Səməd Vurğun "Azərbaycan"

14

Transcript of Səməd Vurğun "Azərbaycan"

Page 1: Səməd Vurğun "Azərbaycan"
Page 2: Səməd Vurğun "Azərbaycan"
Page 3: Səməd Vurğun "Azərbaycan"
Page 4: Səməd Vurğun "Azərbaycan"

*Dərsin tipi:induktiv

*İş forması: böyük qruplarla,kiçik qruplarla iş.

*İş üsulu: venn diaqramı,beyin həmləsi.

*İnteqrasiya:Azərbaycan tarixi

*3.1.1 Coğrafiya 3.1.3 rəsm

*Resurslar:Şəkillər,internet,xəritə,proyektor,dərslik,

müəllim üçün metodik vəsait.

*Motivasiya:Problemin qoyuluşu.Yönəldici suallar.

Page 5: Səməd Vurğun "Azərbaycan"
Page 6: Səməd Vurğun "Azərbaycan"

Bu ölkə

dünyada nefti

və qazı ilə

tanınır

Bu ölkənin

torpaqlarının 20%

işğal altındadır

Bu ölkəni Araz

çayı Cənubi və

Şimali olaraq iki

yerə ayırır

Bu ölkə odlar

diyarı adlanır

Bu ölkənin Bakı

və Təbriz kimi

paytaxtları var

Page 7: Səməd Vurğun "Azərbaycan"

Şagirdlərin fikirlərini dinlədikdən sonra məlumat verilir ki,biz bu gün sizinlə görkəmli şairimiz S.Vurğunun "Azərbaycan« şeiri ilə tanış olacağıq.

*Tədqiqat sualı:Vətənə məhəbbət,vətənə bağlılıq,vətənə sevgi,vətənin füsünkar təbiətinə məftunluq ,sizcə,nə deməkdir?

*Tədqiqatın aparılması:Qruplarla iş

Saydırma yolu ilə şagirdləri qruplara bölürəm.Qrupları adlandırıram.

I qrup :Qarabağ

II qrup :Bakı

III qrup :Gəncə

IV qrup :Lənkəran

İş vərəqi 1

Qarabağ qrupu

Page 8: Səməd Vurğun "Azərbaycan"

* Tapşırıq

* 1.Oxuduğunuz parçada şairin vətənə məhəbbəti necə tərənnüm olunub?

* 2. Venn diaqramından istifadə etməklə " Azərbaycan" şeirini Abbas Səhhətin " Vətən" şeiri ilə müqayisə edin.Bu əsərlərin hansı oxşar və fərqli cəhətləri var?

* 3.Oxuduğunuz parçada hansı ifadələr sizin üçün maraqlı oldu?

* 4.Şeir hansı vəzndədir?

El bilir ki,sən mənimsən,

Yurdum,yuvam,məskənimsən,

Anam,doğma vətənimsən!

Ayrılarmı könül candan?

Azərbaycan,Azərbaycan

Mən bir uşaq,sən bir ana ,

Odur ki ,bağlıyam sana.

Hanki səmtə ,hanki yana

Hey uçsam da yuvam sənsən ,

Elim ,günüm ,obam sənsən!

Page 9: Səməd Vurğun "Azərbaycan"

*Bakı qrupu

Tapşırıq.

* 1.Azərbaycanın tarixi keçmişi haqqında nə bilirsiniz?

*2.Sizcə şair nə üçün vətəninin uğursuz dillərə,nəs aylara ,nəs illərə düşməsinə kədərlənir.

*3.Bu bəndlərdə şairin hansı hiss və həyəcanlarını hiss edirsiniz?

*4.Misra,bənd,qafiyə nədir?

Dağlarının başı qardır,

Ağ örpəyin buludlardır.

Böyük bir keçmişin vardır;

Bilinməyir yaşın sənin,

Nələr çəkmiş başın sənin.

Düşdün uğursuz dillərə ,

Nəs aylara ,nəs illərə.

Nəsillərdən–nəsillərə

Keçən bir şöhrətin vardır ,

Oğlun ,qızın bəxtiyardır...

Page 10: Səməd Vurğun "Azərbaycan"

Tapşırıq

1.Şeirdə yurdumuzun hansı guşələrinin adı çəkilir?Həmin yerlər barədə nə deyilir?

2.Qarabağın gözəlliyini şair nece tərənnüm edir?Qarabağın dünənini və bu gününü müqayisə edin.

3.Azərbaycanın füsünkar təbiətinin rəsmini çəkin.

4.Şeirdə misradaxili bölümü göstərin.

Min Qazaxda köhlən ata ,

Yalmanına yata-yata ,

At qan tərə bata-bata ,

Göy yaylaqlar belinə qalx ,

Kəpəz dağdan Göygölə bax!

Könlüm keçir Qarabağdan ,

Gah bu dağdan ,gah o dağdan ,

Axşamüstü qoy uzaqdan ,

Havalansın Xanın səsi ,

Qarabağın şikəstəsi.

İŞ vərəqi 3

Gəncə qrupu

Page 11: Səməd Vurğun "Azərbaycan"

İŞ vərəqi 4

Lənkəran qrupu

Tapşırıq

1. Bəndin əsas ideyası nədir?

2. Şairin Bakıya olan sonsuz məhəbbəti ,sizcə, nə ilə əlaqədardır?

3. S.Vurğunun vətənə bağlılığını,təbiətə olan vurğunluğunu hansı bəndlərdəhiss etdiniz?

4. Şifahi xalq ədəbiyyatındakı bütün şeirlər hansı vəzndədir?

Bir dön bizim Bakıya bax!

Sahilləri çıraq-çıraq...

Buruqların hayqıraraq

Nərə salır boz çöllərə ,

İşıqlanır hər dağ ,dərə ,

Nazlandıqca sərin külək

Sahillərə sinə gərək ,

Bizim Bakı-bizim ürək!

İşıqdadır qüvvət sözü ,

Səhərlərin ülkər gözü...

Page 12: Səməd Vurğun "Azərbaycan"

* İnformasiya mübadiləsi

Hər bir qrupun lideri oz qrupunun təqdimatını yazı taxtasından asır və

təqdim edir.İnformasiyaların müzakirəsində qrupların bütün

bilik,bacarıq vərdişləri ümumiləşdirilir.Bu prosesdə bir qrupun işinin

müzakirəsində digər qruplarında fikir və təklifləri diqqətlə dinlənilir

və qiymətləndirilir.

Bununla bağlı şagirdlərə yenidən bir neçə sualla müraciət edirəm

1. Sizcə ədəbiyyatımızda nə üçün vətən haqqında əsərlərə daha çox

rast gəlirik?

2. Şeirdə vətən haqqında deyilənlərə siz nə əlavə edərdiniz?

3. Sizcə şair vətənə uyğun bir övlad məhəbbətini bitkin ifadə

edibmi?

4. Vətən-ana-... Sizcə bunu necə tamamlamaq olar?

Page 13: Səməd Vurğun "Azərbaycan"

Şagirdlər son nəticələri çıxarırlar

1. Vətən müqəddəsdir,vətən bölünməzdir ,vətən bizə ana qədər

əzizdir.Yalnız onun qoynunda xoşbəxt yaşaya bilərik.

2. Vətən bizim ikinci anamızdır.İnsan vətənindən ayrı yaşaya

bilmir.Bayatıda deyildiyi kimi : “Qürbət cənnət olsa da ölməyə

vətən yaxşı“

3. Vətənimizin güllü-çiçəkli olmasını istəyirik.Ona görə də vətəni

göz bəbəyimiz kimi qorumalı və sevməliyik.

4. Bizim üçün vətən məhəbətini heç bir şey əvəz edə bilməz.

Page 14: Səməd Vurğun "Azərbaycan"

Qruplar

Meyarlar

IQarabağ

II

Bakı

III

Gəncə

IVLənkəran

Şeiri intonasiya

ilə oxuyur

Şeiri statlarla

zənginləşdirir

Şeiri obrazlı

şəkildə şərh

edir

Əməkdaşlıq

edir

Nəticə çıxarır

Ev tapşırığı.

1."Vətən müqəddəsdir" mövzusunda esse yazın.