Dövlət İqtisad Universitetinin Əməyinlib.bbu.edu.az/files/book/645.pdf · 2018. 1. 4. ·...

480

Transcript of Dövlət İqtisad Universitetinin Əməyinlib.bbu.edu.az/files/book/645.pdf · 2018. 1. 4. ·...

  • Redaktor: Sumqayıt Dövlət Universitetinin “Menecment” kafedrasımn

    dosenti, iqtisad elmləri namizədi AH.Tağıyev

    Rəyçilər: Azərbaycan Dövlət İqtisad Universitetinin “Əməyin

    iqtisadiyyatı və təşkili” kafedrasının müdiri, Azərbaycan

    Respublikasının Əməkdar Elm Xadimi, iqtisad elmləri doktoru,

    professor, T. Ə. Quliyev

    Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar

    Mərkəzinin Elmi işlər üzrə direktor müavini, iqtisad elmləri

    doktoru, professor T.N.Əliyev

    İqtisad elmləri namizədi, dosent K.X.Abdullayev İqtisad elmləri

    namizədi, dosent Q.S.llüseynov Beynəlxalq biznes (dərslik).

    Sumqayıt, 2011-ci il, 480 səhifə

    Azərbaycan şirkətlərinin beynəlxalq işgüzar əməliyyatlann miqyasını

    genişləndirməsi idarəetmə kadrlannın hazırlanması sistemində müvafiq dəyişikliklər

    edilməsi zərurətini yaratmış, bu sahədə fundamental biliklərə malik kadrlara ehtiyacı

    artırmışdır. Bundan irəli gələrək Azərbaycan Respublikası Təhsil Nazirliyinin ali ixtisas

    təhsilinin dövlət standartında biznesin idarə edilməsi ixtisası üzrə hazırlanan kadrlann

    beynəlxalq biznesin əsaslan haqqında biliklərə yiyələnmələri lazım bilinmişdir. Bu

    dərsliyin ərsəyə gəlməsi də həmin tələbatdan irəli gəlmişdir.

    Dərslikdə beynəlxalq biznes fəaliyyətinin həyata keçirilməsi motivi, beynəlxalq

    biznesin təşkilati-hüquqi formalan, beynəlxalq biznesin müasir inkişaf meyilləri olaraq

    innovasiya fəaliyyəti, dünya iqtisadiyyatında kiçik biznesin yeri və inkişaf meyilləri,

    eləcə də beynəlxalq biznesin maliyyələşdirilməsi məsələlərinə geniş yer verilmişdir.

    Beynəlxalq bizneslə məşğul olan iş adamlan buradan beynəlxalq biznesdə risklər,

    təhlükəsizlik və sığorta məsələləri, beynəlxalq biznesdə qərarlann qəbul edilməsi

    haqqında müəyyən məlumat ala bilərlər. Dərslik biznesin idarə edilməsi istiqamətində

    təhsil alan bakalavr, magistr və doktorantlar, habelə geniş oxucu kütləsi üçün nəzərdə

    tutulmuşdur.

    „525000-128., D ------------------ M

    178-09 ©“Bilik” nəşriyyatı, 2011

  • MÜNDƏRİCAT

    İXTİSARLARIN SİYAHISI 5

    ÖN SÖZ 7

    I FƏSİL. BEYNƏLXALQ BİZNES ANLAYIŞI.

    BEYNƏLXALQ BİZNESİN TƏŞKİLATİ

    ƏSASLARI 9

    Qloballaşma əsri. Qlobal təsərrüfatın təşəkkül

    tapması 9

    Beynəlxalq biznesin mahiyyəti 19

    Beynəlxalq biznes fəaliyyətinin həyata

    keçirilməsinin motiviəşdirilməsi 23

    Beynəlxalq biznesin təşkilati-hüquqi formaları 31 t'

    Beynəlxalq biznesdə transmilli korporasiya və

    transmilli banklar 43

    Biznesin idarə edilməsinin təşkili 56

    Beynəlxalq biznesdə kadr siyasəti 62

    II FƏSİL. BEYNƏLXALQ BİZNESİN İNKİŞAFININ

    MÜASİR MEYİLLƏRİ 69

    İnnovasiya fəaliyyəti 69

    Elm və innovasiya biznesi 75

    Beynəlxalq biznesdə rəqabətqabiliyyətlilik 83

    Müasir beynəlxalq rəqabət münasibətləri sistemində

    kiçik biznes 91

    Dünya iqtisadiyyatında kiçik biznesin yeri və

    inkişaf meyi İləri 91

    Yeni rəqabətin kiçik və orta müəssisələrin dünya

    təsərrüfatı əlaqəl əri ndəki iştirakına təsiri 98

    Françayzinq 109

    Beynəlxalq biznesdə qiymətəmələgəlmə strategiyası 121

    Beynəlxalq biznesdə autsorsinq 136

    m FƏSİL. BEYNƏLXALQ BİZNESİN İNFRASTRUKTURU 149

    Beynəlxalq biznesin infrastrukturunun

    xüsusiyyətləri 149

    Logistika 155

    Lizinq 166

    Xarici iqtisadi sazişlərin hüquqi tənzimlənməsi

    xüsusiyyətləri 173

    Beynəlxalq biznesdə mübahisələrə baxılması 189

    Beynəlxalq biznesin gömrük-tarif və vergi

    tənzimlənməsi 196

    1.

    2. 3.

    4. 5.

    3. 7.

    1.

    2.

    3.

    4.

    4.1.

    4.2.

    5.

    6. 7.

    1.

    2.

    3.

    4.

    5. 6.

  • 6.1. Beynəlxalq biznesin gömrük-tarif tənzimlənməsi

    6.2. Vergilər beynəlxalq iqtisadiyyatın elementi kimi

    6.3. Beynəlxalq vergiqoyma məsələləri

    IV FƏSİL. BEYNƏLXALQ MALİYYƏ BİZNESİ

    1. Beynəlxalq maliyyə biznesi: mahiyyəti, təkamülü və

    iştirakçılan

    Beynəlxalq maliyyə bazarlannın strukturu və

    inkişafı

    Beynəlxalq maliyyə bazarlannın strukturu

    Biıjalar. Qiymətli kağızlar bazannm xüsusiyyətləri

    Beynəlxalq biznesdə maliyyə mühiti

    Beynəlxalq maliyyə biznesinin inkişaf strategiyası

    Beynəlxalq biznesin maliyyələşdirilməsi

    Beynəlxalq maliyyə uçotu

    Beynəlxalq bank biznesi

    V FƏSİL. BEYNƏLXALQ BİZNESİN STRATEJİ İDARƏ

    EDİLMƏSİ

    Strateji planlaşdırma

    Maliyyə taktika və strategiyası

    Beynəlxalq biznesdə risklər, təhlükəsizlik və sığorta

    Beynəlxalq marketinq - müasir biznesin fəlsəfəsidir

    Beynəlxalq marketinqin mahiyyəti, onun inkişaf

    mərhələləri

    Müəssisənin marketinq proqramı. Beynəlxalq

    biznesdə marketinq fəaliyyəti

    İntellektual mülkiyyətin beynəlxalq mübadiləsi

    Beynəlxalq biznesdə qərarlann qəbul edilməsi

    VI FƏSİL. BEYNƏLXALQ BİZNESİN NORMATİV-

    HÜQUQİ BAZASI

    Beynəlxalq biznesin hüquqi, texnoloji və siyasi

    aspektləri

    Dövlət və beynəlxalq biznesin təsərrüfat tərəfdaşlığı

    Beynəlxalq biznesin dövlətiərarası tənzimlənməsi

    Birbaşa xarici investisiyalar

    Beynəlxalq biznesdə mədəni davranışlann rolu

    “BEYNƏLXALQ BİZNES” FƏNNİNDƏN YOXLAMA

    TESTLƏRİ

    YOXLAMA TESTLƏRİN CAVABLARI

    “BEYNƏLXALQ BİZNES”Ə AİD OLAN ANLAYIŞLARIN

    İZAHLI LÜĞƏTİ

    TÖVSİYƏ EDİLƏN ƏDƏBİYYATLAR

    2.

    2.1.

    2.2.

    3.

    4.

    5.

    6.

    7.

    1.

    2.

    3.

    4.

    4.1.

    4.2.

    5. 6.

    1

    4. 5.

    196

    204

    209

    218

    218

    226

    226

    242

    246

    262

    272

    285

    301

    319

    319

    324

    330

    339

    339

    348

    358

    374

    383

    383

    383

    394

    404

    407

    409 441

    441

    476

  • ABŞ Amerika Birləşmiş Ştatları

    ADQ Amerika depozit qəbzləri Aİ Avropa İtiffaqı

    AİB Avropa İnvestisiya Bankı

    AİF Avropa İnvestisiya Fondu

    ASEAN Association of Southeast Asian Nations (Cənub-Şərqi Asiya

    Ölkələrinin Assosiasiyası) ATƏT Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı

    BBF beynəlxalq bank fəaliyyəti

    BDT Beynəlxalq Dəniz Təşkilatı

    BERİ Beynəlxalq Elektrik Rabitəsi İttifaqı

    BHB Beynəlxalq Hesablaşmalar Bankı

    BXİ birbaşa xarici investisiyalar

    BİA Beynəlxalq İnkişaf Assosiasiyası

    BK Bazel komitəsi

    BM beynəlxalq marketinq BMAT Beynəlxalq Mülki Aviasiya Təşkilatı

    BMK Beynəlxalq Maliyyə Korporasiyası

    BMT Birləşmiş Millətlər Təşkilatı

    BTP Beynəlxalq Ticarət Palatası

    BYİB Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı

    BVF Beynəlxalq Valyuta Fondu

    ÇMK çoxmillətli korporasiya

    ÇMŞ çoxmillətli şirkət DB Dünya Bankı

    DÖST dövlət və özəl sektorun tərəfdaşlığı

    EHM elektron hesablama maşınlan ETİ elmi-texniki işləmələr

    ETT elmi-texniki tərəqqi ETTKİ elmi-tədqiqat və təcrübi-konstruktor işləri

    FES Federal Ehtiyat Sistemi

    XİF xarici iqtisadi fəaliyyət

    XİZ xüsusi iqtisadi zonalar

    XTBS Xdmətlərlə Ticarət üzrə Baş Saziş İASB International Accounting Standarts Board (Mühasibat Uçotunun

    Beynəlxalq Standartları Bürosu) İƏİT İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı

    İTÇA İnvestisiya Təminatı üzrə Çoxtərəfli Agentlik

    KİV kütləvi informasiya vasitələri

    KOM kiçik və orta müəssisə

  • QDQ qlobal depozit qəbzləri MBHS məhsullann bölüşdürülməsi haqqında saziş

    MERCOSUR Common Southern Market (Cənubi Amerika Ümumi

    Bazan) MİS milli innovasiya sistemi

    MMC məhdud məsuliyyətli cəmiyyət

    MSQ maliyyə-sənaye qruplan

    MŞA Mərkəzi və Şərqi Avropa

    NAFTA North American Free Trade Agreement (Şimali Amerika Azad

    Ticarət Razılaşması) OM orta müəssisə OPEK Organization of the Petroleum Exporting Countries (Neft ixrac

    edən ölkələrin təşkilatı) RF Rusiya Federasiyası

    sc səhmdar cəmiyyət

    SSRİ Sovet Sosialist Respublikalan İttifaqı

    Tİ tədqiqat və işləmələr

    TIR Transport International Routine (Beynəlxalq yol daşınmal an)

    TMB transmilli bank

    TMK transmilli korporasiya TTBS Tariflər və Ticarət üzrə Baş Saziş

    UNCİTRAL United Nations Commission on International Trade Law (BMT-nin

    Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyası) UNCTAD United Nations Conference on Trade and Development (BMT-nin

    ticarət və inkişaf üzrə Konferensiyası) UNDP United Nations Development Programme (BMT-nin İnkişaf

    Proqramı) UNEP United Nations Environment Programme (BMT-nin Ətraf Mühit

    Proqramı) UNESKO

    United Nations Educational, Scientific and Cultural Organization

    (BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilatı) UNİDO United Nations Industrial Development Organization (BMT-nin

    Sənaye İnkişafı Təşkilatı) ÜDM ümumi daxili məhsul

    ÜƏMT Ümumdünya Əqli Mülkiyyət Təşkilatı

    ÜMM ümumi milli məhsul

    ÜPİ Ümumdünya Poçt İttifaqı

    ÜTT Ümumdünya Ticarət Təşkilatı

  • ON SOZ

    Təsərrüfat həyatının beynəlmiləlləşməsi dünya təsərrüfatının müasir vəziyyətini

    müəyyən edən vacib amil olmuşdur. Ölkələrin bir-birindən iqtisadi qarşılıqlı asılılığı

    güclənir. XX əsrin sonuncu iki on illiyində dünya təsərrüfatında iştirak edən ölkələrin

    sayı təxminən dörd dəfə artmışdır. Beynəlxalq işgüzar əməliyyatların ümumi sayı kəskin

    şəkildə çoxalmışdır. Beynəlxalq biznesin formaları tədricən genişlənmişdir. Hazırda hər

    bir ölkənin iqtisadiyyatı onun hökümətinin hansı siyasi istiqamətə mənsub olmasından

    asılı olmayaraq dünyanın digər ölkələrindən həmişəkindən daha çox asılı vəziyyətdədir.

    İstehsalçılar arasında rəqabətin daima artması beynəlmiləlləşmənin nəticəsidir.

    Azərbaycanda XX əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq addımbaaddım

    xarici ticarətin liberallaşdırılması üzrə tədbirlər həyata keçirilmiş və beynəlxalq

    əməliyyatlann bir çox yeni formalanna icazə verilmişdir. Buna görə də iqtisadi islahatlar

    qarşısında yeni şəraitə tam uyğun olaraq milli iqtisadiyyatın bu və ya digər dərəcədə

    beynəlxalq iqtisadi əlaqələrə cəlb olunmuş ayrı-ayn sahə müəssisələrində işləməyə qadir

    olan ixtisaslaşmış menecerlərin hazırlığının təmin edilməsi ciddi məsələ kimi qarşıda

    durmuşdur. Bundan başqa daxili bazara istiqamətlənmiş firmaların menecerləri də hər

    halda beynəlxalq menecmentin müxtəlif aspektləri ilə rastlaşmışdır. Belə ki, onlar

    birincisi, istənilən halda öz bazaıiannda xarici istehsalçılarla rəqabətə girir, ikincisi,

    ayn-ayn ölkələrin firmaları ilə kooperasiyaya girmək imkanına malik olurlar, bu isə çox

    zaman məhsulların rəqabətqabiliyyətliliyinin dəstəklənməsi şərti hesab olunur.

  • Bazar iqtisadiyyatının bərqərar olması ilə əlaqədar Azərbaycan iqtisadiyyatında

    baş verən əsas dəyişikliklər, xüsusilə də Azərbaycan şirkətlərinin beynəlxalq işgüzar

    əməliyyatlannın miqyasının genişlənməsi idarəetmə kadrlannın hazırlanması sistemində

    müvafiq dəyişikliklər etməyə məcbur etmişdir. Ona görə də “Beynəlxalq biznes” fənni

    ali məktəblərin müvafiq ixtisaslannın tədris planlanna daxil edilmişdir. Azərbaycan

    Respublikası Təhsil Nazirliyinin ali ixtisas təhsilinin dövlət standartı, bakalavr

    hazırlığının məzmununa və səviyyəsinə qoyulan məcburi minimum tələblər əsasında

    tərtib olunmuş bu dərsliyin hazırlanması «050409 - Biznesin idarə edilməsi» ixtisası

    üzrə təhsil alan bakalavrlann müvafiq istiqamətdə biliklərinin formalaşması məqsədini

    güdür.

    Dərslik 6 fəsildən ibarət olaraq tərtib edilmişdir. Bir sıra fəsillərə aid olan

    mövzulara daha çox yer ayniması lazım bilinmişdir. Bu həmin sahələrin son dövrlərdə

    daha prioritet olmalan ilə bağlıdır. Bir sıra mövzular isə aid olduqları sahə verilmədiyi

    halda vacib bilinərək strateji əhəmiyyətli mövzulan əhatə edən fəsildə verilmişdir.

    Məsələn, “İntellektual mülkiyyətin beynəlxalq mübadiləsi” mövzusu əslində beynəlxalq

    ticarət sahəsinə aid edilsə də, burada “Beynəlxalq biznesin strateji idarə edilməsi”

    fəslində verilmişdir. “Beynəlxalq biznesdə mədəni davranışlann rolu”, “Beynəlxalq

    biznesin hüquqi, texnoloji və siyasi aspektləri” kimi mövzulara isə az yer aynimış,

    həmin istiqamətlər ümumi şəkildə xarakterizə olunmuşdur. Dərsliyin həcminin aynlan

    saatlar müqabilində çox olduğunu əsas götürərək bu tipli mövzulann gələcəkdə nəzərdə

    tutulan metodik işlər səviyyəsində işlənilməsi qərara alınmışdır. Ümumilikdə dərslik

    təbii ki, nöqsanlardan hali deyil. Ona görə də müəlliflər bu sahədə öz fikir, irad və

    tövsiyələrini bildirən hər kəsə əvvəlcədən təşəkkürünü bildirirlər.

  • 1 FƏSİL.

    BEYNƏLXALQ BİZNES ANLAYIŞI.

    BEYNƏLXALQ BİZNESİN TƏŞKİLATİ ƏSASLARI

    l. Qiobailaşma əsri. Qlobal təsərrüfatın təşəkkül tapması

    Qloballaşma əsri. Son onilliklər ərzində beynəlxalq sahibkarlığın miqyası o

    qədər artmışdır ki, bir çox ekspertlər qloballaşma əsrinin başlandığını bildirirlər.

    Qloballaşma - bazarlar, müstəqil dövlətlər və

    texnologi^^alann ...... inteqrasiyasının fasiləsiz davam edən prosesidir, o ayrı-

    ayn şəxslərə, korporasiya və dövlətlərə heç bir vaxt olmadığı qədər daha sürətli şəkildə

    bütün dünyaya səpələnmiş tərəfdaşlan ilə minimal xərclərlə daha dərin müqavilələr təsis

    etməyə imkan verir.

    XX əsrin sonlannda təsərrüfat həyatının beynəlmiləlləşməsi keyfiyyətcə yeni

    qloballaşma mərhələsinə yüksəldi. Dünya iqtisadiyyatının subyektləri arasında qarşılıqlı

    əlaqələrin artan prosesi ümumdünya xarakteri əldə etməyə başladı. Yüksək texnikalı son

    məhsul və yanmməhsullann artan diferensiallaşdırılması bazasında beynəlxalq əmək

    bölgüsünün dərinləşməsi, beynəlxalq nəqliyyat infrastrukturunun dərinləşməsi,

    informasiya inqilabı - telekommunikasiya vasitələrində çevriliş, bütün dünya məkanını

    beynəlxalq biznes üçün vahid tam kimi gözdən keçirən transmilli sahibkarlıq

    qloballaşmanın hərəkətverici qüvvəsinə çevrildi. Dünya iqtisadiyyatı və ölkələrinin

    güclənən inteqrasiyasına təsir göstərən bir sıra amillər mövcuddur. XX əsrin 80-ci

    illərinin sonlannda Sovet imperiyasının iflası dünyanın iki düşərgəyə - kommunist və

    kapitalist düşərgələrinə bölünməsinin aradan qaldınimasına imkan verdi. Son illərdə

    açıq bazarlarda sahibkarlıq fəaliyyəti fəallaşmışdır, dövlətin iqtisadiyyata müdaxiləsi

    azalmışdır, özəlləşdirmə prosesi sürətlənmişdir. Texnoloji tərəqqi sferasındakı

    nailiyyətlər də

    inteqrasiyanın dərinləşməsinə kömək etmişdir. Qabaqcıl texnologiyalann dünya

    iqtisadiyyatına təsirinin ən parlaq nümunəsi - dünya internet şəbəkəsidir. Bundan başqa,

    iqtisadiyyatın qloballaşmasında böyük rolu mobil telefonlar, şəxsi kompyuterlər, rabitə

    peykləri və s. kimi texnoloji yeniliklər oynamışdır. Bütün bunlar, eləcə də digər

    mütərəqqi texnologiyalar dünya kapital bazannın formalaşması prosesini, elektron

    kommersiyanın inkişafını, bütün dünyam əhatə edən təchizat zəncirinin yaradılmasını,

    habelə beynəlxalq ticarət və investisiyalann həcminin misilsiz artması prosesini

    sürətləndirmişdir.

    Bir çox ekspertlər həyəcanla bildirirlər ki, qloballaşma son nəticədə sərhədsiz

    dünyanın yaranmasına gətirib çıxaracaqdır, burada isə suveren dövlətlər öz təsirlərini

    daha çox itirəcəkdir. Digərləri isə bu fikirlərə şübhə ilə yanaşırlar.

    Yaxın onilliklərin siyasi liderləri və böyük iş adamlan qarşısında duran mühüm

    vəzifələrdən biri qlobal iqtisadiyyatın və dünya ölkələrinin

  • mənafelərinin bir-birinə əks olan, əksər hallarda bir araya sığmayan tələbatlannı başa

    düşmək və mümkün olduğu qədər uzlaşdırmaqdan ibarətdir ki, bu da həmin

    iqtisadiyyatın əsasını təşkil edir.

    Bundan başqa, bir çox tənqidçilərin fikrinə görə, qloballaşmanın üstünlüyü olsa

    da itkisiz də ötüşmür. Bir fakt hamıya məlumdur ki, müxtəlif ölkələrdən olan şirkətlər

    istehsalı əmək qanunvericiliyinin və ətraf mühit haqqında qanunlann tələb olunan

    xərclər planında o qədər ağır olmadığı və onlann qorunması üçün ciddi tələblərin

    olmadığı inkişaf etməkdə olan ölkələrin ərazisinə keçirirlər. İnsan hüququ uğrunda (o

    cümlədən əmək hüququ uğrunda) mübarizə aparan fəallar, habelə ətraf mühitin

    mühafizəsi üzrə mütəxəssislər əmindirlər ki, həmin şirkətlər bu surətlə öz dövlətlərinin

    əmək qabiliyyəti olmayan əhalisi qarşısında öz öhdəliklərinə laqeydlik göstərir.

    Qloballaşma ideyasının digər opponentləri təsdiq edirlər ki, qloballaşma əsrinin ağalıq

    edən institutlan (Ümumdünya Ticarət Təşkilatı - ÜTT (World Trade Organization -

    WTO), Dünya Bankı - DB (World Bank - WB) və Beynəlxalq Valyuta Fondu - BVF

    (International Monetary Fund - IMF)) öz mahiyyətinə görə antidemokratikdir və

    yoxsulların zərərinə varlı və nüfuzlu insanlann maraqlanm qoruyur. Bu və ya digər

    ziddiyyətlərin həllinin zəruriliyi dünya xalqları qarşısında yaxın illərdə həll edilməli olan

    problemlər qoyur.

    Son illərdə beynəlxalq biznesin inkişafı tamamilə aşkar və olduqca təsirli

    olmuşdur. Bəs bu inkişaf nə üçün mümkün olmuşdur? Bundan başqa nə üçün qarşıdakı

    onilliklər ərzində beynəlxalq biznesin gələcək fəallaşması ehtimalı bu qədər yüksəkdir?

    Bu hadisənin iki əsas səbəbi mövcuddur: qloballaşma prosesinə impuls verən şirkətlərin

    strateji tələbləri, habelə bu prosesə kömək edən beynəlxalq biznes mühitinin dəyişməsi.

    Strateji imperativlər. Firmanı istər ümumi inkişaf kursu planında, istərsə də

    gündəlik təcrübi fəaliyyət planında daha qlobal olmağa məcbur edən bir sıra əsas

    prinsiplər mövcuddur. Bu cür strateji imperativlər sırasına şirkətin əsas səlahiyyətindən

    istifadə etməsi, yeni bazarlara nüfuz etməsi və öz sahəsində rəqabət aparması zəruriliyi

    daxildir.

    Şirkətin əsas səlahiyyətlərindən istifadə etməsi. Qloballaşma üçün mühüm

    əsaslardan biri şirkətin daxili bazarda inkişaf etdirməyə müvəffəq olduğu əsas

    səlahiyyətlərindən daha geniş istifadə etməsinin mümkünlüyüdür. Əsas səlahiyyət (core

    competency) şirkətin uğurlu işi üçün birinci dərəcəli əhəmiyyətə malik olan fərqləndirici

    güclü tərəfi və yaxud üstünlüyü müəyyən edir. Şirkət yeni bazarlarda əsas səlahiyyətini

    tətbiq edərək öz gəlir və mənfəətini artıra bilər. Məsələn, Nokia şirkətində mobil

    telefonlann istehsalının ən yeni texnologiyası işləndi, bu isə daxili bazarda istehlakçılar

    tərəfindən məmnuniyyətlə qəbul olundu. Nokianm menecerləri tez başa düşdülər ki,

    şirkət istehsal və satışını digər ölkələrdə genişləndirməklə öz gəlir və mənfəətini artıra

    bilər.

    10

  • Resursların əldə edilməsi. Xarici ölkələrdə materiallar, işçi qüvvəsi, kapital və

    texnologiya kimi resurslar əldə etmək biznesi beynəlxalq miqyasda aparmaq üçün daha

    mühüm bir əsasdır. Şirkətlər bir sıra hallarda xarici resurs mənbələrindən faydalanmağa

    ciddi ehtiyac duyur, belə ki, yerli bazarda müvafiq məhsul və xidmətlər ya tamamilə

    olmur, ya da şirkətin istehlakçılannın tələbatının ödənməsi üçün onlar kifayət dərəcədə

    deyildir.

    Yeni satış bazarlarının axtarılması. Yeni satış bazarlannın axtanimasının

    zəruriliyi də şirkətin beynəlxalq bazarlara çıxışının ən geniş yayılmış səbəblərindən

    biridir. Şirkətin öz məhsullanni reallaşdırdığı daxili bazar tamamilə formalaşmış olursa,

    bu bazarda yüksək gəlirləri formalaşdırmaq və mənfəətin artmasını təmin etmək daha da

    çətindir. Məsələn, Kanada, ABŞ və Avropa İtiffaqı (Aİ) ölkələrində diş paslasının satış

    bazarını formalaşmış hesab etmək olar, çünki bu ölkələrdəki əksər insanlar dişlərə

    düzgün qulluq etmənin əhəmiyyətini başa düşürlər, eyni zamanda diş paslasını

    müntəzəm olaraq almaq üçün öz sərəncamlannda zəruri maliyyə vəsaitlərinə

    malikdirlər. Yeni bazarların mənimsənilməsi prosesini daha iki üstünlük müşayiət edir.

    Birincisi, istehsalın həcminin artması şəraitində məhsul vahidi üzrə istehsal xərclərinin

    orta həcminin azaldılması bazasında şirkətin miqyasdan qənaət əldə etmək imkanı

    meydana çıxa bilir. İkincisi, yeni bazarlann mənimsənilməsi şirkətlərə gəlirlərin daxil

    olması yollannı diversifikasiya etməyə də imkan verir. Bu halda şirkət daha çox sayda

    ölkəyə xidmət göstərməklə öz məhsullarını aynca götürülmüş bir ölkədə satmaqdan

    daha az asılı olur, bu isə şirkətə özünü həmin ölkənin iqtisadiyyalındakı mümkün

    sarsıntılardan müdafiə etməyə kömək edir.

    Daha səmərəli rəqabət aparmağın zəruriliyi. Şirkətin xarici satış bazarlanna

    çıxmasının səbəblərindən biri onun fəaliyyət göstərdiyi sahələrdə rəqabət mübarizəsinin

    səmərəliliyini yüksəltməkdən ibarətdir. Bu sahələrdə lider mövqeyi tutan şirkətlər öz

    rəqiblərinin bu və ya digər ölkədə hakim mövqe tutmasına mane olmaq üçün dünyanın

    hər bir regionunda bir-birinə qarşı daimi hücum və əks-hücumlara başlayır.

    Biznesin aparılması şəraitinin dəyişməsi və qloballaşma. Yuxanda baxılan

    strateji imperativlər şirkətlərin öz fəaliyyətlərini beynəlmiləlləşdirməyə cəhd etməsinə

    səbəb olur. Eyni zamanda şirkətlərin beynəlxalq işgüzar əməliyyatlannı İkinci dünya

    müharibəsindən sonrakı qeydə alınmış miqyasa qədər genişləndirməsi biznesin

    apanimasının siyasi və texnoloji şəraitini dəyişdirmədən mümkün olmazdı.

    Siyasi mühitdə dəyişikliklər. İyirminci yüzilliyin birinci yansmda şirkətlərin

    yeni bazarlara çıxmasına ticarətin inkişafı yollannda xarici ölkələrin hökumətləri

    tərəfindən qurulmuş əngəllər mane olurdu. Birinci dünya müharibəsindən sonra bir çox

    ölkələr, o cümlədən Amerika Birləşmiş Ştatlan (ABŞ), Fransa, Böyük Britaniya və

    Almaniya idxal olunan əmtəələr üzrə

    11

  • gömrük tarifləri və kvotaları tətbiq etdi, habelə yerli firmalara məhsullann göndərilməsi

    üzrə hökumət müqavilələri verməklə onlar tərəfindən biznesin aparılması üçün əlverişli

    şərait yaratdı. Nəticədə XX əsrin 30-cu illərində beynəlxalq ticarət və investisiyalann

    həcmi xeyli azaldı. Ancaq İkinci dünya müharibəsindən sonra bu təcrübəyə tamamilə

    yenidən baxıldı. Ticarətlə məşğul olan əsas ölkələr arasında gömrük tarif və kvotalarının

    azaldılması haqqında, eyni zamanda bu ölkələrin ərazisində birbaşa xarici investisiyalar

    (BXİ) üzrə məhdudiyyətlərin aradan qaldırılması haqqında danışıqlar oldu. Bu

    razılaşmalann bir çoxuna Tariflər və Ticarət üzrə Baş Saziş (TTBS (General Agreement

    on Tariffs and Trade - GATT)), habelə bu müqavilənin hüquqi varisi - ÜTT tərəfindən

    edilən səylər nəticəsində nail olundu. Aİ, Cənubi Amerika Ümumi Bazan

    (MERKOSUR), Şimali Amerika Azad Ticarət Razılaşması (North American Free Trade

    Agreement - NAFTA) kimi regional sazişlər də bu müqavilələrin iştirakçı dövlətləri

    arasında investisiya fəaliyyəti və ticarət məhdudiyyətlərini zəiflətdi.

    Texnoloji mühitin dəyişikliyi. Dünya ölkələrinin hökumətləri tərəfindən həyata

    keçirilən siyasətdə dəyişikliklər beynəlxalq işgüzar əməliyyatları fəallaşdırdı. Yeni

    texnologiyalar (xüsusilə də rabitə, nəqliyyat vasitələri və informasiyanın emalı vasitələri

    sahəsində) beynəlxalq biznesi asan həyata keçirilən və daha gəlirli etdi. Yalnız təsəvvür

    etmək mümkündür ki, beynəlxalq miqyasda əsas nəqliyyat vasitəsinin yelkənli gəmi

    olduğu, məlumatlann əsas emalı formasının karandaş və kağız olduğu, informasiyanın

    ötürülməsinin - məktublann əsas çatdırılma vasitəsinin atla hərəkət edən poçtalyonun

    olduğu şəraitdə biznesin aparılması nə qədər çətin olmuşdur. Son 150 il ərzində

    nəqliyyatın inkişafı (yelkənli gəmi və paraxoddan hidrotəyyarə və reaktiv təyyarəyə

    qədər) göstərir ki, Londonda işləyən menecerin işini öz həmkarları ilə Nyu Dehlidə,

    Torontoda və yaxud Nyu-Yorkda müzakirə etmək üçün bütöv həftəni yolda keçirməsinə

    ehtiyac yoxdur. Bundan başqa, nəqliyyat vasitələrinin inkişafı xidmətlər sferasında

    beynəlxalq kommersiya fəaliyyətinin mühüm tərkib hissələrindən biri olan beynəlxalq

    turizmin inkişafına impuls verdi. Böyük həcmdə informasiyalann sürətli emalının

    mümkünlüyünü təmin edən kompyuterlərin gücünün daim artıniması şirkətlərə özünün

    dünyanın istənilən ölkəsində yerləşən ofis və müəssisələrini uğurlu idarə etməyə imkan

    verdi.

    Bəzi ekspertlər əmindirlər ki, XX əsrin 90-cı illərində ABŞ iqtisadiyyatımn

    misilsiz nəticəliliyi informasiya texnologiyalarının adi və işgüzar həyata fəal tətbiqi

    səbəbindəndir (heç olmazsa, qismən). İkinci dünya müharibəsindən sonrakı dövrün

    əksər hissəsi ərzində Qərbi Avropa ölkələri və Yaponiya öz inkişafında ABŞ-m köməyi

    ilə, amerika texnologiyalarından istifadə etməklə və eyni zamanda öz şəxsi texnoloji

    yeniliklərinə təkan verərək irəli getmişlər. 1971-ci ildə ABŞ-da əhalinin adambaşına

    gəliri digər aparıcı

    12

  • sənayecə inkişaf etmiş ölkələrdəki müvafiq göstəriciləri 31% ötüb keçmiş, 1990-cı illərə

    doğru isə bu fərq 10%-ə qədər azalmışdı. Şübhə yoxdur ki, bu cür vəziyyət qarşılıqlı

    əlaqədə olan amillərin məcmusu ilə şərtlənmişdir, ancaq qabaqcıl informasiya

    texnologiyalarından istifadə ilə bərabər ölkə iqtisadiyyatına qoyulan investisiyalann

    həcminin artması onda mühüm rol oynamışdır. İnternet və digər informasiya

    texnologiyalanmn beynəlxalq sahibkarlığa təsirinin ən azı üç aspekti mövcuddur.

    Birincisi, internet və digər informasiya texnologiyalan xidmətlər sferasında, o

    cümlədən öz xarakterinə görə müxtəlif olan bank işi, məsləhət, təhsil, pərakəndə ticarət

    və hətta qumarxana biznesi kimi sahələrdə beynəlxalq kommersiya fəaliyyətinə kömək

    edir. Məsələn, bir çox kanada və amerika şirkətləri müştərilərə xidmət göstərilməsi və

    məlumatlann emalı ilə məşğul olan öz bölmələrini işçi qüwəsi üzrə az xərclərin tələb

    olunduğu Cənubi Amerika və digər qitə ölkələrinə keçirmişdir. Çünki bütün

    əməliyyatlan elektron texnikadan istifadə etməklə yerinə yetirmək mümkündür,

    müəssisənin ərazicə yerləşməsi təcrübi əhəmiyyət kəsb etmir.

    İkincisi, informasiya texnologiyalanmn beynəlxalq biznesə təsiri ondan ibarətdir

    ki, internet ən azı iri və kiçik şirkətlərin hansı məhsul və xidmətləri satmasından asılı

    olmayaraq onlar üçün biznesin apaniması şəraitini yaradır. Keçmişdə xarici bazara

    nüfuz etmə şirkətdən böyük investisiya tələb edirdi, hazırkı vaxtda isə internetdən

    bacanqla istifadə edilməsi işin vəziyyətini daha yaxşı istiqamətdə dəyişə bilir.

    Üçüncü aspekt ondan ibarətdir ki, internet kommersiya təşkilatlannm mənfəətdar

    şəbəkə qmpunun formalaşdıniması üçün çox böyük potensial imkanlara malikdir.

    “Biznes-biznes” adlandınlan şəbəkə tipi dünya şirkətlərini, onlann malgöndərən,

    müştəri və strateji tərəfdaşlanm birgə biznesin apanlmasının daha operativ və daha sadə

    üsulunu təmin edən vahid informasiya sistemində birləşdirməyə imkan verir.

    Qlobal təsərrüfatın təşəkkül tapması. Bazar təsərrüfatı öz inkişafı halında milli

    sərhədlərindən kənara çıxır və təsərrüfat həyatının beynəlmiləlləşməsi xüsusiyyətlərini

    əldə edir. O, dünyanın müxtəlif ölkə və regionlarının, müxtəlif səviyyədən olan

    təsərrüfat subyektlərinin beynəlxalq iqtisadi qarşılıqlı əlaqələrinin, qarşılıqlı asılılığının

    daimi artmasında ifadə olunur.

    Qloballaşmanın inkişafı ümuminsan problemlərinin kəskinləşməsi ilə qınimaz

    bağlıdır. Onlara ətraf mühitin mühafizəsi, planetin artan əhalisinin eneıji xammalı

    resurslan və ərzaqla etibarlı təmin edilməsi, inkişaf etməkdə olan ölkələrin geriliyinin

    aradan qaldıniması, aclıq, dilənçilik, xüsusilə QIÇS (Qazanılmış Immun Çatışmazlığı

    Sindromu (AIDS - acquired immune defıciency syndrome)), atipik pnevmaniya

    xəstəlikləri ilə mübarizə aiddir. Həqiqətən mütəşəkkil cinayətkarlıq, terrorçuluq,

    narkotik maddələrin

    13

  • qanunsuz dövriyyəsi transmilli xarakter almışdır. İrimiqyaslı texnogen fəlakətlər,

    yığılmış silahlann məhv edilməsi, radioaktiv tullantıların basdıniması ilə bağlı risklər

    artır.

    Dünya təsərrüfatının qloballaşması dünya ticarətinin sürətli artımında və

    kapitalın çox sürətlə axmasında, habelə digər istehsal amillərinin ölkələrarası

    yerdəyişməsinin intensivləşməsində; çox böyük maliyyə vəsaitlərinin xidmət etdiyi

    istehsal və ticarətin artım sürətini çox-çox qabaqlayan onlann həddən artıq böyümüş

    transsərhəd hərəkətində; bu prosesləri idarə edən beynəlxalq təşkilatlann rolunun

    artmasında özünü biruzə verir. İqtisadiyyatın beynəlxalq sferası daxili istehsala nisbətən

    daha sürətlə inkişaf edir. Belə ki, 1950-2005-ci illərdə dünya ticarətinin həcmi real

    ümumi daxili məhsuldan (ÜDM-dən) 1,5-2 dəfə sürətlə artmışdır.

    Bütün ölkələrin iqtisadiyyatının qarşılıqlı asılılığının artması maşın və

    avadanlıqlann nəhəng ticarəti ilə bağlıdır, bütün dünya ticarətinin 40%-indən çoxu

    onlann üzərinə düşür. Bu halda ünvanlı çatdırmalann rolu güclənir, ticarət əlaqələrinin

    özü kooperasiya xarakteri alır. Müəssisələrin tikintisi üçün avadanlıq dəstinin

    göndərilməsi əhəmiyyətli yer tutur. Elektrotexniki və elektrik avadanlıqlarının,

    cihazqayırma məhsullanmn, aerokosmik texnikanın, telekommunikasiya avadanlığının,

    habelə kimya və əczaçılıq məhsullarının ixracı sürətlə artır.

    İnkişaf etmiş ölkələr dünya ticarətində lider mövqeyini saxlayır. Bununla yanaşı

    olaraq son iki onillikdə inkişaf etməkdə olan ölkələrin beynəlxalq ticarətdəki iştirakı

    artmışdır. Xüsusilə, Çinin xarici ticarəti intensiv inkişaf edir. Eyni zamanda dünya

    istehsalının 80-90%-i və eimtutumlu məhsullann dünya ixracının demək olar ki, hamısı

    (ABŞ-da 40%-i) ABŞ başda olmaqla yeddi ən inkişaf etmiş ölkənin payına düşür.

    Beynəlxalq mübadilədə xidmətlərin rolu artır. Hazırkı dövrdə əmtəə və

    xidmətlərin dünya üzrə ixracında onların payı 25% təşkil edir, BXİ-lərin həcmində isə

    50%-i ötür. Dünya ixracının 90%-ə qədəri, xidmətlər ixracının isə 80%-i inkişaf etmiş

    ölkələrin payına düşür. Xidmətlərin ən böyük ixracatçıları ABŞ, Böyük Britaniya,

    Almaniya, Fransadır.

    Müasir iqtisadiyyatın ən mühüm xüsusiyyətlərindən biri - elmi-texniki biliklərin

    beynəlxalq bazannın yaradılmasıdır. Hazırkı dünya bazannda texnologiya iki formada:

    maddiləşmiş (ən yeni sahələr, alətlər, texnoloji xətlər, avadanlıq, materiallar) və

    qeyri-maddi (bilik, təcrübə, elmi-texniki informasiya) formada çıxış edir. Qeyri-maddi

    formada texnoloji mübadilənin əsasını dinamik inkişaf edən lisenziya ticarəti təşkil edir.

    Son onilliklərin dünya təsərrüfatı əlaqələri inkişafının mühüm xüsusiyyəti -

    kapitalın ölkələrarası yerdəyişməsinin sürətlənməsidir. İnkişaf etmiş ölkələr kapitalın

    əsas ixracatçı və idxalçılandır. İxrac edilən investisiyalann həcminin təxminən 90%-i və

    idxal olunan kapitalın 60%-indən çoxu onlann payına

    14

  • düşür. ABŞ bu sahədə lider mövqeyini saxlayır. Onun ardınca Yaponiya, Böyük

    Britaniya, Almaniya, Fransa gəlir. XX əsrin 90-cı illərinin başlanğıcından etibarən

    kapitalın cəlb edilməsinin əsas mərkəzi Şərqi və Cənub-Şərqi Asiya olmuşdur. İnkişaf

    etməkdə olan ölkələr arasında xarici biznes üçün birinci yerdə Çin qalmaqdadır. XX

    əsrin sonlanndan sahibkarlıq kapitalının miqrasiyasının yeni istiqaməti - Mərkəzi və

    Şərqi Avropa (MŞA) regionu və keçmiş Sovet Sosialist Respublikalan İttifaqının

    (SSRİ) iqtisadi məkanı formalaşmağa başlamışdır.

    Beləliklə, beynəlxalq təsərrüfat əlaqələri sistemində keyfiyyət irəliləyişləri

    nəticəsində qloballaşma yeni məzmunla dolur. Dərinləşən ixtisaslaşmaya malik,

    ənənəvi ticarət və əmtəə-pul münasibəti formalannı sıxışdıran və yeni iqtisadi

    əməkdaşlıq formalannm bərqərar olmasına səbəb olan beynəlxalq istehsal daha böyük

    rol oynayır.

    Ancaq dünya qloballaşmaya doğru yol ilə hərəkətin yalmz ən başlanğıc

    hissəsindədir. İnkişaf etməkdə olan ölkələrin əhalisinin təxminən yansı kapitalın

    beynəlxalq mübadiləsi və hərəkətinə az toxunan qapalı iqtisadiyyatda yaşayır.

    Dünya valyuta bazan daha qlobal hesab olunur. Bu bazarda sazişlərin birgünlük

    həcmi 1979-cu ildəki 10-20 mlrd, dollardan hazırkı təxminən 2 trln. dollara qədər

    artmışdır. Kredit bazarlannın qloballaşması kəskin surətdə artır. Beynəlxalq

    kreditləşmənin həcmi (bank krediti və istiqrazlar üzrə borclar) əsrin son dörddə biri

    ərzində 15-20 dəfə artmışdır. Qiymətli kağızlar bazan öz mülkiyyətini - süni reallığını

    yaratmışdır. Dünya fond bazannın coğrafi çərçivələri genişlənir, az sayda apancı inkişaf

    etmiş ölkələrin mütləq inhisan keçmişdə qalmış olur. Eyni zamanda formalaşmaqda

    olan ölkələrə aid edilən ölkələrin əhəmiyyəti artır.

    Dünya fond bazan mexanizmi və vasitələrin məcmusunda dərin dəyişikliklər baş

    verir. Onlann sırasına daxildir: dünyamn əksər ölkələrində maliyyə ərnəliyyatlannın

    tənzimlənməsindən imtina edilməsi, yəni dövlətin bazar institutlanmn maliyyə

    fəaliyyətinə birbaşa müdaxiləsindən imtina edilməsi; miqyaslı maliyyə

    innovasiyalannm - yeni maliyyə məhsullannın meydana gəlməsi və maliyyə alətləri ilə

    alqı-satqı texnologiyalannın təkmilləşdirilməsi; ənənəvi bank kreditləşməsinin qiymətli

    kağızlarla əməliyyatlar tərəfindən sıxışdırılması; ölkələr arasında kapitalın hərəkətinə

    mane olan müxtəlif növdən olan məhdudiyyətlərin aradan qaldınlması; müxtəlif

    ölkələrin maliyyə institutlan arasında kooperasiyanın onlann tam qovuşmasınadək

    qaydaya salınması. Bütün göstərilən irəliləyişlərin qəti xarakteri üzündən onlar məcmu

    olaraq “mali)^ə inqilabı” adlandınlmağa başlanmışdır.

    Əmək resurslan bazannın qloballaşması yavaş-yavaş baş verir. Ölkələrin böyük

    əksəriyyətində hökumət xarici miqrantlann axınını yerli əhali arasında

    15

  • məşğulluğun azalması və dövlət xərclərinin artmasına yol verilmədiyi həddə

    məhdudlaşdırır; xarici işçi qüvvəsinin gəlməsi üzrə kəmiyyət məhdudiyyətləri müəyyən

    edilir, eyni zamanda gərəkli peşələr üzrə ixtisaslı mütəxəssislər cəlb olunur.

    Azad bazar qanunları transmilli korporasiyalar (TMK-lar) daxilində fəaliyyət

    göstərmir, burada faktiki olaraq planlı təsərrüfat prinsipləri reallaşdırılır, bazar

    tərəfindən deyil, korporasiyanın strategiyası tərəfindən müəyyən edilən daxili transfer

    qiymətləri müəyyən edilir. Bununla yanaşı 1 2

    dünya ticarətinin - -indən j-sinədək TMK-1 arın fırmadaxili əməliyyatlarının payına

    düşür.

    Müasir dünyada qloballaşma ilə bərabər beynəlmiləlləşmənin digər bir forması -

    regionlaşdırma - müəyyən coğrafi məkanda istehsal və bazarın təşkili fəal inkişaf edir.

    Dünyanın əksər ölkələri bir və ya bir neçə regional ticarət-iqtisadi qruplaşmanın

    iştirakçısıdır. Dünyada ümumilikdə 215 regional və ikitərəfli ticarət sazişi işləyir.

    Regionlaşdırma, bir tərəfdən, qloballaşma yolunda müəyyən mərhələni özündə əks

    etdirir; digər tərəfdən - regional birliklərin iştirakçılannın xüsusi maraqları beynəlxalq

    təşkilatlar çərçivəsində uyğunlaşdırılmış tənzimləmə mexanizmlərini zəiflədir.

    Regionlaşdırma - dünyada iqtisadi mərkəzin formalaşmasının əsasıdır.

    Dünyanın müxtəlif regionlannda, əsasən onun inkişaf etmiş hissəsində, tədricən

    genişlənməyə meyilli olan beynəlxalq inteqrasiya ocaqlan formalaşır. Beynəlxalq

    inteqrasiya - beynəlmiləlləşmənin ən yüksək pilləsidir, burada ölkələrin artan iqtisadi

    qarşılıqlı asılılıqları əmtəə, xidmət, kapital və işçi qüvvəsinin milli bazarlannm

    birləşdirilməsinə və vahid valyuta-maliyyə sisteminə, əsasən vahid hüquqi sistemə,

    müvafiq dövlətin daxili və xarici iqtisadi siyasəti ilə çox sıx şəkildə əlaqələndirilməsinə

    malik olan tam məkanın formalaşdmlmasına keçir. Beləliklə, əgər qloballaşma - eninə

    inkişafın son mümkün mərhələsində beynəlmiləlləşmənin yeni keyfiyyəti dirsə,

    inteqrasiya - onun dərininə inkişafının ən yüksək pilləsidir.

    Eyni zamanda dünya iqtisadiyyatının iransmillihşdirilməsi prosesi güclənir.

    Onun daşıyıcılan TMK və transmilli banklardır (TMB). TMK-lar xaricə nəinki əmtəəni,

    həm də kapital qoyuluşu prosesini keçirir, onu beynəlxalq istehsal çərçivəsində xarici

    işçi qüvvəsi ilə birləşdirir. Bu cür beynəlmiləl təsərrüfat kompleksləri dairəsində əmtəə,

    maliyyə resurslan, patent, nou-hau və digər iqtisadi resurslann tədavülü həyata keçirilir.

    Bu, sahibkarlıq uğurunun bütün tərkib hissələrinin optimal birləşdirilməsinin seçilməsi

    üçün görünməmiş imkanlar yaradır. Müxtəlif ölkələrin TMK-larının, xüsusilə

    qeyri-səhmdar TMK-lann qarşılıqlı əməkdaşlığının yeni formalan inkişaf edir. Bu yolla

    istehsal və tədavül xərclərinin minimumlaşdınlması və

    16

  • mənfəətin maksimuml aşdın İması TMK-lara fəaliyyətin coğrafi sahəsini fasiləsiz

    genişləndirməyə imkan verir.

    TMK-lar milli təsərrüfatı coğrafi meyardan daha çox istehsalın daha dərin

    ixtisaslaşması və kooperasiyası əsasında birləşdirir. Onlar dünyanın siyasi xəritəsi ilə

    bir-birinə uyğun gəlməyən dünya təsərrüfatının xarici görünüşünü bir çox halda

    irəlicədən müəyyən edən beynəlxalq əmək bölgüsünün xüsusi altsistemini yaradır.

    Transmilliləşdirmə yeni menecment, marketinq metodlanmn yayılmasına, yeni

    texnologiyalann ötürülməsinə kömək edir və eyni zamanda dünya iqtisadiyyatının

    qloballaşmasına səbəb olur.

    Transmilli kapitalın iqtisadi gücünün əsasını beynəlxalq oliqopoliya təşkil edir,

    bu zaman müxtəlif ölkələrin apancı istehsalçılannın uzlaşdırılmış siyasəti onlar arasında

    rəqabəti istisna etmir.

    Beynəlxalq istehsal şəbəkəsi iqtisadi ədəbiyyatda “ikinci iqtisadiyyat’ adını alan

    iqtisadi məkanın yaradılmasına səbəb olmuşdur. TMK əməliyyatlannın ümumdünya

    xarakteri milli tənzimləyici mexanizmlər yolunda obyektiv sərhədlər qoyur, dar milli

    sərhədlərlə müqayisədə dövlət nəzarəti sferasını məhdudlaşdırır. TMK-ya özünəməxsus

    dualizm xasdır: o eyni zamanda milli iqtisadiyyatın əsas tərkib hissəsi və dünya

    iqtisadiyyatının əsas elementidir. Dualizm TMK-nın qlobal məqsədləri və milli iqtisadi

    mənafelər arasında ziddiyyətin güclənməsi üçün şərait yaradır.

    Yuxanda qeyd edilən proseslər nəticəsində artan sayda ölkə və regionlann

    iqtisadiyyatı dünya bazarı təsərmfatının üz\d tərkib hissəsinə çevrilir, dünya təsərrüfatı

    əlaqələrinə möhkəm daxil olur. Milli təsərrüfatı parçalayan institutsional, hüquqi və

    texnoloji əngəllər dağıdılır. Birləşdirici qüvvələr zorla ayıncı qüvvələrə üstün gəlir.

    İqtisadi cəhətdən dünya planetar miqyasda bütövlük xüsusiyyətləri əldə edir. Dünya

    təsərrüfatında ümumi iqtisadi qanunlann və funksional qarşılıqlı əlaqələrin təsir sferası

    genişlənir.

    Dövlətlərarası tənzimlənmə mexanizmi əhəmiyyətli dəyişikliklərə məruz qalır.

    Ölkələr arasında iqtisadi münasibətlər ikitərəfli iqtisadi münasibətlər çərçivəsindən

    kənara çıxır; ağırlıq mərkəzi çoxtərəfli iqtisadi əməkdaşlıq tərəfə yerini dəyişir.

    Beynəlxalq tənzimləyici strukturların əhəmiyyəti artır.

    Bununla əlaqədar dünya təsərrüfatı və beynəlxalq iqtisadi münasibətlər

    sistemində milli dövlətin rolu məsələsi ortaya çıxır. Qloballaşma və regionlaşdırmaya

    doğru meyillərin güclənməsi bazar qüvvələrinin dövlətin nəzarətindən çıxmasına, onun

    təsərrüfat funksiyalannın dağılmasına, iqtisadiyyatın yerdəyişmə və tənzimlənməsi üçün

    milli hökumətlərdə meydanın daralmasına səbəb olur. Transmilliləşdirmə iqtisadi

    sərhədləri tədricən şəffaf edir. Daxili və xarici iqtisadi mühit üzrə bölgünün özü əksər

    hallarda şərti olur. Bu cür hallarda milli-dövlət komplekslərinin “yuyulma”sı haqqında

    danışmaq qanunauyğundur. Ancaq tez-tez təsərrüfat qərarları milli düşüncə ilə deyil,

    TMK-ların, habelə beynəlxalq iqtisadi təşkilatlann mənafeləri ilə diktə edilir.

    17

  • Buna baxmayaraq “mili i-təsərrüfat kompleksi” və xüsusən də “ölkənin milli iqtisadi

    mənafeləri” anlayışının mənasını itirməsi haqqında nəticə çıxarmaq tez olardı.

    Milli təsərrüfatlar əvvəlki kimi əmək məhsulunun istehsalı, mübadiləsi, bölgüsü

    və istehlakının, eləcə də iqtisadi fəaliyyətin əsas mərkəzidir. Birləşmiş Millətlər

    Təşkilatı (BMT) iqtisadçılanmn tədqiqatlan göstərir ki, dünyamn ən böyük 100

    təsərrüfat subyektindən yalınız 29-u özəl korporasiya hesab olunur, qalanlan müstəqil

    dövlətlərdir. 1990-cı ildə 100 ən böyük şirkət tərəfindən yaradılmış əlavə dəyər dünya

    üzrə ÜDM-nin 3,5%-ini, 2000-ci ildə isə 4,5%- ini təşkil etmişdir. Əlavə dəyərin

    miqdanna görə dünyada ən böyük olan amerika neft qrupu 'likson Mobil” 100 aparıcı

    təsərrüfat subyektinin reytinqində yalnız 45-ci yeri tutmaqla Çili və Pakistan arasında

    yerləşir.

    Hər bir dövləti tarixi, iqtisadi, sosial-mədəni inkişafın xüsusiyyətlərindən

    törənmiş spesifik xüsusiyyətlər fərqləndirir. Başqa ölkələrin təcrübəsini kor- koranə

    yamsılamaq, beynəlxalq təşkilatlar tərəfindən zorla qəbul etdirilmiş vahid iqtisadi

    siyasət reseptlərinin tətbiqi, bir qayda olaraq, az məhsuldardır, bəzən isə iqtisadi

    vəziyyətin pisləşməsinə səbəb olur. Milli mənafelər ümumi inkişafın və beynəlxalq

    münasibətlərin mühüm amili olaraq qalır. Dövlət artıq milli təhlükəsizliyin təmin

    edilməsi ilə yanaşı bir çox iqtisadi, sosial, ekoloji məsələlərin həllində aparıcı rol

    oynamaqda davam edir.

    Qloballaşmanın inkişafı, dövlətlərarası və milli səviyyələrdə həll edilən

    problemlər dairəsinin genişlənməsi şəraitində əks meyil güclənir - milli dövlət təsərrüfat

    məsələlərində müstəqilliyinin bir hissəsinin beynəlxalq tənzimləyici orqanlara

    verilməsinin əksinə çıxış edərək daha çox öz mənafeyini müdafiə edir. Qloballaşmanın

    müasir problemləri, əslində, bir tərəfdən, təsərrüfat həyatının artan beynəlmiləlləşməsi,

    digər tərəfdən isə milli dövlətlərin, milli valyutalann (vahid avropa valyutası - avro

    istisnadır), maliyyə sistemlərinin mövcud olması ilə şərtləşmiş qlobal bazarların inkişafı

    yolunda ənənəvi məhdudiyyətlərə, habelə təsərrüfatın tənzimlənməsi sahəsində

    müxtəlifliklərə malik dünya iqtisadiyyatında milli və qlobal başlanğıc arasında

    ziddiyyətlə izah edilir.

    Qloballaşma dünya təsərrüfatında mərkəzəqaçan meyliləri gücləndirir. Sıx

    iqtisadi qarşılıqlı münasibətlər ayn-ayn ölkələrdə oxşar inkişaf meylilərinin yaranmasına

    kömək edir, iqtisadi göstəricilərin dinamikasını yaxınlaşdınr. Məlum dairələrdə

    təsərrüfat staıkturlanmn tarazlaşdıniması baş verir.

    Bundan başqa, qloballaşma ayn-ayn ölkələrdə, ölkələr qrupunda inkişaf və

    təsərrüfat mexanizmləri variantlannm müxtəlifliyini aradan qaldırmır. Hazırkı dövrdə

    müxtəlif sosial-iqtisadi modellər seçilir: ingilis-amerika, alman (“Avropa qitəsi”), İsveç

    (şimal), yapon və s. Bu modellərin və onlann

    18

  • yaxınlaşması üzrə spesifik xüsusiyyətlərinin yuyulmasına qloballaşmanın kömək

    etməsinə baxmayaraq müxtəliflik saxlanır.

    Qloballaşma dünya iqtisadiyyatı üçün yeni problemlər doğurur. O, bütün

    ölkələrin beynəlxalq konyunkturu və xammal üzrə qiymətlərin dinamikasından

    asılılığının artması ilə istiqamətini dəyişir. Yenilik ondan ibarətdir ki, əgər əvvəllər

    mənfi impulslann bir regiondan digərinə keçməsi ilk növbədə xarici ticarət kanallan üzrə

    baş verirdisə, hazırkı dövrdə kapitallann mobilliyinin artması ilə əlaqədar bu cür verilişin

    mühüm mexanizmi maliyyə-kredit sferası olur. Maliyyə böhranlannın baş verməsi və

    qlobal şəkildə dağılması təhlükəsi dəfələrlə artır.

    Milli təsərrüfatlar arasında mövcud əngəllərin azaldılması və aradan qaldıniması

    nəticəsində qloballaşmanın verdiyi fayda qeyri-bərabər bölünür. Liberallaşdırmadan ən

    çox faydanı iqtisadi yanaşmada sosial-iqtisadi inkişafın qərb modelləri və dəyərlərini

    dünyamn bütün regionlanna yaymaq yolu ilə dünya iqtisadiyyatının vahidliyi və

    tamlığını təmin etməyə çalışan güclü ölkələr qazanır. Məhz buna görə də son vaxtlar bir

    çox inkişaf etmiş ölkələr dünya iqtisadiyyatının qloballaşması əleyhinə çıxış edir.

    Qloballaşma əleyhinə çıxış edənlərin hərəkatı inkişaf etmiş ölkələrdə geniş yayılmışdır.

    Dünya iqtisadiyyatının tənzimlənməsinin beynəlxalq mexanizmini

    təkmilləşdirmək zəruriliyi buradan yaranır. XX əsrin 90-cı illərinin sonlannda dünya

    maliyyə bazarlannm qlobal sarsıntıları və XXI əsrin birinci onilliyinin başlanğıcındala

    resessiyalar əsas beynəlxalq maliyyə təşkilatlanmn fəaliyyətində sistemli böhranları üzə

    çıxarmışdır. XXI əsrin başlanğıcında ÜTT-nin işində “uğursuzluqlar” güclənmişdir.

    Hamı üçün beynəlxalq institutsional strukturların fundamental olaraq funksional və

    təşkilati cəhətdən yenidən qurulması zəruriliyi bəlli olmuşdur.

    2. Beynəlxalq biznesin mahiyyəti

    Beynəlxalq biznes öz riski ilə və cavabdehliyi altında şəxsi və ya borc vəsaitləri

    hesabına həyata keçirilən xüsusi növdən olan sahibkarlıq fəaliyyətidir. Onun başlıca

    məqsədi gələcəkdə iqtisadi faydanın əldə edilməsi, müxtəlif ölkələrin firmalarının birgə

    iştirak etdiyi və yaxud beynəlxalq kapitaldan istifadə edildiyi xüsusi işin inkişaf

    etdirilməsidir.

    Beynəlxalq biznes bir neçə ölkədə tərəfdaşlarla işgüzar əməliyyatların həyata

    keçirilməsini nəzərdə tutur. Bir ölkədə xammal və materialların alınması və onlann

    gələcək emal və quraşdırılması üçün başqa bir ölkənin ərazisinə daşınması; hazır

    məhsulun pərakəndə ticarət sistemində satılması məqsədilə bir ölkədən başqa ölkəyə

    daşınması; daha ucuz işçi qüvvəsindən istifadə edilməsi əsasında gəlir əldə etmək

    məqsədilə xarici ölkələrdə müəssisələrin tikilməsi; digər ölkədə əməliyyatlann

    maliyyələşdirilməsi üçün bir ölkənin bankında kreditin alınması kimi əməliyyatlan

    nümunə olaraq

    19

  • göstərmək olar. Fiziki şəxs, aynca şirkət, şirkətlər qrupu və yaxud dövlət təşkilatlan bu

    cür sazişlərdə iştirak edən tərəflər kimi təmsil oluna bilər.

    Beynəlxalq biznes bir ölkənin daxilindəki kommersiya fəaliyyətindən nə ilə

    fərqlənir? Əgər qısa desək, daxili sahibkarlıq bir dövlətin sərhədlərindən kənara

    çıxmayan işgüzar əməliyyatlann yerinə yetirilməsindən ibarət olduğu halda, beynəlxalq

    işgüzar əməliyyatlar bu sərhədləri aşır. Beynəlxalq biznes daxili biznesdən bir sıra

    əlamətlərə görə fərqlənə bilər, onlar aşağıdakılardan ibarətdir:

    - beynəlxalq biznesə cəlb olunmuş inkişaf etmiş ölkələrdə müxtəlif valyutalardan

    istifadə oluna bilər, bu isə ən azı tərəflərdən birinin valyutasının konvertasiya edilməsi

    zəruriliynə səbəb olur;

    ayn-ayn ölkələrin hüquq sistemləri arasında ziddiyyətin olması ehtimalı

    mövcuddur, bu isə bir və ya bir neçə tərəfi onlan yerli qanunvericiliyə uyğun gətirmək

    üçün öz fəaliyyətində düzəlişlər etməyə məcbur edir. Bir sıra hallarda müxtəlif ölkələrin

    qanunverici normalan uyuşmaz olur, bu isə beynəlxalq menecerlər üçün ən çətin həll

    edilə bilən problemdir;

    - ayn-ayn ölkələrin mədəni davranışlan arasında həm də elə fərq mövcuddur ki, o,

    tərəflərdən hər birinə məcbur edir ki, öz davramş strategiyasını digər tərəfin

    gözləmələrinə uyğun həyata keçirməklə formalaşdırsın;

    - hər bir ölkə üçün mümkün resurslann müəyyən tərkibi və həcmi xarakterikdir.

    Bir ölkənin sərəncamında təbii resurslann böyük ehtiyatlan ola bildiyi, ancaq ixtisaslı

    işçi qüvvəsi olmadığı halda, başqa bir ölkə məhsuldar, yüksək ixtisaslı işçi qüvvəsinə

    malik olar, eyni zamanda təbii resurslann çatışmamasının acısını çəkər. Beləliklə,

    məhsulun istehsal üsullan və buraxılan məhsul növləri bu və ya digər ölkənin konkret

    şəraitindən asılı olaraq fərqlənə bilər.

    Əksər hallarda menecerin işinin uğuru üçün beynəlxalq biznes və daxili işgüzar

    əməliyyatlar sferasında zəruri olan əsas təcrübə və biliklər mahiyyətcə fərqlənmir.

    Məsələn, marketinq üzrə menecerlər məqsədli istehlakçılann ehtiyac və arzulannın

    təhlilini onlann beynəlxalq və yaxud milli biznesdə məşğul olub-olmamasından asılı

    olmayaraq həyata keçirməlidirlər. Bununla yanaşı olaraq biznesin apanimasına ümumi

    yanaşmanın eyniliyinə baxmayaraq, beynəlxalq biznes sferasında məşğul olan

    menecerin işinin mürəkkəbliyi dərəcəsinin bir ölkə çərçivəsində yerinə yetirilən oxşar

    işlə müqayisədə xeyli yüksək olması faktı şübhə doğurmamalıdır. Beynəlxalq bizneslə

    məşğul olan mütəxəssislər ölkələr arasındakı mədəni, qanunverici, siyasi və sosial fərq

    məsələləri ilə məlumatlı olmalıdır. Bu mütəxəssislərin vəzifələri dairəsinə şirkətin

    məhsulunun satılacağı ölkənin və lazım olan resurslann əldə ediləcəyi ölkənin düzgün

    seçilməsi daxildir. Bundan başqa, beynəlxalq şirkətlərdə işləyən mütəxəssislərin

    vəzifəsinə müvafiq ölkənin.

    20

  • habelə onların öz işgüzar əməliyyatlarını apardığı başqa ölkələrin vergi və digər nəzarət

    orqanlan tərəfindən qəbul edilən normalara uyğun olaraq şirkətin xarici qız

    müəssisəsinin fəaliyyətinin əlaqələndirilməsi daxildir.

    Beynəlxalq biznesi nə üçün öyrənməli? Müasir tələbələr tərəfindən beynəlxalq

    biznesin daha dərindən öyrənilməsinin bir sıra səbəbləri vardır. Əsas səbəblərdən biri

    ondan ibarətdir ki, tələbələrin gələcəkdə işləyəcəyi bütün iri şirkətlər təcrübi olaraq ya

    dünyanın başqa ölkələrində işgüzar əməliyyatları həyata keçirir, ya da digər üsullarla

    iqtisadiyyatın qloballaşması prosesinə cəlb olunmuşdur. Buna görə də yaxşı

    müvəffəqiyyət əldə etmək imkanına malik olmaq, habelə başqa menecerlərlə faydalı

    əlaqələr saxlamaq üçün gələcək mütəxəssis dünyada daha çox əhəmiy^^ət kəsb edən

    beynəlxalq kommersiya fəaliyyəti məsələlərindən baş çıxarmalıdır. Məsələn, menecerin

    ilk iş tapşırığı layihələrdən birinin reallaşdınlması ilə məşğul olan komandanın işində

    iştirak etmək ola bilər. Bu komandanın tərkibinə Rusiya Federasiyası (RF), Uruqvay,

    Kanada və ABŞ-dan mütəxəssislər daxil ola bilər. Beynəlxalq biznesin əsaslarının başa

    düşülməsi menecerə bu komandanın formalaşdıniması səbəblərini, onun qarşısında

    qoyulan məqsədləri başa düşməyə, habelə həmkarlarla daha səmərəli qarşılıqlı əlaqə

    üsullarını tapmağa kömək edərdi. Bundan başqa beynəlxalq biznesin öyrənilməsinə

    zərurət onunla şərtlənə bilər ki, gələcək mütəxəssisə ola bilsin ki, qərargahı digər ölkədə

    yerləşən korporasiyaya mənsub olan firmada işləmək lazım gəlsin.

    Kiçik şirkətlər də beynəlxalq biznes sferasına daha çox cəlb olunur. Sahibkar yeni

    şirkət açıldığı təqdirdə digər ölkədə istehsal olunmuş xarici material və yaxud

    avadanlıqdan istifadə etmək, ya da xarici şirkətlərlə rəqabət mübarizəsi aparmaq

    zərurəti, ya da hətta xarici satış bazarlarında öz məhsulunu satmaq imkanı ilə qarşılaşa

    bilər. Elektron kommunikasiya vasitələrindən istifadə etməklə ticarətin sürətli inkişafı

    kiçik şirkətlər üçün yeni imkanlar açmışdır. Keçmişdə şirkətə xarici bazara çıxmaq

    üçün məhsulun

    bölüşdürülməsinin mərkəzləri şəbəkəsinin yaradılması ilə səbrlə məşğul olmaq, habelə

    hər bir ölkədə reallaşması ilə kiçik firmalarla müqayisədə iri şirkətləri dəfələrlə daha

    faydalı şəraitə qoyan proses olaraq ticarət markasının tanınmasını təmin etmək lazım

    gəlmişdir. Müasir şəraitdə yaxşı işlənmiş veb- sayt ölçüsündən asılı olmayaraq istənilən

    şirkətə hər bir aynca götürülmüş ölkədə fiziki cəhətdən iştirak etməyə lüzum olmadan

    bütün dünya üzrə istehlakçıları əhatə edən bazar seqmentində öz biznesini

    genişləndirməyə imkan verir. Bu cür imkan kiçik şirkətlərin dünya bazanna çıxması

    prosesini xeyli asanlaşdırır. Bundan başqa, xüsusilə internetdə informasiya

    texnologiyalarından istifadə edilməsi kiçik firmaların sərəncamına xərclərin

    azaldılmasının bir sıra üsullarını verir, bu isə həmin firmalara daha iri şirkətlərlə uğurlu

    rəqabət aparmağa kömək edir. Ekspress poçt üzrə sifarişçilərin ünvanına öz məhsulunun

    nümunələrini göndərmək əvəzinə

    21

  • hazırda geyim nümunələrinin fotoqrafiyasının verilməsi üçün internetdən istifadə

    olunur. Şirkət menecerlərinin qiymətləndirməsinə görə yeni texnologiyalardan istifadə

    edilməsi şirkətlərə modellərin işlənməsi üzrə xərcləri 15-20% azaltmaq imkanı

    vermişdir.

    Beynəlxalq biznesin öyrənilməsi zəruriliyini şərtləndirən daha bir səbəb ondan

    ibarətdir ki, menecer öz gələcək rəqiblərindən geriləməyə yol verməməlidir. Avropa

    ölkələrində biznesi öyrənən tələbələr adətən bir neçə dil öyrənir, çoxlu səyahət edir,

    habelə müxtəlif ölkələrdə işləyərək təcrübi vərdiş əldə edirlər. Bir çox avropa

    universitetlərində menecmentin öyrənilməsi proqramlanm işləyib hazırlayırlar, həmin

    proqramlann çoxu tələbələrin başqa ölkələrdə ən azı bir semestr keçməsini tələb edir.

    Bütün bunlardan başqa beynəlxalq biznesi idarəetmə texnologiyalan sferasındakı

    son nailiyyətlərdən xəbərdar olmaqdan ötrü öyrənmək lazımdır, həmin texnologiyalann

    bir çoxu isə Şimali Amerikadan kənarda işlənmişdir. Məsələn, Yaponiyada “dəqiq

    vaxtında” (JİT, just-in-time) adını almış maddi ehtiyatlann idarə edilməsi metodu

    işlənmiş və təcrübədə tətbiq olunmuşdur. Malgöndərənlər “dəqiq vaxtında” sistemi üzrə

    işləyərək əsas resurslara zərurət yarandığı halda, onlann şirkətin ünvanına çatdırılmasını

    təmin etməyə borcludur.

    Beynəlxalq biznesi öyrənməyin az əhəmiyyət kəsb etməyən sonuncu

    nöqteyi-nəzəri - mədəni davranış məsələlərində gələcək menecerlərin səlahiyyətliliyinin

    artırılmasıdır. Dünyanın ayn-ayrı ölkələrinin mədəni və siyasi sistemi tədricən qarşılıqlı

    asılı olduqca dünya xalqlannm oxşar xarakteristikalannın və onların arasında mövcud

    fərqin dərindən başa düşülməsi daha böyük əhəmiyyət kəsb edəcəkdir. Menecerlər

    müxtəlif mədəni irsə malik ölkələrdən olan həmkarları, istehlakçılar, malgöndərən və

    rəqabət aparan firmalarla əlaqə saxlayacaqlar. Menecerə əlaqə saxlanması lazım gələcək

    şirkətin qloballaşma şəraitində biznesin aparılmasına hansı dərəcədə uyğunlaşmaq

    barədə informasiyaya malik olması həmin mütəxəssisə bu şirkətin hörmət və etibarını

    qazanmağa, habelə onlarla əməkdaşlıq prosesində öz şirkətinə rəqabət üstünlüyünü

    təmin etməyə kömək edəcəkdir. Əksinə, menecer onu əhatə edən dünya haqqında az

    bilərsə və yaxud heç nə bilməzsə, ona adi, öz imkanlannı artıran mütəxəssis və yaxud

    onun üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə yararlı olmayan mütəxəssis kimi

    də yanaşıla bilər. Bu fikir onun hansı insanlar kateqoriyasına - menecer, istehlakçı və

    yaxud sadəcə olaraq dünyada baş verən hadisələrin şərhçisinə aid edilməsindən asılı

    olmayaraq düzgündür.

    22

  • 3. Beynəlxalq biznes fəaliyyətinin həyata keçirilməsinin motivləşdirilməsi

    Sahibkarlıq fəaliyyəti. Sahibkarlıq gəliri kommersiya uğurlan gətirən yeni ideya,

    texniki və təşkilati yeniliklərin reallaşmasında meydana çıxan, şəxsi biznes sferasında

    təşəbbüskarlığa, spesifik yaradıcı fəallığa görə xüsusi gəlir növü, mükafatlandırmadır.

    Hər bir sahibkann, xüsusilə beynəlxalq biznes sferasında əsas məqsədi qoyulmuş

    əmək və kapitala görə gəlir əldə etməkdən ibarətdir.

    Bu zaman həmin əmtəələrin istehsalını sahibkarın özünün təşkil edib- etməməsi

    və yaxud istehsalçı ilə istehlakçı arasında vasitəçi qismində çıxış edib-etməməsinin fərqi

    yoxdur. İş adamının müəssisə sahibi olması mütləq deyil, odur ki, sahibkar və

    mülkiyyətçi gəlirlərini fərqləndirmək lazımdır.

    Səhmlər üzrə dividend, depozitlər üzrə faiz, torpağın icarə haqqı mülkiyyət üzrə

    gəlirdir. Sahibkar əldə edilən mülkiyyətə sahib olmaqla bazarda fəaliyyət göstərir, yəni

    yeni məhsulun buraxılışını təşkil edir, səmərəli kommersiya əlaqələrini qaydasına

    qoyur, özgənin kapitalını dövriyyəyə buraxır, bundan özü üçün gəlir əldə edir.

    İş adamının müəssisənin bütün problemləri ilə özü məşğul olması heç də vacib

    deyil. Ayn-ayn vəzifələrin yerinə yetirilməsi digər şəxslərə verilə bilər. Sahibkarlığı

    menecmentdən, sahibkan isə idarəedicidən fərqləndirmək lazımdır. Sahibkar öz qorxu,

    risk və məsuliyyəti (o cümlədən əmlak məsuliyyəti) altında müstəqil hərəkət edir.

    Menecer sahibkar tərəfindən qoyulan vəzifələrin həyata keçirilməsini təşkil edən və öz

    fəaliyyətinə görə daha az əmlak məsuliyyəti daşıyan muzdlu işçi ola bilər.

    Şübhəsiz ki, kommersiya fəaliyyətinin geniş yayıldığı hazırkı dövrdə menecment

    və sahibkarlıq üzrə bölgü xeyli dərəcədə şərtidir. Sahibkar heç də həmişə kapital

    mülkiyyətçisi olmur, ancaq demək olar ki, həmişə o, bu və ya digər dərəcədə menecer

    kimi çıxış edir.

    Cəmiyyətin ehtiyaclanna tez reaksiya verən, yeni texnologiyaların tətbiqi və

    tələbata malik əmtəələrin istehsalının mənimsənilməsi hesabına bazarda iştirakını

    genişləndirən şəxs qalib gəlir.

    Əmtəə və xidmətlərin istehsalı, gəlir, nüfuz əldə edilməsi, biznesin inkişaf

    etdirilməsi sahibkarlığın daha mühüm məqsədləri arasındadır. Bütün bu məqsədlər

    qarşılıqlı əlaqədədir.

    Belə düşünmək sadəlövhlük olardı ki, iş adamı həmişə öz qarşısında ictimai

    faydalı olan məqsədi qoyur - əksər hallarda buna istehsal şəraiti, sosial mühit,

    qanunvericilik və bazarda oyun qaydalan maraq yaradır.

    Mənfəət ardınca qaçmaq sahibkarı öz kapitalı ilə risk etməyə, işçilər tutmağa və

    əmtəələrin istehsalı və xidmətlərin göstərilməsi üçün bütün tələb olunanları əldə etməyə

    məcbur edir. Mənfəət məhsul və yaxud xidmətlərin

    23

  • keyfiyyətinin yaxşılaşdmlması, onlann maya dəyərinin aşağı salınması və

    rəqabətqabiliyyətliliyinin artıniması üçün stimuldur.

    Hər halda, mənfəət əldə edilməsi insanlan bizneslə məşğul olmağa təhrik edən

    yeganə səbəb deyil. Şəxsi işin təşkilinə, həm də şəxsən asılı olmamaq, öz vaxtından

    sərbəst şəkildə istifadə etmək imkanı, öz qabiliyyətini göstərmək və yaxud ailə

    ənənələrini davam etdirmək arzusu səbəb ola bilər.

    Motivlərdən və fəaliyyət sferasından asılı olmayaraq sahibkar öz imkanlarını

    aşağıdakı funksiyalann yerinə yetirilməsi vasitəsilə həyata keçirir:

    - ödəmə qabiliyyətli tələbin mövcud olduğu əmtəə və xidmətləri müəyyən etmək

    məqsədilə bazann öyrənilməsi;

    - həmin əmtəələrin istehsalı və yaxud xidmətlərin göstərilməsi üçün resurslann

    qiymətləndirilməsi, aşağı qiymətə əldə edilməsi mümkün olan resurslar bazannın

    axtaniması;

    - işin yeni texnika və texnologiya əsasında təşldl edilməsi və onlann idarə

    edilməsi;

    - əmtəə və xidmətlərin müasir marketinq prinsiplərindən istifadə edilməklə

    satılması;

    - mədaxilin istehlak və yığım fondu, ehtiyat, dividendlərin ödənməsi fondlan

    arasında bölüşdürülməsi və s.

    Biznes sferasının seçilməsi. Fəaliyyət sferası sahibkann öz mülahizəsinə görə

    müəyyən edilir. Onun seçimi çox məsuliyyətli işdir və bir neçə mərhələdə, bir sıra

    amillərin təhlili əsasında həyata keçirilir. Bu da sahibkardan xüsusi bacanq, bilik, ağıl

    tələb edir. Dünya təcrübəsi təsdiq edir ki, sahibkarlann 90%-i biznesə tanış olduqlan

    fəaliyyət sferasında başlayırlar.

    Ayn-ayn biznes növlərinin həyata keçirilməsi üçün hüquqi və iqtisadi maneələri

    nəzərə almaq lazımdır. Bu istənilən növ silah və döyüş sursatı istehsalına, narkotik və

    zəhərli maddələrin hazırlanması və satışına, eləcə də bir sıra digər sferalara aiddir.

    Müəyyən fəaliyyət növləri, yalnız xüsusi icazə (lisenziya) əsasında həyata keçirilir.

    Şəxsi işin təşkilini planlaşdırarkən bu və ya digər sahəyə girmək üçün sırf iqtisadi

    məhdudiyyətləri - giriş maneələrini də fikirləşmək lazımdır. İqtisadi məhdudiyyətlər

    dedikdə, ilkin kapitalın yüksək səviyyəsi, qoyulan vəsaitlərin ödənməsinin

    uzunmüddətliliyi, kommersiya nəticəsinin əldə edilməsində qeyri- müəyyənlik başa

    düşülür. Nəzərdə tutulan fəaliyyətin sahə və regionunda iqtisadi konyunkturu da

    diqqətdən kənarda qoymaq olmaz. Adətən belə olur ki, ayn-ayn regionlar sürətli inkişaf

    edir, digərlərində isə durğunluq müşahidə olunur, buna görə sahibkarlar da inkişaf

    etməkdə olan regionlara meyil edirlər.

    Deyilənlər fəaliyyət sahələrinə də aiddir. Biznes üçün yeni, dinamik inkişaf edən

    sahələr prioritetdir.

    24

  • Sahibkarlıq ideyasının axtarışı. Yeni müəssisə yaradan sahibkarlann, hər

    şeydən əwəl, faydalı, səmərəli ideyası olmalıdır. Daha sonra aşağıdakılar nəzərə

    alınmalıdır;

    - biznesə başlamaq üçün nə qədər və hansı vəsait lazım olacaqdır?

    - işə başlamaqla hansı illik mənfəəti əldə etmək olar?.

    Əgər hesablamalar həyata keçirilən ideyanın yaxşı gəlir gətirmək qabiliyyətinə

    malik olduğunu göstərərsə, tərəfdaşlan - işləmək aruzunda olan və yaxud vəsaiti olan və

    həmin vəsaiti sahibkarlıq işinə investisiya qoymağa hazır olan şəxsləri axtarmaq

    lazımdır.

    Heyət daha yaxşı təşkil olunarsa, uğura nail olmaq olar. Bunun üçün işin planını

    tərtib etmək, tapşınğın icrasına nəzarəti müəyyən etmək, hər bir işçinin fıınksiyasını

    təyin etmək, yəni müəssisənin idarə edilməsi mexanizmini yaratmaq lazımdır.

    İnsanlan birləşdirən konstruktiv ideya və onlann işinin sonrakı təşkili mövcud

    olmayan pul 1 an əvəz edə bilər. Yeni ideya heç də yeni əmtəə və yaxud texnologiya

    deyil. Bu həm pul resurslanna malik insanlann ümumi fayda üçün birgə fəaliyyətə cəlb

    olunması, həm də əmtəə və xidmətlərə malik şəxslərin tələb etməməsi səbəbindən

    onlardan qalan tələbatın öyrənilməsi, həm də müəssisənin yaradılmasının texnoloji

    bilikləri, qeydiyyatı və s. ola bilər. Başqa sözlə, yaxşı ideya, həm də gəlir gətirməyə

    qadir olan dəyərdir, ancaq həmin ideya hər halda onun reallaşdıniması üzrə işgüzar

    təşəbbüs və inadlı işlə tamamlanmalıdır.

    Hər hansı bir təşkilatın mənbəyində, bir qayda olaraq, əvvəlcə sadə, müəssisə

    inkişaf etdikcə isə mürəkkəbləşən müəyyən məqsədin əldə edilməsi üçün səmərəli

    struktur yaratmağı arzu edən təşəbbüs qrupu durur.

    Müdssisənin strateji, uzunmüddətli məqsədi olaraq, adətən, mənfəəətin əldə

    edilməsi çıxış edir. Mənfəət əldə etməyə hər bir sahibkar can atır, ancaq ona necə nail

    olmağı hər kəs bilmir. Təşəbbüs qrupu, digər insanlardan fərqli olaraq mənfəətin əldə

    edilməsinin yollan barəsində dəqiq təsəvvürə malik olur.

    Strateji məqsədə nail olmaqdan ötrü ilkin kapital tələb olunur, onun ölçüsü isə

    seçilmiş sahə və fəaliyyətin miqyası ilə müəyyən olunur. Kiçik bir mağaza yaratmaq

    sadə bir iş olduğu halda, kommersiya bankı və yaxud investisiya şirkəti yaratmaq isə

    tamamilə mürəkkəb məsələdir. Müəssisənin təşkilati-hüquqi forması təşəbbüs qrupunun

    və yaxud fərdi sahibkann hansı vəsaitə malik olmasından asılıdır. Əgər əldə olan vəsait

    ilkin kapitalın yaradılması üçün kifayətdirsə, onda, adətən, cəmiyyət məhdud

    məsuliyyətlə qeydiyyatdan keçir. Əgər vəsait çatışmırsa, səhmlər üzrə qapalı abunə elan

    edilir və qapalı səhmdar cəmi>7ət (SC) yaradılır. Çox vəsaitin cəlb edilməsi lazım

    gəldikdə nizamnamə kapitalını açıq SC-i təşkil etmək və yeni yaradılmış şirkətin

    səhmlərini fond bazarında satmaq yolu ilə formalaşdırmaq olar.

    25

  • Açıq və yaxud qapalı SC-lərin yaradılmasının təşəbbüskarları mülkiy7ətçiləri

    təşkil edir və müəssisəni qeydiyyatdan keçirirlər.

    Sərbəst vəsaitə malik olan insanlar həmişə aşağıdakı variantlardan birini seçmək

    imkanına malik olurlar: bankda hesaba pul qoymaq, qızıl və yaxud valyuta əldə etmək,

    dövlət qiymətli kağızlarını almaq və işə kapital qoymaq. Minimal zərər riski ilə

    müəyyən dövr ərzində kapital qoyuluşu gətirən gəlir bu və ya digər imkanın

    qiymətləndirilməsi meyan kimi çıxış edir. Buna görə də təşəbbüs qrupu nəinki gələcək

    təşkilatın fəaliyyət növünü, həm də kapital qoyuluşlannın gözlənilən rentabellik

    normasını dəqiq müəyyən etməli, habelə mülkiyyətçiləri bu normanın minimal zərər

    riski ilə əldə ediləcəyinə inandırmalıdır.

    Təşəbbüs qrupunun üzvləri, bir qayda olaraq, mülkiyyətçilərin tərkibinə daxil

    olurlar, onların sırasından isə müəssisənin yaradılması mərhələsində təşkilatın

    top-meneceri olan lider seçilir. Mülkiyyətçilər adətən məhz konkret rəhbərə bələd

    olduqdan sonra öz kapitallarını təşkilata yatırırlar.

    Beləliklə, müəssisənin yaradılması zamanı aşağıdakı əsas məqamları müəyyən

    etmək lazımdır:

    - fəaliyyətin növü;

    - start kapitalının miqdarı;

    - təşkilati-hüquqi forma;

    - kapitalın gözlənilən rentabellik norması.

    Yeni fəaliyyətə başlayan sahibkar sınanmış yolla gedə bilər, ancaq dünya

    təcrübəsi sübut edir ki, inkişaf dinamikası və qoyulmuş vəsaitin verimi

    nöqteyi-nəzərindən bazara yeni məhsul və yaxud xidmətlə çıxan şirkət daha çox şey vəd

    edir. Bu cür müəssisələrin yaradılması nəinki milli gəlirin və əhalinin məşğulluğunun

    artmasına imkan yaradır, həm də iqtisadiyyatda struktur dəyişikliklərinin katalizatoru

    vəzifəsini yerinə yetirir.

    Əmtəə və xidmətlər bazarında həm də vəziyyəti öyrənmək və onda hələ

    tutulmamış və yaxud rəqiblər tərəfindən az istifadə olunan bazar "niş”i adlandırılan çox

    dar sahəni axtanb tapmaq lazımdır, ora düşməklə istehsal və yaxud kommersiya

    fəaliyyəti mənfəətli və yaxud tez inkişaf edən ola bilər.

    Hər bir ölkənin iqtisadiyyatında, hətta ənənəvi və çoxdan bölüşdürülmüş

    bazarlarda minlərlə “niş”i tapmaq və doldurmaq faydalı olar. Sürətlə inkişaf edən bir

    çox uğur qazanmış şirkətlər onlann rəhbərlərinin yeni məhsul yaratmağa cəhd etməsinə

    deyil, bu sahənin digər fırmalannın eyni əmtəə və xidmətlərini qeyri-standart şəkildə

    bazara tətbiq etmək bacarığına minnətdar olmalıdırlar.

    Sahibkann uğur qazanması üçün xarakterik əlamət bazardakı istənilən tələb və

    təklifin dəyişməsinə həssas reaksiya veımək, digərlərinin yalnız sabah görəcəklərini

    artıq bu gün görmək bacanğından ibarətdir.

    26

  • Biznes sahibkann çox yaxşı tanıdığı, həmin sahədə iş təcrübəsinə malik olduğu

    və seçilmiş işin bütün xüsusiyyətlərini, incəlik və nüanslarını nəzərə aldığı bazar

    “niş’Mndə daha uğurla gedər. Ancaq yaddan çıxarmaq olmaz ki, gec və ya tez bu “niş”i

    tutmağı arzulayan rəqib tapılacaqdır. Buna görə də həmişə, zəruri olan halda,

    müəssisənin istiqamətləndirilməsinin mümkün olduğu növbəti bazar “niş”ini axtarmaq

    lazımdır.

    Biznesin konsepsiyası. Biznes konsepsiyası müəssisənin yaradılması və inkişafı

    ideologiyasını xarakterizə edir. Onun işlənib hazırlanması məqsədə çatmağa cəhd

    göstərərkən kollektivi sıx birləşdirən fəaliyyət istiqamətini müəyyən etməyə imkan

    verir. Səmərəli formal aşdı nimiş konsepsiya müəssisəyə münasibətdə müsbət

    emosiyalar doğurur, insanlan konkret fəaliyyətə səfərbər edir.

    Konsepsiyanın yaradılması heç də firma üçün nə və necə etmək sualına cavab

    deyil, o daha geniş anlayışdır. Hər bir müəyyən məqsədə yönəldilmiş sistem bir neçə

    rolu; məsələn, istehsalçı, istehlakçı, tədarükçü, icarədar, vergi ödəyicisi rolunu yerinə

    yetirir.

    Konsepsiya - firmanın onsuz möhkəmlənə və vahid məqsəd kimi fəaliyyət

    göstərə bilmədiyi, onun bütün rollan çoxluğunu birləşdirən davranış istiqamətidir.

    Konsepsiyada hansısa dərəcədə bəzən əlçatmaz, ancaq yaxınlaşılası mümkün və faydalı

    görünən ideal nəticələr göstərilir.

    Konsepsiyaya daxildir;

    - biznesin məqsədinin yaradılması;

    - fəaliyyət strategiyasının işlənib hazırlanması və yaxud məqsədə nail olmağın

    yollarının tapılması;

    - qarşıya qoyulmuş məqsədə təcrübi nail olmaq vasitələrinin seçilməsi;

    Konsepsiyanın işlənib hazırlanması biznesin təşəkkül tapması və

    inkişafında mühüm rol oynayır. İşin uğuaına onun təsiri aşağıdakılarla müəyyən edilir;

    - konsepsiyanın işlənib hazırlanması fırnıa rəhbərliyini onun fəaliyyətinin əsasım

    təşkil edən amilləri hərtərəfli qiymətləndirməyə məcbur edir;

    - konsepsiyanın başa düşülməsi biznesin geniş panoramının alınmasına kömək

    edir, bu isə firmanın rəhbərliyi və heyətinə baş verənləri sanki “quşun uçma

    yüksəkliyi”ndən seyr etməyə imkan verir, bunsuz isə uzunmüddətli

    rəqabətqabiliyyətliliyi və biznesin uğurunu təmin etmək mümkün deyil.

    - konsepsiya həm firmanın daxilində (əməkdaşlara biznesin məqsədini daha

    yaxşı başa düşməyə imkan verir), həm də firmanın xaricində (informasiyanın səhmdar,

    malgöndərən və istehlakçılara çatdınimasına kömək edir) kommunikasiya üçün böyük

    əhəmiyyət kəsb edir;

    Biznesin konsepsiyası müəyyən amillərdən irəli gəlir;

    - təmin edilən istehlak dairəsi;

    - istehlakçıların məcmusu;

    27

  • - buraxılan məhsul;

    - firmanın rəqabət üstünlükləri.

    Biznesin konsepsiyası işlənib hazırlanarkən müəssisənin fəaliyyətinin əsas

    istiqaməti istehlakçılann arzu və ehtiyaclannı nəzərə almalıdır. Müəssisə haqqında

    nizamnamə və ya əsasnamədə göstərilən təxsisatların siyahısı kifayət deyil. Müəssisənin

    fəaliyyət istiqaməti bazarda azad “niş”i tutmağa tutmağa cəhd etməyə və yaxud dəyişən

    tələblə əlaqədar olaraq müəyyən məhsulun istehsalı ideyasına, perspektivli

    istehsal-texniki kəşfdən istifadəyə, rəqabət mübarizəsində yaranan vəziyyətə və yaxud

    digər oxşar amillərə əsaslana bilər.

    Fəaliyyət istiqaməti həmişə əsas suala cavab verməlidir; verilmiş müəssisə hansı

    tələbatlann ödənməsi üçün yaradılır və fəaliyyət göstərir? Bu suala cavab onun işinin

    qurulması və təşkili üçün baza yaradacaqdır.

    Biznesin məqsədlərinin seçilməsi. Biznes konsepsiyasının işlənib hazırlanması

    onun məqsədlərinin formulə edilməsini nəzərdə tutur. Məqsədlər - müəssisənin öz

    fəaliyyətində can atdığı əsas nəticələrdir.

    Sahibkar müəyyən məqsədlər qoymaqla o istiqamətləndiriciləri əsas götürür ki,

    onlarda müəssisənin bütün fəaliyyəti mərkəzləşmiş olsun.

    Məqsədlər təşkilati, motivləşdirici və nəzarət funksiyalannı yerinə yetirərək

    müəssisənin (firmanın) idarəetmə sisteminin əsas elementi hesab olunur.

    Məqsədlərin müəyyən edilməsi zamanı, adətən, bir neçə sual meydana

    çıxır:

    - hansı məqsədləri seçmək və onların ardıcıllığını necə müəyyən etmək?;

    - onlar nə dərəcədə aktualdır və onlara nail olmaq imkanlan necə

    qiymətləndirilir?

    Nümunəvi məqsədlərə satış bazarlannda verilmiş müəssisənin rolu, biznesin

    həcminin artması, onun mənfəətli olması, rentabelliliyi və digər xarakteri sti kal an ilə

    bağlı olan məqsədlər aiddir. Məqsədlərin qoyuluşu müəssisənin fəaliyyəti istiqamətində

    ifadə olunmuş onun əsas funksiyalarının yerinə yetirilməsinə imkan verir. Bundan

    başqa, birbaşa funksional nəticələrin əldə edilməsinə imkan yaradan köməkçi məqsədlər

    formulə edilə və qoyula bilər.

    Fəaliyyət strategiyası. Biznesin istiqaməti və məqsədlərinin müəyyən

    edilməsindən sonra strategiyanın işlənib hazırlanması başlayır.

    Strategiya məqsədlərə çatmaq üçün zəruri olan ümumiləşdirilmiş fəaliyyət

    modelini özündə əks etdirir.

    Sərt rəqabət şəraitində və bazarda sürətlə dəyişən vəziyyətdə diqqətin nəinki

    müəssisənin işinin daxili vəziyyətinə cəmləşdirilməsi, həm də xarici bazarda baş verən

    dəyişiklikləri izləməyə imkan verən uzunmüddətli strategiyanın işlənib hazırlanması

    çox vacibdir. Keçmişdə çoxlu firmalar, əsasən, gündəlik işlə, resurslardan istifadənin

    səmərəliliyinin yüksəldilməsi ilə

    28

  • bağlı olan daxili problemlərlə məşğul olaraq uğurla fəaliyyət göstərə bilirdilər, flazırda

    isə cari fəaliyyətdə potensialdan səmərəli istifadə məsələsi aradan götürülməsə də,

    firmanın sürətlə dəyişən ətraf mühitə uyğunlaşmasını təmin edən strategiyanın həyata

    keçirilməsi çox vacib hesab edilir.

    Məsələn, yapon firmalannın strategiyası üçün aşağıdakılar xarakterikdir:

    - istər xarici mühitdə, istərsə də firma daxilində daimi dəyişikliyə

    istiqamətlənmə;

    - bu mühitdə müəyyən yerə istiqamətlənmə;

    - determinasiya olunmuş istiqamətin olmaması,

    - nəinki hazırkı məqamda, həm də uzunmüddətli perspektivdə yaşamaq və

    dəyişən dünyada öz rolunu gücləndirmək üçün bütün imkanlann nəzərə alınması və

    istifadə olunması;

    - insan resurslarının, onlann intellektual potensialının və daima dəyişən

    texnologiyalann yaşamağın əsaslan kimi ayniması.

    Çevikliyi, uyğunlaşma qabiliyyəti, dəyişikliklərin səthində olmağa can atması ilə

    fərqlənən bu strategiya sürətli yenidənqurma yolu ilə bazarda öz yerini geri almağı

    bacarmaq tələbatını obyektiv olaraq əks etdirir.

    Qeyd etmək lazımdır ki, vahid strategiya mövcud deyil. Hər bir firma özünə görə

    nadirdir, buna görə də strategiyanın işlənib hazırlanması özünəməxsusdur, o isə firmanın

    bazardakı vəziyyəti, onun inkişaf dinamikası, potensialı, rəqiblərin davranışı, istehsal

    etdiyi məhsul və yaxud göstərdiyi xidmətin xarakteristikası, iqtisadiyyatın vəziyyəti,

    mədəni mühitdən və s. asılıdır.

    Strategiyanın işlənib hazırlanması firmanın daxili vəziyyətini və xarici mühiti

    xarakterizə edən əsas amillərin təhlili əsasında həyata keçirilir. Strategiya müəssisədə

    olan resurslardan istifadəni yaxşılaşdırmağın bütün variantlannı və xarici mühit

    elementlərini nəzərə almaqla qoyulmuş məqsədlərə nail olmaq imkanlannı

    qiymətləndirməlidir.

    Strategiyanın seçilməsi zamanı aşağıdakı əsas amillər nəzərə alınmalıdır;

    - sahənin güclü tərəfləri;

    - firmanın güclü tərəfləri;

    - firmanın məqsədləri;

    - firmanın maliyyə resurslan;

    - işçilərin ixtisası;

    - xarici mühitdən asılılıq dərəcəsi;

    - vaxt amili.

    Seçilmiş strategiya onun həyata keçirilməsi imkanlannı müəyyən edən amillərin

    düzgünlüyü və kifayət dərəcədə olmasının təhlili yolu ilə qiymətləndirilir. Əsas

    qiymətləndirmə meyan belədir: bu strategiya firma tərəfindən qoyulmuş məqsədlərə nail

    olmağa gətirib çıxaracaqdırmı?

    29

  • Əgər strategiya firmanın məqsədlərinə uyğun gəlirsə, onda onun sonrakı

    qiymətləndirilməsi aşağıdakı istiqamətlər üzrə aparılır:

    - mühitin vəziyyətinə və tələblərinə uyğunluq;

    - firmanın potensialı və imkanlarına uyğunluq;

    - strategiyanın əsasını təşkil edən riskin qəbul oluna bilməsi.

    Biznesin əsas təşkili mərhələləri. Bizneslə məşğul olmaq qərarına gələn hər bir

    sahibkann məqsədi ümumi şəkildə öz fəaliyyət sferasını müəyyən etmək, uğur vəd edən

    yeni ideya tapmaq, mümkün risk və mənfəət proqnozu nöqteyi-nəzərindən onu hərtərəfli

    qiymətləndirmək, sonra isə yeni ideyanın yaranmasına həmişə əngəl törədərək

    müqavimət göstərən güclü qüvvələri dəf etməklə nəzərdə tutulmuş fikri konkret nəticəyə

    qədər apanb çatdırmaqdan ibarətdir.

    Biznesin təşkili bir sıra mərhələləri özündə birləşdirir;

    1) yeni ideyanın axtanşı və yaradılması;

    2) onun hərtərəfli qiymətləndirilməsi;

    3) bazar “niş”inin axtaniması;

    4) biznes-planın işlənib hazırlanması;

    5) fəaliyyət konsepsiyasının yaradılması, biznesin məqsədinin seçilməsi;

    6) fəaliyyət strategiyasının işlənib hazırlanması;

    7) tələb olunan resurslann cəlb olunması;

    8) layihənin həyata keçirilməsi;

    9) müəssisənin təşkili və idarə edilməsi.

    Ən mühüm strateji qərarlardan biri müəssisənin yerləşdiyi yerin seçilməsidir. Bu,

    xüsusilə ticarət müəssisələrinə (mağazalara) aid edilir. Təcrübə göstərir ki, orta

    keyfiyyətli mağaza yaxşı yerdə yerləşərsə uğurlu olar, əksinə, ən yaxşı mağaza üçün də

    “pis yer”də yaşamaq çətindir.

    Müəssisənin işinin təşkili. Müəssisə yerləşdiyi ölkənin qanunvericiliyinə uyğun

    olaraq təsis olunandan, zəmri resurslar cəlb olunandan, malgöndərənlər seçiləndən və

    yerləşdiyi yer müəyyən ediləndən sonra onun işini təşkil etmək lazımdır.

    Təşkil etmək - bütün müəssisə çərçivəsində bu və ya digər fəaliyyət növünün

    həyata keçirilməsi üçün zəruri olan funksiya və vəzifələrin planlaşdıniması, müəyyən

    edilməsi deməkdir.

    Səmərəli iş üçün əməkdaşların funksional vəzifə və hüquqlanm, eləcə də onlann

    qarşılıqlı münasibətlərini dəqiq və ay