AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

16
AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ 10-cu mühazirə BİOLOGİYA KAFEDRASI MÖVZU: КЮКЦН МОРФОЛОЖИ ВЯ АНАТОМИК ГУРУЛУШУ dos. B.M.ƏLİYEV GƏNCƏ

description

AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ 10- cu mühazirə BİOLOGİYA KAFEDRASI MÖVZU: КЮКЦН МОРФОЛОЖИ ВЯ АНАТОМИК ГУРУЛУШУ dos. B.M.ƏLİYEV GƏNCƏ. P L A N KÖK KÖKÜN ANATOMIK QURULUŞU KÖKÜN BÖYÜMƏ NÖQTƏSI VƏ ONUN FƏALIYYƏTI - PowerPoint PPT Presentation

Transcript of AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Page 1: AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

10-cu mühazirə

BİOLOGİYA KAFEDRASI

MÖVZU: КЮКЦН МОРФОЛОЖИ ВЯ АНАТОМИК ГУРУЛУШУ

 

 

dos. B.M.ƏLİYEV

 

 

 

GƏNCƏ

Page 2: AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

P L A N 

 

1. KÖK

2. KÖKÜN ANATOMIK QURULUŞU

3. KÖKÜN BÖYÜMƏ NÖQTƏSI VƏ ONUN FƏALIYYƏTI

4. BIRINCI QABIQ. EPIBLEM VƏ ƏMICI TELLƏR.

5. KÖKÜN IKINCI ANATOMIK QURULUŞU

6. RIZOSFER

7. KÖKÜN SIMBIOZLAN

8. KÖK YUMRUCUĞU BAKTERIYALARI

Page 3: AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

ƏDƏBİYYAT

1. Tutayuq V.X. «Bitki anatomiyası və morfologiyası». Bakı, 1967.2. Тутюг B.X. Анатомия и морфология растений. М., 19803. Hümbətov Z.İ. Bitki anatomiyası və morfologiyası. Gəncə, 2000.4. Qasımov M.Ə. Ali bitkilərin morfologiyası və sistematikası. Bakı,

1959.5. Qədirov H., Quliyev V.Ş. Ali bitkilərin sistematikası. Bakı, 1984.6. Хржановский В.Г. Курс общей ботаники. Т I, П. М., 1976.7. Эсау К. Анатомия семенных растений 1 и 2 книга. М., 1980.8. Лотова Л.И. Ботаника, морфология и анатомия растений. МГУ,

2007.9. Коровкин О.А. Анатомия и морфология растений. Москва, 2008.10.WWWBSU. az11. WWWtim.acad.RU12.WWW ANİ. az

Page 4: AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

KÖK

Kökün əsas iki vəzifəsi var: bitkini yaşadığı yerə (torpağa) möhkəm bərkitmək və torpaqdan suyu və mineral qidanı (mineral duzların məhlulunu) sormaq. Çox hallarda kök ehtiyat qida maddəsi toplanan orqana da çevrilir. Bu halda o şişkinləşir, enliləşir və kökmeyvəsi adlanan orqana çevrilir. Çuğundur, turp, yerkökü kimi kök meyvəsi olan bitkilər meyvə köklülər adlanır.

Əlavə köklər gövdənin qaidə hissəsinin nəm torpaqla örtülmüş yerlərindən əmələ gəlir. İstər yan istərsədə əlavə köklər daxili toxumalardan törəyir. Buna görə də onlar endogen törməli köklərdir (endogen - daxildən törəmə deməkdir).

Bəzi bitkilərdə əlavə köklər şəklini dəyişmiş yeraltı gövdədə, məsələn, kökümsov gövdə və soğanaqda külli miqdarda əmələ gəlir. Əlavə köklər çox olduqda bitkinin əsas kökü onlara qarışaraq nəzərə çarpmır, bəzən də əlavə köklərin sürətlə böyüməsi nəticəsində yaxşı inkişaf etmir.

Müxtəlif bitkilərdə iki müxtəlif kök sisteminə rast gəlinir. I. Əsas kök sistemi, burada əsas kök sistemi yaxşı inkişaf etmiş olur və ondan çoxlu

yan köklər ayrılır. Ağac və kol bitkiləri, ikiləpəlilərdən bir çoxu əsas kök sisteminə malik olur.

2. Saçaqlı kök sistemi, burada əsas kökü seçmək olduqca çətindir.Müxtəlif bitkilərdə köklərin dərinə və yana doğru böyümə sürətindən və xarakterindən

asılı olaraq üç müxtəlif kök tipi fərqləndirilir: I. dərinə gedən köklər (istər yan, istərsədə əsas); 2. üfıqi böyüyən köklər (bu halda torpağın bərkliyi nəticəsində əsas kök tələf olur, yan köklər və əlavə köklər üfqi istiqamətdə uzanırlar (və 3) hər iki istiqamətdə boy atan köklər ağaclardan, Azərbaycanın düzənlik rayonlarında saqqız ağacının, palıdın və onlarla yanaşı bitən bir çox ağacların kökü çox dərinə gedir.

Page 5: AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

А В

Шякил 1. Кюкцн морфоложи гурулушу

А – ясас кюк системи; Б – сачаглы кюк системи

Page 6: AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Kökün anatomik quruluşuİstər kökün xarici, istərsə də daxili quruluşu onun daşıdığı vəzifəyə uyğundur. Bu orqanın

daxilində müxtəlif toxumalar elə bir qayda üzrə yerləşmişdir ki, onlar kökün sorucu və ötürücü bir orqan kimi bitkini təchiz etməsinə xidmət göstərir. Kök, boyu uzunu müxtəlif quruluşa malikdir.

Birinci quruluş. Toxumun cücərməsi nəticəsində əmələ gələn yeni bitkidə ilk əvvəl kök inkişaf edir. Bu kök rüşeym kökündən başlanğıc götürür. İlk dövrlərdə rüşeym kökü ancaq meristem toxumalardan ibarət olur. Toxumun cücərməsi davam etdikcə kökcük böyüyür və onun daxilində müxtəlif toxumlar əmələ gəlir.

Kökün böyümə nöqtəsi (konus) və onun fəaliyyəti. Qeyd edildiyi kimi kökün böyümə konusu kök üsküyünün altında yerləşir. Onun ən aktiv və ilkin bölünən hüceyrələri inisial və ucluq hüceyrələr adlanır. Örtülü toxumlu və əksər çılpaqtoxumlu bitkilərin köklərinin böyümə konusunda inisial hüceyrə qrupu yerləşir. Ayıdöşəyikimilərin bir çox nümuyəndələrində isə ancaq bircə inisial hüceyrə olur.

Kökün böyümə konusunda hüceyrələr törədikcə uc qrup üzrə qruplaşır. Yeni törəmiş hüceyrələrin qruplaşması onlar arasında vəzifə bölgüsü getmədən qabaq baş verən zəruri bir hadisədir. Böyümə konusunun ən xarici qatı daxildəki meristem hüceyrələrindən aydın fərqlənir. Bu qat dermatogen adlandırılır və gələcəkdə bu hüceyrə qatından kökün birinci örtücü toxuması - epiblem əmələ gəlir.

Birinci qabıq. Epiblem və əmicitellərKökün birinci quruluşunda qabıq xaricdən epiblem ilə örtülməklə üç hissədən ibarət olur:

ekzoderm, mezoderm və endoderm.Kök dəriciyi öz quruluşuna görə gövdə və yarpaq dəriciyindən fərqlənir. O, sorucu rolu

oynayır, suyu və suda həll olmuş mineral duzların məhlulunu sorur və qabıq parenximinə keçir.

Page 7: AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Шякил 2. Кюкцн узунуна кясикдя эюрцнцшц

Page 8: AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Шякил 3. Дцйц биткисинин кюкцнцн Ы анатомик гурулушу

Page 9: AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Ekzoderm bilavasitə epiblem altında yerləşən hüceyrə qatıdır. O, bir və ya bir neçə qat parenxim hüceyrələrindən ibarətdir. Ekzoderm hüceyrələri quruluş və iriliklərinə görə uducu parenximin başqa hüceyrələrindən fərqlənir. Ekzoderm hüceyrələri çoxbucaqlı olmaqla kip yerləşir.

Mezoderm. Kökün birinci qabığının ekzodermdən daxilə doğru yerləşən parenxim hüceyrələrin ümumi kütləsindən ibarətdir. Bu parenxim hüceyrələr ekzodermdən mərkəzə doğru quruluşca və iriliklərinə görə dəyişir belə ki, mərkəzə doğru onlar iriləşir, girdələşir və nisbətən boş (seyrək) yerləşir, endodermə yaxınlaşdıqca yenə də kip yerləşməyə başlayır və onların həcmi daha kiçilir. Ümumiyyətlə, bu hüceyrələr nazik qılaflı olur.

Endoderm və ya endodermis, birinci qabığın ən daxili qatıdır. O, müəyyən dərəcə birinci qabığın daxili dəriciyi rolunu oynayır, adətən, bir qat həlqəvi kip düzülmüş hüceyrələrdən ibarət olur. O, mərkəzi silindri xaric tərəfdən əhatə edir və mühafizəedici qın vəzifəsini görür. Endoderm nadirən, mərəvcədə olduğu kimi, ikiqat hüceyrədən təşkil olunur. Endoderm halqası torpaqdan sorulmuş suyun və torpaq şirəsinin mərkəz silindrə keçirilməsini tənzim edir.

Kökün ikinci anatomik quruluşuKök böyüdükcə dərinlərə gedir, adətən, yoğunlaşır və quruluşca dəyişir: birinci quruluş ikinci

quruluşla əvəz edilir.Adətən, çılpaqtoxumlularda və örtülütoxumlularda ikiləpəlilərdə kökün ikinci quruluşa keçməsini

səbəbi yan köklər zonasından yuxarı yeni meristemin - kambinin əmələ gəlməsidir. Kambinin əmələ gəlməsi ilə əlaqədar olaraq kökün quruluşu tamamilə dəyişir və birinci quruluşdan xeyli fərqli olan ikinci quruluş əmələ gəlir. Bitkilərin çoxunda kökün ucundan 2-3 sm yuxanda ikinci quruluşu görmək olur.

Kökün ikinci quruluşlu hissəsi xaricdən epidermis əvəzinə mantar örtüyü ilə örtülmüşdür. Burada birinci qabıq büs bütün ikinci qabıqla əvəz edilmişdir.

Kökün birinci quruluşdan ikinci quruluşa keçməsi kambi qatının əmələ gəlməsindən başlayır. Kambi qabaqca ksilem şüalarının qarşısında yerləşən peritsikl hüceyrələrinin bölünərək əmələ gətirdiyi yeni hüceyrələrdən başlanğıc götürür.

Page 10: AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Шякил 4. Кюкцн Ы гурулушдан ЫЫ гурулуша кечмяси

Page 11: AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Шякил 5. Кюкцн ЫЫ анатомик гурулушунун схематик эюрцнцшц

Page 12: AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Шякил 6. Эюй итигайыг биткисинин кюкцнцн ЫЫ анатомик гурулушу

Page 13: AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Bölünməyə başlamış peritskl və parenxim hüceyrələri birləşərək çoxalan ümumi hüceyrə qurşağını törədir. Bu qurşaqdan kambi əmələ gəlir. Kambi yeni əmələ gəldiyi zaman əyri-üyrü və qıvrılmış şəkildə olur. Sonralar yeni törəmiş kambi fəaliyyətə başladıqda həlqəvi bir qurşaq şəklini alaraq xaricə doğru floem, daxilə doğru isə ksilem elementlərini ayırır.

Kökün ikinci quruluşunun birinci quruluşdan əsas fərqi radial tipli topaların kollateral tipli topalarla əvəz olunmasıdır. Kökün ikinci quruluşunda mərkəz hissəsi birinci ksilemin qalığı ilə işğal olunur.

Birləpəlilərdə kökün ikinci quruluşu. Buna nadirən rast gəlmək olur. Adətən, taxıllarda, zanbaqçiçəklilərdə və başqa birləpəlilərdə kök bitən ontogenezinin sonuna qədər birinci quruluşda qalır. Zaman keçdikcə onların kökləri sklerifikasiya (daşlaşma) prosesinə uğrayır. Daşlaşma prosesinə endoderm, qabıq və mərkəz silindr parenxim hüceyrələrində daha çox rast gəlmək olur.

Nadir hallarda birləpəlilərin ağac nümayəndələrinin kökündə ikinci quruluş müşahidə edilir. Məsələn, dəm ağacının peritsiklində və ya birinci qabığında kambi qurşağı əmələ gəlir ki, bununda fəaliyyəti nəticəsində ikinci quruluş təşkil olunur.

RizosferKökün ən uç nöqtələrində (birinci quruluşlu hissələrində) torpaqdan su və mineral duzların

məhlulu sorulur. Sorulma sadəcə mexaniki proses kimi getmir. Müxtəlif bitkilərin köklərinin ucundan bəzi üzvi turşular (qarışqa turşusu, sirkə turşusu və s.) ifraz edilir, o turşular torpaqda çətinliklə həll olan üzvi birləşmələrin parçalanmasına və məhlula keçməsinə səbəb olur. Bununla yanaşı torpaqda yaşayan və üzvi çürüntülər ilə qidalanan mikroorqanizmlər də vardır. Onlar torpaqda mürəkkəb üzvi birləşmələri parçalayıb, torpaq şirəsində həll ola biləcək sadə mineral duzlara çevirir. Bir sözlə, o mikroorqanizmlər torpaqda minerallaşma prosesinin əsas icraçılarıdır.

Page 14: AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Шякил 7. Гызылы стиндапсус биткисиндя ялавя кюклярин ямяля эялмяси

Page 15: AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Шякил 8. Эювдясиз зирявяр биткисинин кюкцнцн анатомик гурулушу (кюкцн

формалашмасы)

Page 16: AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Kökün simbiozlari

Bitkilərin torpaqdan qidalanmaları kökün bəzi mikroorqanizmlər ilə simbiozları (müştərək yaşayışları) nəticəsində yaxşılaşır. Kök iki qrup mikroorqanizmlər ilə simbioza daxil olur. Onlardan bir qrupu azot toplayan kök yumrucuğu bakteriyalandır. Digər qrupu müxtəlif göbələklərdir.

Kök yumrucuğu bakteriyaları

Adlanan bu bakteriyalar paxlalı bitkilərin kökündə yerləşib bitkinin kökü ilə simbioz təşkil edir. Kök yumurucuğu bakteiyaları atmosfer azotu ilə qidalanır, mübadilə reaksiyalarının son məhsulu olaraq azotlu birləşmələr ifraz edir, bu birləşmələrdən bir qida maddəsi kimi bitki istifadə edir. Kök yumurucuğu bakteriyasının bitkinin kökünə keçməsi kökdə pataloji hüceyrə bölünməsi prosesinin baş verməsinə səbəb olur.