bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBu isə o deməkdir ki, Xvalınsk...

15
Bəxtiyar Tuncay Döyüş baltaları və ya qaytan keramikası mədəniyyəti (e.ə. 3200-2300-cü illər): Protoqıpçaq-bulqarlar protooğuzlardan niyə ayrılıb Qərbi Avropaya köç etdilər? Türklərin Avropada əsasını qoyduqları daha bir mədəniyyət eneolit dövrünün sonları - tunc dövrünün əvvəllərini əhatə edir və elmi ədəbiyyatda «Döyüş baltaları mədəniyyəti» və ya «Qaytan keramikası mədəniyyəti» adı ilə tanınır. Bu iki fərqli ad bu mədəniyyətə xas iki xarakterik xüsusiyyətdən qaynaqlanır: 1.Kurqanlarda, böyrü üstə basdırılan ölülərin yanına daş və ya metal balta qoyular, bəzənsə balta meyitlərin əlinə verilərdi. 2.Bu mədəniyyətə xas keramikada ən çox istifadə edilən bəzək növü qaytan şəklində idi. Şərqdə Çuxur mədəniyyəti ilə həmsərhədd olan bu mədəniyyət Orta, Şimali və Qərbi Avropanın geniş ərazilərini əhatə etmiş, sonrakı dövrlərdə törəmə mədəniyyətlər şəklində cənuba doğru yayılmışdır. Aparılan genetik analizlər sayəsində Döyüş baltaları mədəniyyətinin əsasını bir neçə əsr öncə Yaxın Şərqdən 1

Transcript of bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBu isə o deməkdir ki, Xvalınsk...

Bəxtiyar Tuncay

Döyüş baltaları və ya qaytan keramikası mədəniyyəti (e.ə. 3200-2300-cü illər): Protoqıpçaq-bulqarlar protooğuzlardan niyə ayrılıb Qərbi Avropaya köç

etdilər?

Türklərin Avropada əsasını qoyduqları daha bir mədəniyyət eneolit dövrünün sonları - tunc dövrünün əvvəllərini əhatə edir və elmi ədəbiyyatda «Döyüş baltaları mədəniyyəti» və ya «Qaytan keramikası mədəniyyəti» adı ilə tanınır. Bu iki fərqli ad bu mədəniyyətə xas iki xarakterik xüsusiyyətdən qaynaqlanır:

1. Kurqanlarda, böyrü üstə basdırılan ölülərin yanına daş və ya metal balta qoyular, bəzənsə balta meyitlərin əlinə verilərdi.

2. Bu mədəniyyətə xas keramikada ən çox istifadə edilən bəzək növü qaytan şəklində idi.

Şərqdə Çuxur mədəniyyəti ilə həmsərhədd olan bu mədəniyyət Orta, Şimali və Qərbi Avropanın geniş ərazilərini əhatə etmiş, sonrakı dövrlərdə törəmə mədəniyyətlər şəklində cənuba doğru yayılmışdır. Aparılan genetik analizlər sayəsində Döyüş baltaları mədəniyyətinin əsasını bir neçə əsr öncə Yaxın Şərqdən (Cənubi Azərbaycan və Şərqi Anadoludan) gələn, Xvalınsk mədəniyyətinin qurulmasında protooğuzlarla (R1b) birlikdə iştirak edən protoqıpçaq-bulqar mənşəli (R1a) tayfalarla (79 %) Avropanın qədim daş dövrü qəbilələrinin (21%) birlikdə qurduqları məlum olmuşdur (Haak W. et al., 2015; İain Mathieson, et al., 2017; Morten E. Allentoft, et al., 2015).

Sözügedən mədəniyyətin daşıyıcılarının bir qismi əkinçilik və oturaq maldarlıqla məşğul olur və kiçik kəndlərdə yaşayırdılar. Sənətkarlıq, xüsusən də dulusçuluq, toxuculuq, metallurgiya inkişaf etmişdi. Bununla belə, əhalinin böyük hissəsi yarımköçəri və köçəri həyat tərzi sürüdü. Qoyunçuluqla məşğul olan əhali

1

yaylaq-qışlaq həyat tərzi keçirir, at bəsləməklə məşğul olanlar üçünsə daha çox köçərilik xarakterik idi.

Ölülər böyrü üstə, bükülü vəziyyətdə basdırılardı Kişilər təqribən 1 m dərinliyində qazılan çuxur qəbirlərə sağ, qadınlar isə sol böyrü üstə qoyulardı. Meyitlərin üzü, bir qayda olaraq, cənub istiqamətinə yönləndirilirdi. Qəbirlərin üzərində çox da hündür olmayan kurqanlar qurulurdu. Bəzənsə kurqan örtüyü olmazdı (Кренке Н. А., Ершов И. Н., Лазукин А. В., Войцик А. А., Раева В. А., Рожанская Н. И., 2013, c. 14-29).

Döyüş baltaları mədəniyyəti dövrü keramikası üçün xarakterik olan qaytan bəzəkli saxsı nümunələri

Almaniya və İsveçrə ərazisindəki qəbirlərdən əldə edilmiş skeletlərdən götürülmüş DNT nümunələri üzərində aparılan analizlər Döyüş baltaları mədəniyyəti qəbilələrinin HV, H, I, J, K, T, U, W, X mitoxondrial (ana xətti) haploqrupunun daşıyıcısı olduqlarını (Русакова Е., 2016) üzə çıxarmışdır ki, bu da həmin mədəniyyəti Xvalınsk və Cuxur mədəniyyətləri ilə qohum mədəniyyətlər sırasına daxil etməyə imkan verir.

DNT Y-xromosomların (ata nəsli) müəyyənləşdirilməsi istiqamətində aparılmış analizlər nəticəsində mədəniyyətin yayıldığı ərazilərin əksər hissəsində yaşayan qədim əhalinin böyük qisminin R1a1 haploqrupunun daşıyıcısı olduğu müəyyən edilmişdir. Bu nəticəyə Esperştedtdən tapılmış 1 (Esperstedt, № I0104) (Haak W. et al., 2015) və Eylaudan (Eulau) üzə çıxmış (İain Mathieson, et al., 2017) 2 skeletdən götürülmüş DNT nümunələrinin analizi sonucunda gəlinmişdir. Polşadakı Leki Male yaxınlığındakı məzardan götürülmüş nümunənin analizi də eyni nəticəni vermişdir. Həmin ərazidə, e.ə. 2286-2048-ci illər arasında yaşamış insanın skeleti üzərində

2

aparılmış tədqiqatlar onun da R1a (R1a1a1-M417) haploqrupuna sahib olduğunu ortaya qoymuşdur (Morten E. Allentoft, et al., 2015).

Estoniyanın iki müxtəlif yerindən (Ardu и Kunila) əldə edilmiş 4 qədim insan qalığının üçünün R1a-Z645, birinin isə R1a1a1-Z283 haploqrupunun daşıyıcısı olduğu məlum olmuşdur (Lehti Saag et al, 2017; Alissa Mittnik et al, 2017).

Maraqlıdır ki, Çuxur mədəniyyəti təmsilçilərinin hamısından R1b haploqrupu çıxdığı, R1a-nın izinə rast gəlinmədiyi kimi, Döyüş baltaları mədəniyyəti təmsilçilərinin də hamısının R1a haploqrupuna sahib olduğu və bu ərazidə R1b-yə rast gəlinmədiyi müşahidə edilmişdir.

Qotlanddakı (İsveçrə) bir məzarlıqdan tapılmış döyüş baltası

Bu isə o deməkdir ki, Xvalınsk mədəniyyəti dövründə protooğuzlarla (R1b) bir yerdə yaşayan, Avropaya da Cənubi Qafqazdan onlarla bir yerdə köç edən protoqıpçaq-bulqarlar hansısa səbəbdən, təqribən e.ə. 3200-cü illərdə əski yurd yerini tərk edərək Qərbə üz tutmuşdularr. Əski yurd yerində qalan protooğuzlar Cuxur, Qərbə köç edən protoqıpçaq-bulqarlar isə Döyüş baltaları mədəniyyətlərinin əsasını qoymuşlar. Bu mədəniyyətlərin hər ikisini Xvalınsk mədəniyyətinin varisi hesab etmək olar. Hərçənd ki, Cuxur mədəniyyətinin formalaşmasında Cənubi Qafqazdan Şimala köç edən Kür-Arazlılar da önəmli rol oynamışlar. Protoqıpçaq-bulqarların əski

3

yurd yerlərini tərk etməsinə səbəb, bəlkə də, Cənubi Qafqazdan yeni protooğuz axınının olması səbəb olmuşdur.

Burada bir maraqlı məqama xüsusi diqqət etmək lazımdır. E.ə. 3200-ci illərdə R1a və P1b-lilər təkcə ərazicə bir-birilərindən ayrılmamış, eyni zamanda, fərqli kultlara sitayiş etməyə başlamışlar. Bu, birincilərin kurqanlara araba, araba təkəri və ya da onların modelini, ikincilərin isə daş baltalar qoymağa başlaması şəklində özünü göstərmişdir.

Bu nə deməkdir?Qoyulan sualın cavabını tapmağa bizə əski türk mifologiyası yardımçı ola bilər.

Məsələ burasındadır ki, neolit və eneolit dövrlərində həm R1a-lılar, həm də R1b-lilər üçün əsas tapınaq obyekti rolunda bir növ birləşdirici funksiyanı yerinə yetirən Ana ilahə (Ağ Ana  Ürünq Ayığ Toyon) çıxış edirdi (Ксенефонтов, 1977, с. 97). Eneolit dövrünün sonlarına yaxın bu kult tədricən öz əhəmiyyətini itirməyə başlamış və görünür, tunc dövründən etibarən onun köməkçiləri rolunda çıxış edən əyələr (ayıılar) daha üstün vəziyyətə gəlmişlər.

Nerkedəki (İsveçrə) bir məzardan tapılmış döyüş baltası

Əldə olan məlumata görə, kurqanların forma və quruluşu, ora qoyulan əşyalar arasındakı fərqlər ölən şəxsin hansı qəbiləyə məxsus olmasından qaynaqlanırmış.

4

Bunun isə səbəbi, fikrimizcə, fərqli qəbilələrin özlərini hansı əyə ilə sıx əlaqədə görməsindən, onu öz himayəçisi hesab etməsindən irəli gəlirdi (Каруновская, 1935, с. 178-182).

Belə görünür ki, təqribən tunc dövründən etibarən, yəni Ağ ana kultu öz əhəmiyyətini itirdikdən sonra protooğuzlar onun köməkçilərindən biri olan Cesegey ayıını (Cesegey əyəni) özlərinə himayəçi ruh seçmişdilər. Belə hesab edilirdi ki, bu əyə atçılığın himayədarıdır və insanlara at əhliləşdirməyi, minməyi və arabaya qoşmağı, eləcə də ətindən, südündən, dərisindən istifsdə etməyi o öyrətmişdir (Ксенефонтов, 1977, с. 97). Protooğuz qəbilə başçılarının (bəylərin) hakimiyyət rəmzi rolunda at başlı skipeterlərin çıxış etməsi, onların qəbirlərinə bu əşyanın, eləcə də arabaların və ya da araba təkərlərinin qoyulmasının səbəbini yalnız bununla izah etmək mümkündür. Protoqıpçaq-bulqalar isə, belə görünür ki, özlərinə himayəçi ruh qismində Ağ ananın başqa bir köməkçisini - Sügə toyonu (tərcüməsi “Balta ağa”) seçmişdilər. Əsas simvolu balta olan bu əyənin ildırımların və şimşəklərin hakimi olduğuna inanılırdı (Ксенефонтов, 1977, с. 97). Fikrimizcə, Döyüş baltaları mədəniyyətinin xarakterik xüsusiyyətlərindən biri olan daş və ya metal baltaların kurqanlara qoyulması adəti belə yarana bilərdi.

Finlyandiyadakı bir məzarlıqdan tapılmış döyüş baltası

Əlbəttə, Ceseqey ayıı kultunun atın əhliləşdirilməsindən, Sügə toyon kultunun da «sügə» (bu söz rus dilinə «sekira» formasında keçib) tipli xüsusi balta növünün icadından öncə ortaya çıxdığını düşünmək qeyri-ciddi olardı. Qədim türklərdə ayııların (əyələrin) böyük əksəriyyətinin əcdad kultu ilə bağlı olduğunu, yəni ölən əcdadların ruhunun fetişləşdirildiyini nəzərə alsaq, həm Ceseqeyin, həm də Sügənin real şəxslər olduğunu, onlardan birincisinin tarixdə ilk dəfə atı əhliləşdirdiyini, digərinin isə ilk döyüş baltaları hazırladığını böyük ehtimalla düşünmək olar.

Maraqlıdır ki, bu yolla gedərək, yəni Türk mifologiyasındakı əyələr sistemini dərindən öyrənərək, tarixdə bu və ya digər kəşfə və icada imza atmış real şəxsiyyətlərin adlarını və bu şəxsiyyətlərin hansı Türk soy və ya boyundan olduğunu çətinlik çəkmədən aydınlaşdırmaq olar. Qədim türklər bu məlumatları

5

əfsanələşdirərək, mifoloji dona bürüyərək nəsildən nəslə ötürmüşlər və dövrümüzədək gəlib yetişən həmin süjetlərin böyük bir hissəsi XIX-XX əsrlərdə folklorşünas və etnoqraflar tərəfindən qeydə alınmışdır.

Arxeoloqlar aşağıdakı mədəniyyətləri Döyüş baltaları mədəniyyətinin davamı və birbaşa varisi hesab edirlər:

1. Untets mədəniyyəti (e.ə. 2300-e.ə. 1600-cü illər). Mərkəzi Avropada mövcud olmuşdur. Onun lokal variantlarına Adelberq və Ştraubinqdə, eləcə də Macarıstanda rast gəlinmişdir (Племена Европы и Азии).

Nebradan tapılmış disk (Untets mədəniyyəti)

2. Nordik (Şimali) Tunc mədəniyyəti (e.ə. 1700-e.ə. 500-ci illər). Danimarkanı və Skandinaviya yarımadasının cənubunu və qərbini əhatə etmişdir (Demakopoulou K., 1999).

Nordik Tunc mədəniyyəti dövrünə aid kurqan (Skone, İsveç)

3. Stjijov mədəniyyəti (e.ə. II minillik). Ukrayna və Polşa ərazisini əhatə etmişdir (Седов В. В., 2002).

4. Sosnitsk mədəniyyəti (e.ə. II minillik). Rusiyanın Cerniqov, Kursk və Bryansk vilayətlərində mövcud olmuşdur (Седов В. В., 1999, с. 273).

5. Kurqan məzarları mədəniyyəti (e.ə. 1600-e.ə. 1200-ci illər). Bavariya və Vürtemberq istisna olmaqla, Untets mədəniyyətinin yayıldığı ərazilərdə

6

onun davamı kimi mövcud olmuşdur. (Burada bir məsələyə xüsus diqqət yetirmək və bu mədəniyyəti IV-VI əsrlərdə Yaponiya ərazisində mövcud olmuş eyni adlı mədəniyyətlə qarışıq salmamaq lazımdır. Maraqlıdır ki, kurqanlar Yaponiyaya da gedib çıxmışdır və oradakı kurqanları hun və göytürklərlə bağlayırlar) (Barbara Ann Kipfer, 2000).

6. Yastorf mədəniyyəti (e.ə. 600-e.ə. 300-cü illər) Danimarka və Almaniya ərazilərində mövcud olmuşdur. Bu mədəniyyəti Nordik Tunc mədəniyyətinin fərqli variantı hesab edirlər (Седов В. В., 2002).

7. Tşinetsk mədəniyyəti (e.ə.XIX-XI əsrlər). İzlərinə Polşa, Ukrayna, Belorus və Rusiya ərazisində rast gəlinmişdir (Gardawski A., 1959, s. 7-189).

8. Lebedovsk mədəniyyəti (e.ə. XI-VIII əsrlər). Ukraynanın Çerniqovsk və Sumsk vilayətlərini əhatə edib. Bu mədəniyyətin Sosnitsk mədəniyyətindən törədiyi və onun davamı olduğu hesab edilir (Жаров Г. В. Жарова Т. Н.).

9. Məzar küpləri mədəniyyəti (e.ə. 1300-750-ci illər). Polşa və Almaniyadan İspaniyaya qədər geniş bir ərazidə yayılmışdır. Bu mədəniyyətin təmsilçiləri ölüləri yandırar və kulünü küpdə basdırardılar. İlk dövrlərdə məzarın üstü kurqan örtüyü ilə örtülsə də, sonrakı dövrlərdə kurqan adəti bütünlüklə tərk edilmişdir. Bu onu göstərir ki, həmin dövrdə həmin ərazilərdə yaşayan türklər dinlərini dəyişmiş və yerlilərin adət-ənənəsini və dilini qəbul etmişlər. Fikrimizcə, türk genli hinavropalıların tarixinin başlanğıcı bu mədəniyyətlə bağlı ola bilər (Fokkens Harry, 1997, pp. 360-373).

10. Pşevorsk mədəniyyəti (e.ə. II-b.e. IV əsrlər). Polşa ərazisində mövcud olmuşdur (Седов В. В., 2002).

Keramik qab üzərində qədim türk damğası. Peşevorsk mədəniyyəti

11. Miloqradsk mədəniyyəti (e.ə. VI-I əsrlər). Qomel vilayətinidə mövcud olmuşdur (Лошенков М. И., 2011).

12. Yuxnovsk mədəniyyəti (e.ə. V- b.ə. II əsrlər). Ukraynanın Çerniqovsk, Rusiyanın Bryansk, Kursk və Orlov vilayətlərini əhatə etmişdir (Моора Х. А., c. 25).

7

13. Viplan mədəniyyəti (e.ə. XI-VII əsrlər). İtaliyanın şimalını və mərkəzini əhatə etmişdir (Гордон Чайлд, 2010 г).

14. Halştat mədəniyyəti (e.ə. IX-IV əsrlər) Mərkəzi Avropa və Balkanları əhatə edirdi (Megav J. V. S., 2005, p. 65-74).

15. Velbar mədəniyyəti (II-V əsrlər). Polşanın şimalını və Belorusun cənub-qərbini əhatə etmişdir (Juras Anna) və s.

Beləliklə, e.ə. 3200-ci illərdə, protoqıpçaq-bulqarların Avropanın şərqindən qitənin mərkəzinə, qərb və şimal hissələrinə kütləvi axını baş vermiş, onlar zamanla cənuba da yayılaraq öz genlərini bütün Avropa ərazisinə yaymış, özləri isə tədricən yerli xalqların içində ərimişlər. Nəticədə türklərə məxsus R1a Y-xromosomu avropalıların genetik yapısında önəmli yerə sahib olmuşdur. Bu işi sonrakı dövrlərdə hunlar davam etdirmişlər.

R1a haploqrupunun Avropada yayılma dərəcəsi

Genetiklərin molekulyar hesablamalarına görə, R1a və R1b Y-xromosomlarının ümumi əcdadı hesab edilən R1 haploqrupu təqribən 22 800 il öncə Asiyada, böyük ehtimalla Ön Asiyada peyda olmuş və bir neçə dalğa şəklində bütün Avrasiyaya yaılmışdır (Корниенко И. В., Водолажский Д. И., 2013).

Alimlərin fikrincə, təqribən e.ə. III minillikdə ən önəmli dalğa baş vermiş və onun başlanğıc nöqtəsi Qara dənizin şimal sahilləri olmuşdur. R1a haploqrupuna ən çox hazırda Monqolustanda yaşayan və artıq monqol dilində danışan, fəqət XX əsrin otalarına qədər türkcə danışdığı məlum olan xotənlərdə (80 %) və qırğız türklərində (63 %) rast gəlinib.

Təqribən 4-4,5 min il öncə R1a1a1b2-Z93 haplotipinin «partlayış»ı baş vermişdir. Bu Y-xromosomun arxeoloji qalıqları daha çox iskit və xəzər

8

kurqanlarından tapılmış skeletlər üçün xarakterikdir. Hazırki təmsilçiləri qaraçay və balkarlar, eləcə də tatar və başqırdlardır (Peter A. Underhill, G. David Poznik, Ornella Semino, Levon Yepiskoposyan, Oleg Balanovsky, Elza K. Khusnutdinova, Jacques Chiaroni, Toomas Kivisild et al., 2015, p.124–131).

Qaynaqça

1. Alissa Mittnik et al. The Genetic History of Northern Europe // BioRxiv, 03.03.2017.

2. Barbara Ann Kipfer, Encyclopedic Dictionary of Archaeology. 2000.3. Demakopoulou K. (ed.), Gods and Heroes of the European Bronze Age,

published on the occasion of the exhibition «Gods and Heroes of the Bronze Age. Europe at the Time of Ulysses», from December 19, 1998, to April 5, 1999.

4. Fokkens Harry. The genesis of Urnfield: economic crisis or ideological change? In: Antiquity 71, 1997, pp. 360-373.

5. Juras Anna. Ethnogenesis ot the Slavs in the light of ancient DNA analyses // Amur (https://repozytorium.amu.edu.pl/handle/10593/2702).

6. Gardawski A., Plemiona kultury trzcinieckiej w Polsce, «Materiały starożytne», Warszawa, 1959, t. 5, s. 7-189.

7. Haak W. et al. Massive migration from the steppe is a source for Indo-European languages in Europe // BioRxiv, Posted February 10, 2015.

8. İain Mathieson, et al. The Genomic History of Southeastern Europe. 2017.9. Lehti Saag et al. Extensive farming in Estonia started through sex-biased

migration from the Steppe // BioRxiv, march 2, 2017.10. Megav J. V. S. The European Iron Age with – and Without – Celts: A

Bibliographical Essay // European Journal of Archaeology, 2005, 8 (1), p. 65-74.

11. Morten E. Allentoft, et al. Population genomics of Bronze Age Eurasia // Nature, Published online 10 June 2015.

12. Peter A. Underhill, G. David Poznik, Ornella Semino, Levon Yepiskoposyan, Oleg Balanovsky, Elza K. Khusnutdinova, Jacques Chiaroni, Toomas Kivisild et al. The phylogenetic and geographic ctructure of Y-chromosome R1a // European Journal of Human Genetics, 2015, 23, p.124–131.

13. Гордон Чайлд. Арийцы. Основатели европейской цивилизации. Центрполиграф. 2010.

14. Жаров Г. В. Жарова Т. Н. Археологическая разведка на Черниговщине (http://www.archeology.narod.ru/BOOK/book7.htm).

9

15. Каруловская Л. Э. Представления алтайцев о вселенной (материалы алтайcкому шаманству). – Сов. этнография, 1935, № 4-5, с. 160-183.

16. Корниенко И. В., Водолажский Д. И. Использование нерекомбинантных маркеров Y-хромосомы в исследованиях древних популяций (на примере поселения Танаис)//Материалы Донских антропологических чтений. Ростов-на-Дону, Ростовский научно-исследовательский онкологический институт, Ростов-на-Дону, 2013.

17. Кренке Н. А., Ершов И. Н., Лазукин А. В., Войцик А. А., Раева В. А., Рожанская Н. И. Поселенческие объекты круга шнуровой керамики в долине Москвы-реки // Археология Подмосковья. Вып. 9 // Ред. А. В. Энговатова. М.: ИА РАН, 2013. С. 14-29.

18. Ксенофонтов Г. В. Хрестес. Шаманизм и христианство. Иркутск, 1929, 143 с.

19. Лошенков М. И. Городища милоградской культуры на территории Беларуси — Мн: Минская фабрика цветной печати, 2011. 406 с.: ил.

20. Моора Х. А. О древней территории расселения балтийских племен // Советская археология. 1959. № 2. c. 25.

21. Племена Европы и Азии во II тысячелетии до н. э. (http://historic.ru/books/item/f00/s00/z0000016/st062.shtml).

22. Русакова Е. Женщины из культуры шнуровой керамики выходили замуж «за рубеж» // N+1, 26 май 2016.

23. Седов В. В. Древнерусская народность. М., 1999.24. Седов В. В. Славяне: Историко-археологическое исследование. М.,

2002.

10