Post on 30-Dec-2019
I MÖVZU
Mənbəşünaslıq məsələləri. Azərbaycanda ibtidai-icma quruluşu.
P L AN :
1.Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik
ədəbiyyat.
2.“Albaniya tarixi”və “Kitabi-Dədə Qorqud” un
mənbəşünaslıq baxımından təhlili.
3. Azərbaycanda ibtidai-icma quruluşu.
ƏDƏBIYYAT
1. Azərbaycan tarixi .VII cilddə, I cild, Bakı 1998, səh, 44-165
2. Azərbaycan tarixi (Z.Bünyadovun redaktorluğu ilə). Bakı,
1994. səh. 19-57
3. Azərbaycan tarixi (İ.Əliyevin redaktorluğu ilə). Bakı, 1996. səh. 8-33
4. Azərbaycan tarixi üzrə qaynaqlar.Bakı, 1989. səh.7 -13
5. Əhmədov Q. Bu günə necə gəlib çıxmışıq. Bakı, 1989
6. Moisey Kalankatuklu. Alban tarixi. Bakı, 1993.
7. Kitabi- Dədə-Qorqud. Bakı, 1988.
8. Səfərov Y. Qədim Azərbaycan: Nə bilirik. Bakı, 1989.
Azərbaycan xalqı çox qədim və zəngin tarixə malikdir. Bu səbəbdən Azərbaycan
tarixi kursunun mövzüsu çox genişdir. Burada ölkəmizin ən qədim dövrundən bu
günümüzədək mövcud olan ictimai-iqtisadi, siyasi, etnik, mədəni tarixi şərh edilir.
Azərbaycan tarixi müxtəlif qaynaqlar əsasında tədqiq olunur və həmin qaynaqlar
iki hissəyə bölünür: 1) Arxeoloji abidələr, 2)Yazılı abidələr.
Qədim yazılı mənbələrə aiddir: 1. Şumer-Akkad, Assur və Urartu mixi yazıları
(e.ə.III-I min.). 2. Antik mənbələr (e.ə. V- e.III əsrləri).
Erkən orta əsr yazılı mənbələrinə aiddir ( IV-X əsrlər) Bizans qaynaqları, qədim
alban mənbələri, ərəb mənbələri, epiqrafik abidələr.
Orta əsr yazılı mənbələri (XI- XVIII).
Kapitalizm və imperalizm dövrünün mənbələri.
Arxeoloji abidələr qazıntılar zamanı yeraltı mədəni təbəqələrdən, qəbirlərdən,
qədim yaşayış məskənlərindən aşkar edilmiş müxtəlif əmək alətlərindən, sadə silah
növlərindən, məişət və bəzək əşyalarından, dini təsəvvürləri özündə əks etdirən
heykəlciklərdən ibarətdir. Son zamanlar Asərbaycan ərazisində aşkara çıxarılmış
numizmatik materiallar da tariximizin öyrənilməsi üçün böyk əhəmiyyətə malikdir.
Onlar ölkəmizin iqtisadi inkişafı, siyasi tarixinin bəzi hadisələri, həm də mədəni
səviyyəsi haqqında mühakimə yürütməyə imkan verir.
Tariximizin öyrənilməsində yazılı qaynaqlar mühüm əhəmiyyət kəsb edir.
Ümumiyyətlə yazı sinifli cəmiyyətin məhsulu sayılır. İlk yazı növü piktoqrafik
(piktos-şəkil, qrafo-yazı) olmuşdur. Bu yazı növünə Qobustan, Kəlbəcər, Naxcıvan
ərazilərində rast gəlinir. Sonralar mixi yazı növü Şumerlər tərəfindən icad olunur.
Qədim Azərbaycanın öz yazılı qaynaqlarının olmaması və yaxud bizə gəlib
çatmaması üzündən onun tarixi barədə az-çox məlumatlar mixi yazılarında əks
olunmuşdur. Cənubi Azərbaycan və həmsərhəd ərazilərin tayfaları haqqında
məlumatlar verən ən qədim qaynaqlar Şumer – Akkad mətnləridir. Bu kitabələr e.ə.
III minilliyə və II minilliyin başlanğıcına aiddir. Bu mətnlərin meydana çıxması
əsasən Şumer və Akkad çarlarının Zaqros dağları zonasına yürüşlərinə, habelə Kuti
hakimlərinin cənubi Mesopotamiyadakı bir əsrlik hökmranlığına borcludur. Ən ilkin
2
qaynaqlar sırasında Lullubi hökmdarlarının bir neçə qısa yerli kitabələrini də
göstərmək lazımdır.
Şumer-Akkad qaynaqları içərisindən Kuti hakimlərinin siyahısının, Omina
(əlamətlər və nişanələr) adlanan bəzi mətnləri, Şumer hakimi Utuxeqalın
Mesopotamiyadakı sonuncu küti hökmdarı Tirikanla müharibəsinin təsviri verilmiş
mətnləri, Zaqros bölgəsinə yürüşlər etmiş Şumer-akkad hökmdarlarının kitabələrini
və s. sadalamaq olar. Elam və Aşşur qaynaq və kitabələri çox zəifdir. Azərbaycan
haqqında məlumatlar Urartu kitabələrində mövcud olan məlumatlarla daha da
zənginləşir. Urmiya ətrafı vilayətlərə Urarfu müdaxiləsi haqqında e.ə. IX əsrin
sonuna aid olan ən ilkin məlumatlarda Minua, I Argişti, II Sarduri, II Argişti bu
rayonlara öz yürüşləri barəsində xəbərlər verirlər.
Babil qaynaqları içərisindən e.ə. VII əsrin son rübünün hadisələrini işıqlan-
dıran “Gedd xronikası” nın adını göstərmək olar. “Bibliya”da da Cənubi Azərbaycan
haqqında məlumatlar vardır.
“Avesta” mühüm mənbələrdən biridir. Zərdüştlük və onunla bağlı olan dini-
fəlsəfi sistemlər Cənubi Azərbaycan ərazisində min ildən çox olan uzun bir dövr
ərzində yayılmışdır. İran şahı I Daranın Həmədan ərazisində qaya üzərində üç dildə
yazılmış Bisutun kitabəsi də bizim üçün qiymətli mənbə sayılır.
Azərbaycan tarixinin öyrənilməsində qədim Antik ədəbiyyatın böyük əhəmiyyəti
vardır. Miletli Hekatey e.ə. VI-V əsrlərdə “Yerin təsviri” əsərində Cənubi
Azərbaycanda yaşamış matienlər, Arazboyu müklər, Kaspi dənizi sahillərində katann
tayfalarının yaşamaları haqqında məlumat verir. O dövrün müəllifləri Xaron, Ksanf,
Hellanik və b. Azərbaycan haqqında məlumatlar verirlər. Azərbaycan ərazisi və
əhalisi haqqında nisbətən geniş məlumat “Tarixin atası” sayılan Herodotun “Tarix”
əsərində verilmişdir. Onun Madalılar və Mada (midiya) skiflər (iskitlər: iskuzlar),
Azərbaycan tayfaları - müklər, utilər, saqartilər, matienlər, kaspilər və başqa tayfalar
haqqında məlumatları çox qiymətlidirlər. Qədim Yunan və Roma tarixçi və
coğrafiyaşünaslardan Amasiyalı Strabon (e.ə.63-b.e.23), Ptolomey, Plinin Ktesi, Tit
Livi, Tatsit, Ammian Marselin, Yuli Solin və b. Şərq aləminə həsr etdikləri əsərlərdə
3
Azərbaycanın əhalisi, coğrafiyası, siyasi hadisələr, əhalinin etnik tərkibi və
məşğuliyyətləri haqqında çox qiymətli məlumatlar vermişlər.
Strabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəz olunmaz
mənbədir. Yazıları dövrümüzə qədər gəlib çatmış antik müəlliflərin heç birində
Albanlar haqqında “Coğrafiya” əsərində verilənlər qədər geniş məlumat yoxdur.
Onun Atropat Madası və ya Atropatenanın Böyük Midyanın bir hissəsi olması, bu
ölkənin öz adını sərkərdə Atropatın adından götürməsi kimi məllumatları çox
qiymətlidir. Strabon Qafqaz Albaniyası, onun vilayətləri, 26 dildə danışan tayfalar
haqqında geniş məlumatlar verir.
Məşhur Roma tarixçisi, 35 kitabı qorunub saxlanmış “Roma tarixi” əsərinin
müəllifi Tit Livi (e.ə 59-b.e. 1) Roma hücumları dövrü albanları haqqında, modollar
və kadusilər haqqında məlumat verir.
Böyük Plininin (23-79) “Təbii tarixi” bizim üçün mühüm əhəmiyyətə malikdir.
O, 350 yunan və 150 Roma müəlliflərin əsərlərindən istifadə edərək yazılmış bu
əsərdə Azərbaycanın təbiəti, əhalisi, burada məskunlaşmış tayfaların məişəti
haqqında bir sıra çox qiymətli məlumatlar verir.
“Səlnamələr” və “Tarix”lər kimi xüsusilə seçilən çoxlu əsərin müəllifi, Romalı
tarixçisi Korneli Tasit (55-117 illər) də bizə bir sıra qiymətli məlumatlar
çatdırmışdır. Onun əsərlərinin Romanın Qafqaz ölkələri, o cümlədən Albaniya,
Parfiya ilə münasibətlərindən bəhs edilən səhifələri müstəsna əhəmiyyətə malik
mühüm qaynaqdır.
IV əsrdən sonrakı Azərbaycan hadisələri, xüsusilə hun və türk tayfalarının Ön
Qafqaza axını barədə, onların qədim etnik adları barədə Bizans qaynaqları (Menandr,
Prokopi, Aqafi, Lordon və b.) müxtəlif məlumatlar saxlamışlar.
Orta əsrlər dövrünün öyrənilməsində fars, ərəb və erməni mənbələrinin böyük
rolu olmuşdur. Pəhləvi dilində daş, qala divarı üzərində həkk olunan bir sıra epiqrafik
yazılarda Azərbaycanın ölkə adları öz əksini tapmışdır. Daş və saxsı üzərində
yazılmış, cəmi yeddi-səkkiz cümlədən ibarət alban epiqrafik yazılarının oxunuşu və
anlayışı çətindir.
4
Ərəb müəllifləri VII əsrdən etibarən Azərbaycan hadisələrinə diqqət yetirmiş və
nisbətən müfəssəl məlumatlar saxlamışlar. Onlardan Bəlazuri, İbn Xordadbeh, İbn
Havkəl, İbn əl-Əsir, Təbəri, Müqəddəsi, Yaqut Həməvi, Məsudi və b. Azərbaycanda
mövcud olan dillər, ölkənin adı, siyasi hadisələri və s. haqqında məlumatlar
vermişlər. Həmin mənbələrdə Azərbaycan adının mənşəyi barədə mövcud olan
mülahizələri saxlamış, burada türklərin ta qədimdən yaşadıqlarını qeyd etmişlər.
Orta əsr yazılı mənbələri bizim üçün çox zəngin məlumatlar verir. XI –XVIII
əsrləri əhatə edən bu yazılı mənbələr müxtəlif dillərdə, o cümlədən ərəb, fars və türk
dillərində yazılmışdır.
Ərəb müəllifi İbn əl-Əsir sələflərinin əsərlərindən istifadə edərək Azərbaycan
ərazisi və tarixi barədə müxtəlif məlumtları qeydə alınmışdır. Görkəmli tarixçi
Həmdullah Qəzvini də əsasən Azərbaycanın coğrafiyası-şəhər, dağ, çay və təbii
sərvətləri, əhalisinin etnik tərkibi barədə məlumat verir. Monqol tarixçisi Fəzlullah
Rəşidəddin əsərlərində Azərbaycanda monqol hakimiyyəti dövrünü və həmin dövrün
siyasi iqtisadi və etnik məsələlərini işıqlandırmışdır. Səlcuqların hakimiyyəti
haqqında Sədrəddin Hüseyninin çox qiymətli məlumatları vardır. Digər orta əsr
müəlliflərindən Ən-Nəsəvi, Əl-Bakuvi, Məhəmməd Naxçıvani, Həsənbəy Rumlu,
Xondəmir, İsgəndər Munşi, Əylisli Zəkəriyyə, Övliya Çələbi və b.-nın məlumatları
orta əsr Azərbaycan tarixinin öyrənilməsi üçün qiymətli mənbələr sayılırlar.
Azərbaycana gələn Avropa səyyahları Adam Olearı, Devallı, Jan Şarden,
Kempfer, Tomas Herbert və b.Azərbaycanın iqtisadi, siyasi, mədəni və etnik tarixinə
dair geniş məlumatlar vermişlər.
Azərbaycan tarixinin öyrənilməsində Moisey Kalanknatuklunun “Albaniya
tarixi” adlı əsərinin çox böyük əhəmiyyəti vardır. “Albaniya tarixi” əsəri bənzərsiz
tarixi yol keçmiş əsərlərdən biridir. Onun hansı xalqın tarixi olması barədə qızğın
mübahisələrin arası kəsilmir. Ancaq onu mənimsəmək istəyən, onu başqa xalqın
adına çıxmaq istəyənlərə əsərin öz yazısı, öz ruhu, heç bir şeyə uyuşub qarışmayan
öz “dəst-xətti” göstərir ki, o yalnız bir xalqın tarixinin malıdır. Yalnız bir xalqın
600-700 il çərçivəsində yaşadığı ağ günlərə sevinən, ağrılı-acılı, qanlı-qadalı günlərə
isə göynəyib ağrıyan bir əsərdir. Bu xalq Şərqi Zaqfqaziyada yaşamış, indiki
5
azərbaycanlıların soykökündə dayanan albanlar olmuşlar. “Albaniya tarixi “ kitabi
bizə qədər erməni (qrabar) dilində gəlib çatsa da, ona sahib sayıla biləcək yeganə
tarixi varlıq yalnız albanların özüdür. Tarixdə bu və ya başqa dillərdə yaranmış
əsərlər çoxdur. Məsələn: İbn Sina, Əl-Biruni, Fərabi və başqaları ərəb dilində yazıb
yaratmışlar. Ancaq belə bir fakt həmin əsərlərin milli-tarixi ünvanı üçün göstərici
deyildir. Azərbaycan tarixşünaslığında yalnız bir fikir vardır. Bu əsərin erməni-
qrabar dilinə çevirilməsi VIII əsrdə Ərəb xilafətinin köməyi ilə erməni- qriqoriyan
kilsəsinin Albaniyanı öz nüfuzuna tabe etməsi ilə bağlıdır.
“Albaniya tarixi” kitabi 1861-ci ildə Patkanyan tərəfindən rus dilinə tərcümə
edilərək Peterburqda çap olunmuşdur. Tərcüməsi əsərdə olan alban – türk ruhunu
nə qədər təhrif etsə də, ümumilikdə onu aradan qaldıra bilməmiş və hətta bəzi
türk sözlərini olduğu kimi saxlamışdır. Hətta 1984-cü ildə Yerevanda ikinci dəfə
nəşr olunan kitab o qədər təhrif olunmuşdur ki, erməni tədqiqatçıları birinci
tərcüməni yararsız saymışlar.
Əsərdə hadisələr VII əsrdən X əsrə qədər davam edir. Əsər 3 kitabdan
ibarətdir. Kitabın birinci və ikinci kitablarını, görünür bir müəllif yazmışdır. Çünki
VII əsrə, xüsusilə Cavanşirin dövrünə düşən hadisələri bu müəllif öz gözlıəri ilə
görmüşdür. Lakin üçüncü kitabda hadisələrin işlənməsi X əsrə qədər çatdırılır.
Moisey Kalankatuklı VIII-X əsrlərdə yaşaya bilməzdi, deməli, sonuncu kitabın
başqa müəllif tərəfindən yazıldığı inkaredilməzdir. Başqa sözlə, üçüncü kitab əslində
bitmiş bir əsərə sonralar qatılmışdır.
Bu bir daha göstərir ki, Alban kilsəsi ətrafında gedən mübarizə ilə bağlı olaraq ,
bu dövrdə “Albaniya tarixi” artıq kəskin siyasi əhəmiyyət kəsb etmiş bir əsərə
çevrilmişdir.
Əsərdə Mihranilər sülaləsinin Albaniya çarlığında hakimiyyətə gəlməsindən
başlayaraq, Albaniyanın görkəmli çarı Cavanşirin hakimiyyətinin başlanması
dövründən dövlətin sonrakı dövrlərinə qədər, xristianlığın bu ölkədə yayılmasına
Albanlarla ərəblərin siyasi əlaqəsi qədər çox geniş məlumatlar verilir.
6
Albaniyanın XI-XII əsrlər tarixi haqqında Gəncəli tarixçi Mxitar Qoş da
səlnamə yazmışdır. Onun “Alban səltənəti” əsəri həcmcə kiçik olsa da mənbəşünaslıq
baxımından çox qiymətli bir əsərdir.
“Kitabi Dədə Qorqud” Azərbaycan ədəbiyyatının ilkin və şah əsəri olmaqla
yanaşı Azərbaycan tarixinin ana qaynağı sayılır. Bu epos elm aləminə 1815-ci il-də
bəlli olmuşdur.
Alman şərqşünası H.F. Dits Drezden kitabxanasında “Dədə Qorqud” dastanlarını
ilk dəfə aşkara çıxarmışdır. Hətta “Basatin Təpəgözü öldurdüyü boyu alman dilinə
çevirərək nəşr etdirmişdir.
Drezden nüsxəsi 154 səhifəlik bir əsərdir, hər səhifəsində 13 sətir vardır,12
boydan ibarətdir. Bu eposun İtaliyada Vatikan kitabxanasında saxlanılan 109
səhifəlik başqa bir nüsxəsi də vardır. Drezden nüsxəsi açıq-aşkar Azərbaycan
dilində yazılmışdır. Vatikan nüsxəsi isə cəmi altı boydan ibarət olub, XVI əsr
türkcəsinə daha yaxındır. İndiki elmi biliklərə arxalanaraq dastanın aparıcı və başlıca
mövzularının çox-çox uzaqlara, hələ ibtidai–icma qurluşunun dağıldığı və “hərbi
demokratiya” hakimiyyətinin yaşadığı zamanlara gedib çıxdığını söyləmək olar.
Bir çox əsrlər boyu ozan sənətinin küçəsindən keçərək bu mövzular artıq VI-VII
əsrlərdə yazıya alınmış, fars (Pəhləvi) və ərəb dillərində də “Oğuznamə” adı altında
çevrilmişdir. Kitabın iki əsrə yaxın öyrənilmə tarixində böyük xidməti olan böyük rus
türkoloqu V.V. Bartoldun yazdığı kimi, kitab islamın ilk dövründə, yəni Qafqaz
mühitində Dərbənd keçidi ilə Ermənistan yaylağı arasındakı torpaqlarda, yəni
Azərbaycanda bəstələnib yaranmışdır. Ancaq kitabın yaşının açarı onun özündədir.
Kitabın əlyazmasında oğuzlar dönə-dönə müsəlman adlandırılsalar da, bu oğuz
cəmiyyəti əslində hələ islam və şəriət qanunlarından kənarda durur. Bu oğuzlar
hələdə “allah” yerinə daha çox “tanrı” (tenqri) sözünü işlədirlər.
“Kitabi-Dədə Qorqud” eposunda ən qədim dini–mifoloji təsəvvür və adət
ənənələr oğuzların ibtidai dövrünə-bizim eranın III-IV əsrlərinə aiddir.
İslamiyyətdən əvvəlki bu dövrdə oğuzlar yarımköçəri həyat keçirmişlər. Oğuzların
əsas təsərrüfatı qoyunçuluq–maldarlıq, atcılıq və dəvə sürülərindən ibarətdir.
İnamları xeyirxah qüvvələrin rəmzi sayılan Xızır peyğəmbərdir.
7
At kultu oğuzlar içərisində daha geniş yayılmışdır. Bu isə iskitlərdən,
hunlardan gəlmə bir inancdır. At igidin yoldaşıdır, igid ölərsə at da öldürülür.
Çox maraqlı məsələlərdən biri kitabda “alban” adının bir etnos kimi iki dəfə
çəkilməsidir.
“Kitabi-Dədə Qorqud” da cərəyan edən hadislər əsasən VI-VIII əsrləri əhatə
edir. Lakin bəzi boylarda sonradan əlavə edilmiş və sonrakı tarixi hadisələrlə
uzlaşdırılan epizodlar vardır.
Kitabda biz əxlaq və məişət məsələlərini əks etdirən səhnələrə də rast gəlirik.
Oğuz igidləri, bütün oğuzlar hələ ruhani xidmət nə olduğunu bilməzlər. Onlar
uşaqlarına anadan doğulan kimi ad qoymurdular. Yeniyetmələr yalnız 15 yaşına
dolduqda və igidlik göstərib “ərlik isdədikdə”ad alırdılar. Bu adlar islamdan çox-çox
qabaq Oğuz dədə-lərin yaşatdığı türk adları idi.
Oğuzların qadınları, qız-gəlinləri çadra, yaşmaq nə olduğunu bilməzdilər.
Kitabda oğuz-türk xalqlarının etnik-əxlaqi, məişət məsələləri ilə yanaşı, siyasi,
inzibati -ərazi baxımından çox qiymətli məlumatlar verilir.
Beləliklə, göstərmək olar k, “Kitabi Dədə -Qorqud “ eposu Azərbaycan xalqının
ümumilikdə türk xalqlarının tarixinin, etnoqrafiyasının, öyrənilməsində bir əvəzsiz
mənbə rolunu oynayır.
Azərbaycan ərazisində ibtidai icma quruluşu. Azərbaycanın iqlim şəraiti,
çayların bolluğu, ərazisinin bir hissəsinin dənizlə əhatə olunması bu ölkənin ilk
yaşayış məskəni olmasına imkan yaratmışdır. İnsan yarandığı gündən təbiətlə
mübarizə aparmalı olmuşdur. Təbiətin amansız hadisələri-soyuqlar, buzlaşmalar,
daşqınlar yanğınlar və s.insanları daim məhv olmaq təhlükəsi qarşısında qoyurdu.
İbtidai icma cəmiyyəti Azərbaycanda ilk insanın yarandığı dövrdən (təxminən
1,5 milyon il bundan əvvəl) iri tayfa birliklərinin və ilkin dövlət qurumlarının
yaranmasınadək (e.ə. III-I min.) olan bir dövrü əhatə edir.
İbtidai -icma quruluşu arxeoloji baxımdan aşağıdakı kimi dövrləşir:
1. Paleolot (qədim daş dövrü) –təxminən 1,5 milyon il bundan əvvəl başlamış
və e.ə. XII minilliyə qədər davam etmişdir.
2. Mezolit (Orta daş dövrü) - e.ə. XII-VIII minilliklər
8
3. Neolit (Yeni daş dövrü) – e.ə. VII-Vı minilliklər
4. Eneolit (Mis-daş dövrü) – e.ə. VI-IV minilliyin ortaları
5. Tunc dövrü – e.ə. IV minilliyin sonları - II minilliyin sonları
6. Dəmir dövrü – e.ə. II minilliyin sonları- I minillik
İbtidai-icma cəmiyyəti öz inkişaf yolunda üç mərhələdən keçmişdir. İbtidai
insan dəstəsi və ya ulu icma, qəbilə icması və ibtidai icma quruluşunun dağılması.
İstehsal vasitələri təkmilləşdikcə qədim insanlar da inkişaf edirdi. Onların
təfəkkürü genişlənmiş, ünsiyyət əlaqələri artmışdı. Bu münasibətlərin
nizamlanmasında dil və dini anlayışın böyük rolu olmuşdur.
Paleolot (qədim daş dövrü) dövrü. İbtidai dövrlərdə alət hazırlamaq üçün ən
münasib material daş olmuşdur. Daş möhkəm, davamlı və uzun müddət qaldığına
görə ən qədim insan mədəniyyəti izləri zəmanəmizə qədər gəlib çıxmışdır. Məhz
buna bəşəriyyətin keçdiyi təxminən 2 milyon ilə yaxın dövr tarixdə “daş dövrü”
adlanmışdır. Metalın kəşvinə qədər daş alətlər insan həyatında aparıcı rol oynamışdır.
Paleolot alt, orta, üst adlı 3 dövrə bölünür. Alt paleolit 1,5 milyon il bundan
əvvəldən 100 min il bundan əvvələ qədər davam etmişdir. Qədim paleolit dövründə
yaşayan ibtidai insanların həyatında ov xüsusi və başlıca rol oynamışdır. Arxeoloji
materiallar göstərır ki, şell-aşell dövründə insanlar ayri-ayri dəstələrlə sürü halında
yaşamışlar. Onların istifadə etdikləri istehsal vasitələri dəstənin ümumi mülkiyəti
olmuşdur. Onlarda ilk icma və bəsit icma hakim ictimai qurum olmuşdur.
Bu dövrə aid tapıntılar Azıx və Tağlar düşərgələrindən taapılmışdır. Azıx
mağarasında tapılmış qədim insanın alt çənə sümüyü 350-400 min il bundan əvvələ
aiddir. Bu çənə sümüyünün aid olduğu insan Azıxantrop (Azıx adamı) adlanır. Bu
tapıntı Azərbaycanın dünyada ən qədim insan məskənlərindən biri olmasını sübut
edir.
Azıx mağarası (ən qədim türk dillərində ayı deməkdir). Quruçayın sol sahilində
dəniz səviyyəsindən 900 m hündürdə yerləşir. Mağara bir-biri ilə dar keçidlərlə
birləşən 6 salondan ibarətdir. Azıx mağarası aşağı paleolit dövrünə aid nadir
mağaralardandır. Oradan 1968-ci ildə Aşel dövründə yaşamış ibtidai insanın çənə
9
sümüyü tapılmışdır.Bu tapıntı Azərbaycanın qədim insanların formalaşdığı əraziyə
daxil olduğunu sübut edir.
Azıx mağarası arxeoloji cəhətdən 1960-cı ildən M.Hüseynov tərəfindən
öyrənilir.Qalınlığı 10-14m olan 10 təbəqə aşkar edilmişdir.
Birinci təbəqə Eneolit dörünə aiddir. Aşağı paleolitə aid olan 3,5,9 təbəqələrdən
15 mindən çox daş məmulatlar əldə edilmişdir. 6-cı təbəqədə ibtidai üsulla
qəlpələnmiş çapacağa oxşar alətlər tapılmışdır. Bu alətlər aşell dövrünə aid edilir. 2
və 4 cü təbəqələrdə arxeoloji material tapılmamışdır.
Aşağı paleolitə aid təbəqələrdən tapılan 30 mindən çox daşlaşmış heyvan və
balıq sümüyü mağara sakinlərinin yığıcılıqla bərabər ovçuluqla və balıqçılıqla
məşğul olduqlarını sübut edir. Fauna qalıqları içində 35 növ heyvan sümüyü aşkar
edilmişdir. Eyni zamanda 4 ocaq yeri tapılmışdır. Azıx mağarasındakı bu tapıntılar
sübut edir ki,bu ərazidə 1milyon il əvvəl yaşayış olmuşdur.
Orta Paleolit. Bu dövr təxminən e.ə. 100-40 minillikləri əhatə edir. Bu dövrə
Mustye dövrü də deyilir. İnsanlar çaxmaqdaşı və dəvəgözü nüvələrindən lövhə və
qəlpələr qoparmış, iti uclu əmək alətləri düzəldərək ovçuluqda istifadə etmişlər. Orta
paleolitdə yaşamış bacarıqlı insanları Neandertal adam adlandırırlar.
Üst paleolit. Üst paleolit eradan 40 min əvvəldən- 12 min il əvvələ qədər davam
etmişdir. Bu zaman istehsal vasitələri və məhsul üzərində ümumi mülkiyyət mövcud
olmuşdu. Bu dövrdə ağıllı insanın meydana çıxması nəticəsində qəbilə icması
formalaşmışdı. Bir neçə qəbilənin birləşməsi ilə tayfa yarandı. Qəbilə icmasının
ictimai həyatı və təsərrüfatında qadın aparıcı yer tutmuşdur. Belə ki, yalnız ovçuluqla
və balıqçılıqla məşğul olan kişilərdən fərqli olaraq qadınlar həm ev işləri görür, odu
qoruyur, yem toplayır, həm də uşaqların qayğısına qalırdı. Qəbilədə qadın (ana) üstün
yer tutduğuna və nəsil ana xətti ilə hesablandığına görə həmin dövr matriarxat
(anaxaqanlığı) adlandırılır.
Azərbaycan arxeologiyasının nailiyyətlərindən biri orta daş dövrü (Mezolit)
məsələsidir. Bu dövr e.ə XII-VIII minillikləri əhatə edir. Tapıntılar göstərir ki, bu
dövrün sakinlərinin əsas peşəsi ovçuluq olmuşdur. Ox və yaydan istifadə edən
mezolit dövru insanları, papeolit dövrü insanlarına nisbətən xeyli inkişaf etmişdir.
10
Mezolit dövründə insanlar heyvanları əhlilləşdirməyə başlaması ilə ibtidai
heyvandarlığın əsası qoyulmuşdur. Bununla yanaşı ilkin əkinçilik vərdişlərinə
yiyələnən insanlar ibtidai əkinçiliyin də əsasını qoymuşdular. Beləliklə, mənimsəmə
(və ya istehlak) təsərrüfatından istehsal təsərrüfatına keçidbaş vermişdir.
Azərbaycanda mezolit dövrü Qobustan və damcılı (Qazaxda) düşərgələri
əsasında öyrənilmişdir. Qobustan qayaüstü rəsmlərində qədim insanların ov səhnələri
ilə yanaşı, totem-ovsun inancları da təsvir olunmuşdur.
1965-1966-ci illərdə C.Rüstəmov və F.Muradova tərəfindən Qobustanın “Ana
zağa” və “Çar dağ zağa” sığınacaqlarında mezolid dövrünə aid bir sıra maddi-
mədəniyyət abidələri aşkara çıxarılmışdır.
Mezolid dövrünə aid Damcılı, Qobustan və b.yerlərdən aşkar edilən əmək
alətləri və digər istehsal vasitələri sübut edirlər ki, bu dövrün sakinləri artıq oturaq
həyat sürmüş, kollektiv şəkildə yaşamışlar. Damcılı mağarasında əsasən kiçik ölçülü
(mikrolit) alətlərə rast gəlinmişdir.
Qobustan Kiçik Qafqaz dağlarının qurtaracağında Böyükdaş, Kicikdaş və
Cingirdağ zonasında yerləşir. Qobustanda zəngin qayaüstü təsvirlərlə yanaşı, daş
dövründən başlamış orta əsrlərədək çoxlu maddi-mədəniyyət abidələri vardır.
Onlardan ibtidai-insan düşərgəsi, qədim yaşayış məskəni, kurqanlar və s. göstərmək
olar.
Qobustan 1947-ci ildən İshaq Cəfərzadənin rəhbərliyi altında öyrənilir.
Arxeoloji qazıntılar zamanı Qobustanda 14 qədim düşərgə, 30-dan çox kurqan
öyrənilmişdir. Bu məskənlərdən “Ana zağa”, “Kənizə”, “Firuz”, “Ovcular”,
“Yazılıtəpə” və s. göstərmək olar.
“Firuz” adlı mezolit dövrü düşərgəsində aşkar edilmiş qəbir böyük elmi
əhəmiyyətə malikdir. 11-nəfərin dəfn olunduğu bu qəbirdən balıq toru toxumaq üçün
sümük alətlər, daşdan, heyvan dişlərindən düzəldilmiş muncuqlar diqqəti cəlb edir.
“Ana zağa” dan Neolit dövrünə aid gil qablar, boyunbağılar tapılmışdır.
Qobustan qayaustü rəsmləri daha böyük elmi əhəmiyyət daşıyır. Təqribən 750
qaya üzərində 4000-ə qədər insan və heyvan təsvirləri müxtəlif işarələr aşkar
edilmişdir. Qayalar üzərində oyma üsulu ilə çoxlu qayıq təsvirləri həkk olunmuş-dur.
11
Qayaüstü rəsimlər arasında ov səhnəsi, əmək prosesi, taxıl biçini, ibadət etmək,
qiz qaçırmaq, yallıya oxşar rəqs etmək səhnələrinə rast gəlinir. Məhşur İsveç səyyahı
Tur Heyerdal orada olarkən demişdir: “Dünyada qaya təsvirlərində əksini tapan
qayıqların yaşı 3500 ildən çox deyildir. Bəs nə üçün sizinkilərin sorağı səkkiz
minilliklərdən gəlir.”
Neolit. Mezolit (orta daş dövrü) o qədər uzun sürməmişdir.Yeni daş dövrü ilə
əvəz olunmuşdur. Bu yeni daş dövrü Neolit adlanır. Ümumiyyətlə Azərbaycanda
mezolit və Neolit dövrləri demək olar ki, nisbətən zəif öyrənilmişdir. Bu baximdan
Damcılı və Qobustan mağaralarında aşkar edilən abidələr çox böyük maraq doğurur.
Neolit dövrü təxminən e.ə.VII-VI minillikləri əhatə edir. Bu dövrdə əkinçilik və
maldarlıq əsaslı surətdə təşəkkül tapmış və inkişaf etmişdir. Neolit dövründə insanlar
istehsalı mənimsəyir, təbiətdə hazır şəkildə mövcud olmayan yeni materialların
istehsalına başlayır. Toxuculuğun kəşfi və gil qabların hazırlanması istehsalda
mühüm yer tutur. İlk vaxtlar toxuculuq materialı kimi yabanı texniki bitkilərdən
(gicitkən, kətan və s.) istifadə olunurdu.
Gəncə -Xanlar bölgəsində tapılan maddi-mədəniyyət abidələri göstərir ki,
Azərbaycandakı neolit adamı artıq daşı burma üsulu ilə deşə bilirdi. Əsas əmək aləti
kimi toxadan istifadə olunduğundan əkinçilik toxa əkinçiliyi adlanırdı. Bu dövrdə
maldarlıq əsasən ev maldarlığı səviyyəsində idi.
Neolit dövründə əhali oturaq həyat sürmüş,ovçuluq və balıqçılıqla da məşğul
olmuşlar. Gillidağ adlı yerdə (Gəncə yaxınlığında) qədim çaxmaqdaşı istehsalı ilə
bağlı izlər,çoxlu məhsullar hazırlanmışdır. Saxsı qablar istehsalı ərzaq ehtiyatının
saxlanılmasını asanlaşdırmış, məişətin bütün sahələrində əsaslı dəyişikliyə şərait
yaratmışdır. Saxsı qablar 133 nömrəli Gəncəçay düşərgəsində, Təbriz yaxınlığındakı
Yanıqtəpə və Urmiya gölü yaxınlığındakı Firuztəpə abidələrinin müvafiq
təbəqələrində daha çox məlumdur. İlk dəfə tikinti və hörgü işləri də neolitdə meydana
çıxmışdır. Artıq bu dövrdə möhrə və ya çiy kərpiclə hörülmüş evlərdən kəndlər
salınırdı.
12
Neolit dövründə qəbilələrin birləşməsi zəminində tayfalar meydana gəlir,
qəbilə dilləri tayfa dilləri ilə əvəz olunur. İnsanlar özlərinə lazım olan maddi
nemətləri əldə etmək üçün daha mükəmməl alətlər hazırlamağa çalışırdılar.
Eneolit dövrü. Neolit dövrünün sonlarında insanlar təsərrüfat və məişətdə metal
əşyadan istifadə etməyə başlayırlar. Bu ilk metal mis olmuşdur. Mis məmulatının
meydana çıxdığı bu dövr eneolit (mis-daş) dövrü adlanır və e.ə. VI-IV minillikləri
əhatə edir.
O zamanlar Azərbaycanca sakin olan tayfalar Gədəbəy, Daşkəsən, Yuxarı
Qarabağ ərazilərində olan mis yataqlarından istifadə edirdilər.
Azərbaycanin ərazisində eneolit dövrünə aid 60-dan çox yaşayış məskəni
aşkar edilmişdir. Bunlardan I-Kültəpə (Naxçıvan), İlanlıtəpə (Mil-Qarabağ),
Çalağantəpə, Qaraköpəktəpə, Zərgərtəpə (Muğan düzü) və başqa yaşayış yerlərini
göstərmək olar. Bu ərazilərdən misdən hazırlanmış əşyalar-kiçik əyri bıçaq, nizə ucu,
qayıq, bəzək əşyaları və s. şeylər tapılmışdır.
Eneolit dövrü əhalisi əkinçilik və maldarlıq, ev sənətkarlığının müxtəlif sahələri
(dulusçuluq, daş və sümükişləmə, toxuculuq və s.), habelə balıqçılıqla məşğul olurdu.
Dəmyə (təbii suvarma) əkinçiliyi geniş yayılsa da, süni suvarma əkinçiliyin izlərinə
Mil düzündə şahtəpə yaşayış yerində rast gəlinmişdir. Taxıl bitkisinin 10-a qədər
növü (buğda, arpa, darı, vələmir, çöl noxudu və s.) becərilirdi.
Bu dövrdə dulusçular qabların davamlılığını artırmaq üçün gilin tərkibinə xırda
doğranmış saman və başqa qatışıqlar əlavə etmişlər. İnsanlar parça toxumağı və gön
dərini emal etməyi bacarırdılar.
Azərbaycanın enolit dövrü əhalisi qonşu tayfalarla, həmçinin Ön Asiyanın
qədim mədəniyyət mərkəzləri ilə ünsiyyətdə olmuşlar.
Enolit dövrüdə Azərbaycanda həm ictimai-sosial, həm iqtisadi, həm də mədəni
həyatda mühüm dəyişiklik və irəliləyiş baş vermişdi.
Mis dövründə sosial ictimai həyat tərzi və dünya görüşündədə mühüm
dəyişikliklər baş verdi. Qədim Şərqdə olduğu kimi ölünün yaşayış yerində və ya
divarın dibində dəfn etmək adəti var idi. Əliköməktəpədə (Cəlilabadda) 20-dək
13
qəbirdə ölü qırmızı boya ilə boyanmış, həsirə bükülərək qəbirə sağ və ya sol böyrü
üstə gömülmüş, üzünün qarşısına isə su qabı (cam) qoyulmuşdu.
Qoşa nigahlı ailənin meydana çıxması və möhkəmlənməsi istehsal vasitələri
üzərində irəliyə doğru mühüm addım idi. Maldarlıq və əkinçiliyin sürətli inkişafı ilə
təsərrüfatda habelə ictimai həyatda kişilərin mövqeyi möhkəmləndi.
Tunc dövrü. Eneolitin son mərhələsində metallurgiya sahəsində baş verən
dəyişiklik yerli tayfaların həyatında yeni daha mütərəqqi mərhələnin – Tunc
dövrünün başlanğıcığını qoydu. Bu dövr 3 min ilə qədər davam etmiş və e.ə. IV-II –
minillikləri əhatə etmişdir.
Azərbaycan ərazisində Tunc dövrü bir neçə inkişaf mərhələsi keçmişdir. Şərti
olaraq onlar ilk, orta və son Tunc dövrləri adlanmışlar. Erkən (ilk) tunc dövrü Kür-
Araz mədəniyyəti də adlanır. Bu mədəniyyətin əsas təşəkkül və yayilma sahəsi Kür-
araz ovalığı olsada bu mədəniyyətin izlərinə Anadolu yaylası, İran, Suriya, Şimali
Qafqaza qədər ərazilərə də yayılmışdır. E.ə. III minilliyin birinci yarısında toxa
əkinçiliyi xış əkinçiliyi ilə əvəz olunmuşdu. Nəticədə dağətəyi bölgələrdə də əmək
məhsuldarlığı yüksəldi. Düzən yerlərdə süni suvarma əkinçiliyi, dağətəyi və dağlıq
yerlərdə isə dəmyə əkinçiliyi geniş yayılmışdı
Erkən tunc dövründə ev maldarlığından köçmə, yaylaq maldarlığına keçid baş
vermişdir. Bununla əlaqədar olaraq yalnız heyvandarlıqla məşğul qəbilələr meydana
çıxırdı. Əkinçilik və maldarlığın bir-birindən ayrılaraq müstəqil sahələr kimi fəaliyyət
göstərməsi ibtidai-icma cəmiyyətinin tarixində birinci ictimai əmək bölgüsü adlanır.
Tunc dövründə ana nəsli ata nəsli ilə (patrixal) əvəz edilməyə başlayır.
Patriarxal ailə münasibətləri genişlənməyə başlayır.
Erkən tunc dövrünün mühüm yeniliklərindən biri metallurgiya və
metalişləmənin sürətlə inkişafıdır. Beləki, metallurgiya və metalişləmə ilə bağlı
texnoloji proseslərin bütün mərhələlərini əks etdirən arxeoloji materiallar (soba, buta,
parç, qəliblər) tapılmışdır. Məsələn Babadərviş yaşayış məskənində soba açılıb
öyrənilmişdir. Tunc dövrünün abidələri Xocalı, Gədəbəy, Daşkəsən, Gəncə,
Mingəçevir, Şəmkir, Naxçıvan və başqa ərazilərdə aşkar edilmişdir. Şəmkir və
14
Mingəçevirdə tunc baltalar və nizə ucları hazırlamaq üçün daş qəliblər aşkar
edilmişdir.
E.ə. III minillik insanların həyatında əmlak bərabərsizliyinin ilkin əlamətlərinin
üzə çıxdığı, həmdə ilkin tayfa birliklərinin yarandığı dövr kini xarakterizə olunur.
Belə ki, bu dövrdə Azərbaycanın cənubunda kuti, lullubi tayfa birlikləri və Kür-Araz
vadisində daha bir tayfa birliyi meydana çıxmışdı.
Orta tunc dövrü. Bu dövr e.ə. III minilliyin sonlardan-e.ə. II minilliyin I
yarısına qədər davam etmişdir. Orta tunc dövründə Azərbaycanda sənətkarlıq peşəkar
sahəyə çevrilmiışdi. Boyalı qablar mədəniyyəti yarandı. Yaşayış yerlərində
sənətkarlıq məhəllələrinin varlığı xüsusi sənətkar zümrələrinin formalaşması ilə bağlı
olmuşdur. Belə ki, bu dövrdə sənətkarlıq başqa təsərrüfat sahələrindən ayrılaraq
müstəqil inkişaf edir. Sənətkarlıq məhsullarına artan tələbatı ödəmək üçün bu və ya
digər sənət sahəsi ilə məşğul olan şəxs başqa işlərdən əl çəkir, bütün diqqətini yalnız
öz sənətinə verirdi. Cəmiyyətin həyatında mühüm rol oynayan ikinci böyük ictimai
əmək bölgüsü, sənətkarlığın bütün sahələrinin (dulusçuluq, metalişləmə, ağac və
sümükişləmə və s.) sürətlə inkişafı nəticəsində baş vermişdi. Sənətkarlığın müstəqil
inkişafı nəticəsində sənətkarlıq məhsulları satlıq məhsula-əmtəəyə çevrilməyə
başlamışdı. Alqı-satqının isə genişlənməsi öz növbəsində tacirlər zümrəsinin
yaranmasına səbəb oldu.
Naxçıvanda orta tunc dövrünə aid yaşayış məskənlərinin öyrənilməsi burada
Şərqin ən qədim və ilkin şəhər mədəniyyətinin təşəkkül tapmasından xəbər verir.
Orta tunc dövründə əkinçilik süni suvarmaya əsaslanmış, xış əkinçiliyi tətbiq
edilmişdi. Əsasən buğda, arpa və darı becərilirdi. Üzümçülük də kənd təsərrüfatının
inkişaf etmiş sahəsi idi. Belə ki, arxeoloji tədqiqatlar zamanı tapılan mədəni üzüm
tumları, şirəsıxan daş təknələr bu dövrdə üzüm emalının və şərabçılığın yarandığını
göstərir. Bu dövrdə bağçılıq, bostançılıq inkişaf etmişdir.
Son tunc və ilk dəmir dövrü e.ə. XIV-e.ə.VIII əsrləri əhatə edir. Bu dövrlər
aşağıdakı arxeoloji mədəniyyətlər əsasında öyrənilmişdir: Xocalı-Gədəbəy
mədəniyyəti; Talış-Muğan mədəniyyəti; Naxçıvan mədəniyyəti.
15
Tunc dövrünün sonlarına yaxın əmlak və ictimai bərabərsizlik dərinləşməyə
başlayır, icma quruluşlarının əsasları sarsılır, böyük tayfa ittifaqları yaranır.
Təsərrufat tayfalarının ümumi mülkiyyətdən ayrı-ayrı ailə başçılarının mülkiyyətinə
çevrilirdi. Tayfa başçıları tədricən maddi sərvətləri öz əllərinə alırlar. Tayfalar
arasında otlaq, qul ələ keçirilmək üstündə toqquşmalar təşkil olunurdu.
E.ə. II-ci minilliyin sonu I-ci minilliyin əvvəllərində tunc alətləri tədricən
dəmirlə əvəz olunmağa başlayır. Dəmirdən istifadə olunması ilə bəşər tarixində yeni
dövr-Dəmir dövrü başladı. Bu tunc və mis alətlərin sıxışdırılıb atılmasına, torpağın
becərilməsinin yaxşılaşdırılmasına və genişləndirilməsinə geniş imkanlar açdı.
Bununla da əkincilik insanın əsas və daimi məşğuliyyətinə çevrildi.
İbtidai-icma qurluşunda məsuldar qüvvələr ləng də olsa inkişaf etməkdə idi. Daş
alətlərdən metal alətlərə keçid istehsal üsülunda əsaslı çevrilişə səbəb oldu. Tədricən
insan əməyinin tətbiq olunduğu sahələr genişlənir, insanların yeni peşə sahələri
meydana çıxır, ayrı-ayrı ailələrin müstəqil məşğul olmaları üçün şərait yaranırdı.
Metallurgiya və və metalişləmə sənəti yüksəliş dövrü keçirirdi. Sənətkarlıqda
gön-dəri və toxuculuq sahələri inkişaf edirdi. Saxsı qab istehsalında ayaqla hərəkətə
gətirilən dulus çarxının geniş tətbiqi istehsalın həcmini və məhsulun keyfiyyətini
artırmışdı. Gəncə ərazisində qara və boz rəngli qablar, Qarabağda qara cilalı və
həndəsi naxışlı saxsı qab hazırlanması üstünlük təşkil etmişdi.
Son tunc - erkən dəmir dövründə tayfalararası və ölkələrarası ticarət də inkişaf
etmişdi.
İbtidai-icma quruluşunun dağılmasına səbəb olan ziddiyyətlər yetişməkdə idi.
istehsal alət və vasitələri üzərində xüsusi mulkiyyət meydana çıxırdı. Tayfa
ağsaqqalları və bəzi üzvləri icmalardan ayrılır, yaxşı torpaqları öz əllərinə keçirir,
ictimai vəzifələri irsi olaraq öz varislərinə verirdilər.
Xüsusi mülkiyyətin və mübadilənin inkişafi xüsusi mülkiyyətin ictimai
mülkiyyətə qarşı qoyulmasına, ailələrin bir hissəsinin varlanmasına, digər hissəsinin
isə yoxsullaşmasına səbəb olundu. Meydana çıxan icma əyanları qalan icmaçıları
özləri üçün işləməyə məcbur edirdilər.
16
Tədricən varlı tayfalar başqa tayfaları öz nüfuzları altına alır, bəzən də tayfa
ittifaqlarının başında dururdular.
Bütün bu daxili ziddiyyətlər ibtidai-icma quruluşunun dağılmasına səbəb oldu.
İstehsal münasibətlərinin məhsuldar quvvələrinin xarakterinə uyğun gəlməməsi onlar
arasında mübarizəyə səbəb olmuş yeni istehsal münasibətlərinin yaranmasını labüd
etmişdi. Cəmyyət siniflərə bölünmüş dövlət yaranmışdır.
Beləliklə e.ə.I-ci minilliyin əvvəllərindən başlayaraq ilk sinifli cəmiyyət
yaranmışdır, insanın insan tərəfindən istismarına və xüsusi mülkiyyətin yaradılmasına
başlanmışdır.
17
II Mövzu: Azərbaycan ərazisində tayfa ittifaqlari və qədim
dövlətlər.
P l a n :
1. Miladdan qabaq III-II minillkilərdə Azərbaycanın etnosiyasi xəritəsi. 2. İlk Azərbaycan dövlətləri: Aratta, Lillubium və Kutium dövlətləri. 3. Manna və Atropatena quldar dövlətləri və onların ictimai – siyasi quruluşu. 4. Qafqaz Albaniyası: sərhədləri etnik tərkibi ,vilayətləri və təsərrüfatı.
Ədəbiyyat:
1. Azərbaycan tarixi.VII cilddə, I cild. Bakı,1998. səh.166-414.
2. Azərbaycan tarixi .Bakı,1994. səh.73-169.
3. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı,1998. səh.1-11.
4. Qaşqay S. Manna çarlığının tarixindən. Bakı, 1971.
5. Fazili A. A. Atropatena e.ə.IV-bizim eranın VII əsri. Bakı, 1992.
6. Məmmədova F.Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğra-
fiyası. Bakı,1986.
18
E.ə. II minilliyin ikinci yarısı ibtidai icma quruluşunun intensiv surətdə
dağılması və ilkin sinfi qurumların yaranması ilə səciyyələnir. Azərbaycan ərazisində
hər yerdə sinifli cəmiyyət eyni vaxtda yaranmamışdır. Çünki burada ictimai, iqtisadi
və sosial dəyişikliklər müxtəlif vaxtlarda baş vermişdir. Azərbaycanın cənubu,
xüsusilə cənub-qərb torpaqları Mesopotamiyanın quldar cəmiyyətinə yaxın olmuşdur.
Mesopotomiyada baş verən dəyişikliklər Azərbaycanın cənub hissəsinə də təsir
göstərirdi. Artıq e.ə. III-II min.Azərbaycanın cənubunda erkən dövlət qurumları
meydana gəlmişdir.
E.ə. III-II min. Urmiya gölü ətrafında lullubi, kuti,su,turukki: Arazdan şimalda
Naxçıvan və Mil-Qarabağ ərazilərində naxç, gərgər tayfaları və s. tayfalar yaşamışlar.
Bu tayfalar qonşu Mesopotomiya ilə sıx mədəni-iqtisadi əlaqədə olmuşlar.
İnsanlarda sərvət əldə etmək, qonşuların sərvətinə malik olmaq meylləri
güclənir. Tayfalararası müharibələr artır, zəif tayfalar məğlub olaraq iri və güclü
tayfalar ətrafında birləşməyə başlayırlar.
Mənbələr artıq e.ə. III minilliyin sonlarına yaxın Azərbaycanın cənub –qərb
vilayətlərində lullubilərin və kutilərin tayfa itifaqlarının yarandığını göstərir.
Lillubilərin şərq qonşuları kassitlər, cənubi-şərq qonşuları isə elamlılar idilər.
Urmiya gölünün qərb və şimal sahillərindəki bəzi vilayətlərdə isə xurritlər yaşayır-
dılar.
E.ə.III və I miniliyin başlanğıcına qədər həmin ərazilərdə yaşayan əhalinin
etnik və dül tərkibində demək olar ki, heç bir dəyişilik baş verməmişdi.
E.ə.I minilliyin başlanğıcında Cənubi Azərbaycan ərazisində sakin olan qədim
tayfaların bir hisəsinin manna tayfalarından ibarət olduğu göstərirlər. Onlar
Urmiya gölündən cənub və şərqdə yaşamışlar.
Mannalılar haqqında ilk məlumatı Assuriya daşüstü yazıları verir. Manna
tayfaları etnik, iqtisadi və mədəni cəhətdən lullubi tayfalarının varisləri sayılırlar.
Mannalardan şərq və cənub-şərqə doğru Midiya tayfaları yerləşmişdilər. Onlar
haqqında ilk məlumata e.ə.IX əsrə aid olan Assuriya yazılarında rast gəlmək olur.
Midiyalıların yerləşdiyi həmin ərazi “ Maday” və ya “Amaday” adlanırdı.
19
E.ə I minillikdə Azərbaycan ərazisində kadusilər, kaspilər, albanlar və başqa
tayfalar da yaşayırdılar. Kadusilər Qarasu (Qaradağda ) çayı vadisində və Araz çayı-
nın cənub axarı ilə qonşu yerlərdə yaşamışlar.
Kaspilər Xəzər dənizinin qərb və cənub –qərb sahillərində yaşamış və son-
ralar midiyalılar, albanlar və başqa tayfalarla qarışmışlar.
Alban tayfaları güclü tayfalardan olub Kür çayının şimalında yaşamışlar. E.ə
VII əsrdə Azərbaycanın düzənlik ərazilərində skif (iskit) tayfaları da yaşamışlar.
Tarix inkişaf etdikcə Azərbaycan ərazilərində yaşayan tayfalar tayfa
ittifaqlarında birləşməyə başlayırlar. Bu tayfa ittifaqlarında birləşdirici qüvvələr
iqtisadi və siyasi cəhətdən az-çox inkişaf etmiş tayfalar idilər. Çox vaxt tayfa
itifaq-larının adları güclü tayfanın adı ilə tanınır və adlanırdı.
Azərbaycanda erkən tayfa ittifaqlarının yaranması və dövlət halında birləş-
məsi gedişini qaynaqlar əsasında dəqiq müəyyənləşdirmək mümkün deyil. Lakin
e.ə. III minillikdə Azərbaycanda müxtəlif ad daşıyan dövlət qurumlarının meydana
gəlməsi müşahidə olunur.
Aratta – Azərbaycan ərazisində (Güney Azərbaycanda) e.ə. III minilliyin I yarısında
meydana gəlmiş ilk dövlət qurumu. Onun ərazisi Urmiya gölünün cənub və cənub
şərq hissəsini əhatə edirdi. Diyala çayının yuxarı axarı və müasir Zəncan-
Qəzvin ərazisi Arattanın aşağı sərhəddini təşkil edirdi. Aratta
dövləti İkiçayarası(Mesopotamiya) şəhər dövlətləri ilə iqtisadi, siyasi və mədəni
əlaqələrə girmişdi. Bu ölkə ilə əlaqədar hadisələr (e.ə.III minilliyin birinci yarısı) bir
neçə Şumer dastanında əks olunmuşdur. Məsələn: “En-Merkar və Aratta hökmdarı”,
“En- Merkar və En-Sukuşşiranna və s.
Bu dövlət Şumer şəhər dövlətləri ilə iqtisadi, siyasi və mədəni əlaqələr
saxlayırdı. Şumerin paytaxtı Uruk və onun hökmdarı En-Merkar ilə Arrata arasında
əlaqələr genişlənirdi. Aratta hökmdarı En-Sukuşsirana Şumerlərə bir müttəfiq kimi
yanaşı, hətta samilərin Şumerə hücumları zamanı onlara hərbi yardım da etmişdi.
20
Eyni zamanda bu iki dövlət arasında münaqişələr də olur, biri-digərini tabe
etməyə çalışırdı. Arattanın coğrafi mövqeyi və yerləşdiyi ərazi haqqında müxtəlif
fərziyyə və mülahizələr irəli sürülüb.
Erməni tarixçiləri XIX əsrdən başlayaraq Aratta sözünü Ayrarat (Ayrorat, daha
dəqiqi Ararat) kimi təhrif edərək Ağrı dağı ətrafında (Şərqi Anadoluda) lokalizə
etməyə çalışmış və Aratta dövlətinin ən qədim erməni dövləti olduğunu qeyd etmişlər
(hər nə qədər ermənilərin (ərmənlər) və ermən tarixinin haylarla yaxından-uzaqdan
əlaqəsi olmasa da). Lakin Arattanı təsvir edən qədim qaynaqlardakı təbii-coğrafi
şərait və faydalı qazıntı yataqlarının heç biri Şərqi Anadoluda olmadığından
ermənilərin bu əsassız iddialarının tarixi saxtalaşdırmaq cəhdindən başqa bir şey
olmadığı və heç bir elmi mənbəyə əsaslanmadığı üzə çıxır. Şumer dastanları qiymətli
lacivərd daşının Arattadan gətirildiyini qeyd edirlər. Məhz bununla əlaqədar
tədqiqatçılar Arattanı lacivərd yataqları olan əraziyə şamil edirlər.
Zəngin yeraltı faydalı sərvətləri olan Arattanın əhalisi qızıl, gümüş,
qurğuşun ,mis və s.hasil edir və Mesopotamiya ərazisinə ixrac edir, oradan isə
Arattaya taxıl və meyvə gətirilirdi.
E.ə.III minilliyin ikinci yarısında Şumer şəhər dövlətləri süquta
uğradı.Mesorotamiya Akkad dövlətinin hakimiyyəti altında birləşdirildi. Bu zaman
Aratta bir dövlət kimi artıq siyasi səhnədən çıxmışdı. Keçmiş Aratta dövlətinin qərb
torpaqlarında lullubi tayfalarının ittifaqı yaranmışdı.Bu tayfa ittifaqına turukku və su
tayfaları da daxil olmuşdular.
Lullubi dövlət qurumu. E.ə.XXIII əsrdə Urmiya gölünün cənubunda Lullubi
dövlət qurumu yaranır. Lullubilər haqqında ilk məlumat Akkad mənbələrində
verilmişdir. Azərbaycan ərazisində yaranmış etno-siyasi birliklərdən biri olan
lullubilər Diyala çayının yuxarı axarından Urmiya gölünədək olan torpaqlarda
kutilərdən cənubda və şərqdə yaşayırdılar.
Lullubi hökmdarı Satuni (e.ə.2230-2200). Akkad dövlətinə qarşı hərbi
birləşmələrdə iştirak etmişdir. Əvvəllər Lullubium padşahlığında xırda hökmdarlar
olmuşdur. Lullubi hökmdarı İmaşqun xırda hakimləri mərkəzi hakimiyyətə tabe edir.
Beləliklə e.ə. XXIII əsrin sonlarına yaxın Urmiya gölünün cənubunda Akkad dövləti
21
ilə mübarizə aparan güclü Lullubium dövləti yaranır. Bu dövlət hökmdar
Anubanninin dövründə (e.ə.2170-2150) daha da güclənir.Onun siyasi və hərbi
nailiyyətləri “Daş sütunu” mixi yazılı abidəsində həkk olunmuşdur. E.ə. XXII əsrə
aid olan bu kitabədə Akkad dilində yazılmışdır: “Anubanini, qüdrətli çar, Lullubum
çarı öz təsvirini və İştar ilahəsinin təsvirini Batir dağında həkk etdirdi”. Bu yazı
əsasında müəyyən olunmuşdur ki, Lullubi hökmdarı Anubaniniyə tabe olan torpaqlar
Urmiya gölündən Diyala çayının orta axarınadək uzanırdı.
Lillubilər də Arattalılar kimi Mesopotamiya şəhər dövlətləri ilə əlaqə
saxlayırdılar. Buradan mal-qara aparılaraq, ölkəyə taxıl gətirilirdi.
Lullubilər mixi yazılarına bələd idilər. Anubanninin “Daş sutunu” lullubu
ustaları tərəfindən yazılımışdı.
Lullubilər səma, bərəkət, məhəbbət, ay, günəş və s. Allahlara sitayış, edirdilər.
Səma allahı Anunilin adı birinci çəkilirdi.
E.ə.II minillikdə vahid Lullubium dövləti parçalanır və yerində xırda hakimiy-
yətlər yaranır. Mənbələr bu dövrdə “çoxlu lillubi hökmdarları” ifadəsini işlədir.
Kuti dövlət qurumu. E.ə.III minillikdə Urmiya gölünün qərb və cənubi- qərb
hissəsində kutu (və ya quti) tayfa birləşmələri var idi. E.ə. III minilliyin ikinci
yarısında kutilərin dövlət halında birləşməsi başlamışdı. Döyüşkənliyi ilə seçilən və
çoxlu əhalisi olan Kuti tayfa ittifaqı hətta Mesopataniyada gedən siyasi hadisələrə
müdaxilə etməyə başlamışdılar.
Kutilərin hökmdarlı Enridovazis Akkad üzərinə dəfələrlə hücum etmiş və Akkad
hökmdarı Naram-Suenin Şumerə hücumu zamanı şumerlərə kömək etmişdir. Hətta
Kiti hökmdarının şərəfinə Şumerlərin Nippur şəhərində mixi yazılı abidə qoyulmuş
və Enridavazir “Kutium və dünyanın dörd tərəfinin hökmdarı” adlandırılmışdır.
Sonralar kutilərin Mesopotamiyaya hücumları daha da aktivləşir. E.ə.2175-ci
ildə Mesopotaniyada hakimiyyət kutu sülalələrinin əlinə keçir. Demək olar ki,
burada kutilərin hakimiyyəti 100 ilə qədər davam etmişdir.
E.ə.III minilliyin sonlarında kuti hökmdarı Tirinanın dövründə kutilərin
hakimiyyətinə qarşı narazılıq başlayır. Üzük şəhərinin əhalisi hökmdara qarşı
çıxdılar. Muri şəhəri yaxınlığında qəflətən üsyançılar Trikan üzərinə hücuma
22
keçirlər. Kutilər məğlub olur və hökmdar əsir düşür. E.ə. 2104-cü ildə kutilərin
hakimiyyətinə son qoyulur.
E.ə.II minilliyin əvvələrində Urmiya gölü hövzəsində yaşayan turukku (turiki)
və su tayfaları siyasi fəaliyyətə başlayır. Onlar əvvəlki dövrlərdə Aratta, sonra isə
Kutium və Lullubium dövlətlərinin tərkibinə daxil idilər. Bu dövlət qurumları süquta
uğradıqdan sonra turukku və su tayfaları Mesopatamiya hadisələrinə müstəqil
surətdə qarışmağa imkan tapdılar. Turukkular Zaqros dağlarını aşaraq
Mesopotamiyaya daxil olurdular. Onlar Aşağı Zab çayına qədər gələrək hurrit
tayfaları ilə əlaqələrə girirdilər. Umimiyyətlə turukkular Assur dövləti üçün böyük
təhlükə mənbəyi idilər. Assur hökmdarı Şamşı-Adad (e.ə.1813-1781) turukkulara
qarşı hərbi yürüş təşkil edir, lakin bu tayfaların müdaxilələrinin qarşısını ala bilmir.
Turukkilər Assuriyanın Şərqə doğru hərbi təcavüzünü dayandıraraq tarixi
Azərbaycan torpaqlarını işğal təhlükəsindən qurtarmışdılar.
Manna dövləti. E.ə.I minilliyin əvvəllərində Cənubi Azərbaycanda, Urmiya
gölü hövzəsində mərkəzləşmiş dövlətin meydana gəlməsi üçün şərait yaranır.
Bu dövlət Manna adlanır. Manna ərazisində bir sıra xırda dövlət birləşmələri
mövcud idi və onlar xarici müdaxiləyə qarşı təkbaşına mübarizə aparırdılar. Manna
ərazisində əsas vilayətlər bunlar idi. Zamua, Mazuma, Gilzan, Alateye, Zikirtu, Andia
və s. Manna adı ilk dəfə e.ə.843-cü ildə Assur mənbələrində yad edilmişdir.Bu
mənbələrdə Manna əslində tayfa adını bildirirdi.
Urmiya gölünün cənubunda Zamua vilayəti yerləşirdi. Bu ərazi lulluların
məskəni olmuşdur. E.ə. IX əsrin birinci yarısında Zamua siyasi cəhətdən vahid
deyildi və bir neçə müstəqil vilayətlərə parçalanmışdı. E.ə. 880- ci ildə assur
hökmdarı II Aşşurnasirpal (e.ə.883-859) Zamua ölkəsinə hücum edir. Çoxlu xərac
toplayaraq geri qayıdır.
Assuriya hökmdarı III Salmanasar e.ə.857, 856-cı illərdə Mannanın Zamua
vilayətlərinə soxuldu və bir sıra şəhərləri tutdu.
E.ə 829-cu ildə III Salmanasar Manna hökmdarı Ualkinin (Udaki) hakimiyyəti
altında olan torpaqlara soxuldu.Paytaxt Zizru(sonralar İzirtu) tutulur.
23
Assur hökmdarı V Şamşi-Adad (e.ə.823-811 ci illər) Mannaya yürüşünü Zamua
torpaqlarından başladı və 300 yaşayış məskənini tutdu və dağıtdı.
Assuriyanın hərbi müdaxilələri Manna hökmdarlarını ölkəni vahid mərkəzdə
birləşdirməyə vadar edirdi.
E.ə.IX əsrin ikinci yarısında Urartu da Manna torpaqları hesabına ərazilərini
genişləndirməyə çalışırdı. Urartu Şərqi Anadoluda Van gölü (Türkiyə)yanında
yaranmış dövlət idi.Urartu hökmdarı İşpiuni və oğlu Menua e.ə. 812-ci ildə
Mannanın Meişta vilayətini ələ keçirir. Lakin çox çəkmir ki, Mannalılar Urartu
işğalçılarını qovub çıxarırlar.
E.ə.VIII əsrin birinci yarısında Assuriya siyası cəhətdən zəifləyir. Belə şəraitdə
Urartu fəallaşaraq Mannaya hücumlara başladı. Urartu hökmdarı I Argişti (e.ə.781-
760) bir neçə dəfə (yəni-e.ə.781-774) Manna torpaaqlarına soxuldu. Daha sonra II
Sarduri (e.ə.760-730) e.ə.750-ci ildə mannaya hücum etdi, e.ə.747-ci ildə
C.Azərbaycana soxuldu.
Assuriyada III Tiqlatpalasarın (e.ə.744-727) hakimiyyətə gəldikdən sonra dövləti
gücləndirməyə çalışdı. Mannada və başqa ölkələrdə Assuriyanın siyasi təsirini
artırmaq məqsədilə Urartu ilə toqquşmalı oldu. Manna hökmdarı İranzu (e.ə.740-
719) yaranmış siyasi vəziyyətdən bacarıqla istifadə etdi. Assuriya ilə Urartu
arasında gedən müharibələrdən istifadə edən İranzu itiril-miş torpaqları geri qaytara
bildi.
İranzu bütün Manna vilayətlərini mərkəzi hakimiyyətə tabe etdi və ölkədə
canişinlik sistemi yaratdı.Mannanın sərhədləri şimalda Araz çayı ilə, cənub və cənub
şərqdə Kassi ölkəsi, Pars və Lidiya ilə həmsərhəd idi.
İranzunun hakimiyyəti illərində Manna demək olar ki, Cənubi Azərbaycan-nın
sərhədlərində bərqərar oldu və Urmiya gölü hövzəsində ən qüvvətli bir dövlətə
çevrildi.
Urartu hökmdarı I Rusa (e.ə.730-714) işğalçılıq niyyətini həyata keçirmək
məqsədilə Mannanın Zigurtu vilayətinin canişini Metatti və başqa şəhərlər ilə sazişə
girdi. E.ə. 719-cu ildə Mannanın Şuandahul və Durdukka şəhərlərinin əhalisi
24
Metattiyə arxalanaraq İranzuya qarşı üsyana qalxdı. Assuriya hökmdarı ittifaqa sadiq
qalaraq üsyanı yatırdı.
İranzunun vəfatından sonra (e.ə. 719) oğlu Aza (e.ə.718- 716 ) hakimiyyətə
gəldi. Onun dövründə ölkə daxilində ixtilaflar gücləndi və dövlətdə parçalanma
təhlükəsi yarandı.Urartu hakimi Rusa bundan istifadə edərək e.ə 716-cı ildə Azaya
qarşı sui- qəsd təşkil edir və Aza öldürülür. Aza həlak olduqdan sonra onun qardaşı
Ullusunu (e.ə.716-680) Manna hakimiyyətinə sahib olur. Onun hakimiyyətə
gəlməsində Urartu hökmdarı Rusanın əli olmuş və bunun əvəzində ona 22 qala
hədiyyə etmişdi. Bundan qəzəblənən Assuriya çarı II Sarqon e.ə.716-cı ildə
Mannaya hücum etdi. Ullusunu paytaxt İzirtu şəhərini tərk edərək qaçdı, şəhər
tutuldu. İki il sonra, e.ə 714-cü ildə II Sarqon Mannaya daha geniş hücum çəkdi.
Onun məqsədi Mannanı Urartu təsirindən azad etmək və öz mövqeyini Mannada
möhkəmləndirməkdən ibarət idi. Bu hücumlardan sonra Manna uzun müddət
Assuriya lə ittifaqda sadiq qaldı.
VII əsrin birinci rübündə Qafqazdan Mannanın qərb və cənub-qərb vilayətlərinə
kimmer,sak tayfa birləşmələri gəlirlər və onlar Assuriya üçün böyük təhlükə təşkil
edirlər. Mannalılar Assuriya əleyhinə onlarla ittifaqa girərək Assur əsarətindən
qurtuldular. Manna hökmdarı Ahşeri (e.ə. 675-650) artıq müstəqil siyasət yürüdürdü.
Sonralar daxili ziddiyətlər nəticəsində Manna dövləti yenidən Assuriyanın
asılılığına düşür. Ahşeriyə qarşı üsyan baş verir və o, 650-ci ildə öldürülür.
Hakimiyyətə onun oğlu Ualli (e.ə. 650-630) gəlir. O, Assuriyanın vassallığını qəbul
edir. Ölkə getdikcə zəifləyir və 615-610-cu illərdə Midiyaya tabe edilir. Mannanın
adına son dəfə müqəddəs Bibliyada e.ə. 593-cü il hadisələrindən bəhs edilərkən rast
gəlinir. Bundan sonra Manna adına heç bir tarixi mənbədə rast gəlinmir.
E.ə.IX-VIII əsrlərdə midiya tayfalarının ilk siyasi itifaqı meydana çıxdı ki,
bunlar da gələcək Midiya dövlətinin rüşeymi idilər.
Manna dövlətinin paytaxtı İzurtu şəhəri olmuşdur. Hakimiyyətin başında
dayanan hökmdarın səlahiyyətləri geniş idi. Belə ki, o dövlətin daxili və xarici
siyasətini özü müəyyən edir, həmçinin dövrün siyasi hadisələrinə uyğun olaraq
25
dəyişdirirdi. Mannada hökmdarın yanında fəaliyyət göstərən Ağsaqqallar Şurası
məşvərətçi orqan idi.
Manna dövlətinin ərazisi vilayətlərdən ibarət idi. Onları hökmdarın təyin etdiyi
hakimlər və canişinlər idarə edirdilər.
Mannanın əhalisi əkinçilik, maldarlıq və müxtəlif sənətlərlə məşğul olurdu. Belə
ki, Azərbaycanın torpaqları və su ehtiyatları bol əkinçilik məhsulları yetişdirilməsinə
imkan verirdi. Azərbaycanın coğrafi şəraiti sayəsində həm dəmyə yerlərdə, həm də
suvarılan torpaqlarda əkinçilik inkişaf etmişdi. Quraqlıq rayonlarda bulaq və kəhriz
sularından istifadə olunurdu.
Həsənlidə aparılan qazıntı işlərinin nəticələri bölgənin iqtisadiyyatında
əkinçiliyin çox mühüm yer tutduğunu söyləməyə imkan verir. Burada iki və altı 157
cərgəli arpa, bir növ buğda və darı yetişdirilirdi. Digər tikintilər sırasında içərisində
müxtəlif kənd təsərrüfatı məhsullarının qalığı olan anbarlar da aşkar edilmişdir.
Əkinçiliklə yanaşı, maldarlıq da təsərrüfatın ən mühüm sahələrindən biri idi.
Cənubi Azərbaycanın şimal-qərb hissəsi - Qaradağın ətəklərinin Muğan düzü ilə
qovuşduğu yerlər yaxşı qış otlağı olmuşdur. Zaqros dağları boyunca geniş təbii
otlaqlar vardır və burada ayaqaltı yemlə milyonlarla mal-qara saxlamaq mümkündür.
Manna ərazisində qaramal, davar, at saxlanılması mixi yazılardan bəllidir. Burada
köçəri (yaylaq-qışlaq) - maldarlıq inkişaf etmişdi, mal-qara yazda dağlara sürülür,
payızda vadilərə gətirilirdi. Manna çarlığının vilayətlərində atçılığa xüsusi, çox böyük
əhəmiyyət verilirdi. Kənd təsərrüfatında həm tunc, həm də dəmir toxalardan, dəmir
tiyəli oraqlardan istifadə edilirdi.
Metallurgiya və metalişləmə, dulusçuluq, daşişləmə, sümükişləmə, əyiricilik və
toxuculuq geniş surətdə inkişaf etmişdi. Əhali metal hasil etməyi və ondan əşyalar
qayırmağı çox yaxşı öyrənmişdi. Tunc məmulat həm təsərrüfatda, həm də hərbi işdə
geniş tətbiq olunurdu. Misdən tunc xəlitəsi almaq üçün aşqar kimi cürbəcür
metallardan istifadə edilirdi. Əsas aşqar kimi qalay işlədilirdi. Bu ərazidə qalayın
olmaması və görünür, onun fasilələrlə gətirilməsi sənətkarları xəlitələrin alınması
üçün qurğuşun, sürmə, arsen kimi əvəzedicilər işlətməyə məcbur edirdi. Zərgərlik
məmulatından mis, tunc, gümüş və qızıl boyunbağılar, sırğalar, bilərziklər, kəmərlər,
26
qızıldan, serdolikdən (əqiqdən), balıqqulağından düzəldilmiş çoxlu muncuq vardır.
Ağacdan yonulmuş atlı heykəlciyi Həsənlidə ağac oymaçılığı sənətinin inkişaf
etməsinin nümunəsidir. Həsənlidən həmçinin bir neçə müxtəlif parça qırığı, o
cümlədən zərif və cod parça qırıqları tapılmışdır. Tədqiqat nəticəsində müəyyən
edilmişdir ki, bu parçalar qoyun və ya keçi yunundandır. Parça əriş və arğac saplarını
bir-birinə keçirmə metodu ilə toxunurdu
Manna ərazisində yaşayış yerlərini iki qrupa bölmək olar: möhkəmləndirilmiş
şəhər-qalalar və onların ətrafında yerləşən məskənlər.
Allahlara ibadət etmək üçün məbədlər tikilirdi Yerli əhalinin dini baxışları
haqqında yazılı mənbələrin məlumatı son dərəcə məhduddur, bu qaynaqlarda Urmiya
gölü hövzəsinin qədim sakinlərinin sitayiş etdikləri allahların adı çəkilmir,
məbədlərin adı göstərilmir. Əldə olan bir neçə məlumat belə güman etməyə əsas verir
ki, mannalıların şəhərlərində ayrı-ayrı məbədlər varmış və bu məbədlərdə allahların
heykəlləri qoyulubmuş. Həsənli təpəsində qazıntı zamanı aşkara çıxarılmış şəhərin
Manna ərazisində mövcud olması cəmiyyətin yüksək sosial-iqtisadi, siyasi və mədəni
inkişaf səviyyəsinə sübutdur.
E.ə. 550- e.ə.330 II Kir tərəfindən Midya Əhəməni dövləti.
VIII əsrin 70-ci illərində Midiya dövləti yaranır (Deyok). Lakin bu dövlət
Asuriya tərəfindən tez-tez basqınlara məruz qalırdı. E.ə.VII əsrin ortalarından sonra
Midiyada Assuriya ağalığına qarşı üsyan baş verir. Bu üsyana Kaştariti başçılıq
edirdi. İskitlərin köməyindən istifadə edən Assurlar Kaştaritini məğlub edirlər .
Midiyanın hökmdarı Kiaksar dövründə (625-585) Midiya daha da qüvvət-
lənərək Assur ağalığına nəinki son qoyur, hətta ona qarşı mübarizəyə başlayır. E.ə.
616-cı ildə Yeni Babilistanla ittifaqa girərək Assuriyaya hücuma keçir. 615-612-ci
illərdə Assuriyanın iri şəhərləri olan Aşşur, Arbela , Kalat və paytaxtı Nineviya zəbt
olundu. E.ə.604-cü ildə Assuriya imperiyası məhv edildi və torpaqları Midiya və
Babilistan arasında bölüşdürüldü.
Bundan sonra Astiaq Kiçik Asiyaya hücum edərək ilk Egey dənizi sahillərində
Orta Asiyadan İran körfəzinə qədər uzanırdı. Azərbaycan əraziləri də bu imperiyanın
tərkib hissəsi idi.
27
Astiaq (e.ə.585-550 ) hakimiyyətə ziddiyyətlərlə dolu bir vaxtda gəldi. Bu
dövrdə köhnə müttəfiq Babilistan ilə də münasibətlər kəskinləşir. Ölkə daxilindəki
farslar gizli fəaliyyətə başlayaraq Astiqa qarşı II Kir ilə əlaqə saxlayırlar. E.ə.553-cü
ildə II Kir Astiaqa qarşı mübarizəyə başlayır və e.ə. 550-ci ildə Ekbatan şəhəri
tutularaq Astiaqın hakimiyyətinə son qoyulur. Hakimiyyət fars Əhəmənilərinin əlinə
keçir. Azərbaycan Makedoniyalı İsgəndərin yürüşünə qədər Əhəmənilərin
hakimiyyəti altına düşür. E.ə. 530-cu ildə II Kir Azərbaycanın şimalında yaşayan
massagetlərə (Tomris) qarşı döyüşdə öldürülür.
Sonralar midiyalılar dəfələrlə əhəminilərin hakimiyyətindən azad olmaq üçün
farslara qarşı üsyanlar etmişdilər. Məs.e.ə. 522-ci ildə Qaumatanın üsyanı, elə həmin
il Fraortanın başçılığı ilə xalq üsyanları olmuşdur. Lakin imperiya bu üsyanları yatıra
bildi.
Qeyd olunduğu kimi Azərbaycan Mada çarlığı adı altında Əhəmənilərin bir
vilayəti kimi fəaliyyət göstərirdi. Lakin Mada çarlığı çox vaxt müstəqil siyasət
yeridirdi.
E.ə.331-ci ildə Qavqamella (İsgəndərin şərqdə udduğu ən böyük döyüş)
döyüşündə M.İsgəndər tərəfindən III Daranın başçılıq etdiyi İran Əhəməni imperiyası
dağıldıqdan sonra Mada hökmdarı Atropat Makedoniyalı İsgəndərin hüzuruna
gələrək baş əymişdir. Lakin Qavqamel (Cancal) döyüşündə Atropat iranlılara kömək
etdiyi üçün İsgəndər Atropatı vəzifədən kənarlalaşdırıb Oksadat adlı bir nəfəri
hakimiyyətə gətirir. E.ə.328-ci ildə münasibətləri qaydaya salan Atropat Kiçik
Madanın –Atropatenanın satrapı təyin olunur. Ellinizm dövründə, Atropatenada yunan
dili geniş yayılmışdır. Cənubi Azərbaycan tayfalarının və xalqlarının
– kuti, lullubi, mannalı və başqalarının madalılarla qaynayıb-qarışması nəticəsində yeni bir
etnos – madalıların üstünlük təşkil etdiyi atropatenalılar etnosu təşəkkül tapdı.
Atropat böyük dövlət xadimi, məşhur siyasətçi idi. Onun yeritdiyi siyasət
nəticəsində Yunan-Makedoniya əsgərləri Azərbaycan ərazisinə soxulmadılar. Çünki,
Atropat böyük dövlət xadimi idi. Çox istedadlı siyasətçi və bir diplomat kimi Atropat
Aleksandrla hərbi mübarizənin faydasızlığını gözəl başa düşürdü. Buna görə də o,
müdriklik göstərərək, yunan-makedoniyalılarla danışıqlar aparmaq, onlara
28
yaxınlaşmaq, Şərqin yeni hökmdarının müxtəlif tədbirlərində iştirak etmək yolunu
seçdi. Lakin, nə olursa olsun, Atropat istilaçıların Atropatena ərazisinə soxulmasına
"yol vermədi".
Atropatena dövləti. E.ə 323-cü ildə Makedoniyalı İsgəndərin ölmündən sonra
Atropat daha müstəqil fəaliyyət göstərir. Atropatın adı mənbələrdə ilk dəfə e.ə. 331-ci
ildə baş vermiş məşhur Qavqamela vuruşması ilə əlaqədar çəkilir.
Strabon “Cografiya” əsərində göstərir: ” Midiya iki hissəyə bölünür. Birinci
hissə Böyük Midiya, o biri hissə Atropat Midiyasıdır. Bu öz adını sərkərdə
Atropatdan götürmüşdür. Atropatena hərbi qüvvə mənasında çox sanballı ölkədir,
çünki o,10000 süvari, 40000 piyada meydana çıxara bilər.”
Atropatena Azərbaycanın (Adərbayqan) elmə məlum olan ən qədim adlarından
biridir. İran mənbələrində “Adurbadaqan”, ərərblərdə “Adərbaycan”, ermənilərdə
“Atrpataqan” və şair formalarda əks olunmuşdur.
Atropatın dövründə ölkənin paytaxtı Qazaka şəhəri idi və onun sərhədlərinə
Cənubi Azərbaycan, İran Kürdüstanı və Araz çayından şimala toroaqlar da daxil idi.
Cənubi Azərbaycanın bütün ərazisi və Şimali Azərbaycan torpaqlarının xeyli hissəsi
bu və ya digər dərəcədə Atropatın hakimiyyəti altında idi.
Makedoniyalı İsgəndərin ölümündən sonra onun imperiyası dağılarkən Böyük
Midiya ərazisində Selevkilər dövləti yarandı (Selevk). Elə o, zamandan
Atropatenanın müstəqilliyi uğrunda da bu dövlətlər arsında mübarizə getmişdir. E.ə.
222-220-ci illərdə Selevki çarı III Antiox Atropatenə hücuma keçmişdi. Bu vaxt
Atropateni Artabazan idarə edirdi. Selevkilər burada güclü müqavimətə rast gəldilər.
Hətta Artabozan hücuma keçərkən düşməni təqib edib selevkilərin paytaxtı Selevkiya
şəhərinə qədər gəlmişdilər. Selevkilər məcbur olub müqavilə bağladılar.Bu
müqaviləyə əsasən Atropatenanın ərazisi xeyli genişləndi. Bu ərazilərə Ayrarat
vilayətinin baş şəhəri, olan Armavir, Araz vadisi də daxil olmaqla Kolxidaya qədər
vilayətlər daxil idi.
E.ə II əsrin əvvəlində Roma şərq hadisələrində fəal iştirak etməyə başlayır. E.ə
190-cı ildə III Antiox Maqnesiya yaxınlığında Roma ordusu ilə döyüşdə
məğlubiyyətə uğrayır.
29
E.ə.III əsrin ortalarında Selevklər dövləti dağılmağa başlayır. Belə bir şəraitdə
e.ə. 250-ci ildə Xəzər dənizinin cənub və cənub-qərbində Parfiya dövləti meydana
çıxır.(Paytaxt Aşqabad yaxınlığında olan Nisə şəhəri idi.)
Sonralar Parfiyalıalar ərazilərini Dəclə çayı vadilərinə qədər genişləndirmiş və
paytaxt Ktesifon olmuşdur. (Dəclə yaxınlığında) Ölkəni əsası I Arşak tərəfindən
qoyulmuş Arşakilər sülaləsi idarə edirdi.
E.ə.II əsrin ortalarında Arşakilər Selevkiləri məğlub edərək, dövləti məhv
etdilər. Təqribən e.ə.150-ci ildə Arşaki çarı I Mitridat Atropatenanı da özündən asılı
vəziyyətə salır. Bu vəziyyət eramızın III əsrinin ortalarına qədər davam etmişdir.
Lakin, Atropatena Parfiya dövründə nisbətən də olsa öz daxili müstəqilliyini
qoruyub saxlayırdı.
Beləliklə, Adərbayqan dövlətini idarə edən sülalə nümayəndələri barədə qəti
mülahizə yürütmək mümkün deyil. Adərbayqan müstəqilliyini saxlamağı hərbi
münaqişələrə qoşulmaqdan üstün tuturdu. Zəruri hallarda isə qonşuların köməyinə
gəlirdi. Eyni zamanda Arazın o tayına qədər (Naxçıvan, Paytarakan, Kaspiana)
uzanan torpaqları qorumaq, Armeniya hökmdarlarının təcavüzkar işğallarının
qarşısını almaq məqsədini güdən Adərbayqan dövləti öz varlığını və hüdudlarını
saxlamaqda Midiya hökmdarlarının qüdrətinə arxalanırdı. İranda Sasani dövlətinin
yaranması ərəfəsində Adərbayqan Midiyada Arşakilər sülaləsinin ağalığının şahidi
olaraq qalırdı.
Antik müəlliflər Adərbayqan əhalisinin müxtəlif ad altında yad etmişlər.
Hekatey Miletli (e.ə V əsr) Araz çayı sahilində mük tayfasını yerləşdirirdi. Mənşəyi
məlum olmayan mük etnonimi Muğan adında qalmışdır. Mük etnoniminin maq
(İranda kahinlərə verilən ad) sözü ilə eyniləşdirilməsi düzgün deyil. Herodot
Adərbayqanın ərazisi ilə əlaqədar kaspi, matien, mük, bəlkə də mard,mar tayfalarının,
Ktesi isə kadusi tayfalarının adlarını çəkmişdir. Strabon bu tayfalarla yanaşı amard,
anariak etnik adlarını da çəkmişdi.
Müklərlə qonşuluqda yaşamış, XIV satraplığa daxil olmuş digər mühüm tayfa
utilər idi. Bununla əlaqədar olaraq qeyd etməmək olmaz ki, Roma tarixçisi Pliniyə
görə, utilərin yaşadığı vilayət Araz çayı üzrə Atropatena ilə və məhz onun Mukana
30
bitişik olan hissəsində həmsərhəd idi. Herodotun "utilər" adı altında antik zamanlarda
və erkən orta əsrlərdə Qafqaz Albaniyasının Otenada (erməni müəllifləri "Utik"
adlandırırlar) yaşamış məşhur otenlər-utilər-udi tayfasını görmək lazımdır. Hazırda
yığcam halda Qəbələ və qismən Oğuz zonasında yaşayan udilər həmin tayfanın
qalıqlarıdırlar.
Kaspilər çox qədim və geniş yayılmış etnik törəmələrdən biri idilər. Şübhəsizdir
ki, Kaspi dənizinin adı onların adından yaranmışdır. Mövcud mənbələrə görə,
kaspilər bizim təsəvvürümüzdə əkinçiliyi, maldarlığı, sənətləri, ticarəti, habelə
gəmiçiliyi və dənizçiliyi yaxşı bilmiş xalq kimi canlanır.
Kadusilər Kaspi dənizinin cənub-qərb qismindən başlanmış Matiana
torpaqlarınadək olan kifayət dərəcədə geniş ərazidə yaşayırdılar. Antik müəlliflər
kadusilərin qonşularl kimi madalıları, matianalıları, albanları, karduxları, anariakları,
kaspiləri, (a)mardları, sakları, tapürləri, hirkanları və b. xatırladırlar.
Antik müəlliflər (Strabon, Plutarx, Ptolemey, Dion Kassi) Atropatenada kifayət
dərəcədə inkişaf etmiş şəhər həyatının olduğunu təsdiq edirlər. Fraaspa (Fraata,
Faraspa), Qazaka (Qanzaka), Fanaspa, Aqanzana və b. mühüm şəhərlər kimi
xatırlanılır.
Atropatenanın şəhərləri əkinçiliyi, maldarlığı və sənətkarlığı sahmanla aparan
təsərrüfat mərkəzləri idi. müəlliflərin məlumatlarında Atropatenanın münbit
torpaqlarından bəhs olunur. Belə ki, dağ yamaclarında torpaq bərəkətli, münbit və ən
məhsuldardır, çaylar və bulaqlarla zəngindir. Qədim müəlliflər həmin ərazidə
yetişdirilən mədəni bitkilər haqqında xeyli məlumat qoyub getmişlər. Məsələn,
Strabon bildirir ki, burada üzüm və əncir, habelə buğda bitir. Strabonun verdiyi
məlumat daha sonralar yaşayıb-yaratmış müəlliflər 230 tərəfindən də təkrar edilir.
Qaynaqlar Atropatenada arı balının olmasından danışmağa imkan verir. Qədim
müəlliflər Atropatena ərazisində taxıl əkilməsindən bəhs edirlər. Antik ədəbiyyatda
münbit məbəd torpaqları haqqında məlumat vardır. İçkilər hazırlanması haqqında
verilən məlumat da çox maraqlıdır. Strabon "atlar üçün ən yaxşı yem" olan yoncadan
bəhs edir. Antik müəllif bu otu "Midiya otu" adlandırır, çünki "o, Midiyada çox bitir"
31
Atropatenada maldarlıq da inkişaf etmişdi. Atçılıq təsərrüfat həyatında müəyyən
yer tuturdu Elian yazır ki, Kaspianada dəvə olduqca çoxdur, ən iri dəvələr ən böyük
at boydadırlar və gözəl yunları vardır: onların yunu çox zərifdir, belə ki,
yumşaqlığına görə hətta Milet yunundan da geri qalmır.
Ölkədə balıqçılıqla da məşğul olurdular. Qədim müəllifin dediyinə görə, "Kaspi
ölkəsində çox böyük bir göl vardır və o göldə şişburun adlanan balıqlar yetişir.
Onların uzunluğu hətta səkkiz qulaca çatır"
Keramika istehsalı təsərrüfatın ayrıca bir sahəsi idi. Mil, Muğan, Talış, Naxçıvan
və başqa yerlərin küp qəbirlərindən çıxarılmış gil məmulat Atropatenada keramika
istehsalının səviyyəsindən xəbər verir. Hətta mədənlərdə qızıl, gümüş, mis, dəmir,
Urmiyə gölündən düz çıxarılması haqqında məlumatlar vardır.
Albaniya dövləti. Azərbaycanın şimal vilayyətləri və Dağıstanın xeyli hissəsi
qədimdə Albaniya adlanırdı. Bir çox hallarda elmi və kütləvi ədəbiyyatda bu ölkəni
Qafqaz Albaniyası da adlandırırlar. Albaniyanın bir dövlət kimi formalaşdığı e.ə.IV-
III əsrlərdə ehtimal olunur. Paytaxtı Qəbələ, eramızın V əsrindən Bərdə şəhəri
olmuşdur. II əsrdə yaşamış yunan coğrafiyaşünası Klavdi Ptolomey yazır ki,
Albaniya şimalda Sarmatiya, qərbdə İberiya, cənubda Atropatena, şərqdə Kaspi
dənizi ilə həmsərhəd idi. Albaniyanın inkişaf etmiş bir çox vilayətlərinin adları
mənbələrdə verilir. Lpina, Uti, Kambisena, Şakaşena, Kabalaka (Qəbələ), Heceri,
Çola və s. Albaniyada yaşayan əhali tərkib etibari ilə çox müxtəlif idi. Ən iri tayfa
olan albanlar Xəzər dənizi sahilində yaşayırdılar və ən qədim etnos sayılırdılar. Alban
tayfaları isə şübhəsiz Cənubi Qafqazın cənub-şərq vilayətlərinin, əlbəttə Kür və Araz
çayları arasındakı ərazinin avtoxtonları hesab olunurlar. Antik səlnaməçi Arian
albanları e.ə. IV əsr hadisələri ilə əlaqədar yad etmişdir.
Albaniyanın ərazisində yaşayan əhali müxtəlif adlar daşıyan etnosların birliyini
təşkil edirdi. Burada sakasen, mük. uti, qarqar, ud, sovde, kaspi, qel, leq və s. adları
daşıyan əhali təmsil olunurdu. Eyni zamanda Albaniyada türk etnosları da
yaşayırdılar. Strabonun məlumatına görə Albaniyada 26 dildə danışan tayfalar
yaşayırdılar. Ola bilsin ki, albanlar bu ərazidə daha iri tayfa idi. Bəlkə buna görə
32
bütün ölkə Albaniya adlanmağa başlanmışdı. Lakin bu da tamamilə mümkün ola bilər
ki, bu tayfanın özü adını ölkənin adından almışdır.
Albaniya haqqında əsas mənbə Moisey Kalankatüklünün “Albaniya tarixi”
əsəridir. Burada alban əhalisinin əsasən əkinçilik, maldarlıq, bağçılıq, ovçuluq,
toxuculuq və ticarətlə məşğul olduqları göstərilir. Çox maraqlıdır ki, Albaniyada
quldarlıq münasibətləri üstünlük təşkil etmədi. Maddi nemətlər istehsalçıları icma
üzvləri idilər. Albanlar günəşə, aya sifayiş edirdilər. Qurban kəsməklə müşaiyət
olunan dini mərasimlər məbədlərdə icra olunurdu.
Strabon məlumat verir ki, Albaniya torpağında ağaclar becərilir; həmişəyaşıl
bitkilər haqqında da məlumat verilir. Kənd təsərrüfatı məhsullarının emalında
işlədilən alətlər taxıl istehlakının səviyyəsini göstərir. Əhali dən daşlarından geniş
istifadə edirdi. Dən daşlarından əlavə, əl dəyirmanları da aşkar olunmuşdur.
Yaloylutəpədə qazıntı sahələrinin birində iki əl dəyirmanı daşı tapılmışdır.
Mingəçevirdə buğda və arpa qalıqları, Xınıslıda isə kömürləşmiş buğda və arpa
dənləri aşkar olunmuşdur. Buğda yumşaq və bərk sortlara mənsubdur, arpa
altıcərgəlidir. Həm yumşaq, həm də bərk buğdanın ayrı-ayrı növləri Azərbaycanın
müxtəlif yerlərində indiyədək yetişdirilməkdədir. Albaniya əhalisinin təsərrüfatında
maldarlıq nəzərə çarpacaq yer tuturdu. Əlverişli təbii şərait buna imkan yaradırdı. İlin
qızmar vaxtlarında mal-qara uca dağlarda yerləşən Alp çəmənliklərinə qalxır, qışın
soyuğunda düzənliklərə enirdi.
Qazıntılar nəticəsində dulus kürələrinin və çoxlu gil qabların tapılması sübut edir
ki, qədim Qafqaz Albaniyasında keramik məmulat istehsalı geniş yayılmışdı. Mis
filizi çıxarılan qədim mədənlərin mövcud olması, arxeoloji qazıntılar zamanı çoxlu
metal məmulat tapılması göstərir ki, qədim Qafqaz Albaniyasında əmək alətləri,
silahlar və bəzək şeyləri istehsalı yüksək sənətkarlıq səviyyəsində aparılırmış. Qədim
Albaniyada metaldöymə, metalda naxışaçma və qəliblərə metaltökmə geniş
yayılmışdı. Antik Albaniyada sənətlərin digər növləri də inkişaf etmişdi. Arxeoloji
material sümükişləmə və ağacişləmə sənətinin səviyyəsi haqqında mühakimə
yürütməyə imkan verir. Zərgərlik məhsullarının əksəriyyəti qədim Qafqaz
Albaniyasında istehsal olunurdu. Lakin gətirilmə məmulata da təsadüf edilir.
33
Məsələn, Yaloylutəpə tipli torpaq qəbirlərdən və Mingəçevirin katakomba
qəbirlərindən saf qızıldan hazırlanmış ayparaşəkilli sırğalar tapılmışdır.
Arxeoloji qazıntılar nəticəsində antik Albaniyanm bir çox yaşayış məskənləri
aşkar edilmişdir. Mingəçevir, Çuxur-Qəbələ, Xınıslı, Təzəkənd xarabalıqları bu
qəbildəndir. Mollakənd, Qalagah, Nüydü, Hacıhətəmli yaxınlığında və digər
rayonlarda qədim alban şəhərlərinin və məskənlərinin xarabalıqları kəşf edilmişdir.
Antik müəlliflər quru ticarət yollarından əlavə, dəniz və çay ticarət yollarından da
bəhs edirlər. Qonşu ölkələrlə ticarət münasibətlərinin artması sikkə tədavülünə gətirib
çıxarırdı. Azərbaycanın bütün ərazisində - Mingəçevirdə, Bərdədə, Füzulidə,
Çuxuryurdda, Yaloylutəpədə, Kür, Araz, Gəncəçay və başqa çayların sahilləri
boyunca yerləşən ərazidə arxeoloji qazıntılar zamanı çoxlu sikkə aşkar edilmişdir.
Sikkələr həm küp qəbirlərdə, katakomba qəbirlərdə, torpaq qəbirlərdə və digər
qəbirlərdə, həm də ayrıca dəfinələr şəklində bir neçə ədəddən bir neçə yüz ədədə
qədər tapılmışdır
Albaniya ərazisində tapılmış varlı və yoxsul zümrəyə məxsus yaşayış evlərinin
qalıqları və qəbirlərdə tapılmış əşyaların müxtəlifliyi cəmiyyətdə ictimai və əmlak
bərabərsizliyinin mövcudluğunu sübut edir. Albaniyada hökmdardan sonra ən
hörmətli adam baş kahin hesab olunurdu. Baş kahin əhalisi sıx olan böyük bir
müqəddəs əyalətə başçılıq edirdi, həmçinin məbəd qulları da onun ixtiyarında idi.
Albaniyada hakim zümrəyə əyanlar və kahinlər daxil idi. Aşağı zümrəyə
kəndlilər, sənətkarlar və tacirlər daxil idi. Kənd təsərrüfatı və sənətkarlıq sahələrində
çalışanların əksəriyyəti, ticarətlə məşğul olanların hamısı azad adamlar idi.
Alban dövlətinin tarixi erkən qaynaqlarda öz əksini tapmamışdır. Əsasən e.ə.I
əsrdən etibarən albanların siyasi həyatı barədə məlumatlar verilir.
Beləliklə e.ə.I əsrdə Romalıların şərqə hücumları dövründə albaniya əhalisi
aktiv siyasi fəaliyyətə başlayır. Romalılar sərkərdə Lukullun başçılığı altında e.ə. 69-
cu ildə öz düşmənləri Pont çarlığını (kiçik Asiyanın Qara dəniz sahillərində
yerləşirdi.) məğlub edərək Cənubi Qafqaz ərazilərinə soxuldular. Albaniya və
Atropatenanın başı üzərini böyük təhlükə almış oldu. E.ə.66-cı ildə Qney Pompeyin
34
rəhbərliyi altında Roma qoşunları hücum edərək Albaniyaya soxuldu. Pompey qışın
çıxmasını gözləyərək geniş hücum (3 istiqamətdən) planı hazırladı.
Alban hökmdarı Qroys (Uruz) Pompeyin niyyətini başa düşərək, düşmən üzərinə
hücuma keçməklə təşəbbüsü ələ almaq və Roma ordusunu hissə-hissə əzməyi qərara
alır.
Tarixçi Plutarx yazır:”... Qış Roma ordusunu yoxlayanda və romalılar Saturnalı
bayramını qeyd edən zaman albanlar 40 mindən az olmayan ordu ilə Kür çayını
keçdilər və onlara hücum etdilər.E.ə. 66-cı ildə İberuya sərhəddi yaxınlığında, Kür
çayı sahilində qanlı döyüş başladı. Alban döyüşçüləri düşməni sıxışdırsalarda da
romalılar onların hücumlarını dəf edə bildilər. Bu zaman barışıq imzalandı. Lakin e.ə.
65-ci ildə Pompey yenidən Albaniyaya hücuma keçdi. Kürün qolu olan Alazan çayı
sahilində romalıları 60 min piyada, 12 min nəfərlik süvari ordu gözləyirdi. Qoşunun
başında hökmdarın qardaşı Kosis dururdu. Qanlı döyüş romalıların qələbəsi ilə başa
çatdı. Kosis və onun süvariləri məhv oldular. Hökmdar Oroys dağlara çəkildi ki,
mübarizəni yenidən davam etdirsin. Lakin Pompey sülh yolu ilə albanları razı saldı.
E.ə.36-ci ildə Roma Antoni Parfiyaya qarşı çıxış etdi, lakin müvəffəqiyyət
qazanmadı. O, Armeniyanı tudu. Sərkərdə Kanidi Krassı burada qoyub Misirə
qayıtdı. Krass işğalçılıq müharibəsini genişləndirdi. Dion Kassi məlumat verirki, O
albanlara qalib gəldi və hökmdar Zoberi romalıların tətəfinə çəkdi,yəni Romanın
müttəfiqinə çevirdi.
Eramızın I əsrində Albaniyada hakimiyyət yerli hökmdarın əlində cəmləş-
mişdi.Albaniya Roma ilə yaxın dostluq münasibətləri saxlayırdı.
Lakin Roma imperatoru Neron 68-ci ildə Albanlara qarşı böyük yürüş təşkil etdi.
Onun bu yürüşü baş tutmadı, çünki Roma əhalisi üsyan edərək onu öldürdülər.
Bir müddət sonra 80-90-cı illərdə imperator Domisianın dövründə romalılar
hücum edərək xəzərin sahilinə qədər gəlib çıxmışdılar. Böyük daş (Qobustan )
dağının ətəyində Qafqazda ilk dəfə olaraq latın dilində yazı aşkar edilmişdir. Burada
yazılmışdır: İmperator Domisian Sezar Avqust Germanik. Yuli Maksim, Filminatın
XII leqionunun senturionu."
35
Albaniya Roma imperatorlarının təsiri altına düşmədi. İmperator Trayan (96-117
ci il) da Ön Asiyaya yürüş etdi. Trayan 115- ci ildə Armeniyanı Romanın əyaləti elan
etdi. Qaynaqlar qeyd edir ki, “ Albanların ərazisi toxunulmaz qaldı. Belə bir şəraitdə
albanlar öz torpaqlarının sahibi idilər. Armeniya hökmdarlarrının işğallarına son
qoyuldu. Roma imperatoru Adrian (117-138-ci illər) albanlar ilə dostluq
münasibətləri saxlayırdı.
Bütün bu hücumlara baxmayaraq romalılar Atropatena və Albaniyanı öz
hakimiyyətləri altına ala bilmədilər. Bu ölkələrdə yaşayan xalqlar və tayfalar öz
istiqlaliyyətlərini qoruyub saxlaya bildilər. Adərbayqan vaxtaşırı gah Sələvkilərə,
gah da parflara tabe olmuş, lakin çox vaxt müstəqil idarə üsulunu saxlamışdı. 226- cı
ildə İranda parfların (Arşaki sülaləsinin) hakimiyyətinə son qoyuldu. Hakimiyyətə
Sasanilər sülaləsi gəldi və Azərbaycan yeni siyasi mərhələyə qədəm qoydu.
36
MÖVZU III
Azərbaycan erkən orta əsrlərdə
P l a n:
1. III-V əsrlərdə Azərbaycanda məhsuldar qüvvələrin inkişafı.
Feodal torpaq mülkiyyətinin yaranması.
2. Sasani işğalı və ona qarşı xalq azadlıq hərəkatı. Məzdəkizm
3. VI-VII əsr Azərbayan dövlətləri. Mədəniyyətin inkişafı.
Ədəbiyyat
1. Azərbaycan tarixi. VII-cilddə, II-ci cild, Bakı, 1998. səh. 84-118.
2. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1998. səh. 10-12.
3. Azərbaycan tarixi. Bakı, 1994. səh. 170-231.
4. Qasımova S.0. Azərbaycan III-VIII əsrlərdə. Bakı. 1992.
5. Məmmədova F. Qafqaz Albaniyasının siyasi tarixi və tarixi
coğrafiyası. Bakı, 1986.
6. Osmanov F.L.Qafqaz Albanıyasının maddi mədəniyyəti. Bakı,
1991. səh. 9-12.
37
III-V əsrlərdə Azərbaycanda fedalizmə xas iqtisadi münasibətlər bərqərar oldu.
Məhsuldar qüvvələrin və istehsal münasibətlərinin tədricən inkişafı feodal istehsal
üsulunun yaranmasına şərait yaratdı. Feodal münasibətləri birdən-birə
yaranmamışdır, hələ özündən əvvəlki quruluşun dövründə rüşeym kimi yaranmış və
inkişaf etmişdi.
Əmək alətlərinin təkmilləşməsi və onların hazırlanmasında dəmirin tətbiqi
əkinçiliyin və sənətkarlığın inkişafına geniş inkişafına, əmək məhsuldarlığının
artmasına səbəb oldu. Taxıl sahələrinin becərilməsi genişləndirildi, müxtəlif sənət
növləri yarandı və inkişaf etdi. Ticarət yollarına yaxın ərazidə və şəhərlərdə mal
mübadiləsi və ticarəti vüsət aldı.
Tədricən torpaq sahibliyinin yeni, özünəməxsus cəhətləri meydana gəldi.
Əvvəllər torpaq hökmdara, dini qurumlara, ayrı-ayrı quldarlara mənsub idi. Bu
torpaqlarda qul və məcburu adamların əməyindən istifadə edilirdi. Belə işçilərin
əməyə marağı sönür, nəticədə əmək məhsuldarlığı azalırdı. Ölkədə baş verən siyasi
dəyişikliklər iqtisadiyyatın inkişafına xeyli ziyan vurur, torpağın müəyyən yüksək
təbəqələrin əlində cəmləşməsinə şərait yaradırdı. Hökmdar və onun ətrafı torpaq
sahibkarlarına çevrilirdilər. Həmin torpaqlar xidmət əvəzi olaraq hərbçilərə və dövlət
adamlarına paylanılır və hədiyyə verilirdi. Xüsusi xidmət adamlarına paylanılan belə
torpaqlar “feod” adlanırdı. (Mülk). “Fodalizm” adı da buradan yaranmışdır.
Feodalizm dövründə iki sinif–feodal və kəndli sinfi yarandı. Kəndlilər əsas
istehsalçı qüvvəni təşkil edirdi. Bu kəndlilərin bir çoxu getdikcə var-yoxdan çıxaraq
yoxsullaşır, bir qismi isə varlanaraq torpaq mülkiyətçisinə çevrilirdilər.Ölkədə baş
verən siyasi hərc-mərclik, hakimiyyətin Sasanilərə tabe edilməsi, dini mübarizə
yoxsulların sayını daha da artırır, feodalların isə varlanmasına şərait yaradırdı.
Feodal torpaqlarında kəndli əməyindən geniş istifadə olunurdu. Kəndli feodaldan
asılı vəziyyətdə idi. Kəndli torpağı becərməli, məhsulun müəyyən hissəsini torpaq
sahibinə verməli idi. Kəndli eyni zamanda müxtəlif mükəlləfiyyətləri yerinə yetirməli
idi.
Azərbaycanda feodal münasibətlərinin yaranması məhsuldar qüvvələrin inkişafının
nəticəsi idi. Lakin ölkəmizin ərazisində feodal münasibətlərinin yaranması və
38
formalaşması prosesi bərabər getmirdi, bəzi yerlərdə feodalizmdən əvvəlki münasibətlər
qalmaqda idi.
Azərbaycanda feodal münasibətlərinin inkişafı feodalizmin ümumi qanunlarına
əsaslanırdı. Lakin onun Avropa ölkələrindəki feodalizmdən fərqli xüsusiyyətləri də var
idi. Belə ki, Azərbaycanda feodalların şəxsi təsərrüfatı demək olar ki, yox idi. Təsərrüfat
düzəltmək onlar üçün əlverişli deyildi. Çünki süni suvarma tələb olunurdu.
Asılı kəndlilərin vəziyyəti nə qədər ağır olsa da, onlar şəxsən asılı yəni təhkimli
deyildilər.
Avropada feodal cəmiyyəti V əsrin sonlarından XV əsrin sonlarına qədərki dövrü
əhatə etdiyi halda, Azərbaycanda bu cəmiyyət daha erkən-III əsrdən başlamış XIX əsrin
ikinci yarısınadək davam etmişdir.
Azərbaycanda əhalinin əsas kütləsini kəndlilər təşkil edirdi. Sasanilər dövründə
əhali 4 sosial təbəqəyə bölünürdü.
1.kahin ( asravan) 2. döyüşçü (arteştaran) 3. Mrzə (dipiran)
4. Vergi verən (vastrioşan)
Axırıncı təbəqə ən ağır can (qezit) və torpaq (xaraq) vergisi verirdi. Sənətkar və
tacirlər də vergi verirdilər.
Erkən orta əsrlərdə Azərbaycanda gedən ictimai-siyasi və iqtisadi proseslər
Sasanilər dövləti ilə bağlı idi. Odur ki, Sasanilərdə tədbiq edilən feodal torpaq
mülkiyyəti formaları və vergilər Azərbaycanda da tədbiq edilirdi. Torpaq üzərində
xüsusi feodal mülkiyyəti Albaniyada iki formada mövcud idi:
a) İcma torpaq sahibliyinin dağılması nəticəsində meydana çıxmış şərtsiz və ya irsi
torpaq sahibliyi (dastakert);
b) Torpaqların dövlət tərəfindən vassal xidməti müqabilində müvəqqəti olaraq
paylanması nəticəsində meydana gəlmiş şərtsiz torpaq sahibliyi (xostak)
Feodal torpaq mülkiyyətinin bu iki forması ilə yanaşı məbəd və eləcə də icma və
xüsusi kəndli mülkiyyəti də mövcud idi.
V əsr alban səlnaməçisi Movses Xornilinin verdiyi məlumata görə Albaniya
əhalisi bu dövrdə hakim sinif olan feoddalara (azatlara) və maddi nemətlərin
39
istehsalçısı olan kəndlilərə (sinakanlara) bölünürdü. Hakim sinfin nümayəndələri
naxarar, naxapet, azqapet və s. terminlərlə ifadə olunurdu.
Getdikcə mərkəzləşən dövlətdə hökmdarın (İsxan) hakimiyyəti gücləndi. O,
ölkənin həm dünyəvi, həm də dini hakimi kimi qanunvericilik hüququna malik idi.
O, həm də hərbi qüvvələrin başçısı sayılırdı.
Mənbələrin məlumatına görə feodal münasibətlərinin inkişafının ilk dövrlərində
əsas istismar formasnı natural şəkildə toplanan vergilər təşkil edirdi. Albaniyada
toplanan vergilər bunlar idi. Can vergisi-has, kilsə onda biri-tasanord, məhsul
vergisi–ptix və s. Afropatendə də 20 yaşından 50 yaşına qədər bütün kişilərdən can
vergisi –cizyə alınırdı. Bu vergini verə bilməyənlər qula çevrilirdilər.
Vergilərin ağırlıığı əhalinin vəziyyətini çətinləşdirir, xırda torpaq sahiblərinin
vergini ödəyə bilməməsi üzündən torpaqlarını satmağa məcbur olurdular. Beləliklə,
torpaq iri əyanların əilində cəmləşirdi. Bu dövrdə Atropatena və Albaniyada az da
olsa qul əməyindən istifadə olunurdu. Lakin göstərmək lazımdır ki, kəndli nəqdər
pis vəziyyətdə yaşasa da, torpağını itirsə də, feodaldan tam asılı və ya təhkimçi
düşmədi.
Məhsuldar qüvvələrin artması, feodal münasibətlərin inkişafı və
möhkəmlənməsi nəticəsində şəhərlərdə əkinçiliklə əlaqəni kəsmiş azad sənətkarlar
meydana çıxırdı. Bunlar xırda alverçilərlə birikdə xüsusi zümrədə birləşirdilər.
Mənbələr sənətkarlığın inkişaf etdiyini təsdiq edirlər. Bu mənbələrdə dulusçu,
dərzi, xalçaçı, dəmirçi, dabblaq, zərgər və bənnaların adları çəkilir. Azərbaycanın
Mingəçevir, Qəbələ və Şamaxı kimi şəhərində bu sənət növlərinin inkişaf etyini sübut
edən mənbələr aşkar edilmişdir.
Azərbaycanda feodal münasibətlərinin yaranması məhsuldar qüvvələrin
inkişafının nəticəsi idi. Lakin ölkəmizin ərazisində feodal münasibətlərinin yaranması və
formalaşması prosesi bərabər getmirdi. bəzi yerlərdə feodalizmdən əvvəlki münasibətlər
qalmaqda idi.
Azərbaycanda feodal münasibətlərinin inkişafı feodalizmin ümumi qanunlarına
əsaslanırdı. Lakin onun Avropa ölkələrindəki feodalizmdən fərqli xüsusiyyətləri də var
40
idi. Belə ki, Azərbaycanda feodalların şəxsi təsərrüfatı demək olar ki, yox idi. Təsərrüfat
düzəltmək onlar üçün əlverişli deyildi. Çünki süni suvarma tələb olunurdu.
Asılı kəndlilərin vəziyyəti nə qədər ağır olsa da, onlar şəxsən asılı yəni təhkimli
deyildilər.
Avropada feodal cəmiyyəti V əsrin sonlarından XV əsrin sonlarına qədərki dövrü
əhatə etdiyi halda, Azərbaycanda bu cəmiyyət daha erkən- III əsrdən başlamış XIX əsrin
ikinci yarısınadək davam etmişdir.
2. 226-cı ildə İranın cənubunda yerləşən Pars vilayətinin Sasan nəslindən olan
hökmdarı Ərdəşir-Papakan Parfiyanın sonuncu hökmdarı V Artabanı (Arşakilərin
hakimiyyətinə son qoyuldu) məğlub edərək, özünü İran şahənşahı elan edir. Beləliklə
paytaxt Ktesifon olmaqla Sasani (İran) imperiyası yaranır. Parfiya dövlətindən asılı
olan Atropatena yenidən öz müstəqilliyini itirərək, 227-ci ildə Sasanilər dövlətinin
tərkibinə qatıldı.
I Ərdəşir dövlətə tabe olan ölkələri canişinliklərə bölür. Azərbaycan da cani-
şinlik sisteminə daxil olur. Lakin ilk əvvələr Atropatena və Albaniya tam asılı vəziy-
yətdə deyildilər. Sonralar I Şapur dövründə (241-272) Sasanilərə tabe olan ölkələr
içərisində Azərbaycanın (Adurbaden və Albaniya ) da adı çəkilir. Atropaten Sasa-
nilər dövlətinin ən mühüm əyalətlərindən biri hesab olunurdu. Bu onun iqtisadi
əhəmiyyəti ilə bağlı idi. Məhz buna görə də Tavreş (Təbriz) sasanilərin baş
şəhərlərindən birinə çevrilmişdi. IV əsərdən Atropatena iqtisadi yüksəliş keçirirdi.
İran, Çin və Hindistana gedən ticarət yolları buradan keçirdi. Sasanilər Atropatenadan
öz orduları üçün əsgər də toplayırdılar. Sasanilər Atropatendən əsgər də toplayırdılar.
Sasanilər öz mərkəzi hakimiyyətlərini mökəmlətmək üçün Zərdüşt dinini
dövlət dini kimi qəbul etdilər. Bu həm də ona görə idi ki, İran imperiyası ərazisində
xristianlıq geniş yayılırdı. Xristianlıq isə sasanilərin düşməni olan Roma
imperiyası, sonralar Bizans imperiyasının rəsmi dövlət dini sayılırdı. I Şapur
Zərdüştiliyi geniş yaymaq haqqında əmr vermişdi. Zərdüşt kahinləri dövlətin
həyatında böyük rol oynayırdılar. Kahinlərin ixtiyarında külli miqdarda torpaq
sahələri cəmlənmişdi.
41
Atropatenanın Qazaka şəhərindəki atəşpərəst məbədi baş məbəd hesab olunurdu.
Şahlar taxta çıxandan sonra Ktesfondan buraya, məbədi ziyarətə gəlməli idilər.
Ümumiyyətlə zərdüşt ruhaniləri dövlətin həyatında mühüm rol oynayır, iri torpaq
sahiblərinin mənafeyini müdafiə edir və özləri də kəndliləri istismar edirdilər. Təkcə
Qazaka məbədinin torpaqların da 10 min nəfərə qədər kəndli işləyirdi.
IV əsrdə Albaniya dövlətinin ərazisi şimaldan Qafqaz dağlarından Araz
çayınadək, qərbdən İberiyadan Xəzər dənizinədək uzanırdı. Ölkənin vilayətləri: Çola,
Lpina, Şəki, Kambisena, Həcəri, Uti, Arsax, Paytakaran və Syünik daxil idi. İndiki
Dərbənd şəhərinin yerləşdiyi ərazidən təxminən Beşbarmaq dağına qədər Xəzər
dənizi böyunca Çola vilayəti uzanırdı. Üzüm, meyvə və taxılla zəngin idi. “Dəmir
qapı” və ya alban qapıları keçidi burada yerləşirdi. Albaniyanın şimal-şərqində dağlıq
Şəki vilayəti yerləşirdi. Toxuculuq, ipək parça istehsalı mərkəzi hesab olunurdu. Çola
ilə Şəki arasında Lpina vilayəti başdan-başa qoz-fındıq ağaclarından ibarət olan
meşələrlə əhatə edilmişdi. Albaniyanın paytaxtı Qəbələ burada yerləşirdi. Tarixi
vilayət sayılan Uti Kürün sağ sahilində şəqrdən Paytakaranla, cənubdan isə Arsaxla,
şimalda Kür çayı ilə, qərbdə isə İberiya ilə həmsərhəd idi. Uti vilayətində dənli bitki
becərilir, qaramal saxlanılır, yun və pambıq parçalar hazırlanırdı. Çoxlu zeytun ağacı
bitirdi. Paytakaran vilayəti indiki Azərbaycan Resplikasının cənub-şərqində yerləşib,
Xəzər dənizinin sahillərinə qədər uzanırdı. Mil və Muğan düzlərinin bir hissəsini
əhatə edirdi. Çoxlu qoyun sürüləri saxlanılır, Kür və Araz çaylarından balıq tutur,
duzlayır, qurudurdular. Tarixi Arsax vilayəti sağsahil Albaniyanın (inliki Qarabağın
dağlıq hissəsi və Mil düzü) vilayətlərindən ibarət idi. Əhalisi türksoylu albanlar,
qarqarlar, hunlar və xəzərlərdən ibarət idi. Məhsuldar düzənliklərində və çay
vadilərində dənli və texniki, bostantərəvəz bitkiləri becərilir, üzümçülük inkişaf
etdirilirdi. Albaniyada azad sənətkarlar meydana gəlirdi. Toxuculuq üçün başlıca
xammal, yun, kətan, ipək və pambıq sayılırdı. Albaniya sənətkarları metaldan
müxtəlif silahlar, bəzək əşyaları, məişət avadanlığı hazırlayırdılar. Ağac və dəri
emalı, daşyonma sənəti də inkişaf etmişdi.
Təxminən e.ə. II əsrdə Albaniyanın hökmdarı Aran (türkcə “ərən, cəsur, qoçaq,
mərd”) olmuşdur. Aran Araz çayından tutmuş İberiyanın sərhədlərinə kimi,
42
Albaniyanın düzən və dağlıq ərazisini idarə edirdi. Ölkə hökmdar Aranın mülayim
xasiyyətinə və ona verilən ağu -“yaxşı, xoş”- adına görə Ağuan (Albaniya)
adlanmışdır. Eramızın I əsrində Albaniyanı yerli hökmdarlar idarə edirdilər. Eramızın
I əsrində alban Arşaki (Parfiya Arşaki sülaləsindən fərqli olaraq Albaniya Arşakilər
sülaləsi mənşəcə türk idi) nümayəndəsi I Cəsur Vaçaqan Albaniyanın bütün
vilayətlərini birləşdirərək, vahid-mərkəzləşdirilmiş dövlət yaratdı. Arşakilər sülaləsi
VI əsrin əvvələrinədək Albaniyanın müstəqilliyini qoruyub saxlamışlar.
Sasanilər Atropeteni tabe edəndən sonra Albaniya və İberiyaya da hücumlar
etdilər. Uzun mübarizədən sonra bu ölkələr də Sasanilərin tabeçiliyinə düşdülər.
Azərbaycan eyni zamanda Romalıların da işğalçılıq planlarında var idi. IV əsrdə
Roma ilə Sasanilər arasında Cənubi Qafqaz uğrunda uzun sürən müharibələr
başladı.
Atropatena da İran–Roma müharibələri meydanına çevrilmişdi. Buraya yunan–
erməni qoşunları, hun və alan tayfalarıda dağıdıcı yürüşlər etmişlər. Xüsusilə
Armeniya hakimləri Albaniyanı işğal etməyə cəhd edirdilər. Onlara qarşı Albaniya-
nın Paytakaran hökmdarı Sanatürk (Sanasen) ciddi müqavimət göstərmişdi. (298-
338). O, bu mübarizədə Sasanilərə arxalanırdı. Sanatürk 337-ci ildə 30 minlik
qoşunla Armeniyaya yürüş etmişdi. O, Armeniyanın paytaxtı Valarşapatı tutaraq
oranı bir il öz hakimiyyətində saxladı. Lakin 338-ci ildə yunan və iber qoşunlarının
köməyi ilə erməni sərkərdəsi Vaçe Mamikonyan Sanatürkün dəstələrini məğlub etdi.
Sanatürk hunları və şimal tayfalarını ittifaqa cəlb etmişdi. Onun həlakından sonra
şimal tayfaları (hunlar, basillər, alanlar) Dərbəndi keçərək Albaniyada məskən
saldılar. II Şapur albanların köməyinə gəlmədi.O, Albaniyada sasanilərə sadiq
hökmdar görmək istəyirdi.
İran şahı II Sapur (309-379) Albaniyada özünə sadiq hökmdar görmək istəyirdi.
Bu zaman yeni Alban hökmdarı Urnayr (359-371) siyasi səhnəyə çıxdı. Urnayr həm
də II Şapurun bacısının əri idi. Ona görə də Sasanilərələ Albaniya arasında
müttəfiqlik siyasəti üstünlük təşkil edirdi.
43
Məs. Ermənistana qarşı döyüşlərdə Urnayr Sasanilərə kömək edirdi. (Movses
Xorneli) Maisey Kalankatulu yazır ki, Albaniya hökmdarı “Armeniya daxilində qələ-
bə bayrağını qaldırdı.”
Beləki, II Şapur Ermənistana havadarlıq edən romalılara qarşı yürüş təşkil etdi.
359-cu ildə Amid yaxınlığında döyüş başlandı. Alban hərbi dəstələrinin başında
Urnayr dayanırdı. Adərbayqanın Naxçıvan şəhərini ordunun düşərgəsinə
çevirmişdilər. Amid döyüşü II Şapurun qələbəsilə başa çatdı. Bir sıra vilayətlər, o
cümlədən Arsax (ind.DağlıqQarabağ), marların (ind.Naxçıvan), kaspların (Kaspiana)
ölkəsi, İberiya vilayətləri və.s. yenə də sasanilərin hakimiyyəti altına keçdi. Çox
gümanki, Albaniyanın torpaqlarının işğalı Ermənistan hökmdarları Tiranın və
Arşakın II Şapur ilə müttəfiqliyi dövründə, yəni 342-350 ci illər arasında baş
vermişdi.
Armeniyada Pap hakimiyyətə gələndən sonra Roma imperatoru Valent orada
Roma təsirini bərpa etmək istədi. Buna görə II Şapur Armeniyaya yenidən qoşun
çəkdi. 371-ci ildə Dzirav çölündə döyüş başlandı. Alban hökmdarı Urnayr Sasanilərin
müttəfiqi kimi çıxış edirdi. Bu döyüşdə Roma ordusunun köməyilə erməni dəstələri
qalib gəldi. Erməni sərkərdəsi Muşeq Azərbaycan ərazisinə hücum çəkdi, əhaliyə
divan tutdu. Albaniya Uti, Şakaşen, Girdiman, Kolt vilayətlərindən məhrum oldu.
Urnayrdan sonra hakimiyyətdə olan II Vaçaqan, Mirhavan, Satoy və Asay (371-
430-cu illər) dövründə yerli hakimiyyət məhdudlaşdırıldı. Sasanilərdən asılı olmaq
yerli əhalidə mübarizə əhvali-ruhiyyəni artırdı, Sasanilər hər şeydən əvvəl
Albaniyaya strateji cəhətdən çox qiymət verirdilər. İranlılar Albaniyada çoxlu
istekamlar tikirdilər. Sasanilər hər şeydən əvvəl Alban qapılarını (Dərbənd keçidi)
möhkəmlətmək, öz şimal sərhədlərinin təhlükəsizliyini təmin etmək istəyirdilər.
Çünki Şimali Qafqazda yaşayan köçərilər Dərbənd keçidi vasitəsilə İrana hücumlar
edirdilər.
V əsrdə köçəri tayfaların hücumları daha da güclənir. Bu hücumlardan
qorunmaq üçün Sasanilər Alban qapıları (Dərbənd) ərazisində əvvəl torpaq sədlər,
Şah II Yezdəqird (438-457) dövründə daşlardan nəhəng divar çəkildi. Bu səddin
çəkilməsinin ağırlığı yerli əhalinin üzərinə düşürdü. Moisey Kalankatulu yazırdı:
44
“İran şahları Qafqaz dağları ilə böyük Şərq dənizi (Xəzər) arasında böyük binanı
tikmək üçün memarlar toplamaq, müxtəlif materiallar axtarmaqla ölkəmizi taqətdən
salmışdılar”.
Sasanilər ölkənin daxilində öz qarnizonlarını yerləşdirmək üçün Beyləqanda,
Bərdədə, Şəmkirdə, Şamaxıda, Dərbənddə qalalar tikdirdilər. Eyni zamanda Sasanilər
bu yerlərə Fars dillərində danışan əhalidə köçürürdülər. Sasanilər həm də yerli əhali
üzərinə ağır vergilər qoymuşdular. (xərac, qezit və s.) Bu istisnmara dözə bilməyən
əhali ilk dəfə 450-ci ildə sasani zülmünə qarşı mübarizəyə qalxdı. Həmin il Xalxal
yaxınlığında (Qazax ərazisi) üsyançılar sasaniləri məğlub etdilər. Şah II Yezdəgird
vəzir Mehr Nersexin başçılığı altında üsyanı yatırmaq üçün qoşun göndərdi. 451-ci il
mayın 26-da Avaray gölündə (Maku yaxınlığı) şah ordusu üsyançıları məğlub etdi.
Sasanilər tərəfindən hunlar, kateşlər və qellər də iştirak edirdi.
II Vaçe İranda baş vermiş siyasi hadisələrdən istifadə edərək Albaniyada
xristianlığı yaymaq məqsədilə sasani hakimiyyətinin tabeliyindən çıxdı.
II Vaçenin başçılığı altında da üsyan 460-cı il də baş vermişdi. Üsyançılar
Dərbənd qalasını ələ keçirərkən, Dağıstanda yaşayan dağlı tayfaları ilə ittifaq
bağladılar. Bunu görən Sasani şahı Füruz (459-464) hun tayfalarını öz tərəfinə
çəkərək üsyançılara qarşı onlardan istifadə etdi. 462-ci ildə hunlar (haylandur)
Albaniyaya soxuldular. Bir il uzanan bu müharibə II Vaçenin 463-cü ildə
hakimiyyətdən uzaqlaşdırılması ilə başa çatır. II Vaçedən sonra 30 il ərzində
Albaniya öz müstəqilliyini itirdi və sasanilərin təyin etdiyi mərzbanlar tərəfindən
idarə edilməyə başlandı. Moisey Kalankatulu yazırdı: ”Vaçedən mömin Vaçaqana
kimi 30 il müddətinə Albaniya hökmdarsız qaldı. 493-cü ildə İran Şahı Kavadın əmri
ilə III Vaçaqan Albaniya hakimiyyyətinə gəldi. III Vaçaqan (493-510) ilk növbədə
Albaniyada xristianlığı geniş şəkildə yaymağa başladı. O, 498-ci ildə Aguen kilsə
məclisi çağırdı və xristian dininə aid qanunlar qəbul etdi. Lakin xristianlıq
Albaniyada geniş intişar tapa bilmədi. 510-cu ildə III Vaçaqanın ölümündən sonra
Sasanilər buradakı dövlət qurluşunu ləğv etdilər. Albaniyada Sasani mərzbanlarının
uzun müddətli (510-629) hökmdarlığı dövrü başladı. I Xosrov Ənuşirəvan (531-579)
dövründə Adərbayqan, Albaniya, İberiya və Armeniya bir məzbanlıqda (canişinlik)
45
birləşdirildi. 628–ci ildən Azərbaycan Xəzər xaqanlığının işğallarına məruz
qalmışdır. Buradan xəzərlər Tiflisə tərəf istiqamət götürürlər. 628-ci ildə II Kavad
Şiruyənin vəfatından sonra Albaniya türk xaqanlığının hakimiyyəti altına keçir. 632-
ci ildə İranda hakimiyyətə III Yezdəgird (632-651) gəldi. Bu müddətdə Albaniya
Türk xaqanlığının canişini tərəfindən idarə olunurdu.
Sasanilərin hakimiyyətinin ilk illərində İranda yeni dini təlim–manixeyçilik
yayılmağa başladı. Bu təlim Mani (216-276) tərəfindən təbliğ olunurdu. Təlimə görə
dünyada işıq və qaranlıq arasında mübarizə gedir. Dünya şeytan əməlləri ilə doludur.
İnsan ilk növbədə şər ünsürlərdən azad olmalıdır. Hakimiyyətə can atmamalıdır. Şər
qüvvələrə uzaqlaşmağa çağıran Mani istismar olunan zəhmətkeşlərin gününə yanırdı.
Bu təlim tezliklə İrandan tutmuş Roma imperiyasının ucqarlarına, şərqdə isə Orta
Asiyaya qədər yayıldı. 276-cı ildə Mani edam edilir. III əsrin sonlarında İran və
Romada Bundov manixeyçiliyi təbliğ edir. Bu təlimin Sasanilərə qarşı məzdəkilər
hərəkatına böyük təsiri olmuşdu. 481-ci ildə başlanan bu hərəkata Məzdək Bəmdad
oğlu rəhbərlik etmişdir.
Məzdəkilər təliminin əsas müddəaları ədalətli cəmiyyət qurmaq, insanlar
arasında əmlak bərabərliyi yaratmaqdan ibarət idi. I Kavadın (488-531) hakimiyyəti
illərində Məzdəkilər hərəkatı daha da geniş vüsət alır.
Xalq üsyanlarından ehtiyat edən və əyanların qüdrətini sarsıtmaq məqsədi
güdən I Kavad əvvələr Məzdəkilərə qəyyumluq edirdi. Hətta aclıq zamanı Məzdəkin
məsləhəti ilə Kavad dövlətin taxıl anbarlarını əhalinin üzünə açır. Məzdəkin fikirincə,
“Əmlak insanlar arasında bölüşdürülməlidir. İnsanların hamısı allahın qulları və
adəmin övladlarıdır. Kim ehtiyac hiss edirsə, qoy bir-birinin əmlakından istifadə
etsin, belə ki, heç kim ehtiyac və yoxsulluq duymasın, hamı mövqe etibarı ilə
bərabər olsun”. Bu hərəkata kəndlilər, qullar, sənətkarlar, və şəhər yoxsulları
qoşulsalar da hərəkatın əsas hərəkətverici qüvvəsi kəndlilər idi. Məzdəkilər hərəkatı
on illərlə davam etmişdi. Silahlı üsyançı dəstələr iri feodalların və tacirlərin evlərinə
basqın edir, onların əmlakını öz aralarında bölüşdürürdülər.
529-cu ildə Kavadin oğlu Xosrov qəflətən qoşunla məzdəkilər üzərinə hücum
edərək onları darmadağın etdilər. Məzdək ələ keçilərək edam edildi. 80-mindən çöx
46
məzdəki tərəfdarına ağır divan tutuldu. Lakin bu hərəkat izsiz qalmadı. Hərəkat iri
kahinlərin təsirini zəiflətdfi. Eyni zamanda şah hakimiyyətinə təsir göstərən əyanların
hakimiyyətinə zərbə vuruldu. Məzdəkilər hərəkatının məğlub olmasının əsas səbəbi,
onun onun pis təşkil olunması və kortəbi xarakterli olması idi. Məzdəkilər hərəkatı
məğlub oldu, lakin onun ideyaları xalq arasında uzun müddət yaşadı.
VI əsrin sonu – VII əsrin əvvələrində Allbaniyada Girdiman vilayətinin sahibləri
olan feodal Mihranilər nəsli üstünlük əldə etdi. Moisey Kalankatuklunun
məlumatına görə saray çevrilişində iştirak edən (Kavada qarşı). Mihran sasani
hökmdarı Xosrov II Pərvizin qəzəbindən xilas olmaq məqsədilə 30 min qohumu ilə
Xəzərlərə sığınmaq üçün İrandan qaçmışdı. Lakin Xosrov vəziyyətdən ehtiyat edərək,
ardınca məktub göndərmiş və istədiyi yeri seçməsinə icazə vermişdi. Şahın
məktubunu Uti vilayətində olan Mihr elə burada məskunlaşır. Mihr və onun xəlifələri
yerli feoddalları müxtəlif yollarla aradan götürərək bütün Albaniyaya sahib olmuşlar.
Onlar özlərinin farslığını iki nəsil saxlamış, bundan sonra xristianlığı qəbul
edəcək albanlaşmışlar. Akademik Bartoldin fikirincə “Yenidən albanların milli, lakin
fars mənşəli sülaləsi bərpa olundu”. Mihranilər Albaniyada 603-cü ilə yaxın
qərarlaşsalarda, bütün ölkəyə 630-cu ildən tam hüquqlu hakimə çevrildilər.
603-604-cü illərdə İran–Bizans müharibələrindən istifadə edən Albaniya əhalisi
sasani hakimiyyətinə qarşı üsyan etdilər. Lakin üsyan II Xosrov tərəfindən
amansızlıqla yatırıldı. Alban əyanlarının bir çoxu məhv edildi. Sonralar katolikos
Vironun köməyi ilə Mihranilərdən olan knyazlara şah “Girdiman hakimi və
Albaniyanın işxanı” titulu verildi. Belə bir titul Varaz Qriqor zamanı əldə edildi. II
Xosrov Qafqazın Bizasla əlaqələrini kəsmək məqsəd ilə 612-613-cü illərdə İrana tabe
xristianların məclisini çaqıraraq, Bizans diofizifliyin müqavilində monofizit
cərəyanını qəbul etdirir.
İlk Girdiman knyazı Mihran (570-590) uzun müddət dinc şəraitdə yaşayır. Onun
nəticəsi Qoçaq Vardan (600-615) Girdiman qalasını tikdirir. O, monofizitliyi qəbul
edir. O guya Aranşahlar nəslinin 60 nümayəndəsinə zəhər verib öldürmüş, və bütün
Albaniyanın sahibinə çevrilmişdir. Onun nəvəsi Varaz Qriqor (625-636) Bizansla
ittifaqa daha çox üstünlük verərək xristianlığın diofizit etiqadını qəbul edir. 630-ci
47
ildə Varaz Qriqor əsirlikdən qayıdanVironun təkidi ilə monofizitizmi qəbul edir. Bu
isə sasanilərə yaxınlaşmaq demək idi.
Varaz Qriqorun varisi Cavanşir (636-680) bütün Albaniyanı öz hakimiyyəti
altında birləşdirir. O, Bərdə şəhərini ölkənin paytaxtı edir. Hakimiyyətinin ilk
dövründə Sasani şahı III Yezdəgirdə tabe olan Cavanşir onun tərəfində Ərəblərə qarşı
vuruşmuşdur. 651-ci ildə Sasani imperiyası dağıldıqdan sonra Ərəb xilafətindən asılı
vəziyyətə düşdü. Ərəb xilafətində çəkişmələr başlayan zaman digər feodallar kimi
Bizans imperatorunu II Konstantin (641-668) onu öz himayəsi altına aldı.Bizans
imperatorunun sayəsində Cavanşir İberiya sərhədlərindən Araz çayına, Dərbəndə
qədər bütün əraziləri əhatə edən Albaniyanın hakiminə çevrilir.Lakin tezliklə
Xəzərlərin Albaniyaya hücumları yenidən başladı. Cavanşir Xəzər xaqani ilə qohum
olaraq müəyyən dərəcədə xaqanlıqdan asılı vəziyyətə düşdü. Lakin Ərəblərin yeni
yüksəlişi dövründə Cavanşir Şimal təhlükəsini aradan qaldırmaq məqsədilə Ərəb
xilafətinə meyl edir.
VI əsrin sonların yaxın dövrdə şimal torpaqlarında ərazisi Xəzər dənizindən
Ağsu çayına qədər uzanan ərazilərinə Şirvanşahların hökmranlığı başlamışdır. Lakin
bu ölkə haqqında əlimizdə demək olar ki, məlumat yox həcmindədir.
3. III–VII əsrlərdə Azərbaycanda möhkəmlənən feodal münasibətləri əsasında
mədəniyyət də inkişaf edirdi. Hələ xristianlıq qəbul edilənə qədər Albanların öz
yazıları olmuşdur və bütün ölkə üçün ünsiyyət vasitəsi kimi alban dili geniş intişar
tapmışdı.V əsrin başlanğıcında arami qrafikası əsasında alban əlifbası
təkmilləşdirilmişdir. Antik müəlliflərə görə hələ e.ə.I əsrdə albanlar öz yazılarından
istifadə edirdilər. V əsrdə artıq 52 hərfdən ibarət təkmil əlifba mövcud udi. Erkən
alban ədəbiyyatı əlverişli tarixi mədəni şəraitdə təşəkkül tapdı. Bizə gəlib yetişən
Alban ədəbiyyatı nümunələrinə aşağıdakıları aid etmək olar. Moisey
Kalankatuklunun “Alban tarixi”, VII əsr şairi Davdəkin eleqiyası (Cavanşir
haqqında), alban hüquq mənbələri olan kilsə qanunları (Aquen kilsə məclisində qəbul
edilən qanunlar, 705-ci ildə Simeonun qanunu adı ilə tanınan Partov (Bərdə)
məclisinin qnunu)
48
1948-ci ildə Mingəçevirdə aşkar olunmuş alban yazıları böyük əhəmiyyət
daşıyır. Bu alban yazısı 21 işarədən ibarət olan 4 sətirlidir. Albaniyada əlifba tərtib
olunduqdan sonra əyan və ruhani uşaqları üçün məktəblər də açılmışdı. Burada
uşaqlara Tövrat öyrədilirdi.
Albaniyada ədəbiyyat və elm də inkişaf edirdi. O zaman Albaniyada bəzi antik
müəlliflərin əsərləri–Homerin “İliadasi”, Vergilinin “Eneidasi” məlum idi.
Səlnamələr alban incəsənətinin də yüksək səviyyəsi haqqında məlumat verir. Məsələn
Girdiman qalasındakı məbədin içərisi rəssamlar tərəfindən işlənmiş , qapıları gümüş
və müxtəlif bəzək əşyaları ilə işlənmişdir. Belə abidələrə Qax rayonunun Qum və
Ləkit kəndləri yaxınlığında və Mingəçevirdə qazıntılar zamanı rast gəlinmişdir.
Atropatenanın da mədəni həyatında inkişaf baş verirdi. Burada Qazaka şəhəri
(Təxti-Süleyman yax.) öz gözəlliyi ilə insanı valeh edirdi. Eramızadn əvvəl
Atropatendə İran –Arami əlifbası əsasında inkişaf etmiş Pəhləvi yazısı işlənmişdi.
Bu dövrdə mövcud olan şəhərlərdən Dərbənd, Bərdə (Partav), Çola (Çora),
Hunarakert (Hun şəh.), Paytakaran, Təbriz, Şiz, Ərdəbil, Naxçıvan, Gəncə, Şəki,
Şəmkir, Qəbələ, Şabran, Xalxal, Beyləqan və s. var idi. Şimala gedən yollar üzərində
sədlər tikilmişdir. Beşbarmaq dağından dənizədək qoşa divar uzanırdı. Şirvan səddi
(Gilgilçay boyu) Beşbarmaq divarından 23 km şimalda çəkilmiş, Çıraqqala bu səddin
başlanğıcında dağ zirvəsində yerləşirdi. Digər sədd Samur çayından şimalda inşa
edilmişdir. Ən əzəmətli Dərbənd səddi yüksəklikdən dənizin içinədək uzanırdı. Orta
hissəsində qala var idi. Azərbaycan ərazisində Torpaqqala (Alazan çayı 45 sahili),
Govuqqala (Ağdam), Cavanşir (İsmayıllı), Çarabkert (Ağ- dam) qalaları inşa
olunmuşdu. Alban məbədlərinin qalıqlarına Qəbələ, Qax, Yuxarı Qarabağ, Şəki,
Zaqatala, Mingəçevir, Ağdam, Kəlbəcər, Laçın, Qubadlı və s. yerlərdə rast gəlinir.
Uzun tarixi dövr ərzində Azərbaycanın bütöv halda Sasani imperiyasının
tərkibində olması mütərəqqi hadisə idi. Çünki ölkənin bütün bölgələri arasinda daxili
əlaqələr, ilk növbədə ticarət əlaqələri genişləndi. Ölkəmizin etnik-siyasi və mədəni
birliyinin yaranması yolunda mühüm irəliləyiş baş verdi. Sasani əsarətinə qarşı
uzunsürən azadlıq mübarizəsi ölkənin türk və qeyri-türk əhalisini daha sıx birləşdirdi,
49
onların qaynayıb-qarışmasına müsbət təsir göstərdi. Vahid xalqın yaranması prosesi
sürətləndi.
50
IV MÖVZU Azərbaycan Ərəb xilafətinin tərkibində
Plan
1.Xilafətin Azərbaycana yürüşlərinin başlanması. Girdiman knyazlığının xarici
və daxili siyasəti.
2.Xilafət hökmranlığı dövründə idarəçilik, köçürmə, torpaq və vergi siyasəti.
İslam dininin yayılması.
3.Xürrəmilər hərəkəti. Babəkin başçılığı altında azadlıq hərəkatı.
ƏDƏBIYYAT
1. Azərbaycan tarixi. VII cilddə, Icild, Bakı, 1998. səh.150-254.
2. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989, sənəd №14, 23
3. Azərbaycan tarixi Z.Bünyadovun redaktorluğu ilə. Bakı 1994. səh.
290-272.
4. Vəlixanlı N. IX-XII əsr ərəb coğrafiyaşünas səyyahları Azərbaycan
haqqında. Bakı,1974. səh. 33-39.
5. Bünyadov Z.Azərbaycan VII –IX əsrlərdə. Bakı, 1993.
6. Vəlixanlı N. Ərəb xilafəti və Azərbaycan. Bakı, 1993.
7. Səid Nəfisi. Babək. Bakı, 1990.
8. Əliyev R.İ. Azərbaycan XII-XIV əsrlərdə. Bakı, 1980. səh.5-29.
51
VII əsrin birinci yarısında Ərəbistan yarımadasında güclü bir feodal dövlətin
yaradıcısı olan Məhəmmədin təlimi-İslam dini feodal münasibətlərinin inkişafında,
dövlətin möhkəmlənməsi və genişlənməsində böyük rol oynadı.
Ərəb feodal dövlətinin yaranması (630-cu il) onun İran və Bizans imperiyaları
əleyhinə yürüşləri ilə eyni vaxtda başladı. Ön Qafqaz uğrunda III əsrdən başlamış və
fasilələrlə davam edən Bizans və Sasani imperiyası arasındakı müharibə əsasən
Azərbaycan ərazisində gedirdi. Müharibə Azərbaycanın təsərrüfatını dağıdır,
məhsuldar qüvvələrin inkişafını ləngidirdi. VII əsrin əvvəllərində müharibənin yeni
mərhələsi başlandı.
Xilafət qoşunu 634-636-cı illərdə Yərmurq Bizans qoşunlarını məğlub edib
Suriyanı ələ keçirdi. Bu qələbə ərəblərin İrana yolunu açmış oldu. Xəzərlərlə
müharibələr və daxili çəkişmələr nəticəsində Sasani imperiyası xeyli zəifləmişdi.
638-ci ildə Ərəb qoşunu Kadusiyə yaxınlığında sasaniləri məğlub etdi. 642-ci ildə isə
Nahəvənd döyüşündəki məğlubiyyətdən sonra İran orduları demək olar ki, dağıldı.
Ərəblərin ilkin hücumlarını dəf etməyə cəhd göstərən III Yezdəgird ona tabe
olan ölkələrdən kömək istədi. Belə bir əmr olan Alban çarı Varaz Qriqor öz ikinci
oğlu Cavanşiri döyüş meydanına göndərdi. O, Xorasan hakimi Fərruxzaq oğlu Rüs-
təmin rəhbərlik etdiyi İran ordusunun tərkibində ərəblərə qarşı döyşmüşdür. Kadusiyə
döyüşündə Cavanşir öz şücaəti ilə seçilmişdi. III Yezdəgird onu qiymətli hədiyələrlə
mükafatlandırılmışdır. Sasani hökmdarı ona mirvari ilə bəzədilmiş qızıl kəmər, qızıl dəstəkli
qılınc verdi və başına gözəl tac qoydu.
Ktesifonun mühasirəsində də Cavanşir fəallıq göstərmişdi. Təəssüf ki, həmin
döyüşdə sərkərdə Rüstəm həlak oldu. 639-cu ildə Cavanşir döyüşün mənasızlığını-
görərək öz qoşunları ilə Albaniyaya qayıdır. Cavanşir (616-681) 21 yaşında
Albaniyanı idarə etməyə başladı. 7 il vuruşduqdan sonra o, mübarizəni vətənində
davam etdi. Əvvəlcə, Albaniyanı İran feodallarından təmizlədi, Bərdədə əsir
götürülmüş anasını və qarldaşlarını xilas etdi. Sasanilər imperiyası dağıldıqdan sonra
Cavanşir ərəblərə qarşı mübarizəni davam etdirməli oldu. Həmin ildə Azərbaycana
soxulan İran qoşunları Bərdə yaxınlığında Cavanşir tərəfindən darmadağın edildi.
52
639-cu ildə sərkərdə Hüzeyfənin başçılığı altında ərəb qoşunları Azərbaycan
ərazilərinə soxuldular və burada güclü müqavimətə rast gəldilər. Azərbaycan
qoşunlarına mərzban Fərruxzad oğlu İsfəndiyar başçılıq edirdi. Lakin o, məğlub
olaraq əsir düşür. Bundan sonra onun qardaşı Bəhram qoşuna başçılıq edir. Lakin o
da ərəblər tərəfindən məğlub edilir. 644-cü ildə o, ərəblərlə müqavilə bağlayır.
Müqavilənin şərtlərinə görə azərbaycanlılar ərəblərə tabe olaraq vergi
verməli,ərəb əsgərlərini evində saxlamalı idilər.
642-ci ildə Ərəblər Muğanı, Şirvanı keçərək Dərbəndə qədər gəlib çıxdılar. Şir-
0vanşah Şəhriyar aman istədi və sülh bağladı. 643-cü ildə Əbdürrəhmanın başçılığı
altında ərəblər Bələncər yaxınlığında xəzərlərlə müharibəyə başladı və özü də
döyüşdə öldürüldü. Beləliklə, ərəblərin Dərbənddən şimala ilk hücumu uğursuz oldu.
646-cı ildə Naxçıvandan hücuma başlayan ərəblər, əvvəlcə Şəki və Gorus, sonra
Beyləqan və Bərdəni tutdular. Daha sonra Qəbələ, Şivan, Şabran əhalisi təslim
oldular.
653-cü ildə Bələncər yaxınlığında ərəblər Xəzər qoşunları tərəfindən
darmadağın edildilər. Lakin ərəblər Azərbaycandan əl çəkmək istəmir və hücum-
larını davam etdirirdilər.
Belə bir dövrdə gənc Cavanşir ölkəni ərəb təhlükəsindən qurtarmaq məqsədilə
bir sıra tədbirlər gördü. Moisey Kalankatuklu onun haqqında belə yazırdı: “ Cavanşir
İran savaşında ad çıxarıb geri qayıtdı. Hökmdar paltarın geyib taxta çıxdı. Alba-
niyanı öz səviyyəsinə yüksəltdi. O,Qafqazın vəhşi kimi yaşayan tayfalarını ağıl və
haqq yoluna gətirdi.Beləliklə, İberiya sərhədlərindən Hun qapılarına (Dərbənd) və
Araz çayına kimi mütləq hökmdarlıq etdi.”
Ərəblər Azərbaycana soxulanda Cavanşir onlara qarşı mübarizə məqsədilə
Bizans imperatoru II Konstantin (641-668)ilə ittifaqa girdi.
654 cü ildə hər iki hökmdar görüşüb ərəblərə qarşı birgə mübarizə məsələlərini
müzakirə etmişlər. 660-cı ildə ikinci belə görüş olmuşdu.
622-ci ildə ikinci bir təhlükə yarandı. Ərəbləri Bələncən yaxınlığında məğlub
edən Xəzərlər Albaniyaya soxuldular. Kür çayı sahilində Cavanşir xəzərləri məqlub
edir. Albaniya tarixində göstərilir. “O günü Cavanşir böyük qələbə qazandığı üçün
53
həmin barbar xalqa belə söylədi. “Get, Çola qapıarından (Dərbənd ) geri qayıt və bir
də buraya gəlmə, çünki tanrı sənin gücünü heç etmişdir”.
Lakin 665 –ci ildə ərərlər yenidən Albaniyaya hücum etdilər və Araz sahillərinə
qədər gəlib çıxdılar. Cavanşir həm ərəblərə, həm də xəzərlərə qarşı mübarizə
aparmalı oldu. Bunun çətinliyini görərək Cavanşir xəzərlərlə sülh bağladı, xəzər
xaqanının qızı ilə evlənərək əsirlər və aparılmış qəniməti geri qaytardı.
VII əsrin 60-cı illərində siyasi hadisələrin sonrakı gedişi Cavanşiri Xilafətə qarşı
öz siyasətini dəyişməyə məcbur etdi. Belə bir şəraitdə Cavanşir ərəblərə qarşı əvvəlki
münasibətini dəyişir və 667-ci ildə Şam şəhərinə Müaviyyəm görüşünə gedir.Bu
görüş Cavanşir üçün uğurlu alınır. 670-ci ildə Xəlifə yenidən Cavanşiri Şama dövlət
etdi. Cavanşir Xilafətlə Bizans arsında gedən diplomatik danışıqlara vasitəçilik
etmişdi.
Alban tarixində göstərilir: “Cavanşir Şama gəldi... Xəlifə axşam yeməyinə
onunla birlikdə oturdu... Xəlifə onun dərin biliyinə heyrət etdi. Ona bir dəvə, 52 iti
yerişli at və Sünik knyazlığının hakimiyyətini bağışladı. Xəlifə həm də Atropatena
torpaqlarının da idarələrini zorla ona tapşırmaq istədi. Lakin Cavanşir artıq şöhrət-
dən boyun qaçırdı... öz ölkəsinin üzərinə qoyulmuş verginin azaldılmasını xahiş
etdi”.
Xəlifə Albaniya hakiminə xeyli güzəştə getdi, onun ölkəsinin daxili müstə-
qilliyinə toxunmadı, əhalidən alınan vergiləri üçdə birə qədər azaltdı.
Cavanşir daxildə mərkəzi hakimiyyəti möhkəmləndirmək üçün iri feodal
əyanlara qarşı uzun müddət ciddi mübarizə aparmalı oldu və nəticədə 680 (681) ci
ildə ölkə daxilindəki Bizanspərəst feodalların gizli qəsdi nəticəsində öldrüldü.
Hakimiyyətə Varaz Trdat keçir. Bu zaman Xəzərlər yenidən Albaniya ərazisinə
hücum edirlər. Lakin Varaz onlarla sülh bağlaya bilir.
Xəlifə onu “Şərq vilayyətlərinin canişini, Alban padşahlığının və Uti əyalətinin
hakimi “ təsdiq etdi.
VII əsrin 80-ci illərində Bizansın Cənubi Qafqaza yürüşləri başlayır.
Azərbaycan üç böyük imperiyanın döyüş meydanına çevrilir.
54
699 – cu ildə yenidən Albaniyaya hücum edən bizanslılar Varaz Trdat və iki
oğlunu həbs edərək Konstantinopola əsirliyə aparılır və onlar orada 705-ci ilə qədər
qalırlar.
Hakimiyyət ərəbpərəst Siruyənin (Şeroy) əlinə keçsədə 704-cü ildə ərəblər onu
Şama çağıraraq gizli şəkildə aradan götürmüşlər.
Belə bir siyasi vəziyyətdən xəyanətkar ermənilər istifadə edirlər Erməni
katalikosu İlya Xəlifə Əbd.əl. Malikə məktub yazaraq alban katalikosu Nerses və
Cıpramanın guya gizli şəkildə Bizasla münasibətdə olduğu haqqında xəbər gön-
dərir. Xəlifə İlyaya məktub göndərir və əmr edir:” Biz əmr etdik ki, bizim
ağalığımıza qarşı çıxmış albanların etiqadında sizin dininizə uyğun düzəlişlər edil-
sin” Nerses və Sparama isə Partal (Bərdə)şəhərində məhv edildi.
705-ci ildə Varaz Trdat əsirlikdən qayıdır. Lakin Albaniya hətta vassall möv-
qeyini də itirmiş olur. Şimallı- cənublu bütün Azərbaycan qəti şəkildə ərəblərin
tabeçiliyinə düşür.
Ərəb ordularının fasiləsiz hücumlarına baxmayaraq əhali onlara asanlıqla bo-
yun əymədi. Yalnız 90- illik kəskin mübarizədən sonra Xilafət orduları Azərbay-
canın istilaını başa çatdırdılar.
Ərəblər siyasi və dövlət təşkilatı cəhətdən Bizans və İran imperiyasından geri
qalırdılar. Ona görə də ilk vaxtlar onlar işğal etdikləri ölkəmizdə özlərinə qədər
mövcud olan idarə qaydalarını saxlamağa məcbur oldular.
Ərəblər bu yerlərdə əraziləri idarə etmək üçün əmirlik sistemi yaratdılar.
Əmirliyi xəlifə tərəfindən təyin edən əmir idarə edirdi. Azərbaycan və Arran 5 ci əmirliyə
daxil idi. Abbasilər dövründə 14 əmirlik yaradıldı. Əmirliklər kiçik inzibati vahidlərə
-nahiyə və rayonlara bölündü. Məs.Hər nahiyə 12 rayondan. hər rayon 12 kənddən
ibarət idi. Hər bir əyalətin sərhədləri müəyyən edildi. Azərbaycanın şimal sərhədi
Dərbənd, cənub sərhədi Həmədana qədər urtardı. Xilafət dövründə Azərbaycanın
paytaxtı Marağa şəhəri idi. Hər bir əmirliyin başında xəlifə tərəfindən təyin edilmiş
əmir dururdu. Bütün mülki və hərbi işlər onun əlində idi. Əmrin rəhbərliyi ilə
müxtəlif vəzifələri icra edən məmurlar aparatı yaradıldı. Amil – vergilərin
toplanmasına nəzarət edir. Qazi- məhkəmə işlərinə baxırdı. Yerli əyanlar əvvəlki
55
imtiyazlardan məhrum edilib, idarə işlərinə buraxmırdılar. Ona görə də yerli
feoddallar ərəblərin siyasətindən narazı qalaraq onlara qarşı olan üsyanlarda iştirak
edirdilər. Sonralar ərəblər qoşunlarının təşkilində islamı qəbul etmiş yerli əhalidən
(Mövlalardan və hətta xristianlardan (zimmi) istifadə edirdilər).
Ərəblər Azərbaycanın Ərdəbil, Marağa, Beyləqan, Bərzənd, Dərbənd, Bərdə,
Naxçıvan kimi strateji əhəmiyyətli şəhərlərdə hərbi dəstələr saxlayırdılar. Bu hərbi
dəstələrdən yerli əhalinin baş verən üsyanlarını yatırmaq üçün istifadə olunurdu.
Qarnizonda yerləşən dəstələr nəinki hərbi xidmət göstərir, eləcə də təsərrüfat işlərinə
baxır, tabeliklərində olan ərazilərə nəzarət edir, müqavilədə nəzərdə tutulan vergilərin
toplanmasına, mükəlləfiyyətlərin yerinə yetirilməsinə göz olurdular. Qarnizonların
saxlanılması onsuz da Xilafətin ağır vergi boyunduruğuna düşmüş yerli əhalinin
üstündə idi.
Ərəblər işğal etdikləri ərazilərdə öz hakimiyyətlərini qoruyub möhkəmlən-
dirməkdən ötrü köçürmə siyasətindən istifadə edirdilər. Həmin dövrdə Azərbaycana
Ərəbistan çöllərindən çoxlu sayda ərəb əhalisi köçürüldü. Bunu Azərbaycanın
müxtəlif ərazilərində “Ərəb” adları ilə başlanan çoxlu kənd adlarının qalması sübut
edir. (Şamaxı,Ağsu, Kürdəmir)
Xilafətin şimal hüdudlarının möhkəmləndirilməsi xəlifələr tərəfindən həyata
keçirilən köçürmə siyasəti ilə müşayiət edildi: özlərindən əvvəlki işğalçıların
(iranlıların və b.) yolu ilə gedən ərəblər böyük miqdarda ərəb əhalisini həmin
vilayətlərdə məskunlaşdırdılar. Azərbaycanın münbit torpaqları, gözəl təbiəti çox
yerdə sərt iqlim şəraitində yaşayan ərəbləri cəlb edir, öz yerlilərinin burada xəlifə
qulluğunda olmasından istifadə edənlər axışıb Azərbaycana gəlirdilər. Mənbələrin
(əl-Bəlazuri, İbn əl-Fəqih və b.) məlumatına görə hələ "Əli ibn Əbu Talib (656-661)
əl-Əşas ibn Qeysi Azərbaycana hakim təyin etdikdə... o, Ərdəbildə əta və divan
siyahısına salınmış ərəblərdən yerləşdirdi... Ərəblər Azərbaycanda məskən saldıqda,
onların Kufədən, Bəsrədən və ġamdan olan qohumları da buraya axışdılar. Hər biri
bacardığı qədər torpaq zəbt etdi, bir hissəsi isə əcəmlərin torpağını satın aldı. Kəndlər
həmin ərəblərin himayəsinə keçdi, belə ki, ərəblər onları müdafiə etməli idilər,
kəndlilər isə ərəblərin yardarına çevrildilər".
56
Ərəblərin Azərbaycana köçürmə siyasəti IX yüzilin birinci rübünə qədər davam
etdi. Ancaq Harun ər-Rəşidin dövründə baş qaldıran və əl-Məmun dövründə ən
yüksək zirvəsinə çatan xürrəmilər hərəkatı, eləcə də bir çox ərazilərin Xilafət
tərkibindən çıxması ərəb tayfalarının Qafqaza mühacirətinə təsir etdi və nəhayət, onu
tamamilə dayandırdı. Bu tayfalar haqqında indi yalnız müasir Azərbaycanın bəzi
yaşayış məntəqələrinin həmin tayfalar üçün ümumi olan "ərəb" sözünün qaldığı
adları xəbər verir məsələn, Ərəbkeymuraz, Ərəbhacı, Ərəblər, Ərəbuşağı,
Ərəbşahverdi, Ərəbbəsrə, Ərəbocaq və b.).
Azərbaycan işğal olunduqdan sonra münbit və yararlı torpaqların xeyli hissəsi
Xilafətin mülkiyyəti elan olundu. Azərbaycanda torpaq üzərində mülkiyyətin 5
forması mövcud idi.
Feodal torpaq mülkiyyətinin əsas növlərindən biri dövlət torpaqları idi. Belə
torpaqlar divani və ya xəlifə torpağı adlanırdı. Vəfat etmiş və ya vəzifəsindən
çıxarılmış məmurların mülklərinin müsadirə edilməsi hesabına və ya satınalma yolu
ilə tədricən artan bu torpaqlar böyük gəlirlər gətirirdi. Belə torpaqların idarəsi üçün
bir neçə divan təsis edilmişdi.
Geniş yayılmış torpaq mülkiyyəti formalarından biri iqta (sözün ilkin mənası –
payla.dırma, kəsilib ayrılma, pay) idi. Bu kateqoriya torpaqlar Abbasilər dövründə
daha geniş yayılmı.dı. İqta hüququ adamlara orduda göstərdiyi hərbi hünərə və
sədaqətli xidmətə görə dövlət tərəfindən verilirdi. İqta 2 cürə -icarayə verilən və
bağışlanan olurdu. bağışlanan iqta (təmlik) şəxsin tam mülkiyyətinə keçir və irsən
ötürülürdü. Bu növ iqta adətən becərilməmiş və ya varisi olmayan sahiblərin
ölümündən sonra başsız qalmış torpaqlardan verilirdi; ikinci kateqoriya irsən
keçməyən icarə iqtası idi. Belə torpaq payları adətən hərbiçilərə verilirdi. İqta
sahibləri hərbi mükəlləfıyyət daşımır, əvəzində vergi ödəyirdilər. Bununla yanaşı,
onlar öz torpaqlarında yerləşən kanalları, yolları və körpüləri təmir etməli idilər.
Mülkiyyət formalarından biri də vəqf torpaqları idi. Bu torpaqlar Məkkə və
Mədinə kimi müqəddəs şəhərlər üçün, din uğrunda mübarizlər və şəhidlər üçün
nəzərdə tutulurdu. Bu torpaqlar müsəlman dini idarələrinin ixtiyarında idi. Vəqv
57
“Allahın mülkiyyəti hesab edildi. Bu torpaq icrayə verilə bilər, lakin nə satılıb -alına,
nə də xüsusi mülkiyyətə keçirilə bilməzdi.
Mülk torpaqları - Azərbaycanda yerli feodal əyanlarının irsi ixtiyarında olan və
mülk adlanan xüsusi torpaq sahələri vardı. Bundan başqa, mərkəzi hökumətin
həvəsləndirməsi və köməyi ilə "ölü" torpaqların dirçəldilməsi və bataqlıqların
qurudulması, həmin torpaqların əkilməsi onların sahiblərinə tam sahiblik hüququ
verirdi. Mülk torpaqlarının digər mənbəyi dövlət torpaqlarının satın alınması idi.
Məmurlar və vəsaiti olan digər Şəxslər xəlifə mülklərini (dövlət torpaqlarını) əldə
edərək, onların daimi sahiblərinə çevrilir və bu torpaqlardan nisbətən sabit gəlir
götürürdülər. Bu kateqoriyadan olan torpaqların sahibləri əlavə vergilər verməli və
torpaqlarından keçən kanalların bərpası xərclərini ödəməli idilər. Mülk kateqoriyası
Xilafətin yarandığı ilk gündən mövcud idi. Mülk torpaqlarını alıb-satmaq, özgəyə
bağışlamaq, irsən vermək olardı. Bu torpaqların sahibləri hərbi xidmətdə olmurdular.
Torpaq mülkiyyəti formalarından biri də icma torpaqları idi. Kəndlərdə əhaliyə
məxsus əkin yerləri, biçənəklər, otlaqlar, meşələr və s. icma torpaqlarına aid idi. Əs-
lində xəzinəyə gələn gəlir də bu torpaqlardan alınan vergilər idi.
Beləliklə, Azərbaycan ərəblər tərəfindən işğal edildikdən sonra yerli torpaq
sahibləri öz müstəqilliklərini tamam əldən verərək. ərəb üsul-idarəsindən asılı
vəziyyətə düşdülər. İşğalçı ərəblər tutduqları ölkələrin feodal ağaları ilə tez bir
zamanda ümumi dil tapsalar da, özlərini onlardan həmişə ayırırdılar.
Ərəblər başqa məsələlərdə olduğu kimi, sasanilərin vergi qaydasını bəzi
dəyişikliklər etməklə saxladılar. Əməvilər dövrünə qədər (661) vergilər nisbətən
yüngül idi. Əsas vergi növləri xərac və cizyə idi. Müsəlmanlardan cizyə alınmırdı.
Əhalidən Xüms (beşdə bir) və zəkat (sədəqə)vergisi də alınırdı.
Xəlifə Əlinin dövründə vergilərin toplanmasında ədalətli siyasət yeridilirdi. Əli
İbn Əbutalib deyirdi ki, diqqəti xəracı yığmağa deyil, toppağın əkilib, becərilməsinə
vermək lazımdır.
Əməvilər dövründə (661-750) dövlət xərac toplanmasına böyük diqqət yetirir-
di. 725-ci ildə xəlifə Hişamın əmrinə əsasən Azərbaycanda əhali, mal-qara, torpaq
siyahıya alındı. Bu məqsədlə o, öz sərkərdəsi Haris ibn Əmri Arrana göndərdi.
58
Moisey Kalankatlının məlumatına görə, ağır vergi qoyulmasına səbəb olan bu yeni
siyahıyaalma "adamları, mal-qaranı və bütün ölkəni elə köləlik boyunduruğuna saldı
ki, sonrakı ildə Arranda dəhşətli aclıq başladı". Yeni vergilər tətbiq edildi.
15 yaşdan yuxarı əhali vergi verməli idi. Vergilərin ağırlığına dözə bilməyən
kəndlilər kəndlərdən kütləvi şəkildə gedirdilər. Onların torpaqlarını isə feodallar
mənimsəyirdi .Əməvilərin yeritdiyi bu siyasət onlara qarşı böyük narazılıqlar yaratdı
və 750-ci ildə onları Abbasilər əvəz etdilər (750-1258). Abbasilər əsasən yerli
feodalların nüfuzundan istifadə edirdilər. Vergi qayda-sında yeni dəyişikliklər
qoyuldu. Torpaq əkilib-əkilməməyindən asılı olmayaraq vergi verilməli idi. Zimmilər
(xristanlar) daha çox vergi verirdilər.
VIII əsrin ortalarında hakimiyyətə gəlmiş Abbasilər Azərbaycan və Arranın
vergi verən əhalisinin vəziyyətini heç də yaxşılaşdırmadılar. Moisey Kalankatlının
sözlərilə desək, "Abbasilərin hakimiyyətə gəlişi ana yurdumuz Albaniya üçün böyük
fəlakət idi, çünki taciklər (yəni ərəblər - N. V.) öz iyrənc qarətçilikləri ilə alban
işxanlarından paytaxtımız Bərdəni aldılar və öz səltənətlərinin köhnə paytaxtı
Dəməşqdə olduğu kimi indi də Alban torpağında -Bərdədə iqamətgah qurdular ki,
torpağın bol nemətlərini sovursunlar".
Təxmini hesablamalara görə Azərbaycandan Xilafətə ildə 8 milyon dirhəmə
yaxın vergi ödənilirdi.
Azərbaycan tacirləri təkcə Xilafətə tabe olan ölkələrlə deyil, həm də başqaları ilə
ticarət əlaqələri saxlayırdılar. Çoxsaylı tacirləri Azərbaycana təkcə malların bolluğu,
gözəlliyi, alverin rəvan getməsi deyil, həm də ucuzluq cəlb edirdi. Azərbaycan
şəhərləri Xilafətlə Şimal-Şərqi Avropa və Asiya ölkələri arasında ticarətdə vasitəçilik
edirdi. Daxili və dünya bazarlarındakı ticarətdən Azərbaycan tacirləri xeyli mənfəət
əldə edir və gəlirin bir hissəsini dövlətin xəzinəsinə verirdilər. Ərəblər Bizansın Qara
dənizdən keçən əsas ticarət yolunun istiqamətini dəyişərək, onu Şərqə-Xəzər dənizi
tərəfə ke- çirtdilər. Ərəblərin Ön Qafqazdakı bütün ticarət yollarının kəsişdiyi Bərdə
Şimalla tranzit ticarətinin mərkəzinə çevrildi.
Erkən Orta əsrlərdə (VII-IX) Xilafətdə və ona tabe olan ölkələrdə sosial-iqtisadi,
siyasi və mədəni sahələrdə baş verən dəyi- şikliklər öz əksini mədəniyyətdə də
59
tapırdı. Ümumi islam mədə- niyyətinin zənginləşməsində Xilafətə tabe olan bütün
xalqların az və ya çox dərəcədə payı var idi. Kargüzarlıq işlərinin ərəb dilində
aparılması Xilafətin inzibati və dövlət idarələrində çalışan azərbaycanlı məmurları
məcbur edirdilər ki, ərəb dilini mükəmməl öyrənsinlər. Ona görə də tədricən milli-
etnik sərhədlər zəifləyirdi. Dini mənsubiyyət əsas amilə çevrilirdi. Azərbaycandan
onlarla istedadlı gənc Ərəb Şərqinin mədəniyyət mərkəzlərinə təhsil almağa gedirdi.
Azərbaycanın Ərdəbil, Marağa, Təbriz, Şamaxı və s. iri şəhərlərində təhsil ocaqları,
kitabxanalar, məscidlər, əzəmətli abidələr yaranmaqda və inkişaf etməkdə idi. VII-IX
əsrlərdə Azərbaycanda ədəbiyyat, hüquqşünaslıq, təbiətşünaslıq, riyaziyyat,
astronomiya, maddi mədəniyyət, elm və fəlsəfi fikir, tarix, memarlıq və şəhərsalma
və s. inkişaf etməkdə idi. “Albanların tarixi” əsərinin müəllifi Musa Kalankatlı Alban
hakimi Cavanşirin müasiri idi. Əsər 3 hissədən ibarət idi: I kitab Bibliya tarixindən
başlayır və IV fəsildən başlayaraq Albaniyanın real tarixinin şərhi verilir. II kitab VI
əsrin ortalarından VIII əsrin əvvəllərinə qədər baş verən hadisələrlə tamamlanır. III
kitabda ərəblərin tarix səhnəsinə çıxması, Cənubi Qafqaza hücumları və bu ərazilərə
sahib olmalarından bəhs edilir. Kitab X əsr hadisələrinin şərhi ilə başa çatır. “Kitabi-
Dədə Qorqud” dastanı Xilafətin hakimiyyəti dövründə formalaşıb başa çatmışdır. 59
Bu qəhrəmanlıq epopeyası IX əsrin əvvəllərində ərəb dilinə tərcümə edildi və İslam
mədəniyyətinin dəyərli incisinə çevrildi. Azərbaycanın ilk ərəbdilli şair və
yazıçılarının yaradıcılığı VII-VIII əsrlərə təsadüf edilir: Dəvdək, Musa Şəhavət,
İsmayıl ibn Yaşar, onun oğlu Məhəmməd və b. Bu dövrdə şəhərlərin hamısı qala
divarları ilə əhatə edilmişdir. Şəhərlərdə saxsı borular vasitəsilə su şə- bəkəsi və
kanalizasiya qurğuları yaradılırdı. İnşaat sənətinin yeni xüsusiyyəti bişmiş kərpic
hörgü texnikasının təkmilləşdirilməsi idi. Azərbaycan memarlığında günbəzli tikililər
VIII əsrə qədər geniş yayılmışdı. Bərdə şəhəri yaxınlığında Tərtər çayı üzərində
çaylaq daşından hörülmüş körpü və Qazaxda Əskipara kəndi yaxınlığındakı dağda
monastr kompleksi Xilafət dövrü memarlığının ən səciyyəvi nümunələridir.
Ərəblər Azərbaycanda və başqa işğal etdikləri ərazilərdə öz hakimiyyətlərini
möhkəmlətməkdən ötrü islam dinindən istifadə edirdilər. Onların Allahın vahidliyini
və bütövlüyünü qəbul edən, onun göndərdiyi müqəddəs kitabların (Quran, Tövrat
60
İncil, Zəbur) müqəddəsliyinə inanan insanlara hörmətlə yanaşırdılar. “Müqəddəs
kitabları”olmayan qalan dinlərə və təriqətlərə sitayiş edənləri təqib edirdilər.
Azərbaycanda ərəb istilasına qədər əsas din zərdüştülük və xristianlıq idi.
Cizyənin ağırlığı onları məcbur edirdi ki, islam dinini qəbul etsinlər. Bütpərəstlərə
qarşı (o cümlədən xristianlığı qəbul etməmiş bütpərəst albanlara və Azərbaycanın
bütpərəst türk əhalisinə) zor işlədən ərəblərin "əhli Kitab"ı xristian və yəhudilərlə
yanaşı, "əhli Kitab" hesab etmədikləri atəşpərəstlərə də işğalın ilk dövründə iltifat
göstərmələri daha çox siyasi baxımdan, yəni Qafqazın Bizansa qarşı mübarizədə
mühüm strateji əhəmiyyəti ilə də izah olunur. Lakin çox keçmədən islam
bütpərəstliklə yanaşı, atəşpərəstliyi də aradan götürdü. Tədqiqatçıların fikrincə, Allah
qarşısında bütün müsəlmanların bərabərliyini elan edən yeni ideologiya Sasani
imperiyasının qeyri-iranlı əhalisi, o cümlədən azərbaycanlılar arasında daha tez
yayıldı. Tarixçi əl-Bəlazurinin məlumatını şişirdilmiş fakt kimi qəbul etməsək,
Cənubi Azərbaycan əhalisi artıq xəlifə Əlinin dövründə (656-661) islamı qəbul etmiş,
Quran oxuyurdu.
Yeni din Muğan, Mil, Xəzər sahili, Kür-Araz çayları sahili boyunca və
şəhərlərdə daha sürətlə yayılırdı. Xristianlığın daha geniş yayıldığı dağ və dağətəyi
rayonlarda islama qarşı müqavimət güclü idi. Uzun illər keçməsinə baxmayaraq
Azərbaycanın dağlıq əraziləri –xüsusiilə Dağlıq Qarabağda xristian dini əvvəlki
mövqeyini saxlaya bildi. Bundan istifadə edən erməni kilsəsi yerli əhalini öz təsiri
altına saldı və əhalinin həm dilində, həm də mənsubiyyyətində dəyişikliklər baş verdi.
Yeni dinə iman gətirənləri "muminuna", yəni "möminlər", Allaha inamla yeni
dini qəbul edənləri - təslim olanları ("əsləmə") isə "muslimuna" - müsəlmanlar, yəni
"təslim olmuşlar, tabe olmuşlar" adlandırdılar.
Beləliklə, ilk ərəb işğalından keçən təqribən üç əsr ərzində bütün Azərbaycan
əhalisinin əksəriyyəti islamlaşdı, azərbaycanlılarla yanaşı, ərəb işğal dairəsinə
düşmüş qonşu xristian xalqları isə öz əvvəlki dinlərini saxladılar; bunun əsas səbəbi
Azərbaycan ərazisində - həm şimalda və həm də cənubda, dini etiqadca bütpərəst və
atəşpərəst olan qeyri-xristian albanların, türkdilli və irandilli tayfa və xalqların
üstünlük təşkil etməsi idi.
61
Xilafətin soyğunçu vergi siyasəti və məmurların özbaşınalığı Azərbaycan
xalqının narazılığına və üsyanlara səbəb oldu. 748-ci oldə Beyləqanda Vard İbn
Səfvanın başçılığı ilə qüvvətli üsyan başladı. Üsyançılar Beyləqan şəhərini ələ
keçirərək ərəb əmirini əsir alıb, məhbusları azad etdilər. Üsyançılar sonra Bərdə
üzərinə hərəkət edərək ərəb qoşunlarını darmadağın etdilər.
748-750-ci illərdə üsyan bütün Cənubi Qafqazı bürüdü.
752-ci ildə Şəmkirdə belə bir üsyan baş verdi. Üsyanlar Şəməkirdə olan Ərəb
qüvvələrini məhv etdilər.
710-ci ildə hakimiyyətə gələn Abbasilər xilafət ərazilərində, o cümlədən Azər-
baycanda baş verən üsyanları qan içində boğdu.
Azərbaycanda azadlıq mübarizəsinin parlaq səhifələrindən biri ərəb xilafətinə
qarşı 60 ildən artıq davam etmiş xürrəmilər hərakatıdır.Xürrəmilər cəmiyyətdəki
bütün ədalətsizliklərin kökünü sosial bərabərsizlikdə görürdülər. Onların şüarı
torpağı və digər istehsal vasitələrini xalqın ixtiyarına verməkdən, kəndliləri və
sənətkarları feodalların əsarətindən azad etməkdən ibarət idi.
Azərbaycanın istiqlaliyyətini bərpa etmək, onu yadellilərin işğallarından qurtar-
maq xürrəmilərin əsas idealı idi.
Xürrəmilər islamın ehkamlarını rədd edir və göstərirdilər ki, dünya daim möv-
cud olduğu kimi, insanların ruhu da əbədidir.
Dünyada iki qüvvə -xeyr və şər arasında fasilıəsiz mübarizə gedir, həm də xey-
rin şərə qalib gələcəyi labüddür.
Xürrəmiləri ərəblər “müxəmmurə”( qırmızı geyinənlər), farslar “Surxaləm”
(qırmızı bayraqlılar) adlandırırdılar.
Tədqiqatçılar “Xürrəm” sözünün mənşəyi haqqında müxtəlif fikirlər
söyləyirlər.
Məsələn. IX –X əsr müəlliflərinin fikrinə görə, bu söz Ərdəbil yaxınlığında
olan Xürrəm adlı yaşayış məntəqəsinin adı ilə bağlıdır.
“Xürrəm “ termininin Məzdəkin arvadı Xürrəmənin adı ilə bağlı olduğunu
söyləyənlər də vardır.Güya Məzdəkin ölümündən sonra onun qadını Xürrəmə Məda-
62
indən Peyə qaçmış və burada ərinin təlimini təbliğ etmişdir. “Xürrəm” sözü fars
dilində “Sad, xürrəm” kimi izah edilir.
Akademik Z. Bünyadov göstərir ki, xürrəmilər atəşpərəst idilər. O, “Xürrəm”
sözünün pəhləvi : dilində “ xur –od , xvar - günəş anlamında olduğunu göstərir.
Xürrəmilərin ilk çıxışları 778-ci illərdə xəlifə Mehdi dövründə baş vermiş-
dir.Tarixçi Nizam əl-Mülk göstərir ki, 778-ci ildə Çurqan batinləri Xürrəmilərlə
birləşə-rək Xilafətə qarşı çıxış etmişdir. Əbul-Bərra və onun oğlanlarının başçılığı ilə
Reyə tərəf hərəkət edən üsyançılar məğlubiyyətə uğrayırlar.
Xürrəmilər hərakatı IX əsrin əvələrində dahada genişlənir. Bu dövrdə
xürrəmilərin rəhbəri Cavidan ibn Səhl idi. O, Ərdəbil feodalı olmaqla böyük qoyun
sürülərinin sahibi idi. Üsyan 808-ci ildə başlamışdır və 816-cı ilə qədər zəif də olsa
davam etmişdir. 816-cı ildə Əbu İmranla döyüşdən sonra Cavidan vəfat edir və Xür-
rəmilərin rəhbəri Babək olur.
Babək Cavidanın ən yaxın silahdaşı olmuşdur. Cavidan Babəkə Zəncandan
qayıdarkən Bilalabadda rast gəlmiş və qardaşı Abdulla ilə birlikdə öz dəstəsinə cəlb
etmişdi.(Təbəri)
Sonralar xürrəmilərin rəhbəri olan Babək özünü əsl xalq rəhbəri, görkəmli
sərkərdə, siyasi xadim kimi göstərə bilmişdir. Azərbaycanın hər yerindən Babəkə
qoşulmağa gəlirdilər və tezliklə onun 20 min nəfərlik üsyançı qoşunu təşkil olundu.
Babəkin ən yaxın köməkçiləri xalq içərisindən çıxmış istedadlı sərkərdələr –Asim,
Muaviyə, Abdulla, Tərxan, Rüstəm və başqaları idilər. Xürrəmilər 819-cu ildən 827-
ci ilə qədər Xilafətin 6 böyük ordusunu darmadağın etmişdilər.
819-cu ildə xəlifə əl-Məmun (813-833) xürrəmilər əleyihinə Yəhya İbn-Müazin
başçılığı altında böyük qoşun yeritdi. Bərdə yaxınlığında Xürrəmilər ərəb
qoşunlarını darmadağın etdilər. 821-ci ildə Babək xilafətin yeni bir ordusunu məğlub
edərək Bərdə, Beyləqan, Naxçıvan, Ərdəbil şəhərlərini düşməndən azad etdi.827-ci
ildə Xürrəmilərə qarşı məşhur sərkərdə Məhəmməd İbn Humeydin başçılığı ilə böyük
qoşun göndərildi. İki il hazırlıqdan sonra 829-cu ilin iyunun 3-də Həşdadsər dağında
xürrəmilərlə həlledici döyüşə girdi. Lakin Babəkin hərbi qüdrəti nəticəsində düşmən
böyük itki verərək məğlub oldu. Düşmənin 150 minlik qoşunundan 30 mini, o cüm-
63
lədən sərkərdə Hümeyd öldürüldü. Xürrəmilər 830-cu ildə böyük strateji əhəmiyyəti
olan Həmədan şəhərini tutdular.
833-cu ildə hakimiyyətə gələn Əl.Mötəsim üsyançılar üzərinə İshad İbn İbrahi-
min başçılığı altında yeni qoşun göndərir. 833 cü il dekabırın 25-də Həmədan yaxın-
lığında şiddətli döyüş başladı. Bu döyüşdə Xürrəmilər ilk dəfə ağır məğlubiyyətə
uğradılar. Üsyançılar böyük itki verdilər.
835-ci ildə Heydər İbn Kavus Afşinin rəhbərliyi altında yeni Ərəb qoşunları
Azərbaycana göndərildi. Babəkin xalq ordusunu daxilən pozmağa çalışan Afşin
cəsusluq və fitnəkarlıqdan daha çox istifadə edirdi. Xürrəmilər hər qarış torpaq
uğrunda mərdliklə vuruşurdular. Üsyançılar vuruşa-vuruşa Bəzz qalasına çəkildilər.
Bununla belə üsyançılar xilafət ordularına rahatlıq vermirdilər. 836-cı ildə Buğa əl-
Kəbirin qoşunlarını Həstadsər dağı yaxınlığında məqbul edərək bir neçə sərkərdəsini
öldürdülər.
837-ci ildə xilafətdən Afşinin köməyinə iki böyük ordu göndərildi.Avqusda
Afşin Bəzz qalasını mühasirəyə olur. Bu vaxt Bizans imperatoru - Babəkin müttəfiqi
Feofil 100 minlik qoşunda ərəblər üzərinə hücuma keçsə də, Bəz qalasında
mühasirədə olanların taleyinə heç bir təsir göstərmədi.
837-ci il avqustun 26-da Bəzz qalası süqut edir. Bu döyüşlərdə ərəblər 100, üs-
yançılardan isə 80 min nəfər həlak olmuşdu. 7600 nəfər əsir alındı, onların içərisində
Babəkin 17 oğlu və 23 qızı da var idi.
Babək gizli yolla Bəzz qalasından çıxaraq ölkənin şimal torpaqlarına üz tutur.
Şunik torpaqlarının hakimi Səhl İbn Smbat xəyanət edərək Babəki ərəblərə təslim
edir.838-ci il martın 14-də Babək Samirə (İraq) şəhərində edam edilir. Qardaşı Ab-
dulla da Bağdada işgəncə ilə edam olunur.
İşgəncənin dəhşətinə baxmayaraq Babək və Abdulla ölümə əzmlə sinə gərdilər,
mərdliklə əbədiyyətə qovuşdular. Babəkin adı Azərbaycan xalqının istiqlaliyyəti
uğrunda mübarizəyə çevrildi. Xürrəmlər hərakatının məqbul olmasına baxmayaraq
çox böyük tarixi əhəmiyyəti olmuşdur. Bu hərakat xalqın əsl azdlıq hərakatı idi.
İllərlə davam edən mübarizə Ərəb xilafətini maddi və mənəvi cəhətdən xeyli
zəiflədi. Bu hərakat digər xalqların da azadlıq mübarizəsinə təkan verdi. 838-840-cı
64
illərdə Təbəristanda Məzyər Kəbirin başçılığı altında Xilafət əsarətinə qarşı güclü
azadlıq hərakatı başladı.Onlar da Babəkin şuarları altında çıxış edirdilər.
IX əsrin 30-cu illərin sonu-40-cı illərin əvvəllərində Varsanda, Bərdədə,
Mərənddə, Kür-Araz vadisində güclü çıxışlar oldu. Əbu Musanın başçılığı ilə Kür-
Araz vadisindəki üsyançılar Qarabağda dağlar üzərində ucalan Ktiç qalasında
mübarizə aparırdılar. Qala 200 minlik ərəblərlə mühasirəyə alınmışdı. Bir il ərzində
qalaya 28 dəfə hücum oldu. Sərkərdə Buğa hiylə işlətdərək Əbu Musa başda olmaqla
digər rəhbərləri danışıq aparmaq üçün öz qərargahına dəvət etdi və girov götürərək
Xilafətin paytaxtına göndərdi. Üsyan çətinliklə yatırıldı. Orta əsrlərdə istiqlaliyyət
uğrunda mübarizələr Xilafəti sarsıtdı və əvvəlki mövqeyini bərpa edə bilmədi. IX
əsrin 2-ci yarısından etibarən asılı ölkələrdə, o cümlədən Azərbaycanda bir sıra
müstəqil dövlətlər meydana gəldi. Xilafətə tabe olan iri dövlətlərdə milli-azadlıq
hərəkatları başlandı. Beləliklə Xilafətə qarşı bu üsyan və hərakatlar IX əsrin
sonlarında Xilafətin dağılmasına gətirib çıxardı.
65
Mövzu: 5
Etnogeniz məsələsi. Azərbaycan xalqının təşəkkülü
Plan
1.Etnogenez prosesində ən qədim etnik qrup və tayfaların iştirakı.
2.Erkən orta əsrlərdə Azərbaycan əhalisi, tükdili tayfaların Azərbaycana gəlişi.
3. Azərbaycan xalqının və dilinin təşəkkülü.
ƏDƏBİYYAT
1.Azərbaycan tarixi VII cilddə, II cild. Bakı, Elm, 2007. Səh.469-485
2.Azərbaycan tarixi (Ziya Bünyadovu redaktorluğu ilə). Bakı, 1994.
3.Qeybullayev Q. Azərbaycan türklərinin təşəkkülü tarixindən, Bakı, 1994.
4.Qasımova R.M. Azərbaycan xalqının etnogenezi. Bakı, 1997.
5.Azərbaycan tarixinin etnogenezinə dair. Bakı, Elm və həyat,1989.
6.Sumbatzadə A.F. Azərbaycanci- etnogenez i forminavaniya naroda. Bakı, 1990
Hər bir xalq müəyyən tarixi ərazidə yaşanmışdır. Heç bir xalq indi yığcam yaşadığı
ərazidən kənarda meydana gəlməmişdir. Xalqlar əvvəl müəyyən tarixi ərazidə
yaranmış, sonradan müxtəlif səbəblərə görə başqa ərazilərə yayılmışlar. Azəri
türklərinin bir xalq kimi formalaşdığı ərazi məhz Azərbaycan ərazisi olmuşdur. Bu
ərazi şimalda Dərbənddən, Cənubda Zəncan- Qəzvin , qərbdə Tiflis, İrəvan və
Urmiya gölünün qərb sahillərinə qədər uzanmışdır.
66
Bu söz “etnos” sözündən olub –yunanca tayfa, xalq deməkdir. “Genezis” isə
yaranma mənasını verir. “Etnogenez” bir neçə etnik komponemtdən yeni etnik
ümumiliyin əmələ gəlmə prosesidir.
Etnik proses etnosların (qəbilələrin, tayfaların, xalqların) dəyişilməsi, yeni etnik
birliklərin yaranması prosesidir. Etnik prosesləri, yaxud etnogenez prosesini öyrənən
elm sahəsi etnoqrafiya elmində etnik tarix adlanır. Etnik tarixin tədqiqi etnogenetik
tədqiqatdır. Etnogenetik proses, yaxud etnogenez etnosun etnik
özünəməxsusluğunun, etnik sifətinin formalaşması prosesində baş verən tarixi
proseslərin məcmuudur. ..
İki tip etnogenetik proses fərqləndirlir:
1. Yeni tayfa qpupu və ya xalqın etnogenezində daha qədim tayfa qruplarının
iştirakı;
2.Etnogenez posesində başqa ərazisindən köçən etnosların iştirakı.
Əksər hallarda hər iki tip proses bu vəya digər nisbətdə birləşir. Azərbaycan
xalqının etnogenezində hər iki tip proses özünü göstərmişdir.
Azərbaycanın etnik tarixi Azərbaycan xalqının formalaşması tarixindən
qədimdir. Bu isə o deməkdir ki, Azərbaycan xalqının formalaşması prosesi başlayana
qədər Azərbaycanda (və həmhüdud regionlarda) kifayət qədər mürəkkəb etnik
hadisələr baş vermişdir. Bunun bir səbəbi, haqqında söhbət gedən coğrafiyanın
yaşayış üçün münasib təbii şəraitidirsə, digər çox mühüm səbəbi müxtəlif
istiqamətlərə gedən yollar üzərində yerləşməsi, etnik, sosial-siyasi fəallığı,
qaynarlığıdır. Qədim dövrlərdə Azərbaycanda hansı etnosun, yaxud etnosların (iber-
qafqazlıların, iranlıların, yaxud altaylıların — türklərin...) aparıcı yer tutmasından
asılı olmayaraq Azərbaycan xalqı qədim dövrün sonu, orta əsrlərin əvvəllərindən
başlayaraq məhz türk etnosları əsasında formalaşmışdır ki, həmin etnoslar (türklər)
buraya eyni dövrdə deyil, müxtəlif dövrlərdə gəlmişlər.
Azərbaycan xalqını öz etnik və dil köklərindən qoparmaq üçün uzun müddət
qondarma müddəalar ortaya atılmışdır. Lakin XX əsrin 80-ci illərindən bəri
Azərbaycan xalqının etnogenzi məsələləri obyektiv şəkildə araşdırılaraq, qondarma,
uydurma nəzəriyyələrə tutarlı cavablar verilmişdir.
67
Bu sahədə Ə. Sumbatzadənin “Azərbaycanlılar, xalqın etnoqenizi və forma-
laşması” (1980), S. Əliyarlının” Azərbaycan xalqının etnogenizi haqqında “(1984), F.
Məmmədovanın “Alban etnosu məsələsinə dair” (1989), Q. Qeybullayevin
“Azərbaycan xalqının təşəkkülü yazdıqları sanballı əsərlər xalqın etnoqenezinin
öyrənilməsinə böyük töhvələr vermişdir.
Etnogenez məsələsinin öyrənilməsində Z. Bünyadov, İ.Əliyev, Y.Yusifov, Rus
alimlərindən Dyakonov, Trever, Novoseltseva və başqalarının böyük xidmətləri
olmuşdur.
Akademik İ. Əliyevin belə bir mülahizəsini müxtəlif xarakterli faktlar təsdiq edir ki,
kutilər, lullubilər və hurrilər (ola bilsin ki, adı qədim Ön Asiya mənbələrinə düşməyən
başqa bir sıra sosial-siyasi birliklər) "hər biri qohum tayfalardan — qonşu ərazilərdə
yaşayan, bir dilin müxtəlif ləhcələrində danışan və ümumi mədəniyyətin bir çox
xüsusiyyətlərinə yiyələnmiş əhali qruplarından ibarət idi". Görünür, görkəmli
tədqiqatçının e.ə. III minilliyin sonu, II minilliyin əvvəllərində Azərbaycanda
məskunlaşmış əhalinin, o cümlədən kuti, lullubi və hurrilərin Qafqaz mənşəli olması
barədəki fikri də elə bir şübhə doğurmur. Həmin fikri qədim Ön Asiya dilləri
mütəxəssisləri İ. M. Dyakonov, Q. A. Melikişvili də təsdiq edirlər; onların araşdırmaları
göstərir ki, kuti, lullubi, hurri, Urartu, Alban dilləri Qafqaz dilləridir. Ümumiyyətlə, e.ə.
II minilliyin sonu, I minilliyin əvvəllərinə qədər Azərbaycanda, xüsusilə onun cənubunda
Qafqaz etnosları aparıcı rol oynamışlar və beləliklə, e.ə.V—III minilliklərdə adları və
etnik mənsubiyyətləri məlum olmayan azərbaycanlıları nəzərə almasaq, ölkənin e.ə. III—
II minilliklərə aid sonrakı əhalisi məhz Qafqaz mənşəli olmuşdur. Eramızdan əvvəlki son
əsrlərdə, eləcə də eramızın ilk əsrlərində Azərbaycanın şimalında əsasən uti, girdman,
qarqaz tayfaları yaşayırdılar ki, bunları tarixi mənbələr ümumi şəkildə "albanlar", yaxud
"ağvanlar" adlandırırlar.
Beləliklə, Azərbaycan xalqının formalaşması prosesi başlayana qədər Azərbaycanın
etnik tarixini aşağıdakı dövrlərə bölmək olar:
I. E.ə. V minillikdən e.ə. III minilliyin ortalarına qədər — etnik "qeyri-müəyyənlik"
dövrü.
68
II. E.ə. III minilliyin ortalarından e.ə. II minilliyin sonu, I minilliyin əvvəllərinə qədər
— Qafqaz etnoslarının geniş yayıldığı dövr.
III. E.ə. II minilliyin sonu, I minilliyin əvvəllərindən eramızın I minilliyinin ortalarına
qədər —İran etnoslarının geniş yayıldığı dövr.
Azərbaycan xalqının təşəkkülünün birinci mərhələsini hun-qıpçaq türklərinin
Azərbaycanda məskunlaşması təşkil edir.
Azərbaycan xalqının təşəkkülünün ikinci mərhələsi (oğuz türklərinin Azərbaycana
axını) XI əsrin (və II minilliyin) əvvəllərində başladı. Onlar Azərbaycanın etnosiyasi
baxımdan dağınıq, qeyri mütəşəkkil cənubunu çox qısa bir müddətdə tutub, Şimala —
Qafqazın cənubuna doğru hərəkət etdilər.
XI əsrdə, eləcə də XII əsrin əvvəllərində oğuz türkləri Azərbaycanın (və həmhüdud
regionların) etnik simasını tamamilə dəyişdirdilər. İstər türk (qıpçaq), istər İran, istərsə də
Qafqaz etnoslarının, xalqlarının oğuzlara göstərdiyi müqavimətin heç bir əhəmiyyəti yox
idi. Çünki ümumiyyətlə, II minilliyin əvvəllərindən başlayan türk-oğuz fütuhatı elə bir
hadisə idi ki, onun qarşısını almaq, sadəcə olaraq,mümkün deyildi.
Oğuz türkləri, haqqında söhbət gedən dövrdə Azərbaycanı bütünlüklə türkləşdirdilər,
daha doğrusu, I minilliyin ilk əsrlərindən başlayan həmin proses (Azərbaycanın
türkləşməsi) II minilliyin ilk əsrlərində min ildən sonra keyfiyyətcə başa çatdı.
Ümumiyyətlə, xalqın təşəkkülü üçün üç şərt vacibdir:
1) etnik potensial;
2) coğrafiya, yaxud ərazi;
3) sosial-siyasi təşkilatlanma.
Azərbaycan xalqının etnik potensialını, yaxud əsaslarını türk mənbəyi müəyyən
etmişdir. Coğrafi, yaxud ərazi təminatına gəldikdə isə buraya zaman-zaman
məskunlaşmış Cənubi Qafqaz, tarixi Azərbaycan (Şimali İran) və Şərqi Anadolu daxildir.
Qədim dövrlərdən kifayət qədər canlı, qaynar həyat yaşayan bu coğrafiyada uzun zaman
davam edəcək sosial-siyasi birliklər qurmaq həmişə çətin olmuşdur.
Türk etnosunun bölünməsi prosesinin yüz illər boyu davam etməsi, coğrafiyanın
genişliyi, etnik-siyasi hadisələrlə zənginliyi Azərbaycan xalqının təşəkkül-formalaşma
prosesinə ciddi təsir göstərmişdir.
69
Belə ki,
a) eramızın ilk əsrlərindən başlayan proses xeyli uzanmış, orta əsrlərin sonu yeni
dövrün əvvəllərinə (XVI- XVII əsrlərə) qədər davam etmişdir.
b) coğrafiyadan kənara az-çox diqqəti cəlb edəcək köçlər olmadığı halda,
coğrafiyaya ardıcıl köçüb məskunlaşmalar olmuşdur;
c) xalqın mütəşəkkilliyini təmin etməli olan sosial-siyasi, eləcə də mənəvi-ideoloji
güc mərkəzləri tez-tez dəyişdiyindən həmişə natamamlıq kompleksi özünü
göstərmişdir və s..
Azərbaycan xalqı bu geniş ərazidə yaşayan türk etnoslarından və qonşu
ölkələrdən gəlib burada məskunlaşan türkdilli digər etnosların qaynayıb-
qarışmasından yaranmışdır. Azərbaycan türkləri erkən dövrdən türk (prototürk)
dilində danışmış və heç birbaşqa xalqdan dönməmişdir. Beləliklə, IX- XI əsrlər
türklərin tarixində elə bir dövrdür ki, həm ilkin bölünmə başa çatır.
Beləliklə, Azərbaycan xalqı, əsasən, oğuz türklərinə aid olsa da, ümumtürk etnik-
mədəni kodunun daşıyıcısıdır
Torpaqımızın qədim sakinləri olan Azərbaycanın şimal torpaqlarına öz adlarını
verən albanlar olmuşdur. Bəzi müəlliflər albanların lap qədimdən məhz Azərbaycan
dilli olmaları mülahizəsini irəli sürürlər. Albanların dilinin və tarixinin
öyrənilməsində Q.Voroşilin böyük rolu olmuşdur. O,göstərir ki, alban-ağvan, ağuan
oykonimi” comərdlər yurdu” mənasını verir Eyni zamanda tədqiqatçı alim göstərir
ki, Alban adının kökündə “ALP” sözü vardır ki, o da qəhrəman , ər mənasını daşıyır.
Tədqiqatçı alim K. Əliyev də bu fikirdədir. O,öz mülahizələrini sübuta yetirmək
üçün alban çarlarından Kosis və Oroyz (Uruz) adlarının qədim Azərbaycan dilli
soyların nümayəndələrinin adlarının olmasını əsas götürür. Uruz adına biz Kitabi
Dədə Qorqud da rast gəlirik. (Alp Aruz) Albaniya ərazisində albanlardan əlavə
müxtəlif dillərdə yaşayan müxtəlif tayfalar olmuşlar. Şübhəsiz ki, bu tayfaların
çoxu Azərbaycan dilli olmuşdur.
Bəzən Albaniyada yaşayan xalqları Qafqaz dilli tayfalar qrupuna daxil edirlər.
Lakin gəlin görək Albanların yaşadıqları Kür- Araz ovlağında bir dənə də olsun
Qafqaz dilli toponimə rast gəlinirmi?.
70
Bəzən tədqiqatlar göstərirlər ki, XI əsrdə bu yerlərə səlcuq türklərinin gəlməsi
və Azərbaycan xalqı təşəkkül tapmışdır. Lakin onlar səhv edirlər. Bunu sübut etmək
üçün göstərmək lazımdır ki, səlcuqlardan sonra bir dənə də olsun səlcuqlarla bağlı və
ya ayrı dildə toponim və oykonim qalmamışdır.
Tədqiqatçı V.Abayev göstərir ki, “Hər yeni soy öz sələflərindən nəsə alır, o
cümlədən toponimləri. Əgər bu əraziyə sonradan gəlmiş soylar albanları öz
içərilərində əritmişlərsə (assimilyasıya) onda heç olmazsa bir vəya bir neçə toponim
qalmalı idi. Deməli albanlar da bu əraziyə gələnlərələ eyni dildə danışmışdır, və
azərbaycan dilinin kökundə dayanmışlar. Belə olmasaydı biz Azərbaycan dilində
Qafqaz dillərinin qalıqlarını və ya təsirini görərdik.
Alban tayfaları Azərbaycan (türk) dilli olub e.ə. VII əsrdən –VIII əsrə qədər
Azərbaycan ərazisində məskunlaşmışlar. Onlar bir çox mənbələrdə alpan adı ilə də
tanınmışlar. ”Kitabi Dədə Qorqud” eposunda biz alpan adlarına rast gəlirik və bu da
sübut redir ki, bizim yazılı abidəmizin tarixi daha qədimlərə gedib çıxır.
Bir qədər də gəlmə soylar haqqında, hansı ki, onlarda Azərbaycan xalqının
etnogenezində önəmli rol oynamışlar. Əslində onların hamısını gəlmə hesab etmək
olmaz. Tarix boyu etnosların –soyların miqrasiyası olmuşdur və indi də davam edir.
Bu soylardan Azərbaycan ərazilərinə ən geniş şəkildə yayılanı saq (sak) tayfaları
olmuşdur. Belə ki, onların qalıqları eramızdan əvvəlki və sonrakı dövrdə Azərbaycan
ərazilərində yaşamışlar. Onların adları ilə bağlı çoxlu toponimlər indi də
qalmaqdadır. Saqların adı ilə bağlı ən qədim toponim Muğanda olmuş Balasakan
adıdır. Onalr e.ə. III yüzillikdə bu ərazidə yaşamışlar. Azərbaycannın Şəki, Zaqtala,
Arsaq adları bilavasitə saq tayfalarının adı ilə bağlıdır. Hətta saqlar Naxçıvan
ərazisinə qədər yayıla bilmişlər. Bunu Ordubadın Nusnus kəndində Saq
məhəlləsinin və Saq dağının olması sübut edir.
Azərbaycan ərazisində hələ də öz adını qoruyub saxlayan qədim tayfalardan
biri də qaşqaylar olmuşdur. Onların Azərbaycan ərazisinə gəlmə tarixləri dəqiq
məlum olmasada e.ə. II minillikdə onların kiçik Asiyada yaşamaları və hətta
şəhərlərinin olması məlumdur. Sonrakı dövrdə onların bir qismi miqrasiya
nəticəsində Azərbaycan ərazilərinə köçmüşlər.
71
Qədim sakinlərdən biri də saspurilərdir. Yunan tarixçisi Herodat saspurilərin
Araz sahilərindəə yaşadıqlarını göstərir. Görkəmli gürcü alimi Melikişivili saspur
soy birləşmələrinin tərkibinə xirruq –urartu və işqut-qimmir soy birləşmələrinin də
daxil edir. Tədqiqatlar belə hesab edirlər ki, saspuilərlə savirlər (sabir, Subar)
arasında oxşarlıq vardır. Çox güman ki, tayfalar II-III əsrlərdə dış hullarının bir
qolunu təşkil etmişlər. Bu hunların bir qupu isə Xəzərin qərb sahilində, indiki Quba-
Xaçmaz, Dəvəçi rayonları ərazisində məskun olmuşlar.
Azərbaycan xalqının formalaşmasında yuxarıda göstərilən etnoslarla yanaşı biz
gənlər (peçenek) qarqarlar, hunlar, xəzərlər, onoquzlar, sarqurlar (on oğuz, sarı oğuz)
qıpçaqlar və s.etnoslarin da böyük rolu olmuşdur.
Hər bir xalqın mənşəyi onun dili müəyyən edilir. Diletnik mənsubiyyəti bildirən
yeganə əlamətdir. XX əsrin 30-cu illlərin sonuna kimi azərbaycanlılar “türk, türk
xalqı dili isə “türk dili adlanırdı. Lap qədimdən bəri Azərbaycan ərazisində trük
dilində danışan etnoslar yaşamışdır. Son illərdə türk dillərində danışan əhalinin
Azərbaycanda aborigen olmasını inkar edirdilər. Lakin qaynaqların araşdırılıb
öyrənilməsi bu mülahizlərin əsassız olduğunu sübut etdi. Azərbaycan dili türk dilləri
ailəsinə mənsudur. Deməli Azərbaycan türklərinin mənşəyi dil mənsubiyyətinə uyğun
Azərbaycanda yaşamış qədim türk etnoslarının tarixi ilə bağlanmalıdır.
Qərbdə Egey dənizi hövzəsindən ta Anadoluda daxil olmaqla Şərqdə Çinə qədər,
Rusiya çölləri də daxil olmaqla: cənubda İran yaylasına qədər geniş ərazidə türk
xalqları təmsil olunmuşlar. Hər bir türk xalqı bu ərazidə müxtəlif adlar altında
formalaşmışlar. Bu proses erkən orta əsrlərdə baş vermişdir. Eləcə də Azərbaycan
xalqının mənşəyində burada yaşamış və müxtəlif dövrlərdə ona qaynayıb qarışmış
türk etnosları yaxından iştirak etmişlər.
Beləliklə, Azərbaycan xalqının və Azərbaycan dilinin formalaşması haqqında
indi əsasən iki mülahizənin olduğu aydınlaşır: 1) Azərbaycan xalqının etnogenezində
yerli (Qafqaz mənşəli) etnoslarla yanaşı gəlmə (türkdilli və irandilli) etnoslar da
iştirak etmiş, tarixən türkdilli etnoslar böyük üstünlük təşkil edərək e. XI-XII
əsrlərində türkdilli Azərbaycan xalqının formalaşmasına gətirib çıxarmışdır;
72
Azərbaycan xalqı ta qədimdən bu ərazidə yaşayan yerli türk etnosların və qonşu
ölkələrdən gəlib burada məskunlaşmış, türk dillərində danışan digər tayfaların
qaynayıb-qarışmasından yaranmış, formalaşma prosesində və sonrakı dövrlərdə onun
tərkibinə başqa dillərdə danışan ayrı-ayrı etnoslar, xüsusilə farsdilli tayfalar daxil
olmuşdur; Azərbaycan türkləri erkən dövrdən türk (prototürk, erkən türk) dilində
danışmış və heç bir başqa xalqdan dönməmişdir
Beləliklə, gördüyümüz kimi, haqqında bəhs etdiyimiz dövrdə tarixi Azərbaycan
ərazisində cərəyan edən dil, ərazi, mədəniyyət və iqtisadi əlaqələr vəhdəti zəminində
yeni etnik birliyin - türkdilli Azərbaycan xalqının təşəkkülü prosesi başa çatır. Böyük
axınla Azərbaycana gələn oğuz türklərinin bu prosesdə iştirakı isə Azərbaycan
türklərinin səlcuq yürüşlərindən əvvəl başlayan formalaşmasını yalnız
sürətləndirmişdi.
Bu prosesin başa çatması nəticəsində təqribən bugünkü Azərbaycan dilimizdə
danışan və artıq əksəriyyəti təşkil edən xalqımızın təşəkkülündən sonra da
Azərbaycan ərazisində, əvvəllər olduğu kimi, qafqazdilli və irandilli xalqlar
yaşayırdılar. Maraqlı burasıdır ki, Azərbaycanın etnik xəritəsi bu gün də min il
əvvəlki cizgilərini saxlamışdır. Bu gün də Azərbaycan torpağında indi "azsaylı
xalqlar" adlandırdığımız irandilli talışlar, tatlar, kürdlər və b., qafqazdilli udinlər,
ləzgilər, xınalıqlar, bııduqlar və b. yaşayırlar.
Azərbaycan dili türk dilləri ailəsinə mənsubdur. Deməli Azərbaycan türklərinin
mənşəyi dil mənsubiyyətinə uyğun Azərbaycanda yaşamış qədim türk etnoslarının
tarixi ilə bağlanmalıdır.
Beləliklə Azərbaycan dilinin və xalqının təşəkkülü III-VII əsarlərdə baş
vermiş,VII-VIII əsarlərdə başa çatmışdır.
Azərbaycan — türk əsaslı Azərbaycan xalqının tarixi vətəni, dünyanın qədim
etnokulturoloji mərkəzlərindən biridir. Azərbaycanlılar xalq, yaxud millət
(superetnos) olaraq məhz Azərbaycanda formalaşmışlar. Azərbaycan xalqının tarixi
ümumtürk tarixinin üzvi tərkib hissəsidir, bununla belə, hər bir türk xalqı kimi,
Azərbaycan xalqının da özünəməxsus formalaşma, inkişaf tarixi vardır. Azərbaycan
xalqının tarixən məskunlaşdığı (superetnos olaraq formalaşdıgı!) coğrafiya müxtəlif
73
dövrlərdə müxtəlif adlarla adlandırılsa da, "Azərbaycan" sözü daha geniş yayılaraq
500 min km2 -ə qədər ərazinin əsas adına çevrilmişdir. Azərbaycanşünaslıqda belə
bir aydın təsəvvür vardır ki, "Azərbaycan" sözü "regionun tarixində görkəmli rol
oynamış Atropatın adı" (İqrar Əliyev) ilə bağlıdır... Burada söhbət o dövrdən gedir ki,
"Cənubi Azərbaycanın bütün ərazisi və Şimali Azərbaycan torpaqlarının xeyli hissəsi
bu və ya digər dərəcədə Atropatın hakimiyyəti altında idi" (İ. Əliyev). Və həmin
hökmdarın adı tarixi mənbələrdə ilk dəfə e.ə. 331-ci ildə çəkilsə də, onun (Atropatın)
etnik mənsubiyyəti barədə heç bir mə- lumat verilmir. e.ə. I minilliyin əvvəllərindən
başlayaraq regionun iranlılaşması prosesi belə bir təkzibi çətin nəticəyə gəlməyə
imkan verir ki, Atropatenanın əsas əhalisi iranlı olmuşdur. "Atropatena" ad-
toponiminin antik (etimoloji) mənasını ilk dəfə atəşpərəst iranlılar, yaxud irandilli
mühit unutdurdu. "Atropatena" (Atropatın yurdu) "Azərbaycan"a (odlar yurdu,
müqəddəs odun qorunduğu məkana) çevrildi... Və görünür, iranlılar üçün
"Azərbaycan"ın hansı konkret coğrafiyanı əhatə etməsi o qədər də maraqlı deyildi,
onlar həmin əraziyə vətən kimi yox, ilahi bir məkan, hüdudsuz müqəddəs bir yer kimi
baxırdılar.
Professor M. Seyidov yazır: "Azərbaycan" yer adı haqda orta yüzilliklərdən üzü
bəri ayrı-ayrı xalqların alimləri dürlü mülahizələr, fikirlər söyləmişlər. Ancaq hələ də
bu söz sirrini açmaqdan elə bil çəkinir və onun elmi sözaçımı — etimoloji təhlili öz
doğru-düzgün həllini tapmamışdır". Görkəmli azərbaycanşünasın fikrincə,
"Azərbaycan — uğurlu, yaxşıistər (Az), yaxşıistər qırmızı, yəni Günəş (Azar//Azər),
varlı ata(dan) deməkdir. O, vaxtilə yaxşıistər qırmızı, yəni Günəş antropomorfik
tanrısının adı imiş. Sonralar Az qəbiləsindən olan xan, insan mənasında
işlənmişdir"... Həmin fikirlə razılaşmaq çətindir... Hər şeydən əvvəl ona görə ki,
"Azərbaycan" sözü türkdilli mühitdə formalaşdığı üçün bu qədər mürəkkəb tarixi
inkişaf mərhələsindən keçə bilməzdi. İkincisi, müəllifin təklif etdiyi etimologiya nə
Azərbaycan türklərinin, nə də ümumiyyətlə, türklüyün tarixi dünyagörüşü ilə bağlı
deyil. Və nəhayət, üçüncüsü, sözün "əvvəlki mənası ilə "sonrakı mənası" arasında
semantik varislik, demək olar ki, yoxdur... Azərbaycan türkləri, iranlılardan fərqli
olaraq, Azərbaycanı "müqəddəs məkan" deyil, məhz Vətən kimi dərk edib
74
məskunlaşmışlar. Və "Azərbaycan" sözü məhz Azərbaycan türklərinin təfəkküründə
formalaşan (konkret!) ərazinin müasir adına çevrilmişdir ki, bunun da əsasında
onların tədricən məskunlaşdığı coğrafi miqyas (onun genişlənməsi sürəti)
dayanmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycanın bir ölkə olaraq hüdudlarının
müəyyənləşməsində Azərbaycan xalqının təşəkkülünün həlledici təsiri olmuşdur.
Belə ki, xalq formalaşdıqca ölkənin etnocoğrafi hüdudları da müəyyənləşmişdir.
Azərbaycan ərazisində tarixən müxtəlif dövlətlərin mövcudluğu ölkənin bütöv bir
siyasi hadisə kimi qavranılmasına mane olmaqla yanaşı, "Azərbaycan" anlayışının
formalaşması prosesini də ləngitmişdir.
Azərbaycanın etnik tarixi Azərbaycan xalqının formalaşması tarixindən
qədimdir. Bu isə o deməkdir ki, Azərbaycan xalqının formalaşması prosesi başlayana
qədər Azərbaycanda (və həmhüdud regionlarda) kifayət qədər mürəkkəb etnik
hadisələr baş vermişdir. Bunun bir səbəbi, haqqında söhbət gedən coğrafiyanın
yaşayış üçün münasib təbii şəraitidirsə, digər çox mühüm səbəbi müxtəlif
istiqamətlərə gedən yollar üzərində yerləşməsi, etnik, sosial-siyasi fəallığı,
qaynarlığıdır... Və etiraf etmək lazımdır ki, Azərbaycanın etnik tarixinin qədim dövrü
sonrakı dövrləri ilə müqayisə olunmayacaq qədər mübahisəlidir — məsələnin
mürəkkəbliyi isə burasındadır ki, həmin mübahisələr artıq öz elmi-metodoloji
əhəmiyyətini (enerjisini!) itirərək "siyasiləşmiş", başqa sözlə, etnosiyasi
ambisiyaların, subyektiv maraqların münaqişə obyektinə çevrilmişdir. Lakin qədim
dövrlərdə Azərbaycanda hansı etnosun, yaxud etnosların (iber-qafqazlıların,
iranlıların, yaxud altaylıların — türklərin...) aparıcı yer tutmasından asılı olmayaraq
Azərbaycan xalqı qədim dövrün sonu, orta əsrlərin əvvəllərindən başlayaraq məhz
türk etnosları əsasında formalaşmışdır ki, həmin etnoslar (türklər) buraya eyni dövrdə
deyil, müxtəlif dövrlərdə gəlmişlər. Qədim dövrlərdə Azərbaycanda (və həmhüdud
regionlarda) məhz türk etnoslarının mövcud olması, hətta türklərin dünyaya
Azərbaycandan (ümumiyyətlə, Ön Asiyadan) yayılması barədə son zamanlara qədər
müəyyən elmi-ictimai maraq doğuran nəzəriyyə artıq öz "azarkeş"lərini, demək olar
ki, itirmişdir. ... Azərbaycanda (və həmhüdud regionlarda) ilk sosial-siyasi birliklərin
e.ə. V minillikdə formalaşmasını güman etmək olar. Bununla belə, onların etnik
75
mənsubiyyəti barədə heç nə demək mümkün deyil. Adları bizə məlum olan ən qədim
tayfalar isə kutilər, lullubilər və hurrilərdir ki, mənbələr onlar barəsində e.ə. III
minilliyin ortalarından başlayaraq söhbət açırlar. Həmin tayfalar əsasən Azərbaycanın
cənubunda məskunlaşmışdılar. Və Şumer-Akkad mənbələrinin verdiyi məlumata
görə, vaxtaşırı Ön Asiyanın güclü dövlətlərini, xüsusilə Mesopotamiyanı narahat
edirdilər. Bu məlumat qədim azərbaycanlıların regionda hərbi-siyasi fəallığını
göstərsə də, bu və ya digər dərəcədə mükəmməl dövlətçilik təfəkkürünə malik olub-
olmamaları barədə əhəmiyyətli bir şey demir... Akademik İ. Əliyevin belə bir
mülahizəsini müxtəlif xarakterli faktlar təsdiq edir ki, kutilər, lullubilər və hurrilər
(ola bilsin ki, adı qədim Ön Asiya mənbələrinə düşməyən başqa bir sıra sosial-siyasi
birliklər) "hər biri qohum tayfalardan — qonşu ərazilərdə yaşayan, bir dilin müxtəlif
ləhcələrində danı- şan və ümumi mədəniyyətin bir çox xüsusiyyətlərinə yiyələnmiş
əhali qruplarından ibarət idi". Və görünür, görkəmli tədqiqatçının e.ə. III minilliyin
sonu, II minilliyin əvvəllərində Azərbaycanda (və həmhüdud regionlarda)
məskunlaşmış əhalinin, o cümlədən kuti, lullubi və hurrilərin Qafqaz mənşəli olması
barədəki fikri də elə bir şübhə doğurmur. Həmin fikri qədim Ön Asiya dilləri
mütəxəssisləri İ. M. Dyakonov, Q. A. Melikişvili də təsdiq edirlər; onların
araşdırmaları göstərir ki, kuti, lullubi, hurri, Urartu, Alban dilləri Qafqaz dilləridir...
Ümumiyyətlə, e.ə. II minilliyin sonu, I minilliyin əvvəllərinə qədər Azərbaycanda,
xüsusilə onun cənubunda Qafqaz etnosları aparıcı rol oynamışlar və beləliklə, e.ə. V
—III minilliklərdə adları və etnik mənsubiyyətləri məlum olmayan azərbaycanlıları
nəzərə almasaq, ölkənin e.ə. III—II minilliklərə aid sonrakı əhalisi məhz Qafqaz
mənşəli olmuşdur. Əlbəttə, Qafqaz etnoslarının Ön Asiyanın şimalında geniş
yayıldıqları minilliklərdə "Azərbaycan" adlı bir ölkə, azərbaycanlı adlı bir xalq yox
idi... E.ə. II minilliyin sonu, I minilliyin əvvəllərinə aid mənbələr Azərbaycanda (və
həmhüdud regionlarda) daha bir sıra tayfaların, yaxud tayfa birliklərinin
məskunlaşdığı barədə məlumat verir: buraya etnik mənsubiyyəti məlum olmayan
turukkilər, nigimixlər, uruatrilər... aiddir ki, görünür, onlar Azərbaycanın etnik
tarixinin, haqqında söhbət gedən dövründə elə bir sosial-siyasi nüfuza malik
olmamışlar. Bununla belə, e.ə. III—II minilliklərdə Azərbaycanda (və həmhüdud
76
regionlarda ) etnik yekcinsliyin pozulması üçün hər halda münbit şərait olduğunu
inkar etmək mümkün deyil... Azərbaycan ərazisində formalaşmış bizə məlum ilk
dövlətin — Mannanın (e.ə. IX—VII əsrlər) etnik tərkibi də göstərir ki, e.ə. I
minilliyin əvvəllərinə qədər Azərbaycanda məskunlaşmış əhalinin əksəriyyətini
Qafqaz etnosları təşkil etsələr də, "mübahisəli" etnoslar da mövcud olmuşlar. ...E. ə.
II minilliyin sonu, I minilliyin əvvəllərindən etibarən Azərbaycan ərazisində İran
etnosları məskunlaşmağa başladılar. Və həmin proses yalnız Azərbaycanın deyil,
ümumən Ön Asiyanın etnik mənzərəsini əsaslı şəkildə dəyişdirdi. İran etnoslarının
İran yaylasına, oradan da Azərbaycana yayılması tədricən, bununla belə, mütəşəkkil
gedirdi. Ona görə də e.ə. I minilliyin əvvəllərindən etibarən Qafqaz etnosları getdikcə
daha ardıcıl bir şəkildə Şimala doğru sıxışdırılmağa başladı. Cənubdan gələn İran
"təzyiq"i o qədər güclü idi ki, artıq müəyyən dövlət quruculuğu təcrübəsi
qazanmalarına baxmayaraq, Qafqaz etnosları həmin "təzyiq"in qarşısında davam
gətirə bilmədilər. Ə. S. Sumbatzadə tamamilə doğru olaraq göstərir ki, III əsrdə
Sasanilər dövləti tərkibinə daxil olana qədər Atropatena müxtəlif dillərdə danışan
tayfalardan, yaxud xırda xalqlardan ibarət idi. Və eyni zamanda bütün latın, yunan və
sonrakı dövrə aid erməni mənbələrində, bir qayda olaraq, "Atropatena",
"Atropatakan" ölkə adına tez-tez rast gəldiyimiz halda, "atropatanlılar", yəni xalq
adına olduqca az təsadüf olunur... Beləliklə, Mannada, Midiyada olduğu kimi,
Atropatenada da o dərəcədə əhəmiyyətli etnik konsolidasiya prosesindən söhbət gedə
bilməz ki, onun nəticəsində az-çox mərkəzləşmiş bir etnik birlik — xalq yaranmış
olsun. "Atropatena—Mada xalqı" barədəki nəzəriyyənin tənqidə dözməyən daha bir
sıra tərəfləri vardır... Məlum olduğu kimi, eramızın ilk əsrlərindən (hətta bir sıra
əsaslandırılması çətin olan mülahizələrə görə, e.ə. I minilliyin sonlarından!) etibarən
Azərbaycana (və həmhüdud regionlara) ilk hun-türk tayfaları axışmağa başladılar.
Qafqazın şimalından cənubuna hərəkət edən həmin tayfaların əsas məqsədləri burada
məskunlaşmaq yox, sadəcə Ön Asiyanı, o cümlədən Azərbaycanı yağmalayıb
yenidən Qafqazın şimalına, Qıpçaq çöllərinə qayıtmaq idi. Müxtəlif xarakterli
mənbələrin verdiyi məlumata görə, hun-türklərin Qafqazın cənubuna, hətta Ön
Asiyanın içərilərinə hücum etdikləri I minilliyin birinci yarısında onların qarşısında
77
duracaq bir etnosiyasi qüvvə yox idi. Ümumiyyətlə, qədim dövrün sonlarına doğru
Azərbaycanda (və həmhüdud regionlarda) etnik konsolidasiyadan çox, etnosiyasi
dağılma, parçalanma prosesi gedirdi ki, həmin proses tədricən burada məskunlaşan
hun-qıpçaqlar üçün əlverişli sosial-siyasi şərait yaratdı. Beləliklə, Azərbaycan
xalqının formalaşması prosesi başlayana qədər Azərbaycanın etnik tarixini aşağıdakı
dövrlərə bölmək olar: I. E.ə. V minillikdən e.ə. III minilliyin ortalarına qədər — etnik
"qeyri-müəyyənlik" dövrü. II. E.ə. III minilliyin ortalarından e.ə. II minilliyin sonu, I
minilliyin əvvəllərinə qədər — Qafqaz etnoslarının geniş yayıldığı dövr. III. E.ə. II
minilliyin sonu, I minilliyin əvvəllərindən eramızın I minilliyinin ortalarına qədər —
İran etnoslarının geniş yayıldığı dövr. * * * ... Azərbaycan xalqının təşəkkülünün
birinci mərhələsini hun-qıpçaq türklərinin Azərbaycanda məskunlaşması təşkil edir.
Hun-qıpçaqlar eramızın başlanğıcında Qafqazın şimalında, ümumən Böyük Çöldə,
yaxud Qıpçaq çöllərində yayılaraq bu yerlərin əsas sakinlərinə, hətta belə demək
mümkünsə, sahiblərinə çevrildilər. Və çox keçmədi ki, onlar Qafqazın cənubunda da
göründülər... Hun-qıpçaqlar müxtəlif sosial-siyasi birliklərdən ibarət olsalar da,
onların etnik tərkibi, demək olar ki, eyni idi, eyni dilin bir-birindən az fərqlənən
dialektlərində danışırdılar. Hun-qıpçaqlar eramızın ilk əsrlərində, əsasən,
Azərbaycanın şimalında — Albaniyada məskunlaşmışdılar. Cənuba bir sıra uğurlu
yürüşləri olsa da, görünür, Böyük Çöldən çox aralanmaq onları təmin etmirdi və bir
məsələni də nəzərə almaq lazımdır ki, hun-qıpçaqlar həmin çöl boyu Şərqdən Qərbə
gedirdilər. Bu hərəkət istiqaməti onların həyat tərzinə həm uyğun idi, həm də Ön
Asiyadakı etnososial sıxlıq (maneə!) burada mövcud deyildi. Azərbaycanda
(Qafqazın cənubunda) məskunlaşan hun-qıpçaqlar, əsasən, savirlərdən, bulqarlardan
və xəzərlərdən ibarət idi. Və I minilliyin ortalarında onlar Albaniya ərazisində o
qədər geniş yayılmışdılar ki, akademik Z. Bünyadovun verdiyi məlumata görə, Xəlifə
I Müaviyyə Azərbaycanın ərəblər tərəfindən işğalı zamanı bu ölkənin necə bir ölkə
olması barədə maraqlanarkən qoşun komandanı demişdi: "Azərbaycan qədimlərdən
türk ölkəsidir, onlar tərəfindən məskunlaşdırılmışdır". Yeri gəlmişkən qeyd edək ki,
Azərbaycanda məhz "qədimlərdən" türklərin yaşaması haqqında fikir I minilliyin
ortalarına aid Qafqaz mənbələrində bu və ya digər dərəcədə yayılmışdır. Bizim
78
fikrimizcə, həmin anaxronizm türklərin regionda tutduqları böyük sosial-siyasi
mövqeyin təsiri altında yaranmışdı. Hun-qıpçaqlar Azərbaycanın cənubunda da bu və
ya digər dərəcədə məskunlaşmışdılar... Lakin Şimalda siyasi hakimiyyət bilavasitə
onların əllərində idi. Cənubda isə Iran etnosları. hələ də üstünlük təşkil edirdilər. III
əsrdə Azərbaycanın cənubu — Adurbadaqan Sasanilər dövlətinin tərkib hissəsinə
çevrilir. Əvvəllər Adurbadaqanın etnik coğrafiyası Atropatenanın etnik coğrafiyası
ilə, demək olar ki, əsas parametrləri ilə üst-üstə düşürdü. Lakin sonralar burada hun-
qıpçaqlar da müəyyən mövqe tutmağa başladılar. Qafqaz etnosları isə əksinə,
Cənubdakı etnosiyasi mövqelərini tamamilə itirmişdilər... Adurbadaqan əhalisinin
əksəriyyətini təşkil edən İran etnosları, Atropatena dövründə olduğu kimi, müxtəlif
dialekt, yaxud tayfa dillərində danışırdılar: bunlar indiyə qədər Azərbaycanda
yaşayan talış, kürd, azəri və s. xalqların, tayfaların babaları idilər. Və orta əsrlərin
əvvəllərindən etibarən formalaşmağa başlayan fars dili (eyni zamanda fars etnik
ünsürləri) Adurbadaqanda geniş yayılmışdı. Ümumiyyətlə, həmin dil sonralar da
Azərbaycanın həm cənubunda, həm də şimalında yalnız yüksək təbəqələrin,
sarayların ünsiyyətində istifadə edilmiş, xalq kütlələri arasında
yayılmamışdı... ...Hun-qıpçaqların Qafqazın cənubunda sosial-siyasi nüfuzlarının
gücləndiyi əsrlərdə erməni kilsəsinin rolu yüksəlirdi, gürcü tayfaları da türklərin ilk
gəlişləri dövründə yaratdıqları hərc-mərclikdən istifadə edib ərazilərini cənub-şərqə
doğru genişləndirirdilər... Ərəb hücumları dövründə də Azərbaycanda türklüyün
mövqeyini yüksəldən əsas mənbə Şimali Qafqaz, Böyük Çöl olaraq qalırdı. Şimaldan
gələn xəzər-türk hücumlarının qarşısını almaq üçün ərəblər də sasanilər kimi sədd
çəkməli, xüsusən sərhəd qarnizonları saxlamalı olurdular. Və görünür, hunqıpçaqların
sərbəst hərəkətinə mane olan bu cür tədbirlər erməni kilsəsinə, eləcə də gürcü
tayfalarına Qafqazın cənubunda kifayət qədər geniş fəaliyyət imkan verirdi... Lakin
sasanilər kimi ərəblər də türklərin Cənuba enişinin qarşısını almaq iqtidarında
deyildilər — VII—VIII əsrlərdə xəzər türkləri ərəb qoşunlarını dəfələrlə darmadağın
edib, Azərbaycanın şimalında məskunlaşmışdılar. Ə. S. Sumbatzadə göstərir ki,
ərəblərlə xəzərlərin intensiv bir şəkildə gedən müharibələri dövründə "Azərbaycanın
köklü əhalisinin — atropatenalıların, albanların... törəmələrinin sayı əhəmiyyətli
79
dərəcədə azalmaya məruz qaldı". Şübhəsiz ki, hərbi-siyasi passionarlıq dövrü keçirən
ərəblərlə xəzərlərin, ümumən türklərin qarşılaşdıqları, çoxəsrlik müharibələr
apardıqları bir dövrdə qeyri-passionar etnosların müdafiə olunmaq imkanları demək
olar ki, yox idi. Və ərəblərin istila etdikləri əraziləri xüsusilə vilayətlərlə bölmək,
etnosların hərəkətini məhdudlaşdırmaq cəhdləri Qafqazın cənubunu artıq özününkü
sayan türkləri — xəzərləri təmin etmirdi. Onlar Azərbaycanın çöllərində sərbəst
dolaşmaq istəyirdilər... Ərəblərə qarşı mübarizədə, təbii ki, yalnız Şimaldan —
Böyük Çöldən gələn türklər — xəzərlər deyil, müəyyən mənada artıq "yerli" adlana
bilən türklər — savirlər, bulqarlar, xəzərlər də iştirak edirdilər. Görünür, IX əsrdəki
məşhur Babək hərəkatında həmin türklər də bu və ya digər dərəcədə rol oynamışdılar.
Bu hərəkatın əsas tərkibi, çox güman ki, "qədim azərbaycanlılar"dan ibarət idi. Çünki
ərəblərin təbliğ etdiyi İslamla barışmayacaq dinləri məhz onlar daşıyırdılar. Hun-
qıpçaqların Azərbaycanda, xüsusilə, onun şimalında məskunlaşdıqları təxminən min
illik dövrdə türk dili ölkədə kifayət qədər geniş yayılmağa başladı. V—X əsrlərin
Qafqaz mənbələrində işlənən türkizmlər də bunu sübut edir. Lakin həmin dil yalnız
danışıq dili idi. Və ümumiyyətlə, hun-qıp- çaqların yazısı olmamışdı... Azərbaycan
dili tarixinin görkəmli tədqiqatçısı, professor Ə. Dəmirçizadənin (eləcə də onun
tələbələrinin) ümumxalq Azərbaycan dilinin III—V əsrlərdə formalaşdığı barədəki
mülahizəsinə gəldikdə isə demək lazımdır ki, a) həmin əsrlər hələ qədim (ümum) türk
dilinin mövcud olduğu dövrdür, bu dövrdə hər hansı müstəqil türk dili barədə,
ümumiyyətlə, söhbət gedə bilməz; b) Azərbaycanın, əsasən, Şimalında, başqa sözlə,
Qafqazın cənubunda (yəni xüsusi etnik mürəkkəbliyi ilə fərqlənən bir regionda)
məskunlaşmış hun-qıpçaqlar nəinki III—V əsrlərdə, hətta bir neçə əsr sonra da
Azərbaycan türklüyünün hələ yalnız əsaslarını yaradırdılar. Eramızın ilk əsrlərində
Qafqazın cənubunda xristianlıq yayılmağa başladı... Və çox keçmədi ki, regionda
mövcud olan əsas etnoslar (daha doğrusu, superetnoslar!) — albanlar, gürcülər və
ermənilər xristian kilsəsinin özlərinə məxsus "variant"larını yaratdılar. Bir-biri ilə
mübarizə aparan alban, gürcü və erməni kilsələri etnik proseslərə də bu və ya digər
dərəcədə təsir göstərirdilər... Azərbaycan tarixşünaslığında belə bir əsassız fikir
mövcuddur ki, guya Ermənistanda yaşayan albanların bir hissəsi erməniləşmiş, bir
80
hissəsi isə türkləşmişdir (akademik Z. Bünyadov, professor N. Vəlixanlı). Halbuki
alban kilsəsi (və albanlar) son dövrə qədər erməni kilsəsinə (və ermənişləşməyə)
qarşı mübarizə apardıqları kimi, hun-qıpçaqlarla nə qədər yaxın sosial-siyasi, mədəni
əlaqələrə girsələr də, heç zaman kütləvi surətdə türkləşməmişlər. Azərbaycanın ərəb
xilafətinə daxil olması ölkədə (Azərbaycanda) gedən etnik proseslərə müxtəlif
baxımlardan əhəmiyyətli təsir göstərirdi. Məsələn, Qafqazın cənubuna uzaq
Ərəbistandan xeyli miqdarda ərəb köçürüldü ki, bunlar xilafətin şimal sərhədlərini
qorumalı, işğalçıların sosial-siyasi dayağı olmalı idilər. Yaxud İslam dininin qəbulu
prosesində müxtəlif etnoslarda özünüdərk (və ifadə) ovqatı gücləndi... Bununla belə,
Z. Bünyadovun "ola bilsin ki, Arran əhalisinin bir hissəsi (albanlar) çox tez
ərəbləşməyə məruz qalıb, ərəblərlə qaynayıb-qarışmış, sonralar isə səlcuq türkləri
gəldikdən sonra ərəblərlə birlikdə türkləşməyə məruz qalmışlar" .
XI əsrin sonlarında Azərbaycanın həm şimalı, həm də cənubu artıq oğuz
türklərinin yaratdıqları Səlcuqlar imperiyasının tərkibinə daxil oldu... İmperiyanın
aydın sərhədləri olmasa da, sahəsi həm kifayət qədər böyük idi, həm də get-gedə
genişlənirdi. XI əsrdə, eləcə də XII əsrin əvvəllərində oğuz türkləri Azərbaycanın (və
həmhüdud regionların) etnik simasını tamamilə dəyişdirdilər. İstər türk (qıpçaq), istər
İran, istərsə də Qafqaz etnoslarının, xalqlarının oğuzlara göstərdiyi müqavimətin heç
bir əhəmiyyəti yox idi. Çünki ümumiyyətlə, II minilliyin əvvəllərindən başlayan türk-
oğuz fütuhatı elə bir hadisə idi ki, onun qarşısını almaq, sadəcə olaraq, mümkün
deyildi. Oğuz türkləri, haqqında söhbət gedən dövrdə Azərbaycanı bütünlüklə
türkləşdirdilər, daha doğrusu, I minilliyin ilk əsrlərindən başlayan həmin proses
(Azərbaycanın türkləşməsi!) II minilliyin ilk əsrlərində min ildən sonra keyfiyyətcə
başa çatdı. Oğuzlar müxtəlif tayfalardan ibarət idilər. Lakin səlcuqların başçılığı
altında toplaşmış oğuzlar hərbi-siyasi baxımdan olduqca həmrəy idilər ki, bu da
onların genişmiqyaslı qələbəsini təmin edən əsas şərtlərdən biri sayıla bilər.
XII əsrin 30-cu illərində Azərbaycanda Atabəylər dövləti yarandı. Azərbaycanın
etnokulturoloji tarixində əhəmiyyətli rol oynamış həmin dövlət monqol-tatar
hücumlarına qədər mövcud oldu. Atabəylər dövründə Azərbaycan ərazisinin çox
hissəsi bütöv bir dövlətin tərkibində birləşmiş, Azərbaycan xalqının təşəkkülü
81
tarixində yeni mərhələ başlamışdı... Hakimiyyətdə olan səlcuqlar fars dilinə xüsusi
diqqət verib sarayda, bir qayda olaraq, həmin dildə danışsalar da, geniş xalq kütlələri
fars dilini bilmir, yalnız türkcədən istifadə edirdilər.
Qaraqoyunlular, bunun ardınca isə Ağqoyunlular dövründə Azərbaycanda (və
həmhüdud regionlarda) oğuz türklərinin etnosiyasi mövqeyi bir qədər də gücləndi.
Bununla belə müxtəlif oğuztürkmən tayfalarının bir-birinin ardınca Azərbaycana
gəlməsi ölkədə gedən etnosiyasi mərkəzləşmə- mütəşəkkilləşmə prosesinə hər halda
mənfi təsir göstərirdi. Ümumiyyətlə, XI əsrin əvvəllərindən XV əsrin sonu, XVI əsrin
əvvəllərinə qədərki mərhələdə, yəni Azərbaycan xalqının təşəkkülü tarixinin ikinci
mərhələsində Azərbaycana gələn oğuz türkləri farsları daha da cənuba, Qafqaz
etnoslarını isə daha da şimala sıxışdırdılar. Onların Azərbaycandakı mövqeyi qısa bir
müddətdə o qədər gücləndi ki, xilafəti tez-tez narahat edən qıpçaqlar belə oğuz
türklərinə müdaxilə edə bilmədilər. Ermənilər, gürcülər, dağıstanlılar isə həmin güc
(oğuz türklüyü!) qarşısında tamamilə aciz idilər. Oğuz türkləri Azərbaycandan keçib
Anadoluya yürüş etdilər.
Regiona oğuz türkləri ilə yanaşı karluk türkləri də gəlmişdilər ki, bu, əsasən
Əmir Teymurun yürüşləri dövrünə təsadüf edir. Oğuz türkləri Azərbaycanın yerli
(tarixi!) mədəniyyətinə xüsusi qayğı ilə yanaşdılar. Onların xüsusilə yüksək təbəqəsi
Sasanilər dövründən qalmış dəbdəbəli saray həyatını ilk əsrlərdən hətta dirçəltdilər,
artıq qeyd edildiyi kimi, farsca danışıb-yazmağa, mədəniyyətcə farslaşmağa
başladılar ki, belə bir etnosun (oğuz türklərinin) kimisə türkləşdirəcəyi barədə
düşünmək tamamilə absurddur. XI— XIII, eləcə də XIV—XV əsrlərdə oğuz fütuhatı
geniş bir coğrafiyanı bürüdüyündən Azərbaycanın etniketnoqrafik sərhədlərini
müəyyənləşdirmək çox çətindir. Həmin dövrdə Azərbaycan hər tərəfdən oğuz-türk
mühiti ilə əhatə olunmuşdu. Və onun etnokulturoloji yüksəlişində bu mühit həlledici
rol oynayırdı. Belə ki, haqqında söhbət gedən dövrdə etnik tipologiya baxımından
Azərbaycanın "daxil"i "xaric"indən o qədər də seçilmir, demək olar ki, xüsusi
əlamətlər daşımırdı. Lakin düşünmək olmaz ki, oğuz türkləri hər yerdə, bütün sərhəd
boyu Azərbaycan hüdudlarından kənara çıxmışdılar. Məsələn, Qafqazın cənubunda
ermənilər, gürcülər müxtəlif "diplomatiya" üsullarından istifadə edərək ərazilərini
82
genişləndirir, vaxtaşırı kifayət qədər ciddi cəzalandırılmalarına baxmayaraq, xüsusilə
gürcülər (adətən, "yerli" türklərlə — qıpçaqlarla ittifaqa girərək) Gəncəyə qədərki
Azərbaycan torpaqlarını zəbt etməyə çalışırdılar.
II minilliyin birinci yarısında ölkə (ümumiyyətlə, region) əsaslı türkləşmədən
sonra monqol-tatarların, Əmir Teymurun, Qaraqoyunluların və Ağqoyunluların
hücumuna məruz qalmışdı ki, həmin hücumlar Azərbaycanda türk etnoslarının
sıxlığını gücləndirsə də, sosial, siyasi, mədəni stabilləşməyə mane olur, artıq qeyd
etdiyimiz kimi, xalqın təşəkkülü prosesini ləngidirdi. Birbirinin ardınca Azərbaycana
axışan türk tayfaları özlərilə əsrlər boyu yaşamış olduqları, yaxud Türküstandan
Azərbaycana qədər keçib gəldikləri yerlərin həyat tərzini, etnoqrafiyasını, az-çox
fərqli mədəniyyətlərini, dünyagorüşlərini, hətta toponimiyasını gətirirdilər. Və onlar
yeni coğrafi şəraitə nə qədər sürətlə uyğunlaşsalar da, özlərinəməxsusluqlarını da
qoruyub saxlamağa çalışırdılar. Beləliklə, orta əsrlərin sonlarına doğru — XV əsrin
sonu, XVI əsrin əvvəllərində Azərbaycan ərazisində türklərin çəkisi sürətlə artdı. Və
onlar Azərbaycan cəmiyyətinin mütləq əksəriyyətini təşkil etməyə, müxtəlif dövlətlər
qurmağa, mərkəzləşməyə başladılar.
Səfəvilər dövlətinin banisi I Şah İsmayılın sosial bazasını, professor Oqtay
Əfəndiyevin göstərdiyi kimi, eyni bir milli maraq ətrafında birləşmiş müxtəlif oğuz
tayfaları (ustaclı, şamlı, əfşar, türkmən, bayat, təkəli, zülqədər, qacar, varsaq,
rumlu...) təşkil edirdilər. Təbii ki, həmin tayfalar bir- birindən o qədər də
fərqlənmirdilər... Onlar Səfəvilərdən əvvəl də bu və ya digər dərəcədə siyasi ittifaqda
olmuş, xüsusilə Qaraqoyunluların, Ağqoyunluların dövründə daha sıx birləşmişdilər.
Və bu baxımdan Səfəviləri hətta özündən əvvəlki Azərbaycan dövlətlərinin bilavasitə
varisi hesab etmək olar. Lakin onu da etiraf etmək lazımdır ki, XV əsrdəki kimi,
Səfəvilər dövründə də Azərbaycan türk tayfaları hakimiyyət uğrunda mübarizədən əl
çəkməmişdilər, yerli hakimlər — tayfa başçıları həm bir-birləri ilə münaqişəyə girir,
həm də Səfəvilər sarayının intriqalarında fəal iştirak edirdilər.
Səfəvilər dövlətinin Azərbaycan dövləti olduğuna şübhə etmək, onu,
ümumiyyətlə, İran dövləti saymaq özünü qətiyyən doğrultmur — O. Əfəndiyevin
qeyd etdiyi kimi, dövlətin əsasını qoyanlar da, onun yüksəlişini təmin edənlər də
83
Azərbaycanda artıq məskunlaşmış köçəri türk tayfaları idilər; Səfəvilərin dövlətçilik
düşüncəsi, inzibati idarə sistemi bütünlüklə qədim türk dövlətçilik ənənələrindən irəli
gəlirdi. Və dövlətin mərkəzi olan Təbrizdə (o cümlədən də sarayda), orduda türkcə
danışırdılar. I Şah İsmayıl (və onun xələfləri) ənənəni "pozaraq" bir sıra fərmanlarını
farsca deyil, məhz türkcə vermişdilər. Azərbaycan Səfəvilər dövləti bir əsrdən sonra
— XVI əsrin sonu, XVII əsrin əvvəllərində öz tarixi tipologiyasını itirsə də,
Azərbaycan xalqının formalaşmasında, demək olar ki, həlledici rol oynadı. XVII
əsrin əvvəllərindən başlayaraq, ümumiyyətlə, regionda nə qədər böyük siyasi hərc-
mərclik olsa da, xalqın etnik, sosial-siyasi, mədəni konsentrasiyası prosesi kəsilmədi,
bu və ya digər şəkildə davam etdi. Hətta Azərbaycanın xanlıqlara parçalandığı XVIII
əsrin ikinci yarısında da Azərbaycanın mənəvi-ruhi bütövlüyü güclənməkdə idi.
Azərbaycan xalqının formalaşması geniş miqyaslı milli intibah hərəkatı ilə
müşayiət olunurdu... Yalnız belə bir faktı qeyd etmək lazımdır ki, XVI əsrin
əvvəllərindən başlayaraq Azərbaycan ədəbiyyatının şedevrləri meydana çıxdı:
"Koroğlu" eposu, xüsusi yaradıcılıq enerjisinin məhsulu olan aşıq sənəti, xalq
dastanları... Və həmin əsasda formalaşan milli yazılı ədəbiyyat, M. V. Vidadi, M. P.
Vaqif... Azərbaycan intibahı yalnız dil, ədəbiyyat və mədəniyyəti əhatə etmirdi,
bütövlükdə milli təfəkkürü, xalqın ruhunu hərəkətə gətirmişdi.
Ümumiyyətlə, XVI—XVIII əsrlərdə sürətlə formalaşan Azərbaycan xalqının
etnik-kulturoloji əsaslarını Azərbaycanda məskunlaşmış türklər təşkil edirdilər.
Azərbaycanın müasir etnik-etnoqrafik mənzərəsi XVII—XVIII əsrlərdə
müəyyənləşmiş, ondan sonra əsaslı bir dəyişikliyə məruz qalmamışdır. Görünür,
burada yalnız ermənilərin XIX əsrin əvvəllərindən başlayaraq təcavüzkar siyasi
məqsədlərlə Azərbaycanın müxtəlif yerlərində, o cümlədən də, Dağlıq Qarabağda
məskunlaşdırılması istisna təşkil edir... Lakin məhz həmin dövrdən sonra ölkənin
siyasi mənzərəsi çox tez-tez dəyişmiş, Azərbaycan müxtəlif dövlətlərin tərkibinə
daxil olmuşdur ki, bu da xalqın formalaşmasına, heç şübhəsiz, kifayət qədər mənfi
təsirini göstərmişdir.
84
VI MÖVZU
IX –XII əsrlərdə Azərbaycan feodal dövlətləri.
P L A N
1.Xilafətin dağılması şəraitində Azərbaycanda İctimai siyasi vəziyyət Müstəqil-
ləşmə prosesinin başlanması.
2.Müstəqil feodal dövlətlətləri: Sacilər, Salarilər, Rəvadilər, Şəddadilər,
Şirvanşahlar.
3.Azərbaycan Atabəylər dövlətinin yaranması. Şəmsəddin Eldəniz
4.IX-XII əsrlərdə Azərbaycanın təsərrüfat həyatı, şəhərlər və mədəniyyət.
Ədəbiyyat
1. Azərbaycan tarixi. VII cilddə, II cild, Bakı1998. səh.283-424.
2. Azərbaycan tarixi. Z.Bünyadovun redaktorluğu ilə Bakı, 1994. səh. 273-322.
3. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989. səh. 121-137.
4. Bünyadov Z.M. Azərbaycan Atabəylər dövləti. Bakı, 1985. səh.185-220.
5. Şərifli M.X. IX əsrin 2-ci yarası-XI əsrlərdə Azərbaycan feodal dövlətləri.
Bakı, 1978. səh. 258-343.
6. Kərimov N.Odlar yurdunun səyyah və coğrafiyaşünasları. Bakı, 1996.
Abbasi Ərəb Xilafəti tarixində IX əsrin sonu X əsrin əvvəli geniş ərazili
müsəlman imperiyasının ucqarlarındakı yerli hakim və canişinlərin seperatizminin
85
güclənməsi ilə əlamətdardır. Onlardan hər biri mərkəzi hakimiyyətin üzləşdiyi
çətinliklərdən istifadə edərək ayrılmağa, yarımmüstəqil və yaxud müstəqil dövlət
qurumu yaratmağa can atırdı. Belə hakim və canişinlər ilk növbədə xəlifənin xəzi-
nəsinə göndərilən vergilərin məbləğini azaltmağa çalışır, sonra isə vergini ödəmək-
dən imtina edirdilər.
Mərkəzi hakimiyyətdən birinci olaraq Mərakeş, Əlcəzair, Tunis və Liviya ayrıl-
dı. 788 və 800-cü illərdə bu ərazilərdə İdrislər, sonra isə Əqləbilər sülaləsi möhkəm-
ləndi. 20 il sonra Yəməndə Zeydilər, Xorasanda Tahirilər və bu kimi dövlətlər mey-
dana gəldi.
861-ci ildə xəlifə Əl-Mütəfəkkil öldürüldükdən sonra Xürrəmilər hərakatının
təsiri ilə artıq tamam zəifləmiş Xilafətin parçalanma prosesi yenidən başlanır.
Təbəristanda Ələvilər, İranda Səfvarilər, Misirdə Tulinilər, Xorasan və Orta
Asiyada Samanilər dövlətləri meydana çıxdı.
Abbasilər imperiyasının dağılması şəraitində Azərbaycanda da müstəqilləşmə
meylləri güclənir və bunun da nəticəsində bir sıra müstəqil və yarımmüstəqil döv-
lətlər yaranır. Onlar Xilafətə tabe olmaqdan boyun qaçırırdılar.
Səlnaməçi İbn Xordadbehin (IX əsr) və digər ərəb müəlliflərinin verdiyi
məlumata görə həmin dövrdə Təbrizdə Məhəmməd İbn Rəvvad, Mərənddə Məhəm-
məd İbn –Bəyis, Muğanda Səklə hökmdarlıq edirdi.
Azərbaycanın Şimal torpaqlarında ( Aranda ) ərəblərdən müəyyən qədər asılı
olan Sinik,Varsan, Beyləqan, Qəbələ, Şəki və şair kimi knyazlıqlar fəaliyyət gös-
tərirdi. Lakin göstəriciliyi kimi onlar tam müstəqil olmayıb, Xilafətə vaxtlı-vaxtında
vergilər ödəyirdilər. Bəziləri zəif olduqları üçün Ərəb Xilafəti ilə mübarizədə sıradan
çıxırdılar. Həmçinin feodal ara müharibələri də bəzi knyazlıqlarının məhvinə gətirib
çıxarırdı.
Babək üsyanı yatırıldıqdan sonra IX –XI əsrlərdə Azərbaycanda yaranmaqda
olan feodal dövlətləri ərəblərin hakimiyyətindən imtina edir və özlərinin müstəqillik-
lərinə nail olurdular. Belə dövlətlər sayca çox idilər. Onlardan daha nüfuzluları
Şirvanşahlar, Sacilər, Salarilər və Rəvvadilər idilər. Sonuncu üç dövlət müxtəlif
dövrlərdə müvafiq olaraq biri- birini əvəz etmişdir.
86
IX əsrin ortalarından başlayaraq Azərbaycan Ərəb Xilafətinin təsirindən azad
olduqca, ölkədə əkinçilik, maldarlıq, sənətkarlıq daha da inkişaf etməyə başladı.
Feodal münasibətləri daha da inkişaf etməyə və genişlənməyə başladı.
Feodal torpaq mülkiyyətinin ən çox yayılmış forması yenə də divan və iqta olarq
qalmaqda idi.
Sənətkarlıq da inkişaf edir, və ölkənin iqtisadiyyatında mühüm yer tuturdu. IX-X
əsrlərdə Bərdə, Bakı, Gəncə, Şamaxı , Naxçıvan, Beyləq1an, Bərdə, Ərdəbil, Təbriz
Marağa kimi böyük səhərlər var idi. Bərdə, Gəncə və Ərdəbil böyüklüyünə görə
Bağdad şəhərindən geri qalmırdılar. Şəhərlərdə çoxlu mədrəsələr, məscidlər, saraylar,
karvansaraylar, örtülü bazarlar, hamam və ictimai binalar var idi.
X əsr ərəb müəllifi Müqəddəsi Azərbaycan haqqında yazırdı: “Bu vilayətin
bütün şəhərləri gözəldir, ərzaq və mədənlərlə zəngindir, meyvə və ərzaq bol və
ucuzdur”
Ölkənin ən böyük şəhəri “Arranın anası”adlanan Bərdə şəhəri idi. (Ummur-Pan)
Cənubda ölkənin siyasi, mərkəzi Təbriz şəhəri idi. Dərbənddə ticarət xeyli inkişaf
etmişdi. Dərbənd tacirləri Bizans və Xəzərlərlə ticarət edirdilər. IX əsrdən başlayaraq
Azərbaycan beynəlxalq ticarətdə mühüm rol oynamağa başladı.Əsasən bu dövrdə
slavyanlar və xəzərlərdə qızğın ticarət gedirdi. Dünya ticarət yollarının qovşağında
yerləşən şəhərlərin bazarlarına təkcə ölkənin daxilindən deyil, xarici ölkələrindən də
yüzlərlə tacir gəlirdi.
Xilafətin zəifləməyə və parçalanmağa başladığı bu dövrdə müstəqilləşən və hətta
Xilafətə meydan oxuyan Azərbaycanın feodal dövlətlərindən biri Sacilər dövləti
olmuşdur.Sacilər sülaləsinin banisi Əbu Sac Divdad olmuşdur.O, adlı-sanlı türk
sərkərdələrindən idi. Əbu Sac Divdad Xilafət ordularında döyüşərək, böyük sınaq-
lardan çıxmış, Abbasilərə qarşı baş verən üsyanların yatırılmasında fəal iştirak etmiş-
dir.
Sacilərin banisinin Əbu Sac Divadad olmasına baxmayaraq, Sacilər dövləti
(889-942) onun oğıanları Məhəmməd və Yusiflin dövrlərində yaranmışdır. Belə ki,
Məhəmmədi xidmət müqabilində Xəlifə 889-cu ildə Azərbaycanın hakimi təyin edir.
87
Təbərinin yazdığına görə O, “Azərbaycana gəldikdən dərhal sonra özünü müstəqil
elan edib Xilafətə tabe olmaqdan boyun qaçırdı.”
Sacilər dövlətinin paytaxtı Ərdəbil şəhəri idi. Məhəmməd ona qarşı itaətsizlik
göstərən Marağa hakimini məğlub edərək şəhəri ələ keçirir. 893-cu ildən başlayaraq
Məhəmməd bir neçə dəfə Ərməniyyə üzərinə uğurlu yürüşlər təşkil edir. O,Ər-
məniyyənin paytaxtı Dvin şəhərini tutaraq Ərməni hakimi I Sumbatı əsir
götürmüşdü. O, öz oğlu Divdadi Ərməniyyəyə hakim təyin etmişdi. Bundan sonra
Məhəmməd Tiflisi ələ keçirərək şəhəri soyub taladı.
901-ci ildə Bərdə şəhərində Məhəmməd taun xəstəliyindən vəfat edir. Onun
yerinə oğlu Divdad hakimiyyətə keçir. Lakin onun hakimiyyəti uzun çəkmədi, avqust
ayında əmisi Yusif onu hakimiyyətdən salıb, ozü xəlifənin Azərbaycan hakimi və
canişini oldu.Yusif də hakimiyyətə keçən kimi Ərməniyyə və Gürcüstan səfərlərinə
çıxmışdır. Hətta 914-cü ildə Dvini tutan Yusif erməni hakimi I Sumbatı edam etdirdi:
915-ci ildə Yusif Azərbaycan və Ərməniyyədə öz hakimiyyətini möhkəmləndirə
bildi.
Sacilərin sərhədləri şimalda Dərbəndə, şərqdə Xəzərə, qərbdə Ani və Dəbil
şəhərlərinə, cənubda isə Zəncan şəhərlərinə qədər uzanırdı. Sacilər Yusifin dövründə
ilk dəfə şimallı-cənublu Azərbaycanı bir hakimiyyət altında birləşdirə bilmişdilər.
Yusif 912-ci ildə Xəlifəyə xərac verməkdən imtina edir və bu məsələ onların
arasında mübarizəyə səbəb oldu. 918-ci ildə Yusif 7 minlik qoşunla Xəlifənin 20
minlik ordusunu məğlub edir. 919-cu ildə Xəlifə, Munisin sərkərdəliyi ilə yeni qoşun
göndərsə də Yusif tərəfindən məğlub edilir. İyulun 16 da Ərdəbil yaxınlığındakı
döyüşdə Xəlifə qoşunu darmadağın edilərək, qoşun başçısı Munisi əsir götürürlər.
Bunu görən Xəlifə 922-ci ildə Yusifi Azərbaycan və Ərməniyyə canişini ,Rey,
Zəncan, Qəzvin valisi təyin etdi. Yusifin qələbələri, Azərbaycan və digər əraziləri
müstəqil idarə etməsi Xəlifəni narahat edirdi. 927-ci ildə Xəlifə Yusifi Qərmətilər
üzərinə hücuma göndərir. 927-ci il dekabırın 27-də Kufə şəhəri yaxınlığında Yusifin
qoşunları Qərəmətilər tərəfindən məğlub edilir. Yusif isə döyüşdə yaralanaraq əsir
düşür və az sonra vəfat edir. Yusif 24 il hakimlik etmişdir. Onun dövründə
Azərbaycan torpaqları mərkəzləşdirilmişdir. Yusifin ölümündən sonra hakimiyyət
88
əldən ələ keçir. Nəhayət 941-ci ildə Sacilərin son hakimi Deysəm Deyləm hakimi
Məzrban İbn Məhəmməd tərəfindən məğlub edilir və bununla da Sacilər dövlətinə
son qoyulur.
Saciləri mənşəcə Deyləmdən olan Salarilər əvəz etdilər. Onlar Gilanın Salarilər
tayfalarına mənsub idilər. Salarilər dövlətinin (942-981) paytaxtı Ərdəbil idi.
Mərzban İbn Məhəmməd çətin mübarizə şəraitində Sacilərin hakimiyyəti al-
tında olan torpaqları öz hakimiyyəti altında birləşdirə bildi. O, Azərbaycanın şimal
qərb vilayyətlərini, Ərməniyyəni və hətta Şirvanşahları özündən asılı saldı.
Mərzban İbn Məhəmməd cənub–şərq vilayyyətlərinin, xüsisilə Zəncanın, Əhərin
və Qəzvinin İsfahan hakimindən asılı qalmasından narahat idi. Onun məqsədi Azər-
baycanın qədim sərhədlərinin bütövlüyünə nail olmaq idi. O,bu niyyətlə 948-ci ildə
hərbi yürüşə başlayaraq Qəzivinə getdi. Onun əlində 5 minlik ordu olmasına
baxmayaraq, özündən dəfələrlə çox olan düşmənlə döyüşə atıldı. Lakin məğlub
olaraq əsir düşdü. Onun əsirlikdə olduğu dövrdə Azərbaycanda feodal ara
çəkişmələri güclənir. Hakimiyyəti əvvəlcə Mərzubanın atası, sonra isə qardaşı
Vəhsudan ələ keçirir. 953-cü ildə Mərzban əsirlikdən qaçaraq Ərdəbilə gələrək
hakimiyyəti ələ keçirir. O, vilayyətlərdən alınan vergiləri nizama salır, maliyə
işlərinə nəzarəti və diqqəti artırır.
Salarilərin qoşunu maaşla saxlanılan daimi süvari dəstələrdən və piyada
hissələtrdən ibarət idi. Hətta onların dənizdə gəmiləri də var idi.
957-ci ildə Mərzban vəfat edir. Onun ölümündən sonra oğlanları və qardaşı
Vəhsudan arsında hakimiyyət uğrunda mübarizə yenidən kəskinləşdi. Sülalə
arasında gedən mübarizə nəticəsində mərkəzi dövlət zəiflədi və parçalandı.
Mərzbanın oğlu İbrahim hakimiyyəti ələ keçirir ( 961-981) . O, səltənətin əvvəlki
şöhrətini bərpa etməyə çalışsa da buna nail ola bilmir, əksinə bir çox əyalətlər
mərkəzi hakimiyyətə vergi verməkdən imtina edirlər. Şirvanşahlar, Dərbənd, Gəncə
vilayətləri, Arranın bir hissəsi, Ərməniyyə Salarilərin asılılığından çıxdılar. Belə bir
şəraitdə Əhər və Təbriz hakimi Rəvvadilər nəslindən olan Əbulheca 981-ci ildə Salari
İbrahimi məğlub edərək əsir aldı və Ərdəbili tutmaqla hakimiyyəti öz əlinə keçirdi.
Salarilər dövləti 40 il yaşamışdır.
89
Rəvvadilər sülaləsinin mənşəcə tarixi qədimlərə gedib çıxır. Onlar VIII əsrdə
Təbrizdə, Mağarada, Əhərdə, Qarabağda hakimlik etməklə uzun müddət müstəqil-
liyə can atmışdılar. X əsrin ikinci yarısında Qaradağ hakimi Əbulheyca Salarilərdən
asılı idi. Lakin O, yaranmış vəziyyətdən istifadə edərək 981-ci ildə Salari İbrahimə
tabe olmaqdan boyun qaçırdı, onunla mübarizəyə başladı və qalib gəldi. Beləliklə
rəsmən Rəvvadilər dövləti yarandı. Vaxtilə Salarilərin əlində olan Azərbaycan və
Ərməniyyə torpaqları Rəvvadilərin hakimiyyəti altına keçdi. Paytaxt Ərdəbildən
Təbrizə köçürüldü. Çünki Təbriz Ərdəbilə nisbətən iqtisadi, siyasi və mədəni
cəhətdən xeyli inkişaf etmişdi.
Əbulheyca 987-ci ildə Ərməniyyəyə hücum edərək özünə tabe etdi. Sonra Xoy
və Urmiya feodallarını özündən asılı vəziyyətə saldı. Dövlətin ərazisi genişlənməklə
onun nüfuzu da yüksəlirdi.
Əbueheycanın varisi Vəhsudanın dövründə (1020-1059) ölkə daxilində həyata
keçirilən tədbirlərin nəticəsində mərkəzi hakimiyyət xeyli qüvvətləndi. Onun
dövründə Rəvvadilərin əsas rəqibi Şirvanşahlar idi. 1042-ci ilin oktyabrında Təbrizdə
güclü zəlzələ baş verdi. Mənbələrin verdiyi məlumata görə 40 mindən çox adam
həlak olmuş, çoxlu tikililər və qalalar yerlə -yeksan olmuşdu. Bununla da Təbrizin
müdafiə qabliyyəti zəifləmiş oldu. Rəvvadi Vəhsudan Təbrizi tərk edib başqa qalaya
köçür. Məhz bu səbəbdən Səlcuqların hücumu zamanı Təbriz müqavimət göstərə
bilmədi.
İbn əl -Əsir yazır ki, “Səlcuq hakimi Toğrul bəy bir sıra səbəblərdən sonra
1054-cü ildə Təbrizə gəldiyi zaman Vəhsudan siyasi hakimiyyəti əlində saxlamaq
məqsədilə səlcuqların vassalığını qəbul etməyə məcbur oldu.” Səlcuq Alp Arslan
1065-ci ildə Rəvvadilərin daxili müstəqilliyini tamamilə ləğv etdi və Təbrizə Səlcuq
əmiri təyin etdi. Süqut etməsinə baxmayaraq Rəvvadilər dövləti bir əsrə qədər fəaliy-
yət göstərdiyi dövrdə ölkənin iqtisadi, ictiami, siyasi və mədəni həyatında mühüm
rol oynamışdır.
IX əsrin ikinci yarısında Azərbaycanın şimal şərq torpaqlarında Məzyədələrin
hakimiyyətində olan Şirvanşahlar dövləti yaranır. Dövlətin yaradıcısı Heysəm İbn
Xalid Yezid İbn Məzyədin nəvəsi idi. Sülalə də onun adını daşıyırdı.Yezid İbn Məz-
90
yəd ərəb mənşəli Şeybanı nəslinə mənsub idi. O, Xilafətdə bir sıra hərbi-inzibati
vəzifələr icra etmiş, Azərbaycan və Ərməniyyənin valisi olmuşdur. Məzyəd vəzifə-
sindən istifadə edərək Şirvanda və Bərdədə böyük torpaq sahələri və mülklər ələ
keçirmişdi. O, Bərdədə vəfat etmişdir.
IX əsrin ortalarında Xilafətdə başlanan iğtişaşlardan istifadə edən Heysəm İbn
Xalid özünü müstəqil hakim elan etdi və Şirvanın müstəqilliyi bərpa etdi.
Məzəydilərin ilkin hakimiyyətləri dövründə Şirvanşahların sərhədləri cənubda
Kür çayı, şimalda Dərbənd və Samir çayı, qərbdə Şəki vilayətinə qədər uzanırdı. Bəzi
vaxtlarda dövlətin sərhədləri cənubda Araz çayına qədər genişlənirdi. Dövlətin
paytaxtı əvvəlcə Şirvan, X əsrin birinci rübündən Yəzdiyyə (Şamaxı) şəhəri olmuşdu.
Məzyədilərin uğurlu siyasətinə baxmayaraq, bəzən özləri də asılı vəziyyətə
düşürdülər. Onlar IX əsrin axırlarında əvvəlcə Sacilər, sonra isə Salarilərdən asılı
vəziyyətə düşmüşdülər.
X əsrin əvvələrində Rusların Azərbaycana istilaçı yürüşləri Xəzərsahili
əyalətlərə, xüsusilə Dərbənd, Bakı, Şirvan, Beyləqan və Bərdəyə böyük ziyan vurdu.
XI əsrin 60-70-ci illərində Şirvanşah Fəribruzun dövründə Şirvanşahların siyasi
vəziyyəti daha da ağırlaşdı. Şəddadi Şavür buraya hücum edərək bir sıra qalaları ələ
keçirdilər və 40 min dinar xərac alaraq oranı tərk etmişdilər.
XI əsrin 50-ci illərindən Səlcuq türklərinin Azərbaycana yürüşləri zamanı dövlət
onların vassalığına çevrildi və “Şirvanşah” titulu ləğv edildi. Şirvan ölkəsini vassal
tabeliyə salmış səlcuqlar. Şirvanşahların hakimiyyətini zəiflədə bilmədilər. Artıq XI
əsrin sonunda Şirvanda siyasi yüksəlişin başlanması nəzərə çarpırdı.XII əsrdə
Şirvanşahlar dövləti özünün çiçəklənmə dövrünə qədəm qoydu.
Fəribruizun oğlanları II Məniçohr və I Əfrudinun dövründə Şirvan dövləti daha
da möhkəmləndi.
X əsrin ikinci yarısında Azərbaycanda meydana gələn müstəqil feodal
dövlətlərdən biri də Şəddadilər dövləti idi. Onun paytaxtı Gəncə şəhəri idi. Onun
ərazisi əsasən Kür və Araz çayları arasındakı torpaqları əhatə edirdi. Bəzi vaxtlarda
Şəki, Kaxetiya və Ərməniyyə əraziləri də Şəddadilərdən asılı olmuşlar.
91
Bu dövlətin yaradıcısı Məhəmməd İbn Şəddad olmuşdur. Onlar Gəncəyə Dəbil
şəhərindən gəlmişdilər. Şəddad Salarilərin zəifliyindən istifadə edərək Dəbili ələ
keçirmişdi. Sonralar Şəddadin oğlanları Fəzlun və Ləşkəri Gəncəyə gəlmiş və 971-
ci ildən Şəddadilər dövləti fəaliyyətə başlanmışdır. Ləşkəri Gəncədə öz
hakimiyyətini qurduqdan sonra Bərdə, Şəmkir və Ərməniyyənin bir hissəsini ələ
keçirmişdir. 8 illik hakimiyyəti dövründə bu dövlət xeyli möhkəmlənir. Onun
qardaşı Fəzlunun dövründə Beyləqan da Şəddadilərə birləşdirillir.
1030-cu ildə Fəzlun Xəzərlərə qarşı uğurla əməliyyat aparmışdır. Şirvanla siyasi
əlaqələr yaratmışdır. Fəzlun ölkənin daxili işlərini də tam qaydasına qoya bildi. O,
Araz çayı üzərində körpü saldırdı, öz adına pul kəsdirdi. 1050 –ci ildə hakimiyyətə
gələn Şavurun dövründə dövlət dahada möhkələndi. 1063 –cü ildə usta İbrahim
Gəncənin dəmir darvazalarını düzəltmişdi. Lakin Səlcuq türklərinin hücumları
nəticəsində Şəddadilər də onlardan asılılığı qəbul etdilər. (Savurun dövründə)
Şəddadilərin axırıncı hökmdarı III Fəzlun (1074-88) səlcuqlardan asılılığı son
qoymaq istəyirdi. Bunu görən Səlcuq sultanı Məlikşah 1088- ci ildə sərkərdə Buğanın
başçılığı ilə Gəncəyə qoşun göndərdi. Şəhər müdafiə olunmasına baxmayaraq təslim
oldu.III Fəzlun əsir götürülərək Bağdada göndərildi və 1091-ci ildə orada vəfat etdi.
Bununla da Şəddadilər dövlətinin tarixi sona çatdı.
IX-XI əsrlərdə gərgin mübarizə şəraitində Azərbaycanda müstəqil feodal
dövlətlərin yaranması müstəsna əhəmiyyəti olan hadisə idi. Bu dövlətləri yaradan
sülalələr məncə müxtəlif olsalar da, bu dövlətlər milli zəmində təşəkkül tapdılar. Bu
dövlətlərin mövcud olduğu on illər ərzində daxildə yaranmış qismən əmin amanlıq
zəminində təsərrüfatın bütün sahələri dirçəlir, əhali artır, və məhsuldar qüvvələr
inkişaf edirdi.
XI əsrin ortalarından Azərbaycan və Şərqin bir sıra ölkələri oğuzların
şaxələrindən biri olan Səlcuqlar tərəfindən işğal olundular.
Şərqi lərzəyə salan Səlcuqlar və onların rəhbəri kim idi. Cəsur və cəngavər bir
şəxs olan Səlcuq oğuzların qınıq tayfasına mənsub idi. Oğuzlar 22-24 türk tayfasını
birləşdirirdi. Oğuzların başçısı Oğuz xaqan hesab edilirdi. O, ömrünün 50 ilini at
üstündə, hərbi yürüşlərdə keçirmişdi.
92
Səlcuq bir əsrdən artıq ömür sürmüş, islam dinini qəbul etdikdən sonra bu dinin
bütün türklər arasında yayılması uğrunda mübarizə aparmışdı. Onlar əvvəllər
totemlərə və şamanizmə sitayış edirdilər.
Səlcuqlar Orta Asiyadan gəlmiş türk tayfaları idilər. 970–ci ildə Buxara
vilayətində yerləşmişdilər .Qəznəvilər dövlətinin başçısı Sultan Mahmud 1009-cu
ildə Səlcuqları Xorasan əyalətində yerləşdirir. Lakin sonralar onların bir çoxu “ol-
duqları yerləri tərk edib öz yolları üzərində hər şeyi viran edərək Xuzistan səhra-
larına və İraq-Əcəm dağlarına soxuldular: bir hissəsi də Azərbaycanda sakin oldu
“(Rəşaddədin)
Sonralar onlar geri qayıdaraq 1033-36-cı illərdə Toğrul bəyin (1038-1063)
başçılığı altında Xorasan üzərinə hücuma keçib bütün əyaləti özlərinə tabe etdilər.
1040-cı ildə onlar Qəznəvi Sultan I Məsuda qəti zərbə endirdilər. Toğrul bəyin
qoşunları 1045-ci ildə Həmədanı, 1050-ci ildə İsfahanı tutdular.
1054-cü ildə səlcuq qoşunları Azərbaycana soxuldular. Təbrizdə hökmdarlıq
edən Rəvvadi Vəhsudan müqaviməti dayandırmağa məcbur oldu. Onlar Təbrizi
alaraq Gəncəyə tərəf hərəkət etdilər. Burada Şəddadi Şavur da Toğrul bəyin vassalı
olmağa razı olaraq, ona çoxlu bəxşiş verdi. Azərbaycanın qalan feodal hakimləri də
belə etdilər.
1055-ci ildə Səlcuqlar Ərəb Xilafətininin paytaxtı Bağdadı aldılar.Toğrul bəy
siyasi hakmiyyətin başçısı elan olundu. Beləliklə Böyük Səlcuq dövləti meydana
çıxdı. Onun paytaxtı əvvəllər Mərv, sonra isə Rey və İsfahan oldu.
Toğrul bəydən sonra hakimiyyətə onun varisi Alp Arslan (1063-1072) keçdi.
(qardaşı oğlu) O, öz əmisinin siyasətini davam etdirdi. Əvvəlcə Mərəndə , sonra isə
Naxçıvan və Ərməniyyəyə hücum edərək ələ keçirdi.1065-ci ildə Ani şəhərini
darmadağın edir. Sultan Alp Arslan Azərbaycandakı vassalı olan dövlətlərin daxili
müstəqilliyinə son qoymaq məqsədilə 1069-cu ildə Gəncəyə gəldi. Şirvanşah
Fəribruz də Gəncəyə gələrək ona ifaət göstərdi. Alp Arslan 1070-ci ildə Şəkiyə və
oradan isə Gürcüstana hücum edərək özündən asılı saldı.
Səlcuqların uğurlu yürüşlərindən vahiməyə düşən Bizans imperiyası onların
qərb istiqamətində yürüşünü dayandırmaq məqsədilə böyük hərbi hazırlıq gördü.
93
1071-ci ildə Kiçik Asiyada Malazgird adlanan yerdə müharibəyə başladı. Səlcuqlar
bu döyüşdə Bizans ordularını darmadağın edərək Kiçik Asiyanın bir çox torpaqlarını
ələ keçirdi. Alp Arslanın Azərbaycandan uzaqlarda başının qarışmasından istifadə
edən Gəncə hakimi III Fəzlin səlcuqlara vergi verməkdən boyun qaçırır. Sultanın
Gəncə hakimini cəzalandırmağa ömrü çatmadı və 1072-ci ildə vəfat etdi.
Hakimiyyətə onun oğlu Məlikşah (1072-1092) keçir.Səlcuqlar imperiyası Məlikşahın
dövründə öz siyasi inkişafının ən yüksək pilləsinə qalxdı. Sultan Məlikşah ona
sədaqətli olmayan və müstəqilliyə can atan hakimləri cəzalandırmaq məqsıdilə
sərkərdəsi Buğanın başçılığı ilə 1088-ci ildə Azərbaycana qoşun göndərdi. Buğa
Gəncəni aldı və Şəddadilərin sonuncu hakimi III Fəzluni əsir aldı. Sultan öz oğlu
Məhəmmədi Gəncəyə hakim təyin etdi. Səlcuqların başçısı Məlikşah Şirvanşahları da
cəzalandıraraq birdəfəlik 70 min dinar, hər il isə 40 min dinar xərac verməyə məcbur
etdi.
Səlcuqlar vaxtında türk tayfalarının Azəbaycana yeni axınları gücləndi. Onlar
burada tezliklə oturaq həyata keçdilər və məskunlaşdılar.
Səlcuqların Yaxın və Orta Şərqdə yaratdıqları imperiyanın iqtisadi əsası yox idi.
O, davamsız bir hərbi-inzibati birləşmə idi. Sultan Məlikşah öləndən sonra (1092) bu
böyük dövlət dağılmağa başladı. Sultanın 4 oğlu arasında hakimiyyət uğrunda
mübarizə başladı.Börküyarıq və qardaşı Məhhəməd Təpər dövrlərində dövlətin
ərazisi iki yerə parçalandı. Börkyarıq (1092-1104) , Məhəmməd Təpər (1104-1118)
üçüncü oğul sultan Səncərin dövründə (1118-1157) imperiya tənəzzülə başladı və bir
neçə yerə bölündü. O sıradan Girman, Konya, Suriya, İraq səlcuq sultanlığı və Kiçik
Asiyada kiçik əmirliklər yarandı. Azərbaycan həmin dövrdə İraq sultanlığına daxil
idi.
119 il fəaliyyət göstərən Səlcuqlar dövləti türkdilli xalqların hərbi-siyasi, sosial-
iqtisadi və mədəni inkişafında güclü rol oynadı.
Məsələn, hərbi –siyasi sahədə; hərbi-siyasi birlliyin təşəkkülü, yeni-yeni
ərazilərin ələ keçirilməsi; iqtisadi sahədə: təsərrüfatın canlanması, sənətkarlığın,
ticarətin inkişafı, şəhərlərin tərəqqisi, ictimai münasibətlər sahəsində: feodal və
kəndli siniflərinin formalaşması, onların arasındakı sinfi ziddiyyətlərin kəskin-
94
ləşməsi, türkdilli yerli əhalinin iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsi:
mənəvi sahədə: türk dilinin ictimai həyatda geniş intişar tapması onun əhatə və
təsirinin güclənməsi və genişlənməsi və sair. XII əsrin 20 ci illərində yaranmış tarixi
şərait nəticəsində Şirvanşahlar dövləti bərpa olundu. Lakin Arran və Azərbaycanın
Kürdən cənuba olan torpaqları İraq səlcuqlarının hakimiyyəti altında idi. XII əsrin
30-cu illərində Yaxın Şərqlə baş verən siyasi hadisələrin zəminində böyük tarixi
hadisə baş verdi. Azərbaycan Atabəylər dövləti (1136-1225) meydana çıxdı.
Atabəylər dövlətinin banisi zəmanəsinin ağıllı diplomatı, uzaqgörən dövlət xadimi
Şəmsəddin Eldəniz (1136-1175) idi. Onun uşaqlığı son dərəcə ağır keçmiş,
valideyinlərini çox erkən itirmiş, qul bazarlarında satılaraq əldən ələ keçmişdi.
Orta əsr tarixçiləri Mirxond və nəvəsi Xondəmir Şəmsəddin Eldənizin həyatı
haqqında məlumat vermişlər (Rövzət əs-səfa “ və “Həbib əs siyar” adlı əsərlərində).
O, Sultan Mahmud dövründə (1118-1131) bir qul kimi alınmış və İraqa apa-
rılaraq vəzir Əhməd əs-Sümeyrəməyə satılmışdır. 1122-ci ildə Sumeyrəmə Sultan
tərəfindən öldürülür və onun varidat Sultan Mahmudun ixtiyarına keçir. Deməli
Şəmisəddin Eldəniz də onun xidmətinə keçir. Sultan onun bacarığını görüb
tərbiyəsini əmir Nəsrə tapşırır. Çox çəkmir ki, O, at oynatmaq, qılınc çalmaqda öz
yaşıdlarını ötür. Bundan sonra sultan onu Əhlivan–salar (mətbəx başçısı) təyin edir.
1132-ci ildə hakimiyyətə Sultan Toğrul keçir və Şəmsəddin Eldəniz məmlüklər
sırasına keçirilir. Sultanın arvadı Möminə xatun ona böyük iltilaf (simpatiya)
göstərdi. Bir az sonra Eldəniz əmir rütbəsinə çatdırılır. Sultan Toğrul Eldənizi
özünün azyaşlı oğlu Arslana atabəy (qəyyum) təyin edir. Sultan Toğrul öləndən sonra
Sultan Məsud Eldənizi dul qalmış Möminə xatunla evləndirir. Onun iki oğlu və bir
qızı olmuşdur.1136-cı ildə Sultan Məcud Arranı Şəmsəddin Eldənizə iqta verir və o,
yavaş-yavaş bütün Azərbaycana yiyələnməyə başlayır. 1160-cı ildə oğulluğu Arslan
hakimiyyət Sultan taxtına yiyələnsə də, dövləti faktiki olraq Şəmsəddin Eldəniz idarə
edirdi.
Tarixçilər Azərbaycan Eldənizlər dövlətinin və onu idarə edən sülalənin (Ata-
bəylər) tarixini 3 dövrə bölürlər: təşəkkül (1136-1160), çiçəklənmə (1160-1191),
tənəzzül (1191-1125) .
95
Birinci və ikinci dövrlərdə əldə edilən nailiyyətlər Eldənizin və onun oğlanları-
nın adı ilə bağlıdır. Qızıl Arslanın ölümündən sonra Cahan Pəhləvanın oğlanları Əbu
Bəkir (1191-1210) və Özbəyin (1210-1225) hökmdarlığı dövründə dövlət tənəzzülə
uğramış və Xarəzmşah Cəlaləddinin hücumu ilə süqut etmişdir. Səlcuq şahzadələri
arsında gedən mübarizədən məharətlə istifadə edən Şəmsəddin Eldəniz 1160-cı ildə
20 minlik qoşunla Həmədanı alaraq atabəyi olduğu Arslan şahı taxta çıxardı. Həmin
dövrdən Şəmsəddin Eldəniz İraq Səlcuq dövlətinin böyük atabəyi adlandı. Əslində
dövləti o özü idarə edirdi. Şəmsəddin Eldəniz Sultanın və özünün imkanlarından
istifadə edərək oğlanlarının feodal iearxiyasının ən yüksək pilləsində
möhkəmləndirməyə nail oldu. Cahan Pəhləvanı hacib, Qızıl Arslanı isə Sultan
ordusunun baş sərkərdəsi təyin etdi.
Təbriz və Naxçıvan Atabəylər dövlətinin paytaxtı oldu.
Şəmsəddin Eldəniz 1161-ci ildə Həmədan yaxınlığında Rey vilayətinin
qoşunlarını məğlub etdi. Rey vilayətini iqta şəkilində oğlu cahan Pəhləvana verdi.
Tədricən Qum, Qəzvin, Ərdəbil, Marağa, Kirman vilayətləri də Eldənizdən asılı
vəziyyətə düşdülər. Eldənizin nüfuzu getdikcə artırdı. Ziya Bünyadov yazır: “Atabəy
Eldəniz əsl hökmdar idi. Əmrləri O, verir, İqta torpaqlarını paylayır, dövlət
xəzinəsinə o, nəzarət edirdi. Sultan Arslan Şah İbn Toğrulun ancaq adı hökmdar
idi.” Atabəylər öz torpaqlarını genişləndirməyə çalışırdılar. Onlar tez-tez Şirvana və
Ərməniyyəyə yürüşlər təşkil edir, Gürcüstanla düşmənçiliyi davam etdirirdilər.
Gürcülər hətta 1139-cu ildə Gəncə zəlzələsindən az sonra şəhərə hücum edərək
oranı talamış və “Gəncə darvazalarını” qənimət kimi aparmışdılar.
1161-ci ildə Gürcülər 30 minlik qoşunla Gəncə və Dəbil şəhərinə hücum edərək
böyük vəhşiliklər törətdilər. Gürcülərin vəhşi hərəkətlərinə cavab olraq 1163-cü ilin
yanvarında Şəmsəddin Eldəniz 50 minlik qoşunla Gürcüstana hücum edərək 1 aydan
çox vuruşdu. Çoxlu sayda adam öldürdü, əsir götürdü və hərbi qənimət ələ keçirdi.
Lakin bundan nəticə çıxarmayan gürcülər 1164 və 1166-cı illərdə Azərbaycana
yenidən hücumlar etmiş və Gəncəyə qədər gəlmişdilər. 1174-cü ildə yenidən Eldəniz
Gürcüstana yürüş etmiş və onları daha ağır məğlubiyyətə uğratmışdır.
96
Mənbələrdə deyilir: “Abxazlar (gürcülər) darmadağın edildi, müsəlmanlar elə bir
qələbə çaldı ki, beləsini kimsə xatırlaya bilməzdi”.Gürcüstan yürüşündən qayıtdıqdan
sonra 1175-ciilin noyabrında Şəmsəddin Eldəniz Naxçıvanda vəfat etdi.(ondan 1 ay
əvvəl arvadı Möminə xatun vəfat etmişdi.) Az sonra Sultan Arslan şah da vəfat etdi.
Sultanlıq taxtına onun 7 yaşlı oğlu III Toğrul keçdi. Məhəmməd Cahan Pəhləvan III
Toğrula atabəy təyin edildi. Cahan Pəhləvanın dövründə mərkəzi hakimiyyət daha da
möhkəmləndi. O, Azərbaycanın idarə olunmasını qardaşı Qızıl Arslana tapşırdı və
eyni zamanda onu oğlu Əbu Bəkirin atabəyi təyin etdi. Təbriz Qızıl Arslanın paytaxtı
oldu.
Cahan Pəhləvanın dövründə (1175-1186) Atabəylər dövlətinin ərazisi dahada
genişləndi. Dövlət iqtisadi və siyasi cəhətdən dahada möhkəmləndi. Atabəylərin
təkcə 50 minlik süvari ordusu var idi.
80-ci illərdə Misir və Suriya ilə münasibətlər kəskinləşdi. 1185-ci ildə Qızıl
Arşlan böyük qoşunla Mosula tərəf hərəkət etdi. 1185-ci ildə Cahan Pəhləvan özü də
Əhlətə gəldi və münaqişəni dinc yolla öz xeyrinə həll etdi. Geri qayıdarkən xəstələndi
və 1186-cı ildə martın 23-də vəfat etdi.
Onun ölümündən sonra hakimiyyət məsələsi ciddi münaqişəyə səbəb oldu,
Arvadı İnancXatun öz oğlanlarını hakimiyyətdə görmək istəyirdi. (Qutluq İinanc və
Əmir Əmiran Ömər İran, Əbu Bəkir türk qızı Quteybə xatun, Özbəyin anası kəniz
Zahidə xatun idi) Bütün bunlara baxmayaraq hakimiyyətə Qızıl Arslan (1186-1191)
keçdi. Onun dövründə ölkədə sakitlik pozuldu. İnanc Xatun III Toğrulla birləşərək
Qızıl Arslana qarşı mübarizəyə başladılar. 1188-ci ildə Həmədan yaxınlığında
müxalif qüvvələr Qızıl Arslanı məğlub etdilər Lakin o, xəlifə ilə İt-tifaqa girərək
onları parçaladı və məğlub etdi: (1190) Sultan III Toğrulu əsir edərək Naxçıvan
yaxınlığında zindana saldı. Hakimiyyətini möhkəmlədən Qızıl Arslan yolunu azmış
əmirləri cəzalandırmaq məqsədi lə əvvəlcə Van sahillərinə, sonra isə Şirvan və
Gəncəyə yürüşə başladı. Burada Qızıl Arslan böyük şair Nizami Gəncəvi ilə görüş-
dü. Sonra Gürcüstana yürüşə başladı və onları məğlub edərək qənimət ələ keçirdi.
Ömrünün sonlarına yaxın eyş-işrətə və kef məclislərinə çox meyl göstərməyə
97
başladı.1191-ci il sentybrın 21-də yatağında sui-qəsd nəticəsində öldürüldü. (İnanc
Xatun tərəfindən)
Qızıl Arslanın ölümündən sonra Cahan Pəhləvanın qadınları və oğlanları
arsında hakimiyyət uğrunda mübarizə yenidən kəskinləşdi. Atabəylərin yaratdığı
mərkəzi hakimiyyət parçalandı. İraq, Rey, Mosul, İsfahan onların asıllığından xilas
oldu. Eldənizlərin əlində yalnız Azərbaycan torpaqları qaldı. Azərbaycannın hakimi
və sultan taxtına Əbu Bəkir yiyələndi. (1191-1210) Həmədanı və qonşu əyalətləri
İnanc Xatunun oğlanları Qutluq İnanc və Əmir Əmiran Ömər arasında mübarizə
başladı. 1192-ciildə Əbu Bəkir Təbriz yaxınlığında qardaşlarının qoşununu məğlub
etdi.Qutluq İnanc Xarəzmşah Təkisin yanına, Ömər isə Şirvanşah Axsitanın yanına
qaçdı.
1192-ci ildə Sultan III Toğrul zindandan xilas olaraq qoşun toplayır və Təbrizə
hücum edir. Daha sonra Həmədanı ələ keçirərək sultanlıq taxtına yiyələnir. Lakin
onun hakimiyyəti çox çəkmir. Xorəzmşah Təkişlə İttifaqa girən Qutluq İnanc 1194-
cü ildə III Toğrulu məğlub edərək öldürdü. Həmədan Xarəzmşahın əlinə
keçdi.Xorəzmşah Təkişin ölümündən sonra Sultan Əbu Bəkr qardaşı Öməri Həmədan
və Reyə hakim təyin etdi.
Əbu Bəkrin 20 illik hakimiyyəti dövründə təmsil etdiyi sülalənin nüfuzu xeyli
zəiflədi, dövlətin süqutunun qarçısını ala bilmədi. Əbu Bəkrdən sonra hakimiyyətə
qardaşı Atabəy Özbək keçdi. Onun hakimiyyəti dövründə (1210-1225) Azərbaycan
Atabəylər dövləti daha da zəiflədi. Özbəyin hakimiyyətinin ilk illərində Gürcü çarı
Tamaranın və Xarəzmşah Məhəmmədin ardıcıl hücumları başladı. Hətta Atabəy
Özbək Xarəzmşahlardan asılılığı qəbul etdi. Xarəzmlilər Azərbaycanın şəhər və
kəndlərini talan etdilər. Hətta bir sıra yerlərdə öz hərbi qüvvələrini yerləşdirdilər. Zəif
iradəli Atabəy Özbək nə tez-tez hücum edən gürcülərin, nə də monqolların hücum-
larının qarşısını ala bilmədi. Atabəy Özbək əhali arasında öz nüfuzunu tamamilə
itirmişdi. Əslində dövləti onun həyat yoldaşı, III Toğrulun qızı Məlakə Mehrican
xatun idarə edirdi.
Monqolların birinci yürüşlərindən sonra (1221) Xarəzmşahın oğlanları
Cəlaləddin və Qiyasəddin Azərbaycana hücum etdilər. Atabəy onlara da müqavimət
98
göstərə bilmədi. Öz bacısı Cəlaliyyəni Qiyasəddinə verib onunla qohum oldu. Lakin
1225-ci ildə Cəlaləddin yenidən Təbrizə hücum edəndə Atabəy Özbək sələtinin tarixi
sona çatdı.
Atabəylər dövlətində əsas sima Atabəy Eldəniz və ya ondan sonrakı hökmdarlar
idi. Dövlətin idarə olunmasında ikinci sima vəzir hesab olunurdu. Divanxana
işçilərinin (əshab əd-divan) başçısı olan vəzir məmurları vəzifəyə təyin etmək və
vəzifədən kənarlaşdırmaq, təqaüdləri (ərzaq) və məvacibləri müəyyənləşdirmək,
vergi idarəsinə və xəzinəyə nəzarət etmək hüqııqlarına malik idi. Vəzir daim öz
hökmdarının yanında olur, onu səfər və yürüşlərdə müşayiət edir, özü qoşun göndərə
və ona başçılıq edə bilirdi.
Vəzirdən sonra gələn hörmətli vəzifə haciblik idi. Bu vəzifəni icra edənlər
sarayda ən mühüm, məxfi və vacib işlərlə məşğul olurdu.
İnzibati aparatdan biri hökmdarın şəxsi əmlakını idarə edən “ şəxsi divan ”
deyilən təşkilat idi.
Mühüm dövlət idarələrindən biri də hökmdarın və ya onun əyalətlərdəki
valisinin dəftərxanası idi.Dəftərxana başçısı tuğrayi adlanırdı.
Mühüm idarələrdən biri də “hərbi idarə ” idi. Bu idarə hərbi iqtalara nəzarət
edirdi.
Dövlət idarələrindən biri də poçt idi və rabitə xidmətlərini yerinə yetirirdi.
Eldənizlər dövlətinin ərazisi inzibati cəhətdən əyalətlərə bölünürdü. Əyalətlər
vali tərəfindən idarə olunurdu. Əyalətdəki mülki və hərbi işlərə vali rəhbərlik edirdi.
İri şəhərlər naiblər tərəfindən idarə olunurdu. Şəhərdəki mənsəb sahiblərindən
biri də vergi və rüsumları toplamaq, bazarlarda ticarət qaydalarının gözlənilməsinə
nəzarət etmək işi ilə məşğul olan darğalar idi.
XI-XII əsrlərdə ġərqin ən inkişaf etmiş əkinçilik ölkələrindən biri olan
Azərbaycanda mövcud torpaq mülkiyyəti formaları -divani (soltan, dövlət), tac və ya
xass, iqta, vəqf, mülk, camaat (icma) əvvəlkindən çox fərqlənmirdi.
99
Dövlət (divani) torpaq sahələrinin başqa torpaq mülkiyyəti növləri, ilk növbədə
şərtli torpaq payları (iqta) hesabına X yüzildən başlanan azalma meyli XIXII əsrlərdə
xeyli güclənir. Bununla yanaşı iqtanın irsi torpaq mülkünə çevrilməsi meyli də artırdı.
Tac və ya xass torpaqları səlcuq soltanları və Azərbaycan atabəylərinin
ixtiyarında idi. Xass torpaqlarını yerli hakim sülalələrin qadın və qızları ilə kəsilən
nikahlar nəticəsində də əldə etmək olurdu.
Dini müəssisələrin xeyrinə verilən ianələr vəqf adlanırdı. Vəqfləri ianəçilərin
təyin etdikləri mütəvəllilər - hamilər idarə edirdilər. Nəzir və qurbanlıq əmlakları da
vəqf adlanırdı. Gəlirləri məscid, məqbərə, mədrəsə, zaviyə, xanəgah və digər ictimai
tikintilərin və onlarla əlaqəsi olan adamların saxlanılmasına sərf edilən mülklər də
dini ianələr idi.
Xüsusi torpaq mülkiyyəti (mülk) onun sahibinin şərtsiz mülkü idi. O, bu torpağı
sata, irsən ötürə, bağışlaya və ianə verə bilərdi. Bundan başqa su kanalları, kəhrizlər
və s. də onun əlində idi. Mülkə sahib olmaq heç bir xidməti borcla bağlı deyildi.
Müsəlmanın daĢınmaz əmlakı, o cümlədən mülkü ancaq o halda müsadirə edilə
bilərdi ki, mülkün sahibi dönük çıxıb, kafirlərin yanına qaçsın. Mülk torpaqları
üzərinə uşr (onda bir) adlanan kiçik vergi qoyulurdu. Lakin mülklərin bəziləri
vergilərdən azad olunurdu. Satış zamanı belə mülklər daha baha qiymətləndirilirdi.
Səlcuqların tabeliyində olan başqa yerlərdə olduğu kimi, Azərbaycanda da bu
dövrdə iqta mülkiyyəti forması üstünlük təşkil edirdi. Lakin ərəb işğalından sonrakı
dövrdə iqta hər hansı ərazinin idarə altına verilməsini bildirirdisə, sonralar feodal
mülkiyyət formalarının inkişafı ilə əlaqədar onun məzmunu dəyişir. Səlcuq
hakimiyyəti illərində iqtanın xüsusilə qoşun başçılarına xidmət haqqı kimi
paylanması geniş vüsət alır. Bu zaman ondan gələn gəlir pula çevrilərək hesablanır,
iqta sahibinin (iqtadarın) dəstəsində olan döyüşçülərin sayı müəyyənləşdirilirdi.
XII əsrdə Azərbaycanda feodal dövlətin yaranması müsbət hadisə idi. Ölkə
daxilində sabitliyin və əmin–amanlığın bərqərar edilməsi məhsuldar qüvvələrin
inkişafına və təsərrüfatın bütün sahələrinin canlanmasına və mədəniyyətin çiçəklən-
məsinə təkan verdi.
100
XII əsr əbəs yerə Azərbaycan mədəniyyətinin “qızıl dövrü “ adlandırılmır. Bu
İntibah dövrü xalqımız üçün ona görə qiymətlidir ki, N.Gəncəvi və onun müa-
sirlərinin - ədəbiyyat, incəsənət və elmimizin böyük dühasının yaşadığı dövrdür. XII
əsr həm də Azərbaycan elminin, ədəbiyyatının, incəsənətinin, memarlığın böyük sü-
rətlə inkişaf etdiyi dövrdür.
30 ilə qədər astronomiya ilə məşğul olmuş və bir sıra ulduz cədvəllərini tərtib
etmiş Fəridəddin Şirvani çox məşhur idi. XII əsrdə təbabətə dair çoxlu elmi əsərlər
yazılmışdır. Bunlardan Muzhəbəddin Təbrizi və Mahmud İbn İlyas bir çox
xəstəliklərin müalicəsi, əczaçılıq və sair haqqında gərəkli elmi əsərlər yazmışlar.
Tarix, fəlsəfə, nücum, məntiq sahəsində həmin dövrdə çoxlu elmi əsərlər
yazılmışdır. Məsələn Fəxrəddin ət Təbrizi ilk dəfə “Tarixi –Azərbaycan “ adlı elmi
əsər yazmışdır. Tarixə aid Səlcuqların vəziri olmuş Nizamülmülkün də dəyərli
əsərləri vardır. Memarlıq sahəsində xüsusi Azərbaycan məktəbi formalaşmışdı.
Əcəmi Naxçıvaninin tikdiyi İbn Quseyr və Möminə Xatun türbələri memarlığın ən
gözəl nümunələri hesab edilir. Məşhur Qız Qalası da mülahizələrə görə XII əsrin
yadigarıdır. XII əsrdə daha çox ədəbiyyat sahəsində böyük sıçrayış olmuşdur. XII əsr
Azərbaycan xalqına Xaqani, Şirvani, Mücirəddin Beyləqani, Şihabəddin Sührəvərdi,
Yusif əl Xuveyyi (Xoylu)kimi görkəmli şəxsiyyətləri vetmişdir.
Qətran Təbrizi fars dilində yazsada, əsərlərində azərbaycan –türk sözlərindən
daha çox istifadə etmişdir. Şer-sənətin günəşi sayılan Nizani Gəncəvi çox geniş intel-
lektual səviyyəyə malik, özündən sonrakı nəsl üçün şer məktəbi qoyub getmiş
simalardandır. Onun “Xəmsə”si şer sənətinin zirvəsində dayanan poemalar top-
lusudur. XII əsr incəsənətin çiçəkləndiyi dövr sayılır. Bədii sənətkarlıq ustaları
oyma, həkketmə, xalçaçılıq və tətbiqi incəsənətin digər sahələrində çox işlər görmüş-
lər. Musiqi sahəsində xanəndələr, sazəndələr, rəqqasələr, aşıqlar, ozanlar və sair xa-
dimlər xalqa xidmət edirdilər.
Təbriz, Gəncə, Naxçıvan, Marağa, Xoy, Beyləqan, Ərdəbil və Şamaxı kimi
mühüm şəhərlər yalnız A zərbaycan miqyasında deyil, bütün Yaxın ġərq miqyasında
əhəmiyyətli toxuculuq mərkəzləri idi. Orta əsr sənətkarlığının bütün sahələrinin
mövcud olduğu Təbrizdə atlas, zərxara, kişi paltarı üçün yüksək keyfiyyətli parça,
101
qızılı və gümüşü iĢləməli, üstündə zoomorfik və nəbati ornamentləri olan rəngbərəng
ağır ipək parçalar və bez, eləcə də iplik və ipək saplar, zər parçalar üçün zər baftalar
istehsalı xüsusi əhəmiyyət kəsb etmişdi.
Böyük tələbata görə, Azərbaycanda XI-XII əsrlərdə müxtəlif növ dəri və dəri
məmulatlarının istehsalı ilə bağlı olan sənətkarlıq geniş yayılmışdı; bunların
içərisində tumacdan və yumşaq dəridən müxtəlif forma və fasonlu ayaqqabılar, yəhər
və yüyənlər, dəri ayaqaltılar, kəmərlər, xəzlər vardı.
Metalişləmə sənəti, xüsusən də onun başlıca sahəsi olan dəmir emalı əvvəlki
dövrlə müqayisədə daha yüksək səviyyəyə qalxmışdı.
Bu dövrdə şüşə istehsalında da mühüm irəliləyiş baş vermişdi. Şüşə məmulatları
həm forma, həm də tərtibat baxımından daha mükəmməlləşmişdilər.
Ağacişləmə sənətinin bir çox sahələrinin inkişafı xeyli dərəcədə şəhərlərdə
tikinti işlərinin yüksəlişi ilə bağlı idi.
Ticarət yolları A zərbaycanı nəinki qonşu ġərq ölkələri, eləcə də bir çox uzaq
ölkələr - Hindistan, Orta Asiya və hətta Çinlə bağlayırdı. Bakı, Şamaxı və
Beyləqanda aparılmış arxeoloji qazıntılar zamanı aşkara çıxarılan çini qab-qacaq
qırıqları və başqa tapıntılar da bunu sübut edir.
Beynəlxalq ticarət magistralı rolunu oynayan Dərbənd və Volqa-Xəzər tranzit
yolları bu dövrdə də fəaliyyətlərini davam etdirirdilər. Bu yollar vasitəsi ilə
Volqaboyu şəhərləri, Rusiya, Polşa və digər Avropa ölkələri ilə əlaqə saxlanılırdı.
Yerli tacirlər kimi o ölkələrin də tacirləri çoxlu qiymətli xəzlər, şallar, xalçalar, gözəl
corablar və s. gətirir, mallarını çox vaxt bu ətraflarda, həmçinin ən iri qul alveri yeri
olan Dərbənd bazarında satırdılar.
XI-XII əsrlərdə, qonşu ġərq ölkələrində olduğu kimi, Azərbaycanın pul
dövriyyəsində də əsas yeri mis pul - fəls tuturdu.
Səlcuq yürüşləri nəticəsində bəzi şəhərlərin dağılması, köçəri təsərrüfatın isə
genişlənməsi Azərbaycanda şəhər həyatının ümumi inkişaf meylinin qarşısını ala
bilmədi. Şəhərlərin sahəsinin artması ilə yanaşı, onların sosial-iqtisadi strukturunda
da müəyyən dəyişikliklər baş verdi.
102
Gəncə, Təbriz, Naxçıvan, Marağa, Ərdəbil, Dərbənd, Şamaxı, Bakı və Beyləqan
bu dövrün iri ticarət-sənətkarlıq mərkəzləri idi.
Lakin, XI – XII əsrlərdə Azərbaycan şəhərlərinin inkişafı qeyri – bərabər şəkildə
baş verirdi. Arasıkəsilməz feodal ara çəkişmələri və müharibələri bu və ya digər
şəhərlərin xeyli dağılmasına səbəb olur, şəhər həyatının inkişaf sürətini ləngidirdi.
Belə vəziyyət xüsusən də XII əsrin sonu, XIII əsrin əvvəlləri üçün səciyyəvi idi.
Feodal pərakəndəliyinin güclənməsi və Eldənizlərin hakimiyyətinin zəiflənməsi ilə
əlaqədar xarici hücumlar, xüsusilə gürcü hökmdarının və xarəzmşah Cəlaləddin
qoşunlarının basqınları tez- tez baş verməyə başladı.
103
VII MÖVZU
Azərbaycan Elxanilər (Hülakülər) dövlətinin tərkibində.
P L A N
1.XIII əsrin başlanğıcında Azərbaycanda ictimai-siyasi vəziyyət. Monqolların
hücumlarinin başlanması.
2.Elxanilər dövlətinin yaranması.
3.XIII əsrdə təssərüfat həyatı. Şəhərlər və mədəniyyət.
Ədəbiyyat.
1.Azərbaycan tarixi.VII cilddə, III cild, Bakı, 1998. səh.14-76.
2.Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989. səh.121-137.
3.Azərbaycan tarixi. Bakı, 1994. səh.322-348.
4.Bakıxanov A. Gülüstani-İrəm. Bakı, 1991.
5.Əlizadə AA.XIII-XIV əsrlərdə Azərbaycanın sosial-iqtisadi və siyasi
həyatı.Bakı, 1956.
6.Piriyev V.Azərbaycan Hülakülər dövlətinin tənəzzülü dövründə (1316-1360-cı
illər). Bakı, 1997
104
XIII əsrin əvvəllərində Mərkəzi Asiyada Çingiz xanın (1206-1227) başçılığı
altında yaradılmış güclü hərbi qüdrətə malik monqol feodal dövləti qonşu vilayətləri
böyük təhlükə qarşısında qoydu. Güclü imperiya ilə üzləşən bu ölkələrdə hökm sürən
feodal pərakəndəliyi isə Çingiz xanın işğalçı planlarının həyata keçməsi üçün
əlverişli şərait yaratdı.
Monqol-tatar yürüşləri ərəfəsində Azərbaycanın daxili vəziyyəti çox acınacaqlı
idi. Azərbaycan ərazisində güclü dövlətin olmaması feodal pərakəndəliyinin
güclənməsinə səbəb olmuşdu. Belə ki, bu zaman Azərbaycanda Atəbəylər (1136-
1225), Şirvanşahlar (861-1538) dövlətləri, Marağada isə Rəvvadilər nəslindən olan
Ağsunqurilər (1108-1227) sülaləsi hökmranlıq edirdi.
XII əsrin sonunda Atabəylər dövlətində gedən hakimiyyət uğrundakı çəkşmələr
ölkəni zəiflətmiş, dövlət əvvəlki qüdrətini itirmişdi. Atəbəylərin son nümayəndəsi
Özbəyin İraqi-Əcəmə uğursuz yürüşü daxili çəkişmələri daha da artırdı. Xəzərin şərq
sərhədlərində mövcud olan Xarəzmşahlar dövlətinin monqollara qarşı mübarizə apara
bilməməsi nəticəsində monqol-tatar hərbi dəstələri ciddi müqavimət görmədən
irəliləyə bildilər.
Belə bir vəziyyətdə monqol-tatarlar ilk dəfə 1220-ci ildə Azərbaycana yürüş
etdilər. Monqol sərkərdələri Cəbə və Subatayın rəhbərliyi altında olan bu yürüş
kəşfiyyat xarakterli idi. Onlar buradakı vəziyyəti öyrənməli, əgər Xarəzmşahların
hərbi gücü çox olarsa əlavə dəstələrin gəlməsini gözləməli, əks halda isə bu dövlətin
ərazisini işğal etməli idilər. Tezliklə monqol-tatar qoşunları Zəncan, Ərdəbil, Sərab,
Marağa, Beyləqan və Şamaxını talan edərək Təbrizə yaxınlaşdılar. Şəhər möhkəm
qala divarları ilə əhatə olunmuşdu. Lakin Atəbəy Özbək ehtiyat edərək monqollarla
danışıqlar aparmağı lazım bildi. Beləliklə Təbrizdə xeyli xərac aldıqdan sonra
qışlamaq üçün Muğana üz tutan monqol-tatarlar oradan da Gürcüstana yollandılar.
1221-ci ilin əvvəlində Cəbə və Subutay Azərbaycana dönərək, yenidən Təbrizə
hücum etdilər. Təbriz hakimi Şəmsəddin Tuğrayi yenə xərac verməklə şəhəri
talandan qurtardı. Bundan sonra monqol dəstələri qəflətən Marağaya hücum etsələr
105
də xalq şəhəri qəhrəmanlıqla müdafiə etdi. Sonda divardağıdan qurğuların köməyi ilə
monqol-tatarlar şəhərə soxularaq əhaliyə divan tutdular.
Bu hadisədən sonra monqol-tatarlar Həmədan və Ərdəbili yenidən talan etdilər.
Monqol-tatar mühasirəsi ərəfəsində Ərdəbildə olan ərəb tarixçisi Yaqut əl-Həməvi bu
hadisə haqqında belə yazırdı: “Mən gedəndən sonra tatarlar (monqollar) onlara
hücum edib, camaatı qırmışdılar. Onlarla ərdəbillilər arasında döyüşlər oldu, əhali
özünü çox yaxşı müdafiə edirdi və iki dəfə tatarları özlərindən uzaqlaşdıra bildilər.
Lakin tatarlar üçüncü dəfə oraya qayıtdılar, zəif düşmüş şəhər əhalisi üzərində qələbə
çaldılar və oranı zorla işğal etdilər. Tatarlar müsəlmanların üstünə düşüb, onları
öldürdülər. Əhalidən tatarların gözünə dəyən heç kəs şəhəri tərk edə bilmədi. Yalnız
gizlənənlər canlarını qurtara bildilər. Tatarlar şəhəri tamam dağıdıb, sonra çəkilib
getdilər. ġəhər bir müddət belə dəhşətli xaraba vəziyyətdə, adamsız qaldı..."
Daha sonra monqol-tatar dəstələri üçüncü dəfə Təbrizə hücum etdi. Belə bir
vaxtda Atəbəy Özbək Naxçıvana qaçaraq orada gizlənir. Şəhər hakimi Şəmsəddin
Tuğrayinin başçılığı ilə xalq şəhərin müdafiəsinə qalxdı. Şəhəri ala bilməyəcəklərini
görən monqol-tatarlar xərac almaqla kifayətlənib oradan Sərab və Naxçıvana doğru
yönəldilər.
Növbəti hədəf Azərbaycanın Arran torpaqları oldu. Monqol-tatarlar Beyləqanı
alaraq yandırdılar, əhaliyə amansız zülm etdilər və Gəncəyə doğru hərəkət etdilər.
Ərəb tarixçisi İbn əl-Əsirin verdiyi məlumata görə “Şəhər müdafiəçilərinin
çoxluğundan, onların gürcülərlə daimi mübarizədə əldə etdikləri dəyanətdən, qala
divarlarının keçilməzliyindən xəbər tutan" monqol-tatarlar Gəncəni tııtmaq
niyyətindən əl çəkib xərac alaraq yenidən Gürcüstana yollandılar. Gürcüstandan
qayıdan monqol-tatarlar Şirvan ərazisinə hücum edərək üç gün mübarizədən sonra
şəhəri ələ keçirdilər. Ərəb tarixçisi İbn əl-Əsir yazır ki, əhali "qılınca sarılmaq
lazımdır, bizə ölümdən qurtuluş yoxdur, döyüşmək və şərəflə ölmək hər şeydən
yaxşıdır" deyərək düşmənə ciddi müqavimət göstərsələrdə "şəhərdə əhalinin kökü
kəsildi".
Monqol-tatarlar 1222-ci ildə Şamaxını talan etdikdən sonra Dərbənd keçidindən
keçərək Azərbaycanı tərk etdilər. İlk monqol-tatar yürüşləri Azərbaycanda siyasi
106
pərakəndəliyin hökm sürdüyünü göstərdi və düşmənə qarşı birgə mübarizə
aparılmaması onların qələbəsi ilə nəticələndi. Eyni zamanda Azərbaycanın ictimai-
iqtisadi, siyasi və mədəni həyatına böyük zərbə vurdu.
Monqol-tatar yürüşlərindən bir müddət sonra-1223-cü ildə Şimali Qafqazdan
Dərbəndə gəlmiş qıpçaq tayfaları Eldənizlərin zəifliyindən istifadə edərək Şirvan,
Qəbələ, Gəncəyə qədər gəlib çıxdılar, böyük talanlar törətdilər. Belə bir vəziyyətdən
gürcü feodalları da istifadə edərək 1225-ci ildə Gəncəyə basqın etsələrdə onların
hücumu dəf edili.
Xarəzmşah Cəlaləddinin Azərbaycanı işğalı etməsi və istilaçılara qarşı
mübarizə. 1225-ci ildə isə Azərbaycan torpaqları monqol-tatar hücumları nəticəsində
hakimiyyətdən məhrum olmuş Xarəzmşah Cəlaləddinin hücumlarına məruz qaldı.
Xarəzmşah Cəlaləddin İraqi-Əcəm, Fars və Kirmanı zəbt edib Marağaya gəldi.
Marağa əhalisi arasında rəğbət qazanmaq üçün burada bərpa işləri apardı. Az bir
müddət sonra Təbrizə hücum etdi. Bu zaman Atabəy Özbək ailəsi ilə Gəncəyə,
oradan isə Əlincəyə qaçdı və orada da vəfat etdi. Bununla da Azərbaycan Atabəylər
dövlətinin varlığına son qoyuldu (1225).
Təbriz əhalisi Şəmsəddin Tuğrainin qardaşı oğlu Nizaməddinin başçılığı altında
7 gün mərdliklə vuruşdular. Lakin Xarəzmşah Cəlaləddin 1225-ci ilin iyulun 25-də
Təbrizi tutdu və Nizaməddin Tuğrayini bura rəis təyin etdi. Daha sonra bir-birinin
ardınca Gəncə, Beyləqan, Bərdə, Şəmkir və başqa şəhərlər də Cəlaləddin ordusu
tərəfindən istila olundu. 1227-ci ildə Marağanın tutulması ilə burada fəaliyyət
göstərən Ağsunqurilər sülaləsinin (1108-1227) hökmranlığına son qoyuldu.
Şirvanşahlar isə ildə 100 min dinar vermək şərti ilə Cəlaləddinin asılılığını qəbul
etdilər.
Gəncə şəhəri Xarəzmşah Cəlaləddinin iqamətgahına çevrildi. Azərbaycanın
idarəçiliyi Cəlaləddinin vəziri Şərəf Əl Mülkin ixtiyarına verildi. Onun Təbrizdə
qeyri-qanuni vergilər toplaması şəhər əhalisinin üsyanına səbəb oldu. Lakin
Gürcüstan yürüşündə olan Xarəzmşah Cəlaləddin Təbrizə gələrək üsyanı yatırdı və
şəhər rəisi Nizaməddin Tuğrayini edamı etdirdi. Bir qədər sonra Təbriz əhalisi şəhər
107
rəisi Bəhaəddin Məhəmməd ibn Bəşir Yarbəyin başçılığı altında yenidən üsyana
qalxmışdı. Tezliklə xalq hərakatı Azərbaycanın bütün bölgələrini əhatə etdi.
Azərbaycan ərazisində Xarəzmşah Cəlaləddinin ağalığı dövründə vergilərin
artırılması, məmur özbaşınalığı ölkənin müxtəlif bölgələrində üsyanların qalxmasına
səbəb oldu. 1231-ci ildə Gəncədə baş vermiş üsyan xalq hərakatının ən yüksək pilləsi
oldu. Sənətkar Bəndərin başçılığı ilə Gəncə əhalisi şəhər hakiminin sarayını ələ
keçirdi. Hadisələrin şahidi olan ərəb tarixçisi Nəsəvi yazırdı ki, düşmənin hərbi
dəstəsi məhv edilmiş və şəhər üsyançıların əlinə keçmişdi. Bunu görən Cəlaləddin
üsyançılarla danışığa girib təslim olunmalarını tələb etsədə Gəncə əhalisi
mübarizədən əl çəkmədi. Lakin qanlı döyüşdən sonra Xarəzmşah Cəlaləddin şəhərə
soxularaq üsyanı yatıra bildi. Üsyançılardan 30 min nəfəri edam edildi, Bəndəri isə
tikə-tikə doğradıldı. Üsyanın təsirilə Azərbaycanın Xoy, Mərənd, Naxçıvan və başqa
şəhərlərində də Xarəzmşah Cəlaləddinə qarşı xalq çıxışları baş vermişdi. Belə bir
şəraitdə qonşu vilayətlərin hakimləri ilə ittifaq yarada bilməyən Cəlaləddin onların
qüvvələrindən istifadə edə bilmir. Nəticədə, monqol-tatarların Azərbaycanı və qonşu
ölkələri zəbt etməsi üçün əlverişli şərait yarandı.
Monqolların Azərbaycana ikinci yürüşü və istilanın başa çatması. Beləliklə
Gəncə üsyanından az müddət sonra monqol-tatarlar ikinci dəfə-1231-ci ildə Çingiz
xanın üçüncü oğlu Büyük xaqan Üqedey sərkərdə Çormoğonun başçılığı ilə Rey və
Həmədan şəhərlərini işğal edib 30 minlik qoşunla Azərbaycan üzərinə yürüşə başladı.
Bunu görən Xarəzmşah Cəlaləddin cənuba doğru qaçaraq Diyarbəkr ərazisinə qaçdı
və dağlarda həlak oldu.
Monqol-tatarlar Marağanı talan edib növbəti dəfə Təbrizə doğru hərəkət etdilər.
Yenə də şəhər əyanları danışıqlar apararaq xərac verməklə şəhəri qırğından azad
etdilər. Həmçinin, monqolların tələbi ilə Təbrizin bir çox sənətkarları Qaraqoruma
(Çingiz xan imperiyasının paytaxtı) göndərildilər.
1235-ci ildə monqol-tatarlar Gəncəni mühasirəyə aldılar. Uzunmüddətli
mühasirədən sonra şəhər alındı və yerlə-yeksan edildi. Ərəb tarixçi İbn-əl Əsirin
yazdığına görə “Gəncə 4 il müddətinə xaraba vəziyətdə qaldı”. Bundan sonra onlar
Şəmkirdə ciddi müqavimətlə üzləşsələrdə şəhər alınaraq yandırıldı və əhalisi
108
qılıncdan keçirildi. Monqol-tatar hərbi dəstələri hücumlarını davam etdirərək Bakı və
Tovuz şəhərlərini zəbt etdilər. 1239-cu ildə Dərbəndin tutulması ilə bütün
Azərbaycanın monqollar tərəfindən işğalı başa çatdırıldı.
İkinci yürüşdə monqol-tatarların əsas məqsədi işğal etdikləri ərazilərdə
möhkəmlənməkdən ibarət idi. Odur ki, onlar qələbə çal-dıqdan sonra Monqolustana
qayıtmadılar və yeni ərazilərdə məskunlaşdılar.
1239-1256-cı illərdə Azərbaycan və eləcədə Cənubi Qafqaz ərazisi Ali monqol
xaqanlığının təyin etdiyi canişinlər tərəfindən idarə olunurdu. İlk canişin olan Arqun
ağanın yeritdiyi əsas siyasət yerli feodalların monqol əyanlarından asılılığını təmin
etməkdən ibarət idi.
Monqol xaqanlığının Ön Asiya, Cənubu Qafqaz və Kiçik Asiyanı ələ
keçirməsinə baxmayaraq XIII əsrin ortalarında həmin vilayətlərdə iri feodal
malikanələri hələ də öz müstəqilliyini itirməmişdi. Elə bu məqsədlə Ali monqol
xaqanı Münke 1253-cü ildə Hülakü xanın rəhbərliyi ilə Ön Asiyaya qoşun göndərdi.
1257-ci ildə Hülakü xanın başçılığı ilə monqolların üçüncü yürüşü nəticəsində
Azərbaycan torpaqları tabe edildi. 1258-ci ilin fevralında Bağdadi ələ keçirərək 500
il hökmranlıq etmiş Abbasilər xilafətinə son qoydu.
Azərbaycan Hülakular dövlətinin tərkibində. Zəbt edilmiş ərazilər hesabına
yeni Monqol ulusu (dövləti ) Hülakülər dövləti yarandı. Dövlətin hakimləri Elxan
(sultan) adlandırıldığına görə bu dövlət, həmçinin Elxanilər dövləti kimi də tanınır.
Hülakülər dövlətinin tərkibinə Azərbaycan, İraqi- Ərəb, İraqi-Əcəm, Kirman,
Gürcüstan , Kiçik Asiya, Fars, Xrizistan, Xorasan vilayətləri daxil idi. Bu dövlət
Azərbaycanda bir əsrə qədər (1357) fəaliyyət göstərmişdir. Azərbaycan dövlətin
siyasi-inzibati mərkəzinə çevrildi. Əvvəlcə Marağa, sonra Təbriz, Sultaniyyə paytaxt
oldu. Qarabağ Elxanilərin yay iqamətgahı, Muğan isə qışlağı idi. Hülakular
dövlətinin yaranması və fəaliyyət göstərməsi tədricən Azərbaycanın ictimai-iqtisadi,
siyasi və mənəvi həyatına təsir etdi, onun hüdudlarında, əhalisinin etnik tərkibində,
dini görüşlərində, mədəniyyətində, dilində dəyişikliklər baş verdi.
Bu dövrdə Şərqdən Xəzər dənizi boyu uzanan Azərbaycan cənub-şərqdən Gilan,
cənubdan isə Fars vilayətləri ilə həmsərhəd idi. Qərbdə sərhəd Urmiya, Səlmas, Xoy,
109
Maku şəhərlərinin qərbindən uzanaraq Arrana çatırdı. Azərbaycan sərhədləri daha
sonra Şəki vilayətinin qərbindən və şimalda Dərbənd şəhərinin şimalından keçərək
Xəzərə qovuşurdu. Dərbənd şəhəri, həmçinin Hülakular dövlətinin şimal müdafiə
istehkamı idi.
Hülakü xan (1256-1265) oturaq əhalinin, yerli feodalların istismarı və
sıxışdırması nəticəsində güclü mərkəzləşmiş dövlət yaratdı. Yalnız Şirvanşahlar
dövləti öz daxili müstəqilliyini qoruyub saxlaya bilmişdi.
Mənbələrin verdiyi məlumata görə XIII əsrin ortalannda Hülaku xanın hərbi
hissələrinin tərkibində Cənubi Qafqaza, o cümlədən Azərbaycana bir çox türk-
monqol mənşəli qəbilə gəlmişdi. Toponimik materiallar 20-dən artıq qəbilənin, o
cümlədən sulduz-çobani, cəlairi, cığatay, kurqan, sukait, corat, budat, oyrat, tatar,
dolan, onqut və s. qəbilələrin həmin dövrdə Azərbaycan ərazisində
məskunlaşdıqlarını təsdiqləyir. Onların tərkibində türkdilli tayfalar çoxluq təşkil
etmiş və türkdilli əhalinin sayının daha da artmasına səbəb oldu. Artıq XIV əsrdə
türklər Azərbaycanda isə əsas yeri tuturdular. Türk dili dövlət dili mövqeyi qazandı.
Hülakü xanın ölümündən sonra hakimiyyətə Abaqa xan (1265-1282) keçdi.
Onun hakimiyyətinin son dövrlərində mərkəzi hakimiyyətə qarşı narazılıqlar artdı.
1275-ci ildə Abaqa xana qarşı hətta Aranda üsyan baş verdi, lakin üsyan çətinliklə də
olsa yatırıldı. Abaqa xandan sonra hakimiyyətə gələn Əhməd xan (1282-1284) cəmi
iki il ölkəni idarə edə bildi. Arqun xan (1284-1291) və onun qardaşı Keyxatu xanın
da (1291-1295) hakimiyyətləri uzun sürmədi. 1295-ci ildə Keyxatunu əvəz edən
Baydu elxan elan edilsədə bir neçə aydan sonra hakimiyyətdən məhrum edildi.
Hülakulər sarayında baş verən çevriliş və çəkişmələr mərkəzi hakimiyyəti
olduqca zəiflətmişdi. Bundan istifadə edən Qızıl Ordalılar 1263, 1265, 1288 və 1290-
cı illərdə Azərbaycan torpaqlarına basqın edərək talanlar törətmişlər. Qızıl Ordalılarla
Hülakulər arasında müharibələr fasilələr 100 ilə qədər davam etmişdir. Bu
müharibələr xalqın iqtisadi vəziyyətini tamamilə ağırlaşdırmışdı. Qızıl Orda xanları
Azərbaycan ərazisinin Çingiz xanın vəsiyyətinə görə Batı xanın payına düşdüyünü
iddia edirdilər. Hülakü xanın Azərbaycanda dövlət qurması Qızıl Orda xanlarının
mənafeyinə toxunur və onları gəlirdən məhrum edirdi. Hülakü dövləti və Qızıl Orda
110
arasında ilk döyüş 1263-cü ildə Qızıl Orda xanı Bərkənin sərkərdəsi Noqayın 30
minlik qoşunla Şirvana daxil olması nəticəsində baş verdi. Dərbənd şəhəri tutulsada
Qızıl Ordalılar ölkədən çıxarıldılar. 1288,1290-cı illərdə baş verən yürüşlərdə də
Qızıl Ordalılar hec nəyə nail ola bilmədilər.
1295-ci ildə Hülakulər taxtına Qazan xan (1295-1304) yiyələndi. O, öz
siyasətində digər Hülakü hökmdarlarından fərqli olaraq yerli feodallarla əlaqənin
möhkəmlənməsi siyasəti yeridirdi. Bu məqsədlə Qazan xan islam dinini qəbul edərək
onu yenidən dövlət dini elan etdi və Mahmud adı götürdü. Halbuki ona qədərki
Hülakü hökmdarları bütpərəstliyi yaymaq məqsədilə islama qarşı ciddi mübarizə
apardılar. Onalrın apardığı dini siyasəti yerli əhali ilə gəlmələr arasında ziddiyyətin
artmasına, ölkənin daxili və xarici vəziyyətinin gərginləşməsinə gətirib çıxarırdı.
Qazan xanın göstərişi ilə ilk dövrdə inşa edilmiş bütxanalar, kilsələr, yəhudi
məbədləri (sinaqoqlar) dağıdıldı və onların yerində məscidlər tikildi. Köçəri monqol
əyanları ona qarşı çıxsalar da o yerli feodallara arxalanaraq narazılıqları yatıra bildi.
Mərkəzi hakimiyyəti möhkəmləndirməyə nail oldu. Ölkədə nisbətən sabit vəziyyət
yarandı.
Qazan xan dövlət xəzinəsinə gəlirlərin davamlı axınını təmin etmək, monqol
əyanlarının özbaşınalığına son qoymaq, əhalidən vergilərin yığılması prosesində
mövcud olan sui-istifadə hallarının aradan qaldırılmaq, əkinçiliyin və şəhər
iqtisadiyyatının yüksəlişini təmin etmək məqsədilə islahatlar keçirdi. Qazan xanın
islahatlarının həyata keçirilməsində onun vəziri olmuş tarixçi Fəzlullah Rəşidəddinin
xüsusi rolu olmuşdur. Bu islahatlar torpaq, vergi, məhkəmə, rabitə və ticarət
sahələrini əhatə edirdi.
Torpaq islahatına görə monqol qoşununda qulluq edənlərə iqta adlanan torpaq
sahələrinin verilməsi nəzərdə tutulurdu. 1303-cü ildə verilmiş qanuna görə
kəndlilərin bir yerdən başqa yerə getməsi qadağan edildi, kəndli torpağa təhkim
olundu. Bayrat torpaqların (istifadəsiz qalmış torpaqlar) sahibləri müəyyənləşdirildi,
becərilməyən torpaqlar dövlət torpaqlarına qatıldı.
Vergi islahatına əsasən vergilərin növləri, həcmi, toplanma vaxtı dəqiq
müəyyənləşdirildi. Qeyri-qanuni vergilər ləğv edildi, hər bir kənd və ya şəhərin
111
ödəyəcəyi vergi məbləği lövhələrə həkk olundu. Vergilər pulla və ya natura ilə
toplana bilərdi. Vergi toplanması mərkəzi divana həvalə olundu və vilayət
hakimlərinin bu işə müdaxiləsinin qarşısı alındı.
Ölkədəki qanunsuzluqların, özbaşınalığın, rüşvətxorluğun qarşısını almaq
məqsədilə məhkəmə islahatı keçirildi. Şəhər, mahal, kənd və s. qazılarının
səlahiyyətləri müəyyənləşdirildi. Lakin bu islahat tam olaraq həyata keçirilə bilmədi.
Rabitə islahatı vahid rabitə sisteminin yaradılması üçün nəzərdə tutulmuşdu.
Əsas yollarda hər üç fərsəxdən (təxminən 20 km) bir rabitə dayanacaqları-yamlar
qoyuldu. Rabitə xidməti üçün əhalidən vəsait yığılması qadağan edildi. Bu islahat iki
il müddətinə həyata keçirildi.
Ticarət islahatı nəticəsində isə vahid pul sistemi yarandı, çəki və ölçü vahidləri
sabitləşdi.
Qazan xanın islahatları Azərbaycanda şəhər həyatının müəyyən dirçəlişinə,
ticarətin və iqtisadiyyatın canlanmasına yardım etdi.
Qazan xanın qardaşı Məhəmməd Ulcaytunun dövründə də (1304-1316) bu
sabitlik pozulmadı, mərkəzi hakimiyyəti daha da qüvvətləndi. Lakin 12 yaşlı Əbu
Səidin hakimiyyətə gəlməsilə (1316-1335) feodal araçəkişmələri yenidən qızışdı.
Faktiki olaraq hakimiyyətin Sulduzilər nəslindən olan Əmir Çobanın əlində
cəmlənməsi bir çox feodalların narazılığına səbəb oldu. Azərbaycandakı gərgin daxili
vəziyyətdən istifadə edən qonşu dövlətlər Hülakulara qarşı mübarizəyə qalxdılar.
1318, 1319, 1320, 1322-ci illərdə dövlətin müxtəlif ərazilərində iğtişaşlar qalxdı.
Sultan Əbu Səid Baş əmir Çobanın köməyi ilə həmin qiyamları yatıra bildi.
Sultaniyyə yaxınlığında döyüşdə isə Əbu Səidə üsyançıları məğlub etdiyinə görə
“Bahadır” ləqəbi verildi. Xarici düşmənlərə qarşı mübarizə ciddi şəkil aldı və 1319-
1325-ci illərdə Qızıl Orda dövlətinə təşkil olunan yürüşlərdə müvəffəqiyyət əldə
edildi. Sultan Əbu Səid 1328-ci ildə Əmir Çobanı və bir neçə oğlunu öldürtdürərək
Çobanilərin nüfuzundan xilas ola bildi.
Hülakular dövlətinin süqutu. Azərbaycanda Çobanilərin hökmranlığı.
1335-ci ildə Qızıl Ordu xanı Özbək yenidən Azərbaycana soxuldu. Elə bu zaman
Hülakü hökmdarı Əbu Səid feodal araçəkişmələri nəticəsində öldürüldü. Nəticədə
112
Elxanilər dövləti tədricən tənəzzülə uğradı və parçalandı. Qısa müddət ərzində
hakimiyyətdə Arpa xan (1335-1336), Musa xan (1336), Məhəmməd xan (1336-1338)
bir-birini əvəz etdi. Bu vəziyyətdən istifadə edən bir sıra əyanlar və nəsillər
müstəqilləşməyə meyl etməyə başladılar. Belə qüvvələrdən Çobaniləri, Cəlariləri və
Xorasan əmirlərini göstərmək olar.
Çobanilər hakimiyət uğrunda mübarizəyə qoşulan ən qüdrətli feodal
qruplarından idi. Əmir Çobaninin tarixdə “Kiçik Həsən” kimi tanınan nəvəsi Şeyx
Həsən Çobani 1338-ci ildə Məhəmməd xan və şeyx Həsən Cəlairiyə (tarixdə “Böyük
Həsən” kimi tanınır) qalib gələrək Ulcaytu (Məhəmməd Xudavəndə) xanın qızı
Satıbəy Xatunu padşah elan edib (1339-1340) dövləti onun adından idarə eməyə
başladı. Çobanilər və Satıbəy xatun Azərbaycana sahib oldular. 1340-cı ildə Şeyx
Həsən Satıbəy Xatunu hakimiyyətdən kənarlaşdırıb Süleyman xanı (1340-1344)
padşah elan etdi. Şeyx Həsən Çobani öldürüldükdən sonra 1344-cü ildə hakimiyyət
Məlik Əşrəfin əlinə keçir. Onun qəddarlığından cana doyan əhali Təbrizdə, həmçinin
Qarabağda Dəli Bayazidin başçılığı ilə üsyan etdilər. Məlik Əşrəf üsyanı çətinliklə
yatırdı. Yaranmış vəziyyətdən istifadə edən Qızıl Orda xanı Cani bəy 1357-ci ildə
Təbrizə gəlir. Canı bəy Azərbaycanda Çobani ağalığına və Hülakü dövlətinin
varlığına son qoyaraq hakimiyyəti ələ keçirir. Azərbaycan torpaqlarını idarəsini ələ
keçirən Cani bəy oğlu Bərdi bəyi Təbrizdə səltənətə oturtdu. İki ay sonra atasının
ölüm xəbərini alan Bərdi bəy Qızıl Orda dövlətinə qayıtmalı oldu.
Azərbaycan Cəlairilərin hakimiyyəti altında. Qızıl Ordalıların Azərbaycanı
tərk etməsindən istifadə edən Cəlairi dövlətinin (1340-cı ildə Bağdadda Şeyx Həsən
Cəlairi tərəfindən yaradılmışdı) hökmdarı Şeyx Uveys (1359-1374) 1358-ci ildə
Azərbaycana yürüş etdi və hakimiyyətə yiyələndi. Azərbaycan torpaqları 1410-cu ilə
qədər Cəlairlər dövlətinin tərkibinə daxil oldu. Təbriz dövlətin paytaxtı idi. Cəlairilər
dövlətinin ərazisi Azərbaycan, İraq-i Ərəb, İraq-i Əcəm, Gürcüstanı əhatə edirdi.
Cəlairi Şeyx Üveysin dövründə Azərbaycanın təsərrüfat və mədəni həyatında
canlanma baş verdi. Belə ki bu dövrdə suvarma kanalları çəkildi, memarlıq abidələri
inşa olundu, kənd təsərrüfatını inkişaf etdirmək üçün müəyyən işlər görüldü.
113
Bununla yanaşı Şeyx Uveysin hakimiyyəti illərində mərkəzi idarəetmə aparatı
möhkəmləndi. 1367-ci il də Şirvanşah hökmdarı Kavus Cəlairilərdən asılı vəziyyətə
düşdü.
Lakin Cəlairi Şeyx Üveysin oğlu Sultan Hüseynin dövründə (1374-1382)
ölkədə feodal dağınıqlığı gücləndi, mərkəzi hakimiyyətə qarşı mübarizə şiddətləndi.
Hakimiyyəti ələ almağa can atan Cəlairli Sultan Əhməd yerli feodalların
narazılığından öz xeyrinə istifadə edərək 1382-ci ildə Sultan Hüseyni öldürtdürür və
hakimiyyəti ələ keçirir. Sultan Əhmədin hakimiyyətə gəlməsi dövlətin siyasi və
iqtisadi həyatında əhəmiyyətli dəyişiklik əmələ gətirmədi. Feodal müharibələri
davam edirdi. Sultan Əhməd 1410-cu ilə qədər-Qaraqoyunlu dövləti yarananadək
fasilələrlə Azərbaycanı idarə etdi.
Dövlət quruluşu və idarə sistemi. Hülakülər dövlətinin ərazisi vilayətlərə, onlar
isə öz növbəsində tümənlərə bölünmüşdü. Azərbaycan müstəqil vilayət kimi 9
tümənə ayrılmışdı və onların hər biri ölkənin iri şəhərlərindən birinin adı ilə
(məsələn, Təbriz tüməni, Naxçıvan tüməni və s.) adlanırdı. Vilayətlərin idarəsi isə
hakimlərə həvalə edilmişdi.
Hülakulara (ümumiyyətlə, monqollara) məxsus olan dövlət quruluşu və idarə
sistemi Azərbaycanda qərarlaşmış yerli dövlət quruluşu və idarə sistemi ilə
çulğaşmışdı. Ölkədə yerli əhaliyə və köçəri monqollara məxsus olan sistemlərin
qarşılıqlı təsiri nəticəsində tədricən vahid, təkmilləşmiş idarə sistemi meydana
gəlmişdi.
Hülakular dövlətində ölkənin ali orqanı qurultay hesab olunurdu. Dövlətin
başçısı elxan (və ya sultan) himayəsində olan ərazinin, əhalinin mütləq hakimi idi və
onun səlahiyyəti məhdudlaşdırılmırdı. Hülakular taxt-tacına sahiblik irsi idi.
Elxanilər dövlətində bütün ordu tümənlərə (onminliklərə) ayrılırdı. Tümənlərə
onminbaşılar başçılıq edirdilər. Tümənlər minliklərə, minliklər yüzlüklərə, yüzlüklər
isə onluqlara bölünürdü. Minliklərə minbaşılar, yüzlüklərə yüzbaşılar, onluqlara
onbaşılar rəhbərlik edirdilər.
XIII-XIV əsrlərdə Azərbaycanda Yarğu və şəriət məhkəmələri fəaliyyət
göstərirdi. Ölkənin dini işlərinin idarəsi baş ruhani təşkilatının sərəncamında idi. Dini
114
məhkəmələr öz fəaliyyətlərində müstəqil olub, yalnız baş qazıya və elxanın özünə
tabe idi.
Kənd təsərrüfatı və aqrar münasibətlər. Monqol zülmü Azərbaycanda
təsərrüfat həyatını dərin tənəzzülə uğratmışdı. XIII əsrin 60-cı illərindən XIV əsrin
50-ci illərinədək Azərbaycanın torpaqları Hülaku və Qızıl Orda hərbi qüvvələri
arasında geniş miqyaslı müharibə meydanına çevrilmiş, ölkənin iqtisadiyyatına ciddi
zərbə dəymişdi. Dağılmış şəhər və kəndlər uzun müddət xarabazarlıq halında
qalmışdır. Kənd təsərrüfatı, sənətkarlıq, ticarətin inkişafı ləngimişdi. XIII-XIV
əsrlərdə Azərbaycanda köçəri maldarlıqla məşğul olan əhalinin sayının gəlmə türk-
monqol tayfaları hesabına kəskin şəkildə artması ölkənin müxtəlif vilayətlərində
əkinçiliyin tərəqqisinə maneçilik törədirdi. Vaxtilə iri ticarət-sənətkarlıq mərkəzləri
kimi tanınmış şəhərlərin aqrarlaşmasına, tənəzzülünə səbəb olmuşdu. Beyləqan, Şiz,
Xalxal, Miyanə və digər başqa şəhərlər kəndlərə çevrilmişdi.
Əkinçiliyin əsas inkişaf etmiş sahəsi taxılçılıq olmuşdur. Buğda və darı əkilmiş
sahələr ölkənin bütün vilayətlərini əhatə edirdi. Pambıqçılıq Naxçıvan, Beyləqan,
Marağa, Mərənd vilayətlərində, Kür çayının aşağı axarında yerləşən bölgələrdə
inkişaf etmişdi.
Təbriz, Xoy, Naxçıvan, Marağa, Bərdə, Meşkin, Ordubad, Xoy, Səlmas və
başqa vilayətlər mühüm bağçılıq və üzümçülük bölgələri idi.
XIV əsrin əvvəllərində Azərbaycanın kənd təsərrüfatında baş vermiş nisbi
yüksəlişə baxmayaraq, kənd təsərrüfatı istehsalının həcmi XIII əsrin əvvəllərindəki
səviyyəyə çatmadı.
Maldarlıq əsasən iki formada inkişaf etmişdi. Köçəri maldarlar Muğanın,
Arranın və Cənubi Azərbaycanın çöl bölgələrində qışlayır, yazda və yayda isə dağlıq
ərazilərə köçürdülər.
Kənd təsərrüfatının monqol işğalları dövründə inkişaf etmiş yeganə sahəsi
heyvandarlıq idi. Qoyunçuluq, atçılıq və iş heyvanlarının yetişdirilməsi
heyvandarlığın mühüm sahələri idi. Azərbaycan atları xüsusi şöhrət qazanmışdı.
Marko Polo yazırdı ki, “burada xeyli əla at vardır, bu atlar Hindistana satılmaq üçün
aparılır, onlar çox bahadır”.
115
XIII-XIV əsrlərdə Azərbaycanda torpaq mülkiyyətinin əvvəllər də mövcud
olmuş aşağıdakı formaları vardı: 1) dövlət torpaqları - divani; 2) hakim sülaləyə
məxsus olan torpaq mülkləri - xassə, Hülakular dövründə isə incu və yaxud xass incu;
3) mülklər; 4) dini idarələrə və xeyriyyə təşkilatlarına məxsus olan vəqf torpaqları; 5)
iqta torpaqları (dövlətə qulluq müqabilində verilmiş, çox zaman irsi səciyyə daşıyan
torpaq sahələri); 6) camaat - icma torpaqları.
Vergi və mükəlləfiyyətlər. XIII əsrin 30-50-ci illərində monqolların tətbiq
etdiyi ağır vergi siyasət nəticəsində ölkə iqtisadiyyatına güclü zərbə dəymişdi.
XIII-XIV əsrlərin mənbələrinin verdiyi məlumatlardan məlum olur ki, bu dövrdə
əhalidən dövlət və feodalların mənafeyinə 45 adda müxtəlif vergi və mükəlləfiyyət
tələb edilirdi. Əhalinin istifadə etdiyi torpağın müqabilində alınan əsas vergi xərac
idi. Basqaqlar tərəfindən toplanan xərac ildə iki dəfə yığılırdı: ilin əvvəlində bu vergi
əsasən pulla, məhsul yığımı dövründə isə pul və məhsulla ödənilirdi.
Hülakülər dövründə tətbiq olunan ağır vergilərdən biri də qopçur (monqol
dilində "otlaq" mənasına gəlir) idi. Bu vergini əvvəllər köçəri maldarlar ödəyirdilər
(hər 100 baş mal-qaradan 1 baş heyvan alınırdı). Sonralar isə qopçur can vergisinə
çevrilərək şəhər və kəndlərin oturaq əhalisinə də şamil edildi.
Çingiz xanın dövründən etibarən şəhər sənətkarlarından, ticarətdən alınan
vergilər tamğa adlanırdı. Tamğa vergisi pulla ödənilirdi və onun məbləği çox yüksək
idi. Ticarət karvanlarından yol haqqı - bac alınırdı. Bağlardan alınan xüsusi xərac
bağbaşı adlanırdı.
Dövlət aparatının ayrı-ayrı zümrələrinin maddi cəhətdən təmin olunması üçün
şəhər və kənd əhalisindən müxtəlif vergilər alınırdı. Tərx adlanan mükəlləfiyyət əhali
üçün ağır idi. Bu mükəlləfiyyətə əsasən əhali dövlət anbarlarında yığılıb qalmış izafı
kənd təsərrüfatı məhsullarını bazar qiymətlərindən yüksək qiymətə almalı olurdu.
Sənətkarlıq. XIII-XIV əsrlərdə sənətkarlığın ən geniş yayılmış sahələrindən biri
toxuculuq idi. Toxuculuqda pambıq və ipək parçaların istehsalı mühüm yer tuturdu.
Toxuculuq başlıca olaraq Təbriz, Gəncə, Naxçıvan, Xoy, Beyləqan və Ərdəbil
şəhərlərində inkişaf etmişdi.
116
XIII əsrin sonu - XIV əsrin əvvəllərində Təbrizdə bir sıra iri sənətkarlıq
emalatxanaları (karxanalar) təşkil edildi. Bu karxanalarda monqol xanlarının
tələbatını ödəyən bahalı ipək parçalar hazırlanırdı. Ərdəbildə zolaqlı və alabəzək
parçalar, Bərzənddə ipək örtüklər, Şəmkirdə yun paltar hazırlanır, Qəbələdə xam ipək
istehsal olunurdu. XIII əsrin 70-ci illərində Azərbaycanda olmuş Marko Polo Şirvanı
nəzərdə tutaraq qeyd edirdi ki, “burada xeyli ipək var, zərli və ipək parçalar
hazırlanır, belə gözəl parçalara heç bir yerdə təsadüf etməzsiniz”. Azərbaycan
sənətinin mühüm və geniş yayılmış növlərindən biri xalçaçılıq idi. Azərbaycan
xalçaları ölkənin hüdudlarından kənarda da məşhur idi.
Metalişləmə sənəti, mis və mis-bürünc məmulatının, əsasən məişət təyinatlı qab-
qacağın istehsalı metalişləmə sənətinin iri sahələrindən olmuşdur. Təbriz, Gəncə-
Naxçıvan, Xoy, Şəmkir şəhərləri monqol yürüşlərinə qədərki dövrdə metalişləmə
sənətinin mühüm mərkəzləri idi.
XIV əsrin əvvəllərindən etibarən Təbriz şəhəri keramika məmulatı istehsalı
sahəsində yüksək inkişaf səviyyəsinə çatdı, Ərdəbil də dulusçuluq istehsalının
mərkəzlərindən biri idi. Burada iri dulusçuluq emalatxanaları vardı.
Azərbaycan sənətkarlığında dəri məmulatı istehsalı mühüm yer tuturdu. Təbriz
və Marağa nəinki Azərbaycanda, habelə bütün Yaxın və Orta şərqdə dəri məmulatı
istehsalının başlıca mərkəzləri idi.
Sənətkarlar, xırda tacirlər ictimai mənafelərinin müdafiə olunması üçün dini
ictimai-siyasi təşkilatlar (əxi-qardaşlıq) və peşə təşkilatları yaratmışdılar.
Ticarət və pul dövriyyəsi. XIII əsrin əvvəllərində Azərbaycanın monqol-tatarlar
tərəfindən işğalı kənd təsərrüfatı və sənətkarlıqda olduğu kimi, ticarət həyatına də
ağır zərbə vurdu. XIII-XIV əsrlərdə Azərbaycan Çin, Hindistan, İran, İraq, Misir,
Gürcüstan, Dağıstan, Rusiya və Avropa ölkələri ilə ticarət əlaqələri saxlayırdı.
Azərbaycan xarici ölkələrə xam ipək, yun və pambıq, neft, duz, qızılı boya, zəfəran,
ədviyyat, şabalıd, düyü, zoğal, badam, müxtəlif növdən olan zərif parçalar, xalça,
mis, ağac və saxsı məmulatı ixrac edirdi. Xarici ölkələrdən isə Azərbaycana nəfis
ipək və zəri, pambıq parçalar, fil sümüyü, metal məmulatı, boya, ədviyyat, dərman,
mal-qara, xəz və s. idxal edilirdi.
117
XIII-XIV əsrlərdə Hülakular dövlətinin əhatə etdiyi ərazidən keçən ticarət
yollarının bir sıra mühüm qolları Azərbaycan ərazisindən keçirdi. Əsas şimal yolu
Təbrizdən və Mərənddən keçərək Araz çayı sahillərinə qədər çatırdı. Azərbaycanın
cənub əyalətlərindən keçən ticarət yolları əsasən iki məntəqədən - Həmədandan və
Sultaniyyədən başlanırdı.
XIII əsrin sonlarında ticarət də müəyyən qədər canlanmışdı. Azərbaycanın Şərq
və Avropa ilə geniş ticarət əlaqələri tədricən bərpa edilirdi. Ən mühüm ticarət
yollarında karvansaralar tikilirdi. XIII-XIV əsrlərdə Qərblə Şərq arasındakı ticarətdə
Venetsiyalı və Genuyalı tacirlər böyük rol oynayırdılar. Onlar Azərbaycana xəz,
kətan, mahud, qalay gətirir, buradan isə ipək, ədviyyat, daş-qaş və sair aparırdılar.
Ticarətdə Təbriz şəhəri əsas rol oynayırdı. Elxanilər dövründə Təbriz çox
böyümüşdü. Lakin digər şəhərlər monqolların vurduqları ziyan nəticəsində uzun
müddət dirçələ bilmədi. Məsələn Gəncə, Beyləqan və s.
Hülakülər dövründə ən yüksək pul vahidi tümən, qızıl və gümüş balış hesab
olunurdu. Dinar, fəls, gümüş dirhəm daha az dəyərə malik idi. Elxani hökmdarı
Əhmədin hakimiyyəti dövründə (1282-1284) sikkələrin dəyərinin aşağı enməsi ilə
əlaqədar Elxanilər dövləti maliyyə böhranına məruz qaldı və dövlət xəzinəsi boşaldı.
1294-cü ildə Keyxatu xanın əmri ilə Elxanilər dövlətində yaranmış maliyyə böhranını
aradan qaldırmaq məqsədilə Təbrizdə kağız pul “çao” buraxılmasına başlansada
maliyyə vəziyyəti əksinə daha da pisləşdi.
Şəhərlər. Monqol-tatar işğalları Ərdəbil, Beyləqan, Gəncə, Marağa, Naxçıvan,
Şamaxı, Xoy, Səlmas, Sərab, Şəmkir, Bərdə və Ucan şəhərlərini dağıntılara məruz
qoymuşdu. Bununla yanaşı Elxanilər saray, mədrəsə, rəsədxana, şəhərləri inşa etməyə
meyil göstərirdilər. 1290-cı ildə Təbrizin ətrafında Arquniyyə (Qazan xanın
hakimiyyəti dövründə Şənbi-Qazan adlandı) adlanan böyük bir şəhərin əsası qoyuldu.
Qazan xanın islahatlarından sonra şəhər həyatının canlanma, iqtisadiyyatda
müəyyən dirçəlişi ozünü göstərmişdi. XIII əsrin birinci yarısında Təbriz, Marağa,
Naxçıvan, Ucan, Urmiya, Xoy, Səlmas və Sərab şəhərləri xeyli inkişaf etmişdi.
Mənbələrin məlumatına görə Təbrizdə 200 min ev, 1 milyona yaxın əhali yaşayırdı.
Elxanilərin vəziri olmuş Fəzlullah Rəşidəddin XIV əsrin əvvəllərində Təbrizdə
118
"Rəbi-Rəşidi" şəhərciyi və "Darüş-Şəfa ("Şəfa evi") adlı elmi mərkəz təsis etmişdi.
"Rəbi-Rəşidi" tədris, tibb, elmi müəssisələri, o cümlədən rəsədxananı birləşdirən
bütöv bir şəhərcik idi.
XIII əsrin sonu XIV əsrin əvvəllərində Sultaniyyə şəhəri və Qazan xanın
göstərişi ilə Xəzər dənizi sahilində, Kürün mənsəbində Mahmudabad şəhəri
salınmışdı.
İri və orta şəhərlərin əhalisi əsasən sənətkarlardan və tacirlərdən ibarət olsa da
kəndlilərdə az deyildi.
Maarif və elm. Monqol işğalı Azərbaycanın mədəniyyətinə də böyük ziyan
vuraraq bir müddət elm, mədəniyyət və incəsənətin inkişafını ləngitdi. İşğalçılar
əsarətə alınmış xalqların əsrlərdən bəri yaratdıqları mədəniyyət xəzinələrini dağıdıb
məhv edirdilər. Lakin bütün bunlara baxmayaraq monqolların dövründə də
Azərbaycan şərqin ən mühüm mədəni mərkəzlərindən biri olmuşdur.
İbtidai təhsil müəssisəsi "məktəb", orta təhsil müəssisəsi isə "mədrəsə" adlanırdı.
İk təhsilini 15 yaşına çatanadək məktəbdə alan şagirdlər, sonra isə mədrəsəyə qəbul
olunurdular.
Həmin dövrdə riyaziyyat, astronomiya, fəlsəfə, tarix və başqa elm sahələrində
görkəmli alimlər yetişmişdi. Azərbaycanın məhşur riyaziyyatçısı Ubeyd Təbrizi
“Risalətül-hesab” (Hesab kitabı), filosoflardan Mahmud Şəbustəri “Gülşəni-raz”
(Sirlər gülşəni) və “Səadətnamə” kimi qiymətli elmi əsərlər yazmışlar.
Görkəmli alim Nəsrəddin Tusinin (1201-1274) rəhbərliyi ilə 1259-cu ildə açılmış
Marağa rəsədxanası və eləcə də XIV əsrin əvvəlində Şam-Qazanda (Təbrizdə)
tikilmiş rəsədxana Şərqdə astronomiya elminin mərkəzinə çevrilmişdi. Burada
dünyanın bir çox ölkələrindən görkəmli alimlər çalışırdılar. Nəsrəddin Tusi “Zic
Elxani” (Elxani cədvəlləri), “Əxlaqi Nasir” kimi əsərlərin də müəllifidir. Onun
əsərləri şərqlə yanaşı Avropada da həndəsə və triqonometriyanın inkişafında mühüm
rol oynamışdır.
Təbabətin inkişafında mühüm naiyyətlər əldə olunmuşdu. XIV əsrin
əvvələrində Təbrizdə “Dar-üş Şəfa” (Şəfa evi) yaradılmışdı.
119
XIII-XIV əsrlər “Şərq tarixşünaslığının qızıl dövrü” hesab olunur. Tarixçilərdən
Fəzlullah Rəşidəddin “Came ət təvarix” (tarixlər toplusu), Məhəmməd ibn Hinduşah
Naxçıvaninin “Dəstül Əl-Kitab” (qanunlar kitabı) əsərləri dövrün siyasi, ictimai,
iqtisadi tarixinin öyrənilməsi baxımından əhəmiyyətlidir.
Gəncəli Kirakos, Nizaməddin Şami, Əhməd ibn Məhəmməd və başqaları da
məşhur tarixçi alimlər idilər.
Coğrafiya sahəsini inkişaf etdirmiş alimlərdən Zəkəriyyə Qəzvininin, Həmdullah
Qəzvininin və Əbdürrəşid Bakuvinin adlarını göstərmək olar.
Musiqi sahəsində Səfiəddin Urməvinnin və Əbdülqadir Marağayinin xidmətləri
çox böyük olmuşdur. Səfiəddin Urməvinnin “Dövlət kitabı” əsərində musiqi
nəzəriyyəsinə və not sənətinə aid qiyməli fikirlər söyləmişdir. O, not yazısının banisi
sayılır. Səfiəddin Urməvi hətta bir neçə klassik muğam yaratmışdır.
Ədəbiyyat. XIII-XV əsrlər saray ədəbiyyatının, qəsidə şerinin nisbətən
zəiflədiyi bir dövr kimi qiymətləndirilir. Bununla yanaşı Seyid Zülfüqar Şirvani, Arif
Ərdəbili kimi şairlər saray şerinin ənənələrini yaşadırdılar.
Dövrün görkəmli şairlərindən olan Zülfüqar Şirvaninin (1192-XIV əsrin əvvəli)
qəsidə, qəzəl, qitə və rübailərdən ibarət olan böyük divanı (1345-ci il) Sankt-
Peterburqda, M.E.Saltıkov-Şedrin adına Dövlət Kütləvi Kitabxanasının əlyazmalar
şöbəsində saxlanılır.
Arif Ərdəbilinin (1345-1373) "Fərhadnamə" və Əssar Təbrizinin "Mehr və
Müştəri" adlı poemaları dövrün keyfiyyətləri əsərlərindəndir.
Azərbaycan-türk dilinin əhəmiyyətinin artması ilə əlaqədar olaraq bu dildə
yazılan əsrlərin sayı da çoxalmışdı. Türk dili dövlət dili səviyyəsinə qaldırıldı. Tarixçi
Məhəmməd Naxçıvani qeyd edir ki, mühüm dövlət sənədləri əhaliyə 3 dildə -türk,
ərəb və fars dillərində çatdırılırdı. XIII əsrdən Əli adlı bir şair tərəfindən yazılmış
"Qisseyi-Yusif' adlı əsər Azərbaycan dilinin öyrənilməsi baxımından xüsusi
əhəmiyyət daşıyır.
Azərbaycan dilində yazan şairlərdən biri də İzzəddin Həsənoğlu idi. O,
Azərbaycanca olan şeirlərində "Həsənoğlu", farsca olan şeirlərində isə "Puri-Həsən"
120
təxəllüsünü işlətmişdir. Onun Azərbaycan dilində yazılmış “Divani” böyük şöhrət
tapmışdır.
Övhədi Marağainın yazdığı, “Dəhnamə” (on məktub) poeması Azərbaycan
şairlərinin əsərləri içərisində xüsusilə seçilirdi. Poemada feodalların amansız
zülmü və ruhanilərin ziyanlığı ifşa olunurdu.
Bu dövrdə Azərbaycanda elmin və ədəbiyyatın inkişafı ilə əlaqədar husn-xətt
sənəti geniş yayılmışdı. Bütün kitabları xəttatlar gözəl xətlərlə yazıb köçürürdülər.
Dövrün ən görkəmli xəttatlarından biri Mübarəkşah Zərrinqərı olmuşdur.
Memarlıq. Göstərilən dövrdə memarlıq daha da inkişaf etmişdi. Abşeronda,
Naxçıvanda, Şirvanda, Təbrizdə memarlığın gözəl abidələri-qalalar, qullələr,
məqbərələr, məscidlər, karvansaralar və s. indidə qalmaqdadır. Mərdəkan, Nardaran,
Ramana qalaları, Naxçıvanın Cuğa kəndi yaxınlığında Gülüstan türbəsi, 1305-1313-
cü illərdə Sultaniyyədə Olcaytu Xudabəndə türbəsi, 1322-ci ildə Bərdə türbəsi, XIV
əsrin əvvəlində Təbrizdə Əlişah məscidi (sonralar Ərk qalası adını aldı), Naxçıvanın
Qarabağlar memarlıq kompleksləri həmin dövrdə inşa edilmiş memarlıq
nümunələridir.
Beləliklə, bütün bunlar bir daha sübut edir ki, Hülakülər dövründə baxmayaraq
ki işğalçılar Azərbaycan mədəniyyətinin və elminin inkişafını ləngidir, maneçilik
göstərirdilər, lakin xalq öz mədəniyyətini qoruyub saxlayır və inkişaf etdirirdi.
121
Mövzu: VIII
XIV əsrin sonu-XV əsrin əvvəllərində siyasi vəziyyət Azərbaycan feodal
dövlətləri.
P L A N .
1.XIV əsrin sonlarında Azərbaycanın daxili və xarici vəziyyəti.
2.Hürufilik təlimi və Azərbaycanın siyasi həyatında onun rolu. İmadəddin
Nəsimi.
3.XV əsr Azərbaycan feodal dövlətləri (Şirvanşahlar, Qaraqoyunlular
və Ağqoyunlular dövlətləri).
Ədəbiyyat
1.Azərbaycan tarixi.VII cilddə, III cild, səh.76-122.
2.Azəbaycan tarixi. Bakı, 1994. səh. 399-348
3.Azərbaycan tarixi üzrə qaynaqlar.Bakı,1989. səh.137-184.
4. Azərbaycan tarixi. İ.Əliyevin redaktorluğu ilə. Bakı, 1993. səh.149-153.
5.Azərbaycan tarixi.S.Əliyarlının redaktorluğu ilə. Bakı, 1996. səh.277-299.
6.Priyev V.Azərbaycan Hülakilər dövlətinin tənəzzülü dövründə. Bakı,1978
122
XIV əsrin sonlarında Azərbaycanın şimalında mövcüd olmuş Şirvanşahlar
dövlətinin hökmdarı Hüşəngin (1372-1382) apardığı yarıtmaz siyasətə qarşı Şirvanda
üsyan qalxdı. Nəticədə 1382-ci ildə Kəsranilər sülaləsindən (1027-1382) olan Hüşəng
öldürüldü və Şirvanda Dərbəndilər sülaləsinin hakimiyyət dövrü (1382-1538) başladı.
Bu sülalənin ilk nümayəndəsi I İbrahimin hakimiyyəti (1382-1417) altında
Şirvanşahlar dövləti öz istiqlaliyyətini qoruyub saxlamış və müəyyən iqtisadi-siyasi
tərəqqiyə nail olmuşdu. Azərbaycanın cənub (Kürdən cənuba) torpaqları isə Cəlairilər
dövlətinin tərkibində idi. Belə bir dövrdə Azərbaycan və qonşu ölkələr Orta Asiyada
yaranmış Teymurilər dövlətinin (1370) qurucusu Əmir Teymurun və Qızıl Orda xanı
Toxtamışın dağıdıcı hücumlarına məruz qaldı.
1385-ci ildə Teymurun Xorasanı tutub Azərbaycana doğru gəlməsi xabərini alan
Cəlairi hökmdarı Sultan Əhməd ona qarşı döyüşə hazırlaşdı, lakin Sultaniyyə
ətrafındakı vuruşmada məğlubiyyətə uğradı və Bağdada getdi. Sultaniyyə şəhərini
almış Teymur isə Orta Asiyada baş vermiş hadisələrlə bağlı olaraq Səmərqəndə
qayıtmalı oldu.
Azərbaycanın zəngin sərvətlərinə yiyələnmək niyyətində olan Qızıl Orda xanı
Toxtamış yaranmış əlverişli vəziyyətdən istifadə edərək 1385-ci ildə 90 minlik ordu
ilə Dərbənddən Şirvana keçərək Azərbaycana soxuldu. Toxtamış Təbrizə yaxınlaşdı
və orada ciddi müqavimətə rast gəldi. Onlar Şənbi Qazanda yerləşərək bir neçə gün
Təbriz qalası ətrafında dövrə vurdular, lakin şəhərə girə bilmədilər. Bunu görən
Toxtamış Təbriz hakimi Əmir Vəli ilə danışıqlara girdi və 250 tümən qızıl alaraq,
guya geri qayıtmağa başladılar. Arxayın olan şəhər əhalisi silahı yerə qoydu. Bunu
görən Toxtamış xəyanət edərək şəhəri ələ keçirdi. Şəhər əhalisi 8 gün ərzində qarət
olundu. Təbriz şəhərinin ardınca Marağa da düşmən hücumuna məruz qaldı. Burada
Toxtamışın ordusu iki hissəyə ayrıldı: Onlardan bir hissəsi Mərənd və Naxçıvan,
digər hissə isə Əhər istiqamətində hərəkət edərək əhalini qarət etdi. Daha sonra hər
iki dəstə Qarabağda birləşdikdən sonra şimala çəkildilər. Qızıl Orda xanı Toxtamış
Azərbaycandan geri qayıdarkən 200 minə qədər adamı əsir apardı.
Toxtamışın ardınca Azərbaycan torpaqları 1386-cı ilin baharında yenidən
Teymurun hücumuna məruz qaldı. Tarixdə bu yürüş “üçillik yürüş” kimi tanınır.
123
Cəlairi hökmdarı Sultan Əhmədin Teymura qarşı Təbrizə göndərdiyi qoşun yenidən
məğlub oldu.
Teymur Azərbaycanın cənub torpaqlarının çox hissəsini tutduqdan sonra 1387-ci
ilin payızında Naxçıvana gəldi və buradakı qüdrətli Əlincə qalasına yaxınlaşdı. Bu
qala Əlincə çayı sahilində, yüksək sıldırım qaya üzərində yerləşmiş, möhkəm divarlar
və bürclərlə əhatə olunmuşdu. Sultan Əhmədin Azərbaycanda yeganə istinadgahı
Əlincə qalası idi. Cəlairli Əhməd xəzinəsini, ailəsini, oğlunu qalada yerləşdirib, onun,
müdafiəsini oğlu Sultan Tahirin başçılığı ilə Əmir Altun və qalabəyi Xacə Cövhərə
həvalə etmişdi. Şəki hakimi Seyid Əli Orlat və gürücü feodalları da qalanın
müdafiəsində iştirak etmişdilər. Daha sonra Teymur qışlamaq üçün Qarabağa getdi.
Azərbaycanın cənub torpaqlarının Teymur tərəfindən işğalını özü üçün ciddi
təhlükə hesab edən Şirvanşah I İbrahim qiymətli hədiyyələrlə onun yanına gedib öz
itaətini bildirərək Teymurla ittifaq bağladı. Rəvayətə görə İbrahim qiymətli
hədiyyələrlə yanaşı 8 qul da aparıbmış. Adətən bu rəqəm 9 olurmuş. İbrahimdən
soruşanda ki, niyə 8 qul gətirmisən O, cavabında “9-cu qul mən özüməm” demişdir.
Elə bu cavab guya Əmir Teymurun xoşuna gəlmişdir və onunla müttəfiq olmuşdur.
Başqa bir səlnaməçi yazır ki, hədiyyələrin üstündə İbrahim, Nizami Gəncəvin
“VII gözəl” timsalında yeddi dünya gözəli aparıbmış. Əmir Teymurun hədiyyələr
qoyulan çadırda, yeddi rəng tül altında dayanmış gözəllərə valeh olub və elə buna
görə də İbrahimdən xoşu gəlib.
Bütün bunlara baxmayaraq, əsas məsələ odur ki, Şirvanşah Teymurla sazişə
girərək Şirvan torpaqlarını dağıntılardan xilas edir. Danışıqlar zamanı Dərbənd
keçidinin Qızıl Ordudan müdafiəsi məhz İ İbrahimə tapşırılmışdı.
Məhz bu ittifaq nəticəsində Toxtamış 1387-ci ildə yenidən Şirvana soxulub Kür
çayına çatdıqda Teymur əmirlərinin başçılığı ilə qoşun göndərərək Şirvanşaha kömək
göstərdi. Teymurun oğlu Miranşah Şirvanşahın qoşunlarının köməyinə çataraq
Toxtamışı məğlubiyyətə uğratdı və Dərbənddən qovub çıxardı.
1387-ci ildə Əmir Teymur Toxtamışın Buxara və Səmərqənd üzərinə hücumu
ilə əlaqədar Azərbaycanı tərk etməli oldu. O, burada öz şahzadələrindən və yerli
əyanlardan ibarət canişinlərini qoydu. Lakin tezliklə Teymurun canişinləri arasında
124
çəkişmələr başlandı. Eyni zamanda Azərbaycanda hakimiyyəti ələ almaq istəyən bir
sıra yerli feodal qrupları da mübarizəyə qalxaraq, həm Teymurilərlə, həm də öz
aralarında toqquşurdular. Cəlairi hökmdarı Sultan Əhməd, Qaraqoyunlular, Təbrizin
yerli əmirləri və Teymuri əmirləri bu mübarizədə qalib gəlməyə çalışırdılar.
1392-ci ildə daxili çəkişmələrin kəskinləşdiyi bir vaxtda Teymur Təbrizə daxil
oldu. Əmir Teymur Sultan Əhmədə tabe olmaq barədə məktub yazdı, lakin rədd
cavabı aldı. Buna görə də o, Bağdadı qarət etdikdən sonra Əlincəyə qoşun göndərdi.
Teymur qalanın mühasirəsini daha da gücləndirdikdən sonra Gürcüstana, oradan isə
1393-cü ildə Şəki vilayətinə daxil oldu. Şəki hakimi Seydi Əli Orlat düşmənə
müqavimət göstərə bilmədiyi üçün qaçdı. Teymur buradan Muğana qayıtdı və
Mahmudabadda qışladı.
1395-ci ildə Əmir Teymur Dərbənddən Qızıl Ordaya yürüş edərək Terek çayı
sahilində döyüşdə Toxtamışı məğlub etdi. Teymurla danışıqlara əsasən bu döyüşdə
Şirvanşah I İbrahim və Marağa hakimi Əmir Yadigar da iştirak etdi.
Əlincə qalası istisna olmaqla Teymur bütün Azərbaycanı zəbt etdi. Oğlu
Miranşahı Dərbənddən Bağdada, Həmədandan Ruma qədər olan böyük bir əraziyə
hakim təyin etdi və Səmərqəndə qayıtdı.
1399-cu ildə Azərbaycan torpaqlarına Teymurun tarixdə “Yeddiillik müharibə"
adlanan üçüncü yürüş baş verdi və Kür çayının sahillərində məskən saldı. Bu vaxtda
Şəki vilayətinə hakimlik edən Seydi Əhməd, həmçinin gürcü çarı Georgi Şirvanşah
Şirvanşah I İbrahimin vasitəçiliyi ilə Teymurla ittifaqa girdilər. Belə ki, I İbrahim
Şəki vilayətinin hakimliyini Əlincə ətrafındakı döyüşlərdə həlak olmuş Seyid Əlinin
oğlu Seyid Əhmədə qaytarmaq barədə Əmir Teymurun razılığlını aldı. Həmçinin, I
İbrahimin köməyi ilə gürcü çarı VII Georgi Teymula sülh müqaviləsi bağladı.
Bununlada həm də Azərbaycan-Gürcüstan münasibətləri daha da möhkəmləndi.
Həmin vaxtdan etibarən Gürcüstan və Şəki Əmirliyi Şirvanşahın mütəffiqi kimi çıxış
edirdilər. İttifaq yaratmış Şirvan və Şəki qoşunları Teymurilərlə bərabər 1402-ci ildə
Osmanlı Türkiyəsinə qarşı Ankara yaxınlığındakı döyüşdə iştirak etmişdilər.
Nəticədə osmanlı sultanı I İldırım Bəyazid məğlub oldu və əsir düşdü. Bu qələbədən
sonra yaxın Şərqin xeyli hissəsi Teymurun əlinə keçdi.
125
Şirvanşah I İbrahim Teymurla müttəfiqlikdən istifadə edərək gizli şəkildə
Azərbaycan torpaqlarını birləşdirmək siyasəti yeridirdi. Birincisi O, Teymurla
Toxtamış arasındakı ədavətdən istifadə edərək, Şirvanı düşmən hücumlarından
qurtardı. Şirvan daxilən müstəqil qaldı. Şirvanşah I İbrahim öz təsirini Qarabağ, Şəki,
Dərbənd və Qəbələyə yaymağa nail oldu. İkincisi, Teymur İbrahimi Dərbənddən Kür
çayının sahillərinə qədər Şirvan vilayətinin hakimi təyin etdi.
Teymurun bu yürüşündə fasilələrlə (1387-1399) mərdliklə mübarizə aparan
Əlincə qalası feodal çəkişmələri nəticəsində işğal olundu. Teymur sonra qalanı xüsusi
heyranlıqla ziyarət etmişdi.
Azərbaycanın Teymur tərəfindən istila edilməsi və onun zülmü ölkənin
təsərrüfat həyatına sarsıdıcı təsir göstərir, xalqı aclığa məhkum edirdi. Dövrün
müasirlərindən biri yazırdı: “Teymur gedəndən sonra ölkəmizdə dəhşətli aclıq
yarandı, aclıq hər yeri bürüdü... gözlərimizlə görüb, qulaqlarımızla eşitdiklərimizin
hamısını insan nəslinin necə qırıldığını söyləməyə gücümüz çatmır”.
Bununla belə, Teymur Azərbaycanda xeyriyyə işləri də görmüşdü. O, Ankara
vuruşmasından sonra, 1403-cü ildə Qarabağa gedərkən yolüstü Beyləqana gəlmiş və
buranın dağlıb pis vəziyyətə düşdüyünü görmüşdür. Buna görə də Beyləqanın
abadlaşdırılması və Araz çayından bura kanal çəkilməsinə göstəriş vernişdir.
Dünyaya hökmranlıq etmək istəyən Teymur “Göydə Allah tək olduğu kimi, yer
üzündə də ancaq bir padşah olmalıdır. Bəşəriyyətə iki padşah ağalıq edə bilməz”-
deyirdi. Lakin onun bu iddiası baş tutmadı. 1405-ci ildə Teymur Səmərqənd
şəhərində vəfat etdi.
Teymurun ölmündən sonra onun yaratdığı böyük imperiya dağılmağa başladı.
Varislər arasında hakimiyyət uğrunda mübarizə başladı. Azərbaycanın şimalında
Şirvan dövləti mövcud olduğu bir zamanda ölkənin cənub vilayətlərinin idarəçiliyi
Teymurun oğlu Miranşahın əlində idi. Miranşahın Azərbaycanda törətdiyi dağıntılar
ölkənin təsərrüfatına və mədəniyyətinə mənfi təsir göstərirdi. Miranşahın qəddarlığı
xalqın qəzəbinə səbəb olmuşdur. Xalq arasında ona “Maranşah” (ilanlar şahı)
deyirdilər. Belə bir şəraitdə Azərbaycanın Gəncə, Şəki, Qarabağ, Təbriz, Ərdəbil,
Marağa kimi şəhərlərində xalq üsyanları geniş vüsət aldı.
126
Yaranmış vəziyyətdən Şirvanşah I İbrahim istifadə edərək Kür çayını keçməklə
Gəncə və Qarabağı tutmağa nail olur. Bu zaman I İbrahimlə Gürcü çarı Konstantin,
Şəki hakimi Seyid Əli, Qaraman tayfasının başçısı Əmir Yarəhməd və Ərdəbil
hakimi Bistam Cəyir ittifaq bağlayaraq Teymurilərə qarşı çıxırlar. 1405-ci ilin
yayında birləşmiş qoşun Kür sahilində Teymuri Ömər Mirzənin qoşunlarını məğlub
edirlər.
1406-cı ilin yazında Ömərin böyük qardaşı Əbu Bəkr Təbrizə hücum edərək
əhalidən 100 min qızıl istəyir. Bundan narazı olan xalq yenidən üsyan edərək
Şirvanşah I İbrahimi özlərinə köməyə çağırırlar. 1406-cı ilin mayında I İbrahim Arazı
keçərək Təbrizə daxil olur. Təbriz əhalisi onu mehribanlıqla qarşılayır və öz hakimi
kimi tanıyır. Şirvanşah I İbrahim əahlidən alınan vergiləri qayadaya saldı. Beləliklə
qısa müddətə də olsa Şirvanşah İbrahim Azərbaycanın böyük bir hissəsini öz
hakimiyyəti altında birləşdirə bildi. Lakin O, Təbrizdə möhkəmlənə bilmədi. Çünki
tezliklə Cəlairli sultan Əhməd və onunla ittifaqda olan Qaraqoyunlu hərbi
birləşmələrinin başçısı Qara Yusif Təbrizə yaxınlaşırlar. I İbrahim məcburiyyət
qarşısında qalaraq Təbrizi tərk etməli olur.
Hürufilik təlimi. Azərbaycanda ictimai-siyasi vəziyyətin durmadan
kəskinləşməsi nəticəsində Teymurilərin zülmünə qarşı narazılıq durmadan artırdı.
Belə bir şəraitdə hələ XIV əsrin sonlarında Azərbaycanda xarici müdaxiləçilərə qarşı
yönəldilmiş dini-siyasi hərəkat-hürufilik yayılmağa başladı. Hürufilik (hərflər
sözündəndir) şiəlikdə bir təriqəttir. Bu təlimin banisi Şeyx Fəzlüllah Nəimi
dünyagörüşü, fəlsəfi təlimi, bədii yaradıcılığı ilə Azərbaycan fəlsəfi və bədii fikiri
zəmnində yetişmişdir. XIV-XVI əsrlərdə Azərbaycanda, Türkiyədə, İranda, İraqda,
Suriyada, Yaxın və Orta Şərqin digər ölkələrində geniş yayılmış hürufiliyin vətəni
Azərbaycan idi. Hürufilik təlimi Azərbaycanın sosial fəlsəfi fikir tarixində mühüm
yer tutan məzdəkilik, xürrəmilik və əxilik (qardaşlıq) hərəkatları ilə üzvi surətdə bağlı
idi.
Hürufilik Allahın təbiətdə, əşyada sözdə xüsusən insanda təcəssümünü əsas
götürürdü. Bu nəzəriyyənin dərin sosial kökü vardı. Hürufilər deyirdilər ki
hökmdarlar qan içən, din-şəriət xadimləri riyakardırlar. İnsanları ədalətə
127
qovuşdurmaq üçün yeni tipli hökmdar, kamil insan lazımdır. Belə insan isə Nəimidir.
O,öz qüvvəsi ilə ədalətsizliyi, qanlı müharibələri, zülmü soyğunçuluğu aradan
qaldıracaq dini ekamları, mənasız ekamları aradan qaldıracaq.
Deməli hürufilər Allahın təcəssümünü kamil insanları, qəsbkar zalım
hökmrannlığa qarşı qoyurdular. Başqa sözlə bu dövrdə Teymurilər zülmünə qarşı
geniş xalq kütlələrinin azadlıq mübarizəsinə Sərbədarlar (insan azadlığı üçün
həyatından keçənlər), müxtəlif ideoloji cərəyanın başçıları rəhbərlik edirdilər.
Fəzlüllah Nəimi də belə başçılardan biri idi. Hürufilikdə Allah eyni zamanda söz,
kəlam şəkilində təcəssüm edir, sözlər isə hərflərlə ifadə olunur. Deməli Allah
sözlərdə təcəssüm etdiyi üçün eyni zamanda hərflərdə əyan olur, hərflər isə kamala
çatmış insanın üzündə əks olunur. Hürufilər ərəb əlifbasında olan hərflərə ilahi,
mistik məna verirdilər. Yazını, nitqi və təfəkkürü ifadə edən hərfləri Allah, dünya və
insanla eyniləşdirirdilər. Nəiminin təlimində hərf insanın və kainatın (ona məxsus
olan bütün əşya və hadisələrlə birlikdə) ilahiləşdirilməsində vasitə roluna malikdir.
Fəzüllah Nəimi farsın 32 hərfini əsas götürmüşdür. Onun “Cavidannamə” (Əbədiyyət
kitabı) əsəri 32 hərfdən bəhs edir. İnsanın üzündə anadangəlmə yeddi xətt vardır:
2qaş, dörd kiprik, bir saç. Bunlar dörd ünsürdən, yəni od, su, hava və torpaqdan
əmələ gəldiyi üçün hər biri dörd hesab edilir. Hamısının say isə 28 edir. Saç, ortadan
ikiyə ayrıldıqda xətt 8 olur. Bu rəqəmi dörd ünsürə vurduqda 32 alınır.
Hürufilər başqa rəqəmlərlə də hərflərdən ibarət rəmzlər yaradır, ərəb əlifbası
hərflərinin müqəddəs olduğunu, onun vasitəsilə dünyanın sirrlərini açmaq mümkün
olduğunu qeyd edirlər. Hürufilərə görə, Allah yaratdığı dünya daim dövr edir və bu
görünən dəyişikliklərin səbəbidir. Allah iki yolla təzahür edir- Allahın özünəbənzər
yaratdığı insanda və Allahın nitqində. Yəni Quranda və şeylərin adında.
Hürufilik ilk dəfə Naxçıvanda, Astrabbadda yayılmış və Teymurilərə qarşı
mübarizədə əhəmiyyətli rol oynamışdır. Hürufilik tərəfdarları istilaçılar tərəfindən
amansızcasına təqib olunaraq cəzalandırılmışlar. Fəzullah Nəimi 1394-cü ildə
Teymurun əmri ilə ilə Miranşah tərəfindən həbs edilərək Naxçıvandan Əlincə
qalasına yaxınlığında dəhşətli surətdə edam edilir.
128
Hürufiliyin digər görkəmli nümayəndəsi –məşhur hürufi şairi İmaddədin
Nəsimidir (əsl adı Seyid Əli). Şairin yaradıcılığında mərkəzi yeri insan tutur. Onuni
fikrincə, son məqsəd və həqiqət İnsandır. O, İnsana kainatın yaradıcısı kimi yanaşır.
“İnsan – Allahdır” tezisinin əsaslandırılması və hərtərəfli inkişaf etdirilməsi
Nəsiminin poeziyasında başlıca yeri tutur. 1317-ci ildə Suriyanın Hələb şəhərində
Nəsiminin diri-diri dərisini soyulur. Dahi Azərbaycan şairi M.Füzulinin əsərlərində
də hürufilik motivləri vardır.
XV əsr Azərbaycan feodal dövlətləri. Qaraqoyunlu dövlətinin yaranması.
Yaxın və orta Şərqin hərbi-siyasi tarixində qaraqoyunlu və ağqoyunlu tayfaları
mühüm rol oynamışlar. Həmin tayfalar mənşəcə oğuz tayfalarından idilər. Bu tayfa
birləşmələri XIII əsrdən etibarən Anadoluda yanmköçəri həyat sürürdülər.
Qaraqoyunlu tayfalarının mərkəzi Van gölünün şimalındakı Ərciş, Ağqoyunluların
cəmləşdiyi bölgə isə Diyarbəkirdə yerləşirdi.
Hər iki tayfa birləşməsi "türkmən" adlanan eyni etnik qrupa mənsub idilər. Bu
tayfa adlarının totem sayılan qoyunların rəngi ilə əlaqədar olduğu ehtimal edilir.
Həmin tayfalara məxsus olan qoç heykəlləri şəklində məzar daşlarının
zəmanəmizədək çatdığı məlumdur.
Oğuz tayfalarından olan Qaraqoyunlulara baharlılar başçılıq etmişdi. Əvvəllər
Van gölünün cənubunda məskən salmış Qaraqoyunlular XIV əsrin sonlarında Şərqi
Anadoluda bəylik yaratmış və onun əsasını qoyan şəxs Bayram Xoca olmuşdur. Bu
dövrdən başlayaraq Ağqoyunlulara, Cəlairlərə və Teymurilərə qarşı mübarizə
aparmışlar.
XIV əsrin 80-ci illərin sonundan etibarən Qaraqoyunlularla Cəlairlər arasında
gedən müharibələr nəticəsində qaraqoyunlular bir qədər zəiflədi. Bayram Xocanın
Qaraqoyunlu tayfa ittifaqlarını birləşdirmək cəhdləri baş tutmadı. Oğlu Qara
Məhəmməd (1380-1389) Cəlairlərlə nigah yolu ilə vəziyyəti sahmana salaraq
mərkəzi Van şəhəri olan Qaraqoyunlu tayfa ittifaqının əsasını qoyur. Lakin, O
Azərbaycanda öz hakimiyyətini möhkəmləndirməyə çalışdığı üçün qohumluğa
əhəmiyyət verməyərək 1382-ci ilin sentyabrında Təbrizə hücum edir və Cəlairli
hakimi Şeyx Əli üzərində qələbə çalır. 1387-ci ildə Teymur Naxçıvandan
129
Qaraqoyunlular üzərinə hücuma keçir. Bunu eşidən Qaraqoyunlu Qara Məhəmməd
Çapaqcur dairəsindəki sərt keçidləri tutaraq Teymuri qüvvələrini darmadağın etdi.
Qaynaqların məlumatına görə Qara Məhəmməd 1389-cu ildə öz qardaşı oğlu
Qara Pirhəsən tərəfindən döyüşdə qətlə yetirilmişdir. Qara Pirhəsən qələbə çalmasına
baxmayaraq mübarizəni davam etdirə bilmir və 1392-ci ildə Qaraqoyunluların rəhbəri
Kəmaləddin Qara Yusif ona qalib gəlir. 1392-ci ildə Qaraqoyunlu tayfa ittifaqının
mərkəzi Van şəhərini Teymurilər tutaraq qarət etdilər. Bu məğlubiyyətdən sonra
Azərbaycandakı mövqelərini itirmiş Qaraqoyunlular Teymurilərə qarşı əlbir mübarizə
aparmaq üçün Cəlairilərlə yaxınlaşdılar. Beləliklə, 1394-cü ildə birləşmiş
Qaraqoyunlu və Cəlairi dəstələri ilə Əmir Teymur arasında Bağdad yaxınlığında
döyüş baş verdi. Nəticədə, Teymur qaraqoyunluları və cəlairləri məğlub edir və Van
şəhərini ələ keçirir.
Göründüyü kimi, XIV əsrin ikinci yarısında Azərbaycanın qərbində yaranmış
Qaraqoyunlu tayfa ittifaqı əhəmiyyətli bir qüvvə kimi diqqəti cəlb etsə də, öz daxili
quruluşuna görə möhkəm deyildi. Tayfalararası mübarizələr ittifaqı zəiflətdi və 1395-
ci ildə ittifaq dağıldı. Lakin Qara Yusif tezliklə onu bərpa etdi və Teymur əleyhinə
ittifaq yaratmaq məqsədilə Cəlairi sultan Əhmədlə birlikdə Misirə getdi. Teymur
Misir məmlüklər dövlətinin hakimi Bərkükdən onların həbs edilməsini tələb etsə də
Bərkük gələcəkdə Teymura qarşı onlardan istifadə etmək məqsədilə Teymura rədd
cavabı verir. Bərkükün ölümündən sonra taxta oturan onun oğlu Sultan Fərəc
Teymurla münasibətləri pozmamaq üçün mütəffiqləri həbsə alsada Teymurun ölüm
xəbərini alan kimi (1405) onları həbsdən azad etdi.
Tarixçi Xondəmirin yazdığına görə, dostlar məhbəsdə olarkən şərtləşmişdilər ki,
Bağdada Sultan Əhməd, Təbrizə isə Qara Yusif yiyələnsin. Həmin ilin iyununda
sözləşmiş mütəffiqlər Bağdadı zəbt edib, 1406-cı ilin iyulun sonunda Təbrizə
yaxınlaşdılar. Bu zaman Təbrizdə olan Şirvanşah I İbrahim oranı tərk edir. Təbrizdə
möhkəmlənən sultan Əhməd birinci növbədə Əlincə qalasının bərpa edilməsi barədə
fərman verdi. O, vergilərin azaldılması və toplanması barədə Təbrizlilərə verdiyi
vədə əməl etmədi, əksinə daha ciddi tədbirlər gördü. Buna görə də tezliklə Teymuri
130
Əbu Bəkrin qoşunu Təbrizə yaxınlaşanda, yerli əhali ona kömək etmədi. Sultan
Əhməd yenidən Bağdada qaçdı.
Bu dövrdə Cənubi Azərbaycan Teymuri Əbubəkr və Ömər arasında gedən qanlı
toqquşmalar meydanına çevrilmişdi. 1406-cı ilin oktyabrın 14-də Təbriz yaxınlığında
Şənbi-Qazanda Qara Yusif hücum edərək Əbu Bəkiri məğlub etdi. Oğlunun məğlub
olduğunu görən Miranşah Qara Yusif üzərinə hücum təşkil edir. 1408-ci il aprelin 21-
də Cənubi Azərbaycanda Sərdurud adlı yerdə Qara Yusif Teymuriləri darmadağın
edir və Miranşah öldürülür. Beləliklə, Azərbaycanda Teymurilərin ağalığına son
qoyuldu və Azərbaycanın cənub torpaqları Qaraqoyunluların hakimiyyəti altına
keçdi. Bu hadisədən sonra Sultan Əhməd Qara Yusifin köməyilə Təbrizə qayıdır.
Lakin Qara Yusifin əldə etdiyi uğurlar Sultan Əhmədi qorxuya salır. O, Misir
şərtləşməsini pozaraq Qara Yusif üzərinə hücuma keçməyə fürsət axtarırdı. Nəhayət,
1410-cu ilin yayında Qara Yusifin Ərzincana hücum edən Ağqoyunlu tayfa
birləşməsinin başçısı Qara Yuluq Osmana qarşı vuruşmasından istifadə edərək
Təbrizə hücum təşkil etdi. Şirvanşah I İbrahimin oğlu Kəyumərs ona kömək edir.
Şirvan qoşunu Sultan Əhmədi müdafiə etməklə Azərbaycanın cənub vilayətlərində
möhkəmlənə bilərdi. Bunu eşidən Qara Yusif Təbrizə doğru geri dönür. 1410-cu il
avqustun 30-da Şəmbi Qazan adlı yerdə Qaraqoyunlularla Sultan Əhməd arasında
döyüş baş verir və Cəlairlər darmadağın edilir. Sultan Əhməd isə edam edildi. Qara
Yusif Təbrizi ələ keçirir.
Beləliklə, 1410-cu ildə paytaxtı Təbriz olan Azərbaycan Qaraqoyunlu dövləti
yarandı. Qara Yusif oğlu Pirbudağı "sultan" elan etdi, lakin dövlət işlərini bütövlükdə
öz əlində saxladı. Şimalda yerləşən Şirvanşahlar dövləti istisna olmaqla Kürdən
Cənuba Azərbaycan torpaqları, Anadolunun şərq vilayətləri, İraq-i ərəb bu dövlətin
tərkibinə daxil oldu.
Qara Yusif dövrünün görkəmli sərkərdəsi idi. O, qüvvətli süvari ordu yaratmışdı.
Qara Yusif güclü mərkəzləşmiş dövlət yarada bilməsədə, feodal ara müharibələrini
bir qədərr zəiflətdi, əyanları hakimiyyətlə hesablaşmağa məcbur etdi. Ölkə
iqtisadiyyatında canlanma müşahidə olundu.
131
1410- cu ildə Şənbi Qazan döyüşündən sonra Şirvan qoşunları Kəyumərsin
başçılığı altıda Təbrizə yaxınlaşır. Lakin Kəyumərs Qara Yusif tərəfindən əsir alınır.
Az bir müddət keçdikdən sonra Qara Yusif onu azad edərək, onunla Şirvanın təslim
olması haqqında məktubu atası I İbrahimə göndərir. Kəyumərsin zəmanətsiz azad
olunması I İbrahimdə şübhə doğurur və oğlunu edam etdirir. Öz müstəqilliyini
itirmək istəməyən I İbrahim Qara Yusiflə mübarizə aparmaq üçün Şəki hakimi Seyid
Əhməd və Gürcü hakimi II Konustantinlə ittifaqa girir. 1412-ci ilin sonlarında Kür
çayı sahilində mütəffiq qoşunları ilə Qara Yusif arasında vuruş başlandı. Bu döyüşdə
Qarabağın, Muğanın, Naxçıvanın silahlı dəstələri də Qara Yusifin dəstəsində
vuruşdular. Döyüş Qaraqoyunluların qələbəsi ilə başa çatdı. Hətta I İbrahim, onun
yeddi oğlu və II Konustantin də əsir düşür. Qara Yusif I İbrahimdən 1200 İraq
tüməni alaraq azad edir və O, 1413-cü ildə Şirvana gələrək Qaraqoyunluların vassalı
kimi hakimiyyətini davam etdirdi. 1417-ci ildə I İbrahim vəfat etdi və hakimiyyətə
onun oğlu I Xəlilüllah (1417-1462) keçdi. O, hakimiyyətə gələn kimi
Qaraqoyunluların hakimiyyətini tanımaqdan imtina etdi. Hətta I Xəlilüllah Orta
Asiya və İranda hökmranlıq edən Teymuri Şahruxla (1406-1447) ittifaqa girdi.
Bundan istifadə edən Şahrux 1418 və 1420-ci illərdə Azərbaycana uğursuz səfərlər
etdi. Qara Yusif bu yürüşləri dəf etməklə Sultaniyyəni və Qəzvini tutdu. Qara Yusif
yaxşı silahlanmış güclü qoşunu malik idi. Teymuri tarixçiləri bu ordunun "günəşin
zərrələri və buludun damlaları qədər saysız-hesabsız" olduğunu göstərirlər. Beləliklə
Qəzvində Ərzincana, Bağdaddan Şirvana qədər olan geniş əraziyə yiyələndi.
Şahruxun 1420-ci ilin yayında baş tutan yürüşü zamanı Təbrizdən düşmən qarşısına
çıxmış Qara Yusif yolda ağır xəstələndi və qəflətən vəfat etdi.
Onun ölümündən sonra Qaraqoyunlu əmirləri arasında mübarizə başladı.
Bundan istifadə edən Sultan Şahrux Arazı keçib Qarabağa daxil olur. Qarabağda I
Xəlilüllah onunla görüşə gələrək aralarındakı ittifaqı daha da möhkəmləndirməyə nail
olur. Lakin Azərbaycanda Teymuri Şahruxun mövqeyi möhkəm deyildi. Çünki bir
tərəfdən Qara Yusifin varisləri, digər tərəfdən Gəncə və Bərdə hakimləri ona qarşı
mübarizəyə başlamışdılar. 1421-ci ilin avqustunda Qara Yusifin oğlanları İsgəndər və
İsfəndiyar Dərbənd yaxınlığında, Alaşkerd vadisində Şahruxla döyüşə girsələrdə
132
məğlub oldular. Şahruxun Azərbaycandan getməsi ilə Qara Yusifin oğlu İskəndər
(1422-1429) dağınıq Qaraqoyunlu qüvvələrini bərpa edərək Təbrizdə qərarlaşır.
Onun qardaşı İsfəndiyar isə İraqda möhkəmlənir.
1429-cu ildə Şahrux 100 minlik qoşunla yenidən Azərbaycana yürüş edir və
İskəndəri məğlub edərək Qara Yusifin digər oğlu Əbu Səidi hakimiyyətə gətirir. Əbu
Səid Şahruxun vassalı kimi Cənubi Azərbaycanda, Qarabağ və Ərməniyyədə
hömranlıq edirdi. Lakin Əbu Səid Azərbaycan taxtında ancaq 5-6 ay otura bildi.
1431-cı ildə İsgəndər feodal əyanların köməyi ilə yenidən hakimiyyəti ələ keçirdi və
1438-ci ilə qədər hakimiyyətdə qaldı.
1434-cü ilin ortalarında İsgəndər Şirvan üzərinə yürüş təşkil etdi. Şirvanşah I
Xəlilullah Şahruxun yanına öz adamını göndərdi, ölkəsinin qarət edildiyini ona xəbər
verdi. Nəticədə 1435-ci ildə Teymuri Şahrux Azərbaycana üçüncü dəfə yürüş etdi.
1436-cı ildə isə Azərbaycan hökmdarlığını Cahanşaha verdi. İsgəndər qardaşı üzərinə
hücum təşkil etsə də məğlub oldu və əsir edilərək Əlincə qalasına salındı. Orada öz
oğlu tərəfindən qətlə yetirildi. Beləliklə 1438-ci ildə Qara Yusifin kiçik oğlu
Cahanşah hakimiyyətə gəldi. Onun əsas rəqibi Ağqoyunlu tayfa ittifaqının başçısı
olan Uzun Həsən idi. Onunla mübarizə gedişində Qaraqoyunlular Şərqi Anadolunun
böyük bir hissəsindən əl çəkməli oldular. Qaraqoyunlu Cahanşah 1440 və 1441-cı
illərdə Gürcüstana yürüşlər təşkil etdi. 1445-ci ildə Cahanşah Bağdadı zəbt etdi.
Beləliklə, İraq-i Ərəb də Azərbaycan Qaraqoyunlu dövlətinə qatıldı.
Cahanşah Teymuri Şahruxun ölümündən sonra (1447) müstəqil siyasət
yürüdərək oturaq feodallara və tacirlərə arxalanaraq mərkəzi hakimiyyəti bir qədər
möhkəmləndirə bilir. Həmçinin, bu zamandan etibarən Cahanşah öz adına xütbə
oxutdurmağa, sikkə vurdurmağa başladı.
Teymurilər dövləti ərazisinin şahzadələr arasında mübarizə meydanına
çevrildiyini görən Cahanşah fürsətdən istifadə edərək 1453-cü ildə İran və İraqda bir
sıra əraziləri, 1457-ci ildə isə Curcanı və Xorasanı tutdu. 1458-ci ildə isə Teymuri
sultanlarının mərkəzi Herata girdi. Bu vaxt köçəri feodallar Azərbaycanda
Cahanşahın oğlu Həsənəlinin, Bağdadda isə digər oğlu Pirbudağın ərafında birləşərək
qiyam qaldırdılar. Bunu eşidən Cahanşah 1459-cu ilin yanvarında Əbu Səidin barışıq
133
təklifini qəbul etdi və müqavilə bağladı. Cahanşah Azərbaycana döndükdən sonra
feodal qiyamlarını yatırdı.
Beləliklə, Cahanşahın öz gərgin fəalliyyəti ilə daxili və xarici müdaxiləyə, ara
müharibələrinə son qoysada, mərkəzi hakimiyyəti qüvvətləndirmək səyləri nəticəsiz
qaldı. Xalq kütlələrininin son dərəcə ağır vəziyyətdə yaşaması ilə əlaqədar
ziddiyətlərin kəskinləşməsi, feodallar arasındakı çəkişmələr, mərkəzi hakimiyyətə
tabe olmamaq cəhdləri getdikcə Qaraqoyunlu dövlətinin zəifləməsinə səbəb oldu və
Ağqoyunlu Uzun Həsənin qaraqoyunlular üzərində qələbə çalması üçün əlverişli
şərait yaratdı.
Qeyd olunduğu kimi Cahanşah Ağqoyunluların başçısı Uzun Həsənlə daim
düşmən münasibətində idi. Nəhayət bu mübarizə 1467-ci ilin noyabırın 10-da Muş
döyüşündə Cavanşahın məğlub olması və döyüşdə öldürülməsi ilə nəticələnir.
Cahanşahdan sonra oğlu Həsənəli Azərbaycanın cənubunda Qaraqoyunlu
hakimiyyətini bərpa etməyə cəhd etsə də, buna nail ola bilmədi. 1468-ci ildə
Ağqoyunlu Sultan Həsən Təbrizi ələ keçirir və Qaraqoyunluların hakimiyyətinə
birdəfəlik son qoyur.
Ağqoyunlu dövlətinin yaranması. XIV əsrdə Kiçik Asiyanın şərqində
məskunlaşmış Qaraqoyunlulardan qərbə doğru torpaqlarda Ağqoyunlular
yaşayırdılar. Ağqoyunlular xalqımızın təşəkkülündə mühüm rol oynamış oğuz
tayfalarındandır. Bayraqlarında ağ qoç şəkli olan bu böyük tayfa hələ orta əsrlərin
başlanğıcında Qarabağda, Göyçə gölü ətrafında, Alagöz yaylaqlarında yaşamışlar. XI
əsrdə yaşamış görkəmli türk filoloqu Mahmud Kaşğari (XI əsr) adlarını bir-bir
sadaladığı 24 oğuz qəbiləsi içərisində Bayandur qəbiləsinin də olduğunu qeyd
etmişdir.
Ağqoyunlu tayfaları siyasi birliyinin başçısı Bayandur tayfasından olan Pəhləvan
bəy (1370-1388) idi. Lakin onun varisləri Tur Əli (1388-92) və Fəxrəddinin dövründə
(1392-1394) bu ittifaq zəyifləyir. 1394-cü ildən Qara Yusif Osman bəy (1394-1435)
möhkəmlənərək Diyarbəkri özünə mərkəz seçdi, öz adına pul kəsdirdi. O, öz
hakimiyyətini gücləndirərək Ərzincan, Mardin və Sivaz torpaqlarını öz hakimiyyəti
altına aldı. Lakin 1435-ci ildə Qaraqoyunlularla döyüşdə 90 yaşlı Osman bəy
134
öldürülür. Bu hadisədən sonra Qara Osmanın dövründə Ağqoyunlu tayfa ittifaqında
başlanan arasıkəsilməyən daxili mübarizə yenidən gücləndi. Qara Osmandan sonra
Ağqoyunlu tayfa ittifaqının başçısı olmuş oğlu Əli bəy (1443-1444) daxili və xarici
mübarizədə müəyyən üstünlüklər əldə edə bildi. Əli bəyin ölümündən sonra onun
oğlanları Cahangir Mirzə (1444-1453) və Uzun Həsən arasında Ağqoyunlu ittifaqına
rəhbərlik etmək uğrunda mübarizə başladı. Bu mübarizə 1453-cü ildə Uzun Həsənin
qələbəsi ilə nəticələndi. Beləliklə, hakimiyətə gələn Uzun Həsən (1453-147)
Diyarbəkri ələ keçirərək, mərkəzləşmə əleyhinə çıxan qüvvələri darmadağın etdi.
Uzun Həsən Ağqoyunlu tayfa ittifaqını daha da möhkəmlətmək və bu ittifaqın
ərazisini Azərbaycan torpaqları hesabına genişləndirmək, Azərbaycanın cənub
vilayətlərində hakimiyyəti ələ keçirmək, orada hökmranlıq edən Qaraqoyunlulara
qarşı mübarizə aparmaq üçün tədbirlər görməyə başladı. Qeyd olunduğu kimi 1467-ci
il noyabrın 10-da Uzun Həsən Muş yaxınlığında Cahanşahın qoşunlarını məğlub
etməklə Qaraqoyunlu dövləti süquta uğratdı. Bağdada qədər olan geniş ərazilər
Ağqoyunluların əlinə keçdi.
1468-ci ildə Uzun Həsən çətinlik çəkmədən Azərbaycanın cənubunu və
Qarabağı tutdu. Paytaxtı Təbriz olan Ağqoyunlu dövləti yarandı. Ağqoyunlu
dövlətinin tərkibinə Kürdən cənuba olan Azərbaycan torpaqları, Diyarbəkr, Şərqi
Gürcüstan, Ərəb İraqı və s. torpaqlar daxil idi.
Ağqoyunlu dövlətinin xarici siyasəti. Ağqoyunlu dövləti Avropa dövlətləri ilə
əlaqələr yaratmış ilk Azərbaycan dövləti olmuşdur. Bu əlaqələrin yaradılmasında əsas
məqsəd Azərbaycanın beynəlxalq ticarət əlaqələrini, əsasən ipək ticarətini inkişaf
etdirmək və ordunu müasir odlu silahla təhciz etməkdən ibarət idi.
XV əsrin 60-70-ci illərində Ağqoyunlu dövlətinin Osmanlı İmperiyası ilə
münasibətləri son dərəcə kəskinləşdi. Əsas səbəblər isə Osmanlı imperatorluğunun
Azərbaycan ipəyinin böyük rol oynadığı Avropa-Şərq ticarətində vasitəçilik edən
dövlətə çevrilmək istəyi və Trabzon məsələsi idi. Trabzon Ağqoyunlu tacirlərinin
həm Qara dənizə əlverişli çıxış yolu idi, onlar bu şəhər vasitəsilə Krımdakı
mərkəzləri ilə əlaqə saxlayırdılar. Eyni zamanda Sultan Həsən Trabzon
imperatorunun bacısı Teodora (Dəspinə xatun) ilə evlənmişdi.
135
Ağqoyunlu qüvvələrinin osmanlılarla ilk toqquşması 1461-ci ildə Qoyluhisar
adlanan yerdə baş verdi. Döyüşdə Osmanlı sərkərdəsi Həmzə bəyin qoşunu ağır
məğlubiyyətə düçar oldu. II Mehmedin özü böyük qüvvə ilə strateji əhəmiyyətə
malik olan Qoyluhisarı geri qaytarmaq üçün hərəkət etdi. Uzun Həsən vəziyyətin
çətinliyini görərək osmanlılarla sülh yaratmaq qərarına gəldi və sultanı Trabzona
yürüşü fikrindən uzaqlaşdırmaq məqsədilə Azərbaycanın ilk diplomat qadını - anası
Sara xatunu II Mehmedin düşərgəsinə göndərdi. Sara xatun II Mehmetlə görüşdə onu
Ağqoyunlular üzərinə yürüşdən daşındırmalı idi. Çünki, Ağqoyunlular Osmanlı kimi
güclü imperiya ilə qarşılaşacaq qüvvəyə malik deyildilər. Digər tərəfdən Ağqoyunlu
dövləti üçün Qaraqoyunluların və Teymurilərin hücumu gözlənilirdi. Bununla yanaşı
Sara xatun II Mehmeti həm də Trabzon üzərinə hücumdan çəkindirməli idi. Birinci
vəzifə yerinə yetirilsə də, ikinci məsələdə Sara xatun Osmanlı Fatehini fikrindən
döndərə bilmədi. Nəhayət, Trabzon şəhəri bir aylıq mühasirədən sonra sultan qoşunu
tərəfindən tutuldu. 1461-ci ildə Osmanlı imperiyası və Ağqoyunlu dövləti arasında
bağlanmış Yassıçəmən sülhünə görə Trabzon imperiyası süqut etdi və ərazisi
Osmanlı dövlətinə qatıldı. Trabzonu itirməklə Ağqoyunlu dövləti təkcə öz müttəfiqini
deyil, həmçinin Qara dənizə yeganə çıxış yolunu itirdi və Genuya (İtaliyada şəhər)
tacirləri ilə əlaqə kəsildi. Bundan sonra Sara xatun Trabzon xəzinəsindən öz gəlini
Dəspinə xatuna çatası payı alaraq geri qayıtdı.
Trabzonu fəth etdikdən sonra II Mehmed işğalçılıq siyasətini davam etdirərək
Azərbaycan ərazisini də öz əlinə keçirmək üçün Ağqoyunlulara qarşı mübarizəyə
hazırlaşdı. Odur ki, Sultan Həsən Osmanlı İmperiyasının əleyhinə Venetsiya,
Macarıstan, Neapol krallığı, habelə Kipr və Qaraman və başqa dövlətlərlə diplomatik
əlaqə yaratmağa başladı. Osmanlıya qarşı hərbi ittifaq və birgə müharibə planı
hazırlandı.
Ağqoyunlular şərq ipəyi vasitəsilə Avropa ilə ticarətdən çoxlu gəlir əldə
edirdilər. Bu ticarət yollarının Osmanlılar tərəfindən məhdudlaşdırılması eyni
zamanda Avropa dövlətlərinin də mənafeyinə zidd idi. Odur ki, Avropa dövlətləri də
Osmanlılara qarşı Ağqoyunlularla ittifaqa can atırdılar.
136
Ağqoyunlu dövlətinin güclənməsi Teymuri hökmdarı Əbu Səidi də
Azərbaycana yürüşə tələsdirdi. 1468-ci ildə Azərbaycan ərazisinə hücum edən Əbu
Səidə qarşı Sultan Həsən Şirvanşah Fərrux Yasar və Səfəvilərin Ərdəbil hakimi Şeyx
Heydərlə ittifaq yaradaraq onu Muğan düzündə Mahmudabad döyüşündə məğlub
etdi. Sultan Həsən Şirvanşah Fərrux Yəsarla və Ərdəbil hakimi Şeyxi Heydərlə
ömrünün sonuna kimi dostluq əlaqəsi saxlamışdır. Hələ hakimiyyətə qədərki dövrdə
o, qızını Şeyx Heydərə ərə vermişdi. Bu, Trabzon imperatoru Kalo İohann Komnenin
vaxtilə Sultan Həsənə verdiyi Katerinanın qızı idi.
Ağqoyunlular üçün Teymuri təhlükəsi aradan qaldırılsada XV əsrin sonlarına
doğru Osmanlı imperiyası ilə münasibətlər daha da kəskinləşdi.
Belə ki, 1472-ci ilin yazında Sultan Həsən Osmanlı üzərinə hücuma keçdi.
Mirzə Yusif xanın başçılığı altında olan Ağqoyunlu qoşunları bir neçə qələbədən
sonra Aralıq dənizi sahillərinə çıxsada Avropalı müttəfiqləri gəlib çıxmadılar. Hətta
Venetsiya diplomatları gizli olaraq Osmanlı sarayında Misir və Suriyadan keçən
quru yollarda ticarət imtiyazları qazanmaq üçün danışıqlara girmişdilər. Beləliklə
müharibənin ağırlığı təkcə Ağqoyunluların üzərinə düşdü .
1473-cü ilin yazında güclü artilleriyası olan Osmanlı imperiyası Ağqoyunlulara
qarşı hərbi əməliyyatlara başlamaq üçün Ərzincan tərəfə hərəkət etdi. Sultan Həsən
isə Fərat çayının sağ sahilində düşərgə saldı. Beləliklə, 1473-cü il avqustun 1-də
Fərat çayı sahilində Malatiya yaxınlığında o dövrün bir-biri ilə rəqabət aparan iki
məşhur türk sərkərdəsi Sultan Həsən və Fateh II Mehmed qarşı-qarşıya dayandılar.
Mənbələrin məlumatına görə Ağqoyunlu qoşunu 70 min nəfərdən ibarət idi. Türk
qoşunları o qədər çox idi ki, hətta Sultan Həsən türklərin hərbi düşərgəsini seyr
edərkən onların çoxluğundan heyrətə gəlmişdi. Bu döyüşdə Sultan Həsən osmanlıları
ağır məğlubiyyətə uğratdı. Malatya məğlubiyyəti türklər arasında intizamın
pozulmasına və böyük ruh düşgünlüyünə səbəb oldu. Türklər İstanbula doğru geri
çəkilirlər.
Lakin, 1473-cü il avqustun 11-də Otluqbeli (Tərcan döyüşü də deyilir) döyüşü
zamanı ağqoyunlular üstünlük əldə etsələr də, yenidən nizamlanan və güclü odlu
silahdan istifadə edən osmanlıar nəticədə qələbə çaldılar.
137
Ağqoyunlu qüvvələrinin məğlubiyyətinin əsas səbəbi Sultan Həsənin ordusunda
kifayət qədər odlu silahın olmaması idi. Səlnaməçi Məhhəməd Nasirinin fikrincə,
Ağqoyunlular Otluqbeldə ona görə məğlub oldular ki,onlar “belə top-tüfəng davası
görməmişdilər”. Osmanlılar əleyhinə ittifaqa daxil olmuş Avropa dövlətlərinin
mənafeyi də bir-biri ilə toqquşduğu üçün bu ittifaq Sultan Həsənə kömək edə bilmədi.
Lakin, Ağqoyunlu dövləti məğlub olsa da Osmanlı qoşunlarına ağır zərbə vuruldu,
onların şərqə doğru yürüşlərinin qarşısı alındı.
Otluqbeli məğlubiyyəti ilə Ağqoyunlu dövlətinə ağır zərbə vuruldu. Bu
uğursuzluq olkə daxilindəki narazı qrupların mərkəzi hakimiyyətə qarşı fəallaşmasına
səbəb oldu. 1474-cü ildə Uzun Həsənin böyük oğlu, Şirazın valisi Uğurlu
Məhəmmədin başçılığı ilə mərkəzi hakimiyyətə qarşı üsyan baş verdi. Qiyamçılar
məğlub edildikdən sonra Uğurlu Məhəmməd Osmanlı dövlətinə qaçdı. Osmanlı
sultanı II Mehmed qızını ona verərək Sivasa-Azərbaycan Osmanlı sərhəddinə hakim
təyin etdi. Lakin Uzun Həsən öz fərari oğlunu tutub Təbrizdə edam etdirdi. II
Mehmed isə qızı və nəvəsi Əhmədi İstanbula apardı.
Sultan Həsən Osmanlılara qarşı mübarizədə Ağqoyunlulara kömək etmədiyi
üçün 1474-1477-ci illərdə Gürcüstana yürüş edərək qalib gəldi. Nəticədə 1477-ci ildə
Uzun Həsənin gürcü hakimi VI Baqratla bağladığı sülhə görə, Tiflis də daxil olmaqla
Şərqi Gürcüstan Ağqoyunlu dövlətinin hakimiyyəti altına düşdü.
Sultan Həsənin hakimiyyəti dövründə Moskva knyazlığı və Qızıl Orda dövləti ilə
də iqtisadi və diplomatik əlaqələr saxlanılırdı. Aparılan danışıqlar nəticəsində Qızıl
Orda dövləti Təbriz sarayından öz cənub sərhədlərinin təhlükəsizliyinə dair təminat
almışdı. Bu türk dövləti ilə münasibətlərinin yaxşı olmasını daha üstün tutan Sultan
Həsən 1475-ci ildə Moskva knyazı III İvanın Qızıl Ordaya qarşı ittifaq bağlamaq
haqqında təklifini qəbul etməmişdi.
1478-ci il yanvarın 6-da Uzun Həsən vəfat etdi. Onun vəfatından sonra ölkədə
sabitlik pozuldu, kəskinləşmiş feodal mübarizəsi Azərbaycanın iqtisadi və mədəni
inkişafına olduqca ağır təsir etdi. Ağqoyunlu dövləti daxili çəkişmələr nəticəsində
tədricən tənəzzülə uğradı.
138
Sultan Həsənin oğlu Yaqub Mirzənin dövründə (1478-1490) ölkədə nisbi sabitlik
hökm sürürdü. Şirvanşahlarla olan ənənəvi dostluq münasibətləri Şirvanşah Fərrux
Yasarın qızı ilə nigahından sonra daha da yaxşılaşdı. Qohumları olan (Sultan Həsən
bacısını Şeyx Cüneydə, qızını isə onun oğlu Şeyx Heydərə vermişdi) Ərdəbil
hakimliyinin getdikcə güclənməsini özü üçün təhlükə hesab etdiyindən Yaqub
Mirzənin onlarla münasibətləri pisləşdi. O, 1480-ci ildə Osmanlılara qarşı apardığı
qalibiyyətli müharibələr nəticəsində Osmanlı sultanı II Bəyazid sülh təklif etməyə
məcbur olur. Həmin ildə Yaqub Mirzə Misir və Suriya qoşunlarını da Urfa
yaxınlığında darmadağın etdi.
1490-cı ildə Yaqub Mirzənin ölmündən sonra hakimiyyət uğrunda mübarizə
daha da gücləndi. Sultan Yaqubun oğlu Baysunqur Mirzə (1490-1492) taxta çıxsada
Sultan Həsənin nəvəsi Rüstəm Mirzə hakimiyyət uğrunda mübarizəyə başlayır və
1492-ci ilin mayında Təbrizə girərək hakimiyyəti ələ alır. Rüstəm Mirzə (1492-1497)
hakimiyyətini möhkəmləndirmək xatirinə hərbi əyanlara böyük torpaq sahələri-
soyurqal (bəxşiş) paylayır. Nəticədə köçəri əyanlar qüvvətləndilər və mərkəzi
hakimiyyətə tabe olmaqdan boyun qaçırdılar. Bundan istifadə edən Sultan Həsənin
nəvəsi Gödək Əhməd (Uğurlu Məhəmmədin Sultan II Mehmedin qızından olan oğlu)
hakimiyyətə keçmək üçün mübarizəyə başladı. O, 1496-cı ildə Sultaniyyə döyüşündə
Ağqoyunlu qüvvələrini məğlubiyyətə uğratdı. 1496-cı ilin sonunda isə Naxçıvan
vuruşmasında Rüstəm Mirzəni məğlub etdi və əsir aldı. Beləliklə, Gödək Əhməd
1497-ci ildə Təbrizə daxil oldu və hökmdar taxtına çıxdı.
Gödək Əhməd ilk növbədə mərkəzdənqaçma meyllərinin qarşısını almaq üçün
irsi soyurqalların ləğv edilməsinə başladı, şəriətdə göstərilməyən 20-yə qədər vergi
və mükəlləfiyyəti ləğv etdi, Ağqoyunlu dövlətinin əvvəlki qüdrətini bərpa etməyə
çalışdı. Lakin, O, 1497-ci ilin dekabrında İsfahan döyüşündə əyanlar tərəfindən
öldürüldü. Bundan sonra Əlvənd və Murad Mirzələr arasında uzun sürən hakimiyyət
davası başlayır və nəhayət 1499-cu ildə döyüşlər dayandırılaraq hər iki şahzadə
arasında danışıqlar başlayır. 1500-cü ilin əvvəllərində Təbriz yaxınlığında dərviş
Baba Xeyrullanın köməyi ilə Əbhər adlı sülh müqaviləsi imzalanır. Bu sülhə görə,
Qızıl üzən çayı sərhəd olmaqla Diyarbəkr, Azərbaycanın Kür çayından cənuba doğru
139
olan hissəsi, Qarabağ və Ərməniyyə Əlvənd Mirzəyə, bütün Ərəb İraqı, Fars, Kirman
isə Murad Mirzəyə çatdı.
Bu parçalanma əslində Ağqoyunlu dövlətinin hərbi qüdrətini sarsıtdı və
süqutuna gətirib çıxardı. Bu ziddiyyətlərdən istifadə edən Səfəvilər 1501-ci ildə
Əlvənd Mirzəni, 1503-cü ildə Murad Mirzəni məğlub edərək Ağqoyunlu dövlətini
süquta uğratdılar.
Siyasi quruluş, idarə sistemi, hərbi qüvvələr. Şirvanşahlar, Qaraqoyunlu və
Ağqoyunlu dövlətləri müsəlman şərqinin ən güclü dövlətləri idilər. Qaraqoyunlu və
Ağqoyunlu dövlət başçıları padşah titulu daşıyırdılar. Şirvanşahlarda isə dövlət
başçısı şah adlanırdı. Uzun Həsən özünün Osmanlı və Teymuri sultanları
səviyyəsində hökmdar olduğunu qeyd etmək məqsədilə sultan titulunu qəbul etmişdi.
Qaraqoyunlu və Ağqoyunlu dövlətində aşağıdakı vəzifə ardıcıllığı mövcud idi:1.
Padşah; 2. Əmir-əl-ümarə (əmirlər əmiri) –baş komandan, padşahdan sonra ikinci
şəxs sayılırdı; 3. Sədr-əzəm-mövlana (ağa) - bütün müsəlman ruhanilərinə rəhbərlik
edirdi. Vəqf əmlakı, onların gəliri, mədrəsələr və xeyriyyə idarələri tamamilə onun
ixtiyarında idi; 4. Vəzir- daxili inzibati və xarici işlərə, dövlət gəlirinin
hesablanmasına və maliyyə işlərinə baxırdı, şahın möhürdarı, sahibi divan idi.
Qaraqoyunlu və Ağqoyunlu sarayında digər vəzifələr də (eşik-ağası, qapıçı,
möhrdar, xəzinədar, əmiraxur və s.) vardı. Bundan başqa, mənbələrdə münşi əl-
məmalik, mustovfı, qazi əlqüzzat, divanbəyinin də adları çəkilir.
Qoşun puşandarlardan (ağır silahlı süvarilərdən) və tirkəşbəndlərdən
(oxatanlardan) ibarət idi. Qaraqoyunlu və Ağqoyunluların 100 min, Şirvanşahların isə
60 minlik qoşunu var idi.
Kənd təsərrüfatı və aqrar münasibətlər. XV əsrdə beş əsas torpaq mülkiyyət
forması var idi: 1. Divan-dövlətə məxsus torpaqlar.2. Xassə-hökmdar və onun
ailəsinə məxsus torpaqlar. 3. Mülk-xüsusi, irsi keçən torpaqlar. 4. Vəqf –müsəlman
rühanilərinə məxsus olan torpaqlar. 5. Soyurqal (bəxşiş) - bu torpaqlar Qaraqoyunlu
və Ağqoyunlu dövlətləri dövründə iqta torpağı əvəzinə yaranmışdı və hərbi-köçmə
əyanlara xidmət üçün paylanırdı. İqtaya nisbətən soyurqal sahibinin hüquqları daha
geniş idi. Onlar inzibati, məhkəmə və vergi toxunulmazlığı hüququna malik idilər.
140
Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində hakim sinif tərkib baxımından müxtəlif
idi. Bu sinif əsasən aşağıdakı qruplardan ibarət olmuşdur:
a) padşah (sultan) başda olmaqla hakim sülalə; b) Barani, Sədli, Baharlı,
Bayandur, Pörnak, Mosullu və Qacar tayfalarının hərbi-köçəri əyanlar kütləsi; c)
yerli, oturaq əyanlar (məliklər); ç) ali mülki bürokratiya nümayəndələri; d) ali
müsəlman (sünni) ruhaniləri. Ali xristian ruhaniləri təbəqəsi Azərbaycanın bəzi
vilayətlərində torpaq sahələrinin mülkiyyətçisi idi. Azərbaycan tayfalarının hərbi-
feodal əyanları göstərilən qruplar arasında aparıcı yer tutmurdular.
Bu dövrdə Azərbaycan kəndliləri və sənətkarları 30-dan çox adda vergi və
mükəlləfiyyət var idi. Malcəhət (və yaxud bəhrə) - Uzun Həsənin "Qanunnamə"sinə
əsasən bəhrə əldə edilən əsasən məhsulun 1/5 təşkil edirdi. Bəhrə-sudan istifadə
müqabilində ödənilirdi. Çobanbəyi-maldarlar otlaqdan istifadəyə görə ödəyirdi.
Tamğa və bac - monqollardan qalma vergi idi və sənətkar, tacirlər ödəyirdilər.
Xristian əhalidən can vergisi alınırdı. Qeyri-qanuni surətdə, özbaşına şəkildə toplanan
vergilər şiltaqat adlanırdı.
Ağqoyunlu hökmdarı Sultan Həsən feodal özbaşınalığını məhdudlaşdırmaq və
vergilərin yığılması zamanı sui-istifadə hallarını aradan qaldırmaqla iqtisadiyyatın
inkişafına təkan verdi. O, Əsasən aqrar və vergi məsələlərilə əlaqədar münasibətlərin
tənzimlənməsinə dair “Qanunnamə" də tərtib etmişdi. Təkcə Azərbaycanda deyil,
Uzun Həsənin hakimiyyəti altında olan bütün ərazilərdə qüvvədə olmuşdur.
"Qanunnamə" dövrümüzədək gəlib çatmamışdır. Ölkədə yığılan vergilərin həcmi
dəqiqləşdirilmişdi. Qanunnamə"də qismən mühakimə icraatı, qazıların vəzifəyə
təyinatı və mülki hüququn iddialar institutuna, həmçinin iddia müddətlərinin
hesablanması məsələlərinə də toxunulmuşdur. Belə ki, qazılar bu vəzifəyə artıq bilik
və bacarıqları yoxlanmaqla təyin edilir, bəzən isə seçilirdilər.
Şəhərlər. Sənətkarlıq və ticarət. Pul dövriyyəsi. Bütövlükdə XV əsr (əsrin əvvəli
və sonu istisna olunmaqla) Azərbaycanda şəhər həyatının nəzərəçarpacaq dərəcədə
canlanması, şəhərlərin ticarət-sənətkarlıq əhəmiyyətinin artması dövrü kimi
qiymətləndirilir. Qaraqoyunlu Cahanşahın, Ağqoyunlu Uzun Həsənin və Sultan
Yaqubun hakimiyyətləri dövründə şəhər həyatı daha yüksək inkişaf səviyyəsində
141
olmuşdur. Bu dövrdə Təbriz nəinki ölkənin ən böyük şəhəri idi, eyni zamanda
əhalisinin sayına görə Yaxın və Orta Şərqin bütün şəhərlərindən üstün idi. Alman
səyyahı Şiltberger qeyd edirdi ki, Teymuri hakimi Miranşahın yalnız Təbriz
şəhərindən əldə etdiyi gəlir həmin dövrün ən güclü Avropa hökmdarlarının gəlirindən
çox idi. Bakı Xəzərdə ən başlıca limana çevrilmişdi. Şəhər Həştərxanı, Orta Asiyanı,
Moskva dövlətini ticarət əlaqələri ilə bağlayan mühüm mərkəz olmuşdu. Burada neft
hasil olunur, sənətkarlıq və ticarət inkişaf edirdi. Bakıda sikkəxana da fəaliyyət
göstərirdi. XV əsrdə, həmçinin Şamaxı, Sultaniyyə Marağa, Ərdəbil, Gəncə və Xoy
şəhərləri də iri ticarət-sənətkarlıq mərkəzləri idi.
Asiya ilə Avropanı əlaqələndirən çox mühüm beynəlxalq karvan yolları
Azərbaycan ərazisindən keçirdi. Avropalılar Azərbaycan ərazisindəki ticarət
mərkəzlərindən müxtəlif şərq malları, xüsusən xam ipək, ipək və pambıq parçalar,
xalça-palaz məmulatı, ədviyyat, nadir boyalar, daş-qaş və s. alıb aparırdılar. XV əsrdə
Azərbaycanın Avropa ölkələri ilə əlaqələri də genişləndi. Bu dövrdə Azərbaycanla
Venesiya Respublikası, Roma papalığı, Neapol krallığı, Avstriya, Macarıstan,
Çexiya, Almaniya dövlətləri, habelə Kipr, Rodos və s. dövlətlər arasında əlaqələr
yaranmışdı. Qərb ölkələri ilə əlaqələrdə Azərbaycan ipəyi mühüm rol oynayırdı.
Azərbaycan ipəyinin əsas alıcıları olan İtaliya tacirləri Qara dənizdən Azov və Don
vasitəsilə Volqaya keçir, Xəzərsahili ticarət mərkəzləri ilə geniş əlaqələr yaradırdılar.
Onlar müxtəlif şərq malları xüsusən xam ipək almaq üçün Təbriz bazarlarına gəlib
çıxırdılar. İtalyan səyyahı Odorik de Pordenon XIV əsrdə Təbrizə "dünyanın hər
yerindən tacirlər gəldiyini" qeyd edir.
XV əsrdə Təbriz, Gəncə, Ərdəbil və Şirvan şəhərləri Azərbaycanın mühüm
toxuculuq mərkəzləri hesab edilirdi. XV əsr Azərbaycanda xalçaçılığın inkişafında
mühüm mərhələdir. Bu dövrdə Təbriz və Şirvan xalçaları xüsusi şöhrətə malik idi.
Niderland rəssamı Hans Memlinqin 1472-ci ildə çəkdiyi məşhur "Məryəm ana
uşaqları ilə" əsərində Quba-Şirvan tipli xovlu Azərbaycan xalçası təsvir edilmişdir.
Azərbaycanda dulusçuluğun ən böyük mərkəzi Təbriz idi. Metal emalının
inkişaf etdiyi şəhərlər Təbriz, Ərdəbil, Gəncə və Şamaxı sayılırdı. Metal emalının
142
əsas sahələri misgərlik və dəmirçilik idi. Azərbaycanda ağac emalı və şəbəkəli oyma
sahəsində çoxlu mahir sənətkar çalışırdı.
XV əsrin sonunda Teymur imperiyasının meydana gəlməsi ilə Azərbaycanın da
pul tədavülündə dəyişiklik baş verdi. Teymurun Hindistan təcrübəsindən əxz etdiyi
yeni pul vahidi (təngə) əvvəlki pul vahidini (Ərəb xilafəti dövründə yeddi əsrdən
artıq şərq dövlətlərində pul vahidi kimi istifadə olunan gümüş dirhəmi) dövriyyədən
sıxışdırıb çıxardı. Nəticədə təngə XV əsr Azərbaycan dövlətlərinin (Şirvanşahların,
Qaraqoyunluların və Ağqoyunluların) pul sisteminin əsasını təşkil etmişdi. Gümüş
sikkələrin zərb edilməsi Şamaxıda həyata keçirilidi, mis sikkələr isə Dərbənd və
Bakıda kəsilirdi.
Maarif. Elm. Bu dövrdə əsas təhsil müəssisələri məktəb və mədrəsələr idi.
Şagird məktəbdə müxtəlif fənlər haqqında ilkin məlumatlar əldə edirdi. Məktəb
mədrəsə üçün hazırlıq mərhələsi sayılırdı. Mədrəsələrdə dini təlim əsas yer tuturdu.
Lakin bununla yanaşı, ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, nücum, məntiq, fəlsəfə
dərsləri də keçirilirdi.
XV əsrdən etibarən Azərbaycan ədəbiyyatı əsasən doğma dildə inkişaf etməyə
başladı. Böyük şairlərdən İmaməddin Nəsimi yaradıcılığında mükəmməl bildiyi üç
dildən (Azərbaycan, ərəb, fars) istifadə etmişdir və Azərbaycan dilində böyük divan
yaratmışdır. Qaraqoyunlular dövlətinin hökmdarı Cahanşah Həqiqi, Nemətullah
Kişvəri, Xətai Təbrizinin “Yusif Züleyxa” poeması, Həqirinin “Leyli və Məcnun” u,
Nizaminin motivləri üzrə fars dilində “Xəmsə” yaratmış Əşrəf Marağai bu dövrdə
geniş şöhrət tapmışdır.
XV əsrdə tarix və coğrafiya elmləri də inkişaf etmişdir. Coğrafiyaşünas və
tarixçi Əbdürrəşid Bakuvi, Cəlaləddin Məhəmməd Dəvvani, Şamaxılı filosof və
münəccim (astronom) Seyid Yəhya Bakuvi kimi alimlər bu dövrdə yaşayıb
yaratmışdılar.
Musiqiçilərdən Əbdülqadir Marağai muğam və mahnılar yaratmışdır.
Rəssamlardan Əmir Dövlətyar, Əbdül Müsavir məşhur idilər.
MEMARLIQ. XIV əsrin sonu - XV əsr memarlığının tərəqqisində Təbriz
istiqaməti (ölkənin cənubunda) və Şirvan-Abşeron məktəbi (Azərbaycanın şimal
143
ərazisində) aparıcı mövqedə olmuşdur. Təbriz, Şamaxı və Bakı bu memarlıq
məktəblərinin əsas mərkəzləri idi. XV əsrin ən görkəmli memarlıq abidəsi Şirvanşah
I İbrahim tərəfindən Bakıda inşa edilmiş Şirvanşahlar saray kompleksidir. Bu
kompleksdə divanxana və “Bayıl daşları” nın bədii tərtibatı çox böyük maraq
doğurur. Həmçinin, Mərdəkan qalası kitabəsi diqqəti xüsusilə cəlb edir. Qaraqoyunlu
hökmdarı Cahanşahın əmri ilə 1465-ci ildə Təbrizdə tikilmiş “Göy məscid” memarlıq
sənətinin ən nadir incilərindən biri kimi tanınmışdır. Ağqoyunlu hökmdarı Yaqub
padşahın göstərişi ilə 1483-cü ildə Təbrizdə “Həşt-behişt” (səkkiz cənnət) saray
kompleksi, Ağqoyunlu Sultan Həsənin əmri ilə Təbrizdə Qeysəriyyə (örtülü bazar),
Həsən padşah camesi ucaldılmışdı. Dərbənddə tikilmiş “Darülqiyamət” adlı qala,
Dərbənd divarlarının “Qırxlar qapısı, Bakıda İçəri şəhərdə tikilmiş “Cümə məscidi”,
Qəbələ rayonu Həzrə kəndində ucaldılmış Şeyx Bədrəddin məqbərəsi, Mərdəkanda
Tabaşah məscidi, Səngəçalda (Bakının 40 km-də) tikilmiş karvansara da bu dövrün
memarlıq nümunələridir.
144
Mövzu:IX
Azərbaycan Səfəvilər dövləti
PLAN
1. Qızılbaşlar hərəkatı. Səfəvilər dövlətinin yaranmasında onun
rolu.
2. I Şah İsmayıl. Azərbaycan torpaqlarının birləşdirilməsi.
3. Səfəvilər dövlətinin daxili və xarici siyasətinin başlıca
istiqamətləri.
4. XVII əsr-XVIII əsrin birinci yarısında Səfəvi dövlətinin
zəifləməsi və beynəlxalq rəqabət meydanına çevrilməsi.
Ədəbiyyat
1. Azərbaycan tarixi. VII cilddə, III cild, Bakı, 1999. səh 182-346.2. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı,1989. sənəd N 29- 41, 50-51,553. Azərbaycan tarixi, Bakı, 1994, səh. 392-459.4. Azərbaycan tarixi. S. Əliyarlının redaktorluğu ilə Bakı,1996. səh.364-459.5. Mahmudov Y.A. Odlar yurduna səyahət. Bakı,1980. səh.9-62.
6. Fərzəliyev Ş. F. Azərbaycan XV –XVI əsrlərdə. Bakı,1983. səh.73- 82,113-127.
7. Şah İsmayıl Xətai.(məqalələr toplusu). Bakı,1988.8. Əfəndiyev O. Azərbaycan Səfəvilər dövləti. Bakı,1993.
145
Səfəvilər sülaləsinin yüksəlişi XIII əsrə təsadüf edir. Həmin dövrdə kəndli və
sənətkarlar arasında sufi (təsəvvür, sirr, müəamma anlamlı dini-fəlsəfi təlim) dərviş
təriqəti yarandı. Bu təriqətin yüksəlişi Şeyx Səfiəddinin (1252-1334) adı ilə bağlıdır.
Sufi dərviş təriqəti əsasən Ərdəbil və onun ətraf yerlərində yayılır və bu yerlərin
əhalisi Səfəvilərin müridləri sayılırdılar. Artıq XV əsrdə təriqətin təkcə Azərbaycanda
deyil, Rumda, Farsda, İraqda, Gilanda da ardıcılları meydana gəlir.
Görkəmli rus tarixçisi Petruşevski Səfəvilərin tarixini 4 dövrə bölür:
1-ci dövr XIII əsrin sonlarından 1447-ci ilə qədər-bu dövrdə səfəvilər şiəliyi yayır,
xalq kütlələrinin antifeodal hərəkatına başcılıq edirdilər:
2-ci dövr: 1447-1501-ci illər - bu dövrdə Səfəvilər artıq müstəqil ruhani feodalları
kimi fəaliyyət göstərərək, Azərbaycanın siyasi həyatında mühüm rol oynayırdılar:
3-cü dövr: 1501-1587-ci illər-bu dövrdə Səfəvilərin hakimiyyəti yaranır,
möhkəmlənir və onlar ölkənin həyatında mühüm rol oynayırlar:
4-cü dövr: 1587-1736-cı illər-bu dövrdə isə Səfəvilər dövlətinin mahiyyətinin
dəyişilməsi dövrü sayılır. Paytaxt Təbrizdən İsfahana köçürülür. Bu bölgü əsasında
Səfəvilərin Ərdəbil hakimiyyəti dövrü 1501-ci ilə qədər, bütün Azərbaycanda
hakimiyyət dövrü isə 1736-cı ilə qədər qəbul olunur.
Şeyx Səfiəddin və ondan sonrakı Səfəvilərin görkəmli başçıları Şeyx Səfiəddin
Musa (1334-1392), Şeyx Xacə Əli (1392-1427), Şeyx İbrahim (1427-1447) müxtəlif
vədlərlə xalq kütlələrini öz tərəfinə çəkməyə çalışır və hakimiyyət uğrunda mübarizə
aparırdılar. XV əsrin ortalarından başlayaraq isə Səfəvilər daha fəal siyasət yeritməyə
başlayır və Ərdəbildə öz mövqelərini möhkəmləndirirlər. Çox çəkmir ki, Muğan,
Qarabağ və Azərbaycanın Talış dağlarına qədər olan şərq torpaqları Səfəvilərin təsiri
altına düşdü.
Bu vaxt Azərbaycanın cənubunda Qaraqoyunlu Cahanşah hökmranlıq edirdi.
1447-ci ildə Ərdəbil hakimi olan Şeyx Cüneyd (1447-1460) Qaraqoyunlularla
düşmənçilik siyasəti yeridirdi. Qaraqoyunluların rəqibi olan ağqoyunlu Uzun Həsənlə
146
ittifaqa girən Seyx Cüneyd müstəqil fəaliyyətə başlayır. O, 1460-cı ilin martın 3-də
Dağıstana və Şirvana yürüş etdi. Samur çayı sahilində Şirvanşah I Xəlilullah
qaraqoyunlu Cahanşahla ittifaqa girərək Səfəvilərin qarşısını kəsir və burada böyük
toqquşma olur. Döyüş Səfəvilərin məğlubiyyəti və Şeyx Cüneydin ölümü ilə
nəticələnir. Onun oğlu Şeyx Heydər (1460-1488) atasının siyasətini davam etdirirdi.
O, dayısı Uzun Həsənin qızı ilə evlənərək, atasının ağqoyunlularla yaratdığı ittifaqı
daha da möhkəmləndirdi. Şeyx Heydərin səfəvi döyüşçüləri başlarına 12 imamın
şərəfinə on iki zolaqlı çalma bağlayırdılar və buradan “qızılbaşlar” termini
yaranmışdır.
Şeyx Heydər qaynı Ağqoyunlu Sultan Yaqubla razılaşdıqdan sonra 1483, 1487-
ci illərdə Şirvana və Dağıstana yürüşlər edir. Lakin, onun uğurlu yürüşləri Sultan
Yaqubu narahat etdiyindən 1488-ci ildə Şeyx Heydərin Şirvana növbəti hücumü
zamanı Sultan Yaqub Şirvanşah hökmdarı Fərrux Yasara kömək etdi. Həmin il
iyunun 9-da Şahdağın ətəyində Tabasaran yaxınlığında birləşmiş ağqoyunlu və şirvan
qoşunları ilə Səfəvilər üz-üzə gəlirlər. Qanlı döyüş nəticəsində hər iki tərəf xeyli itki
verdi və Şeyx Heydər öldürüldü.
Beləliklə, XV əsrdə Səfəvilərin öz hakimiyyətlərini Şirvana yaymaq cəhdləri baş
tutmadı. Səfəvilərin Ərdəbil hakimiyyətləri zəiflədi. Şeyx Heydərin oğlanları
Sultanəli, İbrahim və İsmayıl Agqoyunlu Sultan Yaqub tərəfindən əsir alınır. Onlar
Sultan Yaqubun bacısı Aləmşahbəyimin övladları idilər. Onlar Şiraz yaxınlığında
İstəxr qalasına salınmış və dörd il yarım orada əsirlikdə qalmışdılar. Ağqoyunlu
padşahı Rüstəm Mirzə hakimiyyətə gələrkən qardaşları 1492-ci il-də əsirlikdən azad
edir. Lakin Sultanəli öz dədə-baba hakimiyyətini (Ərdəbil) bərpa etmək məqsədilə
hazırlığa başlayır və 1494-cü ildə Ərdəbil yaxınlığında Şəməsi adlı yerdə döyüşə
Ağqoyunlu Rüstəm Mirzənin qoşunu döyüşə girsədə məğlub olur, Sultanəli həlak
olur. Ağqoyunlular Ərdəbili və Səfəvilərin digər mülklərini ələ keçirirlər. Ağqoyunlu
sərkərdəsi Əbih Sultan Ərdəbilə daxil olaraq Səfəvilərin çoxunu qılıncdan keçirir.
Lakin qızılbaş əmirləri İsmayılı xilas edə bilirlər. Uzun təqiblərdən sonra İsmayıl
Lahicana gəlir və 6 ilə yaxın orada yaşıyır.
147
Səfəvilər dövlətinin yaranması. 1499-cu ilin avqustunda 13 yaşlı İsmayıl
Lahicanı tərk edərək, Ərdəbilə yola düşür. Bu səfərdə İsmayılı onun əsas tərbiyəçisi
və qəyyumu Hüseyn bəy Lələ, həmçinin digər qızılbaş tayfa başçıları Əbdüləli bəy
Dədə (Dədə bəy Talış), Xadim bəy Xülafə, İlyas bəy Ayqutoğlu (Xınıslı), Qarapiri
bəy Qacar, Rüstəm bəy və Bayram bəy (hər ikisi Qaramanlı tayfasından idi)
müşaiyət edirdilər.
Yerli Ağqoyunlu hakimləri İsmayıla Ərdəbildə qışlamağa imkan vermədiyindən
O, yolüstü Ərcivanda (Astara) qışlayır. Artıq bu dövrdə onun bayrağı altında şamlı,
ustaclı, rumlu, təkəli, zülqədərli, əfşar, qacar, varsaq adlanan qızılbaş tayfaları
birləşmişdilər. Mənbələrin məlumatına görə Ərzincanda keçirilən müşavirədə əsas
zərbəni Şirvana vurmaq qərara alındı.
İsmayıl birinci növbədə Şirvanşahlar dövlətinə zərbə vurmaq istəyirdi, çünki
Təbrizə hücum etməklə dərhal üç düşmənlə - Ağqoyunlu Əlvənd Mirzə və Muradla,
habelə onları müdafiə edən Şirvanşah Fərrux Yasarla toqquşmalı olardı. Belə olduqda
qızılbaşların qələbəsi şübhə altında qalırdı. Bununla yanaşı Qızılbaşların nəzərində
Şirvanşahlar Şeyx Cüneydin və Şeyx Heydərin ölümünün əsas səbəbkarı - "qatilləri"
idilər.
Beləliklə, 1500-ci ilin payızında qızılbaş qoşunu Kürü keçib Şirvan ərazisinə
daxil olur. Şirvanşah Fərrux Yasar acizlik göstərərək Qəbələyə qaçır. Qızılbaşlar heç
bir müqavimətə rast gəlmədən Şamaxını tutaraq şəhər yaxınlığındakı Gülüstan
qalasına yollandılar. Şirvanşah Fərrux Yasar 1500-ci ilin sonunda qoşunla geri
qayıdır və Gülüstan qalasından bir qədər aralıda Cabanı düzündə səfəvilərlə döyüşə
girir. Şirvanşahlar sayca qızılbaşlardan azı iki dəfə üstün olsalar da döyüş səfəvilərin
qələbəsilə başa çatır və Fərrux Yasar öldürülür.
Cabanı döyüşündən sonra İsmayıl Muğana qışlamağa getdi. Burada o xəbər
tutdu ki, Bakı sakinləri xərac verməkdən imtina edir və qızılbaşlara müqavimət
göstərirlər. Belə olduqda 1501-ci ilin yazında İsmayıl Bakı qalasını ələ keçirmək
məqsədilə sərkərdələri Məhəmməd bəy Ustaclı və İlyas bəy Xunuslunu ora göndərir.
Lakin şəhər hakimi Şirvanşah Fərrux Yasarın oğlu Qazı bəyin arvadı qalanın
müdafiəsini təşkil edir. Belə olduqda İsmayıl Bakıya doğru hərəkətə başladı. O,
148
qalanın dinc yolla təslim olunması üçü bakılılara müraciət etdi. Tarixçi Həsən bəy
Rumlunun məlumatına görə Qazı bəyin arvadı Səfəvi elçisinin edam edilməsini əmr
edir.
Bakılıların inadlı müqaviməti qızılbaş əmirlərini qalanı hücumla almağa məcbur
etdi. Qızılbaşlar qala divarlarının altından lağım ataraq şəhərə daxil olurlar. Şəhər
əyanları darvazaları İsmayılın üzünə açırlar və Səfəvilər şəhərə daxil olaraq
Şirvanşahların xəzinəsini ələ keçirirlər. İsmayılın ən nüfuzlu silahdaşlarından biri
olan Hüseyn bəy Lələ Şamlı Səfəvilərin Şirvan canişini təyin olunur.
Bakını aldıqdan sonra Qızılbaşlar Kür çayını keçib Naxçıvana doğru hərəkətə
başlayır. Belə bir vaxtda Ağqoyunlu hakimi Əlvənd Mirzə Naxçıvanın şimal-
qərbindəki Şərur düzündə dayanmışdı. İsmayıl Araz çayının cənub sahili boyunca
irəliləyərək Naxçıvan bölgəsində çayı keçdi və düşmənin qarşısına çıxdı. Burada
1501-ci ilin ortalarında tərəflər döyüşə girdilər.
Bu döyüşdə İsmayıl əsl sərkərdəlik məharəti nümayiş etdirirdi. Ağqoyunlu
Əlvənd Mirzə öz döyüşçülərinin gücünə inanmırdı. Döyüş meydanını tərk etməmələri
üçün onları hər tərəfdən dəvələrlə əhatə etməyi əmr etdi. Ağqoyunluların 30 min,
səfəvilərin isə 7 min nəfərdən ibarət olmalarına baxmayaraq Ağqoyunlular məğlub
olaraq dağılışmağa başladılar, Əlvənd Mirzə isə Ərzincana qaçdı. Beləliklə 1501-ci
ilin payızında İsmayıl heç bir müqavimətsiz Təbrizə daxil olur və özünü şah elan
edir, adına xütbə oxutduraraq sikkə zərb etdirdi. Paytaxt Təbriz olan Azərbaycan
Səfəvilər dövlətinin əsası qoyulur (1501-1736). Səfəvilər dövlətinin mövcudluğu
dövründə Azərbaycan torpaqlarının vahid mərkəzləşdirilmiş halda birləşdirilməsi
tariximizdə mühüm hadisə olmuşdur.
Səfəvilər dövləti sosial-iqtisadi cəhətdən daha çox inkişaf etmiş Azərbaycan
ərazisində yarandı. Bu dövlətin iqtisadi əsasını zəngin Azərbaycan vilayətləri (Şirvan,
Qarabağ, Naxçıvan, Muğan və Qızılüzən çayına qədərki Cənubi Azərbaycanı) təşkil
edirdi. Ağqoyunlu Əlvənd Mirzənin məğlubiyyətindən sonra əsas təhlükə onun
qardaşı Fars və İraqi Əcəmin hakimi olan Murad Mirzədən idi. O, Həmədanda qoşun
toplayaraq qızılbaşlara zərbə endirməyə hazırlaşırdı. Odur ki, 1503-cü il iyunun 21-
də Həmədan yaxınlığında, Almaqulağı deyilən yerdə İsmayıl ağqoyunlularla vuruşa
149
girir. Şiddətli döyüş qızılbaşların qələbəsilə başa çatır və Murad Mirzə Şiraza qaçır.
Əgər, Şah I İsmayıl Ağqoyunlu Əlvənd üzərində qələbə ilə Azərbaycana sahib
olmuşdusa Ağqoyunlu Murad Mirzə üzərində qələbə ilə isə Fars və İraqi Əcəmə
yiyələnir, həmçinin Ağqounlular dövlətinin varlığına son qoyur.
Elə həmin ildə Şah I İsmayıl Şirazı, Qumu, Kaşanı və İsfahanı tutdu. 1505-ci ildə
isə Yəzdə və Kirmana yiyələndilər. 1506-1508-ci illərdə Bağdad şəhəri daxil olmaqla
Diyarbəkri, Xilat, Bidlis və Ərəb İraqını fədh etdilər. Artıq 1510-cu ildə bütün İran
vilayətləri (Xorasan istisna olunmaqla) Səfəvilər dövlətinə birləşdirilmişdi. Beləliklə,
Səfəvi dövləti şərqdə Şeybani xanın Özbək dövləti (Şeybanilər dövləti) və qərbdə
Osmanlı Türkiyəsi ilə həmsərhəd oldu.
I Şah İsmayılın daxili və xarici siyasəti. Dövlətdə əhalinin etnik və mədəni
birliyə malik çoxluğunu Azərbaycan türkləri təşkil edirdilər. Azərbayacan etnik
ünsürü Səfəvilər dövlətin siyasi həyatında rəhbər rol oynayırdı. Hərbi komandanlıq,
maliyyə işləri, vilayət əmirləri vəzifəsi, demək olar ki, bütün saray vəzifələri
Azərbaycan türklərinin əlində cəmləşmişdi. Dövlətin 74 əmirindən 69-cu
azərbaycanlı idi. Ordu da demək olar ki, azərbaycanlılardan təşkil olunurdu. Sarayda,
qoşun içərisində, diplomatik yazışmada Azərbaycan türkçəsi işlədilirdi.
Azərbaycan Səfəvilər dövlətinin güclənməsi Osmanlı Türkiyəsi və Orta
Asiyadakı Şeybanilər dövləti ilə münasibətlərinin mürəkkəbləşməsinə səbəb oldu.
Şeybanilər dövləti ilə ziddiyət əsasən Xorasan vilayəti ilə əlaqədər idi. Səfəvilərin
İran feodallarına qarşı başlarının qarışmasından istifadə edən Şeybani xan Xorasanı
tutur və hətta İsmayıla tabe olmaq tələbini irəli sürmüşdü. Şeybani xan hədə ilə
bildirmişdi ki, əks halda “mən İran və Azərbaycan sərhədlərinə qoşun çəkərəm, bu
ölkələri işğal edəndən sonra Ərəb İraqına və Hicaza gedərəm”. Bu səbəbdən Şah I
İsmayıl Xorasana doğru hərəkətə başlayır. Şeybani xan əsas qüvvələri ilə birləşmək
üçün Heratdan Mərvə qoşun toplamağa gedir. Qızılbaşlar Mərv qalasını mühasirəyə
aldılar. Şah I İsmayıl Şeybani xanın qoşununu qaladan çıxarıb döyüşü səhrada
keçirmək üçün taktiki tədbirlər keçirtdi. O, əsas qüvvə ilə Mərvdən uzaqlaşıb
Mahmudi kəndi yaxınlığında dayandı. Şeybani xan şah İsmayılın Azərbaycana
qayıtdığını zənn edərək Mərvdən çıxdı. 1510-cu il dekabrın 2-də burada özbəklərlə
150
döyüş oldu və Şah İsmayıl qələbə çalaraq hətta Şeybani xanı döyüşdə öldürülür.
Beləliklə Şah İsmayıl Mərv, Bəlx və Herat şəhərləri daxil olmaqla Xorasanı ələ
keçirir. Amu-Dəryaya (Orta Asiyada çay) qədər bütün ərazilər səfəvilərin
hakimiyyəti altına keçdi.
Səfəvilərin qüdrətinin artması Osmanlı Türkiyəsini çox narahat edirdi. Sultan II
Bəyazid 1504-cü ildə Səfəviləri tanımalı olsa da, Osmanlı feodalları Azərbaycanı və
qonşu ölkələri ələ keçirmək iddialarından yan keçmirdilər. Şah İsmayıl Türkiyə ilə
toqquşmanın labüd olduğunu hiss edirdi və mübarizə üçün müttəfiq axtarırdı. 1505-ci
ildə Səfəvilər Osmanlı imperiyasına qarşı birgə mübarizə aparmaq üçün Venesiya ilə
danışıqlar aparırılar. Lakin Avropa dövlətlərindən kömək almaq cəhdləri nəticə
vermədi. Sultan II Bəyazidin oğlu Sultan Səlim hakimiyyətə gəldikdən sonra (1512)
səfəvilərlə düşmənçiliyə başladı. 1512-ci ildə Şah I İsmayılın qoşunu Kiçik Asiyada
Qarahisar və Malatya şəhərlərinə yiyələndi. Sərkərdə Məhəmməd xan Ustaclı
Diyarbəkir şəhərini tutdu və buradan Şah I İsmayılın göstərişi ilə Sultan I Səlimə
təhqiramiz məktub yazdı. Sultan I Səlim Səfəvilərlə döyüşə girməzdən qabaq
Macarıstan və Venesiya ilə müqavilə bağladı, öncədən Şeybanilər tərəfindən yardım
vədini aldı. Onun əmrilə Osmanlı imperiyasının hər tərəfindən qoşun toplandı. Sultan
qoşunun döyüş ruhunu qaldırmaq üçün yeniçərlərə məvacib payladı. 140 min nəfərlik
osmanlı qoşunu döyüşə hazır vəziyyətə gətirildi.
Sultanın qoşunu 1514-cü ilin yayında Osmanlı-qızılbaş sərhəddi ilə axan Çaysu
çayını keçib Ərzincana daxil oldu. Şah I İsmayıl döyüşü yubatmağa çalışırdı. O,
osmanlı ordusunu qarşıdakı qışda çətin vəziyyətə salmaq məqsədilə əhalini köçürərək
ərzaq və yem ehtiyatlarını məhv edilməsinə, su mənbələrini yararsız hala salınaraq
"yandırılmış torpaq" taktikası həyata keçirilməsinə göstəriş verdi.
Nəhayət, 1514-cü il avqustun 23-də Çaldıran düzündə (Maku yaxınlığı) döyüş baş
verdi. Fars mənbələrinə görə hələ döyüşdən əvvəl hərbi şurada qızılbaşlar düşmən
üzərinə gecə hücuma keçməyi İsmayıla təklif etdilər. Onların fikrinə görə, gecə atəşi
qızılbaş süvarilərini silah və atəş topundan xilas edər. Ancaq Şah İsmayıl etiraz
edərək dedi: “Mən karvan basan quldur deyiləm, qoy allahın məsləhət bildiyi kimi
olsun”.
151
Osmanlı tarixçisi İdris Bidlisinin verdiyi ən dolğun məlumata görə, Osmanlı
ordusunda 100 min, qızılbaşlarda isə 40 min nəfər döyüşçü olmuşdur. Sultan I Səlim
yalnız ordusunun sayına görə deyil, həm də Avropa tipli hərbi təşkilatı ilə də
İsmayıldan üstün idi, osmanlılarda qızılbaşlarda olmayan böyük topxana vardı. Məhz
bu amil osmanlıların qələbəsində böyük rol oynadı. Nəticədə bu qanlı döyüş türklərin
qələbəsi ilə başa çatdı. Şah I İsmayıl Osmanlı ordusunda özünün bahadır gücü və
igidliyi ilə məşhur olan Əli bəy Malcuqoğlu ilə təkbətək döyüşdə türk sərkərdəsini
qılınc zərbəsilə məğlub etdi. Döyüşdə Qızılbaşların məhşur sərkərdələri Məhəmməd
xan Ustaclı, Hüseyn bəy Lələn, Sarı Pirə Ustaclı, Xadim bəy Hülafə həlak oldular.
Döyüşdə Şah I İsmayıl yaralanır və döyüş həlqəsini qıraraq olkənin içərilərinə
çəkilir. Bundan sonra Sultan Səlim Şah İsmayılı təqib edərək Xoy, Mərənd və Təbrizi
ələ keçirir. Lakin türklər müharibəni davam etdirmək iqtidarında deyildilər. Qışın
yaxınlaşması, ərzaq qıtlığı və qızılbaş döyüşçülərinin vətən torpağı uğrunda misilsiz
igidliyi Sultan Səlimin Azərbaycanı tezliklə tərk etməsinə səbəb oldu. O, gedərkən
Təbrizin ən yaxşı ustalarını da ozü ilə apraır. Çaldıran döyüşünün nəticəsi olaraq
Türkiyə Ərzurum şəhəri ilə birlikdə Qərbi Anadolu və Şimali Mesopotomiyaya
yiyələndilər.
Çaldıran döyüşü tarixə ən qanlı qardaş qırğını kimi düşmüşdür. Sultan I Səlim
üçün böyük zəfər sayılan Çaldıran vuruşu, əslində Türk dünyasının ümumi faciəsi,
qərb dünyası diplomatiyasının isə strateji qələbəsi idi.
Çaldıran döyüşündəki məğlubiyyət Səfəvilərin qüdrətinin zəifləməsinə səbəb
oldu. 1514-cü ildə başlanan Səfəvi-Türkiyə müharibələri isə fasilələrlə 100-ilə qədər
davam etmişdi.
Çaldıran döyüşündən sonra I Şah İsmayılın odlu silah almaq istədiyi Portuqaliya
onun ümidlərini doğrultmadı. Əksinə, Şah İsmayılın xeyirxah münasibətindən
istifadə edən Portuqaliya İran körfəzində möhkəmlənməyə başladı. Portuqallar 1515-
ci ildə Hörmüz limanını ələ keçirərək Səfəvilərin Hind okeanına çıxış yolunu
bağladılar.
Osmanlılarla müharibə dayandıqdan sonra, Səfəvilər dövlət daxilində öz
hakimiyyətlərini möhkəmlətməyə çalışırdılar. Şirvanşahlar Şah I İsmayıla tabe
152
olmaqdan boyun qaçırsalarda Şirvanşah hökmdarı II İbrahim (1502-1524) 1517-ci
ildə Səfəvilərdən asılılığı qəbul edir. Bununla yanaşı, Şah İsmayıl Şirvanşahlarla sülh
münasibətlərinə meyil edir və qızı Pərixan xanımı Şirvanşah II İbrahimin oğlu Xəlil
(II Xəlilullah) ilə nişanlayır. Bu münasibətlər sonralar da müsbət istiqamətdə inkişaf
etmişdi.
1517-ci ildə Səfəvilər Gürcüstana yürüş edərək oranı asılı vəziyyətə saldılar. Az
bir müddət sonra Şəki də yenidən Səfəvilərin hakimiyyəti ilə barışır.
I Şah Təhmasibin dövründə Səfəvilər dövlətinin vəziyyəti. 1524-cü ildə Şah
İsmayıl 37 yaşında qəflətən vəfat edir və hakimiyytə onun oğlu on yaşlı Təhmasib
(1524-1576) keçir. Tərbiyəçisi isə (lələsi) Div Sultan Rumlu olmuşdur. Onun
hakimiyyəti dövründə Azərbaycan torpaqlarının tam mərkəzləşdirilməsi başa çatır.
On ilə qədər ustaclı, təkəli və şamlı əmirlərinin başçılığı ilə dövlət idarə olunsada Şah
Təhmasib 1534-cü ildən dövləti özü idarə etməyə başladı.
Sultan I Süleyman Qanuninin (1520-1566) dövründə Səfəvi-Osmanlı münasibətləri
yenidən kəskinləşir. Belə ki, 1534, 1535-ci illərdə osmanlı ordusu Azərbaycan
ərazisinə daxil olmuş və Təbriz şəhərində möhkəmləndilər. Lakin, Şah I Təhmasibin
tətbiq etdiyi əks hücumlar, həmçinin “yandırılmış torpaq taktikası” nəticəsində
Osmanlılar da ərzaq çatışmazlığının yaranması və qışın sərt keçməsi nəticəsində hər
dəfə şəhəri tərk etmək məcburiyyətində qalmışdılar.
Bu dövrdə Şirvanda daxili ziddiyyətlər kəskinləşdi. II Xəlilullahın (1524-1535)
ölümündən sonra Şirvanı daxili çəkişmələr bürüdü. Bundan istifadə edən I Təhmasib
Şirvanı işğal etmək məqsədilə 1538-ci ilin yayında qardaşı Əlqas Mirzənin başçılığı
ilə 20 minlik qoşın göndərir. Şirvan alınaraq Səfəvilərin əyalətinə çevrilir. Əlqas
Mirzə Şirvana bəylərbəyi təyin dilir. Beləliklə Azərbaycanın həm cənubu, həm də
şimali bir dövlətin tərkibinə daxil olur. Bu isə ölkənin həm iqtisadi,həm də mədəni
hayatına müsbət təsir edir. I Təhmasib 1540-cı ildə Bakını, 1541-ci ildə Tiflisi tutur.
1547-ci ildə Əlqas Mirzə özünü müstəqil hökmdar elan etməyi qərara alaraq
qardaşına qarşı qiyam qaldırır. Bu qiyamda Əlqas Mirzəyə Krım xanı da kömək
edirdi. Lakin o, məğlub olaraq Türkiyəyə qaçır. Şahın oğlu İsmayıl Mirzə (II İsmayıl)
Şamaxıya bəylərbəyi təyin edilir. Onun dövründə və onu əvəz edən Abdulla xanın
153
dövründə Şirvanda baş verən bütün qiyamlar yatırıldı və Səfəvilərin hakimiyyəti
burada daha da gücləndi.
1548-ci ildə Osmanlıların Azərbaycan ərazisinə üçüncü yürüşü baş verir və
Təbriz şəhəri yenə də əsas hədəf olur. Lakin, bu dəfə də osmanlı qoşunu bir müddət
sonra ölkəni tərk edir.
1551-ci ildə Şah I Təhmasib Şəkiyə tərəf hücum edir. Bu vaxt Şəki hakimi
Dərviş Məhəmməd Gələrsən-Görərsən qalasında möhkəmlənir. Qeyri bərabər döyüş
Səfəvilərin qələbəsi ilə başa çatır. Beləliklə, Şah I Təhmasib Şəkinin müstəqilliyinə
son qoymaqla Azərbaycan torpaqlarının vahid halda birləşdirilməsi prosesini başa
çatdırır.
1554-cü ildə yenidən Sultan Süleyman Azərbaycana dördüncü dəfə hücum
edərək Naxçıvanı və başqa əraziləri viran etdi. Lakin digər ərazilərdə uğursuzluqla
üzləşən Sultan danışıqlara girir və 1555-ci il mayın 29-da Amasiyada sülh
müqaviləsi bağlanılır. Bu sülhə görə Qərbi Gürcüstan, Qərbi Ermənistan Türkiyənin,
Gürcüstanın Şərq vilayətləri və indiki Ermənistan Səfəvilərin ixtiyarına keçdi. 1555-
ci ildə, osmanlılarla sülh müqaviləsi bağlanmasından sonra şah Təhmasib dövlətin
paytaxtını Təbrizdən Qəzvinə köçürdü. Bu tədbirin əsas səbəbi Təbrizin hər dəfə
Osmanlı işğalına məruz qalması idi.
Azərbaycan Səfəvilər dövlətinin süqutu. Osmanlı imperiyasının
Azərbaycanı zəbt etməsi. XVI əsrin 70-ci illərindən Türk istilalarının yeni dövrü
başlayır. Şah I Təhmasibin ölümündən sonra (1576) onun oğulları arasında
hakimiyyət uğrunda mübarizə başlayır. Bu mübarizədə şah II İsmayıl (1576-1578)
qalib gələrək hakimiyyətə keçsədə, saray çevrilişləri nəticəsində 2 il sonra öldürülür.
Onun böyük qardaşı Məhəmməd Xudabəndə (1578-1587) dövründə Səfəvilər dövləti
daha da zəiflədi. Dövlət xəzinəsi demək olardı ki, boşaldılmışdı. Salnaməçi İsgəndər
bəy Münşi yazırdı: "Divanın yüksək vəzifəli şəxsləri qarşısında qazanc qapıları açıldı
və rüşvətxorluq artdı".
Dövlətin zəifliyindən istifadə edən Osmanlı sultanı III Murad (1574-1595) yeni
işğalçılıq müharibəsinə başladı. O, vassalı olan Krım xanı II Məhəmməd Gəraydan
(1577-1584) qızılbaşlara qarşı müharibədə iştirak etməyi tələb etdi. 1578-ci il
154
avqustun 9-da Çıldır gölünün (Qars vilayətinin şimal-şərqi) yaxınlığındakı ilk
döyüşdə qüvvələr nisbəti və qızılbaş əmirləri arasında birliyin olmaması səfəvilərin
məğlubiyyəti nəticələni. Bundan sonra türklər Gəncəni tutaraq Şirvana doğru
hücuma başladılar. Şirvan bəylərbəyi Araz xan buranı başsız qoyaraq qaçır.
Osmanlılar Şəki, Ərəş, Şamaxı, Qəbələ, Bakı, Şabran, Mahmudabad və Salyan
şəhərlərini asanlıqla tutdular. Lakin türklər bu dəfə də Azərbaycanda çox qala
bilmədilər. Qışın gəlməsilə onlar Ərzincana tərəf çəkilirlər. Bu hadisədən bir qədər
sonra Səfəvilər 1578-ci ildə Alazan çayı sahilindəki döyüşdə osmanlılar üzərində,
həmin ilin noyabırında isə Abdulla xanın oğlu Həmzə Mirzənin başçılığı altında
Mollahəsən adlı yerdə (Ağsu çayı sahilində) Osman paşanın (Şirvanın Osmanlı
hakimi) köməyinə gəlmiş Krım xanı Adil Gərayın ordusunu darmadağın etdilər.
1583-cü ildə Səfəvilər Şirvan ərazisində Niyazabad adlı yerdə Osmanlılar üzərində
qalib gəlsələr də, lakin həmin ildə Samur çayı sahilində tarixdə “Məşəl savaşı”
adlandırılan döyüşdə məğlub oldular. 1585-ci ildə Sufiyan ətrafında olan döyüşdə də
qüvvələr bərabər olmadığı üçün qızılbaşlar məğlub oldu.
1586-1589-cu illərdə təqribən bütün Azərbaycan III Sultan Muradın ordusu
tərəfindən tədricən ələ keçirildi. Bu dövrlərdə Osmanlı-Krım ordusunun törətdiyi
hərbi əməliyyatlar, qarətlər nəticəsində Azərbaycanın iqtisadiyyatına olduqca mənfi
təsir göstərirdi, bölgələr viran qaldı.
Belə bir vaxtda daxili feodal əyanları arasında çəkişmələr yenidən güclənir.
1587-ci ildə Məhəmməd Xudabəndə vəfat etdikdən sonra əyanlar Şah I Abbası
hakimiyyətə (1587-1629) gətirirlər. Bu dövrdə osmanlı ordusu dəfələrlə Azərbaycana
yürüşlər etmişdilər. Şah I Abbas yerdə qalan əraziləri əldə saxlamaq üçün sülhün ağır
şərtlərini qəbul etməli oldu. Nəhayət, 1590-cı ildə iki dövlət arasında İstanbulda sülh
müqaviləsi imzalanır. Bu müqavilə Azərbaycanı Səfəvi və Türkiyə dövlətləri
arasında bölüşdürür. 1590-cı il İstanbul sülhünün şərtlərinə əsasən Azərbaycan
(Qaradağ, Ərdəbil və Talış vilayətləri istisna olunmaqla), Cənubi Qafqaz əraziləri və
İranın bəzi qərb vilayətləri Osmanlı imperiyasının tərkibinə daxil edildi.
Osmanlı hakimiyyət orqanları zəbt olunmuş ərazilərdə yeni inzibati idarə
vahidləri yaratdılar, vilayətlərə hakimlər təyin etdilər. Şirvan, Şamaxı və Dərbənd
155
vilayətlərinə bölündü. Şamaxı vilayəti 16 sancaqlıqdan ibarət idi: Şamaxı, Lahıc,
Ağdaş, Qəbələ, Salyan, Zərdab, Şəki, Bakı, Sədru, Qara Ulus, Diku, Siryan (Sirhan),
Osmani, Xudavərd, Mahmudabad, Ərəş; Dərbənd vilayəti isə 8 sancaqlığa ayrılmışdı:
Dərbənd, Şabran, Axtı, Quba, Müskir (Müşkür), Kürə, Çıraq, Rustov.
1593-cü ildən etibarən Səfəvi dövlətinin tərkibində qalmış bütün Azərbaycan
əraziləri vahid bəylərbəyilikdə birləşdirilmişdi. Fərhad xan Qaramanlı və Zülfüqar
xan Qaramanlı Səfəvi Azərbaycanını növbə ilə idarə edirdilər.
XVII əsrin birinci yarısında Osmanlı-Səfəvi müharibələri və Azərbaycan.
Hakimiyyətə gəldiyi ilk gündən Şah I Abbas (1587-1529) Səfəvilərin əvvəlki
qüdrətini qaytarmağa çalışırdı. Şah I Abbas Səfəvilərin itirilmiş ərazilərini geri
qaytarmaq və mərkəzi hakimiyyəti gücləndirmək məqsədi ilə hərbi və inzibati
islahatlar keçirdi. Şahın həyata keçirdiyi ilk tədbirlərdən biri dövlətin maliyyə
vəziyyətini yaxşılaşdırmaqdan ibarət oldu. Bu məqsədlə o, yüksək vəzifəli bütün
şəxslərdən peşkəş adı altında xəzinəyə müəyyən məbləğ verilməsini tələb etdi.
Qızılbaşların təkbaşına silah
gəzdirmək hüquqları ləğv edildi. Başqa tayfalara da qoşuna daxil
olmaq hüququ verildi. Şah tərəfindən qoşun tayfa müxtəlifliyi
prinsipi əsasında təşkil edildi. Qızılbaşlar-
Qulamlar, Tüfəngçilər, Artilleriya (topçular) adlı müxtəlif dərəcəli qoşun
növləri yaradıldı.
Şah I Abbas dövlətin paytaxtını 1598-ci ildə İsfahana köçürdü. Bu isə İran
əyanlarının sarayda və dövlət aparatında nüfuzunun qüvvətlənməsinə səbəb oldu.
Hakim sülalənin dövlət idarəçiliyində Azərbaycan etnik ünsüründən İran ünsürünə
meylini əsasən başa çatdıran mühüm siyasi addım həyata keçirilir. Paytaxtın
köçürülməsi zamanı Qarabağadan, Qəzvindən Azərbaycan türkləri köçüb
gəldi. Burada onlar üçün və Şah Abbasın şərəfinə “Abbasabad” adlı xüsusui
məhəllə salındı. Şah I Abbas 1599-cu ildə Şeybaniləri məğlub edərək Xorasanı
yenidən Səfəvi dövlətinin tərkibinə qaytardı.
XVII əsrin başlanğıcında Azərbaycanda Osmanlı hakimiyyəti zəiflədi. Yerli
feodallar Səfəvi dövlətinə Osmanlı işğalından özlərinin xilaskarı kimi baxırdılar. Bu
156
zaman Azərbaycanda Osmanlı ağalığına qarşı başlanan üsyanlardan istifadə edən Şah
I Abbas 1603-cü il sentyabrın 14-də Azərbaycana yürüşə başladı. Hərbi əməliyyatlar
fasilələrlə 1639-cu ilə qədər davam etmişdir. 1603-cü ilin yayında Şah Ababs 15
minlik qoşunla Təbrizə tərəf hərəkətə başlayır.Təbrizdən bir qədər aralı Sufiyan
adlanan yerdə baş verən döyüşdə Şah Abbas Osmanlılar üzərində ilk qələbəsini əldə
edərək Təbrizi onlardan təmizləyir. 1603-cü ilin payızında Şah Abbasın qoşunları
Naxçıvan və Culfanı, 1604-cü il iyunun 8-də İrəvan qalasını ələ keçirir. O, bu
yerlərin əhalisini İsfahana köçürür. Bununla onun məsədi osmanlılara qarşı
Səfəvilərin ənənəvi "yandırılmış torpaq" taktikasını tətbiq etməklə türkələri ərzaq
təminatından məhrum etmək idi. Köçürmənin digər səbəbi Səfəvi şahının İranın
daxili vilayətlərinin məhsuldar qüvvələrini inkişaf etdirmək və dünya tranzit
ticarətinin əsas yolunu Səfəvi dövlətinin cənubuna köçürmək niyyəti idi. Belə ki,
Culfadan Avropaya gedən karvan yolu Osmanlı Türkiyəsindən keçirdi. Şah Abbas
Şərq-Qərb ipək ticarət yolunu Cənuba - Fars körfəzi limanlarına keçirmək qərarına
gəlmişdi.
1606-cı iln qışında Səfəvi qoşunları Qarabağ, Gəncə, və Tiflisi işğal etmək üçün
yürüşə başlayır. İki aylıq mühasirədən sonra Gəncəyə daxil olaraq oranı talan edirlər.
Hətta Şah I Abbasın əmri ilə şəhər əhalisi 1606-cı ilində Gəncə çayının sol sahilinə
köçürülür. Az sonra Tiflis işğal olunur. Bakı və Dərbənddə isə əhali türk qarnizonuna
qarşı üsyan qaldıraraq onları qovdular. İran qoşunıları (1607-ci il) Şamaxını da ələ
keçirərək 2000-dən arrıq türk qoşununu məhv etdilər. Səfəvilərlə Türkiyə arasında
baş verən 4 illik müharibə (1603-1607) nəticəsində Azərbaycanın bütün ərazisi və
qismən Dağıstan Şah Abbasın hakimiyyəti altına düşdü. Nəhayət 1612-ci ildə iki
dövlət arasında Sərab sülh (II İstanbul) müqaviləsi bağlandı və 1555-cil il Amasiya
sülhünün şərtləri bərpa edildi. Bununla yanaşı Osmanlı tərəfı bir sıra yeni şərtlər də
irəli sürdü. Belə ki, Səfəvi sarayı osmanlılara ildə 200 tay ipək verməyi öhdəsinə
götürdü. Osmanlıların vacib şərtlərindən biri də o idi ki, "rusların bu yerlərə
yürüşlərinin qarşısını almaq məqsədilə onlar tərəfındən tikilmiş Terek (Tarku)
qalasının dağıdılması barədə sultanın fərmanı olarsa, onda Şah bu işə maneçilik
törətməsin". Belə bir şərti irəli sürən Osmanlı dövləti Səfəvilərlə Rusiya arasında
157
mümkün ittifaqın yaranmasına mane olmağa çalışırdı. Lakin bu müqavilənin şərtləri
uzunmüddətli olmadı. Şah I Abbas böyük ordu ilə Azərbaycanın şimal vilayətlərinə
və Gürcüstana 1613-cü ilin oktyabrında təşkil etdiyi yürüş uğurla başa çatdı.
Səfəvilərlə Osmanlı qoşunu arasında 1618-ci il sentyabrın 10-da Sərab vilayətində
Sınıq körpü adlı yerdə baş verən döyüşdə Osmanlılar məğlub olduqdan sonra Xəlil
paşa geri çəkilib sülh danışıqlarına başladı. 1618-ci il sentyabrın 26-da Mərənddə
Xəlil paşa ilə Şah I Abbas arasında Mərənd sülh müqaviləsi imzalandı. Bu sülhün
1618-ci il Sərab sülhündən əsas fərqi Səfəvilərin ildə verəcəyi 200 tay ipək bacın 100
taya endirilməsi idi.
Şah I Abbasın xarici siyasətində əsas məsələlərdən biri də İran körfəzində
Portuqaliyanın ağalığına son qoymaq idi. Çünki, Hörmüz limanı körfəzdə üç mühüm
strateji məntəqədən biri olmaqla sahibinə İran körfəzi vasitəsilə Hind okeanı və
Qırmızı dənizə çıxışı təmin etmək və bununlada Cənub-Şərqi Asiya ticarətinə nəzarət
etmək imkanı verirdi. Şah I Abbasın portuqallara qarşı mübarizədə İspaniyadan
kömək almaq cəhdi baş tutmadığından o, portuqal və Hollandların rəqibi olan
İngiltərənin “Ost-Hind” şirkəti ilə 1621-ci ildə müqavilə bağladı. Müqavilənin
şərtlərinə görə şirkətin donanması Hörmüzdün geri alınmasında Səfəvilərə yardım
göstərməli, əvəzində Hörmüzdə əldə olunacaq gömrük rüsumu Səfəvi və İngiltərə
dövlətləri arasında yarı bölünməli və həmin limana gətirilən ingilis mallarından heç
bir gömrük rüsumu alınmamalı idi. 1622-ci ildə ingilislərin köməyi ilə körfəzin əsas
məntəqələri olan Hörmüz və Kiş adaları portuqallardan geri alındı. Şah I Abbas bu
münasibətlə “Ost-Hind” şirkətinə ticarət imtiyazları ilə bərabər Bəndər Abbas
limanında iki ticarət faktoriyası yaratmağa icazə verdi. Ancaq ingilislər burada bina
tikə bilməzdilər. Şah I Abbas İran körfəzində İngiltərənin nüfuzunun güclənməsinin
qarşısını almaq üçün Portuqaliya və Hollandiya ilə müqavilələr bağladı. 1625-ci il
müqaviləsi ilə portuqallar müəyyən ticarət imtiyazı əvəzində, körfəzdəki bütün
keçmiş müstəmləkələrinin Səfəvilər dövlətinə məxsusuluğunu təsdiq etdilər. 1623-cü
il noyabrın 21-də Hollandiya ilə bağlanan müqavilə ilə bu ölkənin tacirlərinə sərbəst
ticarət hüququ verilmişdi.
158
Şah I Abbasın apardığı mübarizə bütün Azərbaycan, Axalsık daxil olmaqla
Şərqi Gürcüstan və İraqi Ərəbin Səfəvilərin hakimiyyəti altına düşməsi ilə
nəticələndi. Şah I Abbas özünə arxa yaratmaq məqsədilə Azərbaycanın şimal
bölgələrinə yarım köçəri tayfaları köçürürdü. Məsələn, Muğanda çoxlu Şahsevən
ailəsi yerləşdirilmişdi.Türk soylu Padarların İranadan Azərbaycana köçürülməsidə
həmin dövrə təsadüf edir. Onlar Şamaxı Şəki və Dəvəçi rayonlarında indi də
yaşayırlar.
Türkiyə işğalçılarının Azərbaycandan qovulması yalnız Şah Abbasın hərbi
əməliyyətlarının nəticəsi deyil, eyni zamanda yerli əhalinin onlara qarşı azadlıq
mübarizəsinin genişlənməsinin də böyük rolu olmuşdur.
1601-ci ildə Qubada,1602-1603 illərdə Şirvanda, Qarabağda bir sıra xalq
çıxışları olmuşdu. Hətta Türkiyənin özündə də kəndli çıxışları baş vermişdi.
Bunlardan biri Cəlalilər hərəkatı idi. Bu hərəkat Türkiyədə XVI-cı əsrin 90-cı
illərində başlamış və sonralar Azərbaycan ərazilərinədə yayılmışdı. Cəlalilərin ayrı-
ayrı dəstələri, onlara qoşulmuş şəhər və kənd yoxsulları yerli feodallar üzərinə hücum
edərək onların var dövlətlərini ələ keçiridilər. Müxtəlif tayfalar içərisindən çıxmış
Cəlalili dəstə başçılarından biri Koroğlu idi. Xalq rəvaətinə görə Səlmas
yaxınlığındakı xaraba qala Koroğlu tərəfindən tikilmişdir. Koroğlunun silahdaşları
Dəli Həsən, Giziroğlu Mustafa bəy, Kosa Səfər, Tanritanımaz, Abaza Paşa idilər.
Koroğlunun tarixi şəxsiyyət olması haqqında o dövrdə yaşamış Əylisli Zəkəriyyənin
“Qeydlərində”, türk səyyahı Övliya Çələbiyyənin “Səyahətnaməsində” və başqa
əsrlərdə məlumatlar verilir.
1629-cu ildə Şah I Abbasın ölümündən sonra nəvəsi Səfinin (1629-1642)
hakimiyyətə keçməsindən istifadə edən IV Murad 1629-cu ildə Səfəvilərə qarşı hərbi
əməliyyatlara yenidən başladı. Şah I Abasın nəvəsi I Səfinin dövründə (1629-1642)
müharibə hər iki tərəfdən tez-tez davam etdirilirdi. Nəhayət, 1639-cu ilin mayın 17-
də Qəsri-Şirində Türkiyə-Səfəvi sülh müqaviləsi imzalandı. Sazişə görə, Osmanlı-
Səfəvi müharibəsinə son qoyuldu. İraqi Ərəb osmanlılarda, Zəncir qalasından
şərqdəki torpaqlar Səfəvilərdə qalırdı. Səfəvilər Van və Qars qalalarına, həmçinin
Axalsıka hücum etməyəcəklərinə dair təminat verirdilər.
159
Bundan sonra bir müddət nisbi sakitlik yaranır. Təsərrüffatda, şəhərlərin həyatında
dirçəliş meydana gəlir, bir sıra şəhərlər bərpa olunurlar. Azərbaycan ərazisinin
inzibati bölgüsü yaradılır və 4 bəylərbəyliyinə bölünür. Bunlar Təbriz, Çuxur-Sədd
(indiki Ermənistan), Qarabağ və Şirvan bəylərbəylikləri idilər. Bu vilayətləri İsfahan
şah sarayının sərəncamı ilə təyin olunan bəylərbəyilər idarə edirdilər. Bəylərbəyiliyə
tabe olunmuş vilayətlərin hakimləri qolbəyi adlanırdı, daha kiçik inzibati vahidlərin
hakimləri sultan sultan titulunu daşıyırdı.
XVII əsrin ikinci yarısında Xəzərsahili bölgələrə Don kazaklarının yürüşləri baş
vermişdir. Onlardan 1668-ci ilin yayında Stepan Razinin başçılığı ilə Azərbaycan
ərazisinə təşkil edilmiş kazak yürüşləri xüsusilə qeyd olunmalıdır. Bu yürüş zamanı
kazaklar Dərbənddə sahilə çıxdılar, Niyazabadı, Şabranı qarət və talan etdilər. Lakin
onların Bakıya yürüşü uğursuzluqla nəticələndi. Stepan Razin güclü müqavimətdən
ehtiyat edərək şəhəri təcili surətdə tərk etməli oldu.
XVIII əsrin birinci yarısında Səfəvi dövlətinin tənəzzülü və Azərbaycanın
Xəzərboyu əyalətlərinin Rusiya tərəfindən işğalı. XVIII əsrin əvvəllərində Səfəvi
dövləti dərin iqtisadi və siyasi tənəzzül dövrü keçirirdi. Mərkəzi hakimiyyətin
zəiflədiyi bir dövrdə hakim feodallar arasında mərkəzə tabe olmamaq əhvali-
ruhiyyəsi hiss olunurdu. Təbrizdə, Şirvanda, Carda şah üsuli-idarəsinə və yerli
feodallar əleyhinə üsyanlar baş verdi.
Səfəvi dövlətinin ağır günlərində Şah Sultan Hüseyn (1694-1722) Rus
dövlətindən kömək almaq məqsədlə 1713-cü ildə "dostluq və ticarət müqaviləsi"
bağlamaq üçün Fəzlulla bəyi Peterburqa göndərdi. Şahın bu müraciəti I Pyotrun
Şərqdə bağlı işğalçılıq siyasətinin reallaşması dövrünə təsadüf edir. Belə ki, O, Xəzər
dənizini Rusiyanın daxili dənizinə çevirməklə Xəzər-Volqa yolu ilə Şərq ölkələri ilə
ticarət etmək, Şərqlə Qərb ticarətində Rusiyanın vasitəçiliyinə nail olmağa çalışırdı.
Xəzər sahili vilayətləri ələ keçirmək, gələcəkdə cənub ölkələrinə ekspansiya
siyasətini həyata keçirmək üçün Dərbənd, Bakı, Şamaxı, Rəst kimi şəhərləri ələ
keçirmək niyyətində idi. Rus dövləti Azərbaycana ucuz xammal mənbəyi və
əmtəələrin əlverişli satış bazarı kimi yanaşır, digər dövlətlərin Azərbaycana ticarət
müdaxiləsinə əngəl törədirdi.
160
Qəti addım atmazdan əvvəl I Pyotr Xəzərboyu əyalətlərin sakinləri arasında
yürüşün səbəbini doğrultmaq məqsədilə "Manifest" çap edib, xüsusilə rus ordusu
hərəkət edəcək istiqamətdə yerləşən şəhər və kəndlərə göndərdi. “Manifest” də
yürüşün əsil səbəbi, mahiyyəti ört-basdır edilir və göstərilir ki, rus ordusunun bu
yürüşdə məqsədi Şirvan üsyanı zamanı Şamaxıda qətl və qarətə məruz qalmış rus
tacirlərinin intiqamını almaq, habelə Rusiya dövlətinin dostu olan İran şahına qarşı
qalxan üsyançılara, xüsusilə Hacı Davuda və Surxay xana (Şirvandakı qiyamçılara
rəhbərlik edirdilər) cəza verməkdən ibarətdir. I Pyotr "Manifest‖ində həmçinin yerli
əhaliyə əmin-amanlıq da vəd edirdi. "Manifest" Azərbaycan dilində də çap
olunmuşdu. Nəhayət, 1722-ci ilin iyulun 18-də I Pyotr 274 gəmidən ibarət böyük bir
donanma ilə Həştərxandan yürüşə başladı. Rus qoşunalrı həm quru, həm də dəniz
yolu ilə hərəkət edirdilər. Həmin il avqustun 15-də rus qoşınları Dərbəndə
yaxınlaşdılar. Şəhərin naibi İmamqulu şəhərin açarını I Pyotra təqdim edir və rus
qoşunları Dərbəndə daxil olurlar. Lakin, Rusiyaya İsvec tərəfindən yenidən müharibə
təhlükəsi yarandığından I Pyotr tezliklə geri qayıdır. Onun göstərişi ilə 1723-cü ilin
iyulun 12-də Bakı şəhəri də tutulur. Bakının alınması münasibətilə I Pyotrun göstərişi
ilə Peterburqda yaylım atəşi də açılır.
1723-cü il sentyabrın 12-də Şah II Təhmasibin (1722-1732) onu səlahiyyətlərdən
məhrum etməsindən xəbəri olmayan elçisi İsmayıl bəy İran şahından heç bir icazə
almadan Peterburqda Rusiya ilə müqavilə imzaladı. Nəticədə Dərbənddən Gilana
qədər olan torpaqları, habelə Şamaxı, Mazandaran və Astrabad Rusiyaya güzəştə
gedildi. Bunun əvəzində gələcəkdə İrana müdaxilə edən əfqanlara qarşı mübarizədə
(İran türkiyəni bu yerlərə buraxmasın) İranlılara kömək etməyi öhdəsinə götürdü.
Şərqdə öz müstəmləkə siyasətini həyata keçirməyə çalışan İngiltərə və Fransa
Rusiyanın Qafqazdakı nüfuzunun güclənməsinə hər vasitə ilə mane olurdular.
Bakının tutulmasından istifadə edərək bu ölkələr Osmanlı imperiyasını Rusiyaya
qarşı müharibəyə qızışdırırdılar.
1723-cü ilin yazında Ərzurum paşası böyük ordu ilə Gürcüstana daxil olur.
Onlar Tiflisi tuduqdan sonra Gəncə tərəfə hərəkət etdilər. Osmanlıların Qafqaza
yürüşü Türkiyə ilə Rusiya arasında ziddiyətləri dahada kəskinləşdirdi. Lakin, İsveclə
161
müharibəni təzə qurtarmış Rusiya yeni müharibəyə hazır olmadığından sülh
bağlamağı lazım bilir. Nəticədə 1724-cü il iyulun 12-də İstanbulda iki dövlət arasında
sülh müqaviləsi imzalandı. Həmin müqaviləyə əsasən Türkiyə tərəfı Xəzərboyu
əyalətlərin Rusiyaya güzəşt edilməsini qəbul etdi. Rusiya tərəfı isə öz növbəsində
Türkiyə tərəfindən Qərbi Qafqazın və Cənubi Azərbaycanın iğalına etiraz
etməyəcəyini bildirdi. Bu müqaviləyə əsasən Şirvan Türkiyənin himayəsi altında
yarımmüstəqil xanlıq elan olunurdu. Hacı Davud Türkiyə tərəfındən Şirvan xanı
təsdiq edildi.
1724-cü il İstanbul müqaviləsindən sonra təşkil edilmiş Osmanlı hücumu
nəticəsində Azərbaycanın böyük bir ərazisi Türkiyə tərəfındən zəbt edildi.
Azərbaycanın Xəzərboyu əyalətləri isə Rusiya dövlətinin hakimiyyətində qaldı. Rus
dövləti Xəzərboyu əyalətlərdən həm iqtisadi, həm də strateji məqsədlə istifadə etmək
üçün xüsusi tədbirlər hazırlamışdı. Çar hökuməti Xəzəryanı bölgələrdə özünə sosial
dayaq yaratmaq məqsədi ilə - bu ərazilərə xristian əhalisini, xüsusilə erməniləri
köçürməyə çalışırdı. Ermənilər I Pyotra müraciətlə "yeni əldə olunmuş torpaqlarda",
xüsusilə Bakıda onlar üçün yer ayırmağı xahiş etmişdilər. Ermənilərin bu müraciəti
onsuz da bu yerlərdə o, ilk növbədə xristianları, xüsusilə ticarət aləmində fəallıq
göstərən erməniləri görmək istəyən I Pyotrun ürəyindən oldu. Rus tarixçisi P.Butkov
yazır ki, 1724-cü il İstanbul müqaviləsindən sonra I Pyotr Rumyantsevə tapşırmışdı
ki, erməniləri Xəzərboyu əyalətlərdə istədikləri şəhərlərdə yerləşdirmək gərəkdir,
lazım gələrsə, yerli əhalini qovub, erməniləri həmin yerlərdə məskunlaşdırsın. I
Pyotrun 1724-cü il 10 noyabr fərmanında Osmanlı ərazisindən Xəzərboyu
Azərbaycan torpaqlarına ermənilərin köçürülməsi, yerli əhalinin öz doğma
yurdlarından qovularaq ermənilərin məskunlaşdırılması nəzərdə tutulmuşdu. Nəticədə
Xəzərboyu bölgələrə, xüsusilə Quba və Dərbəndə çoxlu sayda erməni və gürcü
köçürülmüş və onlara əhalidən müsadirə edilmiş xeyli ev və torpaq sahəsi ayrılmışdı.
1727-ci il dekabrın 12-də Rusiya ilə Osmanlı sərhədinin müəyyənləşdirilməsi
məqsədi ilə Şamaxı yaxınlığında Nabur kəndində müqavilə imzalandı. Müqavilənin
şərtlərinə görə ruslar 1727-ci ildə Cavad, Salyan, Şeşpara, Rustov, 1728-ci ildə isə
Quba və Təngəyə sahib oldular. Hacı Davud Təngə qalasını ruslara təhvil verməkdən
162
boyun qaçırdığı üçün Osmanlı hakim dairələri sədaqətsizlik kimi qiymətləndirərək,
onu xanlıqdan uzaqlaşdırdılar.
Rusiya Xəzərsahili vilayətlərin idarə olunmasını knyaz V.V.Dolqorukova həvalə
etmişdi. Bəzi şəhərlərdə rus inzibati idarələri yaradılmış, bəzilərində isə köhnə
hakimlər saxlanılmışdı.
Azərbaycan torpaqlarının Osmanlı və Rus işğalından azad edilməsi.
Osmanlıların hücumları İran Səfəvi dövlətinin bütün varlığını təhlükə altına almışdı.
Belə bir vaxtda şah II Təhmasib Əfşar tayfasından olan Nadiri Səfəvi qoşunlarının
başçısı təyin etdi. Nadirqulu əvvəlcə əfqan feodallarını ölkədən qovaraq Herat
şəhərini tutur. Bundan sonra Osmanlılara qarşı mübarizəyə başlayan Nadir, artıq
1730-cu ildə Həmədan, Təbriz, Marağa və Ərdəbili işğalçılardan təmizləyir. Lakin bu
zaman Xorasanda baş verən qiyamla əlaqədər Nadir ora qayıdır. Bu zaman Şah II
Təhmasib öz nüfuzunu möhkəmləndirmək məqsədilə İrəvan istiqamətində hücuma
keçir, lakin orada biabırcasına məğlub olur. Bundan istifadə edən Türkiyə yenidən
Təbrizi tutur. Bundan qorxan Şah II Təhmasib sülh bağlamağa razı olur. 1732-ci il
yanvarın 16-da Kirmanşah şəhərində İranla-Türkiyə arasında sülh bağlanır. Sülhə
görə İrəvan, Gəncə, Tiflis, Şamaxı, Şirvan və Dağıstan Türkiyəyə verilir. Bu hadisə
Nadiri olduqca narazı saldığından 1732-ci ildə Nadir Xorasandan qayıdaraq Şah II
Təhmasibi taxtdan salır və onun oğlu 8 aylıq Abbas Mirzəni III Abbas adı ilə taxta
çıxarır. Elə bu vaxtdan əfşar tayfasından olan Nadir faktiki olaraq İran dövlətini idarə
etməyə başlayır və ilk növbədə Şah II Təhmasiblə Osmanlı komandanlığı arasında
bağlanmış 1732-ci il müqaviləsinin şərtlərini ləğv edərək hərbi əməliyyatlara başladı.
1725-ci ildə çar I Pyotrun ölümündən sonra Rus dövləti zəiflədiyindən
Rusiyanın Xəzərsahili vailayətlərini öz əlində saxlaması mümkün deyildi. Bu
vilayətlər uğrunda İranla müharibə başlana bilərdi. Ona görə də 1732-ci yanvarın 21-
də Rusiya-İran arasında sülh müqaviləsi bağlanır. Kürdən cənuba Xəzər sahiili
vilayətlər yanidən İrana qaytarıldı. İran isə türkiyəni bu yerlərə buraxmamağı
öhdəsinə götürdü. Həmçinin, İran dövləti daxilində rus tacirləri üçün güzəştli şərtlər
nəzərdə tutuldu.
163
1733-cü ildə Nadirqulu türk qoşunlarını Bağdad ətrafında darmadağın edir. 1734-cü
ildə isə Azərbaycanın şimal torpaqlarına yürüşə başalyır. Nadirqulu Şamaxı əhalilinin
gələcəkdə gözlənilən müqavimətini qırmaq üçün şəhəri yerlə yeksan etməyi, onun
sakinlərini isə sonralar "Yeni Şamaxı" adı ilə şəhərə çevrilən Ağsuya köçürməyi əmr
etdi.
Buradan Gəncəyə üz tutan Nadir 1735-ci il martın 21-də şəhər ətrafında Rusiya
nümayəndələri ilə sonralar "Gəncə müqaviləsi" adını almış sülhün imzalanmasına
nail olur. Müqavilənin şərtlərinə əsasən, rus qoşunları Xəzərsahili vilayətləri
tamamilə tərk edir.
Tezliklə Xəzərsahili vilayətləri ələ keçirən Nadir Cənubi Qafqazda Osmanlı
ağahğına qarşı həlledici döyüşlərə başladı. 1735-ci ilin iyununda Eçmiədzinin şimal-
şərqində İran və Osmanlı qoşunları arasında baş verən döyüş Nadirin qələbəsi ilə
nəticələndi. 1735-ci ilin sonunda Osmanlı qoşunları Cənubi Qafqaz hüdudlarından
tamamilə çıxardı.
1736-cı ilin əvvəlində Nadir qışlamaq üçün Muğana gedir. Şah III Abbasın
qəflətən ölmündən istifadə edən Nadir 1736-cı ilin martında toplanmış qurultayda
özünü şah elan edir. Onun taxt-tacı ələ keçrməsinə narazılıq edən Ziyadoğluları
cəzalandırdı və həmin xanları Qazax, Borçalı elatlarının hakimləri ilə birlikdə
Gürcüstan çarlarına tabe etdi. Kəbirli, Cavanşir, otuzikilər tayfasını Xorasana sürgün
edir.
Nadir köhnə bəylərbəyliklərini ləğv edərək Azərbaycan adı altında vahid inzibati
bölgü yaratdı. Bölgünün mərkəzi Təbriz, hakimi isə qardaşı İbrahim oldu.
Uzun sürən müharibələr Azərbaycanın iqtisadiyyatına ciddi zərbə vurmuşdu.
Belə bir şəraitdə talan edilmiş şəhər və kəndlərin əhalisi tələb olunan vergiləri ödəyə
bilmədiklərindən, İran xəzinəsi tamam başlamışdı. XVIII əsrin 30-40-cı illərində
zəhmətkeş xalqın maddi vəziyyətinin həddindən artıq kəskinləşməsi və sinfi
ziddiyyətlərin artması son həddə çatdı. Bu illərdə dəhşətli aclıq və xəstəliklərin
yayılması əhalinin feodallar əleyhinə çıxışlarına gətirib çıxardı. Bir yandan Nadir şah
xəzinəni doldurmaq üçün əhali üzərinə soyğunçu vegilər tətbiq edirdi.
164
Nadir zülmünə qarşı üsyanlar hələ 1734-cü ildən başlamışdı. Birinci olaraq
Astaranın aclıq çəkın əhalisi çıxış etdilər. Lakin onların çıxışları amansızlıqla
yatırıldı. 1735-ci ildə Şəki vilayətində Biləcik kəndinin əhalisi üsyan etdi. 1738-ci
ildə Qarabağ, Şəki, Şirvan və Balakəndə də kəndli üsyanları baş vermişdi. Lakin, bu
üsyanlar yatırıldı.
XVIII əsrin 40-cı illərində xalq hərəkatı daha geniş vüsət aldı. 1743-cü ildə
Şirvanda Nadir zülmünə qarşı üsyan qalxdı. Belə bir tarixi şəraitdə guya Səfəvilər
nəslindən olan yalançı Sam Mirzələr meydana şıxırlar. Nadir zülmündən cana doyan
əhali qurtuluşu Sam Mirzədə görürdülər və ona görə də onu rəğbətlə qarşılayırlar.
Lakin Sam Mirzələrin hamısı məğlub oldular. 1743-44-cü illərdə Şirvan, Şəki,
Təbriz, Xoy və Səlmasda yeni üsyanlar baş verdi. Şəkidə baş verən mübarizə daha
kəskin xarakter aldı. Üsyanın baş verməsinə əsas səbəb Şəki hakimi Məlik Nəcəfin
özbaşınalığı olmuşdu. O, xalqa əzab verir, vegiləri üçqat toplayaraq özü
mənimsəyirdi. Hələ 1741-ci ildə səbri tükənmiş Şəki əhalisi Nadir şaha şikayət
etmişdi. Ona görə də Nadir Məlik Nəcəfin işlərinə nəzarət etmək üçün Şəki
əhalisindən vəkil seçməyi göstəriş verir. Əhali Hacı Çələbini Vəkil seçir. O, vəkil
seçiləndən sonra açıqcasına Məlik Nəcəfin işlərinə qarışır, onun əleyhinə çıxırdı.
Məlik Nəcəf Hacı Çələbidən narazı idi və onu şahın qarşısında təqsirləndirmək üçün
fürsət axtarırdı. O,şaha xəbər göndərir ki, guya Hacı Çələbi “Şahın əmrlərinə tabe
olmur, xalqı da onları icra etməyə qoymur”. Qəzəblənmiş Şah Hacı Çələbini
hüzuruna çağırır və edam olunmasını əmr edir. Hacı Çələib kəndir boğazında özünü
mərdliklə və dəyanətlə apraraq, Məlik Nəcəfin işləkləri haqqında ərz edir. Bunda
sonra şah onu azad edir. Tarixçi Kərim Ağa Fatehin yazdığına görə, bu hadisədən bir
az keçmiş şah öz yaxın adamlarına deyir: “Mənim hüzurumda bir kəsin nəfəs
çəkəmyə həddi olmadığı halda bu Şəkili Çələbidə nə cürət varmış ki, boğazında
kəndir cəsarət edib bu ərzləri mənə söylədi və məlikdən mənə şikayət etdi.
Görərsiniz, o bir xəta edəcəkdir, mən öz zənnimdə heç vaxt yanılmamışam”.
Bir müddət sonra əhali üsyan edir və Məlik Nəcəfi öldürür. Hacı Çələbi özünü
Şəki xanıl elan edir. O,uzun müddətlik ərzaq və sursat ehtiyatı görərək, bütün şəhər
əhalisini Şəkinin 8 km-də yerləşən qədim və möhkəm “Gələsən-Görəsən “qalasına
165
köçürür. 1744-cü ilin noyabrnda Nadir şahın qoşunu Şəki üzərinə yürüşə başlayır.
Lakin qoşun “Gələsən-Görəsən”də ciddi müqavimətə rast gələrək Bərdə tərəfə
çəkilr.1745-ni ilin fevralında şah qoşunları yenidən Şəki üzərinə hücuma keçirlər,
lakin Şəki əhalisi inadla müqavimət göstərdi. Bu vaxt Türkiyə ilə münasibətlərin
kəskinləşməsi üzündən Nadir şah Şəkidə bir qarnizon qoyaraq Türkiyə sərhəddinə
gedir. 1745-ci ilin ortalarında Türkiyə-İran müharibələri yenidən qızışdı. “Gələsən-
Görəsən”qalası demək olar ki iki ilə yaxın mühasirədə qaldı. Qalada ərzaq ehtiyatı
qurtarmaq üzrə olduğundan Hacı Çələbi vəkil vəzifəsində qalmaqla, Nadir şahın
hakimiyyətini tanımağa məcbur olur.
Aramsız ara müharibələri nəticəsində gərgin iqtisadi vəziyyət, sinfi mübarizə
nəticə etibarilə Nadir şahın dövlətinin süqutuna səbəb oldu.1747 ci il iyunun 20-də
sui-qəsd nəticəsində Nadir şah öldürüldü. Onun silah gücünə yaratdığı dövlət
tamamilə dağlıdı. İran dövlətini yünidən ara müharibələri bürüdü.
Səfəvilərin dövlət quruluşu. Bu dövrdə Azərbaycanın dövlət quruluşu qeyri-
məhdud monarxiya idi. Şah mütləq hakimiyyətə malik idi və hakimiyyət irsən
keçirdi. Şahın yanında məşvərətçi orqan olan Ali Məclis mühüm məsələlərin,
xüsusilə hərbi məsələlərin müzakirə edilməsi üçün çagırılırdı. Şahdan sonra ikinci
vəzifəli şəxs olan baş vəzir dövlətin daxili və xarici siyasətinə dair məsələlərin
həllində mühüm rol oynayırdı. Ruhani idarəsinə başçısı sayılan sədr vəzifəsi dini və
məhkəmə işlərinə, vəqf əmlakına nəzarət edirdi. Əmir-əl-ümarə müharibə dövründə
silahlı qüvvələrin baş komandanı vəzifəsini daşıyırdı.
Dövlət inzibati-baxımından 13 bəylərbəyliyə və 4 valiyə bölünmüşdü.
Bəylərbəyliklər mahallara bölünmüşdü. Mahalları mahal hakimləri, şəhərləri isə
kələntər adlanan məmur idarə edirdi.
Kənd təsərrüfatı və aqrar münasibətlər. Səfəvilər dövründə Azərbaycanın
ictimai-iqtisadi və siyasi həyatında mühüm irəliləyişlər olmuşdu. XVI əsrin ilk
rübündə daxili feodal müharibələrinin azalması və digər amillər kənd təsərrüfatının,
iqtisadiyyatın başqa sahələrinin dirçəliş prosesinə təkan verdi. XVI əsrin sonu-XVII
əsrdə də Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı (əkinçilik və heyvandarlıq)
əsas yer tuturdu. Oturaq və yarımoturaq əhali tərəfındən məskunlaşmış torpaqlar
166
feodal sinfınin mülkiyyəti olaraq qalırdı. Ölkədəki su ehtiyatları da feodalların və
onların timsalında dövlətin mülkiyyəti idi. Taxıl bitkiləri (buğda və arpa) təqribən
Azərbaycanın bütün bölgələrində (Şirvan, Muğan və Aranda, eləcə də cənub
vilayətləri olan Ərdəbildə, Xalxalda) əkilib-becərilirdi. Türk səyyahı Övliya Çələbi
Təbriz ətrafında 7 buğda növünün becərildiyini xüsusilə qeyd etmişdi.
Bu dövrdə Azərbaycanda çəltik əkinlərinə xüsusi diqqət yetirilirdi. Mənbələr
təsdiq edir ki, çəltik ölkənin bir çox bölgələrində əkilib-becərilirdi. Övliya Çələbi
Gəncə və Şamaxı ətrafında geniş çəltik tarlalarının mövcudluğu haqqında məlumat
vermişdir.
Kənd sakinlərinin ənənəvi məşğuliyyət sahələrindən biri də bağçılıq, bostançılıq
olmuşdur. İpəkçilik Şirvanda, Ərəşdə və Şəkidə yayılmışdı. Bu istehsal yerli xammal
bazasına əsaslanırdı. Avropada Azərbaycandan ixrac olunmuş xam ipəyin müxtəlif
növləri tanınırdı (məsələn, 'Mahmudabad ipəyi", "Şəki ipəyi", "Gəncə ipəyi", "Qəbələ
ipəyi" və s.).
Pambıqçılıq Azərbaycanın kənd təsərrüfatında mühüm yer tuturdu. Türk
səyyahı Övliya Çələbi göstərir ki, Şirvan, Xoy, Gəncə, Marağa Bakı və Naxçıvan
tarlalarında bu qiymətli xammal xeyli miqdarda və 7 növdə becərilməkdə idi. Şirvan,
Qarabağ və Təbriz vilayətlərində üzümçülük daha geniş yayılmışdı.
Azərbaycan hələ qədim dövrlərdən əla boyayıcı keyfiyyətlərə malik olan
boyaqotu (qızıl boya) bitkisi Şirvanda (xüsusilə bu vilayətin ətraflarında), Arazın
cənub sahillərində becərilirdi.
Abşeron ərazisində xeyli miqdarda zəfəran əkilib-becərilirdi ki bundan
toxuculuqda, əyiricilik işlərində, qida hazırlanmasında istifadə olunurdu. Bu dövrdə
Azərbaycanın kənd təsərrüfatında tütün yeni bitki olmuşdur. Azərbaycana XVI əsrin
sonlarında Amerika qitəsindən portuqaliyalılar tərəfındən gətirilmiş, XVII əsrin
sonlarında isə Səfəvi dövləti hüdudlarında becərilməyə başlanmışdır. Tütün
Azərbaycanın əsasən cənub və cənub-qərb torpaqlarında, xüsusilə Marağada
becərilirdi.
Ölkə əkinçiliyində süni suvarma birinci dərəcəli əhəmiyyət kəsb etmiş, əkin
sahələrinin məhsuldarlığı əsasən suvarma tədbirlərinin həyata keçirilməsindən asılı
167
olmuşdur. Bu dövrdə Azərbaycanın iqtisadi həyatında heyvandarlıq mühüm yer
tuturdu. Heyvandarlıq nəinki daxili bazarın tələbatını ödəyirdi, habelə qonşu ölkələrə
xırda və iribuynuzlu mal-qaranın xeyli miqdarda ixrac olunmasını təmin edirdi.
Arıçılıq isə əsasən Gəncə və Ərdəbildə inkişaf etmişdi.
XVII əsrin sonlarında Azərbaycanda iqtisadiyyatında tənəzzül yarandı. Bu,
Osmanlı-Səfəvi müharibələri və I Şah Abbasın köçürmə siyasəti ilə əlaqədar idi.
Əsrin 20-30-cu illərində kənd təsərrüfatının bəzi sahələri nəzərəçarpacaq dərəcədə
canlansa da, əvvəlki səviyyəsinə qalxa bilməmişdi. Ölkənin iqtisadiyyatında hökm
sürən durğunluq və tənəzzül prosesi çox XVIII əsrə də adlamış və ictimai həyatın
bütün əsas sahələrinə mənfi təsirini göstərmişdi. Bu tənəzzül iqtisadiyyata, əsasən
xarici ticarət sayəsində dirçəlmiş şəhərlərə daha güclü zərər vurdu.
XVI-XVII əsrlərdə Səfəvilər dövründə torpaq mülkiyyətinin əvvəlki formaları
qalmaqda idi (divani, xassə, vəqf və mülk). Bununla yanaşı soyurqalı əvəz etmiş
tiyulun inkişafını təmin etməyə cəhd göstərirdilər. Soyurqaldan fərqli olaraq tiyul irsi
torpaq sahibliyi forması deyildi, feodalın hərbi, yaxud inzibati xidmət müddətindən
asılı idi. Bu torpaqlar başlıca olaraq qızılbaş tayfalarının feodal əyanlarına verilirdi.
Soyurqallar isə onlar artıq əvvəlki məzmununu dəyişərək şiə ruhanilərinin və inzibati
bürokratiyanın ixtiyarında olan xırda kəndlər, digər yaşayış məntəqələrindən ibarət
idi. Bununla yanaşı icma torpaqları (camaat) da mövcud idi.
Torpaq mülkiyyətinə malik olmayan kəndlilər ağır şərtlərlə dövlətdən, mülk
sahiblərindən kiçik torpaq sahələri icarə etməli olurdular. Səfəvilər sülaləsinin
hökmdarları zəhmətkeşlərin həyat şəraitini yüngülləşdirən əsaslı tədbirlər görmədilər.
Lakin dövlətin iqtisadi sisteminin iflasına yol verməmək naminə Səfəvi şahları bəzən
vergiləri azaltmalı, hətta ləğv etməli olurdular.
Məhsulun 6/1-dən 3/1-ə qədərini təşkil edən malcəhət (bəhrəçə, dəhyek)
torpaqdan istifadə müqabilində kəndlilərdən alınan əsas vergi olmuş, əsasən məhsulla
(buğda, çovdar, arpa, ipək və s.) ödənilirdi.
İxracat və şütaqat istilahları ilə adlanan vergi və mükəlləfıyyətlər kəndlilərə
hədsiz əziyyət verirdi. Kəndlilər nəinki qoşunu ərzaqla, habelə onun çevik hərəkətdə
olan heyvanlarını da ot və ələflə təchiz edirdilər. Məcburi bəxşişlər sistemi də
168
mövcud olmuşdur. Bu bəxşişlər torpaq sahiblərinə, şahın məmurlarına, xidmətçilərinə
verilirdi (düşüllük, novruzi, peşkəş, şilan-bəha, eydi və s.). Kəndlilər və köçəri
maldarlar otlaqlardan istifadə müqabilində dövlətə çobanbəyi vergisi ödəməli idilər.
Dövlətin və feodalların xeyrinə toplanan vergilər, yerinə yetirilməli olan
mükəlləfiyyətlər (çərik, tərh, ulaq, ulam, biyar və s.) əhalini müflisləşməyə gətirib
çıxarırdı. Ticarətdən və sənətkarlıqdan əldə edilən tamğa şəhər əhalisinin başlıca
vergisi olmuşdur. Bu vergi şəhərlərdə sənətkarlığın və ticarətin inkişafı prosesinə
əngəl törətdiyindən 1565-ci I ildə tamğa Şah Təhmasibin xüsusi fərmanı ilə ləğv
olundu.
Şəhərlər. Sənətkarlıq. Şəhərlərin mülki idarə aparatına, adətən, kələntər
rəhbərlik edirdi. Kələntərin müavini naib idi. Şəhərdə və bazarlarda ictimai asayişin
təmin olunması darğaya tapşırılmışdı.
Tarixçilər (Xandəmir, Oruc bəy Bayat) Təbrizi "Şərqin paytaxtı", "aləmin
məskun olan dörddə bir hissəsinin ən abad şəhəri" kimi qiymətləndirmişlər. XVI
əsrdə Cənubi Qafqazda ipək istehsalı və ticarəti əsasən Şamaxı və Ərəş kimi
şəhərlərdə inkişaf etmişdi. Cenkinson (“Moskva” ticarət şirkıtinin nümayəndəsi)
Şamaxını "gözəl kral şəhəri" adlandırmışdı. XVI əsrin ikinci yarısında burada ingilis
"Moskva şirkəti" nin daimi nümayəndəliyi yaradılmışdı.
XVI əsrin ikinci yarısında Culfa şəhəri beynəlxalq ipək ticarətinin iri mərkəzi kimi
məşhurlaşmışdı. Culfa tacirləri xam ipəyi Qərbi Avropanın Venesiya, Amsterdam və
Marsel kimi mühüm limanlarında, Suriya, Türkiyə və Hindistanda satırdılar.
Naxçıvan, Ordubad, Əylis, Gəncə və Şabran şəhərləri XVI əsrdə
nəzərəçarpacaq iqtisadi-ticarət əhəmiyyətinə malik idi. Naxçıvan və Əylis Səfəvi
şahlarının xüsusi himayəçiliyi altında olmuşdur.
Toxuculuq məmulatı istehsalı əsasən Təbrizdə və onun ətraf bölgələrində,
Şamaxıda və Ərəşdə cəmləşmişdi.
Təbriz, Gəncə, Ərdəbil və Şamaxı metalişləmə sənətinin əsas mərkəzləri idi.
Daşkəsəndə və onun ətrafında dəmir filizinin emalı çox məhdud miqyasda olmuşdur.
XVII əsrdə Bakıda təxminən 500 min puda qədər neft çıxarılırdı.
169
Qəbələdə (Qala adlanan ərazidə) XVI-XVII əsrlərə aid müxtəlif saxsı məmulatı
qalıqları aşkar edilmişdir. Bakının Qala hissəsində aparılmış arxeoloji qazıntılar
nəticəsində bir qismi XVI əsrə aid edilən çoxlu minalanmış saxsı məmulatı
tapılmışdır. Şabran ərazisində aparılmış son qazıntılar zamanı xeyli dulusçuluq
sobasına, saxsı qaba təsadüf edilmişdir.
XVI əsrin sonu - XVII əsrin əvvəlləri dulusçuluq və şüşə məmulatı istehsalında
yeni dövr idi. Bu zaman çini qablar və pəncərə şüçəsi istehsalı genişlənmişdi.
Bu dövrün ornamental xalçaları arasında 1530-cu ildə Ərdəbildə Şeyx Səfı
məscidi üçün toxunma və hazırda Nyu-Yorkun Metropoliten muzeyində saxlanılan
xalın 1539-cu ildə Təbrizdə yenə həmin məscid üçün toxunmuş və Londonda
Viktoriya və Albert muzeyindəki xalını və s. göstərmə olar. "Şeyx Səfı" adı ilə
məşhur olan axırıncı xalını 1893-cü ild ingilislər alıb Londona göndərmişdilər.
Ticarət. Azərbaycanın xarici iqtisadi əlaqələri. Pul dövriyyəsi. XVI əsrin
ticarət əməliyyatlarında başlıca əmtəə Azərbaycan ipəyi olmuşdur. Azərbaycanda
istehsal olunan ipək əsasən xarici ölkələrə ixrac edilirdi. Məhz buna görə də Səfəvilər
dövləti ərazisində bu qiymətli xammalın satışına şəriksiz nəzarət uğrunda Venesiya,
İngiltərə, Türkiyə və Rusiya tacirləri, şirkətləri arasında rəqabət gedirdi.
Bu dövrdə Azərbaycan Avropa və Asiyanın bir çox ölkələri ilə geniş iqtisadi
əlaqələrə malik idi. Azərbaycan şəhərləri əsasən Kiçik Asiyadan və Suriyadan keçən
başlıca tranzit yolu ilə Türkiyə, İtaliya şəhərləri, Şərq və Avropa ölkələri ilə ticarət
aparırdılar. Azərbaycanın və başqa ölkələrin tacirləri buradan hazır ipək məmulatı,
xam ipək, marena, meyvə qurusu, xırdabuynuzlu mal-qara aparırdılar. Təbriz və
Şirvan tacirləri bu ticarət əməliyyatlarında xüsusilə böyük rol oynayırdılar. XVI əsrin
ikinci yarısında Rusiya-Azərbaycan ticarət əlaqələri əsasən Şamaxı və Bakı vasitəsilə
həyata keçirilirdi. Şamaxıdal Moskva tacirlərinin ticarət nümayəndəliyi mövcud idi.
Onlar Moskva dövləti ərazisində hazırlanmış sənətkarlıq məmulatlarını burada satır
və yerli malları (əsasən xam ipəyi, ipək parçaları) alırdılar.
Gilan tacirləri nefti Bakıdan dəniz vasitəsilə Manqışlaq limanına nəql edir, oradan isə
karvan yolu ilə Xivə, Buxara və digər Orta Asiya şəhərlərinə aparırdılar.
170
XVI əsrdə Azərbaycanın Qərbi Avropa ölkələri ilə də ticarət münasibətləri
genişləndi. Bu münasibətlərin inkişafı əsasən Avropa ölkələrində Azərbaycan ipəyinə
olan tələbatın artması ilə əlaqədar idi.
1555-ci ildə ingilis ticarət kapitalının nümayəndələri Londonda "Moskva şirkəti"
nin əsasını qoydular. Tezliklə Moskva dövlətinin icazəsi ilə ingilis nümayəndələri
Rus dövləti ərazisindən keçərək Azərbaycana, İrana və Orta Asiyaya kəşfıyyat
səfərləri etməyə başladılar. 1562-ci ildə "Moskva Ģirkəti" təcrübəli kəşfiyyatçı və
mahir tacir olan Antoni Cenkinsonu Səfəvi dövləti ərazisinə göndərdi.
Azərbaycanın Şimali və Mərkəzi Avropanın şəhərləri ilə də ticarət münasibətləri
vardı. Səfəvilərin tədavülə buraxdırdıqları pul vahidinin adı əvvəllər olduğu kimi
qalırdı: qızıl sikkələr dirhəm, gümüş sikkələr isə təngə və dinar adlanırdı.
Azərbaycanın Şirvanşahlar dövləti ərazisində xırda ölçülü gümüş sikkələrdən istifadə
olunmuşdur. Səfəvi pul sisteminin nominal pul vahidi XVII əsrdə artıq pul
dövriyyəsindən kənar olan dinar sayılırdı. Şah I Abbas dövriyyəyə yeni sikkə
buraxdırmış və onu öz adı ilə abbası adlandırdı.
Maarif. Elm. XVI əsrin sonu və XVII əsrin əvvəllərində Səfəvi-Osmanlı
müharibələri xalqın mədəni inkişafı prosesinə sarsıdıcı zərbə vurmuşdu. Bir çox
məşhur Azərbaycan alimləri əsir alınmış, İstanbula aparılmış, bəziləri isə Qəzvinə və
İsfahana köçürülmüşdü. Yalnız XVII əsrin ortalarında Azərbaycanda elm və maaritin
inkişafında müəyyən canlanma nəzərə çarpırdı. Gəncə, Təbriz, Şamaxı, Marağa,
Ərdəbil şəhərləri bu dövrün mühüm mədəniyyət mərkəzləri kimi tanınmışdı. Bu
dövrdə uşaqların təhsili məscidlərin nəzdində, şəxsi evlərdə təşkil edilmiş məktəb və
mədrəsələrdə aparılırdı. İlkin mərhələdə uşaqlar ana dilində dərs keçir, yuxarı
siniflərdə isə Azərbaycan dilində dərs vəsaiti olmadığı üçün fars və ərəb dilində
yazılmış dərsliklərdən istifadə edirdilər.
Bu dövrdə riyaziyyat sahəsində də müəyyən inkişaf nəzərə çarpırdı. Abdulla
Şəbüstərizadə riyaziyyata aid bir sıra əsərlərin, o cümlədən "Məaric dər heyət",
"Riyazi-rizvan", "Kitabi-meyar" və başqa kitablarının müəllifi idi. Təbrizli Seyid
Əhməd Laləvi (1436-1507) məntiq, qrammatika, riyaziyyat və ədəbiyyat sahəsində,
təbrizli Mirzə İbrahim riyaziyyat və fəlsəfə üzrə fəaliyyət göstərirdi.
171
XVI əsrin məşhur Azərbaycan tarixçisi Həsən bəy Rumlu (1530-?) Şah I
Təhmasibin sarayında qulluq etmiş, onun yürüşlərinin iştirakçısı olmuşdur. Onun
"Əhsən ət-təvarix" ('Tarixlərin ən yaxşısı") əsərinin dövrümüzə qədər gəlib çatmış
IX-X cildləri Azərbaycanın və qonşu ölkələrin XV-XVI əsrlər tarixinə həsr
olunmuşdur.
Görkəmli Azərbaycan tarixçisi İsgəndər bəy Münsi (1560-1633) gəncliyində
Səfəvi hökmdarı Sultan Məhəmməd Xudabəndənin sarayında divan katiblərindən biri
olmuş, sonralar Şah I Abbasın tarixçisi olmuşdur. Münşi "Tarixi aləm arayi Abbasi"
("Abbasın dünyanı bəzəyən tarixi") əsərini yazmış, burada dövrün siyasi, ictimai,
iqtisadi və mədəni həyatı barədə maraqlı məlumat vermişdir.
Bu dövrdə Azərbaycanda kitabxanaçılıq işi də tərəqqi etmişdi. Təbrizin,
Ərdəbilin, Şamaxının, Bakının, Gəncənin, Marağanın kitabxanalarında min
nüsxələrlə kitab mövcud idi.
Ədəbiyyat. Səfəvi dövlətinin təşkilindən sonra Azərbaycan dilində şer yazmağa
xüsusi əhəmiyyət verilirdi. Şah I İsmayıl Xətayi Azərbaycan xalqının tarixinə həm də
istedadlı bir şair kimi daxil olmuşdur. “Xətayi” təxəllüsü ilə yazan şairin ədəbi irsi
Azərbaycan dilində yazılmış "Divan"dan, ibrətamiz mənzumələrdən, lirik
qoşmalardan, "Nəsihətnamə" adlı məsnəvidən və "Dəhnamə" poemasından ibarətdir.
XVI əsr Azərbaycan ədəbiyyatının inkişafı tarixində Məhəmməd Füzullnin
(1494-1556) yaradıcılığı müstəsna yer tutur. O, "Bəngü Badə" poemasının,
"Şikayətnamə" əsərinin, dünya ədəbiyyatının gözəl incilərindən biri olan "Leyli və
Məcnun" poemasının müəllifidir.
Bu dövrün görkəmli şairlərindən olan Məsihinin (1580-1655) zəngin
yaradıcılığından bizə yalnız "Vərqa və Gülşa" poeması, cüzi miqdarda şeirləri gəlib
çatmışdır.
XVII əsr ədəbiyyatı tarixində folklor və aşıq poeziyası sahəsində də ümumi
yüksəliş prosesi baş vermişdir. Həcm və əhəmiyyət baxımından "Koroğlu" dastanı
xalq yaradıcılığının qüdrətli məhsuludur. Bu dastan XVI əsrin son rübü -XVII əsrin
başlanğıcında formalaşmışdır. "Şah İsmayıl", "Aşıq Qərib" və "Əsli və Kərəm"
dastanları da mühüm əsərlər sırasındadır.
172
XVI-XVII əsrlər aşıq sənətinin yüksəliş dövrü sayılır. Xalq poeziyasının
görkəmli nümayəndəsi olan Abbas Tufarqanlı, Sarı Aşıq Abdulla daha çox
tanınırdılar. Onlar ifa etdikləri əsərləri (şeirləri) özləri yazırdılar. "Abbas və Gülgəz"
dastanı Aşıq Abbas Tufarqanlının lirik şeirləri əsasında formalaşmışdır.
Memarlıq. XVI əsrin ilk onilliklərinədək Azərbaycan memarlığının aparıcı
istiqamətlərindən biri Şirvan-Abşeron məktəbi olmuşdur. Bu memarlıq məktəbinin
mühüm abidələri Bakıda, Şamaxıda və Dərbənddə cəmləşmişdi. Şirvanşahlar saray
kompleksi (Bakı) bu memarlıq məktəbinin tipik nümunəsidir. XVI əsrin ortalarından
başlayaraq (Səfəvilər dövləti daxilən möhkəmləndikdən sonra) ictimai-siyasi fəallıq
Azərbaycanın cənub vilayətlərinə keçdi. Bu dönüş memarlığın inkişaf meyillərini
müəyyənləşdirdi, Şirvan-Abşeron memarlıq məktəbi aparıcı mövqeyini itirdi.
Şeyx Cəbrayılın Ərdəbil yaxınlığındakı türbəsi, Gəncədəki "İmamzadə"
kompleksi, Şeyx Mahmud Şihabəddinin Əhər şəhərində yerləşən türbəsi, Qusar
bölgəsinin Həzrə kəndində, 1544-cü ildə tikilmiş Şeyx Cüneyd türbəsi bu dövrün ən
iri tikililərinə aiddir. Bu dövrdə həmçinin, çoxsaylı məscidlərin inşası səciyyəvi hal
idi. 1606-cı ildə Gəncədə inşa olunan məscid tanınmış alim, memar Bəhaəddinin
rəhbərliyi altında tikilmişdir. Səfəvilər dövründə körpü, kəhriz, buzxana, ovdan,
hamam və karvansara tikintisi işləri də geniş miqyasda aparılırdı.
173
X MÖVZU
Azərbaycan xanlıqlar dövründə Plan
1. Xanlıqların daxili siyasəti. Dövlət quruluşu.
2. Ölkənin dövlət birliyi uğrunda mübarizə.
3. Xanlıqların xarici siyasəti.
4. Qacar basqınlarına qarşı qəhrəmanlıq mübarizəsi.
Ədəbiyyat 1. Azərbaycan tarixi.VII cilddə, III cild,Bakı,1999, səh.404-460.
2. Azərbaycan tarixi üzrə qaynaqlar.Bakı,1989,səh.57-59.
3. Əhmədbəy Cavanşir. Qarabağ xanlığlnın 1747-1806-cı illərdə siyasi vəziy
yətinə dair. Qarabağnamələr. Bakı 1989, səh.157-174.
4. Kərim Ağa Fateh. Şəki xanlarının müxtəsər tarixi.Bakı.1959.
5. Mirzə Camal Cavanşir. Qarabağ tarixi. Qarabağnamələr. Bakı, 1989. səh. 110-
129
6. Axundov N. Qarabağ salnamələri. Bakı,1989. səh 7-214.
7.Dəlili N.Azərbaycanın cənub xanlıqları XVIII əsrin iknci yarısında. Bakı, 1979,
səh.29-105.
174
XVIII əsrin iknci yarısı Azərbaycan tarixinin mühüm dövrlərindən biridir.
Özünəməxsus xüsusiyyətləri olan bu dövr müstəqil və yarımmüstəqil dövlət qu-
rumlarının –xanlıqların tarixindən ibarətdir. Azərbaycan ərazisində xanlıqlar başlıca
olaraq İran hökmranlığı ilə mübarizədə yarandığından onların meydana gəlməsinin
sosial-iqtisadi şərtləri ümumi xarakter daşıyırdı. Lakin xanlıqların yaranması formaca
bir-birindən fərqlənirdi.
Bu dövrdə Azərbaycanda feodal pərakəndəliyi hökm sürürdü, vahid siyasi və
iqtisadi mərkəz yox idi. Təsərrüfatda, iqtisadiyyatda natural təssərüfat üstünlük təşkil
edirdi. Ayrı-ayrı xan, sultan, məlik və bəylər öz müstəqilliyini qorumağa çalışır, öz
mənafeləri naminə ölkəni pərakəndə vəziyyətdə saxlamaq iatəyirdilər. Belə feodallar
eyni zamanda xanlıqları birləşdirərək vahid bir dövlət yaratmaq siyasəti yürüdənlərə
qarşı çıxırdılar.
XVIII əsrin ortalarında İranda feodal ara müharibələri genişlənir. Azər-baycanda
isə demək olar ki, hər bir şəhər ətrafında müstəqil və yarımmüstəqil feodal dövlətləri-
xanlıqlar meydana gəlirdi.
Xanlıqların əmələ gəlməsinin əsas səbəbləri aşağıdakılardan ibarətdir:
-Ölkənin ayrı-ayrı vilayətləri arasında sabit iqtisadi əlaqələrin olmaması;
-natural təsərrüfatın hökm sürməsi;
-Ayrı-ayrı feodalların bu və ya digər ərazi üzərində öz hakimiyyətini qurmaq
cəhdləri;
-mərkəzi hakimiyyətin olmaması.
Azərbaycan ərazisındə ilk müstəqil xanlıqların yaranması XVIII əsrin 40-cı
illərinə aiddir. Əgər onlardan bəzisi Nadir şahın ölmündən sonra onun yaratdığı
dövlətin süqutundan sonra meydana gəlmişdirsə, bəziləri hələ Nadir şahın
hökmranlağı dövründə İran əleyhinə mübarizə nəticəsində formalaşmağa başlamıışdı.
Xanlıqların bəzisi isə öz başlanğıcını hələ Səfəvilər dövlətinin tərkibində
yarımmüstəqil inzibati varlıq kimi mövcud olduğu dövrdən götürür. Məsələn, XVII
əsrin sonlarından Quba və Talış xanlıqları yarımmüstəqil formada Səfəvilərin
hakimiyyəti dövründə mövcud olmuşdular.
175
Nadir Şahın ölümündən sonra (1747) isə Azərbaycanda daha müstəqil və
siyasi cəhətdən güclü xanlıqlar meydana çıxdı: Araz çayı ilə Kür çayı arasında
Qarabağ xanlığı, Zəngəzur sıra dağlarından Araz vadisinə qədər uzanan ərazilərdə
Naxçıvan xanlığı, Murovdağ silsiləsindən Kür çayına qədər Gəncə xanlığı, Şirvan
düzənliyində isə Şamaxı xanlığı öz varlığını saxlayırdı. Abşeron yarımadasında Bakı
xanlığı, Azərbaycanın şimal-şərqində Quba xanlığı, Dərbənd xanlığı, Bakı
xanlığından cənuba Salyan xanlığı, Kür ilə Arazın qovuşuğuna bitişmiş torpaqlarda
Cavad xanlığı, Xəzərin cənub-qərb sahilində Talış (Lənkəran) xanlığı yaranmışdı.
İndiki Ermənistan ərazilərinin şərqində İrəvan xanlığı fəaliyyət göstərirdi.
Azərbaycanın Araz çayından cənuba olan torpaqlarda da xanlıqlar
yaranmışdı. və bunlar öz müsdəqillikləri uğrunda İran feodallarına qarşı mübarizə
aparır-dılar. Bunlardan Təbriz, Urmiya, Xoy, Qaradağ, Sərab, Marağa, Maku
xanlıqlarını göstərə bilərik. Ümumilikdə 18-ə qədər – şimallı-cənublu xanlıq fəaliyyət
göstərmişdir.
Bunlardan əlavə daha kiçik ərazilərə malik və əksər vaxtlarda tabeçiliyində
olan məliklik və sultanlıqlar da yaranmışdı. Məsələn Qarabağda “xəmsə”adlanan beş
məliklik-Vərəndə, Çiləbörd, Gülüstan, Dizaq, Xaçın fəaliyyət göstərirdi və bu məlik-
liklərin əksəriyyəti Qarabağ xanlığından asılı idilər.
Qutqaşen, Qəbələ, Ərəş, İlusu sultanlıqları Şəki, xanlığından, Qazax və Şəm-
şəddin sultanlıqları bəzi vaxtlarda Gəncə və İrəvan xanlıqlarından asılı vəziyyətdə
olurdular.
Adını göstərdiyimiz bu xanlıqlardan bəziləri Azərbaycanın siyasi həyatında
əhəmiyyətli rol oynamış, bəziləri isə Azərbaycan torpaqlarının birləşdirilməsi
uğrunda uzun müddət mübarizə aparmışlar. Bunlardan Şəki, Qarabağ və Quba
xanlıqlarını misal gətirə bilərik. Azərbaycan xanlıqlarında daxili siyasi həyat olduqca
mürəkkəb və gərgin idi. Bu və ya digər bölgədə hakimiyyəti ələ keçirən xanlar öz
torpaqlarını daha da genişləndirmək uğrunda mübarizə aparırdılar.
Azərbaycan xanlıqlarının xarici siyasət əlaqələri bir tərəfdən ölkə daxilində gedən
siyasi proseslərlə, digər tərəfdən isə İran, Türkiyə və Rusiya kimi böyük qonşu
dövlətlərin bölgədə yeritdikləri siyasətlə sıx bağlı idi. Uzun müddət Azərbaycan
176
xanlıqlarının xarici siyasi əlaqələrində hakimiyyəti qoruyub saxlamaq və qonşu
xanlıqlar hesabına öz torpaqlarını genişləndirmək üçün yardım almaq istəyi üstünlük
təşkil edirdi. Rusiya və Türkiyə kimi dövlətlər ayrı- ayrı Azərbaycan xanlarının bu
istəyindən bölgənin daxili işlərinə müdaxilə etmək və burada öz mövqelərini
möhkəmləndirmək üçün istifadə edirdilər.
Xanlıqlarda dövlət idarə orqanları İran əsarəti dövrünə nisbətən xeyli
sadələşdirilmişdi. Geniş məmurlar aparatı əvəzinə indi sabiq şah məmurlarının
vəzifələrini yerinə yetirən bəylər və digər yerli feodallar əsas rol oynayırdılar.
Xanlıqlarda ali hakimiyyət xanların əlində cəmləşmişdi. Onlar qeyri-məhdud
hakimiyyətə malik olub xanlığın bütün daxili və xarici siyasət məsələlərinə tam
nəzarət edirdilər. Hər bir xanlığın özünə məxsus dövlət idarə quruluşu və məhkəmə
orqanları var idi. Bəzi xanlıqlarda dövlət idarə quruluşu dövlət şurası, inzibati, vergi
və hərbi idarələrdən ibarət idi. Qarabağ xanlığında bu idarələrin başında İbrahimxəlil
xanın qohumları və yaxın adamları dururdular. Xanlıqlar inzibati cəhətdən mahallara
bölünürdü. Mahalları naiblər idarə edirdilər. Hər bir naibin ixtiyarında darğalar,
yüzbaşılar və kəndxudalar olurdu. Məhkəmə işlərinə şəriət, xan tərəfindən çıxarılan
ayrı-ayrı qanunlar və yerli adətlər əsasında baxılırdı. Ən mühüm işlərə xanın özü,
digər mülki və cinayət işlərinə isə ruhani hakimlər-qazilar baxırdılar.
Azərbaycan xanlıqlarında əhalinin sosial tərkibi əvvəlki dövrlərdən fərqlənmirdi.
Ən yüksək mövqeyi xanlar, onlardan sonra isə sultanlar, bəylər, ağalar və məliklər
tuturdular. Qazax və qonşu yerlərdə bəylərlə bərabər hüquqa malik olan feodal torpaq
sahibləri ağalar adlanırdı. Ölkə əhalisinin əsas kütləsini bir neçə qrupa bölü- nən
kəndlilər təşkil edirdi. Onların əksəriyyəti divan, sahibkar və vəqf torpaqlarında sakin
olan rəiyyətlərdən ibarət idi. Onların öz təsərrüfatı və torpaq payı var idi. Kəndlilərin
sayca az olan digər qrupu rəncbərlər adlanırdı. Onların öz torpaq payı, alətləri və
təsərrüfatı yox idi. Maldarlıq təsərrüfatı ilə məşğul olan yarım köçəri elatlar da kəndli
ailəsinə aid idi. Şəhər əhalisi daha çox tacir və sə- nətkarlardan, habelə imtiyazlı
təbəqələrin nümayəndələrindən ibarət idi. Ayrı-ayrı şəhərlərdə əhalinin xeyli hissəsini
kəndlilər təşkil edirdilər. Torpaq mülkiyyət formalarında da elə bir dəyişiklik baş
verməmişdir. Divan, mülk, tiyul, vəqf və camaat torpaqları yenə də qalmaqda davam
177
edirdilər. Lakin divan torpaqları getdikcə daha çox xan hakimiyyətinin əlində
cəmləşir, tiyul torpaqları mülk xarakteri alırdı. XVIII əsrin ikinci yarısında
Azərbaycanda yenə də məhsul rentası üstün yer tuturdu. Lakin rentanın işlə və pulla
ödənilən formaları da var idi. Rəiyyətdən alınan əsas vergi malcəhət adlanırdı.
Müxtəlif xanlıqlarda onun həcmi məhsulun 1/10 hissəsi ilə 1/3 hissəsi arasında
tərəddüd edirdi. Otlaqlardan istifadə əvəzində rəiyyətlərdən əlavə vergi-çöpbaşı
alırdılar. Kəndlilər bunlardan əlavə bağbaşı, bayramlıq, toy pulu, at arpası,
mirzəyanə, darğalıq və s. vergilər ödəyirdilər. XVIII əsrin ikinci yarısında
Azərbaycanın iqtisadi həyatında ümumi durğunluq hökm sürürdü. Bununla belə,
yadellilərin zülmündən xilas olmuş kənd təsərrüfatı, sənətkarlıq və ticarətdə bir qədər
canlanma nəzərə çarpırdı. Quba, Qarabağ, Şamaxı, Şəki və Gəncə xanlıqlarında əkin-
çilik nisbətən yaxşı vəziyyətdə idi. Bütün xanlıqlarda əhali bağçılıq, bostançılıq və
arıçılıqla məşğul olurdu. Pambıqçılıq daha çox Şirvan, Gəncə, Qarabağ və Naxçıvan
xanlıqlarında yayılımışdı. Dərbənd, Quba və Bakı xanhqlarında qızıl boya və zəfəran
becərilirdi. Azərbaycan xanhqlarının iqtisadi həyatında ipəkçilik xüsusi yer tuturdu.
İpəkçiliyin əsas mərkəzləri Şamaxı və Şəki xanlıqları idi. Avropa səyyahlarından biri
yazırdı ki, hər il «Şirvandan 400 tona qədər ipək ixrac olunur». Bu dövrdə
sənətkarlıqda da müəyyən yüksəliş hiss olunurdu. Toxuculuq sənəti xüsusilə geniş
yayılmışdı. İstehsal edilən mov, darayi, tafta, zərbaft kimi parçalar xarici ölkələrə də
ixrac edilirdi. Quba, Qarabağ və Təbriz öz xalçaları ilə şöhrət qazanmışdılar. Xalq
içərisindən çıxmış ustalar bir sıra gözəl məişət avadanlıqları, zərgərlik məmulatları və
müxtəlif növ silahlar istehsal edirdilər. Lahıcda mis qablar, tüfəng və xəncər
hazırlanırdı. Şəkidə və Gəncədə milli üslubda gözəl şəbəkələr istehsal edilirdi. Bu
dövrdə Azərbaycanda təşəkkül tapmış sosial-iqtisadi münasibətlər sənət istehsalına
və ticarətin əsas mərkəzləri olan şəhərlərə də ciddi təsir göstərirdi. Əldə olan
məlumatlarm təhlili göstərir ki, bəhs edilən dövrdə Azərbaycan şəhərlərinin
əksəriyyəti dərin iqtisadi tənəzzül keçirirdi. Bu tənəzzülün daha doğrusu, əsas səbəbi
avropa- 158 lıların Hindistana gedən dəniz yollarından daha intensiv istifadə etmələri
ilə bağlı idi. Qərblə Şərq ölkələrini birləşdirən tranzit ticarət yolları üzərində yerləşən,
iqtisadiyyatı daha çox mal ixracatına köklənən və bunun sayəsində böyük gəlir əldə
178
edən Azərbaycan şəhərləri bütün XVIII əsr ərzində bu üstünlüklərdən məhrum
olurdular. Şərq ölkələrində feodal istehsal üsulunun hökmran olaraq qalması fonunda
Qərbi Avropada kapitalist istehsalının getdikcə geniş miqyas alması da bu böhranın
dərinləşməsində az rol oynamırdı. Şərqin sənətkar emalatxanalarında bəsit üsulla
hazırlanan bir sıra sənətkarlıq məhsulları Qərbdə manufaktura və fabriklərdə istehsal
edilən daha ucuz və keyfiyyətli eyni məhsullarla rəqabət apara bilmir və nəticədə
özlərinin ənənəvi satış bazarlarından məhrum olurdular. Vaxtilə ancaq Şərqin
sənətkarlıq mərkəzlərində istehsal olunan və böyük partiyalarla Avropaya ixrac
edilən malların bir çoxu artıq bu ölkələrin özlərində istehsal edilərək bu malların
ənənəvi istehlakçıları olan ölkələrə, o cümlədən Azərbaycana göndərilirdilər. 1789-
1791-ci illərdə Avropa ölkələrindən Azərbaycana çoxlu miqdarda atlas, məxmər,
mahud və pambıq parçalar, bəzək və məişət əşyaları gətirilmişdi. Şübhəsiz ki, bu
faktlar Azərbaycan şəhərlərinin iqtisadi həyatının əsasını təşkil edən sənət istehsalına
mənfi təsir göstərirdi. Xanlıqlar dövründə Azərbaycan şəhərlərinin tənəzzülə
uğramasında təbii fəlakətlər, yadelli işğalçıların hücumları və feodal ara müharibələri
də az rol oynamışdı. Bütün bunlara baxmayaraq, müstəqil xanlıqların meydana
gəlməsinin Azərbaycan şəhərlərinin sosial-iqtisadi həyatına müəyyən müsbət təsirini
də göstərmək lazımdır. Ayrı-ayrı xanların iqamətgahalarına çevrilən şəhərlərin hərbi
cəhətdən müdafiəsinə daha artıq diqqət verilir, nəticədə belə şəhərlərdə həyat
nisbətən təhlükəsiz olurdu. Mövcud siyasi şəraitin mənfi təsirinə baxmayaraq,
sənətkarların əsas kütləsi yenə də şəhərlərdə cəmləşmişdi. Əvvəllər olduğu kimi,
xanlıqlar dövründə də Azərbaycan şəhərlərinin iqtisadi həyatının əsasını sənətkarlıq,
ticarət və kənd tə- sərrüfatı təşkil edirdi. Şəhərlərin iqtisadi həyatının əsas mərkəzi
bazarlar idi. Sənətkar emalatxanalarının və ticarət dükanlarının əksə- 159 riyyəti ya
bazarlarda, ya da bazarlara bitişik küçələrdə yerləşirdilər. Adətən, böyük şəhərlərdə
eyni sənət növü ilə məşğul olan sənətkarlar ayrıca küçələr yaradır, orta və kiçik
şəhərlərdə isə qarışıq şəkildə işləyirdilər. XVIII əsrin sonlarında Azərbaycanda olmuş
səyyah M.Biberşteyn yazırdı ki, sənətkar dükanları «hər bir şəhərdə onu bir başdan o
biri başa qədər kəsən əsas küçələri yaradırlar». Xanlıqlar dövründə Azərbaycan
şəhərlərində yaşayan əhalinin sosial tərkibinin tam və dəqiq mənzərini yaratmaq
179
mümkün olmasa da, ayrı-ayrı şəhərlərə aid olan məlumatlar əsasında bu məsələ
haqqında müəyyən fikir söyləmək olar. Mənbələrdən birində göstə- rildiyi kimi, şəhər
əhalisi Hüquq və vəzifələrinə görə imtiyazlı silkə və vergi ödəyənlərə bölünürdülər.
Birinci silkə xanlar, bəylər, məliklər, ağalar, axundlar, mollalar, seyidlər, mirzələr və
xan nökərləri, ikinci silkə isə tacirlər, sənətkarlar, əkinçilər, şəhər yoxsulları və
başqaları daxil idi. Şəhər əhalisinin ümumi sayına nisbətdə imtiyazlı əhalinin sayı 8-
15% təşkil etdiyi müxtəlif şəhərlərdə tacir və sənətkarlar təxminən 35-50%-ə bərabər
olurdu.
Şəki xanlığı
Şəki xanlığının banisi Azərbaycanın görkəmli dövlət xadimlərindən olan Hacı
Çələbi xan olmuşdur.O, hələ Nadir şahın sağlığından Şəkini müstəqilləşdirə bilmişdi.
Onun dövründə Xanlıq güclü siyasi qüvvəyə çevrildi. Qəbələ və Qutqaşen
sultanlıqları Hacı Çələbinin (1747-1755) hakimiyyətini tanımağa məcbur oldular.
Hacı Çələbi Gəncə və Qarabağ xanlıqlarını özünə tabe etmək uğrunda uzun müddət
mübarizə aparmışdı. O, 1748-ci ildə Qarabağ torpaqlarına yürüş edərək bir sıra
torpaqları ələ keçirmiş və bir aydan artıq Bayat qalasını mühasirədə saxlasa da
tezliklə geri çəkilmişdi.
Şəki xanlığının getdikcə qüdrətinin artması, onun Gəncə və Qərb torpaqları
uğrunda mübarizəsi, Azərbaycanın digər xanlarının və Kartli-Kaxetiya çarlığının
ciddi narahatlığına səbəb olmuşdu. Gürcü çarı Teymuraz Gəncə və Qarabağı tutmağa
çalışırdı. Hətta bu məqsədlə O, Dağıstan hakimlərinə müraciət etmiş və rədd cavabı
almışdı.
1751-ci ildə Teymuraz və oğlu II İrakli Alazan çayını keçərək Şəki xanlığının
ərazisinə daxil oldu. Fevral ayında gürcülər Car torpağında Hacı Çələbi ilə qarşı-
laşdılar. XVIII əsr Gürcü xronikasında bu yürüş barəsində deyilir: “1751-ci ildə çar
Teymuraz və oğlu İrakli Hacı Çələbi ilə vuruşmaqdan ötrü Cara getdilər. Onların
çoxlu qoşunu olmasına baxmayaraq, fevralda məğlub oldular”
180
1752-ci ildə Gürcü çarları Gəncə xanlığını ələ keçirməyi qərara aldılar.Onlar
Hacı Çələbiyə qarşı Azərbaycan xanlarından Şahverdi xanı (Gəncə) Heydərqulu xanı
(Naxçıvan) və Pənahəli xanı (Qarabağ) öz tərəfinə çəkərək itifaqa girdi.
1752-ci il martın 21-də müttəfiqlər müşavirə üçün Gəncə yaxınlığında düşərgəyə
toplaşdılar. Lakin Gürcü çarı qəflətən onları əsir alaraq Gürcüstana apardı.
Bunu görən Hacı Çələbi xan Kür çayını keşərək Gəncəyə doğru hərəkət
edir.O,İraklinin qoşunlarını Ağstafa çayına qədər təqib edərək güclü zərbə
endirir.Düşmən 400 nəfər itki verərək Gürcüstanın içərlərinə çəkilirlər.Hacı Çələbi
Qazax və Borçalı ərazilərini tutaraq oğlu Ağakişi bəyi hakim təyin edir.
1755-ci ildə Hacı Çələbi böyük silahlı qüvvə ilə Şirvana yürüş edərək Ağsu
qalasını mühasirəyə alır. Qubalı Hüseynəli xan Şamaxı xanının köməyinə gəilr.
Birləşmiş qoşun Hacı Çələbini məğlub edirlər. O, çoxlu itki verərək geri
çəkilidi .Hacı Çələbi 1755-ci ildə vəfat edir. Hakimiyyətə onun oğlu Ağakişi xan
keçir. Lakin çox çəkmir ki,o qayınatası Qazıqumux hakimi Məhəmməd xan
tərəfindən öldürülür. Məhəmməd xan Şəkini tutur və qarət edir. Onun Şəkidə
hakimliyi 40 gün çəkir. Hacı Çələbinin nəvəsi Hüseyn xan Quba xanının köməyi ilə
Şəkidən işğalçıları qovaraq özünü xan elan edir.1768-ci ildə ittifaqa girən Şəki və
Quba xanları Şamaxı xanlığına hücum edərək, oranı öz aralarında bölüşdürdülər.
Bir qədər sonra Şəki xanlarının qohumları arasında mübarizə başlayır.Şəki
xanlığı olduqca zəifləyir.1779-cu ildə Hüseyn xan öldürüldükdən sonra hakimiy-yəti
Əbdülqədir ələ keçirir. Lakin o da hakimiyyətdə çox qala bilmir. Qarabağa qaçmış
Hüseyn xanın oğlu Məhəmmədhəsən xan İbarahim xanın köməyini alaraq Şəkiyə
gəlir. Əbdülqədir isə Qubaya qaçır. Hakimyyəti Məhəmmədəhsən xan ələ keçirir
1781-1795).Ondan sonra isə Səlim xan hakimiyyətə gəlir. O, 1805-ci il mayın 21-də
Şəki xanlığının Rusiyaya qatılması müqaviləsini imzaladı və beləliklə Şəki xanlığı
ləğv edildi.
Qarabağ xanlığı
Əsası Pənah Əli xan (1748-1763)tərəfindən qoyulmuş Qarabağ xanlığı XVIII
əsrin 2-ci yarısında xeyli qüvvətlənmişdi.Pənah Əli xan Qarabağda köçəri həyat
181
keçirən Cavanşirlər tayfasına məxsus olan Sarıcalı kəndindən idi. O, gəncliyində
qardaşı Behbudəli bəylə Nadir şahın yanında qulluq edirdi.
Lakin 1738-ci ildə qardaşı edam edildikdən sonra Pənahəli müəyyən müddət
Zəngəzurda gizlənir, tərəfdarlar toplayaraq Gəncə, Naxçıvan və Şəkiyə basqınlar
edirdi. Nadir şahın ölmündən sonra O, Qarabağda öz hakimiyyətini quraraq, Ca-
vanşirlər, otuzikilər tayfasını ğz ətrafında cəmləyərək 20 minlik heyyəti toplayır.
Pənah Əli xan İran və ona düşmən olan yerli feodallardan qorunmaq üçün
Kəbirli mahalında Bayat qalasını tikdirir (1748-ci il).Xan bütün ailəsini və əyanları
bu qalaya köçürür. Habelə Təbriz və Ərdəbildən çoxlu sənətkarlar da burada
yerləşdirildi.
Qarabağ xanlığının artmaqda olan qüdrətini görən Şirvan və Şəki hakimləri,
habelə erməni məlikləri Pənahəli xana qarşı ittifaq yaradırlar. Şəki xanı Hacı Çələbi
və onun müttəfiqləri xeyli qüvvə ilə 1848-ci ildə hücum edərək Bayat qalasını
mühasirəyə alırlar. Bir aydan çox davam edən mühasirə heç bir nəticə vermədi.
Müttəfiqlər çoxlu itki verərək geri şəkildilər. Pənahəli xan gələcəkdə öz düşmənlərinə
qarşı dura bilmək üçün Ağdam yaxınlığında Şahbulaq qalasını da tikdirir.Pənahəli
xan İrandakı siyasi vəzuyyətdən istifadə edərək Gəncə, İrəvan, Naxçıvan və Ərdəbil
xanlıqlarını ələ keçirmıəyi qərara alır. Qısa müddət ərzində O, həmin xanlıqlarda
bəzilərini (Ərdəbil) zor ilə tabe etmiş, digərlərini isə ittifaq bağlamağa məcbur edərək
öz vassalına çevirmişdi.
Bu vaxt İranda hak imiyyət iddiasında olan Məhəmməd Həsən Qacar Qarabağda
hücum edir (1751-ci ildə). Pənahəli xan İrandan təhlükə olduğunu bilərək 1750-ci
ildən Şuşa qala şəhərini tikdirir. Əvvəllər bu qala Pənahabad adlanırdı. Qa-la 1757-ci
ildə tikilib başa çatmışdı. Şuşa tezliklə böyüyərək xanlığın mərkəzinə çevrilir. Qacar
yeni tikilməkdə olan qalanın ətrafında Topxana meşəsində düşərgə salır. 1aya qədər
orada qalmasına baxmayaraq heç qalaya yaxınlaşa bilmir. O, tez-liklə geri qayıdır.
1760-cı ildə Urmiya hakimi Fətəli Xan Əfşar böyük qüvvə ilə Qarabağa hü-cum
edir. Demək olar ki, Şuşa 6 ay mühasirədə qalır. Lakin Pənahəli xan oğlunu girov
verməklə mühaisrədən azad olur.
182
1763-cü ildə Pənahəlinin vəfatından sonra oğlu İbrahim Xəlil xan hakimiyyətə
keçir.(1763-1806). Onun dövründə xanlıq daha da qüvvətlənir. Bu xanlığın hökmü
Qaradağ ,Ərdəbil, Naxçıvan və Gəncə ərazilərində işlənirdi. İbrahim Xəlil xan Şəki,
Car Balakən əhalisi ilə ittifaqda idi. Onun dövründə Qarabağ xanlığının Ru-siya və
Gürcüstan ilə əlaqələri genişlənirdi. Bu əlaqələrin yaranmasında görkəmli
Azərbaycan şairi M.P.Vaqifin böyük rolu olmuşdur.
1806-cı ildə Pənahəli xan ailəsi ilə birlikdə öz çadrında rus zabiti Lisaneviç
tərəfindən gülləboran edilmişdir. Xanlıq faktiki olaraq 1805-ci ildən Rusiyanın
himayəsinə keçmiş,formal olsada 1826-cı ilə qədər fəaliyyət göstərmişdir.
Quba xanlığı.
Quba xanlığının banisi Hüseynəli xan (1726-1758) hələ 1726-cı ildə Rus haki-
miyyəti tərəfindən bu vəzifəyə təqdim olunmuş və Rus çarı onu Quba xanı təyin et-
mişdi. Hüseynəli xan sonralar Gülhan, Altıpara, Doqquzpara icmalarını öz mülk-
lərinə birləşdirmişdi. Hüseynəli xan xarici siyasətdə Rusiyaya meyl edirdi. Lakin
zahirən Nadir şaha itaətini bildirdi. Nadir şahdan sonra O, müstəqil hakim oldu.
O,Salyan və Rudları Quba xanlığına billəşdirdi.
Onun oğlu Fətəli xanın dövründə (1758-1789) Quba xanlıığının mövqeyi daha
da mökəmləndi. Fətəli xan öz dövrünün görkəmli dövlət xadimi idi.A.Bakıxanov
onun haqqında yazırdı: “Fətəli xan tədbirli, mərhəmətli, əzmində sabitqədəm,
məmləkəti idarə etmək işlərində mahir bir adam idi.”
Fətəli xan mərkəzi hakimiyyəti möhəkəmləndirmək məqsədilə mahal naiblərinin
hakimiyyətini məhdudlaşdırdı, vergi toplanmasını nizama saldı, xəzinə-nin gəlirini
artırdı.
Fətəli xan hərbi işə ciddi yanaşırdı,onun xeyli qoşunu var idi.O,qonşu xanlıqların
torpaqlarını ilhaq etmək yolu ilə öz ərazilərini genişləndirmək istəyirdi. Fətəli xanın
bu siyasəti geniş miqyas aldı və şimali-şərqi Azərbaycan torpaqlarının birləşdirilməsi
ilə nəticələndi.
1757-ci ildə Salyan xanlığı qubalıların hücumuna məruz qaldı və tutularaq Quba
xanlığına birləşdirildi.1759-cu ildə Fətəli xan bir sıra şimali Qafqaz hakimləri ilə
birləşərək Dərbənd xanlığına yürüş etdi.Çox çəkmədi onlar Dərbəndə daxil oldular və
183
Dərbənd xanı Narinqalaya çəkildi.Az sonra Fətəli xan danışıqlar adı ilə Məhəmməd
Hüseyn xanı öz düşərgəsinə dəvət edir və həbsə alaraq gözlərini çıxartdırır.
Dərbənddən sonra Fətəli xan Baki xanlığını birləşdirmək siyasəti yüritməyə
baçladı.O,Bakı xanlığı üzərində öz təsirini gücləndirmək üçün “nigah
diplomatiyasından”istifadə etdi. O, Qaraqaytaq usmisi Əmir Həmzəyə vəd etdiyi
bacısı Xədicə Bikəni Bakı xanı Məlik Məhəmmədə ərə verdi. Ağıllı Xədicə Bikə
ərinin bütün işlərinə fəal müdaxilə etməyə başladı və nəticədə Bakı xanlığı Quba-dan
asılı vəziyyətə düşdü.
Fətəli xanın xarici siyasətində əsas yerlərdən birini Şamaxı xanlığının Qubaya
birləşdirilməsi məsələsi tuturdu. 1768-ci ildə Fətəli xanın qoşunu Şamaxıya hücuma
keçdi. Eyni vaxtda Fətəli xanın müttəfiqi Şəki xanı da Şamaxıya hücum
etdi.Şamaxılılar məğlub oldu və birləşmiş qoşun Şamaxıya daxil oldular.İşğaldan
sonra Şamaxı xanlığının az hissəsi Şəki xanlığlna, qalan hisəsi isə Quba xanlığına
birləşdirildi. Lakin çax çəkmir ki, şəki xanı Hüseyn xanla ittifaq pozulur və Fətəli xan
Şəkiyə düşən torpaqları da Quba xanlığına tabe edir.
Bu zaman gözləri kor edilib Şamaxıdan qovulan Ağası xan Qarabağın Kotevan
düzündə yerləşərək Fətəli xana qarşı müttəfiqlər toplayır. O, Avar hakimi Nütsal xanı
və Şəki xanı Hüseyn xanı öz ətrafında birləşdirir. 1744cü ildə mütəffiqlər Şamaxıya
hücum etdilər. Qəflətən yaxalanan Fətəli xan məğlub olaraq geri çəkilr, Lakin
sonralar öz qüvvələrini cəmləşdirən Fətəli xan yenidən Şamaxını ələ keçirir.1768-ci
ildə Cavad xanlığı da Quba xanlığından asılı vəziyyətə salınır. 1780-ci illərdə Fətəli
xan dəfələrlə Qarabağ xanlığı üzərinə yürüş etsə də bu yürüşlər uğursuz oldu. O,
1784-cü ildə Azərbaycanın cənub xanlıqlarına hücum edir. O, Ərdəbil və Meşini
tutsada burada möhkəmlənə bilmədi. 1785-ci ildə Fətəli xan Şəki xanlığını özünə
tabe etdi. Talış və Dağıstanın bir sıra torpaqları da ondan asılı vəziyyətə düşdülər.
1788-ci ildə Fətəli xan Gəncəyə daxil olur. Lakin 1789-cu ilin martında Fətəli xan
qəflətən vəfat edir və onun Azərbaycan torpaqlarını birləşdirmək siyasəti yarımçıq
qalır.
184
Onun oğlu Əhməd xan (1789-1791) atasının nailiyyətlərini möhkəmləndirə
bilmir. Onun qardaşı Şeyx Əli dövründə (1791-1810) xanlığın qüdrəti daha da
zəifləyir və Şəki, Bakı, Şamaxı xanlıqları Qubanın asılılığından çıxırlar.
Gəncə xanlığı
Bu xanlıq Gəncə bəylərbəyliyi əsasında yaranmışdı. Bu bəylərbəylik irsi olaraq
XVII əsrdən Qacarlar tayfasının Ziyadoğlular tərəfindən idarəolunmuşdur. Gəncə
istər hərbi-siyasi, istərsədə iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir-di.
Gəncə xanlığının əsasını II Şahverdi (1747-1760) qoymuşdur. Onun hakimiy-
yəti dövründə qonşu dövlətlər –Qarabağ xanlığı və Kartli-Kaxetiya çarları buraya
hücumlar etmişdir. Hətta bir müddət Gəncə Kartli çarlarından asılı vəziyyətə
düşmüşdür. II Şahverdinin oğlu Məhəmmədhəsən xanın dövründə (1760-1780)
Gəncə Gürcü çarlarının asılığından qurtarır. Lakin 1780-ci ildə Məhəmməd Həsən
xan öz qardaşı Məhəmməd tərəfindən öldürülür. Bu vəziyyətdən istifadə edən
Qarabağ xanı İbrahim Xəlil xan və Gürcü çarı II İrakli yenidən Gəncəyə hücum
edərək şəhəri alırlar. Şəhərə Qarabağ nümayəndəsi Həzrətqulu bəy və gürcü nüma-
yəndəsi Keyxosrov Andronikşvili hakim təyin edilirlər. Bu vəziyyətdən zərər çəkən
aşağı xalq kütlələri tezliklə işğalçılara qarşı mübarizəyə başlayırlar. 1783-cü ildə
başlanan həmin hərəkəta Ziyadoğullar nəslindən olan Hacı bəy başçılıq edirdi.
Bu üsyana Qarabağ xanı İbarahimxəlil xan da kömək edirdi, çünki O,gürcülərin
buradan qovulmasını istəyirdi. Lakin üsyançılar hər iki işğalçını Gəncədən qovurlar.
Hacı bəy 1783-cü ilə qədər xanlığı idarə edir. Bu vaxt Şuşada əsirlikdə olan
Ziyadoğlu nəslindən olan Rəhim bəy (1785-86)Gəncəyə qaçır və hakimiyəti ələ
keçirir. Lakin Qarabağ və Gürcü hakimləri yenidən Gəncənin işlə-rinə qarışmağa
başlayırlar. Nəticədə Ziyadoğlu nəslinin görkəmli nümayəndəsi Cavad xan (1786-
1804) hakimiyyətə keçir. O, əvvəllər Gürcü çarlarından asılı olsa-da, 1795-ci ildən bu
asılılığa son qoyur.
Cavad xan 1804-cü il yanvarın 3-də Rus qoşunlarına qarşı mübarizədə həlak
olmuş və bununla Gəncə xanlığı süqut etmişdir.
185
Azərbaycanın cənub xanlıqları:
-Bu xanlıqlardan biri Qaradağ xanlığı olmuşdur.Onun əsasını qoyan Kazım xan
(1748-1752) qonşu feodal hakimlərlə münasibətdə ehtiyatlı siyasət yeridir, xanlığın
daxili işlərini qaydaya salırdı. Xanlığın mərkəzi Əhər şəhəri olmuşdur. Bu xanlıq
1782-ci ildə Qarabağ və Xoy xanlıqları tərəfindən işğal edildi və bundan sonra xanlıq
öz müstəqilliyini itirdi.
-Təbriz xanlığının banisi Dünbuli tayfasından olan Nəcəfqulu xan (1745-1780)
olmuşdur. Bu xanlıq müəyyən vaxt ərzində Urmiya feodallarından asılı vəziyyətdə
olmuşdur. Lakin 1763-cü ildə Təbriz xanlığı tam müstəqillik əldə edir.
-Marağa xanlığının əsasını Əliqulu xan Müqəddəm qoymuşdur. (1747-1750).elə
bir əhmiyyət kəsb etməyən bu xanlıq Qacar hakimiyyətinə qədər müstə-qil fəaliyyət
göstərmişdir.
-Ərdəbil xanlığının banisi Şahsevən tayfasından Nəzərəli xan (1747-
1783)olmuşdur.O,xarici siyasətdə Qarabağ və Talış xanlığı ilə əlaqələrə üstünlük
verirdi.Ərdəbil xanlığı Kərim xan Zəndə qarşı mübarizə aparmışdır.
-Güclü xanlıqlarından biri olan Urmiya xanlığının əsası Fətəli xan Əfşar (1747-
1763) tərəfindən qoyulmuşdur. Fətəli xan Cənubi Azərbaycanda xeyli ərazi tuta
bilmişdi.O,1763-cü ildə Kərim xan Zənd tərəfindən öldürüldükdən sonra xanlıq öz
əvvəlki əhəmiyyətini itirir.
-Xoy xanlığının ilk hakimi Şahbaz xan (1747-1763) olmuşdur. Mülayim siyasət
yeridən Şahbaz xan Urmiya hakimi Fətəli xan Əfşarla dostluq siyasəti
yürüdürdü.O,da Zənd tərəfindən məğlub edilmişdir.
-Maku xanlığı Bayat tayfasının başçısı Nadir şahın sərkərdəsi olmuş Əhməd
sultan (1747-1778) tərəfindən yaradılmışdır. Xanlığın mərkəzi Maku şəhəri idi.
Xanlıq öz ətrafında 30 kənd birləşdirdi.
Sərab xanlığının əsası Şəqaqi tayfasının başçısı Əli xan (1747-1786) tərəfindən
qoyulmuşdur.O, Məhəmməd Həsən Qacara qarşı mübarizə aparmış-dır. Sonralar
Kərim xan Zəndin nominal hakimiyyətini qəbul etmişdir.
186
Yuxarıda aslarını çəkdiyimiz cənub xanlıqları demək olar ki, Azərbaycanın
siyasi həyatında o qədər də əhəmiyyətli rol oynamamış, tezliklə mübarizələrdə tarix
səhnəsindən çəkilb getmişlər.
İranda baş vermiş feodal ara mühartibələrində mənşə etibarıilə türk –qızılbaş
olan Qacar sülaləsi qələbə qazandı. Sülalənin banisi ağa Məhəmməd xan Qacar
XVIII əsrin 80-ci illərinin ortalarında İranın başlıca əyalətlərini (Xorasan istisna
olmaqla) işğal edərək Tehranı özünə paytaxt etdi. O,1793-cü ildə Azərbaycan
xanlarına tabe olmaq haqqında fərmanlar göndərdi. Lakin onun bu fərmanları
Azərbaycan xanlarını qorxutmadı. Qarabağ, Lənkəran, xanları, Kartli çarı II İrakli,
İrəvan xanı Məhəmməd Qacarın gələcək hücumlarının qarşısını almaq üçün tədbirlər
həyata keçirdilər.Hətta İbrahimxəlil xan Araz çayı üzərindəki Xudafərin körpüsünü
dağıtmağı əmr etdi.
1794-cü ildə Ağa Məhəmməd xan Qacar Qarabağa 8 minlik qoşun göndərir.
Lakin qoşun Əsgəran qalası yaxınlığında məğlub olub geri çəkildi. Dərbənd, Gəncə
və Şəki xanlarının itaət etməyə hazır olduqlarını görən Məhəmməd Qacar yeni
yürüşlərə həvəsləndi. Həm də bəzi Azərbaycan xanlarının Rusiyaya meyl etməsi
Qacarı Azərbaycana yürüş etməyə tələsdirdi.
Qacar qoşunlarına 3 istiqamətdə-Lənkəran, İrəvan və Şuşa istiqamətində yü-rüş
etməyi əmr etdi.
Qacar xan özü Şuşa üzərinə yürüşə başladı. İrəvana doöru hərəkət edən İran
qoşunları (sərbazlar) Naxçıvan qalası yaxınlığında ciddi müqavimətə rast gəldilər.
Qacar şah buradan İrəvana doğru hərəkət edərək qalanı alır.
Ağa Məhəmmədin özünün başçılıq etdiyi əsas qoşun 1795-ci ilin yayında Şuşa
qalasını mühasirəyə aldı. Lakin qala möhkəm müdafiə olunurdu . Hətta qala
müdafiəçiləri bir neçə dəfə qaladan çıxaraq düşmənə ciddi zərbə endirdilər.Şuşanın
mühasirəsi bir aydan artıq davam etdi. Düz 33 gündən sonra işğalçılar Şuşanın
mühasirəsindən əl çəkib Tiflis istiqamətində irəliləməyə başladılar. Sentyabr ayında
onlar Tiflisi qarət etdilər. Bu yürüşdə Ağa Məhəmməd şahı Cavad xan da müşaiyət
etmişdir.
187
Bundan sonra Ağa Məhəmməd şah qışlamaq üçün Muğana gedir və oradan
yenidən Azərbaycan xanlarına və Dağıstan hakimlərinə hədə qorxu dolu məktublar
göndərir. Bu zaman Azərbaycanın bir sıra xanları kömək üçün Rusiyaya müraciət
edirlər. Bu müraciətlər rus qoşunlarının Ön Qafqaza hərbi yürüşünə səbəb oldu.
1796-cı il aprelin 18 –də Zubovun başçılığı altında 30 minlik Rus qoşununun
Azərbaycana yürüşü başladı. Bunu görən İran şahı tələsik Arazın o tayına çəkildi.
Həmin ildə o, özünü İran şahı elan etdi.
Rus qoşunları Dərbəndə yaxınlaşırlar. Quba xanı Şeyx Əli Azərbaycan xanlarına
Dərbəndə kömək etməyə dair müraciət etsə də bu müraciətə Bakı xanından savayı
heç kəs cavab vermədi. Dərbən də baş vermiş ixtişaşlar nəti-cəsində şəhər təslim olur.
Zubov buradan Şamaxı istiqamətində yürüş edir. Mustafa xan şəhərdən çıxır. Onun
yerinə Zubova təslim olan Qasım xan Şamaxı xanı təyin edilir. Zubov da daha sonra
Salyan tərəfə gedərək orada düşərgə salır. Bu vaxt Qarabağ xanının nümayəndəsi də
ora gələrək Ruslara itaətini bildirir. Beləliklə Azərbaycanın Şimal xanlıqlarının bir
neşəsi Rusiyaya tabe edildi. Lakin Ruslar Azərbaycanda möhkəmlənə bilmədilər.
1796-cı ildə II Yekatirinanın ölməsi Qafqaz siyasətinə təsir etdi. Çar I Pavel 1797-ci
ildə Rus qoşunlarını Azərbaycan və Dağıstandan geri çağırdı.
Rus qoşunlarının buradan getməsindən istifadə edən Ağa Məhəmməd şah Qacar
1797-ci ilin yazında böyük bir ordu ilə Arazı keçərək Şuşaya yaxınlaşdı. İbrahim
Xəlil xan öz dəstəsilə düşmən topxanasına hücum edərkən geri qayıdır və qala
qapılarını bağlı görür. Qalada ona qarşı xəyanət etmişdilər.Ona görə də İbrahim Xəlil
xan öz dəstəsi ilə Car Balakənə-Avar hakimi, qohumu Ümmə xanın yanına gedir.
Şuşa qalasının müdafiəçiləri başsız qalır və qala içərisində çaxnaşma yaranır.
Bundan istifadə edən İran Şahı Şuşanı işğal edir. O, şəhər əhalisi üzərinə 200 min
əşrəfi cərimə təyin edir. İran Şahı İbrahim xanın düşməni olan Məhəmməd bəyi
Şuşanın xanı təyin edir.
İran Şahının Qarabağı tutması Azərbaycanda siyasi vəziyyəti dəyişdi. Gəncə,
Quba, Bakı, Şəki xanları İran Şahına öz itaətlərini bildirdilər.
Ağa Məhəmməd şah yüzlərlə adamı zindana saldırdı. Onların içərisində
M.P.Vaqif və oğlu Əli bəy də var idi. Onalrın hamısını edam gözləyirdi.
188
Lakin 1797-ci il iyulun 4-də İbrahim xanın qardaşı oğlu Məhəmməd bəyin
təşəbbüsü ilə Şahın yaxın adamları Səfərəli bəy və Abbas bəy tərəfindən Qacar şah
öldürülür. Bunu görən İran qoşunu tələsik geri çəkilir. Məhəmməd bəy hakimiyyəti
ələ keçirir və onun əmri ilə M.P.Vaqif və oğlu öldürülür.
Məhəmməd şah Qacarın qətlindən sonra sıyası durum dəyışdı. Tezliklə İbrahim
xan Şuşaya qayıdır. Məhəmməd bəyi xəyanətdə ittiham edərək həbs edir və onun
düşməni Şamaxı xanı Mustafa xana göndərir. O, isə öz nöbəsində Məhəmməd bəyi
edam edir.
Beləliklə, XVIII əsrin sonlarına yaxın nə Rusiya nə də İran işğalçılarına Şimali
Azərbaycanı işğal etmək nəsib olmadı.
XVIII əsrdə Azərbaycan xalqı azadlıq uğrunda gərgin mübarizə aparmaqla
yanaşı öz mədəniyyətini də inkişaf etdirdi. Bu dövrdə ölkədə fəaliyyət göstərən
məktəblərdə dərslər, əsasən, ərəb və fars dillərində keçirilirdi. Bu məktəblərdə təhsil
almış adamlar məmur, mirzə və ya rühani vəzifələrini tuturdular. Bu dövrdə elm
sahəsində ciddi irəliləyiş olmasa da tarix və coğrafıyaya dair bir sıra qiymətli əsərlər
yazılımışdı. Görkəmli coğrafıyaşünas Hacı Zeynalabdin Şirvani Qafqaz, İran,
Türkiyə və Hindistanı gəzmiş və bu ölkələr haqqında qiymətli məlumatlar toplamışdı.
Tarixçi Əbdürrəzzaq bəy Dünbüli özünün «MəasiriSultaniyyə» əsərində İran
hökmdarı Fətəli şahın hakimiyyət dövründə baş vermiş hadisələrdən bəhs etmişdi.
Azərbaycan ədəbiyyatında realist janr getdikcə üstünlük təşkil edirdi. Poeziyada
vətənpərvərlik ideyaları və xalqın düşdüyü ağır vəziyyətə etiraz səsi xeyli
güclənmişdi. Nişat Şirvani, Şikəstə Şirin və Nəbi kimi tarixi mövzuda yazan şairlərin
əsərlərində ağır həyatdan narazılıq və şikayət üstünlük təşkil edirdi. Şakir Şirvanininn
«Şirvan haqqında dastan» adlı müxəmməsində 1743-cü ildə Nadir şahın əleyhinə
yönəlmiş Şamaxı üsyanından bəhs edilir. XVIII əsr Azərbaycan ədəbiyyatının ən
görkəmli nümayəndələri Molla Pənah Vaqif və Molla Vəli Vidadi olmuşdur. Vidadi
1709-cu ildə Şəmkirdə anadan olmuş, Qarabağda, sonra isə gürcü çarı II İraklinin
sarayında yaşamışdı. Vidadi yüksək sənətkarlıqla 170 yazdığı şerləri ilə lirik
Azərbaycan poeziyasını zənginləşdirmişdi. O, ədəbiyyata qoşma və gəraylılar
müəllifı kimi daxil olmuşdur. Vaqif 1717-ci ildə Qazax mahalının Qıraq Salahlı
189
kəndində anadan olmuşdu. Əvvəllər Qazax mahalında və Gəncədə, sonralar isə
Qarabağda yaşamışdı. Zəngin bilikli şair Qarabağ xanının sarayında baş vəzir olmuş
və xanlığın idarə edilməsində xüsusi rol oynamışdır. Vaqifın yaradıcılığında
məhəbbət mövzusu əsas yer tuturdu. Şairin şerləri xalq dilinin zəngiliyini əks etdirir
və realizmi, milli təravəti, orjinallığı, nikbinliyi ilə səciyyələnir. Vaqifın realist
yaradıcılığı Azərbaycan ədəbiyyatının inkişafında böyük rol oynamış və Azərbaycan
şerlərinin sonrakı nəsillərinə güclü təsir göstərmişdi. XVIII əsrdə Azərbaycanda inşa
edilmiş memarlıq abidələri dövrün siyasi həyatı ilə sıx bağlı olmuşdur. Yadelli
hücumlarının və ara müharibələrinin mütamadi olaraq davam etdiyi xanhqlar
dövründə Azərbaycan xanları düşmən hücumlarına tab gətirə biləcək dərəcədə
möhkəmləndirilmiş qalaların, bürc və istehkamların tikintisinə diqqəti artırmağa
məcbur idilər. Ərazisində hərbi-müdafıə xarakterli obyektlərin tikildiyi xanlıqlardan
biri Qarabağ xanlığı idi. Buna misal olaraq Bayat, Şahbulaq və Şuşa qalalarının qala
divarlarını, Əsgəranın qoşa qalalarını göstərmək olar. Müdafıə xarakterli obyektlər
Şəki, Şamaxı, Təbriz, Naxçıvan və Ərdəbil xanlıqlarında da tikilmişdi. Azərbaycan
memarlığında karvansara tikintisi sahə- sində qazanılmış zəngin ənənələr bu dövrdə
də davam edirdi. XVIII əsrin ikinci yarısında Şəkidə tikilmiş «Yuxarı» və «Aşağı»
karvansaraları müasir dövrümüzədək gəlib çatmışlar. Azərbaycan ərazisində ən
böyük karvansara hesab edilən «Yuxarı» karvansarada 300 otaq və zirzəmi var idi.
Şuşada, Şəkidə, Qubada, İrəvanda ayrı-ayrı xanlar tərəfindən dəbdəbəli saraylar
tikdirilmişdi. Bu dövrdə Azərbaycanda saray tikintisinin ən gözəl nümunəsi şərq
memarlığının incilərindən sayı- lan Şəki xanlarının sarayıdır. Saray 1797-ci ildə Şəki
hakimi Məhəmmədhəsən xan tərəfindən tikdirilmişdir. Sarayın fasadı başdanbaşa
şəbəkə üslubu ilə bəzədilmişdir. XVIII əsrin ikinci yarısı-XIX əsrin əvvəllərində
Azərbaycan siyasi pərakəndəlik dövrü yaşayırdı. Nadir şahın ölümündən sonra
yaranmış müstəqil və yarımasılı xanlıqlar orta əsr dövlətlərinə məxsus bütün
atributlara malik idilər. Bu dövrün sosial-iqtisadi münasibətləri orta əsrlərin əvvəlki
dövrlərinə məxsus sosial-iqtisadi mü- nasibətlərdən elə də fərqlənmirdi. Torpaq
mülkiyyət formalarının və vergilərin mahiyyətində elə bir ciddi dəyişiklik baş
verməmişdi. Bununla belə, bütün xanlıqlar dovrü üçün xarakterik olan ara mü-
190
haribələrinin təsiri altında əkinçilikdə, ticarət və sənətkarlıqda dərin tənəzzül
müşahidə edilirdi. Azərbaycan şəhərlərinin böyük əksəriyyəti ciddi dağıntılara məruz
qalmışdı. XVIII əsrin ikinci yarısında ayrı-ayrı Azərbaycan xanlıqları hakimiyyət və
torpaq uğrunda bir-birilə kəskin müharibə aparırdılar. Ölkəni vahid dövlətdə
birləşdirməyə çalışan qüvvələr də çox deyildi. Urmiyalı Fətəli xan, Şəkili Hacı
Çələbi, Xoylu Əhməd xan və Qubalı Fətəli xan vahid Azərbaycan uğrunda xeyli
qüvvə sərf etmişdilər. Qubalı Fətəli xan daha böyük uğurlar qazanmış və bütün şimal-
şərqi Azərbaycanı öz hakimiyyəti altında birləşdirməyə nail olmuşdu. Bununla belə,
ayrı-ayrı bölgələr arasında iqtisadi əlaqələrin zəifliyi və qonşu dövlətlərin müdaxiləsi
son nəticədə vahid Azərbaycan dövlətinin yaranmasına imkan vermədi. Azərbaycanın
zəngin təbii ehtiyatları və əlverişli coğrafi mövqeyi qonşu dövlətlərin, ilk növbədə
İran və Rusiyanın diqqətini cəlb edirdi. Heç də təsadüfı deyil ki, XVIII əsrin sonuncu
onilliyində bu dövlətlər Azərbaycanı işğal etmək üçün hərbi yürüşlər təşkil
etmişdilər. Azərbaycan 1795 və 1797-ci illərdə İran hakimi Ağa Məhəmməd şah
Qacarın, 1796-cı ildə isə V.Zubovun başçılığı ilə rus ordusunun iş- ğalçı yürüşünə
məruz qalmışdı. Doğrudur, bu yürüşlərin hər üçü iflasla nəticələndi. Lakin bu heç də
həmin dövlətlərin Azərbaycana dair işğalçılıq planlarından imtina etmələri demək
deyildi.
191
XI MÖVZU
Azərbaycan XIX əsrin birinci yarısında
Azərbaycanın iran və Rusiya arasında bölüşdürülməsi.
PLAN
1.Rusiyanın Azərbaycanın şimal torpaqlarını tutması. Car Balakən və Gəncənin
işğalı.
2.Birinci İran-Rusiya müharibəsi. Gülüstan müqaviləsi
3.İkinci İran Rusiya müharibəsi. 1828-ci il Türkmənçay sülh müqaviləsi.
ƏDƏBİYYAT:
1. Azərbaycan tarixi. VII-cilddə, IV-cild,Bakı, 2000, səh.14-54.
2. Azərbaycan tarixi. Bakı,1994, səh.465-523.
3. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989.
4. Banixanov.A. Gülüstani-İrəm. Bakı,1991.
5. Mustafayev.T. XVIII-əsrin birinci yarısında Azərbaycanda Rusiya meylinin
güclənməsi. Bakı,1986.
6. Balayev. A. Rusiyaya qovuşmaq ərəfəsində. Bakı, 1988, səh.157-167.
192
XVIII əsrin sonlarinda İran şahı Ağa Məhəmməd Qacarın Azərbaycana
basqınları Rusyanı bu yerlərə hucuma kecməyə baslamaga tələsdirdi. 1796-cı ilin
aprelində general Zubovun (“qızıl ayaq ) başcılığı altında 30 minlik rus qoşunu
Azərbaycana soxuldu. Ruslar Dərbənd qalası yaxınlığında güclü müqavimətə rast
gəlsələr də qalanı işğal etdilər. Şəhərin açarını 74 il əvvəl I Pyotra təqdim edən
yaşlı kişi indi də Zubova təqdim etdi. Sonra Zubov Bakiya tərəf hərəkət edir.
Bakını işğal edərək Şamaxıya doğru yürüş edir. Bunu görən Şamaxı və Şəki xanları
Rusiyaya sədaqət andı içmək vərəqinə qol çəkirlər.
Rusiya I Pyotrun vəsiyyətlərinə əməl etmək istəyirdi. Lakin II Yekaterinanın
ölümü (1796) bu planın həyata keçrilməsini yarımçıq qoydu. Onun oğlu I Pavel
Rusiya qoşunlarını tezliklə Cənubi Qafqazdan çıxarmaq əmri verir.
Rusiya işğalçılıq siyasətlərini XIX əsrin əvvələrindən yenidən həyata keçirməyə
başlayırlar. Bu dövrdə Azərbaycanın daxili və xarici vəziyyəti çox mürəkkəb idi.
Azərbaycan ərazisi xırda feodal dövlətlərinə parçalanmışdı. Şəki və Quba xan-
lıqlarının Azərbaycan torpaqlarını öz ətrafında birləşdirmək cəhdləri baş tutmadı.
Buna bir tərəfdən ölkənin sosial iqtisadi geriliyi, digər tərəfdən isə xarici işğallar
mane olurdu. Ayrı-ayrı xanlıqların hakimlərinin yalnız öz ərazisini qorumaq cəhdi və
bir-birlərinə güzəştə getməmələri də bu işə ciddi maneçilik törədirdi. Belə bir şərait-
də Azərbaycana göz tikmiş İran, Rusiya və Türkiyəyə qarşı duracaq vahid qüvvə yox
idi.
Hələ I Pyotr dövründə başlamış II Yekaterina zamanı davam etdirilmiş Azər-
baycanı işğal etmək cəhədlərindən sonra Rusiya yenidən Cənubi Qafqazı tutmaq
planı hazırladı. 1801-ci ildə hakimiyyətə gələn I Aleksandr işğalçılıq siyasətini
davam etrdirməyə başladı. O, hər şeydən əvvəl Həştərxandan Dərbənd –Bakı vasitəsi
ilə Gürcüstanla əlaqə yaratmağa çalışırdı.
1801- ci il sentyarın 12-də Kartlli-Kaxetiya çarlığının Rusiyaya birləşdirilməsi
haqqında çar manifesti elan olundu. Rus baş komandanı tərəfindən idarə olunan Tiflis
quberniyası yaradıldı. Qazax, Borçalı və Şəmşəddil sultanlıqları bu quberniyanın tər-
kibinə daxil edildi. Beləliklə ilk olaraq Azərbaycan torpaqlarının birləşdirilməsi
başlandı. Hələ 1800-cü ildə Lənkəran xanlığı da Rusiyanın himayəsini qəbul etmişdi.
193
Belə bir vaxtda İran Şahı Qarabağ və Bakı xanlıqlarının İrana tabe olması
tələbini verir və göstərir ki, əks təqdirdə bu yerlərə hücum edəcəkdir.
Lakin, 1802-ci il dekabrın 26-da Georgiyevsk şəhərində Quba, Lənkəran
xanlıqları və Dağıstan feodalları Rusiyanın ali himayəsini qəbul etmək haqqında
müqaviləni imzaladılar. Müqaviləyə görə onu imzalayanlar İranın hücum edəcəyi
təqdirdə ona qarşı çıxmağı öz öhdəsinə götürdülər. Müqavilə Cənubi Qafqazda
ticarətin genişləndirilməsi, Xəzər dənizində gəmiçiliyin inkişaf etdirilməsi və s.
nəzərdə tutultrdu.
Digər Azərbaycan xanlıqları müqaviləyə qoşulmayaraq Rusiyanın hakimiy-
yətini tanımaq istəmirdilər. Ona görə də Rusiya bu yerləri işğal etmək üçün general
Sisianovun başçılığı altında qoşun hissələri göndərdi.
Feodal hakimlər – xanlar yaxşı başa düşürdülər ki, öz qüvvələri ilə İran, Rusiya
kimi dövlətlərə müqavimət göstərməklə öz xanlıqlarını qoruyub saxlaya
bilməyəcəklər. Onlar Rusiyanın xanlıqların istiqlaliyyətini qoruyacağı barədə verdiyi
yalan vədlərə uyaraq, öz xanlıqlarının istiqlaliyyətini bu yolla qoruyacaqlarını zənn
edərək, bir tərəfdə rus himayəsini qəbul etməyə meyil etməli olur, digər tərəfdən isə
çarizmin vədlərinə qətiyyətsizlik göstərirdilər. Onların bəzi yollarla İran və ya
Türkiyə qoşunlarının basqın edəcəyi təqdirdə. Öz torpaqlarını qarətdən və var-yoxdan
çıxarılmasından müdafiə edə biləcəklərinə ümid bəsləyirdilər. Eyni zamanda bu
xanlar İrana və ya Türkiyəyə də meyil göstərdiklərindən tərəddüd edir, öz mövqe və
qərarlarını qəti müəyyənləşdirməyə tələsmirdilər. Bu, hər şeydən əvvəl, xanların öz
xanlıqlarının daxili idarəsində müstəqillik saxlanılmasına əmin olmamaları ilə
əlaqədar idi. Rusiya ayrı-ayrı Azərbaycan xanlarının İran və Türkiyə təhlükəsindən
müdafiə edəcəyini vəd etsə də, bu heç də onun xanlıqlara müstəqillik vermək
niyyətində olması deyildi.
Rusiya ilk növbədə Car-Balakən camatının ələ keçirilməsinə böyük əhəmiyyət
verirdi. Çar hökuməti Şərqi Gürcüstan ərazisindən hücum meydanı kimi istifadə
edərək, özünün Azərbaycan barəsindəki planlarını həyata keçirməyə başladı. Rus
qoşunları 5 minlik gürcü qoşunu ilə birlikdə Çar-Balakənə hücum etdi və güclü
194
müqavimətə rast gəldi. Alazan çayı sahilində şiddətli döyüş baş verdi. Caamatın
müqavimətini qıran Qulyanov Balakəni yandırdi. Daha şonra Car işğal olundu.
1803-cü il aprelin 12-də Car-Balakən caamatının Rusiyanın hakimiyyəti altına
alınması haqqında saziş bağlandı. Sazişə əsasən yerli camaat 220 pud ipək verməli
idi. Car-Baləkinin fəthindən sonra İlisu sultanlığı da Rusiyanın təəbəliyini qəbul etli.
General Sisianov Gəncə xanlığının ələ keçilməsinə böyük əhəmiyyət verirdi.
Çünki Gəncə qalası rus qoşunlarının Azərbaycanın içərilərinə doğru irəliyə getməsi
üçün bir açar idi.
1803-cü ilin dekabrında Sisianov Cavad xana təslim olmaq haqqında ultimatum
verdi. Lakin Cavad xan ona cavab verir ki, Gəncəyə yalnız meyitlərin üstündən keçə
bilərsən. Sisianov Rusiya hakimiyyətini qəbul etmiş digər xanlıqlardan fərqli olaraq,
Gəncə xanlığına qarşı amansız tələblər irəli sürürdü. O, Cavad xandan ildə 20 min
çevron məbləğində, yəni sonralar Şəki, Qarabağ və Şirvan xanlıqları üçün
müəyyənləşdirilmiş məbləğdən 3 dəfə çox, ödənc tələb edir və yazırdı: “Əgər mənim
təklifimi qəbul etməsən, Gəncəyə atəş və qılıncla gələcəyəm”.
Sisianov 11 topu olan piyda bataliyonunu, 3 eskodron və 2 kazak yüzilüyündən
ibarət qoşunu Gəncə üzərinə yeritdi. Şəhərin iki verstliyindəki Quruqobu adlanan
yerdə rus qoşunları ilə gəncəlilər arsında ilk vuruşma oldu.Cavad xan bir qədər müqa-
vimətdən sonra Gəncə qalasına qayıdır.Rus qoşunları Gəncəni mühasirəyə
alırlar.Mühasirə bir ay davam etdi. 1804-cü ilyanvarın 2-dən 3-nə keçən gecə ruslar
qalaya hücuma başladılar. Onların iki cəhdi dəf olundu.Qalanın müdafiəçiləri inadlı
müqavimət göstərirdilər. Döyüşlərdə Cavad xan və oğlu Hüseynqulu bəy və şəhər
əhalisindən 250 nəfər həlak oldu. Şəhərintəslim olunmasında şəhərdə yaşayan
ermənilərin xəyanəti mühüm rol oynadı.
Gəncə xanlığı ləğv olundu və dairəyə çevrildi, şəhərin adı dəyişdirilərək
Yelizavetpol adlandırıldı. ”Gəncə” adını çəkmək qadağan olundu.və bu qaydanı po-
zanlar bir manat cərimə olunurdular.
Gəncənin alınması rus qoşunlarının Azərbaycanın içərilərinə doğru irəliləməsi
üçün böyük əhəmiyyət kəsb edirdi. Gəncə xanlığının vassal asılılığında olan Samux
hakimi Şirin bəy Gəncənin süqutundan sonra Rusiya təəbəliyini qəbul etməyə
195
məcbur oldu. O, hər il Rusiyaya 1000 çervon (3 min manat) bac verməyi öhdəsinə
götürdü.
Gürcüstan və Şimali Azərbaycanın bir hissəsinin Rusiya tərəfndən işğalı İran
və Türkiyənin, habelə onların arxasında duran İngiltərə və Fransanın narahatlığına
səbəb oldu.
1804-cü ilin mayında Fətəli Şah rus qoşunlarının Cənubi Qafqazdan çıxa-
rılmasını Rusiyadan tələb etdi. Tələb Rusiya tərəfindən rədd olundu . Odur ki,
iyulun 10-da İranla Rusiya arasında diplomatik əlaqələr kəsildi və 10 il davam edən
müharibə başlandı.
Azərbaycanın yerli əhalisinin Rusiya-İran müharibəsinə münasibəti eyni cür
deyildi. Azərbaycanın bəzi feodal hakimləri, habelə feodalların da bir hissəsi öz
hakimiyyətlərini itirməkdən qorxaraq, müharibəyə öz xilaskarı kimi baxır və şah
İranın qalib gələcəyi təqdirdə öz hakimiyyətlərini saxlayacaqlarını düşünərək, ona
kömək etməyə hazır idilər və imkan daxilində kömək göstərirdilər Həm daxildən,
həm də xaricdən törədilən sonsuz müharibələrdən xilas yolu axtaran və bunu
Rusiyanın sayəsində əldə edə biləcəyini zənn edən əhalinin bir hissəsi isə rus
qoşunlarına kömək göstərmək istəyirdi. Ümumiyyətlə isə əhali nə İranın, nə də
Rusiyanın istilasına məruz qalmaq istəmir, öz xanlarına müraciət edərək, istilaçılara
qarşı mübarizədə onlara hər cür kömək göstərməyi vəd edirdilər
1804-cü il iyulun 2-də İrəvan xanlığı ərazisində, Eçmiədzin divarları yanında ilk
döyüş oldu. Bu döyüşdə Ruslar üstünlük qazandı. İkinci döyüş İrəvan yaxınlığında
baş verdi. İyulun 29-dan 30-na keçən gecə qanlı döyüş başlandı və rus qoşunları
İrəvandan geri çəkildilər.
Bu döyüşlərdən sonra İran qoşunları Gəncəyə doğru hərəkətə başladılar. Lakin
Gəncə qalası ruslar tərəfindən işğal edilmişdi. Gəncənin işğal edilməsi digər
Azərbaycan xanlıqlarının da işğalını sürətləndirdi. İlk növbədə Qarabağ xanlığının
mövqeyinin müəyyən edilməsi haqqında İbrahim xana elçi göndərildi. İran da
Qarabağı öz tərəfinə çəkmək məqsədi ilə xanın İrandakı girov saxlanılan oğlu
Əbülfət xanın başçılığı altında 500 nəfərlik qoşun göndərir. Lakin İbrahim xan öz
oğlunu düşməncəsinə qarşılayır və Dizax yaxınlığında onun dəstəsini məğlub etdi.
196
1805-ci il mayın 14-də Kürəkçay adlanan yerdə Qarabağ xanı ilə Sisianov
arsında müqavilə imzalandı. Həmin müqaviləyə görə xan, onun varisləri və xanlığın
bütün əhalisi Rusiyyanın hakimiyyətini qəbul etdi. Çar hakimiyyəti isə öz növbəsində
xan sülaləsinin hüquqlarını təsdiq edirdi. Qarabağ xanlığı ildə Rusiya xəzinəsinə
8000 çervon pul verməyi öhtəsinə götürürdü.
1805-ci il mayın 21-də Şəki hakimi Səlim xan da həmin müqaviləyə eyni
şərtlərlə qoşuldu. Şəkililər Rusiyaya 7000 çervon verməli idilər.
Bu zaman Şah qoşunları Qarabağa soxuldular və oranı talan etdilər.1805-ci il
iyunun 26-da İran qoşunları Şahbulaq qalasını mühasirəyə aldılar. İyulun 7-də
qaladakı rus əsgərləri gizlincə qaladan çıxaraq Gəncəyə tərəf çəkilirlər. İran qoşunları
başda Abbas Mirzə olmaqla onları təqib edir. Daha sonra O,Qazax və İrəvana doğru
yürüşlər etmişdir.
Belə bir zamanda Rusiya Azərbaycanda öz mövqelərini möhkəmləndirmək
üçün Şirvan, Bakı və Quba xanlıqlarını tabe etmək məqsədiilə yürüşlərə başlayır.
Şirvan xanı Mustafa xan bir sıra tələblər qoysa da Sisanov razılaşmır və 1805-ci ilin
noyabrında Şamaxıya hücuma keçir. Müqavimətin mənasızlığını görən Mustafa xan
ildə 100000 çevron verməklə rusların hakimiyyətini qəbul edir (dekabrın 25-də).
Qarabağ və Şəki xanlıqlarının Rusiya hakimiyyəti altında keçməsi haqqındakı
müqavilərlə eyni olan bu müqavilədə rus qoşunlarının Şamaxıda mütləq
yerləşdirilməsindən danışılmırdı. Şamaxı xanlığının illik bacı 7 min çervon
məbləğində müəyyənləşdirildi. Şamaxı xanlığı öz ərazisindən keçən karvanların
təhlükəsizliyini təmin etməyə borclu idi. Xan, həmçinin, Kür sahilində - Cavadda
möhkəmləndirilmiş rus məntəqəsinin tikilməsinə icazə verməsi ilə də razılaşırdı.
Azərbaycanın ən iri xanlıqlarından birinin – Şamaxı xanlığının tabe edilməsi çar
Rusiyası üçün bütün Şimali Azərbaycanın ələ keçirilməsində mühüm əhəmiyyətə
malik idi. Şamaxı xanlığı digər xanlıqlar arasında mərkəzi mövqe tuturdu, böyük
iqtisadi,siyasi və hərbi-strateji əhəmiyyətə malik idi.
Sisianov Şirvanı tutduqdan sonra Bakıya doğru hərəkət etdi və 1806-cı ilin
yanvarında Bakıya yaxınlaşdı. O, Hüseynqulu xana öz müqavilə layihəsini göndər-
197
di.Bakı xanı Sisianovun şərtlərini qəbul etdiyini, lakin şəhərin açarlarını ona vermək,
həmçinin bir neçə məxfi söz demək istəyini bildirdi.
1806-ci il fevralın 8-də Sisianov xanın əmisi oğlu İbrahim bəy tərəfindən
öldürülür. Bundan sonra rus qoşunları geri çəkilərək Sara adasında yerləşdilər.
Bakıda Sisianovun öldürülməsindən sonra Zaqafqaziyadakı rus qoşunlarının
vəziyyəti ağırlaşdı. Cənubi Qafqazda da şərait mürəkkəbləşdi. Xanların çoxu
tərəddüd etməyə başladı. Dağıstanın bəzi feodal hakimləri bu məqamdan istifadə
edərək, tələsik Zaqafqaziyaya soxulmaq üçün hazırlıq görməyə başladılar.
Qazıqumux hakimi Surxay xan Azərbaycana soxuldu. Lakin rus qoşunlarının Şimali
Qafqazdakı fəallığı üzündən digər Dağıstan hakimləri Kürə yaxınlaşan, Mingəçevir
yaxınlığındakı keçidi ələ keçirməyə ümid bəsləyən, lakin tələsik geri qayıtmağa
məcbur olan Surxay xana kömək göstərməyə cürət etmədilər. 1806-cı ilin yazında
İran qöşunları yenidən fəallaşdı. Napoleonun vəd etdiyi kömək burada az rol
oynamadı. İran qoşunları Arazı keçərək Qarabağa yeridi. İyunun 8-də rus və İran
qoşunları arasında 1806-cı ilin kampaniyasının ilk silahlı toqquşması baş verdi.
Şahbulaq və Əsgəran arasında, Ağdamda rus dəstəsi 4000 İran sərbazı iləm
qarşılaşdı. Rus dəstəsi İran qoşununu sıxışdırdı və Əsgəranı tutaraq, Şuşaya doğru
irəlilədi. Abbas Mirzə İbrahimxəlil xanı öz tərəfinə çəkmək üçün elçilərini onun
yanına göndərdi. Bu dövrdə Şuşada yerləşən mayor Lisaneviçin başçılıq etdiyi rus
qarnizonunun azlığı üzündən İbrahimxəlil xan xanlığın var-yoxdan çıxarılmasına yol
verməmək üçün əvvəlcədən Lisaneviçlə razılaşaraq, rus qoşunları gəlib çıxanadək
iranlılarla mülayim rəftar etməyi qərara aldı. Rus qoşunlarının gəlib çıxmasının
xeylim gecikməsi İran qoşunlarının lap qalaya yaxınlaşmasına səbəb oldu.
İbrahimxəlil xan öz ailəsinin təhlükəsizliyini təmin etmək üçün onu Şuşa qalası
yaxınlığındakı Xankəndinə köçürdü. XIX əsrin birinci yarısında yaşamış Azərbaycan
tarixçisinın yazdığı kimi, bəzi bədniyyətli adamlar xanı mayora elə şərləmişdilər ki,
mayor gecə ikən bir dəstə döyüşçü ilə onun məskəninə yollandı, burada fələyin zalım
hökmü ilə İbrahim xan bəzi ailə üzvləri və yaxın adamları ilə birlikdə öldürüldü‖. Bu
qətl çar zabitlərinin müstəmləkəçi vəhşiliyini səciyyələndirən parlaq misaldır. Belə
yolla həm tərəddüd edən feodallar, həm də əhali ruslardan uzaqlaşdırıldı. Təsadüfi
198
deyil ki, bu hadisələrdən dərhal sonra şəkili Səlim xan Rusiya ilə əlaqələri kəsdi,
əhalini üsyana qaldırdı və rus qoşunlarını xanlıqdan getməyə məcbur etdi‖ .
1806-cı il iyunun 22-də Dərbənd işğal olunur. Sentyabr ayında Bulqakovun
rəhbərliyi altında ruslar yenidən Bakıya hücüm etdilər. Oktyabrın 3-də Bakıda işğal
olundu və xanlıq ləğv olundu. Bundan bir qədər sonra Quba xanlığı da döyüşsüz
təslim oldu. Beləliklə 1806-cı ilin sonlarına yaxın Lənkaran, İrəvan və Naxçıvan
xanlıqları istisna olmaqla Şimali Azərbaycan ərazisi rusiyanın işğalı altına düşdü.
1806-cı ilin sonlarında Türkiyə də Rusiya əleyhinə müharibəyə başladı. Hərbi
əməliyyatlar Balkanlarda və Qafqazda gedirdi. 1810 və 1811-ci illərdə Rusiya
Türkiyə üzərində qələbələr qazanaraq onu 1812-ci il mayın 16-da Buxarestdə sülh
bağlamağa məcbur etdi. Həmin müqaviləyə əsasən Türkiyə Qafqazın böyük bir
hissəsinin Rusiya tərəfindən işğal edilməsi faktını təstiqləməli oldu.
1810-cu ilin iyununda İran qoşunları Qarabağa, Gəncəyə və Pəmbəkə doğru
irəlilədi. İran qoşunlarının öz dəstələri Tuğ kəndinin yaxınlığında, Qarğabazar
adlanan yerdə dayandı. Iranlılar Mehridə də möhkəmləndilər. Təbriz istiqamətində
Cənubi Azərbaycana irəliləməyin açarı rolunu oynayan Mehrinin mühüm strateji
əhəmiyyətini nəzərə alan, sayca 400 nəfərdən bir qədər artıq dəstəsi olan
Kotlyarevski Mehriyə doğru hərəkət etdi. İyunun 15-də kəndi hücumla ələ keçirmək
ona müyəssər oldu. Arazın o tayına geri çəkilmiş iranlılar iyulun 2-də yenidən
Mehriyə yaxınlaşdılar. Mühasirə 5 gün davam etdi. Lakin şah komandanlığı onun
alınmazlığına əmin olaraq, geri çəkilmək məcburiyyətində qaldı. İyulun 8-nə keçən
gecə Kotlyarevski İran qoşunlarının Mehri yaxınlığında yerləşən düşərgəsinə qəflətən
hücum etdi. Süngü döyüşündə İran dəstəsi darmadağın edildi və Qarabağın
hüdudlarından kənara atıldı. Rus qoşunlarının bu qələbəsi Zaqafqaziyadakı bütün
vəziyyəti dəyişdi. Lakin şah sarayı Pəmbək və Şuragəl istiqamətində yeni hücum
hazırlayırdı. İranlılar Abaran yaxınlığında yığışdılar. Türkiyə tərəfindən gözlənilən
təhlükə İran qoşunlarının üzərinə hücum etməyə imkan vermirdi. 1810-cu ilin
avqustunda İanla Türkiyə arasında Rusiya əleyhinə hərbi ittifaq bağlandı. Lakin
bunun da köməyi olmadı. İran qoşunları Ahalkələki yaxınlığında darmadağın edildi.
199
Abbas Mirzə rus dəstələri ilə yeni toqquşmalardan çəkinərək, barışıq haqqında
danışıqlara yenidən başlamaq qərarına gəldi.
1812-ci ilin yayında Napoleon da Rusiya ilə müharibəyə başladı. Fransa-Rusiya
müharibəsindən istifadə edən İran ordusu Qafqazda fəal hərbi əməliyyatlara başladı.
1812-ci ilin iyulunda Xudafərindən keçən İran ordusu Qarabağa soxulur və Şahbulaq
qalasını tutur və sonra Ruslar 20 minlik İran qoşununu geri çəkilməyə məcbur edir.
İran qoşunları Gəncə və Şəki istiqamətlərində də ağır məğlubiyyətə uğradılar.
Rusların Qafqazdakı hərbi-siyasi uğurlarından və İranın içərilərinə doğru irəlilə-
məsindən qorxuya düşən İngilis məsləhətçiləri İran şahını sülh bağlamağa təhrik etdi-
lər.
1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində iki ölkə arasında sülh
müqaviləsi imzalandı. Müqaviləni İran tərəfdən Mirzə Əbdülhəsən xan Şirazi, Rusiya
tərəfdən isə Qafqazın yeni baş komandanı Ratişev imzaladılar. Sülhün şərtlərinə görə
Lənkəran, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ və Şəki xanlıqları Rusiya imperiyası
tərkibinə qatılırdı. İran Şərqi Gürcustana, Qazax və Şəmşəddil sultanlıqlarına,
hənçinin Dağıstana olan iddialarından əl çəkdiyini bildirdi.
İran təkcə Rusiyanın Xəzər dənizdə hərbi gəmilər saxlamaq barədə hüququnu
tanıdı. Aşağı, 5%-lik gömrük tarifi qoyuldu,buda o demək idi ki, Rus tacirləri üçün
İrana yol açılırdı. Rus tacirləri daxili gömrük rüsumlarından da azad edilirdi.
Gülüstan müqaviləsi Şimali Azərbaycan və bütün Zaqafqaziyanın çar Rusiyası
tərəfindən istilasını təsdiq edirdi. Bu müqavilənin bağlanılması ilə Şimali
Azərbaycanın Rusiya tərəfindən isyilasının birinci mərhələsi başa çatdı.
Gülüstan müqaviləsini özü üçün rüsvayçılıq sayan İran sarayı hec cürə
Rusiyanın bu yerləri işğal etməsi ilə razılaşa bilmirdi. Eyni zamanda İngiltərə və
Fransada bu vəziyyətlə barışmaq istəmirdilər və onlar İranı Rusiyaya qarşı
müharibəyə təhrik edirdilər. 1814-cü il noyabrın 25-də Tehranda İngiltərə ilə İran
arasında Rusiyaya qasşı müqavilə bağlandı. Həmin ölkələr İrana hərbi sursat
cəhətdən yardım etməyi öhtələrinə götürdülər.
1826-cı il mayın 26-da Abbas Mirzənin başçılığı ilə 60 minlik İran qoşunu
Şimali Azərbaycana soxuldu.
200
Abbas Mirzənin planı qəflətən Qarabağa soxulmaq, Şuşanı tutmaq sonra isə
Gəncəni tutmaqla Tiflisə hücüm etmək idi. İran qoşunu bütün Qarabağ mahallarını
ələ keçirərək Şuşa qalasını mühasirəyə aldı. Şuşada cəmi 4 topu olan 1500 nəfərlik
Rus qarnizonu var idi. Qalanın muhasirəsi 48-gün davam etdi. Şuşa qalasını uzun
müddət mühasirədə saxlamaq İran hərbi komandanlığının səhvi idi. İranın hərbi
qüvvəsinin böyük hissəsinin diqqətini özünə cəlb edən rus qarnizonu və qalanın
erməni əhalisi general Yermolova strateji təşəbbüsü ələ almağa, pərakəndə halda olan
qüvvələri zərbə qruplarında cəmləşdirməyə və düş.mən üzərinə hücum etməyə şərait
yaratdı və bununla da gələcək hərbi əməliyyatları rus ordusunun xeyrinə həll etdi.
Yermolov başa düşürdü ki, azsaylı qüvvələrlə düşmənə bütün hücum xətti boyunca
əks zərbə vurmaq mümkün deyil. Bütün qüvvələri Cənubi Qafqazın hərbi-siyasi
mərkəzi olan Tiflisin müdafiəsində cəmləşdirməklə, o, düzgün qərar qəbul etdi.
Lakin İran ordusu hec nəyə nail ola bilmədi və Ruslar tərəfindən geri oturduldu.
İran sərbazlarının hücümü zaman bəzi yerli xanlar, hansı kı, İrana qaçmışdılar, onlar
da aktiv iştirak edirdilər. Bakı xanı Hüseynqulu, Şamaxı xanı Mustafa öz əvvəlki
mülklərini geri qaytaracaqlarını düşünürdülər. Məsələn Səlim xanın oğlu Hüseyn xan
(Şəki).İran qoşunları ilə Şəkiyə girdi. O, daha sonra Salyan, Qızılağac və Lənkəranı
ələ keçirdi.
General Yermolov Dağıstanda yerləşən Rus qoşunlarını xanların və İran
qoşununun üzərinə göndərdi. 1826-cı il sentyabrın 3-də Şəmkir yaxınlığında qanlı
döyüş başladı. Rus qoşunları və Gürcü dəstələri Şəmkirçay ətrafında İran qoşunlarını
məğlub etdilər. İran qoşunu tələsik Gəncəyə tərəf geri çəkildilər və az sonra ruslar
Gəncəyə girirlər. İran qoşunlarının məğlubiyyət xəbərini Şuşa ətrafında alan Abbas
Mirzə məğlub olmuş oğlunun köməyinə gəlir.
1826-ci il sentyabrın 10-da hər iki tərəf General Paskeviç Gəncə ətrafına gəlir.
Sentyabrın 13-də amansız döyüş başlayır.
Tarixçi Mirzə Adıgözəl bəy yazır: ”Səhər vaxtı Sərdar Raskeviç və General
Mədətov qoşunlarına nizam verib Şeyx Nizami turbəsinə yaxınlaşdılar. Qızılbaş
qoşunu ilə üz-üzə gəldilər. Burada böyük sultani müharibəsi oldu. Bir saatdan sonra
qizilbaşlar basıldılar”. Bu döyüşdə İran tərəfi 1000 nəfər itki verdi. Min yüz nəfər əsir
201
alındı, bir neçə top ələ keçirildi. Abbas Mirzə öz qoşunu ilə tələsik Qarabağdan
keçərək Xudafərinə tərəf qaçdı.
Gəncə döyüşü Rusiya-İran müharibəsinin sonrakı taleyində mühüm rol oynadı
və faktiki olaraq müharibənin taleyini həll etdi. İran qoşunları ilə bərabər öz
hakimiyyətlərini qurmaq ümüdündə olan xanlar da İrana qaçdılar. Hərbi əməliyyatlar
1827-ci ilin yazında yenidən başlandı. Apreldə rus qoşunları iki istiqamətdə
irəliləməyə başladı. Rusların əsas məqsədi İrəvan xanlığını ələ keçirmək idi. Aprelin
23-də İrəvan mühasirəyə alındı. Mühasirə iki ay davam etdi. Bu müddət ərzində
Ruslar bir neçə qalaya hücüm etsə də, hər dəfə məğlub olaraq geri oturdular. Mayın
8-də ən böyük həmlə oldu, Ruslar yenə də uğur əldə edə bilmədilər. Bunu görən Rus
qoşunu Naxçıvan üzərinə hərəkət edərək mayın 26-da oranı döyüşsüz tutdular.
Naxçivan İran qoşunları üçün strateji əhəmiyyətə malik olduğuna görə Abbas Mirzə
16 minlik qoşunla hücuma keçdi. Lakin iyunun 5-də Cavanbulaq deyilən yerdə
məğlub oldu. Qüvvələr həddindən artıq qeyribərabər idi. Lakin rus qoşunu üstün
gəldi və İran qoşununun bu məğlubiyyəti iyulun 7-də təslim olan Abbasabad
qalasının taleyini həll etmiş oldu. Rus qoşunu İrəvana yaxınlaşana qədəravqustun 17-
də Uşağanda və b. yerlərdə iri döyüşlərə girdi. Rus qoşunu avqustun sonlarında
İrəvana yaxınlaşdı. O, ilk növbədə xeyli taxıl və digər ərzaq ehtiyatlarının toplandığı
Sərdarabad qalasını mühasirəyə aldı. Sentyabrın 20-də Sərdarabad qalası süqut etdi.
Sentyabrın 26-da İrəvan qalasının da mühasirəsi başlandı. İrəvan xanlığı əhalisinin
əksəriyyəti azərbaycanlılar idi. Paskeviçin yazdığı kimi, ―İrəvan vilayətində 10 min
müsəlman (azərbaycanlı) və ancaq 3 min erməni ailəsi var idi. Bu əhalinin müəyyən
hissəsi, başlıca olaraq ermənilər rus qoşununa hər cür yardım göstəriridilər. Qala
divarları üstündə görünən sakinlər papaqlarını yellədərək, işarə edirdilər ki‖, onlar
təslim olurlar. Onlar çimal darvazalarını açdılar və oktyabrın 1-də rus qoşununu
qalaya buraxdılar. Elə həmin gün qanlı döyüşdən sonra rus qoşunu İrəvan qalasını ələ
keçirdi.
İrəvan qalasındakı qələbə, onun alınması Rusiya-İran müharibəsinin gedişində
rus komandanlığı üçün mühüm əhəmiyyətə malik idi. Bu vaxta qədər general
Kristovun komandanlığı altında Cənubi Azərbaycanın sərhədlərində dayanan rus
202
qoşunu ölkənin içərilərinə doğru irəliləməyə başladı. Bundan sonra Rus qoşunları
maneəsiz olaraq Azərbaycanın cənub toroaqlarına soxuldular. Oktyabrın 2-də Mərənd
döyüşsüz təslim oldu.
1827-oktyabrın 27-də rus qoşunları Təbrizə daxil oldular. Ruslar çoxlu qənimət
ələ keçirdilər. Şəhəri idarə etmək üçün müvəqqəti idarə üsulu yaradıldı. Burdsef
şəhərə yaxın komendant təyin olundu. Rus qoşunlarının Təbrizi ələ keçirməsi ilə
Tehrana yol açıldı. Qorxuya düşən şah hökuməti sülh xahiş etdi. Cənubi Azərbaycan
feodal hakimləri Rusların köməyi ilə hakimiyyətlərini qaytarmaq ümidi ilə rusların
cənuba-Tehran üzərinə yürüşü davam etdirməyi təhrik edirdilər.
Lakin həm daxili həmdə beynəlxalq vəziyyət Rusiyanı müharibəni başa
çatdırmağa sövq edirdi. Odur ki, 1827-ci ilin noyabırında danışıqlar başlandı.
Rusiya İrəvan və Naxçıvan xanlıqlarının ona güzəştə gedilməsini, İran qoşunun
Lənkəran xanlığını tərk etməsini və gümüş pulla 30 milyon manat təzminat
verilməsini təklif edirdi. Şah sarayı isə rus qoşunlarının Azərbaycan ərazisindən
çıxarılmasını tələb edirdi. Lakin İngiltərə və Türkiyənin təzyiqi altında danışqlar
kəsildi.
1828-ci il yanvarın 24-də Paskeviç rus qoşununa Ərdəbil və tehran istiqamətində
hücum etməyi əmr etdi. Yanvarın 28-də Urmiya, fevralın 8-də Ərdəbil işğal olundu.
Rus qoşununun yeni hücumu sarayda vahimə doğurdu. İranın tamamiilə darmadağın
ediləcəyindən ehtiyat edən İngiltyərə səfiri Makdonald tərəflər arasında vasitəçi kimi
çıxış etdi.
Fevralın 6-da Təbriz yaxınlığında, Türkmənçay kəndində Abbas Mirzə ilə
Paskeviç arasında sülh danışıqları yenidən başlandı. Rusiya hökuməti Cənubi Azər-
baycan ərazisinin də Rusiyaya birləşdirilməsi tələbini irəli sürürdü. Lakin İngiltərə
hökuməti hər vasitə ilə Rusiyanın bu yerlərə iddiasından əl çəkməyə çalışırdı. Türki-
yə ilə yaxınlaşmaqda olan müharibə təhlükəsi şəraitində Çar hökuməti İran ilə sülh
müqaviləsi bağlamağa tələsdi.
Müqavilə 1828-ci ilin fevralın 10-da bağlandı. Türkmənçay sülh müqaviləsinə
görə İran Şimali Azərbaycana olan öz iddialarından əl çəkir, onun üzərində Rusi-
yanın hakimiyyətini tanıyırdı. Beləliklə, Azərbaycan iki hissəyə bölündü. Cənubi
203
Azərbaycan Şah istibdadının, Şimali Azərbaycan isə Çar Rusiyanın müstəmləkəsinə
çevrildi. Həmin vaxtdan bu ərazilərin və xalqın tarixi inkişafı müxtəlif yollarla
getdi.
Türkmənçay müqaviləsi 16 maddədən ibarət idi:
4-cü maddəyə görə İran və Rusiya arsında sərhəd xətti müəyyən edilir və bu xətt
Araz çayından ibarət idi. 5-ci maddədə İrəvan və Naxçıvan xanlıqları Rusiya-ya
güzəştə gedilirdi. 8-ci maddəyə görə İran Xəzər dənizinin Rusiyanın daxili dənizi
olduğunu tanıyırdı. Xəzərdə hərbi donanma saxlamaq hüququ yalnız Rusi-yaya
verilirdi. Bu maddə İngiltərənin mənafeyinə güclü zərbə vurdu.10-cu maddəyə görə
İran Rusiyaya 20 milyon manat həcmində təzminat ödəməli, rus tacirlərinə İran
ərazisində azad ticarət etmək hüququ verirdi. Həmçinin Türkmənçay müqaviləsinə
əsasən əhalinin Cənubi Qafqaz və əksinə sərbəst hərəkət etmələrinə icazə verilir-
di.Bunun nəticəsində bir çox erməni ailələri Qarabağ və İrəvan xanlıqları ərazisinə
köçdülər. Həm birinci, həm ikinci İran–Rusiya müharibələrinin gedişində və sonralar
İran və Türkiyədən Cənubi Qafqaza köçürülməsi nəticəsində ermənilərin sayı bu
yerlərdə ilbəil artırdı.
1826-1828-ci illərdə təkcə Qarabağ ərazisinə 18 mindən çox erməni ailəsi
köçürülmüşdü. Onların ilk məskunlaşdığı ərazi Maragaşen adlandırıldı.
“Tarixçi K.M.Şavrovun “Zaqafqaziyada rus işinə yeni təhlükə” əsərində yazırdı:
“1828-ci ildən 1830-cu ilə qədər Zaqafqaziyaya 40 mindən çox İran, 84000-dən çox
Türkiyə ermənisi köçürüldü. Onları İrəvan, Yelizavetpol quberniyalarının ən yaxşı
torpaqlarında yerləşdirdilər. Onlara 200 min desyatindən çox torpaq sahəsi verildi”:
Yararlı torpaqların erməni köçkünlərinə verilməsi yerli azərbaycanlı kəndliləri
narahat etməyə bilməzdi. Onlar öz torpaqlarının bir hissəsindən məhrum olurdular.
Bu hadisələrin şahidi olan Rusiyanın İrandakı səfiri, yazıçı A.S.Qriboyedov
yazırdı ki, bu köçürülmə gələcəkdə böyük təhlükə törədə bilər.
O, dövrün statistikasına görə 1832-ci ildə Qarabağ əhalisinin 91%-ni azərbay-
canlılar, 8,4%-ni ermənilər təşkil edirdilər. Köçürmə siyasəti davam etdirilərək XIX
əsrin 30-cu illərində bu nisbət-azərbaycanlılar 64,8%-ə ermənilər isə 34,8%-ə
çatdırıldı.
204
İkinci İran –Rusiya müharibəsinin başa çatdırıldığı dövrdə Rusiya ilə Türkiyə
arasında münasibətlər kəskin şəkildə pisləşdi. Çar Rusiyası Xəzərdən sonra Qara
dənizi, Bosfor və Dardanel boğazlarını ələ keçirməyə çalışırdı.
Çar hökuməti Türkiyə ilə müharibəni əvvəlcədən görür və ona hazırlaşırdı.
Hökmdarın beynində türkiyə ilə müharibə qərara alınmışdı. I Aleksadr 1825-ci il
noyabrın əvvəllərində Türkiyə ilə müharibəyə hazırlığı yoxlamaq üçün şəxsən
cənnuba gəldi, lakin ölüm onun işini dayandırdı. I Nikolayın da xarici siyasəti
Türkiyə ilə müharibəyə başlamaq yolu ilə Şərq məsələsi‖nin həll edilməsinə
yönəldilmişdi.
1828-ci ilin aprelində Rusiya Türkiyəyə müharibə elan etdi. Rus qoşunlarının
əsas məqsədi Anadoluya daxil olaraq Ərzurumu, Trapezundu ələ keçirərək daha
sonra İstanbul üçün təhlükə yaratmaq idi. İlk hücum Rus qoşunları tərəfindən Qars
üzərinə oldu. İyunun 19-da Qars yaxınlığında döyüş baş verdi. Ruslar Qarsı ələ
keçirdilər. Avqustda Ahalsıx, Ahalkələk tutuldu.
1829-cu il hərbi əməliyyatlarında Ərzurum və Trapezund da işğal olundu. Ruslar
Balkan yarımadasında da bir sıra əhəmiyyətli qələbələr qazandılar. Türkiyə sultanı II
Mahmud sülh bağlanması haqqında xahiş etdi. Beləliklə 1829-cu il sentiyabrın 2-dfə
Ədrnə səhərində bağlanan sülh müqaviləsinə görə Türkiyə şimalda Anapadan
başlayaraq, Qara dənizin şərq sahillərini Rusiyaya güzəştə getdi. Bosfor və Dardanel
boğazları Rusiyaya ticarət gəmiləri üçün açıq saxlanılırdı. Ədrnə sülhünə görə
Türkiyə eyni zamanda Rusiyanın Cənubi Qafqazdakı işğal siyasəti ilə barışırdı.
Azərbaycanın Şimal torpaqlarının Rusiya tərəfindən zəbt edilməsi ilə
Azərbaycan xalqı öz dövlət müstəqilliyinə nail ola bilmədi. Azərbaycan xalqını zorla
iki hissəyə bölmək kimi tarixi ədalətsizlik baş verdi.
Azərbaycanın Çar Rusiyası tərəfindən işğalının nə kimi acı nəticələr gətirməsi
Gəncədən deputat seçilmiş İsmayıl xan Ziyadxanovun I Dövlət Dumasında 1906-cı
ildə söylədiyi nitqində öz əksini tapmışdır: “Zaqafqaziya torpaqları 100 il bundan
əvvəl ruslar tərəfindən işğal edilmişdir. Bu yüz il içərisində biz müsəlmanlar həmişə
əsir müamiləsi görmüş, bu sifətlə hər təqibata məruz qalaraq hər cür haqq və
hüquqdan faydalanmaz kölə vəziyyətinə endirilmişik. Siyasi, sosial və iqtisadi
205
sahənin hər birində bizim haqqımızda haqsızlığın hökm sürdüyünü görmüş
olacaqsınız. Ölkəmiz istila edilər-edilməz dərhal milli varlığımıza təcavüzə qalxışıldı.
Dinimizə və müqəddəslərimizə müdaxilə edildi”.
Ölkə Rusiya tərəfindən işğal edildikdən sonra xanlıqlarda mövcud olan pul
sistemləri ləğv edilərək vahd rus pul sistemi ilə əvəz edildi. Bu əmtəə-pul
münasibətlərinin inkişafında mühüm rol oynadı. Azərbaycan iqtisadiyyatı müstəm-
ləkə xarakteri alsa da, ölkə Rusiyanın iqtisadi inkişaf axınına qoşuldu. Bu isə
gələcəkdə kapitalist istehsal münasibətlərinin yaranmasına təkan verdi.
206
XII mövzuXIX əsrin ikinci yarısı-XX əsrin əvvəllərində Azərbaycanda ictimai-
iqtisadi vəziyyət və milli demokratik fikir.
Plan
1.Çarizmin müstəmləkəçi siyasəti. Kənd təsərrüffatında və sənayedə
kapitalizmin inkişafı.
2. Demokratik milli mətbuatın yaranması, “Əkinçi” qəzeti. İctimai fikrin
görkəmli nümayəndələri.
3. XX əsrin əvvəllərində Azərbaycanda siyasi təşkilatların və partiyaların
yaranması. Milli azadlıq hərəkatı
Ədəbiyyat.
1. Azərbaycan tarixi.VII cilddə,V vild, Bakı, 2001,səh.18-161.
2. Azərbaycan tarixi. İ.Əliyevin redaktorluğu ilə.Bakı,1993. səh.226-242.
3. Vəliyev T.T. İmperializm dövründə Azərbaycan sənayesi və proletariatı. Bakı,
1978, səh.11- 48.
4. Məmmədov İ, Məmmədov Ç. Siyasi tarix. Bakı. 2004, səh. 32-54.
5. Balayev A. Panislamizm, pantürkizm və Azərbaycan. “Azərbaycan”qəzeti, 5-12
aprel,1991.
XIX əsrin 50-60-cı illəri Azərbaycanda feodal sosial-iqtisadi münasibətlərinin
süquta uğraması, yeni kapitalist münasibətlərinin inkişafı ilə xarakterizə olunur.
207
Rusiyada təhkmçilik, Azərbaycanda isə feodal-asılı münasibətlər məhsuldar qüv-
vələrin və kapitalizmin inkişafına böyük əngəl törədirdi. 1861-ci ildə Rusiyada
kapitalizmin inkişafına təkan verən amil-təhkimçilik hüququnun ləğvi həyata ke-
çirildi. Çar II Aleksandr fevralın 19-da “Təhkimçilik asıllığından çıxmış kəndlilər
haqqında Əsasnaməni təsdiq etdi. 1870-ci il mayın 14-də Ön Qafqaz quberniyaları:
Yelizavetpol, Bakı, İrəvan və qismən Tiflis quberniyaları ali müsəlman
zümrəsindən olan şəxslərin torpaq qurluşu haqqında “Əsasnamə” verildi. Həmin
“Əsasnamə”də kəndlilərin şəxsən asılı olmaması, hər 15 yaşına çatmış kişi kəndliyə 5
desyatin pay torpağı verilməsi nəzərdə tutulurdu.
Bu əsasnamənin 1847-ci il əsasnaməsindən fərqi ondan ibarət idi ki, hər bir
kəndlinin 5 desyatindən artıq torpaq sahəsi əlindən əlindən alınırdı. Kəndlilər
torpağın 3/2 hissəsinə malik oldular, qalan torpaqlar yenə də mülkədarların əlində
qalmış oldu. Doğrudur kəndliyə öz pay torpağını satın almaq hüququ veril-mişdi,
lakin kəndlinin həmin torpağı almağa pulu yox idi. Rusiyada torpağı satın almaq üçün
kəndliyə dövlət borc pul verirdi, lakin Azərbaycan kəndlisi bundan məhrum idi. Bu,
çarizmin milli müstəmləkə siyasətinin təzahürü idi.
1870-ci il islahatı mahiyyətcə burjua islahatı idi. Kəndliyə şəxsi azadlığın
verilməsi. Əlbəttə, feodal istehsal münasibətlərinə ciddi zərbə olmuş, ölkədə
kapitalizmin inkiçafına şərait yaratmışdı. Yəni,kəndlilərin pay torpaqlarını satın alıb
onun sahibinə çevrilə bilmələri kapitalizmin inkişafına təkan verirdi. Lakin
Azərbaycan kəndliləri yalnız 1870-ci il islahatından sonra, 42-il keçmiş öz
torpaqlarını satın alıb mülkiyyətcə çevrilə bildilər.
1861-ci il islahatından sonra Rusiyada sənaye inkişaf etməyə başladı. Sənayenin
inkişafı öz növbəsində milli ucqarlarda əmtəə-mal dövriyyəsinə cəlb edilməsinə
səbəb oldu.
Azərbaycan bu dövrdə iqtisadi cəhətdən çox zəif inkişaf etmişdi. Burada sənaye
mallarına tələbatın az olması, iri sənaye müəssisələri yaratmaq üçün kapitalın az
olması onun iqtisadiyyatın zəif inkişaf etməsinə səbəb olmuşdu.
208
Lakin Rusiyada kapitalizmin inkişafı nəticəsində neft və dağ-mədən və başqa
mühüm sənaye sahələri rus və xarici kapital nümayəndələrinin əlinə keçdi. XIX əsrin
60-cı illərində sənaye müəssisələrində neftdən məhdud miqdarda istifadə edilməyə
başlandı.neft məhsullarına tələbat da artdı. Neft quyularının sayı qismən artdı. Bu
vaxt Bakıda ilk dəfə neft zavodu tikildi. Bu 1859-cu ildə Kokarev və Qubonin ilk ağ
neft zavodu idi. Bunun ardından Tiflis əczaçısı Vitte Pirallahı adasında ilk dəfə qatı
neftdən parafin,parafin çamı və parafin yağı istehsal edən müəssisə yaratdı.
Neft istehsalı əvvəllər qazma üsulu ilə həyata keçirilirdisə, 1871-ci ildən buruq
üsuluna keçildi. İlk belə buruq Bibiheybətdə qazıldı və neft fontan vurdu. Bununla
əlaqədar neft verən torpaqların qiyməti də xeyli artdı. Bir desyatini 1000 manata olan
torpaq bir neçə ildən sonra 45 min manata yüksəldi. Tezliklə neft istehsalı ilə məşğul
olan çoxlu şirkətlər yaradıldı. 1873-cü ildə Bakı rayonunda cəmi 12 şirkət olduğu
halda, əsrin sonlarında onların sayı 140-a çatmışdı.
Tezliklə neft sənayesinə rus və xarici kapital axını başlandı. 1879-cu ildə “Nobel
qardaşları birliyi”nin əsası qoyuldu. Bu şirkət tezliklə dünyanın ən böyük neft
şirkətinə çevrildi. 80-ci illərdə Bakıya Rotşildin simasında fransız kapitalı nüfuz
etdi.O, 1885-ci ildə Xəzər Qara dəniz neft sənaye və ticarət cəmiyyətinin rəhbərliyini
öz əlinə keçirir. 90-cı illərdə isə İngiltərə kapitalı başda Ceyms Vişau olmaqla Bakıya
axmağa başlayır. Onun rəhbərliyi ilə 3 ingilis şirkəti fəaliyyət göstərirdi. ABŞ
kapitalistləri də,xüsusən Rokfellərə məxsus olan “Standart oyl” neft şirkəti də Bakı
neftini ələ keçirməyə çalışırdı. Xarici kapitalın Bakı neft sənayesinə nüfuz etməsi
neftin çıxarılması və emal edilməsi texnikasının təkmilləşdirilməsinə, beynəlxalq
bazarda Bakı neftinin mövqelərinin möhkəmlənməsinə şərait yaratdı.
Azərbaycanın neft istehsalına iri kapital qoyuluçu burada sənaye-texniki
çevriliçin yaradılmasına imkan yaradır. 70-ci illərdən başlayaraq zərbə üsulu neft
quyuları qazılması tətbiq olunur. Buruq üsulu ilə qazılan quyuların sayı daha da artdı.
Məs.1873-cü ildə buruq üsulu ilə qazılan quyuların sayı 9 olduğu halda, 1879-cu ildə
251, 1900-cü ldə 1710 olmuşdu.
209
1873-cü ildən qazma işində əl əməyini buxar mühərrikləri əvəz etməyə başladı.
Neft məhsullarının saxlanılması və daşınması texnikası da təkmilləşdirildi. Dəmir
çənlər,vaqon-sisternalar yaradıldı.
Neft istehsalının inkiçafında ilk milli kadrlar yetişməyə başladı. Peterburq və
Moskvada ali texniki məktəbləri bitirib Azərbaycana qayıdan gənc mütəxəssislər Piri
Quliyev, Səməd Rzazadə, Şirəli Şərifov və başqalarının neft istehsalında böyük
əməkləri olmuşdur.
Az vaxt ərzində Bakıda bir çox neft sənaye milyonçuları meydana çıxdı
ki,onların arasında azərbaycanlı kapitalistlərindən H.Z.Tağıyev, Musa Nağıyev,
Murtuza Muxtarov, Şəmsi Əsədullayev və başqaları var idi.
Göstərmək lazımdır ki, 1901-ci ildə Bakı dünya neftinin yarıdan çoxunu (667,1
milyon pud) istehsal edirdi. Neft istehsalının əsas rayonları Sabunçu, Bibiheybət,
Suraxanı idi. Neft məhsullarının ixracında da ciddi irəliləyişlər oldu. Bakı-Tiflis
dəmiryolunun çəkilməsi (1883) və Xəzər dənizi vasitəsilə yük daşınmasının geniş-
lənməsi neft sənayesinin gələcək inkişafında böyük rol oynadı. Bakı neft məhsulları
Rusiyanın daxili quberniyalarına daşınmağa başlandı. Bununla əlaqədar burada
Amerikadan gətirilən ağ neft satışı sıxışdırılmağa başlandı. Hətta Bakı nefti Avropa
ölkələrinə nüfuz etməyə başladı. 1896-cı ildə başlanıb, 1906-cı ildə tikintisi başa
çatan Bakı-Batum neft kəməri neft ixracatında mühüm rol oynadı. Bakı ağ nefti təkcə
Rusiyaya deyil, xarici ölkələrə- Çinə, Hindistana, Avstraliyaya ixrac olunurdu.
Azərbaycanda neft sənyesindən başqa digər sənaye sahələri də inkişaf
edirdi.Əsasən dağ-mədən və emaledici sənaye sahələrinə daha çox diqqət yetirilirdi.
Bakıda metal emaledici, tütün və başqa zavodlar fəaliyyətə başladı. Digər
şəhərlərdə də sənəye sahələri meydana çıxırdı. Bunlardan Şəkidə ipəksarıma,
Gədəbəydə misəritmə sənayesi də inkişaf edirdi. Gədəbəy misəridən zavodu
Simmens qardaşları tərəfindən mütərrəqi texnalogiya ilə təmin olunaraq daha da
inkişaf etdirilirdi. Onların dövründə ildə 40 min pud mis verən yeni zavodun əsası
qoyuldu.
210
Sonralar Simmens qardaşları Daşkəsən filiz-yataqlarını da alaraq, 1865-ci ildə
ilk kobalt zavodunun əsasını qoydular. Bu dövrdə Naxçıvanda daş-duz kombinatı,
Bakı və Cavad qəzalarında şoran sulardan duz istehsal edən müəssisələr yaradıldı.
Dənli bitkilərin yetişdirilməsi yüzilliyin 50-60-cı illərində də Azərbaycan kənd
təsərrüfatının ən başlıca sahəsi olaraq qalmaqalda idi. Bütün nəzərdən keçirilən dövr
ərzində Azərbaycanın hər yerində dənli bitkilər səpilən sahələrin xeyli genişlənməsi
müşahidə olunur. Həmin dövrdə kənd təsərrüfatı texnikasının geridə qalmasına və
primitiv olmasına, ehtiyacın texnikasının geridə qalmasına və primitiv olmasına,
ehtiyacın və torpaq sahibləri olan bəylərlə xəzinə tərəfindən amansız istismarının
əzdiyi Azərbaycan kəndlisinin təbii fəlakətlərə qarşı mübarizədə çox zəifliyinə, kənd
təsərrüfatı bitkilərinin ümumi məhsulunun müxtəlif təbiət hadisələrindən xeyli asılı
olmasına baxmayaraq, ümumiyyətlə, yığılan taxılın ümumi həcmində aydın nəzərə
çarpan artım meyli təzahür edirdi. İnzibati cəhətdən Azərbaycanın Bakı
quberniyasından, İrəvan quberniyasının tərkibinə daxil olan Naxçıvan və Ordubad
qəzalarından, Tiflis quberniyasının Yelizavetpol qəzasından və Zaqatala qəzasından
ibarət olduğu 1861-1867-ci illərdə təkcə Bakı quberniyasında ildə 25-29 mln. pud
taxıl yetişdirilirdi. Həmin quberniyalarda təkcə 1868-ci ildə isə 40 mln. pud taxıl
yetişdirilmişdi.
50-ci illər və 60-cı illərin əvvəllərində Azərbaycanda yetişdirilən texniki
bitkilərin içərisində aparıcı yeri qızılboya (marena) tuturdu. Onun becərildiyi əsas
rayon Quba qəzası idi. 60-cı illərdə qızılboya istehsalının sürətli inkişafı müşahidə
olunurdu. Bu da dünya bazarlarının tələbatı ilə əlaqədar idi.
Azərbaycanda becərilən digər texniki bitki pambıq idi. Lakin yüzilliyin 50-60-cı
illərində pambıqçılıq öz miqyasına görə çox cüzi idi. Doğrudur, Avropanın pambıq
parça xammalı üzrə əsas təchizatçısı olan ABŞ-dakı vətəndaş müharibəsi (1861-
1865) pambıqçılığın inkişafına müvəqqəti təkan verdi. Müharibənin başlanması ilə
ABŞ-dan pambıq gətiriləsi, demək olar ki, dayanmışdı. Bu dövrdə o vaxtı İrəvan
quberniyasının tərkibinə daxil olan Naxçıvan və ŞərurDərələyəz qəzalarında
pambıqçılıq inkişaf etmişdi. 1863-cü ildə İrəvan quberniyası bazara 600 min pud
pambıq çıxarmışdı. Bu pambığın əsas hissəsi Naxçıvan və Şərurda yetişdirilmişdi.
211
Əsas tütün istehsalı rayonları Quba qəzası və Zaqatala dairəsi idi. Azərbaycanda
olan bütün tütün əkinləri sahəsinin 60 faizdən çoxu bu rayonlarda yerləşirdi. Tütün
istehsalı üzrə üçüncü yeri Nuxa qəzası tuturdu. Tütün ibtidai üsullarla becərilir, gün
altında qurudulurdu. Meyvə və üzüm yetişdirilməsi Azərbaycan kənd təsərrüfatında
mühüm yer tuturdu. 1875-ci ildə əsas üzümçülük rayonu olan Şamaxı və Göyçay
qəzalarında bağların ümumi sahəsi 1449 desyetinə bərabər idi .
60-cı illərin əvvəli bu illərdə ən yüksək çiçəklənmə səviyyəsinə çatmış
ipəkçiliyin coşqun inkişafı ilə əlamətdar idi.
Əkinçilikdən sonra Azərbaycan kənd təsərrüfatının ikinci mühüm sahəsi
maldarlıq idi. 1860-1867-ci illərdə Bakı quberniyasında mal-qaranın sayı 1873 min
başdan 2203 min başa çatmış, yəni 330 min baş artmışdı. Maldarlıq təsərrüfatında
aparıcı yeri qoyunçuluq tuturdu. Göstərilən dövrdə bütün mal-qaranın 1,2-1,4 mln.
başını qoyunlar təşkil edirdi. Sonrakı yerdə sayı 488-662 min başa bərabər olan
iribuynuzlu mal-qara dururdu. Atların sayı isə 134-156 min başa çatırdı. 1868- 1869-
cu illərdə mal-qaranın sayı daha da artdı. 1869-cu ildə Zaqatala dairəsi və Naxçıvan
qəzası da nəzərə alınmaqla Azərbaycanın iki quberniyasında 3,3-3,5 mln. baş mal-
qara var idi. Lakin yüzilliyin 50-60-cı illərində Azərbaycanda böyük miqdarda
malqaranın, xüsusən də qoyunun olmasına baxmayaraq, maldarlığın əmtəəliyi az
inkişaf etmişdi. Azərbaycandan Rusiyanın daxili quberniyalarına, İrana, Türkiyəyə
başlıca olaraq aşılanmış dəri, yun ixrac olunurdu. Bu ixracın həcmi cüzi idi.
Malqaranın və maldarlıq məhsulunun ixracına gəldikdə isə bu, müstəsna sutərdə
həmsərhəd ölkələrə, yəni İrana, Türkiyəyə yönəlmişdi, onun həcmi isə kiçik idi.
1865-1870-ci illərdə göstərilən ölkələr mal-qara və maldarlıq məhsulları ixracının
ümumi həcmi 600-800 min manat arasında tərəddüd edirdi. Yun isə Qərbi Avropa
ölkələrinə, qismən Marsel şəhərinə də ixrac olunurdu. Yelizavetpol quberniyası Qərbi
Avropaya yun ixracında müstəsna yer tuturdu, çünki burada yunu daha qiymətli ixrac
materialı olan merinos qoyunları da bəsləyirdilər. 70-ci illərin əvvəllərində yun ixracı
daha da artmışdı. Məsələn, 1871-ci ildə 979 min manatlıq, 1872-ci ildə isə 807 min
manatlıq yun ixrac olunmuşdu.
212
Şərabçılığın əsas rayonları olan Şamaxı, Göyçay, Şuşa, Yelizavetpolda iri üzüm
emalı zavodları tikilməyə başlandı. Kürdəmirdə şirvanşahı şərabı çox məşhur idi.
İslahatdan sonra Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalı artmağa başladı.
Bir sıra sahələrdə sadə əmtəə istehsalı kapitalist əmtəə istehsalı dərəcəsinə gəlib
çatmışdı. Kənd təsərrüfatında ixtisaslaşmalar həyata keçirilirdi. Lənkəranda çəltik,
Quba qəzasında meyvəçilik, Gəncə və Şamaxıda üzümçülük, Kür boyu rayonlarda
pambıqçılıq sahələri üzrə ixtisaslamalar yarandı.
1850-ci ildə Tiflisdə yaradılmış” Qafqaz kənd təsərrüfatı cəmiyyətinin” və
onun yerlərdəki orqanlarının mühüm rolu olmuşdu. 1885-ci ildə Kürdəmirdə və
Gəncədə kənd təsərrüfatı maşınları və alətlərinin sınağı keşirilmiş, az sonra Bakıda,
Gəncədə, Şəmkirdə, Zaqatalada, Şuşada kənd təsərrüfatı maşınları və alətləri satan
idarələr açılmışdı.
Azərbaycanda qabaqcıl kənd təsərrüfatı üsullarının yayılmasında görkəmli
maarifçi pərvər və ictimai xadim Həsən Bəy Zərdabinin 1875-ci ildə nəşr etdiyi
“Əkinçi” qəzetinin də mühüm rolu olmuşdur. Qəzetdə kənd təsərrüfatı bitki-lərinin
yetişdirilməsi, suvarma işləri,maşınların tətbiqi və sair barədə qiymətli məlumatlar
verilirdi.
Bu dövrdə şimali Azərbaycanda xalçaçılığın inkişafı xüsusilə diqqəti cəlb edirdi.
Xalça məmulatı istehsalı Quba, Bakı, Lənkəran, Şamaxı, Göyçay, Qazax, Şuşa,
Zəngəzur, Cəbrayıl, Yelizavetpol qəzalarında və Zaqatala dairəsində daha çox tərəqqi
etmişdi. Daxili və beynəlxalq bazarda xalça məmulatına tələbatın artması üzündən
XIX əsrin ikinci yarısında xalçaçılıq ev peşəsindən bazara məhsul hazırlayan əmtəə
istehsalı səviyyəsinə yüksəlmişdi.
Əhalinin böyük ehtiyacı olan sənət sahələrindən biri da dulusçuluq idi. Bu sənət
Quba, Lənkəran, Şamaxı, Göyçay, Nuxa, Naxçıvan və qismən Yelizavetpol
qəzasında daha çox inkişaf etmişdi.
Ağacişləmə sahəsində sənət ənənələri XIX əsrin II yarısında hələ də davam
etməkdə idi.
XIX əsrin 50-60-cı illərində Şimali Azərbaycanın Mərkəzi Rusiya, İran və digər
ölkələrlə ticarəti daha da genişləndi. XIX əsr 50-ci illərində Şimali Azərbaycandan
213
Mərkəzi Rusiyaya 1309 min manatlıq, oradan isə Şimali Azərbaycana 1695 min
manatlıq mal gətirilmişdi. Azərbaycandan Mərkəzi Rusiyaya aparılan malların
içərisində ipək və ipək məmulatı, qızılboya, balıq və balıq məmulatı, neft və s.
mühüm yer tururdu. Mərkəzi Rusiyadan Azərbaycana başlıca olaraq pambıq-parça
məmulatı, dəmir və dəmir məmulatı, qab-qacaq, xırdavat mallan və s. sənaye malları
gətirilirdi. 1857-ci ildə dəmir və dəmir məmulatı Mərkəzi Rusiyadan Şimali
Azərbaycana gətirilən bütün malın 33,2 faizini təşkil edirdi.
Azərbaycanın ipəyi, yunu, biyan kökü, meyvəsi və s. malları da getdikcə daha
uzaq bazarlara gedib çıxırdı. XIX əsrin sonlarında Bakı quberniyasından aparılan
yunun miqdarı ildə orta hesabla 75 min pud olurdu. Zaqatala dairəsində toplanılan
qoz-fındıq Tiflislə yanaşı, Nijni-Novqorod yarmarkasında yüksək qiymətə satılırdı.
1884-cü ildə Nijni-Novqorod yarmarkasında Zaqataladan aparılan 23 min pud qoz-
fındıq satılmışdı.
Azərbaycan kəndi kapitalist istehsalına cəlb olunduqca, feodal müıkiyyəti
yavaş-yavaş dağılmağa başlayırdı. Kəndlilərin xırda kapitalist mülkiyyəti tipi
meydana çıxırdı.Torpaq getdikcə əmtəəyə-alver vastəsinə çevirilirdi. Kapitalist
münasibətlərinin inkişafı nəticəsində kənddə ictimai təbəqələşmə dərinləşirdi.Yeni
istismarçı təbəqə olan qolçomaq və muzdlu kəndli təbəqələri yaranırdı.
Azərbaycan kəndində kapitalizmin inkişafı kənd təsərrüfatı fəhlələrinin və
ümumiyyətlə kəndlilərin yaşayış səviyyəsini xeyli pisləşdirmişdi. Məsələn 1900-cu
ilin statistik məlumatına görə Bakı quberniyasında kənd təsərrüfatı fəhləsi ildə cəmi
48 manat pul alırdı. Qadınların illik pul qazancı isə 29 manat təşkil edirdi. Kənddə
ictimai təbəqələşmənin dərinləşməsi ilə əlaqədar olaraq kənd icmaları da dağılmağa
başlayırdı. Kapitalizmin inkişafı, cəmiyyətin sinfi tərkibində baş vermiş dəyişikliklər,
iqtisadi həyat birliyinin yaranmasına, vahid dili, mədəniyyəti, ərazisi, iqtisadi və
mənəvi həyatı olan Azərbaycan burjua millətinin yaranmasına səbəb oldu.
Azərbaycan millətinin formalaşması XIX əsrin ikinci yarsına təsadüf edir. ”Millət”
məfhumunu dilimizə ilk dəfə M. F.Axundov gətirmişdi.
İlk dəfə 80-ci illərdə çıxan “Kəşkül”qəzeti “Azərbaycan milləti” ifadəsini iş-
lətmişdir. Azərbaycan burjua millətinin tərkibinə kapitalistlər, fəhlələr, kəndlilər,
214
tacirlər, sənətkarlar daxil idilər. Millətin yaranması milli şüurunda formalaşmasına
səbəb oldu. Milli şüurunda formalaşması isə müstəmləkə zülmünə qarşı, torpağın
müstəqilliyi uğrunda mübarizə üçün çox vacib oldu.
İnzibati-ərazi bölgüsündə ən ciddi dəyişiklik 1868-ci ildə mərkəzi Gəncə
(Yelizavetpol) olmaqla Yelizavetpol quberniyasının yaranması oldu. Bakı
quberniyasından Şuşa və Nuxa qəzaları, Tiflis quberniyasından Qazaxla birlikdə
Yelizavetpol qəzası, İrəvan quberniyasınhdan ləğv edilmiş Ordubad qəzasının bir
hissəsi ona verildi. Ordubad qəzası ərazisinin digər hissəsi Naxçıvan qəzasının
tərkibində əhalisinin çox böyük əksəriyyəti azərbaycanlılardan ibarət olan
ŞərurDərələyəz qəzaları İrəvan quberniyasının tərkibində qaldı. Qeyd etmək lazımdır
ki, bu bölgədə aparılmış inzibati ərazi dəyişiklikləri əzəli Azərbaycan torpaqlarının
gələcəkdə ermənilər tərəfindən zəbt olunmasında müəyyən rol oynadı. 1874-cü ildə
Nuxa qəzasının cənub hissəsi hesabına Ərəş qəzası yaradıldı. Sonralar Bakı
quberniyasının tərkibində iki yeni qəza – Cavad və Göyçay qəzaları, Yelizavetpol
quberniyasının tərkibində isə Qazax və Zəngəzur qəzaları yaradıldı. 1883-cü ilin
iyulunda Şimali Azərbaycanda daha yeni iki qəza – Cəbrayıl və Cavanşir qəzaları
təşkil edildi.
Azərbaycanın ictimai, iqtisadi və siyasi həyatındakı dəyişikliklər Azərbaycan
xalqının mədəniyyətində də öz əksini tapdı. Artıq XIX əsrin ikinci yarısından iri
sənaye şəhəri olan Bakı həm də Azərbaycanın mədəniyyət mərkəzinə çevirilmişdi.
Kapitalist iqtisadiyyatının inkişafı nəticəsində ixtisaslı fəhlələrə, təhsilli mütə-
xəssislərə ehtiyac artırdı. Baxmayaraq ki, çar hökuməti milli ucqarların mədə-ni və
siyasi inkişafına mane olurdu, lakin obyektiv inkişaf davam etməkdə idi.
1867-ci ildə çar hökuməti Qafqazın, o cümlədən Azərbaycanın təhsil
müəssələri haqqında Əsasnamə qəbul etdi. Lakin həmin Əsasnamədə yerli dillər
sıxışdırılır və rus dilində təhsilə böyük əhəmiyyət verilirdi. Ancaq 1876-cı ildə Qori
şəhərində açılmış Zaqafqaziya müəllimləri seminariyası, xüsusən də onun 1879-cu
ildə açılmış Azərbaycan şöbəsinin məzunları (Fərhad Ağazadə, Üzeyir Hacıbəyov,
Cəlil Məmmədquluzadə və b.) kənd məktəblərinə gəldikdən sonra yerli uşaqların bu
məktəblərdə oxuması mümkün olmuşdu.lakin bütün ibtidai məktəblərdə yəlim ancaq
215
rus dilində aparılırdı, yerli dillərdə ümumtəhsil məktəblərinin açılmasına icazə
verilmirdi.
1869-cu ildə Seyid Əzim Şirvani ilk dəfə olaraq Şamaxıda yeni tipli məktəb
açmışdı. 80-ci illərdə Şuşada, Lənkəranda, Ordubadda, Naxçıvanda belə məktəblər
açıldı. Bu məktəblərin ən mühüm əhəmiyyəti ondan ibarət idi ki, burada ilk dəfə
olaraq elmi biliklərin əsasları ana dilində öyrədilməyə başlandı.
Azərbaycan əhalisinin maariflənməsində rus-tatar məktəblərinin də müəyyən
rolu olmuşdur. İlk belə məktəbi Bakıda gənc pedaqoqlar Həbib bəy Mahmudbəyov
və Sultan Məcid Qənizadə açmışdılar.
Bu məktəblər üçün müəllimlərin hazırlanmasında Qori müəllimlər semina-
riyasının böyük rolu olmuşdur. 1899-cu ilədək bu Seminariyanı 89 nəfər azərbaycanlı
bitirmişdi. Bunların çoxu sonralar Azərbaycan xalq maarif və mədəniyyətinin fəxri
nümüyəndələri oldular. Rəşidbəy Əfəndiyev, M. Mahmudbəyov, S.M.Qniəmizadə,
Firudin bəy Köçərli, Əlicabbar Orucəliyev və başqalarının maarif sahəsindəki
xidmətləri əvəz olunmazdır.
Yeni məktəb xadimlərinin ən mühüm vəzifəsi ana dilində dərsliklərin
yaradılması idi. Abdulla Şaiq “Uşaq çeşməyi”, “Gülzar”, M.Mahmudbəyov “İkinci
il”, “Üçüncü il”,”Türk ədəbiyyatına ilk qədəm”, “Yeni türk əlifbası” adlı dərsliklər
yazılmışdılar.
Kişi təhsili ilə yanaşı, qadın orta təhsili də inkişaf edirdi.1874-cü ildə Bakıda
ilk qadın gimnaziyası açıldı, 1883-cü ildən bu məktəb Mariya məktəbi adını aldı.
1896-cı ildə Mərdananda məşhur messenat H.Z. Tağıyev tərəfindən bağbanlar
hazırırlayan birinci xüsusi məktəb açıldı. Elə həmin ildə H.Z Tağıyev Bakıda qız
məktəbinidə açmışdı. 1896-cı ildə Bakıda Yermolayevə tərəfindən ilk musiqi məktəbi
də açıldı.1897-ci ildə rəssamlıq məktəbi də açılmışdı.
Azərbaycanda savadın yayılması ilə kitabxana və kiraətxanalara ehtiyac hiss
edilməyə başladı.Bu dövrdə ictimai və xüsusi kitabxanalar açıldı.İlk kütləvi kitabxana
1859-cu ildə Şamaxı və Şuşada açılmışdı.
Azərbayacanın ictimai, iqtisadi və mədəni inkişafı elmin inkişafına şərait
yaradırdı.Təbiət elmlərinə maraq çox idi. Neft işinin öyrənilməsində Almaniyanın
216
Stras-burq univerisitetinin məzunu Möhsüm Xanlarovun kimyaçı kimi xüsusi xidməti
olmuşdur. Biologiya və kənd təsərrüfatı sahəsində də müəyyəın uğurlar əldə
edilmişdi. Bu sahədə H.B Zərdabi, N.B.Vəzirovun böyük xidmətləri olmuşdur. H.B.
Zərdabi “Gigiena”, “Torpaq, hava, su” və başqa əsərlər yararaq təkamül nəzriyyəsini
müdafiə etmişdi. Azərbaycanlı həkimlər Vəkilov, Mehmandarov tibb eliminin
inkişafına böyük köməklik etmişlər.
XIX əsrin ikinci yarsında Azərbaycanda tarix elmi sahəsində mühüm
irəliləyişlər olmuşdu. Mirzə Camal oğlu,Əhməd Bəy Cavanşir,Mir Mehdi Xəzani
Qarabağ xanlığının, Mirzə Əhməd Xudaverdi oğlu Lənkəran xanmlığının tarixinin
öyrənilməsi sahəsində uğurlu işlər görmüşlər. Azərbaycan ədəbiyyatının inkişafında
M.F. Axundov, S.Ə. Şirvani, N.Nərimanov, F.B.Köçərli, H.B.Zərdabi kimi
nümayəndələrinin böyük rolu olmuşdur. Fəlsəfi fikrin inkişafında M.F Axundovun
xüsusi xidmətləri olmuşdur. Onun üç məktub və cavab adlı əsrində təbiət və cəmiyyət
məsələlərinə dair mütərrəqi fəlsəfi fikirlər verilmişdir.
Azərbaycanda teatr sənəti də inkişaf etməkdə idi.Milli teatırın yaranması
xalqın mənəvi həyatında böyük hadisə idi. 1873-cu ilin martın 22-də Bakı realnı
məktəbinin tələbələri M.F.Axundovun “Lənkəran xanının vəziri” pyesini
səhnələşdirmişdilər. Aprelin 17-də “Hacı Qara” pyesi tamaşaya qoyuldu.
Musiqi sahəsində də böyük naliyyətlər əldə edildi.Hacı Hüsü, Cabbar
Qaryağdı oğlu, Məsədi İsi, Sadıqran, Keçəçi Məhəmməd kimi musiqiçilər xalq
arasında geniş şöhrətə malik idi.
1908-ci ildə yanvarın 12-də musiqi tarixində unudulmaz gün olmuşdur.
Tağıyev teatırının binasında Ü.Hacıbəcyov “Leyli və Məcnun” operasını ilk dəfə
tamaşaya qoymuşdu. 1913-cü ildə “Arşı mal alan”musiqili komediyası, 1916-cı ildə
M.Maqomayevin “Şah İsmayıl” operaları tamaşaya qoyulmuşdu.
Rəssamlıq sahəsində Ə.Əzimzadə, B.Kəngərli, memarlıq sahəsində Zivər bəy
Ağayevin büyük xidmətləri olmuşdur.
XIX əsrin ikinci yarısında Şimali Azərbaycanın mədəni həyatında milli
mətbuatın inkişafı ən mühüm hadisələrdən biri olmuşdur. Azərbaycan ictimaiyyətinin
ayrı-ayrı nümayəndələri böyük çətinliklərlə üzləşərək milli mətbuatın bünövrəsini
217
qoymuşdular. Azərbaycan mətbuatının banisi böyük ictimai xadim Həsən bəy
Zərdabinin “Əkinçi” qəzetinin buraxılması böyük hadisə idi. Qəzetin ilk nömrəsi
1875-ci il iyulun 22-də çapdan çıxmışdır. H.B.Zərdabi qəzetin təkcə naşiri və
redaktoru deyil, həm də onun korrektoru və mürəttibi idi. 1875-1877-ci illərdə
Əkinçinin cəmi 56 nömrəsi çıxmışdı.
Əkinçi qəzeti mütərrəqi maarifçi,demokratik ideyaları təbliğ edir, mövhumata,
cəhalətə və avamlığa qarşı çıxır,Azərbaycan gerçəkliyinin bir çox zəruri
problemlərini qaldırırdı. Qəzet azadlığa çıxmağın yolunu elm və maarifdə görürdü.
O, təhsil və tərbiyə məsələlərinə xüsusi əhəmiyyət verir, məktəblərdə yeni təlim və
tərbiyə üsullarının tətbiq edilməsinə tərəfdar çıxırdı. Azərbaycanda qadın təhsilinin,
qadınların ictimai həyata cəlb olunmasının zəruriliyini müdafiə edən ilk Azərbaycan
qəzeti “Əkinçi” olmuşdur. Qəzet ana dilinin saflığı uğrunda yorulmaz mübarizə
aparırdı.
H.B.Zərdabi və onun qəzeti Cənubi Qafaqaz xalqları arasında çoxəsrlik
əlaqələrin möhkəməlndirilməsi ideyalarının qızğın təbliğatçısı kimi çixış edir, bu
xalqların daha da yaxınlaşması uğrunda mübarizə aparirdı.
“Əkinçi” Azərbaycanda mütərəqqi ictimai fikrin inkişafında və bütövlükdə
Azərbaycan mədəniyyətinin inkişafında böyük rol oynadı. O, qısa müddət ərzində ən
qabaqcıl ziyalıları öz ətrafında birlşdirmiş, Azərbaycan xalqının həyatının bir çox
sahələrinə müsbət təsir göstərmişdir.
Əkinçinin nəşri dayandıqdan iki il sonra Tiflisdə Azərbaycan dilində “Ziya”
qəzeti nəşr edidi. Onun birinci nömrəsi 1879-cu il yanvarın 16-da çapdan çıxdı.Qəzet
1880-ci ilə qədər çıxmış,cəmi 76 nömrəsi buraxılmışdı.1880-ci il dekabrın 6-dan
etibarən qəzet “Ziyayi-Qafqaziyyə adı altında çıxmağa başladı.Qəzetin yaradıcısı
Seyid Ünsizadə idi. Qəzetin səhifələrində ictimai-siyasi problemlərə geniş yer
verilirdi. Cəmi 104 nömrəsi çıxmış və 1884 –cu ilə qədər nəşr olunmuşdur.
1880-ci ildə onun qardaşı Cəlal Ünsizadənin “Kəşkül” adlı qəzeti nəşr oıunmağa
başlandı. Kəşkül öz ideya isqamətinə görə “Əkinçi”yə daha çox yaxın idi. Qəzet,
siyasət, ticarət, sənaye, mədəniyyət məsələlərinə toxunurdu. Eyni zamanda qəzet Şərq
218
despotizmini, geriliyi, fanatizmi tənqid atəçinə tutur, maarifçilik və mədəniyyət
ideyalarını müdafiə edirdi.
Rusiyanın mərkəzi şəhərlərində,Qori müəllimlər seminariyasında təhsil almış
gənclər “Kəşkül”qəzetinin mütərəqqi ideya və təşəbbüslərini müdafiə edərək onun
ətrafında toplaşırdılar. “Kəşkülün”başladığı hərəkatda Azərbaycan ziyalılarından
S.Ə.Şirvani,F.Köçərli,M.Şahtaxtlı,A.Qayıbov və başqaları yaxından iştirak edirdilər.
Qəzet 1991-ci ilədək nəşr olundu.
O dörün ən mühüm hadisələrindən biri də Tiflisdə satrik “Molla Nəsrəddin “
jurnalının 1906-cı il aprelin 1-də nəşrə başlaması oldu. Jurnal Azərbaycanda,
Rusiyanın türkdilli xalqları arasında , həmçinin yaxın Şərqdə satrik mətbuatın
əsasını qoydu, həmçinin milli – dümokratik fkrin inkişafında mühüm rol oynadı.
“Molla Nəsrəddin” jurnalının (1906-1931) əsasını Cəlil Məmmədquluzadə
qoymuşdur. Jurnalın səhifələrində M.Ə.Sabirin Ə.B.Haqverdiyevin, Ə.Qəmküsarın,
M.Ə.Möcüzün , Y.V.Çəmənzəminlinin yazıları çap olunurdu.
“Molla Nəsrəddinin” ardınca onun təsiri altında “Arı”, “Bəhlul”, “Tutu”,
“Zənbur”, “Məzəli”, “Babayi-Əmir” (1907-1917-ci illərdə) satrik jurnalları nəşrə
başladı. İnqilabi demokratik publisistikanın görkəmli nümayəndələrindən biri də
U.Hacıbəyov idi.
XIX əsrin sonları-XX əsrin əvələrində Azərbaycanın qabaqcıl ictimai və
sosioloji fikri yeni ideya məzmunu ilə dahada zənginləşdi. Azərbaycanın sosial-
iqtisadi inkişafı, ictimai həyatda islam dəyərlərinin rolunun genişlənməsi milli-
demokratik fikrin inkişafında böyük rol oynadı.
Azərbaycan ictimai fkrin formalaşıb inkişaf etməsində Azərbaycan
ziyalılarından H.B.Zərdabi, M.Şaxtaxlı, Səmədağa Mehmandarov, N.Nərimanov,
C.Məmmədquluzadə, S.Ə.Şirvani və sairlərinin görkəmli rolları olmuşdur.
Milli-demokratik və ictimai fikrin yaranmasında Əli bəyHüseynzadə,
Əhməd bəy Ağayev və Əhməd Ağaoğlu kimi dahi şəxsiyyətlərin xidmətləri ölçüyə
gəlməzdir.
Əli bəy Hüseynzadə 1864-cü ildə anadan olmuş, görkəmli ictimai xadim,
pedaqoq, həkim, jurnalist, yazıçı kimi fəaliyyət göstərmişdir. Təhsilini Peterburq və
219
İstanbulda almışdır. Peterburqda təhsil alarkən tələbə siyasi dərnəklərində iştirak
edən Əli bəy İstanbulda da siyasi fəaliyyətini davam etdirmişdir. O, Sultan
Əbdülhəmid rejiminə qarşı “İttihad və tərəqqi ” partiyasının əsasını qoymuş-dur.
1903-cü ildə Bakıya gələn Əli bəy jurnalistka ilə məşğul olmuş, ictimai –siyasi
fəaliyyətini genişləndirmişdir. Onun fəaliyyətində əsas yeri Turançılıq ideyası
tuturdu. Əli bəy türk xalqlarının milli birliyi, müstəqil dövlətçilik fikrini ilk dəfə irəli
sürmüş, onun elmi –nəzəri əsaslarını işləyib hazırlamışdır. Əli bəy yazdığı “Türklər
kimdir və kimdən ibarətdir, “Türk dilinin vəzifeyi- mədəniyyəsi”, “Yazımız,
“dilimiz” adlı məqalələrində öz məqsəd və məramını geniş şəhr etmişdir.
O, yazırdı:
Eylər dili Çin səddinətən hökmünü icra
Bir ucudur Altay bu yerin , bir ucu səhra
Əli bəy yaradılmasını nəzərdə tutduğu milli cəmiyyətin quruculuğunda müasir
insan amilinə böyük əhəmiyyət verərək yazırdı: “Türk qanlı, müsəlman etiqadlı,
firəng fikirli, Avropa qiyafəli fədai” tərbiyə edib yetişdirmək lazımdır.
Əli bəy Hüseyinzadənin XX əsrin əvvələrində irəli sürdüyü “Türkləşmək,
islamlaşmaq, müasirləşmək ” şəklində siyasi şüara çevrilən fikri Azərbaycan Xalq
Cümhuriyyətinin dövlət atributuna çevrilmişdi.Əli bəy 1940-cı ildə İstanbulda vəfat
etmişdir.
İctimai fikrin görkəmli nümayəndələrindən biri olan Əhməd bəy Ağayev (1869-
1939) Azərbaycanda türkçülük hərəkatının ideoloqlarındandır.O, Fransanın Sarbona
universitetini bitirmiş, Şərq xalqlarının tarixini, ərəb, fars və türk dillərini
mükəmməl öyrənmişdir.Əhməd bəy Ağayev müsəlman xalqlarının düşdüyü acına-
caqlı vəziyyəti təhlil edir, bunun səbəblərini göstərir, müsəlman xalqlarına böhtan
atan əcnəbi, müəlliflərə tutarlı cavablar verirdi.
Əhməd bəy 1905-ci ildə “Həyat”, “İrşad” kimi Azərbaycanda milliyətçilik
düşüncəsinin formalaşmasında mühüm rol oynayan qəzetlərin həm redaktoru, həm
də nəşiri olmuşdur.
1909-cu ildə Türkiyəyə gedən Əhməd bəy “ Gənc Türklər” hərəkatı ilə yaxın-
laşmış və “İttihad və Tərəqqi” partiyasına daxil olaraq elmi- publisistik yazıları ilə
220
mətbuatda çıxışlar etmişdir. O, 1918-ci ildə bolşevik-daşnak hökumətinə qarşı
mübarizəyə gəlmiş Nuru Paşanın Qafqaz İslam Ordusunun tərkibində siyasi müşavir
kimi Azərbaycana gəlmiş və Gəncədə yaradılan yeni hökumətin işinə yaxından
köməklik etmişdir. Əhməd bəy Azərbaycan parlamentinə üzv seçilmiş, Paris sülh
konfransında iştirak etmək üşün oraya gedəndə türkiyədə həbs edilərək Malta adsına
sürgün edilmişdir.
1921-ci ildə sürgündən gələn Əhməd bəy İstambula gələrək yenidən milli
hərəkata qoşulmuş və qurtuluş savaşının fəal iştirakçılarından biri olmuşdur. O,
xalqın millətçilik və türkçülük şüurunun oyanmasında çox mühüm rol oynamışdır.
İctimai fikrin görkəmli nümayəndələrindən biri də Əlimərdan bəy Topçubaşov
olmuşdur. (1863-1934). O, Rusiyanın müsəlman –türk xalqlarının milli –azadlıq
hərəkatının liderlərindən biri olmuşdur. “Kaspi” qəzetinə rəhbərlik etmişdir.
Əlimardan bəy 1905- ci ildə Nijni-Novqorod keçirilən Ümumrusiya müsəlmanlarının
1- ci qurultayında göstərirdi. “Biz Türk övladları, əslimiz bir, nəslimiz bir, dinimiz
birdir. Qərbədən Şərqə qədər bizim atalarımızın mülküdür. Atalarımız o qədər
qəhrəman millət olduqları halda, bu gün Qafqaz dağlarında , Krım bağlarında, Kazan
çöllərində və Orta Asiya ovalıqlarında atalarımızın mülki olan öz torpaqlarımızda
öz ehtiyaclarımızı bildirməyə imkanımız qalmamışdır”. 1906-cı ildə onun tərəfindən
“Umumrusiya müsəlmanları ittifaqı” partiyasının proqram və nizamnaməsi
yazılmışdır.
Onun təşəbbüsü ilə I Dövlət Dumasında müsəlman fruksiyası yaradılmışdır.
Azəri türklərinin müstəqilliyi uğrunda daim mübarizə aparan Ə.Topçubaşov AXC
parlamentinin ilk sədri olmuşdur. Paris sülh konfransı nümayəndələrinin rəhbəri
olaraq Azərbaycanın de-fakto tanınmasına nail olmuşdu. Əlimərdan bəy sonralar
Parisdə yaşayarkən də Azərbaycanla əlaqəni kəsməmiş, hətta 1921-ci ildə Parisdə
Qafqaz Konfedrasiyası yaradılması məsələsini müzakirə etmişdir. 1934-cü ildə
M.Ə.Rəsulzadə ilə birlikdə Konfederasiyanın bəyannaməsini imzalamışdır.
XX əsrin əvvələrində baş verən dünya iqtisadi bühranı (1900-1903) həm
Rusiyanı, həm də onun müstəmləkələrini əhatə edir. Bütün imperiyanı sarsıdan
221
tətillər dalğası Azərbaycanı da bürüdü, cəmiyyətin bütün təbəqələrində narazılıq-lar
artdı və cəmiyyət siyasiləşməyə başladı.
XX əsrin əvvələrində Azərbaycanda ilk siyasi təşkilatlar yaranmağa başladı. Bu
təşkilatların əksəriyyəti sosialist yönümlü idilər.
1901-ci ildə ilk təşkilat olan RSDFP –nın Bakı komitəsi yaradıldı. Onun təş-
kilatçıları Yenukidze, Ketsxoveli və Eyzenbet idilər.
1901- ci ildə Bakıda “İskra” çı qrup da təşəkkül tapdı. Həmin qrup gizli yolla
xaricdən “İskra” qəzetini Azərbaycana gətirərək fəhlələr arasında yayırdı. 1901-ci
ilin yayında gizli olaraq “Nina” mətbəəsi yaradldı və qəzet həmin mətbəədə çap
olunaraq geniş yayılırdı.
1904-cü ilin oktyabrında M.Ə.Rəsulzadə, M.A.Mirqasımov, M.Hacıyev,
A.Kazımzadənin birgə səyləri nəticəsində Bakıda müsəlman aləmində ilk sosial—
demokratik “Hümmət” təşkilatı fəaliyyətə başladı.Həmin təşkilatın eyni adda qəzeti
də nəşr olunurdu. 1905-ci idən N.Nərimanov həmin təşkilata daxil olur və sonralar
onun rəhbərinə çevrilir. “Hümmət” təşkilatının 1917-ci ilə qədər fəaliyyətini iki
aspektdə -bir tərəfdən bir çox siyasi məsələlərdə Bakı komitəsi ilə birgə fəaliyyətə,
digər tərəfdən isə milli ləyaqət və hüquqların müdafiəçisi kimi nəzərdən keçirmək
olar. 1904-cü ilin dekabrında fəhlələrlə kapitalistlər arasında “müştərək müqavilənin”
bağlanmasında “Hümmət” təşkilatının böyük rolu olmuşdur. 1905-ci ildə “Hümmət”
qəzeti senzura tərəfindən bağlansada, 1907-ci ildə təşkilat “Təkamül” qəzetinin
buraxılmasına nail olur.
Azərbaycan sosial –demokratları və hümmətçiləri ilə İran milli-azadlıq hərəkatı
mücahidləri arasında sıx əlaqə var idi. Onların çoxu dəfəlıərlə İranda olmuş və 1906-
1911-ci illərin İran inqilabi hadisələrində iştirak etmişdir.
Hümmətçilərin Tflis təşkilatı daha aktiv fəaliyyət göstərirdi. Onun proqramında
insanların sinfi və milli mənsubiyyətindən asılı olmayaraq demokratik azadlıqlar və
hüquqları bəyan edilirdi. ”Ədalət, bərabərlik, azadlıq” sözləri təşkilatın devizinə
çevrilmişdi. Sonralar Azərbaycan Parlamentinin üzvlətri olmuş M.Əbilov,
M.Şeyxülislamov, S.Ağamalıoğlu Tiflis “Hümmət”inə daxil idilər.
222
1903-cü ilin yayında Bakıda sosialist inqilabçıları eserlər partiyası meydana çıx-
dı. Eserlər digər şəhərlərdə də fəhlə və gənclər arasında öz təsirlərini yaymağa
çalışırdılar. Məsələn Şuşada realni təhsil məktəbində eser dərnəyi yaradılmışdı.
Gəncədə də belə bir təşkilatın yaradılmasına cəhd göstərilmişdi. Azərbaycanlı
eserlər üçün milli məsələ ön planda dururdu. Onlar geridə qalmış kütlələri
maarifləndirməyi və xalqın azadlığını özlərinin əsas vəzifəsi elan etmişdilər.
1905-ci il 17 oktyabr Çar Manifestindən sonra yaranan siyasi və ictimai vəziyyət
cəmiyyətin bütün təbəqələrini hərəkətə gətirdi, siyasi partiya və təşkilatların
yaranmasına təkan verdi. 1905-ci il də Azərbaycanın siyasi səhnəsində ilk olaraq sırf
milli partiyalar meydana çıxdı. Fevralda Gəncədə “Sosial-fedaralistlərin türk inqilabi
komitəsi” yarandı. Bu təşkilatın buraxdığı vərəqələrdə Qafqaz xalqlarının birliyi,
müstəməlkəçiliyə qarşı mübarizə, Azərbaycanın muxtariyyəti ideyaları öz əksini
tapmışdı.
1905-ci ildə Gəncə və Şuşada “Qeyrət” adlı təşkilat (qrup) da fəaliyyətə
başlamışdı.Bura Gəncənin tanınmış hüquqşünasları Ə.Rəfibəyli, X.Xasməmmədov,
H.Yusifbəyli daxil idilər. Bu qrupun əsas məqsədi Qafqazın Rusiya ilə fedarativ
münasibətlərinin qurulması və bu federasiya çərçivəsində müsəlman əhalisinə
muxtariyyat vermək idi. Bu qrup 1908-ci ilə qədər fəaliyyət göstərdi.
1906-cı ildə Bakı və Gəncədə “Difai” partiyası meydana çıxdı. Onun banisi
Ə.Ağayev idi. Bir çox şəhərlərdə onun yerli şöbələri yaradılmışdı.
Azərbaycan xalqının siyasi cəhətdən birləşməsində 1911-ci ildə Bakıda meydana
çıxan Müsəlman Demokratik Müsavat (Bərabərlik) Partiyası mühüm rol oynadı. Bu
təşkilata milli mənafe uğrunda müəyyən mübarizə təcrübəsi olan bir sıra ictimai
xadimlər başçılıq edirdilər. Partiyanın baniləri Tağı Nağı oğlu, M.Əli Rəsulzadə və
Abbas Kazımzıdə olmuşlar.
Bu partiya 1917-ci ildə yaranmış “Türk Ədəmi Mərkəziyyət Partiyası ilə
birləşərək (N.Yusifbəyli) “Türk federalist Müsavat Partiyası” adını almışdır.
Partiyanın rəhbəri və ilhamvericisi M.Ə. Rəsulzadə idi (1913-cü ildən). Bu partiyanın
təbliğat orqanı olan “Açıq söz”qəzeti nəşr olunurdu.
223
1912-ci ildə “Müsavat” partiyasının manifesti və proqramı nəşr edildi.
Proqramda qarşıya həyati məsələlər qoyulmuşdu. Bütün müsəlman xalqları üçün
bərabərlik əldə olunması, müsəlmanların dövlət müstəqilliyinin qorunması,
müstəqilliyini yaradan və onu qorumaq uğrunda mübarizə aparan müsəlman
dövlətlərinə maddi və mənəvi yardım göstərilməsi. Partiya həm müsəlmanlar,həm də
demokratik amallara əsaslanan bütün partiyalarla əməkdaşlığa üstünlük verirdi.
Tezliklə partiya ziyalıları, xırda burjua, kəndli, fəhlə və qulluqçuların nüma-
yəndələrini öz sıralarına cəlb etdi və tezliklə Qafqazın ən güclü partiyalarından birinə
çevrildi.
XX əsrin əvvəllərində sosial ziddiyyətlərin kəskinləşməsi nəticəsində fəhlə və
kəndlilərin həm siyasi, həm də ideolji cəhətdən fəallaşması üçün obyektiv şərait
yaratdı. 1905-ci ilin yazında Rusiya imperiyasında,onun ucqrlarında,o cümlədən
Azərbaycanda milli azadlıq mübarizəsi yüksəlməyə başladı. İlk dəfə 1905-ci ildə
Azərbaycanda Petisiya (imzatoplama) kampaniyası genişləndi.
Azərbaycan xalqının siyasi özünüdərkin formalaşmasında publisistika böyük rol
oynayırdı. Məqalə müəlləfləri mövcud siyasi hadisələri həm işıqlandırır, həm də bu
hadisələrin mahiyyətlərini açıb göstərirdilər.
Azərbaycanda burjua millətinin təşəkkülü, milli mədəni müəssisələrin meydana
çıxması, doğma dillərdə qəzet və jurnalların nəşri xalqın milli şüurunun artmasına və
siyasi fəaliyyətinin güclənməsinə, mlli azadlıq hərəkatının genişlənməsinə səbəb
olurdu. Milli azadlıq hərəkatları çox vaxt əsarət altına alınmış fəhlə və kəndli
hərəkatları ilə birləşirdi.
Azərbaycan burjuaziyası müxtəlif məhdudiyyətlərin aradan qaldırılması, ana
dilində təhsilin həyata keçirilməsi, zemstvo sistemi yaradılması və sair islahatların
keçirilməsini tələb edirdilər. Hətta iri torpaq sahibləri də öz sinfi hüquqları və silki
üstünlüklərini müdafiəyə qalxırdılar. Azərbaycan burjuaziyasının milli azadlıq
ideyaları “Yeni Füyuzat”, “Şəlalə” jurnallarında, “İqbal”, “Yeni həyat”, “Günəş” və
başqa qəzetlərdə geniş təbliğ olunurdu.
224
Azərbaycanın demokratik ziyalıları da milli zülmə qarçı çıxış edirdilər. Bu
istiqamətdə C.Məmmədquluzadə, M.S.Ordubadi, N.B.Vəzirov, N.Nərimanov,
Ə.Haqverdiyev, M.Ə.Rəsulzadə və başqaları mühüm rol oynayırdılar.
Aparılan mübarizə, tökülən qanlar nəhayət 1918-ci ildə öz bəhrəsini verdi və
Azərbaycan xalqı öz milli müstəqilliyini əldə etdi.
225
XIII MÖVZUGüney Azərbaycanda ictimai-iqtisadi vəziyyət və
milli demokratik hərəkat.
Plan
1. Türkmənçay müqaviləsindən sonra Güney Azərbaycanın iqtisadi və
siyasi vəziyyəti.
2. Şah zülmünə və imperalizmə qarşı çıxdılar. Səttarxan hərakatı.
3. İrticanın və imperalist dövlətlərinin azadlıq hərakatını boğması.
Ədəbiyyat:
1. Cənubi Azərbaycan tarixinin oçerki (1828-1917).Bakı, 1985, səh. 112-180.
2. Azərbaycan tarixi. Bakı, 1994, səh.622-636.
3. Siyasi tarix. (mühazirə kursu), I hissə, Bakı,1995, səh. 107-171.
4. Həsənov N.Oynamış Təbriz və Səttarxan. Bakı, 1986,səh.35-51.
5. Belova N.K.Səttarxan 1905-1911-ci illər İran inqilabının qəhrəmanıdır.
(rus dilində), Moskva, 1983, səh. 28-41
226
XIV əsrin əvvələrində Azərbaycan rəsmi olaraq iki hissəyə parçalandı. Onun
şimal torpaqları Rusiyanın, cənub torpaqları isə İranın təsiri altına düşdü. Bu gün
Cənubi Azərbaycan adlandırdığımız həmin ərazidə etnik mənşəyi dili, dini, adət-
ənənələri vahid olan azərbaycanlılar yaşayır.
İrana birləşdirildikdən sonra Azərbaycan əyaləti ərazisinə ilk dövrlərdə cənubda
Həmədan, cənub-şərqdə Zəncan və Qəzvin mahalları da daxildi. Sonralar Azərbay-
canın inzibati sərhədləri daralmış və 1906-cı ildə qəbul olunmuş seçki
Nizamnaməsində bu əyalətə Təbriz, Urmiya, Xoy, Deyləm, Maku, Marağa, Binab,
Miyandob, Sovucbulaq, Mərənd, Əhər, Ərdəbil, Meşkin, Astara daxil edilmişdir.
Rəsmi İran statistikasına görə azərilərin sayı farslardan sonra ikinci yerdə
dayanır və 36%-ni təşkil edir. Azərbaycanın idarə olunmasına rəhbərlik rəsmən şahin
oğlunun (vəliəhdin) ixtiyarında olmuşdur.Əyalətin Mərkəzi Təbriz olmuşdur. Vilayət
və mahal-lara şahzadələr rəhbərlik edirdilər. Onlar bu yerlərə gəlir mənbəyi kimi
baxır və xalqı soyurdular.
XIX əsrin 30-60-cı illərində Cənubi Azərbaycanda əhalinin əsas məşğuliyyəti
kənd təsərrüfatı əkinçilik və maldarlıq idi. Eyni zamanda şəhər əhalisinin də bir
hissəsi əkinçilik, bağçılıq və bostançılıq ilə məşğul olurdu.
Cənubi Azərbaycan İranın “taxılçılıq və heyvandarlıq bazası” hesab edilirdi.
Yerli və xarici tələbatı ödəyən və xarici bazalar üçün mal ixrac edən sənətkarlıq
sahələri də inkişaf edirdi. 20-ci illərə qədər orta əsrlərə xas olan sex quruluşu
qalmaqda davam edirdi. Lakin sonralar muzdul əməkdən istifadə və
manufakturaların yaranma prosesi gedirdi. Ümumilikdə göstərmək lazımdır ki,
Cənubi Azərbaycanın iqtisadi həyatında tənəzzül prosesi gedirdi.
Şimali Azərbaycan, Qafqaz və Rusiya ilə mədəni, iqtisadi əlaqələrin davam
etməsi ilə bağlı Cənubi Azərbaycan İranın ictimai-siyasi həyatında –mühüm mövqe
tuturdu. Göstərilən dövrdə Cənubi Azərbaycanın iqtisadiyyatında, bütün İranda
olduğu kimi durğunluq meyli davam edirdi. Bunun da əsas səbəbi İranın Avropa
dövlətləri ilə bağladığı qeyri-bərabər, aldadıcı müqavilələr nəticəsində ölkədə
təslimçilik rejiminin yaranması idi. İranın, eləcədə Cənubi Azərbaycanın təsərrüfatı
müstəmləkə və asılı ölkələrə xas olan yenrli xüsusiyyətlər kəsb etdi. Ölkə və onun ən
227
böyük əyaləti olan Cənubi Azərbaycan İngiltərə və Rusiyanın sənaye mallarının satış
bazarına, eyni zamanda bu ölkələrin sənayesini xammalla təchiz edən mənbəyə
çevrilmişdi. Beləliklə də İran getdikcə daha yaxından dünya mal mübadiləsinə
qoşulurdu. Ölkənin ümumdünya bazarına cəlb olunması bəzi sənaye sahələrinin dağ-
mədən sənayesi, emal sənayesi sahələrinin yaranması və inkişafına səbəb oldu.Lakin
bu , asılı ölkələrə xas olan birtərəfli inkişaf idi.
Cənubi Azərbaycanda coğrafi mühitinə görə çar Rusiyasının nüfuzu daha güclü
idi. Burada kənd təsərrüfatının inkişafı Rusiya bazarı ilə münasibətlərin səviyyəsin-
dən asılı idi. Rusiya bazarında pambıq, xammal, boyaq maddələri, yun, dəri vəsair
kimi məhsullara tələbatın artması həmin sahələrinin inkişafına təkan verirdi.
XIX əsrin sonlarında Cənubi Azərbaycanda əsas sənətkarlıq sahələrindən biri
xalçaçılıq idi. Xalça istehsalı sənayenin kapitalist münasibətləri inkişaf etmiş ən baş-
lıca sahəsi idi.
Təbrizdə, Xalxalda və bəzi başqa şəhərlərdə istehsal edilən yun və ipək yay-
lıqlar, şal, yun, ipək, pambıq parçalar və başqa toxuculuq məhsulları həm yerli əha-
linin tələbatını ödəyir, həm də digər ölkələrə ixrac olunurdu.
XX əsrin əvvələrində ayrı-ayrı sənət sahələri üzrə yaranmış müəssisələr üçün
muzdlu əməkdən istifadə artıq səciyyəvi hal almuş, bazarla əlaqə daha da genişlən-
mişdi.
İranda xarici kapitalın və feodal üsul-idarəsinion hökmranlığı Cənubi Azər-
baycanda milli sənayenin inkişafı üçün böyük manelər yaradırdı.
Kənd təsərrüfatının xarici ticarətlə əlaqəsi ona gətirib çıxarmışdı ki, bir çox
tacir , sələmçi və varlı məmurlar öz kapitallarını sənaye müəssisələrinin
yaradılmasına deyil, torpaq almağa sərf edirdilər. Nəticədə iri və orta ticarət
burjiaziyası ilə feodal torpaq sahibliyi arasında güclü əlaqə yarandı. Torpaq sahibləri
iri şəhərlərdə yaşamaqla, kənddə böyük torpaq sahələri ələ keçirir və bu torpaqları öz
iş adamları- kətxuda, mübaşir vasitəsilə idarə edirdilər. Kəndli isə həmin feodaldan
paydarlıq idarəsi əsasında torpaq sahəsi götürərək əkirdi. Icarə haqqı bəzi vaxtlarda
məhsulun 70-85 faizini təşkil edirdi.
228
Kəndli icarə haqqından əlavə, mülkədara başqa növ vergilər verir, onun üçün
feodal mükəlləfiyyəti daşıyırdı. Kəndli eyni zamanda mübaşir kəndxuda və başqa
məmurların öz xeyrləri üçün təyin etdikləri əlavə vergilər də verirdilər.
XX əsrin əvvəllirində Cənubi Azərbaycanda kəndlilərdən alınan vergilərin
miqdarı xeyli artırıldı.
Nəticədə Azərbaycandan Rusiyanın içərilərinə doğru kəndlilərin, kəsbkarlığa
gedənlərin güclü axını başlandı. Bakıda mövsimi işlərə gdənlərin sayı ildə 50-80 min
nəfərə çatdı. 1903-cü ilin məlumatına görə Bakıda Cənubi Azərbaycandan gəlmiş
işçilərin sayı yerli işçilərin 22 faizə qədərini təşkil edirdi.
Azərbaycanda hakim dairələrin zülm siyasəti qanunsuzluq, soyğunçuluq əhalinin
müxtəlif təbəqələri içərisində narazılığın artmasına, kütləvi həyəcan və çıxışların baş
verməsinə səbəb oldu.
30-cu illərin sonu . 40-cı illərin əvvələrində Təbrizdə bir neçə dəfə həyacan və
çıxışlar baş versə də qəddarlıqla yatırılmışdı.
1847-ci ildə Zəncanda sənətkarlar, xırda tacirlər və səhər yoxsulları hakimə qarşı
çıxmış və onu şəhərdən qovmuşdular. 1848-ci ildə yenə Təbrizdə şəhər yoxsulları və
sənətkarların çıxışları baş vermişdi.
1850-ci ildə Zəncanda babilər üsyanı baş verdi. Babizmin banisi Seyd Əli
Məhəmməd olmuşdur. O, özünü imam Mehdi ilə xalqın arsında vasitəçi elan etmiş və
buna görə Bab (qapı) ləqəbini götürmüşdür. Onun əsas ideyaları “Bəyan” kitabında
öz əksini tapmışdı. Bab yeni yaradılacaq cəmiyyətdə bərabərlik, əda-lət,şəxsiyyətin
toxunulmazlığı ideyalarını irəli sürürdü. Bununla o, öz fikirlərində tacir, sənətkar, və
kəndlilərin arzularını əks etdirirdi.
Məhz baş verən üsyanda iştirak edənlərin sayı 15 min nəfərdən çox idi. Bundan
əlavə yaxınlıqdakı kəndlərin əhalisi də onlara qoşulmuşdu. Babilər şəhər qalasını
tutduar. Şəhər iki hissəyə bölündü və babilər onun çox hissəsini ələ keçirdilər. Şah
hökuməti tərəfindən göndərilən qoşun hissələri iyunun əvvəllərində Zəncanı
mühasirəyə aldılar. Lakin üsyançılar tərəfindən ciddi müqavimətə rast gələrək
çəkilməli oldular.
229
Dekabr ayında 30 minlik şah qoşunu Zəncanı yenidən mühasirəyə alaraq hər
tərəfdən hücuma keçdilər.Üsyançıların çoxu həlak oldu.Üsyan başçısı Seyid Əli Mə-
həmməd ağır yaralanaraq üç gündən sonra vəfat etdi.
Beləliklə, dekabrın sonunda sonuncu 100 babi öldürülərək üsyanı yatırmağa
müvəffəq oldular.Babilər üsyanı zamanı gələcəyin bir çox inqilabçıları yetişdi və
onların bir çoxu ölkədə baş verən xalq çıxışlarında, məşrutə inqilabında fəal iştirak
etmişdi.
1891-ci ildə Təbrizdə şah rejiminə qarşı güclü narazılıq baş verir və hətta 20
minə qədər adam silahlanaraq şaha etirazlarını göndərdilər. Nəsrəddin şah geri
çəkilməyə məcbur olaraq İngilislərə verilmiş imtiazları ləğv etdi. 1901-ci ildə
Tehranda gizli cəmiyyət və ya inqilabi komitələr, 1905-ci ildə yaranan “Əncüməne –
məxfi” əhalini xaricilərin və yerli feodalların özbaşınalığı əlehinə mübarizəyə çağırır
və burjua islahatları aparmaq tələblərini irəli sürürdülər. Göstərilən dövrdə Cənubi
Azərbaycanda demokratik fikrin yayılması, milli və siyasi şüurun xarici impe-
ryalizmə və yerli feodalizmə qarşı xalq mübarizəsinin güclənməsində böyük rol oy-
namışdır.
XX əsrin əvvələrində İran daxilində iqtisadi vəziyyətin ağırlaşması, hökumətin
milli mənafeyə zidd hərəkəti sosial ziddiyyətlərin daha da kəskinləşməsinə səbəb
oldu.
1905-ci il dekabrın 12 də 17 tacirin həbs edilməsi tacir və rühanilərin həyacanına
səbəb oldu. Milli burjaziya nümyəndələri, sənətkarlar və minlərlə adam hökumətə
qarşı etiraz yığıncaqları təşkil etdilər. Bununla da İranda məşrutə inqilabı (1905-1911
illər) başladı. İnqilabın ilk dövrlərində hərəkatın idarə edilməsində “Əncüməne–
məxfi” nin böyük rolu olmuşdur. Bu təşkilatların rəhbərlərindən biri Seyid
Cəmalləddinin sürgün edilməsi narazılığı daha da artırdı və inqilab komtəsi xalqı
silahlı üsyana çağırdı.
1906-cı ilin yayında inqilabçılar şaha aşağıdakı tələbləri irəli sürdülər:
1.Məşrutə (konstitusiya) elan etmək;
2.Məclis(parlament) çağırmaq;
3.Sürgün edilmiş inqilabçıların geri çağrılması və s.
230
Şah hökuməti bu tələbləri qəbul etməyə məcbur oldu və avqustun 5-də
konstitusiya verilməsi haqqında fərman imzaladı, lakin 1908-ci ildə Məhəmmədli şah
əksinqilabi çevriliş edərək Konstitusiyanı ləğv edirbu xəbər Təbrizə çatdıqda şəhərin
mübariz qüvvələri ümumi tətilə baçladılar. Sentyabrın 21-də əhalinin xeyli hissəsi
etiraza (bəst) başladılar.
1905-1911-ci illər inqilabi gedişində Cənubi Azərbaycanda İranın başqa
rayonlarına nisbətən sosial ziddiyyətlər,siyasi vəziyyət daha gərgin olmuşdu.Xalq
ədalətli quruluş yaradılmasını tələb eirdi. Hərəkatın əsas hərəkətverici qüvvələri
sənətkarlar, fəhlələr, xırda alverçilər-tacirlər, kəndlilər və xırda ruhanilər idilər.
Artmaqda olan hərəkatın təzyiqi altında şah müəyyən güzəştlərə getsə də son-
radan onu ləğv etdi.Bu zaman inqilabi hərəkatda 1906-cı ildə əsası qoyulmuş sosial-
demokratik partiyası mühüm rol oynayırdı.Bu partiya Şimali Azərbaycanda fəaliyyət
göstərən “Hümmət” və sosial-demokrat partiyasının Bakı komitəsi ilə sıx əlaqə
saxlayırdı. Hətta cənubi Azərbaycan sosial-demokratları öz proqramlarını yerli şəraitə
uyğun olacaq PSDFP-nin Proqramını əsas götürmüşdülər.Təbrizdə “Gizli mərkəz”
adlandırılan sosial-demokratların başında Əli Müsyo dururdu.
1906-cı ildə Məclisə seçkilər keçirilməsi haqqında Əsasnamə imzalandı.Se-
ntyabrın 20-də Təbriz üsyançıları öz tələblərinə Şah sarayından müsbət cavab
aldılar.Bu uğurlar xalqı daha da ruhlandırdı. Xalq hərakat başçıları qarşısında mü-
barizənin davamı üçün zəruri olan bir siyasi mərkəzin yaradılması və bu təşkilatın
ətrafında birləşmək tələbini qoydular. Hərəkat başçıları içərisindən 20 nəfər ilk rəsmi
siyasi Əncümənin əsasını qoydu və həmin təşkilat rəsmən “Azərbaycan əyalət
Əncüməni”adlandırıldı.
1906-cı ilin noyabr-dekabr aylarında Azərbaycanın Urmiya, Xoy, Səlmas,
Marağa, Ərdəbil, Zəncan və s. şəhərlərində də vilayət əncümənləri yaradıldı. Lakin
Şah hər vasitə ilə demokratik hərəkatın qarşısını almağa və onları məhv etməyə
çalışırdı.Bu məqsədlə Şah əksinqilabi irticaçı tədbirlər həyata keçirməyə
başaladı.Tehranda “Fetovvat”, Təbrizdə “İslamiyyə”adlı əksinqilabı irticaçı
əncümənlər yaradıldı.1908-ci ilin aprel ayında Şah hükuməti əksinqilabi çevriliş
həyata keçirməyə başladı.Əksinqilab bütün İranda hücuma keçdi.Təbrizdə inqilabi
231
hərəkat daha ciddi xarakter almışdı.Azərbaycan Əncüməni, sosial-demokrat təşkilatı
yeni inqilabi mübarizəyə, qəti döyüşlərə hazırlanmağa başladılar. İnqilabın mərkəzi
Tehrandan Təbrizə keçdi.
1908-ci il iyunun 23-də Təbriz üsyanını boğmağa çalıçan Şah qüvvələri Təbrizə
daxil oldular, onun şimal-şərq hissəsini tutdular.Əmirəxiz məhəlləsini Təbriz üsyanın
görkəmli nümayəndəsi Səttar xanın dəstəsi, şəhərin cənub-şərqində yerləşən xiyaban
məhəlləsini isə Bağır xanın başçılıq etdiyi hissələr müdafiə edirdilər.
Təbrizin müqaviməti şah hökumətini olduqca narahat edirdi.Buna görə 1908-ci
ilin avqustunda Şah Təbrizə 40 minlik silahlı qüvvə göndərdi. Sentyabrın 25-dən
Təbriz üzərinə iki günə qədər davam edən hücum başlandı,lakin məğlub olaraq
oktyabrın 12-də şəhəri tərk etməyə məcbur oldular.
Təbriz üsyançılarının qələbə xəbəri tezliklə ölkəyə, Qafqaza və Avropa
ölkələrinə yayıldı. Bu yerlərdən Səttar xanın adına təbrik teleqramları
göndərildi.Səttarxan 11 ay davam edən vuruşlarda mahir sərkərdə kimi inqilabın əsl
rəhbərinə çevrildi. Xalq öz milli qəhramanını “Sərdar-e milli”, Bağır xanı isə “Salar-e
milli” adlandırırdı.
1909-cu ilin fevralına qədər cənubi Azərbaycanın bütün qərb vilayətləri inqi-
labçıların əlinə keçdi. Şərq vilayətlərində də əksinqilaba qarşı etiraz hərəkatı güc-
lənməyə başlandı. Məhəmmədəli şah hər vasitə ilə inqilabı boğmağa çalışırdı.O,
yenidən 40 mindən çox silahlı qüvvə toplayaraq Təbriz üzərinə yeni hücum
hazırlayırdı. 1909-cu il yanvarın axırlarında Təbriz şəhəri yenidən mühasirəyə alındı.
Fevral-mart aylarında şəhər üzərinə əksinqilabın yeni hücumu başladı. Lakin bu
hücumlar da inqilabçıların qələbəsi ilə nəticələndi. Mühasirədə olan xalq aclıq və
qıtlıqdan çox əziyyət çəkirdilər. Aprelin 14-də Marağa qubernatoru olmuç Səməd
xanın qoşunları Təbrizə hücum etdilər. Onlar da məğlub edildi.
Belə bir şəraitdə İngiltərə və Rusiya əksinqilaba kömək məqsədilə açıq
müdaxiləyəbaşladılar.1909-cu ilin aprelində Çar Rusiyası guya öz təbəələrini müdafiə
etmək məqsədilə Təbrizə daxil olur və Aprelin 29-da Təbriz üsyanı yatırılır.
Təbriz üsyanı və Azərbaycandakı demokratik hərəkat bütün İranda yenidən
hərəkatın yüksəlişinə təkan verdi. Rəşt və İsfahanda üsyanlar uğurla başa çatdı,
232
üsyançılar Tehran üzərinə yürüş edərək Məhəmmədəli şahı hakimiyyətdən devirdilər
(16 iyul 1909-cu il). Konstitusiya (məşrutə)yenidən bərpa olunur.
Təbriz fədailərini tərk-silah etmək məqsəidlə Tehranın rəsmi dairləri tərə-findən
Səttərxan və Bağırxan Tehrana dəvət olunurlar. Aprelin 15-də (1910 cu il)onlar 100
nəfər fədai ilə Tehrana daxil olurlar.Tehran fədailərindən də üsyan-çılara qoşulurlar
1910-cu il avqustun 7-də fədailər üzərinə 6000-lik şah qoşunu qəflətən
xaincəsinə hücum etdilər. Gecə saat 11-dək vuruşma oldu, lakin üsyançılar məğlub
oldular.18 nəfər həlak oldu, 40 nəfər,o cümlədən Səttərxan yaralandı.
Dekabrın 28-dən isə Təbriz fədailərinin müqaviməti qırıldı.Ələ keçən fədailər və
Əncümən rəhbərlərinə divan tutuldu.Bütün Azərbaycanda terror və irtica hökm
sürməyə başladı.
Səttərxan və Bağırxan həbs olunsalar da Şah onlara divan tutmağa qorxdu. 1914-
cü ildə Səttərxan, 1917-ci ildə Bağırxan vəfat etmişlər.
Cənubi Azərbaycanda inqilabi hərəkat 1917-ci il Rusiyada baş verən
inqilabların təsiri altında yenidən güclənməyə başladı.Bu hərəkatlara 1917-ci ilin
avqustunda sərbəst fəaliyyətə başlayan İran Demokrat Partiyasının Azərbaycan
Əyalət Komitəsi rəhbərlik edirdi. Komitənin başında Azərbaycan xalqının görkəmli
oğlu Şeyx Məhəmməd Xiyabanı dururdu.(1880-1920).Partiyanın orqanı olan
“Təcəddüd” qəzetində Ş.M.Xiyabani kəskin siyasi ruhlu məqalələrlə çıxış edirdi.O,
1918-ci ildə Cənubi Azərbaycana soxulmuş Osmanlı qoşununa qarşı müqavimət
göstərmək üçün 500 nəfərlik silahlı dəstə də yaratmışdı.
1920-ci ilin əvvəllərindəTəbrizdə həm şah rejiminə, həm də İngilis
müstəmlə-kəçilərinə qarşı izdihamlı nümayiş keçirildi. Aprelin 7-də dinc nümayiş
silahlı üsyana çevrildi. Üsyanın hərəkət verici qüvvələri fəhlələr, şəhər yoxsulları,
sənətkarlar və xırda tacirlər idilər.
Bu vaxt üsyana rıəhbərlik etmək üçün “İctimai heyət” yaradıldı. Üsyançılar
Təbrizdə əsas dövlət idarələrini ələ keçirdilər. Təbrizin ardınca Marağa, Xoy, Ərdəbil
şəhərlərində də hakimiyyət üsyançıların əlinə keçdi. Beləliklə Cənubi Azərbaycan
“Azadistan”adlandırılmağa başlandı. 1920-ci il iyunun 22-də S.M. Xiyabaninin
233
başçılığı ilə milli hökumət yaradıldı. Hökumət tezliklə iqtisadiyyat, maarif, səhiyyə
və aqrar sahədə islahatlar keçirməyə başladı.
Şah hökuməti üsyanı yatırmaq və azərbaycanlılara divan tutmaq məqsədilə
İngilis imperialist üzərinə şiddətli hücuma keçdi. Hücum 1920-ci ilin sentyabrın 11-
də başladı və qoşun Təbrizə daxil oldu. 10 günə qədər davam edən şiddətli küçə
vuruşmaları nəticəsində üsyan yatırıldı. Sentyabırın 14-də S.M. Xiyabani vəhşicəsinə
öldürüldü.
Bundan sonra 1920-ci ilin mayında Kiçik xanım rəhbərliyi altında Gilan
şəhərində inqilab baş vermiş və “Gilan Sovet Respublikası ” elan olunmuşdur.
Lakin daxili siyasi qüvvələr arasındakı çəkişmələr nəticəsində bu Respublika
uzun zaman fəaliyyət göstərə bilmədi. 1921-ci ilin sonlarında əks inqilabi qüvvələrin
Gilana soxulması ilə bu Respublika məğlubiyyətə uğramışdı.
Beləliklə XX əsrin əvvələrində Cənubi Azərbaycanda azadlıq uğrunda gedən
mübarizələr Şah hökuməti və ona kömək edən xarici imperalist qüvvələrin köməyilə
qan içində boğuldu. 1925-ci ildə hakimiyyətə gələn Rza şah Pəhləvinin irticaçı
qüvvələri Cənubi Azərbaycanın demokratik qüvvələri üzərinə geniş hücuma keçməyə
başladılar.
XX əsrin əvvəllərindən başlayaraq Türkiyədə də monarxaya sisteminə qarşı
milli demokratik hərəkat genişlənməyə başladı. Müxtəlif ölkələrə yayılmış olan Gənc
Türk qruplarını bir mərkəz ətrafında birləşdirmək və ortaq bir hərəkat yolu seçmək
məqsədilə 1902-ci il fevralın 4 də Parisdə gizli bir yığıncaq keçirildi. Yığıncaqda
Sultan Əbdülhəmidin devrilməsi, bu çevrilişdə ordudan istifadə məsələsi qarşıya
qoyuldu. Bu fikrin tərəftarı Prins Səbahəddin olmuşdur:
1907-ci ilin dekabrında Parisdə Gənc Türklərin ikinci Konqresi keçiril-
di.Konqres pozitivist Əhməd Rzanın təklifini qəbul edərək Sultan Səltənətinin və
Xəlifəliyin saxlanması haqqında qərar qəbul etdi. 1908-ci ildə Türkiyədə müxalifətçi
hərəkat daha da genişlənməyə başlayır. Makedoniyada üçüncü Ordu birləşmələrində
mübariz ruh daha güclü idi.Bu ordunun gənc zabitlərindən Ənvər bəy və Rəsnəli
Niyazi özləri ilə silah götürərək dağlara qalxdılar. Fədailər Monastr dağına çığmağa
başladılar.
234
Beləliklə üsyan başlayır. Üsyan tezliklə Ədirnədəki hərbi hissələrə də
yayılmağa başlayır.
Üsyana Əlibəy Hüseynzadənin yaratdığı “İddihad və tərəqqi”partiyasının
mər-kəzi komtəsi rəhbərlik edirdi. Bu partiya konstitusiyanın yenidən elanı üçün
hərəkatın başlandığını bütün Avropaya bəyan etdi.
Sultan Əbdülhəmid hərəkatın rəhbərlərini əla almağa çalışsa da,buna nail ola
bilmədi:Saloniki və Monastrdakı ordular Sultana qarşı açıq cəbhə təşkil etdilər. 1908-
ci ilin iyulun 20 –də Monastrın müsəlman əhalisi üsyana qalxaraq hərbi cəbhəxananı
ələ keçirdilər. Bunun ardınca Kosovada belə hərəkat baş verdi. İyulun 23 –də Sultan
Konstitusiyalı Monarxiya haqqında fərman verməyə məcbur oldu.
“İttihad və tərəqqi ” partiyası getdikcə güclənərək dövləti idarə etmək vəzifəsi
ilə üz-üzə dayandı. 1908-ci il seçkilərində iştirak edərək Parlamentdə bir neçə yer
əldə etdi.1908-ci ildə yaranmış “Əhrar”partiyası da məclisdə bir yer əldə edir.
1909-cu ildə siyasi hadisələr daha da kəskinləşdi. Bosniya-Hersoqvinanın,
Bolqarıstanın, Kirit adasının itirilməsi gərginliyi daha da artırdı. Aprelin 13 də əsgəri
birləşmələr məclis binası önünə toplaşaraq Baş nazirin və Məclis sədrinin istefasını
tələb etdilər və buna nail oldular. Aprelin 23-də Şövkət paşnın başçılığı altında qoşun
hissələri İstanbula girərək Sultan II Əbdülhəmidi taxtdan salmış və onun yerinə
Mehmet Rəşadi gətirmişlər.
1909-1911-ci illərdə “İttihad və Tərəqqi ” yavaş- yavaş ölkədə hakim siyasi
partiyaya çevrilir. Bir sıra partiyaların fəaliyyəti isə qadağan edildi.
1912-ci ildə hakimiyyətə “Xilaskar Zabitan ” qurupunun təzyiqi ilə Qazi Əh-
məd Muxtar Paşa gəldi. Lakin elə həmin ildə Balkan müharibəsinin başlanması ilə bu
hökumətin vəziyyəti olduqca ağırlaşdı. 1913-cu ildə hakimiyyət “İttihad və Tərəqqi”
partiyasının üzvlərindən Tələt, Ənvər və Camal Paşanın əlinə keçdi. Beləliklə 1918-
ci ilə qədər ölkənin taleyinə tamamilə hakim olan Gənc türklərin hakimiyyəti
bərqərar oldu.
Gənc Türklər parlamentli bir rejim yaratmaqla qərb dövlətlərinin köməyi ilə
dövlət daxilində olan çətinlikləri asanlıqla aradan qaldıracaqlarına inanırdılar. Ancaq
hadisələr heç də onların düşündükləri kimi olmadı.
235
1911-ci ilin sentyabrında İtaliya ilə müharibə başladı.Rusiya ilə saziş
bağlayan İtaliya Egey dənizində 12 adanı və Trablisi ələ keçirdi. Rusiyanın da
Balkanlarda öz siyasəti var idi. Rusiya buradakı Slavyan dövlətlərini birləşdirərək
Avropadakı Osmanlı torpaqlarını bunların arasında paylamaq, Bosfor və Dardanel
boğazlarına yiyələnmək istəyirdi.
Rusların yeritdiyi siyasət nəticəsində Bolqar –Serb müqaviləsi bağlandı və
bu müqaviləyə Yunanlar da qoşuldular.Çernoqoriyanın da bu müqaviləyə qoşulması
ilə Osmanlı dövlətinə qarşı Balkan dövlətlərinin ittifaqı yaradıldı. Oktyabr ayında
Çernoqoriya, Bolqarıstan, Serbiya və Yunanıstan Türkiyəyə qarşı müharibəyə
başladılar.Ordu daxilində gedən ziddiyətlər nəticəsində zəifləyən Türk ordusu bir
cəbhədə məğlub oldular.
1913-cü il mayın 30 da müqavilə imzalanır.Bu müqavilə ilə Osmanlı dövləti
Egey adalarının taleyini və Albaniyanın sərhədlərinin müəyyən edilməsi taleyini
böyük dövlətlərin ixtiyarına verirdi. Beləliklə 1913 cü ildə Avropa Türki-yəsinin çox
böyük qismi itirilmiş olur.
Gənc Türklərin hakimiyyəti dövründə Türkiyə siyasi cəhəddən zəifləməsinə və
bir sıra torpaqların itirilməsinə baxmayaraq, ölkə daxilində iqtisadi və mədəni
həyatda bir çox uğurlar əldə edildi. Gənc Türklər ölkə daxilində bir sıra islahatlar
həyata keçirdilər. İqtisadi baxımdan Gənc Türklərin ən böyük addımı 1914-cü ildə iş
yerlərinin milliləşdiriləsi oldu.
1914-cü il iyulun 10- dan etbarən bütün şirkət və idarələrdə yazışmalar türk
dilində aparılmağa bağlandı. İqtisadi- təhsil sisteminə böyük üstünlük verirdi.
İqtisadi təhsil almaq üçün Almaniyaya tələbələr göndərildi. Magistr və texniki işçilər
hazırlayan kurslar açıldı.
1917-ci ilin martında Osmanlı Milli Bankı yaradıldı.1915-ci ildən “Sənaye qanu-
nu” yenidən ffəaliyyətə başladı. Həmin qanuna əsasən fabrik və zavodlarda türk
vətəndaşları işləməli idilər.
1917-ci ildə “Ziraət Xidmət Qanunu” qəbul edildi. Qanuna görə əsgərlikdən
azad olmuş bütün vətəndaşlara kənd təsərrüfatı işlərində xidmətçi kimi istifadə etmək
hüququ verildi.
236
Qadın hüquqlarının qorunması sahəsində bir sıra işlər görüldü. İlk dəfə qadın
Universiteti 1917-ci ildən fəaliyyətə başladı.Orduda gəncləşdirmə siyasəti həyata
keçilərək , Almaniyanın köməyi nəticəsində silah və təchizat cəhətdən yenidən qurul-
du. Həmin ordu I Dünya müharibəsində İngilis və Ruslara qarşı uğurla vuruşmuşdu.
Gənc Türklərin hakimiyyəti illərundə milli kitabxana, arxiv, musiqi və coğrafiya
institutları kimi mədəniyyət və elm qurumları yaradıldı.
Umumiyyətlə Gənc Türklərin hakimiyyəti dövründə (1908-1918-ci illər)
Osmanlı düvlətinin tarixində çox mühüm dəyişikliklər olmuşdur.
237
XIV MÖVZU
Azərbaycan I Dünya müharibəsi dövründə
(1914-1918-ci illər)
PLAN
1.İmperialist müharibəsinin başlanması və Azərbaycan.
2.Müharibənin iqtisadiyyata təsiri. Zəhmətkeşlərin inqilabi çıxışları.
3.Fevral burjia- demokratik inqilabının qələbəsi Azərbaycanda siyasi
vəziyyət. 1918-ci il mart soyqırımı.
ƏDƏBIYYAT
1. Azərbaycan tarixi. VII cilddə, V cild, Bakı, 2001, səh.162-191.
2. Məmmədov İ, Məmmədov Ç. Siyasi tarix, Bakı,2004,səh.71-74.
3. Siyasi tarix (mühazirə kursu).I hissə , Bakı, 1995,səh. 154-166.
4. Əliyev H.Ə.Azərbaycanlıların soyqırımı haqqında. 28 mart, 1998-ci il
fərmanı.
5. Hacıyev H. İstiqlalın əzablı yolu. Bakı, 1991.
6. Musayev İ.Şimali Azərbaycanda ictimai-siyasi vəziyyət.(1917-1920-ci
illər), Bakı,1992.
1914-cü ilin iyununda bəşəriyyət tarixində o vaxta qədər misli görünməmiş
müharibə I Dünya müharibəsi başlandı.
238
Müharibənin başlanmasının əsas səbəbkarları Almaniya, İngiltərə, Fransa, Av-
striya –Macarıstan və Rusiya idi. Lakin Dünyanı yenidən bölüşdürüb paylmağa can
atan Almaniya müharibənin əsas səbəbkarı oldu.
Müharibə Avstriya –Macarıstanın Serbiyaya hücumu ilə başladı. Serbiya ilə
müqaviləsi olan Rusiya iyunun 19-da ümumi səfərbərlik keçirdi. Buna cavab olaraq
Almaniya Rusiyaya müharibə elan etdi. Rusiyanın Antanta üzrə müttəfiqləri Fransa
və İngiltərə Almaniyaya qarşı çıxdı. Müharibə tezliklə 38 ölkəni əhatə edərək Dünya
müharibəsinə çevrildi.
Qafqaz, ilk növbədə isə neft Azərbaycanı da Almaniyanın işğal planlarına daxil
idi.Alman məmuru Rudolf Martin 1907-ci ildə nəşr etdirdiyi”Berlin –Bağdad” adlı
kitabında almanların hakimiyyəti altında Bakı və bütün Qafqazı əhatə edəcək “Tiflis
canişinliyi” yaradılması planını irəli sürmüşdü.
Müharibə ərəfəsində Almaniyadan Cənubi Qafqaza çoxlu kəşfiyyatçılar qrupu
göndərilmişdi. Bu casuslar Almaniyanı Qafqazın və burada yaşayan xalqların mü-
dafiəçisi kimi təqdim edirdilər.
Almaniyaya Cənubi Azərbaycanda da öz təsirini möhkəmləndirmək üçün, bu
bölgənin strateji əhəmiyyətini nəzərə alıb, nüfuzlu yerli dairələrlə sıx əlaqələr qurma-
ğa çalışır və Rusiyanın burdakı mövqeyini zəiflətməyə çalışırdılar.
Bu planların həyata keçirilməsində Almaniyanın hərbi müttəfiqi olmuş
Türkiyəyə mühüm yer verirdi.Müharibə ərəfəsində Almaniyanın nüfuzu Türkiyədə
xeyli gücləndi. Hətta 1914-cü ilin əvvələrində alman genralı Sanders Türkiyə silahlı
qüvvələrinə başçılıq etməyə başladı.Almaniya Qafqazı ələ keçirmək üçün Rusiyaya
qarşı Türkiyədən istifadə etməyə çalışırdı. Özünün mənafeyi ilə bağlı planları olan
Türkiyə müharibəyə qoşularaq ona cihad elan etdi və bütün dünya müsəlmanlarını
köməyə çağırdı. Qafqaz, Orta Asiya, Krım və Volqaboyunun istilası Turan
imperiyasının yaradılması üçün əsas idi.
Türkiyə Rusiya ilə müharibədə Qafqazdakı müsəlman xalqlarının köməyinə
ümid bəsləyirdi. Lakin Türkiyə hökuməti Azərbaycanın müstəqilliyinə dair heç bir
vəd vermir, onun gələcək Turan imperiyasının tərkibinə qatılmasını planlaşdırırdı.
239
Türklərin bilavasitə vəzifəsi Qars və Sarıqamış istiqamətində rus qoşunlarını
məğlub edərək Cənubi Qafqazı istila etmək idi. Lakin Sarıqamış istiqamətində türk
qoşunları məğlub oldular. Türk qoşunları eyni zamanda Cənubi Azərbaycan
ərazisinə girərək 1915- ci il yanvarın 1-də Təbrizi və Urmiyanı ələ keçirdilər. La-kin
yanvarın sonunda rus qoşunları Türkiyəni bu yerlərdən çıxara bildi.
I Dünya müharibəsinin başlanması Azərbaycan cəmiyyətinin müxtəlif təbə-
qələrində ziddiyətli əks-sədaya səbəb oldu. Cəmiyyətin yuxarı sosial təbəqələri
burjuaziya, mülkədarlar və liberal ziyalılar Rusiyanı müdafiə edirdilər. Eyni za-
manda Dövlət Dumasının müsəlman fraksiyası da çar hökumətini müdafiə edir,
bütün müsəlmanları “Rusiyanın şöhrəti və bütövlüyünün” qorunmasına çağrırdı.
Mütərəqqi Azərbaycan ziyalıları müharibə nəticəsində xalq üçün geniş
azadlıqlar əldə ediləcəyinə ümid bəsləyirdilər.F.X.Xoyski bu münasibətlə deyirdi:
“Bu müharibənin qalibi, kim olursa olsun, bu müharibədən çoxlu yaralarla və
zəifləmiş şəkildə çıxacaq. Zəifləmiş və yaralanmamış bizlər isə xahiş yox, tələb edə
biləcəyik. Müstəqillik, bax bizim üçün lazım olan budur, özüdə böyük dövlətlər
müharibədən sonra nə qədər zəif olsalar, bizim üçün azadlıq o qədər yaxşı olacaq.
Bu azadlıq bizim qüvvəmizdən, bizim neftimizdən doğacaq.Çünki biz dünyaya daha
çox lazımıq, nəinki dünya bizə”
M.Ə.Rəsulzadə də göstərirdiki bu müharibə əzilən ölkələrin müstəqilliyini
möhkəmləndirərək sülhlə bitəcək.
1914-1915-ci ilərdə türk inisarları, habelə azərbaycanlı mühacirlər antirus
təbliğatı gücləndirisələr də, bütünlükdə Azərbaycan cəmiyyəti Rusiyanın qələbə-sini
dəstəkləyirdilər.
Milyonçulardan H.Z.Tağıyev, M.Nağıyev, Ş.Əsədullayev, H.Hacinsi və baş-
qaları bu müharibəyə çoxlu miqdarda ianələr verirdilər.Yerli burjuaziyanın
təşəbbüsü ilə Bakı və digər şəhərlərdə əhalidən ianə toplayır və xeyriyyəçilik işləri
davam etdirilirdi.
Çar hökuməti müsəlmanları orduya çağırmasada, bir çox azərbaycanlılar könüllü
surətdə hərbi xidmətə gedirdilər. Müharibədə 200 nəfərdən çox azərbaycanlı zabit
vuruşmuşdu. Məşhur generallar S.Mehmandarov, Ə.Şıxlinski, Hüseynxan Naxçıvan-
240
ski: bu müharibədə böyük şucaət göstərmişdi-lər. H.Naxçıvanskinin rəhbərlik etdiyi
“Vəhşi Diviziya “ ən iri müsəlman hərbi divi-ziyası idi. Şuşada təşkil olunmuş “Tatar
süvari alatyı” bu diviziyanın tərkib hissəsi idi.Bu diviziyanın seçmə süvari alayları
bütünlükdə azərbaycanlı və Dağıstanlı könüllülərindən ibarət idi.
1914-cü il Lodz əməliyyatında 21-ci niyada diviziyasının komandiri S.Meh-
mandarov xüsusuilə fərqlənirdi.O, rus qüvvələrini mühasirəyə almağa çalışan alman
general Markezinin hərbi planlarını pozmuş və onlara güclü zərbə vurmuşdu.
S.Mehmandarov müharibənin sonuna yaxın korpuslar qrupuna komandirlik etmişdi.
“Artilleriyanın allahı” adlandırılmış general-leytenant Ə.Şıxlinski rus ordu-
sunda artilleriya işinin ən mahir ustası sayılırdı. Müharibənin ilk günlərindən
Peterburqun artilleriya müdafiəsi ona tapşırılmışdı.1915-ci ildə Ə.Şıxlınski Ali Baş
Komandanlıq qərərgahında işləmiş, sonra Qərb cəbhəsinin artilleriya rəisi, müha-
ribənin sonuna yaxın isə 10-cu ordunun komandanı vəzifəsini tutmuşdu.
Bir çox Azərbaycanlı zabitlər –polkovnik Talıb Vəkilov, rotmistr Teymur Nov-
ruzov, kapitan Tərlan Əliyarbəyov və başqaları döyüşlərdə göstərdikləri igidliklərə
görə yüksək mükafat olan “Georgi xaçı” ilə təltif edilmişdilər.
İlk azərbaycanlı hərbi təyyarəçi poruçik Fərrux Qayıbov rus aviasiya qrupunun
tərkibində Vilnodakı alman hərbi obyektlərinə hücumda iştirak etmiş-di.Bir saat
ərzində o, düşmənin 4 təyyarəsi ilə vuruşmuş, onlardan üçüncü vurub salmış, lakin
özü də vurularaq qəhrəmancasına həlak olmuşdur.
Müharibə dövründə Azərbaycanda fəaliyyət göstərərək partiya və siyasi təş-
kilatların da müharibəyə münasibətləri fərqlənirdi.
Bakıda fəaliyyət göstərən “Daşnaksütun”, “Qnçak” erməni partiyaları guya kı,
ermənilərin həyatında yeni səhifə açmalı olan bu müharibədə erməni xalqının
iştirakına tərəfdar çıxaraq onları mübarizəyə səsləyirdilər.
Bakı menşeviklərinin mövqeyi xeyli ziddiyətli idi. Onlar müharibənin ilk
günlərində vərəqələr çap edərək müharibəni pisləyirdilər. Eserlər də müharibəyə
müxtəlif mövqelərdən yanaşırdılar.
Bu müharibədə yalnız bolşeviklər partiyası öz hökuməti əlehinə çıxaraq
imperialist müharibəsini vətəndaş müharibəsinə çevirmək taktikasını irəli sürürdü-lər.
241
Bolşeviklərin müharibə əlehinə fəaliyyəti zəhmətkeş kütlələr arasında narazı-lığı
daha da artırırdı. Bu da Bakı və digər şəhərlərdə bir sıra tətillərin baş verməsinə səbəb
oldu.
Müharibə ölkənin iqtisadiyyatına güclü dağıdıcı təsir göstərmişdi. Cəbhəyanı
bölgəyə çevrilmiş Azərbaycan sənayesi digər arxa rayonlara nisbətən müharibənin
dağıdıcı təsirinə daha çox məruz qalmışdı. Müharibə əmtəə dövriyyəsinin, nəqliy-
yatın işini pozmuş, xammal və avadanlıq idxalını məhdudlaşdırılmışdı.
Azərbaycan neft sənayesi müharibə illərində ciddi çətinliklərlə üzləşdi. Kəskin
neft böhranı yaranmış oldu. Texniki vasitələrin çatışmazlığı, xaricdən neft ava-
danlıqlarının alınmaması qazma işlərinin azalmasına, emal olunan məhsulların kəskin
azalmasına səbəb oldu.
Məsələn müharibə illərində Bakı emal zavodlarında yüksək keyfiyyətli neft
məhsulları 38,2 faizdən 23 faizə endi.
Ümumi təsərrüfat dağınıqlığı Azərbaycan iqtisadiyyatının digər sahələrindədə
dağ-mədən, ipəkçilikdə də özünü göstərdi. Gədəbəydə mis filizinin çıxarılması,
əridilməsi sahəsində xeyli geriləmə özünü göstərdi. Tovuzdakı sement zavodu
tamamilə bərbad hala düşmüşdü. Nuxa və Şuşanın ipəksarıma fabriklərinin yarıdan
çoxu barama çatışmazlığı üzündən işləmirdi. Pambıq –parça istehsalı xeyli azal-
mışdı. Balıqçılıq sənayesi tənəzzülə uğramışdı.
Müharibə illərində Azərbaycan kənd təsərrüfatı da ciddi böhran keçirdi. Dənli və
texniki bitkilər əkini kəskin surətdə azalmışdı. Bakı və Yelizavetpol quberniyasında
taxıl əkini sahəsi 42 faizə qədər azalmışdı.
Təsərrüfat dağınıqlığı pambıqçılıqda hakim idi. Yenə yuxarıda göstərilən
quberniyalarda pambıq istehsalı 3 dəfəyə qədər azalmışdı.
Müharibə Azərbaycanın iqtisadi həyatında mühüm yer tutan üzümçülüyü də
bərbad hala salmışdı. Azərbaycanda üzüm yığımı 1913-cü ildə 5000 puddan çox
olduğu halda, 1915-ci ildə 800 pud təşkil edərək 7 dəfə azalmışdı. Şərabçılıq və
meyvəçilik təsərrüfatı da ciddi böhran keçirirdi.Azərbaycanın meyvə bağlarına da böyük zərər dəymişdi. Artıq müharibənin birinci ilində
Azərbaycandan Həştərxana, Rostov, Odessa, Peterburq və digər şəhərlərə bağçılıq məhsullarının
242
aparılması iki dəfə azalmış, 1920-ci ilin əvvəllərinə qədər isə meyvə bağlarının 15 faizi məhv
edilmiş, təxminən bu qədəri isə məhv olmaq üzrə idi. Müharibəyə qədər hər il Rusiyaya və xaricə
aparılan 40-50 mln manatlıq ən müxtəlif kənd təsərrüfatı məhsulu 1915-ci ildə iki dəfədən çox
azalmış, 1916-cı ildə isə onun ixracı tamamilə kəsilmişdi
Heyvandarlıq da ağır vəziyyətdə idi. Mal-qaranın sayı kəskin surətdə azal-
mışdı. Mal-qaranın, xüsusən də at, camış və öküzlərin hərbi məqsədlər üçün
yığılması ilə əlaqədar olraq, müharibənin birinci iki ilində iş heyvanlarının sayı
təxminən 50 faiz azalmışdı.
Cəbhəyə və xüsusən də arxa işlərinə səfərbərliklər kənd təsərrüfatını işçi
qüvvəsindən xeyli dərəcədə məhrum edirdi. 1915-ci iliyunun 15-də verilən çar
fərmanına görə azərbaycan kəndinin kişi əhalisinin 30 faizi arxa cəbhə işlərinə cəlb
edilmişdi.
Güclənməkdə olan təsərrüfat dağınıqlığının ən mühüm səbəblərindən biri
nəqliyyatın böhran vəziyyətinə düşməsi idi. Qafqazı Avropa Rusiyası ilə bağlayan ən
başlıca yol Vladiqafqaz dəmir yolu xətti idi. Lakin həmin dəmir yolu xətti tex-niki
təhcizatın zəif olması üzündən Avropa ölkələrində olan dəmir yol xətlərində
olduqca geri qalırdı. Qafqaz dəmir yolu bir xətli idi ki, bu da onun yükdaşıma qa-
biliyyətini xeyli məhdudlaşdırırdı.
Dəniz nəqliyyatında vəziyyət nisbətən yaxşı idi. Müharibə illərində teplo-xodlar,
nefti boruları və digər gəmirlərin sayı nisbətən artmışdı.
Nəqliyyat və təsərrüfat dağınıqlığı Azərbaycanda ərzaq təminatını xeyli
kəskinləşdirmişdi. Ərzaq böhranı, qaçqınlar axını və şəhərdə iri hərbi birləşmələrinin
məskunlaşması üzündən daha da kəskinləşdi. Məsələn, Bakıya 1916-cı ildə lazım
olan 750-min pud əvəzinə cəmi 321-min pud buğda və un gətirilmişdi. Müharibənin
ilk günlərindən ərzaq məhsullarının qiymətləri hədsiz dərəcədə sürətlə artırdı.
Çörəyin qiyməti 3 dəfədən çox artmışdı.
Ərzaq çatışmazlığı Azərbaycanın qəzalarında qeyri adi dərəcədə dərinləş-
mişdi.Taxıl, ət, qənd, və digər ərzaq məhsulları kəskin şəkildə bahalaşdı. Qəzalarda
çörək 7-8 dəfə bahalaşmışdı.
Müharibə əməklə kapital arasındakı ziddiyətləri daha da kəskinləşdirdi, zəh-
mətkeş kütlələrinin vəziyyətini daha da ağırlaşdırdı. Neft sənayesi fəhlələrinin həyat
243
və iş şəraiti son dərəcədə çətinləşmişdi. Mədənlərdə iş günü 12-14 saatadək
yüksəlmişdi.
Müharibə zəhmətkeş kəndlilərinin yoxsullaşması və müflisləşməsinə gətirib
çıxardı. Kənddə sosial təbəqələşmə prosesi daha da sürətləndi. Bakı və Yelizavetpol
quberniyalarında tamamilə torpaqsız kəndlilərin sayı 1916-cı ildə 50 min, 1917-ci
ildə isə 76 min nəfər idi. Yoxsul təbəqənin xüsusi çəkisi artırdı. 1917-ci ildə
Azərbaycanda bütün kəndli təsərrüfatlarının 54,4 faizini yoxsul, 34 faizini ortabab,
8,6 faizini isə varlı və qolçomaq təsərrüfatları təşkil edirdi.
Zəhmətkeşlərin iqtisadi və siyasi vəziyyətlərinin kəskin surətdə pisləşməsi,
onların tətil mübarizələrinin başlanmasına gətirib çıxardı.
1915-ci ilin yayından Bakı tətil hərəkatında dönüş başlandı və indiyədək təkcə
neft sənayesi işçilərinin iştirak etdikləri tətil hərəkatına digər sənaye müəssələri
fəhlələri də qoşuldular.1916-cı ıil fevralın 14-16-da şəhərdə iri həyəcanlar baş verdi.
Əksəriyyəti qadınlardan ibarət olan çox saylı kütlə alverçilərin üzərinə hücum edərək
bazarları,mağazaları ərzaq ambarlara dağıtmağa başladılar. Bu həyacanlarda
şagirdlər də iştirak edirdilər. Hökumət bu həyəcanıları yatırmaq üşün Gəncə və başqa
şəhərlərdən Bakıtya iri hərbi qüvvələr gətirdi.
Bu dövrdə Nuxa ipək sənayesi fəhlələri iri çıxışlar keçirirdi. Aprelin 9-dan 20-
dək Nuxanın 16 fabrikinin 1270 fəhləsi tətil edirdi. Onların tələbi əmək haqqının
artırılması, iş gününün 1,5 saat qısaldılması idi37. İki aydan sonra, iyunun 9-da
Nuxada tətillər yenidən baş- ladı. Şəhərin əksər ipəksarıma müəssisələri fəhlələrinin
qatıldığı bu tətil iyunun 21-dək davam etdi və dövrün ən iri aksiyası oldu38 . 1915-ci
ilin yayından etibarən Bakı tətil hərəkatında dönüş başlandı və indiyədək müstəsna
olaraq neft sənayesi fəhlələri, qismən də dənizçilərin iştirak etdikləri bu aksiyaya
1915-ci ilin ikinci yarısında şəhərin digər müəssisələrinin də fəhlələri qoşuldular.
1915-ci ilin payızında "Kaspi", "Trud" və Birinci mətbəə şirkəti mətbəə fəhlələrinin
tətili uğurla keçdi.
1916-cı ilin yanvarında mədən və zavodlarda keçirilən yığıncaqlarda fəhlə
təşkilatları seçildi, onların nümayəndələrindən Mərkəzi komissiya yaradıldı və o,
244
Bakı fəhlələrinin tələblərini hazırlamaq və ümumi tətili təşkil etmək işini öz əlində
cəmləşdirdi.
1916-cı ildə Bakıda tətillərin sayı xeyli artaraq 94 aksiyaya çatmış, onlarda 13
min nəfərdən çox adam iştirak edtmişdir.Bu tətillərin təsiri ilə kapitalistlər fəhlələrə
müəyyən güzəştlərə getsələr də lakin polis və ordunun köməyi ilə bu aksiyalara divan
tutmağa çalışırdılar.
Fəhlə sinfinin kapitalistlərə qarşı mübarizəsi əyalətlərdə də artırdı. Şəki ipək
sarıma fabriklərinin fəhlələri, Gəncə mahlıc istehsalı fəhlələrinin geniş həyacanları
baş vermişdi.
Müharbə illərində iqtisadi böhranın dərinləşməsi, zəhmətkeşlərin vəziyyətinin
kəskin surətdə ağırlaşması və Azərbaycan kəndində sosial zidiyyətlərin kəskinləşməsi
kəndli həyacanının yüksəlişinə səbəb oldu. 1914-1917-ci illərdə qəzaların
əksəriyyətini kəndli hərəkatı bürümüşdü. Kəndlilər lik növbədə kəskin ehtiyac
duyduqları torpaq uğrunda mübarizə aparırdılar. Dövlət və mülkədar torpaqlarının
tutulması mübarizənin ən geniş yayılmış formalarından biri idi.
Müharibə illərində ən iri kəndli həyacanları Yelizavetpol quberniyaslnda və Bakı
quberniyasının Lənkəran və Quba qəzalarında baş verdi. Bu həyacanlar kəndlilər və
hökümət nümayəndələri-mülkədar, qolçomaq dəstələri arasında silahlı toqquşmalarla
müşahidə olunrdu.
Müharibə illərində əkin sahələri xeyli ixtisar olunsa da, kəndlilərin suvarma suyu
uğrunda mübarizəsi davam edirdi. Müharibə illərində meşələrin özbaşına qırılması
halları artıb ərazisində meşə olan bütün qəzaları əhatə etdi. Özbaşına qırılan
meşələrin sahəsi və buna görə kəndlilərdən alınan cərimələr 1916-cı ildə 1913-cü ilə
nisbətən təxminən iki dəfə artmış, mülkiyyətin yandırılması halları da çoxalmışdı.
Müharibə illərində kəndlilərdə narazılığı gücləndirən səbəblərdən biri də vergi və
mükəlləfiyyətlərin həddən ziyadə artırılması idi. Kəndlilər kütləvi surətdə vergiləri
ödəməkdən və mükəlləviyyətləri yerinə yetirməkdən boyun qaçırır, çar məmurlarına
və polisə silahlı müqavimət göstərirdilər. Ordu və arxa işlərinə səfərbərliklər, mal-
qara və arabaların, taxıl və s. məhsulların fasiləsiz müsadirə edilməsi kəndli
həyəcanlarını gücləndirir, hökumət nümayəndələri ilə silahlı toqquşmalara gətirib
245
çıxarırdı. Müharibə illərində qaçaqların - silahlı kəndli dəstələrinin çıxışları xüsusilə
kəskin xarakter alaraq, Azərbaycanın bütün qəzalarını əhatə etdi. Onlar amansız
istismara, hər cür sosial ədalətsizliyə qarşı mübarizə aparır, mütləqiyyətin vergi
siyasətinə qarşı çıxırdılar. Başqa sözlə, qaçaq hərəkatı torpaqdan istifadədə hökm
sürən qarmaqarışıqlığa, torpaq, suvarma suyu və meşə materialı çatışmazlığına, vergi
və mükəlləfiyyətlərin ağırlığına, onların toplanması zamanı yol verilən
özbaşınalıqlara, polis məmurlarının zorakı əməllərinə və s. qarşı yönəlmişdi.
Bu dövrdə qaçaqların –silahlı kəndli dəstələrinin çıxışları xüsusilə kəskin xa-
raker alaraq, Azərbaycanın bütün qəzalarını əhatə etdi. Onlar amansız istismara, hər
cür sosial ədalətsizliyə qarşı mübarizə aparır, Çar mütələqiyətinin vergi siyasətinə
qarşı çıxırdılar. Müharibə illərində xalq intiqamçıların- qaçaqların 40 dək dəstəsi
fəaliyyət göstərirdi.Qaçaq hərəkatının ən görkəmli başçılarından biri Qaçaq
Süleyman Ağahüseyn oğlu idi.O,öz dəstəsi ilə Zəngəzur və Qarabağ bölgələrində çar
üsul idarəsinə, yerli bəylərə qarşı 15 ildən çox partizan mübarizəsi aparmışdı. Onun
dəstəsində 200-dən çox qaçaq var idi.
Cəbhədəki ağır vəziyyətə baxmayaraq çar hökjumədti kəndli hərəkatına qarşı bir
sıra tətbirlər həyata keçirir.Hərəkatının ən çox geniş yayıldığı Bakı, Yelzavetpol
quberniyalarında hərbi vəziyyət rejimi tətbiq edildi. Lakin iqtisadi və siyasi böhran
gettikcə dərinləşir və günü gündən fəhlə və kəndli hərəkatı dahada genişlənirdi.Çar
hökuməti bu inqilabi çıxışların qarşısında aciz idi.
1917-ci il fevralın 28-də Petroqradda baş verən burjua demokratik inqilabı
nəticəsində 300 illik Romanovlar sülaləsinin hakimiyyətinə son qoyuldu.Mütləqiyyət
devrildi.
M.Ə.Rəsulzadə o günlərdə yazırdı: “Rusiyanın xalqları öz ürəklərində
saxladıqları məqsədlərə nəhayət ki, çatdılar. Əli qanlı jandarım, bütün xalqların
düşməni olan istibdad yıxılmışdı”.
Martın 3-də hakimiyyət Cənubi Qafqazda xüsusi Zaqafqaziya Komitəsinə
verildi. Lakin yeni hakimiyyətin təşkilində vmüxtəlif siyasi partiyalar müxtəlif mö-
vqelərdə dayanırdılar.
246
1917-ci il Oktyabr çevrilişində (Petroqıradda) sonra Cənubi Qafqazda siyasi
vəziyyət yenidən kəskinləşdi.
1917-ci il noyabrın 15-də musavatçı, menşevik , eser və daşnaklardan ibarət
Zaqafqaziya Komissarlığı təşkil edirdi. Onun tərkibinə M.Cəfərov, M.Aslanov,
X.Xasməmmədov və F.X. Xoyski daxil oldular. Bu təşkilat zəif və az səmərəli bir
orqan idi. Onun öz ordusu yox idi, öz dekretlərini həyata keçirməkdə aciz idi.
Bakıda isə siyasi vəziyyət tamamilə başqa cürə idi. Beləliklə şəhərdə hakimiyyət
demək olar ki, sovetlərin əlində idi. Eyni zamanda Bakı Duması da hakimiyyət
orqanı kimi fəaliyyət göstərirdi və o, Bakı sovetini tanımaqdan imtina etdi. Dumaya
tanınmış hüquqşünas F.X.Xoyski rəhbərlik edirdi və bu təşkilat Bakı ictimaiyyətinin
müəyyən hissəsini təşkil edirdi.
Bu dövrdə siyasi nüfuzu daha da artan “Müsavat” partiyasının fəaliyəti daha da
gücləndi. 1917-ci il oktyabrın 25- də partiyanın I qurultayı keçirildi, onun proqramı
qəbul edildi. I qurultay partiyanın sonrakı siyasi mübarizəsinin və Azərbaycana milli
muxtariyyat verilməsinin taktika və strategiyasını müəyyən etdi. “Musavat” güc-
ləndikcə onunla bolşeviklər arasında münasibət daha da dərinləşirdi. Çünki bol-
şeviklər və onların orqanı olan Bakı soveti ermənipərəst siyasət yürüdürdülər.
Bu vaxt Zaqafqaziyada siyasi vəziyyət daha da mürəkkəbləşdi. Fəaliyyət gös-
tərdiyi dövrdə Zaqafkom xalqa heç nə verə bilmədi.Torpaq məsələsi həll edilməmiş
qaldı.Torpaqlar kəndli komitələrinə verildi və kəndli torpağı həmin komi-tələrdən
icarəyə götürməli idi. Zaqafkomun həyata keçirdiyi bu torpaq siyasəti kəndlilərin
narazılıqılarının artmasına səbəb oldu. Azərbaycanın bir çox qəzalarını kəndli
həyəcanları bürümüş oldu. Bu həyəcanları yatırmaq üçün Zaqafkom bütün zorakı
tədbirlərə əl atdı.
Zaqafkomun xəyənətkar siyasətindən xalq kütlələrinin qəzəblənməsinin art-
maqda olduğunu görən millətəçi partiyalar 1918-ci il fevralın 23 –də Zaqafqaziya
Seymini çağırdılar.Seymdə Gürcüstan sosial-demokratlarından (Menşeviklər) 32
nəfər, Azərbaycan müsavatçıları 30 nəfər, erməni daşnaqlarından 27 nəfər deputad
iştirak edirdi.Digər partiya və bloklardan isə 14 deputat təmsil olunmiuşdular.
Ümumiyyətlə Seymdə müsəlman fraksiyasının sayı 44 nəfər deputatdan ibarət idi.
247
Zaqafqaziya Seymi Geqekçori başda olmaqla Zaqafqaziya hökumətini təşkil
etdi. Bu hökumətdə 13 nazir portfelinin 5-i azərbaycanlılara məxsus idi.
Zaqafqaziya Seymi hökumətin əsas vəzifələrini müəyyən etdi.
1.Konstitusiya layihəsini hazırlamaq;
2.Respublikalar arasında sərhədlərin müəyyən edilməsi;
3.Müharibə vəziyyətinə son qoymaq ;
4.Torpaq isalhatı keçirmək.
Musavat partiyası adından M,Ə.Rəsulzadə hökumətin verdiyi təkliflərə
aşağıdakıları əlavə etməyi irəli sürdü: 1). Dağıstanın Cənubi Qafqaza birləşdirilməsi.
2). Bakının xaricilərdən ( Bolşevilklərdən) azad edilməsi.
1918-ci il martın 31 də Zaqafqazaiya Seymi və Komisarlığının birgə iclasın-da
qərara alındı ki, sülh bağlamağa ixtiyarı var və Türkiyə ilə sülh müqaviləsi 1914 cü il
sərhədlərinə əsaslanmalıdır Nümayəndə heyəti həm də çalışacaqdır ki,Şərqi Anadolu
öz müqəddəratını təyin etməli və Türkiyə hüdudlarında Ermənistanın muxtariyyatını
təmin etsinlər.
Cənubi Qafqazda milli azadlıq hərəkatının daha da gücləndiyi bir şəraitdə
Azərbaycnda geniş xalq kütlələrinin Aərbycana muxtariyyət verilməsi tələbini
qətiyyətlə irəli sürdülər. Cənubi Qafqaz xalqlarının gələcəkdə milli respublikalar
yaratmaq cəhdlərinə Bakı Soveti və onun rəhbəri S.Şaumyan maneçilik törətməyə
çalışır,bunu O, “millətcilərin öz müqəddəratını təyin etməsi”kimi qələmə verirdi.
O, Cənubi Qafqazı üç vilayətə parçalamağı zəruri sayırdı:
1.Qərbi Zaqafqaziya: bura Kutaisi, Batumi quberniyaları və Tiflis quberni-
yasının bir hissəsi aid edilirdi;
2.Şərqi Zaqafqaziy: Bura İrəvan quberniyası, Tiflis quberniyasının bir hissəsi,
Qars və Yelizavetpol quberniyası;
3.Bakı vilayəti,Yelizavetpol quberniyasının bir hissəsi, Dağıstan vilayəti.
Göründüyü kimi onun bölgüsü Ermənistan və erməni millətçilərinə xidmət
edirdi.Hətta Rusiyanın hökuməıt başçısı V.İ.Lenin Şaumyanı tənqid edərək gös-
tərirki, Şaumyan “Erməni millətçilərinin əlaltısına çevrilmişdir”.
248
1918-ci il aprelin 22-də Zaqafqaziya Seyminin islasında Cənubi Qafqazın
müstəqilliyi məsələsi müzakirə olundu və Zaqafqaziya Respublikalarının müstəqil,
demokratik və federativ respublikalar olması haqqında qətnamə qəbul olundu. Eyni
zamanda Çxenkeli başda olmaqla yeni hökumət kabineti yaradıldı. Xoyski,
M.Aslanov, İ.Heydərov, N.Yusifbəyli, M.Hacıniski bu hökumətin üzvi oldular.
Yeni hökumət yenidən Türkiyə ilə sülh danıışıqlarına başladılar. 1918-ci il
mayın 11-də Batumi şəhərində Zaqafqaziya və Türkiyə nümayəndə heyətləri arasında
danışıqlar davam etdirildi. Qars, Ərdahan və Batumun Türkiyəyə verilməsi
razılaşdırıldı.Ümumiyətlə Türkiyənin məqsədi Ermənistan və Azərbaycan
torpaqlarını tutmaqdan ibarət idi.Gürcüstan isə Almaniyaya verilməli idi.
Yeni yaradılmış hakimiyyət orqanıda uzun zaman yaşaya bilmədi.Gürcüstanın
mayın 26-da Seymin tərkibindən çıxmas ilə Zaqafqaziya Seymi iflasa uğradı. İki gün
sonra isə Azərbaycan və Ermənistan öz müsyəqilliklərini elan etdilər.
Bu dövrdə Cənubi Qafqazda Erməni Şovinist- millətçi qüvvələr öz məkrli
siyasətlərini davam etdirirdilər. 1918 ilin yanvarından onlar Bakıda və digər
rayonlarda müsəlman qırğınları törətmək üçün müxtəlif fitnəkarlıqlara əl atırdılar.
Azərbaycanın qabaqcıl ziyalıları gözlənilən təhlükəni irəlicədən duyurdular. Birinci
dünya müharibəsinin sonlarında Qafqazın xiristian əhalisi məqsədyönlü şəkildə
silahlandırılırdı. Qafqaz cəbhəsinin ləğv olunması nəticəsində çoxlu erməni və
malakanlar silah əldə etməyə başladılar. Cəbhədən fərarilik edən bir çox erməni və
rus əskərləri də Bakıda cəmləşməyə başladılar. Eyni zamanda daşnakların da bir neçə
min yaxşı silahlanmış əsgəri var idi.
Ermənilərin və Bakı Soveti rəhbərliyinin müsəlman qırğınlarını törətməkdə bir
məqsədi də “Müsavat” partiyasının getdikcə genişlənən nüfuzunun qarşısını
almaqdan ibarət idi. Ermənilərin hazırladıqları bu qırğına qarşı çıxacaq silahlı
müsəlman qüvvələri demək olar ki, yox idi.
“Qırmızı Qvardiya” adı ilə yaradılan 10-12 min nəfərlik ordunun 70%-
ermənilərdən ibarət idi. Həmçinin Şamaxıda və Muğanda ehtiyat rus-malakan silahlı
dəstələri yaradılmışdı.
249
Cinayəti həyata keçirmək üçün bəhanə lazım idi. Bu məqsədlə “Evelina”
münaqişəsi törədildi. Həmin gəmidə olan müsəlman əsgərlərin tərksilah edilməsi
müsəlman əhalinin həyacanına səbəb oldu. Bakı Soveti əksinqilabi qiyamı yatırmaq
adı altında azərbaycanlı əhali üzərinə geniş hücuma başladılar.
1918-ci il martın 30-da səhər tezdən əllərinə girəvə düşən daşnaklar gəmilərdə
qoyulmuş toplardan Abşeronun şimal kəndlərini atəşə tutdular. Bakının özündə qırğın
bir neçə gün davam etdi. Martın 30-da gecə kommisar Tatevos Əmirov bir qurup
silahlı dəstə ilə İsmailiyə binasına – müsəlman xeyriyyə ocağına soxuldu. Çox
çəkmədiki binanı alov bürüdü. Daşnaklar Təzəpir məscidinə,Tağıyev teatırına böyük
ziyan vurdular. 3 gün ərzində təkcə Bakıda 12 mindən çox müsəl-man qanı töküldü.
Erməni daşnakları uşaq, qadın, qocalara fərq qoymadan əsl soyqırım siyasəti
yeridirdilər.
Bir çox müsəlman məhəllələri məhv edildikdən sonra, martın 31 -də axşamüstü
İçərişəhərin alınması əməliyyatı başlandı. Bu qırğın əməliyyatında N.Anançenko
başda olmaqla, gənc Suren Şaumyan, Ovçiyan, Qalstyan, Sarkis, Qaber-Kori, Artak,
Manuçarov, Akopov və başqa "qırmızı qvardiyaçılar" fə al iştirak etdilər. Müsəlman
meyitlərinin yandırılması və iyrənc formada təhqir edilməsinin erməni ziya lıları və
kilsə xadimləri tərəfindən törədildiyini təsdiq edən onlarca sənəd mövcuddur1 ''.
Fövqəladə istintaq komissiyası sədrinin Ədliyyə Nazirliyinə təqdim etdiyi
məruzəsində aşağıdakı faktlar göstərilir: Nikolay (indiki İstiqlaliyyət.) küçəsilə
hücuma keçmiş erməni əsgərlərinə başlıca olaraq, erməni ziyalılarının nümayəndələri
rəhbərlik ediblər. Belə dəstələrdən biri evə girib səkkiz qadın və uşağı güllələmişdir.
Baş qa dəstə Fars küçəsində Bala Əhməd Muxtarovun evinə girərək doqquz
müsəlmanı küçəyə çıxarmış və kilsə meydanında güllələmişlər, meyitlərin ikisini
"Dağıstan" mehmanxanasının alovu içinə atmışlar... . Beləliklə, üç günün - 18-21
mart (30 mart-1 aprel) - qətl və qarətlərindən sonra, Fövqəladə İstintaq
Komissiyasının ümumiləşdirdiyı hesabatına görə, Bakıda "əksinqilabçı" adı ilə 12
min nəfər azərbaycanlı əhalisi qətlə yetirilmişdi. Menşevik qəzeti "Naş qolos" mart
qırğınından sonra şəhərdəki vəziyyəti belə təsvir edirdi: "Нər yerdə meyitlər qıc
olmuş, eybəcər hala salınmışdır. Təzə Pir məscidinin yanında ağır mənzərə var.
250
Məscid atəşdən zərər çəkmişdir. Ziyarətgahın təhqiri geniş kütlələrin qəlbini ağrıdır,
meyitlər onları daha çox həyəcanlandırır... Nifrət və təhqir zəhərinin necə dərinliyə
işlədiyi hiss olunur. Bu düşmənçiliyi aradan qaldırmaq, bu nifrətin qəzəbli intiqam
hissinə çevrilməsinin qarşısını almaq üçün çox iş görmək lazım gələcək".
Erməni daşnaklarının bu cinayəti təkcə Bakı ilə qurtarmırdı.Onlar kütləvi
qırğınları Şamaxı,Quba ərazilərində də törətmişdilər. Amazapsın rəhbərliyi altında
Qubaya daxil olan daşnaklar 2 mindən çox azərbaycanlı əhalisinə divan tutmuşdu.O
hətta lovğalıqla belə deyirdi: “Mən bura qayda qanun yaratmaq, Sovet hakimiyyətini
qurmaq üçün yox, müsəlmanları məhv etmək üçün gəlmişəm”. Onun cəza dəstələri
təkcə insan qırğını ilə kifayətlənməyib, qarətlə də məşğul idilər.
Amazaps, Avetisov, Petrovun rəhbərliyi altında Bakı Sovetinin qoşunları
Şamaxıya hücum etmiş və kütləvi qırğınlar törətmişlər. Şamaxı qəzasında baş verən
hadisələr "Qanlı mart təqvimi"ndə xüsusi səhifə təşkil edir. 1918-ci ilin yazında
qəzada hakimiyyət artıq müsavatçıların başçılıq etdikləri yerli milli şuranın əlində
cəmləşmişdi. Bunu öz hakimiyyəti üçün ciddi təhlükə hesab edən Bakıdakı bolşevik-
daşnak Soveti Şamaxını ələ keçirmək üçün ciddi cəhd göstərirdi. Artıq bu zamana
qədər mövcud olmuş, ermənilər və malakanlardan ibarət hərbi qarnizon yerli milli
şura tərəfındən tərksilah edilmiş və onun əvəzində azərbaycanlılardan ibarət yeni
qarnizonun təşkilinə başlanılmışdı. Nəzərə almaq lazımdır ki, bolşevik və daşnakların
Azərbaycanın bütün ərazisini ələ keçirmək və öz hakimiyyətini qurmaq planlarında
Şamaxı xüsusi strateji yer tuturdu.
Belə hücumlar Lənkəran, Salyan və Kürdəmirdə də olmuşdu. Beləlikdə 3
gündən artıq davam edən qırğınlarda 15 mindən çox dinc müsəlman əhalisi qətlə
yetirildi və bu hadisə azərbaycanlıların soyqırımı demək idi.
Nəticədə Şamaxı şəhəri və qəzasının 72 kəndi Bakı Sovetinin bolşevik-daşnak
qoşunları tərəfindən dağıdıldı. Şamaxı qırğınlarında 8 min nəfərə qədər azərbaycanlı
öldürüldü, onların 1653 nəfəri qadın, 965 nəfəri uşaq idi. Şamaxıda yerli əhaliyə
dəyən maddi ziyan о dövrün qiymətləri ilə bir milyard rubldan çox idi. 1918-ci ilin
mart qanlı hadisələrindən sonra Şamaxı şəhəri uzun müddət özünə gələ bilmədi.
Həmin hadisələr ərəfəsində 15 min əhalisinin 80 faizdən çoxu azərbaycanlılar olan
251
Şamaxıda 1921-ci ildə cəmisi 1700 nəfər yaşayırdı. Quba qəzasında qırğın törədən
quldur cəza dəstəsinə S.Şaumyanın xüsusi səlahiyyətlər verdiyi Hamazasp rəhbərlik
edirdi. Aprel ayında qəzanın 122 müsəlman kəndi dağıdılmış, yüzlərlə azərbaycanlı
və dağlı, о cümlədən ləzgi məhv edilmişdi. Göyçay, Kürdəmir, Salyan və Lənkəran
bölgələrinin əhalisi də erməni cəza dəstələrindən ciddi ziyan çəkmişdi. 2 min nəfərlik
sovet qoşununun Lənkəranda baş alıb gedən qanlı terror və vəhşi soyğunçuluğunun
qarşısını Zaqafqaziya Seyminin bu zaman bölgədə olan gürcülərdən ibarət silahlı
dəstələri almışdı.
Mart hadisələri ilə əlaqədar, Azərbaycanda vəziyyət çox gərginləşdi. Bir sıra
şəhərlərdə bolşeviklərə qarşı etiraz dalğası baş qaldırırdı. Hətta 1918 -ci il aprelin 15-
də Gəncədə Zaqafqaziya Seymi üzvləri Xəlil bəy Xasməmmədov və Məmməd Yusif
Cəfərovdan alınmış teleqramda xəbərdarlıq edilirdi ki, Bakı bolşeviklərinə qarşı cəza
tədbirləri görməyən hökumətə (Zaqafqaziya hökumətinə) qarşı müsəlmanlar
içərisində təbliğat aparılır. Yelizavetpol quberniyasında silahlı müdaxiləni və Bakı
Xalq Komissarları Soveti üzvlərinin həbs edilməsini tələb edən kütləvi mitinq və
yığıncaqlar başlandı.
Mart hadisələri Bakıda Sovet hakimiyyətinin süqutunun başlanğıcı oldu.
Zəhmətkeş müsəlman əhalisi Sovet hakimiyyitindən üz döndərməyə başladı. Çox
çək-mədi ki, iyulun 31-də Bakı Soveti iflasa uğradı.
Artıq azərbaycan xalqının müstəqilliyi zərurətə çevrilmişdi. Mayın 28-də
xalq öz istəyinə nail oldu və Azərbaycan xalq Cümhuriyyəti elan edildi.
252
XVI mövzu
Azərbaycan Sovet rejimi şəraitində
(1920-1930-cu illər)
Plan
1. AXC-nin süqutundan sonra Azrbaycanda sosial-iqtisadi vəziyyət. Sovet rejiminə
qarşı üsyanlar.
2. Azərbaycanda Sovet milli siyasəti. DQMV-nin təşkili.
3. Azərbaycanda sosialist yenidən qurmaları və onların nəticələri. Kütləvi siyasi
repressiyalar.
Ədəbiyyat
1. Azərbaycan tarixi.VII cilddə, VI, Bakı, 2000, cəh. 9-200,250-406.
2. Məmmədov İ, Məmmədov Ç. Siyasəti tarix, Bakı, 2004.səh.119-154
3. Siyasi tarix.I hissə Bakı, 1995, səh. 241- 267.
4. Siyasi tarix II hissə Bakı, 1998, səh..5-33.
5. Mustafazadə T. Ümumi tarix. IV cild, Bakı, 1997.
6. Məmmədzadə M. Milli Azərbaycan hərəkatı. Bakı, 1992, səh.147-149.
253
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra, 1918-ci il aprelin 28-də
Müvəqqəti İnqilab Komitəsi yeni hökumətin Az. SSR Xalq Komissarları Sovetinin
aşağşdakı tərkibini təşkil etdi: N.Nərmanov-XKS-in sədri, Ç.İldırım- hərbi dəniz
işləri komissarı, H.Sultanov-xalq daxili işlər komissarı, Ə.H.Qarayev əmək və
ədliyyə komissarı, Q.Musabəyov əkinçilik, ticarət, sənaye və ərzaq komissarı və s.
Elə həmin gün Gəncə də hakimiyyət İnqilab Komitəsinin əlinə keçdi. Həmin
komitəyə İ.M Əliyev başçılıq etdi. Aprelin axırına yaxın Quba, Şamaxı,Cavanşir
qəzası, Şəmkir, Gədəbəy rayonlarında hakimiyyət inqilab komitələrinin əlinə keçdi.
1920–ci il mayın birinci yarsında Sovet hakimiyyəti Naxçıvandan başqa,
demək olar, bütün Azərbaycanda qurulmuşdu. Əhalinin zəhmətkeş təbəqələri və
liberal hissəsi bu hakimiyyəti əsasən qəbul edir və dəstəkləyirdi.
Yeni yaranmış hakimiyyət elə ilk günlərdən 27 aprel bəyanatına şərtlərini
pozaraq AXC liderlərinin, görkəmli nümayəndələrinin, Azərbaycan ordusunun,
müdafiə nazirliyinin xadimlərinin geniş həbsləri həyata keçirilir.Onların bir çoxu
Nargin adasında gülləndi, Rusiyanın həbs düşərgələrinə sürgün edildi. Bütün bunlar
Azərbaycan İnqilab Komitəsinin icazəsi olmadan, millətçi rus sovimistlərinin və
erməni daşnaklarının başçılıq etdikləri XI Ordunun xüsusi şöbəsi tərəfindən
özbaşınalıqla edilirdi. Daşnak terorçuları 1920-21-ci illərdə F.X. Xoyiskini və H.B
Ağayevi Tiflisdə, Behbudağa Cavanşiri Malta adasında vəhşi-cəsinə qətlə
yetirdilər.General Süleyman Sulkeviç, hökumət üzvləri X.Pəfibəyov, İ.Ziyadxanov,
F.Köçərli, professor Zimin və başqaları terorun qurbanları oldular.
M.Ə.Rəsulzadə həbs olunsa da İ. Stalin tərəfindən təsadüf nəticəsində
ölümdən xilas olmuşdu. Başqa görkəmli xadimlər isə xaricə mühasirət etdikərinə
görə salamat qaldılar. Hətta M.Ə.Rəsulzadənin başçılığı altında Türkiyədə
Azərbaycan Milli Mühacirət Mərkəzi yaratdılar.
Azərbaycan zəhmətkeşləri yeni cəmiyyət quruculuğuna çətin şəraitdə baş-
ladılar. Vətəndaş müharibəsinin vurduğu yaraları sağaltmaq üçün qarşıda ciddi və
gərgin iş dururdu. Azərbaycanın kənd əhalisinin tərkibindəki müxtəlif millətlər
müəyyən qəzalarda əsasən yığcam halda ya.ayırdılar. Ermənilər əsasən Şuşa, Gəncə,
Cavanşir, Qaryagin, Şamaxı, Göyçay; gürcülər Zaqatala; kürdlər Cavanşir; ruslar
254
Gəncə, Cavad, Lənkəran və Şamaxı; talışar Lənkəran; tatlar isə Bakı və Quba
qəzalarının bəzi ərazilərində cəmləşmişdilər, şəhər əhalisinin milli tərkibi isə qarışıq
idi. Ölkədə ilk növbədə həqiqi milli sülh yaratmaq lazım idi. Çünki Azərbaycan
əhalisi çoxmillətli idi. 1920-ci il məlumatına görə, respublika əhalisinin 68.8 faizini
azərbaycan türkləri, 21.7 faizini ermənilər, 7.5faizini ruslar, 0.54 faizini gürcülər,
0,97 faizini yəhudilər, 7.09 faizini digər millətlər təşkil edirdilər.
Azərbaycanın gələcəyi üçün aqrar məsələnin həlli çox böyük əhəmiyyət kəsb
edirdi. Belə ki, 1921-ci ildə əhalinin əksəriyyətini – 77.6 faizini kənd əhalisi təşkil
edirdi. 1920-ci ilin mayında İnqilab Komitəsi torpağın əməkçi kəndlilərə verilməsi
haqqında dekret verdi. Dekretdə deyilirdi: “Xanların, bəylərin, mülkədarların bütün
torpaqları,bütün iş heyvanları və avadanlıqları ilə birlikdə ödənşsiz olaraq zəhmətkeş
xalqa verilir”. Dekreti həyata keçirmək məqsədilə qəza və kənd torpaq komi-tələri
yaradıldı. Dövlət əhəmiyyəti olan təsərrüfatların toxunulmazlığını, torpağın və
inventarın planlı şəkildə bölüşdürülməsini təmin etmək məqsədi ilə torpaq haqqında
dekreti həyata keçirmək üçün yerlərdə qəza və kənd torpaq komitələri təşkil
olunurdu. Torpaq haqqında dekretin həyata keçirilməsi Azərbaycan kəndində, əslində
sinfi təbəqələşməni dərinləşdirmək və siyasi vəziyyəti kəskinləşdirməklə kəndli
kütlələrinin fəallığını artırırdı.
Mayın 12-də İnqilab Komitəsinin verdiyi dekretə əsasən bütün meşələr, sular,
yeraltı sərvətlər respublika dövlətinin mülkiyyəti elan olunurdu. Bunların və təbiətin
canlı qüvvələri üzərində sərəncam hüququ mərkəzi sovet hakimiyyətinin nəzarəti
altında yerli sovetlərə verilirdi. Kəndlilər pay torpaqlarından istifadəyə görə xəzinəyə
ödəncdən və mülkədar torpağından istifadəyə görə isə natural vergidən azad edildilər
Mayın 27-də Neft sənayesi milliləşdirildi. Ticarət azadlığı haqqında xüsusi
qərar N.Nərmanov tərəfindən imzalandı.
Sovet hakimiyyəti silkləri və dini imtiyazları, qadınların hüquq
bərabərsizliyini, milli məhdudiyyətləri ləğv etdi. Söz, mətbuat və vicdan azadlığı elan
etdi, ana dilində təhsilin tətbiq olunduğu elan olundu. Sosial təminat və pensiyalar
haqqında dekretlər verildi.
255
1920-ci il mayın 7-də Az.SSR Qızıl Ordusunun və Qızıl Donanmasının
yaradıldığı elan olundu.
Əksinqilab, Sobataj və möhtəkərliyə qarşı mübarizə üçün Fövqalada Komis-
siya (FK) yaradıldı. Dövlot təşkilatlarının və ictimai təşkilatların fəaliyyətinə nəzarət
etmək üçün iyunun 9-da Fəhlə-Kəndli Müfəttişliyi (F.K.M) təsis edildi.
Azərbaycan hökuməti çox çətin şəraitdə özünün iqtisadi siyasətini həyata
keçirməyə başladı. İlk növbədə “hərbi kommunizm” siyasətinin əsas hissəsi olan
ərzaq sapalağını ləğv etmək lazım idi. 1921-ci ildən ərzaq sapalağı ləğv edilərək,
ərzaq vergisi tətbiq edilməyə başlandı. Bu siyasət ölkədə ərzaq çatışmazlığını
nisbətən aradan qaldırdı və kənd təsərrüfatının müəyyən qədər inkişafına təkan verdi.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Qərb dövlətləri öz
işğalçı fikirlərindən əl çəkmək istəmirdilər. Onlar Böyük Birtaniyadan asılı olan
“İran-Azərbaycan Federasiyası ” yaratmaq ideası ilə yaşayırdılar.
Qərb dövlətləri antisovet çıxışlar təşkil etmək məqsədilə Azərbaycana
agentlər, böyük miqdarda silah göndərirdilər.Antisovet qüvvələr əhali arasında Sovet
hakimiyyəti əleyhinə təbliğat aparırdılar, dindarlar, fanatiklər əhalini silaha sarılaraq
silahlı çıxışlara səsləyirdilər.
Üsyanların təşəbbüsçüləri Gəncədəki milli qüvvələr oldu.Onlar mayın 25-
də Sovet hakimiyyətinə və Qızıl Ordu qarnizonuna qarşı fəal silahlı çıxışa
başladılar.Üsyanın əsas səbəblərindən biri milli zabitlərin xidmətdən çıxarılması və
ruslarla əvəz edilməsi idi. Mayın 28-dən-29-na keçən gecə 1800 nəfərlik Gəncə
qarnizonu üsyan qaldırdı və şəhərin müsəlmanlar yaşayan hissəsini tutdu. Üsyanı
yatırmaq üçün XI ordu hissələri hücuma keçdi və üsyan yatırılarkən minlərlə üsyançı
həlak oldu.Onların arasında görkəmli ictimai-siyasi xadimlər var idi.General Mirzə
Qacar, Cavad bəy Şıxlınıski, palkovnikn Cahangir bəy Kazımbəyov qətlə yetirildilər.
Ə.Şıxlınıski və S.Mehmandarov həbs edilsələr də, N.Nərmanovun təkidi sayəsində
azad edilərək, hərbi xidmətlərdə istifadə olunmaq üçün Moskvaya göndərirdilər.
General Nuru paşanının rəhbərliyi ilə Qarabağda başlayan üsyan Şuşa,
Ağdam və Bərdəni də əhatə etdi. Üsyanda Azərbaycan priyada polku və yerli
256
bəylərin silahlı dəstələri iştirak edirdilər.1920-cu il iyunun 15-də rus qoşunlarının
hücumu ilə üsyan yatırıldı.
Qarabağ üsyanının yatırıldığı vaxt Zaqatala dairəsində üsyan qalxdı və Şəki
bölgəsinin də bir hissəsini əhatə etdi. Bu üsyan iyunun 6-da belə bir bəhanə ilə baş-
ladı ki, guya Gürcüstan Azrbaycana müharibə elan etmişdir. Digər bəhanə əhalinin
silahı təhvil verməsi barədə verilən əmr oldu.
Molla Hafiz Əfəndinin başçılıq etdiyi 1000-dən çox üsyançılar və onlara
qoşulmuş Aərbaycan qoşunlarının buradakı zabitləri İnqilab Komitəsinin bütün
üzvlərini həbs etməyə başladılar.
İyunun 18-də Qızıl Ordu hissələri şəhərə daxil olaraq qalanı tutmuş və
üsyanı yatırmışdılar.
Sovet hakimiyyətinə qarşı üsyanlar Xankəndində,Qutqaşendə (Qəbələ),
Xaçmasda, Naxçıvanda və şair yerlərdə baş vermiş, lakin rus Qızıl Ordusu tərəfindən
amansızlıqla yatırılmışdı. Bütün bu üsyanlar sübut edir ki, əhalinin müəyyən
təbəqələri Sovet hökumətinin yeritdiyi siyasətdən narazı idilər.
Azrbaycan əhalisi çoxmillətli idi. Azəri türklərindən əlavə burada erməni,rus,
gürcü, ləzgi,ukraynalı,kürd,yəhudi və talışlar da yaşayırdılar. Lakin ötən dövr ərzində
milli münasibətlər olduqca kəskinləşmişdir.Ermənistanın başladığı təcavüz
xalqımızın həyatında dərin iz buraxmışdı. Milli münasibətlərin çox mürəkkəb olduğu
bir şəraitdə ilk növbədə respublikada yaşayan xalqlar arasında milli sülh
yaradılmasına başlamaq lazım idi. Ona görə də bütün millətlərin nümayəndələrinin
yeni respublika qurucaluğuna cəlb edilməsinə xüsusi diqqət yetirilirdi. 1920-ci ilin
iyulunda Az.KP MK-si yanında milli azlıqlar şöbəsi yaradıldı. Milli azlıqlar arasında
mədəniyyət-maarif işinin təşkilinə xüsusi diqqət yetirilirdi. Milli azlıqlar şöbələri
məktəblər, kitabxanalar və digər mədəni – maarif idarələri açır, yeni dərsliklər və
ədəbiyyat nəşr olunurdu.Pedaqoji kadrlar hazırlamaq məqsədilə tədrisin ana dilində
aparıldığı xüsusi kurslar açılmışdı.
Respublikada yaşayan digər milli azlıqların hüquq və mənafelərinin hər
vasitə ilə qorunmsı hökumətin milli siyasətinin əsasını təşkil edirdi. Məsələn,
hökumət vətəndaş müharibəsi dövründə Muğanda dağıdılmış rus kəndlərinin
257
bərpasına hər cür yardım göstərirdi. Bu kəndlərin əməkçi kəndlilərinə pul, iş heyvanı
və kənd təsərrüfatı alətləri verilirdi.
Dağlıq Qarabağda azərbaycanlılarla ermənilər arasında dinc münasibətlər bərpa
olundu.Torpağın əməkçi xalqa verilməsi Azərbaycan qəzalarında normal milli
münasibətlər yaradılmasında mühüm rol oynadı.
Çoxmillətli ölkədə yeni cəmiyyət quruculuğu buradakı bütün millətlərin və
xalqların zəhmətkeşlərinin sıx iqtisadi əməkdaşlığının təmin olunmasını tələb
edirdi.Cənubi Qafqaz respublikaları vahid iqtisadi məkan idi. Ona görə də bu
respublikaların iqtisadi ittifaqı məsələsi qarşıda dururdu.
1921-ci ilin aprelində Qafqaz respublikalarını vahid bir təsərrüfat mərkəzi
hallında birləşdirmək məsələsi qarşıya qoyuldu.
1922-ci il martın 12-də Tiflisdə Azərbaycan, Gürcüstan və Ermənistan
nümayəndələrinin səlahiyyətli konfransı Zaqafqaziya Sovet Sosialist Respublika-
larının Federativ İttifaqını (ZSSPFİ) yaratdı.
1922-ci ilin yayından etibarən bu ittifaqın Zaqafqaziya Sovet Federativ
Soialist Respublikasına çevrilməsi və bunun SSRİ-yə daxil edilməsi uğrunda
kompaniya başladı. Dekabırın 30-da Ümumittifaq Birinci Sovetlər qurultayında Sovet
respublikalarının səlahiyyətli nümayəndələri SSRİ-nin yaradılması haqqında
müqavilə imzaladılar. SSRİ-yə RSFSR. Ukrayna SSR Belorusiya SSR və ZSFSR-
daxil oldular.
Siyasi əhəmiyyətinə və səsial iqtisadi nəticələrinə görə SSRİ-nin mühüm
tarixi rolu oldu. SSRİ Ümumdünya tarixinin müəyyən dövründə güclü dövlətə
çevrilərək, dünya birliyinin inkişafı gedişinə güclü təsir göstərdi.
Lakin sosialist ideyalarının deformasiyaya uğraması, milli siyasətin elan
etdiyi əsl prinsiplərdən geri çəkilməsi, hakim millətçilik şovinizminin güclənməsi bu
dövlətin süqutuna gətirib çıxardı.
Azərbaycanda Sovet hakimiyyətinin qələbəsindən sonra da, daşnak-erməni
silahlı qüvvələrinin təcəvüzkar hərəkətləri nəticəsində Naxçıvanda gərginlik hələ də
davam edirdi. Buranın əhalisi N.Nərmanova müraciət edərək Naxçıvanı azad etməyi
və Azərbaycanla birləşdirməyi xahiş etdilər.
258
1920-ci il iyunun 28–də XI Ordunun 1-ci Qafqaz alayı Naxçıvana daxil
oldu və oradan erməni- daşnak işğalçıları qovuldular. Beləliklə Naxçıvan diyarında
da Sovet hakimiyyəti quruldu. Naxçıvan Sovet Sosialist Respublikası elan edildi.
Naxçıvan diyarı haqqında Əsasnamədə deyilirdi:
“Naxçıvan diyarı AZ.SSR-nin qəyyumluğu altında muxtar respublika elan
edilərək Naxçıvan SSR adlandırılsın.”
Hələ AXC dövründə Dağlıq Qarabağda erməni millətçiləri hər vasitə ilə
bu ərazini Azərbaycandan qoparmağa çalışırdılar. 1919-cu il avqustun 5-də Dağlıq
Qarabağ ermənilərinin qurultayında Azərbaycan hökuməti ilə müvəqqəti saziş
imzalamışdılar. Sazişə görə Şuşa, Cəbrayıl və Cavanşir qəzalarının ermənilər yaşa-
yan dağlıq hissəsi və onun erməni əhalisi mədəni-milli muxtariyyət əsasında
Azərbaycan Respublikasının tərkibində qalırdı. Lakin daşnak ermənilər həmin sazişi
pozaraq Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına çalışırdılar.
1920-ci il aprel çevrilişindən sonra da Ermənistan Naxçıvan, Zəngəzur, Dağlıq
Qarabağ və Şərur-Dərələyəz torpaqlarını ələ keçirmək niyyətində idi. Erməni hərbi
hissələri 1920-ci ilin yayında Zərgəzuru dağıdıb Naxçıvana hücum etdilər. Əhalinin
tələbi ilə Naxçıvanı müdafiə etmək üçün Veysəl bəyin başçılığı ilə köməyə gələn türk
qoşun hissələri Naxçıvanı nəzarət altına aldılar. 1920-ci ilin iyulunda XI Qırmızı ordu
hissələri də Naxçıvana girdi. 1920-ci ilin avqustunda Sovet Rusiyası ilə Ermənistan
arasında bağlanmış müvəqqəti sazişə görə, Şərur-Dərələyəz qeyd-şərtsiz Ermənistana
verilir, rus qoşunlarının zəbt etdiyi Qarabağ, Zərgəzur və Naxçıvan mübahisəli
ərazilər elan olunur. 1920-ci il oktyabrın əvvəllərində təcili olaraq Naxçıvanda
fövqəladə komissarlığın yaradılması faktiki olaraq Naxçıvanı Ermənistan
idarəçiliyinə vermək məqsədi güdürdü. Ermənistan sovetləşdikdən (29 noyabr 1920)
sonra AK(b)P MK Siyasi və Təşkilat bürolarının 1920-ci il 30 noyabr tarixli qərarına
müvafiq olaraq dekabrın 1-də Nərimanovun “…Sovet Azərbaycanı ilə Sovet
Ermənistanı arasında heç bir sərhəd mövcud deyildir…” bəyanatı erməniləri
Azərbaycandan yeni ərazilər qoparmaq iddialarını daha da artırdı. 1921-ci il fevral-
mart aylarında keçirilən Moskva danışıqlarının əsas obyektlərindən biri Atatürkün
“Türk qapısı” adlandırdığı Naxçıvanın statusu məsələsi idi. Türkiyə nümayəndəsi
259
bildirdi ki, Azərbaycanın Naxçıvan üzərində himayəsi o zaman təmin olunar ki, o bu
himayəni 3-cü bir dövlətə güzəştə getməyəcəyinə dair öhdəlik götürsün. Rusiya isə
Azərbaycanın himayəsi altında Naxçıvana muxtariyyət verilməsini və onun
sərhədlərinin müəyyənləşdirilməsini ön plana çəkirdi. 1921-ci il martın 16-da RSFSR
ilə Türkiyə arasında Moskvada müqavilə imzalandı. Müqavilənin 3- cü maddəsində
göstərilirdi ki, tərəflər müqaviləyə əlavədə nəzərdə tutulan sərhədləri ilə
Azərbaycanın himayəçiliyi altında Naxçıvanın muxtar ərazi olmasına razılıq verirlər
və Azərbaycan onu 3-cü dövlətə güzəştə getməməlidir. 1921-ci il oktyabrın 13-də
Qarsda imzalanmış müqavilədə Naxçıvanın Azərbaycan ərazisi olması bir daha
təsdiqləndi, onun sərhədləri və gələcək statusu qəti olaraq müəyyənləşdirildi. 1929-
1931-ci illərdə Ordubad və Zəngilan rayonlarının bir sıra kəndləri Ermənistana
verildi və bu ərazi Mehri rayonu adlandırıldı. Nəticədə Naxçıvanla Azərbaycanın
digər torpaqları arasında olan sərhəd bağlandı. Nax- çıvan barədə 1922-ci ilin yazında
təsdiq olunmuş Əsasnamədə Naxçıvan Sovet Sosialist Respublikası (NSSR) adı ilə
Azərbaycan SSR himaysində muxtar respublika elan olundu. 1923-cü ilin fevralından
dekabrına kimi o, Azərbaycan SSR tərkibinə muxtar ölkə kimi, dekabrın 31-də qəbul
olunmuş qərara görə Naxçıvan ölkəsi Naxçıvan SSR, 1924-cü il fevralın 9-da
Naxçıvan MSSR kimi daxil oldu. 1921-ci ilin yayında Əlahiddə Qafqaz ordusunun
hissələri hücum etdi və Yuxarı Zəngəzur Ermənistana birləşdirildi. 1921-ci ilin
yayında Ermənistan SSR XKS sədri A.Myasnikov tərəfindən Dağlıq Qarabağ
Ermənistanın ayrılmaz tərkib hissəsi elan olundu. Dağlıq Qarabağda fövqəladə
nümayəndə təyin olunan A.Mravyan N.Nərimanovun təkidi ilə iyunun 27-də geri
çağırıldı. 1920-ci ilin dekabrında Türkiyə ilə Ermənistan arasında imzalanmış Gümrü
(Aleksandropol) sülh müqaviləsinə görə, İrəvan bölgəsi və Göyçə gölü istisna
olmaqla, bütün Ermənistan ərazisi təxminən 10 min kv.km hüdudlarında
müəyyənləşdirilmişdi. Lakin Rusiya bir müddətdən sonra Gümrü sülh müqaviləsini
tanımaqdan imtina etdi. RK(b)P-nin Qafqaz bürosu 1921-ci il iyulun 4-də toplanmış
plenumunda Qarabağ məsələsini müzakirə etdi. Müzakirələrdə 2 fikir irəli sürüldü: I,
Qarabağın Azərbaycanın tərkibində saxlanılması və bütün əhalisi arasında rəy
sorğusu keçirilməsi; II, Qarabağın dağlıq hissəsinin Ermənistanın tərkibinə qatılması
260
və rəy sorğusunun yalnız ermənilər arasında keçirilməsi. İclasda əksəriyyət
(Orcanikidze, Myasnikov, Kirov) 2-ci təklifə səs verdi. Lakin N.Nərimanovun qəti
etirazı, kəskin narazılıq yarandığını nəzərə alaraq Qafqaz Bürosu son qərar üçün
məsələni RK(b)P MKnın müzakirəsinə verməyi tövsiyə etdi. Məsələ iyulun 5-də
Qafqaz bürosunun plenumunda yenidən müzakirə olundu. Plenum RK(b)P MK-nın
rəyini nəzərə alaraq Dağlıq Qarabağın Azəraycan SSR-in tərkibində saxlanılması
qərarını qəbul etdi, paytaxtı Şuşa şəhəri olmaqla geniş vilayət muxtariyyəti verilməsi
bəndi salında. Bu məsələdə Stalinin, Çiçerinin, Orconikidzenin və Kirovun həlledici
rolu olmuşdu. Lakin bu qərar Azərbaycan rəhbərliyini qane etmirdi. Buna
baxmayaraq, 1923-cü il iyunun 27-də RK(b)P Zaqafqaziya Ölkə Komitəsinin
plenumunda bu qərar təsdiq olundu. S.Orconikidzenin təkidi ilə Azərbaycan MİK-i
1923-cü il 7 iyul tarixli qərarı ilə Azərbaycan SSR-in tərkibində Dağlıq Qarabağ
Muxtar Vilayətinin (DQMV) yaradıldığını elin etdi.
Bu “xəyanətkar səxavətlilik” Azərbaycan millətinin mənafeyinə, Vətənin
gələcəyinə ciddi ziyan vuran bağışlanmaz cinayət idi. Qondarma Dağlıq Qarabağ
problemi şovinist rus imperiyasının Azərbaycan xalqına, onun taleyinə qarşı vaxt
aşırı istifadə etmək üçün bir alət oldu.
Çoxmillətli ölkədə yeni cəmiyyət quruculuğu buradakı millətlərin və
xalqların sıx iqtisadi əməkdaşlığının təmin olunmasını tələb edirdi.
1921-ci ilin martında Azərbaycanın Moskvadakı nümayəndəliyi Cənubi
Qafqaz Respublikalarının birləşmələrinin zəruri olduğu haqqında məsələ qaldırdı.Bu
Cənubi Qafqaz respublikalarının təsərrüfat fəaliyyətinin birləşdirmələri üçün zəruri
idi. Avqustun 7-də bu respublikaların iqtisadi siyasətinin əsas istiqamətləri müəyyən
olundu. İlk növbədə xalq təsərrüfatının elektirikləşdirilməsinin həyata keçirilməsi,
suvarma sisteminin genişləndirilməsi maliyyə sisteminin birləşdirilməsi, vahid pul
nişanı buraxılması həyata keçirilməli idi. Bütün bunları əlaqələndirmək üçün iqtisadi
Büro yaradıldı.
1920-ci ildən həyata keçirilən “hərbi kommunizm” siyasətinə uyğun olaraq
ərzaq sapalığının tətbiqi, xüsusi ərzaq komissiyaları tərəfindən kəndlilərin qarət
olunması Sovet hakimiyyətinə olan ümidini tamamilə puça çıxartmışdı. Kəndlilər
261
yerli inqilab komitələri, ərzaq agentləri və Qırmızı Ordu nümayəndələri tərəfindən
onların bütün at və iş heyvanlarının mənimsənilməsindən və iş heyvanı olmadığı
üçün bundan sonra torpağı əkə bilməyəcəklərindən şikayət edirdilər.
Sovet Rusiyasının özündə də hərbi kommunuzm siyasəti böyük narazılıq
doğurduğundan 1921-ci ilin martında RK(b)P X qurultayı ərzaq sapalağını ləğv
etmək, natural ərzaq vergisinə keçmək barəsində qərar qəbul etdi. Ərzaq vergisinin
miqdarı ərzaq sapalağından az idi. Ərzaq vergisi ödənildikdən sonra qalan məhsul
kəndlinin ixtiyarında qalırdı və o, bu məhsulu azad surətdə sata da bilərdi. ġəhərlə
kəndin, sənaye ilə kənd təsərrüfatının iqtisadi əlaqələrini qoruyub saxlamaq üçün, bir
müddət əmtəə istehsalını (alğı-satqı vasitəsi ilə mübadiləni) saxlamaq nəzərdə
tutulurdu, müəssisələr öz məhsulunun bir hissəsindən istədiyi kimi istifadə edə bilirdi
ki, bu da fəhlələri maddi cəhətdən həvəsləndirirdi. Kiçik və kustar sənaye, xüsusi
ticarət şəbəkəsi genişləndi, YİS-in tətbiqi ilə torpağı icarəyə götürməyə, muzdlu
əmək tətbiq etməyə icazə verildi, sənaye müəssisələri təsərrüfat hesabına keçirildi,
onların bir çoxu kooperativlərə, şirkətlərə, yaxud xüsusi şəxslərə icarəyə verildi. O
vaxt V.İ.Lenin etiraf etmişdi: "Biz müəyyən dərəcədə yenidən kapitalizm yaratdıq".
YİS hər şeydən əvvəl ölkəni iqtisadi və siyasi böhrandan çıxarmaq, fəhlə sinfi ilə
kəndlilərin ittifaqını möhkəmləndirmək məqsədini daşısa da, onu "ciddi və uzun
müddətə", "lakin... həmişəlik yox", həyata keçirmək fikrində idi. iqtisadiyyatın hakim
mövqeləri "bolşevik" dövlətinin əlində qalırdı ki, bu, qüvvələri yenidən
qruplaşdırmaq, proletariat diktaturasının" iqtisadi hakimiyyətini gücləndirmək
məkanı yaradırdı. 1921-ci ilin yazından başlayaraq Azərbaycan SSR-də də "hərbi
kommunizm" siyasətindən YİS-ə keçid əməli olaraq həyata keçirilirdi.
Çanaq. Ərzaq vergisinin tətbiqi. YİS-in A zərbaycanda tətbiqi kəndlilərdə kənd
təsərrüfatı məhsulları istehsalını və əmək fəallığını artırmaq üçün maraq oyatdı.
Ərzaq siyasəti sahəsində də köklü dəyişikliklər baş verdi. 1921-ci ildə Azərbaycan
kəndlilərinə öz məhsullarından istədikləri kimi sərbəst istifadə etmək imkanı
yaradıldı.
Azərbaycanın kənd təsərrüfatının bərpasında irəliləyiş əldə olundu. 1921-1925-ci
illərdə əkin sahəsi 500 min desyatindən 966 min desyatinə çatdırıldı. 1925/26-cı ildə
262
respublika kənd təsərrüfatında məhsuldarlıq müharibədən əvvəlki səviyyənin 80,2
faizi, 1926/27-ci ildə isə 105 faizi qədər oldu. Ümumi əkin sahəsində pambıqçılığın
keçmiş xüsusi çəkisinin bərpasının mühüm xalq təsərrüfatı əhəmiyyəti var idi,
1925/26-cı ildə pambıq əkini sahəsi 1913-cü il səviyyəsinin 97,2 faizini, toplanmış
məhsulun isə 80,2 faizini təşkil edirdi. Pambıq əkini sahəsi 1921 -ci ildə ümumi əkin
sahəsinin 0,9 faizini təşkil edirdisə, 1926- ci ildə 9,7 faizə çatdı. Azərbaycanda
pambıqçılığın sürətlə bərpası, sərfəli qiymət, pambıqçı kəndlilərin taxıl və zəruri
sənaye malları ilə təchiz edilməsi və aqrotexniki tədbirlər onun gəlirli sahəyə
çevrilməsinə səbəb olmuşdu. 1924-cü ildə respublika pambıq istehsalı və xam
pambıq tədarükünə rəhbərlik etmək üçün 113 xüsusi "Azdövlətpambıq" idarəsi
yaradıldı. Bu idarə əslində pambıq istehsalını hər vəchlə qaldırmaq üçün pambıqçı
kəndliləri həddindən artıq inzibati-amirlik metodları ilə səfərbər edən ağır istismar
orqanı rolunu oynayırdı. Üzümçülük də yenidən bərpa olundu. 1925-1926-cı ildə
üzümlüklərin sahəsi 1913-cü ilin səviyyəsinə çatdı. Lakin əkinçiliyin bütün sahələri
eyni səviyyədə bərpa olunmurdu. Baramaçılıq geri qalırdı, 1926/27-ci ildə əldə
edilmiş barama 1913-cü ildə yetişdirilmiş baramanın 60 faizini təşkil edirdi.
Heyvandarlıq da çox çətinliklə dirçəlirdi 1925/26-cı ildə heyvandarlıq məhsulu
müharibədən əvvəlki səviyyənin 85,4 faizini, mal-qaranın sayı isə 83,6 faizini təşkil
edirdi. Atların, qoyun və keçilərin sayı 1914-cü ildəkindən bir qədər çox idi. Lakin
iribuynuzlu mal-qaranın sayının artması müharibədən əvvəlki səviyyədən hələ də çox
geri qalırdı.
1925-ildən başlayaraq sosialist sənayeləşdirilməsi siyasəti yeridilməyə başlandı.
Bu siyasətdə başlıca məqsəd sosializmin maddi-texniki bazasını yaratmaq, sosialist
istehsal münasibətlərini inkişaf etdirmək və ölkənin müdafiə qabilyətini
möhkəmləndirməkdən ibarət idi.
1926-cı ildə Respublikanın sənayeləşdirilməsi üzrə komissiya yaradıldı. Bu
komissiyanın sədri Q.Musabəyov idi. Həmin komissiya 1926-30-cu illərdə Respub-
lika sənayesinin inkişafına dair plan layhiəsi işləyib hazırladı. Ən çox neft sənaye-
sinin və pambıqçılığın inkişafına xüsusi diqqət yetirilirdi.
263
Lakin respublikada sənayeləşmə çox çətin şəraitdə gedirdi. Texniki-iqtisadi
gerilik, müxtəlif ictimi-iqtisadi ukladların olması, sinfi düşmənlərin müqavimət
göstərməsi bu çətinliklərdən idi.
Bu dövrdə işsizlik də hələ ləğv edilməmişdi. Onların sayı 55 minə qədər idi
(1927-ci ildə).
Azərbaycanda sənayeləşmə sürətlə getdiyi bir dövrdə müxalifət qüvvələri
(Sarkis, A.Babayev, Skublninski və başqaları) sosialist quruluşuna şübhə ilə
yanaşırdılar.
Lakin 1926-1928-ci illərdə artıq sənayeləşmə sahəsində ilk nailiyyətlər əldə
edildi. Gəncədə yağ-sabun kombinatı, Bakıda iri çörək zavodu, Putada neft quyusu ,
oksigen–asetilen zavodu işə salındı. 1926-cı ildə Bakını neft rayonları ilə birləşdirə
ilk elektrik dəmir yolu hərəkətə başladı. Yeni neft yataqlarının axtarılıb tapılması
sahəsində işlər genişləndi.
1928-1929-cu illərdə Azərbaycanda sənayeləşmənin textiki cəhətdən
yenidən qurulmasının birinci mərhələsi başa çatdı.
Elektrikləşdirmə sahəsində xeyli uğurlar əldə edildi. Salyan, Füzuli və
Şəkidə elektrik stansiyaları tikintisi başa çatdı. Sənayenin inkişafı ilə yanaşı fəhlə
sinifinin də sayı artırdı. 1927-ci ildə onların da sayı 47 mindən 200 minə çatdı.
Sənayeləşmə ilə yanaşı kənd təsərrüfatının da sosialistcəsinə yenidən
qurulması prosesi genişlənməyə başladı. Xırda fərdi təsərrüfatlar vasitəsilə şəhər
əhalisini ərzaqla təmin etmək çox çətin idi. Kənddə xüsusi mülkiyyətçilik
münasibətləri sənayenin də inkiçafına maneçilik törədir. 1928-ci ildə fərdi kəndli
təsərrüfatların sayı 354 minə çatırdı. Bu vəziyyətdən çıxış yolu kollektiv
təsərrüfatların yaradılmasında idi.
1927-ci ildən baçlayaraq kənddə kolxozların yaradılması siyasəti genişləndi. Bu
prosesə rəhbərlik etmək üçün Azərbaycan Mərkəzi Kolxoz idarəsi yaradıldı. Artıq
1928-ci ildə 289 belə təsərrüfat yaradılmışdı. Eyni zamanda sovxozlar texniki
cəhətdən kolxozlara yardım edirdilər. Bu məqsədlə inzibati və zorakılıq yolu ilə
kəndliləri kolxozlara yazmağa başlamışdılar. 1928-ci ildən sonra qolçomaqları
məhdudlaşdırmaq və sıxışdırmaq siyasəti yürüdülürdü: onlara yüksək vergilər
264
qoyulur, artıq taxılları zorla müsadirə edilir, muzdur 268 saxlamaq, torpağını və
texnikasını icarəyə vermək məhdudlaşdırılırdı, bir sinif kimi ləğv etmək siyasəti
keçirildi, Sibir və Qazaxıstanın şaxtalı ərazilərinə sürgün olundu. 1930-cu ildə kütləvi
olaraq kəndlilər kolxozlardan çıxmağa başladılar, lakin 1930-cu ilin sonu- 1931-ci
ilin əvvələrindən etibarən kolletivləşmə dalğası yüksəlməyə başladı. 1937-ci ildə
bütün kəndli təsərrüfatının 86,5%-i kolxozlarda birləşdirilmişdi. 1930-cu ilin birinci
yarısında Şəki-Zaqatala mahalında, Naxçıvan MSSR-in Keçili kəndində, Xızı
dairəsinin Ağdərə kəndində, Şəmkirin Bitdili kəndində, Cəbrayıl qəzasının Sirik
kəndində və s. yerlərdə kəndli üsyanları baş vermişdi. Təkcə 1931-ci ildə
kollektivləşdirməyə qarşı çıxan 132 qaçaq dəstəsi fəaliyyət göstərmişdi. Bu siyasətin
zorakılıqla yerinə yetirilməsi nəticəsində kollektivləşdirmənin 4 ilində ona qarşı 400-
dən çox silahlı qaçaq dəstəsi mübarizə aparmışdı. Bu siyasət sanki çarizmin ənənəvi
təhkimçilik qayda-qanunlarının bərpası demək idi. Belə ki, 1950-ci illərin sonuna
kimi pasportu olmayan kolxozçu icazəsiz mənsub olduğu kolxozun hüdudlarından
kənara gedə bilməzdi və ya istədiyi təsərrüfata keçmək hüququ da yox idi, kolxozlar
sanki əmək düşərgələrini xatırladırdı.
Göstərmək lazımdır ki, kolxoz quruculuğu çətin şəraitdə yerinə yetirilirdi.
Kənddə sinfi mübarizə dərinləşir, sovet quruculuğunun qatı düşmənləri olan qol-
çomaqlar kolxoz quruculuğuna qarşı mübarizə aparırdılar. Onlar quldur dəstələri
yradaraq kənd fəallarını öldürür, taxıl zəmilərini yandır, kolxozun anbarlarını
dağıdaraq sapotajçılıqla məşğul olurdular. Qolçomaqlara qarşı Azərbaycan Dövlət
Siyasi İdarəsi mübarizə aparırdı.
Kollektivləşdirmədə baş verən əyintilər - kəndli təsərrüfatlarının zorla kolxozlara
daxil edilməsi, qolçomaqlara qarşı qanunsuz cəza tədbirləri, bir çox hallarda isə
ortababların, bəzən yoxsul təsərrüfatların belə "qolçomaq" kimi qələmə verilməsi 30-
cu illər Azərbaycan kəndində iqtisadi, ictimai-siyasi vəziyyəti gərginləşdirdi, əhalinin
narazılığını artırdı.
İkinci beşillik müddətində Azərbaycanda kənd təsərrüfatının mütəxəssis
kadrlarla təmin edilməsi üçün bir sıra işlər görülmüşdü. Dörd il ərzində (1932 - 1935-
ci illərdə) Azərbaycanda 29 min traktorçu, sürücü, mexanik, kombaynçı və kolxoz-
265
sovxoz istehsalı texnikasından başı çıxan qabaqcıl ustalar hazırlanmışdı. 1935-ci ildə
Azərbaycanda aqronomların sayı 645-ə, baytar həkimlərin sayı 275- ə,yerölçənlərin
sayı 294-ə çatmışdı. İnqilabdan əvvəlki Azərbaycanda ümumiyyətlə zootexnik peşəsi
olmadığı halda, 1935-ci ildə respublikanın kənd təsərrüfatında 104 zootexnik
çalışırdı. Bu sahədə başlıca rolu Azərbaycan Kənd Təsərrüfatı İnstitutu (AKTİ) və
orta ixtisas kadrları hazırlayan texnikumlar oynamışdı. 193l-1934-cü illərdə 267
yalnız AKTİ respublikanın kənd təsərrüfatına 530 nəfər aqronom, kənd təsərrüfat
mexanizatoru, bitkiçi, baytar və başqa ixtisaslardan olan mütəxəssis vermişdi. Həmin
müddətdə isə texnikumlar 1213 nəfər mütə xəssis buraxmıĢdı. Həmçinin MTS-lərin
texniki heyəti başqa ixtisas məktəblərində hazırlanan kadrlar hesabına da
möhkəmləndirilirdi. İl yarıma yaxın müddətdə bu məktəblərdə min nəfərdən artıq
traktorçu, briqadir və texnik hazırlanmışdı. MTS və sovxozlarda traktor parkının
güclənməsi va mürəkkəb kənd təsərrüfatı maşınlarının artması ilə əlaqədar olaraq
1933-cü ildə Göyçay və Alpoutda traktorçular, Prişibdə isə kombaynçılar məktəbi
təşkil edilmişdi. Bir il ərzində bu məktəblərdə 490 traktorçu, 219 briqadir, 34
mexanik, 34 tornaçı briqadir və 34 kombaynçı hazırlanmıdı.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra mədəni quruculuq
sahəsində də mühüm irəliləyişlər oldu.
1920-ci ildən başlayaraq Azərbaycanda savadsızlığın ləğv edliməsi sahəsində
işlər görülməyə başlandı. Bunumla əlaqədar savadsızlığı ləğv edən məktəblər yara-
dıldı. 1923-cü ildə Respublika hökuməti yanında Q.Musabəyov başda olmaqla
savadsızlığa qarşı mübarizə Komitəsi yaradıldı. 1922-1926-cı illərdə savadsızlığı ləğv
etmə məktəblərində 42,7 minə qədər adam savadsızlığını ləğv etmişdi.
1930-31-ci illərdə respublikada ümumi icbarıi təhsil tətbiq edilməyə baçlandı.
Köhnə məktəblərin əvəzində iki tipli kütləvi təhsil məktəbləri- 5 illik təhsil müddəti
olan bir dərəcəli ibtidai məktəb, 4 illik təhsil müddəti olan iki dərəcəli məktəb (orta
məktəb) yaradıldı. Məktəblərdə dini təlim ləğv edildi.
1925-ci il mayın 25-də Bakıda Azərbaycan müəllimlərinin I qurultayı keçirildi.
Qurultayda respublikada yeni məktəb quruculuğu sahəsində əldə edilmiş uğurlara
yekun vuruldu.
266
Xalq təhsilinin inkişafında əlifba islahatının həyata keçirilməsinin mühüm rolu
olmuşdur. 1929-cu il yanvarın 1-dən latın əlifbası qəbul olundu. Lakin təəsüf ki,
1940-cı il yanvarın 1-dən rus-kirill əlifbaslna keçid o qədər də məqsədə uyğun deyildi
və bu siyasət bilavasitə Moskvanın göstərişi ilə həyata keçirilmişdi.
Bu dövrdə mədəni-maarif müəssisələrinin genişləndirilməsi sahəsində də
müəyyən içlər görüldü. Mədəni-maarif işində qiraət evlərinin,qırmızı guşələrin,
kitabxana və klubların təşkil edilməsi əsas yer tutrdu .
1920-ci ildə Bakıda ilk dəfə Əli Bayramov adına Mərkəzi klub yaradıldı. Bu
klubun yaxın qəzalarda 17 şöbəsi fəaliyyət göstərirdi. Həmin klubların nəzdində
ümumtəhsil və peşə kursları, məktəblər, sənətkarlıq, tikinti, toxuçuluq və
s.emalatxanlar, musiqi, qram dərnəkləri fəaliyyət göstərirdi.
1925-ci ildə Respublikada 75 kütləvi kitabxana fəaliyyət göstərirdi.
Bu dövrdə mətbuat və nəşriyyat işi də inkişaf stməyə başladı.Respublikada qəzet
və jurnallar şəbəkəsi xeyli genişləndi. “Yeni yol”, “Molla Nəsrəddin”, “Maarif və
mədəniyyət” jurnalları çap edilməyə başladı.
Bu dövrdə orta ixtisas və ali təhsilin də inkişafına diqqət yetirilirdi.1926/27-
ci tədris ilində respublikada 39 pedaqoji, kənd təsərrüfatı, sənaye texniki, nəqliyyat,
tibb üzrə orta ixtisas məktəbi fəaliyyət göstərirdi. 1920-ci ildən BDUyeni inkişaf
mərhələsinə qədəm qoydu. Yeni fakültələr-fizika-riyaziyyat və şərqşünaslıq fakültəsi
açıldı.
1921-ci ildə Azərbaycan Politexniki institutu yaradıldı. Onun tərkibində
texnologiya, mühəndis-inşaat və kənd təsərrüfatı fakültələri yaradıldı. Sonralar 1929-
cu ildə kənd təsərüfatı fakültəsi əssında Gəncədə Kənd Təsərrüfatı İnstitutu
yaradıldı.
1921-ci ildən Azərbaycan Dövlət Pedoqoji İnstitutu fəaliyyətə başladı. 1922-ci
ildə Qadın Pedoqoji İnstitutu da təşkil edildi və sonralar APİ ilə birləşdi.
Ümumiyyətlə 1926/27-ci tədris ilində Respublikada fəaliyyət göstərən 5
ali məktəbdə 5351 nəfər tələbə təhsil alırdı.
267
Azərbacanın sosial və iqtisadi inkişafında 30-cu illərdə çox böyük irəliləyişlər
olmuşdur.1928-32-ci illərə dair birinci beşillik plan vaxtından qabaq yerinə
yetirildi.Neft və digər sənaye sahələri, aqrar sahədə böyük inkişaf nəzərə çarpırdı.
Xalq təsərrüfatının yenidən qurulmasının həlledici mərhələsi başa çatır,
sosializmin maddi-texniki bazası daha da möhkəmlənirdi. Sosialist iqtisadi və sosial
münasibətləri şəriksiz hökmranlıq edir, bütün istismarçı siniflər ləğv olunurdu.
Bununla belə, sosializm quruculuğu prosesi ilə yanaşı inzibati-anirlik idarəetmə
sisteminin törətdiyi narazılıqlar da artmaqda idi.
Bu narazılığı aradan qaldırmaqdan ötrü KP-sı “sıralarını təmizləmək” haqqında
qərar verildi”. Təkcə 1933-34 –cü illərdə iki mindən çox kommunist partiya
sıralarından çıxarıldı. Partiyadan çıxarılanların əksəriyyətini azərbaycanlılar təşkil
edirdi.
30-cu illərin ikinci yarısından respublika rəhbərliyində yaranmış mühit,
xüsusilə azərbaycanlılara qarşı düşmənçilik mövqeyində duran ermənilərin partiya və
güc strukturlarında cəməlşməsinə gətirib çıxardı. Bu siyasət azərbaycanlıları
respublikanın ictimai siyasi həyatından təcrid etməyə, fürsət düşdükdə onları fiziki
cəhətdən məhv etməyə yönəldilmişdi.
SSPİ –də sosializm cəmiyətinin qurulması, 20-30-cu illərdə olkənin iqtisadiy-
yatında, onun sinfi tərkibində əmələ gəlmiş əsaslı dəyişikliklər 1924-cü ildə Sovet
Konstitusiyasında qəbul edilmiş müddəalara yenidən baxılmasını tələb edirdi.
1936-cı il noyabrın 17-də AZ.SSP IX Sovetlər Qurultayı çağrıldı və orada AZ.
SSP-in yeni Konstitusiyasının ümumxalq müsakirəsi dinlənildi və həmin layihə
bəyənildi. Həmin layihənin müzakirəsində 1 milyondan çox adam iştirak etmişdi.
Qurultay həmçinin ZSFSR-in ləğv edilməsi haqqında məsələni də müzakirə
etdi.
1937-ci il martın 14-də IX Sovetlər Qurultayı öz işini davam etdirərək
AZSSP-ni Yeni Konstitusiyanı qəbul etdi.
Çoxmillətli ölkədə sosial və iqtisadi dəyişikliklər prosesində milli məsələ
obyektiv olaraq öz əhəmiyyətini itirmişdi. Sosializm quruculuğunda milli amilin
268
təhrif olunması əhalisi müsəlman olan respublikakalarda xüsusilə aydın şəkildə
təzahür edirdi.
Azərbaycanda milli özündərkin hər cür təzahürü əksər hallarda millətçilik
damğası ilə kökündən kəsilir,onu az çox özündə əks etdirən elmi və ədəbi əsərlər
tənqid atəşinə tutulurdu.
Ölkədə avtoritar idarəçilik güclənir, rəhbər xadimlərin –Stalinin, Bağırovun
şəxsiyyəyinə pərəstiş daha da güclənir,idarəetmədə daha çox istifadə edilirdi.
Beləliklə vicdanlı komminstlərə,partiya və dövlət xadimlərinə,elm və ədəbiyyat
xadimlərinə qarşı geniş hücumlar başlandı. Ən yaxşı ziyalı nümayəndələrin
güllələnməsi,sürgün edilməsi ilə müşaiyət olunan represiyyalar başlandı.
1937-ci ilin mayında XII Bakı partiya konfransında M.C.Bağırov bir çox
qocaman partiya üzvlərinin ideyaca darmadağın edilməsi üçün çağırışı kütləvi
cəzaları həyata keçirmək üçün bir çağırış oldu.
Bağırov və onun əlaltıları Sumbatov–Topuridze, Markaryan,Yemelyanov,
Qriqoryan, Borşov kimi adamlar siyasi vəziyyətdən istifadə edərək Azərbaycanın
görkəmli oğullarını məhv etdilər.
Respublikanın görkəmli partiya və dövlət xadimləri R.Axundov, D.Bünyad-
zadə, M.D.Hüseynov, Ç.İldrım,Ə.H.Qarayev, H.Sultanov kimi şəxsiyyətlər
repressiya qurbanı oldular.
Repressiya elm və mədəniyyət xadimlərinə qarşı da yünəldilmişdi. 1937-ci ildə
H.Cavid, M.Müşfiq, Y.V.Çəmənzəminli, V.Xululu, Əhməd Cavad, T.Şahbazi
(Simurq), B.Çobanzadə və başqaları həbs edilərək ya güllələnmiş, ya da Sibirə və
uzaq Şərqə sürgün edilmişdilər.
Təkcə 1937-ci ildə Azərbaycanda “xalq düşməni” kimi 29 min nəfər
güllələnmiş və ya sürgün edilmişdi.
Ümumiyyətlə 1937-38-ci illərdə Azərbycanda 70 mindən çox insan –sadə
əməkçi, rəhbər, ziyalı represiyanın qurbanı olmuşdu.
Əslində bu Azərbaycan millətinin qatı düçmənləri tərəfindən etnik
düşmənçlik məqsədilə məhv edilməsi idi. Belə bir kədərli faktla sübut olunur ki,
269
Azərbaycandakı 51 rayondan 31-də daxili işlər idarəsinin baçında ermənilər
dururdular.
Beləliklə XX əsrin 30-cu ullərində milyonlarla adam Stalinin şəxsiyyətə
pərəstişinin qurbanı olmuşdur. Bunun isə ölkənin gələcək iqtisadi, siyasi, mədəni və
hərbi inkişafı üçün çox ağır nəticələri oldu.
270
XVII MÖVZU
Azərbaycan İkinci Dünya müharibəsi illərində (1939 – 1945-ci illər).
PLAN
1.Azərbaycan ikinci Dünya müharibəsi illərində
2.Azərbaycan vətəndaşları partizan, müqavimət və milli-azadlıq hərəkatlarında.
3.Xalq təsərrüfatı müharibə illərində.
ƏDƏBİYYAT
1.Azərbaycan tarixi.VII cilddə, VII cild.Bakı, 2003. səh II-297.
2.Siyasi tarix (müh.kursu), II hissə. Bakı, 1995. səh.44-51.
3.Siyasi tarix (dərs vəsaiti), II hissə. Bakı, 1998, səh.67-100
4.Mədətov Q. Azərbaycan Böyük Vətən müharibəsi illərində. Bakı,
1965. səh. 10-33.
5.Orucov Q.S. Azərbaycan Qafqaz döyüşlərində. Bakı, 1984. səh.7-17.
271
1941-ci il iyunun 22-də faşist Almaniyası SSRİ-yə xaincəsinə basqın etdi.
Almaniyanın qəsbkar siyasətində Azərbaycan, neft Bakısı xüsusi yer tuturdu. Hitler
SSRİ-də yaşayan türkdilli xalqları “müsəlman monqoloidləri” adlandıraraq “Mənim
mübarizəm” kitabında yazırdı ki, onlar ali irqin qullarına çevirilməlidirlər.
Almanlar Bakı neftini ələ keçirməyi Şərqin istilası üçün mühüm amil hesab
edirdilər. Faşist Almaniyası Sovetlər üzərində qələbədən sonra İran körfəzinə, Hind
okeanına, qədər əraziləri zəbt etmək niyyətində idi. Türk xalqları yaşayan ərazilərdə
Almaniyadan asılı oyuncaq “Böyük Türküstan” dövləti yaradılması planlaşdırılırdı.
Bu dövlətin ərazisinə Şimali və Cənubi Azərbaycanla bərabər, Orta Asiya, Qazaxıs-
tan, Başqırdıstan, Tatarıstan, Krım, Şimali Qafqaz, Qərbi Çİn və Əfqanıstanın daxil
olması nəzərdə tutulurdu.
Sovet xalqı “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı altında alman
faşizmi-nə qarşı mübarizəyə qalxdı.
Azərbaycan xalqı da son qələbəyə qədər bu müharibədə fəal iştirak etdi.
Azərbaycanlılar könüllü sürətdə ordu sıralarına, “Xalq qoşunu” dəstələrinə, “Qırıcı
batalyonlara” daxil olurdular. Müharibənin ilk günlərində 40 min nəfər o cümlədən
1000 nəfər qız könüllü olaraq cəbhəyə getmək üçün müraciət etdilər. Ümumiyyətlə,
1941-1945-ci illərdə Azərbaycandan orduya 700 minə qədər adam səfərbər olmuşdu.
Onlar arasında 11 mindən çox qadın var idi.
Azərbaycanda 1941-ci ilin avqustunda 402-ci, oktyabrda 223-cü,1942-ci il
mart-sentyabr aylarnda 416-cı (Taqanroq), avqust-sentyabr aylarnda 271-ci
diviziyalar təşkil olunmuşdu. 77-ci diviziya Krımın müdafiəsində iştirak etmişdi.
1941-ci ilin avqustuna qədər 186 mindən çox Xalq qoşunu dəstələrinə
yazılmışdı. 1941-ci ilin iyulundan 16 yaşdan 50 yaşına qədər olan kişilər ümumi
icbari hərbi təlimlərə cəlb olundular.
1941-ci ildə Azərbaycan rayonlarında təxribatçılara, cəsuslara və sərhədi
pozanlara qarşı mübarizə aparmaq məqsədilə Qırıcı batalyonlar yaradıldı. Bu
batalyonlara 12 min adam cəlb edilmişdi.
Azərbaycan oğul və qızları müharibə cəbhələrində böyük şücaətlər göstər-
mişlər. Müharibənin ilk günlərində əfsanəvi Brest qalası döyüşlərində Azərbaycandan
272
onlarla döyüşçü-həkim Qədirov, əsgərlər İ.Səfərov, İ Dadaşov, A. İmanov, Ə.Əliyev
və başqaları böyük mərdlik göstərmişlər.
Leninqrad səması müdafiəçilərdən biri leytenant Hüseynbala Əliyev böyük
igid-lik göstərmişdi. O, şəhər üzərində 4 döşmən təyyarəsini vurmuşdu iyulun 17 –də
döyüş tapşırığını yerinə yetirən Əliyev 3 Alman təyyarəsi ilə üz-üzə gəlmiş, onlardan
ikincini vurmuş, üçüncüyə tarana gedərək yaralandı. 80-dən şox yara alan H.Əliyev
təyyarəni yerə endirə bilmişdi.
Moskva uğrunda döyüşlərdə Azərbaycan qızları Z.Seyidməmmədova,
S.Quliyeva, O.Şahbazova və başqaları igidliklə vuruşmuşlar. Cərrah Aliyə Rüstəm-
bəyova onlarla yaralının həyatını xilas etmişdi.
1941-ci il dekabrın əvvəllərində Moskva uğrunda gedən döyüşlərdə İ.
Məmmədovun əfsanəvi igidliyi bütün ölkəyə yayıldı. O, təkbaşına 700-dən çox faşist
öldürmüşdü. Dekabrın 11-də ona “Sovet İttifaqı Qəhrəmanı” adı verildi və bu ad ilk
azərbaycanlı olaraq ona verilmişdi.
Stalinqrad döyüşlərində bir çox azərbaycanlı döyüşçülər mərdliklə
vuruşmuş-dular.Onlardan Mikayıl Qədirov, Ə.Rəcəbov, A.Axundov, B.Abbasov və
başqaları faşist qüvvələrinin darmadağın edilməsində böyük şucaət göstərmişdilər.
Stalinqrad ətrafında əks hücum zamanı 55-ci xüsusi tank alayının
komandiri Həzi Aslanov mahir sərkərdə istedadı nümayiş etdirdi.1942-ci ilin
noyabrında onun tank alayı hücuma keçərək düşmənin 4 tankını, 5 minamyot
batareyasını, 1 ağır topunu, 3 piyada rotasını və 700-dən çox faşist əsgərini və zabiti
əsir aldı. Sonrakı döyüşlərdə H.Aslanov düşmənin 45 tankını məhv etmişdi. 1942-ci
il dekabrın 31-də H.Aslanova “Sovet İttifaqı Qəhrəmanı ” adı verildi.
Ukraynanın azad edilməsi zamanı göstərdiyi igidliklərə görə 20 nəfər Azər-
baycan oğlu “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülmüşdü.
Tuapse şəhəri yaxınlığında gedən döyüşlərdə Qafur Məmmədov böyük igid-
lik göstərərək səngərdən çıxaraq 13 faşist əsgərini öldürmüş, öz rota komandirini öz
həyatı bahasına xilas etmişdi. Gəray Əsədovun da qəhrəmanlığı bütün ölkəyə
yayılmışdı. Belə ki, o öz sinəsi ilə atəş açan plemyotun qarşısını alaraq sovet
273
əsgərinin hücumuna şərait yaratmışdı. Bütün bu igidliklər yüksək mükafatlandırılaraq
Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdülər.
Azərbaycan döyüşçüləri Krımın Belarusiyanın Pribaltikanın azad
edilməsində çox böyük rəşadət göstərmişdilər. Həzi Aslanovun tank briqadası
Pribaltikanın azad edilməsində çox böyük şücaət göstərmiş və Ali Baş
Komandanlığın 8 dəfə təşəkkürünə layiq görülmüşdü. Göstərdiyi igidliyə görə
H.Aslanov ikinci dəfə Qəhrəman adına layiq görülməsinə təqdimat verilmişdi. Təəsüf
ki, 1945-ci il yanvarın 24-də General H.Aslanov döyüşlərdə qəhrəmancasına həlak
oldu. Layiq görüldüyü təltif ona ölümündən sonra 1991-ci il iyunun 21 –də verildi.
Pribaltikanı döyüşlərində 77-ci atıcı divizya xüsusilə fərqlənmişdir. Debele
rayonunda iki həftəlik döyüşlərdə bu divizya düşmənin 178 tank özüyeriyən topunu 2
alayını sıradan çıxarmışdı.
416-cı Taqanroq divizyası 1944-cü ilin avqustunda Moldovanın azad
edilməsində fərqlənmişdi. Bu divizya sonralar avropa ölkələrinin faşizmdən azad
olunmasında fəal iştirak etmişdir.
1942-ci il dekabrın 11-də 416-cı Azərbaycan diviziyası 414-cü gürcü atıcı
diviziyası ilə əlaqədə İşçersk və Naursk stanitsalarını azad etmişlər. l943-cü ilin
yanvarında 416-cı diviziyanın Qrafskoye stanitsasını düşməndən azad etmək uğrunda
hücumunda zabit Əhmədovun topçuları 17 faşist tankını, 70 atəş nöqtəsini, yüzlərlə
əsgər və zabitini sıradan çıxarmışdı. 1943-cü ilin yanvar və fevral aylarında 416-cı
diviziyanın əsgərləri şərəfli döyüş yolu keçdilər, onlarca yaşayış məntəqəsini
düşməndən təmizlədilər. Döyüş xidmətlərinə görə diviziyanın 300 döyüşçüsü yüksək
dövlət təltiflərinə layiq görüldü. 223-cü Azərbaycan atıcı diviziyası 1943-cü ilin
yanvarında Mozdok, Proxladnı, Georgiyevsk şəhərlərinin azad olunmasında fəal
iştirak etmişdi. 223-cü diviziya Petropavlovsk yaşayış məntəqəsində alman
diviziyasını darmadağın edərək 275 faşisti əsir götürmüş, külli miqdarda hərbi
texnika və sursat ələ keçirmişdi. 1943-cü ilin sentyabr-dekabr aylarında diviziya 400
km döyüş yolu keçmiş, onun 380 əsgər və zabiti SSRİ orden və medalları ilə təltif
olunmuşdu. 223-cü diviziya Mineralnıye Vodının azad olunmasında bilavasitə iştirak
etmiş, diviziyanın döyüşçüləri üç ay ərzində 50 yaşayış məntəqəsini və bir neçə
274
şəhəri alman-faşist işğalçılarından təmizləmişdi. Şimali Qafqazın faşistlərdən azad
olunması uğrundakı döyüşlərdə 223-cü diviziyanın 1041-ci alayı xüsusilə fərqlənmiş,
hərbi uğurlarına görə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin "Keçici Qırmızı
Bayrağı" ilə təltif olunmuşdu.45 Şimali Qafqazdakı 44-cü ordunun hücum
əməliyyatlarında 402-ci Azərbaycan diviziyası da fəal iştirak etmişdi. 1942-ci il
noyabrın 3-dən dekabrın 11-dək diviziya ona qədər yaşayış məntəqəsini azad etmişdi.
Bu döyüşlərdə diviziyanın döyüşçüləri düşmənin 108 tank və zirehli maşınını sıradan
çıxarmışdı.
1943-cü ilin fevralında Vasilçenko ətrafında baş vermiş döyüşlərdə 77-ci atıcı
diviziyanın əsgərləri yüksək döyüş şücaəti göstərmişdilər. Diviziyanın alayları 7
yaşayış məntəqəsini düşməndən azad etmiş, 600-ə yaxın əsgər və zabit döyüş
şücaətinə görə orden və medallarla təltif olunmuşdu. 1943-cü ilin noyabrında 42
Dnepr çayının sol sahilində gedən döyüşlərdə 77-ci Azərbaycan diviziyası faşistlərin
50-yə yaxın tank və digər texnikasını məhv edərək 250 düşməni əsir götürmüşdü.
Azərbaycan oğul və qızları partizan və antifaşist müqavimət hərəkatında da
fəal iştirak etmişdirlər.
Müharibənin ilk aylarında uğursuzluqlar nəticəsində əsir düşmüş sovet
əsgərləri əsirlikdən qaçaraq yerli partizanlara qoşularaq mübarizəni davam
etdirirdilər.
Müharibə dövründə partizan hərəkatının ən geniş vüsət aldığı yer
Belorusiya idi. Burada çoxlu sayda azərbaycanlı digər xalqlarla çiyin-çiyinə faşizmə
qarşı vuruşurdular. Brest vilayətindəki partizan hərəkatında Q.Abbasov,
M.Abdullayev, M.Əliyev, İ.İsmayılov və başqaları partizan hərəkatının fəalları idilər.
M.Əliyev bir pota komandiri kimi düşmənin 50 qatarını qəzaya uğratmış, 1000-dən
çox əsgərini məhv etmişdi.
Böyük vətən müharibəsi illərində Ukrayna ərazisində fəaliyyət göstərən bü-
tün partizan dəstələrində azərbaycanlı döyüşçülər iştirak etmişdilər. Onlardan Aslan
Əliyev, Müslüm Bağırov, Babaş Dadaşov bir sıra çətin məsul tapşırıqları uğurla
yerinə yetirmişlər.
275
Ukraynada xalq intiqamçıları sırasında azərbaycanlı qadınlar da kişilərlə
bərabər cəsarətlə vuruşurdular. Hərbi həkim Sara İbrahimova, təxribatçı Alfa Şirazi,
Fəridə Nə-srullayeva, Lidiya Drozdova partizan dəstələrinin fəal üzvləri idilər.
1943-44-cü illərdə Krımda vuruşan partizan dəstələrindən biri də tərkibinin
90%-dən çoxu azərbaycanlı olan Azərbaycan partizan dəstəsi idi. Bu dəstə 7 ay ərzin-
də faşistlərə qarşı mübarizədə onlara böyük ziyan vurmuşdular.
1942-ci ilin sentyabrında Krasnodon şəhərinin gəncləri “Gənc Qvardiya” adlı
gizli komsomol təşkilatı yaratmışdılar. Bu təşkilatın ən fəal üzvlərindən biri Əli
Dadaşov idi. O, digər təşkilatı üzvləri ilə birlikdə şəhərin ən yüksək binalarından
birinin üzərinə al bayraq sancmışdılar. Onlar haqqında müharibədən sonra məşhur
sovet yazıçısı Fadeev “Gənc qvardiya ” adlı əsər də yazmışdı.
Kalinin vilayətində fəaliyyət göstərən Liza Çaykika adına partizan briqada-
sının qərərgah rəisi İsmayıl Əliyevin qəhrəmanlığı dillərdə əzbər olmuşdu.
Azərbaycanlı partizanlardan İ.Alxasov, İ. Dadaşov, Q.Şabanov Litva,
Latviya və Estoniyanı partizan hərəkatının ən fəal üzvlərindən olmuşdular.
Azərbaycandan olan hərbi əisrlər Almaniya, Polşa, İtaliya, Fransa və digər
ölkələrin ərazilərində yerləşən hərbi düşərgələrdə düşmənə qarşı müxtəlif mübarizə
üsullarından istifadə etmişlər. Onlar gizli təşkilatlar yaradır, faşistlərə işləyən müx-
təlif hərbi obyektlərdə təxribat işləri aparır və əsirlərin qaçıb antifaşist müqavimət
hərəkatına qoşulmasına şərait yaradırdılar.
Hərbi əsirlərin saxlandığı ən böyük əsir düşərgələrindən biri Polşanın
Yedlina şəhərində idi. Burada H.Qiyasbəyov, M.Məmmədov, X.Hacıyev,
Ə.Süleymanov və başqalarının rəhbərlik etdiyi gizli təşkilat yaradılmışdı.
Polşada fəaliyyət göstərən “Avanqard” partizan dəstəsinin tərkibində 12
azərbaycanlı partizan fəaliyyət göstərirdi. Onlar alman generalının əsir alınmasında
fəal iştirak etmişdilər.
Çexoslovokiya ərazisində fəaliyyət göstərən müxtəlif partizan dəstələrinin
tər-kibində 500 nəfərə qədər azərbaycan döyüşçüsü vuruşurdu.
Hələ müharibənin əvvəlindən faşist komandanlığı hərbi əsirlərdən öz
məqsədləri üçün istifadə etməyə çalışırdı. 1941-ci ilin dekabrında Hitler əsirlərdən
276
xüsusi hərbi hissələr yaradılması haqqında əmir verdi. Bu məqsədlə vətənlərində
xaricdə, mühacirətdə yaşamaqda məcbur olan Azərbaycanın nüfuzlu şəxsləri, o
cümlədən M.Ə.Rəsulzadə Berlinə dəvət olunmuşdu. Azərbaycanlı siyasi mühacirlərin
məqsədi Almaniyaya qalib gələrsə onun Azərbaycanı müstəqil dövlət kimi
tanımasına, habelə hərbi əsirlərin ölümündən xilas edilməsinə nail olmaq idi.1943-cu
ilin yazında Berlində “Milli Azərbaycan Komitəsi” yaradıldı. Lakin Hitler
Azərbaycanın müstəqilliyi şərtini irəli sürən bu komitəni tanımadı. M.Ə.Rəsulzadə
ölkəni tərk edir. Lakin azərbaycanlı əsirlərin bir hissəsi ölümdən xilas olundu və
əsirlərdən ibarət hərbi hissədə birləşdirildi.
Qafqaz müsəlmanlarının hərbi hissəsində azərbaycanlılardan ibarət “Boz
qurd”, “Aslan ”, “Vətən”, “Dönməz” və s.bölmələr var idi.
Azərbaycanlıların hərbi əsir düşərgələrində və hərbi hissələrində gizli
antifaşist təşkilatları yaradır, mübarizəni davam etdirirdilər. Hələ Almaniyanın
“Ştrans” düşərgəsində saxlanılarkən Mehdi Hüseynzadə, Rza Ağazadə, Cavad
Həkimli, Mirdamət Seyidov və başqalarının rəhbərliyi altında antifaşist təşkilatı
yaradılmışdı.
1943-cü ildən başlayaraq Almaniyadakı hərbi əsirlərdən düzəldilmiş hərbi
hissələr İtaliya, Yuqaslaviya sərhədlərinə gətirildilər. Hərbi əsirlər qaçaraq
Yuqoslaviya partizanlarına qoşulurdular.
1944-cü ilin əvvəllərində Yuqaslaviya Xalq Azadlıq Ordusunun
qərərgahında xüsusi kəşfiyatçılar qurupu yaradıldı. Onun tərkibində
azərbaycanlılardan M.Seyidov, T.Əliyev, Ə.Məmmədov da daxil oldular. Kəşfiyyat
qurupunun başçısı M.Hüseynzadə idi. O, “Mixaylo” ləqəbi ilə əfsanəvi qəhrəman-
lıqlar göstərərək bütün Adriatik dənizi sahillərinin əhalisinin böyük rəğbətini qazan-
mışdı.
Alman faşistləri Hitlerin ad gününü qeyd edən zaman Mixaylo hərbi təyyarə
meydanına daxil olaraq 3 təyyarəni, benzin ambarını partladaraq, çoxlu sayda faşisti
məhv etmişdi. Onun partlatdığı kinoteatır, yeməkxana və kazarma binaların-da
minlərlə faşist məhv edilmişdi.
277
1944-cü il noyabrın 2-də əməliyyatdan qayıdan da Vitovle kəndi
yaxınlığında almanların keçirdiyi əməliyyat zamanı qəhrəmancasına həlak olmuş-
du.O, 1957-ci ildə “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görüldü.1944-cü ildə
azərbaycanlı döyüşçülər kütləvi surətdə qaçaraq İtaliya partizanlarına qoşulurdular.
Faşist diktatoru Mussolinun həbs edilməsində Vilayət Hüseynovunda rolu olmuşdur.
Ümumiyyətlə, Şimali İtaliyada müqavimət hərəkatında 300-dən çox azərbaycanlı
partizan vuruşmuşdu.
Fransa müqavimət hərəkatında da azərbaycanlılar böyük şücaət göstərmiş-
lər. Bunlardan Ə.Cəbrayılov, X.Hacıyev, D.Abdullayev, H.Abdullayev və başqaları
cəsur partizan kimi tanınmış, fransız hərbi orden və medalları ilə təltif olunmuşdular.
Bunlardan Əhməddiyyə Cəbrayılov, “Armed Mişel” adı ilə bu ölkənin azadlıq hərə-
katında fəal iştirak etmiş, şəxsi igidliyə görə paradda generaldan irəli getmək kimi
şərəfli hüquq verən yüksək mükafatla, hərbi medalla təltif olunmuşdu. O, eyni za-
manda Fransanın vətəndaşı fəxri adına layiq görülmüşdü.
Azərbaycanlı hərbi əsirlər Berlində yaradılmış antifaşist təşkilatının işində
yaxından iştirak etmişdilər. Onlardan M.Seyidov, Ə.Əlimərdanov faşistlərin
Buhenvold, Mauthauzen, Daxay, Zaksenhauzen ölüm düşərgələrində fəal iş
aparmışdılar.
Göründüyü kimi Böyük Vətən Müharibəsində digər xalqlarla yanaşı azər-
baycanlılar da böyük hünər göstərmişdilər. Onlar həm döyüş cəbhələrində, həm ölkə
daxilində davam edən partizan hərəkatlarında, həm də xaricdə antuifaşist müqavimət
hərəkatında fəal iştirak etmişdilər. 416-cı Taqanroq diviziyası Berlinə qədər şərəfli
döyüş yolu keçmişdi. Müharibə cəbhələrində 700-mindən çox azərbaycanlı iştirak
etmiş, onlardan 300 min nəfəri qəhrəmanlıqla həlak olmuşdular.
Böyük Vətən Müharibəsində H.Aslanov, S.Qəniyev, M.Əbilov,
M.Hüseynov, A.Vəzirov kimi bacarıqlı sərkərdə və komandirlər qələbəyə böyük
töhfələr vermişdilər.
Hərbi rəşadətə görə Azərbaycandan olan 120 nəfərdən çox döyüşçü Sovet
İttifaqı qəhrəmanı adına layiq görülmüşdü. 30 nəfər azərbaycanlı döyüşçü Şöhrət
278
Ordeninin hər üç dərəcəsi ilə, 170 mindən artıq əsgər və zabit ölkənin müxtəlif orden
və medalları ilə təltif olunmuşdular.
Azərbaycan xalqı İkinci Dünya müharibəsində ölkənin qalib çıxmasında öz
layiqli töhfəsini vermiş, adı XX əsrdə faşizmə qarşı mübarizə səlnaməsinə qızıl
hərflərlə yazılmışdır.
Müharibə illərində “arxa cəbhə” adı atında Azərbaycanın sosial-iqtisadi, siyasi
və mədəni həyatı müharibənin tələblərinə uyğun şəkildə quruldu.
Fəhlə və qulluqçuların iş günü rəsmi olaraq 11-12 saata qaldırlırdı. İşçilər çox
zaman 18-20 saat işləyirdilər. Məzuniyyətlər ləğv olundu,işdən yayınanlara və ya
gecikənlərə cinayət maddəsi müəyyən edildi. Ciddi əmək intizamı rejimi yaradıldı.
Ərzaq və sıənaye mallarının satışı üzrə kartoçka (talon) sistemi tətbiq olundu.
Döyüşkən cəbhəyə səfərlər olunmuş işçilərin yerinə qadınlar və üniyütmələr cəlb
olundular.1941-ci ilin yayında neft sənayesinə 13 min yeni işçi götürüldü.İxtisaslı
fəhələ kadrlarının hazırlanması işi genişləndirirdi.Az müddətdə 40 min çox ixtisaslı
fəhlə hazırlandı. Bakı döyüşkən ordunun cəbhəxanalarından birinə çevrilmişdi.
Burada “Katyuşa” raketi, “Şnakin”pulemyotu, “YAK-3” qırıcı təyyarələri yığılaraq
düzəldilirdi. Ümumiyyətlə, Bakıda -130 növ silah və hərbi sursat istehsal olunurdu.
Neft maşınqayırma zavodlarının çoxu hərbi sursat istehsal edən müəssisələrə
çevrilmişdilər. Leytenant Şmidt adına zavodda minamyot, pulemyot və tank hissələri
hazırlandı.
Gənəcə şəhərində 12 sənaye müəssisəsi müharibənin tələblərinə uyğun
olaraq, yenidən qurulduqdan sonra 26 adda hərbi məhsul istehsal edirdi.
Neft sənayeçiləri cəbhəni neft məhsulları ilə təmin etmək üçün gecə-gündüz
çalışırdılar. Onlar 1941-ci ildə 23,5 min ton neft və 26 min kub metrə yaxın qaz
istehsal etmişdilər. Məhz neftçilərin fədakar əməyi sayəsində Azərbaycan 1941-1945-
ci illərdə ölkəyə 75 milyon ton nefti vermişdi. Bu da SSRİ-də hasil lunan neftin 82,5
faizini təşkil edirdi.
Azərbaycanın digər sənaye sahələri də öz işçilərini müharibənin tələblərinə
uyğun qurmuşdular. Yüngül sənaye müəsssisələri 1942-ci ildə cəbhə ehtiyacları üçün
30-a qədər məhsul növü istehsal etmişidlər.
279
Bakıda əsgərlər üçün keçə ayyaqıbı, paltar, kimyəvi silahlar əleyhinə
geyim,hərbi xəstəxanalar üçün mebel, yanğın əleyhinə alətlər vəs. ləvazimatlar
istehsal edilirdi.
Respublikanın kənd əməkçiləri də müharibə tələblərinə uyğun olaraq işləməyə
başlamışdılar. 1941-ci ilin yay və payızında kolxoz sahələrində işləmək üçün beş
mindən çox mexanizator qadın cəlb olunmuşdu. Respublikada kənd təsərüffatı üçün
gənc mütəxəsis kadrlar hazırlayan 17 məktəb fəaliyyət göstərirdi.Mexanizatorların 70
faizini yeniyetmələr təşkil edirdi.
Kənd təsərrüfatına ixtisaslı kadrlar hazırlamaq üçün 17 məktəb fəaliyyət
göstərirdi. Respublikada 1941-1942-ci illərdə hazırlanmış 10 min mexanizatorun
yarıdan çoxunu qadınlar təşkil edirdi. 1944-cü il ərəfəsində traktorçuların 61,7,
kombaynçı köməkçilərinin 52,2 faizi, təmir işçilərinin 3,33 faizi və sürücülərin 25,4
faizi qadınlar idi. Respublikanın MTS, kolxoz və sovxozlarında yeniyetmələrdən
ibarət 157 yüksək məhsul briqada və manqası yaranmışdı. Kənd təsərrüfatı
mexanizatorlarının 70 faizi yeniyetmələr idi. 1943- 18 cü ildən respublika əkin
sahələrində azərbaycanlılarla birgə Ukrayna və Şimali Qafqazdan köçürülmüş
əkinçilər də çalışırdılar. Kənd təsərrüfatı üzrə çöl işlərinə qulluqçular, məktəblilər,
texnikumların və ali məktəblərin tələbələri cəlb olunurdular. Bir çox rayonlarda
kolxozlar daxili torpaq və toxum ehtiyatları hesabına əkin sahələrini 10-15 faiz
genişləndirdi. Kolxoz və sovxozlarda "Cəbhəyə və ölkəyə daha çox çörək, ət və
sənaye üçün xammal verək!" şüarı altında staxanovçular və kənd təsərrüfatı
qabaqcılları hərəkatı geniş vüsət aldı. 1941-ci il dekabrın 1-nə Azərbaycan
kolxozçuları Müdafiə Fonduna 2850 baş iribuynuzlu və 23120 baş xırdabuynuzlu
heyvan, 1079 baş donuz, 10640 sentner taxıl, 36140 litr süd, 20439 kiloqram yağ,
130 ton kartof, 194 ton göyərti, 62200 ədəd yumurta və digər məhsullar verdilər.
1942-ci ildə "Yüksək məhsul - cəbhəyə köməyin əsasıdır" çağırışı ilə çalışan
əməkçilər kənd təsərrüfatı məhsulları tədarükündə mühüm nailiyyətlər əldə etdilər.
Əkin sahəsi 1941-ci ilə nisbətən 15 min hektar artdı. 1095,8 min hektar əkin
sahəsinin 852 min hektarı taxıl əkininə ayrıldı.76 1942-ci ildə Azərbaycan kolxoz və
sovxozları dövlətə 1941-ci ildən 2583934 pud artıq taxıl, 282962 pud ət, 210012 pud
280
göyərti, 40965 pud yun, habelə kolxozlar 1943-cü ilin planları hesabına 440060 pud
ot, 8211 pud yağ, 8 pud pendir, 29699 pud yun, 59755 pud ot və s. təhvil verdi. 1943-
cü ildə Azərbaycanın sənaye müəssisələri kənd təsərrüfatı üçün texnika və avadanlıq
istehsalını artırdı. DMK-nın qərarı ilə Ukraynadan və Şimali Qafqazdan kənd
təsərrüfatı maşınları zavodlarının köçürülməsi hesabına hələ 1942-ci ildə Gəncədə
kənd təsərrüfatı maşınlarını təmir və onlar üçün ehtiyat hissələri istehsal edən zavod
yaradılmışdı. Bakının maşınqayırma zavodları MTSlər üzərində hamiliyi
genişləndirdilər. Təkcə 1943-cü ilin birinci yarısında Bakıdan kəndlərdə işləməyə
200-dən artıq ixtisaslı fəhlə göndərildi.79 Kənd təsərrüfatı maşınlarını təmir etməkdə
böyük uğurlar qazanmış Kalinin adına zavodun kollektivi 1943-cü ildə Ümumittifaq
sosializm yarışında birinci yeri tutdu və ona ÜİHİMŞ-nin və SSRİ Əkinçilik Xalq
Komissarlığının Keçici bayrağı və pul mükafatı verildi. 1943-cü ildə Azərbaycanın
kənd zəhmətkeşləri dövlətə plandan əlavə 1 milyon pud taxıl, 21,5 min pud ət, 48 min
pud tərəvəz, 2,2 min pud yun verdilər. Heyvandarlığın inkişaf planı iribuynuzlu
heyvanlar üzrə 106,3 faiz, qoyun və keçilər üzrə 124 faiz, donuzlar üzrə 118 faiz
yerinə yetirildi. 1943-cü ildə Azərbaycan kolxozçularının qəhrəman əməyi hökumət
tərəfindən yüksək qiymətləndirildi, kənd təsərrüfatında çalışan 485 nəfər SSRİ-nin
orden və medalları ilə təltif olundu. Respublika kəndliləri 1944-cü ildə mühüm
uğurlar qazandılar. Müharibənin çətinliklərinə baxmayaraq, maldarlığın inkişafı
dayanmadı, kolxoz sürüləri 1940-cı ilə nisbətən bir milyon baş çoxaldı, heyvandarlıq
19 məhsulları istehsalı artdı. Müharibə illərində heyvandarlığın inkişafında qazandığı
müvəffəqiyyətlərə görə Azərbaycan SSR dörd dəfə Dövlət Müdafiə Komitəsinin
Qırmızı bayrağını almış, 45 min zəhmətkeş orden və medallarla təltif edilmişdi.
Müharibə illərində taxıl əkin sahələri 240 min hektara qədər artmışdı. Müharibə
illərində nəqliyyatın işi yenidən qurulmuşdu. 1941-1945-ci illərdə Cənubi Qafqaz
dəmir yolunun Bakı şöbəsi dəmir yolçularının fədəkar əməyi sayəsində cəbhəyə və
xalq təsərrüfatının ehtiyacları üçün 1 milyon 600 min vaqon və 500 min sistern neft
məhsulları göndərilmişdi.
281
Xəzər dənizçiləri neft daşıyan gəmilərlə Mahacqaladan Həştərxana və
Krasnovodska 329 min ton neft məhsulları, o cümlədən 135 min yon benzin
daşımışdılar.
Azərbaycan dəmiryolçuları müharibə illərində “LEND-LİZ” yolu ilə ABŞ və
Böyük Britaniyadan, İran körfəzindən və İran ərazisindən SSRİ-yə daşınan hərbi
sursat,sənaye və ərzaq mallarının təyinat yerlərinə çatdırılmasında fədəkarlıq
göstərmişlər.
Azərbaycan ziyalıları da müharibədə qələbəyə öz töhvələrini vermişdi-lər.
Azərbaycan alimləri izrehli texnikaya qarşı top gülləsi, özüidarə olunan bombalar,
tanka qarşı elektrik minaları, çoxpiləli minalar və s.hazırlamışdılar.
Y.Məmmədəliyevin rəbərliyi altında br qrup kimyaçı alim yüksək oktanlı
aviasiya yanacağı əldə etmişdi. Onun rəhbərliyi altında yeni zavod işə salınmışdı.
Ümumə Y.Məmmədəliyevin rəhbərliyi altında kimyaçı alimlər müharibə illərində 38
növ sürtki yağı, 9 adda yüksək oktanlı təyyarə benzini və 8 növ dizel yağı istehsalını
təşkil etmişdilər.
Bakının elmi labaratoriyalarında tank əleyhinə yandırıcı və partlayıcı maddələr
istehsal olunurdu. Bu maddələrin alnmasında akademik Əli Quliyevin misilsiz
xidmətləri olmuşdur.Hətta o, kəşf etdiyi partlayıcı maddəni sınaqdan keçirərkən baş
vermiş partlayış nəticəsində qolunun birini itirmişdir.
Geoloq alimləri tərəfindən bu dövrdə 6 neft yatağı kəşf olunmuşdu.Mirəli
Qaşqyın və Şamil Əzizbəyovun rəhbərliyi ilə odadavamlı gil, fosvorit vəs. yataqlar
kəşf edilmişdi. "Azneft" geoloqları tərəfindən aparılmış kəşfiyyat işləri sayəsində
daha 850 yüksək debitli neft mənbəyi müəyyənləşdirilmiş, 6 neft yatağı - "Qala",
"Bulla-dəniz", "Buzovna", "Maştağa", "Naftalan", "Əmirxanlı" neft yataqları kəşf
olunmuş, onlardan dördünün işlənməsinə başlanmışdı. "Qobustan" neft rayonunda
"Duvannı" qaz yatağı aşkar edilmişdi. Utalgi yatağında yeni neft və qaz ehtiyatları
müəyyən olunmuşdu. Stratiqrafik yataqların aşkar olunması Azərbaycan geologiya
elminin böyük uğuru idi. Şərqi Abşeronda, Qala stansiyası sahəsində "Qala lay
dəstəsi" adlanan yeni zəngin neft yatağı kəşf edilmişdi. "Suraxanı" və "Qaraçuxur"
yataqlarında da belə laylar aşkar olunmuşdu. Kürətrafı ovalıqdakı "Pirsaat", "Xıdırlı",
282
"Bəndovan", "Babazənən", "Xıllı", "Neftçala" və digər strukturlarda neft yataqlarının
yaranması üçün əlverişli olan dördqırışlı geoloji sistem kəşf edilmişdi. Geoloqların
təklifi ilə sement, həmçinin xüsusi istiburaxmayan materiallar istehsalında vulkan
külü işlənilməyə başlanmış, kəşf edilmiş mineral rəngləyicilərdən hərbi və yerli
sənayedə geniş istifadə olunmuşdu.
Azərbaycanın səhiyyə orqanları müharibənin ilk günlərindən öz işlərini hərbin
tələbləri əsasında qurmağa, səfərbərlik planı üzrə işləməyə başladılar. İlk növbədə
hospitallara, onların avadanlıqla təmin olunmasına, evlərdə, ictimai yerlərdə, dəmir
yol stansiyalarında, dəniz vağzallarında sanitar qaydalarına riayət edilməsinə, sanitar-
buraxıcı məntəqələrin təşkilinə xüsusi diqqət yetirildi. Hospitallar və hərbi hissələr
üçün yeni tibb kadrları hazırlandı.
1942-ci ilin yanvarında tibb elmləri doktoru, professor Əziz Əliyevin sədrliyi ilə
Yaralı Döyüşçülərə və Xəstələrə Kömək Komitəsi yaradıldı
Tibb sahəsində akademik M.Topçubaşov cərrahiyyə böyük yeniliklər
gətirmişdi. Məhz onun şəfalı əlləri hesabına minlərlə əsgər və zabit yenidən döyüş
cəbhələrinə qayıtmışdılar.
Yaralıların müalicə edilib ordu sıralarına qayıtmasında respublikamızda sayı
gündən-günə artan donorların böyük xidməti olmuşdu. Qafqaz uğrunda döyüşlər
zamanı instituta çevrilmiş respublika Qanköçürmə Stansiyasının kollektivi yaralı
əsgər və zabitlərin müalicəsində böyük rol oynamış, yaxşı işinə görə dəfələrlə DMK-
nın, Zaqafqaziya və Şimali Qafqaz cəbhələri komandanlığının təşəkkürünü almışdı
Müharibə illərində məktəbləri pedaqoji kadrlarla təmin etmək üçün 1941-ci
ildə Qazaxda, Qubada, Naxçıvanda, Xankənddə, Ağdamda ikilik müəllimlər
institutları, Cəlilabad və Laçında pedoqoji məktəblər açılmışdı.
Müharibə illərində yaradıcı ziyalılar-yazıçılar, şairlər, bəstəkarlar, rəssamlar
qələbə naminə əllərindən gələni etmişdilər. Onlar öz əsərlərində insanlarda Vətənə
məhəbbət, düşmənə nifrət hissləri aşılayır, faşizm üzərində qələbəyə inam
yaradırdılar. Bundan başqa onlar vaxtaşırı döyüş cəbhələrinə gedir, əsgərlər və
zabitlər qarşısında çıxışlar edərək onların qələbə əzmini qüvvətləndirirdilər.Bu
sahədə şair və yazıçılardan S.Vurğun,S.Rüstəm, M.Rahim, R.Rza, Ə.Vəliyev və
283
başqalarının unuduımaz xidmətləri olmuşdur. Azərbaycan ruhaniləri də xalqın
düşmən qarşı mübarizyə səfərbər edlməsndə fəal iştirak etmişdilər.
Müharibədə qələbənin başlıca rəhnini xalqın ordu ilə birgə olması, ön cəbhə ilə
arxa cəbhə arasında əlaqənin möhkəmliyi təşkil edirdi. Arxa cəbhə daim ön cəbhə
üçün möhkəm dayaq olmuşdu. Əhali iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, cəbhəyə
təmənnasız köməyini əsirgəməmişdi. Müharibə illərində Azərbaycanın fəhlə və
kəndliləri, ziylıları müdafiə fonduna şəxsi əmlaklarından 15,5 kq qızıl, 952,5 kq
gümüş, 295 milon manat pul, 15 milyon manatlıq qızıl istirqaz vermişdilər.
1941-42-ci illərdə ölkədə vətəndaşların şəxsi qənaətləri hesabına tank dəstələri
və hava eskadronları yaratmaq hərəkatı geniş vüsət aldı. Azərbaycanda bir çox
alimlər, ədəbiyyat və incəsənət xadimləri, təsərrüfat rəhbərləri, istehsalat qabaqcılları
tank kolonnaları və hava eskadronları fonduna şəxsi qənaətləri hesabına vəsait
verirdilər. SSRİ xalq artisti Üzeyir Hacıbəyov Dövlət Müdafiə Komitəsinə
ünvanlanmış məktubunda yazırdı: "Mən Azərbaycan incəsənəti" tank kolonunun
yaranması üçün 25 min manat verdim, qoy bizim vəsaitimizlə yaradılmış tank kolonu
minlərlə sovet zirehli maşını ilə birlikdə düşmənin bel sütununu sındırsın, ona
ölümcül zərbə endirsin". "Azərbaycan kolxozçusu" tank kolonnasının hazırlanması
üçün kolxozçular vəsait yığımına başlamış və öz qənaətlərindən dövlət bankına
81020 min manat keçirmişdilər. Respublika kolxozçu kəndliləri "Azorbaycan
kolxozçusu" təyyarələr eskadronu yaratmaq üçün əlavə 70784 min manat yığmışdılar.
Kənd əhalisi şəxsi təsərrüfatlarından qızıl ordu fonduna 18 min baş iribuynuzlu
heyvan, 152 min pud taxıl, 170 min pud digər kənd təsərrüfatı məhsulu vermişdilər.
1942-ci ildə respublika zəhmətkeşləri cəbhəyə iki min bağlama və 146 vaqon
ərzaq göndərmişdilər. 1941-1993-cü ilərdə hərbi döyüşçülərə 1601 min isti geyim,
sırıqlı, gödəkcə, keçə çəkmə, corab, əlcək, qulaqlı papaq və s.göndərilmişdi.
Müharibə dövründə, xüsusən 1941-1942-ci illərdə Azərbaycanda
vətəndaşların şəxsi qənaətləri hesabına tank dəstələri və hava eskadronları yaratmaq
hərəkatı geniş vüsət almışdı.
284
Alimlər, ədəbiyyat və incəsənət xadimləri, istehsalat qabaqcılları tank
kolonları və hava eskadronları fonduna öz şəxsi qənaətləri hesabına 215 milyon rubl
vəsait vermşdilər.
Respublikanın kənd əhalisi şəxsi təsərrüfatından Qırmızı Ordu fonduna 18
min baş iribuynuzlu heyvan, 152 min pud taxıl, 170 min digər kənd təsərrüfatı
məhsulları vermişdilər.
Beləlklə,Azərbaycanın arxa cəbhəsi də İkinci Dünya müharbəsində SSRİ-
nin faşizm üzərində qələbə çalmasında çox müüm rol oynayan Bakı öz layiqli
qiymətin almamışdı. O,əslində qhrəman şəhər olsa da, ancaq Lenin Ordeni ilə təltif
edilmişdi.
285
XVIII Mövzu
II Dünya müharibəsindən sonra Azərbaycandasosial-iqtisadi və siyasi vəziyyət
PLAN
1. Müharibədən sonra Azərbaycanda sosial–iqtisadi və siyasi vəziyyət.
2. Azərbaycan–Ermənistan münasibətləri. Azərbaycanlıların Ermənistandan
kütləvi surətdə deportasiyası.
3. Müharibədən sonra Cənubi Azərbaycanda demokratik və milli-azadlıq
hərəkatı.
ƏDƏBIYYAT
1. Azərbaycan tarixi .VII cilddə, VII cild, Bakı,2003,səh.200-297
2. Məmmədov İ. Məmmədov C.Azərbaycan tarixi .Bakı, 2009. səh.176-200.
3. Mustafazadə T.Umumi tarix, IV cild. Bakı,1997.
4. Siyasi tarix (dərs vəsaiti) II hissə. Bakı,1998 səh. 86-100
5. Əliyev H.Ə.Müstəqilliyimiz əbədidir. I,II,cildlər. Bakı, 1997.
6. Əliyev H.Ə. “1948-1953-cü-illərdə azərbaycanlıların Ermənistandan kütləvi
surətdə deportasiyası haqqında” 18 dekabr, 1997-ci il fərmanı
“Azərbaycan”qəzeti, 19 dekabr 1997-ci il .
7. Rəhimli Ə. Güney Azərbaycanda milli demokratik hərəkat (1941-1946), Bakı,
2003.
8. Didərginlər. Bakı,1990.
286
Müharibə Azərbaycanın da sosial-iqtisadi durumuna güclü zərər vurmuşdu.
Sənaye məhsulu 1945-ci ildə 1940-cı ilə nisbətən 22 faiz, neft istehsalı təqribən
yarıbayarı azalmışdı. Kənd təsərrüfatındada ciddi geriləmə baş vermişdi. Pambıq
istehsalı 1940-cı ilə nisbətən təqribən 3 dəfə, xam ipək istehsalı 2 dəfə azalmışdı.
Əhalinin sayı 1940-cı ildəkindən (3304,1min) 17,65 faiz fəhlə və qulluqçuların sayı
60 mindən çox azalmışdı.
Müharibədən sonra Azərbaycanda təsərrüfatın bərpa və inkişaf etdirilməsinə
başlandı. Tezliklə təsərrüfatın bütün sahələri dinc quruculuq müstəvisinə keçiril- məli
və sonra inkişaf etdirilməli idi. Bu vəzifələr 1946-1950-ci illəri əhatə edən dördüncü
beşillik planda öz əksini tapmışdı. Həmin plana görə sənaye məhsulu istehsalı
müharibədən əvvəlikinə nisbətən18 faiz, kənd təsərrüfatı istehsalı isə 28,2 faiz
artmalı idi.
1946-cı ildə xalq təsərrüfatının dinc quruculuq müstəvisinə keçirilməsi vəzifəsi
həyata keçirdi. 1948-ci ildə isə Azərbaycanda sənaye məhsulu istehsalı müharibədən
əvvəlki səviyyəyə çatdırdı. 1946-1950-ci illərdə Buzovna, Maştağa (1945), Gürgan-
dəniz, Hövsan və Umbakı (1948-1950), Neft daşları (1950)yeni neft və qaz yataqları
kəşf edirdi. 1948-ci ildə dünyada ilk dəfə açıq dənizdə neft- mədən estakadaları
quruldu. 1949-cu il noyabrın 7-də Xəzərdə qazılan neft quyusu fontan vurdu.
Xəzər nefti SSRİ-yə xidmət etməyə başladı. İndi Bakı–Tbilisi-Ceyhan neft
kəmərinin çəkilməsinin başa çatması ilə o, dünyaya xidmət edir.1950-ci ildə
estakadaların uzunluğu 18,9 km-ə çatdırıldı.
Müharibədən sonrakı ilk onilliyin axırında (1945-1955-ci illər) neft hasilatı
116,6 milyon tona çatdırdı. 1946-1950-ci illərdə neft emalı zavodları yenidən qu-
ruldular. 1946-1950-ci illərdə respublikada sənayenin ümumi məhsulu 78 faiz artdı.
Neft hasilatı 28 faiz, qaz çıxarılması 26 faiz çoxaldı. 1946-1950-i illərdə neft
emalının həcmi 1,3 dəfə artdı.
Həmin illərdə polad əridilməsi 89 faiz, prokat istehsalı 70 faiz, elektirik enerjisi
hasilatı 76 faiz, sement istehsalı 48 faiz artdı. Müharibədən sonra Sumqayıt,
Mingəçevir, Daşkəsən kimi sənaye şəhərləri yaradıldı. Sumqayıtda kimya və
metallurgiya, Mingəçevirdə energetika sənaye sahələri inkişaf etdirilməyə başladı.
287
Daşkəsəndə isə dəmir filizi yataqları istifadəyə verildi. Daşkəsən filiz saflaşdırma
kombinatı yaradıldı.
Ümumən, müharibədən sonrakı on il ərzində Azərbaycanda 108 yeni sənaye
müəssisəsi tikilib istifadəyə verildi. Onlardan Bakı asbest-şifer zavodunu (1948),
Qaradağ sement zavodunu (1951), Yeni neftayırma zavodunu (1953) və b.göstərmək
olar.
Kənd təsərrüfatının bərpa və inkişafına diqqət artırılmışdı. ÜİK(b)P MK-nın
fevral (1947-ci il) Plenumu "Müharibədən sonrakı dövrdə kənd təsərrüfatını
yüksəltmək tədbirləri haqqında" qərar qəbul etdi. Əkin sahələrinin genişləndirilməsi,
dənli və texniki bitkilərin məhsuldarlığının yüksəldilməsi, heyvandarlığın
məhsuldarlığının artırılması, MTS və sovxozların işinin yaxşılaşdırılması, kənd
təsərrüfatı maşınları istehsalının artırılması barədə tədbirlərin həyata keçirilməsi
nəticəsində Azərbaycanın kənd təsərrüfatının istehsalat-texniki bazası xeyli
möhkəmləndirildi.
İrriqasiya tikintisi genişləndi. Kür-Araz ovalığının, Samur-Dəvəçi kanalı
zonasının və respublikanın digər regionlarının suvarılmasının həyata keçirilməsi üçün
mühüm tədbirlər görüldü. Salyan düzənliyində və Şimali Muğanda suvarma
sistemlərinin yenidən qurulması və tikintisi əsasən başa çatdırıldı. Bunun nəticəsində
əkinə yararlı torpaqların sahəsi genişləndi.
Kənd təsərrüfatının inkişafında kolxozların təşkilat-təsərrüfatca
möhkəmləndirilməsi mühüm əhəmiyyətə malik idi. "Kolxozlarda kənd təsərrüfatı
arteli Nizamnaməsinin pozuntularını ləğv etmək tədbirləri haqqında" SSRİ XKS və
81 ÜİK(b)P MK-nın 1946-cı il 19 sentyabr tarixli qərarına uyğun olaraq kolxozların
ictimai mülkiyyətini möhkəmləndirmək, torpaqlardan istifadə edilməsini nizama
salmaq, kolxozçuların əməyini səmərəli təşkil etmək, artelin Nizamnaməsinin
prinsiplərinə riayət etmək sahəsində mühüm işlər görüldü. Bunun nəticəsində
kolxozlara 20667 hektar torpaq, 5583 baş iribuynuzlu və 21266 baş xırdabuynuzlu
mal-qara, 779 baş at və s. qaytarıldı. Kolxozların 16797 nəfər inzibati işçisi ixtisara
salınaraq istehsalata göndərildi. Kolxozlara 3588 min manat borc ödənildi. Bütün
288
bunlar təsərrüfatların ictimai mülkiyyətinin daha da inkişafına və kolxozçuların əmək
fəallığının artmasına kömək etdi.
1946-1950-ci illərdə dövlətin və kolxozçuların bu sahəyə qoyduqları əsaslı
vəsait 109,6 milyon manat idi. Bu müddət ərzində respublikaya 4200 traktor (15 at
gücündə), 273 taxıl kombaynı və çoxlu miqdarda digər kənd təsərrüfatı maşını
gətirilmişdi. 1945-ci ildən 1950-ci ilədək traktorların sayı 5100-dən 9400-ə, yük
avtomobillərinin sayı 900-dən 3700-ə qədər artmışdı.40 MTS-lərin şəbəkəsi
genişlənmiş, 12 MTS və 3 MHS (MaşınHeyvandarlıq Stansiyası) yaradılmışdı.
Kənd təsərrüfatının daha da inkişaf etdirilməsi və kolxozçuların
təşkilattəsərrüfatca möhkəmləndirilməsi üçün 1950-ci il iyunun 7-də SSRİ Nazirlər
Soveti "Xırda kolxozların iriləşdirilməsi haqqında" qərar qəbul etdi. 1951-ci il
fevralın 1-nə respublikanın kənd təsərrüfatında 3136 artel 1044 təsərrüfatda
birləşdirildi.46 Kolxozların sayı 1950-ci ildəki 1615-dən 1951-ci ildə 1359-a qədər
azaldı.47 Kənd təsərrüfatında kolxozlarla yanaşı, sovxozlar da mühüm yer tuturdu.
1950-ci ildə Azərbaycanda 46 sovxoz var idi ki, bu da 1940-cı ildəkinə nisbətən 4
sovxoz az idi.48 Lakin kənd təsərrüfatına rəhbərlikdəki nöqsanlar kolxoz və
sovxozların üstünlüklərindən, onların daxili ehtiyat və imkanlarından istifadə etməyə
mane olurdu. Geridə qalan təsərrüfatların sayı çox idi. Kolxozlardan dövlət
anbarlarına tədarükü artırmağı tələb edirdilər. Kənd təsərrüfatı məhsullarının təhvili
planlaşdırılarkən kəndin imkanları yox, dövlətin tələbləri əsas götürülürdü. Kənd
təsərrüfatının texniki təchizatı aşağı səviyyədə qalırdı. Kənd təsərrüfatının idarə
olunması sistemi dəyişmişdi. Yerli rəhbərlər kolxoz əmlakına göstəriş verməklə
təsərrüfatlara hökm etməkdə, öz mülahizələrinə görə, istədikləri kimi fəaliyyət
göstərməkdə davam edirdilər. Həm şəxsi, həm də ictimai təsərrüfatlar maliyyə
məngənəsinin əsarəti altında idi. Kolxozçunun öz həyətində saxladığı hər şeyin
üzərinə o qədər vergi qoyulurdu ki, mal-qara saxlamaq, meyvə ağacı yetişdirmək
sadəcə olaraq sərfəli deyildi. Kolxoz və sovxozların məhsullarının satınalma
qiymətləri isə o qədər aşağı idi ki, kolxozçuların və fəhlələrin əməyinin haqqını çox
vaxt ödəmək mümkün olmurdu.
289
Kənddə həyata keçirilmiş tədbirlər nəticəsində kolxozlar xeyli möhkəmləndi və
iri çoxsahəli təsərrüfatlara çevrildi. Azərbaycanda 1950-ci ildəki 1615 kolxoz
müqabilində 1970-ci ildə 992 kolxoz var idi. Kolxozların sayının azalmasına onların
iriləşdirilməsi və bəzi kolxozların sovxozlara çevrilməsi səbəb olmuşdu.154
Azorbaycanda sovxoz quruculuğu müvəffəqiyyətlə inkişaf edirdi. Sovxozların sayı
1950-ci ildə 46-dan 1970-ci ildə 406-ya, onların işçilərinin sayı isə müvafiq olaraq
12,7 mindən 169,5 nəfərə qədər artmışdı.155 50-60-cı illərdə Azərbaycanın kənd
təsərrüfatını inkişaf etdirmək sahəsində həyata keçirilən tədbirlər kolxoz və
sovxozların maddi-texniki bazasını nisbətən möhkəmləndirdi. Kənd təsərrüfatı
məhsullarının istehsalı və tədarükü artdı. Həmin illərdə kənd təsərrüfatının ümumi
məhsulu 1,9 dəfə çoxaldı.
Buna baxmayaraq, kənd təsərrüfatı, xüsusən əkinçilik bitkilərinin əkin sahələri
və məhsuldarlığının həcmi (taxıl,bostan məhsulları, meyvə və s.) aşağı düşmüşdü.
1951-ci ildə kolxozların iriləşdirilməsi tədbirləri də vəziyyətdən çıxmağa kömək
etmədi. Kənd təsərrüfatınıda geriləmənin başlıca səbəbini işçi qüvvəsinin, texnikanın
çatışmaması ilə yanaşı, kolxozçuların maddi marağının olmaması da təşkil edirdi. Bu
da zorakılıqla yaradılmış kolxoz quruluşunun ciddi qüsurlarından soraq verirdi.
Rentabelliliyin aşağı olması, aqrotexniki qaydaların ciddi pozulması, kompleks
mexanikləşdirmənin, elmin nailiyyətlərinin və qabaqcıl təcrübənin istehsalata ləng
tətbiqi bu vəziyyəti daha da ağırlaşdırırdı.
Bu illərdə əhalinin sosial vəziyyətində də dəyişikliklər baş verdi. 1947-ci ilin
dekabrında ərzaq və sənaye mlları satışındakı kartoçka sistemi ləğv olundu. Ölkədə
pul islahatı keçirildi. 1948-ci ildən etibarən ərzaq və sənaye mallarının qiymətləri
ardıcıl olaraq aşağı salınmağa başladı. 1950-ci ildə ümumi qiymətlər 1947-ci ilə
nisbətən 43, o cümlədən ərzaq mallarının qiymətləri 47 faiz, sənaye mallarının
qiymətləri 35 faiz aşağı salınmışdı. 1951-1954-cü illərdə də hər il qiymətlərin aşağı
salınması davam etdirilmişdi.
Müharibədən sonra da əsas siyasi hakimiyyət Kommunist Partiyasının, onun
Mərkəzi Komitəsinin Siyasi Bürosunun, xüsusən partiyanın rəhbəri İ.Stalinin əlində
cəmləşmişdi.
290
Müharibədən sonra 1946-cı ilin martında Xalq Komissarları Sovetləri Nazirlər
Sovetləri adlandırıldı. İ.Stalin ÜİK (b) PMK Siyasi Bürosunun sədri, Kommunist
Prtiyasının rəhbəri olmaqla yanaşı SSRİ Nazirlər Sovetinin sədri təsdiq edildi. O,
həm partiyanın, həm də hökumətin başçısı oldu. Bu struktur respublikada da tətbiq
olundu.
Müharibədən sonra da Azərbaycanda 1937-ci il və müharibə abı- havası davam
edirdi. İ.Stalinin şəxsiyyətinə pərəstiş daha da güclənmişdi. Ölkədə yenidən
repressiyalar başlandı. İlk növbədə alman əsirliyindən qayıdanlara nəzarət artdı.
Onlara inamsızlıq hökm sürməyə başladı. Onlardan çoxları məhkum və ya sürgün
olundular. Kadr siyasətində qeyri millətlərin nümayəndələrinə, xüsusilə ermənilərə
yaşıl işıq yandırıldı. Gənclərin milli ruhunu boğmaq üçün tədbirlər görüldü. Hələ
ikinci dünya müharibəsi illərində (1942-1943-cü illərdə) ali məktəb tələbə və
aspiratlarından İsmixan Rəhimov, Gülhüseyn Abdullayev, (Hüseynoğlu), Hacı
Zeynalovun başçılığı ilə yaradılmış “İldırım”təşkilatına və onun üzvləri olan Azər
Ələsgərova, Kamal Əliyeva, Aydın Vahidova və Musa Abdullayeva divan tutuldu.
1948-ci ilin yazında təlşkilatın üzvləri mühakimə olundular.Onlardan 3-ü 25-il
müddətinə konslagerə göndərildi, 4-ü 10 il və biri isə 7 il həbs cəzasına məhkum
edildi.
Müharibədən sonra totalitarizmin güclənməsini şərtləndirən cəhtlərindən
biri də, hakim ideologiasının inhisarının gücləndirilməsi oldu. 1947-1951-ci illərdə
fəlsəfə (1947) biologiya (1948) fiziologiya (1950) dilçilik (1950) siyasi iqtisad (1951)
elmləri üzrə keçirilən diskussiyalar buna misal ola bilər. Bu zaman bir sıra açıq fikirli
görkəmli alimlər gözümçıxdıya salındılar. Bakı Dövlət Universitetinin biologiya
fakultəsində çalışan professor genetik M.Ə. Axundov tutduğu vəzifələrdən
uzaqlaşdırıldı.
Fəlsəfə və tarix elmlərində bu özünü daha qabarıq göstərdi. Bu dövrdəki
ədəbiyyatda Qafqazın o cümlədən, Azərbaycanın Rusiya tərəfindən işğal olunması
saxtalaşdırıldı. XIX əsrin əvvəllərində Azərbaycanın işğalı onun guya könüllü olaraq,
Rusiyanın tərkibinə daxil olması kimi qələmə verilirdi. Azərbaycan Cümhuriyyətinin
tarixi saxtalaşdırılırdı. Bu illər Azərbaycan tarixinə “musavat dövrü” kimi təqdim
291
olunurdu. Bu dövr təhsil müəssələrində tədris olunmurdu.Sanki, Azərbaqycan
tarixində belə dövr olmamışdı.
Türk dünyasının unudulmaz abidəsi “Kitabi Dədə Qorqud” irticaçı xan –
bəy eposu kimi qiymətləndirilir, onun tətqiqatçıları, o cümlədən Həmid Araslı təqib
olunurdu. Məşhur Azərbaycan tarixçisi, pedaqoqu A.A.Bakıxanov idealizimində
fanatizmndə Mirzə Kazımbəy “Çarızmın sadiq qulu” olmaqda günahlandrılırdı.
Akademik M.A.Dadaşzadə “Türkiyənin casusu ” kimi damğalanmış, akademik
yazıçısı Mirzə İbrahimov SSRİ Elmlər Akademiyasının müxbir üzvu, professor A.O.
Makolevski sayıqlığını itirməkdə, Məmməd Rəfili “Kosmopolitizmdə”
təqsirləndirilirdi.Yazıçı Süleyman Vəliyev sürgün edilmişdir. Görkəmli filosof,
akademik Heydər Hüseynov “XIX əsir Azərbaycanda ictimai və fəlsəfi fikir
tarixindən” əsərinə görə kəs-kin tənqid olunmuş və “ingilis casusu”
adlandırımışdı.O, bu haqsızlığa dözməyərək intihar etmişdi.
Neftçi alimlərdən Prof. Ələşrəf Əlizadə, prof. Baxşıbəy Sultanov, Əli
Muradbəyli, Yusif Səfərov, Filosoflarda Əli Əlizadə, yzıçılarda Əbülhəsən
Ələkbərzadə şair Səməd Vurğun, Bəstəkar Ü.Hacıbəyov və b. hələ də təqib
olunurdular.
1947-ci il iyunun əvvəllərin də verilmiş cinayət fərmanına əsasən Azərbay-
canda Sovet rejiminə qarşı sədaqətlə xidmət edən müxtəlif təbəqələrdən olan 10
minlərlə adamlar represiya qurbanları olmuşlar. Cəmiyyətin ən dəyərli kapitalı olan
insan sosialist mülkiyyətinə məxsus adi bir alət, əşya, quzu, çəpiş və danadan ucuz
olmuşdur.
Azərbaycanın müstəqilliyini bərpa etmək uğrunda ardıcıl mübarizə aparan
M.Ə.Rəsulzadənin xalqı bu ruhda marifləndirmək məqsədilə 1949-cu ildə Ankara da
yaratdığı “Azərbaycan Kültür dərnəyi” antisovet, antiazərbaycan və müntəce qurum
kimi lənətlənirdi. 1953-cü il martın 5-də İ.Stalinin vəfatından sonra Azərbaycanda da
siyasi abı-hava dəyişdi. M.C. Bağırov tutduğu vəzifəsindən (Nazirlər Sovetinin sədri)
çıxarıldı. Bir müddət Uralda, Kuybşev neft birliyində müavin işlədi. Sonra, 1953-cü
ildə həbs olundu və mühakimə (1956 cı il 12- 26 apreldə) olunaraq ölümə məhkum
edildi.
292
M.C.Bağırovun rəhbərliyi vaxtında güc orqanlarına başçılıq etmiş
Sumbatov-Toprudze, X. Qriqoryan, R.Marqaryan, T.Barşov, S.Yemelyanov,
A.Atakişiyev və b.da mühakimə olundular. Onlardan ilk 4-ə güllələnmə kəsildi.
Digərləri isə müxtəlif müddətlərə həbs cəzasına məhkum edildilər.
1954-cü ilin fevralında İ.D.Mustafayev AKP MK-nın Birinci katibi seçildi.
Onun başçılığı ilə Azərbaycanda yeni rəhbərlik formalaşdırıldı. O, Azərbaycanda
mülayim, demokratik ab-havanın, milli meyllərin dirçəlişi, yeni sənaye şəhərlərinin
yaradılması, sənaye və kənd təsərrüfatının inkişaf etdirmək istiqamətində xeyli
təqdirə layiq tədbirlər həyata keçirdi.
Qonşularından qopardığı və güzəşt edildiyi ərazilər hesabına müstəqil dövlət
olmuş Emənistan İkinci Dünya müharibəsindən sonra da Azərbaycana, habelə
Türkiyəyə torpaq iddialarından əl çəkmirdi. O,Türkiyədən Şərqi Türkiyə torpaqlarına,
Azərbaycan-dan Dağlıq Qarabağın da Ermənistana birləşdirilməsinə nail olmaq üçün
mikoyanın təşəbbüsü və moskvanın dəstəyi ilə gizli olaraq xüsusi “Qarabağ
komiyəsi” yaratmışdılar.Ermənistan başçıları Mikoyanın xeyir-duası ilə 1945-ci ilin
payıında rəsmi olaraq SSRİ rəhbərliyinə Dağlıq Qarabağın Azərbaycan SSR-dən
alınıb Ermənistan SSR-ə verilməsi barədə məsələ qaldırmışdılar.Onların fikrincə,
Dağlıq Qarabağ iqtisadi cəhətdən Azərbaycan SSR-dən çox Ermənistan SSR iləbağlı
idi.Əslində Dağlıq Qarabağ Azərbaycanın əzəli ərazisi olaraq,onunla bağlı,onun he-
sabına yaşayırdı.
Mərkəzi hökumət dərhal bu müraciətə reaksiya vermişdi.ÜİK(b)P MK-nın
katibiY.H.Malenkovun imzası ilə bu barədə Azərbaycan K(b)P MK-nın Birinci katibi
M.C.Bağırova yazılı məlumat verilmiş və ondan öz rəyini bildirmək təklif
olunmuşdu.
M.C.Bağırov həmin məktuba cavab olaraq, 1945-ci ildekabrın 10-da MK-ya
yazdığı məktubda bildirmişdi ki, Ermənistanın Dağlıq Qarabağa əlaqədar irəli
sürdüyü iddiaların heç bir elmi və tarixi əsasları yoxdur.Dağlıq Qarabağ əzəli
Azərbaycan torpağıdər və torpağı olmaqda qalmaqdadır. Habelə, M.C.Bağırovun
cavab məktubunda bildirmişdi ki, Azərbaycan Dağlıq Qarabağı Ermənistana bu
şərtlə güzəştə gedə bilər ki, müxtəlif vaxtlarda Ermənistana , Gürcüstana və sovet
293
Rusiyasına verilmiş ərazilərAzərbaycan SSR-ə qaytarılsın.Bu cavab ermənilərin
Dağlıq Qarabağı ələ keçirmək planını puç etdi. Mərkəzi hökumətə problemin bütün
ölkə üçün sonsuz fəlakətlər gətirəcəyini anlatdı. Məhz buna görə də, Mərkəzi
hökumət məsələsinin “arxivə verilməsini” vacib saydı.
Mərkəz azərbaycanlılara etibar etmirdi, mühüm vəzifələrin çoxuna, xüsusən güc
orqanlarına başqa millətlərin, əsasən rus və ermənilərin nümayəndələrini cəlb edirdi.
Bu şovinist münasibətdən erməni millətçiləri azərbaycanlı kadrlara qarşı
hiyləgərcəsinə istifadə edirdilər. Ermənilər Cənubi Qafqazda özlərinə yer elədikdən
sonra zaman–zaman azərbaycanlıların öz doğma torpaqları olan Qərbi
Azərbaycandan qovub çıxarmaq niyyətlərini həyata keçirməyə başladılar. 1905-1920-
ci illərdə yüzlərlə azərbaycanlılar yaşayan kəndlər dağılıb yandırılmış, onların əhalisi
məhv edilmiş, sağ qalanlar öz doğma ocaqlarından pərən-pərən edilmişdilər. Onlar
sovet rejimi şəraitində də, bu iyrənc şovinst niyyətlərindən əl çəkməmişdilər.
Azərbaycan torpaqları hesabına Əzizbəyov, Ararat, Artaşat Qafan, Noyamberyan,
Mikoyan, Dilican, Mehri və b. rayonları yarat-mışdılar.
Ermənilər İkinci Dünya müharibəsi və ondan sonrakı dövrdə də iyrənc niyyətini
davam etdirmişdilər. Onlar 1943-cü ildə İkinci Dünya müharibəsinin qızğın vaxtında
üç mütləq dövlət (ABŞ, SSRİ,Böyük Britaniya ) başçılarının Tehran konfransında (28
noyabr-1dekabr 1943-cü il) SSRİ İran münasibətləri məsələssssinin müzakirəsindən
istfadə edərək Sovet rəhbərliyindən İranda yaşayan ermənilərin SSRİ-yə Ermənistana
köçürülməsi razılığını almışdılar. Hətta, onlar xaricdə yaşayan ermənilərin Ermənstan
SSR-ə köçürülməsi haqqında SSRİ Ali Soveti Rəyasət Hüyətinin 1946-cı il 19 oktyab
rfərmanı verməsinə nail olmuşdular. Bu fərman əsasən SSRİ Nazirlər Soveti 1947-ci
il dekabrın 23-də “Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin
Azərbaycan SSR-in Kür-Araz ovlağına köçürülməsi haqqında”qərarını vermişdi.
Həmin qərarıhəyata keçirmək məqsədilə SSRİ Nazirlər Soveti 1948-ci il mart ayının
10—da “Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlıəhalinin
Azərbaycan əhalinin Azərbaycan SSR-inKür-Araz ovlağına köçürülməsi ilə əlaqədar
tədbirlər haqqında qərarını” qəbul etmişdi.
294
Depotasiya tədbirləri Ermənistanın 22 rayonunu ,əsasən Basarkeçər, Zəngibasar,
Noyanberyan, Mikoyan, Dilican, Aştarxan, Kirovakan, Vedi rayonlarını əhatə etmişdi
.Dağlıq və dağətəyiyerlərdə yerləşən bu rayonlar azərbaycanlıların kompakt və ya er-
mənilərlə qarışıq halda yaşadıqları rayonlar idi.
Əslində xaricdən, əsasən İrandan, Suriyadan, Livandan, Misirdən Ermənstan
SSR-ə gələn ermənilər azərbaycanlılardan boşaldlmış kənd yerlərdə deyil, özlərinin
təkidi ilə şəhər qəsəbələrdə yerləşdirilirdilər. Bu da Ermənistan rəhbərliyinin
bəhanəsinin əsassız və uydurma olduğundan soraq verirdi.
Öz doğma yurdlarından zorla deportasiyaya məruz azərbaycanlılar əsasən Kür-
Araz ovlağında, Jdanov (indiki Beyləqan), İmişli, Saatlı, Sabirabad, Salyan, habelə
Yevlax, Ucar, Xaldan, Kürdəmir və s. aran rayonlarında yerləşdirildilər. Bu da
onların yarıdan çoxunun isti iqlim şəraitinə dözməyərək yələf olması ilə
nəticələnmişdi.
1949-cu ildə Ermənistandan Azərbaycanın Saatlı, Göyçay, Mirbəşir (indiki
Tərtər), İmişli, Əli Bayramlı, Zərdab, Salyan, Kürdəmir, Xaldan, Sabirabad, Jdanov
(indiki Beyləqan), Yevlax, Ucar, Gədəbəy və Bərdə rayonlarına 15276 adam
köçürülmüşdü. 1950-ci il martın 14-də və avqustun 25-də Azərbaycan və Ermənistan
respublikalarının Nazirlər Sovetləri həmin ilin yazında və payızında müvafiq olaraq
Azərbaycana 3419 təsərrüfatın və 14361 nəfər adamın köçürülməsi barədə qərar
qəbul etmişdilər. Lakin köçürülmə, daha doğrusu, mütəşəkkil deportasiya planı
erməni millətçilərin istədikləri sürətlə həyata keçirilmirdi. Bu, qeyri-insani tədbirin
planlaşdırılmış şəkildə həyata keçirilməsinə bir sıra obyektiv və subyektiv səbəblər
mane olurdu. Deportasiya olunanların sosial və məişət problemləri lazımınca həll
edilmirdi (respublikanın qısa müddətdə bu yerlərdə kifayət qədər mənzil tikmək
imkanı yox idi). Yerlərdə buna süni maneələr də yaradılırdı. Bunun nəticəsi olaraq,
1950-ci ildə Azərbaycandan Ermənistana - öz keçmiş yaşayış yerlərinə qayıtma
prosesi başlanmışdı. Köçkünlər içərisindən çıxılmaz vəziyyətə düşənlərin bəziləri
əlacsız qalaraq Mərkəzi hökumətə şikayət və etiraz məktubları göndərirdilər. Lakin
bu şikayət və etirazlar heç bir nəticə vermirdi.
295
1952-53-cü illərdə Ermənistandan daha 3155 təsərrüfat və 1376 nəfər
azərbaycanlı deportasiya edildi. Lakin geri qayıdanların sayı da artdı. 1954-cü ildə
113 Azərbaycan SSR kənd təsərrüfatı nazirinin müavini M.Poladovun rəhbərliyi ilə
Ermənistana ezam edilmiş xüsusi komissiya müəyyən etdi ki, köçürülənlərin geriyə
qayıtmalarının başlıca səbəbi Azərbaycanın Kür-Araz ovalığında elementar yaşayış
şəraitinin olmamasıdır. Bu səbəbdən də Azərbaycandan Ermənistana 1115 ailə geri
qayıtmışdı. Geri qayıdanlar Ermənistanda qeydə alınmır və adi vətəndaş
hüquqlarından məhrum edilirdilər.
Deportasiya prosesi 1956-cı ilə qədər davam etdirildi. 1954-1956-cı illərdə 1316
təsərrüfat və 5876 nəfər Ermənistandan deportasiya olunmuşdu. Ümumiyyətlə,
Ermənistan SSR-də etnik təmizləmənin bu mərhələsində 100 min nəfərdən çox
azərbaycanlı zorla köçürülmüş və ya köçməyə məcbur edilmişdir.
Bu hadisə əvvəllər sovet tarixçünaslığında SSRİ məkanında millətlərin və
millətlərarası münasibətlərin tənzim edilməsi, inkişafı və rəhbərliyin “xeyirxah”
addımı kimi qiymətləndirilmişdi. Lakin, Azərbaycanın müstəqilliyi bərpa olunduqdan
sonra tariximizin bu faciəli qara səhifəsi özünün əsl siyasi mənasını almışdır.Bu
faciəli hadisə əsl siyasi qiymətini ilk dəfə Ulu öndərimiz Heydər Əliyev Azərbaycan
Respublikasının Prezidenti olarkən “1948-1953-cü illərdə azər-baycanlıların
Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası
haqqında” 1997-ci il 18 dekabr fərmanında almışdı. O, xain xislətli qonşumuz olan
ermənilərin SSRİ hökumətinin və xaricdəki erməni lobbisinin dəstəyi ilə
azərbaycanlılara qarşı növbəti soyqrımı kimi qiymətləndirilmişdi.
Bu dövr Bakıya Azərbaycanda yeni yaradılmış sənaye mərkəzlərinə qeyri
millətlərin,o cümlədən ermənilərin axını ilə də səciyyələnmişdi.
Bütünbunlarla kifayətlənməyən ermənilər keçən əsrin 50-60 cı ilərində Dağlıq
Qarabağ məsələsini yenidən qabartmışdılar. 50-ci illərin sonlarında fitnəkar
Mikoyanın və onu dəstəkləyən Suslovun təşəbbüsü ilə Dağlıq Qarabağın Ermənistana
verilməsi məsələsi yenidən gündəliyə çıxarıldı. Hətta, məsələ Sov.İKPMK-
damüzakirəyə çıxarıldı. Lakin,nəticəsiz qaldı.
296
1964-cü ildə A.Mikoyan SSRİ Ali Soveti Rəyasət Heyyətinin sədri olarkən bu
məsələnin yenidən gündəliyə gətirilməsinə cəhd göstərildi.Lakin,müəyyən səbəblər
üzündən Mərkəzi rəhbərlik,xüsusən,N.Xruşşov buna imkanverməmişdi.
Buna baxmayaraq antitürk,antiazərbaycan əhvali-ruhiyyəsi güclənməkdə davam
edirdi. “Qarabağ Komitəsi”nin fəaliyyəti aşıq hal almışdı. Ermənistanda millətçilik
tüğyan etməyə başlamışdı.1965-ci il aprelin 23-də qondarma “erməni genosidi”nin 50
illiyi,türklərin,o cümlədən azərbaycanlıların genetik düşməni olan,cəllad Andronikin
isə 100 illiyi qeyd olunmuşdu.Hətta,onların şərəfinə İrəvanda və digər yerlərdə
abidələr də ucaldılmışdı.1967-ci ildə Xankəndində (Stepanakertdə) bir neçə azər-
baycanlı qətlə yetirilmişdi.
Bu dövrdə Azərbaycanda çox güclü erməni lobisi formalaşmışdı.Onların bir
çoxu Azərbaycan rəhbərliyində yuva salmışdılar.Onlar,Aərbaycanın milli inkişafın a
əngəlliklər törədirdilər.Mərkəzin dəstəyi ilə onlar bir çox kəndlərə,şəhərvə
qəsəbələrə,küçələrəerməni adlarının verilməsinə nail olmuşdular.Azərbaycanda isə
iki rayona S.Şamuyanın adı verilmişdi.
Moskvanın təzyiqi ilə Azərbaycanın bir çox əzəlitorpaqları”xalqlar dostluğunu
möhkəmləndirmək “ naminə ermənilərəbəxş olunmuşdu.Azərbaycan SSR Ali soveti
Rəyasət Heyyətinin 1969-cu il 7 may tarixli qərarı ilə Laçın ,Qubadlı,
Kəlbəcər,Qazax və b.rayonlarıdan iki min hektar yararlı torpaqlar Ermənistana bəxşiş
olunmuşdu. Lakin, Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan rəhbər-liyinə gəlməsi
ilə onun həyata keçirilməsi saxlanılmışdı.
1941-ci il avqustun 25-də Sovet müqaviləsinə əsasən (6-cı maddə) İran
sərhəddini keçərək Ərdəbil və Təbriz istiqamətində irəlilədilər. Sovet qoşunları ilə
eyni vaxtda İngilislər İranın cənubundan ölkəyə daxil oldular.
Sovet qoşunlarının İranda keçirdiyi hərbi əməliyyatlarda Azərbaycandan da
xüsusi bir qrup iştirak edirdi. Bu zaman, Təbrizdəki 47-ci ordunun Hərbi Şurasının
üzvi Əziz Əliyev rəhbərlik edirdi. Həmin qrupa Süleymanov, Rəhimov, Mirzə
İbrahimov, Mustafa Quliyev və başqaları daxil idilər.1941-ci ilin sonunadək Bakıdan
Cənubi Azərbaycana 2548 ton qənd, 1371 ton un, 1814 ton buğda və s.ərzaq
məhsulları yardım olaraq göndərilirdi.
297
1941-ci il oktyabrın 11-dən Azərbaycan dilində “Vətən yolunda” qəzet nəşr
olundu.Urmiyədə azərbaycan dilində “Qızıl əsgər” qəzeti buraxıldı.Cənubi
Azərbaycanlılar da öz növbəsində şimalda gedən Proseslərə ehtiramla yanacaq,onlara
yardım edirdilər.Onlar 416-cı Toqanroq diviziyasına pul vəsaiti toplayaraq yardım
etmişdilər.Təbrizdə bir sıra fabriklərin fəhlələri bir günlük əmək haqlarını həmin
diviziyanın fonduna vermişdilər.
Lakin Sovet hökumətinin burada yeritdiyi siyasət İngiltərə və ABŞ hökumət-
lətini narahat edirdi. 1943-cü il noyabrrın 28-də başlanan Tehran konfransında qəbul
edilmiş “İran haqqında Bəyannamədə” bütün tərəflər İranın ərazi bütövlüyünün
qorunub saxlanmasına tərəfdar olduqlarını bildirdilər. Bundan sonra Sovet hökuməti
İranda fəaliyyətini bir qədər zəiflətdi. Azərbaycandan İrana göndərilmiş siyasi
işçilərin çoxu geri çağrıldı.
Sovet hökuməti 1944-cü il martın 6-da “Cənubi Azərbaycan əhatəsinə iqtisadi
və mədəni yardımın gücləndirilməsi tədbirləri haqqında “ məsələ müzakirə edərək
qərar qəbul etdikdən sonra ora diqqət yenidən artdı.Qərarda diplomatik orqanlarda
çalışan azərbaycanlıların sayının artırılması, Azərbaycan dilində ordu qəzetinin nə-şr
ediləsi, Təbrizdə Azərbaycan dilində pulsuz onillik məktəb, kitabxana , yazıçı və
şairlərin nəşri və əhali arasında yayılması məsələləri irəli sürülürdü.
1944-cü ilin yaz və yayında 1000 nəfərdən çox işçi səfərbər edilərək Cənubi
Azərbaycana göndərilmişdi.Onların qarşısında duran əsas vəzifə otaydakı
azərbaycanlıların milli özünüdərk hissini artırmaq, onların tək olmadıqlarını təbliğ
etməkdən ibarət idi.
1945-ci ilin yayında Cənubi Azərbaycanda vəziyyət gərginləşdi.İran hökuməti:
ABŞ və İngiltərənin hərbi-siyasi yardımına arxalanaraq ,azərbaycanda təqib və
terrora başladı.Bunlara qarşı özünümüdafiə məqsədilə fədaidəstələri təşkil olundu.
Belə bir şəraitdə vətəndaş müharibəsinə yol vermədən ictimai-siyasi hadisələrə
başçılıq etməyə qadir olan siaysi təşkilatın yaradılmasına ehtiyac var idi.
1945-ci il sentyabrın 3-də S.C.Pişəvərinin başçılığı ilə milli-azadlıq və
demokratik hərakata rəhbərlik edən Azərbaycan Demokratik Partiyası (ADP)
yaradıldı.1945-ci il oktyabrın 2-dən 4-dək Təbrizdə ADP-nin I qrultayı keçirildi.
298
Qrultayda qəbul edilmiş proqramda milli məsələ barədə deyilirdi.:” İran məmləkəti
daxilində yaşayan hər bir millətin muxtariyyatı və öz müqəddəratını təyin etmək
hüququ əyalət və vilayət əncümənləri vasitəsilə təmin edilməlidir”.
Lakin İran hökuməti Azərbaycan xalqının tələblərini eşitmədi. Hətta İran
höku-məti suni surətdə Azərbaycanda qıtlıq yaratdı, çoxlu ərzaqı Azərbaycandan
kənara daşıtdırdı, azərbaycanlı tacirlərin 15 milyon tümən pulunu Tehran banklarına
köçürərək vəziyyəti ağırlaşdırmağa çalışdı.
1945-ci il sentyabrın 10-da Marağa, oktyabrın 2—də Ərdəbil şəhərində hərbi
vəziyyət elan edildi. Azərbaycan xalqının qəti ehtirazına baxmayaraq sentyiabrın 12-
də qatı irticaçı C.M.Fərrux Azərbaycana vali təyin olundu.Onun nə məqsədi ADR
komitə üzvlərinin həbs edilərək Tehrana göndərilməsi idi.
Bu vəziyyəti görən Sovet Hökuməti vəziyyətin ciddiliyini nəzərə alaraq
Cənubi Azərbaycanda möhkəmlənmək barədə qərar qəbul etdi.Buraya göndərmək
üçün çoxlu silah ayırdı.
1945-ci il noyabrın 20-21-də Təbrizdə keçiriləcək Azərbaycan Xalq
Konqrensinə Cənubi Azərbaycanın bütün şəhərlərindən nümayəndələrin seçilməsi
üzrə kompaniya başladı.Lakin noyabrın 18-də Tehrandan İran qoşunları Qzvinə tərəf
hərəkətə başladı. Fədailər hökumətin silahlı qüvvələrinə noyabrın 17-18-də Marağa,
Mərənd, Miyanə , Sərab və Ərdəbil istiqamətində ilk zərbəni vurdular.
1945-ci il noyabrın 26-dək Azərbaycanın böyük şəhərlərində hökumət qan
tökülmədən xalqın əlinə keçdi. Azərbaycan Xalq Konqrensi özünü Müəssislər
məclisi elan etdi və tərkibində milli Heyət seçdi. Müəssislər Məclisinin
bəyannaməsində Azərbaycana İran hökuməti daxilində milli muxtariyyat verilməsi
tələb olunurdu.
1945-ci il noyabrın 27-dən dekabrın 1-dək məclisə ümumi seçkilər keçirildi.12
de-kabr Milli Məclisin açıldığı gün Azərbaycan müxtariyyatının yarandığı gün oldu.
Tehran hökuməti 1946-cı il iyunun 13-də Az.Milli Məclisin Azərbaycan Əyalət
əncüməsini kimi tanımağa məcbur oldu.
Azərbaycan Milli hökuməti qısa fəaliyyəti ərzində mühüm əhəmiyyətli tədbirlər
həyata keçirdi. 1946-cı il fevralın 16-da qəbul edilmiş “Müsadirə haqqında” qanuna
299
əsasən Dövlət kəndlərinin torpaq və suları əvəzsiz olaraq kəndlilər arasında
bölünürdü. Sənayedə fəhlə nəzarəti yaradıldı.Əmək qanununa görə 8 saatlıq iş
günü ,əməkçilərin sosial-iqtisadi ehtiyaclarının təmin edilməsi nəzərdə tutulurdu.
1946-cı il fevralın 6-dan Xalq qoşunları yaradılmasına başlanıldı. Hərbi
məktəb açıldı.və az müddət ərzində 250 nəfərdən çox zabit hazırlandı.
1946-cı il yanvarın 6-da Milli Hökumət “Dil haqqında” qərar qəbul
etdi.Qərar görə Azərbaycan dili Cənubi Azərbaycanda rəsmi dövlət dili elan olundu.
İyunun 12-də Təbriz Universiteti fəaliyyətə başladı.Aprelin 7-də Azərbaycan
radiosu fəaliyyətə başladı.Əhalinin vəsaiti hesabına bir ildə 2000 –dən artıq məktəb
açıldı.Azərbaycan dilində 20-dən çox qəzet və jurnal nəşr edilməyə başladı.1946-cı
ilin martından başlayaraq Sovet qoşunları İrandan çıxarılmağa başlandı (1942-ci il
29 yanvar Sovet –İran –İngiltərə arasında müqaviləyə əsasən ).
1946-cı il aprelin 4-də SSRİ –ilə İran hökuməti arasında sazişə əsasən bütün
qoşunların çıxarılması haqqında saziş bağlandı.Bu sazişdə deyilirdi.”Azərbaycan
məsələsi İrananın daxili işi olduğundan mövcud qanunlara görə hökümətlə Azər-
baycan əhalisi arasında və Azərbaycan xalqına xeyirxah münasibət ruhunda is-lahat
keçirməyin dinc yolu tapılacaqdır”
Beləliklə Azərbaycan məsələsinin taleyi artıq həbs olunmuşdu. Hələ 1942-ci
ildən İranın Bütün silahlı qüvvələrinin ixtiyarını öz əlinə almış ABŞ 21 Azərbaycan
hərəkatının əvvəlindən İranın silalıqüvvələrini Azərbaycana qarşı hücuma
hazırlayırdılar.ABŞ İrana 20 milyon dollarlıq silah və hərbi sursat, 40 bombarmançı
təyyarə vermişdi.
1946-cı il sentyabrın 1-də Azərbaycan Xalq hakimiyyəti üzərinə ümumi
silahlı hücuma başlayan İran hökuməti 1946-cı ilin noyabrında 50 minlik qoşunla
Cənubi Azərbaycana hücuma keçdi.Əməliyyata İran şahı Məmməd Rza Pəhləvi özü
rəhbərlik edirdi.O, İran əsgərlərinə deyirdi: Gedin, Azərbaycanı atəşə tutun, oranı
yerləyeksan edin”. Bu böyük qüvvəyə qarşı cəmi 18 min nəfərlik silahlı qüvvə var
idi. Lakin şah ordusuna qarşı inadlı müqavimət göstərdi. Qısa müddət ərzində milli –
demokratik hərakat qan içində boğuldu. 30 minə qədər adam öldürüldü, 300 min
300
adam isə sürgün olundu. 1947-ci ildə S.C.Pişəvəri Gəncə yolunda avtomobil
qəzasında həlak oldu.
1945-46-cı illərdə Cənubi Azərbaycanda baş vermiş milli –demokratik hərakat
xalqımızın azdlıq mübarizəsi tarixinin mühüm və şanlı səhifələrindən biridir.
301
XIX mövzuAzərbaycan 1970-1980-ci illərdə
PLAN
1. Respublikanın ictimai-siyasi həyatı.
2. 70-80-ci illərdə sosial-iqtisadi və aqrar sahədə həyata keçirilən tədbirlər.
3. Azərbaycanda mədəni quruculuğun inkişafında yeni mərhələ
ƏDƏBIYYAT
1. Azərbaycan tarixi.VII cild, Bakı,2008, səh.445-584.
2. Siyasi tarix (Mühazirə kursu) II hissə, Bakı,1995, səh.123-135.
3. Məmmədov T, Məmmədovç.Siyasi tarix, Bakı,2004, səh.251-257.
4. Siyasi tarix (Dərs vəsaiti) II hissə, Bakı,1998, səh.291-296.
5. Az.KP. MK-nin Plenumlarının materialları.Bakı, 1969-82-ci illər.
302
1969-cu ilin iyulun 14-də Azərbaycanın siyasi həyatında mühüm hadisə baş
verdi. AZ.KP MK-nin Plenumunda H.Ə.Əliyev MK-nin birinci katibi seçildi.
Heydər Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində, fəhlə ailəsində anadan
olmuşdu. Naxçıvanda orta təhsil almış, Pedaqoji Texnikumu bitirmişdi. 1939-1941-ci
illərdə o, Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində oxumuşdu.
H.Əliyev 1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və
Naxçıvan MSSR Xalq Komissarlığı Sovetində şöbə müdiri, 1944-cü ildən Dövlət
Təhlükəsizlik orqanlarında işləmişdi. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin
tarix fakültəsini bitirmişdi. Ağılı və işgüzarlığı sayəsində H.Əliyev general-mayor
rütbəsinədək yüksəlmişdi. 1956-1965-ci illərdə Azərbaycan SSR Dövlət
Təhlükəsizlik Komitəsi Əks-Kəşfiyyat İdarəsinin rəisi, 1965-ci ildən bu Komitə
sədrinin müavini, 1965-ci ildən isə sədri olmuşdu.
Azərbaycanın müasir tarixində 1969-cu ildə dönüş mərhələsinin təməli qoyuldu.
Avqust plenumunda Heydər Əliyev çıxış edərək, respublikanın iqtisadiyyatını dərin
və hərtərəfli təhlil etdi, təsərrüfata rəhbərlikdə, mədəni quruculuqda, ideoloji isdə
ciddi nöqsanlar olduğunu qeyd etdi və onları aradan qaldırmaq yollarını göstərdi.
Avqust plenumunda dövlət əmək intizamını möhkəmləndirmək, respublikada
mədəni-psixoloji iqlimini sağlamlaşdırmaq vəzifələri irəli sürüldü.
O, 1976-cı ildə Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd seçildi və bu
vəzifənin verdiyi imkanlardan Azərbaycanın inkişafı naminə məharətlə istifadə etdi.
Heydər Əliyev böyük uzaqgörənliklə bütün dövlət hakimiyyəti orqanlarının işini
xalqın iqtisadi, sosial mədəni tərəqqisi və milli oyanış siyasətinin reallaşmasına
yönəltdi. H.Əliyev qısa müddətdə respublikada idarəçəlik sistemini xeyli möhkəm-
ləndirdi. O, bütün dövlət hakimiyyəti orqanlarının işini xalqın iqtisadi, sosial-mədəni
tərəqqisi və milli oyanış siyasətinin reallaşmasına yönəltdi.
H.Əliyev respublikada qanunçuluğun hüquqi bazasının möhkəmləndirilməsi
istiqamətində mühüm tədbirlərin təşəbbüsçüsü oldu. O, 1978-ci il AZ,SSP Konsti-
tusiyasını hazırlayan komissiyanın sədri kimi geniş dövlətçilik fəaliyyəti göstərdi.
Aprelin 21-də AZSSP-nin Konstitusiyası qəbul edildi. Bu ali qanun xalqın mənəvi
sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi
303
əsaslar genişləndirdi. Moskvanın etirazına baxmayaraq H.Əliyevin siyasi iradəsi nəti-
cəsində Azərbaycan dili dövlət dili statusunu saxladı.
H.Əliyevin məharətlə həyata keçirdiyi çoxcəhətli siyasi-dövlətçilik faliyyəti
sahəsində bütün ictimai təşkilatların diqqəti respublikanın iqtisadi, kadr və mənəvi
potensialının sürətlə artmasına yönəldildi. Bunun nəticəsində 70-ci illərdə
Azərbaycanda bütün başlıca iqtisadi göstəricilər durmadan artdı. 14 ildə (1969- 1982-
ci illərdə) respublikada milli gəlirin ümumi həcmi 2,5 dəfə, sənaye istehsalı 2 dəfə,
xalq istehsalını malları 3 dəfə, kənd təsərrüfatında məcmu məhsul 2,7 dəfə artmış,
250-dən çox fabrik, zavod, istehsal sexləri tikilmiş, 2 milyondan çox adamın mənzil
şəraiti yaxşılaşmışdı.
H.Əliyevin təşəbbüsü ilə xalqın mənəvi dəyərlərinin öyrənilməsi və təbliğinə
diqqət artırıldı. 1977-ci ildə Nizami irsinin yenidən öyrənilməsi haqqında qərar qəbul
olundu. Hüseyin Cavidin cəsədininn qalıqları 1982-ci ildə İrkutsk vilayətindən
gətirilərək Naxçıvanda dəfn edildi.
70-ci illərdə Taqanroqda 416-cı Azərbaycan divizyasının böyük qələbəsinə
xa-tirə ansanblı, Sevastopolda 77-ci divizyanın şərəfinə böyük abidə ucaldılmışdı.
H.Əliyev respublikada kadr potensialının möhkəmləndirilməsinə xüsusi
diqqət verildi. Minlərlə Azərbaycanlı gənc digər şəhərlərdə aparıcı təhsil və elm
ocaqlarına oxumağa göndərildi. 70-80-ci illərdə SSRİ-nin hərbi məktəblərində
müxtəlif hərbi ixtisaslar üzrə 2000-dən çox azərbaycanlı zabit hazırlandı.
H.Əliyevin təşəbbüsü ilə milli özünədərk prosesi xeyli gücləndirildi. “Gəncə
”sözü yasaq edildiyi vaxt, “Yeni Gəncə” qəsəbəsi yaradıldı. Bakı rayonlarına
“Nizami”, “Nəsimi” adları verildi. Naxçıvanda “Babək”, Yuxarı Qarabağda
“Əsgəran” adlarının verilməsi bu yerlərin əzəli azərbaycan torpaqları olduğunu bir
daha təsdiqlədi. O, “İran Azərbaycanı ” terminini “Cənubi Azərbaycan” terminilə
əvəz etdi.
Heydər Əliyev erməni millətçilərinin niyyətini yaxşı dərk edirdi, sərhəd
rayonlarının iqtisadi və sosial-mədəni inkişafına böyük əhəmiyyət verir, qayğı
göstərirdi. Belə ki, 70-ci illərdə mərkəz ermənilərin təhriki ilə Kəlbəcər rayonunun
perspektivsizliyi, buradan əhalinin köçürülməsi, torpaqların isə yaylaq kimi
304
respublikalar arasında bölüşdürülməsi haqqında məsələ qaldırdı. Buna qarşı H.Əliyev
1977-ci ildən bu rayonun potensial imkanlarını genişləndirmək tədbirləri
hazırlanmasına və həyata keçirilməsinə nail oldu. İqtisadiyyat xeyli dirçəldi və
Mərkəzin, erməni millətçilərinin niyyətləri alt-üst oldu
Beləliklə H.Əliyevin çoxcəhtli partiya və dövlət idarəçiliyi sayəsində
Azərbaycanın ictimai-siyasi həyatı olduqca zənginləşdi. İnsanların partiya və dövlət
orqanlarının ictimai təşkilatların işində fəaliyyəti artdı. Dövlət və ictimai təşkilatla-rın
mədəni tərəqqisi xalqın milli oyanışına istiqamətləndirilmiş siyasətin reallaşdırıl-
masına yönəldildi və səmərəli nəticələr verdi.
H.Əliyev kimi fitri istedadlı, uzaqgörən, xalqını sonsuz məhəbbətlə sevən,
praqmatik bir siyasətçinin Azərbaycana rəhbərlik etməsi respublikanın ictimai-siyasi,
iqtisadi və mədəni həyatında sürətli yüksəlişə səbəb oldu.
XX- əsrin 70-80-ci illəri Azərbaycan iqtisadiyyatının keçidiyi əvvəlki inkişaf
illəri ilə müqayisədə ən əlamətdar və böyük yüksəliş dövrü kimi tarixə daxil olub.
Heydər Əliyevin təşəbbüsü ilə SSSR hökuməti Azərbaycanda sənayenin və
kənd təsərrüfatının intensiv inkişafı üçün xüsusi qərar qəbul etdi və xeyli vəsait
ayırdı. Azərbaycanda iqtisadi quruculuq fəaliyyəti 70- ci illərin ilk ilindən sürətlə
başladı. Kapital qoyuluşunun həcmi 1970 -85 –ci illərdə 32 milyard manat təşkil
edirdi ki, bu da Sovet dövrünün əvvəlki 50 ilində cəmi istifadə edilən vəsaitdən 2,1
dəfə çox idi.
Bu kapitalın 45% -dən çoxu maşınqayırma, kimya, neft-kimya, tikinti
materialları, yeyinti sənayesi sahələrinə qoyulmuşdu.
Respublikanın güclü elmi-texniki və istehsal potensialına söykənərək
iqtisadiyyatın mühüm istiqamətlərinin inkişafı ardıcıl mərhələlər üzrə həyata
keçirildi. Əlvan və qara metalugiyanın yeni istehsal sahələri yaranırdı.
Kənd təsərrüfatı təyinatlı maşınqayırma sənayesində daha əhəmiyyətli yeni
müəssələrin yaradılması sahəsində ciddi işlər görüldü.
Neft və qaz istehsalı sahəsində 80-ci illərdə rekord nəticələr əldə olundu.
Belə ki, həmin dövrdə 13 milyon ton neft, 14milyard kubmetr təbii qaz istehsal
edilmiş-di.70-80-ci illərdə Azərbaycan rayonlarının qazla təmin edilməsi demək olar
305
ki, başa çatdırılır. 70-ci illərdə Əli Bayramlı-Astara, Yevlax-Şəki, Dəvəçi-Xaçmaz,
Yevlax-Xankəndi-Gorus-Naxçıvan, 80-ci illərdə Naxçıvan-Culfa-Ordubad,
Qazıməmməd Qazax qaz kəmərləri çəkildi.
1970-80 –ci illərdə yeni müəssələr sənayenin təkmilləşməsi və məhsul isteh-
sallarının artırılmasında əhəmiyyətli rol oynamışdur. Bu dövrdə 218 yeni sənaye mü-
əssəsi istifadəyə verildi.
Mingəçevirdə elektrik stansiyası, Şəmkir Ses, Bakı Kondisioner zavodu, Əli
Bayramlı məişət cihazları zavodu, Ağdam dəzgahqayırma, Gəncə xalça, qənnadı, çini
–saxsı qablar zavodları məhz bu dövrdə istifadəyə verilmişdi.
Tarixən Azərbaycanda sənayenin birtərəfli inkişafı ilə əlaqədar onun
müəssələri əsasən Bakı və Sumqayıt regionunda yerləşmişdir. 1970-85-ci illərdə
yaradılan yeni sənaye müəssələrinin 158-i və ya 72 faizi respublikanın başqa ərazi
sahələrində istifadəyə verildi.
70-ci illərdə neft sənayesinin inkişafında da yeni dəyişikliklər baş verdi.
Geoloji kəşfiyyat işləri genişləndi. 22 yeni neft və qaz yatağı kəşf olundu. Neft
mədənlərinin yarıdan çoxu avtomatlaşdırıldı.
Üzən buruqlardan “Azərbaycan”, “Xəzər” vastəsilə dənizin dərinliyində 6000
metrə çatan quyular qazıldı. 70-ci illərdə dərin dəniz özülləri hazırlayan iri zavodun
tikintisinə başlandı və zavod 1986–cı ildə fəaliyyətə başladı. Respublikada energetika
sənayesi sürətlə inkişaf edirdi.Araz çayı üzərində İran ilə birlikdə SES –sı tikildi.
Yüngül sənaye, yeyinti sənaye müəssləri şəbəkəsi xeyli genişləndi.
Azərbaycanın vahid xalq təsərrüfatı komplekslərindən biri olan nəqilyatın
da inkişaf etdirilməsi vacib strateji məsələlərindən biri idi. 70-80 –ci illərdə yeni
dəmir yolu –Ağdam –Xankəndi, Akstafa –İrəvan, Yevlax- Balakən xətləri istifadəyə
verildi. 1985-ci ildə 2067 kmə çatan dəmir yolu xətti var idi.
Avtomobil yollarının inkişafında da əhəmiyyətli dəyişikliklər baş verdi. Av-
tomobil yollarının uzunluğu 1985 –ci ildə 22,4 min km -ə çatırdı.
70-80-ci illərdə metro tikintisi sahəsində böyük uğur əldə olundu. 1970-ci
ildə “Ulduz ” stansiyası istifadəyə verildi. 1972-ci ildə Bakının mərkəzini “8-ci km”
qəsəbəsi ilə birləşdirən metro xətti “Bak Soveti” “Neftçilər” metro xətt işə düş-
306
dü.1985-ci ildə “Memar Əcəmi ” stansiyasına, 1979 –cu ildə “Əhmədli ” stansiyasına
qədər yeraltı dəmiryol xətləri istifadəyə verildi.
Azərbaycanın dəniz nəqilyyatı da inkişaf edirdi. Bakı dəniz gəmiçiliyi böyük
donanmaya malik idi. Respublikada dəniz vasitəsilə Qazaxstan, Sibir, İtalya,
Əlcəzair, Polşa, Ruminiya və s. ölkələrə mal daşınırdı.
Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə ən mühüm
iqtisadi nəticələrdən birini kənd təsərrüfatının dinamik inkişaf etməsi, ölkənin və
respublikanın bütün iqtisadiyyatında onun rolunun artması təşkil edir. Bu dövrdə
istehsalın elmi əsaslarla intensivləşdirilməsi və təkmilləşdirilməsi kənd təsərrüfatında
nailiyyətlərin artmasında mühüm rol oynadı. 1970-80-ci illərdə respublikada kənd
təsərrüfatının maddi bazasının gücləndirilməsinə xüsusi diqqət yetirilirdi.
Azərbaycanda kənd təsərrüfatına yararlı torpaqlar nisbətən məhdud
miqdardadır. Buna görə də kənd təsərrüfatında məhsuldar qüvvələrin mümkün
ehtiyatlarından tam və hərtərəfli istifadə edilməsi vacib idi. Lakin bu vacib məsələdə
bütün əvvəlki dövrlərdə onun düzgün həllində elə bir əsaslı dönüş əldə edilməmişdi.
Bunun üçün, ilk növbədə respublikada kənd təsərrüfatının ayrı-ayrı sahələrini onların
hər birinə daha çox münasib olan əlverişli torpaq-iqlim şəraitində yüksək səviyyədə
inkişaf etdirmək yolu ilə əkinçilik və heyvandarlığın müxtəlif təbii-iqtisadi zonalar
üzrə səmərəli ixtisaslaşması və təmərküzləşməsi tələb olunurdu. Məhz 70-80-ci
illərdə Azərbaycan kənd təsərrüfatında qazanılan uğurların təməlində, birinci
növbədə onun inkişafının bu başlıca şərtinin tələblərinin düzgün qiymətləndirilib
istifadə edilməsində mühüm addımlar atıldı. Bundan başqa, kənd təsərrüfatının böyük
nailiyyətlərində Azərbaycan şəraitində müstəsna əhəmiyyət kəsb edən suvarılan
torpaq sahələrinin artırılmasının da böyük rolu oldu. Respublikada mühüm
əhəmiyyətə malik çoxlu su təsərrüfatı qurğusu yaradıldı və kanallar çəkildi. 70-80-ci
illərdə bir çox hidrotexniki komplekslər və dəryaçalar, o cümlədən Tərtərçay və
Yuxarı Xanbulançay su təsərrüfatı kompleksləri, Araz, Şamxor, Arpaçay, Nurs,
Sirab, Bənənyar, Aşağı Köndələnçay dəryaçaları, Baş Mil, Lənkəran kanalları,
Yuxarı Şirvan kanalının Ağsu qolu və başqa obyektlər istifadəyə verilmişdi. Bu
tədbirlər nəticəsində suvarılan əkin sahələri təqribən 30 faizə qədər artdı.63 1970-
307
1985-ci illərdə respublikada kənd təsərrüfatı təyinatlı torpaqlar həcmcə az dəyişmişdi.
Kənd təsərrüfatına yararlı torpaqların sahəsi 4032 min hektardan 4327 min hektara
(artım 285 m.h.) qalxmışdı. Onlardan şum yerləri 1320 min hektardan 1454,3 min
hektara (artım 134,3 m.h.), biçənək sahələri 112 mindən 124 min hektara, otlaqlar və
örüşlər isə 1089 min hektardan 2245 min hektara qədər artmışdı. Yeni texnika və
texnologiyanın, səmərəli əkinçilik sistemlərinin tətbiqi, növbəli əkinçilik sisteminin
geniş mənimsənilməsi, kənd təsərrüfatına yararlı torpaqların, xüsusilə də əkin
yerlərinin istifadəsi vəziyyətə əhəmiyyətli təsir göstərdi. Əkin sahələrinin
məhsuldarlığını artırmaq məqsədilə mədən gübrələrinin, bitkiləri xəstəlikdən və
ziyanvericilərdən qoruyan kimyəvi vasitələrin tətbiqi genişlənməyə başlayır. Geniş
şoran torpaqların, quru iqlimi və az suyu olan Azərbaycan üçün meliorasiya
tədbirlərinin çox mühüm iqtisadi və sosial əhəmiyyəti vardır. Bu baxımdan
respublikada müəyyən işlər görülmüşdü. 1975-1985-ci illərdə 192 min hektardan çox
yeni suvarılan, 381 min hektardan çox sahə meliorasiya cəhətdən 158
yaxşılaşdırılmış, 493 min hektara qədər əsaslı surətdə hamarlanmış torpaq istifadəyə
verilmiş, 989 min hektar otlağa su çıxarılmışdı.
Elmi-texniki tərəqqi gücləndikcə, təsərrüfatlar nisbətən daha mükəmməl
texnika və mexanizmlərlə təchiz olunduqca, istehsalın və əməyin enerji ilə silahlanma
səviyyəsi artırdı. Lakin kənd təsərrüfatında əməyin enerji ilə silahlanma səviyyəsinin
artmasına görə respublika ölkə üzrə orta göstəricilərdən hələ geri qalırdı.
1970-1980-ci illərdə yeni maddi-texniki bazaya və sənaye xarakterli
texnologiyalara əsaslanaraq, kənd təsərrüfatının tərəvəzçilik, çayçılıq, tütünçülük,
meyvəçilik, quşçuluq və digər sahələri dinamik inkişaf etmişdir.
70-ci illərdə kənd təsərrüfatında əmək bölgüsünün dərinləşməsi prosesi
sürətləndi. Pambıq istehsalı Muğan, Mil və Şirvan zonalarında təmərküzləşdi.18
rayon pambıqçılıqla məşğul idi. Ən çox pambıq istehsal edən rayonlar Bərdə,
Ağcəbədi, Beyləqan, Sabirabad idi. 1985-ci ildə pambıq əkin sahələri 295,5 min
hektara çatmışdı.
Başqa sahələrdə də təmərküzləşmə gedirdi. Tərəvəzin 92 faizindən çoxu
Lənkəran, Astara, Quba-Xaçmaz, çay yarpağının 98 faizi Lənkəran-Astara, taxılçılıq
308
mərkəzi aran, Şəki İsmayıllı rayonlarında daha çox becərilirdi. Üzümçülük bütün
təbii iqtisadi zonalarda yetişdirilirdi.
Respublikada kənd təsərrüfatının ümumi məhsulunun həcmi 1981-85 –ci
illərdə orta hesabla 1966-70 –ci illərə nisbətən 2,6 dəfə çoxaldı
1981-85-ci illərdə taxıl istehsalı 1,3 milyon tona, pambıq 861,4 min tona,
tütün 56,9 min tona, üzüm 1,9 milyon tona çatdırılmışdı.
XX əsrin 70-ci və 80-ci illərinin birinci yarısı Azərbaycan iqtisadiyyatının
xüsusi tarixi mərhələsini, onun bütün sahələrinin ona qədərki inkişafının ən yüksək
zirvəsini təşkil edir. Əsas sosial-iqtisadi göstəricilərə görə geridə qalan Azərbaycan
az vaxt içərisində, inkişafın başlıca keyfiyyət ölçülərinə görə, müttəfiq respublikalar
içərisində nəinki ön sıralara, hətta çoxlarına görə birinci yerə çıxdı. Bu illərin misli
görünməmiş inkişafı nəticəsində heç zaman Azərbaycan iqtisadiyyatı o mərhələdə
olduğu qədər öz təbii sərvətinin ehtiyatlarından və çoxlu başqa istehsal imkanlarından
belə dolğun istifadə etmək şəraitinə malik olmamışdı. Respublika xalq təsərrüfatının
istehsal yönümünün çoxcəhətliyi, quruluşun təkmilliyi və daha çox mükəmməlliyi
baxımından özünün keçdiyi tarixi mərhələlərinin heç birində bu qədər yüksək
səviyyəyə qalxmamışdı. Məhz iqtisadiyyatının daha çox hərtərəfli kompleks inkişafı
nəticəsində Azərbaycanın ictimai əmək bölgüsündə istər idxal, istərsə də ixrac edilən
məhsulların həcminə görə rolu xeyli genişləndi. 80-ci illərin sonunda Azərbaycandan
ixrac edilən məhsullar onun istehsalının ümumi həcminin 27,1 faizini, idxal olunan
məhsullar isə 21,3 faizini təşkil edirdi
Beləliklə, 70-80-ci illərdə azərbaycan iqtisadiyyatı böyük zirvələr fəth etdi.
Əsas sosial iqtisadi göstəricilərə görə Azərbaycan ittifaq respublikaları içərisində ön
sıraları keçdi. Azərbycanın ictimai əmək bölgüsündə istər idxal, istərsə də ixrac
edilən məhsulların istehsal həcminə görə rolu xeyli genişləndi.
Akademik Cəmil Quliyev yazır: “1969-cu ilin yayından H.Əliyevin respubli-
kaya rəhbərlik etməsi ilə Azərbaycanın sosial –iqtisadi və ictimai-siyasi həyatında
dönüş başlandı. H.Əliyev demək olar ki, 22 il Az.SSR-ə rəhbərlik etdi, bu müddət
ərzində o, Azərbaycanın milli dirçəlişi üçün XX əsrdə hamıdan daha çox xidmət
göstərdi. Bu illərdə H.Əliyev suveren Azərbaycan Respublikasının əsasını qoydu”.
309
Respublikanın 70-80-ci illərdə iqtisadi yüksəlişi xalqın rifahının
yaxşılaşdırılmasına şərait yaratmışdı. Fəhlə və qulluqçuların orta aylıq əmək haqqı
80-ci illərdə 1,3 dəfə, kolxozçuların orta aylıq əmək haqqı isə 1,5 dəfə artmışdı.
Qocalığa və əlilliyə görə dövlətdə pensiya alanların sayı 1989-cu ildə 987 minə
çatmışdı.
70-80-ci illərdə respublikanın şəhər və kəndlərində mənzil tikintisi sürətlə ar-
tmışdı. Bakı, Sumqayıt, Gəncə, Əli Bayramlı, Mingəçevirdə yeni mikrorayon və
qəsəbələr salınmış, çoxmərtəbəli binalar tikilmişdi. Həmin illərdə respublikada
ümumi sahəsi 35 mln kv-metr mənzil sahəsi tikilmişdi. 3 milyona qədər əhalinin
mənzil şəraiti yaxşılaşdırılmışdı.
Beləliklə, 70-80-ci illərdə respublika əhalisinin sosial-siyasi, milli strukturunda,
məişətində, rifahında mühüm dəyişikliklər baş vermişdi, gəlirlər, alıcılıq qabiliyyəti,
ticarət, ictimai iaşə, tibb, rabitə, məişət xidmətlərinin səviyyəsi yüksəlmiş, yaşayış
məntəqələrinin su, qaz, kanalizasiya sistemləri ilə təchizi yaxşılaşmışdı.
Həmin dövrdə Dənizkənarı park yenidən qurulmuş, Fəvvarələr meydanı,
yaradılmışdı. 70-ci illərdə Baku Dəniz Vağzalı, Respublika Sarayı, Gülüstan sarayı,
Velotrek tikildi. Həmin illərdə əhalinin içməli su ilə təminatı yaxşılaşdırılaraq, Kür
su kəməri tikildi. Lakin göstərmək lazımdır ki, sənaye, kənd təsərrüfatı, nəqliyyat və
tikinti inkişaf etdikcə təhlükəsizlik texnologiyasına ciddi əməl olunmaması, təmiz-
ləyici qurğulardan istifadə edilməməsi respublikada ekoloji mühitin gündən–günə
pozulmasına gətirib çıxardı.
Bakı, Sumqayıt, Gəncə, Əli bayramlı şəhəri ekoloji cəhətdən daha çox
çirklənmişdi. Bakıda çirkab sularının dənizə axıdılması nəticəsində Xəzər dənizi
həddən çox çirklənmişdi. Kimya zavodları Sumqayıt şəhərini “ölü şəhərə”
çevrilmişdi. Qonşu respublikalardan Kür və Araz çaylarına çirkab və zəhərli
maddələrin axıdılması böyük problem yaradırdı.
70-80- ci illərdə əhalinin sayı 5 milyon nəfərdən, 7,1 milyona çatmışdı. Hər
min nəfərə, təbii artım 20 faizə çatmışdı. Şəhər əhalisi 53,8 faiz təşkil edirdi.
Əhalinin sosial–sinfi strukturu da yeniləşmişdi. 1989-cu ildə əhalinin 86,8 faizini
310
fəhlə və qulluqçular, 12,7 faizini kolxozçular təşkil edirdi. Əhalinin milli tərkibində
də mühüm dəyioşikliklər baş vermişdi. 1989-cu il siyahıya alınmasına görə 7
milyondan çox əhalinin 6 milyonunu Azərbaycan türkləri, 392,3 min nəfərini ruslar,
390,5 min nəfərini ermənilər, 171,4 min nəfərini ləzgilər, 44,1 min nəfərini avarlar,
30,8 min nəfərini yəhudilər və sairə təşkil edirdi. Ümumiyyətlə respublikada 82
xalqın nümayəndəsi məskunlaşmışdı.
Lakin 1980-ci illərin ikinci yarısında Azərbaycanın iqtisadiyyatında ciddi
geriləmə prosesi başlandı. Ölkənin ictimai-siyasi rejimində baş verən gərgin və
təlatümlü hadisələr onu sarsıdaraq, iqtisadiyyatın tənəzzülünü sürətləndirdi.
Mühüm, kənd təsərrüfatı məhsulları istehsalında ciddi geriləmə baş verdi.
Azərbaycanın ictimai-siyasi həyatının təsərrüfat sisteminin ahəngi 1987-ci ildə
erməni millətçilərinin “Dağlıq Qarabağ” ətrafında başladıqları fitnəkarlıqlıa pozuldu.
Moskvada yüksək vəzifələr tutan erməni millətçiləri Azərbaycan iqtisadiyyatına
böyük zərbələr endirmək üçün öz xəyanətkar fəaliyyətlərini ge-nişləndirirdilər. İlk
növbədə 1985-ci ildə alkoqolizmə qarşı mübarizə adl altında respublikadaböyük gəlir
verə üzüçülüyün ləğv edilməsinə çalışırdılar. 1990-cı ildə 107 min hektar üzüm
sahəsi ləğv edilmişdi.
1988-ci ildə Gəncə avtomobil zavodunun, AKTİ-nin tələ şəhərciyinin
tikintiləri dayandırıldı.
Azərbaycan iqtisadiyyatının inkişafına yönəldilən əsaslı vəsait ildən-ilə
azaldıldı. Əsas fondların istifadəyə verilməsi 1990-cı ildə 1985-ci ilə nisbətən 50 faiz
aşağı düşdü. Neft hasilatı bu dövrdə 13,5 milyon tondan 13,1milyon tona, qaz hasilatı
isə 14,3 milyard kub metrdən 11,1 milyard kubmetrə enmişdi. Polad, dəmir, sement,
yüngül sənaye sahələri əvvəlki gücü ilə işləmişdi.
Kimya sənayesi müəssisələrinin çoxu öz imkanlarından aşağı səviyyədə
işləyirdi. Məhsul istehsalı və satışı planları yerinə yetirilmirdi, istehsalın artım sürəti
plandan iki dəfə aşağı idi. Neft sənayesi üçün boru istehsalı planı yerinə yetirilmirdi.
Dəmir filizi və polad borular istehsalı həcmi azalmışdı.
311
1980-ci illərin ikinci yarısında Azərbaycan sənayesi ziddiyyətli, çox çətin və
ağır bir dövr keçirirdi. Digər tərəfdən isə metodları yararsız olan yenidənqurma,
millətlərarası toqquşmalar, rəhbərliyin zəifliyi iqtisadi inkişafa mane olurdu.
70-80-ci il illər azərbaycanın ictimai-siyasi, iqtisadi, mədəni və mənəvi
həyatinda mühüm irəliləmələr dövrü olmuşdur. Uşaq müəssisələrinin, məktəblərin
maddi-texniki təhsil bazası möhkəmlənmiş, tədrisin səviyyəsi xeyli yüksəlmişdi .
Bu illərdə respublikada 101 min nəfərlik məktəbəqədər uşaq müəsssəsi tikilib
istifadəyə verilmişdir. Həmin dövrdə 703 min yerlik 1058 ümumtəhsil məktəb binası
tikilib istifadəyə verilmişdi. Ümumtəhsil məktəblərinin sayı 4356-ya çatdırılmışdı və
bu məktəblərdə 1,4 milyona qədər şagird təhsil alırdı. Bu məktəblərdə müəllimlərin
sayı 132-min nəfərə qədər artmışdı.
Məktəblərin 98 faizində fənn kabinələri, emalatxanalar fəəaliyyət göstərirdi.
Azərbaycanda milli hərbi, kadrlar yeyişdirilməsini təmin etmək məqsdilə H.Əliyevin
təşəbbüsü ilə C.Naxçıvanski adına Bakı ibtidai hərbi məktəb, təşkil olundu.
80-ci illərin sonunda Azərbaycanda 2185 məktəbdənkənar uşaq müəssisələri,
o cümlədən 91 niioner məktəblilər sarayı, 1593 nioner düşərgəsi, 240-dan çox uşaq
idman məktəbi, 210 musiqi məktəbi fəaliyyət göstərirdi.
Peşə təhsili sistemi inkişaf edirdi. 70-80-ci illərdərespublikada 100 yeni texniki –
peşəməktəbi təşkil edilmişdi. 1990-cı ildə 176 belə məktəbdə 83 minə qədər
şagirdtəhsil alırdı. Həmin şagirdlər sənaye, tikinti, nəqliyyat, kənd təsərrüfatı, məişət
xidməti və başqa sahələr üzrə peşəyə yiyələnirdilər. Təsərrüfat, maarif ,mədəniyyət,
səhiyyə və başqa sahələr üzrə orta ixtisaslı kadrlar hazırlayan 78 məktəbdə hər il 60-
70min tələbə təhsil alırdı. Bu illərdə Bakı kitabxanaçılıq texnikumunun, Bakı
Pedaqoji, Gəncə tikinti-inşaat texnikumları, Şuşa pedoqoji məktəbinin, Mingəçevir və
Naxçıvan politexnikumlarının, Şəki pedoqoji məktəbinin yeni tədris binaları və
yataqxanaları tikilərək istifadəyə verildi. Bu illərdə tələbələrin təqaüdü 3 dəfə artdı.
70-80-ci illərdə Azərbaycanda ali təhsil daha da inkişaf etdi. Yeni ali
təhsil ocaqları fəaliyyətə başladı. 1971-ci ildə Rus dili və Ədəbiyyati (Slavyan
Universiteti) və Pedoqoji xarici dillər Unstititları yarandı.Azərbaycan Dövlət
312
Pedaqoji institutunun filialları əsasında 1972-ci ildə Naxçıvan, 1973-cü ildə
Xankəndi Pedoqoji instititları , 1976-cı ildə Gəncə Texnologiya İnstitutu təşkil edildi.
1980-ci ilərin sonlarında respublikada 17 ali təhsil müəssisəsi var idi. Bu ali
məktəblərdə 80-ci illərin axırlarında 8500 nəfər, o cümlədən 612 professor,
akademik, 3021nəfər dosent dərs deyirdi. Ali məktəblərdə hər il 100 min nəfər tələbə
təhsil alırdı. Bakı Dövlət Universitetində 13 min tələbə oxuyurdu.
Məktəblərdə tədrisin məzmununda müəyyən dəyişikliklər baş verdi.
Azərbaycan tarixinin tədrisi artırıldı.1988-ci ildən bütün ali və orta ixtisas
məktəblərində bu fənn tədris olunmağa başlanıldı. 80-ci illərin sonlarında hər 1000
nəfər əhalinin 129-u ali, 146-sı orta ixtisas, 425-i ümumi orta, 190-ı natamam orta
təhsilli idi.
İnsanların biliyinin, mədəni səviyyəsinin yüksəlməsində mədəni-maarif
müəssisələri və kütləvi informasiya vasitələri mühüm rol oynayırdı.
70-80-ci illərdə respublikamızın şəhər və kəndlərində 220 min yerlik 1066 klub
və mədəniyyət, 111 kinoteatr istifadəyə verilmişdi.
Kütləvi kitabxanalar şəbəkəsi genişlənmiş, oradakı kitab və jurnalların sayı
45,3 milyon nüxsəyə çatdırılmışdı. Hər 100 nəfərə 6,4min nüxsə kitab və jurnal
düşürdü. Respublikada 87 yeni muzey-1972-ci ildə Azərbaycan xalçası və tətbiqi
sənət muzeyi” Sergey Yeseninin xatirə muzeyi, 1975-ci ildə U.Hacıbəyovun və
S.Vurğunun, 1981-ci ildə Naxçıvanda H.Cavidin, 1982-ci ildə Bakıda C.Cabbarlının,
Bülbülün ev muzeyləri, rayonlarda onlarla tarix-diyarşünaslıq muzeyləri təşkil
olundu.
Həmin dövrdə Gəncədə “Nizami “təsviri sənət qaleriyası, “Nizami dövrü və
yaradıcılığı” muzeyi açıldı.
70-80-ci illərdə respublikada 8 yeni dövlət teatırı açıldı və onların sayı 20-
yə qədər olmuşdur.
Kütləvi informasiya vastələri şəbəkəsi artmaqda idi.1990-ci ildə 256 qəzet,
jurnal və məcumə çap olunurdu.Dövri nəşrlərin illik tirajı 49 milyon nüsxədən çox
idi.
313
1976-88-ci illərdə 10 cildlik “Azərbaycan Sovet Ensklopediyası ” çapdan
çıxdı. Bu dövrdə 20 cildlik”Azərbaycan Ədəbiyyatı Kitabxanası” 50 cildlik “Dünya
Uşaq ədəbiyyatı Kitabxanası”, 100 cildlik “Dünya Ədəbiyyatı kitabxanası”, “Molla
Nəsrəddin” 12 cildlik toplusu nəşr edildi (1-ci cild).
70-80-ci illərdə Azərbaycan elminin inkişafında mühüm nailiyyətlər əldə
olunmuşdu.Elmi müəssisəərin sayı 151-ə , o cümlədən elmi-tədqiqat istitutlarının sayı
85-ə çatmışdı. Elmi tədqiqatla məşğul olan işçilərin sayı 32,3 nəfərdən artmıdı.
1972-ci ildə Elmlər Akademiyasının Naxçıvanda Elmi Mərkəzi fəaliyyətə
başladı. 1975-ci ildən “Xəzər” elmi Mərkəzində respublikanın təbii ehtiyatlarının
kosmik tədqiqi aparılırdı. 1978-ci ildə Bakıda Kosmik Tədqiqatlar Elm-istehsalat
Birliyi fəaliyyətə başladı.
1970-ci ildə Elmlər Akademiyasında 30 elmi müəssisə, 3300 elmi işçi
fəaliyyət göstərirdi.
Azərbaycan alimlərinin bir çox işləri, xüsusən neft sənayesi ilə bağlı
tədqiqatları, neft-kimya, geologiya, riyaziyyat və biologiya sahəsindəki araşdırmaları
respublikanın hüdudlarından kənarda da tanınırdı. Onların elmi nailiyyətlərinin
tətbiqi coğrafiyası genişlənərək keçmiş SSRİ-nin bütün əsas iqtisadi rayonlarını əhatə
edirdi.
Bakı həmin dövrdə “Neft Akademiyası”adlanırdı. Bu sahədə görməkli
alimlərdən Mirəli Qaşqay, Şəfaət Mehdiyev, Əli Əlizadə, Əzəl Sultanov və başqaları
görkəmli araşdırmalar aparırdılar. O dövrdə Fərman Salmanovun rəhbərliyi altında
Qərb Sibirin neft və qaz yataqları kəşf olunmuşdu.
Humanitar-ictimai elmlər sahəsində də mühüm nailiyyətlər əldə edilmişdi. Ziya
Bünyadov, Cəmil Quliyev, İqrar Əliyev, Sara Aşurbəyli, Teymur Bünyadov, Tofiq
Köçərli, Qaraş Mədətov, Mahmud İsmayılov və b. Azərbaycan tarixinə, Məmmədağa
Şirəliyev, Zərifə Budaqova, Əziz Əfəndizadə, Ağamusa Axundov, Əlövsət
Abdullayev və Yusif Seyidovun Azərbaycan dilinə, Əziz Şərif, Məmməd Cəfər, Mir
Cəlal, Həmid Araslı, Abbas Zamanov, Məmmədhüseyn Təhmasib, Mirzə İbrahimov,
Kamal Talıbzadə, Əziz Mirəhmədov, Bəkir Nəbiyev, Yaşar Qarayev, Azadə
Rüstəmova və b. Azərbaycan ədəbiyyatına, Aslan Aslanov, Firudin Köçərli, Fuad
314
Qasımzadənin fəlsəfəyə, Əhməd Mahmudov, Asəf Nadirov, Ziyad Səmədzadə,
Bəhman Axundov, Ağasəlim Ələsgərov, Teymur Vəliyev və b. iqtisadiyyata dair
tədqiqat işləri xalqın mənəvi sərvətinə çevrilmişdi. Azərbaycanda pedaqogika elminin
inkişafında və xalq maarifinin təşkilində görkəmli alim, SSRİ Pedaqoji Elmlər
Akademiyasının həqiqi üzvü Mehdi Mehdizadə böyük rol oynamışdı.
Ədəbiyyatın inkişafında çox böyük irəliləyişlər olmuşdu. M.Dilbazi, Nəbi
Xəzri, İslam Səfərli, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Xəlil Rza bədii ədəbiyyatın və
ədəbiyyatşünaslığın inkişafında mühüm rol oynamışlar.
Bədii nəşrin görkəmli nümayəndələri Süleyman Rəhimov, İlyas Əfəndiyev,
Əzizə Cəfərzadə, İsa Hüseynov, Ələviyyə Balayevanın əsərləri çox maraqla
oxunulurdu.
Xalqda milli şüurun oynamasında Cənubi Azərbaycan mövzusunda yazılmış
əsərlərin xüsusi əhəmiyyəti var idi. Mirzə İbrahimovun “Pərvanə”, “Cənub
hekayələri” maraqla qarşılanırdı.
Respublikada musiqi, ifaçılıq teatr və kino sənəti sahəsində də mühüm
irəliləyişlər baş verdi. Rəşid Behbudov, Müslüm Maqomayev (nəvə), Zeynəb
Xanlarova, Firəngiz Əhmədova, Lütfiyar İmanov, Fidan və Xuraman Qasımovalar,
Rauf Atakişiyev, Rübabə Muradova, Fərhad Bədəlbəyli, Vaqif Mustafazadə, Habil
Əliyev, Həbib Bayramov, Hacı Məmmədov, Ramiz Quliyevin ifaçılıq sənəti
özünəməxsus zəngin koloriti və təkrarsızlığı ilə seçilirdi.
Fikrət Əmirovun “1001 gecə”, Aqşin Əlizadənin “Babək” baletləri musiqi
sənətinin ən mühüm naliyyətləri idi. Şərqdə ilk olaraq bir qadın kimi Şəfiqə
Axundova “Gəlin Qayası” operasını yazdı.
Azərbaycan kinosu böyük inkişaf yolu keçdi. “Azərbaycanfilm” kinostudiya-
sında “Şərikli çörək” “Yeddi oğul istərəm”, “Ulduzlar sönmür”, Babək”, “Tütək
səsi”, “İstintaq”, “Axırıncı aşırım”, “Dədə Qorqud” və başqa filmlər çəkildi.
Görkəmli aktyorlar Hökümə Qurbanova, Ağasadıq Gəraybəyli, Barat
Şəkinskaya, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Leyla Bədirbəyli, Möhsün Sənani,
Rza Əfqanlı, Mustafa Mərdanov, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Məlik
Dadaşov, Əli Zeynalov, Məmmədrza Şeyxzamanov, Əliağa Ağayev, Sofya Bəsirzadə
315
və onlarla başqaları Azərbaycan səhnəsində yüzlərlə orijinal və parlaq obrazlar
yaratmışdılar. Azərbaycan səhnəsinə Həsən Turabov, Amaliya Pənahova, Səməndər
Rzayev, Fuad Poladov, Səyavuş Aslan, Yaşar Nuri, Hacıbaba Bağırov, Arif Quliyev,
Hamlet Xanızadə, Əliabbas Qədirov, Mikayıl Mirzə və başqalarının təmsil etdiyi
yeni, istedadlı bir nəsil gəlmişdi.
Azərbaycan memarlığı daha çox tərəqqi etmişdi. Yaşayış binalarının kütləvi
inşası ilə yanaşı, orijinal layihələr üzrə şəhərləri bəzəyən iri ictimai binalar da
tikilmişdi. Memarlar M.Hüseynovun, H.Ələsgərovun, Ə.Hüseynovun və b. layihələri
ilə Bakıda və respublikanın digər şəhərlərində milli memarlıq elementlərini əks
etdirən layihələr üzrə onlarla bina inşa olunmuşdu. Bakıda "Bakı" (1970), "Moskva"
(1978), "Azərbaycan" (1970), "Qarabağ" (1970), "Abşeron" (1985) mehmanxanaları,
"Respublika" (o zaman Lenin adına) sarayı (1972), "Gülüstan" sarayı (1978),
Gəncədə "Kəpəz", Şəkidə "Şəki", Şuşada "Şuşa" mehmanxanaları tikilmişdi.
Beləliklə, 70-80-ci illər Azərbaycan mədəniyyətinin inkişafında mühüm dövr
oldu. H.Əliyevin milli oyanış siyasəti sayəsində təhsil, elmi, mətbuat, ədəbiyyat və
incəsənətin tərəqqisi üçün əlverişli imkanlar açıldı. Respublikanın mənəvi sərvətləri,
kadr potensialı daha da artdı. Xalqın mədəni irsinin , tarixinin , dilinin öyrənilməsi
və təbliği genişləndi.
316
XX mövzu1980-ci illərin axırları və 1990-cu illərin əvvəllərində
Azərbaycanda ictimai-siyasi vəziyyət.
Plan:
1.1980-ci illərin sonuna yaxın Azərbaycanda siyasi vəziyyət.
2.Qondarma Qarabağ məsələsi və onun Azərbaycanın siyasi durumuna təsiri.
3.Milli-demokratik ictimai hərəkatların və təşkilatların meydana gəlməsi.
Ədəbiyyat:
1.Azərbaycan tarixi.VII cilddə, VII cild, Bakı, 2003, səh.301-484.
2.Məmmədov İ, Məmmədov Ç. Siyasi tarix. Bakı, 200. səh. 245-255.
3.Əliyev İ. Dağlıq Qarabağ.Tarix, faktlar, hadisələr. Bakı, 1989.
4.Səməndər.R. Şəhidlər. Bakı, 1990. səh.3-29.
5.Sultanov O. XX əsrin 80-ci illərin sonu-90-cı illərin əvvəllərində
Azərbaycanda siyasi mübarizə. Bakı, 1995.
317
XX əsrin 80-ci illərinin ortaları üçün SSRİ dərin böhran vəziyyətinə gəlib çıxdı.
1981-1985-ci illərdə sənaye və kənd təsərrüfatı məhsullarınınn istehsalı 2,5 -3 dəfə
aşağı düşmüşdü. Ölkədə gizli iqtisadiyyat tüğyan edirdi. Ölkəni siyasi böhran da
bürümüşdü.
1985-ci ilin martında uğursuz M.Qorbaçovun hakimiyyətə gəlməsi ilə ölkədə
böhrandan çıxmaq məqsədilə “yenidənqurma” xətti həyata keçirilməyə başlandı. Bu
xətt xarici ədəbiyyatda “Qorbaçov inqilabi” kimi mənalandırılır. “Yenidənqurma”
əvvəl xalq təsərrüfatının inkişafını sürətləndirmək siyasətindən başladı. Sonra
iqtisadi, siyasi və hüquqi islahatlar həyata keçirilməsinə başlanıldı.
“Yenidənqurma” daha çox demokratiya, daha çox sosializm, aşkarlıq şüarları
altında həyata keçirilirdi.
Yenidənqurma və aşkarlıq siyasəti obyektiv surətdə demokratiya və azad-
fikirliliyin ilk rüşeymlərinin yaranmasına gətirib çıxardı. Lakin, 1988-ci ilin
əvvəllərinə kimi Azərbaycan demək olar ki, SSRİ-də gedən bu pozitiv proseslərdən
təcrid olunmuşdu. Həyatın real problemlərinin üstündən sükutla keçilməsi və onların
ört-basdır edilməsi, hər şeyin normal olduğu haqqında illüziya yaradılması ictimai-
siyasi atmosferi müəyyənləşdirən əsas cəhətlər idi.
Baxmayaraq ki, Azərbaycan öz təbii sərvətlərinə görə SSRİ-də qabaqcıl
yerlərdən birini tuturdu, lakin problemlər içində boğulurdu.Xəstəxanalar, məktəblər,
mənzil çatışmır, adambaşına düşən milli gəlirə görə respublikamız sonuncu yerlərdə
gedirdi. Ekoloji problemlər nəticəsində uşaq ölümünün səviyyəsinə görə Azərbaycan
Afrikanın bir çox ölkələrini də geridə qoyurdu.
“Yenidənqurma” dövründə demokratiya, aşakarlıq və siyasi plüralizm şəratinin
yaradılması təqribən 70 il ərzində cəmiyyətdə,o cümlədən milli münasibətlərdə
yığılıb qalmış səhv və nöqsanları üzə çıxardı.Ölkədə mərkəzdənqaçma meyyləri
gücləndi. İctamai-siyasi həyatda demokratizm və aşkarlıq yayıldı.
Elan olunmuş aşkarlıq prinsipindən istifadə edən respublika mətbuatında
tariximizin 1920-1940-cı illərini əhatə etdiyi dövrün səhifələri açıqlanır və kəskin-
tənqid olunur, M.C.Bağırov rejimi, onun qeyri-insani və qeyri-humanist hərəkətləri, o
318
dövrün totaltar idarəçilik metodları,bolşevizmin milli ayrı-seçkilk siyasəti vəs. ifşa
edilirdi.
Respublikada ictimai-siyasi yönümlü qeyri-hökumət təşkilatları və cəmiyyətlər
yaradıldı,çoxlu yeni formal və qeyri-formal nəşrlər meydana çıxdı. “Azərbaycan”,
“Odlar yurdu”, “Azadlıq”, “Yeni fikir”, “Vətən səsi”, “Respublika”, “Ayna”, “Dalğa”
və başqa qəzetlər, “Gənclik”, “Xəzər”, “Açıq söz” jurnalları çıxmağa başladı.
Demokratiya və aşkarlığın genişlənməsi sayəsində islam dəyərlərinə qayidıl-
dı.Müqəddəs ibadət yerlərindən leqal şəkildə istifadə olunmağa başlandı. Pir və
ocaqlara ziyarətlər çoxalmağa başladı. 1988-1990-cı illərdə respublikada 30-dan çox
məscid açıldı. 1989-cu ildə Bakıda islam mədrəsəsi açıldı.İndi onun bazasında
yaradılmış Ali İslam Universiteti fəaliyyət göstərir.
1990-cı ildən başlayaraq müsəlmanların müqəddəs Məkkəyə ziyarətləri təşkil
edildi. “İslam”qəzetinin nəşrinə başlanıldı.
Respublikada İran və Türkiyədə yaşayan qan qardaşları olan azərbaycanlılarla
gediş -gəlişi bərpaetmək məqsədilə “Sərhəd hərəkatı”başladı.
1989-cu il dekabrın 31-1990-cı il yanvarın 1-də Araz çayı boyu 137 km So-vet-
İran,yanvarın 7-də SSRİ-Türkiyə arasında sərhəd qurğuları dağıdıldı.Yanvarın 18-də
Biləsüvar və Cəlilabad rayonlarında sərhəd qurğuları ləğv olundu. Naxçıvan MR-də
sərhədlə tikanlı məftillər arasında qalan17 kvadrat kilometr torpaq sahəsi istifadəyə
verildi.Sərhəddin hər iki tərəfində yaşayan qohum və qardaşlarıın görüşü,gediş-gəlişi
başladı.
Bir sözlə,respublikada yüksək ictimai-siyasi canlanma hökm sürürdü. Lakin
Azərbaycan rəhbərliyi Sovetlər birliyini qoruyub saxlamaq üçün Mərkəzin səylərinə
can-başla qoşulurdu. Azərbaycan da imperiyanı yenidən bərpa etmək üçün
hazırlanmış layihə və tədbirlərə tərəfdar çıxırdı. 1990-cı lin mayında Azərbaycanda
da Prezident vəzifəsi təsis olundu.A.Mütəllibov Ali Sovet tərəfindən Respublikanın
ilk Prezidenti seçildi.
Bütün bunlara baxmayaraq “yenidənqurma” dövründə Azərbaycan
iqtisadiyyatında da geriləmə başladı.
319
“Yenidənqurma”nın elan etdiyi demokratiya, aşkarlıq şəraitindən istifadə edən
erməni millətçiləri Qərbi Azərbaycanda antitürk siyasətlərini gücləndirdilər, etnik
təmizləməyə başladılar. Azərbaycanlıların Ermənistandan yeni deportasiyası
başlandı.
1988-ci ilin fevralında İrəvanda “Ermənistanı türklərdən tətmizləməli”,
“Ermənistanda ermənilər yaşamalıdır!” şüarları altında izdihamlı antitrük mitinqi
keçirildi. Erməni vandalları fevralın 21-də İrəvanda qalmış son məscidə hücum edib
onu dağıtdılar.
Aşıq Ələsgərin Basar-Keçərdəki qəbrini təhqir etdilər, Səməd Vurğunun
abidəsini dağıtdılar. Fevralın 18-23-də azərbaycanlı qaçqınların yeni dəstəsi
təqiblərdən canlarını qurtararaq, Azərbaycana axışdılar.
Ermənilər azərbaycanlıların vəhşi,qaniçən olması haqqında yalan təsəvvürlər
yaratmaq üçün 1988-ci il fevralın 28-də Sumqayıtda özünü azərbaycanlı kimi qələmə
verən “Paşa” ləqəbli Edik Qriqoryaının fəal iştirakı ilə fitnəkarlıq törətdilər. Bu
məqsəd üçün Sumqayıtın seçilməsi heç də təsadüfi deyildi. Çünki Ermənistandan
təhqir olunaraq qovulan azərbaycanlıların xeyli hissəsi buraya pənah gətirmişdi.
Hadisələrin videolentlərə cəkilməsi, varlı ermənilərin bir neçə gün əvvəl banklardan
pullarını götürərək qaçması, fitnəkarlığın planlı şəkildə hazırlanmasından xəbər
verirdi. Ermənilər bu faciəni ağlasığmaz uydurmalarla bəzəyib, beynəlxalq
ictimaiyyətdə azərbaycanlılara qarşı mənfi münasibət yaratmağa çalışdılar.
1988-ci il fevralın 27-də şəhərdə kütləvi mitinqlər başladı və ertəsi günü
erməni talanları baş verdi. Faciə zamanı 32 nəfər,o cümlədən 26 erməni və 6 nəfər
azər-baycanlı qətlə yetirilmiş, 200 mənzil qarət edilmişdi.
Sumqayıt hadisələrindən sonra Ermənistanda qanlı anti-türk hərəkatı daha
mütəşəkkil hal aldı. Bu işdə yaxşı silahlandırılmış erməni qeyri-formal hərbi
birləşmələri fəal iştirak etdilər. 1988-ci il martın 2-də Ermənistanda yaşayan
azərbaycanlıların yeni böyük bir dəstəsi təqibdən yaxa qurtarıb Zəngilan rayonuna
gəldi. Martın 10- da Yerevandan cənubda Mehmandar kəndinin dörd sakini qətlə
yetirildi. Martın 25-də Ararat rayonunun Vedi, Şirazlı, Xalisə və Şidli kimi
azərbaycanlı kəndlərində 100-dən çox ev talan edilib yandırıldı, əhalisi qovuldu.
320
Mayın ortalarında Yerevan yaxınlığındakı azərbaycanlı kəndlərinə yenidən basqın
edildi. 1988-ci ilin mart-dekabr aylarında yüzlərlə azərbaycanlı qətlə yetirildi,
minlərlə adam isə İran və Türkiyə sərhədlərini keçərək, həmin ölkələrə pənah
gətirdilər.
Ermənilər azğınlaşaraq Qubadlı rayonunun Eyvazlı, Qovudlu və Qədili kənd-
lərinə hücum edərək qırğınlar türətdilər. Naxçıvanın Kərki kəndini işğal edərək
yandırdılar. Sentyabrın 16-da Bakı-Tbilisi sərnişin avtobusunu partlatdılar. 1991-ci il
iyulun 31-də Moskva –Bakı qatarınd güclü partlayış törətdilər.
Beləliklə, Qərbi Azərbaycanda yaşayan Azərbaycanlılara qarşı ermənilərin
soyqrımı başa çıtdı. Oradan 230 min nəfərə qədər azərbaycanlı qovuldu, 225 nəfər isə
öldürüldü.Azərbaycanlıların Respublikamıza köçməsi burda ictimai-siyasi durumu
daha da gərginləşdirdii.
Sovet cəmiyyətini koklərinə qədər sarsıdan “yenidənqurma “ və aşkarlıq
siyasətindən istifadə edən ermənilər yenidən Azərbaycana ərazi iddialarını qaldır-
dılar.Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi hərakatı “Miatsum” başladı.
Münaqişənin qızışdırılmasında millətçi erməni ziyalılarının mühüm rolu ol-
muşdu. Ermənistandan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin vacib-liyini
sübut etmək niyyəti ilə dünyanın 30-dan çox dövlətinə və beynəlxalq təşkilatlara 300
min erməninin imzası ilə müraciətlər göndərilmişdi.
1987-ci ilin oktyabrında Ulu Öndərimiz Heydər Əliyevin SSRİ
rəhbərliyindən kənarlaşdırılması mənfur ermənilərin öz niyyətlərini reallaşdırmaq
ümidini artırdı.
Hələ 1940-cı illərdə yaradılmış “Qarabağ” komitəsinin fəaliyyəti genişləndi.
1987-ci ilin oktyabrında İrəvanın Puşkin meydanında bu komitənin ilk açıq nitqi
keçirildi. Eyni zamanda Dağlıq Qarabağda uzun müddət fəaliyyət göstərən yerli
“Krunk” təşkilatıda açıq fəaliyyətə başladı.
Erməni seperatçıları Dağlıq Qarabağın Ermənistana verilməsini tələb edərkən
Azərbaycanın guya vilayətin sosial-iqtisadi və mədəni inkişafına diqqət vermədiyini
bəhanə gətirirdilər. Lakin o zaman Moskvadan göndərilən erməni iqtisad çılarının
araşdırmalarına görə Dağlıq Qarabağ vilayəti Azərbaycanın digər bölgəsi nə nisbətən
321
sosial –iqtisadi inkişaf səviyyəsinə görə xeyli irəlidə gedirdi. Əgər təkcə 1976-1980-
ci ollərdə Azərbaycan üzrə sənaye məhsulları istehsalı 3 dəfə artmışdırsa, vilayət üzrə
bu rəqəm 3,3% təşkil edirdi.
1988-ci il fevralın 8-dən başlayaraq Xankəndində Dağlıq Qarabağın
Ermənistana verilməsi haqqında ermənilə imza toplamağa (prtisiya ) başladılar.
Fevralın 12-də isə həmin tələblə mitiqlərə başladılar. Ermənilər və onların
havadarları, Daşnak partiyası hələ çoxdan xaricdə bu məsələ ilə “Daşnak partiyasının
Afinada keçirilən qurultaylarında Azərbaycan torpaqları “Naxçıvan və Qarabağ daxil
olmaqla “vahid və müstəqil Ermənistan ideyası irəli sürmüşdülər. Z.Balayanın
“Ocaq” kitabı da məhz həmin ideyanı yayırdı.1987-ci ildə Aqanbekiyan Parisdə çıxış
edərək Dağlıq Qarabağın Ermənistana birləşməsinin iqtisadi cəhətdən daha əlverişli
olması ideyasını irəli sürmüşdü. Bütün bunlar Dalıq Qarabağda seperatçı çıxışlar
üçün bir siqnal rolunu oynamışdır. Azərbaycanın rəhbərliyinin qətiyyətsizliyndən
şirniklənən ermənilər daha da həyasəzlaşaraq fevralın 21-də DQMV-sovetinin qərarı
ilə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərar verdilər.Fevralın 25-
26-da eyni tələblə Ermənistanda kütləvi mitinqlər keçirildi. Fevralın 24-də Ağdam –
Əsgəran yolunda iki azərbaycanlının öldürülməsi ilə Qarabağ konfiliktinin ilk
qurbanları verildi. Ermənistandan isə ilk azərbaycanlı qaçqınları dəstəsi
Azərbaycana pənah gətirməyə başladılar.
Bütün bunlara qarşı Azərbaycan rəhbərliyinin qətiyyətsizliyini görən xalq res-
publikanın qorunması tələbi ilə etiraz nümayişlərirə başladılar.Bu nümayişlərdən ən
izdihamlısı mayın 18-də Bakının baş meydanında keçirildi.Vəziyyətin
mürəkkəbliyini görən Moskva rəhbərlikdə dəyişiklik edərək K.Bağırovun yerinə
Ə.Vəzirovu gətirdi. Lakin o da öz sələfinin syasətini davam etdirdi. Yeni rəhbər-liyin
ən böyük səhvlərindən biri Ermənistandan gələn qaçqınları Dağlıq Qarabağa
yerləşdirmək əvəzinə onları Bakı və Sumqayıta yönəltdi.
Sentyabrın 21-də Ermənilər Stepanakertdə yaşayan Azərbaycanlı əhalini də
öz evlərindən qovdular vəonlar Şuşaya sığındılar.
1988-ci il iyulun 18-də SSRİ Ali Soveti R.H.-i DQVM-nın Azərbaycanın
tərkib hissəsi olması haqqında qərarından sonra ermənilər daha da həyasızlaşaraq
322
elan olunmamış müharibəyə başladılar. Yaxşı silahlanmış erməni quldurları
Azərbaycan ərazisində açıq hərbi əməliyyatlara başladılar. Lakin Respublikanın
rəhbərliyinin göstərişi ilə hüquq mühafizə orqanları əhalidə olan tüfəngləri də
onlardan yığmağa başladılar. Bu azərbaycanlıların tərkisilah edilməsi demək idi.
Rəhbərliyin hadisələrə belə münasibəti xalq kütlələrini daha da
hiddətləndirdi.
1988-ci il noyabrın 18-dən dekabrın 5-dək “Azadlıq” meydanında fasiləsiz
mitinqlərdə 1 milyona yaxın adam iştirak edirdi. Rəhbərlik xalqın tələblərini yerinə
yetirmək əvəzinə Rus qoşunlarının köməyi ilə mitinqi dağıtmağa üstünlük verdi.
Bakıda və bir sıra başqa şəhərlərdə fövqaladə vəziyyət elan olundu. Beləliklə
Respublikada siyasi böhran son həddə çatmış oldu.Belə bir şəraitdə geniş xalq
kütlələri arasında yalnız Azərbaycanın ərazi bütğvlüyünün deyil, həmçinin onun real
suvürenliyini təmin edə biləcək kütləvi ictimai təşkilat yaratmaq ideası tədricən
yetişirdi.
1988-ci ilin yayında AXC yaratmaq üçün “təşəbbüs qurupu ” yaradılır.Bu
qurup AXC-ni proqram və nizamnaməsini bir neçə ay ərzində işləyib hazırladı.Bu
dövrdə “Varlıq” qrupu da yarandı və sonralar “Təşəbbüs qurupu” ilə birlikdə AXC-
nin yaranmasında mühüm rol oynadı.
1989-cu ilin mayında DQ-da hadisələr daha da kəskinləşdi. Hələ yanvar
ayında DQMV Xüsusi İdarə Komitəsinin (Volski) yaranması ilə Respublika
rəhbərliyi DQ-nin idarəçəliyindən demək olar ki, kənarlaşdırıldı. Azərbaycanlıları
Dağlıq Qarabağdan sıxışdırıb çıxarmağa başladılar.
Belə bir şəraitdə 16 iyul 1989-cu ildə AXC-nin təsis konfransı keçiril-
di.Əbülfəz Əliyev AXC-nin sədri seçildi. Proqram və nizamnamə təsdiq edildi.
Bu dövrdən başlayaraq Azərbaycan milli hərəkatında keyfiyyətcə yeni
mərhələ başlandı. İyul-Avqust aylarında yenidən mitinqlər keçirilməyə başlandı.
Həmin mitinqlərdə fövqalədə vəziyyətin, Dağlıq Qarabağda XİK –nin, komendant
saatının ləğv edilməsi tələbləri irəli sürülürdü.Sentyabr ayında AXC rəsmən qeydə
alındı və dekabrın 24-də AXC-nin orqanı olan “Azadlıq” qəzetinin 200 minlik tirajla
ilk nömrəsi çapdan çıxdı.
323
AXC-nin nüfuzunun artması rəhbərliyi olduqca narahat edirdi.Mərkəz
Azər-baycan milli hərəkatına ölümcül zərbə vurmaq fikrinə düşərək onu ictimai
siyasi təşkilat kimi məhv etmək istəyirdi.
Təəssüflə göstərmək lazımdır ki, AXC daxilində baş verən böhran
mərkəzin bu məkrli planının həyata keçirilməsini xeyli asanlaşdırdı. 1989-cu il
oktuyabrın 27-28-də Bakıda AXC Məclisinin I sessiyası böhranın ciddiliyini açıb
göstərdi və sessiyadan sonra AXC –nin rəhbərliyində parçalanma baş verdi.
1990–cı ilin yanvarın 13-də Bakıda Erməni talanlarının başlanması
hakimiyyətin gizli təşkilatlarının səyi ilə təşkil olunmuşdu. Bunda məqsədAXC-ni
günahlandıraraq onun üzərinə geniş hücuma keçmək idi.Hakimiyyət strukturları
demək olar ki, bu hadisələrə seyrçi münasibət bəsləyirdilər. Yalnız AXC-nin
fəallarının səyləri nəticəsində yüzlərlə erməninin həyatı xilas edildi.Ancaq yanvarın
16-da talanları dayandırmaq mümkün oldu.
Mərkəz 1990-cı il yanvarın əvvəllərindən Azərbaycanda müxtəlif qoşun
hissələri, cəza dəstələri yerləşdirdi. SSRİ müdafiə naziri D.Yazov gizlicə Gəncəyə
gəlmiş, vəziyyətlə tanış olmuş və respublika rəhbərliyinin də təklifləri nəzərə
alınmaqla "Tayfun" adlı qanlı əməliyyat planı hazırlamışdı.135 Erməni millətçilərinin
təhrikçilik hərəkətləri, Azərbaycanın sərhəd kəndlərinə, DQMV-də azərbaycanlılar
yaşayan kəndlərə silahlı basqınlar isə getdikcə artırdı.
Yanvarın 15-də SSRİ Ali Soveti Rəyasət Heyətinin “Dağlıq Qarabağ və bəzi
digər rayonlarda fövqəlada vəziyyət elan olunması ” haqqında fərmanı, Bakı və
Gəncə şəhərlərində komendant saatının elan olunması Respublikada vəziyyəti daha
da gərginləşdirdi. Fərman elan olunduqdan sonra hərbi hissələrin (Rus) ətrafında
əhali piketlər təşkil etməyə başladılar.
Yanvarın 17-də AZ KP MK –nin binası qarşısında respublika rəhbərliyinin
istefası tələbi ilə fasiləsiz mitinqlər başlandı.
Moskva xalqın gözündən düşmüş Azərbaycan rəhbərliyini xilas etmək
məqsədi ilə silahlı qüvvə tətbiqinə əl atdı. 19 yanvar gecəsi xalqın xəbəri olmadan
cəllad Qarbaçovun səyi ilə SSRİ Ali Soveti R.H. Bakıda fövqəlada vəziyyət elan etdi.
Xalqı qəfildən yaxalamaq, ona divan tutmaq, qırğın törətmək üçün qoşunlardan
324
istifadə ediləcəyi, aman verilməyəcəyi, habelə ən başlıcası fövqəladə vəziyyətin elan
olunacağı vaxt gizli saxlanıldı. Fövqəladə vəziyyət və komendant saatı vaxtının elan
edilməsi qanlı planları poza bilərdi. Buna görə də AXC İdarə Heyəti komendant saatı
tətbiq olunduğu təqdirdə orduya müqavimət göstərmədən piketləri götürmək
haqqında qərar qəbul etmişdi. Lakin "radikallar" adamlara "silah, kömək gələcək" -
deyə yalan vədlər verir, barrikadaları axıradək tərk etməməyə çağırırdılar. Piketçilər
imperiyanın və respublikanın səlahiyyətli nümayəndələrinin ordunun şəhərə
girməyəcəyi haqqında dəfələrlə təkrar etdikləri vədlərə inanmışdılar. Xalqa məlumat
verilməsin deyə yanvarın 19-da saat 19.27-də Azərbaycan Televiziyasının enerji
bloku partladılaraq sıradan çıxarılmışdı. Fövqəladə vəziyyətin yanvarın 20-də, saat
00-dan başlanmasına göstəriş verildiyinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da
saat 21-dən ilk olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi.158 "Bakı əməliyyatı"na
SSRİ müdafiə naziri D.Yazov şəxsən rəhbərlik edirdi. Bakı qarnizonu qoşunları,
gətirilən hərbi hissələr, hərbi gəmilərdən desant, xüsusi cəza dəstələri hücuma keçdi.
Ağır hərbi texnika çox asanlıqla barrikadaları dağıtdı. Əsgərlər gözyaşardıcı qazdan
istifadə edir, əliyalın adamlara avtomat silahlardan güclü atəş açırdılar. Qaçıb
sığınacaqlarda gizlənənlər tanklar üzərindəki projektorların köməyi ilə axtarılıb
tapılır, gülləbaran edilirdilər. Hərbçilər təsadüfən yola çıxanları, yaşayış evlərini,
təcili yardım maşınlarını, şəhər nəqliyyatını atəşə tutur, yaralıları öldürür, meyitləri
yandırır, təhqir edir, adamları tankların tırtılları altına salıb əzabla öldürür, eybəcər
hala salırdılar. Şəhərin küçələri öldürülmüş, yaralanmış adamların, qocaların,
qadınların, uşaqların qanına qərq olmuşdu. Əsgərlər tibb müəssisələrini mühasirəyə
alaraq yaralı mülki şəxslərin buraya gətirilməsinə, habelə tibbi heyətin yaralılara
köməyə getməsinə mane olurdular.
O müdhiş gecə, yanvarın 19-dan 20-nə keçən gecə Rus qoşunları heç bir
xəbərdarlıq etmədən Bakı üzərinə bir neçə istiqamətdən hücuma keçdilər. 131 nəfər
günahsız adam qətlə yetirildi. Eyni zamanda Rus müdaxiləçiləri milli azadlıq
hərəkatını boğmaq üçün onun üzərinə geniş hücuma keçdilər. Yalnız 200-dən çox
demokratik hərəkatın fəal iştirakçıları həbs olunaraq Moskvaya aparıldı. Onların
içərisində Azərbaycan xalqının görkəmli oğlu Xəlil Rza Ulutürk də var idi.
325
Xalq başsız qalmışdı, vahimə içində idi. Yanvarın 21-də Heydər Əliyev
Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək burada təşkil olunmuş, 6
minədək adamın iştirak etdiyi izdihamlı yığıncaqda çıxış etdi, bu ağır günlərdə yaralı,
heç yerdən kömək almayan doğma xalqı ilə birgə olduğunu bildirdi. O, çıxışında və
verdiyi müsahibələrdə 20 Yanvar faciəsinə siyasi qiymət verdi, əliyalın xalqın
qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, mərkəzin və respublika
rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. H.Əliyev
çıxışında qeyd etdi ki, "Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali
partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlik
indiki hala çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə 1990-cı il yanvarın
19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün
zəmin yaranmazdı". Ölkə rəhbərliyini ciddi tənqid edən Heydər Əliyev ona yarınan
respublika başçılarının da yarıtmaz fəaliyyətini ifşa etdi və göstərdi ki, Vəzirov "bu
yüksək vəzifədə olduğu müddətdə... Azərbaycanda vəziyyəti sabitləşdirmək üçün heç
nə etməmişdir. Əksinə, səhv addımları, yaramaz iş üslubu, yanlış siyasi manevrləri ilə
xalqla öz arasında uçurum yaratmışdır". Heydər Əliyev qorxmadan imperiya
rəhbərlərini "qatillər" adlandırırdı. Heydər Əliyevin Moskvadakı tarixi çıxışının
mətni, bütün maneələrə baxmayaraq, respublikada və dünyada geniş yayıldı. Heydər
Əliyev Azərbaycan xalqına verdiyi başsağlığında onu bu ağır gündə "ağıllı-kamallı
olmağa, həmrəyliyə və birliyə" çağırdı.
Azərbaycan, Bakıda fövqəladə vəziyyət olmasına baxmayaraq, yanvarın 22- də
şəhidlər ilə vidalaşdı. Paytaxt matəm libası geyinmişdi. Respublikada üç gün matəm
elan olunmuşdu. Azadlıq meydanında izdihamlı matəm mitinqi keçirildi. Mitinqdə və
dəfn mərasimində milyona qədər insan iştirak edirdi. Bu, azadlıq, haqq, ədalət,
demokratiya yolunda müqəddəs şəhidlərə ehtiramın, habelə Moskvanın qanlı
əməllərinə qarşı etirazın ifadəsi idi. Küçələrdə, AKP MK binası divarlarında
"Qorbaçov cəlladdır!", "Rədd olsun Sov. İKP!", "İşğalçılar, rədd olub gedin!" və b.
şüarlar yazılmışdı. Partiya biletlərindən tonqallar qalanmışdı. Şəhidlər şəhərin ən uca
yerində - Dağüstü parkda dəfn edildi.
326
1990-cı ilin Qanlı Yanvarı Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir,
ləyaqətini qorumaq üçün mübarizə aparmağa, bu yolda qurban verməyə hazır olan
xalqın tarixində şərəfli bir səhifədir.
Azərbaycan xalqının qabaqcıl qüvvələri əgər Qanlı Yanvara qədər respublikanın
suverenliyini SSRİ daxilində mövcud siyasi və iqtisadi münasibətlərin
təkmilləşdirilməsi kimi qeyri-real imkanlarda axtarırdısa, bu hadisə sübut etdi ki,
suverenliyin yeganə yolu imperiyanın dağılmasında, müstəqilliyin
bərqərarlaşmasındadır. Heydər Əliyevin "Bizim Ümumittifaqdan nicatımız yoxdur!"
sözləri xalqın ümumi rəyinin ifadəsi oldu. Xalq hərəkatı bu şüar altında keyfiyyətcə
yeni mərhələyə qədəm qoydu.
20 yanvar faciəsindən sonra Respublikada rəhbərlik Ayaz Mütəllibova keçdi
Əvvəlki rəhbərlik isə rusların köməyi ilə Moskvaya qaçdılar. Mütəllibov dövründə
də AXC və rəhbərlik arasında qarşıdurma davam edirdi. Bu vəziyyəti görərək
Azərbaycanın yaradıcı ziyalılarının imza etdiyi “75-lər bəyanatı” “Elm ” qəzetinin
1990-cı il 28 aprel sayında çap olundu.
Bəyanatda göstərilirdi ki: “Bütün məsuliyyətimizlə bildiririk: yaxın keçmişdə
buraxılmış səhvlərin təkrar olunmasına qorxulu meyl mövcuddur. Bizim fikirimizcə,
respublika rəhbərliyi real şəkildə mövcud olan bütün vətənpərvər və demokratik
hərəkatların birləşməsi üçün təsirli tədbirlər görmür. Hamıya aydın olmalıdır ki, indi
respublikada qoşun gücünə saxlanan qayda-qanun müvəqqətidir. Əgər indi ən təcili
şəkildə əsil ictimai sakitliyin möhkəm özlünün yaradılması üçün tədbirlər
görülməszə, zorla bərqərar edilmiş”sükut” sonradan daha böyük faciələrlə qurtara
bilər. AXC-nin vətənpərvər, demokratik qüvvələrinin iştirakı olamadan bu məqsədə
nail olmaq mümkün deyildir. ”
Bu bəyanatın respublika rəhbərliyinə ciddi təsiri oldu. Rəhbərlik demokratik
qüvvələrlə bir başa danşıqlara getməyə başladı. Lakin hadisələrin sonrakı gedişi
göstərdi ki, hakimiyyət heç də demokratik qüvvələrlə konstruktiv diolaq aparmaq
fikrində deyil. Onlar yalnız xalqı sakitləşdirmək məqsədi ilə belə bir dialoq görüntüsü
yaratmağa cəhd göstərirdilər.
327
1990-cı ilin yayından başlayaraq fövqəladə rejimində müəyyən qədər yum-
şalma oldu.Lakin hakimiyyət yenə də hərbi qüvvəyə arxalanan “hərbiçi partokratik ”
rejmin əlində idi.
1991-ci ildə Ümumittifaq ərazisində demokratikləşmə və suverenlik
uğurunda mübarizə özünün yüksək pilləsinə qədəm qoydu.
Bu siyasi proseslərdən yararlanan Azərbaycan xalqı da özünün
müstəqilliyini əldə etmiş oldu.
1991-ci ilin oktyabrında 18-də Azərbaycan Respublikası Ali Sovetinin
Sessiyasında (parlamentdə) “Azərbaycan Respublikasının dövlət müstəqiliyi
haqqında” Konstitusiya Aktı qəbul olundu. Həmin vaxtdan gənc Azərbaycan
Respublikası iqtisadi sosial-siyasi və hərbi sahədə əsaslı tədbirlər həyata keçirməyə
başladı.
Lakin bu tədbirlər çox çətinliklərlə üzləşdi. Müstəqilliyi qazanmaq nə qədər
asandırsa, onu qoruyub saxlamaq bir o qədər çətindir.Bu çətinliklər isə həm daxili
həm də beynəlxalq vəziyyətin gərginliyi ilə əlaqədar idi.
Ermənistanla gedən müharibə gənc Azərbaycan dövlətinin müstəqillik
uğrunda apardığı mübarizəni daha da çətinləşdirirdi. Lakin bütün bunlara
baxmayaraq Azərbaycan Respublikası tezliklə öz daxili və xarici potensialı hesabına
yer üzünün ən güclü subyektlərindən birinə çevrilə bildi.
Onu tezliklə bütün dünya dövlətləri–ilk olaraq Türkiyə, Rumuniya,
Pakistan tanıdılır. İlk olaraq Türkiyənin Azərbaycan Respublikası ilə“Dostluq və
strateji əməkdaşlıq” haqqında müqavilənin imzalanması müstəqil dövlətimizin və
dövlətçiliyimizin inkişafında mühüm rol oynamışdır.
328
XXI mövzu Türkçülük, türk dünyası və müasir siyasi proseslər.
Plan
1.XV əsrin əvvəllərində türkçülük ideologiasının və ictimai fikrin inkişafı.
2.Türk xalqlarının siyasi, iqtisadi və mədəni yaxınlaşmasının tarixi zəruriliyi.
3.Müasir türk dünyası: inteqrasiya, inkişaf və perspektivlər.
Ədəbiyyat
1.Əliyev H.Ə. Türkiyə Respublikasına rəsmi səfərlərin sənədləri. (1993-2003-
cü illər) Bakı, 2003.
2.Türkdilli ölkələrin dövlət başçılarının zurvə toplantısının sənədləri. Bakı,1999.
3.Azərbaycan tarixi. VII cild, Bakı. 2003,səh 472-481.
4.Məmmədov İ, Məmmədov Ç. Siyasi tarix, Bakı, 2004. səh 320-329.
5.Siyasi tarix (Dərs vəsaiti) II hissə, Bakı, 1998. səh 329-347.
6.Musayev M.R. Mirzəyev M.H. Türk dünyası. Bakı, 2004.
329
Türk mənşəli xalqlar dünyanın ən qədim xalqlarındandır.Onlar şimali-şərqi
Çindən tutmuş Şərqi Avropaya qədər olan geniş ərazilərdə yaşamışlar.Orta Asiya,
Sayan-Altay dağlarının şimal-qərb bölgəsi,Yenisey və İrtış çayları boyu, Ural,
Volqaboyu, Balxaş gölü, Xəzər dənizinin bütün ətraf bölgələri türk mənşəli xalqların
daim yaşadığı ərazilər idi.Tarixin müxtəlif vaxtlarında 115-ə qədər türk dövlətləri
olmuşdur. Onlardan 15-i imperatorluq (Xaqanlıq) 38-i imperatorluq olmayan dövlət,
34-ü bəylik, 4-ü atəbəylik, 16-sı xanlıq, 5-i isə respublika olmuşdur.
Lakin sonralar 600 ilildən çox yaşayan (1299-1918) Asiyada Anadolunu,
Suriyanı, Fələstini, İraqı, Misiri, Avropada Bolqarıstan, Serbiya, Makedoniya,
Albaniyanı və başqa əraziləri özündə birləşdirən Osmanlı imperiyası istisna olmaqla
türk xalqlarının tarixin müxtəlif zamanlarında mövcud olmuş dövlət və dövlət
qurumları parçalanıb dağılmışlar.
Onlar iri dövlətlərdən Rusiya, Çİn, İran, Avstriya- Macarıstanın qəsbkar
siyasətinin qurbanı olmuşlar və onların əsarəti altına düşmüşlər.
Dünya sivilizasiyasına Məhəmməd Xarəzmi (780-850), Fərabi (870-950),
Biruni (973-1048), İbn Sina (480-1037), N.Gəncəvi (1141-1209), N.Tusi (1201-
1274), Nəsimi (1369-1417), Füzuli (1404-1556) və başqaları kimi elm və mədəniyyət
korifeyləri, Attila, Mete, Şah İsmayıl, Babək, Teymur, Çingiz xan və başqaları kimi
fatehlər və sərkərdələr və yüksək mənəvi dəyərlər bəxş etmiş Turan dünyası pərən-
pərən edilərək iri dövlətlərin tabeçiliyinə və müstəmləkəsinə düşmüşdür.
Xalqlara dirçəliş və liberal demokratizm gətirən kapitalizm cəmiyyətinin
inkişafı da onların müstəqillik uğrunda mübarizəsinə kömək etməmişiş, əksinə onları
iri kapitalist dövlətlərinin müstəmləkə və xammal bazasına çevirmişdir.
XVIII əsrin axırları üçün hələ az-çox öz müstəqilliyini saxlayan türk
əmirlikləri və xanlıqları da XIX əsrin 80-ci illərində tamamilə işğal olunaraq
Rusiyanın ucqarlarına çevirilmişdilər.
XIX əsrin əvvələrində Şimali Azərbaycan,həmin əsrin 60-80-ci illərində
Orta Asiya tamamilə Rusiaya birləşdrlmişdir.
Türkmənşəli xalqların parçaılanmasınn iqtisadi və siyasi səbəbələri
aşağıdakılardır:
330
-Tarixən kök salmış feodal pərakəndəliyi;
-Silah gücü ilə yaradılmış türk dövlətlərinin iqtisadi cəhətdən möhkəm
olmaması;
-İri təcavüzkar dövlətlərə qarşı birgə müqavimətin zəif olması;
-Bu dövlətlərin zəngin yeraltı və yerüstü sərbəstlərə malik olmaları və bunlara
qar-şı iqtisadi,siyasi və hərbi maraqların güclü olması:
-Öz əxlaqi ənnələrinə görə türk xalqlarının humanistliyi, sadəlöhvlüyü, səda-
qətliyi və s.müxtəlif dinə və təriqətlərə parçalanma mövcudluğu.
Dil və mənşə fərqlərinə görə türklər dörd qola ayrılmışlar:
1.Oğuzlar. Bura türklər, azərbaycanlılar, qaqauzlar, türkmənlər, kərküklər, tatar-
lar aiddir.(Krım)
2.Qıpçaqlar.Bura özbəklər,salarlar,tuvalılar,xakaslar və s. daxildir.
4.Bulqarlar; Bura tatarlar (Kazan)başqırdlar, qaracaylar, karainlər daxildirlər.
Bütün türklərin kökündə eyni cəhətlər vardır.Bunlar aşağıdakılardır:
1.Dil ümumiliyi.
2.Ədəbi həyatın ümmuiliyi .
3.El sənətlərinin ümumiliyi
4.Tarixi-coğrafi məna
5.Adət-ənənə və əxlaq birliyi.
6.Eyni və ya oxşar toponimlər.
Türklərin az-çox müstəqil bir etnos olaraq meydana çıxması eramızdan əvvəl
III minilliyin sonu II minilliyin əvvəllərinə aiddir. Həmin dövrə qədər türklər
neçə min illər monqollar və tunqus-mancurlarla Altay birliyinin tərkibində
olmuşlar.
Türk axınları xüsusilə eramızın ilk əsrlərində özünü daha ardıcıl, daha
məhsuldar və Avroasiya xalqlarının tarixinə həlledici təsirlərlə göstərməyə
başladı. Doğrudur, bir sıra tarixçilər türklərin hələ daha qədim dövrlərdə Qərbə-
Romaya yürüşləri, burada məskunlaşmaları barədə danışırlar. Eləcə də «tarixin
başlandığı» qədim Şumerdə türk izlərinin mövcudluğu çox az mütəxəssislərdə
şübhə doğuru. Ancaq bu «hadisələr» o qədər qədimdə qalmışdır ki, müasir
331
xalqların keçmişini təsəvvür etmək üçün bu və ya digər dərəcədə mübahisəsiz
qəbul edilə biləcək çox az şey verir. Qərbə axın edən türklər (hunlar) qədim
dövrün sonu orta əsrlər dövrünün əvvəllərində artıq Şərqi Avropanı
məskunlaşdırmışdılar. Onların «barbar» adlandırılan german və slavyanlarla
ittifaqı Roma imperiyasına son qoyub qocalmış Avropam cavanlaşdırdı. Attilanın
hökmdarlıq elədiyi illərdə həmin proses daha sürətlə gedərək türklərin dünya
tarixindəki proqressiv rolunu təsbit etdi.
Bu gün nəinki Şərqi, eləcə də Qərbi Avropanm bir sıra xalqlarının etnik
tərkibində türklərin danılmaz izləri vardır. Onu da nəzərə almaq lazımdır ki,
türklərin Qərbi Avropaya axınları heç zaman dayanmamış, orta əsrlərin sonlarına
qədər davam etmişdir. Altay dağlarının ətəklərindən tədricən Cənuba, Qərbə və
Cənub-Qərbə yayılan türklər IX-XI əsrlərdə üç böyük tayfa ittifaqına, yaxud
etnocoğrafı birliyinə bölünürlər.
1)oğuzlar,
2)qıpçaqlar,
3)karluqlar.
Bu, türklərin ilk bölünməsi idi ki, həmin bölünmə təxminən min illik bir
tarixə malik idi. Mərkəzi Asiya - Altay dağlan çıxış nöqtəsi kimi alınarsa, oğuzlar
Cənub-Qərb, qıpçaqlar Şimal-Qərb istiqamətində xeyli uzaqlara gedib çıxmış,
karluqlar isə Cənuba doğru yayılmışlar. Türklərin oğuz, qıpçaq və karluq
tayfalarına bölünməsi ilə yanaşı, yəni həmin bölünmə hələ başa çatmamış bu
tayfalar daxilində də bölünmə prosesi başlanmışdır ki, haqqında söhbət gedən
proses orta əsrlərin sonlarına qədər davam etmişdir
Beləliklə, IX- XI əsrlər türklərin tarixində elə bir dövrdür ki, həm ilkin
bölünmə başa çatır, həm də ikinci bölünmənin konturları müəyyənləşir.
Beləliklə, Azərbaycan xalqı, əsasən, oğuz türklərinə aid olsa da, ümumtürk
etnik-mədəni kodunun daşıyıcısıdır
Tarixin bütün dönəmlərində türk xalqlarına qarşı itiralar söylənmiş,onların
köçəri, barbar, qeyri mədəni xalq olduqlarını iddia etmişlər.
332
Türk xalqının böyük oğlu və xilaskarı Kamal.Ata türk deyirdi: “Türk xalqı
böyük tarix yaratmışdır, lakin onun tarixi haqqında özgələri yazmışdır.”
XX əsrin əvvələrində məşhur Türkiyə tarixçisi Bəsim Atalay yazırdı ki,bəşər
tarixində nə qədər ləkə varsa, onu türklərin adına yazmağa çalışıblar.Türk
sərkərdələrini qaniçən, barbar kimi qələmə verənlər,öz tarixlərindəki vəhşiliklərdən
sükutla keçiblər. O,yazırdı: “Çingiz xan yalnız qılıncla iş görməmişdir.Öz məmləkəti
üçün qanunlar yaradılması zərurətini bilən bir hökmdar heç zaman biliksiz və qaba
ola bilməzdi. İftiralara.böhtanlara baxmayaraq hələ lap erkən dövrlərdən türk
xalqları bəşər mədəniyyətinin avanqardı olmuş,öz idrakı və yenilməzliyi ilə dünyanı
heyrətdə buraxmışdır.
Tarixdə türklər qədər hakim olmuş, xaqanlıqlar yaratmış,şan-şöhrət qazanmış
bir xalq olmamışdır.Onlar nə qədər öyünsələr də yeri var”.
XX əsrin əvvəllərindən başlayaraq türk xalqları içəisində özünüdərk və
özünəqayıtma meylləri güclənməyə başlayır.Bu oyanış özünü daha çox Rusiyada
göstərirdi. Bu dövrdə Rusiyada siyahıya almaya görə 196 türkdilli xalqlar yaşa-
yırdı.Ona görə də türkçülük ideologiyalarının mərkəzi də məhz Rusiya sayılırdı.
Türkçülük ideologiyaları və ictimai fikrin intibahı XX əsrin əvvələrində
dünyada baş verən hadisələrlə bağlı idi. Rusiyada baş verən inqilablar nəticəsində
türkçülük ideologiyası əvvəlcə Rusiyada yaranmış, sonralar oradan Türkiyəyə
keçmişdir.
Amerika alimi Ç. U. Hostler yazır: “1907-ci ildən sonra Rusiyada libera-
lizmin təqibi ilə əlaqədar türk-tatar liderlərinin mühacirəti nəticəsində pantürkizmin
ağırlıq mərkəzi Rusiyadan Türkiyəyə keçdi.”
Pantürkizmn Rusiya həqiqətinin məhsuludur.Türkçülük ideologiyasının
formalaşması hər şeydən əvvəl Rusiyanın milli uğurlarında və türkdilli xalqlarda
milli burjuaziyanın meydana gəlməsi və inkişafı ilə bağlı idi.
Bakıda H.B. Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzetində sonra isə Baxça-
sarayda (Krım) İsmayıl bəy Qaspiralının “Tərcümən” qəzetində geniş inkişaf edən
türkçülük ideyaları Rusiyadakı türk xalqlarının milli şüurunun formalaşmasında və
333
inkişafında mühüm rol oynamışdı. Türkdilli mətbuat turançılıq ideyalarının
cücərməsi üçün zəmin yaradırdı.
Məmmədağa Şaxtaxtinskinin Tiflisdə nəşr etdirdiyi “Şərqi-Rus”, Ə. Topçu
başovun Bakıda nəşr etdiyi “Həyat”, Əhməd bəy Ağaoğlunun buraxdığı “İrşad”, Əli
bəy Hüseyinzadənin “Fiyuzat”, islam dininiYaponiyada yaymış Əbdürrəşid
İbrahimovun Peterburqda nəşr etdirdiyi “Ülfət”, Fateh Kərimovun Orenburqda nəşr
etdiyi “Vaxt” və sair mətbuat orqanlarında türklərin özünüdərk və özünə qayıtması ilə
bağlı mübahisələr, onların tarixi dövlətçilik ənənələri ilə bağlı məqalələr diqqəti cəlb
edirdi.
Türkçülük ideologiyasının yaranması və formalaşmasında Qahirədə Əli Kamal
bəyin nəşr etdirdiyi”Türk” qəzetinin xidmətini də xüsusi qeyd etmək lazımdır.
Həmin mətbuat orqanlarında daha çox türkçülük və turançılıq ideyalarının
genişlənməsinə diqqət yetirilirdi.Yəni bütün türk xalqlarının vahid Turan dövlətində
birləşməsi ideyası gündəmdə idi.
Türkçülük və Turançılıq ideyalarının yarandığı ilk mərhələni M.Ə.Rəsulzadə
“Romantik pantürkizm”dövrü adlandırmışdır.
Lakin əhəmiyyətinə baxmayaraq milli şüurun formalaşdığı şəraitdə gerçək-
ləşməsi xəyal olan “romantik pantürkizm” milli qüvvələrin tələbatına cavab vermirdi
və artıq arxada qalmışdı.
Birinci Rus inqilabından sonra (1905-1907).Rusiyada yaşayan bir sıra türk-
çülük ideyasını yayanlar siyasi şəraitlə əlaqədar Türkiyəyə müraciət etməyə məcbur
oldular.Bunlardan Yusif Akçura oğlu (milliyyətcə tatar idi); Əli bəy Hüseynzadə,
Əhməd bəy ağaoğlu və başqalarını göstərmək olar. Bunların təsiri altında həmin
dövrdə Türkiyədə Ziya Göy Alp və başqaları kimi türkçülər yetişdilər.Hətta 1910-
1913-cü illərdə Avropa şəhərlərində də türkçülük ideyaları genişlənirdi.Orada “Türk
yurdu” adlı klublar da meydana gəlmişdi.
Türkçülüyün banilərindən biri olan Yusif Akçura oğlu (1870-1927)Qazan
tatarı idi, Samarada fabrikant ailəsində anadan olmuşdu.Ümumi təhsilini İstanbulda
almış, sonra Qazan Universitetində dərs demişdir.”Rusiya Müsəlmanları İttifaqı”
partiyasının yaradılmasında yaxından iştirak etmişdir.Sonralar İstanbula köçmüş,
334
Milli Məclisə deputat seçilmiş,Ankara Universitetinin hüquq fakultəsinin professoru
olmuşdur.Onun rəhbərliyi ilə “Türk yurdu” jurnalı çap edilməyə başladı.Həmin
jurnalın yaranmasında Əli bəy Hüseynzadə və Ağıl Muxtar da yaxından iştirak
etmişdilər. Az sonra həmin türkçülərin sırasında məşhur türkçü və türkçülük
ideologiyasının yaradıcılarından biri olan Ziya Göy Alp da görünməyə başlayır.
Ziya Göy Alp özünün mənəvi cəhətdən yetişməsi və formalaşmasında Əli bəy
Hüseynzadəni özünün mənəvi atası hesab etmişdir.
Türkiyənin rəhbərliyi altında Böyük Turan dövlətinin yaranması ideyası Qərb
və Rus mətbuatında daha çox rast gəlinirdi.bu mənda Kamal Atatürkün pantürkizm
və panişlamizmə münasibəti xüsusilə maraqlıdır.1921-ci ilin dekabrında Türkiyə
Böyük Millət Məclisində çıxışında Atatürk qeyd etmişdi ki, Türklər müsəlman olmaq
etibarilə öz din qardaşlarının taleyi ilə həmişə maraqlanacaq, lakin türklər heç bir
vaxt bütün bu xalqları Türkiyənin başçılığı altında vahid imperiyada birləşdirmək
fikrinə düşməməlidirlər.O,göstərirdi ki, keçmişdə türklər bu cür xülyaları irəli
sürməklə bütün dünyanın nifrət və qəzəbini qazanmışdır.Biz həyatımızı ancaq
müstəqil yaşamağa həsr etməliyik.
Turançılıq və Trükiyənin rəhbərliyi altında birləşmək ideyaları 1918-ci ildə
Azərbaycanda da geniş yer tuturdu. Xüsusilə Gəncədə bu ideyanı müdafiə edən
müxaliflər daha çox idi.Lakin yeni yaranmış Xalq Cümhuriyyəti rəhbərliyi
Azərbaycanın müstəqilliyi ideyalarını müdafiə edirdilər və buna nail oldular.
Türkçülüyün gerçəkləşməsi uörunda mübarizədə, onun türk xalqlarına
aşılanmasında Ziya Göy Alp xüsusilə fərqlənirdi.O,18 yaşında olarkən həyatında
böhranlı anlar olmuş,özünə qəsd etməyə çalışmışdır. Lakin sonralar aktiv həyata
qoşulan Ziya Göy Alp İstanbul Universitetində sosiologiya professoru olmuş,
Türkiyə Respublikasının Böyük Millət Məclisinə deputat seçilmişdir.
Kamal Atatürk onun varlığına yüksək qiymət verərək yazmışdır: “Ətimin və
sümüyünün atası Əli Rza əfəndidirsə,fikrimin atası Ziya göy Alpdır”.Ziya.Göy Alp
türkçülük ideyasını böyüklüyünə görə üç dərəcəyə bölür:
1.Türkçülük:
2.Oğuzçuluq və ya türkmənçilik:
335
3.Turançılıq.
Onun fikrincə milli Trük dövlətinin-respublikasının yaranması birinci ide-
yanın gerçəkləşməsi demək idi.
Yaxın və uzaq ideya və məqsəd kimi oğuzçuluq və ya turançılıq nəzərdə
tutulurdu.Oğuzçuluq –oğuz birliyi və və ya Türkmənçilikdir. Milli duyğuların
yaxınlığı baxımından birləşə bilənlər onun fikrincə məhz oğuzlar ola bilərdi-
lər.Türkiyə,Azərbaycan,İran,Orta Asiya türkləri oğuz soyundan ibarət idilər. Burada
da söhbət məhz oğuz xalqlarının birləşməsindən gedir. Lakin Ziya Göy Alpa görə bu
xalqların siyasi birləşməsindən danışmaq hələ tezdir,yalnız onların mədəniyyət
baxımından birləşməsindən söhbət gedə bilərdi.Türkçülük ideologiyasının ən uzaq
məqsədi isə böyük Turan dövlətinin yaranmasından ibarət idi.Turan yer üzündə olan
bütün türklərin vahid məkanda dövlət şərçivəsində birləşməsidir.
Türkçülük ideologiyası tərəfdarlarının əksəriyyəti hesab edirdi ki,türk millətçisi
olmaq,eyni zamanda islamçı olmaq deməkdir,belə ki,din dildən sonra millətin ən
mühüm göstəricisidir.
Əhməd ağa oğlu göstərirdi ki,islam türk üçün sadəcə din deyil, o “milli və
irqi”dindir.Odur ki,türkçülük hərəkatına qoşulan hər bir kəs islamı qəbul etməli-dir.
Ziya Göl Alp yazırdı:”Türkçülüyün qayəsi müasir bir islam türkçülüyüdür.”
Göründüyü kimi Ziya.Göy Alp ”türkləşmək, islamlaşmaq, müasirləşmək”
kimi düşüncəni uzaqlaşdırmağa çalışır.
Türkçülük idelogiyaları bir qayda olaraq türk aləminin hüdudlarını
müəyyən etməyə, bu işdə ərazi amilinə tez-tez müraciət edirdilər.Əhməd Ağaoğlunun
“Türk yurdu” jurnalında nəşr etdiyi “Türk aləmi ” məqaləsi xüsusi ilə diqqəti cəlb
edir.O, yazırdı: “Asiyanın ürəyində ucalan Altay dağlarından axıb gələn türklər
dünyaünın şimal və cənubuna , şərq və qərbinə yayılmışdılar.Türklər Çinin ən ucqar
bucaqlarından Finlandiya, Polşa, Macarıstan və Şimali Afrikayadək müxtəlif
ərazilərdə səpələnmişdilər.”
Ə.Ağaoğlunun fikrincə türk aləminin ərazisi təxminən Avropa və
Amerikanın birgə ərazisinə bərabərdir və bu ərazidə təxminən 70 milyon türk əhalisi
yaşayır.Göstərmək lazımdır ki, bu rəqəm müasir dövrdə 250-milyonu keçmişdir.
336
Türk dünyasının sərhədlərini müəyyən etməyə səy göstərən Yusif Akçura
oğlu türk ruhunu Qafqazda, Sibirdə, Şərqi Türküstanda – Turan çöllərində axtarırdı.
“Türk aləmində ” məqaləsində Yusif Akçura oğlu Türk dünyasının 3
hissədən ibarət olduğunu qeyd edirdi :a) Müstəqil Osmanlı imperiyası; b) Çar
Rusiyası və qismən Çinin tabeliyində olan ərazilər; c ) İranın şimalı və şimal şərqı.
Türk xalqlarının yaşadıqları coğrafi ərazi hazırda Qərbdə Aralıq dənizi
sahillərindən şərqdə Edzin -Qol çayına (Çin səddinə qədər ). Şimalda buzlu okean
sahillərinədək,cənubda Kunlük dağlarına qədər geniş bir sahəni tutur.Sahəsi
10,5milyon kilometrdən çoxdur ki, bu da Avrasiya materikinin təxminən1/5-ni təşkil
edir.
XX əsrin əvvəllərinə nisbətən türklərin sayı 3 dəfədən də çox artmışdır.Türk
xalqlarının bədxahlarını qorxudan da elə budur.Dünyada demokratik dəyişikliklər
açıq-aydın türk, eyni zammanda müsəlman xalqlarının xeyrinə dəyişir.XX! əsr türk
əsri kimi tarixə düşəcəkdir.
XX əsrin sonlarına aid statistikaya görə Azərbaycanlıların orta illik artımı
2,7%, özbəklərin 3%, türkmənlərin 3%, qırğızların 2.9% təşkil etdiyi halda
İngiltərədə bu artım 0,1 % Yaponiyada 0,9%, İsveçrədə 0,3%, Pribaltika, Almaniya
kimi ölkələrdə əhalinin artımı 0,1% təşkil edir.
Müxtəlif ölkələrin belə əhali artımı ciddi demokratik dəyişikliklərə gətirib
çıxaracağından xəbər verir. Eyni zamanda dünya müsəlmanlarının say artımında da
türklərin payı vardır.Ümumiyyətlə türk xalqının 80%-i müsəlman, 20%-i isə qeyri
müsəlmanlardan–şamanizm,buddizm və yəhudilik dininə inananlardan ibarətdir.
Məcburiyyət qarşısında qalan və tarixi səbəblər üzündən bəzi türklər hətta
xristianlığı da qəbul ediblər.
Türklərin xristianlaşmasında rusların apardığı siyasətin də rolu böyük
olmuşdur.
BMT –nin statistik məlumatlarına görə, dünya dilləri sırasında türk dili
beşinci yerdədir.O da bir həqiqətdir ki,bir çox dövlətlərin daxilində yaşayan
milyonlarla türk öz doğma dilini unudub, daha doğrusu unutdurulub.Türklərin təhsil
337
aldığı müəssisələrdə digər dillər hakim olub, əksər türklər məcburən kiril əlifbası ilə
oxuyub yazıblar.
Göstərilən faktlar daha çox özünü Sovet imperiyası dövründə biruzə
vermişdir. Hətta bu siyasət o dərəcəyə çatmışdır ki, bəzi müttəfiq respublikalarda -
əsasən Orta Asiya respublikalarında ana-türk dilində bir dənə də olsun ali təhsil
müəsisəsi yox idi. Ruslaşdırma syasəti birinci növbədə antitürk siyasətindən gəlib
keçirdi.
Vaxtilə iqtisadi cəhətdən də türk respublikaları və türk toplumları çıxılmaz
vəzyyətə salınıblar. Azərbaycan, Özbəkistan, Qazaxıstan kimi respublikalar
Ümumittifaq büdcəsinə daha çox gəlir verirdilər, lakin aldıqları işə verdiklərindən
daha az idi. Bu respublikalar hesabına Ermənistan, Moldova, Pribaltika respublikaları
daha çox faydalanırdılar.
Məsələn; Qazaxıstan iqtisadi sahədə 5-ci yerdə getməsinə baxmayaraq, əha-
linin həyat səviyyəsinə görə 12-ci yerdə gedirdi. Digər türk respublikalarında da eyni
vəziyyət yaranmışdır.
SSRİ dövründə atom sınaqları ən çox türklərin yaşadıqları ərazilərdə həyata
keçirilirdi. Ekoloji cəhətdən ən çox əziyyət çəkən respublikalar da məhz türk
respublikaları idi. Məsələn 70-80-ci illərdə təkcə Sumqayıtda 13-dən çox kimya
müəssisəsi tikilmişdir.
Aral dənizinin qurumasının qarşısının alınmaması böyük ekoloji problem
yaradırdı.
Ən çox ağır zəhmət tələb edən işlərin çoxu da türk xalqları üzərinə düşürdü.
Pam-bıqçılıq,üzümçülük,tərəvəzçilik belə sahələrdəndir.
XX əsrin sonlarında türk dünyasının dünya sisteminin burulğanına daxil olması
tarixin qanunauyğun inkişafının nəticəsidir.Sovet imperiyasının dağılması türk
xalqlarının tarixində yeni dövrün –azadlıq və inkişaf dövrünün başlanmasına gətirib
çıxardı. İmperiyanın dağılması nəticəsində türk dilli xalqları təmsil edən, 5 müstəqil
dövlətin Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənis-tanın
yaranması qüvvələr nisbətinin dəyişməsində mühüm amil sayılmalıdır.
338
Türkdilli xalqların təmsil etdikləri müstəqil dövlətlər və muxtar qurumlar
böyük əraziyə və olduqca müxtəlif təbii sərvətlərin zəngin ehtiyyatlarına
malikdirlər.Belə ehtiyyatlar isə həmin ölkələrdə təsərrüfatın bütün sahələrini inkişaf
etdirməyə, xalqların iqtisadi və sosial həyatını yüksək səviyyəyə çatdırmağa imkan
verir. Hə-min ölkələr nəinki iqtisadi,həm də hərbi və siyasi potensiala malikdirlər.
Hazırda BMT-də 6 türk dövləti təmsil olunmuşdur. Türkiyə isə BMT-nin
Təhlükəsizlik Şurasının üzvüdür. Türk dünyasının hərbi-iqtisadi potensialına gəlincə
bu ölkələrdə ildə təxminən 200 milyon tondan artıq neft, 160 milyard kubmetr qaz,
250 milyon tona yaxın kömür çıxarılır. 3550 milyard kilovat saat elektrik enerjisi
istehsal olunur.
Qzaxıstan ərazisində Baykonur raket buraxma kompleksi, nüvə silahı arsenalı
bu potensiala əlavə oluna bilər. Türk dünyasının güclü iqtisadi və hərbi potensiala
ma-lik olmaları onların getdikcə dünya siyasətinə təsir etmək imkanlarını çoxaldır.
Hətta getdikcə bir sıra inkişaf etmiş ölkələr türkdilli ölkələrdən enerji asılılığına
düşürlər.
XX əsrin sonları-XXI əsrin əvvəllərində türkdilli ölkələr və muxtar qurumlar
arasında iqtisadi,siyasi,mədəni yaxınlaşmalar baş verdi. Demək olar ki, bu siyasətin
həyata keçirilməsində Ümüumulli lider Heydər Əliyevin çox büyük xidmətləri
olmuşdur. Onun təşəbbüsü isə Traseka layihəsi olan böyük ipək yolunun bərpa
olunması türk respublikaları arasında yaxınlaşmanın əsasını qoydu.
1993-cü ildə ilk dəfə olaraq İstanbulda türkdilli dövlət başçılarının zirvə
toplantısının keçirilməsi də bu ölkələrin iqtisadi və mədəni cəhətdən yaxınlaşmasında
böyük rol oynadı.
Sonralar Bakı, Asqabad, Astana, Daşkənd şəhərlərində keçirilən türkdilli
dövlətlərin dövlət və hökumət başçılarının zirvə toplantılarının da bu məsələdə
böyük rolu olmuşdur.
Türk xalqkarı dil və mədəniyyət baxımından xeyli yaxınlaşmışlar.Hal –
hazırda gündəmdə duran ən əsas məsələlərdən biri türk xalqlarının ortaq dil
məsələsidir.
339
Qlobal dünyada xalqların yaxınlaşması, milli məsələnin-millətçiliyin aradan
qaldırıldığı bir dövrdə respublikada türkçülük siyasəti ilə yanaşı azərbaycançılıq
siyasəti də gündəmə gəlmişidir.
Ulu Öndər Heydər Əliyevin söylədiyi kimi “Azərbaycan onun ərazisində
yaşayan bütün millət və xalqlaırn ümumi vətənidir. “Bizi bir birimizə bağlayan ideal
yaxınlığı,mənəvi əxlaqi prinsiplərdir.
Yenə Ulu Öndərimizin fikrini yada salaraq qeyd etməliyik ki, biz türk mənşəli
millətik və türkdilli xalqalrının dilinə məxsus olan dilimiz vardır.
340
XXII mövzu Müstəqil Azərbaycan Respublikası Plan
1.Azərbaycanda dövlət müstəqilliyinin bərpa olunması və möhkəmləndirilməsi
uğrunda mübarizə.
2.Azərbaycan sosial-iqtisadi və mədəni inkişaf yolunda.
3.Azərbaycanda demokratik və hüquqi dövlət quruculuğu.
4.Azərbaycan Dünya birliyində.
Ədəbiyyat
1. Əliyev H.Ə.Müstəqilliyimiz əbədidir. II cild, Bakı, 1997.
2. Azərbaycan tarixi VII cild, Bakı, 2003. səh.330-480.
3. Azərbaycan Respublikası Konstitusiyası. Bakı,1995.
4.”Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpa edilməsi
haqqında” Az.SSR Ali Sovetinin Bəynnaməsi. “Xalq qəzeti”,3 sentyabr,1991.
5. Məmmədov T,Məmmədov Ç,Siyasi tarix.II hissə, Bakı,1995. səh.121-135.
6. Siyasi tarix (müh.kursu) II hissə, Bakı,1998. səh.287-39
341
I Mühazirə
Plan
1.Azərbaycanda dövlət müstəqilliyinin bərpa olunması və möhkəm
ləndirilməsi uğrunda mübarizə.
2.Azərbaycan sosial-iqtisadi və mədəni inkişaf yolunda.
1990-cı il “Qanlı Yanvar”hadisəsindən sonra milli azadlıq hərakatı yeni mə-
craya daxil oldu. İndi o,imperiya tərkibindən çıxmaq,müstəqillik əldə etmək məzmu-
nunu aldı. İqtidar-müxalifət qarşıdurmasında da yeni mərhələ başlandı. 1990-cı ilin
yazında bir qrup görkəmli alimlərin (75-lərin) və müxalifət nümayəndələrinin razılığı
ilə “Məşvərət Şurası”yaradıldı. “Şuranın” razılığı ilə ilk dəfə olaraq prezident vəzifəsi
təsis olundu.Mayın 21-də 28 may “Azərbaycan dövlət quruculuöunun dirçəliş
günü”elan etdildi.
1990-cı il iyulun 19-da H.Əliyev Kominist Partiyası sıralarından çıxdı.O,iyulun
20-də Azərbaycana qayıtdı. İki gün sonra H.Əliyev Naxçıvana gedir.Sentyabrın 30-
da keçirilən seçkilərdə H.Əliyev seçicilərin 95℅ səsini alaraq Az.SSR və Naxçıvan
MSSR Ali sovetlərinə deputat seçildi.
1990-cı il noyabrın 17-də Naxçıvan MSSP Ali Sovetinin H.Əliyevin sədrliyi ilə
keçirilən sessiyası Muxtar Respublikanın adında “Sovet Sosialist”s özlərinin
götürülməsi və AXC-nin üçrəngli bayrağının dövlət bayrağı kimi qəbul edilməsi
barədə tarixi qərar qəbul etdi.
1991-ci il fevralın 5-də Az.SSp Ali Sovetində demokratik qüvvəlin tələbi ilə
dövlətin adı dəyişdirilərək “Azərbaycan Respublikası” adlandırılırdı.
Üçrəngli bayrağın dövlət bayrağı kimi təsdiq olunması barədə qərar qəbul
olundu.Respublikada demokratik qüvvələrin tələbi ilə çoxpartiyalılığın tətşəkkülü
üçün əlverişli şərait yarandı. AXCP, Xalq Azadlıq Partiyası, ASDP, “Yeni Müsavat”
və s. partiyaların əsası qoyuldu.
342
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında
yekdilliklə “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya
aktı qəbul olundu.Bununla da Azərbaycan öz müstəqilliyini bərpa etdi.
Konstitusya aktı 6 bölmə və 32 maddədən ibarət idi.Bu sənəd gələcəkdə
Azərbaycanın yeni Konstitusiyasının hazırlanması üçün əsas olmuşdu.
Azərbaycanın müstəqilliyini ilk olaraq Türkiyə (noyabrın 19-da) Rumniya
(dekabr), Pakistan (dekabr), İsveçrə (dekabr), İran(dekabr), ABŞ 1992-ci il, yanvar).
Rusiya (aprel 1992) tanıdılar. Artıq 1993-cü ildə Azərbaycanın dövlət müstəqilliyini
116 dövlət tanımışdı.
Elə bu vaxt,yəni dekabrın 8-də RF, Ukrayna və Belarus respublikalarının
rəhbərləri MDB-nin yaradılması haqqında müqavilə imzaladılar. Beləlklə SSRİ
dağıldı. 1993-cü il sentyabrın 24-də Azərbaycan rəsmi olaraq MDB-yə daxil oldu.
1991-ci il dekabrın 29-da Azərbaycanda ümumxalq rəy sorğuu keçirildi. Xalq
yekdilliklə Azərbaycanın müstəqilliyi əlehinə səs verdi.
Belə bir şəraitdə Dağlıq Qarabağ məsələsi gərgin olaraq qalırdı. Erməni
separatçıları Ermənistan və Rusiya hərbiçilərinin dəstəyi ilə bir-birinin ardınca
Azərbaycaban kəndlərini zəbt edərək yandırırdılar. Onlar hələ sentyabrın 2-də qeyri-
qanuni olaraq DQMV-ni müstəqil respublika olan edərək Goranboy rayonunu da
bu respublikaya daxil etmək haqqında qərar qəbul etdilər.
Buna cavab olaraq Ali Sovet DQVM-nin statusunu ləğv etmək haqqında qərar
qəbul etdi. 1991-ci il oktyabrın 9-da Ali sovet “Azərbaycan Respublikası Silahlı Qüv-
vələri haqqında Qanun qəbul etsə də Azərbaycanda nizami ordu yaratmaq çox çətin
idi. Noyabr ayında rayon və şəhərlərin özünü müdafiə dəstələrinin yaradılması
haqqında sərəncam verildi.
Bu zaman erməni seperatçıları daha da həyasızlaşaraq Azərbaycan torpaqlarının
işğalını genişləndirməyə başladılar.Qarabağın Kərkicahan, Malıbəyli, Quşçular
kəndləri-ni ələ keçirdilər. Xocalı və Şuşanı mühasirəyə aldılar. 1992-ci ilfevralın
25-də gecə erməni hərbi birləşmələri 366-cı rus alayının köməyi ilə Xocalı
soyqrımını törətdilər. Soyqırım nəticəsində 613 nəfər öldürüldü, 487 nəfər
yaralandı, 1275 nəfər əsir alındı, 8 ailə bütövlükdə məhv edildi. 56 nəfər diri-diri
343
yandırıldı və digər əzablar verildi. Ölənlərin 106-sı qadın, 83-ü uşaq, 70-i qoca idi.
Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırımı idi.
Xocalı hadisəsi respublikada siyasi vəziyyəti daha da gərginləşdi.Marıtn 3-də
prezident sarayı qarşısında istefa tələbi ilə piket keçirildi. Martın 6-da keçən
izdihamlı mitinqdən sonra prezident Mütəllibov istefa verdi.Nazirlər kabineti
buraxıldı və dövlət Müdafiə Komitəsi yaradıldı.
1992-ci il iyunun 7-də prezident seçkiləri keçirildi. Əbulfəz Elçibəy 59,4 faiz səs
toplayaraq Azərbaycan Respublikasının 2-ci prezidanti seçildi. Beləliklə AXCP-
Müsavat bloku hakimiyyəti ələ aldılar.Onların bir ilik hakimiyyəti dövrün-də həm
daxili gərginlik, həm də erməni işğalçıları ilə mübarizə daha da gücləndi.
Cəbhə hakimiyyəti dövründə müəyyən müsbət işlər də görüldü. Belə ki,1992-ci
il martın 15-də “Azərbaycan Milli Qəhrəmanı”fəxri adı təsis olundu. Apreldə Ali
məktəblərə test üsulu ilə qəbul haqqında qərar verildi. 1992-ci il mayın 27-də
“Azərbaycan Respublikasının himni,” 1993-cü il fevralın 23-də “Azərbaycan
Reüspublikasıının Gerbi haqqında” qanunlar qəbul olundu. “Siyasi partiyalar
haqqında”, “Hərbi xidmət haqqında” qanunlar məhz bu dövrdə qəbul olunmuşdu.
AXC-Müsavat xarici siyasətdə də ciddi səhvlərə yol vermişdilər. Hökumət daxili
poblemləri həll etmək əvəzinə, gah İrana, gah da Cinə həmin ölkələrdə yaşayan
türklərin hüquqlarının müdafiəsi ilə bağlı bəyanatlar səsləndirirdilər. Bu da
Azərbaycan Respublikasının vəziyyətini daha da ağırlaşdırdı. Rusiya ilə münasibətlər
də getdikcə ağırlaşır və ictimai-siyasi durum daha da pisləşirdi. Rusiyanın
Azərbaycana qarşı yeritdiyi məkrli siyasət nəticəsində “Ləzgizstan dövləti”, “Talış
Muğan respublikası”, “Bakı quberniyası” kimi müstəqil ərazilər yaratmağa cəhd
edilirdi. 1993-cü ilin iyununda Gəncədə S.Hüseynovun başçılığı altında 709-cu alay
qiyam qaldırdı.
Artıq Azərbaycan vətəndaş müharibəsi təhlükəsi qarşısında qalmışdı.
1993-cü ilin əvvəllərində Naxçıvanda da çevriliş cəhdi göstərilmişdi.Lakin
H.Əliyevin müdrik siyasəti və xalqın qətiyyəti sayəsində çevriliş cəhdinin qarşısı
alındı.
344
1991-1993-cü illərdə respublikanın iqtisadiyyatına da çox ağır zərbələr vuruldu.
Respublika talanır,onun sərvətləri xaricə daşınırdı. Pambıq və üzüm sahələri bərbad
vəziyyətə düşmüşdü. Müəssisələr bağlanır, işsizlik artır, əhalinin güzəranı getdikcə
pisləşirdi. Əhali regionlardan dolanışıq dalınca Bakı şəhərinə axışırdı, ziyalıların
çoxu xaricə getməyə məcbur olurdular.
Minimum əmək haqqı rəsmi istehlak minimumu həddindən 20 dəfə az idi.
İnflyasiya 1000%-ə çatmışdı.Ümumi daxili məhsul hər il orta hesabla 18-20 faiz
azalırdı. Dövlət büdcəsi böyük kəsirlə icra olunurdu.
Kriminal qüvvələr baş qaldırmışdı. Axşam və gecə vaxtlarında küçə və parklara
çıxmaq mümkün deyildi. Hakimiyyət ölkəni idarə etmək iqtidarında deyildi.
Bu dövrdə azərbaycan ziyalıları, uzaqgörən şəxsiyyətləri Naxçıvana, H.Əliyevin
yanına gedərək, Azərbaycanın düşdüyü vəziyyətindən çıxış yollarını müzakirə
edirdilər.
1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər ziyalısı “Səs” qəzeti vasitəsilə
H.Əliyevə “Azərbaycan sizin sözünüzü gözləyir” -deyə müraciət etmişdi.
Həmin dövrdə Naxçıvanda 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiya-
sınnın (YAP) təsis konfransı oldu. H.Əliyev YAP-ın sədri seçildi.
1993-cü ilin iyununda ağır böhran keçirən AXC-Müsavat rəhbərliyi H.Əliyevi
Azərbaycan rəhbərliyinə çağırdı. İyunun 9-da H.Əliyev Bakıya gəldi. İyunun 13-14-
də O, Gəncəyə gələrək müxalifətlə danışıqlar apardı və siyasi böhrandan çıxmaq
yollarını müzakirə etdi.
1993-cü ilin iyunun 15-də H.Əliyev Ali Sovetin sədri seçildi. Bu tarixi gün XX
əsr tariximizə “Milli Qurtuluş Günü” kimi daxil olmuşdur. 1997-ci ildən həmin gün
bayram kimi qeyd olunur. İyunun 18-də Ə.Elçibəy xəbər vermədən Bakını tərk
edərək, Naxçıvana, Kələki kəndinə gedir.İyunun 24-də respublika prezidenti
səlahiyyətlərini Ali Sovetin sədri H.Əliyev qəbul etdi. Həmin gündən H.Əliyevin
respublikaya ikinci rəhbərlik dövrü başlayır.
H.Əliyev ilk növbədə ölkənin rəhbər eşalonunu formalaşdırdı. Siyasi durumu nə-
zərə alaraq Baş Nazir postunu Surət Hüseynova həvalə etdi.
345
1993-cü il oktyabrın 3-də H.Əliyev alternativ əsasda keçerilən seçkilərdə əksər
səslə (98,8%) Azərbaycan Respublikasının prezidenti seçildi.
Milli dövlətçiliyin qorunub mökəmlənməsində mühüm şərtlərdən biri də güclü,
intizamlı ordunun yaradılması təşkil edirdi. Bu məqsədlə 1993-cü il noyabrın 1-də
Dövlət Müdafiə Şurası yaradıldı.
Hoyabrın 2-də prezident H.Əliyev televiziya ilə çıvış edərək “Hər kəs Vətənin
əsgəri olmalıdır” çağırışı ilə xalqa müraciət etdi. Xalqı ölkənin azadlığı naminə
birləşib düşmənə qarşı mübarizəyə qalxmağa çağırdı. Çağırışa cavab olaraq
könullulərdən ibarət batalyonlar yaradılıb cəbhəyə göndərildi.
Noyabrın 23-də Milli Şura “Müdafiə haqqında”qanun qəbul etdi. Noyabr-dekabr
aylarında 17 minə yaxın döyüşcüsü olan 40 ehtiyat taboru təçkil edildi. Şəriştəsiz
komandir və zabitlər ordudan kənarlaşdırdı. 1994-cu il yanvarın 5-də Azərbaycan
ordusu uğurlu əməliyyatlar keçirərək Füzulinin Horadiz qəsəbəsini, 22 kəndi,
Cəbrayılın bir hissəsini, Kəlbəcərin bir sıra kəndlərini düşməndən azad etdi.
1994-cu il mayın 12-də Biskek protokoluna əsasən cəbhədə atəşkəsə nail olundu.
Lakin bu günkü günə qədər atəşkəs rejimi davam etsə də,ermənilər tərəfindən tez-tez
pozulur və onlarla insan tələfatı olmuşdur.
Həmin dövrə qədər artıq erməni silahlı qüvvələri Rusiya və digər aparıcı
dövlətlərdən dəstək alaraq Azərbaycanın 20% torpağını -7 rayon və Dağlıq Qarabağ
əra-zilərini işğal edə bilmişdi.
Bu vəziyyətdən istifadə edən bəzi qüvvələr ölkə daxilində iğtişaşlar salmağa və
H.Əliyevi hakimiyyətdən uzaqlaşdırmağa çalışdılar.
1993-cü ilin sentyabrın ortalarında S.Hüseynov,Ə.Hümbətov və R.Qazıyev qüv-
vələrini birləşdirib Bakıya hücum planı hazırladılar.Onlar açıq silahlı mübarizə
yoluna keçdilər.
1994-cü il oktyabrın 4-də Gəncədə S.Hüseynovun tərəfdarları olan 300 nəfər
silahlı dəstə İcra Hakimiyyəti və başqa strateji əhəmiyyətli obyektləri ələ keçirdilər.
Belə bir şəraitdə oktyabrın 4-dən 5-nə keçən gecə H.Əliyev xalqa televiziya
vasitəsilə müraciət etdi. Onun çağırışına cavab olaraq yüz minlərlə adam Prezident
sarayı ətrafına toplandı. Qiyam yatırıldı.
346
Oktyabrın 5-də “Azadlıq”meydanında izdihamlı ümumxalq mitinqi keçirildi.
Xalq öz liderini dəstəklədiyini bir daha göstərdi.
Lakin təhlükə tamamilə aradan qaldırılmamışdı. 1995-ci il martın 11-də
R.Cavadov (OMON-un komandiri). Prezidentin və Ali Sovet sədrinin istefası tələbini
irəli sürdü. Martın 13-də Ağstafa və Qazax rayonlarında xüsusi təyinantlılar qiyam
qaldırdılar. Atışmalar baş verdi. R.Cavadov aldığı güllə yarasından həlak oldu.
Rayonlarda da qiyamlar yatırıldı.
1995-ci ilin yayında, 1996-cı ilin dekabrında respublikada daha bir neçə terror və
dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Bundan sonra ölkə tam ictimai-siyasi
sabitlik mərhələsinə qədəm qoydu. İqtidar ictimai-siyasi sabitlik şəraitndə milli
dövlətçiliyin maddi-hüquqi bazasının möhkəmləndirilməsi üçün tədbirlər görməyə
başladı. Yeni iqtisadi münasibətlərin formalaşmasına münasib şərait yaratmaq
məqsədilə yüzə qədər qanun və qərar qəbul edildi.
1994-cü il aprelin 5-də ticarəti liberallaşdırmaq, 1995-ci ilin fevralında valyuta
bazarının təşkili haqqında fərmanlar verildi. Bunların nəticəsində respublikada
infilyasiya kəskin şəkildə azaldı və 85% endi. Xarici kapitalı cəlb etmək məqsədilə
“açıq qapı” siyasəti yeridilməyə başlandı. Xarici sərmayədarlara təminat verən və
onıarı müdafiə edən qanunlar qəbul edildi.
Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf
Bankı ilə əməkdaşlıq genişləndi. Bütün bunlar respublika maliyyə-bank sistemini
dünya standartlarına uyğunlaşdırdı.
Müstəqilliyimizin, milli dövlətçiliyimizin möhəkmlənməsi və inkişafı yolunda
atılan ən mühüm addımlardan biri Azərbaycanın yeni neft strategiyasının ortaya
qoyulması olmuşdur.
Araşdırmalara görə Xəzər hövzəsində 10 milyard tona qədər neft ehtiyyatının
olduğu göstərilir.
H.Əliyevin Azərbaycana rəhbərliyə gəlişindən sonra neft strategiyasında əsaslı
dəyişiklik baş verdi.,bəzi xarici və daxili maneçilikləri dəf edərək həmin strategiyanı
həyata keçirməyə başladı. Bu strategiyanın gerçəkləşməsində ilk addım Dövlət Neft
Şirkəti ilə altı ölkənin (ABŞ, İngiltərə, Norveç Rusiya, Türkiyə, Səudiyyə
347
Ərəbistanı)11 iri neft şirkətləri (BP, Remco, Amoko, Penzoyl, Lukoyl və s.) Xəzər
dənizinin “Azəri”, “Ciraq”, “Günəşli” yataqlarının birgə işlənməsi haqqında birgə
müqavilə imzalandı. İmzalanma mərasimi 1994-cü il sentyabrın 20-də
“Gülüstan”sarayında baş verdi. Müqavilə tarixə “Əsrin müqaviləsi”kimi daxili oldu.
“Əsrin müqaviləsi” müstəqil Azərbaycanın tarixində mühüm hadisə idi. H.Əliyev bu
mühüm hadisənin əhəmiyyətindən bəhs edərək demişdi: “Biz bu müqaviləni
hazırlamaqla Azərb. Respublikasının suveren hüquqlarının bərqərar olduğunu,
Azərbaycanın tam müstəqil dövlət,xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu
dünyaya bir daha nümayiş etdirdik.”
1995-ci ilin aprelində “Əsrin müqaviləsini gerçəkləşdirmək üçün Azərbaycan
Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) təşkil olundu.
Bağlanmış beynəlxalq neft müqavilələri sayəsində Azərbaycana mütərəqqi
texnalogiyalarının gətirilməsi, neft sənayesi infrastrukturunun yenidən qurulması,
nəqliyytat və xidmət sahələrinin inkişafı, yüksək peşəkar milli kadrların hazırlanması
və minlərlə iş yerlərinin açılması üçün geniş imkanlar açdı.
1997-ci il noyabrın 12-də “Çıraq-1”patformasında “Əsrin müqaviləsi” üzrə ilkin
neft hasilatında başlandı.
Yeni neft strategiyasında Azərbaycan neftinin dünya bazarına nəql edilməsi
mühüm yer tuturdu. Bu məqsədlə 1997-ci ildə “Səngəçal” terminalı tikildi.
1996-cı il yanvarın 18-də Azərbaycanla Rusiya arasında bağlanan sazişə əsasən
Azərbaycan nefti Bakı-Novorossiysk boru kəməri vasitəsilə dünya bazarına nəql
edilməyə başlandı.
1999-cu il aprelin 17-də Gürcüstanda ilkin Xəzər neftinin Qərb istiqamətində
nəqli üçün Bakı -Supsa ixrac kəmərinin və Supsa yerüstü terminalının açılışı oldu.
Yeni neft strategiyasınnı ən mühüm tərkib hissələrindən biri “Bakı-Tblisi-Cey-
han” ixrac boru kəmərinin çəkilişi ideyasının meydana gəlməsi və gerçəkliyə
çevrilməsi idi.
1998-ci ildə Ankarada Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri “Bakı-
Tbilisi-Ceyhan” əsas ixrac boru kəmərinin inşası haqqında ilk Bəyənnamə
imzaladılar.
348
BTC neft kəməri dünyada əvəzi olmayan mühəndis qurğusidir. Onun uzunluğu
1762 km-dir. Onun 443 km-i Azərbaycan, 2 49 km-i Gürcüstan və 1070 km-i isə
Türkiyənin ərazisindən keçir. Kəmər ildə 50 milyon ton neft ötürmək gücünə
malikdir. Kəmərə H.Əliyevin adı verilmişdir. Son hesablamalara görə neft
strategiyası əsasında bağlanmış müqavilələrdən əldə olunacaq gəlir 210-215 milyard
dollar olmalıdır.
Neft hasilatından gələn gəlirlərin artması ilə əlaqədar olaraq 1999-cu ilin
dekabrında prezidentin fərmanı ilə “Azərbaycan Dövlət Neft Fondu” təşkil olundu.
Hazırda Neft fondunda 1 miyard manatdan çox vəsait vardır.
Yeni neft strategiyasında Xəzərin dərinliklərində olan qazın hasil edilib
istifadəyə verilməsi və dünya bazarına ötürülməsi də mühüm yür tutur.
2001-ci il martın 12-də Türkiyə, sentyabrın 29-da isə Gürcüstanla “Bakı-Tblisi-
Ərzurum”qaz kəməri vasitəsilə Azərbaycan qazının nəqli vı satışı barədə sazişlər
imzalandı. Artıq 2003-cü ildə layihədə uzunluğu 1050 km müəyyən edilən qaz
kəməri nin inşasına başlandı.
Neft strategiyası Avropa Birliyi “TRASEKA”proqramı üzrə Avropa-Qafqaz-
Asiya nəqliyyat dəhlizinin- “Yeni “İpək Yolu”nun gerçəkləşməsi üçün də
perspektivlər açmışdır.
1996-cı ilin mayında Azərbaycan,Gürcüstan,Türkmənistan və Özbəkistan
arasında yük daşımaları haqqında sazişər imzalandı. Dekabr ayında Ukrayna da
həmin sazişə qoşuldu.
1998-ci il sentyabrın 7-8-də Bakıda “Böyük İpək yolu”Beynəlxalq Konqresi
keçirildi.Bu zaman Qazaxıstan və Qırğızıstan respublikaları da beynəlxalq sazişə
qoşuldular.
Bu dəhliz vasitəsilə Azərbaycandan 1996-2002-ci illərdə 33,3 milyon tondan
çox tranzit yük daşınmışdı.
Memarı H.Ə.Əliyev olan yeni neft strategiyası, onun əsas çıxış nöqtəsi olan
“Əsrin müqaviləsi”t əkcə sırf iqtisadi əhəmiyyəti daşımır. O, həm də böyek siyasi,
geostrateji və beynəlxalq əhəmiyyət daşıyır.
349
Yeni neft strategiyası Azərbaycanda sosial-iqtisadi və mədəniyyət
problemlərinin həlli üüçn də əvəzsiz amil oldu. Məhz bu siyasət nəticəsində Azər-
baycan dünya miqyasında tanınmış və nüfuzlu dövlətə çevrilmişdir.
Müstəqillik illərində Azərbaycanda sosial-iqtisadi sahədə çox böyük irəliləyişlər
oldu. 1995-1998-ci illərdə dövlət əmlakının özəlləşdirilməsi prosesi həyata keçirildi.
2000-ci ilin avqustunda özəlləşdirmənin ikinci Dövlət Proqramı qəbul edildi. Bu
zaman iri və strateji müəssisələrin özəlləşdirlməsi üçün investisiya müsabiqələri və
tenderlər keçirilməsinə başlanıldı.
1995-ci ildə “Sahibkarlıq fəaliyyəti haqqında” qanun qəbul olundu. Sahibkarlara
kömək məqsədilə Milli fond təsis edildi.
Aqrar sahədə ciddi islahatlar keçirildi.1995-ci ilin əvvəllərində “Kolxoz və
sovxozların islahatı haqqında”qanun qəbul edildi. Bir il sonra “Tprpaq islahatı
haqqında”qəbul edilən qanuna əsasən torpaq pulsuz olaraq, kənddə yaşayan vətəndaş-
ların xüsusi mülkiyyətinə verildi.
Respublikanın vahid torpaq fondu əsasında üç-dövlət, bələdiyyə və xüsusi
torpaq mlkiyyəti forması müəyyən olundu. Torpaqların 22%-i xüsusi mülkiyyətə
verildi.
H.Əliyevin fərmanı ilə 1999-2000-ci illərdə Respublikada aqrar islahatların
dərinləşməsi və kənd təsərrüfatında sahibkarlığın inkişafına kömək göstərilməsinə
dair Dövlət Proqramı təsdiq olundu.
1995-ci ildən başlataraq 1300-dən çox kolxoz və sovxoz ləğv edildi. Onların
bazasında 35 minədək kəndli-fermer təsərrüfatı yaradıldı.
Respublikanın maşınqayırma sənayesi müəssisələri istiqamətini dəyişərək,
respublika sənayesi və kənd təsərrüfatı üçün avadanlıq, texnika, ehtiyat hissələri
istehsal etməyə başladı.
1996-cı ildə Qoz-fındıq emalı, yağ emalı, Koka-kola emal müəssisələri və
zavodlar açıldı.
Bu illərdə respublika maliyyə,valyuta,pul-kredit siyasəti və bank sistemi də
inkişaf etdirilmişdi. 1995-2000-ci ilərdə dövlət büdcəsinin gəlirləri 1,7 dəfə, xərcləri
isə 1,8 dəfə artmışdı.
350
Əhalinin rifahının yaxşılaşdırılması və sosial müdafiəsi baxımından ciddi
tədbirlər həyata keçirildi. 1994-cü ildə “Əhalinin sosial müdafiəsi haqqında” qanun
qəbul edildi və sosial Müdafiə Fondu yaradıldı.
Qaçqın və köçkünlərin mənzil-kommunal şəraitini yaxşılaşdırmaq və
məşğulluğunu yüksəltmək məqsədi ilə Dünya Bankının dəstəyi ilə sosial inkişaf
Fondu yaradıldı.
Rabitə və nəqliyyatın inkişafında böyük irəliləyişlər oldu.
Respublikasının idman həyatında da böyük canlanma baş verdi.Azərbaycan
Milli Olimpiya Komitəsi yaradıldı və onun prezidenti İlham Əliyev seçildi (1997).
1996-cı il Yay olimpiya oyunlarında ilk dəfə müstəqil Azərbaycan təmsil olundu və
197 komanda sırasında 48-ci yerə çıxdı.
Bu illərdə Azərbaycan mədəniyyəti də tənəzzül vəziyyətindən çıxaraq dirçəliş
yoluna qədəm qoydu. Təhsil sahəsində böyük irəliləyişlər oldu. Məktəbəlrin sayı
xeyli artdı. 1998-2000-ci illərdə 15 min nəfərlik 50 yeni məktəb binası tikilmiş, 100
məktəbdə isə tikinti və təmir işləri aparılmışdı. Təhsil sahəsində islahhatlar
aparılmasının dövlət təminatı gücləndirildi. Təhsil sahəsində islahatlar üzrə Dövlət
Komissiyası yaradıldı.
Ümumtəhsil məktəbləri üçün yeni milli proqram və dərsliklərin yaradılması
məhz bu dövrdə baş verdi.
1992-ci ildən latın qrafikasının keçilməsinə baxmayaraq, real şəkildə 2001-ci
ildən H.Əliyevin sərəncamı ilə bu məsələ həyata keçirildi.
Rspublika Ali təhsili sistemində də köklü dəyişiliklər baş vermişdi. Onun həm
strukturunda, həm də məzmununda dəyişiliklər baş verdi.
Bu illərdə özəl ali təhsil şəbəkələri genişləndi. 2000-2001-ci tədris ilində
respublikada 43 ali məktəb fəaliyyət göstərirdi. Onlarda 119,7 mindən şox tələbə
təhsil alırdı.
Elmin inkişafı sahəsində də müəyyən irəliləyişlər olmuşdu. 2001-ci ildə
Respublika Elmlər Akademiyası Milli Elmlər Akademiyası adını aldı. 1990-cı illərin
ortalarında Akademiya sistemində 35 elmi-tədqiqat institu fəaliyyət göstərirdi.
351
Bu illərdə ədəbiyyat,incəsənət və mədəniyyətin digər sahələrində də mühüm
irəliləyişlər baş verdi. Bu illərdə Bakının,digər şəhər və qəsəbələrinin meydan və
xiyabanlarının da yenidən qurulmasına başlanmışdı. Keçmiş dağüstü parkda Şəhidlər
Xiyabanı salınmış, 1998-ci ildə burada 21 metr hündürlüyündə möhtəşəm abidə
qoyulmuşdu. Şah İsmayıl, Hüseyn Cavid, Yusif Məmmədəliyev, Cəfər Cabbarlının
heykəlləri ucaldıldı. M.Füzulinin 500, “Kitabi Dədə Qordun” 1300 illik yubileyləi
təntənə ilə qeyd olundu. Bu dövrün ən əhmiyyətli hadisələrindən birini də
azərbaycançılıq ideologiyasıın formalaşdıırlması təşkil edirdi.
2001-ci il noyabrın 9-10-da Bakıda 50 milyonluq Dünya Azərbaycanlıların I
Qurultayının keçirilməsi böyük əhəmiyyətə malikdir. Hər ilin 31 dekabr günü Dünya
Azərbaycanlıların həmrəylik günü kimi qeyd olunmağa başlandı.
Beləliklə böyük çətinliklərə baxmayaraq, Ümummilli lider Heydər Əliyevin
yorulmaz fəaliyyəti nəticəsində respublikamız əsl intibah yoluna qədəm qoymuş,
iqtisadi, siyasi, sosial və mədəni quruculuq sahələrində böyük nailiyyətlər əldə
etmişdi.
Bu gün Ulu Öndər Heydər Əliyevin bütün uğurların fövqündə duran məslək,
milli ideya və qüdrətli məfkurə-azərbaycançılıq ideologiyası - milli-mənəvi
dəyərlərin qorunması, təbliğ edilməsi sahəsində irəliləyişlərin rəhni baxımından
mükəmməl bir ideologiya və dəyərli ideya kimi Azərbaycan reallığında bərqərar
olmuş və Ulu Öndərin layiqli siyasi varisi Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir.
Cənab Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində
Heydər Əliyevin xarici siyasət kursunun həyata keçirilməsində, o cümlədən
Azərbaycanın ərazi bütövlüyünü pozmuş erməni işğalçılarının təcavüzkar mövqeyinin
beynəlxalq aləmdə ifşa olunmasında mühüm uğurlar qazanılmaqdadır. Geniş
dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan İlham Əliyev
müasir və çevik siyasətçi kimi dünyada böyük hörmət və nüfuz qazanmışdır. O, sürətlə
dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq
görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün
sahələrdə uğurla müdafiə edir. İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində
352
Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə
artır.
Regionlarda infrastrukturun yenidən qurulması və inkişafı, səhiyyə və təhsil
müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması
istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. 14 aprel 2009-cu il
tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-
cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” regionların davamlı inkişafı, sosial
infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının
qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün geniş imkanlar
açmışdır.
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı”na əsasən müəyyənləşdirilmiş prioritet istiqamətlərə uyğun olaraq, artıq
yüzlərlə azərbaycanlı gənc dünyanın qabaqcıl ölkələrinin aparıcı təhsil
müəssisələrində təhsil alır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 11 yanvar 2016-cı il
Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqda sərəncam
imzalayıb.
Azərbaycan Respublikası Prezidentinin İlham Əliyev 10 yanvar 2017-ci il
Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqda sərəncam
imzalayıb.
2016-cı ilin 10-11 mart tarixlərində Bakıda Diasporla İş üzrə Dövlət
Komitəsinin (DİDK) dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı
ilə İnteraction Council, Madrid Klubu, İsgəndəriyyə Kitabxanası, Roma Klubu,
Dünya Elmlər və Mədəniyyət Akademiyası ilə əməkdaşlıq çərçivəsində IV Qlobal
Bakı Forumu keçirilmişdir.
Azərbaycan daha bir mötəbər beynəlxalq idman tədbirinə - IV İslam
Həmrəyliyi Oyunlarına ev sahibliyini 2017-ci ilin 12-22 may tarixləri arasında
etmişdir.
Müharibə şəraitində olan dövlətimizin ərazi bütövlüyü uğrunda mübarizəsi
aprel döyüşlərində özünü bir daha parlaq nümayiş etdirdi. Belə, ki 2016-cı il aprelin
353
1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri
arasında baş vermiş hərbi münaqişə. Dördgünlük müharibə zamanı, Azərbaycan
Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə
yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini
azad edib, Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə" adlandırılan yüksəkliyə
nəzarəti ələ keçiriblər. Döyüşlər nəticəsində, Azərbaycan Silahlı Qüvvələri Ağdərə-
Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi.
354
II mühazirə Plan:
1.Azərbaycanda demokratik və hüquqi dövlət quruculuğu.
2.Azərbaycan dünya birliyində
XX əsrin 20-ci illərinin ortalarında müstəqil Azərbaycan Respublikasının
inkişafında yeni mərhələ başladı. Buna 1991-1993-cü illərdə baş verən təlatümlü
günlərdən sonra ölkədə çox çətinliklə yaranmış ictimai-siyasi sabitlik imkan
vermişdi.İndi Azərbaycan Respubliksı keçmiş sosialist istehsal münasibətlərindən
imtina edərək liberal demoratizmə və kapitalist istehsal münasibətlərinə keçməli
idi.Bu dövr sadəcə olaraq keçid dövrü adlanırdı.
Öz tarixinə yeni səhifə açan Azərbaycan hakim kommunist ideologiyasından və
sosialist ictimai –iqtisadi sistemindən imtina edərək milli və ümumbəşəri dəyərlərə
söykənən dünyavi, hüquqi, demokratik vətəndaş cəmiyyəti qurmaq yolunda addımlar
atmağa başlamışdı.
Müstəqil Azərbaycan Respblikasının Konustitusiyasının qəbulu bu məqsədə
çatmaqda mühüm addım olmuşdu.
Məlumdur ki, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq
Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi. Sovet imperiyası
dövründə Azərbaycanın dörd Konustitusiyası qəbul edilmişdir. (1921, 1925, 1937,
1978). Onların hamısı Sovetlər imperiyasına xidmət etmişdir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk illərdə 1978-ci il
Konustitusiyası, çoxlu əlavə və dəyişikliklər edilməklə öz əsas hüquqi qüvvəsini
saxlayırdı. Müstəqil Azərbaycan Respublikasının Konustitusiyasını hazırlamaq üçün
1991-ci ilin fevralında Ali Sovetin qərarı ilə 74 nəfərdən ibarət komissiyanın
355
yaradılmasına baxmayaraq, bu sahədə heç bir iş görülmədi. Milli Məclisin 1993-cü
ildə qəbul etdiyi qərara görə yaradılmış 14 nəfərlik komissiya da əsas qanun
layihəsini təqdim edə bilməmişdi.
1994-cü ilin ortalarından başlayaraq H.Əliyevin təşəbbüsü ilə yeni Konustitusiya
layihəsini hazırlamaq üçün tərkibi 33 nəfərdən ibarət Konustitusiya komissiyası
yaradıldı.Komissiyanın sədri H.Əliyevin başçılığı altında bu qurum dinamik fəaliyyət
göstərməyə başladı. Nəhayət, 1995-ci il oktyabrın 15-də Konstitusiya layihəsi
mətbuatda dərc olunaraq, ümumxalq müzakirəsinə təqdim edildi.Ümumxalq
müzakirəsi zamanı layihə barədə komissiyaya 1450 təklif daxil olmuşdu.Təqdim
olunan 199 maddədən, müzakirədən sonra 158 maddə qaldı.
1995-ci il noyabrın 12-də layihə üzrə ümumxalq sorğusu keçirildi. Sorğuda 4
milyona yaxn seçicidən 86 faizi iştirak etmişdi. Onların tam əksəriyyəti, yəni 94,8
faizi Konstitusiya layihəsinin lehinə səs verdi. Müstəqil Azərbaycan Respublikasının
yeni Konstitusiyası qəbul edildi. Həmin gün ilk parlament seçkiləri də keçirildi.Yeni
Konstitusiya bazar iqtisadiyyatına əsaslanan dünyəvi, hüquqi, demmokratik vətəndaş
cəmiyyətinin əsas qanunu idi.
Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. Konstitusiyaya görə
Respublikada hakimiyyətin yeganə mənbəyi xalqdır. Xalqı yalnız onun demokratik
surətdə seçdiyi səlahiyyətl inümayəndələri təmsil edə bilər.
Konstitusiya insan və vətəndaş hüquqlqrının və azadlıqlarının qorunması və
təmin edilməsinin dövlətin ali məqsədi olması, mülkiyyətin toxunulmazlığına tə-
minat verilməsi, təbii sərvətlərin yalnız dövlətə mənsub olması və s. məsələlər təsbit
olunmuşdur. Dünyada çox az Konstitusiya vardır ki, onda insan hüquq və
azadlıqlarına Azərtbaycan Respublikasının Konstitusiyası qədər əhəmiyyət verilir.
Belə ki, Konstitusiyamızın 158 maddəsindən 48-i insan hüquq və azadlıqları və onun
təminatına həsr edilmişdir.
Konstitusiyada ən mühüm cəhətlərdən biri də hakimiyyət bölgüsünün müəyyən
edilməsidir. Konstitusiyaya görə dövlət hakimiyyəti qanunvericilik, icra və məhkəmə
hakimiyyətinə bölünür. Qanunvericilik hakimiyyətini Milli Məclis, icra haki-
356
miyyətini prezident və məhkəmə hakimiyyətini isə müstəqil məhkəmələr həyata
keçirir.
Prezident ali icra hakimiyətinin vəzifəsini həyata keçirməklə bərabər, həm də
dövlətin başçısı, bütün xalqın təmsilçisi və onun vahidliyinin rəmzidir. Bu da Azər-
baycan Respublikasının quruluş etibarilə prezident respublikası olduğunun
göstəricisidir.
Azərbaycan Respublikasının Konstitusiyası ölkənin tarixində ilk dəfə olaraq,
özündə məhkəmələrin müstəqilliyini təmin edən prinsipləri təsbit etmişdir.
Konstitusiyaya görə hakimlər müstəqildirlər, yalnız qanunlara tabedirlər.
Azərbaycanda demokratik cəmiyyət quruculuğunun mühüm istiqamətlərindən
biri də yerli özünüidarə orqanlarının təsis edilməsidir. Yerli özünüidarə orqanlarını
(Bələdiyyələr) birinci növbədə yerli inkişaf mənafelərini təmin edir, yerli əhəmiyyətli
məsələləri həll etmək hüququnu həyata keçirirlər.
Beləliklə Konstitusiyanın qəbul edilməsi ilə ölkədə bazar iqtisadiyyatına
əsaslanan dünyəvi, hüquqi, demokratik vətəndaş cəmiyyəti qurmağın hüquqi əsası
yarandı.
Konstitusiyanın qəbulundan sonra Respublikada demokratikləşmə prosesi daha da
gücləndi.İlk növbədə 1995-ci il noyabrın 12-də Milli məclisə Mojaritar və
Proporsional yolu ilə ilk seçkilər keçirildi. 125 millət vəkilindən ibarət Milli məclis
formalaşdı. Bu seçkilərdə deputat mandatı uğrunda mübarizədə 8 siyasi partiya iştirak
edirdi.
2002-ci ildə seçki prosesi daha da demokratikləşərək “Mojaritar” seçki sis-temi
müəyyən edildi.
1996-cıilin fevralında Prezident yanında xüsusi “Hüquqi islahatlar komissiyası”
yaradıldı. 1998-ci ilin fevralında H.Əliyev “İnsan və vətəndaş hü-quqlarının və
azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərman verdi.
Ölkədə insan hüquqları sahəsində atılan mühüm addımlardan biri ölüm cəzası
tamamilə ləğv olundu.
1998-ci ilin iyununda “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”
təsdiq edildi. Oktyabrda isə “Vətəndaşlıq haqqında” yeni qanun qəbul edildi. Eyni
357
zamanda “Ölkədən getmək və ölkəyə gəlmək gaqqında”, “Sərbəst toplaşmaq azdlığı
haqqında” yeni qanunlar qəbul olundu.
1998-ci il oktyabrın 11-də alternativ namizədlik əsasında prezident seçkiləri
keçirildi. 6 nəfər prezdentlikliyə namizəd içərisində H.Əliyev 76,11% səs toplayaraq
Respublika prezidenti seçildi.
1995-ci ildə Respublikada Əvfetmə institutu fəaliyyətə başladı. H.Əliyev
tərəfindən həmin il 30 əvf fərmanı imzalandı. 1996-2001-ci illərdə 6 əvf aktı qəbul
edilmişdi. Həmin aktlar 64 minə yaxın adama tətbiq olunmuşdu.
1998-1999-cu illər ərzində “Konstitusiya məhkəməsi haqqında ”, “Məhkəmə və
hakimlər haqqında”, “Polis haqında” və s. qanunlar qəbul olundu.
Məhkəmələr haqqında qəbul olunmuş qanunlar məhkəmə sistemində əsaslı
dəyişikliklərin aparılmasına, beynəlixalq standartlara cavab verən yeni məhkəmə
sisteminin yaranmasına imkan verdi. Hazırda Respublikada Ali məhkəmə,
Konstitusiya məhkəməsi, Hərbi məhkəmə, Apelyasiya məhkəməsi, rayon (şəhər)
məhkəmələri fəaliyyət göstərir.
Yerli özünəidarə qurumu olan bələdiyyələrin formalaşması sahəsində də addımlar
atıldı. Bələdiyyələrin statusunu və fəaliyyətini nizamlayan 20-dək qanun və
nizamnamə qəbul edildi. 1999-cu ilin dekabrında Respublikada ilk dəfə bələdiy-yə
seçkiləri keçirildi. Seçkilər zamanı 2267 bələdiyyə təşkil edilmiş və 21 mindən artıq
bələdiyyə üzvi seçilmişdi.
2001-ci ilin dekabrında “Azərbaycan Respublikasının insan hüquqları üzrə
müvəkkili (Ombudsman) haqqqında” Azərbaycan Respublikasının Konstitusiya
qanunu qəbul edildi. 2002-ci ildə respublikada Ombudsman institutu yaradıldı.
Müstəqqillik illərində Respublikamızda çoxsaylı siyası partiyaların, ictimai
təşkilatların, birliklərin təşəkkülü və inkişafı üçün geniş imkanlar açıldı.Artıq 1999-
cu ilin ortalarında Azərbaycanda 50-dən artıq siyasi partiya və ictimai təşkilat var
idi. 2001-ci ildə Respublikada qeydə alınmış 32 partiya, 1350-qeyri hökumət
təşkilatı, 30-a qədər hüquq mühafizə təşkilatı və 500-dən çox kütləvi-informasiya
vasitəsi fəaliyyət göstərirdi. Siyasi partiyaların sıralarında 410 min nəfərdən çox
adam birləşmişdi.
358
Azərbaycan hüquqi demokratik vətəndaş cəmiyyəti quruculuğunun mühüm
amillərdən biri də qadın hərəkatının genişlənməsidir.Cəmiyyətdə çox böyük qüvvə
olan qadınlar vətəndaş cəmiyyəti quruculuğuna öz dəyərli töhvələrini verirlər.
Onların təqribən 2 milyondan çoxu iqtisadiyyatın müxtəlif sahələrində çalışırlar.
Dövlət ümumtəhsil məktəblərində çalışan müəllimlərin 69 faizini orta ixtisas
məktəblərində çalışanların 64 faizini, ali məktəblərdə işləyənlərin 40 faizini qadınlar
təşkil edir.Respublikamızın ali məktəblərində oxuyanların 42 faizi qızlardır.
1998-ci ilin yanvarında Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradıl-ması
2000-ci ilin martında “Azərbaycan Respublikasında dövlət qadın “ siyasətinin həyata
keçirilməsi haqqında “Prezident”fərmanının verilməsi ölkəmizdə qadın hərəkatına
diqqət və qayğının bariz nümunəsidir. Bunların nəticəsidir ki, hazırda
respublikamızda 40-dan çox qadın təşkilatları fəaliyyət göstərir.
Hüquqi, demokratik vətəndaş cəmiyyəti quruculuğunda respublika əhalisinin
təqribən 55 faizini təşkil edən gənclərin də mühüm yeri vardır. Məhz buna görə də
dövlət gənclər siyasətinə böyük diqqət və qayğı göstərir. H.Əliyevin fərmanı ilə
1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyinin yaranmasını buna misal
göstərmək olar.
Dövlət gənclər siyasətinin hazırlanması və həyata keçirilməsində Azərbaycan
gənclərinin 1996-cıil fevralın 2-də keçirilmiş birinci və 1999-cu ilmartın 2-3-də
olmuş ikinci forumlarının mühüm rolu olmuşdur. Həmin forumda çıxış edən
H.Əliyev nitqində demişdir: ”Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil
Azərbaycan Respublikasının gələcək yolu kimi qəbil etməlidir,... hər şeydən artıq
müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünülməlidir”.
Elə həmin ilin iyulunda Prezident H.Əliyevin “Dövlət gənclər siyasəti haqqında
fərman imzalandı. Bu fərman respublikanın ictimai-siyasi həyatında gənclərin daha
fəal iştirakını, onların fəaliyyətini istiqamətləndirən proqram sənədi olmuşdur.
Hüqiqi demokratik vətəndaş cəmiyyətinin formalaşmasının ən mühüm
istiqamətlərindən biri də söz və vicdan azadlığının təmin olunmasıdır.Məhz buna
görə də Azərbaycan Respublikasının Kostitusiyasında fikir, söz və mətbuat
azadlığına geniş təminat verilmişdir.
359
Respublika Prezidentinin “Azərbaycan Respublikasında söz, fikir,məlumat
azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında “1998-ci il 6 avqust
tarixli fərmanı kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların demokra-
tikləşməsi yolunda mühüm addım oldu.
Vətəndaş cəmiyyətinin əsas sərtlərindən biri də vicdan azadlığının təmin olunması
və formalaşmasıdır. 1992-ci ilin avqustun 30-da qəbul edilmiş “Dini etiqad
azadılığı” haqqında qanun vətəndaşların dinə münasibətini sərbəst
müəyyənləşdirməkdə mühüm rol oynadı. Hazırda Azərbaycanda islam, rus, gürcü
pravoslav kirsələrini, katolik kilsəsini, Kristina beynəlxalq cəmiyyətini, Alman
lüteran kilsəsini və sairəni təmsil edən 500-dən çox dini qurum fəaliyyət
göstərməkdədir.
Respublikada yem məscidlər, kilsələr və digər dini obyektlər inşa edilir,dini
mərasimlər bayramlar keçirilir.
Vicdan azadlığı üzrə Azərbaycan Respublikası Konustitusiyasında təsbit olunmuş
prinsiplərin həyata keçirilməsini təmin etmək məqsədi ilə 2001-ci ildə Dini
qurumlarla iş üzrə Dövlət Komitəsi yaradılmışdır. Hazırda Azərbaycan ən böyük
tolerant ölkəsi saylır.
Milli mənəvi dəyərlərimizin, o cümlədən dini dəyərlərimizin yenidən xalqa
qaytarılması, onların qorunub inkişaf etdirilməsi hüquqi, dünyəvi, demokratik
vətəndaş cəmiyyəti quran Azərbaycan üçün mühüm əhəmiyyyət kəsb edən
amillərdəndir.
Azərbaycan milli müstəqilliyini bərpa etdikdən sonra müstəqil xarici siyasət
yürütməyə başladı.Qısa bir müddətdə onu əksər dövlətlər tanıdılar. Azərbaycan
Respublikasının dövlət müstəqilliyini ilk olaraq 1991 –ci il noyabrın 9-da Türkiyə
Respublikası, dekabrın 11-də Ruminiya, dekabrın 13-də Pakistan, 1992-ci il yanvarın
23-də ABŞ, aprelin 10-da 109-cu dövlət olaraq Rusiya Federasiyası tanıdı.
Respublika rəhbərliyi Azərbaycanın dünya miqyasında tanıtmaq problemlərini
həll etmək naminə xarici siyasətdə Qərb meylini gücləndirməklə yanaşı, qonşu Şərq
dövlətləri ilə də münasibətləri genişlədirdi. Onun xarici siyasətində Türkiyə ilə
münasibətlər xüsusi yer tuturdu. Azərbaycan Türkiyəyə dünya siyasəti meydanına
360
çıxmaqda və Dağlıq Qarabağ məsələsini sülh yolu ilə həll etməkdə dayaq nöqtəsi
kimi baxırdı. Bu gün də Azərbaycan Türkiyə münasibətləri H.Əliyevin “Bir millət,
İki dövlət” devizi ilə müəyyən olunmuş müstəvidə inkişaf etməkdədir.
Azərbaycan İran İslam Respublikası ilə də normal siyasi, iqtisadi və mədəni
münasibətlərin qaydaya düşməsinə daim diqqətlə yanaşır. 2002-ci ildə iki ölkə
arasında “Dostluq və əməkdaşlıq münasibətlərinin prinsipləri haqqında” müqavilənin
bağlanması münasibətləri daha da yaxşılaşdırdı.
1993-cü ildən etibarən Rusiya ilə tarazlaşdırılmış xarici siyasət yeridilir.1997-ci
ildə Moskvada iki ölkə arasında “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik
haqqında”saziş imzalandı. Məhz bunun nəticəsində 2001-ci ildə Rusiya hərbi naziri
Ermənistanla Azərbaycan arasında müharibə olarsa Rusiyanın bitərəf qalacağını elan
etdi.
Hər iki ölkə rəhbərliyinin qarşlıqlı rəsmi səfərləri nəticəsində Rusiya ilə
Azərbaycan arasında siyasi,iqtisadi və mədəni sahələrdə bir slra strateji və faydalı
sazişlər imzalandı.Lakin Rusiya bunlara baxmayaraq münasibətlərə xələl gətirən
siyasətindən əl çəkmir. Rusiya Ermənistana hər cür yardım edir və hətta onu
silahlandırmaqdan əl çəkmir. 2008-ci ildə Rusiya Ermənistana 1 milyard dollarlıq
silah vermişdir.
Azərbaycan Respublikası dünya birliyində öz bərabər hüquqlu yerini tutmaq və
Dağlıq Qarabağ məsələsini həll edə biləcək iri dövlətlərlə, o cümlədən ABŞ,Böyük
Britaniya, Fransa, Almaniya və başqa ğlkələrlə də sıx münasibətlər yaratmağa
başladı. 1992-ci ildə Azərbaycan ilə ABŞ arasında səfirlik səviyyəsində diplomatik
əlaqə yaradıldı.
1997-ci ildə ABŞ və Azərbaycan Prezidentləri tərəfindən Ağ evdə iki ölkə
arasındakı münasibətlərin əsas prinsipləri və istiqamətlərini müəyyən edən
“Amerika-Azərbaycan” münasibətləri haqqqında birgə bəyənat imzalandı.
2002-ci ildə Amerika Prezidenti “Azadlığı Müdafiə Qanununa” 907-ci əlavəni
müvəqqəti olaraq dayandırdı. 2003-cü ildə bu yenidən təkrar olundu.
Az sonra ABŞ Azərbaycana silah satışına qoyulmuş qadağanı aradan götürdü.
Təhlükəsizlik tədbirlərində Azərbaycana yardım etməyə başladı.
361
Böyük Britaniyanın Azərbaycan Respublikası ilə ilk əlaqəsi 1992-ci ildə baş nazir
M.Tetçerin Bakıya səfəri zamanı başlamışdı. 1994-cü ildə bu ölkə ilə neft çıxarılması
sahəsində əməkdaşlıq haqqında memorandum imzalandıqdan sonra iki ölkə arasında
əlaqələr daha da genişlənməyə başladı. 2001-ci ilin sonlarında 200 ingilis şirkəti
Azərbaycana 1 milyard dollarlıq invetsiya qoymuşdu, ticarət dövriyyəsi isə 90 milyon
dollara çatmışdı.
Fransa prezident H.Əliyevin ilk səfər etdiyi ölkə olmuşdu. 1997-ci ildə iki ölkə
arasında iqtisadi əməkdaşlıq, xüsusən, Xəzər dənizində neft yataqlarının birgə
mənimsənilməsi barədə saziş imzalandı.
1995-ci ildən Almaniya dövləti ilə əlaqələr genişlənməyə başladı. 1996-cı ildə
H.Əliyev bu ölkəyə rəsmi səfərə getmişdi. Hətta, 2001-ci ildə Berlində Azər-baycanla
Almaniya arasında iqtisadi əməkdaşlıq barədə protokol imzalandı.Sazişə görə
Almainya Gəncə və Şəki şəhərlərində kommunal sahələrinin inkişafına 31,5 milyon
marka sərmayə qoymağı öhdəsinə götürmüşdü.
Azərbaycan Respublikası dünya birliyinin müstəqil, bərabər hüquqlu dövləti kimi
beynəlxalq və regional qurumlarda təmsil olunmaq, öz hüquqi yerini təmin etmək
sahəsində də ardıcıl və məqsədyönlü fəaliyyət göstərirdi. Belə ki, Azərbaycan 1991-
ci ilin dekabrında İslam Konfraqnsı Təşkilatına, 1992-ci ilin yanvarında ATƏM-ə
(1994-cü ildən ATƏT), fevralında İran, Türkiyə və Pakistanın daxil olduğu İqtisadi
Əməkdaşılıq Təşkilatına,martda BMT-yə, NATO-nun Çimali Atlnatika Əməkdaşlıq
Şurasına,1993-cü ilin oktyabrında MDB-yə daxil oldu.
Bundan başqa Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı,Beynəlxalq
Valyuta Fondu,Ümumdünya Bankı, YUNESKO, YUNİSEF və digər təşkilatlarla
əməkdaşlıq edir.
Azərbaycan, TRASEKA (Avropa Qafqaz-Asiya) Nəqliyyat proqramının,
keçmiş “ipək yolu” nun rallaşmasında fəal iştirak edir.
Azərbaycan Respublikasının dünya birliyi miqyasındakı fəsliyyətində BMT ilə
münasibətlər mütəsna yer tutur. Azərbaycan 1992-ci ilin maayında BMT-də daimi
nümayındəliyini açmışdı. 1995-ci ildə H.Əiliyevin səyi nəticəsində erməni-
azərbaycan münaqişəsinin müzakirəsi zamanı BMT-nin 184-üzvündən 100-ü
362
Azərbaycanın mövqeyini dəstəkləmişdi. İşğalçı Ermənistanla əlaqədar olaaq BMT-
nin Təhlükəsizlik Şurası 4 qətnamə (822, 853, 874 və 884 saylı) qəbul etmişdi.
Təəssüflər olsun ki.Təhlükəsizlik Şurasının sözü gedən qətnamələrindən heç biri
hələ də yerinə yetirilməmişdir.
Dünya birliyinin beynəlxalq təşkilatlarında olan ATƏT də Azərbaycan Respub-
likasının əməkdaşılıq etdiyi qurumlarındandır.Azərbaycan bu təşkilata 1992-ci il
yanvarın 20-də qəbul edilmiş,iyulun 10-da isə onun yekun aktını (1975-ci il Helsinki
yekun aktı) imzalnamışdır. 1992-ci il martın 24-də ATƏT Şurasının qərarı ilə bu
təşklilatın himayəsi altında Dağlıq Qarabağ üzrə Minsk konfransı çağrılmışdı. Onun
başlıca vəzifəsi Ermənistan-Azərbaycan münaqəşəsini nizamlamaq-dan,problemin
həlli üçün müvafiq sənədlər, hazırlamaqdan ibarət idi. Minsk qrupunun tərkibinə 11
ölkə daxil idi. 1997-ci ildın Minsk qrupuna üç ölkə-Rusiya, ABŞ, Fransa həmsədrlik
edir.
Dağlıq Qarabağ probleminin həll edilməsi yollarının axtarılması baxımından
Azərbaycan üçün ən səmərəlisi ATƏT-in Budapeşt (1994-cü il 5-6 dekabr) və
Lissabon (1996-cı il 2-3) dekabr Sammitləri olmuşdur. Bu Sammitlərdə Dağlıq
Qarabağ münaqişəsinin həll etməyin təklif olunan üç prinsipinə: 1)Azərbaycan və
Ermənistan ərazi bütövlüyü; 2)Azərbaycanın tərkibində Dağlıq Qarabağa ən yüksək
status verilməsi; 3)Dağlıq Qarabağ əhalisinin bütün vətəndaşlarına zaminlik
vürilməsinə səs vermişdilər.
Azərabayacan Respulikası dünya birliyinin ən nüfuzlu təşkilatlarından biri olan
Avropa Şurasına üzv olmaq üçün də cidd i səy göstərmişdi. Çünki, Azərbaycanın bu
quruma daxil olması,Avropa tərəfindən onun Avropa demokratiyası standartlarına
müvafiq dövlət kimi tanınması demək olardı. Bakı hələ 1992-ci ilin yanvarında rəsmi
olaraq Avropa Şurasına müraciət etmişdi. Lakin, müəyyən səbəblər üzündən, xüsusən
Ermənistan-Azərbaycan münaqişəsinin davam etdiyi üçün xahiş yerinə
yetirilməmişdi. 2001-ci il yanvarın 25-də nəhayət, Strasburqda Azərbaycan
Respublikasının Avropa Şurasına daxil olması barədə qərar qəbul olundu. Bu
qurumda Azərbaycan parlamentinin nümayəndə heyyətinin başçısı İlham Əliyev
olmuşdu.
363
Azərbaycan nümayəndə heyəti ermənistanın təcavüzkar və işğalçı siyasətini ifşa
etmək üçün Avropa Şurası tribunasından istifadə edirdi. 2001-ci ilin may ayında
Avropa Şurasının Nazirlər Komitəsinin 108-ci sessiyası Azərbaycanın ərazi
bütövlüyünü təsdiq edən xüsusi kommunike qəbul edmişdi.
Sentyabr sassiyasında isə erməni terrorozmi, terrorçu ermməni “ASALA”
təşkilatının azərbaycanlılara qarşı törədilmiş terror və soyqrımı aktlarında iştirakı
vurğulanmışdı. Göstərilmişdi ki,məhz həmin təşkilatın iştirakı ilə Azərbaycanda iki
min nəfərin ölmünə, on minlərlə admın yaralanmasına səbəb olan 32 terror aktı
törədilmişdi.
Azərbaycan Respublikasının Avropa Birliyi (1998-ci ildən Avropa İttifaqı)
ilə də əlaqələri genişlənmişdir. Avropa Birliyi hələ, 1991-ci il dekabrın 31-də
Azərbaycan Respublikasını tanımışdı. 1995-ci ilin iyununda Avropa İttifaqının
Luksemburq toplantısında Cənibi Qafqaz üzrə “ümumi mövqe” layihəsini qəbul
etmişdi. Sənəddə göstərilmişdi ki, Avropa İttifaqı Cənubi Qafqaz respublikalarında
iqtisadi islahatlar gələcəkdə də dəstək verəcək,və onlara humanitar yardım
edəcəkdir. Azərbaycanla Avropa İttifaqı arasında bağlanmış tərəfdaşlıq və
əməkdaşlıq sazişi 1999-cu ilin yanvarından qüvvəyə minmişdi.
Azərbaycan Respublikası NATO ilə əməkdaşlıq yaratmağa çalışır. Azərbaycan
1992-ci ildə Əməkdaşlıq Şurasna qoşulmuşdu. 1994-cü ildə isə NATO-nun
Avropada və dünyada sülhün və əmin-amanlığın bərqərar olması naminə “Sülh
naminə tərəfdaşlıq” proqramına qəbul edilmişdi.
Azərbaycan Respublikası 1993-cü ildə MDB-yə üzv qəbul olaraq, müstəqillik
qazanmış dövlətlərlə geniş əlaqələr yaradır.
Eyni zamanda Azərbaycan regional təşkilatlara da, o cümlədən Qara Dəniz İqtisadi
Əməkdaşlıq Təşkilatında, GÜAM-da TRASEKA” Qərb-Şərq” Proqramında işgüzar
fəaliyyət göstərməkdədir.
Artıq XXI əsrin əvvəlləri üçün Azərbaycan Respublikasını dünyanın 140-dan çox
dövləti tanımışdı. O, 70-dən çox xarici dövlətlə diplomatik əlaqə yaratmışdır. Təkcə
Bakı şəhərində 30-a qədər ölkənin səfirliyi fəaliyyət göstərir Azərbaycanın isə 25-
dən çox ölkədə səfirliyi, baş konsulluğu və daimi nümayəndəliyi fəaliyyət göstərir.
364
Azərbaycan Respublikası 15-dən çox beynəlxalq və regional təşkilat və qrumların
üzvü olaraq, fəaliyyət göstərir.
2011-ci il oktyabrın 25-də Azərbaycan Respublikası BMT-nin üzvü olan
155 ölkənin səsini toplayaraq tarixində ilk dəfə olaraq bu nüfuzlu beynəlxalq
təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. 2012-ci ilin
yanvarından Respublikamız iki il müddətində BMT-nin Təhlükəsizlik Şurasının 10
qeyri-daimi üzvlərindən biri kimi ona verilmiş səlahiyyətləri uğurla icra etmişdir.
“Azərbaycan Respublikasının Referendum Aktı” 26 sentyabr 2016-cı ildə
keçirilmiş ümumxalq səsverməsində (referendumda) qəbul edilmişdir.
Beləliklə, Azərbaycan müstəqil dövlət kimi dünya birliyində öz hüquqi və qanuni
yerini təmin etmiş, onun bərabərhüquqlu üzvü kimi bəşər sivlizasiyasına öz iqtisadi,
mədəni, intellektual tövhələrini verməyə nail olmuşdur.
365
366
367
368