“Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

123
“Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh- kəmləndirilməsində, qorunub saxlanmasında, Azərbay- canın başına gələn bəlaların aradan götürülməsində, işğal olunmuş torpaqlarımızın azad edilməsi üçün apardığımız işlərdə, bütün başqa işlərdə bizim milli- mənəvi dəyərlərimiz - Azərbaycan xalqının milli-mənəvi dəyərləri, Azərbaycan xalqının mənsub olduğu İslam dininin mənəvi dəyərləri bizim üçün həmişə dayaq, ilham mənbəyi olmuş, bizə həmişə güc vermişdir”. Heydər Əliyev

Transcript of “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

Page 1: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

“Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh-kəmləndirilməsində, qorunub saxlanmasında, Azərbay-canın başına gələn bəlaların aradan götürülməsində, işğal olunmuş torpaqlarımızın azad edilməsi üçün apardığımız işlərdə, bütün başqa işlərdə bizim milli- mənəvi dəyərlərimiz - Azərbaycan xalqının milli-mənəvi dəyərləri, Azərbaycan xalqının mənsub olduğu İslam dininin mənəvi dəyərləri bizim üçün həmişə dayaq, ilham mənbəyi olmuş, bizə həmişə güc vermişdir”.

Heydər Əliyev

Page 2: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

DÖVLƏT VƏ DİNİ C T İ M A İ F İ K İ R T O P L U S U

№ 12 (41) DEKABR 2015

REDAKSİYA HEYƏTİ:Allahşükür Paşazadə Tarix elmləri doktoru, professorBəxtiyar Əliyev Psixologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvüƏli Əhmədov Fəlsəfə elmləri doktoru, professorƏli Həsənov Tarix elmləri doktoru, professorFazil Mustafa Fəlsəfə üzrə fəlsəfə doktoruGövhər Baxşəliyeva Filologiya üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvüGülçöhrə Məmmədova Memarlıq doktoru, professorİlham Məmmədzadə Fəlsəfə elmləri doktoru, professorMübariz Qurbanlı Tarix üzrə fəlsəfə doktoruNizami Cəfərov Filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Sabir Həsənli İlahiyyat üzrə fəlsəfə doktoruSakit Hüseynov Fəlsəfə elmləri doktoru, professorSəlahəddin Xəlilov Fəlsəfə elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Teymur Kərimli Filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Urxan Ələkbərov Biologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvüVasim Məmmədəliyev Filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Yaqub Mahmudov Tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü

Redaktor: Sadiq Mirzəyevİxtisas redaktoru: Güney Namazova

Texniki redaktor: Oqtay Orucov

REDAKSİYANIN ÜNVANI: Bakı şəhəri, Əhməd Cavad küçəsi, 12.

Telefon: (+99412) 492-65-23Qeydiyyat № 1674 / Tiraj: 2000 / www.scwra.gov.az

Toplunun “Rəsmi guşə”sində AzərTAc-ın materiallarından istifadə edilib.Toplunun materiallarından istifadə edərkən istinad zəruridir.

İSSN 2220-8542

Page 3: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

MÜNDƏRİCAT

3

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

BU SAYIMIZDA

RƏSMİ GUŞƏ

Prezident İlham Əliyev dünya azərbaycanlılarını təbrik edib ...................................... 5

XƏBƏR

Azərbaycandakı dini icma rəhbərləri ABŞ Konqresinə müraciət ünvanlayıblar ........ 7

Dünya müsəlmanları Məhəmməd peyğəmbərin (s) mövludu gününü qeyd edir ...... 10

Dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği çərçivəsində tədbirlər təşkil olunub ............................................................................................... 12

GERÇƏKLİK

Mübariz Qurbanlı – Azərbaycanın nümunəvi din siyasəti: uğurlarımız və perspektivlər ..................................................................................... 14

Məhəbbət Paşayeva – Azərbaycanda dinlərin sinkretizm nümunəsi: Kürmük məbədi ........................................................................................................ 24

CƏMİYYƏT VƏ DİN

Vüqar Hümmətov – İslam baxımından iman və saleh əməl ...................................... 31

Aliyə Mürsəlova – İslam hüququnda əsəbə varisliyi ................................................. 36

Cahanbəxş Kiyani – Əttar Nişapuri yaradıcılığı

və müasirlərinin sosioloji baxışları ........................................................................... 44

ARAŞDIRMA

Rəşadət Əhmədov – Elmi cəhətdən mübahisəli görünən bəzi hədislərin dəyərləndirilməsi ...................................................................................... 53

Emin İmanlı – Özünütərbiyə metodu ........................................................................ 59

Nuru İmanov – Məhəmməd peyğəmbərin ictihadı haqqında .................................... 66

TARİXƏ PƏNCƏRƏ

Samir Məmmədov – Şirvanşahlar dövlətində hərbi dəniz kəşfiyyatı və rabitənin hüquqi əsasları ............................................................ 72

Aynurə Həsənova – Füzulinin “Leyli və Məcnun” əsərində işlənən omonimlər ...... 85

Müstəqil Ağayev – Məhəmməd Əmin Rəsulzadə və İslam dini ............................... 94

PUBLİSİSTİKA

Güney Namazova – Mövludun tarixi ...................................................................... 101

İZAHLI LÜĞƏT

Dini terminlərin izahı .............................................................................................. 103

Page 4: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

4

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

www.scwra.gov.aze-mail: [email protected]

Page 5: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

5

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

RƏsMİ guşƏ

PREZİDENT İLHAM ƏLİYEV DÜNYA AZƏRBAYCANLILARINI TƏBRİK EDİB

Əziz həmvətənlər!

Hörmətli soydaşlar!

Vətən təəssübkeşliyi, doğma yurda və milli-mənəvi dəyərlərə bağlılıq kimi nəcib hisslər aşılayan 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində sizi salamlayır, hər birinizə xoş arzu və diləklərimi çatdırıram.

Bütün soydaşlarımızın azər-baycançılıq ideologiyası ətrafında sıx birləşərək mütəşəkkil qüvvəyə çevrilməsi məsələsinə xüsusi diqqət yetirən Ümum-milli Lider Heydər Əliyev bu sahədə tar-ixi qərarlar qəbul etmiş, xaricdə məskun-laşmış həmvətənlərimizin hüquqlarının qorunmasına, diaspor quruculuğunun geniş vüsət almasına yönələn əhəmiyyət-li tədbirlər həyata keçirmişdir. Aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq, bu gün diaspor təşkilatlarımız fəaliyyət göstərdikləri ölkələrdə Azərbaycan həqiqətlərinin təbliği, milli maraqlarımızın müdafiəsi və respublikamızın digər dövlətlərlə qarşılıqlı faydalı münasibətlərinin dərinləşməsi işinə öz töhfələrini verirlər.

Hazırda davam edən qlobal maliyyə-iqtisadi böhrana baxmayaraq, hamımızın doğma vətəni olan Azərbaycan Respublikasında 2015-ci ildə də sosial-iqtisadi artım dinamikası qorunub saxlanmış, müxtəlif sahələri əhatə edən dövlət proqramları və infrastruktur layihələri ardıcıl icra edilmişdir. Ölkəmiz Avropa ilə Asiyanı, Şimalla Cənubu bir-birinə bağlayan nəhəng transmilli enerji-nəqliyyat layihələrinin həyata keçirilməsində mühüm rol oynayır. İlin əvvəlində təməli qoyulmuş TANAP layihəsi də daxil olmaqla, zəngin qaz ehtiyatlarımızın dünya bazarlarına nəqli sahəsində nəzərdə tutduğumuz planların gerçəkləşdirilməsi Azərbaycanın etibarlı enerji təchizatçısı kimi beynəlxalq aləmdəki rolunu daha da artıracaq, respublikamızın gələcək inkişafı və xalqımızın rifahının yüksəldilməsi yolunda yeni perspektivlər açacaqdır.

Bu il Azərbaycan böyük idman bayramına - Birinci Avropa Oyunlarına ev sahibliyi etmişdir. Qitənin 50 ölkəsinin idmançılarının iştirakı ilə keçirilən bu tədbir yüksək səviyyədə təşkil olunmuş, beynəlxalq ictimaiyyətdə dövlətimizin potensialı, xalqımızın

Page 6: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

RƏsMİ guşƏ

6

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

çoxəsrlik tarixi və zəngin mədəniyyəti, qonaqpərvərliyi və tolerantlıq ənənələri barədə müsbət təəssüratlar yaratmışdır.

Son dövrlər dünyanın müxtəlif guşələrində hərbi-siyasi münaqişələrin və iğtişaşların artmasına baxmayaraq, Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik, hakimiyyət və xalq arasında etimad mühiti daha da möhkəmlənmişdir. Noyabr ayında demokratik və şəffaf şəraitdə keçirilmiş növbəti parlament seçkiləri də cəmiyyətin nikbin əhval-ruhiyyəsinin, xalqımızın aparılan siyasətə dərin rəğbətinin parlaq təzahürü olmuşdur.

Təəssüflə qeyd etməliyəm ki, Ermənistanın təcavüzkar siyasəti və qeyri-konstruktiv mövqeyi ucbatından hələ də həllini tapmamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hamımızı narahat edən taleyüklü problem kimi qalır. Bu gün Azərbaycan Respublikası güclü iqtisadiyyata və torpaqlarımızı hər an işğalçılardan azad etməyə hazır olan qüdrətli orduya malikdir. Lakin biz yenidən qan tökülməsinin qarşısını almaq, regionda gərginliyi artırmamaq məqsədilə münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində dinc yolla ədalətli həllinə çalışırıq. Hesab edirəm ki, bundan sonra da səylərimizi birləşdirməli, işğal edilmiş ərazilərimizin azad edilməsi uğrunda ardıcıl və məqsədyönlü iş aparmalıyıq. Bu sahədə diaspor təşkilatlarımızın da üzərinə mühüm vəzifələr düşür. Azərbaycanın suverenliyinin qorunması və ərazi bütövlüyünün təmin edilməsinə öz həmrəyliyimiz və birgə fəaliyyətimizlə sanballı töhfə vermək bizim başlıca amalımız olmalıdır.

Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə səmimi-qəlbdən təbrik edir, hər birinizə xoşbəxtlik, firavanlıq və işlərinizdə uğurlar arzulayıram.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 dekabr 2015-ci il.

Page 7: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

7

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

XƏBƏR

AZƏRBAYCANDAKI DİNİ İCMA RƏHBƏRLƏRİ ABŞ KONQRESİNƏ

MÜRACİƏT ÜNVANLAYIBLAR

Qafqaz Müsəlmanları İdarə-si (QMİ), Rus Pravoslav və Katolik kilsələri, Dağ və Avropa yəhudiləri, Alban-Udi icmalarının rəhbərləri Amerika Birləşmiş Ştatları Kon-qresinə müraciət ünvanlayıblar.

Müraciətdə Helsinki Komis-siyasının sədri Kris Smitin hazırladığı “Azərbaycanda Demokratiya Aktı” adlı qanun layihəsinin baxılması üçün Konqresə təqdim olunduğu xatırladılır. Məsələnin siyasi məqamlarına və müəllifin lobbiçilik meyillərinə toxunmadan göstərilən qanun lay-ihəsində Azərbaycanda dini etiqad azadlığı ilə əlaqədar yer almış yanlış mülahizələrə dair narazılıq bildirilir və bu, ölkəmizdə mövcud olan dini tolerantlıq mühitinə qarşı qərəzli kampaniya kimi qiymətləndirilir.

“Bizi təəccübləndirən başlıca amil - cari il ərzində Azərbaycana ABŞ-ın siyasət, ictimaiyyət və kütləvi informasiya vasitələri nümayəndələrinin çoxsaylı heyətlərinin gəlməsinə və dini etiqad azadlığı sahəsində real vəziyyətlə tanış olaraq çox yüksək qiymətləndirilməsinə baxmayaraq, qayıdandan sonra fikir dəyişdirərək ölkəmizdəki mövcud gerçəkliyi əks etdirməyən belə sənəd layihəsinin təqdim olunmasıdır. Biz bunu müəllifin məlumatsızlığı ilə əlaqələndirə bilərdik, lakin müasir dünyada informasiya əldə etmək imkanları bu fikri istisna edir”, - deyə müraciətdə qeyd olunur.

Diqqətə çatdırılır ki, tarixən Azərbaycanda ənənəvi dini icmalar - müsəlman məscidləri, xristian pravoslav, katolik, Alban-Udi kilsələri, yəhudi sinaqoqları fəaliyyət göstərib və bu gün də öz dini ayinlərini sərbəst şəkildə yerinə yetirməkdədirlər. Ölkənin müsəlmanlara məxsus 800-dən artıq məbədində ibadət edən sünnilər və şiələr birlikdə namaz qılırlar ki, bu faktın özü dünyaya örnək ola biləcək məzhəb birliyinin nadir nümunəsidir. Ümumən, bu gün Azərbaycanda qədim Alban-Udi kilsələri ilə yanaşı, pravoslav və katoliklərin 12 kilsəsi, 6 yəhudi sinaqoqu mövcuddur. Dövlət tədbirlərində, dini bayram və mərasimlərdə biz birlikdə iştirak edirik. Dövlətin mənəvi dəstəyi və maddi yardımı sayəsində yüzlərlə dini ibadət ocağı, məscidlər, kilsələr, sinaqoqlar inşa və təmir edilərək dindarların istifadəsinə verilib, dini konfessiyaların ehtiyacları təmin olunub. 2014-cü ildə Prezidentin müvafiq Fərmanı ilə Azərbaycanda Bakı Beynəlxalq

Page 8: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

8

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

XƏBƏR

Multikulturalizm Mərkəzi yaradılıb. Ölkədə son illər keçirilmiş Dünya Dini Liderlərinin konfransları, “Bakı prosesi” adlanan Multikulturalizm forumları mövcud olan tolerantlıq mühitinin bariz nümunələridir.

Azərbaycanda başqa dinlərə mənsub insanların inanclarına hörmətlə yanaşılır. Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar Bakının mərkəzində yerləşən erməni kilsəsinin öz fəaliyyətini dayandırmasına baxmayaraq, həmin məbəd də dövlət tərəfindən təmir və bərpa edilib, ona məxsus kitablar və atributlar qorunub saxlanılıb. Hətta Qriqorian kilsəsinin qoruyucusu erməni millətindəndir. Halbuki Azərbaycanın işğal edilmiş ərazilərində - Dağlıq Qarabağda və ətraf bölgələrdə məscidlərimiz, ziyarətgahlarımız, kilsələrimiz, qəbiristanlıqlarımız erməni qəsbkarları tərəfindən xarabazarlığa çevrilib. Biz çox təəssüf edirik ki, konqresmen hazırladığı sənəd layihəsində ibadət imkanlarından məhrum olan Qarabağ dindarlarının pozulmuş insan haqları barədə heç bir söz demir.

Qanun layihəsində göstərilir ki, Azərbaycanda Baptist, Yeddinci gün adventistləri, “Pentecostals” nümayəndələri leqal statusa malik deyillər və guya acınacaqlı vəziyyətdədirlər. Bununla bağlı bildirmək istəyirik ki, Azərbaycanda bu cərəyanların nümayəndələri icma deyil, fərdi şəkildə fəaliyyət göstərirlər və onlar icma şəklində təmsil olunmaq üçün müvafiq icra strukturlarına müraciət etməlidirlər. Bu hal əksər dövlətlərin qanunvericilik praktikasında mövcuddur. Əgər söhbət Azərbaycanda müvəqqəti yaşayan əcnəbilərdən gedirsə, sual olunur, hansı ölkədə müvəqqəti yaşayan şəxslərə onların etiqadına uyğun icmalar və yaxud məbədlər yaradılır?

Göstərilən layihə mətnində qeyd olunur ki, Azərbaycanda guya çoxlu sayda dini məhbus mövcuddur. Birmənalı şəkildə bəyan edirik ki, həmin şəxslər dini fəaliyyətlərinə görə deyil, əksinə dini şüarlardan sui-istifadə edərək terrorizmə çağırış, dövləti silah gücünə çevirməyə cəhd kimi radikal və ekstremist təmayüllü hərəkətlərinə görə azadlıqdan məhrum edilmiş cinayətkarlardır. Niyə radikal və ekstremist təmayüllü şəxslər ABŞ-da və ya Avropada “cihadist” adlandırılırlar, Azərbaycanda isə “vicdan məhbusu?!” Biz əminik ki, Amerika Birləşmiş Ştatlarında belə terror əməllərini törədənlər ədalət məhkəməsindən qaça bilməzlər.

Müraciətdə qeyd edilir ki, Azərbaycanda mövcud olan tolerantlıq mühiti sözdə deyil, əməldədir. Canlı nümunə bu müraciətin altındakı imzalardır. Biz heç zaman Azərbaycanda dini zəmində qarşıdurma yaşamamışıq və buna yol verməmişik. Bu tolerantlıq bizim ruhumuzda, qanımızdadır və Azərbaycan dövlətinin apardığı siyasətin tərkib hissəsidir.

“Sizi Azərbaycan gerçəkliklərinə obyektiv reaksiya verərək, layihənin müzakirəsi zamanı bizim mövqeyimizi də nəzərə almağa və düzgün qərar verməyə çağırırıq.

Page 9: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

9

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

XƏBƏR

Müraciətimizi Vatikan Dövlətinin və dünya katoliklərinin sabiq rəhbəri Roma Papası II İoann Pavelin 2002-ci ildə Azərbaycana səfəri zamanı ölkəmizdə üç səmavi dinə göstərilən qayğıya görə səsləndirdiyi dua ilə bitirmək istəyirik: “Qoy üç böyük din tərəfindən izhar edilmiş bu məhəbbət şahidliyinə görə Yaradana həmd olsun!”, - deyə müraciətdə qeyd olunur.

Müraciəti QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol Prefek-turasının ordinarisi Vladimir Fekete, Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev, Avropa Yəhudilərinin Bakı Dini İcmasının rəhbəri Gennadi Zelmanoviç, Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili imzalayıblar.

Page 10: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

10

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

XƏBƏR

DÜNYA MÜSƏLMANLARI MƏHƏMMƏD PEYĞƏMBƏRİN (S) MÖVLUDU GÜNÜNÜ

QEYD EDİR

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Mövlud ən-Nəbi – Məhəmməd Peyğəmbərin (s) mövludu günü qeyd edilib.

Əvvəlcə Qurandan ayələr oxunub. Sonra Şeyxülislam Allahşükür Paşazadə bütün müsəlmanları Məhəmməd peyğəmbərin (s) doğum günü münasibətilə təbrik edərək bildirib ki, İslam ənənələrinə görə, bayram Ay təqviminin üçüncü ayına, İslamda ən çox ehtiram bəslənilən Rabiul-əvvəl ayının 12-ci gününə təsadüf edir. İslam dininin banisi Məhəmməd peyğəmbər (s) məhz bu ayda anadan olub və bu ayda vəfat edib.

A.Paşazadə deyib: “2015-ci ildə bayram Azərbaycan Prezidenti İlham Əliyevin doğum gününə təsadüf edib. Azərbaycan xalqı dini mərasim və ənənələri hətta sovet dövründə belə unutmayıb, onlara əməl edib. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Ümummilli Lider Heydər Əliyev məbədlərin bərpasına və inşasına xüsusi diqqət yetirib. Etiqad azadlığı Azərbaycan Konstitusiyasında təsbit olunub. Hazırda onun kursunu Prezident İlham Əliyev davam etdirir”.

Tədbir iştirakçılarına Ümummilli Lider Heydər Əliyevin, habelə ailəsi ilə birlikdə Prezident İlham Əliyevin müqəddəs Məkkə şəhərini ziyarət etmələrindən söz açan sənədli film, Heydər məscidinin açılışında Azərbaycan Prezidentinin nitqinin səsləndiyi kadrlar nümayiş etdirilib. Tədbirdə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin iştirak edib.

Bildirilib ki, müstəqilliyini bərpa edən zaman Azərbaycanda cəmi 17 məscid var idi, indi isə ölkədə yüzlərlə məbəd – məscid, kilsə və sinaqoq fəaliyyət göstərir. Bayramın

Page 11: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

11

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

XƏBƏR

keçirilməsi ənənələri qədim köklərə malikdir. Hazırda mövlud günü yüksək səviyyədə qeyd edilir.

A.Paşazadə xatırladıb ki, Azərbaycan xalqının Ümummilli Lideri 1993-cü ilin sentyabrında Təzəpir məscidini ziyarət edən zaman çıxışında qeyd edib ki, Məhəmməd peyğəmbərin (s) mövludu və fəaliyyəti dünya tarixində böyük hadisə olub, İslam dininin əsasını qoyub.

Şeyxülislam hamını Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Milad və Yeni il bayramları münasibətilə təbrik edib.

Akademik Vasim Məmmədəliyev, İranın Azərbaycandakı səfirliyi yanında İran Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim İbrahimi, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini hacı Salman və başqa natiqlər Peyğəmbərimizin (s) böyük missiyasından və mənəvi örnəyindən, müsəlman ümmətinin sıx birləşməsində xidmətlərindən söz açıblar.

Page 12: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

12

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

XƏBƏR

DİNİ MAARİFLƏNDİRMƏ VƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİN TƏBLİĞİ ÇƏRÇİVƏSİNDƏ

TƏDBİRLƏR TƏŞKİL OLUNUB

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən, bölgələrdə tədbirlər davam etdirilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə bu qəbildən tədbirlər Yevlax şəhər Xaldan kənd Cümə məscidi dini icması, Gəncə şəhər Qazaxlar məscidi dini icması, Tovuz rayon dini icması, Xəzər rayonu Qala kənd məscidi dini icması, Bərdə rayonu Uğurbəyli kənd məscidi dini icması, Qusar şəhər Mustafa Kazdal məscidi dini icması, Beyləqan rayonunun Qarallar kənd məscidi dini icması və Xətai rayonu Əhmədli qəsəbəsi dini icması tərəfindən keçirilib.

“Dindarların radikalizmin təsirlərindən qorunması”, “Radikalizmə qarşı mübarizədə dini icmaların rolu”, “Şəhidlik zirvəsi və Azərbaycan şəhidləri”, “İslamın ailəyə verdiyi dəyər: Müasir cəmiyyətdə ailə dəyərlərimizin təbliği», “Dini radikalizmi yaradan səbəblər”, “Dini radikalizm və onunla mübarizə üsulları”, “Dindarların radikal təsirlərdən qorunması”, “Cəmiyyət və dini radikalizm”, “Tolerantlıq yurdu – Azərbaycan” və s. mövzularda təşkil edilmiş tədbirlərdə Dövlət Komitəsinin rəhbər şəxsləri, əməkdaşları, müstəqil ekspertlər, təhsil işçiləri, axundlar, dini icmaların üzvləri, ağsaqqallar, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.

Dövlət başçısı İlham Əliyevin dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayırması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirən natiqlər əmin olduqlarını bildiriblər ki, Prezidentin bu qərarı dini icmaların fəaliyyətində aktivlik yaradacaq, layihələr çərçivəsində keçirilən tədbirlərdə cəmiyyəti narahat edən neqativ halların aradan qaldırılması üçün səy göstəriləcək, İslam dini və milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində atılan bu təqdirəlayiq addım öz bəhrəsini verəcək.

Keçirilən tədbirlərdə çıxış edən natiqlər radikalizmin fəsadlarından, onun cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələrindən danışıblar. Qeyd edilib ki, qloballaşan dünyamızda son zamanlar baş verən əksər münaqişələrin, müharibələrin əsas səbəbi dini radikalizm, ekstremizm, məzhəb təəssübkeşliyi və ayrı-seçkiliyidir. Bildirilib ki, bu cür hadisələrin yaşanmaması üçün xalqı maarifləndirmək, insanlar arasında tolerantlıq mədəniyyətini, birgəyaşayış ənənəsini daha da inkişaf etdirməyə böyük ehtiyac var.

Tədbirlərdə vurğulanıb ki, gənc nəsli dini və mənəvi-əxlaqi dəyərlərimizə yad olan radikal təriqətlərin təsirindən qorumaq məsuliyyəti bütün cəmiyyətin üzərinə düşür.

Page 13: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

13

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

XƏBƏR

Gənclərin ekstremist təmayüllü dini cərəyanlara qoşulmaması üçün milli-mənəvi dəyərlərə söykənən həqiqi dini dəyərlərlə bəslənməsi, dövlətinə bağlı, sədaqətli, vətənpərvər tərbiyə olunması önəmlidir. Həmçinin bildirilib ki, Azərbaycan dövləti bütün sahələrdə olduğu kimi, din sahəsində də ölkə vətəndaşları arasında düzgün təbliğat aparılmasına dəstək verməkdədir. Bu gün xalqımızın zəngin tolerantlıq ənənələrinin qorunub saxlanması və daha da inkişaf etdirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Tədbirlərdə çıxış edənlər ölkəmizdə tolerantlığın inkişafı, multikultural həyat tərzi, dinlər və məzhəblərarası münasibətlərin yüksək dostluq şəraitində inkişafına göstərilən diqqət və qayğıdan da danışıblar. Onlar bildiriblər ki, Azərbaycanda tarixən dindarlar əqidəsindən asılı olmayaraq, sülhün tərənnümçüsü olub, daim tolerantlıq ənənələrini yaşadıb və müasir dövrdə də milli-mənəvi dəyərlərimizin tərkibi kimi bu ənənələri davam etdirirlər.

Tədbirlərin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Page 14: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

14

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

gERÇƏKLİK

AZƏRBAYCANIN NÜMUNƏVİ DİN SİYASƏTİ: UĞURLARIMIZ VƏ PERSPEKTİVLƏR

Mübariz QURBANLI,Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri

Qədim İpək Yolunun üzərində yerləşən, Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin, sivilizasiyaların, dinlərin qovuşduğu məkan olmuş və burada ölkəmizin coğrafi mövqeyi, əhalisinin polietnikliyi kimi amillər böyük rol oynamışdır. Tarixin ayrı-ayrı dönəmlərində bu torpaqlarda Bütpərəstlik, Zərdüştiliklə bərabər, Yəhudilik, Xristianlıq və İslam kimi səmavi dinlərin nümayəndələri bir-birinə təsir göstərmədən, birgə yanaşı yaşamışlar. Eyni zamanda, Azərbaycan ərazisi bütün dövrlərdə dini ayrı-seçkilikdən əziyyət çəkən insanlar üçün sığınacaq rolunu oynamış, ölkəmiz fərqli dinlərin mənsubları ilə yanaşı, İslam məzhəblərinin daşıyıcıları üçün pənah yerinə çevrilmişdir. Buna baxmayaraq, etnik və dini icmalar arasında daim möhkəm dözümlülük və dostluq əlaqələri mövcud olmuş, milli, irqi və dini zəmində heç bir ayrı-seçkilik baş verməmiş, hətta bu müxtəliflik xalqımızın tolerantlıq xüsusiyyətinin formalaşmasında mühüm töhfə olmuşdur.

Əlbəttə, qloballaşma ilə bağlı çağırışların vüsət aldığı dövrümüzdə ata-babalarımızdan miras qalmış bu adət-ənənənin qorunub saxlanılması bizdən xüsusi mənəvi məsuliyyət tələb edir. Nəzərə alsaq ki, din insanların şüuruna və cəmiyyətə təsir göstərmək baxımından olduqca güclü vasitədir, onun bu gücündən sui-istifadə edən məkrli qüvvələr tarix boyu öz maraqlarını, siyasi-iqtisadi hegemonluqlarını təmin etmək üçün dindən daha geniş şəkildə yararlanmağa çalışmışlar və bu proses müasir dövrdə də davam etməkdədir. Nəticə isə ortadadır: insanları vəhdətə, qarşılıqlı hörmət şəraitində yaşamağa çağıran dinlərin əsl mahiyyəti təhrif olunmuş və din müxtəlif siyasi oyunların alətinə çevrilmişdir. Söz yox ki, dünyanın bir sıra ölkələrində “sınaq”dan çıxarılmış bu “siyasət”in ölkəmizə qarşı da həyata keçirilməsinə cəhd göstərilmişdir.

Bu, elə bir vaxt idi ki, xalqımız yetmişillik Sovet rejimindən xilas olaraq yeni mərhələyə – milli-mənəvi dəyərlərə qayıdış dövrünə qədəm qoymuşdu. Sözsüz ki, bu keçid özü ilə birlikdə çoxlu problemlər də gətirmişdi. Ölkəmizin coğrafi mövqeyi, təbii sərvətlərlə zənginliyi bəzi xarici dairələrin diqqətindən kənarda qalmamış, onlar öz maraqlarını təmin etmək üçün iqtisadi-siyasi təzyiqlərlə yanaşı, din sahəsindəki boşluqlardan da yararlanmağa çalışmışlar. Müstəqilliyimizin bərpa edildiyi ilk dövrlərdə müharibə və siyasi xaos nəticəsində yaranmış ağır sosial vəziyyətdən istifadə edən həmin qüvvələr xeyriyyə təşkilatı adı altında ölkəmizə ayaq açmış, əhalinin böyük qisminin dini məlumatsızlığından, İslama dair biliklərinin yetərsizliyindən istifadə edərək öz təlimlərini həqiqi dini dəyər maskası altında yaymağa, az da olsa, müvəffəq olmuşlar.

Page 15: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

15

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

gERÇƏKLİK

Həmin dövrdə ölkədə dini tədris müəssisələrinin və savadlı ilahiyyatçıların azlığı, sağlam dini ədəbiyyatın olmaması insanlarımıza yad dini-ideoloji fikirlərin aşılanmasına gətirib çıxarmışdır. Vəziyyətin həssaslığı qətiyyətli, balanslaşdırılmış və sağlam din siyasətinin həyata keçirilməsini tələb edirdi.

Ümummilli Liderimiz Heydər Əliyev xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdışı onun növbəti xilaskarlıq missiyasının başlanğıcı idi. Məhz Ulu Öndərin sayəsində milli-mənəvi dəyərlərə münasibət kökündən dəyişmiş, xalqın keçmişinə, milli adət-ənənələrinə, dininə dövlət səviyyəsində qayğı göstərilməyə başlanılmış, bu dəyişikliyin fonunda ölkədə

etiqad, inanc azadlığı bərqərar olmuşdur. Vətəndaşların vicdan azadlığı Konstitutsiyamızın 48-ci maddəsində, o cümlədən Azərbaycan Respublikasının “Dini etiqad azadlığı haqqında” Qanununda geniş şəkildə öz əksini tapmışdır. Zaman keçdikcə cəmiyyətdəki inkişaf, qloballaşma nəticəsində sürətlə dəyişən və inkişaf edən dünyamızda insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması, sosial rifahın daha da yüksəldilməsi, milli və ictimai təhlükəsizliyin daha etibarlı şəkildə təmin edilməsi istiqamətində qanunvericilik sistemində islahatların aparılması zərurətə çevrilmişdir. Eyni zamanda, Yaxın Şərqdə dini zəmində baş verən faciəvi hadisələr də göstərmişdir ki, ideoloji sahələrdə pozuculuq fəaliyyəti aparmaq üçün müəyyən imkanlar var və bu imkanlardan müxtəlif formalarda istifadə olunur. Bu mənada zamanın tələbindən irəli gələrək ötən müddətdə istər “Dini etiqad azadlığı haqqında” Qanuna, istərsə də din ilə əlaqəli digər qanunvericilik aktlarına əlavə və dəyişikliklərin olunması dövlət siyasətində din sahəsinə diqqətin təzahürüdür.

Şübhəsiz, vicdan azadlığı sahəsində hüquqi bazanın möhkəmləndirilməsi tolerantlıq mühitinin gücləndirilməsinə, milli-mənəvi dəyərlərə münasibətin dəyişməsinə, insanlarımızın tarixi keçmişindən uzaqlaşmamasına, əcdadlarımızın maddi-mənəvi miraslarına sahib

Page 16: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

16

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

gERÇƏKLİK

çıxmasına xidmət edirdi. Uzun illər sonra respublikanın rayon, şəhər və kəndlərində məscidlərin tikilməsi, baxımsızlıqdan uçub dağılmış müqəddəs ocaqların bərpa edilməsi və yenidən qurulması, minarələrdən azan səsinin eşidilməsi, dini və milli bayramlarımızın sərbəst şəkildə, özü də yüksək səviyyədə qeyd edilməsi dövlətimizin milli-mənəvi dəyərlərimizə yüksək qayğısının bariz nümunəsidir.

Ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılması da Ümummilli Liderin adı ilə bağlıdır. O, tolerantlığın, birgəyaşayış mədəniyyətinin İslam dininin və Azərbaycan xalqının xarakterik xüsusiyyəti olduğunu belə ifadə etmişdir: “Hesab edirəm ki, Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir. Azərbaycan əhalisinin çox hissəsinin etiqad etdiyi müsəlman dinində, onun kökündə də tolerantlıq var”.

Ulu Öndərin dövlət-din münasibətləri sahəsində qoyduğu bu siyasətin onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla aparılmasının nəticəsidir ki, Azərbaycandakı dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir və bir çox dövlətlərin üzərində baş sındırdığı “Dünyəvi dövlətdə din siyasəti necə olmalıdır?” sualının əyani cavabı kimi qəbul olunur. Ölkə başçısı son dövrlərdə milli-mənəvi dəyərlərin dirçəldilməsinə, o cümlədən yeni dini məbədlərin inşasına, mövcud olanların isə əsaslı təmirinə və yenidən qurulmasına xüsusi diqqət ayırır. Dövlət başçısının sərəncamları ilə son illər tarixi dini abidələr, ziyarətgahlar bərpa edilmiş, dini-mənəvi dəyərlərə verilən yüksək qiymətin göstəricisi olaraq silsilə tədbirlər həyata keçirilmişdir. Məhz Prezident İlham Əliyevin ölkəmizdəki tolerantlıq ənənələrinin daha da möhkəmləndirilməsi istiqamətində atdığı addımlar Azərbaycanı dünyada multikulturalizmin əsas mərkəzinə çevirmişdir.

Son illər Azərbaycan və Şərq memarlığının nadir incilərindən olan Təzəpir, Bibiheybət, Əjdərbəy, Şamaxı Cümə məscidlərində geniş tikinti və yenidənqurma işləri həyata keçirilərək dindarların istifadəsinə verilmişdir. Görülən bu işlərin davamı olaraq, 2014-cü ilin dekabr ayında özündə Azərbaycanın milli-dini ənənələrə sadiqliyini əks etdirən əzəmətli Heydər məscidinin açılışı olmuşdur. Hazırda Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, Gəncədəki İmamzadə kompleksində də təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Onu da qeyd etməliyik ki, ölkəmizdə 2 mindən artıq məscid mövcuddur. Təkcə son 11 il ərzində 140-a yaxın məscid tikilmiş, 80 məscid əsaslı şəkildə bərpa edilmişdir. Bütün bunlar bir daha göstərir ki, dövlət başçısının siyasətində tarixi keçmişimizin unudulmaması, gələcək nəsillərin xalqımızın gen yaddaşından süzülüb gələn milli-mənəvi dəyərlərə daha çox bağlanması mühüm yer tutur.

Bu istiqamətdə ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti də xüsusi vurğulanmalıdır. Məhz Fondun maliyyə dəstəyi ilə Daşkəsəndəki Cümə məscidində, Xəzər rayonu, Binə qəsəbəsindəki Möhsin Səlim və İmam Rza məscidlərində, Mərdəkan qəsəbəsindəki Pirhəsən ziyarətgahı və Heydər

Page 17: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

17

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

gERÇƏKLİK

məscidində, Buzovna qəsəbəsindəki Cümə məscidində, Gəncə şəhərindəki Şah Abbas və Həzrət Zeynəb məscidlərində yenidənqurma və əsaslı təmir-bərpa işləri aparılmışdır.

Fondun gördüyü işlər təkcə ölkə daxilində deyil, onun hüdudlarından kənarda da böyük əks-səda doğurur. Heydər Əliyev Fondunun hər bir layihəsi xalqlar arasında

Page 18: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

18

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

gERÇƏKLİK

humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasına xidmət göstərir. “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi bu istiqamətdə görülmüş mütərəqqi işlərdəndir. Layihə çərçivəsində ölkədəki məscid, kilsə, sinaqoqlarda təmir-bərpa işləri aparılmışdır. Bundan başqa, Bakıda yəhudi uşaqları üçün təhsil kompleksinin istifadəyə verilməsi, Fransada bir sıra kilsələrin, müqəddəs Roma katakombalarının bərpasında iştirakı, Həştərxanda Müqəddəs Knyaz Vladimirə abidənin ucaldılması da məhz ayrı-ayrı xalqların və konfessiyaların qarşılıqlı hörmət və dostluq münasibətlərinin genişləndirilməsinə xidmət edir.

Azərbaycanın tolerantlıq örnəyi olmasının nümunələrindən biri də Prezident İlham Əliyevin müsəlmanlarla yanaşı, yəhudi və xristian icmalarına hər il qeyd etdikləri dini bayramlarda təbrik ünvanlamasıdır. Həmin təbriklərdən birində bildirilir: “Bu gün dünyanın tolerantlıq örnəyinə çevrilən Azərbaycanda ayrı-ayrı din və təriqətlər arasında qarşılıqlı hörmət və etimad mühitinin, multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Xüsusilə vurğulamaq istərdim ki, vaxtilə sovet rejimi tərəfindən etiqad və vicdan azadlığının qadağan edildiyi ölkəmizdə indi bütün xalqların və dinlərin nümayəndələrinin rahat şəkildə və mehriban ailə kimi yaşaması müstəqil Azərbaycanın ən böyük sərvətlərindən biridir”.

Sadalanan faktlar bir daha göstərir ki, dünyada dini ayrı-seçkiliyin gücləndiyi və dini zəmində qarşıdurmaların artdığı bir dövrdə tolerantlıq Azərbaycanda dövlət siyasətinin tərkib hissəsidir. Fəxrlə deyə bilərik ki, bu gün bütün dünyada demokratik dəyərlərdən biri kimi təbliğ olunan dini dözümlülük xalqımızın əsrlər boyu formalaşan və bir çoxlarına örnək olan xarakterik xüsusiyyətidir və bu, inkaredilməz həqiqətdir. Bu gün Azərbaycanda kilsə və sinaqoqlarla yanaşı, bir çox xristian, yəhudi dini tədris müəssisələrinin sərbəst şəkildə fəaliyyət göstərməsi və onlara dövlət tərəfindən lazımi dəstək verilməsi də buna əyani sübutdur.

Hazırda Yaxın və Orta Şərqdə baş verən müharibələr, qanlı toqquşmalar təkcə bu bölgədəki ölkələri deyil, həm də ümumbəşəri mədəniyyətləri, azad dəyərləri məhv edir. Eyni zamanda, Avropada miqrantlara qarşı münasibətin pisləşməsi, “multikulturalizm iflasa uğrayıb” kimi bəyanatların səsləndirilməsi və ayrı-seçkiliyə yol verilməsi, milli-dini dəyərlərdən siyasi, iqtisadi vasitə kimi istifadə edilməsi, bizi gələcəyimizlə bağlı daha dərindən düşünməyə və tarixin qarşımıza qoyduğu bu kimi “nümunələr”dən nəticə çıxarmağa sövq edir.

Dünyanın, az qala, bütün nöqtələrini öz ağuşuna almış bu kimi arzuolunmaz proseslərin fonunda ölkəmizdə Azərbaycançılıq məfkurəsinin, milli-mənəvi, dini dəyərlərin, tolerantlıq siyasətimizin təbliği və daha da möhkəmləndirilməsi, bu mühitin qorunub saxlanılması Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir və xalqımız bunu gündəlik həyatının hər anında hiss etməkdədir. 2014-cü ildə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyi

Page 19: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

19

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

gERÇƏKLİK

Xidmətinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun yaradılması, multikulturalizm sahəsində ən optimal model seçilən Azərbaycan nümunəsinin öyrənilməsi məqsədilə Avropa ölkələrində “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə başlanılması ölkə başçımızın hər zaman müstəqil, şəffaf və dürüst siyasət tərəfdarı olduğunu bir daha təsdiq edir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bəzi gənclərimiz dini təhsil almaq məqsədi ilə xarici ölkələrə üz tutdular ki, bu da bəzən mənfi halların yaranmasına gətirib çıxardı. Belə ki, onların əksəriyyəti geriyə həmin ölkələrin dövlət-din münasibətlərini, özünəməxsus dini dünyagörüşünü, mentalitetini, həyat tərzini də mənimsəyərək qayıtmış, milli-mənəvi dəyərlərimizə, milli kimliyimizə zidd fikirlərin təbliğatçısına çevrilmişlər. Xalqımızın sahib olduğu humanist keyfiyyətlərinə, yaşam tərzinə zidd olan bu cür ənənələr isə cəmiyyətimizdə bir sıra problemlərin yaranmasına rəvac vermişdir. Halbuki, tarixdən də məlumdur, Azərbaycan insanı əsrlər boyu saysız-hesabsız təhdid və çətinliklər qarşısında tab gətirmiş, öz varlığını qoruyub saxlaması məhz onun milli kimlik və birlik məsələsindəki həssaslığı sayəsində mümkün olmuşdur. Milli kimliyimiz zamanla dinimizlə, onun mütərəqqi prinsipləri ilə çulğalaşaraq, qəlibləşmişdir. Sevgi, hörmət və fədakarlıq hisslərinin inkişaf etdirilməsində milli-mənəvi dəyərlərimizin rolu əvəzsizdir. Xüsusilə gənc nəsilləri bu dəyərlərə uyğun, milli ruhda yetişdirmək olduqca əhəmiyyətlidir. Çünki gənclərin dini-əxlaqi dəyərlərdən uzaqlaşması onların adət-ənənələrimizə zidd düşüncələri mənimsəməsinə, zərərli axın və ideologiyaların tələsinə düşməsinə gətirib çıxara bilər ki, bu da cəmiyyətimizin gələcəyi üçün təhdiddir. Bu təhlükənin qarşısının alınması məqsədilə sağlam dini təhsil vermək və savadlı ilahiyyatçı yetişdirmək üçün bazanın formalaşdırılması labüddür. Hazırda bu istiqamətdə fəaliyyət göstərən Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi və Bakı İslam Universitetində təhsilin səviyyəsinin yüksəldilməsinə, maddi-texniki bazanın gücləndirilməsinə, dini dərslərlə yanaşı, dünyəvi elmlərin də yüksək səviyyədə tədrisinə, əhatəli və dərin məzmunlu dərs vəsaitlərinin hazırlanmasına, tədrisin hər hansı məzhəbçilik deyil, ümumi saf dini prinsiplər əsasında təşkil olunmasına, xurafatçılığa yol verilməməsinə,

Page 20: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

20

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

gERÇƏKLİK

tələbələrə vətənpərvərlik ruhunun aşılanmasına və s. amillərə xüsusi diqqət yetirilir. Bütün bunlar deməyə əsas verir ki, hazırda Azərbaycanda islamşünaslıq elmi inkişaf dövrünü yaşayır. Bugünlərdə “Dini etiqad azadlığı haqqında” Qanuna xaricdə dini təhsillə bağlı edilmiş dəyişikliklər, bu sahədə dövrün tələblərinə uyğun islahatların aparılması, təhsilin keyfiyyətinin artırılması savadlı milli kadrların hazırlanmasında və dövlət-din münasibətlərinin tənzimlənməsi işində müsbət nəticələr verəcəyinə şübhə yaratmır.

Dövlət-din münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarət edilməsi məqsədilə yaradılmış Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də öz növbəsində son zamanlar maarifçiliyin keyfiyyətinə diqqəti daha da artıraraq, ölkəmizin bütün regionlarında dini sahə ilə bağlı aktuallıq kəsb edən mövzularda ictimaiyyətlə, dindarlarla silsilə konfranslar, seminar-treninqlər, “dəyirmi masa”lar təşkil etməkdədir. Maarifləndirmə istiqamətində işlər kütləvi informasiya vasitələri, mətbu orqanlar və Dövlət Komitəsi tərəfindən hazırlanan elektron nəşrlər vasitəsilə də həyata keçirilir. Bu məqsədlə müxtəlif ədəbiyyatlar çap olunaraq, dini icmalara paylanılır. Çap olunan nəşrlər arasında “Heydər Əliyev siyasəti: Tolerantlıq”, “İlham Əliyev: Azərbaycan tolerantlıq örnəyidir”, “Tolerantlıq: Bildiklərimiz və bilmədiklərimiz”, “İslamda Vətən və dövlət sevgisi” və s. kitablar müasir dövrdə Azərbaycanın dünya ölkələri sırasında öz layiqli yerini tutması, milli-mənəvi dəyərlərimizin qorunması və təbliği, ölkəmizdə tarixən mövcud olan tolerantlıq və multikultural ənənələrinin inkişaf etdirilməsi, o cümlədən Vətənə, dövlətə bağlılıq, dövlət atributlarına ehtiramın gücləndirilməsi baxımından çox önəmlidir. Dövlət Komitəsinin mətbu orqanları - “Dövlət və Din” jurnalı, “Cəmiyyət və Din” qəzeti, həmçinin İctimai Televiziyada yayımlanan və müəllif proqramımız olan “Din və Cəmiyyət” verilişi, “Space TV”dəki “İnam” verilişi əhaliyə sağlam dini bilgilərin verilməsi sahəsində fəaliyyətlərini

Page 21: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

21

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

gERÇƏKLİK

davam etdirir. Dövlət Komitəsi 2015-ci il ərzində ölkənin bütün regionlarında, o cümlədən şəhər və rayonlarında “Ənənəvi İslam dəyərləri və müasirlik”, “Dini radikalizmlə mübarizədə dini icmaların rolu” və s. mövzularda regional konfranslar, seminar-treninqlər, görüşlər keçirmiş, digər dövlət qurumları və dini icmalarla birgə fəaliyyətin uğurlu davamı ilə əlaqədar müzakirələr aparmışdır. Bölgələrin spesifik xüsusiyyətləri nəzərə alınmaqla təşkil olunan bu cür tədbirlərdə fərqli din və məzhəb mənsubları arasında dözümsüzlük, ayrı-seçkilik, qarşıdurma, zorakılıq hallarına yol verilməməsi, dini icmaların fəaliyyətində tolerantlığın gücləndirilməsi, cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və dini icmaların bu işə cəlb olunması məqsədilə maarifləndirici mövzularda çıxışlar olmuşdur.

Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərimizin, ümumilikdə dinimizin təbliği istiqamətində atdığı addımlardan biri də ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dövlət başçısı cənab İlham Əliyevin 27 noyabr 2014-cü il tarixli Sərəncamıdır. Dövlət tərəfindən dini icmalara maliyyə vəsaitinin ayrılması milli dövlətçilik tariximizdə bir ilk idi və bu addımın dini icmaların xarici qüvvələrin təsir dairəsinə düşmək ehtimalının qarşısının alınmasında müsbət rol oynayacağı, onlara dini radikalizm, ekstremizm, məzhəb ayrı-seçkiliyi, narkomaniya kimi müasir dövrün bəlalarına qarşı mübarizə istiqamətində geniş təbliğat-təşviqat işləri aparmasına şərait yaradacağı şübhəsizdir.

2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Dini Qurumalarla İş üzrə Dövlət Komitəsinə ayrılmış 2.5 milyon manat vəsait hazırda mərhələli şəkildə xüsusi layihələr çərçivəsində dini icmalara paylanılır. İndiyədək 68 İslam, 19 qeyri-İslam dini icmasına maddi vəsait ayrılmışdır. Vəsaitin səmərəli şəkildə sərf edilməsi və işlərin yüksək səviyyədə təşkil olunması üçün Dövlət Komitəsi tərəfindən dini icmalara həm təşkilati, həm də informasiya dəstəyi verilməkdədir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi milli-mənəvi dəyərlərimizin, ölkədəki tolerant mühitin qorunması, dini radikalizmin, ekstremizmin, ayrı-seçkiliyin zərərlərinin qarşısının alınması, gənclərdə əxlaqi-mənəvi keyfiyyətlərinin yüksəldilməsi, vətənpərvər-lik hisslərinin aşılanması, dövlət-din münasibətlərinin tənzimlənməsi kimi mövzularla bağlı maarifləndirmə işinin effektivliyini artırmaq məqsədilə bir sıra dövlət qurumları ilə birgə fəaliyyətə də xüsusi diqqət yetirmişdir. Bu məqsədlə Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Qaçqınların və Məcburi Köçkün-lərin İşləri üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Dövlət Sərhəd Xidməti ilə tədbirlər planı və əməkdaşlıq haqqında memorandumlar imzalanmış, icrasına başlanılmışdır. Ötən müddət ərzində Dövlət Komitəsi dini icmalarla əlaqələrin səmərəliliyinin artırılması, din xadimlərinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Qafqaz Müsəlmanları İdarəsi ilə əməkdaşlıq çərçivəsində bir sıra maarifləndirmə tədbirləri təşkil etmişdir. Eyni zamanda, Dövlət Komitəsi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, digər mərkəzi və yerli icra

Page 22: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

22

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

gERÇƏKLİK

hakimiyyəti orqanları, vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq edir, müxtəlif dini mövzularda birgə tədbirlər təşkil olunur. Keçirilmiş çoxsaylı tədbirlərə misal olaraq, “Dini və milli tolerantlıq - millətlərarası münasibətlərin inkişaf etdirilməsində medianın rolu” mövzusunda Beynəlxalq Forumu, görmə qabiliyyəti məhdud olan, yaxud görmə qabiliyyətini tamamilə itirmiş insanlar üçün Dövlət Komitəsi tərəfindən Brayl əlifbası ilə çap olunmuş 7 cildlik Qurani-Kərim kitabının təqdimat mərasimini, “Tolerantlıq: milli kimliklə vəhdət”, “Qafqazda mədəni-dini irsin qorunması”, “Dini radikalizmlə mübarizə: əsas hədəflər” və s. mövzularda elmi-praktiki konfransları göstərmək olar.

Geridə qoyduğumuz 2015-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycan həqiqətlərinin, tolerantlıq, birgəyaşayış mədəniyyətimizin tanıdılması, təbliğatı istiqamətində ölkə hüdudlarından kənarda aparılan işlərin iştirakçısı və bilavasitə təşkilatçısı olmuşdur. Belə tədbirlərə örnək kimi, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə Azərbaycanın dini dözümlülük modelinin təbliğinə həsr olunmuş “Azərbaycanda dini tolerantlıq-birgəyaşayış mədəniyyəti” konfransını, DQİDK-nın dəstəyi ilə Brüsseldə “Tolerantlıq və birgəyaşayış modelləri: Yeni Avropa üçün Azərbaycan örnəyi” mövzusunda beynəlxalq simpoziumu, Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində “İslam dini ekstremizm və terrorizmə qarşıdır” mövzusunda beynəlxalq konfransı və onların əhəmiyyətini vurğulamaq olar. Həmin tədbirlərdə Azərbaycanın dünya ictimaiyyətinə sivilizasiyaların və dinlərin qovuşduğu tarixi məkan kimi tanıdılması, dövlətimizin din siyasətinin, xalqımızın tolerant və multikultural dəyərlərinin beynəlxalq miqyasda təbliğ edilməsi, həmçinin ölkəmizin dünyada dinlərarası və mədəniyyətlərarası dialoq prosesini aktiv dəstəkləmək iradəsi avropalı ekspertlər vasitəsilə nümayiş etdirilmişdir. Bununla yanaşı, dünyəvi dövlət olan Azərbaycanda dini konfessiyaların sərbəst fəaliyyət göstərdiyi, dövlətimizin din siyasətinin əksər ölkələr üçün nümunəvi model olduğu geniş şəkildə təbliğ olunmuşdur.

Page 23: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

23

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

gERÇƏKLİK

Bütün bunlar deməyə əsas verir ki, ölkəmizdə dövlət-din münasibətləri sağlam təməllər üzərində qurulmuşdur və dini dözümlülük, tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsi, o cümlədən radikalizmin, ekstremizmin qarşısının alınması sahəsində maarifləndirmənin alternativi yoxdur. Çünki məşhur deyimlə ifadə etsək, təhsilsiz insan cilasız aynaya bənzəyir, bu güzgünü cilalamaq, onun vasitəsilə aydın gələcəyə işıq tutacaq yolu göstərmək bilik və maarifləndirmə vasitəsilə mümkündür. Məhz buna görə də, “müasir dövrün vəbası” hesab edilən dini radikalizmə, ekstremizmə, tarix boyu dini dəyərlərin təhrifinə yol açan xurafata və cəmiyyəti zülmətə sürükləyən cəhalətə səbəb olan amillərin qarşısını kəsmək, milli-mənəvi dəyərlərimizi, tolerantlıq, multikulturalizm ənənəmizi yaşadan, ailəsinə, Vətəninə faydalı, təhsilli, savadlı nəsil yetişdirmək üçün maarifləndirici tədbirlərin kəmiyyətini, keyfiyyətini və arealını artırmaq bundan sonrakı fəaliyyətimizin əsas istiqamətlərindən olacaqdır. Dövlət başçısı cənab İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə təşkil olunan iftar mərasimində məsələnin əhəmiyyətinə diqqət çəkərək bildirmişdir: “Milli, dini dəyərlərimiz bizim üçün hər şeydən üstündür. Biz çalışmalıyıq və çalışırıq ki, bizim gənclərimiz də milli ruhda böyüsünlər, tərbiyə alsınlar. Milli ruhda, eyni zamanda multikulturalizm ruhunda. Burada heç bir ziddiyyət yoxdur. Hər bir vətənpərvər insan, öz vətənini, millətini sevən insan böyük hörmətə layiqdir. Eyni zamanda, başqa dinlərə hörmət edən, başqa millətdən olan insanlara hörmətlə yanaşan insan da böyük hörmətə layiqdir. Ona görə bizim gənclərimiz bax, bu ruhda tərbiyə olunmalıdır”.

Page 24: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

24

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

gERÇƏKLİK

AZƏRBAYCANDA DİNLƏRİN SİNKRETİZM NÜMUNƏSİ: KÜRMÜK MƏBƏDİ

Məhəbbət PAŞAYEVA, Azərbaycan Dövlət İqtisad Universitetinin

“Azərbaycan tarixi” kafedrasının professoru,AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun

aparıcı elmi işçisi, tarix elmləri doktoru

AÇAR SÖZLƏR: mərasim, məbəd, inanclar, ənənələr, din.КЛЮЧЕВЫЕ СЛОВА: обряд, храм, верования, традиции, религия.KEY WORDS: ritual, temple, beliefs, traditions, religion.

Qədim dövrlərdən müxtəlif mədəniyyət və dinlərin məskəni olmuş Azərbaycan özünəməxsus, rəngarəng, zəngin mədəni irsə sahibdir. Bu zəngin mədəni irsdə İslamaqədərki inancların izlərinin üzə çıxarılmasında Azərbaycan tarixinin ən mühüm mərhələlərindən birini təşkil edən Qafqaz Albaniyası dövrü xüsusi əhəmiyyət daşıyır. Alban mədəniyyəti və etnosu tarixi zaman çərçivəsində müəyyən transformasiyaya uğrasa da, bu dövrün zəngin və qədim ənənələri azərbaycanlıların tarixi abidələrində, mərasim ayinlərində, xalq inanclarında bu günədək öz canlılığını qoruya bilmişdir.

Hazırda Azərbaycan əhalisinin böyük hissəsinin inancından asılı olmayaraq, Komrad, Armatay, Kürmük kimi qədim alban məbədlərini ziyarət etməsi alban tayfalarının varisləri olaraq, onların İslamın qəbulundan sonra belə, öz qədim tarixlərini unutmadıqlarını göstərir. Azərbaycanda müxtəlif dini dünyagörüşlərinin, Xristianlığa və İslamaqədərki inancların qorunub saxlanması, onların bir-biri ilə qaynayıb-qarışması eyni sitayiş yerinin həm müsəlman, həm də xristian əhali tərəfindən ziyarət edilməsinə, dini sinkretizmə gətirib çıxarmışdır. Belə ki, Azərbaycanın alban dövründən qalma qədim inanc yerləri – Qəbələ rayonunda Komrad, Şeşpərbaba, Zaqatala rayonunda Pəriqala, Şəki rayonunda Kiş, Qax rayonunda Kürmük məbədi istər xristian, istərsə də müsəlman əhali tərəfindən eyni dərəcədə inanılaraq ziyarət edilir. Bu qədim alban məbədlərində dinlərin sinkretizmi müxtəlif formalarda müşahidə olunur.

Bu inanc yerləri içərisində müxtəlif dinlərdən olan minlərlə ziyarətçinin axışdığı Kürmük məbədi xüsusi yer tutur. Kürmük məbədi erkən orta əsrlərə aid qədim alban məbədinin qalıqları üzərində inşa edilmişdir. Arxeoloji qazıntılar nəticəsində 2006-cı ildə məbədin ərazisində qədim tikili qalıqları aşkarlanmışdır. Qazıntılar zamanı məbədin müxtəlif əsrlərdə bərpa işlərinə məruz qaldığı və onun erkən orta əsrlərə aid (III-V) alban məbədi olduğu ortaya çıxmışdır.

Bu arxeoloji məlumatı tarixi və etnoqrafik araşdırmalar da təsdiq edir. XIX əsrə aid

Page 25: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

25

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

gERÇƏKLİK

mənbədə Kürmük kilsəsi yaxınlığındakı qayalıqlarda oyulmuş qədim bir məbəd olduğu qeyd edilmişdir [1, s. 60-61]. Yerli əhali də əsas sitayiş yerinin məbəd ərazisindəki qədim alban kilsəsinin qalıqlarından ibarət qara daşların olduğunu söyləyir. Məbədin ərazisindəki qara qaya daşları həm xristian, həm də müsəlman əhali tərəfindən pir kimi ziyarət olunur.

Kürmük məbədində gürcü pravoslav kilsəsinin fəaliyyət göstərməsi XIX əsrdə Rusiya imperiyasının alban etnosunun və Alban kilsəsinin məhvinə yönəldilmiş dini siyasəti ilə bağlıdır. Rusiya sinodunun qərarı ilə 1836-cı ildə alban məbədlərinin fəaliyyətinin dayandırılmasından sonra xristian alban nəsilləri pravoslav və ya qriqoryan kilsəsinə getməyə məcbur buraxılmış, bununla da dini durumlarına uyğun olaraq erməniləşməyə və gürcüləşməyə məruz qalmışlar. Bu dövrdən etibarən imperiya məmurları Azərbaycanın şimal-qərb bölgəsində alban tayfalarının birbaşa varislərindən olan ingiloylar arasında pravoslav kilsəsinin nüfuzunu gücləndirməyə, bununla da onların öz etnik mənsubiyyətini unudaraq gürcüləşdirməyə yönəldilmiş siyasət aparmağa başlamışlar. Bu siyasət nəticəsində qədim alban məbədi Kürmükün yerində yeni gürcü pravoslav kilsəsi inşa edilmişdir. Burada kilsə 1873-cü ildə tikilmişdir [2]. Kilsənin məhz alban məbədinin yerində tikilməsinin səbəbi isə xalqın əsrlərdən bəri ziyarət etdiyi qədim inanc yerinə gəlişinin davamını təmin etmək və tədricən pravoslavlığa meyilləndirmək idi. Bundan sonra Kürmük məbədi müqəddəs Georgi kilsəsi adlandırılmağa başlasa da, yerli əhali yenə də buranı Kürmük məbədi, pir, ocaq adlandırmağa davam etmiş, burada müxtəlif qədim ayinlər icra etmişdir.

Kürmük məbədində ildə iki dəfə təbiətin şərəfinə icra edilən qədim ayin – “Kürmükoba bayramı”nın adı da təhrif edilərək “Müqəddəs Georgi günü” adı altında keçirilməyə cəhd göstərilir. Ətraf bölgələrdən Kürmükoba bayramını qeyd etməyə gələn gürcülər bu bayramı müqəddəs Georginin doğum günü şərəfinə müqəddəs gün kimi

qələmə verməyə çalışsalar da, yerli qaxlılar üçün bu bayram hər zaman Kürmükoba bayramı kimi qalmış və inancından asılı olmayaraq, hər kəs burada elliklə ibadət edib, qədim mərasim ayinlərini yerinə yetirmişlər.

Kürmükoba mərasimi zamanı yerli və ətraf bölgələrdən gələn xristian və müsəlmanların burada birgə qədim ayinlər icra etməsi mərasimin ibtidai köklərindən xəbər verir və vaxtilə burada mövcud olmuş qədim məbədin Xristianlıqdan öncə də sitayiş yeri olduğunu göstərir. Yerli əhalinin söylədiyinə görə, Kürmük məbədinin ərazisindəki hündür qayalıq keçmişdə Aya sitayiş yeri olub və mərasim ayinləri məhz bu yerdə həyata keçirilib.

Kürmükoba mərasimi məbədə doğru uzanan Komrad piri (Qəbələ)

Page 26: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

26

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

gERÇƏKLİK

hündür dağ yolundan başlayır. Məbədə aparan yolun ortasındakı nəhəng qara qaya parçası əsas sitayiş obyektlərindən biridir. Bayram zamanı bir sıra spesifik ayinlər icra olunur. İnsanlar niyyət edərək bu qədim daşların üzərində şam yandırır, ağaclara parçalar bağlayır, qurbanlar kəsirlər.

Hər il may və noyabr aylarının ilk həftəsinin son günü bu qədim qara daşlar yerli əhalinin ən böyük ziyarət yerinə çevrilir. Əhali ən hündür qayanın başına çıxaraq dualar edirlər. Bu qaya parçası ilə bağlı xalq arasında müxtəlif əfsanələr dolaşmaqdadır. Bir əfsanəyə görə, bu qaya parçasının yerləşdiyi ərazi hələ İsa peyğəmbərin (ə) sağlığında ibadət yeri olub. Peyğəmbər çarmıxa çəkiləndə isə buradakı qapılar daşa çevrilərək birdəfəlik bağlanıb. Bu əfsanədə Qafqaz Albaniyasının erkən Xristianlıq mərhələsinin izlərini görmək mümkündür.

Zərdüştlük elementlərini daşıyan başqa bir əfsanəyə görə isə, bu qara daşın içində qızıl xoruz yaşayır. İldə iki dəfə gecə göydən enən mələk qara daşın qapılarını aralayır. Səhər isə yenidən bağlayır. Səhərə qədər o mağaraya girə bilən adam xoşbəxtlik və ölümsüzlük qazanır. Xalq qara daş aralananda oradan qızıl xoruzun çıxa-cağına, kiminsə çiyninə qonacağına və ona xoşbəxtlik gətirəcəyinə inanır. Bu, Azərbaycan nağıllarındakı xoşbəxtlik simvolu - “şahlıq quşu” motivlərini də xatırladır. Hazırda bu inamın izləri ilə bayram ərəfəsində məbədin həyətinə xoruz buraxılır və səhər kəsilir.

Əvvəllər Kürmükoba mərasimi qaranlıq düşəndə tonqal ətrafında davam edərdi. Görünür, qədim əhali Ayın çıxmasını seyr etmək üçün mərasimi qaranlıq düşəndə də davam etdirirdi. Belə ki, axar suda əks olunan ay bütün türk coğrafiyasında həyat, artım, məhsuldarlıq simvolu kimi qəbul edilirdi [3, s. 136-139; 4, s. 74-75]. Görünür, Kürmük məbədinin Kürmük çayı üzərində tikilməsi də təsadüfi deyil və Ay kultunun izlərini daşıyır. Bu baxımdan, yerli əhalinin məhz sonsuzluğa qarşı ayinləri arasında Kürmük məbədinin mühüm yer tutmasının səbəbi aydın olur. Sonsuz qadınlar, xüsusilə baharda niyyət edib, Kürmük məbədinə uzanan dik dağ yolunu bəzən ayaqyalın çıxırlar. Yeri gəlmişkən qeyd edək ki, axar su ilə Ayın birlikdə sonsuzluğa qarşı bir vasitə kimi qəbul edilməsi inancına Qəbələ bölgəsində də rast gəlinir. XIX əsrdə Azərbaycanda sonsuz qadınların Ay işiğında axar sudan keçirildiyi məlumdur.

Antik mənbələr, həmçinin arxeoloji-etnoqrafik araşdırmalar da bu ərazidə vaxtilə Ay məbədinin olduğunu söyləməyə əsas verir. Strabon Xristianlığın qəbuluna qədər

Pəriqala (Zaqatala)

Page 27: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

27

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

gERÇƏKLİK

albanların Helios (Günəş), Zevs (Yer və Göyün tanrısı), xüsusilə İberiya yaxınlığında məbədinin yerləşdiyi Selenaya (Ay) sitayiş etdiklərini yazırdı [5, s. 477]. Strabonun İberiya yaxınlığında qeyd etdiyi Selena məbədinin yerləşdiyi ərazi Qafqaz Albaniyasının tarixi vilayəti olan və e.ə. I əsrdə İberiya sərhədində yerləşən Şəki vilayəti ilə üst-üstə düşür. Tarixi-etnoqrafik tədqiqatlardan da məlum olur ki, Qafqaz Albaniyasının şimal-qərb bölgəsini əhatə edən və mühüm siyasi-inzibati mərkəzlərdən olan Şəki vilayəti ay məbədləri ilə zəngin olmuşdur. Müasir Azərbaycanın şimal-qərbini – Şəki-Zaqatala bölgəsini əhatə edən bu ərazidə hazırda da Ay kultunun izləri qalmaqdadır. Bölgədəki e.ə. III minilliyə aid arxeoloji abidələrdən aypara fiqurlu qəbir örtüklərinin aşkar edilməsi burada Ay kultu ilə bağlı inancların çox qədim dövrlərdən bəri mövcud olduğunu təsdiqləyir [6, s. 85]. Bu bölgədə Komrad, Armatay, Kürmük, Kiş kimi məbədlər ilkin təyinatına görə albanların sitayiş etdikləri ilahi üçlüyün – Göy, Günəş və Ay tanrıları şərəfinə tikilmiş, sonralar Xristianlıq ayinlərinin keçirildiyi ibadətgaha çevrilmişdir. Arxeoloji-etnoqrafik tədqiqatlar təsdiq etmişdir ki, Armatay, Kürmük, Kiş məbədləri, Qum bazilikası, Ləkit kilsəsi (V – VI əsrlər) kimi erkən Xristianlıq abidələrinin bir çoxu əvvəllər dini mərasimlər keçirilən köhnə məbəd qalıqlarının yerində inşa edilmişdir [7; 8; 9, s. 171; 10; 11, s. 29-30; 12, s. 20].

Xristianlığın Albaniyada yayılması və tədricən dövlət dininə çevrilməsilə qədim sitayiş yerlərində xristian məbədləri tikilsə də, xalq qədim inanclarını klassik ideologiyaların tərkibində yaşatmışdır. Yerli əhali arasında alban tayfalarının qədim inanclarının izləri müxtəlif formalarda qorunub saxlanılmaqdadır. XIX əsr müəllifləri bölgə əhalisinin Xristianlıq və İslamı qəbul etsələr də, daha çox ibtidai dinlərə yaxın olduğunu, həmçinin Kürmük bayramında dini ayinlərlə yanaşı, qurbankəsmə mərasimini icra etdiyini bildirmişlər [13, s. 21-22].

Hazırda Kürmükoba mərasiminə həm Xristianlıq, həm də İslam elementləri daxil edilsə də, bu bayramda qədim inancların qalıqları, təbiət ayinləri özünü daha çox büruzə verir. Həmin bayram, əslində qədim dövrlərdən bəri təbiət ayini, Kürmük çayı ilə bağlı olmuşdur. Mərasimin aprel və noyabr, yəni çayın daşma mövsümündə keçirilməsi Kürmük məbədinin, həmçinin Kürmükoba mərasiminin öz adını bölgənin həyat mənbəyi olan gur sulu çayından götürdüyünü söyləməyə əsas verir. Kürmük çayı bəzən dağıdıcı da ola bildiyi üçün yerli əhali arasında onun gücünə inam yaranmış, buna görə də ildə iki dəfə bu çayın şərəfinə mərasim icra olunmuşdur. Kürmükoba ifadəsindəki “oba” kəlməsi isə bu bayramın lokal xarakterini ifadə edir, yalnız bu obanın, yəni Kürmük çayı bölgəsini əhatə edən obanın, elin bayramı mənasını ifadə edir. Kiş məbədi (Şəki)

Page 28: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

28

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

gERÇƏKLİK

Yerli əhali bu bayramı bəzən Hereteoba da adlandırır [14, s. 14-17]. Tarixi mənbələrdən məlum olduğu kimi, Hereti vilayəti Qafqaz Albaniyasının şimal-qərbində yerləşirdi və Alazan, İori çayları hövzəsini əhatə edirdi. Yəni tarixi alban vilayəti olan Hereti Kürmük məbədinin və Kürmük çayının da daxil olduğu ərazidə yerləşirdi. Hereti xoronimi erkən orta əsrlərdə Alban tayfa ittifaqının mühüm etnoslarından biri olmuş hər tayfalarının adı ilə bağlıdır. Hereti Alban tayfa ittifaqına daxil olan gel, qat və herlərin məskunlaşdığı ərazi olmuşdur. Araşdırmalarımız təsdiq etmişdir ki, Qafqaz Albaniyasının Hereti vilayətində məskunlaşmış her və qat tayfaları erkən orta əsrlərdə Ərəb-Xəzər-İran müharibələrindən qorunmaq üçün Tufan dağı, Şahdağ kimi əlçatmaz dağlara çəkilərək burada yeni məskənlər salmışlar və bu gün Şahdağ ətrafında yaşayan xınalıq, qrız, hapıtların əcdadlarıdırlar. Gellər isə hazırda da tarixi Hereti bölgəsində məskunlaşan ingiloyların əcdadlarıdır. Həqiqətən də hazırda Kürmükoba mərasimi ingiloylar arasında daha geniş keçirilir. Bayramın Hereteoba adlandırılması isə onu göstərir ki, əslində bu qədim alban vilayəti olan Hereti əhalisinin bayramıdır və bu bayram Qafqaz Albaniyası dövründən bəri keçirilir.

Yuxarıda da qeyd etdiyimiz kimi, öz tarixi yaddaşına sadiq qalan əhali Kürmükoba bayramında Aya, Günəşə sitayişin, həmçinin dağ kultu, su kultu, ağac kultunun izlərini daşıyan bir sıra qədim ayinləri icra edir, ağaclara əski parçaları bağlayıb, qayaların üzərində şamlar yandıraraq niyyət edir, məbəd həyətində mütləq xoruz və ya toyuq, hətta qoyun kəsirlər. Tarixi-etnoqrafik tədqiqatlardan məlum olur ki, XIX-XX əsrin əvvəllərinədək Azərbaycanın Gəncə, Lənkəran, Qəbələ kimi bir sıra bölgələrində ziyarətgahlarda xoruz və ya toyuq kəsilməsi ənənəsi Qafqaz Albaniyası dövründən bəri mövcud olmuşdur [15, s. 24-25; 16, s. 40]. Ümumiyyətlə, azərbaycanlıların qədim mərasim ayinlərində, xüsusilə

Kürmük məbədi (Qax)

Page 29: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

29

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

gERÇƏKLİK

toy mərasimlərində xoruz mühüm yer tutur. Xoruzun oğuz qəbilələrində də zoomorfik totemlərdən biri olduğu tədqiqatlarda ortaya qoyulmuşdur [3, s .32]. Kürmükoba bayramı zamanı məbədin ərazisinə hətta qurbanlıq qoyun da gətirib kəsər, ondan xaşlama adlanan mərasim yeməyi də bişirib elliklə yeyərlər ki, bu da dinlərin sinkretizminin bir əlamətidir.

Beləliklə, dini mənsubiyyətindən asılı olmayaraq, geniş xalq kütlələrinin elliklə bu bayramda iştirakı və qurbankəsmə ayini icra etməsi Kürmükoba bayramının qədim, ibtidai kökləri olan bir mərasim olduğunu sübut edir. Tarixi zaman içərisində Kürmük çayının şərəfinə keçirilən, Ay və su kultu ilə bağlı qədim məhsuldarlıq ayinin izlərini daşıyan Kürmükoba bayramı öz ilkin mahiyyətini itirməmiş, yerli əhali Kürmükoba bayramında kökü qədim alban mədəniyyətinə dayanan Azərbaycan ənənələrini yaşatmağa nail olmuş, tarixin ən erkən mərhələlərində meydana gələn qədim dünyagörüşlərini əsrlərin süzgəcindən keçirərək qoruya bilmişdir.

ƏDƏBİYYAT

1. Сборник материалов для описания местностей и племен Кавказа, вып. 31. Тифлис: 1902.

2. Əzimov H., Əhmədov Ş. Qax abidələri. Bakı: 1998.

3. Seyidov M. Azərbaycan mifik təfəkkürünün qaynaqları. Bakı: 1983, 326 s.

4. Kalafat Y. Doğu Anadoluda Eski Türk İnançlarının İzleri. Ankara: 2005.

5. Страбон. География, кн. XI, гл.4.

6. Ахундов Т. Северо-западный Азербайджан в эпоху энеолита и бронзы. Баку: Элм, 2001, 331с.

7. Керимов В. Храм Зейзит Кавказской Албании. Баку: Элм, 2008.

8. Карахмедова А.А. Христианские памятники Кавказской Албании. Баку: 1985.

9. Гейбуллаев Г. К этногенезу азербайджанцев. Баку: 1994.

10. Ахундов Д.А. Архитектура древнего и раннесредневекового Азербайджана. Баку: Азербайджан-ское Государственное издательство, 1986.

11. Барановский П.Д. Памятники в селениях Кум и Лекит. Архитектура Азербайджана /Эпоха Низа-ми/ М.-Б.: 1947.

12. Геюшов Р.Б. Христианство в Кавказской Албании. Б.: 1984.

13. Фон-Плотто А. Природа и люди Закатальского округа // Сборник сведений о кавказских горцах, том 4. Тифлис: 1870.

14. Керимов Э. Ингилойцы - потомки древних албанцев // Журнал «Ирс», № 4. Баку: 2007.

15. Ямпольский З.И. Древняя Албания III-I вв. до н. э. Баку: Издательство Академии Наук Азер-байджанской ССР, 1962, 394 с.

16. Мещанинов И.И. Пиры Азербайджана. Баку: 1929.

Page 30: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

30

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

gERÇƏKLİK

Махаббат ПашаеваХРАМ КЮРМЮК – СИМВОЛ РЕЛИГИОЗНОГО

СИНКРЕТИЗМА В АЗЕРБАЙДЖАНЕ

РЕЗЮМЕ

В данной статье речь идёт о храме Кюрмюк, который расположен в Гахском районе Азербайджана. Отмечается, что в ходе распространения христианства в Кав-казской Албании и превращения его в государственную религию, здесь строились христианские храмы в местах дохристианских верований, и жители страны, следуя своему древнему вероисповеданию, продолжали называть эти молельни «очагом», «пиром», совершая здесь обряды, вклинивая элементы своей домонотеистической веры в классическую идеологию. Кюрмюкский храм также является одним из тех албанских сооружений раннего средневековья, который был построен на месте од-ного из древних храмов Луны.

На основании исторических фактов, автор приходит к заключению, что мест-ное население региона также увековечило общеазербайджанские традиции, бази-рующиеся на матрице древней албанской культуры, и несмотря на испытания ве-ками, сумело сохранить древнее мировоззрение, сформированное на самых ранних этапах истории Азербайджана.

Mahabbat PashayevaTHE KURMUK TEMPLE AS AN EXAMPLE OF RELIGIOUS

SYNCRETISM IN AZERBAIJAN

SUMMARY

This article deals with the temple of Kurmuk which is located in Gakh region of Azerbaijan. It is noted that in the course of the spread of Christianity in the Caucasus Albania and its transformation into a state religion, Christian churches were built here, at the site of pre-Christian beliefs, and the inhabitants of the country, following their ancient religion, continued to call these prayer houses «ojag» (a holy place), «pir» (a sacred place), performing here rites and including elements of their pre-monotheistic beliefs into classical ideology. Kurmuk temple is also one of the early medieval Albanian structures which was built at the site of the one of the ancient Moon temples.

Based on historical facts, the author comes to the conclusion that the local population of the region perpetuated Azerbaijani traditions based on the matrix of the ancient Albanian culture, and in spite of trials of centuries, managed to keep the ancient outlook formed in the very early stages of the history of Azerbaijan.

Page 31: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

31

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

CƏMİYYƏT VƏ DİN

İSLAM BAXIMINDAN İMAN VƏ SALEH ƏMƏL

Vüqar HÜMMƏTOV,Azərbaycan Respublikası Dini

Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin baş məsləhətçisi

AÇAR SÖZLƏR: İslam, əxlaq, saleh əməl, hədis. КЛЮЧЕВЫЕ СЛОВА: Ислам, нравстенность, добродетель, хадис. KEY WORDS: Islam, morality, goodness, hadith.

İslam əxlaqa böyük önəm vermişdir. Sonuncu səmavi dinin əsas qayələrindən biri də insanı gözəl əxlaq sayəsində kamilləşdirməkdir. İslamda Allaha inanıb, saleh əməllər işləməyin məqsədi bəşər övladını pisliklərdən çəkindirmək və onlara yüksək əxlaqi keyfiyyətləri aşılamaqdır.

Dini termin kimi saleh əməl Allah və Rəsulunun (s) əmr və qadağalarına uyğun olan və onu yerinə yetirənə savab qazandıran faydalı işdir. Uca Yaradan Qurani-Kərimin əksər ayələrində möminlərə yaxşı əməl işləməyi buyurmuşdur: “(Biz Davuda belə buyurduq:) “Geniş, uzun (insanın bədənini örtən) zirehlər düzəlt, (onları) toxuduğun zaman ölçüyə riayət et! (Zirehin həlqələri bir-birinə uyğun gəlsin, biri böyük, biri kiçik olmasın!) Və (siz də ey Davud ailəsi!) yaxşı işlər görün. Həqiqətən, Mən sizin etdiyiniz əməlləri görürəm!” (Səba, 11).

Qurani-Kərimə diqqət yetirdikdə Allahın razı qaldığı hər söz, hərəkət və ibadətin saleh əməl olduğunu görərik. Namaz, oruc, zəkat və həcc kimi ibadətlər saleh əməl olduğu kimi, yaxşılığı buyurub, pis işlərdən çəkindirmək, cəmiyyətə faydalı olmaq, Quran və hədislərə uyğun yaşamaq və s. işlər də saleh əməllərdəndir.

“İman” kəlməsi ərəb dilindən tərcümədə “təsdiq etmək” mənasını verir. Dini termin kimi isə Allahın varlığını və birliyini, Həzrət Məhəmmədin (s) peyğəmbərliyinə, həmçinin də Qurani-Kərimin haqq kitab olduğuna inanaraq təsdiq etmək anlamındadır. İmanın məkanı qəlbdir. Onun qəlbə aid saleh əməl olması və Həzrət Nuhun (ə) oğlunun Allahı inkar etməklə pis iş görməsi barəsində Müqəddəs Kitabımızda buyurulur: “(Allah) buyurdu: “Ey Nuh! O sənin ailəndən deyildir. Çünki o (küfr etməklə) pis bir iş görmüşdür. (Və ya sənin Məndən onu xilas etmək xahişin yaxşı iş deyildir). Elə isə bilmədiyin bir şeyi Məndən istəmə. Sənə cahillərdən olmamağı tövsiyə edirəm (məsləhət görürəm)” (Hud, 46).

Quran-Kərimdə saleh əməl iman mənasında küfr kəlməsinin ziddi kimi də ifadə edilib: “Küfr edənin küfrü öz əleyhinə olar (qazandığı günaha görə Cəhənnəmə

Page 32: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

32

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

CƏMİYYƏT VƏ DİN

atılar). Yaxşı iş görənlər isə özləri üçün (Cənnətdə) rahat mənzillər hazırlamış olarlar ki, (Allah) iman gətirib saleh əməl edənlərə Öz lütfündən (Öz kərəmindən) mükafat versin. Şübhəsiz ki, (Allah) kafirləri sevməz! (Rum, 44-45).

Quranda iman ilə saleh əməl arasında elə sıx əlaqə qurulmuşdur ki, əksər ayələrdə hər iman kəlməsindən sonra saleh əməl ifadəsi işlənmişdir. İslam mütəfəkkirləri iman-əməl birliyi haqqında fərqli fikirlər irəli sürmüşlər. Alimlərin bir qisminə görə, əməl imanın şərti olmasa da, faydasız işlərin imanı zəiflədərək yox etməsi labüddür. Onların fikrincə, iman gözəl işlərlə bəslənməlidir. Digərlərinə görə isə, yaxşı əməl imanın bir parçasıdır və gözəl əməli olmayan şəxsin əsl mömin olmayacağı vurğulanmışdır.

Müqəddəs Kitabımızda iman edərək saleh əməl işləyənlərdən ayrı-ayrılıqda da bəhs edilmişdir. Əgər iman ilə əməl eyni olsaydı və ya əməl imanın bir hissəsi sayılsaydı, onlardan ayrı-ayrılıqda söhbət açılmazdı.

Bir işin saleh əməl hesab edilməsi üçün onu yerinə yetirən şəxsin mömin olması şərtdir. Allaha inanmayan şəxsin yerinə yetirdiyi gözəl, faydalı işlər saleh sayılmaz. Bu haqda Qurani-Kərimdə deyilir: “Bu gün pak nemətlər sizə halal edilmişdir. Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə kitab əhlinə halaldır. Möminlərin, həmçinin sizdən əvvəl kitab verilmişlərin (yəhudilərin və xaçpərəstlərin) azad və ismətli (özlərini zinadan və nəfslərini haram şeylərdən qoruyan) qadınları mehrlərini verdiyiniz, namuslu olub zina etmədiyiniz və aşna saxlamadığınız təqdirdə (evlənmək üçün) sizə halaldır. İmanı dananın bütün işləri boşa çıxar və o, axirətdə zərər çəkənlərdən olar!” (Maidə, 5).

Digər bir ayədə isə onların aqibəti barəsində buyurulmuşdur: “Rəbbini inkar edənlərin (dünyadakı yaxşı) əməlləri fırtınalı bir gündə küləyin sovurub apardığı gülə bənzəyir. Onlar (dünyada) etdikləri əməllərdən heç bir fayda (savab) əldə edə bilməzlər. Budur (haqq yoldan) azıb uzaqlaşmaq! (Doğru yoldan uzaq düşməyin aqibəti belədir. Bir də haqq yola qayıtmaq çətindir!)” (İbrahim, 18).

Allah insanı boş yerə xəlq etməmiş və onu bir sıra məsələlərdə mükəlləf qılmışdır. Elə bunlara görə də, ölümü və dünya həyatını bir sınaq kimi yaratmışdır. İnsanın bu imtahandan uğur qazanması iman edərək xeyirli işlər görməsinə bağlıdır. Saleh əməllər, eyni zamanda imanın güclənməsi və əxlaqın gözəlləşməsinə səbəb olar. İbadətlə bəslənən imanın meyvəsi gözəl əxlaqdır. İbadətlərinə davam edən şəxsin qəlbində iman nuru parlayar, Allah qorxusu güclənərək insanlar qarşısında da cavabdehlik hissləri artar. Allaha iman edən Onu sevərək əmrlərini zövqlə və qeyd-şərtsiz yerinə yetirər. Saleh əməllər öz faydasını fərdlər arasındakı münasibətdə də göstərər. Həm də insan gözəl iş görməklə özünə də fayda vermiş olar: “(Allah yolunda, haqq uğrunda) cihad edən ancaq özü üçün cihad edər (cihadın savabı onun özünə yetişər). Allah aləmlərə (mələklərə, insanlara və cinlərə) əsla möhtac deyildir. (Onların ibadətlərinin Allaha nə bir xeyri, nə də bir zərəri var. Etdikləri əməllərin savabı da, günahı da yalnız özlərinə aiddir)” (Ənkəbut, 6).

Page 33: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

33

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

CƏMİYYƏT VƏ DİN

İman edib yaxşı işlər görən, haqq yolundan azmayan və səbri bacaran insan həm də axirət əzabından qurtaracaqdır: “Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa! (Belələri Cənnətə nail olub əbədi səadətə qovuşanlardır!)” (Əsr, 3). Digər bir ayədə isə iman edib, yaxşı işlər görənlərə cənnətdə mükafat veriləcəyi bildirilib: “İman gətirib saleh əməllər işləyənləri isə (ağacları) altından çaylar axan, içində əbədi məskunlaşacaqları Cənnət bağlarına daxil edəcəyik. Onlar üçün orada pak zövcələr vardır. Biz onları sıx kölgəliklərdə yerləşdirəcəyik” (Nisa, 57).

“Kəhf” surəsinin 46-cı ayəsində insanın dünya nemətlərindən ən çox sevdiyi iki nemətə diqqət çəkilərək, bunların dünyanın bəzəyi və zinəti olduğu bildirilmiş, lakin bu nemətlərin də dünya həyatı kimi fani olduğu, insana axirətdə yoldaşlıq edənin isə yalnız iman ilə faydalı əməllər olacağı vurğulanmışdır.

Rəsulullah (s) da bir çox hədislərində müsəlmanları iman gətirib, saleh işlər görməyə təşviq etmişdir. Belə ki, Həzrət Məhəmməd (s) hədislərində saleh əməllərin insanla axirətədək yoldaşlıq edəcəyini, axirət həyatına isə yalnız imanla birlikdə yaxşı işlərin gedəcəyini vurğulamışdır: “İnsanı qəbirə qədər üç şey təqib edər: ailəsi, malı və əməlləri. Bunlardan ikisi - ailəsi və malı geri qayıdar, üçüncüsü, yəni əməlləri isə onunla birlikdə qalar” (“Səhihi-Buxari”).

Həzrət Məhəmməd (s) digər bir hədisində isə edilən hər yaxşı əməlin insan öldükdən sonra da ona savab qazandıracağını müjdələmişdir: “Möminlər həyatda ikən etdiyi yaxşı əməllərdən öldükdən sonra da savab qazanarlar. Onların öyrətdiyi elm, yetişdirdiyi saleh övlad, ondan miras qalan bir kitab (mushaf), tikdirdiyi məscid, səfərdəkilər üçün inşa etdirdiyi bina və su çeşməsi həyatda olarkən onlar üçün bir sədəqədir. Lakin onlar bu əməllərdən dünyadan köçdükdən sonrada da savab qazanmağa davam edərlər” (“İbn Macə”).

Bir işin saleh əməl hesab edilməsi ona xoş niyyətlə başlanması ilə bağlıdır. Bu səbəblə də əməlin saleh olması onun şirk və riyakarlıqdan uzaq, Allahın razılığını qazanmaq

Page 34: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

34

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

CƏMİYYƏT VƏ DİN

üçün edilməsindən asılıdır. İbadətlər yalnız namaz və Allahı zikr etməkdən deyil, həm də Rəbbimizin razılığını qazanmağımız üçün edilən gözəl əməllərdən ibarətdir. Yəni insan Allahın əmr və qadağalarına riayət etməklə, həm də ibadət etmiş sayılır. Elə buna görə də, bəzi İslam mütəfəkkirləri “Gözəl niyyət, adətləri ibadətə çevirir”, - demişlər. Allahın razılığının əksinə olan hər inanc, söz və davranışlar çirkin əməllər hesab edilmişdir.

Allah və Rəsulunun (s) razılığına uyğun, şüurlu şəkildə edilən hər davranış saleh əməl hesab olunur. Uca Yaradana inandıqdan sonra qüsursuz işlər görən şəxslər isə “salehlər” adlanır. Bir insanın saleh olması üçün onun Allaha və Rəsuluna (s) itaət etməsi vacibdir. Qurani-Kərimdə əməli saleh insanlar cənnətlə müjdələnmişdir: “İman gətirib yaxşı işlər görənləri salehlər zümrəsinə daxil edəcəyik! (Onlar Cənnətin yüksək təbəqələrində sakin olacaqlar!)” (Ənkəbut, 9).

Bir gün gələcək bizlərə əmanət kimi bəxş edilən ömür neməti sona çatacaqdır. Lakin imanımız və gözəl əməllərimiz əbədiyyən qalacaqdır. Cəmiyyətə faydalı olmaq üçün Allahdan yardım istəməyi unutmamalıyıq. Necə ki, Həzrət Süleyman (ə) gözəl işlər görmək üçün Allahdan yardım istəmişdir: “(Süleyman qarışqanın) bu sözündən gülümsəyib dedi: “Ey Rəbbim! Mənə mənim özümə və ata-anama ehsan buyurduğun nemətə şükür etmək, Sənin razı qalacağın yaxşı iş görmək üçün ilham (qüvvət) ver! Və məni öz mərhəmətinə saleh bəndələrinin zümrəsinə daxil et!” (ən-Nəml, 19).

Təsəvvür edək ki, iman bir ağacdır, saleh əməl də onun yarpaqları, çiçəkləri və meyvələridir. Allah-Təalanın bizdən istədiyi o ağacı ən gözəl şəkildə yetişdirməyimizdir. Bunun üçün lazım olan suyu, torpağı, havanı və digər nemətləri bizə bəxş edən də Odur. Əgər Yaradana şirin meyvələri olan bir ağac təqdim etmək imkanımız varsa, hansımız Ona quru bir ağac təqdim etmək istəyər?..

ƏDƏBİYYAT1. Qurani-Kərim (ərəb dilindən tərcümə edənlər: Z.M.Bünyadov və V.M.Məmmədəliyev). Bakı: Qismət, 2006. 2. Doç. Dr. İsmail Karagöz. Kürsüden öğütler. Ankara: 2007.3. Namiq Abuzərov. 40 hədis tərcümə və şərhi (Türkiyə türkcəsindən tərcümə edən Tağı Tağıyev). Bakı: Xəzər

nəşriyyatı, 2010.4. Seyfettin Yazıcı. Temel dini bilgiler. Ankara: 2003. 5. Dr. Receb Kılıç. Ayet ve hadislerin ışığında İslam ahlakı. Ankara: 1994.6. Prof. Dr. Yaşar Kandemir. Örneklerle İslam ahlakı. Üsküdar: 2000.

Page 35: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

35

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

CƏMİYYƏT VƏ DİN

Вугар ГумбетовВЕРА И ДОБРОДЕТЕЛЬ С ТОЧКИ ЗРЕНИЯ ИСЛАМА

АННОТАЦИЯ

В статье говорится о благих деяниях и добродетели. Отмечается, что добро-детель является плодом веры в Бога. Автор приводит аяты из Корана, которые упо-добляют добрые деяния неверующих в земной жизни пеплу, развеянному сильным и бушующим ветром. Также, согласно Корану, благие дела верующих будут возна-граждены в ином мире.

В заключении статьи излагаются мысли о тленности земной жизни и важно-сти совершения благих деяний для достижения вечной жизни.

Vugar HummatovFAITH AND VIRTUE FROM ISLAMIC VIEWPOINT

ABSTRACT

The article deals with good deeds and virtues. It is noted that virtue is the fruit of the faith in God. The author cites verses from the Quran, which resemble the good deeds of unbelievers to the ash dispersed by strong and wild wind. Also, according to the Quran, believers will be rewarded for their good deeds in the next world.

In conclusion, the thoughts on temporality of this life and importance of committing good deeds to achieve eternal life are stated.

Page 36: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

36

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

CƏMİYYƏT VƏ DİN

İSLAM HÜQUQUNDA ƏSƏBƏ VARİSLİYİ

Aliyə MÜRSƏLOVA, Bakı Dövlət Universitetinin İlahiyyat

fakültəsinin əyani doktorantı, [email protected]

AÇAR SÖZLƏR: vərəsəlik, miras, varis, hüquq, İslam. КЛЮЧЕВЫЕ СЛОВА: наследование, наследство, наследник, право, Ислам. KEY WORDS: inheritance, heritage, heir, law, Islam.

Ərəb dilindən tərcü-mədə əsəbə “bir şeyi başqa şeyə bağlamaq, əhatə etmək, ətrafına dolamaq” deməkdir. İslam hüququnda əsəbə adı verilən varislərə mirasdakı payı barədə Qurani-Kərim və sünnədə məlumat ol-mayan, lakin müəyyən pay sahibi varislər öz haqlarını aldıqdan sonra yerdə qalan mirasın hamısını alan qohumlar daxildir. Əsəbə yolu ilə varisliyin dəlili İbn Abbasdan nəql olunan və Peyğəmbərə (s) isnad edilən “Hissə sahiblərinə hissələrini verin, yerdə qalan ən yaxın qohumunundur” rəvayətidir. Fiqh kitablarında mirasla əlaqəli məsələlərdə və ya müstəqil fəraiz (miras) kitablarında əsəbə yolu ilə varislik “babul-əsəbə”, “babul-əsəbət” və ya “babut-təsib” başlığı altında keçir.

Əsəbə yolu ilə varisliyə dəlil olaraq? “Nisa” surəsinin 33-cü ayəsi [1] göstərilir [2, c. II, s. 183-185]. Eyni surənin 11-ci ayəsinə [1] əsasən isə ölənin oğlu və atası bir yerdə olduqda atanın əshabul-fəraiz, oğlun isə əsəbə qismində varis olacağı, əsəbəlikdə oğlun və oğlun oğlunun atadan öndə gəldiyi deyilir [3, c. VIII, s. 109; 4, c. XXIX, s. 174, 189; 5, c. IX, s. 19, 20]. Həmçinin, doğma və atabir qardaşların əsəbə vasitəsi ilə bağlı “Nisa” surəsinin 176-cı ayəsi [1] dəlil göstərilir [5, c. IX, s. 6-7; 6, c. I, s. 79].

Əsəbəyə daxil olan qohumlar öz aralarında üç qrupa bölünürlər [7, s. 234-236, 261-262; 8, s. 258-259]. “Əsəbə bi nəfsihi” adlanan birinci qrupa vəfat edənlə bilavasitə əsəbə olan və aralarına qadın qohum girməyən kişi qohumlar daxildir [4, c. XXIX, s. 138]. Bunların ən üstünü ölənin oğullarıdır. Ana-atabir və ya atabir bacıları ölənin qızları ilə birlikdə əsəbənin ikinci qrupunu təşkil edir və “əsəbə bi qeyrihi” (başqası vasitəsi ilə əsəbə) sayılır. “Əsəbə məa qeyrihi” adlanan üçüncü qrupa isə başqa bir qadına görə

Page 37: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

37

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

CƏMİYYƏT VƏ DİN

əsəbə olan qohumlar daxildir. Onların əsəbə olmasına vasitəçilik edən qadın özü isə əsəbə sayılmır. “Əsəbə məa qeyrihi” olan qadınlar ana-atabir və ya atabir bacılardır. Bunların əsəbə olmasına vasitəçilik edənlər isə ölənin qızları və oğlunun qızlarıdır.

Əsəbə arasındakı üstünlük dərəcəsi 1-ci qrup aşağıdakı dörd sinfə bölündükdən sonra müəyyən edilən əsaslara görədir [8, s. 258]:

1) vəfat edənin füruu (alt soy). Ölənin oğulları və onlardan törəmə (oğuldan oğula olmaq şərti ilə) nəvə-nəticələri;

2) vəfat edənin üsulu (üst soy). Ölənin atası, babası, babasının atası və s. şəklində davam edən kişi qohumlar;

3) vəfat edənin atasının füruu [9, s. 315-317]. Bunlar ölənin ata-anabir qardaşları və onların oğulları... və ya atabir qardaşlarıdır.

4) babanın füruu. Bunlar ölənin əmiləri, əmioğulları, onların oğulları şəklində davam edən kişi qohumlardır.

Bu sıralamaya əsasən, 1-ci sinif qohumlar olduğu halda 2-ci, 3-cü, 4-cü sinif və ya eyni şəkildə, 2-ci sinif qohumlar olduğu halda 3-cü və 4-cü sinif qohumlar mirasa sahib ola bilməzlər.

“Əsəbə bi nəfsihi” varisliyinin şərtləri belədir:

a) Əshabul-fəraiz qohumlarından (bunlar Quran və sünnədə mirasdan alacaqları pay müəyyən edilmiş şəxslərdir: ata, baba, anabir qardaş, qız, oğlun qızı, ana, nənə, ana-atabir bacı, atabir bacı, anabir bacı, ər və arvad) sonra varis olmalıdır [10, c. XVI, 242];

b) tərikənin (ölən adamdan miras qalmış maddi şeylər) hamısına tək cəhətdən varis ola bilməlidir [11, c. IX, s. 256-257];

c) kişi olmalıdır [4, c. IV, s. 110];

d) Murisə (miras qoyana) qadın yox, kişi telləri ilə bağlı olmalıdır [12, c. XVI, s. 101];

e) murisə uzaq olan əsəbə qohumları həcb edə bilməlidir (varis bəzi hallarda digər varisləri mirasdan qismən və ya tamamilə məhrum edir ki, buna həcb deyilir. Məsələn, ölənin atası sağdırsa qardaşları mirasdan tamamilə məhrum olurlar) [4, c. XXIX, s. 138];

f) əsəbə kişi qohum vasitəsilə murisə qohumluğu çatan şəxs onunla bir yerdə varis ola bilməz [6, c. I, s. 75; 13, c. IV, s. 95];

g) Əshabul-fəraiz qohumlarından hissə qalmasa, varis ola bilməz [13, c. IV, s. 99];

“Əsəbə bi qeyrihi” [7, s. 266] qrupuna daxil olan qohumlar tək olduqda tərikənin yarısını, birdən çox olduqda üçdə ikisini, qardaşları ilə bərabər olduqda ikili-birli hissə alırlar. Yalnız bir şərt mövcuddur: ayrı olduqları təqdirdə əshabul-fəraiz sayılırlar. “Əsəbə

Page 38: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

38

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

CƏMİYYƏT VƏ DİN

bi qeyrihi” varisliyə övladların varislikləri ilə bağlı ayə (Nisa, 11) və ata tərəfdən bacı-qardaşların varislikləri ilə bağlı ayə (Nisa, 176) dəlil götürülür [1] və başqası vasitəsilə əsəbəlik qadınların öz başlarına əsəbə ola bilməmələri və bunun üçün kiməsə möhtac olmaları ilə izah edilir [14, s. 34]. Alimlərin əksəriyyətinə görə, “əsəbə bi qeyrihi” varisliyi tək olduqda pay alan qadınlar üçün keçərlidir, tək olduqda pay düşməyən qardaşqızı, xala, əmiqızı kimi qadın qohumlar öz dərəcələrində olan kişilərlə “əsəbə bi-qeyrihi” ola bilməzlər [3, c. VIII, s. 115]. “Əsəbə bi qeyrihi” özü də 4 qrupa ayrılır:

1) ölənin öz qızı (səlbiyyə) – qardaşı ilə bərabər 2-li 1-li pay alırlar.

2) vəfat edənin oğlunun qızı (bintul-ibn, ibniyyə) – ölənin oğlunun oğlu ilə bərabər 2-li 1-li pay alırlar.

Page 39: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

39

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

CƏMİYYƏT VƏ DİN

3) vəfat edənin ana-atabir bacısı – ölənin ana-atabir qardaşı ilə birlikdə əsəbə olub, fərz sahiblərindən sonra yerdə qalan malı 2-li 1-li bölüşürlər.

4) atabir bacı – ölənin atabir qardaşı ilə birlikdə əsəbə olur.

Bunların varisliklərinə aid nümunələri aşağıda cədvəllər formasında verə bilərik:

Bununla yanaşı, Hənəfi məzhəbinə görə, murisin oğlunun qızları iki qız övladı ilə bərabər, varis çıxdıqda öz dərəcələrində və ya daha aşağı dərəcədə oğlunun oğulları yoxdursa, varis ola bilmirlər. Lakin belə bir vəziyyətdə oğlun qızları ilə birlikdə murisə daha uzaq olan bacılar və ya əsəbə kişi qohumlar varis ola bilirlər [2, c. II, s. 85; 4, c. XXIX, s. 141; 6, c. I, s. 88; 11, c. IX, s. 271]. Məsələn, vəfat edənin iki qızı, oğlunun iki qızı və atasının əmisi oğlu varsa, iki qız mirasdan 2/3 aldıqdan sonra qalan 1/3 murisin atasının əmisi oğluna veriləcək.

Bunlardan başqa, vərəsəlikdə “ibnul-məşum” və “ibnul-mübarək”, yəni “uğursuz” və “uğurlu” oğul ifadələri də var. “İbnul-məşum” (uğursuz oğul) murisin oğlunun onun qızının “əsəbə bi qeyrihi” olması səbəbilə əshabul-fəraizdən olan qohumlarının hissələrini aldıqdan sonra özünə hissə çatmayan halıdır. Məsələn, ölənin qızı, oğlunun qızı, oğlunun oğlu, ana, ata və əri olduqda murisin qızı tərikənin yarısını, ana və atası tərikənin 1/6-ni, əri 1/4-ni alacaq. Tərikənin 12X hissəsindən qız 1/2-i olan 6X hissə, ana və ata tərikənin 1/6-i olan 2X hissə, əri də tərikənin 1/4-i olan 3X hissə alacaq. Lakin tərikə qeyd olunan hissələrə çatmayaraq 13X-ə övl olunur (övliyyə - miras bölgüsündə əshabul-fəraizin tərikədən alacaqları payların cəmi ortaq məxrəcdən çox çıxdıqda payların cəmindən əldə olunan rəqəm ortaq məxrəc qəbul edilərək mirasçıların hissələri müəyyənləşdirilir). Oğlun qızı oğlun oğlu ilə “əsəbə bi qeyrihi” olması səbəbi ilə tərikədən hissə çatmadı.

“İbnul-mübarək” (uğurlu oğul) məsələsində isə ölənin iki qızı ilə oğlunun qızı, oğlunun oğlu və ya daha aşağı dərəcədə oğlun oğlu olduğu halda oğlun oğlu oğlun qızını “əsəbə bi qeyrihi” edərək varis olmasına səbəb olur.

“Əsəbə məa qeyrihi” (3-cü qrup) isə başqa bir qadınla bir yerdə olduqları zaman əsəbə olan qadınlardır. Yəni ölənin ana-atabir və ya atabir bacılarının, qız övladları və ya onlar olmadıqda oğlunun qızları ilə birlikdə olduqda tərikənin qalanını almaları “əsəbə məa qeyrihi” varisliyi adlanır. “Əsəbə məa qeyrihi” varisliyinin “əsəbə bi qeyrihi” varisliyindən fərqi qız övladlarının hissələrini almalarından sonra bacıların əsəbə olaraq tərikənin qalanını almalarıdır. Hənəfilərə görə, qız övladlarla bir yerdə olduqda bacı və qardaşlar əsəbə qismində varis olacaqlar [2, c. II, s. 93]. Səhabələrdən Əli ibn Əbu Talib, Ömər ibn Xəttab, İbn Məsud, Zeyd ibn Sabit və Muaz ibn Cəbəlin də bu fikirdə olduğu bildirilir. Bu cür düşünən fəqihlər dəlil kimi, “Nisa” surəsinin 176-cı ayəsini [1] və Peyğəmbərin “Qız övladlarınızla bacıları əsəbə edin” hədisini göstərirlər [4, c. XXIX, s. 20, 150; 15, c. I, s. 440]. Ən vacib dəlil isə Hüzeyl ibn Şurahbildən nəql olunan bu rəvayətdir: “Bir adam Musa və Salman ibn Rəbianın yanına gələrək qız, oğlun qızı və bacısı haqqında soruşdu. Onlar “Qız yarım, ana-atabir bacı qalanını alır. İbn Məsudun yanına get, onun da bizim kimi hökm verəcəyinə ümid edirik” dedilər. Həmin şəxs İbn

Page 40: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

40

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

CƏMİYYƏT VƏ DİN

Page 41: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

41

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

CƏMİYYƏT VƏ DİN

Məsuda da eyni sualı verdi. O, “Elə hökm versəm, səhv etmiş olaram. Rəsulullahın hökm etdiyi kimi hökm verəcəyəm. Qız yarım, oğlun qızı 2/3-ni tamamlamaq üçün 1/6, ana-atabir bacı da qalanını alar” söylədi [10, c. XV, s. 28; c. XVI, s. 223].

Haqqında bəhs etdiyimiz 3-cü qrup iki yerə bölünür:

1) ana-atabir bacılar – ölənin qızı və ya oğlunun qızı ilə bərabər olsa, əsəbə olurlar;

2) atabir bacılar – ölənin qızları və ya oğlunun qızları ilə birlikdə əsəbə olurlar.

“Əsəbə məa qeyrihi” varisliyində bəzi məsələlər mövcuddur. Bunlar atabir qardaşlar varis olanda anabir qardaşların həcb olması, oğlunun qızları varis olmadıqda bacıların varis olması, tək qızla bir yerdə oğlunun qızlarının 1/6, bacıların 1/3 alması, doğma bacılarla bir yerdə olduqda atabir qardaşların “əsəbə məa qeyrihi” ola bilməməsi, bacı “əsəbə məa qeyrihi” varis olduqda qardaşı övladlarının varis ola bilməmələri və s. kimi məsələlərdir. Bunların hər birinə ardıcıl olaraq cədvəl şəklində bir nümunə göstərək.

Əsəbə qohumlarının tərikənin hamısını və ya əshabul-fəraizdən qalanını tək cəhətdən ala bilmələri də əsəbəliyin gətirdiyi şərtlərdən biridir [4, c. XXIX, s. 138; 13, c. IV, s. 96].

Digər bir əsəbə varisliyi vəla yolu ilə əsəbəlikdir. Kölə ilə onu azadlığa qovuşduran şəxs arasında bir əlaqə yaranır. Vəla adlanan bu əlaqəyə “Əhzab” surəsinin 5-ci ayəsi “...Atalarının kim olduğunu bilməsəniz, onlar sizin din qardaşlarınız və yaxınlarınızdır (əmioğlanlarınız və ya azad kölələrinizdir; onları qardaşım, əmioğlum, dostum deyə çağırın)...” [1] və Həzrət Peyğəmbərdən (s) nəql olunan müxtəlif hədislər dəlil kimi göstərilir. Vəlanın varislik səbəbi olub-olmadığına, o cümlədən vəla yolu ilə varisliyi qəbul edənlər arasında varisliyin keyfiyyətinə dair ixtilaflar mövcuddur. Hənəfi məzhəbinin fikrincə, vəla zəvil-ərhamdan (fiqh termini kimi, yaxın qohumlar mənasını bildirən zəvil-ərham deyildikdə, əshabul-fəraiz və əsəbə olmadıqda mirasdan pay alanlar nəzərdə tutulur. Məsələn, xala, bibi, qızın oğlu, ananın atası kimi) sonra gələn ayrıca varis qrupudur. Ancaq vəla yolu ilə varisliyi qəbul edənlər arasında da aşağıdakı ixtilaflar mövcuddur:

1) vəla yolu ilə varisliyin zəvil-ərhamın varislərindən əvvəl və ya sonra gəldiyi ixtilafı;

2) vəla yolu ilə kimlərin necə varis olacaqlarına dair ixtilaf. Vəla yolu ilə şəxslərin qarşılıqlı varis olub-olmayacağı məsələsi də ixtilaflıdır [3, c. VIII, s. 119; c. XVIII, s. 80; 4, c. XXIX, s. 176; c. XXX, s. 38; 5, c. IX, s. 253; 13, c. IV, s. 78; 15, c. I, s. 318].

Beləliklə, İslam hüququnda Allah tərəfindən qaydaları açıq şəkildə bildirilən vərəsəlik hüququ özünəməxsus xüsusiyyətləri və müsəlmanların sosial-iqtisadi həyatındakı yeri baxımından əhəmiyyətli mövqeyə malikdir. Həmin vərəsəlik hökmlərinin insanların fitrətinə uyğun, ədalətli şəkildə bölgüsü tətbiq olunaraq müxtəlif çətinliklər və problemlərə yol açmaması təmin edilir. Həm Qurani-Kərimin ayələrinə, həm Peyğəmbərin (s) hədislərinə,

Page 42: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

42

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

CƏMİYYƏT VƏ DİN

həm də səhabələrin ictihadlarına əsasən, yaranan qayda-qanunlar vərəsəlik hüququnda baş verə biləcək hər cür məsələlərdə çıxış yolunun asanlıqla həll olunmasına şərait yaradır.

ƏDƏBİYYAT

1. Qurani-Kərim (ərəb dilindən tərcümə edənlər: Z.M.Bünyadov. V.M.Məmmədəliyev). Bakı: Qismət, 2006.

2. Cəssas, Əbu Bəkr Əhməd b. Əli ər-Razi. Əhkəmul-Quran. Darülxilafətiyyə. Mətbəətul-Əvkafil-İslamiyyə, 1917, 3 c.

3. Mavərdi, Əbül-Həsən Əli b. Məhəmməd b. Həbib. Əl-Havil-kəbir huva şərhu Müxtəsəril-Muznei (tədqiq: Əli Məhəmməd Muavvaz və d.). Beyrut: Darül-Kutubil-Elmiyyə, 1994 (h. 1414), 18 c.

4. Sərahsi, Əbu Bəkr Şəmsüləimmə Məhəmməd b. Əhməd b. Səhl. Məbsut. Qahirə: Mətbəətus-Səadə, tarixsiz, 30 c.

5. İbn Kudamə, Əbu Məhəmməd Müvəffəquddin Abdullah b. Əhməd. Əl-Muğni (tədqiq: Abdullah b. Əbdülmuhsin ət-Türki və d.). Qahirə: Həcr lit-tibaa vən-nəşr, 1992, 2-ci nəşr, 15 c.

6. Məşriki, İbrahim b. Abdullah b. İbrahim. əl-Azbul-faid şərhi umdəti külli fərid. Mətbəətul-Hələbiyyə, 1952 (h. 1372), 2 c.

7. Celal Yıldırım. Kaynaklarıyla İslam Fıkhı. Konya: Uysal Kitabevi, 1980, 4 c.

8. Mehmet Akif Aydın. Erbay Celal. Atar Fahrettin. Yaran Rahmi. Köse Saffet. Aybakan Bilal. Kahraman Abdullah. Camalov Mübariz. İslam Hüququ. Bakı: Nurlar, 2013, 519 s.

9. Şaban, Zəkiyüddin. Əhkəmul-vasiyyə vəl-miras vəl-vəqf fi şəriətil-İslamiyyə. Küveyt: Məktəbətul-Fəllah, 1989.

10. İbn Əbi Şeybə, Əbu Bəkr Abdullah b. Məhəmməd b. İbrahim. əl-Müsənnəf (tədqiq: Məhəmməd Avvamə). Ciddə: Darül-qiblə, 2006, 16 c.

11. İbn Hazm, Əbu Məhəmməd b. Əli b. Əhməd b. Səid. əl-Mühəlla (tədqiq: Məhəmməd Münir Dəməşki). Qahirə: İdarütüt-Tibaatil-Müniriyyə, 1932 (h. 1351), 9 c.

12. Nəvəvi, Əbu Zəkəriyyə Muhyiddin Yəhya b. Şərəf. əl-Məcmu şərhil-mühəzzəb (tədqiq: Məhəmməd Nəcib Mutii). Beyrut: Darül-Fikr, tarixsiz, 20 c.

13. Şirazi, Əbu İshaq Cəmaləddin İbrahim b. Əli b. Yusif. Əl-Mühəzzəb fi fiqhil-İmam əş-Şafii. Dəməşq: Darül-Qələm, 1996, 6 c.

14. Səcavəndi, Əbu Tahir Məhəmməd b. Abdirrəşid. Əs-Siraciyyə fil-fəraiz. Deoband: Kutubxaneyi-imdadiyyə, 1957 (h. 1376).

15. İbnul-Məcdi, Əbul-Abbas Şihabuddin Əhməd b. Rəcəb Tubiqa. Ət-Taliq ala nəzmil-ləali fi elmil-fəraiz (tədqiq: Əhməd b. Məhəmməd ər-Rifai). Mədinə: Camiatül-İslamiyyə, 2008 (h. 1429), 2 c.

Page 43: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

43

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

CƏMİYYƏT VƏ DİN

Алия Мурсалова ПОРЯДОК НАСЛЕДОВАНИЯ В ИСЛАМСКОМ ПРАВЕ

АННОТАЦИЯ

Данная статья посвящена теме наследования в мусульманском праве. Иссле-дуется очерёдность наследования, определяется линия наследования согласно ка-нонам и предписаниям шариата.

Автор приходит к заключению, что главной целью мусульманского права в сфере наследования является обеспечение справедливости, а также устранение раз-личных разногласий и трудностей.

Aliya MursalovaINHERITANCE ORDER IN ISLAMIC LAW

ABSTRACT

This article is devoted to the theme of inheritance in Islamic law. The article studies the order of succession and determines the line of inheritance according to the rules and regulations of Islam.

The author comes to the conclusion that the main purpose of Islamic law in the area of inheritance is to ensure justice and the elimination of various disagreements and

difficulties.

Page 44: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

44

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

CƏMİYYƏT VƏ DİN

ƏTTAR NİŞAPURİ YARADICILIĞI VƏ MÜASİRLƏRİNİN SOSİOLOJİ BAXIŞLARI

Cahanbəxş KİYANİ,AMEA-nın Hüquq və Fəlsəfə

İnstitutunun dissertantı,[email protected]

AÇAR SÖZLƏR: Əttar Nişapuri, sosial-fəlsəfi fikirlər, Mövlanə Cəlaləddin Rumi, Sədi Şirazi, Nizami Gəncəvi.КЛЮЧЕВЫЕ СЛОВА: Аттар Нишапури, социально-философские мысли, Мавлана Джалал ад-Дин Мухаммад Руми, Саади Ширази, Низами Гянджеви.KEY WORDS: Attar Nishapuri, social and philosophical thoughts, Mawlana Jalaluddin Rumi, Saadi Shirazi, Nizami Gancavi.

Tanınmış şair Fəridəddin ibn Məhəmməd Əttar Nişapuri ədəbiyyatla yanaşı, təsəvvüf və təfəkkür sahəsində də özünəməxsus yer tutmuşdur. Təbii ki, şairin formalaşmasında onu əhatə edən elmi, dini və fəlsəfi mühit böyük rol oynamışdır. Bu baxımdan, Nişapuri ilə eyni dövrdə yaşamış ədib və mütəfəkkirlərin sosial-fəlsəfi fikirləri arasındakı bənzərlikləri tədqiq və müqayisəli şəkildə təhlil etmək maraqlı olardı.

Mövlana Cəlaləddin Rumi və onun sosioloji baxışları: Mövlanə Cəlaləddin Rumi Xorasanın Bəlx bölgəsində dünyaya gəlmişdir. Sultanül-Üləma (alimlər sultanı) ləqəbi ilə tanınan Bəhaəddin Vələdin oğlu olan Cəlaləddin hələ uşaq ikən, monqolların şəhərə hücumu zamanı ailəsi ilə birlikdə Anadoluya köçmüş və Konyada məskunlaşmışdır. Hətta rəvayətlərə görə, Çingiz xanın irəliləyən ordularından ailəsi ilə qaçan Cəlaləddin İrandan keçəndə Fəridəddin Əttarla görüşmüş və onun xeyir-duasını almışdır.

Böyük arif Şəmsəddin Məhəmməd ibn Əli Təbrizi ilə Konyada görüşən Rumi ondan təsirlənərək elə bir hala düşmüşdür ki, ömrünün axırınadək bu şövqdən qurtula, saliklərin (haqq yolçularının) irşadı və ilahi həqiqətlərin təlimindən kənarda qala bilməmişdir. Bu görüş Ruminin həyatında dönüş yaratmışdır.

Cəlaləddin Ruminin məşhur “Fihi Ma fih”, “Məkatib” və “Məcalisu Səbə” əsərləri günümüzədək gəlib çatmışdır. Ümumiyyətlə, Ruminin ədəbi yaradıcılığı çox zəngin olmuşdur. Onun lirik şeirləri 30 000, məsnəvisi isə 26 000 beytdən ibarətdir.

Page 45: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

45

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

CƏMİYYƏT VƏ DİN

Əttar Nişapurinin yaradıcılığına vurğun olan Mövlanə öz “Məsnəvi” və “Divani Kəbir” əsərlərində dəfələrlə onu təqdir etmişdir. Bəzi tədqiqatçıların fikrincə, Əttarın “Məntiquttayr” əsəri Mövlanəni “Məsnəvi”ni yazmağa təhrik etmişdir.

Yaradıcılığında ictimai mövzulara geniş yer verən Rumi, əsasən, ilahi eşq, təlim-tərbiyə, əxlaq, dəyişmə, toplumda bütövləşmə, qadınların cəmiyyətdə özünüdərketmə məsələsi kimi mühüm əhəmiyyətə malik sosial-fəlsəfi problemlərə toxunmuşdur. Mövlanə bu dünya ilə axirət dünyasını bir-birindən tamamilə ayırmamış, əksinə, onları bir-birinə yaxınlaşdırmış, bu dünyanı röya aləmi kimi qəbul etməsi ilə həm Platondan, həm də İslam filosoflarından seçilmişdir.

Mövlanənin lirikasında eşq həyatın cövhəri, varlığın başlanğıcı və davamıdır. Kamil eşqin şərhində özünü aciz görməsinə və eşqi anlatmanın qeyri-mümkünlüyünü vurğulamasına baxmayaraq, şairin yaradıcılığında əks olunan eşq nümunəsi onun timsalında irfani təfəkkürün dərinliyi və genişliyi ilə ortaya çıxır. Bu səbəbdən də şairin tufanlı eşq dənizi və başdan-başa mənəvi yanğısı onda ictimai mövzuları axtarmağa imkan verir. Mövlanə eşqi biliyin əsası hesab edir və bu səbəbdən onu məntiqdən daha üstün tutur. Ona görə, ağıl insanı fərqli düşünməyə sövq edir, birləşdirməyə deyil, ayrılığa, parçalanmağa aparır, eşq isə eyni cinsdən olanları belə, bir-birinə bağlayır. Eşq əxlaqda və əməli (praktiki) hikmətdə əsas amildir, özlüyündə fədakarlıq, şücaət, güzəşt, yaxşılıq, paklıq, səfa və vəfadarlığın mənbəyi kimi çıxış edir.

Əttara görə isə məhəbbət və şövq mövzularına layiq yalnız Allahdır, bu səbəbdən də heç bir şeyi onun yerinə qoymaq mümkün deyildir. Qunəvinin şərh etdiyi kimi, ariflər Allahdan başqa heç nə istəmirlər, yəni onların tələbi yalnız Yaradanın Özüdür. Çünki yalnız Xaliq məhəbbətə layiqdir. Əsl sevgi və ehtiram ona məxsusdur. Bu baxımdan, peyğəmbərlər və övliyalar içində haqqı sevənlərin nümunəsi Həzrət İbrahimdir ki, Allah onu özünə dost seçərək “Xəlilüllah” adlandırmışdır. Allahın sirlərini bilən arif şəxslər isə, ümumiyyətlə, insanlardan üz döndərir və öz sirli dünyalarında düşüncəyə qərq olurlar. Sədaqəti sevən o şəxsdir ki, canan yolunda can verməkdən çəkinməsin. Mərifət və idrak olmadan məhəbbətin hasil olması düşünülə bilməz, çünki insan ancaq tanıdıqlarını sevər. Bunun üçün mərifətdən məhrum insanlar sevgidən də uzaq olarlar. Sevmək dərk edən canlının ən əsas xüsusiyyətidir, sevgi, idrak və mərifətə tabedir. Ancaq sevgi sadəcə beş duyğu orqanının dərk etməsindən ibarət deyildir. Bunlardan əlavə, ağıl və qəlbin idrakı da vardır. Çünki batini bəsirət, zahiri gözdən daha qüvvətlidir. Qəlb idrak baxımından gözdən daha güclüdür. Teosofik sufi Əttar da eşqin gücünü məhz mərifət və idrakda görürdü. Ona görə də, İbn Əttarın və onun kimi düşünən mütəfəkkirlərin eşq təcəssümləri yaddaşlara həkk olunmuşdur. Çünki Əttar və onun kimi düşünən elm və irfan əhli eşqi deyil, eşqin həqiqətini axtarırdılar. Bu baxımdan, “Eşq aşiqlər üçün həqiqət yolunu işıqlandırır” deyən Füzuli “Eşqin həqiqəti Allahın zatı ilə eynidir” deyən İbn Ərəbi ilə eyni düşüncəni paylaşırdı. Əttarın dünyəvi eşq hekayələri təmsili hekayələrdir; burada saflığa iddialı olan eşqlər mənəvi yüksəlişə doğru istiqamətlənmişlər. Belə halda mürəkkəb proses baş verir ki, bu, insanın mənəvi yüksəlişində olan məqamlardır. Həmin məqamlar isə yeni mərhələyə keçiddir ki, orada “mən” sönür və Tanrıda bütövləşir.

Page 46: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

46

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

CƏMİYYƏT VƏ DİN

Əttarın fikrincə, eşqin qarşısında səbəbsiz təslim olmaq elə də əhəmiyyətə malik deyil. Çünki burada əsas sədaqətli eşqin olmasıdır. “Eşq yandıran bir od kimidir. Aşiqlərə rəhm etmək lazımdır” deyən Əttar ilahi eşqin dərinliyini diqqətə çatdırır.

Əttar Nişapuri sosial həyatın bütün istiqamətləri haqqında öz fikir və mülahizələrini əsərlərində qeyd etmişdir. O, hər şeyi insan-insan, insan-tanrı və insan-kainat aspektindən şərh etməyə çalışmışdır. Həmin məsələlərin bəzisini digər müəlliflərlə müqayisəli şəkildə diqqətinizə çatdırmaq istəyirik:

1. Təlim-tərbiyə: Mövlanəyə görə, təlim-tərbiyədə tələbənin psixoloji vəziyyətinə, onun xarakter və xüsusiyyətlərinə diqqət yetirmək lazımdır. Xüsusilə də, azyaşlı uşaqlar və yeniyetmələr üçün təlim-tərbiyədə ahəngdarlıq qaçınılmazdır. Mövlanə təlim-tərbiyə prosesində insan təkamülünün ilk prinsipi kimi “özünü dərk etmə” anlayışını əsas götürür. Mövlanəyə görə, ideal insan kamala çatmış, haqqın yolunda irəliləyən, daxilində eqoizmdən əsər-əlamət qalmayan insandır. Təlim-tərbiyə haqqında Mövlanənin yanaşması müasir dövr pedaqoqlarının fikri ilə üst-üstə düşür. Bəzi psixoloqlar qeyd edirlər ki, uşaqlar indiki zamanda, gənclər gələcək zamanda, qocalar isə keçmiş zamanda yaşayırlar. Mövlanənin yanaşması da, bu tezisə uyğun gəlir. Mövlanəyə görə, uşaqların tərbiyəsi prosesində ata-ananın sərt rəftarı uşaqların gələcəkdə pis əməllərdən çəkinməsinə səbəb olacaqdır. Həmçinin qeyd edir ki, uşaqlar məktəbin faydasını dərk edə bilmədikləri halda, ilk olaraq məcburi surətdə məktəbə gedirlər, amma sonralar özləri dərs və müzakirələrə maraq göstərirlər.

2. Qadınların cəmiyyətdə dərk etmə problemi: Mövlanə qadınların xüsusiyyətləri və onların cəmiyyətdəki mövqeyi haqqında olduqca maraqlı fikirlərə sahibdir. Ona görə, kişilərin əksəriyyəti əməldə öz həyat yoldaşlarının təsiri altındadırlar və itaətdən başqa çarələri yoxdur. Digər tərəfdən, müdrik və ağıllı kişilərin öz həyat yoldaşları ilə boş məsələlər barəsində mübahisə etməyə səbirləri çatmır, qadınlar tərəfindən gələn təkliflərə ciddi əhəmiyyət verməyib, istədikləri kimi davranmağı məsləhət görürlər. Lakin cahil və nadan kişilərin öz qadınlarına qarşı davranışları daha çox mübahisəli və təcavüz xarakteri daşıyır. Baxmayaraq ki, qadınları incə və zərif məxluq hesab edirlər, ancaq bir çox hallarda onlarla aqressiv davranırlar. Mövlanə qadınları fiziki cəhətdən zəif, incə və həssas saydığı üçün dünyada bir çox xoşagəlməz hadisələr və fitnələrin əsas səbəbkarı kimi dəyərləndirir. Mütəfəkkirə görə, dünyada bir çox bədbəxt hadisələr qadınların üzündən baş vermiş və baş verməkdədir. Beləliklə, Mövlanə kişiləri xarakter və ruhi baxımdan qadınlardan daha üstün hesab edir. Belə ki, kişilərin qadınlara nisbətən daha uzaqgörən və dərin təfəkkür sahibi olduqlarını düşünür. Bu cür qənaətə gəlmək olar ki, Mövlanə, ümumiyyətlə, qadınları əqli baxımdan zəif və müharibə üçün yararsız hesab edir. Hətta qadın yuxusunun doğruluğunu kişi yuxusunun doğruluğu ilə müqayisədə dəyərsiz hesab edir. Buna görə də, qadınlar ağıllı kişilərə nisbətən zəif olduğu üçün ruhları da öz hissiyyatlarının əsiridir. Onların yuxuları da dərin emosiyalar və hissiyyatlarının təsiri altındadır. Ər-arvad arasında yaranan ixtilaflar və münaqişələr haqqında Mövlanə qeyd edir ki, qadın mübahisə doğuran məsələlərdə aciz olduqda, göz yaşını silah kimi

Page 47: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

47

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

CƏMİYYƏT VƏ DİN

istifadə edir və qalib gəlir. Bütün bunlardan anlamaq mümkündür ki, o, qadınların əqli, fiziki və mənəvi tərəflərinin kişilərə nisbətən zəif olduğunu düşünür. Belə ki, qadınların cəmiyyətdəki yeri də, mütəfəkkirin fikrincə, birmənalı deyildir. Yuxarıda qeyd olunduğu kimi, Mövlanə qadını, əsasən, məişətdə, ailəsinin içində görmək istəyir. O, qadını dövlət idarəçiliyində, müharibə və digər sosial əhəmiyyətli məsələlərdə görmür. Təbii ki, bu tendensiyanı Antik dövr filosoflarında da müşahidə edirik. Məsələn, Sokrat da qadınların daha emosional və dostluq baxımdan dözümsüz olduğunu düşünür. O qeyd edir ki, kişi ilə dostluq etmək olar, çünki kişi ilə hansısa problemi həll etmək və müzakirə aparmaq mümkündür. Əttar isə qadınları kişilərdən ayırmayaraq, fərqi yalnız təqvada görür. Qadın da mənəviyyat yolunda kişi qədər yüksələ bilər.

Şeyx Əttarın fikrincə, qadın nəsli artırmaq üçün yaradılmışdır. Haqqa qovuşa bilmək üçün zahidlik yeganə vasitədir, çünki haqqa çatmanın əsas şərti təqvalı, xeyir əməl sahibi və şəhvət qarşısında dözümlü olmaqdır. Zahidlik bu sifətləri dindar qadına bəxş edir. Haqqa yaxınlaşmaq üçün kişi olmaq şərt deyildir, əsas şərt təqvadır, xeyir əməldir və nəfsin qarşısında dayanmaqdır.

3. İctimai problemlərin həlli yolunda müzakirə və müşavirənin əhəmiyyəti: Mövlanə ictimai məsələlərdə müzakirə və məsləhətləşməyə əhəmiyyət verir. Bunlara riayət etməklə, insanlar cəmiyyətdə olan səhvlərini düzəldə bilirlər, çünki ağıl ağıldan üstündür, necə ki, bir işığın ziyası iyirmi çırağın nurundan azdır. Mövlanənin fikrincə, məşvərət insanın düşüncəsini artırır və hər bir problemdən çıxış yolu göstərir. Əttar da hər hansı bir problemin həllində müzakirə etmə yolunu dəstəkləyir.

4. İctimai məsələlərdə insanların müxtəlif tələbatları haqqında: Mövlanənin insan tələbatı və ehtiyaclarına dair maraqlı fikirləri var. O hesab edir ki, adi insan həmişə və hər yerdə öz mənfəətini düşünür, hətta heyvanlar da instinktinə görə bu ümumi qaydadan istisna deyil və özlərindən zərəri uzaqlaşdırmaq, mənfəətlərinə çatmaq üçün fəaliyyət göstərirlər. Beləliklə, bəşər cəmiyyətinin mövcudluğu bu mənfəətin tələbi və zərərin aradan qaldırılması ilə əldə olunur. Mütəfəkkir adi peşə sahiblərinin düşüncələri haqqında deyir ki, onlar adətən bütün müəssisələri şəxsi maddi mənfəəti çərçivəsindən dəyərləndirirlər. Onların hər bir fəaliyyəti şəxsi mənfəətin əldə edilməsi və zərərin aradan qaldırılmasına yönəlmişdir.

Mütəsəvvif qeyd edir ki, cəmiyyətdə hər fərd bir peşənin sahibi olmalı, özünün və ailəsinin ruzisini doğru-dürüst yolla qazanmalıdır. Bu baxımdan, Mövlanə müsəlman bir mütəfəkkir kimi halal və haram kateqoriyalarına diqqət edərək, insanın qazanc mənbələrinin İslam prinsiplərinə uyğun olmasını əsas götürmüşdür. Əttarın yanaşması da bu aspektdən dəyərləndirilməlidir. Çünki o da ruzinin halal yolla qazanılmasının tərəfdarıdır. Bu səbəbdən də, o, həmişə güc sahiblərini qınayır, hətta halallıq hökmlərinə riayət edən dərvişləri onlardan daha üstün tutur.

Əttarın əsərlərində divanələr kasıbların ən kasıbı sayılır, onlar hökmdarları və onların idarə üsullarını elə tənqid edirlər ki, onların yanında sıravi insan belə, söz deyə

Page 48: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

48

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

CƏMİYYƏT VƏ DİN

bilmir və sükut etməyə məhkum olurlar. Belə çıxır ki, Allah kasıbların səfalət içində qalmalarını və aclıqdan nalə çəkmələrini istəyir. Təbii ki, burada bilinməyən ilahi hikmət vardır ki, bunun da anlaşılması bir qədər çətindir.

5. İnsanın ideoloji dəyişməsi və təkamülü: Bəşəriyyətin tədricən və mərhələli inkişafı haqqında filosof və din alimləri arasında fikirbirliyi mövcuddur. Bəzi filosoflara görə, Allah birinci ağlı yaratdı və mütləq ağlın zatından yaratdığı insanı mövcudatın ən şərəflisi hesab etdi. Sadədən mürəkkəbə doğru inkişaf edən bəşəriyyət tarixi təkamüldən keçmişdir. Mövlanə bu haqda müxtəlif formada fikirlər söyləmişdir. Bildiyimiz kimi, dünyanın və bəşəriyyətin tədricən, mərhələli dəyişməsi və inkişafı haqqında bir çox mübahisəli fikirlər mövcuddur. Belə ki, ilk dəfə Çarlz Darvinin irəli sürdüyü təkamül nəzəriyyəsinə qarşı tənqid və etirazların olmasına baxmayaraq, bəzi alimlər bu nəzəriyyəni təsdiq edərək, daha da təkmilləşdirmişlər. XVII əsrədək Qərb dünyasında, ümumiyyətlə, bu nəzəriyyə haqqında heç bir fikir mövcud olmamışdır.

Mövlanə isə XIII əsrdə dəyişmə və təkamül nəzəriyyəsini öz dünyagörüşü çərçivəsində, əhatəli şəkildə izah etmişdir: 1) cansızlıq; 2) heyvanlıq; 3) adəm; 4) mələk; 5) yox olma və ya fanilik. Məsələn, Mövlanə qeyd edirdi ki, dünya tamamilə fani və inkardan ibarətdir. Buna bənzər yanaşmanı Əttar da qeyd edərək insanın təkamül yolu ilə formalaşdığını bildirmişdir. O, insanın formalaşması və inkişafında əmək fəaliyyətinin vacibliyini vurğulayaraq, bu vasitə ilə insanın insanla, kainat, dünya və Tanrı ilə münasibətlərində dəyişikliyin baş verdiyini qeyd etmişdir. Burada Nişapuri təkamülün yalnız insanın fiziki deyil, eyni zamanda psixoloji durumunda da nəzərə çarpdığını göstərir.

6. Təqlid: Mövlanə təqlidi bir ictimai hadisə kimi dəyərləndirmişdir. O, təqlid nəticəsində ortaya çıxan sosial fəsadlar mövzusuna toxunmuş, müasir sosioloqların analiz və təhlil etdiyi kimi, onun zərərli tərəfləri haqqında fikirlərini bildirmişdir. Mütəsəvvif bu barədə demişdir ki, insanların əksəriyyəti özlərindən ağıllı və liderlik qabiliyyəti olanları təqlid etməyə can atırlar. Çünki onlar düşünürlər ki, bu insanlar daha ağıllıdırlar və problemin həlli yollarında onlardan daha doğru yol tapacaqlar, bu səbəbdən də təqlid etmək məcburiyyətində qalırlar. Çünki insanların böyük əksəriyyəti məntiq və fikir sahibi olmurlar, məntiqi düşünmək, mübahisə və müzakirə etməklə az məşğul olurlar. Bunun əvəzində isə daha çox özlərinə nümunə seçdikləri insanların davranış və hərəkətlərinin təsiri altında qalırlar. Bu səbəbdən də Mövlanə əsərlərində bəzi insanları qoyunlara bənzədərək, onların məntiqsiz şəkildə başqalarının hərəkət və davranışlarını təqlid etdiklərini və onlara tabe olduqlarını bildirir. Başqa bir yerdə isə o qeyd edir ki, təqlid insanların fitrətdən gələn ilkin vərdişlərindən biridir. Başqa sözlə desək, insanların bir-birlərini təqlid etməsi normal haldır. Bununla belə, Mövlanə təqlid edən insanları birmənalı dəyərləndirməmişdir. O, təqlidi avam insanların xarakterindən irəli gələn hal kimi qiymətləndirmişdir. Mövlanənin sosial-fəlsəfi dünyagörüşünü Əttarın fikirləri ilə müqayisə etdikdə, o qədər də fərqli mənzərə ilə qarşılaşmırıq. Eyni coğrafiyada yaşayan və yaradan iki fərqli insanın yanaşması təbii ki, oxşar olmalıdır. Lakin müəyyən qədər fərqli məqamlara da rast gəlinir. Bu fərqli məqamlar da, əsasən, qadınların cəmiyyətdə mövqeyi və təqlid məsələləridir.

Page 49: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

49

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

CƏMİYYƏT VƏ DİN

Şeyx Sədi Şirazinin sosial-fəlsəfi dünyagörüşü: Müsələddin Sədi XIII əsrin əvvəllərində Şirazda dünyaya göz açmışdır. Erkən yaşlarında atasını itirən Sədi ilk təhsilini vətənində almışdır. O, təhsilini davam etdirmək üçün dövrün ən mühüm elm mərkəzi sayılan “Nizamiyyə” mədrəsəsinə üz tutmuşdur. Burada təhsilini yekunlaşdırdıqdan sonra Şirazi Yaxın Şərqin müxtəlif yerlərini qarış-qarış gəzmiş, bu yerlərin əhalisi ilə ünsiyyət qurmuş, onların fikir, mədəniyyət və dünyagörüşləri haqqında dəyərli biliklər əldə etmişdir. Onun dünya ədəbiyyatında özünəməxsus yer tutan ən seçilmiş və məşhur əsərlərdən biri “Gülüstan”dır ki, fars klassik ədəbiyyatının ən parlaq nümunəsi hesab olunur. Bu əsər özündə əhəmiyyətli ictimai məsələləri ehtiva edir. Kitab 1258-ci ildə, yəni “Büstan” əsərinin yazılmasından 1 il sonra qələmə alınmışdır.

“Gülüstan” 8 fəsildən ibarətdir, hər fəsildə isə hekayə və nəsihətlər nəzm və nəsr şəklində verilmişdir. Sədinin “Büstan” əsəri əxlaqi məsələlərdən bəhs edən və 10 fəsildən ibarət ictimai kitabdır. Sədinin ərəb və farsca qəzəlləri, qəsidələri, rübailəri “Külliyyati Sədi” adı ilə toplanmış və nəşr edilmişdir. 1291-ci ildə dünyasını dəyişən Sədinin “Gülüstan” və “Büstan” əsərlərində sosial-fəlsəfi məsələləri əhatə edən böyük əhəmiyyətə malik mövzular aşağıdakılardan ibarətdir:

1. İctimai əxlaq və davranışların təlimi: Sədi yaradıcılığında ictimai mövzular dağınıq olsa da, geniş və fərqlidir. Bu fikirlər sözün möcüzəsi, fəsahəti və şair sözünün bəlağəti sayəsində qətiyyətli və nüfuzlu olmuşdur. Məsələn, o qeyd edir ki: “Hədsiz kin və hirs qorxu gətirir, diqqətsiz lütf heybəti aradan qaldırır. O qədər yumşaq ol ki, sənə ürək bağlasınlar, sərt və kobud olma ki, səndən doysunlar”. Bununla da o, cəmiyyətdə insanların necə olmalarını göstərməyə çalışmışdır. Əttar da Sədi kimi ictimai əxlaqa önəm verərək insanlararası münasibəti xüsusi vurğulamışdır.

Əttarın mavzoleyi (Nişapur, İran)

Page 50: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

50

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

CƏMİYYƏT VƏ DİN

2. Ailə, sevgi və evlilik: Sevgi və evlilik mövzusu Sədinin divanında özünəməxsus metodla, xüsusilə “Gülüstan” və “Büstan” kitablarında geniş ifadə edilmişdir. Başqa sözlə, Sədi öz qəzəllərində eşqi tərənnüm edir. Lakin onun tərənnüm etdiyi eşqi Mövlanə və Hafiz ilə müqayisə etmək doğru deyil. Sədi eşqə daha real baxaraq, ailə ilə bağlı məsələlərə şairanə deyil, real həyatın tələbatına uyğun yanaşır. Sədinin fikrincə, uğursuz ailə həyatı cəhənnəmə bənzəyir, əksinə, uğurlu ailə həyatı, yaxşı, pak və xeyirxah həyat yoldaşı isə öz-özlüyündə sərvət və səadətdir. Uğurlu ailə həyatının nəticələri övladlardır ki, onların təlim tərbiyəsi də evləndiyin qadının seçimi kimi həssas, mühüm və taleyüklü məsələlərdən biridir. Əttar isə övlad və ailə məsələlərinə bir qədər fərqli yanaşır. O, övladı və ailəni imtahan vasitəsi kimi qiymətləndirir.

Əttarın övlad haqqındakı fikirləri birmənalı deyildir. Mütəfəkkirə görə, övlad hər zaman yaxşı ola bilməz. O, ata və ana üçün sadəcə imtahan vasitəsidir. Övlad o zaman yaxşı olar ki, hökmləri tanısın və mənəviyyat yolunda nailiyyətlər əldə etsin. Bəzən isə o, övladı Allaha qovuşmada bir maneə kimi görür. Belə rəvayət edilir ki, bir gün İbrahim Ədhəm bir dərvişdən soruşur: “Ailən və övladların varmı?” Dərviş cavab verir ki, yoxdur. İbrahim deyir: “Böyük səadətdir”. Dərviş soruşur: “Niyə? Həqiqət nədir?” İbrahim belə cavab verir: “Bir dərviş övlad sahibi olduğu zaman gəmidə oturan və girdabın çəkdiyi adama bənzəyir”. Təriqət yolçusunun hər nə qədər izzəti-nəfsi olsa da, övlad sahibi olduğu zaman ondan tələbləri ağrı və zəhmətdən başqa bir şey deyildir, övladın məhəbbəti isə “ürək qanı içmək” deməkdir (kədərdə boğulmaq) və bu da əxlaqın ən üstün dərəcəsinə sahib olmağa maneədir.

3. Təlim-tərbiyə: Sədi Yaxın Şərqdə digər şair və mütəfəkkirlərlə müqayisədə, xüsusilə “Gülüstan” və “Büstan” əsərlərində öz tərbiyəvi və əxlaqi düşüncələrini ardıcıl və insanların dərk edəcəyi sadə dillə ifadə etmiş, insanların təlim-tərbiyəsinə daha çox diqqət yetirmişdir. O, təlim-tərbiyədə mədrəsə, xanəgah və digər tədris müəssisələrinin əhəmiyyətini vurğulamışdır. Sədi təlim-tərbiyənin mühüm metod və mərhələləri haqqında qeyd edərək bildirmişdir ki, uşağın təlim-tərbiyəsi körpə yaşlarından başlamalıdır. Bu yaşlarda düzgün təlim görməmiş insanların xarakterində problemlərin olacağını bildirmişdir. Sədinin pedaqoji baxışlarına istinad edərək, deyə bilərik ki, insan həyatında təlim-tərbiyə xüsusi əhəmiyyətə malikdir. Şairin dili ilə desək, “nadanlıq”dan pis şey yoxdur. Bundan başqa, Sədi təlim-tərbiyə məsələsində, xüsusilə də insan xarakterinin formalaşmasında irsi faktoru təlim-tərbiyədən daha mühüm hesab edir. Əttar təlim-tərbiyə ilə əlaqədar məsələlərdə xüsusi metod və sistem ortaya qoymasa da, məsələ ilə bağlı fikirlər irəli sürmüşdür. O, Sədidən fərqli olaraq, tərbiyə məsələsini sufi baxışlarına əsasən dəyərləndirmişdir və insanın doğru yolda irəliləməsi üçün onun İslam dəyərlərinə sahib olmasını vurğulamışdır.

4. Humanizm haqqında: Sədi humanizm, insanların rifahı və xalqa xidmət kimi məsələlər haqqında əhəmiyyətli fikirlər söyləmişdir. Başqa sözlə ifadə etsək, mütəfəkkir yaradıcılığında insanlığın məqam və dərəcəsi haqqında düşüncələrə mühüm yer ayırmışdır. Sədinin insanlıq haqqındakı fikirlərinə istinadən demək mümkündür ki,

Page 51: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

51

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

dünyanı fəth etmək qəlbləri fəth etməklə müqayisədə çox kiçik görünür. Yardımlaşma, kömək, başqalarının rahatlığını özündən üstün saymaq Sədi yaradıcılığında dəfələrlə qeyd olunur. Hərçənd, Sədi bütün məşhur insanlar kimi, öz dövrünün və mədəniyyətinin yetirməsi hesab edilsə də, digər mütəfəkkirlərlə müqayisədə, xalqla əlaqə və ünsiyyət qurduğu üçün onun fikirlərinin böyük hissəsi elə xalqın dili ilə ifadə olunmuşdur. Bu baxımdan, Əttarla Sədi arasında olduqca oxşarlıq vardır. Belə ki, Əttar yaradıcılığını da cəmiyyətin problemləri təşkil edir. O, insanlıq naminə divanələrin dili ilə cəmiyyətin problemlərini işıqlandırmağa çalışmışdır.

5. İctimai əlaqələr, siyasət, müharibə və sülh haqqında: Sədi insanların əxlaq və davranışlarına, onların qarşılıqlı münasibətlərinə diqqət yetirərək, siyasət, müharibə və sülhün əhəmiyyətinə üstünlük vermişdir. Bu mövzular onda belə bir qənaət formalaşdırmışdır: “Üç şey başqa üç şey olmadan daimi deyil - ticarətsiz mal, mübahisəsiz elm və siyasətsiz məmləkət”. Sədi təkcə məqam və şöhrətpərəstliyi deyil, həmçinin pis xislətli insanları, yaltaqları da kəskin qınamışdır. Şair hökmdarların qələbələrindən söz açanda onların qarətkarlığını, zalımlığını və hərisliyini ifşa etmiş, şairlərin məddahlıqlarına isə mənfi münasibət bəsləyərək qınaq obyektinə çevirmişdir. Əttar da bu baxımdan Sədi ilə eyni müstəvidən çıxış edir.

Beləliklə, yaradıcılığında əsasən Tanrı, kainat, insan, yaradılış məfhumlarına toxunan Əttar Nişapurinin sosial- fəlsəfi fikirlərinin formalaşmasında dövrünün ədib və mütəfəkkirlərinin rolu danılmazdır. Onların fikirləri arasında oxşarlıqlarla yanaşı, fərqli cəhətlərin də nəzərə çarpılması mütəfəkkirin ətrafında cərəyan hadisələrə biganə qalmadığını göstərir.

ƏDƏBİYYAT

1. 1. Əttar Nişaburi. Muxtarnamə. Redaktə və şərh: Məhəmmədrza Şəfii Kədkəni. Tehran, Tus: 1358 h.ş. (1979).

2. Əttar Nişaburi. Divani-Əttar Nişaburi. Təqi Təfazzülinin səyi ilə. Tehran: Elmi-Fərhəngi, 1362 h.ş. (1983).

3. Əttar Nişaburi. Əsrarnamə. Sadiq Gövhərinin səyi ilə. Tehran: Səfi Əlişah, 1338 h.ş. (1959).

4. Əttar Nişaburi. Müsibətnamə. Redaktə: Nurani Vüsal. Zəvvar nəşriyyatı, 1338 h.ş. (1959).

5. Əttar Nişaburi. İlahinamə. Fuad Ruhaninin səyi ilə. Tehran: Zəvvar, 1339 h.ş. (1960).

6. Əttar Nişaburi. Məntiqü-t-teyr. Sadiq Gövhərinin səyi ilə. Tehran: Tərcümə və nəşri-kitab, 1342 h.ş. (1963).

7. Çamdibi Mahmut. Şahsiyet terbiyesi ve Gazali. İstanbul: 1994.

8. Xəlilov S. Məhəbbət və intellekt. Bakı: Nurlan, 2006, 176 s.

9. Schimmel Annamarie. Tasavvufun Boyutları. İstanbul: 2000.

10. Şəkixanova M. Sufizm fəlsəfəsinin kamil insan konsepsiyası. Bakı: Təknur, 2007, 178 s.

CƏMİYYƏT VƏ DİN

Page 52: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

52

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

CƏMİYYƏT VƏ DİN

Джаханбахш КияниАТТАР НИШАПУРИ И СОЦИОЛОГИЧЕСКИЕ

ВЗГЛЯДЫ ЕГО СОВРЕМЕННИКОВ

АННОТАЦИЯ

В данной статье проводится сравнительный анализ социально-философских идей суфийского поэта Аттара Нишапури и его современников. Отмечается, что важную роль в формировании взглядов Аттара сыграла научная, философская и религиозная среда своего времени.

Автор, рассмотрев общественные представления Аттара, Мавлана Джалал ад-Дин Мухаммад Руми, Саади Ширази, Низами Гянджеви, приходит к заключению, что между идеями этих мусульманских мыслителей о социальной справедливости, идеальной семье, положении женщин имеются схожие положения.

Jahanbakhsh KiyaniATTAR NISHAPURI AND SOCIOLOGICAL VIEWS OF HIS

CONTEMPORARIES

ABSTRACT

This article presents a comparative analysis of the social and philosophical ideas of the Sufi poet Attar Nishapuri and his contemporaries. It is noted that scientific, philosophical and religious background of his time played an important role in shaping the views of Attar.

Having reviewed the social ideas of Attar, Mawlana Jalal ad-Din Muhammad Rumi, Saadi Shirazi and Nizami Ganjavi, the author comes to the conclusion that there are similar points between the ideas of the Muslim thinkers about social justice, an ideal family and situation of women.

Page 53: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

53

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

ARAşDIRMA

ELMİ CƏHƏTDƏN MÜBAHİSƏLİ GÖRÜNƏN BƏZİ HƏDİSLƏRİN DƏYƏRLƏNDİRİLMƏSİ

Rəşadət ƏHMƏDOV,İlahiyyat üzrə fəlsəfə doktoru.

AÇAR SÖZLƏR: Quran, hədis, mübahisəli hədislər, xəstəlik, şəfa.КЛЮЧЕВЫЕ СЛОВА: Коран, хадис, спорные хадисы, недуг, исцеление. KEY WORDS: Quran, hadith, controversial hadiths, illness, healing.

Giriş

Dini ədəbiyyatda (Quran və hədislərdə) bəşəriyyətin mövcud elmi təfəkkürünə zidd kimi görünən bəzi məlumatların yer aldığına dair fikirlər mövcuddur. Bu cür məlumatlar ilk baxışda insanı səhv düşünməyə sövq edir. Ancaq çoxşaxəli və dərin tədqiqat nəticəsində bunların məntiqi izahını vermək mümkündür.

Belə mətnlərdən biri də Quranda da bəhsi keçən, yerin və göyün altı günə yaradıldığı haqqında varid olan hədisdir (bax: Əraf, 54; Yunus, 3; Hud, 7; Furqan, 59; Səcdə, 4; Qaf, 38; Hədid, 4; Mücadilə, 4). Alimlər hədisdə deyildiyi kimi, yerin və göyün bu qədər qısa müddət ərzində yaranmasının qeyri-mümkün olduğunu bildirmişlər. Belə ki, müasir elmi tədqiqatlar nəticəsində Yerin təxminən 5 milyard il yaradılış prosesindən keçdiyi ortaya qoyulmuşdur. Mövzu ilə əlaqəli əvvəlcə Qurani-Kərimdə yer alan “sittəti əyyam” (altı gün) sözünün hansı mənaya gəldiyi izah edilməlidir. Yəni burada qeyd olunan altı gün bizim anlayışımızdakı zaman məfhumuyla nə dərəcədə əlaqəlidir?

Page 54: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

54

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

ARAşDIRMA

Mövzu ilə əlaqədar bir hədisdə keçən ifadə bizə işıq tuta bilər. Belə ki, həmin hədisdə Allah nəzdində bir günün bu dünyadakı əlli min illik zaman diliminə uyğun olduğu bildirilmişdir [1, XI, 352].

Qurani-Kərimdə bunun kimi bir çox nümunə tapmaq mümkündür. Ancaq burada birbaşa mövzumuzla əlaqəli olan bəzi hədisləri ələ alacağıq.

Müsəlmanlar Quranı müqəddəs sayır və aləmlərə rəhmət Həzrət Məhəmmədin (s) buyruqlarını da səmimi qəlbdən qəbul edirlər. Mənalarını anlamadıqları və ya mövcud elmə “zidd” düşməsi halında onları rədd etməyərək ən azından bu mövzuda təvaqquf etməyi (hədisi doğru sayıb, mənasının gələcəkdə üzə çıxacağına inam) daha münasib görürlər (əlbəttə, burada səhih hədislər nəzərdə tutulur). Ancaq buna qarşı çıxanların nəzərinə görə, bəzi hədislər elmi həqiqətlərdən tamamilə uzaqdır. Aşağıda mötəbər qaynaqlarda yer almış və bu ittihama məruz qalmış hədislərdən bir neçəsinə toxunacağıq.

1. Suyun çirklənməyəcəyi ilə əlaqəli hədis

Əbu Səid əl-Xudri Rəsulullaha (s) it cəmdəklərinin, çirkli parçaların və insan nəcisinin atıldığı bir quyudan çıxardılan su ilə əlaqəli verilən suala “Şübhə yoxdur ki, su təmizdir və onu heç bir şey kirlətməz” (Əbu Davud, Təharət, 34) buyurduğunu eşitmişdir. Bu hədisin vürud səbəbi olaraq belə deyilir: Həzrət Məhəmməd (s) həyat yoldaşlarından biri olan Həzrət Meymunənin (ə) cənabət qüslü aldığı suyun qalanı ilə dəstəmaz aldı. Xanımı bu suyun (qüsl suyu) olduğunu söylədikdə Peyğəmbər (s) “Heç şübhə yoxdur ki, su təmizdir, onu heç nə çirkləndirməz” buyurdu [2, s. 76-77].

Bununla əlaqəli başqa bir hədisdə Əbu Səid əl-Xudri atasından belə rəvayət etmişdir: “Rəsulullaha baş çəkdim, onun Budaa quyusunun suyuyla dəstəmaz aldığını gördüm. “Buranın suyu ilə dəstəmaz alırsınız? Halbuki buraya zir-zibil və buna bənzər çirkli şeylər atılır”, - dedim. Bunu eşidən Rəsulullah (s) buyurdu: “Suyu heç bir şey kirlətməz” (Nəsai, Miyah, 2).

Rəvayətlərə əsasən, Əbu Davud bu quyunun dərinliyinin ən çox qurşağa qədər, ən az isə övrət yerinin aşağısına qədər olduğunu bildirmişdir. O, özü bilavasitə bu quyunun sahəsini ölçmüş, eninin altı arşın (arşının uzunluğu dirsəkdən ortancıl barmağın ucuna qədər olan hissəsinə qədərdir) olduğunu bildirmişdir [2, s. 77].

Bu hədisin elmilikdən uzaq olduğuna dair tənqidlər irəli sürülmüşdür. Belə ki, içərisində çirkli şeylər olan suyun tərkibində gözlə görünməyən mikrob və bakteriyaların olacağı təbiidir. Belə bir suyun da istifadəyə uyğun olduğunu söyləmək elmilikdən uzaqdır [3].

İslam alimləri, içinə it leşi və ya yuxarıda adı çəkilən çirkli şeylərin düşməsi xaricində, quyudakı suyun uzun müddət quyuda qalması və yarpaqların düşərək çürüməsiylə rənginin pozulmuş ola biləcəyini, belə halda da suyun təmizləyicilik xüsusiyyətini itirməyəcəyini söyləyərək bu hədisi müdafiə etmişlər [4, I, 131].

Page 55: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

55

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

ARAşDIRMA

Bu hədisin daha yaxşı başa düşülməsi üçün mövzu ilə əlaqəli başqa hədisləri də tədqiq etməyimiz münasib olacaqdır. Məsələn, Həzrəti Məhəmməd (s) “Su iki qüllə ölçüsündə oluncaya qədər çirklənməz” buyurmuşdur (Əbu Davud, Təharət, 33). Başqa bir hədisində isə “Allah suyu təmiz yaratmışdır. Onu ancaq dadını, rəngini, yaxud da qoxusunu dəyişdirən bir şey kirlədər” söyləmişdir [5, I, 28].

Göründüyü kimi, birinci hədisdə suyun iki “qüllə” (müəyyən bir yüksəklik) olduğu təqdirdə dadı, qoxusu və rəngi dəyişsin və ya dəyişməsin təmiz olduğu bildirilmişdir. İkincisində isə, istər iki “qüllə” miqdarı, istərsə də daha az olsun, rəngi, dadı və qoxusu dəyişmədikcə suyun təmizləyicilik xüsusiyyətində qaldığı deyilmişdir. Yəni bu halda birinci hədisdəki ümumi olan hökm, ikincidə xüsusiləşdirilmişdir [6, s. 266].

2. Xəstəliyin yoluxması ilə bağlı hədis

Elmi cəhətdən şübhə doğuran və tənqidə məruz qalan başqa bir hədis isə “Xəstəliyin (öz-özünə) yoluxması deyilən bir şey yoxdur. Əşyada və quşların səsində uğursuzluq olmaz. Səfər ayında da uğursuzluq yoxdur” (Buxari, Tibb, 19; Müslim, Səlam, 101) hədisidir [7]. Belə ki, günümüzdə tibbin inkişafı nəticəsində xəstəliyin yoluxması hadisəsinin faktiki olaraq bir həqiqət olduğu bilinməkdədir. Ancaq bu hədisdə verilən ibrətin yaxşı başa düşülməsi və hədisin doğru anlaşılması çox əhəmiyyətlidir. Ona görə də bu hədis “Cüzzamlıdan aslandan qaçan kimi qaç” (Buxari, Tibb, 19) hədisi ilə birlikdə analiz edilməlidir. Belə ki, adı çəkilən hədis aşağıdakı kimi izah edilmişdir: xəstəliklər öz-özünə yoluxmaz. Allah-Təala xəstənin sağlam biri ilə təmasını xəstəliyin yoluxması üçün bir səbəb qılmışdır. Buna görə Həzrət Məhəmməd (s) birinci sözü ilə xəstəliklərin öz-özünə yoluxacağına dair xalq arasında əvvəlcədən mövcud olan cahiliyyə inancını ortadan qaldırmışdır, ikinci sözü ilə də xəstəliyin xəstə adamdan sağlam insana yoluxma təhlükəsinin olduğunu ifadə etmişdir [6, s. 266].

3. Çörəkotu otu ilə əlaqəli hədis

Mənbələrdə xəstəliklərin müalicəsinə dair çoxlu hədis vardır. Belə hədislərdən birində çörəkotunun hər cür xəstəliyə çarə olacağı ifadə edilmişdir (Buxari, Tibb, 7; Tirmizi, Tibb, 5). Çörəkotu bəzən ayrıca, bəzən başqa şeylərlə qarışdırılaraq qaynadılıb yeyildikdə, yaxud məhlul şəklində içildikdə bir çox xəstəliyi sağalda bilən dərman kimi istifadə edilən bir bitki toxumudur. Onun bu xüsusiyyəti qədimdən tibbə məlum idi [8, s. 275-276]. Məşhur İslam alimlərindən Ayni [9, XXI, s. 235-236], həmçinin Cahiliyyə dövrü haqqında məlumatların toplandığı “əl-Müfəssəl” kitabının müəllifi Cavad Əli də [10, VIII, s. 396] bu mövzuya yer ayırmışdır.

Yuxarıda verilən hədislərlə əlaqəli İslam alimləri müxtəlif izahlar vermişlər. Belə ki, çörəkotu ilə əlaqəli “hər dərdə dəvadır” sözünün ümumi olaraq deyildiyi, ancaq xüsusilik nəzərdə tutulduğu bildirilmişdir. Bu bitkinin rütubətdən meydana gələn xəstəliklərə şəfa olacağı məlumdur [8, s. 275; 9, XXI, s. 237]. Bundan başqa, hər dərdə çarə mövzusunda

Page 56: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

56

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

ARAşDIRMA

balın da dəyərli olduğu bilinməkdədir. Quranda buyurulur: “...(O arıların) qarınlarından insanlar üçün şəfa olan müxtəlifrəngli (ağ, sarı, qırmızı) bal çıxar...” [11, Nəhl, 69]. Ayənin mənası çox vaxt bir sıra xəstəliklərə şəfa şəkilində izah edildiyi üçün çörəkotu ilə əlaqəli oxşar mənadakı hədisi də bu şəkildə izah etmək doğru olacaqdır [8, s. 275; 9, XXI, s. 237].

4. Dəvə idrarının şəfa tapmaq məqsədi ilə içilməsi haqqında hədis

Mənbələrdə Peyğəmbərimizin (s) bir qövmə sağalmaları üçün dəvə idrarı içmələrini tövsiyə etdiyi hadisəsi mövcuddur. Halbuki Allah təmizliyə əhəmiyyət verilməsini və təmiz şeylərdən yeyilməsini tövsiyə edir. Odur ki, “Allah ümmətimin xəstəliklərinin şəfasını haram olan şeylərlə çarə etməmişdir” (Əbu Davud, Tibb, 3) hədisi ilə ziddiyyət təşkil etdiyi üçün bu hədis tənqid atəşinə tutulmuşdur.

Qatadə bu hədisin mövsul isnada sahib olduğunu demişdir [bax: 1, X, 150]. İbn Hazm ravilər arasında adı çəkilən Süleyman İbn Şeybanın kimliyi bilinmədiyindən bu hədisin batil olduğunu bildirmişdir. Bundan başqa, Ayni də hədisin Ənəs rəvayətində “dəvələrin idrarından” bəhs olunmadığını qeyd etmişdir. Ancaq bu fikir çox mötəbər sayılmamışdır. Belə ki, İbn Hibban “Səhih” adlı kitabında təxric edərək (bir hədisi isnadıyla birlikdə bir kitabda nəql etmək) bu hədisin səhih olduğunu bildirmişdir [9, III, 155]. Bununla yanaşı, İslam alimləri mövzu ilə əlaqədar öz fikirlərini bildirərək açıqlıq gətirmişlər. Bunlardan Əbu Hənifə, Şafii, Əbu Yusif, Əbu Sevr kimi alimlər idrarın nəcis olduğunu, ancaq məcburi hallarda mübah sayıldığını ifadə etmişlər. Necə ki, müharibə və ya həddən artıq soyuq havalarda başqa geyim tapılmadıqda, kişilərə haram olduğu halda ipək paltar mübah sayılırsa, idrarın da mübah olduğu hallar vardır [9, III, 154]. Bəzən məcburi hallarda ölmüş heyvanın əti də haram olmadığı bilinməkdədir [9, III, 155].

Nəticə

Həzrət Məhəmmədin (s) hədislərini elmilikdən uzaq olduğunu bəhanə gətirərək qəbul etməyənlər, sadəcə yuxarıda verdiyimiz hədisləri deyil, başqa bir çox hədisi də tənqid atəşinə tutmaqdadırlar. Burada onların hamısından bəhs etməyə lüzum olmadığından qısaca demək lazımdır ki, hədislərə yönəldilən bu tənqidlərə qarşı İslam alimləri həmişə doğru cavablar tapmağa çalışmışlar. Günümüzdə də özündə elmi məlumatlar daşıyan hədisləri müasir elmlərlə müqayisə etmək istəyən bir çox cərəyanlar mövcuddur. Burada əsas nəzərə alınmalı cəhət bu cür hədislərin səhihlik dərəcələridir. Başqa bir cəhət isə inanc məsələsidir. Yəni müsəlmanlar səhih olduğunu qəbul etdikləri, tam mənası ilə başa düşə bilmədikləri bəzi elmi məlumatları əhatə edən hədislərə dəyər verir, onları lazımsız saymayaraq üslubuna uyğun şəkildə izah edir, ən azından belə hallarda təvaqqufa üz tuturlar. Alimlərimiz də “əl-imal əvla minəl-ihmal”, yəni hədislə əməl etmək onu tərk etməkdən daha üstündür deyiblər.

Page 57: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

57

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

ARAşDIRMA

ƏDƏBİYYAT

1. İbn Həcər əl-Əsqəlani. Fəthul-bari şərhu səhihil-Buxari (nəşr.: Məhəmməd Fuad Əbdulbaqi-Muhyiddin Xətib), I-XIII. Qahirə: Darur-rəyyan lit-turas, 1407/1986-87.

2. Suyuti, Əbul-Fəzl Cəlaluddin Əbdurrəhman ibn Əbu Bəkir. Əsbabu vurudil-hədis əvil-luma fî əsbabil-hədis (təhqiq: Yəhya İsmail Əhməd). Beyrut: Darul-kutubil-ilmiyyə, 1984/1404.

3. www.infidels.org/library/modern/denis_giron/islamsci.html

4. Süleyman ibn Əşas ibn İshaq əl-Əzdi, Əbu Davud əs-Sicistani. Sünəni- Əbu Davud tərcümə və şərhi (tərcümə: Hüseyin Kayapınar, Necati Yeniel, Necat Akdeniz). İstanbul: Şamil yayınevi, 1988.

5. Darəqutni, Ömər ibn Əhməd. Əs-Sünənud-Darəqutni (nəşr.: Abdullah Haşim Yəmani Mədəni), I-IV. Mədinə: Darul-məhasin lit-tıbaa, 1966.

6. Uğur, Mücteba. Ansiklopedik hadis terimleri sözlüğü. Ankara: Türkiye Diyanet Vakfı yayınları, 1992.

7. http://www.quran.org/hadithmaa.htm

8. Ali Çelik. İslamın Kabul ve Reddettiği Halk İnançları. İstanbul: Beyan yayınları, 1995.

9. Ayni, Əbu Məhəmməd Bədrəddin Mahmud ibn Əhməd ibn Musa əl-Hənəfi. Umdətul-qari şərhu səhih əl-Buxari, I-XXV. Qahirə: İdarətut-tıbaatil-muniriyyə, tarixsiz.

10. Cavad Əli. Əl-Müfəssəl fi tarixil-ərəb qabləl-İslam. Beyrut: Darül-ilm lil-məlayin, 1969.

11. Qurani-Kərim (ərəb dilindən tərcümə edənlər: Z. M. Bünyadov və V. M. Məmmədəliyev). Bakı: Qismət, 2006.

12. Əhməd ibn Hənbəl. Əl-Müsnəd (nəşr. Həmzə Əhməd əz-Zeyn), I-XX. Qahirə: Darul-hədis, 1416/1995.

13. Buxari, Məhəmməd ibn İsmail. Əl-Camius-səhih (nəşr. Muhibbuddin Həbib), I-XIII. Qahirə: Darur-rəyyan lit-turas, 1986.

14. Nəsai, Əbu Əbdurrəhmən Əhməd ibn Əli ibn Şueyb. Əs-Sünənul-kubra (təhqiq: Əbdülğaffar Süleyman əl-Bundari - Seyyid Kusrəvi Həsən), I-VI. Beyrut: Darul-kutubil-ilmiyyə, 1411/1991.

15. İbn Quteybə, Abdullah ibn Müslim əd-Dinəvəri. Təvilu muxtəlifil-hədis (təhqiq: Əbdulqadir Əhməd Ata). Beyrut: Müəssəsətul-kutubis-səqafiyyə, 1408/1988.

16. İbn Macə, Əbu Abdullah Məhəmməd ibn Yezid ər-Rəbəi əl-Qəzvini. Sünənu İbn Macə. Qahirə: Əl-Mətbəətul-ilmiyyə, 1313.

Page 58: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

58

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

Рашадат АхмедовНАУЧНАЯ ОЦЕНКА НЕКОТОРЫХ СПОРНЫХ ХАДИСОВ

АННОТАЦИЯ

В данной статье речь идёт о хадисах, которые подвергаются критике с научной точки зрения. Отмечается, что изречения пророка Мухаммеда не могут содержать логические или же иные ошибки, которые не соответствуют достижениям совре-менной науки. Поэтому мусульманские учёные приводят убедительные аргументы, чтобы опровергнуть необоснованную критику хадисов.

Автор приходит к заключению, что при рассмотрении хадисов, которые якобы противоречат современной науке, нужно принимать во внимание уровень их досто-верности.

Rashadat AhmadovSCIENTIFIC STUDY OF SOME CONTROVERSIAL HADITHS

ABSTRACT

The article deals with some hadiths which are subject to criticism from scientific standpoint. It is noted that Prophet Muhammad’s sayings can’t contain logical or other mistakes that do not match the achievements of modern science. Therefore, Muslim scholars put forward forceful arguments to refute unfounded criticism of hadiths.

The author concludes that, while studying the hadiths, allegedly contrary to modern science, it is necessary to take into account the level of their reliability.

ARAşDIRMA

Page 59: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

59

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

ARAşDIRMA

ÖZÜNÜTƏRBİYƏ METODU

Emin İMANLI,Beynəlxalq əl-Mustafa Universiteti,

[email protected]

AÇAR SÖZLƏR: əxlaq, özünütərbiyə, metod, üçlü model, formula. KЛЮЧЕВЫЕ СЛОВА: нравственность, самовоспитание, метод, тройная модель, формула. KEY WORDS: morality, self-education, method, triple method, formula.

“TCQ” modeli

İnsanlara «Əxlaqlı ol, zülm etmə!» deyilir və onlara «Xəyanət etməməlisən, doğru danışmalısan, yalan söyləməməlisən, azad olmalısan» və s. bu kimi əxlaqi formullar göstərilir, ancaq heç kim onlara həmin formulları hansı mexanizm daxilində həyata keçirməli olduqlarını söyləmir. Yəni onlara deyən yoxdur ki, əgər belə etsəniz, özünütərbiyədə effektiv bir nəticəyə nail ola bilərsiniz.

Qeyd olunan problemi nəzərə alaraq, “TCQ” adlandırdığım üçlü model barədə yazmaq qərarına gəldim. Bu üçlü modeldə göstərməyə çalışacağam ki, insan özünütərbiyədə hansı mexanizm daxilində effektiv nəticəyə nail ola bilər.

Gəlin, ilk olaraq, bu üç mərhələni nəzərdən keçirək:

1. Təyinetmə mərhələsi (T);

2. Canlandırma mərhələsi (C);

3. Qərar qəbuletmə mərhələsi (Q).

Qeyd edim ki, məqalədə qısa olaraq “TCQ” kimi ifadə etdiyim bu üçlü modeldə “T” birinci mərhələyə, “C” ikinci mərhələyə, “Q” isə üçüncü mərhələyə işarə edir.

Əxlaqi atributlar

Ənənəvi praktik əxlaqda, adətən, iki cür əxlaqi atributlardan, xüsusiyyətlərdən söz açılır. Belə ki, onların bəzisi insanda müsbət, bəzisi isə mənfi sifət hesab olunur, birincisi “fəzilət”, ikinci isə “rəzalət” adlanır. Məsələn, ədalət, doğru danışmaq, təvazökarlıq, əmanətə xəyanət etməmək, yaxşılıq, səxavət, şükür, izzət, ümidlilik, şücaət, səmimilik kimi müsbət xüsusiyyətlər “fəzilət” kateqoriyasına, zülm, yalan danışmaq, təkəbbürlülük, xəyanət, pislik, paxıllıq, naşükürlük, zillət, ümidsizlik, qorxaqlıq, ikiüzlülük, əsarət kimi mənfi xüsusiyyətlərsə “rəzalət” kateqoriyasına daxildir. Qeyd olunan iki növ əxlaqi

Page 60: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

60

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

ARAşDIRMA

atributun funksiyasına gəldikdə, “fəzilət” kateqoriyasına daxil olanlar insan ruhunu mənəvi təkamülə, “rəzalət” kateqoriyasına daxil olanlarsa mənəvi tənəzzülə aparır. Bu baxımdan, insan “özünütərbiyə”yə o zaman nail ola bilər ki, bacardığı qədər, “rəzalət” sayılan əxlaqi xüsusiyyətlərdən çəkinib, “fəzilət” kateqoriyasına malik əxlaqi xüsusiyyətlərə yiyələnsin. Məsələn, insan özünütərbiyədə bacardığı qədər yalan danışmaqdan çəkinməli və özünü doğru danışmaqla tərbiyə etməlidir ki, mənəvi təkamülə çata bilsin.

“T” mərhələsi

Özünütərbiyədə “TCQ” modelinin ilkin mərhələsi “təyinetmə” adlanır. İnsan bu mərhələdə “fəzilət” atributunu “rəzalət” atributundan ayırmağa çalışır. Bunu isə “nəsnələrin öz ziddi ilə tanınması” prinsipi ilə həyata keçirir. Yəni insan, məsələn, ədaləti tanımaq üçün ilk növbədə onun ziddi sayılan zülmü təyin edərək onu tanıyır. Burada belə bir sual yarana bilər: niyə insan ədalətin nə olduğunu bilmək üçün öncə zülmün nə olduğunu təyin etməlidir? Zənnimcə, bu cür təyinetmə prosesi belə bir önfərziyyəyə istinad edir: insan “mənəvi olan”lardan daha çox “maddi olan”lara meyillidir.

Qeyd olunan önfərziyyəni belə izah etmək mümkündür: insanda müxtəlif nəsnələrdən həzz almaq üçün iki cür istedad var. Bu bacarıqların bəzisi “maddi”, bəzisi isə “mənəvi” hesab olunur [1, s. 46]. Məsələn, insan “maddi nəsnə” hesab olunan yeməkdən və içməkdən həzz alır, yaxud da “mənəvi nəsnə” sayılan əxlaqi dəyərlərdən, gözəl dostla ünsiyyətdən, hansısa dini və ya irfani inancdan zövq alır. Digər tərəfdən, bu bacarıqlar aktuallaşma baxımından eyni dərəcədə deyil. Yəni onların təzahürü insana təsir edən təbiət və tərbiyə faktorları nəticəsində fərqli olaraq aktuallaşır, həyata keçir. Bu əsasla, maddi bacarıqların özəlliyi bundan ibarətdir ki, onlar insanda təbii olaraq inkişaf edir. Bu, o deməkdir ki, insan təbiəti, quruluşu etibarilə “maddi olan”lara meyillidir. İnsandakı mənəvi bacarıqlar isə belə deyil, yəni onlar öz-özlüyündə təzahür etmir, əksinə, münbit tərbiyə şəraitində üzə çıxaraq inkişaf edir. Məsələn, insandakı maddi istedad təbii olaraq onu özü ac olduğu təqdirdə, başqasının da ac olduğunu görə-görə yeməyi özünə saxlamağa təşviq edir. Halbuki başqa bir insanda mənəvi istedad tərbiyə əsasında inkişaf etdiyinə görə, o, fədakarlıq göstərərək öz yeməyini ac olana verir. Birinci fərddə mənəvi istedad inkişaf etmədiyindən o, yemək yeməkdən, ikinci fərddə isə bu istedad inkişaf etdiyindən fədakarlıqdan zövq alır. Beləliklə, məlum olur ki, insandakı maddi istedadlar öz-özlüyündə, təbii şəkildə inkişaf edir, mənəvi istedadlarsa, bunun əksinə, münbit tərbiyə şəraitində inkişaf edib üzə çıxır. Belə qənaətə gəlmək mümkündür ki, insan “maddi olan”lara “mənəvi olan”lardan daha çox meyillidir.

Yuxarıdakı izaha əsasən, məlum olur ki, “rəzalət” sayılan atributlar, sifətlər “maddi olan”lar sırasına, “fəzilət” sayılan atributlar, sifətlər isə “mənəvi olan”lar sırasına daxildir. Odur ki, insan “maddi olan”lara daha çox meyilli olub, onları yaxşıca tanıdığına görə “fəzilət”ləri “rəzalət”lər vasitəsilə təyin edib tanımalıdır.

Page 61: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

61

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

ARAşDIRMA

“C” mərhələsi

“TCQ” modelinin ikinci mərhələsinə gəldikdə, bu, “canlandırma” mərhələsi adlanır. İnsan bu mərhələdə təxəyyül gücündən istifadə edərək kimlərinsə, məsələn, zülm, xəyanət, simiclik, yalan kimi “rəzalət” hesab olunan atributlara, sifətlərə məruz qaldığını təsəvvür edir və belə bir səhnəni öz zehnində canlandırdıqdan sonra özünü onların yerinə qoymağa çalışır, yəni zehnində canlandırdığı ssenaridəki obrazların yerini dəyişir. Film, ədəbiyyat və şəxsi təcrübə insanın təxəyyül gücünün artmasına və nəticədə situasiyaları effektiv şəkildə canlandıra bilməsinə imkan yaradan faktorlardandır. Örnək olaraq, aşağıdakı bir neçə zehni eksperimenti (thought experiment) nəzərdən keçirək:

a) Fərz edin, sizinlə vədələşirəm ki, filan gün, filan yerdə görüşək. Siz də həmin gün təyin olunan vaxtda görüş yerinə gəlmisiniz və hava da olduqca şaxtalıdır. Siz soyuqdan dona-dona məni gözlədiyiniz halda, mən vədimə xilaf çıxıb, öz evimdə sobanın kənarında əyləşərək, film izləyirəm.

b) Təsəvvür edin ki, qonşuluğumuzda maddi durumu yaxşı olmayan bir ailə yaşayır. Məsələn, uşaqlarına məktəb ləvazimatı ala bilmir, uşaqlar məktəbə köhnə paltar və cırıq ayaqqabı ilə gedirlər. Çox vaxt axşamlar yeməyə bir şey tapa bilmədiklərindən acqarına yatırlar. Biz isə, maddi vəziyyətimiz yaxşı olduğu halda, simiclik edib, həmin ailəyə yardım əli uzatmırıq.

Page 62: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

62

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

ARAşDIRMA

c) Zehninizdə belə bir situasiya təsvir edin ki, yaxın dostunuz bir xəstənin ürək transplantasiyası üçün topladığı pulunu oğurlayıb və siz də bunu bilirsiniz. Pul sahibi sizdən hadisə barədə məlumatınız olub-olmadığını soruşur. Siz isə ortada sizi təhdid edən hansısa təhlükə olmadığı halda, bu hadisədən xəbərdar olmadığınızı söyləyirsiniz.

Yuxarıda qeyd olunan hər üç zehni eksperimentdə təxəyyül gücümüz sayəsində xəyanət, simiclik və yalan kimi “rəzalət” sayılan sifətləri öz zehnimizdə canlandıra bilirik. Onu da qeyd edim ki, rəzalətə məruz qalan adamların situasiyasını canlandırmaqla həmin situasiyanı bilmək tamamilə iki fərqli anlayışdır. Belə ki, bir var, insan həmin situasiya barədə sadəcə bilgi əldə edir. Bir də var, canlandırma prosesində insan həmin situasiyaya daxil olaraq, onların nə kimi hisslər keçirdiyini anlamağa çalışır. Məsələn, birinci misalda (a) özümü şaxtalı havada soyuqdan dona-dona məni gözləyən adamın yerinə qoyub, nə kimi hisslər keçirdiyini canlandırmağa və təsəvvür etməyə çalışıram. İkinci misalda (b) mən özümü uşaqların yerinə qoyub, onların keçirdikləri hissləri yaşamağa çalışıram. Nəhayət, üçüncü misalda (c) həmin xəstə, çarəsiz adamın yerində olduğumu təsəvvür edib, onun həmin an keçirdiyi hissləri yaşamağa çalışıram.

“Q” mərhələsi

Birinci və ikinci mərhələni uğurla keçdikdən sonra növbə sonuncu, yəni üçüncü mərhələyə çatır. Bu mərhələ “qərar qəbuletmə” mərhələsi adlanır. İnsan bu mərhələdə “qızıl qayda” (the golden rule) əsasında rəzaləti bir kənara qoyaraq, fəziləti seçməyi qərara alır. Əxlaq fəlsəfəsində “qızıl qayda”ya bu cür tərif verilir: “Başqaları ilə elə davran ki, onların da oxşar situasiyada səninlə o cür davranmasını istəyirsən” [2, s. 106].

Biz qızıl qaydada özümüzü hansısa davranışa məruz qalan bir adamın yerində təsəvvür edirik. Bu fonda əgər başqasına qarşı xüsusi davranış sərgiləsək və bununla belə, oxşar situasiyada bizimlə eyni cür davranılmasını istəməsək, bu zaman adıkeçən qaydanı pozmuş oluruq. Məsələn, fərz edin ki, yolla gedirik. Birdən, qarşımıza döyülərək hər şeyi əlindən alınan, yarıcan halda olan bir insan çıxır. Bu zaman zehnimizdə belə bir sual yaranır: “Ona yardım etməliyəmmi?” Məsələn, “təcili tibbi yardıma zəng vurmalıyammı?” Bu zaman müəyyən bəhanələr axtararaq öz-özümə deyirəm: “Niyə o adama yardım etməliyəm? Axı, əlimdə işlərim var. Özümü giriftar etmək istəmirəm” və s. Sonda bu nəticəyə gəlirəm: “Ona yardım etməməyimin heç bir zərəri yoxdur”. Bundan sonra əvvəlki situasiyanın tam əksini öz zehnimdə canlandırmağa başlayıram. Belə ki, özümü həmin döyülən, yarıcan olaraq bir kənara atılan adamın yerinə qoyuram və təsəvvür edirəm ki, mən döyülmüşəm, hər şeyim əlimdən alınıb və yarıcan halda bir kənara atılmışam. Həmin adamı da öz yerimdə fərz edirəm. Belə ki, yolla gedərkən, birdən məni o vəziyyətdə görür. Bu vaxt özümdən soruşuram: “Bu adamın belə bir vəziyyətdə mənə yardım etməməsinin heç bir zərəri yoxdurmu? Şübhəsiz ki, zərəri var!” Elə isə mən bu halda həm məntiqi uyğunsuzluğa, həm qərəzliliyə, həm də vicdansızlığa yol vermiş oluram. Halbuki məntiqi uyğunluq prinsipinə əsasən, bizim başqaları qarşısındakı davranışlarımız istəklərimizlə uzlaşmalıdır. Qərəzsizlik prinsipinə görə, oxşar davranışlar

ARAşDIRMA

Page 63: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

63

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

ARAşDIRMA

barədə oxşar dəyərləndirmə aparmalıyıq. Vicdanlılıq prinsipinə görə isə davranışlarımızla istəklərimizi əxlaqi inamlarımızla uyğunlaşdırmalıyıq [2, s. 105]. Bu baxımdan, əgər mən məntiqi uyğunluğa riayət edirəmsə, qərəzsizəmsə və vicdanlıyamsa, onda həmin adamı o vəziyyətdə qoyub getməyəcək və ona yardım etməyə çalışacağam. Deməli, həmin adamın məni həmin vəziyyətdə qoyub getməsi problemlidirsə, onda mənim də bu adamı o vəziyyətdə qoyub getməyim problemlidir.

“TCQ” modelinin tətbiqi

Yuxarıda qeyd olunan izahlara əsasən, “TCQ” modelinin hər üç mərhələsini yuxarıdakı misallara tətbiq edək.

1) “a” misalı

- “T” mərhələsi: “Nəsnələrin öz ziddi ilə tanınması” prinsipinə istinadən, vəfalılığı tanımaq üçün öncə onun ziddi olan xəyanəti təyin edib, tanıyıram. Burada vəfalılıq “fəzilət”, xəyanət isə “rəzalət” kimi çıxış edir.

- “C” mərhələsi: Təxəyyül gücümlə özümü şaxtalı havada soyuqdan dona-dona məni gözləyən adamın yerinə qoyub, nə kimi hisslər keçirdiyini canlandırmağa və təsəvvür etməyə çalışıram. Sanki həmin şaxtalı havadan donaraq gözləyən adam mənəm.

- “Q” mərhələsi: Bu zaman özümə belə bir sual verirəm: “Mənə qarşı xəyanət edilməsini istəyirəmmi?” Cavab isə aydındır: “Xeyr, istəmirəm”. Deməli, “qızıl qayda”ya görə, mən xəyanəti kənara qoyub, vəfalılığı seçməliyəm. Yəni xəyanətə məruz qalmaq istəmirəmsə, onda gərək başqasına da xəyanət etməyəm. Bu isə o deməkdir ki, mən öz vədimə vəfalı olmalıyam.

2. “b” misalı

- “T” mərhələsi: “Nəsnələrin öz ziddi ilə tanınması” prinsipinə istinadən, səxavəti dərk etmək üçün öncə onun ziddi olan simicliyi təyin edib, onu tanıyıram. Burada səxavət “fəzilət”, simiclik isə “rəzalət” kimi çıxış edir.

- “C” mərhələsi: Təxəyyül gücümlə özümü həmin uşaqların yerinə qoyub, onların nə kimi hisslər keçirdiklərini yaşamağa çalışıram. Sanki, həmin uşaqlardan biri mənəm. Belə ki, məktəbə köhnə paltar və cırıq ayaqqabı ilə gedirəm. Çox vaxt da, axşamlar yeməyə bir şey olmadığından acqarına yatıram.

- “Q” mərhələsi: Bu zaman özümə belə bir sual verirəm: “Mənə qarşı simiclik edilməsini istəyirəmmi?” Cavab isə aydındır: “Xeyr, istəmirəm”. Deməli, “qızıl qayda”ya əsasən, mən simicliyi kənara qoyaraq səxavəti seçməliyəm. Yəni özümə qarşı simiclik edilməsini istəmirəmsə, onda başqasına qarşı da simiclik etməməliyəm. Bu isə o deməkdir ki, mən səxavətli olmalıyam.

ARAşDIRMA

Page 64: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

64

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

3. “c” misalı

- “T” mərhələsi: “Nəsnələrin öz ziddi ilə tanınması” prinsipinə istinadən, doğru danışmağın nə olduğunu dərk etmək üçün öncə onun ziddi sayılan yalan danışmağın nə olduğunu təyin edib, onu anlayıram. Burada doğru danışma “fəzilət”, yalan danışma isə “rəzalət” kimi çıxış edir.

- “C” mərhələsi: Təxəyyül gücümlə özümü həmin xəstə, çarəsiz adamın yerində təsəvvür edib, onun həmin an keçirdiyi hissləri yaşamağa çalışıram. Sanki ürək transplantasiyasına girməli olan çarəsiz xəstə mənəm.

- “Q” mərhələsi: Bu zaman özümə belə bir sual verirəm: “Mənə yalan deyilməsini istəyirəmmi?” Cavab isə aydındır: “Xeyr, istəmirəm”. Deməli, “qızıl qayda”ya əsasən, mən yalan danışmağı kənara qoymalı və doğru danışmağı seçməliyəm. Yəni özümə yalan deyilməsini istəmirəmsə, onda başqasına da yalan deməməliyəm. Bu isə o deməkdir ki, mən doğru danışmalıyam.

Nəticə

Beləliklə, insan məntiqi uyğunluğa riayət edərsə, qərəzsiz və vicdanlı olarsa, bu zaman “TCQ” modeli əsasında “rəzalət” sayılan sifətlərdən uzaqlaşaraq, “fəzilət” sifətlərinə yiyələnə və nəticə etibarilə, effektiv şəkildə özünütərbiyəyə nail ola bilər. Bu baxımdan, demək mümkündür ki, “TCQ” modeli özünütərbiyə mexanizmini şərh edən effektiv metoddur.

ƏDƏBİYYAT

1. Muhəmmədbaqir, əs-Sədr. Fəlsəfətuna, əl-Mətbəə: Şəritə, Qum: 1427

2. Harry J. Gensler. Ethics: A contemporary Introduction. First published. London: Routledge, 1998.

ARAşDIRMA

Page 65: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

65

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

ARAşDIRMA

Эмин ИманлыМЕТОД САМОВОСПИТАНИЯ

АННОТАЦИЯ

В данной статье речь идёт о методах и способах самовоспитания. Отмечается, что людей всегда призывают вести нравственный и добродетельный образ жизни, однако при этом никто не указывает им, как достичь этой цели.

Автор статьи предлагает собственные методы самосовершенствования и вы-двигает «тройную модель» самовоспитания, что может способствовать сознатель-ной и целенаправленной работе личности по формированию и совершенствованию у себя положительных и устранению отрицательных качеств.

Emin Imanli SELF-EDUCATION METHOD

ABSTRACT

The article deals with the methods and means of self-education. It is noted that people are always called to lead moral and virtuous lifestyle but at the same time they are not recommended how to achieve this goal.

The author offers his own methods of self-improvement and puts forward the “triple method” of self-education which may contribute to the responsible and meaningful activity of the individual to establish and improve the positive qualities and eliminate the negative ones.

Page 66: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

66

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

MƏHƏMMƏD PEYĞƏMBƏRİN İCTİHADI HAQQINDA

Nuru İMANOV,AMEA-nın Məhəmməd Füzuli adınaƏlyazmalar İnstitutunun doktorantı

AÇAR SÖZLƏR: Peyğəmbər, ictihad, ayə, hədis.КЛЮЧЕВЫЕ СЛОВА: Пророк, иджтихад, аят, хадис.KEY WORDS: Prophet, ijtihad, ayah, hadith.

İslam hüququnda ictihadın çox önəmli dəlil olduğu məlumdur. Həzrət Peyğəmbər (s) dövründən indiyədək İslam alimləri, xüsusilə də fəqihlər cəmiyyətin qarşılaşdığı və haqqında nəss olmayan məsələləri öz düşüncə və ictihadlarına əsasən həll etməyə çalışmışlar.

Məhəmməd peyğəmbərin (s) ictihadı mövzusu fiqh elminin meydana gəldiyi və fiqh üsulu ilə bağlı kitabların yazıldığı dövrdən etibarən İslam alimləri arasında müzakirə mövzusu olmuşdur.

İctihad sözü lüğətdə “əl-cəhd” və ya “əl-cuhd” kökündən gəlir. “Əl-cəhd” “məşəqqət”, “əl-cuhd” isə “güc” və “taqət” mənasında işlədilir. Bəzi dilçi alimlər “cim” hərfinin hərəkəsinin “fəthə”, yaxud “zəmmə” olmasına istinad edərək, kəlmənin fərqli mənalar daşıdığı fikrini irəli sürmüşlər. İbn Mənzurun fikrincə, “əl-cəhd” “gücü yetəcək bir işin sonuna çatmaq”, “əl-cuhd” isə “az şey” mənasını daşıyır [1, c. 3, s. 133].

Üsul alimləri istilahi anlamda ictihada bir-birindən fərqli təriflər vermişlər. Məsələn, İmam Qəzaliyə görə, şəri hökmü bilmək yolunda müctəhidin gücünü sərf etməsi ictihad adlanır [2, c. II, s. 350]. Kəmaləddin ibn əl-Hümaməddin isə müctəhid yerinə “fəqih” sözünü işlədərək ictihada bu cür tərif vermişdir: “İctihad – şəri və zənni bir hökmü əldə etməkdə fəqihin bütün güc və qüvvəsini sərf etməsidir” [3, s. 523] .

Mühəqqiq əl-Hillinin verdiyi tərif isə belədir: “İctihad zənnə əsaslanan şəri məsələlərin hökmünü əldə etmək üçün düşünmə qabiliyyətini son həddə qədər işlətməkdir” [4, s. 240].

İslam hüquqçularının əksəriyyətinə görə, Həzrət Peyğəmbərin (s) ictihadı əqlən caizdir. İbn Hacib, Əl-Amidi, İmam Qəzali, hənəfilərin çoxu, hənbəlilər, şafeilərdən əl-Fəxrur-Razi və əl-Beyzavi ictihadı əqlən caiz görənlərdəndir [5, c. IV, s. 145].

Şiə məzhəbinə görə isə Məhəmməd peyğəmbərin (s) ictihadı caiz deyildir. Çünki onların fikrincə, Allah Rəsulunun (s) nəsləri vəhyə söykənir. Onlar “Nisa” surəsinin

ARAşDIRMA

Page 67: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

67

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

ARAşDIRMA

105-ci ayəsinə istinad edərək Rəsulullahın (s) ictihad yolu ilə heç bir şey söyləmədiyi qənaətindədir. Şeyx Tusinin fikrincə, bəzi səhabələrin Məhəmməd peyğəmbərin (s) hüzurunda ictihad etdiyinə dair rəvayətlər zəif məlumatlardır [6, c. 2, s. 733]. O bildirir ki, Həzrət Peyğəmbər (s) heç bir halda ictihad etməmiş, həmçinin ictihadla hökm verməmişdir. Buna baxmayaraq, Tusinin qənaətinə görə, alimlərin ictihad etməsi caizdir. Onların ictihadının sahəsi və funksiyası zidd dəlillər arasında seçim etmək, Quran və sünnənin ümumi hökmləri üzərində düşünməklə hökm çıxarmaqdır [7].

Əbülhəsən əl-Əşəriyə tabe olan əşərilər və mötəzililərin əksəriyyəti Həzrət Peyğəmbərin (s) ictihadını nə əqlən, nə də şəri olaraq caiz görür [8, c. II, s. 366]. İbn Hazma görə, Peyğəmbər (s) barəsində “haqqında vəhy enməyən şəri bir hökmü ortaya qoymaqda ictihad etməsi caizdir” deyənlər dindən çıxmış hesab olunur. Allah-Təalanın sonuncu Peyğəmbərə (s), “...Mən ancaq mənə gələn vəhyə tabe oluram...” (Yunus, 15) əmri “Allah Rəsulunun (s) ictihadı caizdir” deyənləri tamamilə inkar edir [9, c. V, s. 698].

Məhəmməd peyğəmbərin (s) ictihadını əqlən caiz bilən İmam Qəzali qeyd edir: “Allah Rəsulunun ictihadı əqlən caizdir, lakin vaqe olmasına gəldikdə, bu, muhal (mümkün) olmasa da, bir ehtimaldır. Məlum olduğu kimi, Peyğəmbərdən sudur edənlərin (gələnlərin) hamısı vəhydir”. Daha sonra Qəzali fikrini belə davam etdirir: “Rəsulullahın ictihadının vaqe olmasına gəlincə, bunu bir qrup qəbul, digər qrup inkar etdi. Üçüncü qrup isə bitərəf qaldı, yəni təvəqquf (tərəddüd) etdi. Ən doğru görüş məhz budur” [2, c. II, s. 357].

Hənəfi fiqh alimləri hərbi və dünyəvi işlərdə, eləcə də şəri hökmlərdə Peyğəmbərin (s) ictihadını caiz görür, lakin onun vəhyi gözləməsini şərt kimi irəli sürürlər. Hənəfi fəqihlər gözləmə müddəti barədə ixtilaf etmişlər. Bəziləri bu müddətin üç gün, bəziləri isə Rəsulullahın (s) sözünə əsasən “vəhydən ümid kəsəcək qədər vaxtın keçməsini” gözləmək lazımdır qənaətinə gəlmişlər. Allah Rəsulunun (s) vəhydən ümidini kəsdikdən sonra ictihad etməsi ümmətinin alimlərindən ictihad edənlərə bənzəyir. Müctəhidlər bir məsələ ilə qarşılaşdıqda əvvəlcə Quran və sünnəyə müraciət edirlər, əgər bu qaynaqlarda məsələnin həll yolunu tapa bilmirlərsə, o zaman ictihada baş vururlar. Necə ki, bir kimsə yanında su olmadığı halda səfərə çıxır, lakin səfər əsnasında suyun olacağına ümid edir. Bu şəxs təyəmmüm etməmişdən öncə su axtarmalıdır. Əgər su tapa biləcəyinə ümidi yoxdursa, yaxud suyun olmadığını qəti bilirsə, o zaman təyəmmüm edə bilər. Deməli, müctəhidlərin vəhyə ümidi yoxdur. Nəticə olaraq, Rəsulullahın (s) ictihadı ilə sabit olan hökm vəhylə sabit olan hökm kimidir [10, c. I, s. 53].

Hənəfi fiqh alimləri, eyni zamanda Peyğəmbərin (s) ictihadını vəhyə bərabər dəyərləndirirlər. Onlara görə, Peyğəmbərin ictihadı qəti dəlildir. Müctəhidlərin ictihadını isə heç vaxt vəhyə bərabər tutmaq olmaz. Rəsulullahdan (s) başqa hər kəs səhv edə bilər [5, c. II, s. 56].

Allah Rəsulunun (s) hökmdə ictihadını şərtsiz caiz görənlər öz fikirlərində əqli və nəqli dəlillərə, yəni ayə və hədislərə istinad edirlər. Aşağıdakı ayələr Həzrət Məhəmmədin (s) ictihad etdiyinə sübut kimi göstərilir.

Page 68: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

68

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

1. “...Ey bəsirət sahibləri! (Bəni Nəzir qəbiləsinin başına gələnlərdən) ibrət alın!” (Həşr, 2) ayəsində xitab ümumidir və bütün bəsirət sahiblərinə aiddir. Məhəmməd peyğəmbərin (s) ağıl və bəsirətinin hər kəsdən üstün olduğuna heç bir şübhə yoxdur. Allah Rəsulu (s) da ayədə keçən “ibrət alın!” əmrinə tabedir. Bu da, ictihadla əməl etmənin dəlilidir.

2. “(Ya Rəsulum!) Həqiqətən, Biz sənə Quranı haqq olaraq nazil etdik ki, Allahın sənə göstərdiyi (öyrətdiyi, bildirdiyi) ilə insanlar arasında hökm edəsən...” (Nisa, 105) ayəsində yer alan “əra” feili Rəsulullahın (s) ictihadını caiz görənlərin fikrincə, inandırmaq mənasındadır. Əbu Əli əl-Farisi də “əra” feilinin qəlblə görmək, yaxud etiqad mənasında olduğunu qeyd etmişdir.

3. “... işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et!...” (Ali-İmran, 159) ayəsindən məlum olduğu kimi, müşavirə və ya məsləhətləşmə Həzrət Peyğəmbərin (s) ictihad vasitəsilə verdiyi hökmlərdə olur. Rəsulullahın (s) həyatını öyrəndikdə görürük ki, o, öz səhabələri ilə hər mövzuda məşvərət etmişdir. Əsirlərdən fidyə alınması, Uhud savaşında şəhərdən kənara çıxmaq, yaxud çıxmamaq, eləcə də Xəndək savaşında şəhərin ətrafında xəndək qazılması və s. işlər məşvərətlə qərarlaşdırılmışdır [11, c. 16, s. 393].

4. İslamda məşvərətin əhəmiyyəti barədə Rəsulullahın (s) bir çox hədisi olduğunu da nəzərdən qaçırmamalıyıq. Allah Rəsulu (s) Həzrət Əbu Bəkr və Həzrət Ömərlə bir mövzu haqqında məşvərət edərkən onlara demişdir: “Mənə vəhy olunmayanda sizin kimiyəm”. Başqa bir rəvayətdə münafiqlərin başçısı Abdullah ibn Übeyy ölümcül xəstəliyə tutulduqda oğlu Rəsulullahın yanına gələrək ondan atası üçün istiğfar (bağışlanması) diləməsini istəmişdir. Məhəmməd peyğəmbər (s) Abdullahın oğlunun qəlbini qırmayaraq, Allaha dua etmiş və məsələ ilə bağlı aşağıdakı ayə nazil olmuşdur: “(Ya Peyğəmbərim!)

ARAşDIRMA

Page 69: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

69

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

ARAşDIRMA

Onlar (o münafiqlər) üçün istər bağışlanma dilə, istər diləmə; onlar üçün yetmiş dəfə bağışlanma diləsən də, yenə Allah onları bağışlamayacaq...” (Tövbə, 80). Göründüyü kimi, Həzrət Peyğəmbərin (s) münafiqlər üçün əfv diləməsi öz ictihadı ilə deyil, vəhylə olsaydı, Allah-Təala Rəsuluna xitabən qeyd olunan ayəni endirməzdi.

5. Həzrət Məhəmmədin (s) əmisi Əbu Talibin müsəlman olmasını çox arzulamasına baxmayaraq, o, son nəfəsinə qədər İslamı qəbul etməmişdir. Əbu Talib ölüm yatağında olduğu zaman Rəsulullah (s) onun yanına gəlib demişdir: “Ey Əbu Talib! “Allahdan başqa ilah yoxdur” söylə ki, onu Allah qatında sənin lehinə dəlil kimi istifadə edim. Əbu Cəhl söhbətə müdaxilə edərək demişdir: “Əbdülmütəllibin millətindən üz çevirirsənmi, Ey Əbu Talib?!” Lakin Rəsulullahın (s) ona Kəlmeyi-Tövhidin təlqinini davam etdirməsinə baxmayaraq, Əbu Talib fikrindən dönməmişdir. Rəsulullah (s) isə belə demişdir: “Rəbbim məni ondan uzaqlaşdırıncaya qədər onun əfv olunmasını diləməyə davam edəcəyəm”. O zaman ayə nazil olmuşdur: “Müşriklərin cəhənnəmlik olduqları (müsəlmanlara) bəlli olduqdan sonra onlarla qohum olsalar belə, Peyğəmbərə və iman gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz!” (Tövbə, 113) [11, c. XVI, s.146].

Göründüyü kimi, Məhəmməd peyğəmbər (s) əmisi Əbu Talibin Allah tərəfindən bağışlanılması üçün öz rəy və ictihadı ilə dua etməsinə baxmayaraq, onun bu istəyi qəbul edilməmişdir.

Yuxarıda da vurğuladığımız kimi, Məhəmməd peyğəmbərin (s) ictihad etdiyi ilə bağlı Quran ayələri ilə yanaşı, hədislər də mövcuddur. Həmin hədislərdən bir neçəsinə diqqət yetirdikdə ictihadın mövcudluğu qənaətinə gəlmək olur:

“Alimlər Peyğəmbərlərin varisləridir” hədisinə əsasən, deyə bilərik ki, əgər peyğəmbərlər ictihad etməzsə, ümmətin alimləri peyğəmbərlərdə olmayan hansısa xüsusiyyətə necə varis olacaqlar?!

Bir qadın Həzrət Peyğəmbərin (s) yanına gələrək, “Ya Rəsulullah! Atam üzərində bir ay oruc borcu qaldığı halda vəfat etdi. Mən onun əvəzinə həmin borcu ödəyə bilərəmmi?”, - deyə soruşdu. Allah Rəsulu (s) belə cavab verdi: “Atanın bir borcu olsaydı, onu ödəyərdinmi?” Qadın bəli cavabını verdi. Rəsulullah (s) buyurdu: “Allahın borcu ödənməyə daha layiqdir. Bu hadisə Rəsulullahın (s) qiyas yolu ilə ictihadını göstərir [5, c. IV, s.145].

Hüdeybiyyə müqaviləsində tərəflər arasında anlaşma yazıldığı vaxt Rəsulullah (s) Həzrət Əliyə (ə) belə yazmasını əmr etmişdir: “Bu, Allah Rəsulu Məhəmməd və Suheyl ibn Amrın arasında bir anlaşmadır”. Lakin Suheyl ibn Amr bu ifadəyə qarşı çıxaraq demişdir: “Sənin Allah Rəsulu olduğunu qəbul etsək, səninlə savaşmarıq. Öz adını və atanın adını yaz”. Rəsulullah (s) Həzrət Əliyə (ə) demişdir: “Rəsulullah ifadəsini sil, yerinə Məhəmməd ibn Abdullah yaz”. Həzrət Əli (ə) yazını silmək istəməmiş, bunu görən Həzrət Peyğəmbər (s) həmin ifadəni özü silmişdir. Bu hadisə Rəsulullahın (s) öz rəy və

Page 70: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

70

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

ictihadı ilə hərəkət etdiyini sübuta yetirir. Əgər o, “Muhəmmədun Rəsulullah” ifadəsini vəhy əsasında yazdırsaydı, onu silməsi düşünülə bilməzdi [12, c. II, s.77].

Beləliklə, yuxarıdakı qeydlərdən də belə nəticəyə gəlmək mümkündür ki, Rəsulullah (s) ictihad etmişdir. Mənbələrdə verilmiş örnəklərdən də göründüyü kimi, Həzrət Məhəmmədin (s) ictihadları hansısa məkan və ya mövzu ilə məhdudlaşmır, verdiyi hökmlər Allah-Təala tərəfindən təsdiqini tapırsa, həmin hökmləri yerinə yetirmək müsəlmanlara vacibdir.

ƏDƏBİYYAT

1. İbn Mənzur, Lisanul-Ərəb, I-XV. Beyrut: 1968.

2. Əbu Həmid Məhəmməd əl-Qəzali. Əl-Mustafsa min İlmil-Üsul. Misir: h. 1322.

3. Kəmaluddin Məhəmməd ibn Humamiddin. ət-Təhrir fi Üsulil-Fiqh. Misir: h. 1351.

4. Mühəqqiq əl-Hilli. Məbadiul-Üsul ilə İlmil-Üsul. Qum: 1404.

5. Seyfəddin bin Məhəmməd əl-Amidi. əl-Əhkam fi Üsulil-Əhkam, I-IV. Qahirə : 1967.

6. Əbu Cəfər Məhəmməd bin Həsənul-Tusi. əl-Uddə fi Üsulil-Fiqh, I-X. Qum: 1975.

7. http://www.al-islam.org/al-tawhid/vol4-n2/role-ijtihad-legislation

8. Məhəmməd bin Nizamuddin əl-Ənsari. Fəvatihur-Rahmut bi şərhi Musəlləmis-Sübut, I-II. Küveyt: 1969.

9. Əli bin Əhməd bin Səid bin Hazm. əl-İhkam fi Üsulil-Əhkam, I-VIII. Qahirə: 1986

10. Əbu Bəkr Məhəmməd bin Əhməd əs-Səraxsi. Üsulus-Səraxsi, I-II. Beyrut: h. 1372.

11. əl-Fəxrur-Razi. ət-Təfsirul-Kəbir, I-XXXII. Misir: 1938.

12. Əbul-Həsən Əli bin Məhəmməd ibn Əsir. Tarixul-Kamil, I-XII. Misir: 1962.

ARAşDIRMA

Page 71: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

71

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

ARAşDIRMA

Нуру ИмановОБ ИДЖТИХАДЕ ПРОРОКА МУХАММЕДА

РЕЗЮМЕ

Статья посвящена теме иджтихада пророка Мухаммеда. Слово «иджтихад» в переводе с арабского языка означает «усердствование», «большое старание». Иджтихад — это деятельность мусульманского богослова в изучении и решении богословско-правовых вопросов, а также это система принципов, аргументов, ме-тодов и приёмов, используемых при этом богословом-муджтахидом.

Автор приводит высказывания мусульманских богословов об иджтихаде и на основе мусульманских источников приходит к заключению, что традиция иджтиха-да восходит к пророку Мухаммеду.

Nuru ImanovABOUT IJTIHAD OF THE PROPHET MUHAMMAD

SUMMARY

The article deals with the ijtihad of the Prophet Muhammad. The word “ijtihad” in Arabic language means “zeal”, “great effort”. Ijtihad is an activity of Muslim theologian in studying and solving theological and legal issues, as well as a system of principles, arguments, methods and techniques used by theologian-Mujtahid.

The author cites the statements of Muslim scholars about ijtihad, and based on Islamic sources concludes that ijtihad tradition dates back to the Prophet Muhammad.

Page 72: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

72

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

ŞİRVANŞAHLAR DÖVLƏTİNDƏ HƏRBİ DƏNİZ KƏŞFİYYATI VƏ RABİTƏNİN HÜQUQİ ƏSASLARI

(IX-XIII ƏSRİN ƏVVƏLLƏRİ)

Samir MƏMMƏDOV,tarix üzrə fəlsəfə doktoru

AÇAR SÖZLƏR: orta əsrlər, kəşfiyyat, hərbi dəniz donanması, dəniz savaşı.КЛЮЧЕВЫЕ СЛОВА: средние века, разведка, военно-морской флот, морское сражение.KEY WORDS: Middle Ages, intelligence, navy, naval war.

Şirvanşahlar dövləti 861-ci ildə müstəqilliyini elan etdikdən sonra onun üçün hərbi dəniz donanmasının yaradılması vacib məsələlərdən biri idi. Belə ki, Xəzər dənizi sahillərində Dərbənddən Kür çayınadək təxminən 450 km-lik məsafədə yerləşən Şirvanşahlar üçün dənizdən hər an baş verə biləcək düşmən basqını gözlənilirdi. Əgər quruda dövlətin müdafiəsini yüzlərlə gözətçi qüllələr, qəsrlər, qala və möhtəşəm sədlər təmin edirdisə, dəniz istiqamətində belə müdafiə sisteminin qurulması mümkün deyildi. Şirvanşahlar dövlətinin coğrafi və geostrateji vəziyyəti burada dəniz kəşfiyyatının təşkilini tələb edirdi ki, sahilə yaxınlaşan düşmənlər haqqında vaxtlı-vaxtında məlumat verilsin. Şirvanşahlar quruda müdafiə məsələlərinə necə böyük ciddiliklə yanaşırdılarsa, dənizdə də dövlətin təhlükəsizliyinə eyni münasibəti göstərirdilər. Çünki Xəzər dənizinin sahilləri dövlətin hərbi cəhətdən ən təhlükəli istiqaməti idi. O dövrdə zəngin iqtisadi potensiala malik Şirvan və eləcə də başqa sahilyanı ölkələr insanların sıx yaşadığı ərazilər olmuşdur. Şirvan torpağının bolluğu inkişaf etmiş ticarəti, kənd təsərrüfatı, yüksək səviyyəli sənətkarlığı, hələ o dövrdə dillər əzbəri olmuş nefti, duzu, balığı, ipəyi və s. zəngin nemətləri, eyni zamanda orada yaşayan insanların zəhmətkeşliyi bu əraziləri qədimdən bəri məşhurlaşdırmışdır. Xəzər dənizi ilə dünyanın bir çox yerindən gələn tacirlər gəmilərlə mallarını müxtəlif ölkələrə apararaq, geniş ticarət əlaqələri qurmuşlar.

IX əsrin müsəlman coğrafiyaşünası İbn Xordadbeh məlumat verir ki, rus tacirləri “Curcan (Xəzər – S.M.) dənizi ilə yola düşür və istədikləri sahilə çıxırdılar”, hərçənd bəzən onlar Curcandan Bağdadadək olan məsafəni dəvələrlə qət edirlər [1, s. 124]. Akademik N.Vəlixanlı İbn Xordadbehin bu və digər məlumatlarını təhlil edərək bildirir ki, rus tacirlərinin karvanları slavyanların ən ucqar (şimal) vilayətlərindən Tanais (Don) çayını keçir, xəzərlərin ölkəsindən tranzit xəracını ödədikdən sonra Xəzər dənizinə çıxıb, istədikləri sahilə yaxınlaşaraq ticarətlə məşğul olmaq hüququna malik idilər. Çox vaxt rus tacirləri Xəzəri keçib Bağdadadək gedə bilirdilər [1, s. 41]. Şirvanşahlar tarixinin görkəmli tədqiqatçısı S.Aşurbəyli bildirir ki, ticarət məqsədilə öz gəmilərində Xəzər dənizinin sahillərinə üzüb gələn rus tacirləri bu diyara yaxşı bələd idilər və xəzərlər

TARİXƏ PƏNCƏRƏ

Page 73: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

73

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

TARİXƏ PƏNCƏRƏ

kimi Azərbaycanın, xüsusilə Şirvan vilayətinin zənginliyi barədə məlumatları yayırdılar [2, s. 92]. Qeyd edək ki, təkcə ruslar deyil, dünyanın müxtəlif yerlərindən Xəzər dənizi vasitəsi ilə gələn tacirlər Xəzəryanı ölkələrdə ticarətlə məşğul olur, bu isə dəniz ticarət gəmiçiliyini daha da intensiv edirdi.

Lakin Şirvanın və Xəzərin sahilyanı əraziləri yalnız tacirlərin deyil, həm də müxtəlif işğalçıların həmişə diqqətini cəlb etmişdir. Onlar hər bir vəchlə bu ölkə haqqında məlumatlar əldə etməyə çalışırdılar. Həmin dövrdə kəşfiyyat xarakterli məlumatları çatdırmaqda tacirlər mühüm rol oynamışlar. Təsadüfi deyil ki, belə məlumatları əldə edən rus quldur dəstələri qənimət əldə etmək məqsədilə Xəzərin sahillərində yaşayan xalqlar üzərinə qəfil hücumlar edir, qətl və qarət törədirdilər. Qeyd edilməlidir ki, basqınlardan əvvəl ruslar burada ətraflı və dərin kəşfiyyat işi aparır, bu ərazilərdə onlara müqavimət göstərə biləcək hərbi qüvvənin olub-olmadığını və ölkənin müdafiə vəziyyətini öyrənirdilər. Ruslar öz yürüşlərinə hərtərəfli hazırlaşırdı, onların basqınları qeyri-mütəşəkkil deyil, əksinə, dərindən düşünülmüş, yüksək səviyyədə təşkil olunmuş hərbi əməliyyatı daha çox xatırladırdı. Belə hərtərəfli hazırlaşmanın əsasını isə kəşfiyyat məlumatları təşkil edirdi. Akad. A.Y.Yakubovski rusların 943/944-cü il Bərdə şəhərinə yürüşünü təhlil edərək, bildirir ki, “Qafqaz xalqlarının zənginliyi haqqında rusların gözəl məlumatlandırılması heç bir şübhə doğurmur” [3, s. 92]. Belə qəfil basqınların qarşısının

Page 74: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

74

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

alınması isə yalnız düzgün təşkil olunmuş kəşfiyyat xidməti (mənbələrdə “istihbarat”) vasitəsilə real ola bilərdi. Çünki kəşfiyyat işi düzgün təşkil olunduqda güclü düşmənə tutarlı zərbələrin endirilməsi, hətta onun tamamilə məhv edilməsi mümkündür.

IX-XIII əsrlərdə Şirvanşahlar dövlətində, bütün müsəlman ölkələrində olduğu kimi, dövlət idarəetmə quruluşu, o cümlədən hərb sistemi bütövlükdə İslam hüquq müddəalarına əsasən təşkil olunmuşdu. Məsələn, Şirvanşahlar dövlətinin IX-XI əsr tarixinə dair qiymətli mənbə olan “Şirvan və Dərbənd tarixi”ndə göstərilir ki, Şirvanşahlar ənənəvi olaraq kafirlərə qarşı qəzavat aparmışlar. Bu ənənə elə Şirvanşahlar dövlətinin ilk hökmdarı Heysəm ibn Validdən başlamış, o, “Şirvanşah kimi tanınmış” və “kafirlərə qarşı Sərir ölkəsində qəzvə etmişdir...” [4, s. 47, ərəb mətnində 6]. Şirvanşahlar gəmiçiliyin, hərbi dəniz donanmasının, hərbi dəniz kəşfiyyatının və rabitənin yaradılmasında da İslam hüquq ehkamlarını əsas götürmüş, bu sahələrin fəaliyyəti isə müvafiq hüquq müddəaları ilə tənzimlənmişdir. Yuxarıda göstərilənlər, ümumiyyətlə, bütün müsəlman hərb sənətinə şamil edilir, çünki hərbi kəşfiyyat müsəlman hərb sənətinin mühüm və ayrılmaz tərkib hissəsidir.

Kəşfiyyat işinin hüquqi və dini əsasları Qurani-Kərimdə və Məhəmməd peyğəmbərin (s) sünnəsində əks olunmuşdur. Belə ki, Qurani-Kərimdə buyurulub: “Ey iman gətirənlər! Ehtiyatı əldən verməyib silahınızı götürün və (düşmənə qarşı cihada) ya dəstə-dəstə, ya da hamınız bir yerdə çıxın!” [5, Nisa, 71].

Bəzi Quran təfsirçilərinin rəyinə görə, bu ayədə, həmçinin kəşfiyyat fəaliyyəti haqqında göstərişlər var. Təfsirlərin birində bildirilir ki, “Uca Allah mömin qullarına kafir düşmənlərdən qorunmağı tapşırır. Bu o deməkdir ki, onlar istənilən imkandan istifadə edərək döyüşə və təcavüzüdəf etməyə hazırlaşmalıdırlar. Bu tədbirlər qalaların tikilməsindən, səngərlərin qazılmasından, atış təlimindən, at sürməkdən, hərbi sənayenin inkişaf etdirməkdən, rəqibin ehtimal olunan hücum və geri çəkilmə yollarının öyrənilməsindən, onların planlarının aşkarlanmasından və Allah yolunda qoşun səfərbərliyindən ibarətdir” [6, s. 541]. Kəşfiyyat və rabitə sisteminin fəaliyyətinin hüquqi əsasları Peyğəmbər (s) tərəfindən müəyyənləşdirilmiş, sonrakı illərdə digər xəlifələr tərəfindən inkişaf etdirilmişdir. Bu mühüm müddəalara arxalanan Şirvanşahlar ölkənin və ordunun kəşfiyyat işini təşkil etmişlər. Hərbi dəniz kəşfiyyatı ümumi kəşfiyyat fəaliyyətinin yalnız bir hissəsidir və məqalədə ancaq dəniz kəşfiyyatından bəhs olunur.

Tək ticarət gəmiçiliyinin deyil, ümumiyyətlə, ölkədəki bütün ticarətin, dövlətin sahilboyu ərazilərinin təhlükəsizliyini düşünən Şirvanşahlar bu diyarın geosiyasi və coğrafi vəziyyətindən irəli gələrək düşmənə real və təsirli müqavimət göstərə bilən hərbi dəniz donanmanı yaratdılar. Ərəb mənşəli Məzyədilər hərbi donanmanı o dövrün ərəb hərbi dəniz standartlarına uyğun hazırladılar. Çünki orta əsr müsəlman Şərqinin gəmiçilik tarixinin dərin bilicisi və tədqiqatçısı T.Şumovskoyun təbiri ilə desək, ərəblər o dövrdə, xüsusilə də IX-XII əsrlərdə “Şərqin ən əsas dəniz milləti” olmuşlar [7, c. I, s. 57]. Qeyd olunmalıdır ki, IX-X əsrlərdə ərəb gəmiçiliyi tək ticarət gəmiləri baxımından

TARİXƏ PƏNCƏRƏ

Page 75: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

75

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

TARİXƏ PƏNCƏRƏ

deyil, ilk növbədə hərbi cəhətdən inkişaf etmiş, çox ciddi və nüfuzlu hərbi dəniz qüvvəsinə çevrilmişdi. Çünki geosiyasi səhnədə mühüm rol oynayan ərəb xilafətində hərbi donanmaya böyük diqqət yetirilirdi. Ərəblər müsəlman gəmiçiliyinin, o cümlədən müsəlman hərbi dəniz donanmasının ənənələrinin əsasını qoydular və bunu da inkişaf etdirdilər. Lakin Şirvanşahlar təkcə ərəb ənənələrini deyil, həmçinin yerli ənənələri də nəzərə almışdılar. Xəzər dənizi sahillərində hələ qədim dövrlərdən neçə-neçə gəmiçi nəsilləri yaşamış, bunlar gəmiqayırma işində bacarığı və mahirliyi ilə seçilmiş, qədim dünyada ad-san qazanmışdılar. Herodotun məlumatına əsasən, Əhəmənilər (e.ə. 550-331) dövründə Misir işğal olunduqdan sonra farslar Azərbaycanda Xəzər dənizi sahillərində yaşayan, gəmiçiliyi və gəmiqayırma işini yaxşı bacaran kaspiləri hərbi kolonist kimi gəmilərin inşası üçün Nil çayının yuxarı axarındakı Elefant adasında yerləşdirdilər (Her., III, 93) [həmçinin bax: 8].

Hərbi dəniz donanmasının yaradılmasında Şirvanşahlar, yuxarıda göstərildiyi kimi, ilk növbədə İslam hüquq normalarına əsaslanmışlar. T.Şumovskoyun qeyd etdiyi kimi, Qurani-Kərimdə dəniz və gəmiçiliklə əlaqədar ən azı 40 ayə əks olunmuşdur [7, c. 1, s. 151]. Məsələn, Qurani-Kərimdə buyurulur: “Təzə ət (balıq əti) yeməyiniz, taxdığınız bəzək şeylərini (inci, sədəf, mərcan) çıxartmağınız üçün dənizi də sizə ram edən Odur. (Ey insan! Allahın) nemətindən ruzi axtarmağınız üçün sən gəmilərin onu yara-yara üzüb getdiyini görürsən. Bəlkə, (bundan sonra Allahın nemətlərinə) şükür edəsiniz! [Və ya: Sən gəmilərin onu yara-yara üzüb getdiyini görürsən. (Bütün bunlar) Onun lütfünü aramanız və (kərəminə) şükür etməyiniz üçündür!]” [5, Nəhl, 14]. Başqa ayədə göstərilir ki: “(Yadınıza salın ki) Biz sizdən ötrü dənizi yarıb sizə nicat verdik və Fironun adamlarını siz baxa-baxa suda qərq etdik” [5, Bəqərə, 50]. Digər ayədə: “Gəmilərin Onun əmri ilə dənizdə üzməsi və sizin də Onun lütfündən (orada) ruzi axtarmanız üçün dənizi sizə ram edən Allahdır! Bəlkə, şükür edəsiniz!” [5, Casiyə, 45; 9, s. 430-431]. Göründüyü kimi, bu və digər ayələrdə gəmiçiliyin məqsədləri kimi balıqçılıq, dənizdən mərcan və mirvari çıxarılması, yüklərin gəmilərdə daşınması və s. göstərilmişdir. Eyni zamanda, Qurani-Kərimin başqa bir surəsində dəniz savaşından və dənizdə insanlar tərəfindən meydana gətirilən fəlakətlərdən danışılır: “İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, (Allah) onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar (haqqa) qayıdalar” [5, Rum, 41; 10, s. 157]. Bu ayələrdə olan hökmlərdə dənizdə və çaylarda gəmiçiliyin, hərbi dəniz donanmasının, dolayısı ilə hərbi dəniz kəşfiyyatının hüquqi əsasları təsbit olunmuşdur. Lakin İslam hüququnda dəniz və dənizçiliklə əlaqədar hədislər o qədər də çox deyil. Bu, onunla izah olunur ki, Həzrət Məhəmməd (s) dövründə dəniz və gəmiçiliklə əlaqədar müsəlmanların o qədər də çox əlaqələri olmamışdır. Buxari özünün “Səhih əl-Buxari” əsərində gəmilərə minib dənizlə səfər edilməsi babında belə bir hədis nəql edir: “Ənəs ibn Malik belə demişdir: “Mənə xalam Ümmü Haram təhdis etmişdir... Peyğəmbər (s) belə buyurmuşdur: “Ümmətimdən bir qövmə heyrət etdim ki, taxtları üzərində qurulmuş hökmdarlar kimi gəmilərə minib dəniz səyahətinə çıxırlar” [11, c. 6, s. 2718]. Dənizlə əlaqədar başqa bir rəvayətdə göstərilir ki, Peyğəmbər (s) Əşari qəbiləsindən bir səhabəni xüsusi döyüş tapşırığı üçün gəmi vasitəsilə Eylə bölgəsinə göndərmişdir. O, burada Zeyd

Page 76: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

76

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

ibn Harisə və ordusunun Bəlkaya getdiyini, ərəb qəbilələrinin də dəstəklədiyi Bizans qoşunları ilə qarşılaşdığını öyrənmiş və həmin yerdə baş vermiş savaşa qatılmışdır [10, s. 154]. Dəniz savaşı ilə əlaqədar hədisdə buyurulur ki, “dənizdə döyüşüb ölənlər qurudakılara nisbətdə ikiqat savab qazanacaqlar”. Tədqiqatçılar dəniz döyüşünə təşviq edən bu hədisə başqa mənbədən əlavə olaraq, “bir dəfə gəmiyə ayaq basmış insanın bütün günahlarının silinməsi və yeni doğulmuş uşaq kimi günahsız olması” hədisini də göstərirlər [9, s. 118-119]. Bu qəbildən olan başqa hədislərdə (məsələn, İbn Macədən və s.) hərbi dəniz donanmasında xidmətin yüksək qiymətləndirildiyi vurğulanır. Bu və digər İslam hüquq normalarına əsaslanan Məzyədilər hərbi dəniz donanmasını yaratmışlar. Hərbi donanmasının yaradılması ilk növbədə dənizdən gələn ciddi hərbi təhlükələrlə şərtləndirilmişdi.

Belə ki, Şirvanşahlar dövləti üçün Xəzər dənizində ən təhlükəli düşmən rus quldur dəstələri olmuşdur. İlk dəfə Xəzər dənizinə basqınları haqqında məlumat təxminən 880-ci ilə aid edilir. Həsən ibn Zeyd (864-883) Xəzər dənizinin cənubunda yerləşən Əlililər (yəni Həzrət Əli (ə) nəslindən olanlar) dövlətinin banisi özünün iki minlik qoşunu ilə iki min kafiri qılıncdan keçirmişdir. Zahirəddin Məraşi (vəfatı 1487-ci ildə) bu məlumatı təkrarlayaraq, bildirir ki, Həsən ibn Zeyd Dəhistanın şoranlıqlarına yürüş edərək iki min kafiri məhv etmişdir. Lakin bu məlumatlardan fərqli olaraq İsfəndiyarın salnaməsində türk kafirlərinin basqını haqda bəhs olunur [12, s. 317]. (A.Ekbal tərəfindən nəşr edilmiş “İbn İsfəndiyar” kitabındakı mətndən tərcümə olunmuşdur, s. 266).

Hərbi cəhətdən çox hazırlıqlı olan rus dənizçilərinin milli mənşəyi haqqında elmdə müxtəlif fikirlər mövcuddur. Bu məsələ ilə əlaqədar daha ətraflı məlumat A.F.Ələkbərovun tədqiqatlarına göstərilmişdir [13; 14]. Onların tərkibində bir neçə xalqın nümayəndələri, o cümlədən də Volqa çayı boyu və Şimali Qafqazda yaşayan türk mənşəli tayfaların nümayəndələri də olmuşdur. Rusların hərbi hazırlığı haqqında X əsr ərəb tarixçisi İbn Miskəveyh belə məlumat verir: “Bu xalq çox qüvvətlidir, iricüssəlidir, böyük şücaətə malikdir, qaçmaq nədir bilməzlər, ölənədək vuruşarlar” [3, s. 65]. Rusların gəmiləri haqqında dəqiq məlumat olmasa da, tədqiqatçıların mülahizələrindən belə nəticəyə gəlmək olar ki, ruslar Xəzər dənizində əsasən “şneka”larda üzürdülər. Bu böyük yelkənli və avarlı, uzunluğu 24 m, eni isə 4,2-5,1 m olan gəmilər 100 nəfər götürə bilirdi[15, s. 69]. Lakin fikrimcə, rusların müxtəlif gəmiləri ola bilərdi, hərçənd ki, IX-dən XIII əsrlərədək olan təxminən dörd yüz il ərzində gəmilərin özləri də müəyyən təkamülə uğramaya bilməzdilər. Xəzər dənizi üçün əlverişli gəmi növündən “drakkar” diqqəti cəlb edir. Bu böyük gəmilərin uzunluğu 30-40 m, hər tərəfdən 30 və hətta 60-dək avarı, iri və yeganə böyük dördkünc yelkəni olmuşdur [16, s. 23]. Dəniz döyüşündə ruslara qalib gəlmək çətin də olsa, mümkün idi. Dövrün tarixi salnamələrində göstərildiyi kimi, Şirvan hərbi-dəniz donanması dəfələrlə ruslar üzərində qələbə qazanmağa nail olmuşdu. Bu qələbəni isə hərbi-dəniz kəşfiyyatı təmin etmişdi. XIII əsr Mazandaran tarixçisi İbn İsfəndiyarın “Tarix-e Təbəristan” əsərində göstərilir ki, 909-cu ildə çoxlu sayda gəmilərlə gələn ruslar “Sari və Pəncah ... ətrafını yandıraraq insanları əsir götürmüş, tələm-tələsik dənizə tərəf üz tutmuşlar. Dəyləmdə Çəşm-ruya yetişəndə onların bir hissəsi sahilə çıxmış, başqa

TARİXƏ PƏNCƏRƏ

Page 77: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

77

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

TARİXƏ PƏNCƏRƏ

bir hissəsi isə dənizdə qalmışdır. Gillər (müasir gilanlıların əcdadları) gecə yarısı dəniz sahilinə gələrək, sahildə olanları öldürmüş, gəmilərini yandırmış, dənizdə olanlar isə qaçıb getmişlər”. Mənbədə daha sonra bildirilir: “Şirvanşah bu barədə məlumat aldığına görə, dənizdə pusqu qurdu və nəticə etibarilə onlardan bir nəfər də sağ qalmadı. Beləliklə, rusların buralara tez-tez gəlişləri dayandırıldı” [17, s. 265-267; 12, s. 316-319]. Mətndən məlum olur ki, şirvanşah Əli ibn Heysəm (917-ci ilədək) rus gəmilərinin yaxınlaşmasını əvvəlcədən öyrənmiş və aldığı kəşfiyyat məlumatını məharətlə istifadə etmişdir [12, s. 317-318]. Şirvanşahın özü döyüş zamanı gəmilərin birində, görünür flaqman gəmisində olmuş və buradan döyüşü idarə etmişdir [18, s. 390].

Bu tarixi məlumatın elmi təhlili maraqlı nəticələr əldə etməyə imkan verir: 16 rus gəmisi dəniz terminologiyası ilə hərbi dəniz eskadrası deməkdir, yəni konkret məqsədlərlə hazırlanmış, müvafiq döyüş avadanlığı ilə təchiz olunmuş və müəyyən döyüş qabiliyyəti olan hərbi dəniz qüvvəsidir. Bu qüvvəyə qarşı dənizdə pusqu qurulması üçün ən azı 16 Şirvan hərbi dəniz gəmiləri tələb olunurdu. Təbii ki, Şirvan gəmiləri də, öz növbəsində, ruslara qalib gəlmək üçün müvafiq döyüş avadanlığı ilə təchiz olunmalı, eyni zamanda gəmilərin yüksək döyüş qabiliyyətli ekipajı və dənizdə müharibə apara bilən təcrübəli döyüşçüləri olmalıdır ki, bu da dəniz savaşının zəruri amillərindəndir. Təəssüf ki, döyüş əməliyyatının təfsilatı bizə məlum deyil, lakin rusların tamamilə məhv edilməsi onu göstərir ki, Şirvan dənizçiləri bu əməliyyatı yüksək peşəkarlıqla keçirmişlər.

Şərh olunan tarixi faktdan bəlli olur ki, əvvəlcədən kəşfiyyat məlumatını almış şirvanşah dəniz hərbi döyüş əməliyyatında təhlükəli düşmənə qalib gələ bilmişdi. Burada məlumatların hansı yolla alınması, yəni rabitə məsələsi meydana çıxır. Rabitənin hüquqi əsasları barədə, fikrimcə, Qurani-Kərimdə buyurulmuşdur: “Ey iman gətirənlər! (Dində vacib olan hökmləri yerinə yetirməyin zəhmətinə, düçar olduğunuz bəlalara) səbr edin, (Allahın düşmənlərinə qələbə çalmaq uğrundakı müharibə və döyüşlərdə sizə üz verən müsibət və çətinliklərə) dözün, (sərhəd boyu növbədə durub cihada) hazır olun və Allahdan qorxun ki, bəlkə, nicat tapasınız!” [5, Ali-İmran, 200].

Burada “rabitu” termini “sərhəd boyu növbədə durub cihada hazır olun” anlamını verməklə yanaşı, “rabitədə olmaq” kimi də başa düşülə bilər. Kəşfiyyat işində məlumatın əldə edilməsi mühüm vəzifə sayılırsa, bu məlumatın vaxtlı-vaxtında mərkəzə çatdırılması da mühüm məsələlərdəndir.

Yuxarıda şərh edilən tarixi faktdan aydın olur ki, rus gəmilərinin hücumu haqqında məlumatı şirvanşah müxtəlif yollarla, məsələn, dənizdəki gəmilər vasitəsilə, dəniz sahillərindən təşkil olunmuş vizual müşahidə və yaxud həm ölkə daxilində, həm xaricdə fəaliyyət göstərən gizli agentlər vasitəsilə ala bilərdi. Belə gizli agentlər munabbexian (fars. “monəbbeh”, yəni “xəbərdar edən” sözündən) və ya xəfiyyə ( yəni “sirr, gizli polisin agenti”, eyni köklü “məxfi” sözü də bu qəbildəndir) adlanırdılar [19, c. I, s. 230; 20, c. I, s. 561-562, c. II, s. 562]. Xəfiyyələr onlara verilən tapşırıqlara əsasən əməliyyatın keçirilməsindən sonra rezidentlərinə məktubla məruzə edirdilər [21, s. 79]. Bunlardan

Page 78: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

78

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

başqa, casuslar (cəmi: “cəvasis”, yəni şər işlə əlaqədar gizlini araşdıran) da məlumatların əldə edilməsində mühüm rol oynayır, onlar həm ölkə daxilində, həm də xaricində fəaliyyət göstərirdilər [22, s. 242; 23, s. 73; 11, c. 6, s. 2803]. Zəruri məlumatların əldə edilməsində sahib-xəbərlərin (və ya “bərid”in, yəni poçt xidməti rəislərinin) xidməti önəmli idi. Gizli agent kimi fəaliyyət göstərən “bərid”çilər çox səmərəli fəaliyyət göstərmişlər. Tədqiqatçı Adam Mets mənbələrə istinadən göstərir ki, bu xidmətə həm qadın, həm kişi cinsindən olan və “ayn” (göz) adlanan gizli agentlər sıx bağlı olmuşlar [4, s. 242; 10, s. 73].

Əldə olunmuş kəşfiyyat məlumatları müxtəlif üsullarla, əsasən, çaparlar və qasidlər vasitəsi ilə çatdırıla bilərdi. Çünki dəniz kəşfiyyatı üçün ən önəmli variant məlumatın qasid vasitəsilə çatdırılmasıdır. Orta əsrlərdə böyük gəmilərin yanında müxtəlif məqsədlərlə kiçik gəmilər də saxlanılırdı ki, əldə olunmuş məlumatların təcili sahilə çatdırılması üçün onlardan istifadə oluna bilərdi. Məlumatların təcili ötürülməsində göyərçinlərdən də istifadə olunurdu. Adam Mets belə bir tarixi fakt göstərir. İbn Mukla (sonralar xilafətin vəziri təyin edilmişdir) 927-ci ildə qərmətilərə qarşı yürüş zamanı bir qasidə 50 göyərçin verdirərək, tapşırılmış iş haqda onu mütəmadi məlumatlandırılmasını tapşırmışdır. O, başqa məsələ ilə əlaqədar təyin olunmuş postlarda nəzarətçilər yerləşdirərək, hər posta 100 göyərçin verərək, onlar vasitəsi ilə məlumat göndərilməsinə göstəriş vermişdir [10, s. 398]. Bu tarixi faktlar ona dəlalət edir ki, Şirvan gəmilərində də məlumatların çatdırılması üçün göyərçindən istifadə olunması fərziyyəsi həqiqətdən o qədər uzaq deyil. Lakin nəzərə almaq lazımdır ki, poçt göyərçinlərinin ələ keçirilməsində şahinlərdən istifadə olunurdu, yəni bu məlumat ötürmə vasitəsi də tam təhlükəsiz deyildi. Ona görə də Şirvanın əks-kəşfiyyat işində düşmən tərəfindən göndərilmiş kəşfiyyat məlumatlarının yaxalanmasında həm quru ərazi, həm su akvatoriyası, həm də hava məkanı nəzarətdə olmalı idi.

O dövrün digər rabitə vasitəsi məlumatların işıqla ötürülməsidir və bu vasitə də müsəlmanlara məlum idi. Tədqiqatçı Adam Mets qeyd edir ki, Bizans imperiyasında istifadə olunan işıq teleqrafını müsəlmanlar köhnə yunan vilayətlərində saxlamış, başqa yerlərdə isə bu tətbiq edilmirdi. O, mənbədəki məlumata əsaslanaraq qeyd edir ki, III/IX əsrdə işıq teleqrafı Şimali Afrikanın sahillərində daha səmərəli tətbiq edilir, Tripolidən İsgəndəriyyəyə məlumat cəmi 3-4 saata gəlib çatırdı [10, s. 397]. Lakin Şirvan gəmilərində və Xəzərin sahillərindən belə işıq siqnalizasiyalı teleqraf (məlumatların işıq vasitəsilə çatdırılması) və yaxud gündüz vaxtı müxtəlif rəngli parçalarla işarə verilməsi vasitəsilə məlumatların ötürülməsi mümkündür. Çünki “Odlar yurdu” Azərbaycanda odun və neftin müxtəlif məqsədlərlə, o cümlədən hərbi siqnalizasiya kimi istifadə olunması ənənəsi qədim zamanlardan məlum idi.

Hər bir halda yuxarıda göstərilən fakt Şirvanşahlar dövlətində kəşfiyyat məlumatlarının vaxtlı-vaxtında alınmasını, məlumatın operativ yoxlanılmasını və təhlilini, müvafiq tədbirlərin vaxtında görülməsini göstərir. Bu fakt həm də Şirvanşahlar dövlətinin hərbi dəniz donanmasına malik olmasını bir daha sübut edir. Çünki dənizdə pusqunun qurulması, dəniz savaşında təhlükəli düşmənə qalib gəlməsi xüsusi döyüş avadanlığı ilə təchiz olunmuş hərbi gəmilərin vasitəsi ilə əldə edilə bilərdi.

TARİXƏ PƏNCƏRƏ

Page 79: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

79

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

TARİXƏ PƏNCƏRƏ

Bu fakta əsaslanaraq Şirvanşahların hərbi-dəniz kəşfiyyat gəmiləri haqqında da mülahizə irəli sürülməsi yerində olardı. Düşünürük ki, belə kəşfiyyat gəmilərinin mövcudluğu o qədər də həqiqətdən uzaq deyil. Fikrimizi daha bir tarixi misalla təsdiqləməyə çalışaq. 913/914-cü illərdə rusların təxminən 500 gəmisi və hər gəmidə təxminən 100 nəfər döyüşçüsü Don çayından Xəzər dənizinə soxularaq, Gilan, Dəyləm, Təbəristan, o cümlədən Şirvanın sahilyanı ərazilərinə hücum etmiş, çoxlu sayda qətl və qarətlər törətmişlər. Ərəb tarixçi-coğrafiyaşünası Məsudi (X əsr) rusların bu basqınını ətraflı təsvir edir, lakin bəzi səhvlərə də yol verir. O qeyd edir ki, “Bu dənizin ətrafında yaşayan xalqlar özlərini itirdilər, çünki keçmişdə onların üzərinə dənizdən basqın edən düşmən xatırlamırdılar. Dənizdə [həmişə] yalnız ticarət və balıqçı gəmiləri üzürdü” [24, s. 57]. Halbuki, qeyd olunduğu kimi, ruslar hələ 880-ci ildən buralara dəfələrlə gələrək qəfil basqınlar etmişlər. Bir də ki, Xəzərdə həmin dövrdə hərbi gəmilər də var idi və bunu Məsudinin özü də etiraf edir. Belə ki, şirvanşah Əli ibn Heysəmin ruslarla baş verən dəniz döyüşünü təsvir edərək yazır ki, “Sonra onlar (yəni ruslar – S.M.) Şirvan şahlığının Bakuh adı ilə tanınmış neftverən sahilinə gəlib çıxdılar. Qarətdən qayıtdıqları vaxt, ruslar neftverən torpaqdan bir neçə mil məsafədə olan adalarda daldalandılar (yəni Böyük Zirə, Cilov, Pirallahı - S.M.)”. O vaxt Şirvanın şahı Əli ibn əl-Heysəm idi. Əhali hazırlıq gördü, qayıqlara və ticarət gəmilərinə minib, həmin adalara üz tutdu...” [4, s. 200; 25, s. 187; 24, s. 57]. Orta əsr dəniz gəmiçiliyinin tanınmış tədqiqatçısı Teodor Şumovskoy “karaba”ları bu dövrdə yüngül, çevik, surətli hərəkətə malik, dəniz savaşlarında əsasən hücum üçün nəzərdə tutulmuş hərbi gəmilər kimi xarakterizə edir. Belə yüngül və çevik hərəkətli hərbi gəmilər dəniz döyüşlərində iri və az manevrli gəmilər qarşısında, əlbəttə ki, üstünlüklərə malik idilər [10, c. I, s. 159]. Bunları başqa növ gəmilərdən, əsasən, dəniz qazilərinin daşınması üçün nəzərdə tutulan, qarışıq, yəni yelkənli və avarçəkən, “ğurab” adlanan gəmilərdən ayırmaq lazımdır [10, c. I, s. 160]. Dövrün mənbəsində göstərildiyi kimi, hər bir “karaba”da şəxsi heyətdən başqa 4 və ya 5 nəfər atıcı yerləşdirilirdi. Mənbədə həm də bu növ gəmilərin funksional təyinatı da qeyd olunur: belə gəmilər “frank kurkuraları və ğurabalarına qarşı müsəlman ğurabalarına kömək edirlər, çünki karabalar çevik və qıvraqdırlar” [26, s. 289]. XII əsrin müəllifi İbn Mammati qeyd edir ki, “ğurabada 140 avarçı, burada əsgər və avarçılar var”, yəni həqiqətən bu iri gəmilərin daha kiçik və çevik olan karabaların köməyinə ehtiyacı var idi [27, s. 106].

Xüsusilə kəşfiyyat məqsədləri üçün nəzərdə tutulan gəmi növünü bizə məlum olan mənbələrdə aşkar etmək mümkün olmadı. Bunun əsas səbəbini rus alimi A.P.Kovalevski “Əhməd ibn Fədlanın onun Volqaya 921-922-ci illərdə səyahəti haqqında Kitabı”nın müqəddiməsində göstərmişdir. O qeyd edir ki, “İbn Fədlanın yaşadığı dövrünün coğrafiyaşünasları və tarixçilərinin ərəb dili XVIII əsr maarifçilərinin fransız dilini xatırladır. Belə ki, bu dil geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdu, yəni xüsusi ifadələrdən yan keçilərək, əşyaların konkret müxtəlifliyi ümumi məna daşıyan sözlərlə əvəz edilirdi. Məsələn, ərəb dilində gəmi və qayıqların işarə edilməsi üçün zəngin terminologiya olduğu halda, İbn Fədlan bütün hallarda yalnız standart olan “safinatun” terminini işlədir [28, s. 109].

Page 80: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

80

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

Başqa bir səbəb ondan ibarət idi ki, çox vaxt ticarət gəmiləri müvafiq döyüş sursatı və avadanlıqla təchiz olunur, beləliklə, gəmi döyüş vəziyyətinə gətirilirdi. Məhz bu səbəbdən Məsudinin mətnində Şirvan eskadrasının tərkibində döyüşdə iştirak edən ticarət gəmilərindən də bəhs olunur. Belə gəmilərə daş və yandırıcı mərmilər atan mancanaqlar, arrade və başqa növ katapultalar, mənbələrdə “ar-rammat bi-l-curuh” kimi adlanan iri oxatanlar quraşdırılırdı ki, bu da gəmilərin döyüş imkanlarını daha da artırırdı [29, s. 174]. Gəmilərin döyüşdən əvvəl belə təchiz olunması müsəlman Şərqində sakin adət halını almışdı. Hətta ticarət gəmilərində xüsusi döyüşçülər saxlanılırdı ki, zərurət yarandıqda gəmi müdafiə oluna bilsin. T.Şumovskoy bildirir ki, ticarət gəmiləri savaşdan yan keçməyə üstünlük versələr də, zərurət yarandığı hallarda matroslar yandırıcı mərmiləri düşmən gəmisinə atırdılar [10, c. I, s. 133]. XII əsr müəllifi Sədrəddin Əli Hüseyni 1158-ci ildə Bağdad yaxınlığında Dəclə çayında döyüşlərin birinə gəmilərin hazırlanmasını təsvir edərək, gəmilər üzərinə atıcı döyüş alətlərin yerləşdirilməsini də xatırlayır: “Günəş çıxanadək o, [yəni vəzir – S.M.] döyüşçü neft atanları (an-naffatun), iri oxatanların atıcılarını (“ar-rammat bi-l-curuh”) və quraşdırılmış katapultaları (arradat al-mansuba) yerləşdirirdi” [30, s. 123]. Gəmiçilik tarixinin tədqiqatçıları Y.Katorin və N.Volkovski qeyd edirlər ki, qədim və orta əsr dövrlərində bütün yelkənli nəqliyyat gəmiləri silahlanaraq, döyüşə hazır vəziyyətdə idi [31, s. 139].

Fikrimizcə, hərbi dəniz kəşfiyyatı üçün Şirvanşahlar dövlətinin hərbi dəniz donanmasında daha çox “karaba”lardan istifadə oluna bilərdi. Belə ki, bu gəmilər yüksək sürətə və çevikliyə malik olduğundan dəniz kəşfiyyatı üçün daha əlverişli idi. Hərbi dəniz kəşfiyyatı məqsədləri ilə istifadəyə daha çox yararlı başqa bir gəmidən də söz açmaq olar. Belə ki, V.F.Minorskinin Məsudinin mətninə olan şərhlərində göstərilir ki, “zauraq” adlanan və bütöv bir ağac parçasından oyulmuş belə kiçik qayıqlarda xəzərlər, əsasən, çaylarda istifadə edirdilər. Lakin T.Şumovskoya görə, həmin dövrdə “zauraq” yelkənli gəmisindən nəqliyyat vasitəsi kimi istifadə olunurdu [4, s. 195; 25, s. 187; 7, c. I, s. 159, 173]. Qeyd olunmalıdır ki, müasir fars dilində də “zauraq” yelkənli, sualtı və motorlu qayıq mənalarındadır [32, s. 303]. T.Şumovskoy döyüş üçün əlverişli daha bir yüngül gəmi növünü qeyd edir. Bu, dənizçilər arasında məşhur olan və dəniz quldurlarının “barica” adlandırdığı gəmilərdir, sonralar termin rus dilində “barja” kimi formalaşmışdır [10, c. I, s. 91, 166]. Göstərilən gəmi növlərinin dəniz kəşfiyyatı üçün əlverişli olması bir mülahizədir. Dəniz kəşfiyyatını, diqqəti cəlb etməmək üçün adi balıqçı gəmisində də aparılması mümkündür və dəniz kəşfiyyatı tarixində belə hallar hələ antik dövrdən məlumdur [33].

Beləliklə, şərh olunan tarixi faktdan bəlli olur ki, Şirvanşahlar dövlətinin ticarət gəmilərindən əlavə, hərbi dəniz donanması da var idi və bu barədə dövrün mənbələrində konkret qeydlərlə təsdiq olunur.

Başqa bir tarixi fakt. 1174/75-ci ildə (hicri 570-ci il) rus, xəzər, qıpçaq və başqa tayfalardan təşkil olunmuş hərbi dəstələr Şirvanşahlar dövlətinə qarşı hərbi əməliyyata başladılar. Qəflətən və bir neçə istiqamətdən başlanan bu əməliyyat əvvəlcədən planlaşdırılmış, hərbi cəhətdən mükəmməl hazırlanmışdır. Sonrakı hadisələrin təhlili

TARİXƏ PƏNCƏRƏ

Page 81: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

81

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

TARİXƏ PƏNCƏRƏ

göstərdi ki, Şirvana qarşı təcavüz planının arxasında Şirvanın daxilində şirvanşah I Axsitanın (1160-1197) hakimiyyətindən narazı qalan feodal qruplaşma dururdu. Məkrli və xəyanətkar plana əsasən, zərbələr bir neçə istiqamətdən endirilmişdi. Belə ki, qıpçaq və xəzərlərin atlı dəstələri əsas zərbəni şimaldan endirib, Dərbənd istehkamlarını ələ keçirərək hücumu davam etdirdilər. Rus və xəzərlərin silahlı dəstələri gəmilərdə Şirvan sahillərinin yaxınlığında yerləşən Ruinas adasında dayanıb burada müvəqqəti düşərgə saldılar [34, s. 49; 35, s. 171]. Ölkənin daxilində isə şirvanşah I Axsitanın hakimiyyətini ələ keçirilməsi məqsədilə feodal qruplaşması üsyan qaldırdı. Vəziyyət olduqca təhlükəli idi. Bu məlumatları alan şirvanşah I Axsitan öncə “türk və türkmanların” köməyi ilə üsyanı yatırdı, sonra bütün səy və qüvvələrini işğalçı dəstələrə qarşı yönəltdi. Qısa zamanda Şirvanın hərbi müttəfiqi olan gürcü çarlığının qoşunları ilə birlikdə işğalçılar Dərbənd səddinin arxasına atıldılar [18, s. 387; 36, s. 141; 37, s. 28]. Eyni zamanda, şirvanşah hərbi dəniz qüvvələrini düşmən gəmilərinə qarşı göndərdi. Şirvan donanması dəniz savaşında 73 düşmən gəmisini tamamilə məhv etdi. Beləliklə də, düşmən üzərində həm quruda, həm də dənizdə hərbi strateji əhəmiyyət kəsb edən qələbə çalındı [38, s. 165-180]. Aydındır ki, I Axsitanın rəhbərliyi ilə həm quruda, həm də dənizdə aparılmış belə irimiqyaslı hərbi əməliyyat yalnız yüksək səviyyədə təşkil olunmuş kəşfiyyat işinin nəticəsində mümkün ola bilərdi. Hadisələrin cərəyan etdiyi ərazilər, su akvatoriyası, hərbi əməliyyatlara cəlb olunmuş qüvvələr, şirvanşahın qətiyyətli və operativ şəkildə həyata keçirilmiş tədbirləri, alınmış nəticələr onu deməyə əsas verir ki, kəşfiyyat işi həm dənizdə, həm də quruda aparılmış, çox güman ki, düşmən qüvvələri bütün əməliyyat prosesində nəzarət altında olmuşlar. Həmçinin qeyd olunmalıdır ki, alınmış məlumatlar tez bir zamanda baş komandanlığa çatdırılmış və operativ qərarların qəbul olunması təmin edilmişdir. Bu isə öz növbəsində Şirvan kəşfiyyatçılarının yüksək peşəkarlığından, əməliyyat məlumatlarının obyektiv təhlilindən və düzgün qərar verilməsi imkanına malik olmasından xəbər verir.

Dəniz savaşı ilə əlaqədar hədislərin qıtlığı bu sahədə olan boşluğun aradan qaldırılması, hüquqi bazanın inkişafı zəruriliyini ön plana çəkdi. Yaranan hüquqi məsələlərdə hüquqşünaslar qiyas yolu ilə qərarlar çıxarmağa çalışdılar. Məsələn, onlar qiyas yolu ilə müəyyən etmişlər ki, quruda bir qalanı idarə edən qaydalar dəniz savaşında gəmiyə də tətbiq oluna bilər. Yəni qalanın alınması üçün tətbiq olunan üsul və vasitələr düşmən gəmisinə hücum zamanı tətbiqi mümkündürsə, qanuni sayılmalıdır. Məsələn, əgər qalanın alınması zamanı mancanaqların, o cümlədən yandırıcı mərmilərin tətbiqi necə qanunidirsə, həmçinin gəmilərə qarşı bu kimi vasitələrdən istifadə olunması qanunidir [9, s. 119-120].

Beləliklə, müsəlman hərb sənətinin tərkib hissəsi olan dəniz kəşfiyyatı və rabitə kəşfiyyat növü müsəlman Şirvanşahlar dövlətində müvafiq hüquq müddəaları ilə tənzimlənmişdir.

Şirvanşahlar dövlətinin yaranması ilə əlaqədar kəşfiyyat və onun tərkib hissəsi olan dəniz kəşfiyyatı və rabitə orqanlarının zəruriliyi daha da artmışdır. Dövlətin yeni hərbi-siyasi vəziyyətdə mükəmməl təşkil olunmuş hərbi dəniz kəşfiyyat xidmətinə böyük ehtiyac yaranmışdı. Şirvanşahların kəşfiyyat sistemi Xilafətdə formalaşmış sistem üzrə

Page 82: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

82

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

qurulmuşdu və yəqin ki, dövlət bu fəaliyyətində sasani və türk kəşfiyyatının Cənubi Qafqaz regionunda çoxəsrlik və zəngin təcrübəsini nəzərə almışdı. Eyni zamanda, kəşfiyyat, o cümlədən hərbi dəniz kəşfiyyatı müsəlman hərb sənətinin mühüm hissəsi olmaqla təşkil edilmişdir.

ƏDƏBİYYAT1. Ибн Хордадбех. Книга путей и стран. Пер. с араб., комм. и иссл., указ. и карты Н.Велихановой.

Баку: Элм, 1986, 428 с. (Azərbaycan dilinə tərcümə S.M.).

2. Aşurbəyli S. Şirvanşahlar dövləti (VI-XVI əsrlər). Bakı: Azərnəşr, 1997, 408 s.

3. Якубовский А.Ю. Ибн Мискавейх о походе Русов в Бердаа в 332 г. = 943/4 г. // Византийский Вре-менник. Издаваемый при Академии наук СССР под ред. Академика Ф.И.Успенского. Т. XXIV. 1923-1926 гг. Л.: изд-во АН СССР, 1926, с. 63-92.

4. Минорский Ф.В. История Ширвана и Дербенда X-XI веков. М.: Наука, 1963, 265 с. (без араб. текста).

5. Qurani-Kərim (ərəb dilindən tərcümə edənlər: Z.Bünyadov və V.Məmmədəliyev). Bakı: Azərnəşr, 1991, 711 s.

6. Əbdürrəhman ibn Nasir əs-Səədi. Müqəddəs Quran təfsiri (tərcüməçi: Fərahim Süleyman oğlu Qurbanov), 4 cilddə, I cild. Bakı: Ülvi-Həyat MMC-nin mətbəəsi, 2008, 637 s.

7. Ахмад ибн Маджид. Книга польз об основах и правилах морской науки. Арабская морская энци-клопедия XV в. В 3-х томах. Т. 1. Крит. текст, пер., комм., исследование и указатели Т.А. Шумов-ского. М.: Гл. ред. Вост. лит., 1985, 588 с.

8. Р.Меликов. Об участии племен античной Албании в международной торговле. http://www.gumilev-center.az/

9. Macid Hadduri. İslam hukukunda savaş ve barış (türkçesi: Fethi Gedikli). Aksaray-İstanbul: Yöneliş, 1999, 310 s.

10. Muhammed Hamidullah. Bütün eserleri. 11. Hz. Peygamber`in Savaşları. İstanbul: Beyan yayınları, 2012, 176 s.

11. Ebu Abdillah Muhammed ibn İsmail el-Buhari. Sahih-i Buhari ve Tercemesi. Mütercim Mehmed Sofuoğlu. Altıncı cild. Kitabu`l – cihâd ve`s-siyer (Cihad ve Siretler kitabı) (287 Hadis) İstanbul: Ötüken, 1987, 2989 s.

12. Алиев С.М. О датировке набега русов, упомянутых Ибн Исфандияром и Амоли. / Восточные источники по истории народов Юго-Восточной и Центральной Европы. Т. II. Под редакцией А.С.Тверитиновой. М.: Наука, 1969, с. 316-321.

13. Алекперов А.Ф. Связи Азербайджана с «Севером» накануне вторжения Сельджуков (вторая по-ловина IX в. – 60-е годы XI века). Дис… канд. ист. наук. Баку: 1991, 187 с.

14. Алекперов А.Ф. Русы на Каспии и в Азербайджане. / Средневековый Восток. Баку: Элм, 1993, с. 42-53.

15. Əliyev N.A., Əhmədov S.Ə. Şirvanşahlar dövlətinin hərbi-dəniz donanması (IX-XIII əsrlər). Bakı: 2003, 116 s.

16. Курти О. Постройка моделей судов. Энциклопедия судомоделизма. Сокр. пер. А.А.Чебана. Изд-е второе, стереотипное. Л.: Судостроение, 1987, 544 с.

17. İbn İsfəndiyar. Tarixe-Təbəristan. Tehran: 1971

18. Kəndli-Herisçi Q. Xaqani Şirvani (Həyatı, dövrü və mühiti). Bakı: Elm, 1988, 592 s.

TARİXƏ PƏNCƏRƏ

Page 83: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

83

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

TARİXƏ PƏNCƏRƏ

19. Баранов Х.К. Арабо-русский словарь. М.: Гос. изд-во иностр. и нац. словарей, 1958, 1186 с.

20. Рубинчик Ю.А., Османов М.Н. Персидско-русский словарь в 2-х томах. М.: 2012.

21. Əbu Əli Həsən ibn Əli Xacə Nizamülmülk. Siyasətnamə. Bakı: Elm.

22. Беляев Е.А. Арабы, ислам и Арабский Халифат в раннее средневековье. Второе издание. М.: Наука, 1966, 279 с.

23. Мец А. Мусульманский ренессанс. М.: Наука, 1973, 473 с.

24. Vəlixanlı N.M. IX-XII əsr ərəb coğrafiyaşünas-səyyahları Azərbaycan haqqında. Bakı: Elm, 1974, 221 s.

25.

26. Император Василий Болгаробойца. Извлечения из летописи Яхъи Антиохийскаго. Изд., пер. и объяснил Баронъ В. Р. Розен. Приложение к XLIV-му тому записок имп. Академии наук. СПб.: Типография императорской Академии Наук № 1, 1883, 447 с. без араб. текста.

27. Ибн Маммати. Правила диванов. Пер., пред. и прим. С.Б.Певзнера. М.: Наука, 1990, 135 с.

28. Ковалевский В.С. Посольство багдадского халифа к царю волжских булгар в 921-922 г.г. Книга Ахмеда ибн Фадлана. М.: Наука, 1974, 156 с.

29. Ayalon D. Gunpowder and Firearms in the Mamluk Kingdom. London: 1956, 154 p.

30. Садр ад-Дин Али ал-Хусайни. Ахбар ад-даулат ас-сельджукиййа. Пер. З.М.Буниятова, М.: Изд-во вост. лит-ры, 1980, 342 с.

31. Каторин Ю., Волковский Н. Все о кораблях. От гребного флота древнего мира до наших дней. М.: Астрель, Полигон, 2010, 672 с., иллюстр.

32. С.Д.Клевцова. Русско-персидский словарь, М.: Русский язык, 1982, 872 с.

33. http://imtw.ru/tutorials/article/-военно-морская-разведка античности

34. Ашурбейли С. Поэзия XII в. как источник по истории государства Ширваншахов (на примере Хакани, Фелеки Ширвани). // Восточное историческое источниковедение и специальные истори-ческие дисциплины. Вып. 1. М.: Наука, 1989, с. 44-51.

35. Ашурбейли С. Два новых письма Хакани Ширвани как источник по политическим взаимоот-ношениям Ширвана и Грузии во второй половине XII века. // Источниковедческие разыскания. 1982. Тбилиси: Мецниереба, 1985, с. 168-174.

36. Ашурбейли С. Государство Ширваншахов (VI-XVI вв.). Баку: Элм, 1983, 303 с.

37. История и восхваление венценосцев. // интернет сайт: www.vostlit.info. Текст воспр. по изд-ю: История и восхваление венценосцев. Пер. К.С.Кекелидзе. Тбилиси: АН Груз. ССР, 1954

38. Döyüşün daha ətraflı şərhinə bax: Мамедов С.Г. Военное искусство в Азербайджанском государ-стве Ширваншахов (IX-начало XIII веков). Диссертация на соискание ученой степени доктора философии по истории. Баку: 2014, 192 с.

39. Bünyadov Z.M. Azərbaycan VII-IX əsrlərdə. Bakı: Azərnəşr, 1989, 336 s.

Page 84: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

84

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

Самир МамедовПРАВОВЫЕ ОСНОВЫ ВОЕННО-МОРСКОЙ РАЗВЕДКИ И КОММУНИКАЦИИ В ГОСУДАРСТВЕ ШИРВАНШАХОВ

(начало IX-XIII веков)

АННОТАЦИЯ

В данной статье речь идёт о военно-морской разведке государства Ширван-шахов. На конкретных исторических фактах доказывается, что это средневековое азербайджанское государство обладало собственным военно-морским флотом. Так-же отмечается, что государство Ширваншахов успешно осуществляло военно-мор-скую разведку во время морских сражений.

Автор приходит к заключению, что деятельность военно-морской разведки в государстве Ширваншахов, регулировалась соответствующими правовыми поло-жениями исламского права.

Samir MammadovLEGAL GROUNDS OF NAVAL INTELLIGENCE AND

COMMUNICATION IN THE STATE OF SHIRVANSHAHS(early 9th-13th centuries)

ABSTRACT

This article deals with naval intelligence in the state of Shirvanshahs. On the basis of the specific historical facts it is proved that this Medieval Azerbaijani state possessed its own navy. It is also noted that the state of Shirvanshahs successfully conducted the naval intelligence during naval battles.

The author comes to the conclusion that naval intelligence activities of the state of Shirvanshahs were regulated according to the Islamic law.

TARİXƏ PƏNCƏRƏ

Page 85: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

85

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

TARİXƏ PƏNCƏRƏ

FÜZULİNİN “LEYLİ VƏ MƏCNUN” ƏSƏRİNDƏ İŞLƏNƏN OMONİMLƏR

Aynurə HƏSƏNOVA,AMEA-nın Məhəmməd Füzuli adınaƏlyazmalar İnstitutunun elmi işçisi

AÇAR SÖZLƏR: leksika, omonimlər, Füzuli, “Leyli və Məcnun”.КЛЮЧЕВЫЕ СЛОВА: лексика, омонимы, Физули, “Лейли и Меджнун”.KEY WORDS: vocabulary, homonym, Fizuli, “Layla and Majnun”.

Omonimlər linqvistik hadisə olub, dilin leksik və qrammatik xüsusiyyətlərini birləşdirən, öz səs tərkibinə görə dilin inkişaf dövrlərində müəyyən oxşarlığı olan, mənaca müxtəlif sözlərdir [1, s. 5].

Omonimlər tarixən genetik cəhətdən müxtəlif olan iki sözün formaca uyğunlaşması və ya çoxmənalı bir sözün iki müstəqil mənalı sözə ayrılması, başqa dillərdən söz alınması yolu ilə yaransa da, onları müəyyənləşdirərkən müxtəlif tələblər irəli sürülməlidir [1, s. 10]. Çoxmənalı sözlərdən və genetik cəhətdən müxtəlif sözlərdən yaranan omonimlər arasındakı fərq məna əlaqəsinin olub-olmamasından irəli gəlir.

Omonimlər bir sözü deyil, eyni səslənən müxtəlif sözləri əhatə edir. Onlar bir-birindən yalnız leksik mənalarına görə deyil, sosioloji, areal, üslub və ya xronoloji cəhətdən də fərqlənir. Bu və digər dildə omonim sözlərin çoxluğu əsasən birköklü, birhecalı sözlərin kəmiyyəti ilə bağlıdır. Hansı dildə birköklü, birhecalı sözlər çoxdursa, o dildə omonim sözlərin kəmiyyəti artıq olacaqdır.

Omonimlər tarixi kateqoriya olsa da, dilin indiki vəziyyəti nöqteyi-nəzərindən sinxronik planda müəyyənləşdirilməlidir. Çünki onlar sözlərin yalnız xarici formalarının uyğunluğuna, məna əlaqəsinin olmamasına görə deyil, həm də həmin sözlərin mənasına görə fərqləndirilir. Onlara tarixilik baxımından yanaşılsa, bir kökdən törəyən, müxtəlif məfhumlar ifadə edən sözlər omonim hesab olunmamalıdır. Çünki əvvəla, omonimləri etimoloji cəhətdən təyin etmək çox çətindir; ikincisi, onların bir qismi müasir dilimizdə artıq omonim hesab olunmur. Dildə omonimləri təyin etmək üçün hələ universal meyar yoxdur. Bu, mümkün də deyildir. Çünki sözlər dəyişir, çoxmənalılıqdan omonimliyə, omonimlikdən çoxmənalılığa keçir.

Page 86: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

86

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

Dilçilikdə omonimləri müəyyən-ləşdirmək, dəqiqləşdirmək üçün (universal meyar olmasa da) məna, etimoloji, sinonimlik, sözyaratma, lek-sik-qrammatik və s. meyarlar vardır. Omonimlərdə məna meyarı əsasdır. Çünki onların özü mənaca qruplaşmış sözlərdəndir. Bu meyar bütün omonim-lərə tətbiq oluna bilər. O biri meyarlar isə məna meyarını tamamlayır, onu də-qiqləşdirir [1, s.11].

Bədii dildə omonimlərin üslub rolu böyükdür. Omonimlərin bədii dildəki üslub rolunu aşağıdakı kimi qruplaşdırmaq olar [2, s. 176]:

1. Omonimlər bədii dildə nitqin obrazlılığını təmin edir; 2. bədii təsvi-rin ifadəsində böyük rol oynayaraq, ox-ucuda emosional ruh yaradır; 3. estetik təsir vasitəsi kimi çıxış edir; 4. şeirdə cinas yarada bilər.

Omonimlik sözlər arasında semantik münasibət tipidir. Bu zaman sözlərin mənaları bir-biri ilə heç bir əlaqəyə malik olmadığı halda, onlar eyni fonetik tərkibə malik olur. Ona görə də dilçilikdə, adətən, eyni səs tərkibinə malik olub, bir-biri ilə əlaqəsi olmayan mənaları ifadə edən sözlər omonim sözlər adlandırılır. Bəzi tədqiqatçılar bu tərifi bir qədər genişləndirir, onu daha da açmağa çalışırlar. Məsələn, S.Cəfərov “bir-biri ilə əlaqəsi olmayan və ya məna əlaqələrini çoxdan itirmiş məfhumları ifadə edən eyni səs tərkibinə malik sözləri” omonim kimi səciyyələndirir [3, s. 24].

Aydındır ki, omonimləşmə dilin tarixi inkişafı prosesində baş verir. Müəyyən anlam daşıyan sözdən bu məna ilə heç bir əlaqəsi olmayan başqa bir məfhumu adlandırmaq üçün istifadə edilməsi fikri özünü doğrultmur. Bunun müqabilində sözün ilkin mənasının zaman keçdikcə inkişaf etməsi, bu məna əsasında yeni, bir qədər fərqli anlamların meydana çıx-ması hadisəsi baş verir ki, bu da sözün polisemantikliyə doğru inkişafıdır. Elə ona görə də omonimlər şəkil və məna etibarı ilə çoxmənalı sözlərə oxşayır. Lakin bu leksik-seman-tik kateqoriyalar arasında ciddi fərqlər mövcuddur. Onların yaranması müəyyən hallarda eyni leksik-semantik prosesin davamı kimi baş versə də, forma və məzmun münasibətinə, yazılışına və tələffüzünə, nitq hissələrinə aidiyyətinə və s. cəhətlərə görə omonimlərin bir sıra spesifik xüsusiyyətləri var. Həmin xüsusiyyətləri H.Həsənov aşağıdakı şəkildə müəyyənləşdirir: 1) mənaca müxtəliflik; 2) formaca eynilik; 3) tələffüzcə eynilik; 4)

TARİXƏ PƏNCƏRƏ

Page 87: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

87

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

TARİXƏ PƏNCƏRƏ

qrafik cəhətdən eynilik; 5) eyni, yaxud müxtəlif nitq hissələrinə aidlik; 6) eyni və müx-təlif sintaktik funksiyalılıq; 7) eyni və müxtəlif mənşəlilik; 8) omonim cərgələrdə tərkib hissələrinin həm kök, həm də leksik və qrammatik əlamətlərə görə eyniliyi [4, s. 44]. Omonimlər kontekst daxilində müxtəlif söz əhatəsində işlənir. Bu cəhət onları omonim sözlər kimi ayırmağa imkan verir.

Dildə omonimlərin yaranması bir sıra amillərlə bağlıdır. R.A.Budaqov omonim-lərin çoxmənalı sözlərin parçalanması, sözün mənalarının bir-birindən tam ayrılması nəticəsində əmələ gəldiyini göstərmişdir [5, s. 24]. Omonimlərin bu şəkildə yaranmasının təsdiqi üçün nümunələr, bir qayda olaraq, geniş şərh və izah tələb edir. Ümumiyyətlə, dilin tarixi inkişafı prosesində çoxmənalı sözün mənalarından birinin ayrılması və əv-vəlki məna ilə əlaqəsini itirməsinin təsdiqi sözün ilk variantlarının və ilkin semantika ilə bağlılığının aşkara çıxarılmasını, ilk kökün bərpasını istəyir [6, s. 98].

Füzulinin “Leyli və Məcnun” əsərində işlənmiş omonimlərə də araşdırma zamanı leksik vahid kimi yanaşmış və çalışmışıq ki, onların tarixi kateqoriya kimi dildəki mövqeyini və üslub xüsusiyyətlərini müəyyənləşdirək.

Füzuli öz əsərində bir sıra maraqlı üslub məqamlarında fars mənşəli omonimlərdən geniş istifadə etmişdir. Həmin omonimlər aşağıdakılardan ibarətdir:

1. Şair əsərdə “tab” sözünü bir neçə mənada işlətmişdir. Bunu verilən nümunələrdə aydın görmək olar. Beytlərdə həmin ifadə güc, qüvvə mənası ilə yanaşı, işıq və dolaşıq, qıvrım formasında işlənməkdədir.

Tab1 - güc, qüvvət mənasında:

Canü cigərində qalmadı tab,

Məhv oldı, necə kim, odda simab. [7, s. 264]

Tab2 - işıq mənasında:

Dur olsa gərək füruğü tabım,

Olduqda yaxın, çəkər əzabım. [7, s. 357]

Tab3 - qıvrım, dolaşıq mənasında:

Key səbzeyi-dərdimə verən ab!

Sərrişteyi-razdan açan tab! [7, s. 463]

2. “Dal” ifadəsi aşağıdakı beytlərdə poetik məzmunda işlənərək hərf və arxa tərəf mənasını ifadə edir.

Olmaq əlifim qərineyi-dal,

Meylim sinə olmağınadır dal. [7, s. 376]

Page 88: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

88

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

3. Əsərdə keçən omonimlərdən biri də “gur” sözüdür. Həmin söz həm gor, həm də çöl eşşəyi mənasında işlənmişdir.

Gur1 - gor mənasında:

Cəhd eylə əzabi-gur yığma!

Səy eylə mətayi-mur yığma! [7, s. 35]

Gur2 - çöl eşşəyi mənasında:

Gur olmuş idi, pələngə həmraz,

Gürğ olmuş idi gəvəznə dəmsaz. [7, s. 403]

4. “Mehr” sözü əsərdə son dərəcə poetik bir təbirdə: günəş və sevgi, məhəbbət mənalarında istifadə olunmuşdur.

Mehr1 – günəş mənasında:

Səyyarədən aldı mehr meydan,

Çaldı qılıncın, götürdü qalxan. [7, s. 280]

Mehr2 - sevgi, məhəbbət mənasında:

Ey arzuyi-dili-figarım,

Qəhri coxü mehri az nigarım. [7, s. 342]

5. Əsər üçün xarakterik olan omonimlərdən biri də “dəhr” (رهد) sözüdür. Həmin söz əsərdə dünya və zəmanə mənasında keçmişdir.

dəhr1 - dünya mənasında:

Leyli demə-bir yeganeyi-dəhr,

Məcnun demə-bir fəsaneyi-şəhr. [7, s. 152]

Dəhr2 - zəmanə mənasında:

Fani olmaq istərəm, yəni bəlayi-dəhrdən,

Rahəti-cismi-zəifü cani-əfgar istərəm. [7, s. 531]

6. Digər bir beytdə “dəm” sözünün omonimliyindən necə istifadə edilməsinə nəzər salsaq, bu sözün həm an, zaman, həm də nəfəs mənasında işləndiyini görərik.

dəm1 – an, zaman mənasında:

Ol ləhzə həm etmə şəfqətin kəm,

TARİXƏ PƏNCƏRƏ

Page 89: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

89

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

TARİXƏ PƏNCƏRƏ

Tövfiqinə qıl rəfiq hər dəm. [7, s. 22]

Dəm2 - nəfəs mənasında:

Məxzənləri gənci-gövhəri-dərd,

Rövzənləri mənfəzi dəmi-sərd. [7, s. 547]

7. Hər bir dilin lüğət tərkibindəki omonimlər arasında ortaq olanları da var. Məsələn, “ay” sözü bir sıra dillərdə olduğu kimi, həm Azərbaycan dilində, həm də fars dilində göy cismini və təqvim bölgüsünü bildirir. Bu ifadə əsərdə çox poetik məzmunda işlənmişdir.

Mah1 - təqvim mənasında:

Hökm etdin ki, nə ola əhval,

Nə vəz ilə çizginə məhü sal. [7, s. 14]

Mah2 - göy cismi mənasında:

Dövranə gətirdi mehrü mahi,

Xəlq etdi səfidəvü siyahi. [7, s. 33]

8. “Xar” omonim qoşalığı öz işlənmə tezliyi ilə əsərdə sabitləşmiş birləşmələrdəndir. Bunu əyani surətdə aşağıdakı beytlərdə görmək olar:

Xar1 - həqir mənasında:

Ya Rəb, kərəm et ki, xarü zarəm,

Dərgahə bəsi ümidvarəm. [7, s. 17]

Xar2 - tikan mənasında:

Qılmaz ona hiç kim nəzarə,

Derlər gülə xar, lələ xarə. [7, s. 57]

9. Nitq hissəsi baxımından əsərdə olan omonimlərə nəzər yetirsək, əsasən, isimlərdən ibarət omonimlərin üstünlük təşkil etdiyini görərik. Əsərdə həm məhsul, həm də yük mənasını ifadə edən “bar” omonimi də ismə aid olan omonimlərdəndir.

Bar-bər1 - məhsul mənasında:

Bar verdi nihali-baği-məqsud,

Açıldı güli-hədiqeyi-cud. [7, s. 93]

Bar2 - yük mənasında:

Geysuyi çəkərdi şanədən sər,

Page 90: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

90

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

Bir bar idi gərdənində gövhər. [7, s. 317]

10. “Leyli və Məcnun” əsərində işlənmə tezliyi ilə seçilən omonimlərdən biri də “mərdüm” ifadəsidir. Əsərdə bu məqam öz əksini aşağıdakı beytlərdə tapmışdır:

Mərdüm1 - camaat mənasında:

Mərdümdən olam, demə kənarə,

Mərdüm göz içindədir, nə çarə. [7, s. 113]

Mərdüm2 - bəbək mənasında:

Seyr eylər idi sorub tənəüm,

Gözlər üzrə misali-mərdüm. [7, s. 90]

Əsərdə yüksək işlənmə tezliyinə malik olmayan, lakin öz kompozisiya orijinallığı ilə fərqlənən omonimlərə də rast gəlmək olar. Belə sözlərə misal olaraq “pir” və “dam” omonimlərini misal göstərə bilərik.

11. Pir1 - qoca mənasında:

Bir gün dedilər ana ki: - Ey pir!

Aləmdə sənə bu qaldı tədbir. [7, s. 197]

Pir2 - ocaq mənasında:

Rəyilə məlulun etməyə şad,

Min pirdən almadı bir irşad. [7, s. 197]

12. Dam1 - tələ mənasında:

Bir mənzilə yetdi zarü müztər,

Bir damda gördü bir kəbutər. [7, s. 219]

Dam2 - heyvan mənasında:

Ol zar idi mülki-dərd şahi,

Xeyli dədü-dam onun sipahi. [7, s. 223]

Qeyd etmək lazımdır ki, şair əsərdə təkcə fars mənşəli sözlərdən deyil, türk mənşəli omonimlərdən də istifadə etmişdir. Buna misal kimi “dağ” (غاد) sözünü göstərmək olar. Bu söz birinci mənada fars mənşəli olsa da, ikinci mənada türk mənşəlidir. Ümumiyyətlə, Füzuli birhecalı omonimlərdən daha geniş bəhrələnmişdir.

TARİXƏ PƏNCƏRƏ

Page 91: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

91

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

TARİXƏ PƏNCƏRƏ

13. Dağ1 - kədər; dağ2 - təpə mənasında:

Səbr eyləmədi bu dərdü-dağə;

Qatlanmadı, düşdü daşə-dağə. [7, s. 232]

Digər bir beyt də buna bariz nümunədir:

14. Su1 - tərəf mənasında:

Göz yaşını bəs ki, tökdü hər su,

Hər mərhələdən axıtdı min cu. [7, s. 163]

Su2 - ab mənasında:

Pəjmürdəmi oldu sərvi-dilcu,

Kim, cəhdlə vermək istədin su? [7, s. 340]

15.Şir1 – heyvan; şir2 - süd mənasında:

Şir olmuş idi ənisi-nəxcir,

Nəxcir əmərdi şirdən şir. [7, s. 403]

Növbəti misallarda bəhs olunan “tar” omonimini şair həm sim, həm də qaranlıq mənasında işlədərək poetik müqayisə yaratmışdır.

16. Tar1 - sim mənasında:

Bir sazə düzüldü ol iki tar,

Gərm oldu rəvaci-naleyi-zar [7, s. 153]

Tar2 - qaranlıq mənasında:

Tar oldumu olduğun nişimən,

Kim, eylədin onda şəm rövşən? [7, s. 339]

17. Mətndə müşahidə olunan omonimlərdən biri də “büt” (تب) sözüdür. Həmin söz həm büt (sitayiş edilən heykəl), həm də gözəl mənasında işlənmişdir:

Büt1 – gözəl mənasında:

Şəb ta səhər ol büti-səmənbər,

Bidar qalıb misali-əxtər [7, s. 241]

Büt2 - sitayiş edilən heykəl mənasında:

Büt kimi bir evdə eylə mənzil,

Page 92: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

92

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

Olma dəxi hər yənayə mail. [7, s. 124]

Beləliklə, nəzərdən keçirdiyimiz misallardan belə aydın olur ki, Füzuli omonimlərdən çox ustalıqla istifadə etmiş və bu tip sözlər əsərin dilini daha da zənginləşdirmişdir.

ƏDƏBİYYAT1. Həsrət Həsənov. Müasir Azərbaycan ədəbi dilinin omonimlər lüğəti. Bakı: Şərq-Qərb, 2007, 168 s.

2. Buludxan Xəlilov. Müasir Azərbaycan dilinin leksikologiyası. Bakı: Nurlan, 2008, 438 s.

3. Səlim Cəfərov. Müasir Azərbaycan dili. Bakı: Maarif, 1982, 214 s.

4. H.Ə.Həsənov. Müasir Azərbaycan dilinin leksikası. Maarif, 1987, 308 s.

5. Будагов Р.А. Многозначность слова // Филологические науки, № 1, 1958, 118 с.

6. Gülsüm Hüseynova. Tat dilinin leksikası. Bakı: Elm və təhsil, 2013, 253 s.

7. Məhəmməd Füzuli. “Leyli və Məcnun” (Elmi tənqidi mətn). Bakı: Şərq-Qərb, 1996, 568 s.

TARİXƏ PƏNCƏRƏ

Page 93: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

93

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

TARİXƏ PƏNCƏRƏ

Айнура ГасановаОМОНИМЫ В ПРОИЗВЕДЕНИИ ФИЗУЛИ

«ЛЕЙЛИ И МЕДЖНУН»

АННОТАЦИЯ

В данной статье речь идёт об омонимах в произведении выдающегося азер-байджанского поэта Физули «Лейли и Меджнун». Отмечается, что омонимы— раз-ные по значению, но одинаковые по звучанию и написанию слова, морфемы и дру-гие единицы языка.

Автор приходит к заключению, что Физули мастерски использовал омонимы в лиро-эпической поэме «Лейли и Меджнун», что ещё более обогатило данное произведение.

Aynura HasanovaHOMONYMS USED IN FIZULI’S “LEYLA AND MAJNUN”

SUMMARY

This article deals with homonyms used in the work of the prominent Azerbaijani poet Fuzuli «Leyla and Majnun». It is noted that homonyms are different in meaning but similar in pronunciation and spelling of words, morphemes and other units of language.

The author concludes that Fizuli skillfully used homonyms in lyric-epic poem «Layla and Majnun» which further enriched this work.

Page 94: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

94

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ VƏ İSLAM DİNİ

Müstəqil AĞAYEV,AMEA-nın Fəlsəfə və Hüquq İnstitutu

Fəlsəfə və ictimai fikir tarixi şöbəsinin aparıcı elmi işçisi,

fəlsəfə üzrə fəlsəfə doktoru

AÇAR SÖZLƏR: М.Ə.Rəsulzadə, İslam, Quran, ictimai-siyasi baxış.Ключевые слова: М.Э.Расулзаде, Ислам, Коран, общественно-политический взгляд. Key words: M.A.Rasulzade, Islam, Quran, socio-political view.

Tanınmış ictimai və siyasi xadim M.Ə.Rə-sulzadə XX əsrin birinci yarısı Azərbaycan ic-timai-siyasi, ədəbi-bədii, dini-fəlsəfi fikir tar-ixində ən şərəfli yerlərdən birini tutur. Ömrünü Vətənin, xalqının azadlığı uğrunda mübarizəyə həsr etmiş mütəfəkkirin həyat və fəaliyyəti müa-sir və gələcək nəslə ən layiqli örnəkdir.

Zülmə, əsarətə, köləliyə və haqsızlığa nifrət edən Rəsulzadə gənc yaşlarından inqilabi mübarizə yolunu seçmiş və sosial-demokratlara qoşularaq çarizmə qarşı etirazlarını o dövrün mət-buatında dərc etdirdiyi yazılarında bildirmişdir. Uzun müddət dinsiz, allahsız sosial-demokrat-larla birlikdə fəaliyyət göstərməsinə baxmayaraq, o, əqidəsinə sadiq qalmış, marksizmin bəzi prinsiplərini qəbul etsə də, dinə münasibətində sabitlik göstərmişdir. Mütəfəkkir cəmiyyətin maddi və mənəvi inkişafında dinin rolunu həmişə yüksək qiymətləndirmişdir. Bu, ondan irəli gəlirdi ki, Rəsulzadə müsəlman-ruhani ailəsində dünyaya göz açmışdı. Ağlı kəsən gündən valideynlərinin ibadət etdiklərini, atasının Quran oxuduğunu, oruc tutduğunu görmüş, yas mərasimlərində, Ramazan və Qurban bayramlarında icra olunan dini ayinlərin canlı şahidi olmuşdu.

Böyüdükcə, şüuru inkişaf etdikcə bunların nə demək olduğunu anlamağa başlayırdı. Cərəyan edən hadisələr içərisində böyüyən Məhəmməd Əmin gördüklərini, eşitdiklərini yaddaşında saxlayır, onların mənasını, mahiyyətini bilməyə çalışırdı. Uşaqlıq illərində gördükləri və eşitdikləri barədə, ürəyində baş qaldıran arzu və həvəs haqqında o, sonralar belə yazırdı: “Yadımdadır, məscidə çox gedərdim. Namaz mənə şərən vacib olmadığı

TARİXƏ PƏNCƏRƏ

Page 95: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

95

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

TARİXƏ PƏNCƏRƏ

zamanda belə, bir çox qəza namazları keçən ağsaqqalların elədiyi ibadətlərin icrasına həvəsli idim. Ramazan gecələrində məscidə gedər, sübh açılana kimi namaz qılardım – gecə namazı. Ən çox həzz aldığım yer – məscid idi. Bir zamanlar məktəbə, sonra mədrəsəyə nə kimi bir həvəslə gediyor idimsə, o vaxt məscidə də böylə bir həvəslə gediyordum. Məsciddə qazanılacaq savabların hamısına məzhər olmaq da müntəhayi-amalım idi” ( “İqbal” qəzeti, 19 noyabr 1913, 509-cu sayı).

Dini təbliğatın güclü olduğu bir dövrdə mömin ailədə doğulan, İslan dini, əxlaqı, mənəviyyatına söykənən tərbiyə ilə yanaşı, dünyəvi tərbiyə ruhunda da böyüyən M.Ə.Rəsulzadənin həyat və yaradıcılığında, bütövlükdə dünyagörüşündə İslam dini dərin izlər buraxmışdır. O, yaradıcılığı boyu bu dinin bütün qayda-qanunlarına, şəriətin hökmlərinə, Qurana tez-tez müraciət etmiş, siyasi fəaliyyəti zamanı da onlardan faydalanmışdır.

İnsanların həyatında dinin rolunu yüksək qiymətləndirən mütəfəkkir, millətin təşəkkülü və formalaşmasında vacib olan amillər içərisində dinə xüsusi yer ayırır və bu münasibətlə yazırdı: “Dincə biz müsəlmanız. Hər bir din öz mütədəyyinləri arasında məxsus bir təməddün vücudə gətirmişlərdir ki, bu təməddün də bir beynəlmiləliyyət səbəbi təşkil edir. Müsəlman olduğumuz üçün biz türklər beynəlmiləliyyəti-İslamiyyəyə daxiliz” (“Açıq söz” qəzeti, 2 sentyabr 1915, ikinci sayı).

Başqa bir məqaləsində isə: “Din insanların mədəni birliklərini, mədəni rabitələrini hasil edir. Mədəniyyətin bir əsası və əsli vardır ki, bütün qüyud və şürutun xaricində və sırf vicdaniyyət üzərində bina və inşa olunmuşdur. Bu, dindir. Dini mədəniyyətdən ayırmaq və mədəniyyəti dindən fəkk etmək bihudə bir zəhmət, nəticəsiz bir qayətdir” - deyirdi ( “Açıq söz” qəzeti, 30 sentyabr 1917, 580-cı sayı).

M.Ə.Rəsulzadə İslam dininin mühüm müddəa və prinsiplərini təfəkkür süzgəcindən keçirmiş, zaman, məkan və şəraitə uyğun gələnlərdən ağıl və bacarıqla istifadə etmişdir. O görürdü ki, milləti qonşulara nisbətən elmdən uzaq və qəflət yuxusundadır; nə keçmişini bilir, nə də bu günü ilə maraqlanır. Xalqlar, millətlər tərəqqidədir, biz isə hələ də yatırıq. Xalqı bu qəflətdən oyatmaq, düşdüyü acınacaqlı vəziyyətdən xilas etmək üçün elmi, maarifi təbliğ etməyin vaxtı idi. Buna görə də deyəcəklərinin xalqa daha tez təsir etməsi, inandırıcı olması üçün Qurana istinadən elmin əhəmiyyəti və şərafətindən bəhs edən “Müxəmməs”ini yazır. Orada deyilir:

Aç qulağın bir eşit bu sözləri, ey bülfüzul,

Elmə rağib olgilən, qafildilər küllən cühul.

Hər nə var dünyada bil ki, elmilən olmuş hasil.

Fəzli-elmi bilgilən şər ilə olmuşdur qəbul,

Olmasın qafil xəlayiq eyləyib Quran nüzul

(“Şərqi-Rus” qəzeti, 18 may 1903, 20-ci sayı)

Page 96: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

96

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

Müəllif demək istəyir ki, Allah-Təala yaratdığı bəndəsini qəflətdən oyatmaq üçün Peyğəmbərə (s) Quranı göndərdi. Həmin Qurana əsaslanan şəriət də elmin əhəmiyyətini, vacibliyini qəbul etdi və göstərdi ki, dünyada yalnız elmin köməyi ilə hər şeyə nail olmaq mümkündür.

Mütəfəkkir Peyğəmbər (s) ailəsinə (Əhli-beytə) həmişə yüksək rəğbət bəsləmiş, yeri gəldikcə, onlara özünün səmimi münasibətini bildirməkdən də çəkinməmişdir. O, İslam xəlifələrindən dördüncüsü, böyük alim, cəsur sərkərdə, İslam dininin müdafiə və mühafizəçisi, Peyğəmbərin (s) varisi və kürəkəni Həzrət Əliyə (ə) müraciət etməsi, elm haqqında onun fikrinə, sözlərinə istinad etməsi bunun sübutudur. “Öz müxbirlərimizdən” məqaləsində Həzrət Əlidən (ə) yetişən xəbərlərdən söz açaraq, elm və alimin dərəcəsi, fəziləti haqqında onun dediklərini nəzərə çatdırmışdır:

Ey olan aşiq Əli övladinə!

Bir qulaq ver sən Əli fəryadinə

Kim, o sərvər söyləyir bu nəğməni:

“Alim həyy, cahilin yoxdur cəni(canı)

Ey olan şieyi-ibn Əbu Talib,

Elmə hər bir zaman sən ol talib.

Sərvəri-din, ol vəliyyi-xuda

Söyləyibdir ziruyi-sidqü səfa,

Adəmin cinsi alimü talib,

Qeyri besyar vardı ruhi-biqalib

(“Şərqi-Rus” qəzeti, 14 may 1903, 19-cu sayı).

M.Ə.Rəsulzadə Məhəmməd peyğəmbərin (s) hər sözünü, hər cümləsini müqəddəs sanır, qeyd-şərtsiz qəbul edirdi. Millətin tərəqqisi və inkişafı, həm bu dünya, həm də axirət dünyası üçün elmin oynaya biləcəyi rola, verə biləcəyi xeyrə, mənfəətə xalqı inandırmaq üçün Peyğəmbərin (s) dediklərinə istinad edir, ondan nümunələr gətirərək yazırdı:

“Öyrən elmi ləhdəcən!” Tapşırmış ol fəxri-ənam

“Mərdü zən alim olsun gərək” deyibdir ol imam.

Elm elindir, hər nə var biz müxtəsər qıldıq kəlam,

Dustdari-əhli-elm olmuş bilin rəbbül-ənam.

Olmasın qafil xəlayiq eyləyib Quran nüzul

(“Şərqi-Rus” qəzeti, 20-ci sayı)

TARİXƏ PƏNCƏRƏ

Page 97: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

97

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

TARİXƏ PƏNCƏRƏ

Ərəb qəbilələri arasında əlaqələrin çox zəif olması və ya heç olmaması, pərakəndəliyin hökm sürməsi İslam dininin təbliğini və yayılmasını çətinləşdirir, köhnə adət-ənənələrdən xilas olmağa maneçilik törədirdi. Buna görə də İslamı qəbul etmək istəyənlərin birləşmələri, aralarında möhkəm əlaqə yaratmaları və zərbəni bir nöqtəyə endirmələri vacib idi. Həmin dövrdə bu münasibətlə Əli ibn Əbu Talib (ə) “Himmətür-rical təqləül-cibal” (insanların iradəsi dağları yerindən oynadar) kəlamını işlətmişdir. M.Ə.Rəsulzadə də çarizmə, zülmə, istismara, haqsızlığa, əsarətə qarşı mübarizədə xalqı birliyin, ittifaqın gücünə inandırmaq üçün müsəlmanların çox sevdikləri, inandıqları, müqəddəs saydıqları Həzrət Əlinin (ə) bu kəlamına istinad etmiş və “Himmətür-rical təqləül-cibal” məqaləsini də elə bu məqsədlə yazmışdır (“İrşad” qəzeti, 4 sentyabr 1906, 208-ci sayı)

Həmin məqalə mütəfəkkirin İslam dininə bağlı olduğunu, onun fikrincə, yalnız İslam dini çərçivəsində hər şeyə nail olmağın mümkünlüyünü göstərir. O deyirdi: “Bəndəyə qalır isə hər bir dəstədən olursa olaq, ancaq islamiyyət üzrə olaq. İslamiyyətdən kənara çıxsaq, fəlakət bizi gözləyir. İslam bizə rahi-nicatdır – desəm, eyni səvabdayam” (“Tərəqqi” qəzeti, 5 iyul 1909, 48-ci sayı).

Rəsulzadənin dinə, Qurana, Məhəmməd peyğəmbərə (s), Həzrət Əliyə (ə) istinad etməsində məqsəd nə idi? İslam dini Azərbaycan xalqının iliyinə, qanına işləmişdir. Xalq bu dinin humanitar xarakter daşıması, mütərəqqi olması, ümumbəşəri dəyərləri özündə cəmləşdirməsi barədə çox eşitmişdir. Bu dinin cəhalətə, zülmə, istismara, ədalətsizliyə qarşı müdafiəçiləri xalqın qəlbində, yaddaşında özlərinə möhkəm yer tutmuşlar. Əsrlərlə zülm və əsarətdə qalmış bir xalqı oyatmaq, doğru yola yönəltmək üçün İslam dini möhkəm zəmin rolunu oynayırdı. Rəsulzadə də özünün elmi-bədii və siyasi fəaliyyətində bu zəminə söykənməyi məqsədəuyğun sayırdı.

Xalqın əksəriyyəti savadsız və avam idi. Bir sıra hadisələrin əsl mahiyyətini başa düşmürdü. Buna görə də heç bir ideyanı, fikri ona zorla, güclə qəbul etdirmək olmazdı. Yalnız təbliğat və inandırma yolu, dəlil və sübutlarla hər hansı bir fikri xalqa aşılamaq olardı. Həm də xalqın rəğbətini qazanmadan, qəlbinə girməyi bacarmadan, onunla dil tapmadan görülən iş yaxşı nəticə verə bilməzdi. Mütəfəkkir bunu çox gözəl bilirdi.

Siyasi və milli şüurun zəifliyi xalqın dinə inamını azalda bilməmişdi. Peyğəmbərin (s) anadan olduğu gündə böyük bayram təntənəsi, kütləvi şadyanalıq təşkil edilir, çox vaxt ehsan verilir, onun şəninə dini qəsidələr söylənilirdi. Bununla bərabər, Məhəmmədə (s) peyğəmbərlik verilən gün də ən əzəmətli, möhtəşəm, qiymətli bir gün kimi qeyd olunurdu. M.Ə.Rəsulzadə bu münasibətlə “Bu gün” məqaləsini yazmış, bu günün bəşər, xüsusilə müsəlmanlar üçün nə qədər əlamətdar və əhəmiyyətli olduğunu belə qələmə almışdır: “Bu gün rəcəbül-mürəccəb ayının 27-sidir. Bu gün bir yovmi-mübarəkdir ki, aləmi-islamiyyətdə ondan artıq, ondan müqəddəs, ondan əzizraq gün olmasın gərək.

Bu gün aləmi-islamiyyət əziz və giramıdır, onun üçün ki, bu gündə əqli-küll olan nəbiyyi-məhtərəmimizin yovmi-cülusi olub, cümlə müsəlmanların zəlam və heyrət

Page 98: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

98

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

vadisindən xilas olaraq, nuraniyyət və mərifət bağçasına keçdikləri gündür. Bu gün haman o gündür ki, onda dəryayi-cəhl və vəhşətdə müstəğrəq olan ərəblərə mərhəməti-ilahi nazil olub, tarixi-bəşəriyyətdə şanlı bir səhifə ittixaz etməklərinə səbəb olan Məhəmməd ibn Abdullah əleyhissəlam həzrətləri cümlə insanları vadiyi-cəhalətdən qurtarıb, elm və mərifətə irişdirmək üçün məbus oldu.

...Lakin heyhat, adımızı müsəlman qoyuruz, amma islamiyyətin nə tarixindən, nə üsulundan, nə də füruindən... xəbərimiz yoxdur. Qurani-Kərim bizə “vəşavirhum fil əmri” buyurduqda, biz “üsuli-keyfə mayəşau” dalınca gediriz. Cəmi taifələr dinimizin üsullarından olan hürriyyət və ittihadi-beynəlmiləli ararkən, bizlər istibdad və nifaqı axtarıyoruz.

Müsəlmanlar! Bəsdir bu qədər özümüzdən bixəbər qaldığımız! Bəsdir dinimizə olan kəmetinalığımız, dinimizə diyorum, dinimizə, o dinə ki, onun cümlə üsulu və ərkani ictimaiyyət, məhz və məhz ictimaiyyətdir...” (“İqbal” qəzeti, 15 dekabr 1913, 530-cu sayı).

Rəsulzadə bu məqalə ilə yanaşı, “Mövludi-Əli”, “Eydi-fitr”, “Novruz”, “Qurban bayramı” və s. məqalələrində də dini bayramların da məslək işi olduğunu və vacibliyini qeyd etmişdir. O, İslam əxlaqına, əqidəsinə, adına xələl gətirən, insanlığa layiq olmayan, onu alçaldan, gözdən salan bir sıra əməllərlə məşğul olanları bu yoldan qaytarmaq üçün onların bu əməllərini Quranı ehtiramdan salmaq kimi dəyərləndirmişdir: “Oğurluq, yalan danışmaq, yalan yerə şəhadət vermək, yol kəsmək, cibgirlik, nahaq qanların tökülməsinə mübaşir və səbəb olmaq (qumar oynamaq, şərab içmək, zina etmək, böhtan demək, xəbərçilik), iki müsəlman arasında fəsad salmaqdan ötrü söz gəzdirmək, özgələrin malını yemək və s. Qurani-Şərifi ehtiramdan salmaq deməkdir” (“Təkamül” qəzeti, 23 dekabr 1906, 2-ci sayı).

Bu məsələlərdən danışarkən Məhəmməd Əmin Qurani-Kərimin aşağıdakı ayələrinə istinad etmişdir: “Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?” (Maidə, 90-91); “Zinaya da yaxın düşməyin. Çünki o, çox çirkin bir əməl və pis bir yoldur!” (İsra, 32).

Həmçinin M.Ə.Rəsulzadə 1909-cu ildə qələmə aldığı məqaləsində yazırdı: “Din məsələsi vicdani bir məsələdir. Hər kəs dinini satırsa, vicdanını satmış kimidir... Avropa misyonerləri hərdənbir xəyallanırlar ki, müsəlmanlardan da döndərsinlər, amma dişləri batmıyor. Zira İslam deyə inandıqları əqidələrində müsəlmanlar o dərəcə möhkəmdirlər ki, bir dəfə inandıqlarından əsla vaz keçməzlər. Müsəlmanı döndərmək olmaz” (“Tərəqqi” qəzeti, 5 iyul 1909, 4-cü sayı).

Deyilənlərdən belə qənaətə gəlmək olur ki, Məhəmməd Əmin Rəsulzadə İslam dininə, onun qanun-qaydalarına, ayin və mərasimlərinə, müqəddəs Qurani-Kərimə, əzəli

TARIXƏ PƏNCƏRƏ

Page 99: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

99

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

TARİXƏ PƏNCƏRƏ

və əbədi varlığa – Allaha olan inamında həmişə sabitqədəm olmuş, Yaradanın adını uca tutmuş, hər zaman Ondan yardım diləmişdir. Onun əsərlərində Allaha, Qurana, İslama və həqiqi din xadimlərinə toxunan, onların şənini azalda bilən tənqidi fikirlərə rast gəlinmir. Lakin “Cavanlarımıza” adlı məqaləsində millətin cəhl içində yaşayıb, ömrünü qəflət və “xəbərsizlik”də keçirməsində, elmə həvəs göstərməməsində, mərifət kəsb etməməsində, “kəsbi-ruzi yolunda səy və kuşiş etməməsində” “alimnüma” mollaların da təqsirli olduqlarını bildirərək, onları tənqid edir. Əlbəttə, burada İslam dininə qarşı heç bir etiraz irəli sürülmür. Amma bu dindən sui-istifadə edərək siyasətə tapınmaqla, məsləyini, vicdanını satan ikiüzlü mollanümalar ifşa olunur.

Page 100: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

100

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

TARİXƏ PƏNCƏRƏ

Мустагил АгаевМAMЕД ЭМИН РАСУЛЗАДЕ И ИСЛАМ

АННОТАЦИЯ

В данной статье речь идёт о воззрениях Мамед Эмина Расулзаде относитель-но Ислама. Отмечается, что выдающийся азербайджанский общественно-полити-ческий деятель всегда высоко и с уважением относился к положениям и традициям Ислама, а также проявлял глубокое почтение к Священному Корану.

Анализируя произведения М.Э.Расулзаде, автор приходит к заключению, что в его книгах не встречаются критические замечания, которые могли бы задеть до-стоинство как самой религии, так и подлинных религиозных деятелей.

Mustagil AgayevMAMMAD AMIN RASULZADE AND ISLAM

ABSTRACT

This article deals with the views of Mammad Amin Rasulzade regarding Islam. It is noted that the outstanding Azerbaijani political figure always highly respected the teachings and traditions of Islam, and showed a deep reverence towards the Holy Quran.

Analyzing the works of M.A.Rasulzada, the author comes to the conclusion that in his books we not meet critical comments that might offend the dignity of both the religion and the real religious leaders.

Page 101: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

101

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

PuBLİsİsTİKA

MÖVLUDUN TARİXİ

Lüğətdə “doğulan yer və zaman” anlamına gələn mövlud kəlməsi islami ədəbiyyatda “Həzrət Peyğəmbərin doğum günü, bu günün ildönümü münasibətilə keçirilən tədbirlər və bu mövzuda qələmə alınan əsərlər” mənasında işlədilir.

Bir çox alimin fikrincə, Allah Rəsulu (s) Yəmən valisi Əbrəhənin Kəbəni yıxmaq məqsədilə Məkkəyə hücum etdiyi və Fil hadisəsinin baş verdiyi il dünyaya gəlmişdir. Bu hadisənin hansı ildə baş verdiyinə dair ixtilaf mövcuddur. 569, 570-ci illər qeyd edənlərlə yanaşı, 571-ci il olduğu fikrini irəli sürənlər də var. Rəsulullahın (s) doğulduğu gün barədə də fikir ayrılığı mövcuddur. Bəziləri onun rəbiüləvvəl ayının 12-də, bəziləri isə rəbiüləvvəlin 17-də dünyaya göz açdığını yazırlar. Doğum tarixi ilə bağlı bir neçə günlük fərqi aradan qaldırmaq məqsədilə 1989-cu ildən Türkiyə Diyanət Vəqfi Peyğəmbərin (s) doğumunu “Doğum həftəsi” altında bir həftə - rəbiüləvvəl ayının 12-dən 17-dək bayram etməyi daha uyğun saymış və bu fikir digər müsəlman ölkələri tərəfindən də rəğbətlə qarşılanmışdır.

Məhəmməd peyğəmbər (s) həyatda ikən doğum gününü qeyd etdiyinə və ya bu günün keçirilməsi barədə hər hansı göstəriş verdiyinə dair heç bir məlumat yoxdur. Raşidi xəlifələr və ondan sonrakı Əməvilər və Abbasilər dövrlərində də mövlud ilə bağlı hansısa tədbirlərə rast gəlinmir.

Bu sahədəki ilk tədbir Misirdə Fatimilər dövləti qurulduqdan sonra Müizz Lidinillah (362-365/972-975) dövründə həyata keçirilmiş və Həzrət Peyğəmbərin (s) doğum ildönümü rəsmi şəkildə qeyd olunmağa başlanılmışdır. Bu mərasimlər münasibətilə rəbiüləvvəl ayının 12-ci günü hazırlanan halva nimçələrdə rəsmi vəzifəlilərə paylanar, Əzhar məscidində xətm oxunar, sonra xüsusi olaraq hazırlanan yerdə xəlifə, digər dövlət rəsmiləri və üləmanın iştirakı ilə mərasim icra edilərdi.

Bu tədbirlərin əsasən rəsmilərin qatıldığı dövlət mərasimi səviyyəsində keçirildiyi, geniş xalq kütlələrinin mərasimə qoşulmadığı və şənlik ab-havasının az olduğu bildirilir. Belə ki, Fatimilər Allah Elçisinin (s) və Əhli-beytin doğum ildönümlərini dini həssaslıqlarından daha çox, bir sıra siyasi məqsədlərlə qeyd edirdilər.

Fatimilərdən sonra Misirdə iqtidara keçən Əyyubilər (1172-1462) zamanında bir çox bayram və mərasim ləğv olunduğundan mövlud da diqqətdən kənar qalmış, camaat bu günü evində qeyd etmişdir. Ancaq Səlahəddin Əyyubinin qaynı olan və xeyirxahlığı ilə tanınan Ərbil atabəyi Müzəffərəddin Gökbörü (586-629/1190-1232) mövludu-nəbəvini yenidən rəsmi şəkildə qeyd etməyə başlamışdır.

Mənbələrdə keçdiyinə görə, həmin dövrdə məhərrəm ayından başlayaraq rəbiüləvvəl ayına qədər Bağdad, Mosul, Cəzirə, Sincar, Nusaybin kimi şəhərlərdən Ərbilə axın-axın

Page 102: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

102

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

PuBLİsİsTİKA

fəqih, sufi, vaiz, qurra və şair gələr, mövlud hazırlıq və tədbirləri bir neçə ay davam edərmiş. Fatimilər dövründən fərqli olaraq, bu dövrdə mərasimlər geniş xalq kütlələrinin iştirakı ilə böyük şənlik ab-havasında keçirilirmiş. Məmlüklər dövründə də Misirdə mövlud şənlikləri öz təntənəsini qorumuşdur. Rəbiüləvvəl ayının girməsilə başlayan mərasimlərə xəlifə, dörd məzhəbin baş qazısı, elm və təsəvvüf əhli, əmir və komandirlər, dövlət adamları, o cümlədən qonşu ölkələrdən müxtəlif nümayəndələr qatılırmış. Şimali Afrikada mövlud mərasimləri ilk dəfə qazı və mühəddis Əbul-Abbas Əhməd ibn Məhəmməd ibn Hüseyn əs-Səbti (ö.633/1236) tərəfindən xalqın xristian bayramlarını qeyd etmələrinin qarşısını almaq məqsədilə keçirilməyə başlanılmışdır. Osmanlı dövründə mövlud mərasimlərini 1588-ci ildə Sultan III Murad başlatsa da, Süleyman Çələbinin məşhur mövludunu 1409-cu ildə yazması mərasimlərin daha əvvəlki dövrlərdə qeyri-rəsmi şəkildə mövcudluğunu göstərir. 1910-cu ildə mövludun Osmanlılarda rəsmi bayram elan edilməsinə baxmayaraq, Cümhuriyyət dövründə ləğv olunmuşdur.

Bu gün mövlud Səudiyyə Ərəbistanı xaric, Şimali Afrikadan tutmuş İndoneziyaya qədər İslam ölkələrinin bəzilərində rəsmi, bəzilərində isə (o cümlədən Azərbaycanda) qeyri-rəsmi olaraq müsəlmanlar tərəfindən qeyd edilir.

Mövludun fiqhi hökmünə gəldikdə isə bu mövzu üləma arasında həmişə mübahisələrə səbəb olmuşdur. İbnul-Həc əl-Əbdəri və digər bəzi Maliki alimlər bunun Peyğəmbər (s), həmçinin səhabə və tabiun dövründə keçirilmədiyini, bu səbəbdən mövludun bidət olduğunu bildirərək ona qarşı çıxmışlar. Mövluda qarşı mənfi münasibət İbn Teymiyyə və vəhhabi alimlər tərəfindən də dəstəklənmişdir. Digər tərəfdən isə Əbu Şəmə əl-Məqdisi, Şəmsəddin əl-Cəzəri, İbn Həcər əl-Əsqəlani, İbn Həcər əl-Heytəmi, Şəmsəddin əs-Səhəvi, Cəlaləddin əs-Suyuti, Şihabuddin əl-Qastallani kimi alimlər Allahın aləmlərə rəhmət olaraq göndərdiyi Həzrət Peyğəmbərin (s) dünyaya gəlməsi səbəbilə sevinməyin, onun doğum günü münasibətlə fəqir və ehtiyacı olanlara yardım göstərməyin, ibadət etməyin, Allah Rəsuluna (s) duyulan sevginin ifadəsi olaraq şeirlər oxumağın, təmiz və gözəl paltarlar geyinərək şadyanalıq etməyin gözəl əməllər olduğunu söyləmiş, dolayısıyla mövludu qeyd etməyi bidəti-həsənə saymışlar.

Güney Namazova

Page 103: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

103

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

İZAHLI LÜĞƏT

DİNİ TERMİNLƏRİN İZAHI

FİQH - Lüğət mənası “bir şeyi bilmək, dərindən qavramaq, tam başa düşmək” deməkdir. Terminologiyada isə fiqh İslamın fərdi və ictimai həyata dair əməli hökmlərini bilmək və bu mövzunu araşdıran elm sahəsi anlamına gəlir.

Fiqh kəlməsi Qurani-Kərimdə müxtəlif fel qəliblərində iyirmi yerdə keçmişdir və “bir şeyi tam başa düşmək, həqiqəti bilmək və dərk etmək” kimi mənalarda işlənmişdir.

İslamın ilk dövrlərində fiqh məfhumu ilə bütün dini bilgiləri bilmək nəzərdə tutulurdu. Hicri ikinci əsrin ortalarından etibarən isə, fiqh məfhumu sadəcə əməli həyatı əhatə edən elm sahəsinə çevrildi. Bununla yanaşı, iman və etiqada dair bilgilər “elmi-tövhid”, “elmi usulid-din”, “əqaid”, “kəlam” kimi elm sahələrinin, yaxşı və pis davranışlar, şəxsi həyat, ictimi əlaqələrlə bağlı məsələlər isə əxlaq və təsəvvüf elminin mövzusu oldu. Lakin fiqhin əhatə dairəsi sonrakı dövrlərdə də geniş olmuş, müasir dövrədək elmihal, hüquq və hüquq metodologiyası, iqtisadiyyat, siyasət, idarəçilik elmi, fiqh tarixi, müqayisəli hüquq bu elm sahəsininin mövzuları arasında tədqiq edilmişdir.

FİQHİ TƏFSİR - Qurani-Kərimin fiqh sahəsi ilə əlaqəli ayələrini təfsir edən elm sahəsinə və bu sahədə yazılan əsərlərə fiqhi təfsir deyilir. Fiqhi təfsir, eyni zamanda “əhkam təfsiri” də adlanır.

Fiqhi təfsir ya hədisləri, ya ictihadları, ya da hər ikisini birlikdə nəzərə alaraq edilir. Bəzi İslam alimləri ibadət-əməl ilə bağlı ayələrə əsaslanaraq, fiqhi sistem qurmuş, bəziləri də adı çəkilən ayələri təfsir edib “Əhkamul-Quran” adlı əsərlər yazmışlar.

FİQHUL-HƏDİS - Lüğətdə hər hansısa sözdən onu söyləyənin nə demək istədiyini anlamaq və qavramaq mənasını verən fiqhul-hədis terminoloji olaraq Həzrət Peyğəmbərin (s) hədislərdəki məqsədini dərk etmək deməkdir. Fiqhul-hədis hədislərdən fiqhi hökm çıxarmağa yönəlmiş elm sahəsinə, həmçinin hədislərin ifadə etdiyi fiqhi hökmlər anlamına da gəlir. Bu sahəyə dair bir çox müstəqil əsərlər yazılmışdır.

FİQHUR-RAVİ - Hədis elmi ilə məşğul olan şəxsin rəvayətin şərtlərini, həqiqətini, növlərini, hökmlərini (dəyərlərini), həmçinin hədisi rəvayət edən şəxsin keyfiyyətlərini, rəvayət olunan mətnlərin növlərini lazımi şəkildə bilməsinə və bu məlumatlara əsaslanaraq, onun doğruluq dərəcəsini müəyyən etməsinə fiqhur-ravi deyilir.

FİRQƏ - Lüğətdə “bölmə, insan qrupu, ayırma, cəmiyyət, partiya və diviziya” kimi mənalara gələn bu söz termin kimi, İslam düşüncə tarixində siyasi və ya etiqadi fikirlərə sahib məzhəb, yaxud ideoloji cərəyan mənasında işlədilmişdir. Qurani-Kərimdə təfriq və təfərruq şəklində keçən bu məfhum dində və ictimai həyatda bölünməyi, parçalanmağı ifadə edir.

Page 104: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

104

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

Siyasi, etiqadi və ictimai səbəblərə görə ayələr, hədislər müxtəlif şəkillərdə izah edilərək, İslam tarixində fərqli firqələrin meydana gəlməsinə səbəb olmuşdur. İslam dini birliyə böyük önəm verir və bölünməyə, firqələrə ayrılmağa qarşıdır. Həzrət Peyğəmbər (s) “Allah mənim ümmətimi zəlalətdə birləşdirməyəcəkdir. Allahın yardım əli camaatın üzərindədir” (Tirmizi, Əbvabul-Fitən, 8) buyurmuşdur. Lakin ictimai həyatın həqiqəti olaraq, müsəlmanlar müxtəlif firqələrə ayrılmışlar. Bu rəvayət də həmin faktı sübut edir: “Məcusilər yetmiş, yəhudilər yetmiş bir, xristianlar yetmiş iki firqəyə ayrıldıqları halda, müsəlmanlar da yetmiş üç firqəyə bölünəcəklər. Bunlardan yalnız biri xilas olacaqdır” (Firqeyi-naciyə).

FİSQ - Fisq kəlməsinin leksik mənası “bir şeydən çıxmaq”dır. Dini terminologiyada isə doğru yoldan azmaq, üsyan etmək, Allahın buyruq və qadağalarına tabe olmamaq, günah və cinayət işləmək kimi anlamlara gəlir. Şirk, küfür və nifaq fisq sayıldığı kimi, günah və haram felləri işləmək də fisqdir. Bu baxımdan fisq iki qismə ayrılır. Birincisi, insanı dindən çıxarıb küfrə aparan fisq. Quranda küfür (əl-Bəqərə, 99), şirk (ət-Tövbə, 7-8) və ayələri inkar etməyin (əl-Ənam, 49) fisq olduğu bildirilmişdir. İkincisi isə, dindən çıxarmayan fisq. Bu, möminlərin Allah və Peyğəmbərin (s) buyruq və qadağalarına tabe olmamaları, itaətsizlik etmələridir. Bu baxımdan, Qurani-Kərimdə Allahın adı çəkilmədən kəsilən və ölmüş heyvanın ətini yemək (əl-Ənam, 121; əl-Maidə, 3), insanlara pis ləqəblər qoşmaq (əl-Hücurat, 11), yalan (ən-Nur, 4) və çirkin söz söyləmək (əl-Bəqərə, 97), pis işlər görmək (əl-Ənbiya, 74), günah işləmək, azğınlıq etmək (əl-İsra, 16), qumar oynamaq (əl-Maidə, 3), Allahı unutmaq (əl-Həşr, 9), üsyan (əl-Ənam, 21), zülm (əl-Əraf, 165) və itaətsizlik (əl-Əraf, 163) fisq kimi ifadə edilmişdir. Allah möminlərə imanı sevdirmiş, küfrü, fisqi və üsyanı çirkin göstərmişdir (əl-Hücurat, 7).

FİTR BAYRAMI - “Oruc açmaq bayramı” mənasında istifadə olunan bu söz birləşməsi, Ramazan bayramının digər adıdır. Şəvval ayının birinci günü başlayir və bəzi müsəlman ölkələrində üç gün qeyd olunur.

FİTRƏT - “Bir şeyi yarmaq, ilk dəfə icad etmək, orucu pozmaq, açmaq” mənasındakı “f-t-r” kökündən törəyən fitrət sözünün mənası “yaradılış və yaratmaq” deməkdir. Quran və hədislərdə fitrət əsasən, Allaha yönəlmək, tövhid inancı və dinin özünü qorumaq anlamlarında işlənmişdir: “(Ya Rəsulum! Ümmətinlə birlikdə) batildən haqqa tapınaraq (pak bir müvəhhid, xalis təkallahlı kimi) üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (islama) tərəf tut. Allahın dinini (Onun yaratdığı tövhid dini olan islamı) heç vəchlə dəyişdirmək olmaz...” (ər-Rum, 30). Beləliklə, Uca Yaradan Həzrət Peyğəmbərin (s) simasında insanlara Allaha yönəlmələrini və bəşər üçün faydalı olan dinin qanunlarına tabe olmaqlarını, əsil yaradılışın dəyişdirə bilməyəcəyini xəbər vermişdir. Bu ayəni açıqlayan bir hədisdə belə buyurulmuşdur: “Hər uşaq fitrət üzərində dünyaya gələr. Daha sonra atası, anası onu yəhudi, xristian və ya məcusi edər. Necə ki, heyvan da üzvləri tam şəkildə dünyaya gələr. Məgər dünyaya gələn heyvanda bir əskiklik görürsünüz?” (“Səhihi Buxari”, Cənaiz, 79). İbni Abbas fitrət ilə İslamın nəzərdə tutulduğunu söyləmişdir. Həqiqətən insan dünyaya Allaha inanmağa meyilli gələr. Daha sonra ana-atanın və ətraf

İZAHLI LÜĞƏT

Page 105: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

105

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

İZAHLI LÜĞƏT

mühitin təsiri ilə bu fərqli istiqamətlərə yönələr.

FİTRƏTULLAH - Qurani-Kərimdə “fitrətullah” Allahın dini mənasında istifadə olunmuşdur.

FİDYƏ - Lüğət mənası “kimisə çətin vəziyyətdən xilas etmək üçün ödənilən qarşılıq” olan bu söz fiqhi termin kimi, əsarətdən xilas olmaq üçün ödənilən məbləği və ya bəzi ibadətlərin yerinə yetirilməməsi, yaxud icrası zamanı müəyyən qüsurların olması halında ödənilən dini-maddi öhdəçiliyi ifadə edir.

Fidyə kəlməsi Qurani-Kərimdə iki ayədə termin mənasında (əl-Bəqərə, 184, 196), bir ayədə isə, lüğət mənasında (əl-Hədid, 15) keçmişdir.

Əsarətdən xilas olmaq üçün ödənilən fidyəyə “xilas fidyəsi” deyilir. Müharibə zamanı ələ keçən əsirlər düşmənin müsəlman əsirlərə göstərdiyi münasibətə, hal və şərtlərə görə fidyə qarşılığında sərbəst buraxıla bilər. Həzrət Peyğəmbər (s) Bədirdə əsir götürdüyü müşrikləri fidyə qarşılığında sərbəst buraxmış, pulu olmayanları da on müsəlmana oxuma-yazma öyrətməsi müqabilində sərbəst buraxacağını elan etmişdir.

İbadətlərdəki fidyə isə, oruc və həcc ilə bağlıdır. Qocalıq və şəfası olmayan xəstəliyə görə oruc tuta bilməyən şəxs daha sonra qəza etməsi mümkün olmadığına görə hər gün müqabilində fidyə ödəyər. Belə şəxsin fidyə ödəməsi vacibdir. Qurani-Kərimdə buyurulur: “...Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər...” (əl-Bəqərə, 184). Bu ayəyə əsasən, fidyə miqdarının birini bir gün doydura biləcək qədər olması başa düşülmüşdür.

Həcc və ümrə üçün ehrama girənlərə bəzi şeylər qadağan olunmuşdur. Bunlardan birini edən kəffarə ödəməlidir. Qurani-Kərimdə bu fidyə adlandırılmışdır (əl-Bəqərə, 196).

Xəstəliyə və ya hər hansı səbəbə görə ehram qadağalarından birini etməyə məcbur olan kimsə fidyə kimi, ya üç gün oruc tutmalı, ya altı kasıbı doyuzdurmalı, ya da qurban kəsməlidir. Bu qadağaları qəsdən pozan şəxs isə, etdiyi nöqsan əməlin növünə və dərəcəsinə görə qurban kəsər və ya sədəqə verər. Fidyə olan qurbanlar Haram bölgəsində kəsilməlidir. Oruc tutmaq və ya kasıbı doyuzdurmaq isə, hər yerdə mümkündür. Bütün fəqihlərə görə, qəsdən ehram qadağalarından birini pozan kimsə fidyə ödəməklə yanaşı, həm də törətdiyi günaha görə tövbə etməlidir.

Fİ SƏBİLİLLƏH - “Allah yolunda” kimi tərcümə edilən bu ifadə Qurani-Kərimdə Allahın buyruqlarına uyğun olaraq, Allahın razılığı üçün, İslam uğrunda mənalarında işlənmişdir. Allah yolu ilə haqq din İslam nəzərdə turulur. Bu ifadəyə zidd olaraq, Qurani-Kərimdə tağut yolu keçmişdir (ən-Nisa, 76). Tağut yolu inanc, söz, fel, əməl, iş, hökm və qayda baxımından İslama uyğun olmayan, Allahı deyil, nəfsi və şeytanı razı edən yol deməkdir. Bu yol Quranda səbilul-ğay (azğınlıq yolu) (əl-Əraf, 146), səbilul-mufsidin (təxribatçıların yolu) (əl-Əraf, 142) və səbilul-mucrimin (günahkarların yolu) (əl-Ənam, 55) şəklində ifadə edilmişdir.

Page 106: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

106

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

İnfaq (malından xeyirli işlər üçün xərcləmək), cihad, müharibə, şəhid olmaq və hicrət kimi dünyəvi qarşılıq, mənfəət ummadan, Allahın razılığını qazanmaq və İslam uğruna edilən hər şey “fi səbililləh” məfhumuna daxildir.

“Səbilul-muminin” (möminlərin yolu) (ən-Nisa, 115) və “səbilul-rəşad” (doğru yol) (əl-Əraf, 146) ifadələri də səbilullah məfhumu ilə eyni mənaya gəlir.

FİTNƏ - Lüğətdə “sınamaq, şikayətlənmək, bir şeydən çox xoşu gəlmək, fikirayrılığı, qarışıqlıq, dəlilik, zəlalət, azdırmaq, çaşdırmaq, aldatmaq, şiddət, işgəncə, öldürmək, bəla, müsibət, pislik” kimi mənalara gəlir. Cəmi “fitən”dir.

Qurani-Kərimin 30 ayəsində keçən “fitnə” kəlməsi müxtəlif mənalarda işlədilmişdir: imtahan (sınamaq, yoxlamaq) (əl-Bəqərə, 102), bəla (müsibət, dərd) (əl-Həcc, 11), azdırmaq, yoldan çıxarmaq (əl-Maidə, 41), aldatmaq (əs-Səffat, 162), çaşdırmaq (əl-Əraf, 27), dəlilik (əl-Qələm, 6), əzab (atəşə atılmaq) (əl-Ənfal, 25; əz-Zəriyət, 13-14), bəhanə və çarə (əl-Ənam, 23), günah (ət-Tövbə, 40), döyüşmək (öldürmə) (ən-Nisa, 91; əl-Əhzab, 14), qarışıqlıq, fəsad (Ali-İmran, 7; ət-Tövbə, 47, 48) və təzyiq (işgəncə, əziyyət, pislik) (əl-Bəqərə, 191, 193, 217; ən-Nisa, 101; əl-Ənfal, 39).

Mal-dövlətin və uşaqların insan üçün imtahan olduğu (əl-Ənfal, 28), insanlara təzyiq, zülm, işgəncə, əziyyət və pislik etməyin öldürməkdən daha böyük və şiddətli olduğu (əl-Bəqərə, 191, 217) fitnə məfhumu ilə ifadə edilmişdir.

FUAD - Lüğət mənası “qəlb, ürək” olan bu kəlmə təsəvvüfdə ilahi təcəlliləri seyr etmə yeri mənasında istifadə olunur. Qurani-Kərimdə “Qəlb gördüyünü yalan saymadı” (ən-Nəcm, 11) şəklində keçir.

FÜQƏHA - “İslam hüquqçusu” mənasını verən fəqih kəlməsinin cəm formasıdır.

FÜQƏHAYİ-SƏBA - Tabiun dövründə Mədinədə şöhrət qazanmış yeddi fəhiqi ifadə edən söz birləşməsidir. Bu fəqihlərdən altısı: Ürvə ibn Zübeyr, Səid ibn Müseyyib, Übeydulla ibn Abdulla, Xaricə ibn Zeyd, Süleyman ibn Yəsar və Kazım ibn Məhəmməddir. Yeddincisinin isə ya Əbu Bəkr ibn Əbdürrəhman, ya Əbu Sələmə ibn Ərdürrəhman, ya da Səlim ibn Abdulla adlı fəqihlərdən biri olduğu güman edilir.

FURQAN - İmanı küfrdən, ixlası riyakarlıqdan, tövhidi şirkdən, haqqı batildən, düzü əyridən, xeyri şərdən, yaxşını pisdən, halalı haramdan ayıran və həqiqətləri açıqlayan deməkdir. Bu kəlmə Qurani-Kərimdə yeddi ayədə keçmişdir və Quran və Tövratın adı (sifəti) (Ali İmran, 4; əl-Bəqərə, 53), Bədr döyüşü (əl-Ənfal, 41) və insana verilən haqq ilə batili, yaxşı ilə pisi bir-birindən ayırmaq bacarığı (əl-Ənfal, 29) mənalarında işlənmişdir.

Furqan, eyni zamanda Quranın 25-ci surəsinin adıdır. Surə Məkkədə nazil olmuşdur və 77 ayədən ibarətdir.

Qurani-Kərim və ilahi kitabların hamısı “furqan”dır, yəni haqqı batildən ayırır, həqiqətləri açıqlayır. Bədr döyüşünə “yəvmul-furqan” (furqan günü) deyilmişdir. Çünki

İZAHLI LÜĞƏT

Page 107: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

107

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

bu döyüş möminlə kafiri bir-birindən ayırmışdır. İnsan furqan sifətinə sahib ola bilmək üçün mömin və müttəqi olmalıdır: “Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla-nahaqı ayırd edən (bir nur) verər (dünyada və axirətdə çıxış yolu göstərər)...” (əl-Ənfal, 29) ayəsi bu həqiqətin ifadəsidir.

FÜZULİ - Lüğət mənası “lazımsız və mənasız işlərlə məşğul olan, özünə aid olmayan şeylərlə maraqlanan kimsə” deməkdir. İslam fiqhində termin kimi, hüquqi səlahiyyəti olmadığı halda, başqasının yerinə hüquqi əməliyyat həyata keçirən şəxs mənasında işlədilir.

Füzulinin həyata keçirdiyi əməliyyat keçərli olmaqla yanaşı, hər hansı hökm ifadə edə bilməsi və hüquqi nəticə meyda çıxarması üçün adına iş görülən şəxsin təsdiqinə bağlıdır. Təsdiq edildikdən sonra əməliyyat həyata keçirilən andan etibarən səlahiyyətli şəxs tərəfindən edildiyi nəticəsini meydana çıxarar. Füzulinin etdiyi əqdi, səlahiyyətli mal sahibi ilə yanaşı, vəkil, vasi və ya vəlisi kimi hüquqi nümayəndələri və ya füzulinin özü fəsh edə (aradan qaldıra) bilər.

Füzulinin həyata keçirdiyi əməliyyatların keçərli ola bilməsi üçün əqd vəkalət və təmsil yoluyla edilən əməliyyat növü olmalıdır. Eyni zamanda icazənin reallaşması üçün satıcı, alıcı, icazə verən şəxs və əqdin mövzusu mövcud olmalıdır.

FÜCUR - Lüğət mənası “açmaq, yarmaq, meyl göstərmək, haqdan azmaq, yalan söyləmək, zina, üsyan etmək” deməkdir. Dini terminologiyada inkar etmək, Allaha şərik qoşmaq, üsyan etmək, günah işləmək mənalarında işlədilir. Quranda “iman, ibadət, itaət və təqvanın” (günah söz, əməl və davranışları tərk edərək, Allaha qarşı gəlməkdən çəkinən) (əş-Şəms, 8) ziddi mənasında keçmişdir. Nəfsini fücur ilə çirkləndirən ziyana düçar, təqva ilə təmizləyən xilas olar (əş-Şəms, 8-10).

FÜRU - Lüğət mənası “bir şeyin üst tərəfi, qol, budaq, şöbə” olan fər kəlməsinin cəm formasıdır. Dini terminologiyada fiqh elminin nəzəriyyəsi xaricində qalan əməli-tətbiq qismini və miras hüququnda alt soy qohumları ifadə edir.

İslam hüququnda üstünlük təşkil edən və fəqihlər tərəfindən qəbul olunan üsul qaydaları və külli qaydalar əsl, onların tətbiqi sayılan cüzi məsələlər və hökmlər isə fər adlanır. Fiqh elmi əsasən üsul qaydaları və külli qaydalar metodu ilə inkişaf edib formalaşmışdır. Füru məfhumu fiqh metodologiyası ilə üsul qaydaları və külli qaydalar formalaşdıqdan sonra üsuli-fiqhin digər yarısını ifadə etmək üçün işlənməyə başlanılmışdır.

Fəri məsələləri əhatə edən fiqh kitablarında ibadətdən əxlaq və ədəb qaydalarına qədər təxminən 25-30 bölmə vardır. Lakin bunlar ibadət, müəməlat və uqubat şəklində üç əsas qrupa ayrılmışdır.

FÜTÜVVƏT - Lüğətdə “gənclik, comərdlik, qəhrəmanlıq” mənalarını verir. Əvvəllər təsəvvüfdə “dostların qüsurundan keçmək”, “insanın hamıyla yola getməsi, süfrəsində yemək yeyən möminlə kafir arasında ayrıseçkilik salmamaq”, “insanlara

İZAHLI LÜĞƏT

Page 108: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

108

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

əziyyət verməkdən çəkinmək” və s. mənalarda istifadə olunmuşdur. Quranda “igid, comərdlik, gənc” mənasını verən fəta, cəm formasında fityə şəklində kəlmələr keçmişdir (bax. ən-Nisa, 25; Yusuf, 30, 36, 62; əl-Kəhf, 60, 62). Sufilər Quranda təriflə bəhs edildiyinə görə bu kəlməni təsəvvüf termininə çevirmişlər. XI əsrdən etibarən sufiliyin təşkilatlanmağa başlaması ilə fütüvvət məfhumunda da sufi xüsusiyyətləri üstünlük təşkil etmiş və təsəvvüfdəkinə bənzər təşkilatlanma onda da özünü göstərmişdir. Abbasi xəlifəsi Nasir Lidinillah fütüvvət müəssisəsini öz adına bağlamaqla, onu dövlətin rəsmi qurumuna çevirmişdir.

HƏBİBULLAH - Söz birləşməsində keçən “həbib” sevgili, sevən və sevilən deməkdir. Cəm forması “ahibbə” və “əhbab”dır. Həbibullah isə, Allahın çox sevdiyi bəndəsi mənasını verir. Bu məfhum ilə son peyğəmbər Həzrət Məhəmməd (s) nəzərdə tutulur. Hədislərindən birində belə buyurmuşdur: “Bilin ki, mən Allahın sevimli bəndəsi, dostuyam. Ancaq öyünmə yoxdur (öyünmürəm)” (Tirmizi, Mənaqib, I). Allah-Təala Həzrət Peyğəmbəri (s) aləmə rəhmət olaraq gördərmiş və ona ən mükəmməl kitabı - Quranı nazil etmişdir.

HƏBLULLAH - Söz birləşməsində keçən “həbl” kəlməsi “ip, əhd, and-aman” mənalarını verir. “Həblullah” Allahın ipi deməkdir. Qurani-Kərimdə bir ayədə keçmişdir: “Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!..” (Ali-İmran, 103). Həblullah ilə haqq din – İslam nəzərdə tutulmuşdur. İslam Allah kəlamı Qurana və onu şifahi və tətbiqi açıqlayan Həzrət Məhəmmədin (s) sünnəsinə əsaslandığı üçün həblullah məfhumu, Allah və Peyğəmbərinə itaəti ifadə edir. Həmçinin “Ali-İmran” surəsinin 112-ci ayəsində “hablin minallah” (Allahın ipi) söz birləşməsi keçmişdir. Bu ayədə Allahın ipi “Allahın əqdi” mənasını verir. Allahın əqdindən məqsəd isə, Allahın dini İslam, kitabı Qurani-Kərimdir. “əl-Bəqərə” surəsinin 256-cı ayəsində tağutu inkar edib Allaha iman bəsləyən kimsənin “sağlam qulpdan; ipdən” (əl-Urvətil-vusqa) yapışacağı xəbər verilir. Beləliklə, “Həblullah” ilə “əl-Urvətil-vusqa” eyni mənanı bildirir. Sağlam ipdən və ya qulpdan yapışmaq təhlükədən xilas olub, güvəndə olmaq deməkdir. İslam dinini qəbul etmək zülmətdən nura çıxmaq, ilahi əzab, qəzəb və lənətdən ilahi mükafat, razılıq və rəhmətə nail olmaqdır.

HƏCC - Lüğət mənası “Allaha yönəlmək, günahlardan təmizlənmək, Haqq yolda olmaq, məşəqqətlərə dözmək” anlamını verən həcc kəlməsi termin kimi, Məkkədə yerləşən Kəbəni və onun ətrafındakı müqəddəs sayılan xüsusi yerləri müəyyən zaman ərzində müvafiq qaydalara uyğun ziyarət etmək deməkdir. İslamın beş əsas şərtindən biri olan Həcc hicrətin 9-cu ilində vacib buyurulmuşdur.

Qurani-Kərimdə deyilir: “...Onun yoluna (ərzaq, minik, və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur...” (Ali İmran, 97). Həzrət Peyğəmbər (s) isə bir hədisində belə deyir: “İslam beş təməl üzərində qurulmuşdur: Allahdan başqa tanrı olmadığına və Məhəmmədin Onun elçisi olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Kəbəni ziyarət etmək və

İZAHLI LÜĞƏT

Page 109: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

109

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

İZAHLI LÜĞƏT

Ramazan orucunu tutmaq” (Buxari, İman, 2; Müslim, İman, 5). Hədislərdə həmçinin həccin əhəmiyyətindən və faydalarından, necə yerinə yetiriləcəyindən bəhs edilmişdir.

Gücü çatan, yəni sağlamlıq və maddi baxımdan həccə getmək imkanına sahib, azad, ağıllı və həddi-büluğa çatmış hər müsəlmanın ömründə bir dəfə həcc etməsi vacibdir. Bu şərtlərə sahib hər insan imkan olan kimi gecikdirmədən həccə getməlidir.

HƏCB - Lüğətdə “örtmək, mane olmaq” mənalarını verir. Klassik fiqh əsərlərində isə, həcb bir mirasçının dünyasını dəyişən adamın özündən daha yaxın mirasçısı olduğuna görə miras haqqından məhrum olması anlamına gəlir.

Buna əsasən, mirasda müəyyən payı olan mirasçılar (əshabi-fəraiz) dünyasını dəyişən adamın özündən daha yaxın mirasçısı varsa, ya miras haqları azalar, ya da tamamilə mirasdan məhrum olarlar. Mirasdakı payın azalmasına həcbi-nöqsani, tamamilə mirasdan məhrum qalmağa isə həcbi-hirmani deyilir. Əshabi-fəraiz mirasdakı paylarını aldıqdan sonra yerdə qalan yaxın qan qohumları (əsabə) vəfat edən adamın özlərindən daha yaxın qohumu varsa mirasdan tamamilə məhrum qalarlar. Lakin əsabə sinfinə daxil olan ata və atanın atası (baba) istisna sayılır. Bunlar mirasçılar arasında oğul və ya oğlun oğlu olduqda, əsabəlik sifətlərini itirərlər, lakin əshabi-fəraiz kimi mirasdan pay alarlar. Vəfat edənin uşaqları, həyat yoldaşı və ata-anası onun ən yaxınları sayıldığına görə, aralarına daha yaxın başqa əqrəba girə bilməz. Buna görə də bu şəxslər üçün həcbi-hirmani keçərli deyil, ancaq həcbi-nöqsan ola bilər.

HƏCƏRİ-ƏSVƏD - “Qara daş” deməkdir. Kəbənin şərq küncündə yerləşən qırmızımtıl, əsmər, parlaq daşdır. Həzrət İbrahim (ə) və Həzrət İsmayıl (ə) onu Kəbə inşa edildikdə, Əbu Qubeys dağından gətirmişdilər. Kəbənin şərq tərəfinə təvafın başlanğıcını göstərmək üçün qoyulmuşdur. Həzrət Ömər (r.a) Həcəri-Əsvədi öpmüş və belə demişdir: “Çox yaxşı bilirəm ki, sən nə faydası, nə də zərəri olan bir daşsan. Əgər Rəsulullahın (s) səni öpdüyünü görməsəydim, səni öpməzdim” (Buxari, Həcc, 50). Həcc zamanı Həcəri-Əsvədin ətrafında kimsə olmasa və imkan varsa, öpülməsi sünnətdir. İmkan yoxdusa uzaqdan əllər qaldırılar və “bismilləhi Allahu əkbər” (Allahın adı ilə, Allah ən böyükdür) deyilərək salam göndərilər.

HACƏT NAMAZI - İnsan çalışaraq və səbəblərə əsaslanaraq öz ehtiyaclarını ödəyir. Bununla yanaşı dünyəvi və üxrəvi (Axirət həyatı ilə bağlı) hər hansısa istəyini əldə edə bilmək üçün Allahdan kömək istəyir, dua edir. Hacət namazı da bu cür ehtiyac üçün qılınan namaza deyilir. Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Kim ki, Allahdan və insanlardan bir şey istəyirsə, gözəl dəstəmaz alsın, Allaha həmd və səna etsin, sonra Peyğəmbərə salam göndərsin və belə dua etsin: La ilahə illallahul-halimul-kərim, subhanəllahi Rabbiyəl-arşil-azim, əl-hamdu lilləhi Rəbbil-aləmin, əsəlukə mucibəti rahmətikə və azaimə mağfirətikə, val-ismətə min kulli zənbin val-qanimətə min kulli birrin vas-səlamətə min kulli ismin, la təda li zənbən illa ğafərtəhu va la həmmən illa fərrəctəhu, va la hacətən hiyə ləkə ridan illa qadeytəha, ya ərhamər-rahimin (helm və kərəm sahibi Allahdan başqa tanrı yoxdur, ulu ərşin Rəbbi Allahı nöqsan sifətlərdən

Page 110: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

110

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

tənzih edirəm, hər cür tərif aləmlərin Rəbbi Allaha məxsusdur, Ey mərhəmətlilərin ən mərhəmətlisi Allahım! Rəhmətini, əfvini, bütün günahlardan qorunmağı və xilas olmağı və hər cür yaxşılığı istəyirəm, bütün günahlarımı bağışla, sıxıntılarımı ortadan qaldır, bütün ehtiyaclarımı ancaq sən ödəyə bilərsən) (Tirmizi, Salat, 140, 348).

Hacət namazı dörd və ya on iki rükət qılınır. Dörd rükət qılındıqda birinci rükətdə “əl-Fatihə” surəsindən sonra üç Ayətul-kürsi, digər üç rükətdə isə, “əl-Fatihə” surəsindən sonra bir dəfə “əl-İxlas”, bir dəfə “əl-Fələq”, bir dəfə də “ən-Nəs” surələri oxunur. Namazdan sonra yuxarıdakı dua deyilir.

HƏCR - Lüğət mənası “mane olmaq, məhdudlaşdırmaq, qadağa etmək” olan həcr kəlməsi fiqh (hüquqi) termini kimi, şəxsin malının müsadirə yolu ilə əlindən alınması şəklində tərif edilmişdir. Şəxs həcr edildikdə, mədəni haqlardan istifadə səlahiyyətini itirmir, sadəcə sahib olduğu müsadirəyə münasib mallarının istifadəsi qadağan olunur və ya məhdudlaşdırılır. Həcr edilən şəxsə isə məhcur deyilir.

Həcir məhcurun və ya üçüncü şəxsin mənafeyinin qorunması məqsədini daşıyır. Azyaşlılıq, ruhi xəstəlik, ağlını itirmə, səfehlik, borc, köləlik və ölüm xəstəliyi həcrin səbəblərindəndir. Azyaşlı, dəli və mal-dövlətini dağıdan səfehin həcr edilməsi öz mənafeyini qorumaq məqsədilə, borclu və ölüm xəstəsinin malını dağıtmağını məhdudlaşdırmaq isə, üçüncü şəxsin mənafeyini müdafiəyə görədir.

Borc alacaqlısının qorunması məqsədilə borclunun həcir edilməsini Əbu Hənifədən başqa bütün fəqihlər qəbul etmişlər. Buna görə alacaqlının tələbi ilə hakim qərar çıxarmalıdır. Borca görə həcir borclu ağır borc altına girən müflis olduğu və ya imkanı olub borcunu ödəmədiyi zaman edilir. Mirasçıların qorunması məqsədilə ölüm xəstəliyinə tutulmuş şəxsin malının 1/3-dən çoxunu vəsiyyət etməsi qadağan olunmuşdur. Onların təsərrüfü mirasçıların icazəsindən asılıdır.

HƏDD CƏZALARI - Lüğət mənası “sərhəd qoymaq, tərif etmək, iki şeyi bir-birindən ayırmaq, cəza tətbiq etmək” olan hədd kəlməsi fiqhi termin kimi, miqdar və keyfiyyəti nəsslə (Quran və Sünnə ilə) müəyyənləşdirilmiş cəzalar anlamını verir. Cəm forması “hüdud”dur.

Qurani-Kərimdə on üç yerdə keçən hədd və hüdud kəlməsi, termin mənasından daha çox ümumi mənada işlənmiş, Allahın təyin etdiyi ölçülər, qoyduğu sərhədlər, buyuruq və qadağalar nəzərdə tutulmuşdur (əl-Bəqərə, 229; ən-Nisa, 14; ət-Tövbə, 112; ət-Təlaq, 1). Hədislərdə də hədd kəlməsi əsasən lüğət mənasında keçmişdir. Klassik fiqh kitablarında isə, ictimai hüquqa görə yerinə yetirilməsi zəruri olan, miqdar və keyfiyyəti nəsslə təyin edilmiş cəzalar mənasında istifadə olunur.

HADƏS - Bəzi ibadət və əməllərin yerinə yetirilməsinə mane olan hökmi çirkablığa hadəs deyilir. Dəstəmazsız və qüsulsuz olmaq hadəs sayılır. Namazın altı şərtindən biri hadəsdən təharətdir, yəni bu hökmi çirkablıqdan təmizlənməkdir.

İZAHLI LÜĞƏT

Page 111: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

111

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

İZAHLI LÜĞƏT

Hadəs böyük və kiçik olmaqla iki yerə ayrılır: dəstəmazın olmaması kiçik hadəs, cənabət, heyiz, nifas isə, böyük hadəs adlandırılır. Kiçik hadəsdən təmizlənmək üçün dəstəmaz, böyük hadəsdən təmizlənmək üçün isə, qüsul almaq lazımdır. Dəstəmaz və qüsl almaq üçün su tapılmadıqda və ya sudan istifadəyə imkan olmadıqda təyəmmüm edilir.

Dəstəmazsız namaz qılmaq və Kəbəni təvaf etmək olmaz. Qüsulsuz biri isə, bunlarla yanaşı, Qurani-Kərim oxuya, ona toxuna və məscidə girə bilməz.

HADİ - Doğru yolu göstərmək, irşad etmək mənasındakı “h-d-y” kökündən törəyən “hadi” yol göstərən, rəhbər, mürşid deməkdir. Cəm forması “hüdat”dır. Hadi Allahın sifəti kimi, lütfü ilə bəndələrinə hidayət verən, xilas edən və doğru yolu göstərən mənalarını bildirir.

Allah insanlara 4 şəkildə hidayət verər: a) Hər mükəlləf insana ağıl, qabiliyyət, zəruri bilgilər verməklə: “(Musa) belə cavab verdi: “Rəbbimiz hər şeyə Öz xilqətini verən, sonra da ona doğru yolu göstərəndir!” (Ta ha, 50) ayəsində keçən hidayət bu mənadadır; b) Göndərdiyi peyğəmbərlər və nazil etdiyi kitablar vasitəsilə: “Biz onları əmrimizlə (insanları) doğru yola gətirən imamlar (rəhbərlər) etdik...” (əl-Ənbiya, 73) ayəsində buyurulduğu kimi; c) Doğru yolla getmək istəyəni işində müvəffəq etdirməklə: “Doğru yolu tapanlara gəldikdə isə, (Allah) onların doğruluğunu daha da artırar və onlara təqvalarının mükafatını verər!” (Muhəmməd, 17); ç) Axirətdə cənnətə qoymaqla: “...Onlar (Rəbbinin bu lütfünü gördükdə) deyərlər: “Bizi bura gətirib çıxaran Allaha həmd olsun! Əgər Allah bizi doğru yola yönəltməsəydi, biz özümüzə doğru yolu tapa bilməzdik...” (əl-Əraf, 43) ayəsindəki hidayət buna misal ola bilər.

Həqiqi mənada hadi Allahdır. Məcazi mənada insan üçün də hadi kəlməsi işlənmişdir. Qurani-Kərimdə keçən hadi adı ilə əsasən, peyğəmbərlər və Allah nəzərdə tutulur: “...Hər tayfanın (doğru yol göstərən) bir rəhbəri (peyğəmbəri) vardır!” (ər-Rad, 7).

Allahın sifəti kimi hadi kəlməsi iki ayədə keçmişdir: “...Şübhəsiz ki, Allah iman gətirənləri doğru yola yönəldər!” (əl-Həcc, 54); “...Rəbbinin sənə bir rəhbər, bir mədədkar olması kifayət edər!” (əl-Furqan, 31).

Allahın kiməsə hidayət verməsi və ya azdırması insanların hərəkətlərindən asılıdır. Çünki Allah-Təala ədalətlidir, zülm etməz. Qurani-Kərimdə Allah-Təala kimlərə hidayət verdiyini, kimlərə vermədiyini bildirmişdir. Məsələn, fasiqlərə, zalımlara, kafirlərə, nankorlara, müşriklərə hidayət verməz (bax. əl-Bəqərə, 26, 258, 264; əz-Zümər, 3; əl-Mömin, 28). Lakin Ona yönələnlərə hidayət verər (ər-Rad, 27).

HƏDİS - “Söz, xəbər, yeni şey” mənalarını daşıyan “hədis” kəlməsi termin kimi, Həzrət Peyğəmbərin (s) söz, əməl və təqrirlərini ifadə edir. Bu baxımdan hədis ilə Sünnə bir-birinin sinonimidir. Bəzi hədisçilər səhabə və tabiunların sözlərini də hədis məfhumuna daxil etmişlər.

Page 112: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

112

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

Hədislər etibarlılığı baxımından səhih, həsən və zəif, qaynağı baxımından mərfu, məvquf və məqtu, sənədi baxımından mütəvatir, məşhur və əhəd şəklində növlərə ayrılır. Bunlar hədis elmi terminologiyasına aiddir. Bundan başqa, hədis terminologiyasında sənədinin muttasıl olub olmaması baxımından hədisin müsnəd (məvsul), muttasıl, munqatı, mudal, mürsəl, müəllaq, müanən, müənnən, müdəlləs növləri də vardır.

HADR - Lüğət mənası “dolmaq, şişmək, sürətlə söyləmək” deməkdir. Qiraət elmində Qurani-Kərimin təcvid qaydalarına uyğun olaraq oxunduğu üç tərzdən sürətlisinə hadr deyilir.

HAFƏZA MƏLƏKLƏRİ - İslam inancına görə, insanın sağ və sol tərəflərində dayanıb onların bütün söz, əməl və davranışlarını yazan mələklərə deyilir.

HAFİZ - Əzbərləmək, zehnində tutmaq, saxlamaq, qorumaq mənasındakı “h-f-z” kökündən törəmiş “hafiz” kəlməsi əzbərləyən, zehnində tutan, saxlayan, qoruyan mənalarını daşıyır. Dini terminologiyada isə hafiz kəlməsi fərqli mənalara gəlir. Qoruyan və əsirgəyən mənasında Allahın gözəl adlarından biridir. Quranı əvvəldən-sona kimi əzbərləyənlərə, yüz min hədisi sənəd və mətnləri ilə birlikdə əzbərləyib, ravilərin tərcümeyi-hallarını bilən muhaddislərə də hafiz deyilir. Cəm forması “hüffaz”, “hafəza”, “hafizin” və “hafizat”dır.

Hafiz kəlməsi Qurani-Kərimdə tək cə cəm halında iyirmi səkkiz yerdə keçmişdir. İnsanların xeyir və şər, savab və günah, yaxşı və pis, doğru və yalnış bütün inanc, söz, əməl və davranışlarını əməl dəftərinə yazaraq, qoruyan mələklərə hafiz (ət-Tariq, 4), hafizin (əl-İnfitar, 10), ismət və namuslarını qoruyan möminlərə hafizin və hafizat (ən-Nisa, 34; əl-Əhzab, 35) deyilmişdir.

Quranda bu məfhum lüğət mənasına uyğun olaraq, insanı təhlükədən qoruyan (Yusuf, 12, 63), gizlini bilən (Yusuf, 81) və gözətçi (əl-Mutaffifin, 33) mənalarında da işlənmişdir.

Allahın hafiz xüsusiyyəti göyləri, yeri və orda olan şeyləri məhv olmaqdan qoruduğunu, canlıları mühafizə etdiyini, insanların yaxşı və ya pis bütün əməllərini, sözlərini, niyyətlərini bildiyini, heç bir şeyin Ondan gizli qalmadığını ifadə edir. Bu xüsusiyyət ən bariz şəkildə “əl-Bəqərə” surəsinin 255-ci ayəsində ifadə olunmuşdur: “...Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir...”.

HAFA - Lüğət mənası “qapalılıq” deməkdir. Fiqh üsulunda hər hansı xarici səbəbə görə sözdə meydana çıxan qapalılığı ifadə edir.

HAFİ - İkram etmək, vermək mənasındakı “h-f-v” kökündən törəyən “hafi” çox ikram edən, bir şeyi dərindən bilən alim deməkdir. Cəmi “hufəva” şəklindədir. Allahın sifəti kimi, hafi “çox ikram edən, son dərəcə yaxşılıq və lütf sahibi, hər şeyi bilən” mənalarını daşıyır.

Bu kəlmə Qurani-Kərimdə iki ayədə keçmişdir: “əl-Əraf” surəsinin 186-cı ayəsində

İZAHLI LÜĞƏT

Page 113: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

İZAHLI LÜĞƏT

113

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

bilən, xəbərdar olan mənasında peyğəmbərin sifəti kimi; “Məryəm” surəsinin 47-ci ayəsində isə, Allahın sifəti kimi.

Fiqhdə isə namazda qiraətin gizli edilməsi mənasında işlənmişdir.

Fiqh üsulunda ayə və hədislərin sözləri açıqlıq və qapalılıq baxımından təsnif edilmişdir. Mənası qapalı olan sözlər də öz aralarında hafi, müşkil, mücməl, mütəşabeh qisimlərinə bölünür. Bunlar arasında hafi ən az qapalı olandır.

Əslində ayə və hədisdə keçən sözün özündə qapalılıq yoxdur. Lakin bəzi hadisə və ya şeylərin bu məsələnin əhatə dairəsinə girib-girmədiyində qapalılıq ola bilir. Məsələn, kəfən oğurlayan ilə quldurun oğru sayılıb – sayılmayacağı məsələsində qapalılıq vardır.

Sözdəki qapalılıq bu yöndə aparılan araşdırma ilə həll oluna bilər. Müctəhid bu mövzudakı nəsslərə (Quran və hədislərə) müraciət edərək, həmin nüansların məsələnin tərkibinə tam aid olduğu qənaətinə gəlsə, hökmün tətbiq ediləcəyinə qərar verər. Əgər bu qənaətə gəlməsə, əks hökm çıxardar.

Qiraətin hafi tərzdə edilməsi, qarinin özünün eşidə biləcəyi bir səslə oxumasıdır. Namazda həmd-surənin dili tərpətmədən və səs çıxarmadan yalnız zehindən keçirilməsi qiraət olaraq qəbul edilməmişdir. Lakin qiraəti yanındakını narahat edəcək tərzdə ucadan oxumaq da düzgün deyil. Namaz xaricində isə, dili tərpətmədən Quran oxumaq ibadət kimi qəbul edilmişdir.

Camaatla və tək qılınan namazlarda, zöhr və əsr ilə günorta qılınan nafilə namazlarda qiraət hafi edilməlidir. Tək qılınan sübh, şam və xiftən namazlarında, həmçinin gecə qılınan nafilə namazlarda isə, istəyən səslə (cəhri), istəyən də gizli (hafi) qiraət edə bilər. Lakin bu namazlar camaatla qılınanda, həmçinin Cümə və bayram namazlarında imamın qiraəti səsli etməsi vacibdir.

HAFİD - Endirmək, alçaltmaq, həyat tərzi yaxşı olmaq, təvazökar olmaq mənalarındakı “h-f-d” kökündən törəyən “hafid” endirən, alçaldan, təvazökar, sakin deməkdir. Allahın sifətlərindən olub, dünya və axirətdə inkar və üsyan edənləri şan-şərəf və etibar baxımından alçaldan, dəyərsizləşdirən, cəzalandıran mənalarını bildirir.

Allah-Təalanın bu sifəti Tirmizinin “Əsmaul-husnə” hədisində keçmişdir (Dəavat, 83). “əl-Vaqiə” surəsinin 3-cü ayəsində Qiyamət barəsində buyurulmuşdur: “O (kimini) alçaldacaq, (kimini də) ucaldacaqdır”. Əslində cəmiyyəti qiyamət qopduqda yüksəldib-alçaldan Allahdır. Burada məcazi olaraq, bu xüsusiyyət qiyamətə aid edilmişdir. Qiyamət günü Allah kafirləri və üsyankarları cəhənnəmə qoyaraq alçaldar.

HAQQ DİN - Haqq din Allah-Təlanın peyğəmbərlər vasitəsilə göndərdiyi dinə deyilir. Bu din tövhid inancına əsaslanan İslam dinidir. İlk peyğəmbərdən etibarən bütün peyğəmbərlərin təbliğ etdiyi haqq dinin adı “İslam” (Ali-İmran, 19; əl-Bəqərə, 132; Yusuf, 40), bu dini qəbul edənlərin adı isə “müsəlman”dır (əl-Həcc, 78). Bəzi şəriət qaydaları bir peyğəmbərdən digərinə dəyişsə də, Haqq Dinin təməl prinsiplərində heç

Page 114: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

İZAHLI LÜĞƏT

114

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

bir dəyişiklik olmamışdır. Həzrət Peyğəmbər (s) ilə Haqq Din son formasını almışdır: “...Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim...” (əl-Maidə, 3) ayəsi bu həqiqəti ifadə edir. Qurani-Kərimdə də İslam “Dinul-Haqq” ifadəsi ilə adlandırılmışdır (ət-Tövbə, 33). Haqq dinin üç əsas ünsürü vardır: ilahidir, ağıl sahiblərinə ünvanlanmışdır və ixtiyaridir. Dinin qaynağı ilahi olmasa, haqq din sayılmaz. Ağlı olmayan dinin əmrlərindən məsuliyyət daşımaz. İxtiyari qəbul edilməyən dinin isə, heç bir təsiri olmaz. Dini məcburi qəbul edən şəxs dindar olmaz. Haqq dinin xüsusiyyətləri “əl-Ənam” surəsinin 161-ci ayəsində belə sadalanmışdır: “(Ya Rəsulum) De: “Şübhəsiz, Rəbbin məni doğru yola, həqiqi (düzgün) dinə, batildən haqqa tapınan və müşriklərdən olmayan İbrahimin dininə yönəltdi!”.

İslam buyuruq və qadağalarında, hökm və qaydalarında, əyrilik, yanlışlıq olmadığına görə Haqq Din və Sırati-Müstəqim adlandırılmışdır. Dinin haqq din sayılması üçün onun bütün qaydaları ilahi olmalıdır. Məşhur Cibril hədisində haqq din iman, islam və ehsan məfhumlarıyla xarakterizə olunmuşdur. Hədisin sonunda Həzrət Peyğəmbər (s) belə demişdir: “...bu Cəbrayıl idi. İnsanlara dinlərini öyrətmək üçün gəlmişdi”. (Buxari, İman, 37).

HƏQİQƏT - Lüğət mənası “sabit və doğru olmaq, bir şeyi reallaşdırmaq, həyata keçirmək” olan haqq sözündən törəmişdir. Bu söz Qurani-Kərimdə keçməmişdir. Bəzi hədis və xəbərlərdə “Allahı bilmənin həqiqəti, təqvanın həqiqəti” kimi ifadələrdə (bax. Buxari, İman, 1; Əbu Davud, Sünnə, 16) həqiqət kəlməsi “ən doğru, ən mükəmməl olan” mənalarında istifadə edilmişdir. Məntiq termini kimi, həqiqət düşüncənin xarici aləmdəki obyektlərə uyğunluğunu ifadə edir. Təsəvvüfdə isə, zahirin arxasında olan örtülü və gizli məna, dini həyatın ən yüksək səviyyədə yaşanılaraq, ilahi sirlərdən agah olmaq kimi mənalarda işlədilmişdir. Burdan aydın olur ki, ibadət təkcə mərasim, ayin və müəyyən formadan ibarət deyildir. Onun əslini, mahiyyətini tam dərk etmək üçün dini hökmlər məqsəd və hikmətinə görə şərh edilməli, qüsursuz yerinə yetirilməlidir. Həqiqət ilə şəriət medalyonun iki üzü kimidir. Həqiqətsiz (mahiyyətsiz) şəriət məqbul deyil, şəriətsiz həqiqət isə, batildir. İkisinin arasında tam uyğunluq var.

HƏQİQƏTİ-MƏHƏMMƏDİYYƏ - “Məhəmmədi həqiqət” mənasını verən bu məfhum təsəvvüfdə Həzrət Məhəmmədin (s) mənəvi şəxsiyyətini ifadə etmək üçün işlədilmişdir. Safilərə görə, Həzrət Peyğəmbərin cismi (maddi) həyatından başqa da varlığı var. Allahdan başqa heç bir şey yox ikən, ilk dəfə həqiqəti-Məhəmmədiyyə varmış, bütün varlıqlar bu həqiqətdən və onun üçün yaradılmışdır. Aləmin var olma qayəsi, səbəbi və mayası bu həqiqətdir.

HAKİM (HAKİM, HAKƏM, XEYRUL-HAKİMİN, ƏHKƏMUL-HAKİMİN - Hökm etmək, hakim olmaq, hikmətli olmaq, idarə etmək, məhrum etmək və s. mənalardakı “h-k-m” kökündən törəyən hakim hökm edən, qərar çıxaran deməkdir. Eyni kökdən əmələ gəlmiş “hakəm” (cəmi hakəmə) mütəxəssis, “xeyrul-hakimin” hakimlərin ən xeyirlisi, “əhkəmul-hakimin” hakimlərin hakimi anlamındadır.

Page 115: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

İZAHLI LÜĞƏT

115

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

Hər dörd kəlmə Qurani-Kərimdə Allahın sifəti kimi keçmişdir. Hakim kəlməsi Quranda tək deyil, “xeyrul-hakimin” və “əhkəmul-hakimin” söz birləşmələrinin tərkibində işlənmişdir.

Hər hansısa mövzuda, müəyyən ixtilafların həllində insanlar da hökm çıxarda, qərar verə bilərlər. Lakin onların bu qərarında yanılma ehtimalı vardır. Allahın qərarlarında isə xətaya, səhvə və zülmə yer yoxdur. Çünki O, hakimlərin hakimi, hökm verənlərin ən xeyirlisidir.

Xeyrul-hakimin söz birləşməsi üç ayədə, Əhkəmul-hakimin söz birləşməsi isə, iki ayədə keçmişdir. Məsələn: “Nuh Rəbbinə (dua ilə) müraciət edib dedi: “Ey Rəbbim! Oğlum (Kənan) mənim ailə üzvlərimdəndir. Sənin vədin, sözsüz ki, haqdır. Sən hakimlərin hakimisən!” (Əhkəmul-hakimin) (Hud, 45); “Əgər sizin bir qisminiz mənimlə göndərilən (dini hökmlərə) inanmış, bir qisminiz isə inanmamışsa, Allah aramızda öz hökmünü verincəyə qədər səbr edin. Axı O, hökm verənlərin ən yaxşısıdır!” (Xeyrul-hakimin) (əl-Əraf, 87).

Quranda Allahın hökm verməsi daha çox “hakəmə-yəhkumu” feli ilə ifadə edilmişdir: “...Hökm edən Allahdır. Heç kəs Onun hökmünü dəf edə bilməz. (Allah) tezliklə haqq-hesab çəkəndir!” (ər-Rad, 41).

Dilçilər hakəm ilə hakim kəlmələrinin eyni mənanı daşıdığını bildirmişlər. Hakim və hakəm haqlı ilə haqsızı, günahkarla günahsızı bir-birindən ayırar, ixtilaflı mövzuları həll edər.

Hakəm kəlməsi Quranda iki yerdə keçmişdir. Bunlardan biri Allah ilə əlaqəlidir: “Allah sizə Kitabı (Quranı) müfəssəl surətdə nazil etdiyi halda, mən (haqq ilə batili ayırd etmək üçün) Ondan başqasınımı özümə hakim istəməliyəm?!..” (əl-Ənam, 114).

Quranda ən çox zikr edilən hakim adı 97 ayədə keçmişdir. Bunlardan doxsan ikisi Allahın vəsfi ilə bağlıdır. Bu ad “xabir”, “ali”, “həmid”, “əziz”, “alim”, “vasi”, “təvvab” adları ilə birlikdə zikr edilmişdir.

HAKİM - Lüğət mənası “hikmət sahibi, alim, filosof, həkim” olan hakim Allahın sifəti kimi, haqlı ilə haqsızı, günahkarla günahsızı bir-birindən ayıran, ixtilaflı məsələləri həll edən və hər işi hikmətli olan deməkdir.

Hədis elmində hakim rəvayət olunan bütün hədislərin mətn və sənədini, cərh-tədil və tarixini bilən şəxsə deyilir.

HAQQ - Lüğətdə “inkarı qeyri-mümkün olan sabit şey, doğru, doğruluq, ədalət, hikmət, hikmətə müvafiq həyata keçən hökm, vəzifə, zəruri, ahəng, uyğunluq, pay, hissə, qismət və var olma” mənalarını verir. Allahın ad və sifəti kimi bu məfhum həqiqətən var olan, varlığına şübhə olmayan, varlığı, ilahiliyi və rəbb olması haqq olan, əşyanı var edən, mülkün həqiqi sahibi, ədalətli deməkdir: “...Allah haqdır, ölüləri dirildir və O, hər şeyə qadirdir!” (əl-Həcc, 6).

Page 116: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

İZAHLI LÜĞƏT

116

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

Qurani-Kərimdə 221 dəfə keçən haqq məfhumu fərqli mənalarda işlədilmişdir: Quran (əl-Qasas, 48); vəhy (əl-Ənfal, 5); risalət (əl-Bəqərə, 109); İslam (ən-Nisa, 170); ədalət (əl-Əraf, 89); tövhid (əl-Qasas, 75) və s.

Haqq adı Tirmizi və İbn Macənin “əl-Əsmaul-husnə” hədisində də keçmişdir (Tirmizi, Dəavat, 83; İbn Macə, Dua, 10).

HAQQAL-YƏQİN - Yaşayaraq əldə olunan bilgidir. Qəlb ilə sezilib bilavasitə hiss olunan və bəsirətlə müşahidə olunub, yaşanılaraq əldə edilən bilgi mərtəbəsidir. Bu bilgi yəqinlik bildirən bilgilərin ən yüksək mərtəbəsini təşkil edir. Buna görə də “dadına baxmayan bilməz” deyilmişdir. Bu mərtəbəyə çatan şəxslərə əhli-mərifət (mərifət sahibi) və arif deyilir. Onların çatdıqları bilginin sözlə ifadəsi çətindir. Bəzi təfsirçilərə görə “əl-Haqqə” surəsinin 51-ci ayəsi (Doğrudan da, bu (Quran) gerçək bir həqiqətdir) və “əl-Vaqiə” surəsinin 95-ci ayəsi (Şübhəsiz ki, bu, təkzibolunmaz həqiqətdir!) elmin bu mərtəbəsinə işarə edir.

HAQQI-CİVAR - Qonşuluq haqqı mənasında işlənilir. İctimai birliyə böyük əhəmiyyət verən İslam dini qonşuluq haqlarına riayət olunmasını da həmişə tövsiyə etmişdir. Həzrət Peyğəmbər (s) belə buyurmuşdur: “Cəbrayıl mənə qonşuluq haqlarını o qədər tövsiyə etdi ki, qonşunu qonşunun varisi edəcəyini düşündüm” (Buxari, Ədəb, 28; Müslim, Birr, 140-141). Qonşunun malının, canının və namusunun qorunması, ona yaxşı münasibət göstərilməsi, imkan daxilində kömək etmək, ona zərər verə biləcək şeylərdən çəkinmək qonşuluq haqlarına daxildir.

Qonşuluq haqqı yalnız dini və əxlaqi deyil, həm də hüquqidir. İnsanların öz mülklərindəki yaşam tərzi başqalarına, xüsusilə qonşularına zərər verməmək şərtiylə məhdudlaşdırılmışdır. Qonşular bir yerdə yaşamaqdan irəli gələn kiçik çətinlikləri yola verməyə məcbur olsalar da, binaya zərəri toxunan, onun bünövrəsini zəiflədən və s. bu tip kimi zərərli şeylərə görə şikayət etmək, məhkəməyə vermək haqqına sahibdirlər.

HAQQI-MƏCRA - Suyun axdığı yerə məcra deyilir. Haqqı-məcra isə sulamaq üçün istifadə olunan suyu başqasının otlağından keçirmə haqqı deməkdir. Göl, dərə, çay kimi hər hansısa yerdən otlağını sulamaq haqqı olan otlaq sahibinin öz otlağı ilə bu su arasında yerləşən ərazidən sərvitut haqqına əsaslanaraq suyu axıtmasına haqqı-məcra deyilir. Qonşu otlaq sahibləri bu haqqa mane ola bilməzlər. Bir neçə şəxs suyun məcrasına şərikdilərsə, bunlardan heç biri digərinin sulamasına mane olacaq tərzdə su yolunu bağlaya bilməz. Ancaq öz aralarında növbə ilə sulamağa razı olarlarsa, bütün suyu öz ərazilərinə yönəldə bilərlər. Əgər birinin ərazisi yüksək yerdə yerləşdiyinə görə suyun qabağını kəsməli olursa, o zaman tələbini ödəyəcək qədər suyun qabağını kəsə bilər.

Suyun məcrasının təmizlik xərcləri məcranın vəziyyətinə görə təyin olunmalıdır. Böyük çayların məcralarının təmizliyi, zərərin ortadan qaldırılması və istifadəyə yararlı hala gətirilməsi dövlətin vəzifələrindəndir. Müəyyən yaşayış ərazisindən keçən axarsuların baxım və təmizliyi həmin sudan istifadə edənlərə aiddir. Lazımi təmizlik

Page 117: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

İZAHLI LÜĞƏT

117

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

işləri aparılmadıqda dövlətin məcbur etmək səlahiyyyəti vardır. Məhdud sayda adamın istifadə etdiyi axar su da həmin şəxslər tərəfindən təmizlənməlidir.

HAQQI-MƏSİL - “Suyun axdığı yer, keçdiyi yol” deməkdir. İslam hüququnda isə haqqı-məsil yuxarı ərazidəki ehtiyac duyulan suyu və ya artıq suları ümumi su yollarına və ya kanalizasiyaya çatdırmağa xidmət edən kanalları aşağıdakı ərazidən keçirmək haqqıdır. Bu suların axıdıldığı yerlər qapalı, açıq, kanal, boru və başqa formada ola bilər. Ciddi zərər vermədikcə qarşısı alınmaz. Ərazi sahibinin dəyişməsi və ya istifadə şəklindəki dəyişikliklər məsil haqqına mane olmaz. Kanalların təmizliyinə həmin haqdan istifadə edən şəxs baxar. Digər torpaq sahibləri təmizliyin edilməsinə icazə verməli və ya özü təmizlədib xərcini almalıdır.

HAQQI-MÜRUR - “Mürur”un lüğəvi mənası “keçid” deməkdir. İslam hüququnda isə haqqı-mürur keçid haqqıdır. Ərazi sahibi öz ərazisinə keçmək üçün başqa ərazidən keçdikdə haqqı-mürur meydana çıxır. Həmçinin ümumi yollardan keçməyə hamının haqqı vardır.

İctimaiyyətə açıq yolların kənarında yaşayanlar yola istədikləri qədər qapı və pəncərə aça bilərlər. Lakin yolda tikilən və camaata narahatlıq yaradan hər hansı tikili sökdürülməlidir. Bu mövzular müasir dövrdə bələdiyyələrin səlahiyyətindədir. Müəyyən şəxslərin şəxsi mülkü sayılan küçələr və ya dalanlar xüsusi qəbul edilmişdir. Buraya sahib olanların və ya istifadə edənlərin küçəni bağlamağa və satmağa ixtiyarı yoxdur. Ümumi və ya xüsusi yol mahiyyətində olmayan, bir ərazinin digəri üzərindəki keçid haqqına bu haqqı ortadan qaldıracaq hüquqi bir səbəb yoxdursa maneə törədilməz.

HAQQI-ŞƏFƏH - “Şəfəh” kəlməsinin lüğət mənası “dodaq” deməkdir. Haqqı-şəfəh isə “dodaq haqqı” mənasını verir və fiqh termini kimi, insanların və heyvanların su içmə haqqı ilə yemək bişirmək, dəstəmaz almaq, qüsl etmək, paltar yumaq və s. ehtiyaclar üçün su götürmə haqqını ifadə edir. Bu haqlar üçün “haqqı-şürb” termini də istifadə olunmuşdur.

İslam hüququnda bu haqlar baxımından sular dörd növə ayrılır: a) İctimaiyyətə aid olan çay, dərə, bulaq kimi sulardan hamı su götürə və ərazisini sulaya bilər; b) Xüsusi dərə, arx, kanal kimi yerlərdən özü və ya heyvanı su içə bilər, lakin sahibinin icazəsi olmadan ərazisini sulaya bilməz; c) Müəyyən şəxsə aid hovuz, quyu və çeşmə sularından da özü və heyvanının su içmə haqqı vardır. Lakin həmin su mənbəyi şəxsin mülki daxilindədirsə və su istəyənin oraya daxil olmasına qarşıdırsa suyu tələb edənə özü gətirməlidir. Hətta mülk sahibi su verməkdən imtina edirsə və yaxınlıqda heç bir su mənbəsi yoxdusa, onda su istəyənin güclə su almaq haqqı vardır; d) Xüsusi qablara, anbara, səhəngə doldurulan su şəxsi mülk sayılır və sahibinin icazəsi olmadan, heç kim bu sudan ehtiyacları üçün istifadə edə bilməz. Yalnız həyati təhlükə anında sahibinin icazəsi olmadan sudan istifadəyə icazə vardır.

Ehtiyaclarını ödəmək üçün su götürən kəs bu haqqını istifadə edərkən mal və digər

Page 118: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

İZAHLI LÜĞƏT

118

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

haqq sahiblərinə ziyan vurmamalıdır.

HAQQI-ŞİRB - İslam hüququna görə, əkin məhsullarını sulamaq və ya sudan müəyyən vaxt ərzində istifadə etmək haqqıdır. Bu haqq ictimaiyyətə aid olan çay, bulaq, dərə kimi axar sulara və göl, gölməçə kimi durğun sulara aiddir. Sulama kanalları da bura aid edilə bilər. Şəxsi mülkiyyətdə olan dərə, arx, kanal, hovuz, quyu kimi yerlərdən ərazi sulamaq sahibinin icazəsindən asılıdır.

HAQQI-TƏALLİ - İslam hüququnda haqqı-təalli ifadəsi ilə çoxmərtəbəli binalarda yaşayanların bir-birinə qarşı olan haqları nəzərdə tutulur. Burada yaşayan kəs binanı yıxılmaq və korlanmaq təhlükəsi ilə üz-üzə qoya bilməz. Mərtəbələrdən biri yandıqda və ya yıxıldıqda alt və üst mərtəbənin sahibinin irtifaq haqqı ortadan qalxmaz. Mal sahibi və ya onun varisləri eyni haqları istifadə edərək binalarını əvvəlki hala qaytara bilərlər.

Mərtəbə sahibi binaya hər hansı ziyan vurmadıqca istədiyini edə bilər. Əks təqdirdə qarşısı alınmalıdır. Zərərli olub-olmadığı qəti bilinməyən şeyləri etmək məsələsində alimlər fikirayrılığına düşmüşlər. Bəziləri buna icazə vermədiyi halda, digərləri mümkün saymışlar. Müasir dövrdə hər hansı ediləcək şeyin binaya zərər verib-verməyəcəyini müəyyənləşdirmək üçün mühəndislərə müraciət edilməsi daha doğrudur.

Hazırladı: Güney NAMAZOVA

Page 119: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

119

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

MÜƏLLİFLƏRİN NƏZƏRİNƏ

1. Jurnalda digər nəşrlərə təqdim edilməmiş yeni tədqiqatların nəticələri olan yığ-cam və mükəmməl redaktə olunmuş elmi məqalələr dərc edilir.

2. Məqalənin mətni jurnalın redaksiyasına A4 formatda, “14” ölçülü hərflərlə, yuxarıdan və aşağıdan 2 sm, soldan 3 sm, sağdan 1 sm məsafə ilə, 1,5 intervalla, Azərbay-can və rus dilində Times New Roman şriftində 1 nüsxədə çap edilərək elektron variantda jurnalın məsul katibinə təqdim edilir.

3. Məqalədə müəllifin işlədiyi müəssisə və həmin müəssisənin ünvanı, müəllifin elektron poçt ünvanı göstərilməlidir.

4. Elmi məqalənin sonunda elm sahəsinin və məqalənin xarakterinə uyğun olaraq müəllifin gəldiyi elmi nəticə, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti, s. aydın şəkildə ve-rilməlidir.

5. Mövzu ilə bağlı elmi mənbələrə istinadlar olmalıdır. Məqalənin sonunda verilən ədəbiyyat siyahısı istinad olunan ədəbiyyatların mətndə rast gəlindiyi ardıcıllıqla nöm-rələnməli və [1] və ya [1, s.119] kimi işarələnməlidir. Eyni ədəbiyyata mətndə başqa bir yerdə təkrar istinad edilərsə, onda istinad olunan həmin ədəbiyyat əvvəlki nömrə ilə göstərilməlidir.

6. Ədəbiyyat siyahısında verilən hər bir istinad haqqında məlumat tam və dəqiq olmalıdır. İstinad olunan mənbənin biblioqrafik təsviri onun növündən (monoqrafiya, dərslik, elmi məqalə və s.) asılı olaraq verilməlidir. Eyni məqalələrə, simpozium, konf-rans və digər nüfuzlu elmi tədbirlərin tezislərinə istinad edərkən məqalənin, məruzənin və ya tezisin adı göstərilməlidir. İstinad olunan mənbənin iblioqrafik təsviri verilərkən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Disser-tasiyaların tərtibi qaydaları” barədə qüvvədə olan təlimatının “İstifadə edilmiş ədəbiyyat” bölməsinin 10.2-10.4.6 tələbləri əsas götürülməlidir.

7. Məqalənin sonundakı ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına və digər etibarlı mənbələrinə üstünlük verilməlidir.

8. Məqalənin yazıldığı dildən əlavə digər 2 dildə xülasə verilməlidir. Məqalələrin həcminin 8-10 səhifə, xülasələrin isə 5-8 sətir olması tövsiyə edilir.

9. Məqalənin müxtəlif dillərdəki xülasələri bir-birinin eyni olmalı və məqalənin məzmununa uyğun gəlməlidir. Müəllifin və ya müəlliflərin gəldiyi elmi nəticə, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti və s. xülasədə yığcam şəkildə öz əksini tapmalıdır. Xülasələr elmi və qrammatik baxımdan ciddi redaktə olunmalıdır. Hər bir xülasədə məqalənin adı, müəllif və ya müəlliflərin tam adı göstərilməlidir.

10. Hər bir məqalədə UOT indekslər və ya PACS tipli kodlar və açar sözlər göstə-rilməlidir. Açar sözlər üç dildə (məqalənin və xülasələrin yazıldığı dillərdə) verilməlidir.

11. Məqalənin keyfiyyətinə, göstərilən faktların doğruluğuna və digər məlumatlara görə müəllif cavabdehlik daşıyır.

12. Dini mövzuda yazılmış elmi-kütləvi məqalələrin nəşrə hazırlanmasına aid bey-nəlxalq təcrübəyə əsaslanaraq müqəddəs və görkəmli din xadimlərinin adı çəkilərkən xü-susi xitab formasından istifadə olunması məqsədəuyğun hesab edilir.

Page 120: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

120

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

К СВЕДЕНИЮ АВТОРОВ

1. В журнале издаются безукоризненно отредактированные, краткие научные статьи, которые являются результатом новейших исследований, не предоставленных другим изданиям.

2. Текст статьи предоставляется ответственному секретарю журнала в электронном варианте, напечатанном в 1 экземпляре, шрифтом Times New Roman на азербайджанском и русском языках, в формате А4, с “14” размером букв, в интервале 1,5, на расстоянии от полей страницы сверху и снизу 2 см, слева 3 см, справа 1 см.

3. В статье должно быть указано учреждение, где работает автор, адрес данного учреждения и электронная почта автора.

4. В заключение статьи в ясной форме необходимо показать соответствующий характеру статьи научный результат, к которому пришёл автор, научное новаторство работы, практическую значимость и прочее.

5. Научная ссылка в связи с темой обязательна. Список литературы, данный в конце статьи должен быть пронумерован по порядку встречаемых в статье ссылаемых литератур и обозначен как {1} или {1, стр.119}. Если в статье будет ссылка на одинаковую литературу, тогда данная литература должна быть помечена прежним номером.

6. Информация о каждой ссылке в списке литератур должна быть полной и точной. Библиографическое описание ссылаемого источника зависит от её типа (монография, учебник, научная статья и т.д.). При ссылке на одинаковые статьи, симпозиумы, конференции и тезисы прочих влиятельных научных мероприятий должно быть указано название доклада или же тезиса. При библиографическом описании ссылаемого источника необходимо основываться на требования имеющей силу инструкции о “Порядке оформления диссертаций” Высшей Аттестационной Комиссии при Президенте Азербайджанской Республики пункта 10.2-10.4.6 части “Использованная литература”.

7. В списке литературы, данной в конце статьи нужно отдать предпочтение научным статьям, монографиям и прочим надёжным источникам последних 5-10 лет.

8. Должно быть дано резюме на языке статьи и ещё 2 языках дополнительно. Рекомендуется, чтобы объём статьи был в пределах 8-10 страниц, а резюме 5-8 строк.

9. Резюме статьи на разных языках должно быть идентичным и соответствовать содержанию статьи. Научный результат, к которому пришёл автор или авторы, новаторство научной работы, практическая значимость и прочее должны быть в краткой форме отображены в резюме. Резюме должно быть серьёзно отредактировано с научной и грамматической точки зрения. В каждом резюме нужно в полном виде указать название статьи, имя автора или же авторов.

10. В каждой статье следует указать индексы UOT или коды типа PACS и ключевые слова. Ключевые слова должны быть даны на трёх языках (на языках статьи и резюме).

11. Автор несёт ответственность за качество статьи, достоверность указанных фактов и прочих сведений.

12. При упоминании имён святых и видных религиозных деятелей считается целесообразным использовать особую форму обращения, основываясь на международную практику относительно подготовки к печати научно-популярных статей, написанных на религиозную тему.

Page 121: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

121

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

Page 122: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

İZAHLI LÜĞƏT

122

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015

Page 123: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möh ...

İZAHLI LÜĞƏT

123

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 12 (41) DEKABR 2015