Qeyri-texniki xülasə - BP€¦ · Web viewQeyri-texniki xülasə Hazırkı Qeyri-Texniki...

15
D230 saylı Blok üzrə seysmik tədqiqat Ətraf Mühit Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi Qeyri-texniki xülasə Qeyri-texniki xülasə Hazırkı Qeyri-Texniki Xülasədə (QTX) D230 saylı Blokda 3Ö seysmik tədqiqatın həyata keçirilməsi (bir tədqiqat profili blokun hüdudundan kənara uzanmaqla) üçün hazırlanmış Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) barədə qısa məlumat təqdim edilir. Layihə fəaliyyətlərinin, ƏMSSTQ-də müzakirə olunan məsələlərin və ətraf mühitə və sosial-iqtisadi sahəyə təsirlər və onların azaldılması barədə əsas yekunların xülasəsini təmin etmək nəzərdə tutulur. Modelləşdirmə üzrə araşdırmaların, nəzərdə tutulan təsirazaldıcı tədbirlərin və monitorinq fəaliyyətlərinin təfərrüatlı texniki təsviri ƏMSSTQ-nin əsas bölmələrində təqdim olunur. E.1 Giriş BP və SOCAR Azərbaycan sahil xəttindən təxminən 80km məsafədə suyun dərinliyinin 100m və 800m arasında dəyişdiyi ərazidə D230 saylı Blok boyunca və ondan kənarda 3Ö seysmik məlumatların toplanılmasından ibarət olan kəşfiyyat proqramını həyata keçirməyi nəzərdə tutur. Şəkil E.1-də nəzərdə tutulan tədqiqat profilləri D230 saylı Blok və regiondakı digər Kontrakt Sahələri göstərilir. Seysmik tədqiqatın maksimum 6 ay müddəti ərzində 2019/2020-ci illərdə həyata keçirilməsi planlaşdırılır. Tədqiqat D230 saylı Blok daxilində yerləşən tədqiqat profillərindən və Dan Ulduzu-Əşrəfi Kontrakt Sahəsində yerləşən Əşrəfi-1 quyusuna doğru uzanan bir tədqiqat profilindən ibarət olacaq. Gəminin hərəkəti Blokun hüdudları ilə məhdudlaşmayacaq, belə ki, hər bir tədqiqat profilinin sonunda dönmək üçün gəmilər D230 saylı Blokun xaricinə hərəkət etməli olacaq. Gəminin manevretmə zonası tədqiqat profillərinin sonundan 10km məsafəyə qədər uzana bilər. Məlumatların toplanılması prosesi gəmilər profillərini dəyişərkən də aparıla bilər. Seysmik tədqiqatın məqsədi hövzə daxilində perspektiv karbohidrogen strukturlarını qiymətləndirməkdir ki, bundan sonra isə gələcəkdə potensial kəşfiyyat qazma işləri üçün hədəflər müəyyənləşdirilə bilər. Əldə edilmiş məlumatlar sahənin kəşfiyyatının işlənməsinin həcmini müəyyənləşdirmək və planlaşdırmaq üçün istifadə olunacaq. D230 saylı Blok üzrə 3Ö seysmik tədqiqat ilə bağlı planlaşdırılan fəaliyyətlərin yerini və miqyasını nəzərə alaraq, BP şirkəti ƏMSSTQ sənədi hazırlamaq qərarına gəlib. Bu yanaşma Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə razılaşdırılıb və Cənubi Xəzər hövzəsinin Azərbaycan sektorunda aparılmış oxşar seysmik tədqiqatlar üçün BP tərəfindən qəbul edilən yanaşmaya uyğundur. Dekabr 2018-ci il Yekun E/1

Transcript of Qeyri-texniki xülasə - BP€¦ · Web viewQeyri-texniki xülasə Hazırkı Qeyri-Texniki...

Page 1: Qeyri-texniki xülasə - BP€¦ · Web viewQeyri-texniki xülasə Hazırkı Qeyri-Texniki Xülasədə (QTX) D230 saylı Blokda 3Ö seysmik tədqiqatın həyata keçirilməsi (bir

D230 saylı Blok üzrə seysmik tədqiqatƏtraf Mühit və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Qeyri-texniki xülasə

Qeyri-texniki xülasəHazırkı Qeyri-Texniki Xülasədə (QTX) D230 saylı Blokda 3Ö seysmik tədqiqatın həyata keçirilməsi (bir tədqiqat profili blokun hüdudundan kənara uzanmaqla) üçün hazırlanmış Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) barədə qısa məlumat təqdim edilir. Layihə fəaliyyətlərinin, ƏMSSTQ-də müzakirə olunan məsələlərin və ətraf mühitə və sosial-iqtisadi sahəyə təsirlər və onların azaldılması barədə əsas yekunların xülasəsini təmin etmək nəzərdə tutulur. Modelləşdirmə üzrə araşdırmaların, nəzərdə tutulan təsirazaldıcı tədbirlərin və monitorinq fəaliyyətlərinin təfərrüatlı texniki təsviri ƏMSSTQ-nin əsas bölmələrində təqdim olunur.

E.1 Giriş

BP və SOCAR Azərbaycan sahil xəttindən təxminən 80km məsafədə suyun dərinliyinin 100m və 800m arasında dəyişdiyi ərazidə D230 saylı Blok boyunca və ondan kənarda 3Ö seysmik məlumatların toplanılmasından ibarət olan kəşfiyyat proqramını həyata keçirməyi nəzərdə tutur. Şəkil E.1-də nəzərdə tutulan tədqiqat profilləri D230 saylı Blok və regiondakı digər Kontrakt Sahələri göstərilir. Seysmik tədqiqatın maksimum 6 ay müddəti ərzində 2019/2020-ci illərdə həyata keçirilməsi planlaşdırılır.

Tədqiqat D230 saylı Blok daxilində yerləşən tədqiqat profillərindən və Dan Ulduzu-Əşrəfi Kontrakt Sahəsində yerləşən Əşrəfi-1 quyusuna doğru uzanan bir tədqiqat profilindən ibarət olacaq. Gəminin hərəkəti Blokun hüdudları ilə məhdudlaşmayacaq, belə ki, hər bir tədqiqat profilinin sonunda dönmək üçün gəmilər D230 saylı Blokun xaricinə hərəkət etməli olacaq. Gəminin manevretmə zonası tədqiqat profillərinin sonundan 10km məsafəyə qədər uzana bilər. Məlumatların toplanılması prosesi gəmilər profillərini dəyişərkən də aparıla bilər.

Seysmik tədqiqatın məqsədi hövzə daxilində perspektiv karbohidrogen strukturlarını qiymətləndirməkdir ki, bundan sonra isə gələcəkdə potensial kəşfiyyat qazma işləri üçün hədəflər müəyyənləşdirilə bilər. Əldə edilmiş məlumatlar sahənin kəşfiyyatının və işlənməsinin iş həcmini müəyyənləşdirmək və planlaşdırmaq üçün istifadə olunacaq.

D230 saylı Blok üzrə 3Ö seysmik tədqiqat ilə bağlı planlaşdırılan fəaliyyətlərin yerini və miqyasını nəzərə alaraq, BP şirkəti ƏMSSTQ sənədi hazırlamaq qərarına gəlib. Bu yanaşma Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə razılaşdırılıb və Cənubi Xəzər hövzəsinin Azərbaycan sektorunda aparılmış oxşar seysmik tədqiqatlar üçün BP tərəfindən qəbul edilən yanaşmaya uyğundur.

Dekabr 2018-ci ilYekun

E/1

Page 2: Qeyri-texniki xülasə - BP€¦ · Web viewQeyri-texniki xülasə Hazırkı Qeyri-Texniki Xülasədə (QTX) D230 saylı Blokda 3Ö seysmik tədqiqatın həyata keçirilməsi (bir

D230 saylı Blok üzrə seysmik tədqiqatƏtraf Mühit və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Qeyri-texniki xülasə

Şəkil E.1: Regiondakı digər Kontrakt Sahələrinə münasibətdə D230 saylı Blok üzrə seysmik tədqiqatın yeri

Dekabr 2018-ci ilYekun variant

E/2

Azəri-Çıraq-GünəşliBahar Qum DənizDan Ulduzu ƏşrəfiQarabağŞahdənizAbşeron Yarım. Dayazsulu HissəsiYalama D-222

Ətrafdakı kontrakt sahələri və bloklar

D230 saylı Blok

3Ö seysm. tədq. profil sahəsi (əsas)

3Ö seysmik profillər (digər)

Ölkənin sərhədi

Batimetriya konturları

Yaşayış məntəqələri

Şərti işarələr

Page 3: Qeyri-texniki xülasə - BP€¦ · Web viewQeyri-texniki xülasə Hazırkı Qeyri-Texniki Xülasədə (QTX) D230 saylı Blokda 3Ö seysmik tədqiqatın həyata keçirilməsi (bir

D230 saylı Blok üzrə seysmik tədqiqatƏtraf Mühit və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Qeyri-texniki xülasə

E.2 3Ö seysmik tədqiqatın icmalı

3Ö seysmik tədqiqatı dörd və altı arasında strimerdən1 və çoxsaylı enerji mənbələrindən istifadə edən (bunların hər ikisi də gəminin arxasında yedəklə dartılacaq) seysmik tədqiqat gəmisi vasitəsilə həyata keçiriləcək. Tədqiqat gəmisi öncədən müəyyənləşdirilmiş tədqiqat profilləri boyunca hərəkət etdikcə, enerji mənbəyi nəzarətli şəkildə enerji impulsları buraxır ki, onlar da su sütunu boyunca dəniz dibinə doğru hərəkət edərək səthaltı geoloji təbəqələrə sirayət edir və dəniz səthinə doğru geri əks olunur. Əks olunmuş enerji strimerə daxil edilmiş qəbuledicilər (hidrofonlar) vasitəsilə qeydə alınır və məlumatlar tədqiqat gəmisinə geri göndərilir və orada saxlanılır və emal edilir. Arxa buy strimerin arxa sonluğuna birləşdiriləcək və o, suya yarımdalmış vəziyyətdə yedəklə dartılan strimerin xəbərdarlıq nişanı olacaq və avadanlığın yeri və dərinliyi barədə məlumat təmin edəcək.

Tədqiqat ərzində ikiyədək dəstək gəmisi təchizat mallarının daşınması və heyətin tədqiqat gəmisinə çatdırılması, tullantıların sahilə daşınması, tədqiqat gəmisi və yedəklənən avadanlıq ətrafında təhlükəsizlik məqsədli qadağa zonasının qorunub saxlanması kimi fəaliyyətləri həyata keçirəcək. Tədqiqat və dəstək gəmiləri 24 saat fəaliyyət göstərəcək.

Şəkil E.2-də 3Ö seysmik məlumatların toplanması prosesi təsvir olunub.

Şəkil E.2 3Ö seysmik tədqiqat prosesinin təsviri

1 Strimer müntəzəm intervallarla seysmik qəbuledicilərin (“hidrofonlar” adlanır) birləşdirildiyi, su səthində üzən elektrik kabelidir – bu kabel boyunca hər bir hidrofonun qəbul etdiyi siqnallar tədqiqat gəmisindəki seysmik məlumat toplama avadanlığına göndərilir.

Dekabr 2018-ci ilYekun variant

E/3

Page 4: Qeyri-texniki xülasə - BP€¦ · Web viewQeyri-texniki xülasə Hazırkı Qeyri-Texniki Xülasədə (QTX) D230 saylı Blokda 3Ö seysmik tədqiqatın həyata keçirilməsi (bir

D230 saylı Blok üzrə seysmik tədqiqatƏtraf Mühit və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Qeyri-texniki xülasə

E.3 Qiymətləndirmə metodologiyası

ƏMSSTQ prosesi layihənin həyata keçirildiyi müddətdə layihənin və onunla əlaqədar fəaliyyətlərin qiymətləndirilməsinə sistemli yanaşma üsulu təşkil edir. ƏMSSTQ prosesinin ümumi məqsədi D230 saylı Blok üzrə 3Ö seysmik tədqiqat fəaliyyətlərindən meydana çıxan ətraf mühitə və sosial-iqtisadi sahəyə potensial mənfi təsirləri müəyyənləşdirmək, azaltmaq və effektiv şəkildə idarə etməkdir.

Şəkil E.3: ƏMSSTQ prosesi

Ətraf mühitlə qarşılıqlı əlaqə potensialına malik olması müəyyənləşdirilmiş müntəzəm fəaliyyətlər və qəza hallarına əsasən D230 saylı Blok üzrə 3Ö seysmik tədqiqatın ətraf mühitə və sosial-iqtisadi sahəyə təsirlərinin qiymətləndirilməsi aparılıb. Təsirin əhəmiyyətində reseptorun həssaslığı və təsirin miqyası nəzərdən keçirilir və layihənin planına daxil edilmiş mövcud nəzarət tədbirləri nəzərə alınır.

Dekabr 2018-ci ilYekun variant

E/4

Maraqlı tərəf ilə planlaşdırılmış görüşlər

Monitorinq və TəsirazaltmaAGT SƏTTƏM İdarəetmə Sistemi çərçivəsində idarəetmə planları və

prosedurlarını hazırlamaq

Məlumatın açıqlanması və MəsləhətləşməSənədin layihə variantında aşkar edilmiş nəticələri və tövsiyələri qeyd və şərhlər almaq üçün

maraqlı tərəflərə təqdim etməkƏMSSTQ sənədini yekunlaşdırma və təsdiqlənməsi üçün səlahiyyətli orqanlara təqdim etmək

authorities

Qalıq təsirlər Tələb olunan əlavə təsirazaltma tədbirlərini müəyyənləşdirmək və qalıq təsirin

qiymətləndirilməsini həyata keçirmək

Transsərhəd və Kumulyativ Təsirlər

Transsərhəd və kumulyativ təsirlərin qiymətləndirilməsi

Təsirin qiymətləndirilməsiTəsirin miqyasını müəyyənləşdirmək

Reseptor həssaslıqlarını müəyyənləşdirməkMövcud nəzarət tədbirlərini və əsas variant

üzrə təsirazaltma tədbirlərini müəyyən etməkTəsirin əhəmiyyətini müəyyənləşdirmək

Ekoloji və Sosial-iqtisadi qarşılıqlı əlaqələrLayihənin fəaliyyətləri və reseptorları arasındakı qarşılıqlı əlaqələri müəyyənləşdirmək

Əsas variantla müqayisədə məqsədəuyğun alternativlərin

təhlili

Layihənin alternativləriLayihələndirmə məlumatlarının

toplanılması və nəzərdən

Əsas variantİlkin ekoloji və sosial-iqtisadi

vəziyyət

Mövcud şərtlər

Mümkün əsas məsələlərin ilkin qiymətləndirilməsiAparılacaq qiymətləndirmənin növü/səviyyəsi

Seçim (skrininq) və Əhatə dairəsinin müəyyənləşdirilməsi

Page 5: Qeyri-texniki xülasə - BP€¦ · Web viewQeyri-texniki xülasə Hazırkı Qeyri-Texniki Xülasədə (QTX) D230 saylı Blokda 3Ö seysmik tədqiqatın həyata keçirilməsi (bir

D230 saylı Blok üzrə seysmik tədqiqatƏtraf Mühit və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Qeyri-texniki xülasə

E.4 Məsləhətləşmə

ƏMSSTQ-nin əhatə dairəsi 10 noyabr 2016-cı il tarixində əhatə dairəsinin müəyyənləşdirilməsinə dair keçirilmiş görüşdə ETSN ilə razılaşdırılıb. ETSN tərəfindən qaldırılmış və sonra ETSN daxilində nəzərə alınmış əsas məsələlər aşağıdakı tələblərdən ibarət olub:

Bütün transsərhəd təsirləri qiymətləndirmək və nəticələri ayrıca fəsildə təqdim etmək; Planlaşdırılmamış/qəza hallarının aydın şəkildə müəyyənləşdirilməsi; Layihənin Tədqiqat Sahəsi üçün ilkin vəziyyətin əsaslı təsvirini vermək; və Dan Ulduzu-Əşrəfi Kontrakt Sahəsində mövcud quyu konstruksiyalarına potensial risklərin

qarşısını almaq üçün D230 saylı Blokun xaricindəki tədqiqat profili üçün təsirlərin və təsirazaltma tədbirlərinin nəzərə alınmasını təmin etmək.

Hazırkı ƏMSSTQ sənədi təqdim edildikdən sonra ictimaiyyətlə məsləhətləşmə və məlumatın açıqlanmasına dair görüşlər planlaşdırılacaq.

E.5 Ətraf mühitə və sosial-iqtisadi sahəyə təsirlər

Müntəzəm Layihə fəaliyyətləri üçün ətraf mühitə və sosial-iqtisadi sahəyə təsirlər qiymətləndirilib Cədvəl E.1-də təsirin qiymətləndirilməsinin nəticələri xülasə şəklində təqdim edilib.

Cədvəl E.1: Ətraf mühitə və sosial-iqtisadi sahəyə qalıq təsirlərin xülasəsi (mövcud nəzarət tədbirlərini və əlavə təsirazaltma tədbirlərini nəzərə almaqla)

Hadisə Reseptor Reseptorun həssaslığı

Hadisənin miqyası Qalıq təsirin əhəmiyyəti

Enerji mənbəyinin fəaliyyəti

Xəzər suitiləri Yüksək Az - Orta (yay) Orta

Orta (payız) Orta

Az (qış) Az

Balıqlar Yüksək (nərə növləri)

Cüzi Az

Orta (kilkə növləri)

Az

Az (digər növlər) Az Plankton Az Az Az

Bentik Az Cüzi Əhəmiyyətsiz

Gəminin planlı atqıları

Suyun keyfiyyəti

Az Cüzi Əhəmiyyətsiz

Balıqlar Yüksək Cüzi Az

Plankton Az Cüzi Əhəmiyyətsiz

Tədqiqat fəaliyyətləri (enerji mənbəyinin fəaliyyəti istisna olmaqla)

Dəniz daşımaları və gəmiçilik

Yüksək (beynəlxalq gəmiçilik)

Cüzi Az

Az (yerli gəmiçilik)

Cüzi Əhəmiyyətsiz

Xəzər suitiləri Yüksək Cüzi Az

Dekabr 2018-ci ilYekun variant

E/5

Page 6: Qeyri-texniki xülasə - BP€¦ · Web viewQeyri-texniki xülasə Hazırkı Qeyri-Texniki Xülasədə (QTX) D230 saylı Blokda 3Ö seysmik tədqiqatın həyata keçirilməsi (bir

D230 saylı Blok üzrə seysmik tədqiqatƏtraf Mühit və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Qeyri-texniki xülasə

Sualtı səs

3Ö seysmik tədqiqat zamanı enerji mənbəyi (baxın Şəkil E2) hərəkət edəcək və sualtı səs vaxtaşırı olaraq impulsiv şəkildə ötürüləcək və səs enerjisi (akustik dalğa) mənbədən uzaqlaşdıqca azalacaq. Buna görə də, səs səviyyəsi hər hansı bir yerdə çox qısa müddət davam edəcək.

Nəzərə alaraq ki, sualtı səs dəniz mühitində balıqlara və Xəzər suitilərinə təsir göstərmək potensialına malikdir, sualtı səsin hesablaması aparılıb və potensial təsirləri azaltmaq üçün Layihənin planına bir sıra nəzarət tədbirləri (aşağıda təsvir edilib) daxil edilib.

Endemik Xəzər suitiləri nəsli kəsilmə təhlükəsi olan növlərdir və Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin (İUCN) qırmızı siyahısında “nəsli kəsilmə təhlükəsi olanlar” statusuna malikdir. Xəzər suitilərinin populyasiyası ötən əsr ərzində kəskin dərəcədə azalıb və onların antropogen amillərə, o cümlədən sualtı səsə qarşı həssas olduğu hesab edilir. Xəzər suitiləri mövsümdən asılı olaraq Xəzər dənizinin müxtəlif regionlarında müşahidə edilir. Onlar adətən yaz və payız mövsümləri ərzində şimaldakı çoxalma sahələri (buzlaqlar üzərində cütləşmə və balavermə mərhələsi) ilə Mərkəzi və Cənubi Xəzər hövzəsindəki qidalanma sahələri arasında illik olaraq hərəkət edirlər. 2009 və 2012-ci illər arasında aparılmış sonuncu tədqiqat da göstərdi ki, miqrasiya marşrutları əvvəllər hesab edildiyi kimi yalnız sahilyanı ərazilərlə məhdudlaşmır. Bu tədqiqat göstərdi ki, Xəzər suitiləri Tədqiqat Sahəsinin yerləşdiyi Mərkəzi Xəzər hövzəsinin dərin sularından istifadə edir.

Layihələndirmədə nəzərdə tutulan nəzarət tədbirləri Layihə üçün tətbiq ediləcək və onlar seysmik səsin suitilərə mənfi təsir ehtimalını minimuma endirmək üçün nəzərdə tutulub. Bu tədbirlər çərçivəsində enerji mənbəyinin işə salınması zamanı tədricən işəsalma prosedurundan istifadə ediləcək ki, bu da enerjinin/səsin gücünün zaman ərzində tədricən artırılmasını nəzərdə tutur. Səs mənbəyinin ətrafında 700m-lik bufer zona yaradılacaq və həmin zona daxilində tədqiqat gəmisində olan təlim keçmiş müşahidəçilər müşahidələr apararaq planlaşdırılan tədricən işəsalma proseduruna başlamazdan əvvəl suitilərin olmamasını təmin edəcək. Bundan əlavə, yaz miqrasiyasına (suitilər üçün ən həssas dövr) potensial təsirləri azaltmaq üçün tədqiqat 2017-ci ilin ortalarında başlayacaq. Bu təsirazaltma tədbirlərini nəzərə alaraq, Xəzər suitilərinə qalıq təsirlərin Az – Orta dərəcədə olacağı gözlənilir. Əlavə olaraq, təlim keçmiş gəmi heyəti tərəfindən tədricən işəsalma proseduru çərçivəsində və mümkün olduqda digər vaxtlarda Xəzər suitilərinin monitorinqi və qeydiyyata alınması həyata keçiriləcək və gündəlik qeydlər suiti müşahidələrinə dair yekun hesabatın tərkibində BP-yə təqdim ediləcək.

Nəsli kəsilmə təhlükəsi altında olan və sualtı səsə qarşı həssas olan balıq növləri çox güman ki, Tədqiqat Sahəsində mövcuddur. Nərə növləri adətən yalnız dərinliyi 50m və 100m arasında dəyişən sularda olur və tədqiqatın əsasən 100m-dən artıq dərinliyə malik sularla məhdudlaşacağını nəzərə alsaq, tədqiqat sahəsinin yalnız kiçik bir regionunda nərə balıqları yayılan seysmik səs dalğalarının diapazonu daxilindən keçə bilər. Tədqiqat Sahəsində aprel ayından avqust ayınadək (pik dövr iyul ayıdır) iki kilkə növü (ançlous (Clupeonella engrauliformis) və irigöz kilkə (Clupeonella grimmi)) kürüləyə və miqrasiya edə bilər və iyun ayından sentyabr ayınadək olan dövrdə isə iki kefal növü (Lisa auratus və L. saliens) mövcud ola bilər. Tədricə işəsalma prosedurunu tətbiq etməklə gözlənilir ki, balıqlar səs səviyyələrinin mümkün xəsarət yetirməsindən əvvəl səs mənbəyindən uzaqlaşacaq və bu cavab tədbirinin kürüləyən balıq populyasiyasına dayanıqlı narahatlıq yaradacağı güman edilmir. Layihələndirmədəki mövcud nəzarət tədbirlərini nəzərə alsaq, gözlənilir ki, balıqlara təsir Az olacaq.

Plankton su sütunu boyu yayıldığından və məhdud hərəkətliliyə malik olduğundan, zərərli olduğu ehtimal edilən səs mənbəyindən uzaqlaşa bilmir. Cari elmi ədəbiyyatda təqdim edilən sübuta görə seysmik mənbələrin əmələ gətirdiyi sualtı akustik dalğanın təsirinə reaksiya verməsi üçün zooplankton seysmik mənbənin yalnız bir neçə metrliyində baş verəcəyi ehtimal edilən seysmik səsin hər hansı təsirinə məruz qalmalıdır. Planktonlar su sütununda ümumi şəkildə yayıldıqlarından. Hər hansı populyasiyanın yalnız bir fraksiyası təsirə məruz qala bilər. Çoxalma əmsallarının və cari sirkulyasiyalarının yüksək olmasına görə populyasiya səviyyəsində təsirlər yalnız qısa müddət (gün və ay) ərzində mövcud olacaqdır. Reseptorun həssaslığını və gözlənilən təsirlərin potensial miqyasını nəzərə alaraq, planktona potensial təsirlərin əhəmiyyəti Az kimi qiymətləndirilir.

Suyun keyfiyyəti

Gəmidən planlı atqılar (çirkab sular; məişət-təsərrüfat suları və ballast suyu) suyun keyfiyyətinə təsir etmək və dəniz mühitini çirkləndirmək potensialına malikdir. Nəzarətli atqıların birbaşa təsirlərinə lokal

Dekabr 2018-ci ilYekun variant

E/6

Page 7: Qeyri-texniki xülasə - BP€¦ · Web viewQeyri-texniki xülasə Hazırkı Qeyri-Texniki Xülasədə (QTX) D230 saylı Blokda 3Ö seysmik tədqiqatın həyata keçirilməsi (bir

D230 saylı Blok üzrə seysmik tədqiqatƏtraf Mühit və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Qeyri-texniki xülasə

miqyasda bəsləyici maddələrin zənginləşməsi və cüzi qalıq kimyəvi maddələrin yaratdığı az səviyyəli çirklənmə daxildir. Dəniz mühitinə bütün atqılar milli və beynəlxalq tələblərə uyğun olacaq. Qiymətləndirmə nəticəsində belə qənaətə gəlinib ki, suyun keyfiyyətinə və planktona təsirlərin Əhəmiyyətsiz olacağı və balıqlara təsirlərin (ən yüksək həssaslıq dərəcəsini (yəni nərə növlərini) nəzərə almaqla) Az olacağı gözlənilir.

Digər dəniz istifadəçilərinə mane

Tədqiqatın yerini nəzərə alaraq, ərazidə heç bir balıqçılıq fəaliyyəti gözlənilmir, lakin Tədqiqat Sahəsində dörd gəmiçilik marşrutunun mövcud olduğu məlumdur. Beynəlxalq və milli gəmiçiliyə potensial təsirləri minimuma endirmək üçün bir sıra nəzarət tədbirləri görüləcək, o cümlədən səlahiyyətli dənizçilik qurumlarına və digər dəniz istifadəçilərinə əvvəlcədən tədqiqat barədə məlumat veriləcək; tədqiqat zamanı qabaqcıl mövqeləndirmə avadanlıqlarından istifadə ediləcək və müvafiq siqnallar vasitəsilə digər gəmilərə tədqiqat barədə bildiriş veriləcək. Potensial təsirləri əlavə azaltmaq üçün BP D230 saylı Blok daxilində və yaxınlığında dəniz nəqliyyatını qiymətləndirmək üçün Gəmiçilik Riskinin Qiymətləndirməsini aparacaq. Bu tədbirləri nəzərə alsaq, dəniz daşımalarına və gəmiçiliyə təsirin beynəlxalq və milli gəmiçilik baxımından müvafiq qaydada Az və Əhəmiyyətsiz olacağı gözlənilir.

Tədqiqat gəmisi və avadanlıq ilə Xəzəri suitiləri arasında fiziki qarşılıqlı təsir potensialı olduğu hesab edilir. Lakin, suitilərin seysmik mənbələrin yaratdığı yüksək sualtı səsli sahələrdən qaçacağı məlumdur və buna görə də, onların seysmik gəminin yaxınlığında mövcud olacağı ehtimal edilmir. Buna əsasən, təsirin əhəmiyyətinin Az olacağı gözlənilir.

E.6 Kumulyativ təsirlər və qəza hallarının təsirləri

Kumulyativ təsirlər

D230 saylı Blok üzrə seysmik tədqiqat işlərinin qalıq təsirlərinin xarakteri səbəbindən onların birgə qarşılıqlı təsirlərinin (layihədaxili təsirlər) qəbuledici mühitə əhəmiyyətli kumulyativ təsir yaradacağı ehtimal edilmir.

Layihələrarası kumulyativ təsirlər (digər layihələr ilə birgə/sinergetik təsirlər) ilə bağlı olaraq qeyd etmək lazımdır ki, Tədqiqat Sahəsi yaxınlığından məlum olan yeganə fəaliyyətlər artıq həyata keçirilmiş olan və ya planlaşdırılmaqda olan bir sıra digər seysmik tədqiqat işləridir. Dəniz reseptorlarına keçmiş və potensial gələcək təsirləri nəzərə almaq üçün qiymətləndirmədə əsas diqqət 2015-2020-ci illərə cəmlənib.

Sualtı səs seysmik məlumatların toplanması ilə bağlı əsas stress amilidir və yəni maksimum olaraq 6 aylıq müddət ərzində (D230 saylı Blok üzrə seysmik tədqiqatın aparıldığı müddətdə) yaranacaq. 2015 və 2020-ci illər arasında Mərkəzi Xəzər hövzəsində planlaşdırılan və ya həyata keçirilmiş digər tədqiqatların müddəti ümumilikdə 20 ay təşkil edir. 4 illik müddət ərzində kumulyativ seysmik tədqiqat işlərinin 26 aylıq müddət təşkil etdiyini ehtimal etsək, Mərkəzi Xəzər hövzəsinin dəniz mühiti qiymətləndirmə dövrünün təqribən 43%-ni seysmik sualtı səsin təsirinə məruz qalır. Lakin, təsirlər ümumilikdə müvəqqəti xarakter daşıyır və öz intensivliyinə görə lokal miqyaslıdır (dəniz faunasının təsir hədlərindən yuxarı olan səs səviyyələri tipik olaraq enerji mənbəyinin ətrafındakı bir neçə km ilə məhdudlaşacaq), suitilərin və balıqların (balıq sürfələri istisna olmaqla) isə ərazidən uzaqlaşacağı və səsin təsiri olan sahələrdə kənarlaşacağı gözlənilir.

Gözlənilən kumulyativ təsirlərin məkan və zaman üzrə paylanmasını nəzərə alsaq, onların ayrı-ayrı tədqiqatların yaratdığı təsirlərdən daha əhəmiyyətli olacağı ehtimal edilmir. D230 saylı Blok üzrə seysmik tədqiqat suitilər üçün ən həssas dövrdə (yaz miqrasiyası) həyata keçirilməyəcək və beləliklə bu müddətdə mümkün kumulyativ təsirlər aradan qaldırılmış olacaq. Lakin, payız miqrasiyası dövründə D230 saylı Blok üzrə seysmik tədqiqatın suitilərə qalıq təsirinin orta əhəmiyyətli olacağını nəzərə alaraq, tövsiyə olunur ki, Mərkəzi Xəzər sahəsi üçün planlaşdırılan digər seysmik tədqiqatların vaxtı elə planlaşdırılsın ki, oktyabr və noyabr aylarına təsadüf etməsin.

Dəniz istifadəçilərinə gəmiçiliyə) kumulyativ təsirlərin qiymətləndirilməsi əsasında belə qənaətə gəlinib ki, təsirlərin əhəmiyyətli olacağı gözlənilmir. Bu, təsirləri mümkün qədər azaltmaq üçün mövcud nəzarət tədbirlərini nəzərə alır (yəni, dəniz istifadəçiləri və səlahiyyətli qurumlar ilə əlaqələr).

Dekabr 2018-ci ilYekun variant

E/7

Page 8: Qeyri-texniki xülasə - BP€¦ · Web viewQeyri-texniki xülasə Hazırkı Qeyri-Texniki Xülasədə (QTX) D230 saylı Blokda 3Ö seysmik tədqiqatın həyata keçirilməsi (bir

D230 saylı Blok üzrə seysmik tədqiqatƏtraf Mühit və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Qeyri-texniki xülasə

Qəza hadisələrinin təsirləri

Qəza halları müntəzəm və qeyri-müntəzəm fəaliyyətlərdən ayrı nəzərdən keçiriləcək, çünki onlar texniki nasazlıq, insan xətası nəticəsində və ya təbiət hadisələrindən irəli gələn təhlükələr nəticəsində meydana çıxır. Aşağıdakı mümkün qəza halları qiymətləndirilib:

Tədqiqat və dəstək gəmilərində bütün ehtiyat həcmin itkisi nəticəsində dizel dağılması; Tədqiqat və dəstək gəmilərindən kimyəvi maddələrin sızması; və Tədqiqat gəmisi və/ və ya avadanlıq ilə Xəzər suitilərinin toqquşması.

Ən pis ssenari kimi, tədqiqat gəmisinin göyərtəsində saxlanılan bütün dizel həcminin itkisi modelləşdirilib (800m3). Ümumiyyətlə dağıldıqdan sonra bir neçə gündən artıq dizelin su sütununda və ya dəniz səthində ətraf mühitə zərərli konsentrasiyalarda və ya qalınlıqda dayanıqlı qalacağı gözlənilmir. Bundan əlavə, dağılma yerindən sahil xəttinə hər hansı dizelin çatması ehtimalının az olduğu proqnozlaşdırılır və bu, adətən hər bir mövsüm üçün səciyyəvi meteoroloji şərtlərdə çoxsaylı dəyişənlərdən istifadə etməklə modelləşdirilmiş ssenarilərin <5%-də baş verəcək. Ən pis ssenaridəki şərtlərdə, proqnozlaşdırılır ki, 486 ton dizel sahil xəttinə (əsasən Abşeron yarımadası) çata bilər.

Dağılmış dizelin planktona, bentik onurğasızlara və balıqlara potensial təsirlərinin əhəmiyyətli olacağı ehtimal edilmir. Seysmik tədqiqat işlərinin qrafiki elə planlaşdırılıb ki, Xəzər suitiləri (İUCN-nin qırmızı siyahısında “nəsli kəsilmə təhlükəsi altında olan növlər”) üçün ən həssas olan yaz miqrasiya dövrü ilə üst-üstə düşməsin. Lakin, hətta suitilərin yaz və payız mövsümündə mövcud olduğu açıq dəniz sularında və Abşeron yarımadasının və yaxınlığındakı adaların ətrafında dizelin toksik təsirlərinə kiçik – orta miqyaslı təsirə məruz qalma potensial olaraq əhəmiyyətli təsirlə nəticələnə bilər.

Dağılmanın modelləşdirilməsi göstərir ki, tədqiqat gəmilərinin sahilə ən yaxın yerdə fəaliyyət göstərdiyi zaman dağılma baş verərsə, sahilə çıxan dizelin təsirinə məruz qala biləcək bir sıra mühafizə statuslu və ekoloji əhəmiyyətli sahələr mövcuddur, lakin, bunun başverməsi ehtimalı azdır (5%-dən az). Bu sahələr əsasən Azərbaycanın sahil xətti boyunca yerləşir və az sayda sahə isə Rusiya və İran ərazisinə düşür. Potensial olaraq təsirə məruz qalan təbii yaşayış mühitlərinin dizel dağılmasından sonra proqnozlaşdırılmış bərpa dövrünün orta müddətli olacağını (bir neçə aydan bir ilədək) əsas götürərək və bu sahələrin beynəlxalq mühafizə statusunu və ekoloji əhəmiyyətini nəzərə alaraq, dağılmanın mümkün təsirlərinin potensial olaraq əhəmiyyətli olacağı hesab edilir.

Ən pis ssenari üzrə baş verən irimiqyaslı yanacaq dağılması sahil boyunca yerləşən kiçik miqyaslı balıq vətəgələrinə və sənaye balıq ovuna təsir göstərə bilər. Baxmayaraq ki, bu təsirin vaxt etibarilə məhdud olacağı gözlənilir, balıqçılıq fəaliyyətinə qadağa qoyulduğu təqdirdə (balıqlarda dizel toksikliyinin olması səbəbindən), bu təsir potensial olaraq əhəmiyyətli ola bilər, belə ki, balıqçılıq əksər balıqçılar üçün əsas gəlir mənbəyidir.

Çox az ehtimalla mexaniki nasazlıq və ya gəmi toquşması nəticəsində dizel ehtiyatının dənizə dağılması potensialı mövcuddur. Tədqiqat gəmisindəki bütün dizel ehtiyatının dağılması xüsusilə çox az ehtimal edilir, belə ki dizel ehtiyatı tədqiqat gəmisində bir sıra kiçik çənlərdə saxlanılır və ehtimal edilmir ki, bütün çənlərin daxilindəki dizel eyni vaxtda dağılacaq. Tədqiqat zamanı dağılma riskini minimuma endirmək üçün texniki və əməliyyat-nəzarət tədbirləri tətbiq ediləcək. Dənizə dağılma baş verdiyi təqdirdə, dağılma halında görülməli tədbirləri (o cümlədən bildiriş, cavab tədbirləri, nəzarət tədbirləri və hesabatın verilməsi) əhatə edən mövcud planlar və prosedurlar yerinə yetiriləcək.

E.7 Transsərhəd təsirlər

Transsərhəd təsirin baş verməsi üçün Layihə fəaliyyətləri Xəzəryanı ölkələrin Xüsusi İqtisadi Zona (XİZ) hüdudları ilə müəyyənləşmiş milli yurisdiksiyaların sərhədlərini keçə bilən təsir yaratmalıdır. Layihənin təsir sahəsindən (hər bir seysmik profilin ətrafında təxminən 10km) yaxınlıqdakı XİZ hüdudlarınadək olan məsafələr aşağıdakı kimidir:

Qazaxıstan – təxminən 6.8 km; Türkmənistan - təxminən 11.3 km; Rusiya – təxminən 91.4 km.

Dekabr 2018-ci ilYekun variant

E/8

Page 9: Qeyri-texniki xülasə - BP€¦ · Web viewQeyri-texniki xülasə Hazırkı Qeyri-Texniki Xülasədə (QTX) D230 saylı Blokda 3Ö seysmik tədqiqatın həyata keçirilməsi (bir

D230 saylı Blok üzrə seysmik tədqiqatƏtraf Mühit və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Qeyri-texniki xülasə

Bu məsafələri və planlaşdırılan Layihə fəaliyyətləri ilə bağlı ətraf mühitə və sosial sahəyə təsirlərin baş verməsi gözlənilən məsafələri (hazırkı ƏMSSTQ sənədində müfəssəl şəkildə təsvir edildiyi kimi) nəzərə alaraq, sualtı səs, maye atqıları yaxud gəmilərin və avadanlıqların fiziki mövcudluğu nəticəsində beynəlxalq dəniz və sahilyanı reseptorlara transsərhəd təsirlərin olacağı gözlənilmir.

Potensial transsərhəd təsirlərlə nəticələnə biləcək yeganə planlaşdırılmış fəaliyyətlər atmosferə atılan emissiyaların, o cümlədən istixana qazlarının (İXQ-lər) və turşu yağışlarına səbəb olduğu məlum olan qazların (kükürd dioksidi və azot oksidləri) formalaşması ilə bağlıdır. Nəzərdə tutulan tədqiqatdan irəli gələn İXQ emissiyalarının ölkə üzrə illik atılan emissiyaların (2016-cı ildə ölkə üzrə istixana qazlarının göstəricilərinə əsasən) təxminən 0.0214%-ni təşkil edəcəyi hesablanıb. Layihə gəmilərinin atdığı kükürd oksidləri və azot oksidləri emissiyalarının Xəzər dənizindəki gəmiçilik fəaliyyəti ilə bağlı atılan ümumi emissiyalarla müqayisədə cüzi səviyyədə olacağı hesab edilir.

D230 saylı Blok üzrə seysmik tədqiqatlar zamanı texniki nasazlıq, insan xətası və ya digər növ fövqəladə hal səbəbindən qəza hallarının baş verməsi və bunun ekoloji və sosial-iqtisadi reseptorlara risklər təşkil etməsi potensialı mövcuddur. Qəza hadisələri daha geniş transsərhəd kontekstində təsirlərə səbəb ola bilər və buraya böyük həcmlərdə karbohidrogenlərin (tədqiqat gəmisindən 800 ton həcmində bütün yanacağın dağılması) dəniz mühitinə dağılması daxildir. Bu cür hadisələrin baş verməsi ehtimalı azdır və əlaqədar risklərin minimuma endirilməsini təmin etmək üçün ciddi idarəetmə tədbirləri tətbiq olunacaq.

Dağılmış dizelin Azərbaycanla qonşu ölkələrin ərazi sularına və sahil xətlərinə çatması ehtimalının az (1-6%) olacağı proqnozlaşdırılır. Dağılmanın modelləşdirilməsi göstərir ki, yanacaq dağılmasının beynəlxalq orta xətti (hüdudu) keçməsi ehtimalının ən yüksək səviyyəsi Türkmənistan (6%) üçün baş verir. Rusiya Federasiyasında Çeçen adası və Aqraxan yarımadasının (MOS – mühüm ornitoloji sahə) şərq tərəfi, Sulakskaya laqunu, Aqraxanski Zakaznik, habelə İran İslam Respublikasında Lisar mühafizə edilən sahə/(MOS), Astara ərazisindən Qomişan ərazisinədək Cənubi Xəzər sahili kimi beynəlxalq mühafizə statuslu / xüsusi təyin edilmiş sahələrə dizelin çatması ehtimalı son dərəcədə azdır (1%). Bundan əlavə, potensial təsirə məruz qalan sahələrin məkan üzrə miqyası məhduddur və onların dəniz və sahilyanı reseptorlara təsirinin qısa müddətli olacağı gözlənilir (ən pis ssenari üzrə açıq sularda 1 – 2 gün və sahil xəttindəki təbii yaşayış mühitləri üçün bir neçə ayadək). Ona görə də, irimiqyaslı yanacaq dağılmasının ümumi transsərhəd təsirinin əhəmiyyətli olmayacağı hesab edilir.

E.8 Ətraf mühit və sosial-iqtisadi sahənin idarə olunması

BP şirkəti D230 saylı Blok üzrə seysmik tədqiqata ümumi cavabdehlik daşıyacaq və buraya ƏMSSTQ sənədində qeyd edilən ətraf mühitə və sosial-iqtisadi sahəyə təsirlərin azaldılması tədbirlərinin icrasının monitorinqi və yoxlanıb təsdiqlənməsi də daxil olacaq.

D230 saylı Blok üzrə seysmik tədqiqatı həyata keçirən podratçı seysmik tədqiqat işlərini öz SƏTTƏM İdarəetmə Sistemi çərçivəsində yerinə yetirməyə və eyni zamanda BP-nin korporativ standartlarına, habelə ƏMSSTQ sənədində müəyyənləşdirilmiş öhdəliklərə riayət etməyə cavabdeh olacaq. Layihənin idarə olunması sənədləri hazırlanacaq və o cümlədən D230 saylı Blok üzrə seysmik tədqiqat podratçısının SƏTTƏM Sistemi, BP-nin Əməliyyatların İdarə Olunması Sistemi və ƏMSSTQ sənədi arasında əlaqələndirməni təmin edən Layihənin xüsusi planları işlənib hazırlanacaq. İdarəetmə Planlarına aşağıdakılar daxil olacaq:

Ətraf mühitin idarə olunması; Əlaqələrin/məlumatlandırmanın idarə olunması; Tullantıların idarə olunması; Dağılmanın qarşısının alınması və fövqəladə hallara qarşı cavab tədbirləri.

D230 saylı Blok üzrə seysmik tədqiqat podratçısının bu əlaqələndirici sənədlərin müvafiq aspektlərinə tam riayət etməsi gözləniləcək.

E.9 Yekunlar

ƏMSSTQ daxilindəki qiymətləndirmələr göstərir ki, layihələndirməyə daxil edilmiş nəzarət tədbirlərini yerinə yetirməklə və əlavə təsirazaltma tədbirləri görməklə D230 saylı Blok üzrə seysmik tədqiqatın birbaşa və dolayı təsirləri praktiki cəhətdən mümkün qədər minimuma endirilə bilər. Bütün qalıq

Dekabr 2018-ci ilYekun variant

E/9

Page 10: Qeyri-texniki xülasə - BP€¦ · Web viewQeyri-texniki xülasə Hazırkı Qeyri-Texniki Xülasədə (QTX) D230 saylı Blokda 3Ö seysmik tədqiqatın həyata keçirilməsi (bir

D230 saylı Blok üzrə seysmik tədqiqatƏtraf Mühit və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Qeyri-texniki xülasə

təsirlərin cüzi və ya az əhəmiyyətli olacağı gözlənilir, lakin istisna olaraq yay-payız dövrü ərzində sualtı səsin Xəzər suitilərinə təsiri orta səviyyədə qalacaq.

Layihə ilə bağlı ayrı-ayrı qalıq təsirlərin birgə təsiri nəticəsində kumulyativ təsirlərin meydana çıxması potensialı əhəmiyyətli dərəcədə deyil; və regiondakı digər seysmik tədqiqatlardan meydana çıxan təsirlərlə bağlı kumulyativ təsirlərin yaranması potensialının dəniz faunası və digər dəniz istifadəçiləri üçün əhəmiyyətli olmayacağı hesab edilir (sualtı səsin Xəzər suitilərinə təsiri istisna olmaqla).

Layihə fəaliyyətlərinin transsərhəd təsirlərinin əhəmiyyətli olacağı gözlənilmir. İXQ emissiyalarına gəldikdə isə, Layihənin 2016-cı il üzrə ölkənin ümumi proqnoz göstəricilərində təxminən 0.0214% paya malik olacağı gözlənilir. Dağılmış dizelin Azərbaycanla qonşu ölkələrin ərazi sularına və sahil xətlərinə çatması ehtimalının az (1-6%) olacağı proqnozlaşdırılır. Dağılmanın modelləşdirilməsi həmçinin göstərdi ki, potensial təsirə məruz qalan sahələrin məkan üzrə miqyası məhduddur və onların dəniz və sahilyanı reseptorlara təsirinin qısa müddətli olacağı gözlənilir (ən pis ssenari üzrə açıq sularda 1 – 2 gün və sahil xəttindəki təbii yaşayış mühitləri üçün bir neçə ayadək). 2Ö seysmik tədqiqat zamanı dağılma riskini minimuma endirmək üçün texniki və əməliyyat-nəzarət tədbirləri tətbiq ediləcək.

D230 saylı Blok üzrə seysmik tədqiqatın ekoloji və sosial göstəriciləri əsasən operatorun məsuliyyətli idarəetməsinə əsaslanacaq. Layihə qüvvədə olan müvafiq milli və beynəlxalq normalara tam uyğun şəkildə yerinə yetiriləcək. Tədqiqat işlərinin digər dəniz istifadəçilərinin fəaliyyətinə minimal təsirlə aparılmasını təmin etmək üçün müvafiq səlahiyyətli qurumlara və maraqlı tərəflərə tədqiqat proqramına dair bildirişlər veriləcək. Seysmik tədqiqat podratçısı qabaqcıl beynəlxalq sənaye təcrübəsini (məsələn, tədricən işəsalma prosedurları, tullantıların və emissiyaların effektiv idarə olunması, ciddi nəzarət altında yanacaqdoldurma prosedurları) tətbiq edəcək. Dəstək gəmiləri digər dəniz istifadəçiləri ilə toqquşmanın qarşısını almaq və əməliyyatın təhlükəsizliyini təmin etmək üçün tədqiqat gəmisi və əlaqədar avadanlıq ətrafında qadağa zonasının qorunub saxlanması üçün istifadə ediləcək. Təlim keçmiş gəmi heyəti tədricən işəsalma prosedurlarının bir hissəsi kimi və seysmik tədqiqat boyunca mümkün olduğu vaxtlarda Xəzər suitilərinin vizual müşahidələrini həyata keçirəcək.

BP Layihənin idarə olunmasına; D230 saylı Blok üzrə 3Ö seysmik tədqiqat podratçısının fəaliyyətinin monitorinq və audit olunmasına; layihə üzrə öhdəliklərin yerinə yetirilməsinə ümumi cavabdehlik daşıyacaq.

Dekabr 2018-ci ilYekun variant

E/10