AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
MAGİSTRATURA MƏRKƏZİ
əl yazması hüququnda
İbrahimova İlahə Nihad qızı
“Moda dəyərinin strukturunun tədqiqi”
İxtisasın şifri və adı: 050321 - “Dizayn”
İxtisaslaşma: “Dizayn və texniki estetika”
Elmi rəhbər : prof.Vəliyev F.Ə.
Magistr proqramının rəhbəri : prof.Vəliyev F.Ə.
Kafedra müdiri : s.ü.f.d. Məmmədova L.H
Bakı – 2016
1
Dissertasiya işinin referatı
Mövzunun aktuallığı. Azərbaycan və digər xarici ölkələrdə yaranan geyimlər
tərzləri və yaşama uyğun formalaşması. Bəhs olunan mövzularda adı gedən gənc
modelyer kimi özüm və işlərim haqqında bəhs etdim. Azərbaycan milli geyimləri və
Avropa geyimləri artıq stilizə olunmuş yenilikləri ilə gündən günə canlanmışdır.
Lakin bəzən geyimlərin ornamental xüsusiyyətləri tam dərk olunmamış ciddi
araşdırmalar aktual olmamışdır. Burada bəhs edilən mövzular insanlar arasında
günümüzün ən önəmli mövzularındandır.
Tədqiqat işinin məqsədi. Hazırlanmış dissertasiya işində moda da olan ən
əsas təcrübələr və yeniliklər araşdırılmışdır:
1. Modanın bəzi səciyyəvi xassələri
2. Azərbaycan və Avropada modanın meydana çıxması
3. Azərbaycan geyimlərində baş verən dəyişiklərin araşdırılması və təhlil
edilməsi
4. Moda üzrə ayrıcalıqda öz sözünü demiş ölkələrdən biri olması üçün irəli
sürülən təkliflər.
5. Geyimin layihələndirilməsi
6. Moda hal – hazırda bir çox maraqlı faktorları birləşdirən , qədim
zamanlardan insan üçün təsirli bir məfhumdur.
Elmi yenilik. Yazdığım magistr dissertasiya işimdə Milli etnik geyimlərin
müasir dövrdə qəbul edilməsi və tətbiq edilməsi. Məhz moda sahəsində hər il
yenilənən dəb elmdə də artıq öz dəsti xəttini yaratmışdır.
Dissertasiya işinin təcrübi əhəmiyyəti. Burada yazılan araşdırmalar
nəticəsində Azərbaycan moda fəaliyyəti üzrə inkişaf etmişdir. Başlıca səbəb isə
butik kimi fəaliyyət göstərən moda evləri.
Dissertasiyada əldə edilən nəticələr həmçinin Azərbaycan Dövlət Iqtisad
Universiteti “Texnologiya və Dizayn” fakültəsinin həmçinin Azərbaycan Dövlət
Rəssamlıq Akademiyasının “Geyim dizaynı” fakültəsinin diplom müdafəsində
istifadə etmək olar.
2
Dissertasiya işinin strukturu. Diplom işimin adı: “Moda dəyərinin strukturun
tədqiqi”. Dissertasiya üç fəsildən ibarətdir.
3
M Ü N D Ə R İ C A T
Səh
GİRİŞ..........................................................................................................................5
FƏSIL I. GEYİM XIX – XX ƏSRDƏ DÜNYA SFERASINDA
1.1. XIX əsrdə Avropada geyim formalarının təsnifatı...............................................8
1.2. XIX əsrdə Azərbaycan geyimləri və xüsusiyyətləri...........................................17
1.3. II Dünya müharibəsindən sonrakı dövrün moda üslubu.....................................21
1.4. Dünyada yaranan ən dəbdəbəli geyim üslubları …............................................27
FƏSIL II. MODANIN STRUKTURU VƏ TƏDQİQİ
2.1. Moda ictimai və psixoloji fenomen kimi............................................................33
2.2. Orta əsrlərdə modanın inkişaf tarixi...................................................................36
2.3. XVII əsr geyim üslubları və moda anlayışı........................................................39
2.4. Moda dəyərlərinin komponentləri......................................................................43
FƏSIL III. MODANIN MÜASİR HƏYATDA ROLU VƏ BƏZİ
XASSƏLƏRİ
3.1. Modanın bəzi səciyyəvi xassələri.......................................................................49
3.2. Geyimin layihələndirilməsi və bədii sistem növləri...........................................55
3.3. Azərbaycan modası və bu sahədəki nailiyyətəri.................................................63
3.4. Müasir dövrdə moda dəyərlərinin nizamlanma mexanizmi...............................68
NƏTİCƏ VƏ TƏKLİFLƏR....................................................................................72
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI..............................................78
4
GİRİŞ
İnsanlar qədim zamanlardan geyimi artıq düşünülmüş geyinirdilər. Geyimə
təsir edən bəzi ünsürlə və hadisələr var idi. Müharibələr, din xadimlərinin
görüşləri və bəzi mühüm hadisələr modanın ləngiməsinə səbəb olurdu. Modanı
bəzən cəmiyyət məcburi insanları dəyişikliklərə məcbur qoyan müvəqqəti yenilikdə
adlandırırdılar. Lakin yaranan cərəyanların bəziləri uzun müddət davam edib tarixi
kök salmışdır. Geyimin tarixi sivilizasiyası, əxlaq anlayışları iqtisadi vəziyyətləri
araşdırmalar nəticəsində ortaya çıxmışdır. Moda hər dövrdə bir cür olub. Bəzən
adətə çevrilərək uzun zaman davam edib, bəzən isə tamamiylə sıradan çıxmışdır.
Modelyerlər arasında ən aktual problemi isə milli geyimləri müasir geyimdə tətbiq
edib insanlar arasında uzun müddətli dəbə çevirmək idi. Modanın qorunub
saxlanılması üçün həmin dəbin bünövrəsinin olmağına və elmi – tədqiqatın
əsaslarına ehtiyac duyulurdu.
Azərbaycan geyimlərinin Avropada nümayişi çox zaman milliliyi və dəb –
dəbəli görüntüləri ilə mətbuatda geniş yer tuturdu. Dövlətimizin hər yöndə sürətlə
inkişaf etdiyi zamanda dünyada moda üzrə də tanınması nailiyyətimizdir. Dünya
səviyyəli təşkil olunan tədbirlər artıq gündən – günə artır. Burada nəinki xaricdən
gələn modelyerlər hətta yerli modelyerlərimiz işidə onlardan geri qalmırdı. Daima
bizim etnik mədəniyyətimizi təbliğ etməyə çalışan modelyer – rəssamlar əsasən
geyimlərində ornamentlərdən və etnik motivlərimizdən istifadə edirdilər. Dünyaca
məşhur dizayner modanın mərkəzi olan İtaliyadan gələn Renato Balestrandır.
Bakıya 2014 – cü ildə gələn modelyer öz geyim kolleksiyasını Heydər Əliyev
Mərkəzində nümayiş elətdirdi. O öz kolleksiyasıni təqdim etməklə Azərbaycan
cəmiyyəti üçün qeyri – adi gecə yaşatdı. Geyim kolleksiyasında öz dəsti xətti olan
dizayner geyimlərinin satışınıda məhz Azərbaycan da gerçəkləşdirdi. O, yerli
dizaynerlərimiz ilə görüş təşkil edərək öz məsləhətlərini fikirlərini və modanın özəl
xüsusiyyətlərini danışırdı.
5
Həmin moda gecəsində məşhur model İrina Şeyk də dəvət olunmuşdur.
Qonaqlar arasında sənət adamları, mətbuat işçiləri və xarici jurnalistlər də iştirak
edirdilər.
Modelyerin bizim milli motivimiz olan “ Nar “ dan istifadə etdiyini geyimlərdə
görmək mümkün idi. Əslində isə R.Balestranın Azərbaycana gəlişi Şərq modası ilə
Avropa geyimini birləşdirərək yeni cərəyan yaratmaq idi. Nar motivinin açıqlanması
bərəkət, bolluq, məhsuldarlıqdır.
XXI əsrdə dünyada keçirilən moda tədbirlərinə qatılan Azərbaycanlı
modelyerlər geyim kolleksiyalarını məhz burada tanıdaraq dünya modasına
göstərirdilər. Maraqla qəbul edilən bu modellər bəzən xaricdə satış üçün də təkliflər
gəlirdi.
Dissertasiya işində Azərbaycan milli geyimlərinin dəbdə olması, gündəlik
geyimlərin, idman üslubu haqqında geniş məlumat verilib. Hətta qədim zamanlardan
Azərbaycan da olan ipəkçilik və dövrümüzün parça istehsalı da öz mənşəsini
qorduğu dövrlərdən də bəhs olunur.
Burada araşdırılan məsələlər aşağıda qeyd olunub :
1. Moda dəyərlərinin komponentləri
2. Modanın yaranmasında əsas bəlkədə başlıca səbəb parça
3. Geyimin layihələndirilməsi
4. Azərbaycan modası və bu sahədəki nailiyyətəri
5. Müasir dövrdə moda dəyərlərinin nizamlanma mexanizmi
Arxiv sənədlərin yığılması ilə tədqiqat informasiyaları işlənmə metodları
araşdırılmışdır. Bazada olan moda haqqında məlumatlar yaranmış geyimlərin
təkamül dövrlərindən xəbər verir.
Azərbaycan da inkişaf edən moda Avropa etnik xüsusiyyətləri mənimsəyərək
qavramışdır. Hətta yaradılan kolleksiyalarda milli motiv ilə sintez olunan Avropa
stili çox qeyri fərqli podium geyimlərinə çevrilmişdir. Modanın özünə məxsus
qanunauyğunluqları, xüsusiyyətləri, bölümləri vardır. Bəzən sadə əhali istifadə
etdikləri geyimlərin podiuma aid olduğunu bilmirdilər. Bunu anlayan moda insanları
dəbə aid jurnalların istehsalına başladılar. Moda jurnalları tirajla satışa çıxarıldı
6
demək olar ki satışı digər jurnallara baxdıqda iki dəfə çox idi. Buna səbəb isə
qadınların modaya olan maraqları idi. Bu cür jurnalların içərisində gündəlik geyim
formaları təqdim olunurdu. Ziyafət geyimləri ilə podium geyimləri arasında olan
fərq artıq başa düşülürdü. Lakin qadınlar üçün moda təsəvvür etdiyimizdən də çox
həyatlarını bürümüşdü. Qəbul edilən tək şey isə əvvəllər insanlara qoyulan sərt
kəskin düşüncənin artıq olmaması idi.
XIX - XX əsrdə Azərbaycan modasının estetetik və bədii xüsusiyyətləri
araşdırılaraq müasir şəraitdəki istifadəsi haqqında geniş məlumat toplandı.
Tədbirlərin kompleks tədqiqi dissertasiyanın elmi yeniliyi hesab edilə bilər.
Dissetasiyada olan bəzi təklif və nəticələrdən Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının “geyim dizaynı” fakültəsinin həm də Azərbaycan Dövlət İqtisad
Universitetinin “dizayn texniki estetika” fakültəsində istifadə oluna bilər. Buradakı
araşdırnalar hətta moda evlərində (butik) belə keçilən mühazirələrdə oxuna bilər.
Dissertasiya işlərinin qanunlarına uyğun yazılan bu formada üç fəsild, referat,
istifadə olunan ədəbiyyat siyahısı və nəticə təkliflərdən ibarətdir.
7
FƏSİL I. GEYİM XIX – XX ƏSRDƏ DÜNYA SFERASINDA
1.1. XIX əsrdə Avropada geyim formalarının təsnifatı
Avropa əlbətdəki həmişə olduğu kimi bu dövrlərdə də geyimlərinə görə bir
addım öndə idi. 1789 – 1794-cü illərdə Böyük Fransa inqilabı baş verən
zamanlarında antik moda qadın geyimlərində inkişaf edirdi. Təxminən inqilab baş
verən illərin əvvəllərində qadın kostyumlarını kişi dərzilər tikirdilər. Bu geyimlər
əsasən yun parçalardan hazırlanırdı və “portonovski” deyilirdi. Kostyumlar formaca
qadın yupkasını və kişi frakını xatırladırdı. O zamanlar baş örtüyünə yəni papağa üç
rəngli lent taxılırdı. İnqilab tərəfdarı olduğuna işarə idi bu cür geyinmək. Bu
insanlar tərəfindən normal qəbul edilən vaziyyət idi. Həmin dövrlərdə qadınlar
əsasən sadəliyə üstünlük verirdilər. Sadə don, köynək və sandal ayaqqabılar
gündəlik tərzi idi qadınların. 1795 – 1799-cu illər də direktoriya dövrünü yaşayan
fransız qadınları sadə geyimdə ilahəyə bənzəyirdilər. Burjua cəmiyyətində
qadınların özünəməxsus maddi müvəffəqiyyəti var idi. Çətinliklər yaşanan bu
dövründə moda tez – tez dəyişilərək yeni bir stil ilə əvəzlənirdi.
Zaman keçdikcə universal geyim formaları yaranırdı. Əsasən bankirlər,
sahibkarlara uyğun yaradılmış sadə gündəlik geyim hesab edilirdi. Artıq demək olar
ki, uniformaya bənzər geyimlər yaranırdı və dəb olurdu. Əvvəlki zamana nisbətən
indi dekorativlik və rəngarənglik ləğv olurdu. Modanı dəyişməyə məcbur qoyan
dövlətin başına keçən imperatorların bu yöndə rolları az olmurdu. Napoleonun
özünü imperator etməsi artıq moda da özünü göstərdi. Digər imperatorlardan fərqli
olaraq onun dövründə incəsənət yüksək qiymətləndirilirdi. Geyimlərdə Yunan və
Roma xüsusiyyətləri özünü göstərirdi. İnsanlar arasında yaranan bu dəbə tarixdə
“ampir stili” deyirlər. Günümüzün modası olan bel kəsiyinin yuxarıda olması məhz
bu zamanlarda da moda oldu. Artıq moda jurnalları çıxırdı. Jurnalların əsas
hissəsini Davidin əsərləri tuturdu. Paris modanın mərkəzi şəhəri olaraq qalırdı.
XIX əsrdə başlayaraq artıq Parisə də xəzlər gəlirdi (şəkil 1.1.). İlk dəfə xarici
ölkədən gələn xəz paltolar çox baha idi. İmperiyada moda olan geyimlər indiki
zamanda da sevilərək geyinilən dəb olaraq qalır. Müasirliyi özündə birləşdirən
8
Fransız geyimlərinə inqilab təsir etmişdir. Nəinki orda digər ölkələrdə də öz təsirini
qoymuşdur.
Şəkil 1.1. “Anteya Parmugianino” Xəz üst geyimi
9
Napoleonun həyat yoldaşı Jozefinin geyimləri üçün böyük məbləğdə pul
ayrılmışdır. XIX əsrin birinci yarısında Jozefin gözəllik simvolu olmuşdur. Hətta
bəzi mənbəələr onun çox gözəl qadın olduğunu söyləyir. Jozefin də digər xanımlar
kimi dəbə uyğun geyinirdi. Yaranan yenilikləri sevə - sevə qəbul edirdi.
Bu zamanlar geyimlər həddindən artıq müasir geyimlər ilə birə birdir. Bel
kəsimini yuxarıda olması və çox geniş açılmış çiyinə kimi olan dekoltelər dəb idi.
Ağ geyimlər digər geyimlərə baxdıqda üstünlük təşkil edirdi. Məxməri parçalardan
tikilən plaşların ön hissələri qısa quyruq hissə sallanan formada idi. Modanın
dəyişən bir zamanda bel kəsimində olan hündürlük artıq öz normasına enmişdir. Hər
zaman olduğu kimi bu dövrdə də qadınlar incə bel görünüşə daha çox üstünlük
verirdilər. Gecə geyimləri qadınlar üçün çox özəl hesab edilirdi. 1832 – ci ildən artıq
qabarıq formada olan geniş dekolteli ətəklər moda olmağa başladı. 1840 – ci ildə
çox da dəyişiklik dövrü olmadı moda həyatında. Lakin digər illərə baxanda daha dar
və belləri sıxan korsetlərdən istifadə artdı. Bu isə istifadə olunan korsetlərdən asılı
idi. Çünki bəzən həddən artıq dar geyindiklərində özlərini daha xoşbəxt hiss
edirdilər. Buna səbəb incə olmaqları daha gözəl anlamına gəldiyini göstərirdi. Bu
dövrdə xanımlar gecə geyindikləri geyimlərə nisbətən gündüzlə daha qapalı olmağa
tərcih edirdilər. Bu geyimlər koktel geyimi deyə adlanırdı. Gündüz geyinilən üst
geyimləri ilə birgə aksesuar kimi xanımlar çətir, əlcək və yaxud şaldan istifadə
edirdilər. Daha heyrətamiz görüntü ortaya çıxarırdı.
Napoleonun sarayında çalışan qadın dərziləri romantikanı nəzərdən keçirərək
ətəyi daha da qabarıq göstərən onun dik qalmasına yardımcı olan “crinoline”i ixtira
etdilər. Daha aydin desək qabarıq ətək yarandı. Krinoline sərt parçadan yəni daha
şax materialdan düzəldilmiş qabarıq ətəkli qadın geyimi olmuşdur.(şəkil 1.2.)
10
Şəkil 1.2. “Crinoline”
Paltar konus formasında idi. Lakin dövrümüzdə bu geyim getdikcə istifadəsi az
olmağa başlayırdı. Əksər xanımların ürəyincə olan bu krinolin bəzən xanımlara
əyləşərkən maneçiliklərdə törədirdi. Krinolin sərt parçadan tikilərək arasına metal
halqalar tikilirdi. Paltarlar artıq konus formasında tikilirdi. Bu cür geyimlər gündəlik
geyim kimi nəzərdə tutulmamışdır. Yalnız saray məclislərində, aristokratların özəl
gecələrində geyinilən geyim idi. Lakin demək olmaz normal qarşılandığı çünki
görünüşcə həddindən artıq kobud görünürdü. 1869 – cu ildə hətta şahzadə Viktoriya
və şahzadə Meterniçin yeni bir dəbin yaranmasına səbəb olmuşlar (şəkil 1.3.).
11
Şəkil 1.3. Şahzadə Viktoriya
Çünki onlar krinolini çox qabarıq, qəribə hesab edirdilər. Yarana dəb artıq
fərqliliyi ilə göz önündə idi. Burada geyimin arxa hissəsində qıvrımlardan
hazırlanmış qatlar yerləşdirilirdi. Geyimi dahada gözəl edən isə şlef olurdu. Bəzən
sadə meydana gələn geyim getdikcə dahada şişirdilirdi. Məhz bu dəb 1870 – ci ildə
öz sadəliyini itirdi. Qollar uzun və dardır bəzək bilək hissədə düymələr krujevalarda
olurdu. Bədənin önü düymələrlə və ya atlas iplərlə qapanırdı. Ən əsası isə dəbdəbəli
12
uzun quyruqlu geyimlərin üstündən sadə klassik pencəklər geyinilirdi. İstifadə
olunan gödəkçələrin içəriləri artıq astarla örtülürdü.
Əvvəllər moda olan kəmərlər yenidə dəbdəydi. 1893 – cü ildə bədən forması
dahada incəlirdi. Qadınlar arasında geniş yayılmış kişi köynəkləri dik və sərt yaxalı
idi. Bu dövrdə geyinilən dəniz paltarlarının da özünə məxsus modası var idi. Qapalı
yaxa, beli dar ətək və topuğa qədər olan şalvarlar dəb olmuşdur. Krinolini əvəz edən
sadə tə qatlı daxili ətəklər meydana gəldi. Pambıqdan hazırlanan korsetləri qadınlar
artıq gündəlik istifadə edirdilər. Tikilən qadın donlarının qolları yuxarıdan dar aşağı
hissəyə gəldikcə daha da genişlənmiş forma da idi. Həmin bu dövrlərdə meydana
gələn fiqarolar artıq indiki zamanda sıradan çıxmış vəziyyətdədir. Düşünmək bəzən
xeyirədir çünki nə vaxtsa heç dəbdə olmayan hündur bel şalvarlar artıq meydana
gəlirdi. Hətta zamanın artıq gündəlik rahat geyiminə çevrildi demək olar. Məhz
1820 – ci illərdə geyimlər dəyişilirdi. Korsetlər yenidən dəb oldu və geyimlərin
üstdən taxılırdı. Bəzən isə korseti qalın kəmərlər əvəz edirdi. Bu cür geyim qadınları
daha incə göstərirdi. Qol formasını qoyunun ayaq nahiyəsinə bənzədən əhali ona
1825 – ci ildə “qoyun budu” adlandırırdılar. Adı çəkilən qolun yuxarıdan biləyə
gələn hissə büzməli, bilək hissə isə kip olurdu. XIX əsrdə qol formaları daha enli
trapes formalı idi. Şlyapaları dizaynerlər zövqlərə uyğun olaraq bəzəyirdilər. Bəzən
üzərilərinə tüklər bəndlənirdi ki buda qeyri – adilik verirdi baş geyiminə.
Şlyapalarda olduğu kimi əlcəklərdə artıq aksesuarlarla qeyri adi formaya gətirilirdi.
Qadınların saç düzümləri fərqli olduğu qədər həm də aksesuarlar, güllər və
mücəvhərlər taxırdılar. Çətirdə geyimi tamamlayan aksesuarlardan biri hesab
edilirdi. Chanel modeli xatırladan çantalar velvet və dəri parçalardan tikilirdi.
Gümüşü və qızılı zəncirlər isə çantanın asılqanı idi. Qadınlar gecə geyimləri zamanı
əsasən uzunqol əlcəklər geyinirdilər. Əlcəklər biləyə qədər olduğu zaman bu artıq
demode hesab edilirdi. Napoleonun dövründə daş – qaşlar demək olar həddindən
artıq dəb idi onun imperatorluğundan sonra daha da şişirdilmiş oldu. Yunan stili
hələdə əhali arasında qalmışdı. Bu stil qolbaqlar, taclar, sırğalar hələdə dəbdə idi.
Amerikaya Avropadan keçmiş bər – bəzəkləri qadınlar nəinki gecə mərasimlərə
hətta gündəlik həyatlarında da istifadə edirdilər. Nəzərdən keçirtsək görərik ki indi
13
bu stil gündəmdə olduğu qədər geniş istifadə kütləsinədə malikdir. İndiki zamana
baxsaq görərik ki cavanlar demək olar ki bu stili dahada fərqli vəzyətə gətirdiklərini
düşünürlər lakin tarix artıq bunu göstərirki keçmiş stil geri qayıdır. Qadın papaqları
bu dövrdə uşaq papağı formasında olub çənənin alt hissəsindən bağlanırdı. İstifadə
edilən daş-qaşlarda da dəyiçikliklər olmuşdur. Qollu geyimlərin bir qismi ləğv
olunmuşdu. Bu dövrdə yeni cərəyan artıq özünü biruzə verirdi. Beləliklə, boyun
hissədə heç bir aksesuardan istifadə olunmurdu, üzüklər, bilərziklər isə geyimin
üzərinə taxılırdı. Şərq qadınlarının baş örtüyü olan türban artıq burada moda olmağa
başlayırdı. Materialı velvetdən olub hər cür rəng tonlarında olurdu. Türban -
qadınlar üçün baş örtüyüdür. Topuz saç bu dövrdə yaranmış və dəb olmuşdur.
Saçlar daha sadə yığılırdı. Bəzən yığılan saçın üzərinə tor keçirilirdi. Buda dövrə
görə moda idi qadınlar üçün. Yığılan topuz saçlara öndən üzə tökülən tel daha da
fərqli görünüş verirdi. 1820 – ci ildə şalvarlar yerə kimi uzanır sadə qabaqdan
düymələnən köynək üzərinə salınırdı. Bu stil sadə və rahat olduğu üçün tez bir
zamanda Avropaya yayıldı (1800 – 1815). Geyinilən qış geyimləridə modaya
uyğunlaşdırılırdı. Belə ki, paltoların kəsimləri sərt formada idi öndən qısa arxadan
isə dizə qədər olan bu modelləri xanımlar sevərək geyinirdilər. Yaxa hissə isə dik
vəziyyətdə olub çiyin hissələr daha dolğun olurdu. Bu dövrdə olan kişi
geyimlərinində özünə məxsusluğu var idi. Beau Brummel həmin dövrün ən dəbli
geyinənlərindən idi (şəkil 1.4.).
Şəkil 1.4. Beau Brummel
14
Bəzən insanlar düşünürdülər ki kişi modası çox sadə və sıradandır. Əslində bu
moda qadınların modasına baxdıqda daha uzun sürür. Əvvəllərdə olduğu kimi bu
dövrdə də kişilər üçün geyim aksesuarı qalstuk, çətir idi. Lakin indi artıq bunlar dəb
olmadığı üçün demək olar əsas aksesuar saatdır. Beau Brummelin stili bizə bir anlıq
drijor kostyumunu xatırlada bilər. Napoleounun dövründə dəb olan ağ rəng artıq
sıradan çıxırdı. Təbii olaraq çünki artıq onunda hakimiyyətinin sonu idi. Və
məxməri və naxışlı parçalar da dəbdən kənarda qalırdı. Pariklər, şlyapalar da süquta
uğramağa başlamışdı.
Bu dövrdə artıq kişi geyimi olan “dendi” dəbdə idi. Dendi – sadə, ideal, yaşıl,
göy, boz, qəhvəyi tonlarda olan dəbli kişi geyimləri idi. Bu cərəyan İngiltərədə
yaranmış və bir müddət sonra Avropada geniş yayılmışdır. Bəzən sadə olduğu qədər
bahalı olan geyimlərdə moda olurdu. Dendi məhz bu cür idi sadə ama bahalı.
Kostyumlar sadə olduğu üçün modelyerlər düşündülər ki geyimdə hər hansı bir
aksesuar aksent olmalıdı. Dendi geyiminin aksenti qalstuk idi. Aksent sözünün
mənası geyimdə ilk gözə çarpan hissə deməkdir. Demək olar dendi keçmişin brendi
sayılırdı. Həmin dövrlərdə olduğu kim indiki modanın mərkəzi şəhərləri
adlandırmaq olar.
Həmin dövrdə özünə fikir verən kişi gün ərzində bir neçə dəfə köynəyini
dəyişməli idi. Qadın modası bu dövrdə hələ ampir cərəyanı ilə irəliləyirdi. Kişi
geyimləri sadə və ciddi hakim mövqeyində idi. Kostyumların alt hissəsində
geyinilən jiletlər fərqli rəngdə olurdu. Rənglərin bir birinə uyğunluqu əsas hesab
edilirdi. Materialı isə məxməri olmalı idi. Bir zamanlar paltonu feodallar geynirdisə
artıq indi əhalinin böyük qismi geyinə bilərdi. Hətta cavan oğlanlarda artıq palto
geyinə bilərdilər. Dendi geyimində üst pencək sadə parçadan , jilet güllü ya damalı
parçadan tiklirdi. Qalstuk səliqəli bağlanmalı sərt olmalı idi. O zamanlar hər kəs
əyində qalstuk bağlamağı bilirdi. Və ən önəmlisi gecələr ağ qalstuk taxan bəylə
gündüzlər ağ qalstukdan istifadə edirdilər. Yalnız o zamanlar moda olan bu düşüncə
demək olar ki yaşadığımız zamanda təkrarlanmayıb. O vaxt ki deyimlərə görə
romantik kişilər əsasən qara qalstuk taxırdılar.
15
Artıq qadın geyimləri dəyişkənlik dövrünü yaşayırdı. Əvvəllər uzun geyinilən
ətəklər bir az qısalaraq paltarın bədən hissəsi daha kip otururdu əyində. Qadın
köynəkləri yarandı. Paltarların dar olmağına baxmayaraq korsetlərdən hələdə
istifadə olunurdu.
Dərin dekolteli paltarlar qadınların boyun və baş hissələrini daha uzun
göstərirdilər. Dekolte çiyinnən aşağı düşmüş formada olurdu. Lakin bu dəbdə uzun
çəkmədi 1830 – cu illərdə dekolte tamamiylə aradan qalxdı. Paltarlar bir az daha
darlaşdı. Tumanlar zaman keçdikcə daha qısa hala gəlirdi. Gündəmdə olan məxməri,
güllü parçalarda demode hesab olunurdu artıq.
Mühəndis Timonye 1829 – cu ildə Parisə gələrək tikiş maşınını ixtira edir.
Tikiş maşınının ixtirası artıq moda tarixi üçün böyük təkan sayılırdı. 1850 – ci ildə
Krinolinlər yenidən məşhurlaşaraq ən yüksək səviyyəyə çatır. Lakin bu zaman
krinolinlər formaca dəyişərək zəngəbənzər forma da olur, artıq sərt deyil yumşaq
materiallı parçadan tikilirdi. Süni kriplinlər də bu dövrdə yarandı. 1867 – ci ildə
dəbdən düşən krilonları insanlar geyinmək istəmədilər. Romantizm üslubunun
hələdə qaldığı qadınların geyindiyi kip paltarlardan bilinirdi. Kişi kostyumları
olduğu kimi qalmışdır. Dəyişən bəzi detallar dəbin dəyişilmədi demək deyildir.
1875 – ci ildən qadın geyimləri ki ciddi dəyişilərək kişi geyiminə oxşadılırdı. Bu
artıq yeni cərəyanın başlanması demək idi. Bədənə kip oturan paltarlar artıq yoxa
çıxdıqca onu “kollan” adli kip pencəklər əvəz edirdi. Kəşmir parçaların moda
olduğu zamanda paltarların arxa hissələri boyunca uzanan şleflər hələdə qalırdı.
16
1.2. XIX əsrdə Azərbaycan geyimləri və xüsusiyyətləri
Artıq bəhs edəcəyimiz mövzu Azərbaycanın keçmiş modasından bəhs edəcək.
Azərbaycanın çar Rusiyasının tərkib hissəsinə qoşulması ticarət - iqtisadi əlaqələrin
inkişafını artırdı. Maddi – mədəniyyətin yüksək olduğu bu vaxtda cəmiyyət arasında
ictimai qruplar, sosial – zümrələr xalq arasında özünü göstərirdi. Geyimlərdə sinfi
təbəqələrə görə fərqli idi. Feodal geyimləri milli burjuaziya olan zamanda artıq
köhnə dəbdən çıxaraq Avropa geyimlərini mənimsəyirdi. Lakin bu keçid sakit
dəyişilmədi. Milli geyimin Avropa geyimi arasında olan mübarizəsi XX əsrin
əvvəllərindən başlamışdır. Saraylarda gündəlik həyata milli geyinən feodal ailələrdə
bu dəbdən çıxmağa başlayırdı. Avropa geyimləri mənimsəyərək tətbiq edirdilər.
Lakin demək olmaz ki, milli geyim tamamiylə sıradan çıxmışdır. Bayram
mərasimlərində milli dəb özünü göstərirdi. Bu cür yerlərə xanımlar milli geyinirdilər
səbəb isə daha dəbdəbəli görünmək özəllik idi ( şəkil 1.5.).
Milli geyimlərin özünə məxsus xüsusiyyətləri var idi. XIX əsrlərdə Azərbaycan
milli geyimləri həmin insanın hansı işlə məşğul olduğunu və hansı təbəqədən
olduğunu göstərirdi. Peşə mənsubiyyətinə görə geyimlər qruplara ayrılmışdır. XIX
əsrin geyimləri dövrün etnik qaydalarına tamlıqla əməl edirdi və geyimlərdə bu
özünü açıq – aydın şəkildə biruzə verirdi.
17
Şəkil 1.5. Milli obrazlı qadın
Artıq insanlar anlayırdılar ki modanın dəyişilməsi ilə nəinki geyim hətta məişət
əşyaları da dəyişilirdi. Yenilərə ehtiyac artırdı və insanlar dəblə uyğunlaşmağa can
atırdılar. Geyimdə olan dəyişikliklər tarixdə həmin insanların istifadə etdikləri
18
əşyalar sayəsində öyrənilirdi. Azərbaycan da XIX əsrin sonu XX əsrin əvvəllərində
nəinki yaşam tərzi hətta hazırlanan geyimlərin növü, materialı və keyfiyyətinə də öz
təsirlərini göstərmişdir.
Ülgülər belə XIX əsrdə dəyişilirdi. Nəinki biçim habelə keyfiyyətinə əsaslı
təsir göstərmişdir. Dəyişilmələrə baxmayaraq dövrün tələblərinə uyğun olaraq
dəyişməyə məruz qalmışdır. Əmək bölgüsü yarandıqdan sonra isə artıq uni formalar
yaranmağa başladı. Uniformalar hər peşənin özünə məxsus olan geyim formasıdır.
Cəmiyyət arasında peşə geyimləri çox yayıldı hər kəz öz peşəsinə uyğun geyinməyə
başladı.
XIX əsrdə gündəlik geyimlərin irəliləməsinə baxmayaraq hərbi geyim və ona
aid olan formalar artıq lazımsız hesab edilərək aradan qaldırılırdı. Azərbaycanın
parça istehsalı bütün dövrlərdə oldu lakin XIX əsrin ortalarında İran, Rusiya və
Avropa gələn parçalara görə ləngimə dövrü keçirdi. Bu proses bəzi yüksək təbəqələ
insanları narahat etməyə başladı. Və 1901 – ci ildə Pambıq parça istehsal edən
fabrik yaradıldı. Yaradıcısı olan H.Z.Tağıyev bu işin Azərbaycan üçün irəliləyiş
olacağını düşündü. Günümüzdə Azərbaycanda parça istehsal edən Tekstil yerləri
vardır. Parçalar keçmişdə əl əməyinə əsaslanaraq hazırlanırdı.
Lakin indi inkişaf edən Azərbaycan ən son standartlara cavab verən
aparatlardan istifadə edərək idxalı və ixracı ilə məşğuldur. Müasir dövrdə hər sahə
kimi parça istehsalında da kompyuterləşmə önəm kəsb edir. Burada ilk öncə parçaya
özəl görüntünü verən dizaynerlər məşğul olur. Həmin dizaynerlər parçanı
müəyyən edilmiş ölçüdə proqram ilə çəkərək onun hər bir rəngini kanallara ayırır
və tiff formatına salır. Bu parça istehsalının ilk addımıdır. Daha sonra bu formatı
şablon sahəsinə təqdim edirlər həmin tiff format müəyyən edilən aparata köçürülür
və OK düyməsi basilir. Eni zamanda dizaynerlər rəng seçimləri labaratoriyaya
təqdim edirlər. Və burada lazım olan rənglər hazırlanıb basqı sahəsinə göndərir. Hər
bir rəng ayrı – ayrı şablon üzərinə köçürülür. Bütün şablonlar hazır olduqdan sonra
basqı sahəsinə aparılır şablonlar. Burada hər bir şablona uyğun rəng taxılır və
aparata yerləşdirilir. Hər bir şablon yerinə oturulduqdan sonra OK düyməsi basılır.
Aparata lazım olan parça materialı əvvəldən yerləşdirilmiş olur. Rənglər üst – üstə
19
gələrək dizaynerin verdiyi görüntü ortaya çıxır basılan parçanı həmin anda qurudan
istilik aparatıda məhz bu basqı sahəsində aparatın içində yerləşdirilib. Basılan
parçalar yumaya aparılır və üstündə olan kimyəvi materiallar təmizlənir yenidən
qurudulur. Daha sonra parçalar dairəvi şəkildə yığılıb müəyyən edilən müştəriyə
göndərilir.
Qadınlar üçün tikilən köynəklər əlvan rənglərdən olmaqlarına baxmayaraq sadə
və mirvari düymələr ilə qapanırdı. Yaşlı qadınlara isə tünd rəngli şifonlardan
hazırlanırdı köynəklər. Xanımları geyindikləri ətəklər bu dövrdə tuman adlanırdı.
Tuman qat – qat olub: alt tuman, orta tuman və üst tumandan ibarət idi. Qadınların
geyindikləri tuman bəzən moda bəzən isə havanın soyuq keçməsi ilə beş hətta
səkkiz tumanı üst – üstə geyinirdilər. XIX əsrin II yarısında kapitalizmin sürətli
inkişafı Azərbaycan modasında da öz təsirini göstərdi. Avropa modasından gələn
“don” qadın geyim növü idi. Don bütöv geyinilirdi yəni ətək ilə koftanın birgə
tikilməsi idi. Qadınlar artıq həm uzun həm də qısa geynirdilər.
Bir zamanlar qadınların qısa geyinməkləri qəti qadağan idi. Ətəklərin beli
büzməli və gövdəli idi. O zamanlar qadınlar dərzilərə gündəlik geyimi ayrı mərasim
geyimi ayri tikdirirdilər. Bu dövrdə xanımların donlarını döşlük yəni önlük tikilirdi.
Azərbaycanlı xanımların çox bir hissəsi bu cür geyinirdilər. Önlük sinə hissədən
başlayıb dizdən aşağı qədər olurdu. Döşlüyündə növləri var idi. Bayramda tikilən
döşlüklər bahalı parçalardan, məxməri və zərli sapdan hazırlanan gipurdan
hazırlanırdı. Lakin gündəlik taxılan önlük sadə sıradan parçadan tikilirdi. Donların
ətək, qol, sinə hissəsinə rəngli parçalardan köbə tikilirdi. Bu köbələr bəzən qırçınlı
bəzən isə sadə olurdu.
XIX əsrin sonları – XX əsrin əvvəllərində yaranan bu geyimlər ümumi vizual
cəhətdən XVIII əsrin modası ilə demək olar ki eyni idi. Bu dövr geyimlərində olan
xırda dəyişikliklər gözə çarpır və tipoloji cəhətdə öz görünüşü qoruyub saxlayırdı.
Müasir dövrdə geyimlər jurnallarda dərc olunurdu və satışa çıxarılırdı.
Azərbaycan Tarix Muzeyindən, İncəsənət Muzeyindən və Respublikanın digər şəhər
rayonlarından toplanan məlumatlar sayəsində milli geyim haqqında albom
buraxılmışdır. Bu jurnalın adı “Azərbaycan Milli Geyimləri”
20
Bundan əlavə hətta geyim konstrusiyası haqqında məlumat verən kitablarda
dərc olunurdu. Konstruksiya kitablarında geyimlərin biçimi haqqında ətraflı
məlumat verilirdi. Hər bir geyim formasının ülgüsü olurdu və bunun sayəsində
istənilən geyimlər kəsilib tikilirdi.
1.2. II Dünya müharibəsindən sonrakı dövrün moda üslubu
Modanı alt üst edən bu dövr artıq demək olar ki başladı. II dünya müharibəsi
hər bir sahə də öz təsirlərini göstərirdi. Modanın mərkəzi artıq Fransa deyildi.
Almaniya modanı ələ alaraq öz geyim tərzlərini yaradırdı bu dövrdə. Fransız
modelyerlər Berlinə köçərək öz butiklərini açdılar. Berlin dünya üzrə modanın
mərkəzi şəhər adını qazana bilməsə də bir müddət ağalığını davam etdirə bildi.
Lakin müharibədən öncə səyahətə çıxan Nyu – York modelyerləri Atlantik okeanda
gəzinirdilər. Amerikanlar hər il Fransada təşkil olunan moda gecələri, dəfilələrə
qatılaraq burada olan stilləri və yeni cərəyanları mənimsəyərək geri dönürdülər. Nyu
– York modelyerləri geri qayıtdıqda artıq kopyaladıqları geyimləri yaratmağa
başlayırdılar. Əsasən idman geyimlərinə üstünlük verirdilər. Dünya bu stil üzrə
getməyə başladı artıq. Parça anbarları 1941 – ci ildən hökümət tərəfindən müsadirə
edildi. Süni parçaların istehsalı artdırdı buna səbəb isə ona olan tələbat idi. Neylon
corablar geyinilmirdi artıq.
Hərbi geyimlərin tikilməsi üçün lazım olan parçalar az idi. Bunun üçün yun
tədarükü 100000 ton fərqi ilə aşağı salındı. Yuna olan tələbat həddən artıq çox idi.
Süni parçalarda istifadə edilən süni iplər istehsal olunurdu. Demək olar ki, süni ip
bütün dünya ölkələrində hazırlanırdı. Süni ipək və viskoz yaxşı əvəzləyici deyildir.
Keyfiyyətsiz olan bu iplərdə geyimlər tikilirdi. Lakin əvvəl olan ipəklərdən fərqli
olaraq nazik olduğu üçün isti saxlamırdı. Elastikliyi olmayan bu parçalar satışı
zəiflədirdi. Dəbdə olan idman üslubla paltarlar hər bir yaş həddi üçün nəzərdə
tutulurdu. İlk dəfə bu geyimlərin satışına Amerikanın kiçik şəhərciklərində dəbə
mindi.
21
1944 – cü ildə Almaniya Parisi özünə qataraq dünyada yeni moda səhnəsi
yaratdı. 53 fransız modelyer birgə moda sərgiləri təşkil etdilər. Bu cür moda
nümayişləri demək olar ki dünyanın cox hissədində keçirildi. Müharibədən sonra
demək olar ki insanlar modadan tamam uzaqlaşmış vəziyyətdə idilər. Qadınlar
yamaqlı köhnə geyimlərindən artıq çox sıxılmışdılar. Romantik abu – hava yaradan
modelyerlər qadınların sanki ürəklərini oxumuşdular. Əvvəllər moda olan köbəli
donlar yenidən moda olurdu. Bu cür geyimlər ilə neylon corablar da geyinirdilər.
Korsetlərdən istifadə edən xanımlar onu geyimin üstündən geyinərək donu iki
hissəyə ayırmış olurdular.
Müharibə qadın geyimlərinə təsir etdiyi qədər habelə kişi geyimləridə bundan
təsirlənərək mənfi təsirlərə məruz qalmışdır. Geyimlər də formalar bütövlük təşkil
edirdi. Yəni tikilən paltarlarda kəsik daha az və uzun olurdu. İnsanlar müharibə
zamanı qıtlığı qəbul etmirdilər. Müharibədən sonra insanlar bolluğa düşmüşdülər.
Onların bu cür yaşam tərzi geyimlərdə də özün göstərirdi. Uzun palto geyinən
insanlara imkanlı şəxs kimi baxırdılar.
Geyimlərdə batika parçalar dəbə gəlirdi. Batika parçalar üzərində boyalarnan
işlənən növdür. Batika şifon , kətan , cins materialların üzərində işlənilir. Şifon
parça üzərində hər hansı rəsmi çəkməmişdən öncə rezerv deyilən sulu maye ilə
konturlar çəkilir. Bundan sonra rənglər həmin kontur haşiyələrin içərisinə
doldurulur. Bu cür texnika üsulu qədimdə yaranmışdır. Və çox geniş yayılmışdır.
Parça üzərində olan rəsm yuyulduqda getməsin deyə onu duzlu və yaxud sirkəli
suyun içərisinə qoyurlar. On dəqiqə gözlədikdən sonra material götürülüb yaxalanır
və qurudulur. Batikada digər üsul isə şam ilə hazırlanır. İlk öncə parça taxtanın
üzərinə keçirilir şam əridildikdən sonra lazımi hissələrə vurulur. Quruyan şam parça
rəngləndikdən sonra təmizlənir və yuyulub qurudulur. Batikalı parçalardan əsasən
üst geyimlərdə aksesuar hesab olunan qalstukda istifadə edilirdi. Bəzən sifariş
olunan rəsmlərdə olurdu ki, digər sadə batik içlərinə görə qiymət fərqi olurdu. Bu
işlə əl qabiliyyəti olan insanlar məşğul idi. Daha sonra həmin parça dərzilərə verilib
tikdirilirdi (şəkil 1.6.).
22
Şəkil 1.6. Batika Rəsmi
Müharibə başlayan zamanlardan Paris moda şəhəri adını itirmişdi onun yerinə
Berlin dahada məşhur moda şəhəri sayılırdı. Demək olar ki müharibə bitdikdən
sonra Paris öz gücünü geri qazanaraq modaları ilə yenidən gündəmə gəlir. Vaxtı ilə
Paris modasını mənimsəyən Amerika yaratdığı idman stili ilə Parisin etibarlılığını
qazanır.
Günümüzdə dəb olan parlaq üzəri gül çiçəkli dalğa rəsmli olan köynəklər məhz
bu dövrdə yarandı. Hawaii, Carisca adı altında tanınan köynəklər Florida və
Kaliforniyada məşhurlaşdı (1946 – 1947). Buna başlıca səbəb isə kişi geyimlərinin
artıq sıxıcı olmağı idi. İlk dəfə idi ki, kişi geyimləri modanın hər hansı dəbindən
formasında bezirdi. Amerikan dizaynerləri sport geyimi ilk dəfə Avropada təqdim
etdilər. Keçmiş ilə bəhrələnən gənc istedadlar artıq öz dəblərini özləri yaradırdılar.
1950 – ci ildə baş verən bu hadisə yaşlı dizaynerlər tərəfindən rəğbətlə qarşılandı.
Keçmiş də dəst geyimlərin yalnız kişilərin seçeimi idisə indi artıq qadınlarda
bu cür geyinir. 1988 – ci ildə xanımlar cins dəstlərlə birgə idman köynəyindəndə
23
istifadə edirdilər. Bu cərəyan baş tutdu və davam etdi. Kişilərində seçim elədikləri
cins dəst qadınlar öncə kişilərdə dəb olub. 1973 – cü ildə yaranan bu stil orta
təbəqənin insanlarının sevə - sevə geyindiklər rahat gündəlik geyim idi. Postmodern
məhz bu hadisədən sonra baş tutdu.
Günümüzdə ən çox cavan qızların dəbi olan “Cigarette” Amerikada 1950 – ci
ildə yarandı. Dar cinslərin üzərində isə qısa dəri pencəklər moda idi. Dəri
pencəklərin üzərində qızılı və gümüşü dəmirlərdə olurdu. Bəzən isə kürək hissədə
hər hansı bir kompozisiya rəsmi olurdu.
1960 – cı ildən moda podiumlarda özünü göstərirdi. Modaya təsir edən amillər
məhz bu podiumlarda təqdim olunan geyimlər idi. Sadə insanların arasında seçilən
gündəlik moda gəlirli sahə idi. 1960-cı ildə isə küçə tərzinə yeni geyim forması
gəldi – mini ətək.
Müharibədən sonrakı dövrdə qadınların çox qismi kişi işlərində çalışmaya
başladılar. Bu geyimədə təsirini göstərirdi. Qadınlar demək olar ki kişi kimi
geyinirdilər. 1940- ci ildə qadınların çalışdıqları işləri keçmişdə yalnız kişilər edirdi.
Məsəl üçün apar – gətir işlərinə baxan qadın artıq normal qəbul edilirdi. Modanın
təşəkkül tapdığı dövr başlamışdır.
Uniseks adlanan geyimləri tibb bacıları, stüardessalar geyinirdilər. Bu geyim
həm kişi həm də qadınlara aid olduğu üçün bu cür adlanırdı. Amerika modelyerləri
stilləri qarışdırmaqla qane olmayaraq cinsi fərqidə aradan qaldırırdılar. Punk
geyimlərində istifadə olunan zəncirlər, dəmirlər, iynələr əsasən dəri üst
geyimlərində olurdu (şəkil1.7.). 1978 – ci ildən yaranan dəb 2016 – cı ildə də çox
dəbli geyim hesab olunur. Bəzən rock stili kimi tanındı bu geyimlər. Musiqi
həyatının təsirlənən moda 1981 – ci ildə də dəyişikliyə məruz qaldı.
24
Şəkil 1.7. Pank stili
1960 – cı ildə qadınların geyimə olan xərcləri iki qat artmışdır. Əsasəndə bu
hadisə Fransa və Amerikada idi. Hətta bu göstəricilər 1990 – ci ildən dahada artdı.
Fransız qadınları kişilərdən 30% daha çox geyimə pul xərcləyirdi. Bəzən bunun
səbəbini məhz qadın psixoloji problemlərində görürdülər. Kişilər düşünürdülərki
qadın daha tez modaya uyğunlaşır. Modanın tez – tez dəyişilməsi isə artıq xərc
demək idi.
Geyimlər qadınlar üçün vərdiş halı almışdır. Sanki hal hazırda moda olmayan
bir geyimi geyinmək çox böyük məsuliyyətsizlikdir. Bu düşüncə əlbətdəki yalnız
qadınlara aiddir. Hər bir xanım bu dövrdə dəbə ayaqlaşmağı bacarırıdı lakin , imkan
25
dairəsində. Moda həmişə pul tələb edən düşüncə baxış sahəsidir. Digər dövrlərə
baxanda bu zamanda bahalı daş – qaşlı geyimlər deyil rahat idman və cinslər moda
idi. Kişilər üçün əvəzedilməz olan bu geyim indiyənə kimi öz aktuallığını və
modasını qoruyub saxlayır.
Kişilərin geyimləri indi olduğu kimi o zamanlarda da pozisiyalarına görə
dəyişilirdi. Deməli artıq idman geyimləri iş saatlarından sonra geyinilə bilərdi. İş
yerində geyinilən geyim sadə kostyumlardan ibarət idi. Avropada olduğu kimi
Amerikada da yaşa uyğun geynilirdi. Və dövrün ən mühüm faktoru demək olardı.
1950 – ci illər də yaşl cavan fərqi ortadan qalxdı. Gənclərin tərzi moda oldu.
Demək olar ki, kişi geyimləridə bir çox dövrlərdə dəyişikliklərə məruz qalmışlar.
Şapka XIX əsrin sonlarında sadəcə geyim idisə artıq XX əsrdə şəxsiyyətin kim
olduğunu bildirirdi. Yalnız iş yerlərinə geyinilirdi bu cür papaqlar. Ciddi kişi
geyimləri tarix boyunca seçilib. Lakin zaman dəyişdikcə bu cür ciddiliklərin
geyimdə sonu yaxınlaşırdı. Bir çox kişi geyimləri demode olmuşdur.
Armani, Calvin Klein kimi dizaynerlər 1970 – ci ildə öz moda xəttlərini
çizdilər. Dövrün ən çox gəli əldə edən dizaynerləri olmuşdular. Kişilərin bir qismi
XIX ərsdə qalstukdan imtina etdilər. Və bu dövrdə artıq qadınlar qalstukdan
aksesuar kimi istifadə etməyə başladılar. Hətta 1980 – ci ildə iş qadınlarının
geyimdə istifadə etdikləri ən mühüm istifadə idi. Yalnız özəl çalışan qadınların
istifadə etdikləri qalstuklar gündəlik geyim tərzinə çevrilir. Bu dövrlərdə yaranan
üslubların mədəni təcrübələri az idi. İllər əvvəl moda təmtəraqlılığı ilə cəmiyyət
arasında iz salmışdır. Cat walk və lifestyle üslubları sadəlikdən yana idi. Lakin
demək olmaz ki hər kəs sadəliyə bir başa keçirdi.
Modanın çox şaxəli olması insanlar arasında qərarsızlıq yaradırdı. Bu zaman
baş verənlər geyimdə yansayırdı və bərbad görüntü alırdı. Yaranan stillər arasında
ən ucuz olan geyimlər hər təbəqənin seçimi idi. Feminist qadınlarda bu geyimləri
seçib geyinirdilər. İngiltərə də qadın səs verənləri nəticəsində simvolik üslub hesab
olunan “Women’s social and political union” aradn qalxdı. Bu dövrdə qadınlar
yüksək vəzifələrdə çalışırdılar. Qadınların necə gücə sahib olduğu məhz bu
dövrlərdə özünü açıq şəkildə göstərdi.
26
XX əsr kişi dəbi yalnız kostum geyinib geyinmələrə görə fərqlənirdi. Küçə tərzi
daha da qəlizləşdirilirdi və anlaşılmaz vəziyyətə gəlirdi. Buna səbəb insanların
özlərinə uyğun dəbi tapa bilməməkləri idi.
1.4.Dünyada yaranan ən dəbdəbəli geyim üslubları
Geyimləri təqdim etmək prosesi təkcə podiumlarda deyil üst təbəqənidə
modelyerlər model kimi görürdülər. XX əsr də geyimin kateqoriyaları bir – birinə
bağlı forma da idi. Küçə tərzi moda dizaynına aid olmağı bacarmırdı. Dəb sənayesi
toplu halda modanı inkişaf etdirməyə çalışırdı. Sənaye sahəsində əsasən çantalar və
ayaqqablar mühüm rol oynayırdı. Yüksək təbəqəli insanlar geyimin modelini yalnız
həmin şəxsə aid olmasını istəyirdi. Bu prosedur dəb sənayesi üçün qəbuledilməz idi.
Çünki istehsal olunan geyimdən bir deyil ölçülərlə tikilib satışa çıxarılırdı. Məhz bu
səbəb dəb sənayesi sadə geyimlərin istehsalına başlayaraq ticarətini genişləndirdi.
Moda dizaynı yalnız bir geyimi bir şəxsə aid edirdi. Qazanılan gəlir yüksək
məbləğdə olurdu. Tikilən geyimin eskizi məhz həmin şəxsə aid edilirdi. Burada
bazar iqtisadiyyatı artıq baş verirdi. Butikləri ilə məşhur olan Paris bu cur
məşhurlaşmışdı. Nyu – York dizaynerləri qeyri – adi geyimlərin hazılanmasında
birincilikdə idi. Onların hazırladıqları bu geyimlər eksponat kimi və yaxud yalnız
podiumlarda nümayiş üçün tikilirdi. London modanın ləngimə şəhərləri sırasında idi
həmin dövrlərdə. Zövqsüz, sıradan geyimlər tarix boyu dəyişiklər keçsədə
dəyişilməmişdir.
1920 – ci illər kefli yaşam dövrü adlanır. Burada insanlar geyimlərə önəm
vermir lakin istənilən baha geyimi alırdılar. Müharibədən çıxan insanlar can
sıxıcılıqdan əl çəkib bu cür həyatı yaşamağı seçmişdilər. Qadınlarda da olduğu kimi
kişi geyimlərində də gündəlik geyim tərzi var idi. Müharibə qadınların geymlərinə
təsir etməsinə baxmayaraq incəlik qorunub saxlanılmışdır. Sadəliyin dəb olduğu
zaman idi. Moda ilə hər zaman yüksələn dəyişikliyə məruz qalan saç düzümləri
makiyajlarda artıq tamam sadə olurdu. Kişilər üst geyimi kimi mantodan istifadə
27
edirdilər. Əsasəndə filmlərdə çəkilən aktyor və artistlər. Smokin artıq özünü
göstərirdi.
Kişilərin kostyumlarında dəyişən aşağı qism dizə qədər qısaldılmış idi. Həmin
dövrün ən zövqlü geyimi “knickerbockers” adlanırdı. Şalvara qədər olan pambıq
corablarda dəbdəbəli hesab olunurdu. Knickerin üzərində geyinilən palto qısa olub
üzərində iri cib olurdu. Ayaqqabılar dəri olurdu.
1925 – ci ildə Kişi dəbləri tez – tez yenilənirdi və bir müddət sonra dəbdən
düşürdü. Məhz bu dövrdə enli kişi şalvarları az bir müddət moda oldu. Jazz adlı
geyimlər isə demək olmaz ki moda oldu.
1920 – ci illər düyməli geyimlərdən istifadə əvvəl ki illərə nisbətən artd. Bu
dövrdə olan geyimlə beldən aşağıya doğru endi. Ombanın üst hissəsində otururdu.
Digər geyimlərə baxanada bu dəbin ömrü uzun sürdü. Hətta indiki zamanda da
bəziləri tərəfdən geyinilir.
Qadınların bu dövrdə bəyənərək geyindikləri ətək formaları üst – üstə qatlardan
ibarət idi. Yeni yaranan bu dəb dizdən aşağı idi. Lakin cavan nəsil bu geyimin
qatlarını azaldaraq uzunluğu dizdən yuxarı çatdırmışdılar. Bu yupkalar 1925 – ci
ildə yaranmışdır. İllər keçdikcə moda sanki enmə qalxma dövrlərini yaşayırdı. 1928-
ci ildə olan geyimlər Şahzadə Viktoriyanın zamanında olduğu kimi idi. Yenidən dar
geyimlər dəbdə idi.
İstifadəsinə görə ən çox bəyənilən parça ipək idi. Lakin qiymətinə görə pambıq
və yun parçalardan olduqca baha idi. Süni ipək keçmiş ipəyi əvəz edə bilmirdi. Təbii
ipəkdən fəri onda idi ki, nazik və strecliyi yoxuydu. Paris moda mərkəzi olaraq
qalırdı. Fransada dəyişilmək istəyən moda yenə heç bir fayda vermir. Fransız köhnə
dəbdə olmağı üstün tuturdular. Hətta moda jurnallarında başqa ölkələrin moda
stillərini yayımlayırdılar.
Fanila – kişi alt geyimidir. Yundan tikilən kişi geyimləridir. Materialına görə
çox rahat yumşaq idi fanila. O dövrdə yaranan fanila indiki zamana da gəlib
çatmışdır. Rənginə görə fanila əsasən boz olurdu. Bu geyim yalnız qış ayları üçün
nəzərdə tutulmuşdur. Bəzi gənclər fanilanı ev geyimi kimi qəbul etmişdilər. Hər
kəsin geyindiyi olan fanila indiki zamanda yalnız yaşlı inslar tərəfindən qəbul edilir.
28
1930 – cu ildə nəinki yüksək təbəqələlilər sıradan insanlarda geyimlərini
dərzilərə tikdirməyə başladılar. Standart geyimlər demək olar ki maraq yox idi.
Əvvəllər bu cür geyimlər baha olduğu üçün insanlar çox da can atmırdılar dərzi
yanına getməyi.
Qadın geyimlərin trend rənglər ağ, bej idi. Hər zaman qiymətlər problem
olduğu üçün hazırlanan məhsullar orta qiymətdə olurdu. Məhsulların satışı üçün
açılan obyektə “ the country club” adı verilmişdir. 1932 – ci ildə tikilən bu yer hal –
hazırda otel kimi fəaliyyət göstərir (şəkil 1.8.).
Şəkil 1.8. “The Country Club” Kansas city
29
Devolvasiya olduğu bir zamanda qadınların geyim sevgiləri ölmürdü. Onlar
hətta köhnə dəbdə olmayan geyimlərini yeni hala gətirərək geyinirdilər. Gözəl
görünməyin yolunu tapmışdı bu xanımlar. 1929 – cu il modanın keçirdiyi ən ağır
dövr idi.
Wall street böhranı 1929 – cu ilin oktabrda başladı. Dövlət büdcəsində azalan
pul insanları yoxsul vəziyyətə salmışdır. Bu səbəbdən dəyərsiz hesab olunurdu.
1932 – ci ilin sonları böhran dahada artdı. Federal Rezerv devolovasiyanın heç
cürə önün kəsə bilmədi. Geyimə ayrılmış büdcə artıq yox idi. İnsanlar işsiz qaldılar
vaziyyət getdikcə ağırlaşırdı. 1933 – cü ildə işsizlərin sayı 8 milyona çatdı. Bu
dövrdə artıq hər bir qadın tikişi bilməyə məcbur idi. Çünki geyimlər bərpa olunub
yenidə geyinilirdi. Moda sözü bir müddət yoxa çıxdı. Hazır geyimlər demək olar ki,
alınmırdı.
20 – ci illər köhnə modanı geri qaytarmağı bacardı. Geyimlər daralır, qol
kəsikləri ilə çiyin məsafəsi azalırdı. Yüksək bel yenidən dəb oldu. Bu dövrdə kobud
xəttlər aradan qalxdı. Qadın geyimləri ilə müqayisədə kişi geyimləri daha qabarır
olurdu. Çiyinlər yana doğru enlənirdi. Kişi pencəklərinin hamısında vatkadan
istifadə edilirdi.
Geyimə olan tələb hər an artırdı. Kişilərin geyimləri əsasən tünd tonlarda
olurdu. Bu dövrdə yırtmac ləğv edildi.
Bəzi dövrlərdə qadınlar xəzləri yalnız özəl günlərində geyinirdilər. Lakin artıq
gündəlik üst geyimi olmuşdur. Beret demode olduğu üçün onu əvəz edən cloche
moda oldu (şəkil 1.9.).
Ayaqqabılar isə hər cür dəbə uyğun olurdu. Bəziləri rahatlıq üçün bəziləri isə
gözəl göstəriş üçün idi. Bu zamanlarda evdə geyinilən ayaqqabılarda moda idi.
Fərqli ayaqqabı dizaynerlərinin verdikləri eskizlər müştərilən tərəfindən
bəyənildikdən sora hazırlanırdı. Geyinilməyən zövqə uyğun olmayan ayaqqabılar
tikilmirdi.
Çantalar daha kiçik sadə olurdu. Çox zaman qadınlar ayaqqabıları ilə uyğun
olan çantalardan istifadə edirdilər. Lakin bu fikir zaman keçdikcə modasının
itirəcək.
30
Kişilər hər zaman rahatlıq istəyirdilər. Geyimdə idman tərzi ən çox istifadə
olunan tərz idi. Gündəliyə geyinilən Dəri pencəklər hər bir geyimlə uyğun hesab
olunurdu. İş geyimləridə dəri ilə öz yaraşma statusunu tapmışdır. Dəri pencəklə dəri
ayaqqabı dəri kəmər dövrün romantik kişisinin modası idi.
Şəkil 1.9. “Cloche” qadın baş geyimi (1922)
31
30 – cu illər Dəridən hazırlanan bütün geyim məhsulları moda idi. Hətta dəri
ayaqqabi və dəri pencək ən gözəl kişi geyimi idi. Yaşanan devolvasiyadan sonra
firavanlığı Nazir Rooseveltin dövründə baş vermişdir. Təxminən 1935 – ci ilin
əvvəlləri kişi iş geyimlərinə yeniliklər gəldi. Vatkalardan kişi pencəklərində geniş
istofadı edilirdi. Geyimdə olan dəyişikliklərə görə yaranan stilə “ London drape “
deyilirdi. Düymə sayına görə “drape cut” da 6 – a çatdırılmışdır düymə sayı. Bu kişi
geyimlərini həmin dövrdə Hollywood ulduzları tanıdırdılar. Və məhz buna görə
geyim dahada yayılaraq tələbatı artdı.
32
FƏSIL II. MODANIN STRUKTURU VƏ TƏDQİQİ
2.1. Moda ictimai və psixoloji fenomen kimi
Yaşadığımız dövrdə insanlar daha çox və deyərdimki ən diqqət etdikləri şey
geyim yəni vizual görüntüdür. Çünki yaşadığımız zamanda kiçikdən böyüyə hər kəs
öz modasını hər hansı jurnallarda deyil məhz öz üzərində araşdırır və tətbiq edir.
Geyim insanlar arsında yaratdığı ictimai, sosial vaziyyət faktora çevrilmişdir. Moda
şüurlu şəkildə deyil, sadəcə geyinmək məqsədi ilə yaranmışdır. Latıncadan
tərcümədə məhdudlaşmayan mənasını verir. Modanın məqsədi rahat və faydalı
geyim yaratmaq deyil, fərqli özəl görüntü əldə edə bilməkdir. Burada ətraf mühitdən
qonumaq kimi məcburiyyət yoxdur. Amma gözəl, cazibəli, insanın şəxsiyyətini
özündə əks etdirən – Modadır. Hal – hazırda bir çox maraqlı faktorları birləşdirən ,
qədim zamanlardan insan üçün təsirli bir məfhumdur. Geyim daha çox insanın bəzi
xüsusiyyətlərinidə ətrafa tanıdır.Əslində bu haqda geniş danışmaq mümkündür.
Çünki hal-hazırda dövrün ən aktual mövzusu olduğunu hamı bilir.
Qədim zamanlara diqqət yetirsək geyimə olan ehtiyac sadəcə ətrafdan
qorunmaq üçün nəzərdə tutulmuşdur. Lakin irəliləyən zaman içərisində geyim
tamam başqa məna kəsb etməyə başlayır. İnsanlar geyimi öz şəxsiyyətərini tanıtmaq
üçün geyinirdilər. Moda hadisəsi məhz bu zamanlardan yaranmağa başlayırdı. İllər
öncə yaranan geyim insanlar arasında surətlə yayılırdı. Lakin nəzərinizə çatdırmaq
istərdim ki, həmin zamanlar olan təbəqələşmə hər kəsin bu cür geyinməyinə imkan
vermirdi. Başlıca səbəb olaraq tikilən geyimlərin həddindən artıq baha olması idi.
Yoxsul əhali hər zaman sıradan geyimi tərcih etməyə məcbur olub. Bu dövrdə
yaşayan insanlar üçün gözəlini deyil sadəcə geyim olsun yetərlidir. Moda da bu cür
fikir qəbul edilməzdir. Çünki dəb yalnız gözəl geyim axtarışında idi. Yoxsul
əhalinin geyindiyi sadə geyimlər artıq tarixə çevrilib. Yalnız kitablarda bu
məlumatları oxuya bilərik. Ənənəvi cəmiyyət arasında moda yoxdur. Moda məhz
insanlar sayəsində yaradılır dəb də olur və bir müddət sonra aradan qalxır. Demək
olar həmişə yüksək təbəqə insanların tərcihi olmuş moda insanların çox az
hissəsində fenomen olmuşdur. Elit təbəqəyə aid olmuşdur.
33
Modanı yalnız geyim təşkil etmir. Şaxələnmə nəticəsində bura ayaqqabı, çanta,
aksesuar və digər geyim əşyaları daxildir. Təşkil edilən moda gecələrinə yalnız özəl
qonaqlar dəvət olunurdu. Çox bahalı saraylarda təşkil olunan bu cür toplanmalara
əlbətdəki çox zaman dəvətsiz insanlar buraxılmırdı. Göstərişli geyimləri üst
təbəqənin xanımları öz üzərilərində görmək istəyirdilər. Və artıq bu cür geyimlər
çox baha qiymətə satışa çıxarılırdı (şəkil 2.1.).
Şəkil 2.1. Üst təbəqəyə aid qadın geyimi
34
Moda bəzi insanlar üçün həyat tərzidir. Bu zaman sadə insanlar da artıq
axtarışda olaraq öz modaların yaradırlar. Cəmiyyətdə olan hər bir hadisə modaya
təsir edir. Müharibələr zamanı, çevrilişlər zamanı demək olar ki moda da öz
səssizliyini qoruyub saxlayır. İnsanlar heç bir zaman modanı özlərinə tabe edə
bilmədilər. Çünki yaradılan stil kəskin şəkildə insanları öz nəzarəti altına alırdı.
XIX əsrin II yarısı və ondan əvvəl ki, zamanlarda mövcud olan moda haqqında
danışmaq çox çətindir. Geyim anlayışı cəmiyyət arasında dəyişilmişdir. Fransızlar
üçün moda daima yaşayırdı. Heç bir hadisə burada modanı ləngitmirdi. Uzun
müddət davam yaşayan davam edən moda fransızlar arasında dərin kök salmışdır.
Bəzən tarixin öyrənməsi üçün böyük rolu olub modanın. Əxlaq anlayışları,
geyimin tarixi, adət və ənənələr məhz bu yolla oyrənilirdi. Bu dövrlərdə çəkilən
rəsm əsərləri indiki zamanın “incəsənət nümunəsi” hesab edilir. Tarixi şəxslərin
tabloları belə modadan xəbər verməyə yardımcı olur.
Mənbələrdə göstərilir ki, ən qədim geyim kimi – bədənin bəzi hissələrinin
rənglənməsi yəni dövmə də keçmiş zamanlardan gəlir. Muhafizə xarakterli olurdu
bu cür dövmələr. Müasir dövrdə olduğu kimi o zamanlarda hər kəs tərəfində qəbul
edilmirdi. Lakin tarixin göstəricisi kimi gəlib çatmışdır. Bu cür düşüncələr tarixdə
uzun təkamül yolu keçmişdir.
Moda ilə ayaqlaşmaq keçmiş zaman üçün çox çətin sivilizasiyadır. Yuxarı
təbəqənin insanları modanın geniş yayılmasına qarşı idilər. Hətta krallıq ailəsində
qulluq edən yoxsullarında müəyyən edilmiş forma ilə geyinirdilər. Xalq içərisində
seçilmək üçün moda başlıca xüsusiyyət idi. Bahalı, daş – qaşlar ilə bəzdilmiş
geyimlər indiki zamanımızda yüksək qiymətlənirilir. Məhz bu zamanlarda dəbli
kolleksiyalar yaranmağa başlayırdı. Bu ailələr üçün kiçik mərasimlər təşkil
olunurdu. Həmin mərasimlərdə dövrün ən yaxşı modelyerləri öz geyimlərini təqdim
edirdilər. Daha çox bəyənilən modelyerə bəzən saraya köçməsi üçün şansda
verilirdi. Yalnız həmin ailənin geyimlərini tiksin deyə. Moda bu dövrdə nəinki
qadınlar arasında kişilər üçün də önəmli hesab edilirdi. Geyim yalnız qadınların
nəzərdə tutulması çox yalnış düşüncədirı. Qadınların geyimə olan diqqət maraqə
eynən digər cins nümayəndələrində də var. Sadəcə qadınlarda olduğu kimi qabarıq
35
deildir. Fikir versək görərik ki indiki dövrümüzün geyimləri içərisində keçmişində
sızmaları yer almaqdadır.Və keçmişi geri qaytaran modelyerlərimiz hərşeydən öncə
strukturu deil sadəcə dövrə uyğun stilizə formasına salıblar geyimləri.
2.2. Orta əsrlərdə modanın inkişaf tarixi
Orta əsrlərdə xarici təsirlərə məruz qalan tək insanlar deyildi. Geyimlər bu
dövrdə kostyumdan və plaşdan ibarət idi. Bu dövrün kostyumları antik geyimlərə
nisbətən daha sərt görüntüdə idi. İndiki zamanda olduğu kimi həmin dövrdə də
kostyumlar bədən formasını uyğunlaşdırılmış, qol hissə biləyə qədər karandaş forma
almışdır. Lakin geyimin aşağı hissəsi daha da genişlənmişdir. Dövrün kostumlaı
sadəliyi ilə seçilir, müxtəlif rənglərdən istifadə olunmuşdur.
X – XI əsrlərdə almanlar roman üslubuna yiyələnmiş tunika geyimlərini
özəlləşdirmişdilər. Kostyumlar hətta qadınlar arasında da geniş istifadə olunurdu.
Bu kostyumlarda enli bel qayışlarının rolu böyük idi. Geyimdə yaratdığı gözəllikdə
əlavə simvolik mənayada sahib idi. Bu cür geyinən xanımlar sədaqətlilik simvolunu
üzərilərində daşıyırdılar. X əsrdən şəhərlər böyüməyə başlayır, inkişafı sürətlənirdi.
X – XII əsrlərdə sexlər yaranırdı. Həmin bu sexlərdə parça toxuyan və parça tikən
xanımlar işləyirdi. XII əsrdə kəndlərdə ev şəraitində toxunan parçalarnan dolanan
ailələr hələdə var idi. Ərəb ölkələrindən XII əsrdən başlayaraq pambıq parçalar
Almaniyaya və İspaniyaya aparılırdı. Gətirilən maldan pambıq parça istehsal
olmağa başlayırdı. İpəkçilik sahəsi XII əsrin ortalarından Siciliya adasında məşğul
olmağa başlamışdır. XIII əsrdə Fransa artıq ipək istehsal edirdi. Qərbi Almaniya isə
zərif mahudun istehsalı ilə məşğul idi. Kobud mahud isə yalnız Skandinaviyada və
Fransada idi. Həmin bu dövrdə artıq parçalar növünə görə ixtisaslaşırdı. XIII əsrdə
kişi və qadın kostyumları ciddi və sərhədsiz idi. Artıq demək olar ki, kəndli, feodal
və şəhərli kostyumları eyni formaya sahib idi. Təbəqələşmə bu zamanlar azda olsa
aradan qalxırdı. Bütün geyimlər eyni ülgülü idi, yalnız onlar parçanın keyfiyyətinə,
qiymətinə və üzərində olan bəzəyinə görə fərqlənirdi. Dahi Karlın zamanında
36
geyimin rəngləri fərqli əmələ gəlirdi. Avropaya bu dövrdə Şərqdən yeni geyimlər
gəlmişdir. Yeni dəbdə geyimlər öndən düymə bağlanır, baş geyimləri və s.gəlirdi.
X-XI əsrlərdə qadınların geyindikləri kostyumlar Bizans geyimlərini xatırladırdı
(şəkil 2.2.).
Şəkil 2.2. X – XI əsrin qadın kostyumu
XII əsrdə geyimlərdə yeni biçim yaranmağa başlayırdı. Fərqli biçim həm qadın
həm də kişi geyimlərinə aid idi. Qotika XIII əsrdə ən yüksək həddə çatmışdır. Bu
dövrdə kostyumlar dəb – dəbəli , harmonik və standart ölçülərə malik olmuşdur.
37
Ansambl formada hazırlanırdı kostyumlar. XIII əsr “biçim inqilab”ı adlandırılırdı.
“Burqund” modası XIV əsrdə yeni yaranmış şaxə idi.
Şərq parçalarını geridə qoyan Avropa yüksək keyfiyyətli parça istehsalında
artıq öndə idi. XIV – XV əsrlərdə Avropa ölkələrinin parça toxunmasında İtaliya
öncəliyini qoruyub saxlayırdı. XIV əsrdə Siciliyada parça toxuyan sənətkarlar
Lukka şəhərinə köçməyə başlayırdı. İpəkçilik inkişaf etməyə başlayır və ipəkçiliyin
mərkəzinə çevrilirdi. Bu şəhərdə feodollar və saray adamları üçün bahalı ipəkdən
hazırlanmış parçalar istehsal olunurdu. Vatikan və Fransa hökmdarlarının
geyindikləri parçalar Lukkada toxunurdu. Sifarişlər hətta İngiltərədən də gəlirdi.
Venesiya isə bahalı parça sayılan məxmərin mərkəzi idi. XIV əsrdə Venesiya
parçaları Avropada yüksək qiymətləndirilirdi. Məxməri parçalar qızılı və gümüşü
saplarla toxunurdu. Üzərində gül naxışlarl ilə bəzdilmiş məxmər parçalar
Florensiyada, xırda naxışlı tünd fon isə Genuyada idi. Avropada sənaye yüksəlişi
nəticəsində sexlər manufakturaynan əvəz olunur, əmək bölgüsü yaranırdı.
Manufakturanın istehsal mərkəzi İtaliya şəhəri idi. Bununla parça istehsalının
artırılması başlamışdır. Parça istehsalıynan yanaşı pambıq, yun, ipək
manufakturalarda inkişaf edirdi. Q.Veys orta əsrin modasını “qayçıların ağalıq
dövrü” adlandırmışdır. Standartdan kənar yəni modaya uyğun tikən dərzilərin əl
işləri çox yüksək qiymətləndirilirdi. Bu dövrdə qiymət yalnız parçanın dəyərinə görə
deyil modasına görə dəyişirdi. XIV əsrdə dövrə uyğun yeni geyim
konstruksiyalarında kəşflər edilirdi. İtaliya kostyumları Avropada artıq günün
modasına çevrilmişdir. İtaliyada baş verən klassik yüksəliş nəticəsində modanın
cazibədarlığı dirçəlişi dövrünün yaranmasına təkan verdi. Dirçəliş dövründə sərt
dini məcburiyyətlər artıq kainatı dərk edən azad insan şəxsiyyətini yaranması idi.
Uzun geyimlər vəzisəli şəxslər, sənət adamları, vəkillər və həkimlər tərcih edirdilər.
İtalya geyimlərinin hər zaman olduğu kimi bu dövrdə də özünəməxsusluğu ilə
seçilirdi. XV – XVI əsrlərdə İtaliyan geyimləri bütün ölkələrdə yayılmağa başladı.
Lakin bir müddət sora İspan modası İtaliya kostyumlarını sığışdırıb sıradan
çıxarırdı. Artıq İtaliyada kostyumlar deyil krujeva və tikmələr çap olunurdu.
Tanınmış rəssam Sezare Veçellio bu cür ornamentləri çəkirdi. Gipyur isə XVI əsrdə
38
yaranır. Lakin İtaliya kostyumda olan güvənini itirməsinə baxmayaraq Avropada
cah – cəlal və parça predmetlərinin istehsalı ilə birinci yerdə idi. Almaniya,
Niderland və İtaliyada naxışlı parçalar dəbdə idi və geniş yayılmışdır. Möhürlənmiş
parçalarda Almaniya bazrında yüksək mövqedə idi. Kətan parçaların üzərinə
naxışlar möhürlənirdi. Digər yerlərdə isə taxta üzərində olan məxmər parçalara
basma naxışlar vurulurdu. Bu cür parçalar Bryuqtedə və Utrextedə istehsal edilirdi.
XVI – XVII əsrlərdə ən bahalı kostyum İtaliya sənətkarlarının krujeva işlədikləri
idi.
2.3. XVII əsr geyim üslubları və moda anlayışı
XVII əsrdə Avropada otuz il davam edən müharibə geyimlərədə oz təsrini
göstərmişdir. Müharibə dövründə ən modaya uyğun geyim hərbi kostyumlar idi.
Dövrün modası olan düyməli plaşlar, uzunboğaz çəkmələr, lələklərlə və enli lent ilə
bəzədilmiş şlyapalar geyinilirdi. Qadın geyimlərində olan metal korsetlər aradan
qalxırdı. Onun əvəzinə ətəyin belin biraz daha yuxarı doğru qaldırılır və kişi
modasının elementləri meydana gəlirdi.
XIV əsrdə hakimiyyətə gələn Lüdoviqin dövründə Fransada moda ən yüksək
səviyyədə inkişaf edirdi. Onun hakimiyyəti dövründə yeni qadın peşəsi – Dərzilik
yaranır. Dərzilik sənəti yalnız qadınlara aid deildir. Kişi kostyumlarını kişi dərziləri,
qadın geyimlərini isə qadın dərzilər tikirdilər. Bu dövrdə baş geyimlərini,
aksesualarını modelyerlər, alt geyim dəstlərini isə adi dərzilər tikirdilər. XVII əsrdə
XIV Lyudoviqin idarəsi zamanı Avropada qanunvericilik Fransaya verilmişdir.
Fransanın maliyyə naziri krujeva istehsalından gələn gələri görərək 1665 – ci ildə
Alanson şəhərinə yaxın vilayətdə emalatxana açdırır. Bu emalatxana sırf krujeva
istehsal edirdi. Lakin işə götürülən qadınlar bu sənət haqda məlumatı olmayan yerli
əhali idi. Bunun üçün Venesiyadan 30 nəfər ustalar gətirildi və onlar bir il
müddətində fransız qadınlara krujeva sənətini öyrətdilər. İstehsal olunan məhsul ilk
öncə hökmdara təqdim olunurdu bunu bəyəndikdə o ölkəyə gələn krujevaların
39
qarşısının alınması üçün əmr verirdi. Fransa krujevaları digər xarici ölkələrə
ixracına başlayır. XIV Lyudoviqin şah – şöhrətini görənlə onun paxıllığını çəkməyə
başlamışdılar. Fransa nəinki krujeva hətta yeni görünüşlü geyim bəzək əşyaları,
əlcəklərin ixracı ilə məşğul idi. 1642 – ci ildə Parisdən Avropa ölkələrinə mumdan
hazırlanan böyük və kiçik ölçüdə pandora gəlinciklər göndərilirdi. Bu pandoraların
özünə məxsusluğu onda idi ki böyük pandora dövlət kostyumlarını, kiçik pandora
isə sıradan insanların geyimlərinin reklamı idi. Padroda gəlinciklərinə olan maraq
hətta müharibə zonasından keçdiyi zaman müharibə dayandırılırdı və gəlinciklər bu
ərazidə keçdikdən sonra müharibə davam edirdi. Qadın modası XIV Lyudoviqin
dövründə daha qabarıq şəkildə idi. Qadınlar fransa sarayının göz bəbəyi hesab
olunurdular. Korset 1650 – ci ildən yenidən dəbə gəlir. Fransa həmişə olduğu kimi
XVIII əsrdə Avropada moda sahəsində yenidən başçılıq edirdi. Bu günün ən dəbli
geyimi olan hərbi geyimlər o zaman da moda idi. Lakin hərbçi xarakterini
yumşaltmaq üçün bəzi tikiş hissələrinə krujevalar tikilirdi.
XVIII əsrdə Rokoko bədii stili yaranır. Rokoko – nəzakətli stil deməkdir. Bu
stildə ayaq geyimləri, baş geyimləri daş – qaşlarla bəzədilirdi (şəkil 2.3).
40
Şəkil 2.3. Rokoko üslublu qadın geyimi
Fransada Roza Bertenini “modanın naziri” adı verilmişdir. Yeganə modelyerdi ki,
kraliçaya həftədə iki dəfə don və şlyapa modelləri təqdim edirdi. Rokoko kişi
41
geyimləri də dövrün məşhur kişi dərziləri tərəfindən tikilirdi (şəkil 2.4.)
Şəkil 2.4. Rokoko üslublu kişi geyimi
Böyük Fransa inqilabı dövründə qadın və kişi geyimləri zamanının ən yüksək
dəbi hesab olunurdu.
42
2.4. Moda dəyərlərinin komponentləri
Moda dəyərlərinin komponentləri geniş mövzu olduğu qədər həmdə
problemləri ilə çox olacağ. Modanın müasirliyi əslində onun fundamentallığınnan
irəli gəlir. Demək olmaz ki moda tarixi məhsul deyil. Bu düşüncə tamamiylə
yalnışdır. Bu hər zaman belə olacaq çünki dövrümüz bu cür qeyri adilikləri görmək
və modalarında tətbiq etməyə çalışırlar. Müasir moda bəzən hökmdarlıq etdiyi
arxaik cəmiyyətləri qeyri – kafi qəbul edirdi. Nəinki icazə hətta bəzi nümunələr
varki onun satışına belə icazə yoxdur. Keçmişin bəzi modaya qarşı cəzalarına misal
gətirmək olar ki, niklərin saç formalarını sadə kəsdirməkləri ölümlə cəzalandırılırdı.
Lakin bu indiki zamanda gülünc yaradacaq mövzu kimi anlatıla bilər. Hindistanda
isə rəqs ilə müşahidə edən müğənninin ani yalnışı onun ölümü ola bilər. Bu cür
qayda qanunların olmasına baxmayaraq əcdadlarımızın vəsiyyətlərinin çox hissəsi
yüksək dəyərləndirilir dövrümüzdə. Ümumiyyətlə müasir moda standartları
mənbələrini keçmiş ənənələrdən yararlanırlar. Xapuqina anlayışı modadan geri
qalmamaq üçün köhnə dəbin dalınca qaçıram mənasını verir. Bəzən köhnə
düşüncələr aktuallaşır, lakin hazırki ilə işarə olunur. Və hal hazırda da artıq bu stil
geniş yer aldığını unutmayaq.
Modalı illər bəzən olması sosial yaddaş ilə bağlıdır. Yəni keçmiş modanın
yaddan çıxması və standart moda dəyərlərinin yada düşməsi. Moda iştirakçıları
sayəsində həm yaddan çıxmış nümunələr həm də köhnələrin bu dövrdə qəbul
edilməsi. Bu dövrlər haqqında artıq danışmaq mümkündür. İnsanlar əsasən yenilik
arxasınca getmək istəyirdilər. Lakin modelyerlər bunu o qədərdə normal
qarşılamırdı, çünki yeni stillərin yaranması vaxt tələb edirdi. Onun üçün də bəzi
modelyerlər keçmişdən yararlanaraq öz yeni müasir stillərini yaratmaq cəh edirdilər.
Lakin həmişə müsbət nəticə əldə olunmurdu. Bu cür prosedura bəzən stilizə
olunmada deyilirki keçmiş stilin müasir stildə tətbiqi. Bütün dünya ölkələrinin
keçmiş geyim formaları hər zaman yeni ilə qarşılaşdırılmırdı.
43
Tanınmış amerika əsilli psixoloq E.Boqardus deyirdi: “İnsanın moda
aləmində yeni stillərə meyl etməsinin böyük əhəmiyyəti var. İnsanlar eynilikdən
bezərək ehtiraslı yeniliyə can atırlar”.
Alman psixoloq və sosioloq R.Keniq düşünür və iddia edirdi ki, insanın
yeniliyə cəhd etməsi artıq xassə halını alıb. Modanın insan həyatının maraqlarını
təzahür edən forma olması fikrini daima insanlara və mediaya çatdırmışdır.
Əlbətdəki moda elə sahədirki daim axtarışda olmağı qeyri-adiliyi və
əvəzolunmazlığı sevir. Modanı daha dərindən öyrənsək görərik ki, fərqli ilin
modelyerləri fərqli geyim kolleksiyaları ilə yadda qalmışlar. Bəzən gənc
modelyerlər kollaj texnikasını geyimdə tətbiq edərək fərqli görünü əldə edirlər.
Kollaj eramızdan əvvəl II əsrlərdə yaranmışdır. Bu tarix Çində kağızın yaranması
dövrünə təsadüf edir. Kollaj texnikası incəsənətdə çox nadir hallarda olurdu.
Təxminən X əsrə qədər. Avropada tarixi XIII əsrdə yəni bir qədər gecdir. Bəzi elmi
araşdırmalar isə kollajın tarixini modernizm meydana gəlməsi ilə əlaqədarlandırır.
İlk dəfə bu texnikadan fransız rəssam Jorj Brak , daha sonra isə həmfikirlisi Pablo
Pikasso istifadə etmişdir. Demək olar ki onlar illərnən bir yerdə çalışdılar. Kollajın
növləri çoxdur onlara misal olaraq flokistik kollaj, fotokollaj, videokollaj və
digərlərini misal gətirmək olar. Bəzən bu kollajların tamamlanmasında akvareldən ,
tuş və yağlı boyadan istifadə edirdilər. Moda aləmində isə kollajın böyük rolu ondan
ibarətdir ki, bəzi modelyerlər geyim kolleksiyalarından istifadə edirdilər.
Tamamiylə podium geyimi hesab olunan bu cür kolleksiyalar insanlar tərəfindən
maraqla qarşılanırdı.
Modanın yaranmasında əsas bəlkədə başlıca səbəb parçadır (şəkil 2.5.).
Parçanın tarixi modadan daha öncə yaranmaşdır. İnsan həyatında gündəlik həyatda
mühüm yer tutur parça. Tarixi araşdırmalar göstərir ki, ilk dəfə Hindistanda və
Çində yaranmışdır parça. Hətta burada parçaların istehsalından əlavə boyanması və
bəzək vurulmasıda məhz burda olmuşdur. Yunan tarixçisi Herodotun yazdığı
mənbələrdə isə Azərbaycan ərazisində də yun parçaların olduğu yazılıb. Bitki
mənşəli boyalardan istifadə də qədim zamanlardan olub. Dekorativ tətbiqi sənət
Azərbaycanda geniş yer tutur. Eramızdan əvvəl II minilliyin sonu I minilliyin
44
əvvəllərindən qalan ən qədim nümunə parçalar gəlib dövrümüzə çatmışdır.
Ölkəmizdə inkişaf edən parça istehsalı artıq əmtəə istehsalı fəaliyyətinə çevrildi.
Əsil parça istehsali isə III – V əsrə təsadüf edir və artıq inkişafa təkan verir.
Xammalın mövcudluğu imkan yaradırdı ki, ölkə də pambıq, yun və ipək istehsal
olunsun. Digər sənaye sahələrindən fərqli olaraq ən qədim tarixə ipəkçilik sahəsi
malik idi. Lakin ipəyin xammalı olan barama Azərbaycanda olmadığı üçün bu V
əsrdə baş tutur. Barama Azərbaycana gətirilir. Hətta sonralar Azərbaycan ipəyi digər
xarici ölkələrə ixrac olunmağa başladı.
Şəkil 2.5. Parça nümunəsi (müəllif : İbrahimova İlahə)
45
X əsrdə artıq toxuculuqda Azərbaycanda inkişaf etməyə başlamışdır.
Sənətkarlar satış üçün geyimlər hazırlayırdılar. Geyimlərin materialları pambıq, ipək
və yun parçadan olurdu. Azərbaycan hazırlanan geyimlər xarici ölkələrdə çox
məşhur idi. Yun paltarlar Gəncədə hazırlanırdı. Üst kişi geyimlərinin böyük bir
qismi atlasdan tikilirdi. Naxçıvan məhz bu cur geyimləri və çuxaları ilə tanınırdı.
Hətta Venetsiyalı səyyah belə Azərbaycan haqqında öz dəyərli fikirlərini
söyləmişdir. O qeyd etmişdir ki, XIII əsr də qızılı və gümüş saplardan toxunan
parçalar insanın gözün oxşayır. Hətta onuda qeyd etmək olar ki, Azərbaycanda adi
kiçik mehmanxanalarda belə ipək yataq örtüklərində istifadə edirdilər. İpək parça
istehsalı Azərbaycanda olmasına baxmayaraq günümüzə çox az qismdə parça
nümunələri gəlib çatmışdır. Onların üzəriləri isə gül – çiçək rəsmləri fantastik
heyvan quş mənzərələri ilə bəzədilmişdir. Azərbaycanın bu parça nümunələri xarici
ölkələrdə muzeylərdə qorunub saxlanılır.
Parçalarda olan ornamentlər haqqında geniş danışmaq mümkündür. Elmdə olan
bütün incəsənət nümunələrinin özünəuyğunluqları vardır. Ornamentlərdə təbiət
hadisələrindən götürülüb və bunların qarşılıqlı əlaqələrini əks etdirən qanundur.
Bədii təcrübələrin prosesi zamanı kompozisiyanın qanunları meydana gəlir.
Ornamentlər nəinki parça üzərində hətta qədimi tikililərin üzərində oyma şəkildə,
rəsm əsərlərində, kompozisiyalrın işlənməsində, xalça eskizlərinin qurulmasında
istifadə edilir. Ümumiyyətcə ornamentlər yerləşdirilməsinə görə iki hissəyə ayrılır:
bərabər və qeyri – bərabər. Bərabər paylaşan ornamentlər əsasən xalçalarda,
parçalarda olur. Qeyri – bərabər olan ornamentlər əsasən kompozisiyaları təşkil edir.
Ornamentlər quruluşuna görə bir neçə qrupa bölünür: Gildən hazırlanan əşyalar
texniki ornamentlərə aid edilir. Bu qrupa dəzgah vasitəsiylə parça üzərinə vurulan
sadə naxışlarda aiddir. Simvolik ornament adından da göründüyü kimi müəyyən
əşyanın simvolunu əks etdirir. Misal üçün heyvanların, əmək alətlərinin və s.
Ritmikliyi, rəng çalarlarını, təbiətdən götürülmüş motivləri özündə əks etdirən
Həndəsi ornamentlərdir. Təbiətdə ilk həndəsi forma olan dairə, günəş, dalğa
həmdə ilk həndəsi ornamentlər hesab edilir. Ən fərqli ornament isə bitki
ornamentləridir. Hər xalqın özünə məxsus bitki ornamentləri vardır.
46
Bunlara misal olaraq Yaponiyada payızgülü (xrizantema), Rusiyada
çobanyastığı, Hindistanda isə paxlalı bitkilərdən ornament kimi istifadə edirlər.
Hərf, mətn formalarını isə kalliqrafik ornamentlər sırasına aid edirlər. Mifoloji
təsvirlər isə fantastik ornamentlərin tərkibindədir. Astroloji ornamentlər günəşi,
buludu, ulduzu təsvir edir.
Azərbaycanda isə ornament anlayışı olanda ilkin yada düşən BUTAdır.
Qədimliyi ilə seçilən buta od mənasını daşıdığı bildirilir. Və buradanda açıq aydın
bilinir ki, buta zərdüştlik dövründə yaranıb və dövrümüzə gəlib çatmışdır. Buta
digər ornamentlərin şahı hesab edilir. Milliyimizi bildirən buta geyimlərdə,
xalçalarda və digər mühitlərdə istifadə olunub. Butanın digər ornamentlər kimi
növləri vardır. Məsələn qotazlı buta, küsəyən buta, ana – balalı buta, islimili buta və
s.
Digər milli ornamentimiz Xonçadır. Xonça ilk baxışdan dörd yarpağın biri
birinə kvadrat şəkildə birləşməsini xatırladır. Xonçada milli geyimlərin üzərində
geniş istifadə olunan ornamentlərimizdəndir ( şəkil 2.6.).
47
Şəkil 2.6. Butalı Xonça
48
FƏSİL III. MODANIN MÜASİR HƏYATDA ROLU
VƏ BƏZİ XASSƏLƏRİ
3.1. Modanın bəzi səciyyəvi xassələri
Modanın xassələri haqqında əslində çox geniş danışmaq olar sadəcə bir şeyi
nəzərə almalıyıq ki dəb hər dövrdə bir cür olub. Moda insan həyatında təbəqələşmə
yaradan bir formadır. Nəinki indi əsrlər boyu bu cür olub.
Geyim dedikdə yalnız ətraf mühitdən qorunmaq üçün bürünülmüş kəsik parça
deyil artıq tamamilə fərqli düşüncə yaranırdı.İlk öncə onu nəzərə almaq lazımdır
geyim indi deil qedim zamanlardan gəlib çatıb bizə. Geyimin cəmiyyət arasındakı
rolu çox böyükdür. İctimai müstəvidə insanlara fərd kimi baxıldığında geyimin necə
rol oynadığını görmək mümkündür. Artıq insanlar geyimlə öz şəxsiyyətlərini hansı
iş sahibi olduğunu və hansı təbəqəyə aid olduğunu məhz geyimi ilə ətrafa çatdırır.
Lakin artıq demək olar ki insanlar bu fikirlərdən uzaqlaşmağa çalışırlar. Səbəb isə
sadəliyin daha özəl olduğunu anlamaqlarıdır. Geyim tək bir istiqamətdən deyil
şaxəlidir. Məsəl üçün sənaye sahəsinə aid geyim, ofis geyimi, podium geyimi, küçə
geyimi və s.
Moda böyük kütlə deməkdir. Və bu kütlənin ən böyük rolu ondadır ki,əsrlər
öncə yaranmış modanı geri qaytara bilər. Günümüzün ən önəmli dəbinə çevirə bilər
illər öncə yaranan modanı.
Bəzən moda istifadəçi ola bilər eyni oxşarlıqa sahib olan insanları biri-birindən
ayırmaq üçün. Bu mövzu haqda çox geniş danışmaq mümkündür. Geyim məhz
insanı özündən başqa birinə çevirə biləcək vasitədir insanlar arasında. Bəzən
cəmiyyət arasında heç bir nüfuz sahibi ola bilməyən insanıda dəyişdirə bilər.
Geyim əsrlər boyu dəyişikliyə məruz qalıb. Bəzən bu dəyişiklik məcburi olurdu.
Yüksək nüfuzlu şəxslərin geyimləri əvvəllər daha ciddi forma da idi. Lakin artıq
nəzər salsaq görərik ki, daha sadə, rahat idman üslubundadır. Kapitalizm dövrünün
şüarı olan “qoyun geyinsinlər” özünü göstərirdi. Modanın inkşafı artıq bütünlüklə
bürümüşdü hər yeri.
49
Üst təbəqədən sayılan insanlar həmişə hamıdan bir addım öndə olmaq
istəyirdilər.Bu fikir modada özün daha çox göstərirdi. Geyindikləri geyim artıq sadə
insanlar arasında qatı formada həmin fərdin hansı təbəqəyə aid olduğunu göstərirdi.
Buna misal olaraq (şəkil 3.1).
Şəkil 3.1. Üst təbəqənin geyimi
50
Şəkildə əks olunan rəsm əsəri sadəcə eskizdi. Lakin çox dəbdəbəli formada
çəkilən bu eskiz artıq üst təbəqə üçün nəzərdə tutulmuş geyimdir.
Bəzi geyimlərə nəzər yetirsək görərik ki,geyim yalnız gözəl parçadan deyil
onun üzərində olan əl əməyinində böyük rolu vardır. Qədim zamanlarda belə
xanımlar daha gözəl və özəl görünmək üçün geyimlərində muncuqlar ilə naxışlar
tikirdilər. İndiki zamanda da yüksək qiymətləndirilən bu cür geyimlər butiklərdə
xüsusi şəxslər tərəfində tikilir.
Bəzən bir anda dəb olan geyimlər məhz bu cür butiklərdə hazırlanan geyimlər
sayəsində olur. Bu cür geyimlər yalnız moda sərgiləri üçün nəzərdə tutulmur. Özəl
günlərdə, ziyafətlərdə geyinilən modellər olur.
Moda hər an dəyişir keçmişlə indiki zamanın dəbini özündə birləşdirə bilir.
Modanın marketinqi bəzən dəblə geyinməyən insanı yeni formaya salmağı təmin
edəcəyinə zəmanət verir. Moda hərtərəfli inkişafdadır. Bu özünü günümüzdə aktual
əsas sahə hesab olunan elektron mediada da göstərir.
Ən əsas moda daşıyıcısı əlbətdəki qadındır. Bu gün ən ideal qadın çalışan öz iş
sahəsinə quran qadındır. Artıq evdar qadın düşüncəsi demək olar ki, şüurdan kənar
qalır. Müasir qadın tək işinə görə deyil geyiminə görə də cəmiyyətdə öz sözünü
deməyi bacarır.
Moda yalnız yenilər ilə kifayətlənmir. Bəzən retro və vintage tərzlərini özündə
birləşdirməyi bacarır. Retro (geri qayıdış) stili ilə bəzən günün ən dəbli forma
strukturunu özündə birləşdirə bilir. Bu artıq yeni imza deməkdir. Nəinki retro hətta
vintage (keçmişə dair) tərzinidə tamamiylə fərqli formaya salmagı bacarır. Bu cür
dəyişiklik keçmiş dəbin yeni ilə stilizə olunması deməkdir. Moda nümayişləri
keçirilən zaman insanları özünə cəlb edən ən çoz məhz bu cür geyimlər olur. Çünki
insanların göz yorucu deyil daha fərqli və tarixi məna kəsb edən geyimləri izləmək
istədikləri açıq aşkardır. Qiymətli daş-qaşlarla bəzədilən bu cür geyimlər hətta satışa
belə çıxarılır. Modelyerin bu cür geyimlərə verdiyi əziyyət, əl əməyi əlbətdəki
əvəzedilməzdir. Bəzən isə bu cür geyimlər yalnız vitrin üçün nəzərdə tutulur ki,
satışını modelyer qadağan qoyur. Vitrində yerləşdirilən qiymətli geyim həmin
51
butikin artıq reklamı deməkdir. Modelyer cəmiyyətə,ətrafdan keçən insanlara
statusunu məhz bu cür çatdırır.
Modanın cazibəsi yalnız podiumlarda deyil gündəlik həyatda da insanlara əks
olunur. Küçə tərzi geyimlərinə bəzən gundəlik geyimdə deyilir. Bu tərz əsasən
rahatlıq, sərbəstlik xüsusən də sadəliyə üstünlük verir. Yaşadığımız bu dövrdə
insanlar tamam sərbəst geyinirlər. Nəzərdə tutulan sərbəstlik stil baximnandır.
Çünki qanuni olaraq heçkimin tərzinə qadağa qoyulmayıb. Müasir modanın ən özəl
səbəblərindəndir. Bu tərz şəhərli insanlar tərəfindən yaradılmış stildir. Bu geyim
stili qisa ömürlü olur. Səbəb isə tez- tez dəyişikliyə məruz qalmasıdır. Hər bir stilin
özünə aid dəyişiklik səbəbləri və yayılma xüsusiyyətləri vardır. Küçə tərzi hər bir
dövrdə olmuşdur. Və bəzən yüksək təbəqələri insanlardan bu stildən istifadə
etmişlər. Başlıca səbəb isə cəmiyyət arasında tanınmaz halda görünmək idi. Lakin
bu o demək deyil ki, onlar həmişə məhz bu səbəbdəb bu tərzdə geynirdilər.
Rahatlıqları və bəzən də istifadə etdikləri stildən bezdikləri üçün. Yolverilməz
hərərkət hesab olunmur onların bu cür geyimi tərcih etməkləri. Keçmiş zamanlarda
isə sadə cəmiyyətin arasına daxil olmaq üçün küçə tərzində geyinirdilər yüksək
təbəqəli insanlar.
İdman stili bəzən insanlar tərəfindən küçə stili ilə sintez olunur. Bu həm
rahatlığı təmin edir həm də görüntücə fərqlilik yaradır (şəkil 3.2.). Təqdim olunan
şəkildə idman kolleksiyası əks olunmuşdur. Hətta idman geyimlərinində podiumda
cəmiyyətə təqdimat gecələri olur. İdman üslublu geyim küçə tərzi ilə bəzi cəhətlərdə
biri birilərinə yaxındırlar. Burada insanın hərəkət edən zaman rahatlığı düşünülmüş
və geyim forması sərbəstliyi ilə seçilir. Həmçinin bu geyimdə bədən quruluşunun
forması, qaməti, nəzərə çarpdırılır. Bu geyimdə konstruktik kəsimlərdə fərqli olur.
İstifadə olunan qol biçimləri isə bunlardır: sadə qol, reqlan qol və ya fərqli
quraşdırılmış. İdman üslublu geyim müxtəlif formalarda olur. İdman geyimləri
demək olmaz ki, tamamiylə sadədir. Burada da digər üslublarda olduğu kimi fərqli
biçimlər və dekorativ cizgilərdən də istifadə olunur. Bu dekorativ cizgi bəzən həmin
idman növünü fərqli göstərən loqoda ola bilər. Parça seçimi isə standart olmur.
52
Bəzən strec (yəni elastik) bəzən isə pambıq parça olur. Bu geyimlərdə üst ciblər,
kəmərlər, koketkalar,monjetlər və müxtəlif bükmələrdəndə istifadə olunur.
Şəkil 3.2. İdman üslublu geyim kolleksiyası
İdman geyimlərində istifadə olunan əsas aksesuarlar yalnız ayaq geyimi və
baş örtüyüdür. Sadə, rahat və geyimdə uyğunluq yaratması önəmli şərtlərdən biridir.
İdman geyimləri haqqında geniş danışmaq mümkündür. Moda sanki dənizdir.
Baxdıqca baxılır və bəzən sakit bəzən dalğalı olur. Bu o deməkdir ki, bəzən moda
sadəliyi ilə bəzən isə tamam coşqulu yeni formalarla üzə çıxır. Modanın hər zaman
sistemli şəkildə olmur. Çünki insanlar artıq indiki dövrdə özləri öz stillərini yarada
bilirlər. Bu zaman artıq dəblə deyil özünəməxsusluğu olur hər bir fərdin.
53
3.2. Geyimin layihələndirilməsi və bədii sistem növləri
Geyimin layihələndirilməsi deyildiyi zaman ilk ağıla onun sistem şəkilinə
salınması gəlir. Və bədii sistemə modellərin yerləşdirilməsi. Bu səbəbdən qruplara
ayirmaq olar:
1.Monosistem (bədii sistem)
2.Komplekt
3.Ansambl
4.Ailə
5.Kolleksiya
Monosistem əsasən tikiş sahəsində texnoloji proseslərin ixtisaslaşması
prosesindən irəli gəlir. Bura aid olan hər hansı bir sahə üçün nəzərdə tutaln
kostyumun tərkibinə aid olan müəyyən fərqli məlumatların istehsalı aiddir.
Avtonom bədii sistemində isə yalnız bir istiqamətdə istehsal oluna bilər məmulat
(məsələn, yalnız uşaq formaları, yalnız qadın üst geyimləri). Burada modelyerin
üzərinə düşən öhdəlik çeşidli geyim eskizləri verməkdir.
Komplekt bədii sistemi geyimin layihələndirilməsində geniş sahə təşkil edir.
Komplekt latın sözü olub “tam” deməkdir. Hər hansı bir geyim dəstini tamamlayan
və onunla bütövlük təşkil edən digər əşyadır. Bu zaman komplekt formaya salınır
yəni tamamlanır. Misal olaraq qış komplektinə aid edilən bilən geyim və aksesuarlar
bunlardır: jilet, palto, ətək, şalvar, baş geyimi yəni papaq, kəmər, əlcək, çanta və b.
Bəzi müəssisələr var ki onlar yalnız komplekt hissələri istehsal edirlər.
Komplekt hissələrin istehsalında ən çox nəzərə işdəki uyğunluğu nəzərə
çarpır.Hissələr arasında əlaqə yaratmaq üçün bəzən hər hansı bir xətt, rəng və yaxud
bəzəkdən istifadə olunur.
Ansambl geyim layihəsində demək olar ən mürəkkəb pillədir. Ansambl sözu
fransızcadan tərcümədə “birlikdə” deməkdir. Hər hansı bir geyimdə ansambl
ideyaya uyğun olaraq əşyaların toplusudur. Ansamblda geyimlər bir – birilərinə tabe
olunmuş formada olurlar. Ansamblda hər hansı bir dəyişiklik etmək yəni nə isə
əlavə etmək və ya ansambldan çıxarmaq olmaz. Əsasən ansamblda baş rolda geyim
54
olur. Lakin bu vəzyət həmişə bu cür olmur. Məsələn geyimdə ansamblın mərkəzi
bəzək əşyası, çanta da ola bilər. Hər şeydən öncə ansamblda uyğunluq əlaqəsi
olmalıdır. Ansambl bədii sistemində ilk öncə modelyer – rəssamın zövqü ,
yaradıcılığı geyimdə özünü tamlıqla biruzə verir.
Ailə bədii sistemində modelyer – rəssam ailə modeli formasına uyğun
kompozisiyanın konstruktiv həllini tapır. Bu istiqamətdə də işləyir. Burada yalnız
modelləşmə əsas götürülmür. Fikir verilən digər məqamlar isə onun həcmi,
keyfiyyəti və məhsuldarlığı olur. Sifarişçi modelyerin ona təqdim etdiklərinə
baxaraq qiymətləndirmə edir. Fikir verilən əsas məqamlar isə bunlardır: modelin
hazırlanmasında maddi və əmək sərfi, kütləvi istehsalda rolu.
Kolleksiya bədii sistemi isə modelyer – rəssamın yaratdığı yeni bir ideyaların
uzunluğu, inkişafı və əlaqəsi ilə yaradılıb ortaya çıxarılır. Kolleksiya sözü latın
dilindən tərcümə edilib mənası isə “toplu” deməkdir. Burada fərqli lakin həmcins
əşyaların toplusudur. Kolleksiyada ən çox fikir verilən əlamətlər bunlardır: rəng
uyğunluğu, quruluş, forma və kostryksiyada tip və obraz vəhdəti.
Kolleksiyanı geyimdə daha aydın göstərmək üçün öz kolleksiyamdan bəhs
etmək istərdim. Kolleksiyanın adı “Kontrast” dır. İlk öncə təqdimata hazırlanan
kolleksiyanın reklamı yəni afişası hazırlanmalıdır (şəkil 3.2.).
Bu kolleksiyanın digərlərindən fərqli göstərən verilən fərqli eskizdi. Yəni bu
cür izah etmək olar ki, bərbəzəklik və geyimlərdə istifadə olunan bəzi dekorativ
bəzəklər artıq sıradan çıxmağa başlamışdır. Düşünülmüş forma və kəsimlər
düşünürəm ki, bu kolleksiyanı özünəuyğunluğunu tamlıqla göstərir. Dövrün
tələblərinə və podium üçün maraq kəsb edən bu kolleksiya artıq fərqliliyin
gündəmdə olduğunun baris nümunəsidir. Hər bir kolleksiya kimi “Kontrast” adı ilə
də fərqlənir.
Bu kolleksiyanın digərlərindən fərqli göstərən verilən fərqli eskizdi. Yəni bu
cür izah etmək olar ki, bərbəzəklik və geyimlərdə istifadə olunan bəzi dekorativ
bəzəklər artıq sıradan çıxmağa başlamışdır. Düşünülmüş forma və kəsimlər
düşünürəm ki, bu kolleksiyanı özünəuyğunluğunu tamlıqla göstərir. Dövrün
tələblərinə və podium üçün maraq kəsb edən bu kolleksiya artıq fərqliliyin
55
gündəmdə olduğunun baris nümunəsidir. Hər bir kolleksiya kimi “Kontrast” adı ilə
də fərqlənir.
Şəkil 3.2. “Kontrast” adlı kolleksiyanın afişası
56
Bu kolleksiyanın işlənməsində diqqət yetirilən bəzi amillər vardır. Hər bir
kolleksiya olduğu kimi burada da mövzunun əyani işlənməsinə diqqət yetirilib.
Model formalarınında işlənməsində yeniliklərdən istifadə olunmuşdur. Üslub
aydınlığıda mövzu çərçivəsində modellərin işlənməsi ilə nəzərə çatdırılıb.
Kolleksiyada əlbətdəki modellərin kompozisiyası qurulub və uyğunluğuna diqqət
edilib. Süjet xəttinin olmağıda kolleksiyanın başlıca əlamətlərindəndir. Buna bəzən
model kolleksiyasının ssenarisidə deyilir. Nümayişdə ssenari və rejissor işi. Təbbi
ki, burada modelyer – ressam aid olan bütün məlumatları nəzərə çatdırır.
Kolleksiyanın afişası ondan ötəridir ki, hər hansı bir təqdimatda cəmiyyətin
öncədən baxış haqqında fikirin formalaşmasıdır. Hər bir kolleksiyada maximum üç
geyim təqdim olunmalıdır. Yuxarıda qeyd etdiyim kimi burada da rəng çalarları ,
kəsimlər , parçanın materialı bir – birinə aid olmalıdır. Bu kolleksiya dörd geyimdən
ibarətdir. İsifadə olunan rəng sayı üçdür. Kostyumların rəng seçimində əsas üç
tondan; ağ, qara, qırmızı rəngdən istifadə etmişəm.
Ümumiyyətlə, kostyumlar xüsusi geyim biçimində, bağlı və qeyri-adi geyim
karakteri daşıyır. Əgər modellərə diqqətlə fikir versək görərik ki, geyimin bütün
hissələri bizə sanki hər hansı bir naxışın böyüdülmüş həndəsi fiqurları xatırladır.
Belə ki, qol, ətək və baş hissələr silindir və yarımdairə, bel və kürək nahiyyələr
əsasən sadə düz kəsimli, sinə hissələri üçbucağı,ayaqlar isə uzun şlef, qələm ətək və
bir daha silindiri yada salır.
Öndə qeyd etdiyim kimi, geyimlərim qeyri – adi karakter daşıyır. Və material
seçimində də daha çox strec və göz yormayan parçalardan istifadə etmişəm. Daha
dəqiq desək kənardan nə qədər ciddi və ağır üslubu xatırlatsa da, mənim üçün bir o
qədər sadə və yüngüldür.
Modellərin hər biri haqqında lakonik məlumat vermək mümkündür. Lakin
nəzərə alsaq görərik ki, kolleksiyanın dörd modeli tamamiylə biri – birindən
fərqlidir. Onlar aşağıda qeyd olunub:
1. İlk olaraq birinci modelim ümumi ritmi tutaraq qara, ağ, qırmızı rənglərin
şüurlu surətdə qarışığıdır. Belə ki, bu modeldə qabarıqlığı çiyindəki yarimdairəvi
57
iki rəngli və iki fərqli qol, daha sonra yupkanın üzərində yerləşən üç rəngdən ibarət
stilizə olunmuş naxış formalı element yaradır. İlk modelimdə diqqəti cəlb edən
ümumilikdə rənglərin bir – birilərini sərbəstliklə davam etdirib tamamlamasıdır.
Ümumiyyətlə, bütün geyimlərdə diqqətin bədənin hər iki hissəsində (yuxarı
və aşağı) toplandığı nəzərə alsaq görərik ki, bu model də istisna deyil. Belə ki,
modelin qabarıqlığı onun çiyin hissəsindən başlayır. İlk öncə deyə bilərəmki
çiyindəki yarım silindirik forma geyimə daxilinnən keçən nazik plastik materialla
bəndlənmişdir.Bütün modelə ağ parça daha da fərqli görünüş verir. Qara parça isə
bütün geyimi əhatə edir. Qırmızı parça isə geyimi celbedici, gözoxşayan, fərqli
göstərir.
Bütün bunlardan əlavə olaraq geyimin ayaq hissəsini qara parçadan
hazırlanmış botik tamamlayır. Çətin və mürəkkəb lekalla hazırlanmasına
baxmayaraq geyimin insanda yaratdığı ilk təəssürat naxışların sərbəst rəqsidir.
Onu da qeyd edim ki, dizə kimi olan corab ayaqqabının üzərindən geyinilib. Belə
olduqda modelin görünüşü daha da bütöv və maraqlı baxılır.
2. Digər modelim də eyni ilə ilk modelim kimi yarimdairəvi formadan və
digər elementlərdən ibarətdir. Belə ki, geyim digər modelimdə olduğu kimi üç
rəngdən ibarətdir. Yalnız bir fərqi var oda ki, ağ parçanın üzərindəki qara
nöqtələrdir. Buda geyimi digərlərindən fərqli göstərir.
Bu geyimdə özünə məxsus kəsimləri və lekalı var. Geyimin biçimi birinci
modeldən fərqli olaraq yuxarı hissəsində sərt kəsimlər və qolun qeyri tərzdə tikilişi
nəzərə çarpır. Qolu dahada fərqli edən yalnız bir tərəf üçün nəzərdə tutulan üç
rəngdən, üç parçadan və hər birinin kənari qara kantla tikilən halqavari
formalardır. Geyim ətəkdən və koftadan ibarətdir. Ətək hissəyə keçdikdə isə onu
deyə bilərim ki, ən əsası ətəyin qeyri-adi tərzi modelin ümümi görünüşünə özünə
məxsus fərqlilik qatır. Ümumi görünüşə baxdiqda sadə kəsimli ətəyi mürəkkəb edən
üzərində bel hissəyə tikilən yarimdairəvi formaya oxşar element tamamlayır.
Yuxarı hissəni tamamlayan bu detal heç bir geyimimdə istifadə olunmamış qeyri
- adi elementdir.
58
Ayaq hissəni isə dörd dairəvi formalı yalnız qara rəngdən ibarət element
əlavə etmişəm. Ümumi görünüşü tamamlayan sonuncu aksessuarım isə
ayaqqabıdır. Sadə heç bir detaldan istifadə olunmamış ayaqqabı bu geyimə özünə
məxsus sadəlik verir.
3. Bu modelim digər geyimlərdən demək olar ki, tam fərqlənir. Onu ilk öncə
dəyişik edən geyimin ətək hissəsinin tam bağlı olmasıdır. Görünüşün yuxarı
hissəsinə baxdıqda isə digər geyimlərlə eyni kolleksiyaya aid olduğunu görə
bilərik. Digər modellərdə olduğu kimi burada da əsas rəng kimi qara seçilib.
Qırmızı və ağ parçaynan alınan formalar isə geyimdə sanki naxışların hərəkətdə
olmasını simvolizə edir.
Geyimin kəsimi sadə platyanin lekalıynan kəsilib və tikilib. Ətək hissənin
dairəvi qalması üçün alt hissəyə xüsusi elastik materialdan hazırlanmış astar
tikilib. Buda ətəkdə olan elementlərin tam görünüşü və daha aydın baxışı üçün
nəzərdə tutulub.
Modelin çiyin nahiyəsi üçkünc yaxalı və ətrafi qirmizi parçaynan haşiyə
olunub. Qol kimi isə yarimdairəvi iki üzlü forma geyimin yaxa hissəsinə
birləşdirilmişdir. Ətək hissədə olan qeyri – adi naxış demək olar ki, geyimin aksent
hissəsidir. Bu geyim sadə olduğu kimi həmdə qeyri – adi, göz yormayan, insanı ilk
baxışdan cəlbedən, kolleksiyanı tamamlayan üçüncü geyimdir. Ayaqqabı seçimi
isə tam sadə heçbir detal işlədilmədən istifadə olunacağ.
4. Sonuncu geyimim ətəkdən və koftadan ibarətdir. Digər modellərimdə
olduğu kimi burada da, üç rəng parçadan istifadə olunmuşdur. Fərq isə ikinci
geyimimdə olduğu kimi ağ parçada olan qara xətlərdədir. Bu parça geyimdə ətəyin
yan hissəsində koftanın isə yalnız ön hissəsində istifadə olunub. Ətək sadə
kəsimli olub orta hissəsi ağ və qara parça ilə maraqlı forma almışdır. Uzunluğu isə
dizin altına kimidir. Qələm forması verilib ətəyə. Kofta sadə düz kəsimli olub yalnız
bir detalla qabarıqlığı özündə cəmləmişdir. Bu forma digər modellərdə olduğu kimi
yarımdairəvidir. Geyimdə varatnik həm də qol rolunu oynayır. Qırmızı rəng bu
geyimdə də öz aksentliyi ilə seçilir. Varatnikin şaxlığı üçün içərisindən xüsusi
elastik material keçirilib. Bu da ona daha şax qalması üçün və maraqli forma
59
almasına imkan yaradıb. Və məhz bu detal geyimin aksenti sayılır. Geyimdə
istifadə olunan iri formalar fikrimcə ümumi görünüşə heçbir xərər gətirməz.
Ayaqqabı seçimi sadə seçilib və geyimin tamamlanması üçün bir aksesuardır.(şəkil
3.3.)
60
Şəkil 3.3. “Kontrast” adlı kolleksiya
Bu kolleksiya podium üçün nəzərdə tutulmuş və dəbli kolleksiyaya aiddir.
Kolleksiyaları mövsümlərə görə ayırmaq lazımdır. Lakin bir şeyi qeyd etmək
lazımdır ki, podium geyimlərində mövsümi seçim yoxdur.
3.3. Azərbaycan modası və bu sahədəki nailiyyətəri
Azərbaycan artıq XX əsrdə milli geyimləri öz plan yerini dəyişərək avropa
geyimləri ilə əvəzlənir. Başlıca səbəb isə avropa geyimlərini funksional və daha
rahat olmağı ilə cavablandırılır. Artıq Azərbaucanda da moda milliyi qorumaqla
inkişaf etməyə başlayır. Yəni bu o deməkdir ki artıq Moda topluca inkişaf edir.
Bizim modanı artıq dünyada tanıdan cavan modelyerlərimiz var. Ümumiyyətcə
sovet birliyi dağıldıqdan sora moda demək olar ki standartlardan kənara çıxmağa
başladı. Modelyerlə və dizaynerlər artıq bu dövrlərdən inkişafa başlayır. Artıq
demək olar ki, yeni yaranmasına baxmayaraq kolleksiyalar yaradılmağa başlamışdır.
1990 – ci ildən başlayaraq yüksək moda və kütləvi moda üzrə işlərə başlayan
modelyerlərimiz var idi. Onlardan G.Xəlilova, F.Xələfova, L.Əhmədova və
R.Sərdarov gənc modelyerlərimiz adların çəkmək olar. Həmin dövrün ən müasir və
dəbli geyim kolleksiyaları hazırlanırdı.Fəxriyyə Xələfova əsasən geyim
kolleksiyalarında milli geyim ilə müasir geyimləri sintez edirdi. Başqa cür desək
milli geyimin stilizə formasını geyimlərində əks etdirirdi. Bundan əlavə o həmin
kolleksiyaları ilə moda müsabiqələrinə qatılmış və mükafatlara layiq görülmüşdür.
Briliant qaşlarla bəzədilmiş qayçını modelyer Moskvada “Etno – Erato”
müsabiqəsində almışdır. 2006 – ci ildə isə xanım modelyer məhz “misilsiz dəb –
dəbə” kolleksiyası ilə bir çox müsabiqələrdə iştirak etdi. Tiflisdə, Astanada və digər
ölkələrdə öz kolleksiyaları ilə müsabiqələr qatılmış və qalib olmuşdur. Onun iştirak
etdiyi ölkələrdə əsas məqsədi milli geyimlərimizi, ornamentlərimizi digər ölkələrə
tanıtmaq idi. Geyimlərin çox bir hissəsi demək olar kəsimlərində belə milli
geyimlərdən götürülmüş komponentlər var. Geyimlərin bir çoxunda əl əməyindəndə
61
istifadə olunub. Əsas ornamentləri zərli saplarla, muncuqlar və qaşlarla bəzədilirdi.
Hətta model xanımların istfadə etdikləri aksesuarlar belə əsrlərin nümunəsi olan
bəzək əşyalarına bənzədilirdi. Ondan əlavə ayaq geyimlərinə də xüsusi diqqət
yetirirdi gənc modelyer. Onun iştirak etdiyi ölkələrdə ən çox verilən sual isə belə
olurdu: niyə axi siz həmişə milli motivli geyimlərinizlə yarışmalara qatılırsız?
Cavabda isə o bu cür söyləyir. Mən Azərbaycanlıyam bizim hər birimiz
vətənpərvərik. Bu cavab bir çox mətbuat işçisinin başlığına çevrildi. Əsasən milli
ruhlu kolleksiyaları ilə məhşurdur (şəkil 3.4.).
Şəkil 3.4. Fəxriyyə Xələfova (modelyer)
62
Şəkil 3.6. Gülnarə Xəlilova (modelyer)
Azərbaycanı xarici ölkələrdə tanıdan modelyerimizdən digəri isə Gülnarə
Xəlilovadır (şəkil 3.6.). Xanim modelyer Gülnarə Xəlilova İstanbulun məşhur
modelyeri olan Yıldırım Maykurun 50 illik yaradıcılıq fəaliyyətinin özəl olaraq
dəvət olunmuş yeganə modelyerimizdir. Gülnarə Xəlilova modelyer olmaqdan əlavə
sənətşünaslıq elmi üzrə fəlsəfə doktoru adınada layiq görülüb. 2006 – ci ildə o ilk
dəfə olaraq Azərbaycan da Milli Geyim Gününün qeyd olunması haqqında fikir irəli
sürüb. Azərbaycan da kənar bir çox xarici ölkələrə öz kolleksiyaları ilə qatılmışdır.
Digər modelyerimizdən fərqli olaraq o milliyin gündəlik həyatımızada qarışmasının
tərəfdarıdır. Modelyerin işləri hal – hazırda bəzi xarici ölkələrdə nümayiş
olunmaqdadır.
Qeyd etmək lazımdır ki Azərbaycana gələn xarici modelyerlərində sayi az
deildir. Yerli modelyerimizin üçün müsbət hesab olunur bu cür görüşlərin
keçirilməsi. Bu cür modelyerlərdən biri məşhur italyan dizayneri Renato
Balestrandır. Heydər Əliyev Mərkəzində keçirilən moda sərgisi artıq demək olar ki
bir çox ölkələrdə duyuldu. Əlaqələrin genişlənməsi üçün bu cür modelyerlərin
63
ölkəmizə gəlməsi müsbət hesab olunur. Hətta Türkiyənin dünyaca məşhur
modelyerləri məhz Azərbaycan modası ilə bağlı müsbət fikirlər söyəmişlər.
Artıq nəinki tanınmış modelyerlər hətta yeni – yeni bu sənətə gələn
modelyerlərimizdə özlərini bir çox moda müsabiqələrində sınayırlar. Moda sərgiləri
artıq geniş yayılırdı.Buna misal olaraq mənimdə iştirak etdiyim və qalib olduğum
2014 moda festivalı haqqında məlumat vermək istərdim.
13 aprel 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında
Gənclər Fondunun maliyyə dəstəyi ilə “Bakı Moda Festivalı” layihəsinin moda
nümayişi keçirilmişdir. Açılışda çıxış edən layihə təşkilatçıları Azərbaycan Gənclər
Fonduna maliyyə dəstəyi göstərdiyinə görə təşəkkürünü bildirib, festivalın
Azərbaycanın moda tarixinə töhfə olduğunu, bu cür moda festivalının gələn il
beynəlxalq miqyasda keçiriləcəyini söyləyibər. Münsiflər heyətində olan
professional modelyerlər, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Geyim
dizaynı” kafedrasının müəllimləri Sevil Əliyeva, Azər Əliyev, Sveta Cəfərova,
Fidan Süleymanova və model Kəmalə Quliyeva da iştirakçılara uğurlar arzu
etmişlər.
Bakı Moda Festivalında 15 nəfər gənc modelyer-rəssamın kolleksiyalarının
eskiz hallarından ibarət geyim nümayişi təşkil edilib. Tədbirin sonunda münsiflər
heyəti tərəfindən 3 nəfər modelyer (İbrahimova İlahə) və model xüsusi mükafata və
diploma layiq görülüblər (şəkil 3.7, 3.8). Əlavə həm modelyer, həm də modellər
arasından 5 nəfər isə moda agentlikləri və kinostudiyalar ilə müqavilə əsasında
işləməyə cəlb olunublar. Qeyd edək ki, festivalda iştirak edən hər bir modelyer və
model sertifikatla, modelyerlər və modellər arasından professional münsiflər heyəti
tərəfindən seçilən ilk üç yerin qalibləri isə diplomla təltif olunublar.
Moda nümayişi xüsusi hazırlanmış səhnədə, hər bir modelyerin minimum 3
geyimdən ibarət bir neçə kolleksiyasının təqdimatı ilə baş tutub. Ümumilikdə, layihə
65 nəfər iştirakçını əhatə edib.
Tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbə-müəllim
heyəti, incəsənət və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Tədbirdə
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbə-müəllim heyəti, incəsənət və
64
ictimaiyyət nümayəndələri iştirak etmişlər. Orada çəkilən bəzi fotoları və təqdim
olunan diplom aşağıda yerləşdirilmişdir. Layihənin məqsədi Azərbaycan
İncəsənətinin, Geyim dizaynının və eləcə də, moda sahəsində olan rəssamları və
modelyerləri tapıb üzə çıxarmaq və onları proffesional modeleyerlərlə əlaqələrinin
yaradılması və möhkəmləndirilməsidir.
Şəkil 3.7. Bakı 2014 Moda Festivalı (modelyer: İbrahimova İlahə)
65
Şəkil 3.8. Modelyer İbrahimova İlahə Diplom
3.4 Müasir dövrdə moda dəyərlərinin nizamlanma mexanizmi
Moda da standart fikirlər və obyektlər uzun müddət öz qanunauyğunluğunu
qoruyub saxlaya bilir. Bəzən eksponat kimi saxlanılan bəzi geyimlər belə bir
müddət sonra dəyişiklik olunaraq geri qaytarılır. Lakin bəzən dəyişiklik tamlıqla
olmurdu. Bəzi geyimlər var ki, modanın dəyişməsinə baxmayaraq öz formalarını
qoruyub saxlayırlar. Ola bilər ki, dəyişilik olunsun yalnız tam da formasını ümumi
görünüşünü dəyişmirdi.
Uossan “yeni məhsulda yeni nədir?” məqaləsini 13 variantda təqdim etdi.
Marketinq üzrə mütəxəsis məmulatın bazar satışında öndə omasının altı xassənin
aşgarladı.
1. Satılan məhsulun qiyməti aşağıdırsa
66
2. Yeni istifadə üsulu rahatlığı təmin edən
3. Güvənilirsə , yüksək məhsuldarlıq
4. Şəraitində asılı olmayaraq əlverişli istifadə edilməsi
5. Statusun imkanları
6. Nəzərdə tutlan əlverişlilik
7. Mürəkkəb üsullardan istifadə
8. Yeni alətlər ,yeni üsullar
9. Xeyr sözünü anlamaq
10. Yüksək qiymət
Üç yeni xassənin bazar inkişafına göstərdiyi təsir. Mədəni iqlimdən asılılığı.
11. Yeni vizual görüntünün qəbul edilməsi
12. Yeni təklif olunan xidmətlər
13. Artıq yeni bazar
14-cü mümkün olmayan xassəni–məmulatın yeni konstruksiyasını bilə-bilə
nəzərdən keçirərək onu neytral hesab etmişdir, yəni istehlakçı üçün heç bir
əhəmiyyətinin olmadığını qeyd etmişdir.
Göstərilən təsnifat marketinqin nəzəriyyəsi və təcrübəsində geniş rəğbətlə
qəbul edilmişdir. Bəzi seçilən xassələr, əslində bir-birinə uyğun gəlir və ya təkrar
edilir (məsələn, 7-ci və 8-ci), digərləri çox güman ki, məmulatların özünə aiddir
(məsələn, 13-cü), lakin bütünlükdə o, öz şübhəsiz dolğunluğuna görə maraq
oyadır. «Yeniliyin» digər təsnifatı da vardır.
Tədqiqatçı Q.N.Lyubimova yeniliyi dörd dərəcəyə bölür:
1. yeni məmulatlar–yeni təlabatın formalaşdırılması;
2. yeni məmulatlar – təlabatın yeni üsulda ödənilməsinin təşəkkül
tapması;
3. yeniləşdirilmiş məmulatlar – təlabatın ödənilmə üsulunun dəyişməsi;
4. yeniləşdirilmiş məmulatlar – təlabatın ödənilmə üsulunun
təkmilləşdirilməsi:
Qərb ölkələrinin marketinq üzrə ixtisasçıları arasında, malların yeniliyinə dair
aparılan çoxsaylı disskusiyalar nəticəsində, marketinq lüğətindən yeni terminin
67
çıxarılması və onun hər hansı digəri ilə əvəz edilməsi tək lifləri irəli sürülmüşdür.
Çox gümanki, yeniliyin müəyyən edilməsi üçün hansısa məmulatın bütünlükdə
yaradılma şəraiti, işlənməsi və istehlakının müəyyən edilməsi tələb olunur. Hər
halda, yeniliyin müxtəlif görünüşləri şübhə oyadır, ümumiyyətlə yeniliyin dərəcəsi
vardır. Yəni standart və obyektlərin kütləvi tanınmasının və qəbul edilməsinin sürəti
və miqyası tamamilə müxtəlifdir və bununla belə yeniliyin istehlakçı tərəfindən
qəbul edilən bəzi spesifik xassələrindən asılıdır. Bu xassələrin idrakı, müvafiq
sahədə əsaslandırılmış proqramların tərtib edilməsinə imkan verə bilər. Yeni –
xassələrin sayından asılı olaraq onların yayılma tezliyi və miqyası ilə bağlı
innovasiyaların qəbulu və yayılmasına dair aşağıdakılar qəbul edilmişdir:
1. nisbi iqtisadi və social üstünlüklər;
2. fəaliyyətdə olan dəyərlərlə istehlakçıların əvvəlki təcrübəsinin
uyğunlaşdırılması;
3. yeniliyin (və ya onun dərəcəsinin) çətin dərk edilməsi;
4. «bölünməsi» (yeniliyin məhdud miqyasda sınaqdan keçirilməsinin
mümkünlüyü);
5. «kommunikativliyi» (yəni yeniliyin digər istehlakçılar tərəfindən
qiymətləndirilməsi üçün ötürülməsinə kömək edən və ya buna mane olan faktor).
Sosial iqtisadi və mədəni həyatın müxtəlif sahələrində bəzən elə modalı
innovasiyalara rast gəlmək olur ki, onlar hər hansı müntəzəmlikdən və daimilikdən
təmamilə mərhum olub, birdən– birə öz təsiri ilə insanların geniş kütləsini əhatə
edir, eyni zamanda qəbul edilməsi və nə üçün yayılması bəlli olmur. Hələlik hər
hansı fərd və ya bir qrup adam öz qəribəlik hisslərinə qapılsa, bunu heç cürə modalı
hesab etmək olmaz. Lakin bu təzahür tez bir zamanda çox sayda fərdlər və qruplar
arasında yayılarsa və kütləviləşərsə, onda bu «modalı bum» (süni canlanma) social
faktora çevrilə bilər. Onun mahiyyəti, modalı standartın qısa bir vaxt ərzində
maksimal social məkanı əhatə edərək kütləvi ruh yüksəlişinə, bəzən isə eyni
zamanda çaşqınlığa səbəb olmasındadır. Lakin modalı bumun nəticəsi əksər hallarda
yalnız dağıdıcı olmayıb, həm də yaradıcı əhəmiyyətə malik olur. Bum malların
yaradılmasını və ya artımını dərinləşdirə və ya onu qıt etməklə bəzilərində narazılıq,
68
digərlərində isə qənaətbəxşlik yarada bilər. Bu halda qıtlığın artması onu
bölüşdürənlər üçün sərfəlidir, istehlakçılar üçün isə əksinə. İndi isə modalı
innovasiyalara yenidən qayıdaq. Onların görünüşü modanın ən çox ehtimal edilən
təzahürüdür. Lakin bunlar nə üçün əmələ gəlir? İnsanları vaxtaşırı, heç bir zərurəti
olmayan gündəlik həyata hansısa yeniliyin daxil edilməsi üçün təslim edənnədir?
Modalı innovasiya onun köhnəlməsi kimi dəyərlər ilə onların işarə vasitələri
arasında olan etirazın təsiridir.
Qeyd edilən etiraz, modanın strukturunun işarə vasitələrinin dəyişməsi tələbini
ehtiyac bilərək funksionallıq əmələgətirir. Buradan da, o əvvəlki standart və
obyektlərə nisbətən, bu və ya digər «yeni» modalı işarə tələbinin axtarışına və
seçilməsinə ehtiyac olduğunu irəli sürür. İşarə vasitələri (standart və obyektlər) ilə
moda dəyərinin işarələnməsi arasında baş verən iki cəhətdən kəskinləşir.
69
NƏTİCƏ VƏ TƏKLİFLƏR
Moda mənim seçdiyim sənət və gələcəyimi qurduğum həyati maraqdır və
sənətimdir. Geyim artıq insanların həyatının bir hissəsini deyil demək olar ki
bütövünü təşkil edir. Modanın dərinliyə getdiyində hiss etmək olar ki moda yalnız
yüksək təbəqənin insanları üçün yaradılmışdır. Yalnız indiki zamanda moda bahalı
geyimdə aksesuarda deyil zövqlə geyinməkdədir. Geyimin tarixi bizi lap qədimlərə
aparsada unutmamaq lazımdır ki geyim tarixi bir zamanlar qapanmaq üçün
hazırlanırdı. Moda istiqamətini seçən insanlar nəzərə almalıdırlar bu yol həm
qabiliyyət həm zövq həm də imkan tələb edir. Hazırda təşkil olunan moda gecələri
çox dəbdəbəli saraylarda keçirilir və özəl insanlar tərəfindən qarşılanır.
XXI əsrin modasında Azərbaycan modelyerləri artıq əsrlər boyu özlərini
göstərməyə çalışırdılar. Bu fürsət onlar üçün inanılmaz idi. Moda gecələrinə ,
beynəlxalq müsabiqələrə dəvət edilən modelyerlərimiz yüksək qiymətləndirilir.
İştirak edən modelyerlərin işini moda biliciləri tərəfindən qiymətləndirilir. Hətta heç
bir iş , sənət təcrübəsi olmaya gənc modelyerlərdə özlərini bu istiqamətdə sınamaq
imkanlarına malikdirlər. Bəli mən sıradan ailənin övladı olaraq bu cür müsabiqədə
özümü sınadım öz gücümə inadığım üçün qalib oldum.
Azərbaycan da təşkil olunan moda həftələrinə nəinki yerli hətta xarici
modelyerlərdə dəvət olunur. Həmçinin qardaş ölkə Türkiyənin tanınmış
modelyerləri də paytaxtımızda nümayiş olunan geyimlərə baxmaq və bəzi
məsləhətlər vermək üçün Azərbaycana təşriv buyururlar. Hətta italyan dizayner
Renato Balestran öz geyim kolleksiyasının təqdimatını məhz Bakıda həyata keçirtdi.
Heydər Əliyev Mərkəzində keçirilən moda gecəsi demək olar ki, Azərbaycan üçün
unudulmaz bir tarixi hadisəyə çevrildi.
Azərbaycan geyimləri milliliyini qorumaqla yanaşı Avropa geyimlərinidə öz
cəmiyyəti arasında yayılmağa imkan yaratmışdır. Əvvəllər də yayılan Avropa
geyimləri indiki zamandan fərqli olaraq dolayı yolnan gəlib çatırdı xalqın arasına.
Xarici ölkələrdə olduğu kimi artıq Azərbaycanda da butiklər açılırdı və gündən günə
70
inkişaf edirdi. Bu cür butiklər də həm tikişlə məşğul olan qadınlar həm də əl işini
özü toxuyan maşınlar yerləşdirilib.
Azərbaycan hətta moda qanunvericiləri sayılan Fransa , İtaliya və Böyük
Britaniya kimi xarici ölkələrlə müqavilələr imzalamışdır. Bu proses ilk dəfə 2007 –
ci ildə Bakıda təşkil edilən “ Moda Və Aksessuar” adlı sərgidən sonra baş
tutmuşdur. Bu cür müqavilələrin imzalanması Azərbaycan iqtisadiyyatının
artımınada təsir etmişdir. Nəinki iqtisadi yöndə ümumiyyətlə Azərbaycanın
dünyada tanınması üçün şərait yaranmışdır. Modelyerlərimizdə öz növbələrində
xalqımızı tanıtmaq üçün geyimlərində milli ornamentlərdən və milli koloritlərdən
istifadə edirdilər. Bu cür geyimlərdə olan millilik xarici ölkələrdə yüksək
qiymətləndirilir zövqlə baxılırdı. Artıq Azərbaycan modası illər öncəyə baxdıqda
daha da məşhurlaşıb və bu yolda mövqeyini daha da gücləndirərək qoruyub
saxlayır.
71
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SIYAHISI
1. Məmmədova L.H., Dadaşova A.S. Azərbaycanda moda və Yüngül
Sənayenin birgə inkişaf yolları. Qərb Universitetinin “Elmi Xəbərlər” jurnalının
No1, 2015, Bakı
2. R.Əfəndiyеv Geyim tarixi Azərbaycan nəşriyyatı , 1997
3. B.S.Paşayev, L.H.Məmmədova Moda və Kostyum Tarixi
4. R.Əfəndiyеv, S.S.Dünyamalıyeva. Azərbaycan geyimləri
Аzərbаycаn Nəşriyyаtı, 1997
5. Paşayev B.S. Parça və geyimin layihələndirilməsi, Azərbaycan Bakı,
təhsil 2013
6. S.M.Cəfərova, Z.İ.Xəlilova,Qadın geyimlərinin konstruksiya edilməsinin
əsasları Bakı – 2011
7. Dünyamalıyeva S.S. Dünya xalqları və milli geyimlərin dekorativ
xüsusiyyətləri Bakı, Elm 2013
8. Hüseynov V.N. Toxuculuq materiallarının texnologiyası Bakı “Təhsil”
2004
9. Nuriyev M.N., Rəcəbov İ.S. Materialşünaslıq Bakı İqtisad Universiteti
nəşriyyatı
10. Горина Г.С. Народные традиции в моделировании одежды Москва
Легпромиздат, 1994.
11. Агамалиева Е.Ч. Формировании современного костюма. Баку 2006.
12. Саламатова С.М. Конструирование одежды 1981г
13. Мамедова Л.Г., Агамалиева Е.Ч. Стильный образ единое
гармоничное целое, Баку 2004.
14. Мамедова Л.Г. Цветовая гармония в создании костюма. Баку 2004.
72
İbrahimova İlahə Nihad qızı
“Moda dəyərinin strukturunun tədqiqi” mövzusunda magistr dissertasiyasına
XÜLASƏ
Azərbaycan qədim zamanlardan incəsənət sahəsində daima irəliləyişdə olub.
İpək parçaların istehsalı xarici ölkələrə ixracıda Azərbaycanın istehsal sahəsində
inkişaf etdiyinə misaldır. Modanın Azərbaycanda gənc istedadlar tərəfindən inkişaf
olunduğu açıq – aydın bilinir. Moda haqqında elmi – nəzəri təhlil aşağıda qeyd
olunan üç fəslin araşdırmaları zamanı ortaya çıxmışdır.Fəsillər haqqında məlumat
burada qeyd olunub:
Geyim XIX – XX əsrdə dünya sferasında böyük iz qoymuşdur. I
Fəsildə təkcə Avropa modasının deyil , Azərbaycan modasının da adı çəkilmişdir .
Xəz paltolar haqqında qeyd olunub və təsviri göstərilib.
“Modanın Strukturu və Tədqiqi” adlı başlıq II Fəsildə yerləşdirilib. Burada
Avropa geyimlərinin tarixdə buraxdığı izlər və cəmiyyətin modaya olan
münasibətindən bəhs olunur. Rokoko dövrü haqqında geniş məlumat verilmişdir.
III Fəsildə Bakıda keçirilən moda müsabiqələrinin təşkili barəsində ətraflı
məlumat verilmişdir. Xarici modelyerlərin geyim kolleksiyaları və Azərbaycan da
olan moda həftələri haqqında söylədikləri dəyərli fikirləri.
Nəticə və təkliflər bölümündə Azərbaycan geyimlərinin milliliyini qorumağı.
Avropa geyimlərinin Azərbaycan xalqı üçün gündəlik geyim tərzi olması haqqında
təkliflər irəli sürülür.
РЕЗЮМЕ
73
С древних времен в Азербайджане проявлялось постоянное продвижения
в области искусства. Производство шелковых тканей экпортированные в
зарубежные страны служит показателем развития производства в этой
области. В Азербайджане много молодых талантов, которые занимаются
продвижением моды. В ходе теоретического анализа моды было выявлено три
заголовка:
Одежда XIX - XX века оставила большой след в мире. В первом теме
показана мода не только Европы, но и Азербайджана. Здесь также отмечены и
изображены меховые пальто.
"Структура и исследование моды" так называется второй заголовок.
Здесь повествуется о Европейской одежде, оставившая следы в истории и
отношения общества к моде. Подробная информация о периоде рококо.
Раздел III - Подробная информация об организации конкурсов моды в
Баку. Ценные мысли о коллекции одежды и моды зарубежных модельеров,
мнение о недели моды Азербайджана.
В разделе выводы и предложения представлено сохранение
национальных особенностей одежды Азербайджана. Выдвинуты предложения
о том, чтобы Европейский стиль сделать повседневной одеждой для
Азербайджанского.
SUMMARY
74
Azerbaijan has developed in the field of art since the ancient times. The
production of silk fabrics and their export to different counties are the example to its
development. It is clearly seen that fashion has been developed by the young talents.
Scientific and theoretical analysis about fashion has appeared during the
researches of below marked 3 chapters.
Clothes took main part in the world in XIX – XX centuries. Not only Europe
fashion but also. Azerbaijan fashion was emphasized in the I chapter. Fur coats were
named and described there.
The structure and research “of Fashion” was settled in the II chapter. It is
about the history of Europe clothes and the attitude of the society to fashion. A lot of
information was given about Rococo times.
In the third chapter it is spoken about the organization of fashion contents in
Baku. Besides that the III chapter is about fashion designers’ cloth collection and
what is said about fashion weeks which were held in Azerbaijan by designers.
In the result and suggestion chapter the thoughts about the keeping the
mentality of Azerbaijan clothes and suggestion of Europe clothes accepted as a daily
clothing style in Azerbaijan are proposed.
75
Top Related