MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ...

72
Anar Həsənli MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ DƏYƏRLƏRİN İNKİŞAF XÜSUSİYYƏTLƏRİ Bakı - 2014

Transcript of MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ...

Page 1: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anar Həsənli

MÜASİR ŞƏRAİTDƏAZƏRBAYCANDA DİNİ-MƏDƏNİ DƏYƏRLƏRİN

İNKİŞAF XÜSUSİYYƏTLƏRİ

Bakı - 2014

Page 2: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Elmi redaktor:Sakit Hüseynov - AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun “Dinşünaslıq vo mədəniyyətin fəlsəfi problemləri” şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru, professor

Rəyçilər:Əli Abbasov - AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun “Müasir fəlsəfə problemləri” şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru, professorFüzuli Qurbanov - AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun “İdrak nəzəriyyəsi və elmin fəlsəfəsi” şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru, professorAydın Əlizadə - AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun “Dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri” şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru, dosent

Л.Həsənli: “Müasir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı, 2014,144 səh.

Monoqrafiya Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 2013-cü il 11 fevral tarixli, 60 saylı əmrinə əsasan, Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adma Əlyazmalar İnstitutunun nəzdində yaradılmış birdəfəlik dissertasiya şurasının 2013-cü il 15 may tarixli iclasında nəşrə tövsiyə edilmişdir.

Monoqrafiyada müasir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri, ideya-fəlsəfi paradiqması araşdırılmış, insanların həyat tərzinə dini- mədəni dəyərlərin təsiri, qloballaşma şəraitində Azərbaycanda dini tolerantlığın vəziyyəti, Azərbaycan gerçəkliyinin dini-mədəni dəyərlər müstəvisində mümkün mənzərəsi təhlil edilmiş, əldə olunmuş nəticələrə əsasən təklif və tövsiyələr verilmişdir. Monoqrafiya doktorantlar, elmi işçilər, müəllimlər, ali məktəb tələbələri, habelə ictimai-siyasi fikrimizi, mədəniyyətimizi öyrənən, xüsusilə bu problemlə məşğul olan mütəxəssislər, humanitar sahədə çalışan şəxslər üçün faydalı vəsait ola bilər.

©Л. V.Həsənli, 2014

ISBN 978-9952-8240-7-0

Page 3: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

M üasir şaraitda Azarbaycanda dini-madam dayarlarin inkişa f xüsusiyyatlari

MÜNDƏRİCAT

Ön s ö z ................................................................................................... 7G iriş.................................................................................................... 11

I FəsilDini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri və onlara

münasibət

1.1. Azərbaycanda dini-mədəni dəyərlər tədqiqat obyekti k im i. . . 141.2. Qloballaşma şəraitində həyat tərzinə sosial-fəlsəfi və dini-

mədəni baxışlar..............................................................................301.3. Müasir Azərbaycanın inkişafında dini-mədəni dəyərlərin

transformasiyası............................................................................ 49

II FəsilMüasir dövrdə dini-mədəni dəyərlərinin inkişaf problemləri

2.1. Sivilizasiyalararası dialoqun təşəkkülü dini-fəlsəfi aspektdə . . 732.2. Azərbaycanda dini tolerantlıq yeni m üstəvidə..........................972.3. Qloballaşma şəraitində Azərbaycanın dini-mədəni dəyərləri

və ideya fəlsəfi paradiqması....................................................... 118

N əticə.....................................................................................................128Ədəbiyyat siyahısı..............................................................................134

- 5 -

Page 4: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

M üasir şəraitdə Azərbaycanda dini-m ədəni dəyərlərin inkişa f xüsusiyyətləri

ön söz

Ən qədim sivilizasiya mərkəzlərindən biri olan Azərbaycanda elmin zəngin inkişaf tarixi və ənənələri vardır. Azərbaycan alimləri əsrlər boyu antik dünya elmi irsinin müasir Avropaya çatdırılmasında yaxından iştirak edərək, Şərqlə Qərb arasında elmin varislik əlaqələrinin qorunub saxlanması işinə dəyərli töhfələr vermiş, elmi təfəkkürün müxtəlif sahələrində yaratdıqları dəyərli əsərlərlə bəşəriyyətin elmi-mədəni yüksəlişinə böyük töhfələr vermişlər.

Artıq 20 ildən çoxdur ki, müstəqillik əldə etmiş Azərbaycanda dini-mədəni köklərimizə qayıdış, milli tariximizə həqiqi və obyektiv baxış, milli-mənəvi dəyərlərə hörmətlə yanaşılması çox mühüm uğurlarımızdandır. Müstəqillik əldə etdikdən sonra Azərbaycan dini, milli və etnik tolerantlıq sahəsində əhəmiyyətli uğurlar qazanmışdır. Dövlət tərəfindən atılan məqsədyönlü addımlar dinindən, millətindən, irqindən asılı olmayaraq Azərbaycan xalqının bütün dövrlərdə mehriban ailə, dost, qardaş olaraq yaşamaq ənənələrini daha da möhkəmləndirmişdir. Ümumilikdə, Azərbaycan dövləti tərəfindən mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə həm beynəlxalq, həm də milli səviyyədə həyata keçirilən tədbirlər ölkəmizin beynəlxalq arenada nüfuzunu artırmaqla yanaşı, xalqımızın milli həmrəyliyini daha da möhkəmləndirir və Azərbaycanı dünya mədəniyyətlərini qovuşduran bir məkan kimi beynəlxalq aləmə təqdim edir.

Azərbaycan bu gün sürətlə hərtərəfli inkişaf edərək dünya sivilizasiyasına inteqrasiya etməkdədir. Müasir inteqrasiya prosesi isə çoxtərəfli olması və mürəkkəbliyi ilə səciyyələnir. Bunu nəzərə alan ölkə rəhbərliyi inteqrasiya siyasətini həyata keçirərkən bu prosesin bütün detallarını diqqətdən qaçırmır və bu yolda səmərəli üsullardan istifadə edir. İnteqrasiya prosesini demək olar ki, bütün digər ölkələr də keçməkdədir. Çünki bu proses artıq başlayıb və onu geri qaytarmaq mümkün deyil.

- 7 -

Page 5: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anar Həsənli

Artıq Azərbaycan Respublikası ikitərəfli və çoxtərəfli münasibətlərdə etibarlı tərəfdaş, beynəlxalq təhlükəsizlik və enerji sektorunda mühüm söz sahibi, dünyada multikulturalizm və tolerantlıq örnəyi, sivilizasiyalararası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınır və qəbul edilir. 2011-ci ilin sonlarında 155 ölkənin etimadı ilə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri- daimi üzv seçilməsi, 2012-ci ilin əvvəllərində isə Meksikada “Böyük iyirmiliyin” sammitinə dəvət edilən 10 ölkədən biri və MDB məkanından yeganə dövlət olması ölkəmizin böyük siyasi- diplomatik qələbəsi və beynəlxalq nüfuzunun birmənalı etirafıdır.

Sivilizasiyaların qovuşuğunda yerləşən və birləşdirici körpü rolunu oynayan Azərbaycanda elmi fikir hazırda müasir elmi-nəzəri düşüncənin nailiyyətləri ilə sintez olunaraq tam yeni mərhələyə qədəm qoymuşdur.

Lakin qeyd olunmalıdır ki, bu gün sürətlə dəyişən və ziddiyyətli təzahürləri ilə qloballaşan dünyada son dərəcə mürəkkəb proseslər baş verir. Yaşamaqda olduğumuz müasir gerçəklik elədir ki, gələcəyi proqnozlaşdırmadan, qlobal çağırışları qiymətləndirmədən uğurlu inkişafa nail olmaq qeyri-mümkündür. Bütün bunlar növbəti mərhələdə nəzərdə tutulmuş milli hədəflərin reallaşdırılması üçün yeni konsepsiya və strategiyanın hazırlanmasını, fundamental inkişaf istiqamətlərinin müəyyənləşdirilməsini, hadisələrə konseptual yanaşmanı zərurət kimi qarşıya qoyur. Bu baxımdan, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Prezident İlham Əliyevin Sərəncamı müstəsna rol oynayacaq tarixi bir hadisədir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası zəncirvari bağlı olan bütün əsas istiqamətləri həm öz- özlüyündə, həm də bir-biri ilə uzlaşdırılmış şəkildə əhatə edəcək və başlıca məqsəd olan “davamlı inkişaf’ probleminə konseptual baxış və yanaşma imkanı yaradacaqdır.

Yüksək dünya standartlarına cavab vermək, yeniliyi qəbul etmək və təbliğ etmək qarşıya qoyulan əsas vəzifələrdəndir. Dünya məkanına inteqrasiyanın Azərbaycana ancaq xeyir və fayda gətirməsi isə bu

8 -

Müasir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri

məkanda aparılan düzgün və ardıcıl siyasətdən asılıdır. Qloballaşma kimi böyük bir prosesin daxili və ayrılmaz komponenti olan inteqrasiya yolunda milli-mənəvi, dini dəyərlərin özünəməxsusluğunun qorunub saxlanması və varislik prinsipi əsasında gələcək nəsillərə çatdırılması böyük və gərgin zəhmət tələb edir.

Qeyd edək ki, qloballaşma şəraitində Azərbaycanda dini-mədəni dəyərlərin tədqiqi Azərbaycan alimlərinin mühüm vəzifəsidir. İslam dini və onun əxlaqi keyfiyyət və dəyərlərinin Azərbaycan mədəniyyətində yeri, rolu, nəsildən-nəslə ötürülməsi, onun dövlətçilik ənənələrimizin formalaşmasına təsiri və s. problemlərin tədqiqi bu gün xüsusi aktuallıq kəsb edir.

Qloballaşma elə bir prosesdir ki, bu zaman tutduğu mövqeyindən asılı olaraq milli-mənəvi dəyərlərin tənəzzül etməməsi və aşınmaması istiqamətində hər bir vətəndaş öz vəzifəsini yerinə yetirməli, bu yöndə bütün bilik və bacarığını səfərbər etməlidir. Bu məsələ həm də öz növbəsində tədqiqatçı alimlərimizi də narahat etməli, onlar məntiqi fikir və ideyalarını irəli sürməlidirlər. Doğrudur, bu istiqamətdə bəzi tədqiqat işləri aparılmış, bir çox kitablar yazılmışıdır. Lakin bütün bunları hələ kifayət hesab etmək olmaz. Əsas aktuallıq kəsb edən odur ki, necə etmək lazımdır ki, bizim milli- mənəvi dəyərlərimiz, əxlaqi qaydalarımız dünyanı öz ağuşuna almış bu qloballaşma prosesini daha da zənginləşdirsin, ona bir növ öz töhfəsini versin. Ancaq əksər ölkələrin timsalında bunun şahidi oluruq ki, qloballaşma prosesi ayrı-ayrı mədəniyyətlərə, millətlərin özünə xas dəyərlərinə müəyyən zərbə vurmuş, yad elementlərin milli mədəniyyətlərin tərkibinə daxil olmasına şərait yaratmış, bu mədəniyyətlərin zəifləməsi istiqamətində həm uğurlu, həm də uğursuz cəhdlər edilmişdir.

Azərbaycanın beynəlxalq aləmlə münasibətlərinin, dünyanın m üstəqil d ö v lə tlə rin in ailəsinə in teqrasiyasın ın aparıcı istiqamətlərini, milli maraqlara xidmət edən suveren inkişaf yolunu müəyyənləşdirərkən ümummilli lider Heydər Əliyevin hansı prinsiplərə, əməkdaşlığın hansı forma və mexanizmlərinə, inteq­

- 9 -

Page 6: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anar HasanIi

rasiyanın mövcud olan nə kimi nəzəri və praktiki modellərinə üstünlük verməsi, onun siyasi kursunda qloballaşma amilinin yeri və rolu, dünya siyasəti üçün nümunə ola biləcək xüsusiyyətləri - bütün bunlar araşdırılmasını gözləyən məsələlərdəndir.

Ayrı-ayrı dini təriqətlərin cəmiyyətə yol açması,' qadağan olunmuş kitab və nəşrlərin xüsusi yollarla insanlar arasında yayılması, ideoloji təsir vasitəsilə insanların çaşdırılması, geyim, qida, memarlıq və s. mədəniyyətində millətimizə xas olmayan cəhətlərin təbliği - vaxtında qarşısının alınması, zəruri təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini tələb edən vacib məsələlərdəndir. Ancaq bu yolla insanları inkulturasiya və akkulturasiya arasında tərəddüd etməkdən qurtarmaq mümkündür.

Bəşəriyyət qarşısında duran və həmişə insanları düşündürən, neçə əsrlər ərzində öz aktuallığını itirməyən ümumbəşəri fəlsəfi problemlərlə yanaşı konkret ictimai-siyasi mühitin xüsusiyyətlərindən, dövrün sosial-siyasi mühitindən, milli özünüdərkin konkret səviyyəsindən doğan yüzlərlə aktual problemlər ortaya çıxır ki, onların elmi-fəlsəfi təhlili vacib olur.

Milli-mənəvi dəyərlərin araşdırılması ilə bağlı tədqiqatlar son zamanlar artsa da, müasir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətlərinin sistemli təhlilini verən tədqiqatlara ehtiyac duyulur. Bu baxımdan qloballaşma yolunda əzmlə addımlamaq üçün milli-mənəvi dəyərlərimizdən yararlanmaq, sivilizasiyalı cəmiyyətin qurulmasında böyük əzm nümayiş etdirmək və bu yolda milli stereotipləri yaddan çıxarmamaq, dini, mədəni fərqlərə qarşı dözümlülük, milli dəyərlərə böyük önəm verərək tolerantlığın möhkəmlənməsi və davamlı inkişafa təminat yaradılması məqsədilə müəllif Anar Vaqif oğlu Həsənlinin monoqrafiyası göstərilən məsələlərin araşdırılması istiqamətində atılan dəyərli addımlardan biri kimi qiymətləndirilə bilər.

Fəlsəfə üzrə elmlər doktoru, professor İzzət Rüstəmov

- 10-

Müasir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri

GİRİŞ

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 may 2009-cu il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və həmin Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı təsdiq edilmişdir. Bununla da Azərbaycan elminə zamanın tələblərini, cəmiyyətimizin ehtiyaclarını ödəmək, yeni inkişaf səviyyəsi əldə etmək üçün daha geniş imkanlar, etibarlı zəmin yaradılmışdır. Dövlət Proqramı ilə eyni zamanda, konkret məqsədlər və vəzifələr, m əsuliyyət dərəcəsi müəyyənləşdirilmişdir. Azərbaycanın intellektual inkişafının, insan kapitalının artmasının prioritet məsələ kimi öndə tutulmasını və həyata keçirilməsini təminatlandıran Milli Strategiya və Dövlət Proqramı ictimai, humanitar elmlərin qarşısında da ciddi və təxirəsalınmaz vəzifələr qoymuşdur ki, burada gənc alimlərin, tədqiqatçıların üzərinə xüsusi yük və məsuliyyət düşür.

Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin silsilə yazılarında, o cümlədən ictimaiyyətin, xüsusilə elm adamlarının diqqətinə səbəb olmuş istiqamətverici xarakterli “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” məqaləsində ölkəmizdə fəlsəfi fikrin bu gün müəyyən böhran keçirdiyi, əsas səbəbi isə fəlsəfə sahəsində tədqiqatların sosial praktikadan, bütövlükdə ictimai həyatın aktual problemlərindən və tələbatlarından uzaq olması qeyd olunur, bundan çıxış yolu kimi fəlsəfi tədqiqatların aparılması sahəsində prioritet istiqamətlərin müəyyən edilməsi vacib bilinir.

Hazırkı monoqrafiya işi “Azərbaycan Respublikasında 2009- 2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və həmin Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramının məqsəd və vəzifələrindən irəli gələn milli-mənəvi dəyərlərin, Azərbaycan mədəniyyəti və tarixinin obyektiv, konseptual və kompleks şəkildə, o cümlədən xalqımıza məxsus milli-mənəvi dəyərlərlə bağlı istiqamətlərdə bir çox məsələləri yenidən

- 11 -

Page 7: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anar Həsənli

azərbaycançılıq məfkurəsi mövqeyindən araşdırılması istiqamətində atılan addımlardan biri hesab oluna bilər. Bu mənada tədqiqat işinin əsas məqsədlərindən biri müasir dövrdə Azərbaycanda dini-mədəni dəyərlərimizin inkişaf xüsusiyyətlərini sistemli və tam halında tədqiq etməkdir. Bu gün Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlətin bərqərar olduğu bir vaxtda xalqımızın min illər boyu bizə irs qoyduğu dəyərli dini-mədəni dəyərlərin inkişafının tədqiqi cəmiyyətimizin gələcək inkişafı üçün müstəsna əhəmiyyət kəsb edir.

Dini-mədəni dəyərlərimiz mövzusunda Azərbaycanda son illər ərzində xeyli sayda elmi əsərlər yazılmış, araşdırmalar aparılmışdır. Sadalanan problemin ayrı-ayrı aspektləri tədqiqat obyektinə çevrilsə də, müasir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf tendensiyaları tam bütöv halında, sistemli şəkildə tədqiqata cəlb edilməmişdir.

Heç də təsadüfi deyil ki, Azərbaycanda dini-mədəni dəyərlərin tədqiqinə həsr olunan bu əsərin oxucularının diqqətinə ölkəmizin “Dünyada 5 ən tolerant dövlət” sərlövhəli məqalədə ən tolerant ölkələr sırasına daxil edilməsi onun əhəmiyyətini bir qədər də artırmış olur.

Oxuculara təqdim olunan əsərin qarşısında duran əsas məqsəd Azərbaycanda qloballaşma şəraitində dini-mədəni dəyərlərin inkişafının sistemli təhlilinin verilməsi əsasında müasir sosial- iqtisadi inkişafımızla həmahəng səsləşən cəhətləri üzə çıxarmaqdan, qabarıq şəkildə işıqlandırmaqdan ibarətdir. Bu məqsədlə aşağıdakı vəzifələrin yerinə yetirilməsi diqqət mərkəzində götürülmüşdür:

- Azərbaycan elmində dini-mədəni dəyərlər məsələsinin qoyuluşunu araşdırmaq;

- qloballaşma şəraitində Azərbaycanın dini-mədəni dəyərlərinin inkişaf xüsusiyyətlərini öyrənmək;

- dini dəyərlərin insanların həyat tərzinə təsirini öyrənmək;- sivilizasiyalararası dialoqun təşəkkülünü dini-fəlsəfi aspektdə

araşdırmaq;

- 12 -

Müasir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri

- qloballaşma şəraitində Azərbaycanda dini tolerantlığın vəziyyətini təhlil etmək;

- müasir dövrdə Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf problemlərini öyrənmək;

- müasir proseslərdə Azərbaycanın ideya-fəlsəfi paradiqmasını açıqlamaq.

Əsərin aktuallığı bu gün dünyada baş verən və sürətlə dünyanın həm mədəni, həm siyasi mənzərəsini dəyişən qlobal proseslərlə əlaqədardır. Belə ki, müasir ictimai inkişafın determinantına çevrilmiş qloballaşma, informasiya cəmiyyətinə keçid və s. proseslər ауп-ауп millət və dövlətlərin bu proseslərə fəal qoşulması ilə yanaşı onlar qarşısında bir sıra ciddi vəzifələr də qoyur. Bu vəzifələrə aid olaraq dini-mədəni dəyərlərin ciddi elmi təhlili, digər dini-mədəni dəyərlərə tolerantlıq problemlərini aid etmək olar. Onların öyrənilməsi bir tərəfdən, milli-mənəvi dəyərlərin qorunması, digər tərəfdən isə, qlobal məkana inteqrasiya prosesində düzgün istiqamətlənməyə yardımçı ola bi lər.

Hörmətli oxuculara təqdim olunan bu kitab yuxarıda qısaca işıqlandırmağa çalışdığımız qayələrdən, Azərbaycanda dini-mədəni dəyərlərin mövcud durumuna münasibətdən və onların gələcəyi barədə düşüncələrdən yaranmışdır.

Müəllif bu kitaba ön sözü yazan Bakı Dövlət Universitetinin Sosiologiya kafedrasının müdiri, fəlsəfə üzrə elmlər doktoru, professor İzzət Rüstəmova, dəyərli elmi məsləhətlərinə görə, fəlsəfə üzrə elmlər doktoru, professor Sakit Hüseynova, fəlsəfə üzrə elmlər doktoru, professor Əli Abbasova, fəlsəfə üzrə elmlər doktoru, dosent Aydın Əlizadəyə, kitabın çap olunmasında əməyi olan Hacı Nicat İsgəndərova və Kamalis Nağıyevə dərin təşəkkürünü bildirir.

- 13 -

Page 8: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anar Həsənli

I FƏSİL

DİNİ-MƏDƏNİ DƏYƏRLƏRİN İNKİŞAF XÜSUSİYYƏTLƏRİ

VƏ ONLARA MÜNASİBƏT

1.1. Azərbaycanda dini-mədəni dəyərlər tədqiqat obyekti kimi

Hər bir xalqın, millətin, dövlətin varlığının ifadəsi olan ideyaların , dünyagörüşünün, həyat və düşüncə tərzin in deformasiyaya uğraması ilə həmin birliyin tənəzzülü başlayır. Tarix sübut edir ki, ən güclü sistemlərin məhvi sosiomədəni və siyasi mədəni məkanda yaşayan insanlar üçün ümumi olan mənəvi dəyərlərin, ideyaların radikal transformasiyasının mənəvi davamı kimi meydana çıxır.

Müstəqillik əldə etmiş Azərbaycanda dini və milli köklərə qayıdış, milli tariximizə həqiqi və obyektiv baxış, dilimizin saflığı uğrunda mübarizə əldə olunmuş nailiyyətlərin ən başlıcasıdın Müasir Azərbaycanda demokratik prinsiplərin bərqərar olması, hüquqi dövlətin formalaşması dövlətimizin qlobal beynəlxalq aləmə inteqrasiyası şəraitində dinin, xüsusilə islamın mədəniyyətə təsirinin ö y rən ilm əsi, m üasir insan ın m ənəv iyyat p rin sip lərin in formalaşmasına, onun daxilən zənginləşməsinə təsirinin öyrənilməsi mühüm nəzəri və praktiki əhəmiyyət kəsb edir.

Ancaq belə qloballaşma şəraitində öz dini-mədəni dəyərlərini qoruyub saxlamaq, milli özünəməxsusluğu, milli çalarları gözləmək, min illər boyunca formalaşa-formalaşa bu günə qədər gəlib çatmış dəyərlərə sadiq qalaraq inkişaf prosesinin bütün istiqamətlərində onlara bir daha sahib çıxmaq əsas məsələlərdən biridir. Buna hər bir millətini sevən vətəndaş çalışmalı, milli mədəniyyəti aşınma və tənəzzüldən hifz olunması yönündə öz bacarığını ortaya qoymalıdır.

Bu gün Azərbaycanda aparılan bütün islahatların kökündə dini-

- 14-

Miitmir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətbri

mədəni dəyərlərin qorunmasına üstünlük verilir, yüksək texnologiyalar, dünya standartları fövqündə milli çalarların qabardılmasına diqqət yetirilir. Bu özünü hər yerdə: elmdə, təhsildə,

[ mədəniyyətdə, məişətdə, memarlıqda, musiqidə, rəngkarlıqda, şəhərsalmada, texnologiyalarda və s. özünü biruzə verir. Ölkə

i Prezidenti cənab İlham Əliyev iştirak etdiyi bütün açılış tədbirlərində belə bir məsələni iş adamlarının nəzərinə çatdırır ki, tikinti işlərində həmişə milli omamcntləriıı gözlənilməsi önə çəkilməlidir. Bəzən belə

< hallar da olmuşdur ki, tikilib hazır olmuş və istifadəyə verilmiş tikililərdə sonradan milli omamentlər əlavə edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti 2012-ci ildə Nazirlər Kabinetinin iclasında qida mədəniyyəti ilə bağlı telekanallardakı

: mətbəx verilişlərinə toxunaraq bildirmişdir: “Bizim televiziya kanallarımız, demək olar ki, onların hamısı indi belə verilişlər, yəni mətbəxlə, yeməklərin bişirilməsi, hazırlanması ilə bağlı verilişlər təqdim edirlər, birincisi onu demək istəyirəm ki, bu da xaricdən gələn

! bir meyildir. O ölkələrdə ki, evlərdə yemək bişirilmir, onlar üçün bəlkə bu, daha da aktualdır. Təbii ki, Azərbaycanda evlərdə bişirilən yemək, indi istənilən restorandan daha da yaxşıdır, ləzzətlidir, amma bu, bir dəbdir, bizə do gəlib çatıb. Mən etiraz etmirəm, olsun. Ancaq bir şərtlə ki, orada göstərilən reseptlər və yeməklərin bişirilmə

: qaydaları insanların sağlamlığına mənfi təsir göstərməsin. Mən o verilişlərə hərdənbir baxıram və bəzi hallarda çox ürək ağrısı ilə görürəm ki, indi yağın içində üzən yeməklər təbliğ edilir. Axı olmaz. Bu yeməkləri gündə yeyən insan xəstələnəcək. Yəni, nə qədər gülməlidirsə, bir o qədər də faciəvidir. Doğrudan, biz sağlam həyat tərzini təbliğ edirik. İnsanları pis vərdişlərdən çəkindinnəyə çalışırıq, idmanı təbliğ edirik, siqaret çəkənə də müsbət münasibət ola bilməz. Alkoqollu içkilərə aludə olanlar qınaq obyektinə çevrilməlidir. Belə olan halda, bizim bəzi kanalların insanlara verdikləri təkliflər əlbəttə ki, çox məyusedicidir. Mən özəl kanalların siyasətinə qarışmaq fikrində deyiləm. Ancaq məsləhət verə bilərəm ki, insan orqanizmi üçün sağlam reseptləri daha çox tətbiq etsinlər” [10].

- 15-

Page 9: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anar IInsonli

Bu gün dini-mədəni dəyərlərin dərindən öyrənilməsi, təbliği, əsaslandırılması məqsədilə xeyli sanballı əsərlər yazılır, tədqiqatlar aparılır, məqalələr işıq üzü görür, rəy sorğuları keçirilir, televerilişlər hazırlanır, konfranslar həyata keçirilir.

2011-ci il avqustun 12-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında açdığı iftar süfrəsində çıxış edən Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycanda din-dövlət münasibətləri çox yüksək səviyyədədir, ölkəmizdəki bütün xalqların, dinlərin nümayəndələri rahat, dostluq, qardaşlıq şəraitində yaşayır və bu bizim dövlətimizin gücünü daha da artırır. Cənab Prezident Azərbaycanda islam dininə olan hörmətin bütün başqa dinlərə olan ehtiramla tamamlandığını, ölkəmizin dünya miqyasında dinlərarası və mədəniyyətlərarası dialoq məkanına çevrildiyini vurğulamışdır [34].

Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasmın rəhbəri Aleksandr, Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Semyon İxiilov, Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Alban-Udin Xristian İcmasının sədri Robert Mobilinin bütün dinlərə eyni səviyyədə hörmət və ehtiramın göstərildiyi Azərbaycanın beynəlxalq aləmdə dinlərarası dialoqun yüksək inkişaf etdiyi ölkə kimi tanındığını bildirmələri ölkəmizdə bərqərar olan yüksək dini tolerantlığa bariz misal ola bilər [34]. Bütün dinlərə hörmətin ifadəsi olan tolerantlıq şəraitində İslamın yayıldığı regionlarda əks etdiyi xüsusiyyətlər, xalqların mənəvi- mədəni dünyasına təsiri, insan hüquq və azadlıqlarının təmin olunmasını ali məqsəd sayan dövlətimizdə dini etiqad azadlığının gerçəkləşməsi mexanizmi cəmiyyətin mikro strukturunda müəyyən yer tutan dini təşkilatların, din xadimlərinin cəmiyyətin mənəvi durumunun saflaşmasmdakı rolu inkaredilməzdir.

Azərbaycanın tanınmış filosofları, tarixçiləri və digər tədqiqatçılar da öz tədqiqatlarında dini-mədəni dəyərləri bir daha araşdırır, onların qorunması istiqamətində öz fikir və münasibətlərini bildirirlər. Bu əsərlərdə tolerantlıq şəraitində İslamın yayıldığı

- 16-

Mi'uvsir şaraitda Azarhaycanda dini-madam dayarlarin inkişaf xüsusiyyatlari

regionlarda əks etdiyi xüsusiyyətlər, islamın xalqların mənəvi- mədəni dünyasına təsiri şərh edilmişdir. İnsan hüquq və azadlıqlarının təmin olunmasını ali məqsəd hesab edən dövlətimizdə dini etiqad azadlığının gerçəkləşməsi mexanizmi, cəmiyyətdə müəyyən yer tutan dini təşkilatların, din xadimlərinin cəmiyyətin mənəvi durumunun kamilləşməsi və saflaşmasmdakı rolunun, dinin siyasətə təsiri imkanlarının, dini-mədəni dəyərlərin qorunmasının təkzibolunmazlığı tədliq olunur. Qeyd etmək lazımdır ki, cəmiyyətimizin demokratikləşməsi və humanistləşməsi keçmişin mənəvi və mədəni irsinə olan nihilist münasibətin aradan qaldırılmasına, hər bir xalqın mədəni uğurlarının dərindən öyrənilməsi zərurətinin dərk edilməsinə, intellektual və yaradıcı fəaliyyətin daha da güclənməsinə təkan verir.

AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilov «Mənəviyyat fəlsəfəsi» əsərində mənəvi dəyərlərin qorunması istiqamətində fikir və təkliflərini bölüşür, Azərbaycan cəmiyyətindəki bugünkü durumu ətraflı tədqiq edir, bir sıra məsələlərə münasibətini bildirir, dini-mədəni dəyərlərimizdə baş verən bilən aşınmaların qarşısının alınma yollarını göstərir, mənəviyyatımıza daxil olmaq üzrə 'olan bəzi yad elementlərin səbəblərini açıqlayır, bir sıra məsələlərə tənqidi münasibətini bildirir. Alimin fikrinə şərik çıxaraq bildiririk ki, «insanın mənəvi ehtiyaclan onun boya-başa çatdığı milli-mədəni mühitin spesifikası ilə müəyyən olunur. Ona görə də hər bir xalqın sosial-mənəvi mənşəyini, mədəniyyət tarixini öyrənmədən yeni nəslin nə kimi hisslərlə yaşadığını, onun mədəni tələbat meyillərini və estetik zövq oriyentasiyasını müəyyən etmək çox çətindir. Lakin çox təəssüf ki, əvvəlcə proletkultçuluğuıı təsiri ilə, sonra isə repressiya və yetkin sosializm illərində bizi öz mənəvi köklərimizlə bağlayan tellər zəifləmiş, milli mədəniyyət tarixinə maraq azalmışdır [39, 250]. Filosof doğru olaraq qeyd edir ki, insanın mənəviyyatının kamilləşməsinə həmin insanın maddi-genetik təməli ilə yanaşı ictimai mühitin də güclü təsiri vardır. Məhz ictimai mühitin təsiri ilə insan cəmiyyətdə daha kamil və faydalı fərd kimi formalaşır.

- 17-

Page 10: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anar H əsənli

AMEA-nın müxbir üzvü, Filologiya elmləri doktoru, professor Rafael Hüseynovun Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyalarında gündəliyə daxil edilm əsi üçün "Demokratiyada insan hüquqlarına əsaslanan mədəni, humanist və dini dəyərlər" adlı hazırladığı sənəddə deyilir: "Avropa Şurasının Nizamnaməsi bir daha xalqların müştərək irsi sayılan və şəxsiyyət azadlığının, siyasi azadlıqların, qanunun aliliyinin, real demokratiyanın əsaslarını müəyyən edən prinsiplərin əsl mənbəyi olan mənəvi və ruhani dəyərlərə sədaqətini təsdiq edir. Dini və fəlsəfi dəyərlər mədəniyyəti və cəmiyyəti yüz illər ərzində formalaşdırmış, bu gün də universal insan hüquqlarına təsir göstərməkdədir. Avropa İnsan Haqları Bəyannaməsinə uyğun olaraq, din azadlığı və insanın digər hüquqları demokratik cəmiyyət üçün zəruri şərtlərdir. Dövlətin dindən ayrılığı Avropada başlıca prinsipə çevrilmişdir. Kilsə hüququ, şəriət dövlətin müəyyən etdiyi hüquqlardan əlavə olaraq mövcuddur və dini həyatı tənzimləyir. Dini qanunların arxaik normaları çox uzaq olmayan zamanda ictimai müzakirələrdə cəmiyyəti bölmək və xalqlar arasında ədavəti, zor tətbiq etməyi təqdir etmək vasitəsi kimi istifadə olunmuşdur. Lakin Avropadakı hər üç monoteist din Avropa İnsan Haqları Bəyannaməsində də əksini tapmış insanın həyatının, azadlığının, təhlükəsizliyinin, əmlakının müdafiəsi kimi fundamental dəyərləri qorumağa dəvət edir. Buna görə də Assambleya ümumi cizgilərlə olsa da, Avropanın bu ortaq mədəni və mənəvi sərvətinin hüdudlarını müəyyənləşdirməli, müasir insan hüquqları meyarlarını universal mədəni, humanist, dini dəyərlər təməlində zənginləşdirən strategiya ortaya qoymalı və bununla da qarşılıqlı anlaşmanı artırmağa, dinlər və mədəniyyətlər arasında qarşıdurmanın qarşısını almağa nail olmalıdır. Avropada mədəniyyət və təhsil siyasəti də bu xətti təqdir və tətbiq etməlidir". [ 146]

Professor Rəbiyyət Aslanova uzun illərdir ki, mədəniyyət və islam fəlsəfəsi istiqamətində tədqiqatlar aparır. Tədqiqatçı alim «İslam və mədəniyyət» kitabında İslam mədəniyyətinin ümumbəşəri dəyərləri, Azərbaycan xalqının inkişafında onun yerini araşdırmaqla

- 18-

M iiasir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri

yanaşı, İslam dəyərlərinin Avropa mədəniyyətinə təsiri, Şərq və Qərb fəlsəfəsinin dialoqunda dini dəyərlərin rolunu ətraflı təhlil etmişdir.

Biz də Rəbiyyət Aslanovanın bu fikrinə şərik çıxaraq bildiririk ki, XX əsrin sonunda sosial-siyasi, sosial-iqtisadi problemlərin artması dünyanı əhatə edən qloballaşma prosesinin sürəti, müxtəlif tendensiyaların güclənməsi müasir insan probleminə, onun mənəviyyat məsələsinə diqqəti daha da artırır, gələcək təhlükələrin qarşısının alınmasında dini-mənəvi dəyərlərin rolunun zəruriliyini diqtə edir. Bəşəriyyətin arzusunda olduğu sosial tərəqqinin əsas məqamları - insanın sosial rifah halının yaxşılaşması, insan hüquqlarına hörmət olunması, cəmiyyətdə qarşıdurmanın zəifləməsi, dini, milli, etnik, siyasi tolerantlığın bərqərar olması, siyasi demokratiya və söz azadlığına əməl olunması, hüquqi dövlətin inkişafı, insani münasibətlərin daha da təkmilləşməsi və mənəvi dəyərlərin qorunub nəsildən-nəslə ötürülməsi günün əsas reallıqlarıdır.

Təcrübədən məlumdur ki, ən güclü sistemlərin məhvi sosio- mədəni və siyasi mədəni məkanda yaşayan insanlar üçün ümumi olan mənəvi dəyərlərin, ideyaların radikal transformasiyasının mənəvi davamı kimi meydana çıxır. Hər bir xalqın, millətin dövlətin varlığının ifadəsi olan ideyaların, dünyagörüşünün, həyat və düşüncə tərzinin deformasiyaya uğraması ilə həmin birliyin, quruluşun süqutu başlanır [3,405].

Professor İlham Məmmədzadə «Əxlaqın interpretasiya təcrübəsi» əsərində Azərbaycanda milli əxlaqın formalaşmasına təsir edən səbəblər içərisində dini-mədəni dəyərlərin xüsusi rolu olduğunu qeyd edərək göstərir ki, hazırkı milli-mənəvi dəyərlərimizin formalaşmasında dini dəyərlərin müstəsna əhəmiyyəti olmuşdur [99; 100, 76]. 14 əsrlik bir dövrdə İslamın Azərbaycanda qəbul olunması əlbəttə ki, öz təsirini xalqımızın adət və ənənələrində göstərməlidir. Burada islam milli dəyərlərin inkişafı üçün nəinki maneçilik yaratmamış, əksinə milli-mənəvi dəyərlərin inkişafına zəmin hazırlamışdır.

- 19-

Page 11: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anar Həsənli

Akademik Ramiz Mehdiyevin fikrinə görə, qitələrin qarşılıqlı asılılığının artdığı indiki dövrdə din milli dövlətdə yeni əlamətlər kəsb etməyə başlamışdır. Müasir cəmiyyətdə isə dini etiqad azadlığı hər bir vətəndaşın konstitusiya hüquqlarının ayrılmaz tərkib hissəsidir. Yaradanın qüdrətinə inam insanın mənəvi-əxlaqi, psixoloji ovqatını şərtləndirir, dünyagörüşünü kamilləşdirir, təfəkkür tərzini və formasını tənzimləyir. Azərbaycan min ildən çoxdur ki, əsasən müsəlman əhalili dövlətdir. Buna baxmayaraq, Azərbaycan tarixi təkcə islam tarixi deyildir. Odlar yurdu zərdüştiliyin vətənidir, birinci minilliyin əvvəllərində onun ərazisində xristian dövlətləri mövcud olmuşdur. Müasir Azərbaycanda isə üç dünya dininin nümayəndələri dözümlülük şəraitində yaşayırlar [49,188].

Professor Timurçin Əfəndiyevin «Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz» əsərində zəngin milli mədəniyyətimizin, milli-mənəvi, dini-əxlaqi dəyərlərimizin qorunması, dilimizin inkişafında ulu öndərin rolu geniş təhlil olunmuşdur. Professor T.Əfəndiyev yazır ki, Azərbaycan mədəniyyətinin davamlı inkişafı ümummilli liderin siyasi fəaliyyətinin tərkib hissəsi olmuş və xüsusi əhəmiyyət kəsb etmişdir. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev özünün bütün həyat və fəaliyyətini Azərbaycan xalqının və respublikamızın hərtərəfli inkişafına və çiçəklənməsinə, azərbaycançılıq ideyasının milli şüurda qərarlaşmasına, dövlət quruculuğuna, müstəqil dövlətin yüksəlməsinə, dini-mədəni dəyərlərimizin möhkəmlənməsinə, Azərbaycan mədəniyyəti və incəsənətinin bütün dünyada tanınmasına həsr etmiş, bu sahədə misilsiz xidmətlər göstərmişdir [21, 34]. Əsərdə ümummilli liderin milli-mənəvi xəzinəmiz olan, tarixən formalaşan və müasir dövrümüzə gəlib çatan milli adət və ənənələrimiz, dini inanclarımız ilə bağlı söylədiyi fikirlər fəlsəfi baxımdan ətraflı şərh olunmuşdur. Kitabda bu fikri əsas götünnok olar ki, Azərbaycanın milli- mənəvi və əxlaqi dəyərlərinin ümumbəşəri ideyalarla zənginləşməsində ümummilli liderin böyük rolu vardır.

Bütün Qafqazın Şeyxi, Şeyxülislam Hacı Allahşükür Paşazadənin sanballı tədqiqat əsəri olan «Qafqazda İslam» monoqrafiyası dini

- 20 -

Müaıir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri

dəyərlərimizi öyrənmək baxımından olduqca əhəmiyyətlidir. Əsərdə müəllif İslam dini dəyərlərinin mükəmməlliyi və dərinliyi barədə fikirlərini bölüşərək qeyd edir ki, bu dəyərlər bir sıra müsəlman xalqların milli-mənəvi dəyərlərinin daha da təkmilləşməsinə səbəb olmuş, onun tərəqqi tapması istiqamətində mühüm rol oynamışdır [58,104-105].

Professor Rafiq Əliyevin dini-mənəvi dəyərlərlə bağlı tədqiqatları da xüsusilə vurğulanmalıdır. Tədqiqatçı əsərlərində İslamın yaranması və genişlənməsini ətraflı tədqiq etməklə bərabər yayıldığı ərazilərdə gətirdiyi dini dəyərlər və onların cəmiyyətin inkişafına müsbət təsiri, Azərbaycanın qədim mədəni dəyərləri ilə İslam sivilizasiyasının dəyərləri arasında qarşılıqlı təsir və təsirlənmə prosesləri barədə açıqlamalarını etmişdir [25,15].

Fəlsəfə elmləri doktoru Könül Bünyadzadənin araşdırmaları göstərir ki, milli-mənəvi və dini dəyərlərimiz bir-biri ilə sıx bağlıdır və onlar birlikdə İslam dininin əsas məsələlərindən biridir. Belə ki, alimin fikrincə, İslam mənəvi dəyərlərin yüksəlişini daim dəstəkləyir və cəmiyyətdəki sağlamlığı bu dəyərlərin tamlığı ilə əlaqələndirir [12; 13; 14].

İlahiyyat üzrə fəlsəfə doktoru Hacı Sabir Həsənli «İslam mədəniyyətində elm» əsərində mədəniyyəti dini-mədəni aspektdə təhlil etmiş, ümumi müsəlman mədəniyyətinin yaranmasında ауп-ауп müsəlman millətlərinin rolunu yüksək qiymətləndirmiş və burada Azərbaycanın özünəməxsus yerinə diqqəti yönəltmişdir [29].

Fəlsəfə doktoru Arif Yunusov «Azərbaycanda İslam» əsərində bir daha İslam dininin mahiyyətini açmağa çalışır, onun yayılması zamanı baş verən hadisələrə şərh verir və müasir Azərbaycanda İslam dini və bu dinin ауп-ауп təriqətlərinin milli-mədəni dəyərlərimizə zərəri və faydası haqqında fikirlərini qeyd edir (126].

Fəlsəfə üzrə fəlsəfə doktoru Həsən Hüseynov «Şərq-Qərb münasibətlərində qloballaşma: ideoloji-siyasi mübarizə anlamında» əsərində bəzi Qərb tədqiqatçılarının Şərq və müsəlman mənəvi dəyərlərinə münasibətini araşdırıb, onların fikirlərini tənqidi səpkidə təhlil edib [31].

-21 -

Page 12: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anar Həsənli

Professor Abdulla Əhədov, prof. Əli Abasov, fəlsəfə elmləri doktoru Aydın Əlizadə, fəlsəfə doktoru Elçin Əsgərov, tarix üzrə fəlsəfə doktoru Altay Göyüşov və b. da dini-mədəni dəyərlərimiz və İslam dinin milli dəyərlərimizin formalaşmasına təsirini öyrənən sanballı tədqiqat əsərləri yazmışlar.

Bütün alimlər və tədqiqatçılar bu rəydədirlər ki, müasir dövrdə dini-mədəni dəyərlərə dönüş elmi-nəzəri əsaslara malik olmalıdır. Xüsusən, televiziyanın, radionun, internet saytlarının, mətbuatın milli mənəviyyatımıza yad elementlərlə dolduğu bir vaxtda mədəni- mənəvi mühitin qorunması, milli dəyərlərimizin daha da zənginləşdirilərək nəsildən-nəslə ötürülməsi kifayət qədər böyük aktuallıq kəsb edir.

İnsanın mənəviyyatı, əsasən sosial-mənəvi mühitin təsiri ilə formalaşır. Burada cəmiyyətin mədəni-mənəvi həyatı, insanın yetişdiyi mühitin mədəni aspektləri mühüm rol oynayır. Mahiyyət etibarı ilə, bəşər mədəniyyəti tarixinin araşdırılması sahəsindəki qazanılmış təcrübələr sübut edir ki, insanlann mənəviyyatı, əxlaqi normaları və baxışları ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır. Təbiətin hər bir xalqa bəxş etdiyi ən qiymətli miras onun milli-mənəvi dəyərləridir. Bu səbəbdən də hər şeydən əvvəl və hər sahədə, o cümlədən mədəni tərəqqi sahəsində mədəniyyətin təsbiti mövzusuna üstünlük verilməlidir. Şübhəsiz ki, milli-mənəvi dəyərlər gələcək nəsillərə daha da zənginləşdirilmiş halda ötürülməlidir. Eyni zamanda, aydındır ki, mədəniyyət dəyişmədən və zənginləşdirilmədən varlığını qoruya bilməz. Bu məqsədlə müasir mədəni tərəqqidə yaradıcı və qurucu səciyyəli hər cur fəaliyyət təşviq edilməli, yeni qabiliyyətlərin kəşf edilməsi, istiqamətləndirilməsi, dəyərləndirilməsi fəaliyyətlərinə mühüm əhəmiyyət verilməlidir. Müasir dünya siyasətində qlobal, regional və lokal problemlərin, qloballaşma və mədəni inteqrasiya məsələlərinin həllinə yeni münasibət müşahidə edilməkdədir. Demokratiyanın siyasi sistem kimi formalaşmasını tələb edən bu prosesdə Azərbaycan Respublikası da fəal iştirak etməkdədir.

- 22 -

Mıiasir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri

Bununla yanaşı, hər zaman ciddi şəkildə nəzərə alınmalıdır ki, İ yalnız milli və bəşəri dəyərlərin sintezi, dünya təcrübəsinə İ əsaslanmaqla həyata keçirilən islahatlar sayəsində dünyanın sosial, \ mədəni, iqtisadi cəhətdən inkişaf etmiş dövlətləri səviyyəsinə çatmaq

mümkündür. Sosial, mədəni, iqtisadi tərəqqiyə xidmət edən bu I prosesdə qarşıya çıxan problemlər isə, bilavasitə, mədəniyyət 1 sahəsində bəşər tarixinin, dünyanın inkişaf təcrübəsinin t öyrənilməsini, kompleks əlaqələrinin genişləndirilməsini zərurətə -л çevirir. Təbii ki, bütün bunlara da yalnız mükəmməl mədəni tərəqqi ? sayəsində nail olmaq mümkündür.

Bu baxımdan, keçmişimizdən qalan, lakin tərəqqiyə deyil, tənəzzülə xidmət edən cəhətləri yaşatmaqdansa, onlardan xilas olmaq daha məqsədəuyğundur. Lakin bu heç də tarixən özünü doğrultmuş müsbət adət-ənənələrdən, xüsusən, milli kimliyimizin, identikliyimizin başlıca simvolu olan milli-mənəvi və əxlaqi dəyərlərimizdən imtina etmək mənasına gəlməməlidir.

Akademik R.Mehdiyev qeyd edir ki, ərazinin tarixi, xalqın tarixi, millətin tarixi, dövlətin tarixi fərqləndirilmədən məsələyə milli şüur

i prizmasından baxmaq çətindir. Minilliyin və yüzilliyin əsas [ səciyyələrini vermək üçün əvvəlcə bütövlükdə tarixi inkişaf prosesi i heç olmazsa ən ümumi şəkildə nəzərə alınmalıdır. Etnik qrupların I bütöv bir millət halında formalaşması prosesi daha çox dərəcədə

əvvəlki minilliklərə aid bir məsələdir. Son minillik Azərbaycanda etnik-milli baxımdan türk təfəkkürü və türk həyat tərzi ilə, dini müstəvidə yanaşdıqda isə islam mənəviyyatı və islam düşüncə tərzi iiə səciyyələnir. Beləliklə, ötən minillikdə Azərbaycan xalqının mentaliteti türkçülük və islamçılığın üzvi vəhdəti, sintezi şəraitində formalaşmışdır. Lakin bu prosesə ауп-ауп dövrlərdə kənar amillər də təsir göstərmişdir. Bu mənada, son yüzillik daha çox Rusiya amilinin təsiri ilə səciyyələnir. Rusiya amili isə öz növbəsində iki istiqamətə ayrıla bilər. Birincisi, imperiya siyasətindən gələn neqativ təsir - antimilli, antitürk siyasəti. İkincisi, ümumbəşəri dəyərlərlə əlaqə baxımından pozitiv məqamlar - Qərbə açılan pəncərə. Qərb

- 23 -

Page 13: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

A nar Hasənli

sivilizasiyası ilə tanışlıq. Bu amil XX yüzilliyin həm inqilabaqədorki dövrə, həm də sovet dövrünə aiddir [49, 188]. Sovet dövrünün əvvəlki rus təsirindən əsas fərqləri isə buraya həm də anti-islam və ümumiyyətlə, ateizm siyasətinin əlavə olunması, şüurların ideologiya çərçivəsinə salınması, digər tərəfdən, əhalinin savadlılıq dərəcəsinin artması ilə əlamətdardır.

Son yüzilliyin axırıncı on ili isə milli şüurun intibahı və milli özünüdərk istiqamətində axtarışlarla əlamətdardır. Belə ki, yeni yüzilliyə biz milli özünüdərk və milli dövlət quruculuğu əzmi ilə, dövlətçilik təfəkkürünün intibahı şansı ilə qədəm qoyduq və bu axtarışlar indi də davam etməkdədir. Keçid dövründə formalaşmış milli-mənəvi prinsiplər daha yaramadığından, yeni milli-mənəvi prinsiplər isə hələ tam formalaşmadığından artıq müəyyən ciddi problemlərlə üzləşirik. Müasir dövrdə uzun müddət qapalı şəraitdə yaşamış Azərbaycan xarici ölkələrlə sıx əlaqəyə girir. Xarici jurnallar, televiziya kanalları və digər informasiya vasitələri ilə Avropanın, Amerikanın və bütün planetin mənəviyyat sahəsində nə problemləri, nöqsanları vardısa, hamısı bizim məkana daxil olur. Əlbəttə, insanlar mənəviyyatca kamil olsalar və kənardan hər hansı mənəvi müdaxiləyə qarşı hazır olsalar, kənar təsirlərə qarşı fərdi daxili müqavimət qüvvələri böyük olar. Lakin hətta tək-tək adamlar öz mənəvi varlığını qorumaq gücündə və səviyyəsində olsalar da, əksəriyyət bunu bacara bilməz. Çünki bütün insanlar eyni dərəcədə kamil və iradəli deyillər [49, 188]. Ona görə də, milli varlığı və dini-mədəni dəyərləri qoruyub saxlamaq funksiyasını dövlət öz üzərinə götürməlidir.

İdeoloji plüralizm ölkə vətəndaşlarının öz dini hisslərini tam gerçəkləşdirməsinə zəmin yaratmışdır. Bununla yanaşı, keçmiş kommunist hakimiyyəti illəri Azərbaycan xalqını “elmi ateizmin” düzgünlüyünə inandıra bilməmişdi. Müstəqillik əldə etdikdən sonra birdən-birə fikir və etiqad azadlığının hiss olunması məscidlərin, mədrəsələrin və ilahiyyat fakültələrinin sayının sürətlə artmasına gətirib çıxarmışdır. Dini etiqadı ilə heç vaxt fərqlənməyən sosial təyinatlı obyektlərin fəaliyyəti üçün normal şəraiti olmayan

-24

Müasir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri

bölgələrdə “mesenatların” köməyi ilə məscidlərin sayı artmağa başlamışdır [49,189].

İntellektual qüvvələr öz fəaliyyətləri ilə dövlətin mədəniyyət sahəsindəki siyasətinin müasir durumunu təhlil edir və bu siyasətin perspektivlərinə aydınlıq gətirməyə çalışırlar. Mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi müstəqil respublikanın mədəni tərəqqisinin əsas vəzifələrindən biridir. Bu mənada Azərbaycan dövləti öz daxili və xarici siyasətini yeni tarixi şəraitə, müasir tələblərə uyğun olaraq, xalqımızın tarixi və mədəni ənənələrinə, dilimizə, dinimizə, milli-mənəvi dəyərlərimizə istinad edərək həyata keçirir. Müstəqilliyimizin əldə olunmasından sonra həyata keçirilən mədəni tərəqqi milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması üçün böyük zəmin yaradır. Xalqımızın əldə etdiyi bu böyük nailiyyət, milli sərvətimiz olan mənəvi dəyərlərimizin istifadəsini, bəşəri dəyərlərin tərkib hissəsi kimi inkişafını və inteqrasiyasını təmin edir. Azərbaycan xalqı azad və suveren dövlət quraraq, mədəni-iqtisadi islahatlar aparmaqla öz milli-əxlaqi dəyərlərinə, tarixinə qayıdır, demokratik ölkələrin təcrübələrindən istifadə edir.

Dövlətimizin belə bir demokratik mədəni tərəqqi xətti tutduğuna və müasir dünya mədəniyyətinə inteqrasiya olunduğumuza görə, mədəniyyətimizin özündə böyük bir dəyişiklik etmədən, yəni mühafizə edilməsi zəruri olan milli şəxsiyyətimizi təşkil edən xarakterik keyfiyyətlərimizi kənarlaşdırmadan, milli-mənəvi dəyərlərimizə xələl gətirmədən, təcrübəyə və elmin mütərəqqi nailiyyətlərinə söykənərək, forma dəyişikliklərini şüurlu surətdə aparmaq məcburiyyətində olduğumuzu qəbul etməliyik.

Dövlətin bu sahədə strateji planının olması mütləq şərtdir. İstər təhsil sistemi, istər gənclərin mədəni-mənəvi həyatı elə bir mühit yaratmalıdır ki, bu mühitin xarici təsirlərə qarşı reaksiya qabiliyyəti güclü olsun. Ona görə, qarşıda əsas iki vəzifə vardır: birincisi, insanların mədəni-mənəvi kamillik, özünüdərk dərəcəsini və iradəsini yüksəltmək istiqamətində iş görmək və bu məqsədlə təhsil

-25

Page 14: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anar Həsənli

sisteminin, tədris proqramlarının yenidən nəzərdən keçirilməsinə ehtiyac vardır. İkincisi, insanların yaşadığı mədəni-mənəvi mühit saflaşmalıdır, mənəvi mədəniyyət problemləri sistemli şəkildə həll olunmalıdır [10].

Sovet dövründə belə problemlər nisbətən az idi, amma bunun səbəbi o deyildi ki, ideologiya indikindən yaxşı idi. Sadəcə olaraq, o zaman bütün sahələrə sərhədlər çəkilmişdi. Həm inzibati, siyasi, iqtisadi, həm də mədəni-mənəvi sərhədlər möhkəm idi. Xaricdən hər hansı bir təsir mümkün deyildi. Hər hansı bir xarici televiziya kanalını tutmaq nəinki sadəcə texniki cəhətdən mümkün deyildi, həm də ona icazə verilmirdi. Hətta radiolarda bəzi dalğalar söndürülürdü, onlara qulaq asmaq mümkün olmurdu. Mədəni-mənəvi deqradasiyaya xidmət edən, dövlətin ideoloji prinsiplərinə qarşı yönəldilmiş verilişlərin qarşısı isə tamamilə alınırdı [10].

İndi biz demokratik dövlət, sivil, demokratik cəmiyyət qururuq. Artıq bağlı qapı arxasında, ənənəvi prinsiplərlə yaşamaq mümkün deyil. Bu mənada, qapıların açılması, bir tərəfdən, yaxşıdır, amma bu açıq qapılardan müsbət təmayüllərlə yanaşı mənfi meyillər, lazımlı məlumatlarla bərabər zərərli informasiyalar, insanların mənəviyyatına mənfi təsir edən televiziya verilişləri, mətbuat orqanları da daxil olur. Bəzi yerli mətbuat orqanları asan yolla pul qazanmaq xatirinə mənə­viyyatı satmaq yolunu tutur və ənənələrimizə böyük zərbə vururlar. Məhz buna görə, mətbuat azadlığı prinsiplərimiz olsa da, rəsmən senzura ləğv edilsə də, indi artıq senzuranı əvəz edəcək mədəni-mənəvi senzuraya ciddi ehtiyac duyulur.

Qloballaşmanın müsbət təmayüllərini əxz etməklə yanaşı, ənənələrimizə sədaqət prinsipindən, yüksək mənəvi dəyərlərimizi, milli kimliyimizi qorumaq prinsipindən çıxış etməliyik. Çünki, özünütəsdiq milli-tarixi köklərə arxalanır. Hazırda vəziyyət elədir ki, istəsək də, istəməsək də, qloballaşma hərəkatından, mədəni inteqrasiya prosesindən kənarda qala bilmərik. Bu prosesin müsbət cəhətlərinin cəmiyyətimizin mədəni tərəqqisinə xidmət etdiyini danmamaq şərti ilə, neqativ təzahürlərinin qarşısını almaq barədə də

- 26-

Mıiasir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri

düşünməliyik. Müasir dövrdə mədəniyyətin idarə edilməsi üçün zəruri olan elmi təsəvvürün işlənib hazırlanması, ancaq gündəlik məsələlərin həllinə yönəldilən və mədəniyyətin ayrı-ayrı sahələrini əhatə edən tətbiqi tədqiqatlar sahəsi ilə məhdudlaşdırılmır.

Digər sahələrlə yanaşı, mədəni tərəqqidə əldə edilmiş mühüm nailiyyətlər ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsinə şərait yaradır. Müstəqil respublikamızın nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən, Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi onun beynəlxalq mövqeyinin möhkəmləndirilməsinə, dünya ölkələri içərisində öz layiqli yerini tuta bilməsinə əlverişli imkan vermişdir. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsinə xidmət edən mədəni tərəqqi dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu əsaslar üzərində faydalı əlaqələrin inkişaf etdirilməsinə də şərait yaradır.

Mədəniyyətin tərəqqisi haqqında fikir müxtəlifliyi isə yalnız elmi səbəblərlə deyil, eləcə də daha dərin sosial-tarixi səbəblərlə şərhini tapır. Mədəniyyət nəinki nəzəri izah tələb edən anlayışdır, həmçinin ictimai inkişafın real, praktik və vacib məsələsidir. Beləliklə, “mədəniyyət” anlayışının fundamental nəzəri əhəmiyyəti və mürəkkəbliyi müasir tarixi situasiyada mədəniyyət problemlərinin qloballığı və çoxcəhətliliyi ilə şərtlənir. Bəşər tarixində yeni mər­hələnin - insan həyatının bütün sahələrində köklü dəyişikliklər mərhələsinin xarakterini dərk etmədən geniş mənada mədəniyyətin məzmununu başa düşmək qeyri-mümkündür.

Müasir dövrdə “Muğam” sənətinin müxtəlif mədəniyyətlər arasında dialoq musiqisi kimi təbliğində Mehriban xanım Əliyevanın fəaliyyəti olduqca mühüm rol oynayır. Belə ki Mehriban xanım Əliyevanın himayəsi ilə 2009-cu ilin 18-25 mart tarixində Bakıda keçirilən I Beynəlxalq Muğam Festivalı Azərbaycan Muğam sənətinin beynəlxalq təbliği ilə yanaşı, muğam musiqisinin dünya xalqlarını birləşdirən bir sənət olduğunu bir daha təsdiqləmişdir. 2009-cu il 18-20 mart tarixində “Muğam Aləmi” l Beynəlxalq Festival çərçivəsində muğama həsr olunmuş elmi simpozium təşkil olunmuşdur. Beynəlxalq Muğam və muğama qohum musiqi

- 27-

Page 15: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anar Həsənli

ənənələrinə həsr olunmuş simpozium əslində tarixi bir əhəmiyyət kəsb etmişdir. Belə bir simpozium Azərbaycanda ilk dəfə keçirilmiş və simpoziuma ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, İtaliya, Niderland, Türkiyə, Macarıstan, Çin, Tunis, Rusiya, Özbəkistan, Tacikistan alimləri və musiqi xadimləri böyük maraq göstərmişlər. Simpoziuma dəvət olunanlar arasında Avropa, Amerika və Asiyada ənənəvi Şərq musiqisini tədqiq edən 30-a yaxın alim, musiqi xadimi, tədqiqatçı olmuşdur.

Azərbaycanın dünya iqtisadiyyatına, müxtəlif ölkələrin və xalqların mədəniyyətinə inteqrasiyası qloballaşan dünyamızda digər sahələrdə olduğu kimi, insan münasibətlərində də ümumi cəhətlərin və dəyərlərin formalaşması ilə yanaşı milli dəyərlərin qorunmasını və inkişaf etdirilməsini tələb edir. Dünya sivilizasiyasına belə bir inteqrasiyanın fəlsəfəsi Azərbaycanın dövlət atributlarından olan bayrağında əks etdirilmişdir. Belə ki, qədim tarixə və mədəniyyətə, milli adət və ənənələrə malik olan türkçülüyü (göy rəng), bütün bəşəriyyətə və ən yüksək mənəvi dəyərlərə malik yeni insan modelinin formalaşmasına xidmət edən islami dəyərləri (yaşıl rəng), bəşəriyyətin proqressiv dəyişkən və dinamik inkişafı baxımından sintez etməklə yeniləşdirmək (qırmızı rəng) - bu fəlsəfənin özəyini təşkil edir. Çox vaxt dövlətlərin transformasiyası ilə yanaşı, milli eyniyyətin itirilməsi cəmiyyətin mükəmməl inkişafını ləngidən böhrana gətirib çıxarır. Buna görə də filosoflar, politoloqlar və sosioloqlar tez-tez deyirlər ki, bəşəriyyət «böhranın normallaşması» dövründə yaşayır, yəni, mövcud dünya nizamı daimi, xroniki ümumi böhrandan ibarətdir və bu böhran vaxtaşırı normallaşaraq dövlətlərin və cəmiyyətlərin qismən inkişafına kömək göstərir.

Ümumiyyətlə, dini amil müasir dövrdə Azərbaycanda xeyli güclənmişdir və etnososial proseslərə müəyyən təsiri hiss olunmaqdadır. SSRİ dağıldıqdan sonra Azərbaycan vətəndaşlarının təhsil sahəsi kimi, dini baxışlar sahəsi də iri dövlətlərin dini modellərinin təzyiqi altında olmuşdur. Demokratikləşmə eyforiyası bir tərəfdən, dini etiqad azadlığına gətirib çıxarmış, digər tərəfdən isə

- 28-

Mücsi,- ş ə ra it i Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri

İI ölkənin milli təhlükəsizliyinə qorxu yaratmışdır. Azərbaycanda isə

yaranmış boşluqdan sui-istifadə edilərək müxtəlif təriqətlər yaranmağa başlamışdır [49,189].

Müstəqillik illərində dini ədəbiyyatın nəşri genişlənmişdir. Radio və televiziyalarda dini verilişlərin həcmi artmaqdadır. Bizdə ictimai şüur mənəviyyatın dirçəldiyi ümidlərini milli-mədəni ənənələrə, dini dəyərlərə qayıdışla bağlayır. İnsanlar arasındakı münasibətlərdə din, insaf, mürüvvət, halal-haram, xeyriyyə məfhumlarının düzgün anlamına rəğbət genişlənməkdədir. Eyni zamanda bu proses adi şüurda dini geyim, qadın hicabı, qızların erkən yaşdan məktəbdən uzaqlaşdıraraq ərə verilməsi, siğə və çoxarvadlılıq kimi ənənələrə marağın artması ilə müşayiət olunur. Bütün bunlar isə dini-mədəni dəyərlərin öyrənilməsinin genişləndirilməsinin zəruriliyini tələb edir.

- 29-

Page 16: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

A nar Həsənli

1.2. Qloballaşma şəraitində həyat tərzinə sosial-fəlsəfi və dini-mədəni baxışlar

Məlumdur ki, keçid dövründə baş vermiş miqrasiya və urbanizasiya prosesləri nəticəsində sosial mənşəyinə görə kəndli olan xeyli əhali şəhərlərdə, xüsusilə paytaxt Bakıda cəmləşmişdir. Heç bir iqtisadi, sosial, mədəni zəmin olmadan və xüsusi hazırlıq mərhələsi keçmədən qısa müddətdə şəhərdə məskunlaşan həmin əhali, təbiidir ki, öz etnomədəni mühitini də buraya daşımışdır. Uzun illər ərzində beynəlmiləl xüsusiyyətlərlə səciyyələnən və immiqrantlan tədricən özünə uyğunlaşdıran şəhər etnomədəni mühiti belə kütləviliyin və qafilliyin qarşısında duruş gətirməyərək müvəqqəti arxa plana çəkilmişdi. Şəhər etnomədəni mühitinin özülünü təşkil edən şəhər həyat tərzi həm bu səbəbdən, həm do ictimai-siyasi və sosial-iqtisadi amillər üzündən forma və məzmunca yeni mahiyyət kəsb etməyə başladı. Kənd həyat tərzinin şəhərə daşınması onun əsaslarını dağıtdı və keçid dövıünə məxsus məişət normaları və şəhər həyat tərzi formalaşdırdı. Müasir həyat tərzinə təsir edən amillər sırasında yuxanda söylədikiərimiz-olduqcamühüm faktlardır.

Həyat tərzi və onun xüsusiyyətlərinin formalaşması barədə elmi ədəbiyyatda xeyli fikirlər vardır. Əksər tədqiqatçılar «həyat tərzi» anlayışı əsasında «fəaliyyət» və «həyat fəaliyyəti» kateqoriyasım nəzərdə tuturlar. Həyat tərzinin özünə isə müəyyən olunmuş şərtlərlə birlikdə götürülən fəaliyyətlərin cəminin üslubu kimi baxırlar.

Bəzi müəlliflər «həyat tərzi» və «mədəniyyət» anlayışlarım bir-biri ilə əlaqələndirir və onların müxtəlif növlərinin mahiyyətcə eyniliyi təmsil etdiyini bildirirlər. Tədqiqatçıların fikrincə, mədəniyyət cəmiyyətin həyal tərzinin bütün xüsusiyyətlərini özündə əks etdirib onları təbliğ etməklə yanaşı, həm də insanların gündəlik həyat fəaliyyətinə onların möhkəın daxil olmasına böyük təsir göstərir.

Sovet dövründə həyat tərzinin əsasən maddi istehsal üsulu ilə şərtləndiyi iddia olunurdu. Bu baxımdan hesab edilirdi ki, konkret tarixi-sosial quruluşa xas olan həyat tərzi fəıdlərin və sosial qrupların

- 30 -

Muasır şarmtdə Azarbaycamla dini-madam doyarlarin inkişaf xüsusiyyatbri

gündəlik həyat fəaliyyətinin sabitləşmiş forması olmaqla, insanların əmək və məişətinin, sosial-siyasi həyalının, mədəniyyətinin, asudə vaxtının, eləcə də onların ünsiyyətinin, davranış və təfəkkür tərzinin səciyyəvi cəhətləri ilə xarakterizə olunur.

Bir sıra müəlliflər hesab edirlər ki, həyat tərzi cəmiyyətin, sosial və etnik birliklərin, kollektivlərin və ayrılıqda hər bir şəxsin müəyyən ictimai-iqtisadi formasiya çərçivəsində, təbii-coğrafi, sosial-iqtisadi, siyasi, mənəvi-əxlaqi şəraitlə vəhdətdə götürülən həyat fəaliyyəti formalarının məcmusu, onların həyat fəaliyyəti üsuludur.

Həyat tərzi əlamət və xüsusiyyətlərinə, forma və üsullarına görə məkanca fərqlənir. İslam dünyasında ilk dəfə milli-demokratik dövlət qurulmuş Azərbaycanda fəlsəfi ideya, yeni düşüncə və həyat tərzi məsələsi yeni ideologiya axtarışları ilə əlaqəli olsa da müəyyən nisbi müstəqilliyə və məxsusi ənənəyə malikdir [35, 8]. Bu baxımdan kənd həyat tərzi ilə şəhər həyat tərzi nisbətən aydın seçilir. Müasir dövrdə şəhərlərin sürətli inkişafı və dünya istehsalında müstəsna yeri, insanların daha çox şəhər məkanına can atması ümumi və spesifik xüsusiyyətləri ilə birlikdə şəhər həyat tərzinin formalaşmasına və geniş yayılmasına səbəb olmuşdur.

Şəhər həyat tərzi xüsusi sosial-iqtisadi və ekoloji mühit kimi şəhərin təsiri altında formalaşır və inkişaf edir. O, sistem kimi şəhərin funksiyasıdır və onun аупса elementlərindən törəmir. Şəhər həyat tərzinin təşəkkülü və genişlənməsi cəmiyyətin urbanizasiya prosesinin vacib tərəfidir. Urbanizasiya yeni mühitdə yaşayan və fəaliyyət göstərən insanların arasında spesifik münasibətlər sistemi - «şəhər münasibətlori»ni törədir. Bu isə öz növbəsində fəaliyyət üsullarına, mədəniyyətə təsir edir, şəhər mədəniyyəti formasında onun inkişafına təkan verir.

Şəhər həyat tərzi ilk növbədə böyük şəhərlərdə formalaşır. Bu baxımdan Bakı şəhərinin rolu danılmazdır. Ölkənin paytaxtı vo ən böyük şəhəri kimi son yüzillikdə Bakınıtt bütün regiona ictimai-siyasi təsiri ilə yanaşı, həm də iqtisadi və mədəni təsiri aydın izlənir. Məhz bu təsirin nəticəsi olmuşdur ki, uzun müddət şəhər həyat tərzini yalnız

-31 -

Page 17: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anar Həsənli

şəhərlilər deyil, həm də Bakı və Sumqayıtın timsalında iri şəhərlərin sakinləri üçün özəl münasibətlər və fəaliyyət nümunəsi mənimsəyən kəndlilər də daşımışdır və daşımaqda davam edir.

Şəhər həyat tərzinin xarakterik fəaliyyət xüsusiyyətlərindən biri kəndlə müqayisədə onun konkret formalarının daha çox müxtəlifliyidir. Bu formalar «həyat ukladı»nı təşkil edir. Tarix və etnoqrafiya elmlərinin təqdimatında həyat ukladı müxtəlif inkişaf pilləsində olan xalqların və аупса sosial qrupların ictimai həyatı və istehsal təşkili növlərinin müəyyənloşdirməsi kimi izah olunur. Həyat ukladına məşğulluğun növlərinin dəyişməsi xarakteri, tələbatların ictimai və ailə-qrup formaları arasında əlaqə, həmçinin asudə vaxtda həyat fəaliyyətinin əsas sosial normaları və standart görüşlərin birbaşa əlaqə və fəaliyyət üsullan daxildir. Bu baxımdan Babda rəngarəng həyat ukladları göstərmək olar. Ən müxtəlif etnoslardan tutmuş sosial qruplaradək fərqli toplumları özündə birləşdirən Bakı şəhəri müasir dövrdə yeni həyat tərzinin «istehsalçısı» və «ixracatçısı» kimi çıxış edir. Məhz burada formalaşan «paytaxt həyat tərzi» get-gedə ölkənin regionlarına və əyalət şəhərlərinə də sirayət etməkdədir.

Hesab edirik ki, həyat tərzi daha çox keyfiyyət hadisəsidir. O, insanın həyat tərzində hansı fəaliyyət növlərinin və hansı səbəbdən aparıcı rol oynadığı, üstünlük təşkil etdiyini aydınlaşdırır, ictimai idealın sosial-tələbatlara uyğun gəlib-gəlmədiyini əks etdirir. Bunlardan başqa həyat tərzi problematikasında «həyat səviyyəsi», «həyat stili» və s. kateqoriyalar da mövcuddur. «Həyat səviyyəsi» fərdin fəaliyyət göstərməsi üçün malik olduğu sərvətlərin kəmiyyət göstəricisidir və başlıca olaraq adambaşına düşən nemətlərin miqdarı, maddi rifahın səviyyəsi ilə müəyyən olunur. «Həyat stili» isə fərdin öz həyat tərzini özü müəyyən edə bilməsi imkanını ifadə edir və həyat tərzini fərdin davranışı səviyyəsində nəzərdən keçirməyə imkan verir. Bu zaman insanın konkret davranışı, əməlləri ön plana keçir. Hamının eyni vəzifə və hüquqlar daşımalı olduğu və eyni cür düşünməyə təşviq edildiyi sovet cəmiyyətindən fərqli olaraq liberal dəyərlərin üstünlük təşkil etdiyi müasir cəmiyyətdə insanların həyat

- 32-

Müasir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri

stili də müxtəlifdir. Bu müxtəliflik həyat səviyyəsindən tutmuş ctnomədəni dəyərlərin oriyentasiya səviyyəsinədək ən fərqli xüsusiyyətlərlə səciyyələnir. Kəndə nisbətən daha çox əhalinin toplaşdığı və müxtəlif sosial qrupların, təbəqələrin mövcud olduğu şəhərdə həyat stilləri də fərqlidir.

Göstərilən problemlərin tədqiqi şəhər həyat tərzinin və məişətinin öyrənilməsində müəyyən əhəmiyyətə malikdir. Lakin yalnız, bu problemləri araşdırmaqla müasir bakılıların həyat tərzini və məişətini bütövlükdə təsvir etmək mümkün deyildir.

Yaxın müddətdə baş vermiş ictimai-siyasi proseslər, sosial- iqtisadi dəyişikliklər mədəniyyətə və məişətə, habelə həyat tərzinə və mənəvi dəyərlərə də toxunmamış deyildir. Mütəxəssislərin fikrinə görə, Azərbaycan dünyada milli mədəniyyətin, mənəvi və dini dəyərlərin qorunması və inkişaf etdirilməsi baxımından örnək bir dövlət kimi tanınır [7]. Müşahidələr göstərir ki, yeni dövrə keçid bu sahələrə ciddi təsir göstərmişdir. Şəhər şəraitində bu təsir daha aydın hiss olunur. Müasir milli-mədəni sərvətlərin, mədəniyyət xadimləri və yaradıcı insanların, mədəniyyət müəssisələrinin əsasən şəhərdə cəmləşməsi bu amili daha da gücləndirir. Bu təsir ilk növbədə ənənəvi mədəniyyətin tənəzzülü ilə müşayiət olunmuşdur. Sovet hakimiyyəti illərində müəyyən yüksəliş dövrünü yaşayan şəhər mədəniyyəti qısa müddətdə iflic vəziyyətə düşmüş və öz təsir imkanlarını itirmişdir. Ekspertlər bu prosesi mədəni şok adlandırır və onun üç mərhələdə davam etdiyini göstərirlər. Birinci mərhələ inkulturasiya, ikinci mərhələ akkulturasiya, üçüncü mərhələ isə assimliyasiya adlanır. İnkulturasiya doğma mədəniyyətin ənənə, adət və digər normalarının qəbulu və qorunub saxlanmasıdır. Akkulturasiya yad mədəniyyətin ənənələrinin və dəyərlərinin bir hissəli qəbuludur. Assimilyasiya isə yad mədəniyyətin tam qəbulu və doğma mədəniyyətin yad mədəniyyət tərəfindən udulmasıdır.

Müasir cəmiyyətimizdə, o cümlədən şəhərlərdə mədəni şok prosesinin hər üç mərhələsini yaşayan insanlar mövcuddur. Maraqlıdır ki, hər üç mərhələ Bakı şəhərində eyni dərəcədə mövqe

- 33-

Page 18: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anar Həsənli

tutmuşdur və inkişaf etməkdədir. Bu, imperiyadan ayrılaraq milli suverenliyin qazanılması və müasir liberal-demokratik dəyərlərə inteqrasiya ilə birbaşa əlaqədardır. Belə ki, müstəqilliyin əldə olunmasından və dövlət quruculuğunun inkişafından ilhamlanan bir çox insanlar milli adət və ənənələrə qayıdışı, onun tam qəbulu və icra edilməsini alqışlayır və bunu bir vəzifə hesab edirlər. Bu proses inkulturasiya mərhələsini təşkil edir.

Liberal-demokratik dəyərlərin cəzbcdici prinsipləri və müasir qloballaşmanın geniş təsiri insanların bir hissəsini, xüsusən gəncləri xarici mədəniyyətlərin təsirinə çox tez məruz qoyur. Nəticədə milli adət və ənənələrə uyğun gəlməyən, hətta çox vaxt ənənəvi şəhər mədəniyyətinə xas olmayan dəyərləri qəbul edən və ona uyğun həyat tərzi keçirən insanlara tez-tez rast gəlmək mümkün olur. Assimilyasiya adlanan bu proses şəhərlərdə nisbətən geniş inkişaf edir.

İnsanların bir hissəsi isə (onların sayı daha çoxdur) akkulturasiya mərhələsini keçirir və milli adət-ənənələri, islami və müasir Qərb dəyərləri ilə uyğunlaşdıraraq hal-hazırda orta və ya normal sayılan həyat tərzi yaşayır.

Mədəni şokun yaratdığı vəziyyət şəhər mühitində kütləvi mədəniyyətin geniş yayılmasına və qəbuluna gətirib çıxarmışdır. Öz mahiyyət və ifadə formalarına görə bu mədəniyyət tipi mənəvi və maddi dəyərlərin kütləvi istifadəsinin orta səviyyəsinə uyğunlaşıb. Mədəniyyət nümunələrinin yayılmasının kütləviliyi istehsalın kütləvi, konveyer imkanları ilə onların yayılması və istifadəsinə əsaslanır, əyləndiricilik funksiyası ön piana çəkilir, oxuyan, dinləyən və seyr edən tamaşaçılara - kütləyə primitiv hisslər-emosiyalar aşılanır. Belə mədəniyyət ənənə, millət tanımır, onun zövqü və idealları başgicəlləndirici sürətlə dəyişir, modanın tələblərinə uyğunlaşır. Kütlə mədəniyyəti geniş auditoriyaya söykənir, dəyişən zövqləri oxşayır və xalqın incəsənəti olmaq iddiasındadır. Bu mədəniyyətin yayıldığı cəmiyyət, bəzi tədqiqatçıların fikrincə, bəşəriyyətin inkişafının obyektiv prosesləri, sənayeləşmə, urbanizasiya, kütləvi tələbatların kəskin artımı, bürokratik sistemin

- 34-

Müasir şəraitd) Azərbuycancla dmi-mxbni thyorhrin inldjafxüsusiyyə'hn

mürəkkəbləşməsi və şübhəsiz ki, kütləvi informasiya vasitələrinin görünməmiş inkişafının nəticəsidir. XX əsrin ortalarından başlayaraq kütləvi mədəniyyət kommersiya mədəniyyəti, əyləncə sənayesi, pop mədəniyyəti (şoubiznes) və s. formalarda meydana çıxmışdır.

Bakıda və bütövlükdə Azərbaycanda yayılan kütləvi mədəniyyət əsasən Qərb həyat tərzinin və müasir ənənələrin yayılmasına xidmət edir. Məlumdur ki, açıq tipli Qərb sivilizasiyası özünü bəşər mədəniyyətinin inkişafının ən yüksək mərhələsi hesab etməklə digər mədəniyyətlərin də yeni inkişafa tabe edilməsini iddia etməkdə və həmin mədəniyyətləri yaradan xalqların sosial-siyasi və mənəvi-əxlaqi həyatım öz dəyərlərinə uyğun tənzimlənməsi tələbini verməkdədir. Özünü Qərb sivilizasiyasına inteqrasiya edən müasir Azərbaycan cəmiyyətində real ictimai münasibətlər sahəsində kütləvi mədəniyyətin təsiri və verdiyi təsəvvürlər güclənir və bu proses ümumbəşəri proseslərin tərkib hissəsi kimi özünü göstərir. Azərbaycanın yeni ictimai-siyasi sistemə yön alması nəticəsində «müasirləşmə» düşüncəsi sosial şüurda özünə xüsusi yer almışdır. Xüsusilə, şəhərdə indiyə qədər mövcud olmayan və tanınmayan mədəni dəyərlərin qəbulu «müasirlik» kimi dərk edilir. Əslində «müasirləşmə», müasirlik özü Qərbdən gələn kütləvi mədəniyyəti mənimsəmə kimi ifadə olunur. İctimai şüurda özünə yer alan bu məsələ insanların keçmiş irslərindən ayrılaraq yeni ənənələr, stereotiplər mühitinə atılması ilə bağlıdır. Bir çoxları əvvəlki irsin köhnəlik kimi «gülünc», «zəif» olduğundan onun atılması düşüncəsindən çıxış edirlər. Bu cür təsəvvürlər bilavasitə onların yaşam tərzinə və dünyagörüşünə təsir edir.

Müasir cəmiyyətin prizması fərdiyyətdir, fərdiyyət-yenilik, sekulyarizasiya və demokratikləşmənin qovşağında yetişir. Bunun nəticəsində təkcə cəmiyyət deyil, insanın özü də müasirləşir. Bu cür insanı bütün yeniliyə maraq, dəyişkənliyə hazır olmaq, informasiyaya oriyentasiya, həyata baxışların müxtəlifliyi, zaman və onun ölçüsünə ciddi münasibət, səmərəliliyin və zamanın planlaşdırılması, şəxsi ləyaqət, partikulyarizm (xüsusi mənafeyin üstünlüyü), nikbinlik və sair əlamətlər xarakterizə edir.

-35

Page 19: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anar Həsənli

Müşahidələr göstərir ki, Qərb həyat tərzi şəhərli gənclərin müəyyən hissəsi üçün daha cəlbedici görsənir və onların bir çoxu buna can atırlar. Qloballaşma şəraitində inteqrasiya meyilləri bütün xalqları və dövlətləri yaxınlaşdırır [52]. Gənclər tərəfindən formalaşdırılmış submədəniyyətlərin bəziləri də məhz bu meyillər əsasında yaranmışdır. Ümumilikdə, kütləvi mədəniyyət müasir şəhər mədəniyyətinin leytmotivinə çevrilmişdir və onun hələ uzun müddət hökmranlıq edəcəyi şəksizdir.

Bununla yanaşı, eyni zamanda kütləvi mədəniyyətin əksinə olaraq bir elitar mədəniyyət seçilməkdədir. Bu, seçilmiş bir qrup adama istiqamətlənib. Onlar yüksək və yaxşı inkişaf etmiş bədii mənimsəmə qabiliyyətinə malikdirlər və cəmiyyətin ən yaxşı hissəsi - elita kimi qiymətləndirilmək istəyirlər. Azərbaycanda bu təbəqənin əksəriyyəti Bakı şəhərində toplanmışdır. Bakı şəraitində bunlara peşəkar mədəniyyət və incəsənət nümayəndələri, alim və ziyalılar daxildir. İctimai və siyasi fəaliyyətlə məşğul olan bəzi tanınmış adamlar da həmin elitaya daxil olmağa can atır. Müasir şəhər elitası milli və beynəlmiləl ənənələri məharətlə özündə təcəssüm etdirən, yüksək mədəni səviyyəyə və bədii zövqə malik olan təbəqəni təşkil edir. Onların əksəriyyəti Sovet dövrünün ziyalı təbəqəsinin nümunələridir və müasir kütləvi mədəniyyəti qəbul etməyərək klassik Qərb dəyərlərinə daha çox üstünlük verirlər.

Baxmayaraq ki, kütləvi mədəniyyət müasir şəhər mühitində mühüm təsirlərə malikdir, amma ona qarşı çıxan meyillər də güclənməkdədir. Bu meyitlərə ilk növbədə dini amillər və «əksmədəniyyət» adlanan qeyri-formal davranış kompleksləri aiddir.

Bakıda müxtəlif dinlər və təriqətlər geniş yayılmışdır və onların hər birinin müəyyən sayda tərəfdarı vardır. Lakin təəssüflə deməliyik ki, bəzən müxtəlif qruplar gənclərin sadəlövhlüyündən və ya təcrübəsizliyindən sui-istifadə etməyə çalışır [40]. Bu dinlər sırasında İslam müstəsna üstünlük təşkil edir və əhalinin əksəriyyəti özünü müsəlman hesab edir. Bundan başqa xristian dini və onun müxtəlif təriqətləri və icmaları, yəhudi dini, bəhaizim, satanaçılıq (şeytana

- 36-

Müasir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri

inanc) kimi inanclar da Bakıda müəyyən qədər yayılmışdır.Müasir dövrdə Bakı şəhərində dinə meyilin getdikcə gücləndiyi

hiss olunur. Bununla belə şəhər əhalisini bütövlükdə dindar saymaq düzgün olmazdı. Tədqiqatçı T. Faradovun 2008-ci ildə Bakı şəhəri də daxil olmaqla müxtəlif rayonlarda apardığı sosioloji sorğunun nəticəsinə görə insanların yalnız 62,7%-i özlərini dindar sayırlar ki, bunlardan da yalnız 6,4%-i qatı dindarlar cərgəsinə daxildir. Həmin sorğuya əsasən əhalinin 10,6%-i tərəddüd edənlər, 7,4%-i kafirlər, 9,1%-i etinasızlar, 3,8%-i isə qatı ateistlərdir. Yenə həmin sorğu nəticəsində məlum olmuşdur ki, şəhər əhalisinin cəmi 16%-i namaz qılır, 27%-i oruc tutur, qalan hissəsi isə bunlara riayət etmir.

Qatı dindarlar üçün din həyat tərzidir. Gündəlik həyatda dini qaydalara, normalara və tələblərə əməl etmək onlar üçün vəzifədir, borcdur. Sorğunun nəticələrinə əsaslanaraq belə qənaətə gəlmək olar ki, əhalinin yalnız 16-17%-i davranışında şəriət qaydalarına riayət etməyə üstünlük verir, yəni dini öz həyat tərzi kimi qəbul edir. Bütövlükdə müasir dövrdə etnososial proseslərə və cəmiyyətə dinin aşağıdakı təsirləri müşahidə olunur:

1) Əhalinin kütləvi dini düşüncəsində və davranışında nəzərə çarpacaq dəyişikliklər baş verib. Belə ki, dindarlığın yüksəlməsi prosesi gedir. Son illərdə bu proses kifayət qədər intensiv və dinamik xarakter alıb.

2) Müasir dindarlıq faktik olaraq çoxmotivli fenomendir. Adamların dinə üz tutmasının səbəb və motivləri sosial-iqtisadi, ruhi, etnomədəni amillərdən tutmuş ailə-məişət, mənəvi-psixoloji və fərdi- psixoloji şəraitədək geniş dairəni əhatə edir.

3) Kütləvi düşüncədə dinin mənəvi-etik şərhi və anlaşılması üstünlük təşkil edir. Dinin qavranıİmasının ənənəvi və etnomədəni komponentləri də mühüm rol oynayır.

4) İnsanlarda din haqqında yeni müfəssəl informasiya, obyektiv, təhrifsiz məlumat və hətta ixtisaslaşdırılmış bilik almağa tələbat yaranıb. Dini informasiyanın həcmi kəskin şəkildə artmışdır.

- 37-

Page 20: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anar Həsənli

5) Dindarlığın ümumi artımı biliklər və təsəvvürlər sahəsində əhəmiyyətli keyfiyyət dəyişiklikləri yaratmayıb.

6) Dini amilin güclənməsi etnik amilləri bir qədər arxa plana keçirir. Belə ki, Azərbaycanda yaşayan azərbaycanlı, ləzgi, talış, kürd, avar, saxur və digər etnosların nümayəndələri həm də islam inancı və Azərbaycan dövlətçiliyi əsasında vahidlik və birlik nümayiş etdirə bilirlər.

Azərbaycanda dinin yayılması və inkişafını izləyərkən o da aydın olur ki, bu prosesə yaxın İslam ölkələri və Qərbin missioner təşkilatları güclü təsir göstərir. İslam dininin inkişafında qonşu İran və Türkiyənin, habelə ərəb ölkələrinin, digər dinlərin, xüsusilə xristianlığın m üxtəlif icmalarının yaranmasında isə Qərb ölkələrindən gəlmiş missionerlərin mühüm rolu hiss olunmaqdadır.

Bu gün biz sivilizasiyalararası toqquşmadan danışdığımız zaman, sivilizasiyaların öz arasında da bir mübarizə olduğunu qeyd etməliyik. Bunun qabarıq forması Azərbaycanda göründü. Sələfıliyin timsalında bir ərəb islamı var, şiəliyin timsalında İran islamı və nurçuluğun timsalında Türkiyə islamı var. Hazırda hər 3 qrup bölgədə, eləcə də Azərbaycanda möhkəmlənmək istəyirlər. İlkin yayılma mərhələsində hər 3 qrup çətinliklə üzləşmədi. Çünki birincisi, əhalinin dini maarifçiliyi aşağı idi, ikincisi isə yerli dini qurum olan Qafqaz Müsəlmanları İdarəsi xaricdən gələn təbliğata qarşı xeyli zəif idi. QMİ-nin ruhaniləri yeni gələnlərlə müqayisədə daha aşağı savad göstəricilərinə malik idilər. Azərbaycanın iki böyük müsəlman qonşusu var. Şimaldan Rusiyadakı müsəlman təşkilatlarının, din alimlərinin Azərbaycana elə bir ciddi təsiri ola bilməz. Azərbaycana daha çox təsir edən İran və Türkiyədir. Hər iki ölkə Azərbaycanda böyük təsirə malikdir. Xüsusən də Türkiyə təbliğatı intel lektual camiyədə geniş tərəfdar toplayıb.

Akademik R.Mehdiyev yazır ki, müstəqillik əldə etdikdən sonra Azərbaycan islamın Türkiyə, İran, Səudiyyə Ərəbistanı modellərinin ölkənin ictimai həyatında sınaqdan keçirilməsi üçün meydana çevrilmişdi. Müstəqillik qazanıldıqdan az sonra ölkədə İran

- 38-

Müasır şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri

. / * . .tərəfindən maliyyələşdirilən çoxlu sayda mədrəsələr meydana gəldi. Ali məktəblərdə ilahiyyat fakültələri açıldı. Səudiyyə Ərəbistanı və Küveyt xeyriyyə cəmiyyətləri Azərbaycanda çox böyük İslam Universitetinin tikintisini maliyyələşdirməyə başladılar. Nəticədə, əhali Azərbaycan cəmiyyətinin eyniləşdirilməsinə imkan verən milli dini modeli axtarmaq dilemması qarşısında qaldı. Tamamilə aydındır ki, əhalisinin əksəriyyəti müsəlman olan ölkə üçün qlobal qərbləşmə müstəmləkəçiliyi epoxasında cəmiyyətdə islamın rolu və yeri haqqında dəqiq müəyyən edilmiş xəttin olmaması ciddi nəticələrə gətirib çıxara bilər. Bu mənada ideya müstəmləkəçiliyi ən təhlükəlidir. O, zehinləri zəbt edərək daha ağır nəticələrə gətirib çıxara bilər [ 134].

Göründüyü kimi, hazırkı dövr qloballaşmanın güclü təsiri ilə müşayiət olunur və şəhər məkanında yeni etnomədəni xüsusiyyətlərin yaranmasına səbəb olur. Bununla yanaşı şəhər həyat tərzi özünün milli özəlliklərinə malikdir. Buna görə də şəhərlilərin həyat tərzi ümumi və milli-spesifik xüsusiyyətlər əsasında daha səmərəli öyrənilə bilər.

Sovet alimləri SSRİ xalqlarının şəhər həyat tərzinin komponentlərindən bəhs edərkən aşağıdakıları ümumiləşdirirlər: 1) SSRİ xalqlarının hamısı üçün vahid, ümumi komponentlər; 2) şəhərin yaşayış şəraiti ilə əlaqədar spesifik komponentlər (şəhər həyal tərzi); 3) müasir və yaxın keçmişdə formalaşmış xalqların spesifik sosial-iqtisadi xarakteristikası şəraitinin komponentləri (urbanizasiyanın tempi və xarakteri: xalq təsərrüfatının strukturu); 4) Nəhayət həyatın mədəni özünəməxsusluğuna səbəb olan xüsusi etnik törəmə komponentləri (fəaliyyət üsulları). Qeyd etmək lazımdır ki, bu bölgü aktualdır və istənilən şəhərə tətbiq etməklə müəyyən nəticələr almaq mümkündür/ Nəzərə alsaq ki, Bakı sovet dövrünün ən böyük və beynəlmiləl şəhərlərindən biri idi və bu xüsusiyyətlərini indi də saxlamaqdadır, onda həmin komponentləri müvəffəqiyyətlə burada da axtara bilərik.

Bakı şəhərinin tarixi-coğrafi mövqeyi, iqlim şəraiti, tarixi-spesifik xüsusiyyətləri, memarlıq quruluşu, əhalinin həyatı və mədəni

- 39-

Page 21: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anar Həsənli

səviyyəsi burada kifayət qədər çox sayda spesifik komponentlər doğurmuşdur. Məhz həmin komponentlər Bakını uzun müddət Azərbaycanın digər bölgələrindən fərqləndirən etnomədəni mühiti yaratmışdır. Buraya sırf Bakı üçün xarakterik olan adətlərdən tutmuş, yeni yaranan beynəlmiləl ənənələrədək müxtəlif mədəni-məişət elementləri daxildir. Ancaq bu amillər etnomədəni ziddiyyətlər yaratmır. Bunlar müasir həyat tərzinin sosio-mədəni xüsusiyyətləridir. Adətlər və ənənələr şəhər həyat tərzində xüsusi mövqeyə malikdir. Qeyd etmək lazımdır ki, adətlər və ənənələr eyni funksiyanı daşımırlar və onların fərqli cəhətləri vardır. Adətlər ictimai həyatın müəyyən sferasında, başlıca olaraq məişət davranışının tarixən meydana gəlmiş, nəsildən-nəslə keçən, hamılıqla qəbul edilən və ictimai şüurun ancaq müəyyən formalarında təcəssüm edən sadə qaydalarıdır. Ənənələr isə tarixən əmələ gəlmiş, nisbi sabit hərəkətlərin yaşayış tərzi və onun doğurduğu mənəvi, siyasi və estetik idealların və münasibətlərin, maddi və mənəvi sərvətlərin, onların inikası olan adətlərin, davranış normaları və yaşayış qaydalarının, sosial-tarixi təcrübənin məcmusudur. YUNESKO-nun 2005-ci ildə qəbul edilmiş və Azərbaycan Respublikası tərəfindən 2009-cu ildə ratifikasiya edilmiş “Mədəni Öziinüifadə Müxtəlifliyinin Qorunması və Təşviqinə dair Konvensiya” çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Mədəni müxtəlifliyimiz mədəni vəhdətimizdir” layihəsi həyata keçirilməkdədir. Layihə çərçivəsində ölkə ərazisində milli azlıqların və yerli xalqların sıx yaşadığı regionlarda “Milli-mədəni həmrəylik” mövzusunda seminarların keçirilməsi, ölkənin mədəni həyatına inteqrasiya məqsədilə regionlarda olan mədəniyyət xadimləri, xüsusi mədəni özünüifadəyə və istedada malik olan subyektlər üçün treninqlərin təşkili, mədəniyyətlərarası dialoqun vəziyyətinə dair tədqiqat işinin aparılması, ölkənin mədəni rəngarəngliyini əks etdirən buklet və broşuriarın nəşredilməsi, sərgilər, konsertlər, müsabiqələr və s. tədbirlərin keçirilməsi planlaşdırılır.

Müasir dövrdə ictimai şüurda belə bir fikir hökm sürür ki, adətlərimiz tədricən aradan çıxmaqdadır. Uzun müddət siyasi

- 40 -

Müasir şəraitdə Azərbaycanda dini-madam dayarlarm inkişaf xüsusiyyətləri

müstəqilliyini itirmiş və daim yad mədəniyyətlərin təsirinə məruz qalan Azərbaycan üçün bu fikir həmişə gündəmdə olmuşdur. Belə ki, Sovet dövründə milli mədəniyyətlərin inkişafına lazımi diqqət yetirilmirdi. «Ümumi sovet mədəniyyəti», «Sovet xalqı» yaratmaq ideyaları tam gücü ilə həyata keçirilərkən ilk növbədə şəhərlərdə milli dəyərlərin, adətlərin və ənənələrin itirilməsi təhlükəsi daha çox yaranırdı. Lakin SSRİ-nin dağılması ərəfəsində aparılan etnososioloji tədqiqatlar göstərir ki, şəhərli azərbaycanlılar arasında mədəniyyətdə hər hansı milli xüsusiyyətlərini itirmə müəyyən olunmamışdır. Sonrakı ictimai-siyasi proseslər də həmin tendensiyanın doğruluğunu təsdiq etdi. Bakıdan başlayan milli-azadlıq hərəkatı xalqın milli özünüdərkini, adət-ənənələri möhkomləndirməsini daha da sürətləndirdi. Müstəqillik illərində milli dəyərlərə qayıdışla paralel dünyəviləşmə və liberallaşma üzərində ayaq açan qloballaşma və şəhər əhalisinin həyat tərzi və məişətində, adət və ənənələrində birlikdə əks olunmağa başladı. İstər mərasimlərin (toy, nişan, ad günü, yas və dəfn) və bayramların qeyd olunmasında, istər davranış və əxlaq adətlərində, istərsə də digər milli adətlərdə yeni forma və məzmun hiss olunmaqdadır.

Azərbaycanlıların qədim adətlərindən olan bayramkeçirmə adətləri müasir dövrdə də davam etməkdədir. Azərbaycanda mədəniyyətlə bağlı məsələlərə kifayət qədər vəsait xərclənib, bütün tarixi binalar, muzeylər bərpa olunub. [30] Buraya milli bayramlar, dini bayramlar və dövlət bayramları daxildir. Qədim bayramlar müasir dövrdə müəyyən forma dəyişikliyinə məruz qalsa da öz məzmun və mahiyyətini saxlamaqdadır. Belə bayramlardan birincisi Novruz bayramıdır. Novruz bayramı mütərəqqi bəşəri-milli adət-ənənələrin, ən yaxşı humanist sosial-mənəvi münasibətlərin məzmununu, keyfiyyətlərini özündə təcəssüm etdirən xalq mərasimlərindən biridir. Bu bayram sovet dövründə dövlət səviyyəsində müəyyən qadağalarla üzləşsə də xalq tərəfindən daim qeyd olunmuşdur. 1990-cı il mart ayının 13-də Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət heyətinin qərarı ilə Azərbaycan xalqının milli ənənəsi - Novruz

-41 -

Page 22: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Atıar Hasanli

bayramı bərpa olundu və hər il martın 21-i qcyri-iş günü elan edildi. Hazırda bu bayram dörd gün qeyd olunur.

Bununla yanaşı «Santa-Klaus», «Mikki-Maus» və digərləri müasir dövrdə Bakının yeni ilinin təzə personajlarına çevrilib. Eyni zamanda Sovet dövründə geniş yayılmış yeni il bayramında «Şaxta baba» və «Qar qızı»da sevilməkdədir. Bu proses kütləvi Qərb mədəniyyətinin və bəşəri dəyərlərin təsiri altında gedir və aydın izlənilməkdədir. Müsəlmanlar arasında ауп-ауп şəxslər tərəfindən belə hallara qarşı çıxanlar da olur. Belə ki, Tacikistanın Düşənbə şəhərində bir qrup insan tərəfindən məhz Santa-Klaus geyimində olduğuna görə bir nəfərə hücum edərək, “Sən kafirsən” qışqıraraq onu bıçaqlay ıblar. Hadisədən bir gün əvvəl - 2012-ci il in dekabrın 30- da Üləma Şurasının başçısı Saidmukarram Abdukodirzoda bəyan etmişdi ki, Yeni il ərəfəsində yolka bəzədilməsi, onun ətrafında əylənib rəqs edilməsi tacik mədəniyyətinə uyğun deyil, həm də İslam qanunlarına qarşıdır. Buna baxmayaraq, Tacikistanda Yeni ilin gəlişi rəsmi şəkildə qeyd edilir [143]. Azərbaycanda ara-sıra bəzi din xadimləri müxtəlif bayramların qeyd olunması əleyhinə bir sıra münasibətlər bildirsələr də, istər dini, istərsə də qərbdən gələn bayramlara azərbaycan xalqı hər zaman tolerant münasibət göstərir.

Müstəqillik illərində xalqımızın keçirdiyi bayramlar sırasında dini bayramlar mühüm yer tutmaqdadır. Bu bayramlardan ikisi -Ramazan bayramı və Qurban bayramı yüz illərdir ki, xalqımız tərəfindən qeyd olunur. Məlumdur ki, sovet dövründə dini bayramlar rəsmən qeyd olunmurdu və hətta onların keçirilməsinə əngəllər yaradılırdı. Müasir dövrdə isə vicdan azadlığının mövcudluğu şəraitində hər bir vətəndaş mənsub olduğu dini bayramlarını sərbəst şəkildə keçirə bilir. Əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan Bakıda Ramazan (Orucluq) və Qurban bayramları xüsusi əhval- ruhiyyə və təntənə ilə qeyd olunur. Ramazan bayramı Hicri-Qəməri təqviminin Ramazan ayının sonuncu günü keçirilir. Əvvəldə qeyd olunduğu kimi şəhər əhalisinin təxminən üçdə biri oruc tutur və deməli bu bayramı da yüksək əhval-ruhiyyə ilə keçirir. Bir ay

Muasır şarımda Azarbaycanda dini-mədani dayarbrin inkişaf xüsusiyyatlari

müddətində öz iradəsinə qalib gələrək, doyunca qidalana bilməyənlərin hisslərini yaşayan həmin insanlar bu müddət ərzində nəinki təkcə yeməyini məhdudlaşdtrır, eyni zamanda gözü, qulağı və dili ilə oruc tutur. İslam dinində ramazan ayında mənəviyyatsız mənzərəyə baxmaq, lazımsız fikirlərə diqqət yetirmək və onlara qulaq asmaq, kimisə acılamaq, təhqir etmək orucu pozan hal kimi qeyd olunur. Bu dinin ən humanist dəyərlərindən biri də orucun ancaq sağlam insanlar tərəfindən yerinə yetirilməsinin buyurulmasıdır. Xəstə, ağır tibbi əməliyyatlardan çıxmış, çətin vəziyyətdə yaşayan insanlar oruc tutmaqdan azad edilir.

Ramazan bayramı müxtəlif xeyriyyə tədbirləri, əlillərə, kimsəsizlərə, kasıblara yardımlar verməklə fərqlənir. Dindarlar bir- birinə qonaq gedir, bayramlaşır. Ramazan ayında «İftar süfrəsi» açmaq şəhərdə getdikcə genişlənir.

Orucluğun xeyriyyəçilik və sosial-ədalət kimi mənəvi dəyərləri bu bayramdan 70 gün sonra keçirilən qurbanlıq ayini və Qurban bayramı vasitəsilə daha da zənginləşdirir və tamamlanır. İmkanı olan əhali dini ayinləri icra edib-etməməsindən asılı olmayaraq qurban kəsir və onun müəyyən hissəsini öz yaxınlarına paylayırlar. Son dövrlərdə dövlət və ictimai təşkilatlar səviyyəsində kütləvi qurbankəsmə mərasimləri keçirilir və əldə olunmuş ət imkansız ailələrə və məcburi köçkünlərə paylanır.

Müasir dövrdə yuxanda adı çəkilən mərasimlər və bayramlardan başqa yeni yaranmış və ya Bakıda ənənəyə çevrilməkdə olan digər mərasim və tədbirlərə də rast gəlinir.

Xalqın ailə-məişət, adət və ənənələri, əxlaq və davranış normalan yüz illər ərzində formalaşmışdır və onun həyat tərzində əks olunmuşdur. Lakin ictimai-siyasi quruluşlar bir-birini əvəz etdikcə xalqın həyat tərzində də müəyyən dəyişikliklər meydana çıxır, yeni adət-ənənələr formalaşır. Müasir adət və ənənələrin yaranması, mənşəyi və inkişaf etdirilməsi çox halda kütlələrin yaradıcılıq fəallığı ilə bağlıdır, onlann özləri tərəfindən formalaşdınlır. Müasir dövrdə kütləvi mədəniyyətin geniş təsiri bu fəallığı müəyyən qədər azaldır. İnsanlar yeniliklər

- 43-

Page 23: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

. İ nar Həsənli

yaratmaqdansa, onu mənimsəməyə daha çox üstünlük verirlər. Şəhər şəraitində bu. daha aydın hiss olunur. İnsanların geyimləri, istifadə etdiyi əşyalar, evlər və onların dizaynı bütövlüklə əcnəbi mədəniyyətlərin təsiri altında seçilir. Yalnız ailə-məişət və əxlaq-davranış nonnalannda bir qədər mühafizəkarlıq özünü göstərməkdədir. Bu mühafizəkarlığa daha çox yaxın zamanlarda şəhərə köçən əhali arasında rast gəlinir. Yerli bakılılar arasında da patriarxallıq müəyyən qədər qalır. Lakin əksər şəhərlilər get-gedə eqalitar tipli ailələrə çevrilməyə meyil edirlər. Belə ailələrin sayı kifayət qədər çoxdur və məhz onlar yenilikləri ilk olaraq qəbul edənlərdir.

Şəxsi azadlıq, valideynlərdən qeyri-asılılıq, təşəbbüskarlıq və cəsarət hissləri gənclərin bir hissəsini milli adətlərdən uzaqlaşmağa, digər mədəniyyətlərə meyil etməyə sövq edir. Tanınmış alim S.Xəlilovu bu məsələ düşündürdüyündən, belə bir fikri irəli sürür ki, özümüz mənən yüksəlmədən, övladlarımızın tərbiyəsini müasir tələblər səviyyəsində qurmaqda çətinlik çəkəcəyik [39,128].

Müasir cəmiyyətdə gənc nəsil ilə yaşlı nəsil arasında müəyyən «uçurumun» olması haqqında fikirlər meydana çıxır. Əslində belə «uçurum» hər zaman olmuşdur və yaş mərhələsindən asılı olaraq dəyişmişdir. XX əsrin 60-cı illərində «mədəni partlayış» baş vermişdir. Məhz şəhər mühitində aydın seçilən «mədəni şok» insanların həyat tərzinə, adət-ənənələrinə, məişətinə, əxlaq və davranışına təsir göstərməyə bilməzdi. Həmin təsirlərin nəticələri yuxarıda sadalanmışdır. Adət-ənənələrdə, mərasimlərin keçirilməsində baş vermiş dəyişikliklər eyni zamanda ailə-məişət münasibətlərində, əxlaq-davranış normalarında da özünü biruzə verir. Şəhər mühitində insanların çoxluğu, kütlənin daim hərəkətdə olması həmin münasibətləri müəyyən çərçivəyə salmışdır. Öz böyüklərinin yanında adətlərə əməl edən insanlar başqa böyüklərin yanında bunu etməyə bilərlər. İnsanlar bunu etməyi özlərinə borc da bilmirlər. Şənlik mərasimlərində, işdə, küçədə hər gün minlərlə insan rastlaşır. Bunlar arasında yaşlı, cavan, qadın, uşaq vardır. Məhz urbanizasiyanın, şəhər mühitinin yaratdığı biganəlik, laqeydlik hissləri insanları adət və

-44 -

Müasir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri

ənənələrə riayət etmək «borcundan» uzaqlaşdırır. Doğrudur, yaşlılara və qadınlara hörmət hissinin əlamətlərini hələ də Bakı küçələrində və ictimai nəqliyyatda görmək mümkündür. Belə ki, istər metroda, istərsə də avtobuslarda yaşlı insanlar və qadınlar daxil olan kimi gənclərin onlara yer verməsi hallan hələ də qalmaqdadır. Müşahidələr göstərir ki, bu adət əsasən azərbaycanlılarda qalmışdır. Məsələn, Bakıda kifayət qədər çox olan türkiyəli gənclər heç zaman belə hərəkət etmirlər. Hətta yaxın qonşumuz Rusiyada da bu hərəkət tədricən aradan qalxmaqdadır.

Bununla belə, şəhər mühitində, xüsusilə gənclərin milli adət və ənənələrə riayət etməsində xeyli problemlər meydana çıxmışdır. Başqa mədəniyyətlərin təsirinə daha tez düşən gənclərin geyimində, davranışında, dünyagörüşündə, həyat tərzində bunu hiss etməmək mümkün deyildir. Belə gənclərin bir qismi submədəniyyətlərdə birləşirlər ki, bu barədə ayrıca bölmədə bəhs olunmuşdur.

Müasir şəhər mühitindəki dəyişikliklər hər şeydə hiss olunur. İnsanların geyimlərində, istifadə etdiyi əşyaların tərkibində, evlərin quruluşu və dizaynında - bir sözlə həyat tərzinə və məişətə daxil olan əksər komponentlərdə bunu görmək mümkündür. Bunlar barədə ayrıca şərh verməyə ehtiyac yaranır.

Bakı əhalisinin müasir geyim tiplərinin modelləri əsasən xarici ölkələrdən gətirilir. İnsanların geyimləri müəyyən mənada onların həyat tərzini əks etdirə bilər. Məsələn, dindarların geyimi, işgüzar adamların geyimi, gənclərin geyimləri və s. bir-birindən fərqlənir. Müasir şəhərlilər geyimdə ən çox sərbəstliyə, rahatlığa üstünlük verməyə çalışırlar.

Şəhərli qadınların geyimləri onların sosial mövqeyindən, dünyagörüşündən, ailə mühitindən ciddi şəkildə asılıdır və çox müxtəlifdir. Məsələn, qadınlar şənlik mərasimlərinə açıq-saçıq və bəzəkli gecə paltarlarında, işə rahat şalvar-pencəkdə, gəzməyə və qonaqlığa sevimli geyimdə gedir, evdə isə rahat idman geyimlərindən istifadə edirlər.

Qış geyimləri və baş örtükləri də müxtəlifdir. Çəkmələr, palto, manto və plaş, qısa və uzun gödəkçələr əsas qış geyimləridir. Şərf və

- 45 -

Page 24: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anar Həsənli

şal qadın geyimləri arasında mühüm aksessuardır. Bu geyimlər həm də baş örtüyü kimi istifadə olunur. Baş geyimləri sırasında papaqlar (şlyapa, hörmə papaqlar, xəz papaqlar) üstünlük təşkil edir. Yaylıqlar və ləçəklər aradan çıxmaqdadır.

Cins paltarlar və idman stilində geyimlər şəhərli gənclərin əsas geyimləridir. Bu geyimlərdən həm oğlanlar, həm də qızlar eyni dərəcədə kütləvi istifadə ediıiər. Cins şalvar və gödəkçə, idman ayaqqabısı və beysbolka (dimdikli şapka) ən geniş yayılmış geyimlərdir.

Dindar qadınların özünəməxsus geyimləri vardır. Hicab adlanan bu geyimin müxtəlif modelləri dindar qadınları digərlərindən fərqləndirir. Şəhərdə getdikcə hicablı qadınların sayının artdığı müşahidə olunur.

Şəhərli kişilərin müasir geyimləri də müxtəlifdir və yaşdan asılı olaraq dəyişir. Lakin kişilər qadınlara nisbətən daha sabit geyinirlər. Kişilərin geyimlərində iki stil: idman və klassik stil daha çox üstünlük təşkil edir. Uşaqlar və gənclər, orta yaşlı kişilər sosial mövqeyindən, dünyagörüşündən asılı olaraq müxtəlif paltarlar geyirlər. Rəsmi -işgüzar adamlar kostyuma üstünlük verirlər. Tələbələr, fəhlələr və qulluqçular, müxtəlif xidmət sahələrində, ticarətdə çalışan, fiziki əməklə məşğul olan işçilər əsasən idman stilindən istifadə edirlər. Bu stilə cins şalvar, dəri və ya cins gödəkçə, sviter və qolsuz maykalar (futbolka) və yüngül ayaqqabılar aiddir. Qışda isə palto və yarımpaltolar, dəri plaş və gödəkçələr, habelə sintetik parçalardan gödəkçələr daha çox istifadə edilir. Yaşlı şəhərlilər daha çox kostyum, pencək-şalvar kimi geyimlərdən istifadə edirlər.

Kişilərin baş geyimləri sırasına xəz papaqlar, parça və dəri şapkalar, beysbolkalar, habelə «çeçenka» adlanan hörmə geyimlər daxildir. Yaşlı insanlar şlyapadan da istifadə edirlər.

Müasir geyimlər əsasən süni materiallardan hazırlanır və xarici ölkələrdən gətirilir. Dəb də xarici ölkələrdən götürülür. Hər il və hər mövsüm dəblər dəyişir. Paltarların rəngi, forması, ayaqqabıların modeli hər il yeniləşir. Bakıda modelyerlər, dərzilər fəaliyyət göstərsə də şəhərlilər onların xidmətlərindən az istifadə edirlər. Bu həm

- 46 -

Müasir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri

sifarişlərin baha başa gəlməsi ilə, həm də istənilən modeldə paltar tapmağın mümkünlüyü ilə əlaqədardır.

Bəzəklər də müasir geyimlər arasında mühüm yer tutur. Daha çox qadınlar bəzəklərə üstünlük verirlər. Son dövrlərdə gümüş bəzəklər və süni daş-qaşlar geniş yayılmışdır. Bu sahədə bəzi yeni xüsusiyyətlər yaranmaqdadır. Əsasən qız və qadınlar qulaqlarından bir neçə deşik açdırır, bəziləri üzlərinə, burun ətrafına, qulaqlarına daş-qaşlar düzdürür, qollarına və bədənlərinin müxtəlif açıq yerlərinə tatuajlar döydürürlər. Süni saçlar, kirpiklər və dırnaqlar, linzalar hər bir şəhərli qadın üçün adi aksessuarlara çevrilmişdir.

Kişilər arasında da qızıl və gümüş qolbaq, bilərzik və üzük, boyunbağı, qalstuk sancağı kimi bəzək əşyalanndan istifadə edənlər az deyildir. Bəzi gənclər burunlarına və qulaqlarına sırğalar taxırlar.

Tarixən insanların öz yanında gəzdirdiyi, tez-tez istifadə etdiyi əşyalar olmuşdur. Məsələn, təsbeh, portsiqar, çaxmaq, qəlyan və s. belə əşyalardan idi. Müasir dövrdə də belə əşyalar götürmək aradan çıxmamışdır. İndiki şəhərlilərin də geyimlərini aksessuarsız, əlavə əşyalarsız təsəvvür etmək çətindir. Hər bir insanın üstündə ən azı mobil telefon və ya açarlığa rast gəlmək mümkündür. Xüsusilə gənclər əlavə əşyalar götürməyə üstünlük verirlər. Bunların sırasında telefon, telefon qulaqcığı, diskopleyer, radiopleyer, breloklar, təsbehlər, dabankeş və s. ola bilər. Qadınların daim yanında gəzdirdiyi çantada isə əlavə olaraq parfümeriya, kosmetika, güzgü- daraq və s. kimi əşyalar daha çoxdur. Portmanat müasir geyimlərdə əsas aksessuarlardandır. Kişilərdə əsasən arxa cibə, qadınlarda isə çantaya qoyulan portmanatlar puldan başqa həm də sənədləri, telefon kitabçalarını, kredit və maaş kartlarını daşımağa xidmət edir. Yaşlı kişilərdə isə təsbeh, qəlyan və s. kimi əşyalara rast gəlinir.

Göründüyü kimi, şəhər əhalisinin geyimləri, bəzəkləri xeyli dəyişmişdir. Bu dəyişiklik onların evində, evdə istifadə olunan əşyalarda, evlərin dizaynında da baş vermişdir.

Müasir şəhər evlərin quruluşu, dizaynı da dəyişir. Başlıca üç tip nəzərə çarpır: 1) Sovet dövründə tikilən bina evləri; 2) Müasir dövrdə

- 47-

Page 25: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anar Həsənli

tikilən bina evləri; 3) Həyət evləri. Həyət evləri də müxtəlif tiplərə ayrılır: a) villalar və kotteclər, b) adi evlər və c) gccəqondular. Müasir evlər əsasən əhəngdaşı, kərpic və betondan tikilir. Evlərin hamam, tualet və mətbəxinin olması əsas şərtdir. Evlərin quruluşu, dizaynı əsasən Qərb ölkələrindən götürülsə də bir çox milli elementlər saxlanmaqdadır. Ayrıca qonaq otağının mütləq olması, yataq otaqlarının ayn və nisbətən qapalı saxlanması belə elementlərdəndir. Müasir evlər daha çox hündür, işıqlı olur, hər bir rahatlıq təmin edilir. Şəhərlilər evlərini təmir etdirərkən dəbə uyğun, lakin zövqlərinə müvafiq rənglərə, dizayna üstünlük verirlər. Evlərin giriş qapısı mütləq dəmirdən olmalı, həyət evlərində və aşağı mərtəbələrdə isə dəmir şəbəkəli pəncərələr qoyulmalıdır. Sovet binalarında darısqallıq olduğundan birinci mərtəbədə yaşayan bir çox sakinlər həyətlərdən əlavə tikililər tikmiş, binanın ümumi görünüşünü pozmuşlar. Balkonların örtülməsi və otaqların balkonlarla birləşdirilməsi az qala hər bir mənzildə mövcuddur. Müasir şəhər evlərinin dizaynında rahatlıq, gözoxşayan bəzəklər və əşyaların yerləşdirilməsi mühüm yer tutur. Evlərin tavanı əsasən asma tavan və alçipandan, döşəməsi parket və laminat parketdən hazırlanır. Divarlar zövqə uyğun rənglənir, ya da divar kağızları vurulur. Otaqların qapıları bir qayda olaraq уапуа qədər şüşəli olur. İmkandan asılı olaraq qapılar taxtadan (şam, palıd, qoz, şabalıd və s.) və süni materiallardan hazırlanır. Pəncərələr çox vaxt alüminium və plastik materialdan qoyulur. Belə pəncərələr Bakı mühitində evi yağış və küləkdən daha etibarlı qoruyur.

Beləliklə, qloballaşma şəraitində Azərbaycanda həyat tərzi dini- mədəni və habelə qərb dəyərlərinin təsiri nəticəsində daim yaşadığımız mühitin tələbləri səviyyəsində dəyişikliklərə uğrayır. Bunun nəticəsində isə insanlarımızın özü də müasirləşərək yeni həyat tərzinə uyğunlaşırlar.

48-

Muasır şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri

1.3. Müasir Azərbaycanın inkişafında dini-mədəni dəyərlərin transformasiyası

Müasir dövrün özünəməxsusluğu cəmiyyətin iqtisadi və siyasi həyatı ilə yanaşı, artıq qeyd edildiyi kimi, əhalinin həyat tərzi və etnomədəni oriyentasiyasına, o cümlədən etnososial proseslərin inkişafına da mühüm təsir göstərmişdir. İqtisadi və siyasi sistemin dəyişdiyi, yeni ideologiyaların və dünyagörüşünün təşəkkül tapdığı, qloballaşmanın və ona qarşı mübarizənin genişləndiyi bir şəraitdə insanların şüur və düşüncə tərzində, hadisələri və prosesləri dəyərləndirmə meyarında, mədəniyyətə və ümumiyyətlə həyata baxışında yeni meyillərin formalaşdığı müşahidə olunur. Müasir sivilizasiyanın yarandığı məkan olan şəhərlərdə bu proses, daha mürəkkəb və nəzəraçarpan şəkildə gedir. Şəhərlər yeni mədəniyyətin yaradıcısı və ixracatçısı funksiyasını yerinə yetirir. Qloballaşmanın milli məkanlara təsiri prosesində dövlətin daxili siyasi inkişafı böyük əhəmiyyət kəsb edir. İnteqrasiya proseslərinin təsiri yeni qavrayış, təfəkkür tərzi formalaşdırır, sonra isə yeni dövrün bu komponentlərinə həyat verir. Davranışın yeni stereotipləri və formaları meydana gəlir. Demokratik dövlət kimi Azərbaycan hüquqi və demokratik əsaslan möhkəmləndirmək istiqamətində irəliləyir [ 139].

Sürətlə inkişaf edən və qloballaşan cəmiyyətdə vaxtaşırı iqtisadi, sosial və mədəni tələbatlar da dəyişir. Nəticədə zövqlər, maraqlar, stillər müxtəlifləşir, fərdiləşmə və sosial identifıkasiya güclənir. Kütləvi mədəniyyət heç də hamını qane etmir və tələbatları ödəmir. Ona görə də cəmiyyətdə yeni həyat stilləri meydana çıxır. Əsas mədəniyyətdən fərqlənən submədəniyyətlər yaranır.

Ə vvəllərdə göstərildiyi kimi, həyat stili həyat tərzi problcmatikası çərçivəsində öyrənilən kateqoriyalardan biridir. Bu kateqoriya həyat stili, həyat tərzi, sosial rollar və statuslar kimi komponentləri özündə birləşdirir. Həyat stili sosial-psixoloji kateqoriya, insanların davranışının müəyyən tiplərinin təzahürü kimi anlaşılır. Həyat stili eyni zamanda submədəniyyətlər üçün də

- 49-

Page 26: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anar Həsənli

müəyyən baza rolu oynayır. Fərqli həyat stilləri əsasında bəzi submədəniyyətləri müəyyənləşdirmək mümkündür.

«Submədəniyyət» (subculture) anlayışı elmi ədəbiyyata XX əsrin 30-cu illərində gəlmişdir və 60-70-ci illərdə gənclərin davranışlarının tədqiqi ilə əlaqədar geniş şəkildə işlənməyə başlamışdır. İlk vaxtlar Qərbdə meydana gələn bu anlayış sonralar rus elminə keçmişdir və 80- ci illərdən başlayaraq SSRİ məkanında (sonralar Rusiya) mövcud olan submədəniyyətlərin tədqiqində geniş istifadə olunmuşdur. Azərbaycan elmində submədəniyyətlər problemi hələlik işlənməmişdir və yalnız bəzi epizodik təsəvvürlər mövcuddur.

«Submədəniyyət» anlayışının müxtəlif elmi təsəvvürləri və izahları vardır. Məsələn, sosioloq E.M.Babosov onu belə qiymətləndirir: «Submədəniyyət - şəxsiyyətin daxil olduğu və özünü sərbəst hiss etdiyi, şəxsiyyətdə «mən» anlayışının «biz» anlayışı ilə qarışdığı və özünəməxsus baxışlar və davranış qaydaları ilə fərqlənən qrupa xas dəyərlər sistemidir». Şepanskayanın fikrincə, submədəniyyət müəyyən zamanda özünü təqlidin kommunikativ sistemidir. O, həmin tərifi model və ya konkret materiallarla asan doldurula bilən matrisa şəklində açır [94,127].

Rus tədqiqatçısı Şatorost submədəniyyət anlayışını belə dəyərləndirir. «Submədəniyyət hər şeydən əvvəl əsas cəmiyyətdən fərqlənən qrupun norma və dəyərlər sistemidir. O, yaş, etnik törəmə, din, sosial qrup və ya yaşayış yeri kimi faktorların təsiri altında formalaşır [94,129]. Submədəniyyət dəyərləri əksəriyyətin qəbul etdiyi milli mədəniyyəti inkar etmir. İ.M.Morozov isə öz məqaləsində submədəniyyət anlayışı altında fəaliyyət sahəsini müəyyənləşdirən, öz atributlarını, davranış stilini, habelə xüsusi dil və həyat tərzini yaradan, bu və ya digər mədəni ənənələr çərçivəsində yaranan ictimai maraqlara əsaslanan qrupun cəmini təsvir edir [94,128-131].

Göründüyü kimi, tədqiqatçıların fikirləri xeyli dərəcədə üst-üstə düşür və hamı submədəniyyətlərin ayrıca qrup tərəfindən yaradıldığını qəbul edir. Lakin submədəniyyətləri yaradan amillərə gəldikdə isə fikirlər müxtəlifləşir. Din, dil, məkan, yaş, həyat tərzi,

- 50-

Muasır şəraitdə Azərbaycamla dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri

sosial mühit kimi amillər submədəniyyəti formalaşdıran faktorlar kimi nəzərdən keçirilir.

Müasir dövrdə submədəniyyət anlayışı həm də «yeraltı mədəniyyət» (subterranean culture) və «zirzəmi mədəniyyəti» (underground culture) anlayışlarını da özündə ehtiva edir. Avropa və Qərb elmi ədəbiyyatında çox işlənən bu terminlər hələlik bizdə az işlədilir. Bununla belə adı çəkilən mədəniyyətlər artıq mövcuddur və cəmiyyətimizin reallıqlarına çevrilmişdir.

Yuxanda göstərilən elmi fikirlərə və şəxsi müşahidələrə əsaslanaraq belə bir fikrə gəlmək mümkündür ki, mövcud hakim mədəniyyətin əksinə olaraq submədəniyyət özlüyündə hakim dəyərlər sisteminə reaksiya olaraq cəmiyyətdə tabe sosial-struktur mövqedə duran sosial qrup tərəfindən yaradılmışdır. Belə ki, submədəniyyət qrup şəklində normalar, davranış stereotipləri, mənalar, dəyərlər, ifadə vasitələri və həyat tərzini əks etdirir.

Kulturoloq A. V.Kravçenkonun fikrincə, submədəniyyət millətin ümumi mədəniyyətinin bir hissəsi olsa da, müəyyən aspektlərdə ümumiyə qarşı durur, lakin ümumi cəhətlərinə görə dominant mədəniyyətin əsas cəhətləri ilə razılaşaraq, milli mədəniyyətin davamçısı kimi çıxış edir. Submədəniyyət dominant mədəniyyətdən dili, həyata baxışları, davranış xüsusiyyətləri, saç forması, geyimi, adətləri ilə fərqlənir. Bu fərqlər kəskin olsa da, submədəniyyət dominant mədəniyyətə qarşı tam çıxış etmir. Submədəniyyət dominant mədəniyyətin bir sıra dəyərlərini qəbul edir və ona özünəməxsus xüsusiyyətlər əlavə edir [94,162].

Tədqiqatçı alim A.M.Abramovun fikrincə isə, submədəniyyətlərin nümayəndələri eyni məkan və zaman çərçivəsinə mütləq daxil deyillər, onlar nisbətən müstəqil mövcud olurlar. Yəni submədəniyyətlər zamana və məkana görə fərqli mövqelərdə olsalar da, mahiyyətcə oxşar ola bilərlər [72,336-350].

Müxtəlif həyat stilləriniıı və submədəniyyətlərin yaranması sosial mühitdən və müxtəlif mədəni təsirlərdən asılıdır. İnformasiya texnologiyalarının inkişafı və qloballaşmanın mədəni təzahürləri bu

Page 27: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anar Həsənli

təsirləri stimullaşdıran əsas vasitələr kimi çıxış edir. Ona görə də submədəniyyətlər əsasən XX əsrin - «sənaye» cəmiyyətinin (industrial) törəmələridir. İlk dəfə Qərb ölkələrində müşahidə olunan bu mədəni proseslər sonralar bütün dünyada yayıldı və müxtəlif ölkələrdə fərqli submədəniyyətlər qeydə alındı. Hal-hazırda dünyada eyni zamanda yüzlərlə submədəniyyət və həyat stilləri mövcuddur. Bu baxımdan Azərbaycan da istisna deyildir. Lakin burada özünəməxsus cəhətlər vardır. Belə ki, əhalinin xeyli hissəsinin cəmləşdiyi ölkə paytaxtı istisnasız aparıcı mövqeyə malikdir və bu, hər sahədə istər iqtisadi və siyasi, istərsə də sosial və mədəni sahələrdə hiss olunur. Buna görə də paytaxt Bakı həm də müasir etnomədəni meyillərin və sosial-psixoloji təzahürlərin meydana çıxdığı bir ctnososial orqanizm funksiyası yerinə yetirir. İnteqrasiya və toqquşma meyilləri dünyanın dərin transform asiyası, postindustrial cəmiyyətin yaranması şəraitində baş verir və böyük tarixi keçidin sonunu və xarakterini əvvəlcədən müəyyənləşdirir.

Qloballaşma və sivilizasiyaların qarşılıqlı təsiri onların məhvedici toqquşmasının qarşısını almaq, sivilizasiyalar arasında lokal konfliktləri nizamlamaq problemləri alimlərin və ictimaiyyətin diqqətini daha çox cəlb etməyə başladı. Bununla bağlı akademik Ramiz Mehdiyev haqlı olaraq yazır ki, modemizasiya nəzəriyyəsinin əsas komponentlərindən biri də qəbul edilən mədəniyyətə xas olan ənənəvi normalar və dəyərlər ilə yeni təsisatlar arasında zəruri olaraq yaranan toqquşma problemlərini tətbiq etməkdir [135].

Özünün milli və dini ənənələrini saxlamaq şərti ilə Avropa mədəniyyətini mənimsəmək prosesi demək olar ki, bütün dünyada gedir. Məsələn, bu yolla gedən Yaponiya, Cənubi Koreya, Tayvan və başqa ölkələr dünyanın ən inkişaf etmiş ölkələri səviyyəsinə yüksəlmişdir. Yaponiya Qərbin nəinki elm və texnologiyasını, hətta demokratik dəyərlərini də mənimsəyərək inkişaf səviyyəsinə görə faktiki olaraq dünyanın ikinci ölkəsinə çevrilibdir. Bununla yanaşı Yaponiya öz milli ənənələrindən və dini dəyərlərindən imtina etmir.

Daha yüksək inkişaf səviyyəsinə çatan sivilizasiyalar ənənəvi

- 52-

Miiasir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri

mədəniyyətləri sıxışdırır, zəiflədir, lakin tamamilə aradan qaldıra bilmir. Bu heç mümkün də deyil. Mənəvi-əxlaqi ənənələr daha çox müqavimət göstərirlər. Qloballaşma prosesində baş verən dəyişikliklər birinci növbədə elmi-texnoloji, sosial-siyasi, hüquqi sahədə baş verir. Bu prosesdə dünya dövlətlərinin mütləq əksəriyyəti qərb modellərinə uyğunlaşmağa çalışırlar. Milli, dini, regional ənənələr bu prosesə ciddi müqavimət göstərirlər. Yeni sosial-mədəni dəyərlərin qəbul edilməsi, məsələn, demokratikləşmə prosesi böyük çətinliklərlə qarşılaşır. Professor S.Xəlilov haqlı olaraq qeyd edir ki, insanın formalaşdığı ictimai mühit, ətraf aləm, mövcud dəyərlər sistemi, sosial və hüquqi normalar, mövcud dövlət quruluşu, iqtisadi münasibətlər, ailə münasibətləri, təhsil sistemi və s. bu kimi elementlərin sintezindən ibarətdir [39,238].

Dünyada baş verən qloballaşma prosesi yalnız regional inteqrasiya və transmilliləşmə ilə müşayiət edilmir. O həm də regional, lokal səviyyədə dezinteqrasiya yaradır, qloballaşmaya cəlb edilən yeni cəmiyyətlərin daxili tarazlığını pozur. İdeyalar kütlələrə nüfuz etdikdə maddi qüvvəyə çevrilir ki, bu da ideyaların təşkiledici, səfərbəredici funksiyasıdır. Lakin buna baxmayaraq, yeni təfəkkürün formalaşması prosesinə kömək edən bir sıra digər amillər Azərbaycan vətəndaşlarının şüurunu, çoxsaylı dini sistemlərin, daha çox isə yalançı təriqət ideologiyalarının sınaq meydanına çevirmişdir. Sosioloqların tədqiqatları göstərmişdir ki, bədnam «Aum Senrike» də daxil olmaqla heç bir dini təriqət birliyi Azərbaycandan yan ötməmişdir [134].

Azərbaycan Respublikasının heç bir vətəndaşı din pərdəsi altında antimilli təbliğat aparan, habelə dövlətçiliyin dağılmasına kömək göstərən, gələcək vətəndaş münaqişələrinin təməlini qoyan, ölkə vətəndaşlarım dini dözümsüzlüyə, dövlət və dünyəviliklə bağlı hər şeyə biganəliyə çağıran, müsəlmanların, xristianların, iudaistləriıı baxışlarına dözümsüz münasibət göstərən təşkilatların qanun qarşısında məsuliyyət daşımasına şübhə etməməlidir.

Başçıları bu və ya digər təriqətçi missioner təşkilatın üzvü olan

Page 28: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anar Həsənli

bozi qeyri-hökumət birlikləri Qərb donorlarından iri qrant alıcıları statusuna malik olmuşlar, halbuki onlarca digər qeyri-hökumət cəmiyyətləri də bu donorların diqqətindən kənarda qalmışdır. Beləliklə, üçüncü sektorun təsiri vasitəsilə həmin donor təşkilatların əsas ideyaları kütləvi şüura yeridilir. Lakin Azərbaycan cəmiyyətinin sağlam mənəvi-əxlaqi simasının formalaşmasında problemlər yaradan təkcə, ölkəni xristianlaşdırmaq məqsədi güdən təriqətçi missioner təşkilatlar deyildi [134]. Azərbaycanda transformasiya cəhdləri siyasi və iqtisadi dəyişikliklərlə bağlı olmaqla nəticə verməmişdir. Görünür, bu məsələdə əxlaq və etikanı başqa cür nəzərdən keçirmək lazımdır. Liberal əxlaq və şüurun (sistemin) xüsusiyyətlərinin təhlili müəyyən nöqteyi-nəzərdən özünə baxışı dəyişdirməyə imkan verir. Bu isə o zaman mümkün ola bilər ki, düşüncələrimizin şərti olduğunu dərk edək. Şərtilik ondadır ki, biz bu sistemin «kreativ», fəal və rasional şüurun çağırışlarına cavab olaraq yarandığım görürük. Bu şüurun əsasında sadəcə dünyada mövcud olmaq yox, onu təşkil etmək cəhdi durur. Şüurun daimi yenidən qiymətləndirilməsi səbəbindən bu sistemin sonu olmasa da, orada mövcud olan digər şüur növləri inkişaf proseslərinə töhfələrini verir

Qloballaşma prosesində cəmiyyətdə milli-mənəvi dəyərlər və din amili mühüm əhəmiyyət kəsb etməkdədir. Lakin təfəkkürün və informasiyanın sirkulyasiyası, qlobal təbəddülatlar və proqnozlaşdırılan «sivilizasiyaların toqquşması» erasmda yalnız konfessiyalararası dialoq, tolerantlıq, milli eyniyyəti qoruyub saxlamağa və onun postindustrial epoxaya keçməsinə imkan yarada bilər.

Sayca dominant üstünlüyə malik olan azərbaycanlı özünə hörməti zor və basqı ilə deyil, qarşılıqlı münasibətlərdəki davranışla qazanmağa üstünlük verir.

Azərbaycan cəmiyyətinin sosial və iqtisadi sistemində köklü dəyişikliklər, insanın həyat və fəaliyyət mühitində əvvəllər mövcud olan və nəzərə çarpmayan münasibətlərə yenilərini də əlavə etmişdir. Özünəməxsus qədim tarixi keçmişə və mədəniyyətə malik xalqımız ilahi dinlərə etiqad yolunda da böyük yol keçərək islam dininə

- 54 -

Müasir şəraitdə Azərbaycanda dini-mədəm dəyərlərin inkişaf xüsusiyyətləri

qovuşmuşdur. Bu tarixi yolda özünəməxsus elmini, folklorunu və ədəbiyyatını, milli adət və ənənələrini formalaşdırmış xalqımız kişi və qadın münasibətlərində də özünəməxsusluğu ilə digər xalqlardan təbii olaraq fərqlənir.

Modernləşmə prosesində kütləvi şüurda dinin rolunun güclənməsi zərurəti tez-tez baş verir. Lakin keçid cəmiyyətləri üçün relevant olan mədəni və mənəvi dini dəyərlər təməlçiliyə çevrilməməlidir.

Qeyd etmək lazımdır ki, sivilizasiyanın inkişafı yolunda yeni bəşəri dəyərlərin formalaşması müxtəlif millətlərin və xalqların fərdi dəyərlərinin əvvəlki bəşəri dəyərlərə söykənməklə qarşılıqlı inteqrasiyası əsasında yaranır. Məhz bu baxımdan Beynəlxalq Əmək Təşkilatı bazar iqtisadiyyatına keçən ölkələrin nəticə etibarilə özlərinin yeni sosial və əmək qanunvericilik sistemlərini yaradarkən, eləcə də daha geniş perspektivdə demokratik təsisatların möhkəmləndirilməsində, sabit əmək münasibətlərinin müəyyən edilməsində, münaqişələrin və sosial gərginliyin yumşaldılmasında təkcə bazar iqtisadiyyatına keçidin mövcud modellərinə deyil, habelə beynəlxalq əmək normalarına da əsaslanacaqlarını nəzərə alaraq bu ölkələrdə baş verən dəyişikliklərin faydalı olduğunu elan etmişdir.

Müasir mərhələ ən yüksək inkişaf mərhələsi hesab edilsə də, dünya xalqlarının mədəniyyətinin və iqtisadiyyatının inteqrasiyası və digər sahələrdə mövcud olan bəşəri dəyərlərin formalaşması baxımından hələ çox gəncdir. Ona görə də, bu sahədə mövcud olan elmi ədəbiyyatda müəlliflər arasında vahid anlaşılma aparatı vardır. Bəzən obyektiv xüsusiyyətlərdən irəli gələn inteqrasiya əsassız olaraq diskriminasiya kimi qələmə verilir.

Müasir dünyada dinlər insana ətraf aləm, kainat, insanın mahiyyəti və varlıqdakı yeri haqqında sistemli bilgilər verir. Bu xüsusiyyətinə görə din həm də insanın təməl problemlərini müəyyən cəhətdən izah edən bir sistem kimi qiymətləndirilir. Mərkəzləşmiş dövləti yalnız təmiz, xalis dinin köməyi ilə qoruyub saxlamaq olar [2,14].

Olum və ya ölüm, yaradan və insan münasibətlərini, dünya haqqında kompleks təsəvvürləri dinlər bu və ya digər dərəcədə izah

- 55-

Page 29: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anar Həsənli

edir. Eyni zamanda bütün dinlər özü üçün insan şüurunun anlamağa çalışdığı metafizik problemlərdən, yaşanan həyata aid praktik davranış qaydalarına qədər hər mövzuda insanı bilgiləndirməyə cəhd edir. Nə elm, nə də qeyri-elmi sistemlər dini dünyagörüş qədər insanı və onun mənsub olduğu cəmiyyəti əhatə edə bilməmiş, ən azı insanın varlıq və yaradılışla bağlı suallarına din qədər sistemli cavab verə bilməmişdir. İnsanın qorxu, sevgi və ya ideal olaraq qəbul etdiyi «ali iradə» modelinə doğru yönəlməsində fəlsəfə və ideologiyanın rolu danılmaz olsa da, dinlə fəlsəfənin metodları bir-birindən köklü şəkildə fərqlənmişdir. Çünki fəlsəfə və ideologiyadan gələn humanizm, həqiqəti qurmaq istədiyi kimi, insanı da qurmağa çalışmış, gerçək olan insan və ya insanlıq yerinə, quraşdırılmış insan və insanlıq obrazını tanıtmağa cəhd göstərmişdir. Fəlsəfi humanizmdə insan sevgisinin quraşdırılmış bir insanlığa yönəlməsi də buradan qaynaqlanır [71,192-193]. Dini humanizm isə yaradılmış və «ali iradə»nin müəyyən etdiyi prinsiplər çərçivəsində davranış azadlığına sahib olan gerçək insanı obyekt olaraq seçir. Dinə, xüsusilə də İslam dininə rasional yanaşıldıqda yalnız İslamın bölünmüş və təktərəfli mahiyyətdə olan ideologiyaların hər birini əhatə edə biləcək gücdə olduğu anlaşılır. Çünki islam, xristianlıq və şərqin çoxsaylı mistik dinlərinin hamısını din olaraq qəbul etmiş, materializmə fəlsəfi cəhətdən qarşı çıxsa da, ekzistensializmlə antropoloji və əxlaqi baxımdan uyğun gəlməmiş, liberalizmlə sosial və iqtisadi məsələlərdə barışmamış, nihilizmin hər şeyi inkar etməsinə görə, onunla hər hansı bir münasibət qurmamışdır [70, 94]. İslamın ən spesifik cəhəti isə onun bütün müsəlman dünyası tərəfindən qəbul edilə biləcək vahid ilahiyyat konsepsiyası və vahid təlim yaratmamasıdır. Bu onun fəlsəfi təməlinin zəifliyini deyil, gücünü göstərir. Vahid konsepsiyanın olmaması həm islama, həm də onun məzhəblərinə yeni fikirlərə meyil etmə, özünü inkişaf etdirmə imkanı vermişdir. İslamın həyat qabiliyyəti, dinamikliyi «sərhədləri müəyyən olunmuş plüralizm» ilə, dini sistem çərçivəsində fərqli baxışlara dözümlülük göstərməsi ilə qorunmuşdur [44,73].

- 56-

Müasir şəraitdə Azərbaycanda dini-mədəni dəyərinin inkişaf xüsusiyyətləri

Dinin əsasını Müqəddəs və «Ali varlığ»a mübahisəsiz qəbul edilən inanc təşkil edir. Bu inanc cəmiyyətə ilahi prinsiplər formasında təqdim olunur. Dinlərin adı, forması nə olursa olsun, onlar hansı şəkildə tərif və təfsir edilərsə edilsin, hər zaman və hər yerdə ortaq xüsusiyyətləri ilə tanınır. Bu ortaq xüsusiyyətlər iman, ibadət və cəmiyyət məsələlərində daha bariz şəkildə üzə çıxır. Buradan da anlaşılır ki, din insan və cəmiyyət reallığıdır. Buna görə də din həm təbii, həm də sosial xarakterə malikdir. Bu baxımdan sosiologiyada dinin obyektiv ünsürü kimi cəmiyyətlə dinin daim üzvü münasibətdə olmasının, subyektiv ünsürü kimi isə cəmiyyət içində fərdlərin dini təcrübəsi faktorlarının önə çəkilməsi təsadüfi deyildir. Akademik R. Mehdiyev yazır ki, postkommunist Azərbaycanında xristianlığın protestant yönümlü müxtəlif təriqotçi missioner təşkilatlan daha fəal işləməyə başladılar. Xüsusən 1991-ci ildən sonra qısa müddətdə onlar ölkənin müxtəlif bölgələrində 20-dən çox dayaq məntəqəsi yaradaraq müxtəlif məlumatlara görə, üç mindən beş minədək etnik azərbaycanlını sekta üzvlüyünə cəlb etmişlər. Respublikanın yerli əhalisini xristianlaşdırmaq məqsədi ilə xeyli maliyyə vəsaiti xərclənmiş, onlarca adda xüsusi ədəbiyyat buraxılmış, onlarca seminarlar keçirilmiş, təriqətlərin ən perspektivli və sadiq ardıcıllan daha yüksək səviyyəli hazırlıq keçmək üçün Qərbin müxtəlif xristian mərkəzlərinə göndərilmişlər. XX əsrin 90- cı illərində «Qreyter Qreyts Uorld Austriç» («Həyatverən nemət») Ümumdünya Kilsəsi, «Həyatın sözü» kilsəsi, «Advenüstlərin 7-ci gününün prcsviterianlan», «Gideon qardaşlığı», «İxtus» kilsəsi kimi beynəlxalq baptist təriqət təşkilatlan Azərbaycanda xüsusilə fəallıq göstərirdilər. «İncilləşdirmə-2000» proqramı təriqət missionerlərinin məqsəd və vəzifələrinin miqyasından xəbər verir. Proqramda iki mininci ilədək Bibliyam hər beş azərbaycanlı ailəsindən birində yaymaq, respublikanın hər beş vətəndaşından birini xristian missioner təşkilatlarının fəal üzvlüyünə cəlb etmək nəzərdə tutulmuşdu [ 134].

Cəmiyyətdəki kollektiv, etnik, ərazi və sosial eyniliyin köhnə formalarının zəifləməsi və dağılması yeni struktur müxtəlifliyinin və sosial diferensiasiyasının formalaşmasının təməlini yaradır.

- 57-

Page 30: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anar Həsənli

Qərb artıq demokratiya yolunu klassik mənada çoxdan keçib, indi əvvəlki anlayışlar modernləşdirilir, tamamilə yeni modellər irəli sürülür, sosial-siyasi və iqtisadi inkişafın yeni yollan axtanlır. Bütün bunlar praktiki fəaliyyətdə öz əksini tapır. Şərq ölkələrinin çoxu isə Qərbə uyğunlaşmaq istəyir, onun dəyərlərini mənimsəməyə çalışır. Bu da çox vaxt istənilən nəticəni vemıir. Lakin bu proses artıq başlayıb, çətinliklə olsa da davam edir.

Əvvəldə qeyd olunduğu kimi, submədəniyyətlər müxtəlif amillərin təsiri altında formalaşır. Azərbaycan şəraitində də həmin amillər vaxtaşırı qabarmışdır və nəticədə müxtəlif submədəniyyətlər, fərqli həyat stilləri meydana çıxmışdır. Məsələn, 60-70-ci illərdə məhz paytaxtda yeni həyat stilləri yaranmış (stilyaqalar, qədeşlər və s.) sonralar onların əsasında submədəniyyətlər formalaşmışdır. Göründüyü kimi, Bakıda yaranmış bəzi submədəniyyətlər hələ xeyli əvvələ aiddir və müasir qloballaşma ilə heç bir əlaqəsi yoxdur. Müasir dövrdə isə yeni submədəniyyətlər yaranmışdır və şəhər şəraitində müxtəlif həyat stilləri seçilməkdədir. Lakin şərtlər və amillər dəyişmişdir. Belə ki, submədəniyyətlərin formalaşmasına təsir göstərən faktorları bu və ya digər cəhətlərinə görə qruplaşdırmaq mümkündür. Məsələn, əlamətlər (ideologiya birliyi, mentallıq, simvolika, mədəni kod və s.), davranış (adətlər, rituallar, normalar, davranış və stereotip modelləri), sosial (sosial qruplar, təbəqələr və s.) xüsusiyyətlər və bunlar hamısı birlikdə həmin cəhətləri təşkil edirlər [25, 164]. Bundan başqa submədəniyyətləri onları daşıyan ictimai tiplər əsasında da təsnifləşdirmək olar. Məsələn, yaş və cinsə görə (uşaq, gənc, qadın-ana, təqaüdçülərin park yığıncağı); sosial-peşə yönümünə görə (fəhlələr və ziyalılar, kompüter, tibb, həmçinin ordu sahəsində işləyənlər, dilənçilər və cinayətkar-məhbuslar); dini; etnik; ərazi (yerliçilik və s.); asudə vaxtın keçirilməsi və s. [25,165].

Yuxarıda verilmiş təsnifat əsasında Bakıda mövcud olan həyat stillərini və submədəniyyətləri təxminən belə qruplaşdırmaq olar;

1) Yaş və cinsə görə: Uşaq-gənc submədəniyyətləri: hip- hopçular: (skeytboard həvəskarları, brekdansçılar, flaşmobçular, reperlər, qraffitistlər); rokkerlər; avtoşlar və avtoşkalar və s.

- 58-

Miiasir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri

2) Sosial-peşə yönümünə görə: kompüter həvəskarları (kuberkultura); «peşəkar» dilənçilər; cinayətkar-məhbuslar (bratvalar, mujiklər, şustryaklar, üzdəniraqlar və s.); pop-mədəniyyət; şampunçiklər və s..

3) Elmi fəaliyyət və publisistika ilə məşğul olan sosial qruplar.4) dini əlamətlərə görə: nurçular; vəhhabilər; xristian sektaları,

radikallar vəs.5) dil xüsusiyyətlərinə görə: rusdillilər, ingilisdillilər.Bu təsnifatı müəyyən qədər genişləndirərək ora təqaüdçülərin,

qadın-anaların, tibb işçilərinin, fəhlə və ziyalıların, tələbələrin müəyyən qruplarını da əlavə etmək olar. Lakin təsnifatda verilməmiş submədəniyyət və həyat stillərinin bəziləri Bakıda ya tam formalaşmamışdır, ya da cəmi bir neçə əlamətinə rast gəlmək mümkündür. Ona görə də yalnız bəzi əlamətlərinə görə submədəniyyət adlandırmaq mümkün olan belə sosial-mədəni mövcudluqları tam şəkildə həmin çevrəyə daxil etmək tezdir. Lakin bu faktdır ki, adı çəkilən sosial-mədəni qruplar istər həyat tərzinə və həyat stilinə, istərsə də etnomədəni xüsusiyyətlərinə görə əsas - milli mədəniyyətdən fərqlənir. Bu fərqlər 80-ci illərin sonlarına qədər nisbətən az nəzərə çarpırdısa, 90-cı illərdən sonra getdikcə dərinləşir.

Yeni yaranmış flaşmob haqqında bir qədər ətraflı məlumat vermək yerinə düşər. Flaşmob bir qrup şəxslər tərəfindən əvvəlcədən hazırlanmış teatral səhnəciklərin müxtəlif məkanlarda (istər küçə olsun, istərsə də qapalı bir yer) təsadüfi insanlar qarşısında oynanılmasına deyilir. Flaşnıobun alası amerikalı sosioloq-yazıçı Hovard Reingold hesab olunur. Məhz onun 2002-ci ildə işıq üzü görən kitabında (Ağıllı kütlə: Sosial inqilablar) ilk dəfə Flaşmobun mahiyyəti kütləyə çatdırıldı. İlk olaraq flaşmoblar cəmiyyətə sosial zəmində təsir etmək üçün bir vasitə kimi düşünülürdü. İlk aksiya Nyu-Yorkda 2003-ci ildə planlaşdırılsa da, polis “qanunsuz aksiyanın” qarşısını alır, amma çox keçmir ki, aksiya başqa bir məkanda baş tutur və flaşmob ideyası virus kimi bütün yer kürəsinə yayılır. Postsovet məkanında, əsasən də Rusiya, Ukrayna və

- 59-

Page 31: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anar HəSrVili

Belorusda flaşmobdan siyasi etirazlar üçün istifadə olunur. Məsələn, Belorusda etiraz aksiyaları qadağa edildiyindən proqressiv gənclər müxtəlif siyasi flaşmoblardan istifadə edir — seçki komissiyasının önündə seçki nəticələrinin ictimai şəkildə cırılması səhnəsi və yaxud Lukaşenkonun çıxışının küçələrdəki ekranlar vasitəsi ilə yayımı zamanı bir qrup gəncin ekranlara arxalarını çevirməsini misal gətirmək olar [141].

Sosializm ideologiyasının və sosialist həyat tərzinin süqutu postsovet məkanında, o cümlədən Azərbaycanda mədəni-ideoloji boşluq yaratdı. Bu boşluq xaricdən daxil olan mədəni və ideoloji cərəyanların hesabına dolmağa başladı. Ölkənin müstəqillik qazanması ilə vətəndaşlara da verilən azadlıqlar qısa müddətdə liberal ictimai-siyasi mühit əmələ gətirdi. Nəticədə, hərə öz maraq dairəsinə, peşə fəaliyyətinə, dini dünyagörüşünə, xobbisinə, cinsi meyillərinəgörə azad mədəni seçim qarşısında qaldı. Qloballaşma və informasiya texnologiyalarının inkişafı üzərində geniş yayılan kütləvi mədəniyyət dalğası və ona qarşı əks reaksiyalar tezliklə əsasən böyük şəhərlərdə rəngarəng ctnomədəni mühit yaratdı. Yuxanda sadalanan submədəniyyətlərin və həyat stillərinin əksəriyyəti də məhz bu dövrdə, həmin dalğanın təsiri altında təşəkkül tapmışdı. Məsələn, müasir Bakıda mövcud olan uşaq-gənc subıııədoniyyətləri əsasən yaxın dövrün mədəni törəmələridir. O cümlədən dini əlamətlərə görə yaranan submədəniyyətlər də sırf müasir dövrdə meydana gəlmişdir. Lakin indiki zamanda mövcud olan bəzi həyat stillərini və submədəniyyətləri müəyyən mənada ənənəvi saymaq olar. Həbsxanadakı subm ədəniyyət, dil mənsubiyyətinə görə yaranan submədəniyyət, bəzi sosial-peşə submədəniyyətləri bir qədər ənənəvi xarakter daşısa da, onlar tamamilə yeniləşmişdir və müasir dövrün mədəni tələbatlarına uyğunlaşmışdır. Qeyd edək ki, Azərbaycanda tarixən olduğu kimi müstəqillik dövründə də 2006-cı ildə Azərbaycanda olmuş Vatikanın Xarici İşlər naziri ölkəmizdə tolerantlığın yüksək səviyyədə olduğunu bildirmişdir [40].

- 60 -

Müasir şaraitda Azarbaycanda dini-madam dayarhrin inkişaf xmusiyyatləri

Ümumiyyətlə, keçid dövründə insanların sosial-psixoloji durumunu öyrənmək üçün aparılan sosioloji müşahidələrin nəticələri üç hissədə qruplaşdırılmışdır:

1) Ancaq özü haqqında fikirləşmək;2) Korporativ eqoizmin artması;3) Sosial vəziyyətin həddindən artıq çətinliyi nəticəsində

əhalinin bir qisminin aqressi v davranışı.Məhz bu sosial-psixoloji və Qərb mədəniyyətinin geniş təsiri Bakıda

həm brekdansçılann, həm də digər submədəniyyət daşıyıcılanmn davranışına və həyat stilinə mühüm təsir göstərir. Elə brekdans sözü özü də iııgiliscədən dağıdıcı, qırıcı rəqs deməkdir. İlk vaxtlar diskotekalarda meydana gələn bu rəqs sonralar onu ifa edənlərin və pərəstişkarlann sayının kəskin artması nəticəsində şəhərimizin küçələrinə də çıxmışdır. Hətta bəzi televiziyalarda da brekdans müsabiqələri və yanşmalan kütləvi yayımlanırdı. Babda bu submədəniyyətin daşıyıcıları arasında həm oğlanlar, həm də qızlar vardır. Vaxtının çoxunu hip-hop musiqisi dinləməyə və onun sədalan altında rəqs etməyə sərf edən bu gənclərin özlərinəməxsus aksessuarlan, geyimləri və şüarları (slenq) vardır. Onlann həyat tərzi idmançıların həyat tərzinə çox yaxındır. Belə ki, brekdansçılar gimnastikanı, akrobatik hərəkətləri mütləq bacarmalıdır. Bu gənclərin geyimi də idman stilində olur.

Amerikada və Avropada hər bir cərəyanın tərəfdarları ауп-ауп qruplarda birləşir və fərqli həyat stillərinə mənsubdurlar. Bakıda isə hələ bu cərəyanların tərəfdarları tam ayrılmamışlar və yalnız bəzi xarici əlamətlərinə və davranışlarına görə fərqlənirlər. Ümumiyyətlə isə, hip ideologiya mənəviyyatsızlığa və rasionalizmə qarşı, pank - ədəb və ləyaqətə qarşı, metallistlər isə doğruluğa və «şirin» dünyaya qarşı qiyam elan etmişdir . Ona görə də rok-mədəniyyət nisbətən mühafizəkar mühitdə yaxşı qəbul olunmur. Bakıda da onun hələ çox geniş yayıla bilməməsinin səbəbi budur. Bununla belə, bakılı rokkerlər müəyyən qədər təşkilatlanmışlar və tədricən özlərini biruzə verirlər. Rok qruplardan «Milan», «Unformal Harmony», «Fatal Nation» vəs. fəaliyyət göstərir, festivallar keçirir.

-61 -

Page 32: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

A nar Həsənli

Respublikamızda xristianlığın pravoslav, Roma-katolik və protestantlıq qollarına aid dini icmalar fəaliyyət göstərirlər. Adlan çəkilən ənənəvi dini icmalar Azərbaycan ərazisində tarixən fəaliyyət göstərmiş, hətta bir çoxları hələ Sovetlər dövründə dövlət qeydiyyatına alınmışdılar. Həmin dövrdə qeydiyyata alınmış icmaların 20-si qeyri-ənənəvi dini qurumlara aiddir. Mərkəzləri əsasən ABŞ-da, İsveçdə və Almaniyada olan və Azərbaycan üçün qeyri-ənənəvi olan belə missioner təşkilatları əsasən rusdilli gənclər arasında daha geniş yayılmışdır. 2011-ci ildə dövlət qeydiyyatından keçmiş dini icmaların sayının 571-ə çatdığı bildirilir. Həmin icmalardan 551-i İslam, 20-si isə qeyri-islam təmayüllüdür. 2011-ci ildə müvafiq ekspertizaya 1681 adda dini ədəbiyyat təqdim edilib. Onlardan 51 adda zərərli kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb. Son 8 ildə Azərbaycanda 117 məscid, 1 kilsə və 1 sinaqoq inşa olunub, onlarla məscid, eləcə də 4 kilsə, 2 sinaqoq əsaslı təmir edilib. Heydər Əliyev Fondunun dəstəyi ilə 7 məscid və ziyarətgahın inşa və ya əsaslı təmir olunub [10].

Yenicə müstəqillik qazanmış bir ölkəyə gələn xristian, hinduizm və radikal müsəlman təşkilatları verilən azadlıqlardan sui-istifadə etməyə başlayaraq, vətəndaşlarımızın dini mənsubiyyətini dəyişməyə, casusluğa sövq etməyə, hərbi sirləri öyrənmək kimi çirkin niyyətlərə əl atmağa başladılar. Missionerlər əhali arasında pessimist əhval-ruhiyyə yaymağa, onları taleyin hökmünə tabe olmağa sövq edirdilər. Belə missionerlərin yarıtmaz dini təbliğatı ölkəmiz üçün milli təhlükə mənbəyinə çevrilməsi narahatlıq yaratmaya bilməzdi. Bu dini təriqətlər ilk vaxtlar fəaliyyət sferasına Azərbaycandakı azsaylı rus dilli və digər kiçik etnik xalqlann nümayəndələrini cəlb edirdilər. Lakin, ağır Qarabağ müharibəsi, işğal olunmuş ərazilərin qaçqın düşmüş əhalisinin acınacaqlı vəziyyəti, bəzi dövlət strukturlarının belə vacib məsələyə laqeydcəsinə yanaşması, bu üzdəniraq təşkilat və missionerlərin ölkəmizin müsəlman əhalisi arasında da öz çirkin əməllərini həyata keçirmələri üçün əlverişli şərait yaratmışdı. Həm də nəzərə almaq lazımdır ki,

-62 -

Müasir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri

həmin vaxtlar ölkədə bu dini təriqətlərin ibadət və məşğələlər üçün istənilən binanı icarəyə götürmək imkanı var idi, vaizlərin isə bütün respublika ərazisində hərəkət etməsinə heç bir məhdudiyyət yox idi. Müharibədən, siyasi qarışıqlıqdan, iqtisadi vəziyyətdən cana doymuş insanlar isə hər şirin sözə müsbət reaksiya verirdilər. Artıq 1990-cı illərin əvvəllərində xarici dini missionerlər xüsusən Bakı və Gəncə şəhərində gənclərdən və ziyalılardan istifadə etməklə insanları islamdan qoparmağa başlamışdılar. Bir başqa qrup isə vahid islam fundamentalizminin yaradılması istiqamətində geniş fəaliyyətə başlamışdı. Burada bir məsələni qeyd etmək lazımdır ki, bəzi fikirlərə görə ölkəmizdə din sahəsində canlanma yaranmasının islam fundamentalizminə səbəb olacağı haqda deyilənlərin perspektivi yoxdur. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bu məsələyə münasibət bildirərkən demişdir: ”Son illərdə insanların islam dininə müsbət istiqamətdə m ünasibətin in dəyişm əsində təhlükə yoxdur və bunu fundamentalizm meyilləri kimi qiymətləndirmək lazım deyil. Onun fikrincə, namaz qılan, oruc tutan və dua edənlərin sayının artması fundamentalizm deyil. Əgər fundamentalizm deyildikdə islam nəzərdə tutulursa, mən buna qarşıyam. İslamla terroru eyniləşdirmək olmaz. İslam terror deyil. Terror varsa- bu, islam deyil” [59].

Azərbaycanda radikal islam baxışlarının və təşkilatlarının yayılması və fəaliyyəti həmişə istər respublika daxilində, istərsə də onun xaricində böyük maraq doğurmuşdur. Diqqət çəkən məsələ odur ki, demək olar ki, bütün belə strukturların arxasında xarici qüvvələr dayanır. Bu sahədə tədqiqatlar aparan Arif Yunusovun fikrincə Azərbaycanda mövcud olan radikal islam və qeyri-ənənəvi təşkilatlar istiqamətlərinə görə şərti olaraq dörd yerə bölünür: “İran”, “Türkiyə”. “Rusiya”, və “Ərəb” istiqamətləri [ 126,178-179].

Keçən əsrin 90-cı illərində İranla bağlı olan radikal islam təşkilatlan içərisində “Hizbullah” xüsusi fəallığı ilə seçilirdi. 1993-cü ildə iranlı missionerlər Bakıda gənclər arasında təbliğat apararaq onları öz tərəflərinə çəkməyə və “Hizbullahın” yerli təşkilatını

- 63-

Page 33: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anar Həsənli

yaratmağa nail oldular. Sonradan Lənkəran şəhərində də “Hiz- bullahın” kiçik bir şöbəsi yaradılmışdı. “Hizbullah”-ın fəaliyyəti yarım-leqal olduğundan bu təşkilatın sonrakı fəaliyyətini izləmək imkan xaricindədir. Rəsmi məlumata görə məhz “Hizbullah” 1996-cı ildə görkəmli Azərbaycan alimi, akademik Ziya Bünyadovu guya İsrailin xüsusi xidmət orqanı “Mossad” ilə əlaqədə olmaqda və Azərbaycanda sionizm yaymaqda günahlandıraraq onun haqqında ölüm hökmü çıxarmış və 1997-ci il fevral ayının 21-də qətlə yetirmişdi. Azərbaycan dövləti “Hizbullah”-ın fəaliyyətini ayrı-ayrı vaxtlarda ciddi surətdə zəiflətməyə nail olmuşdur.

Başqa bir təriqətdən olan (“Müsəlman qardaşları”), xüsusi təlim keçmiş, müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğular, həmçinin digər hərbi ləvazimatlarla təchiz edilmiş silahlı birləşmənin məqsədi isə Azərbaycanın bir sıra bölgələrində silsilə terrorçuluq hərəkətləri törətmək, ölkədə nəzarətsizlik və hakimiyyətsizlik əhval-ruhiyyəsi, əhali arasında çaşqınlıq və vahimə, etnik və dini zəmində qarşıdurma yaratmaq, sabitliyi pozmaq və beynəlxalq aləmdə respublikanın nüfuzuna xələl gətirmək olmuşdur. Bunun üçün əhali arasında müqəddəs sayılan bir sıra ziyarətgahların, məscidlərin, başqa dini konfessiyalara məxsus ibadət yerlərinin partladılması və digər təhlükəli aksiyaların törədilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, hüquq mühafizə orqanlarına silahlı basqınlar təşkil etməklə əməkdaşları öldürmək və inzibati binalarda olan silah-sursatı ələ keçirmək planlaşdırılmışdır. Rusiya Federasiyasının Dağıstan Respublikası ilə həmsərhəd rayonlarda və dağ-meşə massivlərində dəstəyə mənsub silahlı qrupların gizlənəcəyi, müvəqqəti yaşayacağı yerlərin, blindajlarm və qazmaların hazırlanması nəzərdə tutulmuşdur. Belə ki, tapşırıqlara əsasən, Vüqar Padarov və onun rəhbərlik edəcəyi silahlı dəstənin üzvləri tərəfindən cari ilin aprel ayının əvvəlində Azərbaycan Respublikası Prezidentinin Şimal-Qərb bölgəsinə planlaşdırılan səfəri zamanı dövlət başçısına qarşı terror aktı həyata keçirilməli, habelə eyni vaxtda hüquq mühafizə orqanlarına silahlı basqınlar

-64 -

Miiasir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri

təşkil edilməli, bu strukturların əməkdaşları öldürülməli və inzibati binalarda olan silah-sursat ələ keçirilməli, əhali arasında müqəddəs sayılan bir sıra ziyarətgahlar, məscidlər və başqa dini konfessiyalara məxsus ibadət yerləri partladılmalı idi. Lakin Azərbaycanın dövlət orqanlarının sayıqlığı nəticəsində bu terrorçu dini qüvvənin qarşısı alındı və birləşmənin üzvləri məhv edildi, həbs olundular [135].

Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq tərəfindən birgə həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda, xarici dövlətə və onun nümayəndələrinə kömək etməkdə, eləcə də ölkədə iğtişaşların törədilməsində, ictimai təhlükəsizliyin pozulmasında, insanların itaətsizliyə təhrik edilməsində şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları - Süleymanov Abgül Nemət oğlu, Bayramov Ramin Cahangir oğlu və Qəniyev Arif Gülsuvar oğlu saxlanılıb. Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun yaydığı birgə məlumatda qeyd olunur ki, Abgül Süleymanov İran İslam Respublikasının Bakıda fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin maliyyə dəstəyi əsasında rəsmi dövlət qeydiyyatı olmayan "Cəfəri" adlı radikal dini qrup yaradaraq ona rəhbərlik edib. Qrupun üzvləri dini radikallığı təşviq edən təbliğatlar apanb, həmçinin belə ifrat çağırışları, eləcə də dini təfriqəni, məzhəb ayn-seçkiliyini aşılayan vərəqələrin hazırlanmasım və dindarlar arasında paylanılmasmı təşkil ediblər. "Cəfəri" adlı radikal dini qrup tərəfindən təbliğat işinin genişləndirilməsi məqsədilə /www.islam- azeri.az/ internet saytı yaradılıb və ona rəhbərlik Ramin Bayramova həvalə olunub. Abgül Süleymanov və "Cəfəri" adlı dini radikal qrupun üzvləri İran İslam Respublikasının Bakıdakı Mədəniyyət Mərkəzinin əməkdaşları, eləcə də Azərbaycan Respublikasında fəaliyyət göstərən radikal şiə meyilli dini icma və birliklər, o cümlədən onların rəhbərləri ilə sıx əlaqələr saxlayıblar. Bundan başqa, Abgül Süleymanov hazırda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluq və dövlətə xəyanət maddələri ilə 2008-ci ildən barəsində beynəlxalq axtarış elan olunmuş Azərbaycan Respublikasının vətəndaşı, İran İslam

- 65-

Page 34: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anar /h sə n li

Respublikasının Qum şəhərində yaşayan və orada fəaliyyət göstərən "Haqq yolu" elmi-mədəni müəssisəsinin rəhbəri Hüseynov İsgəndər Hüseynəli oğlu ilə yaxm münasibətlər saxlamaqla yanaşı, "Cəfəri" adlı dini radikal qrupun fəaliyyət istiqamətini müəyyənləşdirməkdə sonuncudan mütəmadi təlimatlar alıb. "Cəfəri" adlı radikal dini qrupun üzvləri İran İslam Respublikasının Azərbaycanda fəaliyyət göstərən dini nümayəndəlikləri tərəfindən maliyyələşdirilən və rəsmi dövlət qeydiyyatı olmayan Azərbaycan İslam Partiyasının tədbirlərində daim iştirak edərək, açıq şəkildə Azərbaycanda şəriət qanunları ilə idarə olunan dövlətin yaradılmasına çağırışlar ediblər. Bundan başqa, Abgül Süleymanov Azərbaycan Respublikasında fəaliyyət göstərən bir sıra Qərb ölkələrinin səfirliklərinin binaları qarşısında radikal dindarlar tərəfindən icazəsiz keçirilən bütün etiraz aksiyalarının təşkilatçısı olub. 2011-ci ilin avqust ayında həbs olunan Abgül Süleymanov Cinayət Məcəlləsinin 283.2.1 (Zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, 233 (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə, 234.4.3 (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorlan hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 228.1 -ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə günahlandırılır [ 146].

Digər bir misal kimi göstərmək olar ki, Bakının mərkəzində - Kazımzadə küçəsi, ev 31 ünvanında ölkə qanunvericiliyi İran tərəfindən kobud şəkildə pozulur. Burada yerləşən “Hüseyniyyə” məscidində bəzi xarici vətəndaşlar, o cümlədən İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Seyid Əli Əkbər Ocaqnejad tərəfindən moizələr oxunur. Əslində, bu yer İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin balansındadır. “Dini Qurumlarla İş üzrə

-66

Muasır şarailda Azarbaycanda dini-madam dayarlarin inkişaf xıisusiyyatlari

Dövlət Komitəsi İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət işləri üzrə müşaviri Seyid Əli Əkbər Ocaqncjada 29 aprel 2004-cü ildə göndərilmiş məktubda Mədəniyyət Mərkəzinin Bakı şəhəri, Kazımzadə küçəsi ev, 31 ünvanında xüsusi mülkiyyət hüququnda aldığı torpaq sahəsindəki ibadət yerinin İran İslam Respublikası vətəndaşlarının dini tələbatlarını ödəmək üçün istifadəsinə etiraz edilmədiyi bildirilib. Məktubda, ibadət yerində Qafqaz Müsəlmanları İdarəsi ilə razılaşdırmaqla Azərbaycan vətəndaşı olan imam və ya axundun ləyin edilməsi şərti qoyulub. Lakin bu ibadət yerinə Qafqaz Müsəlmanları İdarəsi ilə razılaşdırılmış imam və ya axund təyin olunm ayıb. “ H üseyniyyə”-də dini ayinlərə İran İslam Respublikasının vətəndaşı rəhbərlik edir və Azərbaycan Respublikası vətəndaşlarının da ibadət etmələrinə şərait yaradılır. Bu iki fakt yuxarıda qeyd olunmuş razılaşmaya və ölkə qanunvericiliyinə ziddir. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanununun 21-ci maddəsinə əsasən, “İslam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasında təhsil almış Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər [141].

İslam hazırda Azərbaycanda kütləvi şüurun formalaşmasına müəyyən təsir göstərməkdə davam edir. Sosial və siyasi layihələr həyata keçirilərkən bunu nəzərə almaq lazımdır. Cəmiyyətdə dinin yeri həm tarixi, həm də sosial-siyasi amillərlə müəyyən olunmuşdur. Dünyada gedən proseslər, birüzlü qloballaşma müsəlmanların həyatında islam amilinin rolunu daha da gücləndirir, islam m ədəniyyətində həm rəyliyin möhkəmlənməsinə və onun genişlənməsinə imkan yaradır. Azərbaycan «islam dirçəlişi»nin reallıqlarını öz üzərində hiss edir və təsadüfi deyildir ki, cəmiyyətdə islam problemlərinə maraq getdikcə artır. Şübhəsiz ki, «islam dirçəlişiwndən bəhs edərkən biz heç də dövlətin dünyəvilik xarakterini itirməsinin mümkünlüyündən danışmırıq. Əksinə, biz qloballaşma epoxasında islamın modernləşməsindən, maarifçi

- 67-

Page 35: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anar Həsənli

islamdan danışırıq. Hesab edirik ki, müasir şəraitdə Türkiyənin laisizm (türkcə laiqlik-dünyəvilik) modeli Azərbaycanda maarifçi islam modelinin mümkün variantlarından biridir. Bu da təbiidir, çünki «islam dirçəlişi» bütövlükdə fundamental islahatı nəzərdə tutur və bu halda «oyanış ümumidir və heç də təkcə fərdi möminliyə aid deyildir» [49.196-200].

Dünyəvi dövlətdə din əzəldən cəmiyyətin ancaq mənəvi-əxlaqi yolgöstərəni olmalıdır, onun sosial-siyasi mövqeyi siyasi oyunlar və kombinasiyalar vasitəsinə çevrilə bilməz. Vətəndaşların kütləvi şüuru dini normaları ictimai-siyasi həyatda ülviləşdirməyə can atan müəyyən qruplaşmaların radikal-təməlçi əhval-ruhiyyəsinin və baxışlarının yalançı nümayiş meydanına çevrilməməlidir. Azərbaycan bu yolda qətiyyətlə irəliləyir. Qeyd olunanların sübutu kimi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 4 noyabr2008-ci il tarixli Sərəncamına uyğun olaraq 2008-ci ilin dekabrın 2-3- də Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransı keçirilməsidir. Konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı və çıxışı zamanı irəli sürdüyü təkliflər və tövsiyələr tədbirin beynəlxalq əhəmiyyətini daha da artırmışdır. Konfransda Prezident İlham Əliyev tərəfindən sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan «Bakı prosesi»nin əsası qoyulmuş və bu təşəbbüsün qlobal bir prosesə çevrilməsinə səbəb olmuşdur. Prezident İlham Əliyev konfransdakı çıxışı zamanı demişdir: «Mən çox istərdim ki, bu gün əsası qoyulan «Bakı Prosesi» uzun müddətli bir proses olsun. Çox istərdim ki, bu konfransın keçirilməsindən sonra konkret mexanizmlər işlənilsin, konkret fəaliyyət planı hazırlansın. Belə tədbirlərin keçirilməsi həm Bakıda, həm də digər şəhərlərdə ənənəyə çevrilsin» [4]. Konfransın açılış mərasimində çıxış edən Avropa Şurasının baş katibi Terri Devis isə konfransın keçirilməsinin bütün Avropa üçün əlamətdar hadisə olduğunu bildirmiş və qeyd etmişdir ki, Bakı öz tarixi və coğrafiyasına görə müxtəlif mədəniyyətlərin qovşağında yerləşir və Şərqlə Qərb, Şimal ilə Cənub arasında təbii körpüdür.

- 68 -

Müosır şaraıtda Azarbaycmıda dini-madam dayarlarin inkişaf xiisusiyyathri

Bu formatda keçirilən konfransın əsas məqsədi ölkəmizin həm Avropa Şurasına, həm də İSESKO-ya üzv olan yeganə dövlət olmaq imkanından bəhrələnərək Avropa ilə İslam dünyası arasında mədəniyyət körpüsü-vasitəçisi rolunu oynamaq, fərqli mədəniyyətlər arasında dialoqun inkişafına xidmət edən «Bakı prosesi»nin əsasını qoymaq və bu fəaliyyətlərin mərkəzində duran Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirmək olmuşdur.

Digər tərəfdən Azərbaycan İslam dövlətləri və təşkilatları ilə mədəniyyət sahəsində sıx əməkdaşlıq həyata keçirir. Azərbaycanın milli mədəniyyətində islam dəyərlərinin önəmli yer tutması, Azərbaycan mədəniyyətinin formalaşmasında və inkişafında islam dəyərlərinin əvəzsiz rol oynaması, Azərbaycan xalqının islam sivilizasiyasına böyük töhfələr, yüksək mədəniyyət nümunələri bəxş etməsi nəzərə alınaraq Bakı şəhəri 2009-cu il üçün «İslam Mədəniyyətinin Paytaxtı» elan olunmuş və İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI Konfransı Bakıda keçirilmişdir.

Konfransda qəbul edilən İslam dünyasında təhlükə altında olan mədəni və dünyəvi irsin qorunmasına dair qətnamədə Erməni işğalçılarının işğal etdikləri Azərbaycan torpaqlarında İslam irsinin məhv edilməsi məqsədi ilə həyata keçirdikləri vandalizm hərəkətləri pislənmiş və BMT-nin 822, 853, 874 və 884 saylı qətnamələrini Ermənistan Respublikası tərəfindən dərhal və qeyd-şərtsiz yerinə yetirilməsi tələb olunmuşdur. İslam Mədəniyyəti Paytaxtları Proqramının həyata keçirilməsinin davam etdirilməsi ilə bağlı müzakirələrdə isə Naxçıvan 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunmuşdur. 2011-ci ilin oktyabrın 10-da Bakıda, “Gülüstan” sarayında “XXI əsr: ümidlər və çağırışlar” devizi ilə öz işinə başlayan Beynəlxalq Humanitar Forumu multikulturalizmin nailiyyətləri və problemləri, dünyanı dəyişdirən müasir texnologiyalar, elmlərin konvergensiyası, biotexnologiyalar və etikanın problemləri, inkişafın iqtisadi modellərinin humanitar aspektləri, sosial jurnalistika və yüksək texnologiyalar.

- 69-

Page 36: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anar H sssnli

postmodernist mədəniyyətdə ənənəvi dəyərlər sistemləri kimi aktual mövzulara həsr olunmuşdur. Azərbaycan nümayəndələri ilə yanaşı dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli təmsilçiləri, o cümlədən tanınmış dövlət xadimlərinin, elmin müxtəlif sahələri üzrə Nobel mükafatçılarının, mötəbər beynəlxalq qurumların rəhbərləri bu məsələlər ətrafında geniş fikir mübadiləsi və müzakirələr aparmışlar. Qloballaşma dövrünün humanitar problemlərinə dair Forum iştirakçılarının mövqeyi qəbul olunmuş Bakı bəyannaməsində öz əksini tapmışdır [ 10].

Q loballaşan dünyada, o cümlədən m üasir Avropada ksenofobiyanın, radikalizmin və ekstremizmin mövcud olduğu bir şəraitdə dini və milli dözümlülüyü ilə seçilən Azərbaycanda bu tədbirin keçirilməsi özü-özlüyündə ölkəmizin dünyaya nümunə göstərdiyinin sübutudur. Çünki Azərbaycanda əsrlər boyu müxtəlif millətlərin, dinlərin nümayəndələri dinc və mehriban şəraitdə yaşamış, isti münasibətlərini qoruyub saxlamışlar. İkinci dəfə müstəqilliyinə qovuşan ölkəmizdə həyata keçirilən uğurlu siyasət nəticəsində ötən 20 il ərzində xalqımızın yüksək milli mənəvi dəyərləri, tolerantlıqla yoğrulmuş ənənələri qorunub saxlanılmış, bütün dinlərin nümayəndələrinin sərbəst fəaliyyəti təmin edilmişdir. Bu mənada başqa xalqların, dinlərin nümayəndələrinə hörmət mənasını ifadə edən muitikulturalizm yeni meydana çıxmış ifadə olsa da, tarix və təcrübə göstərir ki, Azərbaycan xalqı əsrlər boyu muitikulturalizm şəraitində yaşamışdır.

Beynəlxalq Humanitar Forumda iştirak edən 20-dən çox ölkənin və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin, o cümlədən mədəniyyət və incəsənət xadimlərinin, aparıcı kütləvi informasiya vasitələrinin rəhbərlərinin, ictimai xadimlərin və digər nüfuzlu siyasi-ictimai və elm xadimlərinin olması tədbirin əhəmiyyətini xeyli artırmışdır.

Ölkəmizin yüksək dəyərlərə sahib olması və demokratik prinsiplərin inkişafına, insan hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm verilməsi deməyə əsas verir ki, növbəti illərdə də

- 70-

Müasir şəraiteh Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri

Azərbaycanda dini-ınədəni münasibətlər yüksək səviyyədə təşkil olunacaq. Son illər Bakıda humanitar əməkdaşlığa dair beynəlxalq tədbirlərin keçirilməsi də bunu təsdiqləyir. Məsələn, 2008-ci ildən Bakı Prosesi başlanılmışdır. O vaxtlar respublikamızın paytaxtında keçirilən Avropa Şurasına üzv Ölkələrin Mədəniyyət Nazirlərinin Toplantısına İslam Əməkdaşlığı Təşkilatının nümayəndələri, nazirlər də dəvət olunmuşdu. Bu, dünya miqyasında çox mühüm bir hadisə idi. Çünki ilk dəfə idi ki, həm Avropa Şurasına, həm də İslam Əməkdaşlığı Təşkilatına üzv olan dövlətlər birgə humanitar xarakterli beynəlxalq tədbirdə iştirak elmişlər. Azərbaycan bu məsələdə liderliyini ötən illərdə də qoruyub saxlamışdır. 2009-cu ildə İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin nazirlərinin Bakıda keçirilən toplantısına Avropa Şurası ölkələrinin nazirləri də dəvət edilmişdi. Ötən ilin aprelində Bakıda dünya dini liderlərinin sammitinin keçirilməsi, noyabrda isə “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” mövzusunda tədbirin yüksək səviyyədə təşkili Azərbaycan dövlətinin və onun Prezidenti İlham Əliyevin ölkədə dini tolerantlığa xüsusi önəm verməsindən irəli gəlirdi. Nəhayət, 2011-ci ilin aprel ayında Azərbaycanda növbəti möhtəşəm tədbir — Mədəniyyətlərarası Dialoq Fonımu keçirildi. Belə tədbirlər bir daha təsdiqləyir ki, bütün insanların və cəmiyyətlərin dialoq şəraitində yaşaması çox vacibdir və bu mənada Azərbaycan təcrübəsinin öyrənilməsi bir çox dünya ölkələri üçün faydalıdır. Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdəki mövcud durumun və tarixi təcrübənin buna imkan verdiyini bildirərək demişdir: ” Azərbaycanın tarixi və keçmişi göstərir ki, bunu etmək mümkündür. Bu gün Azərbaycan müstəqil ölkə kimi həm Avropa Şurasının, həm də İslam Əməkdaşlığı Təşkilatının üzvüdür. Azərbaycan nadir ölkələrdəndir ki, hər iki təşkilatda üzvdür və eyni zamanda, fəal üzvdür. Sivilizasiyaları, dünya dinlərini birləşdirmək, əməkdaşlığı dərinləşdirmək üçün hesab edirəm ki, bizim ölkə kifayət qədər böyük səylər göstərir. Ən önəmlisi ondan ibarətdir ki, bu səylər öz nəticəsini verməkdədir. Çünki əgər belə olmasaydı, Azərbaycanın bu sahədəki təcrübəsi maraq doğurmazdı".

-71 -

Page 37: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

A nar Həsənli

Göründüyü kimi, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir.

Təsadüfi deyil ki, bütün bu tədbirlər, humanitar sahədə aparılan islahatlar Azərbaycanın adı ilə bağlıdır. Bütün dövrlərdə Azərbaycanda müxtəlif mədəniyyətlərə mənsub olan xalqlar respublikada hökm sürən ictimai-siyasi quruluşdan asılı olmayaraq bir ailə kimi yaşamışlar. Ümumiyyətlə, heç bir vaxt Azərbaycanda milli, yaxud dini zəmində qarşıdurma, anlaşılmazlıq olmamışdır. Heç vaxt ayn-seçkiliyə yol verilməmişdir və bu gün müstəqil Azərbaycan bu ənənələrə sadiqdir.

- 72-

Müasir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri

II FƏSİLMÜASİR DÖVRDƏ AZƏRBAYCANIN DİNİ-MƏDƏNİ

DƏYƏRLƏRİNİN İNKİŞAF PROBLEMLƏRİ

2.1. Siviiizasiyalararası dialoqun təşəkkülü dini-fəlsəfi aspektdə

Bəşəriyyətin inkişaf tarixi əslində dini-mədəni kluarlarda gedən dialoq mübarizəsi fəlsəfəsinin tarixidir. Narahat dünyamızda özünüdərk və özünütəsdiq anından başlayaraq varlığını məhdudlaşdıran sosial və siyasi, maddi və mənəvi maneələri, sədləri dəf etməyə çalışan insan hüdud və ədalət axtarışında olmuş, mükəmməl cəmiyyət arzusu ilə yaşamışdır. İstər Şərqdə, istərsə də Qərbdə əsrlər boyu mütəfəkkirlər, ilahiyyatçılar belə cəmiyyətin konturlarını cilalamış, insan hüdudlarının tam gerçəkləşəcəyi bu cəmiyyətin reallaşmasının insanın mənəvi keyfiyyətindən asılı olması fikrini vurğulamışlar [32].

Dinlərarası dialoqun mahiyyət və xarakterinin transformasiyasının əsas səbəblərindən biri beynəlxalq qaydanın, həmçinin bütövlükdə dini bəşər irsi ilə bağlı olan yeni mədəni, etnik və tarixi reallıqların dəyişilməsi olmuşdur. Qeyd etmək lazımdır ki, dinlərarası mürəkkəb və bir mənalı olmayan dialoq sakitləşdirici, ümidverici və lazım gəldikdə bir çox xalqlar üçün təsəlli ola bilər.

Mövcud qlobal təhdidlərin dəyişkənliyi nöqteyi-nəzərindən dialoq daha çox əhəmiyyət kəsb edir. Bu gün müxtəlif dinlərin və etiqadların bir çox tərəfdarları bunu başa düşürlər. Onlar dinlərarası prinsipial və əsas ziddiyyətləri bu dialoqun çərçivəsi xaricində qoyaraq, öz əsərlərində və təlimlərində yeni siviiizasiyalararası «körpülərin» qurulmasının açarını axtarıb tapırlar.

Dini mətnlərin ardıcıl öyrənilməsi göstərir ki, demək olar ki, bütün dinlərdə dialoqun aparılmasına imkan verən müddəalar vardır. Bu mənada İslam dini də istisna deyil. Qurani-Kərimin səhifələrində

- 73 -

Page 38: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anar Həsənli

tərbiyəyə, digər dini baxışlara və dünya görünüşünün tərəfdarı olan şəxslərə qarşı dözümlülüyə xüsusi yer ayrılır. Fərqli düşünməyə qarşı dözümlülüyə çağırış Quranda müxtəlif formalarda ifadə edilir. Bir ayədə qeyd olunur ki, din könüllü xarakter daşıyır və məcburiyyəti qəbul etmir: «Dində məcburiyyət (zorakılıq) yoxdur»; «Və de: «Haqq rəbbinizdəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın (kafir olsuıı)». Buradan aydın olur ki, hər bir kəs dinə münasibətini müstəqil müəyyənləşdirir, dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibətdə əqidəsini ifadə etmək və yaymaq hüququna malikdir [48, 2:23].

Bu baxımdan dözümlülük və sülh bəşəriyyətin ehtiyac duyduğu ən qiymətli məfhumlardan biridir. Sülh, sülhməramlı fəaliyyət və preventiv diplomatiyadan tutmuş insan hüquqları və inkişafın genişləndirilməsinə qədər dünyanın hər yerində gördüyümüz bütün işləri, tolerantlığı, digər hüquqlarla yanaşı vicdan azadlığını, bərabərliyi birləşdirən birməfhumdur.

Ölkəmizdə dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsinin, dini qurumlarla bağlı qanunvericiliyin müddəalarına riayət olunmasının, müvafiq dövlət orqanlarının dini qurumlarla bağlı fəaliyyətinin əlaqələndirilməsinin təmin edilməsi məqsədi ilə yaradılmış Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) dini etiqad azadlığının həyata keçirilməsi üçün münasib şəraitin yaradılması, habelə bununla bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarətin təmin edilməsi sahəsində fəaliyyəti də bu sahədə müxtəlif məsələlərin həllində yardımçı olur.

BMT Baş Assambleyasının 65-ci sessiyasında qəbul olunmuş qətnaməyə əsasən hər il fevral ayının birinci həftəsinin bütün dinlər, etiqadlar və konfessiyalar arasında “Ümumdünya Harmonik Münasibətlər Həftəsi” kimi qeyd olunmasının qərara alınması dinlər arası körpünün formalaşdırılması baxımından önəm daşıyır. Ölkəmizin həmmüəllif qismində qoşulduğu həmin sənəddə bütün dövlətlər hər il bu həftə ərzində dinlər və etiqadlar arasında qarşılıqlı hörməti, etimadı, sülh, humanizm və xeyirxahlıq ideyalarını təşviq

-74 -

Müasir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri

etməyə və dəstəkləməyə çağırılır ki, bu da beynəlxalq aləmdə qeyd olunan istiqamətdə fəaliyyətin güclənməsinə dəstək verir.

2001-ci ilin yanvarın 25-dən ən nüfuzlu regional beynəlxalq təşkilatlardan olan və əsas məqsədini insan hüquqlarının müdafiəsi təşkil edən Avropa Şurasının bərabər hüquqlu üzvü olan Azərbaycan Respublikası həmin ilin dekabrın 25-də «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyaya qoşulmuş, milli qanunvericiliyin bu Konvensiyanın tələblərinə və Avropa standart­larına uyğun təkmilləşdirilməsi öhdəliyini götürmüşdür.

Dini etiqad azadlığının da əsas insan hüquq və azadlıqlarının tərkib hissəsinə daxil olduğunu, həmçinin dövlətdaxili qanunvericilikdə və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrdə təsbit olunduğunu nəzərə alaraq ölkəmizdə vicdan və dini etiqad azadlığının təmin edilməsinə xüsusi diqqət yetirilir.

İslamda insan hüquqları probleminə həsr olunmuş tədqiqatlarda müsəlman ilahiyyatçıları özlərinin demokratik təsəvvürlərini və mövqelərini məhz bu baxımdan əsaslandırmağa çalışırlar. Bu mənada ulu öndər Heydər Əliyev də İslam dinini Azərbaycan xalqının milli- mənəvi sərvəti hesab edərək onun insanları paklığa, saflığa çağırdığını dönə-dönə vurğulamışdır.

Belə ki, islamın beynəlxalq münasibətlərə təsirini tədqiq edən tanınmış teoloq Məhəmməd Sadiq Əlifi özünün “İslam və beynəlxalq münasibətlər” əsərində yazır: “İnsan şəxsiyyəti yalnız azadlıq üçün şərait olan yerdə, yəni azad yaşayış yerinin, azad gediş-gəlişin, etiqadın, fikir azadlığının mövcudluğu, nöqteyi-nəzərin azad ifadə olunduğu, azad dövlətin mümkünlüyü şəraitində inkişaf edir və formalaşır. Buna görə də islam və köləlik ziddiyyət təşkil etdiyindən bir araya sığmazlar” [104, 63]. O, fikrinin davamı olaraq daha sonra qeyd edir ki, islam insana hörmət, onun birinci dərəcəli rolu və təhlükəsizliyini təmin etmək mövqelərindən çıxış edərək insanın sosial və beynəlxalq statusunu müəyyənləşdirir. Öz mülahizələrində Qurani- Kərimin “Əl-Bəqərə” surəsinə əsaslanan ilahiyyatçı-alim ayələrdəki dərin məntiqə söykənir: (Ya Məhəmməd!) Sənin Rəbbin mələklərə -

- 75-

Page 39: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anar Həsənli

“Mən yer üzündə hər xəlifə (canişin) yaradacağam”, - dedikdə (mələklər): “Biz Sənə şükr etdiyimiz, şəninə təriflər dediyimiz və səni müqəddəs tutduğumuz halda, Sən orada (Yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?”- söylədilər. (Allah onlara: (“Mən bildiyim şeyi siz bilmirsiniz!” [48, 2:30] buyurdu. Allaha iman gətirməyənlərə, Allahı və möminləri aldatmaq istəyənlərə Allah deyir: “Yer üzərində (küfr və günah işlədərək, möminləri aldadaraq) fəsad törətməyin” [48,2:11 ].

İslama görə, Allah insanları yer üzərində ədalətli davranmaq, mərhəmət və şəfqət hissini unutmamaq, birinin fikrinin, hüququnun məhdudlaşdırmasma yol verməmək, ulu Tanrı qarşısında bərabər olduqlarını dərk etmək üçün yaratmışdır. Məhz buna görə də islamda insan hüquqlarınm təbiəti cəmiyyətdə insanın yeri və rolu, insan və dövlət münasibətlərinin sivil qaydada tənzimlənməsi, insan hüquqlarının dərəcəsi və məqsəd təyinatı kimi problemləri müasirlik baxımından dərindən dərk etmək üçün “İslam ədalət konsepsiyası”nın mahiyyətini nəzərdən keçirmək daha məqsədəuyğun olardı.

Ədalət, hər şeydən əvvəl, ən mühüm mənada əxlaqi kateqoriya olub, həmçinin hüquqi və sosial-siyasi şüur anlayışıdır. Ədalət anlayışı cəmiyyətdə ауп-ауп fərdlərin (sosial-qrupların) praktik rolu ilə onların ictimai vəziyyəti arasında hüquq və təəhhüdləri, əmək və mükafatlandırma, cinayət və cəza, insanların xidmətləri, bunların ictimaiyyət tərəfindən qəbul edilməsi arasında uyğunluq nisbətini ifadə edir. Bu nisbətin pozulması ədalətsizlik kimi qiymətləndirilir [6,136].

Təbiidir ki, müsəlman ilahiyyatçıları əsrlər boyu ədalət probleminin islami dəyərlər mövqeyindən şərhinə xüsusi əhəmiyyət vermiş və bu gün də verməkdədirlər [44,3-71]. 2011-ci ildə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) zirvə görüşü bunu bir daha sübut etdi.

Cəmiyyətin mənəvi həyat sahələri (elm, incəsənət, hüquq, əxlaq, din, mədəniyyət və s.) üç mühüm ünsürdən ibarətdir: mənəvi həyatı tənzimləyən, onun konkret qaydalar çərçivəsində axarını təmin edən normalar və prinsiplər sistemi (hüquqi, əxlaqi, dini, norma və prinsiplər); bu norma və prinsiplərin insanlar tərəfindən dərk

- 76 -

Müasir şəraitdə Azerbaycanda dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri

edilməsindən ibarət olan şüur formaları (hüquqi şüur, əxlaqi şüur, dini, siyasi və s. şüur); mövcud normalar və prinsiplər əsasında qurulan münasibətlər sistemi (sosial praktika) və s. Bunlara cəmiyyətdəki əxlaqi, siyasi, hüquqi, dini və s. münasibətlər aiddir. Cəmiyyətin normal inkişafı, onun səviyyəsi və ahəngdarlığı, sosial tarazlığı bu ünsürlərin bir-birinə uyğunluq dərəcəsi ilə ölçülür.

İlkin təbii qanunu adət və ya din olan cəmiyyət sonradan dövlətin tərtib etdiyi qanunlarla baş-başa qaldı. Burada ən pis hal isə dövlətin qanunlarının cəmiyyətdəki təbii dəyərlərlə uyğun gəlməməsidir.

Lakin qeyd etdiyimiz proses daimi xarakter daşımır. Tezliklə ictimai həyatın pozitiv tərəfləri üzə çıxmağa başlayır.

Müasir dünyanın geniş mənada daha bir qaçılmaz ideyası qloballaşmadır. Soyuq müharibənin başa çatması ilə hərəkətə başlayan qloballaşma siyasi, iqtisadi, mədəni həyatın bütün sahələrinə təsir etmək gücünə malik olur. İlk anlarda biz qloballaşmanı yalnız iqtisadi aspektdən dərk edirdiksə, bu gün sosial- siyasi və mədəni həyatın bütün sahələrində bu ideyanın təsirlərini hiss etməkdəyik. Deməli qloballaşma ideyaları etnik münasibətlərdən də yan keçməyə bilməz. Bu baxımdan konfliktli ərazilərdə separatizmin hələ də davam etməsi ziddiyyətli sual doğurur. Əgər qloballaşma daha çox müsbət tendensiyadırsa o zaman, etnik separatizmin davamlılığı baş verməməlidir.

Bəşər tarixinin, xüsusilə inqilablar tarixinin dərindən öyrənilməsi açıq-aydın göstərir ki, bütün inqilabi hərəkatların və xalq qiyamlarının ən başlıca səbəbi cəmiyyət həyatında tüğyan edən ədalətsizlik, məzlumların hüquq və ləyaqətinin tapdalanması, azadlığa və ədalətə nail olmaq kimi sosial-siyasi, hüquqi-əxlaqi istiqamətli amillər olmuşdur. Lakin inqilablar və xalq hərəkatları belə bir həqiqəti (istər Qərbdə, istərsə də Şərqdə) də üzə çıxarmışdır ki, onlar əslində müqəddəs məqsədlərinə nail olmamış, bəşər həyatını əzab və iztirablardan qurtara bilməmiş, əksinə, demək olar ki, sosial məyusluq bütöv xalqları yeni-yeni qanlı müharibələrə sövq etmişlər. Məsələ burasındadır ki, artıq özünün təbii inkişaf yolunu itirmiş cəmiyyət tənəzzül və uğursuzluqlarla müşayiət

- 77-

Page 40: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anar Həsənli

olunur və buna görə də, uzun müddət ədalətli sistem və hamını razı salan ictimai quruluş yarada bilməz. Tərəqqipərvər müsəlman ilahiyyatçısı Seyid Müctəba Rııhni Musəvi Lari yazır ki, cəmiyyətdə hər bir sosial strukturun əsas tələbi ədalətli qanundur. Ədalət qanunu ictimai rifaha uyğun olaraq bütün siniflərin və fərdləriıı hüquqlarına, həmçinin qanunun müxtəlif məcəllələrinin insanın davranışında reallaşmasına təminat yaradır [96,184].

Ədalət bir sosial-əxlaqi dəyər kimi, dünyanın hər bir guşəsində sivilizasiyalı həyat qurmaq üçün ən gərəkli və qanuni tələbatdır. Müsəlman ilahiyyatçılarının fikrincə, hər şeyə qadir Allah dünyanı elə yaradıb ki, onun amallarının həyata keçməsi yalnız ədalətə əsaslanır və heç bir qüvvə də bu əqidəni qəti poza bilməz. Dünyanı idarə edən tarazlıq, bu baxımdan, şeylərin təbiətində əzəldən verilmişdir. Fikir azadlığı və iradə anadangəlmə olduğundan məhz onun vəzifəsi cəmiyyətdə ədaləti bərqərar etməkdir. Maraqlıdır ki, islamın öz təriqətləri arasında sosial ədalət prinsipinə münasibətdə fikir ayrılığı mövcud olmuşdur. Məsələn, hələ Əbu Həmid əl-Qəzali özünün “Batinilərin təliminin naqisliyi” əsərində şiə təriqətlərində ismailliyin ifrat qollarından biri olan batiniliyin islama, onun ədalətli prinsiplərinə zidd olduğunu, dövlətçilik üçün təhlükə təşkil etdiyini xüsusilə iddia etmişdir [75, 6]. Həyatın müəyyən anlarında insan təfəkkürü yönümündə yanılır, qanun və hüquq normalarım unudur, ədalət və xeyirxahlıq normalarına riayət etmir, insan özünün davranışına, demək olar ki, kifayət qədər nəzarəti itirir və başqalarının hüquqlarını pozmuş olur. Buna görə də, bəşəriyyətin görkəmli simaları həmişə hesab etmişlər ki, ədalət insanın ruhuna nüfuz etməli, onun bütün insani keyfiyyətləri, davranış normaları ədalətə söykənməlidir. İnsanlar uğranda mübarizə aparılan ədaləti insanların birgəyaşayışı naminə ictimai həyatın təşkilinin əsas elementi kimi qiymətləndirməyi bacarmalıdırlar. Yuxanda qeyd etdiyimiz S.M.Musəvi Lari göstərir ki, ədalət cəmiyyəti möminlik naminə birləşməkdə həyati mühüm addımdır, “ədalətin gözəlliyindən nurlanmış cəmiyyət həyatda yaşamaq üçün zəruri olan hər şeyi tapır.

78-

Miiasir şəraitdə Asərhaycanda dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri

onun bütün problemlərini aradan qaldırır” [96, 184]. O, özünün digər monoqrafiyası olan “Qərb sivilizasiyası müsəlmanın gözləri ilə” əsərində islam ın insan hüquqlarının m üdafiəsində və gerçəkləşməsində rolunu xüsusi olaraq qeyd edərək göstərir ki, islam dəyərləri şəxsi və ictimai həyatın hər bir hissəsini məhz ədalət əsasında tənzimləyir. [96, 184] Müsəlman əxlaqi hesab edir ki, dünyanın qüdrəti və hökmranlığı Allaha məxsus olduğundan hakimiyyət sahibi olanlar insanlara münasibətdə bir idarə edən və icraçı kimi öz hüquqlarından istifadə edərək bütün bunların Allahın iradəsindən gəldiyini əsasən bilməlidir. Buna görə də, müstəbidlər öz həmvətənlərini, qardaşlarını köləyə çevirən istismarçılar, demək olar ki, qanundan kənarda qalmış olurlar. İslam hər bir insanın özünəhörmət hissinə rəvac verir və hesab edir ki, insana müyəssər olan həqiqi və yeganə bərabərlik Allahın iradəsinə hamının bərabər tabe olmasıdır, bu cür bərabərlik hər kəsə günəş altında öz yerini tapmasına, hərc-mərcliyə və fanatizmə yol verilməsinə təminat yaradır. Müsəlmanlar dünya xalqlarına böyük səmimiyyətlə müraciət edərək deyirlər: “Gəlin, ümumi etiqad ətrafında birləşək. Axı, Allah birdir”. Allaha ibadət ən kamil azadlıqdır, çünki onun qanunları, normaları insanın əsl təbiətinin mahiyyətini əks etdirir, onun saflanmasına kömək edir.

Peyğəmbərin Məkkə ətrafında qələbəsindən sonra bir qrup kafir ondan öz bütü və nəsli üçün imtiyazlar istədilər. O isə cavabında dedi: “Allaha minnətdar olun ki, islamın qüdrətli təlimi sayəsində O, sizi nadanlıq günlərinizdən qurtardı, hakimiyyətin məğrurluğu, təkəbbürlüyünü və hərisliyini amansız çılpaqlıqla açdı. Bilin ki, indi Allah qiyaməti qarşısında iki qrup durar: “Allahın nəzərində dəyərli olan möminlər qrupu və xəcalətdən başlan aşağı olan günahkarlar qrupu” [96,184].

Müasir islamşünas alim Məhəmməd Səid hesab edir ki, Məhəmməd peyğəmbərin hicr etməsi də sosial ədalət naminə edilmişdir. Onun fikrincə, peyğəmbərin Məkkədən Mədinəyə hicrətinin də sövqedici motivi kökündə yeni mənəvi məqsəd

- 7 9 -

Page 41: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anar Hasımli

konsepsiyası durur, xeyirxah əməl və Allah naminə atılan bu addım Allahın adil kəlamını qoruyub saxlamaq və onun insanlara çatacağına inamla yaşamaq niyyəti idi. Peyğəmbərin hicr etməklə Allaha pənah aparması və bu niyyətlə insanları cahillikdən kamilliyə yüksəltməsinə onların ləyaqətini özlərinə qaytararaq qəlblərində yanan iman və inam şamının sönməməsi üçün zəmin yaratmışdır [123,196].

“Qurani-Kərim”də vurğulanır ki, yaşadığımız fani dünyada heç kos başqalarının günahı üçün cavabdeh deyildir [48, 53:38, 39:7]. Ona görə də, islama etiqad və itaət şəxsi xarakter daşıyır, daxili şəriət ailə-nikah məsələlərindən tutmuş cinayət və cəza, müharibə və sülh məsələlərinə qədər problemləri tənzimləyir. Lakin bunu xüsusilə qeyd etmək lazımdır ki, şəriətin mühüm prinsipinə görə müsəlmanın qurtuluşu onun hansı dövlətdə yaşamasından asılı olmayıb, onun şəriət qanunlarına necə əməl etməsi ilə müəyyənləşdirilir. Cəmiyyətdə hüquqları ilə borclarını, haqları ilə vəzifələrini bir- birindən ayıra bilən, öz varlığını ali mənəvi dəyərlər əsasında tənzimləyən insanı əsl müsəlman hesab etmək olar. Müsəlman ilahiyyatçıları öz tədqiqatlarında islamda insan azadlığını aşağıdakı şəkildə təsnif edirlər:

- Allahın bəxş etdiyi şəxsi azadlıq. Fərdin bu azadlığı ikili xarakter daşıyır və qrupun (kollektivin) azadlığı ilə məhdudlaşır.

- Davranış azadlığı. Əgər mülkiyyət qanunu əməllərin nəticəsində əldə olunubsa onu şəxsi mülkiyyət kimi qanuniləşdirir. Ona qəsd etməyi qadağan edir və əgər mülkiyyətçinin əməlləri cəmiyyətə təhlükə təşkil etmirsə ondan sərbəst istifadə etməyə təminat verir. Şəriət həddi-buluğa çatmayanlar, ağıldankəm və sərsəm adamlar üzərində nəzarəti müəyyən edir, onların təsərrüfatı müstəqil idarə etmək imkanım məhdudlaşdırır. “Qurani-Kəriın”in “ən-Nisa” (Qadınlar) surəsinin 5-ci və 6-cı ayələrində deyilir: “Allahın sizə dolanmaq üçün bəxş etdiyi malları ... səfehlərə (ağılsızların əlinə) verməyin. Onları həmin mallardan yedirdib, geyindirin və özlərinə xoş sözlər deyin!”, “yetimləri nikah yaşma

-80 -

Müasir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri

çatıncaya qədər sınayın. Əgər ağla dolduqlarını hiss etsəniz mallarını özlərinə qaytarın. Böyüyəcəklər deyə, o malları israf edib tələm- tələsik yeməyin. Zəngin olan (qəyyum) o mala toxunmasın, kasıb isə qəbul olunmuş qayda üzrə yesin. Yetimlərin mallarını özlərinə qaytardığımız zaman şahid tutun! Haqq-hesab çəkməyə Allah kifayət edər”! [48,4:5,4:6].

İslam təliminə görə, fikir, düşüncə azadlığı təxmini, yaxud xəyali xarakter daşıyan deyil, mötəbər, insanlara fayda gətirəcək faktlara söykənməlidir. Ən-Nəhl (“Bal arısı”) surəsində deyilir: Ya Məhəmməd! İnsanların hikmətlə (Quranla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihətlə (moizə) Rəbbinin yoluna (İslama) dəvət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır” [48,16:125].

“Dində yoxdur” kimi ali prinsipə əsaslanan insan tam azad etiqada öz dinini müdafiə etmək hüququna malikdir, dini ayinləri icra etmək, başqalarını da onun kimi əməl etməyə dəvət etmək hüququ vardır. Qurani-Kərimin “Yunus” surəsində deyilir: “Əgər Rəbbin istəsəydi, Yer üzündə olanların hamısı inam gətirərdi. İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən? (Bu sənin işin deyildir. Sənin vəzifən ancaq İslamı təbliğ etməkdir)” [48, 10:99]. Yaxud “əl-Kəhf’ (Mağara) surəsində: “Haqq Rəbbinizdədir, kim istəyir inansın, kim də istəyir, inanmasın” (kafir olsun) [48, 18:29], kimi fikirlər azadlığın geniş diapazonuna dəlalət edir.

İslam dini şəxsiyyətin siyasi hüquqlara malik olmasına da mühüm yer ayırır. Siyasi hüquqlar ümumiyyətlə cəmiyyət üzvlərinə, həmçinin müsəlmanların himayəçiliyini qəbul edənlərə (başqa dindən olanlara) şamil olunur. Hər bir müsəlmanın İslam aləmində cəmiyyəti idarə etmək hüququ vardır. İlahiyyatçı-hüquqşünaslar hesab edirlər ki, əgər hüquq obyekti ədalət məhkəməsini həyata keçirən ədalətdirsə, hüquq subyekti insanın hüquqları və təəhhüdləridir. Lakin İslam hüquq konsepsiyası təkcə fərdin hüququnu deyil, həmçinin “Ümmanın”, yəni həm dindarların

- 81-

Page 42: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anar Həsənli

cəmiyyətinin hüququnu da nəzərdə tutur. Bunu “Ali-İmran” surəsinin 110-cu ayəsi sübut edir. Ey müsəlmanlar! Siz insanlar üçün zahirə çıxarılmış ən yaxşı ümmətsiniz (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız. Əgər kitab əhli də (sizin) kimi iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların da içərisində bəzi iman gətirənlər vardır, lakin çox hissəsi haqq yoldan çıxanlardır [48,18:29]. Müsəlman hüququ hesab edir ki, islam dini dindarlara onların irqindən, sinfindən, yaxud dərisinin rəngindən asılı olmayaraq yüksək hörmət aşılamağa çalışır, bu şərtlə ki, fərdlər islam qardaşlığına, birliyinə məxsus olsun.

Milli birlik ideyasının tarixi dinamikasının tədqiqi sübut edir ki, 1839-cu ildə Osmanlı imperiyasında islahatlar həyata keçiriləndən sonra tədricən milli mənsubiyyətçilik prinsipi dini mənsubiyyətçilik ənənəsini sıxışdırıb çıxarmağa başlayır. Bundan əvvəl isə, məlum olduğu kimi, hər hansı bir müsəlman başqa bir islam dövlətinə gedəndə heç bir məcburiyyət olmadan oranın təbəəsi ola bilərdi.

Lakin islam dünyasında gedən müasir sivilizasiya dəyişiklikləri müsəlmanların insan hüquqları məsələlərinə münasibətinə yeni korrcktivlər gəlirmişdir. İslam dini ümumi insan hüquqları prinsipləri ilə yanaşı, şəxsiyyətin insan hüquqları sahəsindəki müasir meyillərinə müəyyən dərəcədə geniş yer verməyə başlamışdır.

Dünyada baş verən prosesləri diqqətlə izləyən sağlam zəka sahibləri bəşəriyyətin tarixi təcrübəsini, müharibələrin ardıcıllığı tarixi kimi deyil, sülhün və əməkdaşlığın bərqərar olması yolunda atılan addımların tarixi kimi öyrənilməsini daha məqsədəuyğun sayırlar.

Tarixi proses boyu mövcud olan sivilizasiyaların yanaşı yaşaması, dini-konfcnsiyaların qonşusu, insanları həyat normalarının və dünya duyumlarının birgə formalaşdığı prosesdir.

XX əsrin ikinci yarısından başlayaraq “Roma klubu”nda birləşən alimlərin bəşəriyyəti böyük sürətlə öz inkarına, məhvinə doğru getməsi haqqında mülahizələri bəşəriyyətin qlobal probleminə diqqəti artırdı. Bu prosesi sürətləndirən meyillər içərisində sivilizasiyaların qarşıdurması və toqquşması xüsusi qeyd olunurdu.

- 82-

Miiasir şarailda Azarbaycanda dini-madam dayarlahn inkişaf xüsusiyyatlari

İfrat fərdiyyətçilik, həyata praqmatist baxışın, tarixə nihilist münasibətin, kapitalın və hakimiyyətin həddindən artıq konsentrasiyasının, insanın özünün özünə yadlaşmasının, işsizlik, yoxsulluq və s. proseslərin sürəti şəraitində bəşəriyyətin gələcəyini nə gözlədiyini proqnozlaşdırmağa çalışan müxtəlif xarakterli yazıların sayı gündən-günə artmaqdadır.

1989-cu ildə “Neşnl interes” jurnalında Frensis Fukuyamanın “Tarixin sonudurmu?” adlı maraqlı məqaləsi dərc olundu. Sonradan eyni adlı monoqrafiyaya çevrilən bu tədqiqatda müəllif kommunizm sisteminin süqutu ilə tarixin özünün xoşbəxt sonluğuna çaldığını və bəşəriyyətin gələcək inkişafının liberal-demokratik əsasda inkişaf edəcəyini iddia edirdi [119].

F.Fukuyamanın fikrincə, dünya qocalıb, yeni sivilizasiyaların formalaşması imkanı tükənib. Dünya birliyinin yeganə xilası isə ümumbəşəri sivilizasiyanın quruculuğuna doğru irəliləməkdədir. Vacib şərtlərdən biri isə Şərq xalqları, millətləri, dövlətləri ilə inteqrasiyasıdır. ABŞ-ı bu proseslərdə baş intcqrator hesab edən müəllif XXI əsrdə formalaşacaq düşüncə tərzinə məhz bu dövlətin maraqlan baxımından yaxşılaşacağını göstərir.

İnteqrator dövlət - yeni birgə qaydalan yaradır, iqtisadi, siyasi, mənəvi dəyərləri formalaşdınnağa çalışır, müəyyən bir dövlətin maraqlarını təmin edən qloballaşma siyasətini həyata keçirməyə cəhd edir.

Digər proqnoz amerikan alimi S.Xantinqtonun “Sivilizasiyaların toqquşması və yeni dünya nizamının yenidən qurulması” əsərində verilir. Müəllifin fikrincə, keçmiş sosializm və kapitalizm arasında olan antoqonizm sivilizasiyaların toqquşması, ilk növbədə qərb, islam və pravoslav sivilizasiyaları arasındakı ziddiyyətlərlə əvəz olunacaq [121].

Müəllifin fikrincə, dünya çox gəncdir və yaradıcı enerji ilə zəngindir. Əvvəlki əsrlərin tarixi təcrübəsindən bəhrələnən XXI əsr yeni sivilizasiyaların formalaşması üçün geniş imkanlar yaranacağı dövr olacaq. Əsrin əsas inkişaf modeli isə hakimiyyətin qollara bölünməsinin sürətlənməsi, regionçuluqla müşayiət olunan

- 83 -

Page 43: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anar Həsənli

diferensasiya, hakimiyyətə və siyasətə münasibətdə fikir ayrılıqlarının, mövqe müxtəlifliyinin fəallaşması ilə xarakterizə olunan divergensiya və suverenləşmədən ibarətdir. Bu meyillərin ideya əsasını isə millətlərin öz müqəddəratlarını təmin etməsini absurd səviyyəyə çatdıran millətçilik ideyası təşkil edir. Müəllifin fikrinə əsasən əgər XX əsr ideologiyaların konflikti əsri idisə, XXI əsr sivilizasiyaların və ya dinlərin qarşıdurması əsrinə çevriləcək. Müasir dövrdə bəşəriyyəti sarsıdacaq xristian və islam sivilizasiyalarının konflikti, “qırmızı təhlükə”nin yerini tədricən “yaşıl təhlükə”nin əvəz edəcəyi barədə elmi mübahisələr artaraq Şərq və Qərb qarşıdurması səviyyəsinə yüksəldilir.

Avropa və islam dövlətlərinin qarşılıqlı münasibətlərinin tarixi ilk baxışda daimi qarşıdurma tarixi kimi görünür. Belə ki, VII-IX əsrlərdə ərəb işğalları və XV-XVII əsrlərdə osmanlı işğalları, XI-XII əsrlərdə səlib yürüşləri və XIX-XX əsrlərdə müsəlman ölkələrinin müstəmləkə istilaları və orta əsrlərdə antik dövlətlər üçün xas olmayan dini müharibələrin başlanması buna bariz misaldır.

Müəllifin fikrincə, dünya çox gəncdir və yaradıcı eneıji ilə zəngindir. Əvvəlki əsrlərin tarixi təcrübəsindən bəhrələnən XXI əsr yeni sivilizasiyaların formalaşması üçün geniş imkanlar yaranacağı dövr olacaq. Əsrin əsas inkişaf modeli isə hakimiyyətin qollara bölünməsinin sürətlənməsi, regionçuluqla müşayiət olunan diferensasiya, hakimiyyətə və siyasətə münasibətdə fikir ayrılıqlarının, mövqe müxtəlifliyinin fəallaşması ilə xarakterizə olunan divergensiya və suverenləşmədən ibarətdir. Bu meyillərin ideya əsasını isə millətlərin öz müqəddəratlarını təmin etməsini absurd səviyyəyə çatdıran millətçilik ideyası təşkil edir. Müəllifin fikrinə əsasən əgər XX əsr ideologiyaların konflikti əsri idisə, XXI əsr sivilizasiyaların və ya dinlərin qarşıdurması əsrinə çevriləcək. Müasir dövrdə bəşəriyyəti sarsıdacaq xristian və islam sivilizasiyalarının konflikti, “qırmızı təhlükə”nin yerini tədricən “yaşıl təhlükə”nin əvəz edəcəyi barədə elmi mübahisələr artaraq Şərq və Qərb qarşıdurması səviyyəsinə yüksəldilir.

Avropa və islam dövlətlərinin qarşılıqlı münasibətlərinin tarixi

84-

Müasir şaraitda Azarbaycaıula dini-madam dayarlarin inkişaf xüsıısiyyaltari

ilk baxışda daimi qarşıdurma tarixi kimi görünür. Belə ki, VII-IX əsrlərdə ərəb işğalları və XV-XVII əsrlərdə osmanlı işğalları, XI-XII əsrlərdə səlib yürüşləri və XIX-XX əsrlərdə müsəlman ölkələrinin müstəmləkə istilaları və orta əsrlərdə antik dövlətlər üçün xas olmayan dini müharibələrin başlanması buna bariz misaldır.

Qeyd edək ki, antik dövlətlər arasında baş verən konfliktlər heç də ona görə baş vermirdi ki, hansısa sivilizasiya Zevs allahını Amon allahından uca tuturdu və ya romalılann Vaaldan xoşu gəlmirdi. Ona görə də Avropa ilə islam dünyası arasında baş verən müharibələri yalnız dini, yaxud sivilizasiyaların fərqi amili ilə bağlamaq düzgün olmazdı.

İstər Avropa ölkələrində, istərsə də müsəlman dövlətlərində daxili “dini, yəni bir sivilizasiya daxilində” baş verən müharibələrə çoxlu misal göstərmək olar. Fransa ilə İngiltərə arasında yüzillik müharibə, yaxud Osmanlı imperiyası ilə İran arasında iki yüz illik qarşıdurma, şiələrlə-sünnilər, katoliklərlə-protestantlar arasındakı düşmənçilik və s. faktlar yuxarıda deyilənlərə misaldır.

Eyni zamanda qeyd etmək lazımdır ki, on üç əsr ərzində Avropa ilə islam dövlətləri arasında heç də həmişə sivilizasiya fərqlərinə görə müharibələr və çəkişmələr olmamışdır. Avropalılarla müsəlmanlar bir-biri ilə diplomatik əlaqələr qurmuş, hərbi ittifaqlar yaratmış, öz dindarlarına qarşı sazişlər bağlamış, geniş ticarət əlaqələri yaratmışlar. Səfəvilər dövlətinin diplomatik fəaliyyətinin nümunəsində bunu görmək olar f 102].

Dini təəssübkeşlik və bunun sayəsində islam, xristian və yəhudi mədəniyyətlərinin və fəlsəfəsinin qarşılıqlı təsirinin məhsulu kimi yeddi yüz il mövcud olmuş ərəb-islam sivilizasiyasının hökm sürməsi tarixdə unikal hadisədir. Buna bənzər hadisə XII əsrdə kral II Rocerin vaxtında Siciliyada da olmuşdur. Şərqi Aralıq dənizi hövzəsində altı yüz il ərzində səlibçilorin 1204-cü ildə Konstantinopolun işğalınadək “sivilizasiyaların dörd yol ağzı” rolunu Bizans oynamışdır. Məhz burada Rusiyadan, Ərəb ölkələrindən, Hindistandan, Çindən və digər ölkələrdən gələn ticarət yollan kəsişirdi [791. Həmin ticarət yolları həm də Şərqlə Qərb arasında mədəni əlaqələrin genişlənməsində, hər iki

-85 -

Page 44: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anar Həsənli

sivilizasiyaların yaxınlaşmasında mühüm rol oynamışlar. Avropa vo müsəlman mədəniyyətləri özünəməxsusluqlarını saxlamaq şərtilə bir- biri ilə qarşılıqlı təsirdə formalaşmış, zənginləşmişlər. İngilis tədqiqatçısı E.Bredford yazır: “XX əsr sivilizasiyalarını yalnız Qərbi Avropa sivilizasiyası adlandırmaq Şərqin verdiyi tövhəni təhqir etmək deməkdi” [131]. Onun meydana gəlməsində həm avropalılar, həm afrikalılar, həm asiyalılar, həm farslar, həm də ərəblər iştirak etmişlər. XX əsrin birinci rübündə O, Şpenqler Qərb və Şərq sivilizasiyalarının oxşarlığını qeyd edərək göstərirdi ki, hər iki mədəniyyətin qovuşması vahid dünya mədəniyyətini yaratmışdır [ 125].

Görkəmli ictimai-siyasi xadim Əhməd bəy Ağaoğlu özünün “Üç mədəniyyət” (1927) adlı məqaləsində “mədəniyyətin” bütövlükdə “həyat tərzi” olduğunu vurğulayaraq deyirdi ki, “bəşəriyyətin üç həyat tərzi” yaxud “üç mədəniyyəti” - Budda, Brəhmən, Qərb və yaxud Avropa və İslam mədəniyyətləri mövcuddur. Onun fikrincə, hər bir mədəniyyət növü diqqətlə araşdırılsa, aydın olar ki, bu mədəniyyətlər təməlçilərin yaşayışından, cinsindən, rəngindən, dil və düşüncə müxtəlifliyindən asılı olmayaraq, çox ümdə cəhətlərə, müştərək xüsusiyyətlərə malikdir [33,26].

Keçmiş Sovetlər məkanında iki sivilizasiyanın - xristian və müsəlman sivilizasiyalarının birgə yaşayışı, bir dövlət daxilində mövcudluğu da tədqiqatçıların diqqətini cəlb edən problemlərdəndir. Həmin illərdə sivilizasiyalar arasında mövcud olan konflikt elementləri necə təzahür edirdi və ya necə gizlədilirdi? SSRİ tarixinin də “bitkin sivilizasiya sisteminin” formalaşması ideyası özünü doğrultmadı. İttifaqa daxil müxtəlif sivilizasiyalara mənsub respublikaların iqtisadi, mədəni göstəriciləri onları eyni sivilizasiyaya aid etməyə imkan vermirdi. Sivilizasiyanın qarşıdurması nəzəriyyəsinin tərəfdarları öz mövqelərini çox zaman bununla əsaslandırırlar ki, guya “İslamla demokratiya bir araya sığmır”. Halbuki müsəlman dini fikir müxtəlifliyini və müxtəlif mövqedən qiymətləndirməni təqdir edir ki, bu da demokratiyanın vacib şərtlərindəndir. Doğrudur, müsəlman ölkələrində demokrati­

86

Muusır şəraitdə Azərbaycanda dini-madam dayartarin inkişaf xüsusiyyətləri

yanın təşəkkülü prosesi ləng gedir, lakin bu heç də islam sivilizasiyasının və fəlsəfəsinin təbiətindən deyil, vətəndaş cəmiyyətinin qurulması ilə bağlı çətinliklərdən irəli gəlir. Bir də ki, Qərbi Avropa sivilizasiyasının özündə demokratiyanın bərqərar olması üçün yüz il lazım gəlmişdir. Son əlli il ərzində müsəlman Şərq ölkələrinin mədəni inkişaf prosesinə nəzər salsaq, bu ölkələrdə fəlsəfi fikir sahəsində xeyli tərəqqi əldə edildiyini görmək çətin deyildir.

Sivilizasiyalann münaqişəsi konsepsiyasının tərəfdarlarının islama tutduqları bir irad da budur ki, guya bu dinə ekstremizm, terrorist metodlarına rəvac vermək xasdır. Bu elə də güclü dəlil deyildir, heç olmasa ona görə ki, Qərbi Avropa ekstremist təşkilatları, məsələn, İrlandiya respublikası ordusu terrorizmə əl atırlar. Müsəlman ölkələrində həqiqətən də dini-siyasi terrorizm problemi mövcuddur, lakin bunu əsasən təməlçi qruplar həyata keçirirlər, halbuki mötədil islamçılar islahatçı baxışlara üstünlük verir, öz məqsədlərinə siyasi metodlarla çatmağa cəhd göstərir, ekstremizmə və terrorizmə əsas təhlükə mənbəyi kimi yanaşırlar [89].

Hər halda təqdirəlayiq haldır ki, İslam Əməkdaşlıq Təşkilatı özünün 1997-ci ilin dekabrında Tehranda keçirilmiş Zirvə görüşündə Təşkilatın siyasi bəyannaməsində terrorizmin bütün formalarını pisləmək və ona qarşı hər vasitə ilə mübarizə aparmaq haqqında tezis daxil edilmişdir [67].

İslamı fanatizmlə, başqa dinlərə dözməməklə, dini ekstremizm, terrorizm və bu kimi neqativ hallarla bağlamağa çalışan antiislamşünaslann dediklərinin əksinə olaraq İslam sivilizasiyası, onun mənəvi-əxlaqi dəyərləri İslam dininin fəaliyyət göstərdiyi ölkələrdə milli həmrəyliyin qərarlaşması, dövlətlər arasında əmin-amanlıq şəraitinin yaradılması üçün özünəməxsus, əvəzolunmaz rol oynayır.

Ekstremistlərin, radikal dindarların, terrorçuların isə, əslində nə dini, nə də milli mənsubiyyət hissi yoxdur. Ona görə də İslamı terrorizmdə günahlandırmaq İslam mənəviyyatına, İslam əxlaqına böhtan atmaq, onu dünya ictimaiyyətinin gözündən salmağa cəhd etməkdən başqa bir şey deyildir.

- 87-

Page 45: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anur Həsənli

Molumdur ki, 1999-cu ildo “Terrorizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilibdir. Bu Qanun heç bir milli, ideoloji, dini mənsubiyyətdən asılı olmayaraq ümumiyyətlə terrorizmə qarşı mübarizənin hüquqi və təşkilatı əsaslarını müəyyən edir, terrorizm əleyhinə mübarizəni həyata keçirən dövlət orqanlarının fəaliyyətini əlaqələndirir, habelə həmin orqanların və vətəndaşların hüquqlarını və vəzifələrini təsbit edir.

Bu Qanunun dövlətlərarası, beynəlxalq əhəmiyyəti onun 20-ci maddəsindəki aşağıdakı fikirlərdən aydın görünür. Bu bir daha göstərir ki, nə Şərq, nə də Qərb fəlsəfəsi heç bir terrorizmə yol vermir, əksinə insanlar arasındakı münasibətlərdə humanizmin qərarlaşmasına çalışırlar.

Bəzi din tarixçiləri hesab edirlər ki, İsanın təlimi insanın ruhi və mənəvi tərbiyəsi sahəsində, insanda ləyaqət hissinin formalaşması məsələsində qanunvericilik aktlarından və filosofların elmi risalələrindən daha çox fayda vermişdir. Eyni zamanda islam dini dünya tarixinə hüquq, əxlaq və dövlətçilik haqqında yeni ideyalar vermiş, milyonlarla müxtəlif millətləri və irqləri vahid müsəlman sivilizasiyasında birləşdirmişdir. Buna görə də bəzi qərəzçi qərb müəlliflərin islamın guya Atlantikadan Sakit okeanadək bir məkanda “şər imperiyası” yaratmaq barədə fikirləri əsassızdır.

Hələ Ol-Kindidən ibn Riişdə qədər böyük ərəbdilli mütəfəkkirlər zəkanın kor-koranə etiqad, fəlsəfənin din, insan azadlığının dini tale üzərində üstünlüyünü qeyd edir, düşünən insanı vəsf edərək dünya və cəmiyyəti tənqidi qəbul etmək amalını fəlsəfənin başlıca qayəsi hesab edirdilər.

Böyük İbn Xaldun “Tarix elminə giriş” əsərində tarixi fəlsəfi elmlərə aid etməklə yanaşı, göstərirdi ki, əxlaq siyasi-iqtisadi amillərlə səbəblənir. Mənəviyyatın dərinləşməsində cəmiyyətin təsərrüfat yollarında baş verən dəyişikliklərin həlledici rolunu o, xüsusi vurğulayır. Onun fikrincə, filosof insanın iztirablarına biganə qalmazsa o, müdrik simadır. O, təbiəti sosial fəallıqla fərqlənən insani müstəbidlərin ədalətsiz rəftarından qorumaq üçün fəlsəfəsindən, onun humanist ideyalarından istifadə etməlidir [88; 90].

- 88-

Miiasir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri

Papa İohan II Pavel bəşəriyyəti qarşıda gözləyən xristian-islam qarşıdurmasını ciddi müddəa hesab etməyərək göstərir ki, Vahid Allaha etiqad konflikt və rəqabət üçün səbəb deyil, dialoq və danışıqlar yolu ilə əkslikləri aradan qaldırmaq təəhhüdü olmalıdır. Lakin hələ də Qərb dünyasında islamofobiya genişlənməkdədir. Belə ki, 2011-ci il üzrə Amnesty International təşkilatının illik hesabatında qeyd edilir: “Maliyyə böhranından sonra Avropa ölkələrini, deyəsən, növbəti böhran gözləyir - insani dəyərlərin parçalanması. Bunun əlamətlərindən biri də müsəlmanlara qarşı dözümsüzlükdür. Avropa ölkələrində aparılan sorğular göstərir ki, burada İslam mədəniyyəti və müsəlmanlara qarşı mənfi münasibət var. Belə islamofobiya elementləri əsasan Türkiyə, ərəb ölkələri və Cənubi Asiyadan gələnlərə qarşı yönəlir”[14I]. Bu hesabatda diqqəti çəkən digər bir məsələ ondan ibarətdir ki, burada Belçika, Fransa, Niderland, İspaniya və İsveçrədə məscidlərin təsis olunmasına, qadınların başı və üzü bağlı gəzməsinə yaradılan problemlərdən söz açılıb. Sənəddə bir çox Avropa ölkələrində ayrı-seçkilik faktları haqqında ayrı- ayrılıqda məlumat verilib. Təşkilatın eksperti Marko Pereolini deyir ki, indi bir çox Avropa ölkələrində müsəlman qadınlarına iş verilmir, qızların isə məktəbə getməsinə qadağa qoyulur: “Çünki onlar başlarını bağlayırlar. Kişilər isə dinin tələblərinə uyğun saqqal saxladıqlarından, işdən qovula bilər. Siyasi partiyalar isə buna qarşı çıxmaq əvəzinə əksər hallarda seçici səsi yığmaq üçün bu fikirlərə qahmar çıxırlar” [141]. Daha sonra Pereolini bildirir ki, dini və mədəni simvolların gəzdirilməsi, müəyyən paltarların geyilməsi ifadə azadlığı hüququnun bir hissəsidir. Bu, həmçinin dini etiqad və inanc azadlığının bir hissəsidir və hər bir inanc davamçıları bu hüquqdan bəhrələnməlidir: “Hər kəs öz dininə uyğun geyinə bilər, ənənələrinə əməl edə bilər. Hansısa formalı geyimə qadağan qoyulması, insanların azad geyim seçməsinə maneə yaradır”. Hesabatda xüsusi olaraq məşğulluq sahəsində diskriminasiyaya yol açan qanunlar tənqid olunur. Qeyd edilir ki, Belçika, Fransa və Nidcrlanddakt qanunlar sahibkara icazə verir ki, kiminsə istifadə

- 89-

Page 46: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anar Həsənli

etdiyi dini simvol iş yerində xoşagəlməz səs çıxardarsa, şirkətin korporativ imicinə və ya müstəqilliyinə ziyan vurması adı ilə bu adamı işdən çıxartsın. Hesabatda bildirilir ki, son illər ərzində İspaniya, Fransa, Belçika, İsveçrə və Niderland daxil olmaqla bir çox ölkələrdə orta məktəblərdə baş örtüyü və digər dini geyimlər qadağan olunub. Amnesty international məscidlərin tikintisi ilə bağlı duruma da toxunub. Qeyd olunur ki, 2010-cu ildə İsveçrə Konstitusiyasına edilən dəyişiklik minarələrin tikintisini faktiki qadağan etmiş oldu. Bu da İsveçrənin hörmət etməli olduğu beynəlxalq öhdəliklərə ziddir. Kataloniyada (İspaniya) məscid tikintisi yerli ənənələrə uyğun gəlmədiyinə görə qadağan edilib. Burada müsəlmanlar açıq meydanlarda, küçədə namaz qılmalı olurlar [141].

İslam dini bu günkü sivilizasiya əsrində zorakılığa qarşı çıxır, insanları xoşbəxt gələcək qurmağa səsləyir və təəssüflə bildirir ki, hazırda sivilizasiyalı xalqlar öz ağlından, fiziki və maliyyə imkanlarından sülh və insanların rifah naminə deyil, hamının məhv olması üçün silahlar düzəltməyə istifadə edirlər.

Qeyd edilməlidir ki, iki sivilizasiyanın dialoqunda İran İslam Respublikası amilinə hazırda ciddi fikir verilir. Bu bir sirr deyildir ki, müharibədən sonrakı dövrdə həm neft amili, həm də onun Xəzər regionuna keçirilməsi hakimiyyət uğrunda mübarizəni daha da qızışdıran yeni “islam alovunu” meydana gətirmişdir. Həmin regionda nüfuz dairələri uğrunda mübarizə, şübhəsiz siyasi oyunlarda islam kartından istifadəni daha da aktuallaşdırmışdır. Həmin geosiyasi oyunlar İran sivilizasiyasının tarixinə, onun xristian-islam dialoqunda roluna diqqəti artırmışdır.

Məsələ burasındadır ki, İslam rəsmi dairələrində hakim olan mülahizələrə görə İran öz iqtisadiyyatını asılılıqdan qurtarmış, vaxtilə unudulmuş islam mədəniyyətini xeyli inkişaf etdirmişdir. Məsələn, İranın rəsmi dairələrinin nümayəndələrinin “Evronyus” teleşirkətinə verdiyi müsahibəsində açıq bildirirlər ki, bizim ölkə “xarici siyasətdə heç kəsdən asılı olmayaraq öz xarici siyasətini həyata keçirir və hər yerdə gördüyümüz zorakılığı və ədalətsizliyi

- 90-

Müasir şarailda Azarbaycanda dbıi-madani dayarlarin inkişaf xususiyyalhri

pisləyir” [124]. Onlar bunu islam sivilizasiyanın ruhundan irəli gələn addım hesab edirlər.

Lakin onların müsahibəsində maraqlı məqam islamın xristianlığa münasibəti məsələsidir. Doğrudur, bəzi Qərb dairələrində hesab edirlər ki, islamçıların avropalıları görən gözü yoxdur və buna görə də islam və xristian sivilizasiyalarının əməkdaşlığına mane olurlar və bu hal gələcəyə optimist nəzər salmağa şübhə doğurur və təbii ki, belə təfəkkür tərzi islamla xristianlığın əməkdaşlığına maneə kimi qiymətləndirilir.

Amma islam mədəniyyəti ilə tanış olanlar bilməlidirlər ki, bütün dinlərlə, o cümlədən xristianlıqla əməkdaşlıq tamamilə həyata keçirilməli gerçəklikdir. Qurani-Kərimdəki ayələrin bir çoxu bəyan edir ki, Vahid Allaha inam bütün insanlan birləşdirir. Üstəlik də İran İslam Respublikasının Konstitusiyası elan edir ki, bütün rəsmi dini icmalar İslam Şurası məclisində öz nümayəndələri ilə təmsil oluna bilərlər. Bu, islamın ruhuna tamamilə uyğundur. Bu mənada göstərə bilərik ki, Doktor Robert Kreyn ABŞ-da Sivilizasiya və Modemizasiya Mərkəzinin yaradıcısı kimi 1963-1968-ci illərdə ABŞ prezidenti Riçard Niksonun müşaviri olmuş, sonralar isə prezident Reyqanın hakimiyyəti dövründə 1981-ci ildə Birləşmiş Ərəb Əmirliyində öz ölkəsinin sətiri vəzifəsində çalışmışdır. 1980-ci ildə o, şeyx Həsən Turabinin ruhani təsiri ilə islamı qəbul etmişdir. O, hazırda ABŞ-ın müsəlman vəkilləri Assosiasiyasına başçılıq edir.

Bir sıra islam dövlətlərinin, İran İslam Respublikasının xristian- islam iğtişaşlarının aradan götürülməsinə marağın olması təqdirəlayiq hadisədir. İranın sabiq prezidenti Hatəmi “Kriezen sayens monitor” qəzetinə verdiyi müsahibəsində belə fikri vurğulamışdır ki, islam mədəniyyəti və müasir modemizasiya prosesləri bir-birinə zidd deyil. İranın, Səudiyyə Ərəbistanının və digər Şərq ölkələrinin intensiv ticarət əlaqələri və bunlara Qərb xristian döv lətlərin in m araq göstərm əsi islam -xristian qarşıdurmasının xeyli azalmasına səbəb olmuşdur.

İran İslam Respublikasında Hatəminin hakimiyyətə gəlməsi

-91 -

Page 47: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anar Həsənli

ölkədə zəif hiss ediləcək dərəcədə olsa da, liberallaşmaya şərait yaratmışdır. İranın sabiq xarici işlər naziri Kamal Xərrazi də öz növbəsində bildirmişdir ki, Avropa Şurası ölkələrinin xarici işlər nazirləri ilə İran-Avropa münasibətləri üzrə danışıqlar aparmağa hazırdır. Bunun ardınca Almaniyanın iqtisadiyyat naziri açıqca bildirmişdir ki, İranla Almaniya firmalarının ticarət etməsinin əleyhinə olan Amerika siyasətini qəbul etmək olmaz. Məsələn, “Şpiqel” jurnalı xəbər verir ki, İranın neft sənayesində alman bankının sərmayə qoyması üstündə amerika-alman konfliktində Almaniya hökuməti öz ölkəsini müdafiə etmişdir. Avropa Şurası dəfələrlə xəbərdarlıq etmişdir ki, əgər ABŞ İranla ticarətə görə hər hansı Avropa bankına sanksiya tətbiq edərsə, Avropa Şurası ölkələri cavab tədbirləri görəcəklər.

Əlbəttə, bu cür siyasi yaxınlaşma, qarşılıqlı anlaşma Şərqlə Qərb sivilizasiyalarının münasibətlərində də yeni mərhələ aça bilər.

İranla münasibətlərin yaxşılaşdırılmasında öz mötədil mövqeyini ABŞ-ın sabiq dövlət katibi Madlen Qibrayt da bildirmişdir. O demişdir: “Amerika İranla qarşılıqlı etimad qurmaq üçün yeni yollar axtarmağa hazırdır. Görünür ki, onillik etimadsızlığı bir gecədə aradan qaldırmaq mümkün deyildir. Aramızda uçurum dərindir. Lakin körpü salmaq imkanını sınaqdan çıxarmaq vaxtı gəlmişdir” [10].

Hazırkı dövrdə hadisələrin gedişi bu siyasi xəttin tamamilə dəyişilməsinə gətirib çıxardı. Artıq həm Avropa Birliyi, həm də ABŞ İran İslam Respublikası ilə bağlı siyasətində dəyişikliklər edərək bu ölkəyə qarşı həm iqtisadi, həm də siyasi sanksiyaları nəzərdə tutan qətnamələr qəbul etdilər. Bu proses isə İran və Qərb arasında dialoqa ciddi zərbə vuraraq siyasi və hərbi qarşıdurma səviyyəsinə gəlib çatmışdır. Fikrimizcə, bu hadisəni Qərb və İslam sivilizasiyası arasında baş verən qarşıdurma kimi qəbul etmək düzgün deyildir.

Ümumiyyətlə, islam sivilizasiyası mövzusu həmişə diskussiya xarakteri daşımışdır. İran İslam İnqilabından sonra islam dininə, onun mədəniyyətinə maraq daha da artmışdır. Bu gün də islam barədə

- 92-

Vıiiasır şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri

deyilən sözlər həm də dünya hadisələrinə münasibət deməkdir. Ona görə də, islam sivilizasiyası müəyyən siyasi mövzuya çevrilmiş olur.

İkinci bir məsələ: islam bilikləri, mədəniyyəti, sivilizasiyası və tarixi şərqşünaslar tərəfindən yazılmış, bir çox müsəlmanlar isə onların metodologiyasını təqlid etmişlər. Bu mənada doktor Rza Ərdəkani göstərir ki, islam fikri tarixi yenidən yazılmağa ehtiyac duyur. İslam erası başladığı vaxtdan islam dünyasının müxtəlif guşələrində yaşayan müsəlmanlar elmi biliklərə yiyələnməyə səy gös­tərmiş, incəsənət və filologiya, astronomiya və riyaziyyat sahəsində görkəmli alimlər yetişdirmişlər. İslam alimləri Çində, Hindistanda, Qədim Yunanıstanda əldə edilmiş bilikləri öyrənərək bütün bəşəriyyətin biliklərini inkişaf etdirərək bəşər sivilizasiyasını xeyli irəli aparmışlar.

Bəzi şərqşünaslar belə bir səhv mövqedədirlər ki, müsəlmanlar elmləri toxunulmamış şəkildə saxlamış, sonra isə bunları öz sahiblərinə - Avropa xalqlarına qaytarmışlar. Müsəlman mütəfəkkirləri nəinki əxz etdikləri bilikləri inkişaf etdirmiş, əksinə yunan fəlsəfəsinə çoxlu yeniliklər gətirmiş, onu yeni əsaslarla zənginləşdirərək, Avropa intibahının fəlsəfi-intellektual əsaslarını hazırlamışlar. Söhbət heç də xalis islam elmi biliklərindən (ilahiyyat, Qurana təfsirlər, hədislər, müsəlman hüququ və s.) getmir, çünki bu islam mədəniyyətinə heç kəs şübhə etmir. Lakin həmin elmlərin meydana gəlməsi islam dünyasında dərin təfəkkürdən, tədqiqatın dəqiqliyindən və elmin fəallığından xəbər verir. Bunu dünya intellektualları danılmaz həqiqət kimi dəyərləndirirlər.

Hətta islam fəlsəfəsini qədim yunan fəlsəfəsinin əksi hesab edənlər də, islam fikrinin nailiyyətlərini inkar etmir, onun bir sıra görkəmli nümayəndələrini yüksək qiymətləndirirlər.

Əlbəttə, islam fikrini yalnız sufilik və dini mistizm çərçivəsində məhdudlaşdırmaq düzgün olmazdı. İslam fəlsəfəsinə və elminə Fərabi, İbn Sina, Sührəvərdi, Mirdaməd, Molla Sədra, Razi, Əbu Reyhan Biruni, İbn Hişam kimi mütəfəkkirlər layiqli tövhə vermişlər. Bunları yunan filosoflarının təqlidçisi kimi vermək düzgün olmazdı.

- 93-

Page 48: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anar Həsənli

Maraqlı faktdır ki, vaxtilə “Şərq inkişafdan dayanmışdır” deyən alman filosofu Hegel Berlin Universitetində əl-Qəzalinin fəlsəfəsi üzrə mühazirələr oxumuşdur.

Lakin bugünkü reallıq belədir ki, islam dini və mədəniyyəti haqqında deyilən hər şey ya onun möhkəmlənməsinə, ya da zəifləməsinə xidmət edir. Bir zamanlar (1957-ci ildə) “Eyzenxayer doktrinası” məqsədlərindən birinin Məkkəni və Yerusəlimi sovet təhlükəsindən qonımaq kimi elan edilməsi haradasa müsəlman Şərqində rəqabətlə qarşılanmışdı, halbuki Yerusəlim əslində məhz Herdil tərəfindən işğal edilmişdi.

Hər halda Avropa və islam sivilizasiyalarının qarşılıqlı münasibətlərinə nikbin baxmaq üçün əsas vardır. Dünyada baş verən sosial-siyasi inteqrasiya hadisələri böyük ipək yoluna olan marağı da artınr. Belə ki, həmin ölkələrdə sənayenin sürətlə inkişafı və kənd təsərrüfatının təmərküzləşməsi baş verir, dünya standartları səviyyəsində təhsil almış intellektual insanlar formalaşır. Lakin müsəlman şərqi özünün unikal mədəni ənənəsini qorumağa çalışır və bu gün onların ABŞ-da müxtəlif etnik qruplarla yanaşı yaşaması göstərir ki, demokratik cəmiyyətdə etnoslar mədəni-dini unifikasiya prosesinə məruz qalmır, özlərinin mədəni-sivilizasiya xüsusiyyətlərini saxlayırlar.

Zaman göstərir ki, öz mənəvi hökmranlığını məcburən qəbul etdirmək, başqa “sivilizasiya”nı dağıtmaq bəşəriyyət üçün yalnız gözlənilməz fəlakətlər yarada bilər. Ona görə də dünyanın vicdanla düşünən intellektualları haqlı olaraq gələcəyin xoşbəxtliyini sivilizasiyaların dialoqunda görürlər.

Dinlərarası dialoqun konseptual əsaslarının işlənib hazırlanması mürəkkəb və uzun prosesdir. O dünyanın tez dəyişən sosial-siyasi mənzərəsi və yeni sivilizasiya çağırışları ilə bir qədər mürəkkəbləşir. Bu şəraitdə müxtəlif dinlər arasında dini azadlığı qəbul etmə və əməkdaşlığın zəngin ənənələrinə malik olan regionların təcrübəsi böyük əhəmiyyət kəsb edir. Bu regionlardan biri, əsrlər boyu siviliza­siyalar, mədəniyyətlər və dinlərin qovuşuğunda olan Azərbaycandır

- 94-

Müasir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri

və bu yer dialoqun əsaslarının nəzəri və praktiki tətbiqi üçün istiqamətləndirici olacaqdır. Planetin mədəni müxtəlifliyinin saxlanması və dünya sivilizasiyasının gələcəyi bu dialoqun çox zaman uğurla həyata keçirilməsindən asılıdır.

Sülh mədəniyyəti və dinlərarası dialoq güclə qəbul etdirilə bilməz. Bu, müəyyən bir xalqın nümayəndələrinin inandırması və təsiri əsasında inkişaf edən bir prosesdir. Bu proses hər ölkədə və regionda, onun tarixindən, mədəniyyətindən və ənənələrindən asılı olaraq özünəməxsus şəkildə inkişaf edir.

Bu gün ölkəmizdə 1997-ci ildə müxtəlif qeyri-hökumət təşkilatlarını, dini konfessiyaların nümayəndələrini birləşdirən Azərbaycan Sülh və İnkişaf Alyansı tolerant və yeganə sülh təşkilatı olaraq qeyd olunan istiqamətdə uğurlu fəaliyyət həyata keçirməkdədir. Bunlardan Rus Provaslav kilsəsinin Bakı-Xəzəryani Yeparxiyası Povaslav dini icması, Avropa Yəhudilərinin Bakı Dini icması, Bakı dağ Yəhudilərinin dini icması, Gürcü Yəhudilərinin dini icması, Roma Katolik Dini İcması və digər dini konfessiyaların adlarını çəkmək olar.

Milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında dinlər mühüm rol oynayırlar. Ənənəvi dinlər milli şüurlarda mükəmməlliyi, sabitliyi, konservativliyi qoruyub saxlayır. Əsasən bu dinlər cəmiyyətdə ədalət prinsipini təbliğ edir, böyük kütlələri birləşdirir və formalaşdırır. Ona görə də qlobal hakimiyyət tərəfdarları müxtəlif yollarla bu dinlərin zəifləməsinə çalışır.

Müasir dövrdə hər bir milli mədəniyyət digər xalqların, mədəniyyətlərin yaratdığı əsas dəyərləri özündə əks etdirir. Milli mədəniyyətin müxtəlifliyi bəşər mədəniyyətinin zənginliyini göstərir. Milli mədəniyyətlərin qarşılıqlı təsiri və inkişafı prosesi təkcə mənəvi sərvətlərin mübadiləsi ilə məhdudlaşmır, həm də bu prosesə qiymət verən vahid metodoloji meyarları da formalaşdırır.

2012-ci ildə müsəlman dövlətlərinin birliyi olan İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin növbəti Ш Forumu - Bakı Forumu bir sıra məqsədlərin həllini qarşıya qoymuşdu. Bu forumun

- 95-

Page 49: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anar Hasənli

əsas məqsədlərindən biri də müsəlman ölkələrində daxili və xarici siyasət sahəsində mühüm dəyişikliklərin və transformasiyanın tətbiqi üçün səmərəli təklif və tövsiyələr hazırlamaq, yeni islahat modellərini təkli f etməkdən ibarət olmuşdur [10].

Bu gün qloballaşmanın özünə bir bəşəri dəyər kimi yanaşaraq onun imkanlarını bütün bəşəriyyətin xeyrinə yönəltmək lazımdır. Əgər belə olarsa cəmiyyəti təhlükə altına alan qlobal problemlərdən xilas olaraq sivilizasiyalararası dialoq vasitəsilə bəşəriyyətin tərəqqisinə nail olmaq mümkün olar.

Müasir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri

2.2. Azərbaycanda dini tolerantlıq yeni müstəvidə

Bu gün qloballaşma və ictimai həyatın beynəlmiləlləşməsi mədəniyyətləri və dinləri yaxınlaşdırır. Ölkələr arasında siyasi, iqtisadi, sosial və mənəvi həyat sahələrində, informasiya məkanında qarşılıqlı əlaqələrin genişləndiyi və intensivləşdiyi bir dövrdə xalqların mədəni-tarixi təcrübəsi formalarının müxtəlifliyinə rəğmən, insanlığın birliyi problemi artıq yalnız nəzəri deyil, həm də praktiki həllini tələb edir. Milli, mədəni, tarixi müstəsnalıq ideyasının insan birgəyaşayışı üçün təhlükəliliyi getdikcə daha artıq dərəcədə dərk edilməyə başlanmışdır. İndi artıq söhbət kimisə yəhudiliyə, yaxud xristianlığa və ya islama çəkməkdən getməməlidir, ümumi səylər mədəniyyətləri və dinləri bir-birinə yaxınlaşdıran cəhətləri aşkar edib üzə çıxarmağa yönəldilməlidir. Yəqin ki, doğulmaqda olan ümumplanetar sivilizasiyanın əsas xüsusiyyəti əqidə plüralizmi olacaqdır və insanlar aralarında getdikcə daha çox fikir birliyi, əqidə yekdilliyi və qarşılıqlı anlaşma təsisatları axtarıb tapmaq zərurəti qarşısında qalacaqlar.

Ümummilli lider Heydər Əliyev tolerantlığın cəmiyyətdə mühüm rol oynadığını vurğulayaraq deyirdi: “Tolerantlıq, dözümlülük çox geniş anlayışdır. O həm insani münasibətlərin, həm insan cəmiyyətində gedən proseslərin, həm də dövlətlorarası, millətlərarası, dinlərarası münasibətlərin bir çox cəhətlərinə aiddir. O, təkcə dinlərin bir-birinə yaxınlaşması deyil, onların bir birinin adətlərinə, mənəviyyatına dözümlülük, mədəniyyətlərə dözümlülük deməkdir” [24,154].

Heydər Əliyev dinin, xüsusən də İslamın inkişafına çalışan şəxsiyyət idi. Heydər Əliyev deyirdi: "Dünyada bir çox böyük dinlər mövcuddur. Hər dinin özünəməxsus yeri var. Biz azərbaycanlılar İslam dini ilə fəxr edərək, eyni zamanda heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmişik, düşmənçilik etməmişik, ədavət aparmamışıq və heç bir başqa xalqı da öz dinimizə itaət etməyə məcbur etməmişik. Ümumiyyətlə, başqa dinlərə dözümlülük, başqa

- 97-

Page 50: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

A nar H.xwmli

dinlərlə yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq İslam dəyərlərinin xüsusiyyətidir. Bu, tarix boyu Azərbaycanda da, Qafqazda da öz əksini tapmışdır. Azərbaycanda İslam dini ilə yanaşı, xristian dini də, yəhudi dini də əsrlər boyu yaşayıb və indi də yaşayır. Qafqazda da bu mənzərə var. Hesab edirik ki, insanlar hansı dinə, hansı mədəniyyətə mənsubluğundan asılı olmayaraq, bütün başqa mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə də hörmət etməli, o dinlərin bəzən kiməsə xoş gəlməyən adət-ənənələrinə dözümlü olmalıdırlar" [24,155].

Yaşadığımız dramatizmlə, kolliziyalarla, mürəkkəb sosial-siyasi hadisələrlə müşayiət olunan indiki dövrdə qarşımızda duran mühüm məsələlərdən biri cəmiyyətdə, müxtəlif etnik qruplar, dini konfessiyalar, dövlətlər, millətlər arasında ayrı-seçkiliyin bütün təzahür formalarını aradan qaldırmaq problemi durur. Başqa sözlə insanlar arasında sülh dəyərlərini yaymaq, sülh mədəniyyətini təbliğ etmək lazım gəlir. Lakin dünyanın müxtəlif yerlərində saysız-hesabsız insan qrupları üçün sülh hələ də əlçatmaz məqsəd olaraq qalır.

Tolerantlıq, dini, milli-irqi dözümlülük milli mentalitetimizin ayrılmaz cəhətlərindəndir. Yüzi İliklər boyunca Azərbaycanda xalqlar vahid və mehriban bir ailə kimi yaşamış, etnik və dini icmalar arasında dözümlülük əlaqələri formalaşmış, milli, irqi, dini ayrı- seçkiliyə yol verilməmiş, müxtəlif dinlərə mənsub insanlar sülh və əmin-amanlıq şəraitində dinc-yanaşı fəaliyyət göstərmişlər.

Azərbaycan dünyada ənənəvi dinlər olan islamın, xristianlığın və iudaizmin, məscidin, kilsənin və sinaqoqun dinc, yanaşı fəaliyyət göstərdiyi, tolerantlığın mövcud olduğu nadir ölkələr sırasındadır. Dini etiqad azadlığının və dini qurumların qanuni fəaliyyətinin təmin edilməsi istiqamətində zəruri şərait yaradılmışdır.

Ölkəmizdəki dini dözümlülük, ümumiyyətlə tolerantlıq mühiti ümummilli liderim iz Heydər Əliyevin “Dövlət və Din” konsepsiyasına uyğun olaraq inkişaf etmiş, dövlət siyasətinin prioritet istiqamətinə çevrilmişdir. Alternativi olmayan bu siyasəti uzaqgörənliklə həyata keçirən Azərbaycan Respublikasının

98-

Müusir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri

Prezidenti İlham Əliyevin hazırda ölkəmizdə tolerantlığın və dini etiqad azadlığının təminatçısı olduğu xüsusi qeyd edilməlidir.

Bu gün cənab İlham Əliyevin dini konfessiyaların rəhbərləri ilə ınütəmadi görüşlər keçirməsi, müxtəlif dinlərə məxsus abidələrin təmiri və yenidən qurulmasına dəstək verməsi dini etiqad azadlığının təmininə və dini qurumların fəaliyyətinin güclənməsinə geniş imkanlar açır. Mütərəqqi addımlardan biri də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Nazirlər Kabineti 2011-ci ilin dekabr ayında Qafqaz Müsəlmanları İdarəsinə iki milyon manat və 18 qeyri-islam təmayüllü dini icmaların hamısına ümumilikdə 400 min manat dövlət büdcəsindən maliyyə yardımı ayrılması barədə qərar verilməsidir [10].

Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumata görə,2009-cu il aprel ayının 13-dən 22-dək ölkədə həyata keçirilən siyahıyaalmanın nəticələrinə görə, Azərbaycanda əhalinin milli tərkibi aşağıdakı kimidir: azərbaycanlılar - 8 milyon 172 min 800 nəfər-91%, ləzgilər -180 min 300 nəfər - 2%, ermənilər-120 min 300 nəfər - 1,3% (Dağlıq Qarabağda yaşayanlar), ruslar - 119 min 300 nəfər -1,3%, talışlar -112 min nəfər -1,3%, avarlar - 49 min 800 nəfər- 0,6%, türklər - 38 min nəfər - 0,4%, tatarlar - 25 min 900 nəfər - 0,3%, tatlar - 25 min 200 nəfər - 0,3%, ukraynalılar - 21 min 500 nəfər- 0,3%, saxurlar -12 min 300 nəfər - 0,1 %, gürcülər - 9 min 900 nəfər- 0,1 %, yəhudilər - 9 min 100 nəfər - 0,1 %, kürdlər - 6 min 100 nəfər -0,1%, qrızlar-4m in 400 nəfər - 0,04%, udinlər - 3 min 800 nəfər- 0,04%, xmalıqlılar - 2 min 200 nəfər - 0,02%, digər millətlət - 9 min 500 nəfər - 0,1%. [145]. Bütün bu xalqların nümayəndələriölkəmizdə azad, rahat və bərabərhüquqlu şəkildə yaşayırlar. Bu barədə Prezident İlham Əliyev bəyan edib ki, heç vaxt heç bir yerdə ayrı-seçkiliyə yol verilməyəcək, verilmir və bunun qarantı Azərbaycan Prezidentidir: “Bunun qarantı mənəm - Azərbaycan Prezidenti. Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayırlar. Bu da bizim böyük üstünlüyümüzdür, böyük dəyərimizdir. Biz bunu qiymətləndirməliyik və ölkəmizdə yaşayan bütün xalqlar arasında bu

90

Page 51: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anar Həsənli

qardaşlığı, dostluğu daha da möhkəmləndirməliyik. Bu, bəlkə də bizim ən böyük sərvətimizdir. Əsrlər boyu Azərbaycanda yaşayan biitün xalqlar bərabər hüquqlara malik idilər. Bu gün do bu gözəl ənənələr yaşayır. Hər bir vətəndaş dinindən, dilindən, millətindən asılı olmayaraq Azərbaycanın qiymətli, dəyərli vətəndaşıdır. Bizi bəzi başqa ölkələrdən fərqləndirən məhz budur. Heç vaxt Azərbaycanda milli zəmində qarşıdurma olmayıb və olmayacaq. Əksinə, bizim təcrübəmiz dünya ictimaiyyəti tərəfindən öyrənilir. Necə ola bilir ki, müxtəlif dillərdə danışan, müxtəlif dinlərin nümayəndələri bir ailə kimi, problemsiz yaşayırlar?! Biz öz həyatımızla və siyasətimizlə sübut edirik ki, bu, mümkündür. Bəzi hallarda bəzi Avropa ölkələrində belə ifadələr, fikirlər səslənir ki, multikulturalizm iflasa uğrayıb. Yəni müxtəlif millətlərə mənsub olan xalqlar bir yerdə yaşaya bilmirlər. Gəlsinlər Azərbaycana baxsınlar, bu, mümkündür! Özü də yaxşı yaşamaq mümkündür. Məhz buna görə Azərbaycanda müxtəlif beynəlxalq tədbirlər keçirilir. D in lərarası, m ədən iyyətlərarası, m illə tlərarası dialoqun gücləndirilməsinə yönəlmiş tədbirlər keçirilir. Biz istəyirik ki, dünya ictimaiyyəti də bizim təcrübəmizi bilsin və harada lazımdır öyrənsin, tətbiq etsin. Bu baxımdan da Azərbaycan dünyada seçilən ölkələrdəndir” [10].

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən aldığımız məlumata görə, Azərbaycan ərazisində 1802 məscid, 5 pravoslav, 1 katolik, 4 gürcü-pravoslav kilsəsi, 6 sinaqoq və digər ibadət yerləri fəaliyyət göstərir. Ölkə əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini isə xristianlar, yəhudilər və digər dinlərin təmsilçiləri təşkil edir. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra tikilmiş məscidlərin sayı 595-ə çatıb. Ölkədə 11 kilsə, o cümlədən Bakıda 3 pravoslav və 1 katolik, Gəncə və Xaçmazda 1 pravoslav və digər kilsələr fəaliyyət göstərir [144].

Dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulmasında günahkar olan vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada

- 100-

Miiasir şəraitdə Azərbaycanda dini-mədəııi dəyərlərin inkişaf xüsusiyyətləri

məsuliyyət daşıyırlar. Əvvəllər İnzibati Xətalar Məcəlləsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan dini təyinatlı və dini məzmunlu ədəbiyyatın, həm də digər əşyaların yayılmasına görə vətəndaşlar 200 manatdan 400 manatadək cərimə edilirdilər. Lakin bu normalar İnzibati Xətalar Məcəlləsindən çıxarılaraq ayrıca maddə kimi Cinayət Məcəlləsinə daxil edilib. Və eyni məzmunlu əmələ görə 5000 manatdan 7000 manatadək cərimə, yaxud 2 ilədək azadlıqdan məhrum etmə cəzası müəyyənləşib. Əgər eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilərsə, yaxud təkrarən törədilərsə, ya da vəzifəli şəxs tərəfindən və qulluq mövqedən istifadə etməklə törədildikdə 7000 manatdan 9000 manatadək cərimə və ya 2 ildən 5 ilədək həbs cəzası kəsilir [10].

Soyqırımı, siyasi, irqi, milli, etilik, mədəni, dini, cinsi və ya beynəlxalq hüquq normaları ilə qadağan edilmiş digər əsaslara görə müəyyən edilmiş hər hansı bir qrupu və ya təşkilatı təqib etmə, yəni qrupa və ya təşkilata mənsub olduqlarına görə insanları əsas hüquqlardan kobudcasına məhrum etmə, bərabərlik hüququnu pozma, qanunsuz olaraq dini ayinlərin icrasına mane olma, dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması cinayət qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cəzalandırılır [ 140].

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri mütəmadi olaraq dini icmaların nümayəndələrini qəbul edərək onlara din azadlığı sahəsində milli qanunvericiliyin tələblərini izah edirlər. Onlar dövlətin ərazisində fəaliyyət göstərən bütün dini icmaların qanunauyğun fəaliyyət göstərməsi və yerli qanunlara hörmətlə yanaşmasının zəruriliyini vurğulayır, Azərbaycanda dini icmaların qanun çərçivəsində azad fəaliyyəti üçün zəruri şəraitin yaradıldığı və bu sahədə qanunvericilik aktlarının beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olduğunu vurğulayırlar. Komitəyə müxtəlif dini icmaların nümayəndələri tərəfindən ünvanlanmış müraciətlər, şikayət ərizələri də olur. Komitə bunların hər birinə fərdi yanaşaraq müraciətin yerində araşdırılmasını təmin edir. Araşdırmalar zamanı

- 101 -

Page 52: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anar Həsənli

isə həmin icma nümayəndələrinin (Yehova şahidlərinin, Zaqatala rayonunun Əliabad kəndindəki xristian-baptist kilsəsinin üzvləri və s.) fəaliyyətlərinə uyğun olmayan, qanunla qadağan olunan, onlar üçün icazə verilmiş ərazilərdən kənarlarda işlər həyata keçirdikləri, bəzilərinin isə üstündə odlu silah tapıldığına və digər hüquq pozuntusuna görə saxlandıqları məlum olmuşdur.

Müxtəlif illərdə Komitənin ünvanına həm universitet, həm də məktəblərdə uşaq və gənclərin dini əqidələrinə görə baş örtüyündən istifadə etdiklərinə görə təhsil müəssisələrinə buraxılmadıqları ilə bağlı müraciətlər də daxil olmuşdur. Müraciətlər üzrə müvafiq qurumlara sorğular verilmiş, yerində araşdırmalar aparılmış və həmin şəxslərin pozulmuş hüquqları bərpa edilmişdir.

Məlumdur ki, cəzaçəkmə müəssisələrində müxtəlif dini etiqadlara mənsub olan şəxslər saxlanılır. Bu şəxslərin dini mənsubiyyəti onların cəza çəkdiyi rejim daxilində nəzərə alınmalı və vicdan azadlığının həyata keçirilməsi üçün daha dolğun şərait yaladılmalıdır. Bunu nəzərə alaraq, Dini Məsələlər Üzrə Dövlət Komitəsi cəzaçəkmə müəssisələrində müxtəlif dini etiqadlara aid olan məhkumların fərqli qidalanması, onların müvafiq dini konfessiyaların xadimləri ilə müntəzəm görüşlərinin təşkilini təklif etmişdir. Bundan başqa Komitə məhkumların islah edilməsinə din vasitəsilə islahın daxil edilməsi, məhkumların mənəvi-əxlaqi islahı üçün müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmış dini birliklərin, din xadimlərinin məhkumlarla mənəvi-tərbiyəvi işin aparılması üçün cəzaçəkmə müəssisələrinə dəvət olunmasını təklif etmişdir. Təqdirəlayiq haldır ki, cəzaçəkmə müəssisələrində, müvəqqəti saxlanılma təcridxanalarında saxlanılan şəxslərin və məhbusların öz dini ehtiyaclarını ödəmək üçün ibadət otaqları fəaliyyət göstərir. Burada saxlanılan şəxslər, məhkumlar rejim qaydalarına uyğun olaraq ibadət edirlər. Eyni zamanda yuxanda adları qeyd olunan müəssisələrdə saxlanılan şəxslərin kameralarda ibadət etməsinə də məhdudiyyət yoxdur və onlar “Quran”, “Bibliya”, “Tövrat” kimi müqəddəs kitablan özlərində saxlaya bilirlər.

- 102-

Muasır şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri

Azərbaycanda cəmiyyətin indiki dini qavrayışı bir neçə amilin təsiri altında formalaşır. Əvvəla, bu, keçmiş sovet dövründən miras qalan mənəvi-əxlaqi boşluğun doldurulmasıdır. SSRİ-nin süqutu dini ibadət müəssisələrinin mükəmməl şəkildə fəaliyyətə başlamasını, dini ənənələrin cəmiyyətə qayıtmasını, cəmiyyətin mənəvi-əxlaqi dayaqlarının təşəkkülündə dinin üstün rolunu şərtləndirdi. İkincisi, XX əsrin sonu XXI əsrin əvvəllərində dünyada gedən qlobal proseslər, yəni keçid cəmiyyətlərində «islamın dirçəlişi», Qərb və Şərq dünyalarının geosiyasi toqquşması əhalinin dini şüuruna əhəmiyyətli təsir göstərir. Əgər ötən əsrin ortalarında bəşəriyyət SSRİ ilə ABŞ arasında müharibə təhlükəsi qarşısında durmuşdusa, hazırda bu təhlükə sivilizasiyalı dünya ilə təəssüf ki, müəyyən siyasət nəticəsində müsəlman siması almağa başlayan terrorizm arasında müharibə qorxusudur [ 139].

İslam bir bəşəri din kimi terrorizmin və müharibənin əleyhinədir və insanlar arasında xoş münasibətlərin, ədalətin tərəfdarıdır. Təvazökarlıq və sədaqət isə itaətin məqsədini üzə çıxarır və qeyd edək ki, bu dəyərlər insanın davranışına qoyulmuş məhdudiyyətlərlə bağlıdır. Onu da qeyd edək ki, həmin məhdudiyyətlər Bibliya və Qurani-Kərimdən tanıdığımız «ehkamlar» şəklindədir və xəyanət bu cür sistemdə ən böyük cinayətdir. Birinci sistemdə rəhbərə, ikincidə ənənəyə xəyanət, üçüncü sistemdə insan azaddır və seçdiyi dəyərlərə uyğun hərəkət edə bilər. Məhdudiyyət isə başqa şəxsin azadlığında gizlənir. Odur ki, bu sistemin başlıca dəyəri başqa şəxsin işlərinə «qarışmamaq» və səbr nümayiş etdirməkdir. Bu səbəbdən liberal sistem mümkün ola bilən sahənin, hətta dünən yolverilməz sayılan bəzi sosio-mədəni dəyərlərin daha çox genişlənməsini şərtləndirir. Məsələn, cinsi azlıqların hüquqlarının müdafiəsi kimi, yəni istənilən fərd digərlərinə mane olmamaq şərti ilə azaddır. Liberal sistem şəxsiyyətin orijinal davranış hüququnu açıq şəkildə etiraf edir. Odur ki, onu «genişlənən, yaxud aşkar» adlandırmaq olar, özü də sonuncu müsbət qiymətləndirilir. Birinci və ikinci sistemlər üçün «aşkarlıq» mənfidir, çünki bu sistemlərin özünü qiymətləndirməsi çərçivəsində

- 103-

Page 53: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anar Həsənli

xəyanət bir növ aşkarlıqla bağlıdır və onu davam etdirir. Məsələn, «doğulduğun yerdə yaşamaltsan», «Vətən uğrunda ölmək şərəfdir», yaxud «qadın ərinə sadiq olmalı, bir dəfə ailə həyatı qurmalı və s». Belə olmayan təqdirdə, ətrafdakılar qarşısında özünə bəraət qazandırmaq məcburiyyəti ilə üzləşirsən. Liberal sistemdə isə əksinə, «mümkün ola bilənin» sahəsi daim genişlənir və artırılır. Sözsüz ki, bu genişlənmə sistem çərçivəsində aşkarlığı qəbul etməyənlərin daimi mübarizəsi şəraitində baş verir. Bu baxımdan mühafizəkarlarla liberalların münaqişəsini başa düşmək olar. İnsan üzərində gen təcrübələri, bir çox ölkələrdə pornoqrafiyanın yayımının məhdudlaşdırılması, fahişəliklə xüsusi ayrılmış yerlərdə məşğul olmaq, Avropadan fərqli olaraq, ABŞ-ın bütün ştatlarında ölüm cəzasının ləğv edilməməsi və s. məsələlərə dair diskussiyaları xatırlamaq kifayətdir. Sözsüz ki, qərb dövlətlərində bir növ mədəni kod var və bu səbəbdən cəmiyyətin özü aşkarlığın həddən artıq şişirdilməsindən ehtiyat edir. «Qərb dəyərlərinin böhranından» danışan və aşkarlığın təhlükəli olduğunu iddia edən bəzi qərb filosofları bunu xristian ənənəsində, digərləri isə əksinə, xristianlıqda Qərb sivilizasiyasının inkişafının qarşısını alan qüvvəni görür. Qapalı sistemlərin inkişafdan geri qaldıqlarını, mütləq aşkarlığın isə xaos təhlükəsindən xəbər verdiyini hesab edənlər də az deyil. Zənnimizcə, «Avropa dəyərlərinin böhranı» ifadəsi şişirdilib, həm də müasir dünya, qloballaşmanın xüsusiyyətləri bir-birimiz haqqında təsəvvürlərimizi dəyişdirməlidir. Təhlükə həm nüvə silahına malik və eyni zamanda bağlı cəmiyyət olan İran, həm də açıq cəmiyyət sayılan İsrail və ABŞ-dan da gələ bilər. Lakin artıq indi, müasir Azərbaycanın təcrübəsinə əsaslanaraq, liberal əxlaq sisteminin çox vaxt digərlərinə qarşı «qürur» nümayiş etdirdiyini və daxilində özgə mövqeyə olan hörmətin digər sivilizasiyaların nümayəndələrinə yayılmadığını görürük. Olduqca sadə və kobud sxem tətbiq olunur: müasirləşdirici, rusdilliiər, ingilisdillilər və digərləri. Şübhəsiz ki, qəti şəkildə «yadları» qəbul etməyən qapalı sivilizasiya nümayəndələrinə dair daha çox misal gətirmək olar. Elə terrorizm və partlayışlar da bu

- 104 -

Muasır şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri

səbəbdən baş verir, amma hansı cəmiyyətin daha təhlükəli olduğunu sübut edilmiş hesab etmək olmaz. Amma ədalət naminə üçüncü sistemin hələ gənc olduğunu, liberal əxlaq və dəyərlər sisteminin Qərbdə son yüzillikdə hakim mövqe tutduğunu, Şərqi Avropada isə bu prosesin yalnız son 10-20 ildə canlandığını deməliyik. Bunun yolu isə dialoq etikası, kompromisdən sivilizasiyalararası inam mühitinin yaradılmasına qədər uzanır. Qeyd etdiyimiz kimi, istənilən əxlaq sistemində, o cümlədən liberal sistemdə ideallar mövcuddur. Həddindən artıq təhrif edilmiş görünən bu ideallar mütləqiyyətdən deyil, həyatdan, insandan irəli gəlir.

Birinci və ikinci əxlaq sistemlərində tələblərə ciddi şəkildə əməl etməklə hər kəsi heyrətə gətirən Şərq dindarı tarixdən kənarlaşdırılır və hazırkı dövr keçmişlə qovuşur. Qərb idealı uğur əldə etmiş və hər kəsin indi də olmasa, gələcəkdə ona bənzəməyə ümid etdiyi orijinal şəxsdir. Yuxanda qeyd etdiklərimizdən belə bir nəticə çıxarmaq olar ki, bütün sistemlərdə digər sistemdən götürülmüş davranış modelləri mövcud olduğundan, müxtəlif əxlaq sistemlərinin bölgüsü şərti xarakter daşıyır. Məsələn, Azərbaycanda həm patriarxal, həm ənənəvi, həm də liberal sistemin nümayəndələrinə rast gəlmək mümkündür. Azərbaycana xaricdən idxal edilən mədəniyyət və ideologiyalar əsasında yaranan submədəniyyətlərdən bəziləri də dini səciyyə daşıyır. Daha çox islam və xristian dininin müəyyən ehkamlanna əsaslanan belə ideologiya və təriqətlər çoxluq tərəfindən biganə qarşılansa da özlərinə xeyli tərəfdarlar toplaya bilmişdir. Məlumdur ki, Azərbaycanda İslamın ənənəvi təriqətləri - şiəlik və sünnilik yüzillərdirki mövcuddur. Sovet hakimiyyəti illərində dinə qarşı aparılan siyasət nəticəsində burada etiqad xeyli zəifləmişdi. İnsanlann mənəvi-dini şüurunda yaranan boşluğu kommunizm ideologiyası doldura bilmədiyindən SSRİ süqut edən kimi xarici ölkələrdən müxtəlif dini cərəyanlar, təriqətlər və sektalar bura axın etməyə başladı. Onlar müxtəlif vasitələrlə bəzi insanların qəlbinə yol tapır və öz sıralarına cəlb edirlər. Paytaxt Bakı belə axınların başladığı ilk məkan olmuşdur.

- 105-

Page 54: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anar Həsənli

Müasir dövrdə Bakıda müxtəlif dinlərə məxsus onlarla dini icma, təriqət və sektalar fəaliyyət göstərir. Onlardan bir neçəsi daha kütləvi yayılaraq ətrafına çoxlu tərəfdar toplamışdır. Hər bir dini təşkilatın üzvü (fəalı) sözsüz onun qayda və şərtlərinə tabedir. Onların həyat tərzi, davranışı, dünyagörüşü məhz aid olduğu dini təşkilatın diqtəsinə. şərtlərinə əsaslanır. Beləliklə, bu dini təşkilatlar çevrəsində və onların ideologiyasını qəbul edən insanlar arasında yeni dini təmayüllü submədəniyyətlər yaranır.

Bakıda geniş yayılmış belə submadəniyyətlərdən biri «Nurçular»a mənsubdur. Sünni təmayüllü bu təşkilatın tarixi, Səid Nursi 1945-ci ildə Türkiyədə özündə dörd prinsipi saxlayan konsepsiyanı elan etdiyi zamandan başlayır [17; 18; 19; 20). Nurçuluğa görə, müasir dövrdə müsəlman dünyasının geriliyinə səbəb müsəlmanların islamdan uzaqlaşmaları, islamı düzgün başa düşməmələri, tərəqqi idealını Qərbdə axtarmalarıdır. Eyni zamanda «Nurçuluq» hesab edir ki, Qərbə seçkili münasibət bəslənilməli, oradan yalnız tərəqqiyə xidmət edən nailiyyətləri, elmi və texnikası əxz edilməli, islamın mənəvi dəyərlərinə uyğun gəlməyən mədəni və əxlaqi dəyərləri rədd edilməlidir. Müasir dövrdə «Nurçuluq» islamı modernləşdirməyin nümunəvi konsepsiyası əsasında fəaliyyət göstərir.

Azərbaycanda «Nurçuluq» 1991-ci ildən yayılmışdır. İlk vaxtlar iş adamları vasitəsilə təbliğ olunan bu ideologiya sonralar Türkiyədə təhsil alan azərbaycanlı tələbələr vasitəsilə yayıldı. Azərbaycanda K.İV sahəsində (STV, Bure FM. «Zaman» qəzeti), təhsil sistemində («Çağ öyrətim» və «Fəza» şirkətləri, «Qafqaz» universiteti, türk litseyləri), dəftərxana və kitab satışı mağazaları şəbəkəsində («Nil») və müxtəlif ticarət sahələrində («İstiqbal» mebel, «Romanson» saat, «Ülkər» şirniyyat və s.) görkəmli yerə malik olan şirkətlər və firmalar «Nurçular»a mənsubdur və onların gəlirləri bu ideologiyanın təbliğinə yönəldilir [123,196].

Azərbaycanda «Nurçular»ın sosial bazasını türk iş adamları, universitet və lisey müəllimləri, türk tələbələri, türk liseylərində təhsil alan tələbə və şagirdlərin bir qismi, Türkiyədə təhsil almış azərbaycanlı

- 106 -

Müasir şarailda Azarbaycunda dini-madani dayarlarin inkişaf xiisusiyyallari

tələbələr, habelə müxtəlif sahələrdə çalışan gənc və orta yaşlı azərbaycanlılar təşkil edirlər. Ölkəmizdə «Nurçulao>ın əksər hissəsi Bakıda cəmləşmişdir. Burada onların geniş təbliğat şəbəkəsi mövcuddur. «Nurçular» öz tərəfdarlarını qruplar şəklində «evləmdə («işıq evi») və «yurd»!arda toplayırlar. «Ev» imkansız «Nurçulanun yaşadığı və vaxtaşırı olaraq həmin evə təhkim olunmuş qrupun «söhbət»ə yığışdığı mənzildir. Belə qruplar 5-6 nəfərdən 12-15 nəfərə qədər olur. «Söhbət» - «Nurçular»ın yığışaraq informasiya mübadiləsi etdiyi və «Quran» oxuduğu, habelə dini söhbətlər etdiyi məclisdir. Onlar bunu imanlarını kamilləşdirmək üçün edirlər. Kişilərin və qadınların «söhbəti» tamamilə ayrılıqda olur. Qruplar arasında da sosial fərqlər mövcuddur. Məsələn, iş adamları, tacirlər «əsnaf» qrupunda, dövlət qulluqçuları və məmurlar «məmur» qrupunda, tələbələr və digərləri isə adi qruplarda birləşirlər. Hər bir qrupa «söhbət» zamanı «Abi» rəhbərlik edir. «Əsnaf» qrupları «Nurçularwın əsas maliyyəsini təmin edir, «məmur» qrupları isə dövlət və digər müdaxilələrin qarşısının alınmasına yardım göstərirlər.

Azərbaycanda geniş təşəkkül tapmış dini təmayüllü submədəniyyətlərdən biri də «Vəhhabilər»ə məxsusdur. Özlərini «sələfilər» adlandıran vəhhabilər Azərbaycana 90-cı illərin əvvəllərində gəlmişlər. İlk vaxtlar şimal rayonlarında fəaliyyətə başlasalar da 90-cı illərin ortalarından geniş şəkildə Bakıda fəaliyyət göstərirlər. 1995-ci ildə Bakıda ilk vəhhabi məscidi (İçərişəhərdə «Ləzgi» məscidi) yarandı [ 123,198].

İslam dininin ilkin və primitiv ehkamlarını rəhbər tutaraq yeni ideologiya yaratmış «Vəlıhabilik» öz-özlüyündə tərəfdarlarının həyat tərzini, davranışını, əxlaqını, etiqadını, hətta geyim və xarici görünüşünü konkret çərçivəyə salan bir sosial-mədəni sistemdir - submədəniyyətdir. Lakin digər submədəniyyətlərdən fərqli olaraq onlar hamıya öz ideologiyalarını qəbul etdirmək istəyirlər. Qəbul edənlər «əxi» (qardaş), qəbul etməyənlər isə kafir, düşmən hesab edilir.

Vəhhabilikdə heç bir etnik, sosial, irqi fərqlər nəzərə alınmır. Onlann vahid yaşam tərzi, ideologiyası, inancı və mübarizə hədəfi vardır. Bəzi

- 107-

Page 55: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anar Həsənli

mənbələrə görə, vəhhabilərin bədənlərinə vurulan xüsusi nişanlar da mövcuddur (Vəhhab gözü, Şeyx möhürü, Sunna əli, Vəhhab istəyi və s.).

Şimali Qafqazdan gələn çeçen qaçqınlarının gəlişi ilə əlaqədar Bakıda vəhhabiliyin yayılmasının ikinci dalğası başlandı. Şəhərdə bu təlimi qəbul edənlərin sayı xeyli artdı. İlk öncə rusdilli gənclərdən ibarət olan vəhhabi qrupları bakılı gənclərin hesabına sürətlə genişləndi. Artıq bir məscidin azlıq təşkil etdiyini görən vəhhabi icması ikinci, möhtəşəm «Əbu Bəkr» məscidini tikdirdi. Bundan sonra məhz bu məscid Azərbaycan vəhhabilərinin mərkəzinə çevrildi.

Vəhhabilər əsasən dörd istiqamətdə çalışan qruplara bölünmüşlər: Birinci qrup, vəhhabi ədəbiyyatını yayır, ikinci qrup vəhhabi ideologiyasını regionlara yayır, üçüncü qrup din xadimləri və məmurlar arasında iş apanr, dördüncü qrup isə əsasən gənclər arasında öz özəklərini yaradırlar.

Son dövrlərdə vəhhabilik Babda xeyli populyarlaşmışdır və gənclər arasında yayılmaqdadır. Onlar zahiri əlamətlərinə görə uzaqdan seçilirlər. Uzun saqqal saxlayır və qısa şalvar geyirlər. Vəhhabi qadınlar isə yalnız üzləri açıq qalmaq şərti ilə başdan-ayağa örtülürlər.

Azərbaycanda vəhhabilər və onların təlimi haqqında çox ziddiyyətli məlumatlar və rəylər yayılmışdır. Əsas etibarı ilə vəhhabilərin öz sıralarını yalnız ərəb ölkələrinin xüsusən Səudiyyə Ərəbistanın) səxavətli maliyyə dəstəyi sayəsində dolduran ultraradikal islamçı, habelə fundamentalist və terrorizm köməkçiləri olması kimi baxışlar geniş yayılmışdır.

Vəhhabiliyin əsas sosial bazası az savadlı və nisbətən radikal mövqeli, mövhumatçı və fanatik gənclərdir [11]. Vəhhabilərin baxışlarında diqqəti çəkən məsələ onların küfrü, “dinsizliyi” mütləqləşdirmələridir. Vəhhabilər, yəhudilər və xristianlarla yanaşı tək tannlıqdan azca kənara çıxan müsəlmanları da buraya aid edirlər. Belə müsəlmanların əmlakı öz toxunulmazlığını itirir, bu cür müsəlman özü öldürülə, əmlakı isə müsadirə edilə, mənimsənilə bilər. Sovetlər Birliyi dağıldıqdan sonra vəhhabilik keçmiş müsəlman sovet respublikalarında yayılmağa başladı.

- 108 -

Müasir şəraitdə Azərbaycanda dini-madam dayarlarin inkişaf xüsusiyyətləri

Azərbaycan müstəqillik qazandıqdan sonra ölkəmizdə xristianlığa aid “Həyatverici lütv”, “Həyat sözü” kilsəsi, “7-ci günün Adventistləri”, “Əllincilər” təriqəti, “Yehovanın şahidləri” birliyi, “Gidion qardaşlığı”, “İxtus” kilsəsi kimi beynəlmiləl baptist təriqətçi təşkilatlar fəaliyyət göstərməyə başladılar. Adları çəkilən qurumların missionerləri “İncilləşdirmə-2000” proqramını həyata keçirməyə çalışırdılar. Bu proqram 2000-ci ilədək hər beşinci azərbaycanlı ailəsində Bibliyanı yaymaq və respublika vətəndaşlarının beşdə birini xristian təşkilatlarına fəal üzvlüyə qəbul etmək planlarını nəzərdə tuturdu. Bu xristian təriqətçiləri gənclərə yönəlik çıxışlarında onları xristianları müsəlman həmvətənlərindən üstün tutmağa, xristian olmayanlarla hər cür əlaqəni kəsməyə, vətənin taleyinə laqeyd olmağa, sərhəd rayonlarında milli azlıqların hisslərini qızışdırmağa çağırırdılar [52].

Bu təriqətlər arasında dünya miqyasında ən geniş yayılanı “Həyatverici lütf’ təriqətidir. Mərkəzi Baltimorda yerləşən bu təriqət 1999-cu ildə Azərbaycana 12 nəfərlik nümayəndə heyəti göndərmiş və qeydiyyatdan keçmişdir. Maraqlı cəhət odur ki, bu nümayəndə heyətinə daxil olan 12 keşişdən 2-si azərbaycanlı idi. Azərbaycan dilində “Müjdə”, rus dilində “Blaqodat” adlı qəzetləri olan “Həyatverici lütv” təriqəti öz fəaliyyətini əsasən Bakı, Gəncə, Mingəçevir, Quba, İsmayıllı, İmişli və Sabirabad da qaçqın düşərgələrində qurmuşdu. “Həyatverici lütf’ dini icması 21 aprel 1993-cü ildə Ədliyyə Nazirliyində qeydiyyata alınıbdır. “Lakin 2001 -ci ildə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradıldıqdan sonra bu dini icma Dövlət Komitəsində qeydiyyatdan keçməyib. 2009-cu ildə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanununa edilmiş əlavə və dəyişikliklərə uyğun olaraq, əvvəllər qeydiyyatdan keçmiş dini icmalar 1 yanvar2010-cu il tarixinədək sənədlərini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim etməli idilər. Ancaq həmin müddət bitənədək “Həyatverici lütf’ dini icması yenidən qeydiyyatdan keçmək üçün müvafiq sənədlərini Dövlət Komitəsinə təqdim etməyib [52].

- 109-

Page 56: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anar Həsənli

Fəaliyyətinin miqyasına görə xristian təriqətləri arasında ikinci yerdə mərkəzi İsveçin Uppsala şəhərində yerləşən ' ‘Həyat sözü” təriqəti durur. Dini təşkilat kimi deyil, humanitar firma kimi qeydiyyatdan keçən bu təşkilat əslində dini fəaliyyətlə məşğul olurdu. Bakı şəhəri Səbail rayon məhkəməsi tərəfindən “Həyat sözü” təriqətinin qeydiyyatı ləğv edilsə də, hələ də, təriqətin yerli azərbaycanlılardan ibarət olan üzvləri Bakı, Sumqayıt və Lənkəran şəhərlərində təriqətçi icmanın yerli şöbələrini yaratmağa səy göstərirlər [11].

Respublikamızda fəaliyyət göstərən xristian təriqətlərindən biri də “Yeni həyat yayıcıları” kimi təmtəraqlı adı olan təriqətdir. Onların əsas məqsədi kütləvi xaç suyuna çəkilmə mərasimləri vasitəsilə ölkənin müsəlman əhalisini xristianlaşdırmaqdır. Təriqət əsasən Bakı, Şamaxı, Yevlax şəhərlərində fəaliyyət göstərir.

Digər bir təriqət mərkəzi ABŞ-m Bruklen şəhərində yerləşən “Yehovanm şahidləri” beynəlxalq təşkilatdır. Bu təriqət “Oyanın” və “Gözətçi qülləsi” adlı jurnallar nəşr etdirir. Məqsədləri bu nəşrlər vasitəsilə müsəlman gənclərin psixologiyasına təsir göstərməklə onlan xristian dininə cəlb etməkdir.

Ölkəmizdə fəaliyyət göstərən təriqətlərdən biri “Gideon qardaşlığı” təriqətidir. Təriqətin əsas fəaliyyət istiqaməti hərbdə qulluq edənlərin xristianlaşdırılmasından ibarətdir. Əsas məqsədi əhalinin yerli nümayəndələrini xristianlığa cəlb etməkdir. “Gideon qardaşlığı” təriqətini təbliğ edən “Yeni apostol kilsəsi” adlı beynəlxalq missioner təşkilatı 1998-ci i İdən Azərbaycanda fəaliyyətə başlamışdır. Yerli müsəlman əhalini xristian dininə cəlb etməyi qarşısına məqsəd qoyan missioner təşkilatlardan biri də “Ümid səsi” təriqətidir. Bu beynəlxalq missioner təriqətçi təşkilatın əsas məqsədi müsəlmanlar arasında xristian təbliğatı aparmağı bacaran missioner kadrların hazırlanmasıdır. Başqa bir təriqət öz təriqətçi missioner fəaliyyətini əsasən maliyyə təşkilat baxımından müdafiə etməklə məşğul olan beynəlxalq xristian təşkilatının bir qolu olan “World Vision” təriqətidir. Bu təşkilat Azərbaycanda humanitar təşkilat kimi

- 110-

Müasir şaraitda Azarbaycanda dini-madəni dayarhrin inkişaf xüswsiyyətlari

qeydiyyatdan keçmiş və deklarasiya bəyanatına görə qaçqınlara humanitar yardım göstərməklə məşğuldur. Təşkilat ABŞ-da yaşayan azərbaycanlıların, xüsusilə də, İran mənşəli insanların xristian dininə cəlb edilməsi istiqamətində fəal iş aparır. Məhz bu təşkilatın xidmətidir ki, Texas ştatında yaşayan 5000 nəfər azərbaycanlıdan 200-ü xristianlığı qəbul etmişdir. Qeyd etmək lazımdır ki, yuxarıda qeyd etdiyimiz qeyri-ənənəvi dini təriqətlərin əksəriyyətinin fəaliyyətinə Qərb ölkələrində qadağa qoyulmuşdur.

Dünyanın onlarla ölkəsində qadağan olunmuş qeyri-ənənəvi dini cərəyanlardan biri olan saentologiyanın tərəfdarları Azərbaycanda da peyda olmuşlar. Doğrudur, Bakı sacntoloqlan özlərini hələ kilsə icması saymırlar və sadəcə maraqlılar qrupu olduqlarını bildirirlər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən saentoloqlardan kilsə kimi qeydiyyat üçün müraciət daxil olmadığını və bu cərəyanın Azərbaycan üçün yenilik olduğundan hələ ki, heç bir problem doğurmadığını bildirirlər. Hazırda dünyada 154-dən çox ölkədə 3200-dən çox saentologiya kilsəsi, missiyaları, qrupları və sosial hərəkatı fəaliyyət göstərir. Bu nəzəriyyənin yaradıcısı amerikalı, 130-dan çox fantastik əsərlərin müəllifi Lafayet Ronal Habbarddır. Saentologiya tərəfdarları 1954-cü ildə dini icma - kilsə yaradıblar. Bu kilsənin tərəfdarlan Tannni sonsuzluq kimi qəbul edir. Onlann fikrincə, insan əbədidir və tarix boyunca forma dəyişdirərək mövcud olur. MDB məkanında saentologiya hərəkatı ilk dəfə 1984-cü ildə yaranıb. Sovet rejiminin qadağasına baxmayaraq, əvvəlcə indiki Sankt-Peterburqda, sonra isə Moskva şəhərində bu hərəkatın ardıcılları təşkilatlanmağa başlayıblar. 1990-cı ilin əvvəllərində bu qruplar birləşərək, Rusiyada saentologiya kilsəsi təsis ediblər. Bu kilsə bütün MDB məkanında rus dilində saentologiya ədəbiyyatı yaymaqla məşğuldur.

Dünyada saentologiyanın 8 milyon tərəfdarı vardır. Bir çox ölkələrdə saentologiyaya qarşı radikal addımlar atılır, kilsələri bağlanır. Belə addımlardan biri 2007-ci il dekabrın 7-də Almaniyada atılıb. Bu ölkənin hakimiyyət orqanları saentologiya kilsəsini qanundan kənar elan ediblər.

- 111-

Page 57: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anar Həsənli

Sovetlər dönəmində dinin metodik olaraq görməməzliyə vurulması, dinin sanki heç yoxmuş kimi davranılması əvəzində, hazırda dövlətin din siyasətinin kəskin şəkildə liberallaşdırılması Azərbaycanda çoxsaylı dini meyillərin yaranmasına və ekstremist məzmunlu ideologiyaların, qeyri-ənənəvi dini təriqətlərin ölkəyə daxil olmasına və yayılmasına səbəb olmuşdur. Bütün bunlar isə Azərbaycanın dövlətçiliyi, milli təhlükəsizliyi üçün təhlükə yaradır. Belə vəziyyət, qeyri-ənənəvi dini təriqətlərin Azərbaycanda fəaliyyəti isə təkcə bizim ölkəmizdə deyil, həm də bütövlükdə regionda, xüsusilə də, digər MDB və Xəzərsahili dövlətlərdə sosial- siyasi vəziyyəti destabilizə edən təsir göstərir. Demək olar ki, Azərbaycanın bütün ərazisində müxtəlif totalitar sektalar və destruktiv kultlar, ayinlər yayılmışdır. Belə dini qurumlar öz qanuna zidd fəaliyyətləri ilə digər vətəndaşların hüquqlarım və qanuni maraqlarını pozurlar.

Bu cür dini təriqətlərin fəaliyyəti dövlətçiliyimiz üçün sonradan qarşısı alınmaz problemlər yarada biləcəyindən onların fəaliyyəti güclü nəzarətə götürülmüşdür. 1997-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi ölkəmizdə vətəndaşlığı olmayanların və əcnəbilərin dini təbliğatla məşğul olmalanna qadağa qoyan qanun qəbul etmiş, ölkəmizə gələn dini təriqətlərin humanitar təşkilat kimi qeydiyyatdan keçməsinə nəzarəti gücləndirilmişdir. Bundan başqa, qeyri-ənənəvi təriqətlərin, totalitar, ekstremist sektaların nümayəndələrinin məktəblərdə, uşaq bağçalannda, hərbi hissələrdə moizələr oxumasının qarşısı alınmışdır. Həmçinin qeydiyyatdan keçməyən bütün dini təriqətlərin fəaliyyətinə qadağa qoyulmuş, ölkəyə daxil olan bütün humanitar və xeyriyyə yardımlarının dövlət orqanlarının bank hesablan vasitəsi ilə həyata keçirilməsi təmin edilmişdir.

Ancaq bütün bu işlərə baxmayaraq, bu yaxınlaradək Azərbaycan dövlətinin din sahəsində apardığı hüquqi siyasət lazım olan səmərəni vermir, qüvvədə olan qanunlar isə destruktiv dini ideologiyaların ölkədə yayılmasının qarşısını ala bilmirdi. Belə vəziyyət real situasiyaya adekvat olan, dini proseslərin nizamlanması və dini

- 112-

Müasir şərtimlə Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri

təhlükəsizliyin təmin edilməsi sahəsində dini ekstremizmə və destruktiv meyilli dini birliklərin fəaliyyətinə qarşı hərəkətlərin kompleks toplumunu da ehtiva edən dövlət hüquq siyasətinin işlənib hazırlanması zərurətini günün vacib məsələsi kimi ortaya qoyur. Həm do bu vaxt nəzərə alınmalıdır ki, dövlətin din sahəsində apardığı siyasət vicdan və etiqad azadlığı sahəsində konstitusiyada elan olunmuş prinsiplərlə ziddiyyət təşkil elməməlidir.

Qloballaşma prosesinin törətdiyi əsas əxlaqi dəyərlərin dəyişməsi kimi dünyəvi proses təkcə bir millətin dini təhlükəsizliyi üçün deyil, bütövlükdə bəşəriyyət üçün təhlükə yaradır. Qloballaşma prosesi müxtəlif dini cəmiyyətlərin mədəniyyətini və həyat tərzini unifıkasiya edir, aralarındakı fərqləri aradan qaldırır və bununla da təkcə ənənəvi dini dəyərləri dağıtmaqla qalmır, həm də etnosların milli özünü dərkinin fərdiliyini dağıdır, ənənəvi dinlərin cəmiyyətin həyatındakı yerini və rolunu dəqiqləşdirir. Bir qütblü qloballaşma mənəvi-əxlaqi sahədə amerikanlaşma olaraq təyin edilir. Kütləvi mədəniyyətin dəyərlər sistemi digərlərinə nisbətən daha universal olduğu üçün o, elan edilən universal qaydalara adekvat olduğu üçün sekulyarlaşma, mənəviyyatsızlaşma yayır, ənənəvi dini dəyərləri dağıdır və qloballaşmanın mənəvi əsasını təşkil edir.

Vicdan və etiqad azadlığı o şərtlə reallaşa bilər ki, əhalinin ham dindar, inanclı, həm də ateist fikirli hissəsinin maraqlan nəzərə alınsın, dini mənsubiyyətinə görə hüquqlannm məhdudlaşdınlmasına yo! verilməsin və fəaliyyətləri Azərbaycan Respublikasının konstitusion osaslanna zidd olmayan “qeyri-ənənəvi” dini birliklərin dövlət tərəfindən hər hansı təqib edilməsinə yol verilməsin. Vicdan və etiqac1 azadlığının təmin edilməsi sahəsində qanunlar dini təhlükəsizliyin normativ-hüquqi ifadə olunması keyfiyyətində çıxış edir.

Dini ekstremizmə və destruktiv dini birliklərin fəaliyyətinə qarşı yönəlmiş tədbirlər sistemi bütövlükdə milli təhlükəsizliyin təmin edilməsinin tərkib hissələrindən biridir. Belə tədbirlər sistemi ekstremist və destruktiv dini ideologiyaların yayılmasının qarşısının alınmasına və dini birliklər tərəfindən törədilmiş qanun pozuntularına

- 113-

Page 58: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anar Həsənli

qarşı sanksiyalar sisteminin yaradılmasına yönəlmiş hüquqi və profilaktik institutların və mexanizmlərin kompleksi kimi çıxış edir. Dini ekstremizm təzahürlərinin qarşısını almaq üçün Azərbaycan cəmiyyətinin mənəvi-əxlaqi sahədə milli təhlükəsizliyin institusional təmin edilməsi böyük rol oynayır.

Azərbaycanda olan ənənəvi din və etiqadların əksəriyyətində böyük dözümlülük potensialı var və bununla da tolerantlıq sahəsində, həmçinin konfessiyalar sahəsində təbii müttəfiq kimi çıxış edir. Ənənəvi dinlərin dirçəldilməsi dövlət ilə vətəndaş cəmiyyəti arasındakı qarşılıqlı mənəvi-əxlaqi sistemi ciddi şəkildə sağlamlaşdırmaqla yanaşı dinlərarası ünsiyyət sahəsində dözümlülük və zor işlətməmək praktikasının inkişaf etməsinə kömək edir. Öz növbəsində dini ekstremizm təzahürləri adətən “müxalifətçi dindarlıq” adlandırılan, özünü dini münasibətlər sahəsində mövcud olan, qərarlaşan qaydalara qarşı qoyan dini birliklərə xas olan bir şeydir. Ənənəvi dinlərin əxlaqi-mənəvi dəyərlərinin inkişafı və yayılması Azərbaycanda vicdan və etiqad azadlığına qarant olan əsas prinsiplərə maksimum uyğun gələn şəraitdə baş verməlidir.

Dinlərarası qarşılıqlı hərəkətlər və dini azadlıq sahəsində olan böhran hadisələrinin təhlili zamanı m üasir Azərbaycan sivilizasiyasının, onun tarixinin bənzərsizliyinin, siyasi-hüquqi varisliyinin və sosio-mədəni eyniyyətinin müasir konsepsiyasından istifadə edilmişdir.

Azərbaycan bu ərazidə yaşayışın mövcud olduğu gündən bəri etnik, milli və dini rəngarəngliyə görə digər Qafqaz ölkələrindən əsaslı şəkildə seçilm işdir. Tarixən m üxtəlif dini-fəlsəfi dünyagörüşlərin çulğaşdığı Azərbaycan təkcə Şərq və Qərb təfəkkürünü deyil, rəngarəng kulta və yaşam tərzinə malik çoxsaylı etnosları da özündə birləşdirərək, dünyanın ən sivil mədəniyyət mərkəzlərindən birinə çevrilməkdədir. Əsrlər boyu atəşpərəstliyin, xristianlığın və islamın yanaşı yaşadığı Azərbaycan bu gün həm müxtəlif dini tapınaqların, həm etiqad azadlığının, həm də sərbəst birgəyaşayış haqlarının qorunduğu ölkədir. Bütün dövrlərdə bir çox

- 114-

Müasu- şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri

dövlətlərin maraq dairəsində olan Azərbaycana yanaşma, burada müəyyən fəaliyyətin gerçəkləşdirilməsi müxtəlif yönümlü olmuşdur. Hər hansı iqtisadi, siyasi və digər məramı gerçəkləşdirməzdən öncə burada öz iradəsini diqtə etməyə çalışan dövlətlər Azərbaycan müstəvisində etnik və dini problemlərin perspektivini incəliyinə qədər öyrənməyə can atır. Keçmişin və günümüzün reallıqları belə məcrada problemlərin yaranmasını bütün baxımlarda perspektivsiz edir. Azərbaycan gerçəkliyinin milli-etnik və dini-mənəvi dəyərlər müstəvisində mümkün mənzərəsini cızmağa çalışaq. Ailələrin sosioloji öyrənilməsi sübut edir ki, burada konkret vəzifə bölgüsü, o cümlədən, genetik üstünlükdən irəli gələn həlledici amillər var. Mədəniyyətlərin yaxınlaşması, şaxələnmiş etnosların minilliklərdən sonra inteqrasiyası güclü geni daha da güclü edir.

Sayca dominant üstünlüyə malik olan azərbaycanlı özünə hörməti zor və basqı ilə deyil, qarşılıqlı münasibətlərdəki davranışla qazanmağa üstünlük verir. Buna görə də digər millətlərin nümayəndələrinin azərbaycanlıya münasibəti proporsional olaraq tarazlanır. Xəyanətə, böhtana və təcavüzə dözümsüzlük, ailəyə, dostluğa və peşəyə sədaqət azərbaycanlının ən çox dəyərləndirdiyi keyfiyyətdir. Onlar digər millətlərin nümayəndələri əsasında deyil, hər bir millət haqqında bütövlükdə fikir yürütməyə, bütövün bir hissəsinə tamın elementi kimi yanaşmağa üstünlük verirlər. Öz milli mənsubluğu ilə fəxr edən azərbaycanlı digər millətlərə də hörmətlə yanaşaraq, onlardan özünə və millətinə hörmət etmək haqqı əldə edir.

Dini-mədəni dəyərlərin təbliğinin tərəfdarı olan və fəaliyyətində bu dəyərlərə daim diqqətlə yanaşan İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman), professor Elmira Süleymanova müvafiq sahədə görüləcək işlərin çox olduğunu bildirir. Müvəkkil fəaliyyəti dövründə dini etiqad azadlığının təmini məqsədilə bir sıra tədbirlər həyata keçirilməsinin vacib olduğunu bildirir. Ombudsman onun təşəbbüsü ilə keçirilmiş tədbirlərdə dini tolerantlıq, mənəvi tərbiyə və müxtəlif dini baxışları olan insanların qarşılıqlı münasibətlərinə dair bir sıra konstruktiv təkliflərlə çıxış etmişdir.

- 115-

Page 59: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anar Has ən И

Mədəniyyətlərarası dialoq və dinlərarası əməkdaşlığın inkişaf etdirilməsi, bu prosesə bütün cəmiyyətin, dövlət və qeyri-dövlət qurumlarının, vətəndaş cəmiyyətinin cəlb edilməsi, uşaqlar və gənclərə dini to lerantlığ ın aşılanm ası m əqsədilə təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin keçirilməsi, dinşünas və ilahiyyatçı alimlərin bu tədbirlərdə iştirakı, xalqlararası, sivilizasiyalararası əməkdaşlığın, sülhün bərqərar olmasına xidmət edən dinlərarası dialoqun inkişaf etdirilməsi, bu mövzuda müxtəlif nəşrlərin hazırlanması, KİV-in dini maarifləndirmə işinə cəlb eiunması, dini etiqad azadlığına dair qanunvericiliyin təkmilləş­dirilməsi və monitorinqi, dini maarifləndirmə işinin gücləndirilməsi və vicdan azadlığına hörmət ruhunda tərbiyənin təbliğ edilməsi, Azərbaycanın tolerantlıq siyasətinin dünyada tanıdılması və bununla bağlı digər təkliflər bu sıradandır.

Müvəkkil milli və dini tolerantlığın Azərbaycan cəmiyyətinin səciyyəvi xüsusiyyəti və ən mühüm nailiyyətlərindən olduğunu nəzərə alaraq, ölkədə təmsil olunan əsas dini icmalar daxil olmaqla «Din vasitəsilə sülh mədəniyyəti» dinlərarası şurasının yaradılmasını təklif etmişdir [5,266]. Diqqətəlayiq haldır ki, Müvəkkilin təşəbbüsü və ümumi redaktəsi ilə cəmiyyətdə, ailədə və məişətdə konfliktlərin aradan qaldırılmasına yönələn YUNESKO-nun dəstəyi ilə ingilis dilindən Azərbaycan və rus dillərinə tərcümə edilmiş «Sülh mədəniyyəti təhsili gender perspektivindən» adlı kitabdan istifadə etməklə müxtəlif icmalarda seminarlar, treninqlər keçirilmişdir.

Bütün bunlara baxmayaraq, milli-etnik müxtəliflik bədməramlı qüvvələr üçün qarşıdurma müstəvisi olaraq qalır. Bu kimi qüvvələr etnik azlıqlarla azərbaycanlılar arasında münaqişə nöqtələri axtarmaqdan əlavə, milli azlıqların özləri arasında da belə qarşıdurma yaratmaq məqsədi güdürlər. Fikrimizcə, bu və digər milli azlıq və çoxluqların qarışıq ailə tərkibinin xüsusiyyətləri, buradakı spesifik cəhətlər hər hansı cəhdi perspektivsiz edir. Azərbaycanda bu gün minimal sayı min nəfərdən yuxan olan otuza qədər etnos yaşayır. Son sosioloji-demoqrafik araşdırmalar göstərir ki, digər millətlərin

- 116-

Müasir fərgitdə Azerbaycanda dm,-mədəm dəyərlən n inkişaf xüsusiyyətləri

nümayəndələri ilə ailə quran azərbaycanlı kişilərin sayı özgə millətlərə ərə gedən azərbaycanlı qadınlarla müqayisədə qat-qat çoxdur. Burada müəyyən tarazlığın pozulmasına baxmayaraq, ailədə patriarxal xətt güclü olmuşdur. Din amilini də unutmadan demək olar ki, belə qanşıq tərkibli ailələrdə genetik davamlılıq, bir qayda olaraq azərbaycanlılığm xeyrinə həll olunur. Patriarxal Azərbaycan ailəsində dil, din və adət- ənənə bütün hallarda ata xətti üzrə qorunub saxlanılır.

Beləliklə, müstəqil, demokratik Azərbaycan Respublikası burada yaşayan bütün xalq və etnosların nümayəndələrinin mənəvi və dini dəyərlərinə tolerant münasibət bəsləməklə həmin xalqların nümayəndələrinin xalqımızla olan əlaqələrinin daha sivil səviyyədə olmasına şərait yaratmış, bu isə öz növbəsində xalqlar arasında dostluq və tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etməsinə zəmin hazırlamışdır.

- 117-

Page 60: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anar Həsan U

2.3. Qloballaşma şəraitində Azərbaycanın dini-mədəni dəyərləri

və ideya fəlsəfi paradiqması

Qloballaşmadan danışarkən qeyd etməliyik ki, biz bu gün ən ümumi şəkildə nəticə etibarı ilə dünya nizamını dəyişdirən sosial- iqtisadi, siyasi, mədəni kommunikasiyaların inkişafını başa düşürük. Sadalanan hallar isə Azərbaycan üçün xüsusi əhəmiyyətə malikdiı. Burada səmərəli dövlət və cəmiyyət quruculuğundan, XXI əsrin reallıqlarına cavab verən, dövlətin milli və beynəlxalq mənafelərini təmin edən xarici siyasət konsepsiyasının formalaşmasından söhbət gedir. Azərbaycanın xarici tərəfdaşları açıq etiraf edirlər ki, Azərbaycan dövləti Şərqlə-Qərbi, Şimalla-Cənubu birləşdirən körpü ro lunu m öhkəm lənd irən özünün uzunm üddətli ink işaf konsepsiyasını son dərəcədə tarazlaşdınlmış şəkildə quraraq, onu dünya inkişafının qlobal meyilləri ilə əlaqələndirmişdir.

2008-ci ilin dekabrın 2-3-də Bakıda keçirilən Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı və geniş çıxışı zamanı irəli sürdüyü təkliflər və tövsiyələr tədbirin beynəlxalq əhəmiyyətini daha da artırmışdır. Konfransda Prezident İlham Əliyev tərəfindən sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan “Bakı prosesi”nin əsası qoyulmuş və bu təşəbbüsün qlobal bir prosesə çevrilməsinə səbəb olmuşdur. Cənab Prezident konfransdakı çıxışı zamanı demişdir: “Mən çox istərdim ki, bu gün əsası qoyulan “Bakı Prosesi” uzun müddətli bir proses olsun. Çox istərdim ki, bu konfransın keçirilməsindən sonra konkret mexanizmlər işlənilsin, konkret fəaliyyət planı hazırlansın. Belə tədbirlərin keçirilməsi həm Bakıda, həm də digər şəhərlərdə ənənəyə çevrilsin” [10].

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin2009-cu il 26 noyabr tarixində im zaladığı Azərbaycan Respublikasının Qanunu ilə ölkəmiz YUNESKO-nun “Mədəni Özünüifadə M üxtəlifliyinin Qorunması və Təşviqinə dair

- 118-

Müasiı şoraitdo Azərbaycamla dini-madəni daysrhrin inkişaf xüsusiyyallari

Konvensiyası na qoşulmuşdur. Bu konvensiya 2010-cu ilin 15 may nrixindən Azərbaycan Respublikasına münasibətdə qüvvəyə minmişdir. 2010-cu ilin 20 may tarixində, BMT-nin 21 may Mədəni müxtəlifliklər günü ərəfəsində YUNESKO tərəfindən elan cdiləıı2010-cu il “Mədəniyyətlərin yaxınlaşması ili” çərçivəsində Bakı şəhərində “Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və ləşviqinə dair Konvensiya”nın təqdimat mərasimi keçirilmiş və tədbirə milli azlıqların, yerli xalqların nümayəndələri, yaradıcı şəxslər, sənətkarlar, dövlət xadimləri, xarici ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri dəvət edilmişdir.

Müxtəlif fikirlərin səsləndirildiyi həmin tədbirdə, bir sıra çıxış edənlər ölkədə azərbaycançılıq ideyasının genişləndirilməsini dəstəkləmiş, öz fikirlərini irəli sürmüşdülər. Digər xalqların, etnik qrup nümayəndələrinin də belə fikirlər irəli sürməsi çox qənaətbəxş hal hesab oluna bilər. Coğrafi determinizmə əsaslansaq qeyd etmək olar ki, Azərbaycanın yerləşdiyi coğrafi mövqe Azərbaycan xalqının formalaşmasında mühüm faktorlardan biri olmuşdur. Biz bu gün Azərbaycanda yaşayan subetnosların mədəniyyətlərini, sayca çoxluq təşkil edən etnosla müqayisə etdikdə nə qədər oxşar və yaxm tarix: mədəni xüsusiyyətlərin şahidi oluruq. İdeologiyanın gücü onun milli mənlik şüurunda nə qədər yer alması nöqteyi nəzərdən müqayisə edilərsə onda biz azərbaycanlıların milli mənlik şüurunda yer almış Azərbaycançılığın tarixi zərurət olduğunu dərk etməliyik. Azərbaycançılıq etnik, sosial və siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlının Azərbaycana olan sevgi və məhəbbətinin gündəlik həyat norması və fəaliyyət strategiyasıdır. Azərbaycançılıq ideyasının tarixi kökləri qədimdir. Ancaq Azərbaycançılıq ideologiyasının formalaşma prosesi XX əsrin I rübünə təsadüf edən sosial-siyasi kateqoriyadır. Məhz bu dövrdə mədəni və siyasi mühitdə Azərbaycanın yeri və rolu ətrafında fikirlər ziddiyyətli də olsa formalaşmağa başlamışdı. Ancaq bu hələ elıtar səviyyədə gedən proses idi. Bütünlükdə xalqın bu ideya ətrafında birliyi üçün zaman tələb olunurdu. Demokratik Cümhuriyyətin

- 119-

Page 61: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anar Həsənli

işğalından sonra isə bu ideya mühacirət fəaliyyəti formasına qədəm qoymuşdur. Ancaq, zaman keçdikcə Azərbaycanın tarixi mədəni dəyərlərinin zənginliyi, milli adət-ənənələrinin möhkəmliyi də artır. Dünyada baş verən qloballaşma prosesi yalnız regional inteqrasiya və transmilliləşmə ilə müşayiət edilmir. O həm də regional, lokal səviyyədə dezinteqrasiya yaradır, qloballaşmaya cəlb edilən yeni cəmiyyətlərin daxili tarazlığını pozur. Cəmiyyətdəki kollektiv, etnik, ərazi və sosial eyniliyin köhnə formalarının zəifləməsi və dağılması yeni struktur müxtəlifliyinin və sosial differensiasiyasının formalaşmasının təməlini yaradır. Mədəniyyət ideologiyalarının mahiyyəti, dəyərlərin ümumsovet mədəniyyəti içərisində belə özünəməxsusluğunu yaşada bilirdi. XX əsrin 70-ci illərində Azərbaycançılıq yeni vüsət xətti ilə seçilirdi. Azərbaycançılıq ideologiyasının təməl prinsipləri daha aydın görünməyə başlayırdı. Ulu öndər H.Əliyevin bu istiqamətdə olan dəstəyi və tarixi təşəbbüsləri Azərbaycançılığın rolunu artırır və bu ideologiyanın formalaşması prosesini dərinləşdirirdi. Həmin illərdə böyük siyasətçi Heydər Əliyev xalqın milli mənlik şüurunun oyanmasında leqal və qeyri leqal formalarda böyük təsir gücünə malik idi.

Azərbaycançılığın məzmunca mahiyyətini müxtəlif xalqların, mədəniyyətlərin, ənənələrin, konfessiyalann üzvü şəkildə vəhdəti təşkil edir. Azərbaycançılıq keçmiş tarixi epoxaların mifologiyasını, mədəni kodlarını və rəmzlərini mənimsəyərək, onlardan yeni ideyaları əsaslandırmaq və milli dövlətin inkişafının yeni vektorunu müəyyənləşdirmək üçün istifadə edir. İndi o, cəmiyyətimizdə ən qurucu və dinamik qüvvədir. Azərbaycançılığın gücü həm də bundadır ki, o, fərdi maraqlan və meyilləri dövlətin siyasəti ilə birləşdirməyə və xalqın milli-mədəni eyniyyətini qoruyub saxlamağa qadirdir. Təbii ki, milli birliyə mənsubluq hissi həyatın özünə də məna verir və onun əhəmiyyətini müəyyən edir, qarşılıqlı məsuliyyət və ümumi işə bağlılıq hissini gücləndirir, tənhalıq və qəriblik hissini aradan qaldırmağa kömək göstərir. Bu ideologiya Azərbaycanda vahid cəmiyyət, vahid xalq formalaşdırır.

- 120 -

Muasu- şamildə Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri

Ulu öndər Heydər Əliyevin Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi, Azərbaycan əlifbası və Azərbaycan dili gününün tətbiq edilməsi haqqında 2001-ci ildə imzaladığı fərmanlar, dini- mədəni dəyərlərin qorunub saxlanılması məsələləri barədə azərbaycan xalqına müraciəti təkcə keçmişə ehtiram əlaməti, yaxud qoruyucu mühafizəkar əhval-ruhiyyənin təzahürü deyildi. Bu, zamanın tələblərinə, modernləşməyə keçid dövrünü yaşayan ölkələrdə milli sosiomədəni prioritetləri siyasi prosesindən kənarlaşdırmağa qadir olan qloballaşmanın tələblərinə cavab idi. Milli yönümlü belə siyasətin əsasında öz xalqının tarix və mədəniyyətini, onun milli mentalitetinin mahiyyətini, mənlik şüurunu və milli “mən”ini qonıyub saxlamaq səyləri durur [49,206].

Mədəniyyətin və əxlaqın qloballaşmanın mənfi steriotiplərinə qarşı müəyyən mənada müqavimət göstərdiyi bir dövrdə Azərbaycançılıq ideologiyasının əhəmiyyəti olduqca zəruridir. Bu baxımdan Azərbaycançılıq ideologiyasının bazisində Azərbaycan mədəniyyətinin özülü dayanır. Sosial psixoloji kontekstdə mədəniyyət insan həyatına və psixikasına daha operativ və fasiləsiz təsiredici faktor olduğundan onun nizamlanmasına və dəyişilməz prinsiplərinin gündəlik fəaliyyət normalarına salınmasına ehtiyac böyükdür. Müasir dövrdə mədəniyyətlərə kənar və daxili təsirlərin müqayisəsində ikinci amilin çəkisinin daha ağır olduğu üzə çıxır. Mədəniyyət subyektdən irəli gələn dərketmə və inteqrasiya axını olduğu üçün dolayı və birbaşa interpretasiyaların ötürücüləri məhz daxili amillərlə reallaşır. Azərbaycançılıq azərbaycan xalqının milli mənlik və ümumxalq mədəniyyətinin qorunması üçün zəruri ideologiyadır.

Müstəqillik əldə edildiyi gündən 20 il keçəndən sonra əminliklə demək olar ki, əslində, totalitar dövrün kütləvi şüur formasının açıq, şəffaf və demokratik cəmiyyət elementləri ilə zənginləşmiş şüur forması ilə əvəz olunmasını nəzərdə tutan ictimai transformasiya baş vermişdir. Bu, bütövlükdə cəmiyyətdə yeni siyasi oriyentirlərin formalaşmasına əhəmiyyətli təsir göstərir, funksional baxımdan yeni siyasi təşkilatların yaradılmasına gətirib çıxarır. Formalaşan siyasi

- 121 -

J

Page 62: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anar Həsənli

məkan xeyli dərəcədə əhalinin bütün təbəqələrinin mənafelərini ifadə edir. Demokratik cəmiyyətdə monosentrik siyasi sistemlərdən danışmağın əsassız olması tamamilə təbiidir. Lakin siyasi məkan hətta iki qütblü, yaxud polisentrik olsa belə, kütlənin tələblərinə cavab verməli, əhalinin mənafelərini ifadə etməli, inkişafa və tərəqqiyə kömək göstərməli, başlıcası isə dövlət müstəqilliyinin əsası kimi milli suverenliyi qoruyub saxlamalıdır. [49,123]

Alman sosioloqu Ralf Darendorf demokratiyanın abıvatel (şəxsi mənafeyini güdən) anlayışına qarşı özünün real gerçəkliyə əsaslanan demokratik idarəetmə sistemini qoyur. Ona görə demokratiya baxışların sadəcə müxtəlifliyi olmayıb idarəetmə sistemidir [85,70].

Bu gun təriqətçilik cərəyanlarının sayı artmağa başlamış, Azərbaycanda din yeni Avropa (xristian), İran, Türkiyə, ərəb dini modellərinə, ya da «liberal islam» modelinə yönəlmənin təcrübə obyektinə çevrilmişdir.

Siyasi partiya bayrağı altında radikal islam qruplarını birləşdirməyə cəhdlər göstərilir. Həmin modellərin hər biri transformasiya dövrü yaşayan Azərbaycanın milli reallıqlarında müstəsnalıq iddiasında idilər. Bu sahədə milli inkişaf strategiyasını düşünülmüş şəkildə müəyyənləşdirmək və Azərbaycanda dinin yerini və rolunu inamla səciyyələndirmək üçün on ilə yaxın vaxt lazım olmuşdur. Azərbaycanın dünyəvi idarəetmə formasına malik demokratik dövlət olduğu bu gün heç kəsdə şübhə doğurmur. Bu, müsəlman və eyni zamanda, nəzərə çarpacaq Avropa aksenti olan çox konfessiyalı ölkədir.

1997-ci ildə “Dini etiqad haqqında” qanuna əcnəbilərin Azərbaycan ərazisində missionerlik fəaliyyəti ilə məşğul olmasını qadağan edən dəyişikliklər olunması ölkənin incilləşdirilməsi təhlükəsinin qarşısını qismən alsa da, bu dini qurumların qeyri- qanuni fəaliyyəti və cəmiyyətin dini identikliyi problemi hələ də aktual olaraq qalır.

Yuxarıda qeyd etmişdik ki, müstəqillik əldə edəndən soma Azərbaycan islamın Türkiyə, İran, Səudiyyə Ərəbistanı modellərinin

- 122-

Müasir şəratlda Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri

ölkənin ictimai həyatında sınaqdan keçirilməsi üçün meydana çevrilmişdi. Müstəqillik qazanıldıqdan az sonra ölkədə İran tərəfindən maliyyələşdirilən çoxlu sayda mədrəsələr meydana gəldi. Ali məktəblərdə ilahiyyat fakültələri açıldı, burada Türkiyədən gəlmiş müəllimlər çalışırdılar. Səudiyyə Ərəbistanı və Küveyt xeyriyyə cəmiyyətləri Azərbaycanda çox böyük İslam Universitetinin tikintisini maliyyələşdirməyə başladılar [134].

Nəticədə, əhali Azərbaycan cəmiyyətinin eyniləşdirilməsinə imkan verən milli dini modeli axtarmaq dilemması qarşısında qaldı. Tamamilə aydındır ki, əhalinin əksəriyyəti müsəlman olan ölkə üçün qlobal qərbləşmə müstəmləkəçiliyi epoxasında cəmiyyətdə islamın rolu və yeri haqqında dəqiq müəyyən edilmiş xəttin olmaması ciddi nəticələrə gətirib çıxara bilər. Görkəmli islam alimlərindən olan Yusif əl-Kərdavi yazır: «Müstəmləkəçiliyin növlərindən ən təhlükəlisi ideya müstəmləkəçiliyidir. O, torpaqları deyil, zehinləri zəbt edir, zəka isə toplardan deyil, qələmdən istifadə edir. Sosiomədəni məkanın bu cür müstəmləkələşdirilməsi «yeni demokratiyaların» transformasiyası nəticəsində baş verir [134]. A.Tokvill respublika şəraitində cəmiyyət üzvlərinin şəxsi maraqlarla ictimai maraqların birləşdirilməsi, dövlətin və millətin ümumi mənafeyi naminə fəaliyyət göstərmələrinin artması imkanlarını xüsusi olaraq qeyd edir [114,376].

Lakin cəmiyyətdə demokratik meyillərin genişlənməsi ilə müşayiət edilən liberallaşma dini kosmopolitizmə gətirib çıxarmamalıdır. Çünki müəyyən mənəvi-əxlaqi meyarlar və qaydalar olmadan cəmiyyət öz üzvlərinin kamil və hərtərəfli inkişafına təminat verə bilməz. SSRİ-də kommunist ideologiyası uzun illər boyu insanları dindən ayırmağa, onları sosial gerçəkliyi ateistcəsinə qavramaq ruhunda tərbiyə etməyə cəhd göstərmişdir. Lakin bu ideya- siyasi layihə iflasa uğradı. Bütün bu illər ərzində dini ənənələr qorunub saxlanaraq nəsildən-nəslə ötürülmüşdür. Ona görə də dini siyasi konyunktura silahına çevirmək deyil, cəmiyyətə xidmət üçün yönəltmək çox əhəmiyyətlidir. Azərbaycanın ümummilli lideri

- 123-

Page 63: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anar Həsənli

Heydər Əliyev öz fəaliyyəti ilə bizə məhz bu həqiqəti çatdırmışdır. Ona görə də Azərbaycanın yeni nəsildən olan siyasətçilərinin tarixi legitimliyinin dərəcəsi bu nəslin rasional siyasi xəttinə varisliyi, onun mədəniyyət səviyyəsinə, təfəkkür tərzinə uyğunluğu ilə ölçüləcəkdir.

Qloballaşma və qərbləşmə kontekstində Azərbaycanın modernləşməsi necə olmalıdır? Qərbləşməni rədd edərək və milli «Mən»i qoruyub saxlayaraq modernləşə bilərikmi? Cavab həm sadə, həm də mürəkkəbdir. Bu tarixi yolu bütün Cənub-Şərqi Asiyanın əslində bütün ölkələri keçmişdir. Yaponiya intellektuallarının modernləşmə konsepsiyası «Qərb texnologiyaları, yapon ruhu» aforizmi idi.

Azərbaycanda 1993-cü ildən başlayan modernləşmə ideologiyası çoxcəhətliliyi sayəsində səmərəli olmuşdur. O, inkişafının ilk səviyyəsində ideologiyaya az bənzəyirdi, daha çox qloballaşma şəraitində ölkənin strateji inkişaf konsepsiyası funksiyasını yerinə yetirirdi [134].

Modernləşmə ideologiyasının 1996-cı ildə formalaşan ikinci və əsas səviyyəsi ölkə əhalisinin ən fəal hissəsini özünə cəlb etdi. Bu səviyyədə yeni m ühafizəkarlıq, liberalizm , sosializm və vətənpərvərlik prinsipləri vəhdət halında birləşdi. Digər ölkələrlə müqayisədə dünya kontekstində onlara çatmaq və regional kontekstdə isə qabaqlayıcı inkişaf ideyası modernləşmənin milli ideologiyasının əsası oldu. Bu ikili məqsəd ölkəmizdə son iki yüz ildə tətbiq edilmiş «müstəmləkə şüuru» komplekslərinin aradan qaldırılmasına kömək göstərir.

Milli ideologiyanın inkişafının üçüncü səviyyəsi cəmiyyətdə antimodemizm ovqatını «söndürə», ənənəçilik təzahürlərinin qalıqlarını neytrallaşdıra bilən kənar amortizator rolu oynamalı idi. Beləliklə, milli ideologiya əhalinin obyektiv olaraq ölkənin modernləşmə yolu ilə irəliləməsinə müqavimət göstərən təbəqələrinə yönəlmişdi. Bu zaman başlıca vəzifə Azərbaycanda sosial və texnoloji dəyişiklikləri həyata keçirmək, habelə milli mədəniyyətin özünəməxsusluğunun qorunub saxlanmasına təminat vermək,

- 124 —

Müasir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri

etibarlı sosial müdafiəni və əlbəttə, şəxsiyyət azadlığını təmin etmək, beləliklə də, iqtisadi səmərəliliyi sosial ədalət ilə birləşdirmək idi.

Qloballaşmanın həyatın bütün sahələrinə nüluz etdiyi hazırkı şəraitdə Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi dövlətin fəaliyyətində prioritet məsələlərdəndir. Nəzərə almaq lazımdır ki, milli təhlükəsizlik tarixi ənənələrin və ictimai-həyatın normalarının, mənəvi-etik, o cümlədən dini irsin qorunmasını da ehtiva edir. Məlumdur ki, Azərbaycan Respublikası həmişə müxtəlif millətlərin və dinlərin sülh şəraitində birgə yaşayışına nümunə olmuşdur. Azərbaycan dövləti cəmiyyətin maraqlarından irəli gəiən rasional milli siyasət kursunu, dini tolerantlıq mühitinin qorunması və inkişafını, bütün vətəndaşların qanun qarşısında bərabərliyi və qanunun aliliyini, demokratik hüquq və azadlıqların, həmçinin insanların bu hüquq və azadlıqlardan sərbəst istifadə imkanlarının təmin edilməsini mövcud ola biləcək müvafiq riskin real təhdidə çevrilməsinin qarşısının alınması və neytrallaşdırılmasınm mühüm şərtləri qismində nəzərdən keçirir [134].

Avropa və bütövlükdə Qərb istiqaməti ilə yanaşı, Azərbaycan İslam dünyasının bir hissəsi olmaqla, İslam Konfransı Təşkilatı ilə sıx əməkdaşlıq edir. 2007-ci ilin birinci yarısında İslam Əməkdaşlıq Təşkilatının sədri vəzifəsini yerinə yetirərək, Azərbaycan təşkilatın siyasi rolunun artırılması, beynəlxalq problemlərin həllində onun təsiri və iştirakının gücləndirilməsi, beynəlxalq ictimaiyyətdə və ilk növbədə Avropada islamın, onun mədəniyyət, dəyərlər və fəlsəfəsinin düzgün dərk edilməsi ilə bağlı fəal səylər göstərmişdir. Mədəniyyətlər və dinlərarası dialoqun təşviqi, müxtəlif millətlər və dinlər arasında dözümlülüyün və qarşılıqlı anlaşmanın inkişafı, etnik və dini dözümsüzlük əleyhinə səmərəli tədbirlərin görülməsi üçün geniş tərkibli bir sıra beynəlxalq təşəbbüslər həyata keçirilmişdir

Müasir Azərbaycan dövlətinin milli təhlükəsizlik siyasətinin yerinə yetirəcəyi təxirəsalınmaz vəzifələrindən biri bir tərəfdən, cəmiyyətdə razılıq və dinlərarası sülh, digər tərəfdən dövlətin stabil fəaliyyət göstərməsinin qarantı olan dini təhlükəsizliyin təmin edilməsidir.

- 125-

Page 64: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anar Həsənli

Hazırkı mərhələdə ölkədə bərqərar edilmiş dini-mədəni tolerantlıq mühitinin qorunması və inkişafı dövlət qarşısında duran əsas vəzifələrdən biri hesab olunur. Azərbaycan dövlətində həyata keçirilən milli siyasət kursu Azərbaycan Respublikasının bütün ölkə vətəndaşlarının ümumi və bölünməz vətəni olması kimi əsas prinsiplərindən birinə əsaslanır.

Azərbaycanda siyasi islam mövzusunda az-çox dərəcədə diqqəti cəlb edən tədqiqat işləri arzu ediləcək qədər deyildir. Bu boşluğu doldurmaq məqsədilə Azərbaycan Araşdırmaları Vəqfı 2004-cü ildə “Azərbaycanda siyasi islam: sosioloji sorğu vasitəsilə problemi öyrənmə cəhdi” mövzusunda sosioloji tədqiqat həyata keçirmişdir. Sorğuda respublikanın beş bölgəsində - Şimal, Cənub, Mərkəzi Aran, Qərb və Bakı ətrafı kəndlərdə yaşayan vətəndaşlar arasında təsadüfi seçmə yolu ilə 600 nəfərin “siyasi islam” mövzusunda fikirləri öyrənilmişdir. Bunların arasında siyasi islamla birbaşa əlaqəsi olan 50 nəfər mütəxəssisin iştirak etdiyi 8 fokus qrup da vardır. Bu fokus qruplara Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 5 işçisi, 5 siyasi partiya lideri, 5 nəfər qeyri-siyasi dini təşkilatların rəhbərləri və fəalları, 5 nəfər gənclər təşkilatlarının üzvləri, 5 nəfər QHT və media rəhbərləri, 5 nəfər müstəqil ekspert, 10 nəfər tələbə və 10 nəfər işsiz daxildir. Sorğuda iştirak edənlərin 70,2% kişi, 29,8% qadınlardır. Respondentlərin 97,6% müxtəlif sahələrdə işləyənlər, 2,6% isə işsizlər təşkil etmişdir. Rəyi soruşulanların 58,3% 18-35 yaşında, 20,3% 35-45 yaşında, 21,4% 45 və daha çox yaşında olan vətəndaşlar olmuşdur. Sorğunun nəticələrinə görə Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti (89,9 faizi) orta məktəblərdə dinin əsaslarının öyrədilməsinə və 70,7 faizi isə vətəndaşlar üçün Quran kurslarının açılmasına müsbət yanaşır.

Başqa dinlərin Azərbaycanda təbliğinin güclənməsinə necə baxırsınız? sualına rəyi soruşulanların 75,4 faizi mənfi cavab vermişdir. Buradan belə bir nəticəyə gəlmək olar ki, Azərbaycanda ictimai rəyin İslama daha çox yönəlməsini stimullaşdıran şərtlərdən biri də fərqli dini inancların ölkədə yayılmasının güclənməsi hesab edilə bilər [16].

- 126-

Miiasir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf xü su siy id ən

Beləliklə, vətəndaş cəmiyyəti və demokratiya heç də cəmiyyətin statistik halı olmayıb, onun müntəzəm inkişafı, sosial qruplanr. . ə partiyaların, mənafelərin, dəyərlərin yaranması ilə yadda qaiır. Zənnimizcə, bu dəyərlər sistemində dini-mədəni prinsiplər cəmiyyətin inkişafında daha sabit və əhəmiyyətli prinsiplərdir Azərbaycan dövlətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli dövlətçilik siyasəti də dünya sivilizasiyaları arasında dialoq körpüsü yaratmağa çalışır.

- 127-

Page 65: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anar H.ysənli

NƏTİCƏ

Monoqrafiyada tarixən müxtəlif dini-fəlsəfi dünyagörüşlərin çulğaşdığı Azərbaycanın təkcə Şərq və Qərb təfəkkürünü deyil, həmçinin özündə rəngarəng həyat tərzinə malik maddi-mənəvi dəyərləri birləşdirən ən sivil mədəniyyət mərkəzlərindən birinə çevrilməsi tədqiq olunur. Əsrlər boyu atəşpərəstliyin, xristianlığın və islamın yanaşı yaşadığı Azərbaycan bu gün müxtəlif dinlərin, etiqad azadlığının, sərbəst birgəyaşayış haqlarının qorunduğu ölkədir. Bütün dövrlərdə bir çox dövlətlərin maraq dairəsində olan Azərbaycana yanaşma, burada müəyyən fəaliyyətin gerçəkləşdirilməsi müxtəlif yönümlü olmuşdur. Hər hansı iqtisadi, siyasi və digər məramı gerçəkloşdirməzdən öncə burada öz iradəsini diqta etməyə çalışan dövlətlər Azərbaycan müstəvisində etnik və dini problemlərin perspektivini incəliyinə qədər öyrənməyə can atır. Keçmişin və günümüzün reallıqları belə məcrada problem yaratmanı bütün baxımlarda perspektivsiz edir.

Monoqrafiyada Azərbaycan gerçəkliyinin milli-etnik və dini- mədəni dəyərlər müstəvisində mümkün mənzərəsi açılmışdır. Azərbaycan cəmiyyətinin yüksək təşəkkül tapmış mənəvi-əxlaqi simasının formalaşmasına təsir göstərən müasir qlobal steriotiplərin də olduğu üzə çıxır. Tədqiqatdan aydın olur ki, cəmiyyətdə din amili tarixən həmişə zəıuri olmuşdur və bu amil indiki şəraitdə də lazımdır. Lakin dinlərarası dialoq, tolerantlıq milli mənsubluğu qoruyub saxlamağa və onun yeni dövrə keçməsinə imkan yarada bilər.

Beləliklə, bütün bu deyilənlərə yekun olaraq əsasən aşağıdakıları qeyd etmək olar:

- Azərbaycan cəmiyyətinin sosial və iqtisadi sistemində köklü və əsaslı dəyişikliklər, insanın həyat və fəaliyyət dairəsində əvvəllər mövcud olan və nəzərə çarpmayan münasibətlərə yenilərini də əlavə etmişdir;

- Müasir şəraitdə mədəniyyətin ən mühüm şərtlərindən biri mədəni müxtəliflik və plüralizmdir. Məhz dində, dildə, sənətdə, elmdə təcəssümünü tapan mədəniyyət hər bir cəmiyyətin

- 128-

Müasir şorailde Azerbaycanda dini-nwdoni dəyerbrin inkişaf xüsusiyyethri

bənzərsizliyini, identikliyini şərtləndirir. Məhz dövlətimizin do gücü, özünəməxsusluğu onun dini və milli müxtəlifliyindədir;

- Özünəməxsus qədim tarixi keçmişə və mədəniyyətə malik xalqımız səmavi dinlərə etiqad yolunda da böyük yol keçərək islam dininə qovuşmuşdur;

- Azərbaycan dünyaya yalnız neft deyil, özünün milli-dini tolerantlıq nümunəsini ixrac edə bilər;

- Bu tarixi yolda özünəməxsus elmi, folkloru və ədəbiyyatını, milli adət və ənənələrini formalaşdırmış xalqımız kişi və qadın münasibətlərində də özünəməxsusluğu ilə digər xalqlardan təbii olaraq fərqlənir;

- Azərbaycanın dünya iqtisadiyyatına, müxtəlif ölkələrin və xalqların mədəniyyətinə inteqrasiyası qloballaşan dünyamızda digər sahələrdə olduğu kimi, insan münasibətlərində də ümumi cəhətlərin və dəyərlərin formalaşması ilə yanaşı milli dəyərlərin qorunmasını və inkişaf etdirilməsini tələb edir;

- Müasir dünyada dinlər insana ətraf aləm, kainat, insanın mahiyyəti və varlıqdakı yeri haqqında sistemli bilgi olaraq qiymətləndirilir;

- Din həm də insanın təməl problemlərini müəyyən cəhətdən izah edən bir sistem kimi qiymətləndirilir;

- Olum və ya ölüm, yaradan və insan münasibətlərini, dünya haqqında kompleks təsəvvürləri dinlər bu və ya digər dərəcədə izah edir. Eyni zamanda bütün dinlər özü üçün insan şüurunun anlamağa çalışdığı metafizik problemlərdən yaşanan həyata aid praktik davranış qaydalarına qədər hər mövzuda insanı bilgiləndimıəyə cəhd kimi araşdırılır;

- Müasir şəraitdə submədəniyyətlər dini-mədəni dəyərlərə mühüm təsir göstərir.

Sivilizasiyanın inkişafı prosesində yeni bəşəri dəyərlərin formalaşması müxtəlif millətlərin və xalqların fərdi dəyərlərinin əvvəlki bəşəri dəyərlərə söykənməklə qarşılıqlı inteqrasiyası

- 129-

Page 66: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anar Həsənli

əsasında yaranır. Məhz monoqrafiyada bazar iqtisadiyyatına keçən ölkələrin nəticə etibarilə özlərinin yeni sosial və əmək qanunvericilik sistemlərini yaradarkən, eləcə də daha geniş perspektivdə demokratik təsisatların möhkəmləndirilməsində, sabit əmək münasibətlərinin müəyyən edilməsində, münaqişələrin və sosial gərginliyin yumşaldılmasmda təkcə bazar iqtisadiyyatına keçidin mövcud modellərinin deyil, habelə müxtəlif beynəlxalq əmək normalarına əsaslanan mədəni dəyişikliklərin faydalı olduğu qeyd edilmişdir.

Təqdim olunan elmi əsərdən çıxarılan nəticələr əsasən, Azərbaycan Respublikasında dini-mədəni dəyərlərlə bağlı həyata keçirilən islahatlar, proqramlar zamanı aşağıdakıların diqqətə alınmasım zəruri hesab edirik:

- Bu gün din sahəsində qarşıda duran əsas vəzifələrdən biri dinin siyasiləşməsinə cəhd edənlərin gəncləri öz təsirlər dairəsi altma almasının və onların gənclik marağı və enerjisindən öz şəxsi məqsədləri üçün istifadə etməsinə yol verməməkdir;

- Azərbaycan cəmiyyətinin din sahəsindəki bilikləri lazımi səviyyədə olmadığına görə, dindən şəxsi maraq və mənafeyi üçün istifadə cəhdləri var. Dinin saflığının və bütövlüyünün qorunması və müəyyən qüvvələrin siyasi məqsədlərinin alətinə çevrilməməsi üçün maarifləndirmə işinin aparılmasının böyük əhəmiyyəti vardır;

- Gənclərin vətənpərvərlik və torpağa bağlılıq ruhunda formalaşması mühüm əhəmiyyət daşıyır. Ölkəmizin ərazi bütövlüyü, tamlığı uğrunda canını qurban vermiş milli qəhrəmanlarımız misilsiz vətənpərvərlik nümunələri göstərmişlər. Onların xatirəsinin əziz tutulması və gənc nəslə örnək kimi təbliğ edilməsi böyük əhəmiyyət daşıyır;

- İnsanların adət-ənənələrinə çağdaş dünyanın reallıqlarını nəzərə alaraq yanaşmaq lazımdır. Adət-ənənələrə müzakirələrə açıq dəyərlər sistemi kimi yanaşıldığı zaman ictimai şüurun inkişafından söhbət gedə bilər. Müasir cəmiyyət quruculuğu üçün zəruri amillərdən biri də uzun illər ərzində formalaşan dəyərlərin qorunması, mənfi təzahürlərin aradan qaldırılmasıdır;

- 130 -

Müasir şəraitdə Azerbaycanda dini-mədəni deyərlərin inkişaf xüsusiyyətləri

- Bu gün ölkəmizdə insanlar arasında dinə xüsusi meyil və istiqamət vardır. Son illər gənclər arasında dini öyrənməyə həvəsi olanların sayı artıb. Müasir gənclər adi dini biliklərlə kifayətlənmir, əksinə ətraflı dini savad əldə etməyə çalışırlar. Bu da məlumdur ki, yaşlı nəsildən olan ruhanilər müasir tələblə cavab verə bilmirlər. Belə olan surətdə gənc dini kadrlara ehtiyac yaranır. Bu baxımdan savadlı ruhani kadrların hazırlanması prosesi daha geniş vüsət almal ıdır;

- Dini-mənəvi dəyərlərdən biz müasir həyatımızın daha da genişlənməsi və inkişaf etməsi üçün istifadə etməliyik. Dini-mənəvi dəyərlər bizi geriyə çəkməməlidir, əksinə irəli aparmalıdır. Çünki İslam dininin mənəvi dəyərləri insanları həmişə inkişafa aparmışdır, insanlara həmişə qarşıdakı uzaq və işıqlı yolu göstərmişdir və insanları daha da irəli getməyə, daha da savadlanmağa, mədəniyyətə daha da qovuşmağa, müasir həyatın bütün vasitələrindən öz həyatını, öz millətinin həyatını, xalqının həyatını daha da yaxşılaşdırmaq üçün, maddi və mənəvi vəziyyətini yaxşılaşdırmaq üçün daha da səmərəli istifadə etməyə yönəltmişdir. Azərbaycanda dini-mədəni dəyərlərin vətəndaşlara düzgün aşılanması, səmərəli istifadəsi Azərbaycan cəmiyyətini mənəviyyatca daha da yüksəlməsinə xidmət edəcək;

- Bu gün dini dəyərlər sırf dövlətçilik və milli maraqlar çərçivəsində təbliğ olunmalı, cəmiyyətdə mənəvi-əxlaqi normaların möhkəmlənməsinə xidmət etməlidir;

Müasir mərhələ ən yüksək inkişaf mərhələsi hesab edilsə də, dünya xalqlarının mədəniyyətinin və iqtisadiyyatının inteqrasiyası və digər sahələrdə mövcud olan bəşəri dəyərlərin formalaşması baxımından hələ çox gəncdir. Ona görə də, bu sahədə mövcud olan elmi ədəbiyyatda müəlliflər arasında vahid anlaşılma aparatı vardır. Bəzən obyektiv xüsusiyyətlərdən irəli gələn inteqrasiya əsassız olaraq diskriminasiya kimi qələmə verilir.

Monoqrafiyada dinin əsasını müqəddəs və «ali varlığ»a mübahisəsiz qəbul edilən inanc təşkil etməsi qənaətinə gəlinir. Bu inanc cəmiyyətə ilahi prinsiplər formasında təqdim olunur. Dinlərin adı, forması nə olursa olsun, onlar hansı şəkildə tərif və təfsir edilərsə

-131 -

Page 67: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anar НахапН

edilsin, hər /aman və hor yerdə ortaq xüsusiyyətləri ilə tanmır. Bu ortaq xüsusiyyətlər iman, ibadət və cəmiyyət məsələlərində daha bariz şəkildə üzə çıxır. Buradan da anlaşılır ki, din insan və cəmiyyət reallığıdır. Buna görə da din həm təbii, həm də sosial xarakterə malikdir. Bu baxımdan sosiologiyada dinin obyektiv ünsürü kimi cəmiyyətlə dinin daim üzvü münasibətdə olmasının, subyektiv ünsürü kimi isə cəmiyyət içində fərdlərin dini təcrübəsi faktorlarının önə çəkilməsi təsadüfi deyildir.

Milli birlik və ya regional şərtlərin çərçivəsində formalaşan cəmiyyətlərin dini dünyagörüşünün ictimai iman səviyyəsinə yüksəiişi, dinin cəmiyyətin yeni təşkilatlandırma forması kimi çıxış etməsinə şərait yaradır. Məlumdur ki, hər bir insanın din ilə əlaqəsi ilk növbədə dinin fərdi cəhətini ifadə edir vo din ilk öncə fərdi təzahür kimi təqdim olunur. Bu vəziyyət ümumbəşəri dinlərdə daha aydın görünür. Ancaq hər hansı bir dinin ictimai iman sisteminin mükəmməlliyi, onun cəmiyyət üstü bir faktora çevrilməsinin əsas şərti sayılır.

Müasir dünyada qloballaşma prosesi daha çox birtərəfli qaydada aparıldığından bəzən «qloballaşmaya məruz qalma», «qloballaşmaya davam gətirmək» kimi anlayışlar işlədirik. Qloballaşma prosesi «Soyuq müharibə»nin sonundan başlayaraq genişlənsə də müasir dünyada bu anlayış bəzən bir çox dövlətlər üçün «gizli soyuq müharibə tendensiyası» da yaradır. İstənilən inteqrasiya prosesi bərabərhüquqlu tərəflərin olmasını zəruri edir. Monoqrafiyada qeyd edilir ki, bəzən qloballaşma antiinteqrasiya steriotipləri doğurur. Belə antiinteqrasiya steriotiplərini biz haqlı olaraq qloballaşmanın mənfi təzahürü kimi başa düşərək çox zaman ona qarşı psixoloji anlamda mübarizə də aparırıq. Qloballaşma elə inteqrasiyadır. Ancaq qloballaşma inteqrasiyanın həm də birtərəfli qaydada aparılma formasım «öz qloballığında» ört-basdır edir. Bəlkə buna görə də qloballaşma sözünü daha az işlədərək inteqrasiya termininə monoqrafiyada daha çox yer ayrılır. Deməli təbiətin biomüxtəlifliyini qoruduğumuz halda cəmiyyətin sosio-mədəni müxtəlifliyini daha böyük güclə yaşatmağa çalışmalıyıq.

- 132 -

Müasir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri

Monoqrafiyada istər Qərb, istərsə Şərq dəyərləri ilə münasibətdə olan balansın Azərbaycan xalqının maraqlarının dini-mədəni səviyyədə təmin etməyin ən əhəmiyyətli yolu olması qənaətinə gəlinir.

- 133-

Page 68: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anar Həsətıli

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT Azərbaycan dillində

1. Aslanova R. XXI əsr: Yeni mədəniyyət məkanına inteqrasiya. Bakı: 2007,446 s.

2. Aslanova R. İslam mənəvi irsi və müasirlik. Bakı, 2000.63 s.3. Aslanova R. İslam və mədəniyyət. Bakı: AUN, 2002.405 s.4. Azərbaycan R espublikası P rezidentin in çıx ışı /

«Azərbaycan» qəzeti, 4 dekabr 2008.5. Azərbaycan Respublikasında Ombudsman təsisatı və insan

hüquqlarının inkişafı. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Professor Elmira Süleymanovanın ümumi redaktəsi ilə, Bakı: Bakı Universiteti, 2007,266 s.

6. Azərbaycan Sovet Ensiklopediyası.Bakı: 1980,6 s.7. «Azərbaycan» qəzeti. 16 avqust 2008. №181.8. «Azərbaycan» qəzeti. 14 fevral, 2009.9. «Azərbaycan» qəzeti. 19 fevral, 2009. №39.10. Azərbaycan qəzeti / http://www.azerbaijan-news.az/11. Azərbaycanda siyasi İslam: sosioloji sorğu vasitəsilə

problemi öyrənmə cəhdi. Azərbaycan Araşdırmaları Vəqfinin nəşri. Əlyazması. Bakı: 2004.

12. Bünyadzadə K. İslam fəlsəfəsi: tarix və müasirlik. Bakı: Çaşıoğlu,2010,154 s.

13. Bünyadzadə K. Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk. Bakı: Nurlan, 2006,242 s.

14. Bünyadzadə K. Təsəvvüf fəlsəfəsinin ilk mənbələri. Sərrac Tusinin «Əl-Lümə» əsəri. Bakı: Qamma-servis, 2003,232 s.

15. Dadaşzadə M. Azərbaycan xalqının orta əsr mənəvi mədəniyyəti. Bakı: «Elm», 1985,259s.

16. DQİDK Bülleteni. 1-2,2001.17. Dövlət və Din. İctimai fikir toplusu. 2007-ci il, dekabr.

- 134 -

Müasir şarailda Azarbuycunda dini-madam dayarhrin inkişaf 'xüsusiyyətləri

18. Dövlət və Din. İctimai fikirtoplusu. 2009-cu il, fevral.19. Dövlət və Din. İctimai fikir toplusu. 2009-cu il, aprel.20. Dövlət və Din. İctimai fikirtoplusu. 2009-cu il, may.21. Əfəndiyev T. Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz.

Bakı: 2011,328 s.22. Əhədov A. Azərbaycanda islamın modernləşdirilməsi. Bakı:

Azəməşr, 1994.157 s.23. Əlibəyzadə E. Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi

(islamaqədərki dövr) Bakı: «Gənclik», 1998,394 s.24. Əliyev H. Dinimiz xalqımızın mənəvi sərvətidir. Bakı:

Qanun, 1999,219 s.25. Əliyev R.Y. İslam və Azərbaycan mədəniyyəti. Bakı: Əbilov,

Zeynalov və oğulları, 1998,364 s.26. Hacıyev Z. Fəlsəfə. Bakı: Adiloğlu, 2001.640 s.27. Heydər Əliyev və mədəniyyət. 3 cilddə, III cild. Bakı: Nurlar,

2008,536 s.28. Heydər B. Qərb mədəniyyətinin inkişafında müsəlmanların

rolu. Bakı: «Ulu», 1994,326 s.29. Həsənli H.S. İslam mədəniyyətində elm. Bakı: Elm və həyat,

1998,284 s.30. Həsənov Ə. «Azərbaycan» qəzeti. 27 dekabr, 2007.31. Hüseynov H.B. Şərq-Qərb münasibətlərində qloballaşma:

ideoloji-siyasi mübarizə anlamında. Bakı: Təknur, 2008,333 s.32. Hüseynov S. Azərbaycan dini tolerantlığa və sadiqliyə töhfə

verən örnəkdir/ «Xalq» qəzeti, 19 fevral 2011.33. Hüseynov Ş. Əhmədbəy Ağaoğlunun dünya görüşü. Bakı:

1998,26 s.34. «Xalq qəzeti». 13 avqust 2011,№ 177.35. Xəlilov S. Dinlərin və sivilizasiyaların dialoqu

«Azərbaycan» qəzeti. 13 noyabr 2009.36. Xəlilov S. Fəlsəfədən siyasətə. Bakı: Azərbaycan

Page 69: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anar IIəs atıl i

Universiteti, 1998,425 s.37. Xəlilov S. Qloballaşma, «ikili standart» və elmi - texniki

tərəqqinin meyarları / Fəlsəfə və sosial siyasi elmlər, № 1 - 2., Bakı: 2003,s.73-79.

38. Xəlilov S. Lider - Dövlət - Cəmiyyət. Bakı: «Azərbaycan universiteti» nəşriyyatı, 2001,358 s.

39. Xəlilov S. Mənəviyyat fəlsəfəsi. Bakı: Azərbaycan Universiteti, 2007,520 s.

40. Xəlilov S. Modernləşmə və dayanıqlı inkişaf fəlsəfəsi / «Azərbaycan» qəzeti. 17 iyul, 2008, № 155

41. Xəlilov S. Sivilizasiya və cəmiyyət.// «İpək yolu» jurnalı, № 2,2000, s. 18-19.

42. Xəlilov S.S. Şərq və Qərb: ümumbəşəri ideala doğru. Fəlsəfi etüdlər. Bakı: Azərbaycan Universiteti, 2004.

43. İslam Əməkdaşlıq Təşkilatının VIII Zirvə görüşü. 9-11 dekabr, 1997, Bakı: 1998, s. 3-71.

44. İslam: Tarix, Fəlsəfə, İbadətlər. Bakı: 1994, s.7345. İzzətbəyoviç Ə. İslam və müasirlik. Bakı: «Çaşıoğlu», 1997,

274 s.46. Qarayev Y.V. XXI əsr: Qlobal sivilizasiya və şərq dəyərləri //

Dirçəliş XXI əsr, 2001,№ 1-2.47. Qasımov M. Müasirgeopolitika. Bakı: 1999, s. 440.48. Qurani-Kərim. Bakı: Azərbaycan Nəşriyyatı, 1993, 368 c.

(Nəriman Qasımoğlunun tərcüməsində)49. Mehdiyev R. Azərbaycan: Qloballaşma dövrünün tələbləri.

Bakı: «XXI-Yeni Nəşrlər Evi», 2005,464 s.50. Mehdiyev R. Demokratiya yolunda: irs haqqında düşünərkən.

Bakı: «Şərq-Qərb», 2008, s.79251. Mehdiyev R. XXI əsrdə milli dövlətçilik. Bakı: «XXI - Yeni

nəşrlər Evi», 2003.52. Mehdiyev R. Qlobal inteqrasiya və Azərbaycanda fəlsəfi

- 136-

Müasir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri

fikrin yenidən nəzərdən keçirilməsinə dair. / «Azərbaycan» qəzeti. 5 may 2009. №96.

53. Məmmədzadə İ. Qloballaşma və müasirləşmə şəraitində fəlsəfənin aktuallığı haqqında. Bakı: Təkıuır 2009,220 s.

54. Müasir cəmiyyətin aktual problemləri. Bakı: Mütərcim, 2007, 207 s.

55. Müasir qlobal siyasi proseslər və milli dövlət ideyası. Bakı: «Səda» nəşriyyatı, 2006,287 s.

56. Orucov H. Heydər Əliyev və Azərbaycanın milli siyasəti., Bakı: 2001

57. Orucov H. İslam əxlaqı. Bakı: 2010,208 s.5 8. Paşazadə A. Ş. Qafqazda İslam. Bakı: Azəməşr, 1991,352s59. «Respublika». 11 yanvar 2008-ci il60. Rüstəmov İ. və b. Fəlsəfə ensiklopedik lüğəti.Bakı,

Azərbaycan Ensiklopediyası NPB, 1997,520 s.61. Rüstəmov İ. Seçilmiş əsərləri. Bakı, 201262. Rüstəmov Y.İ. Sivilizasiyaların dialoqu - bəşəriyyətin

vəhdətinə aparan yol // «Şərq-Qərb: Sivilizasiyaların dialoqu» jurnalı. Bakı: 2005,№1.

63. Rüstəmov Y.İ. Tarix lokal sivilizasiyaların qarşılıqlı münasibəti kimi. Bakı: 2007.

64. Şükürov A.M. Fəlsəfə və qloballaşma. Bakı: 2002.65. Tağıyev Ə.M. Milli ideya və milli ideologiya: problemlər və

onların şərhi, Bakı: Təbib, 2002.66. Uluscl R. Qloballaşma və harmoniya fəlsəfəsi. Bakı: Elm,

2005,352 s.67. Ümid körpüsü. İslam Əməkdaşlıq təşkilatının VIII görüşü,

Tehran, 9-11 dekabr 1997. Bakı: 1998.

Türk dillində68. Gürkan A. İslam kültürünün Karbi medenileşdirməesi.

- 137-

Page 70: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

A nar Həsənli

Ankara, 1990,237 s.69. Miquel A. İslam vc mcdeniyyeti. Doğuşdan güniimüze.

Ankara, 1991.70. Şcriali Ali. Marksizm ve diğer Batı düşünceleri. İstanbul,

1993,94 s.71 .SezenY. Sosioloji açısmdan din. İstanbul, 1993,192-193 s.

Rus dillində72. Абрамова T.C. Возрастная психология. M.: Изд.

Академический проект, 2000,437 с.73. Ализаде Л. Коран и Библия, (мировоззренческий аспект)

Автореф. дисс. на соиск. д.ф.н. Баку, 2000,46 с.74 Аш-Шахристани. Книга о религиях и сектах. 4.1 Ислам.

М :198475. Бадави Л. Духовные искания аль-Газали. Курьер.

ЮНЕСКО, М.: 1986,6 с.76. Батай Ж. Теория религии. Минск: «Современный

литератор», 2000,382 с.77. Валлсрстайн И. Анализ мировой системы и ситуация в

современном мире. С.Петербург: «Университетская книга»,2001.428с.

78. Варденбург Ж. Мировые религии с точки зрения Ислама. С.Петербург: «Университетская книга», 2005,183 с.

79. Византийская культура. M.: 1972.80.1 алкин А.А. Поступь глобализации и кризис глобализма.

Полития. Лето. 2002.81. Гидденс Э .П о сл едстви я м одернити // Н овая

нос ( индустриальная волна на Западе. Ан тология. М.: 1999.82. Глобалистика. Энциклопедия / Гл. ред. И.И.Мазур,

А.Н.Чумаков; Центр научных и прикладных программ «Диалог». М.: ОАО Издательство «Радуга», 2003,1328 с.

Müasir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətlə* i

83. Грани глобализации. Трудные вопросы современного развития. М.: Альпина Паблишер, 2003.

84. Гумилев Л.Н. Ритмы Евразии. М: «Экорос», 1993,294 с.85. Дарендорф Р. Дорога к свободу. Демократизация и ее

проблемы в Восточной Европе / Вопросы философии, 1990, №9, с.70

86. Еремеев Д.Е. Ислам: образ жизни и стиль мышления. М: Наука, 1990,392 с.

87.3аринкуб А. X. Исламская цивилизация. М: 2004,237 с.88. Игнатенко А.А. Ибн-Халдун. М.: 1980,90 с.89. Игнатенко А. А. Халифы без халифата. M.: 1988,90. Избранные произведения мыслителей стран Ближнего и

Среднего Востока. 1X-X1V вв. М.: 1961.91. Ислам. М.: «Книжнийдвор»,2006,384с.92. Команов А., Хусанов Б. 11роблсмы интеграции государств

Центральной Азии. М.: Гардарики, 2001,596 с.93. К осолапов Н. Г лобализация: сущ ностны е и

международно-политические аспекты // МЭМО, 2001, № 394. Кравченко А.В. Културология. М.: Мысль,2001,374 с.95. Кувалдин В. Глобальность: новое измерение

человеческого бытия //Грани глобализации: Трудные вопросы современного развития. М.: Альпина Паблишер, 2003

96. Лари С.М. Западная цивилизция глазами мусульманина. Баку: 1984,с.184.

97. Левин И.Б. Глобализация и демократия //Полис, 2003, № 2.98. Максуд Р. Ислам. М: Фаир-Пресс,2001,280с.99. Мамедзаде И.Р. Политика и мораль. Баку: Азернешр,

1988,200 с.100. Мамедзаде И. «Опыт интерпретации морали» Баку:

Муалим, 2006,168 с.101. Мамедов Ф.Т. Культурология. Баку: «Абулов, Зейналов

- 139-

Page 71: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anar Həsənli

и сыновья», 2002,534 с.102. Махмудов Е. Взаимоотношения государств Аккоюнлу и

Сефидов с западновропейскими государствами. Баку: 1991.103. МецД. Мусульманский ренессанс. М: «Наука», 1966.104. Мухаммед Садит Афифи. Ислам и международные

отношения. Баку: 1986,с. 63.105. Озбудун Эргун, Кейман Е. Фуат. Культурная

глобализация в Турции // Многоликая глобализация. М.: Аспект Пресс, 2004

106. Острогорский М.Й. Демократия и политические партии. Т.1,М.: 1927.

107. Поппер К. Открытое общество и его враги. Т.1. М.: Культурная инициатива, изд-во Феникс, 1992, с.366

108. Рагимов А., Гасанов Р. Трансформационные процессы и проблемы национальной безопасности Азербайджана. Баку 2003.

109. Религия, история и современность. М: «ЮНИТИ», 2008, 392 с.

110. Сорос Дж. О глобализации. М.: 2004111. Сравнительное изучение цивилизаций: Хрестоматия,

М.: «Аспект Пресс», 1999,566с.112. Тойнби А.. Постижение истории. Сборник. М.: 1991,688 с.113. Тойнби А.Дж. Постижение истории, М.: «Айрис-пресс»,

2003,640 с.114. Токвилль А. Демократия в Америке. М. Культурная

иниацитива, 1992,376 с.115. ТоффлерЭ. Третья волна. М.: 1999, с. 184116. Тураев В.А. Глобальные вызовы человечеству М.:

Логос, 2002.117. Унпелев А.Г. Политология: власть, демократия,

личность. М.: Инзерпраке, 1994.

- 140-

Müasir şəraitdə Azərbaycamla dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri

118. Философия истории,M.: «Гардарики»,2001,432 с.119. Фукуяма Ф. Конец истории / Вопросы философии, 1990,

№3120. Хантер Дж.Д., Йейтс Д. Мир американских

глобализаторов //Многоликая глобализация. М.: Аспект Пресс, 2004.

121. Хантингтон С. Столкновение цивилизаций // Полис.1994, № 1.

122. Хантингтон С. Столкновение цивилизаций и преобразование мирового порядка //Грани глобализации. Трудные вопросы современного развития. М.: Альпина Паблишер, 2003.

123. Ханым Мухаммед Саид. Хиджра. Курьер. Антология М.: 1990,с. 196.

124. Шлезингер А.. Иран большой игрок «за рубежом» 1993. №38.

125. Шпенглер О. Закат Европы, Новосибирск: «Наука», 1993,592 с.

126. Юнусов А. Ислам в Азербайджане. Баку: Заман, 2004, 388 с.

127. Яковец Ю.В. Глобализация и взаимодействие цивилизаций. М.: ЗАО Экономика, 2003.

128. Яковец Ю.В. Цивилизационные аспекты глобализации / Глобализация. Конфликт или диалог цивилизации? М.: Новый век, 2002 с.23

129. Янсянь Янь. Управляемая глобализация // Многоликая глобализация, М.: 2004.

130. Яркова Е.Н. Глобализация и утилитаризм. М.: Новый век, 2004.

141 -

Page 72: MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ …lankaran.cls.az/front/files/libraries/2113/books/641978403.pdfinkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı,

Anar Həsənli

İngilis dillində131. Bratford E. Meditcrren Portrait of Sea. В., 1989, p. 422.132. Fukuama F. «America at the Crossroads. Democracy, Power

and the Neoconservative Legacy. New Haven (Ct.), London: Yale Univ. Press, 2006

internet saytları133. www.mcdiaforum.az/files/2007/09/27/031844816_0. doc134. www.infoportal.az.135. www.psychology.az.salahaddin halilov.php136. www/kitabxana.net/?oper=readNews&id=683137. www.felsefcdunyasi.org/files/196_963q4vg2wn. doc138. www.modem.az/articles139. www.milli.az/print/news/society/62836.html140. www.anspress.com/index.php?a=2&lng=az&nid=l 13034141. www.mns.gov.az/az/news/304.html142. www.deyerler.org/95232143. www.dqdk.gov.az144. www.dstatk.gov.az145. www.merkez.az146. www.xalqqazeti.com/az/news/analytics/32165

- 142-

Müasir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf xiisusiyyətbri

ANAR VAQİF OĞLU HƏSƏNLİ

MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA DİNİ-MƏDƏNİ DƏYƏRLƏRİN İNKİŞAF

XÜSUSİYYƏTLƏRİ

Bakı-2014

Mətbəənin direktoru: N. Həsənov Cildin dizayneri: N. Qalkina

Kompüter tərtibatçısı: N. Qalkina

Yığılmağa verilmişdir: 19.03.2014 Çapa imzalanmışdır: 14.04.2014

Kağızın formatı: 80 qr Həcmi:

Tirajı: 200 Sifariş: 200

"Nur Art” mətbəəsində ofset üsulu ilə çap olunmuşdur. Ünvan: Azərbaycan, AZ1014, Bakı şəh., B. Səfəroğlu küç., 184

Tel.: +99412 598 54 57,498 68 89 e-mail: [email protected], www.nurart.az