoetik bir dillə xatırladır. Əsərlərindəki həyatilik, doğruluq onu necə tilsiminə salıbsa, şair oobrazların taleyini

Zülfün suda mar kimi,Oynar su damar kimi,Sızıldatdın yaramı,Yağa su damar kimi.

eldən gələn bir xalq bayatısıyla ümumiləşdirir, obrazın, onun taleyinin bir bayatıyla təhlilinivermiş olur. Oxucu qəlbində, zehnində təsirinibelə bədii ümumiləşdirmələr şair təxəyyülünəməxsusdur.

"Həzin bir axşam yada düşmük" məqaləsindəşair Nigar xanım Rəfibəylinin dünyasına başvurur. Onu "ən uca" məhəbbəti və ən adi"məhəbbəti" şerə gətirən, məhəbbəti də"mətbəxi" də göylərə ucaldan, "Ana şair-şairAna" adlandırır. Onun tərcüməçilik fəaliyyətini, layla, nağıl, dastan ruhlu şerlərini, onun uşaqlarında sevimli şairi olmasını və bir dəinsanpərvərliyini yerlərə, göylərə sığmayan "şairqəlbinin böyüklüyünü" tərənnüm edir. Özü dənəsr üstündə "tərənnüm" edir. Buna tərif deyə

462

bilmərik. Bu sətirlər poetika ilə zəngindir. FikrətSadıq ruhuna, qələminə məxsusdur.

"Küləkli havalarda, yağışlı havalarda" -şairQabilin şerindən götürülmüş misradır. O misranınişığında şair qələm dostunun sənətkarlıqimkanlarını dilə gətirir. Onun şerə ilk gəlişini, Səməd Vurğun qayğısıyla açdığı cığırla inamlairəliləməsini, klassik şerimizə bələdliyini, qəlbindəyaşatdığı, kədərinə alışıb yandığı, kəsəsindəkəsilən Təbriz yolunun bağlılığını, Təbriz dərdinivə şerlərində bu mövzuları necə lirik, incə birduyumla təsvirini, təbiətin, məhəbbətinmövzusunun şairin yaradıcılığındaözünəməxsusluğunu, oricinallığını tədqiqatobyekti kimi götürür. Şairin ilk şerlərindən biriolan "Odunçular" dan tutmuş-ən iri həcmli"Nəsimi" poemasına qədər keçdiyi yaradıcılıqyolunun birər-birər izləyir, gətirdiyi nümunələrəsasında onun yaradıcılığındakı məhəbbət, həyat, ömür, kainat, insan fəlsəfəsini şairinistedadının işığında "əridir", incə mətləblərəaydınlıq gətirir. Bir ədəbiyyatşünas alim kimionun yaradıcılıq imkanlarını, şairin istedadınıngörünməyən məqamlarını açır, onun həm şairkimi qabiliyyət və istedadını, həm gözəl insan, həm də gözəl şəxsiyyət olduğunu, Nəsimi kimisənətkardan dərs almasını, "dönməz" meylini, xalqa, vətənə, insana olan məhəbbətini, insanikeyfiyyətlərini açır. "Mirzə Qabil" deyə müraciət

463

etdiyi şəxsiyyətin müəllimlik fəaliyyətini, eynizamanda şer, sənət yolu öyrəniləcək ondan dərsalınacaq bir müəllim olduğunu şirin bir dillə ürəkaçıqlığıyla, könül xoşluğuyla dilə gətirir.

Şair bildirir ki, "Qabilin şerlərində yük var. "Yük" sözünün də tərsi küy olur Fərq də eləbundadır. Qabilin şerlərində yük var. Amma birçox şair və şair kimilərin şerlərində küy var. Nəqədər hay-küy salsalar da, küy elə küydür, şerdeyil. Qabili istədən də elə şerlərindəki yükdür; Fikirlə yüklənib misraları. Şair boş yerə gülləatmır, hədəfə sərrast vurur. Asta vurur-rastavurur. Hər dəfə düşmənə vurur, hərdən bir dədosta vurur. Babamız Füzuli demişdi ki, "Elmsizşer, əsası yox, divar olur". Qabilin şerləri əsaslıdivar kimidir. Bu divar sal daşlarla hörülüb. Yıxabilməzsən. Bir daşını da tərpədə bilməzsən". Sakit, sadə, aramla, müxtəsər Fikrət Sadığınfikirləri Qabilin yaradıcılığı haqqında yazılabiləcək monoqrafiyalara bərabərdir. Az sözlə, qiymətli sözlərlə sərrast, arif bir baxışla bir şairinyaradıcılığını, sənətini, idealını beləümumiləşdirmədə qələmə alan müəllifin, onunpotensial gücündən asılıdır. Bu Fikrət Sadıqdavar, özü də bu "var" toxunulmaz, tutarlıdır. İstədiyi vaxt, istədiyi yazıda, istədiyi sənətkardagörə bildiyini, müşahidə edə bildiyini, onun sənətmeyarlarını tərəzi gözünə çıxara bilmək üçünkarına gəlir. Şairin 90-cı ildə yazdığı, 20 Yanvar

464

faciəsini yaşadığı millətinin qəmilə yüklənmiş"Mərsiyə" şerinə şair "mərsiyələr mərsiyəsidir" deyir. Bu mərsiyə başdan-başa ah-nalədir. Kövrək bir şair qəlbinin gücü çata biləcək dərdyüküdür ki, misralara dönüb. Bir adamınmüsibətnaməsi deyil bu, bütöv bir millətinfəryadıdır. Bu fəryadın içində təpədən dırnağaqəzəblə yüklənmiş bir tarıma çəkilmiş insanəsəblərinin qarşısını ala bilməyəcək bir dağ seliyatır ki, tezliklə tüğyan edəcək və bu millətin əlisilah tutanı da, tuta bilməyəni də bu əsarəttilsimini qıracaq, o zəncirləri imperialist kabusunöz cismini qandallayacaq. Bu millət elə bir qantörədəcək ki, onun apardığı mübarizə 70 ilqardaşlıq, bərabərlik, döstluq deyilən sətiraltızəncirləri elə qırıb məhv edəcək ki, istiqlal, hürriyyət deyib qarşısındakı dağı uçuracaq, özmüqəddaratını öz əlinə alacaq, möhtəşəm birimperialist qüvvənin bel sütununu qıracaq. Və birdə o qalxa bilmək imkanlarındldan məhrumolacaq və onun öz ərazisindəki muxtariyyətlərmüstəqillik arzusunu həyata keçirmək üçünsilahlanacaq, həttta onun öz bağrında elə yaralaraçacaq ki, 20 yanvar faciəsinin beş, on qatintiqamı alınacaq. Bu mərsiyə deyil, xalqlarıoyanışa çağıran, qəflət yuxusundan oyatmağaçalışan arzuların, istəklərin qarşısı alına bilməyənistəyidir. Fikrət Sadığın nəzərində şair Qabiltarixi hadisələri o dərəcə dərin müşahidə edib ki,

465

inandırıcı sözlər də tapıb ki, bu şeri oxuya-oxuyaoyanırsan, təzədən nəsə, yenidən nəyisəgörürsən. Görürsən ki, bu şer bir "salnamədir". Belə elə bir salnamə ki, imperialist qüvvələrinyırtıcı iç üzü ordadır. Fikrət Sadığın Qabilyaradıcılığına baxışları, onun yaradıcılığındangördüyü, götürdüyü təəssüratdır. Və bunlarfaktlarla şairin yaradıcılığı üzərində öz tədqiqinitapır.

Qabilin hər bir əsərinə, şerinə baxışlarımüxtəlifdir; millət dərdi, fəryadı, düşmənə nifrət, dost məhəbbəti, mərdi-mərdanə tənha "türkqəbrinə" -xalqının köməyinə gələn türk övladınınqəhrəmanlığının, qardaş köməyinin şairinürəyində yaratdığı duyğular … Birində isə anaürəyinin böyüklüyü qələmə alındı, oricinal bir dilləana mövzusuna yeni dəyərli bir "möhür" dəvuruldu. Fikrət Sadıq bunu hamıdan, həttaədəbiyyatşünaslardan da tez gördü: "Allah, Allah! Nə böyük Ana ürəyi. Ana şerinə bir qüdrətli şerdə qoşuldu. Ana şeri yazan, aləmdə məşhur olanCəfər Cabbarlı, Mikayıl Müşfiq, İrəc Mirzə, Qriqori Vieru kimi şairlərin cərgəsində şair Qabildə göründü".

Fikrət Sadıq Qabil şəxsiyyətinə dərindənbələd olan insan kimi onun şairlik istedadındanbaşqa, bir sıra gözəl insani xüsusiyyətlərini dəqələmə alır; ailəcanlı, sədaqətli, gözəl dost, səxavətli insan, Azərbaycan türkü, rəhmli, insaflı,

466

səmimi, həqiqəti sevən, hövsələsiz, həmişənarahat, halal adam, doğrunu müdafiə edən, yalanı qovan, qrafamonları, qafiyəpərdazlarısevməyən, şer yaza biləni "qolundan tutub birliyəgətirən", təkrarsız, dili şirin-bütün bünlar FikrətSadığın hamımızın sevimlisi Qabil haqqındadediyi sözlərdir.

Fikrət Sadığın öz müasirlərinə, eləcə dəözündən əvvəlki sənətə, sənətkaramünasibətləri, insani münasibətləri hazırki qələmsahibləri üçün əsl həyat məktəbidir. Bir-birininsənətinə, kölgəsinə selbə atanlara, istəyəndəoturduğu budağa- əbədiyyət ağacının kökünəbalta çalanlara əsl dərsdir, həyat dərsi, ibrətdərsidir.

Fikrət Sadıq nəinki müasirlərini, tanınmışböyük sənətkarları, klassik ədəbiyyatımızınkorifeylərini, onların yaradıcılığını, yaratdıqlarısənət əsərlərini oxuyur, arayıb araşdırır, qiymətlifikirlər söyləyir, eyni zamanda bir istedadlı qələmsahibi kimi Yazıçılar Birliyinin şer məsləhətçisikimi uzun illərin təcrübəsindən əldə etdiyinailiyyətlər əsasında yeni yazarların yaradıcılığıhaqqında fikirlərini də qələmə alır.

Fikrət Sadıq heç bir şair, sənətkar haqqındadediyi sözü bir də qeyrisi haqqında təkrar etmir, hər birinə söz tapır, hər birinə bir-birinəbənzəyəməyən xarakterinə, yaradıcılığına sərrafgözüylə baxıb, oricitnal sözünü deyir. Əli Kərim

467

yaradıcılığına, şəxsiyyətinə hörmət və məhəbbətiifadə edən kəlmələri lirik, romantik, poetik birdünyagörüşün, şair təxəyyülünün, fikirlərinihəqiqətə münasibətinin ifadəsidir. Əli Kərimhaqqında yazır:" O, şer dənizində özününsahilləri, dalğaları, sal qayaları olan bir adayabənzəyir. O, şer xəlimizdə öz ilməsi, öz naxışıolan bir bütadır. Basmaqəlb şairlər hazırqafiyələri, hazır vəznlərə pərçimləyib, meydansulayanda, o, şeri doğrudan da, sap-sap, ilmə-ilmə toxuyurdu… Hər dəfə təzə xətlər, təzəgüllər. Allah vergisi var idi onda. Elə şerləri var ki,yazılmayıb, elə bil kimsə onun qulağınapıçıldayıb bu misraları. Onun şeri dünyanıheyrətdə qoyan Şərq şeri ilə dünyanı düşündürənQərb şerinin qovuşduğu yerdə göz açıb dünyaya. Onun şeri şer salnaməmizin ayrıca birbölməsidir. Şərq şeri Şərq şairləri barədəəfsanələr dolaşır dünyanı, Əli Kərim həmin Şərqşairlərindən biridir", Fikrət Sadığın bu fikirlərinintəhlilə ehtiyacı olmayan bir dəfə deyilən vədeyilişi ilə qanuna çevrilən bu msisralarında, kəlmələrində Əli Kərim sənətini, şeriniəbədiləşdirir:" Uzaq illərdən üzü bəri gələnşerimizin hər yüzillikdə bir, iki, üs duracaq yerivar. Son illərin duracaq yerlərindən biri ƏliKərimdir".

Fikrət Sadıq şerə, sözə ehtiyatla yanaşanşairdir. O sözü tanıyır, özü də özündən yaxşı

468

tanıyır. Yoxsa sözün bu qədər dərindən"tərcümeyi-halı"nı verməzdi. Şerində söz nədirsə, nəsrində də söz odur. Hər ikisində söz öz tərifiniözünəməxsus biri oricinallıqla Fikrət Sadıqdüşüncələrindən qoparıb alır:" söz yarpaqda, suda, siçəkdə, Ayda, Günəşdədir. Kimin əliçatırsa ondan götürür sözü. Tapdığı yerin rəngi, dadı, ətri, işığı, odu gizlənib sözdə. Oxucu da osözü nə cür qavrayırsa o həcmdə rəng, dad, ətir, işıq və od payından bəhrələnir"

Fikrət Sadığın fikrincə, "ən çətini sözüyerindən götürməkdir. Söz yerinə düşsə möcüzəolar, sehr olar. Kiminin əli sözə çatır, amma gücüçatmır. Kiminin əli də çatır, gücü də, amma haqqıçatmır. Kimi sözü bərk-bərk sıxır, boğur, qaraldır. Kimi boş yapışıb əlindən salır. Kimi sözüyaralayır, kimi sözü qamarlayır, kimi dətumarlayır". Budur Fİkrət Sadıq aləmində söz. Sözə də ehtiyatla, incəliklə, səmimiyyətlə, yanaşmaq lazımmış. Söz onun nəzərində qurubir cəsəd deyil, canlıdır, özünə hörmət, qayğı, mərhəmət gözləyir, belə olmasa o ondan nə isəumanı yarıda bilməz. Hər yoldan keçən dəsözdən öz ehtiyaclarını ödəmək üçün istifadəedə bilməz. Söz sözdur, özü də söz şairinnəzərində "mərddir. Hər cür yalvarışa baxmaz. Hər söz deyənə inanmaz. Bəzəyə -düzəyəaldanmaz. Təki sözə ürəklə əlin çata. Sən dəsözün ürəyinə yatasan gərək, söz də sənin

469

ürəyinə yata. Bu iki tərəfli sevgidir. Burada sözdə, şair də xoşbəxtdir". Söz-şair varlıqlarınışerdə, sənətdə sözün ölçü və meyarını bu ritorikdillə təhlil etmək, sadə, açıq, qısa lakin dərinmənalı cıümlələrlə təsnifatını, təhlilini aparmaqFikrət Sadıq şəxsiyyətinin sözə, sənətəməsuliyyət hisslərindən doğur. Sənətkar az sözlədərin məna ifadə etmək, sözü məqamındaişlətmək, ona azadlıq vermək, ona hörmət etmək, onu quş qanadlı etmək, ondan yararlanmaq, sözün başını buraxıb fikirlərdə yeknəsənlikyaratmamaq, istedad və ilham meyarında sözünölçü-biçimini bilmək imkanlarını şer-sənət-şair-istedad-qabiliyyət-ilham-duyğu-zəngin təxəyyül-söz ehtiyatı-söz tutumu-söz zənginliyi-sözəqiymət silsiləsində qorumağı, qavramağı əsasbilir.

Şair Məmməd Araz şəxsiyyətinə, sənətinə dəöz yaradıcılığında, elmi, ədəbi-publisistfikirlərində yer ayırır. Onun şerləri də "Füzulidəndayaq olub, Vaqif, Vidadidən qanad, Mirzə Cəlil, Sabirdən qeyrət, Səməd Vurğun, Rəsul Rzadanvüsət, Əli Kərimdən həsrət qalıb. Şairin dediyikimi desək :"Onun şeri addım-addım çıxıb sözqəsrinin dolanbac pillələrini. Məmməd Arazayağını üzəngiyə qoyub ata süvar olan gündəndüşməyib yerə. Söz cıdırında atını elə çapıb ki, özünə məxsus iz açıb, ayrıca yol salıb".

"Qadan balan mənə gəlsin Araz!

470

Adını adıma qoşuram" - deyən gündən. Fikrət Sadıq göstərir ki, Araz

şer, dastan, yaddaş, ürək ağrısı, ümu-küsüdür. OMəmməd Araz yaradıcılığındakı vətənpərvərliyi, vətəndaşlıq məsuliyyətini, torpaq, vətən, yurdsevgisini Azərbaycan adına, tarixinə, varlığınaolan sonsuz əbədi sevgisini, onlarıntərənnümünü "şair qəlbinin şah damarından axıbgələn söz"- Vətən sözündə ümumiləşdirir.

Daha bir söz-Vətən!Azərbaycan-qayalarda bitən birçiçək.Azərbaycan çiçəklərin içindəqaya.Mənim könlüm bu torpağı vəsfeləyərək,Azərbaycan dünyasından baxırdünyaya,

- misralarını yada salır. Bizi vətəndaş olmağaçağıran bir şairin narahat dünyasıyla səsləşdiyinibildirir və söyləyir ki, " Məmməd Arazın şerxalısının yeri torpaqdır".

Məmməd Araz kimi, Xəlil Rza da şairin sevəsevə-sevə öydüyü sənətkarlardan biridir. Lakinonun əsərləri əsasında fikrini demir. Xəlil Rzaşəxsiyyəti haqqında danışır. Zamanın az-az, qətrə-qətrə yetirdiyi şəxsiyyətlər haqqında ki, onlardan biri də Xəlil Rzadır. Ondan elə bir dillədanışır ki, hər cümləsində Xəlil Rza coşqunluğu,

471

odu, alovu bizi də isindirir. Azadlığı "zərrə-zərrə, qram-qram" istəmirdi Xəlil Rza. Fikrət Sadıqonun bu duyğularını öz lirik dünyasıyla bölüşür:" Xəlil Rza azadlığı zərrə-zərrə, qram-qramistəməmişdi., özü zərrə-zərrə öyrəndi, kamilləşdi. El-obanı, tarixini, keçmişini təkrar-təkrar yaşaya-yaşaya bugünləşdi, kamala yetdi". Xəlil Rzanınsinəsindəki Vətən sevgisi, onun azadlığınıgörmək istəyi millətinin "sıyrılmış qılıncı"naçevirdi. O, xalqının azadlığı uğrunda sinəsinisipər elədi, sözünün közünü, istisini o səmtəyönəltdi. Bu yolda Təbrizini də şəhid verdi. Əyiləmdi, sınmadı, çünki o yolu tutanda oyollardakı ölüm-itimi, itkini də görmüşdüəvvəlcədən. Ona görə də əyilmədi. Dərdi üstünədərd gələndə də içində də çəkdi. Övladı kimisevdiyi Vətən də ona Təbrizi kimi əziz idi. O, Təbrizdə Təbriz boyda bir həsrət də yaşadırdı. Fikrət Sadıq bunları görmüşdü öz gözləri ilə vəona görə də onun keçdiyi mübarizə dolu həyatabələd bir insan kimi şerlərindəki ölməz ideyaları, qəlbindəki vətəninin azadllığa, müstəqilliyəqovuşması istəyini və bu isətyi alov dillimisralarında daha da közərtdiyini bildirir və XəlilRzadan öyrənməyi tövsiyə edir:" Bir zərrəazadlığın iynə ucundan keçib ulduz olan XəlilRzanı tanıyın! Tanımasanız, özünüzü qınayın. Dönə-dönə qayıdın, şerimizn pələnginə baxın, onun sıçrayışını seyr edin, nərəsinə qulaq asın!

472

Ərləşin. Ər oğlu ər olun! Vətən uğrunda ölün ki, bir daha doğulun! Necə ki, Xəlil Rza bu qeyrətməktəbini keçdi. Həm özünə, həm millətinə, həmdə azadlığa başucalığı gətirdi". Fikrət Sadığınfikirlərində böyük həqiqət yatır. Onun keçdiyihəyat yolu çox oxucularına, onu sevərlərə dərsoldu, həyat məktəbi oldu. Bu gün də Xəlil Rzaazadlıq aşiqi kimi onu sevən həmvətənlərininqəlbindədir və onu yaratdığı əsərlərdə də busevgi odunu qoyub gedib və hələ çox nəsillər oodda isinəcək, ondan qəlblərinə bir istək, duyğuyayılacaq və zaman-zaman Xəlil Rzaxatırlanacaq və Fikrət Sadığın dediyi kimi zərrə-zərrə qazandlığı azadlığın odunda polad kimiğbərkimiş misraları ilə yanaşı, polad ürəkli, poladiradəli, adil və nadir şəxsiyyət kimi Babəknəsilinin davamçısı qəhrəman, mərd, məğrur birvətən övladlı kimi də dönə dönə yad ediləcək.

Fikrət Sadıq öz bədii publisist yazılarındaŞahmar Ələkbərzadə, Anar, Sərdar Əsəd, Teymur Elçin və bir çox sənət adamlarınınyaradıcılığı haqqında da dəyərli fikirlərsöyləmişdir. Anar özünəməxsus bir yazıçı yoluaçan-Anar yolu yaradan, öz cığırı, öz səmti, özyolu olan bir sənətkardır. Fikrət Sadıq bu yolubelə təsvir eləyir ki, " bu yolu ayaq üstə təsəvvüredə bilsəydik, qollu-budaqlı, çoxşaxəli nəhəng birağaca bənzəyərdi. Bir ağac-bir orman. Bu yoluləngərli, dolu, uzun bir çaya da oxşatmaq olar.

473

Dağlardan, dərələrdən keçib, dənizəyaxınlaşanda inçə-inçə kiçik çaylara bölünən, delta yaradan bir çaya. O çay Anar olsa, o deltaonun əsərləridir. Dəniz də bizik- oxucular!"

Şair Anarın əsərlərinə poetika gözüylə baxır. Keçmiş tariximizi bu günümüzlə birləşdirənəsərlərinin adlarından poetik bir lövhə yaradır; oricinal bir dillə nəsrə şeriyyət gətirir, bədiilik yox, bədiilik nəsrin də, nəzmin də kübrəsidir, canıdır, ruhudur. Şeriyyət deyirəm. Şeriyyət ahəngdarlığı, mənsur şerin ən yaxşı çalarları vurulub bumisralara. Bir sənətkar yaradıcılığının ötərimənzərəsini yaratmaq üçün misralarına, cümlələrinə, kəlməsinə toxunmadan, qələmçalmadan o möhkəm, tablonu olduğu kimi oxucuqarşısına çıxaraq:" Bu yolla "Dədə Qorqud" "Qobustan"a gəlir. Dünənimiz, bu günümüz, gələcəyimiz bu yolda görünür.-Bu yol"Uzunömrün akkordlarıdır".

Yazıçının qəlbi ilə oxucular arasında "Əlaqə" saxlayan yoldur."Bayram həsrətində olanlar", "Ağliman"da dayanıb, o qədər gileyləndilər ki, dünəndən bəri yağan şıdırğı "Yağış kəsdi". Burda"Molla Nəsrəddin-66cı" dəfə milləti qəflətyuxusundan oyatmağa çalışdı.

"Adamın adamı" olmalıdır. Adamı olmasa"Macal" verməzlər.

Adamların bir qismi "İçərişəhərdə" yaşayırmışlar kimi -ümüdlərinin darısqal

474

keçidlərində yaşayırlar. Odur ki, işıqlı nə varsagöz yumurlar. "Şəhərin yay günlərində" "Evləriköndələn yar"gilin binasındakı klubda "Danteninyubileyi" keçirilirdi.

"Beşmərtəbəli evin altıncı mərtəbəsi"ndənhəyat daha yaxşı görünür. Amma görə biləsən! Yoxsa elə yazıçılar var ki, yuxarıdan yalnız həyətigörürlər, həyatı görmürlər.

Anar da ədəbiyyata "Sizi deyib gəlmişəm" deyib, gəlib. Bizim başa düşəcəyimizi bilib gəlib. Anarın dili o qədər aydındır ki, onu ancaq nadanbaşa düşməz.

Bu dili Anara anası Nigar Rəfibəyli laylalarıilə, atası Rəsul Rza cəsur misraları ilə öyrədib.

Anarın dili Mircə Cəlil, Sabir, ÜzeyirHacıbəyov bulaqlarından su içib. Sözlərini bubulaqların suyunda suvarıb, bərkidib, poladeləyib. Anar deyiləndə "Anlamaq dərdi" düşüryadıma. Dörd bir tərəfdə bu qədər ziyanlı varikən ziyalı olmaq çox çətindir.

Son illərdə başımıza nələr gəlmədi ki,"Sizsiz" qalıb el-oba, kənd-şəhər, Ana yurd! "Sizsiz" qalıbqələm, şer.

Sinəmizə çəkilən "Şəhid dağı" hələ dəsızıldayır. Bayaqkı "Ana yolu"n dörd yolayrıcında-caharsularda sağa, sola ayrılan qollaraadlar qoşulsaydı-nəsr, kino, teatr, dilçilik, ədəbiyyatşünaslıq, publisistika adlandırılardı buqollar".

475

"Anar deyiləndə" yazısında Fikrət Sadıq Anarşəxsiyyətini-əsərləri ilə birlikdə-əlaqəli şəkildəədəbiyyatımıza xidmət nöqteyi-nəzərindənaraşıdırır, qiymətini verir.

Bu formada, bu gözəllikdə, bu məzmundafikir söyləmək yazıçı, sənətkar yaradıcılığınaqiymət vermək-ədəbiyyatda ən gözəl yenilik kimiqiymətləndirilməlidir. Ədəbiyyatşünaslıq fikirləribədii əsər deyil, onu oxunaqlı etmək üçün dilinəbədiilik, şeriyyət qatışdırmaq lazımdır. BəkirNəbiyev, Nizami Cəfərov, Qara Namazov, ŞamilSalmanov, Nizaməddin Şəmsizadə kimiədəbiyyatşünasların dili olmasa görən oxucuneyləyər? Ədəbiyyatşünaslıq ədəbiyyatsevərlərin diqqətini cəlb edə bilərmi? Ümidsizolmayaq. Fikrət Sadıq var, onun kimi qələm əhlivar. Sənəti misra üzərində qurulan Azərbaycanşairləri, yazıçıları var ki, Nizamidən, Füzulidəndeyəndə elə bilirsən onları oxuyursan. Obədiiliklə yazılan yazılar ədəbiyyatşünaslığınxəzinəsindəndir. Bu cəhətdən Fikrət Sadığın yoluöyrənilməlidir. Şair, yazıçı hər hansı hadisəni, motivi öz əsərinin sücet xəttinə çevirib, bədiidolğunluğu ilə onu təsvir edə bilər. Bu əhliqələmlər üçün çətinlik törətməz. Amma osənətkar, yazıçı haqqında, onun yaradıcılığınısənətkarlıq baxımından bu cür gözəl demək, müxtəsər, əhatəli danışmaq Fikrət Sadıq

476

yaradıcılığnın gözəlliklərini şərtləndirən əsasməsələlərdən biridir.

Fikrət Sadığın uşaqlar üçün yazdığı şerlər eləböyüklər üçün də maraqlıdır. Gözəlsənətkarlarıımızın şerəlrini "uşaq" və "böyük" şerikimi bölməyə razı deyil. "Şeri uşaq şeri, böyükşeri deyib iki tirəyə ayırmaq olmaz., şer varyalnız" sadə adi sözlərlə ən ulu mətləblər açılabilər. Ya da ədalı sözlərin dalında ən adi hekayətbelə qaranlıq qalar".

Boş mənasız yazılarını şer adlandıranlarabildirir ki, "sərbəst şer musiqidən, ritmdən azaddeyil. Sərbəst şerin özünəməxsus musiqisivardır. Bunu gözləmək lazımdı. Nə boş qutu kimiust-üstə düzülən soyuq, beton evlərə bənzəyənheca bəndləri gərək deyil bizə, nə də qorxudanpərakəndə düşmüş, başsız qoşuna bənzəyənsərbəst misralar". Yeni qafiyə əruzu da, hecanıda, sərbəsti də gözəlləşdirir. Şairin başını ucaeləyir. Qafiyə axtarışdır, kəşfdir.

Fikrət Sadıq ədəbiyyata gələn yaxşı, istedadlıgənclərin yaradıcılığına diqqətlə yanaşmağı, qayğılarını duymağı, ən yaxşı əsərlərin çapınakömək edilməsini istəyir.

Fikrət Sadıq 80-90cı illərdə ədəbiyyata gələngənc şairlərin əsərlərinə münasibətini də özyazılarında bildirir. Şerə, sənətə gələn yeni abı-havanı alqışlaryır və onlarla birlikdə ədəbiyytdaöz hay-küyü ilə yer tapmaq istəyənlərin ədəbiyyat

477

aləmini bir-birinə vurmasını, bir-birinə qənimkəsilməsini, özünəqədərki ədəbiyyatlara qarşıqərəzli fikirlərini pisləyir.

"Gənc şairimiz Azərbaycanın azadlığıuğrunda mübarizədə sinəsini düşmən gülləsinəsipər eləmiş Ülvi Bünyadzadənin "Ülvi duyğular" kitabına yazdığı fikirlər onun gənc istedadsahiblərinə qayğısının, məhəbbətinin nəticəsidir.

20 illik ömründə çəkdiyi ağrı-acılar, yurd-yuvahəsrəti vətəndən didərgin düşmüş şairinyaradıcılığında onu yandırıb tökür. Fikrət SadıqÜlvinin ülvi hissləri cəmlənmiş "Ülvi duyğular" kitabını "gənclərə örnək, mərdlik öyrədən kitab" adlandırır.

Abbas Abdullla Azərbaycan ədəbiyyatında özdəsti-xətti, oricinal yaradıcılıq imkanları olanistedadlı sənətkarlarımızdan biridir. Onu özqələm dostlarından fərqləndirən bir cəhət dəonun Azərbaycanın xoşbəxt gələcəyi naminəbəzən yaradıcılıq imkanlarını ölkəsinin ictimai-siyasi axarında əridib ömrünün bir hissəsini onungələcəyinə həsr etmək, bu olda bəzən işıqda, bəzən kölgədə qalmaq qismətinə nəsib olanşairimizdir. O, sülhsevər bir insandır, necə olur-olsun bu millət, dövlət öz müstəqilliyini əldəetmişdir, edəndən sonra da onu qoruyubsaxlamalıdır, dünya dövlətləri içərisində sivil birdövlət kimi inkişafını təmin etmək üçün məsulvəzifələrdə çalışmış, qələmini bununla belə yerə

478

qoymamış, düyna ədəbiyyatına misilsiz sənətinciləri bəxş eldən Nizami, Füzuli, Nəsimi kimisəntkarların Vətəni Azərbaycanın miilli-mənəvizənginliyini dünyaya tanıtmaq üçün çalışmış vəbu gün də var qüvvəsi ilə çalışır. Şöhrətdən uzaqAbbas Abdullanı şair Fikrət Sadıq gözəl tanıyır.Əsərlərindəki yüksək ideyaları, bədii gözəlliyi, sənətkarlıq məharətini görür və gördüyündənonun yaradıcılığı haqqında dəyərli fikirləri dəsöyləməyi özynə borc bilir. O, Abbas Abdullanınsənətinə, onların ideya-məzmun zənginliyinəheyranedici nəzərlərlə baxır. Onda olan "Tanrıvergisi" şairi ovsunlayıb. Abbas Abdulla "Mənimqanım, mənim canım Azərbaycanım"-deyir. Fikrət Sadıq onun bu müqəddəs hisslərini, safduyğularını özü yaşadığı kimi qiymətləndirir, bumövzuda "şerlər birər-birər layladı, bayatıdı, qoşmusan Vətənin şəninə"-deyir və AzərbaycanAbbas Abdulla üçün nədir? -sualını görür buşerlərdə və o özü onun bu hisslərini, duyğularınışair kimi vətənə, xalqa, yurda, torpağa, elə-obayabağlılığını ümumiləşdirir. Dediyi bu sözlərdə: "Oyer ki, sənə Ana olub, sən o Anaya layiqövladsan. O azadlıq sevən tərəkəmə elatı səninyurd yerindir. "Yurdyerin" dilindən düşmür. Yurdyerinin hər qarışında sənin ayaq izin var. Budağlar, dərələr, ormanlar, çaylar harda olsan səniharaylar( fikirlərə, qoşumlara, düzümlərə, təhliləbax; su kimi axıcı, dəniz kimi coşqun). Fikrət

479

Sadığın kövrək və həzin kəlmələri bir şairin o birişairə ürəkdə bəslənən səmimiyyətinin ifaədəsidir.

Bu gün əli çıraqlı gəzirik o yaşıdsənətkarlarımızı ki, biri-birinin sənətinin yaxşıcəhətlərini görsün, ədəbiyatmızın inkişafı naminədanışsın. Ədəbiyyatdan varlanmaq, kürsütutmaq, vəzifə sahibi olmaq üçün az qala hərbirinin topu, gülləsi, mərmisi, barıtı söz olub bir-birinə tuşlanan yazıları düşünəndə bu yazı dayada düşür, ürəyim bu yazıdan fərəh duyur, gözündən su içir, rahatlıq tapır. Sənətkara olduğukimi qiymət vermək Fikrət Sadığın deməkqanındadır: "...Sənin yurd yerinə olanməhəbbətindir ki, "Torpaqdan pay olmaz" deyibaləmə car çəkmisən… əsir düşən Vətəntorpağının səsi göylərə bülənd olur, sən buyerdəki haqsızlıqları görüb, bu ah-naləni eşidibyerdəkilərdən bir kömək olmadığını bilib şerlərinigöy üzünə yazmısan. Onları elə beləcə dəadlandırmısan "göy üzünə yazılmış şerlər". FikrətSadıq bu şerləri böyük ədəbi hadisə olduğunusöyləyir və bildirir ki, " bu şerlərdə dünən, bu gün, sabah birləşib əbədiyyət olub. Qədim şerlərimizbu günün avanqard şerləri ilə qaynayıb-qarışıb. Gənc şairlər buna bənzər şerlər yazanda hay-küyqoparırlar ki, Amerika kəşf eləyiblər. Amerikaçoxdan kəşf olunub, Cənablar. Abbas Abdullanınüzünü görmədiyi atasına yazdığı məktublardaşair onun özünün olduğunu duyub, qırmızı

480

imperiyanın hördüyü tora düşüb, olmazın zülümçəkib, xalq düşməninin oğlu olub. Bu oğul xalqındostu-şair Abbas Abdulla imiş-demə". Şair AbbasAbdulla sənətinə, amalına, əqidəsinə dərindəninandığından onun "türk oğlu, türkəm" sözlərinində səmimiliyinə inanır, böyük bir inamla şairindediklərini təsdiqləyir: Sən doğrudan da türkoğlu, türksən. Türk sözü qadağan olanda səntürkəm deyirdin. Türkün tarixini əzbər bilirdin. Dünənini, bu gününü, sabahını görürdün. "Ulduz"da və ya başqa qəzet -curnallardaeyhamla dolu misralarında türk doğulduğunlafəxr edirdin. İndi də fəxr edirsən. Sabah da fəxredəcəksən. Əqidəsinə, soyuna, kökünə sədaqətliAbbas Abdulla kimi oğullar Azərbaycana su kimi, hava kimi gərəkdir. Damarından türk qanı axan, bununla fəxr edən çiyinlər üstə dayananAzərbaycanın işıqlı, bütöv gələcəyi danılmazdır. Millətin ləyaqətli oğullarından birisən. Azadlıq vəhəqiqət carçısısan və şair Fikrət Sadıq şairAbbas Abdullanı həmişə belə görməkarzusundadır. "İnnən belə də elə-belə qalmağını arzulayıram": özünə dost, həmsirdaş, həm qələmtapdığına görə, belə insana, şairə səmimimüraciət edir. Ona bağışladığı kitabındakı"taledaş" sözünə diqqəti yönəldir:" Mənəbağışladığın kitabda mənə taledaşım demisən. Doğrudan da, biz taledaşıq. Taleyimizi yaşayanümid və məhəbbət təşnələriyik. Tanrı bizi

481

peşiman eləməsin!" Abbas Abdulla Fikrət Sadıqgəncliyində, uşaqlığında eyni taleyüklü məsələlərvar və şair fikirlərində haqlıdır.

Fikrət Sadıq yaradıcılığında dil məsələsi dəəsas diqqət mərkəzindədir. O, doğma ana dilini-azəri türkcəsini "Böyük Türk dili ağacınınəzəmətli şah budağı" adlandırır. Bir kökə, birsoya bağlı millətin dilinin ahəngdarlığı, Şərqdəkirolunu böyük rus şairi Lermontovun fikrinəistinadən açır:" Avropada fransız dili nədirsə, Şərqdə də türk dili odur". Avropada fransız dilinibilən hər kəsə orada olmaq, gəzmək, dolanmaq, bu dil vasitəsilə əlaqə saxlamaq necə asandırsa, dünən də, bu gün də türk dili Şərqdə belədir. ŞairLermontovun o zaman deyilmiş fikrinə bu günqüvvət olaraq həqiqətin bir üzünü-danılmazüzünü açıqlayır."İndi Sakit okeandan tutmuş taAvropanın ürəyində bu dildə danışanlar var. Budilin qoruyucuları onun qəhrəman felləridir: ox-yaynan silahlanmış bu döyüşçülər dünyanı fətheləyənlərdir" və şair öz sələflərinə münasibtinibildirir ki, " Sənin Ana dilin indiyədək bir kəsə başəyməyib". Fikrət Sadıq bu dili Dədə Qorqud, Həsənoğlu, Füzuli, Vaqif, Axundov, Sabir, MirzəCəlil, Şəhriyar, Səməd Vurğun, Rəsul Rza dilikimi şərh edir. Onun qədimliyini, ilkinliyini, təkhecalı sözlərlə zənginliyini yada salır vədilimizə gətirilən başa düşülməyən ofis, küçəadlarını, əcnəbi dillərdən gələn sözləri görüb bir

482

vətəndaş kimi qəzəblənir və haqlı olaraq bir dilçikimi də bunu pisləyir:" Sən Ana dilini başınınüstünə bayraq kimi qaldırıb irəliləmisən. Sənistəyirsən ki, var olasan. Məhəmməd Hadinindediyi kimi olmalısan:

Qoymuş millət imzasını övraqi-həyata,Yox millətimin xətti bu imzalariçində.

Fikrət Sadıq dilimizdən, onun zənginliyindən, özünəməxsusluğundan danışarkəm gözəl dilçidir, həm gözəl şairdir, həm də ədəbiyyatşünasdır. O, bu dilin gözəlliklərini sadaladıqlarımın daxilindəgörüb, duyub, seçib, qoruyur, üstündə yarpaqkimi əsir, narahatçılıq keçirir. Özü də bunarahatçılığın səbəblərini açır, analara"övladlarınıza öz dilinizi, ana dilinizi öyrədin"-deyir, millətin gələcəyini onların böyütdükləriövladların əlində olduğunu unutmamağa, yadkəlmələrdən uzaq etməyə çağırır. Fikrət Sadıqdilinin gələcəyi üçün narahatçılığını bütünlükləgizlətmir. "qollü-budaqlı nəhəng palıd ağacı"nabənzətdiyi dilinə yad kəlmələr asılsa "budaqlarısınacaq, kökü quruyacaq" dilinin. Ana dilini hünərdili kimi yüksəklərə qaldırır, oxucusunun, millətinin gözünü açır, quru, sönük sözlərlə deyil, coşqun sellərə, çaxan ildırım işığına, Ay, Günəşnuruna bənzər odlu, alovlu, isti sözlərlə açır, yatmışları oyadır, dilinin saflığını qorumağa

483

çağırır:"Sənin ana dilin dünya dilləri içərisində ənzərif, ən güclü, yığcam, zəngin, tutumlu dildir. Ənincə mətləblər-həyat, təbiət, sevgi, məhəbbət vəölüm haqqında nə varsa bu dilə sığışıb. Bütövkainatlar, ulduzlar, Günəş işıqlarıyla, halələriyləbu dilin içindədir. Sənin Ana dilin Ana laylasındanbaşlanır, bir az keçir nağıllara qulaq asırsan, biraz böyüyüb dastanlar eşidirsən, sonra sevirsən, mahnısını oxuyursan, bayatı çağırırsan, bir az dayaşa dolub atalar sözündən bəhrələnirsən, sonrada ölürsən. Sənə ağılar oxuyurlar. Ana dilin -sənin bütöv ömrün boyu layla, nağıl, dastan, atalar sözü və ağı olub səni izləyir. Ömür boyusəninlə birgə addımlayan, sənin cangüdənin anadilindir. Sən də onun cangüdəni ol! Sən ana diliniqorumalısan ki, öləndə də ölməyəsən!"

Fikrət Sadıq dilimizə gələn ingilis, fransız-digər yabançı dil sözlərini güvəyə bənzədir, dilimizi yun parçaya, ona zorla pərçim olunan yadsözləri isə güvəyə bənzətməkdə şair haqlıdır. Güvə parçaın dağıdan kimi o yad sözlər də "diliiçəridən yeyir". Fikrət Sadıq şerlərindəpoemalarında olduğu kimi yazılarında, ədəbitənqidi məqalələrində, dilə aid yazılarında da sonillərdə xarici kapitalın Azərbaycana axımıylayanaşı, dilini, sözlərini həyatımıza, məişətimizə, incəsənətimizə gətirmək istəyənlərin siyasətinipisləyir. Azərbaycan ziyalısı kimi hansı formadademəsindən asılı olmayaraq o Azərbaycan

484

xalqının milli-mənəvi dəyərlər üzərindəköklənməsini, dilimizin incəliklərinin qorunubsaxlanmasını, hansı məqsədlər olur- olsundilimizin imkanları sayəsində çatmağımızı istəyir. Onun bu millətçi sözün yaxşı mənasında millətçiduyğularında bir səmimilik, təbiilik va və bu hərbir ziyalıya Fikrət Sadığı sevdirə bilir və oqələmini, zəkasını onun dilinin saflığı üstündəmübarizədə sınamasını yüksək qiymətləndirir.

Fikrət Sadıq üçün bütün türk dilləri əzizdir, doğmadır. O, bütün türk dilləri üçün ortaqsözlərin işlədilməsini arzulayır. Ona görə dəşairin axarlı, pıçıltılı, şırıltılı türk dilində yazıb-yaradan bütün türk şairlərini, yazıçılarını"dünyanın yarısında danışılan bu ulu dilin ənqədim , ən yaşarı sözlərini" işlətməyə çağırır. Ona görə çağırır ki, "qoy eldən-elə gəzibdolanmaq asan olsun. Qoy ümumtürk ədəbi diliyaransın. Onsuz da qaqauz da, yaqut da, özbəkdə, türkmən də, tatar da, qaraçaylı da və böyük -kiçik türk xalqları türkcə danışacaqlar dünyanınsonunadək!"

Fikrət Sadıq türk dilinin bütövlüyünü istədiyikimi, türk xalqlarının bütövlüyünü arzulayır. Yüzilliklərdən öncə və sonra da türk dövlətlərininbayraqlarındakı Aypara şairin qəlbindənigarançılıq doğurur. "Tayfa-tayfa, qəbilə-qəbilə, dövlət-dövlət və para-para" indiyə qədər mövcudolan türklərin birləşməsindən sonra bayraqlara

485

çəkiləcək Bütöv Ayın həsrəti içindədir. Ona görəbayrağında bütöv Günəş olan yaponlara qibtəedir. Ayparamızın bədirlənmiş Ay olacaq günühəsrətlə gözləyir:" Maşallah! Bu da ümidlərinaçarıdır. Bu söz insanların inam ocağıdır. Səbr, dözüm ocağıdır. Aralıq dənizindən yaponadalarınadək ölkə-ölkə cəmlənmiş türklərinsanların taleyi, zaman-zaman yerdəyişmələrF.Sadıq qələmində, yerli-yerində açılır, tökülür, sanki şair türk tarixçisidir. Öz şe'r, publisistdilində "Qovuşan çaylar nağılı"nı danışır. Hamımıza doğma, sevimli nağılı. Türk dillərininbu günkü vəziyyəti bu nağılın girişindədir: "Birivardır-biri yoxdur, bir türk milləti vardır və onlarınindiyə qədər qoruyub saxladığı bu dil hansıdəyişikliklərə uğrayıb, özünü necə qoruyubsaxlayıb. Keçmişindən xəbəri varmı, hansı türktayfası dilini "irəli" aparıb. Hansı qoruyubsaxlayıb elə öz kökünün üstündə oturub? F.Sadıq yerli yerində izahatını verir, gördüyüeşitdiyi həqiqətləri açır. Türkiyənin Avropaylaqonşu türklərinin dillərindəki gəlmə sözlərinçoxluğundan başlayır, dilçi şairimizin deyimi, sözü. Şirin, sadə dilçi şairimiz "Türkiyə bu gün biraz da muasirləşmiş və Avropa dillərindən alınmışgəlmə sözlərlə zənginləşmiş bir dildə danışır. Azərbaycan türkləri bir az dünənin bir az da bugünün diliylə danışır. Türkmənlər, özbəklər, tatarlar sırağa günün türk diliylə, qazaxlar,

486

qırğızlar, uyğurlar bir az yaxın- uzağın türkdilində, yaqutlar, xakaslar lap uzaq türk dilindədanışırlar. Bu ölçüylə burdan Kamçatkaya qədəryaşayan türklər zamanın kəsiyində əsr-əsr, bugündən uzaq keçmişə gedirlər. İstanbuldaneologizm çoxdur, yakutyada donukluq. Əsr-əsr, pillə-pillə qayıdıb, birdən-birə bütün dövrlərdədanışan türk dillərini görmək olar".F.Sadıqdilimizin içərisində öz nağılını qurur. Folklorüzərində köklənmiş bu nağılında bir türkdünyasının qədimliyi, ululuğu yaşayır, o nağılınqoluna, budağına toxunmadan bütünhəqiqətləriylə bərabər F.Sadıq belə danışır, beləqurur, belə söyləyir:"Babilistanda Dəcləylə Fəratarasında yaşamış türklər Günəşə doğru getdilərki, Günəşə əllə toxunsunlar. Gəlib, gəlib çıxdılarAzərbaycana, Kür ilə Arazın kənarına. Bir qismiqaldı orda, bir qismi addadı Türküstana Ceyhunvə Seyhun çaylarının kənarına, burda da birqismi ayrılıb burda qaldı, bir qismi bir addımoyana- Altaya-Bəysu və Xatunsu çaylarına gəlibçatdı. Sonra soyuq Sibirdə adını bilmədiyimneçə-neçə qoşa çayın qovuşduğu yerlərdənkeçib Monqolustana, Ç inə, ta Yapon adalaınadəkgetdilər. Zaman öz atını dördnala çapıb keçdi. Sular axdı, küləklər əsdi, ölüm-dirim savaşlarıoldu. Birləşdilər ayrıldılar, ayrıldılar birləşdilər, dövlət oldular, yıxıldılar bir daha durdular. Vəbirdən vətən həsrəti güc gəldi. Qayıtmaq istədilər

487

doğma yerlərə. Türkün vətəni dünyanın yarısıdır. Qayıtdılar yollarda hər qoşa çay görəndə Dəcləilə Fərata oxşatdılar, Bəysu ilə Xatunsukənarında bir tayfa ayrıldı qaldı Altayda, sonraOrta Asiya Ceyhun ilə Seyhun arasında bir qismiqaldı, Kür Araz boyunda da bir daha oradakıqədim türklərə qoşulub qarışdılar. Sonra yenə dəTürkiyə, yenə də Babilistan-Kərkük torpağı. F.Sadıq beləcə türk dünyasının əzəli-əbəditorpaqlarını, məskunlaşdığı ərazinin xəritəsinicızır, cizgiləri doğma qovuşan çayların sahilində. Harda çay, dağ, dərə, dəniz var orda türk var,harda Günəş var orda türk var. F.Sadıqdemişkən "bu əzəli, əzəmi və əbədi türk elləri buçaylar bir-birinə qovuşduqca yaşayacaqlar… Gələcək türklərindir"

Fikrət Sadığın hər bir türk millətinə, türkövladına münasibəti də səmimidir. Bu səmimilikonu "Şəhid türk zabitinin məzarı haqqında" yazılan mövzulara münasibət bildirməyə vadaredir. Diqqət mərkəzində Şamaxı yolununüstündəki türk məzarı durur. "Türkün qəbri" adlanan bu məzarın üstündə 1918-ci ildəAzərbaycanı xilas etməyə gələn Türk Qafqazİslam Ordusunun komandanı Nuru Paşanın vəonunla birgə gələn əsgər və zabitlərin şərəfinəabidə qoyulması ilə bağlı irəli sürülən təkliflərədəstək verir və bildirir ki, "Bizim onu unutmağahaqqımız yoxdur. Onun ruhu bizi bağışlamaz".

488

Türk öz adətinə əməl edərək "əsgər harda şəhidolurdusa ordaca dəfn olunardı". El-obaya görkolardı. Türk öz əsgərlərini dünyanın yarısınabeləcə "əkib", bu qəbirlər mərdlik, comərdlik, qeyrət, cəsarət və gələcək "bitirib".

Türkün ayaq izlərinin dünyanın yarısınıdolandığı, Orxon-Yenisey abidələrini, buyaxınlarda, İqdirdə, Ağrı dağının ətəyində ermənidaşnaklarının qurbanı olan Şəhidlərin xatirəsinəucaldılmış "Xatirə- Anit"adək şairin dediyi kimi"Tanrı dağından Ağrı dağınadək Yer üzü türkəsgərinin keçdiyi yoldur". İki qardaş, bir millətolan türkün övladı bütün türklər üçün əziz olub, olmalıdır da. Haqqın, ədalətin, qardaşlığınqorunması naminə şəhid olan hər bir türk şairindediyi kimi bütün türklərin övladıdır və onlarınşərəfini qorumaq, xatirəsini yaşatmaqborcumuzdur. Fikrət Sadıq şerlərində "Tanrımtürkü qorusun" deyir. Onun marşında türkdünyası, onun birliyi yaşayır və şair bu ideyalarıəsərlərində yaşadır, gələcək üçün, gələcəknəsillərin türk dünyasının birliyini qoruyubsaxlamaq naminə yazılıb bu əsərlər. Bu gün dəsabah da türk dünyasının biriliyi məsələsi hər birtürkü düşündürməlidir. Çünki türk birləşəndədünyası da böyük olur, əzəmətli olur, qorxmazolur, tarixə səs salır, özündən sonra da iz qoyurvə o izdə böyük, nəhəng türk imperiyalarımövcudlaşır.

489

Ona görə də bu gün türkün birliyini əli çıraqlıgəzir Fikrət Sadıq. Bəzən qeyzlənir, bəzənqəmlənir, bəzən sanki tənbeh edir türkü və haqlıda edir:

Babam türkdür, atam türkdürÖzüm türk!

Dil açıb, ilk söylədiyimSözüm-türk!

Biz birləşib bütöv bir türk,Olmarıq,

Nə qədər ki, var sizin türkBizim türk!

Sizin türk, bizim türk dedikdə parçalanmış-özbəyi, türkməni, türkü, qırğızı, qazağı, qaqauzu-neçə-neçə türk övladlarını nəzərdə tutur şair. Ənçətin sınaqlarda bütün türk dünyası bir olmursaonda "bizim türk, sizin türk"- ideyası bu türkdünyasının içindən qurd kimi yeyəcək və onagörə də çalınan həyəcan təbilidir şair FikrətSadığın bu dörd misralıq şeri!

Fikrət Sadıq türk dünyasının birliyi daxilindəonun dil, ədəbiyyat, sənət, incəsənət birliyini dəgörmək istəyir. Əsərlərində bütün türk qardaşlarıilə əlaqə saxlamaq, ədəbiyyatı, inəcəsənəti birkök üstündə inkişaf etdirmək əzmilə yazıb-yaradır. İstanbulda çıxan "Şiir dəftəri" dərgisindəşairin türk şairlərinə, sənət adamlarına, onlarınyaradıcılığına, şəxsiyyətinə hörmətlə yanaşan, əsərlərini sevə-sevə oxuyan, eyni arzulara,

490

diləklərə malik türk xalqlarının yaxınlaşması üçünədəbiyyatımızın, incəsənətimizin oynadığı rol, Türkiyənin qüdrətli qələm sahiblərinin ünvanınadeyilən səmimi ürək sözlərində sənətəsənətkara, onun yaradıcılığına, qabiliyyətinə olanheyranlığı duyuruq. "Fikrət Sadığın poeziyasıçağdaş şerimizin cüssəli, gövdəli qoludur. Şairintəbiətində, insanlara və müşahidəçilərəmünasibətində müşahidə etdiyimiz müdriklik dəöz başlanğıcını onun qüdrətli poeziyasından alır. Əgər şerin ümdə vəzifəsi insanı daxilənsaflaşdırıb, ruhən sağlamlaşdırmaqdırsa, F. Sadın öz sözü ilə bu vəzifənin öhdəsindənləyaqətlə gəlir".

Fikrət Sadığın nəsr sahəsində də uğurları azdeyildir. Doğrudur onun hekayələri azdır. Lakinbu hekayələr oxunaqlı sücet xəttinə malikdir. "Daş balkon", "Xırdaca gəlin, "Sinif-sinif oyunu","

Fikrət Sadıq "Daş balkon" hekayəsində əzizadamını itirmiş Ayselin-balaca qəlbini payızçovğunu bürümüş körpə qızcığazın daxili aləmini, onun keçirdiyi hiss və həyəcanları, doğma, əzizadamının yoxluğundan, itkisindən doğan gizlinkeçirdiyi sarsıntıları təsvir edir. O, babasının-onun körpə qəlbinin sirdaşının əbədi ayrılığınıduymur, "dur ayağa, bəsdir, gizlənpaç oynadın"-deyib özünü yeyib-tökür. Onun göz yaşları, babasını itirdikdən sonra ata sarıdan çəkdiyihicran, narahatlıq hələ sirlərinə varid ola

491

bilmədiyi bu həyat elə lakonik bir dillə öz təsvirinitapır ki, bu hekayə Fikrət Sadığın nəsr sahəsindədə təkrarolunmaz oricinal dəsti-xəttindən xəbərverir. İnanmaq çətin olur ki, Fikrət sadıq üç-dördhekayənin müəllifidir. Oxucuya elə gəlir ki, qalın-qalın nəsr əsərləri var Fikrət Sadığın və bunlarda onun butalarındandır.

Fikrət Sadığın hekayələrinin dili sadə, cümlələlrin sadəliyi, məna tutumu, fəlsəfiduyğular, həyat-insan-dünya-ömür, sevgi hissləriüstündə köklənmiş misralardır sanki hər cümləsi. Bunlarda lirik yatım var. Aysel nələr itirdisə şair oitkini lirizmin üstündə köklədi, amma hekayənintutumuna xələl gətirmədən. Aysel həsrətiniçəkdiyi babasını itirəndə "ən yaxın sirdaşını, oyun yoldaşını, etibarlı dostunu, üstəlik yüzlərlənağılı itirdi". Aysel eyni zamanda "bir cütmehriban qabarlı əl" də itirdi. O əllər ki, "daraqolardı, ayselin saçlarının qarışdırardı, sonra dadarayardı, sığal çəkərdi.

Belə bir sonluqla bitən hekayənin əsasideyası doğma, əziz insanların itkisinin yaratdığıqüssə, qəm, ayrılıq nə olduğunu bilməyən birkörpə qəlbin ilk tapdığı qüssə, kədər, bu kədəri daşımağa çətinlik çəkən-insan kədərinədözməyən, doğmalarını itirməkdən qorxan birkörpə qəlbin keçirdiyi təlaş hissləri, "daşbalkonların" dəhşətli "sərhədləridir".

492

"Xırdaca cəlin" hekayəsinin süceti də insanaləminin daxili duyumlarını ifadə edir. Amma birqədər başqa formada, məzmunda. Burda daayrılıq var, amma bu ayrılıq ötəri tanışlığındoğurduğu hisslərin təəssüratıdır. Kupe yoldaşı, xırdaca bildiyi, təmiz qəlbli, gənc bir qadınlatanışlıqdan sonra ondan ayrılmağın yaratdığıtəəssüf real həyat hadisələri fonunda verilir. Buhekayədə ülfət, mehr, məhəbbət əsasadır. Onunqəhrəmanı bu "xırdaca gəlin" geniş qəlbə malik, ölümə qalib gəlmiş xoş baxışlı insanın hadisələrisöyləyən qəhrəmanın qəlbində yaratmış olduğuduyğuları şair hekayənin sonunda belə verir:" Bizayrıldıq. Relslərin üzərində qurulu bir otaq qaldı. Bizim kupemiz. Divarlarına indiyədək görülməmişqəribə bir sevginin işığı hopmuş, gəzəri birdünya. Bizim üçün düyünlü qalmış xatirəboğçası, kimlərinsə üzünə güləcək sevda ocağı". Bu misralarda həm əsərin ideyası, bədii tutumu, estetik gücü, kmosional təsir qüvvəsi yığılıb vəhekayənin bütün gözəlliklərini üzə çıxarmaq üçünkifayət edər bu sətirlər. İki günlük səfərini yolyoldaşına bəslədiyi ülfəti, səmimi duyğularıqəhrəman bütün keçirdiyi səfərlər içərisində dahaülvi bilir. Bir-birinə bənzəməyən, unudulan, yaddan çıxan səfərlər içində qəhrəmana elə gəlirki, bu səfər "unudulmaz!"

Fikrət Sadıq bu "xırdaca" gəlinin obrazınıyaratmaqda çətinlik çəkmir. Onun obrazını canlı

493

və real boyalarla verir:"Şooxu azalmış, kömürüqaragözlü, ağ üzü soluxmuş xırdaca bir gəlindi".

"İlk məhəbbət haqqında daha bir hekayə" şairin bəlkə də gənclik illərinin yaddaşlarahopmuş unudulması qeyri-mümkün gəncliyininyadigar qoyub getdiyi xatirələrdir. O xatirələr ki, illər keçəndən sonra onun yadına yenə Rəbiyənisalır. O Rəbiyə ki, artıq yaşlaşmış, özü kimi gözəlgənc bir qızın artıq anasıdır. O çoxdan bəlkə dəonu sevən o kinomexaniki unudub. Bəs o. Burada gəncliyin zəngin mənəvi dünyası önplana çəkilir. Yaratdığı hekayələrdə mövzu, sücetmüxtəlif olsa da, onları ümumiləşdirən bir sıracəhətlər vardır ki, bunlar insan xarakterləri, dolğun əks etdirmə, hadisələrin güclü poetiktəsviridir. Qələmə alınan hadisələr bədiicəhətdən şirin təhkiyə üsulu ilə verilir, eynizamanda bu hekayələrin sənətkarlıq baxımındanda üstün cəhətləri bizə bunu deməyə əsasa verirki, oxucular onun tezliklə sona yetirib oxucularınatəqdim edəcəyi "Yetim Abbas" iri həcmli nəsrəsərini də belə maraqla, ürəklə oxuyacaqlar.

FOLKLOR

Azərbaycan şairlər ölkəsidir və onun xalqı daşair xalqdır. Bunun kökü genimizdən gəlir. "Hələmən uşaqkən anamın dediyi bayatı və laylaları, söylədiyi dastan və nağılları, atalar sözü vəzərbməsəlləri kağız üzərinə köçürsəydim cildlərə

494

sığmazdı" -deyən hörmətli alimimiz, türkxalqlarının milli-mənəvi dəyərlərinin tədqiqatçısı, bu sahədə ən böyük kəşfləri ilə türk dünyasınınululuğunu, möhtəşəmliyini sübuta yetirmişElməddin Əlibəyzadə apardığı uzunmüddətlitədqiqat işlərindən sonra belə bir qənaətəgəlmişdir ki, "Azərbaycan xalqının, ümumən türkxalqlarının "xəmiri" əzəldən şerlə yoğrulub. Ümümtürk kökündə "Göy Tanqrı dini"- "Avesta" müqəddəs dini kitabı və "Bilqamıs" // "Gilqamış" dastanı, türklərdə "Alp Ər Tonqa", azərbaycanlılarda "Dədə Qorqud", özbəklərdə"Alpamıs//Alpamış", qırğızlarda "Manas", başqırdlarda "Uralbatır" və s. dastanları məhzşerlə nəsrin vəhdəti-növbələşməsilə yaranmışdünyəvi sənət inciləridir. Türk xalqları "bələkdə" ikən şerlə nəfəs alıb, ona şerlə ana laylasıçalınıb, çox vaxt onun fəlsəfəsi şerlə yazılıb, hətta bəzən lüğət kitabları da şerlə düzülüb-qoşulub".

Dünya ədəbiyyatının, xüsusilə Şərqədəbiyyatının böyük sənətkarları folklornümunələrindən öz yaradıcılığında müxtəlifşəkildə yararlanmışlar. Dünya ədəbiyyatınaəvəzsiz söz, sənət inciləri vermiş Nizamini gözönünə gətirək. O, öz istək və arzularını, irəlisürdüyü ideyaları oxucuya çatdırmaq üçün folklorsücet və obrazlarına söykənmiş, ən dəyərlihikmət, sənət inciləri olan atalar sözü və

495

məsəllərdən, nağıllardan, folklor obraz vəmotivlərindən yararlanmış və elə bir yaradııcılıqpotensialına yiyələnmişdir ki, bunlar böyük Şərqşairi Əlişir Nəvainin sözləri ilə desək daha yaxşıolar:" Nizami söz incisi mədəninin xəzinədarıdır. Nizami "Xəmsə"si öz məzmun və mənasına görəo qədər əzəmətli və ağırdır ki, onu ölçmək üçüngöylər qədər böyük tərəzi, yer kürəsi kimi iri daşlazımdır".

Xalq rəvayətləri, nağıl, dastan, əfsanələr vəən qədim mifoloci görüşlər üstündə köklənmişNizami sənəti, onun tərbiyəvi, fəlsəfi, ictimai-siyasi fikirləri, şifahi və yazılı ədəbəiyyatla əlaqəvə münasibətlərinin birliyində üzə çıxır.

Nizami ənənələri üstündə köklənmişAzərbaycan şeri öz mayasını xalqədəbiyyatından götürmüş, ondan sonra gələnFüzuli, Nəsimi, Vaqif, Səməd Vurğun, Rəsul Rza, Hüseyn Arif və digər böyük sənətkarlar, eləcə dəəsrimizin ən böyük sənətkarları Aşıq Şəmşir, Bəxtiyar Vahabzadə, Qabil, Fikrət Sadıq, Məmməd Aslan, Bəhmən Vətənoğlu, ŞamilDəlidağ, Fikrət Qoca, Nəriman Həsənzadə, Abbas Abdulla, Zəlimxan Yaqub bu ənənələri özyaradıcılığının mey arı bildiyindən sevilə-seviləoxunur. Folklorsuz yazılan əsərlərin bədidəyərindən danışmaq yaxşı mənada qeyri-mümkündür. Qorki yazırdı:" Folklordan xəbərsizyazıçı pis yazıçıdır.. nağıllardan və nağıl

496

sücetlərindən bütün ölkələrin və bütün dövrlərinyazıçıları istifadə etmişlər".

Azərbaycan ədəbiyyatşünasları da folklorunyazılı ədəbiyyata gətirdiyi həm məzmun həm dəideya cəhətdən zənginliyi yüksək qiymətləndirmişvə həmişə sənət adamlarının yaradıcılığınanəzər saldıqda onaların əsərlərində olan folklorincilərinə əsərin zəngin bədii gözəlliyinə rövnəqverən bir vasitə kimi yüksək dəyərləndirmişlər.

Həmid Araslı Nizami sənətinin dünyadaşöhrət tapmasının əsas səbəbi kimi göstərirdi ki, O, "hər hansı bir əsəri yazmağa başlayarkənonun materialı üzərində uzun zaman işləmişdir, oyalnız yazılı məxəzlərdən deyil, eyni zamandaxalq içərisində məşhur olan, və ağızdan-ağızadolanaraq gəzən rəvayətlərdən, nağıllardan, qoca kişilərin söhbətlərindən diqqətli surətdəistifadə etmişdir".

"Ayaması Düznəqulu olan bir qocanın min birgecəsi" əsəri xaln rəvayəti əsasında yazılmış vəFikrət Sadıq yaradıcılığnda folklorla bağlımotivlərin ən çox zəngin olduğu əsərdir. Burada"ayama" sözü el içində "ləqəb" kimi də tanınır. Düznəqulu düzlüyün rəmzi mənasındadır. Buadla tanınan qoca belə rəvayət edirlər ki, bir günlap "cana doyub" yorulur və deyir ki:

... bir şəhərin ki,həkimi naşı,hakimi zalim,

497

müəllimi nadan ola,mən o şəhərdə qalmaram.

Nağıllarda olduğu kimi qoca əlinə "əsa" alır, ayağına "çarıq" geyir, lap nağıllarda olduğu kimidüşür yola. Onu qaytarmaq üçün "hər yerdəvəziyyət belədir" desələr də, yolundan saxlamaqistəsələr də qoca "bu əsa əyilincə, bu çarıqdağılınca" şəhərbəşəhər, kəndbəkəndgəzəcəyini, əgər onların dedikləri olsa geriqayıtmayacağını "dağda-daşda" "qurd-quşa" yemolacağını, bu ədalətsiz dünyada yaşamayacağınıbildirir. Şair yenə qocanın gedişatını nağıl dililəverir:"az getdi, çox getdi" və hara getdisə həryerdə gördü ki,

Naşı həkimlər,Zalım hakimlər,Nadan müəllimlər,xalqı aldadır.

Bütün İranı. Turanı "bitdə-bitdə" dolanan, həryerdə eyni vəziyyəti görən qoca Bağdadın"müqəddəs" şəhərlərindən birinə, elə xəlifəninyaşadığı yerə gəlib çıxır və burada da o vəziyyətigörür, baş götürüb səhraya qaçır və burada:

Yorğun qoca, təşnə qoca!Var get öz işinə qoca!Bəri başdan sən bunu bil,Düznəqulu vaxtı deyil!

Bütünlüklə ümidsizliyə qapılan qoca yorulurvə bundan sonra da şair nağıllarda olduğu kimi

498

Əlləri, Ayaqları, Qulaqları, Gözləri və Başıdilləndirir. Onlar insan kimi danışır. Bütüngünahları öz üzərinə götürən Baş:

Dedi: "Min bir gecə" nağılınıElə əvvəldən mən başladım, mən.Qoca sevindi:Boynuna aldın ki, axır,Çoxdan bilirdim, axı!Başıma nə gəlibsə, Elə başdan gəlib, başım!Ağır-ağır, yavaş-yavaşTərpəndi baş."Yox, yox"-dedi,sən qoymadındinc yaşayım.

Baş öz düşündüklərini, öz anladıqlarınqocayla bölüşür və ona elə bil öz duyumu ilənəyisə anlatmağa çalışır. Bu haqsız dünyanı eləəvvəlindən haqsızlıqlar içərisində, ədalətsizlərəlində oyuncaq olduğunu, haqqın-ədalətinpozulduğunu, onu axtarmağın mənasız olduğunuqocaya anladır:

Eşit qoca!Elə əvvəlllər də,Hər yerdəNaşı həkimlər,Zalim hakimlər olub,Nadan müəllimlər olub.

499

Yenə də olacaqlar.Camaatı aldada-aldada,Camaata qarışıb,Dolanacaqlar.Qayıt, evinə, kişi!Tök ətəyindən daşı.Sənəmi qalıb,Dünyanın işi.

Dünyanı işlərini həmişə belə görüb insan, ona görə də bu Başın dedikləri həqiqətdə nələryoxdur. Şair bir el rəvayətindən istifadə etməklə, Düznəqulu kimi haqq-ədalət axtarmaqla, lakinistədiyini bu gen dünyada tapmamaqla, nağıllara, keçmişə, ötən tarixə nəzər saldıqda həmişədünyana ədalətsizliklər içində çabalamışgördükdə qüssələnir. Dönür olur Düznəqulu. Axtardığını yaratdığı obraz kimi tapmır, tapmayanda əl atır dünyanın digər guşələrinə, bəlkə burda yoxsa, o yanda olar ki, insanlarınhaqqları tapdalanmaz, yalan ayaq açıb yeriməz, millətin hakimi ədalətsiz hökm çıxarmaz, müəlimöz biliyini şagirdə öyrətməklə onu cəmiyyət üçünyararlı bir vətəndaş kimi yetişdirər, həkimmillətinin sağlamlığını keşiyində durar, özhəkimlik sənətinə dərindən yiəyələnmək sağlamcəmiyyətin gələcəyi üçün çalışar və ilaxır, ilaxır. Amma gəl görək elə saf bir cəmiyyət varmı?

Varmı elə bir ölkə ki, qanunları qılınc kimikəsərli, müəllimləri əsil müəllimlik adına, şərəfinə

500

sədaqətli, həkimləri bilikli, qayğıkeş… olsun? Yoxdur bu qoca dünyada, elə əvvəl də olmayıb. Olsaydı o qocanı xalq yaratmazdı. Onun adıylacəmiyyətin eybəcərliklərinə nifrət yaratmazdı. Olsaydı o nağıllardan ona məlum olan nağılı şairFikrət Sadıq bu gün də yana-yana qələməalmazdı. Dünyadan qaçan adamı-Düznəqulunubir də dönə-dönə bu müdrik çağlarında bir dəxatırlamazdı, bir də o nağıllara qayıtmazdı. Onağılın bir hissəsini yazanda şair hələ cavan idi, onun yaşadığı cəmiyyət öz sostial quruluşunagörə bərabərhüquqlu hesab olunurdu. Amma ozamanda da bu Düznəqulu varmış və o düzlükaxtara-axtara gəzmiş tapa bilməmiş, səhraya üzqoymuşdu. Bu gün onun Düznəqulusu artıq canadoyub Dünyadan qaçan adam olub. Qaçır, hərşeydən qaçır, hətta düzlük axtardığı üçün, tapmayanda canının, ayaqlarının ağrısındanbütün günahları Gözlərinin, Qulaqlarının üstünəyığır, onu çöllərə salan ayaqlarını söyür, düzlükgəzən, düzlük düşünən düşüncəsini, Başınıgünahlandırır. Dünyadan qaçan adam da eləDüznəqulunun prototiptdtr. O dözməyib evdənqaçır, "dağlara sarı", dünyanı "söyə-söyə" qaçır, o zəmanədən qaçır, o keçid dövrününyaramazlıqlarından qaçır, o cəmiyyətdə gedəntəbəqələşmədən qaçır, o dünyanın əşrəfi olaninsanın günəş kimi nurlu ziyalı insanlarınınacınacıaqlı güzəranından qaçır, pis yaşaışından

501

qaçır və qaçdıqca da bu cəmiyyəti qılınclayır, elənağılın içində onun real mənzərəsini bu günəbənzəyən ondan geri qalmayan, gerçəkhəyatımızın eybəcərliklərindən qaçır. Şair buəsrin Düznəqulusunu yaratdı ki, cəmiyyətdəgördüyü yaramazlıqları ifşa eləsin. Bir zamanlarxalq gördüyü haqsızlıqları, ədalətsizlikləri MollaNəsrəddinin, Bəhlul Danəndənin adıyla tənqidelədi. Onlar deməli cəmiyyətdə hər zamanvarıydı, onların adına "ayağına" yazılanlar, deyilənlər, qurulanlar da ayaması Düznəqulularaməxsus idi. O düznəqulular xalqın iradəsininifadəçisi idi. Xalq istəyini, incikliyini, giley-güzarınıbelə edirdi. Şərq lətifələrində Molla Nəsrəddin, Bəhlul Danəndə xalqın yaratdığı obrazlardır. Ağıllı Bəhlul, Dəli Bəhlul kimi tanıdıldı, əməllərində, sözündə, işində başda duranhakimlərin qəddarlığını, ədalətsizliyini, nadanlığını açdı, tökdü, cəmiyyətineybəcərliklərinə xalqı güldürdümü, yoxsa nəydibu folklor tipləri? Hər nəydisə xalqın istəyi iləyaradılmışdı və xalq onu özü yaratmışdı vədünyada xalqdan müdrik heç bir varlıq olabilməz. O xalq ki, öz istədiyini cəmiyyətdəgörmür, hansı yolla olursa-olsun öz heyfiniçıxmalıydı. Ona yad olan, onu incidən, onuninsan kimi yaşamaqdan məhrum edlənədalətsitzlikəlri elə Bəhlulun, Düznəqulunun dililəifşa etməlidir ki, insan övladı əməllərini azmasın.

502

İllah da ki, onun həkimi, hakimi, müəllimi aza. Vay o cəmiyyətin halına ki, onun müəllimibisavaddır, o cəmiyyət üçün necə yararlışəxsiyyətlər yetişdirə bilər? Vay o millətin halınaki, onun sağlamlığının keşiyində nadan bir həkimdurub. O necə sağlam nəsil yetişdirə bilər? Vəvay o millətin halına ki, onun dövlətininqanunlarını cahil, nadan, qəddar, ədalətsiz birhakim qoruya, o cəmiyyət, o xalq necə xoş güngörə bilər? Düznəqulu bu dövrün BəhlulDanəndəsi, Molla Nəsrəddinidir və Fikrət Sadıqonu elə yaradıb ki, o da qarışıb bu ədalətcarçılarının sırasına. Fikrət Sadıq nağıl, rəvayətmotivli mövzularda "bir qoca", "keçmişdə birqoca" adıyla rəvayətlərin bəzəyi olan, əməliylə, işiylə insani duyğuları yaşadan o qocalara bir adverdi: Düznəqulu. Bu da bir tapıntıdır.

Fikrət Sadıq xalqına, vətəninə, olanməhəbbətini, onun qayğılarına öz şəxsi qayğılarıkimi yanaşmasının nəticəsidir ki, öz kökünə, xalqının qurduğu nağıllara qayıdır; o "dəsti-xətlə" sözünü deyir, cəmiyyətdə gördüyü və dözmədiyihalları pisləyir. Böyük rus dramaturqu A.N. Ostrovski yazırdı ki" " xalq yazıçısı olmaq üçünvətənə məhəbbət bəsləmək azdır. Çünki buməhəbbət yazıçıya enerci, hiss verir, məzmunvermir; odur ki, vətəni sevməklə bərabər xalqıyaxşı bilmək, onunla yaxınlaşmaq, ona dərindənbələd olmaq lazımdır. Bədii istedad üçün ən

503

gözəl məktəb öz xalqının həyatını öyrənməkdir. Xalqın həyatını bədii şəkildə əks etdirmək isəyaradıcılıq fəaliyyəti üçün ən gözəl sahədir".

Fikrət Sadıq lirik şerlərində insan-adammövzusunda yazdığı yazılarda folklormənbələrindən istifadə etməklə insan-adamhaqqında fikirlərini daha təsirli, bədii cəhətdənqüvvətli ifadə etmişdir. "Cürbəcür" xislətdətanıdığı insanların əqidəsində olan omüxtəlifliklər, kökünü insanın ilkin yaranışındantapan iblisanə, Allahanə xüsusiyyətlər şairinşerlərində bu dünyanı ikiliyə parçalayıb. Bu gündünyanı narahatçılıqlar, dağıntılar, müharibələr, terrorlar mərkəzinə çevrilməsinə gətirib çıxaranamillərin öz başlanğıcını Allah-Adəm-İblisüçlüyündən götürməsi, Yer üzündə yaşayaninsanların xilqətindəki o ikiliyin dözülməzliyipoetik bir dillə təsvir edilir. Şairə görə Allah ilkinsanı -Adəmi gildən yaradarkən İblis gizləndiyiyerdən onu izləyib:

Gil heykəlinKobud, düyün-düyünKələ-kötürYerlərini

kəsib ataraq Adəm oğlunu yaradan, ona"Amin"-deyib addımladan, ona can verənTanrıdan gizlin olaraq İblis:

O yerə atılmış,qalaqlanmış

504

həmin o-kobud, düyün-düyün,kələ-kötür,gil qırıntılarındanAdəmə bənzəyən bir adam

"quraşdır"ıb, "get, qarış adamlara" deyibyaratdığı İblis adamı Tanrı adamın içərisinəgöndərir. Şair bütün bu günkü dünyada gedənziddiyyətlərin kökündə həmin İblis adamının "əli" olduğunu söyləyir:

O vaxtdan İblis adamİnsan adamıİzlədi qarabaqara.O vaxtdan küsüb-barışdılar,Qaynaıb qarışdılar.Bir-birlərinəQız verib, qız aldılar.

Və o vaxtdan da şairin fikrincə, məxluqatyaxşılara, pislərə--adamlara--iblislərə bölündülər. Bu gün çoxalan, artan iblis-insan dünyasındaaləm elə qarışıb ki:

Çoxalan iblislərSalıblar dünyanıOlmazın dərdə.İblislərin əlindənyaşamaq olmur Yerdə.

Şair bu şerdə dünyası üçün narahatdır. Dünyanı qan çanağına döndərən, günahsızqanlar tökən, insanlar arasına nifaq salan,

505

görünüşündə insan, əməldə iblis olan bu ikiayaqlı canlı məxluqatları dünyanın, düzlüyünAdəm övladının düşməni kimi pisləyir. Bir-birinəqarışmış insan adamıyla İblis adamının bu günkü"törəmələrini" öz əməllərinə nəzər salmağasəsləyir. Dünyanı lərzəyə gətirən zəlzələdənqorxub "ayrıseçki"liyi unudub, o gün bir-birinin"haray"ına "hay" verib, bir-birini axtaranları, bir-birinin qayğısını çəkənləri, zəlzələdən də güclüçıxıb o dəhşəti birlikdə aradan götürməyəçalışanları, öz tikəsini başqalarıyla "tən yarı" bölüb, can-deyib, can eşidənləri şairin nəzərindəqorxu birləşdirir:

Qorxu ütü çəkdi sankiDüşüncələrə, hisslərə.Ütülünə-ütülənə,O gecə çıxdıq səhərə.

O gecənin qorxusundan insanların bir-birinəgöstərdiyi mehrə-ülfətə, qılığa, xeyirli işlərə görə"bağışladı bizi Allah" deyir.

O dəhşətli gecəni tezliklə unudan insanlarınzəlzələdən sonrakı əməlləri yenə onukədərləndirir. Başı daşa dəymiş insanların haqqyoluna qayıtdığını zənn edən şairin ümidləri alt-üst olur. Tez bir zamanda düşdükləri fəlakətiunudub mehr-məhəbbət əvəzinə qəlblərindəyenə bir-birinə qısqanclıq, kin-küdurət bitirənləriqınayır, təəssüflənir:

Ah, bu insanlar, insanlar!

506

Bir-biriniZəlzələdənSonra da diddilər yenə.Özlərinə müsibətdənMənfəət güddülər yenə.

Şair insan övladının bölünməsinə dözmür. Yeri, göyü xaraba qoyub, mənəm-mənəmlikiddiasından əl çəkə bilməyənlərin qarşısına "dizliadamlar"ı qoyur və vətənin, millətin gələcəyinaminə birləşməyə çağırır:

Düşmənə əyilməz, zülmə dizçökməz,Əsarəti qatlar dizli adamlar.Vətən bir, millət bir, bir olsungərək,Bölünməsin sizli-bizli adamlar.

Fikrət Sadıq bir çox əsərlərində ozanı, elağsaqqalını, Dədə Qorqudu xatırladır bizə.

O "Rəvayət" adlandırdığı şerindədünənimizlə, keçmişimizlə yanaşı, bu günümüzləsələşən məsələlərə toxunur. Bir-birinə yaxşılıqetməyi, dar gündə insanlara əl tutmağı, çətinliyədüşənin qayğılarına ortaq olmağı insanlıq üçünən müqəddəs əməl bilir. "Rəvayət"in əvvəlindəşair demək istədiyi fikri verir:

Hikmət dolu,İbrət dolu,Eyham dolu,Bir məsəldi-bu!

507

Şerin məzmununda deyilir ki, keçmişzamanlarda bir məmləkətdə zalım bir padşah vəbir qəssab varmış. "Baş kəsməkdə peşəkar" olanbu iki şəxs dost idilər.

Bir səhər şahın əmrilə bir cavan oğlanın əlininkəsilməsi üçün meydana gətirirlər. Qəssabşahdan xahiş edir ki, "Şahım, onu mənə bağışla". Şah dostunun sözünü yerə salmır, cavanı azadedir.

Qəssabın çox pis bir vərdişi də varmış. Həmişə etdiyi yaxşılığı başa qaxarmış. Hər dəfəoğlanı gördükdə soruşurmuş ki, "əlin necədi?".

Qəssab axırda cavanı o qədər zinhara gətirirki, səbir kasası aşıb-daşan cavan:

Qeyzlə, qəzəblə, hirslə-"Bəsdir başıma qaxdın".-deyib qapdı baltanı.Tavana sıçradı

əlinin qanı!Etdiyi yaxşılığı başa qaxmağın ən pis

xüsusiyyət olduğunu bildirən şair insanı bütünəməllərində diqqətli olmağa, xeyirxah işlərgörməyə, etdiyi yaxşılıqları başa qaxmamağa, bunu bir insani vəzifə kimi qarşılamağa çağırır; Hər kəs bacardığı qədər yaxşılıq etməlidir. Yaxşıişlər görməlidir, etdiyi yaxşılığın əvəziniistəməməlidir. Bir xalq rəvayətinin sücetindənbəhrələnməklə şair dərin məzmun və ideyaüstündə köklənmiş qüvvəltli bədii təzadlarla dolu

508

dəyərli sənət əsəri yaratmağa müvəffəqolmuşdur. Burada bir folklor nümunəsininmotivlərindən yararlanmaqla yüksək insanikeyfiyyətlər təbliğ olunur.

"Ayaması Düznəqulu olan bir qocanın "Minbir gecəsi" poeması da bir rəvayət motivləriüzərində qurulmuş, xalq ədəbiyyatiıyla qırılmaztellərlə bağlı olan, şairin ədəbiyyatımızınincəliklərinə dərindən bələd olan bir sənətkarolduğuna dəlalət eyləyən əsərdir. Burada dafolklor motivləri güclüdür. Bir qoca yaşadığıməmləkətin eybəcərliklərini görüb bundan canadoyub, bir şəhərin ki, həkimi naşı, hakimi zalım, müəllimi nadandır" mən o şəhərdə qalabilmərəm"-deyir və şəhərdən çıxır. Əlinə əsa alıb, ayağına çarıq geyib, şəhərdən çıxan bu qoca işidüz, əməli düz bir məmləkət görmür, hara yanalırsa haqsızlıqlarla, ədalətsizliklərlə dolu görür. Cana doymuş qoca xəlifənin hökmran olduğu, yaşaddığı məmləkətdə də bu haqsızlığı görür; burada barmağına dolama çıxan uşağınbarmağını kəsən naşı həkimi, bir yetimin qulağınıkəsən hakimi, nadan müəllimi görür.

Qoca ordan üz tutur səhraya… şair buqocanın bəlkə də elə özüdr. Elə onunzəmanəsində də naşı həkim, nadan müəllim,zalım hakim az deyil. Yaşadığı bu qoca dünyanınədalətsizliklərinə, eybəcərliklərinə dərindənbələdddir, İstəyi budur ki, haqqın - ədalətin,

509

düzlüyün, sağlamlığın, elmin, biliyin keşiyindəduranlar öz işlərini dərindən bilənlər olsun.

Əfsus:Ayaması Düznəqulu olanBir qocanıSevindirməzmi bu qoca Dünya?Bir şəhər varmı ola:Həkimi naşı olmaya?Hakimi zalım olmaya?Müəllimi nadan olmaya?

Şair belə bir dünyada yaşayır. Ona görəqorxur. Və qorxduğunu "boynuna alır" vəqorxusunun elə bu dünyaya gələndən canındahiss edir. İlk öncə ağını, qarasını, istisini, soyuğunu, acısını, şirinini görüb. Bu qocayaşında da dünyanın çox sifətlərini görüb və indidə qorxur.

Folklor F. Sadıq üçün bir dünyadır. Körpəyaşlarından tanıdığı, bildiyi "cırtdanını nağılı"dır. Cırtdan dağ boyda divi aldadıb, özünü vəyoldaşlarının ölümdən qurtarır. Şair bu cırtdannağılındakı motivlərdən cırtdan obrazındanyararlanmaqla zamanın, mühitin ziddiyyətləriniaçıb tökür.

Mənim başıma gəlsəydicırtdanını sərgüzəşti,Bu yaşımda belə,Aldada bilməzdim divi.

Cırtdan da böyüsəydi,

510

İtirərdi başını.Çünki nağıldakı divinYox idi cibi.

İndi varın, pulun rol oynadığı cəmiyyətdə ağıl, dərrakə, qabiliyyət, fərasət heç bir rol oynamır. Əgər Cırtdan da onun bu zamanəsindəyaşasaydı şairin lirik qəhrəmanı kimi bu qocadünyanını ədalətsizlikləri içərisində itib batardı.

Fikrət Sadıq vətəni sevən, həm ona dərindənbələd olan şairdir, ruhən xalqına bağlıdır, onunədəbiyyatını, həyatını, güzəranını yaxşı bilir. Oşifahi xalq ədəbiyyatından geniş istifadəetməsinin bir cəhətidir ki, yaşadığı dövrün tələbvə ehtiyaclarını görür. Fikrət Sadıq sələflərininyolu ilə gedir. Vətən, millət, xalq mənafeyinaminə düşündüyündən klassikləri kimi onufolklordan götürdüyü çalarlarla zəngilləşdirir vəistədiyi gözəl sənət əsərini yaradır.

Fikrət Sadığın yaradıcılığında məharətləyararlandığı folklor vahidlərindən biri dəqarğışlardır. Qarğışlar ağız ədəbiyyatımızın ənzəngin, cilalı nümunələrindəndir. Xalqın istək vəarzuları, düşüncələri bunlarda öz əksini müxtəlifçalarlarda tapıb və bu çalarlar bədiilik nöqteyi -nəzərindən xalq ədəbiyyatının da incilərisayılmalıdır. Onlar ədəbiyyaptımızın bəzəyidir, lirik, daxili hiss və həyəcanları, emosiyaları əksetdirən qarğışlar Fikrət Sadığın da karına gəlir. Onun qarğışları "könül oxşayır". O, "Qarğış"

511

şerində bu qədim xalq yaradıcılığınümunələrindən hər bəndin son misrasındaistifadə etməklə dərin məhəbbətlə sevən aşiqinkönül çırpıntılarını, sevgi yolunda çəkdliyiəzabları verir və bu qarğışlar şerin bədiigözəlliyini, lirik məna tutumunu zənginləşdirir.

Xımır-xımır gülürsən.Gülməyindən qalasan.Asta-asta gəlirsən,Gəlməyindən qalasan.

Mən bimaram, sən pirsən.De mənə nə deyirsən.Sən məndən çox bilirsən.Bilməyindən qalasan.

Hərdən qıyqacı baxıb,İldırım kimi çaxıb,Məni yandırıb-yaxıb,Bölməyindən qalasan.

Səni gündə yüz kərəm,Görsəm, yenə bezmərəm.Ölməyinə dözmərəm,Ölməyindən qalasan.

Şairin bu gəraylısı ən gözəl məhəbbətmövzulu gəraylıdır. Bu gəraylıda Xətai ruhuduyulur. Xalq sənətinin gözəlliklərindən, incəliklərindən istifadə etməklə yaratdığı hər bir

512

qoşması da, gəraylısı da bədii təsir qüvvəsinəgörə xalq ədəbiyyatına yaxındır.

"Yüz kərəm" xalq içərisində danışıqda necəişlənirsə, o cür də şerdə öz ifadəsini tapmaqlaşerin həm xəlqiliyini, həm də ahəngdarlığınıartırmışdır.

Folklor elə bir mənəvi sərvətdir ki, ondanhəmişə xalqımız öz istək və duyğularına uyğunyararlanmışdır. Qəmli, qüssəli bir insanın bütündaxili aləmini dörd misralıq, bir bəndlik bayatı, xalq mahnısı açıb tökür. Xalqımız hansı dövrdə, hansı zamanda yaşamasından asılı olmayaraq, ömrün enişli-yoxuşlu yollarında yaşadığı sevinci, çəkdiyi kədəri yaratdığı, dediyi, deyib qoyubgetdiyi sözlərində bədiiləşdirib. İnsan ömrü, insantaleyi, həyat hadisələri bu folklor nümunələrindəümumiləşib, bədiiləşib, sənədləşib.

Xalq inamında, etiqadında minilliklərdən öncəmövcud olan inamlarının işığında yeriyib. Zülmün, ədalətsizliyin, haqsızlığın baş alıbgetdiyi zamanından insan övladı düşünüb, daşınıb. Haqqın, ədalətin bərqərar olması üçünöz təfəkküründə, mifik dünyasında insan əməlininmeyarını ölçənini yaradıb, yaxşı əməllər uğrundadüşünməyə, daşınmağa çağırıb. Bu istək vəarzuları inamında, ilahi duyğuların təcəssümündəgörüb, ona tapınıb, ona inanıb. Fikrət Sadıqşerlərində insan əməlini yazan iki mələkdənsöhbət açır. Dini mifoloci görüşlərdə, əfsanəvi

513

mövzularda da söylənilir ki, insanın çiynində ikimələk oturub. Sağ çiynində oturan mələk insanınyaxşı, xeyirxah əməlini, sol çiynində oturanmələk isə pis əməllərini yazır və Tanrı əlləri axirətgünü mizan adlanan tərəzisində yoxlayacaq. "Quran"da buyrulur:" o gün tərəzi ağır gələn(yaxşı əmməllri pis əməllərindən çox olan) kəs(Cənnətdə) xoş güzəran içində olacaqdır. Tərəzisi yüngül gələn (yaxşı əməlləri pisəməllərdən az olacaq) kəsin isə məskəni Haviyə(Cəhənnəmin dibi) olacaqdır. (Qur"an, 101: 6-9).

Fikrət Sadıq "İki mələk" şerini birincibəndində bu mövzuda dini məsələlərə toxunur:

İki çiynimizdə iki mələk var.Bir mələk suç yazır, bir mələksavab.Üst-üstə qalanır, suç da, savabda,Qiyamət günündə çəkilir hesab.

Fikrət Sadıq insan övladının daha çox günahsahibi olduğu qənaətindədir. Əzəldən üzü qaradünyanın sakini olan insanın "suçu savabındançoxdur". Bu ədalətsiz dünyanın qəm-qüssəsini, dərdini, əzabını çəkən günahsız insan qismətinəköləlik, dünyanı zülmə, əzaba diz çökdürənqaniçən, qəddar, zalımın qismətinə isə düşənağalıq kədərləndirir, qəzəbləndirir. İnsanövladının bu qədər haqsızlığa, ədalətsizliyə tabgətirməsi, yerdə hökm sürən bu "haqsızlığa"

514

dözməsi, dünyanın təməlini haqsızlıqlar üstündəqurulması şairi belə bir nəticəyə gəlməyə vadaredir.

Dünyada bir sıra günah sahibi olan adamlarıgünah işlər tutmağa sövq edən, məcbur edənehtiyacdır. Şairin fikrincə, o günah yazan mələközü insan olsaydı, bir insan kimi yaşamaq üçüntörətdiyi əməllərə görə vicdanını, məsləkinisuallara çəkməzdi:

O suç yazan mələk olsaydıinsan,Onun da gözünü tutardı meydan.O da yaşamaqçün düşərdiheydən,Çətin suallara tapmazdı cavab.

İnsan övladının yaranan gündən yaşamaqüçün apardığı mübarizə, bu mübarizə yolundaqarşılaşdığı çətinliklər, bu çətinliklərdəngüclülərin öz mənafeyi naminə istifadəsi, insanövladının öz xoşbəxtliyini lazım gələrsə digərininfaciəsi üstündə qurması, dünya varına, dövlətinəonun həddindən çox acgözlük göstərməsi, buacgözlüyün, nəfsin, azğınlığın həddini aşması, faciələr törətməsi, milyonlarla insan əməyindənbir ovucun varlanması, var-dövlət hərisliyiningünahsız insanlarının qanını tökməsi, hər yerdəhaqsızlığın baş alıb getməsi, bütün dünyanıngünahlar aləminə çevrilməsi, acizin, safın bucəmiyyətdə baş çıxara bilməməsi, insanın bu

515

ədalətsiz dünyada çox günah işləməsi - bütün buməsələlər şairin əsərlərinin mövzu vəideyasındadır. Şair insan əməlini yazan iki mələkobrazından yararlanmaqla insan övladınınehtiyac və tamah üzündən və digər səbəblərdənAllah yolundan dönməsinin səbəblərini dahatəsirli verir. Bir mələyin bekar qalması dadünyanın ədalətsizliklərindən doğur, ehtiyacdandoğur ki, insanın yaxşı əməlləri azdır, onu yazanmələk də "bekar qalıb". Göz açıb gördüyüdünyanın ədalətsizlikləri içərisində ancaq yaxşıəməl sahibi olub qala bilməyin qeyri-mümkünlüyünün ağrısını çəkir. Gördüyüədalətsizliklərə göz yuma bilmir. Bərabərsizliyin, bu düynanın bərabərsiz insanlarının bərabərsizəməllərinin, törətdikləri günahların baş alıbgetdiyini iki mələk- dini mifik görüşlərin işığındadaha təsirli, bədii cəhətdən qüvvətli tərənnümetməyə nail olur:

Daş da yuvarlansa olar daştəkər.İnsan ömrü boyu əziyyət çəkər.Bir yanda bir mələk dayanıbbekar,O yanda bir mələk bağlayıbkitab.

Ömrü boyu əziyyət çəkən insan övladınınqayğısı, əzabı, gördüyü haqsızlıq, dünyanınədalətsizcəsinə qurulumuş qanunlarındandır.

516

Gördüklərinə dözməyən, düşüncələri yoraninsanın dözümü də şairi düşündürür. İnsandakıbu dözümə məətəl qalan şair insan övladınınəzablar üzərində kökləndiyini hər yerdə külli-kainatda qismətinə əzab dolu bir ömürdüşdüyünü bilir. O da bu dünyanı övladıdır, o daehtiyac içərisində bəlkə də zərrəcə belə günahişləməmək eşqi ilə yaşayıb, bütün ömrünü safvicdanla, yaxşı insan kimi başa vurmaqarzusunun hardasa qırıldığını görüb qüssələnib, bəlkə də qəzəblənib, bəlkə də fəlsəfidüşüncələrini vermək üçün bu mövzunu şeriüçün əsas götürüb. Bəlkə də özünün dediyi kimi"çətin suallar"a bu insan aləmində cavabtapmayacağını duyub və bu duyğuları folkloriçində əridib.

Fikrət Sadıq dualarında, yalvarışlarında eləifadələr işlədir ki, bunlarda şeriyyət, lirika o qədərşirin, həzin, könül oxşayandır ki, hər biri xalqifadəsini, folklor nümunəsini xatırladır:

Allah eşit fəryadımı,Qırma mənim soy adımı.Rəhm et, düymə göy əskiyə,Mənim dərdli həyatımı,Bir nəvə bəxş elə mənə!

Və yaxud:Ya küləyə bələ göndər.Ya buluda bələ göndər.Ya da elə-belə göndər.

517

Bəsdir bəla göndərdiyin,Bu dəfə də bala göndər.

Fikrət Sadıq gördüyü haqsızlığın, insanövladının törətdiyi faciələrin kökünü araşdırarkənyenə folklor, dini -mifik inamlara üz tutur. Dünyanın ilkin başlanğıcı, ilk insan Adəmin budünyaya gəlişinə barmaq uzadan bir cinayətkar, zülüm, şər törədən qüvvəni ortalığa çəkir. Dünyabu qədər zülm, ədalətsizlik yuvasıdırsa, Tanrıyaratdığı Adəm övladına bəslədiyi sevgimüqabilində ona belə dərdli-bəlalı ömürverməzdi. Dünyanı da, Adəmi də Allah yaradıb. Sülh, əmin-amanlıq sevən Allah övladı -Adəmoğluna o barmağı uzadan Şeytan- İblisdir. İblisdini mifologiyada Adəm oğlunu tanımaqistəməyən, ona baş əyəməyən mələkdir. AllahAdəmi gildən yaradıb ona can verib, bütünmələklərə onun yaratdığı bu canlı varlığa təzimetməyi tapşırır. Bütün mələklər Tanrının buistəyini yerinə yetirir, yalnız Şeytan özünü odövladı kimi gildən yaranmış Adəmdən üstüntutub, Allahın əmrindən çıxır. Belə olduqda Allahonu Cənnətdən qovur. Yerin yeddinci qatındaməskunlaşan İblis dini ayətlərə görə yeddinciqatda oturub özünə tabe olan bədxah, şərqüvvələrə başçılıq edir. İnsanlardan qisasalacağına and içmiş, Adəm və Həvvanıncənnətdən qovulmasına nail olmuşdu. İblisin əmriilə şeytanları yer üzərinə gəlir və burda Adəm

518

övladlarını yoldan çıxarır və onların günahişləməsi üçün çalışır.

İlk insan olan Adəmin dünyaya gəlişində şairbir qəribəlik görür və onun fikrincə, Adəm yerüzünə göndərilərkən İblis onu oğurlayıb, onaoxşar Adəmi yerə göndərib və buna görə dəinsanın əməllərində bir iblisanəlik də var:

Tanrı cənnətdən qovanda Adəmiİblis yolda oğurlayıb,Dəyişib onu.Dünyaya göndərib öz adamını.Elə o vaxtdan çaş-baş salıbhamını.Odur ki, hər birimizdə bir az iblisvar.Yoxsa nədir dünyanı bürüyənBu şübhələr, xəyanətlərFəlakətlər, davalar?

Dünyanı bürüyən bu çaxnaşmalar, qarışmalar, xəyanətlər, fəlakətlər təmiz Adəmövladının deyil, insanlığa düşmən Şeytanınəməlləri olduğunu bildirən şair insanlığı, saflığı, bəşəri gözəlliyi, hümanizmi əsas götürən Allahövladı -Adəmi xislətliləri onlardan ayırır və buayırmada oxucu kütləsinin fikirlərini bir nöqtəyə-yaxşılığı, yaxşı əməlləri, insani keyfiyyətləriqoruyub saxlamağı, təmizliyi, dincliyi, firavanlığı, insan xoşbəxtliyinin təminatçısı olması arzusunudaha təsirli, qüvvətli verir.

519

"Qonşun pisdir, köç qutar" atalar sözündənyararlanmaqla şair öz fikirlərini daha təsirli, tutarlıverməyə nail olur. Hikmət dolu mənəvi xəzinəmizolan atalar sözləri qısa, yığcam olsalar da, onların məna dərinliyi yüksəkdir və bu şerilə şairəsl vətəndaş şairdir. Bir atalar sözünün fövqündəQərbi, Şərqi, Şimali, Cənubu olan Azərbaycanıntaleyinə yazılan qara baxtı ümumiləşdirir. Mövzusu bu günümüzlə səsləşən, ideyasındaAzərbaycanın Qərb, Şərq, Şimal, Cənubsahillərini əlindən alıb, bu torpaqları zorlamənimsəyib, buralarda öz dövlətini yaradıb, özünü Azərbaycanın qonşuları kimi tanıdanlarınpozucu siyasətlrini, Azərbaycanın başınaaçdıqları oyunun "qonşu" dövlət adı altındatörətdikləri cinayətlərin xalqın səbir kasasınıdaşdırdığını, naəlac qalan xalqın düşdüyüçətinlikləri, üzüntüləri təsirli bir dillə verilir. Buümumiləşdirmənin bədii dəyərini, təsir qüvvəsini, atalardan gətirdiyi bir misalla qüvvətləndirir. "Qonşun pisdir, köç qurtar" atalar sözünün dəçox zaman mümkün olmadığını ictimailəşdirir:

Hara köçüm axı,Vətənimdir bu diyar.

-deyir. Qonşu sayılan erməni murdarlarının, dostluq pərdəsi altında öz siyasi məqsədlərinihəyata keçirməsinin , Şərqi Azərbaycanın, ŞimaliAzərbaycanın, Cənubi Azərbaycanın, gürcü, fars, rus imperialist qüvvələri tərəfindən qəsb

520

edilməsinin Azərbaycan üçün nə kimi faciələrtörətdiyini, bu xalqın öz torpağından bu günməhrum edildiyini hələ də dözüm, səbr, iradəgöstərməsini, yurddaşlarının taleyini, əzab doluhəyatını ön plana çəkir.

O uzanan güllü-çiçəkli dərə də,O ucalan qarlı dağ da mənimdir.Şimal, Cənub, Qərb, Şərq,Sol da, sağ da mənimdir.Qonşumun yaşadığıO torpaq da mənimdir.

"Vətənin əl boyda daşı" əsərinin mövzusuxalq ədəbiyyatından götürülmüşdür. Əsərinqəhrəmanı Mete özündən əvvəl və sonrakıhökmdarlar arasında dövlət qurmaq, onu idarəetmək, qonşu dövlətlərlə əlaqə yaratmaq, onlarladiplomatik münasibətlər saxlamaq qabiliyyətinə, bacarığına, intizamlı, qüdrətli ordu yarada bilməksəriştəsinə görə xalq ədəbiyyatında əfsanəvii birobraz kimi xatırlanır. Şair onu əsərinin qəhrəmanıseçməkdə, onunla bağlı əfsanə və rəvayətlərinmövzusundan, sücetindən istifadə etməkdə özşair marağını əsas götürür. Meteni ona sevdirənonun qüdrətli sərkərdə, uzaqgörən türk xaqanıolması, vətənpərvərliyidir. Onun torpaqla bağlıəfsanələşmiş rəvayətlərindən birinin mövzusununobraz və motivlərindən öz əsərində qoyduğumövzunun, ideyanı güclülüyü, təsirliliyi üçünyararlanır. Onun vətənpərvərliyi torpağa, yurda

521

bağlılığı ilə səsləşən rəvayətlərdən birində deyilirki, atasının ölümündlən sonra taxta çıxan Metegəncliyində Tunqhu dövlətlə üz-üzə gəlməli olur. Həmin dövrdə Tunqhu çox güclü dövlət idi. Onundövləti həmin dövlətə xərac verirdi. Qonşudövlətlərin hesabına güclənmiş Tunqhu dövlətibundan istifadə edib, öz iradəsini qonşu tayfalarazorla yerinə yetizdirirdi. Mete hakimiyyətəgələndən sonra onu gənc və təcrübəsiz birhökmdar sanan Tunqhu xaqanı elçisini onunyanına göndərir. Ən yaxşı atını verməsini tələbedir. Əks təqdirdə xalqını və torpağın ayaqlaraltına salacağını bildirir. Mete elin ağsaqqallarını, nüfuzlu adamlarını toplayıb məşvərət keçirir. Onlar bildirir ki, at türk üçün qiymətli varlıqdır. O, igidin həm dostu, həm də yaraşığıdı. Tunqhularaat vermək xalqa əskiklik gətirər.

Mete onları dinləyib, axırda öz hökmünü verirvə bildirir ki, biz bir ata görə vuruşa girib, xalqınqanının axıdılmasına dözə bilmərik.

Bir müddət keçəndən sonra yenə tunqhularınelçiləri xaqanın irəli sürdüyü tələbi Meteyəçatdırır və ondan hun xaqanın ən sevimlikənizlərindən birinin verilməsini, əks təqdirdədöyüşə başlayacağı fikrini çatdırır. Mete yenəigidlərinin qanı tökülməməsi üçün ən sevimlikənizlərindən birini göndərir.

Qəddar, amansız, aldığı qiymətli xəraclardangözü doymayan Tunqhu hökmdarı üçüncü dəfə

522

elçilərini Metenin üstünə göndərir və onunsərhəddi yaxınlığındakı çınqıllı, istifadəyə yarasıztorpağı istəyir və verməsə müharibə edəcəyinibildirir.

Üçüncü dəfə yenə Mete məşvərət etməli olur, Düşmənin tələbini onlaraçatdırır."Ağsaqqallardan biri ayağa qalxıbəksəriyyətin fikrini belə ifadə etdi":-

-Xaqan sağ olsun, sən qonşu dövlətin bütüntələblərini yerinə yetirmisən. Bizə qulaq asmayıb, ən gözəl sevimli atını, ən yaraşıqlı kənizinitunqhulara vermisən. İndi bu kimsəsiz çınqıllı, heç nə bitməyən bu torpaq nədir ki, ondan ötrüqonşu dövləti özümüzdən narazı salaq, igidlrəimizin qanını tökdürək. Onsuz da tunqhularbəhanə gəzirlər. Mən həmin torpağın verilməsinitəklif edirəm.

Mete hiddətlənib ayağa qalxdı:-Torpaq dövlətin təməlidir. Onu heç kəsə

vermək olmaz. Torpağı əcdadlarımız bizəəmanət qoyub getmişdir, orada babalarımızınsümükləri uyuyur. Torpaq mənim deyil, xalqındır. Xalqın torpağını verməyə heç kimin ixtiyarıçatmaz. Mən öz atımı, yaraşıqlı kənizimitunqhulara ona görə verdim ki, onlar mənimözümün idi. Amma torpağı verə bilmərəm. Butorpaq gələcək nəsillərə çatdırılmalıdır. Ya xalqməhv olmalı, ya da torpağını öz qanı hesabınaqorumalıdır". (Vəli Həbiboğlu. Türk dünyasının

523

qüdrətli hökmdarları, xaqanları, sərkərdələri 1-cikitab. Bakı 1995. səh. 61)

Mete bu müharibədə qalib çıxır. Onunqüdrətinə, qüvvəsinə, cəsarətinə bələd olanTunquların xaqanı onun atını da, kənizini də geriqaytarmalı olur.

Fikrət Sadıq bu mövzuda yayılmış rəvayətinmotivlərindən istifadə etməklə "Vətənin əl boydadaşı" poemasını yaratmışdır. Poemada Meteninqəhrəmanlığı, torpağına, xalqına sevgisiniümumiləşdirir. Hökmdar "ölü çol" adlandırılantorpağın müdafiəsinə qalxır:

Kim Vətənin övladıdır.Gəlsin mənim ardımca.Ölü olmaq yeydir bizəDüşmən bizdən"ölü çölü" alınca.

Bu mübarizədə Metenin arxasınca gedənbahadırların, onlara bu mübarizədə mənəviqüvvət verən qoca hunların obrazlarını şairpoetik misralarında qüvvətli, təsirli bir dillətərənnüm edir. Metenin Tunqhu hökmdarınagöndərdiyi bu sözlərdə torpağı sevən, vətənəlayiqli başçı olan qüdrətli sərkərdənin, alovlu, odlu, mübariz hökmdarın, "torpağı verməzlər, torpağıı alarlar" kəlməsinin arxasında yatanböyük mənanı lirik bir dillə oxucuya çatdırır:

Torpağı verməzlər,Torpağı alarlar.

524

Torpağın qəbzəsi yoxdur,Tutasan, oğul.Torpağın yüyəni yoxdur,Çəkəsən, oğul!Torpağı almaq üçün

Gərək üstündə qan tökəsən, oğul!Gedin deyin xaqana,Ana Asiya keçilərini sağandaSabah dan üzü,Ala dağın ətəyindəGözləyirəm sizi.Gəlsin diri ikənAlsın məndən "ölü çölü".Xas igidin sözüƏməliylə ölçülür.

Bu poema (eyni zamanda onun əsasındayazılmış "Bir parça Vətən" dram əsəri) şairinVətən, yurd, torpaq sevgisindən, onunmüqəddəsliyindən, məğlubedilməzliyindən, torpaq uğrunda can qoyan igid, məğrur Metedənəvvəl və ondan sonra bu günümüzə qədərtorpaq, vətən uğrunda çalışan, çarpışan mübarizsərkərdələrin, xaqanların nəcib əməllərinəbəslədiyimiz məhəbbətdən, xalq-dövlət-torpaqmənafeyini dünyada hər şeydən uca olduğundanbəhs edir və vətənə, xalqa, torpağa bağlı istər adiəsgər, istər general olsun, istər sərkərdə, istərdövlət başçısı olsun, onun bu böyük insani

525

kefiyyətinin həmişə ona başucalığı gətirdiyinə, xalqı tərəfindən daima sevildiyinə, ona bəslənəninam hisslərini artırır. Fikrət Sadıq xalq içərisindəyayılmış çin səlnamələrində mifoloci bir obrazaçevrilmiş Metenin sərkərdəlik qabiliyyətininçoxlarına örnək olduğunda yanılmır. Ondansonra gələn çox böyük tarixi şəxsiyyətlərintorpaq, dövlət mənafeyini hər şeydən üstüntutduğunu bilirik və şair mövzuda bu rəvaəytinsücetinə, obraz və motivlərinə yaradıcı surətdəyanaşaraq bədii cəhətdən qüvvətli, bitkin, samballı yeni səpgidə bir sənət əsəri yaratmağamüvəffəq olmuşdur.

"Ana əli" haqqında yayılmış xalq əfsanəsimilli-mənəvi dəyərlərimizə hörmət prinsipləriəsasında yazılmış, poetik tutuma malikpoemanın mövzusudur. Burada ana məhəbbəti, ana sevgisi- ana qayğısı uca tutulur. Analıqduyğularının müqəddəsliyi, kövrək ana qəlbininövlad yolunda hər şeyə dözdüyünü, ana üçünövladdan əziz ikinci bir varlığın olmadığını şirinboyalarla verir. Xalq arasında yayılmış əfsanəyəgörə ölüm ayağında olan ana ərindən xahiş edirki, o öləndən sonra qolunun birini kəsib götürsün, ondan sonra evlənsə, evə ögey ana gətirsə, körpələrini ögey ana əli ilə deyil, kəsilmiş əli ilədöysün. Ata ananın bu vəsiyyətinə əməl edir. Birmüddət sonra evə ögey ana gətirməli olur. Başıişə-gücə qarışdığından, ögey ananı uşaqlara

526

verdiyi zülümdən xəbərsiz olur. Get-gedəuşaqların saralıb-solduğunu görür, nəhayət, hərşeydən xəbərdar olan ata ögey anaya yaylığınarasındakı- büküb saxladığı ana əlini göstərir vədeyir:

Ananın arzusunuBaşa saldı "ana"ya."Əgər qalmaq istəsənqal",-dedi."Amma qalmaq istəsən,gəl bu əli al"-dedi.Analarına oxşa."Döyəndə bu əllə döy,oxşayanda da oxşa!Unutma ki, anasan.Analıq deyil asan!"

Bu misralarda kövrək, ülvi ana duyğuları, anaqayğısı müqəddəs ana böyüklüyü on planaçəkilir. Xalq ədəbiyyatından gəlmə bir mövzununsüceti əsasında kamil, realist bir əsər yaradanFikrət Sadıq folklor ənənələrinə sadiq qalaraqyaratdığı əsərin dilinin sadəliyinə, şerinoxuculluğuna diqqət yetirdiyi kimi, poetikzənginliyinə də eyni hisslərlə yanaşır. Həmmövzu, həm forma, həm də məzmun cəhətdənbir-birini tamamlayan bu gözəl xalq ədəbiyyatıəsasında yazılmış əsərdə güclü duyumsənətkarın imkanları, Fikrət Sadıq incəliyi, kövrəkliyi, saflığı duyulur.

527

"Arzu bulağı" əsərinin süceti də bir Krıməfsanəsindən götürülmüşdür. Şair bu əfsanəninmotivləri əsasında Yalta yaxınlığındakı-Misxordasahildən azca aralı qucağında körpə tutmuş Supərisi abidəsiylə bağlı bildiyi, eşitdiyi xalqəfsanəsini poetik misralara çevirir. Dənizin butayından oğurlanıb aparılan Arzu adlı qız vətənhəsrətinə dözməyib, "Qürbət eldə qalmaqdansaölüm yaxşı", qurbətin nur dənizindən "qaragölümyaxşı"-deyərək körpəsini qucağına alıb dənizəatılır. Dərdli ana o sahildən bu sahilə üzənəqədər çox əzablar çəkir və nəhayət, su pərisinəçevrilib öz doğma sahillərinə üz tutur. Ana vətənəməhəbbəti, qürbət elin ağrı-acısını ümumiləşdirir. Yurda, el-obaya məhəbbət üzərində qurulmuş buəsərin sücetində ən müqəddəs duyğular yaşayır. Qürbət elin darıxdırıcı mühitində yaşamaqdanölməyi üstün tutan Arzu körpəsini bağrına basıbdoğma sahillərinə doğru üzməsini şair folklormotivləri üzərində kökləyir. Vətənpərvər qızınvətənə müqəddəs məhəbbətində, ona qovuşmaqistəyində Yunisin balıqları ilə bağlı folklormotivlərdən, su pərisi obrazlarından yararlanır. Bu Krım əfsanəsində yüksək bəşəri duyğularzamanından, məkanından asılı olmayaraq hər biroxucu üçün doğmadır, əzizdir.

Vətən-qürbət bir-birinin əksi olan bu varlıqlarinsanın alın yazısına, qismətinə, baxtına çevrilib. Qürbət vətənini sevən hər kəsin içində bir

528

yaradır. Vətən yatağı daş-qaya olsa da insanüçün ən müqəddə, sevimli bir varlıqdır. "Vətənəgəldim-imana gəldim"-nahaq deməyiblər. FikrətSadıq bu əfsanənin sücetini real əsaslar üzərindəqurur, folklordan gəlmə motivlərlə onun bədiiliyiniartırır:

İldə bir gün, qürub çağıQədim Misxor qayaları,Ovum-ovum ovular,Qəlpə-qəlpə dağılar.Eşidincə bu naləni"Oyan bala, oyan bala!,Vətən sarı boylan, bala!"Görənə görk olar, dərd olar.Eşidənə ibrət olar.

Bu əfsanə öz dərin məzmunu ilə doğrudan daibrətamizdir. Arzu qızın taleyini, qismətini bu günminlərlə Azərbaycanlı qadını, qızı yaşayır. Obasına, elinə həsrət, dağlarının gülünə-çiçəyinəhəsrət Azərbaycan qadını, qızı bu gün Kəlbəcər, Zəngilan, Ağdam, Qarabağ həsrətilə yaşayır. Arzu o qızların istək və arzularının ifadəçisidir.

Litva əfsanəsi əsasında yazılmış "Balıqçı vəsu pərisi" əsərində də insan sevgisi, safməhəbbət lirik bir dillə tərənnüm edilir."Bacı-qardaş nağılı" da xalq içərisində yayılmış birrəvayətin sücetidir.

529

Bir gün şahın adamları elan edir ki, meydanda üç kişi asılacaq, hamı meydanayığışsın.

Meydana gələn qadınlardan biri üç kişinin biriəri, biri olğlu, biri qardaşı olduğunu görübpadşahın ayaqlarına yıxılıb onları bağışlamasınıistəyir. Padşah biləndə ki, bu üç şəxsin hər üçübu qadının əzizləridir, onların yalnız birini-yaoğlunu, ya ərini, ya da qardaşını seçibgötürməsini, qalanların isə edam olunacağınıbildirir. Çarəsi kəsilmiş qadın məcbur olubkişilərdən birini-qardaşını götürür. Padşah ondansoruşur ki, nə üçün ciyərparasını, başınınsahibini deyil, qardaşını seçdi. O vaxt qadındeyir:

-Ər eldən gəlir, oğul beldən,Qardaş amanı.

Padşah bunu eşidib o biri əsirləri də qadınabağışlayır.

Şair bu əsərində bacı-qardaş məhəbbətiniyüksəkliklərə qaldırır, bu sevgini uca tutur. Bacıların qardaşlara bəslədiyi məhəbbətinülviliyini tərənnüm edir. Bacını ana qeyrətli, anaəvəzi, evin dirəyi, şəfqət bacısı, yeddi qardaşınmöhtacı", "yeddi dərdin dərmanı", "yetim evinocağını közərdən", "qara daşda mehribanlıqgöyərdən" adlandırır:

Bacılı ev nur ətirli, abad, firavan.

530

Hər guşədə bacı əli, səliqə, sahman.Bacısız ev bacası korzülmətxanadır,Bacı-qayğı, bacı işıq, bacıanadır.

Şair anaya bənzətdiyi, ana qədər müqəddəssandığı bacının yüksək insani keyfiyətlərini lirikbir dillə vəsf edir. Bacı məhəbbətini, anaduyğularını, qadın ismətini, etibarını ananınçəkdiyi daxili iztirablar aləmini səmimi biri dilləifadə edir:

Qadın baxdı həsrət-həsrət alışa-yana,Gah qardaşa, gah ərinə, gah daoğluna,Neyləsin, o kimi seçsin, kimi biranlıq,Buludlanmış gözlərinə çökdüqaranlıq.Arvad susdu, Ana susdu, ayıldıBacı.Handan-hana qaranlıqdansıyrıldı Bacı."Bu ərimdir, bu oğlumdur, qardaşım hanı?Ər eldəndir, oğul beldən, qardaşamanı."

531

Şah diksindi bu bölgüdən xəyaladaldı,Bacı-qardaş nağılından bir ibrətaldı."Əsil bacı məhəbbəti sarsıtdıməni,Azad edin əsirləri, kəsin naləni!".

Üç əziz insanı itirməkdə olan qadının vüqarınıəzmiş, qırıb düşmən ayağına aparan sinəsindəyaşatdığı məhəbbətdir-övlad məhəbbəti, ərməhəbbəti, qardaş məhəbbəti. Bunların qadınüçün nə qədr əziz olduğunu şair beləümumiləşdirir:

"Yç lay divar birdən uçsa evdənnə qalar.Üç şah budaq birdən sınsa çinarda solar.Üç xəncəri bir ürəyə birdənvurma şah!Heç olmasa birciyini saxla, sənallah!Yanağından damcı-damcı axangöz yaşıAxıb, şahın ürəyində əritdi daşı".

Şair bacı-qardaş məhəbbətini bir rəvayətinsücet və motivlərindən faydalanmaqla dahaqüvvətli, təsirli, oricinal bir səpgidə tərənnümedərkən, folklorumuzun zəngin nümunələrindənolan, bacı-qardaş məhəbbətini ülvi, lirik bir

532

boyalarla əks etdirən bayatılardan götürülənmisralarla daha rəngarəng bir səpgidə lirik birdillə vəsf edir və hadisələrin təsvirinin bədiiemosionallığını artırır:

Qardaşı görmək üçünBacı durar o başdan."Qardaş doysa bacıdan,Bacı doymaz qardaşdan".

Əsərin gözəlliyini şərtləndirən, bunu dahabitkin bir mövzuya çevirən rəvayətə artırlmışepiloqdur. Həmin zalım şah dünyalar fəth edən, qanlar tökən, öz taxt-tacını qorumaq üçün doğmalarını belə yaddan çıxaran Şah olsa da, oqadının sözlərindən ibrət dərsi götürür, bacısınıgörmək üçün qəlbində qardaşlıq hissləri başqaldırır və onun görüşünə gedir. Epiloq özüayrılıqda qüvvətli sənət əsəridir. Sücetə artırılmışbacı məhəbbəti daş qəlbli, zalım, qəddarqardaşların sinəsindəki zalım duyğuları da əridəbilər ideyasıdır:

….deyirlər ki, həmin zalım şah,əsirləri azad edib, dedi ki, eyvah!Fələklərə ucaltdığım bu təxt-tacım,Heçdir, əgər mənə həsrətqalıbsa bacım.Görmədiyim beş il olar, qayayam, daşam.

533

Yəqin, necə şahamsa, mən eləqardaşam.Qılınc çəkib zəbt etdiyim buməmləkətlər,Göz yaşına dəyməz onun, qurtardı, yetər.Təbil çalın, dünya bilsin, yürüşlərbitdi.Qan hərisi bacısını görməyəgetdi.

Fikrət Sadıq yaradıcılığında xalqdan gələndeyimlər, əfsanələr əsərinin məntiqi ruhunauyğun şəkildə onun yaradıcılığına daxil edilir. "Dünyadan qaçan insan"ı insan kimi yaşayangörmür. İnsanın ölü kimi yaşaması onun üzünüdünyadan döndərir. Dünyaya "ayaqyalın, başıaçıq" gəlib, dünyadan ayaqyalın, başıaçıqgedən insanın dünyanı söyə-söyə qaçmasındabir haqlı həqiqət var. Şair o həqiqətləri yaşayan, görən, mümkün olsa özü də qoşulub qaçmağahazır olan bu günkü vətən övladıdır. Dövrandan, zamandan, güzərandan

Həkimi naşı,Hakimi zalımMüəllimi nadan olan

zamandan qaçan, cana doymuş insan budüynadan elə buna görə də qaçır:

Gözünün ucuylaBaxmadı bir varlı ona.

534

Baxmadı bir zəngin ona.Baxmadı bir tox ona.

Dünyadan qaçan insan varlılara yarımadığıkimi, aclara da əl tuta bilmir. Dünyaya gələndəngördüyü ədalətsizliklər, yaramazlıqlar, dünyanıbaşına götürən insan əməllərinin nəticələri olanbəlalar, insan düynasının çətinlikləri bu insanıdağlara-daşlara qaçmağa məcbur edir. Şair onutiyəsi yerə sancılmış qədim qılınclı bir torpaqda-Qobustanda yoxa çıxarır. Qayalar arasında yoxaçıxdığı yeri Bəhram Gurla bağlı olaraq xalqiçərisində yayılmış bir əfsanənin motivləri iləbağlayır.

Fikrət Sadıq insan övladının göynərtilərinioğul-övlad, əziz itirmiş insanların kədərini, anaürəyinin həzin tellərini yaralayan bəd xəbərlərinverdiyi itginin yaratdığı əzabları, harayları, sarsıntıları ümumiləşdirən

…. Başdan ağlar,ağlayan başdan ağlar,oğlu ölmüş analardurub o başdan ağlar.

bayatısıyla öz kövrək qəlbinin sızıltılarını açır. Övlad həsrətiylə bənövşə kimi boynu bükükqalan, övlad yanğısından çiçək kimi solub, saralan anaları nənələrə bənzətmir. Buduyğularla F.Sadıq dünyasının incəlikləri birər-birər gözlərimiz önündə vərəqlənir, çözələnir, saf-çürük edilir. Qələminin poetik güzgüsü üzə çıxır.

535

Övlad üçün "durub o başdan ağlaya"n analarıdüşünür :

Burda - bənövşələr düşür yada,İlk baharda-Qarlı, şaxtalı gecələrdə,Sərt torpağı dəlib,Ox kimi keçər daşdan.Üzə çıxar o başdan.Çəməndə, dağda, yamacda,Topa-topa,Birər-birərHamısı da gözüyaşlı.Dünyanın vəfasızlığını,Dünyaya gəlməmiş bilər.Dünyaya gələn gündən,

dərdli, yaslı.Obaşdan ağlayanların

İlkini, qədimi,Hər səhər boyunlarını

büküb durarlar.O başdan ağlayan analar kimi.

Bənövşələrə bənzətdiyi anaları qınamır şair. Kövrəklikdə çiçəklərə bənzəyən analar sevgiyəlayiqdir. Onları qınamaq, elə məsum, saf çiçəkləriqınamaq kimi bir şeydir. Ona görə də:

Qınamayın anaürəklibənövşələri!Qınamayın bənövşə ürəklianaları.

536

Qoy doyunca ağlasınlar barı.Anaları qınamayın.Ç içəkləri qınamayın.

Xalq ədəbiyyatında həsrət, qüssə, nigarançılıq simvolu kimi tanıdığımız boynubükükbaxışları, duruşu yollara boylanan bənövşəobrazıyla ana obrazı arasındakı bu bənzətmə, bubənzətmədəki bədii təsir qüvvəsi, kövrəklikyaranmış əsərin dəyərini artırır. Bir bəndbayatının ömrü kimi bu misraların ömrünü dəəbədiləşdirir. Ana dünyası, ana hissləri, ana ürəyibəşəriyyətin gördüyü günlərin tərəzisidir. Birtərəfi həmişə ağır gələn bu haqsız, ədalətsizliyiçox dünyanın əzablarını ürəyində gəzdirən Ana-Bənövşə oxşarlığı, bənzətməsi də şerimizin, sənətimizin dəyəridir. Belə möhtəşəm, bədii birdillə ana dünyasının incəliklərini verən şair, qələmi də, düşməni də, dostunu da, bu dünyanınhaqsızlıqlarından qaçan insanı da onun özündəndaha yaxşı tanıma qüdrətinə malikdir.

Fikrət Sadıq dünyaya baxışlarında da folklormotivlərindən yararlanır. Bu dünya-o dünya, haqqında mifik-dini baxışlar, fikirlər, insanlararasında yayılan əfsanəvi, mifik mövzular şairəimkan verir ki, könlündən keçəni, içini didib-dağıdan dərdlərini, qəm-qüssəsini misralaraçevirsin.

537

Şair yaşadığı dünyaya məhəbbətini budünya-o dünya motivləri içərisində daha bədiilikləifadə edir:

Bu dünya səs-küylü, cismani, fani.O dünya göylərdə səsiz, ruhani.Bu səsli dünyanın bircə gününə,Bütöv dəyişərdim o lal dünyanı.

Dünyalar qədər ona əziz olan övladı İlkininfaciəli ölümündən doğan hüzn, kədər şairinyaradıcılığında dərdli, əzablı bir atanın keçirdiyisarsıntıları özündə yaşadır. Onun bu mövzudayazdığı şerlər Əhməd Cavadın sevimli övladınınvaxtsız ölümündən doğan, kədərli, ata qəlbininhüznü anlarını əks etdirən misralarına bənzəyir. Eyni taleli iki qələm sahibi üçün vətən, torpaq, el, doğmalarının müsibəti nə qədər sarsıdıcıdırsa, övlad dərdi də o qədər sarsıdıcıdır.

Fikrət Sadıq bu hissləri bal kimi şirinlaylalarımızın içində elə təsirli, elə ürəkağrıdıcı birdillə ifadə edir ki, unudulması qeyri-mümkündür. "Layla" şerində şair laylalarımızdan qəlbindəkidərdi-səri vərəqlər üzərinə töküb, hicran, həsrətyorğunu ürəyini yüngülləşdirmiş olur, bəlkə. Buacılı-şirinli xatirə özü də bir layla deyilmi? Şiriniaz, acısı çox layla. Sevinci yüngül, kədəri ağırlayla. Ata laylası. Bu laylada ata sərtliyi, məhəbbətiylə qoşadır. Ata balasına şirin yuxu

538

arzulayır. Qızıl güllər içində şirin yuxu. Atalaylası:

Körpə olandaBir layla qoşmuşdum ona.Guya şəkər qatırdımŞirin yuxusuna."Bu balanı bala qatın.Bu balanı qəndə qatın.Əgər yatmaq istəməsə,Pəncərədən çölə atın."Əvvəl laylamdan qorxardı.Sonra mənə baxa-baxa,Yatardı mışıl-mışıl.Yuxusunda güllü-çiçəkli,Dərin dərələr görərdi.Uzaq, uca qarlı dağlar görərdi.Meşələr görərdi yaşıl-yaşıl.

Göydə Allah da gülərdiBu layla-zarafata.Hansı ataYatmadığına görəBalasını çölə atar.

Layla motivləri üstündə köklənmişmükəmməl, təsirli bir əsər. Şairin daxili əhval -ruhiyyəsi, itkisindən doğan dərdi bumisralardadır:

Amma bu böyüdü.Boya-başa çatdı.Özü öz əlləriylə,

539

Özünü bilə-bilə,Dəsti-Qıpçaqdan daÜzaq bir çölə atdı.Bizi saldı dağa-daşa.18 il həsrət qaldı,ana oğula,bacı-qardaşa.Adam yatırmağaHər cürə laylamız var.Görəsən bu dünyada,Elə bir layla varmı ola,Yuxuya gedəni ayılda,Yatmışı oyada.

Şairin şerlərindəki Xeyir və Şər motivləriəsərlərinin bədii dəyərini artırmaq üçün yararlıdır. Xeyir və Şər "Avesta"da zərdüştlüyün dinikitabından gəlmədir. Xeyir yaxşılığın, bərəkətin, sağlamlığın, Şər isə pisliyin, xəstəliyin rəmzidir. İnsan içərisində ancaq Xeyir gəzən şair onlarıəməllərində düz olmağa, şər işlərdən çəkinməyəçağırır. İnsan öləndən sonra bu dünyada ancaqonların yaxşı və pis, xeyir və şər əməlləri qalır. Bu dünyaya yenicə gələn insan-körpə "tərtəmizlövhə"yə bənzədilir. Sonradan isə "bələnir günahrənglərinə". Öləndən sonra sağlığındakıəməllərinin "hesabı qalır ta qiyamətə". Şair xeyirvə şər, pislik və yaxşılıq kimi bir-birinə ziddəməllər içərisində insanı doğulanda olduğu kimitərtəmiz lövhə kimi bütün ömrü boyu olmasını

540

nəsihət edir. Amma şair narahatdır. Gördüklərindən narahatdır. Nə qədər ki, "xeyiryox, şər meydandadır" inanmır ki, "dünyamızdüzələcəkdir". Bu şər meydanda olduğu vaxtdaşair ancaq "mənim umu-küsüm özümüzdəndir"-deyir. Niyə susduğunun səbəbini açıb tökür. Millət naminə iş görülməməsi, özünə çəkmə, torpaq, vətən satılan bir məmləkətdə nədənyazım"deyir şair. Susmuş şair yazmağa könülaçıcı bir şey görmür. Ömürdən, gündən, həyatdan, nadan insanlardan bezar şair ürəkağrısıyla zamanın dərdini öz dərdi kimi için -için, yana-yana açır və çəkdiyi mənəvi əzablarıürəkağrıdıcı bir dillə ifadə edir:

Zaman zalım olub, insanlaryazıq.Bəxtimizə belə ömür, gün düşüb.Yeddidən birimiz qaçqın, didərginSöz də qaçaq düşüb, didərgindüşüb.Bir axsaq yabını minə bilməyən,Bir Qırat tapılsa, çapa bilərmi?Nəfsinə qul olan beş-altı işbaz,Xalqa nicat yolu tapa bilərmi?

Şair burada dastandan gəlmə obrazlardanyararlanır. Millətin tör-töküntülərində qeyrət, mərdlik görmədiyindən gileyini Qıratdan istifadəetməklə daha təsirli verir.

541

Sözbirlikdən kənar millətin dağınıq, pərakəndə fəaliiyəti, hərənin özünə tərəfçəkməsi, iqtisadi çətinlik, maliyyəçatışmamazlıqları onu dərdə salıb:

Başıma daş yağırdaşqəlblilərdən.Özüm də daşlaşıb, daşadönmüşəm.Naşılar əlinə düşən çırağam,Bəlkə közərirəm, bəlkəsönmüşəm?

"Hun ananın hekayəsi"ndə "Ölü çöl"ünyerində bir zamanlar məlum olur ki, "Ay qaya" varmış, Kiçik xana qızını verən xaqanın ulubabası əvəzində bu yeri süd haqqı kimi ondanalmaq istəyir. Kiçik xan onun qərarını qəbul edirvə:

Təki mən Xaqanla qohum olum.Təki məni bütün dünya tanısın-deyir.Xalqının gələcəyini düşünməyənKiçik xan:Nəyimə gərək gələcək.Bir bilən varmı ki,Gələcəyə kim qalacaq, kimöləcək.

Mövzu və ideyası müasir həyatla sələşən bupoemada vətəni, torpağı satan, onun qədrinibilməyən nankorlar tənqid olunur. Burada əsərin

542

nikbinliklə bitən sonluğunda xalqı birliyə, torpağı, eli, onun hər qarışını qorumağa, elin bircəgününün qüdrətinin böyüklüyünə inamaçağırışdır. Fikrət Sadığın bu poemasının dili xalqəfsanəsi və rəvayətləri üstündə köklənməklə"oxucuda ulu qədimlik ovqatı yaradır, onuhadisələri qarşılamağa hazırladır". (K. Şükürov"Sözün məhrəmliyi" Ədəbiyyat və incəsənətqəzeti.12-1-9.)

Şair yaradıcılığında "Cırtdanın yenisərgüzəştləri" əsəri folklorla əlaqəli şəkildəyazılmışdır. Əsərin sücetində nağıla yaxınlıqgörürük. Nağılda olduğu kimi poemada əvvəldəCırtdan "çiynində ağır odun şələsi" meşədənqayıdır. Nağılda olduğu kimi təndirə çörəkyapacaq nənəsinə "Odun gərəkdir, yağlı kökələrbişirmək üçün". Burada da nağılda olduğu kimi"yolayrıcında" Cırtdan azır. Burada da "azgetdilər, üz getdilər, dərə-təpə düz getdilər" şəklində- nağıl necə qurulursa, şair də o cürmisralarını düzür, qoşur:

Az getdilər,Üz getdilər.Bir küçəyləDüz getdilər.

Və yaxıud:

Yenə yola düzəldi o,

543

İynə yarım yol gəldi o.Sadə, səlist, obrazlı bir dillə verilən

hadiəslərdə nağılda olduğu kimi əsərinqəhrəmanı Cırtdan və uşaqlardır. Nağılınsücetinə gətirilən yeniliklər- azdığı meşənin adıCəngi meşəsi, gördüyü Pirqulu dağı", gördüyü evDivin deyil, şəhərin hündür, geniş evləriolmasıdır.

Bu müasir nağılın qəhrəmanı Cırtdanşəhərdə gördükləri, Rəhim əmidən eşitdikləri, teleskopla Günəşə baxdığı, onu nənəsininbişirdiyi qoğala bənzətdiyi tərənnüm olunur. Sonra Cırtdan Piri babanın nağılını dinləyir. Şairburada dünəni və bu günü, köhnə ilə yeniliyi, xalça ilə raketin obrazlarını yaradır. Piri babanınnağılındakı yumaq topu olan kiçik oğlan keçmişləbu günün qüvvəsindən yararlanır. Yeddi rəngli butopu bir gün oğlan meydanda oynadarkən küləkhirslənib onu götürüb aparır. Bu vaxt bir atlı onayaxınlaşır, uşağın ağlamasının səbəbini biləndəatından düşüb xurcundan sehrli xalçanı çıxarır, yerə sərir, üstünə əyləşib bir göz qırpımında yoxolur və qayıdır oğlanı məyus edir ki:

Neyləyim bala.Uçan xalçalarUcsuz-bucaqsız,Mavi göylərin,Yeddi qatından,Yalnız və yalnız,

544

ÜçüncüsünəQalxır güc-bəla.

Sehirli xalça da xalq nağıllarından gəlmədir.Oğlan yenə topunu axtarmaqda davam edir,

yolda "kəmərində Misri qılıncı", çiynində yapıncı, əlində kəmənd" olan bir atlıya rast gəlir. Əhvalatıbilib cibindən iki lələk çıxarır, "bir-birinə" tutuşdurur. Zümrüd quşu hazır olur. Zümrüd quşuda beşinci qata kimi qalxa bilir və o da topu gətirəbilmir. Oğlan gəlib göyəuçanla rastlaşır. Göyəuçan raketlə qalxıb onun topunu gətiribverir.

Şair əsərini nağıllarda olduğu kimi göydəndüşən "üç alma" ilə bitirir:

Üç alma düşdü göydən.Birini tutdum göydə.Yerdə qaldı ikisi.Onun da biriNağılçıya çatacaqtək biri qaldı ancaq.

Gəlin onu da verək.Göyəuçan əmiyə.

"Cırtdanın yeni sərgüzəştləri"ndə xeyirxahZümrüd quşu, uçan xalça nağıllardadır. Şairinqəhrəmanına da yeddi rəngli topunu əldəetməsində kömək göstərmək istəyən varlıqlardanbiridir, Zümrüd quşu göyün beşinci, Uçan xalçaisə üçüncü qatına qədər qalxır. Lakin topu əldəedə bilməkdə ona raket kömək edir. Atlı

545

oğlanların köməyinə gələn bu obrazlara biz"Sehrli xalça", "Məlikməmməd" və digərnağıllarda rast gəlirik. Fikrət Sadığın yaratdığı bumüasir nağılda artıq Zümrüd quşu da, Uçanxalça da müasir insanın icad etdiyi Raketqarşısında acizdir. Bu elə bir varlıqdır ki, o Ayaenə bilir, göyün yeddinci qatına da qalxa bilir vəona görə də oğlanın "yeddi rəngli, yeddi zolaqlı, yeddi dilim, yumru top"unu gətirib ona çatdırır. Buradakı Piri baba, ağ atlı oğlan obrazları danağıllardan gəlmədir. Nağılın qəhrəmanı Nərbalahəmişə at üstündə peyda olur, Məlikməmməd dəqardaşlarının toyuna Zümrüd quşunun gətirdiyiatla gedir. At həmişə türk mifologiyasında igidin, qoçağın yaxın dostu-sirdaşı kimi qəbul edilir. Eyni zamanda at onqonu nağıl dolu türkdünyamızda soykökümüzdən üzü bəri bu günəqədər igidlik rəmzidir.

Şair burada yaratdığı obrazları, söylənilənhadisələri uşaqların xarakterinə, yaşxüsusiyyətlərinə uyğun qurur, tərbiyəvi xarakterdaşıyan bu əsərdə uşaqları xeyirxah olmağa, qocalara kömək etməyə, insanlara qarşıqayğıkeş olmağa, düz olmağa çağırış güclüdür.

Şair burada da "Cırtdanın nağılı"nın sücetiniqoruyub saxlamaqla sanki bu gözəl nağılın yeni, müasir bir variantını yaratmış olur.

Heyvanların, quşların dilini bilən gözəl, mahirovçu, xeyirxah insan yarımmifik obraz olan Piri

546

baba obrazından da şair məhəbbətləyararlanaraq könül oxşayan qurduğu yeni nağılıonun dililə verir. Və bu obrazın adındakı mifoloci, folkloristik xüsusiyyətlər də əsərin bədii dəyəriniartırmış olur.

Nağılda folklorla səsləşən motivlərdən biri dərəqəmlərlə bağlı motivlərdir. Üç və yeddi ənənəvirəqəmlərdən də faydalanmaqla şair bədii təsirgücünə malik əsər yaratmaq üçün onunimkanlarından da yararlanır.

Burada maraqlı, oricinal cəhətlərdən biri dəCırtdanın -Yeni Cırtdanın-Müasir Cırtdanınqorxmazlığı, cəsarətliliyidir. İndi qorxmadan yolu"kəsə gedir", itdən, divdən, qurddan qorxmur. Evə çatıb gördüklərini nənəsinə danışmaqarzusundadır, odun şələsini nənəsinə yetiribyağlı kökə bişirməsi istəyi ilə evə tələsir. Əsərinsuceti çox maraqlı olduğundan uşaq aləminəuyğun qurulduğundan incəsənət ustalarınındiqqətini cəlb etmiş, Nazim Məmmədovla, Bəhman Əliyev bu əsər əsasında " Cırtdanın yenisərgüzəşştləri" multfilimini çəkmiş, əsər oxucukütləsinin rəğbətini qazanmış, balacalarınkönlünü, gözünü oxşayan əsərləri yaradan şairəməhəbbəti artırmışdır.

"Şairin uşaqlar üçün yazdığı "Göydən almadüşmədi" muasir nağılı da öz başlığını nağılmotivlərindən alıb: "Biri vardı, biri yoxdu". Türkankəndinə gələn lovğa bir uşaq öz əsl adını demir,

547

özünü "Özüm" kimi təqdim edir, yaşıdları Ayselə, Gülçinə, o, "dünya özümündür" ədasıyla yanaşır. Dostlarının "Dünya heç kimin deyil" sözünüeşitmir. Onlar hər gün birlikdə çimərliyə gəlir, burda oynayırlar. Gülçin, Aysel, Ala-bula keçi, Bığlı pişik, Qayğı və Özüm birlikdə oynasalar da, Özüm çimərlikdə ad çıxardır. O pişiyin quyruğunudartır, ala-bula keçinin qulağını dişləyir, Ayselin"qumdan qurduğu" sarayı uçurur: artıq onunlovğalığı, yetənə yetib, yetməyənə daş atması, dostlarıyla pis rəftarı Özümü gözdən salır. Şairburada Özümün simasında lovğa, başqalarınapislik edən uşaqların pis əməllərindən nəticəçıxarmağı balaca dostlarına məsləhət görür, onun əməlindən körpə balıqlar, qağayılar datəngə gəlib:

Özüm dəcəl,Özüm paxıl.Özüm yaman,Özümcüldü,Özüm deyir: Bu dünyadaHər nə varsa,Özümçündür.Keçi-meçiPişik-mişik nədir ki, Aysel nəkaradır ki,Mənim bir sözümüEyləyə iki.

548

Onun qorxduğu, çəkindiyi bir Qayğıdır. Çünkikimi incidirsə Qayğı onun köməyinə çatır. HəttaGülçinin yaylığını götürüb qaçanda da "yeddiyerdə qaranquş yuvasını" uçuranda da. Ona görəo Qayğı ilə düşməndir. Özüm ancaq özünə, özgücünə, sehri hesab etdiyi hiyləsinə arxayındır. Belə olduqda uşaqlar yığışıb "hava gəmisi" qurubuçub havaya qalxırlar. Qayğı Gülçinin yaylığının"uclarını düyümələdi", sonra saçlarını tumarladı, küləkləri çağırıb Xəzrini, Gilavarı yanına yığdı. Yaylığın qulaqlarına pıçıltıyla yeddi söz" dedi və

Güllü yaylıqŞişdi, şişdi,iriləşdiYaylıq dönüb top oldu.

Qayğının sehri böyükdü. O, bu topu havadanasılı "hava gəmisi" düzəldir. Özüm də bu gəmiyəgizlin qalxır. Harda olsa öz əməlləriylə sevilmir, nəhayət hamı Özümün onlara gərək olmadığınıbildirir. Gəmidən gölməçəyə düşüb batan Özümöz əməllərinə görə gölməçədə də sevilmir.

Nağılda şair insanları bir-birini sevməyə, bir-biriylə mehriban davranmağa, qayğıkeş olmağaçağırır. Yaratdığı Qayğı obrazıyla gənc nəslipaxıllıqdan, eqoist xasiyyətlərdən uzaq olmağaçağırır. Nağıldakı Qayğının sehirli gücə malikolmasını nağıllardan götürüb. Sehri folklormotivləri əsasında yaradıb. Nağılın başlanğıcı, sonu xalq nağılları əsasında qurulub. Şair folklor

549

motivlərindən yararlanmaqla cəmiyyət üçünyararlı, insani keyfiyyətləri özündə yaşadan, insan kimi yetişməyi, ağıllı və mehriban olmağıbalaca dostlarına tövsiyyə edir. Bu nağıl muasiruşaqlar üçün ən yaxşı nağıl xüsusiyyətləriniözündə yaşadan bədii əsərdir.

Şair bəzən xalq içərisində yayılmışifadələrdən də yaralanır və sözünün bədii təsirqüvvəsini artırır:

Gəzməyə qərib ölkəÖlməyə vətən yaxşıdı"

misralarını Fikrət Sadıq şerində daha dapoetikləşir:

Bu yazını poza bilsəydim əgər.Peşiman qəlbimi didir bəlkələr.Gəzməyə yaxşıdır qərib ölkələr.Ölməyə müqəddəs yer vətənoldu.

("Gəzməyə qərib ölkə,Ölməyə vətən yaxşı")

F.Sadığın şerlərində istifadə etdiyi"mürmücük olub dilim", "diş-dişə zuqqu gəlir", "sürcək olub sürüşür", "haray salır taqhataq", "şaqqıldıyır şaqhaşaq", "açıldı mərci gözlər" kimiifadələri könül oxşayır.

Fikrət Sadıq "Ozan demişkən" silsiləşerlərində elə əsl ozanı xatırladır. İlk eşitdiyilaylasından tutmuş son anında oxunacaq bir-iki

550

kəlmə ağıya bəslədiyi sevgi, məhəbbət onunağıllara, dastanlara, ozan sözünə, sənətinə eləqırılmaz tellərlə bağlayıb ki, Fikrət Sadıq özü dəbilmədən ozana-aşığa dönüb:

Ərinib çağrılan yerə gəlməyən,Ozanı saymayan ozana ayıb.Beş çərək təpəni aşa bilməyən,Beş kəlmə quru söz yazana ayıb.

-misralarında ustadı xatırladır. O ustadı ki, özündən əvvəl əlinə saz götürüb, söz deyib, dediyi sözüylə tanınıb, hörmət qazanıb və ondansonra onun yolunu davam etdirən hər sənətkarsözüylə, əməliylə tanınmalı, saz, söz DədəQorqud qopuzu naminə bir-birinə hörmət və izzətgöstərməyə, bu ənənəni qoruyub saxlamağaməsuldur.

Aşıq yaradıcılığında olduğu kimi ustadsənətkarlara məxsus bir üsulla Fikrət Sadıq"dostun yaxşı gününə darılanı, dostu dar gündə" qoyub qaçanı, ilqarı, ülfəti pozanları qınayır, onları daha kəsərli sözlərlə tənqid edir:

Min kərə demişəm, təzə nədeyim.Üzdən utanmayan üzə nə deyim.Sözün canı yoxdur, sözə nədeyim,Düz sözü əyriyə yozana ayıb.

"Nəfsini öldür" şerində bu mövzuda yazılmışən dəyərli, hikmətamiz ideyalarla zəngindir. Şair

551

göstərir ki, paxıllıq, nəfsi azğınlıq, qismətinədüşənə qane olmamaq, başqasının xoş gününədaralmaq qeyri-insani keyfiyyətdir. Beləxarakterlər insanı məhv edər, onu insan kimiyaşamaqdan, bu dünyadan kam almaqdanməhrum edər. Təmiz ürəkli olmaq lazımdır ki, insan kimi yaşayasan:

Paxıllıq dəryası dərindir girmə.Sahilə çıxarmaz bu nəfəs səni.Çalış ta indidən nəfsini öldür,Yoxsa öldürəcək bu nəfis səni.

Ömürdür, hər günə, ayadaralma!Toyuna çal oyna, vaya darılma.Qismətinə düşən paya darılma.El-oba sevməyib paydan küsəni.

Qoy hər gün qəlbinə bir sirdaşartsın.Qıyma bir qapıya kimsə daşatsın.Təmiz ürəkli ol, təki yaşatsın,Təmiz çörək səni, təmiz su səni.

(" Nəfsini öldür")Fikrət Sadıq bu mövzuda şerlərində klassik

ənənəyə, xalq ədəbiyyatına sadiq qalır. İnsanınmənəvi aləmini dövrün ruhuna, xas olan birformada tərənnüm edir. Ustadnamə və yaxud

552

nəsihətnamə adlanan bu tipli şerlər aşıq şerininzirvəsi sayıldığı kimi, Fikrət Sadıq yaradıcılığındada bu zirvə görünür. Gəraylı, Qoşma üstündəədəbiyyata gələn, onun zəngin nümunələriniyaradan, sərbəst şerin imkanlarından daha çoxyaralanmaqla sanki ehtiyatda saxladlığı, xəzinəkimi qoruyub saxladığı heca vəznindənimkanlarına Fikrət Sadıq xəsislik edir. O müracitetdiyi sərbəst vəznli şerlərindəki mövzuları buheca vəzni üstündə də kökləyə bilərdi, görünür, Fikrət Sadıq öz dəsti-xəttini, yaradıcılıq üslubunuözü daha yaxşı paylamağı bacarır, hər vəznə. Belə olmasaydı o gözəl sərbəst vəzndə də beləşerlərlə qələbə qazana bilməzdi. Şair, sənətkaröz dəsti-xəttinə sadiq qalanda daha tezözünəməxsus, təkrarsız sənətilə sevilir. FikrətSadıq aşıqlıq sənətinin ən incə detallarınadərindən bələd olduğundan ustadnamə xarakterliəsərləri ilə də öz qiymətini alıb. Nəsihətnamələrişairin şəxsiyyətinin zahiri görkəmindən və eləcədə daxili aləmindən xəbər verir. Professor QaraNamazov yazır: "Aşıq şerlərinin bu növündəinsanın mənəvi gözəlliyi, əxlaqi keyfiyyətləri, cəmiyyət içərisində davranış qaydaları xalqınməişətinə, adət-ənənəsinə uyğun tərənnümolunur. Ustadnamələr aşıqların, ağsaqqallarınöyüd nəsihəti, yenicə ailə qurub həyataatılanlara, həyatda büdrəyənlərək, öz yolunuitirənlərə, sənətin qədrini bilməyənlərə, xeyrini-

553

şərini anlamayanlara, ağıl-kamal sahibiolmayanlara həmişə təlim-tərbiyə vermişdir".

"Ömrə bel bağlama" şerində də bunuduyuruq. İnsan ömrünə bel bağlamamağıməsləhət görən şair insanları yaxşı yola çağırır. Yaxşıya yaxşı olmağı, yamanlığı pisləməyi, dünyada mərd, alnıaçıq, üzüağ yaşamağı, sadə, məğrur olmağı, düzü əyridən seçməyi bacarmağıinsanın insanlıq borcu, insani keyfiyyətləri kimitərənnüm edir. Elini-obasını, xalqını, onun adını, şərəfini qorumağı, mənsub olduğu millətlə fəxretməyi, əslini, kökünü, soyunu danmamağı, sevgidə, məhəbbətdə sədaqətli olmağı, vəfalıolmağı, yüksək bəşəri keyfiyyətləri mənimsəməyitövsiyə edir:

Danma el-obanı, danma nəslini.Tutsun Kərəm kimi gözün Əslini.Ayır astarından sözün əslini.Gətirmə heç vədə gümanagüman.

Yaşa bu dünyada səncomərdyana.Qəlbinin odunda gərək dərdyana.Sadə ol, məğrur ol, axma dördyana.Dağa dağ deyiblər, dumana, duman.

554

("Ömrə bel bağlama")

Fikrət Sadığın bu səpgili şerlərindəvətənpərvərlik, mərdlik, saflıq, qəhrəmanlıq, dostluq, dostluqda sədaqət, vəfa, etibar, insanüçün halal zəhmət, hümanizm, xeyirxahlıq, təvazökarlıq, təmiz əxlaq, ad, böyüyə hörmətkimi sifətlər tərənnüm olunursa, xəyanətkarlıq, satqınlıq, nadanlıq, laqeydlik, acgözlük, xəsislik, lovğalıq, yalançılıq kimi mənfur sifətlər pislənir. Ustad aşıqlar adətən şerlərinin sonuncubəndində adını çəkir. Fikrət Sadıq bu ənənəni"pozur". Sanki dediyi sözlər xalqımızın əxlaqi-tərbiyəvi fikirlərinə qüvvətdir.

Fikrət Sadıq sözü ölməz, əbədi sanır. O diriliksuyu axtaran İsgəndərin o suyu Şirvandaaxtardığı haqqında rəvayətin motivlərindənistifadə etməklə sözün qüdrətini daha da artırır. İsgəndər dirilik suyunu Şirvanda axtarıb, tapmayıb, amma:

Bütün ŞirvanlılarSu içib o bulaqdan.

Sən demə "söz" imiş, o dirilik suyu. Sözünönündə hər şey acizdir, hətta ölüm də belə.Sözdəki ölməzlik Zülmətdəki, İsgəndərinaxtardığı, tapmadığı, Xızır Nəbinin tapıb içdiyi, ölməzliyə qovuşduğu o Dirilk suyu ilə müqayisəedilir və gözəl bir təşbeh yaratmış şair həm

555

sözün bədii qüvvəsini artırmış olur, həm də şerinbədiiliyini yüksəltmiş olur.

Fikrət sadıq yaradıcılığında Yunis İmrə ruhuvar:

Fikrət Sadıq da belə deyir:Noolsun tez yeriyirəm.Amma idmançı deyiləm.Üstümü unlu görmüsən

Mən dəyirmançı deyiləm.

Tanımadım dostu, yadıTanıyan məni qınadı.Bu dünya yalan dünyadıÖzüm yalançı deyiləm.

Başdan-ayağa dərdmişəm,Həsrət çəkmək-mənim peşəm.Bir qəlbi talan etmişəm,Əsla talançı deyiləm.

Fələkdən sinədağlıyam,Bəndi-bərəsi bağlıyam,Xalqımın şair oğluyam,Quru dilmancı deyiləm.

Və yaxud:Göydən yerə baxılsa, mənKövrək samanca deyiləm.Gümanın ağ haləsiyəm,Hətta gümanca deyiləm.

556

Əzab torpağı-yerdəyəm.Ürəyi pərdə-pərdəyəm.Mən kamançanın dərdiyəm,Dərdli kamança deyiləm.

Sözdü mənim söz möcüzəm.Özüm də bir kəlmə sözəm.Parça buludca acizəm,Xəfif dumanca deyiləm.

Taleyim bir acı töhfə.Yaralandım neçə dəfə.Güllə-günlərə hədəfəm.Dolu tapança deyiləm.

Bir kimsəm yox, çata dada.Yerdə hamı-yerli ada.Mən qəribəm bu dünyada,Mən bu zamanca deyiləm.

Şairin söz-sənət haqqında fikirlərini şair Qabildaha yaxşı açıqlayır:" Fikrətin şair və şerhaqqında qəribə, sadə və inandırıcı mülahizələri, qənaəti var. Məsələn, o deyir ki, şair lapyeniyetmə vaxtında şair olmalıdır. Saçına-saqqalına dən düşəndən sonra şairlik etməkeşqinə düşmək nahaqdır. Şair savadlı, məlumatlıolmalıdır. Bəs gör dahi Füzuli deyib ki, "Elmsizşer əsası yox divar olur". Şairin konkret predmeti

557

olmalı, təsvirləri ələ gəlməli, sözə görünməli-əyani olmalıdır. Forma seçmək azaddır-bir şərtləki, yazdığın şer ola, ağıla, düşüncəyə təsir etməli, ürəyə yatmalı ola. Şerdən kif iyi yox, günün, saatın ahəngi, ətri gəlməlidir".

Fikrət Sadıq yaradıcılığı başdan-başa folklorabürünüb. "Su üzü mübarək olar", Su insanı"ağırlar, uğurlar", Su insanın çətin yolunu asan, yüngül, xeyirli etmək üçün arxasınca atılır. Bunlarxalqın yaddaşında bu gün də var, keçmişdə dəolub. İllər, əsrlər, qərinələr keçib, bu keçimləinsan da öz yaddaşını, adətini, ənənsini özüyləgətirib, qoruyub, ötürüb, ötürür.

Şair suyu tərənnüm edir. Sözlə -su arasındaoxşarlıq, bənzərlik gəziblər. Fikrət Sadıq da"Böyük Füzulinin ruhu məni bağışlasın ki, ürəkeləyib ondan 500 il sonra "Su" rədifli şeryazmışam"-deyir. Amma Fikrət Sadığın "Su"yuda bənzərsizdir., oricinaldır, özünəməxsusdur, kimisə təqlid etməyib, təkrar da deyil, öz dəsti-xəttinə, yaradıclıq üslubuna uyğun yazılmış lirikailə zəngin bir əsərdir. Su azaddır, əyilməzdir, yaltaqlıq nə olduğunui bilməzdir. Su əbədidir. Dünyanın yarısı sudur. Su əbədi varlıqdır, sonsuzdur:

Dağdan dağa uçan su var.Qovan su var, qaçan su var.Məhşər qopanacan su var.Körpüdür aləmara su.

558

Fikrət Sadıq yazılarını üzə çıxaranda daəziyyət çəkmir, qəzetlər, curnallar bəzən onunyazdığını çap eləmir. Çünki yalançı, təmtəraqlımisralar, romantik xəyallar onun misralarında olabilməz. Onun yazdığı şerlərdə zəmanədən, güzərandan, dolanacaqdan şikayət var. İnsançörək dərdi, işıq, qaz, su, metro, avtobus pulu, vergilər əlində "dolaşır". Bu yaşamaq deyil, onunnəzərində "dolanmaq"dır:

Yaxşıca dolayıblar.Səni, məni, hamını,Qırıblar şairin dəYaralı ilhamını.Budur mənim həyatım,Təmtəraq gözləməsin.Məndən mənim qəzetim,Mənim ədəbiyyatım.

Fikrət Sadıq şerin, sənətin, sənətkarınyaşadığı ömrü yazır, qələm əhlinin faciəli, acınacaqlı taleyini yazır. Gözü önünə ruhuqırılan, hörmətdən düşən sözün arxasında duraninsanı, onun taleyini çıxarır. Mersedeslərdəgəzən, villalarda yaşayan, İstambulda, Parisdə, Dubayda istirahət edən-cənnət qapıları ağalarınüzünə açıq olan bu dünya sadə "sözün qarafəhləsi" üçün cəhənnəmdir. Ona görə də o fəhləsəsiylə qara camaata üz tutur. O, yetim-yesirin, kasıbın dərdini qələmə alır. "Aşıq gördüyünçalar" məsələsinə üz tutur. Belə bir zamanda Uca

559

ulu şerimizin ayaqlar altına düşüb qalması"nıgörüb qəmli, hüznlü şerlər yazır şair. FikrətSadığın şerlərindən qayğı, dərd tökülür. O yaylıqgötürüb ağlamır, dərdləri elə verir ki, istər-istəməz oxucu duyur onu. Bir şair kimi Sabirməktəbini keçmiş bir müasir qələm sahibi kimi nəçəkdiyini bilir. O dərdin çoxu bu gün insan kimiyaşamaqdan məhrum şairin, alimin, ziyalınınacınacıaqlı güzəranından doğur.

Yunis İmrənin, Xəstə Qasımın, Ələsgərin, Aşıq Şəmşirin, Aşıq Hüseyn Bozalqanlının vədigər folklor dəryasının qəvvaslarınınyaradıcılığına dərindən bələd olmasından, onların şerinə, sözünə, sözünün qüdrətinəvurğunluğundandır ki, "Yey idi" şeri də öyüd-nəsihət ruhlu zəngin bədii dəyərə malik bir əsərkimi qiymətləndirilməlidir:

Adəm ata behiştdəki almanı,Dərdiyindən dərməsəydi yey idi.Fələk mənə bu dünyanı, bucanı,Verdiyindən verməsəydi yey idi.

Pis adamdan bəri başdan həzəret.Nə sultan ol, nə peyğəmbər, nəhəzrət,Ağız dişə, göz ağıza nəzarət,

560

Göz nə gördü, görməsəydi yeyidi.

Fikrət Sadığın xalq şerinə, aşıq sənətinə, qüdrətinə hörmət və məhəbbətin ifadəsçi kimiDədə Şəmşirə həsr etdiyi "Üç yarpaq" silsiləşerləri dilinin sadəliyi, rəvanlığıyla aşıqqoşmalarını xatırladır.

Aşıq Şəmşirin şerinə, sənətinə hörmətləyanaşan şair onun aşıqlıq istedadına, qüdrətinəheyranlığını gizlətmir:

Telli sazı sinəsinə sıxanda,Hünərvərdir əli Dədə Şəmşirin.Aşıb-daşıb məcrasındançıxanda,Sazı dönür selə Dədə Şəmşirin.

Aşıq Şəmşir müasir aşıq poeziyasınıninkişafında mühüm rol oynamış saz və söz ustadıkimi həm yazıçı və həm də şifahi xalqədəbiyyatının ən gözəl ənənələrininiyaradıcılığında yaşadan xalq sənətkarıdır vəF.Sadıq onun yaradıcılığına, sözünə, sənətinə birədəbiyyatşünas kimi qiymət verir. Ədəbiyyatşünaslıq cəhətdən dəyərli fikirlərininəzmlə oxucuya çatdırır. Onun yaratdığıqoşmaların, gəraylıların, təcnislərin sənətkarlıqbaxımından yüksək qiymətini verərkən, birşəxsiyyət, qocaman el ustadı, xalq aşığı kimi onabəslədiyi səmimi duyğularını da bildirməyiyaddan çıxarmır:

561

Qoşmaları qoşun-qoşun sıralı,Gəraylısı-qəm harayı, yaralı,Cinasları-uçundurur xəyalı.Bal-şəkərdir dili Dədə Şəmşirin.

Dağlarına, düzlərinə vurğun olduğu bu yerləriseyr edən şair, Aşıq Şəmşiri dünyanın bəxtəvəri, xoş baxtlı, xoş taleli bir insan kimi vəsf edir. O, dərəsi, dumanı, dağı xoşbəxt Kəlbəcər elindənolan Dədə Şəmşirin gözəlliklər diyarı, füsunkarbir təbiət, şeriyyət dolu bir aləmə məxsusAzərbaycan torpağında-Kəlbəcərdə doğulmasını, bu yerlərin övladı olmasını da ana vətənin buguşələrinin xoşbaxtlığı kimi qiymətləndirməkdəhaqlıdır. Səksən beşi haqlamış qocaman aşığınistedadını, sənətkarlıq qüdrətini duyan şair onunduyğularını ömrünün bu yaşında Günəşəbənzədir. Şair onu dinlədikcə, "Dədə Şəmşiroddur, atəşdir"- deyə heyrətini gizlətmir. Odu qorolsa da "atəşi qal"an, ayını "bulud" örtsə də"günəşi qal"an ürəyi aya, duyğuları günəşəbənzəyən Dədə Şəmşir öz şerilə, sənətilə, sazının qüdrətilə hamını öz işığına yığıb və şairbu qocaman söz ustadını:

Şer ayağına yığıb elləri,Ümidlə titrəyir sazın telləri.Pəhləvan sözləri yıxıb illəriİndi əsrlərlə güləşi qalıb.

-deyir və yüzü haqlayacaq aşığın səksən beşikeçmiş ömrünə on beş il də arzulayır və sözlə-

562

ümidin işığında 85 yaşa çatan şairi yaşadansözün, aşıqlıq sənətinin belə yüksək zirvəsini fəthetməkdə rolunu xüsusilə vurğulayır.

Aşıq Şəmşir sözünə, şerinə, sazına hörmətvə məhəbbətin nəticəsidir ki, Fikrət Sadıqgəraylıların ən yaxşı nümunələrini də bir sənətkarkimi yaratmağı bacarıb. Körpəlikdən laylalar iləyatan, nağıllarla boy atan sənətkar məhəbbətiyolunda alışmağı-yanmağı Məcnundan öyrənib. Ana yurdunun şirin nəğmələrindən doyabilməyən şair üçün qapısını ümid əvəzinə qorxudöyərsə, köməyinə gələcək, əlindən tutacaqqopuzlu Dədə Qorqudu görür. Dara düşəndəharayına gələcək Qoç Koroğlunu, nağılqəhrəmanlarını görən şair öz arxasını, dayağını"şirin-şirin nağıllarda" olduğunu söyləyərkən xalqsənətinə, xalq ədəbiyyatına dərin köklərlə bağlıolduğunu tərənnüm edir.

"Tələbəlik illərindən xatirələr" silsilə şerlərişairin tələbəlik illərini, gənclik dövrünün şirinanlarını əhatə edir. Ən ülvi, bəşəri hiss kimitərənnüm olunan məhəbbət şairin mənəvialəminin zənginliyindən xəbər verən misralarınıda qoşma üstündə yazmışdır.

Fikrət Sadıq müasirləri kimi xalq ədəbiyyatınadərin köklərlə bağlıdır.

O, "hər şeyin zarafat damarını tutmaq"labərabər dediyi fikirlərində Bəhlul Danənədəni, Molla Nəsrəddini neçə-neçə söz ustasını

563

xatırladır. İlk baxışdan zarafata bənzəyənatmacalarında dərin məna gizlənir. Bu bir-ikikəlmə, bir-iki cümlə dünyanın qayğılarıyla, insantaleyi, insan istək-arzularıyla, narahat birvətəndaş şairin iztirablarıyla köklənib. "Balıqdükanında başsız balıq görən uşaq təəccüblə: -"Bu balığın başı yoxdur ki?"-dedi. Mən də əyilibuşağın qulağına: "başı olsaydı tora düşməzdi"-dedim. Təhlilə, izaha ehtiyacı qalmayan bu bir-ikikəlmədəki dərin məna, sətiraltı eyham FikrətSadıq təfəkkürünün məhsuludur. Tarixən xalqiçərisində Fikrət Sadıq kimi çox hazırcavab, biliklimütəffəkkir şəxsiyyətlər olmuş, nitqi, danışığı, elmi-ədəbi qabiliyyəti ilə xalq içərisində yaşamış, qiymətli kəlamlar söyləmişlər. Sonralar onlarınadları unudulmuş, özlərindən sonra qoyubgetdikləri sözlər qalmış, xalq yaradıcılığınınməhsulu kimi qorunub saxlanmış və öz tərbiyəvi, fəlsəfi zənginliyi ilə bu gün də sənət inciləri kimiqorunub saxlanır. Fikrət Sadıq da özzəmanəsinin hazırcavab, sabiranə ruhlu, MollaNəsrəddin deyimli, Danəndə tutarlı sözləri iləsevilir, seçilir, hörmətlə adı çəkilir. "Bir sərxoşuzun bir çubuğa bir "sosiska" keçirib, "26-lar"ınməzarı üstündə yandırılan əbədi məşəldəqızardırdı. Dedim:-Adlarından bir xeyir görmədik, heç olmasa, odlarında bu yazıq bir "sosiska" qızartsın".

564

Onun nağıl dünyası böyükdür. O, müasirnağıllarının elə qurur ki, orda bəşəri arzularyaşayır. Anarın "Ağ qoç-qara qoç" ütopik-qeyriutopik nağılları kimi onun da nağıllarıkönüloxşayandır, düşündürəndir. Folklorüzərində qurulmuş bu nağıllarda Fikrət Sadıqozandır, nağıl söyləyən nurani bir babadır. İnsanarzusu, istəyi, insan səadəti, xoşbəxtliyi iləbərabər ümumbəşəri duyğular cəmləşən hər birsənət əsəri sevilir. Fikrət Sadığın əsərlərində eləmüasi nağıllar var ki, onlar real həyat həqiqətləriilə doludur. Fikrət Sadıq romantik uşaqdünyasının düşüncələrini yaşaya bilir, nağıllaşdıra bilir, İlkinin, Ayselin dünyasınıoxucunun yaşadığı zamana uyğunlaşdıra bilir. Hər bir balaca oxucu üçün əlçatmaz deyil, onağıllarda qoyulan mövzular. Bir zamanlar uçanxalçaları yaradan da insan təfəkkürü idi, dəryalarda, dənizlərdə bu gün Fikrət Savdığınnağıllarında gəmiləri idarə edən uşaqlar da FikrətSadığın arzularının, düşüncələrinin məhsuludur. Hər bir nağılda insan istəyi, arzusu, xoşbəxthəyat məsələsi əsasdır. İstər qədim-qədimnağıllarımızda, istərsə də Fikrət Sadığın, Anarınvə adını çəkmədiyim neçə -neçə müəllifinimzasını özündə yaşadan nağıllar olsun, fərqiyoxdur, bəşəridirsə, hümanist prinsiplərəəsaslanıb qurulubsa demək gözəldir, istər şifahixalq ədəbiyyatında bizə miras qalan olsun, istər

565

yazılı ədəbiyyatımızın nümunələri olsun. Ədəbiyyatda müasir nağıl yeni bir canr olmasada son dövrlərdə bir-birindən mənalı, zənginideyalı, müasir həyatla səsləşən nağıllar, onlardaqoyulan problemlər milli-mənəvi dəyərlərəsasında yaranan bu nəsr əsərlər də diqqəti cəlbetməkdədir. Onun ilk yaradıcıları, o cümlədənFikrət Sadıq da yeni-yeni nümunələrləədəbiyyatımızı zənginləşdirmiş olurlar.

DİL

Ədəbi dilimizin təmizliyi, xalq dilinin ədəbi diləyaxınlaşması problemləri digər sənətkarlarımızkimi Fikrət Sadığı da düşündürənproblemlərdəndir. O həm şerlərində, həm dəpublisistikasında, məqalələrində xalq dilininzənginliklərindən istifadə məsələsinə xüsusidiqqət yetirir.

"Onun şer dili sadədir, təbii axarlıdır, yığcamdır, obrazlıdır, görümlüdür. Əsl sənətkarqələmində bir-birinə söykənib misra yaradansözlərin öz boy sırası var. Burada sözü sürtübqafiyəpərdazlıq, nəzmçilik eləmək ibtidaisənətdir, xırda peşəkarlıqdır. Fikrət Sadıq kiçikli-böyüklü bütün yazılarında sözü yonub cilalayan,

566

sözlə oynayan, ondan istədiyi fiquru yaradanşairdir".

Şairin kiçik bir yazısının dilinə diqqət yetirək:" bazara girdim, bazar od tutub yanırdı. Dilləndimdilim yandı, əl uzatdım, əlim yandı, qəlbim yandı.

Dedim: Dedilər ki, "büt"ləri qırın!Demədilər ki, lütləri qırın!"Və yaxud: "Bir gənc şair məndən soruşdu:-Yuxuda yazdığım şeri kimə oxusam

yaxşıdır?Dedim:-Yuxuya getmiş tənqidçiyə."Sadə, tutarlı, şillə kimi sərt bu kəlmələr bəs

edər ki, zamanın, dövranın çətinliyini, sadə xalqkütlələrinin güzəranını, bundan istifadə edib özcibini doldurmağa çalışanların qeyri-insanikeyfiyyətlərini göz önündə canlandırsın şairFikrət Sadıq. Ümumiyyətlə onun elə misraları varki, özləri ədəbiyyatımızda bəlkə də yeni bir canrıngəliindən xəbər verir:"Biri paxıl, biri simic, birinadan, biri mizi, biri dodu, o birisi itoynadan. Budərdlərin içində, bu fərdlərin içində, adam necəolsun adam". "Simic", "mizi", "dodu", "itoynadan" kimi xalq ifadələri şairin dilinin sadəliyini, şerlərinin bədii tutumunu artıran ifadələrdir.

Anayurda, Vətənə, doğmalığını, məhəbbətiniifadə edən şerlərində şair "Kitabi-Dədə Qorqud" dastanlarındakı ifadələrdən yaralanmaqla yurda, elə ürəkdən bağlılığını tərənnüm edir:

567

Vətən, qarşı yatandağlarını aşmağa gəlmişəm.

Sularından içdimVadilərindən keçdim,

Dərələrinə sığındım,Ana qoynunda yaşamağa

gəldim.Bu misralarda "qarşı yatan dağlar" Dədə

Qorquddan su içmiş ifadələrdir. Özü də tez-tezmüraciət olunan ifadələrdir və xalq o sözlərdəvətənə olan sevgisini, ona ehtiyacını bildirir:

Gəlimli-gedimli dünya,Son ucu ölümlü dünya,

-Dədə Qorqud boylarından gələn bu ifadələriFikrət Sadıq hörgüsünə qoyub böyük imarətlər, minarələr ucaldır:

Qara günündə, ağ günündəAğlamaq, gülmək öyrəndim.Səni görməyə gəldim,Səni bilməyə gəldim.Son ucu uğrundaÖlməyə gəldim.

Fikrət Sadıq Dədə Qorqud öyüdlərindən dəməharətlə yararlanaraq yurd, el-obamüqəddəsliyini uca tuta bilir. Bu öyüdlər də atalarsözü və məsəllər kimi bu gün də xalqədəbiyyatımızın nadir inciləri kimi yüksəkqiymətləndirilir. Fikrət Sadıq onlardan beləyararlanır. Öz şair təxəyyülünün xalq ədəbiyyatı

568

ilə qovuşuğundan, bir-birinə dəstək-dayaqolmasından könül mülkümüzdən xəbər verənsözlərini deyir:

Yüz gur bulaq yığıla,Daşar, dəniz olmaz!Yüz işıqlı daş parıldaya,Baxar göz olmaz.Yüz dovşan ürəklənə,Dönüb qurd olmaz.Yüz ögey el birləşə,Doğma yurd olmaz.

Vətən, yurd, övlad sevgisini-ümumi birmüqəddəs sevginin işığında yaranan, yazılan, deyilən deyiləndən qoşun olan, kəsərli olan, təpərli-dizli olan sözlərdən yaranmış bu misralarda Fikrət Sadığın xalq yaradıcılığı ilə birliyininədəbiyyatımıza verdiyi yeni, zəngin, bədiitöhfələrdir. Sadə, lakin bitkin məzmunlu buşerlərin dili yığcamdır:

Bir ömür boyuAğırlayıb, əzizləyibOvudur bizi,Yaşadır bizi.Bir ana,Bir də Vətən!Oğlu ölən bir il ağlar.Yüz il ağlar,Min il ağlar,

Yurd itirən!

569

Bəkir Nəbiyev yazır ki, "Poeziyanın ən vacibəlamətlərindən biri onun dili ilə əlaqədardır. Canlıxalq danışıq dilinin geniş və bitməz-tükənməzimkanları, ahəngdarlığı, vokal xüsusiyyətləriqrammatik quruluşundakı incəliklər, fonetikzəriflik geniş bədii axtarışlar aparmaq istəyənmüasir şair üçün çox zəngin xəzinədir. Buxəzinənin dərinliklərinə varıb elmi-əsaslarlatədqiq edən, axtaran, tapan, onun qiymətliincilərindən yaradıcılıq yolu ilə bəhrələnənsənətkarlar öz gözəl fikir və duyğularını gözəl, oricinal poetik dillə də oxuculara çatdırmağamüvəffəq olmuş, buna görə də sevilmişlər".

Ədəbi dilimizin təmizliyi, xalq dilinin ədəbi diləyaxınlaşması problemləri digər sənətkarlarımızkimi Fikrət Sadığı da düşündürənproblemlərdəndir. O həm şerlərində, həmpublisistikasında, elmi-nəzəri məqalələrində xalqdilinin zənginliklərindən istifadə məsələsinəxüsusi diqqət yetirir.

Şairin şe'rlərində söz oyunları şe'rin məzmunvə qayəsiylə sıx bağlıdır. Məsələn, "ümidin ümidiqırılsın görüm", "sərsəngə başımın daşımıdeyim" və s.

Xəlil Rza Ulutürk yazır:" Fikrət Sadığın şairlikgücü bundadır ki, məlum əfsanəni sadəcə nəzməçəkməklə bərabər ona poetik nəfəs gətirmiş, ilham qanadları bağışlamışdır. …yalnızqəhrəman sərkərdənin deyil, eyni zamanda onun

570

vuruşa apardığı döyüşçüləri də nəzərdəcanlandıra bilmişdir. "Bir qoca hun "hu" çəkdi. Dağlar yana çəkildi, çaylar qalxdı aradan". Buməcazlardan hər biri mənəvi qüvvətlə doludur".

"Vətənin əl boyda daşı" poemasında şairqüdrətli, iradəli, tədbirli Metenin obrazını yaradır. Xəlil Rza poemada Mete obrazının elə gözəltəhlilini vermişdir ki, onun dediklərini olduğu kimiversək daha yaxşıdır:" şairin təsvirində Meteqüdrətli bir insan, güclü, ağıllı, müdrik birsərkərdədir. Düşmənin hətta birinci təklifini qəbuletmək ona mənəvi ağrıları yenmək hesabınabaşa gəlir. "qəzəbindən qəbzəsini elə sıxdı ki, göy qılıncın göy daşları oldu xıncım-xıncım. Dedi: -Qoca ərlər, ərənlər! Bir qılınc nədir ki, ondanötrü qan salaq. Eşidib bilənlər qınayar bizi. Qınasalın hirsinizi. Peşimançılıq olunca, düşmənçilikqalınca, razı olun, aparsın göy qılıncı". İkincitəklifi də qəbul etmək onun üçün asan deyil. "Üzəngini elə sıxdı ki, Göydəmir atın qabırğalarışaqqıldadı." Üçüncü təklif haqqında düşünərkənMeteni daha qəzəbli, daha amansız və düşmənəgüzəştə getməz sərkərdə kimi görür və sevirik. Sərt və barışmazdır. Çünki düşmən bu dəfə onunşəxsi hissinə deyil, vətən hissinə əl uzatmışdır. "Mete qocalmışdı. Amma damarında qeyrətqalmışdı. Dişini-dişinə sıxdı. Qan apardıdodağını".

571

Göründüyü kimi, Fikrət Sadığın seçdiyisözlər, ifadələr ciddi dramatik özəyə, böyükmənəvi qüvvəiə malikdir. Poeziya bunsuz keçinəbilməz. Şair poetik lövhəni tam dolğunluğu ilənəzərdə canlandırmaq üçün xalq incilərinə üztutur.

Xəlil Rza:" Fikrət Sadıq dili yaxşı bilir. Bəlliolduğu kimi poeziyada milli dil ən yüksək həyatmərhələsini yaşayır, dilin enercisi, qrammatik vəfonetik zənginlikləri ən çox poeziyada aşkarlanır. Fikrət Sadıq Azərbaycan dilinin poetikimkanlarını səfərbər edən şairdir. İfadələri diri, canlı, dadlı, duzlu, poetik zərbələri sərrastdır. "tərəzi ol iki gözüm, ağır çəkmə hər adamı. Əməlinə görə ayır nanəcibdən əradamı"..insanlığı tutun uca, insanlığı unudunca, yerdə nahaq yer tutunca, yeydir yesə yer adamı" son ifadə də birbaşa folklordan gəlir və gözəltəsir bağışlayır. Qeyri-fəal sözləri fəallaşdırmaq, itiləmək, pardaxlamaq Fikrət Sadığınyaradıcılığının şakəridir: "səssiz çıxdı səhnəyə, ilk addımı "lal"idi. Əlləriylə danışdı, gözləriləlalıdı". Burada "lalımaq"-yalvarmaqmənasındadır. Həm ifadə yerindədir, həm dəqafiyə gözəldir, çünki təsvir obyektini, Azərbaycan teatr səhnəsinin cəngavəri AbbasMirzə Şərifzadənin portretini dürüst əks etdirir.

"Pəncərədən gözünü ağardan səma", "dördyana, dörd nala at çapan mühasirə küləyi", "sevgi

572

od içində belə göyərər ümid ilə suvarılsa əgər", "Ağacların düzümündə təsəlli var" "ölüm qaşnangöz arasındadır", "Öz başıma bəla olub öz dilim", " Ümidin ümidi qırılsın görüm", "Taleyin qapısıvurulsun görüm" və s.

Fikrət Sadığın şerlərində istifadə etdiyi bədiiifadə və təsvir vasitələri bir-birinə bənzərsizdir. O, Gəncə çinarlarını Kəpəzdən qopan qayaparçalarına bənzədir. Dözümdə, səbirdəbalalarına bənzətdiyi bu çinarları vəsf etdiyi şerbaşdan ayağa təşbehlərlə doludur. Şair deməkolar hər misrada maraqlı təşbehlər yaratmışdır.

Fikrət Sadıq sadə və aydın dildə yazansənətkardır. Onun dilində çətin başa düşüləcəkifadələr, sözlər yoxdur. Xalq ədəbiyyatına, onunböyük ustadlarına məhəbbətlə, hörmətləyanaşan sənətkardır. Xəstə Qasım yaradıcılığıüstündə köklənmiş "Yey idi" şeri onunqoşmalarına bənzəyir. Bu əsəri onunyaradıcılığındakı xəlqiliyi artırır.

Sənətə, sənətkara düzgün qiymət verməyən, istedadlı, qüdrətli sənətkarı gözü götürməyənlərəFikrət Sadıq ancaq şeri, kəsərli misraları iləcavab verir:

Şer nədir, şair nədir, sənbilməzsən.Fəhm nəsə, səndə yoxdur, xamsanhənuz.Təşbeh-sehr, cinas-daş-qaş

573

Təlmih-eyham.Sən girdiyin kol deyildir, heca, əruz.

Beyt evdir, misra -qapı, ağzıbağlı.Bir vaxt aqil aça bilən o kilidiİndi paslı bir mismarla nadan açır.Çünki, indi bütün işlər ikilidir.

"Fikrət Sadıq söz zərgəridir. Onun hərkəlməsi bir naxış, bir qədim…qədim babaların tasözü, nənələrin ilmələri, butasıdır. Fikrətin eləşerləri vardır ki, şer sözünün özü qədər yığcam, incəcik, zərif, müdrik olduğu qədər də şairanədir. Gözlənilməz tapıntı qafiyələri şerinə əsl bəzəkdir, poetik kəşfdir. Söz sanki şairin əlində mumdur, oda heykəltaraş və istədiyi şəklə sala bilir, qüdrətidə bundadır".

Burda uyuyan mənəm.Mais Caybasarlıyam.Orda qəm dustağıydım,Burda dərd hasarlıyam.

Fikrət Sadıq şerlərində olduğu kimi ədəbi-tənqidi məqalələrində də dilimizin saflığınıqorumağa çalışır və bu işdə öz vəzifə borcunuduyur. Bir halda ki, Azərbaycan türkcəsi bupespublikanın, onun millətinin dövlət dilidir: "Bizdə bu dövlətin sahibiyik. Bu dövləti qoruyubsaxlamalıyıq. Dil xəzinədir, biz xəzinədarıq. Bədxərclik, ya qənaət eləməyə haqqımız yoxdur. Bu sərvəti yerində və ən vacib məqsədlər üçün

574

sərf etmək-bu dili olduğu kimi işlətmək, onunkəpənək qanadlarındakı zəri dağıtmamaq şərtiləqorumaq, onun zərif ləçəklərinə ehmalcatoxunmaqla gözəlliyini saxlamaq bizim gündəlikişimizdir". Şair öz işinin öhdəsindən ləyaqətləgəlir. Qəzetlərin çoxluğu, nəşriyyatların öz dili, radio və telekanalların öz dili, hər qəzetin öz dili, məktəblərin, şirkətlərin, idarələrin öz dili, dilimizişikəst eləyən reklamların da öz dili " şairihövsələdən çıxarır."Bu qədər dili olan bir dilinözgələşməyinə nə qalır ki!" deyə hirslənir. Buhirslənmədə dəhşətli bir qəzəb var. Qəzet vəmətbuatın adlarının əcnəbi dillərdən götürülməsi, radio və telekanalların adlarının əcnəbi sözlərləəlaqələndirilməsi onu dəhşətə gətirir. Və haqlıolara irad tutur:"Restoranların, barların, şadlıqsaraylarının adları üçün də bir-birindən gözəl, göz qamaşdırıcı sözlər seçilib, gərək yanındalüğət kitabı gəzdirəsən ki, bunları başa düşəsən! "Neolit", "Planet" "Qazis", "Flaminqo" və onlarcabelə adlar". Şair xalqını, millətini, qəflət yuxusunagetmiş ağzı göyçək, özündən müştəbeh, dilininincəliklərindən, gözəlliklərindən xəbərsiz olan"ziyalılarına" onu da deməyi borc bilir ki, " taqədimdən, tarixin əvvəlindən çiyin-çiyinə, əl-ələüzü bəri gələn türk dövlətləri içərisində ənzəngin, ən zərif, ən geniş, ən imkanlı, ən kamildillərdən biri bizim Azərbaycan türkcəmizdir. Budildə ən incə mətləbləri açmaq, ən mürəkkəb

575

hadisələri izah etmək olur. Bu dil yüksək bədiiimkanlar və heyrətamiz elmi kəşflər dilidir. İşlətdikcə daha da parlaq olur".

Şair şerlərində bədii təsvir və ifadəvasitələrindən məharətlə istifadə edir. Urallı qızındağ laləsinə, dağ çiçəyinə bənzətməklə şerinbədii təsir gücünü artırmış olur:

Əli qızıl, qəlbi qızıl.Urallı qız dağ laləsi, dağ çiçəyi.Bu yerlərin səma gözlü, ağçiçəyi.İnsanlara olan sevgisini dağa

bərabər tutur.Mən Uralam!Dağdı mənim təbiətim.Dağ boydadır insanlaraməhəbbətim.

Şairin şerlərində istiifadə etdiyi mübaliğə fikrinlirik tutumunu, məna dəyərini qüvvətləndirir.

Anaların göz yaşındanQayalarım oyuq-oyuqMəğrur alnım qırış-qırış, çapıq-

çapıq.Anaların göz yaşından qayaların "oyuq-

oyuq", dağın alnının "qırış-qırış, çapıq-çapıq" olması mübaliğədir. Şairin məqsədi buradamüharibələrdə övlad itirmiş anaların çəkdiyiəzabları, qəmi-qüssəni daha daha təsirlinəzərimizə çatdırmaqdadır.

576

Sabir kimi sənətkarları vəsf edən, xalq, millətmənafeyini üstün tutan, xalq, vətən naminəyazıb-yaradan, xalqın sevimlisinə çevrilənsənətkarların əksinə olaraq, pul-var naminəyazanları, qarınquluları qınayır, ikiüzlüləri, xəbərçiləri, yalançıları, tənbəlləri, nadanlarıminatür şerlərində elə ustalıqla tənqid edir ki, ikimisra gözümüz önündə bir dastana bərabər olur. Paxıllıq şairin iki misrasında layiqli qiymətini alır:

Süründüyündən ayaq üstə gəzənləri

götürmür gözü.Qalıb qıvrıla-qıvrıla

ayağa dura bilmir özü.Fikrət Sadıq yaradıcılığında bədii ifadə və

təsvir vasitələrindən də istifadə etmişdir. Bunlaronun yaradıcılığına sözün deyildiyi məqamdagəlir.

Ümidim-yaralı bir quş,Qolum-qanadım qırılmış.Üşüyürəm, xəzəl olmuşYarpağı örtün üstümə.

Burada şair ümidini yaralı bir quşabənzətməklə keçirdiyi hissləri daha təsirli ifadəedə bilmişdi.

Şair fikirlərini daha təsirli, qüvvətli verməküçün türkün qədim məskəni olan Kipr adasını"türkün kövrək zərif bir kəpənək qanadı, türkün

577

"səbri" dözümü, inadı" adlandırır. Kipr adasını"başı bəlalar çəkmiş Ada" kimi təsvir edir.

Fikrət Sadıq şerlərində xalq ədəbiyyatındankəlmə ifadələrdən məharətlə istifadə edir. Lermatova həsr etdiyi "Duel yerində" şerindəşairin ölüm səhnəsindən doğan kədərini, qüssəsini:

Bu dağlar ulu dağlar,Çeşməli sulu dağlar.Burda bir qərib ölmüş,Göy kişnər, bulud ağlar.

bayatısından götürdüyü misralarla daha dadərinləşdirir, bədiiləşdirir:

Bir qartalın köksü qanadı burda,Sındı bir şahinin qanadı burda,Qırıldı bir selin inadı burda,Şahiddir ulu dağlar?

Bir yanan şairin qəlbi dayandı,Məşuqun ürəyi alışıb yandı.Cəlladın əliylə qana boyandı,"Çeşməli sulu dağlar". Bir eşqin rübabı qırıldı burda, Bir atəş parçası kül oldu burda.Bir qərib, bir cavan vurulduburda,"Göy kişnər, bulud ağlar".

578

Şerin məzmununda da bu bayatıdan doğankədərlə faciəli bir şair ömrünün yaratdığı kədərümumiləşdirilir.

Fikrət Sadığın şerlərinin dili xalq danışığıdilində işlənən ifadələrlə zəngindir. Bu zənginlikəsərlərinin bədiiliyini, ahəngdarlığını artırır. Deyilən misralar oxucu qəlbini oxşayır. Onunşerlərinin dil-üslub gözəlliyi dilinin incəliklərinədərindən bələdliyindən doğur. Dilə yatımlıifadələri, sözləri ürəyə də yatımlıdır:

Nolaydı özüm də xəyal olaydım.Və yaxıd:

Lahıcın yoları dolay-dolaydı.Və yaxud:

Lahıcın yolları düyüm-düyümdü.Yalçın qayaları löyün-löyündü.

Şerlərində istifadə etdiyi bənzətmələr dəşeriyyətdən doğur:

Qar yağır qu tükü tək.Qarın yağımı, yağdıqca torpağın üstünü

örtməsi, ətrafın qar donunu geyinməsini şair eləsözlərlə təsvir edir ki, könül oxşayır. Sənətkarduyumunun, sənətkar təxəyyülününzənginliyindən xəbər verir. Qar yağan ağ çiçəyəbənzəyir, qar yağan qu tükünə bənzədilir, qarsapa da bənzədilir. O saplar ki,

TorpaqdakıKələ-kötür yerləriZərif-zərif közəyir.

579

O hər şeyi açıb tökmür, müraciət etdiyipredmeti poetikləşdirmək qabiliyyətinə malikdir. Onun şerlərinin poetik təsiri bədii məntiqi, mənaçaları o qədər zəngindir ki, "atam keçid deyil, addamacdır, addamac" kimi ilk anda qəribəsəslənən ifadələri oxucuya şirin gəlir. Onun özdəsti-xətti, özünəməxsus oricinal nəfəsi, ifadətərzi var. O, yaradıcılığını sadə insanlarınhəyatıyla bağlamaqla, bir sıra yeni bədii surətləriədəbiyyata gətirməklə, realizm və humanizmmotivlərini gücləndirməyi bacarır. O gülüş vəparodiya ilə iş görmür.

Fikrət Sadığın "Kim dedi bəs" minatür şeri"Kitabi-Dədə Qorqud" dastanındakı DədəQorqudun dediklərini xatırladır:

Gəlinə ayran demədim mən DədəQorqud.Ayrana doyran demədim mən DədəQorqud.İynəyə tikən demədim mən DədəQorqud.Tikana sökən demədim mən DədəQorqud.

Fikrət Sadıq isə öz "Bənzətmə"sində onaçalarlar vurur:

Oğlağa quzu demədi o DədəQorqud.Gödəyə uzun demədi o DədəQorqud.

580

Bütövə dilim demədi o DədəQorqud.Nadana alim demədi o DədəQorqud.Kim dedi bəs?

("Kim dedi bəs").Görkəmli akademik Bəkir Nəbiyev Fikrət

Sadığın beş misralıq "Bənzətmə" şerini tədqiqatobyekti kimi götürür. Xalq ədəbiyyatından gələnmotivlər üzərində köklənmiş misralara diqqətiyönəldir və haqlı olaraq bu əsəri "ən azı min illikbir tarixə malik "Kitabi- Dədə Qorqud" dastanlarınn müdriklik motivlərinə söykənərəkyazılmış "müasir şer nümunəsi kimi" yüksəkqiymətləndirir və yazır ki, "xalq müdrikliyininifadəsi olan bu sətirlərə Fikrət Sadıq öz şerinindüşündürücülük qüvvəsini artırmaq, onu daha datəsirli etmək üçün müraciət etmiş "çox yaxşı dasəmərəsini görmüşdür".

Fikrət Sadıq düzüb-qoşduğu misralarda eləbitkin ifadələr vardır ki, onlar bədii təsvir və ifadəvasitələrilə zəngindir:

Yaşıl budaq Yanina!Sarı yarpaq Yanina!Günəşin bir sapınaDüyün vurub uçurtdum.Xəyalımı yanına.

581

Burada "günəşin bir sapına düyün vurubuçurtdum xəyalımı yanına" ifadəsi öz bədiizənginliyi ilə seçilir.

Və yaxud;"Baykal" şerində Baykalı başı müsibətlər

çəkmiş yetimə, "sürgün yeri", "qəm diyarı", sinəsinə çəkilmiş dağlardan "qolu qanadı qırılmışxan göl", "göllər sultanı" adlandırır. GöygölüBaykalın nəvəsinə bənzədir, onun Xəzər qədərözünə doğma olduğunu poetik misralarlatərənnüm edir, görkəminə, duruşuna, varlığınaelə sözlər tapıb inci kimi bir-birinin arxasıncadüzür ki, könül oxşayır:

Göz yaşları acı olur, acını udubÜrəyində çeviribdir şirin nisgilə.Başı üstə çətir tutub arzu buludu.O buluddan gecə-gündüz balyağır gölə.

("Baykal")Fikrət Sadığın şerlərində elə ifadələr vardır ki,

bəlkə də ilk dəfə bu xalq ifadələri onunmisralarında öz əksini tapıb. "Ümidimə uğurdiləyən, arxasınca dalğalarını yaylıq edibyelləyən Xəzərdən keçib gəlib" və yaxud, "Kamanın bəyaz gecələri" şerində "göylər qızevin"nə, gecə "gəlin"ə bənzədilir və bu bəyazgecənin "ilin bu çağında" gəlişini "gecə yer üzünəgəlin gəlirmiş"- misrasında daha təsirli, təbii, bədiilirik boyalarla tərənnüm edir, könül oxşayan

582

detallardan yararlanmaqla təsirli, gözəl bir bəyazgecəsinin yaratdığı səhnəni təbiətin möcüzələrləzəngin gözəlliyini verir. Ağ libas qızların, gəlinlərin geyimiylə qarşılaşdırdığı "dumanümiddən" olan buludların, ağappaq üfüqləringörkəmindəki o bəyazlığı, ağlığı sahildə, küçələrdə, Kama boyunca səpilən ağ işıqdanaldığı təəssüratı, hissinə, duyğusuna təsirini "buağ sakitliyi içdim doyunca"misrasında dahaqüvvətli vəsf etmiş olur.

Ural qızlarını "dağ lalə"sinə, "dağ çisəyi"nəbənzədir, təbiətin möcüzəsi, "heyrəti", "böyük ulubir ölkənin qeyrəti" kimi vəsf edir.

"Ay haqqında daha bir şer"ində ay "göylərinçırağı"na bənzədilir. Bu bənzətməylə şair Ayavurğunluğunu daha qüvvətli bir dillə ifadə etmişolur.

"Girdman qayalarında payız" şerində bütünbəndlər Girdman qayalarının vüqarından, təmkinindən, tarixindən, görkəmindən bəhs edənözünəlayiq tutumlu misralarla poetik ifadələrləzəngindir. Gözümüz önündə payızına bürünmüşGirdman qayaları bütünlüklə canlandırılır. Artıqbir söz, ifadə, bir kəlmə, bir misra olmayan buşerdə ana torpağın hər guşəsinə, hər qayasına, daşına, təpəsinə məhəbbətin qüdrətini, gücünüduyuruq:

Ağ qaya, boz qaya durub yanaşı,Dağa kəmər olub qızılı qaya.

583

Bərk qaya, toz qayaqucaqlaşıbdı,Ağır dayanıbdır yazılı qaya.

Ox qaya dəlibdir ötən dumanı,Xəzəlli qayanın xəzəli uçur.Mağara qayada yatan dovşanı,Qanadlı qayanın qartalı pusur.

Qoç qaya, qurd qaya dostlaşıbxəlvət,Gizlədib onları məğrur sal qaya.Köç qaya, yurd qaya qoynunahəsrət,Yol üstə dinməzcə durub lalqaya.

Bu cəngavər qaya, bu igid qaya.Bu da ağ ciyərdir, yastı qayadır.Bu çapıq qayadır, bu-şəhid qaya.Bu da qara qaya, yaslı qayadır.

Girdiman dərəsi-qaya diyarı,Cürbəcür biçimdə cürbəcürrəngdə."Kim düzüb dərəyə bu qayaları"-Özüm də bilmədən qışqırdımbərkdən.

584

Dindi qayaların əks -sədası."Bizi qəsdən bura düzüb təbiət;Təəccüb mat qalsın, xəyalutansın,Heyrətdən ayrıla bilməsin, heyrət".

Bu misralarda Girdman qayalarının sözdənportreti yaradılıb; poetik misralar, bədii ifadələrtəbiətin bu möcüzəsinə vurulan bədii çalarlardırşerin çəkisini, tutumunu artıran. Buradakı təbiətinbu möcüzəsinə heyrəti ifadə edən misralar oqədər ağır çəkili, təpərli, dizli ifadələrdir ki, şitməhəbbəti, vurğunluğu burada görə bilmərik. Hərmisrada dağların bu gözəl mənzərəsinəməhəbbət qurğuşundan tökülüb. Sanki şairvurğunu olduğu ana təbiətin hər gözəlliyini açıbtökməkdən qorxur. Elə bil Qarabağ dərdləriqorxudub onu. Bir zamanlar dilbər guşələrimizdeyib vəsf etdiyimiz, vurğunu olduğumuzQarabağı o qədər vəsf elədik ki, düşmən birincionun bağrında məskən saldı öz ürəyimizinyuxalığından, qonaqsevərliyimizdən istifadəedərək, sonra da o bağrı əsir elədi. Fikrət Sadıqelə bil bu gözəlliyi açıb tökməkdən qorxub, birqədər təbiət gözəlliklərinə az qələm çəkib, ammaüstü örtülü çəkdiyindən sərraf gözü lazımdır ki, görsün, duysun, sənətkar qələminin ecazkarqüvvəsindən hali olsun.

585

Lahıcın gözəlliyini, duruşunu, vüqarını da şairelə misralarla vəsf edir ki, hər misra özü poetikbir tapıntıdır:

Lahıcın yolları nağıl körpülü,Baxırsan elə bil izəlr hörülüb.Yollar kənarına köbə yerinəGözəllik hörülə harda görülüb?

Təbiətin möcüzələrindən olan qövsü-qüzehişair "nurlu körpü", səma rəngli, "torpaq rəngli", "çörək rəngli", "yarpaq rəngli", "nur çələngli", "yeddi rəngli" qövsü-qüzeh kimi tərənnüm edir.

Fikrət Sadığın dünya xalqlarının yaradıcılıqmotivlərindən yararlanmaqla daha dəyərli, bədiitutumlu tfadələr yaratmış olur. O vaxtı başımızınüstündə dayanmış Demokl qılıncına oxşatmaqla, hər işi vaxtında görməyi, vaxtın üstünü almağınaimkan verməməyi məsləhət bilir; Vaxt sənigözləmir, boş keçən vaxtın sənin çox şeyiitirməyindir, ömrü mənasız keçirməyindir. İnsanövladı isə dünyada yaşadığı müddətdə nə isəetməli, vaxtını boş keçirməməli, qayğıdan, yuxudan belə vaxtı "borc" almaqla, onaəyilməməklə, onun səni öz əsiri etməsinə yolverməməklə gözəl əməllər uğrunda vaxtı sərfetməyə, ucalmağa çağırır.

Şairin şerlərində insanı cəzb edən ifadələrçoxdur. "Dağ boyda dağımı üyütdü torpaq", "insan insaf balasıdır", "hər ürəkdə insaf bitməz",

586

"köklü budaqlarım yaşıl qalsa da, kökünü selyumuş ağacam indi", " əcəlin gözləri kor olsungörüm" ifadələrində bir dünya məna yaşayır. Atahəsrətilə yaşayan, ona ehtiyac duyan şair " onamöhtac olmuşam Günəşə möhtac olan qüzeyçəməni kimi" misrasında ata həsrətini, həsrətdəndoğan nisgilini daha təsirli şəkildə ifadə etmişdir.

El arasında qəlbində kini-küdurəti çox olaninsanlara dəvə kinli deyilir. Şair bu motivdənistifadə etməklə özünü kindən, qəm-qüssədənuzaq olmağa, kişi kimi dəyanəti qoruyubsaxlamağa səsləyir. "Ürək kinli olma, dəvədeyilsən" misrasında demək istədiyi fikirləriümumiləşdirir.

"Kişi köksündəsən, kişi ol ürək", "cınqırınçıxmasın gülərlər sənə" misrasında "çınqır" sözüədəbi dildən fərqli olaraq xalq içərisində daha çoxişlənir. "Özün yan, özün çək, öz əcirindir", "ölümqaşnan göz arasındadır" misrasında qaşnan gözdeyimdə olduğu kimi şerə gətirilməklə bir növşeri daha ürəyə yatımlı etmiş olur.

"Nədən ötrü dustaq olub ixtiyarım", "nədənötrü güllələnir arzularım", "kiminin səbri birkasalıqdı, kimininki-bir çimdik", "cızza-cızzadeyib çox ağlamışam" misralarında "cızza", "birçimdik" daha çox el içərisində işlənən xalqifadəsidir.

"Yeddi dağ aşırır təkcə bir loğma", "başınadaş salıbdı erməninin, urusun", "torpağı örtün

587

üstümə", "qalanları gəlmədi, gəlmədi, gəlmədiqardaş, vallah gəlmədi, billah gəlmədi" misralarıda təbii və bədiidir. "Vallah" ifadəsi şairinkeçirdiyi təzadlı hisslərin açılması üçün şairinqəlbinin, fikirlərinin açarıdır.

Erməni murdarlarına silah, sursat göndəribonları xalqımıza qarşı qaldıran ermənipərəst rushavadarlarını erməniyə tank verən, bizim isə"üzümüzə gülən", "ay ilana ağı verən kərtənkələ" adlandırır, "çatlasan da, partlasan da ər igidləralacaqlar qarabağı ermənidən"-deyir.

"Arxalı köpəklər qurd basan olur" hikmətlixalq ifaədsindən şair fikirlərini daha tutarlı, kəsərlivermək üçün istifadə edir:

"Ho deməklə donuz darıdan çıxmaz" misalından yararlanmaqla düşmənini həmdonuza oxşadır, həm də onu torpaqlarımızdanqovmaq çıxarmaq üçün silah götürüb döyüşəqalxmağımızın vacibliyini xüsusilə vurğulamışolur:

Allah bir bizə baxmaz?Göydə bir ümid çaxmaz?Bu aydındır hər kəsə.Dəyənək götürməsənDonuz darıdan çıxmaz.

"İş belə getsə yenə bəlalar çəkər, bəlalarçəkən başım" ifadəsindəki söz oynaqlığı həmmənanı qüvvətləndirir, axıcıllığı ilə əsərin bədii

588

dəyərini artırır, həm də keçirilən narahatçılığı, təlaşı daha təsirli əks etdirməyə kömək edir.

"Gəncə çinarları" şerində şair eləbənzətmələrdən, poetik ifadələrdən istifadə edirki, bunlar gözümüz önündə Gəncənin möhtəşəmçinarlarının canlandırır. Gəncə çinarları "mərmərsütunlar"a, "Kəpəzdən qopan qaya parçaları"nabənzədilir, eyni zamanda "süd yerinə", su yerinəNizaminin şerini "iç"miş bu çinarlarda "babalarındözümünə, səbrinə" oxşarlıq da görür. Gəncəninçinarlarını görməyən hər kəs bu deyimlərdən onuöz gözləri önundə canlandırır, təbiətin vurğunuolan insan o gözəllikləri görməyə can atır, budeyimdən, bu ifadədən keçirdiyi daxili hisslərinistisində isinir. Bu misralar həm insan qəlbinəsevinc, həm fərəh, həm də bir vüqar hissləri, duyğuları gətirir.

Şairin şerlərində rəqəmlər də poetik donunugeyinir. "Qoca ilə qarı" şerində yetimişyaşı"murada yetmişlərin, kmala çatmışların yaşı" kimivəsf edilir. Əlli rəqəmi şairin 50 illik ömrününhesabatıdır. Bu əlli yaş onun gözündə "kiminəçox görünən, kiminə az görünən", özünə "təsəlli", "dünyanın gün yumağından bir sapı-ağ, biri qaraömür hör"ən, ömrünə "tələs" -deyən, "tufanlı", "selli" yaş-50 yaş indi də onu "dağa-daşa sal"an"şerli" yaş kimi əzizlənir, oxşanılır.

589

Fikrət Sadıq elə xalq ifadələrini şerə, ədəbiyyata gətirib ki, onlar poetikanın da əngözəl dil vahidləridir:

Ömrüm tara bənzəyir,Üstünü simlər bəzəyir.Bir sim ağ, bir sim sarı.Çevril bax səsim sarı.Payız görmüş könlümünQalmayıb bir simsarı.

Yüksək bədiilik üstündə köklənmiş bumisralardakı "sim" sözü şerin bədii bəzəyi, yaxını, doğması mənasını bildirən "simsarı" sözüpoeziyada az-az görünən incilərdəndir.

"Gözləməkdən gözümün kökü saralıb" frazeoloci ifadə xalq içərisində işlənən ifadədir. Şairə imkan verir ki, keçirdiyi hissləri, sevgiyolunda çəkdiyi həsrəti, üzüntüləri bir sözlə, qəlbçırpıntılarını bu ifadənin köməyi ilə daha təsirlişəkildə versin:

Gözlərimin kökü-gözləməkdən,Yarpaqlarımın rəngi-payızdan,Tarımın simləri-həsrətdənsaralıb.Gözlərimin kökü də,Yarpaqlarımın rəngi də,Tarımın simi də,Məhəbbətdən saralıb.

"Sənə səndən yaxşı göz olub eşqim", "bu göztünlüyündə qarışıq düşüb, gözünə dəyməyib

590

gözlərim yəqin", "saralıb hicrandan gözümünkökü", "yoxsa gözə gəldin", "gözümə bu boydadünya görünmür", "sevda dünyamıza aparamsəni" kimi misralar, ifadələr Fikrət Sadığınməhəbbət mövzulu şerlərində çoxdur. Bunlarşairin lirik duyğularını, gənclik hisslərini incə, lirikbir dillə tərənnümünə xidmət edir. "Gecənin birətəyi sən olan tayda, bir ətəyi mən olan tayda" ayrılıqdan doğan qüssəni, həsrəti dolğun əksetdirmək imkanını özündə saxlayır.

"İki gilə qara şanı" şerində iki gilə qara şanışairə könlündən keçən həsrəti, sinəsinə yığılıbqalmış ayrılıq qüssəsindən doğan kədəri gözyaşına çevirib onu ağladan, sinəsini boşaltmağa"yardım etsin". Qəfil küləyin zərbəsinə dözməyəniki gilə qara şanı yerə düşür. Şair bu iki gilə qaraşanını "iki sönmüş közə", iki par-par yanan"kürəyə", eyni zamanda indi həsrətini çəkdiyi, sevdiyi insanın həsrət qaldığı qara gözlərinəbənzədir. "Qara gözlüm mənim"-dediyi, oxşadığıgözlərlə, yerə düşmüş bu qara şanılar ona imkanverir ki, ürəyindən keçənləri, orda yatan həsrəti, qubarı "qövr elədi yenə odum-közüm mənim" misrasında əks etdirsin, unuda bilmədiyiməhəbbətinin sinəsində qoyub getdiyi ağrı-acınıdaha təsirli misralarında verə bilsin.

"Saçları günəş saçağı, cəngələyib atdı yana" misralarında "cəngələyib" şifahi nitqdə daha çoxişlənən leksik vahiddir. Bu sözdəki samitlərin

591

ahəngi şerin ahəngini də bəzəyir. "Cəngələyib" sözünü başqa sözlə də ifadə etmək olardı. Lakinşerdə bədiiliyi, ahəngi, lirizmi əsas götürən şairyaratdığı misraların bəzəyi üçün belə tapıntılarlahəm də şerimizin lüğəvi zənginliyini də artırmışolur. Deməli, belə ifadələr göstəirir ki, qüdrətli, istedadlı sənətkar sözdən yararlanmaqabiliyyətinə daha çox malikdir. Söz onun əlininoyuncağıdır, onu muma döndərə bilər, istədiyişəklə sala bilər. Əsas da odur ki, saldığı şəkldədə söz öz məharətini göstərmiş olsun. Söz özüdə çox sərtdir. Hər deyəndə özünü ələ vermir. Oistedadın işığına gedir ki, ondan istifadə edəbiləcək, onun nəyə qadir olduğunu üzə çıxarabiləcək. Söz özü də şöhrəti sevir. Niyə də ki. sevməsin? Ustad əlinə düşsə tağı qızıldan olar. Naşı əlinə düşsə çürüyər, itər, batar. Söz özü dəbir meyardır; istedadın çəkisini, tutumunu deyəbilən meyar. "Xəyalım əlçim-əlçim dağıldı səninüçün" misrasında "əlçim-əlçim" ifadəsi imkanverir ki, şairin sevgisinin yaratdığı, unudabilmədiyi xəyalları bir də ortalığa "qoysun" vədesin ki, "Xəyaldan keçmək olar, bəs səndənnecə keçim?"

Fikrət Sadıq şerlərində elə ifadələr işlədir ki, bunlar canlı danışıq dilindən mayasını götürmüşifadələrdir. "Qonur gözlərinə qonur gözləriminhəsrəti oğlum" misrası yadımıza "Kitabi-DədəQorqud" dastanlarındakı Buğacın anasının

592

nalələrini salır;"oğul, ay oğul, evimin dirəyi oğul". .. nələr, nələr, nələr yoxdur bu misralarınahəngində, ritmində, canında.

"Ad günündə" şerini bir yaşı tamam olarkənoğlu Orxana həsr edib. Ata sevgisindən doğansevinci, səadəti görürük bu misralarda. Bir yaşı"ömür sarayının ilkin daşı"na, ömrü "uzun, əzablı, mərtəbəli" yola bənzədir. Ona su ömrü, sugərəkliyi arzulayır. Onu insanlara gərək olmağa, yaratmağa, yaşatmağa səsləyir. Dualarabənzəyən bu şerin işığında bəlkə bu gün OrxanFikrət oğlu olub, çoxlarının qorxub ağzına su alıboturduğu, danışmadığı dərdi qulaqlarımızda"topa qoyub atır", çoxlarının kürkünə birə salırki, insan övladının əsəblərini tarıma çəkmə, sənididər, parçalayar, o da ki, o xalq ki, 200 il əsarətində olduğu bir imperiyanı diz üstəçökdürdü və sizləri də əridib, yox edə bilər. Bugün o sözləri ki, cəsarəti çatıb çox ziyalılarımızdemir, gördüyündən içində yanıb kül olsa dademəyə ürək eləmir, Orxan deyir. Özü də böyükbir uzaqgörənliklə deyir. Və bu gün taleyinəqələmini, sözünü silah etmək nəsib olubsa buyolla da xalqına xidmət edə bilirsə deməli, o atasıFikrət Sadığın dualarından yararlanıb, onlarınişığında böyüyüb və o böyük amallar yolunda dagedir. O amalları şair Fikrət Sadıq yaratdığıDünyaqayğı obrazında cəmləşdirmişdir.

593

Bu Dünyqayğı müasir dünyamızınnağıllarının yaratdığı, ehtiyac doğurduğu həmişə, hər yerdə insana lazım olanıdır. Dünyanın bütün qayğılarını özündə cəmləşdirənDünyaqayğı obrazı rişəsini xalq yaradıcılığındangötürdüyündən lazımlıdır; insanların xislətindəkiikilikdəki yaxşıları qorumaq üçün dünyayaDünyaqayğı lazımdır.

"Onda necə" şerində dərin, fəlsəfi duyğularəsasdır:

Bir damcı şehdən şer olarmı?-Bir gilə göz yaşıdırsa, ondanecə?

Günəşin bir telindən şer olarmı?-Bir yarpağı yaşadırsa, ondanecə?

Sahildəki qumdan şer olarmı? -Ovulmuş qaya daşıdırsa, ondanecə?

Çeçələ barmaqdan şer olarmı?-Beş barmağın qardaşıdırsa, onda necə?

Bu sual dolu misraların kölgəsində gizlənənmənaları görürük; Burada şair təxəyyülü əsasdır; insanın göz yaşı doğurduğu qüssə şer ola bilər; Günəşin bir teli bir yarpağı yaşadırsa şer ola

594

bilər; sahildəki qum ovulmuş qaya daşıdırsa şerola bilər; çeçələ barmaq beş barmaqla birgədirsəşer ola bilər. Deməli, insan özünü dünyadakıinsanlarla qoşa görməlidir, sevincinə sevinməli, kədərinə göz yaşı axıtmalı, qayğılarına ortaqolmalı, yaratmalı, yaşatmalı, yaradılanlarıqorumalı, dağılıb-tökülməyə qoymamalı, bir əlinbarmaqlarının zəhmtini itirməməli, beş barmaqbirliyində bərabərlik görməli, o birliyiarzulamalıdır. Başdan-başa ümid, qayğı, sevinc, yaratma, yaşatma, birlik, bütövlük arzusu bubeytlərin hər birinin canındadır.

"Dəli şeytan deyir…" ifadəsi el içində tez-tezişlənən ifadədir. Şair bu ifadəni şerə gətirməkləhəm şerinin bədiiliyinə, həm dilinin sadəliyinəxidmət edir, həm də fikrini, daxili əhval-ruhiyyəsini daha təsirli şəkildə, emossionallıqlavermiş olur.

Budaqlar boylanırPəncərəmdən içəri.Qaçmaq istəyirlərQapının ağzını kəsən payızdan.Bir dəli şeytan deyir,Yığ bu meşəni,Otağında gizlət!

"And" sözündən, andlardan içində tüğyaneyləyən duyğularını, hisslərini daha təsirli verməküçün yararlanır:

Bulud, səndən bir umacağım var.

595

Bulud, sənə bir andım var.Yağışından salla məni.Göy üzünə qaldır məni.

Bir ağaca gərək olmaq, bir quruyan meşəniyaşatmaq-bir sözlə ancaq kiməsə, nəyəsəyaramaq, gərək olmaq istəyinin gücü "bir andvar"da toplanıb.

Və yaxud:

Səhər mehiSəni and verirəm

Dan ulduzuna!Asfalta tökülən xəzəlləriSüpür tök torpağa.Meşənin içinə asfalt çəkilib,Torpağı da çox görüblərSolmuş yarpağa.

Ana təbiətə, onun canlı-cansız bütünvarlıqlarına məhəbbətin, qayğının ifadəsidir ki, şair dözmür torpağın ağuşuna düşə bilməyənsolmuş yarpaqların son qismətinə- onunla torpaqarasına sədd çəkən bu asfalt zərif yarpaqlarüçün də bir dərd imiş.

"Div yuxusu" ifadəsi də şairin şerlərindəyararlandığı bədii ifadələrdəndir. NağıllardaMəlikməmmədin üç gün, üç gecə yuxuya gedibyatan divin nə qədər xəncərin ucuyla ayağınınaltını dəlsə də oyanmaması, bərk yatmaxüsusiyyəti haqqında nağıllardan gələn bu

596

motivlər əsasında yaranan "div yuxusu" ifadəsişairin qəlbindən keçən yaşamaq eşqini dahatəsirli şəkildə ifadə etmək üçün karına gəlir:

Bu payız-ömrün payızı.Vermə div yuxusuna məni.Dünya bir də sına məni.

Fikrət Sadığın şerlərindəki "Qəlbimi şan-şanetdilər", "qurğuşundan bələyi var", "göyün çərxi-fələyi var", "qarışan başıma qarışıb başım", "axşamın boynuna dolanır səhər", "yerin tüstüləridirəkdi ərşə", "ara qarışsa da məzhəb itməyib", "dərd məni çaş-baş eyləyib, özü də çaş-başqalıb", "dalğalar oyub səbrimi", "dərd mənimlətutub qurşaq", "mənə də əl tutar ümid", "gümanınağ haləsiyəm", "ürəyi pərdə-pərdəyəm", "başdan-ayağa dərdmişəm", "sıxıram danulduzunun əlini", "yuxumda yuxumu qırıbçatıram", "üzümə soyuq baxıblar", "Sərsəngəbaşımın daşımı deyim" və s. yüzlərlə, minlərləbelə ifadələrlə yanaşı, xalq dilində olan vahidləridə şerə gətirmiş, onların bədiiliyini yüksəltmişdir. Məsələn "Yepyekə bir ümid istə, gətir qoyumyaram üstə" misrasında "yepyekə", "Darmacalda dara düşsəm" misrasında "dar macal", "mürmücük olub dilim" misrasında "mürmücük", "diş-dişə zuqqu gəlir" misrasında "zuqqu", "olmuşam lalapitik" misrasında "lalapitik", "Şəhəroldu bir anda gölməçəli irəmə" misrasında"irəmə", "açıldı mərci gözlər" misrasında "mərci

597

gözlər", "Ciyərimə xalvar-xalvar çəkdiyim soyuq" misrasında "xalvar-xalvar", "O qədər işlənibsürçək olub" misrasında "sürçək", "Şinəyibdurubdu üzə qafiyə" misrasında "şinəyib", "Çoxlarına sısqa bulaq" misrasında "sısqa" kimisözlər- xalq içərisində işlənən bu ifadələr şerinbədii gözəlliyini də artırır. Buradakı sözlərin bəlkədə çoxu ilk dəfə Fikrət Sadığın şerlərində yazılıədəbiyyata gəlib.

Şair "caynaq" sözünü cansız bir varlığa aidetməklə elə ifadələr qurur ki, üzərindədüşünməyə bilmirsən:

Küləyin caynağındaBoğulmuşdu bu sərçə.

Sərt əsən külək elə bir tufan qoparır ki, körpəquşcuğazı lirik qəhrəmanın pəncərəsinə çırpır. İnsan bəzən külək kimi amansız deyil. Onu içərigətirib ovucunun "içindəcə ovutdu səhərəcən".

"Üstümü unlu görüb adımı dəyirmançıqoyma" məsəli xalq içərisində yaşayır. Şair tutarlıfikir üçün bu misala üz tutur:

Ystümü unlu görmüsən,Mən dəyirmançı deyiləm.

Fikrət Sadıq şerlərində canlı lövhələryaratmaqda da mahirdir. "Natürmort-1" şeri bucəhətdən diqqətə layiqdir. Gözümüz önündəsözlərdən çəkilmiş bir mənzərə canlanır. Əlvurmadan, söz demədən olduğu kimi şerə diqqətyetirək. Oxucu burada canlı bir lövhəni görəcək:

598

Pəncərə taybatay açıq.Səhər küləyi qırıb,Pərdənin birini.O biri yernən sürünür.Uzaqda görünür;Mavi, mahud örtüklü stol;Üstündə, suyu yarıyacan.İçilmiş qrafin,İki ağır fincan.Papiros kötükləriləDolmuş külqabı.Ç içəkləri solmuş güldan.Kitablar, kağızlar qarmaqarışıq…Bir az gümana oxşayan kölgə.Bir az ümidə bənzəyən işıq.Çənələrə söykənmiş dirsəklərinMahuda höpmuş yorğunluğu.Varaqlanmış səhifələrdəBarmaqların hərarəti.Bir də inadı qırılmış yuxu.Bir də küncə qısılmışElə burdaca qalmışİmtahanqabağı qorxu.

Buradakı qorxu məsuliyyət hissindən doğanqorxudur. Səmimi, təmiz, ülvi qorxudur.

Fikrət Sadıq yaradıcılığı haqqında fikirlərihörmətli şairimiz, xalqımızın sevimli şairiMəmməd Arazın bu sözləri ilə bitirmək istərdim.

599

"Fikrət Sadıq böyük poeziya salonunda özkürsüsü olan, öz oxucularına əsl sənət örnəklərioxuyan, əvəzində xalqın minnətdarlıq alqışınıqazanan bir şairdir. Əsl xoşbəxt şair çox yazan, çox dərc olunan deyil, çox oxunan sənətkardır. Sənətdə mütləq meyar budur; çoxun aztəsirindən, əbəttə azın çox təsiri gərəklidir. Burada söz cilası, söz zərgərliyi vərdişinəyiyələnmək bacarığı həqiqi istedada qismətdir. Fikrət Sadıq ədəbiyyata sakit, hay-haraysız, özünü təqdimatsız gəlib; aramla yazıb, çoxoxunub, çox düşündürüb".

Tərcümeyi-hal.

Şükürova Gülxani (Pənah) Vaqif qızı şair, ədəbiyyatşünas, publisist, 1996-cı ildənAzərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1958-ciilin iyul ayının 1-də Oğuz rayonun Kərimlikəndində qulluqçu ailəsində anadan olmuşdur. Oğuz rayonunun Kərimli kənd orta məktəbinibitirdikdən sonra. Bakı Dövlət Universitetinin

600

filologiya fakültəsinə daxil olmuş, fərqlənmə iləoranı bitirmişdir (!979-1985).

70-80-ci illərdən mətbuatda şeir, hekayə, poema və elmi-publisist məqalələrlə çıxış edir. Bakı Dövlət Universitetinin aspiranturasını bitimişvə «İlyas Əfəndiyevin yaradıcılığında folklormotivləri» mövzusunda namizədlikdissertasiyasını müdafiə etmişdir..

Respublikanın ictimai həyatında yaxındaniştirak etmiş, Respublika Ziyalı Qadınlar Birliyininidarə heyətinin üzvü olmuş, Müstəqil AzərbaycanRespublikası ilk qadınlar qurultayına nümayəndəseçilmişdir.

"Göydən ulduzları gözlə dərərdik" (1996), "Yurd yanğısı" (1998), "Oğuz şəhidləri, itkinləri" (2000), "Bura Vətəndir (2001), «Dədə Şəmşirharayı», «Qarabağ dərdi»(2005) kitablarındamüxtəlif illərdə yazdığı şeirlər, poemalar, hekayələr və dram əsərləri çap olunmuşdur.

"Xocalı, ay Xocalı", "El bir olsa…", "Sınaq" dram əsərlərinin müəllifidir..

GÜLXANI PƏNAH ELMI, ƏDƏBI-BƏDII, PUBLISIST

YAZILARI ILƏ MƏTBUATDA MÜNTƏZƏM ÇIXIŞ EDIR.FOLKLORŞÜNASLIQ VƏ ƏDƏBIYYATŞÜNASLIQ

SAHƏSINDƏ BIR SIRA ELMI MONOQRAFIYALARIN

MÜƏLLIFIDIR. «MÜCRIM KƏRIM VARDANININ HƏYAT

VƏ YARADICILIĞI», «RƏSUL RZANIN POEZIYASI»,

601

«FIKRƏT QOCANIN YARADICILIQ YOLU», «ANAR VƏ

FOLKLOR» MONOQRAFIYALARININ, ELÇININ

«MAHMUD VƏ MƏRYƏM ƏSƏRINDƏ FOLKLOR»,«NƏRIMAN HƏSƏNZADƏNIN «ZÜMRÜD QUŞU»ƏSƏRINDƏ ZÜMRÜD QUŞU OBRAZI», NAZIM HIKMƏTIN

«YUSIF VƏ ZÜLEYXA» ƏSƏRI VƏ «YUSIF-ZÜLEYXA»DASTANI», «YUNIS İMRƏ YARADICILIĞI» VƏ S. ELMI

MƏQALƏLƏRIN MÜƏLLIFIDIR.ƏDƏBIYYATŞÜNASLIQ, ƏDƏBI TƏNQID

SAHƏSINDƏ ÇOXLU SAYDA MƏQALƏLƏRIN

MÜƏLLIFIDIR. «MÜASIR DÖVR VƏ ƏDƏBI PROSES»KITABI BU MÖVZUDADIR.

TƏHSILIN MÜASIR PROBLEMLƏRI ILƏ BAĞLI

METODIK MƏQALƏLƏRLƏ, BƏDII-PUBLISISTIK

YAZILARLA MƏTBUATDA TEZ-TEZ ÇIXIŞ EDIR. TƏHSILINKEYFIYYƏTININ YÜKSƏLDILMƏSI ILƏ BAĞLI BIR SIRA

ƏHƏMIYYƏTLI IDEYA VƏ TƏKLIFLƏR IRƏLI SÜRDÜYÜNƏ,MÜASIR TƏLIM METODLARININ TƏCRÜBƏDƏ

TƏTBIQINƏ, BU BAXIMDAN ELMI-NƏZƏRI VƏ PRAKTIK

ƏHƏMIYYƏTLI MƏRUZƏLƏRINƏ VƏ FƏALIYYƏTINƏ GÖRƏ

AZƏRBAYCAN RESPUBLIKASININ TƏHSILNAZIRLIYININ BIRINCI DƏRƏCƏLI DIPLOMUNA, BAKI

ŞƏHƏR BAŞ TƏHSIL İDARƏSININ DIPLOMUNA VƏ BIR

SIRA FƏXRI FƏRMANLARA LAYIQ GÖRÜLMÜŞDÜR.«BEYNƏLXALQ RƏSUL RZA» VƏ «QIZIL

QƏLƏM» MÜKAFATLARININ LAUREATIDIR.

602

İstifadə olunmuş ədəbiyyatınsiyahısı.

1. Azərbaycan ədəbiyyatı məsələləri.Azərbaycan EA nəşri. Bakı,

1964. 2. Azərbaycan ədəbiyyatı tarixi. 3 cilddə.1-3

cildlər. Azərbaycan EA nəşri, Bakı, 1957-1960.

3. Azərbaycan sovet ədəbiyyatı. "Maarif" nəşriyyatı, Bakı, 1988.

603

4. Azərbaycan sovet ədəbiyyatı tarixi, 2 cilddə, 1-2 cildlər. Azərbaycan EA nəşri, Bakı, 1967.

5. A. Abdullazadə. Şairlər və yollar (Azərbaycansovet poeziyasında yaradıcılıq üslubları). Elm. Bakı, 1984.

6. S. Vurğun. Balalarımız üçün gözəl əsərləryaradaq. Əsərləri, 6 cilddə, 5-ci cild. Elm, Bakı, 1972.

7. Azad Nəbiyev. Azərbaycan şifahi xalqədəbiyatı. Bakı, 2001.

8. Bəkir Nəbiyev. Müasirlərimiz bədiiədəbiyyatda. Bakı. 1983.

9. S. Vurğun. Əsərləri. 6 cilddə.5-cild. Elm, Bakı. 1972.

10. Elməddin Əlibəyzadə Azərbaycan xalqınınmənəvi mədəniyyət tarixi. Bakı.

11. Elçin. Tənqid və ədəbiyyatımızınproblemləri. Yazıçı, Bakı, 1981.

12. N. Şəmsizadə. Azərbaycanədəbiyyatşünaslığı. Mərhələlər vəkonsepsiyalar. Ozan. Bakı. 1997.

13. Q. Namazov Azərbaycan uşaqəədəbiyyatı. "Maarif" nəşriyyatı. Bakı. 1984.

14. Q. Namazov. Azərbaycan aşıq sənəti. Yazıçı. Bakı, 1984.

15. Fikrət Sadıq. "Cığır" Gənclik. Bakı. Y963.16. Fikrət Sadıq. "Ömrün bir günü" Azərnəşr.

Bakı,1965.

604

17. Fikrət Sadıq. "Dəniz küçəmizə gəlir" Gənclik. Bakı. 1968.

18. Fikrət Sadıq. "Sevgi yağışı". Gənclik. Bakı1970.

19. Fikrət Sadıq. "İşığın yaşı". Gənclik, Bakı, 1974.

20. Fikrət Sadıq. "Ağ cığır", Yazıçı, Bakı, 1979.21. Fikrət Sadıq."Yerdən göyə ümid", Yazıçı",

Bakı, 1981.22. Fikrət Sadıq . "Məndən soruşsalar",

Yazıçı, Bakı, 1985.23. Fikrət Sadıq. "Dünya öz işindədir" Yazıçı,

Bakı, 1989.24. Fikrət Sadıq. " Seçilmiş əsərlər", Azərnəşr,

Bakı, 1989.25. Fikrət Sadıq. "Sərhəddə səhər"

(məqalələr), "Bilik" cəmiyyəti, Bakı, 1994.26. Fikrət Sadıq. "Gözlədiyim ömür"

Şirvannəşr, Bakı, 2001.27. Fikrət Sadıq. "Cırtdan hara getmişdi",

Gənclik, Bakı, 1970.28. Fikrət Sadıq. "Bala kirpi", Gənclik, Bakı,

1972.29. Fikrət Sadıq. "Göydə nə var", "Gənclik",

1978.30. Fikrət Sadıq. "Göydən alma düşmədi",

Gənclik, Bakı, 1982. 31. Fikrət Sadıq. "Gəlin, dənizi yuyaq", Gənclik,

Bakı, 1988.

605

32. Fikrət Sadıq. "Şerli əlifba", "Ayna" mətbuevi. Bakı, 1988.

33. Fikrət Sadıq. "Bir parça vətən", Şirvannəşr, Bakı, 1998.

34. Fikret Sadık. "Raneniya doma", Molodayaqvardiya". 1970.

35. Fikret Sadık. "Veçernya pesnya" Sovetskipisatel. 1974.

36. Fikret Sadık. "Semisvetni klubok", Detskaya literatura. 1981.

37. Fikret Sadık. "Nadecda ot zemli do neba", Sovetski pisatel.1995.

38. Fikret Sadık, "Belaya tropa", Molodayaqvardiya.1995.

39. Fikrət Sadıq. "Füzuli şair sözününsinonimidir". 1994.

40. Fikrət Sadıq."Ümmandan damla". "Ədəbiyyat" qəzeti, 1-7 dekabr,1979.

41. Fikrət Sadıq. "Əbədi ziyarətgah" "Ədəbiyyat" qəzeti, 5 iyul, 1992.

42. Fikrət Sadıq."Müşfiq şerinin şəfəqində yolgetmək olar"."Ədəbiyyat və incəsənət" qəzeti, 2 sentyabr, 1988.

43. Fikrət Sadıq." Şuşada Vaqif poeziyagünləri"."Ədəbiyyat və incəsənət" qəzeti, 4 avqust, 1989.

44. Fikrət Sadıq. "Rəsul Rza". "Səhər" qəzeti. 10 may, 1990.

606

45. Fikrət Sadıq, "Ç inar ömürlü şair". "Səhər" qəzeti. 10 may. 1990.

46. Fikrət Sadıq. "Ustadın iki nəsihəti"; "BalaşAzəroğlu";"Vətənə qayıt!" . "Çıraq" nəşriyyatı.2000.

47. Fikrət Sadıq. "Həzin bir axşamda yadadüşmək". Xüsusi buraxılış. İyun. 2003.

48. Fikrət Sadıq."Küləkli havalarda, yağışlıhavalarda"."Ədəbiyyat" qəzeti. 9 avqust, 1996.

49. Fikrət Sadıq."Şer yaşadıqca". "Yeni həyat" qəzeti, 15 may, 1991.

50. Fikrət Sadıq. "Əslində" "Ədəbiyyat" qəzeti. 9 avqust, 1996.

51. Fikrət Sadıq. "Məmməd Arazdan yeddisöz". "Azərbaycan" curnalı .№ 1. 1984.

52. Fikrət Sadıq. "Xəlil Rza kimdir". "Azərbaycan" curnalı. №1. 1984.

53. Fikrət Sadıq. "Anar-deyiləndə". "Azərbaycan" curnalı. №1. 1984.

54. Fikrət Sadıq. "Torağaynəğməsi"."Azərbaycan" curnalı. №1. 1984.

55. Fikrət Sadıq. "Bir şerinyağışı"."Azərbaycan" curnalı. №1. 1984.

56. Fikrət Sadıq. "Çalğıçı quşlar"."Azərbaycan" curnalı. №1. 1984.

57. Fikrət Sadıq. "Həsbi-hal". "Həqiqət" qəzeti. 11-18 iyul, 2001.

58. Fikrət Sadıq. "Salam, Günəş". "Ədəbiyyatvə incəsənət" qəzeti. 20 may. 1988.

607

59. Fikrət Sadıq. "Məndən soruşsalar" kitabınaön söz. Yazıçı. 1958.

60. Fikrət Sadıq. "Uzun bir misra."61. Fikrət Sadıq. Gənc şairlərin gileyləri və

qayğıları". Ədəbiyyat və incəsənət" qəzeti. 4 dekabr. 1987.

62. Fikrət Sadıq. "Ana" və "Balaca bir daxma".. "Ədəbiyyat" qəzeti. 4 aprel. 2003.

63. Fikrət Sadıq. "Velimir XlebnikovBakıda"."Bakinskiy raboçiy" qəzeti. 25 noyabr. 1985.

64. Fikrət Sadıq. "Tümen meridianı". "Ədəbiyyat və incəsənət" qəzeti. 26 avqust.1972.

65. Fikrət Sadıq. "Ayrıseçkilik", "Azərbaycan" qəzeti 8-2-1989.

66. Fikrət Sadıq. "Müəllim kimdir?". "Azərbaycan pioneri" qəzeti. 7 oktyabr. 1988.

67. Fikrət Sadıq. "Adını de, səni tanıyım". "Azadlıq" qəzeti. 16 aprel, 2002.

68. Fikrət Sadıq. "Bir daha "Şəhid Türkzabitinin məzarı" haqqında". "xalq" qəzeti 11 dekabr, 1999.

69. Fikrət Sadıq. "İki Məktub". "Şir dəftəri" №17, Nisan, №24. Kasım. 1991.

70. Fikrət Sadıq. "Bu gün yazılan mahnılar". "Cümə axşamı" qəzeti. Fevral, 2000.

71. Fikrət Sadıq. "Zibilin də zibili çıxıb". "525-ci" qəzet. 1 oktyabr. 1998.

608

72. Fikrət Sadıq. "Sinif-sinif oyunu". "Pioner" curnalı. 1956, № 12.

73. Fikrət Sadıq. "21 Azər". "21 Azər" dərgisi. 2000.

74. Fikrət Sadıq. "Su". "Savalan" qəzeti. 8 aprel 1997.

75. Fikrət Sadıq. "Sərhəddə səhər", "Sərhəd" qəzeti. 10 dekabr 1993.

76. Fikrət Sadıq. "Hardan gəlib hara gedirik". "Oğuz eli" qəzeti, noyabr, 1995-ci il.

77. Fikrət Sadıq. "Atalar üçdən deyib". "Oğuzeli" qəzeti, 14 may, 1999.

78. Mirvarid Dilbazi. "Bir gəncin şerlərihaqqında" "Ədəbiyat və incəsənət" qəzeti. 1961.

79. Bəxtiyar Vahabzadə. "Yola çıxan cığır". Fikrət Sadıq. "Cığır" Gənclik. 1963.

80. Cabir Novruz. "Poeziya taledən başlayır". "Ulduz" curnalı. 1980.№5.

81. Bəkir Nəbiyev. ("Fikrət Sadıq-70. Xüsusiburaxılış) iyun. 2000.

82. Təhsin Mütəllimov. "Dəniz küçəmizə gəlir". "Kommunist" qəzeti. 26 fevral. 1969.

83. Rəsul Rza. "Şair təcrübəsi" "Raneniyedoma" kitabına ön söz. "Molodaya Qvardiya" 1970.

84. Rəhim Əliyev "Yaddaş hasarı". "Ədəbiyyatvə incəsənət" qəzeti. 6 avqust. 1982.

609

85. Əzizə Cəfərzadə və Məmməd Aslan. "Sözhörgüsünün kərpicləri". Fikrət Sadıq. "Ağcığır". Yazıçı. 1979.

86. Ağamusa Axundov. "Şer sənəti və dil" Yazıçı, Bakı, 1980.

87. Elçin. "Sənət və istedad" "Ədəbiyyat vəincəsənət" 6 iyun, 1970.

88. Elçin. "şəfqətlə, məhəbbətlə". "Ədəbiyyatvə incəsənət" qəzeti. İyun, 1980.

89. İlham Abbas. "Ümid işığı". "Ədəbiyyat" qəzeti. 5 iyun, 1991.

90. Xəlil Rza."Ümid və məhəbbət poeziyası". "Bakı" qəzeti, 10 mart, 1982.

91. Kəramət Şükürov."Sözün məhrəmliyi". "Ədəbiyyat və incəsənət" qəzeti. 13 yanvar, 1993.

92. Allahverdi Məmmədli."Cırtdanın yenisərgüzəştləri". "Ədəbiyyat və incəsənət" qəzeti, 28 dekabr, 1974.

93. Məmməd araz. "Bir qərinənin poeziyası" , "Yerdən göyə ümid" kitabına ön söz. Yazıçı1981.

94. Mədinə Gülgün və Balaş Azəroğlu. "Qəribat-Qəribə at". "Ədəbiyyat və incəsənət" qəzeti. 6 yanvar. 1989.

95. Vladimir kafarov. "Zdravstvuy, "Dyadyasvet". "Bakinskiy raboçiy" qəzeti,. 14-8-1999.

96. Səyavuş Məmmədzadə. "Vremya vpered". ." "Bakinskiy raboçiy" qəzeti. 22 aprel, 1986.

610

97. Riqor Borodulin (Belarus). "Palimya" curnalı. 1982, №2.

98. Kələntər Kələntərli. "Həyat qamçı idi, bizsəfırfıra". "Mədəniyyət" qəzeti. 4 avqust. 1982.

99. Arif Abdullazadə. "Ömrün ağ cığırları". "Ədəbiyyat və incəsənət" qəzeti. 4 iyun. 1990.

100. Allahverdi Məmmədli. "Sən qocalma, qocavar". "Azərbaycan" curnalı. 5-1990.

101. Süleyman Əhmədli. "Öncə vətən" "Ədəbiyyat" qəzeti. 2 fevral 1992.

102. Nizaməddin Şəmsizadə. "Ədəbiyyat" qəzeti, 21 mart, 1997.

103. Şahin Xəlilli. "Şerli əlifba". "Cümə axşamı" qəzeti.1-7 iyun, 2000.

104. Sabir Rüstəmxanlı. "İşıq və xeyirxahlıqşairi". "Ekspress" qəzeti, 5, 6-8 fevral, 1999.

105. Qabil. "Zərgər şairimiz". "Ədəbiyyat" qəzeti. 20 may, 2000.

106. Əzizə Cəfərzadə. "Sən kimsən, Fikrət?" "Xalq" qəzeti. 30 may, 2000.

107.108. Anar. "Şairlər yurdunun şair oğlu". (Fikrət

Sadıq-70) Xüsusi buraxılış. İyun, 2000.109. Xalıq Bahadır. "Şerimizin Dədə Qorqudu".

"Azadlıq" qəzeti, 1 oktyabr, 1997.110. Musa Yaqub. "İşıq ömrü", Fikrət sadıq-70.

Xüsusi buraxılış. 21 iyunn. 2000.111. İradə Musayeva. "Dəniz səbrli şair".

"Azərbaycan" curnalı, 3-2001.

611

112. Firuzə Məmmədli. "Şairin işıq taleyi", FikrətSadıq-70. Xüsusi buraxılış. İyun-2000.

113. Orxan Fikrətoğlu. "Ay dadaş", Fikrət sadıq-70. Xüsusi buraxılış, iyun-2000.

114. Paşa Əlioğlu. "Şükranlar poeziyası". FikrətSadıq-70, Xüsusi buraxılış. İyun-2000.

115. Balasadıq. "Şair qardaşım". Fikrət Sadıq-70. Xüsusi buraxılış. İyun-2000.

116. Nəriman Əbdürrəhmanlı. "Sözdən sözçıxaran kişinin son kitabı haqqında". "Rezonans" qəzeti. 25-28 iyul. 1998.

117. arif Əmrahoğlu. "Yox" deməyə utanır. Fikrət Sadıq-70. Xüsusi buraxılış.

118. Hikmət məlikzadə. "Şairlik ilahi sevgidir". "Ədalət" qəzeti. 25 may. 2002.

119. Akif Səməd. "Səngəri bəlli söz". "Politra" qəzeti. 29 iyun, 2002.

120. Bahar Bərdəli. "Gözlədiyin ömürdümü". "Kredo" qəzeti. 2 fevral. 2002.

121. Vaqif Yusifli. "Şair ömrü". "Azərbaycan" curnalı. 3-2000.

122. Səfa. Bayram Afurcalı. "Fələkdənsinədağlıyam", "Lider qəzeti" 20-26 fevral.

123. Ehtiram. "Gözlədiyim kitab" "Müxalifət" qəzeti. 9 fevral, 2002.

124. İslam Sadıq. "Gözlədiyim poeziya". "Azərbaycan" curnalı, №10-2002.

125. Rasim Nəbioğlu. "Dərd məni şair elədi", "Versiya" qəzeti, 17 avqust, 2002.

612