Orijinal eklentiyi indir - Feqih.comfeqih.com/uploads/books/ramil/Olume_qeder.pdf · Ölüm nə...

38
1 Ramil Soltanov ÖLÜMƏ QƏDƏR Azərbaycan Respublikasının Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin İcazəsi: 29 Yanvar 2008-ci il №DK-1053D

Transcript of Orijinal eklentiyi indir - Feqih.comfeqih.com/uploads/books/ramil/Olume_qeder.pdf · Ölüm nə...

Page 1: Orijinal eklentiyi indir - Feqih.comfeqih.com/uploads/books/ramil/Olume_qeder.pdf · Ölüm nə yaşa, nə fiziki qüvvəyə, nə sağlamlığa, nə də varlı və ya kasıba fərq

1

Ramil Soltanov

ÖLÜMƏQƏDƏR

Azərbaycan RespublikasınınDini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin

İcazəsi: 29 Yanvar 2008-ci il №DK-1053D

Page 2: Orijinal eklentiyi indir - Feqih.comfeqih.com/uploads/books/ramil/Olume_qeder.pdf · Ölüm nə yaşa, nə fiziki qüvvəyə, nə sağlamlığa, nə də varlı və ya kasıba fərq

2

Mərhəmətli, Rəhimli Allahın adı ilə

Həqiqətən şükür və tərif yalnız Allahaməxsusdur! Biz Ona həmd edirik, Onuköməyə çağırırıq, Ondan bağışlan ma və bizidoğru yola yönəltməyi diləyirik, nəfslərimi-zin şərin dən və pis əməl lərimiz dən qorun-maq üçün yalnız Ona pənah apa rı rıq. Allahkimə hidayət verərsə o, doğru yol da olar,kimi azdırarsa onu doğru yo la yönəldəntapılmaz. Mən şahidlik edirəm ki, Allahdanbaşqa ibadətə haqqı olan məbud yoxdur,Onun şəri ki yoxdur və şahidlik edirəm ki,Muhəm məd Onun qulu və elçisi dir.

“Ey iman gətirənlər! Allahdan lazımıncaqorxun və ancaq məsəlman olduğunuzhalda ölün!” “Ey insanlar! Sizi tək bir şəxsdən (Adəm-dən) xəlq edən, ondan da onun üçün zövcə(Həvvanı) yaradan və onlardan da bir çoxkişi və qadın (törədib yer üzünə) yayanRəb bi niz dən qorxun! Adı ilə bir-birinizdən

Page 3: Orijinal eklentiyi indir - Feqih.comfeqih.com/uploads/books/ramil/Olume_qeder.pdf · Ölüm nə yaşa, nə fiziki qüvvəyə, nə sağlamlığa, nə də varlı və ya kasıba fərq

3

(cür bə cür şeylər) istədiyiniz Allahdanqorxun və qohumluq əlaqələrini kəs məkdən(həzər edin)! Həqiqətən, Allah si zə Nəzarətedən dir!”

“Ey iman gətirənlər! Allahdan qorxun vədoğru söz söyləyin! (Əgər belə et sə niz)Allah əməllərinizi islah edər və günah-larınızı bağışlayar. Hər kəs Allaha və Onunelçisinə itaət etsə, böyük bir səadətə nailolar”. Əsrlərdir insanları düşündürən, onlarüçün qaçınılmaz olan və heç zaman çarətapa bilmədikləri bir reallıq mövcuddur. Bureallıq dünya durduqca öz qüvvəsindəqala caqdır və cismində ruhu olan hər birməxluq onunla gec-tez qarşılaşacaqdır. Burisaləmiz də haqqında danışaca ğı mız ölümelə bir şey dir ki, hər kəs onu dadacaqdır.Uca Allah buyurur: “Hər bir kəs ölümüdadacaqdır”. Əbədi yaşamağı, bu dünya həyatındaəbədi olaraq ömür sürməyi arzu edənlərinçox olmasına baxmayaraq, ölümdən yayın-

Page 4: Orijinal eklentiyi indir - Feqih.comfeqih.com/uploads/books/ramil/Olume_qeder.pdf · Ölüm nə yaşa, nə fiziki qüvvəyə, nə sağlamlığa, nə də varlı və ya kasıba fərq

4

maq mümkünsüzdür. Uca Allah buyurur: “Haradaolursunuzsa olun, ölüm sizi haqlayacaq.Hətta yüksək qalalarda olsanız belə”. Ölümdən qaçmaq, gizlənmək imkansız-dır. Ondan heç bir sığınacaq yeri olmaz.“De: “Qaçdı ğınız ölüm sizi mütləq haqlaya-caqdır. Sonra siz qeybi və aşkarı Biləninhü zuruna qaytarılacaqsınız. O da sizə nəet diklərinizi xəbər verəcəkdir”. Səhl ibn Səd (Allah ondan razı olsun) rəvayətedir ki, Cəbrayıl (Ona Allahın salamı olsun) Pey-ğəmbərin (Allahın ona salavatı və salamı olsun)

yanına gələrək dedi: “Ey Muhəmməd, necəistəyirsən yaşa onsuz da öləcəksən, kimiistəyirsən sev onsuz da ondan ayrılacaqsan, nəistəyirsən et onsuz da onun əvəzini alacaqsan”. Müsəlman ölümü həmişə xatırlamalıdır.Bilməli dir ki, dünyaya gəlib-getmiş hər birAdəm övladı kimi əvvəl-axır o da ölümüdadacaqdır. Ölümü tez-tez xatırlmaq, onahazırlıq görüb axirət həyatı üçün özünə

Page 5: Orijinal eklentiyi indir - Feqih.comfeqih.com/uploads/books/ramil/Olume_qeder.pdf · Ölüm nə yaşa, nə fiziki qüvvəyə, nə sağlamlığa, nə də varlı və ya kasıba fərq

5

azuqə yığmaq hər bir müsəlmana vacibdir.Sələfilərin həyat tərzinə baxdıqda onlarınhər zaman ölümü xatırlayıb və onun üçünhazırlıq gördüklərinin şahidi oluruq. Əbuəd-Dərdə (Allah ondan razı olsun) buyurur:“Ölümü tez-tez xatırla yın, o zaman çox şeyəpaxıllıq etməyəcək və çox şeyə sevinməyə-cəksiniz”. Şeyxul-İslam ibn Teymiy yə (Allah

ona rəhmət eləsin) buyurmuşdur: “İki şey mənəbu dünyanın ləzzətindən dadmağa imkanvermirdi. Bunlar – ölüm haqqında fikirləş-mək və Uca Allahın qarşısında necə duraca-ğımı düşünməkdir”. Adətən dilimizdə belə bir ifadə var

vaxt sız ölüm . Cavan və ya uşaqyaşlarında ölən üçün vaxtsız ölüm onuhaqladı deyirlər. Lakin gəlin bir anlıqdüşünək ki, ölümə vaxtsız demək nədərcədə doğrudur. Əslin də bu yanlış ifadəöz vədəsində gələn ölü mün dəqiq vaxtınıbilməməyimizdən qay naqlanır. Hamıöləcəyini yəqin bildiyi halda nə özünə, nədə başqalarına ölümün nə vaxt gələcəyini

Page 6: Orijinal eklentiyi indir - Feqih.comfeqih.com/uploads/books/ramil/Olume_qeder.pdf · Ölüm nə yaşa, nə fiziki qüvvəyə, nə sağlamlığa, nə də varlı və ya kasıba fərq

6

bilmir. Hətta son dərəcə inkişaf etmişmüasir tibb elmi ən ağır xəstələrdə beləölümün dəqiq tarixini müəyyən edə bilmir.

Bir aylıq ömrü qalıb diaqnozu qo yulanxəstələrin uzun illər yaşamasının, bir neçədəqiqə əvvəl sağlam gördüyümüz ada mınisə qəflətən ölməsinin az şahidi olmamı şıq.Ölüm nə yaşa, nə fiziki qüvvəyə, nəsağlamlığa, nə də varlı və ya kasıba fərqqoymaz. O, öz vədəsi, vaxtı tamam oluncagələr. Elə buna görə də ona hər gün, hərsaat, hər an hazır olmalıyıq. İlk olaraqvaxtı mızı saleh əməllər görməyə, Rəhmli vəQadir Allahın bizə bəxş etdiyi bu dünyahəyatından səmərəli istifadə etməyə çalış-malıyıq. Uca Allah buyurur: “Əzab sizəgəlməmiş dən öncə Rəbbinizə üz tutun vəOna itaət edin. Sonra sizə heç bir köməkolunmaz. Əzab sizə fərqinə varmadığınızbir halda qəflətən gəlməmişdən əvvəlRəbbinizdən sizə endirilən ən gözəl (Sözə)tabe olun! (Sonra) kimsə deməsin ki:

Page 7: Orijinal eklentiyi indir - Feqih.comfeqih.com/uploads/books/ramil/Olume_qeder.pdf · Ölüm nə yaşa, nə fiziki qüvvəyə, nə sağlamlığa, nə də varlı və ya kasıba fərq

7

“Allaha qarşı etdiyim etinasızlıqlara görəvay mənim halıma! Həqiqətən, mən (dinə vədində olanlara) rişxənd edənlərdən idim!”.Yaxud deməsin: “Əgər Allah məni doğruyola yönəltsəydi, mən mütləq müttəqilərdənolardım! Həm də əzabı gördüyü zamandeməsin: “Kaş bir də (dünyaya)qayıdaydım, yaxşı işlər görənlər dənolardım!”.

Uca Allah həmçinin buyurur: “Ey imangətirənlər! Nə mallarınız, nə də övladlarınızsizi Allahın zikrindən yayındırmasın! Bunuedənlər ziyana uğrayanlardır. Sizlərdənbiri nə ölüm gəlib: “Ey Rəbbim! Mənə bir azmöhlət ver ki, sədəqə verib əməlisalehlərdənolum!”- deməmişdən əvvəl sizə verdiyim ru-zidən xərcləyin. Allah əcəli çatmış kəsə əslamöhlət verməz. Allah sizin nələr etdiyiniz-dən xəbərdardır”.

İnsan ölümə yaxınlaşdıqca gerçək olanİlahi həqiqətləri daha dərindən dərk etməyəbaşlayır. Keçirdiyi həyata nəzər salıb nəqazanıb, nə itirdiyini anlayır. Yalnız ölümü

Page 8: Orijinal eklentiyi indir - Feqih.comfeqih.com/uploads/books/ramil/Olume_qeder.pdf · Ölüm nə yaşa, nə fiziki qüvvəyə, nə sağlamlığa, nə də varlı və ya kasıba fərq

8

yaxınlaşdığı an faydasız başa vurduğugünlərinin qədrini bilir. Xüsusən də kafirlərİslam dinini qəbul etmədiklərinə görə dahaçox üzülürlər. Uca Allah buyurur:“Nəhayət, onlar dan birinə ölüm gəldiyizaman deyər: “Ey Rəbbim! Məni geriqaytar. Bəlkə, tərk etdiyim yaxşı əməlləri(indi) edəm”. Xeyr! Onun bu dedikləri ancaq(boş) bir sözdür. Onların arxasındadiriləcəkləri günə qədər bərzəx vardır”. Həmçinin Uca Allah başqa bir ayədə bu-yurur: “İnsanları onlara əzab gələcəyi günləqorxut. (O gün) zalımlar deyəcəklər: “EyRəbbimiz! Bizə yaxın bir vaxta qədərmöhlət ver ki, sənin dəvətini qəbul edək vəelçilərin arxasınca gedək”. (Onlara deyilə-cək dir:) “Məgər əvvəllər siz (dünyadanköçməyəcə yiniz) barədə andiçməmişdiniz?”. Abdullah ibn Abbas (Allah onlardan razı olsun)

rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı

və salamı olsun) buyurmuşdur: “İki nemət var ki,insanların çoxu bundan qafildirlər; sağlamlıq və

Page 9: Orijinal eklentiyi indir - Feqih.comfeqih.com/uploads/books/ramil/Olume_qeder.pdf · Ölüm nə yaşa, nə fiziki qüvvəyə, nə sağlamlığa, nə də varlı və ya kasıba fərq

9

boş vaxtdır”. Bu hədis ona dəlalət edir ki,insanların çoxu bu iki nemətdən lazımıncaistifadə etmirlər. Bu iki nemətə yiyələnənkəs vaxtından səmərəli istifadə etməklə ya-naşı, Allaha da şükür etməlidir. Bu dünya axirətin tarlası və xeyriaxirətdə götürülən ticarətdir. Heç bir əməlboşa getmir. Hətta zərrə qədər edilənyaxşılıq və pislik belə. Hər kim vaxtını vəsağlamlığını Allaha ibadətdə keçirərsə,Qiyamət günü xeyrini görəcəkdir. Əkshalda isə peşmanlıq çəkənlərdən olacaqdır.Abdullah ibn Abbas (Allah onlardan razı olsun)

rəvayət edir ki, Pey ğəm bər (Allahın ona salavatı

və salamı olsun) buyur muşdur: “Beş şeygəlməzdən öncə beş şeydən istifadə et.Qocalanadək cavanlığından, xəstə lənədəksağlamlığından, kasıblayana qədərmal-dövlətindən, məşğul olanadək boş vaxtındanvə nəhayət ölüm gələnədək həyatından”. Şəkk yoxdur ki, ağıllı insan ölümündənsonrakı həyata azuqə yığmaqla

Page 10: Orijinal eklentiyi indir - Feqih.comfeqih.com/uploads/books/ramil/Olume_qeder.pdf · Ölüm nə yaşa, nə fiziki qüvvəyə, nə sağlamlığa, nə də varlı və ya kasıba fərq

10

hazırlaşmalı dır. Etdiyi bütün günahlardantövbə edib, saleh əməllər görməlidir. Çünkiölüm insana qəflətən gəlir. İmam əl-Buxari(Allah ona rəhmət eləsin) özünün “Səhih”kitabında ölüm haq qındakı bəzi hədisləri“Qəfləti ölüm” adlı fəsildə cəm etmişdir.Əbu Qatədə (Allah ondan razı olsun) rəvayət edirki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun)

cənazənin yanından keçərkən dedi:“Dincəldi və ondan dincəldilər”. Səhabələr:“Ey Allahın elçisi! Dincəldi və on dandincəldilər nə deməkdir – deyə soruş-dular. Peyğəmbər (Allahın ona salavatı və salamı

olsun) buyurdu: “Mömin bəndə dünyanın yor-ğunluğundan dincəldi, pis insandan isəinsanlar, ağaclar və heyvanlar dincəldilər”. Əbədi həyat, əbədiyyət arzusu ilə yaşa-yan insan oğlu yalnız ölümündən sonraəbə di həyata qovuşacaqdır. Bu dünyahəyatını başa vurduqdan sonra ölüb,öldükdən sonra isə yenidən dirilib, axirətdəəbədi olaraq qalacaqdır. Lakin orada necəyaşaması bu dünya həyatını necə

Page 11: Orijinal eklentiyi indir - Feqih.comfeqih.com/uploads/books/ramil/Olume_qeder.pdf · Ölüm nə yaşa, nə fiziki qüvvəyə, nə sağlamlığa, nə də varlı və ya kasıba fərq

11

keçirməsinə bağlıdır. Məhz buna görə hərinsan saleh əməllər etməklə axirətinəhazırlıq görməlidir. Bunun üçün o, ən əvvəlaşağıdakılara əməl etməli dir.

1. Ölümü çoxlu xatırlamalıdır. Əbu Hü-reyrə (Allah ondan razı olsun) rəvayət edir ki,Peyğəmbər (Allahın ona salavatı və salamı olsun)

buyurmuşdur: “Ləzzətlərin sonunu (Ölümü)çoxlu yadınıza salın”. Abdullah ibn Ömər(Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəm-bərlə (Allahın ona salavatı və salamı olsun) bir yerdəidim. Ənsarlardan bir nəfər gələrək salamverdi və sonra dedi: “Ey Allahın elçisi!Hansı möminlər daha əfzəldir?”.Peyğəmbər (Allahın ona salavatı və salamı olsun)

buyurdu: “Gözəl əxlaqa malik olanlar”. Sonrao, “hansı möminlər daha ağıllıdırlar?”–deyə soruşdu. Peyğəmbər (Allahın ona salavatı və

salamı olsun) buyurdu: “Ölümü çoxluxatırlayanlar, və ona hazırlıq görənlər. Onlar ənağıllıdırlar”.

2. Qəbir həyatını düşünməlidir. Çünki

Page 12: Orijinal eklentiyi indir - Feqih.comfeqih.com/uploads/books/ramil/Olume_qeder.pdf · Ölüm nə yaşa, nə fiziki qüvvəyə, nə sağlamlığa, nə də varlı və ya kasıba fərq

12

qəbir öldükdən sonra insanın ilkmənzilidir. Osmanın (Allah ondan razı olsun)

mövlası Həni (Allah ondan razı olsun) rəvayət edirki, Osman (Allah ondan razı olsun) qəbirinyanında durduq da o qədər ağlayardı ki,saqqalı islanardı. Ona “Cənnət vəCəhənnəm xatırlandıqda ağlamırsan, bunagörə ağlayırsan?!”– deyə soruşduqda. O,deyərdi: “Həqiqətən qəbir axirətin ilkmənzilidir. Hər kim bundan qurtularsa,ondan sonrakı daha asan, kim də ondanqurtulmazsa ondan sonrası daha şiddətliolar. Peyğəmbər (Allahın ona salavatı və salamı

olsun) demişdir ki, “Heç vaxt qəbirdən şiddətlimənzərə görmədim”.

3. Vaxtının az olduğunu dərk etməlidir.Abdullah ibn Ömər (Allah onlardan razı olsun)

rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı

və salamı olsun) mənim çiynimdən tutub dedi:"Dünyada bir qərib, yaxud bir müsafir kimiol!". Abdullah ibn Ömər (Allah onlardan razı

olsun) hər dəfə bu hədisi rəvayət etdikdən

Page 13: Orijinal eklentiyi indir - Feqih.comfeqih.com/uploads/books/ramil/Olume_qeder.pdf · Ölüm nə yaşa, nə fiziki qüvvəyə, nə sağlamlığa, nə də varlı və ya kasıba fərq

13

sonra əlavə edərdi: “Axşama çıxdıqdasəhərə sağ qalaca ğını, səhərə çıxdıqda isəaxşama sağ qalaca ğını gözləmə.Xəstələnənədək sağlamlığın dan vəölənədək həyatından istifadə et!". Əli ibnƏbu Talib (Allah ondan razı olsun) demiş dir:"Həqiqətən, dünya gəldi-gedərdi və o, artıqgeridə qalmışdır. Axirət isə qarşıda hər kəsigözləməkdədir. İkisinin də öz oğulları(qəlbən ona bağlı olan adamlar) vardır. Sizdünya oğullarından deyil, axirət oğulların-dan olun! Bu gün bir iş görürsünüz, ammasorğu-sual olunmursunuz. Sabah isəsorğu-sual olunacaq və heç bir iş görəbilməyəcək siniz".

4. Dünya malına bağlanmamalıdır.Dün ya malına bağlanmaq insanı yolundanazdı ran bir xəstəlikdir. Bu xəstəlikdənqurtul maq üçün insan bu dünyadaözündən aşağı olan insanlara baxmalı və budünyaya imta han üçün gəldiyini dərketməlidir. Əbu Hüreyrə (Allah ondan razı olsun)

rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı

Page 14: Orijinal eklentiyi indir - Feqih.comfeqih.com/uploads/books/ramil/Olume_qeder.pdf · Ölüm nə yaşa, nə fiziki qüvvəyə, nə sağlamlığa, nə də varlı və ya kasıba fərq

14

və salamı olsun) buyurmuşdur: “Özünüzdənaşağı olana baxın, sizdən yuxarı olanabaxmayın”. Abdullah ibn Zubeyr (Allah

onlardan razı olsun) Məkkədə xütbə verərkəndemişdir: “Ey insanlar! Peyğəmbər (Allahın

ona salavatı və salamı olsun) belə buyurdu: “Adəmövladına bir vadi dolu qızıl versələr, ikincisiniistəyər. İkincisini verdikdə isə üçüncü sünüistəyər. Adəm övladının qarnını ancaq tor paqdoydurur. Uca Allah, onun üçün tövbə edən-lərin tövbələrini qəbul edir”. Müsəlman dün yamalına bağlanmamalı, axirəti üçün azuqəyığmalıdır.

5. Ölüm anını çoxlu yada salmalıdır. Buelə bir andır ki, bunu can verən şəxsdənbaşqa heç kəs təsəvvür edə bilməz. Ölümanındakı olan ağrını bədənin hər bir hissəsihiss edir. Uca Allah buyurur: “(Can)boğaza yetişdiyi zaman – həmin an siz (canverən ada ma) baxırsınız. Biz ona sizdəndaha ya xın oluruq, siz isə (bunu)görmürsünüz. Madam ki, siz (iddianıza

Page 15: Orijinal eklentiyi indir - Feqih.comfeqih.com/uploads/books/ramil/Olume_qeder.pdf · Ölüm nə yaşa, nə fiziki qüvvəyə, nə sağlamlığa, nə də varlı və ya kasıba fərq

15

görə) haqq-hesab olunmayacaqsınız vədoğru danışanlarsınız, onda, o canı geriqaytarın? Amma əgər o, (Allaha) yaxınolanlardandırsa, onda rəh mətə, gözəl ruziyəvə Nəim bağına yetişər. Əgər o, sağ tərəfsahiblərindəndirsə, (ona): “Sağ tərəfsahiblərindən sənə salam olsun!”-(deyiləcəkdir) Yox əgər o, (haqqı) yalansayanlardan və (doğru yolda) azanlardan-dırsa, (ona) qaynar su ziyafəti veriləcək,özü də Cəhənnəmdə yanacaqdır. Həqiqətən,bu, şübhə doğurmayan həqiqətdir. Elə isəUlu Rəbbinin adına təriflər de!”. İnsan, xüsusilə də mömin insan ölümanı nı hər zaman xatırlamalıdır. Buxatırlama möminin ölümə hazırlıqgörməsinə kömək edir.

6. Zalımların necə öldüyünü xatırlamalı-dır. Mələklər zalımların canını alanda onlarəziyyət çəkirlər. Uca Allah buyurur:“Zalım ları ölüm girdabında olduqda,mələklərin də əllərini uzadıb: “Canlarınızıçıxarın! Allaha qarşı nahaq sözlər

Page 16: Orijinal eklentiyi indir - Feqih.comfeqih.com/uploads/books/ramil/Olume_qeder.pdf · Ölüm nə yaşa, nə fiziki qüvvəyə, nə sağlamlığa, nə də varlı və ya kasıba fərq

16

söylədiyinizə və Onun ayələrinə təkəbbürgöstərdiyinizə görə bu gün sizcəzalandırılacaq sınız!”- (dedikləri ni) bircəgörəydin”.

Uca Allah buyurur: “Kaş sən kafirlərimələklər onların canını alarkən görəydin.(Mələklər) onların üzünə və yanlarınavura-vura (deyirdilər): “Dadın yandırıcıodun əzabını!”.

İnsan unutmamalıdır ki, etdiyi yaxşıəməllər nə qədər çox olsa belə yenə dəazdır. Çünki ölüm anı gəldiyi zaman hərkəs etmədiyi yaxşı işlərə görə peşmançılıqçəkə cəkdir. O zaman dünyaya qayıdıb yaxşıişlər görmək arzusunda olsalar da, buarzuları gerçəkləşməz. Uca Allah Öz kəlamıilə bu hadısəni belə vəsf edir: “Nəhayət,onlardan birinə ölüm gəldiyi zaman deyər:“Ey Rəb bim! Məni geri qaytar. Bəlkə, tərketdiyim yaxşı əməlləri (indi) edəm”. Xeyr!Onun bu dedikləri ancaq (boş) bir sözdür.Onların arxasında diriləcəkləri günə qədərbərzəx vardır”.

Page 17: Orijinal eklentiyi indir - Feqih.comfeqih.com/uploads/books/ramil/Olume_qeder.pdf · Ölüm nə yaşa, nə fiziki qüvvəyə, nə sağlamlığa, nə də varlı və ya kasıba fərq

17

İbn Kəsir (Allah ona rəhmət eləsin) buyurur:“Kafirlərə ölüm anı gəldiyi zaman onlarımələklərin verəcəyi əzab, başqaları üçünibrət, şiddətli susuzluq, zincir, şiddətli yan-an atəş, qaynar su, Mərhəmətli və Rəhimli-nin qəzəbi və mələklərin onların ruhlarınıaldıqda onları vurması, həmçinin başqaəzablar gözləyir”.

7. Qəbir imtahanını xatırlamalıdır.Əsmə bintu Əbu Bakr (Allah onlardan razı olsun)

rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı

və salamı olsun) qalxıb qəbirdəki fitnə barəsindəxütbə verdi. İnsanların qəbirlərində necəimtahan olunduqları haqda danışdıqdamüsəlmanlar hönkür-hönkür ağlamağabaşladılar. Nəsainin (Allah ona rəhmət eləsin) rəvayət etdi-yi hədisdə isə deyilir ki, müsəlmanlarınsəslə ağlamasının səbəbi Peyğəmbərin (Allah-

ın ona salavatı və salamı olsun): ”Sizin qəbirdəDəccalın fitnəsinə yaxın bir imtahana məruzqalacağınız mənə vəhy olundu” sözləri idi.

Page 18: Orijinal eklentiyi indir - Feqih.comfeqih.com/uploads/books/ramil/Olume_qeder.pdf · Ölüm nə yaşa, nə fiziki qüvvəyə, nə sağlamlığa, nə də varlı və ya kasıba fərq

18

Bəra ibn Azib (Allah ondan razı olsun) rəvayətedir ki, biz Peyğəmbər (Allahın ona salavatı və

salamı olsun) ilə birgə ənsardan olan bir kişinincənazəsini dəfn edərkən Allahın elçisi(Allahın ona salavatı və salamı olsun) qəbrin yanındaotur du, biz də sakitcə onun ətrafındaəyləşdik. O, əlindəki çubuğu yerə vururdu.Sonra başını qaldırıb buyurdu: “Qəbirəzabından Allaha sığının!” O, bunu üç dəfətəkrar etdik dən sonra dedi: “Mömin bəndədünyadan kö çüb axirətə qovuş duqda, göydənonun yanına üzləri günəş kimi parlaq mələklərenir. Onlar özləri ilə Cənnətdən kəfən və ətirgətirir, (onun) gözünün gördüyü son məsafədəoturub gözləyir lər. Sonra ölüm mələyi gəlibonun başının üstün də oturub deyir: “Ey gözəlruh! Allahın mərhə mətinə və xeyir-duasınaqovuşmaq üçün çıx (oradan!)” Nəhayət, möminbəndənin ruhu bədə nindən, su damcısı qabınağzından axıb töküldü yü kimi çıxır. Ölümmələyi ruhu götürdükdən sonra onu bir gözqırpımında, (oturub gözləyən) mələklərə təhvil

Page 19: Orijinal eklentiyi indir - Feqih.comfeqih.com/uploads/books/ramil/Olume_qeder.pdf · Ölüm nə yaşa, nə fiziki qüvvəyə, nə sağlamlığa, nə də varlı və ya kasıba fərq

19

verir, onlar da onu kəfənə büküb ətirləyirlər.Bundan sonra ondan, yer üzündə mövcud olanən gözəl ətirin qoxusuna bənzər gözəl bir qoxugəlir. Sonra mələklər onu götürüb göyəqaldırırlar. Göyə qalxarkən mələklərdən iba rəthansı toplumun yanından keçirlərsə, onlar:“Görəsən, bu gözəl ruh kimin ruhudur?”– deyəsoruşurlar. Onlar: “Bu, filankəsin oğlu filankəs-dir”– deyə bu bəndəni, (camaatın) onu həyatdaikən çağırdığı ən gözəl adla çağırırlar. Nəhayət,onlar birinci göyə gəlib yetişdikdə, göy qapıları-nın açılmasını xahiş edir və onun qapılarıtaybatay açılır. Hər bir göyün mələkləri o ruhunövbəti göyə qədər beləcə yola salır. Nəhayət,yeddinci göyə gəlib çatdıqda, qüdrətli və əzəmətliAllah buyurur: “Mənim qulum barədə olanqeydləri İlliyyuna yazın, sonra da onu qaytarınyerə. Çünki Mən söz vermişəm ki, onları torpaq-dan yaratdım, öləndən sonra ora qaytaracaq və(Qiyamət günü) bir daha oradan (dirildib) çıxar-daca ğam.” Mələklər onu bədəninə qaytardıqdansonra iki mələk gəlib onu otuzdurur və: “Rəbbin

Page 20: Orijinal eklentiyi indir - Feqih.comfeqih.com/uploads/books/ramil/Olume_qeder.pdf · Ölüm nə yaşa, nə fiziki qüvvəyə, nə sağlamlığa, nə də varlı və ya kasıba fərq

20

kimdir?”– deyə soruşurlar. O: “Rəbbim Allah-dır!”– deyə cavab verir. Onlar: “Dinin nədir?”–deyə soruşurlar. O: “Dinim İslamdır!”– deyəcavab verir. Onlar: “Sizə göndərilmiş o kişi kimidi?”– deyə soruşurlar. O: “Bu, Allahın elçisi(Allahın ona salavatı və salamı olsun) idi!”– deyə cavabverir. Onlar: “Həyatda ikən sən nə öyrəndin?”–deyə soruşurlar. O: “Mən Allahın Kitabını oxu-yub ona iman gətirdim və ona sadiq oldum”–deyə cavab verir. Bu vaxt göydən belə bir sədagəlir: “Mənim qulum doğru danışır. Cənnətnemətlərini onun önünə sərin və onun üçünCənnətdən bir qapı açın!” Beləliklə, Cənnətingözəl iyi və havası ona gəlir, qəbri də gözləriningördüyü son məsafəyə qədər genişlənir. Sonragözəl görkəmli, əynində yaraşıqlı paltarı olan vəüst-başından ətir iyi gələn bir kişi onun yanınagəlib deyir: “Səni sevindirəcək bir xəbərə sevin!Bu, sənə vəd olunan gündür!” Mömin: “Sənkimsən? Sənin üzündən xeyirxahlıq yağır!”–deyə soruşur. O da: “Mən sənin yaxşı əməli-nəm!”– deyə cavab verir. Onda mömin dua edib

Page 21: Orijinal eklentiyi indir - Feqih.comfeqih.com/uploads/books/ramil/Olume_qeder.pdf · Ölüm nə yaşa, nə fiziki qüvvəyə, nə sağlamlığa, nə də varlı və ya kasıba fərq

21

deyir: “Allahım! Qoy Qiyamət günü tez gəlsinki, mən öz ailəmə qayıdıb var-dövlətimə sahibolum.” Kafir bəndə dünyadan köçüb axirətə qovuş-duqda göydən onun yanına zəhmli və qarasimalı mələklər enir. Onlar özləri iləCəhənnəmdən giş (cod parça) gətirir və gözününgördüyü son məsafədə oturub gözləyirlər. Sonraölüm mələyi gəlib onun başının üstündə oturubdeyir: “Ey yaramaz ruh! Allahın qəzəbi vəqeyzinə düçar olmaq üçün çıx (oradan)”Nəhayət onun ruhu bədənindən, tikanlı məftilyaş yunun arasından keçdiyi kimi çıxır. Ölümmələyi ruhu götürdük dən sonra onu bir gözqırpımında, (oturub gözlə yən) mələklərə təhvilverir, onlar da onu gişə bükürlər. Bundan sonraondan, yer üzündə mövcud olan ən pis iyəbənzər bir iy gəlir. Sonra mələklər onu götürübgöyə qaldırırlar. Göyə qalxarkən mələklərdənibarət hansı toplumun yanından keçirlərsə,onlar: “Görəsən bu iyrənc ruh kiminruhudur?”– deyə soruşurlar. Onlar: “Bu,

Page 22: Orijinal eklentiyi indir - Feqih.comfeqih.com/uploads/books/ramil/Olume_qeder.pdf · Ölüm nə yaşa, nə fiziki qüvvəyə, nə sağlamlığa, nə də varlı və ya kasıba fərq

22

filankəsin oğlu filankəsdir”– deyə bu bəndə ni,(camaatın) onu həyatda ikən çağırdığı ən pisadla çağırırlar. Nəhayət, onlar birinci göyə gəlibyetişdikdə göy qapılarının açılmasını xahiş edir,lakin onun qapıları açılmır. Sonra Peyğəmbər (Allahın ona salavatı və salamı

olsun) bu ayəni oxudu: “Şübhəsiz ki, ayələrimi-zi yalan sayanlara və onlara təkəbbürlükləyanaşanlara göyün qapıları açılmayacaqvə dəvə iynənin gözündən keçməyincə onlarCənnətə girməyəcəklər”. Sonra o (rəvayətinə davam edib) dedi:“(Allah buyurur): “Mənim qulum barədə olanqeydləri yerin alt təbəqəsində yerləşən Siccinəyazın. Çünki Mən söz vermişəm ki, onlarıtorpaqdan yaradıb, öləndən sonra ora qaytaracaqvə (Qiyamət günü) bir daha oradan (dirildib)çıxardacağam”. Mələklər onu ruhunu göydənaşağı atırlar. Sonra Peyğəmbər (Allahın ona salavatı və salamı

olsun) bu ayəni oxudu: “Kim Allaha şərik qoş-sa, sanki o, göydən yerə düşər, quşlar onu

Page 23: Orijinal eklentiyi indir - Feqih.comfeqih.com/uploads/books/ramil/Olume_qeder.pdf · Ölüm nə yaşa, nə fiziki qüvvəyə, nə sağlamlığa, nə də varlı və ya kasıba fərq

23

alıb aparar, yaxud külək onu sovurub uzaqbir yerə atar”. Sonra o (rəvayətinə davam edib) dedi: “Onunruhu bədəninə qayıtdıqdan sonra iki mələk gəlibonu otuzdurur və: “Rəbbin kimdir?”– deyəsoru şurlar. O, mızıldanıb deyir: “M-mm...Bilmi rəm!” Onlar: “Sizə göndərilmiş o kişi kimidi?”– deyə soruşurlar. O, yenə mızıldanıbdeyir: “M-mm... Bilmirəm!” Bu vaxt göydənbelə bir səda gəlir: “O, yalan danışır. Onunyolunu alovlandı rın və onun üçünCəhənnəmdən bir qapı açın!” Beləliklə, Cəhənnəm atəşi və alovlu külək onadəyir, qəbri də o qədər sıxılır ki, qabırğalarıbir-birinə keçir. Sonra eybəcər sifətli, əynindənimdaş paltarı olan və üst-başından pis qoxugələn bir kişi onun yanına gəlib deyir: “Mənsəni kədərli bir xəbərlə müjdələyirəm. Bu, sənəvəd olunan gündür!” Kafir: “Sən kimsən?Sənin üzündən şər yağır!”– deyə soruşur. O da:“Mən sənin yaramaz əməllərinəm!”– deyə cavabverir. Onda kafir yalvarıb deyir: “Allahım!

Page 24: Orijinal eklentiyi indir - Feqih.comfeqih.com/uploads/books/ramil/Olume_qeder.pdf · Ölüm nə yaşa, nə fiziki qüvvəyə, nə sağlamlığa, nə də varlı və ya kasıba fərq

24

Qoyma Qiyamət qopsun”.8. Qəbir əzabını və mükafatını xatırla-

malıdır. Qəbir əzabı və mükafatı barədəQuran və sünnədə çoxsaylı dəlillərmövcud dur. Uca Allah Fironun Qiyamətəqədər qəbirdə əzab çəkəcəyi barədə QuraniKərim də belə bildirir: “Firon nəslini isədəhşətli əzab bürüdü. Onları səhər vəaxşamüstü oda salırlar. O Saat gələcəyi günisə; Firon nəsli ni ən şiddətli əzaba salın!”. Başqa ayədə buyurur: “Həqiqətən, zalım-lar üçün buna qədər (başqa) əzab da hazır-lanmışdır. Lakin onların çoxu (bunu) bil-mir”. Bu ayədə nəzərdə tutulan əzab, qəbirdəolan əzabdır. Peyğəmbər (Allahın ona salavatı və

salamı olsun) bir dəfə qəbirlərin yanındankeçdikdə: “Kim bu qəbir sahiblərini tanıyır?”–deyə soruşdu. Bir nəfər: "Mən”– deyə səsləndi.Peyğəmbər (Allahın ona salavatı və salamı olsun): “On-lar nə zaman vəfat ediblər?”– dedi. Kişi: “Şirkiçində ölüblər”– deyə cavab verdi. Peyğəmbər(Allahın ona salavatı və salamı olsun) buyurdu: “Bu

Page 25: Orijinal eklentiyi indir - Feqih.comfeqih.com/uploads/books/ramil/Olume_qeder.pdf · Ölüm nə yaşa, nə fiziki qüvvəyə, nə sağlamlığa, nə də varlı və ya kasıba fərq

25

ümmət qəbirlərində imtahan olunurlar.Bir-birinizi dəfn etməsəydiniz, Allaha duaedərdim ki, mən eşitdiyimi siz də eşidəsiniz”.Sonra üzü nü bizə tərəf çevirərək dedi: “Qəbirəzabından Allaha sığının!”. Onlar da: “Qəbirəzabından Allaha sığınırıq”– dedilər. Səhabələr qəbir əzabı haqqında eşidəndəqorxularından halları dəyişərdi. Hər birinsanın qəbri sıxılacaqdır. Bu sıxılmadanheç bir insan canını qurtara bilməyəcəkdir.Lakin bu sıxılma kafirlər üçün qəzəb vənifrət olsa da, möminlər üçün fərəh vəsevinc olur. Qəbir əzabı şiddətli olduğu üçünPeyğəm bər (Allahın ona salavatı və salamı olsun)

bizə hər namazın axırında qəbir əzabındanAllaha sığınmağımızı əmr etmişdir. Şəkkyoxdur ki, Allahın nurlandırdığıqəbirlərdən başqa hamının qəbri zülmətiçində olacaqdır. Yaşadığımız bu dünyanın əsas yükünübədən çəkir, ruh da ona tabe olur. Qəbir

Page 26: Orijinal eklentiyi indir - Feqih.comfeqih.com/uploads/books/ramil/Olume_qeder.pdf · Ölüm nə yaşa, nə fiziki qüvvəyə, nə sağlamlığa, nə də varlı və ya kasıba fərq

26

həyatında isə əksinə olaraq üstünlük ruhaverilir və orada bədən ona tabe olur.Qiyamət günündə isə həm bədən həm dəruh bərabər olaraq ya əzabı, ya da veriləcəkolan neməti dadacaqlar. Qəbir həyatı deyildikdə məlumdur ki,ölümdən sonrakı Qiyamətə qədər olanmüd dət nəzərdə tutulur. Bütün insanlarkimli yindən və necə ölməyindən asılı olma-yaraq qəbir həyatını keçməlidirlər. İstərinsan şəriət qaydaları ilə dəfn olunsun,istərsə də dənizdə boğulub ölsün, yaxudvəhşi heyvanlar tərəfindən parçalanıbyeyilsin və ya yanıb kül olsun. Hər birhalda bütün insanlar bu və ya digər şəkildəqəbir həya tını yaşamalıdır. İnsan qəbirə qoyulduqdan sonra iki mələ-yin gəlib insanı qəbirdə imtahan eləməsibarədə olan hədislər bir çox səhabə tərəfin-dən rəvayət olunmuşdur. Yəni bu mənadaolan hədislərin sayı yetmişə yaxındır. İnsanı qəbirdə əzab çəkməyə vadar edənbir çox səbəblər vardır. Bunlardan ən

Page 27: Orijinal eklentiyi indir - Feqih.comfeqih.com/uploads/books/ramil/Olume_qeder.pdf · Ölüm nə yaşa, nə fiziki qüvvəyə, nə sağlamlığa, nə də varlı və ya kasıba fərq

27

mühümləri; Allah barədə qafil olmaq,Onun əmirlərini yerinə yetirməmək, harambuyur duğu şeylərdən çəkin məmək,nəmmamlıq etmək, nəcasətdən qorunma-maq, yalan uydurub aləmə yaymaq, zinaetmək, sələm yemək, Qurana əməletməmək, namazlara səhlənkar yanaşmaq,qeybət etmək, insanla rın namusunasataşmaq və s. Hər bir təqvalı müsəlmanbunlardan mütləq çəkinməlidir. Həmçinin qəbir əzabından qorunmaqüçün bir çox vasitələr də varid olmuşdur.Bunlara Allah yolunda şəhid olmaq, qəbirəzabına aparan əməllərdən çəkinmək,tövbə ni gecikdirməmək, Allah yolundakeşik çəkdikdə ölmək və s. daxildir. Hər birmüsəlman qəbirdə əzaba düçar olmamaqüçün bunları və bunlardan başqa xeyirəməlləri etməlidir. Müsəlman həmişə qəbir həyatını xatırla-malı, ona hazırlıq görməli və Allaha çoxludua etməlidir.

9. Dünyaya çox bağlanmamalı və Allaha

Page 28: Orijinal eklentiyi indir - Feqih.comfeqih.com/uploads/books/ramil/Olume_qeder.pdf · Ölüm nə yaşa, nə fiziki qüvvəyə, nə sağlamlığa, nə də varlı və ya kasıba fərq

28

çoxlu ibadət etməyə can atmalıdır.Peyğəm bər (Allahın ona salavatı və salamı olsun)

buyurmuş dur: “Allaha and olsun ki, sizinkasıb olmanıza görə qorxmuram. Qorxuram ki,dünya sizdən öncəkilərin üzünə açıldığı kimisizin də üzünüzə açılsın. Sizdən öncəkilərinbir-birlərini ötməyə çalışdıqları kimi siz də onayiyələnmək üçün bir-birinizi ötməyə çalışasınızvə onların həlak olduğu kimi həlak olasınız”. İbnHəcər (Allah ona rəhmət eləsin) bu hədisi şərhedərkən buyurmuşdur: “Dünya üçünyarışmaq dinin həlak olmasına gətiribçıxarır”. Hər hansı bir insan dünyaya nailolmaq üçün can atırsa o insan dininiunudanlardan olur. İmam Qurtubi (Allah ona

rəhmət eləsin) bu hədisdəki “həlak olma”sözünü dünya işlə rinə aludə olub axirətüçün hazırlaşmağı unutmaq kimi izahetmişdir. Bu hədisdən aydın olduğu kimidünya malına can atmaq şər və qorxuludur.Uca Allah bu dünyanı vəsf edərək buyurur:“Bilin ki, dünya həyatı oyun və əyləncə,

Page 29: Orijinal eklentiyi indir - Feqih.comfeqih.com/uploads/books/ramil/Olume_qeder.pdf · Ölüm nə yaşa, nə fiziki qüvvəyə, nə sağlamlığa, nə də varlı və ya kasıba fərq

29

bəzək-düzək, bir-birinizin yanındaöyünmək, mal-dövləti və oğul-uşağıçoxaltmaq istəyindən ibarətdir. Bu elə biryağışa bənzəyir ki, ondan əmələ gələn bitkiəkinçiləri heyran edir. Sonra o quruyur vəsən onun sapsarı olduğunu görürsən. Sonraisə o çör-çöpə dönür. (Kimisini) axi rətdəşiddətli əzab, (kimisini də) Allahdanbağışlanma və razılıq gözləyir. Dünyahəyatı isə aldadıcı ləzzətdən başqa bir şeydeyildir”. Şəkk yoxdur ki, hər bir saleh olan əməlibadətdir. İnsana yalnız bu faydaverəcəkdir. Bu dünyanın isə Allah yanındaheç bir qədir qiyməti yoxdur. Səhl ibn Səd(Allah ondan razı olsun) rəvayət edir ki,Peyğəmbər (Allahın ona salavatı və salamı olsun)

buyurmuş dur: “Dünya nın Allah yanındaağcaqanadın qanadı qədər qədir qiyməti olsaydıkafirə bir qurtum belə su verməzdi”.

Onu da dərk etmək lazımdır ki, müsəlmannə qədər yaxşı əməllər etsə belə arxayınlaş-mamalı və bacardığı qədər ibadətlərini

Page 30: Orijinal eklentiyi indir - Feqih.comfeqih.com/uploads/books/ramil/Olume_qeder.pdf · Ölüm nə yaşa, nə fiziki qüvvəyə, nə sağlamlığa, nə də varlı və ya kasıba fərq

30

çoxaltmalıdır. Əbu Hüreyrə (Allah ondan razı

olsun) ölüm ayağında olarkən ağlayaraqdeyir: “Mənim sursatım azdır, qarşımda isəsəhra böyükdür və mən bilmirəm o, haradaqurtaracaq Cənnətdə, yoxsa Cəhənnəmdə”.

Müsəlman dünya malına yiyələnməküçün bütün gücünü buna sərf etməməli vəinsan ları bundan çəkindirməlidir.

10. Dil ilə gözəl sonluğu istəyib əməl iləona can atmalıdır. Şəkk yoxdur ki, insan gözəl sonluğa yiyə-lənmək üçün Allaha dua edib, əməlləri iləona yaxınlaşmalıdır. Uca Allah buyurur:“Uğrumuzda cihad edənləri mütləq Özyolumuza yönəldəcəyik. Şübhəsiz ki, Allahxeyirxah əməl sahiblərilədir”. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun)

buyurmuşdur: “Həqiqətən əməllər sonluğunagörədir”. Müsəlman yaxşı və pis sonluğaaparan əməlləri bir-birindən ayırmağıbacar malı və yaxşı işlər görməkdə həmişətələs məlidir. Çünki ölüm insana qəflətən

Page 31: Orijinal eklentiyi indir - Feqih.comfeqih.com/uploads/books/ramil/Olume_qeder.pdf · Ölüm nə yaşa, nə fiziki qüvvəyə, nə sağlamlığa, nə də varlı və ya kasıba fərq

31

gəlir. Gözəl sonluğa aparan səbəblərdənbəziləri aşağıdakılardır.

Birinci səbəb: Ömrünün pis sonluqlabaşa çatmasından qorxaraq yaxşı işlərgörməyə can atmaq. Sələfilər həmişə pissonluqdan qorxar və əməllərini gözəlləş-dirərdilər. Peyğəmbərin (Allahın ona salavatı və

salamı olsun) ətrafında olan səhabələr beləCənnətlə müjdələnmələrinə baxmayaraq,nifaqdan qorxurdular. Ömər ibn əl-Xəttab(Allah ondan razı olsun) Cənnətlə müjdələnən onsəhabədən biri olsa da münafiq olmasındanqorxurdu. Peyğəmbər (Allahın ona salavatı və

salamı olsun) münafiqlərin adını Huzeyfə ibnYəmənə (Allah ondan razı olsun) dediyi üçün onayaxınlaşaraq öz adının da onların içindəolub olmadığını soruşur. Abdullah ibn ƏbuMəlikəh (Allah ona rəhmət eləsin) demişdir:“Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun)

otuz səhabəsi ilə qarşılaşdım, onlardan hərbiri özlərinə görə nifaqdan qorxur dular”. Uca Allah bəzi insanların canını alandapis sonluqla alır. Ağıllı insanlar üçün bu

Page 32: Orijinal eklentiyi indir - Feqih.comfeqih.com/uploads/books/ramil/Olume_qeder.pdf · Ölüm nə yaşa, nə fiziki qüvvəyə, nə sağlamlığa, nə də varlı və ya kasıba fərq

32

cür hadisələrdə ibrətlər vardır. Bu cür pissonluqlardan biri Peyğəmbərin (Allahın ona

salavatı və salamı olsun) nəvəsi Hüseyn ibn Əlini(Allah onlardan razı olsun) öldürən Ubeydullahibn Ziyada aiddır. Bu insan Peyğəmbərinnəvəsini öldürdükdən sonra salehinsanların hamısı ondan üz döndərmişdilər.Əməlisa leh insanlardan olan İbn Muğaffəl(Allah ona rəhmət eləsin) xəstələnib, ölümayağında olar kən əmir Ubeydullah onuziyarətə gəlib deyir: “Bizə nəyi vəsiyyətedirsən?” O: “Mə nim üçün namaz qılma vəmənim qəbrimə gəlmə”– deyə cavab verir.Onun anası Mər canə oğlu Ubeydullahadeyirdi: “Peyğəmbə rin qızının oğlunuöldürdün, Cənnəti gör məyəcəksən”.Nəhayət hicrətin atmış yed dinci ilindəUbeydullah öldürülür və başı kəsilərəkŞama göndərilir. Bu hadisənin şahidi olmuşƏbu Tufeyl bu hadisəni belə vəsf edir:“Yeddi baş göndərildi. Onlardan Hüseynibn Numeyr və Ubeydullah ibn Ziyadınbaşını örtdüm. Sonra gəlib açdığım da ilanın

Page 33: Orijinal eklentiyi indir - Feqih.comfeqih.com/uploads/books/ramil/Olume_qeder.pdf · Ölüm nə yaşa, nə fiziki qüvvəyə, nə sağlamlığa, nə də varlı və ya kasıba fərq

33

Ubeydullahın başını yediyini gör düm”.Umarəh ibn Umeyr dedi: “Ubeydul lah ibnZiyadın və onun dostlarının başınıgətirdilər. Onların yanına gəldikdə dostları“gəldi, gəldi” sözlərini deyirdilər. Bir ilanbaşlara yaxınlaşaraq Ubeydullahın burnu-nun deşiyinə daxil oldu. Bir az qaldıqdansonra çıxıb gözdən itdi. Onlar yenə də“gəldi, gəldi” sözlərini deməyə başladılar.Bu hal iki, ya da üç dəfə təkrar olundu”.

İkinci səbəb: Bütün günahlardan tövbəetmək. Bununla yanaşı həmçinin salehəməllər etmək. Uca Allah buyurur: “Eyiman gətirənlər! Hamınız Allaha tövbə edinki, bəlkə nicat tapasınız”. Başqa bir ayədə buyurur: “Qullarımaxəbər ver ki, Mən, Bağışlayanam, Rəhmli-yəm. Əzabım isə üzücü əzabdır”. Şəkk yoxdur ki, günah etdikdən sonrapeşiman olub tövbə edən kəs o günahıetmə miş kimidir.

Üçüncü səbəb: Gözəl sonluğu Allahdanistəmək. Məhz buna görə Peyğəmbər (Allahın

Page 34: Orijinal eklentiyi indir - Feqih.comfeqih.com/uploads/books/ramil/Olume_qeder.pdf · Ölüm nə yaşa, nə fiziki qüvvəyə, nə sağlamlığa, nə də varlı və ya kasıba fərq

34

ona salavatı və salamı olsun) həmişə Allahdandinində sabit qalmasını istəyərdi. UmmuSələmə (Allah ondan razı olsun) rəvayət edir ki,Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) ”Eyqəlbləri dəyişdirən, qəlbimi dinin üzərində sabitet!” duasını çoxlu-çoxlu edərdi. Müsəlman gözəl sonluğa aparan hər birduanı çoxaltmalıdır.

Dördüncü səbəb: Günahlara nifrət edə-rək onlardan uzaqlaşmaq. Müsəlman Allahvə Rəsulunun (Allahın ona salavatı və salamı olsun)

haram buyurduğu şeylərə nifrət etməlidir.İnsan günah edib, günahında israr edərsə,sonluğunun pis başa çatmasına səbəb olar.Hər bir insan Qiyamət günü sonuncu etdiyiəməlləri ilə diriləcəkdir. Peyğəmbər (Allahın

ona salavatı və salamı olsun) buyurmuşdur: “Kimhansı əməl üzərində ölərsə Allah həmin əməllədə onu dirildər”.

Beşinci səbəb: Bəla gəldikdə səbir etməkgözəl sonluğa aparan səbəblərdəndir. Eləcədə bəla gəldikdə səbir etməmək pis sonluğa

Page 35: Orijinal eklentiyi indir - Feqih.comfeqih.com/uploads/books/ramil/Olume_qeder.pdf · Ölüm nə yaşa, nə fiziki qüvvəyə, nə sağlamlığa, nə də varlı və ya kasıba fərq

35

gətirib çıxara bilər. Mömin bəndə hətta bəlagəldikdə belə Allahın razılığını qazanmağaçalışmalıdır. Çünki müsibətə səbr etməkgünahları təmizləyir. Müsəlman bəndəsəbir etdiyi əməlin savabını Allahdanummalıdır. Abdullah ibn Məsud (Allah ondan

razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın

ona salavatı və salamı olsun) buyur muşdur:“Xəstələnib əziy yət çəkən elə bir müsəlmanyoxdur ki, Allah onun günahlarını ağacyarpaqlarını tökdüyü kimi tökməsin.”

Altıncı səbəb: Allah barədə gözəl zənnetmək. Allah barədə pis zənn etmək insanınölümünün pis sonluqla bitməsinə gətiribçıxarır. Müsəlman bəndə yəqinliklə etiqadetməlidir ki, Uca Allah zərrə qədər də olsunheç kimə zülm etmir. Cabir (Allah ondan razı

olsun) rəvayət edir ki, Peyğəmbərin (Allahın ona

salavatı və salamı olsun) ölümündən üç gün əvvəlonun belə dediyini eşitdim: “Sizlərdənbiriniz Allah barədə gözəl zənn etməyincə,ölməsin”.

Page 36: Orijinal eklentiyi indir - Feqih.comfeqih.com/uploads/books/ramil/Olume_qeder.pdf · Ölüm nə yaşa, nə fiziki qüvvəyə, nə sağlamlığa, nə də varlı və ya kasıba fərq

36

Yeddinci səbəb: Uca Allahın möminlərəəbədi olaraq vəd etdiyi nemətlərdənxəbərdar olmaq. Çünki elmli olmaq əməletməyə ən böyük səbəbdir. Uca Allahbuyurur: “Sizə verilən hər şey ancaq dünyahəyatının keçici zövqü və onunbərbəzəyidir. Allah yanında olanlar isədaha xeyirli və daha daimidir. Məgər başadüşmürsü nüz?”.

Səkkizinci səbəb: Bu dünyanın qısamüd dət olduğunu dərk etmək, gözəlsonluğa gətirib çıxaran bir amildir. UcaAllah buyurur: “Allah kafirlərdən: “Yerüzündə neçə il qaldınız?”– deyə soruşacaq.Onlar: “Bir gün, yaxud bir gündən də azqaldıq. Sən (günləri) sayanlardan soruş”-deyəcəklər. (Allah) deyəcək: “Siz (orada) çoxaz qaldınız. Kaş (bunu) biləydiniz! Yoxsaelə hesab edirdiniz ki, sizi əbəs yerəyaratmışıq və siz (heç vaxt) Bizəqaytarılmayacaq sı nız?”.

Başqa bir ayədə buyurur: “Onlar vəd

Page 37: Orijinal eklentiyi indir - Feqih.comfeqih.com/uploads/books/ramil/Olume_qeder.pdf · Ölüm nə yaşa, nə fiziki qüvvəyə, nə sağlamlığa, nə də varlı və ya kasıba fərq

37

olunduqlarını görəcəkləri gün gündüzünbircə saatı qədər qaldıqlarını sanacaqlar”. Əbu Hüreyrə (Allah ondan razı olsun) rəvayətedir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı

olsun) buyurmuşdur: “Dünya mömininzindanı, kafirin isə Cənnətidir”. Mömin bəndə dünyanın qısa olduğunudüşünüb saleh əməllər görməklə Allahayaxınlaşmalıdır. Ömrü nə qədər uzun olsabir o qədər xeyir işlərində davam etməlidir.Əbu Bəkr (Allah ondan razı olsun) rəvayət edir ki,bir kişi dedi: “Ey Allahın elçisi, hansı insanlardaha xeyirlidir?”. Peyğəmbər (Allahın ona salavatı

və salamı olsun) buyurdu: “Ömrü uzun əməli gözəlolan”. Sonra yenidən soruşdu: “Bəs hansıinsanlar daha şərdirlər?”. Peyğəmbər (Allahın ona

salavatı və salamı olsun) cavab verdi. “Ömrü uzunolub əməli pis olanlar”.

Page 38: Orijinal eklentiyi indir - Feqih.comfeqih.com/uploads/books/ramil/Olume_qeder.pdf · Ölüm nə yaşa, nə fiziki qüvvəyə, nə sağlamlığa, nə də varlı və ya kasıba fərq

38

Onu da qeyd edək ki, əlinizdəki kitabdaima Uca Allaha möhtac olan insan əməyininbəhrə sidir və buna görə də orada xətalarınolması labüddür. Hər hansı bir xəta iləüzləşdikdə və ya mövzu ilə bağlı daha maraqlıtəklifiniz olar sa [email protected] ron ünvanına yazmanızı xahiş edirik.