RƏBDƏ GÜCLÜ DANİEL - Teach Kids · 2020. 5. 18. · Rbd güclü Daniel 4 istəyərdim ki, sən...

36
RƏBDƏ GÜCLÜ DANİEL (Düşərgə üçün dərslərin versiyası) İngilis dilindən tərcümə. Orijinalın adı: Daniel Strong in the Lord. Orijinal mətn: Ketrin Herşey. Rəssam: Stiven Beyts. Avropa üçün uyğunlaşdırılmışdır. Xahiş edirik, DİQQƏTLİ OLUN! Təklif etdiyimiz dərslərin əyani vəsaitlərini BUM-in bir çox ofislərindən və ya internet mağazalrından ala bilərsiniz. BUM ofislərinin siyahısını və Avropada olan internet mağazalarını siz www.teachkids.eu/az saytında “Ölkələr” düyməsini basarkən tapa bilərsiniz. Copyright © 1999 Child Evangelism Fellowship® Inc. Bütün hüquqlar qorunur. Icazəsi ilə istifadə olunur. Yalnız şəxsi, xidməti və qeyri-kommersiya işlər üçün istifadə etmək olar. İcazə haqda tam məlumat almaq üçün www.teachkids.eu/az saytına girə bilərsiniz.

Transcript of RƏBDƏ GÜCLÜ DANİEL - Teach Kids · 2020. 5. 18. · Rbd güclü Daniel 4 istəyərdim ki, sən...

  • RƏBDƏ GÜCLÜ

    DANİEL(Düşərgə üçün dərslərin versiyası)

    İngilis dilindən tərcümə.Orijinalın adı: Daniel Strong in the Lord.Orijinal mətn: Ketrin Herşey.Rəssam: Stiven Beyts.Avropa üçün uyğunlaşdırılmışdır.

    Xahiş edirik, DİQQƏTLİ OLUN! Təklif etdiyimiz dərslərin əyani vəsaitlərini BUM-in bir çox ofislərindən və ya internet mağazalrından ala bilərsiniz. BUM ofislərinin siyahısını və Avropada olan internet mağazalarını siz www.teachkids.eu/az saytında “Ölkələr” düyməsini basarkən tapa bilərsiniz.

    Copyright © 1999 Child Evangelism Fellowship® Inc.

    Bütün hüquqlar qorunur. Icazəsi ilə istifadə olunur. Yalnız şəxsi, xidməti və qeyri-kommersiya işlər üçün istifadə etmək olar. İcazə haqda tam məlumat almaq üçün www.teachkids.eu/az saytına girə bilərsiniz.

  • Rəbdə güclü Daniel

    2

    MÜNDƏRİCAT

    GİRİŞ …………............................………………………………………………...1Dərs 1 SINAQ ………………….............................……………………………………....5Dərs 2 DUA ………………….............................…………………………..…………….11Dərs 3 ÇAĞIRIŞ ………………….............................…………………………..………17Dərs 5 RƏQABƏT ……………………................................……………………………23Dərs 6QURTULUŞ……………………….................................………………………..29UŞAQLA XİLAS HAQQINDA SÖHBƏT PLANI …........................................31

  • 3

    Rəbdə güclü Daniel

    GİRİŞ

    Əgər biz uşaqlara yalnız Müqəddəs Kitab hekayələri öyrədiriksə, onda öz müəllimlik borcumuzu yerinə yetirmirik. Bu hekayələr onun üçün yazılmışdır ki, uşaqlar həqiqəti bilsinlər; həmçinin, bu həqiqətlərin onların gündəlik həyatları üçün nə demək olduğunu da uşaqlara göstərmək vacibdir. Əlbəttə, bir hekayədə orada olan bütün həqiqətləri əhatə edə bilmərik, buna görə də hər dərsdə bir mərkəzi həqiqət seçilmişdir. Mərkəzi həqiqətin izahı hekayə ilə uyğunlaşır, amma sizin hazırlaşmağınıza kömək etmək üçün, dərsin mərkəzi həqiqət izah olunan hissələrində biz “MH” sözünü qeyd etmişik. Bu bölmələr, həmçinin, dərslərin planlarında da qeyd edilmişdir.Siz fikir verəcəksiniz ki, bəzi vəziyyətlərdə bu izaha “İE”, yaxud “İ” də əlavə edilmişdir ki, o da həqiqətin həyatlarına tətbiq edildiyi uşaqların qruplarını göstərir: iman etməyənlər, yaxud iman edənlər. Bu, həmçinin, mətnin özündə belə ifadələrlə ifadə olunmuşdur: “Əgər sən günahların bağışlanmasını əldə etmək üçün Rəbb İsanı hələ qəbul etməmisənsə...”, yaxud: “Əgər sən məsihçisənsə, sən....”. Mərkəzi həqiqətin tətbiqi qalın hərflərlə göstərilmişdir. Ola bilsin ki, siz tətbiqi dərs dediyiniz qrup uşaqlar üçün uyğunlaşdıra bilərsiniz. Ən mühüm olanı - Allahın Sözü uşaqların həyatına tətbiq edilsin. CAN HİMAYƏÇİLİYİNƏ HAZIR OLUN (CHO)Siz Müjdənin həqiqətlərini izah edərkən, bəzi uşaqlar bu müjdəyə hay verəcəklər. Daha sonra onlar Rəbb İsa Məsihi şəxsi Xilaskarları kimi qəbul etdiklərini deyə də bilərlər, deməyə də bilərlər. Lakin kömək lazım olan uşaqlar da olacaqdır. Onlarda suallar yarana bilər; onlara kömək, yaxud ruhlandırma lazım ola bilər. Həmçinin, iman edən uşaqlara dərs deyərkən, ola bilsin ki, onların bəzilərinə çətin vəziyyətlərdə məsləhət, yaxud bu və ya digər dərsin gündəlik həyata necə tətbiq edilmisəni izah etmək lazım olacaqdır. Uşaqlar elə bir vəziyyətdə ola bilərlər ki, Müqəddəs Kitabın o haqda nə dediyini bilməyə bilərlər. Həmçinin, onlar çətinliklər ilə bölüşə bilərlər ki, siz onlar üçün dua edəsiniz, xüsusi ilə əgər siz yeganə məsihçi dəstəksinizsə. Buna görə uşaqların onlarla söhbət etməyə hazır olduğunuzu bilmələri çox vacibdir. Həmçinin, əgər onlar sizinlə söhbət etmək istəsələr, onların nə vaxt və haraya yaxınlaşmalı olduqlarını bilmələri də çox vacibdir. Və nəhayət, vacibdir ki, uşaqlar Rəbb İsaya müraciət etməklə kömək üçün sizə müraciət etməni dəyişik salmasınlar. Buna görə uşaqları Müjdənin xəbərinə hay verməyə çağıranda, uşaqlarla söhbət etməyə hazır olduğunuzu deməyin ki, uşaqlarda belə təəssürat yaranmasın ki, onlar Məsihi sizsiz qəbul edə bilməzlər, yaxud da sizinlə söhbət etmədən xilası əldə edə bilməzlər. İMAN ETMƏYƏN UŞAĞI CAN HİMAYƏÇİLİYİ SÖHBƏTİNƏ DƏVƏT ETMƏYİN NÜMUNƏSİ “Sən həqiqətən Rəbb İsa üçün yaşamaq istəyirsən, lakin Ona necə gəlməyi bilmirsən? Mən sevinərək bunu Müqəddəs Kitaba əsaslanaraq sənə izah edə bilərəm. Sadəcə olaraq, mənə yaxınlaş. Dərslər qurtaranda, mən o ağacın altında duracağam. Yadda saxla, mən sənin günahlarını götürə bilmərəm. Bunu yalnız Rəbb İsa edə bilər. Amma mən sevinərək Ona necə gələ bilməyini daha yaxşı başa düşməkdə sənə kömək edərəm. Mən bu ağacın altında olanda, sadəcə olaraq, mənə yaxınlaş.” İMAN EDƏN UŞAĞI CAN HİMAYƏÇİLİYİ SÖHBƏTİNƏ DƏVƏT ETMƏYİN NÜMUNƏSİ “Əgər sən artıq Rəbb İsanı öz şəxsi Xilaskarın kimi qəbul etmisənsə, amma bu haqda hələ deməmisənsə, xahiş edirəm de. Dərsdən sonra mən pianonun yanında duracağam. Mən bilmək

  • Rəbdə güclü Daniel

    4

    istəyərdim ki, sən də Rəbb İsanı şəxsi Rəbbin və Xilaskarın kimi qəbul etmisən ki, mən sənin üçün dua edim və nədəsə kömək edə bilim.” YADDA SAXLAMAQ ÜÇÜN AYƏ Hər bir dərsdə uşaqlarla öyrənmək üçün Müqəddəs Kəlamdan ayə təklif olunur. Əgər siz dərslərin silsiləsini beş həftə müddətinə keçirirsinizsə, sizə iki, yaxud üç ayə seçməyinizi təklif edirik ki, siz onları əsaslı izah edə biləsiniz, uşaqlar isə yadda saxlaya bilsinlər. Əgər siz bütün beş ayəni də istifadə etmək istəyirsinizsə, uşaqlar onda onların heç birini həqiqətən öyrənə bilməzlər. FLANELEQRAF ÜÇÜN FİQURLAR Dərs başlamazdan əvvəl əyani vəsaitdən istifadə etməyi təcrübədən keçirin: fonların və fiqurların dəyişdirilməsi. Siz dərsə aid olan fiqurlarla tanış olmalısınız ki, hansı fiquru və nə vaxt flaneleqrafa yerləşdirməyi biləsiniz. Əvvəlcə hər səhnə üçün fonla əlaqəli məsləhətlər verilmişdir. Lakin bu, o demək deyil ki, siz fonsuz dərs keçə bilərsiniz. Siz bütün dərsi fiqurları təmiz fonda yerləşdirərək də keçə bilərsiniz. ƏLAVƏ ƏYANİ VƏSAİTLƏR Dərsin mərkəzi həqiqətinin sözlərini qalın kağızda yazın. Qalın kağızın əks tərəfinə məxməri kağız qırıqları (flanel üçün) yapışdırın. Hərfləri elə şriflə yazın ki, kiçik yaşlı uşaqlar onu asanlıqla oxuya bilsinlər. Mərkəzi həqiqətin sözləri olan kartoçkaları dərsin əvvəlində, yaxud da dərsdə mərkəzi həqiqəti ilk dəfə xatırladarkən lövhədə yerləşdirin. TƏKRARLAMAHər bir dərsdə təkrarlama üçün suallar təklif olunur. Onları həmin dərsdə, Müqəddəs Kitab dərsini keçdikdən sonra, yaxud da növbəti dərsdə yeni dərsə başlamazdan əvvəl istifadə etmək olar. Təkrarlama vaxtı sizin keçdiyiniz materialı oyun formasında möhkəmləndirmək üçün gözəl fürsət ola bilər. Təkrarlama vaxtı siz: .... uşaqların nəyi qavradıqlarını və başa düşdüklərini bilə bilərsiniz; .... siz müəllimin bir daha nəyi izah etməli olduğunu görə bilərsiniz; ....uşaqlarla oynaya bilərsiniz. Uşaqlar yarışmağı sevirlər və onlar səbirsizliklə təkrarlama vaxtını gözləyirlər. Lakin təkrarlama- bu, sadəcə olaraq, oyun yox, lakin həmçinin, öyrətmə vaxtıdır. Dərslərin mətnlərində yalnız keçirilmiş dərslər üçün suallar verilmişdir. Mahnılara, yadda saxlamaq üçün olan ayəyə və proqramın digər hissələrinə də suallar daxil etmək faydalı olardı. İLLÜSTRASİYALI ALBOMDAN NECƏ İSTİFADƏ ETMƏLİ? Bu dərslər flaneleqrafın köməkliyi ilə keçirilmək üçün yazılmışdır. Bu cür fiqurlar illüstrasiyalı albomu düzəltmək üçün istifadə edilmişdir. • Alboma altı şəkil, yaxud hər bir dərs üçün illüstrasiya daxildir. 1-ci dərsin illüstrasiyaları bu cür nömrələnmişdir: 1-1, 1-2, 1-3, 1-4, 1-5, 1-6. 2-ci dərs üçün illüstrasiyalar müvafiq olaraq bu cür nömrələnmişdir: 2-1, 2-2, 2-3 və s. • Dərsin mətnlərinə daxil olan, illüstrasiyalı, flaneleqraf üçün səhnələrin sxemlərini müqayisə edərkən, siz onların həmişə eyni, yaxud oxşar olduqlarını görəcəksiniz. • Əgər flaneleqraf üçün 1-ci səhnə və sizin dərsinizin 1-ci illüstrasiyası oxşardırlarsa, yaxud eynidirlərsə, onda əyani vəsait kimi illüstrasiyadan istifadə edin. Eyni şey bütün dərslərin səhnələrinə aiddir. • Əgər siz dərsin heç bir səhnəsinə oxşamayan illüstrasiya ilə rastlaşsanız və ondan istifadə edə bilməsəniz, onda onu, sadəcə olaraq, buraxın.

  • 5

    Rəbdə güclü Daniel

    Dərs 1SINAQKƏLAMDaniel 1:1-17.

    MƏRKƏZİ HƏQİQƏT

    Allah sənin həyatında birinci yeri tutmalıdır.

    DƏRS SƏHNƏ 1

    (Flaneleqrafda 1 Dn-4 fiqurunu yerləşdirin.)

    “Bu adam sussaydı, nə yaxşı olardı”, - bir çox yədudilər Yeremya haqqında belə fikirləşirdilər.

    - O elə gələcək bədbəxtliklər haqqında danışır, - ona daha çox nifrət edərək onlar deyinirdilər.

    Ancaq Allah baş verəcək olan bütün şeylərdən xəbərdarlıq etmək üçün Özü Yeremyanı Öz xalqı olan yəhudilərə göndərmişdi. Yəhudilər bilirdilər ki, Rəbb- yeganə, həqiqi Allahdır; Onun əmrlərini bilirdilər, amma buna baxmayaraq, Ondan uzaqlaşdılar. Həqiqi Allaha sitayiş etmək əvəzinə, onlar bütlərə xidmət etməyə başladılar. Rəbb Öz xalqına əmr etdi ki, onlar öz həyatlarında birinci yeri Ona versinlər: “Mənim önümdə başqa allahlarınız olmasın”. Amma yəhudilər itaət etmədilər. İndi onlar nə Allaha, nə də Onun Sözünə heç bir məhəl qoymurdular.

    Bəs sənin həyatında birinci yeri kim tutur? Əlbəttə, əgər sən inadla öz hərəkətlərin ilə Onu kədərləndirməyə davam edirsənsə, onda birinci yeri Allah tutmur. Sən yalan danışırsan? Hiyləgərlik edirsən? Səndə pis fikirlər yaranır? Bəlkə, sən qəzəblənirsən? Əgər sən məhz belə yaşayırsansa, onda Rəbb sənin həyatında birinci yer tutmur. O – hər şeyə qadir, güclü və müqəddəsdir. Allahın sənin həyatında birinci yerdə olmağa tam hüququ var.

    Yeremya da məhz bu haqda təbliğ edirdi. Peyğəmbər xalqa xəbərdarlıq edirdi: əgər onlar öz şər yollarından dönməsələr, onda onların üzərinə bəxbəxtliklər gələcəkdir. Belə də oldu.

    (Fiqur 1 DN -4-ü yığışdırın.)

    O dövrlərdə dünyada ən güclü padşah Navuxodonosor idi. O, yəhudilərin torpağına zorla girdi və Yerusəlimi ələ keçirdi. Məbəd dağıdıldı, bütün xəzinə isə - aparıldı. Bir çox israilliləri Babilə apardılar. Yeremyanın qabaqcadan dediyi kimi, Allah Öz xalqını cəzalandırmaq üçün bu müharibədən istifadə etdi.

    Allahın xəbərdarlıqlarına fikir verməyin nə qədər mühüm olduğunu başa düşürsən? Müqəddəs Kitabda sənin üçün də xəbərdarlıq var. Onlardan birinə qulaq as: “... günahın əvəzi - ölümdür...”. (Rom.

    Yeremyanın təbliğləri haqqında əlavə məlumat üçün Yeremya 6:22-25, 7:1-7, 13-15, 13:17, 19 və 25:9,11 -ə baxın.

    Qoy uşaqlar xəritədə Yəhudanı və Babili tapsınlar. Babil müasir İranın ərazisində yerləşir. Babil imperiyası Fars Körfəzindən Misirdəki Nil çayına qədər və müasir Türkiyənin cənub ərazilərinə qədər idi.

    Adları və yerləri daha yaxşı yadda saxlamaq üçün, qoy uşaqlar onları ucadan desinlər (Navuxodonosor, Babil və s.).

  • Rəbdə güclü Daniel

    6

    6:23). Əvəzi – ödəmə deməkdir. Sənin valideynlərin işləyəndə, onlar pul alırlar, bu, onların zəhməti üçün ödəmədir. Amma sən günah işlədəndə, onda ölüm qazanırsan ki, bu da Allahdan əbədi ayrılıqdır. Biz Allahdan məhz buna layiqik, çünki öz həyatımızda Ona birinci yeri vermirik. Allahın xəbərdarlığını ciddi qəbul edəcəksənmi? Allahın Sözünə heç bir məhəl qoymayan və buna görə də cəzalandırılan yəhudilər kimi hərəkət etmə.

    SƏHNƏ 2

    (1 DN-1, 1 DN-2 və 1DN-3 fiqurlarını yerləşdirin.)

    Babilə aparılan əsirlər arasında dörd oğlan var idi. Əgər onların söhbətlərinin şahidləri ola bilsəydik, onda yəqin ki, bunları eşidərdik:

    - Biz nə etmişik ki, bura düşmüşük? Bizimlə nə baş verəcəkdir?

    - Hm, mən fikirləşmirəm ki, biz nəsə pis bir şey etmişik. Döyüşçülər bizi tutanda, biz, sadəcə olaraq, şəhərin darvazasında idik.

    Onlardan kimsə, yəqin ki, əlavə etdi:

    - Yeremya peyğəmbər bədbəxtliklərin baş verəcəyini xəbərdarlıq edirdi, amma mən heç vaxt fikirləşmirdim ki, bu, bizimlə baş verəcəkdir. Axı biz Allahı sevirik və Ona səcdə edirik. Əlbəttə, bizim xalqımızın çox hissəsi Rəbbdən uzaqdadırlar, amma...

    - Sakit!..- keşikçilər əsirlərlə nəzakətlə davranmadılar. Onlara dustaqlarla qəddarcasına rəftar etməyi öyrədirdilər. Amma oğlanlar deyilənlər haqqında fikirləşməyə davam edirdilər, baxmayaraq ki, fikirlərini dilə gətirmirdilər.

    Mişael, Xananya, Azariya və Daniel yeniyetmə idilər. Ola bilsin ki, onların 15 yaşı var idi. Onlar Huşənin padşahlıq etdiyi dövrdə böyümüşdülər, yəqin ki, onların qohumu idilər. Huşənin ölümündən sonra üç il ərzində bir neçə mürtəd padşah idarə edirdi və insanların əksəriyyəti Allahın yolunu tərk edərək, onların ardınca gedirdilər. Amma bu dörd uşaq sadiq qalmışdılar: onların hər biri Rəbbi sevirdi və Ona itaət edirdilər. Allah onların həyatında birinci yeri tuturdu. Qərar qəbul etmək lazım gələndə, onlar Allaha məqbul olanı seçirdilər. Əlbəttə, bu gənclər də günahlı idilər, amma Allahın onları günahlarından xilas etməsi üçün öz ümidlərini Allaha bağlamışdılar. Və bu, oğlanların həyatında aşkar şəkildə görünürdü.

    Bütün digər yəhudi əsirlərlə birlikdə onlar Yerusəlimdən Babilə qədər yüz kilometrlərlə yol getdilər. Keşikçilər göz qırpmadan hər bir addımı izləyirdilər ki, onlardan heç biri qaçmasın. Və nəhayət, çox uzun yoldan sonra uzaqda gözəl Babil şəhəri görünürdü. Şəhərə daxil olaraq, Mişael, Xananya, Azariya və Daniel şəhərin möhtəşəmliyi və gözəlliyindən məftun olmuşdular, baxmayaraq ki, bu şəhər onların öz doğma şəhərindən fərqlənirdi və yad idi. Bu uşaqların bir az da qorxuları var idi: “Onlarla sonra nə baş verəcəkdir? Onları qaranlığa atacaqlar? Bəlkə, onlar qul olacaqlar?

  • 7

    Rəbdə güclü Daniel

    Ya da, onları Babilin fərqli hissələrinə göndərəcəklər və onlar bir-birlərini bir daha görməyəcəklər?”

    (Bütün fiqurları yığışdırın.)

    SƏHNƏ 3

    (1DN-5 və 1DN-6 fiqurlarını yerləşdirin.)

    Bu gənclər Babil padşahının hərəmağalar rəisinə etdiyi əmri eşidə bilmədilər.

    - Aşpenaz, mənim yanıma padşah nəslindən olan bir neçə israilli gənc gətir. İstəyirəm ki, onlar sağlam, yaraşıqlı gənc olsunlar və padşah sarayında xidmət etmək üçün yaxşı təhsilli olsunlar.

    Görəsən, Aşpenaz kimi seçəcəkdir? Heç bir şübhə yoxdur ki, qərar qəbul etməzdən əvvəl, o, diqqətlə bir çox yaraşıqlı gəncə baxacaqdır. Onların arasında Mişael, Xananya, Azariya və Daniel var idi! Hərəmağaların rəisi məhz onları seçdi, amma bunu onun özü, yaxud padşah Navuxodonosor istədiyinə görə yox, lakin Allahın istədiyinə görə seçdi. Aşpenaz seçilmiş gəncləri öz yanına çağırdı.

    (Bütün fiqurları yığışdırın və flaneleqrafda 1DN-6, 1DN-7 və 1DN-8 yerləşdirin.)

    - Sizə ən yaxşı yeməkləri verəcəklər, - onlara dedi, - padşah masasından yeməklər. Sizə üç il tərbiyə verəcəklər və bizim xalqımızın bütün müdrikliklərini öyrədəcəklər. Və onda siz padşah sarayında xidmət etməyə yararlı olacaqsınız. Biz isə ondan başlayacağıq ki, sizə yeni adlar verəcəyik. Daniel, sənin adın Belteşassar, Xananyanın adı Şadrak, Mişaelin adı Meşak, Azariya sənin adın isə bu gündən Aved-Neqo adlanacaqsan. Öz köhnə adlarınızı unudun və yalnız yeni adlarla çağırın.

    Mişaelin, Xananyanın, Azariyanın və Danielin valideynləri öz övladları üçün çox fikirləşərək adlar seçmişdilər. Bu uşaqların adları onlara həqiqi Allahı xatırladırdı. Misal üçün, “Daniel” adı “Allah- hakimdir” deməkdir. Gənclərin yeni adları isə onlara Babil bütlərini xatırladırdı. Bax, hiylə bundan ibarət idi: gənclər öz Allahını unutmalı idilər. Amma onlar unudacaqlarmı? Xeyr! Adların dəyişməsi bu cür əsir düşmüş adamlar üçün heç bir məna kəsb etmirdi. Rəbb onların Allahı idi, onlar Ona inanırdılar və Onu sevirdilər. Gənc oğlanlar onların adlarının nə olmasından, yaxud onların harada yaşadıqlarından asılı olmayaraq, öz həyatlarında birinci yeri həqiqi Allaha verməyi qətiyyətlə qərara almışdılar.

    Bəs sən də beləsən? Sən belə ola bilərsən, yalnız bir vəziyyətdə ki, əgər Rəbb İsa səni günahlarından xilas edibsə? Sənin Allah üçün həyatın məhz buradan başlayır – Allahın birinci yer tutduğu həyat. Əlbəttə, dirilmə məktəbində, yaxud “Xoş Xəbər” dərnəyində Allahın istədiyi kimi hərəkət etmək asandır. Bəs adi məktəbdə? Allah istəyir ki, sənin həyatındakı dəyişiklik orada da görünsün. Bəs sən bunu necə göstərə bilərsən? (Qoy uşaqlar cavab versinlər.).

  • Rəbdə güclü Daniel

    8

    Sən də bu dörd gənc kimi hərəkət edəcəksən? Allah üçün yaşayacaqsan?

    (Bütün fiqurları yığışdırın və 1DN-6, 1Dn-9 və 1DN-10 yerləşdirin.)

    Tezliklə əsirlərə nahar gətirdilər. Masanın üstündə ağıla gələn ən yaxşı yeməklər var idi, uşaqlar isə axı yemək yeməyi çox sevirlər! Amma əvvəlcə, yemək yeməyə başlamazdan əvvəl, bütün yeməklər və şərab Babil bütlərinə həsr edilirdi. Və belə mərasimdən sonra həsr olunanları yeyənlər, sadəcə olaraq, belə həsr etmənin həqiqi olduğunu təsdiq edirdilər. Bu vaxt Şadrak, Meşak, Aved-Neqo və Daniel problemlə üzləşdilər. Nə üçün? (Qoy uşaqlar cavab versinlər.). Onlar bilirdilər ki, Allah bütlərə sitayiş etməyi qadağan edir. Gənclər, həmçinin, bilirdilər ki, məhz bütlərə səcdəyə görə israilliləri Babilə əsir aparmışdılar. Onlar isə, bütün bu çətinliklərə baxmayaraq, öz həyatlarında Allahı birinci yerdə qoymalıdırlar.

    - Mən bu haqda məmurla danışaram, - Daniel sakitcə dedi.

    (1DN-10 fiqurunu yığışdırın və 1DN-7 fiqurunu yerləşdirin.)

    Yəqin ki, o, hərəmağaların rəisinə öz xahişini izah edərək dua edirdi. Məmur Danieli sevirdi, amma yenə də dedi:

    - Mən padşahdan qorxuram. Əgər siz hamının yediyi yeməkdən yeməsəniz, onda xəstə və zəif düşəcəksiniz. Və padşah bunu biləndə ki, yeməklə bağlı onun əmrini pozmuşam, mənim həyatım təhlükədə olacaqdır.

    (1DN-6 fiqurunu yığışdırın.)

    Amma Daniel təslim olmadı. O, yenidən mülayimliklə məmura müraciət etdi:

    - Bizi sına. On gün ərzində bizə yalnız tərəvəz və su ver. Sonra isə bizi padşah yeməyi yeyənlərlə müqayisə et.

    Məmur razılaşdı.

    (1DN-7 fiqurunu yığışdırın və 1DN-10 məmurun əlində

    1DN-11A “yemək” fiqurunu əlavə edin.)

    Daniel və onun dostları Allahı izzətləndirmədiyini bildikləri yeməyi yeməkdən imtina etdilər. Onlar başqaları kimi olmaq istəmirdilər. Gənclər üçün Allaha məqbul həyat çox mühüm idi. Bu, həmçinin, Rəbb İsanı şəxsi Xilaskarı kimi qəbul edən hər bir kəs üçün mühüm olmalıdır. Bax, təsəvvür et ki, məktəbdə bir oğlan şokolad qutusu ilə sənə yaxınlaşır:

    - Mən onları kənd mağazasından oğurlamışam, - öyünərək deyir. – Gəl bölüşək.

    Belə bir vəziyyətdə birinci yeri sən Allaha necə verə bilərsən? (Qoy uşaqlar cavab versinlər.). Allah Öz övladlarına düzgün hərəkət etmək üçün güc verir. Bax, buna görə Şadrak, Meşak, Aved-Neqo və Daniel bütlərə həsr olunmuş yeməkdən və şərabdan imtina edə bildilər. Rəbb bu dörd oğlana digərlərinin etdiyi kimi etməməkdə

    Levitlərin Kitabı 11:41-47-yə bax. Babillilər qanı ətə tökürdülər ki, bu da Allahın Öz xalqı üçün olan göstərişlərinə zidd idi. Qanunun Təkrarı Kitabı 32:37-38-də isə bütpərəst xalqların bütlərə gətirdiyi yeməklər xatırlanılır.

    Əgər istəsəniz, məmurla Danielin söhbətini oynamaq olar.

  • 9

    Rəbdə güclü Daniel

    kömək etdi.

    Danielin və onun dostlarının sınağı başladı. Hər gün onlar tərəvəz yeyirdilər və su içirdilər. Yəqin ki, padşah yeməklərindən çox cəlbedici iylər gəlirdi, amma onlara toxunmamaq üçün Allah gənc oğlanlara güc verdi. Məmur on gündən sonra uşaqlara baxanda hansı qərarı verəcəkdir? Onlar sınağa tab gətirdilər?

    SƏHNƏ 4

    (1DN-9, 1DN-10, 1DN-11 və 1DN-11A yığışdırın və 1DN-7, 1DN-8 və 1DN-11 yerləşdirin.)

    Rəis Danielin dostları ilə gözlədiyi otağa sakitcə daxil oldu. O, diqqətlə onun üzünə baxdı. Məmur çox heyrətlənmişdi: gənclər çox sağlam görünürdülər. Və bu, hələ hamısı deyil!!! Onlar padşah süfrəsində yeyənlərdən daha yaxşı görünürdülər. Sınaq bitdi, dostlar ona tab gətirə bildilər! Rəis oğlanlar üçün ayrılmış əti və şərabı götürdü. Onlara özlərinin seçdiyi yeməyi yeməyə icazə var idi. Necə də həyəcanlı an! Bütün bunları Allah etdi. O, gənc oğlanlara “yox” deyə bilməkdə kömək etdi və onları ən sağlam və gözəl etdi.

    Bundan əmin olmaq çox gözəldir ki, əgər sən öz həyatında birinci yeri Allaha verirsənsə, O, bütün qalan şeylərin qayğısına qalacaqdır. Məhz bunu Rəbb İsa Mattanın Müjdəsi 6:33-də vəd edir: “Əvvəlcə Allahın Padşahlığını və Onun salehliyini axtarın. Onda bunların hamısı sizə əlavə olaraq veriləcək”. Həmişə birinci yeri özünə yox, Allaha ver, Ona güvən – O bütün qalan şeyləri yerinə yetirəcəkdir. Daniel və onun dostları on günlük sınaqdan keçəndə, Rəbb bunu onlar üçün etdi.

    (Bütün fiqurları yığışdırın.)

    Bəli, amma üç illik sınağa da dözmək lazımdır! Bu illər ərzində Danieli, Şadrakı, Meşakı və Aved-Neqonu Babilin bütün müdrikliklərinə öyrədirdilər: dilinə, ənənələrinə və dininə. Gənclər səylə oxuyurdular, amma onların imanına qarşı olan heç bir şeyə inanmırdılar. Və üç ildən sonra bizim dörd dostumuz da daxil olmaqla bütün gənc adamları padşah Navuxodonosorun yanına gətirdilər. Sarayda onlar hansısa yeri tutacaqlarmı? Padşahın suallarına cavab verə biləcəklərmi? Hamı gərgin vəziyyətdə gözləyirdi. Və Müqəddəs Kitab bizə baş verənləri deyir (Dan. 1:19-20-ni oxuyun): “...və hamının arasında Daniel, Xananya, Mişael və Azarya kimisi tapılmadı. Onlar padşahın hüzurunda xidmətə qoyuldular. Padşah onlardan hər cür elm və bilik barədə soruşanda gördü ki, bunlar ölkəsindəki sehrbazların və ruhçağıranların hamısından on qat üstündür”. Gənclər üç illik sınağa tab gətirdilər və padşah onlara çox mühüm vəzifələr verdi.

    Müqəddəs Kitabda deyildiyi kimi baş verdi: “...Mənə hörmət edənləri hörmətə çatdıracağam” (1 Şam. 2:30b). Əgər sən həqiqətən də məsihçisənsə, bu vəd sənə də aiddir. Hər şeydə: bütün yollarında, hərəkətlərində, dostlarınla münasibətlərində, boş vaxtını keçirməkdə və təhsildə - Allaha birinci yeri ver. Allah bunu

  • Rəbdə güclü Daniel

    10

    etməkdə kömək edəcəkdir və səni izzətləndirəcəkdir.

    Yaxud ola bilsin ki, sən daha çox Allaha itaət etməyən və buna görə də cəzalanan israillilərə bənzəyirsən. Əgər sən öz günahını tərk etmək və xilası əldə etmək istəyirsənsə, onda bil ki, bu, mümkündür. “...Rəbb İsaya iman et, sən də, ev əhlin də xilas olarsınız...” (Həv. iş. 16:31). Sən artıq bu gün Daniel və onun üç dostu yaşadığı kimi Allah üçün yaşamağa başlaya bilərsən.

    TƏKRARLAMAQ ÜÇÜN SUALLAR 1. Allah nə üçün padşah Navudoxonosorun Yəhudanı zəbt

    etməsinə izin verdi? (Allahın xalqı Allaha itaət etmədi.)

    2. Nə üçün padşah Babildə şah nəslindən yaraşıqlı və sağlam gənc oğlanları seçməsini əmr etdi? (Gənclər padşah yeməklərindən yeməli və padşaha xidmət edə bilmələri üçün üç il təhsil almalıdırlar.)

    3. Necə fikirləşirsən, nə üçün gənclərin adlarını dəyişdilər? (Gənclərin əsil adları onlara həqiqi Allahı xatırladırdı, padşah isə istəyirdi ki, gənclər öz Allahını unutsunlar.)

    4. Sən öz həyatınla Allahı necə izzətləndirə bilərsən və bizim dərsimizdəki o dörd gənc kimi hərəkət edə bilərsən? (Allahdan sənin günahlarını bağışlamasını xahiş etmək və öz həyatında birinci yeri Allaha vermək lazımdır.)

    5. Nə üçün Daniel və onun dostları padşah yeməyindən yemək istəmirdilər? (Yemək bütlərə həsr edilmişdir, bu isə Allahın Qanununa qarşı idi.)

    6. Məktəbdə sən Allaha məqbul hərəkəti necə edə bilərsən? (Cavablar müxtəlif ola bilərlər.)

    7. Daniel öz adından və dostları adından məmura hansı xahişlə müraciət etdi? (Onları 10 gün ərzində sınamasını – padşah yeməyi əvəzinə, onlara tərəvəz və su verməsini xahiş etdi.)

    8. Əgər Daniel və onun dostları xəstələnsəydilər, hərəmağaların rəisi ilə nə baş verə bilərdi? (Rəisi çox ciddi cəzalandırardılar.)

    9. Danielin və onun dostlarının üç illik sınağı və təhsili necə bitdi? (Daniel və onun dostları hətta padşahın müdriklərindən belə daha müdrik çıxdılar.)

    10. Sən hansı yolla həqiqətə sadiq qala bilərsən? (Allahdan sənə güc verməsini diləyə bilərsən.)

  • 11

    Rəbdə güclü Daniel

    Dərs 2DUA KƏLAM

    Daniel 1:18-2:49.

    MƏRKƏZİ HƏQİQƏT

    Allah hər şeyi bilir.

    DƏRS

    Heç sən qeyri-adi yuxular görmüsən? (Qoy uşaqlar cavab versinlər.). Bir dəfə padşah Navuxodonosor qəribə bir yuxu gördü. Sən, əlbəttə, xatırlayırsan ki, bu Danielin, Şadrakın, Meşakın və Aved-Neqonun yüksək müdriklik vəzifəsi tutan, padşahın məsləhətçiləri olan Babil padşahı idi. Yuxu padşahı çox narahat etdi.

    - Bütün öz baxıcılarımı və sehrbazlarımı çağırın və tez olun, - hökmdar əmr etdi.

    SƏHNƏ 1

    (2DN-12, 2DN-13 və 2 DN-16 yerləşdirin.)

    Heç kim və heç vaxt padşahın əmrlərinə itaət etməməyə cürət edə bilməzdi, buna görə də bütün müdriklər dərhal sarayda toplaşdılar.

    - Məni çox narahat edən bir yuxu gördüm, - padşah dedi. – Yuxunu mənə yozun.

    - Padşah sağ olsun, yuxunu bu qullarına danış, biz də onu yozaq.

    - Yuxuda nə gördüyümü xatırlamıram, - padşah qəzəblə dedi. – Amma əgər siz nə gördüyümü deməsəniz və yuxunu yozmasanız, onda parça-parça ediləcəksiniz, evləriniz isə viran ediləcəkdir. Əgər yuxunu və yozumunu söyləsəniz, məndən hədiyyələr, mükafatlar və böyük hörmət görəcəksiniz.

    Müdriklər eşidilənlərdən donub qalmışdılar.

    - Yuxunu bizə danışın və biz onu sizin üçün yozaq, - onlar elə bunu təkrarlayırdılar.

    - Siz, sadəcə olaraq,vaxt qazanmaq istəyirsiniz! – padşah qəzəblə qışqırdı. – Əgər siz yuxunu mənə danışa bilmirsinizsə, onda yəqin ki, onu düzgün yoza bilməyəcəksiniz. Əgər yuxumu mənə danışa bilirsinizsə, onda mən əminəm ki, siz onu və onun mənasını düzgün yozacaqsınız.

    - Bunu heç kim sənə izah edə bilməz, - müdriklər etiraz etdilər. – Heç kim heç vaxt belə bir şey xahiş etməyibdir. Bu, çox çətindir. Bunu yalnız allahlar aça bilərlər, onlar isə adamların arasında yaşamırlar.

    Bəziləri hesab edirlər ki, Navuxodonosorun hekayəsi Navuxodonosorun padşahlığının ikinci ilində, Danielin və onun dostlarının üç illik təhsilinin sonunda baş verdi.

  • Rəbdə güclü Daniel

    12

    Əgər istəsəniz, Aryokla Danielin söhbətini oynamaq olar.

    Padşah qəzəbləndi və bütün müdrikləri öldürməyi əmr etdi (2DN-12 və 2 DN-13 fiqurlarını yığışdırın.).

    Bu müdriklər kim idilər? Müqəddəs Kitab onları baxıcılar, cadugərlər, ruhçağıranlar, Xaldeyli müdriklər (yaxud münəccimlər) deyə adlandırır. Xaldeyli müdriklər, yaxud münəccimlər inanırlar ki, ulduzlar insanların həyatında müəyyən hadisələr doğururlar. Bəlkə, sən jurnallarda ulduz falları görmüsən. Bu falları münəccimlər hazırlayırlar. Sehrbazlar, baxıcılar və falçılar öz güclərini şeytandan alırlar və onun köməkliyi ilə bu və ya digər şeyləri edirlər. “Taro” kartından, “oyudji” fal lövhəsindən istifadə edən adamlar da şeytanın gücündən istifadə edərək taleyi deyirlər, yaxud meditasiya edirlər. Axı şeytan güclüdür, o, çox şey bilir, lakin hər şeyə qadir deyil və hər şeyi də bilmir. Biz heç vaxt öz sualımıza cavab üçün ona müraciət etməməliyik. Müqəddəs Kitabda münəccimlər və baxıcılar haqqında nə deyildiyinə qulaq as (Müəllim, Qan. Tək. 18:10-12-ni yüksəkdən oxu.). “Səndə olmamalıdır...”. Bütün bu şeylərin Allah üçün iyrənc olduğunu Allah dəfələrlə təkrar edir. Buna görə də padşah öz yuxusunu yozmaq üçün çağırdığı o müdriklərin arasında Daniel və onun dostlarının olmamasında təəccüblü bir şey yoxdur. Gənclərin nəyin baş verdiyindən heç xəbərləri yox idi.

    SƏHNƏ 2

    (2DN-14 və 2DN-15 fiqurlarını yerləşdirin.)

    Birdən qapı döyüldü. Daniel qapını açmağa tələsdi (2DN-17 əlavə edin.). Kandarda Aryokla, padşah keşikçilərinin başçısı durmuşdur.

    - Biz səni axtarırdıq, - o dedi. – Sizin dördünüz də ölməlisiniz.

    - Nə üçün? Biz nə etmişik?! – Daniel ucadan nida etdi.

    - Sizin dördünüz də Babilin müdriklərindənsiniz, buna görə də sizi də öldürmək lazımdır.

    Daniel çox nəzakətlə və sakitcə cavab verdi, baxmayaraq ki, yəqin ki, bir az qorxdu.

    - Axı nə üçün padşah belə tələsir? Qoy mən onunla danışım.

    SƏHNƏ 3

    (2DN-14 fiqurunu yığışdırın və taxtda oturmuş padşah fiqurunun qarşısında əlavə vərəqdə 2DN-12 və 2DN-13 yerləşdirin.)

    Beləliklə, Danielə padşah qarşısına çıxmağa izin verdilər.

    - Xahiş edirəm, mənə bir az vaxt verin, - o, hökmdardan xahiş etdi, - və mən sənin yuxunu və onun mənasını açacağam.

    Padşah razılaşdı. Daniel isə Şadrakın, Meşakın və Aved-Neqonun yanına evə tələsdi.

    SƏHNƏ 4

  • 13

    Rəbdə güclü Daniel

    (2DN-14 Daniel və 2DN-15 onun dostları fiqurunu yerləşdirin.)

    - Bütün öz işlərinizi təxirə salın, - o, dostlarına dedi. – Biz dua etməli və Allahdan padşahın yuxusunu və onun mənasını bizə açmasını diləməliyik.

    (2DN-14 və 2DN-15 fiqurlarını 2 DN-18 və 2 DN- 19 fiqurları ilə əvəz edin.)

    Nə üçün Daniel və onun dostları dua etdilər? Onlar bilirdilər ki, padşahın yuxusu yalnız Allaha məlumdur. Müqəddəs Kitab bizə deyir ki, Allah hər şeyi bilir. Keçmişdə, indi və gələcəkdə olan və olacaq bütün şeylər Ona aydındır. Rəbb yer üzündə yaşayan və yaşamış olan hər bir insanı tanıyır. O, bu dünya haqqında bütün şeyləri bilir. Bilik əldə etmək üçün sən məktəbə getməlisən. Mən həmişə yeni bir şey öyrənəcəyəm. Amma Allah heç vaxt biliyi əldə etmir, O, hər şeyi bilir və heç bir şeyi unutmur. Müqəddəs Kitabın bu haqda dediklərinə qulaq as. (Müəllim, Məz. 139:2-4-ü yüksəkdən oxuyun.). “Oturuşumu-duruşumu Özün bilirsən...” Buna görə də, əgər sən də Daniel kimi Allaha məxsussansa, onda çətin vəziyyətlərə düşəndə və nə etməli olduğunu bilməyəndə, Ona müraciət edə bilərsən. Allah sənin və sənin problemlərin haqqında hər şeyi bilir. Nə etməli olduğunu O, sənə göstərəcəkdir. Ola bilsin ki, sənin dostun tez-tez pis dəstə ilə gəzməyə gedir, sonra isə sənə hədə gəlir: “Əgər bu haqda anama desən, səni döyəcəyəm.” Dostunun bu dəstəylə nə ilə məşğul olduğunu bilmirsən, amma hiss edirsən ki, nəsə pis şeylər baş verir. Və sən, sadəcə olaraq, necə düzgün hərəkət edəcəyini bilmirsən. Amma Allah bunu bilir və O istəyir ki, sən bu narahatçılıqlarını Onunla bölüşəsən. Dua vaxtı Allah alınan vəziyyət haqqında sakitcə düşünməyinə kömək edəcəkdir və nə etməli olduğunu aydın başa düşəcəksən. Allahın Sözündə yazılmışdır: “Əgər sizlərdən birinin müdrikliyi çatışmırsa, ......Allahdan diləsin və ona veriləcək”. (Yaq. 1:5). Çətin vəziyyətlərdə heç vaxt qorxusu olmayan Müdrik Allaha məxsus olmağımız necə də gözəldir.

    Bax buna görə Daniel və onun dostları dua etdilər. Onlar bütün günü dua etməyi dayandırmırdılar, bəlkə, bəzən diz çökərək, yaxud otaqda gəzərək dua edirdilər. Duadan daha vacib heç bir şey yox idi.

    (2DN-18 və 2DN-19 fiqurlarını yığışdırın.)

    Və həmin gecə Daniel padşahın yuxusunu gördü! Sən fikirləşirsən ki, o, dərhal padşahın yanına tələsdi? Xeyr, əvvəlcə Daniel Allaha minnətdarlıq etdi. O, bunları dedi:

    - Rəbbin adı əbədiyyən xeyir-dualı olsun, çünki müdriklik və güc Ondadır.

    Daniel bilirdi ki, yalnız Rəbb “dərin və gizli” şeyləri başa düşə və aça bilər.

    Əgər sən Rəbb İsanı şəxsi Xilaskarın kimi qəbul etmisənsə, onda

  • Rəbdə güclü Daniel

    14

    əmin ola bilərsən ki, Allahda səni çaşqınlığa gətirən şeylər üçün bütün cavablar vardır. Sən necə düzgün hərəkət etməli olduğunu bilməyəndə, O, sənə çıxış yolunu göstərəcəkdir. Və Allah sənə çətin vəziyyətdən çıxış yolu tapanda, Aryokla danışmazdan əvvəl Daniel kimi Ona minnətdarlıq etməyi unutma.

    SƏHNƏ 5

    (2DN-14 Daniel və 2DN-17 Aryok fiqurunu yerləşdirin).

    - Məni padşahın yanına apar, xahiş edirəm, - Daniel xahiş etdi.- Mən ona yuxu haqqında danışacağam. Və Babil müdriklərini öldürmə.

    (2 DN-12 və 2DN-13 taxt üzərində padşah fiqurunu yerləşdirin.)

    Davud Novuxodonosorun qarşısında durdu, padşah soruşdu:

    - Sən yuxunu mənə yoza bilərsən və mənasını da izah edə bilərsən?

    - Heç bir müdrik bu böyük sirri padşaha izah edə bilməz, - Daniel cavab verdi, - amma göylərdə sirləri açan Allah var. Və O, sənin yuxunu mənə göstərdi.

    (2 DN-20 heykəl fiqurunu əlavə vərəqdə yerləşdirin.)

    - Sən heykəli gördün. O, nəhəng və vahiməli idi. Bu heykəlin başı xalis qızıldan, sinəsi və qolları gümüşdən, qarnı və budları tuncdan idi. Baldırları dəmirdən, ayaqlarının bir hissəsi dəmirdən, bir hissəsi isə gildən idi. Sən baxdığın zaman əl dəymədən bir daş yerindən qoparıldı, heykəlin dəmir və gil ayaqlarından vurub onları parça-parça etdi. O zaman dəmir, gil, tunc, gümüş və qızıl birlikdə parçalandı və yay xırmanlarındakı saman çöpü kimi sovruldu. Külək onları apardı və onlardan əsər-əlamət qalmadı. Heykəli dağıdan daş isə böyük bir dağ oldu və bütün dünyanı tutdu.

    Padşah bir az həyəcanlandı.

    - Məhz bunu mən yuxuda görmüşdüm! – o, ucadan nida etdi.

    Əlbəttə, Daniel doğrunu söylədi, axı bunu ona hər zaman həqiqəti danışan Allah açmışdır.

    Allah o qədər çox bilir ki, biz Onun bildiyi şeyin bir hissəsini belə dərk edə bilmərik. Ancaq hər şeydən daha gözəli odur ki, əgər sən Onun övladısansa, O, sənin üçün olan niyyətlərini bilir. Hansı yolla getdiyini O bilir. Allah sənin haqqında hər şeyi bilir (Yenidən Məz. 139:2-4-ə nəzər salın.).

    Amma Allah yalnız padşahın yuxusunu bilmirdi, O Özü bu yuxunu ona göndərmişdi. Və əlbəttə ki, Allah yuxunun mənasını da bilirdi və onu Danielə açdı. Buna görə də gənc oğlan padşahın yuxusunun mənasını yoza bildi.

    - Qızıl baş – bu, sizsiniz padşah. Göylərdəki Allah sizə böyük qüvvə veribdir. Amma sən həmişə padşahlıq etməyəcəksən. Səndən

    Heykəli təfsilatı ilə təsvir etmək vacib deyil. Lakin əgər siz böyük uşaqlara dərs keçirsinizsə və sizin vaxtınız varsa, siz onda heykəl haqqında sonra danışa bilərsiniz.

    Heykəlin hər bir tərəfi özlüyündə cismani padşahlığı təmsil edirdi (xronoloji ardıcıllıq, yuxarıdan aşağıya): qızıl- Babil padşahlığı; gümüş – Fars padşahlığı; bürünc- Ellin (Yunan) padşahlığı; dəmir/gil – Roma imperiyası (əvvəlcə dəmir kimi güclü, sonra isə zəifləyən və gil kimi dağılan). Böyüyən və sonda Rəbb İsanın ikinci gəlişində bərpa edəcəyi və bütün Yer üzünə yayılacaq qayaya bənzəyən daş, özlüyündə, Allahın Padşahlığını təmsil edir.

  • 15

    Rəbdə güclü Daniel

    sonra başqaları padşahlıq edəcəkdir - bu gümüşü sinə və qollar, dəmir baldırlar və dəmir ayaqlar. Və nəhayət, ən böyük padşahlıq qalxacaqdır- böyük qaya; bu padşahlıq əbədi qalacaqdır.

    (2DN-20 heykəli yığışdırın.)

    Padşah, sadəcə olaraq, mat qalmışdı. Daniel yuxunu ona danışdı və onun mənasını yozdu. Müdriklərin həyatı indi təhlükədə deyildi. Danielin Allahı cavab verdi.

    (2DN-12 fiqurunu yığışdırın və 2DN-21 fiqurunu yerləşdirin.)

    Novuxodonosor üzüstə düşüb Danielə səcdə etdi.

    - Həqiqətən. Sənin Allahın – allahların Allahıdır.

    Padşah Danieli yüksək vəzifəyə qoydu və ona çoxlu qiymətli hədiyyələr verdi.

    - Xahiş edirəm, mənim dostlarımı da yüksək vəzifəyə qoy, - Daniel xahiş etdi. Və padşah Danielin xahişini yerinə yetirdi.

    Bizim Allahımız necə də böyük və gözəldir. O, hər şeyi tamamilə bilir. Əgər sən Ona məxsussansa, onda yadda saxla ki, Rəbb sənin haqqında hər şeyi bilir. Sən problemlərlə üzləşəndə, sadəcə olaraq, Ona dua et. Bütün cavablar Ondadır.

    Amma Daniellə və Novuxodonosorla ayrılmazdan əvvəl, gəlin yuxuya qayıdaq. (2DN-20 fiqurunu qaldırın.) O daşın nə etdiyini xatırlayırsan? (Qoy uşaqlar yuxunun bu hissəsini təkrarlasınlar.). Bu daş Rəbb İsanı və Onun Padşahlığını xatırladır. O Öz Padşahlığını yaratmaq üçün Roma imperiyasının idarə etdiyi vaxtda bu dünyaya gəldi. Bu məqsədə çatmaq üçün İsa çarmıxda öldü, bizim günahlarımıza görə cəzanı daşıdı. Amma, həyata qayıdaraq, Rəbb İsa göstərdi ki, hər şey üzərində qalibdir: ölüm, günah və iblis üzərində qalibdir və hər şeyin Padşahıdır. O vaxtdan bəri insanlar günahların bağışlanmasını əldə etmək üçün Ona iman edirlər. Bu yolla onlar Məsihin Padşahlığına düşürlər. Onun Padşahlığı əbədi olacaqdır və artıq bu Padşahlıqda olanlar, Allahla əbədi yaşayacaqlar.

    Bəs sən necə? Sən artıq Rəbb İsadan səni bağışlamasını xahiş etmisən və Onu qəbul etmisən? Əgər etməmisənsə, onda sən Onun Padşahlığına aid deyilsən. Amma sən bu gün Rəbb İsaya gələ bilərsən. Ona etibar et və Ondan bağışlanma dilə. Ondan sənin Padşahın olmasını xahiş et. Və onda sən Novuxodonosorun yuxuda gördüyü böyük Padşahlığa daxil olacaqsan.

  • Rəbdə güclü Daniel

    16

    TƏKRARLAMAQ ÜÇÜN SUALLAR1. Nə üçün padşah Novuxodonosor bütün müdrikləri, xaldeyləri

    və sehrbazları belə tələsik topladı? (O istəyirdi ki, onlar yuxunu yozsunlar.)

    2. Allah nə qədər çox bilir? (Hər şeyi bilir.)

    3. Nə üçün padşah öz yuxusunu müdriklərə danışmaq istəyirdi? (O fikirləşirdi ki, yuxunu bilərək, müdriklər aldadaraq hər şeyi səhv yoza bilərlər.)

    4. Belə baxıcılar, münəccimlər və buna bənzər “müdriklər” kimin gücündən istifadə edirlər? (Onlar şeytanın gücündən istifadə edirlər.)

    5. Allah bürclərə, “taro” kartlarına və buna bənzər şeylərə necə baxır? (O, onlara nifrət edir.)

    6. Daniel padşahın bütün müdrikləri öldürmək haqqında əmrini eşidəndə nə etdi? (O, padşaha müraciət etdi ki, onlara bir az vaxt versin; sonra dostları ilə birlikdə Daniel dua etdi və Allahdan onlara yuxunu və onun mənasını açmasını xahiş etdi.)

    7. Düzgün qərarlar vermək üçün sən müdrikliyi necə əldə edə bilərsən? (Sən müdrikliyi Allahdan diləyə bilərsən, Allahın Sözünü oxuya və Allahın cavab verəcəyinə inana bilərsən.)

    8. Padşah yuxuda nə görmüşdü? (Qızıldan, gümüşdən, bürüncdən, dəmirdən və gildən nəhəng heykəl; böyük daş həmin heykəli qırdı.)

    9. Daniel yuxu və onun mənası haqqında necə bildi? (Bunu ona Allah açdı.)

    10. Daniel yuxunu padşaha danışanda və onu yozanda nə baş verdi? (Padşah etiraf etdi ki, Danielin Allahı – qüdrətlidir; Danielə və onun dostlarına öz padşahlığında yüksək vəzifələr verdi.)

  • 17

    Rəbdə güclü Daniel

    Dərs3ÇAĞIRIŞKƏLAM

    Daniel 3:1-30.

    MƏRKƏZİ HƏQİQƏT

    Sən insanlara qulaq asmaqdan öncə Allaha qulaq asmalısan.

    DƏRS

    Mən kiməm? Birinci sakitcə dedi: “Mən – qızıl başam”. İkinci sakitcə dedi: “Vaxtilə mən ən qüdrətli rəhbər olmuşam.” Üçüncü dedi: “Mən qeyri-adi yuxu gördüm.” Hə, əlbəttə, bu padşah Novuxodonosordur. Ola bilsin ki, Daniel ona “Qızıl baş sənsən. Sən - qüdrətli padşahlığın rəhbərisən” deyəndən sonra, o, daha çox lovğalandı.

    Səhnə 1

    (3 DN- 23 fiqurunu yerləşdirin.)

    Novuxodonosor hamıya öz əzəmətini göstərmək istəyirdi. Buna görə də o, öz şərəfinə və Babilin allahlarının şərəfinə ən yaxşı ustalara heykəl düzəltməyi əmr etmişdir. Müqəddəs Kitabda biz oxuyuruq ki, bu heykəl 27 metr hündürlüyündə və 2,5 metr enində idi (3DN-24 fiqurunu yerləşdirin.).

    Bu heykəli dağların arasında tarlada yerləşdirmişdilər ki, onu uzaqdan yaxşı görmək olsun. Heykəl günəşin işığında işıldayırdı.

    Padşah düzəldilmiş heykəl üçün səcdə günü təyin etdi və bu xəbəri öz padşahlığındakı canişinlərə yaydı. Müqəddəs Kitab bu haqda bunları deyir: “O zaman padşah Navuxodonosorun qoyduğu heykəlin həsretmə mərasiminə canişinlər, əmirlər, valilər, müşavirlər, xəzinədarlar, hakimlər, vəkillər, xülasə, bütün vilayətlərin məmurları toplaşdı...” (Dan. 3:3). Heç kim padşahın xüsusi dəvətindən imtina belə etməyə cürət edə bilməzdi. Onun sözünə hökmən tabe olmalı idilər.

    Səhnə 2

    (3DN-25,26,27,28 fiqurlarını əlavə edin.)

    Çoxlu sayda xalq toplaşdı. Hamı heyrət içində heykəlin ölçüsünə və gözəlliyinə baxırdı. Padşahın xəbərgətirəni irəliyə çıxdı və yüksəkdən fərmanı oxumağa başladı (Dan. 3:4-5-i ifadəli oxuyun. Məlum olmayan musiqi alətlərinin adlarını buraxın.). Padşahın fərmanında çox mühüm bir söz var idi ki, biz ona diqqət yetirməliyik. Bu söz “ibadət etmək” sözüdür. Allah bizə əmr edibdir: “Məndən başqa allahların olmasın. Özün üçün

    Heykəlin ölçülərini daha aydın təsəvvür etmək üçün, ona yaxın ölçülü və uşaqların artıq tanış olduğu misalları gətirin; misal üçün, səkkiz mərtəbəli bina.

  • Rəbdə güclü Daniel

    18

    Əlavədə verilmiş sxemə əsasən, soba fiquru hazırlayın. Fiqurun əks tərəfinə flanel qırıqları yapışdırın. Məşəl fiqurunu (3DN-29a) “sobanın” ortasında yerləşdirin, digər məşəl fiqurunu isə (3DN-29b) “sobanın” altında yerləşdirin. 3DN-29a fiqurunda punktir xətlə kəsik edin ki, 3DN-27 və 3DN-30 fiqurlarını qoymaq olsun.

    Müqəddəs Kitabda toplaşanların arasında Danielin nə üçün olmadığı yazılmayıbdır; ola bilsin ki, o, padşahın hansısa bir əmrini yerinə yetirirdi.

    heç bir oyma büt...düzəltmə”. (Çıx. 20:3-4). Kimin əmri daha mühüm idi, Allahın, yoxsa Novuxodonosorun? Bəli, Allahın Əmri. Axı yalnız O, Allahdır və yalnız Ona itaət etmək lazımdır. Müqəddəs Kitabda Rəbb bizə nəyin düzgün olduğunu və nəyin düzgün olmadığını açır. Əgər Allah nəyinsə düzgün olmadığını deyirsə, deməli, elədir ki var. Amma əgər O, nəyinsə həqiqət olduğunu deyirsə, deməli, o həqiqətdir. Allahın normaları heç vaxt dəyişmirlər. Beləliklə, biz artıq bilirik ki, Novuxodonosorun fərmanı Allahın Qanununa qarşı idi.

    Amma daha sonrasını dinləyin, padşahın elçisi fərmanı oxumağı hələ bitirməmişdir. (Dan. 3:6-nı oxuyun.). Heykələ ibadət etməyən hər bir kəs alovla yanan sobaya atılacaqdır.

    Səhnə 3

    (Soba fiqurunu yerləşdirin və alov dillərini qoyun 3 DN-29a.)

    Əgər sən həyatının təhlükədə olduğunu bilsən, onda necə hərəkət edərdin, heykələ ibadət edərdin? (Qoy uşaqlar cavab versinlər.). Həmişə Allaha qulaq asmaq lazımdır. Müqəddəs Kitab deyir: “...Özünüz qərar verin, Allaha deyil, sizə qulaq asmaq Allahın gözündə nə qədər doğrudur?” (Həv. iş. 4:19). Bəs bu adamların içində elə bir adam var idi ki, o, cürət edib Novuxodonosora itaət etməzdi? Bəs sən nə edərdin?

    İzdihamın içində bizim artıq tanış olduğumuz üç adam var idi. Onların adı Şadrak, Meşak və Aved-Neqo idi. Onlar padşahın əmrini eşitdilər, amma həmçinin, Allahın əmrləri də onlara məlum idi. Bu adamlar öz gözləri ilə Allahın onların xalqı İsraili bütlərə səcdə etdiklərinə görə necə cəzalandırdığını görmüşdür. Onlar nə edəcəklər? Saniyələr keçirdi. Bütün xalq gözləyirdi. Və bu an musiqi səsləndi – bütün xalq yerə yıxıldı və sadəcə olaraq, diz üstə yox, üzü üstə yerə yıxıldı. Hamı bütlərə səcdə etdi.

    (3DN-23,25,26,28 fiqurunu yığışdırın və 3DN-27 fiquru qalsın.)

    Amma yox, dayanın, üç adam hələ də ayaq üstə durubdur. Onlar dəli olublar? Məgər onlar soba haqqında eşitmədilər? Eşitdilər. Amma Şadrak, Meşak və Aved-Neqo Allaha itaət etməyi seçirdilər, onlar düzgün hərəkət etməyi qərara aldılar. Dostlar onları gözləyən təhlükələr haqqında bilirdilər, amma Allaha itaət etmək onlar üçün daha çox vacib idi. Hamı üz üstə yerə yıxılaraq və heykələ ibadət edərkən, Allahın Özü həmin an dayanmaq üçün onlara cəsarət verdi.

    Əgər sən məsihçisənsə, onda şübhəsiz ki, sənin həyatında elə anlar olacaq ki, sən hamının əksinə hərəkət etməli olacaqsan. Sən hamıdan fərqlənəcəksən, çünki Allaha qulaq asırsan. Təsəvvür et ki, sənin dostların onlarla kinoya getmək üçün səni dilə tuturlar. Sən bilirsən ki, bu filmdə çoxlu zorakılıq və pis sözlər var. Bu, sadəcə olaraq, qorxulu bir filmdir. Dostların səndən

  • 19

    Rəbdə güclü Daniel

    soruşurlar: “Hə, gedək, axı hamı gedir”. Allah isə deyir: “...doğru, ləyaqətli, saleh, pak, cazibəli, etibarlı nə varsa, əgər əla və tərifə layiq nə varsa, bunları düşünün” (Fil. 4:8). Əgər Allaha itaət etmək istəyirsənsə, onda necə hərəkət edərsən? (Qoy uşaqlar cavab versinlər.). Hamının etdiyi kimi etməmək, izdihamdan fərqlənmək çox çətindir. Amma məsihçilər tez-tez Şadrakın, Meşakın və Aved-Neqonun etdiyi seçimlər kimi etməli olurlar.

    Yəqin ki, insanlar kiminsə Novuxodonosorun əmrini pozmasına cürət etdiyinə görə heyrətlənmişdilər. Saray əhli padşahın yanında təlaşa düşdülər (3DN-23,25 fiqurlarını əlavə edin.). Baxıcılar ona nəsə deyirdilər.

    - Padşah sağ olsun. Sən əmr verdin ki, musiqi çalınan kimi hamı qızıl heykəlin önündə yıxılsın və ibadət etsin. İbadət etməyənləri isə közərmiş sobaya atasan. Budur, öz padşahlığında yüksəltdiyin bir neçə yəhudi padşahın əmrinə itaət etmədilər. Bu, Şadrak, Meşak və Aved-Neqodur. Onlar sənə etina etmirlər, bizim allahlara xidmət etmirlər və sənin qoyduğun bu qızıl heykələ ibadət etmirlər. Novuxodonosor dəhşətli qəzəb içində qışqırdı:

    - Onları mənim yanıma gətirin!

    Səhnə 4

    (3DN-27 padşahın yanında yerləşdirin.)

    Bu adamları gətirəndə, padşah soruşdu:

    - Doğrudur ki, Şadrak, Meşak və Aveq-Neqo, siz mənim allahlarıma xidmət etmirsiniz və mənim qoyduğum qızıl heykələ ibadət etmirsiniz?

    Ola bilsin ki, padşah fikirləşdi ki, bu adamlar əmri başa düşməyiblər. O, onlara daha bir şans verməyi qərara aldı.

    - İndi isə, əgər siz üz üstə yıxılmağa və heykələ ibadət etməyə hazırsınızsa, onda musiqi eşidən kimi bunu edin, əks tədqirdə, sizi qızmış sobaya atacaqlar. Və hansı allah onda sizi xilas edə bilər?

    Bəs sən nə edərdin? Unutma ki, səhv həmişə səhv olaraq qalacaqdır, düz isə, həmişə düz olaraq qalacaqdır. Şadrak, Meşak və Aved-Neqo fikirləşə bilərdilər: “Hə, gəl, sadəcə olaraq, üzdə görünmək üçün ibadət edək, ürəklərimizdə isə heykələ ibadət etməyəcəyik.” Amma Allahın Sözü aydın şəkildə deyir: “Onlara ibadət etmə və onlara qulluq etmə”. Oğlanların üçü də sevdikləri və ümid etdikləri Allaha təslim olmağı qərara aldılar. Onların cavablarına qulaq as (Müəllim, Dan. 3:16-18-i yüksəkdən oxuyun.). Başqa sözlə desək: “Biz düzgün olmayan hərəkəti etməyəcəyik, biz Allaha qulaq asmalıyıq”. Ola bilsin ki, üç dost Allahın Yeşaya peyğəmbər vasitəsilə dediyi vədləri bilirdilər: “...qorxma, çünki Mən səni satın aldım,

  • Rəbdə güclü Daniel

    20

    Səni adınla çağırdım, sən Mənimsən. .....odun içindən qaçsan belə, yanmayacaqsan,

    alov səni məhv etməyəcək. Çünki Mən sənin Allahın Rəbbəm, İsrailin Müqəddəsiyəm, Sənin Xilaskarınam....” (Yeş. 43:1-3).

    Sən izdihamın əksinə getməli olanda, Allahın vədlərini xatırla. Sən də Şadrak, Meşak və Aved-Neqo kimi Allah üçün dəyərlisən.

    Novuxodonosor qəzəblə doldu. O, Şadrak, Meşak və Aved-Neqoya nifrətlə baxırdı.

    - Sobanı yandırın, yeddi dəfə daha qaynar edin (3DN-29b sobanın altında fiqurunu yerləşdirin.).

    Və soba yanan məşəllə alovlananda, padşah ən yaxşı əsgərləri çağırdı.

    - Bu üçünü bağlayın və sobaya atın, - deyə, o əmr etdi.

    (3DN-27 fiqurunun ətrafına qəhvəyi rəngdə yun parça yerləşdirin.)

    Əsgərlər möhkəm kəndirlərlə üç dostun qollarını və ayaqlarını sarıdılar. Qolları, ayaqları sarınmış Şadrak, Meşak və Aved-Neqo bütün xalq qarşısında dayanmışdı. Ola bilsin ki, izdihamdan kimsə onları ələ salırdı. Amma insanların əksəriyyəti, yəqin ki, bu üç oğlanı, sadəcə olaraq, ağılsız hesab edirdi. Ola bilsin ki, cəsur oğlanları gözləyən cəzanı fikirləşərək kiminsə də tükləri biz-biz olurdu (3 gəncin fiqurunu yığışdırın.). Nəhayət, əsgərlər onları tutdular və yanan sobaya apardılar. Məşəlin dilləri sobadan kənara çıxırdı. Və güclü əllər Şadrakı, Meşakı, Aved-Neqonu sobaya atdı. Amma sobadan çıxan məşəl əsgərləri padşahın və bütün xalqın gözləri önündə yandırdı. Novuxodonosor belə olacağına ümid etmirdi. Hamını vahimə bürüdü. Padşahın ən yaxşı əsgərləri həlak oldular.

    Sonra Novuxodonosor sobanın kürəsinə baxmağa başladı. O, orada nəyin olduğunu gördü. Doğrudanmı onun görmə qabiliyyəti onu aldadırdı? Padşah öz gözlərinə inana bilmirdi. O, cəld döndü.

    - Məgər biz üçünü də sobaya atmadıqmı? – o soruşdu.

    Səhnə 5

    (Üç dostun fiqurunu artıq kəndirsiz qoyun və 3DN-30v “soba” fiqurunu yerləşdirin.)

    - Bu, elədir, padşah, biz məhz elə etdik, - yanında duranlar cavab verdilər.

    - Amma baxın. Mən orada dörd nəfər görürəm. Onların əlləri ayaqları bağlı deyil və alovun içində sərbəst gəzirlər. Elə görünür ki, alov onlara heç bir zərər vurmur. Dördüncü isə Allahın Oğluna

    Təxmin edilir ki, “Allah Oğluna bənzər” (padşah onu adlandırdığı kimi) Rəbb İsa Məsihin Özü idi, bəziləri isə təxmin edirlər ki, bu, Allahın göndərdiyi xüsusi mələk idi.

  • 21

    Rəbdə güclü Daniel

    bənzəyir!

    Bəs dördüncü kim idi? Bu, həqiqi Allahın yeganə Oğlu idi. Rəbbin Özü Şadraka, Meşaka və Aved-Neqoya kömək etmək üçün Öz Oğlunu göndərdi və elə etdi ki, O, görünən idi. Bu, Allahın Oğlunun Körpə formasında yer üzünə gəlməsindən hələ çox illər əvvəl baş vermişdi.

    Sən həmişə əmin ola bilərsən ki, sən Allaha qulaq asanda və izdihamın əksinə gedəndə Rəbb İsa səninlədir. Əlbəttə, sən Onu görə bilmirsən, amma O, hələ də səni möhkəmləndirmək və kömək etmək üçün yanında olacaqdır. Sən heç vaxt tək olmayacaqsan. Allahın Oğlu vəd edir: “Səni heç vaxt atmaram, səni heç vaxt tərk etmərəm” (İbr. 13:5).

    Şadrak, Meşak və Aved-Neqo alovun içində tək deyildilər və padşah bunu öz gözləri ilə gördü. Novuxodonosor çox ehtiyatla sobanın çıxış tərəfinə yaxınlaşdı və qışqırdı:

    - Şadrak, Meşak və Aved-Neqo, Qüdrətli Allahın qulluqçuları, çıxın. – Və üç gənc adam sobadan çıxdılar.

    Səhnə 6

    (3DN-27, 30 fiqurlarını yığışdırın və 3DN-26,27 fiqurlarını yerləşdirin.)

    Çıxan dostların ətrafına izdiham toplaşdı. Doğrudanmı onlar yanmadılar? Diqqətlə onlara baxaraq, onlar yalnız gənclərin sarındığı kəndirlərin yandığını gördülər. Onların saçları və paltarları heç yanmamışdı və hətta tüstünün iyi belə gəlmirdi. Allahın Oğlu sobada onlarla birlikdə idi. O, onları qoruyurdu.

    Bütün çətinliklərdə İsa Allahın övladları ilə olacaqdır. “... qorxma, ...sən- Mənimsən”. (Yeş. 43:1), - Allahın vədi budur. Bəzən Rəbb elə vəziyyətlərin baş verməsini buraxır ki, Onun övladlarını incidirlər, bəzən isə O, bizi bundan qoruyur. O, bizim üçün nəyin ən yaxşı olduğunu bilir və məhz onu da edir. O bilirdi ki, Şadrak, Meşak və Aved-Neqo üçün ən yaxşı nə olacaqdır və onları məşəldən qorudu.

    Padşah Novuxodonosor, həmçinin, başa düşdü ki, bu, baş verənlərin yeganə izahı idi. O dedi:

    - Şadrakın, Meşakın və Aved-Neqonun Allahı Öz mələyini göndərdi və Ona ümid edən Öz qulluqçularını xilas etdi. Mən əmr edirəm ki, hər xalqdan, tayfadan və dildən kimsə Şadrakın, Meşakın və Aved-Neqonun Allahına qarşı nəsə desə, tikə-tikə doğranılacaq və onun evi viranəliyə çevriləcəkdir, çünki bu cür xilas edə bilən başqa Allah yoxdur.

    Babilin hakimi etiraf etməli oldu ki, bu üç gənc oğlanın Allahı qüdrətli və hər şeyə qadirdir. Dostların cəsarətli hərəkəti padşahı

  • Rəbdə güclü Daniel

    22

    onların Allahı haqqında fikirləşməyə vadar etdi.

    Əgər sən Allaha qulaq asırsansa və izdihamın ardınca getmirsənsə, eyni şey səninlə də baş verə bilər. Ola bilsin ki, sənin dostlarından, yaxud ailəndən kimsə Rəbb İsa Məsihə iman edəcəkdir. Əgər sən Rəbb İsanı sevirsənsə, Ondan hətta digərləri bunu etməsə də, sənin Allaha itaət etməyin üçün kömək dilə.

    Həmçinin, ola bilsin ki, indi sən mühüm seçim qarşısında durmusan, onda Allahdan sənə cəsarət verməsini dilə. Rəbb İsa Şadraka, Meşaka və Aved-Neqoya kömək etdi; O, sənə də kömək edəcəkdir.

    TƏKRARLAMAQ ÜÇÜN SUALLAR1. Nə üçün padşah Novuxodonosor nəhəng bir heykəl tikdi? (O

    istəyirdi ki, insanlar heykələ ibadət etsinlər.)

    2. Şadrak, Meşak və Aved-Neqo kimə inanırdılar? (Onlar göyü və yeri yaradan tək həqiqi Allaha inanırdılar.)

    3. Hər şeyin Sahibi Kimdir? (Allahdır.)

    4. Heykələ ibadət etməyənləri nə etməklə hədələyirdilər? (Belələrini alovlu sobaya atmalı idilər.)

    5. Nə üçün Şadrak, Meşak və Aved-Neqo heykələ ibadət etmədilər? (Allah yalnız Ona və başqa heç kimə ibadət etməyi əmr edir.)

    6. Allaha itaət etmək üçün sən nə vaxt hamıya əks getməli olacaqsan? (Cavablar fərqli ola bilərlər.)

    7. Padşah gənc oğlanlara heykələ ibadət etmələrini, yaxud da sobaya atılacaqlarını əmr etdi. Gənclər bunun cavabında padşaha nə dedilər? (Onlar dedilər ki, Allaha itaət etməlidirlər və Allah onları alovdan xilas etməyə qadirdir.)

    8. Şadrak, Meşak və Aved-Neqonu sarıyan və sobaya atan əsgərlərə nə oldu? (Alov onları öldürdü.)

    9. Gənc oğlanlar alova atılanda padşah Novuxodonosoru heyrətləndirən şey nə idi? (Üç nəfərin yerinə dörd nəfər gördü, həmçinin, bu gənclərin qolları, ayaqları bağlı deyildi və alov onlara zərər vurmurdu.)

    10. Gənclər sobadan çıxandan sonra padşah hansı əmri verdi? (Həqiqi yaşayan Allaha qarşı kimsə bir şey desə, öldürüləcəkdir.)

  • 23

    Rəbdə güclü Daniel

    Dərs 5RƏQABƏT KƏLAM

    Daniel 5:1-31.

    MƏRKƏZİ HƏQİQƏT

    Allah günaha çox ciddi yanaşır və onu mütləq cəzalandıracaqdır.

    DƏRS

    “Nə istəsəm, onu edəcəyəm. Heç kim mənə göstəriş verə bilməz! Mənə Allah nə deyir, axı O, heç vaxt məni cəzalandırmayacaqdır!”

    Səhnə 1

    (5 DN- 42 fiqurunu yerləşdirin.)

    Bu gün biz məhz elə danışan padşah ilə görüşəcəyik. O, Allahın Özünə çağırış atdı. Allaha itaət etməməsi onu heç narahat etmirdi. Bu padşahın adı Belşassar idi. Padşah Novuxodonosorun dəfn edilməsindən artıq iyirmi il keçmişdir. İndi Babili Belşassar idarə edirdi. Ola bilsin ki, o, Novuxodonosorun nəvəsi idi.

    Bir gün Babilin yeni padşahı ziyafət qurmağı qərara aldı. O, minlərcə qonaqlar dəvət etdi! Masanı şəhərin mərkəzində olan sarayda açdılar.

    Amma şəhərdən kənarda da nəsə baş verirdi: orada düşmənin ordusu toplaşmışdı. Düşmən ordusu hücumla hədələyirdi. Padşah Belşassar bu haqda bilirdi, amma həddindən çox məğrur idi: “Narahat olmağa dəyməz!”- o fikirləşirdi.

    Babilin divarları səkkiz mərtəbəli binanın hündürlüyünə çatırdı və altı xətli şosse yolu enində idi! Şəhərin darvazaları bağlı idi və bir neçə il müddətində onları heç açmaya bilərdilər, çünki şəhərdə bütün bu vaxt üçün kifayət qədər qida var idi. Bundan əlavə, şəhərin içindən sakinləri su ilə təmin edən çay axırdı. Buna görə də qürurlu padşah heç bir təhlükə hiss etmirdi.

    İndi Allahın məğrurlar haqqında nə dediyinə qulaq as: “....Allah məğrurlara qarşıdır, itaətkarlara isə lütf göstərər” (1 Pet. 5:5). Allah həmişə məğrurlara qarşıdır, çünki məğrurluq – günahdır, axı bu, çox pis hissdir. Bəs sən məğrursan? Ola bilsin ki, sən fikirləşirsən ki, sən başqalarından daha yaxşısan, çünki sən daha ağıllısan, yaxud sən müasir geyinirsən. Yaxud ola bilsin ki, sən özünü Cənnətə layiq olan xeyirxah, yaxşı adam hesab edirsən. Xahiş edirəm, həmişə Allahın bu haqda nə fikirləşdiyini unutma.

    Belşassar isə Allaha heç məhəl qoymurdu. Bu məğrur adam istəyirdi ki, hamı onun böyük padşah olduğunu və az saylı düşməndən qorxmadığını görsünlər. Ziyafət çox təmtəraqlı idi.

    Belşassarın atası Nabonid uzun müddət Babildə yox idi. Buna görə də o, idarəetməni öz böyük oğlanları arasında bölüşdürmüşdü.

    Təxmin edilir ki, Babilin divarlarının hündürlüyü 915 metrə və eni 180 metrə çatırdı.

  • Rəbdə güclü Daniel

    24

    Oraya ölkənin ən mühüm adamları dəvət edilmişdir. Onların sayı nə qədər idi? Düzdür, minlərcə! Ancaq, onların arasında bir müdrik yox idi. Daniel yox idi. Maraqlıdır, nə üçün o gəlmədi?

    Süfrəyə ən dadlı yeməkləri gətirirdilər. Yemək həddindən çox idi. Şərab çay kimi axırdı, padşah Belşassar isə sağlıqlar deyirdi. Qonaqlar sağlıqlarını öz allahlarına həsr edirdilər. Yəqin ki, kimsə təklif etmişdir: “Gəlin Mardukun şərəfinə içək!” – və hamı ona qoşuldu. Digəri isə, ola bilsin ki, ucadan nida etdi: “Nevonun şərəfinə içək!” – daha bir sağlıq; və beləcə, davam etdi. Və əlbəttə ki, tezliklə padşah və onun qonaqları tamamilə sərxoş idilər.

    (5DN-43 fiqurunu yerləşdirin.)

    Belşassar qulluqçulara əmr verməyi qərara aldı:

    - Novuxodonosorun Allahın Evindən Yerusəlimə apardığı qızıl və gümüş qabları gətirin.

    Bütün bu qablar əvvəlcə məbəddə Allaha ibadət etmək üçün istifadə olunurdular, indi isə bu dəhşətli ziyafətə gətiriliblər. Allahın Sözünün bu haqda dediklərinə qulaq as. (Müəllim, Dan. 5:3-4-ü ucadan oxuyun.). “Onda məbəddən – Allahın Yerusəlimdə olan evindən çıxarılmış qızıl qablar gətirildi. Padşah, əyanları, arvadları və cariyələri bunlarla şərab içməyə başladılar. Onlar şərab içərək qızıl, gümüş, tunc, dəmir, ağac və daş allahlara həmd etdilər.” Bunu etməklə bütün qonaqlar Allaha öz etinasızlıqlarını göstərdilər. Onlar Rəbbi ələ saldılar, sadəcə olaraq, Ona qarşı çıxırdılar. Bu, necə də dəhşətlidir!

    Ola bilsin ki, sən deyirsən: “Mən heç vaxt Belşassar kimi Allaha qarşı çıxmayacağam”. Bu, belədir? Hər dəfə sən Allaha qulaq asmayanda, sən Ona qarşı çıxırsan. Allah valideynlərə itaət etməyi əmr edir, səndə isə bu, həmişə alınmır. Sənə televizoru söndür deyəndə, söndürmək istəmirsən; sənə deyilən vaxtdan daha gec qayıdırsan evə; bəzən hətta valideynlərinlə mübahisə edirsən. Sən bütün bu şeyləri edəndə, sadəcə olaraq, Allaha qarşı çıxırsan. Eyni şey sən hər dəfə yalan danışarkən, söyüş söyərkən, yaxud biclik edərkən də baş verir. Bütün bunlar çox ciddi hərəkətlərdir. Allah günahı cəzalandırmalıdır, çünki O, müqəddəsdir. Bu haqda düşün. Heç vaxt Allah haqqında düşünməyən Belşassar kimi olma.

    Səhnə 2

    (5DN-43 fiqurunu yığışdırın və 5 DN-44 fiqurunu əlavə edin.)

    Ziyafətin ən qaynar vaxtı idi. Padşah öz arvadları və mülkü ilə öyünürdü. Və birdən bir anlıq hamı donub qaldı. Artıq heç kim zarafat etmirdi və heç kim gülmürdü. Bütün iştirak edənlərin gözləri zalın divarına dikilmişdi.

    Elə bu an bir insan əlinin barmaqları göründü və şamdanın yanında padşah sarayının divarının suvağı üzərinə nəsə yazdı.

    Təxminən belə müddətdə babillilər öz allahlarına illik bayram təşkil edirdilər.

  • 25

    Rəbdə güclü Daniel

    Lakin bu sözlər çox qəribə idilər, heç kim onları başa düşə bilmirdi.

    (5DN-45 fiqurunu yerləşdirin və bu sözləri latın hərfləri ilə yazın və flaneleqrafda yerləşdirin.)

    Sonra əl yoxa çıxdı, amma sözlər qaldılar (5DN-44 fiqurunu yığışdırın.). Məğrur padşahı titrəmə tutdu; üzü ağappaq oldu; dizləri qorxudan titrədi. O, hələ heç vaxt belə qorxmamışdır. Bu ana qədər Belşassar həmişə hesab edirdi ki, o, ağlına gələn hər şeyi edə bilərdi və heç kim qarşısında cavab verməli olmayacaqdır. Amma indi onun gözləri önündə elə bir şey oldu ki, onu öz etiqadına şübhələndirməyə vadar etdi. Padşah yazılanları başa düşmürdü, amma yenə də çox qorxdu.

    Müqəddəs Kitab çox aydın şəkildə deyir ki, bir gün hər kəs Allah qarşısında cavab verəcəkdir. Burada biz, həmçinin, oxuyuruq ki, ölümdən sonra məhkəmə olacaqdır. (İbr. 9:27). Fikirləşmə ki, sən günahda yaşayaraq bundan qaça bilərsən. Allah hər şeyi bilir: valideynlərinə necə itaət etməməyini, necə qəzəbləndiyini, necə yalan danışdığını...

    Rəbb, həmçinin, Belşassarın məğrurluğunu da bilirdi. O görürdü ki, Babilin padşahı Ona çağırışlar atır. Bax buna görə divarda belə qeyri-adi sözlər yazılmışdır.

    - Öz sehrbazlarımı, baxıcılarımı və xaldeylərimi çağırım. Qoy onlar cəld bu sözləri mənə oxusunlar və onların mənasını mənə izah etsinlər- Belşassar əmr etdi.

    Səhnə 3

    (5DN-42 fiqurunu yığışdırın; 5DN-46 və 5DN-47 fiqurunu əlavə edin.)

    Padşahın bütün müdrikləri cəld toplaşdılar.

    - Divarda yazılanları izah edən şəxsə qırmızı libas geyindiriləcəkdir. Mən bu adamın boynuna, həmçinin, qızıl zəncir taxacağam və onu Babil padşahlığında üçüncü adam təyin edəcəyəm – padşah həyəcan içində vəd etdi.

    Amma heç bir müdrik ona heç cür kömək edə bilmədi. Onlar hətta divarda yazılanları heç başa düşə bilmirdilər. Padşah çox qorxmuşdu. Onun qonaqlarını vahimə bürüdü. Və bu an kimsə Danieli xatırladı! Mələkə (5Dn-48 fiqurunu yerləşdirin), ola bilsin ki, Belşassarın anası, uzun illər əvvəl Danielin necə Novuxodonosora kömək etdiyini xatırladı.

    - Padşah sağ olsun! Qorxma. Sənin padşahlığında müqəddəs allahların ruhu yaşayan bir adam var. Navuxodonosorun padşahlıq etdiyi günlərdə heç bir müdrikin izah edə bilmədiyi yuxuları o yozur və problemləri həll edirdi. Onun adı Danieldir. Onun dalınca adam göndər və o, divarda yazılanları sənə izah

    Adətən, qonaq otaqlarının divarlarında padşahın igidlikləri və qələbələri yazılırdı. Bu dəfə padşah özü üçün olan hökmü oxuyacaqdır.

    “Mələkə” ya Belşassarın anası, ya da ki, nənəsi idi; o, keçmişdə Danielin sarayda necə mühüm bir adam olduğunu bilirdi.

  • Rəbdə güclü Daniel

    26

    edəcəkdir.

    Səhnə 4

    (5 DN-48 fiqurunu yığışdırın.). Təsəvvür et ki, bu vahimələndirici sirri aça biləcək kiminsə olmasını padşah necə təsəlli ilə dinlədi. Tezliklə artıq yaşlanmış Danieli ziyafətə gətirdilər (5DN-49 fiqurunu 5 DN-47 ilə əvəz edin.).

    - İsrail qəbiləsindən olan Daniel sənsənmi? – Belşassar soruşdu. – Mən eşitmişəm ki, sən böyük müdrikliyə maliksən.

    Sonra padşah müdriklərə vəd etdiyi mükafatı Danielə verəcəyini vəd etdi. Xatırlayırsanmı, bu, nə mükafat idi?

    - Hədiyyələrin qoy özünə qalsın, - Daniel cavab verdi. – Mən bu xəbərin mənasını sənə açacağam.

    Lakin müdrik yazılanları padşaha izah etməzdən öncə ona nə isə demək istəyirdi.

    - Novuxodonosoru xatırla, - o, davam etdi. – O, məğrur və qüdrətli rəhbər idi. O da istədiyi hər şeyi edə biləcəyini düşünürdü. Amma Allah Novuxodonosora onun əslində necə zəif və heç kim olduğunu göstərdi. Novuxodonosorun insanlardan necə ayrıldığını və heyvan kimi tarlada yaşadığını xatırla. Rəbb ona göstərdi ki, yalnız Qüdrətli Allah Ona məqbul olan şeyi edə bilər. Axı O ,hər şeyi idarə edir: padşahlara səlahiyyət verir və səlahiyyəti geri alır.

    Belşassar Novuxodonosorla baş verənləri bilirdi, buna görə də Danielə qulaq asaraq, o, daha da çox qorxdu.

    (5DN- 47 və 49 fiqurlarını yığışdırın; 5DN-50 və 51 fiqurlarını yerləşdirin.)

    Daniel hələ də davam edirdi:

    - Sən də Göylərdəki Allaha qarşı çıxdın. Sən Yerusəlimdəki məbəddən gətirilmiş qızılı və gümüşü qablarda içdin. Bunu etməklə sən Allaha çağırış atdın. Sən babil bütlərini izzətləndirdin, lakin sənə nəfəs verən Rəbbə ehtiram göstərmədin. Və buna görə də Allah sənin üçün bu xəbəri yazmağa əl göndərdi.

    Daniel Belşassara çox aydın başa saldı ki, o, heç bir şey ilə özünə bəraət qazandıra bilməz. Padşahın özü öz yolunu seçmişdir: o, yeganə həqiqi Allahı unutmuşdur, Onu ələ salmışdır, Ona qarşı çıxmışdır.

    Bəs sənin haqqında nə demək olar? Sən özünə bəraət qazandıra bilərsən? Sən artıq eşitdin ki, günah – çox ciddi şeydir. Sən artıq bilirsən ki, yeganə xilas yolu- günaha görə cəzanı çəkmiş Rəbb İsa Məsih vasitəsilədir. Amma O, indi sağdır və sən bilirsən ki, Onun səni xilas etməsi və sənin həyatını dəyişdirməsi üçün sən Ona etibar etməlisən. Müqəddəs Kitab çox aydın deyir ki, başqa

  • 27

    Rəbdə güclü Daniel

    heç kimdə xilas yoxdur. (Həv. iş. 4:12-ni oxuyun). Sən hələ də Allaha qarşı çıxırsan və heç bir şey ilə bəraət qazana bilmirsən?

    Belşassar da məhz belə bir vəziyyətdə idi. O, çox narahat idi və qorxurdu. Nəhayət, Daniel sirli xəbərin izahına keçdi.

    - MENE, MENE, TEKEL, UPARSİN, - o oxudu. – “MENE” – sənin günlərin hesablanmışdır deməkdir.

    Yəni, Allah Danielə açdı ki, Belşassarın vaxtı tükəndi. Sonra Daniel digər sözü izah etdi:

    - “TEKEL” - sən Allahın tərəzisində çəkildin, amma tələblərə uyğun gəlmədin, çox yüngül oldun.

    Heç kim tamlıqla Allahın tələblərinə uyğun gələ bilməz. “Saleh olan yoxdur,

    Bir nəfər belə, yoxdur….” (Rom. 3:10). Yalnız Rəbb İsa sənin Xilaskarın olan anda sən lazım olan səviyyəyə çata bilərsən, başqa sözlə, Allahın tələblərinə uyğun olacaqsan.

    Daniel son sözü oxudu:

    - “UPARSİN”. Bu, “bölündü” deməkdir. Sənin padşahlığın sənin düşmənlərin olan Midiyalılar və farslar arasında bölünəcəkdir.

    Bu, nə vaxt baş verəcək? Düşmənin ordusu səylə çalışırdı: onlar çay üçün başqa kanal qazırdılar və çayı şəhərin divarları arxasında gölə çevirərək qurudurdular. Və sonra bütün ordu quru çay yolu ilə şəhərə gələ bilərdi. Bu, divarda qəribə xəbər peyda olan gecə baş verdi. Düşmənlər Belşassarı ələ keçirdilər və onu öldürdülər.

    Yadındadır, biz artıq ölümdən sonra məhkəmənin olacağı haqqında danışmışdıq. Və indi Belşassar Allahın önündə durmalı oldu. Sən də bir gün Allah ilə görüşməli olacaqsan. Bizim hər birimiz üçün bu görüş qaçılmazdır. Əgər sən Rəbb İsanı öz şəxsi Xilaskarın kimi qəbul etmisənsə, onda sən heç bir şeydən qorxmamalısan. Allah səni Cənnətə qəbul edəcəkdir. Amma əgər sən Rəbb İsadan sənin Xilaskarın olmasını hələ xahiş etməmisənsə, onda Rəbb səni Öz Padşahlığına buraxmayacaqdır. Sən öz günahlarına görə cəzalandırılacaqsan. Yalnız İsa Məsih sənin vəziyyətini dəyişdirə bilər.

    Allahsız yaşayan və Onsuz ölən padşah Belşassar kimi olma. Sən yalnız Rəbb İsanı öz şəxsi Xilaskarın kimi qəbul etdiyin vaxt Rəbb səni xilas edəcək və sənin həyatını dəyişəcəkdir. Allah deyir: “İndi münasib vaxtdır, indi xilas günüdür.”

  • Rəbdə güclü Daniel

    28

    DƏRSİ TƏKRARLAMAQ ÜÇÜN SUALLAR

    1. Nə üçün Belşassar heç uyğun olmayan bir vaxtda ziyafət açdı? (Ona görə ki, Babil divarlarının arxasında şəhərə hücum edəcək düşmən ordusu toplaşmışdı.)

    2. Nə üçün padşah hesab edirdi ki, Babil tam təhlükəsizlikdə idi? (Şəhər çox qalın divarlarla əhatə olunmuşdu; həmçinin, şəhərdə çoxlu yemək və su ehtiyatları var idi.)

    3. Padşah Allahın məbədindən gətirilən qablara qarşı hansı günahı işlətdi? (Öz qonaqları ilə birlikdə o, bu qabları bütlərə ibadət etmək üçün istifadə etdi.)

    4. Necə fikirləşirsən, nə üçün Allahdan günahı gizlətmək mümkün deyil? (Allah hər şeyi bilir.)

    5. Padşah və onun qonaqları ziyafət edəndə və Allahın məbədindən olan qablarda şərab içəndə nə baş verdi? (Əl peyda oldu və divarda xəbər yazdı.)

    6. Padşah yazılanları izah edənə nəyi hədiyyə edəcəyini vəd etdi? (Qırmızı geyim verəcəkdir, boynuna qızıl zəncir taxılacaqdır və Babil padşahlığında üçüncü adam təyin ediləcəkdir.)

    7. Allah qarşısında günahların bağışlanmasını və bəraəti necə qazana bilərsən? (İmanla Rəbb İsanı öz Xilaskarın kimi qəbul etmək.)

    8. Bütün şeylərin sahibinin yaşayan Allah olduğunu dərk etməkdə Belşassara kömək etmək üçün Daniel ona bir padşahı xatırlatdı. Məhz kimi? (Ona insanlardan ayrı salınan və heyvan kimi tarlada yaşayan Novuxodonosoru xatırlatdı.)

    9. Divarda yazılan sirli yazını Daniel necə izah etdi? (Padşah Allahın iradəsinə qarşı çıxmışdır, buna görə də onun padşahlığı ondan alınıb düşmənlərinə veriləcəkdir).

    10. Nə üçün Rəbb İsaya iman edənlər mühakimə olunmayacaqlar, lakin Cənnətdə yaşayacaqlar? (Rəbb İsa artıq bizim günaha görə olan cəzamızı Öz üzərinə götürübdür.)

  • 29

    Rəbdə güclü Daniel

    Dərs 6QURTULUŞ KƏLAM

    Daniel 6:1-28.

    MƏRKƏZİ HƏQİQƏT

    Allah hər şeyi idarə edir.

    DƏRS

    Padşah Belşassar öləndə, Babildə böyük dəyişikliklər baş verdi. İndi ölkəni başda Dara olmaqla midiyalılar və farslar idarə edirdilər.

    Səhnə 1

    (6DN-52 padşah fiqurunu yerləşdirin.)

    Dara 120 canişin təyin etdi, onların üzərində üç vəzir qoydu (6 DN-53, 54 və 55 fiqurlarını yerləşdirin.). Padşah Dara bu üç kişini çox diqqətlə seçmişdir. Belə tapşırıq üçün o, necə adamlar axtarırdı? (Qoy uşaqlar cavab versinlər.). Bu üç vəzirin içində bilirsən kim seçilmişdir? Düzdür? Bizim dostumuz Daniel (6 DN- 56 və 57 yerləşdirin.).

    Padşahlığın sakinləri vergilər verməli idilər, idarə edənlər - bu vergiləri toplamalı və onları müdrikliklə xərcləməyə nəzarət etməli idilər. Sonra bu rəhbərlər Daranın onlar üzərində təyin etdiyi üç vəzir qarşısında hesabat verməli idilər. Bu üç vəzir isə hər şeyi yoxlayır və hər şey haqqında padşaha çatdırırdılar.

    Tezliklə Dara fikir verdi ki, Daniel digər iki vəzirdən fərqlənir- o, daha müdrikdir. Padşah həmişə ona etibar edə bilərdi. Buna görə də indiki sahib Danieli bütün padşahlığı idarə edən təyin etməyi qərara aldı. Dara bu qərarları o zaman dünyanın ən qüdrətli padşahı olarkən vermişdir.

    Amma Dara və bütün dünya üzərində rəhbərlik edən Biri, Öz planını fəaliyyətə salırdı. Məhz Allah bu mühüm iş üçün Danieli təyin etmişdir və O, elə etdi ki, Daniel bu vəzifəni əldə etdi. Məgər heç bir padşahın, yaxud prezidentin bunu dərk etməsinə baxmayaraq, hər şeyi Allahın idarə etdiyini bilmək gözəl deyilmi? Müqəddəs Kitabda biz oxuyuruq: “Padşahın ürəyi Rəbbin əlindədir...” (Sül. Məs. 21:1). Bu, bu gün də bütün rəhbərlərə aiddir.

    Bu, Daraya da aiddir. Canişinlər və vəzirlər Danielin vəzifəsinin qalxdığını eşidəndə, çox qəzəbləndilər. “Padşah Danieli bizim üzərimizdə təyin etməklə nə demək istəyir, - onlar fikirləşirdilər. – O, sadəcə olaraq, yəhudi əsiridir. Onun bizim üzərimizdə hökmranlıq etməyə hansı hüququ var?!”

    Yəqin ki, Danielin artıq 80-dən çox yaşı var idi. Onu yəqin ki, yeniyetməlik yaşlarında əsir aparmışdılar.

  • Rəbdə güclü Daniel

    30

    İzah edin ki, Daniel kamil adam deyildi, lakin o,

    həmişə düzgün hərəkət etməyə çalışırdı. Vəzirlər başa düşdülər ki, yalnız

    bir yolla Danieli padşahın gözlərindən salmaq olar - onu seçim qarşısında qoyaraq: Allaha, yoxsa

    insana qulaq asmaq seçimi.

    (Bütün fiqurları yığışdırın və 6 DN-56 və 57 yerləşdirin.)

    Canişinlərin və vəzirlərin qəzəbi və paxıllığı onları pis fikirlərə gətirib çıxartdı. Onlar gizli görüş keçirdilər. Ola bilsin ki, o, belə keçdi:

    - Danieldən necə qurtulaq?

    - Gəlin onu diqqətlə izləyək və ona pis bir şey öyrədək.

    - Bu, baş tutmaz. O, həmişə etdiyi hər şeydə diqqətlidir. Sanki o, heç vaxt səhv etmir.

    - Amma yenə də o, nəyisə tam düz etmir.

    Bəlkə də, onlar Danielə nəzarət etmək üçün bir müddət bir neçə adam təyin etdilər.

    Sonra canişinlər və vəzirlər yenidən məsləhətləşmək üçün toplaşdılar.

    - Biz onda pis heç bir şey tapmırıq, nə işində və nə də ki, başqa bir şeydə.

    - Bəs o, boş vaxtlarında nə edir?

    - Çox şey. Misal üçün, öz Allahına dua edir. O, gündə üç dəfə açıq pəncərə önündə diz çökür və dua edir.

    - Bizə elə bu lazımdır!

    (Bütün fiqurları yığışdırın.)

    Beləliklə, paxıllıq çəkənlər plan qurmağa başladılar. Hər şey hazır olanda, onlardan bir neçəsi padşahın yanına getdi.

    Səhnə 2

    (6DN-57 və 52 fiqurunu yerləşdirin.)

    - Padşah Dara sağ olsun! Bütün vəzirlər və padşahlığın sakinləri öz aralarında padşah fərmanını verməyi qərara aldılar. Qoy otuz gün ərzində xalq heç kimə – nə Allaha, nə də insana dua etməsin - lakin yalnız sənə dua etsin. Və əgər kimsə səndən başqa kiməsə dua edərsə, qoy o, şirlərin quyusuna atılsın. Belə bir fərman yaz və onu imzala ki, sonra dəyişdirmək olmasın.

    Yəqin ki, belə bir təklif padşahı... Belə fərman onu az qala allah vəzifəsinə qaldırıb çıxardırdı. Beləliklə, fərman Daranın xoşuna gəldi, buna görə də o, heç bir sual vermədən yazdı və ona imzasını qoydu.

    (Bütün fiqurları yığışdırın.)

    Səhnə 3

    (6DN-55 fiqurunu yerləşdirin.)

    Tezliklə Daniel də padşahın imzaladığı fərman haqqında eşitdi. Ola bilsin ki, o, başa düşdü ki, bu, ona qarşı olan düşmənlərin

  • 31

    Rəbdə güclü Daniel

    planıdır. Onların fikirləşdikləri şey baş tutacaqmı? Müqəddəs Kitab deyir ki, hətta Allahın düşmənləri belə öz istədikləri şeyi edə bilməzlər. Allah bütün Öz düşmənləri üzərində səlahiyyətə malikdir; O, hər şeyi və hər kəsi idarə edir. Allahdan uzaqda hər şey etməyə çalışsalar da, Onun planlarını poza bilməzlər. Rəbb, sadəcə olaraq, Danielin düşmənlərinə öz şər planlarını fəaliyyətə gətirmələrinə izin verdi. Amma öz fəaliyyətləri ilə bu adamlar Allahı heç təəccübləndirmədilər. İndi də hər şey Onun idarəsi altında idi. Daniel çətin seçim etməli olanda bu haqda bilirdi.

    Gəlin fikirləşək görək, Daniel nə edə bilərdi. O, sadəcə olaraq, qərar verə bilərdi: “Hamının məni gördüyü yerdə dua etmək mütləq deyil. Mən harada olsam belə, Allah məni eşidəcəkdir.” O, həmçinin, fikirləşə bilərdi: “Mən işləyərkən özüm üçün dua edəcəyəm.” Bəs əslində, o, nə etdi?

    Səhnə 4

    (6DN-55 fiqurunu yığışdırın; əlavə vərəqdə 6DN-58 və 59 Daniel pəncərənin yanında fiqurunu yerləşdirin.)

    Danielin hər bir addımını izləyirdilər. Danielin, adətən, dua etdiyi vaxt yaxınlaşdı. Daniel sadiq qalacaqdırmı?

    - Sən bir bax! O, heç bir şey olmamış kimi düz pəncərənin qarşısında dua edir. O, padşahın fərmanına heç əməl etmək istəmir. Bir dayan! Gör padşah bu haqda eşidəndə nə olacaqdır!

    Müqəddəs Kitab deyir: “Daniel belə bir fərmanın imzalandığını öyrəndikdə öz evinə qayıtdı. Onun yuxarı otağının Yerusəlimə tərəf olan pəncərələri açıq idi. Daniel əvvəllər etdiyi kimi gündə üç dəfə diz çöküb öz Allahına dua etdi və Onun önündə şükür etdi” (Dani. 6:10). Danieldə hətta sual belə yaranmadı: “Kimə dua edim?” Allahın Sözü aydın deyir: “Məndən başqa allahların olmasın” (Çıx. 20:3). Daniel nəinki duada Allaha müraciət etdi, o, hətta Allah Öz Sözündən bir şey deyəndə Onu eşidir və deyilənlərə əməl edirdi. Daniel nə üçün dua etdi? O, Allahı tanıyırdı, o bilirdi ki, Rəbb - yeganə, qüdrətli və hər şeyə qadirdir. Daniel Allahı sevirdi və yalnız Ona qulaq asacağına qəti qərar vermişdir.

    Bəs sən Allahı tanıyırsan? O, hamını idarə edir və hələ də sənin və mənim kimi günahkarları sevir. Allah bizə Onun övladları olmaq imkanı veribdir. Rəbb İsa Məsih, Onun yeganə Oğlu günahlara görə öldü. O, cəzanı elə çəkdi ki, sanki Özü günah işlətmişdir. Amma İsa ölü olaraq qalmadı, bu gün O, sağdır və əbədiyyən yaşayacaqdır. O, bu sözləri deyir: “Yol, həqiqət və həyat Mənəm. Mənim vasitəm olmadan heç kim Atanın yanına gələ bilməz” (Yəh. 14:6). Sən Allaha qarşı çıxan günahkarsan, amma bağışlanmanı əldə edə bilərsən. Əgər sən həqiqətən dəyişmək və Allaha məxsus olmaq istəyirsənsə, onda sən Rəbb İsanı öz şəxsi Xilaskarın kimi qəbul etməlisən. Və onda, sən də

  • Rəbdə güclü Daniel

    32

    Daniel kimi Allahı tanıyacaq və Ona məxsus olacaqsan.

    (Bütün fiqurları və vərəqi də yığışdırın.)

    Səhnə 5

    (6 DN-52, 57 padşahın yanına gələn insan qrupu fiqurunu yerləşdirin.)

    Danieli izləyən adamlar padşahın yanına tələsirdilər.

    - Padşah sağ olsun, məgər sən yeni fərman verməmişdin ki, səndən başqa heç kim 30 gün müddətində öz allahına, yaxud başqa bir adama dua etməsin, yoxsa şirlərin quyusuna atılacaqdır?

    - Bu, belədir, - padşah cavab verdi. – Bu fərman imzalanıbdır və midiyalıların və farsların qanununa əsasən, dəyişdirilə bilməz.

    Yəqin ki, bu adamlar cümlələrinə davam edərkən öz sevinclərini saxlamaq çətin idi:

    - Bəli, amma yəhudilərdən əsir olan Daniel, nə sənə, nə də ki, sənin fərmanına məhəl qoymur, ey padşah. O, sənə dua etməkdən imtina edir və gündə üç dəfə öz Allahına dua edir!

    (6DN-57 fiqurunu yığışdırın və padşah Daranın fiqurunu saxlayın.)

    Bir anlıq padşah başa düşdü ki, onu barmaqlarına dolayıblar ki, bunun köməkliyi ilə Danieldən qurtulsunlar. Ola bilsin ki, o özündən soruşdu: “Nə üçün mən belə düşünmədən hərəkət etdim? Nə üçün mən bu fərmanı yazdım? Mən Danieli indi necə xilas edə bilərəm?” Bütün günü o, Danielin həyatını xilas etmək üçün nə isə fikirləşməyə çalışırdı. Günün sonu yaxınlaşırdı, padşahın ağlına isə heç bir şey gəlmirdi. O öz dostu üçün çıxış yolu tapa bilmirdi. Günəş batandan sonra xəbər gətirənlər yenidən padşahın yanına gəldilər.

    - Ey padşah, xatırla ki, midiyalıların və farsların qanunua görə bu fərmanı dəyişmək olmaz.

    Ah, padşah o fərmanı indi necə dəyişmək istərdi! Amma Dara Danieli cəzadan heç cür azad edə bilmirdi.

    Bu problem padşah üçün həddindən çox çətin idi, amma Allah üçün həddindən çox çətin problem olmur. O, hər şey və hər kəs üzərində səlahiyyətə malikdir. Müqəddəs Kitabda yazılmış bu gözəl sözlərə qulaq as: “Allah üçün hər şey mümkündür” (Mark 10:27). Əgər sən məsihçisənsə, bu sözləri yadda saxla. Allah o qədər böyük və hər şeyə qadirdir ki, hər şeyi istədiyi kimi edə bilər, Onun istəyi isə - həmişə ən yaxşıdır. Ola bilsin ki, sənin valideynlərin tez-tez mübahisə edirlər və bu, səni narahat edir. Sadəcə olaraq, bu haqda Allaha dua et. Ola bilsin ki, sənin qardaşın pis vəziyyətə düşübdür – və bu haqda da dua et. Allah hər şeyi Öz əllərində saxlayır. Bu, hətta Daniel şirlərin quyusuna

  • 33

    Rəbdə güclü Daniel

    gedəndə də belə idi. Qanun