Web view · 2013-12-12Sorma, qardaşım! Yıldırım Nə olmuş? Gövərçin...

61
UÇURUM Faciə - 4 pərdə Yazılmışdır: 1917 İlk nəşri: 1926 İlk səhnə quruluşu: 1922 ƏŞXAS Cəlal — həssas, uzun saçlı bir rəssam. Gövərçin — Cəlalın hərəmi. Uluğ bəy — Gövərçinin babası. Yıldırım — Gövərçinin qardaşı, uzun saçlı, orta boylu, gözəl bir tələbə. Aydəmir — Uluğ bəyin köy işlərinə baxan qara saqqallı bir şəxs, əski qiyafətdə. Əkrəm — pərişan saçlı mütəfəkkir bir gənc (Cəlal ilə Yıldırımdan bir neçə yaş böyük). Anjel — gənc, fövqəladə gözəl və işvəkar bir fransız qızı. Edmon — orta yaşlı, soluq çöhrəli bir fransız. Xidmətçi, dayə və xidmətçi qız. BİRİNCİ PƏRDƏ İstanbulda Cəlala məxsus elektriklə tənvir edilmiş böyük bir kitabxana... Divarlar bir çox dəyərli lövhələr, tarixi rəsmlərlə süslənmiş, masa üzərində bir taqım məcmuələr, kitablar, heykəlciklər və bir qafa tası görünür. Ətrafda rəngarəng gül dəmətləri gözə çarpar. Kitabxananın dənizə baxar iki-üç pəncərəsi, iki qapısı vardır. Qapılardan biri sofaya, digəri salona açılır. Pərdə açıldıqda Gövərçin - saçları gəlişi gözəl üzünə dağılmış olduğu halda - dənizi tamaşaya dalar, sonra həzin və titrək bir ahənglə aşağıdakı şərqiyi söylər. Gövərçin Eşq atəşi can yaxıyor, Ürəkdən qanlar axıyor, Tale mənə yan baxıyor, Həm gülümsər, həm ağlaram. Könül həp sızlar, həp inlər, Xəzan fəryadını dinlər, Anıldıqca keçən günlər, Həm gülümsər, həm ağlaram. Hər səfada cəfa buldum, Açmadan saraldım, soldum, Sərbəst ikən əsir oldum, Həm gülümsər, həm ağlaram. Cəlal (gələrək) Gövərçin, Gövərçin, gözəl Gövərçin! Bu küskün baxışlar neçin? Ah, neçin? Söylə, nədən solmuş pənbə yanaqlar? Neçin, neçin gülməz o gül dodaqlar?

Transcript of Web view · 2013-12-12Sorma, qardaşım! Yıldırım Nə olmuş? Gövərçin...

Page 1: Web view · 2013-12-12Sorma, qardaşım! Yıldırım Nə olmuş? Gövərçin Ah, bilməm, həp şaşırmışam. Yıldırım O qumral saçlar, o çatılmış qaşlar, O dalğın gözlər,

UÇURUM 

Faciə - 4 pərdə Yazılmışdır: 1917 İlk nəşri: 1926 İlk səhnə quruluşu: 1922 

ƏŞXAS 

Cəlal — həssas, uzun saçlı bir rəssam. Gövərçin — Cəlalın hərəmi. Uluğ bəy — Gövərçinin babası. Yıldırım — Gövərçinin qardaşı, uzun saçlı, orta boylu, gözəl bir tələbə. Aydəmir — Uluğ bəyin köy işlərinə baxan qara saqqallı bir şəxs, əski qiyafətdə. Əkrəm — pərişan saçlı mütəfəkkir bir gənc (Cəlal ilə Yıldırımdan bir neçə yaş böyük). Anjel — gənc, fövqəladə gözəl və işvəkar bir fransız qızı. Edmon — orta yaşlı, soluq çöhrəli bir fransız. Xidmətçi, dayə və xidmətçi qız. 

BİRİNCİ PƏRDƏ 

İstanbulda Cəlala məxsus elektriklə tənvir edilmiş böyük bir kitabxana... Divarlar bir çox dəyərli lövhələr, tarixi rəsmlərlə süslənmiş, masa üzərində bir taqım məcmuələr, kitablar, heykəlciklər və bir qafa tası görünür. Ətrafda rəngarəng gül dəmətləri gözə çarpar. Kitabxananın dənizə baxar iki-üç pəncərəsi, iki qapısı vardır. Qapılardan biri sofaya, digəri salona açılır. Pərdə açıldıqda Gövərçin - saçları gəlişi gözəl üzünə dağılmış olduğu halda - dənizi tamaşaya dalar, sonra həzin və titrək bir ahənglə aşağıdakı şərqiyi söylər. 

Gövərçin 

Eşq atəşi can yaxıyor, Ürəkdən qanlar axıyor, Tale mənə yan baxıyor, Həm gülümsər, həm ağlaram. 

Könül həp sızlar, həp inlər, Xəzan fəryadını dinlər, Anıldıqca keçən günlər, Həm gülümsər, həm ağlaram. 

Hər səfada cəfa buldum, Açmadan saraldım, soldum, Sərbəst ikən əsir oldum, Həm gülümsər, həm ağlaram. 

Cəlal 

(gələrək) 

Gövərçin, Gövərçin, gözəl Gövərçin! Bu küskün baxışlar neçin? Ah, neçin? Söylə, nədən solmuş pənbə yanaqlar? Neçin, neçin gülməz o gül dodaqlar? 

Gövərçin 

Cəlal! Heç sorma, uf, məhv oldum artıq, Xayır, xayır, çəkilməz bu ayrılıq. 

Cəlal 

Lakin düşün, cismən ayrılsam da mən, Könül bir an ayrı yaşarmı səndən? Daim səninlədir fikrim, xəyalım, 

Page 2: Web view · 2013-12-12Sorma, qardaşım! Yıldırım Nə olmuş? Gövərçin Ah, bilməm, həp şaşırmışam. Yıldırım O qumral saçlar, o çatılmış qaşlar, O dalğın gözlər,

Səninlədir həp ümidim, iqbalım. 

Bütün mənliyimin fövqündə yalnız Parlar, durur al qanadlı bir yıldız; İştə o yıldız, sevgilim, həp sənin, Sənin eşqindir, nazənin Gövərçin! 

Gövərçin 

Hənuz ilk öpüşlərin sıcaqlığı Dodaqlarımdan getmədən, bu qayğı, Bu ayrılıq qayğısı çox amansız... Xayır, həp xəyaldır o eşq, o yıldız. 

Cəlal 

(masa üzərində açılmış ufaq bir çantaya bir neçə kitab qoyaraq) 

Gövərçin, Gövərçin, inan nə etsəm, Nerdə bulunsam mən, nə yolda getsəm, Əsla tapındığım mələkdən dönməm, Səndən başqa bir kimsəni düşünməm. 

Bu sırada Yıldırım daxil olur. 

Yıldırım 

Gövərçin, bu nə hal? 

Gövərçin 

Sorma, qardaşım! 

Yıldırım 

Nə olmuş? 

Gövərçin 

Ah, bilməm, həp şaşırmışam. 

Yıldırım 

O qumral saçlar, o çatılmış qaşlar, O dalğın gözlər, o üzgün baxışlar, Sənə çox başqa bir lətafət vermiş, İnan, kim görərsə, eylər pərəstiş. Cəlal kimi rəssam olsaydım həmən, Bu lövhəni təsvir edərdim də mən. Hər kəs baxıb-baxıb heyran qalardı, Məhzun gözəllikdən bir zövq alardı. 

Gövərçin 

Əvət, bu bir nəvazişdir bəsbəlli, Xayır, qardaşım, istəməm təsəlli. 

Yıldırım 

Gövərçin, Gövərçin, yetər çocuqluq. 

(Bir cığara yaxıb voltə vurur.) 

Page 3: Web view · 2013-12-12Sorma, qardaşım! Yıldırım Nə olmuş? Gövərçin Ah, bilməm, həp şaşırmışam. Yıldırım O qumral saçlar, o çatılmış qaşlar, O dalğın gözlər,

Cəlal 

Gəl, baxalım, haydı, artıq vaqıt yox... 

(Bir əlində çanta, bir əlində Gövərçinin əli olaraq salona keçər.) 

Aydəmir 

(sevinclə daxil olur) 

Yıldırım bəy, müjdə! 

Yıldırım 

Nə olmuş, yahu? 

Aydəmir 

Gəldi Əkrəm bəy. 

Yıldırım 

Hanki Əkrəmdir o? 

Aydəmir 

Köy qonşumuz, sənin ən yaxın dostun. 

Yıldırım 

Nə xoş xəbər, həmən söylə, buyursun. 

(Aydəmir çıxar) 

Şübhəsiz, şaşırar Əkrəm bəy, bizi Cəlalın evində görərsə imdi. 

Əkrəm 

(Ləzgi qiyafətində digər qapıdan daxil olur.) 

Yıldırım! 

(Öpüşürlər.) 

Yıldırım 

Əkrəm! Ah, sevimli Əkrəm! Sənmisən, röyamı gördüyüm, bilməm? Nə oldun yahu, bu nasıl qiyafət? Çox uzun sürdü yapdığın səyahət. 

Əkrəm 

Əvət, bir qaç dağlar, dənizlər aşdım, Bütün Turan ellərini dolaşdım, Dağıstanda keçdi son səyahətim, Onunçün dəyişmiş həp qiyafətim. Yıldırım 

Çox tühaf, sən İstambula varırkən, 

Page 4: Web view · 2013-12-12Sorma, qardaşım! Yıldırım Nə olmuş? Gövərçin Ah, bilməm, həp şaşırmışam. Yıldırım O qumral saçlar, o çatılmış qaşlar, O dalğın gözlər,

Biz çıxmaq üzrəyiz bu şux ölkədən, Bizimlə arxadaş olsaydın əgər, Fransada əylənərdik bir qədər. 

Əkrəm 

Fəqət əyləncədən məramınız nə? 

Yıldırım 

Mən Firəngistanın şux həyatinə Yaxından aşina olmaq istərəm, 

Bir qədər Parisdə qalmaq istərəm. Cəlal isə çox maraqlı bir rəssam, Əski, yeni lövhələri biltamam Görüb bilmək, bir şey sezmək istəyir, Sonra İtalyanı gəzmək istəyir. 

Əkrəm 

Əvət, bu çox gözəl düşüncə, lakin Səyahətdən zövq alan bir türk için Krım yalıları, İdil boyları, Qafqaz dağları, şanlı türk soyları, Birər sərgidir — seyrinə doyulmaz, Gənc bir rəssam üçün dəyərsiz olmaz, Həm nə həqiqi lövhələr, bilsəniz! Hər zövqü, hər qəlbi oxşar şübhəsiz. 

Bu sırada Cəlal qapı arasında görülür, dinlər, heç biri duymaz. 

Yıldırım 

Cəlal həqiqətən ziyadə, məncə, Xəyal düşgünüdür, onun zənnincə, Xəyaldan doğarmış bütün böyüklük, Həqiqi lövhələr onca çox sönük... 

(Divardakı rəsmləri göstərir.) 

İştə bunlar onun son əsərləri, Həpsində çırpınır xəyal şəhpəri. 

(bir rəsmə işarətlə) 

İştə onu parladan bir şah əsər - Röya görürkən bir mələk gülümsər. 

Əkrəm 

(baxar) 

Əvət, gerçəkdən dəyərli sənətkar, Səbirsiz olmasa, çox çapuq parlar. 

Yıldırım 

Ondan əmin ol, gözəllik pərisi Daima Cəlalın nədimi-hissi... Bir ay əvvəl burda bulunmalıydın, Onun bir tablosiçin erkək, qadın, Bütün İstanbul alqışlarla doldu, Ondakı qüdrətə hər kəs vuruldu. 

Page 5: Web view · 2013-12-12Sorma, qardaşım! Yıldırım Nə olmuş? Gövərçin Ah, bilməm, həp şaşırmışam. Yıldırım O qumral saçlar, o çatılmış qaşlar, O dalğın gözlər,

(ətrafdakı gül dəmətlərini göstərir) 

Bax, bu güllər həp əsəri-pərəstiş, Hər birini bir gözəl qız göndərmiş. 

Əkrəm 

Mən öylə bir rəssam olsaydım əgər, Hicaz ölkəsinə eylərdim səfər. Uğraşıb durardım bir xeyli müddət, Bir çox düşüncədən sonra, nəhayət Təsvir eylər idim gənclik çağında Böyük Məhəmmədi Hərra dağında, Bir halda ki, göydən enən bir mələk Qarşısında gülümsər nur sərpərək: Təbliği-vəhy edər... Fəqət daima, Daima dalğın o sarsılmaz dəha... 

Yıldırım 

Hərra - mələk həp birər əfsanə... Biz İmdi artıq həqiqət dövründəyiz. 

Cəlal 

(gələrək) 

Ah, sevgili Əkrəm, vəfalı Əkrəm!.. 

(Əkrəmlə qucaqlaşıb öpüşdükdən sonra) 

Əhd eylədim artıq, sözümdən dönməm. İnan ki, illərcə bir aşiq kimi Uğraşır, izlərəm bu incə fikri. 

Əkrəm 

Əgər müvəffəq olarsan, bu lövhən Parlar bir günəş kimi çox sürmədən, Sən də günəşdən nur alan ay kibi Parlar da, təsxir edərsən hər qəlbi. 

Yıldırım 

(pəncərələrin birini açaraq) 

Seyr edin, ah, seyr edin, sanki ayda Xəstə bir qadın çöhrəsi hüveyda... 

Cəlal 

Məncə o, solmuş, ixtiyar bir səbi... Yürür uyquda seyr edənlər kibi. 

Əkrəm 

Xayır, o bir möcüznüma lövhə ki, Əks etdirir bizə həp tarixləri. Mə onu seyrə daldığım zamanlar, Birər-birər həp əski qəhrəmanlar, Həp əski vəqələr dönər qarşımda, 

Page 6: Web view · 2013-12-12Sorma, qardaşım! Yıldırım Nə olmuş? Gövərçin Ah, bilməm, həp şaşırmışam. Yıldırım O qumral saçlar, o çatılmış qaşlar, O dalğın gözlər,

Həp əski tufanlar qopar başımda. Ah, o məhzun çöhrə nələr görməmiş! Nə əsrarlı saətlər keçirməmiş! O şahiddir bütün səadətlərə, O vaqifdir bütün fəlakətlərə. O görmüş hər zülmü, hər cinayəti, O duymuş hər eşqi, hər məhəbbəti. O məhrəmdir hər sirrə, hər duyğuya, O munisdir hər sevdalı uyquya. 

Cəlal 

Kaş ki mən də öylə sərbəst olaydım! Bəxtiyar sanardım özümü daim. Hər yerdə solğun nurumu sərpərdim, Lətif, mərmər sinələri öpərdim, Həp oxşardım pənbə, gül yanaqları, Məhəbbətlə titrəyən dodaqları. 

Bu sırada salonda müztərib və yaralı bir ahənglə piano çalınmağa başlar, həmən ortalığı sükut qaplar. 

Yıldırım 

(Cəlala) 

İştə bir könül ki, həp inildəyir, Sənə “vəfasız, mərhəmətsiz” deyir. 

Əkrəm 

Afərin!.. Bu həssas barmaqlar kimin? 

Cəlal 

Seyr et də gör! 

(Qapıyı açar.) 

Əkrəm 

Gövərçin, ah, Gövərçin! 

(deyə şaşqın addımlarla salona keçər. Yıldırımla Cəlal da onu izlər.) 

Uluğ bəy 

(Aydəmirlə bərabər sofa qapısından daxil olaraq) 

Ah, bu uzunsaçlı xırçın çocuqlar, Hər biri gündə bir xəyal sayıqlar. 

Aydəmir 

Zənnimcə, Yıldırım bir qədər haqlı, O gənc bir tələbə, həm də maraqlı... Lakin bu hal Cəlal üçün çox gücdür. Çünki Gövərçini həp düşündürür. 

Gövərçin saçları bir hörgü ilə hörülmüş oldüğü halda daxil olur. 

Uluğ bəy 

Yavrum, quzum! Nə var, nə olmuş yenə? 

Page 7: Web view · 2013-12-12Sorma, qardaşım! Yıldırım Nə olmuş? Gövərçin Ah, bilməm, həp şaşırmışam. Yıldırım O qumral saçlar, o çatılmış qaşlar, O dalğın gözlər,

Söylə, bu küskün çöhrəyə səbəb nə? 

Gövərçin 

Səbəb kəndim, kəndi talesizliyim... 

Aydəmir 

Ayrılığa çox dayanmazdır, bəyim! 

Uluğ bəy 

Yavrum, sənin kimi xudkam olanlar, Həp qısqanc, inadlı, xırçın qadınlar, Bulunmuş olurlar işin sonunda Dəhşətli bir fəlakət qarşısında. Sən Cəlalı ancaq ona verdiyin Hürriyyətlə zəncirləyə bilirsin, Saqın! Mane olma; bu hal bir qüsur... 

Gövərçin 

Qüsur, fəqət tərki-məhal bir qüsur. 

(Babasına sarılır.) 

Aydəmir 

(Uluğ bəyi göstərir) 

Düşün, gülünc deyilmi ya bu hallar? Sənin Uluğ bəy kimi bir baban var. Qəlbin fəza qədər geniş olmalı, Heç bir zaman sıxmamalı Cəlalı. 

Uluğ bəy 

Əvət, çox doğru söyləyir Aydəmir, Darlıqdan insana kiçiklik gəlir. 

Yıldırım 

(gələrək) 

Əfəndim! Əkrəm bəy sizi bəkləyir. 

Uluğ bəy 

Gəl baxalım, səyyah nələr söyləyir. 

(Gövərçinlə bərabər salona keçər.) 

Aydəmir 

Ah, zavallı Əkrəm!.. 

Yıldırım 

(heyrətlə) 

Nə var, nə olmuş? 

Page 8: Web view · 2013-12-12Sorma, qardaşım! Yıldırım Nə olmuş? Gövərçin Ah, bilməm, həp şaşırmışam. Yıldırım O qumral saçlar, o çatılmış qaşlar, O dalğın gözlər,

Aydəmir 

O, vaxtilə Gövərçinə vurulmuş, Həm də bir çox ümidlər bəsləmişdi, Yazıq!.. Bir düşün, o nə halda imdi!? 

Yıldırım 

Fəqət bu vəqəyi sən nerdən bildin? 

Aydəmir 

Üç il əvvəl köydə ikən Gövərçin Bilirsən ya, dərs oxurdu Əkrəmdən! İştə bu sirri o zaman duydum mən. 

Yıldırım 

Burax canım, o həp kitab düşgünü, Həp xəyal içində keçəcək günü. O İsa ruhlu dərbədər qələndər; Böylə təsadüflərdən etməz kədər. 

Xidmətçi əlində iki yol çantası olaraq salon tərəfindən gəlib keçər. 

Cəlal 

(Gövərçinlə bərabər gəlir, Yıldırıma) 

Tam vaxtıdır, haydı, əfəndim, buyur. İmdi arxadaşlar bizi bəkliyor. 

Yıldırım 

Əvət, yolçu yolda gərək, getməli, Gözəl İstambula vida etməli. 

(Aydəmirlə bərabər salona keçir.) 

Gövərçin 

(Cəlala) 

Ah, gediyorsan, öyləmi? 

Cəlal 

Gövərçin! Bu üzgün baxışlar neçin, ah, neçin? 

Gövərçin 

Beş günlük vüsal, əcəba, çoxmu ya?! Səndə heç insaf, mərhəmət yoxmu ya?! 

Dinlə bir bu çarpan öksüz qəlbimi Çırpınır, bax, yaralı bir quş kimi. 

Cəlal 

Haqlısan, mələyim, haqlısan, əvət, Lakin ayırmayır bizi bu firqət. 

Page 9: Web view · 2013-12-12Sorma, qardaşım! Yıldırım Nə olmuş? Gövərçin Ah, bilməm, həp şaşırmışam. Yıldırım O qumral saçlar, o çatılmış qaşlar, O dalğın gözlər,

İnan, bir çox dağlar, dənizlər aşsam, Yer üzünü başdan-başa dolaşsam, Ancaq səni arar, səni özlərəm, Ancaq səni görər, səni izlərəm. 

Uluğ bəy, Əkrəm və Yıldırım gəlir. Gövərçin salona keçər. 

Əkrəm 

Sağlıq olsa, iki ay sonra mən də Bulunaram Parisdə, ya Berlində. 

Yıldırım 

İştə bu niyyət gerçəkdən çox gözəl, Mümkün olsa, gecikmə, çox çapuq gəl! 

Uluğ bəy 

(əlini Yıldırımın omuzuna qoyaraq) 

Oğlum, Yıldırım! Məktub yaz daima. Gövərçini, həmşirəni unutma; Bilirsən, Gövərçin səni çox sevər, Hər həftə gözləriz yeni bir xəbər. 

Yıldırım 

Məni sayğısız bilməyin, bəy baba! Xayır, həmşirəmi unutmam əsla! 

(Yıldırımla Cəlal Uluğ bəyin əlini öpərlər və Əkrəmlə əl verib öpüşürlər.) 

Uluğ bəy 

Haydı, yavrum, gedin, uğurlar olsun! Gedin, böyük tanrı sizə yar olsun! Fəqət bilməli ki, bir çox igidlər, Bu yaldızlı yolda olmuşlar hədər. Əvət, bilməli ki, firəng elləri, Həm bəslər, həm soldurar əməlləri; Avropada işıq da var, zülmət də, Orda səfahət də var, fəzilət də. O bir əngin dəniz ki, çox qorxuncdur. İnsan gah inci bulur, gah boğulur. Ayıq davranmalı, mətin olmalı, Həp nura qoşmalı, haqqı bulmalı. 

Bu sırada Gövərçin qucağında mini-mini yavrusu daxil olur. 

Uluğ bəy 

(Mənəkşənin yanaqlarını oxşar və Cəlala) 

İştə mələkciyəz!.. Son sözüm sana, Saqın, gözəl Mənəkşəyi unutma! 

Cəlal 

(Mənəkşəni alıb öpər.) 

Page 10: Web view · 2013-12-12Sorma, qardaşım! Yıldırım Nə olmuş? Gövərçin Ah, bilməm, həp şaşırmışam. Yıldırım O qumral saçlar, o çatılmış qaşlar, O dalğın gözlər,

Mənəkşəm, ah, nazlı dilbər Mənəkşəm, İstəməm səndən ayrılmaq, istəməm. 

(Çıxırlar. Əkrəm də onları izləmək istər.) 

Uluğ bəy 

Nasıl?! Getməkmi istəyirsən, Əkrəm? 

Əkrəm 

Əvət, artıq zəhmət vermək istəməm. 

Uluğ bəy 

Xayır, mümkün deyil, səni buraxmam, Gövərçinə müsafiriz bu axşam. 

Əkrəm 

Heç rahatsız olmayın... 

Uluğ bəy 

Məni dinlə, Mən də köyə dönməliyəm səninlə. İstambuldan yoruldum, bıqdım artıq! Gözəl şəhər, fəqət yazıq, çox yazıq! 

Bir taqım duyğusuz, sönük qüvvətlər, Bu ölkəni bir heçliyə sürüklər. Uzaq qaldıqca Bosfor mühitinə, İnsan az-çox təsəlli bulur yenə. Yaxlaşınca könül həmən diksinir, Həp nəzər dəyişir də ruh incinir. 

(Qafasını mənidar bir tövr ilə sallar.) 

Görməkdən daha dadlıdır eşitmək. 

Sofa qapısından çıxar, bu sırada Gövərçin Mənəkşəni bağrına basdığı halda geri dönər, məyus addımlarla salona keçər. 

Əkrəm 

(Onu diqqətlə süzərək, yalnız) 

Gövərçin! Ah, gözəl, füsunkar mələk!.. 

(Əli alnında, sarsılmış və düşüncəli bir halda sandaliyəyə oturur.) 

PƏRDƏ 

İKİNCİ PƏRDƏ 

Beş ay sonra. Parisdə son dərəcə süslü, çiçəkli bir salon... Salonun sağ tərəfində iki qapı: onlardan biri Anjelin tualet odasına, digəri Cəlalın iş odasına, soldakı üçüncü qapı isə sofaya açılır. Qarşıdakı böyük pəncərədən günəşin batmaqda olduğu görülür. Pəncərə önündə Cəlal - ağ və uzun iş kömləyində - əlində tutmuş olduğu böyük bir rəsmə diqqətlə baxıb düşünür. Divara asılı iki böyük rəsm də nəzərləri oxşar. 

Page 11: Web view · 2013-12-12Sorma, qardaşım! Yıldırım Nə olmuş? Gövərçin Ah, bilməm, həp şaşırmışam. Yıldırım O qumral saçlar, o çatılmış qaşlar, O dalğın gözlər,

Anjel 

(Aşağıdakı şərqiyi büllurin bir səslə tərənnüm edərək salona keçər.) 

Mən öncə bir mələkdim, Yüksəklərdə uçardım. Parlaq bir yıldız kimi Ətrafa nur saçardım. Mən şux bir kələbəkdim, Daldan dala qoşardım. Açmamış bir çiçəkdim, Güllüklərdə yaşardım. Hər kəsi mələk sandım, Hər sevgiyə inandım, Xəlqə əyləncə oldum, Ah, bilmədim, aldandım. 

Cəlal iş odasına keçmək istər. 

Cəlal, söylə, nə olmuş? Səndə bir başqa hal var. Yenə dalğın gözlərin Bilməm, nələr sayıqlar!.. 

Cəlal 

Anjel, sevimli Anjel! Sənsiz ruhumu qaplar Yığın-yığın qayğılar, Həp zəhərli xəyallar. Lakin duyduğum kimi O incə dilbər səsi, Qalxar məhzun könlümün Tar-dumanlı pərdəsi. Əvət, səni gördükdə Sönər həp düşüncələr, Artıq, öksüz ruhumu Gəmirməz işgəncələr. Ah, bu süzgün baxışlar, Bilsən, nasıl füsunkar! Gah ruhumu güldürür, Gah da qəlbimi yaxar. 

(Anjeli öpər.) 

Anjel Of, bu çılğın öpüşlər Həyatımı yaldızlar. Sərsəm könül fərəhdən Həm rəqs edər, həm sızlar. 

Cəlal 

Sən gözəllər içində Bir afətsən, mələksən. Ömrümün baharında Gülümsər bir çiçəksən. 

Anjeli qolları arasına alır, iki dodaq məczub bir halda yekdigərinə yaxlaşır, bu sırada Gövərçinin dağınıq saçlı, məhzun baxışlı “xəyalı” pəncərə önündə görünür. Cəlal “ah” deyə Anjeli buraxı verir. Şaşqın və sərsəm baxışlarla baxmaqda davam edir, xəyal artıq görünməz olur. 

Anjel 

Page 12: Web view · 2013-12-12Sorma, qardaşım! Yıldırım Nə olmuş? Gövərçin Ah, bilməm, həp şaşırmışam. Yıldırım O qumral saçlar, o çatılmış qaşlar, O dalğın gözlər,

(Elektrik lampacıqlarını yaxaraq.) 

Aman, yenə gözlərin Başqa bir şey söyləyir. Sanki bir dəhşət səni Hər an təhdid eyləyir. 

Cəlal 

Xayır, xayır, sevgilim, Bu hal çox sürməz, keçər. Bu bir sinir halıdır, Maraq etmə, tez keçər. 

Anjel 

Fəqət səbəbsiz deyil, Bu sirri anlat mənə. 

Cəlal 

Sorma, xayır, heç sorma, Bu sirr açılmaz sənə. 

Xidmətçi sofa qapısından girir. Cəlala bir kart-vizit verir. 

Anjel 

Kimdir gələn? 

Cəlal 

Əkrəm bəy! 

Anjel 

Ah, bu hərif can sıxar. Onun sərt baxışları Sanki beynimi yaxar. 

Cəlal 

Haydı get, söylə, gəlsin. 

Xidmətçi qız çıxır. 

Anjel 

Fəqət onun hər sözü Kəskin bir qılınc kimi Ayırmaq istər bizi. 

Öz odasına keçir, Cəlal iş kömləyini çıxarıb bir tərəfə atı verir. Əkrəm avropalı qiyafətində daxil olur. 

Cəlal 

Gəl baxalım, nerdəsən? Görünməz oldun artıq. Heç görülmüşmü böylə Arxadaşlıq, yoldaşlıq?! 

Page 13: Web view · 2013-12-12Sorma, qardaşım! Yıldırım Nə olmuş? Gövərçin Ah, bilməm, həp şaşırmışam. Yıldırım O qumral saçlar, o çatılmış qaşlar, O dalğın gözlər,

Əkrəm 

Kimsədə bir qüsür yox Yalnız qəbahət səndə; Əyləniyorsun qorxunc Uçurumlar önündə. Halbuki, çox uzaqda Yurdun, yuvan, eşin var. Gövərçin yavrusilə Yola göz dikmiş, ağlar. Sən yabançı ellərdə Bir kokotu tutmuşsan. Uyub bir rəqqasəyə Hər şeyi unutmuşsan. 

Cəlal 

Həp doğru, lakin Anjel Çox nazlı bir mələkdir. Gözəllik sərgisində O bir lətif çiçəkdir. 

Əkrəm 

Əvət, mələkdir, fəqət Şeytan ruhlu bir mələk! Lətif çiçəkdir, fəqət Çox zəhərli bir çiçək! Bir sən deyil, hər kəslə O istər həmdəm olmaq. Lakin yaqışmaz sənə Hər kölgəyə vurulmaq. Beş aydır Parisdəsən, Söylə, nə yapdın, söylə? 

İnan ki, məhv olarsan Bu sayğısız gedişlə. 

Cəlal 

(divardakı rəsmləri göstərir) 

Seyr eylə iştə!.. Burda Ən şöhrətli rəssamlar, 

(əlini köksünə vurur) 

Cəlaldakı sənəti Həp alqışlar, salamlar. 

Əkrəm 

Bu əfsunçu qadından Uzaqlaşmasan əgər, Öyündüyün istedad, Sənət, dəha həp sönər. 

Cəlal 

Ah, bu sözlər nə lazım! Mümkün deyil... qəhr olsam, Məhv olsam belə, heyhat! Mən Anjeldən ayrılmam! 

Page 14: Web view · 2013-12-12Sorma, qardaşım! Yıldırım Nə olmuş? Gövərçin Ah, bilməm, həp şaşırmışam. Yıldırım O qumral saçlar, o çatılmış qaşlar, O dalğın gözlər,

Əkrəm 

(Hiddətlə yerindən qalxar) 

Əfv edərsən, o halda Bir daha zəhmət verməm, Allaha ismarladıq... 

(Gedəcək olur.) 

Cəlal 

Əkrəm! Bir düşün, Əkrəm!.. 

Əkrəm 

Xayır, artıq düşünmək, Söz güləşdirmək yetər... 

Cəlal 

Əkrəm, məzuram, Əkrəm!.. 

Əkrəm 

Üzrün suçundan betər! 

(Çıxar.) 

Cəlal da onu izlər. Anjel sürəkli və istehzalı qəhqəhələrlə odasından çıxar; xidmətçi qızın gətirdiyi karta baxar. 

Anjel 

Müsyo Edmon! Durma, get, Söylə gəlsin... 

(qız çıxar, Anjel qəhqəhəylə) 

Bilməm ki, Əkrəm nə sanmış məni? Halbuki, Anjeldəki Gözəlliyə bir yığın Cəlallar qurban olmuş. Gənc qraflar, prinslər Əlimdən güc qurtulmuş... 

(Edmon girər) 

Edmon, ah, müsyo Edmon! Artıq unutdun məni... 

Edmon 

Dün nə için gəlmədin? Bir çox bəklədim səni. Bəklədim qızıl işıq Sərpən kiçik odamda. Bir oda ki, həp saçar Ehtiras, eşq, sevda... Uf, bu gözlər, bu gözlər 

Page 15: Web view · 2013-12-12Sorma, qardaşım! Yıldırım Nə olmuş? Gövərçin Ah, bilməm, həp şaşırmışam. Yıldırım O qumral saçlar, o çatılmış qaşlar, O dalğın gözlər,

Yaxar çılğın ruhumu. Allah eşqinə, səndə İnsaf, mərhəmət yoxmu?! 

(Bir daha öpmək istər.) 

Anjel 

(Məğrur və işvəli bir baxışla geri çəkilir.) 

Artıq öpüş əl verir... 

Edmon 

(onun biləyini yaxalar) 

Ya?.. Soyudunmu məndən?! 

Anjel 

(əlini çəkərək) 

Burax bu məcnunluğu, Allahını sevərsən. 

Edmon 

Əvət, imdi anladım, İmdi anladım, əvət, Sönük bir xülya imiş Əski eşq, əski ülfət. 

(Anjel şiddətli qəhqəhələrlə gülər. Edmon sinirli.) 

Bu dadlı qəhqəhənlə Var-yoxumu tükətdin. 

(Anjelin barmağındakı üzükləri, boynundakı inciləri göstərir, çılğınca) 

Bu almaslar, incilər. Söylə, kimin, ah, kimin? 

Anjel 

(təkrar gülərək) 

Maraq etmə, səninki Çoxdan satıldı, getdi. 

Bax, bu incilər yoxmu? Cəlal hədiyyə etdi. 

(üzükləri göstərir) 

Almas deyil bunlar da, Pırlantadır, əzizim! Bunu Moskovdan gələn Bir qraf etmiş təqdim. Bu da gənc bir iranlı Şahzadədən yadigar... Bax, nə sevimli şeylər, Yıldız kimi parıldar. 

Page 16: Web view · 2013-12-12Sorma, qardaşım! Yıldırım Nə olmuş? Gövərçin Ah, bilməm, həp şaşırmışam. Yıldırım O qumral saçlar, o çatılmış qaşlar, O dalğın gözlər,

Edmon 

Ya, sənin hər gecəndən Böylə bir yıldız doğar. Öylə bir mətasan ki, Hər yerdən müştərin var. Anjel, əmin ol, bu hal Böylə getməzdən bir gün, Özünü bir cinayət Qarşısında görürsün. 

Anjel 

(yapma səmimiyyətlə) 

Edmon! Çocuqmu oldun? Nə saçmalar söylərsən? Haydı, imdi get, yarın Axşam məni bəklərsən. Həp başdan keçənləri Gələr, söylərəm sənə; Haqlı bulursan bəlkə, Bəlkə acırsan mənə. 

Edmon 

(onun əlini öpərək) 

Çox gözəl, öylə olsun, Gedər, bəklərəm, amma Mümkünsə erkəncə gəl, Saqın, saqın, unutma! 

Edmon çıxır, bu sırada Cəlal gəlir. 

Cəlal 

Anjel! Bu kimdir yenə? Söylə, kimdir bu müsyo? 

Anjel 

(məğrur və müstəhzi) 

Mənim əski bildiyim, Əski sevgilimdir o. 

Cəlal 

Düşün, bu hallarınla 

Məni məhv eyləyirsən. 

Anjel 

Çünki vurğunam ona... 

Cəlal 

Anjel! Nə söyləyirsən? 

Page 17: Web view · 2013-12-12Sorma, qardaşım! Yıldırım Nə olmuş? Gövərçin Ah, bilməm, həp şaşırmışam. Yıldırım O qumral saçlar, o çatılmış qaşlar, O dalğın gözlər,

Anjel 

(laübali və işvəli qəhqəhələrdən sonra, ciddi) 

Bilsən, hərif gəlmiş də Nə həzyanlar söyləyir? Əski eşqi anıb da Məni təhdid eyləyir. 

Cəlal 

Cavab vermədinmi ya? 

Anjel 

Sözlərini dinlədim, Yarın bəklərsən deyə - Başımdan dəf eylədim, 

Cəlal 

Yalan satmaq nə lazım, Bir kərə kəs ülfəti! 

Anjel 

Ah, o kinli bir hərif, Var cinayət niyyəti. 

Cəlal 

Heç bir təlaş istəməz, Nə olsa, rədd etməli... 

Anjel 

Ən eyisi, köçməli, Fransadan getməli. 

Cəlal 

Lakin qürbət ellərdə Canın sıxılmazmı ya? 

Anjel 

Hər yerdə bir deyilmi İnsan, günəş, göy, hava? 

Cəlal 

Bütün bildiklərindən, Yaxınlarından uzaq, Gün keçirmək qolaymı? 

Anjel 

... Allah eşqinə, burax! Mənə cahanda yalnız Sənsən yeganə həmdəm. Səndən, sənin eşqindən Başqa bir şey istəməm. 

Page 18: Web view · 2013-12-12Sorma, qardaşım! Yıldırım Nə olmuş? Gövərçin Ah, bilməm, həp şaşırmışam. Yıldırım O qumral saçlar, o çatılmış qaşlar, O dalğın gözlər,

Bu sırada xidmətçi qız bir kart-vizit gətirir. 

Cəlal 

(kartı alıb baxar, Anjelə) 

Haydı, bir qədər bizi Mümkünsə, yalnız burax... 

Anjel 

Ah, bu gedib-gələndən Bir kərəcik qurtulsaq!.. 

Öz odasına keçir, Yıldırım daxil olur. 

Cəlal 

Buyursunlar, əfəndim, Nə var, nə yox?.. 

Yıldırım 

Cəlal, biz... 

Yarın axşam Parisdən Çıxıb getmək istəriz. 

Cəlal 

Çox gözəl, İstambuldan Bir xəbər yoxmu? Söylə! 

Yıldırım 

Gövərçin yavrusilə, Dilbər Mənəkşəsiylə Rəsmini aldırmış da, İştə sənə göndərmiş. 

(Cəlala bir fotoqraf rəsmi verir.) 

Ah, bu şəfqət lövhəsi, Aman, ya rəb, nə müdhiş! Gövərçinin bu halı Andırır çox sinirli, Çox çılğın bir dənizdə Ümidsiz bir heykəli. 

Cəlal 

Gövərçindən ayrıca Məktub yoxmudur mana? 

Yıldırım 

Pəki nə yazsın, sən ki, Cavab verməzsən ona. 

Cəlal 

Əvət, haqsız deyil o, 

Page 19: Web view · 2013-12-12Sorma, qardaşım! Yıldırım Nə olmuş? Gövərçin Ah, bilməm, həp şaşırmışam. Yıldırım O qumral saçlar, o çatılmış qaşlar, O dalğın gözlər,

Qüsur məndədir, məndə... 

Yıldırım 

Artıq keçənlər keçmiş, Yarın bizimlə sən də Getmək istəyirmisən? 

Cəlal 

Xayır, mən əhd etmişim: İtalyanı görmədən İstambula dönməyim. 

Yıldırım 

Zərər yox, düşün, daşın, Bəlkə fikrin dəyişdi. O talesiz Gövərçin Səni bəkləyir imdi; Əvət, bəkləyir səni Məsum Mənəkşəsiylə... 

(Əlini Cəlala uzadıb vidalaşmaq istər.) 

Cəlal 

Aman, rica eylərəm, Bir qədər məni bəklə! 

(Dərhal iş odasına keçir.) 

Anjel 

(daxil olur) 

Yıldırım, ah, Yıldırım! Artıq görünməz oldun. Yoxsa məndə nifrətə Layiq bir şeymi buldun? 

Yıldırım 

Anjel, nə söyləyirsən, Olmazmı bir düşünsən? Gözəlliyə, halbuki, Pərəstiş eylərəm mən. Fəqət, məncə, gözəllər Parlaq bir yıldız kimi Gülümsəyib uzaqdan, Qəlbi təsxir etməli... 

Anjel 

Ah, sənin böylə məğrur, İstiğnalı halların Məni bir vurğun kimi Az qalır ki, çıldırtsın. 

Yıldırım 

Lakin məndə özümü Sevdirəcək bir şey yox. 

Page 20: Web view · 2013-12-12Sorma, qardaşım! Yıldırım Nə olmuş? Gövərçin Ah, bilməm, həp şaşırmışam. Yıldırım O qumral saçlar, o çatılmış qaşlar, O dalğın gözlər,

Nədənsə, yalnız sənin Lütfün haqqımda pək çox... 

Anjel 

Xayır, Yıldırım, xayır, Böylə qaçdıqca məndən, Bir çocuq kimi sənə Sarılmaq istərəm mən. 

Cəlal 

(Əlində böyücək bir tablo ilə bir məktub daxil olur.) 

İştə, sənə keçən gün Söylədiyim lövhə, bax! İştə, çılğın fırçamın Ən son məhsulu... ancaq Buna verdiyim əmək Beş gün olmadı belə. 

Yıldırım 

Əmin ol ki, ömrü də Ancaq olur bir öylə; Bir əsər ki, sən ona Xor baxıb da saymadın, Sənin kimi hər kəs də Saymaz, xor baxar yarın. 

Cəlal 

Əvət, mənim bu zəfim Əfv edilməz xətadır. 

Yıldırım 

Fəna yaratmaqdansa, Yaratmamaq uladır. 

(Getmək istər.) 

Cəlal 

İştə, yazdığım məktub!.. 

Yıldırım 

(məktubu alır, mənalı bir baxışla) 

Çox gözəl!.. 

Anjel 

(Yıldırıma) 

Bir az otur! 

Yıldırım 

Page 21: Web view · 2013-12-12Sorma, qardaşım! Yıldırım Nə olmuş? Gövərçin Ah, bilməm, həp şaşırmışam. Yıldırım O qumral saçlar, o çatılmış qaşlar, O dalğın gözlər,

Qüsura baxma, Anjel, Arxadaşlar bəkləyir. 

(Hər ikisinin əlini sıxıb çıxır.) 

Anjel 

Cəlal! Nə oldun, Cəlal! Nədir bu sisli hallar? Yenə sardı çöhrəni Fırtınalı xəyallar. 

Cəlal 

Çünki yaxar beynimi Bir çox zəhərli duyğu. Neyləyim, taleyim bu, Ah, mənim xilqətim bu!.. 

Anjel 

Öncə gülər uzundə Parlardı bəxtiyarlıq. Həp söylər, əylənirdin, Nə oldu, susdun artıq!.. Yoxsa Fransayı tərk Etməkmi istəyirsən? Məndən uzaqlaşıb da Getməkmi istəyirsən? 

Cəlal 

Əvət, gülüm, Parisdən Çıxıb getmək istərəm. Yarın erkən Romaya Səfər etmək istərəm. 

Fəqət sənsizmi... heyhat!.. Mümkün deyil bu əsla! Mənə yalnız səninlə Xoş görünür bu dünya. Həp dirliyim, mənliyim, Yalnız bağlıdır sənə. Ömrün hər gözəlliyi Sənsiz çirkindir mənə. 

(Anjeli qolları arasına alıb öpmək istəyir. Bu sırada işıq azalır, Gövərçinin xəyalı - qucağında mini-mini lətif bir çocuq bulunduğu halda - məhzun, həsrətli baxışlarla görünür.) 

Gövərçin 

(çocuğunu uzadaraq) 

Cəlal, al Mənəkşəni!.. 

Cəlal 

(Anjeli buraxaraq) 

Eyvah!.. 

Anjel 

Page 22: Web view · 2013-12-12Sorma, qardaşım! Yıldırım Nə olmuş? Gövərçin Ah, bilməm, həp şaşırmışam. Yıldırım O qumral saçlar, o çatılmış qaşlar, O dalğın gözlər,

Nə oldu, Cəlal? 

Cəlal 

Gövərçin, ah, Gövərçin!.. 

(hıçqırıb düşər) 

Anjel 

(məhbut və mütəhəyyir) 

Aman, nə dəhşətli hal!.. 

PƏRDƏ 

ÜÇÜNCÜ PƏRDƏ 

I SƏHNƏ 

İstambulda süslü bir salon, Bosfora nazir bir balkon... Qarşıda sağda və solda birər qapı... Qarşıdakı qapı balkona açılır. Məzkur qapının sol tərəfində ipəkli pərdələrlə qapalı kiçik bir oda görünür... Eylül... Gündüz... 

Gövərçin 

(məhzun və titrək bir ahənglə aşağıdakı şərqiyi söylər) 

Eşindən ayrılan bir bülbül kimi Könül fəryadını dinlər, ağlaram. Xəzanə uğramış bir sünbül kimi Yar intizarında inlər, ağlaram. 

Gülümsər yasəmən, mənəkşə, lalə, Hər kəs qapılmış dadlı bir xəyalə, Lakin mən həsrət qalıb da vüsalə, Yar intizarında inlər, ağlaram. 

Mən ağlamazdım, məni ağlatdılar, Qayğı bilməz könlümü qanatdılar, Beş günlük ömrümə ağu qatdılar, Yar intizarında inlər, ağlaram. 

Yıldırım 

(gəlir, Gövərçini süzər, gülümsər bir halda) 

Aman, sevgili həmşirəm, ağlayırsan, öyləmi? 

Gövərçin 

Allah eşqinə get, yetər, dırmalama könlümü. 

Yıldırım 

Yazıq sənə, hala bütün çocuqluğun üstündə... Neçin üzərsən özünü? Təhəmmül et beş gün də, Ayrılıqdan sonra qovuşmanın başqa zövqü var; Cəlal nerdə olsa inan, çox sürməz, gələr çıxar. 

Bu sırada dayə qucağında Mənəkşə olduğu halda gəlib keçir: Yıldırım çocuğu alıb öpür, dayəsinə verdikdən sonra Gövərçinə. 

Page 23: Web view · 2013-12-12Sorma, qardaşım! Yıldırım Nə olmuş? Gövərçin Ah, bilməm, həp şaşırmışam. Yıldırım O qumral saçlar, o çatılmış qaşlar, O dalğın gözlər,

İştə sənin ən sevgili, ən dəyərli əyləncən. İştə bir nur topu kimi, mini-mini Mənəkşən! Onu öpüb oxşamaqla məhzun könlünü ovut, Pənbə bir gül kimi qoxla! Unut, hər dərdi unut! 

Gövərçin 

Xeyr, xeyr, imdi mənim heç bir şey yox gözümdə, Hər kəsə qarşı bir yığın kin bəslərəm özümdə. Çünki məndən hər kəs qaçar, kimsə duymaz halımı, 

Babam belə atmış məni, fərq etməz məlalımı. 

Yıldırım 

(şux qəhqəhə ilə) 

Yalan, yalan... iştə məktub, bu gün burda!.. 

Gövərçin 

(məktubu alır) 

Ah, xain! Bu məktub da çoxmu mənə? 

Yıldırım 

Unutdum, əfv edərsən. 

Bu sırada qapı barmaq ucilə vurulur. 

Gəl! Aydəmir əlində yol çantası girər. 

Gövərçin 

(heyrət və sevinclə) 

Aydəmir!.. 

Yıldırım 

Babam nerdə? Aydəmir 

İştə! 

(Çantayı buraxıb gedər.) 

Gövərçin 

(qapıya doğru irəlilər) 

Əvət. 

Uluğ bəy 

(əlində əsa, qolunda yaz paltosu gəlir) 

Ah, yavrum! 

O, Gövərçinin alnını, Gövərçin də qardaşilə bərabər onun əlini öpür, 

Page 24: Web view · 2013-12-12Sorma, qardaşım! Yıldırım Nə olmuş? Gövərçin Ah, bilməm, həp şaşırmışam. Yıldırım O qumral saçlar, o çatılmış qaşlar, O dalğın gözlər,

məhzun baxışlarla sükuta varır. 

Nasılsan, mələyim, söylə, saxlasın səni tanrım. 

Gövərçin 

Sorma, babacığım, sorma! 

Uluğ bəy 

Neçin? 

Gövərçin 

Ah, bədbəxt oldum. 

(Məzlumanə bir tövr ilə babasının qolları arasına sığınır.) 

Uluğ bəy 

Heç sıxılma, hər gecənin sonu gündüzdür, quzum! 

(Yıldırıma) 

Oğlum! Əkrəm yoxmu? 

Yıldırım 

Xayır. 

Uluğ bəy 

Gəlməliydi o imdi, Köydən bərabər çıxmışız, bax gör, neçin gecikdi. 

(Yıldırım çıxır; Uluğ bəy Gövərçinə) 

Öncə məni dinləmədin, hər saçmaya inandın, İstambulun süslü-püslü həyatına aldandın. Bilmədin ki, çox sislidir, zəhərlidir havası, Bilmədin ki, bu torpağın təməlsizdir vəfası. Nə yapmalı, keçmiş artıq, unut, həpsini unut! İmdi, yavrum, ancaq sənin borcun təhəmmül, sükut... 

Sağ qapıdan içəri girərlər. Bir az sonra Yıldırımla Əkrəm soldan daxil olur. 

Əkrəm 

Pəki, rəssamdan nə xəbər? 

Yıldırım 

Bir aydır ki, xəbər yox; Şübhəsiz ki, İtalyada əyləniyor... 

Əkrəm 

Ah, çocuq... Yazıq o istedada ki, Cəlal bəydə saqlıdır. 

Page 25: Web view · 2013-12-12Sorma, qardaşım! Yıldırım Nə olmuş? Gövərçin Ah, bilməm, həp şaşırmışam. Yıldırım O qumral saçlar, o çatılmış qaşlar, O dalğın gözlər,

Yıldırım 

“Sənətkarlar həp mərizdir” deyənlər çox haqlıdır. 

Əkrəm 

Əvət, yazıqlar olsun ki, Anjel, o nazlı afət, Cəlal kimi çoxlarını yurduna qoymuş həsrət. 

Yıldırım 

İstəsəydim, Anjel onu çoxdan atıb getmişdi. 

Əkrəm 

Öylə yapsaydın, Gövərçin məsud olurdu imdi. 

Yıldırım 

Çox yanıldım, mən Cəlalı bunca azğın bilməzdim, Yoxsa onu tək başına böylə atıb gəlməzdim. 

Əkrəm 

Keçmiş artıq, bu azğınlıq bir sirr olub qalmalı, Düşünməli, daşınmalı, yalnız çarə bulmalı... 

Aydəmir 

(gəlir) 

Gözləriniz aydın!.. 

Yıldırım 

Nə var? 

Aydəmir 

İştə gəldi Cəlal bəy! 

Hər ikisi qapıya doğru irəlilər. 

Cəlal 

(daxil olur) 

Mərhəba!.. 

Əkrəm və Yıldırım 

Mərhəba!.. 

(Öpüşürlər.) 

Cəlal 

(Aydəmirə) 

Çıx da bir az yardım et! 

Aydəmir 

Page 26: Web view · 2013-12-12Sorma, qardaşım! Yıldırım Nə olmuş? Gövərçin Ah, bilməm, həp şaşırmışam. Yıldırım O qumral saçlar, o çatılmış qaşlar, O dalğın gözlər,

Pəki. 

(Çıxar.) 

Cəlal 

(səmimi bir qəhqəhəylə) 

Heç şübhə yox, “sapqın!” deyə həp darıldınız mana; Səfər etdim Rafaelin, Mikelancel yurduna, Nələr gördüm, ah bilsəniz, nələr, nələr, ah, nələr?! Nə heykəllər, madonnalar!.. Nə parlaq nümunələr!.. Sizdən ayrıldığım, iştə, iki aydan çox deyil... 

Yıldırım 

Gövərçin çox rahatsızdır, bəklətmə artıq... 

Cəlal 

Anjel!.. Fəqət Anjel?! İstambulu görmək üçün Anjel də, Maraqlanıb gəlmiş... 

Yıldırım 

Nasıl? 

Əkrəm 

İştə böyük təhlükə. 

Cəlal 

Xayır, evdə hər kəs onu bir musafir zənn edər, Beş-altı gün qalar, sonra həmən dəf olub gedər. 

Əkrəm 

İştə rəzalətin sonu! Heç bu olur şeymi ya? 

Yıldırım 

Neçin olmaz? Olur, fəqət, fəqət beş gün qalarsa. 

Cəlal 

(məmnun bir halda Yıldırımın əlini sıxaraq) 

İnan, sözüm sözdür, inan, bir həftə sürməz belə. 

(İçəri girir.) 

Əkrəm 

Yalan, həp yalan söyləyir, baxma o qurnaz dilə! 

Yıldırım 

Heç zərər yox, bir həftə bəkləriz, yalan çıxarsa, Anjeli ovlamaq rolu qalır mənim boynumda. Öylə bir oyun oynaram, Cəlal şaşırıb donar; Anjel onu sevmək deyil, bir də çox çətin anar. 

Page 27: Web view · 2013-12-12Sorma, qardaşım! Yıldırım Nə olmuş? Gövərçin Ah, bilməm, həp şaşırmışam. Yıldırım O qumral saçlar, o çatılmış qaşlar, O dalğın gözlər,

Əkrəm 

Ya! Səni də Cəlal kimi zəhərləyib yaxarsa?.. Çünki başqa, çox başqa ondakı işvə, naz, əda... 

Aydəmir əlində iki yol çantası olaraq gəlib keçir. Anjel də əlində şəmsiyə onu izlər. Əkrəm dərhal naməmnun bir tövr ilə çıxır. 

Yıldırım 

(son dərəcə sevinc ilə onun əlini öpür) 

Ah, Anjel! Eyi ki gəldin, imdadıma yetişdin. 

Angel 

Sən ki məndən həp qaçardın, birdən nasıl dəyişdin? 

Yıldırım 

İlk atamız Adəm kimi öncə sapdım, aldandım; Sonra “mələk, cənnət!” deyə ah çəkməkdən usandım. Bu günlərdə İstambulu atıb gəlmək üzrəydim, Dilərdim ki, yalnız səni bir kərəcik görəydim. Çox şükür tanrıya, çox da mənhus deyilmiş bəxtim. 

Anjel 

(istehzalı təbəssümlə) 

İştə gördünmü mən səndən daha vəfalı çıxdım. 

Yıldırım 

Əvət, əvət, sən vəfalı bir mələksən, fəqət mən Ürküb qaçdım bir yarasa kimi parlaq günəşdən. Tale mənə gülümsədi, üz çevirdim daima, Anjel, Anjel, əfv et məni, artıq qüsura baxma. 

(Çılğınca bir məftuniyyətlə Anjeli qolları arasına alır.) 

PƏRDƏ 

II SƏHNƏ 

Bir həftə sonra, yenə keçən səhnədəki mənzərə... Gecə... Məhtab... Cəlal salonun ortasında böyücük bir qoltuğa yaslanaraq, yarım sərxoş bir halda cığarayı dumanladır və önündəki konyak şüşəsindən bir-iki qədəh töküb içər. Bu sırada Yıldırımla Əkrəm daxil olur. İkinci, qoltuğundakı bir yığın kitabı masa üzərinə buraxır. 

Yıldırım 

Cəlal! Gözün aydın, Əkrəm bəy yenə İstambulu tərk etmək istəyir... 

Cəlal 

Nə?! 

(kitabların ikisini açaraq) 

Dur, baxalım bunlar nə? 

Page 28: Web view · 2013-12-12Sorma, qardaşım! Yıldırım Nə olmuş? Gövərçin Ah, bilməm, həp şaşırmışam. Yıldırım O qumral saçlar, o çatılmış qaşlar, O dalğın gözlər,

Əkrəm 

Həp fəlsəfə. Gəzməkdən yoruldum, çəkilib köyə Bir qədər düşünüb dalmaq istərəm, Səhrailikdən zövq almaq istərəm. 

Cəlal 

Heç bu olur şeymi, nə tez usandın? Şəhər köydən fənamı? 

Əkrəm 

Sən nə sandın? Köy həyatı gurultusuz bir həyat; Orda bütün xilqət, bütün kainat Təsliyət şəhpərilə ruhu oxşar, Köydə insan daha qayğısız yaşar. Lakin sizin İstambulda nə varmış?! Hər işi, hər zövqü bütün aldanış... Hər yanda bir göstəriş, bir vəlvələ... Həp çöhrədə bir dəsisə, bir hiylə. Hər addımda bir xəyanət, bir fəsad, Hər nəfəsdə bir ah, sönük bir fəryad. İştə qarşında içdiyin zəhər də, Anlatdığım faciədən bir pərdə... 

Cəlal 

(Konyakdan bir daha töküb içir, sərxoşca qəhqəhə ilə) 

Ah, bu zəhər deyil, axar bir atəş!.. Bir atəş ki, onunla qalxar ətəş. Onunla qalxar ürəkdən kədərlər, Onunla iztirab atəşi sönər. 

(bir qədəh daha içərək) 

Sönük ruhum onunla parlar, yanar, Məhzun könül vəcdə gələr də oynar. Beynim vulkan kimi həp alov saçar. Uçmaq istərəm, yer altımdan qaçar. 

Əkrəm 

Sənə yalnız müqəddəs altaylardan, Şanlı əcdadından yadigar qalan, Ağ köpüklü kımızdır ki, içdikcə, Həm ruh, həm bədən bulur zövq, nəşə. Lakin yıpramış yunanın bu süni, Bu atəşli zəhri məhv edər səni. 

Cəlal 

(bir daha içərək qəhqəhəylə) 

Sənin kimi zahid ruhlu qələndər, Bundakı zövqü çox zor idrak edər. Düşün, bir düşün, mən indi yerdəyəm? Olimp dağlarında seyr etməkdəyəm. 

Page 29: Web view · 2013-12-12Sorma, qardaşım! Yıldırım Nə olmuş? Gövərçin Ah, bilməm, həp şaşırmışam. Yıldırım O qumral saçlar, o çatılmış qaşlar, O dalğın gözlər,

Əski tanrılar, həp əski pərilər, Qarşımda səfbəsəf rəqs edib gülər. 

(bir daha töküb içmək istər) 

Əkrəm 

Artıq yetər... 

Yıldırım 

(şüşəni alaraq) 

Burax, burax! 

Cəlal 

Yıldırım! 

(şüşəni geri almaq istər) 

Əkrəm 

Yahu, bir mənə bax! 

Yıldırım 

(digər odaya keçərək) 

Burax! 

Cəlal 

(onu izləyərək) 

Yıldırım?! 

Onlar çıxdığı sırada Gövərçin məhzun və pərişan bir halda daxil olur. 

Əkrəm 

Gövərçin!.. 

Gövərçin 

Ah, Əkrəm! 

Əkrəm 

Nədir bu halət? 

Gövərçin 

Nifrət, bütün ömrə, həyata nifrət! Kəndimi məhv etdim kəndi əlimlə, Köydə nə bəxtiyar idim... Ah, öylə Vəhşi quşlar kimi yaşıl bağlarda, Tarlalarda, ormanlarda, dağlarda Gün keçirsəydim, heç böylə solmazdım, Bu altun qəfəsdə əsir olmazdım. 

Əkrəm 

Xayır, məyus olma! Kədərli günlər 

Page 30: Web view · 2013-12-12Sorma, qardaşım! Yıldırım Nə olmuş? Gövərçin Ah, bilməm, həp şaşırmışam. Yıldırım O qumral saçlar, o çatılmış qaşlar, O dalğın gözlər,

Qara bulud kimi tez gəlib keçər. Səadət yıldızı er-gec gülümsər, Bu günkü dəhşətdən qalmaz bir əsər. Unut, unut hər dərdi, iztirabı, Gəl seyr et, bu dilbər, lətif məhtabı. Yetər, artıq yetər təhəssür, məlal, Gəl, gözəl Bosforu tamaşayə dal. 

(balkondakı mənzərəyi göstərir) 

Gövərçin 

Bosfor gözəl olsa, burdan qaçmazdın, İstambulu atıb, köyə uçmazdın. 

Əkrəm 

Mən köy həyatını təqdis eylərim; Çünki bütün səadətli günlərim, Bütün eşqim, bütün hissim, xəyalım, Fərəhli dəmlərim, hüznüm, məlalım, Gülər mənə köyün hər guşəsində, Mələk çocuq! Hətta sən də, ah sən də... 

(Gövərçinin əllərini dodaqlarına götürür, öpmək istər.) 

Gövərçin 

(sarsılmış bir halda geri çəkilir) Xayır, kimsədən pərəstiş istəməm, Yetər erkəklərdən gördüyüm sitəm. Əvət, o alçaldısa, mən alçalmam, Məhv olaram, sapqınlıqdan zövq almam. 

Əkrəm 

Xayır, Gövərçin, yanılma, aldanma! Könül sevmiş səni yalnız, daima Müqəddəs, ilahi ideal kimi, Əl vurulmaz yüksək bir xəyal kimi. Yox məndə möhtəris, alçaq bir niyyət. Cəlal sənin, sən də onunsan, əvət. 

Gövərçin 

Xayır, heç bir təsəlli istəməm, ah! Artıq yetər, mənimçin ən son pənah İştə Bosforun şəfqətli qucağı! İştə qayğısız qurtuluş ocağı! Əvət, ta əskidən bir çox məsumlar, Mənim kimi bəxti dönmüş məzlumlar, Həp bu Bosfora etmiş də iltica, Rahətlə dalmış əbədi uyquya. 

Əkrəm 

(əlindən tutaraq) 

Çocuqluq yetişir, mələk həmşirəm. Gəl, haydı, gəl... 

Gövərçin 

Page 31: Web view · 2013-12-12Sorma, qardaşım! Yıldırım Nə olmuş? Gövərçin Ah, bilməm, həp şaşırmışam. Yıldırım O qumral saçlar, o çatılmış qaşlar, O dalğın gözlər,

Xayır, inan ki, Əkrəm, Bu çırpınış bir həftə sürməz belə, Er-gec uğraşıb çıxaram sahilə. 

Cəlal geri dönər, şübhəli baxışlarla onları dinlər. 

Əkrəm 

Gövərçin, çox da aldanırsan... Əvət Dünyada yox fəlakətsiz səadət, Əvət, hər gecədən doğar bir günəş... 

Cəlal 

(istehzalı və sərxoşca bir qəhqəhəylə) 

Əvət, hər kömürdən parlar bir atəş?! 

(Gövərçin əlini çəkərək, digər odaya keçir.) 

Əkrəm 

Cəlal, Cəlal! Yetər əyləncə artıq, Düşün, artıq əlverir sayğısızlıq. Bu xain Anjeli həmən dəf eylə, Yoxsa məhv olur bütün bir ailə. 

(Kitablarını alıb sol qapıdan çıxmaq üzrə ikən bir daha dönərək.) 

Saqın. Gövərçini yalnız buraxma! 

Cəlal (yarım qəhqəhəylə) 

İmdi çox sərxoşam, qüsura baxma! Əkrəmlə bərabər çıxar, bu sırada Yıldırımla Anjel sağ tərəfdən daxil olur. Anjel yazlıq əlbisə geymiş; köksü, qolları açıq və omuzunda ipəkli, süd mavi bir şal var. 

Anjel 

Nerdəsən? Bir həftədir bir kərə də Gəldiyin yox Anjeli ziyarətə... 

Yıldırım 

Çünki uzaq bulunduqca Anjeldən, Yenə az-çox təsəlli buluram mən. Ayrılıqda həp qəlbimə hökm edən Yalnız sən olursan, gülüm, yalnız sən!.. Lakin sənə yaxlaşarkən daima, Cəlal kimi rəqib çıxar qarşıma. 

Anjel 

Bunca qısqanc olmanı arzu etməm. 

Yıldırım 

(əzabi-vicdan ilə ətrafa) 

Ah, Gövərçin!.. Ah, zavallı həmşirəm!.. 

Page 32: Web view · 2013-12-12Sorma, qardaşım! Yıldırım Nə olmuş? Gövərçin Ah, bilməm, həp şaşırmışam. Yıldırım O qumral saçlar, o çatılmış qaşlar, O dalğın gözlər,

Anjel 

(balkona baxaraq) 

Aman, ya rəb, nə şairanə məhtab!.. 

Yıldırım 

Əvət, gözəl... lakin kədər, iztirab, Ruhumu qaplayan qara teyflər, Qorxunc xəyallar həp məni məhv edər. Gözlərimdə sanki hər şey bir sərab... Məncə həp fərqsiz zülmətlə məhtab. Mən məhtabı yalnız kəndi ruhumda, Kəndi qəlbimdə görmək istərəm... 

Anjel 

(heyrət və təbəssümlə) 

Ya?! O məhtab nə imiş? 

Yıldırım 

Sanki bilmiyor? Eşqi təmsil edən o pənbə bir nur, O bir nur ki, cəzb edər hər aşiqi; O bir nur ki, sənsən onun xaliqi. 

Anjel 

Sən ki, daim eşqə gülərdin; neçin, Neçin böylə birdən-birə dəyişdin? 

Yıldırım 

Çünki hənuz heç bir gözəllik məni Əsir etməmişdi... Ta gördüm səni, Ta səndən ayrıldım, əsirin oldum, Həp sızlayıb durdu zavallı ruhum. 

Hər çiçəkdə duydum sənin ətrini, Hər çöhrədə görmək istədim səni, Hər nəğmədə könlüm səni dinlədi. Əmin ol, mələyim, əmin ol, imdi Məncə, ən keçilməz qayeyi-əməl Sənsən, fəqət sən!.. Ah, sevimli Anjel! 

Anjeli qolları arasına alıb, balkona keçir. Gövərçinlə Aydəmir bu sırada daxil olub, mənzərəni seyr edərlər. 

Aydəmir 

Ah, Cəlalın bu əxlaqsız metresi Doğru yoldan sapdıracaq hər kəsi. Hətta o almas ruhlu Yıldırım da, Bu əfiyə vuruldu ilk adımda. 

Gövərçin 

(acı təbəssümlə) 

Nə yapsa xoşdur, həm çıxmaz qüsurlu, Çünki Fransa ərməğanıdır bu. 

Page 33: Web view · 2013-12-12Sorma, qardaşım! Yıldırım Nə olmuş? Gövərçin Ah, bilməm, həp şaşırmışam. Yıldırım O qumral saçlar, o çatılmış qaşlar, O dalğın gözlər,

Anjel 

Sən Parisdə etməsəydin çocuqluq, İnan, imdi daha məsud olurduq. 

Yıldırım 

Əfv et, qüsurluyam, əfv et, sevgilim! Zatən, bu bir təbii haldır, gülüm! Qara bulud sarmadıqca səmayı, İnsan duymaz günəşdəki səfayı. Bahar əldən çıxmadıqca anılmaz. 

Anjel 

(laübali qəhqəhələrlə) 

Aman, ya rəbb, neçin fikirli, qurnaz! 

Aydəmir 

Cəlalın tanrı versin bəlasını. 

Gövərçin 

Aman, aman, bu evdən çıxar məni. 

(Hər ikisi digər odaya keçir.) 

Yıldırım 

(Anjel ilə bərabər salona keçərək) 

Xayır, xayır, Bosforu tərk etməli, Bu evdən çıxmalı, artıq getməli. 

Anjel 

Sənin gah dağ kimi mətanətin çox, Gah xırçın bir çocuq qədər səbrin yox... 

Yıldırım 

Xayır, xırçın deyil, bir xəstəyəm mən, Könül yalnız dilər şəfanı səndən. Gedəyim, Gövərçin bəkləyir məni, Sən də həmən düşün-daşın həpsini. 

(Digər odaya keçir.) 

Cəlal 

(Sofa qapısındın daxil olur. Yıldırımın çıxdığını görüncə Anjeli yaxalar, diqqətlə gözlərinə baxaraq.) 

Anjel! Yenə bu əfsunkar baxışlar Sanki dəhşətli bir xəbər sayıqlar. 

Anjel 

Ah, bu müəmmalı sözlər nə lazım?! 

Cəlal 

Page 34: Web view · 2013-12-12Sorma, qardaşım! Yıldırım Nə olmuş? Gövərçin Ah, bilməm, həp şaşırmışam. Yıldırım O qumral saçlar, o çatılmış qaşlar, O dalğın gözlər,

Pəki səndən nə istəyir Yıldırım? 

Anjel 

Onda pərəstişdən başqa bir şey yox, Zatən o, bir çocuq, məsum bir çocuq. 

Cəlal 

(kinayəli bir təbəssümlə) 

Lakin sevimli bir çocuq, deyilmi? 

Anjel 

Heç onu inkar eyləmək qabilmi? 

(salonu tərk etmək istər) 

Cəlal 

(onu yaxalar, hiddət və həyəcan ilə) 

Xayır, mən nə qədər olsam da sərsəm, Kimsəyə əyləncə olmaq istəməm. Düşün bir nerdəsən? Əlverir sükut, Artıq Fransayı unut, həp unut!.. 

Anjel 

(məhzun) 

Mən bunu əvvəldən bilirdim, əvət, Gedər də hürriyyət, gələr əsarət. 

Cəlal 

(mülayim) 

Xayır, mən demədim əsir ol sana, Fəqət bəzən tutduqların çox fəna... 

(kəskin) 

Başından çıxmalı boş düşüncələr; Yetər, yetər, bunca sapqınlıq yetər!.. 

Hiddətlə sağ qapıdan çıxır, Anjel onun çıxdığını görüncə laübali və istehzalı qəhqəhələrlə gülməyə başlar. 

Edmon 

(sofa qapısından içəri soxularaq) 

İştə kanaryamı buldum şakarkən... Anjel 

Ah, siz kimsiniz? 

Edmon 

Page 35: Web view · 2013-12-12Sorma, qardaşım! Yıldırım Nə olmuş? Gövərçin Ah, bilməm, həp şaşırmışam. Yıldırım O qumral saçlar, o çatılmış qaşlar, O dalğın gözlər,

(zəhrxənd ilə) 

Mən mənəm, sən də sən... 

(Yapma saqqalını qoparır.) 

Anjel 

(heyrətlə) 

Sən buraya nasıl girdin? 

Edmon 

(istehzalı təbəssümlə) 

Ah, gülüm! Buludlardan uçdum, bacadan düşdüm, Sən unutdun Edmonu, lakin Edmon Eldən-elə qoşar səninçin... 

Anjel 

Edmon! Əfv et məni, əfv et! Məndə qüsur çox... 

Edmon 

(acı təbəssümlə) 

Xayır, xayır, səndə heç bir qüsur yox, Mənim idrakımı kor etdi tanrı. İlk öncə əldən qaçırdım şikarı, Sonra düşdə uçan bir xəyal kimi, Gövərçin izləyən bir qartal kimi, Avropayı ölkə-ölkə dolaşdım, Ormanlardan keçdim, dağlardan aşdım. Tufanlar qoparkən sərsəm başımda Nəhayət, buldum Anjeli qarşımda. 

Anjel 

(müztərib) 

Ah, bu gəlişdən məqsədin nə, söylə? 

Edmon 

(istehzalı təbəssümlə) 

Bir az əylənmək istədim səninlə. 

Anjel 

(divarda asılı xəncəri göstərir) 

Məni məhv etmək istəyirsən əgər, Al da vur, iştə köksüm! İştə xəncər! 

Edmon 

Page 36: Web view · 2013-12-12Sorma, qardaşım! Yıldırım Nə olmuş? Gövərçin Ah, bilməm, həp şaşırmışam. Yıldırım O qumral saçlar, o çatılmış qaşlar, O dalğın gözlər,

Xayır, o nərmin, o lətif sinəyi İsırmaqçın dodaq xəncərdən eyi... Lakin isırmaq quduzluqdur, xayır, Əmmək, öpüb əmmək daha dadlıdır. 

(Anjeli qolları arasına alıb da öpmək istər.) 

Anjel 

Allah eşqinə dur, Edmon! Aman, dur! Cəlal duysa, həmən çıldırıb durur. Nə sən sağ qalarsan, nə mən... haydı, get! Heç zərər yox, get, bir qədər də səbr et! Yarın axşamlayın körpü başında, Mütləq Anjeli bularsan qarşında. 

Edmon 

Fəqət, saqın, sözün yalan çıxarsa, Qurtulamazsan əlimdən bir daha. 

Anjel 

Xayır, artıq dönüklük umma məndən, Yalnız, yalnız yardım istərəm səndən. 

Edmon 

(onun əlini öpərək) 

Pəki, bir daha imtahan eylərəm, Yarın söylədiyin yerdə bəklərəm. 

Mütərəddid addımlarla çıxar. Anjel də düşüncəli bir halda balkona keçir. Yıldırım getdiyi odadan dönərək, Anjelin yanına gəlir. Edmon təkrar salona girib onları dinlər. 

Yıldırım 

(Anjelin əlini əlləri arasına alaraq, heyrətlə) 

Aman, neçin böylə dəyişdin, neçin? Xayır, sən dəminki Anjel deyilsin. Sənə Cəlal bəymi bir şey söylədi? 

Anjel 

Əvət, əzizim, bir şey olmuş mənə, Fəqət onu sonra söylərəm sənə. 

Yıldırım 

Çəkinmə, söylə, hər əmrini, inan, İcrayə hazırdır Yıldırım əlan. 

Anjel 

Xayır, əmr etmək deyil, bir ricam var. Yalnız məni çapuq bu evdən çıxar! (dərhal omuzundakı şala bürünərək) Bu məhbəsdən çıxar da qurtar məni, Həm də bu saət, bu saət, bildinmi? 

Yıldırım 

Page 37: Web view · 2013-12-12Sorma, qardaşım! Yıldırım Nə olmuş? Gövərçin Ah, bilməm, həp şaşırmışam. Yıldırım O qumral saçlar, o çatılmış qaşlar, O dalğın gözlər,

Lakin bunca səbirsizlik nə lazım? Hər işdə bir qədər düşüncə lazım... 

Anjel 

Mənim həlakımı istərsən əgər Çıx get! Yoxsa düşüncə verməz səmər. Düşün, bitmiş artıq tabım, təvanım, Uçurumdur sağım, solum, hər yanım. 

Yıldırım 

Fəzlədir bunca iztirabü dəhşət, Gəl, gedəlim, gəl! Yox təlaşə hacət! 

Edmon dərhal qarşıdakı kiçik odaya keçər. 

Anjel 

(Yıldırımla bərabər sofa qapısına yaxlaşaraq.) 

Sanki oyar qəlbimi xain bir əl, 

Hər tərəf fəlakət... Gəl, gedəlim, gəl! 

(Çıxarlar.) 

Edmon 

Xainlər, ah, səfillər! Gedin, gedin! Fəqət əsla qurtuluş yox sizinçin. 

Onları izlər. O çıxdıqdan sonra Gövərçin yavrusu qucağında, son dərəcə məhzun bir halda salona daxil olur. 

Aydəmir 

(sofa qapısından gələrək) 

Quzum, artıq bütün fəlakətlərin Ya sonudur, ya başlanğıcı... 

Gövərçin 

Neçin? Səndə var görünür başqa bir xəbər. 

Aydəmir 

İmdi Anjel Yıldırımla bərabər Dəf olub getdi, sən, saqın, Cəlalı Evdən buraxma! 

Gövərçin 

Ah, bu çox xətalı... 

Aydəmir 

Maraq etmə, onları mən izlərəm, Nə olsa həp gəlir, sənə söylərəm. 

Page 38: Web view · 2013-12-12Sorma, qardaşım! Yıldırım Nə olmuş? Gövərçin Ah, bilməm, həp şaşırmışam. Yıldırım O qumral saçlar, o çatılmış qaşlar, O dalğın gözlər,

(Həmən dışarı fırlar.) 

Cəlal 

(Gəlir, əlindəki konyak şüşəsindən son qədəhi töküb içər. Şüşəni bir tərəfə ataraq, istehzalı təbəssümlə.) 

Gövərçin, mənə bax, gözəl Gövərçin! Neçin gedib yatmayırsan, ah, neçin? Neçin müztəribsən, nə olmuş sənə! Yoxsa küsüb daralmışmısan mənə? 

Gövərçin 

Mənim həp dirliyim bu, taleyim bu. Gördüyüm yox bir gecə rahət uyqu... Daima həmdəmim qayğı, iztirab, Dəniz sandığım ümidlər həp sərab... Cəlal 

(istehzalı qəhqəhələrlə) 

Kim bilir, bəlkə başqa bir səbəb var? İnsan, qadın qəlbini çox güc anlar. Əvət, kim bilir, bəlkə qəlbin sənin İmdi çarpır da yeni bir eşq için. 

Gövərçin 

(son dərəcə sarsılmış halda) 

Nasıl eşq, o nasıl eşq imiş, Cəlal?! Cəlal! Bu iftira çox müdhiş... Cəlal! Düşün, bir düşün, gör nə söyləyirsən? 

Cəlal 

(şiddətli qəhqəhələrlə) 

Sən məni sərxoşmu zənn eyləyirsən? 

(ətrafa) 

Ah, şübhədən beynim alov içində... 

(Gövərçinə) 

Dəmin əlin Əkrəm bəyin əlində Söylə, hanki aləmlərə dalmışdın? Söylə, neçin susdun? Sayğısız qadın! 

Gövərçin 

Sus, yetər, sus, artıq, ah, məhv oldum mən, Nə günah işləsəm, inan, səbəb sən... 

(Getmək istər.) 

Cəlal 

(ətrafa) 

Şübhə, ah, şübhə?.. 

Page 39: Web view · 2013-12-12Sorma, qardaşım! Yıldırım Nə olmuş? Gövərçin Ah, bilməm, həp şaşırmışam. Yıldırım O qumral saçlar, o çatılmış qaşlar, O dalğın gözlər,

(Gövərçinə) 

Getmə, dur! 

Gövərçin 

Ah, səfil!.. 

Cəlal 

Mənmi? 

Gövərçin 

Əvət, gözəl bəllə, eyi bil, 

(öz əlini göstərir) 

İstəsəydim qanla kirlənsin bu əl, İnan, nə sən sağ qalardın, nə Anjel. 

Cəlal (istehzalı qəhqəhələrlə) 

Bu hiyləyi Əkrəm öyrətmiş, bəlli. Gövərçin 

(acı təbəssümlə) 

Şübhəsiz... 

Cəlal 

Halbuki, sənsən ölməli, İştə göz önündə hər qəbahətin, Əvət, məhv ol da az çırpınıb didin. 

Gövərçin 

Ah, əvət, bəlkə mən qəbahətliyəm, Çünki zövqünə, keyfinə maneyəm. 

(əlindəki çocuğu uzadaraq) 

Fəqət, düşün, bunun bir günahı yox... 

(Balkona keçərək.) 

Cəlal 

Nasıl!.. Günahsızmı o mənhus çocuq? O çox çirkin, çox acı bir vasitə, Ortamızda qırılmaz bir rabitə... 

Gövərçin 

(sinirli) 

Neçin qırılmaz? Al da qır, məhv olsun! Bir az sevin, vicdanın rahət bulsun. 

Cəlal 

Page 40: Web view · 2013-12-12Sorma, qardaşım! Yıldırım Nə olmuş? Gövərçin Ah, bilməm, həp şaşırmışam. Yıldırım O qumral saçlar, o çatılmış qaşlar, O dalğın gözlər,

(balkondan aşağıya baxaraq, heyrətlə) 

O kim? Anjelmi? Ah, iştə kəndisi! 

(həyəcan və təlaş ilə) 

Anjel, gözəl mələk! Cənnət pərisi! Getmə, dur, gəldim, iştə, xain afət!.. 

(Salona keçmək istər.) 

Gövərçin 

Cəlal! Mərhəmət, bu tiflə mərhəmət!.. 

(Çocuğunu ona doğru uzadaraq, getməsinə mane olur.) 

Cəlal 

Burax, burax! 

Gövərçin 

Aman, bir düşün... 

Cəlal 

Çəkil!.. 

Gövərçin 

(yavrusunu əlləri üzərində tutaraq istirham ilə) 

Cəlal! Cəlal 

Dəf ol!.. 

(Gövərçini balkonun bir tərəfinə itələyir, çocuq əlindən düşü verir.) 

Gövərçin 

(məyus və çılğınca bir fəryad ilə) 

Yavrum! 

(deyə özünü balkondan aşağı atmaq istər) 

Cəlal 

(şiddətlə salona doğru itələyir) 

Çəkil!.. 

Gövərçin 

Ah, qatil!.. 

Bayılıb düşər. Acı və dəhşətli sükut... 

PƏRDƏ 

DÖRDÜNCÜ PƏRDƏ 

Page 41: Web view · 2013-12-12Sorma, qardaşım! Yıldırım Nə olmuş? Gövərçin Ah, bilməm, həp şaşırmışam. Yıldırım O qumral saçlar, o çatılmış qaşlar, O dalğın gözlər,

Köydə sadə bir qonaq, bağçaya enmək üzrə zərif bir balkon, ətrafda son bahara məxsus çiçəklər və ağaclar... Ta ucda bir təpəyə çıxmaq üzrə - hər iki tərəfi uçurumlarla mühat - girintili, çıxıntılı bir cığır... Bağçadan cığıra kiçik və darcıq bir körpü ilə keçilir. İkindi çağı, buludlu hava... 

Yıldırım 

(Anjel ilə bərabər gələrək) 

İştə, bizim əski yurd, Bax, nə gözəl köycügəz! Hər tərəf yaşıl orman, İstədiyin qədər gəz. Həm nə qədər baxımlı, Sanki hər yer gülümsər; Burda son bahar məncə, İlk bahardan da dilbər... Bu ev bəy babamındır, Uluğ bəyə məxsusdur. 

(Anjelin qolundan tutub sağ tərəfdəki yoldan kənar bir guşəni göstərir.) 

Mənimki, ta... uzaqdan İnsana gülüb durur. 

Anjel 

Ah, bu köy xatırlatdı Keçmiş günləri mana, Ta çocuqkən aşiqdim Yaşıllığa, ormana. 

Yıldırım 

İştə, burda çox əski Çoban şairlər kimi, Seyr eyləriz bir zaman Bu üryan gözəlliyi. Qışı, qismət olarsa, İstambula dönər də, Həp yaşarız qayğısız, Gurultusuz bir yerdə. 

Bu sırada görünməz bir guşədən titrək və həzin bir ahənglə aşağıdakı şərqi eşidilir. 

Gövərçinin səsi 

Gövərçinəm, Gövərçin, Ağlaram için-için. Mən bu qara bəxt ilə Neçin doğdum, ah, neçin!? 

Yıldırım 

Yanılmayırsam bu səs Gövərçinin olmalı, Əvət o, tam kəndisi! Zavallı, ah, zavallı! Demək yersiz deyilmiş Söylənən sözlər, əvət, Cəlalın cinayəti Həqiqətmiş, həqiqət! Fəlakət bəkləyirmiş Bizi hər şeydən əvvəl. Burda durmaq nafilə... 

Page 42: Web view · 2013-12-12Sorma, qardaşım! Yıldırım Nə olmuş? Gövərçin Ah, bilməm, həp şaşırmışam. Yıldırım O qumral saçlar, o çatılmış qaşlar, O dalğın gözlər,

Gəl, gedəlim, durma, gəl! 

Gedərlər, Gövərçinin səsi. 

Ey saralmış çiçəklər! Ey susmuş kələbəklər! 

Gözü yollarda qalmış Mənəkşəm sizi bəklər. 

Uluğ bəy dalğın bir halda balkona çıxır: Gövərçini dinlər. Dalğınlığı daha da artar. Gövərçin - qucağında bir yığın mənəkşə olaraq - ağır və pərişan addımlarla gəlib keçir. 

Uluğ bəy 

Gövərçin, unut, yavrum, Unut keçmiş günləri! Yalnız sığın tanrıya, Əfv eylə xainləri. O hiyləgər Bosforu Anma artıq bir daha. O yıpranmış Bizansı Saqın, düşünmə əsla! 

Gövərçin 

Hər acıyı unutmaq Əvət, böyük təsəlli... Lakin təhəmmülüm yox, Səbrim yox, nə etməli?! İstambul xatiratı Tikənli bir ox kibi Parçalayır qəlbimi, Aman, aman, ya rəbbi!.. 

(Məyus bir halda babasının qolları arasına sığınır. Bu sırada buludlar çəkilir, səhnə aydınlaşır.) 

Uluğ bəy 

Quzum, bax, bu buludlar Nasıl gəlib keçərsə, Həyatdakı dəhşətlər, Qayğılar da öyləcə Keçib gedən şeylərdir, Maraq etmək nafilə; Yalnız xəstə ruhlular Çırpınır eyvah ilə. 

Aydəmir gəlir. Gövərçin içəri girər. 

Aydəmir 

Əfəndim, söyləyirlər, Dəmincik bir qaç nəfər Görmüş Yıldırım bəyi Anjel ilə bərabər. 

Uluğ bəy 

Haydı, bax, gör nerdədir? Həmən bul, gətir mana! Durma get, söylə, yalnız Bir qaç sözüm var ona. 

Page 43: Web view · 2013-12-12Sorma, qardaşım! Yıldırım Nə olmuş? Gövərçin Ah, bilməm, həp şaşırmışam. Yıldırım O qumral saçlar, o çatılmış qaşlar, O dalğın gözlər,

Aydəmir 

Pəki... 

(gedərkən dönər) 

Deyirlər, hətta, Cəlalı da görmüşlər. 

Uluğ bəy 

Cəlal-filan istəməz, Yıldırımı bul, yetər! 

Aydəmir uzaqlaşır. Əkrəm — sadə bir qiyafətdə, qoltuğunda iki-üç kitab olduğu halda gəlir. Uluğ bəy yerindən qalxar, son dərəcə səmimiyyətlə Əkrəmin əlini sıxaraq 

Gəl, baxalım, əzizim! Nerdə qaldın, nə oldun? İnsanlardan qaçıb da Nə kəşf etdin, nə buldun? Həp dalar, düşünürsən. Sən bu çıxılmaz, dərin Kitabların içində Qərq olub gedəcəksin. 

Əkrəm 

Fəqət bu çırpınışla Kəşf etdiyim bir şey yox. Hər nə qədər uğraşsa, İnsan çocuqdur, çocuq. Öncə sandım gülümsər Mənə bir ləmə, bir nur. Nəhayət, duydum ancaq Cəhalətim artıyor. 

Uluğ bəy 

Əvət, bir çox bilgiclər, Filosoflar, ədiblər, Sənin kimi bu yolda Həp ictihad etmişlər. Hər kəs duymaq istəmiş 

Müəmmalı xilqəti, Dərk olunmaz tanrını, 

O sarsılmaz qüvvəti. Hər kəs uçduqca uçmuş, Yüksəldikcə yüksəlmiş, Fəzaları aşdıqca Çırpınıb vəcdə gəlmiş; Fəqət şəhpəri yanmış Şaşqın bir qartal kibi, Qeyb etmişdir, nəhayət, İzlədiyi kövkəbi. Sarmaq istərkən bütün Kainatı bir anda, Donub qalmış ən kiçik Bir zərrə qarşısında. 

Əkrəm 

Page 44: Web view · 2013-12-12Sorma, qardaşım! Yıldırım Nə olmuş? Gövərçin Ah, bilməm, həp şaşırmışam. Yıldırım O qumral saçlar, o çatılmış qaşlar, O dalğın gözlər,

Əvət, çox doğru, lakin Bu çırpınışlar, məncə, Çox dadlı bir əyləncə, Maraqlı bir əyləncə... 

Uluğ bəy 

Böyük İbn Sinalar, Sokratlar, Əflatunlar Dahi bir ustad ikən Əcəb, nə buldu onlar?! Fəlsəfə bir çıxılmaz Yol ki, yormuş hər kəsi. Çoxlarını boğmuş da, Duyulmaz olmuş səsi. 

Əkrəm 

Fəqət bu günlər mənim Çox başqadır əyləncəm. Gövərçindən, Cəlaldan Başqa bir şey düşünməm. Cəlaldakı quduzluq, Azğınlıq, sayğısızlıq Alt-üst edib fikrimi, Məni çıldırtmış artıq. İnsanlıq bu imişsə, Nifrət, minlərcə nifrət! Böylə möhtəris, səfil Alçalmış ömrə lənət! 

Uluğ bəy 

(qafasını sallayaraq, son dərəcə sinirli və qızğın) 

O gün ki İstambulda Gənclik fransızlaşdı, Getdikcə türk övladı Uçuruma yaxlaşdı. Yurdumuzu sardıqca Düşgün Paris modası, Hər kəscə örnək oldu Sərsəm firəng ədası. Sərxoşluq, iffətsizlik Sardı bütün gəncləri, Zəhərləndi getdikcə Məmləkətin hər yeri. Qəhrəman Oğuzların, Böyük Ərtoğrulların, Sarsılmaz xələfləri İmdi həp sapqın, azğın... Avropadan - fəzilət, Himmət, ciddiyyət, vüqar 

Dururkən - yalnız çürük Bir züppəlik aldılar. Bu sırada Yıldırım Aydəmirlə bərabər gəlir. Aydəmir çəkilib gedir, Yıldırım isə durduğu yerdə dona qalır. 

Yıldırım, gəl, yaxın gəl, Gəl, baxalım, nerdəsən? Eşitdim Cəlal kimi Başqa aləmlərdəsən. 

Page 45: Web view · 2013-12-12Sorma, qardaşım! Yıldırım Nə olmuş? Gövərçin Ah, bilməm, həp şaşırmışam. Yıldırım O qumral saçlar, o çatılmış qaşlar, O dalğın gözlər,

Mən səni ta kiçikkən Öz ruhuma bəslədim. Mənim oğlum da bir gün Azarmış!.. Heç bilmədim. 

(acı təbəssümlə) 

Söylə, sevgilin nerdə? Nerdə Paris töhfəsi? O fəlakət bayquşu, O soqaq süpürgəsi. 

Yıldırım 

Bəy baba! Əfv edərsən, Qəbahətli olsam da, Məzuram iştə, çünki Mənim niyyətim başqa... 

Mən istədim ki, suçsuz Bir ailə sevinsin. İşgəncədən qurtulub Məsud olsun Gövərçin. Yoxsa mənim Anjelə... Əsla toxunduğum yox. Əmin ol, sənin oğlun Deyil azğın bir çocuq... Gövərçinin səsi 

Söndü parlaq əməllər, Mən ağlaram, el gülər. Yaralı, məhzun könül Həp çırpınar, həp inlər. 

Uluğ bəy 

(Yıldırımın qolundan tutaraq) 

İştə dinləyirmisən? Durma, artıq, gəl bəri, Səni görsə, şübhəsiz, Coşar əski dərdləri. 

Hər üçü görünməz bir tərəfə çəkilir. Sonra Gövərçin gəlir. 

Gövərçin 

(yaralı səslə) 

Mənəkşəm, ah, nur yavrum! Səni aldımı tanrım?! Gəl mənə, uf, nerdəsən? Sənsiz qan oldu bağrım. 

(arxa tərəfə baxar. Cəlalın gəldiyini görüncə) 

Ah, yenə o, nerdə yavrum? 

Cəlal 

Mərhəmət! 

Gövərçin Məndən nə istəyirsən, get, çəkil get! 

Page 46: Web view · 2013-12-12Sorma, qardaşım! Yıldırım Nə olmuş? Gövərçin Ah, bilməm, həp şaşırmışam. Yıldırım O qumral saçlar, o çatılmış qaşlar, O dalğın gözlər,

Cəlal 

Əfv et, mən bir divanəyəm, suçum çox. Fəqət düşün, divanəyə qələm yox... Əfv et, cürmüm, qəbahətim çoxsa da, Əfv et, gərçi ləyaqətim yoxsa da... 

Gövərçin 

Heç zərər yox, mən əfv eylədim səni, Fəqət sən də bu haldan qurtar məni! Gəl, yaxın gəl, köksümü, gəl, parçala, Bəlkə ruhum işgəncədən qurtula... İmdi Mənəkşəm, o sönmüş pənbə nur, Məni issız məzarında bəkliyor. 

Cəlal 

Gövərçin, qanatma könlümü, yetər... Çəkdiyim əzablar ölümdən betər. İşlədiyim suçun cəzası nəysə, İtaət eylərəm, başım da getsə. 

Gövərçin 

(usanmış və çılğınca bir fəryad ilə) 

Yavrum!.. Nerdə yavrum?! 

Cəlal 

Əfv et!. Gövərçin 

Ah, çəki! 

Cəlal 

Gövərçin, Gövərçin! 

Gövərçin 

(Cəlala) 

Çəkil get, səfil!.. 

(Deyə sinirli və nifrətli baxışlarla içəri girir. Cəlal isə şaşqın bir heykəl kimi yerində dona qalır.) 

Anjel 

(yan tərəfdən çıxaraq, Cəlalı Yıldırım zənni ilə) 

Yıldırım!.. 

(təbdili-tövr ilə) 

Ah, Cəlal, sənmisən?.. 

Cəlal 

(acı gülümsəyişlə) 

Əvət, 

Page 47: Web view · 2013-12-12Sorma, qardaşım! Yıldırım Nə olmuş? Gövərçin Ah, bilməm, həp şaşırmışam. Yıldırım O qumral saçlar, o çatılmış qaşlar, O dalğın gözlər,

Əvət, mənəm, gözəl, sevimli afət! 

Anjel 

Ah, bu nasıl çöhrə? Nasıl qiyafət? Aman, əfv et... 

Cəlal 

(çılğınca) 

Artıq yetər, şeytənət! Yetər, dağıtdın yurdumu, yuvamı, Əlimdən aldın zövqümü, səfamı. Yaxıb-yıxdın fikrimi, xəyalımı, Çeynədin həp müqəddəs amalımı. Yetər, unutdurdun mənə tanrımı, Qaplan kimi parçalatdın yavrımı. Mən alçalmazdım, sən məni alçaltdın, Sən məni məhv etdin, ah, rəzil qadın!.. 

Həmən surətli və nifrətli addımlarla çəkilib gedir, Anjel şaşqın baxışlarla baxınıb durur. Bu sırada Edmon ağaclar arasında görünür, fəqət Yıldırımın gəlməkdə olduğunu görüncə çəkilir və onları dinləyib durur. 

Yıldırım 

(qarşı tərəfdən çıxaraq, acı təbəssümlə) 

Gözlərin yaşarmış, söylə, bu hal nə? Hanki aşiqini bəklərsən yenə? 

Anjel 

(şaşqın və sinirli) 

Sərxoşmusan, Yıldırım, ah, Yıldırım?! 

Yıldırım 

Sərxoş idim, əvət, imdi ayıldım. Bilməm gözlərimə nələr göründü, Söndü əski məcnunluğum, həp söndü. Öncə nasıl yaxlaşıb qovuşduqsa, Öylə də ayrılmalıyız... 

Anjel 

Ah, yoxsa, Yoxsa atmaqmı istəyirsən məni? Xayır, xayır, əfsunlamışlar səni. Bir düşün, səndən ayrılırsam, mənə Kim baxar, kim təsəlli edər?.. 

Yıldırım 

(istehzalı təbəssümlə) 

Sənə Cəlal, Edmon, bütün cahan müştəri... Kim rədd edər sənin kimi dilbəri? 

Anjel 

(sarsılmış bir halda) 

Page 48: Web view · 2013-12-12Sorma, qardaşım! Yıldırım Nə olmuş? Gövərçin Ah, bilməm, həp şaşırmışam. Yıldırım O qumral saçlar, o çatılmış qaşlar, O dalğın gözlər,

Aman, ya rəb! Düşün, düşün bir kərə Kim dayanar bu çirkin təhqirlərə!? 

Yıldırım 

Zənn edərsəm, artıq əl verir sükut, Mələk də olsan, unut məni, unut! 

Anjel 

Neçin, söylə neçin? 

Yıldırım 

Sorma, heç sorma! Çəkil! Artıq yetər, çəkil get, durma! 

(Sərt baxışlarla içəri girir, Anjel isə büht və heyrət içində dona qalır.) 

Edmon 

(ağaclar arasından çıxaraq acı və istehzalı qəhqəhələrlə) 

İştə sapqınlığın acı meyvəsi! İştə azğınlığın son nəticəsi! Əski hal nerdə? Bax, imdi nə oldun? Söylə Edmonu atıb da nə buldun? 

Anjel 

(ağlar kimi görünür, məndil ilə göz yaşını silərək) 

Artıq əl verir çəkdiyim fəlakət Bir də nə lazım bunca tən, töhmət? 

Edmon (yarım qəhqəhəylə) 

Ya! Peşiman oldunmu yoxsa?.. Heyhat! Göz yaşların deyil, bütün kainat, Bütün cahan alt-üst olub dağılsa, Dağlar, ormanlar kül olub sovrulsa, Dənizlər qan püskürsə də, doğrusu, Sönməz məndəki intiqam duyğusu. 

Anjel 

(köksünü açaraq) 

Öylə isə gəl, gəl də, məhv et məni, Gəl intiqam al da, ovut könlüni... 

Edmon 

(ona yaxlaşaraq) 

Xeyr, məni çox da zənn etmə sərsəm; Çünki səni bir vuruşda öldürsəm, Çəkdiyin iztirabdan qurtularsan, 

Page 49: Web view · 2013-12-12Sorma, qardaşım! Yıldırım Nə olmuş? Gövərçin Ah, bilməm, həp şaşırmışam. Yıldırım O qumral saçlar, o çatılmış qaşlar, O dalğın gözlər,

Edmonun əlilə məsud olarsan. 

(sinirli) 

Sənə bir cəza vermək istərəm ki, Ömrün olduqca həp gəmirsin səni, Hər görən səndən ibrət alsın ancaq... 

(Təhqiramiz və kinli bir tövr ilə yaxalayıb bir tərəfə çəkərək.) 

Haydı, gəl, durma, gəl, şərəfsiz, alçaq!.. 

Onlar çəkildiyi kimi Gövərçin çıxar, dalğın addımlarla körpüyə doğru yaxlaşır. Bu sırada Yıldırım dəxi təkrar Anjeli izləmək üzrə Əkrəmlə bərabər çıxar. Uluğ bəy də eyni zamanda ağaclar arasında görünərək, onları dinlər. 

Yıldırım 

Anjel səfil olsa da, bir qadındır, Onu köydə yalnız buraxmam, xayır. Özüm getməsəm də, bir başqasıyla Hər halda, getməli o İstambula... 

Əkrəm 

Burax, canım, o, şeytandan çox bilir. 

Yıldırım 

Çox bilsə də, qəribdir, kimsəsizdir. 

(Getmək istər.) 

Əkrəm 

(buraxmaz) 

Dəf etdin başından, yetər, getmə, dur! 

Yıldırım 

(mütərəddid) 

Lakin bu heç vicdanıma sığmayır. 

Uluğ bəy 

(çıxar) 

Saqın, maraq etmə, oğlum, o imdi Şıq bir fransızla sovuşdu, getdi. 

(istehzalı təbəssümlə) 

Əvət, öylə gözəl, yosma afətlər, Sənin kimi çoxlarını cəzb eylər. Hətta, dəmincik görmüşlər Cəlalı, O da Anjel üçün gəlmiş olmalı... 

Əkrəm 

Page 50: Web view · 2013-12-12Sorma, qardaşım! Yıldırım Nə olmuş? Gövərçin Ah, bilməm, həp şaşırmışam. Yıldırım O qumral saçlar, o çatılmış qaşlar, O dalğın gözlər,

Xayır, yanılmayın, əfəndim, xayır, 

Cəlalın dərdi, zənnimcə, başqadır, O, kəndini əfv etdirmək istəyir, Bəlkə Gövərçini görmək istəyir. 

Uluğ bəy 

(sinirli) 

Nasıl?! Demək sərxoşluğu getdimi? Həp azğınlıq, sayğısızlıq bitdimi? Heyhat! Unutmalı keçmiş günləri, Yayından qurtulan ox dönməz geri! 

Yıldırımla bərabər içəri girir; Əkrəm də şaşqın bir vəziyyətlə düşünüb durur. Bu sırada Cəlal təpə başında görünərək, ətrafı uçurumlu cığır ilə irəlilər. Gövərçin onu görüncə, nifrətlə geri dönmək istər. 

Cəlal 

Gövərçin, Gövərçin, mələk Gövərçin! Bu nifrətlər neçin? Söylə, ah, neçin? 

(Gövərçin usanmış bir tövr ilə çəkilib getmək istər, Cəlal acı və yaralı qəhqəhələrlə) 

Qartaldan ürkən bir gövərçin kimi, Məndən qaçmaq istəyirsən, öyləmi? Heç təlaş etmə dur, saqın, getmə dur! İmdi əfv olunar yapdığım qüsur. 

Gövərçin 

Xəyal, boş bir xəyal, sönük bir xəyal! Qırılmış bir könül, sağalmaz, məhal!.. 

(son dərəcə sinirli) 

Artıq unut, hər şey məhv olub getdi, Əvət Cəlal! Get! Bitdi... hər şey bitdi... 

(Balkona doğru irəlilər.) 

Cəlal 

Son görüşdür, əfv et, xəyal olsa da, Son nəfəsdir, əfv et, məhal olsa da... 

(Əllərini köksündə çapraz edərək, yəs və dəhşət içində baxa qalır.) 

Əkrəm 

Cəlal, şaşırdınmı? Ah, düşün bir az, Ər kişiyə ümidsizlik yaraşmaz! Hər dərd için, şübhəsiz, bir çarə var. Bəsbəlli, hər qışı izlər bir bahar. 

Cəlal 

Xayır, bu dərd için bulunmaz çarə, Xayır, bu bir qış ki, çıxmaz baharə. 

Page 51: Web view · 2013-12-12Sorma, qardaşım! Yıldırım Nə olmuş? Gövərçin Ah, bilməm, həp şaşırmışam. Yıldırım O qumral saçlar, o çatılmış qaşlar, O dalğın gözlər,

Əkrəm 

(bir az yaxlaşır) 

Gəl bəri, gəl yetər çocuqluq, yetər. Gəl, səni bəkləyir parlaq əməllər. Əvət, sənət, dəha, alqış, pərəstiş Həp səni bəkləyir... 

Cəlal 

İstəməm... keçmiş... Xayır, heç bir şey istəməm, imdi mən Yalnız məsum Gövərçinin qəlbindən Silinməz ləkəyi silmək istərəm, Çox alçaldım da, yüksəlmək istərəm. 

Əkrəm 

Cəlal! Bu çılğın hal ilə əmin ol, Fəlakət doğurar həp tutduğun yol. 

Cəlal 

Qorxunc və acı qəhqəhələrdən sonra qorxaq, şaşqın və məcnunanə baxışlarla baxar. Öncə həzin və titrək... sonra getdikcə sinirli və həyacanlı, bir fəryad ilə 

Uçurum: qaranlıq, çıxılmaz yolum, Uçurum: uçurum həp sağım, solum. Uçurum: duyduğum həqiqət, xəyal. Uçurum: uçurum yaldızlı amal. Uçurum: çağlayanlar, kəhkaşanlar, Uçurum: dənizlər, dağlar, ormanlar. Uçurum: üfüqlər, əngin fəzalar. Uçurum: uçurum çılğın dəhalar, Uçurum: sürəkli, coşğun alqışlar, Uçurum: uçurum süzgün baxışlar, 

Uçurum: bu çirkin, bu alçaq həyat, Uçurum: uçurum bütün kainat!.. 

(Uçuruma yaxlaşır.) 

Əkrəm 

Cəlal, bir düşün, ah, nə dəhşətli hal!.. 

Cəlal 

Uçurum!.. Uçurum!.. 

(Uçuruma atılır.) 

Gövərçin 

(qollarını Cəlala doğru açaraq, son dərəcə mütəəssir) 

Page 52: Web view · 2013-12-12Sorma, qardaşım! Yıldırım Nə olmuş? Gövərçin Ah, bilməm, həp şaşırmışam. Yıldırım O qumral saçlar, o çatılmış qaşlar, O dalğın gözlər,

Cəlal, ah, Cəlal!.. 

(Bayılıb Əkrəmin qolları arasına düşü verir.) 

Pərdə 

SON