TÜRKOLOGİYA(1983) dərs vəsaitində, Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik...

8
TÜRKOLOGİYA № 1 2016 NEKROLOQLAR НЕКРОЛОГИ OBITUARIES TOFİQ HACIYEV Azərbaycan Milli Elmlər Akademi- yasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Bakı Dövlət Universitetinin Tür- kologiya kafedrasının müdiri, Əməkdar elm xadimi, Azərbaycan Respublikası Pre- zidentinin fərdi təqaüdçüsü, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor Tofiq İsmayıl oğlu Hacıyev 27 noyabr 2015-ci ildə (80 yaşında) əbədiyyətə qovuşdu. T.Hacıyev 1936-cı il mayın 1-də Azərbaycan Respublikası Cəbrayıl rayo- nunun Soltanlı kəndində doğulmuşdur. 1958-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsi- ni fərqlənmə diplomu ilə bitirmişdir. Onun elmi fəaliyyəti filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün 1962-ci ildə müdafiə etdiyi “Azərbaycan dilinin Cəbra- yıl şivəsi” mövzusundakı dissertasiyası ilə başlayır. Azərbaycan dili şivələrinin mo- noqrafik üsulla öyrənilməsinə həsr edilmiş ən yaxşı əsərlərindən biri olan bu araşdır- mada Cəbrayıl rayonu şivələrinin keçid xarakterdə olması elmi şəkildə əsaslandı- rılmış, türkologiya üçün maraqlı olan bir çox faktlar ilk dəfə aşkara çıxarılmışdır. T.Hacıyev sonralar elmi axtarışlarını yeni bir istiqamətdə davam etdirmiş, 1969-cu ildə “XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili” mövzusunda doktorluq disser- tasiyası müdafiə etmişdir. 1962-ci ildən Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasında işləyən T.Hacı- yev 1970-ci ildən pedaqoji fəaliyyətini Azərbaycan Dövlət Universitetinin Türko- logiya kafedrasında davam etdirmişdir. 1965-ci ildə dosent, 1972-ci ildə professor adını almışdır. T.Hacıyev 1985-ci ildən Azərbaycan Dövlət Universitetinin (1990-cı ildən Bakı Dövlət Universiteti) Türkologi- ya kafedrasının müdiri vəzifəsində işləmiş- dir. O, Azərbaycan Respublikasının Maarif naziri (1993), Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru (2013-2015) vəzifə- lərində işləmişdir. T.Hacıyev dilçilik və ədəbiyyatşü- naslığın müxtəlif problemlərinə həsr olun- muş 35 kitabın, 500-dən çox elmi və elmi- kütləvi məqalənin müəllifi kimi təkcə və- təndə deyil, dünya elmi mərkəzlərində nü- fuzlu türkoloq kimi tanınmışdır. Dil tarixi, dialektologiya, müqayisəli-tarixi türkolo- giya, üslubiyyat və ədəbiyyatşünaslıq mə-

Transcript of TÜRKOLOGİYA(1983) dərs vəsaitində, Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik...

Page 1: TÜRKOLOGİYA(1983) dərs vəsaitində, Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnsti-tutunda hazırlanmış “Azərbaycan ədəbi dili tarixi” (1991) adlı kitabda

T Ü R K O L O G İ Y A

№ 1 2016

NEKROLOQLAR НЕКРОЛОГИ OBITUARIES

TOFİQ HACIYEV

Azərbaycan Milli Elmlər Akademi-yasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Bakı Dövlət Universitetinin Tür-kologiya kafedrasının müdiri, Əməkdar elm xadimi, Azərbaycan Respublikası Pre-zidentinin fərdi təqaüdçüsü, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor Tofiq İsmayıl oğlu Hacıyev 27 noyabr 2015-ci ildə (80 yaşında) əbədiyyətə qovuşdu.

T.Hacıyev 1936-cı il mayın 1-də Azərbaycan Respublikası Cəbrayıl rayo-nunun Soltanlı kəndində doğulmuşdur. 1958-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsi-ni fərqlənmə diplomu ilə bitirmişdir. Onun elmi fəaliyyəti filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün 1962-ci ildə müdafiə etdiyi “Azərbaycan dilinin Cəbra-yıl şivəsi” mövzusundakı dissertasiyası ilə

başlayır. Azərbaycan dili şivələrinin mo-noqrafik üsulla öyrənilməsinə həsr edilmiş ən yaxşı əsərlərindən biri olan bu araşdır-mada Cəbrayıl rayonu şivələrinin keçid xarakterdə olması elmi şəkildə əsaslandı-rılmış, türkologiya üçün maraqlı olan bir çox faktlar ilk dəfə aşkara çıxarılmışdır. T.Hacıyev sonralar elmi axtarışlarını yeni bir istiqamətdə davam etdirmiş, 1969-cu ildə “XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili” mövzusunda doktorluq disser-tasiyası müdafiə etmişdir.

1962-ci ildən Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasında işləyən T.Hacı-yev 1970-ci ildən pedaqoji fəaliyyətini Azərbaycan Dövlət Universitetinin Türko-logiya kafedrasında davam etdirmişdir. 1965-ci ildə dosent, 1972-ci ildə professor adını almışdır. T.Hacıyev 1985-ci ildən Azərbaycan Dövlət Universitetinin (1990-cı ildən Bakı Dövlət Universiteti) Türkologi-ya kafedrasının müdiri vəzifəsində işləmiş-dir. O, Azərbaycan Respublikasının Maarif naziri (1993), Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru (2013-2015) vəzifə-lərində işləmişdir.

T.Hacıyev dilçilik və ədəbiyyatşü-naslığın müxtəlif problemlərinə həsr olun-muş 35 kitabın, 500-dən çox elmi və elmi-kütləvi məqalənin müəllifi kimi təkcə və-təndə deyil, dünya elmi mərkəzlərində nü-fuzlu türkoloq kimi tanınmışdır. Dil tarixi, dialektologiya, müqayisəli-tarixi türkolo-giya, üslubiyyat və ədəbiyyatşünaslıq mə-

Page 2: TÜRKOLOGİYA(1983) dərs vəsaitində, Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnsti-tutunda hazırlanmış “Azərbaycan ədəbi dili tarixi” (1991) adlı kitabda

NEKROLOQLAR

143

sələlərinə dair sanballı elmi əsərləri türk dünyasında ona şöhrət qazandırmışdır.

T.Hacıyev 1976-cı ildə “Azərbay-can ədəbi dili tarixi (təşəkkül dövrü)” əsə-rini tədris vəsaiti kimi nəşr etdirmişdir. 1987-ci ildə onun “Azərbaycan ədəbi dili tarixi” (II hissə) əsəri ali məktəblər üçün dərslik kimi çap olunmuşdur.

Alimin Azərbaycan ədəbi dili tari-xinə dair mülahizələri K.N.Vəliyevlə bir-likdə hazırladığı “Azərbaycan dili tarixi” (1983) dərs vəsaitində, Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnsti-tutunda hazırlanmış “Azərbaycan ədəbi dili tarixi” (1991) adlı kitabda (bu kitabın mühüm hissəsi T.Hacıyev tərəfindən ya-zılmışdır) və Z.Budaqova ilə birlikdə yaz-dığı “Azərbaycan dili” (1992) əsərində da-ha da inkişaf etdirilmişdir.

T.Hacıyevin bir sıra araşdırmaları Azərbaycan dilinin tarixi üslubiyyatı sahə-sindədir. Tədqiqatçının zəngin faktlar və dərin elmi təhlil əsasında yazdığı “Satira dili” (1975), “Yazıçı dili və ideya-bədii təhlil” (1979), “Molla Nəsrəddinin dili və üslubu” (1983), “Füzuli: dil sənətkarlığı” (1994) kitabları Azərbaycan filologiyasın-da bu istiqamətdə aparılmış nümunəvi araş-dırmalardandır.

Bədii dili dərinliyi ilə duyan, onu bütün incəlikləri ilə təhlil edən alim müa-sir ədəbi-bədii dil prosesini daima izləmiş, müasir şair və yazıçıların yaradıcılığını və bədii dilinə həsr edilmiş məqalələr nəşr et-dirmişdir. Bu cəhətdən onun “Şeirimiz, nəsrimiz, ədəbi dilimiz” (1990) əsəri bədii dilin sirlərini öyrənmək istəyən tədqiqatçı-ların stolüstü kitabı оlmuşdur.

T.Hacıyevin bir sıra məqalələri tür-kologiyanın aktual məsələlərinə həsr edil-mişdir. Onun rus dilində nəşr olunmuş “Türk dillərində eminatların mənşəyi haq-qında” (1971), “Türk dillərində qədim mor-femlərin bərpası” (1987), “Tarixi qramma-tika və ədəbi dil tarixi” fənlərinə diferensial yanaşma” (1988) və s. məqalələri türkolo-giya elmi üçün qiymətli əsərlərdir.

“Azərbaycan ədəbi dilinin tarixi” (2012, I, II h.) əsərində Azərbaycan ədəbi dilinin inkişaf tarixi hər bir dövrün qay-

naqlarına əsaslanaraq sistemli şəkildə araş-dırılmışdır. Yeni nəşr olunan “Dədə Qor-qud kitabı”: tariximizin ilk yazılı dərsliyi” (2014) əsəri zəngin müddəaları, elmi də-yəri ilə türkologiyada mühüm hadisələr-dən hesab edilmişdir.

T.Hacıyev orta ümumtəhsil məktəb-ləri üçün Azərbaycan dili proqramının və dərsliklərinin hazırlanması işində də iştirak etmişdir. O, orta məktəblərin 10-11-ci sinif-ləri üçün “Azərbaycan dili” dərsliyinin mü-əlliflərindən biridir.

T.Hacıyevin elmi maraq dairəsi dil-çiliklə məhdudlaşmır. O, ədəbiyyatşünas-lıq məsələlərinin tədqiqi ilə də məşğul ol-muşdur. 1988-ci ildə nəşr olunmuş “Azər-baycan sovet ədəbiyyatı” dərsliyində “Əli Kərim” oçerki onun qələminə məxsusdur. Alimin “Sabir: qaynaqlar və sələflər” (1980), “Şeirimiz, nəsrimiz, ədəbi dilimiz” (1990), “Dədə Qorqud: dilimiz, düşüncə-miz” (1990), “Dədə Qorqud kitabı ensik-lopediyası”nın (2000) aparıcı müəlliflərin-dən biri və birinci cildin redaktorudur. Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda 2001-ci ildən nəşr olunan “Dədə Qorqud” elmi ədəbi toplusu da onun redaktəsi ilə çıxmışdır.

T.Hacıyev son illər türkologiya el-mi üçün maraq doğuran bir neçə əsəri: Murad Adcının “Qıpcaq cölünün yovşanı” kitabını, B.Serebrennikov və N.Hacıyeva-nın “Türk dillərinin müqayisəli tarixi qrammatikası”nı və IX əsr bulqar şairi Mi-kayıl Baştunun “Şan qızı dastanı” poema-sını rus dilindən Azərbaycan dilinə tərcü-mə edərək nəşr etdirmişdir.

T.Hacıyev elmi konfranslarda mün-təzəm olaraq iştirak etmişdir. O, sovet dövründə Bakı, Kişinyov, Yerevan, Alma-tı, Düşənbə, Nukus, Nalçik, Bişkek və Ufa şəhərlərində keçirilmiş dilçilik müşavirə-lərində dəyərli məruzələrlə çıxış etmişdir. Sonralar o, Qayseri, Tehran, Antalya, Ba-kı, Ankara, Urmiya, Bursa, Konya, Təbriz və İzmir şəhərlərində keçirilmiş elmi kon-qres və qurultaylarda məruzələr etmişdir.

T.Hacıyevin elmi kadrların hazır-lanması sahəsində də mühüm xidmətləri olmuşdur. O, minlərlə filoloq müəllim,

Page 3: TÜRKOLOGİYA(1983) dərs vəsaitində, Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnsti-tutunda hazırlanmış “Azərbaycan ədəbi dili tarixi” (1991) adlı kitabda

NEKROLOQLAR

144

30-a yaxın fəlsəfə doktoru və elmlər dok-toru yetişdirmişdir. Alim elmi fəaliyyətinə görə “Şöhrət” ordeni və “Ləyaqət nişanı” ilə təltif olunmuşdur.

T.Hacıyevin türkologiya elmi və türk dünyası qarşısındakı xidmətləri təkcə Azərbaycan Respublikasında deyil, Türki-yə Cümhuriyyətində də yüksək qiymətlən-dirilmişdir. 1995-ci ildə Türkiyə Cümhu-riyyəti Atatürk Dil, Tarix və Kültür Quru-muna fəxri üzv seçilmişdir. 1998-ci ildə Türkiyə Cümhuriyyətinin “Ləyaqət nişa-nı” ilə təltif olunmuşdur. Türkiyənin Sa-natçılar və Yazarlar Vəqfinin 2002-ci il üzrə “Türk dünyasına xidmət” ödülünü al-mışdır. 2004-cü ildə Qaraman türk dili mükafatına, yenə həmin ildə Atatürk Dil

Qurumunun Üstün Hizmət Baratına layiq görülmüşdür.

Görkəmli azərbaycanşünas alim, dilçi, dünya şöhrətli türkoloq Tofiq İsma-yıl oğlu Hacıyev türkologiya və Azərbay-can dilçiliyi sahəsində səmərəli və dəyərli araşdırmalarını ömrünün sonuna qədər davam etdirmişdir. O, bir çox xarici ölkə-lərdə elmi səfərlərdə olmuş, elm mərkəz-lərində keçirilmiş dil qurultaylarında, kon-frans, simpozium, konqres və uluslararası toplantılarda məruzələrlə çıxış etmiş, tür-koloji dilçiliyin aktual problemlərinə dair dərin məzmunlu məruzələri ilə doğma vətənimizi layiqincə təmsil etmişdir.

S.Sadıqova

____________

MƏHMƏT TƏLƏT TƏKİN

Görkəmli türkoloq, professor Məh-mət Tələt Təkin 28 noyabr 2015-ci ildə Bod-rumda (Türkiyə) 88 yaşında vəfat etmişdir.

M.Tələt Təkin 16 iyun 1927-ci ildə Türkiyənin Kırklareli vilayətinin Qəbzə qə-zasının Tavşancıl kəndində anadan olmuş-

dur. Heydərpaşa liseyini bitirdikdən sonra (1945) İstanbul Universitetinin Ədəbiyyat fakültəsində ali təhsil almışdır (1946-1951). Bir müddət İzmir, Trabzon və Bitlisdəki liseylərdə ədəbiyyat müəllimi işləmişdir. 1954-1956-cı illərdə hərbi xidmətdə olmuş-dur. 1957-ci ildə müəllimlikdən istefa etmiş, Türk Dil Qurumunda çalışmışdır. 1961-ci ildə ABŞ-a gedərək Kaliforniya Univer-sitetinin Yaxın Şərq dilləri şöbəsində dokto-rant olmuş, 1965-ci ildə “Orxon abidələri” mövzusunda dissertasiya müdafiə etmiş, Kaliforniya və İndiana universitetlərində türk dili və ədəbiyyatından dərs demişdir (1961-1972).

M.Tələt Təkin 1972-ci ildə vətənə qayıtmış, Hacəttəpə Universitetində (Anka-ra) işləməyə başlamış, 1976-cı ildə “Volqa bulqar kitabələri və Volqa bulqar dili” əsə-rinə görə professor elmi adına layiq görül-müşdür. 1981-1991-ci illərdə həmin univer-sitetin Türk dili və ədəbiyyatı kafedrasının müdiri olmuş, 1994-cü ildə pensiyaya çıx-dıqdan sonra Ankaradakı Bilkənd Univer-

Page 4: TÜRKOLOGİYA(1983) dərs vəsaitində, Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnsti-tutunda hazırlanmış “Azərbaycan ədəbi dili tarixi” (1991) adlı kitabda

NEKROLOQLAR

145

sitetində (1996-1997) və İstanbuldakı Yed-ditəpə Universitetində (1997-2002) Türk dili və ədəbiyyatı kafedrasına rəhbərlik etmişdir.

Yerli və xarici elmi jurnallarda türk və ingilis dillərində saysız-hesabsız məqalə-lərlə çıxış edən M.Tələt Təkin Göytürk döv-rünün ən çətin problemləri, özəlliklə Orxon abidələri üzrə bir çox fundamental əsərlər qələmə almışdır. Bunlar ölkədə, eləcə də xaricdə böyük əks-səda doğurmuş, Türki-yədə çağdaş dilçiliyin formalaşmasında və sistemləşməsində mühüm rol oynamışdır. Onun sayəsində uzun illər yanlış qəbul edilən bəzi məsələlər öz gerçək həllini tap-mışdır. Alimin dərin elmi məzmunlu məqa-lələri üç cilddə toplanmışdır: I. Altaistika (XVI+385 s.), II. Tarixi türk yazı dilləri (X+626 s.), III. Çağdaş türk dilləri (560 s.). Türklərin tarix boyu işlətdikləri əlifba sis-temlərindən (ibrani, Suriya, yunan, erməni, göytürk, manixey, soğd, uyğur, ərəb, kiril, latın əlifbaları və Çin ideoqramları) bəhs

edən silsilə məqalələri isə olduqca maraqlı və informativdir.

M.Tələt Təkin qələminə məxsus iyir-mi kitab (3 kitab ingiliscədir): “A Grammar of Orkhon Turkic” (1968, 419 s.), “Ana Türk-cede Asli Uzun Ünlüler”(1975, 278 s.), “Tu-na Bulgarları ve Dilleri” (1987, 70 s.+12 s.), “XI. Yüzyıl Türk Şiiri” (1989, 272 s.), “Hun-ların Dili” (1993, 59 s.), “Japonca ve Altay Dilleri” (1993, 95 s.), “Türkoloji Eleştirileri” (1997, 408 s.) və s. türkoloqların masaüstü kitablarıdır.

Alim A.N.Kononov, A.S.Ləvənd, M.Mansuroğlu, M.Ergin, Z.Korkmaz, L.S.Le-vitskaya, H.Boeschoten, L.Verhoeven, L.Johan-son və başqa türkoloqların əsərlərinə rəylər yazmış, bir çox mütəxəssis və dəyərli kadr-lar hazırlamışdır.

Böyük erudisiya sahibi, görkəmli alim Məhmət Tələt Təkinin əziz xatirəsi tür-kologiya camiəsinin qəlbində daim ya-şayacaqdır.

R.Əskər

__________

GEORGİ HAZAİ

Böyük macar alimi, dünya şöhrətli türkoloq Georgi Hazai 7 yanvar 2016-cı ildə Macarıstanın paytaxtı Budapeştdə (84 yaşında) vəfat etmişdir.

Georgi Hazai 30 aprel 1932-ci ildə Budapeştdə doğulmuşdur. 1954-cü ildə Bu-

dapeştdəki Lorand Eötvös Universitetinin İncəsənət və humanitar elmlər fakültəsinin türkologiya şöbəsini bitirmiş, elmi fəa-liyyətinə G.Nemethin rəhbərliyi altında araşdırmalar aparmaqla başlamışdır. 1954-1955-ci illərdə Makedoniyada və Bolqa-rıstanda yaşayan türklərin dilini tədqiq et-miş, 1956-1957-ci illərdə Sofiya Univer-sitetində dərs demiş, türk dili üzrə doktor-luq dissertasiyası müdafiə etmişdir.

O, H.Vambery, B.Qabor, G.Almassy, J.Eckman, H.K.Tibor, G.Nemeth, L.Li-geti, A.Bodrogligeti kimi adlı-sanlı mütə-xəssislər yetirmiş macar türkologiya mək-təbinin ən tanınmış nümayəndələrindən biri idi.

G.Hazai 1963-1983-cü illərdə Berlin-dəki Humboldt Universitetində işləmiş, Almaniya Elmlər Akademiyası nəzdindəki Turfan mətnləri üzrə araşdırma qrupuna

Page 5: TÜRKOLOGİYA(1983) dərs vəsaitində, Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnsti-tutunda hazırlanmış “Azərbaycan ədəbi dili tarixi” (1991) adlı kitabda

NEKROLOQLAR

146

rəhbərlik etmişdir. 1983-cü ildə Budapeştə qayıdan türkoloq alim 1992-ci ilə qədər Macarıstan Elmlər Akademiyası nəşriyya-tının baş direktoru olmuşdur. 1992-ci ildə Şimali Kipr Türk Respublikasındakı Ak-deniz Universiteti Türkologiya şöbəsinin müdiri vəzifəsinə dəvət edilmiş, 2000-ci ilədək burada çalışmışdır. 2000-ci ildə ye-nidən vətənə qayıdan görkəmli alim An-dras Universitetinin qurucu rektoru təyin edilmişdir.

Təxminən 60 il davam edən elmi fəa-liyyəti ərzində G.Hazai türkologiyanın müxtəlif sahələri üzrə 20 kitab və mono-qrafiya, 300-dən artıq elmi məqalə yaz-mışdır. Bunlardan slavyan və türk dilləri haqqında araşdırmalar (“Makedoniyada türk ləhcələri”, 1959; “Balkanlarda slav-yan dilləri ilə osmanlı türkcəsi arasındakı münasibətlər”, 1961; “Osmanlı türkcəsi XVII əsrdə”, 1973), rus və sovet türkoloq-larının biobiblioqrafik sözlüyü (“XVIII əsrdən 1979-cu ilə qədər türkologiya üzrə əl kitabı”), Barbara Kellner-Heinkele ilə həmmüəllifi olduğu “Türk dilçiliyi üzrə əl kitabı”, 1990), macarların dili və tarixi ilə bağlı əlyazmaların tədqiqi (“Tərcüman Mahmudun “Tarixi-üngürüş” əsəri, 1995-1998), əski türk əlyazmalarının nəşri (“Təzkirət-ül övliya”, 2002-2004; “Fərəc bəd əş-şiddə”, 2006) xüsusi dəyər kəsb edir.

Görkəmli alim Avropada və dünyada nəşr edilən bir sıra elmi jurnalların və seri-yaların redaksiya heyətinin üzvü olmuş-dur. O, “Acea Orientalia Academiae Scientianum Hungariae” (Budapeşt), “Ar-chivum Ottomanium” (Visbaden), “Bibli-otheca Orientalis Hungarica” (Budapeşt), “Journal of Turkish Studies” (Kembric, ABŞ), “Orientalische Literaturzeitung”

(Berlin), “Studien zur Sprache, Geschichte and Kultur der Turkvölker” (Freiburq), “Türkologischer Anzeiger/Turkology An-nual” (Vyana), “Türk Dilleri Araştırma-ları” (Ankara), “Zeitschrift fur Balkanolo-gie” (Berlin – Visbaden) kimi elmi qu-rumların işində yaxından iştirak etmişdir.

G.Hazai türkologiya sahəsindəki mü-hüm xidmətlərinə görə Türk Dil Qurumu-nun müxbir (1957) və fəxri üzvü (1982), Fin-Uyğur Cəmiyyətinin (Helsinki, 1978), Türk Tarix Qurumunun (1979) müxbir üz-vü, Macarıstan Elmlər Akademiyasının müxbir (1982) və həqiqi üzvü (1995), Amerika Şərqşünaslar Cəmiyyətinin fəxri üzvü (2001), Ankara Universitetinin (1991), İstanbul Universitetinin (2013), Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İns-titutunun fəxri professoru (2006) seçilmiş, Almaniyanın, Macarıstanın və Türkiyənin müxtəlif ordenləri ilə təltif edilmişdir.

Tanınmış alim ölkəmizdə aparılan türkoloji tədqiqatlarla daim maraqlanmış, müxtəlif beynəlxalq məclislərdə azərbay-canlı həmkarları ilə görüşmüş, dəyərli fikirlər irəli sürmüşdür. G.Hazai 2011-ci ildə öz şəxsi kitabxanasından 1.000 ədəd nadir kitab, jurnal və arxiv materialını Azərbaycan Milli Elmlər Akademiyasına bağışlamışdır. Kamal Abdulla və Mariya Keneşinin macar oxucusu üçün yazdıqları “Azərbaycan dilini öyrənirik” kitabının elmi redaktoru olmuşdur. 2014-cü ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun 80 illik yubileyinə qatılmış, özü ilə gətirdiyi xeyli kitab və jurnalı da AMEA-nın Mər-kəzi Elmi Kitabxanasına təqdim etmişdir.

Böyük türkoloq G.Hazainin adı tür-kologiya tarixində əbədi yaşayacaqdır.

R.Əskər

____________

Page 6: TÜRKOLOGİYA(1983) dərs vəsaitində, Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnsti-tutunda hazırlanmış “Azərbaycan ədəbi dili tarixi” (1991) adlı kitabda

NEKROLOQLAR

147

FUAT GANİYEV

1804 tarihinde kurulan Kazan Üni-versitesi, XIX. yüzyılın son çeyreğinde Po-lonya asıllı bilgin Jan Niecisław Ignacy Baudouin de Courtenay (Boduen de Kur-tene; 1845-1929) ile Genel Dil Biliminde öne çıkarken; özellikle İbrahim Halfin, Mir-za Aleksandr Kazem Bek, İ.N.Berezin, N.İl-minskiy, V.Radlov, N.F.Katanov, V.A.Bo-goroditskiy, G.Şeref, S.E.Malov, C.Velidi, G.Alpar, M.H.Kurbangaliyev, L.Celey gibi isimler sayesinde “Kazan Türkoloji Mek-tebi” olarak dünyada tanınmıştır. Son devir-lerde ise Üzbek Bayçura, Mirfatih Zekiyev, Dilara Tumaşeva, Flora Safiullina, Ruzel Yusupov, Vahit Hakov, Ferit Hakimcanov, Ferit Yusupov gibi eserleri ile yurt dışında da bilinen Tatar dilci Türkologlarından biri Prof. Dr. F.Ganiyev idi.

Fuat Eşraf oğlu Ganiyev 28.02.2016 tarihinde Kazan’da vefat etti; merhum bilgin için ertesi gün Tataristan Bilimler Akade-misinde bir tören yapıldı ve Abdullah Tukay gibi Tatar meşhurlarının defnedildiği Kazan Tatar Bistesi Kabristanına defnedildi.

01.08.1930 tarihinde bugünkü Baş-kurdistan’ın Salavat rayonu Nesibaş köyün-de dünyaya gelen Eşraf oğlu Fuat Ganiyev esasen Kazan’da yetişmiştir. 1954’te Kazan Devlet Üniversitesi Tarihi Filoloji Fakülte-

sini bitirdikten sonra okul müdürü ve Tata-ristan Kitap Neşriyatında editör olarak çalışan genç uzmanın 1959’dan sonraki akademik kariyeri Galimcan İbrahim Dil, Edebiyat ve Tarih Enstitüsünde “doktoran-tura” ile başlayır; 1963’de doktorluk tezini savunur: «Видовая характеристика глаго-лов татарского языка: проблема глаголь-ного вида в татарском языке», 179 s. [= “Tatar dilinde fiillerin görünüş özelliği”]

1977’deki “doktorluk” tezi de «Суф-фиксальное словообразование в татар-ском литературном языке», 231s. [= “Çağ-daş Tatar edebi dilinde ekli söz yapımı”] başlıklı çalışmadır. Tezlerinde söz yapımı ve Tatarcanın söz varlığı üzerine çalışan Prof. Dr. F.Ganiyev’in önde gelen sözlükçülerden biri olarak yetiştiği görülüyor.

Nitekim F.Ganiyev, Galimcan İbra-him adını taşıyan bu bilim yuvasının dünya-da tanınmış en önemli yayınlarından sayılan Tatar Tělěněñ Añlatmalı Süzlěgě başlıklı Tatarcanın en büyük dil abidesinin de yazar-larından biridir: L.T.Mahmutova; M.G.Mö-hemmediyev; K.S.Sabirov; Ş.S.Hanbikova; İ.A.Abdullin; S.B.Vahitova; F.M.Gazizova; L.R.Gaynanova; F.E.Ganiyev; R.G.Ehmet-yanov; G.H.Ahuncanov; R.R.Mingulova.

Her sayfası iki kolon halinde ve üç büyük cilt tutan toplam 2036 sayfalık [1. cilt 476 sayfa (1977); 2. cilt 728 sayfa (1979); 3. cilt 832 sayfa (1981)] bu dev sözlükte 32.880 madde başı ve 14.010 adet kelime grubu ve deyim vardır.

F.Ganiyev bu sözlüğün K harfinin 197.-325. sayfalar arasını; 326.-352. sayfalar arasındaki L harfi; 395.-481. arasındaki Ç harfi ile 693.-718. arasındaki Ö harfi materya-lini hazırlamış ve yazmıştır. Tatar edebiyatı-nın klasik anıtları ile yaşayan yazarların eser-lerinden ve zengin Tatar folklorundan örnek-lerle tanık verilen bu sözlük halen bir benzeri olmayan Tatarcanın en büyük leksikografik anıtıdır (Geniş bilgi için bk. Öner 1999).

Tatarcanın leksikografi tarihi epey eskilere dayanmaktadır. Daha XVII. Yüzyıl sonlarında başlayan Rusça-Tatarca iki dilli sözlüklerin ilk örnekleri, halen yazma olarak

Page 7: TÜRKOLOGİYA(1983) dərs vəsaitində, Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnsti-tutunda hazırlanmış “Azərbaycan ədəbi dili tarixi” (1991) adlı kitabda

NEKROLOQLAR

148

St. Peterburg Bilimler Akademisi Arşivinde saklanmaktadır: V.N.Tatişçev, P.İ.Rıçkov, M.Gabdrahmanov, Mindiyar Bikçurin, Nij-gorod piskoposu Damaskin ve nihayet Said Halfin’in katkılarıyla oluşan bu literatür, özellikle XIX. Yüzyılda Kayyum Nasıri ile gelişmiştir (bk. Nogman 1969). XX. yüzyıl başlarında G.Nugaybek, F.Amirhanov, M.Kurbanov, S.Fayzullin, S.Rahmankululov, A.Karam gibi sözlükçüler, bu Kazan sözlük mektebinin meşhur yazarlarıdır (bk. Yusu-pova 2008; Yakubova 1988; Öner 1999).

Sovyet devrinde yazılan en büyük sözlük ise «Русско-татарский словарь», (Kazan, 1971, 803 s.) olmuştur [Hazırlayanlar: R.S.Gazizov; K.S.Sabirov; L.T.Mehmütova; E.M.Ahuncanov; F.H.Hesenov; F.A.Gani-yev; H.N.Möhemmetşin]. Yazarlar arasında görülen Fuat Ganiyev, yaklaşık 50.000 söz-denmeydana gelen bu sözlükte 585.-631. sayfalar arasına yayılan R harfini hazır-lamıştır.

Nitekim Prof. Dr.F.Ganiyev’in editör olduğu «Русско-татарский словарь»’da 1984’te Moskova’da «Русский язык» di-zisinde basılmıştır. 47.000 madde barındıran eser, Rusçadan Tatarcaya en zengin ve mo-dern sözlük hâlindedir.

Türkoloji alanında dünyada en çok bilinen Tatarca öğrenme kaynaklarından Ta-tarça-Rusça Süzlěk (863s.) 1966’da Mos-kova’da SSCB. Bilimler Akademisi Kazan Dil, Edebiyat ve Tarih Enstitüsü tarafından yayımlanmış ve mükâfat almıştır. Kazan sözlükçülük ekibinin elinden çıkan bu sözlükte S harfini (459.-504.s.) merhum üs-tadımız Üzbek Şerif oğlu Bayçura hazırla-mıştı. F.Ganiyev’in de Ç harfini (626.-652.s.) yazarak bu mükemmel sözlüğe katıl-dığını görüyoruz. Yaklaşık 38.000 sözden oluşan bu esere coğrafi adlar listesi, 12 hay-vanlı takvime göre 1900'lü yılların tablosu ve F.S.Faseyev tarafından yazılan, kısa fakat detaylı bir Tatar grameri (Краткий грамма-тический справочник татарского языка; 807.-863. s.) eklenmiştir.

Sovyet devrinin sonlarında Gani-yev’in bu tecrübesini «Татарско-русский словарь» (Kazan, 1988, 462 sayfa) başlıklı esere doğrudan yansıttığını görüyoruz: Fuat Bey’in İ.A.Abdullin, M.A.Muhamadiyev, R.A.Yunaleyeva ile birlikte hazırladığı çok

yaygın kullanılan bu pratik sözlükte yaklaşık 25.000 madde vardır.

Bundan daha geniş kapsamlı bir Ta-tarça-Rusça sözlük Tatarstan Bilimler Aka-demisi Galimcan İbrahimov Dil, Edebiyat ve Sanat Enstitüsü yayını olarak iki cilt halinde 2007’de Kazan’da basıldı: Yazarları ara-sında F.Ganiyev’in yanı sıra Ş.Asılgarayev, M.Z.Zekiyev, K.M.Minnullin, D.B.Ramaza-nova’nın da bulunduğu bu söz hazinesinde 56.000 kadar kelime ve 7.400 deyim vardır.

2005’te Kazan şehrinin kuruluşunun 1000. yılı törenlerine katıldığımız günlerde Prof. Dr. F.Ganiyev kendisinin editör olduğu Tatar Tělěněñ Añlatmalı Süzlěgě başlıqlı 848 sayfalık büyük bir sözlükle bizi karşı-ladı. Bu eser, artık yayın mevcudu çoktan tükenmiş olan üç cildlik Tatar izahlı söz-lüğünden 25 yıl sonra çıkan bir leksikografi abidesidir; 58.000 kadar maddeyi tek cilde sığdırmak maksadıyla tanıklar verilmeksizin ama sözlükçülük bakımdan çok daha gelişti-rilmiş bir çalışmadır. Buna örnek olarak: küñěl “gönül” sözünün tespit edilen 8 an-lamının altında küñěl taş-, küñěl utır-, küñěl yuksın-, küñěl küzě gibi 147 adet de farklı leksem gösterilmiştir. Yine Tatarcanın zen-gin polisemik gelişmeler gözlenen fiilleri bul- “olmak” 32; çık- 35; kit- 23 ve sal- fiili 63 anlamıyla bu sözlükte işlenmiştir. Mer-hum Fuat Bey’in bildiğimize göre son hazırladığı Tatarca sözlük bu olmuştur.

F.Ganiyev imzası literatürde sadece sözlüklerle sınırlı değildir: O aynı zamanda, 1993’te yayımlanan 3 ciltlik «Татарская грамматика» başlıklı akademik gramerin M.Z.Zekiyev, K.Z.Zinnetullina ile birlikte üç yazarından biridir. Çok zengin bir mal-zemeyle yazılan gramerin происхождение, фонетика, фонология, графика и орфо-графия, орфоэпия, словообразование bö-lümleri bulunan birinci cildinde 188.-521. sayfalar arasındaki çok hacimli söz yapımı bölümü, ömrünce Tatar leksikolojisine hiz-met eden tecrübeli dilci F.Ganiyev tara-fından yazılmıştır. 1990’lı yıllar başında, “Bugünkü Kıpçak Türkçesi (Tatar, Kazak ve Kırgız Lehçeleri Karşılaştırmalı Gra-meri)” başlıklı doktora tezimi yazdığım yıl-larda bu kitabın benim en kıymetli kaynak-larımdan olduğunu burada belirtmek isterim (krş. Öner 1998).

Page 8: TÜRKOLOGİYA(1983) dərs vəsaitində, Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnsti-tutunda hazırlanmış “Azərbaycan ədəbi dili tarixi” (1991) adlı kitabda

NEKROLOQLAR

149

Bilim alanımızda çok tanınan Prof. Dr. Dilara Tumaşeva’nın da katıldığı Morfo-logiya başlıklı 394 sayfa tutan ikinci ciltte de F.Ganiyev 70.-235. sayfalar arasındaki fiil bölümünü kaleme almıştır. Sintaksis başlıklı son cilt ise bu sahanın uzmanı olan M.Z.Ze-kiyev’e aittir. Tatar edebi dilinin çeşitli stillerinden çok zengin örneklerin fişlendiği bu gramer, anılan yazarlarına 1994’te de Ta-taristan Bilim ve Teknik Devlet Mükâfatını kazandırmıştır. 1998-2002 yılları arasında üç ciltlik bu gramer bir de Tatarca olarak da ya-yımlanmıştır.

Prof. Dr. F.Ganiyev, çoğu Tatar lek-sikolojisi ve gramerine ait 18 monografi, 300’den fazla makale ve yirmiyi aşkın söz-lüğe emek vererek zengin bir bilim mirası bırakmış oldu. Son yıllarında birbiri ardına çıkardığı monografileri biz meslektaşlarına ve öğrencilerine verirken haklı bir gururu paylaşmaktaydı:

Современный татарский литера-турный язык: Суффиксальное и фонетичес-кое словообразование, Kazan, 2005, 360 s.

Функциональное словообразование в современном татарском литературном языке, Kazan, 2009, 263 s.

Tězme figěllerněn anlatmalı süzlěgě, İkě kisekte, Kazan, 2009, 375 s.

Tatar Türkoloji mektebinin bu değer-li üyesi özellikle Sovyet devrinin sonlarına doğru Türkiye bilim çevrelerinde de tanın-mış, ülkemizdeki birçok sempozyum ve kongreye katılmış ve eserleri de Türkçe ola-rak okuyuculara ulaşmıştı:

Ankara’da Türk Dil Kurumu yayın-ları arasında çıkan “Tatarcada Birleşik Ke-lime Teşekkülü” (2010, 154s.) «Образо-вание сложных слов татарском языке» başlıklı eserinden Caştegin Turgunbayer ta-rafından çevrilmiştir.

Bugünkü Tatar Türkçesi Söz Yapımı, Türk Dil Kurumu Yayınları: 1083, Ankara, 2013, 279 s. (Tatarcadan Aktaran: Murat Özşahin)

Türkçe-Tatarca Sözlük, Rifkat Eh-metyanov, Rafael Möhemmetdinov, Fenüze Nurieva, Fuat Ganiev (Tatarcadan Aktaran: Mustafa Öner) Türk Dil Kurumu Yayınları: 1119, Ankara, 2014, 358 s.

Kazan’da Galimcan İbrahim Dil, Edebiyat ve Tarih Enstitüsünde önceleri bi-lim çalışanı (научный сотрудник) ve Dil Bilimi Bölümü Müdürü olan Fuat Bey, daha sonra da aynı enstitünün 1988’den itibaren Leksikografi ve Leksikoloji Bölümü Müdü-rü olarak çalışmıştır. Prof. Ganiev, Kazan Devlet Üniversitesi Tatar Dili Bölümünde ve ayrıca Kazan Pedagoji Üniversitesinde de uzun yıllar boyunca dersler vererek bugünkü Tatar dil bilimcileri neslini yetiştiren üstat-lardan biri idi. Bilim kariyerinde 8 doktor ve 22 araştırma görevlisi onun yönetimi altında yetişmiş ve 8 doktor 20 araştırma görevlisi de onun yaklaşımları ile tezlerini savun-muştur.

1989’da Tataristan’ın, 1996’da da Rusya’nın “ünlü bilim adamı” unvanı sahibi olan (заслуженным деятелем науки Рос-сийской Федерации т ТАССР) Fuat E.Ga-niyev 1994’te deTataristan Bilim ve Teknik Devlet Mükâfatına layık görülmüştür.

Bu satırların yazarı gibi Tatar kültü-rünü öğrenmeye girişenler, entelektüel bir bilim çevresine sahip Kazan Türkoloji mek-tebinde Profesör Ganiyev’in sıcak ve samimi ilgisini görmüşlerdir. Doğrudan doğruya Ta-tar toprağından gelen milli folkloru, de-yimleri ve fıkralarıyla gündelik sohbetlerine de taşıyan Fuat Bey’in güzel hatırası ve zengin bilim mirası daima yaşayacaktır.

M.Öner

____________