XI-XX Əsr Azərbaycan Pedoqoqları · Bakıxanov Abbasqulu Ağa (Qüdsi) - (1794-1847). Həyat və...

44
1 Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Elmi Pedoqoji Kitabxanası XI-XX Əsr Azərbaycan Pedoqoqları Bakı-2015

Transcript of XI-XX Əsr Azərbaycan Pedoqoqları · Bakıxanov Abbasqulu Ağa (Qüdsi) - (1794-1847). Həyat və...

1

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Respublika Elmi Pedoqoji Kitabxanası

XI-XX Əsr

Azərbaycan Pedoqoqları

Bakı-2015

2

3

Müəllif: Şahmuradova Tükəzban Dəmir qızı

Redaktor: Cəfərzadə Pərvin Arif qızı

Tərtibçi-müəllifin rəsmi razılığı olmadan metodik vəsaitin və ya onun hər hansı bir hissəsinin təkrar çapı, yayılması, elektron və ya mexaniki üsulla surətinin çıxarılması qadağandır.

Müəllif hüquqları

4

XI- XX əsr

Azərbaycan pedaqoqları

Bəhmənyar ibn Mərzban(Əbülhəsən) –(933-1066 ) İbn Sinanın şagirdi və davamçısı olmuşdur. Dini fəlsəfi əsərlərin müəllifidir. Əsərlərində azad, kamil insan tərbiyəsi ideyasını irəli sürmüşdür. Əsərləri:

“Təhsil kitabı”-1971-ci ildə Tehranda fars dilində çap edilib.

“Məntiqə dair zinət kitabı” “Metafizika elminin mövzusuna dair traktat”-1851-ci

ildə Leypsiqdə ərəb və alman, 1911-ci ildə Qahirədə ərəb dilində çap olunmuşdur.

“Gözəllik və səadət kitabı” “Musiqi kitabı”

Qətran Təbrizi (Əbu Mənsur) - (1012-1088 ci il) Həyat və yaradıcılığı: Gəncədə Şəddadilərin sarayında şöhrət tapmışdır. “Ət- təfasir” adlı fars dilinin izahlı lüğətini tərtib etmişdir. Əsərləri: “Qövsnamə”-( Atalar sözü, zərb məsəllər) “Ət-təfasir”- (izahlı lüğət) Xətib Təbrizi (Yəhya Əli oğlu) - (1030-1109). Həyat və yaradıcılığı: Suriyada təhsil almışdır. 1067-ci ildə Bağdadda Nizamiyyə universitetində müəllimlik etmişdir. Bir çox elm sahəsinə dair elmi tədqiqatları ilə şöhrət tapmışdır. Əsas fəaliyyət sahəsi ədəbiyyatşünaslıq olmuşdur.

5

Əbül- üla Gəncəvi (Mahmud Nizaməddin) - (1096-1159) Həyat və yaradıcılığı: XII əsrdə yaşayıb yaratmışdır. 44 yaşında Şirvanşahlar sarayına gəlmişdir. Sarayda “məlik üş-şüəra” adını qazanmışdır. Azərbaycan ədəbiyyatında ictimai-fəlsəfi şerin ilk nümunələrini yaratmışdır. Əsərləri: “Nizaminin müasirləri” kitabında, 1940-cı il. Əcəmi Əbubəkr oğlu Naxçıvani (1120). Həyat və yaradıcılığı: Orta əsr Azərbaycan memarlığının görkəmli nümayəndəsi. Naxçıvan memarlıq məktəbinin banisi. “Şeyxül-ül-mühəndisin” ləqəbinidaşımışdır.Əcəminin yaradıcılığı Naxçıvanla bağlıdır. Əsərləri:

İlk əsəri Yusif ibn Küseyir türbəsidir.-(1162-ci il) . Mömünə xatun türbəsi.-(1186 –ci il) Marağada Göy Günbəz.- (1196-cı il), Gülüstan türbəsi və s.

Xaqani Şirvani (Əfzələddin İbrahim ibn əli Nəccar Şirvani) - (1126-1199). Həyat və yaradıcılığı. Fars dilində yazmışdır. İlk təhsilini həkim olan əmisindən almışdır. “Həqayiqi” təxəllüsü ilə yazdığı şerlər ona şöhrət gətirmişdir. Ə.Gəncəvinin dəvəti ilə saraya gəlmişdir. Xaqani təxəllüsü ilə şerlər yazmışdır. Şerlərində bədxahlıq, haqsızlıq kimi mənfi xüsusiyyətləri tənqid etmişdir. I Axstaqin əmri ilə həbs edilmişdir. Əsərləri İranda, Hindistanda nəşr edilmişdir. Əsərləri:

“Töhvət ül-İraqeyn”.-(1157-ci il) “Həbsiyyə” (qəsidələr, mərsiyələr) “Qəsideyi- şiniyyə” “Mədain xərabələri”

6

Nizami Gəncəvi (İlyas Yusif oğlu) (1141- 1209 ) Həyat və yaradıcılığı – Sənətkar ailəsində anadan olmuş, təhsilini Gəncə mədrəsələrində almışdır. Yaradıcılığına lirik şerlərlə başlamışdır. Qəzəl və qəsidələr müəllifi kimi şöhrət tapmışdır. Dünya ədəbiyyatı tarixinə məsnəvi formasında “Xəmsə” ilə daxil olmuşdur. Nizamiyə görə insanın həyatını istiqamətləndirən zəka biliklərlə zənginləşməlidir. N.Gəncə-vinin pedaqoji fikirlərində mənəvi-əxlaqi tərbiyə məsələləri mühüm yer tutur. “Xəmsə” əvəzsiz pedaqoji mənbədir. “Xəmsə”də insanın zehni, mənəvi, əmək və fiziki tərbiyə məsələləri öz dolğun əksini tapmışdır. M.S.Ordubadinin “Qılınc və qələm” əsəri Nizamiyə həsr olunmuşdur. M.Hüseynin “Nizami” pyesi, F.Əmirovun “Nizaminin xatirəsinə” simfoniyası , “Nizami” baleti də N.Gəncəviyə həsr olunmuşdur. Əsərləri:

“Xəmsə”, “Sirlər xəzinəsi”- (1177-ci il). “Xosrov və Şirin” - (1180-ci il). “Leyli və Məcnun” - (1188-ci il) “Yeddi gözəl” - (1197-ci il) “İsgəndərnamə” - (1203- cü il)

Tusi Nəsrəddin Məhəmməd İbn Həsən -(1201-1274). Həyat və yaradıcılığı: İlk təhsilini Tus şəhərində almışdır. Marağa rəsədxanası onun rəhbərliyi ilə təsis edilmişdir. Əsərləri:

“Zic Elxani” - riyazi cədvəl 1652-ci ildə Londonda çap edilmişdir.

“Təhriri-Öqlidis”- həndəsənin inkişafına təkan vermişdir. 1594-cü ildə ərəb və latın dillərində nəşr olunmuşdur.

7

“Şəklül-qita”- müstəvi sferik triqonometriyadan bəhs edir. 1891-ci ildə İstanbulda ərəb və fransız dillərində nəşr olunmuşdur.

“Təzkireyi-Nəsriyyə” – Ptolomeyin geosentrik sistemi daxilində planetlərin hərəkət nəzəriyyəsinə və onun təshihinə aiddir:

“Ədəb-ül mütəllimin”- şagirdlərin davranışı haqqında əsərdir.

“Təhrir əl-Məcəsti” -planetlərin hərəkət nəzəriyyə-sinə həsr olunub.

“Əxlaqi-Nasir” - tərbiyə , əxlaq, pedaqogikaya aiddir. 1236-cı ildə yazılmışdır.

“Ədəbül-Mütəllimin”- şagirdlərin davranışı haqqında əsərdir.

Digər elm sahələrinə dair də bir çox əsərləri mövcuddur. Əsərləri Türkiyə, İran, Hindistan, Misir kitabxanalarında saxlanılır. Əl-Bakuvi Əbdürrəşid Saleh İbn-Nuri (1360-1430) Həyat və yaradıcılığı: XIV əsrin ikinci yarısında yaşamışdır. Azərbaycan coğrafiyaşünası, tarixçi. Qahirədə vəfat etmişdir. Əsərlərində Azərbaycanın təbiəti, faydalı qazıntıları, tarixi abidələri, etnoqrafiyası, iqtisadiyyatı və s. haqqında məlumat vermişdir. Əsərləri:

“Abidələr”in xülasəsi və qüdrətli hökmdarın möcuzələri” –(1403-cü il) 1789-cu ildə fransız şərqşünası De Gin “Abidələr”in xülasəsi və qüdrətli hökmdarın möcüzələri” əsərini fransız dilinə çevirmiş və Parisdə çap etdirmişdir.

8

Nəsimi (Seyid Əli) – (1369-1417) Həyat və yaradıcılığı: İlk təhsilini Şamaxıda almışdır. Hürufiliyin banisi Nəiminin şagirdi olmuşdur. Lirik şairdir. Ana dilində yaranan fəlsəfi qəzəlin banisidir. Əsərləri rus, ingilis, fransız, ərəb, fars dillərində çap edilmişdir. Əsərləri:

Seçilmiş əsərləri – (1962-ci il) Seçilmiş əsərləri –(1973- cü il) “Məndə sığar iki

cahan”- (1973-cü il). Rübailər. Türk, ingilis, fransız dillərində çap olunub. Xətai Şah İsmayıl (1487-1524) Həyat və yaradıcılığı: Səfəvilər dövlətinin banisi olmuşdur. 1501-ci ildə Təbrizdə özünü şah elan etdi. ” Xətai” təxəllüsü ilə yazıb yaratmışdır. Əsərləri Yaxın Şərqin bir sıra ölkələrində yayılmışdır. Azəbaycan, fars və ərəb dillərində yazmışdır. Əsərləri:

“Dəhnamə” “Nəsihətnamə”

Füzuli (Məhəmməd Süleyman oğlu) - (1498-1556) Həyat və yaradıcılığı. Azərbaycan şairi, mütəfəkkiri. Kərbəla şəhərində anadan olmuşdur. İlk təhsilini Kərbəlada almışdır. Məntiq, tibb, nücum, riyazi və humanitar elmləri, xüsusən də dini-fəlsəfi cərəyanları yaxından öyrənmişdir. Uzun müddət müəllimlik etmişdir. Əsərlərində ailə tərbiyəsini geniş işıqlandırmışdır. Əsərləri:

“Leyli və Məcnun (1537) “Yeddi cam” “Səhhət və Mərəz”

9

Qövsi Təbrizi (Əlican İsmayıl oğlu ) - (1568-1640) Həyat və yaradıcılığı: Təbriz şəhərində anadan olmuşdur. XVll əsr Azərbaycan şairi İsfahanda təhsil almışdır. Ədəbi irsindən divanının 2 nüsxəsi məlumdur. I nüsxə Britaniyada II nüsxə Gürcüstan dövlət muzeyində saxlanılır. Çoxlu qəzəllər məsnəvilər müəllifidir. Bir çox şairlərə, xüsusilə, Füzuliyə nəzirələr yazmışdır. Saib Təbrizi (Mirzə Məhəmmədəli Əbdürrəhim oğlu) - (1601-1676) Həyat və yaradıcılığı: Təbriz şəhərində anadan olmuşdur. 6 il Hindistanda yaşamış, Şah Cahanın saray şairi olmuşdur . 1975-ci ildə özbək şairi H. Süleymanov Hindistan Lakxnau kitabxanasında şairin əlyazmalarını aşkar etmişdir. Əsərləri: “ Qəndəharnamə” “Mahmud və Ayaz” “Səfineyi- Saib” Vidadi Molla Vəli - (1707-1809). Həyat və yaradıcılığı: Qazax r-nun I Şıxlı kəndində anadan olmuşdur. Poylu kəndində təhsil alıb, bu kənddə mirzəlik və məktəbdarlıq etmişdir. M.P.Vaqifin müəllimi olmuşdur. Əsərləri: “Müsibətnamə” “Belə qalmaz” “Dəli könül gəl əylənmə qürbətdə” “Xəstə düşdüm, gələn yoxdur üstümə” və s. Vaqif Molla Pənah - (1717- 1797) Həyat və yaradıcılığı: Qazax r-nun Salahlı kəndində anadan olmuşdur. Azərbaycan şairi, dövlət xadimi , mədrəsədə təhsil almış, fars və ərəb dillərini öyrənmişdir. Memarlıq və

10

astranomiya ilə məşğul olmuşdur. 1769-cu ildə Qarabağ xanının vəziri olmuşdur. Qəzəl, müxəmməs, müstəzad və s. formalarda əsərlər yazmışdır. 1797-ci ildə Ağa Məhəmməd Şah Qacarın qoşunu Şuşanı tutarkən Vaqifi ölümə məhkum etmişdir. Əsərləri: “Açıqbaşda əgər olsa bir dilbər” “Bir zaman havada qanad saxlayın” “Kür qırağının əcəb seyrəngahı var” “Bayram oldu , heç bilmirəm neyləyim” “Bax” qəzəli. Şerlərinin bir qismi ilk dəfə M.Y. Nersesovun tərtib etdiyi “ Məcmueyi-divani-Vaqif və digər müasirin” kitabında toplanmışdır. Zakir Qasım bəy (Qasım bəy Əlibəy oğlu Cavanşir) - 1784-1856) Həyat və yaradıcılığı: Şuşada anadan olmuşdur. Mollaxanada təhsil almış, ərəb və fars dillərini, həmçinin klassik Şərq ədəbiyyatını öyrənmişdir. Tənqidi realizmin nümayəndəsidir. Lirik şerlər, satiralar, mənzum hekayələr müəllifidir. Əsərləri: “Ağlaram”, “Öyrənib”, “Gözlərin”, “Həyasız dərviş”, “Əxlaqsız qazi”, “Tülkü və şir”, “ Tülkü və qurd”, “ İlan, dəvə, tısbağa”, “ Tısbağa, qarğa, kəsəyən,ahu” və s. Vazeh Mirzə Şəfi (Şəfi Sadıq oğlu) – (1794-1852) Həyat və yaradıcılığı: Gəncədə anadan olmuşdur. Azərbaycan şairi, mütəfəkkir, maarifçi. İlk təhsilini mədrəsədə almışdır. 1840-cı ildə Tiflisə köçmüş, qəza məktəbində azərbaycan və fars dillərində dərs demişdir.

11

1848-ci ildə Gəncəyə qayıtmış, qəza məktəbində müəllimlik etmişdir. Əsərlərini azərbaycan və fars dillərində yazmışdır. Şerləri Avropada şöhrət tapmışdır. Şerlərində gözəllik, dünya nemətləri tərənnüm olunur. Vazehin maarif sahəsində də mühüm xidməti olmuşdur. 1852-ci il Azərbaycan dilində “Kitabi- türki” adlanan dərs vəsaiti tərtib etmişdir. Əsərləri: Nəğmələr - (1926-cı il) Lirika - ( 1961-ci il). Bakıxanov Abbasqulu Ağa (Qüdsi) - (1794-1847). Həyat və yaradıcılığı: Bakıda anadan olmuşdur. Azərbaycan alimi, şair, maarifpərvər. Bakı xanı II Mirzə Məhəmmədin (1784-1791) oğludur. Bakıxanovun “Gülüstani-İrəm” (1841) əsəri Azərbaycan tarixşünaslığının inkişafinda böyük rol oynamışdır. Onun dini, fəlsəfi, əxlaqi baxışları “Riyaz ül-qüds”, “Kitabi- nəsajeh”, “Eynəl-mizan” və s. əsərlərində şərh olunmuşdur. Bakıxanov astronomiya, coğrafiya ilə məşğul olmuş, “Ümumi coğrafiya” adlı əsər də yazmışdır. “Təhzibül-əxlaq”, “Nəsihətnamə” Bakıxanovun pedaqogika və psixologiyaya aid elmi və nəzəri məsələləri əhatə edən fəlsəfi əsərdir. Bakıxanov XlX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindəndir. Əsərləri: “Tiflis “ müxəmməsi “Tülkü və qurd” “Ərzi - əhval “Firəng məclisi” “ Xəyalın uçuşu” “Qanuni - Qüdsi” və s.

12

Kazım bəy Mirzə Məhəmməd Əli Hacı Qasım oğlu – (1802-1870). Həyat və yaradıcılığı: Cənubi Azərbaycanın Rəşt şəhərində anadan olmuşdur. Azərbaycan şərqşünası, maarifçi, rus şərqşünaslıq elminin banisi. 1825-26-cı illərdə Omsk Asiya məktəbində Şərq dillərindən dərs demişdir. 1826-ci ildə Kazan universitetində Şərq dillərindən dərs demişdir. 1828-ci il adyunkt-professor, 1831-ci il ekstraordinar-professor, 1836-cı il ordinar- professor, 1845-ci il ərəb-fars dilləri kafedrasının müdiri işləmişdir. 1849- 55-ci illər Peterburq xüsusi pansion və məktəblərinin inspektoru işləmişdir. Ərəb əlifbasının dəyişdirilməsi məsələsində M.F.Axundovla həmfikir olmuşdur. Axundov Mirzə Fətəli (Səbuhi) – (1812- 1878). Həyat və yaradıcılığı: Nuxa (Şəki) şəhərində anadan olmuşdur. Azərbaycan yazıçısı və dramaturqu. “Səbuhi” təxəllüsü ilə şerlər yazmışdır. Komediyalar müəllifi kimi məşhurdur. Axundovun fəaliyyətində yeni əlifba uğrunda mübarizə mühüm yer tutur. O bir neçə yeni əlifba müəllifidir. Əsərləri: “Puşkinin ölümünə Şərq poeması” (1837-ci il) “Hekayəti-Molla İbrahimxəlil kimyagər” (1850-ci il) ”Sərgüzəşti-vəziri xani-Lənkəran” (1850-ci il) “Hekayəti-xırs quldurbasan” ( 1851-ci il) “Sərgüzəşti mərdi-xəsis” (1852-ci il) “Aldanmış kəvakib” (1857-ci il) və s. Şirvani Seyid Əzim - (1835-1888).

13

Həyat və yaradıcılığı: Şamaxıda anadan olmuşdur. 1869-1870-ci illərdə Şamaxıda yeni üsulla (Üsuli cədid) məktəb açmışdır. 1877 - ildə ”Uşaqların baharı” adlı dərslik tərtib etmişdir. Azərbaycan və fars dillərində yazmışdır. S.Ə.Şirvani lirik və satirik Azərbaycan şerini zənginləşdirmişdir. Satirik şerlərində xalqın qanını içən mülkədar və bəyləri, çar məmurlarını ifşa etmişdir. Şerlərində maarif və mədəniyyəti təbliğ edirdi. Əsərləri: “Müctəhidin təhsildən qayıtması” “Köpəyə ehsan” “Padşah və əkinçi” “Allaha rüşvət” və s. Sabir Mirzə Ələkbər - (1862-1911). Həyat və yaradıcılığı: Şamaxıda anadan olmuşdur. İlk təhsilini mollaxanada almış , sonra isə S.Ə. Şirvaninin üsuli - cədid məktəbində təhsil almışdır. 1908-ci ildə Sabir müəllimlik hüququ alıb, Şamaxıda “Ümid” məktəbini açır. ”Beynəlmiləl” şeri (1905) onu xalqlar dostluğunun tərənnümçüsü kimi tanıtmışdır. Onun yaradıcılığında məktəbə, məktəbə gedən uşaqa, elmə, təhsilə köhnəpərəst münasibətin tənqidi mühüm yer tuturdu. Sabir Azərbaycan ədəbiyyatında tənqidi realizmin qüdrətli nümayəndəsi , Azərbaycan satirik poeziyasına inqilabi mahiyyət verən novator şairdir. Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur. “Əsərləri: “Hophopnamə” “Bakı fəhlələrinə” “Fəhlə özünü ...”

14

“Əkinçi” "Ağlaşma” “Dilənçi” “Uşaqlar” “ Uçitellər” “Müəllimlər syezdi” Əfəndiyev Rəşidbəy İsmayıl oğlu (1863-1942) Həyat və yaradıcılığı: Şəki şəhərində anadan olmuşdur. XIX əsrin 80-ci illərində Qori müəllimlər seminariyasinda təhsil almışdır. 10 il Qutqaşendə, 16 il Qori seminariyasında müəllimlik etmişdir. Əsərləri: “Uşaq bağçası” adlı əlifba kitabı, “Bəsirətül-ətfal” adlı qiraət kitabı Azərbaycanda şöhrət qazanmış kitablardandır. Rəşid bəy elmi, maarifi, məktəbi təbliğ edən bir sıra mənzumələr yazmış, rus klassiklərindən dərs kitablarına münasib parçalar seçib tərcümə etmişdir. “ Rüstəm və Söhrab” əhvalatını, Şillerin “Cam” adlı mənzumunu tərcümə etmişdir. Məmmədquluzadə Cəlil (Molla Nəsrəddin) - (1869-1932). Həyat və yaradıcılığı: Naxçıvan şəhərində anadan olmuşdur. İlk təhsilini mollaxanada , sonra isə üçsinifli Naxçıvan şəhər məktəbində almışdır. 1887-ci ildə Qori müəllimlər seminariyasını bitirmiş, kənddə müəllimlik etmişdir. 1904-cü ildə “Şərqi-Rus” qəzetinin müvəqqəti redaktoru olmuşdur. 1908-ci ildə Şamaxıda yeni üsulda “Ümid” məktəbini” açmışdır.1889-cu ildə dramaturgiya fəaliyyətinə “Çay dəstgahı” əsəri ilə başlamışdır. Əsərləri: “Danabaş kəndinin əhvalatları – (1894-cü il)

15

“Poçt qutusu” – (1906-cı il) “Qurbanəli bəy” –(1907-ci il) “Ölülər “ –(1909-cu il) və s. Nemanzadə Ömər Faiq (1872-1937) Həyat və yaradıcılığı: Ahıska qəzasının Azqur kəndində anadan olmuşdur. İlk təhsilini kənd camesində almışdır.1882-ci ildə “Fateh” məktəbində təhsilini davam etdirmişdir. 1894-cü ildə Şəkidə ilk üsuli-cədid məktəbində dərs demişdir. 1900-cü ildə Şamaxıda milli məktəbdə müəllimlik etmişdir. 1906-cı ildə ilk dəfə nəşr olunan “Molla Nəsrəddin” jurnalının təsisində böyük rolu olmuşdur. 1920-ci ildə Gəncədə Kənd Təsərrüfatı Texnikumunun direktoru olmuşdur. 1921-ci ildə “Zəhmətkeşlərin gözü” jurnalının redaktoru olmuşdur. 1924-ci ildə Az.SSR Xalq maarifi komitəsində işləmişdir. O dövrdə dərsliklərin hazırlanması və çap edilməsində böyük rolu olmuşdur. 1937-ci ildə Stalin repressiyasının qurbanı olmuşdur. Əfəndizadə Muxtar İsmayil oğlu(1880-1975) Həyat və yaradıcılığı: Ağdaş rayonunun Şəmsabad kəndində anadan olmuşdur. Uzun müddət Azərbaycanın müxtəlif mədrəsələrində təhsil almışdır. 1904-1905-ci illərdə Qubada “Üsuli-cədid “ məktəbi açmışdır. 1906-cı ildə maarifçilik fəaliyyətini davam etdirmək üçün Ağdaşa qayıtmışdır. XX əsrin əvvəllərində Ağdaşda qiraətxana yaratmış, Misirdən ,Hindistan və İrandan, İstanbuldan, Orenburqdan

16

Kazandan, Rusiyadan qəzet və məcmuələr gətirmişdir. 1923-cü ildə kitabların sayına görə Ağdaş qiraətxanası Bakıdan sonra ikinci yeri tuturdu. 1906-1907-ci illərdə oğlan uşaqları üçün “Darülirfan” məktəbləri açmış, “Yaşlılar üçün kurs” açmışdır. 1908-1909-cu illərdə bölgələrdə “Kimsəsiz uşaqlar evi” açmışdır. 1909-cu ildə “Səadət” qız məktəbini açmış, məktəbin fəaliyyəti 1920-ci ilədək davam etmişdir. 1944-cü ildən Azərbaycan Dövlət Universitetində dərs demişdir. Seyidov Əhməd Yusif oğlu (1892-1977) Həyat və yaradıcılığı: Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. 1911-1917-ci illərdə Qori seminariyasında təhsil almışdır. 1920-ci ildə Qazax qəzası üzrə məktəb inspektoru işləmişdir 1921-1925-ci illərdə məktəb direktoru işləmişdir. 1925-1926- cı illərdə Lənkəran maarif şöbəsinin müdiri işləmişdir. 1930-cu ildə ADU-nu bitirdikdən sonra orada fəaliyyətə başlamışdır Elmi dərəcələri: 1939-cu il - elmlər namizədi alimlik dərəcəsi almışdır. 1947-ci il - ilk pedaqoji elmlər doktoru olmuşdur. 1948-ci il - professor adına layiq görülmüşdür. Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunub. “ Azərbaycan SSR əməkdar elm xadimi” fəxri adına layiq görülüb. Əsərləri: “Türk əlifbası” dərsliyi (1929-cu il) “Azərbaycanda pedaqoji fikrin inkişafı tarixindən”- kitab (1958-ci il)

17

“Pedaqogika tarixi”- vəsait (1959-cu il) “Pedaqoqika tarixi” - vəsait (1960 –cı il) Bayraməlibəyova-Məlik-Yeqanova Məryəm Teymur bəy qızı (1898-1967) Həyat və yaradıcılığı: Lənkəran şəhərində anadan olmuşdur. Atası Teymur bəy zamanının görkəmli maarifpərvəri olmuşdur. 1913-cü ildə “Müqəddəs Nina” qız məktəbinə daxil olmuşdur. 1917-ci ildə “Müqəddəs Nina” məktəbini qızıl medalla bitirmişdir. 1917-ci ildə təhsil almaq üçün Moskvaya getmişdir. 1918-ci ildə Lənkərana qayıdaraq qızlar üçün məktəb açmışdır. 1921-ci ildə birinci Azərbaycan təcrübə-nümunə məktəbinə türk qrupunun rəhbəri təyin olunmuşdur. 1925-ci ilin yanvarın 12-də Moskvada keçirilən müəllimlərin I qurultayında çıxış edən ilk şərq qadını olmuşdur. 1937-ci ildə Qazaxstana sürgün olunmuşdur. 1948-ci ildə azad edilmişdir. 1956-cı ilə kimi Daşkəsəndə yaşamışdır. “Şərq qadını”, “Maarif işçisi”, “Yeni məktəb” jurnalında təlim - tərbiyə məsələlərinə aid məqalələrlə çıxış etmişdir. Böyük rus yazıçısı L.N.Tolstoyun hekayələrini azərbaycan dilinə çevirərək “Məktəb” jurnalında çap etdirmiş, bir çox Azərbaycan şair və yazıçılarının əsərlərini də rus dilinə tərcümə etmişdir. Mehdizadə Mehdi Məmməd oğlu (1903-1984)

18

Həyat və yaradıcılığı: Cəbrayıl qəzasının Daşkəsən kəndində anadan olmuşdur. 1919 - cu ildə - Daşkəsən kənd məktəbini bitirmişdir. 1924 - cü ildə - Azərbaycan Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakultəsinə daxil olub. 1926 - cı ildə institutu bitirmişdir. 1927- ci ildə Cəbrayıl qəza Xalq Maarif Şöbəsi yanında metodika şöbəsinin rəhbəri olmuşdur. 1930 - Azərbaycan Xalq Maarif Komissarlığının İctimai Tərbiyə Baş İdarəsinin elmi katibi və Xalq komissarının I müavini Ayna Sultanovanın köməkçisi vəzifəsində çalışmışdır. 1934-1937-ci illərdə Azərbaycan Pedaqoji institutunun pedaqogika kafedrasının müdiri olmuşdur. 1957- ci ildə professor adını almışdır. 1967-ci ildə akademik adına layiq görülmüşdür və SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Uzun illər Azərbaycan SSR Maarif Nazirliyinə rəhbərlik etmişdir. 1982-ci ildə Azərbaycan SSR-in “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. 1984-cü ildə vəfat etmişdir. Əsərləri : “Pedaqogika” dərsliyi.(1941-1942-ci illər) “Məktəb quruculuğu sahəsində nailiyyətlərimiz” kitabı. (1957-ci il) “Pedaqogika” dərsliyi.( 1958-ci il) “Azərbaycan sovet məktəbinin tarixinə dair xülasələr” (1958-ci il) “SSRİ xalqlarının məktəb və pedaqoji fikir tarixinin oçerkləri”. (1979-1980-cı illər) “Azərbaycanda xalq maarifinin inkişafı”. (1980-il)

19

“Ümumtəhsil məktəblərində təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi yolları. (1982-ci il) M.Mehdizadənin pedaqoji fəaliyyəti haqqında. Ağayev Ə.- “Xalq maarifinə həsr edilmiş ömür” Babayev Q. - “ Bu kitabları oxuyun” Əliyev M. - “Müəllim-alim” Əliyeva Z.- “ Mənalı ömür” Əfəndivev Q - “ Alim müəllimlərə kömək edir.” Cavadlı C. - “ Müəllimlərə gözəl töhvə” Muradxanov Mərdan Əsədulla oğlu ( 1909-1979). Həyat və yaradıcılığı: Salyan rayonunda anadan olmuşdur. 1927-ci ildə Bakı Pedaqoji texnikumunu bitirmişdir. 1932-ci ildə - Azərbaycan Pedaqoji İnstitutunu bitirmişdir. 1939-cu ildə Leninqrad Pedaqoji İnstitutunun aspiranturasını bitirmişdir. 1946-1952-ci illərdə Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində işləmişdir. 1960-cı ildə Azərbaycan Pedaqoji İnstitutunda ibtidai təhsil pedaqogikası və metodikası kafedrasına rəhbərlik etmişdir. 1961-ci ildə - Professor adını almışdır. Əsərləri: “Məktəblilərin əxlaq tərbiyəsinin prinsipcə üsulları” . “Məktəbdə şüurlu intizam tərbiyəsi” . “Ailədə uşaqların əmək tərbiyəsi” . “Ailə və məktəb tərbiyəsi” . “Pedaqogika “ dərs vəsaiti. “Terminoloji lüğət” . “A.S.Makarenkonun pedaqoji irsi və ondan Azərbaycanda istifadə edilməsi təcrübələri”-monoqrafiya.

20

Abdullayev Ağamməd Səməd oğlu (1908-1976). Həyat və yaradıcılığı: Bakıda anadan olmuşdur. 1926-cı ildə Bakı Pedaqoji Texnikumunu bitirmişdir. 1930-cu ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirmişdir. 1931-1939-cu illərdə Az. KP MK nəzdindəki kommunist ali məktəbində kafedra müdiri işləmişdir. 1939-1941-illərdə Azərbaycan Pedaqoji İnstitutunda dekan işləmişdir. 1968-1970-ci illərdə Dillər İnstitutunda rektor vəzifəsində çalışmışdır. Əsərləri: “İbtidai məktəbdə Azərbaycan dilinin tədrisi metodikası”. “Üslubiyyətin tədrisi metodikası”. “Rus məktəbində Azərbaycan dilinin tədrisi metodikası”. “Müəllimin nitq mədəniyyəti”. “Nitq mədəniyyəti və natiqlik sənəti haqqında”. Kərimov Aben Nəsir oğlu ( 1913-1995). Həyat və yaradıcılığı:1930-cu ildə Azərbaycan Pedaqoji İnstitutuna daxil olub. 1934-cü ildə fizika-riyaziyyat fakultəsini bitirib. 1933-1935-ci illərdə Saatlı və Sabirabadda məktəb direktoru işləyib. 1952-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 1952-1958-ci illərdə Elmi-Tədqiqat Pedaqogika İnstitutunda elmi işlər üzrə direktor müavini işləmişdir. 1958-1973-cü illərdə Azərbaycan Pedaqoji İnstitutunda dosent vəzifəsində işləmişdir. 1973-1984-cü illərdə Azərbaycan Xarici Dillər İnstitutunda pedaqogika kafedrasına rəhbərlik etmişdir.

21

Əsərləri: “Uşaqların ailədə əmək tərbiyəsi” ( 1961-ci il) “Politexnik təhsil və təlimin məhsuldar əməklə əlaqələndirilməsi”.( 1961ci il) “ Pedaqogika” dərsliyi (1964-cü il ) “Məktəblilərin izahlı politexnik lüğəti” (1967-ci il) “ Azərbaycanda əmək təhsilinin tarixinə dair “ məqaləsi.(1968-ci il) “Əməyin elmi təşkilinin tarixi” məqaləsi. (1972- ci il) “Pedaqogikaya giriş” . (1976–cı il ) “ Bakı neft milyonçularının peşə məktəbləri” məqaləsi. (1981-ci il) Əfəndizadə Əziz Rəcəb oğlu (1923). Həyat və yaradıcılığı: Şəki şəhərində anadan olmuşdur. 1943-cü ildə BDU-nun filologiya fakultəsinə daxil olmuşdur. 1948-ci ildə BDU-nu fərqlənmə diplomu ilə bitirmişdir. 1954-cü ildə alimlik dərəcəsi almışdır. 1983-cü ildə professor elmi adını almışdır. Əsərləri: “Suallara cavab”.( 1963-cü il ) “ Orta mərtəbdə Azərbaycan dili tədrisi”. (1965-1966-cı illər ) “Azərbaycan dili orfoqrafiyası tədrisinin elmi əsasları”. (1968--ci il) “ IV siniflərdə Azərbaycan dili”. (1973-cü il ) “Düzgün yazı təliminin əsasları”. (1975- ci il ) “Orfoqrafiya-orfoepiya-qrammatika”.( 1983-cü il) Həşimov Əliheydər Şirin oğlu (1924). Həyat və yaradıcılığı: Qubadlı rayonunda anadan olmuşdur. 1937-ci ildə Çardaxlı orta məktəbini bitirib.

22

1940-cı ildə Ağdam Pedaqoji Texnikumunu bitirib. 1942-ci ildə müəllim işləmişdir. 1952-ci ildə BDU-nun filologiya fakultəsinin məntiq psixologiya fakultəsini bitirib. 1953-1956-cı illərdə Elmi Tədqiqat Pedaqogika İnstitutunun aspirantı olmuşdur. 1961-ci ildə dosent vəzifəsində işləmişdir. 1971-1972-ci illərdə Gəncə Pedaqoji İnstitutunda rektor vəzifəsində çalışmışdır. 1988-ci ildə Professor adına layiq görülmüşdür. 1994-cü ildən Bakı Özəl Universitetinin pedaqogika kafedrasına rəhbərlik edir. Əsərləri: “Uşaqların estetik tərbiyəsi”(1961-ci il ) “Pedaqoqika” dərs vəsaiti. (1964-cü il) “İnsanda hər şey gözəl olmalıdır. (1964-cü il) “Dərs, onun quruluşu və dərsdə təlim modeli haqqında” ( 1983-cü il) “Müasir şəraitdə təlim prosesinin ümumi xarakteristikası”. ( 1983-cü il) “ Dərs tiplərinin variantları” . (1986-cı il ) “ Azərbaycan pedaqoji fikir antologiyası” (1989-cu il) “Azərbaycan xalq pedaqogikası”. ( 1993-cü il) Kazımov Nurəddin Mustafa oğlu (1926). Həyat və yaradıcılığı: Gəncədə anadan olmuşdur. 1943-cü ildə orta məktəbi bitirmişdir. 1945-ci ildə - BDU-nun tarix fakultəsinin fəlsəfə şöbəsinə daxil olmuşdur. 1947-1950-ci illərdə Leninqrad Dövlət Universitetində təhsilini davam etdirmişdir. 1953-1956-cı illərdə aspirant olmuşdur.

23

1957-1974-cü illərdə Elmi Tədqiqat Pedaqogika İnstitutunda direktor müavini vəzifəsində çalışmışdır. 1974-1981-ci illərdə APİ-də prorektor vəzifəsində çalışmışdır. 1983-cü ildən Xarici Dillər İnstitutunda pedaqogika kafedrasına rəhbərlik etmişdir. 1969-cu ildə - professor adını almışdır. 1990-cı ildə - “Əməkdar elm xadimi adına layiq görülmüşdür. Əsərləri: “Müqayisə üsulu haqqında Uşinskinin fikirləri və bunun məktəb təlimi” üçün əhəmiyyəti”.-(1957-ci il) “Müqayisə priyomundan istifadə edilməsi “.-( 1964-cü il) “Ana dili “ dərsliyi.-( 1970-ci il ) “Tərbiyənin elmi-pedaqoji əsasları”. (1983-cü il) “Ali məktəb pedaqogikası”.-(1999-ci il) “Məktəb pedaqogikası”.- (2002-ci il) “Tətbiqi pedaqogika”.-( 2010-cu il) İsmayılov Abbas Kərbəlayı ( 1927-1992). Həyat və yaradıcılığı: Göycə mahalının Ardanış kəndində anadan olmuşdur. 1947-1951-ci illərdə Xanlar pedaqoji texnikumunda təhsil almışdır. 1951-1955-ci illərdə APİ-nun tarix fakultəsində oxumuşdur. 1960-1963-cü illərdə APİ-yə aspiranturaya daxil olmuşdur. 1965-ci ildə elmlər namizədi adına layiq görülmüşdür. 1968-ci ildə dosent vəzifəsində işləmişdir. 1989-cu ildə professor adını almışdır.

24

1992-ci ildə vəfat etmişdir. Əsərləri: “Günüuzadılmış qruplarda tərbiyə işlərinin təşkili təcrübəsindən” -. (1968-ci il) “Günüuzadılmış qruplarda tərbiyəçi işinin məzmunu” - (1975-ci il) “Tərbiyə işinin planlaşdırılması metodikası”. - (1987-ci il) “Pedaqogika tarixindən tələbələrin müstəqil işlərinə dair”.- (1987-ci il) “Görkəmli sovet pedaqoqları yeni tipli ictimai tərbiyə ocaqları və ailə tərbiyəsi haqqında”. - (1987-ci il) Fəxri adları: 1971-ci il –“SSRİ Ali məktəb əlaçısı “ 1981-ci il – “SSRİ Maarif Nazirliyi əlaçısı” 1988-ci il—“Əmək veteranı”. Kərimov Yəhya Şəfi oğlu (1927). “Azərbaycan dili “ (rus məktəbləri üçün) III sinif.- (1979, 1983-cü il) “İnformasiyanın sıxlaşdırılması və XXI əsrin təhsil prinsipləri”-(1997-ci il) Həyat və yaradıcılığı: Qax rayonunun İlisu kəndində anadan olmuşdur. 1934-cü ildə -orta məktəbə daxil olub. 1946-cı ildə -APİ-nun dil və ədəbiyyat fakultəsinə daxil olmuşdur. 1950-ci ildə - İnstitutu bitirmişdir. 1955-ci ildə - Eimi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasına daxil olmuşdur. 1962-ci ildə - namizədlik dissertasiyası müdafiə etmişdir. 1965-ci ildə- baş elmi işçi işləmişdir. 1975-ci ildə - doktorluq dissertasiyası müdafiə etmişdir.

25

1976-cı ildə - Eimi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun elmi işlər üzrə direktor müavini işləmişdir. 1986-ci ildə - professor adını almışdır. 1959-cu ildən ibtidai siniflər üçün ana dili proqramlarının tərtibçisi, 1963-cü ildən “Əlifba” dərsliyinin müəllifidir. 1970-ci ildən “İbtidai məktəb və məktəbəqədər tərbiyə” jurnalının redaktorudur.Hazırda Təhsil Problemləri İnstitutunda direktor müavini vəzifəsində çalışır. Əsərləri: “İbtidai siniflərdə şagirdlərin yazıda buraxdıqları səhvlər və onların təshihi” (1961-ci il) “İbtidai siniflərdə öyrədici yazılar”. (1963-cü il) “İbtidai siniflərdə orfoqrafik çalışmaların sistemi”.(1965-ci il) “İbtidai siniflərdə ana dilinin tədrisi metodikası”.(1968-ci il) “İbtidai siniflərdə lüğət işi”.(1970-ci il) Fəxri adları : 1967-ci il - Azərbaycan maarif xadimi. 1970-ci il - Fədakar əməyə görə xatirə medalı 1971-ci il - Qırmızı Əmək Bayrağı Ordeni. 1974-cü il - SSRİ maarif xadimi. 1981-ci il -Azərbaycan Ali Sovetinin Fəxri Fərmanı 1984-cü il - Əmək veteranı Əsədov Rasim Əhməd oğlu ( 1927-1999) Həyat və yaradıcılığı: Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuşdur. İlk təhsilini Xaçmaz kəndində almışdır. 1949-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun azərbaycan dili fakultəsini bitirmişdir. 1952-ci ildə aspiranturanı başa vurmuşdur. 1955-ci ildə Moskvada dissertasiya müdafiə edərək filologiya elmləri namizədi adını almışdır. 1970-ci ildə pedaqoji elmlər doktoru adını almışdır.

26

Respublikada ilk dəfə inteqral metodika, embrional pedaqogika, futurologiya, evriologiya ilə bağlı yenilikləri həyata keşirmişdir.Azərbaycan pedaqogikasında “ Model Qrammatik Üsul”la yazılan ilk dərsliyin müəllifidir. “Futuroloq” Fasiləsiz Təhsil Kompleksinin və “Valdorf” bağçasının yaradıcısıdır. Pedaqoq alim, maarifpərvər ziyalı, Rasim müəllim 145 pedaqoji yeniliyin, dərslik və dərs vəsaitinin, 15-dən çox orijinal dərsliyin müəllifidir. Əsərləri: “Методика изучения глагола на уроках родного языка в азербайджанской школе”.( 1955-ci il) “ Perfokart və ondan istifadənin sadə üsulları haqqında” - (1967-ci il) “ Azərbaycan dili dərslərində texniki vəsaitdən istifadə” -(1969-cu il) “Контекстуальная семантизация на телеуроках “- (1970-сi il) “Azərbaycan dili “ IV sinif. -(1971, 1979 –cu il) Qurbanov Afad Məhəmməd oğlu (1929-2009) Həyat və yaradıcılığı: Göyçə mahalının “Qızıl Şəfəq” kəndində anadan olmuşdur. İlk təhsilini kənd məktəbində almışdır. Azərbaycan pedaqoji institutunu bitirdikdən sonra kənd məktəbində müəllimlik etmişdir. 50-ci illərdən etibarən APİ-nin filologiya fakultəsinin dekan müavini, Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifəsində çalışmışdır. 1962-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 1968-ci ildə “Müasir Azərbaycan ədəbi dili” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1981-1983-cü illərdə Azərbaycan Pedaqoji institutunun ( ADPU) filologiya və pedaqogika elmləri üzrə müdafiə şurasının sədri olmuşdur.

27

1981-1989-cu illərdə APİ-nin rektoru olmuşdur. 1990-1994-cü illərdə Milli Məclisin üzvü olmuşdur. Əsərləri: “Dilçiliyin sistemi”(1976-cı il) “Dilçiliyin Tarixi” (1976-cı il) “Müasir Azərbaycan ədəbi dili”(1967,1985) “Azərbaycan anomastikası”(1986-cı il) “Ümumi dilçilik” I-II c. (1989-1999-cu il) “Dünyanın dil ailələri” (1994-cü il) Axundov Soltansəlim (1929) Həyat və yaradıcılığı: Salyan rayonunun Arbatan kəndində anadan olmuşdur. 1946-cı ildə -Salyan qiyabi pedaqoji məktəbini bitirmişdir. 1953-cü ildə - APİ –ni bitirmişdir. 1961-ci ildə - aspiranturaya daxil olmuşdur. 1965-ci ildə - “Əxlaq tərbiyəsində şagirdlərə fərdi yanaşma” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1988-ci ildə professor adını almışdır. Əsərləri: “Təlim prosesində şagirdlərə fərdi yanaşma” “Mənəvi tərbiyə və peşə oriyentasiyası”. “Elmi materialist dünyagörüşü tərbiyəsində fərdi yanaşma” “Tələbələrlə fərdi işin təşkili”. “Tələbələrlə fərdi işin elmi əsaslari”. “Uşaqların əxlaq tərbiyəsində neqativ hallar və onların aradan qaldırılması. Fəxri adları: “ Fəxri Fərman”a layiq görülmüşdür. “Qabaqcıl maarif xadimi” döş nişanı, “ Lenin yubileyi medalı”, ”Əmək veteranı” medalı ilə təltif olunmuşdur.

28

Talıbov Yusif (1929). Həyat və yaradıcılığı: Füzuli rayonunun Gecə-Gözlü kəndində anadan olmuşdur. 1949-cu ildə -Azərbaycan Xarici Dillər İnstitutunun ingilis dili fakultəsinə daxil olmuşdur. 1953-cü ildə oranı bitirmişdir. 1955-1956-cı illərdə ingilis dili müəllimi işləmişdir. 1956-1959-cu illərdə APİ-nin aspirantı olmuşdur. 1975-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1976-1978-ci illərdə Respublika Müəllimləri Təkmilləşdirmə İnstitutunda direktor əvəzi vəzifəsində işləmişdir. 1979-cu ildən Bədən Tərbiyəsi İnstitutunun pedaqogika kafedrasına rəhbərlik etmişdir. Əsərləri: Pedaqogikadan “məsələ və misallar”. “Pedaqogika” – dərs vəsaiti. “Şagirdlərin estetik tərbiyəsində ictimai təşkilatların rolu”. “Klassik ədəbiyyatda fiziki kamillik” . “Nizaminin pedaqoji görüşləri”. “ Ailəni möhkəmləndirən başlıca şərtlər”. “Uşaq qısqanclığı nifrətə çevrilə bilər.” Məmmədzadə Ramiz Hüseynqulu oğlu (1930) Həyat və yaradıcılığı: Bakıda anadan olmuşdur. 1952-ci ildə BDU-nun filologiya fakultəsinin məntiq-psixologiya şöbəsini bitirmişdir. 1953-cü ildə Qaradağ rayon komsomol komitəsində I katib vəzifəsində çalışmışdır. 1973-1976-cı illərdə Sov. İKP MK təşkilat şöbəsinin inspektoru vəzifəsində çalışmışdır.

29

1978-ci ildə - Az. SSR-i Dövlət Texniki-Peşə Komitəsində sədr müavini vəzifəsində çalışmışdır. 1984-1997-ci illərdə - Azərbaycan Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifəsində çalışmışdır. Hal-hazırda o, AMMTİ-nun Təhsilin təşkili və idarə edilməsi kafedrasının müdiri vəzifəsində çalışır. Əsərləri: – Pedaqoji kadrların fasiləsiz təhsili ”- (1988-ci il) “Metodik işin təşkili, məzmunu, forma və metodları” - (1989- cu il) “Профессиональная етика учителя”. - (1990-cı il) “Bilik və pedaqoji bilik məbədi” - (1990-cı il) “ Təhsildə keyfiyyət aparıcı istiqamətlərdən biri kimi”- metodik vəsait.- ( 2010-cu il) “İxtisasartırma təhsili”, “Təhsilin idarə edilməsinin bəzi problemləri”, “İqtisadiyyatın əsasları” və s. kimi elmi-metodik nəşrlərin müəllifidir. Fəxri adları : “Azərbaycan SSRİ-nin əməkdar müəllimi”. “Qırmızı əmək bayrağı “ ordeni. Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyətinin fəxri fərmanı ilə təltif edilmişdir. Mollayev İbrahim (1930). Həyat və yaradıcılığı: Naxçıvan şəhərində anadan olmuşdur. 1949-cu ildə -Naxçıvan Dövlət Müəllimlər İnstitutunu bitirmişdir. 1953-cü ildə APİ-ni bitirmişdir. 1953-1967-ci illərdə Naxçıvanda müəllim vəzifəsində çalışmışdır.

30

1968-1991-ci illərdə Naxçıvan DPİ-də kafedra müdiri işləmişdir. 1970-ci- ildə alimlik dərəcəsi almışdır. 1972-ci ildə dosent vəzifəsində çalışmışdır. Əsərləri: “Maarif və mədəniyyət carçısı”-( 1963-cü il) “C.Məmmədquluzadənin Naxçıvanlı müasirləri”.-(1967-ci il) “M.T.Sidqinin seçilmiş pedaqoji əsərləri”.-( 1967-ci il) “Naxçıvanda xalq maarifinin inkişafı”.-( 1983-cü il) “Pedaqogikadan yoxlama işləri üzrə tapşırıqlar”-(1984-cü il) “Tərbiyə işinin metodikası”.-(1986-cı il) “Azərbaycan pedaqoji fikir tarixi”-(1990-cı il) Fəxri adları: “V.İ.Lenin “ yubiley medalı. “Azərbaycan SSR-nın qabaqcıl Maarif xadimi” döş nişanı. Naxçıvan MR Ali Soveti Rəyasət heyətinin fəxri fərmanları. Azərbaycan SSR-nın “Bilik “ cəmiyyətinin fəxri fərmanları. “Əmək veteranı” medalı. “Əməkdar müəllim” Seyidov Fikrət Əhməd oğlu ( 1932-2011). Həyat və yaradıcılığı: Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. 1946-cı ildə -APİ-nin xarici dillər fakultəsinə daxil olmuşdur. 1950-ci ildə - APİ-ni bitirmişdir. 1956-cı ildə -APİ-də müəllim işləmişdir. 1967-1971-ci illərdə Xarici dillər institutunda kafedra müdiri işləmişdir. 1973-1979-cu illərdə dekan işləmişdir.

31

1989-cu ildə - Pedaqogika kafedrasının müdiri işləmişdir. Əsərləri: 5-6-7-8-ci siniflər üçün “İngilis dili “ dərslikləri. “Xarici dil dərslərində maqnitafon.” “Xarici dil dərslərində diafilm.” “Xarici dil dərslərində şifahi nitqi inkişaf etdirmək yolları.” Fəxri adları: “Xalq hakimi” seçilmişdir. “Əmək igidliyinə görə” medal. “Qabaqcıl Maarif Xadimi” döş nişanı ilə təltif olunmuşdur. Əhmədov Bəşir Abbas oğlu (1932-2007). Həyat və yaradıcılığı: Tovuz rayonunun Alakol kəndində anadan olmuşdur. 1950-ci ildə BDU-nun filologiya fakultəsinə daxil olmuşdur. 1955-1957-ci illərdə kənddə müəllim işləmişdir. 1957-ci ildə ETPEİ-nin aspiranturasına daxil olmuşdur. 1961-ci ildə “V sinifdə Azərbaycan dili fonetikasının tədrisi metodikası” adlı namizədlik dissertasiyası müdafiə etmişdir. 1967-ci ildə “Məzmun və formanın vəhdəti nitq inkişafının əsası kimi” adlı doktorluq dissertasiyası müdafiə etmişdir. 1971-1976-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda kafedra müdiri işləmişdir. 1984-cü ildən – M.F.Axundov adına Rus dili və ədəbiyyatı institutunda Azərbaycan dili və ədəbiyyatı kafedrasına rəhbərlik etmişdir. 2007-ci ildə vəfat etmişdir. Əsərləri: Vl-Vll siniflər üçün “Azərbaycan dili “ dərsliyi. “Pedaqogikadan mühazirə konspektləri” “Təlimin motivləri” “Şəxsiyyətin inkişafına təsir edən amillər.” “Pedaqogikanın ümumi qanunauyğunluqları”. “Estetik tərbiyə ilə əxlaq tərbiyəsinin əlaqəsi”. və s.

32

Quliyev Sərdar Musa oğlu : ( 1932). Həyat və yaradıcılığı: Füzuli rayonunun Dədəli kəndində anadan olmuşdur. 1939-cu ildə 7 illik məktəbə daxil olmuşdur. 1947-ci ildə məktəbi bitirmişdir. 1949-cu ildə -pedaqoji texnikumu bitirmişdir. 1949- 1953-cü ildə- APİ-də təhsil almışdır. 1954-cü ildə kənd məktəbində direktor işləmişdir. 1957-ci ildə Sov. İKP-yə üzv seçilmişdir. 1958-ci ildə Partiya komitəsində şöbə müdiri işləmişdir. 1958-ci ildə Göyçay Rayon Xalq Maarif Şöbəsində inspektor işləmişdir. 1967-ci ildə dissertasiya müdafiə etmişdir. 1974-cü ildə APİ-də dosent vəzifəsində işləmişdir. 1990-cı ildə professor adını almışdır. Əsərləri: “Uşaqların tərbiyəsində ailə, məktəb və ictimaiyyətin əlbir işi”.-(1964-cü il) “Şagirdlərin düzlük və doğruçuluq tərbiyəsində ailə və məktəbin birgə işi”. “Pedaqoji üçlüyün vahid tələbi “Pedaqogikaya giriş”. “Nizami Gəncəvinin yaradıcılığında əxlaq məsələləri”. monoqrafiya.-(1993-cü il) Mustafayeva Rəfiqə Şahgül qızı: (1936) Həyat və yaradıcılı: Bakının Balaxanı kəndində anadan olmuşdur. 1954-cü ildə BDU-nun filologiya fakultəsinə daxil olmuşdur. 1959-cu ildə BDU-nun filolologiya fakultəsini bitirmişdir. 1960-1970-ci illərdə məktəb müəllimi işləmişdir. 1974-cü ildə dissertasiya müdafiə etmişdir.

33

1979-cu ildə Azərbaycan Müəllimləri Təkmilləşdirmə İnstitutunda dosent işləmişdir. 1985-ci ildə İnstitutun pedaqogika kafedrasına müdir təyin edilmişdir. 1987-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1990-cı ildə professor elmi adı verilmişdir. Əsərləri: “Yeni vətəndaş tərbiyəsində proqram, dərslik və müəllimin rolu”.-( 1992-ci il) “Təlim prossesində milli xüsusiyyətlərinin nəzərə alınması”.- (1994-cü il) 9-cu sinif üçün “Ədəbiyyat müntəxəbatı”- dərslik.-(1985-ci il) “Pedaqogika: Ümumi Pedaqogika üzrə mühazirə xülasələri”.- (2002-ci il) Paşayev Əmrulla Xanməd oğlu :( 1937). Həyat və yaradıcılığı :Qax rayonunun Qarabaldır kəndində anadan olmuşdur. 1963-cü ildə Tbilisi Pedaqoji İnstitutuna daxil olmuşdur. 1967-ci ildə institutu bitirmişdir. 1968-ci ildə həmin institutda işləmişdir. 1974-cü ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 1993-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1994-cü ildən APİ-nin pedaqogika kafedrasının professorudur. Əsərləri: “XlX əsr XX əsrin əvvəllərində Qafqazda ibtidai təhsilin inkişafınin tarixi oçerkləri”- (1991-ci il) “ Pedaqogika”- (2007-ci il) “Pedaqogika: yeni kurs”- (2010-cu il) Ağayev Əjdər Əbdülhüseyn oğlu : (1937).

34

Həyat və yaradıcılığı: Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olmuşdur. 1960-cı ildə APİ-yə daxil olmuşdur. 1969-cu ildə ETPEİ-nin aspiranturasını bitirmişdir. 1970-ci ildə ETPEİ-də pedaqogika şöbəsinin müdiri işləmişdir. 1974-1981-ci illərdə “Azərbaycan məktəbi” jurnalının baş redaktoru vəzifəsində çalışmışdır. 1981-ci ildən Elmi-Tədqiqat Pedaqogika institutunda pedaqogikanın nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, Lənkəran Dövlət Universtitetində pedaqogika və psixologiya kafedrasınin müdiri işləmişdir. Əsərləri: “Məktəblilərdə vətəndaşlıq borcunun tərbiyə edilməsi”.- (1975-ci il) “Azərbaycan maarifpərvərləri şəxsiyyət haqqında.”-(1978-ci il) “ Həyatın astanasında”. - (1983-cü il) “Fərhad Ağazadənin pedaqoji görüşləri . - (1987-ci il) “Azərbaycan dili” (ll sinif). - (1991-cü il) “Pedaqogika”.- ( 1993-cü il) “Ötən əsrdə doğulmuşlardan biri”.- (1999-cu il)

Fəxri adları: “ Azərbaycanın Qabaqcıl Maarif Xadimi” “SSRİ-nin maarif əlaçısı” Akademik M.Mehdizadənin adına mükafatın və, “Araz” ali ədəbi mükafatının laureatıdır. Nuruşov Abdulla :( 1939). Həyat və yaradəcılığı: İmişli rayonunun Xoşbobanlı kəndində anadan olmuşdur.

35

1969-cu ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakultəsini bitirmişdir. 1971-ci ildə Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunda kiçik elmi işçi işləmişdir. 1980-ci ildə həmən institutda şöbə müdiri işləmişdir. 1985-ci ildə Az. Baş Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması İnstitutunda elmi-metodiki işlər üzrə prorektor işləmişdir. Əsərləri: “Gənc riyaziyyatçılara kömək”.-( 1975-ci il) “Riyaziyyatın tədrisində problemli təlim”. –( 1976-cı il) “Bəzi çətin tənliklərin həlli. - (1976-cı il) “Orta məktəbdə riyaziyyatın tədrisinin təkmilləşdirmə yolları”. –(1979-cu il) “Riyaziyyat dərsdən sonra”. -(1981-ci il) “Təlim metodlarının təkmilləşdirilməsinin nəzəri və praktik məsələləri”.-(1981-ci il) “Riyaziyyatdan kənd təsərrüfatı istehsalına dair.-( 1982-ci il) Əliyeva Sürəyya:( 1940). Həyat və yaradıcılığı: Bakıda anadan olmuşdur. 1958-ci ildə orta məktəbi bitirmişdir. 1961-ci ildə APİ-yə daxil olmuşdur. 1968-ci ildə müəllim vəzifəsində işləmişdir. 1981-ci ildə alimlik dərəcəsi almışdır. 1985-ci ildə doktorluq dərəcəsi almışdır. 1992-ci ildə professor adını almışdır. Əsərləri: M.F.Axundovun maarifçilik ideyalarından məktəblilərin əxlaq tərbiyəsində istifadə olunması” metodik tövsiyə.-(1984-cü il)

36

“Pedaqogika tarixi kursunun öyrənilməsinə dair metodik tövsiyələr”.- (1989-cu il ) “Azərbaycan maarifçi pedaqoqlarının əsərlərində əxlaq tərbiyəsi məsələləri”. Xəlilov Vidadi Cəmil oğlu : ( 1942) Həyat və yaradıcılığı:Cəbrayıl rayonunun Çərəkən kəndində anadan olmuşdur. 1942-ci ildə APİ-nin pedaqogika və ibtidai təhsil metodikası fakultəsini bitirib. 1968-ci ildə ETPEİ-nin aspiranturasına daxil olmuşdur. 1975-ci ildə dissertasiya müdafiə etmişdir. 1977-ci ildə ETPEİ-də yaradılan estetik tərbiyə şöbəsinin müdiri olmuşdur. 1994-cü ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Lenin Komsomolu Laureatı adına layiq görülmüşdür. Əsərləri: “Uşaqların məktəbə hazırlanması”- metodik vəsait.-(1977-ci il) “Musiqi” dərsliyi.- ( 1981-ci il) “Muğamların tədrisinə dair metodik tövsiyələr.-(1982-ci il) “Ustanın pedaqoji hazırlığı”- metodik vəsait .-(1986-cı il) “Ümumtəhsil məktəblərində estetik tərbiyənin inkişafı yolları”.-(1991-ci il) Həsənov Mircəfər Mirməsi oğlu :(1943) Həyat və yaradıcılığı: Yardımlı rayonunun Perembel kəndində anadan olmuşdur. Azərbaycan pedaqoji institutunu bitirmişdir. 1967-ci ildə Yardımlıda müəllim işləmişdir. 1969-1979-cu illərdə Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunda elmi işçi işləmişdir.

37

1979-cu ildən bu günə kimi Azərbaycan Mərkəzi Müəllimləri Təkmilləşdirmə institutunda çalışır. 1981-ci ildə pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. 1993-cü ildə pedaqoji elmlər doktoru, professor adını almışdır. Müəllim, baş müəllim, dosent, professor, tədris işləri üzrə prorektor, rektor əvəzi vəzifələrini pillə-pillə qalxan Mircəfər müəllim hazırda kafedra müdiri, YAP-in institut təşkilatının sədridir. Əsərləri: 1992-ci il “Məktəblilərin fəal həyat mövqeyi və əxlaqi keyfiyyətlərin tərbiyəsi”, “Təlim prosesinin təşkili”, “ Məktəbəqədəryaşlı uşaqların oyun və əmək fəaliyyəti “, “Ali məktəbdə təlimin təşkilinin didaktik əsasları”, “Təlim məşğələlərinə aid didaktik tarşırıqlar” və s. 7 kitab, 27 jurnal və saysız-hesabsız qəzet məqalələrinin müəllifidir. Fəxri adları: “ Azərbaycanın Qabaqcıl Maarif Xadimi” “ SSRİ-nin maarif əlaçısı”. “Əməkdar müəllim” Fətəliyev Xəlil Qənimət oğlu : ( 1944) Həyat və yaradıcılığı: Ağcabədidə anadan olmuşdur. 1969-cu ildə APİ-nin pedaqogika fakultəsini bitirmişdir. 1974-cü ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 1986-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Hazırda ADPU-nin pedaqogika fakultəsinin dekanı vəzifəsində çalışır. Əsərləri: “Əxlaq tərbiyəsi və hərbi-idman oyunları”-( 1977-ci il)

38

“Məktəbli gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi”.-(1980-cı il) “Kapital dünyasının gözüyaşlı uşaqları”.-( 1985-ci il) “Məktəbdə hərbi-vətənpərvərlik tərbiyəsi.”-(1987-ci il) “Halallıq” -(1992-ci il) Mərdanov Misir Cumayıl oğlu : (1946) Həyat və yaradıcılığı: Qərbi Azərbaycanın İcevan rayonunun Göyərçin kəndində anadan olmuşdur. 1964-cü ildə orta məktəbi bitirib, həmin il Azərbaycan Dövlət Universitetinə daxil olub. 1969-cu ildə universitetin Mexanika- riyaziyyat fakultəsini bitirib. 1973-cü ildə namizədlir dissertasiyası müdafiə etmişdir. 1981-ci ildə dosent elmi adına layiq görülmüşdür. 1989-cu ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1989-1990-cı illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyində ali təhsil idarəsinin rəisi vəzifəsində çalışmışdır. 1991-1992-ci ilərdə Azərbaycan Respublikası Təhsil Nazirliyində təhsil nazirinin müavini işləmişdir. 1997-1998-ci illərdə BDU-nun rektoru olmuşdur. 1998-2013-cü ilərdə Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışmışdır. Əsərləri: “ Bakı Dövlət Universiteti 1919-1994”.-(1994-cü il) “Azərbaycan Respublikasının dövlət rəmzləri”.- (2001-ci il) “Azərbaycan təhsili dünən, bu gün, sabah”.- (2006-cı il) “Prezident İlham Əliyev və Azərbaycanda təhsilin inkişafı. 2003-2008”.-(2008-ci il) “Azərbaycan Təhsil Nazirləri”.- (2010-cu il)

39

“Həndəsə .7-ci sinif üçün, Həndəsə. 8-ci sinif üçün, Həndəsə. 9-cu sinif üçün, Həndəsə.10-cu sinif üçün. Həndəsə. 11-ci sinif üçün.-dərslik.- (2003-cü il) Fəxri adları: “Əməkdar elm xadimi “ fəxri adına layiq görülmüşdür “Şöhrət” ordeni almışdır Dağıstan Respublikasının” Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür Sadıqov Fərahim Balakişi oğlu: ( 1947) Həyat və yaradıcılığı: Yardımlıda anadan olmuşdur. 1965-ci ildə - orta məktəbi bitirmişdir. 1965-ci ildə APİ-yə daxil olmuşdur. 1975-ci ildə ETPEİ-da kiçik elmi işçi işləmişdir. 1992-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1994-cü ildə “Örnək” verilişinin aparıcısı olmuşdur. Əsərləri: “Məktəb özfəaliyyət musiqi dərnəkləri”. (1982-ci il) “Qarmon öyrənənlərə kömək”.-( 1985-ci il) “Nağara öyrənməyin ibtidai kursu”.-( 1988-ci il) “Uşaqların bədii yaradıcılıq qabiliyyətlərinin formalaşdırılması işinin elmi-pedaqoji əsasları”- monoqrafiya.- (1994-cü il) “Azərbaycan xalq pedaqogikası” . Rüstəmov Fərrux Abbas oğlu:(1961) Həyat və yaradıcılığı : Qərbi Azərbaycanın Göycə mahalında anadan olmuşdur. 1978-ci ildə APİ-yə daxil olmuşdur. 1982-ci ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. 1982-1985-ci illərdə Qubada müəllimlik etmişdir. 1985-ci ildə aspiranturaya daxil olmuşdur. 1989-cu ildə elmlər namizədi adını almışdır.

40

2003-cü ildə doktorluq dissertasiyası müdafiə etmiş və alimlik dərəcəsi almışdır. 2007-ci ildə ADPU-nun pedaqoji fakultəsinin dekanı olmuşdur. 2007-2012-ci illərdə ADPU-nin ibtidai təhsilin pedaqogikası kafedrasının müdiri olmuşdur. Əsərləri: Azərbaycanda pedaqoji fikrin inkişaf tarixindən (1992-ci il) Azərbaycanda pedaqoji terminologiyanın inkişaf tarixindən (1997-cı il) Pedaqogika. Yeni kurs.(2002-ci il) Yenu dövrün pedaqoji tarixi. III kitab. (2004-cü il) Ən yeni dövrün pedaqogika tarixi. IV kitab. Pedaqoji oçerklər: Sələflərim və xələflərim.(2010-cu il) Azərbaycanda təhsil və tərbiyə nəzəriyyəsinin inkişafı 1961-1981-ci illər. (2011-ci il) Fəxri adları: “Tərəqqi” medalı ilə təltif olunmuşdur. “ Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi. “ Əməkdar Elm Xadimi”.

M Ü N D Ə R İ C A T

1.Abdullayev A.S. ........................................................... 2.Ağayev Ə.Ə. ................................................................. 3.Axundov M.F. ............................................................... 4.Axundov S. ................................................................... 22

41

5.Bakıxanov A.A. ............................................................. 8 6. Bakuvi Ə.S. ................................................................. 2 7.Bayraməlibəyova M......................................................13 8.Bəhmənyar. ................................................................. 1 9.Əl-Bakuvi Ə..................................................................4 10.Əbül-üla Gəncəvi. .......................................................... 2 11.Əcəmi. ............................................................................ 2 12.Əfəndiyev R.İ.............................................................10 13.Əfəndizadə Ə.R. ............................................................ 17 14.Əfəndizadə M.İ..........................................................12 15. Əhmədov B.A. .......................................................... 14 16. Əliyev S. ................................................................. 30 17. Əliyeva S. ................................................................. 32 18. Əsədov R.Ə...............................................................21 19. Fətəliyev X.Q. ........................................................ 32 20. Füzuli M....................................................................5 21.Həsənov M.M. .............................................................. 31 22.Həşimov Ə.Ş. .............................................................. 17 23. Xaqani Şirvani. ............................................................ 2 24.Xəlilov V.C. ................................................................. 30 25. Xətai Ş.İ. .........................................................................5 26.Xətib-Təbrizi. .............................................................. 1 27.İsmayılov A.K. ...........................................................19 28.Kazim bəy M. M. ...........................................................8 29.Kazımov N.M. .............................................................. 18 30. Kərimov Y.Ş. ............................................................... 20 31.Kərimov A..................................................................16 32. Qasım bəy Zakir. ...........................................................7 33.Qətran Təbrizi. .............................................................. 1 34.Qövsi Təbrizi. .................................................................5 35. Quliyev S.M. .................................................................27 36.Qurbanov A.M.............................................................22 37.Mehdizadə M.M. ............................................................14 38.Məmmədquluzadə C. ..................................................... 11 39.Məmmədzadə R.H ..................................................... 24 40.Mərdanov M.C. ..........................................................33

42

41.Mollayev İ. ................................................................. 24 42.Muradxanov M.Ə. ....................................................... 15 43. Mustafayeva R.Ş. .......................................................... 27 44.Nemanzadə Ö.F. ..............................................................11 45.Nəsimi İ. ........................................................................4 46.Nizami G. ...................................................................... 3 47.Nuruşov A. .................................................................... 29 48.Paşayev Ə.X. .............................................................. 28 49.Rüstəmov F.A. ............................................................... 34 50.Sabir M.Ə. .....................................................................10 51.Sadıqov F.B .................................................................... 33 52.Saib Təbrizi. .................................................................6 53.Seyidov F.Ə. ................................................................ 25 54. Seyidov Ə.Y...............................................................12 55.Şirvani S. .......................................................................9 56. Vaqif M.P. ......................................................................6 57. Vazeh M.Ş. ..................................................................7 58.Vidadi M.V. .................................................................... 6 59.Talıbov Y. ...................................................................... 23 60.Tusi N. ............................................................................3

43

Respublika Elmi Pedaqoji Kitabxanası

Azərbaycan, AZ 1110Tel/Fax: (+994 12) 465 20 16

Bakı, Koroğlu Rəhimovküç.108

[email protected]

www.repk.az Vəsaitin satışı qadağandır!

44