Prezident İlham Əliyev rəsmi “Facebook” səhifəsində ... · TƏSİSÇİ: AZƏRBAYCAN...

12
TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ QƏZETİN REDAKSİYA HEYƏTİ Qəzet 1919-cu ildən nəşr edilir www.xalqqazeti.com № 143 (29408) 23 iyul 2020-ci il, cümə axşamı Prezident İlham Əliyev rəsmi “Facebook” səhifəsində Milli Mətbuat Günü münasibətilə paylaşım edib A zərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi “Facebook” səhifəsində 22 iyul – Milli Mətbuat Günü münasibətilə paylaşım edib. Paylaşımda deyilir: “Əsası “Əkinçi” ilə qoyulan, maarifçilik, müasirlik və müstə qillik ideyalarının daşıyıcısı olan Azərbaycan mətbuatı hər zaman ölkəmizin həyatında mühüm rol oynamışdır”. AZƏRTAC Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusi- yasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər: 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Ağayev Mir Şahin Mirdilavər oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə İsmayılova Nadejda Vasilyevna Şıxlinskiy Elçin İsmayıl oğlu “Dostluq” ordeni ilə Demirel Faruk Gut Arye Lapaitis Riçardas “Tərəqqi” medalı ilə Abbasova Cəmilə Səftər qızı Abbasova Ətayə Ələmdar qızı Abdullayev Sənan Məstəli oğlu Abdullayeva Zümrüd Qurban qızı Abışova Vüsalə Mahir qızı Ağayarov Şərif Ziyadxan oğlu Ağayev Etibar Rafiq oğlu Albalıyev Şakir Əlif oğlu Alxaslı Aytəkin Kamil qızı Baxşiyeva Kəmalə Əliiskəndər qızı Batıyev Bəhram Əliyaroviç Canbaxşiyev Səməd Canbağış oğlu Cavadov Salam Allahverdi oğlu Cavad-zadə Natiq Əli oğlu Cəbrayıllı Anar Ləliş oğlu Cəfərov Rizvan Hilal oğlu Cəfərov Şahin Cəfər oğlu Dadaşova Zamirə Sabir qızı Daşdəmirov Mirsədi Cəlil oğlu Əfəndiyeva Xavər Mustafa qızı Əliyev Akif İsmayıl oğlu Əliyev Azad Akif oğlu Əliyev Nəsimi Məmməd oğlu Əliyev Rauf Feyzulla oğlu Əliyeva Qaliya Sosialovna Əmrullayev Vüqar Musavəddin oğlu Əsədova Gülnar Hacıməmməd qızı Haqverdiyev Vüqar Məmməd oğlu Həsənov İlqar Musa oğlu Həsənova Afət Maqsud qızı Həsənova Səbinə Fazil qızı Xidirov Nazim Vəli oğlu İmanov Vüqar Elbrus oğlu İsabalayeva İlhamə Qismət qızı İsayeva Ramilə Mayıl qızı İsmayılov Radik Arzuman oğlu İsmayılov Rufik Afis oğlu Kərimli Yusif Sahib oğlu Qasımov Füzuli İmran oğlu Quliyev Nüsrət Əli oğlu Quliyeva Aynur Camal qızı Quliyeva Nigar Sabir qızı Quluzadə Kənan Vidadi oğlu Mayorov Denis Yuryeviç Mehdiyev Məhəmmədismayıl Əşrəf oğlu Məhərrəmov Elşən Müslüm oğlu Mamedov Shakhismail Məmmədov Tural Əhməd oğlu Məmmədov Aydın Oqtay oğlu Məmmədov Elnur Edilman oğlu Məmmədov Elşən Ağamirzə oğlu Məmmədova Gülnarə Əmir qızı Məmmədova Könül Tarix qızı Məmmədova Səyyarə Səyyaf qızı Məmmədova Yaqut Əfrasiyab qızı Mirzəyeva Məhəbbət Bədəl qızı Mustafayev Mustafa Kamal oğlu Namazov Elçin Sabir oğlu Nəzərli Lyudmila Şamilyevna Ramazanov Qaşqay Ziyəddin oğlu Rüstəmov Akif Rüstəm oğlu Rüstəmov Qəhrəman Ənvər oğlu Sadıqov Məhəmməd Nərman oğlu Salamov Akif Salam oğlu Səfərəliyeva Samirə Elxan qızı Səfərova Samirə Məmmədhənifə qızı Şükürova Könül Arif qızı. İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 22 iyul 2020-ci il Kütləvi informasiya vasitələri əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Kons titusiyasının 109cu maddəsinin 32ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsinlər: Abdullayev Elnur Nazim oğlu Bayatlı Tamam Fərman qızı Bayramov Çingiz Cümşüd oğlu Bayramov Sərvər Umud oğlu Cürənov Ramiz Mikayıl oğlu Eminbəyli Şakir Vəfa oğlu Ələkbərova Cəmilə Aydın qızı Gülməmmədov Məmməd Bəhruz oğlu Hacızadə Əli Nizami oğlu Həmidli Səxavət Nazim oğlu Həmidov Həmid Oqtay oğlu Həsənov Həsən Zal oğlu Həsənov Vasif Ağaəhməd oğlu Həsənov Vüqar Hüseynəli oğlu Hüseynov İlqar Məmməd oğlu Hüseynova Rəfiqə Kamal qızı İsazadə Fərdin Tacir oğlu Qasımov Kamran Mürsəl oğlu Səmədov Əli Vaqif oğlu Şahbalayev Elşən Şəmsəddin oğlu Vəzirova Lamiyə Avtandil qızı Yusifov Tural Bayram oğlu. İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 22 iyul 2020-ci il Kütləvi informasiya vasitələrinin nümayəndələrinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109cu maddəsinin 32ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram: 1. Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafın da xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respub likası Prezidentinin fərdi təqaüdü verilsin: Xəlilova Flora Fətula qızı İsmayılov Dağbəyi Mirzəxan oğlu Qasımova Tünzalə Yusif qızı. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 22 iyul 2020-ci il Azərbaycan Respublikasında mətbuata əlavə maliyyə yardımının ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikasında milli mətbuatın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, özəl teleradio yayımçıla rının cəmiyyətin informasiya ehtiyacının ödənilməsi sahəsindəki fəaliyyətinin sti mullaşdırılması məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109cu maddəsinin 32ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı göstərmək və Azərbaycan milli mətbuatının 145 illik yubileyi ilə əlaqədar tədbirlər təşkil etmək üçün Azərbaycan Respublikasının 2020ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Res publikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 300,0 (üç yüz) min manat ayrılsın. 2. Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi üçün Azərbaycan Respublikası nın 2020ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Pre zidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına 3.0 (üç) milyon manat ayrılsın. 3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1ci və 2ci hissələrində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin. İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 22 iyul 2020-ci il Birinci vitse-prezident Mehriban Əliyeva KİV nümayəndələrini milli mətbuatımızın 145 illik yubileyi münasibətilə təbrik edib A zərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Azərbaycan milli mətbuatının 145 illik yubileyi ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: “Hörmətli KİV nümayəndələri! Əziz dostlar! Sizi Azərbaycan milli mətbuatının 145 illik yubileyi münasibətilə səmimiqəlbdən təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, səadət, sevinc, nikbinlik, tükənməz enerji, yaradı cılıq uğurları və yeniyeni nailiyyətlər arzulayıram!”. AZƏRTAC Prezidentin Mətbuat Xidmətinin məlumatı İyulun 22də BMTnin Baş katibi Antonio Quterreş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. BMTnin Baş katibi Antonio Quterreş, ilk növbədə, Ermənistan Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmalardan narahat olduğunu bildirib və insan tələfatı ilə bağlı təəssüf hissini ifadə edib. BMTnin Baş katibi, eyni zamanda, qeyd edib ki, ErmənistanAzərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda statuskvo həmişəlik davam edə bilməz və o, hərbi əməliyyatlara son qoyulmasına, danışıqların davam etdirilməsinə çağırıb. Prezident İlham Əliyev telefon zənginə və sərhəddə baş vermiş hadisələrlə bağlı şəxsən diqqət göstərdiyinə görə BMT Baş katibinə minnətdarlığını bildirib. Dövlətimizin başçısı məlumat verib ki, Ermənistan tərəfi təkcə Azərbaycan hərbçilərini deyil, Azərbaycan kəndlərini də atəşə tutub və bunun nəticəsində hərbçilərimizlə yanaşı, 76 yaşlı mülki şəxs də həlak olub. Azərbaycan Ordusunun adekvat cavabı nəticəsində Ermənistanın hücumunun qarşısı alınıb və hazırda vəziyyət nisbətən sabitləşib. Prezident İlham Əliyev vurğulayıb ki, toqquşmalar işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlardan uzaq məsafədə baş verib və Azərbaycanın Ermənistan ərazisində hərbi məqsədləri yoxdur. Biz, sadəcə, öz ərazilərimizi və insanlarımızı qorumalıyıq və qoruyuruq. Dövlətimizin başçısı BMT Baş katibinin bu fikri ilə razı olduğunu bildirib ki, statuskvo həmişəlik davam edə bilməz və qeyd edib ki, Azərbaycan həmişə danışıqlar masası arxasında konstruktiv mövqedə olub. Lakin Ermənistan baş nazirinin “Dağlıq Qarabağ Ermənistandır” bəyanatı və digər tərəfdən onun “Azərbaycan Ermənistanla deyil, Dağlıq Qarabağla danışıqlar aparmalıdır” bildirməsi danışıqlar prosesini ciddi şəkildə təhlükə altına salır. Dövlətimizin başçısı bir daha vurğulayıb ki, Ermənistan 30 ilə yaxındır BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal və qeydşərtsiz çıxarılmasını tələb edən qətnamələrinə məhəl qoymur. Prezident İlham Əliyev bir daha BMTnin Baş katibinə telefon zənginə və sərhəddə baş vermiş hadisələrə göstərdiyi diqqətə görə minnətdarlığını bildirib.

Transcript of Prezident İlham Əliyev rəsmi “Facebook” səhifəsində ... · TƏSİSÇİ: AZƏRBAYCAN...

Page 1: Prezident İlham Əliyev rəsmi “Facebook” səhifəsində ... · TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSİYA HEYƏTİ

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSİYA HEYƏTİ

Qəzet 1919-cu ildən nəşr edilirwww.xalqqazeti.com№ 143 (29408) 23 iyul 2020-ci il, cümə axşamı

Prezident İlham Əliyev rəsmi “Facebook” səhifəsində Milli Mətbuat Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının

Prezidenti İlham Əliyev rəsmi “Facebook” səhifəsində 22 iyul – Milli Mətbuat Günü münasibətilə paylaşım edib.

Paylaşımda deyilir: “Əsası “Əkinçi” ilə qoyulan, maarifçilik, müasirlik və müstə­qillik ideyalarının daşıyıcısı olan Azərbaycan mətbuatı hər zaman ölkəmizin həyatında mühüm rol oynamışdır”.

AZƏRTAC

Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Konstitusi-

yasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Ağayev Mir Şahin Mirdilavər oğlu

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

İsmayılova Nadejda VasilyevnaŞıxlinskiy Elçin İsmayıl oğlu

“Dostluq” ordeni iləDemirel FarukGut AryeLapaitis Riçardas

“Tərəqqi” medalı ilə

Abbasova Cəmilə Səftər qızıAbbasova Ətayə Ələmdar qızıAbdullayev Sənan Məstəli oğluAbdullayeva Zümrüd Qurban qızıAbışova Vüsalə Mahir qızıAğayarov Şərif Ziyadxan oğluAğayev Etibar Rafiq oğluAlbalıyev Şakir Əlif oğlu

Alxaslı Aytəkin Kamil qızıBaxşiyeva Kəmalə Əliiskəndər qızıBatıyev Bəhram ƏliyaroviçCanbaxşiyev Səməd Canbağış oğluCavadov Salam Allahverdi oğluCavad-zadə Natiq Əli oğluCəbrayıllı Anar Ləliş oğluCəfərov Rizvan Hilal oğluCəfərov Şahin Cəfər oğluDadaşova Zamirə Sabir qızıDaşdəmirov Mirsədi Cəlil oğluƏfəndiyeva Xavər Mustafa qızıƏliyev Akif İsmayıl oğluƏliyev Azad Akif oğluƏliyev Nəsimi Məmməd oğluƏliyev Rauf Feyzulla oğluƏliyeva Qaliya SosialovnaƏmrullayev Vüqar Musavəddin oğluƏsədova Gülnar Hacıməmməd qızıHaqverdiyev Vüqar Məmməd oğluHəsənov İlqar Musa oğluHəsənova Afət Maqsud qızıHəsənova Səbinə Fazil qızıXidirov Nazim Vəli oğluİmanov Vüqar Elbrus oğluİsabalayeva İlhamə Qismət qızıİsayeva Ramilə Mayıl qızıİsmayılov Radik Arzuman oğluİsmayılov Rufik Afis oğluKərimli Yusif Sahib oğluQasımov Füzuli İmran oğluQuliyev Nüsrət Əli oğluQuliyeva Aynur Camal qızı

Quliyeva Nigar Sabir qızıQuluzadə Kənan Vidadi oğluMayorov Denis YuryeviçMehdiyev Məhəmmədismayıl Əşrəf oğluMəhərrəmov Elşən Müslüm oğluMamedov ShakhismailMəmmədov Tural Əhməd oğluMəmmədov Aydın Oqtay oğluMəmmədov Elnur Edilman oğluMəmmədov Elşən Ağamirzə oğluMəmmədova Gülnarə Əmir qızıMəmmədova Könül Tarix qızıMəmmədova Səyyarə Səyyaf qızıMəmmədova Yaqut Əfrasiyab qızıMirzəyeva Məhəbbət Bədəl qızıMustafayev Mustafa Kamal oğluNamazov Elçin Sabir oğluNəzərli Lyudmila ŞamilyevnaRamazanov Qaşqay Ziyəddin oğluRüstəmov Akif Rüstəm oğluRüstəmov Qəhrəman Ənvər oğluSadıqov Məhəmməd Nərman oğluSalamov Akif Salam oğluSəfərəliyeva Samirə Elxan qızıSəfərova Samirə Məmmədhənifə qızıŞükürova Könül Arif qızı.

İlham ƏLİYEV Azərbaycan Respublikasının

Prezidenti

Bakı şəhəri, 22 iyul 2020-ci il

Kütləvi informasiya vasitələri əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Kons­titusiyasının 109­cu maddəsinin 32­ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsinlər:

Abdullayev Elnur Nazim oğlu Bayatlı Tamam Fərman qızıBayramov Çingiz Cümşüd oğlu

Bayramov Sərvər Umud oğluCürənov Ramiz Mikayıl oğluEminbəyli Şakir Vəfa oğluƏləkbərova Cəmilə Aydın qızıGülməmmədov Məmməd Bəhruz oğluHacızadə Əli Nizami oğluHəmidli Səxavət Nazim oğluHəmidov Həmid Oqtay oğluHəsənov Həsən Zal oğluHəsənov Vasif Ağaəhməd oğluHəsənov Vüqar Hüseynəli oğluHüseynov İlqar Məmməd oğluHüseynova Rəfiqə Kamal qızı

İsazadə Fərdin Tacir oğluQasımov Kamran Mürsəl oğluSəmədov Əli Vaqif oğluŞahbalayev Elşən Şəmsəddin oğluVəzirova Lamiyə Avtandil qızıYusifov Tural Bayram oğlu.

İlham ƏLİYEV Azərbaycan Respublikasının

Prezidenti

Bakı şəhəri, 22 iyul 2020-ci il

Kütləvi informasiya vasitələrinin nümayəndələrinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Konstitusiyasının 109­cu

maddəsinin 32­ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002­ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafın­da xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respub­likası Prezidentinin fərdi təqaüdü verilsin:

Xəlilova Flora Fətula qızıİsmayılov Dağbəyi Mirzəxan oğluQasımova Tünzalə Yusif qızı.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu

Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 iyul 2020-ci il

Azərbaycan Respublikasında mətbuata əlavə maliyyə yardımının ayrılması haqqında

Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikasında milli

mətbuatın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, özəl teleradio yayımçıla­rının cəmiyyətin informasiya ehtiyacının ödənilməsi sahəsindəki fəaliyyətinin sti­mullaşdırılması məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109­cu maddəsinin 32­ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı göstərmək və Azərbaycan milli mətbuatının 145 illik yubileyi ilə əlaqədar tədbirlər təşkil etmək üçün

Azərbaycan Respublikasının 2020­ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Res­publikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 300,0 (üç yüz) min manat ayrılsın.

2. Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace­1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi üçün Azərbaycan Respublikası­nın 2020­ci il dövlət büdcəsində nəzərdə

tutulmuş Azərbaycan Respublikası Pre­zidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına 3.0 (üç) milyon manat ayrılsın.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1­ci və 2­ci hissələrində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının

Prezidenti

Bakı şəhəri, 22 iyul 2020-ci il

Birinci vitse-prezident Mehriban Əliyeva KİV nümayəndələrini milli mətbuatımızın 145 illik yubileyi münasibətilə təbrik edib

Azərbaycan Respublikasının

Birinci vitse- prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Azərbaycan milli mətbuatının 145 illik yubileyi ilə bağlı paylaşım edib. Paylaşımda deyilir:

“Hörmətli KİV nümayəndələri! Əziz dostlar!

Sizi Azərbaycan milli mətbuatının 145 illik yubileyi münasibətilə səmimi­qəlbdən təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, səadət, sevinc, nikbinlik, tükənməz enerji, yaradı­cılıq uğurları və yeni­yeni nailiyyətlər arzulayıram!”.

AZƏRTAC

Prezidentin Mətbuat Xidmətinin məlumatıİyulun 22­də BMT­nin Baş

katibi Antonio Quterreş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

BMT­nin Baş katibi Antonio Quterreş, ilk növbədə, Ermənistan­Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmalardan narahat olduğunu bildirib və insan tələfatı ilə bağlı təəssüf hissini ifadə edib. BMT­nin Baş katibi, eyni zamanda, qeyd edib ki, Ermənistan­Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda status­kvo həmişəlik davam edə bilməz və o, hərbi əməliyyatlara son qoyulmasına, danışıqların davam etdirilməsinə çağırıb.

Prezident İlham Əliyev telefon zənginə və sərhəddə baş vermiş hadisələrlə bağlı şəxsən diqqət göstərdiyinə görə BMT Baş katibinə

minnətdarlığını bildirib. Dövlətimizin başçısı məlumat verib ki, Ermənistan tərəfi təkcə Azərbaycan hərbçilərini deyil, Azərbaycan kəndlərini də atəşə tutub və bunun nəticəsində hərbçilərimizlə yanaşı, 76 yaşlı mülki şəxs də həlak olub. Azərbaycan Ordusunun adekvat cavabı nəticəsində Ermənistanın hücumunun qarşısı alınıb və hazırda vəziyyət nisbətən sabitləşib. Prezident İlham Əliyev vurğulayıb ki, toqquşmalar işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlardan uzaq məsafədə baş verib və Azərbaycanın Ermənistan ərazisində hərbi məqsədləri yoxdur. Biz, sadəcə, öz ərazilərimizi və insanlarımızı qorumalıyıq və qoruyuruq.

Dövlətimizin başçısı BMT Baş katibinin bu fikri ilə razı olduğunu bildirib ki, status­kvo həmişəlik davam edə bilməz və qeyd edib ki,

Azərbaycan həmişə danışıqlar masası arxasında konstruktiv mövqedə olub. Lakin Ermənistan baş nazirinin “Dağlıq Qarabağ Ermənistandır” bəyanatı və digər tərəfdən onun “Azərbaycan Ermənistanla deyil, Dağlıq Qarabağla danışıqlar aparmalıdır” bildirməsi danışıqlar prosesini ciddi şəkildə təhlükə altına salır.

Dövlətimizin başçısı bir daha vurğulayıb ki, Ermənistan 30 ilə yaxındır BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal və qeyd­şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə məhəl qoymur. Prezident İlham Əliyev bir daha BMT­nin Baş katibinə telefon zənginə və sərhəddə baş vermiş hadisələrə göstərdiyi diqqətə görə minnətdarlığını bildirib.

Page 2: Prezident İlham Əliyev rəsmi “Facebook” səhifəsində ... · TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSİYA HEYƏTİ

23 iyul 2020-ci il, cümə axşamı2

Qəbələ rayonunun Əmirvan–Vəndam avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqındaAzərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. On dörd min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Əmirvan–Vəndam avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait

qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 13,1 milyon (on üç milyon bir yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə

maliyyələşməni təmin etsin.3. Azərbaycan Respublikasının

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının

Prezidenti

Bakı şəhəri, 22 iyul 2020-ci il

Polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışı keçirilib

Daxili İşlər Nazirliyi-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, general-polkovnik Vilayət Eyvazov hər bir gəncin zahiri görkəmi, fiziki hazırlı-ğının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə ayrı-ayrılıqda maraqlanıb.

Kütləvi informasiya vasitələrində əvvəlcədən verilmiş elana uyğun olaraq, nazirliyə onlayn qaydada müraciət etmiş iddiaçılar-dan daha hazırlıqlı olan 150 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Tədbirdə çıxış edən nazir daxili işlər orqanlarında xidmətə qəbulun şəffaflıq və aşkarlıq prinsipləri əsasında keçirildiyini vurğulayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hər bir ölkənin gələcəyinin, inkişafının geniş intellektual

səviyyəli, müasir texnologi-yaların sirlərinə bələd olan, vətənpərvər, milli-mənəvi dəyərlərə, dövlətçiliyə sadiq gənclərdən asılı olduğu-nu dəfələrlə vurğuladığını xatırladıb. General-polkovnik Vilayət Eyvazov gənclərə

gələcək fəaliyyətlərində uğurlar arzulayıb, hər zaman polis adını və şərəfini uca tutmalarını, bilik və baca-rıqlarını, dünyagörüşlərini, təcrübələrini artırmalarını, öz üzərlərində səylə çalışmaları-nı, insan və vətəndaş hüquq

və azadlıqlarına, onların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşma-larını, bir sözlə, vətəndaş məmnunluğunun təmininə öz layiqli töhfələrini vermələrini tövsiyə edib.

İyulun 22-də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər və rayon polis orqanlarında vakant post-patrul xidmətinin polis nəfəri vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.

Prezidentin köməkçisi: Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində

mövcudluğu hər zaman yeni gərginliyə yol aça bilər

Prezidentin köməkçisi dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş toqquşmanın təsadüfi sərhəd insidenti olmadığını, Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüz siyasətinin tərkibi olduğunu bildirib.

H.Hacıyev 2018-ci il Düşənbə görüşündən etibarən Azərbaycanın danışıqlar prosesini irəli aparmaq üçün konstruktiv addımlar atmasına baxmayaraq, Ermənistanın irticaçı xarakter daşıyan hərbi doktrina qəbul etdiyini, Ermənistan müdafiə nazirinin “yeni müharibələr, yeni ərazilər” şüarı ilə çıxış etdiyini, N.Paşinyanın “Qarabağ Ermənistandır” deməklə Azərbaycan ərazilərini anneksiya siyasəti yürütdüyünü xatırladıb. H.Hacıyev Ermənistanın

rasizm və şovinizmə əsaslanan yeni milli təhlükəsizlik strategiyasını qəbul etdiyini vurğulayıb. O, Ermənistanın bu kimi addımlarının Tovuzda baş vermiş yeni təcavüz üçün zəmin yaratdığını deyib.

Prezidentin köməkçisi Azərbaycanın Ermənistanla sərhəd zonasında hər hansı hərbi məqsədlərin olmadığını, əksinə ölkəmizin həmin ərazidə sabitliyin təmin olunmasında maraqlı olduğunu vurğulayıb.

Ermənistanın bu hücumu törətməklə aşağıdakı məqsədləri güddüyünü deyib:

- Ermənistan bu yolla Ermənistan-Azərbaycan münaqişəsindən diqqəti yayındırmağa və danışıqlar prosesini pozmağa çalışır;

- Ermənistan regionda yeni gərginlik ocağı yaratmağa cəhd göstərir;

- Ermənistan üçüncü tərəfləri və üzv olduğu hərbi-siyasi təşkilatları münaqişəyə cəlb etməyə çalışır;

- Ermənistan kənarda qaldığı Şərq-Qərb dəhlizi və Azərbaycanın neft-qaz kəmərlərinə təhlükə yaratmağa səy göstərir;

- Ermənistan, eyni zamanda, gərginlik yaratmaqla ölkədaxili ciddi sosial-iqtisadi problemlərdən diqqəti yayındırmağa çalışır.

Prezidentin köməkçisi Ermənistanın Azərbaycanın mülki obyektlərini hədəfə aldığını və bir mülki şəxsin həlak olduğunu, Ermənistanın hərbi dairələrinin Azərbaycanı və ölkəmizin neft-qaz infrastrukturunu “İskander” raketləri ilə hədələdiyini diqqətə çatdırıb.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə toxunan H.Hacıyev danışıqların mahiyyətli olmalı olduğunu, həmsədrlərin BMT Təhlükəsizlik Şurasının qətnamələrindən irəli gələn mandatlarını yerinə yetirməli və Azərbaycan ərazilərinin işğaldan azad edilməsi istiqamətində fəaliyyət göstərməli olduqlarını bildirib.

Hikmət Hacıyev Ermənistanın saxtalaşdırılmış tarixin girovu olduğunu qeyd edərək Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunun hər zaman yeni gərginliyə yol aça biləcəyini vurğulayıb, qoşunların təmas xəttindəki vəziyyətin Birinci Dünya müharibəsində Fransa və Almaniya arasında olan səngər müharibəsinə bənzədiyini deyib.

Prezidentin köməkçisi XXI əsrdə işğalın və güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğulayıb və Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmalı olduğunu bildirib.

Xəbər ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:

https://www.youtube.com/watch?time_continue=1&v=lHVus4YMXPk&feature=emb_logo

AZƏRTAC

Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Fransanın “France24” televiziya kanalına

müsahibə verib. Verilişdə Hikmət Hacıyev Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz törətdiyini, 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərini işğal altında saxladığını və Ermənistanın Azərbaycana qarşı başladığı müharibənin davam etdiyini bildirib.

Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi təxribatlar Mavritaniya mətbuatının diqqətində

Mavritaniya İslam Respublikasının “Əl-Səfir” və “Əl-Havadis” saytlarında Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz istiqamətində törədilmiş təxribatla bağlı Azərbaycan Respublikası Prezidentinin köməkçisi-

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin AZƏRTAC-a açıqlaması dərc edilib.

Yazılarda Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğuların-dan istifadə etməklə Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutduğu vurğulanıb. Bildirilib ki, Azərbaycan silahlı qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısı alı-nıb. Azərbaycan Silahlı Qüvvələri operativ vəziyyətə nəzarət edir. Ermənistan tərəfi hər hansı ərazi əldə etməyə müvəffəq olmayıb.

Hikmət Hacıyevin fikirlərinə istinad edilərək diqqətə çatdırılır ki, Ermənistan tərəfindən Ermənistan-Azərbaycan sərhədində artilleriya qurğularından istifadə edərək Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum edilməsi təcavüzdür, güc tətbiq etmək aktıdır və növbəti təxribatdır. Ermənistan bu kimi hərbi avantüra yolu ilə üzv olduğu hərbi-siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddətdə davam edən təcavüzü

və sərhəddə törətdiyi təxribatlar həm də Ermənistanın üzv olduğu hərbi-siyasi təşkilatın hüquqi sənədlərinə ziddir.

Yazılarda qeyd olunur ki, dünya birliyinin COVID-19-a qarşı mübarizə apardığı halda bu hücum və təxribat əməli, eyni zamanda, Ermənistanın davamlı olaraq atəşkəsi pozması yolu ilə Ermənistan rəhbərliyi yarıtmaz siyasəti nəticəsində COVID-19-un Ermənistanda geniş yayılması ilə daha da kəskinləşən sosial-iqtisadi problemlər fonunda vəziyyəti gərginləşdirmək və ölkədaxili problemlərdən diqqəti yayındırmağa çalışır.

Həmçinin məlumat verilir ki, Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat rəsmi Yerevanın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmamasının növbəti sübutudur.

Azərbaycanda koronavirusdan daha 504 nəfər sağalıb,

391 yoluxma faktı qeydə alınıb

� Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 504 nəfər sağalıb, 391 yoluxma faktı qeydə alınıb.Nazirlər Kabineti yanında Operativ Qərargahdan

AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 28 min 633 nəfərin korona-virus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 20 min 443 nəfər müalicə olunaraq sağalıb, 385 nəfər vəfat edib. Aktiv xəstə sayı 7805 nəfərdir.

Ötən müddət ərzində 649 min 953 test aparılıb. Bugünkü test sayı isə 8221-dir.

Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinin əməkdaşlarına fəxri adların verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Konsti-

tusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar mədəniyyət işçisi”Bəybalayev Bəybala Nuhbala oğluƏliyev Oqtay Vidadi oğlu

“Əməkdar jurnalist”Abbasov Azər Arif oğluAbbasov Tofiq Möhsün oğluAğayev Şakir Habil oğluAğazadə Aydın Rəhman oğluBağırov Aydın Rövşən oğluCəfərov Zahid İlham oğlu

Eyvazov Elşad Səməndər oğluƏliyev Bağır Murtuza oğluƏliyev Elşən Əli oğluƏliyeva Xatirə İbrahim qızıƏliyev Vüqar Zifər oğluƏsgərov Əhməd Məhəmməd oğluFətullayev Eynulla Emin oğluHacıyev Rəhman Tofiq oğluHadiyeva Yeganə Cəlil qızıHeydərova Elnarə Valeh qızıHəmidi Sevinc Vaqif qızıHəsənov Malik Əliheydər oğluHüseynov Faiq Qismət oğluİsmayılbəyli Süleyman Nəbi oğluKərimli Sahil Bəxtiyar oğluKətanov Rabil Məmməd oğluQasımova Tofiqəxanım Fazil qızıQuliyev Bəhruz Vaqif oğluMehdiyev Allahverdi Məhəmməd oğluMəmmədov Vüsal Fəxrəddin oğlu

Məmmədova Mətanət Elmixan qızıMəmmədova Səadət Həsən qızıMirzəbəyli Elçin Əbdülrəhim oğluRəsul-zadə Zaur Lətif oğluRüstəmov İlqar Gülağa oğluSeyfullayev Elburus Ramiz oğluSeyid Abbas Hüseyn oğluSəfərov Hafiz İdris oğluŞükürov Anar Rizvan oğluTarıverdiyeva Leyla CavadovnaValehov Cəsarət Fikrət oğluVəliyev Akif Abduləzim oğlu.

İlham ƏLİYEV Azərbaycan Respublikasının

Prezidenti

Bakı şəhəri, 22 iyul 2020-ci il

Mədəniyyət nazirinin birinci müavini Anar Kərimov nazirliyin kollektivinə təqdim edilib

� İyulun 21-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Mədəniyyət nazirinin birinci müavini Anar Kərimovu nazirliyin kollektivinə təqdim edib.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Fərəh Əliyeva çıxış edərək dövlət başçısının iyu-lun 20-də imzaladığı sərəncamları diqqətə çatdırıb, Anar Kərimovu təyinat münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Bildirib ki, Anar Kərimov məsul vəzifələrdə fəaliyyət göstərib, o cümlədən Azərbaycanın UNESCO-dakı daimi nümayəndəsi vəzifəsində çalışıb. Onun fəaliyyəti, eyni zamanda, mədəniyyət sahəsi ilə sıx bağlı olub. Qeyd edilib ki, Anar Kərimov Azərbaycanın maraq-larının beynəlxalq səviyyədə müdafiə olunması, həmçinin mədəni irsimizin tanınması və təbliği işində fəal iştirak edib, bu sahədə təcrübə, səriştə və idarəçilik bacarığına malikdir.

Dövlət başçısının müvafiq sərəncamına əsasən, Anar Kərimovun, həmçinin Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edəcəyini vurğulayan Fərəh Əliyeva ümidvar

olduğunu bildirib ki, o, bu yüksək etimadın öhdəsindən gələcək. Qeyd edib ki, nazirlik sistemində, ayrı-ayrı sahələrdə, o cümlədən yerlərdə uşaq musiqi və incəsənət məktəbləri, kitab-xanalar, mədəniyyət evləri, muzeylər və s. müəssisələrin fəaliyyəti ilə bağlı bir müddət əvvəl başlanan islahatlar prosesi davam etdirilməlidir.

Prezident Administrasiyasının şöbə müdiri Anar Kərimova və nazirliyin kollektivinə qarşıda duran vəzifələrin həyata keçirilməsində uğurlar arzulayıb.

Təqdimat mərasimində çıxış edən Anar Kərimov ona göstərilən yüksək etimada görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Qeyd edib ki, dövlət başçısının və Mehriban xanım Əliyevanın nazirli-yin fəaliyyəti, mədəniyyət sahəsinin inkişaf etdirilməsi, idarə olunması, mədəniyyətimizin təbliği ilə bağlı ona müvafiq tapşırıq və tövsiyələri

olub. Gələcək fəaliyyətini bu tapşırıq və tövsiyələr istiqamətində quraca-ğını deyən Anar Kərimov bildirib ki, UNESCO-da çalışdığı 10 ilə yaxın müddətdə Mədəniyyət Nazirliyi ilə fəal əməkdaşlıq edib. Dövlət başçısı-nın islahatlar kursuna uyğun olaraq Mədəniyyət Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi, müvafiq sahələr üzrə, xüsusilə regionlarda mədəniyyət işinin təşkili ilə bağlı islahatlar zəruridir. Bunun üçün bütün sahələr üzrə möv-cud vəziyyət təhlil edilməli, müfəssəl araşdırmalar aparılmalı, o cümlədən beynəlxalq təcrübə öyrənilməli və müvafiq təkliflər rəhbərliyə təqdim edilməlidir.

Anar Kərimov qeyd edib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə bu gün bütün sahələrdə gənc, peşəkar, vətənsevər kadrlara etimad göstərilir və eyni yanaşma mədəniyyət sektorunda da tətbiq olunmalıdır. Vurğulayıb ki, öz fəaliyyətində hər zaman dörd prinsi-pi – dövlətçilik, məsuliyyət, şəffaflıq və ədalət prinsiplərini rəhbər tutaraq, gələcək fəaliyyətində bu prinsiplərə riayət edəcək.

Sonda Anar Kərimov birgə səylər göstərməklə nazirliyin kollektivinə uğur-lar arzu edib.

Ermənistan sutka ərzində atəşkəs

rejimini 38 dəfə pozub � Ermənistan silahlı qüvvələrinin

bölmələri sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 38 dəfə pozublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan Respublikasının Berd rayonunun Mosesqex, Çinari, Çəmbərək rayonunun Cil kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikasının Tovuz rayonunun Əlibəyli, Ağbulaq, Gədəbəy rayonunun Zamanlı kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Meh-dili kəndləri yaxınlığında, həmçinin Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərinə atəş açılıb.

Azərbaycan XİN: ABŞ Dövlət Departamenti kimə və nəyə görə narahatdır, bunu başa düşə bilmirik

ABŞ Dövlət Departamentinin “ABŞ-ın COVID-19 pandemiyasına qarşı qlobal mübarizədə demokratiya, yaxşı idarəetmə və insan hüquqlarına dəstəyi” adlı informasiya bülletenində Azərbaycana istinad edilib. Dövlət Departamenti Azərbaycan hakimiyyətini COVID-19-a qarşı görülən tədbirlərin

vətəndaş cəmiyyəti təbliğatını, müxa-lif səsləri və ya ictimai müzakirələri susdurmaq üçün istifadə edilməməsini təmin etməyə çağırıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bununla əlaqədar KİV-ə açıqlamasında deyib: “Corc Floydun

ölümündən sonra hazırda bütün dünya ictimaiyyəti ABŞ-ı bürüyən iğtişaşlar səbəbindən bu ölkədəki vəziyyətə görə narahatdır. Belə bir şəraitdə ABŞ Dövlət Departamenti kimə və nəyə görə nara-hatdır, bunu başa düşə bilmirik”.

AZƏRTAC

Page 3: Prezident İlham Əliyev rəsmi “Facebook” səhifəsində ... · TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSİYA HEYƏTİ

23 iyul 2020-ci il, cümə axşamı 3Fəxr edirik ki, Sizin kimi

liderimiz var, cənab Prezident

Zamanın sınağından ləyaqətlə çıxmış lidersinizHörmətli cənab Prezident!Siz zamanın sınağından ləyaqətlə

çıxmış bir lidersiniz. Bu sınaqlarda xalq həmişə Sizinlə bir yerdə olub.

Haqq mübarizəmizdə də qəsbkar, xəyanətkar erməni faşistləri zaman-za-man layiqli cavablarını alıblar.

İnşallah, biz Sizin komandanlığınızla torpaqlarımızı mənfur düşməndən azad edəcək, bu mübarizədən qalib çıxaca-ğıq.

Hörmətlə,

Aysel Hüseynova, Lənkəran şəhəri

Tezliklə qələbə müjdəsi eşidəcəyik

Möhtərəm Prezidentimiz!Yaşanan son hadisələr bir vətəndaş

kimi hər birimizi narahat etdi. Amma bütün narahatlıqlara baxmayaraq, qüdrətli ordumuz düşmənə öz layiqli ca-vabını verdi. Sizin qətiyyətli çıxışlarınız, düşmənə verdiyiniz layiqli cavablar bizdə qürur hissi oyadır. Biz Sizinlə fəxr edirik. Atdığınız hər bir addımı dəstəkləyirik. İnanırıq ki, bu gün həsrətlə danışdığımız

Qarabağımız tezliklə bizim sevinc göz yaşlarımıza şahid olacaq. Tezliklə qələbə müjdəsi eşidəcəyik. Biz Sizə güvənirik. Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Şahnaz Əliyeva, Abşeron rayonu

Müzəffər ordumuzla fəxr edirik

Hörmətli Ali Baş Komandan!Bu gün hər bir Azərbaycan gənci

müzəffər ordumuzla fəxr edir. Bu günlərdə qəhrəman Azərbaycan Or-dusu erməni təxribatına layiqli cavab olaraq, sarsıdıcı zərbələr vurmuşdur. Azərbaycan əsgəri Ermənistanın uzun illər öz ordusu haqqında uydurduğu miflərin yalan olduğunu bir daha sübut etdi.

Cənab Ali Baş Komandan, güc-lü Azərbaycan naminə biz gənclər Sizinləyik və əmrinizi gözləyirik!

Hörmətlə,

Rahim Muradov, Naftalan şəhəri

Azərbaycan xalqı Sizə inanırHörmətli cənab Prezident!Məlum olduğu kimi, Azərbaycan

xalqı hər zaman erməni təxribatlarının şahidi olmuşdur. Mənfur düşmən bu gün də təxribatlarını davam etdirməkdədir. Belə ki, Ermənistan silahlı qüvvələrinin bölmələrinin iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində artilleriya qurğula-rından istifadə etməklə atəşkəs rejimini kobud şəkildə pozması açıq-aşkar təxribatdır.

Azərbaycan-Ermənistan sərhədində baş verən təxribatın qarşısı Sizin qətiyyətiniz, ordumuzun əzmi sayəsində həm alındı, həm də düşməni qorxu-ya saldıq. Vətənimizin mərd oğulları onların öhdəsindən gəlməyi bacardı. Azərbaycan xalqı Sizə inanır. Sizin sayənizdə işğal olunmuş ərazilər qısa zamanda geri alınacaq.

Hörmətlə,

Elgün Kərimov, Cəlilabad rayonu

Sizin əmrinizi gözləyirikCənab Prezidentimiz!Son günlər baş verən hadisələrdən

sonra Azərbaycan xalqının Sizin yanı-nızda olduğunun və apardığınız siyasəti dəstəklədiyinin bir daha şahidi oldum. Bilirik ki, ordumuzun inkişafı həmişə Sizin siyasətinizin əsas hissəsini təşkil etmişdir. Vaxtında verdiyiniz tapşırıqlar nəticəsində ordumuzun düşmənə vurdu-ğu zərbələr bir vətəndaş kimi məni çox qürurlandırdı.

Biz ordumuza güvənərək Füzu-li rayonunda ata-baba yurdumuzda rahatlıqla yaşayırıq. Aprel döyüşlərindən sonra işğaldan azad olunan Lələtəpə yüksəkliyində dalğalanan bayrağımız Azərbaycan Ordusunun gücünü bir daha göstərdi.

Sizin məcburi köçkünlərin, şəhid ailələrinin, müharibə veteran və əlillərinin həyat şəraitinin yaxşılaşdırılması üçün gördüyünüz işlər də təqdirəlayiqdir. Sizin diqqət və qayğınızı hər zaman hiss edirik. Mən bir gənc vətəndaş, məcburi köçkün kimi Sizin apardığınız siyasəti həmişə qürurla dəstəkləmişəm. Verəcəyiniz əmrə uyğun olaraq, ehtiyat-da olan bir əsgər kimi doğma torpaqla-rımızın işğaldan azad edilməsi naminə canımdan keçməyə hazıram.

Hörmətlə,

Elnur Səfərov, Füzuli rayonu,

Aşağı Yağlıvənd kəndi

Sizin liderliyiniz dünyada bəyənilir

Hörmətli cənab Prezident!Ermənistanla sərhədin Tovuz rayonu

sahəsində baş verən hadisələr xalqla Sizin birliyinizi yenidən təsdiq etdi. Məhz Sizin liderliyinizlə Azərbaycan dövlətinin nüfuzu getdikcə artır, beynəlxalq təşəbbüslərimiz dünyada bəyənilir.

Cənab Prezident, mən internat məktəbinin məzunuyam. “Məzunlar evi”ndə yaşayıram, dövlətimizin qayğısı ilə əhatə olunmuşam.

Doğma yurduma sevgimi, Sizə sədaqətimi nümayiş etdirmək, Vətənə olan borcumu qaytarmaq üçün hərbi xidmətə getmək, düşmənləri doğma tor-paqlardan qovmaq istəyirəm. Sizin hər bir əmrinizə hazır olduğumu bildirirəm.

Hörmətlə,

Elçin Qələmirzə oğlu Sultanov, Abşeron rayonu, Masazır kəndi

Azərbaycan heç zaman belə güclü olmamışdır

Müdrik Ali Baş Komandan!Azərbaycan dövlətinin və xalqının

növbəti dəfə bəxti gətirdi ki, ulu öndər Heydər Əliyevdən sonra bizə uzaqgörən siyasəti, müdrik qərarları, xalqa yaxın olması ilə fərqlənən bir lider rəhbərlik etdi. Hər addımında zəfər duyulan, "Mən hər bir azərbaycanlının Prezidentiyəm" söyləyən rəhbərin xalqını növbəti qələbələrə doğru aparacağına ürəkdən inanırıq və Sizi hər zaman dəstəkləyirik. Azərbaycan heç belə güclü olmamışdır. Uğurlar Sizin adınızla bağlıdır. Bizə məhz Sizin kimi Vətəninə ürəkdən bağlı olan, novator, enerjili, qətiyyətli, müdrik və humanist bir lider lazımdır. Azərbaycanımızı işıqlı gələcəyə doğru inamla aparın, möhtərəm Prezident, cənab Ali Baş Komandan. Allah bu yolda yar və yardımçınız olsun!

Dərin hörmət və ehtiramla,

Məhərrəm Abdullayev, Bakı şəhəri

Vətən uğrunda döyüşmək bizə şərəfdir

Hörmətli cənab Prezident!Torpaqlarımızın azadlığı uğrunda

döyüşmək bizə şərəfdir. Azərbaycan tarixinin şanlı səhifələri igidlərlə yanaşı, qəhrəman qadınlarımız tərəfindən də yazılır. Bu qəhrəmanlıq salnaməmizə bu gün də yeni-yeni səhifələr əlavə

edilir. Erməni qəsbkarları torpaqlarımıza təcavüz etməyə başladıqları andan bu günədək Azərbaycanın qəhrəman qızları igid oğullarımızla çiyin-çiyinə torpaq-larımızın bütövlüyü uğrunda mübarizə aparırlar.

Mən də yüz minlərlə Azərbaycan gənci kimi, Vətən uğrunda döyüşə hazı-ram, səfərbərlik əmrinizi gözləyirəm.

Hamımız inanırıq ki, bu mənfur düşmənə qalib gələcək, işğal olunmuş torpaqlarımızı azad edəcək və qələbə marşları yazacağıq.

Hörmətlə,

Aydan Cəfərova, Bakı şəhəri, Suraxanı rayonu,

Əmircan qəsəbəsi.

Uğurlarınız daimi olsunMöhtərəm cənab Prezident!Ali Baş Komandan kimi fəaliyyətiniz,

ordumuzun bugünkü potensial gücü, əsgər və zabitlərimizin döyüş qabiliyyəti və vətənpərvərlik ruhu, dövlətimizdə xalq-iqtidar birliyi, xüsusən də Sizə inam və sevgi bizi qürurlandırır. Mötəbər beynəlxalq təşkilatlardakı qətiyyətli çı-xışlarınız və söz sahibi olmağınız, dünya siyasətçiləri arasındakı xüsusi yeriniz, böyük dövlətlərin başçılarının Sizin şəxsiyyətinizə xüsusi hörməti hamımızı sevindirir.

Cənab Prezidentim, bu günlərdə dövlət sərhədimizdə atəşkəsin Ermənistan təxribatçıları tərəfindən pozulması zamanı Sizin ətrafınızda bir yumruq kimi birləşərək təxribatçılara layiqli cavab verdik. Uğurlarımız daimi olsun!

Hörmətlə,

Xəyalə Yusifova, Qubadlı rayonu

Təqdim etdi: Qüdrət PİRİYEV,

“Xalq qəzeti”

Kişi söhbəti. Onun etməyi və dinləməyi hamı bacarırmı? Bacaranlar xalqın inam və etibarını qazanır, zəfər daim onların üzünə gülür. Doğru-düzgünlüyü, halallığı, humanistliyi, bəşəri xidmətləri və nəhayət, kişiliyi ilə həm öz xalqının, həm də beynəlxalq ictimaiyyətin dərin rəğbətini qazanmış Azərbaycan Prezidenti kimi. Bacarmayanlar isə dedi-qoduya, giley-güzara, qeybətə və dilənçiliyə başlayır və sonda rüsvay olurlar. Bədxah qonşularımızın bədnam baş naziri kimi...

Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunma-sı mərasimində söylədiyi son dərəcə əhatəli və məzmunlu çıxışında Azərbaycan Prezidenti İlham Əliyev qeyd etdi ki, biz Ermənistana başından güclü zərbə vurandan sonra onlar dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qaçdı-lar. Tələb edirdilər ki, KTMT Azərbaycanı qınayan bəyanat versin. Buna nail ola bilmədilər, heç bir bəyanat verilmədi. Sadəcə olaraq, bu hadisə ilə bağ-lı ümumi sözlərdən ibarət bir şərh verildi, vəssalam.

Azərbaycanın dövlət başçısı bu yerdə Ermənistanın baş nazirinə konkret mesaj göndərdi: “Gəl bizimlə təkbətək vuruş, təkbətək, baxaq, görək, bunun axırı nə olacaq”.

Prezident İlham Əliyev qeyd etdi ki, bu gün Azərbaycan həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm mənfur qonşu ilə mübarizədə çox böyük bir gücə çevrilib. Bunu biz yaratmışıq, Azərbaycan xalqı yaradıb. Azərbaycan xalqı tam əmin ola bilər ki, Azərbaycanın müstəqilliyi, azadlı-ğı, insanların rifahı və ölkəmizin güclənməsi daim diqqət mərkəzində olacaq. Bizim üçün bir nömrəli milli məsələ – Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə demişəm – beynəlxalq

təşkilatlarda, beynəlxalq kürsülərdən, ölkə daxilində. Çox da təkrarlamaq istəmirəm, amma bir şeyi istəyirəm Azərbaycan xalqı bilsin ki, bu, milli məsələdir. Biz bu məsələni elə həll etməliyik ki, bu həll Azərbaycan xalqını tam təmin etsin. Hər hansı bir yarımçıq həll bizə lazım deyil. Məsələnin həlli tam olmalıdır. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin edilməlidir. İşğal edilmiş bütün torpaqlar istisnasız azad edilməlidir.

Dövlət başçısı əlavə etdi ki, bu gün Azərbaycan güclü dövlətdir, Azərbaycan iqtidarının güclü iradəsi var və ən önəmlisi xalqın dəstəyi var. Mən bu günlərdə hər gün bəlkə də minlərlə məktub alıram. O məktublarda vətəndaşlar öz dəstəyini ifadə edirlər, həmrəyik ifadə edirlər, mənim çıxı-şımdan sonra orduda xidmət etmək istəyirlər. Mən demişdim, orada şüşələri qıranlar getsinlər, yazıl-sınlar orduya. O gün cəmi 150 nəfər könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məntəqələrinə gəlmişdir. Amma mənim sözlərimdən sonra heç bir həftə keçməyib, artıq əlli minə yaxın insan yazılıb. Əlli minə yaxın Azərbaycan vətəndaşı – onların mütləq əksəriyyəti gənclərdir – Vətəni qorumaq üçün artıq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib, öz adlarını, ünvanlarını veriblər. Mən onlara təşəkkür edirəm. Bax, budur Azərbaycan xalqı, bu-dur Azərbaycan gənci. Parlamentin şüşələrini, qa-pılarını qıran yox. Budur, bu gün Qarabağda ölümə getməyə hazır olan Azərbaycan gənci.

Bəli, Azərbaycan xalqı xoşbəxtdir. Həm də ona görə ki, müdrik olduğu qədər də mərd, qorxmaz, sözünün ağası olan və Qafqazda xüsusilə yüksək dəyərləndirilən kişi lideri var. Dövlət başçımıza göndərilən vətəndaş məktublarının bir çoxu da məhz belə dəyərlərdən bəhrələnir.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı

1. Giriş“Azərbaycan Respublikasında

insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Mil-li Fəaliyyət Planı” (bundan sonra ─ Milli Fəaliyyət Planı) Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsini və Azərbaycan Respub-likasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarını rəhbər tutmaqla, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarix-li 667 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014─2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin davamı olaraq tərtib edilmiş, insan alverinin insan hüquq və azadlıqla-rına ciddi təhlükə yaratdığını, insan hüquqlarını pozduğunu, şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olduğunu nəzərə alaraq, insan alverinə qarşı mübarizədə müvafiq qurumların qarşı-lıqlı fəaliyyətinə imkan verən səmərəli sistemin təmin edilməsi üçün hazırlan-mışdır.

2. Milli Fəaliyyət Planının məqsədi və həyata keçirilməsinin əsas prinsipləri

2.1. Milli Fəaliyyət Planının məqsədi aşağıdakı istiqamətlərdə həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsidir:

2.1.1. şəxsiyyətin və cəmiyyətin insan alverinin bütün formalarından qo-runması, xüsusən qadınların, uşaqların və insan alverinə məruz qala bilən digər

həssas əhali qruplarının istismarının qarşısının alınması;

2.1.2. insan alverinin səbəblərinin, insan alverinə şərait yaradan halların müəyyən edilməsi və aradan qaldırıl-ması;

2.1.3. şəxslərin insan alveri qurbanı-na çevrilməsi riskinin azaldılması, insan alverinə məruz qala bilən həssas əhali qruplarının müəyyən edilməsi və sosial müdafiəsinin təmin olunması;

2.1.4. insan alverinin bütün forma-larının aşkar edilməsi və qarşısının alınması, habelə nəticələrinin aradan qaldırılması;

2.1.5. insan alveri qurbanlarının müdafiəsi, hüquqlarının bərpası və sosi-al reabilitasiyasının təmin edilməsi;

2.1.6. insan alveri qurbanlarının və potensial qurbanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün lazımi şərait yaradılması;

2.1.7. insan alveri məqsədilə xarici ölkələrə aparılmış Azərbaycan Res-publikası vətəndaşlarının aşkarlan-ması istiqamətində tədbirlərin həyata keçirilməsi.

2.2. Milli Fəaliyyət Planı qeyd edilən məqsədlərə nail olunması üçün əsas vəzifələri (tədbirləri), onların icra edilməsində müxtəlif qurumların (icra hakimiyyəti orqanları, qeyri-hökumət təşkilatları, beynəlxalq tərəfdaşlar və digər qurumlar) iştirakını, bu qu-rumların fəaliyyətinin İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator (bundan sonra ─ Milli Koordinator)

tərəfindən əlaqələndirilməsini və insan alverinə qarşı mübarizə sahəsində digər tədbirləri nəzərdə tutur.

2.3. İnsan alverinə qarşı mübarizə aparan bütün qurumlar Milli Fəaliyyət Planı üzrə müəyyən olunmuş tədbirləri aşağıdakı prinsipləri rəhbər tutmaqla həyata keçirirlər:

2.3.1. insan alveri qurbanlarının cəmiyyətdə ayrı-seçkiliyə məruz qalma-sının qarşısının alınması;

2.3.2. insan alveri qurbanlarının təhlükəsizliyinin və onlarla nəzakətli rəftarın təmin edilməsi;

2.3.3. insan alverinə görə cəzanın labüdlüyü;

2.3.4. hüquqi, siyasi, sosial-iqtisadi və təşkilati xarakterli profilaktik tədbirlər görülməsi;

2.3.5. insan alverinə qar-şı mübarizəyə qeyri-hökumət təşkilatlarının, elm və təhsil müəssisələrinin cəlb edilməsi;

2.3.6. insan alverinə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi.

3. Milli Fəaliyyət Planının maliyyələşdirilməsi

Milli Fəaliyyət Planında göstərilən tədbirlərin icrası üçün tələb olunan xərclər müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsində aidiyyəti icraçı qurumlar üçün nəzərdə tutulmuş vəsaitlər, büdcədənkənar vəsaitlər, qrantlar, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

“Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün

Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusi-yasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət qurumlarının qarşılıqlı fəaliyyətində səmərəliliyin artırılması və Azərbaycan Respublikasının bu sahədə beynəlxalq öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair

2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. bu Sərəncamla təsdiq edil-miş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həmin Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin aidiyyəti dövlət qurumları ilə birlikdə həyata keçirilməsini əlaqələndirsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının

Prezidenti

Bakı şəhəri, 22 iyul 2020-ci il

Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsinin həlli regionda vəziyyəti əhəmiyyətli dərəcədə sağlamlaşdırmağa imkan verəcək

� Dağlıq Qarabağ münaqişəsinin nizamlanması regiondakı bütün dövlətlərin və danışıqlar prosesində iştirak edən ölkələrin mənafelərinə uyğundur.

AZƏRTAC xəbər verir ki, Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko bu fikri TASS agentliyinin baş direkto-runun birinci müavini Mixail Qusmana müsahibəsində söyləyib.

A.Qruşko deyib: “Dağlıq Qarabağ-da vəziyyətlə əlaqədar hesab edirik ki, təkcə Rusiya deyil, bu regionda sabitliyin bərqərar olmasının və möhkəmlənməsinin qeydinə qalan digər dövlətlər də tərəfləri sülhün bərqərar olmasına, atəşkəsə,

tərəflərin heç cür razılığa gələ bilmədiyi barışıq məsələsinə təşviq edən bəyanatlar verməlidirlər. İndiki vaxtda vəziyyətin sabitləşməsi prosesin bütün iştirakçılarının mənafelərinə uyğundur”.

Nazir müavininin fikrincə, Rusi-ya bunu əsas götürür ki, indiyə qədər beynəlxalq birliyin Dağlıq Qarabağ məsələsinə tətbiqən ATƏT və Minsk qrupu çərçivəsində qazandığı bütün nailiyyətlər danışıqlar masası üstündə qalmalıdır.

A.Qruşko deyib: “Budəfəki böhran Dağ-lıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərinin yaxınlaşması üçün ilk növbədə Rusiyanın sərf etdiyi titanik səylər nəticəsində əldə edilmiş tərəqqidən geri çəkilməyə səbəb olmamalıdır”.

Rusiyalı diplomat qeyd edib ki, bu münaqişənin həlli bütövlükdə regionda vəziyyəti əhəmiyyətli dərəcədə sağlamlaş-dırmağa imkan verəcək, o cümlədən bütün tərəfdaşlar arasında qarşılıqlı münasibətləri yaxşılaşdıracaq. XİN rəhbərinin müavini daha sonra deyib: “Biz hamını, xüsusən Minsk qrupunun üzvü olan ölkələri bu cür mövqe tutmağa çağırırıq”.

Page 4: Prezident İlham Əliyev rəsmi “Facebook” səhifəsində ... · TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSİYA HEYƏTİ

Şanlı ordunun zəfəri və regional

geosiyasi proseslər Azərbaycanın döyüş meydanında

verdiyi cavabı görəndə çoxları anladı ki, Azərbaycan çox güclü orduya malikdir və istənilən an Ermənistan ordusunu qısa zamanda əzib keçə bilər. Bunu anlayıb, sözdə dost, əməldə düşmən olanlar məyus oldu-lar. Beynəlxalq təşkilatlardan fərqli fikirlər eşidildi. Hərçənd, Ermənistan təxribata başlayanda susurdular və bilmək olmazdı, ermənilər nəyəsə nail olsa idi, nə deyəcəkdilər. Əslində, bilirik nə deyəcəklərini. Yəni minbir bəhanə ilə erməni təcavüzünə haqq qazandırmağa çalışacaqdılar. İşğalçını geri oturtmaq əvəzinə bizə barışla bağlı “məsləhətlərini” verəcəkdilər.

Fəqət Azərbaycan əsgəri qəhrəmanlığı və qanı bahasına bu təxribatın taleyini həll etdi: erməni siyasi, informasiya və hərbi dairələri bir daha haqsız olduqlarını nüma-yiş etdirdilər və nüfuzdan düşdülər. Onları hətta üzvü olduqları hərbi-siyasi blok – KTMT belə müdafiə etmədi. Əksinə, onun bir sıra üzvləri bəyan etdilər ki, Azərbaycanla savaşa girməzlər. Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteq-rasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov isə açıq bəyan edib: “KTMT-nin bu münaqişəyə qoşulması cinayət olar. Çünki bu təşkilat bu və digər qonşu-larımızla müharibə etmək üçün yara-dılmayıb. Ona görə də bu söhbətlərə son qoyulmalıdır. Kimsə KTMT-ni Qarabağ münaqişəsinə cəlb etmək istəyirsə, bilsin ki, buna heç kəs, heç vaxt nail olmayacaq. KTMT-yə daxil olan ölkələr də çox gözəl bilir ki, bu təşkilat nə üçün yaradılıb. KTMT-nin Azərbaycanla müharibəyə qoşulaca-ğını düşünmək belə axmaqlıqdır. Heç kəs buna getməz. Bunu unudun”.

Deməli, N.Paşinyan hakimiyyətə gələndən daha bir yalvarışı rəsmi İrəvan üçün iflasla bitdi. Konkret olaraq, Ermənistan rəhbərliyinə an-latdılar ki, KTMT Ermənistanın oyun-cağı və ya şıltaqlıq meydanı deyil. Birincisi, hətta KTMT belə hesab edir ki, Ermənistan haqsızdır, Azərbaycan torpaqlarını işğal edib. L.Kalaşnikov bunu birmənalı belə ifadə edib: “Heç kəs demir ki, bu, Azərbaycan ərazisi deyil. Əlbəttə ki, Azərbaycan ərazisidir. Lakin heç kəs bu ərazilərin geri qaytarılması üçün heç nə etmir, məsələ budur”.

Artıq Moskvada anlayırlar ki, Azərbaycanın haqlı mövqeyini müdafiə etmək ən ədalətli addımdır. Ayrıca, Rusiya Prezidenti Vladi-mir Putinin Azərbaycan və Türkiyə siyasəti onu deməyə əsas verir ki, Rusiya geosiyasi prioritetlərinə düzəlişlər edə bilər. Belə olarsa, əlbəttə, bütün region, o cümlədən Azərbaycan və Rusiya da qazanar!

Bunlardan çıxarıla biləcək ikinci geosiyasi nəticə ondan ibarətdir ki, Azərbaycan rəhbərliyi və ordusu qətiyyətini bütün dünyaya anlatdı: Cənubi Qafqazda həqiqi mənada sülh

istəyən, əməkdaşlıqda maraqlı olan, barış arzulayan və bunun üçün lazımi siyasi, hərbi, iqtisadi və mədəni qüdrətə malik olan dövlət Azərbaycandır!

Azərbaycan istəsəydi, Ermənistanın ərazisinə daxil olub, şəhər və kəndlərini darmadağın edərdi, çox sayda əsir götürüb illərdir Ermənistanda əziyyət verilən, təhqir edilən azərbaycanlı əsir və girov-larla dəyişərdi, Xocalının qisasını bir gecədə alardı. Ancaq etmədi və çox doğru etdi, çünki Azərbaycan işğalçı deyil, kimsənin torpağında gözü yoxdur və qonşu dövlətlərə də hörmətlə yanaşır. O cümlədən KTMT-dəki dostlarını Bakı heç za-man çətin vəziyyətdə qoymaz. Bunlar adi hadisələr deyil, siyasətçilər, hərbçilər təhlil edir və başa düşürlər ki, Azərbaycanla danışmağa dəyər. Çünki Cənubi Qafqazda sülhün qa-rantı olmaq üçün lazımlı olan siyasi, hərbi, iqtisadi, mədəni, geosiyasi və diplomatik imkanlara malik ölkədir!

Deməli, biz Tovuz istiqamətində Azərbaycan–Ermənistan dövlət sərhədində törədilən növbəti hərbi-informasiya təxribatından sonra regi-onla bağlı müşahidə olunan və hətta böyük dövlətləri belə mövqeyində korrektələr etməyə məcbur edən proseslərə vurğulanan tezislər prizmasından baxmalıyıq. Və həmin kontekstdə məqalənin başlıca məqsədi olan iki məqam üzərində geo siyasi aspektdə dayanmaq zəruridir. On-lardan biri Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inki-şafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ifadə etdiyi mükəmməl fikirlərdir. Digəri isə dövlət başçısının Ceyhun Bayra-movu Xarici İşlər naziri təyin olun-ması ilə əlaqədar videoformatda qəbul edərkən xarici siyasət strategiyası və diplomatlar qarşısındakı tələblərlə bağlı ifadə etdiyi tezislərlə bağlıdır.

Beynəlxalq reaksiya: Azərbaycanın nüfuzu

daha da yüksəlibBu iki tədbir aydın surətdə rəsmi

Bakının dərin, düşünülmüş, müstəqil və qətiyyətli siyasət yeritdiyini bir daha təsdiqlədi. Göründü ki, Azərbaycan Prezidenti müasir siyasəti

və geosiyasi prosesləri dərindən bilən, diplomatiyanın incəliklərinə nüfuz edən və eyni zamanda, beynəlxalq hüquqa hörmətlə yanaşan, milli dövlətçiliyi əzmlə qoruyan ədalətli mövqedədir və onu dəyişmək fikrində deyil! Onların ayrı-ayrı məqamları üzərində geniş dayanaq.

Dövlət başçısı Nazirlər Kabi-netinin yuxarıda vurğulanan icla-sında çıxışı zamanı Azərbaycan ictimaiyyətinin diqqətini Ermənistanın son hərbi təxribatına çəkərək mühüm bir məqamı vur-ğulayıb. Prezident Ermənistan rəhbərliyinin KTMT-dən yardım istəməsinin geosiyasi mənasını belə izah edib: “KTMT-nin buna nə dəxli var? Birincisi, Azərbaycan, bir daha demək istəyirəm ki, Ermənistanın dövlət sərhədini pozmayıb, təxribat törətməyib, Ermənistan ərazisinə keçməyib. Belə olan halda KTMT-nin bu işə nə dəxli ola bilər? Bu bir. İkincisi, bu addım onların acizliyini, qorxaqlığını göstərir. Onu göstərir ki, Azərbaycan qarşısında təkbaşına duruş gətirə bilməyəcəklər və onu bilirlər. Biz də bunu bilirik. KTMT-yə müraciət etmək onların qorxaqlığının növbəti təzahürüdür”.

Dəqiq və dolğun qiymətləndirmədir. Və ölkə rəhbərinin Ermənistan hakimiyyətinə üz tutaraq, “...qələt eləmisən, təxribat törətmisən, cinayət törətmisən, – cavab ver buna. Cavab ver və veribdir artıqlaması ilə”. Bununla yanaşı, Ermənistan itkilərini gizlətməyə çalışdı. Bu da siyasətdə acizliklə yanaşı, riyakarlıq deməkdir. Ermənistanın siyasəti riyakarlıq və acizlik üzərində qurulub. Bunun bir daha dövlət sərhədində törədilən təxribatda təsdiqlənməsi başqa əlamətlərlə yanaşı, geosiyasi aspektdə də ciddi hadisədir. Dövlət başçısı məsələnin bu tərəfinə xüsusi vurğu etməklə bir daha erməni siyasətinin əsl simasını tanımağa çağırıb. KTMT üzvlərinin bu hadisəyə reaksiyası da göstərir ki, Azərbaycanın dövlət başçısı tamamilə haqlıdır.

Bu tezislərin işığında dövlət başçısı üç vacib sahəyə xüsusi diqqət yetirib. Onlardan birincisi beynəlxalq təşkilatların Ermənistanın təxribatçı davranışına münasibətinin qiymətləndirilməsidir. Digəri, ayrı-ay-rı dövlətlərin münasibətidir. Üçüncü-sü isə bunların fonunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ

münaqişəsinin həllində rəsmi Bakının mövqeyi və bütövlükdə xarici siyasətin prioritet istiqamətləridir.

Prezident ilk növbədə Türkiyənin reaksiyasına toxundu. Qardaş ölkəyə dərin təşəkkürünü ifadə edən ölkə rəhbəri “...bu günlərdə Türkiyədən yenidən qardaşlıq, dostluq münasibəti gördük. İlk saatlardan Türkiyənin rəsmi qurumları bu məsələ ilə bağlı Azərbaycanın haqlı mövqe-yini müdafiə etdilər, açıqlamalar verdilər”,– deyərək Azərbaycana ən yaxın olan dövlətin ünvanını bir daha bütün dünyaya göstərdi. Bu istiqamətdə fikirlərinə davam edən Prezident İlham Əliyev ifadə etdi: “Dünən Prezident tərəfindən çox önəmli açıqlama verildi. Ondan əvvəl Müdafiə naziri, Xarici İşlər naziri, Prezident Administrasiyasının nümayəndələri, deputatlar, ictimai fəallar. Bir daha bütün dünya, Türkiyə və Azərbaycan xalqları gördü ki, biz əsl qardaşıq. Yaxşı günlərdə və ağır günlərdə bir-birimizin yanındayıq”.

Bu cür qiymətləndirmənin böyük və obyektiv geosiyasi əhəmiyyəti vardır. Hər şeydən öncə, bu, ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” tezisinin geosiyasi, siyasi, hərbi, diplomatik və mədəni zəfəridir. Heydər Əliyev bu tezisi ilə Türkiyə–Azərbaycan münasibətlərini emosional – milli-etnik, dini və mədəni müstəvidən geosiyasi aspektdə konkret əməkdaşlıq və məntiq modelinə dayanan müstəviyə çıxardı. Hazırkı mərhələdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yürütdüyü siyasət imkan verir ki, Ankara açıq və birmənalı bəyan etsin: “Bütün imkanlarımızla dost və qardaş Azərbaycanın yanındayıq”! Bu baxımdan Azərbaycan rəhbərinin aşağıdakı fikirləri olduqca təsirlidir və həqiqəti tam əks etdirir: “Yəqin ki, həm Türkiyə vətəndaşları, həm Azərbaycan vətəndaşları mənim dəfələrlə dediyim sözləri xatırlayırlar və görürlər ki, mən nə qədər haqlı idim deyəndə ki, dünya miqyasın-da Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkələr yoxdur”. Bu səbəbdəndir ki, İlham Əliyev tam səmimiyyət və sevgi ilə bir daha qardaş Türkiyə xalqı-na, onun Prezidentinə Azərbaycan xalqı adından və öz adından dərin minnətdarlığını bildirdi.

Türkiyə ilə yanaşı, Pakistan və

Ukrayna da ədalətli mövqeləri ilə seçildilər. Onlar Azərbaycanın ərazi bütövlüyünə tam dəstək ifadə etdilər. Bundan başqa, İslam Əməkdaşlıq Təşkilatı, Türk Şurası, Qoşulmama Hərəkatı da Bakının haqlı möv-qeyini dəstəklədiklərini bildirərək Ermənistanın təcavüzünə son qoyul-masını tələb etdilər. Sonrakı günlərdə BMT, Aİ, NATO da hadisəyə reaksiya verdilər. Onlar ümumi formulalarla münaqişənin dinc yolla və beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsinin vacibliyini vurğula-dılar. Azərbaycanın xarici siyasəti aspektində vurğulanan məqamların əhəmiyyəti böyükdür. Görünür ki, Azərbaycan Prezidentinin birbaşa fəaliyyəti nəticəsində ölkə beynəlxalq aləmdə böyük nüfuz əldə edib. Artıq Azərbaycanı demək olar ki, bütün beynəlxalq təşkilatlar dəstəkləyirlər. Onların sırasında daha fəal olanla-rı da vardır. Bunlar başlıca olaraq müsəlman və türk dövlətləridir. Lakin bu, böyük gücdür. Dünya indi tam əmindir ki, Azərbaycan meydanda nəinki tək deyil, hətta sistemli və davamlı olaraq onu dəstəkləyən qüvvəyə malikdir.

Bundan başqa, dövlət başçısının vurğulanan kontekstdə Xarici İşlər Nazirliyinin artıq sabiq başçısını kəskin tənqid etməsi kadr siyasətində də ciddi yeniliklərin olduğuna işarədir. İlham Əliyev kimliyindən asılı olmayaraq Azərbaycanın xaricdə fəaliyyət göstərən bütün diplomat-larından təşəbbüskar, hücum xa-rakterli, milli mövqeyə tam uyğun fəaliyyət tələb edir. Ölkənin xarici siyasət idarəsinin yeni rəhbərini qəbul edərkən ifadə etdiyi fikirlər bu ba-xımdan çox önəmlidir. İlham Əliyev vurğulayıb: “...bizim diplomatiya-mız hücum diplomatiyası olmalıdır, milli maraqlar tam təmin edilməlidir. Ancaq bir çox hallarda bunun əksini görürük. Görürük ki, razılaşma prinsipi əsas tutulur, milli maraqları kənara qoyub kiminsə xoşuna gəlmək üçün səylər göstərilir. Bu haqda bir çox məlumatlarım var. Ona görə siz bu məsələləri nəzərdə saxlayın. Bizə elə diplomatik kadrlar lazımdır ki, peşəkar, milli ruhda, milli dəyərlərə bağlı olsunlar, ölkəmizi müdafiə edə bilsinlər”.

Hücum diplomatiyası: qələbəyə aparan yol...Bunlar çox önəmli fikirlərdir.

Prezident konkret vəzifə qoyur: imitasiya, ona-buna xoş gəlmək, passivlik mərhələsi artıq arxadadır. Azərbaycan siyasi-diplomatik sahədə

hücumda olmalı, məsələlərin konkret və ədalətli həllinə istiqamətlənməlidir. Dövlət başçısının bu mövqeyində diqqəti çəkən məqam ondan ibarətdir ki, bu, həm də bir sıra xarici dairələrə mesajdır – Prezident İlham Əliyevin başqa sahələrdə olduğu kimi, Ermənistan–Azərbaycan, Dağlıq Qa-rabağ münaqişəsinin həllində də möv-qeyi dönməz və prinsipial xarakter daşımaqla cəmiyyətin siyasi iradəsini əks etdirir! Bu, müstəqil bir dövlətin milli, qürurlu, qətiyyətli və ədalətli başçısının olduqca əhəmiyyətli mesajıdır! Dünyanın hər bir bö-yük dövləti, ilk növbədə, həmsədr ölkələr anlamalıdırlar: Azərbaycan Prezidenti ölkənin ərazi bütövlüyü-nün bərpasında tam qətiyyətlidir və bu istiqamətdə hər şeyi edəcəkdir! Bizcə, İlham Əliyevin məhz bu davranışı bir çoxlarının ağlını başına yığır. Ermənistanı təxribata təhrik edənlər başa düşdülər: Azərbaycan heç bir təzyiqə boyun əyməyəcək və qələbəyə qədər mübarizə aparacaq! Bu səbəbdən, nə qədər gec deyil, Ermənistana havadarlıq edənlər ədalətin yanında dursunlar ki, sonra geosiyasi dalana düşməsinlər! Sözün həqiqi mənasında belə bir cəsur, müdrik və qətiyyətli dövlət başçısı ilə Azərbaycan xalqı qürur duyur!

Bütün bunların fonunda dövlət başçısının Azərbaycanın xarici siyasətinin prioritetlərini bir daha vurğulaması çox əhəmiyyətlidir. İlham Əliyev ifadə edib: “O ki qaldı, bizim xarici siyasətlə əlaqədar əsas prioritetlərimizə, qeyd etməliyəm ki, mən bu prioritetlər haqqında ictimaiyyətə kifayət qədər geniş açıqlama vermişəm... Qonşu ölkələrlə münasibətlərimiz bizim üçün priori-tetdir. Bu münasibətlər çox sağlam zəmində qurulubdur. Artıq həyat və hadisələrin gedişatı onu göstərir ki, bu, çox düzgün siyasətdir... dövlətlərlə bizim münasibətlərimiz strateji xarakter daşıyır. Biz bir bölgədə yaşayırıq, biz qonşuyuq və bu qonşuluq əbədi olacaqdır. Eyni zamanda, qonşu ölkələrdə yaşayan azərbaycanlılar, əlbəttə, bu münasibətlərdə xüsusi yer tutur və onların rahat yaşaması təbii ki, bizim üçün çox önəmlidir”.

Burada güclü Azərbaycan dövlətinin təcavüzkar ölkə istisna olmaqla bütün qonşu dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq prin-sipi əsasında münasibətlərini dərinləşdirməsi ilə yanaşı, soydaşları-mızın taleyi ilə də ciddi maraqlandığı aydın görünür. Məsələnin bu tərəfi çox əhəmiyyətlidir və perspektiv də onu tam təsdiq edəcək. Təsadüfi deyil

ki, Prezident bir daha təşəbbüskarı ol-duğu ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarının verdiyi faydalardan bəhs edib.

Dövlət başçısı xarici siyasətin prioritetləri sırasında Türk dövlətləri və İslam Əməkdaşlıq Təşkilatı üzvlərini də vurğulayıb. Azərbaycan müsəlman və türk dünyasında indi strateji tərəfdaş kimi mövqeyini möhkəmlədib. Bu məqamın geosiyasi qiyməti Bakının Qərb istiqamətində yeritdiyi siyasətin fonunda çox aydın görünür. Belə ki, ölkə rəhbəri vurğulayıb ki, Avropa və ABŞ-la da münasibətlər xarici siyasətin prioritetləri sırasındadır. Bununla Azərbaycan xarici siyasətdə ciddi bir üstünlük əldə etmiş olur. Azərbaycan Qərb və müsəlman dünyası ilə olan yüksək əlaqələri əsasında sivilizasiya-lar, mədəniyyətlər və dinlər arasında dialoqun təşkili istiqamətində ciddi işlər görə bilir.

Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətində Qoşulmama Hərəkatının böyük yer tutduğunu ifadə edib. Ölkə rəhbəri bu aspektdə bir mühüm məqamı da vurğulayıb: “Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsinin təşəbbüskarı biz olmuşuq və bu təşəbbüsə bildiyiniz kimi, 130-dan çox ölkə qoşuldu. Hesab edirəm ki, bu, bizim növbəti siyasi uğurumuzdur”.

Bu fakt həm də ona görə əhəmiyyətlidir ki, Ermənistanın təcavüzkarlığı Azərbaycanın bu kimi uğurlarını həzm edə bilməməsi ilə bağlıdır. Öz daxilində pandemiya ilə mübarizə apara bilməyən Ermənistan, Azərbaycanın həm qlobal pandemi-ya ilə ciddi mübarizə aparmasını, beynəlxalq səviyyədə əhəmiyyətli təşəbbüslər irəli sürməsini və bunu bütün dünyanın dəstəkləməsini qəbul edə bilmir. Bundan başqa, Azərbaycan uğurla daxildə islahatlar aparır, kadrları yeniləşdirir, sosial-iq-tisadi istiqamətdə böyük irəliləyişlər əldə edir. Bu səbəbdən də Ermənistan Azərbaycana mane olmağa çalışır. Açıq görür ki, bütün istiqamətlərdə məğlubiyyət özünü göstərir.

Nəhayət, vurğulanan proseslər Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yeritdiyi siyasətin gücünü və məzmununu müəyyənləşdirir. Rəsmi Bakı torpağının bir qarışını belə kimsəyə verməyəcək. İşğal-çı erməni qüvvələri qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxa-rılacaq. Azərbaycan rəhbərliyi bu istiqamətdə mümkün olan hər bir im-kandan istifadə edəcək. Bütün dünya Azərbaycan Prezidentinin aşağıdakı fikirlərini unutmamalıdır. Dövlət başçısı deyib: “O ki qaldı, danışıq-lara, mən bir daha demək istəyirəm ki, biz imitasiya naminə danışıqlar aparmaq, mənasız videokonfranslar keçirmək fikrində deyilik. Bunun mənası olmalıdır. Mən demişəm ki, Minsk qrupunun işi çox fəal olmalıdır və onların mandatı çərçivəsində təkcə təmas xəttində, yaxud da ki, dövlət sərhədində atəşkəsin təmin edilməsi məsələsi yox, mahiyyət üzrə danışıq-lar aparılmalıdır və bunun üçün artıq uzun illər ərzində formalaşmış baza var”.

Beləliklə, Ermənistanın Tovuz istiqamətində növbəti hərbi avan-türasından Azərbaycan qalib çıxıb. Dövlətimiz hərbi, siyasi, ideoloji və informasiya aspektlərində olduğu kimi, geosiyasi olaraq da zəfər əldə edib. Bu, bir tərəfdən, Azərbaycanın dövlət kimi kifayət qədər güclü potensiala malik olduğunu göstərir, digər tərəfdən isə, onun beynəlxalq aləmdə nüfuzunun davamlı olaraq yüksəldiyini təsdiqləyir. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ərzində Azərbaycan yüksələn xətlə hərbi qüdrətini artırıb, sosial-iqtisadi, mədəni, geosiyasi sferalarda yeni zirvələr fəth edib!

Kamal ADIGÖZƏLOV

Prezidentin sərəncamının icrası ilə bağlı Tovuz rayonunda təcili tədbirlər görülürAzərbaycan Ordusu

Ermənistanın Tovuz istiqamətində hücumunu

nəinki dəf etdi, həm də düşmən ordusunu istər hərbi texnika, istərsə də canlı qüvvə sarıdan ciddi itkilərə məruz qoydu. Amma namərd və xain düşmənin Tovuzun mülki obyektlərinə, vətəndaşların evlərinə ağır artilleriyadan və minaatanlar-dan atəş açması nəticəsində mülki vətəndaşlara xeyli ziyan dəyib.

Bundan sonra Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Tovuz ra-yonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırıl-ması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamla mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi Azərbaycan Respublikası-nın İqtisadiyyat Nazirliyi və Fövqəladə Hallar Nazirliyinə tapşırılıb.

Hazırda Prezidentin sərəncamının icrası ilə bağlı Tovuz rayonunda təcili tədbirlər görülür. Bu məqsədlə işçi qrup yaradılıb, mütəxəssislər cəlb edilib, ekspertlər dərhal Tovuz rayonuna ezam olunub. Vəziyyətlə bilavasitə yerində tanış olmaq ucun hücu-ma məruz qalmış yaşayış məntəqələrində hərbi təcavüzdən zərər çəkmiş dinc əhalinin, onların əmlaklarının, dövlət obyektlərinin vəziyyəti öyrənilir, ekspertlər tərəfindən müayinə və ekspertiza işləri aparılır. Dəymiş

ziyanın qısa müddətdə qiymətləndirilməsi təmin ediləcək.

Ekspertlər tərəfindən hazırlanacaq və təqdim ediləcək qiymətləndirmə məlumatlarına əsasən, dinc əhaliyə, yaşayış ərazilərinə, dövlət və bələdiyyə əmlakına, təsərrüfatlara, infrastruktura dəymiş ziyanın aradan qaldı-rılması ilə bağlı hökumət tərəfindən tədbirlər planı hazırlanacaq. Hərbi hücum nəticəsində zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi

üçün təkliflər Azərbaycan Prezidentinə təqdim ediləcək.

Xatırladaq ki, Ermənistanın təcavüzü nəticəsində əsas ziyan Tovuz rayonunun 6 yaşayış məntəqəsinə - Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinə dəyib. İlkin qiymətləndirmələrə görə, dinc əhaliyə məxsus 35 evin müxtəlif dərəcədə ziyan çəkdiyi müəyyən edilib. İntensiv atəş nəticəsində dövlət əmlakına da zərər dəyib. Bunlar əsasən, kəndlərə çəkilən qaz boruları, elektrik naqilləri, sosial və rabitə infrastrukturudur.

İşlərin gedişi dövlət başçısının şəxsi nəzarətindədir. Mülki əhaliyə və dövlət əmlakına dəymiş ziyanın aradan qaldırılma-sı üçün bütün qüvvələr səfərbərliyə alınıb. Dəymiş zərər tezliklə aradan qaldırılacaq, infrastruktur və evlər bərpa olunacaq. Həyat tamamilə öz məcrasına qayıdacaq.

Dəfələrlə təsdiq olunduğu kimi, Azərbaycan dövləti vətəndaşının yanındadır. Dövlətimiz Azərbaycanın ərazı bütövlüyü uğrunda vuruşanları, canını fəda edənləri heç vaxt unutmur, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşır. Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan bütün hərbi qulluqçuların ailələrinin qayğıla-rı öyrənilir və onların həlli istiqamətində

addımlar atılır. Dövlət başçısı İlham Əliyevin tapşırığı ilə şəhid general Polad Həşimov və şəhid polkovnik İlqar Mirzəyevin ailələrinə ev verilib. Mehriban Əliyeva Tovuz istiqamətində şəhid olan 12 hərbçi ilə bağlı Heydər Əliyev Fonduna tapşırıq verib. Şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğıları daim fon-dun nəzarətində olacaq. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində həlak olmuş şəhid hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə müvafiq tədbirlərə başlanıb.

Azərbaycan dövləti ölkə ərazisində vətəndaşların təhlükəsiz yaşamasının qarantı-dır. Tovuza, tovuzlulara dəyən ziyan tezliklə aradan qaldırılacaq. Vətəndaşlarımızın, qəhrəman hərbçilərimizin arxasında güclü Azərbaycan dövləti dayanır. Cəbhəyanı rayon-larda infrastruktur bərpa olunur, yeni qəsəbələr salınır, yeni təsərrüfatlar, müəssisələr yaradı-lır. Şəhid ailələri dövlət hesabına evlə təmin edilir (indiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7600-ə yaxın mənzil və fərdi ev verilib). Şəhid ailələrinə birdəfəlik yardım göstərilir (hər ailəyə 11 min manat ol-maqla). 2016-cı ilin Aprel döyüşlərindən sonra

Prezident İlham Əliyevin yeni həyat bəxş etdiyi və “Böyük qayıdış”ın rəmzinə çevrilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində görülən işlər əyani misaldır. Artıq Cocuq Mərcanlıda yem emalı müəssisəsi tikilib, istixanalar və arıçılıq təsərrüfatları, inkubator məntəqəsi fəaliyyət göstərir.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün Ağdam və Tərtər rayonlarının hər birinə 3 milyon manat vəsait ayrılıb, yaşayış məntəqələrində ciddi zi-yan dəymiş evlərin və sosial obyektlərin tikin-tisi, təmiri və bərpası işləri altı ay ərzində başa çatdırılıb. Tərtər rayonunda ciddi dağıntıya məruz qalmış 4 ev yenidən tikilib, 8 ev bərpa olunub. Həmçinin 19 evdə əsaslı, 231 evdə isə cari təmir işləri aparılıb. Bundan başqa, Tərtər şəhər 6 saylı tam orta və 120 şagird yerlik Qazyan kənd ümumi orta məktəblərində əsaslı təmir işləri görülüb. Ağdam rayonunda 5-i üçotaqlı, 3-ü dördotaqlı olmaqla 8 ev yenidən tikilib, 15 ev tamamilə bərpa olunub, 27 ev əsaslı təmir edilib, 693 evdə cari təmir işləri görülüb. Bundan əlavə, bir məktəb və iki uşaq bağçasında əsaslı təmir işləri həyata keçirilib.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Xarici siyasətin prioritetləri və hücum diplomatiyası: Azərbaycan Prezidentinin qarşıya qoyduğu yeni vəzifələr kontekstindəAzərbaycan Prezidentinin qarşıya qoyduğu yeni vəzifələr kontekstində

Tovuz rayonunda sərhəd xətti istiqamətində Ermənistanın törətdiyi hərbi təxribat ancaq döyüş əməliyyatları ilə məhdudlaşmadı. Azərbaycan Ordusunun güclü zərbələri altında diz çökən işğalçı və havadarları çox məyus oldular. Erməni əsgəri Azərbaycan Ordusunun atəş gücünü öz üzərində aşkar hiss etdi. İndi bir sıra ekspertlər baş verənləri analiz etməyə çalışırlar. Müxtəlif qiymətləndirmələr, arqumentlər eşidirik. Lakin ermənilərin Tovuz istiqamətində hücum cəhdinin tale-yini həll edən tək faktor var: Azərbaycan Ordusunun şücaəti, hərbi sistemimizin qüdrəti, zərgər dəqiqliyi ilə işləməsi, Ali Baş Komandan-ordu rəhbərliyi-müxtəlif qoşun növləri arasında yüksək koordinasiyalı fəaliyyət–Azərbaycan əsgərinin vətənsevərliyi, qeyrəti, fədakarlığı və peşəkar hazırlığının bir-birini tamamlama-sı! Məhz bunların sayəsində ermənilərin hərbi və informasiya təxribat potensi-alı tükəndi. Və ondan sonra Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üz tutdu, kömək istəməyə məcbur oldu.

23 iyul 2020-ci il, cümə axşamı4

Page 5: Prezident İlham Əliyev rəsmi “Facebook” səhifəsində ... · TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSİYA HEYƏTİ

Sıra№-si Tədbirin adı İcraçı orqanlar İcra müddəti

(illər üzrə)1 2 3 44.1. İnsan alverinə qarşı mübarizə sahəsində normativ hüquqi bazanın və institusionalmexanizmlərin təkmilləşdirilməsi4.1.1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq

müqavilələrin, o cümlədən “İnsan alverinə qarşı mübarizə haqqında” Avropa Şurası Konvensiyasının tələbləri nəzərə alınmaqla, insan alverinə qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi barədə təkliflər hazırlanması

Nazirlər Kabineti 2020─2022

4.1.2. Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyasına Azərbaycan Respublikasının qoşulması məsələsi barədə təkliflər hazırlanması

Nazirlər Kabineti 2020─2021

4.1.3. İnsan alveri qurbanlarının, xüsusilə insan alverindən zərər çəkən uşaqların müəyyən edilməsi indikatorlarının, həmçinin insan alverinə qarşı mübarizə sahəsində əməliyyat-axtarış fəaliyyətinin təşkili barədə metodik vəsaitlərin təkmilləşdirilməsi, insan alverinin qurbanı olma riskinin azaldılması məqsədilə insan alverinə məruz qala biləcək qadınların, uşaqların və digər həssas əhali qruplarının hüquqi və sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı təkliflər hazırlanması

Nazirlər Kabineti,Daxili İşlər Nazirliyi

2020─2022

4.1.4. İnsan alveri və məcburi əmək cinayətlərinin törədilməsinə şərait yaradan halların müəyyən edilməsi və qarşısının alınması, bu cinayətlərin qurbanlarının, o cümlədən ehtimal olunan qurbanların aşkar edilməsi məqsədilə tikinti, kənd təsərrüfatı və xidmət sektorlarında sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla monitorinqlərin aparılması, müvafiq istiqamətdə aidiyyəti yoxlayıcı qurumların vəzifələrinin dəqiqləşdirilməsi məqsədilə təkliflər hazırlanması

Nazirlər Kabineti,Daxili İşlər Nazirliyi,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2020─2021

4.1.5. İnsan alverinin qurbanına çevrilmə riski olan sahələrdə muzdlu işlərə cəlb edilmə üzrə vasitəçilik fəaliyyəti göstərən şəxslərin fəaliyyətinin tənzimlənməsi ilə bağlı təkliflər hazırlanması

Nazirlər Kabineti,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2020─2021

4.1.6. Xidmət sektorunda işləyən miqrantlarla bağlı ölkədaxili vəziyyətin təhlili və onların insan alverinin qurbanına çevrilməsi risklərinin qarşısının alınması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar təkliflər hazırlanması

Nazirlər Kabineti,Dövlət Miqrasiya Xidməti 2020─2021

4.1.7. Xarici ölkələrdə sərhədkeçmə sənədlərini itirmiş, həmin sənədləri oğurlanmış və ya yararsız hala düşmüş, sərhədkeçmə sənədlərinin etibarlılıq müddəti bitmiş insan alverindən zərər çəkən və ya zərər çəkməsi ehtimal olunan Azərbaycan Respublikası vətəndaşlarına “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi”nin xüsusi sadələşdirilmiş prosedur əsasında verilməsinin nəzərdən keçirilməsi və bununla əlaqədar təkliflər hazırlanması

Nazirlər Kabineti,Xarici İşlər Nazirliyi 2020─2021

4.1.8. İnsan alveri qurbanları üçün sığınacaqların və yardım mərkəzlərinin fəaliyyətinin öyrənilməsi, dövlət sığınacaq və yardım mərkəzlərinə qurbanların qəbulu prosedurlarının sadələşdirilməsi, sığınacaqların və yardım mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə təkliflər hazırlanması

Nazirlər Kabineti 2020─2022

4.1.9. İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizminin daha səmərəli həyata keçirilməsi, insan alverinə qarşı mübarizədə koordinasiyanın gücləndirilməsi məqsədilə müvafiq idarələrarası komissiyanın və İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator yanında İşçi Qrupun hüquqi statusuna yenidən baxılması, ixtisaslaşmış qeyri-hökumət təşkilatları və beynəlxalq təşkilatlar cəlb edilməklə tərkibinin yenidən formalaşdırılması

Nazirlər Kabineti,İnsan alveri qurbanlarının Milli İstiqamətləndirmə Mexanizmi üzrə İdarələrarası Komissiyaya daxil olan qurumlar

2020─2021

4.1.10. İnsan alverindən zərər çəkmiş şəxslərə kompensasiya ödənilməsi institutunun təkmilləşdirilməsi, habelə İnsan alveri qurbanlarına kömək Fondunun fəaliyyətinin səmərəliliyinin artırılması ilə əlaqədar təkliflər hazırlanması

Nazirlər Kabineti 2020─2022

4.1.11. İstehsal və xidmət sahələrində istehlakçıya qədər olan bütün mərhələlərdə insan alveri və məcburi əmək halları ilə bağlı risklərin öyrənilməsi, aşkarlanması, aradan qaldırılması və aidiyyəti dövlət orqanlarının birgə mübarizə tədbirlərinin həyata keçirilməsinə dair təkliflər hazırlanması

Nazirlər Kabineti 2020─2022

4.1.12. İnsan alverinə qarşı mübarizədə iştirak edən dövlət qurumlarının, qeyri-dövlət qurumlarının, habelə beynəlxalq təşkilatların insan alverindən zərər çəkmiş və ya zərər çəkməsi ehtimal olunan şəxslər barədə zəruri (cinayət, statistik və digər xarakterli) məlumatların insan alverinə qarşı mübarizə üzrə xüsusi polis qurumuna təqdim olunması, vahid mərkəzdə toplanması, habelə həmin məlumatların araşdırılması mexanizminin təkmilləşdirilməsi məqsədilə təkliflər hazırlanması

Nazirlər Kabineti 2020─2022

4.2. İnsan alverinin qarşısının alınması (profilaktikası)4.2.1. İnsan alveri probleminin mahiyyəti, onun qarşısının alınması

barədə tədris-metodik vəsaitlərin və maarifləndirici materialların hazırlanması və yayımlanması

Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidməti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Turizm Agentliyi, Milli Televiziya və Radio Şurası

mütəmadi

4.2.2. Azərbaycan Respublikasında insan alveri probleminin xüsusiyyətləri, insan alveri və məcburi əməklə mübarizədə görülən işlər, uşaqların insan alverinə məruz qalması riskləri və digər əlaqədar istiqamətlərdə elmi və sosial tədqiqatlar aparılması, bu sahədə fəaliyyətə dövlət dəstəyinin təmin olunması

Daxili İşlər Nazirliyi, digər aidiyyəti dövlət orqanlarını, Azərbaycan Milli Elmlər Akademiyasını, ali təhsil müəssisələrini və ixtisaslaşmış qeyri-hökumət təşkilatlarını cəlb etməklə

2020─2024

4.2.3. İnsan alveri və məcburi əmək cinayətlərinin törədilməsinə şərait yaradan hallarla bağlı cəmiyyətdə ictimai dözümsüzlük mühitinin yaradılması məqsədilə inzibati, təhsil, sosial, mədəni və digər sahələrdə müvafiq tədbirlər görülməsi, bu işə vətəndaş cəmiyyəti institutlarının və kütləvi informasiya vasitələrinin cəlb edilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Mədəniyyət Nazirliyi, Milli Televiziya və Radio Şurası,digər aidiyyəti dövlət orqanları

mütəmadi

4.2.4. Qanunsuz miqrasiyanın, ölkə ərazisindən insan alveri məqsədilə tranzit kimi istifadə edilməsinin, insan alverinin bütün formalarının qarşısının alınması işinin daha da gücləndirilməsi, bu sahədə fəaliyyət göstərən dövlət qurumları arasında koordinasiyanın təkmilləşdirilməsi, insan alveri qurbanlarının və potensial qurbanların müəyyən edilməsi məqsədilə birgə fəaliyyətin və monitorinqlərin davam etdirilməsi

Dövlət Miqrasiya Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, digər aidiyyəti dövlət orqanları

ixtisaslaşmış qeyri-hökumət təşkilatlarını cəlb etməklə

mütəmadi

4.2.5. İnsan alverinin və məcburi əməyin potensial qurbanlarının məşğulluğunun təmin edilməsi, insan alverindən zərər çəkmiş şəxslərin işə götürülməsi üçün sahibkarların həvəsləndirilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, yerli icra hakimiyyəti orqanlarıixtisaslaşmış qeyri-hökumət təşkilatlarını cəlb etməklə

mütəmadi

4.2.6. Kütləvi informasiya vasitələrinin, internet informasiya ehtiyatlarının mütəmadi monitorinqini aparmaqla, insan alverinin bütün formaları ilə bağlı ola bilən şübhəli halların mahiyyətinin öyrənilməsi və müvafiq tədbirlər görülməsi

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mütəmadi

4.2.7. İnternet informasiya ehtiyatlarında uşaq pornoqrafiyasının yayılmasının, habelə uşaqların cinsi istismarının onlayn yayımlanması hallarının qarşısının alınması, respublikada belə internet informasiya ehtiyatlarına çıxışın qanunvericiliyə uyğun olaraq məhdudlaşdırılması ilə bağlı tədbirlər görülməsi

Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, digər aidiyyəti dövlət orqanları

mütəmadi

4.2.8. İnsan alverinə qarşı mübarizədə, xüsusən insan alverinin qurbanı olmuş şəxslərin müdafiəsi sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinin davam etdirilməsi və bununla bağlı məlumatların aidiyyəti dövlət orqanlarına təqdim olunması

Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi mütəmadi

4.2.9. İnsan alverinə qarşı mübarizə ilə əlaqədar xarici ölkələrdə həbs olunan, xarici ölkə hüdudlarından kənara çıxarılan, insan alverinin qurbanı olan (insan alverindən zərər çəkmiş və ya zərər çəkməsi ehtimal olunan) Azərbaycan Respublikası vətəndaşları barədə müvafiq məlumatların əldə olunması və konfidensiallıq qorunmaqla xüsusi polis qurumuna təqdim edilməsi

Xarici İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti 2020─2024

4.2.10. Respublika ərazisində turizmin inkişafı və genişlənməsi ilə əlaqədar müəyyən şəxslərin insan alverinin qurbanı olmaq riskinin qarşısının alınması və belə şəxslərin mənafelərinin qorunması məqsədilə qabaqlayıcı tədbirlər hazırlanması

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Miqrasiya Xidməti, Dövlət Turizm Agentliyi

2021─2022

4.2.11 Ölkə ərazisində məcburi əmək hallarının aşkara çıxarılması məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi, kadr potensialının gücləndirilməsi, onların məcburi əmək hallarını aşkar etmək bacarıqlarının inkişaf etdirilməsi, aşkar edilmiş hallar üzrə məlumatların aidiyyəti üzrə təqdim edilməsi səlahiyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanması

Nazirlər Kabineti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2020─2021

4.3. İnsan alveri cinayətlərinə qarşı cinayət təqibi4.3.1. Xüsusi polis qurumunun fəaliyyətinin təkmilləşdirilməsi, onun

kadr potensialının gücləndirilməsi, əməkdaşlarının insan alveri qurbanlarının aşkar edilməsi sahəsində vərdişlərinin inkişaf etdirilməsi məqsədilə xüsusi təlimlərin keçirilməsi, qurumun maddi və texniki bazasının yaxşılaşdırılması, o cümlədən insan alverinə qarşı mübarizə sahəsində vahid məlumat bazasının və məlumatların dairəsinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanması, həmin məlumat bazasının və “Qaynar xətt” telefon xidmətinin təşkilati-texniki imkanlarının müasir tələblərə uyğunlaşdırılması

Daxili İşlər Nazirliyi 2020─2022

4.3.2. İnsan alveri və məcburi əmək cinayətlərinin ibtidai araşdırılması çərçivəsində bu cinayətlərdən əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın da aşkar edilməsi üçün tədbirlər görülməsi, onların leqallaşdırılmasının qarşısının alınması

Daxili İşlər Nazirliyi, Maliyyə Monitorinqi Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti

mütəmadi

4.3.3. İnsan alveri və məcburi əmək cinayətləri ilə mübarizədə hüquq-mühafizə orqanları, o cümlədən məcburi əməklə mübarizə sahəsində fəaliyyət göstərən digər dövlət orqanları arasında əməkdaşlığın, həmin orqanlarla məhkəmələrin qarşılıqlı əlaqələrinin gücləndirilməsi, səmərəli məlumat və təcrübə mübadiləsinin təmin edilməsi, mütəmadi görüşlər və birgə təlimlər keçirilməsi

Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti

mütəmadi

4.3.4. İnsan alveri ilə bağlı transmilli mütəşəkkil cinayətkarlığın qarşısının alınması sahəsində fəaliyyətin səmərəsinin artırılması, o cümlədən transmilli mütəşəkkil cinayətkar qrupların respublikadakı mümkün əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlərin gücləndirilməsi

Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti

mütəmadi

4.3.5. Respublika daxilində insan alveri və məcburi əmək qurbanlarının, o cümlədən uşaqların, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müəyyənləşdirilməsi istiqamətində səylərin davam etdirilməsi, respublika daxili insan alveri və məcburi əmək qurbanlarına da xüsusi həssas yanaşılması, insanların istismarı hallarına yol verən fiziki, vəzifəli və hüquqi şəxslər barəsində müvafiq məsuliyyət tədbirlərinin görülməsi

Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, digər aidiyyəti dövlət orqanları

mütəmadi

4.3.6 Dilənçiliklə məşğul olan uşaqlarla xüsusi işin aparılması, körpə uşaqların digər şəxslərin yanında dilənçilik fəaliyyətinə cəlb edilməklə dilənçiliklə məşğul olmaq hallarına və belə fəaliyyətlərin təşkilinə qarşı mübarizənin gücləndirilməsi, belə uşaqların valideynləri (onları əvəz edən şəxslər) ilə xüsusi söhbətlərin aparılması, onların valideynlərinə (onları əvəz edən şəxslərə) qarşı tədbirlərin görülməsi

Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti

mütəmadi

4.4. İnsan alveri qurbanlarının sosial reabilitasiyası və müdafiəsi4.4.1. Regionlarda insan alveri qurbanlarına xidmət göstərən yeni

sığınacaq və yardım mərkəzlərinin yaradılması və həmin mərkəzlərin fəaliyyətinin təmin edilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yerli icra hakimiyyəti orqanları

2020─2024

4.4.2. Regionlarda insan alveri probleminin sosial-psixoloji aspektlərinin öyrənilməsi, səbəblərinin müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı təkliflər hazırlanması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar

2020─2024

4.4.3. İnsan alveri qurbanlarına ayrılmış stasionar və ambulator tipli müəssisələrdə ixtisaslı tibbi yardım göstərilməsinin davam etdirilməsi

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyimütəmadi

4.4.4. İnsan alveri qurbanlarına xidmət göstərən dövlət və qeyri-dövlət sığınacaq və yardım mərkəzlərinin, digər sosialyönümlü müəssisələrin imkanlarının öyrənilməsi, onların potensialının artırılması üçün maliyyə vəsaitinin ayrılması

Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasıixtisaslaşmış qeyri-hökumət təşkilatlarını cəlb etməklə

2020─2024

4.4.5. İnsan alverindən zərər çəkmiş və ya zərər çəkməsi ehtimal olunan şəxslərin əmək bazarında rəqabət qabiliyyətinin artırılması, onların yeni peşələrə yiyələnməsinə yönəldilmiş kursların təşkili, məşğulluq probleminin həlli

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,Təhsil Nazirliyi,Daxili İşlər Nazirliyi

mütəmadi

4.4.6. İnsan alveri qurbanlarına xidmət göstərən sığınacaq və yardım mərkəzlərində hüquqi yardım göstərilməsinə və onların sosial reabilitasiyasına insan alverinin qarşısının alınması sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının cəlb olunması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Daxili İşlər Nazirliyi

mütəmadi

4.4.7. İnsan alveri qurbanlarının və onların yaxın qohumlarının, habelə insan alverinə qarşı mübarizəyə yardım göstərən hüquqi və fiziki şəxslərin təhlükəsizliyinin “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” və “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq təmin edilməsi

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti

mütəmadi

4.4.8. Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və konsulluqları tərəfindən insan alverindən zərər çəkmiş və ya zərər çəkməsi ehtimal olunan Azərbaycan Respublikası vətəndaşlarının hüquq və mənafelərinin müdafiə olunması

Xarici İşlər Nazirliyi, digər aidiyyəti dövlət orqanları mütəmadi

4.4.9. Xarici ölkələrdə insan alverindən zərər çəkmiş və ya zərər çəkməsi ehtimal olunan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasına repatriasiyasının təmin olunması və digər zəruri ehtiyaclarının qarşılanması

Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti,Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, digər aidiyyəti dövlət orqanları

mütəmadi

4.5. İnsan alverindən zərər çəkmiş, zərər çəkməsi ehtimal olunan və ya insan alverinin potensial qurbanı olan uşaqlara göstərilən yardımın və onların müdafiəsinin təkmilləşdirilməsi4.5.1. Uşaq nikahlarının qarşısının alınması tədbirlərinin gücləndirilməsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət

Komitəsi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, yerli icra hakimiyyəti orqanları

2020─2021

4.5.2. Tibb müəssisələrindən kənarda baş verən doğuş faktlarına nəzarətin gücləndirilməsi, belə faktlar əsasında uşaq nikahlarının aşkarlanması

Səhiyyə Nazirliyi,İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi

2020─2024

4.5.3. Yetkinlik yaşına çatmayanlarla, xüsusən sağlamlıq imkanları məhdud uşaqlarla sosial iş institutunun mütərəqqi beynəlxalq təcrübə əsasında formalaşdırılması, bu işin xüsusiyyətləri nəzərə alınmaqla qanunvericiliyin təkmilləşdirilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, digər aidiyyəti dövlət orqanlarıixtisaslaşmış qeyri-hökumət təşkilatlarını cəlb etməklə

2020─2023

4.5.4. İnsan alverindən zərər çəkmiş, zərər çəkməsi ehtimal olunan və ya insan alverinin potensial qurbanı olan uşaqların təhsil imkanlarının artırılması

Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,Daxili İşlər Nazirliyiixtisaslaşmış qeyri-hökumət təşkilatlarını cəlb etməklə

mütəmadi

4.5.5. Dövlət uşaq müəssisələri məzunlarının insan alveri qurbanına çevrilməsi riskinin azaldılması məqsədilə onlara sosial-hüquqi və sosial-psixoloji xidmətlər, məşğulluqlarının təmin edilməsi ilə bağlı yardım və sosial-məsləhət yardımları göstərilməsinin davam etdirilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi mütəmadi

4.5.6. Uşaqların təhsildən yayınması və baxımsızlığı ilə bağlı monitorinqlərin davam etdirilməsi, təhsildən yayınan və sosial təhlükəli vəziyyətdə olan uşaqlarla fərdi profilaktik iş aparılması

Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, yerli icra hakimiyyəti orqanlarıaidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə

mütəmadi

4.5.7. Övladlığa götürülmüş, qəyyumluğa və ya himayəyə verilmiş uşaqların ailələrində monitorinqin aparılması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,yerli icra hakimiyyəti orqanlar

mütəmadi

4.5.8. Şəxsiyyəti təsdiq edən sənədi olmayan uşaqların müvafiq sənədlərlə təmin edilməsi üçün tədbirlərin davam etdirilməsi

Daxili İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi

mütəmadi

(ardı 6-cı səhifədə)

4. Milli Fəaliyyət Planının həyata keçirilməsi üzrə tədbirlər planı

23 iyul 2020-ci il, cümə axşamı 5

Page 6: Prezident İlham Əliyev rəsmi “Facebook” səhifəsində ... · TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSİYA HEYƏTİ

4.5.9. Hüquq-mühafizə orqanlarının və insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən digər dövlət qurumlarının əməkdaşları tərəfindən insan alverindən zərər çəkmiş və ya zərər çəkməsi ehtimal olunan uşaqlarla ünsiyyətin ümumi standartlarının, həmçinin müvafiq işlərin və zərər çəkmiş uşaqların aidiyyəti üzrə təqdim edilməsi prosedurlarının hazırlanması

Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi,Səhiyyə Nazirliyi

2020─2021

4.6. İnsan alverinə qarşı mübarizə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi4.6.1. İnsan alverinə qarşı mübarizədə dövlət orqanları, qeyri-hökumət

təşkilatları, beynəlxalq qurumlar və özəl sektor arasında strateji tərəfdaşlığın gücləndirilməsi ilə bağlı təkliflərin hazırlanıb Milli Koordinatora təqdim edilməsi

Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Xarici İşlər Nazirliyi,İqtisadiyyat Nazirliyi,Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

2020─2021

4.6.2. İnsan alverinə qarşı mübarizədə iştirak edən ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının maliyyə təminatının artırılması

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Daxili İşlər Nazirliyi

2020─2024

4.6.3. İnsan alverinə qarşı mübarizənin səmərəliliyinin artırılması məqsədilə digər dövlətlərlə, xüsusən insan alveri ilə bağlı məsələlərdə Azərbaycan Respublikasına münasibətdə təyinat və mənbə ölkələrinin aidiyyəti dövlət və qeyri-dövlət qurumları ilə, bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi

Daxili İşlər Nazirliyi,Dövlət Təhlükəsizliyi Xidməti,Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti, Dövlət Gömrük Komitəsi, Xarici İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

2020─2024

4.6.4. Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquqpozmalarının profilaktikası, həmçinin onların sosial reabilitasiyası sahəsində qeyri-hökumət təşkilatları ilə və beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Daxili İşlər Nazirliyi

mütəmadi

4.6.5. Beynəlxalq təşkilatların hesabatlarında və beynəlxalq reytinqlərdə insan alveri ilə və məcburi əməklə mübarizə sahəsində Azərbaycan Respublikasının mövqeyinin yaxşılaşdırılması məqsədilə tədbirlər görülməsi

Nazirlər Kabineti, Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi 2020─2024

4.6.6. İnsan alveri və məcburi əməklə mübarizədə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, ikitərəfli və çoxtərəfli əlaqələrin gücləndirilməsi, məlumat mübadiləsinin operativliyi üçün əlaqələndiricilərin müəyyən olunması

Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, digər aidiyyəti dövlət orqanları

mütəmadi

4.6.7. İnsan alverinin qarşısının alınması, cinayət təqibi, qurbanların müdafiəsi və bu sahələrdə əməkdaşlıq mövzularına dair ölkədə beynəlxalq tədbirlərin keçirilməsi

Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi, digər aidiyyəti dövlət orqanları

2020─2024

4.7. İnsan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən şəxslər üçün təlimlərin (ixtisaslaşmış peşə hazırlığının) keçirilməsi4.7.1. Hüquq-mühafizə orqanlarının, bu sahədə fəaliyyət göstərən

digər dövlət qurumlarının və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları, hakimlər və məhkəmə aparatı işçiləri, habelə ölkə ərazisində fəaliyyət göstərən turizm şirkətlərinin nümayəndələri üçün insan alverinin və məcburi əməyin qurbanı olan şəxslərin, o cümlədən miqrantların müəyyən edilməsi, onların müdafiəsi, bu növ işlərin araşdırılması və baxılması zamanı məsələyə daha çox qurbanın müdafiəsi baxımından yanaşılması mövzularında təlimlər, maarifləndirmə tədbirlərinin keçirilməsi

Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Turizm Agentliyi

mütəmadi

4.7.2. İnsan alverinə qarşı mübarizəyə dair təlimlərin proqramına qurbanların hüquqlarının müdafiəsi, müxtəlif xidmətlər göstərməyə məcbur edilmə və insanların istismar edilməsinin digər formaları, insan alverinin gender xüsusiyyətləri, uşaqlara xas aspektləri, uşaqların internet vasitəsilə cinsi istismara və ya zorakılığa cəlb olunması ilə bağlı mövzuların daxil edilməsi

Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Turizm Agentliyi

mütəmadi

4.7.3. Effektiv sərhəd nəzarəti tədbirləri vasitəsilə insan alverinin müxtəlif formalarının, təqsirli və zərərçəkmiş şəxslərin müəyyən edilməsi, preventiv hazırlığın gücləndirilməsi

Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Turizm Agentliyi

2020─2024

4.7.4. İnsan alveri qurbanlarının hüquqi yardımdan səmərəli istifadə etmələrinin dəstəklənməsi üçün müvafiq dövlət qurumlarının vəzifəli şəxslərinin insan alverinə qarşı mübarizə sahəsində bilik və bacarıqlarının artırılması, habelə bu məqsədlə keçirilən təlim-tədris (ixtisaslaşmış peşə hazırlığı) proqramlarına insan alveri qurbanlarının kompensasiya almaq hüququnun təmin olunması mövzusunun da daxil edilməsi

Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti

mütəmadi

4.7.5. İnsan alverinin qurbanı olan (zərər çəkmiş və ya zərər çəkməsi ehtimal olunan) uşaqların və ya potensial qurbanların müəyyən edilməsi və müdafiəsi mövzularında təlimlər keçirilməsi, təlimat kitabçalarının hazırlanması

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,Təhsil Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Daxili İşlər Nazirliyi ixtisaslaşmış qeyri-hökumət təşkilatlarını cəlb etməklə

2020─2023

4.7.6. İnsan orqan və toxumalarının transplantasiyası üzrə cərrahiyyə əməliyyatlarını icra edən və ya insan orqan və toxumalarının transplantasiyasında digər formada iştirak edən tibbi personal və digər şəxslər üçün insan alverinin aşkarlanması istiqamətində sahəvi təlimlər keçirilməsi

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2020─2024

4.7.7. Hüquq-mühafizə orqanlarının və insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən digər dövlət qurumlarının əməkdaşları, həmçinin ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün xüsusi tədris kurslarının təşkil edilməsi

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi digər aidiyyəti dövlət orqanları ixtisaslaşmış qeyri-hökumət təşkilatlarını və beynəlxalq təşkilatları cəlb etməklə

mütəmadi

4.8. İnsan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirmə4.8.1. İnsan alverinə qarşı mübarizədə təbliğat və maarifləndirmə işinin

gücləndirilməsi, bu məqsədlə müxtəlif sosial reklamlar, çarxlar, qısametrajlı filmlər çəkilməsi, verilişlərin hazırlanıb nümayiş etdirilməsi, müxtəlif maarifləndirici materiallar hazırlanması, internet informasiya resurslarında yerləşdirilməsi və onlardan istifadənin təşviq edilməsi

Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidməti, Xarici İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Turizm Agentliyi, Dövlət Reklam Agentliyi, Milli Televiziya və Radio Şurası, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə

mütəmadi

4.8.2. İnsan alverinin və məcburi əməyin qarşısının alınması məqsədilə müxtəlif dillərdə hazırlanmış maarifləndirici vəsaitlərin beynəlxalq marşrutlarda hərəkət edən nəqliyyat vasitələrində, dövlət sərhədindən buraxılış məntəqələrində paylanılması tədbirlərinin davam etdirilməsi

Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə

mütəmadi

4.8.3. Məcburi əmək riskləri barədə maarifləndirmə işinin gücləndirilməsi, belə tədbirlərin əməkçi miqrantlar arasında keçirilməsi

Dövlət Miqrasiya Xidməti,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyiaidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə

2020─2024

4.8.4. İnsan alveri ilə bağlı keçirilən bütün maarifləndirmə tədbirlərinin və təlimlərin nəticələrinin təşkilatçılar və iştirakçılar tərəfindən qiymətləndirilməsi təcrübəsinin tətbiq edilməsi

Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi,Xarici İşlər Nazirliyi,Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Turizm Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Milli Televiziya və Radio Şurası, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, maarifləndirmə tədbirlərini və təlimləri təşkil edən digər dövlət qurumları aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə

mütəmadi

4.8.5. Uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə sahibkarlarla və işəgötürənlərlə təbliğat və maarifləndirmə işinin aparılması

İqtisadiyyat Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə

mütəmadi

4.9. Milli Fəaliyyət Planı iştirakçılarının fəaliyyətinin, insan alverinə qarşı mübarizə üzrə dəstəyin və resursların əlaqələndirilməsi4.9.1. Milli Fəaliyyət Planının icrasından irəli gələn müvafiq tədbirlərin

həyata keçirilməsiMilli Koordinator,Daxili İşlər Nazirliyi 2020─2024

4.9.2. Milli Fəaliyyət Planının həyata keçirilməsi üçün donor təşkilatlarla əməkdaşlığın gücləndirilməsi

Milli Koordinator,Daxili İşlər Nazirliyi 2020─2024

4.9.3. Milli Fəaliyyət Planına göstərilən dəstəyin əlaqələndirilməsi, müvafiq dövlət və qeyri-hökumət təşkilatlarının, beynəlxalq təşkilatların və digər tərəfdaşların resurslarından birgə istifadənin həyata keçirilməsi işinin davam etdirilməsi

Milli Koordinator, Daxili İşlər Nazirliyi 2020─2024

Qeyd:1. Azərbaycan Respublikasının Ali Məhkəməsinə tövsiyə edilsin ki, bu Milli Fəaliyyət Planının 4.1.1-ci, 4.1.10-cu, 4.3.3-cü, 4.4.7-ci,

4.6.6-cı, 4.7.1-ci və 4.7.4-cü yarımbəndlərində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində iştirak etsin (insan alveri və ya məcburi əmək cinayətlərinin törədilməsi nəticəsində hər hansı pul vəsaitlərinin və ya digər əmlakın əldə edilməsi və leqallaşdırılması müəyyən olunduğu hallarda həmin əmlakın xüsusi müsadirə edilməsi üçün tədbirlər görməklə), habelə hakimlərə və Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birlikdə dövlət ittihamçılarına insan alveri ilə əlaqədar cinayətlərə münasibətdə cəzanın məqsədlərinə nail olunmasını təmin edən növünün və həddinin müəyyən edilməsinə dair treninqlər keçirsin.

2. Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin ki, bu Milli Fəaliyyət Planının 4.1.1-ci, 4.1.10-cu, 4.3.2-ci, 4.3.3-cü, 4.4.7-ci, 4.6.6-cı, 4.7.1-ci və 4.7.4-cü yarımbəndlərində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində iştirak etsin.

3. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına tövsiyə edilsin ki, bu Milli Fəaliyyət Planının 4.1.1-ci, 4.1.10-cu, 4.3.2-ci və 4.7.4-cü yarımbəndlərində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində iştirak etsin.

4. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) tövsiyə edilsin ki, bu Milli Fəaliyyət Planının 4.1.1-ci, 4.1.3-cü, 4.1.10-cu, 4.2.1-ci, 4.2.3-cü, 4.2.4-cü, 4.4.2-ci, 4.5.1-ci, 4.5.2-ci, 4.5.3-cü, 4.5.7-ci, 4.6.1-ci və 4.7.4-cü yarımbəndlərində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində iştirak etsin.

5. Azərbaycan Respublikasının Mətbuat Şurasına tövsiyə edilsin ki, bu Milli Fəaliyyət Planının 4.2.1-ci, 4.2.2-ci, 4.2.3-cü, 4.2.6-cı və 4.4.2-ci yarımbəndlərində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində iştirak etsin.

4. Milli Fəaliyyət Planının həyata keçirilməsi üzrə tədbirlər planı(əvvəli 5-ci səhifədə)

Azərbaycan milli mətbuatının 145 illik yubileyinə həsr olunmuş vebinar keçirilib

Vebinarda çıxış edən KİVDF-nin icraçı direktoru Əhməd İsmayılov bildirib ki, keşməkeşli yol keçmiş milli mətbuatımızın intibah dövrü məhz müstəqillik illərinə təsadüf edir. Ümummilli lider Heydər Əliyev ölkəmizdə müstəqil və güclü dövlətçilik ənənələrini bərqərar edərək mətbuatın demokratik məzmunu üçün lazım olan zəruri şəraiti təmin edib. Müasir dövrdə informasiya-kommunikasiya texnologiya-larının inkişafı mətbuatın keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını şərtləndirir.

Ə.İsmayılov KİVDF-nin yeni dövrün çağırışları və tələbləri ilə əlaqədar son ay-lar ərzində KİV-in inkişafına töhfə verəcək layihələrindən danışıb. Həmçinin bildirib ki, fondun yeni saytı təqdim edilib. Saytda “Azərbaycan milli mətbuat tarixinin virtual inciləri” sərgisi, Həsən bəy Zərdabinin xatirə muzeyinə virtual tur imkanı da yaradılıb.

Vebinarda Prezident Administrasiya-sının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova Azərbaycan mətbuatının 145 illiyi və informasiya-kommunikasiya sahəsində yeni çağırışlar barədə çıxış

edib. Vurğulayıb ki, “Əkinçi” qəzetinin ma-arifçilik, müasirlik və istiqlal məfkurəsi kimi təməl prinsipləri bu gün də aktualdır.

Səadət Yusifova qeyd edib ki, son illər ərzində KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsi üçün bir çox tədbirlər həyata keçirilib. Ulu öndərimiz Heydər Əliyevin mətbuatın inkişafına yönəlmiş siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Dövlətimizin başçısının milli mətbuatın 145 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamında KİV-in fəaliyyət prinsipləri və istiqamətləri əksini tapıb.

Diqqətə çatdırılıb ki, fasiləsiz rejimdə informasiya axınının səmərəli idarə edilməsi, “fake news” və “deepfake” texnologiyaları dövründə informasiya təhlükəsizliyinin təmin edilməsi ən ak-tual məsələlərdən biridir. İnformasiya və hibrid müharibələrin üstünlük təşkil etdiyi hazırkı qlobal gündəm informasiya siyasətinin səmərəli qurulmasını, onun həyata keçirilmə mexanizmlərinin daim yenilənməsini, çevikliyin təmin edilməsini, media və kommunikasiya sahəsində isla-hatların dərinləşdirilməsini şərtləndirir.

Qeyd olunub ki, Ermənistan Azərbaycanla dövlət sərhədinin To-vuz rayonu istiqamətində hərbi təxribat törətməklə yanaşı, informasiya hücum-larının birgə tətbiqinə əsaslanan hibrid müharibə taktikasından istifadə edib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın son hadisələrlə bağlı xalqa müraciətində münaqişə dövründə informasiya təhlükəsizliyi məsələləri əhatə olunmaqla, sosial mediada müşahidə olunan mənfi təmayüllər dolğun şəkildə təhlil edilib. Müraciətdə hamımıza çağırış edilərək vurğulanır ki, bu gün hər birimizin borcu

Azərbaycanın mövqeyini nəinki döyüş meydanında, həm də kompüter qarşısında müdafiə etməkdir.

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev milli jurnalistikamız üçün kadrlar hazırlanmasın-da Jurnalistika fakültəsinin xidmətlərindən danışıb. Onun sözlərinə görə, əksər tanınmış jurnalistlər üçün Bakı Dövlət Universiteti alma materdir. 1969-cu ildə Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsindən ay yarım sonra onun xeyir-duası ilə fəaliyyətə başlamış Jurnalistika fakültəsi peşəkar kadr hazırlığının əsas ağırlığını öz üzərinə götürüb.

“Sovet dövründə Nəsir İmanquli-yev, İsrafil Nəzərov, Qılman İlkin, Rza Quliyev, Cümşüd Əzimov və başqaları jurnalist kadrların hazırlanması işinə töhfə veriblər. Həmçinin akademik Məmməd Arif Dadaşzadə, professorlar Mir Cəlal Paşa-yev, Əli Sultanlı və digər alimlər gələcək jurnalistlərin ilk müəllimləri sırasında olublar və belə müəllimlərin tələbəsi olmaq özü böyük bir şərəf idi”, - deyə E.Babayev qeyd edib.

Rektor, həmçinin hazırda Jurnalistika fakültəsində tələbələrə nəzəri biliklərlə yanaşı, təcrübə aşılanması istiqamətində görülən işlərdən danışıb və qeyd edib ki, bu məsələdə universitet həm də KİV-lərdən dəstək gözləyir.

Vebinarda AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov, “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, Milli Məclisin deputatları Qənirə Paşayeva, Se-vil Mikayılova, “Şərq” qəzetinin baş redak-toru Akif Aşırlı, Real TV-nin baş direktoru Mirşahin Ağayev, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov çıxış ediblər.

Qeyd olunub ki, düşmənin bizə qarşı həm də informasiya müharibəsi apardığı bir vaxtda Azərbaycan həqiqətlərini dün-yaya yaymaq, eləcə də erməni yalanlarını ifşa etmək mətbuatımızın bir nömrəli vəzifəsidir. Unutmaq olmaz ki, yaşadığı-

mız informasiya əsrində söz də bir silah, jurnalist də bir əsgərdir. Biz bu məsuliyyəti hamılıqla dərk etməliyik, milli maraqlarımı-zın müdafiəsində dayanmaq üçün maksi-mum səfərbər olmalıyıq.

Sərhəddə ağır döyüşlər getdiyi bir vaxtda vətənpərvər insanların Azərbaycan Ordusuna və Ali Baş Komandan İlham Əliyevə öz dəstəyini ifadə etmək üçün Şəhidlər xiyabanına axını xalq-iqtidar birliyini bir daha nümayiş etdirdi. Lakin bununla yanaşı, bir qrup təxribatçı qanun-suz əməllər törətməyə cəhd göstərdi. Biz bir jurnalist və vətəndaş olaraq antimilli qüvvələrə qarşı prinsipial mövqe tutmalı, sözümüzü daha cəsarətlə deməliyik.

Çıxışlarda Azərbaycan mətbuatının inkişaf tarixinə və müasir dövrdə jurnalis-tikanın aktual problemlərinə də toxunu-lub. Teleradio, KİV haqqında qanunlarda dövrün tələblərindən irəli gələn dəyişikliklər edilməsi, hərbi jurnalistlər, habelə dünya arenasına çıxa biləcək jurnalist kadrlar hazırlanmasının zəruriliyi bildirilib, bununla bağlı təkliflər irəli sürülüb. Eləcə də kadr hazırlığında jurnalistika ixtisasını tədris edən ali təhsil müəssisələri ilə KİV-lərin əməkdaşlığının vacibliyi qeyd edilib.

Vebinara yekun vuran Ə.İsmayılov Vətənimizin, dövlətimizin və dövlətçiliyimizin inkişafı naminə milli mətbuatımızın bundan sonra da həmrəylik nümayiş etdirəcəyinə əminliyini vurğulayıb.

AZƏRTAC

İyulun 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşəbbüsü ilə Azərbaycan milli mətbuatının 145 illik yubileyinə həsr olun-muş vebinar keçirilib. Tədbir iştirakçıları Ermənistanın Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində hərbi təxribatının qarşısı alınarkən şəhid olan əsgər və zabitlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

23 iyul 2020-ci il, cümə axşamı6

Page 7: Prezident İlham Əliyev rəsmi “Facebook” səhifəsində ... · TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSİYA HEYƏTİ

Müstəqillik dövründə Azərbaycan mətbuatının inkişaf yolunun spesifik

özəllikləri: faktlar və reallıqlar nəyi ifadə edir?Əlbəttə, hər bir dövlətin gücü

həm də onun intellektual potensialı-nın daşıyıcılarından və səfərbəredici vasitələrindən olan media institu-tunun səmərəli və məqsədyönlü fəaliyyətindən asılıdır. Bu kontekstdə Azərbaycan nümunəsi bir sıra spesifik xüsusiyyətləri ilə diqqəti cəlb edir. Ölkə mətbuatının real vəziyyətinə nəzər saldıqda aydın görünür ki, Azərbaycan mediasının milli ma-raqlara, müasir trendlərə və qlobal çağırışlara müvafiq fəaliyyətinin təmin olunması strateji hədəf kimi müəyyənləşdirilib. Elə bu məqsədlər istiqamətində və milli məsələlər ətrafında səfərbər olunmuş Azərbaycan mətbuatının inkişafını şərtləndirən əsas faktor dövlətin bu sahəyə xüsusi diqqət və qayğı göstərməsidir. Bu istiqamətdə dövlətin ardıcıl və məqsədyönlü siyasətinin, islahat xarakterli kompleks tədbirlərin əhəmiyyətini xüsusi vurğu-lamaq gərəkdir.

Ümumiyyətlə, 145 illik yubileyini qeyd etdiyimiz Azərbaycan mətbuatı ötən müddət ərzində zəngin və şərəfli inkişaf yolu keçib, xalqın və dövlətin strateji əhəmiyyətli maraqlarının müdafiəsi üçün mühüm vasitə olub, milli dövlətçiliyimizin qürurverici və şanlı tarixinin salnaməsini yazıb. Tədqiqat əsərlərində qeyd edildiyi kimi, Azərbaycan mətbuatı, eyni zamanda, jurnalistika məktəbi olub. Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzetinin fəaliyyətə başlama-sı ilə zəngin mətbu ənənələrinin əsası qoyulmağa başlanıb, sonrakı dövrdə “mətbuat cəmiyyətin aynasıdır” prinsipinə əsaslanan ümummilli mis-siya milli jurnalistika məktəbimizin tanınmış – görkəmli nümayəndələri tərəfindən davam etdirilib. Nəsir İmanquliyev, Alı Mustafayev, Salatın Əsgərova, Çingiz Mustafayev kimi parlaq şəxsiyyətlərin xalqımızın və dövlətimizin ali mənafeyinin qo-runmasına xidmət edən fəaliyyətləri mühüm bir era yaradaraq milli jurnalistikamızın yeni istiqamətlərini müəyyənləşdirib.

Yuxarıda qeyd etdiyimiz kimi, milli mətbuatımızın inkişafını, jurna-listika ənənələrinin möhkəmlənməsini təmin edən strateji amillərdən biri müstəqillik dövründə KİV-ə davam-lı və hərtərəfli dövlət qayğısının göstərilməsi olub. Bu kontekstdə bir sıra məqamlar və məsələləri xüsusi olaraq diqqətə çatdırmaq məqsədəmüvafiq olar. Əvvəlcə qeyd edək ki, 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” fərman imzalanması KİV-in inkişafına təkan verən strateji əhəmiyyətli faktor oldu. Daha sonra – 1999-cu ilin sonunda “Kütləvi informasiya vasitələri haq-qında” yeni qanun qəbul edildi, 2000-ci ilin mart ayında isə Heydər Əliyevin sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırıl-ması üzrə tədbirlər Proqramı” təsdiq olundu.

2003-cü ilin mart ayında isə Azərbaycan jurnalistlərinin qurultayın-da media ilə cəmiyyət və hakimiyyət arasında münasibətləri tənzimləyən qurum olan Azərbaycan Mətbuat Şurası yaradıldı ki, bu da KİV-in inki-şafının hüquqi və ictimai əsaslarının gücləndirilməsi, jurnalistlərin peşəkarlığının artırılması baxımından mühüm əhəmiyyətə malik oldu.

Ulu öndərin layiqli davamçısı olan Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli “Azərbaycan Res-publikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında” sərəncamı isə mətbuat orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi baxı-mından böyük önəm kəsb etdi. 2008-ci ildə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inki-şafına dövlət dəstəyi Konsepsiyası”nın qəbul edilməsi və Prezident İlham Əliyevin 3 aprel 2009-cu il tarixli sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması müstəqil Azərbaycan mətbuatının inki-şaf tarixində növbəti dönüş mərhələsi kimi səciyyələndirilən hadisələrdəndir.

Media orqanlarının maddi-texniki bazasının gücləndirilməsi ilə yanaşı, jurnalistlərin sosial rifah halının və məişət şəraitinin yaxşılaşdırılması-na xidmət edən tədbirlərin həyata keçirilməsi də xüsusi önəmə malikdir. Prezident İlham Əliyevin 2010-cu il 22 iyul tarixində imzaladığı “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqın-da” sərəncama əsasən, Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar

üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnfor-masiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 mil-yon manat vəsait ayrıldı. Həmin sərəncamın icrası nəticəsində Bakının Səbail rayonunun

Bibiheybət qəsəbəsində jurnalistlər üçün 2 blokdan, 156 mənzildən ibarət 17 mərtəbəli bina tikildi və 2013-cü il iyulun 22-də Prezident İlham Əliyev həmin binada mənzillərin paylanması mərasimində iştirak etdi. Həmçinin Azərbaycan Respublikası Prezidenti-nin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli sərəncamı ilə tikilən 3 bloklu, 17 mərtəbəli, 255 mənzilli binanın 2017-ci il iyulun 20-də istifadəyə verildi və üçüncü binanın təməli atıldı. Bütün bunlar Azərbaycan mətbuatının təmsilçilərinin dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunduqlarını əks etdirməklə yanaşı, medianın davamlı inkişafında mühüm rol oynayan faktorlardır.

Bütün bu reallıqların fonunda hazırkı mərhələ və perspektivlər üçün Azərbaycan mediasının qarşısında yeni dövrün tələblərinə uyğun stra-teji əhəmiyyətli hədəflər və vəzifələr durur. Prezident İlham Əliyevin 2020-ci il 30 iyun tarixdə imzaladığı “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haq-qında” sərəncamında qeyd edildiyi kimi: “Ölkəmizdə müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xal-qımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanılır. Bununla belə, kütləvi informasiya vasitələri də ölkəmizdə həyata keçirilən köklü islahatlardan kənarda qalmamalı, kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi hazırkı dövrdə qlobal infor-masiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaşmalı, cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində öz səylərini daha da gücləndirməlidir. Modernləşmə, rasionallıq, obyektivlik, kreativlik, qabaqcıl texnologiyala-rın geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi medianın inkişafını şərtləndirən başlıca amillər olmalıdır”.

Söz, fikir və məlumat azadlığının milli və

beynəlxalq qanunvericilikdə hüquqi əsasları

Dünya təcrübəsi göstərir ki, şərəf, ləyaqət və işgüzar nüfuzun qorunması, fikir və söz azadlığına hörmət, sağlam və əsaslı tənqidə münasib şəraitin yaradılması hər bir müasir demokra-tik dövlətin strateji prioritetlərindən birini təşkil edir. Bu kontekstdə milli media özünəməxsus rola və mühüm vəzifələrə malikdir. Söz, fikir və özünüifadə azadlıqlarının ən yüksək səviyyədə təsbit edilməsi, KİV nümayəndələrinin səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradılması kimi faktorlar həm dövlətin, həm cəmiyyətin, həm də bu iki strateji təsisat arasında əlaqələrin inkişafında əhəmiyyətli rola malikdir.

Bu gün ifadə azadlığı hüququ, məlumat əldə etmək hüququ istər beynəlxalq sənədlərdə, istərsə də milli qanunvericilikdə müdafiə altına alınmışdır. İlk olaraq Ümumdünya İnsan Hüquqları Bəyannaməsini vur-ğulamaq yerinə düşər ki, bu sənədin 19-cu maddəsində hər bir şəxsin ifadə etmək azadlığı hüququ, informasiya və ideyaları istənilən vasitələrlə axtar-maq, əldə etmək və yaymaq azadlığı təsbit olunmuşdur. Bu sənəd tövsiyə xarakteri daşısa da, demokratik, hüquqi dövlətlərin konstitusiyalarında təsbit olunub. Beynəlxalq səviyyədə dövlətlər üzərində öhdəlik müəyyən edən ilk sənədlər sırasında Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktı göstərmək olar ki, bu sənəddə

digər hüquq və azadlıqlarla yanaşı, hər bir insanın öz fikrini sərbəst ifadə etmək, həmçinin informasiya əldə etmək hüququ müdafiə altına alınmış-dır. İfadə azadlığı hüququnun təmini, eyni zamanda, İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında Av-ropa Konvensiyanın 10-cu maddəsində təsbit olunub.

Azərbaycan dövləti bəhs olunan beynəlxalq sənədləri ratifikasiya edib və öz milli qanunvericiliyini

beynəlxalq standartlara uyğun təkmilləşdirib. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsi hər kəsin fikir və söz azadlığı hüququnu, 50-ci maddəsi isə məlumat azadlığı hüququnu təsbit edir. Bununla yanaşı, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublika-sının Qanunu ölkə Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat azadlığı hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokra-tik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirmək, həmçinin ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olun-masına şərait yaratmaq baxımından mühüm əhəmiyyətə malikdir.

Konstitusiyada kütləvi informasiya vasitələrinin azadlığına təminat verilir. KİV-lərdə, o cümlədən mətbuatda dövlət senzurası qadağandır. Qeyd etmək vacibdir ki, Azərbaycan dövləti bu hüququn təmini sahəsində kons-titusion normalarla yanaşı, müvafiq qanunlar, milli fəaliyyət planları qəbul edib. Bunların sırasında İnformasiya əldə etmək haqqında Azərbaycan Res-publikasının Qanunu, Açıq Hökumətin Təşviqinə dair Milli Fəaliyyət Planını və digər sənədləri göstərmək olar.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən səmərəli müdafiə mexanizmləri yaradılıb və uğurla fəaliyyət göstərməkdədir. Bu mexanizmlər sırasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatını xüsusilə vurğulamaq lazımdır. Konsti-tusiya Qanununa əsasən, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsi Azərbaycan Respublikası Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunub və Azərbaycan Respub-likasının dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqları-nın bərpa edilməsi və bu Konstitusiya Qanunu ilə müəyyən edilmiş hallar-da insan hüquqları pozuntularının qarşısının alınması üçün təsis edilir. Bununla yanaşı, 24 iyun 2011-ci il tarixli Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə Müvəkkilə əlavə yeni səlahiyyətlər verilib. Yeni dəyişikliyə əsasən, Müvəkkil infor-masiya sahibi olan dövlət orqanları-nın, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respub-likası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirir.

Bir sıra hallarda informasiya əldə etmək azadlığı ilə bağlı fərqli fikir və mövqelər ifadə olunur, hətta bu məsələ manipulyasiya predmetinə çevrilir. Yu-xarıda bəhs olunan qanunda informasi-ya almaq azadlığı konkret olaraq təsbit edilmişdir. Bu kontekstdə bir sıra məsələlərə toxunmaq məqsədəmüvafiq olar.

Əvvəla qeyd etmək lazımdır ki, hüquqi və demokratik dövlət olan Azərbaycanda informasiyanın əldə olunması azaddır. Qanunda təsbit edildiyi kimi, hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasi-yanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. Bununla yanaşı, informasiya sahibinə müraciət edən hər kəs sorğu edilən informasi-yanın informasiya sahibində olub-ol-madığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq hüququna malikdir. Bununla yanaşı, sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər

şərtlərlə əldə etmək hüququna malik olmaq informasiya sahibinə müraciət edən şəxslərin hüquqları sırasında yer alır. Qanunda əksini tapmış digər mü-hüm məsələlərdən biri fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və han-sı məqsədlə istifadə etdiyini öyrənmək hüququnun olmasıdır.

Müzakirə predmetinə çevrilən mühüm məsələlərdən biri də informasi-ya əldə edilməsinin əsas prinsiplərinin hansılar olmasıdır. Təbii ki, müxtəlif interpretasiyalar verilməsinə bax-mayaraq, bu məsələ də bəhs olunan qanunda dəqiq surətdə öz əksini tapmış məsələlər sırasında yer alır. Qanuna istinad etsək, görərik ki, informasiya sorğusunun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə təmin edilməsi, informasiyanın əldə olunmasının qanuniliyi, dövlət orqanlarının və bələdiyyələrin informasiyanı açıqlamaq vəzifəsi, informasiyanın maksimum açıqlığı, informasiya sorğusunun ən qısa zamanda və ən münasib üsulla təmin edilməsi, informasiya təqdim olunarkən insanların, cəmiyyətin və dövlətin təhlükəsizliyinin qorunma-sı kimi məsələlər informasiya əldə edilməsinin əsas prinsipləri sırasında yer alır. Bunlarla yanaşı, informasiya əldə etmək hüququnun dövlət tərəfindən qorunması, o cümlədən məhkəmə yolu ilə müdafiəsi, bəhs olunan qanunla müəyyənləşdirilmiş hallar istisna ol-maqla informasiyanın əldə edilməsinin ödənişsiz həyata keçirilməsi, informa-siya əldə etmək hüququnun pozul-masına görə informasiya sahiblərinin məsuliyyət daşıması, informasiya əldə edilməsinə qoyulan məhdudiyyətin bu məhdudiyyəti doğuran əsaslardan daha artıq müəyyənləşdirilməməsi, ictimaiyyətdə maraq doğuran hüquq pozuntuları barədə məlumatı açıq-lamağa görə vəzifəli şəxslərin təqib olunmaması kimi məsələlər də xüsusi vurğulanmalıdır.

“İnformasiya əldə etmək haqqında” Azərbaycan

Respublikasının Qanununun icrasına nəzarət

mexanizminin həyata keçirilməsi məsələsi

Bəs qanunun icrasına nəzarət necə həyata keçirilir? Qeyd etmək lazımdır ki, “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombuds-man) haqqında” Azərbaycan Respub-likasının Konstitusiya Qanununun informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətə baxılma-sının xüsusiyyətlərinin ehtiva edən 13-1 maddəsində göstərilir: Müvəkkil informasiya əldə etmək hüququ-nun pozulmasına dair şikayətdə əks olunmuş halları 10 iş günü ərzində araşdırır. Əgər şikayət dəqiqləşdirmə tələb edirsə və ya şikayəti araşdırmaq üçün əlavə izahat və sənədlər topla-maq lazımdırsa, Müvəkkil bu barədə şikayətçiyə yazılı məlumat verməklə, şikayətə baxılması müddətini əlavə olaraq 10 iş gününə qədər uzadır. Şikayət konkret informasiya sahibi olan dövlət, yerli özünüidarə orqa-nının və ya vəzifəli şəxsin fəaliyyəti barəsində olmadıqda, həmin iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda, ərizəçi informasiya sahibi olan dövlət, yerli özünüidarə orqanının və ya vəzifəli şəxsin in-formasiya əldə etmək üçün yaratdığı imkanlardan kifayət qədər səmərəli istifadə etmədikdə isə Müvəkkil şikayətə baxmır.

Digər tərəfdən, Müvəkkil informa-siya əldə etmək hüququnun pozulması-na dair şikayətdə əks olunmuş halların araşdırılması zamanı informasiya sahibi olan dövlət, yerli özünüidarə orqanı və ya vəzifəli şəxs tərəfindən “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunu-nun bır sıra tələblərinə riayət edilib-edilmədiyini aydınlaşdırır. Bunlar, in-formasiya əldə etmək üçün müraciətin (bundan sonra – informasiya sorğusu-nun) qeydiyyata alınması, informasiya

sorğusunun qanunla nəzərdə tutulmuş qaydada, müddətdə və üsulla təmin edilməsi, informasiya sorğusunun icra-sından imtinanın qanunun tələblərinə uyğun olması, ictimai informasiyanın açıqlanması vəzifəsinin dəqiq və tam həcmdə yerinə yetirilməsi, internet informasiya ehtiyatının yaradılmasının qanunun tələblərinə cavab verməsi, in-formasiyanın əldə olunmasına qoyulan məhdudiyyətin qanunla nəzərdə tutul-muş qaydada müəyyənləşdirilməsidir.

Ombudsman Aparatı yerli və xarici media orqanları ilə səmərəli əməkdaşlığa mühüm əhəmiyyət verirXüsusi olaraq vurğulamaq gərəkdir

ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Om-budsman) Aparatı kütləvi informa-siya vasitələri ilə əlaqələrə mühüm əhəmiyyət verir, media ilə əməkdaşlıq qurumun fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edir. Bununla, Müvəkkilin daimi ünsiyyətdə olduğu subyektlərlə - dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, icmalar və geniş ictimaiyyətlə sıx əlaqələri davam etdirilir, Ombudsman insti-

tutunun fəaliyyəti və onun nəticələri geniş ictimaiyyətin diqqətinə çatdırılır. Eyni zamanda, KİV-lə əməkdaşlıq Müvəkkilin fəaliyyətinin aşkarlıq, şəffaflıq prizmasından təbliğində mü-hüm rola malikdir.

Müvəkkilin fəaliyyətinin əsas istiqamətləri və tədbirləri barədə mətbuat açıqlamaları hazırlana-raq mediaya, çoxsaylı informasiya agentliklərinə, müxtəlif qəzet və jur-nallara, teleradio kanallarına, elektron xəbər portallarına operativ şəkildə göndərilməsi təmin edilir, həmçinin paytaxtda və regionlarda keçirilən mühüm tədbirlər ölkənin aparıcı KİV-lərinin, teleradio kanallarının və qəzetlərin əməkdaşları, o cümlədən bölgə müxbirləri tərəfindən işıqlandı-rılması təşkil edilir.

Ombudsman təsisatı insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasının təbliği və təşviqi istiqamətdində yerli və xarici media orqanları ilə səmərəli əməkdaşlığa üstünlük verir, müxtəlif mövzular üzrə zəruri informasiyalar və analitik ma-teriallar geniş ictimaiyyətin diqqətinə çatdırılır.

Müvəkkil 20 Yanvar faciəsinin, Xocalı Soyqırımının, 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününün ildönümü və digər mühüm məsələlərlə əlaqədar tematik bəyanatlar verir, nü-fuzlu beynəlxalq qurumlara ünvanla-yır. Həmin bəyanatlar KİV-də də geniş dərc olunur. Belə ki, müxtəlif dövrlədə BMT-nin Baş katibinə, Təhlükəsizlik Şurasına, İnsan Hüquqları Şurasına, İnsan Hüquqları üzrə Ali Komissarı-na, Qaçqınlar üzrə Ali Komissarına, UNİCEF və UNESCO-ya, Avropa İttifaqına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasi-yasına, Avropa Uşaq Hüquqları Om-budsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki

və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilmiş, bəyanatların mətnləri dövri mətbuatda, internet saytlarında dərc edilmiş, televiziya və radio verilişlərində səsləndirilmişdir.

Ümumiyyətlə, qeyd etmək lazım-dır ki, 2020-ci ilin hazırkı dövrünədək Ombudsman təsisatı tərəfindən 134 bəyanat qəbul edilmiş, KİV-də 14500-dən çox məqalə və məlumat dərc edil-miş (bunlardan 2000-dən çoxu cari ilə

aiddir), 4634 press-reliz (cari ilə düşən press-relizlərin sayı 118-dir) hazırla-naraq yayımlanmışdır. Bu açıqlamalar ingilis dilinə tərcümə olunaraq Avropa Şurasına və digər nüfuzlu beynəlxalq təşkilatlara göndərilmişdir.

Göründüyü kimi, təsisatın fəaliyyətində KİV, o cümlədən daha üstün keyfiyyətlərə malik olan çevik, dinamik yeni media strukturları, inter-net saytları, elektron qəzetlər və xəbər portalları ilə əlaqələrə mühüm yer ve-rilir. Eyni zamanda, Ombudsman ins-titutunun yeni yaradılmış “facebook” və “twitter” səhifələri zəruri məlumat, müraciət və bəyanatların yayılmasın-da, vətəndaş müraciətlərinin təmin olunmasında, qurumun fəaliyyəti ilə bağlı informasiya dövriyyəsinin təşkil edilməsində mühüm vasitədir.

Bunlardan əlavə, Müvəkkilin təşəbbüsü ilə hər il elan olunan 18 may-18 iyun “İnsan Hüquqları Aylığı”, 21 avqust-21 sentyabr “Sülh aylığı”, o cümlədən 20 oktyabr-20 noyabr tarixlərində “Uşaq hüquq-ları aylığı” çərçivəsində paytaxtda və regionlarda mərkəzi və yerli icra hakimiyyəti orqanları, beynəlxalq təşkilatlar, təhsil müəssisələri, QHT və KİV-lə əməkdaşlıqda ictimaiyyətin fəal iştirakı ilə bu mövzu ilə bağ-lı konfranslar, dəyirmi masalar, maarifləndirmə tədbirlər keçirilir, müsabiqələr və sərgilər təşkil edilir. Aylıqla bağlı keçirilən tədbirlər və aylıqların yekunu ilə bağlı Müvəkkilin və əməkdaşlarının məqalələri KİV-də işıqlandırılır ki, bu da insan hüquqla-rının səmərəli təmininə və təbliğinə,

həmçinin onların fəallığına və iştirak-çılığına xidmət edir.

10 dekabr – Beynəlxalq İnsan Hü-quqları Günü münasibətilə “Hüquqlar hamı üçün!” mövzusunda jurnalist yazıları müsabiqəsi keçirilir və qaliblər mükafatlandırılır.

Ombudsman institutunun media ilə səmərəli əlaqələrinin çox mühüm istiqamətlərindən birini jurnalistlərin hüquqi biliklərinin artırılması istiqamətində tədbirlərin keçirilməsi, sahə üzrə ixtisaslaşmış media təmsilçilərinin Müvəkkilin təşəbbüsü ilə keçirilən ənənəvi müsabiqələrə cəlb edilməsi, müxtəlif beynəlxalq təşkilatların, o cümlədən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı-nın Bakı Ofisi ilə birgə respublikamı-zın müxtəlif bölgələrində jurnalistlər üçün maarifləndirici seminarların təşkil olunmasıdır. Eyni zamanda, qurumumuzun təmsilçiləri müxtəlif təşkilatların media məsələlərinə dair keçirdiyi müxtəlif tədbirlərə qatılaraq hüquqi maarifləndirmə yolu ilə hüquq mədəniyyətinin və düşüncəsinin inki-şaf etdirilməsində fəal iştirak edirlər.

Ötən dövrdə Ombudsman təsisatı, Avropa Şurası və Mətbuat Şurası ilə əməkdaşlıqda gender bərabərliyinin təmin olunmasında medianın və media nümayəndələrinin də rolunu nəzərə alaraq, “Gender bərabərliyi və media” mövzusunda beynəlxalq və yerli ekspertlərin iştirakı ilə Bakı, Qazax, Mingəçevir, Gəncə, Şəki, Zaqatala və Qubada jurnalistlər və qeyri-hökumət təşkilatları nümayəndələri üçün dəyirmi masalar və təlimlər təşkil edilmiş, “Azərbaycan jurnalistlərinin peşə davranışı qaydaları”na edilən əlavə ilə əlaqədar jurnalistlərin gender problemləri üzrə maarifləndirilmə işinin təşkil olunması və davam etdirilməsi önə çəkilmişdir.

Bunlarla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respub-likasında insan hüquq və azadlıq-larının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət

Proqramı”nda nəzərdə tutulmuş infor-masiya əldə etmək hüququnun, media azadlığının daha səmərəli təmini və İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikası qanunveri-ciliyinin izahı ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi üzrə müvafiq dövlət orqanları tərəfindən kompleks tədbirlər həyata keçirilib və bu istiqamətdə vətəndaş cəmiyyəti təşkilatları, media qurumları ilə sıx əməkdaşlıq edilib.

Medianın məsuliyyəti məsələsi: milli maraqlar

və müasir çağırışlar kontekstində

Bu gün milli təhlükəsizliyin mühüm komponenti olan informa-siya təhlükəsizliyinin təmin olun-masında da medianın üzərinə böyük məsuliyyət düşür. Bu, milli informa-siya məkanının qorunmasında özünü göstərir. Milli informasiya məkanının qorunması dedikdə isə, dezinfor-masiyanın qarşısının alınmasın, xarici təsirlərin neytrallaşdırılması kimi məsələlər nəzərdə tutulur. Təbii ki, burada klassik - ənənəvi KİV nümayəndələri ilə yanaşı, yeni media növü olan sosial medianın istifadəçilərinin də üzərinə böyük məsuliyyət düşür. Bir sıra hallarda biz istər bəzi elektron resursların, istərsə də sosial şəbəkə istifadəçilərinin timsalında milli məsuliyyət prinsi-pinin və milli maraqların qorunması məsələsinin arxa plana atıldığını müşahidə edirik. Məsələn, son za-manlar koronavirus pandemiyası ilə əlaqədar heç bir elmi əsası olmayan, konspiroloji nəzəriyyələrə əsaslanan məlumatların həm bəzi media orqanları tərəfindən yoxlanılmadan tirajlandığını, həm də sosial şəbəkə istifadəçiləri tərəfindən yayıldığını müşahidə edirik. Bu, heç şübhəsiz, ictimai rəyə neqativ təsir göstərərək insanlarda səhv fikir formalaşdırır, məsuliyyət hissini aşağı salır. Nəticə etibarilə, cəmiyyət üzvlərinin bir qis-

mi müəyyən olunmuş qaydalara riayət etməkdən yayınır. Kütləvi informa-siya vasitələrinə və sosial şəbəkə istifadəçilərinə müraciətimizdə həm KİV nümayəndələrini, həm də sosial şəbəkə istifadəçilərini vətəndaş məsuliyyəti nümayiş etdirməyə, əsassız məlumatları yaymamağa çağı-rırmışıq. Digər tərəfdən, son zaman-lar Ermənistanın döyüş bölgəsi ilə yanaşı, informasiya müstəvisində də təxribatı zamanı müşahidə edilənlər bu zərurətin əhəmiyyətini daha aydın nümayiş etdirir. Dəqiqləşdirilməmiş, yaxud rəsmi mənbəyi olmayan məlumatların yayılması, həmçinin hərbi sirr sayılan informasiyaların müxtəlif resurslar vasitəsilə tiraj-lanması, eləcə də düşmənin dezin-formasiyalarının yayılması üçün internet resurslarının platformaya çevrilməsi yolverilməzdir. Bu kimi hallar mənəvi məsuliyyət kateqori-yasına aid edilməklə yanaşı, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə hüquqi məsuliyyət yaradır. Bütövlükdə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Biz informasiya məkanımızı da qorumalıyıq. Bunu etmək çətindir. Çünki biz bu gün internet dövründə yaşayırıq. Han-sısa hər bir yalan, böhtan, təxribat xarakterli məlumat dərhal özünə yer tapır. Ancaq milli jurnalistikamız, Azərbaycan jurnalistikası vətənpərvər olmalıdır, milli maraqlar hər şeydən üstün olmalıdır”.

22 iyul – Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini səmimi-qəlbdən təbrik edir, onla-ra yaradıcı fəaliyyətlərində yeni uğurlar arzu edirəm. Ümidvaram ki, Ombudsman təsisatı ilə media qurumları arasındakı səmərəli işgü-zar əlaqələr bundan sonra da uğurla davam edərək insan hüquqlarının qorunması, təbliği və təşviqi, hüquq mədəniyyətinin və düşüncəsinin inkişafı istiqamətlərində mühüm rol oynayacaq, qarşıya qoyulan strateji hədəf və vəzifələrin yerinə yetirilməsinə əsaslı töhfələr verəcək.

İnsan hüquqları və media: Azərbaycan təcrübəsi müsbət nümunə kimi

XXI yüzillik informasiya əsri kimi xarakterizə olunur. İnformasiya-kommunikasiya texnologiyalarının imkanlarından kütləvi surətdə və intensiv şəkildə istifadə

olunması qlobal miqyasda cəmiyyət həyatına çox mühüm yeniliklər gətirib, ictimai-sosial, siyasi və hüquqi münasibətləri yeni keyfiyyət çalarları ilə zənginləşdirib. Heç şübhəsiz, “hakimiyyətin dördüncü qolu” adlandırılan, funksional təsisat səciyyəsi daşıyan kütləvi informasiya vasitələrinin (KİV) də fəaliyyətində ciddi dəyişikliklər baş verməkdədir. Media artıq təkcə ənənəvi informasiya istehsalçısı və ötürücüsü deyil, yaxud yalnız hakimiyyətlə cəmiyyət arasında körpü rolunu oynamır, eyni zamanda, istər cəmiyyət daxilində, istərsə də beynəlxalq miqyasda proseslərə təsir göstərən innovativ və informativ resurs kimi çıxış edir. Təsadüfi deyil ki, tanınmış tədqiqatçılar, o cümlədən nüfuzlu strateji araşdırma mərkəzləri “XXI əsrdə mediaya nəzarət edən dünyaya nəzarəti həyata keçirər” tezisi irəli sürməklə KİV-in qlobal idarəetmədə artan rolunu xüsusi olaraq diqqətə çatdırırlar.

Səbinə ƏLIYEVA, Azərbaycan Respublikasının Insan Hüquqları üzrə Müvəkkili (Ombudsman), hüquq üzrə fəlsəfə doktoru

23 iyul 2020-ci il, cümə axşamı 7

Page 8: Prezident İlham Əliyev rəsmi “Facebook” səhifəsində ... · TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSİYA HEYƏTİ

Azərbaycanın Xarici İşlər naziri ilə İqtisadi Əməkdaşlıq Təşkilatının

Baş katibi arasında telefon danışığı olub

� İyulun 21-də Xarici İşlər naziri Ceyhun Bayramovun İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Baş katibi Hadi Süleymanpur ilə telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumatda bildirilir ki, Baş katib Hadi Süleymanpurun səmimi təbriklərini qəbul edən nazir Ceyhun Bay-ramov Azərbaycanın ECO-da fəal iştirakına verilən dəstəyə görə qarşı tərəfə təşəkkürünü bildirib.

Tərəflər İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ticarət, informasiya və kommu-nikasiya texnologiyaları, nəqliyyat, logistika və digər sahələrdə əməkdaşlığın inkişafı imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Ermənistan tərəfindən iki dövlətin beynəlxalq sərhədində törədilən hərbi təxribat və yeni təcavüz

cəhdi, eləcə də hazırda bölgədəki vəziyyət barədə Baş katibi məlumatlandırıb. Bölgədə yaşanan gərginliyin kökündə Ermənistanın Azərbaycana qarşı davam edən təcavüz siyasətinin və 30 ilə yaxındır ki, Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonun-da hərbi işğalın davam etməsinin durdu-ğu qarşı tərəfin diqqətinə çatdırılıb. Nazir Ermənistanın son hərbi təxribatı ilə bağlı Baş katibin məktubuna istinad edərək, burada münaqişənin tezliklə həllinə çağırışı və bu xüsusda Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstəyi bir daha ifadə etdiyinə görə H.Süleymanpura təşəkkürünü ifadə edib.

Los-Ancelesdə erməni daşnakları azərbaycanlı nümayişçilərə hücum ediblər

AZƏRTAC xəbər verir ki azərbaycanlı icma üzvləri Ermənistanın Azərbaycana qarşı təcavüzü və etnik təmizləmə siyasətini ifşa edən, işğal nəticəsində 1 milyona yaxın dinc azərbaycanlının öz doğ-ma yurdlarından didərgin düşdüyünü əks etdirən ingilis dilində “Qara-bağ Azərbaycandır!”, “Ermənistanın təcavüzünə son qoyun!”, “Xocalı-ya ədalət!”, “Ermənistan COVID-19 pandemiyası dövründə Azərbaycana qarşı müharibəyə başlayır. Ar olsun!” və digər çoxsaylı şü-arlar yazılan şəkilli plakatlar nümayiş etdirərək erməniləri susdurublar.

Baş Konsulluğun baş konsul da daxil olmaqla bütün əməkdaşları nümayiş günü Baş Konsulluğun ofisində

olaraq daim icma üzvlərimizlə əlaqədə olublar.

Çoxlu sayda erməninin qarşısına çı-xan azərbaycanlıların bu cəsarətindən hiddətlənən və məqsədlərinə nail ola bilməyən radikal erməni daşnakları həmyerlilərimizə qarşı zorakılıq və aqressiya nümayiş etdirməyə başla-yıblar. Belə ki, onlar idarə etdikləri avtomobillərdən azərbaycanlılara təhqirlər yağdırıblar və onlardan

bir neçəsi avtomobillərini həmyerlilərimizin üzərinə sürməyə çalı-şıb. Vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün Los-Anceles polis idarəsinin əməkdaşları onla-rın ətrafına düzülüblər.

Ermənilərin artan aqres-siyasını görən Baş Konsulluq həmyerlilərimizin təhlükəsiz şəkildə oradan uzaqlaşdırıl-ması məqsədilə dərhal avto-bus şirkətləri ilə əlaqə saxla-yaraq avtobus təşkil edilməsi

prosesinə başlayıblar. Ancaq 15 dəqiqə sonra Los-Anceles polisi icma üzvlərimizə onların təhlükəsizliyini təmin edə bilməyəcəklərindən ehtiyat etdiklərini bildirərək, onları polisin müşayiəti ilə həmin yerdən uzaqlaş-dırmağa başlayıblar. An-caq təəssüf ki, daşnaklar həmyerlilərimizə bu anda hücum edərək onlara müxtəlif bədən xəsarətləri yetiriblər. Nəticədə biri qadın olmaq-la 7 həmyerlimiz müxtəlif xəsarətlər alıb. Bundan başqa, qadın həmyerlimizi erməni zorakılığından mühafizə etməyə çalışan polis əməkdaşı da başından xəsarət alıb. Xəsarət alan azərbaycanlılardan 4 nəfər xəstəxanaya müraciət edib. Baş konsul Nəsimi Ağayev xəstəxanaya gedərək xəsarət alan həmyerlilərimizlə görü-

şüb, erməni cinayətkarlarının məsuliyyətə cəlb olunmaları üçün bütün lazımi tədbirlərin görüldüyünü bildirib.

Hadisədən dərhal son-ra baş konsul Los-Anceles polis idarəsinin rəisi Mişel Moore ilə əlaqə saxlaya-raq, vəziyyətin ciddiliyi ilə bağlı ona məlumat verib və polisin erməni zorakılığının qarşısını ala bilməməsi ilə bağlı ciddi iradını bildirib. Qeyd olunub ki, öncədən Los-Anceles polisi icmamızın keçirdiyi bu əks-nümayişdən xəbərdar olub və Baş Konsulluğa nümayişçilərin təhlükəsizliyinin tam təmin olunacağına zəmanət verib. Ancaq nümayiş günü Los-Anceles polisi tərəfindən adekvat tədbirlər görülmədiyindən bu hadisə baş verib. M.Moore baş konsuldan baş verən bu hadisəyə görə dəfələrlə üzr istəyərək, məsələnin ciddi araşdırılacağını, bununla bağlı xüsusi istintaq qrupu yaradacağını qeyd edib.

Hazırda istintaq qrupu yaradılıb və müvafiq təhqiqat aparılır. Baş Konsulluq erməni cinayətkarlarının bu vəhşiliyini Los-Anceles meri və digər rəhbər şəxsləri qarşısında qal-dıraraq, cinayətkarların dərhal müəyyən edilərək məsuliyyətə cəlb olunmala-rı üçün müvafiq tədbirlərin görülməsini tələb edib.

Azərbaycanlı professorlar: Zəngilandan Ağdama, Şuşadan Laçına hər yerdə üçrəngli bayrağımızın dalğalanacağı gün uzaqda deyil

“Azərbaycan ordusu hər an ayıqdır və erməni təxribatına

cavab olaraq düşmənə sarsıdıcı zərbə vurmaq əzmindədir”Türkiyə Respublikası Yedi-

tepe Universitetinin professoru, Azərbaycanın Əməkdar rəssamı, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü, Dün-ya Azərbaycanlı Rəssamlar Birliyinin sədri, Rusiya Rəssamlıq Akademiya-sının fəxri akademiki Teymur Rzayev Azərbaycanın dövlət sərhədində Ermənistan tərəfindən növbəti dəfə atəşkəsin pozulmasını qətiyyətlə qınayıb. Erməni terrorunun bir daha çirkin üzünü ortaya qoyduğunu vurğulayan Teymur Rzayev bildirib ki, Ermənistanın təcavüzkar siyasətinin tərkib hissəsi olan terrorçu ordu qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinin top atəşinə tutulması insanların ölümlərinə səbəb olub: “Beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın təcavüzkar davranışı qarşısında ciddi qərarlar almalı və bu qərarların təcili həyata keçirilməsini təmin etməlidir. Azərbaycan ordusu

hər an ayıqdır və erməni təxribatına cavab olaraq düşmənə sarsıdıcı zərbə vurmaq əzminə sahibdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin yaydığı görüntülərdən də bu aydın olur. Azərbaycan xal-qı həmrəylik nümayiş etdirərək, dövlətimizin, ordumuzun yanında olduğunu bir daha sübut etdi”.

“Türkiyə Respublikasının pre-zidenti Rəcəb Tayyib Ərdoğan cənabları Türkiyənin rəsmi mövqeyini bəyan edib: Türkiyə qədim dostluq bağları və qardaşlıq əlaqələri olan Azərbaycanın haqq və hüququnun müdafiəsində, torpaqlarına qarşı yönələn təcavüzün qarşısının alınma-sında tərəddüd etməyəcək”.

“Bu gün Azərbaycan güclü orduya malikdir”

Türkiyədə yaşayan, azərbaycanlı professor, Çukurova Universite-tinin Teatr Bölümünün rəhbəri, Azərbaycanın Xalq artisti Cahan-gir Novruzov qeyd edir ki, dünya ictimaiyyəti Azərbaycana qarşı olan bu təxribatlara göz yummamalıdır. Ermənistan atəşkəs rejimini kobud şəkildə pozduğuna görə beynəlxalq

səviyyədə cəzalandırılmalıdır. O bil-dirib ki, Ermənistanın ölkəmizə qarşı təcavüzkarlıq siyasəti açıq şəkildə onu sübut edir ki, Azərbaycanın dün-yada nüfuzunun daha da artmasını, ölkəmizin diplomatik uğurlarını, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsini Ermənistan hökuməti həzm edə bilmir: Bu gün Azərbaycan güclü orduya malik-dir. Vətəndən uzaqda olmağımıza baxmayaraq həmişə Vətənə bağlıyıq, dövlətimizin, xalqımızın, ordumuzun yanındayıq”.

“Qələbəyə gedən yolda Allah bizə kömək olsun”

Bu ifadələr isə Ankara Müzik və Gözəl Sənətlər Universitetinin professoru, Azərbaycanın Əməkdar artisti, skripkaçı Toğrul Qəniyevə məxsusdur. Professor bildirir ki, son günlər Ermənistan hərbi bölmələrinin Azərbaycan-Ermənistan sərhədindəki təxribatını kəskin şəkildə pisləyib. Türkiyə-Azərbaycan bir vücudda iki candır, sonunda qələbənin bizim ola-cağını bildirən Toğrul Qəniyev qeyd edib ki: “Həsrət bitəcək. Zəngilandan

Ağdama, Şuşadan Laçına hər yerdə üçrəngli bayrağımızın dalğalandığı, müharibənin və həsrətin bitdiyi günlər çox uzaqda deyil. Qələbəyə gedən yolda Allah bizə kömək olsun”.

“Beynəlxalq təşkilatları Ermənistanın Azərbaycana

qarşı işğalçılıq siyasətini qınamağa çağırıram”

Bilkənt Universitetinin professoru Əmrulla Məmmədov da Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində son günlər cərəyan edən hadisələri və xain Ermənistanın təxribatlarını pisləyərək təcavüz adlandırıb. Vətən uğrunda şəhid olanların qanının yerdə qalmadı-ğını, düşmənə xalqımız adından Azərbaycan ordusu tərəfindən gərəkli dərs və cavab verildiyini bildirib: “Ermənilərin təxribatlarına son qoyul-ması və işğal altında olan Azərbaycan ərazilərinin qeyd-şərtsiz boşaldılması üçün dünya dövlətlərini və beynəlxalq təşkilatları Ermənistanın Azərbaycana qarşı davam edən işğalçılıq siyasətini və törətdiyi bu sonuncu təxribatını qınamağa çağırıram”.

Bütün dünya azərbaycanlıları mütəşəkkilliklə Ermənistanın təcavüzkar siyasətinə etiraz edir və müxtəlif beynəlxalq qurumlardan işğalçı Ermənistana qarşı cəza tələb edir. Təbii ki, elm adamları, xaricdəki azərbaycanlı alimlər də öz mövqelərini bildirir, Azərbaycanla bağlı həqiqətlərin dünyaya bəyan edilməsində bütün mümkün imkanlardan istifadə edirlər. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Los-Ancelesdə yaşayan erməni daşnakları iyulun 21-də Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun binasını əhatəyə alaraq ölkəmizə qarşı aqressiv və təxribatçı şüarlarla etiraz aksiyası keçiriblər. Ancaq onların gözləmədikləri halda, Ka-liforniyada yaşayan Azərbaycan icmasının üzvləri yüzlərlə erməninin qarşısına çıxaraq onların bu təxribatına mane olublar.

Xarkovda Ermənistanın hərbi təxribatına etiraz, Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib

� Azərbaycanın Xarkov şəhərindəki Fəxri konsulluğunun və diaspor fəallarının birgə təşkilatçılığı ilə Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə, Tovuz istiqamətində törətdiyi təxribata etiraz, Milli Ordumuza və dövlətimizə dəstək aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, Fəxri konsulluğun binası önündə keçirilən izdihamlı aksiyada Azərbaycan diasporu-nun fəalları, türk, tatar və digər xalqların nümayəndələri, deputatlar və media təmsilçiləri iştirak ediblər. Mitinqdə “Qarabağ bizimdir, bizim olacaq!”, “Azərbaycan, biz səninləyik!”, “Şəhidlər ölməz, Vətən bölünməz”, “Erməni təcavüzünə son qoyulsun!” şüarları səsləndirilib.

Fəxri konsul Əfqan Salmanov çıxış edərək ermənilərin xarici havadarlarına arxalanaraq son iki əsrdə Azərbaycan xalqına və torpaqlarına qarşı həyata keçirdikləri işğalçılıq və soyqırımı siyasətindən söz açıb. O vurğulayıb ki, son günlər azğınlaşmış düşmənin Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribat da eyni məkrli siyasətə xidmət edir.

Ermənistan işğal etdiyi ərazilərdən geri çəkilməsə, Ukraynada yaşayan 500 mindən çox azərbaycanlı Ali Baş Ko-mandan İlham Əliyevin əmri ilə istənilən vaxt silaha sarılaraq Vətən torpaqları-nı düşmən tapdağından azad etməyə hazırıdır. “Artıq Ermənistanın işğalçılıq siyasəti, faşist ideologiyası dünya birliyi tərəfindən qəbul olunmaqdadır. Bunu xəbis erməni ideoloqları da anlamalı və məkrli siyasətlərindən əl çəkilməlidirlər”, - deyə Əfqan Salmanov bildirib.

Tədbirdə Ukrayna Milli Dəmir Yolu Nəqliyyatı Universitetinin prorektoru Qleb Vatulya və Sumı Vilayət Şurasının deputatı Oleq Ostapenko çıxış edərək, son günlər ermənilərin Tovuz rayonunda törətdikləri qanlı təxribatı pisləyiblər. Ukrayna dövlətinin həmişə olduğu kimi, Azərbaycanın haqlı mövqeyinə dəstək verdiyini vurğulayan natiqlər Qafqaz

regionunun lider dövlətinə çevrilən Azərbaycan Respublikasının öz ərazi bütövlüyünü bərpa edəcəyinə əmin ol-duqlarını qeyd ediblər.

Aksiyada Azərbaycanın Ukrayna-dakı keçmiş səfiri Tələt Əliyev, dias-por rəhbərlərindən Kifayət Cəfərova, Murad Ömərov və digər soydaşlarımız çıxış edərək BMT-ni, ATƏT-i və digər

beynəlxalq təşkilatları haqqa və ədalətə səsləyiblər. Böyük coşqu ilə keçən aksiyada xüsusi vurğulanıb ki, Xarkov vilayətində yaşayan 30 mindən çox soy-daşımız özlərini müstəqil Azərbaycanın sıravi əsgərləri hesab edirlər və lazım gələrsə, silaha sarılaraq torpaqlarımızı düşmən tapdağından azad etməyə hazır-dırlar.

Pandemiya şəraitində idxal-ixrac əməliyyatları maneəsiz həyata keçirilir

Koronavirusla əlaqədar ölkəmizin bütün sərhədlərində sərnişinlərin və yüngül minik nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət qoyulsa da, idxal-ixrac əməliyyatları və tranzit yükdaşımaları maneəsiz həyata keçirilir. Pandemiya-ya qarşı mübarizədə gömrük əməkdaşları gücləndirilmiş rejimdə fəaliyyətlərini davam etdirirlər.

Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iq-tisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu barədə ətraflı bəhs edilib. Bildirilib ki, pandemiya dövründə gömrük xidmətinin qarşısında duran əsas vəzifələrdən biri idxal-ixrac əməliyyatlarımızın əvvəlki illərdə olduğu kimi problemsiz təşkilidir. Bu sahədə görülən qabaqlayıcı tədbirlər nəticəsində ölkənin tranzit potensialı cari ilin ilk yarı-sında keçən ilin müvafiq dövrünə nisbətən daha da güclənib – 8 mindən çox nəqliyyat vasitəsi artıb. İdxal əməliyyatları üzrə 5 min nəqliyyat vasitəsinin artımı müşahidə olunub. Həm idxal-ixrac, həm də tranzit əlaqələri qorunub saxlanılıb.

Ticarət həcmi idxal əməliyyatları üzrə 4,9 milyard dollar təşkil edib və keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyard 29 milyon dollar az olub. İxrac əməliyyatları isə bu ilin altı ayında 7,686 milyard dollar təşkil edib.

Burada bir məqama da toxun-maq istərdik. Bir müddət bundan əvvəl İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvesti-siyaların Təşviqi Fondu (AZP-ROMO) yerli məhsulların ixrac coğrafiyasının genişləndirilməsi, qeyri-neft məhsullarının ixracı üçün yeni və mövcud ixrac bazar-larına çıxış imkanlarının tədqiqi, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə xarici bazar araşdırmaları ilə bağlı ixracatçıla-rın müraciətlərinin qəbulunu elan etmişdi.

İxracatçıların müraciətləri üzrə müsabiqənin nəticələrinə əsasən, sahibkarlıq subyektləri tərəfindən təqdim olunmuş konkret istiqamətlər nəzərə alın-maqla 12 yerli şirkət üçün Çinin quru meyvə və şərab məhsulları bazarları, Qazaxıstanın alkoqollu içkilər bazarı, Rusiyanın quru meyvələrdən hazırlanmış çips, nar şirəsi, faraş pomidor, qara çay, gilas bazarları, İngiltərənin qurudulmuş xurma bazarı, İsrailin qənnadı məmulatları bazarı, Bel-çikanın fındıq bazarı, Səudiyyə Ərəbistanının ağac kömürü bazarı araşdırılıb. Araşdırmalar məhsulların istehsal, ixrac və istehlak həcmi, artım tempi, ba-

zarların rəqabət vəziyyəti, inkişaf dinamikası, əsas iştirakçıları, mövcud dinamika, qiymətlər və sair məsələləri əhatə edir. Bazar araşdırmalarının nəticələri həmin yerli şirkətlərə təqdim olunub.

Yanvar-may aylarında Azərbaycan Respublikasının hü-quqi və fiziki şəxsləri tərəfindən dünyanın 166 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə 98 ölkəyə məhsul ixrac olunub, 155 ölkədən idxal edilib.

Azərbaycandan ixrac olunan məhsulların 7 faizi avtomobil nəqliyyatı, 2,7 faizi dəmir yolu, 1,3 faizi hava, 0,6 faizi isə dəniz nəqliyyatı ilə daşınıb.

Cari ilin yanvar-iyun ayları ərzində Azərbaycanın ixracı 7,7 milyard ABŞ dolları təşkil edib və 2019-cu ilin müvafiq dövrünə nisbətən 2,3 milyard dollar və ya 23 faiz azalıb. Bu müddətdə idxal 5 milyard dollar həcmində qeydə alınıb və ötən ilin müva-fiq dövrünə nisbətən 2 milyard dollar və ya 29 faiz aşağı düşüb. Nəticədə hesabat dövrü üzrə ticarət dövriyyəsində 2,7 milyard dollar dəyərində müsbət saldo yaranıb. COVID-19 pandemiyası-nın təsiri ilə cari ilin ilk 6 ayında qeyri-neft sektoru üzrə azalma müşahidə edilsə də, bir sıra sahələrdə artım da qeydə alınıb. Belə ki, hesabat dövründə meyvə-tərəvəz ixracı 328 milyon dollar təşkil edib və ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz artıb. Çay ixracında 5,9 faiz, bitki və heyvan mənşəli piylər və yağların ixracında 41 faiz artım olub. Burada diqqətçəkən məqam odur ki, cari ilin ilk 6 ayında və 2015-ci ildə eyni həcmdə idxala görə, gömrük daxilolmaları 3 dəfəyə qədər artıb. Bu isə şəffaflığın he-sabına mümkün olub. “İqtisadiy-yatın ağardılması” hesabına əldə olunan gəlirlər isə, ilk növbədə, sosial rifahın yaxşılaşdırılmasına yönəldilib.

Göründüyü kimi, hesabat dövründə Azərbaycanda kənd təsərrüfatı məhsullarının ixrac bazarlarına çıxarılması diqqət mərkəzində saxlanılıb. Prezident İlham Əliyev Nazirlər Kabineti-

nin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekun-larına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu barədə deyib: “Ərzaq təhlükəsizliyinin təmin edilməsində önəmli addımlar atılır və bu məsələ ilə bağlı göstəriş verilib. Ərzaq təhlükəsizliyi o demək deyil ki, biz bütün ərzaq məhsullarını, yaxud da kənd təsərrüfatı

məhsullarını Azərbaycanda tam həcmdə istehsal etməliyik. Biz gərək ərzaq təhlükəsizliyinə, necə deyərlər, düşünülmüş şəkildə ya-naşaq. Bu ərzaq təhlükəsizliyinin böyük hissəsi, təbii ki, Azərbaycanda formalaşmalıdır və əgər indi buğda istehsalını istisna etsək, bütün digər əsas ərzaq qida məhsulları ilə özümüzü böyük dərəcədə təmin edirik. Ancaq, eyni zamanda, bu, bizim ixrac imkanlarımıza da maneçilik törətməməlidir. İxrac bazarları-na çıxara biləcək məhsullara da diqqət yetirilməlidir. Ona görə həm Kənd Təsərrüfatı Nazirliyi və eyni zamanda, İqtisadiyyat Nazir-liyi, digər qurumlar bu məsələ ilə məşğuldurlar”.

Hesabat dövründə kimya sənayesi məhsullarının ixracında da müsbət meyllər müşahidə olunub. Belə ki, ilin ilk yarısın-da Azərbaycandan 279,5 min ton kimya sənayesi məhsulları ixrac edilib. Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, ixrac edilən kim-ya sənayesi məhsullarının dəyəri isə 40,6 milyon ABŞ dolları olub.

Xatırladaq ki, keçən ilin yanvar-iyun aylarında ölkədən ixrac olunan 210 min ton kimya məhsullarının dəyəri 45,6 milyon dollar təşkil etmişdi.

Yarım ildə Azərbaycandan 74,1 min ton polietilen ixrac edi-lib. Hesabat dövründə ixrac edilən polietilenin dəyəri isə 47,3 milyon ABŞ dolları olub.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində yüksəksıxlıqlı polietilen zavodu tikilib. Müəssisə gündəlik 330 ton, illik 120 min ton istehsal gücünə malikdir. Məhsulun 25 fa-izi daxili bazar, 75 faizi isə ixrac üçün nəzərdə tutulub.

Bu ilin ilk yarısında, həmçinin 50,6 min tonadək polipropilen, 606,5 min ton bitumlu süxurlar-dan alınan neft və neft məhsulları, 214 min 633 ton methanol, 920,2 milyon kilovat/saat elektrik enerjisi, 6 milyard 599,2 milyon kubmetr təbii qaz ixrac edilib.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

Bütün dünyada COVID-19 pandemiyası iqtisadiyyata təsirsiz ötüşməyib. Koronavirusun təsiri ticarət dövriyyəsində azalmalara səbəb olub. Buna baxmayaraq, Prezident İlham Əliyevin yeni vəziyyətə çevik və adekvat reaksiyası nəticəsində virusun ölkəmizə vura biləcəyi zərərlər minimuma endirilib, qabaqlayıcı tədbirlər görülüb. Məhz belə addımlar sayəsində bu gün Azərbaycan pandemiya ilə mübarizədə daha az zərərlə üzləşən ölkə kimi qəbul edilir.

23 iyul 2020-ci il, cümə axşamı8

Page 9: Prezident İlham Əliyev rəsmi “Facebook” səhifəsində ... · TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSİYA HEYƏTİ

Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi hərbi avantü-raya görə bütün məsuliyyət onun hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. İşğalçı dövlətin belə bir riskli addıma imza atması, ilk növbədə, bu ölkədə mövcud olan diktator rejiminin üzləşdiyi daha ciddi daxili risklər və təzyiqlərlə bağlıdır. Heç kəsə sirr deyil ki, koronavirus pandemiyası

Ermənistanda onsuz da ağır olan sosial-iqtisadi vəziyyəti böhran həddinə çatdırmışdır. Ölkədə yeni inqilab mehi əsməkdədir. Bu reallıqda Ermənistanın hərbi-siyasi rəhbərliyi ənənəvi olaraq dəfələrlə sınaqdan çıxardıqları taktikanı yenidən işə salmaq məcburiyyətində qalmışdır. Yəni, hərbi avantüraya əl atmaqla silkələnməkdə olan hakimiyyətin ömrünü uzatmaq yolunu seçmişdir. Bu seçim Ermənistan cəmiyyətində əks reaksiya doğurmuşdur. Dikta-tura rejiminin ömrünü uzatmaq naminə övladlarının mənasız ölümə göndərilməsinə qarşı çıxan erməni etiraz seqmentinin sayı ədədi deyil, həndəsi silsilə ilə artmaqdadır.

Ermənistan hərbi-siyasi rəhbərliyinin təxribatçı ad-dımlarını şərtləndirən digər mühüm amil Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsi ilə bağlı-dır. Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskusiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçı-ları Şurasının məhdud tərkibdə iclasında, Münxen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini və faşist simasını ifşa etməsi, dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan--Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi xarici ermənipərəst dairələri və Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoymuşdur. Xüsusilə də Azərbaycan Prezi-dentinin COVID-19 pandemiya-sına qarşı mübarizədə beynəlxalq səylərin birləşdirilməsi mənafeyinə xidmət edən BMT Baş Məclisinin xüsusi sessiya-sının çağrılması təşəbbüsünün 130-dan çox dövlət tərəfindən dəstəklənməsi Ermənistanı məlum hərbi təxribatının məhz indiki tarixi şəraitdə baş verməsinin katalizatoru olmuş-dur. Ermənistan Azərbaycanın unikal beynəlxalq təşəbbüsünə etiraz etməklə özünü bütün dünyanın gözündə rüsvay etmiş-

dir. Başqa sözlə, Ermənistanın hərbi-siyasi rəhbərliyi mövcud reallıqlar fonunda “natamam-lıq kompleksi”nin daşıyıcısı olaraq məlum isterik qərarı qəbul etməklə özünüməhvə bərabər hərbi avantüraya imza atmışdır.

Bu hərbi təxribatın məhz Azərbaycan--Ermənistan dövlət sərhədində baş verməsi də təsadüfi addım olmayıb,

Ermənistanın münaqişənin əsl mahiyyətini ört-basdır etmək kimi çirkin niyyətindən irəli gəlir, üzvü olduğu hərbi-siyasi təşkilatın “çətiri” altında gizlənərək hərbi avantürasının kollektiv müdafiə mexanizmləri ilə dəstəklənməsinə nail ol-maq kimi riyakar məqsədindən qaynaqlanır. Ermənistanın hərbi-siyasi rəhbərliyinin sərhəd münaqişəsi törətməsi və bu-nun ardınca qorxaq və miskin tərzdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına kömək üçün müraciət etməsinin motiv və səbəblərinə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci il birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda tam aydınlıq gətirmişdir. Ali Baş Komandan vurğulamışdır ki, “Ermənistan bu təxribatın səbəbkarı kimi Azərbaycanı göstərməyə cəhd etmişdir, halbuki bu, heç bir məntiqə sığmır. Bizim Ermənistanla Azərbaycanın dövlət sərhədində hər hansı bir hərbi məqsədimiz yoxdur... Azərbaycan Ordusu tərəfindən layiqli cavab alandan sonra Ermənistan dərhal Kol-lektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etdi, dərhal onlardan yardım istədi, dərhal hay-haray qaldırdı ki, qoymayın bizi burada indi boğacaqlar, məhv edəcəklər. KTMT-nın buna nə dəxli var? Birincisi, Azərbaycan, bir daha demək istəyirəm ki, Ermənistanın dövlət sərhədini pozmayıb, təxribat törətməyib, Ermənistan ərazisinə keçməyib. Belə olan halda KTMT-nın bu işə nə dəxli ola bilər? İkincisi, bu addım onların acizliyini, qorxaqlı-ğını göstərir. Onu göstərir ki, Azərbaycan qarşısında təkbaşına duruş gətirə bilməyəcəklər və onu bilirlər. Biz də bunu bilirik. KTMT-ya müraciət etmək onların qorxaqlığının növbəti

təzahürüdür. Onlar rəhbərlik səviyyəsində qorxaqlıqlarını bir daha göstərdilər.”

İşğalçı dövlətin bu istiqamətdə də planları tam iflasa uğramışdır. Başqa cür ola da bilməzdi. Əvvəla, Azərbaycanın KTMT-nin bütün digər üzvləri ilə sıx işgüzar və dostluq münasibətləri vardır. İkincisi, cənab Prezidentin qeyd etdiyi kimi, Ermənistanın KTMT ilə

münasibətləri kifayət qədər mürəkkəb xarakteristikaya malikdir.

Ermənistanın siyasi rəhbərliyi hərbi-siyasi təşkilatın Baş katibini heç bir üzv dövlətə xəbərdarlıq etmədən həbs etmişdir. Sonradan digər üzv dövlətlərin təzyiqi altın-da bu qərarından geri çəkilməyə məcbur olsa da, hər halda indiyədək də cinayət işinə xitam verilməmişdir. Bundan savayı, düz bir il ərzində hərbi-siyasi təşkilata Baş katibin seçilməsi prosesinə mane olmuşdur. Bütün bunları nəzərə aldıqda, KTMT çərçivəsində bir üzv dövlət olaraq Ermənistana münasibətdə adekvat davranışın motivləri anlaşılan-dır. Onu da nəzərdən qaçırmaq olmaz ki, KTMT-nin 10 fəsil, 29 maddədən ibarət nizamnaməsinin IV fəslinin 12-ci maddəsində aydın şəkildə yazılmışdır ki, hərbi-siyasi təşkilatın 4 orqa-nının (Kollektiv Təhlükəsizlik Şurası, Xarici İşlər Nazirləri Şurası, Müdafiə Nazirləri Şurası və Təhlükəsizlik Şurası Katibləri Komitəsi) hər birinin qərarları prosedur məsələlər istisna ol-maqla, konsensus əsasında qəbul olunur. Başqa sözlə, təşkilatın üzvlərinin hər hansı birinin “yox“ deməsi kifayətdir ki, müvafiq qərarın qəbulu baş tutmasın. Deməli, məsələyə bu kontekstdə yanaşdıqda, Ermənistanın KTMT-yə müraciətinin iflasa uğrayacağını öncədən təxmin etmək mümkün idi. Belə də oldu. Bu faktın başqa bir mənası isə ondan ibarətdir ki, hərbi-siyasi təşkilatın üzvləri olan Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan məhz Ermənistanın hərbi təxribat törətdiyini ifadə etmiş oldular və Azərbaycanın haqq işini dəstəklədilər. Bu hadisə Ermənistanın siyasi rəhbərliyi daxilində KTMT əleyhinə növbəti dalğanın formalaşması üçün bəhanələr yaratmaqdadır. Bu prosesdə rəsmi İrəvanın yenidən məğlub statusa düşəcəyini proq-

nozlaşdırmaq elə də çətin deyildir. Bu reallıq fonunda Azərbaycanın təkcə hərbi deyil, həm də diploma-tik uğurları qürurvericidir. Prezi-dent İlham Əliyev məlum sərhəd münaqişəsi fonunda özünün müəyyən etdiyi çevik və hücum taktikasına əsaslanan xarici siyasət kursunun səmərəlilik əmsalının maksimum yüksəlməsini təmin etdi və bu kurs möhkəmlik sına-ğından bir daha şərəflə çıxdı.

İlk növbədə, dost və qardaş dövlət olan Türkiyə hər zaman olduğu kimi, yenə birmənalı olaraq Azərbaycanın haqq işini müdafiə etdi. “ Biz bu günlərdə Türkiyədən yenidən qardaşlıq, dostluq münasibəti gördük. İlk saatlardan Türkiyənin rəsmi qurumları bu məsələ ilə bağlı Azərbaycanın haqlı mövqeyini müdafiə etdilər, açıqlama-lar verdilər. Dünən Prezident tərəfindən çox önəmli açıqlama verildi. Ondan əvvəl Müdafiə naziri, Xarici İşlər naziri, Prezident Administrasiyasının nümayəndələri, deputatlar, ictimai fəallar. Bir daha bütün dünya, Türkiyə və Azərbaycan xalqları gördü ki, biz əsl qardaşıq. Yaxşı günlərdə və ağır günlərdə bir-birimizin yanındayıq. Yəqin ki, həm Türkiyə vətəndaşları, həm Azərbaycan vətəndaşları mənim dəfələrlə dediyim sözləri xatırlayırlar və görürlər ki, mən nə qədər haqlı idim deyəndə ki, dünya miqyasında Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkələr yoxdur”, – deyən Prezident İlham Əliyev Türkiyə dövlətinə, onun ali siyasi rəhbərliyinə və xalqına dərin minnətdarlıq hissini ifadə etdi.

Eyni zamanda, dövlətimizin başçısı sərhəd münaqişəsi ilə bağlı Azərbaycanın haq-lı mövqeyini müdafiə edən digər dövlətlərə və beynəlxalq qurumlara da öz təşəkkürünü ifadə etdi: “Fürsətdən istifadə edərək, Pakistan İslam Respub-likasının rəhbərliyinə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ölkələrinin rəhbərlərinə -- Qa-zaxıstan, Qırğızıstan, Türkiyə, təbii ki, Özbəkistan rəhbərliyinə təşəkkürümü bildirmək istəyirəm. Eyni zamanda, yəqin ki, Azərbaycan ictimaiyyəti bunu bilir, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanı dəstəkləyən bəyanatla çıxış edib. Bu təşkilatda 57 dövlət birləşir. Budur bizə göstərilən

beynəlxalq dəstək. Qeyd etdiyim kimi, digər ölkələr, bəzi Avropa ölkələri öz rəsmi nümayəndələri vasitəsilə Azərbaycana dəstək ifadə etdilər. İndi baxın, görün Ermənistana kim dəstək göstərdi? Görməmişəm. Burada da təcrid vəziyyətindədir. Çünki hamı bilir ki, Azərbaycan haqlıdır. Bir çoxları bizim fəaliyyətimiz nəticəsində biliblər ki, bu çirkin təxribatı Ermənistan törətmişdir.”

Həmin hərbi təxribatın nəticəsində ordumuzun ge-neralı da daxil olmaqla, bir neçə hərbi qulluqçumuz şəhid olmuşdur, lakin onları qisası tam alınmış, qanları yerdə qalma-mışdır. İnanırıq və tam əminik ki, bundan sonra da düşmənin istənilən hərbi təxribatına Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında ən müasir silahlara malik, yüksək hərbi-vətənpərvərlik ruhu olan Azərbaycan Silahlı Qüvvələri la-yiqli cavab verəcək, ərazi bütöv-lüyümüzü təmin edəcək, işğaldan azad etdiyi bütün torpaqlarımızda üçrəngli qələbə bayrağını dalğa-landıracaqdır.

Görünür, bu reallıq Ermənistanı və ona havadarlıq edənləri, habelə daxilimizdəki “5-ci kolon”u möhkəm narahat etmişdir. İyulun 14-də gecə radələrində bir qrup təxribatçının Milli Məclisə qeyri-qanuni müdaxiləsi, antidövlət şüarlar səsləndirməsi və qanunverici orqanın əmlakına zərər vurması təsadüfi hadisə olmayıb, öncədən planlaşdırılmış təxribatın birbaşa nəticəsidir. Sərhəddə yaşanan son hadisələrlə bağlı Ali Baş Koman-dana, orduya və dövlətə dəstəyini, düşmənə isə nifrətini ifadə etmək üçün yürüşə çıxan insanların sıralarına öncədən təlim almış təxribatçılar yerləşdirilmişdir. Məqsəd Azərbaycanı 90-cı illərin ssenarisi üzrə məhvə sürükləmək, ölkədə hakimiyyətsizlik mühüti formalaşdırmaq və bununla da yeni ərazi işğallarına şərait ya-ratmaq, perspektvdə isə vətəndaş müharibəsini labüd etməkdən ibarətdir. Xarici və daxili düşmənlərimizin bu arzusu baş tutmayacaq. Azərbaycan güclü dövlətdir. Ölkəmizdə səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyi hökm sürür. Müxalif siyasi dairələr belə bu günlərdə dövlətin və ordunun yanında olduqlarını bəyan ediblər. Xalq-hakimiyyət birliyi monolit xa-rakter kəsb edir. Xalq öz Ali Baş Komandanının arxasındadır. Ona tam inanır və güvənir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında bu tarixi sınaq-dan da şərəflə çıxacaqımıza tam əminik! Allah Prezidentimizi, xalqımızı, dövlətimizi qorusun! Qələbəmizə inanırıq və o, lap yaxındadır.

Elman NƏSİROV, Milli Məclisin deputatı,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının

Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi

elmlər doktoru, professor

Belə ki, iyulun 12-də ölkəmizin dövlət sərhədində Si-lahlı Qüvvələrimizin Ermənistan silahlı qüvvələri ilə üzbəüz dayanan mövqeləri də, yaxınlıqdakı yaşayış məntəqələri də bu işğalçı ölkənin or-dusunun bölmələri tərəfindən iri çaplı artilleriya silahları da istifadə olnmaq-la daha intensiv şəkildə atəşə tutuldu. Ordumuzun ləyaqətli döyüşçüləri, zabitləri, onların sırasında yüksək rütbəli, neçə savaşda ölümə qalib gələn general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev də olmaq-la, düşmənə adekvat cavab verərkən qəhrəmancasına həlak oldular. Bu məkrli düşmənin ilk təxribatı, əsas məsələdən fikri yayındırmaq üçün əl atdığı ilk hiyləsi deyil. İllərdir ki, əsasən də işğalçı Ermənistanla olan dövlət sərhədlərimizdə ermənilər yaşa-yış məntəqələrində dinc sakinləri snay-per atəşləri ilə təqib edib neçə halda onları ağır yaralayıblar. Ermənistanın diversiya xarakterli həmlələrinə məruz qalan Tovuzda olduğu kimi, işğal olun-muş digər ərazilərimiz istiqamətində yerləşən cəbhə bölgələrində atəş altında olan kəndlərin ətrafına daşdan hündür hasar çəkilsə belə, erməni faşistləri bu sədləri artilleriya atəşləri

ilə aşıb çirkin əməllərini törətməyə çalışırlar. Bu dəfə nail oldular da... Tovuzda nə qədər ev dağıdıldı, rayon sakini yaşayış evinə düşən artilleriya mərmisinin qəlpəsindən həyatını itirdi.

Atəşkəsə kimin necə əməl etdiyi son hadisələrin gedişatında çox açıq-aydın göründü. Düşmən tərəfin hansı hiyləyə əl atdığı da apay-dın ortadadır. Qoltuğuna sığındığı himayədarlarından dəstək almaq. Necə deyərlər, qulu da başa düşürük, onun ağasını da, amma bu hadisələrə göz yuman beynəlxalq təşkilatların səssizliyini heç başa düşmək olmur. Bütün bu halları bizimlə birgə, yəqin ki, zaman-zaman cəbhə xəttində mo-nitorinq keçirən beynəlxalq təşkilatlar da müşahidə etdilər. Cəbhə xəttində tez-tez monitorinqə toplaşıb ağ bayraq qaldıranlar Azərbaycanın ayrılmaz hissəsi, tarixi torpaqları olan Dağlıq Qarabağda Ermənistan bayrağının dalğalandığını da, Azərbaycanın Ermənistanla dövlət sərhədində Ermənistan ordusunun təxribat əməllərini, cəbhəyanı kəndlərin sakinlərini hədəfdə saxladığını da, yəqin ki, qeydə ala biliblər... Bunu isə xüsusilə qeydə alsınlar ki, təkcə bu ilin iyul ayı ərzində qarşı tərəf

monitorinqlərin sayindan az qala, min dəfə çox atəşkəs rejimini po-zub. Nəticədə isə ordumuzun zabit və əsgərləri , onlarla dinc sakin ağır yaralanıb, bir nəfərsə həlak olub. Ən əsası isə bilsinlər ki, sülhü bərqərar etmək cəhdlərinin tükəndiyi açıq-ay-dın görünən beynəlxalq təşkilatların, Ermənistanın işğalçı xislətinə göz yu-manların süründürməçiliyi, məsələyə ədalətsiz yanaşması Azərbaycan ordusunun səbrini tükəndirməkdədir. Haqsızlıq o yerə çatıb ki, sülh missi-yalı qüvvələr işğalçı Ermənistan ordu-sunun Azərbaycanın tarixi ərazilərdən çəkilməsini tələb etmək əvəzinə eyni şəkildə işğalçı Ermənistanla birgə bizə də atəşi kəsməyi tövsiyə edirlər...

Sülhü dəstəkləmək üçün yaradılan beynəlxalq təşkilatların susqunluğunu artıq belə dəyərləndirmək olar – artıq onlar da yaxşı başa düşüblər ki, bu günün nisbi sakitliyi, aktiv döyüşlərin səngiməsi torpaqlarımızın azadlığı uğrunda mübarizəmizin sonu deyil. Əslində silah, ön xətdə düşmənlə

üz-üzə dayananlar onların ənənəvi, o sözdə sülhməramlı, amma əməldə işğalçıya göz yumanların oyunbazlığı ucbatından artıq hər an ərazilərimizin bütövlüyü uğrunda mübarizəyə qoşulacaqları, silahla söz deyəcəkləri günün sorağındadırlar. Ən azı, ona görə ki, səngərlərdə xidmət aparan-lar səngər həyatın yeknəsəkliyindən də, məğlub tərəf adını daşımaqdan da, ermənilərin özbaşınalıqlarından da cana doyublar. Bu döyüş əhval-ruhiyyəsini Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun düşmənin həmləsini dəf edərək çox sayda qüvvəsini məhv etməsində, Aprel döyüşlərində yeni ərazilər işğal etmək üçün tamahını itiləyən düşməni əzərək işğal olunmuş ərazilərimizin bir hissəsindən geri oturdan qəhrəman za-bit və əsgərlərimizin şücaətində, Tovuz istiqamətində hərbi təxribata əl atan düşmənə vurulan tutarlı zərbələri za-manı ellikcə hiss etmişik. Amma aldığı zərbələrdən hər dəfə azğın düşmən quduz it kimi, dişini qıcamaqdan əl

çəkmir ki, çəkmir. Əksinə, layiqli ca-vab aldıqdan sonra daha da quduzlaşır elə bil...

İşğal etdiyi ərazilərdə səngərlənən Ermənistan silahlı qüvvələri demək olar ki, hər gün bütün istiqamətlərdə -- istər işğal olunmuş Dağlıq Qarabağ istiqamətində olsun, istər digər rayon-larımız istiqamətində, istərsə də dövlət sərhədimizdə ordumuzun müdafiə mövqelərini də, cəbhəyanı yaşayış ərazilərimizi, mülki əhalini də artıq snayper tüfənglərindən deyil, iriçaplı silahlardan, artilleriya silahlarından atəşə tuturlar. Ermənilər daha çox atəş altında olan yaşayış məntəqələrini, dinc əhalini qorxu altında saxlamağa çalışırlar ki, bu da onların köhnə takti-kasıdır, əsl faşist taktikası.

Ermənilərin əlamətdar günlərdə, bayramlarda, ya da Azərbaycanımızın beynəlxalq aləmdə inamlı və uğurlu addımlar atdığı məqamlarda cəbhədə, xüsusilə də dövlət sərhədimizdə fəallaşması, təxribat hallarını çoxalt-ması ya düşmənin qorxu instinkti, ya

da ki, diqqəti yayındırmaq cəhdi və sülhməramlı danışıqların, tədbirlərin əleyhinə olmasından başqa bir şey deyildir.

...İyul ayı ərzində daha da fəallaşaraq diversiya, təxribat əməliyyatlarının sayını artıran, artilleriyadan istifadə edərək ordumu-zun mövqelərini ələ keçirməyə cəhd edən Ermənistan silahlı birləşmələri Azərbaycan tərəfindən ciddi müqavimətlə üzləşib xeyli itki verərək geri çəkildi.

İşğalçı düşmənin cəbhənin, demək olar ki, bütün istiqamətlərində, xüsusilə də dövlət sərhədində -- Tovuz rayonu istiqamətində hərəkətə keçməsi Ermənistanın bu planları gücünə ar-xalandığı məlum qüvvələrin himayəsi və göstərişi ilə həyata keçirildiyini göstərir. “Arxalı köpək qurd basar”, prinsipinə söykənən ermənilər işğal etdikləri tarixi ərazilərimizdə “vətən” qazandıqlarını tamam unudublar deyəsən... Son hadisələr göstərdi ki, Ermənistan nəinki torpaqlarımızdan çəkilmək istəmir, əksinə yeni ərazilər tutmaq iştahını da itirməyib.

Bu günlər cəbhədə vəziyyət gərgin olaraq qalır... Son hadisələr

bir daha göstərdi ki, döyüşlər səngisə də müharibə hələ bitməyib. Bu gün düşmənin özbaşınalığı, tez-tez atəşkəsi pozması nəticəsində cəbhədəki indiki vəziyyəti kiçik miqyaslı döyüşlərin davam etməsi ilə mövqe müharibəsi kimi qiymətləndirmək olar. İndi bütün cəbhə boyu xidmətin təşkilində əsas diqqət elə yaxın məsafədə olan düşmənin hərəkətlərini diqqətlə izləməyə yönəlib. Hələlik ordumuz Ermənistan tərəfin aranı qızışdırmaq, müharibəni başlamaq cəhdlərini soyuqqanlıqla qarşılayır və cəbhə xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələrimizin təhlükəsizliyini, əhalinin dincliyini təmin etməyə çalışır. Eyni zamanda, Ordumuz da, bütün Azərbaycan da “döyüş və qələbə!”deyir. Vətənə sevgisi, qələbəyə inamı ilə silahlanıb neçə ildir ki, hamımıza göz dağı olan Şuşa, Laçın, Kəlbəcər dağlarından aşıb tarixi ərazilərimizi birdəfəlik işğaldan azad etmək uğrunda döyüşlərin sorağında-dir Azərbaycan əsgəri!

Rahib QƏRİB, “Xalq qəzeti”

Həmrəylik nümayiş etdirməklə qələbəyə daha tez nail olarıq

Ali Baş Komandan təcavüzkar Ermənistan ordusunun törətdiyi hər hansı silahlı təxribatın onlara çox baha başa gəldiyindən, düşmənin xeyli hərbçi və hərbi texnika itkisindən, mövqeyinin və qərargahlarının darma-dağın edilməsindən danışdı. Artıq dünya ictimaiyyətinə də bəllidir ki, Azərbaycan Ordu-su dünyanın ən güclü 50 ordusu sırasındadır. Bizim nə ölkəmiz, nə də ordumuz onun- bu-nun yardımına göz dikməyib. Bu, bir reallıqdır ki, dövlətimizin ildən- ilə nüfuzü daha da artır. Möhtərəm Prezidentimizin beynəlxalq aləmdəki şəxsi nüfuzu ölkəmizin reytinqini daha da artırır. Bu gün beynəlxalq təşkilatlar Azərbaycanı təşəbbüskar, əməkdaşlıqda etibarlı bir ölkə kimi tanıyır. Hər kəs respubli-kamızın erməni təcavüzünə məruz qaldığını qəbul edir. Ona görə də möhtərəm Prezi-dentimiz çıxışında açıq -aşkar Azərbaycan Ordusunun erməni təxribatı zamanı, hər bir əməliyyatda öz şəhidlərinin qisasının alındı-ğını bildirdi.

Ermənilər və onların havadarları da bilirlər ki, güc nisbəti Azərbaycanın xeyrinədir. Əlbəttə, Azərbaycan Ordusunun büdcəsi, bütövlükdə Ermənistanın büdcəsi qədərdir. Bu səbəbdən də keçirilən bü-tün əməliyyatlarda düşmənə qalib gəlirik. Dəfələrlə bunin şahidi olmuşuq. Bizim qələbəmizlə başa çatan Aprel döyüşləri və Günnüt əməliyyatı da bunu sübut etdi. İclasda Prezidentimiz şəhid olan hər bir əsgər və zabitin şücaətindən söhbət açdı, onların cəmiyyət və gənclər üçün qəhrəmanlıq nümunəsi olduğunu qürurla qeyd etdi. Ordumuzun Ermənistanla sərhəd boyunca bütün mövqelərdə çox möhkəm dayaqlarının olduğunu, 2016-cı il Aprel zəfərindən sonra da daha çox gücləndiyini xatırladan möhtərəm Prezidentimiz xaricdən, ermənipərəst qüvvələrdən dəstək alan ölkə daxilindəki “beşinci kolon” təmsilçilərinin xəyanətindən danışdı. Qeyd etdi ki, ölkəmizin daxilində pozuculuqla məşğul olan “5-ci kolon” üzvlərinin fəaliyyətinə göz yumduqca daha ciddi problemlər gözlənilir. Ona görə də bütün məsələlərdə həmrəylik və birlik nümayiş etdirən ictimaiyyətimiz bu məsələdə də qəti mövqeyini ortaya qoymalıdır.

Maraqlı burasıdır ki, hər dəfə təcavüzkar erməni qüvvələri təxribat törədəndə daxilimizdəki “5-ci kolon” təmsilçiləri də fəallaşırlar. Bu mənada iyulun 14-dən 15-nə keçən gecə Bakıda Silahlı Qüvvələrimizə və iqtidara həmrəylik nümayiş etdirən yürüş iştirakçılarından bir qrupu qəflətən iğtişaş törətməyə cəhd etdi. Bu iyrənc hadisələr hər birimizə 1990-cı illərin əvvəlində yaşanan xaos, özbaşınalıq, tənəzzül illərini xatırlatdı. Bütün ölkə ictimaiyyəti, o cümlədən deputat

kimi təmsil etdiyim Nəsimi rayon ictimaiyyəti də Milli Məclisin yerləşdiyi ərazidə baş vermiş bu olaylara görə “5-ci kolon” təmsilçilərinin hərəkətlərinə hiddətlənir və onların bu fəaliyyətini cinayət adlandırırlar.

Şübhə doğuran məqamlardan biri də odur ki, bu gün antimilli qüvvələrin törətdikləri bəzi olaylarla 1992- 1993-cü illərdə AXC-- Mü-savat cütlüyünün zamanında baş verənlər arasında bir eynilik var. O zaman həmin qüvvələrin yarıtmaz idarəçiliyi və iqtidarda-kı bir-birinə qarşı ziddiyyətli və barışmaz mövqedə olan qruplaşmalara, özbaşınalı-ğa, anarxiyaya görə ərazilərimiz bədnam qonşularımız tərəfindən işğal olunurdu. Bu gün bu qüvvələr ölkəmizi sevməyən anti- Azərbaycan qüvvələr tərəfindən cid-di dəstəklənir. Bu proseslər hər birimizi ciddi narahat etməlidir. Necə deyərlər, o vaxt torpaqlar əldən gedəndə, ancaq onlar mövqeləri sahibsiz qoyub burada- parlamen-tin qarşısında mitinqlər təşkil edirdilər. Hər kəsin yadındadır ki, o vaxt Milli Ordumuz yox idi, amma hərənin bir silahlı dəstəsi var idi. Nəticədə torpaqlarımız əldən getdi. Bu gün müharibə vəziyyətində yaşayırıq, hər biri igid olan şəhidlər veririk. Son hadisədə, Aprel döyüşlərində qəhrəmanlıq göstərmiş genera-lımız şəhid oldu. Ancaq adlarını müxalifət qo-yan satqınlar yenə də öz xəbis niyyətlərindən əl çəkmirlər.

Təəssüf ki, xarici qüvvələr daxilimizdəki bu ünsürlərlə çox çirkin və qorxulu oyun-lar oynayırlar. “5-ci kolon”un ölkədə iğtişaş törətməsi üçün onlara çox böyük vəsait verilir . Xəyanətkarlar həm də virtual məkanda ölkəmizə qarşı pozucu fəaliyyət həyata keçirirlər. Bu mənada, onların sosial şəbəkələrdəki fəaliyyətinə nəzarət olunmalı-dır. Çünki bu gün bir qrup anti–Azərbaycan qüvvələr ölkəmiz üçün ən strateji məsələ olan ordumuzla bağlı çox çirkin informasiyalar yayırlar. Bu isə qəbuledilməz və bağışlanıl-mazdır. Bu gün hamı bir nəfər kimi ordumuzla həmrəylik və birlik nümayiş etdirməlidir. Biz Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçı siyasətinə görə, bütün istiqamətlərdə informasiya hücumuna keçməliyik . Tutduğu-muz vəzifədən asılı olmayaraq, hər birimiz hücumçu mövqeyində olmalıyıq. Ölkəmizin bugünkü gücü və geniş imkanları buna nail olmağımız üçün yetərlidir. Sadəcə, hər kəs öz məsuliyyətini dərk etməli və həmrəylik göstərməlidir. O zaman qələbəyə daha tez nail olarıq.

Məlahət İBRAHİMQIZI, Milli Məclisin deputatı, YAP Nəsimi

rayon təşkilatının sədri

Prezident İlham Əliyevin rəhbərliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisa-di inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı çıxışın-da Azərbaycan vətəndaşlarına, ictimaiyyətin aparıcı nümayəndələrinə, gənclərə, deputatlara və ziyalılara yönəlik konkret mesajlar səsləndirdi. İclasda iyulun 12- də işğalçı Ermənistanın silahlı qüvvələri tərəfindən respublikamızın Tovuz rayonu ərazisində törədilmiş təxribat və bunun qarşısının alınması zamanı şəhid olan zabit və əsgərlərimiz, eləcə də həyatını itirmiş mülki insan haqqında ictimaiyyətə ətraflı məlumat verdi.

Ermənistanın növbəti hərbi avantürası və onun iflası

2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində ar-

tilleriya qurğularından istifadə etməklə, qəfil hücuma keçərək hərbi təxribat törətmişlər. Azərbaycan Ordusunun əks həmləsi ilə düşmənin canlı qüvvəsinə və hərbi texnikasına sarsıdıcı zərbələr endirilmişdir. Qəhrəman Azərbaycan Ordusu aprel döyüşlərində qazandığı tarixi qələbəni davam etdirərək düşmənə öz yerini göstərmişdir. Ali Baş Komandanın mətin iradəsi və ordu-xalq birliyi sayəsində Azərbayacan Silahlı Qüvvələri yenilməz gücünü nümayiş etdirmişdir.

Düşmən döyüş və qələbə əzmimizi qıra bilməzHəmişə olduğundan daha çox bu gün hamımızın diqqət mərkəzində Silahlı

Qüvvələrimiz, işğalçı düşmənə qarşı mövqelənən döyüşçülərimizin ünvanı olan cəbhə xətti, hər evdən, hər ailədən bir döyüşçü, bir qeyrət payı olan

səngərlərdir. Biz “Qələbə səngərdən başlayır” deyə, yastığı Vətən daşı, sığınaca-ğı səngərlər olan Azərbaycan əsgərindən xoş xəbərlər gözləyirik. Son hadisələr, özü də işğal olunan Qarabağ və digər rayonlarımız istiqamətində deyil, işğalçı Ermənistanla dövlət sərhədimizdə bu azğın düşmənin törətdiyi təxribatlar onu göstərir ki, illər ötsə də, cəbhədə hələ heç nə dəyişməyib. Atəşkəs olsa da, atəşi kəsməyən işğalçı düşmən elə köhnə vərdişindədir...

23 iyul 2020-ci il, cümə axşamı 9

Page 10: Prezident İlham Əliyev rəsmi “Facebook” səhifəsində ... · TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSİYA HEYƏTİ

23 iyul 2020-ci il, cümə axşamı10Ermənistan silahlı qüvvələrinin

Ağdam rayonunu işğal ertməsi və xarabazara çevirməsi ilə bağlı rəsmi statistika təsdiq olunmuş, Birləşmiş Millətlər Təşkilatından tutmuş digər önəmli beynəlxalq qurumlara ün-vanlanmış, dünya ictimaiyyətinin geniş dairələrinədə yayılmış bəyanat və müraciətlərdə Ağdam faciəsinin qanlı və dağıdıcı nəticələri əksini tapmışdır. Bu mötəbər sənədlərdə göstərilir ki, 1993-cü il iyulun 23-də himayədarlarının fəal köməyi ilə Ermənistan silahlı qüvvələri 1094 kvadratkilometr ərazisi, 165 mindən çox nəfər əhalisi və 123 kəndi olan Ağdam rayonunu işğal etmişdir.

Bu zaman xeyli sayda dinc insan həlak olmuş və girov götürülmüşdür. Bölgə əhalisi bütünlüklə məcburi köçkünə çevrilmiş, sonradan onun bir hissəsi rayonun işğal olunmamış ərazisinə qayıtmaq imkanı qazanmış-dır. Hazırda Ağdam rayonunun Quzanlı qəsəbəsi və 44 kəndi Azərbaycanın nəzarətindədir və həmin ərazilərdə 100 mindən artıq əhali məskunlaşmışdır.

Ağdam şəhəri və 123 kəndin 79-u 27 ildir ki, Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

İşğal nəticəsində Ağdam ərazisindəki memarlıq abidələri bütünlüklə talan edilmiş, yandırılmış və məhv edilmişdir. Bütün dünyada yeganə olan “Çörək muzeyi” ilə yanaşı, Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də erməni vandalla-rı tərəfindən vəhşicəsinə dağıdılmışdır. İşğaldan əvvəl Ağdamda 1898 müxtəlif obyekt, 17 sənaye, 31 tikinti, 753 ticarət, 397 ictimai iaşə, 220 məişət müəssisəsi, 480 sosial bina, 24 min 446 yaşayış evi, 54 məktəbəqədər, 116 ümumi təhsil müəssisəsi, bir neçə ali məktəb filialı, 13 mədəniyyət evi, 109 klub, muzeylər fəaliyyət göstərmişdir. İşğalçılar nəzarətlərində olan ərazidə bütün əmlak və varidata sahiblənmiş, yer üstündə nə varsa hamısını dağıtmış və qarət etmişlər.

Ermənistanın Azərbaycana qarşı təcavüzü və Ağdamın işğa-lı ilə əlaqədar 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamədə ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bir daha təsdiq olunmuş, işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxması göstərilmişdir. Lakin indiyə kimi Ermənistanın açıq-aşkar hərbi işğalçılıq mövqeyi tutması ucbatından münaqişə ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində

öz həllini tapmamışdır.Məlumat-sorğu qaynaqlarında

göstərilir ki, Ağdam rayonu inzibati vahid kimi 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadratkilometr olan ra-yonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir.

Gözəl Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri mi-nillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çatmışdır. “Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qala-lar tikirdilər. Zaman keçdikcə bu adın mənası dəyişib. XVIII əsrin birinci yarısında Qarabağ xanlığının əsasını qoyan Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirib. Həmin tikili uzaqdan diqqəti cəlb edən bəyaz görkəmi ilə gəlib-gedənlərə bələdçilik edib. Bu mənada “ağdam” işıqlı, ağ ev deməkdir.

Orta əsrlərin saysız- hesabsız müharibə və çəkişmələri rayon ərazisində insan əli ilə yaradılan hər şeyi dəfələrlə yer üzündən silsə də, əhali doğma torpağından didərgin salınsa da, bu yerin insanları ulu yurda qayıdıb həyat estafetini davam etdirmişlər. Sonuncu dəfə Nadir şahın qəzəbinə düçar olub İran səhralarına sürgün edilən əhali “Aləm cənnətə dönsə, yaddan çıxmaz Qarabağ” harayında toparlanaraq geri dönmüş, Ağdam ərazisində yeni və güclü Qara-bağ xanlığını ucaltmışlar.

Rus işğalından sonra daimi yaşayış yeri olaraq adı 1828-ci ildə rəsmiləşdirilən Ağdam Şuşa qəzasının Aran Qarabağda ən böyük məntəqəsi kimi sürətlə böyümüşdür. Dağlıq Qa-rabağda erməni muxtariyyəti yaradı-landan sonra Şuşanın itirilməkdə olan

regional milli- mədəni mərkəz rolu tədricən Ağdama keçmişdir.

Xalqımıza məxsus “Ağ günə çıxasan”, “günün ağ olsun” kimi alqışlar Ağdamda həmişə xüsusi ahəng və iltifatla səslənmişdir. Ərazidəki nənəng Şahbulaq əhəng daşı yatağın-dan kəsilən ağappaq mişar daşından salınmış yaraşıqlı Ağdam şəhəri, abad və böyük kənd- qəsəbələr əsrlər boyu mövcud olmuş “qara dam”ların yerində yurd sevgili insanların dilində- ağzında yaşayan “ağ gün” arzularının timsalı kimi nəhəng bir “ağ dam” mənzərəsi yaratmışdı. Ötən əsrin bir- birindən

uğurlu gələn quruculuq illəri zəhmətlə torpağın ülfətindən bolluq yaradan ağ-damlıları bu “ağ dam”larda ağ günlərə qovuşdurmuşdu.

Sonuncu sovet rəhbəri Qorbaçovun bədnam “yenidənqurması” dalğaların-da erməni separatçılığı daxili və xarici havadarların fitnəsi ilə baş qaldıranda Ağdamın ağ günlərdən soraq verən ağ görkəmli yaşayış məntəqələrinin də başının üstünü qara buludlar aldı. Qəzəblənib xain və namərd ermənilərin üstünə sel kimi, yel kimi gedən ağdam-lıların qarşısı odlu qurşunla kəsiləndən sonra geri dönüb qeyrət silahına sarılan insanlar münaqişə kəskinləşib qanlı toqquşmalara keçənədək yalın əllə özlərini və Dağlıq Qarabağdan qovulan soydaşlarımızı qorudular.

Alovlanmış Qarabağ müharibəsində hamılıqla iştirak edən rayon əhalisi döyüşlərdə ölkə üzrə həlak olanların üçdə biri qədər-- 6 min şəhid verdi. 14 ağdamlı Milli Qəhrəman adına layiq görüldü. Lakin ermənilərin arxasında dayanan xarici hərbi- siyasi dairələr və hakimiyyət da-vasından qaynaqlanan gözəgörünməz xəyanətlər serialı igid oğullarımızın hünərini heçə endirdikcə Ağdam da Şuşa, Laçın, Kəlbəcər kimi uduzdu-ruldu.

Ağ günlərinin üstünə qara yağ-murlar yağmış ağdamlıların əli həmin günlərdə xalqın tələb və hökmü ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin əlinə yetişəndən sonra yeni ağ günlərə dönüşün əsası qoyuldu. Qısa müddətdə rayon ərazisində etibarlı müdafiə səddi yaradıldı. Zəruri kommunikasiyalar bərpa edildi. Ev- eşiyindən perik düşmüş 100 minədək əhali hissə- hissə öz ev- eşiyinə qaytarıldı. Son illərdə Prezident İlham Əliyevin xoş məramı ilə rayon ərazisində müasir qəsəbələr

salındı, ağır şəraitdə yaşayan on minlərlə ağdamlı məcburi köçkünün qara günlərinə son qoyuldu. Ağdamın yeni ağ günlərinə işıq salan ümid çırağı yandırıldı.

Yaz tarla işləri başlayandan pandemiya şəraitində yaşamağa məcbur olan rayon əhalisi iyulun ortalarından başlayaraq Ermənistanla sərhəddə və cəbhə bölgəsində yaranmış gərginliyə, atəşkəsin davamlı olaraq pozulmasına baxmayaraq, əvvəlki qaydada öz işində-gücündədir. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovla da cəbhə xəttindən

qayıdarkən Mahrızlı kəndində görüş-dük. Budəfəki söhbətimiz, təbii olaraq, rayonun işğalı mövzusu ilə bağlı oldu. Rayon rəhbəri bildirdi:

– Ermənistanın işğalçılıq siyasətindən əl çəkmədiyini göstərən son hərbi təxribatı bütün xalqımız kimi ağdamlıları da hiddətləndirib. Lakin bir həqiqət var ki, düşmənin yaramaz əməllərindən qəzəblənmək azdır, gərək ondan qat-qat ağıllı və güclü olasan. Rayonumuzun işğal olunmuş əraziləri ilə qonşuluqdan keçən cəbhə xəttində ordumuzun mövqeləri kifayət qədər möhkəmdir. Yerli əhali Vətən keşikçilərinin arxasında möhkəm da-yanıb. Ölkəmizin daha qüdrətli olması üçün, ilk növbədə, milli birliyimiz möhkəm olmalı, iqtisadiyyatımız daim yüksəlməli, hər sahədə tərəqqi artmalı, hərbi potensialımız durmadan güclənməlidir. Bunun üçün rayonu-muzun zəhmət adamları hər qarış torpaqdan daha çox məhsul götürmək üçün bu mövsümdə daha artıq qüvvə və səylə çalışırlar.

Ölkədə kənd təsərrüfatının əsaslı surətdə inkişaf etdirilməsi yönündə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə son illərdə hazırlanıb həyata keçirilən kompleks, davamlı tədbirlər kəndi yeni yüksəliş yoluna çıxarmışdır. Qoyulan investisiyalar, subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməkdədir. Bütün bunlar ölkəmizin bölgələri arasında, yaxşı mənada, bəhsləşmə yaradıb. Ağdamın kənd əməkçiləri də bəzi çətinliklərə baxmayaraq, bu canlanmadan, yarışmadan kənarda qalmayıblar.

Vaxtilə ölkənin öndə gedən aqrar rayonu olan Ağdamın əvvəlki yüksək göstəricilərini bərpa etmək, şöhrətini geri qaytarmaq üçün dövlətin yaxın-dan köməyi ilə lazımi tədbirlər həyata

keçirilir, qüvvə və imkanlar hərəkətə gətirilir. Son illərdə bütün sahələrlə yanaşı, rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar sahənin inkişafı da diqqət mərkəzində saxlanılmış və bu yöndə xeyli iş görülmüşdür.

Rayon ərazisinin üçdə ikisi işğal altında olduğundan, əlavə əkinlərimiz olmadığından biz kənd təsərrüfatında istehsalı artırmağa məhsuldarlığı yüksəltməklə nail oluruq. Əksər məhsullar üzrə göstəricilərimiz orta respublika səviyyəsindən yüksəkdir. Uzun illərdən bəri ölkədə qabaqcıl taxılçılıq məktəbi sayılan Ağdamın bu-

ilki göstəriciləri yenə respublika üzrə öncüllük təşkil edir.

İşğaldan əvvəl 150 mindən artıq insan yaşayan, ölkənin ən iri kənd rayonlarından sayılan Ağdamın əhalisi son 27 ildə 200 min nəfəri keçmiş-dir. Dövlət proqramlarının həyata keçirilməsi nəticəsində ötən illərdə 50 minədək ağdamlı köçkün rayona qaytarılmışdır. 2003--2014-cu illərdə rayonun ərazisində tikilmiş 18 köçkün qəsəbəsindəki 5 min 641 evdə 25 min 109 nəfər məskunlaşmışdır. Son 2 ildə “Ergi” deyilən ərazidə isə daha 1129 nəfər məcburi köçkün yerləşmişdir. Müxtəlif səbəblərdən rayonu tərk edənlər davamlı olaraq rayona qayı-dırlar. Beləliklə, hazırda rayonda 115 minədək insan məskunlaşmışdır və onların əsas məşğuliyyəti, dolanışıq mənbəyi kənd təsərrüfatı sahələridir.

Əvvəlki illərdə əhalinin məşğulluğunu təmin etmək xeyli çətinlik törətmişdir. Prezident İlham Əliyevin ənənəvi əkinçilik sahələrini dirçəltmək və inkişaf etdirməklə bağlı gerçəkləşdirdiyi tədbirlər rayonu-muzda da minlərlə insana gəlirli fəaliyyət sahəsi açmışdır. Bu gün kənd təsərrüfatı istehsalını daha da artırmaq, əkinçilərin yüksək reproduksiyalı to-xum, suvarma suyu, texnika və mineral gübrələrlə təminatını yaxşılaşdırmaq, xüsusilə pambıqçılığı, baramaçılığı və damazlıq heyvandarlığı inkişaf etdirmək qarşımızda duran ən vacib məsələlərdir.

Başçı sonda dedi: “Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 27-ci ildönumundə rayo-numuzun 200 mindən çox əhalisi beynəlxalq birliyi düşmən dövlətin Azərbaycan xalqına qarşı bu gün də davam edən təcavüz hərəkətlərinə ob-yektiv siyasi-hüquqi qiymət verilməsi, işğala son qoyulması üçün ölkəmizin

haqlı mövqeyini müdafiə etməyə çağırır. Biz inanırıq ki, Prezident İlham Əliyevin yeritdiyi siyasət tezliklə ölkəmizin ərazi bütövlüyünün bərpası iə nəticələnəcək”.

Rayonda olarkən onu da öyrəndik ki, ənənəvi suvarma mənbələri işğal zonasında qalmış Ağdamın 35,4 min hektar əkin sahəsi 843 subartezian quyusu, 4 nasos stansiyası, 11 kəhriz vasitəsilə suvarılır. Prezident İlham Əliyevin sərəncamına əsasən, son iki ildə rayonda daha 61 subartezian quyusu qazılıb istifadəyə verilmişdir. Münbit torpaqlar, tarixi təcrübə və

ölkə rəhbərliyinin hərtərəfli dəstəyi Ağdamda pambıqçılığı dirçəldib inki-şaf etdirməyə yenidən əlverişli şərait yaradıb. Son 5 ildə ənənəvi gəlirli əkinçilik sahəsi olan pambıqçılığın inkişaf etdirilməsi üçün zəruri tədbirlər həyata keçirilib, fermerlərin bu sahəyə marağının artırılması üçün izahat-təşviqetmə işləri aparılıb. Rayonumuz-da pambıq əkilib-becərilməsi təcrübəsi əsasən bərpa edilib, fermerlərin bu sahəyə marağı artıb.

Ərazidəki 3 pambıqçılıq şirkətinin sifarişi ilə fermerlər 2 min 600 hektardan artıq sahədə pambıq əkib-becərirlər. Pambıq istehsalını yüksəltmək üçün ən məhsuldar və su təchizatı yüksək olan ərazilərə üstün-lük verilib, tarlalarda “Altunbəyaz” Türkiyə sortu çiyidi səpilib.

Son illərdə kənd təsərrüfatı məhsullarının əkilib-becərilməsində mövcud çətinliklər nəzərə alınaraq xidmət idarələrinin fəaliyyəti xeyli gücləndirilmişdir. “Aqrolizinq” ASC- Ağdam rayon bölməsi gətirdiyi 1119 ton mineral gübrənin böyük hissəsini güzəştli qiymətlə fiziki və hüquqi şəxslərə satmışdır. Fermerlərə yanacaq xərclərinin və digər subsi-diyaların ödənişi də vaxtında təmin edilmişdir.

İşğaldan sonrakı dövrdə rayonun 1 əsas yolu normal vəziyyətdə saxlansa da, Bərdədən gələn və Ağcabədiyə gedən, kəndlərarası yollar tədricən da-ğılıb sıradan çıxmışdı. Son 3 ildə Dörd-yol – İmamqulubəyli, Quzanlı – Hin-darx magistralı və bir neçə istiqamətdə kəndarası yollar yenidən çəkilməklə ümumi gediş-gəliş rahatlaşdırılmışdır. Bu, təsərrüfat fəaliyyətini də ciddi surətdə yaxşılaşdırmışdır. Dövlətin fəal dəstəyi ilə həyata keçirilən belə tədbirlər iqtisadi sahədə əldə edilən nailiyyətləri artırmağa əlverişli şərait

yaratmışdır.Ötən mövsümdə də 4,5 min

hektarda tərəvəz, 373 hektarda kartof, 302,4 hektarda şəkər çuğunduru əkilib- becərmiş, sahələrdə bol məhsul yetişdirilmiş Ağdam fermerləri 5 min 923 ton kartof, 68 min 355 ton tərəvəz istehsal etmişdilər. Bu il daha artıq kartof, tərəvəz, şəkər çuğundurunun əldə edilməsi gözlənilir.

Rayonda əkinçiliklə yanaşı, baramaçılığın, heyvandarlığın da inkişaf etdirilməsinə diqqət artırıl-mış və hər iki sahənin yem bazasının möhkəmləndirilməsi ilə bağlı zəruri

işlər görülmüşdür. Əlavə 1553 hektarda yeni yoncalıq salınmışdır. Rayonda baramaçılığı daha da inkişaf etdirmək üçün 182 min ədəd tut tingi əkilmişdir.

Göründüyü kimi, atəşkəs illərində dirçəldilən və inkişaf etdirilən təsərrüfatlarda indi əhali özünə lazım olandan da artıq məhsul hasilə gətirir. Cəbhəyanı bölgənin ağ evləri əvvəlkindən də yaraşıqlı və işıqlıdır. Rayonun yeni mərkəzi kimi qurulan, abadlaşdırılan və böyüyən Quzanlı qəsəbəsində yaradılan zəruri xidmətlər və rahatlıqlar adamların ağdamlı günlərinin kədər və həsrətinin üstünə məlhəm qoyur, yeni ağ günlərdən soraq verir. Burada Ağdamın ağ günlərinin unudulmaz nişanəsi olan, vaxtilə hind-çin üslübunda ucaldılmış məşhur “Çay evi”nin oxşarının yaradılması isə düşmənə ciddi bir mesajdır: “Ağda-ma gedən yolun start meydançasında ucalan bu arzular- diləklər peyki Ali Baş Komandan İlham Əliyevin hücum düyməsini basması ilə uçub ağdamlıla-rı Ağdama yetirəcək!”

Ağdama səfərimizin yekun qənaəti isə bu oldu ki, ağdamlılar 27 il əvvəl itirdikləri ağ günləri hissə- hissə geri qaytarmağa nail olmuşlar. Onlar bununla Ağdamlı günlərin astanası-na gəlib çıxmışlar. Ağdamın yeni ağ günləri o qədər də uzaq deyil.

Görüşüb söhbət etdiyimiz ağ-damlıların ortaq mövqeyi isə belədir: Onlar bundan sonra da Prezident İlham Əliyevin ətrafında daha sıx birləşərək rayonun sosial-iqtisadi inkişafı, ölkənin tərəqqisi üçün bütün qüvvə və imkan-larını səfərbər edəcəklər. Bu mövqe onları itirilmiş torpaqlara qaytaracaq yeganə doğru siyasətin uğuruna xidmət edir.

Tahir AYDINOĞLU, “Xalq qəzeti”

Karantin qaydalarına riayət edilməsi müsbət nəticə verir

Məlumat üçün bildirək ki, xarici ölkələrdə koronavirusa qarşı mübarizə aparan azərbaycanlı həkimlərin sayı kifayət qədərdir. Onlardan biri də 5 ildir ki, ABŞ-da yaşayan daxili xəstəliklər üzrə rezident həkim Həsən İmanlıdır. Soydaşımız ABŞ-ın “University of Maryland Medical Center” xəstəxanasında koronaviruslu xəstələrlə çalışır. H.İmanlının COVID --19 xəstəliyi ilə bağlı fikirləri çox maraqlıdır. O, virusun inkişafı, yayılması, mutasiyaya uğraması, zəifləməsi, nəhayət, məhv olması səbəblərini sadə, anlaşılan tərzdə izah edir.

Ümumiyyətlə, virus üzərində araşdır-ma aparan tədqiqatçı alimlər bildirirlər ki, SARS --2 (COVID --19) virusu tək sıralı RNT virusudur. Virusun üzərində Spike-protein dediyimiz zülal var ki, bu zülal insan hüceyrəsinin divarında olan ACE 2 zülalı vasitəsi ilə hüceyrələrə daxil olur. ACE 2 zülalı bədəndə bir çox yerdə mövcuddur: -- boğaz, aşağı tənəffüs yolları, bronxlar, ağciyər, ürək, böyrək, bağırsaq sistemində. Virus hüceyrəyə daxil olduqdan sonra genini hüceyrəyə buraxır. Bu isə virusun çoxal-masını kodlayan gendir. Beləcə hüceyrə öz işlərini buraxıb, milyonlarla virus “kopya-layır” və tələf olur. Bu proses nəticəsində böyük və kiçik xətalar baş verir. İnsan gene-tikasından fərqli olaraq virus geni “kopya-lanmış” digər bir geni yoxlayıb səhvləri tapa bilmir, beləcə xətalı olan genlər yeni virus növünü yaradır ki, buna da mutasiya deyilir. Mutasiya həmçinin ultrabənövşəyi və rent-gen şüalarının virus RNT-lərini pozması ilə də əmələ gələ bilir. Əgər mutasiya virusun həyatı funksiyasını yerinə yetirən kodunu, yaxud S proteini pozursa, bu mutasiya həmin virusun ölümünə səbəb olur. Yaxud da ola bilər ki, mutant virus daha az simptomlara səbəb olsun və bizi narahat etməsin. Ancaq

bəzi hallarda mutasiya virusun genində elə bir dəyişiklik edir ki, virus daha sürətlə yayıla bilir və simptomlar ağır keçirilir. Bu halların hər ikisi də təhlükəlidir. Hətta ən təhlükəlisi bu iki mutasiyanın nadir hallar-da eyni virusda olmasıdır. Tədqiqatçıların fikrincə, SARS --2 mutasiyaya uğramağa davam edəcək və hətta yeni pandemiyalara da səbəb ola bilər, buna hazırlıqlı olmaq la-zımdır. Vaksin hazırlayanlar bu mutasiyaları nəzərə alırlar və bu mutasiya onların işlərinə ciddi maneə törətmir.

Mikrobiologiyada R-sıfır deyilən bir məfhum var, yəni patogen yayılma sürəti. Bizə məlum olan qripin yayılma sürəti 2--3-dür. Yəni qrip xəstəsi olan bir şəxs 2--3 nəfəri yoluxdura bilir. Qızılca xəstəliyində bu rəqəm 12--18-dir. COVID --19-da isə bu göstərici 5--6 nəfərdir. Bu o deməkdir ki, bütün insanları bir yerə yığsanız və ora bir koronavirus xəstəsi qoyub yayılma sürətini 5 qəbul etsək və hər xəstənin yoluxdura bilmə gününü 7 gün hesab etsək, onda xəstə sayı hər həftə 1 --5 –25 –125 –625 –3125 və s. kimi artacaq. Yəni 4 həftə sonra 1-dən 6 minə, 8 həftə sonra isə viruslu xəstənin

sayı 375 minə çıxacaq. Hazırda karantin rejimini tətbiqinə davam etmək, maskanın istifadəsinin zəruriliyi məhz bu cür çoxalma-nın qarşısının alınması üçündür. Bir ehtimal da var ki, koronavirusa hər kəs yoluxacaq, amma vaksin hazırlansa, hamının yoluxması ehtimalı olmayacaq.

Çində ciddi karantin rejiminin tez bir zamanda tətbiq edilməsi və əhalinin hər bir fərdinin maska taxması nəticəsində 2 həftə ərzində yoluxma sayı azaldı. İtaliyada isə virusa qarşı tədbirlərə gec başlandığı üçün pik həddə yüksək sayla çatdılar. Karantin rejimini yumşaltmaqla ABŞ-dakı kimi pan-demiyanın ikinci dalğası başlayır. Virusun qarşısının tam alınması üçün ideal bir yol var, o da ki, 6 milyard insanın 2 --3 həftə evdən çölə çıxmamasıdır. Təbii ki, bunu həm ölkələr, həm də fərdlər baxımından tətbiq etmək çox çətindir. Çünki çalışması lazım olan müəssisələr var. Deməli, karantin rejiminin uzadılması zərurətdir.

Azərbaycanda virusa yoluxma pik həddə çatmayıb. İyunun 24-dəki 590 yoluxma ən yüksək hədd olub. Azərbaycan çevik davra-naraq karantin rejimi tətbiq etdiyinə görə də

son 2 ay əvvələ görə virusa yoluxanların sayı az idi. Ancaq karantin rejimi yumşaldılan kimi virus şiddətlə yayıldı. Hazırda görülən tədbirlərin nəticəsidir ki, gündəlik yoluxma göstəricisi 400-dən enib. Karantin rejimi tətbiq edilməsəydi, 2 ayın içərisində bütün Azərbaycan xalqı koronavirusa yoluxardı. Azərbaycanda gündəlik yoluxma sayı 50-dən aşağı düşəndə virus enmə həddindədir deyiləcək. Ancaq belə olan halda da əvvəlki həyata qayıtmaq olmaz, çünki belə olarsa, ikinci dalğanı yaşaya bilərik. Koronavirus hələ bir neçə ay davam edəcək. Buna görə də qaydalara əməl etmək və iqtisadiyyatın inkişafı üçün alternativ yollar fikirləşmək, virtual əlaqələri genişləndirmək lazımdır.

Tədqiqatçıların fikrincə, virusun xarici təbəqəsi yağdan ibarətdir. Bildiyimiz kimi sabun və spirt də yağ təbəqəsini çox asanlıq-la həll edir. Ona görə əlləri tez-tez sabunla-maq və 70 faizlik spirtdən istifadə mütləqdir. Virus ağız damcısı yolu ilə insandan-insana keçir. Bu damcılar asqırdığımız, ya da öskür-düyümüz zaman 2 metr uzağadək ötürülür. Buna görə də məsləhət görülür ki, 2 metr sosial məsafə gözlənilsin.

Ölkəmizdə COVID –19 virusunun geniş yayılmasının qarşısını almaq məqsədilə koronavirusa yoluxmuş yüngül simptomlu və simptomsuz vətəndaşlara ev şəraitində

müalicə alarkən ailə üzvləri ilə davranış üçün tövsiyə olunan qaydalar hazırlanıb. Bu pasiyentlərin öz evlərində sahə həkiminin nəzarəti altında müalicə alan zaman, ayrıca bir otaqda izolyasiya olunmaları məsləhət görülür. Belə şərait olmadığı halda xəstənin yatağının digərlərindən ən azı 2 metr məsafədə olması məqsədəuyğundur. Xəstə və onunla eyni evdə qalan bütün şəxslər ev daxilində tibbi maska və qoruyucu vasitələrdən istifadə etməklə, özlərini və ətrafdakıları virusa yoluxmadan qorumuş olurlar. COVID --19-a yoluxmuş pasiyent yaşayış yerini tərk etmədən, 21 günlük karantinə riayət etməlidir.

Bununla yanaşı, müalicə müddətində koronavirusa yoluxmuş xəstə qohum və yaxınların vasitəsilə ərzaq və ya lazımi dərmanları market və aptekdən əldə edə bilər. Bu mümkün olmadığı təqdirdə bütün lazım olan məhsulları onlayn sifariş etmək daha məqbuldur. İmmuniteti zəif olan və ya xroniki xəstəliyi olan şəxslərə xəstə üçün yemək hazırlamaq və onunla təmasda olmaq məsləhət görülmür. İnfeksiyaya yoluxmuş şəxsin yeməyini otağına daxil olmadan vermək daha təhlükəsiz olar. Və təbii ki, öz evində müalicə alan pasiyent yeməkdən əvvəl və sonra əllərini sabunla yumalıdır.

İnfeksiyaya yoluxmuş vətəndaş hansısa

səbəbdən qaldığı otağı tərk etdiyi təqdirdə onun toxunduğu bütün əşyalar mütləq de-zinfeksiya olunmalıdır. COVID --19 viruslu xəstənin yaşadığı ev xlor tərkibli məhlullar ilə təmizlənməlidir, xəstənin paltarları isə ayrıca 60-90 dərəcədə yuyulmalıdır, otaqlar tez-tez havalandırılmalıdır. Simptomsuz və ya yüngül simptomlu xəstələrə, onlarla eyni evdə yaşayanlara bol vitaminli meyvələr yemək tövsiyə olunur. Sahə həkimi gündə 2 dəfə COVID --19 testi pozitiv olan vətəndaşlar və onların ailə üzvləri ilə əlaqə yaradıb, onları nəzarət altında saxlayır.

Dediklərimiz onu təsdiqləyir ki, ölkəmizdə virusdan istər stasionar, istər də evdə müalicə alanlara yüksək səviyyədə diqqət göstərilir və nəzarət edilir. Son günlərin statistikasına görə, müsbət dinami-ka müşahidə edilir. Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov operativ qərargahın iyulun 20-də keçirilən brifinqində bildirib ki, isti havada evdə otur-maq çətin olsa da, bunun müsbət nəticələrini görürük. Son günlərin statistikasına nəzər yetirdikdə sağalanların sayının artmasını, yo-luxanların sayının isə azalmasını müşahidə edirik. Ümidvarıq ki, yoluxma sayında azalma tendensiyası davam edəcək. Nə qədər çox müsbət tendensiya olsa, növbəti mərhələlərdə daha çox sahələr fəaliyyətə başlaya bilər. Koronavirus hələ bizimlədir, əgər biz qaydalara əməl etməsək, yoluxma sayı artacaq və hökumət yenidən sərtləşməyə getmək məcburiyyətində qalacaq.

Tətbiq edilən qaydalara riayət edilməsinin nəticəsidir ki, ən çox sağalma iyulun 18-də 497 yoluxmaya qarşı 645 göstərilir. İyulun 20-də də yoluxma tempinin gerilədiyini görürük: 6817 test ediləndən 369 nəfərdə pozitiv nəticə olub. Sağalanla-rın sayı isə 523 nəfərdir. Qeyd etməliyik ki, ölkəmizdə iyulun 20-dək 27 min 890 yolux-ma, 19 min 490 sağalma, 363 ölüm hadisəsi qeydə alınıb.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

Pandemiyaya qarşı mübarizəyə qoşulan ölkələrin hamısında yoluxma və ölüm sayı fərqlidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bir çox ölkələrdə yenidən sərt karantin rejiminin tətbiqinə qayıdılıb. Deməli,

həmin ölkələrdə aparılan mübarizə tədbirlərinə ya vaxtında başlanılmayıb, ya da qaydalara laqeyd yanaşılıb. Hazırda ABŞ-ın bir çox ştatında sərt karantin rejimi aradan qaldırılıb, amma maska taxmaq və sosial məsafənin qorunması hələ də vacibdir. Restoranların bir hissəsi açıq havada fəaliyyət göstərsə, biznes obyeklərinin 50 faizi işləsə də, bəzi ştatlarda yoluxmalar çoxdur deyə, sərt karan-tin rejimi davam etdirilir. İnsanların yay tətili başlayan kimi turist məkanları olan Mayami və Kaliforniyaya axın etmələri nəticəsində Florida, Texas, Kaliforniya kimi bir çox ştatlarda virusa yoluxanların sayında xeyli artım müşahidə edilib və o ştatlar sərt karantin elan etməyə məcbur qalıblar.

Ağdamlılar doğma torpağa qayıtmağın yolunu milli birliyimizdə, iqtisadi tərəqqimizdə və

hərbi qüdrətimizin artmasında görürlərTarixən, aşağı – Aran Qarabağla yuxarı – Dağlıq Qarabağ arasında keçid, baş qapı sayılan,

erməni məkrləri qarşısında möhkəm qala kimi dayanan Ağdamın 1993-cü il iyulun 23-də başıpozuqluq və xəyanətlər zəminində düşmənə təslim edilməsi, 5 ildən bəri davam edən

bəlalı münaqişənin gedişində misilsiz hünər göstərmiş, 6 minədək şəhid vermiş bir bölgənin süqutu Qarabağ müharibəsində xalqımızın ən böyük itkilərindən biri sayılır. Hər il bu faciəli tarixin ildönümündə həmin bağışlanılmaz uğursuzluğun səbəb və nəticələrini, rayonun yerdə qalan hissəsində həyatın dinc məcraya salınması, problemlərin həlli ilə bağlı gerçəkləşdirilən kompleks, davamlı tədbirləri bir daha nəzərdən keçirir, ağdamlıların doğma yurda möhkəm bağlılıqları və ərazilərimizin tezliklə işğaldan azad edilməsinin qarşısıalınmazlığı həqiqəti ilə təsəlli duyuruq.

Ağdamın işğalından 27 il keçir

Page 11: Prezident İlham Əliyev rəsmi “Facebook” səhifəsində ... · TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSİYA HEYƏTİ

23 iyul 2020-ci il, cümə axşamı 11

İctimai Televiziya və Radio Yayımları Şirkətiqazanxana üçün texniki xidmətin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDIRTender iştirakçılarına təklif edilir

ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid in-ternet portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

İştirak haqqı 50 manatdır.Bankın adı- “Kapital Bank” ASC-

nin 1 saylı Nəsimi filialıKod- 200112VÖEN- 9900003611M/ h- AZ-

37NABZ01350100000000001944S.W.İ.F.Т.: АIIBАZ2XTəşkilatın adı- İctimai Televiziya

və Radio Yayımları ŞirkətiH/h-

AZ11AIIB33010019441102259111VÖEN- 2000435761İştirak haqqı heç bir halda geri

qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərfin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (forma 2) (təminatın qüvvədə olma müddəti ən azı 60 bank günü olmalı və tender təklifinin ümumi qiymətinin 1 (bir) faizini təşkil еtməlidir).

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması barədə arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank ara-yışı;

- iddiaçının tam adı, hüquqi sta-tusu, nizamnaməsinin surəti, qeydiy-yatdan keçdiyi ölkə və rekvizitləri (hüquqi sənədlər notarial təsdiqlə);

- iddiaçının ixtisasına dair məlumatlar (forma 3) (təsdiqedici sənədlər doldurulmuş forma 3-ə əlavə olunmalıdır);

-işlərin keyfiyyətinə aid zəmanət (forma 4).

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddia-çılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ün-vanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qa-nununa uyğun keçiriləcəkdir. İddi-açılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 14 av-qust 2020-ci il saat 11.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 24 avqust 2020-ci il saat 15.00-a qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. İddiaçıların təklifləri 25 avqust 2020-ci il saat 11.00-da açıla-caqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsi ilə tanış ola bilərlər.

QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

İctimai Televiziya və Radio Yayımları Şirkətidekorasiyaların quraşdırılması işlərinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDIRTender iştirakçılarına təklif edilir

ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid in-ternet portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.

İştirak haqqı 100 manatdır.Bankın adı- “Kapital Bank” ASC-

nin 1 saylı Nəsimi filialıKod- 200112VÖEN- 9900003611M/ h- AZ-

37NABZ01350100000000001944S.W.İ.F.Т.: АIIBАZ2XTəşkilatın adı- İctimai Televiziya

və Radio Yayımları ŞirkətiH/h-

AZ11AIIB33010019441102259111VÖEN- 2000435761İştirak haqqı heç bir halda geri

qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərfin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (forma 2) (təminatın qüvvədə olma müddəti ən azı 60 bank günü olmalı və tender təklifinin ümumi qiymətinin 1 (bir) faizini təşkil еtməlidir).

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması barədə arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank ara-yışı;

- iddiaçının tam adı, hüquqi sta-tusu, nizamnaməsinin surəti, qey-diyyatdan keçdiyi ölkə və rekvizitləri( hüquqi sənədlər notarial təsdiqlə);

- iddiaçının ixtisasına dair məlumatlar (forma 3) (təsdiqedici sənədlər doldurulmuş forma 3-ə əlavə olunmalıdır);

-işlərin keyfiyyətinə aid zəmanət (forma 4).

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddia-çılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ün-vanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qa-nununa uyğun keçiriləcəkdir. İddi-açılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 14 av-qust 2020-ci il saat 11.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 24 avqust 2020-ci il saat 15.00-a qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. İddiaçıların təklifləri 25 avqust 2020-ci il saat 11.00-da açıla-caqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsi ilə tanış ola bilərlər.

QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

“Azər-Maya” ASC səhmdarlarının nəzərinə!2020-ci il iyunun 30-da keçirilməsi nəzərdə tutulan

səhmdarların növbəti illik yığıncağı xüsusi karantin rejimi səbəbindən təxirə salınmışdır. Bununla əlaqədar yeni icla-sın keçirilməsi vaxtının təyin olunması zərurəti yaranmış-dır.Ona görə də yeni iclasın çağırılması vaxtı 16 sentyabr 2020-ci il saat 10.00-a təyin edilir.

Gündəlikdəki məsələlər:1. “Azər-Maya” Açıq Səhmdar Cəmiyyətinin 2019-cu

maliyyə ili üzrə maliyyə hesabatına baxılması.2. “Azər-Maya” Açıq Səhmdar Cəmiyyətinin idarəetmə

orqanlarına seçkinin keçirilməsi.3. Xüsusi əhəmiyyətli əqdlərin bağlanması.4. Təşkilati məsələlər.

Açıq Səhmdar Cəmiyyəti “Standard İnsurance”

Sığorta Şirkətinin müflis elan olunması ilə bağlı məhkəmə

baxışı barədə əlavə məlumatAzərbaycan Respublikası Mərkəzi Bankı İdarə

Heyətinin 19 may 2020-ci il tarixli 24 nömrəli qərarı ilə Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi 94 nömrəli ünvanda yerləşən Açıq Səhmdar Cəmiyyəti “Standard İnsurance” Sığorta Şirkətinin sığorta fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziyası ləğv olunmuş və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən sığortaçı barəsində iflas proseduru-nun başlanılmasına dair ərizə ilə məhkəməyə müraciət edilmişdir.

Açıq Səhmdar Cəmiyyəti “Standard İnsurance” Sığorta Şirkətinin müflis elan olunması ilə bağlı 2020-ci il iyulun 6-da keçirilməsi nəzərdə tutulmuş məhkəmə baxışı xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar olaraq təxirə salınmışdır. Məhkəmə baxışı 29 iyul 2020-ci il saat 15.00-da Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsində yerləşən Bakı Kommersiya Məhkəməsində keçiriləcəkdir.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin

Meyvəçilik və Çayçılıq Elmi - Tədqiqat İnstitutu

elmi-tədqiqat işlərinin aparılması-Azərbaycanda fındıq istehsalının mikoloji

təhlükəsizlik (mikotoksinlərə görə) prinsipinin hazırlanması işi ilə əlaqədar

KOTIROVKA SORĞUSU HƏYATA KEÇIRIR

Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 29 iyul 2020-ci il saat 17.00 –dək qəbul edilir.

Təkliflər 30 iyul 2020-ci il saat 11.00-da açılacaq-dır.

Əlaqələndirici şəxs- Aybəniz Vahabova.Telefon - +994233344338.Ünvan-AZ4035, Quba rayonu, Zərdabi qəsəbəsi,

Meyvəçilik və Çayçılıq Elmi- Tədqiqat İnstitunu.

“Azərbaycan Sənaye Sığorta” ASC səhmdarlarının nəzərinə!24 avqust 2020-ci il saat 11.00-da “Azərbaycan Sənaye

Sığorta” ASC səhmdarlarının növbədənkənar ümumi yığın-cağı keçiriləcəkdir.

Növbədənkənar ümumi yığıncağın gündəliyindəki məsələ “Azərbaycan Sənaye Sığorta” ASC-nin direktor-lar şurasının tərkibində dəyişiklik edilməsi məsələsinin müzakirəsidir.

Səhmdarlar növbədənkənar ümumi yığıncağın gündəliyi üzrə müvafiq materiallarla cəmiyyətin Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, “Gümüş Plaza” iş mərkəzindəki ofisində tanış ola bilərlər.

Ümumi yığıncaq “Azərbaycan Sənaye Sığorta” ASC-nin Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi 122 “Gümüş Plaza” iş mərkəzindəki ofisində keçiriləcəkdir.

İctimai Televiziya və Radio Yayımları Şirkətibərbər alətləri və kosmetik vasitələrin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDIRTender iştirakçılarına təklif edilir

ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid inter-net portalına (portal) elektron im-zaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkan-lara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən son-ra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.

İştirak haqqı 50 manatdır.Bankın adı- “Kapital Bank” ASC-

nin 1 saylı Nəsimi filialıKod- 200112VÖEN- 9900003611M/ h- AZ-

37NABZ01350100000000001944S.W.İ.F.Т.: АIIBАZ2XTəşkilatın adı- İctimai Televiziya

və Radio Yayımları ŞirkətiH/h-

AZ11AIIB33010019441102259111VÖEN- 2000435761İştirak haqqı heç bir halda geri

qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərfin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (forma 2) (təminatın qüvvədə olma müddəti ən azı 60 bank günü olmalı və ten-der təklifinin ümumi qiymətinin 1 (bir) faizini təşkil еtməlidir).

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması barədə arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank ara-yışı;

- iddiaçının tam adı, hüquqi sta-tusu, nizamnaməsinin surəti, qeydiy-yatdan keçdiyi ölkə və rekvizitləri (hüquqi sənədlər notarial təsdiqlə);

- iddiaçının ixtisasına dair məlumatlar (forma 3) (təsdiqedici sənədlər doldurulmuş forma 3-ə əlavə olunmalıdır);

-işlərin keyfiyyətinə aid zəmanət (forma 4).

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddia-çılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanla-ya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 13 avqust 2020-ci il saat 11.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 21 avqust 2020-ci il saat 15.00-a qədər POR-TAL VASİTƏSİLƏ təqdim etməlidirlər. İddiaçıların təklifləri 24 avqust 2020-ci il saat 11.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsi ilə tanış ola bilərlər.

QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Təchizat Bazası

2 ədəd xüsusi təyinatlı avtomobilin satın alınması üçün

AÇIQ TENDER ELAN EDIRTenderdə iştirak, tenderin

qiymətləndirilməsi və digər bütün prosedur-lar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

- aşağı qiymət, müqavilənin yerinə yetirilmə müddəti və şərtlər toplusunda digər qiymətləndirmə üçün tələblərə uyğunluq. Sa-tınalma predmeti müqavilə imzalandığı andan etibarən 30 gün müddətində təchizat bazasının ünvanında təhvil verilməlidir.

Tender təklifinin qiymətinə satınalma predmetinin dəyərindən başqa digər xərclərin (nəqliyyat və sığorta xərcləri, vergilər və rüsumlar) daxil edilib-edilməməsi haqqında məlumat daxil olmaqla, təklifin qiymətinin hesablanması və ifadə olunması öz əksini tapmalıdır.

Tender təklifinin qiyməti manatla ifadə olunmalıdır.

Təchizat Bazasının qarşısında yerinə yetirilməmiş və ya lazımi səviyyədə yerinə yetirilməmiş öhdəliyi olan fiziki və hüquqi şəxslər bu tenderdə iştirak edə bilməzlər.

Maraqlananlar tenderlə əlaqədar əlavə məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət edə bilərlər.

Əlaqələndirici şəxs- İbrahimova Nübar Məmməd qızı.

Ünvan- Bakı şəhəri, Nərimanov rayonu, Böyük Şor qəsəbəsi , 8-ci köndələn küçəsi, te-lefon-(012) 514-88-42; Faks: (012) 448-34-02;

E-mail: ktn.techizat@mailto:[email protected]

Tenderin əsas şərtlər toplusu Azərbaycan Respublikasının dövlət dilində tərtib olunur. Zərurət olduqda beynəlxalq ticarətdə istifadə edilən dillərin birinə tərcümə olunacaqdır. Maraqlananlar əsas şərtlər toplusu ilə elekton portal vasitəsilə tanış ola bilərlər.

İştirak haqqının ödənilməsi yalnız “Asan Ödəniş” vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün “Asan Ödəniş et” düyməsini sıxaraq ödənişi etdikdən sonra müsabiqədə iştirak etmək olar.

Tenderdə iştirak haqqı 800 manatdır. İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürə bilərlər:

Tel./Faks: 012 514 88 42.Təşkilat- Azərbaycan Respublikası Kənd

Təsərrüfatı Nazirliyinin Təchizat Bazası “ABB”-nin Sənaye filialı Kod-805603 VÖEN-9900001881 M\h–AZ03NABZ

01350100000000002944S.W.I.F.T.:İBAZAZ2XH\h- AZ83İBAZ38050019441609722211VÖEN-1500285191Malgöndərənlər (podratçılar) tenderdə

iştirak üçün iştirak hüququ və ixtisasını təsdiqləyən aşağıdakı sənədləri (tender təklifi və təklifin ümümi məbləğinin 1 faizi həcmində bank təminatı istisna olmaqla) təqdim etməklə 2020-ci il avqustun 4-nə kimi qeydiyyatdan keçməlidirlər:

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi və dövlət reyestrindən çıxarışı (hüquqi şəxsdirsə), qeydiyyatdan keçdiyi ölkə

və rekvizitləri;- tenderdə iştirak haqqının ödənilməsi

barədə bank sənədi;- Azərbaycan Respublikasında vergilərə və

digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haq-qında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının təqdim ediləcək malların satışı üzərində rəsmi nümayəndəlik hüququnun olmasını təsdiq edən sənədin əsli və ya surəti (səlahiyyət məktubu, etibarnamə və s.)

- iddiaçının analoji işlərdə təcrübəsi, maliyyə, potensial texniki və kadr imkanları haqqında məlumat.

Malgöndərənlər (podratçılar) təchizat baza-sından 2020-ci il avqustun 4-nə kimi satınalma prosedurlarına aid izahat ala bilərlər.

Tender təklifi və təklifin təminatı 13 avqust 2020-ci il saat 18.00-a qədər təqdim olunmalıdır. Göstərilən vaxtdan gec təqdim olunan təkliflər qəbul edilməyəcəkdir. Səmərəli rəqabətin təmin edilməsi və elektron satınalmanın baş tutması üçün qeydiyyatdan keçən malgöndərənlərin (podratçıların) sayı 3 (üç) iştirakçıdan az olma-malıdır. Tender təklifi tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır. Tender təklifinin ümumi məbləğinin 1 faizi həcmində bank təminatı təqdim edilməlidir. Bank təminatı tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır. Bank təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 bank günü çox olmalıdır.

Elektron satınalmanın açılışı 14 av-qust 2020-ci il saat 11.00-da elektron portal vasitəsilə həyata keçiriləcəkdir. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.

Tender komissiyası

Azərbaycan xalqı iki virusa qarşı mübarizədə...

–Tovuz 30 ildən çoxdur ki, fasilələrlə atəşə tutulur. Qarabağ müharibəsinin qızğın vaxtında ermənilərin rayonumuzda atəş açmadığı yer qalmamışdı. Gözümüzün qa-bağında evlərə, mal-qaraya, həyətlərə ziyan dəyir, kənd sakinləri güllə yağışı altında gün keçirirdilər. Biz uşaqlığımızı “yenə qrad atır-lar, top atırlar, sığınacaqlara!” kimi həyəcanlı xəbərlərlə yaşamışıq. Rayon hədəfə alınanda bəzən bizi sığınacaqlara, çox vaxt isə uşaq-ları, qocaları maşınlarla Kür çayının sahilinə aparırdılar. Quduzlar sakitləşəndən sonra onlar evlərinə qayıdırdılar...

Erməni o qədər rəzildir ki, atəşkəs dövründə də daim sərhədlərimizdə təxribatlar törədir, kəndlərimiz, dinc sakinlərimiz, mal-qara atəşə tutulur. Bu ilk təxribat deyil ki...

Ölkəmizin pandemiyaya qarşı mübarizə apardığı bir zamanda sərhəddə baş verənlər az imiş kimi, paytaxtda da yeni bir təxribatla üzləşdik. Orduya dəstək nümayiş etdirən gənclərin bir hissəsinin qoruyucu vasitələrdən istifadə etmədən, karantin rejiminin tələblərini unudaraq, Milli Məclisin binasına soxulmala-rına şərait yaradanlar oldu. Onların belə anda atdıqları bu yersiz addımlar həm dövlətə, həm insanların sağlamlığına böyük ziyan verər. Eyni zamanda, COVID -- 19 pandemiyasının hələ məhdudlaşdırılmadığı bir vaxtda minlərlə

insanın bir yerə toplaşması yoluxma sayını artırar və insanların həyatını təhlükəyə atması üçün əlverişli şərait yaradar. Bir müddət sonra böyük ehtimal ki, yoluxma dinamikasında artım müşahidə olunacaq. Bütün bunlara yol verməmək üçün insnlarımız kütləvi aksiya-lardan, ziyarətlərdən, dəfn mərasimlərində iştirakdan çəkinməlidir. Vətəndaşlarımız daha məsuliyyətli davranmaqla, karantin rejiminə riayət etməklə, sabitliyi və təhlükəsizliyi qo-rumaqla həm xəstəliklə mübarizəyə, həm də milli ordumuzun, hərbçilərimizin öz işlərini lazımi şəkildə yerinə yetirmələrinə mühüm töhfələrini vermiş olacarlar.

Biz unutmamalıyıq ki, hazırda iki virusla müharibə aparırıq. COVID –19 və erməni virusu ilə. Erməni virusu bi-zim gənc əsgərlərimizin, yüksək rütbəli hərbçilərimizin, mülki əhalinin canına qıyıb onları şəhid etdiyi kimi, COVID –19-a da şəhid veririk. Vətəndaşların canına yoluxa-raq, onlarn həyatına son qoymağa çalışan virusla müharibəyə qalxan həkimlərimiz şəhid olur. Onlar millətin sağlamlığı uğrunda şəhid olurlar. Biz iki cəbhədə də ayıq olma-lıyıq. Çünki hazırda ermənilərlə -- görünən düşmənlə açıq müharibəyə girərək, qan töküb qələbə qazanarıq, amma bu tərəfdən, görünməz düşməni unudarıq, tibbi maskalar-dan istifadə etməməklə virusa məğlub olarıq.

Kütləvi toplantılardan sonra yoluxmaların sayı çoxala bilər. Buna görə dövlətin icazə verdiyi şəkildə görüşlər keçirməliyik.

Şəhidlər hər birimizin yanğısıdır, dağılan evlər hər birimizin ağrısıdır. Sərhəddə gedən ağır top atəşlərinin mərmilərinə düçar olan sakinlər hər birimizə doğmadır. Amma ikinci tərəfi də yadda saxlamalıyıq ki, vətəndaş kimi hamımız birləşib bir olmalı-yıq. Ordumuzun arxasında durmalıyıq: həm həkim ordumuzun, həm də milli ordumuzun, qəhrəman oğullarımızın. Qarışıqlıq yarat-mamalı, atdığımız addımlarımıza, sosial şəbəkələrdəki paylaşımlarımıza diqqət etməliyik. Qarşı tərəfə xidmət edə biləcək xəbərlərin yayılmasına imkan verməməliyik.

Güclü və nizami ordumuz var, dövlətimiz var, Ali Baş Komandanımız var. Qürur duyuram ki, bugünlərdə xalq həmrəylik göstərərək ayağa qalxdı ki, silaha sarılaraq erməninin başını əzməyə hazırdır. Amma bunu düşünülmüş şəkildə, ölkəmizin adına, şəhidlərimizin ruhuna layiq etməliyik. Onlar planlı şəkildə təxribat törətdilər. Ermənistanın yaşayış məskənləri sərhəddən uzaqda, amma bizim bütün sərhədboyu kəndlərimizdə həyat qaynayır. Onlar bunu ona görə edirlər ki, dəfn mərasimləri olsun, əhali kütləvi toplansın. Dərd olan yerdə təbii ki, qoruyucu vasitələr, xüsusən maskadan istifadə unudulsun. Ana - bacı şəhid tabutu-nun qarşısına yüyürəndə, təbii ki, maska da virus da yada düşməyəcək. Onlar təxribatı bilərəkdən, düşünülmüş şəkildə edirlər ki, kütləvi toplantılar artsın və virusa yoluxma çoxalsın. Biz bu nüansları unutmamalıyıq.

Bir həkim və vətəndaş olaraq, bir daha hamını şəxsi gigiyenaya, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, özünü və yaxınlarını virusa yoluxmadan maksi-mum qorumaq üçün preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırıram. Bir olaq, güclü olaq!

Təqdim etdi: Zərifə HÜSEYNOVA,

“Xalq qəzeti”

“Bir tovuzlu kimi iyulun 12-dən bütün diqqətim sərhəddə ermənilərin törətdiyi təxribatla bağlı yaşanan hadisələrə yönəlib. Öncə onu deyim ki, rayon sakinləri bu təxribatlara alışıb. Amma atəşkəs dövründə sərhəddə baş verən erməni hücu-mu nəticəsində mülki şəxslərin, əsgərlərin, yüksək rütbəli zabitlərin, hətta general Polad Həşimovun şəhid olması düşmənin daha da azğınlaşmasın-dan xəbər verir”. -- Bu fikirləri Ermənistan – Azərbaycan sərhədinin Tovuz istiqamətində erməni tərəfin törətdiyi təxribatla bağlı ATU-nun Tədris Cərrahiyyə Klinikasının şöbə müdiri, tibb üzrə fəlsəfə doktoru Nurlana Əliyeva bildirdi. Erməni işğalçılarına qarşı hiddətini gizlətməyən həkim daha sonra dedi:

Page 12: Prezident İlham Əliyev rəsmi “Facebook” səhifəsində ... · TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSİYA HEYƏTİ

23 iyul 2020-ci il, cümə axşamı

Məsul katib: 493-61-02Şöbələr: 493-59-03 (8 xətli), 493-69-47, 493-34-13,

493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;

E-mail: [email protected], [email protected]

BAŞ REDAKTOR

HƏSƏN HƏSƏNOV

T E L E F O N L A R: “Xalq qəzeti”nin kompyuter mərkəzində yığılıb və səhifələnib, “Azərbaycan” nəşriyyatında çap olunub.

Ü N V A N I M I Z:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.Şəhadətnamə 022273

Çapa imzalanmışdır 00:00

İNDEKS

TİRAJ

SİFARİŞ

QİYMƏTİ

0282

5798

1726

40 qəpik

ABŞ

İrihəcmli sövdələşmə ABŞ-ın “Chevron”

neft şirkəti “Noble Energy” şirkətini alır. Bu sövdələşmə “Chevron” şirkətinə 5 milyard dollara başa gələcək. Bildirilir ki, “Chevron” şirkəti bu ad-dımı Permian hövzəsində mövqe qazanmaq məqsədilə atıb. Qeyd

edilir ki, sövdələşmə həm Permian hövzəsində, həm də Koloradadakı “Denver-Julesburg” hövzəsində şirkətin iştirakını artıracaq.

Məlumatı “Bloomberg” yayıb.

Böyük Britaniya

49,6 milyon avro udulduİrlandiya sakini

Avropada təşkil olunan “EuroMillions” lotere-yasında 49,6 milyon avro cekpotu udub. Uduş biletinin sahibi beş əsas və iki əlavə rəqəmləri düz tapa bilib. Qalibin ölkənin hansı bölgəsindən olması barədə dəqiq məlumat verilmir. Xatırladaq ki, “EuroMillions” 2004-cü ildən əvvəlcə İspani-ya, Fransa və İngiltərədə oynanılıb. Daha sonra Avstriya, Belçika, İrlandiya, Lüksemburq, Portuqaliya, İsveçrə və Lixtenşteyn kimi ölkələr lotereyaya qoşulublar.

Xəbəri “Belta” verib.

İsveçrə

Pomidor şirəsi çox faydalıdır Pomidor şirəsi

insan orqanizmi üçün çox faydalıdır. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri açıqlayıblar. Onlar aparıcı elmi-tədqiqat mərkəzlərinin araşdır-malarını təhlil etdikdən

sonra bu qənaətə gəliblər. Bildirilir ki, pomidorun tərkibi A, C, B qrupu, PP kimi vitaminlər və kalium, kalsium, maqnezium, fosfor, marqans, sink, dəmir kimi minerallarla zəngindir. Bu vitaminlər ürək-damar, qlaukoma və varikoz xəstəliklərinin müalicəsində əvəzsiz rol oynayır. Bundan başqa, pomidor beyində “xoşbəxtlik hormonu” adlandırılan “serotonin”in ifrazını artırır.

Məlumatı “Medikforum” yayıb.

Almaniya

Loqo dəyişdirildiAlmaniyanın

“Opel” avtomobil şirkəti loqosu-nu dəyişdirib. Məlumata görə, yeni loqo ilk dəfə “Opel Mokka” modelində istifadə edilib. Bildiri-lib ki, yeni loqoda “Opel” sözü çərçivənin alt qisminə yerləşdirilib.

Qeyd edək ki, avtomobil şirkətinin keçmiş loqosu çevrə və üzərindəki şimşək ikonundan ibarət idi.

Xəbəri “Autonews” verib.

İtaliya

Ronaldodan yeni rekord Turinin “Yuven-

tus” futbol klubu-nun hücumçusu Kriştianu Ronaldo daha bir rekorda imza atıb. O, İtali-ya çempionatının 34-cü turunda “A” Seriyasındakı 50 və 51-ci qolları-

nı vurub. Bununla da Ronaldo İtaliya çempionatında 50 qol limitini ən tez keçən futbolçu kimi tarixə düşüb. O, bu nailyyəti 61 oyuna əldə edib.

Qeyd edək ki, Ronaldo bu göstərici ilə “Milan”ın əfsanəvi futbolçusu Andrey Şevçenkoya məxsus rekordu yeniləyib. A.Şevçenko 50 qol limitinə 69 qarşılaşmada nail olmuşdu.

Xəbəri “Football.ua” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

Âİyulun 23-də ÂBakıda və Abşeron yarımadasında

dəyişkən buludlu olacağı, arabir tutulaca-ğı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Gecə 22-25, gündüz 29-33, Bakıda gecə 22-24, gündüz 29-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27 dərəcəyə çatacaq.

ÂNaxçıvan Muxtar Respublikasında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Gecə 18-23, gündüz 30-35 dərəcə isti olacaq.

ÂYuxarı Qarabağ: Xankəndi, Şuşa,

Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağaca-ğı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər saatlarında duman olacaq.Şərq küləyi əsəcək. Gecə 10-15 , gündüz 18-22 dərəcə isti olacaq.

ÂQazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonla-rında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Gecə 19-23, gündüz 28-32 dərəcə isti olacaq.

ÂBalakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağaca-ğı gözlənilir. Axşam ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağlı, dolu

düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Gecə 15-20, gündüz 23-28, dağ-larda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

ÂMərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Gecə 20-24, gündüz 27-32 dərəcə isti olacaq.

ÂMasallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarak-terli olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Gecə 20-24, gündüz 25-30 , dağlarda gecə 18-20, gündüz 23-27 dərəcə isti olacaq.

12

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun rəhbərliyi və kollektivi respublika hərbi prokurorunun müavini Fuad Məmmədova əzizi

TALEH ƏHMƏDOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər.

Asif Əsgərov Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinin rəisi Təbriz Həsənova anası

NABAT XANIMIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.

Pirallahı rayonundan Vasif İmanov Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadəyə qızı

NİGAR XANIMIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.

Pirallahı rayonundan Vasif İmanov Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinin rəisi Təbriz Həsənova anası

NABAT XANIMIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universite-tinin rektorluğu və professor - müəllim heyəti teatrşünaslıq kafedrasının professoru İsrafil İsrafilova, dram teatrı və kino aktyoru kafedrasının dosenti Fərhad İsrafilova qardaşı

CƏBRAYIL İSRAFİLOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər.

ALLAH RƏHMƏT ELƏSİN

Liviya XİN: Misir parlamentinin qərarı Tripoliyə müharibə elan etmək deməkdir

Nazirin sözlərinə görə, Qahirənin bu addımı Ərəb Dövlətləri Liqası və BMT çərçivəsində qəbul olunmuş sazişlərə də ziddir: “Liviyalılar öz ölkələrinin su-verenliyini, təhlükəsizliyini və azadlığını qorumaqda qərarlıdırlar”.

Xatırladaq ki, bu günlərdə Misir parlamenti qonşu Liviyaya hərbi qüvvə yeridilməsi ilə bağlı qərar qəbul edib. Parlamentin spikeri Əli Əbdül Aalanın sədrliyi ilə keçirilmiş qapalı iclasda Pre-zident Əbdül Fəttah əs-Sisiyə ölkənin təhlükəsizliyini qorumaq üçün hər cür

tədbir görmək səlahiyyəti verilib. Misirin Liviyaya qoşun yeritmək

barədəki qərarından Almaniya da narahatlığını bildirib. Bu barədə ölkənin XİN başçısı Hayko Maas bəyan edib: “Hərbçilərin göndərilməsi barədə qərarı bəyənmək olmaz, çünki bu cür addımlar gələcəkdə vəziyyətin gərginləməsinə gətirib çıxaracaq”.

Diplomat deyib ki, Almani-ya hökuməti Liviyada vəziyyətin sabitləşməsi üçün səylər göstərir: “Münaqişənin gərginləşməsinin qarşı-

sını almaq üçün Liviyanın Sirt və Cufra şəhərləri ətrafında silahsız zona yaradıl-malıdır”.

Maas, eyni zamanda, atəşin dayan-dırılmasına nail olmaq üçün tərəfləri 5+5 formatında danışıqlara qayıtmağa çağırıb. Onun fikrincə, bu, siyasi nizam-lamaya yol aça bilər.

Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın da məsələyə münasibət bildirərək qeyd edib ki, ölkəsi Liviyanın bölünməsinə gətirib çıxaracaq bütün variantlara qarşıdır: “Biz Liviyanın da-ğılmasına qarşıyıq. Bu, dağıdıcı ssenari olacaq. Biz belə halları İraqda, Suriyada və digər yerlərdə görmüşük. Bundan dərs götürməliyik”.

Kalın Ankaranın Liviyanın qa-nuni hökumətinə dəstəyini davam etdirəcəyini bildirib.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

ABŞ Çindən konsulluğu bağlamağı tələb edib

� RİA “Novosti” agentliyinin yaydığı məlumata görə, Birləşmiş Ştatlar hökuməti Çin Xalq Respublikasından Hyuston şəhərindəki Baş Konsulluğunu bağlamağı tələb edib.

Çinin Xarici İşlər Nazirliyi Vaşinqtonun rəsmi Pekin qar-şısında belə bir tələblə çıxış etdiyini açıqlayıb.

Qeyd edək ki, ABŞ-Çin münasibətləri son aylarda xüsusilə kəskinləşib. Bir neçə gün öncə Çin Xalq Respub-

likasının Xarici İşlər naziri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla telefon danışığında ABŞ-ı sərt tənqid etmişdi.

Van İ qeyd etmişdi ki, ABŞ digər ölkələri gözdən salmaq üçün koronavirus pande-

miyasından istifadə edir. O, həmçinin, bildirmişdi ki, ABŞ birtərəfli fəaliyyət, eqoizm və hədə-qorxu siyasətini ifrat

həddə gətirir.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

Uruzqan əyalətinin polis məntəqəsinin nümayəndəsi Zarqay İbadi telekanala

açıqlamasında bildirib ki, yol kənarında quraşdırılmış bombanın partladılması

nəticəsində həlak olanlar arasında Has Uruzqan rayo-nunun polis rəisi Dad Qul da var.

Mənbə qeyd edir ki, Əfqanıstanda sülh prose-sinin başlamasına baxma-yaraq, “Taliban” hərəkatı ilə hökumət qüvvələri arasında qarşıdurma davam edir. Cari il fevral ayının sonlarında Qətərdə ABŞ və “Taliban” nümayəndələri arasında 18 ildən çox davam edən müharibə ərzində ilk sülh sazişi imzalanıb. Saziş 14 ay ərzində xarici hərbi qüvvələrin ölkədən çıxarılma-

sını və tərəflər arasında dia-loqun başlamasını nəzərdə tutur. Həmçinin sənədə əsasən, “Taliban” hərəkatı və Əfqanıstan hökuməti ara-sında danışıqlar və atəşkəs rejimi başlanmalıdır.

Ölkə ərazisində İŞİD qruplaşmasının da fəallığı artıb. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri beynəlxalq koalisi-yanın hərbi dəstəyi ilə bütün ölkə boyu birgə əməliyyatlar keçirirlər.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

B İ L D İ R İ ŞAzərbaycan Respublikasının Mərkəzi Bankıinzibati binalarında quraşdırılmış darvazalar üçün avtomatik

qolların satın alınması məqsədilə keçirilən kotirovka sorğusuna aid satınalmalar komissiyasının 1 iyul 2020-ci il tarixli qərarına əsasən fiziki şəxs Nağıyev Mərifət Hafiz oğlu qalib elan edilmişdir.

Qalib şəxslə müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Satınalmalar komissiyası

Misir parlamentinin Liviyaya qoşun yeridilməsi haqqında qərarı Tripoliyə qarşı müharibə elan etmək deməkdir. Belə bir bəyanatla Liviyanın Xarici İşlər naziri Fəthi Başaqa çıxış edib. Məlumatı “Anadolu” verib.

Dünyada koronavirusa yoluxanların sayı 15 milyonu ötüb

Bildirilir ki, hazırda bütün dünyada koronavirusa yolu-xanların sayı 15 milyon 101 minə, ölənlərin sayı isə 619 min 647 nəfərə çatıb. Eyni zamanda, 9 milyon 118 min nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 5 milyon 363 min xəstədən 63 min 634-nün vəziyyəti ağır qiymətləndirilir.

Mənbə qeyd edir ki, ABŞ COVID-19 xəstəliyindən ölənlərin sayına görə dünya lideridir – 144 min 953 nəfər. İlk beşliyə daxil olan Braziliyada 81 min 597, Birləşmiş Krallıqda 45 min 422, Meksikada 39 min 485, İtaliyada isə 35 min 73 nəfər koronavirus səbəbindən həyatını itirib.

Qeyd olunur ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də ölkənin mərkəzi Hubey əyalətinin Uhan şəhərində naməlum virusun yayılmağa başladığı barədə ÜST-ü məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu müəyyən ediblər. Bu il martın 11-də yeni koronavirus infeksi-yasının yayılması pandemiya elan olunub.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

“Tolo News” telekanalının yaydığı məlumata görə, Əfqanıstanın Uruzqan əyalətində baş verən partlayış nəticəsində hüquq-mühafizə orqanları-nın yeddi əməkdaşı həlak olub.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamasına görə, dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 15 milyon nəfəri, sağalanların sayı isə 9 milyon nəfəri ötüb. Bu barədə “Worldmeters” saytı məlumat yayıb.

Rusiyada anomal istilərHəftənin sonuna kimi Rusiyanın Avropa hissəsinin

şimalında, Uralda və Yakutiyada anomal istilər gözlənilir.

TASS-ın məlumatına görə, Rusiya Hidrometeorologiya Mərkəzinin aparıcı mütəxəssisi Roman Volfand bildirib ki , bu yerlərdə temperatur iqlim normasından yüksək olacaq.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Əfqanıstanda daha yeddi polis əməkdaşı terrorun qurbanı olub

İspaniya Avropa İqtisadiyyatın Bərpası Fondundan 140 milyard avro alacaq

Mənbənin məlumatına görə, bu bəyanatla ölkənin Baş Naziri Pedro

Sançes çıxış edib. O deyib: “Bu, Avropa və İspaniya üçün böyük razılaşmadır”.

Qeyd edilir ki, Avropa ölkələrinin liderləri beş gün çəkən gərgin danı-şıqlardan sonra qitə üçün pandemiya nəticəsində yaranmış iqtisadi böhranla mübarizə mexanizmini bəyəniblər.

Bildirilir ki, sözügedən vəsaitin 72 milyard 700 milyon avrosu birbaşa yardım formasında, qalanı isə kredit şəklində veriləcək.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

“Euronews” agentliyinin yaydığı məlumata görə, İspaniya hökuməti COVID-19 pandemiyasından sonra Avropa İqtisadiyyatın Bərpası Fondundan təqribən 140 milyard avro alacaq.