shagird yaddas 9 2015 - TQDKeservices.tqdk.gov.az/sagird2015/pdf/SagirdYaddas9_2015.pdf ·...

4
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI www.tqdk.gov.az wap.tqdk.gov.az ÜMÜMİ ORTA TƏHSİL SƏVİYYƏSİ ÜZRƏ Ş A G İ R D ÜÇÜN YADDAŞ KİTABÇASI (ümumtəhsil müəssisələrində təhsilalanların biliyinin yekun qiymətləndirilməsi imtahanı) Aşağıdakıları imtahana gətirmək qəti QADAĞANDIR! ƏZİZ ŞAGİRDLƏR! Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) biliyin yekun qiymətləndirilməsi mərhələsində sizə uğurlar arzulayır! TQDK-nın məqsədi imtahanda biliklərinizi nümayiş etdirmək üçün sizə rahat şərait yaratmaq, şəffaflığı, aşkarlığı və obyektivliyi təmin etməkdir. Yüksək bilik nümayiş etdiyiniz və imtahanın texnoloji tələblərinə düzgün əməl etdiyiniz təqdirdə uğur qazanacağınıza tamamilə əmin ola bilərsiniz. Siz imtahana aşağıdakı sənədləri gətirməlisiniz: - "İmtahana buraxılış vərəqəsi"ni; - şəxsiyyəti təsdiq edən sənədin əslini: a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini; b) əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; - təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). DİQQƏT! Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda imtahana buraxılmayacaqsınız! DİQQƏT! İmtahan binasına giriş zamanı üzərində mobil telefon və digər rabitə vasitələri, konspekt və başqa yardımçı vasitələr aşkar olunan şagirdlər barədə akt tərtib olunur, bu vasitələr və onların imtahan sənədləri alınır və onlar imtahan binasına buraxılmırlar. İmtahan nəticələrinizi www.tqdk.gov.az internet saytından və sms vasitəsi ilə, iş nömrənizi 7727-yə göndərməklə, öyrənə bilərsiniz!

Transcript of shagird yaddas 9 2015 - TQDKeservices.tqdk.gov.az/sagird2015/pdf/SagirdYaddas9_2015.pdf ·...

Page 1: shagird yaddas 9 2015 - TQDKeservices.tqdk.gov.az/sagird2015/pdf/SagirdYaddas9_2015.pdf · 2015-05-13 · 3 Test tapşırıqları üzrə ballarınız hesablanarkən yalnız “Cavab

TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

www.tqdk.gov.az ● wap.tqdk.gov.az

ÜMÜMİ ORTA TƏHSİL SƏVİYYƏSİ ÜZRƏ Ş A G İ R D ÜÇÜN

YADDAŞ KİTABÇASI (ümumtəhsil müəssisələrində təhsilalanların biliyinin yekun qiymətləndirilməsi imtahanı)

Aşağıdakıları imtahana gətirmək qəti QADAĞANDIR!

ƏZİZ ŞAGİRDLƏR!

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) biliyin yekun qiymətləndirilməsi mərhələsində sizə uğurlar arzulayır!

TQDK-nın məqsədi imtahanda biliklərinizi nümayiş etdirmək üçün sizə rahat şərait yaratmaq, şəffaflığı, aşkarlığı və obyektivliyi təmin etməkdir.

Yüksək bilik nümayiş etdiyiniz və imtahanın texnoloji tələblərinə düzgün əməl etdiyiniz təqdirdə uğur qazanacağınıza tamamilə əmin ola bilərsiniz.

Siz imtahana aşağıdakı sənədləri gətirməlisiniz: - "İmtahana buraxılış vərəqəsi"ni; - şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini; b) əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). DİQQƏT! Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda

imtahana buraxılmayacaqsınız! DİQQƏT! İmtahan binasına giriş zamanı üzərində mobil telefon və digər rabitə vasitələri,

konspekt və başqa yardımçı vasitələr aşkar olunan şagirdlər barədə akt tərtib olunur, bu vasitələr və onların imtahan sənədləri alınır və onlar imtahan binasına buraxılmırlar.

İmtahan nəticələrinizi www.tqdk.gov.az internet saytından və sms vasitəsi ilə, iş nömrənizi 7727-yə göndərməklə, öyrənə bilərsiniz!

Page 2: shagird yaddas 9 2015 - TQDKeservices.tqdk.gov.az/sagird2015/pdf/SagirdYaddas9_2015.pdf · 2015-05-13 · 3 Test tapşırıqları üzrə ballarınız hesablanarkən yalnız “Cavab

2

İMTAHANDA İŞTİRAK ETMƏK ÜÇÜN AŞAĞIDAKILARA ƏMƏL ETMƏLİSİNİZ: 1. Siz imtahan günü buraxılış vərəqənizdə göstərilən vaxtda imtahan verəcəyiniz binanın qarşısına

gəlməli (bina haqqında məlumat imtahana buraxılış vərəqənizdə göstərilmişdir), özünüzlə mütləq qara və ya tünd göy rəngdə yazan, mürəkkəb axıtmayan diyircəkli qələm gətirməlisiniz:

2. Göstərilən sənədləri imtahan binasının giriş qapısında sənədləri yoxlayan mühafizə əməkdaşlarına təqdim edib, buraxılış vərəqənizdə göstərilmiş müvafiq kodlu zala gedin.

ŞAGİRDİN İMTAHAN ZALINDA GÖRƏCƏYİ İŞLƏR: 1. İmtahan zalında “İmtahana buraxılış vərəqəsi”ndə göstərilən sıra və yerdə oturduqdan sonra

nəzarətçinin izahatını diqqətlə dinləyin. Aydın olmadıqda əlinizi qaldırıb nəzarətçiyə müraciət edin. 2. İzahat qurtardıqdan sonra sizə “Cavab kartı” paylanır. “Cavab kartı”nı qara və ya tünd göy rəngdə

yazan, mürəkkəb axıtmayan diyircəkli qələmlə doldurun. “Cavab kartı”ndakı məlumatlar optik qurğu vasitəsilə oxunur. Ona görə də “Cavab kartı” ilə işləyərkən ehtiyatlı olun. Dairələri tam qaralayın (nümunə:), kartın əks üzünün qabarmaması üçün qələmi bərk basmayın. Kartı əzmək, ləkələmək, zədələmək və cırmaq olmaz.

DİQQƏT! Korlanmış “Cavab kartı” DƏYİŞDİRİLMİR. Sizə məxsus “Cavab kartı”nın 1-ci bölməsində iş nömrəniz, soyadınız, adınız və atanızın adı çap

edilmişdir. Özünüz haqqında çap edilmiş həmin məlumatları yoxlayın. Uyğunsuzluq aşkar etdikdə mütləq nəzarətçiyə müraciət edin.

2-ci bölmədə iş nömrənizin hər bir rəqəmini ardıcıl olaraq damalara yazın, hər bir damanın altındakı sütunda uyğun rəqəmi tapıb, onun yerləşdiyi dairəni qaralayın. Bu zaman diqqətli olun: hər sütunda yalnız bir dairə qaralanmalıdır. 3-cü bölmədə özünüz haqqında məlumatları yazın və qaydalara zidd hərəkətə yol verməyəcəyiniz barədə bu bölmədəki Bəyannamə ilə tanış olun. “Cavab kartı”nda haqqınızda yazdığınız məlumatların düzgünlüyünü və Bəyannamə ilə tanış olduğunuzu imzanızla təsdiq edin. 4-cü bölmədə Sizə veriləcək “Sual kitabçası”nın variantı çap edilmişdir.

Bundan sonra Sizə üzərində sizin iş nömrəniz, soyadınız, adınız və ata adınız çap edilmiş və “Cavab kartı”nızda göstərilmiş varianta uyğun “Sual kitabçası” paylanılır.

DİQQƏT! Təqdim olunan "Sual kitabçası” sizə məxsus deyilsə və ya “Cavab kartı”nızın 4-cü bölməsində göstərilmiş varianta uyğun olmazsa, dərhal nəzarətçiyə müraciət edin. Çünki imtahan nəticələriniz qiymətləndirilərkən cavablarınız “Cavab kartı”nızda göstərilmiş varianta uyğun və üzərində sizin soyadınız, adınız və ata adınız çap edilmiş “Sual kitabçası”nın doğru cavabları ilə müqayisə ediləcəkdir. Odur ki, “Sual kitabçası”nın Sizin variantınıza uyğunluğuna əmin olun. Nəzarətçi sual kitabçasını açmağa icazə verdikdən sonra onu vərəqləyərək çap qüsurlarının olub-olmadığını yoxlayın. Bu cür qüsurlar olarsa, onların aradan qaldırılması üçün nəzarətçiyə müraciət edin.

3. “İmtahan başlandı!” elan edilən andan suallara cavab vermək üçün ayrılan 2 saat vaxtdan səmərəli istifadə edin. İlk 1,5 saat müddətində ana dili və riyaziyyat fənlərinin hər biri üzrə 30 test tapşırığına (cəmi 60 sual) cavab verməlisiniz. Cavabların “cavab kartı”nda qeyd olunması (uyğun dairələrin qaralanması) üçün sərf olunan vaxt da imtahan müddətinə daxildir. Bu müddət başa çatdıqda sizdən cavab kartları yığılacaq. Sonrakı 30 dəqiqə ərzində isə sual kitabçasında verilmiş mövzuda yazı işi yerinə yetirməlisiniz.

“Cavab kartı”nın cavablar üçün ayrılmış 5-ci bölməsi “Sual kitabçası”ndakı sualların ardıcıllığına uyğun olaraq 1-dən 60-dək sıralanmışdır. 1-30 saylı suallar ana dili fənni üzrə, 31-60 saylı suallar riyaziyyat fənni üzrədir. Hər suala verilmiş beş cavabdan (bunlar A, B, C, D, E hərfləri ilə işarələnmişdir) düzgün hesab etdiyiniz yalnız bir cavabı seçin və “Cavab kartı”nda ona uyğun dairəni qaralayın. Əgər bir suala cavab olaraq birdən çox dairə qaralanarsa, həmin cavab səhv hesab edilir.

Təlim dili ingilis, fransız və ya gürcü dillərində olan ümumtəhsil müəssisələrinin şagirdləri mərkəzləşmiş qaydada buraxılış imtahanını yalnız riyaziyyat fənni üzrə verirlər. Onlara təlim aparılan dildə riyaziyyat fənni üzrə 30 test tapşırığı təqdim edilir. İmtahanın müddəti 45 dəqiqədir

Page 3: shagird yaddas 9 2015 - TQDKeservices.tqdk.gov.az/sagird2015/pdf/SagirdYaddas9_2015.pdf · 2015-05-13 · 3 Test tapşırıqları üzrə ballarınız hesablanarkən yalnız “Cavab

3

Test tapşırıqları üzrə ballarınız hesablanarkən yalnız “Cavab kartı”nda qaraladığınız cavablar nəzərə alınır. Səhv cavabların nəticələri düzgün cavablara təsir göstərmir.

Verilmiş mövzu üzrə yazdığınız yazı işi isə balla qiymətləndirilmir. Yazı işi xüsusi hallarda əlavə meyar kimi nəzərə alınır. DİQQƏT! Başqasının cavablarını köçürməyin. Özünüz də diqqətli olun ki, sizin cavablarınızı heç kim köçürməsin. Nəticələriniz yoxlanarkən xüsusi araşdırma zamanı köçürmə faktı aşkar edilərsə, həm köçürənin, həm də köçürməyə şərait yaradanın imtahan nəticələri ləğv olunacaqdır.

4. Hesablamaları və qeydləri aparmaq üçün “Sual kitabçası”nda boş yerlər nəzərdə tutulmuşdur. Buna görə də əlavə kağızdan istifadə etməyə icazə verilmir.

5. İmtahanın başlanmasından 1 saat keçənədək və imtahanın son 15 dəqiqəsi ərzində imtahan zalından çıxmaq qadağandır. İmtahandan çıxan şagirdlər cavab kartı ilə birlikdə sual kitabçasını da nəzarətçiyə təhvil verməlidir.

6. İmtahan bağlandığı andan 1 saat 30 dəqiqə müddət keçdikdən sonra test tapşırıqları üçün ayrılmış vaxt başa çatır. Siz cavab kartını zal nəzarətçisinə təhvil verməlisiniz və sonrakı 30 dəqiqə ərzində yazı işini yerinə yetirməlisiniz. “İmtahan qurtardı!” elan olunduqda isə sual kitabçanızı da mütləq nəzarətçiyə təhvil verməlisiniz.

7. Sual kitabçasını da nəzarətçiyə təhvil verdikdən sonra “İmtahana buraxılış vərəqəsi”ndə nəzarətçiyə imza etdirməlisiniz. Cavab kartını və sual kitabçasını nəzarətçiyə təhvil verməsəniz, imtahan nəticələriniz ləğv olunacaqdır. DİQQƏT! “Cavab kartı”nın və sual kitabçasının təhvil verilməsinə görə şagird şəxsən məsuliyyət daşıyır.

8. Siz cavab kartlarının sayılıb zərfə qoyularaq bağlanmasında iştirak edib, zərfin üzərindəki aktı imzalaya bilərsiniz.

ŞAGİRDƏ QADAĞANDIR: - saxta sənəd təqdim etmək; - imtahana mobil telefon, xarici yaddaş qurğuları və digər rabitə vasitələri, kalkulyator, konspekt, lüğət,

cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək; - yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu növ əşyalarla imtahan binasına girmək, özü ilə

siqaret gətirmək; - sual kitabçaları paylandıqdan sonra hər hansı bir səbəbə görə imtahan zalını tərk edib yenidən geri

dönmək; - nizam-intizam qaydalarını pozmaq; zalda yerini dəyişmək, gəzişmək, yerindən durmaq və bu kimi

hallarla imtahanın gedişinə mane olmaq; - başqasının cavab kartına, sual kitabçasına baxmaq və ya öz cavab kartına, sual kitabçasına başqasının

baxması üçün şərait yaratmaq; - “İmtahan başlandı!” elan olunan andan 1 saat müddətində və imtahanın son 15 dəqiqəsi ərzində

səbəbindən asılı olmayaraq imtahan zalından çıxmaq; - nəzarətçiyə test tapşırıqlarının həllində kömək üçün müraciət etmək; - Cavab kartını və sual kitabçasını nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq.

DİQQƏT! Şagirdin göstərilən hərəkətlərə yol verməsi halları TQDK tərəfindən aşkar edildikdə imtahandan xaric olunur və onun imtahan nəticələri ləğv olunur. TQDK şagirdin imtahan qaydalarına zidd hərəkətini imtahandan sonra da aşkar etmək üçün müxtəlif üsullardan istifadə edir. Əgər Siz imtahan zamanı qaydaların pozulması halları ilə rastlaşsanız, mütləq nəzarətçiyə müraciət edin, nəzarətçi lazımi ölçü götürməzsə, imtahan rəhbərinin və ya TQDK-nın nümayəndəsinin zala gəlməsini tələb edin. Nəzarətçi müəllimlər qeyri-fənn müəllimləridir. Onların vəzifəsi imtahanın gedişi zamanı nizam-intizam yaratmaqdır. İmtahanın başlandığı elan edildikdən sonra Sizin onlara sual verməniz, onların Sizə yaxınlaşıb hər hansı bir məlumat almaq üçün müraciət etməsi imtahan qaydalarına ziddir.

Page 4: shagird yaddas 9 2015 - TQDKeservices.tqdk.gov.az/sagird2015/pdf/SagirdYaddas9_2015.pdf · 2015-05-13 · 3 Test tapşırıqları üzrə ballarınız hesablanarkən yalnız “Cavab

4

Nəzarətçi müəllimlərin fəaliyyəti imtahan prosesinin tələblərinə uyğun olmazsa, bu barədə imtahan rəhbəri zala gəldikdə ona məlumat verin. Siz imtahan binasından çıxdıqdan sonra imtahanın gedişi ilə əlaqədar şikayətlərinizə baxılmayacaqdır. Sizə müvəffəqiyyətlər arzulayırıq!

CAVAB KARTININ NÜMUNƏSİ