downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT...

247
1 downloaded from KitabYurdu.org

Transcript of downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT...

Page 1: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

1

downloaded from KitabYurdu.org

Page 2: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

2

Aqata Kristi Puaro İstintaq Aparir

"Puaro istintaq aparır" hekayələr toplusu Aqata Kristinin

yazıçılıq karyerasının ilk dövrlərində çap olunmuşdur.

Topluya 11 hekayə daxildir. Bu hekayələrin hər biri sonralar

detektiv janrının klassikası hesab edilmişdir. Bu toplunun

bütün hekayələri ekranlaşdırılıb.

"Puaro istintaq aparır" hekayələr toplusunun qəhrəmanı

xəfiyyə Puaro bir çox qətl hadisələrinin üstünü böyük

məharətlə açır. İşdə yalnız bir şübhəli məqam varsa belə,

yorulmaz detektiv onu araşdıraraq həqiqəti üzə çıxarır.

Agatha Christie POIROT INVESTIGATES

Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun

Nəşriyyatı, 2014

Ruscadan tərcümə: Hökümə Həbibova Nəşriyyat

redaktoru: Müqəddəs Şahbazov Korrektor: İradə Musalı

Qanun Nəşriyyatı

Bakı, AZ 1102, Tbilisi pros., 76

Tel: (+994 12) 431-16-62; 431-38-18

Mobil: (+994 55) 212 42 37

e-mail: [email protected] www.qanun.az

www.fb.com/Qanunpublishing

ISBN 978-9952-26-660-3

© Qanun Nəşriyyatı, 2014 Poirot Investigates © 1924

Agatha Christie Limited. All rights reserved. AGATHA

downloaded from KitabYurdu.org

Page 3: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

3

CHRISTIE and POİROT are registered trade marks of

Agatha Christie Limited in the UK and/or elsewhere. All

rights reserved.

Bu kitabın Azərbaycan dilinə tərcümə və yayım

hüquqları Qanun Nəşriyyatına məxsusdur.

Kitabın təkrar və hissə-hissə nəşri «Müəlliflik hüququ və

əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının

Qanunu»na ziddir.

"Qərb ulduzları" əhvalatı

Mən Puaronun otağında pəncərənin qarşısında

dayanaraq tənbəl-tənbəl küçəyə tamaşa edirdim.

"Qəribədir", - deyə pıçıldadım. Rahat kreslosunda əyləşmiş

Puaro sakit-sakit:

- Nə olub, mon ami?l - deyə soruşdu.

- Qulaq asın, Puaro. Küçədə gənc bir xanım var. Çox

yaxşı geyinib - dəbli şlyapa, olduqca gözəl xəz. Təkdir və

yanlarından keçdiyi evlərə nəzər sala-sala yavaş-yavaş

yeriyir. Üç kişi və orta yaşlı bir qadın tərəfindən izləndiyinin

fərqində deyil, indicə həmin xanımı izləyənlərə onu göstərib

əl- qolunu ölçən gənc bir kuryer də qoşuldu. Görəsən, nə baş

verir? Bəlkə xanım cinayətkar, onu izləyənlərsə

detektivlərdir? Bəlkə də onlar günahsız qadına hücum

etmək istəyən quldurlardır. Tanınmış detektiv bu barədə nə

fikirləşir?

downloaded from KitabYurdu.org

Page 4: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

4

- Tanınmış detektiv, mon ami, həmişə olduğu kimi, ən

sadə yolu seçərək ayağa qalxıb özü küçəyə nəzər salır.

Dostum mənim yanıma, pəncərənin qarşısına gəldi. Bir

saniyə sonra onun şən-şən gülümsədiyini gördüm:

- Həmişə olduğu kimi, sizin romantizminiz faktları

şişirdib. Bu, kino ulduzu Meri Marveldir. Onu izləyənlər də

pərəstişkarlarıdır. Və en passant2, dostum Hastinqs, o,

tamamən bunun fərqindədir.

Mən güldüm:

- Beləliklə, məsələ aydın oldu, lakin siz bunun üçün heç

bir səy göstərmədiniz, Puaro. Siz, sadəcə, xanımı tanıdınız.

- En vertie!3 Mon cher4, Meri Marveli ekranda neçə dəfə

görmüsünüz?

Fikrə getdim:

- Yəqin 10-12 dəfə.

- Mənsə cəmi bircə dəfə görmüşəm!

Amma mən onu tanıdım, sizsə tanıya bilmədiniz.

- 0, tamam başqa cür görünür.

- Bəs necə fikirləşirdiniz? 0, Londonun küçələrində

kovboy şlyapasında, ya da irland naxırçısı kimi saçları

pırtlaşıq və ayaqyalın gəzməli idi? Həmişə xırda

təfərrüatların vacib olduğunu nəzərə alın. Rəqqasə Valeri

Sentkler məsələsini xatırlayın.

Mən pərt halda çiyinlərimi çəkdim.

downloaded from KitabYurdu.org

Page 5: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

5

- Kefinizi pozmayın, mon ami. Hamı Erkül Puaro ola

bilməz! Bunu dəqiq bilirəm.

- Tanıdığım ən lovğa adamsınız! - deyə, eyni zamanda

həm heyranlıq, həm də qəzəb ifadə edən səslə dilləndim.

- Nə olsun? İnsan başqalarından fərqli olduqda bunu başa

düşür! Başqaları da onunla

eyni fikirdə olur. Səhv etmirəmsə, xanım Meri Marvel də

belə düşünənlərdəndir.

- Necə yəni?

- O, bura gəlir.

- Haradan bilirsiniz?

- Bunu bilməyə nə var? Bura aristokratların küçəsi deyil,

mon ami. Burada tanınmış həkim, tanınmış stomatoloq və

yaxud tanınmış dərzi yaşamır! Ancaq burada tanınmış bir

detektiv yaşayır. Bəli, dostum, bu belədir, mən artıq

tanınmış bir detektivəm. İnsanlar tanışlarına belə deyirlər:

"Qızıl karandaş qabınızı itirmisiniz? Balaca belçikalıya

müraciət edin. O, möcüzədir! Hamı ona müraciət edir!"

Beləliklə, hamı buraya üz

tutur! Dəstə-dəstə gəlirlər, mon ami! Özü də bir-birindən

mənasız problemlərlə!

Aşağıdan zəng səsi eşidildi.

- Nə demişdim sizə? Bu, xanım Marveldir.

Puaro həmişəki kimi haqlı idi. Bir qədər sonra amerikalı

downloaded from KitabYurdu.org

Page 6: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

6

kino ulduzu qonaq otağının qapısında göründü və biz onu

salamlamaq üçün ayağa qalxdıq. Meri Marvel ən tanınmış

kino ulduzlarından biri idi. O, əri kinoaktyor Qreqori

B.Rolfla birlikdə İngiltərəyə yenicə gəlmişdi. Onlar

təxminən bir il əvvəl Amerikada evlənmişdilər və bu,

onların İngiltərəyə ilk səfəri idi. Kinoulduzla əri üçün

təntənəli qarşılama mərasimi təşkil edilmişdi. Hamı Meri

Marvelə, onun valehedici geyimlərinə, xəzlərinə, zinət

əşyalarına,

əsasən də sahibəsinin "Qərb ulduzu" adlandırdığı nəhəng

brilyant daşına heyran olmuşdu. Bu daş haqqında xeyli

doğru və yalanlar yazılmış və bildirilmişdi ki, o, əlli min

funt dəyərində sığorta olunub.

Puaro ilə birlikdə gözəl müştərimizi salamlayarkən

bütün bu təfərrüatlar bir anlığa ağlımdan keçdi.

Xanım Marvel balaca, zərif və çox gözəl bir qadın idi.

Mavi, geniş açılmış məsum gözləri onu balaca qızcığaza

oxşadırdı. Puaro onun üçün stul çəkdi və qadın oturan kimi

danışmağa başladı.

- Bəlkə də axmaq olduğumu düşünəcəksiniz, müsyö

Puaro, amma lord

Kronşou keçən gecə mənə onun qardaşı oğlunun ölümünü

necə yaxşı araşdırdığınızı danışdıqdan sonra başa düşdüm

ki, sizin məsləhətinizə ehtiyacım var. Ola bilər ki, bu,

downloaded from KitabYurdu.org

Page 7: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

7

Qreqorinin dediyi kimi, sadəcə axmaq bir oyundur, amma

yenə də çox qorxuram.

Xanım Marvel susub nəfəsini dərdi. Puaro onu

ürəkləndirmək üçün:

- Davam edin, madam, - deyə gülümsədi. - Mən hələ heç

nə başa düşməmişəm.

Xanım Marvel çantasını açıb, üç zərf çıxararaq Puaroya

verdi:

- Məsələ bu məktublardadır.

Dostum məktubları diqqətlə nəzərdən

keçirdi. O:

- Ucuz kağız, səliqə ilə yazılmış soyad və ünvan. Görək

içində nə var, - deyərək zərflərdən birini açdı. Mən də onun

çiyni üzərindən məktubu oxumağa başladım. Məktubun

bütün mətni zərfin üzərindəki yazı kimi səliqə ilə yazılmış

tək bir cümlədən ibarət idi: "Tanrının sol gözü olan

müqəddəs brilyant gəldiyi yerə qaytarılmalıdır". İkinci

məktub da eyni cümlədən təşkil olunmuşdu. Üçüncüsü isə

daha ətraflı idi: "Sizə xəbərdarlıq edildi. Əhəmiyyət

vermədiniz. İndi brilyant sizdən alınacaq. Ay bədirlənəndə

hər iki brilyant - Tanrının sağ və sol gözləri qaytarılacaq".

- Birinci məktubu zarafat kimi qəbul eləmişdim, - deyə

xanım Marvel izah elədi. - İkincini alandan sonra narahat

olmağa

downloaded from KitabYurdu.org

Page 8: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

8

başladım. Dünən üçüncü məktub gələndə fikirləşdim ki,

görünür, bu, mənim güman etdiyimdən daha ciddi

məsələdir.

- Bu məktublar poçtla gəlməyib.

- Elədir, onları mənə bir çinli gətirib. Bu da məni lap çox

qorxudur.

- Niyə?

- Çünki üç il əvvəl Qreqori bu daşı mənim üçün məhz

San-Fransiskodakı çinli məhəlləsindən almışdı.

- Madam, siz, deyəsən, inanırsınız ki, brilyant...

Xanım Marvel:

- "Qərb ulduzu", - deyə Puaronun sözünə düzəliş etdi. -

Elədir. Bundan əlavə, Qreqori daşın bir tarixçəsinin

olduğunu bilirdi. Lakin

çinli satıcı ona bu tarixçə haqqında heç nə deməmişdi.

Qreqori deyir ki, satıcı çox qorxmuşdu və daşdan

qurtulmağa tələsirdi.

O, daşın dəyərinin yalnız onda bir hissəsini istəmişdi. Daş

Qreqorinin mənə toy hədiyyəsidir.

Puaro fikirli-fikirli başını tərpətdi:

- Bütün bu əhvalat mənə həqiqətə oxşamayacaq dərəcədə

romantik görünür. Yenə də bilmək olmaz. Hastinqs, xahiş

edirəm, balaca təqvimimi verin.

Mən təqvimi uzatdım. Puaro onu səhifələyə-səhifələyə:

downloaded from KitabYurdu.org

Page 9: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

9

- Baxaq, - dedi. - Ay nə vaxt bədirlənəcək? Aha, gələn

cümə günü, yəni üç gündən sonra. Eh bien5, madam. Sizə

mənim

məsləhətim lazım idi, mən də məsləhətimi - verirəm. Bu

əhvalat oyun ola da bilər, olmaya da! İstənilən halda, sizə

brilyantı gələn cümə gününə qədər saxlamaq üçün mənə

verməyi məsləhət görürəm. Onda lazımi tədbirləri görə

bilərik.

Aktrisanın üzü kölgələndi:

- Bu, mümkün deyil.

- O yanınızdadır?

Puaro diqqətlə qadını müşahidə edirdi. Xanım Marvel bir

qədər tərəddüd etdikdən sonra əlini paltarının kəsiyinə

salaraq uzun nazik bir zəncir çıxardı və önə əyilərək

yumruğunu açdı.

Aktrisanın ovcundakı platinlə əhatələnmiş daş

əsrarəngiz şəkildə parıldayırdı. Puaro:

- Möhtəşəm! - deyə fit çaldı. - Olar, madam?

O, brilyantı əlinə alaraq diqqətlə nəzərdən keçirdikdən

sonra sahibəsinə qaytardı:

- Qüsursuz və möhtəşəm bir daşdır. Heyrətamizdir! Siz

də onu yanınızda gəzdirirsiniz!

- Yox, yox, əslində mən çox ehtiyatlıyam, müsyö Puaro.

Adətən, daş mənim daş-qaş qabımda olur və otelin seyfində

downloaded from KitabYurdu.org

Page 10: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

10

saxlanılır. Bildiyiniz kimi, biz "Maqnifikant"da qalırıq. Bu

gün, sadəcə, onu sizə göstərmək üçün gətirmişəm.

- Onu saxlamaq üçün mənə verəcəksiniz? Puaronun

məsləhətinə qulaq asacaqsınız?

- Bilirsiniz, Puaro, məsələ belədir. Biz cümə günü bir

neçə gün lord və xanım Yardlilərin yanında qalmaq üçün

Yardli Çeyzə gedəcəyik.

Aktrisanın sözləri beynimdə bəzi dumanlı xatirələri

canlandırdı.

Dedi-qodular... Onda nə olmuşdu? Hə, xatırladım!

Bir neçə il əvvəl lord və xanım Yardlilər Birləşmiş

Ştatlara getmişdilər. O vaxt bəzi şayiələr gəzirdi... Xanım

Yardlinin Kaliforniyalı bir kino ulduzu ilə məhrəmanə

münasibətləri barədə danışırdılar... Qəfildən elə bil yuxudan

ayıldım. Əlbəttə ki, həmin adam Qreqori B.Rolfun özü idi!

Xanım Marvel:

- Müsyö Puaro, sizə kiçik bir sirr açmaq istəyirəm,

- deyə sözünə davam etdi. - Biz lord Yardli ilə saziş

bağlamaq istəyirik. Filmi onun malikanəsində çəkə bilərik.

Mən maraqla:

- Yardli Çeyzdə? - deyə qışqırdım. - Ora İngiltərənin ən

mənzərəli yerlərindən biridir.

Xanım Marvel başını tərpətdi:

- Məncə, lord Yardlinin malikanəsi həqiqi feodal

downloaded from KitabYurdu.org

Page 11: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

11

mülküdür. O, malikanəyə həddindən artıq böyük qiymət

qoysa da, Qreqori ilə mən sazişi bağlamaq niyyətindəyik.

Puaro:

- Yersiz suala görə üzr istəyirəm, ancaq Yardli Çeyzə

brilyantsız getsəniz, olmaz? -

deyə soruşdu.

Xanım Marvel qəzəblə detektivə baxdı. Qadın, sanki

birdən-birə yaşlaşmışdı:

- Oraya gedərkən daşı da taxmaq istəyirəm.

Mən birdən:

- Görünür, lord Yardlinin kolleksiyasındakı zərgərlik

nümunələrinin arasında böyük brilyant da var? - deyə

fikrimi bildirdim.

Xanım Marvel qısa şəkildə:

- Elədir, - deyə cavab verdi.

Puaro:

- Deməli, belə! - deyə pıçıldayıb, baxışları ilə

həmsöhbətini hipnoz etməyə başladı (o, bunu psixologiya

adlandırırdı). - Onda siz, yəqin ki, xanım Yardli və əri ilə

tanışsınız?

- Qreqori üç il əvvəl Qərbdə olanda onunla tanış

olubmuş. "Society gossip"in axırıncı nömrələrindən birini

görməmisiniz?

Biz utana-utana görmədiyimizi bildirdik.

downloaded from KitabYurdu.org

Page 12: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

12

- Bu həftə çıxan nömrədə məşhur zinət əşyaları haqqında

məqalə dərc olunub və bu, mənə çox qəribə gəldi...

- aktrisa sözünü yarıda kəsdi.

Mən ayağa qalxaraq, otağın digər tərəfindəki stola

yaxınlaşıb, xanım Marvelin dediyi qəzeti gətirdim. Xanım

Marvel həmin məqaləni axtarıb tapdı və bərkdən oxumağa

başladı:

- "Məşhur daşların siyahısına Yardli ailəsinə məxsus

olan "Şərq ulduzu" brilyantını da artırmaq olar. Lord

Yardlinin ulu babası onu

Çindən gətirib. Deyilənə görə, bu brilyantın olduqca

romantik bir tarixçəsi var. Daşın məbəd Tanrısının sağ gözü

olduğu deyilir. Eyni forma və ölçülərə malik olan başqa bir

brilyant onun sol gözü imiş. Rəvayətə görə, hər iki daş

məbəddən oğurlanıb. Bu, qabaqcadan xəbər verilibmiş:

"Gözlərdən biri Qərbə, digəri isə Şərqə yol tutacaq və bir

gün yenidən görüşərək Tanrıya qayıdacaqlar". Qəribə

təsadüf olsa da, hal-hazırda bu parametrlərə uyğun gələn

başqa bir daş da mövcuddur. O, "Qərb ulduzu" adı ilə tanınır

və sahibi tanınmış kino ulduzu Meri Marveldir. Bu iki daşın

müqayisə edilməsi sirli tarixçəyə işıq sala bilərdi".

Meri Marvel dayandı. Puaro:

- Əla! - deyə pıçıldadı. - Uydurma olduğuna heç bir

şübhə yoxdur.

downloaded from KitabYurdu.org

Page 13: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

13

O, aktrisaya tərəf döndü:

- Bəs qorxmursunuz, madam? Mövhumi qorxularınız

yoxdur? Birdən siz bu iki siam əkizini bir-biri ilə tanış

eləyəndə qəfildən bir çinli peyda olub, onları özü ilə Çinə

apardı?

Səsi zarafat edirmiş kimi çıxsa da, dostumun ciddi

olduğunu duyurdum.

Xanım Marvel:

- Xanım Yardlinin brilyantının mənimki ilə oxşar

olduğuna inanmıram, - dedi. - Amma, nə olur-olsun, ona

baxmaq istəyirəm.

Elə bu vaxt qapı açıldı və otağa uzun qıvrım saçları son

dəbə uyğun çəkmələrinə çatan, roman qəhrəmanlarını

xatırladan

hündürboy yaraşıqlı bir kişi - Qreqori Rolf daxil oldu.

- Söz verdiyim kimi, səni aparmağa gəldim, Meri. Hə,

müsyö Puaro nə düşünür bizim kiçik problemimiz

haqqında? Hər şey, mənim güman etdiyim kimi, oyun imiş?

Puaro boyca ondan xeyli hündür olan aktyora baxıb

gülümsədi:

- Hər halda, müsyö Rolf, mən həyat yoldaşınıza daşı

cümə günü Yardli Çeyzə aparmamağı məsləhət gördüm.

- Sizinlə razıyam, ser, bunu Meriyə mən də demişəm.

Təəssüf ki, o, bir qadın kimi, başqa bir qadının zinət

downloaded from KitabYurdu.org

Page 14: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

14

əşyalarının kəmiyyət və keyfiyyətinə görə onu üstələyəcəyi

fikri ilə heç cür razılaşa bilmir!

Xanım Marvel acıqlı-acıqlı:

- Mənasız söhbətdir, Qreqori! - dedi.

Puaro çiyinlərini çəkdi:

- Madam, mən məsləhətimi verdim və bundan artıq heç

nə edə bilmərəm.

O, qonaqlarını qapıya qədər ötürdükdən sonra qayıdıb

şən-şən:

- Qadınlar, qadınlar! - dedi. - Əri nə deyirsə, desin, heç

bir xeyri yoxdur!

Mən bir qədər əvvəl yadıma düşənləri danışdıqdan sonra

detektiv sevinclə başını tərpətdi:

- Belə də fikirləşmişdim. Hər halda, bu işdə bir qəribəlik

var. İcazənizlə, mon ami, hava almağa çıxıram. Xahiş

edirəm, mənim gəlməyimi gözləyəsiniz. Tez qayıdaram.

Qulluqçu qadın qapını döyüb başını içəri salanda, demək

olar ki, kreslomda yuxuya getmişdim.

- Müsyö Puaronun yanına bir xanım da gəlib, ser. Ona

müsyönün getdiyini dedim, ancaq o, şəhər ətrafından

gəldiyini və gözləyəcəyini bildirdi.

- Onu bura ötürün, xanım Marçeson. Bəlkə mən kömək

edə bildim.

Bir dəqiqə sonra içəri bir xanım daxil oldu Onu görən

downloaded from KitabYurdu.org

Page 15: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

15

kimi özümü itirdim. Xanım Yardlinin şəkilləri tez-tez

qəzetlərdə dərc olunduğundan onu tanımamaq mümkün

deyildi.

Stul çəkərək:

- Zəhmət olmasa, oturun, xanım Yardli, - dedim. -

Dostum Puaro gedib, amma indilərdə gələcək.

Xanım Yardli təşəkkür edərək oturdu. O, qətiyyən xanım

Marvelə oxşamırdı.

Hündürboy, qaraşın və parıltılı gözləri olan bir qadın idi.

Lakin dodaqlarının kənarlarında nəsə hüznlü bir ifadə vardı.

Məndə vəziyyətdən istifadə etməyə güclü istək oyanmışdı.

Niyə də yox? Puaronun yanında çox vaxt sıxılır və

istedadımı göstərə bilmirdim. Halbuki mənim də detektivlik

qabiliyyətim kifayət qədər yüksək idi. Odur ki, cəsarətlə:

- Xanım Yardli, - dedim, - nə üçün gəldiyinizi bilirəm.

Sizə brilyantla əlaqədar

təhdid məktubu gəlib.

Təbii ki, gülləm hədəfə dəydi. Xanım Yardli ağzıaçıq

vəziyyətdə gözlərini mənə zilləmişdi:

- Haradan bilirsiniz?

Gülümsədim:

- Sadə bir məntiqi mühakimə yürütməklə. Əgər xanım

Marvelə təhdid məktubları gəlibsə...

- Xanım Marvelə? O, burada olub?

downloaded from KitabYurdu.org

Page 16: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

16

- indicə getdi. Dediyim kimi, əgər o, əkiz brilyantlardan

birinin sahibi olaraq sirli xəbərdarlıq məktubları alıbsa, siz

də digər daşın sahibi kimi həmin məktublardan almış

olmalısınız. Görürsünüz, məsələ necə sadədir?

Siz, həqiqətən, o qəribə məktublardan almısınız?

Qadın bir anlıq tərəddüd etdikdən sonra gülümsəyərək

başını təsdiq mənasında tərpətdi:

- Almışam.

- Sizə də onları çinli gətirib?

- Yox, poçtla göndəriblər. Deməli, bu, xanım Marvelin

də başına gəlib?

Mən bu səhər baş verənlərin hamısını ona danışdım.

Xanım Yardli diqqətlə qulaq asırdı.

- Mənə də eynən xanım Marvelə gələn məktublardan

gəlib. Onları poçtla göndərsələr də, çin çubuqlarının

qoxusuna bənzər qəribə iyləri vardı. Bu, mənə Şərqi

xatırlatdı. Bütün bunlar nə deməkdir?

- Gərək bunu aydınlaşdıraq. Məktubları gətirmisiniz?

Poçt möhürlərinə baxıb bir nəticəyə gəlmək olar.

- Təəssüf ki, onları məhv eləmişəm. Bilirsiniz, o zaman

bunu axmaq bir zarafat kimi qəbul eləmişdim. Ola bilər ki,

hansısa çinli quldur dəstəsi həqiqətən brilyantları oğurlamaq

istəyir? Bu, çox ağlasığmaz bir şeydir.

Biz faktları təkrar-təkrar müzakirə etsək də, sirri aça

downloaded from KitabYurdu.org

Page 17: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

17

bilmədik. Axırda xanım Yardli ayağa qalxdı.

- Məncə, mənim müsyö Puaronu gözləməyimə ehtiyac

yoxdur. Siz ona məsələni izah edə bilərsiniz, elə deyil? Çox

sağ olun, müsyö...

- Kapitan Hastinqs.

- Əlbəttə! Necə də axmağam. Siz Kavendişlərin

dostusunuz, elə deyil? Məni müsyö Puaronun yanına Meri

Kavendiş göndərib.

Dostum qayıdanda çox böyük məmnuniyyətlə onun

gedişindən sonra baş verənləri danışdım.

Xanım Yardli ilə elədiyim söhbətin təfərrüatlarını necə

soruşmasından bayaq evdə olmadığına görə bərk

təəssüfləndiyini başa düşdüm. Mənə elə gəldi ki, dostum,

sadəcə, mənə paxıllıq edir.

Mənim bacarıqlarımı gözdən salmaq onun üçün vərdişə

çevrildiyindən, indi tənqid

eləməyə bəhanə tapmadığı üçün dilxor olmuşdu.

Ürəyimdə özümdən çox razı qalsam da, Puaronu məyus

etmək istəmədiyim üçün bunu gizlətməyə çalışırdım.

Qəribəliklərinə baxmayaraq, dostuma çox bağlı idim.

Nəhayət, Puaro üzündə qəribə bir ifadə ilə:

- VoilalŞ İş böyüyür. Zəhmət olmasa, yuxarıdakı rəfdən

Perlərin Kitabını mənə verin, - deyərək kitabı vərəqləməyə

başladı. - Aha, budur: Yardli... onuncu vikont, Cənubi

downloaded from KitabYurdu.org

Page 18: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

18

Afrika müharibəsində döyüşüb... bunların heç bir

əhəmiyyəti yoxdur... 1907-ci ildə üçüncü baron Kotterilin

dördüncü qızı ilə evlənib... hm, hm, hm... 1908-ci və 1910-

cu ildə

doğulmuş iki qızı var... klublar... iqamətgahlar... Voila, bu

məlumatlar kifayət etmir. Sabah səhər bu milordla tanış

olarıq.

- Necə?

- Ona teleqram göndərdim.

- Mən elə bilirdim bu işə əhəmiyyət vermirsiniz?

- Mən xanım Marvelin maraqlarını müdafiə etmirəm,

çünki, o, mənim məsləhətimə əməl etmədi. Nə edirəmsə,

özümü - Erkül Puaronu məmnun etmək üçün edirəm! Bu

işlə məşğul olmalıyam.

- Deməli, teleqram göndərərək lord Yardlini də

özünüzün məmnunluğunuz üçün səfərbər etmisiniz? Amma

bunun onu məmnun edəcəyinə inanmıram.

- Amma onun brilyantını qoruya bilsəm, mənə minnətdar

olacaq.

- Deməli, onun oğurlana biləcəyinə inanırsınız.

- Demək olar ki, hə. Hər şey bunun belə olacağını

göstərir.

- Axı, necə...

- İndi yox, xahiş edirəm. Gəlin, özümüzü çox yormayaq.

downloaded from KitabYurdu.org

Page 19: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

19

Görün, Perlərin Kitabını hara qoymuşunuz! Görmürsünüz

ki, ən böyük kitablar yuxarıdakı rəfə, nisbətən kiçik kitablar

isə ondan aşağıdakı rəfə qoyulub? Dəfələrlə haqqında sizə

danışdığım nizam bu cür yaradılır, Hastinqs...

Mən tələsik:

- Haqlısınız! - deyərək kitabı onun göstərdiyi yerə

qoydum.

Lord Yardli qırmızı sifətli, olduqca həlim xasiyyətli, gur

səsli və şən bir idmançı imiş.

Ən əsası isə, onda snobizmdən əsər-əlamət yox idi.

- Qəribə işdir, müsyö Puaro. Heç cür baş aça bilmirəm.

Arvadım da, xanım Marvel də qəribə məktublar alıblar.

Bütün bunlar nə deməkdir?

Puaro "Society gossip"i qonağa uzatdı:

- Milord, ilk növbədə, bir məsələni dəqiqləşdirməyimə

izin verin: buradakı faktlar həqiqətə uyğundurmu?

Lord Yardli qəzeti oxuduqca rəngi qəzəbindən qaralırdı:

- Bu, nə cəfəngiyatdır! Brilyantla əlaqədar romantik

əhvalat-filan olmayıb. Bildiyimə görə, daş Hindistandan

gətirilib. Çin Tanrısı haqqında heç vaxt heç nə

eşitməmişəm.

- Ancaq daş "Şərq ulduzu" kimi tanınır, elə deyil?

Lord qəzəblə:

- Nə olsun ki? - deyə soruşdu.

downloaded from KitabYurdu.org

Page 20: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

20

Puaro gülümsədi:

- Milord, sizdən mənə inanmağınızı xahiş edirəm.

Mənimlə səmimi olsanız, fəlakətin qarşısını ala bilərik.

- Deməli, hesab edirsiniz ki, bu axmaq vəziyyətdə nə isə

bir iş var?

- Mənim istədiklərimi edəcəksiniz?

- Əlbəttə, ancaq...

- Bien! Onda icazə verin, sizə bir neçə sual verim. Birinci

sualım Yardli Çeyzlə əlaqədardır. Mister Rolfla razılıq əldə

eləmisiniz?

- Aha, deməli, sizə danışıb? Yox, hələ heç nə

razılaşdırılmayıb.

Lord Yardli bir qədər tərəddüd etdi, onsuz da qırmızı

olan sifətində al-qırmızı ləkələr peyda oldu:

- Qoyun hər şeyi ətraflı danışım. Müsyö Puaro, mən

boğazıma qədər borca düşmüşəm və vəziyyətdən çıxmağa

çalışıram. Uşaqlarıma çox bağlıyam, işlərimi qaydaya salıb

əvvəlki evimdə yaşamaq istəyirəm. Qreqori Rolf yenidən

özümə gəlməyim üçün kifayət edəcək qədər pul təklif edib.

Amma mən bu sazişi

bağlamaq istəmirəm. Bir yığın aktyorun Çeyzdə gəzməsi

fikri məni dəhşətə gətirir. Amma, deyəsən, razılaşmalı

olacağam... əgər...

- Deməli, başqa planınız da var? icazə verin, təxmin

downloaded from KitabYurdu.org

Page 21: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

21

edim: "Şərq ulduzu"nu satmaq istəyirsiniz, elə deyil?

- Bəli. Brilyant bir neçə nəsildir, bizim ailədədir.

Hərçənd ona müştəri tapmaq asan olmayacaq. Hetton

Qardendən olan Hoffberq müştəri axtarır, ancaq tezliklə

tapa bilməsə, çox gec olacaq.

- Bir sualım da var: bəs xanım Yardli bu işə nə deyir?

- O, qəti şəkildə daşı satmağın əleyhinədir. Qadınları

tanıyırsınız da...

- Başa düşürəm.

Puaro bir-iki dəqiqə düşündükdən sonra qəfildən

yerindən sıçradı:

- Birbaşa Yardli Çeyzə qayıdacaqsınız? Bien! Heç kimə

heç nə demədən bu axşam bizim yolumuzu gözləyin.

Beşdən sonra orada olacağıq.

- Yaxşı, amma başa düşmürəm...

- Bunun əhəmiyyəti yoxdur. Sizin üçün əsas məsələ

brilyantı xilas etməkdir, elə deyil?

- Bəli, ancaq...

- Onda mənim dediyim kimi eləyin.

Beləliklə, çaşıb qalmış lord otaqdan çıxdı.

Biz Yardli Çeyzə çatanda saat altının yarısı

Eşikağası bizi divarları buxarıda yanan odun işıq saldığı

qədim pannolarla örtülmüş zala ötürdü.

Qarşımızda möhtəşəm bir mənzərə gördük: xanım

downloaded from KitabYurdu.org

Page 22: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

22

Yardlinin qara saçlı başı iki sarışın saçlı uşağın üzərinə

əyilmişdi. Lord Yardli ailəsinin yanında dayanıb onlara

baxırdı. Eşikağası:

- Müsyö Puaro və kapitan Hastinqs, - deyə bizi təqdim

etdi.

Xanım Yardli qorxa-qorxa bizə nəzər saldı, onun həyat

yoldaşı isə çəkinə-çəkinə irəli gəlib, sual dolu baxışlarla

bizə tərəf baxdı.

Puaro:

- Üzr istəyirəm! - deyə dilləndi. - Mən hələ də xanım

Marvel məsələsini araşdırıram.

O, cümə günü buraya gələcək, elədir? Gəldim ki, hər hansı

bir təhlükənin olub-olmadığını aydınlaşdırım. Bundan

əlavə, xanım Yardlidən aldığı məktubların poçt markalarını

saxlayıb- saxlamadığını soruşmaq istərdim.

Xanım Yardli təəssüflə başını buladı:

- Təəssüf ki, yox. Necə də axmağam. Bilirsiniz, onları

ciddi qəbul eləmək ağlıma da gəlməmişdi.

Lord Yardli:

- Gecə qalacaqsınız? - deyə soruşdu.

- Milord, siz narahat olmayın. Çamadanlarımızı

mehmanxanaya qoymuşuq.

- Nə danışırsınız? Əşyalarınızı gətirdərik. Heç bir

narahatlığı yoxdur.

downloaded from KitabYurdu.org

Page 23: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

23

Qalmağa razılıq verən Puaro xanım Yardlinin yanında

oturaraq uşaqlarla oynamağa başladı. Tezliklə məni də

oyunlarına cəlb elədilər.

Dayə nadinclik edən uşaqları apardıqdan sonra detektiv

xanım Yardliyə müraciətlə:

- Siz yaxşı anasınız, - dedi.

Xanım Yardli saçlarını səliqəyə sala-sala titrək səslə:

- Onları çox sevirəm, - deyə cavab verdi.

- Təbii ki, onlar da sizi sevirlər.

Qonq səsi eşidildikdən sonra otaqlarımıza getmək üçün

ayağa qalxdıq. Elə bu vaxt eşikağası içəri keçərək lorda bir

teleqram uzatdı. Lord Yardli üzr istəyərək teleqramı

açdı. Oxuyub qurtardıqdan sonra kağızı arvadına verib

dostuma baxdı:

- Bir dəqiqə, müsyö Puaro. Məncə, bunu bilməlisiniz.

Teleqram Hoffberqdəndir.

Brilyanta müştəri tapdığını yazır. Müştəri bir amerikalıdır

və sabah səhər Birləşmiş Ştatlara gedəcək. O, bu axşam daşı

qiymətləndirmək üçün adam göndərmək istəyir. Aman

Tanrım, görəsən, bu gün məsələ həll olunacaq?..

Lord həyəcandan sözünü tamamlamadı. Xanım Yardli

üzünü çevirdi. Teleqram hələ də onun əlində idi:

- İstəmirəm, onu satasan, Corc. O, gör nə qədər vaxtdır,

ailəmizdədir.

downloaded from KitabYurdu.org

Page 24: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

24

Qadın cavab gözləsə də, lordun heç nə demədiyini görüb,

çiyinlərini çəkərək üzünü

Puaroya tutdu:

- Mən gedim geyinim. Yəqin ki, "mal"ı göstərmək lazım

gələcək. Onun boyunbağısı çox pisdir. Corc hər dəfə yeni

boyunbağı düzəltdirəcəyini söz versə də, eləmədi.

Xanım Yardli sözünü bitirib otaqdan çıxdı.

Yarım saat sonra üçümüz də qonaq otağında onun

gəlməsini gözləyirdik. Bir neçə dəqiqə də keçdi, artıq nahar

vaxtı çatmışdı. Qəfildən xəfif bir xışıltı səsi eşidildi və

xanım Yardli qapıda göründü. Uzun ağ paltar geyinmiş

qadın bir əlini zərif boynundakı boyunbağıya toxundurub

dayanmışdı.

O, şən səslə:

- Bu da qurban, - deyə dilləndi. Görünür, əhvalı artıq

düzəlmişdi. - Gözləyin, böyük işığı

yandırım ki, İngiltərənin ən çirkin boyunbağısını öz

gözlərinizlə görəsiniz.

Elektrik açarları qapının arxasında idi. Qadın əlini onlara

tərəf uzadanda qeyri-adi bir hadisə baş verdi. Qəfildən

bütün işıqlar söndü, qapı çırpılıb örtüldü və qapının

arxasından dəhşətli bir qadın qışqırığı eşidildi.

Lord Yardli:

- Aman Tanrım! - deyə qışqırdı. - Bu ki Modun səsidir!

downloaded from KitabYurdu.org

Page 25: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

25

Nə oldu?

Biz qaranlıqda heç nə görə bilmədən qapıya tərəf atıldıq.

Qapını tapana qədər bir neçə dəqiqə keçdi. Onu açdıqda

dəhşətli bir mənzərə ilə qarşılaşdıq!

Xanım Yardli mərmər döşəmədə huşsuz vəziyyətdə

uzanmışdı. Boynunda

boyunbağısının əvəzində qırmızı bir zolaq vardı. Sağ olub-

olmadığını anlamaq üçün onun üzərinə əyildik. Qadın

gözlərini açdı və zorla:

- Çinli, - deyə pıçıldadı. - Çinli orada, yan qapıdadır.

Lord Yardli lənət yağdıra-yağdıra ayağa sıçradı. Mən də

onun dalınca qaçdım. Ürəyim şiddətlə döyünürdü. Yenə bu

çinli!

Başıbəlalı balaca qapı divarın sonunda, hadisə baş verən

yerdən təxminən on iki yard aralıda idi. Biz ona tərəf

qaçanda mən qışqırdım. Orada, qapının ağzında boyunbağı

parıldayırdı. Görünür, oğru qaçarkən onu əlindən salmışdı.

Sevincim uzun çəkmədi, əvvəl mən, sonra lord Yardli

dəhşətli səslə

qışqırdıq. Boyunbağının ortası boş idi. "Şərq ulduzu"

oğurlanmışdı!

Mən:

- Aydındır! - deyə ah çəkdim. - Gələnlər adi oğrular

deyilmişlər. Onlara yalnız daş lazım imiş.

downloaded from KitabYurdu.org

Page 26: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

26

- Bəs içəriyə necə keçiblər?

- Bu qapıdan.

- Axı o qapı həmişə bağlı olur?

Başımı buladım:

- İndi bağlı deyil. Baxın.

Bunu deyərək qapını itələdim. Qapı açıldı. Yerə nə isə

düşdü. Əyilib götürdüm. Bu, ipək parça idi. Üzərindəki

ornament onun çinli geyimindən qopduğuna şübhə yeri

saxlamırdı.

Mən:

- Tələsdiyindən qapıya ilişib, - deyə izah elədim. - Tez

olun, gedək, çox uzağa gedə bilməz.

Lakin axtarışlarımız heç bir nəticə vermədi. Gecənin

qaranlığında oğru asanlıqla aradan çıxmışdı.

Biz könülsüz-könülsüz geri qayıtdıq və lord Yardli

xidmətçini polis çağırmağa göndərdi.

Xanım Yardli Puaronun köməyi ilə özünə gələrək başına

gələnləri danışmağa başladı:

- İşığı yandırmaq istəyirdim ki, arxadan bir kişi üzərimə

atıldı. O, boyunbağını elə zərblə dartdı ki, yıxıldım və

boynum döşəməyə dəydi. Yıxılanda onun yan qapıdan

qaçdığını gördüm. Paltarındakı

ornamentlərdən dərhal çinli olduğunu anladım.

Eşikağası yenidən peyda olaraq lord Yardliyə

downloaded from KitabYurdu.org

Page 27: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

27

müraciətlə:

- Mister Hoffberqin göndərdiyi cənab gəlib, milord,

- dedi. - Deyir ki, siz onu gözləyirsiniz.

Lord:

- Aman Tanrım! - deyə qışqırdı. - Mən onu görməliyəm.

Yox, yox, burada yox, Malinz, kitabxanada.

Mən Puaronu bir kənara çəkdim:

- Qulaq asın, dostum, Londona qayıtsaq daha yaxşı

olmazmı?

- Niyə belə düşünürsünüz, Hastinqs?

- Sizə də elə gəlmir ki, işlər heç də yaxşı getmir? Siz lord

Yardlidən sizə inanmasını xahiş etdiniz, brilyantı isə elə

sizin gözünüzün qabağında oğurladılar!

- Düz sözə nə deyəsən?! Bu hadisəni qətiyyən mənim

böyük qələbələrimdən biri hesab etmək olmaz.

- Sizcə, ifadəmə görə üzr istəyirəm, bütün işi məhv

etdikdən sonra dərhal aradan çıxmaq ən yaxşı çıxış yolu

deyil?

- Bəs lord Yardlinin aşpazının hazırladığı ləzzətli nahar

necə olsun?

Mən hövsələsizliklə:

- Nə nahar? - deyə soruşanda Puaro dəhşətlə əllərini

yuxarı qaldırdı:

- Mon Dieu!7 Bu ölkədə yemək məsələlərinə necə də

downloaded from KitabYurdu.org

Page 28: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

28

laqeydliklə yanaşırlar.

- Londona mümkün qədər tez qayıtmanız üçün başqa bir

səbəb də var.

- Nə olub ki, dostum?

- Xanım Marvelin brilyantını nəzərdə tuturam.

- Eh bien, ona nə olub ki?

- Yəni başa düşmürsünüz? - Puaronun özünü axmaqlığa

vurması məni qıcıqlandırırdı. Onun iti ağlına nə olmuşdu

belə? - Onlar brilyantın birini ələ keçirdilər və indi ikincisini

əldə etməyə çalışacaqlar.

Puaro geriyə doğru bir addım ataraq heyranlıqla mənə

baxdı:

- İnana bilmirəm! Sizin diqqətinizə valeh oldum,

dostum! Heç bu haqda düşünməmişdim! Amma hələ

vaxtımız çoxdur. Cümə gününə qədər ay bədirlənməyəcək.

Tərəddüdlə başımı tərpətdim. Ayın bədirlənməsi

məsələsi məni arxayınlaşdırsa da, Puaronu razı sala bildim

və lord Yardliyə üzrxahlıq məktubu yazaraq dərhal yola

çıxdıq. Mən gecikmədən "Maqnifikant"a gedərək xanım

Marvelə baş verənləri danışmalı olduğumuzu düşünsəm də,

Puaro bunu səhər də edə biləcəyimizi bildirdi. İstər-istəməz

razılaşmalı oldum.

Səhər məlum oldu ki, Puaro qətiyyən evdən çıxmaq

niyyətində deyil. Mən fikirləşirdim ki, o, əvvəlində səhvə

downloaded from KitabYurdu.org

Page 29: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

29

yol

verdiyindən bu məsələyə olan marağını itirib. O isə bildirdi

ki, Yardli Çeyzdə törədilmiş cinayət artıq ətraflı şəkildə

səhər qəzetlərində təsvir edildiyindən Rolflar artıq bizim

onlara çatdıracağımız xəbəri alıblar. İstəməsəm də, bu

arqumentin qarşısında təslim olmalı oldum.

Sonrakı hadisələr mənim ürəyimə damanların doğru

olduğunu göstərdi. Təxminən saat ikidə telefon zəngi

eşidildi. Puaro dəstəyi qaldırdı. Bir neçə saniyə qulaq

asdıqdan sonra "Yaxşı" deyə cavab verərək, dəstəyi yerinə

qoyub mənə tərəf döndü:

- Necə fikirləşirsiniz, mon ami? - Onun səsində bir qədər

pərtlik, bir qədər də həyəcan sezilirdi. - Həqiqətən, xanım

Marvelin brilyantını da oğurladılar.

- Necə? Bəs "ayın bədirlənməsi" məsələsi necə oldu?

Puaro başını aşağı saldı.

- Nə vaxt olub bu?

- Deyəsən, bu səhər.

Məyus halda başımı buladım:

- Kaş ki, mənə qulaq asaydınız. Görürsünüz, mən

haqlıyammış.

Puaro ehtiyatla:

- Belə çıxır, mon ami. Deyirlər, hər şey göründüyü kimi

olmur, amma bu dəfə belə oldu.

downloaded from KitabYurdu.org

Page 30: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

30

Taksi ilə "Maqnifikant"a gedəndə yolboyu məsələni

aydınlaşdırmaq üçün baş sındırırdım.

- Ayın bədirlənməsi məsələsi, yəqin ki, hiylə imiş.

Məqsəd bizim diqqətimizi cümə

gününə yönəltmək və bununla da, o vaxta qədər əl-

qolumuzu bağlamaq olub. Heyf ki, bunu başa düşmədiniz.

- Etiraf edirəm! - Puaro yenidən etinasızlaşmışdı. - Hər

şeyi əvvəlcədən təxmin etmək olmur!

Dostuma yazığım gəlirdi. O uduzmağı qətiyyən

sevməzdi. Təsəlli vermək üçün:

- Eybi yox, - dedim. - Gələn dəfə bəxtimiz gətirər.

"Maqnifikant"a çatan kimi bizi müdirin otağına

apardılar. Orada Qreqori Rolf və Skotlənd Yarddan olan iki

nəfər vardı. Rəngi qaçmış klerk onların qarşısında

oturmuşdu.

İçəri keçəndə Rolf başı ilə bizi salamladı

- Məsələyə aydınlıq gətirməyə çalışırıq. Ancaq bu, çox

ağlasığmaz bir işdir.

Baş verənləri bir neçə dəqiqəyə bizə danışdılar. Mister

Rolf saat on ikiyə on beş dəqiqə işləmiş oteldən çıxmış, saat

on ikinin yarısında isə eynən ona oxşayan bir kişi otelə daxil

olaraq seyfdəki daş-qaş qabını istəmişdi.

O, lazımi qaydada qəbz kitabçasına imza atdıqdan sonra

sakit-sakit:

downloaded from KitabYurdu.org

Page 31: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

31

- Taksidən düşəndə əlimi zədələdiyimdən, imzam

əvvəlkilərdən bir qədər fərqlənir, - deyə bildirmişdi.

Klerk gülümsəyərək imzanın o qədər də fərqli

olmadığını bildirəndə Rolfa bənzəyən kişi:

- Dedim, birdən məni quldur zənn edib tutarsınız, - deyə

gülmüşdü. - Bir çinlidən təhdid məktubları almışam və

bədbəxtlikdən özüm də gözlərimdən çinliyə oxşayıram.

Əhvalatı danışan klerk:

- Ona baxan kimi, - deyə əlavə etdi, - nəyi nəzərdə

tutduğunu anladım. Gözlərinin kənarları şərqlilər kimi

yuxarıya doğru dartılmışdı. Əvvəllər bunun fərqinə -

varmamışdım.

Qreqori Rolf sərt şəkildə onun sözünü kəsdi:

- Nə danışırsan? Səncə, mən çinliyə oxşayıram?

Klerk qorxa-qorxa ona nəzər saldı:

- Yox, ser. Bunu iddia edə bilmərəm.

Həqiqətən, aktyorun bizə baxan qonur gözlərində

şərqliləri xatırladacaq bir əlamət yox idi.

Skotlənd Yarddan olan adamlardan biri:

- Cinayəti törədən çox soyuqqanlı olub. Gözlərinin

diqqəti cəlb edəcəyini düşündüyündən şübhələri dağıtmaq

məqsədilə hiylə işlədib. Görünür, o, otelin yaxınlığında sizi

müşahidə edirmiş və çıxdığınızı gördükdən sonra içəri

keçib.

downloaded from KitabYurdu.org

Page 32: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

32

Mən:

- Bəs daş-qaş qabının aqibəti necə oldu? - deyə

soruşdum.

- Onu otelin dəhlizindən tapdılar. Yalnız "Qərb ulduzu"

itib.

Bir-birimizə baxdıq. Baş verənlər olduqca ağlasığmaz

idi.

Puaro cəld yerindən sıçradı. O, təəssüflə:

- Deyəsən, mən bu işlə bağlı heç nə edə bilmədim,

- deyə dilləndi. - Madamı görə bilərəm?

Rolf:

- O, sarsıntı keçirir, - deyə izah elədi.

- Onda sizə bir neçə söz deyə bilərəm, müsyö?

- Əlbəttə.

Beş dəqiqə sonra Puaro qayıdıb sevinə- sevinə:

- indi isə poçta gedirik, dostum, - dedi. - Teleqram

göndərməliyəm.

- Kimə?

- Lord Yardliyə.

Dostum əlimdən yapışıb əlavə sual verməyimə imkan

vermədi:

- Gedək, dostum, gedək. Bu məsələ haqqında nə

düşündüyünüzü bilirəm. Mən bacara bilmədim! Siz mənim

yerimdə olsaydınız, bacarardınız! Bien! Hər şey ola bilər.

downloaded from KitabYurdu.org

Page 33: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

33

Gəlin, bütün bunları unudub səhər yeməyi yeməyə gedək.

Biz Puaronun mənzilinə daxil olanda saat təxminən dörd

idi. Kimsə pəncərənin yanındakı stuldan ayağa qalxdı.

Bu, lord Yardli idi. O, elə bil arıqlamışdı və olduqca

dərdli görünürdü:

- Teleqramınızı alan kimi gəldim. Qulaq asın, mən

Hoffberqin yanına getmişdim.

Onların nə dünən gecə bizə daşa baxmaq üçün gələn

adamdan, nə də teleqramdan xəbərləri yoxdur. Sizə elə

gəlmir ki...

Puaro əlini qaldırdı:

- Üzr istəyirəm! O teleqramı göndərən və daşa baxmaq

üçün gələn adamı tutan mən idim.

- Siz? Axı niyə? Nə üçün?

- Vəziyyəti gərginləşdirmək üçün.

- Vəziyyəti gərginləşdirmək üçün! Aman Tanrım!

- Və hiyləm baş tutdu. Ona görə də, milord, bunu böyük

məmnuniyyətlə sizə qaytarıram!

Puaro təntənəli şəkildə parlaq bir əşya çıxardı. Bu, böyük

bir brilyant idi.

Lord Yardli:

- "Şərq ulduzu" - deyə ah çəkdi. - Başa düşə bilmirəm...

- Eybi yox. İnanın ki, brilyantın oğurlanması vacib idi.

Mən onu qoruyacağıma söz vermişdim və sözümün üstündə

downloaded from KitabYurdu.org

Page 34: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

34

durdum. Siz gərək mənim bu kiçik sirrimin açılmağına yol

verməyəsiniz. Zəhmət olmasa, xanım Yardliyə daşı

qaytarmağa müvəffəq olmaqdan məmnunluq duyduğumu

çatdırın. Hava gözəldir, deyilmi? Yaxşı yol, milord.

Dostum gülümsəyə-gülümsəyə, dil boğaza qoymadan,

matı qurumuş lordu qapıya qədər ötürüb əllərini ovuşdura-

ovuşdura geri qayıtdı.

Mən:

- Puaro, - dedim, - bəlkə, mən dəli olmuşam?

- Yox, mon ami, sadəcə, həmişə olduğu kimi fikriniz

qarışıb.

- Brilyantı necə əldə etdiniz?

- Mister Rolfdan aldım.

- Rolfdan?

- Elədir ki var! Təhdid məktubları, çinli, qəzetdə çıxmış

məqalə - bütün bunlar mister Rolfun yaradıcı təfəkkürünün

məhsullarıdır. Bir-birinə həddindən artıq oxşayan iki

brilyant. Belə bir şey heç vaxt olmayıb! Cəmi bir brilyant

mövcuddur, əziz dostum! Əvvəl o, Yardlinin

kolleksiyasında idi, amma üç il idi ki, ona mister Rolf sahib

olmuşdu. O, bu səhər gözlərinin kənarlarını rəngləməklə

daşı

oğurladı! Bu adamı kinoda görmək yaxşı olardı, o, əsl

aktyordur.

downloaded from KitabYurdu.org

Page 35: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

35

- Axı öz brilyantını niyə oğurlayıb?

- Bir çox səbəb var. Birinci səbəb, xanım Yardlinin

inadkarlığı idi.

- Xanım Yardlinin?

- O, Kaliforniyada tək qalırdı. Əri vaxtını orada-burada

əylənməklə keçirərdi. Əslində həddindən artıq hiyləgər olan

mister Rolfsa mehriban və romantik bir kişi idi. Onunla

xanım Yardli arasında sevgi macərası olmuş, bundan sonra

isə aktyor lordun xanımını şantaj eləməyə başlamışdı.

Dünən gecə bunları xanım Yardliyə deyəndə o da təsdiq

elədi. Yəqin ki, Rolfun əlində onun tərəfindən - yazılmış və

ikibaşlı məzmuna malik olan

məktublar var. Xanım Yardli ərini və uşaqlarını itirməkdən

qorxduğu üçün Rolfun hər bir istəyinə əməl etməyə məcbur

olmuş, pulu olmadığından aktyorla sövdələşib, öz brilyant

daşını ondakı saxta daşla dəyiş-düyüş etmişdi. "Qərb

ulduzu"nun meydana çıxdığı tarixlə bağlı təsadüflər məni

şübhələndirdi... Hər şey yoluna düşür, lord Yardli işlərini

təzə- təzə sahmana salırdı ki, birdən-birə brilyantın satılması

məsələsi ortaya çıxdı. Əsl daşın saxtasıyla əvəzlənməsi

aşkar olunacaqdı.

Təbii ki, təşvişə düşmüş xanım Yardli İngiltərəyə yenicə

gəlmiş Qreqori Rolfa dərhal məktub yazdı. Aktyor qadını

sakitləşdirərək hər şeyi yoluna qoyacağına söz verib, ikiqat

downloaded from KitabYurdu.org

Page 36: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

36

oğurluğa hazırlaşmağa başladı. O, bununla

ərinə hər şeyi açıb danışmaq istəyən qadını sakitləşdirməyə

nail olmuşdu, axı bu məsələnin üstünün açılması bizim

şantajçıya sərf eləmirdi. O, həm on beş min funt sığorta

haqqı alacaq, həm də brilyantı əlində saxlaya biləcəkdi. Elə

bu vaxt işə mən müdaxilə elədim. Ekspert zərgərin gələcəyi

haqqında teleqram gəldi. Xanım Yardli mənim fikirləşdiyim

kimi, dərhal oğurluq hadisəsini düzüb-qoşdu və bunu çox

böyük ustalıqla eləyə bildi! Lakin Erkül Puaro yalnız

faktlara baxır. Əslində nə baş vermişdi? Qadın işığı

söndürdü, qapını çırpdı və boyunbağını dəhlizə tullayıb

qışqırdı. O, qabaqcadan öz otağında kəlbətinlə brilyantı

çıxarmışdı.

- Axı boyunbağını onun boynunda gördük?

- Üzr istəyirəm, dostum. O, daşın boş qalmış yerini əli ilə

qapamışdı. Əvvəlcədən qapıya ipək parça ilişdirməksə uşaq

oyunu oynamaq idi! Rolf da oğurluq haqqında qəzetlərdən

oxuyar-oxumaz öz kiçik komediyasını məharətlə oynadı!

- Siz ona nə dediniz?

- Xanım Yardlinin hər şeyi ərinə danışdığını və daşı

aparmalı olduğumu dedim. Dedim ki, daş dərhal

qaytarılmasa, iş məhkəməyə veriləcək. Bundan əlavə,

ağlıma gələn bir şeyi də dedim. Bir sözlə, onu yumşaldıb

muma çevirdim!

downloaded from KitabYurdu.org

Page 37: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

37

- Zavallı xanım Marvel. Baş verənlərdə onun heç bir

günahı olmasa da, brilyantı əlindən çıxdı.

- Nə etmək olar! O, yaxşıca reklam olundu. Onu da elə

bu maraqlandırırdı! Xanım Yardli isə tamamilə başqa

cürdür. O, yaxşı ana və çox gözəl qadındır.

- Elədir! Məncə, məktubların surətlərini ona Rolf

göndərmişdi.

- Bunun əhəmiyyəti yoxdur. O, Meri Kavendişin

məsləhəti ilə gəlmişdi ki, məndən kömək istəsin. Gəldikdən

sonra isə, düşməni hesab etdiyi Meri Marvelin burada

olduğunu eşitmiş və sizin onun əlinə verdiyiniz bəhanədən

istifadə edərək gəliş səbəbini başqa cür açıqlamışdı. Mən

cəmi bir neçə sual

verməklə məktublar haqqında informasiyanın onun yox,

sizin tərəfinizdən verildiyini müəyyən edə bildim! Xanım

Yardli sizin dediklərinizdən şans kimi istifadə etmişdi.

- İnana bilmirəm.

- Si, si, mon ami8, heyf ki, siz psixologiyanı nəzərə

almamısınız. O, sizə dedi ki, məktubları məhv edib? Əmin

olun ki, qadınlar məcbur olmadıqları halda heç vaxt

məktubları məhv etməzlər. Hətta bu, bəzən daha məntiqli

hərəkət olsa belə.

Mən əməlli-başlı əsəbiləşmişdim:

- Bütün bunlar çox gözəl. Amma siz bütün bu hadisələrin

downloaded from KitabYurdu.org

Page 38: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

38

baş verdiyi müddətdə mənim axmaq vəziyyətində

qalmağıma icazə verdiniz! Əvvəldən axıra qədər! Deyək ki,

hər

şeyi axırda açıqlamaq daha yaxşıdır. Ancaq axı hər şeyin bir

həddi olmalıdır!

- Axı özünüzdən çox razı idiniz, dostum. İllüziyalarınızı

dağıtmaq istəmədim.

- Bu, yaxşı iş deyil. Bu dəfə lap ağ elədiniz.

- Mon Dieu! Boş-boş şeylərə görə niyə qəzəblənirsiniz,

dostum?!

Puaro məni gülünc vəziyyətə salmışdı.

Ona əməlli-başlı dərs vermək lazımdır. Qəzəbim

soyumamış, onu bağışlamamış həndəvərində görünən

deyiləm. Mən özümü onun sayəsində axmaq kimi

aparmışdım!

1 Dostum (fr.)

2 Yeri gəlmişkən (fr.)

3 Elədir! (fr.)

4 Əzizim (fr.)

5 Yaxşı (fr.)

6 Belə! (fr.)

7 Aman Tanrım! (fr.)

8 Bəli, bəli, dostum (fr.)

Masdon Meynorda faciə

downloaded from KitabYurdu.org

Page 39: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

39

Bir neçə günlük səfərdən sonra şəhərə qayıdanda

Puaronun öz yol çantasını yığdığını gördüm.

- A la bonne heure9, Hastinqs! Qorxurdum ki, mən

gedənə qədər siz qayıda bilməyəsiniz.

- Sizi yeni iş üçün dəvət ediblər?

- "Şimal ittifaqı" sığorta şirkəti məndən mister

Maltraversin ölümünü araşdırmağı xahiş edib. O,

ölümündən bir gün əvvəl

həyatını əlli min funt məbləğində - sığortaladıbmış.

- Deməli, belə?

- Bəli, müqavilədə intiharla bağlı şərt də mövcuddur.

Bildiyiniz kimi, müqavilənin imzalandığı vaxtdan bir il

keçməmiş baş verən bu cür ölüm hallarında sığorta haqqı

ödənilmir. Mister Maltravers, təbii ki, sığorta şirkətinin

həkimi tərəfindən müayinə edilmiş və yaşlı olmasına

baxmayaraq, kifayət qədər sağlam olduğu aşkar edilmişdi.

Lakin keçən çərşənbə günü malikanəsi Masdon Meynorda -

mərhumun cəsədi tapıldı. Ölüm səbəbi kimi daxili qanaxma

göstərilir. Mister Maltraversin maliyyə vəziyyətinin pisliyi

haqqında şayiələr gəzməsə, "Şimal İttifaqı" da onun

müflisləşmək ərəfəsində olduğunu müəyyənləşdirmiş

olmasa idi, bu məsələdə təəccüblü heç nə olmazdı.

Maltraversin gənc və gözəl bir arvadı qalıb. Belə ehtimal

edilir ki, o, əlində olan bütün pulları toplayaraq, həyatını

downloaded from KitabYurdu.org

Page 40: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

40

arvadının xeyrinə sığortalatdıqdan sonra intihar edib. Belə

hallar olur. Hər ehtimala qarşı, "Şimal İttifaqı"nın

direktorlarından biri, dostum Alfred Rayt məndən bu ölüm

hadisəsini araşdırmağı xahiş etdi. Mən də dərhal çox şey söz

verə bilməyəcəyimi bildirdim. Əgər ölümlə bağlı başqa

diaqnoz, məsələn, infarkt diaqnozu qoyulsaydı, daha nikbin

ola bilərdim. Bu zaman həkimin səhv etdiyi ehtimal edilə

bilər, daxili qanaxma ilə bağlı isə səhv etmək

mümkün deyil. Yenə də bu məsələ ilə məşğul olmağa dəyər.

Hazırlaşmaq üçün beş dəqiqə vaxtınız var, Hastinqs, sonra

isə Liverpul- stritə, vağzala getmək üçün taksi tutacağıq.

Təxminən bir saatdan sonra kiçik Masdon Ley

stansiyasında idik. Vağzalda aydın oldu ki, Masdon Meynor

stansiyadan bir mil aralıda yerləşir. Puaro taksi tutmaq

istəmədiyindən ora piyada yollandıq. Yolda dostumdan:

- Planınız necədir? - deyə soruşdum.

- Əvvəlcə həkimi axtaraq. Masdon Leydə yalnız bir

həkim var və o da Ralf Bernarddır. Budur, gəlib çatdıq.

Həkimin malikanəsi küçədən bir qədər kənardakı kiçik

bağın arxasında yerləşirdi. Latun lövhədə həkimin adı

yazılmışdı. Bağdan

keçib zəngi basdıq. Xoşbəxtlikdən həkim evdə idi. O, yaşlı,

bir qədər təkəbbürlü görünsə də, bizi səmimi qarşıladı.

Puaro özünü təqdim edərək gəlişimizin səbəbini açıqladı.

downloaded from KitabYurdu.org

Page 41: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

41

Onu da əlavə etdi ki, sığorta şirkəti bu cür hallarda yoxlama

aparmalıdır. Həkim Bernard:

- Əlbəttə, əlbəttə! - dedi. - Deyəsən, o, çox varlı idi və

özünü böyük məbləğdə sığortalatmışdı.

- Sizcə, o, varlı idi?

Həkim heyrətlə bizə baxdı:

- Sizcə, deyildi? Onun iki maşını, saxlanmasına xeyli

xərc tələb olunan Masdon Meynoru vardı. Düzdür, o evlə

bağlı bəzi axmaq xurafatlar yayılıb...

- Eşitdiyimə görə, son vaxtlar mister Maltraversin

xərcləri çoxalıbmış.

- Doğrudan? Onda bu sığorta onun arvadı üçün böyük

şans deməkdir. Xanım Maltravers çox gözəl və cazibədar

bir xanımdır. Zavallı hələ də özünə gəlməyib.

- Mister Maltravers nə vaxtsa sizə müraciət etmişdi?

- Yox, Maltravers heç vaxt mənim xəstəm olmayıb.

- Niyə?

- Mən bilən, o, "Xristian elmi"ninlO tərəfdarı idi.

- Amma cəsədi siz müayinə etdiniz, elədir?

- Bəli. Məni bağbanlardan biri çağırmışdı.

- Ölüm səbəbi aydın idi?

- Dodaqlarında qan vardı. Görünür, daxili qanaxma

olmuşdu.

- Mister Maltravers tapıldığı yerdə uzanmışdı?

downloaded from KitabYurdu.org

Page 42: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

42

- Bəli, cəsədə toxunmamışdılar, o, kiçik meşəliyin

kənarında idi. Görünür, ora qarğaları vurmaq üçün getmişdi

- yanında kiçik kalibrli silah vardı. Yəqin, qanaxma qəfildən

başlayıb. Əminəm ki, səbəb mədə yarası idi.

- Bəlkə, ona atəş açmışdılar?

- Nə danışırsınız, ser?

- Üzr istəyirəm, ancaq, səhv etmirəmsə, bu yaxınlarda bir

ölüm hadisəsi zamanı həkim ölüm səbəbinin infarkt

olduğunu bildirsə də,

polis cəsədin başında güllə yarası aşkar etdikdən sonra

qoyduğu diaqnozu dəyişdirməli olmuşdu.

- Mister Maltraversin bədənində heç bir güllə yarası yox

idi. Başqa nə isə lazımdır, cənablar?

Həkimin nə demək istədiyini başa düşdük.

- Çox sağ olun, həkim, vaxtınızı aldıq.

Yeri gəlmişkən, sizcə, cəsədi yarmağa ehtiyac yoxdur?

- Qətiyyən! Mister Maltraversin ölüm səbəbi tamamilə

aydındır və bizim peşədə mərhumun yaxınlarını incidəcək

işlərdən mümkün qədər çəkinmək - yazılmamış - qanundur.

Həkim sözlərini bitirər-bitirməz hirslə qapını üzümüzə

çırpdı. Yola davam edərkən Puaro məndən:

- Həkim sizə necə təsir bağışladı? - deyə soruşdu.

- Qoca tərsin biridir.

- Haqlısınız. Mühakimələriniz həmişə əsaslı olur,

downloaded from KitabYurdu.org

Page 43: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

43

dostum!

Mən dərhal dostuma çəpəki bir nəzər saldım. Amma o,

tamamilə ciddi görünürdü. Lakin qəfildən gözlərində

şeytani bir qığılcım parıldadı:

- Əlbəttə, əgər bu zaman söhbət gözəl bir xanımdan

getmirsə!

Masdon Meynora çatanda bizim üçün qapını orta yaşlı

bir qulluqçu açdı. Puaro vizit

kartını və sığorta şirkətindən xanım Maltraversə

göndərilmiş məktubu ona uzatdı. Qulluqçu bizi kiçik qonaq

otağına qədər ötürərək ev sahibəsinə xəbər verməyə getdi.

On dəqiqə sonra qapının ağzında qara geyimli qədd-qamətli

bir qadın göründü:

- Müsyö Puaro?

Puaro nəzakətlə baş əydi:

- Madam! Sizi narahat etdiyimə görə üzr istəyirəm.

Ancaq bunu vəziyyət tələb edir.

Dostum xanım Maltraversin ayaq üstündə zorla

dayandığını görüb onun üçün stul çəkdi. Mən ev sahibəsini

nəzərdən keçirməyə başladım. Gözləri ağlamaqdan qızarsa

da, qadın qeyri-adi dərəcədə gözəl idi. Qarşımızda böyük

mavi gözləri və bir-birinə sıxılmış,

valehedici dodaqları olan 27-28 yaşlı sarışın bir qadın vardı.

- Ərimin sığorta məsələsinə görə gəlmisiniz, hə? Yəni bu

downloaded from KitabYurdu.org

Page 44: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

44

işlə indi - onun ölümündən cəmi iki gün keçdikdən sonra

məşğul olmaq belə vacibdir?

- Üzr istəyirəm, madam! Xahiş edirəm, mətanətli olun.

Bilirsiniz, əriniz həyatını olduqca böyük məbləğdə

sığortalatmışdı və bu cür hallarda sığorta şirkəti faciənin

bütün tərəflərini araşdırmalıdır. Bu iş mənə həvalə edilib.

İnanın, mən diqqətli davranacaq, səlahiyyətlərimi

aşmamağa çalışacağam. Bizə keçən çərşənbə günü baş

vermiş hadisə haqqında danışa bilərsiniz?

- Mən çay içmək üçün hazırlaşırdım ki, qulluqçu yanıma

gəldi və bağbanlardan birinin bəd xəbər gətirdiyini dedi...

O, ərimi tapmışdı...

Qadın getdikcə daha alçaq səslə danışırdı. Puaro təsəlli

vermək üçün onun əlini sıxdı.

- Sizi başa düşürəm. Ancaq yenə də... Günün ikinci yarısı

həyat yoldaşınızı görmüşdünüzmü?

- Lançdan sonra görməmişdim. Mən poçt markaları

almaq üçün kəndə getmişdim, onun da bağda olduğunu zənn

edirdim.

- Bağa qarğaları vurmaq üçün getmişdi?

- Adətən, özü ilə silah götürərdi. Mən bir, ya da iki atəş

səsi eşitdim.

- Həmin silah indi haradadır?

- Yəqin zalda olar.

downloaded from KitabYurdu.org

Page 45: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

45

Xanım Maltravers Puaronu zala apardı. Dostum silahı

diqqətlə nəzərdən keçirdikdən sonra yerinə qoydu:

- İki patron çatmır. İndi isə, madam, mümkün olarsa,

mən...

Qadın böyük çətinliklə:

- Qulluqçu sizi aparar, - deyərək üzünü çevirdi.

Qulluqçu Puaronu yuxarı apardı. Mənsə gözəl və dərdli

xanım Maltraversin yanında qaldım. Danışmağınmı, yoxsa

onu rahat buraxmağınmı daha münasib olduğunu uzun

müddət götür-qoy etdikdən sonra, nəhayət, bir neçə ümumi

söz deməyə ürək elədim. O,

dalğın halda və həvəssiz cavab verdi. Puaro bir neçə dəqiqə

sonra qayıtdı:

- Bizə vaxt ayırdığınız üçün təşəkkür edirəm, madam.

Ümid edirəm ki, sizi bir də narahat etmərik. Yeri gəlmişkən,

ərinizin maliyyə vəziyyətindən xəbəriniz vardı?

Xanım Maltravers başını buladı:

- Mənim onun işlərindən başım çıxmır.

- Deməli, belə. Belə çıxır ki, onun niyə qəfildən

həyatını sığortalatmaq qərarına gəldiyini də bilmirsiniz?

Bildiyimə görə, o, əvvəllər heç bu haqda düşünməyib.

- Həyat yoldaşım ömrünün sonuna az qaldığını

düşünürdü. Bilirdim ki, bir dəfə qanaxması olub və bunun

təkrarlanmasının necə təhlükəli olacağını ehtimal edirdim.

downloaded from KitabYurdu.org

Page 46: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

46

Həmişə onu qorxularından uzaqlaşdırmağa çalışardım.

Necə də haqlı imiş! Biz bir ildən çox idi ki, birlikdə idik!

Qadın bizi göz yaşları ilə yola saldı. Çıxışa tərəf gedəndə

Puaro ümidsizliklə əlini yelləyərək:

- Belə-belə işlər! - dedi. - Londona qayıdaq, dostum.

Deyəsən, yaman ilişmişik. Ancaq yenə də...

- Yenə də nə?

- Həkimlə xanımın sözlərində bir balaca ziddiyyət var.

Hiss etmədiniz? Yox? Əslində insan həyatı bütövlükdə

ziddiyyətlərdən təşkil olunub. Mister Maltravers

zəhərlənmiş ola bilməz, dodaqlardan qan axmasına səbəb

olacaq zəhər mövcud deyil. Yox, yox, bütün

şübhələri bir kənara qoymaq lazımdır. Bu məsələdə hər şey

aydındır, ancaq... Bəs bu kimdir belə?

Darvaza tərəfdən gələn hündürboy, gənc bir adam bizə

əhəmiyyət vermədən yanımızdan ötüb keçdi. Mən ancaq

onun gündən qaralmış məlahətli üzünü görə bildim. Puaro

yarpaqları dırmıqlayan və eyni zamanda naməlum adamı

gözləri ilə müşayiət edən bağbandan:

- Bağışlayın, bu cənab kimdir? - deyə soruşdu. - Onu

tanıyırsınız?

- Adını xatırlamıram, ser. Çərşənbə axşamı burada

gecələmişdi.

Puaro bunu eşidər-eşitməz:

downloaded from KitabYurdu.org

Page 47: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

47

- Tez olun, mon ami, onun ardınca, - deyə göstəriş verdi.

Naməlum adamı izləməyə başladıq. Buradan qara

geyinmiş xanım Maltraversin balkondakı silueti kifayət

qədər aydın görünürdü. Biz naməlum adamı izləməklə

onların görüşlərinin şahidi ola bildik.

Xanım Maltravers geri çəkilərək rəngi ağarmış

vəziyyətdə:

- Siz... - deyə pıçıldadı. - Elə bilirdim, Şərqi Afrikaya

üzürsünüz?..

- Vəkilimdən məlumat aldığıma görə bir az ləngidim.

Şotlandiyadakı əmim mənim üçün müəyyən qədər miras

qoyaraq vəfat edib. Odur ki, səfəri təxirə salmalı oldum.

Sonra isə qəzetdən bu kədərli xəbəri oxudum

və gəldim görüm, sizə bir köməyim dəyə bilərmi?

Elə bu vaxt bizim varlığımızın fərqinə vardılar. Puaro

üzr istəyərək əl ağacını zalda unutduğunu bildirdi. Xanım

Maltravers narazılığını büruzə verməklə qonağını təqdim

etdi:

- Müsyö Puaro, kapitan Bleyk.

Bir-iki kəlmə danışdıqdan sonra Puaro kapitan Bleykin

"Lövbər" mehmanxanasında qaldığını öyrəndi. Təbii ki,

Puaronun unutduğu əl ağacı heç cür tapılmadı. Detektiv üzr

istədi və biz oradan uzaqlaşıb az qala qaça-qaça kəndə,

"Lövbər" mehmanxanasına yollandıq. Dostum:

downloaded from KitabYurdu.org

Page 48: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

48

- Burada kapitan Bleykin qayıtmasını gözləyərik,

- dedi. - Yəqin ki, mənim hər şeyin aydın olduğunu və

Londona qayıtmalı olduğumuzu bildirərkən dediklərimi

ciddi qəbul eləmədiniz, elə deyil? Bleyki görərkən xanım

Maltraversin üzündə yaranmış ifadəyə fikir verdiniz? Onun

sarsıldığı açıq-aşkar bilinirdi, kapitan isə... kapitan isə,

görünür, ona çox sadiqdir, sizə də elə gəlmir? O, çərşənbə

axşamı - mister Maltraversin öldüyü gündən bir gün əvvəl

burada gecələyib. Hastinqs, kapitan Bleykin burada nə

etdiyini öyrənməliyik.

Mehmanxananın qarşısında təxminən yarım saat

gözlədik. Kapitan gəldikdən sonra Puaro onu nömrəmizə

gətirdi. O:

- Nə üçün gəldiyimizi kapitan Bleykə danışdım, - deyə

mənə izahat verdikdən sonra kapitana tərəf dönərək:

- Müsyö kapitan, yəqin başa düşərsiniz ki, mister

Maltraversin ölümündən əvvəl mənəvi baxımdan hansı

vəziyyətdə olduğunu aydınlaşdırmaq çox vacibdir, - dedi. -

Xanım Maltraversi bu cür suallarla üzmək istəmədik. Bu

faciəli hadisədən əvvəl burada olduğunuzdan, sizin

verəcəyiniz məlumat olduqca böyük əhəmiyyət kəsb edir.

- Qulluğunuzdayam. Əlimdən gələni eləməyə hazıram,

ancaq sizin işinizə yarayacaq bir şey deyə bilməyəcəyəm.

Bilirsiniz, Maltravers ailəmizin köhnə dostu olsa da, onu o

downloaded from KitabYurdu.org

Page 49: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

49

qədər də yaxşı tanımırdım.

- Buraya nə vaxt gəlmisiniz?

- Çərşənbə axşamı lançdan sonra. Çərşənbə günü səhər

tezdən şəhərə qayıtdım, çünki gəmim təxminən saat on ikidə

Tilberidənll yola düşməli idi. Ancaq aldığım bəzi

məlumatlar məni planlarımı dəyişməyə məcbur elədi.

Deyəsən, bunu xanım Maltraversə danışanda siz də

eşitdiniz.

- Siz Şərqi Afrikaya qayıdacaqdınız?

- Bəli. Müharibə qurtarandan orada yaşayıram. Çox

gözəl yerdir.

- Şübhəsiz. Bəs çərşənbə axşamı nahar eləyəndə nədən

danışırdınız?

- İndi yadıma gəlmir. Adi söhbət idi. Maltravers ailəm

haqqında suallar verdi.

Sonra siyasətdən danışdıq, xanım Maltravers

Şərqi Afrikadan söz saldı, mən də ona bir neçə əhvalat

danışdım, vəssalam.

- Təşəkkür edirəm.

Puaro bir qədər susduqdan sonra ehtiyatla əlavə etdi:

- Əgər icazə versəniz, kiçik bir eksperiment keçirmək

istəyirəm. Siz yada sala bildiyiniz hər şeyi, yəni şüurunuzda

olanları danışdınız. İndi isə bir neçə sualla şüuraltınıza

müraciət etmək istəyirəm.

downloaded from KitabYurdu.org

Page 50: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

50

Bleyk narahatlıqla:

- Psixoanaliz seansında olduğu kimi? - deyə soruşdu.

- Yox, yox! Bu, çox sadə bir şeydir. Mən bir neçə söz

deyəcəyəm, sizsə ilk olaraq ağlınıza gələnləri.

Bleyk istər-istəməz:

- Nə deyirəm ki, - deyə razılaşdı.

Puaro:

- Zəhmət olmasa, sözləri yazın, Hastinqs, - deyərək

cibindən saatını çıxarıb stolun üstünə qoydu. - Başlayaq:

gün.

Bleyk bir saniyə düşündükdən sonra:

- Gecə, - deyə cavab verdi.

- Ad Bernard, soyad?

- Şou.

- Çərşənbə axşamı.

- Nahar.

- Səyahət.

- Gəmi.

- Ölkə.

- Uqanda.

- Hekayə.

- Aslan.

- Kiçik kalibrli tüfəng.

- Ferma.

downloaded from KitabYurdu.org

Page 51: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

51

- Atəş.

- İntihar.

- Fil.

-Diş.

- Pul.

- Vəkil.

- Təşəkkür edirəm, kapitan Bleyk. Yarım saat sonra bir

az da vaxtınızı ala bilərikmi?

- Bəli, bəli, əlbəttə.

Gənc zabit maraq dolu nəzərlərlə Puaroya baxaraq,

ayağa qalxıb alnının tərini sildi. O,

otaqdan çıxıb qapını örtdükdən sonra dostum

gülümsəyərək:

- Hə, mon ami, yəqin ki, hər şeyi özünüz başa düşdünüz,

deyilmi?

- Nəyi nəzərdə tutursunuz?

- Məgər sözlər sizə heç nə demədi?

Başımı buladım.

- Onda qulaq asın. Bleyk əvvəl gizlədəcək bir şeyi

olmadığından əminliklə və tərəddüd etmədən cavab verirdi.

"Gün" və "gecə", "ad" və "soyad" - tamamilə adi

assosiasiyalardır. Əsas məsələ "Bernard" sözündən sonra

başlayır. Əgər həkimi tanısaydı, bu ad kapitana onu

xatırladardı. Görünür, onu tanımır. Daha sonra isə "çərşənbə

downloaded from KitabYurdu.org

Page 52: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

52

axşamı" sözünün qarşılığında "nahar", "səyahət" və

"ölkə" sözlərinin qarşılığında isə "gəmi" və "Uqanda"

cavablarını verdi ki, bu da buraya gəlməkdən ötrü imtina

etdiyi səfərin onun üçün nə qədər əhəmiyyətli olduğunu

göstərir. "Hekayə" sözü ona masa arxasında aslanlar

haqqında danışdığı bir əhvalatı xatırlatdı. Mən "kiçik

kalibrli tüfəng" deyəndə, heç gözlənilmədən "ferma", "atəş"

deyəndə isə "intihar" dedi. Assosiasiyalar, yəqin ki,

aydındır. Görünür, kapitanın tanıdığı bir nəfər fermada kiçik

kalibrli tüfənglə özünə qəsd edibmiş. Yəqin hələ də nahar

zamanı danışdığı əhvalatı xatırlayırdı. Məncə, onu otağa

dəvət edərək həmin intihar əhvalatını danışmasını xahiş

etməyimə etiraz eləməzsiniz.

Fikirləşirəm ki, hipotezim tezliklə təsdiq olunacaq.

Bleyk olduqca açıq danışırdı:

- Nahar vaxtı həqiqətən tanışlarımdan birinin fermada

kiçik kalibrli tüfənglə ağzına atəş açdığını, güllənin də

beyninə girərək orada qaldığını danışmışdım. Həkimlər

çaşqınlıq içində idilər - cəsədin bədənində heç bir yara yox

idi, yalnız dodaqlarında bir az qan vardı. Ancaq bunun...

- Bunun mister Maltraversin ölümünə nə dəxli var

- demək istəyirsiniz? Bilmirsiniz ki, onun yanından kiçik

kalibrli tüfəng tapılıb?

- Fikirləşirsiniz ki, mənim danışdığım əhvalat onu belə

downloaded from KitabYurdu.org

Page 53: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

53

bir hərəkətə sövq edib?

Dəhşət!

- Özünüzü günahlandırmayın. Bu, onsuz da, gec-tez baş

verəcəkdi, indi isə mən təcili olaraq Londona zəng

vurmalıyam.

Puaro bir qədər sonra qayıdanda olduqca dalğın

görünürdü. O, bir azdan yenidən harasa gedərək, yalnız

axşam saat yeddidə gəlib elə qapının ağzındaca dərhal

xanım Maltraversə bir xəbər çatdırmalı olduğumuzu

bildirdi. Xanım Maltravers mənim rəğbətimi qazanmağa

nail olmuşdu. Zavallı qadın, bir tərəfdən, sığorta pulundan

məhrum olacaq, bir tərəfdən də, ömrü boyu ərinin özünə

qəsd etdiyini düşünərək əzab çəkəcəkdi. Bu, istənilən qadın

üçün dözülməz bir hal hesab olunur. Ümid edirdim ki,

keçirdiyi sarsıntının

təsirləri ötüşəndən sonra qadın kapitan Bleykə arxalanıb

özünə gələ biləcək.

Xanım Maltraverslə söhbətimiz çox ağır keçdi. O,

əvvəlcə Puaronun dediklərinə inanmaq istəmədi, inanmağa

məcbur olduqda isə hönkürməyə başladı. Cəsədin

müayinəsindən sonra şübhələrimiz özünü doğrultdu. Puaro

xanım Maltraverslə vidalaşanda:

- Madam, ölülərin əbədi sakitliyə qovuşmadığını siz

hamıdan yaxşı bilməlisiniz!

downloaded from KitabYurdu.org

Page 54: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

54

- dedi.

Qadın pıçıltı ilə:

- Bununla nə demək istəyirsiniz? - deyə soruşdu. - Bu nə

deməkdir?

- Məgər heç vaxt ruh çağırma seanslarında 12 iştirak

etməmisiniz? Axı bildiyimə görə, siz yaxşı mediumsunuzl3.

- Bəli, çoxları belə hesab edir. Amma siz... məgər siz

ruhlara inanırsınız?

- Madam, mən həyatım boyu çox qəribəliklər görmüşəm.

Yəqin bilirsiniz ki, kənddə bu evdə ruhların olması ilə bağlı

şayiələr gəzir?

Xanım Maltravers başını təsdiq mənasında tərpətdi. Elə

bu vaxt qulluqçu yeməyin hazır olduğunu xəbər verdi.

- Bizimlə nahar edərsiniz?

Biz minnətdarlıq edərək dəvəti qəbul etdik. Mən ümid

edirdim ki, bizim varlığımız ev sahibəsinin fikrini dağıda

bilər. Şorba

içdiyimiz vaxt bayırdan fəryad səsi gəldi, sınmış qab-qacaq

səsi eşidildi. Yerimizdən sıçradıq. Qulluqçu əllərini

ürəyinin üstünə qoymuş vəziyyətdə içəri daxil oldu:

- Dəhlizdə bir kişi var!

Puaro dəhlizə qaçıb, dərhal geri qayıtdı.

Qulluqçu zorla eşidilən səslə:

- Kim var orada, ser? - deyə soruşdu. - Çox qorxdum!

downloaded from KitabYurdu.org

Page 55: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

55

- Nədən qorxdunuz?

- Mənə elə gəldi ki... o, mister Maltraversdir - çox

oxşayırdı!

Xanım Maltravers yerində donub qalmışdı. Mən birdən-

birə özünə qəsd edənlərin rahatlıq tapmadıqlarından

evlərinə geri qayıtmaları haqqındakı qədim inancı

xatırladım. Ev

sahibəsi də eyni şeyi düşündüyündən, titrəyə- titrəyə

Puaronun əlindən yapışdı:

- Eşitdiniz? Kimsə pəncərəni üç dəfə döydü! O, həmişə

evin yanından keçəndə belə edərdi.

Mən:

- Bu, sarmaşıqdır! - dedim. - Külək onu şüşəyə çırpır.

Ancaq getdikcə hamımız narahat olmağa başlayırdıq.

Qulluqçunu isə dəhşət bürümüşdü. Nahar bitdikdən sonra

xanım Maltravers Puarodan bir az da qalmasını xahiş etdi.

Görünür, tək qalmaqdan qorxurdu. Kiçik yemək otağında

oturduq. Külək qalxmışdı. Qapı iki dəfə öz-özünə yavaş-

yavaş açıldı. Hər dəfə qapı açılanda gənc qadın inildəyərək

Puaronun əlindən yapışırdı. Nəhayət, detektiv ayağa qalxıb

qapını kilidlədi. Xanım Maltravers:

- Eləməyin, - deyə pıçıldadı. - Bir də açılsa...

O, sözünü tamamlamamış kilidin səsi eşidildi. Qapı

yavaş-yavaş aralandı. Mən, xanım Maltraverslə Puarodan

downloaded from KitabYurdu.org

Page 56: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

56

fərqli olaraq, dəhlizi görə bilmirdim. Birdən qadın:

- Dəhlizdədir, gördünüz onu? - deyə qışqırmağa başladı.

Puaro çaşqın-çaşqın ona baxaraq başını inkar mənasında

buladı.

- Onu görürəm - ərimi!

- Yəqin sizə elə gəlir, madam. Siz özünüzdə deyilsiniz.

- Mən özümdəyəm, mən... Aman Tanrım!

Qəfildən işıqlar söndü və qaranlıqda üç zərbə səsi

eşidildi. Xanım Maltraversin fəryadını eşitdim. Daha sonra

mənim də gözümə bir qədər əvvəl yuxarıda portretini

gördüyüm kişi dəydi. Mister Maltraversin ruhu qarşımızda

dayanmışdı. O, ətrafa zəif işıq saçırdı. Dodaqlarında qan

vardı və sağ əlini irəliyə doğru uzadaraq barmağı ilə bizi

göstərirdi. Birdən ondan gələn işıq güclənərək gözümüzü

qamaşdırdı. İşıq şüası Puaro ilə məndən keçərək xanım

Maltraversə çatanda dayandı.

Qadının qorxudan ağappaq ağarmış üzünə baxanda

gözümə başqa bir şey də sataşdı...

- Puaro! - deyə qışqırdım. - Sağ əlinə baxın.

Qıpqırmızıdır!

Xanım Maltravers də öz əlinə baxaraq yerə yıxılıb:

- Qan! - deyə isterika vəziyyətində qışqırmağa başladı. -

Bəli, bu, qandır. Onu mən öldürmüşəm! Mən! Mənə atəş

açmağı öyrətmişdi, mən də barmağımı tətiyə qoyub çəkdim.

downloaded from KitabYurdu.org

Page 57: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

57

Uzaqlaşdırın onu məndən... uzaqlaşdırın! O qayıdıb!

Puaro amiranə şəkildə:

- İşıq! - deyə dilləndi.

İşıqlar sehrli çubuq dəymiş kimi yenidən yandı.

- Hə, eşitdiniz, Hastinqs? Siz necə, mister Everett? Yeri

gəlmişkən, bu, paytaxt teatrının

aktyoru mister Everettdir. Onu bu gün günortadan sonra

çağırmışam. Pis qrimlənməyib, elə deyil? Eynən mister

Maltraversdir! Fənərlərlə fluoressensiya boyaları 14 da

effekti tamamladılar. Sizin yerinizdə olsaydım, Hastinqs,

madamın sağ əlinə toxunmazdım, bu boya çox çətinliklə

təmizlənir. İşıqlar sönəndə mən onun əlindən tutmuşdum,

bütün fokus da bundan ibarətdir. Hə, biz qatara çatmalıyıq.

Müfəttiş Cepp küçədə gözləyir. Düzdür, hava çox pisdir,

ancaq, yəqin ki, pəncərəni döyəndə bir az əylənib.

Küləkli və yağışlı havada palçıqlı yolla stansiyaya

gedəndə Puaro söhbətinə davam elədi:

- Bu məsələdə bəzi uyğunsuzluqların olduğunu başa

düşdüm. Həkim demişdi ki, mister Maltravers "Xristian

elmi"nin üzvü olduğundan ona müraciət etmirdi. Bunu ona

mərhumun arvadından başqa kim deyə bilərdi? Bizə isə

xanım Maltravers ərinin tezliklə öləcəyini düşündüyünü

bildirmişdi. Halbuki, bildiyimə görə, "Xristian elmi"nin

tərəfdarları ölümə olduqca fəlsəfi yanaşırlar. Bir də ki,

downloaded from KitabYurdu.org

Page 58: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

58

xanım niyə kapitan Bleykin qayıtdığını görəndə elə sarsıldı?

Həm də əri ölən qadın yas saxlamalı olduğu halda, o, niyə

yanaqlarına ənlik çəkmişdi? Bunu hiss etmədiniz, Hastinqs?

Yox? Deyirdim axı, siz heç nəyə diqqət yetirmirsiniz! İki

variant vardı. Ya kapitan Bleykin danışdığı əhvalat

mister Maltraversi özünə analoji qaydada qəsd etməyə, ya

da həyat yoldaşını onu qətlə yetirməyə sövq etmişdi. Mən

ikinci versiyanın üzərində dayandım. Bunun səbəblərindən

biri də o idi ki, intihar edən adama silahı o cür vəziyyətdə

tutmaq xeyli çətin olur. Bu hadisənin intihar yox, sui-qəsd

olduğunu düşünsəm də, əlimdə heç bir dəlil yox idi. Ona

görə də bu axşam bu kiçik tamaşanı hazırlamalı oldum.

Mən:

- Hələ də bütün bunların necə baş verdiyini başa düşə

bilmirəm, - deyə etiraf etdim.

- Dostum, gəlin, lap əvvəldən başlayaq. Gənc və ağıllı bir

qadın vardı. Bu qadın var-

dövlət xatirinə özündən çox yaşlı bir adama ərə getmişdi.

Sonra maliyyə vəziyyətlərinin, əslində, çox pis olduğunu

öyrənir və ərinə həyatını sığortalatmağı məsləhət görür.

Buna nail olduqdan sonra isə sığorta pulunu almaq üçün

ərindən qurtulmağın yollarını axtarır. Elə bu vaxt evlərində

qonaq olan gənc zabit bir əhvalat danışır. Əhvalatı

eşitdikdən sonra çıxış yolu tapdığını düşünən qadın əri ilə

downloaded from KitabYurdu.org

Page 59: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

59

gəzintiyə yollanır. Naz-qəmzə ilə ərinə: "Qonağımız nə

qəribə əhvalat danışdı? Məncə, heç inandırıcı deyil! Bu,

necə ola bilər ki?.. O adamın bunu necə elədiyini göstərə

bilərsən?" - deyir. Zavallı kişi arvadının sözünə qulaq asıb

silahı ağzına tutur. Qadın barmağını tətiyə qoyub çəkir.

Bundan sonra olanları isə bilirsiniz.

9 Sabahınız xeyir (it.)

10 "Xristian elmi" - XIX əsrin 70-ci illərində ABŞ-da

yaranmış dini təşkilatdır. Onun tərəfdarları sağalmağın

yalnız iman və dualar vasitəsilə mümkün olduğuna

inanaraq, qəti şəkildə tibbi yardımdan imtina edirdilər.

11 Tilberi - Temza çayının şimal sahilində 1886-cı ildə

tikilmiş doklar.

12 Ruh seansı - müxtəlif üsullarla ölmüş insanların

ruhları ilə ünsiyyət yaratmaq.

13 Medium - trans vəziyyətində insanlarla ruhlar

arasında vasitəçi ola bilən insan.

14 Fluoressensiya boyaları - işıq salınanda görünən

boyalar.

Çox ucuz mənzil

Artıq qeyd etdiyim kimi, Puaro təhqiqatlar zamanı,

adətən, işin qətl və ya oğurluq hadisəsi olmasından asılı

olmayaraq, əsas hadisələrdən uzaqlaşır, sonra isə məntiqi

mühakimələrlə onlara aydınlıq gətirirdi. İndi danışılacaq

downloaded from KitabYurdu.org

Page 60: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

60

əhvalatda qeyri-adi təsadüflər ardıcıllığı zahirən anlaşılmaz

olan, lakin Puaronun diqqətini cəlb edən vəziyyətlərdən

olduqca faciəvi nəticələrə qədər uzanmışdır.

Köhnə tanışım Cerald Parkerin evinə qonaq getmişdim.

Evdə mənimlə ev sahibindən başqa altı nəfər də vardı və

Parkerin iştirak etdiyi bütün söhbətlər kimi bu söhbətdə də

Londonda mənzil tutmaq problemindən danışılırdı. Kirayə

məsələsi onun zəif yeri idi. Parker müharibə qurtarandan

bəri azı altı mənzil dəyişdirmişdi. O, bir yerdə məskən

saldıqdan bir qədər sonra, qəfildən daha rahat olacağını

güman etdiyi başqa bir mənzil taparaq ora köçərdi. Kifayət

qədər sərhesab olmasına baxmayaraq, mənzil dəyişdirən

zaman işin maddi tərəfinə qətiyyən əhəmiyyət verməz, bunu

mənfəət xatirinə yox, həvəskarı olduğu üçün edərdi.

Biz bir müddət nəzakətlə Parkerə qulaq asdıq.

Danışmaq növbəsi bizə çatdıqda isə hamı bir- birinin sözünü

kəsə-kəsə danışmağa başladı.

Nəhayət, fikrini bildirmək sırası əri ilə birlikdə gəlmiş

cazibədar xanım Robinsona çatdı:

- Bizim bəxtimizin necə gətirdiyini eşitməmisiniz,

Parker? Nəhayət, ev tapa bildik. Özü də, bilirsiniz, harada?

Monteqyüdə!

- Təbrik edirəm. Oradakı mənzillər çox gözəl, ancaq eyni

zamanda da çox baha olur.

downloaded from KitabYurdu.org

Page 61: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

61

- Məsələ də elə burasındadır ki, bizə mənzili çox aşağı

qiymətə kirayə veriblər. Təsəvvür edirsiniz, ildə cəmi

səksən funta!

- Axı Monteqyü Naytsbricdə yerləşən böyük və cah-

calallı bir binadır, elə deyil?

Bəlkə, siz hansısa ucqar yerdə yerləşən adi bir evdən

danışırsınız?

- Yox, həmin evi deyirəm. Əladır, hə?

- Əlbəttə, əladır. Daha doğrusu, möhtəşəmdir! Ancaq,

görünür, bu işdə bir fırıldaq var. Yəqin böyük miqdarda

avans vermisiniz?

- Bir penni də verməmişik!

- Bir penni də? Ola bilməz!

- Ancaq avadanlığın pulunu ödəmək lazım oldu...

- Aha! Bilirdim ki, avanssız ola bilməz!

- Mənzilin əvvəlki sakinləri əlli funt qarşılığında bütün

mebellərini bizim üçün qoyub getdilər! Özü də çox gözəl

mebellərdir.

- Təslim oluram. Yəqin mənzilin əvvəlki sakinləri

filantropiyaya meyilli ağılsızlar imişlər.

Görünür, xanım Robinson özü də bir qədər çaş-baş

qalmışdı. Qadının zərif qaşları yüngülcə çatıldı:

- Doğrudan qəribədir, hə? Bəlkə mənzildə kabuslar

dolaşır?

downloaded from KitabYurdu.org

Page 62: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

62

-Kabusların mənzillərə dadandığını heç eşitməmişəm.

Parkerin sözləri xanım Robinsonu sakitləşdirə bilmədi:

- Əlbəttə... Hər halda bu işdə nəsə... şübhəli bir şey var.

Mən:

- Məsələn, nə? - deyə soruşdum.

Parker:

- Aha, kriminalistimiz işə qarışdı, - dedi.

- Dərdinizi ona açın, xanım Robinson.

Hastinqs istənilən müəmmanı çözməkdə ustadır.

Bir qədər çəkinə-çəkinə gülsəm də, ürəyimdə mənə

ayrılmış rola görə məmnunluq duyurdum.

- Bəlkə də vəziyyət elə də şübhəli deyil, kapitan

Hastinqs... Mənzillərin icarə qiymətləri ilə maraqlandıqda,

bizə ən azı ildə dörd yüz funtluq mənzilləri təklif etməklə

yanaşı, böyük məbləğdə avans da istədilər. Getməyə

hazırlaşırdıq ki, klerk siyahılarında çoxdan bəri səksən

funtluq bir mənzilin də olduğunu, ancaq bu vaxta qədər

oraya xeyli müştəri

göndərdiklərindən, yəqin ki, artıq tutulduğunu və buna

baxmayaraq, evi tutanların hələ də onlara bu haqda xəbər

vermədiklərini bildirdi. Onun sözlərinə görə, yeni

müştərilər də, böyük ehtimalla, çoxdan kirayəyə verilmiş

mənzilə baxmaq istəmirlər. Biz minnətdarlıq edərək

bildirdik ki, şansımızın, demək olar ki, olmamasına rəğmən

downloaded from KitabYurdu.org

Page 63: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

63

hər ehtimala qarşı mənzilə baxmaq istəyirik. Beləliklə, taksi

tutub mənzilin olduğu yerə yollandıq. Klerkin - dediyi dörd

nömrəli mənzil üçüncü mərtəbədə idi və biz lifti gözləyəndə

özü üçün ev axtaran rəfiqəm Elsi Ferqüsonun pilləkənlərlə

aşağı düşdüyünü gördük. O: "Əzizim, səni qabaqlasam da,

heç nə əldə edə bilmədim. Mənzili artıq tutublar", - dedi.

Gecikdiyimizi

anlasaq da, qiymətin çox aşağı olduğunu nəzərə alaraq daha

böyük məbləğ və hətta beh təklif etmək istədik... Təbii ki,

bunu deyərkən xəcalət çəkirəm, ancaq mənzil tutmağın necə

çətin olduğunu siz də bilirsiniz...

Dərhal onunla razı olduğumu bildirdim. Mənzil tutmaq

uğrunda mübarizədə insanların heç də yaxşı keyfiyyətləri

üstün gəlmir, adətən, hamının yaxşı bildiyi "bacarana can

qurban" qaydasına əməl edilir.

- Biz yuxarı qalxdıq və... inana bilməzsiniz, mənzil heç

də tutulmamışdı! Qulluqçu onu bizə göstərdi, sonra ev

sahibəsi ilə görüşüb məsələni həll etdik. Avadanlıqlar üçün

əlli funt ödədikdən sonra mənzilin açarı

cibimizdə idi. Səhəri gün bütün kağızları imzaladıq; birisi

gün köçürük!

Parker:

- Bəs xanım Ferqüson? - deyə soruşdu. - Siz nə

fikirləşirsiniz, Hastinqs?

downloaded from KitabYurdu.org

Page 64: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

64

Mən:

- Bu ki aydındır, əzizim Vatson, - deyə gülümsədim.

- O, yəqin ki, mənzili səhv salıb.

Xanım Robinson heyranlıqla:

- Necə də ağıllısınız, kapitan Hastinqs! - deyə qışqırdı.

O an Puaronun yanımda olmasını çox istədim. Hərdən

mənə elə gəlir ki, o, mənim qabiliyyətimi lazımınca

qiymətləndirmir.

Xanım Robinsonun hekayəti mənə çox gülməli

görünmüşdü və səhəri gün onu məzəli əhvalat kimi Puaroya

danışdım. Detektiv əhvalata maraq göstərərək, mənə

Londonun müxtəlif rayonlarında mənzil tutmaq şərtləri

haqqında suallar verməyə başladı.

O, fikirli-fikirli:

- Doğrudan da maraqlı əhvalatdır, - dedi. - Bağışlayın,

Hastinqs, sizi bir müddət tək qoyacağam.

Dostum təxminən bir saatdan sonra gözləri parıldaya-

parıldaya qayıdıb gəldi, ağzını açmadan əl ağacını stolun

üstünə qoyaraq özünəməxsus vasvasılıqla şlyapasını şotka

ilə təmizləməyə başladı.

- Heç bir vacib işimiz yoxdur, mon ami. Özümüzü

bütünlüklə yeni araşdırmamıza həsr edə bilərik.

- Nəyi araşdıracaqsınız ki?

- Yeni tanışımız xanım Robinsonun mənzilinin

downloaded from KitabYurdu.org

Page 65: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

65

həddindən artıq ucuz olmasının səbəblərini.

- Puaro, məni ələ salırsınız!

- Qətiyyən. Olduqca ciddiyəm. Bir təsəvvür edin,

dostum, bu cür mənzillərin kirayə haqqı əslində üç yüz əlli

funtdur. Bunu indicə öyrəndim. Halbuki haqqında

danışdığımız mənzili cəmi səksən funta veriblər! Axı niyə?

- Bəlkə, həqiqətən, xanım Robinsonun dediyi kimi, evdə

kabuslar var?

Puaro, görünür, zarafatımdan qıcıqlandığından başını

buladı:

- Bir məsələ də var: rəfiqəsi niyə xanım Robinsona

mənzilin artıq tutulduğunu demişdi? Halbuki o, yuxarı

qalxdıqdan sonra bunun belə olmadığını görüb.

- Qadın sadəcə mənzilləri səhv salmış ola bilməz?

Məncə, bu məsələnin yeganə izahı budur.

- Bəlkə də, haqlısınız, Hastinqs, bəlkə də yox. Lakin fakt,

fakt olaraq qalır ki, çox sayda adamın mənzili tutmaq üçün

müraciət etmələrinə baxmayaraq və olduqca ucuz olmasına

rəğmən mənzil Robinsonların gəlişindən əvvəl

tutulmamışdı.

- Yəqin nəsə bir anlaşılmazlıq olub.

- Deyəsən, xanım Robinson heç bir qəribəlik sezməyib?

Qəribədir, elə deyil? Hastinqs, o, yalan danışmağı sevən

qadınlardan olmaya?

downloaded from KitabYurdu.org

Page 66: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

66

- Yox, ola bilməz!

- Evidemment!15 Siz, hətta suala cavab da verə

bilmirsiniz. Heç olmasa, onu təsvir edin.

- O... o, hündürboydur, gözəl üz cizgiləri, qəşəng qızılı-

sarı saçları var...

- Siz heç vaxt sarı saçlara qarşı etinasız olmamısınız.

Davam edin.

- Mavi gözləri, möhtəşəm qaməti və... Deyəsən,

bu qədər.

- Bəs əri necədir?

- Gənc xoşagəlimli kişidir, gözəçarpan bir xüsusiyyəti

yoxdur.

- Qarayanızdır, yoxsa sarışın?

- Heç yadıma gəlmir. Heç birindən, adi adamdır.

- Hə, bu cür adi kişilərdən çoxdur, ancaq etiraf edin ki,

siz qadınlara qarşı daha iltifatlısınız. Bu cütlük haqqında

nəsə bilirsiniz? Parker onları yaxşı tanıyır?

- Bildiyimə görə, Parker onlarla təzəlikcə tanış olub. Siz

şübhələnirsiniz ki...

Puaro əlini yuxarı qaldırdı:

- Tout doucement, mon ami!16 Məgər mən nədənsə

şübhələndiyimi dedim? Bu əsrarəngiz əhvalata işıq salacaq

bir şey

yoxdur, xanımın adı istisna olmaqla, hə, Hastinqs?

downloaded from KitabYurdu.org

Page 67: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

67

- Onun adı Stelladır. Ancaq mən burada...

Puaro:

- Stella, yəni "ulduz"? Deməli, belə? Əla! - deyə nədənsə

gülümsədi.

- Nə olsun axı?

- O olsun ki, ulduzlar işıq saçır! Voila! 17 Sakit olun,

Hastinqs. Qaşqabağınızı da tökməyin. Ondansa, gəlin

Monteqyüyə gedək, bəlkə nəsə öyrənə bildik.

Həvəslə ona qoşuldum. Qeyd edilən bina bütöv bir

məhəlləni əhatə edirdi. Puaro təkəbbürlü qapıçıya

müraciətlə:

- Pardon 18, - dedi, - Robinsonlar burada yaşayır?

Qapıçı çox qaraqabaq və görünür, hamıdan şübhələnən

bir adam idi. O, bizə diqqətlə baxaraq:

- Üçüncü mərtəbə, dördüncü mənzil, - deyə mızıldadı.

- Təşəkkür edirəm. Çoxdan burada yaşayırlar?

- Altı aydır.

Puaronun iblisanə təbəssümünü başımın arxası ilə hiss

edə-edə heyrətlə irəli atıldım:

- Ola bilməz! Yəqin ki, səhv edirsiniz!

- Altı aydır.

- Əminsiniz? Xanım Robinson hündürboy gözəl

xanımdır, qızılı-sarı saçları və...

- Hə də, buraya təxminən yarım il əvvəl gəliblər.

downloaded from KitabYurdu.org

Page 68: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

68

Qapıçı sözünü deyib yavaş-yavaş vestibülə tərəf getdi.

Mən Puaronun ardınca küçəyə çıxdım. Dostum acı-acı:

- Eh bien!9, Hastinqs? - deyə soruşdu. - Hələ də

cazibədar qadınların həmişə həqiqəti dediyinə inanırsınız?

Cavab vermədim.

Puaro ondan nə edəcəyimizi və haraya gedəcəyimizi

soruşmağıma macal vermədən Brompton-roud istiqamətinə

yola düşdü:

- Daşınmaz əmlak agentliyinə gedirik, Hastinqs. Ümid

edirəm, Monteqyüdə mənzil tuta bilərik. Səhv etmirəmsə,

tezliklə orada maraqlı hadisələr baş verəcək.

Bəxtimiz gətirdi. Beşinci mərtəbədə yerləşən mebelli

mənzil həftədə beş gineyaya

verilirdi. Puaro dərhal onu bir aylığa kirayə tutdu. O, etiraz

etməyə hazırlaşdığımı görüb, küçəyə çıxan kimi məni

qabaqladı:

- Mənim belə bir şıltaqlığa ixtiyarım çatır. Yeri

gəlmişkən, Hastinqs, sizdə tapança var?

Mən bir qədər çaşqın vəziyyətdə:

- Bəli, olmalıdır, - deyə cavab verdim. - Fikirləşirsiniz

ki...

- Bizə lazım olacaq? Belə başa düşürəm ki, bu cür

ehtimal mövcuddur. Romantik situasiyalar həmişə sizin

ürəyinizcə olub.

downloaded from KitabYurdu.org

Page 69: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

69

Səhəri gün biz müvəqqəti mənzilimizə köçdük. Yaxşı

təchiz olunmuş mənzil Robinsonların mənzilindən iki

mərtəbə yuxarıda yerləşirdi.

Ertəsi gün bazar günü idi. Axşama yaxın aşağıdan

çırpılan qapı səsi gələndə Puaro mənzilimizin qapısını

açaraq məni çağırdı.

- Gəlin, bura baxın. Dostlarınız onlardır? Ancaq ehtiyatlı

olun, sizi görməsinlər.

Mən pilləkənə tərəf boylanaraq həyəcanla:

- Bunlar... onlardır, - deyə cavab verdim.

- Yaxşı. Bir az da gözləyək.

Yarım saat da keçdikdən sonra mənzildən işıqda bərq

vuran parlaq paltar geyinmiş gənc bir qadın çıxdı.

Məmnunluq duyduğu açıq- aşkar hiss edilən Puaro

barmaqlarının ucunda evə qayıtdı.

- C'est ca.20 Əvvəl ev sahibləri, sonra da qulluqçu. İndi

mənzildə heç kim olmamalıdır.

- Nə olsun ki?

Puaro yemək otağına keçərək, küncdəki qaldırıcı

mexanizmin kəndirini dartıb gümrah- gümrah:

- İndi bizi toz və zibil paketlərinin aqibəti gözləyir,

- deyə izah etdi. - Ümid edirəm, heç kimin gözünə

görünmərik. Bazar günü konserti, lançdan sonra bazar günü

istirahəti, nəhayət, naharda ingilis rostbifindən sonra bazar

downloaded from KitabYurdu.org

Page 70: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

70

günü mürgüləməsi - bütün bu xoş məşğuliyyətlər insanların

diqqətini bizdən yayındıracaq, Hastinqs. irəli, dostum.

O, qaldırıcının kobud taxta qutusuna çıxdı, mən də

tərəddüdlə onu izləyərək ürkək səslə:

- Necə yəni, başqasının mənzilinə girəcəyik? - deyə

soruşdum.

Puaronun cavabı bir qədər təsəlliverici oldu:

- Bəlkə də hələ bu gün yox.

Kəndiri darta-darta yavaş-yavaş üçüncü mərtəbəyə

düşdük. Puaro qaldırıcının taxta qapısının bağlı olmadığını

görüb, rahat nəfəs alaraq qüssəli-qüssəli:

- Onu nahaq yerə bağlamırlar, - dedi. - Bizim kimi hamı

yuxarı qalxa və yaxud aşağı düşə bilər. Bəlkə gecələr

bağlayırlar? Hər halda ehtiyatlı olmaq lazımdır.

O, sözünü bitirib cibindən alətləri çıxararaq kilidlə

əlləşməyə başladı. Elə etmək lazım idi ki, kilidi içəridən

açmaq mümkün olsun. Puaro cəmi üç dəqiqəyə işini

qurtarıb, alətləri gizlətdi və biz öz mənzilimizə qayıtdıq.

Bazar ertəsi gün boyu dostum gözə dəymədi. O, yalnız

axşam düşəndə qayıdaraq özündən razı halda kreslosuna

yıxıldı.

- Sizə bir əhvalat danışım, Hastinqs? Sevimli filmlərinizə

bənzədiyindən, sizi mütləq əyləndirəcək bir əhvalat.

- Ümid edirəm, bu da sərhəd tanımayan fantaziyanızın

downloaded from KitabYurdu.org

Page 71: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

71

növbəti məhsulu deyil, - deyə güldüm.

- Fantaziya məhsulu-zad deyil. Əvvəldən bu məsələ ilə

məşğul olan Skotlənd Yardlı müfəttiş Cepp danışacağım

əhvalatın həqiqiliyini təsdiq edər. Qulaq asın, Hastinqs.

Təxminən yarım il bundan əvvəl kimsə bir amerikan

hökumət idarəsindən çox vacib sənədləri oğurlayıbmış. Bu

sənədlər arasında

mühüm əhəmiyyətli hərbi-dəniz bazalarının mühafizə

qurğularının istənilən xarici hökuməti, məsələn, Yaponiyanı

maraqlandıra biləcək planları vardı. Bütün şübhələr həmin

idarədə işləyən və sənədlərlə eyni gündə yoxa çıxan italyan

əsilli Luici Valdarno adlı bir gəncə yönəlmişdi. İki gündən

sonra onu İst- Saydda21 güllələdilər.

Sənədlər onun üstündən çıxmadı. Bu hadisədən bir qədər

əvvəl Luici Valdarnonu Elza Hardt adlı gənc bir müğənni

ilə bir yerdə görmüşdülər. Səhnəyə təzə-təzə çıxmağa

başlayan Elza əvvəllər qardaşı ilə birlikdə Vaşinqtonda

yaşayırmış. Qadının keçmişi qaranlıq idi. Luici

Valdarnonun ölümündən sonra yoxa çıxmış müğənninin

xarici kəşfiyyat

xidmətlərindən birinə işlədiyini düşünməyə hər cür əsas

vardı. Sübuta yetirilib ki, onun xidməti siyahısında Böyük

Britaniyada törədilmiş xeyli cinayət var. Birləşmiş Ştatların

məxfi xidməti israrla onu axtarır, bir tərəfdən də

downloaded from KitabYurdu.org

Page 72: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

72

Vaşinqtonda yaşayan bəzi yaponları nəzarətdə saxlayırdı.

Aydın idi ki, Elza təhlükənin sovuşduğunu düşünən kimi,

onlardan biri ilə əlaqə yaradacaq. Vaşinqtonlu yaponlardan

biri iki həftə əvvəl qəfildən İngiltərəyə gəlir. Bu da,

dolayısıyla, Elza Hardtın burada ola biləcəyini fikirləşməyə

əsas verirdi... Elza Hardtın zahiri əlamətləri belədir: boyu

beş funt yeddi düyüm, gözləri mavi, burnu düz, saçları

sarışın və səliqəli, xüsusi əlamətləri yoxdur.

- Xanım Robinson! - deyə ah çəkdim.

- Ola bilər. Bir şeyi də aydınlaşdırdım ki, bu səhər

əcnəbiyə oxşayan qarabəniz bir adam dörd nömrəli mənzilin

sakinləri ilə maraqlanıb. Odur ki, mon ami, bu gecə şirin

yuxunuza haram qataraq mənimlə bu sirli mənzilə baş

çəkməli olacaqsınız - yeri gəlmişkən, hər ehtimala qarşı

tapançanızı da özünüzlə götürün!

- Olar! Nə vaxt başlayırıq?

- Ən münasib vaxt gecəyarısıdır. Bütün maraqlı

hadisələr, adətən, bu vaxt baş verir.

Düz saat on ikidə qaldırıcı mexanizm vasitəsilə ehtiyatla

üçüncü mərtəbəyə düşdük. Puaro qapını açdıqdan sonra

yemək otağına

girdik. Buradan mətbəxə keçərək zala açılan qapını aralı

qoyub stullarda oturduq.

Puaro məmnun-məmnun:

downloaded from KitabYurdu.org

Page 73: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

73

- İndi təkcə gözləmək qalır, - deyərək gözlərini yumdu.

Mənə elə gəldi ki, həddindən artıq çox gözlədik. Bərk

yuxum gəlirdi. Birdən cırmaq səsi eşidildi. Puaro əlimə

toxundu. Ayağa qalxdım və birlikdə zala keçdik. Səs oradan

gəlirdi. Puaro qulağıma:

- Səs bayırdan gəlir, - dedi. - Kimsə kilidlə əlləşir. Mən

komanda verən kimi üzərinə atılıb tutun onu. Ehtiyatlı olun,

silahlı ola bilər.

Elə bu vaxt şaqqıltı səsi gəldi, sökülmüş kilidin yerindən

içəri işıq süzüldü və qapı

yavaş-yavaş aralandı. Puaro ilə mən divara qısılmışdıq.

Qapını açan şəxs yanımızdan keçəndə nəfəsini hiss etdim.

O, yenidən fənərini işə salanda Puaro düz qulağıma:

- Allez!22 - deyə pıçıldadı.

Eyni anda irəli atıldıq, Puaro yun şərfi naməlum adamın

başına atdı, mənsə onun bıçaq tutan əlini burmağa başladım.

İkimiz də sakit və cəld hərəkət edirdik. Əlini bağlamağa nail

olanda naməlum adam əlimdəki tapançanı görüb ram oldu -

artıq müqavimət göstərməyin faydasız olduğunu anlamışdı.

Puaro onun üzərinə əyilib qulağına nəsə pıçıldadı. Kişi,

dostumun cavabında başını təsdiq mənasında tərpətdi.

Detektiv əlini yuxarı qaldıraraq bizi səs salmamağa çağırdı

və biz pilləkənlərlə aşağı düşdük. Küçəyə çıxdıqdan sonra

Puaro mənə tərəf dönüb:

downloaded from KitabYurdu.org

Page 74: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

74

- Tində taksi gözləyir, - dedi. - Tapançanı mənə verin.

Artıq bizə lazım olmayacaq.

- Bəs qaçmağa çalışsa?

Puaro:

- Çalışmayacaq, - deyə gülümsədi.

Bir dəqiqə sonra bizi gözləyən taksinin

yanına çatdım. Puaro artıq naməlum adamın üzündən şərfi

açmışdı. Mən diksinərək:

- Bu ki Cepp deyil? - deyə pıçıldadım.

- Həmişə olduğu kimi çox diqqətlisiniz, Hastinqs. Sizdən

heç nə gizlətmək olmur. Əlbəttə, bu adam Cepp deyil. Axı

o, italyandır.

Taksiyə mindikdən sonra Puaro Sent- Consvuda23

gedəcəyimizi bildirdi. Artıq heç

nə anlaya bilmirdim. Puaronu naməlum italyanın yanında

sorğu-suala tutmaq istəmədiyimdən baş verənlər ətrafında

başımı sındırmaqdan başqa əlimdən heç nə gəlmirdi.

Yolun kənarında yerləşən balaca bir evin yanında

taksidən düşdük. Səki ilə gedən sərxoş bir kişi az qala Puaro

ilə toqquşacaqdı. O, sərt şəkildə nəsə desə də, mən heç nə

eşidə bilmədim. Pillələrlə artırmaya çıxdıq. Puaro əli ilə

bizə kənara çəkilməmizi tapşıraraq zəngi basdı. Heç bir

cavab gəlmədiyindən bu dəfə qapını döyməyə başladı.

Qəfildən qapı aralandı. Bir kişi:

downloaded from KitabYurdu.org

Page 75: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

75

- Nə istəyirsən? - deyə soruşdu.

- Mənə həkim lazımdır. Arvadım xəstələnib.

- Burada həkim-zad yoxdur.

Evdəki kişi qapını bağlamaq istəyirdi ki, Puaro cəld

ayağını qapının arasına qoydu. Bu vəziyyətdə o,

qəzəblənmiş fransızın karikaturasına oxşayırdı.

- Nə danışırsınız? Necə yəni, həkim yoxdur? Mənimlə

gəlməlisiniz! Əks halda bütün gecə qapını döyəcəyəm.

Qapı yenidən açıldı. Əynində xələt və ev ayaqqabıları

olan bir kişi Puaronu susdurmaq üçün bayıra çıxdı. O,

təlaşla ətrafına boylanırdı.

Puaro:

- İndi polis çağıraram, - deyərək bir qədər geri çəkildi.

Kişi:

- Yox, yox, Tanrı xatirinə! - deyə onun üstünə atıldı.

Detektiv bir zərbə ilə kişini yerə sərdi. Bir azdan artıq

üçümüz də evdə idik. Puaro işığı yandırıb:

- Bura gətirin, cəld olun, - deyərək birinci otağa keçdi və

italyana müraciətlə:

- Siz də pərdənin arxasında gizlənin, - deyə əlavə etdi.

İtalyan:

- Si, signer24, - deyərək çəhrayı məxmər pərdənin

arxasına keçdi.

O, təzəcə gizlənmişdi ki, otağa bir qadın daxil oldu.

downloaded from KitabYurdu.org

Page 76: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

76

Hündürboy, qızılı-sarı saçlı bir qadın. Qadının əynində al

rəngli kimono vardı. O, qorxu dolu nəzərlərini bizə zilləyib:

- Ərim hanı? - deyə soruşdu. - Siz kimsiniz?

Puaro irəli çıxıb nəzakətlə baş əydi:

- Ümid edirəm, o, çox üşüməz. Əynində qalın xələt vardı.

- Siz kimsiniz? Evimdə nə işiniz var?

- Doğrudan da, biz sizinlə tanış olmaq şərəfinə nail ola

bilməmişik, madam. Halbuki bizdən birimiz Nyu-Yorkdan

məxsusi olaraq sizinlə görüşmək üçün gəlib.

Pərdə tərpəndi və italyan gizləndiyi yerdən çıxdı. Puaro

tərəfindən taksidə

unudulmuş tapançamın onun əlində olduğunu görəndə məni

dəhşət bürüdü.

Qadın qışqırıb qaçmaq istəsə də, Puaro onun qarşısını

kəsdi. Zavallı:

- Yol verin... Buraxın! - deyə qışqırırdı. - O, məni

öldürəcək.

İtalyan:

- Luici Veldarnoya kim böhtan atmışdı? - deyə

xırıldayaraq tapançanı növbə ilə bizə tuşlayırdı.

Tərpənməyə cürət eləmədən yerimizdə donub qalmışdıq.

- Aman Tanrım, biz məhv olduq, Puaro, - deyə qışqırdım.

- İndi nə edəcəyik?!

- Hastinqs, özünüzü ələ alsanız, çox sevinərəm. Sizi

downloaded from KitabYurdu.org

Page 77: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

77

əmin edirəm ki, mən icazə

verməsəm, dostumuz atəş açmayacaq.

İtalyan qəzəblə dişlərini qıcadı:

- Buna belə əminsən?

Şəxsən mən qətiyyən buna əmin deyildim. Birdən qadın:

- Məndən nə istəyirsiniz? - deyə yenidən Puaroya hücum

elədi.

- Məncə, xanım Elza Hardtı artıq izahatlarla yormağa

ehtiyac yoxdur. Əminəm ki, özü artıq hər şeyi başa düşüb.

Qadın ildırım sürətilə telefon altlığı rolunu oynayan

böyük məxmər pişiyi əlinə aldı:

- Onlar buradadır, içəridə.

Puaro:

- Əla düşünülüb, - deyə mızıldadı. - Sizə yaxşı yol,

madam. Siz gedənə qədər Nyu-

Yorkdan olan dostunuzu tutub saxlayaram.

İtalyan:

- Necə də axmaqsan! - deyə qışqıraraq tapançanı qaldırıb

uzaqlaşmaqda olan qadına atəş açdı. Mən elə həmin an onun

üstünə atıldım.

Yalnız zəif bir şıqqıltı, ondan dərhal sonra isə Puaronun

tənə ifadə edən səsi eşidildi:

- Köhnə dostunuza inanmırsınız,

Hastinqs? Fikirləşirdiniz ki, mən dolu tapançanı, demək olar

downloaded from KitabYurdu.org

Page 78: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

78

ki, tanımadığım bir adama etibar edə bilərəm?

Sonra o:

- Yox, yox, mon ami, - deyə üzünü bayaqdan söyüş

yağdıran italyana tutdu. - Siz mənə minnətdar olmalısınız.

Sizi edamdan

qurtardım. Elə bilirsiniz ki, bu gözəl xanım ədalət

məhkəməsindən qaça biləcək? Xeyr, ev hər tərəfdən

mühasirəyə alınıb. 0, birbaşa polisin əlinə düşəcək. Məgər

bu, sizi qane etmir? İndi gedə bilərsiniz. Ancaq ehtiyatlı

olun, çox ehtiyatlı olun... Dostum Hastinqs qınayıcı

nəzərlərlə mənə baxır. Əslində məsələ çox sadədir.

Əvvəldən aydın idi ki, Monteqyüdəki dörd nömrəli mənzili

tutmaq istəyən yüzlərlə insan arasından yalnız

Robinsonların üzərində dayanıblar. Niyə?

Onları başqalarından fərqləndirən nə idi ki? Zahiri

görünüşləri? Ola bilər, ancaq bu insanların zahiri

görünüşlərində qeyri-adi heç nə yoxdur. Deməli, məsələ

onların soyadlarındadır!

- Axı "Robinson" soyadında da qeyri-adi heç nə yoxdur!

- deyə, az qala çığırdım. - Adi soyaddır.

- Məsələ də elə burasındadır! Elza Hardt və onun əri,

qardaşı və ya hər kimidirsə Nyu- Yorkdan gələrək xanım və

cənab Robinsonların adına mənzil tuturlar. Qəfildən

öyrənirlər ki, Luici Valdarnonun da üzvü olduğu gizli

downloaded from KitabYurdu.org

Page 79: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

79

təşkilatlardan biri onların izinə düşüb. İndi nə edəcəklərini

düşünəndə ağıllarına dahiyanə sadə bir plan gəlir.

Bilirdilər ki, izləyənlər onları üzdən tanımırlar, yalnız

Monteqyüdə Robinson soyadı ilə mənzil tutduqlarından və

Elza Hardtın sarı saçları olduğundan xəbərləri var. Bundan

asan nə ola bilərdi ki? Londonda mənzil axtaran minlərlə

gənc cütlük arasında bir neçə Robinsonlar ailəsi olmaya

bilməzdi. Sadəcə, səbr etmək tələb olunurdu. Sarı saçları

olan Robinson soyadlı xanım meydana çıxdıqdan sonra

gözlənilən adam gəldi. O, soyadı da, ünvanı da bilirdi. Zərbə

endirəcəkdi! Hər şey bitmişdi, intiqam alınacaqdı və elə bu

vaxt xanım Elza Hardt yenidən əldən çıxdı. Yeri gəlmişkən,

Hastinqs, məni həqiqi xanım Robinsonla tanış etməlisiniz.

Görəsən, Robinsonlar mənzillərinin vəziyyətini görəndə nə

fikirləşəcəklər?! Oraya tələsməliyik. Bu da Cepplə

yoldaşları.

Qapını, əvvəlcədən şərtləşdikləri kimi, bir necə dəfə

tıqqıldatdılar.

Puaronun ardınca zala tərəf gedə-gedə:

- Bu ünvanı necə öyrənmisiniz? - deyə soruşdum.

- Hə, bildim, mənzildən çıxanda birinci xanım Robinsonu

izləmisiniz.

- Əla, Hastinqs. Axır ki, boz hüceyrələrinizi işə saldınız.

İndi isə Cepp üçün kiçik bir sürprizim var.

downloaded from KitabYurdu.org

Page 80: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

80

Dostum qapını aralayıb pişiyin başını bayıra çıxararaq

bərkdən miyoldadı. Naməlum bir adamla qapının ağzında

dayanmış Skotlənd Yardlı müfəttiş qorxudan diksinib

yerindən sıçradı:

- Yenə də Puaro və onun işləkləri! İcazə verin, içəri

keçək.

- Dostlarımız sağ-salamatdırlar?

- Bəli, onları sağ-salamat tutduq. Ancaq mal yanlarında

deyildi.

- Elə də bilirdim. Yəqin burada axtarış aparmaq

istəyirsiniz. Yaxşı. Biz də gedəcəkdik, ancaq sizə ev

pişikləri və onların adətləri haqqında kiçik bir mühazirə

oxumaq üçün bir az ləngiyə bilərəm.

- Aman Tanrım! Siz lap ağlınızı itirmisiniz!

- Qədim misirlilər pişiyə sitayiş edirmişlər. Hələ də qara

pişiyin adamın yoluna çıxması yaxşı əlamət hesab edilir. Bu

gecə sizin yolunuza bu pişik çıxdı, Cepp. Bilirəm ki,

İngiltərədə insanların və heyvanların şəxsi problemlərindən

danışmaq nəzakətsizlik hesab edilir. Ancaq bu pişiyin

problemləri fərqlidir. Daxili problemlərini nəzərdə tuturam.

Qəfildən Ceppin yanındakı naməlum adam pişiyi

Puaronun əlindən aldı.

- Sizi həmkarımla tanış etmədim, mister Puaro. Bu,

Birləşmiş Ştatların məxfi xidmətindən mister Bertdir.

downloaded from KitabYurdu.org

Page 81: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

81

Amerikalı dərhal əli ilə pişiyin qarnını yoxlayıb

axtardığını tapdı. Bir anlığa dili tutulsa da, özünü ələ alaraq

nəzakətlə:

- Tanış olduğumuz üçün çox şadam, - deyə bildi.

15 Əlbəttə! (fr.)

16 Tələsməyin, dostum! (fr.)

17 Əla! (fr.)

18 Bağışlayın (fr.)

19 Hə, necədir? (fr.)

20 Belə (fr.)

21 İst-Sayd - Manhetten rayonunun mərkəzi hissəsi.

22 Vaxtdır! (fr.)

23 Sent-Consvud - Londonun şimal- qərbində yerləşən

rayon.

24 Oldu, sinyor (it.)

Ovçu qarovulxanasının sirri

Puaro:

- Ola bilsin ki, - deyə donquldandı, - sağ qalacağam.

Onun sözlərini eşidən kimi kefim duruldu. Məndən sonra

ağır zökəmlə mübarizə aparmaq növbəsi Puaroya çatmışdı.

O, üzərinə yastıqlar düzülmüş yataqda başı yun şalla

bağlanmış halda oturaraq yavaş-yavaş onun şəxsi resepti

əsasında hazırladığım həlimi içirdi. Dostumun baxışları

aram-aram

downloaded from KitabYurdu.org

Page 82: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

82

buxarı taxtasının üstünə düzülmüş dərman butulkalarında

gəzdi:

- Bəli, bəli, - deyə sözünü davam etdirdi. - Tezliklə

sağalıb əvvəlki kimi cinayətkarların qənimi böyük Erkül

Puaro olacağam. Yeri gəlmişkən, mon ami, "Yüksək

cəmiyyət dedi- qoduları" bölməsində özüm haqqında

maraqlı bir yazı tapmışam. Bir qulaq asın: "Sevimli Erkül

Puaro (inanın, xanım qızlar, o, əsl Herakldır) cinayətkarları

tuta bilmədiyindən, onlar özlərini sərbəst hiss edirlər. Nə

üçün tuta bilmir? Çünki qrip onun özünü əsir götürüb!" Hə,

necədir?!

- Bu ki, əladır, Puaro - deyə güldüm. - Populyarlaşırsınız.

Burada təəccüblü bir şey

yoxdur. Axır vaxtlar bütün maraqlı işləri siz araşdırmısınız.

- Elədir. İmtina etdiyim bir neçə məsələ isə olduqca

maraqsız və adi idi.

Ev sahibəsi qapıda göründü:

- Bir cənab gəlib. Müsyö Puaro ilə və yaxud sizinlə

görüşmək istəyir, kapitan. Olduqca həyəcanlı görünür,

bununla belə, hiss olunur ki, centlmendir. Vizit kartını

gətirmişəm.

- Mister Rocer Heverinq, - deyə kartın üzərindəki adı

oxudum. Puaro başı ilə kitab şkafını göstərdi. İtaətlə "Kim

kimdi^'25 soraqçasının dördüncü cildini götürüb dostuma

downloaded from KitabYurdu.org

Page 83: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

83

uzatdım. O, kitabı sürətlə vərəqləməyə başladı:

- Beşinci baron Vinsdorun ikinci oğludur. Min doqquz

yüz otuzuncu ildə Uilyam Krabbın dördüncü qızı Zoya ilə

evlənib.

- Hm, - deyə öskürdüm. - Məncə, bu, "Frivoliti" oynayan

qızdır. O zaman özünü Zoya Karrisbruk kimi təqdim

eləmişdi. Müharibədən əvvəl gənc bir adama ərə getdiyini

xatırlayıram.

- Hastinqs, qonağımızı bura gətirən səbəbin nə olduğunu

öyrənmək istəyirsiniz? Zəhmət olmasa, üzrxahlıq etdiyimi

ona bildirin.

Rocer Heverinqin təxminən qırx yaşı olardı. Gözəl

qamətli və şıq geyimli bir adam idi. Lakin, üzü sınıxmış

görünür, hərəkətləri

isə onun yaman təlaş içində olduğunu göstərirdi.

- Kapitan Hastinqs? Bildiyimə görə, siz müsyö Puaronun

iş ortağısınız. O, elə bu gün mənimlə Derbşirə

yollanmalıdır.

- Deyəsən, bu, mümkün olmayacaq, - deyə cavab

verdim. - Puaro qripdir.

Qonaq, sanki ağır bir zərbə alıbmış kimi:

- Aman Tanrım! - deyə qışqırdı. - İndi mən nə edəcəyəm?

- Nə isə ciddi bir probleminiz var?

- Əlbəttə. Dayım - ən yaxşı və ən yaxın dostum keçən

downloaded from KitabYurdu.org

Page 84: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

84

gecə xaincəsinə qətlə yetirildi.

- Burada, Londonda?

- Yox, yox, Derbşirdə. Mən özüm Londonda idim. Bu

gün səhər arvadımdan

teleqram gəldi... Xəbəri alan kimi kömək edəcəyi ümidi ilə

müsyö Puaronun yanına - tələsdim.

Ağlıma bir ideya gəldiyindən:

- Mənə bir dəqiqəliyə icazə verin, lütfən,

- deyərək yuxarı qalxıb vəziyyəti qısa şəkildə Puaroya izah

etdim. O, dərhal nə demək istədiyimi başa düşdü:

- Aydındır, aydındır. Oraya özünüz getmək istəyirsiniz,

elə deyil? Niyə də olmasın. Yəqin ki, artıq mənim

metodlarımı mənimsəmisiniz. Ancaq sizdən hər gün mənə

ətraflı hesabat göndərmənizi və teleqrafla verəcəyim

təlimatlara əməl etmənizi xahiş edirəm.

Bir saat sonra mən bizi Londondan uzaqlaşdıran qatarda

mister Heverinqin

qarşısında oturmuşdum.

- İndi faciənin baş verdiyi ovçu qarovulxanasına

gedəcəyik. Ancaq nəzərə alın ki, bu, torfluqların ortasında

yerləşən kiçik bir ovçu daxmasıdır. Evimiz Nyumarket

yaxınlığında yerləşir və bundan əlavə, adətən, mövsümi

olaraq Londonda ev tuturuq. Ovçu qarovulxanasına baxan

xidmətçimiz var. Ov mövsümündə ora Nyumarketdən bir

downloaded from KitabYurdu.org

Page 85: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

85

neçə xidmətçi də aparırıq. Dayım Herrinqton Peys

(bildiyiniz kimi, anam Nyu-Yorklu Peyslərdən idi) üç il idi

ki, bizimlə yaşayırdı. Atamla və böyük qardaşımla arası

yaxşı deyildi. Məni ailənin avara oğlu hesab edirdilər və

güman edirəm ki, adət-ənənələrə tabe olmamağım dayımın

mənə daha çox bağlanmasına səbəb

olurdu. Mən yoxsul bir adamam, dayım isə çox varlı idi və

bütün xərclərimizi o çəkirdi. Bir qədər vasvası olsa da, həyat

yoldaşımla mən onunla yola gedə bilirdik. İki gün əvvəl

dayım kübar ziyafətlərindən bezdiyindən bizi bir müddətlik

Derbşirə getməyə razı saldı. Həyat yoldaşım ovçu

qarovulxanasına nəzarət edən xidmətçiyə - xanım

Middltona teleqraf göndərdi və elə həmin gün ora yola

düşdük. Dünən axşam həyat yoldaşımı dayımın yanında

qoyub Londona qayıtmalı oldum. Bu gün də belə bir

teleqram gəldi:

"Tez gəl, dayı keçən gecə öldürüldü. Bacarsan yaxşı

detektiv tap, ancaq istənilən halda gəl. Zoya".

- Belə çıxır ki, məsələnin təfərrüatlarından xəbəriniz

yoxdur?

- Yox, yəqin məlumat axşam qəzetlərində dərc olunacaq.

Polis artıq xəbər tutmuş olmalıdır.

Biz kiçik Elmers Deyi stansiyasına çatanda saat üç

radələri idi. Maşınla daha beş dəqiqə yol getdikdən sonra

downloaded from KitabYurdu.org

Page 86: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

86

boz daşdan tikilmiş balaca bir evin yanına çatdıq. Evi

süpürgə kolları bürümüş torfluqlar əhatə edirdi.

- Xəlvət yerdir, - dedim. Heverinq başını təsdiq

mənasında tərpətdi.

- Bu evi satmağa çalışacağam. Artıq burada yaşaya

bilmərəm.

Kiçik qapını açaraq dar cığırla giriş qapısına tərəf getdik.

Tezliklə tanış bir adamın

bizə tərəf addımladığını gördüm:

- Cepp!

Skotlənd Yardlı müfəttiş mənə dostcasına göz vuraraq

üzünü yol yoldaşıma tutdu:

- Mister Heverinq sizsiniz? Məni Londondan bu işin

araşdırılması üçün göndəriblər. Bir neçə kəlmə danışa

bilərik?

- Axı həyat yoldaşım məni gözləyir.

- Mən artıq gözəl həyat yoldaşınız və xidmətçi ilə

danışmışam. Sizi ləngitmək istəməzdim, ancaq burada olan

hər şeyi nəzərdən keçirdiyimdən, təcili kəndə getməliyəm.

- Mən hələ konkret bir şey bilmirəm...

- Təbii. Ancaq sizin fikrinizi öyrənmək istəyirəm.

Kapitan Hastinqs köhnə tanışımdır.

O, lütf edib həyat yoldaşınıza gəldiyinizi xəbər verər. Yeri

gəlmişkən, balaca belçikalıya nə etmisiniz, kapitan?

downloaded from KitabYurdu.org

Page 87: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

87

- Yataqdan qalxa bilmir. Zökəm olub.

- Doğrudan? Təəssüf edirəm. Siz də tək qalmısınız. Lap

atsız qalmış araba kimi.

Müfəttişin zarafatına cavab vermədən artırmaya çıxdım.

Cepplə Heverinq uzaqlaşan kimi qapının zəngini basdım.

Bir neçə dəqiqədən sonra qara geyimli, orta yaşlı bir qadın

qapını açdı.

- Mister Heverinq bir neçə dəqiqədən sonra gələcək,

- dedim. - Onu müfəttiş ləngitdi. Mən onunla birlikdə

Londondan bu işi araşdırmaq üçün

gəlmişəm. Baş verənləri qısa şəkildə danışa bilərsinizmi?

- İçəri keçin, ser.

Qadın qapını örtdü. Biz pis işıqlandırılmış zala daxil

olduq.

- Hadisə dünən axşam o adam gəldikdən sonra baş verdi.

O, mister Peysi görmək istədiyini dedi, ləhcəsi mister

Peysin ləhcəsi ilə eyni olduğundan qonağın ev sahibinin

Amerikadan gəlmiş dostu olduğunu düşündüm və onu silah

otağına aparıb mister Peysi çağırmağa getdim. Həmin adam

adını deməmişdi. Qəribədir, hə? Ancaq o an, necə oldusa,

buna əhəmiyyət vermədim. Mister Peysə qonaq haqqında

məlumat verdim. O, təəccüblənsə də, ev sahibəsinə:

"Bağışla,

Zoya, gedim görüm nə istəyir", - deyib silah otağına getdi.

downloaded from KitabYurdu.org

Page 88: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

88

Mətbəxə keçdikdən bir müddət sonra qonaqla mister Peysin

mübahisə edirmiş kimi ucadan danışdıqlarını eşitdim.

Dərhal zala keçdim. Ev sahibəsi artıq orada idi. Qəfildən

atəş səsi eşidildi və sakitlik çökdü. Hər ikimiz silah otağının

qapısına tərəf atılsaq da, qapı bağlı olduğundan pəncərəyə

tərəf qaçmalı olduq. Pəncərə açıq idi. Mister Peys otaqda

qan gölməçəsi içində uzanmışdı.

- Bəs qonaq necə oldu?

- Yəqin biz gəlmədən əvvəl pəncərədən qaçıb, ser.

- Sonra nə oldu?

- Xanım Heverinq məni polis idarəsinə yolladı. Ora

qədər beş mildir! Polislər mənimlə

evə gəldilər və konstebl gecə burada qaldı. Səhər isə London

polis idarəsindən nümayəndə gəldi.

- Mister Peysin yanına gələn adam necə görünürdü?

Xidmətçi fikrə getdi:

- Qara saqqalı vardı, ser. Nə cavan idi, nə də yaşlı,

əynində də rəngli palto vardı. Bir də amerikan ləhcəsi ilə

danışmasından başqa bir şey xatırlamıram...

- Aydındır. Xanım Heverinqlə də danışmaq istərdim.

- O, yuxarıdadır. Sizi necə təqdim edim?

- Zəhmət olmasa, ona deyin ki, mister Heverinq küçədə

müfəttiş Cepplə söhbət edir. Mən də onun Londondan

gətirdiyi adamam.

downloaded from KitabYurdu.org

Page 89: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

89

Mümkün qədər tez bir zamanda onunla danışmaq istəyirəm.

- Yaxşı, ser.

Bütün faktları öyrənməyə can atırdım. Ceppin şübhəli

şəkildə tezliklə kəndə getmək istəməsi məni də onun ardınca

getməyə sövq edirdi.

Xanım Heverinq məni çox gözlətmədi. Bir neçə

dəqiqədən sonra pilləkəndə yüngül addım səsləri eşitdim və

başımı qaldıranda gözəl gənc bir xanımın aşağı düşdüyünü

gördüm. Əynində bədən biçimini nəzərə çarpdıran qırmızı

rəngli cemper vardı. Eyni rəngli balaca dəri şlyapa onun

qara qıvrım saçlarına çox yaraşırdı. Baş vermiş faciənin

şoku belə, ətrafa saçdığı həyat eşqini öldürə bilməmişdi.

Özümü təqdim edəndə xanım Heverinq:

- Sizinlə müsyö Puaro haqqında çox şey eşitmişəm,

- dedi. - Dəfələrlə heyrətamiz nəticələr əldə etmisiniz! Sizi

gətirdiyinə görə həyat yoldaşıma əhsən. İndi isə suallarınızı

verin. Bu işi araşdırmağın yeganə yolu budur, elə deyil?

- Hadisə nə vaxt baş verib?

- Təxminən saat doqquzda. Yenicə şam eləmişdik, qəhvə

içib siqaret çəkirdik.

- Həyat yoldaşınız evdə deyildi?

- Xeyr. O, yeddiyə on beş dəqiqə işləmiş qatarla yola

düşmüşdü.

- Stansiyaya maşınla getmişdi, yoxsa piyada?

downloaded from KitabYurdu.org

Page 90: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

90

- Bizim maşınımız yoxdur. Elmers Deyldəki qarajdan

maşın çağırtdırmışdı.

- Mister Peysin hərəkətlərində qəribəlik- filan

sezmədiniz ki?

- Qətiyyən. Həmişəki adam idi.

- Qonağı təsvir edə bilərsiniz?

- Təəssüf ki, xeyr. Mən onu görmədim. Xanım Middlton

onu birbaşa silah otağına aparmış, sonra da gəlib dayıya

xəbər vermişdi.

- Dayınızın reaksiyası necə oldu?

- Mənə elə gəldi ki, təəccüblənib. Ancaq yenə də durub

silah otağına getdi. Beş dəqiqə sonra qonaqla onun ucadan

danışdığını

eşitdim. Zala getdim və bu zaman, az qala, xanım

Middltonla toqquşacaqdım. Sonra atəş səsi eşitdik. Silah

otağının qapısı içəridən bağlanmışdı və biz pəncərəyə tərəf

qaçmalı olduq. Bu, bir qədər vaxt apardığından qatil

qaçmağa nail oldu. Zavallı dayı... güllə düz başına

dəymişdi. Dərhal keçindiyini anladığımdan, xanım

Middltonu polis idarəsinə göndərdim. Çox ehtiyatlı

davrandım: heç nəyə toxunmadım, hər şey olduğu kimi

qaldı.

- Bəs silah necə oldu?

- Divardan ərimin iki tapançası asılmışdı. Onlardan biri

downloaded from KitabYurdu.org

Page 91: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

91

yoxa çıxıb. Bunu polislərə dedim, onlar ikinci tapançanı da

götürdülər. Gülləni çıxardıqdan sonra, yəqin, məsələ aydın

olacaq.

- Həmin otağa baxa bilərəm?

- Bəli, əlbəttə. Polislər artıq baxıb qurtarıblar. Ancaq

cəsəd aparılıb.

Qadın məni cinayətin baş verdiyi otağa apardı. Elə bu

vaxt Heverinq zala daxil olduğundan, o, üzr istəyərək ərini

qarşılamağa getdi, mən tək qaldım.

Dərhal qeyd edim ki, otağı nəzərdən keçirdikdən sonra

gəldiyim nəticələr olduqca çaşdırıcı idi. Detektiv

romanlarda ətraf əşyayi- dəlillərlə dolu olur, ancaq mən

otaqda xalçadakı böyük qan ləkəsindən başqa diqqətəlayiq

bir şey görə bilmədim. Cidd- cəhdlə hər yanı nəzərdən

keçirdim, hətta bir neçə foto da çəkdim. Pəncərənin

altındakı sahəyə baxsam da, oradakı torpaq o qədər

tapdanmışdı ki, buna vaxt sərf etməyin lüzumsuz olduğunu

düşündüm. Qısası, ovçu qarovulxanasında lazım bildiyim

hər şeyi diqqətlə nəzərdən keçirdim. Bundan sonra Elmers

Deylə gedib Cepplə danışmaq lazım gəlirdi. Heverinqlərlə

vidalaşıb, gəldiyimiz maşınla stansiyaya yollandım.

Ceppi "Metlok Arme" mehmanxanasında tapdım və o,

məni cəsədə baxmaq üçün meyitxanaya apardı. Herrinqton

Peys balacaboy, arıq, üzü təmiz qırxılmış bir adam olub

downloaded from KitabYurdu.org

Page 92: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

92

tipik amerikalıya bənzəyirdi. Bircə başının arxasında dəlik

vardı.

Cepp:

- Arxasını çevirən kimi, - deyə izah etdi, - yanındakı

adam tapançanı götürüb atəş

açıb. Xanım Heverinqin bizə verdiyi tapança dolu idi. Yəqin

ikincisi də dolu imiş. İnsanların ağlına qəribə fikirlər gəlir...

Evdə dolu tapança saxlamaq da işdir?

Bayıra çıxdıqdan sonra müfəttişdən:

- Bu məsələ haqqında nə düşünürsünüz?

- deyə soruşdum.

- Əvvəl Heverinqdən şübhələnirdim. Onun keçmişində

xeyli şübhəli məqamlar var. Oksfordda oxuduğu zaman

atasının çek kitabçasındakı imzasını blanka köçürməklə

saxtakarlıq edibmiş. Təbii ki, işi ört-basdır eləyiblər.

Bundan əlavə, boğaza qədər borc içindədir və bu borcların

bəzilərindən dayısının xəbəri olmamalı idi. Ən vacibi isə

odur ki, dayısının vəsiyyətnaməsi Heverinqin lehinədir.

Odur ki, ondan şübhələnmişdim. Buna görə də, arvadı ilə

görüşmədən əvvəl onunla danışmaq istədim. Ancaq onların

ifadələri üst- üstə düşür. Mister Heverinq həqiqətən yeddiyə

on beş dəqiqə işləmiş qatarla Londona yola düşüb. Bunu

stansiyada da dəqiqləşdirdim. O, vağzaldan birbaşa kluba

yollanıb. Qətl baş verəndə o, qatarda imiş.

downloaded from KitabYurdu.org

Page 93: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

93

- Bəs saqqal haqqında nə düşünürsünüz?

Cepp göz vurdu:

- Məncə, Elmers Deyidən ovçu qarovulxanasına gedənə

qədər uzanıb. İndiyə qədər rast gəldiyim bütün

amerikalıların üzü təmiz qırxılmış olub, ancaq bir tərəfdən

də qatili mister Peysin amerikalı tanışları arasında axtarmaq

lazımdır. Xidmətçini də, ev

sahibəsini də dindirmişəm. İfadələri üst-üstə düşür. Heyf ki,

xanım Heverinq qatili görməyib! O, çox fəhmli qadındır və

yəqin ki, izə düşməyimizə imkan verəcək bir şey görə

bilərdi!

Puaro üçün ətraflı hesabat hazırlasam da, yeni bir

hadisənin baş verib-vermədiyini aydınlaşdırmadan məktubu

göndərmədim.

Güllə çıxarılmış, ekspertiza da atəşin xanım Heverinqin

polislərə təqdim etdiyi silaha oxşayan silahdan açıldığını

təsdiq etmişdi. Bundan əlavə, mister Heverinqin marşrutu

yoxlanılmış və onun həqiqətən qeyd etdiyi qatarla Londona

yola düşdüyü məlum olmuşdu. Bir sensasiyalı fakt da

aşkarlanmışdı: səhər vağzala yollanan bir

İllinq sakini dəmiryolunu keçəndə relslərin üzərində

qəhvəyi kağıza bükülmüş bir şeyə ilişibmiş. O, bağlamanı

açanda kağıza bükülmüş əşyanın tapança olduğu məlum

olub... Bunu görən illinq sakini dərhal polis idarəsinə

downloaded from KitabYurdu.org

Page 94: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

94

yollanıb. Artıq axşama qədər məlum oldu ki, tapılan silah

məhz axtarılan tapançadır. Ondan yalnız bir dəfə atəş

açılmışdı.

Təbii ki, bunları da hesabatıma əlavə etdim. Səhər

yeməyi vaxtı Puarodan teleqram gəldi:

"Əlbəttə ki, qara saqqallı adam Heverinq deyildi. Belə

fikir ancaq sizinlə Ceppin ağlına gələ bilərdi. Xidmətçinin

xarici görünüşü bu gün səhər əynində olan paltar, eləcə də

xanım

Heverinq haqqında mənə teleqraf göndərin. İnteryer

fotolarına vaxt sərf etməyin, bu, sizdə pis alınır".

Dostumun zarafatı məni bir az çaşdırdı. Onun hadisələrin

mərkəzində olmağıma və yerində araşdırma apara bildiyimə

görə mənə paxıllıq etdiyini düşünürdüm. Detektivin

qadınların paltarlarına qarşı göstərdiyi qəribə maraq mənə

zarafat kimi gəlsə də, hər iki qadının paltarlarının mümkün

qədər ətraflı təsvirini ona göndərdim.

Saat on birdə Puarodan cavab teleqramı gəldi:

"Ceppə gec olmamış xidmətçini həbs etməsini tapşırın".

Bu teleqram məni daha da çaşdırsa da, dostumun

tapşırığını Ceppə çatdırdım.

Müfəttiş sakit-sakit:

- Müsyö Puaro çox ağıllı adamdır! - dedi. - Boş yerə

teleqram göndərməz. Mən heç o qadına diqqət

downloaded from KitabYurdu.org

Page 95: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

95

yetirməmişdim. Ancaq onu heç bir səbəb göstərmədən necə

həbs edə bilərik? İzləmək lazımdır. Gedib bir baş çəkək.

Gecikmişdik. Xanım Middlton yoxa çıxmış, yalnız yol

çantası qalmışdı. Çantada yalnız adi geyimlər vardı.

Xidmətçinin şəxsiyyətini və ya yaşadığı yeri müəyyən

etməyə imkan verəcək bir şeyə rast gələ bilmədik.

Xanım Heverinq onun haqqında aşağıdakıları danışdı:

- Xanım Middltonu üç həftə qabaq əvvəlki xidmətçimiz

xanım Emeri işdən çıxdığı üçün işə götürmüşdüm. Onu

yanıma xanım Selburnun agentliyindən göndərmişdilər. Bu,

kifayət qədər ciddi bir təşkilatdır. Bütün xidmətçilərimiz

oradandır. Bir neçə qadın göndərsələr də, mən xanım

Middltonu bəyəndim, həm də onu tərifləmişdilər. Dərhal

qadını işə götürüb agentliyə məlumat verdim. Mehriban,

sakit bir qadındır. Yəqin burada bir anlaşılmazlıq var.

Həqiqətən, bu əhvalat çox müəmmalı idi. Qətl

törədiləndə xidmətçi xanım Heverinqlə birlikdə zalda

olduğundan, cinayəti özü törədə bilməzdi. Ancaq qatillə bir

əlaqəsi olmalı idi, əks halda niyə gözlənilmədən yoxa çıxsın

ki?

Hadisələrin inkişafı haqqında Puaroya teleqraf

göndərərək Selburn agentliyini araşdırmasını xahiş etdim.

Dostumun cavabı özünü çox gözlətmədi: "Qeyd

etdiyiniz agentlikdə, yəqin ki, heç kim onun haqqında heç

downloaded from KitabYurdu.org

Page 96: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

96

vaxt heç nə eşitməyib. Birinci dəfə ovçu qarovulxanasına

hansı nəqliyyatla gəldiyini aydınlaşdırın."

Çaşqınlıq içində olsam da, Puaronun tapşırığını yerinə

yetirdim. Elmers Deyldəki nəqliyyat vasitələrinin sayı xeyli

məhdud idi. Buradakı qarajda iki əzilmiş "Ford", stansiyada

isə iki ekipaj vardı. Ancaq xidmətçinin gəldiyi gün onlardan

heç kim istifadə etməyibmiş. Sualımın cavabında xanım

Heverinq xidmətçi qadına Derbşirə gəlməsi üçün pul

verdiyini

bildirdi. Həmin pul ovçu qarovulxanasına qədər maşın və ya

ekipaj tutmağa kifayət etməli idi. Adətən, "Ford"lardan biri

stansiyada növbə çəkirmiş. Qətl törədilən axşam stansiyada

olanların heç biri saqqallı və ya saqqalsız yad adama rast

gəlmədiyindən, belə nəticə çıxarmaq olardı ki, qatil

qarovulxanaya onu yaxınlıqda gözləyən hansısa başqa

maşınla gəlib. Sonra həmin maşınla da aradan çıxıb. Yəqin

sirli xidmətçini də yeni iş yerinə həmin maşın gətiribmiş.

Qeyd edim ki, agentliyə sorğu göndərdikdən sonra

Puaronun proqnozlarının doğru olduğu məlum oldu. Xanım

Middltonun adı agentliyin siyahılarında yox idi. Agentlik

xanım Heverinqin sifarişi əsasında onun yanına bir

neçə namizəd göndərib, xanım Heverinq isə agentliyin

haqqını ödəsə də, qadınlardan hansını işə götürdüyünü

xəbər verməyi unudub.

downloaded from KitabYurdu.org

Page 97: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

97

Tamamilə çaşbaş vəziyyətdə Londona qayıtdım. Evə

gələndə əynində ipək xələt olan Puaro rahatca buxarının

qarşısında kresloda oturmuşdu. O:

- Mon ami, Hastinqs! Sizi gördüyüm üçün necə də

şadam, - deyə məni ürəkdən salamladı. - Heç demə, mən

sizə çox bağlanmışammış. Necəsiniz? Cepplə bir yerdə

xeyli əziyyət çəkmisiniz, deyəsən? Təhqiqatdan zövq ala

bildiniz?

- Puaro, bu əhvalat başdan-ayağa müəmmadır! Bu

cinayət heç vaxt

açılmayacaq.

- Bəli, görünür, bu dəfə qələbəmizlə öyünə

bilməyəcəyik.

- Yəqin ki. Bu iş çox qəlizdir.

- Ancaq mən, hələ ki, qəliz işlərin öhdəsindən gələ

bilirəm. Herrinqton Peysin kim tərəfindən öldürüldüyü

mənə məlumdur. Məni tamam başqa şey narahat edir...

- Məlumdur?! Necə öyrənə bildiniz?

- Teleqramlarıma göndərdiyiniz ətraflı cavablarda

kifayət qədər vacib fakt vardı. Hə, Hastinqs. Gəlin, sıra ilə

sadalayaq. Birincisi, Mister Herrinqton Peys ölümündən

sonra bacısı oğluna qalacaq böyük bir sərvətə sahib idi.

İkincisi, mərhumun varisi olan bacısı oğlunun maddi

vəziyyəti ağırdır. Üçüncüsü də,

downloaded from KitabYurdu.org

Page 98: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

98

bu bacıoğlunun, necə deyərlər, mənəvi dəyərlərə o qədər də

əhəmiyyət vermədiyi - məlumdur.

- Axı Rocer Heverinqin qətl törədilən zaman Londona

gedən qatarda olduğu sübut edilib?!

- Precisement26, həm də mister Heverinq Elmers Deyli

yeddiyə on beş dəqiqə işləmiş tərk eləmişdi və mister Peys

onun gedişindən əvvəl öldürülə bilməzdi. Bütün bunları

nəzərə aldıqda, əminliklə demək olar ki, mister Heverinq

əmisinə atəş açmayıb. Ancaq nəzərə almaq lazımdır ki,

hadisə baş verən zaman xanım Heverinq də qarovulxanada

idi.

- Bu, ola bilməz! Atəş açılan zaman xidmətçi onun

yanında olub.

- Elədir. Sonra da qəfildən yoxa çıxdı.

- Onu tapacaqlar.

- Buna əmin deyiləm. Hastinqs, sizə elə gəlmir ki, bu sirli

xidmətçidə nəsə bir qəribəlik var? Şəxsən məni bəzi

məsələlər o saat şübhələndirdi.

- O, sadəcə, öz işini görüb aradan çıxıb.

- Bəs işi nədən ibarət idi?

- Təbii ki, o, öz yoldaşına - qara saqqallı adama kömək

etməli idi.

- Xeyr, onun rolu bu deyildi. Onun rolu qətl törədilən

anda xanım Heverinqin başqa yerdə olmasını təmin

downloaded from KitabYurdu.org

Page 99: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

99

etməkdən ibarət idi. Və indi heç kim heç vaxt o qadını tapa

bilməyəcək, mon ami, çünki belə bir adam, ümumiyyətlə,

mövcud olmayıb! Böyük

Şekspirin dediyi kimi, "Belə bir adam heç vaxt olmayıb".

Təbəssümümü zorla gizlətməyə çalışaraq:

- Onu Dikkens deyib, - deyə mızıldadım.

- Nə demək istəyirsiniz, Puaro?

- Demək istəyirəm ki, Zoya Heverinq ərə getmədən

əvvəl aktrisa idi. Siz də, Cepp də xidmətçini, sadəcə,

yarıqaranlıq zalda görmüsünüz. Üstəlik də, nə Cepp, nə

polislər, nə də siz xanım Middltonla ev sahibəsini eyni

vaxtda görməmisiniz. Ağıllı və cəsarətli bir qadın üçün bu,

sadəcə, uşaq oyunu kimi bir şeydir. O, ev sahibəsinə xəbər

vermək bəhanəsi ilə yuxarı qalxaraq əyninə cemper, parik

və şlyapa geyinmiş, qrimini dəyişdirib Zoya Heverinq kimi

aşağı düşmüşdü.

Xidmətçiyə diqqət yetirmək heç kimin ağlına gəlməyib.

Onun cinayətlə əlaqədar olduğunu düşünən də olmayıb.

- Bəs İllinqdə tapılmış tapança? Onu oraya xanım

Heverinq apara bilməzdi.

- Xeyr, bu, Rocer Heverinqin işidir. Ancaq bunu nahaq

eləyiblər. Cinayətin izinə düşməyimə məhz relslərin

üstündə tapılmış o tapança kömək elədi. Təsadüfən əlinə

keçmiş silahdan istifadə edən adam onu elə oradaca atıb

downloaded from KitabYurdu.org

Page 100: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

100

gedər, özü ilə Londona aparmaz. Cinayətkarların məntiqi,

təbii ki, aydındır. Onlar polisin diqqətini Derbşirdən kənara

çəkmək istəyirmişlər. Polisləri mümkün qədər tez bir

zamanda ovçu qarovulxanasının ətrafını tərk etməyə

məcbur etmək lazım idi.

Təbii ki, İllinqdə tapılmış silah mister Peysi öldürmək üçün

istifadə edilmiş silah deyil. Rocer Heverinq ondan bir dəfə

atəş açdıqdan sonra özü ilə Londona aparıb və cinayət

yerində olmadığını sübut etmək üçün vağzaldan birbaşa

kluba, oradansa elektrik qatarı ilə İllinqə gedib. O, bu səfərə

cəmi iyirmi dəqiqə vaxt sərf eləyib. Paketi relslərin üzərinə

atdıqdan sonra da Londona qayıdıb. Gözəl həyat yoldaşı

Zoya Heverinq isə şam yeməyindən sonra soyuqqanlılıqla

mister Peysi qətlə yetirib. Xatırlayırsınızsa, mərhum

arxadan vurulub. Bu da çox mühüm məqamdır. Bundan

sonra qadın silahı yenidən doldurub, divardakı yerinə

asaraq, bu ağlasığmaz komediyaya start verib.

- İnanılmazdır. Amma...

- Amma həqiqətdir. Bien sur27, dostum, bu, həqiqətdir.

Problem bu gözəl cütlüyü məhkəmə qarşısına

çıxarmaqdadır. Təbii ki, Cepp əlindən gələni edəcək. Hər

şeyi ətraflı şəkildə ona yazmışam. Ancaq qorxuram ki, bu

caniləri Tanrıya tapşırmalı olaq.

Dostumun ehtiyat etməsi əsassız deyildi. Cepp Puaronun

downloaded from KitabYurdu.org

Page 101: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

101

gəldiyi nəticələrin doğruluğuna şübhə etməsə də, bunu

sübut etmək üçün dəlil tapa bilmədi.

Mister Peysin var-dövləti qatillərinin əlinə keçdi. Ancaq

onlar cəzasız qalmadılar.

Qəzetdə avtomobil qəzasında ölənlərin arasında xanım və

cənab Heverinqlərin də

olduğunu oxuyanda ədalətin qalib gəldiyini düşündüm.

25 "Kim kimdir" - illik bioqrafik soraqça. Əsasən

Britaniya vətəndaşları haqqında məlumatları əhatə edir.

1840-cı ildən buraxılır.

26 Tamamilə doğrudur (fr.)

27 Şübhəsiz (fr.)

Oğurlanmış milyon

Bir gün səhər əlimdəki qəzeti kənara qoyaraq:

- Aman Tanrım, axır vaxtlar elə hey istiqraz

vərəqələrinin oğurlanması haqqında məlumat verilir! -

dedim.

- Puaro, gəlin, bir müddət təhqiqatın nəzəri məsələləri ilə

maraqlanmağa son qoyub, nəhayət, cinayətin özü ilə məşğul

olaq.

- Haqlısan, dostum. Bir bu son hadisəyə bax. London

və Şotlandiya bankı tərəfindən

Nyu-Yorka göndərilmiş milyon dollar dəyərindəki Liberti

istiqraz vərəqələri "Olimpiya"nın göyərtəsindən müəmmalı

downloaded from KitabYurdu.org

Page 102: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

102

şəkildə yoxa çıxıb. Ah, bircə bu dəniz xəstəliyim olmasaydı,

böyük laynerlərdən birində səyahətə yollanardım.

- Hə, - deyə həvəslə dilləndim. - Bu laynerlərin bəziləri

hovuzları, mehmanxanaları, restoranları, palma

oranjereyaları olan əməlli-başlı saraylardır. Adam heç

dənizdə olduğuna inana bilmir.

- Mən özümü həmişə dənizdə hiss edirəm. Dediyin o

bəzək-düzəklər məni zərrə qədər də maraqlandırmır. Bir

təsəvvür elə, kim bilir, neçə-neçə dahilər o dediyin üzən

saraylarda gizlicə səfərə çıxır, orada cinayət

aləminin neçə görkəmli simasına rast gəlmək olar!

- Demək, bunu fikirləşirmişsiniz! - deyə güldüm.

- Liberti istiqraz vərəqələrini oğurlayan adamı tutmaq

istəyirsiniz.

Ev sahibəsi söhbətimizi yarıda kəsdi:

- Mister Puaro, bir xanım sizi görmək istəyir.

Qadının dostuma uzatdığı vizit kartında "Xanım Esme

Farkuar" yazılmışdı.

Puaro stolun altına əyilib yerə düşmüş kağız parçasını

götürərək səliqəylə səbətə qoyduqdan sonra əli ilə ev

sahibəsinə qonağı içəri dəvət etməsini bildirdi.

Bir dəqiqə sonra qonaq otağına iyirmi beş yaşlı, qəşəng

geyimli gözəl bir qız daxil oldu. Qızın böyük qonur

gözlərinə və gözəl qamətinə heyran qaldım.

downloaded from KitabYurdu.org

Page 103: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

103

Puaro:

- Zəhmət olmasa, oturun, madmazel, - deyə təklif etdi. -

Bu, kiçik problemlərin həllində mənə kömək edən dostum

kapitan Hastinqsdir.

- Müsyö Puaro, mənim problemim çox böyükdür. Yəqin

ki, bu haqda qəzetlərdən oxumuşunuz. "Olimpiya"m və

Liberti istiqraz vərəqələrini nəzərdə tuturam.

Görünür, qız Puaronun üzündə peyda olan heyrət

ifadəsini gördüyündən dərhal:

- Yəqin ki, mənim London və Şotlandiya bankı ilə nə

əlaqəmin olduğunu soruşacaqsınız, - deyə əlavə etdi.

- Bir tərəfdən heç bir əlaqəm yoxdur, digər tərəfdən isə var.

Mən Filip Ricveyin nişanlısıyam.

- A! Mister Ricvey...

- Bəli, o, istiqraz vərəqələrinə görə məsuliyyət daşıyırdı.

Oğurluqda günahı olmasa da, bu, onun səhvidir. Filip çox

məyusdur. Əmisi onun paroxodda ağzından söz qaçırdığını

düşünür. Zavallının karyerası məhv oldu.

- Əmisi kimdir ki?

- Bankın baş direktorlarından biridir, mister Vavasur.

- Xanım Farkuar, əhvalatı ətraflı şəkildə danışın.

- Yaxşı. Bilirsiniz ki, bank Amerikadakı kreditlərini

artırmaq istədiyindən, Liberti istiqraz vərəqələrini milyon

dollardan baha qiymətə satmaq qərarına gəlmişdi. Mister

downloaded from KitabYurdu.org

Page 104: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

104

Vavasur səfər üçün öz qardaşı oğlunu seçdi. Filip uzun

illərdir bankda məsul vəzifədə çalışır və Nyu-Yorkda həyata

keçirilən bütün bank əməliyyatları ilə tanışdır. "Olimpiya"

Liverpuldan ayın iyirmi üçündə yola düşüb, istiqraz

vərəqələri isə Filipə səhər yola düşmədən əvvəl bankın baş

direktorları mister Vavasur və mister Şou tərəfindən verilib.

Vərəqələr Filipin iştirakı ilə sayılaraq zərfə

qoyulub, möhürlənərək elə o dəqiqə çantaya yığılıb.

- Çantanın kilidi adi kilid idi?

- Yox, mister Şou xüsusi Habbs kilidi tətbiq etməkdə

israr edirdi. Artıq qeyd etdiyim kimi, Filip zərfi çantaya

qoymuşdu. Zərf paroxodun Nyu-Yorka çatmasından bir

neçə saat əvvəl oğurlanıb. Bütün paroxodda diqqətlə axtarış

aparılsa da, heç bir nəticə əldə edilməyib. İstiqraz vərəqələri

elə bil havaya buxarlanıb.

- Onlar "Olimpiya"nın çatmasından yarım saat sonra

kiçik hissələrə bölünərək satılıb! İndi mən mister Ricveylə

danışmalıyam.

- Elə mən də sizdən mənimlə "Çeşir pendiri"ndə səhər

yeməyi yemənizi xahiş

edəcəkdim. Filip də orada olacaq. Ancaq o, kömək üçün sizə

müraciət etdiyimi bilmir.

Dərhal razılaşıb taksi ilə restorana yollandıq. Artıq orada

olan mister Filip nişanlısını iki yad kişinin yanında görəndə

downloaded from KitabYurdu.org

Page 105: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

105

xeyli təəccübləndi. O, hündürboy, gənc və xoş görünüşlü,

cəmi otuz yaşında görünsə də, gicgahları ağarmış bir adam

idi.

Xanım Farkuar nişanlısına yaxınlaşıb əlini çiyninə

qoydu:

- Məni bağışla, Filip, səninlə məsləhətləşmədən bu

centlmenləri dəvət eləmişəm, icazə ver, müsyö Erkül Puaro

ilə kapitan Hastinqsi sənə təqdim edim.

Özünü itirmiş Ricvey detektivin əlini sıxa- sıxa:

- Sizin haqqınızda çox eşitmişəm, müsyö Puaro!

- deyə bildirdi. - Ancaq Esmenin başıma... başımıza gələnlər

haqqında sizinlə məsləhətləşmək istəyəcəyi ağlıma

gəlməzdi.

- Filip, qorxurdum ki, bunu eləməyimə icazə

verməyəsən.

- Görünür, ona görə də, ehtiyatlı davranmısan. Müsyö

Puaro, ümid edirəm, bu qeyri-adi müəmmaya aydınlıq

gətirməyə müvəffəq olarsınız. Təşviş və narahatlıqdan lap

başımı itirmişəm.

Doğrudan da, Ricveyin siması arıqlayıb uzanmışdı,

üzündə əzablı bir ifadə vardı.

Puaro:

- Yaxşı, - dedi, - gəlin yeməyimizi yeyib, bu məsələni

birlikdə müzakirə edək. Mən bütün əhvalatı sizin özünüzdən

downloaded from KitabYurdu.org

Page 106: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

106

eşitmək istəyirəm.

Möhtəşəm bifştekslə pudinqi həzmi- rabedən keçirənə

kimi Filip Ricvey yoxa çıxmış istiqraz vərəqələri ilə

əlaqədar əhvalatı nəql etdi.

Onun danışdıqları da xanım Farkuarın danışdıqları ilə

üst-üstə düşürdü. Ricvey sözünü bitirdikdən sonra Puaro:

- Bəs istiqrazların oğurlandığından necə xəbər tutdunuz,

mister Ricvey? - deyə soruşdu.

Ricvey bərkdən güldü:

- Bu, dərhal gözə çarpdı, müsyö Puaro. Çantanın yarısı

kayutdakı ləmənin altından kənara çıxmışdı. Kilidi

sındırmağa çalışıblarmış, odur ki, çantanın kilid olan yeri

kəsik-kəsik idi.

- Ancaq, mən bildiyimə görə, kilid açarla açılmışdı, elə

deyil?

- Tamamilə doğrudur. Görünür, oğru kilidi sındıra

bilmədiyindən necəsə açmağa nail olub.

Puaronun gözlərində mənə yaxşı tanış olan yaşıltəhər

işıq yanmağa başlamışdı:

- Maraqlıdır. Çox maraqlıdır! Əvvəlcə kilidi sındırmaq

üçün xeyli vaxt itirib, sonra da birdən-birə fərqinə varıb ki,

açarı var imiş. Axı hər bir Habbs kilidi təkrarsız, unikal olur!

- Ona görə də oğrunun açarı ola bilməzdi!

- Bunun belə olduğuna əminsiniz?

downloaded from KitabYurdu.org

Page 107: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

107

- Şərəfimə and içirəm! Həm də ki, açarı var idisə, niyə

mümkünsüz olduğu halda kilidi sındırmağa çalışaraq, boş

yerə vaxt sərf edirdi?

- Aha! Sirri açsaq, elə bu qəribə faktın sayəsində

açacağıq. Sualıma görə inciməyin: çantanı açıq

qoymadığınıza əminsiniz?

Filip Ricvey, bircə Puaroya baxmaqla kifayətləndi və

detektiv jestlə üzrxahlıq etməli oldu.

- Yaxşı, yaxşı, sizə inanıram, ancaq bəzən belə hallar baş

verir. Deməli, istiqrazlar sizin diqqətsizliyinizə görə

oğurlanmayıb. Bəs sonra oğru onları nə edib? Onlarla sahilə

necə çıxıb?

- İş də elə bundadır! Oğurluq haqqında gömrükçülərə

məlumat verildiyindən gəmidən çıxan bütün canlıların üstü

yoxlanmışdı.

- Bildiyimə görə, istiqrazlar böyük zərfdə idi?

- Bəli. Paroxodda gizlədilmiş ola bilməzdi, çünki

"Olimpiya"nın çatmasından cəmi yarım saat sonra, artıq

kiçik partiyalarla satılmağa başlayıb. Mən heç istiqraz

vərəqələrinin nömrələrinin göndərilməsini xahiş etmək

üçün Londona teleqram vurmağa imkan tapa bilməmişdim.

Hətta bir dəllal məni inandırmağa çalışırdı ki, bir neçə

istiqrazı hələ "Olimpiya"nın gəlişindən əvvəl alıb.

- Paroxodun yanından sürətli kater keçməmişdi ki?

downloaded from KitabYurdu.org

Page 108: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

108

- Yalnız xidməti katerlər, özü də həyəcan siqnalı

veriləndən sonra keçirdi, istiqraz vərəqələrinin bu yolla

ötürülməsinə imkan verməmək üçün şəxsən özüm vəziyyəti

nəzarətdə saxlayırdım. Müsyö Puaro, az qalmışam dəli

olum! İnsanlar istiqrazları mənim oğurladığımı iddia

etməyə başlayıblar.

- Axı sahilə çıxanda sizi də yoxlamışdılar, elə deyil?

Ricvey özünü itirmiş halda Puaroya baxdı

- Bəli, əlbəttə.

Puaro müəmmalı şəkildə gülümsədi:

- Deyəsən, fikrimi tuta bilmədiniz. İndi gərək bankda

bəzi araşdırmalar aparım.

Ricvey vizit kartını götürüb üzərinə bir neçə söz yazdı:

- Bunu göstərsəniz, əmim dərhal sizi qəbul edər.

Ona təşəkkür edib, xanım Farkuarla sağollaşaraq

London və Şotlandiya bankının yerləşdiyi Trednidl-stritə

yola düşdük. Ricveyin vizit kartını göstərdikdən sonra klerk

bizi hücrə və masalar labirinti ilə birinci mərtəbədəki kiçik

kabinetə apardı. Burada hər iki baş direktor tərəfindən

qarşılandıq. Mister Vavasurun qısa ağ saqqalı vardı, mister

Şounun üzü isə təmiz qırxılmışdı.

Mister Vavasur:

- Bildiyimə görə, siz ancaq özəl təhqiqat ilə məşğul

olursunuz, - dedi. - Biz məsələni Skotlənd Yarda

downloaded from KitabYurdu.org

Page 109: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

109

tapşırmışıq. Bu işlə müfəttiş

Mak Neyi məşğul olur, mən bilən, o, çox bacarıqlı

mütəxəssisdir.

Puaro nəzakətlə:

- Şübhə etmirəm, - deyə cavab verdi. - icazə verin,

qardaşınız oğlunun işi ilə əlaqədar bir neçə sual verim.

Birinci sualım kilid haqqındadır. Onu kim sifariş vermişdi?

Mister Şou:

- Mən özüm, - dedi. - Bu işi heç kimə həvalə edə

bilməzdim. Açara gəldikdə isə mister Ricveyin, mənim və

mister Vavasurun hərəyə bir açarımız vardı.

- Heç bir klerkin əlinə keçə bilməzdi?

Mister Şou sual dolu baxışlarla mister

Vavasura baxdı. O isə:

- Açarlar seyfə qoyulduqları tarixdən - ayın iyirmi

üçündən bəri seyfdə də qalıb. Təəssüf ki, həmkarım iki həftə

əvvəl - Filipin yola düşdüyü gün xəstələnmişdi, yenicə

sağalıb.

Mister Şou qəmgin-qəmgin:

- Ağır bronxit mən yaşda adam üçün zarafat deyil,

- deyə əlavə etdi. - Onsuz da mister Vavasur tək işləməkdən

yorulmuşdu, bir tərəfdən də bu istiqraz vərəqələri...

Puaro bir neçə sual da verdi. Onun əmi ilə qardaşoğlu

arasındakı yaxınlıq dərəcəsini aydınlaşdırmağa çalışdığını

downloaded from KitabYurdu.org

Page 110: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

110

anlayırdım. Mister Vavasur konkret və dəqiq cavablar

verirdi. Məlum oldu ki, onun qardaşı oğlu bankın

etibarlı işçisi sayılır, borcu və ya maliyyə problemləri də

yoxdur. O, əvvəllər də oxşar tapşırıqları icra eləyibmiş.

Nəhayət, direktorlarla vidalaşıb bankı tərk etdik.

Küçəyə çıxdıqdan sonra Puaro:

- Məyus oldum, - dedi.

- Daha çox şey öyrənəcəyinizi düşünürdünüz? Qocalar

yaman zəhlətökən imişlər.

- Məni onların zəhlətökənliyi məyus etmədi, dostum.

Onsuz da bank direktorlarının, sənin romanlarında

göstərilən kimi, "qartal baxışlı ağıllı maliyyəçilər" olduğunu

düşünmürdüm. Məni işin həddindən artıq bəsit olması

məyus etdi.

- Bəsit?

- Bəli. Siz belə düşünmürsünüz?

- Deməli, istiqraz vərəqələrini kimin oğurladığını

bilirsiniz?

- Bilirəm.

- Onda... biz...

- Tələsməyin, Hastinqs. Hal-hazırda heç nə etmək

fikrində deyiləm.

- Niyə? Nəyi gözləyirsiniz?

- "Olimpiya"nı gözləyirəm. O, çərşənbə axşamı Nyu-

downloaded from KitabYurdu.org

Page 111: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

111

Yorkdan gələcək.

- Bəs birdən oğru bu müddət ərzində aradan çıxdı?

Məsələn, cənubdakı adalarda gizlənə bilər.

- Yox, dostum, adada yaşamaq onluq deyil.

"Olimpiya"nı isə ona görə gözləyirəm ki, Erkül Puaro üçün

bu məsələ gün kimi aydın

olsa da, o qədər də istedadlı olmayan başqaları, məsələn,

müfəttiş Mak Neyi üçün faktları təsdiq etmək xatirinə əlavə

araşdırma da aparmaq lazımdır. Gərək özümüz qədər

istedadlı olmayanları da nəzərə alaq.

- Heç olmasa bircə dəfə axmaq vəziyyətinə düşdüyünüzü

görmək üçün çox şeyimi verərdim! Çox təkəbbürlüsünüz!

- Özünüzdən çıxmayın, Hastinqs. Düzünü desəm, hiss

edirəm ki, get-gedə mənə nifrət etməyə başlayırsınız. Bu da

böyüklüyün bahasıdır!

Dostum sinəsini qabağa verib gülməli şəkildə ah çəkdi.

Çərşənbə axşamı qatarla Liverpula yollandıq. Puaro

israrla düşündükləri haqqında

məlumat vermək istəmir, sadəcə, hələ də məsələni başa düşə

bilməməyimə təəccüblənməklə kifayətlənirdi. Onunla

mübahisə etməyi özümə yaraşdırmadığımdan, marağımı

laqeydlik maskası altında gizlətməli oldum.

Transatlantik laynerin dayandığı körpüyə çatan kimi

detektiv ciddiləşdi. Bütün işimiz keçən reyslə gəmidə Nyu-

downloaded from KitabYurdu.org

Page 112: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

112

Yorka üzmüş dörd nəfəri növbə ilə sorğu-sual etməkdən

ibarət oldu.

Bizə eynəkli yaşlı centlmen haqqında danışdılar. Onun

şikəst olduğunu, kayutundan zorla çıxdığını dedilər.

Həmin yaşlı centlmenin xarici görünüşü haqqında

deyilənlər Filip Ricveyin kayutu ilə

yanaşı yerləşən 24 nömrəli kayutda olan mister Ventnorun

xarici görünüşü ilə üst-üstə düşürdü. Puaronun Ventnorun

gəmidə olduğunu və onun xarici görünüşü haqqındakı

məlumatları necə öyrəndiyini başa düşə bilməsəm də, çox

həyəcanlanmışdım.

Puaro:

- Deyin görüm, - deyə soruşdu, - o centlmen Nyu-Yorka

çatanda gəmini hamıdan əvvəl tərk elədi?

- Xeyr, ser, əksinə, o, axırda çıxanlardan oldu.

Puaronun mənə güldüyünü hiss edirdim. O, müsahibinə

minnətdarlıq etdikdən sonra geri qayıtdıq.

Mən acı-acı:

- Hər şey çox yaxşıdır, - dedim. - Ancaq bu axırıncı

cavab sizin nəzəriyyənizi alt-üst elədi! İndi nə qədər

istəyirsiniz gülümsəyin!

- Hastinqs, siz yenə heç nə anlamadınız. Əksinə, bu

axırıncı cavab mənim nəzəriyyəmin təməl daşı olacaq.

Qatarımız yola düşəndə Puaro bir neçə dəqiqə diqqətlə

downloaded from KitabYurdu.org

Page 113: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

113

nəsə yazdıqdan sonra yazdıqlarını zərfə qoydu:

- Bu, hörmətli müfəttişimiz Mak Neyi üçündür.

Londona çatdıqdan sonra zərfi Skotlənd Yarda

göndərərək "Randevu" restoranına yollandıq. Buradan

telefon açıb xanım Esmeni bizimlə nahar eləməyə dəvət

etdim.

Puaro gözlərini ağardaraq:

- Bəs Ricvey? - deyə soruşdu.

- Məgər indi bütün şübhələr onun üzərinə düşmür?

- Hastinqs, məntiqsiz düşünməyə başlamısınız. Əgər

oğru Ricvey olsaydı, iş daha effektli olardı, ancaq, təbii ki,

xanım Farkuar üçün yox. İndi isə gəlin hər şeyi ətraflı

şəkildə nəzərdən keçirək. Görürəm ki, sizin üçün çox

maraqlıdır. Bilirik ki, möhürlənmiş zərf bağlı çantadan yoxa

çıxıb. Şübhəsiz ki, zərfi sahilə çıxarmaq olmazdı...

- Elədir, amma bilirik ki...

- Bəlkə siz bilirsiniz, Hastinqs, ancaq mən bilmirəm.

Mən sadə bir məntiqə inanıram: O şey ki, mümkün deyil,

deməli, mümkün deyil! İki variant qalır: zərf gəmidə

gizlədilib (qeyd

edim ki, bunu etmək olduqca çətindir), ya da göyərtədən

atılıb.

- A! Üzgəc bağlamaqla!

- Üzgəcsiz.

downloaded from KitabYurdu.org

Page 114: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

114

Təəccüblə Puaronun üzünə baxdım:

- Əgər istiqraz vərəqələri göyərtədən atılıb suda

batırılıbsa, sonradan onları Nyu- Yorkda necə satıblar?

- Məntiqinizə heyranam, Hastinqs. Əgər istiqraz

vərəqələri Nyu-Yorkda satılıbsa, deməli, göyərtədən

atılmayıb. Başa düşürsən, bu, bizi hara aparıb çıxarır?

- Başladığımız yerə.

- Əsla. Əgər zərf göyərtədən atılıbsa və istiqraz

vərəqələri Nyu-Yorkda satılıbsa, deməli, onlar zərfdə

olmayıb. Məgər

möhürlənmiş zərfdə məhz istiqraz vərəqələrinin olduğunu

sübut edəcək dəlillər mövcuddur? Xatırladım ki, mister

Ricvey zərfi Londonda təhvil aldıqdan sonra bir dəfə də

açmayıb.

- Haqlısınız, ancaq onda...

Puaro səbirsiz-səbirsiz əlini yellədi:

- İcazə verin davam edim. Axırıncı dəfə istiqraz

vərəqələrini səhər üçə iyirmi dəqiqə qalmış London və

Şotlandiya bankının kabinetində görüblər. Sonradan isə

vərəqələr "Olimpiya"nın sahilə çatmasından yarım saat

sonra, bir dəllalın sözlərinə görə isə gəminin gəlməsindən

bir qədər əvvəl Nyu-Yorkda peyda olub. Vərəqələrin,

ümumiyyətlə, "Olimpiya"da olmadığını fərz etsək, nə olar?

Onların Nyu-Yorka çatdırılması üçün başqa yol ola

downloaded from KitabYurdu.org

Page 115: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

115

bilərdimi? Bəli, ola bilərdi. "Caygentik" də

Sautgemptondan "Olimpiya" ilə eyni gündə yola düşmüşdü,

ancaq onun sürəti çox idi. İstiqraz vərəqələri "Caygentik"lə

göndərilmiş olsaydı, "Olimpiya"nın sahilə çatmasından bir

gün əvvəl Nyu-Yorkda olardı. Bütün sirr də bundan

ibarətdir. Möhürlənmiş zərf saxta idi və bankda

hazırlanmışdı. İkinci zərfi hazırlamaq və birinci ilə

dəyişdirmək üç adamın işi ola bilər: ya Ricveyin, ya da

direktorlardan birinin. İstiqraz vərəqələri Nyu- Yorkdakı

tərəfdaşa göndərilmiş və tərəfdaşa onları "Olimpiya"nın

sahilə çatmasından dərhal sonra satmaq tapşırığı verilmişdi.

Bu

arada kimsə "Olimpiya"da oğurluq səhnəsi quraşdırmalı idi.

- Axı niyə?

- Ricvey zərfi açıb istiqraz vərəqələrinin orada

olmadığını görsəydi, bütün şübhələr avtomatik olaraq

Londona yönələcəkdi. Ricveylə qonşu kayutdakı adam qıfılı

sındırırmış kimi davranaraq, əslində ehtiyat açarla çantanı

açıb zərfi götürmüş və göyərtədən atmışdı. O, Ricveyin

gözünə görünmək istəmədiyi üçün "Olimpiya"m tərk

edərkən gəminin boşalmasını gözləyib. Cinayətkar Nyu-

Yorkda sahilə çıxdıqdan sonra elə ilk paroxodla geri

qayıdıb.

- Bəs kimdir bu cinayətkar?

downloaded from KitabYurdu.org

Page 116: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

116

Puaro:

- Ehtiyat açarı olan adam, kilidi sifariş edən adam,

əslində şəhər kənarındakı evində bronxitdən əziyyət

çəkməyən adam - "zəhlətökən" qoca mister Şou! Dostum,

hərdən yuxarı təbəqələrdə də cinayətkarlara rast gəlinir. Hə,

biz də gəlib çatdıq. Salam, madmazel Farkuar! İcazə

verərsiniz? - deyərək fərəhlənə-fərəhlənə gözəl qızın hər iki

yanağından öpdü.

Misir sərdabəsinin sirri

Puaro ilə birlikdə başımıza gəlmiş macəraların ən

maraqlılarından biri də firon Man-Hen-Panın qəbrinin

tapılıb qazılmasından dərhal sonra ardıcıl baş vermiş qəribə

ölüm hallarının araşdırılması olub.

Qahirədən bir qədər aralıda qazıntı işləri aparan Nyu-

Yorklu ser Con Uilyard və mister Blaynber gözlənilmədən

qəbirə rast gəlmişdilər.

Onların kəşfi böyük marağa səbəb olmuşdu. Məlum

olmuşdu ki, tapılmış qəbir qədim çarlığın süqutunun

başlanğıcında mövcud olmuş Səkkizinci Xanədanın

hökmdarlarından biri olan firon Men-Hen-Paya məxsusdur.

Bu dövr haqqında çox az məlumat olduğundan, tapıntılara

mətbuatda geniş yer ayrılmışdı.

Tezliklə insanların diqqətini özünə çəkən bir hadisə baş

verdi: ser Con Uilyard qəfildən infarkt nəticəsində vəfat

downloaded from KitabYurdu.org

Page 117: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

117

etdi.

Daim sensasiya axtarışında olan qəzetlər dərhal bu

fürsətdən istifadə edərək Misir xəzinələri ilə əlaqədar olan

bədbəxtliklər haqqındakı qədim mistik əhvalatları

xatırlamağa başladılar.

Hətta Britaniya muzeyindəki qədim mumiya - büzüşmüş

qədim şabalıd da mövsümün dəbdə olan eksponatına

çevrildi.

İki həftə sonra mister Blaynber qan zəhərlənməsi

nəticəsində dünyasını dəyişdi, bundan bir neçə gün

keçdikdən sonra isə onun qardaşı oğlu Nyu-Yorkda silahla

qətlə yetirildi. Hamı "Men-Hen-Panın lənəti"ndən

danışmağa başladı.

Məhz həmin ərəfədə Puaro xanım Uilyarddan məktub

aldı.

Mərhum arxeoloqun dul arvadı detektivdən onun

Keniqstondakı evinə baş çəkməsini xahiş edirdi. Mən də

dostumla məktubda göstərilən yerə yollandım.

Xanım Uilyard dərin hüzn içində, hündürboy, arıq bir

qadın idi. Üzündə yaxın günlərdəki itkisinin doğurduğu

iztirab açıq- aşkar sezilirdi.

- Çox sağ olun ki, dərhal gəldiniz, müsyö Puaro.

- Qulluğunuzdayam, xanım Uilyard. Məndən məsləhət

almaq istəyirsiniz?

downloaded from KitabYurdu.org

Page 118: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

118

- Bilirəm ki, siz çox tanınmış detektivsiniz. Ancaq sizinlə

yalnız bir detektiv kimi danışmaq istəmirəm. Sizin həyata

fərqli baxışınız, təcrübə və təxəyyülünüz var. Zəhmət

olmasa, fövqəltəbii hadisələr haqqında nə düşündüyünüzü

deyərdiniz.

Puaro bir qədər fikirləşib:

- Gəlin bir-birimizi azdırmayaq, xanım Uilyard, - dedi. -

Mənə verdiyiniz sual qətiyyən abstrakt xarakterə malik

deyil. O, sizin üçün olduqca konkret bir məna ifadə edir.

Söhbət həyat yoldaşınızın ölümündən gedəcək?

- Bəli, elədir.

- Onun ölümünü araşdırmağımı istəyirsiniz?

- istəyirəm ki, mətbuatda gedən məlumatların hansı

hissəsinin həqiqətən faktlara əsaslandığını öyrənim. Üç

ölüm, müsyö Puaro. Hər birinin ayrı-ayrılıqda izahı olsa da,

inanın, üçünün birdən baş verməsi çox qəribə təsadüfdür.

Özü də hər üç hadisə qəbrin tapılmasından sonrakı bir ay

ərzində

baş verib. Bəlkə də bu, həqiqətən, fövqəltəbii qüvvələrin

işidir. Bəlkə də ölülərin müasir elmə məlum olmayan

formada təzahür edən intiqamıdır. Hər halda fakt faktlığında

qalır: üç ölüm hadisəsi baş verib. Və çox qorxuram ki, bu,

hələ son olmaya bilər.

- Kimə görə qorxursunuz?

downloaded from KitabYurdu.org

Page 119: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

119

- Oğluma görə. Həyat yoldaşımın ölüm xəbəri gələndə

xəstə idim. Odur ki, Misirə Oksforddan yenicə qayıtmış

oğlum getməli oldu. O, cənazəni evə gətirdikdən sonra

mənim xahişlərimə baxmayaraq, yenidən oraya qayıtdı.

Oğlum atasının işlərinin yarımçıq qalmamasını və qazıntı

işlərinin davam etdirilməsini istəyirdi. Müsyö Puaro, məni

axmaq, savadsız hesab edə bilərsiniz,

ancaq mən qorxuram. Birdən ölmüş fironun ruhu hələ də

razı qalmayıbsa, nə olacaq? Bəlkə də mənim cəfəngiyat

danışdığımı düşünürsünüz...

- Xeyr, xanım Uilyard. Fövqəltəbii qüvvələrə mən də

inanıram.

Təəccüblə ona baxdım - heç vaxt ağlıma gəlməzdi ki,

Puaro axirətin mövcudluğuna inanır. Lakin dostum son

dərəcə səmimi görünürdü.

- İstəyirsiniz ki, oğlunuzu qoruyum? Bunun üçün

əlimdən gələni edəcəyəm.

- Əgər bu, adi hadisə olsaydı, bacarardınız. Ancaq mistik

qüvvələrə qarşı nə etmək olar ki?

- Xanım Uilyard, orta əsrlərin foliantlarında qara magiya

ilə mübarizə üsulları təsvir edilib. Yəqin ki, o zamankı

insanlar öz elmi ilə öyünən bizlərdən daha məlumatlı

olublar. İndi isə, gəlin, araşdırmalı olduğum faktlara keçək.

Həyat yoldaşınız hər zaman təəssübkeş misirşünas olub,

downloaded from KitabYurdu.org

Page 120: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

120

elədir?

- Bəli, gəncliyindən bəri. O bu sahənin ən böyük

mütəxəssislərindən biri hesab olunurdu.

- Bəs mister Blaynber necə? Mən bilən, o, sadəcə

həvəskar idi?

- Bəli. Mister Blaynber zəngin bir adam idi və o an ağlına

gələn hər bir işə asanlıqla baş vururdu. Həyat yoldaşım onu

misirşünaslığa

cəlb eləməyə nail olmuşdu. Ekspedisiya da onun hesabına

təşkil edilmişdi.

- Bəs mister Blaynberin qardaşı oğlu necə? Onun maraq

dairəsi haqqında nə bilirsiniz? O da başqaları kimi

ekspedisiyada iştirak edirdi?

- Zənn eləmirəm. Mən qəzetdən onun ölümü haqqında

oxuyana qədər belə bir adamın varlığından xəbərsizdim.

Onunla mister Blaynberin yaxın olduqlarını düşünmürəm.

Blaynber heç vaxt qohumları haqqında danışmazdı.

- Ekspedisiyanın qalan iştirakçıları kimlər idi?

- Britaniya muzeyinin rəsmi nümayəndəsi və eksperti

Doktor Tossvil, onun Metropoliten

muzeyindən olan həmkarı mister Şnayder, mister

Blaynberin gənc amerikalı katibi həkim Eyms, həkim, bir də

həyat yoldaşımın sevimli və sadiq xidmətçisi Həsən.

- Mister Blaynberin katibinin adını xatırlamırsınız?

downloaded from KitabYurdu.org

Page 121: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

121

- Deyəsən, Harper idi. Ancaq əmin deyiləm. Mister

Blaynberlə təzəlikcə işləməyə başlamışdı. Çox xoşagəlimli,

gənc bir adam idi.

- Çox sağ olun, xanım Uilyard.

- Başqa köməyim dəyə bilər sizə?

- Hal-hazırda yox. Bu işin araşdırılmasını mənə həvalə

edin. İnanın, oğlunuzu qorumaq üçün əlimdən gələni

əsirgəməyəcəyəm.

Puaronun sözləri o qədər də təsəlliverici olmadı və onları

eşidəndə xanım Uilyardın diksindiyini gördüm. Hərçənd

detektivin onun təlaşlarına istehza etməməsi və bu işə ciddi

yanaşması qadına təskinlik verməli idi. Mənə gəlincə,

əvvəllər heç vaxt Puaronun fövqəltəbii qüvvələrə

inandığının şahidi olmamışdım. Evə yola düşəndə bu barədə

söz açdım. Dostum qaşqabaqlı və dərhal işə başlamağa

qərarlı idi.

- Əziz dostum Hastinqs, mən həqiqətən bu qüvvələrin

gücünə inanıram. Siz də onları əhəmiyyətsiz hesab etməyin.

- Bəs indi nə edəcəyik?

- Hastinqs, həmişəki kimi çox işgüzarsınız! Eh bien28,

ilk növbədə Nyu-

Yorka teleqraf göndərəcəyik. Gərək gənc Blaynberin ölümü

haqqında ətraflı məlumat əldə edək.

O, belə də etdi. Tez bir vaxtda Nyu- Yorkdan dəqiq

downloaded from KitabYurdu.org

Page 122: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

122

cavab gəldi.

Gənc Ruper Blaynber bir neçə il imiş ki, çətin

vəziyyətdəymiş. Sonradan Cənub dənizindəki bir adaya

köçərək burada özünə müvəqqəti iş tapıb. Lakin iki il əvvəl

Nyu- Yorka qayıdıb və yenidən müflisləşməyə başlayıb.

Məncə, ən diqqətəlayiq fakt Ruperin bir qədər əvvəl Misirə

getmək üçün müəyyən miqdarda yol pulu axtarması faktı

idi. O, hamıya Misirdə yaxın bir dostunun olduğunu, ondan

pul götürərək borcunu qaytaracağını deyirmiş.

Lakin gənc Blaynberin bu planı baş tutmamış, o,

fironların sümükləri ilə qohumlarından daha çox

maraqlanan əmisinə lənət yağdıra-yağdıra Nyu-Yorka

qayıtmalı - olmuşdu.

Ser Uilyardın ölümü onun Misirdə olduğu vaxta təsadüf

edirdi. Ruper Nyu-Yorka qayıtdıqdan sonra da yüngül həyat

sürməyə davam etmiş və gözlənilmədiyi halda, qəfildən

özünü öldürmüşdü. Yazıb qoyduğu kağızda bir sıra

qəribəliklər vardı: özünü cüzam xəstəsi və toxunulmaz biri

kimi təqdim edirdi. Məktubun sonuncu cümləsində onun

kimisinin ölməsinin daha düzgün olacağı qeyd edilmişdi.

Beynimdə tutqun bir nəzəriyyə formalaşmışdı. Əvvəllər

çoxdan ölüb getmiş

Misir fironlarının lənətinə inanmazdım və hesab edərdim ki,

cinayətkarı indiki dövrdə axtarmaq lazımdır.

downloaded from KitabYurdu.org

Page 123: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

123

Fərz etmək olar ki, gənc Blaynber zəhərin köməyi ilə

əmisindən qurtulmaq qərarına gəlib. Zəhəri səhvən ser Con

Uilyard qəbul edib.

Cinayəti törətdikdən sonra gənc Nyu- Yorka qayıdıb.

Burada əmisinin də öldüyünü eşidib. O, işlətdiyi cinayətin

mənasız olduğunu dərk edərək peşmanlıq hiss etdiyindən

özünə qəsd edib.

Bu fərziyyəni Puaro ilə bölüşdüm. O:

- Dostum, sizin bu düşündükləriniz çox bəsitdir, çox, -

dedi. - Bəlkə də hər şey məhz

belə olub. Ancaq siz firon qəbrinin kiçicik təsirini

fərziyyənizə salmamısınız.

Çiyinlərimi çəkdim:

- Sizcə, bu məsələni ciddi qəbul eləməyə dəyər?

- O qədər ciddi qəbul eləməyə dəyər ki, günü sabah

Misirə yola düşəcəyik.

- Necə?

- Sadəcə.

Puaronun simasında fədakarlıq etməyə hazır olduğunu

göstərən qəhrəmancasına bir ifadə vardı. O, ah çəkərək acı-

acı:

- Lakin dəniz... - dedi. - Bu lənətə gəlmiş dəniz...

Bir həftə keçdi. Ayaqlarımızın altında səhranın qızılı

qumları xırçıldayır, günəş odunu

downloaded from KitabYurdu.org

Page 124: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

124

üstümüzə ələyirdi. Başdan-ayağa əzab mücəssəməsinə

çevrilmiş Puaro gözümün qabağında yavaş-yavaş yoxa

çıxırdı. Balaca belçikalını yaxşı səyyah adlandırmaq

olmazdı - Marseldən Misirə qədər dörd günlük dəniz səfəri

onun üçün əsl işgəncəyə çevrilmişdi. İsgəndəriyyədə sahilə

detektivin solğun kölgəsi çıxdı.

Dostum hətta təmizkarlığından da müvəqqəti olaraq

imtina eləmişdi.

Qahirəyə çatan kimi birbaşa ehramların kölgəsində

yerləşən "Men Haus" otelinə yollandıq. Mən bütünlüklə

Misirin cazibəsinə qapılmışdım. Ancaq bu, Puaroya aid

deyildi. Eynən Londondakı kimi geyinmiş detektiv cibində

paltarlarını təmizləmək üçün balaca

şotka gəzdirir və durmadan üst-başına bulaşmış qumlarla

mübarizə aparırdı. O:

- Ayaqqabılarıma baxın, Hastinqs, - deyə zarıyırdı.

- Hər zaman parlaq, gözəl və təmiz olan dəri

ayaqqabılarımın indi üstləri də, içləri də qumla doludur. Çox

pis və ürəkağrıdıcı bir şeydir bu. Bir yandan da bu isti!

İstidən lap bığlarım sallanıb.

Mən isə:

- Sfinksə baxın, - deyə təkid edirdim. - Adama elə gəlir

ki, ətrafa sirr və füsunkarlıq saçır.

Puaro Sfinksə acıqlı bir nəzər saldı:

downloaded from KitabYurdu.org

Page 125: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

125

- Hər halda xoşbəxtlik saçmır. Yarısı quma batmış bir

varlıqdan bunu gözləmək, onsuz

da, qəribə olardı. Ax, bu qum!

- Qulaq asın, axı Belçikada da qum çox

olur.

- Hər halda Brüsseldə olmur.

Detektiv fikirli-fikirli ehramlara baxdı:

- Hər halda onların nəhəng göründükləri və düzgün

həndəsi formaya malik olduqları doğrudur. Lakin kələ-kötür

səthləri çox pis görünür. Bir də ki, yanaşı əkilsələr də, bu

palmalardan heç xoşum gəlmir.

Dostumun ah-zarını yarımçıq kəsərək, dərhal

arxeoloqların düşərgəsinə yollanmağı təklif etdim.

Düşərgəyə yalnız dəvə ilə getmək olardı. Heyvanlar dizləri

üstündə dayanaraq səbirlə onlara minməyimizi

gözləyirdilər.

Onlara çoxdanışan tərcüməçinin başçılıq etdiyi

balaca oğlanlar dəstəsi baxırdı. Puaronun dəvənin belində

necə göründüyünü təsvir eləmək belə istəmirəm. O, ah-

fəryadlarla başlayıb, ümidsiz jestlərlə, Müqəddəs Anaya və

ayrı-ayrılıqda müqəddəslərin hər birinə ünvanladığı

şikayətlərlə qurtardı. Axırda da dəvədən düşüb balaca bir

eşşəyə minməli oldu.

Qeyd etməliyəm ki, yortma gedən dəvə ilk dəfə ona

downloaded from KitabYurdu.org

Page 126: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

126

minən adam üçün ciddi problemlər yaradır. Zavallı

dostumun bədəni bir neçə gün durmadan sızıldadı.

Nəhayət, qazıntıların aparıldığı yerə çatdıq. Əynində ağ

geyim, başında dəmir papaq olan ağ saqqallı, gündən

yanmış bir adam yaxınlaşıb bizi salamladı:

- Müsyö Puaro və kapitan Hastinqs? Teleqramınızı

almışıq. Bağışlayın ki, heç kim sizi qarşılamaq üçün

Qahirəyə gələ bilmədi. Bütün planlarımızı alt-üst edən

qorxunc bir hadisə baş verib.

Puaronun rəngi ağardı. Gizlicə şotkasına tərəf uzanmış

əli hərəkətsiz qalan dostum:

- Daha bir ölüm? - deyə ah çəkdi.

- Bəli.

- Ser Qey Uilyard? - deyə qışqırdım.

- Yox, amerikalı həmkarım mister Şnayder.

Puaro:

- Səbəb? - deyə soruşdu.

- Tetanus.

Rəngim ağappaq oldu. Ətrafımdakı hava şərlə dolu,

gözəgörünməz və təhlükəli idi. Birdən növbəti qurban mən

oldum?

Puaro sakitcə:

- Mon Dieu29 - dedi, - başa düşə bilmirəm. Dəhşətdir.

Müsyö, əminsiniz ki, səbəb tetanus idi?

downloaded from KitabYurdu.org

Page 127: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

127

- Məncə, elə olmalıdır. Ancaq həkim Eyms sizə daha

ətraflı məlumat verə bilər.

- Əlbəttə, axı siz həkim deyilsiniz.

- Adım Tossvildir.

Deməli, ledi Uilyardın qeyd etdiyi Britaniya muzeyinin

rəsmi nümayəndəsi bu imiş. Bu adamın simasındakı

qətiyyətli, eyni zamanda hüznlü ifadə dərhal xoşuma gəldi.

Doktor Tossvil:

- Mənimlə gəlsəniz, sizi ser Uilyardın yanına apararam,

- deyə sözünə davam etdi.

- 0, çox narahat idi. Özü də siz gələn kimi ona xəbər

verməyimizi xahiş edib.

Bizi düşərgənin içi ilə böyük bir çadıra apardılar. İçəridə

üç nəfər vardı.

Tossvil:

- Ser Qey, Müsyö Puaro ilə kapitan Hastinqs gəlib,

- deyə məlumat verdi.

İçəridəki üç nəfərin ən cavanı ayağa qalxıb bizə

yaxınlaşdı. Onun davranışlarındakı impulsivlik anasını

xatırladırdı. Digərləri kimi çox qaralmasa da, yorğun siması

onu olduğundan yaşlı göstərirdi.

Bizdə belə bir təəssürat yarandı ki, ser Qey çiyinlərinə

düşmüş yükü mərdliklə daşıyır. O, yanındakı iki həmkarını

- həkim Eymslə mister Harperi bizə təqdim etdi. Otuz

downloaded from KitabYurdu.org

Page 128: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

128

yaşlarında olan həkim Eyms ağıllı adama oxşayırdı. Mister

Harper isə xoşagəlimli bir gənc idi. Bir neçə dəqiqə

danışdıqdan sonra onunla doktor Tossvil çadırdan çıxdılar.

Çadırda bizimlə ser Qey və həkim Eyms qaldı.

Uilyard:

- Müsyö Puaro, lazım olan bütün sualları verə bilərsiniz,

- dedi. - Bu qəribə bədbəxtliklər silsiləsi bizi lap çaşdırıb.

Axı bütün bunlar təsadüfdən başqa nə ola bilər ki?

Lakin onun əsəbi davranışları dediklərini təkzib edirdi.

Hiss edirdim ki, Puaro gənc Uilyardı diqqətlə müşahidə

etməkdədir:

- Ser Qey, həqiqətən işinizi sevirsiniz?

- Əlbəttə, sevirəm. Nə olursa olsun, işimiz davam

edəcək.

Puaro ikinci müsahibinə müraciət etdi:

- Siz nə deyə bilərsiniz, müsyö həkim?

- Mən də işi dayandırmağın tərəfdarı deyiləm.

Puaronun üzündə onun məşhur mimikalarından biri

peyda oldu:

- Deməli, baş verənləri aydınlaşdırmalı olacağıq. Müsyö

Şnayder nə vaxt vəfat edib?

- Üç gün əvvəl.

- Əminsiniz ki, ölüm səbəbi tetanusdur?

- Əminəm.

downloaded from KitabYurdu.org

Page 129: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

129

- Bəlkə zəhərlənmədən ölüb? Məsələn, strixnindən.

- Yox, müsyö Puaro. Nəyi nəzərdə tutduğunuzu başa

düşürəm, ancaq burada səbəb açıq-aşkar tetanus idi.

- Tetanus əleyhinə zərdab vurmuşunuz?

- Əlbəttə. Mümkün olan hər şey edilib.

- Yanınızda zərdab vardı?

- Xeyr, Qahirədən almışdıq.

- Düşərgədə başqa tetanus halları olubmu?

- Yox, olmayıb.

- Əminsiniz ki, mister Blaynberin ölüm səbəbi tetanus

deyildi?

- Əminəm. Mister Blaynberin dizi sıyrılmışdı, sonra

yarasına infeksiya düşdü və sepsis başladı. Hüquqşünas

üçün hər iki hal oxşar ola bilər, ancaq əslində onlar arasında

heç bir oxşarlıq yoxdur.

- Onda bir-birinə qətiyyən oxşamayan dörd ölüm halına

baxmalıyıq. Bir infarkt, bir qan zəhərlənməsi, bir intihar və

bir tetanus.

- Elədir ki, var, müsyö Puaro.

- Əminsiniz ki, bu ölüm halları arasında heç bir oxşarlıq

yoxdur?

- Başa düşmədim.

- İndi izah edərəm. Bu dörd nəfər Men- Hen-Panın

ruhunu narahat edəcək bir hərəkətə yol verməmişdilər ki?

downloaded from KitabYurdu.org

Page 130: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

130

Həkim heyrətlə Puaroya baxdı:

- Qəribə söz danışırsınız, müsyö Puaro. Ümid edirəm ki,

bu cəfəngiyatı ciddi qəbul etmirsiniz.

Uilyard acıqlı-acıqlı:

- Boş danışıqlardır, - deyə söhbətə qoşuldu.

Ancaq Puaro əhvalını pozmadı. O, yaşıl gözləri ilə

yavaş-yavaş həmsöhbətlərini nəzərdən keçirdi:

- Müsyö həkim, məgər siz buna inanmırsınız?

- Yox, ser, inanmıram. Mən elm adamıyam və yalnız

elmin öyrətdiklərinə inanıram.

- Məgər qədim Misirdə elm yox idi? Yox, yox, cavab

verməyin. Sadəcə, deyin görüm,

yerli işçilər bu barədə nə fikirləşirlər?

Həkim Eyms:

- Mən bilən, - deyə cavab verdi, - avropalılar başlarını

itiriblərsə, yerlilər onlardan geridə qalmaq istəməzlər.

Bunun üçün səbəbləri olmasa da, təlaş içindədirlər.

Puaro tərəddüdlə:

- Ola bilər, - dedi.

Ser Qey şübhəylə:

- Bu, lap absurddur, - dedi. - Əgər həqiqətən belə

düşünürsünüzsə, deməli, qədim Misir haqqında heç nə

bilmirsiniz.

Puaro cavab vermək əvəzinə cibindən qədim əl

downloaded from KitabYurdu.org

Page 131: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

131

yazılarından ibarət olan bir kitabça çıxardı. Kitabın başlığını

oxudum: "Misirlilərin

və kəldanilərin magiyası". Dostum çevrilib çadırdan çıxdı.

Həkim mənə baxaraq:

- O nə fikirləşir? - deyə soruşdu.

Puarodan eşitməyə alışdığım bu sualı

başqa adamdan eşitmək məni şənləndirdi:

- Bilmirəm. Mənə elə gəlir ki, qəzəblənmiş ruhları

sakitləşdirmək üçün bir planı var.

Puaronu axtarmağa yollandım. O, mister Blaynberin

keçmiş katibi ilə danışırdı. Mister Harper:

- Yox, - dedi, - mən ekspedisiyada cəmi altı ay olmuşam.

Bəli, mister Blaynberin işlərinin vəziyyəti haqqında hər şeyi

bilirəm.

- Mənə onun qardaşı oğlu haqqında məlumat verə

bilərsinizmi?

- Bir dəfə buraya gəlmişdi. Kifayət qədər xoşagəlimli

oğlandır. Əvvəllər heç vaxt görməmişdim onu. Ancaq

buradakılardan kimsə onu tanıyırdı. Deyəsən, həkim Eyms

və doktor Şnayder onunla tanış idilər. Qoca ona elə də

nəzakət göstərmirdi. Gələn kimi mübahisə etməyə

başladılar. Qoca: "Bir sent də! Nə indi, nə də ölümümdən

sonra bircə sent də! Bütün var-dövlətimi ömrümü həsr

etdiyim işin tamamlanması üçün bağışlayacağam, bu gün bu

downloaded from KitabYurdu.org

Page 132: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

132

haqda mister Şnayderlə də danışmışam", - deyə qışqırırdı.

Bundan sonra gənc Blaynber Qahirəyə getdi.

- O vaxt xəstə deyildi?

- Qoca?

- Yox, gənc.

- Məncə, nə isə problemi olduğunu demişdi. Ancaq

əhəmiyyətsiz bir şey idi, əks halda yadımda qalardı.

- Mister Blaynber vəsiyyətnamə yazıb?

- Mən bilən, yox.

- Mister Harper, ekspedisiyanın tərkibində qalacaqsınız?

- Yox, ser. İşlərimi bitirən kimi Nyu-Yorka

qayıdacağam. Bəlkə mənə güləcəksiniz, amma lənətə

gəlmiş Men-Hen-Panın növbəti qurbanı olmaq istəmirəm.

Burada qalsam, məni də haqlayacaq.

Puaro qəribə bir təbəssümlə:

- Unutmayın ki, o, qurbanlarından birini Nyu-Yorkda

haqlayıb, - deyərək oradan uzaqlaşdı.

Harper əminliklə:

- 0, iblisdir! - deyə pıçıldadı.

Mənimlə tək qaldıqdan sonra Puaro fikirli- fikirli:

- Çox həyəcan keçirir, - dedi. - Tamamilə son həddə

çatıb.

Təəccüblə dostuma baxsam da, onun müəmmalı

təbəssümündən heç nə anlamadım.

downloaded from KitabYurdu.org

Page 133: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

133

Qey Uilyard və doktor Tossvillə birlikdə qazıntılara

baxmağa getdik. Əsas tapıntılar artıq Qahirəyə göndərilsə

də, qalan materiallar da olduqca maraqlı idi. Gənc baronetin

bu işə qarşı marağını başa düşmək olardı. Ancaq onun

davranışlarında, sanki

üzərindəki bəladan qurtula bilməməyin əsəbiliyi sezilirdi.

Əllərimizi yuyub, şam etmək məqsədilə, bizim üçün

hazırlanmış çadıra keçdik. Ağ geyimli hündürboy bir adam

ərəb dilində bizi salamladı və geri çəkilərək içəri

keçməyimiz üçün yol açdı.

- Siz ser Con Uilyardın xidmətçisi Həsənsiniz?

Həsən:

- Əvvəl ser Cona xidmət edirdim, indi isə onun oğluna, -

deyə bizə tərəf bir addım ataraq səsini alçaltdı. - Deyirlər,

siz çox müdriksiniz və qəzəblənmiş ruhlarla davranmağı

bacarırsınız. Elə edin ki, gənc

sahib buradan getsin. Ətrafımızı lənət bürüyüb.

Xidmətçi cavab gözləmədən çevrilib çadırdan çıxdı.

Puaro:

- Ətrafı lənət bürüyüb, - deyə mızıldadı. Bəli, bunu hiss

edirəm.

Sakitcə şam yeməyimizi yedik. Yatmaq üçün

dağılışacaqdıq ki, qəfildən ser Qey Puaronun qolundan

yapışıb qarşı tərəfi göstərdi. Çadırların arası ilə tutqun bir

downloaded from KitabYurdu.org

Page 134: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

134

siluet hərəkət edirdi. İnsan deyildi: başının it başı olduğunu

aydın sezdim. Qəbrin divarlarında eynən bu cür şəkil

görmüşdüm. Damarlarımda qanın donduğunu hiss etdim.

Puaro can-başla xaç çəkərək:

- Mon Dieu, - deyə pıçıldadı, - bu, ölmüş ruhların çaqqal

başlı tanrısı Anubisdir.

Doktor Tossvil yerindən sıçrayıb:

- Kimsə bizi ələ salır, - deyə qışqırdı. Rəngi ağappaq

ağarmış ser Qey isə:

- Harper, sizin çadırınıza tərəf gedir, - deyə pıçıldadı.

Puaro:

- Yox, - deyə başını buladı. - Həkim Eymsin çadırına.

Həkim şübhə ilə ona baxıb qışqıra-qışqıra doktor

Tossvilin sözlərini təkrar etdi:

- Kimsə bizi ələ salır! Gedək, tutaq onu. O, müəmmalı

ruhu izləməyə başladı. Mən

də onun ardınca getdim. Ancaq, nə qədər axtarsaq da, heç

bir canlı izinə rast gəlmədik.

Ruhdan düşmüş halda qayıdanda gördük ki, Puaro güclü

şəxsi təhlükəsizlik tədbirləri görüb. O, çadırın ətrafında

qumun üzərinə müxtəlif işarə və diaqramlar çəkmişdi.

Onların arasında bir neçə beşbucaqlı vardı. Dostum

ənənəsinə sadiq qalaraq, eyni zamanda Kaya və "Ölülərin

kitabı"na istinad etməklə cadugərlər və magiya haqqında,

downloaded from KitabYurdu.org

Page 135: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

135

eləcə də qara magiyanın alternativi olan ağ magiya haqqında

bədahətən mühazirə oxuyurdu.

Bütün bunlar doktor Tossvili özündən çıxardı. O, məni

kənara itələyərək qəzəblə qışqırmağa başladı:

- Axmaqlıqdır, ser! Əsl cəfəngiyatdır. Bu insan fırıldaqçı

və yalançıdır. O, orta əsr xurafatı ilə qədim Misir inancları

arasındakı

fərqi başa düşmür. Belə cahillik və sadəlövhlük calağına

həyatımda ilk dəfədir ki, rast gəlirəm.

Özündən çıxmış eksperti sakitləşdirib, Puaro ilə çadıra

keçdim. Dostum çox şən görünürdü:

- İndi rahat yata bilərik. Başım yaman ağrıyır. Otlardan

hazırlanmış yaxşı bir cövhər olsaydı, lap əla olardı.

Sanki Puaronun istəyinə cavab olaraq çadırın örtüyü

aralandı və Həsən içəri keçərək əlindəki tüstülənən fincanı

detektivə təklif etdi. Bu, dostumun təsir gücünə sözsüz

inandığı çobanyastığı cövhəri idi. Həsənə təşəkkür etdikdən,

mənim bu cövhərdən

istəmədiyimi bildirdikdən sonra, nəhayət, ikilikdə qaldıq.

Uzun müddət çadırın qapısı ağzında dayanıb səhraya

tamaşa elədim:

- Qəribə yerdir. Qəribə işdir. Çox da füsunkardır!

Səhrada yaşamaq, daim keçmiş sivilizasiyaların sirlərinə

nüfuz etmək. Yeri gəlmişkən, Puaro, ola bilməz ki, siz bu

downloaded from KitabYurdu.org

Page 136: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

136

hissləri yaşamayasınız.

Cavab gəlmədi. Narahat olub arxaya çevrildim.

Narahatlığım əbəs deyilmiş. Puaro arxası üstə uzanmış,

sifəti qıc olmuşdu.

Boş fincan yanında idi. Əvvəl ona tərəf, sonra isə

düşərgə boyu həkim Eymsin çadırına doğru qaçdım.

- Həkim Eyms, tez olun! - deyə qışqırırdım.

- Nə olub?

- Dostum... Ölür... O, çobanyastığı cövhəri... Həsəni

düşərgədən çıxmağa qoymayın.

Bir göz qırpımında həkim bizim çadıra keçdi. Puaro

qoyub getdiyim vəziyyətdə uzanmışdı. Həkim:

- İnanılmazdır! - deyə qışqırdı. - Apopleksiyaya

oxşayır. Amma siz dediniz ki, nəsə içib?

O, boş fincanı götürdü.

Sakit bir səs:

- Heç nə içməmişəm, - dedi. Heyrətlə detektivə tərəf

döndük. Puaro çarpayıda

oturub gülümsəyirdi:

- Cövhəri içmədim. Dostum Hastinqs səhranın

gözəllikləri haqqında danışarkən onu gizlicə balaca bir

butulkaya tökmək imkanı əldə etdim. Bu balaca butulka isə

kimyəvi analizə göndəriləcək.

Həkim sərt hərəkətlə yerindən tərpəndi.

downloaded from KitabYurdu.org

Page 137: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

137

- Lazım deyil, həkim, axı siz ağıllı adamsınız və başa

düşürsünüz ki, burada güc tətbiq etməyin heç bir mənası

yoxdur. Hastinqs çadırdan çıxandan sonra butulkanı etibarlı

bir yerdə gizlədə bilmişəm. Tez olun, Hastinqs, tutun onu!

Puaronun nədən ehtiyat etdiyini anlamırdım. Dostumu

xilas etmək istəyi ilə onun üstünə atıldım. Ancaq həkimin

niyyəti

başqa imiş. 0, ani bir hərəkətlə əlini ağzına apardı və ətrafa

acı badam iyi yayıldı. Eyms yerə yıxıldı.

Puaro məyus halda:

- Daha bir qurban, - dedi. - Ancaq bu, sonuncu olacaq.

Bəlkə də bu, onun üçün ən yaxşı çıxış yolu idi. 0, üç nəfərin

qatilidir.

Mən sarsılmış halda:

- Həkim Eyms? - deyə qışqırdım. - Mən də elə bilirdim,

siz fövqəladə qüvvələrə inanırsınız.

- Siz, sadəcə, məni düz başa düşmədiniz, Hastinqs. Mən

xurafatın qorxunc gücünə inandığımı demişdim.

28 Yaxşı (fr.)

29 Aman Tanrım (fr.)

Qrand oteldə oğurluq

- Puaro, - dedim, - şəraiti dəyişməniz pis olmazdı,

məncə.

- Belə düşünürsünüz?

downloaded from KitabYurdu.org

Page 138: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

138

- Buna əminəm.

- Doğrudan? Yoxsa artıq hər şeyi hazırlamısınız?

- Deməli, mənimlə gedirsiniz?

- Hara aparmaq istəyirsiniz ki, məni?

- Braytona. Bu gözəl ideyanı mənə bir yoldaş verib. Həm

də ki, indi özümə, necə

deyərlər, kiçik bir bayram yaşatmaq üçün kifayət qədər

vəsaitim var. Zənnimcə, "Qrand Metropoliten" otelində

keçirəcəyimiz istirahət günləri bizim üçün faydalı olar.

- Əla! Təklifinizi minnətdarlıqla qəbul edirəm. Qayğınız

məni lap mütəəssir etdi. Hər halda xeyirxah ürək qeyri-adi

zəkadan az şey demək deyil, hətta, bəlkə də, daha önəmlidir.

Bəzən bunu unuduram.

Bu fikir mənə bir qədər yersiz gəldi.

Onsuz da Puaronun məni ağıllı hesab etmədiyini bilirdim.

Lakin dostum elə sevinirdi ki, incikliyimi unutdum.

- Deməli, qərara gəldik, - dedim.

Artıq şənbə günü şam yeməyini "Qrand

Metropoliten" otelində, şən və qayğısız

insanların əhatəsində yeyirdik. Sanki bütün elita, əsasən də

valehedici qadınlar hamısı Braytona yığışmışdı. Geyimlər

də, geyimlərə uyğun seçilməyən, yalnız göstəriş xatirinə

taxılmış zinət əşyaları da olduqca məftunedici görünürdü.

Puaro:

downloaded from KitabYurdu.org

Page 139: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

139

- Hein!30 Əsl tamaşadır! - deyə mızıldadı. - Sanki buraya

ancaq silah satışından varlanmış möhtəkirlər yığışıb.

- Elə də deyirlər, - deyə cavab verdim.

- Bu cavahiratları görəndə, istər-istəməz, ağlımı

cinayətkarları tutmağa sərf etdiyim üçün təəssüflənməli

oluram

- özümün cinayətkar olmağım daha məntiqli olardı. Görün

bacarıqlı oğrular üçün necə

gözəl imkanlar var! Ora baxın, Hastinqs, sütunun yanındakı

kök qadına. Taxdığı cavahiratlarla lap milad ağacına

oxşayır.

- Bu ki xanım Opalzendir!

- Tanıyırsınız bu xanımı?

- Az-maz. Əri varlı birja dəllalıdır.

Yeməkdən sonra zalda Opalzen cütlüyü ilə

qarşılaşdıq və mən Puaronu onlarla tanış etdim. Bir qədər

söhbət etdikdən sonra qəhvə içməyə getdik.

Puaro bir neçə nəzakətli söz deyib, xanım Opalzenin kök

sinəsində parıldayan cavahiratlara heyranlığını bildirdi.

Qadın komplimentlərə qarşı xeyli həssas imiş:

- Bu, mənim zəif yerimdir. Cavahiratları sevirəm. Ərim

də bunu nəzərə alaraq hər

uğurlu əməliyyatından sonra mənə yeni bir şey gətirir.

Deyəsən, sizin özünüz də daş- qaşlara qarşı laqeyd

downloaded from KitabYurdu.org

Page 140: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

140

deyilsiniz?

- Peşəm sayəsində bütün dünyada məşhur olan

cavahiratlarla çox qarşılaşmışam.

Puaro bir hökmdar sülaləsinin ailə cavahiratları ilə

əlaqədar əhvalat danışdı. Xanım Opalzen nəfəs almadan

qulaq asırdı. O, əhvalat bitdikdən sonra:

- Görürsünüz də! - deyə qışqırdı. - Bunlar elə-belə şeylər

deyil. Məsələn, mənim mirvari boyunbağımın da çox

heyrətamiz bir tarixçəsi var. Ümumiyyətlə, məncə, o,

dünyanın ən yaxşı mirvari boyunbağılarından biridir.

İstəsəniz, sizə göstərə bilərəm.

- Çox lütfkarsınız, ancaq zəhmət çəkməyin!

- Nə zəhmət! Əksinə, çox böyük zövqlə göstərərəm.

Qadın sürətlə liftə tərəf getdi. Bu vaxt mənimlə söhbət

edən mister Opalzen sual dolu nəzərlərini Puaroya zillədi.

Puaro:

- Müsyö! Həyat yoldaşınız boyunbağısını bizə

göstərmək istəyir, - deyə onun səssiz sualını cavablandırdı.

Opalzen:

- Hə, mirvarini! - deyə məmnun-məmnun güldü.

- Həqiqətən baxmağa dəyər. O, çox dəyərlidir! İstədiyim

vaxt ona sərf etdiyim

vəsaiti geri qaytara, hətta üstündə əlavə pul da qazana

bilərəm. Kim bilir sabah başımıza nə gələcək...

downloaded from KitabYurdu.org

Page 141: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

141

O, xüsusi terminlərdən istifadə edə-edə fikrini izah

etməyə başladı. Mən onun dediklərini o qədər də anlaya

bilmirdim.

Yanımızdan keçən xidmətçi Opalzenin sözünü kəsərək

qulağına nəsə pıçıldadı.

- Nə? İndi gəlirəm. Bəlkə özünü yaxşı hiss eləmir? Üzr

istəyirəm, cənablar.

Opalzen cəld durub uzaqlaşdı. Puaro kreslodakı yerini

rahatlayıb, nazik uzun siqaretini çəkdikdən sonra boş qəhvə

fincanlarını yığışdırıb qeyri-adi bir səylə masanın üzərini

səliqəyə saldı. Sonra da

sevinə-sevinə işinin nəticəsinə baxmağa başladı.

Vaxt keçir, Opalzen qayıtmaq bilmirdi.

- Maraqlıdır, - dedim. - Görəsən, bu qədər vaxtı nə edir?

Puaro fikirli-fikirli çəkib qurtardığı siqaretə baxa-baxa:

- Çətin ki, qayıtsın, - dedi.

- Axı niyə?

- Çünki haradasa nəsə baş verib, dostum.

- Nə baş vermiş ola bilər ki?

Puaro gülümsədi:

- Bir neçə saniyə əvvəl otelin sahibi kabinetindən çıxıb

yuxarı qaçdı, çox həyəcanlı olduğu hiss olunurdu. Bax, liftçi

oğlan da həyəcanla xidmətçi ilə danışır. Onu liftə

çağıran zəng üç dəfə çalsa da, heç birini eşitmədi. Hətta

downloaded from KitabYurdu.org

Page 142: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

142

ofisiantlar da təlaşlanıblar... Görünür, ciddi bir şey olub.

Aha, baxın! Bu da polis!

Otelə biri polis, digəri isə mülki geyimdə olan iki kişi

daxil oldu. Xidmətçi onları yuxarı apardıqdan iki dəqiqə

sonra aşağı düşüb bizə yaxınlaşdı:

- Mister Opalzen sizdən yuxarı - onun yanına qalxmanızı

xahiş edir.

Puaro dərhal ayağa qalxdı. Görünür, hər şey onun

gözlədiyi kimi olmuşdu. Mən də tələsik dostumun ardınca

getdim. Opalzen cütlüyünün mənzili ikinci mərtəbədə idi.

Xidmətçi qapını döyüb geri çəkildi, içəri keçdik.

Qarşımızda qəribə bir mənzərə açıldı.

Xanım Opalzen özünü böyük kresloya yıxıb acı-acı

ağlayırdı. Bu, çox gülməli görünürdü: göz yaşları qadının

üzündəki qalın pudra qatında iki cığır açmışdı. Opalzen

qəzəblə otaqda var-gəl edirdi. Hər iki polis də otaqda idi,

onlardan birinin əlində qeyd kitabçası vardı. Buxarının

yanında qorxudan rəngi qaçmış xidmətçi, onun qarşısında

isə xanım Opalzenin fransız qulluqçusu dayanmışdı. Puaro

bütün bu qarışıqlığa tərəf gülümsəyə- gülümsəyə və şəstlə

addımladı.

Xanım Opalzen çəkisinə yaraşmayan cəldliklə yerindən

sıçrayıb ona tərəf qaçdı:

- Şükür Tanrıya! Nə deyirlər desinlər, mən bəxt

downloaded from KitabYurdu.org

Page 143: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

143

ulduzuma inanıram. Sizinlə məhz bu axşam

qarşılaşmağımız təsadüf deyilmiş.

Mirvarimi mənə siz qaytarmasanız, heç kim qaytara bilməz!

- Madam, xahiş edirəm, sakit olun. Hər şey yaxşı olacaq.

Erkül Puaro sizə kömək edəcək.

Mister Opalzen polis müfəttişinə tərəf döndü:

- B-b-b... bu cənabı işə cəlb etməyimə etiraz etməzsiniz?

- Heç bir etirazım yoxdur, ser. Deyəsən, həyat yoldaşınız

artıq özünə gəlib. Baş verənləri bizə danışa bilərmi?

Xanım Opalzen çarəsiz-çarəsiz Puaroya baxdı. Dostum

qadını kresloya tərəf gətirdi.

- Əyləşin, madam, tələsmədən oğurluqdan necə xəbər

tutduğunuzu danışın.

Qadın göz yaşlarını sildi:

- Yeməkdən sonra mister Puaroya göstərəcəyim mirvari

boyunbağımı götürmək üçün otağıma gəldim. Xidmətçi ilə

Selestina həmişəki kimi otaqda idilər...

- Üzr istəyirəm, madam, "həmişəki kimi" deyərkən nəyi

nəzərdə tutdunuz?

- Tapşırmışdım ki, heç kim otağıma Selestinasız

keçməsin. Hər səhər xidmətçi otağı onun yanında

təmizləyir, axşam yeməyindən sonra isə yatağı hazırlamaq

üçün yenidən gəlir. Qalan vaxtlar burada olmur. Dediyim

kimi, yuxarı qalxdıqdan sonra siyirtməni çəkib cavahirat

downloaded from KitabYurdu.org

Page 144: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

144

qabını götürdüm. Mirvaridən başqa hər şey yerində idi.

Mirvari yoxa çıxmışdı!

Müfəttiş tələsik bəzi qeydlər edirdi:

- Axırıncı dəfə mirvarini nə vaxt görmüsünüz?

- Şam yeməyi üçün aşağı düşmədən əvvəl.

- Əminsiniz?

- Tamamilə əminəm. Bir müddət nə taxacağımı

qərarlaşdıra bilmədim. Sonra zümrüdü taxdım, mirvarini isə

təzədən qutuya qoydum.

- Qutunu kim bağladı?

- Özüm. Açarı zəncirə taxıb boynumda gəzdirirəm.

Müfəttiş qadının yuxarı qaldırdığı açara baxıb çiyinlərini

çəkdi:

- Deməli, oğruda ikinci açar varmış. Onu düzəltdirmək

elə də çətin deyil, qıfıl kifayət qədər sadədir. Boyunbağını

qutuya qoyduqdan sonra nə etdiniz?

- Həmişəki yerinə - yuxarı siyirtməyə qoydum.

- Onu da açarla bağladınız?

- Xeyr, o, həmişə açıq olur. Onsuz da, qulluqçum mən

gələnə qədər otaqdan çıxmır.

Müfəttiş ciddiləşdi:

- Deməli, siz yeməyə gedəndə cavahiratlar burada idi.

Qulluqçu isə siz gələnə qədər otaqdan çıxmayıb?

Elə bu vaxt Selestina düşdüyü vəziyyətin ağırlığını dərk

downloaded from KitabYurdu.org

Page 145: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

145

edib, qəfildən Puaroya tərəf

qaçaraq fransız dilində rabitəsiz ifadələr püskürməyə

başladı.

- Bu nə deməkdir? Mənim madamı soyduğumu

düşünürlər! Hamı bilir ki, polislər axmaq olur! Amma siz,

müsyö, bir fransız kimi...

Puaro qadının sözlərinə:

- Belçikalı, - deyə düzəliş etsə də, Selestina buna

qətiyyən əhəmiyyət vermədi:

- Bu, alçaq bir iftiradır. Bəs niyə heç kim xidmətçidən

şübhələnmir? Niyə axı mən bu həyasız oğruya görə zərər

görməliyəm? Mən onun düzgün adam olmadığını

əvvəlcədən bilirdim. Həmişə də ona göz qoyurdum. Bu

axmaq polislər niyə oğrunun üstünü

axtarmırlar? Madamın mirvarisi bu rəzil qızda tapılsa,

qətiyyən təəccüblənmərəm!

Fransız dilində və iti danışsa da, qulluqçunun əl-qol

hərəkətlərindən xidmətçi belə başa düşdü ki, söhbət ondan

gedir. Qadın özündən çıxdı:

- Əgər bu əcnəbi ləçər mirvariləri mənim oğurladığımı

deyirsə, yalan danışır! Mən heç onları görməmişəm!

Fransız qulluqçu:

- Üstünü axtarın! - deyə qışqırdı. - Görəcəksiniz,

boyunbağı ondadır!

downloaded from KitabYurdu.org

Page 146: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

146

Xidmətçi Selestinanın üstünə atıldı:

- Yalançı! Özün oğurlamısan, günahı mənim boynuma

atırsan? Mən otaqda cəmi üç

dəqiqə olmuşam, sən isə bütün günü burada idin.

Müfəttiş sualedici nəzərlərlə Selestinaya baxdı:

- Düz deyir? Heç otaqdan çıxmamısınız?

- Onu tək qoymamağa çalışırdım. Ancaq iki dəfə öz

otağıma getməli oldum: bir dəfə sap, bir dəfə də qayçı

gətirmək üçün. Bu fürsətdən istifadə etmiş ola bilər.

- Gedib-gəlməyin cəmi bir dəqiqə çəkib. İstəyirlər

axtarsınlar üstümü. Lap yaxşı, mənim qorxulası bir işim

yoxdur!

Elə bu vaxt qapı döyüldü. Qapını açan müfəttiş:

- Əla! - dedi. - Axtarış aparmaq üçün qadın

həmkarımızı çağırmışam. Tanış olun.

Yəqin başqa otağa keçsəniz, daha yaxşı olar.

Xidmətçi şəstlə başını dik tutub qonşu otağa keçdi, polis

işçisi onun arxasınca getdi.

Fransız qulluqçu özünü stula yıxıb hönkürdü. Puaro

ətrafı nəzərdən keçirir, mən də xəyalımda otağın mümkün

qədər dəqiq çertyojunu çəkməyə çalışırdım.

Dostum pəncərənin yanındakı qapını göstərdi:

- Bu qapı hara açılır?

Müfəttiş:

downloaded from KitabYurdu.org

Page 147: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

147

- Başqa mənzillərə, - deyə cavab verdi. Puaro yaxınlaşıb

qapını açmağa çalışdı.

Qapı açılmadı.

O:

- Deməli, o biri tərəfdən də bağlanıb, - dedi. - Bu,

yaxşıdır.

Sonra detektiv növbə ilə pəncərələrə yaxınlaşıb, hər

birini yoxladı:

- Bir dənə də balkon yoxdur.

Müfəttiş hövsələsizliklə:

- Olsaydı da, bu, işə aydınlıq gətirməzdi, - dedi. -

Qulluqçu bütün günü otaqda olub.

- Evidemment31.

- Madam ki, madmazel otaqdan çıxmadığını iddia edir...

Elə bu vaxt polis qadınla xidmətçi otağa daxil oldu.

Polis əməkdaşı qısa şəkildə:

- Heç nə yoxdur, - dedi.

Xidmətçi:

- İndi, yəqin, bu fransız ifritəsi ləyaqətli bir adamı təhqir

etdiyinə görə xəcalət çəkər, - deyə deyinməyə başladı.

Müfəttiş onun üçün qapını açdı:

- Yaxşı, yaxşı. Heç kim sizdən şübhələnmirdi. Sadəcə

ehtiyat üçün yoxladıq. Artıq gedə bilərsiniz.

Xidmətçi könülsüz-könülsüz otağı tərk edərkən:

downloaded from KitabYurdu.org

Page 148: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

148

- Onun üstünü də axtaracaqsınız? - deyə Selestinanı

göstərdi.

- Təbii ki!

O çıxdıqdan sonra müfəttiş qapını açarla bağladı. Polis

qadın Selestinanı da yan tərəfdəki kiçik otağa apardı. Bir

neçə dəqiqə sonra geri qayıtdılar. Nəticə eyni idi.

Müfəttiş get-gedə daha da məyuslaşırdı... O:

- Təəssüf ki, mənzili axtarmalı olacağam,

- deyə xanım Opalzenə müraciət etdi. - Boyunbağı yerində

deyilsə, bu otağın bir yerində gizlədilmiş olmalıdır.

Yenidən ağlamağa başlayan Selestina Puaronun əllərinə

sarıldı. Dostum əyilib onun qulağına nəsə pıçıldadıqdan

sonra qız nəzərlərini şübhə ilə ona yönəltdi.

Puaro:

- Si, si, mon enfant32, söz verirəm, odur ki, müqavimət

göstərməmək daha yaxşı olar,

- dedi.

Sonra müfəttişə tərəf döndü:

- İcazə verirsiniz, müsyö? Sadəcə əminlik üçün kiçik bir

eksperiment aparmaq istəyirəm.

Polis zabiti narazı-narazı:

- Necə istəyirsiniz, - deyə cavab verdi.

Puaro yenidən Selestinaya müraciət etdi:

- Dediniz ki, sap gətirmək üçün otağınıza getmisiniz. O,

downloaded from KitabYurdu.org

Page 149: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

149

harada idi?

- Kamodda, müsyö.

- Bəs qayçı?

- O da kamodda.

- Madmazel, sizdən həmin hərəkətləri təkrar etməyinizi

xahiş edə bilərəm? Dediniz ki, burada oturmuşdunuz, hə?

Selestina Puaronun göstərdiyi yerdə oturdu. Sonra onun

işarəsi ilə qalxıb qonşu

otağa keçdi, kamoddan sap götürüb geri qayıtdı. Puaro

diqqətlə onun hərəkətlərini və əlində tutduğu saatın

əqrəblərini izləyirdi.

- Zəhmət olmasa, bir də başdan təkrar edin, madmazel!

Xahişi yerinə yetirildikdən sonra Puaro bloknotuna nəsə

yazıb saatını cibinə qoydu:

- Hamınıza təşəkkür edirəm.

Selestina ağlaya-ağlaya iki polis

əməkdaşının müşayiəti ilə otaqdan çıxdı. Baş verənləri

müşahidə etdikcə əhvalı durulan müfəttiş, xanım

Opalzendən üzr istəyib diqqətlə mənzili axtarmağa başladı.

O, siyirtmələri çəkir, şkaflara baxır, yorğan- döşəyi çevirir

və döşəməni tıqqıldadırdı.

İnamsız nəzərlərlə onun səylərini müşahidə edən xanım

Opalzen:

- Həqiqətən, bu yolla mirvarimi tapacağınızı

downloaded from KitabYurdu.org

Page 150: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

150

düşünürsünüz? - deyə soruşdu.

- Əminəm ki, buradadır. Qulluqçunuzun onu otaqdan

çıxarmağa vaxtı olmayıb. Oğurluqdan tez xəbər tutmaqla

onun planlarını pozmuşunuz. Yox, boyunbağı burada

olmalıdır! Bunu o ikisindən biri edib. Ancaq, çətin ki, bu,

xidmətçi olsun.

Puaro:

- Bu, qətiyyən mümkün deyil, - deyə fikrini bildirdi.

- Niyə qətiyyən?

- İndi görəcəksiniz. Hastinqs, əzizim, zəhmət olmasa,

saatımı tutun. Ancaq, lütfən

ehtiyatlı olun, ata yadigarıdır! Selestinanın birinci dəfə

otaqda olmadığı vaxtı dəqiq təyin eləmişəm: cəmi 12

saniyə. İkinci dəfə də cəm 15 saniyəliyə çıxıb otaqdan. İndi

baxın nə edəcəyəm. Madam, zəhmət olmasa, cavahirat

qabınızın açarını mənə verin. Çox təşəkkür edirəm. İndi

dostum Hastinqsin işarəsi ilə eksperimentimizi başlaya

bilərik.

- Başladıq! - deyə qışqırdım.

Puaro ağlasığmaz dərəcədə böyük bir sürətlə siyirtməni

çəkdi, cavahirat qutusunu açdı, zinət əşyalarından birini

götürüb qutunu bağladı və siyirtməni örtdü. O, bütün bunları

ildırım sürəti ilə etdikdən sonra təngnəfəs halda:

- Hə, necədir, mon ami? - deyə soruşdu.

downloaded from KitabYurdu.org

Page 151: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

151

- Qırx altı saniyə, - deyə cavab verdim.

- Görürsünüz, vaxt heç mirvarini götürməyə kifayət edə

bilməzdi, nəinki onu gizlətməyə.

Müfəttiş məmnun səs tonu ilə:

- Hə, xidmətçini istisna etməli olacağıq! - dedi və

axtarışını başa çatdırıb, qulluqçunun otağına keçdi.

Puaro fikirli-fikirli alnının tərini silib, qəfildən verdiyi

sualla mister Opalzeni heyrətə gətirdi:

- Mirvari sığortalanmışdı?

Olduqca çaşqın görünən mister Opalzen, nəhayət:

- Bəli, - deyə cavab verdi.

Xanım Opalzen ağlaya-ağlaya:

- Bu nə deməkdir? - dedi. - Mənə cavahiratın özü

lazımdır. Onun tayı-bərabəri yoxdur. Heç bir pul onu əvəz

edə bilməz.

- Başa düşürəm, madam. Sizi çox yaxşı başa düşürəm.

Hər bir qadın üçün cavahiratının qiyməti yoxdur. Ancaq

mirvarinin sığortalanmış olması müsyö üçün böyük

təsəllidir.

Mister Opalzen tərəddüdlə:

- Əlbəttə, əlbəttə, - deyə təsdiq etdi.

Elə bu vaxt əlində nəsə tutub qaçaraq

otağa girən müfəttişin sevinc ifadə edən nidası eşidildi.

Xanım Opalzen cəld yerindən sıçradı və:

downloaded from KitabYurdu.org

Page 152: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

152

- Mirvari! Mənim mirvarim! - deyə qışqıraraq hər iki əli

ilə cavahiratdan yapışıb

onu sinəsinə sıxdı. Hamı qadının başına toplaşmışdı.

Mister Opalzen:

- Haradan tapdınız? - deyə soruşdu.

- Qulluqçunun yatağında idi. Döşəyin yayları arasında.

Görünür, xidmətçi gəlməmiş gizlətməyə imkan tapıb.

Puaro:

- Madam, olarmı? - deyə soruşaraq cavahiratı xanım

Opalzendən aldı və diqqətlə baxdıqdan sonra geri qaytardı.

Müfəttiş:

- Madam, təəssüf ki, onu sizdən almalıyam, - dedi.

- ittiham irəli sürmək üçün lazımdır. Mümkün qədər tez bir

zamanda qaytaracağam.

Mister Opalzenin üzünün ifadəsi dəyişdi:

- Bu, mütləq lazımdır?

- Bəli, ser. işi rəsmiləşdirmək üçündür.

Xanım Opalzen:

- Ver, Ed! - deyə qışqırdı. - O, polisin əlində olsa, özümü

daha arxayın hiss edərəm. Yoxsa qorxaram ki, təzədən

oğurlanar, gözümə yuxu getməz. Nə pis qız imiş! Onun belə

bir iş tutacağı heç ağlıma gəlməzdi.

- Əzizim, məsələni bu qədər böyütmək lazım deyil.

Elə bu vaxt Puaronun yüngülcə dirsəyimə toxunduğunu

downloaded from KitabYurdu.org

Page 153: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

153

hiss etdim.

- Bəlkə gedək? Məncə, burada artıq bizə ehtiyac yoxdur.

Birlikdə dəhlizə çıxdıqdan sonra dostum qəfildən ayaq

saxladı:

- Qonşu otağa baxmaq istəyirəm.

Qapı bağlı olmadığından içəri keçə bildik. Bu geniş, iki

otaqlı nömrədə, görünür, heç kim yaşamırdı. Mebellərin

üzəri qalın toz təbəqəsi ilə örtülmüşdü. Dostum üzünə bu

vəziyyətlərdə istifadə etdiyi ifadəni verdikdən sonra

barmağı ilə stolun üstündə düzbucaqlı çəkdi:

- Bu oteli daha yaxşı yığışdıra bilərdilər. Sonra

pəncərəyə baxıb fikrə getdi. Mən

səbirsizliklə:

- Buraya niyə gəldik ki? - deyə soruşdum.

Dostum diksindi:

- Ge vous demande pardon, mon ami33. Qapının

həqiqətən bu tərəfdən bağlı olub- olmadığını yoxlamaq

istədim.

- Bağlı imiş.

Puaro nəsə fikirləşə-fikirləşə başını təsdiq mənasında

tərpətdi.

- Həm də bunun axı bir əhəmiyyəti yoxdur, - deyə əlavə

etdim. - İş artıq bağlanıb. Düzdür, bunda sizin bir əməyiniz

olmadı, ancaq hadisə o qədər sadə idi ki, hətta o qədər də

downloaded from KitabYurdu.org

Page 154: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

154

ağıllı olmayan müfəttiş belə, onun öhdəsindən gələ bildi.

Puaro başını inkar mənasında buladı:

- İş bağlanmayıb, dostum. Araşdırma oğru tapılana qədər

davam edəcək.

- Oğru qulluqçudur da!

- Niyə axı qulluqçu?

- Necə yəni niyə? Cavahirat onun otağından, döşəyinin

altından tapıldı.

- Dayan, dayan! Cavahirat! Kim dedi ki, o tapılıb?!

- Necə yəni?

- Tapılan cavahirat saxtadır, mon ami. Nəfəsim tutuldu.

Puaro təkəbbürlə

gülümsədi:

- Görünür, müfəttişimizin mirvaridən o qədər də başı

çıxmır. Ancaq tezliklə böyük hay-küy qopacaq!

Dostumun əlindən yapışıb:

- Gedək, - deyə qışqırdım.

- Hara?

- Bunları dərhal Opalzenə danışmalıyıq.

- Danışmasaq, daha yaxşı olar.

- Axı zavallı qadın...

- Zavallı dediyiniz o qadın cavahiratının əmin yerdə

olduğunu düşünsə, daha rahat yatar.

- Bəs bu vaxt ərzində oğru gizlənməyə nail olsa necə?

downloaded from KitabYurdu.org

Page 155: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

155

- Həmişəki kimi düşünmədən danışırsınız, dostum.

Xanım Opalzenin bərk-bərk gizlətdiyi cavahiratın əslində

saxta olduğunu, həmçinin oğurluq hadisəsinin əslində bir

qədər əvvəl baş verdiyini sizinlə məndən başqa kim bilir ki?

Pərt halda:

- Bəs belə! - deyə dilləndim.

- Bəli! Hər şeyi yenidən başlamaq lazım gələcək.

Otaqdan çıxıb dəhlizin qurtaracağına tərəf getdik.

Olduğumuz mərtəbənin bütün işçi heyəti oraya toplaşıb,

başına gələnləri danışan xidmətçiyə diqqətlə qulaq asırdı.

Puaro qızın sözünü ağzında qoydu:

- Üzr istəyirəm, ancaq mister Opalzenin otağını bizim

üçün açsanız, çox məmnun olardım.

Dostumun göstərdiyi nəzakətdən özünü itirmiş xidmətçi

dərhal ayağa qalxıb bizə qoşuldu. Mister Opalzenin nömrəsi

düz arvadının otağının qarşısında idi. Xidmətçi qapını açdı

və biz içəri keçdik. Qız dönüb getmək istəsə də, Puaro onu

saxladı:

- Bircə dəqiqə. Mister Opalzenin əşyaları arasında buna

bənzər kart görməmisiniz?

Dostum cibindən ağ, parlaq kağızdan düzəldilmiş, amma

üzərində heç nə yazılmamış bir kart çıxartdı. Qız kartı

diqqətlə nəzərdən keçirib:

- Yox, ser, görməmişəm, - dedi. - Bəlkə lakey nəsə bilir,

downloaded from KitabYurdu.org

Page 156: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

156

axı o, otağa məndən çox girib-çıxırdı.

- Yaxşı. Çox sağ olun.

Puaro kartı qızdan aldı. Xidmətçi uzaqlaşdı. Dostum

əvvəlki kimi fikirli görünürdü. O, bir neçə dəqiqədən sonra

başını bulayıb mənə müraciət etdi:

- Əzizim Hastinqs, zəhmət olmasa, zəngi basın. Lakeyi

çağırmaq üçün - üç dəfə.

Marağımdan qovrula-qovrula Puaronun xahişini yerinə

yetirdim. O da öz növbəsində zibil qabını boşaldıb,

içindəkiləri diqqətlə nəzərdən keçirməyə başlamışdı.

Tezliklə lakey peyda oldu. Puaro kartı ona göstərib

xidmətçiyə verdiyi sualı təkrar etdikdə, o da mister

Opalzenin əşyaları arasında belə bir kart görmədiyini

bildirdi. Dostum təşəkkür etdikdən sonra lakey təəccüblə

çevrilmiş zibil qabına baxıb könülsüz-könülsüz otaqdan

çıxdı. Yəqin ki, Puaronun mənalı-mənalı dediyi cümləni də

eşitdi:

- Mirvari böyük məbləğdə sığortalanıbmış...

- Puaro! - deyə qışqırdım. - İndi başa düşürəm ki...

Detektiv sözümü tamamlamağa imkan vermədi:

- Heç nə başa düşmürsünüz. Həmişə olduğu kimi heç nə

başa düşmürsünüz, dostum! İndi isə gəlin, öz otağımıza

gedək.

Nömrəmizə çatan kimi Puaro paltarını dəyişdi:

downloaded from KitabYurdu.org

Page 157: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

157

- Elə bu axşam Londona yollanıram. Çox vacibdir.

- Əminsiniz?

- Tamamilə. Əsas iş görülüb, artıq hər şeyi götür-qoy

eləmişəm. Boz hüceyrələrim bu dəfə də məni pis vəziyyətdə

qoymadı! İndi isə dəlil toplamaq üçün gedirəm. Tapacağam

da! Heç kim Erkül Puaronu aldada bilməz!

- Hərdən mənə quyruğunu açmış tovuz quşunu

xatırladırsınız.

- Mənə acığınız tutub, dostum? Mən də elə bilirdim,

sizdən dostyana bir xahiş edə bilərəm.

- Buyurun, - deyə dərhal yumşaldım. - Nə etməliyəm?

- İndicə çıxardığım pencəyin qollarını təmizləyə

bilərsiniz? Çox tozlanıb. Gördünüz ki, otaqdakı bütün

siyirtmələri bir-bir yoxladım.

- Xeyr, görmədim.

- Daha diqqətli olmalısınız, dostum. Hətta həyəcanlı

olduğumdan qollarımı pudraya da bulamışam. Adətən, belə

olmur.

- Nə pudradır o elə?

Puaro:

- Hər halda Borda34 zəhəri deyil, - deyə göz vurdu.

- Görürəm ki, fantaziyanız yenə işə düşüb. Ancaq burada

söhbət adi fransız əhəngindən gedir.

- Fransız əhəngi?

downloaded from KitabYurdu.org

Page 158: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

158

- Bəli, ondan siyirtmələrin səssiz hərəkət etməsi üçün

istifadə edilir.

- Yenə zarafat edirsiniz! - deyə güldüm. - Mən də elə

bildim bu işdə bir sirr var.

- Hələlik, dostum. Mən qaçdım.

Puaro çıxıb qapını örtdü. Kinayə və

heyranlıq qarışıq bir təbəssümlə şotka ilə pencəyi əlimə

aldım.

Səhəri gün Puaronun hələ gəlmədiyini görüb, bir qədər

gəzmək qərarına gəldim və bütün günümü yolda

qarşılaşdığım köhnə tanışlarımla keçirəsi oldum. Lançı

onların qaldığı oteldə elədim. Sonra bir qədər gəzişdik.

"Qrand Metropoliten"ə qayıdanda saat səkkiz olmuşdu. İlk

rastlaşdığım adam Puaro oldu. O, Opalzenlərin yanında

oturmuşdu və simasından sevinc oxunurdu. Məni görən

kimi:

- Hastinqs, dostum! - deyə qışqırdı. - Məni təbrik edə

bilərsiniz, mon ami, hər şey əla oldu!

- Demək istəyirsiniz ki...

Xanım Opalzen sevinclə:

- Bu, əsl möcüzədir! - dedi. - Axı sənə demişdim, Ed,

demişdim ki, müsyö Puaro da bu işin öhdəsindən gəlməsə,

başqa heç kim gələ bilməz!

- Bəli, demişdin, əzizim. Həmişəki kimi haqlı çıxdın.

downloaded from KitabYurdu.org

Page 159: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

159

Çaşqın halda Puaroya baxdım. O isə gizlicə mənə göz

vurdu.

- Oturun, zəhmət olmasa. İndi hər şeyi danışaram. Artıq

hər şey qaydasındadır.

- Qaydasındadır?

- Bəli. Onları həbs etdilər.

- Kimi?

- Xidmətçi ilə lakeyi! Məgər başa düşməmişdiniz? Hətta

fransız əhəngi haqqında dediklərimdən sonra da?

- Dediniz ki, onu mebelçilər istifadə edir.

- Bəli, siyirtmələrin daha yaxşı çəkilib- bağlanması üçün.

Həmçinin siyirtmələrin səs eləməsini istəməyənlər də bu

əhəngdən yararlanır. Bizim hadisədə bu, kimə lazım idi?

Əlbəttə ki, xidmətçiyə. Lakin hər şey elə ölçülüb-biçilmişdi

ki, bu, heç kimin ağlına da gəlməzdi, təbii ki, Erkül

Puarodan başqa.

İndi qulaq asın! Lakey qonşu otaqda olub. O, fransız

qulluqçunun nömrədən çıxmasını gözləyib. Qulluqçu çıxan

kimi xidmətçi ildırım sürəti ilə siyirtməni çəkib, qutunu

götürərək qapıdan lakeyə ötürüb. Lakey qutunu ondan

aldıqdan sonra, əvvəlcədən hazırladığı ehtiyat açarla qabı

açaraq cavahiratı götürüb və

yenidən gözləməyə başlayıb. Qulluqçu ikinci dəfə otaqdan

çıxanda qutu yerinə qoyulub.

downloaded from KitabYurdu.org

Page 160: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

160

Madam otağına gəldikdən sonra oğurluğun üstü açıldı.

Xidmətçi yalandan hay- küy salaraq axtarış aparılmasına

nail oldu və nəticədə otaqdan günahsız kimi çıxa bildi. Saxta

cavahiratı isə ortağı ilə birlikdə hələ səhər qulluqçunun

çarpayısında gizlətmişdi. Mükəmməl kələkdir!

- Bəs Londona niyə getmişdiniz?

- Ağ kartı xatırlayırsınız?

- Əlbəttə. Etiraf edim ki, bu, məni lap çaşdırmışdı. Elə

indi də o vəziyyətdəyəm. Mən elə güman edirdim ki...

Fasilə verib Opalzenə baxdım. Puaro hiyləgərliklə

gülümsədi:

- 0, lakey üçün hazırladığım tələ idi. Kartın üzərində

barmaq izlərinin götürülməsi üçün xüsusi örtük vardı.

Vağzaldan dərhal Skotlənd Yarda yollandım, orada köhnə

dostumuz müfəttiş Ceppi tapıb məsələni danışdım. Ehtimal

etdiyim kimi, barmaq izləri uzun müddətdir axtarışda olan

iki məşhur fırıldaqçıya məxsus imiş. Ceppi də özümlə

gətirdim. Cinayətkarlar artıq yaxalanıblar. Cavahirat

lakeydə idi. Zirək cütlükdür, nə deyə bilərəm ki... ancaq

metodları yoxdur... Yadınızdadırsa, sizə ən azı otuz altı dəfə

demişəm ki, metodsuz...

- Otuz altı dəfədən çox demisiniz, - deyə onun sözünü

kəsdim. - Axı harada səhv eləmişdilər?

- Dostum! Xidmətçi və lakey kimi işə düzəlmək

downloaded from KitabYurdu.org

Page 161: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

161

planları bəd olmasa da, onlar öz xidməti vəzifələrini də icra

etməkdən boyun qaçırmamalı idilər. Halbuki boş qalmış

otağı yığışdırmağı və tozunu silməyi lazım bilməmişdilər.

Odur ki, lakey cavahirat qutusunu qapının yanındakı balaca

stolun üstünə qoyanda orada iz qalmışdı.

- Hə, elədir, yadıma düşdü!

- Əvvəl əmin olmasam da, tozlu səth üzərindəki barmaq

izlərini gördükdən sonra bütün şübhələrim dağıldı!

Bir müddət heç kim danışmadı.

Xanım Opalzen qalibanə tərzdə:

- Sevimli mirvarimə qovuşdum! - deyə dilləndi.

- Lap yaxşı, - dedim, - indi gedib yemək yesək pis

olmaz.

Puaro mənə qoşuldu.

- Bu hadisə sizə şöhrət gətirəcək, - deyə fikrimi

bildirdim.

Dostum sakitcə:

- Pas du tout35, - deyə etirazını bildirdi. - Şöhrəti Cepplə

yerli müfəttiş paylaşacaqlar. Əvəzində isə... Cibimdə mister

Opalzendən aldığım çek var. Buna nə deyəcəksiniz,

dostum? Bu istirahət günlərimiz planlaşdırdığımız kimi

keçmədi. Bəlkə gələn həftəsonu da bura gələk? Amma bu

dəfə mənim hesabıma.

30 İşə bax!

downloaded from KitabYurdu.org

Page 162: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

162

31 Əlbəttə (fr.)

32 Hə, hə, balam (fr.)

33 Üzr istəyirəm, dostum (fr.)

34 Borcia - daha tanınmış nümayəndələri Rodriqo (papa

IV Aleksandr) və Çezare (Sezar) olan, amansızlıqları və

qəddarlıqları ilə tanınmış, siyasi və şəxsi düşmənləri ilə

mübarizədə tez-tez zəhərdən istifadə etmiş ispan əsilli

məşhur italyan ailəsi.

35 Elə deyil (fr.)

Baş nazirin oğurlanması

Düşünürəm ki, indi - müharibənin bitdiyi və bütün

sirlərin yavaş-yavaş aşkara çıxdığı bir vaxtda dostum

Puaronun milli böhranın aradan qaldırılmasında oynadığı

rol haqqında bütün dünyaya cəsarətlə məlumat vermək olar.

Bu sirr elə ciddi qorunurdu ki, hətta mətbuatın həssas

qulaqlarına da heç bir pıçıltı çatmamışdı. Artıq bu cür

məxfiliyə ehtiyac qalmadığından, əminəm ki, İngiltərənin -

heyrətamiz ağlı sayəsində böyük bir fəlakətin

qarşısını almağa nail olmuş qeyri-adi dostuma çox şey

borclu olduğunu öyrənməsi daha ədalətli olar.

Bir axşam - tarixi qeyd etməyin o qədər də əhəmiyyəti

yoxdur, təkcə o günlərdə İngiltərənin düşmənlərinin dəm

vurduqları yeganə mövzunun "sülh danışıqları" olduğunu

xatırlamaq kifayətdir - dostumun evində qonaq idim.

downloaded from KitabYurdu.org

Page 163: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

163

Korlanmış səhhətimin ucbatından ordudan tərxis

olunduqdan sonra yeni əsgərlərin yığılması işi ilə məşğul

olur, axşamlar isə bir qayda olaraq Puaroya baş çəkərək,

məşğul olduğu maraqlı hadisələr haqqında onunla söhbət

edirdim.

Həmin gün dostumun günün sensasiyası, yəni

İngiltərənin baş naziri Devid Makadama

qarşı törədilmiş sui-qəsd haqqında fikrini öyrənməyə

çalışırdım. Qəzetlərə ciddi senzura tətbiq edilirdi: hadisə

ətraflı şərh edilməmiş, sadəcə, baş nazirin möcüzə

nəticəsində xilas olduğu və güllənin yanağını yüngülcə

siyirdiyi yazılmışdı.

Hesab edirdim ki, bu cür canilərə fəaliyyət meydanının

mövcudluğu belə, polisimiz üçün biabırçılıqdır. Axı alman

casuslarının bu cür məqsəd naminə çox şey edə biləcəkləri

hamıya yaxşı məlum idi. Partiya silahdaşlarının "Mübariz

lalə" adlandırdıqları nazir var gücü ilə, dönmədən

düşmənlərin cidd-cəhdlə Britaniya torpaqlarında yaydığı

pasifist əhval-ruhiyyəni boğmağa çalışırdı.

O, yalnız İngiltərənin baş naziri deyildi, İngiltərənin özü

idi. Odur ki, onun siyasi arenadan yox olması, ölkəyə

öldürücü olmasa da, dağıdıcı zərbə vuracaqdı.

Təəssüf ki, Puaronun başı boz kostyumunu səliqəyə

salmağa qarışmışdı. Ömrümdə Erkül Puaro kimi üst-başına

downloaded from KitabYurdu.org

Page 164: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

164

fikir verən adam görməmişəm! Təmizlik və səliqə onun

üçün azara çevrilib. İndi də havadan dostumun balaca bir

süngər parçasına hopdurduğu benzinin bihuşedici qoxusu

gəlirdi. O istəsə də, mənə kifayət qədər diqqət ayıra

bilməzdi.

- Bircə dəqiqə, dostum. Demək olar ki, qurtarmışam. Bu

piy ləkəsi... Çox pisdir... Budur, sildim artıq...

Dostum qalib ədası ilə əlindəki süngəri yellədi.

Mən gülümsəyib yeni bir siqaret yandırdım:

- Maraqlı bir şey var?

- Bir günəmuzd işçiyə ərini tapmaqda kömək edirəm.

Çətin işdir, incəlik tələb edir. Üstəlik, mənə elə gəlir ki, bu

ər heç tapılmaq istəmir. Məncə, siz də onun yerində

olsaydınız istəməzdiniz. Şəxsən mən onu təqdir edirəm.

Çox böyük ustalıqla gizlənib!

Güldüm.

- Belə! Nəhayət ki, ləkənin öhdəsindən gəldim! indi

tamamilə sizin qulluğunuzdayam, dostum.

- Bayaq Makadama sui-qəsd haqqında nə fikirləşdiyinizi

soruşmuşdum.

- Enfantillage!36 Ciddi qəbul etməyə dəyməz.

Tüfəngdən atəş açıblar. Bu, kimin ağlına gəlib? Qeyri-

peşəkar işdir!

- Ancaq az qala məqsədlərinə çatacaqdılar.

downloaded from KitabYurdu.org

Page 165: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

165

Puaro dilxor-dilxor başını bulayıb cavab verəcəkdi ki, ev

sahibəsi qapıdan boylanaraq aşağıda iki centlmenin onu

gözlədiyini bildirdi.

- Adlarını demək istəmədilər, ser, sadəcə, vacib bir iş

üçün gəldiklərini bildirdilər.

Puaro təmizlədiyi şalvarını həvəslə sığallayıb:

- Qalxsınlar yuxarı, - deyə izin verdi.

Bir dəqiqə sonra qonaqlar yuxarı qalxdılar və onları

görər-görməz heyrətə gəldim: öndə gələn ictimai palatanın

başçısı lord Ester, onun yol yoldaşı isə hərbi kabinetin üzvü,

bildiyimə görə, baş nazirin yaxın dostu ser Bernard Doc idi.

Lord Ester:

- Müsyö Puaro? - deyə dəqiqləşdirdi və Puaronun təsdiq

mənasında təzim etməsindən sonra tərəddüdlə mənə baxdı:

- Çox incə bir məsələdir.

- Kapitan Hastinqsin yanında danışa bilərsiniz. Göydən

ulduz dərməsə də, yüz faiz namuslu adamdır.

Lord Ester hələ tərəddüd edirdi, ser Doc isə daha dözə

bilmədi:

- Onsuz da tezliklə bütün İngiltərə məsələdən xəbər

tutacaq. İndi hər saat dəyərlidir.

Puaro nəzakətlə:

- Xahiş edirəm, əyləşin, müsyö, - deyə təklif etdi. - O

böyük kreslo daha rahatdır, milord.

downloaded from KitabYurdu.org

Page 166: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

166

Lord Ester diksindi:

- Məni tanıdınız?

Dostum gülümsədi:

- Əlbəttə. Axı qəzetlərdəki şəkillərə baxıram. Sizi necə

tanımaya bilərəm?

- Müsyö Puaro, həyati əhəmiyyətli və təxirəsalınmaz bir

məsələ haqqında məsləhətinizə ehtiyacım var. Ancaq

məxfiliyin qorunmasında təkid etməyə məcburam.

Dostum pafosla:

- Erkül Puaro sözü verirəm! Bunun özü bir zəmanətdir, -

dedi.

- Söhbət baş nazirdən gedir. Ciddi bir problemimiz var.

Ser Doc:

- Vəziyyətimiz çıxılmazdır, - deyə müdaxilə etdi.

- Yarası ağırdır? - deyə soruşdum.

- Nə yarası?

- Güllə yarası.

Doc nifrətlə:

- Hə, güllə?! - deyə donquldandı. - Onu çoxdan

unutmuşuq.

Lord Ester:

- Həmkarımın da qeyd etdiyi kimi, - deyə davam etdi, -

o məsələ çoxdan bağlanıb. Xoşbəxtlikdən, sui-qəsd cəhdi

baş tutmadı. Kaş ki, bunu ikinci cəhd üçün də deyə biləydik!

downloaded from KitabYurdu.org

Page 167: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

167

- İkinci cəhd də edilib?

- Bəli, ancaq bir qədər başqa formada. Müsyö Puaro, baş

nazir yoxa çıxıb!

- Nə?

- Oğurlanıb!

Heyrətlə:

- Ola bilməz! - deyə qışqırdım. Puaro, görünür, bundan

sonrakı sözlərimin qarşısını almaq məqsədilə gözlərini

ağartdı.

Lord:

- Bəli, inanılmazdır, - deyə razılaşdı. - Amma, həqiqətən,

baş nazir yoxa çıxıb.

Puaro ser Doca baxdı:

- Müsyö, dediniz ki, hər saat dəyərlidir. Nəyi nəzərdə

tuturdunuz?

Lord Ester yoldaşına baxıb:

- Müsyö Puaro, yəqin ki, müttəfiqlərin bu yaxınlarda

keçiriləcək görüşündən xəbəriniz var? - deyə soruşdu.

Dostum başını təsdiq mənasında tərpətdi.

- Məlum səbəblərə görə, görüşün yeri və tarixi elan

edilməsə də, təbii ki, bu informasiya diplomatik dairələrdə

geniş yayılıb. Görüş sabah - cümə axşamı, günün ikinci

yarısında Versalda keçiriləcək. İndi, yəqin ki, vəziyyətin nə

qədər ciddi olduğunu

downloaded from KitabYurdu.org

Page 168: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

168

başa düşdünüz. Düzünü deyim ki, baş nazirin görüşdə

iştirakı bizim üçün həyati əhəmiyyət daşıyır. Alman

casuslarının ölkədə apardığı pasifist təbliğat çox fəaldır.

Hamıya məlumdur ki, görüşün gedişatı bizim baş nazir kimi

güclü bir şəxsiyyətin iştirakından çox asılıdır. Onun görüşdə

olmamasının çox ağır nəticələri ola bilər. Baş nazirin

missiyasının öhdəsindən gələcək adam da yoxdur.

İngiltərəni yalnız o təmsil etməlidir.

Puaro ciddi görkəm aldı:

- Deməli, baş nazirin oğurlanmasını onun bu görüşdə

iştirakının qarşısını almaq cəhdi kimi qiymətləndirirsiniz?

- Əlbəttə. Hadisə baş verəndə nazir artıq Versala yola

düşmək üzrə idi.

- Görüş nə vaxt keçirilməlidir?

- Sabah axşam saat doqquzda.

Puaro cibindən böyük saatını çıxardı:

- Doqquza on beş dəqiqə qalıb.

Ser Doc təlaşla:

- İyirmi dörd saat, - dedi.

Puaro:

- Üstəgəl on beş dəqiqə, - deyə onun sözlərinə düzəliş

verdi. - On beş dəqiqəni unutmayın, müsyö, bəzən bu az

vaxta çox işlər görülür. İndi isə təfərrüatlara keçək...

Oğurlanma hadisəsi İngiltərədə baş verib, yoxsa Fransada?

downloaded from KitabYurdu.org

Page 169: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

169

- Fransada. Makadam La-Manşı bu səhər keçib. Gecəni

baş komandanın evində qalacaq, sabah isə Parisə gedəcəkdi.

Onu

boğazda esmines müşayiət edib. Bulonda baş komandanın

adyutantlarından biri maşınla qarşılayıb.

- Eh bien?37

- Və onlar Bulondan yola düşdükdən sonra yoxa çıxıblar.

- Necə?

- Müsyö Puaro, maşın da, adyutant da yalançı imiş. Baş

komandanın maşını isə yarğandan tapılıb. Əl-qolları,

ağızları bağlanmış sürücü ilə adyutant da maşında imişlər.

- Bəs baş nazirin olduğu maşın?

- Hələ də tapılmayıb.

- Ola bilməz! Yəqin ki, tezliklə tapılacaq.

- Biz də elə düşünürdük. Fransanın o hissəsində hərbi

vəziyyət hökm sürür. Uzağa gedə bilməzdilər. Ancaq...

Fransa polisi, Skotlənd Yarddan olan adamlarımız, ordu

- hamı səfərbər olub. Sizin də qeyd etdiyiniz kimi, tamamilə

namümkün olsa da, maşın heç yerdə yoxdur.

Qapı döyüldü, aralandı və gənc bir zabit lord Esterə

möhürlənmiş bir zərf uzatdı:

- İndicə Fransadan gəlib, ser. Əmr etdiyiniz kimi, bura

gətirdim.

Nazir tələsik zərfi cırıb sevinclə:

downloaded from KitabYurdu.org

Page 170: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

170

- Nəhayət, xəbər var! - deyə qışqırdı. - İkinci maşınla

katib Deniels tapılıb. Onu xloroformla yatırdıb, əl-qolunu,

ağzını bağlayıblar. Yalnız sifətinə əski yapışdırıldığını

və çabaladığını xatırlayır. Polislər hesab edirlər ki, onun

sözlərinə inanmamağa heç bir əsas yoxdur.

- Başqa heç nə tapılmayıb?

- Xeyr.

- Baş nazirin cəsədini nəzərdə tuturam. Yox? Onda ümid

var. Ancaq, qəribədir... Səhər onu öldürməyə cəhd etdikləri

halda, nə üçün indi sağ saxlamağa çalışırlar?

Ser Doc başını buladı:

- Bircə şey aydındır. Bu adamlar nə yolla olur-olsun, baş

nazirin konfransda iştirakına mane olmaq istəyirlər.

- Əgər baş nazir sağdırsa, konfransda olacaq. Ümid edək

ki, hələ gec deyil. İndi isə,

müsyö, hər şeyi başdan danışın. Səhərki sui- qəsd haqqında

da məlumat almaq istəyirəm.

- Keçən gecə baş nazir katiblərdən birinin - kapitan

Denielsin müşayiəti ilə...

- Axırıncı səfəri zamanı da nazirin yanında olan katibin?

- Bəli. Onlar Vindzora getmişdilər. Səhəri gün şəhərə

qayıtdılar və bu hadisə baş verdi.

- Bircə dəqiqə. Bu kapitan Deniels kimdir? Yəqin ki,

sizdə onun dosyesi var?

downloaded from KitabYurdu.org

Page 171: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

171

Lord Ester gülümsədi:

- Bilirdim ki, bunu soruşacaqsınız, ancaq onun haqqında

çox şey bilmirik. O, tanınmış ailədən deyil, İngiltərə

ordusunda xidmət edib... Müstəsna dil öyrənmə qabiliyyəti

olduğundan katib kimi əvəzedilməzdir. Səhv

etmirəmsə, yeddi dil bilir. Ona görə də baş nazir Fransaya

onunla getmək qərarına gəldi.

- İngiltərədə qohumları varmı?

- İki xalası var. Hempsteddə yaşayan xanım Everard və

Askot həndəvərində yaşayan xanım Deniels.

- Askot? O ki Vindzor yaxınlığında yerləşir, elə deyil?

- Bu məsələni yoxlamışıq. Bir şey çıxmadı.

- Yəni düşünürsünüz ki, kapitan Denielsdən

şübhələnməyə dəyməz?

- Müsyö Puaro, indiki vəziyyətdə kim olmasından asılı

olmayaraq, kiməsə arxayın olmağı yelbeyinlik hesab

edirəm.

- Tres bien38. Milord, mən bilən, baş nazir hər cür sui-

qəsd ehtimalını istisna etmək üçün xüsusi sayıqlıqla

mühafizə olunmalı idi, elədir?

- Elədir. Baş nazirin maşınının ardınca ştatlı agentlərlə

dolu olan ikinci bir maşın gedirdi. Üstəlik, Makadamın

özünün də bu tədbirdən xəbəri yoxdur. O, çox qorxmaz

adamdır. Polislər də, təbii ki, öz növbələrində tədbir

downloaded from KitabYurdu.org

Page 172: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

172

görürdülər: baş nazirin sürücüsü O'Merfi onların adamıdır.

- O'Merfi? Bu ki, irland soyadıdır, elə deyil?

- Bəli, o, İrlandiyada doğulub.

- Hansı hissəsində?

- Deyəsən, Kler qraflığında.

- Tiens!39 Davam edin, milord.

- Baş nazir Denielslə birlikdə örtülü maşına minib

Londona yola düşdü. İkinci maşınsa, həmişə olduğu kimi,

müəyyən məsafədən onu izləyirdi. Bədbəxtlikdən, baş

nazirin maşını bizə məlum olmayan səbəbdən əsas yoldan

çıxıb...

- Bu, yolayrıcında olub?

- Bəli, haradan bildiniz?

- O, c'est evident!40 Davam edin.

- Hə, deməli, baş nazirin maşını bizə məlum olmayan

səbəbdən əsas yoldan çıxıb. Onu müşayiət edən maşın isə

bunun fərqinə varmadan yolunu davam etdirib. Nazirin

maşını xəlvət yola dönən kimi qarşısına bir qrup maskalı

adam çıxıb. Sürücü...

Puaro fikirli-fikirli:

- Bizim cəsur O'Merfi, - deyə mızıldadı.

- Bəli. Sürücü gözlənilməz hadisədən çaşaraq əyləci

basıb. Baş nazir pəncərədən boylanan kimi iki atəş səsi

eşidilib. Birinci güllə yanağını siyirsə də, ikincisi,

downloaded from KitabYurdu.org

Page 173: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

173

xoşbəxtlikdən, ümumiyyətlə, hədəfdən yan keçib. Sürücü

özünə gələn kimi maşını yerindən tərpədərək cinayətkarları

yarıb keçib.

Mən diksinərək:

- Onları öldürə bilərdi! - deyə qışqırdım.

- Baş nazir yaralanması haqqında söz- söhbətin

yayılmasını istəməmişdi. Gizlicə kənd xəstəxanasına

gedərək yarasını bağlatdırmışdı. Sonra isə heç nə olmamış

kimi

əvvəlcədən tərtib edilmiş qrafik əsasında Çarinq-Krossa

yola düşmüşdü. Burada onu Duvra aparacaq xüsusi ekspress

gözləyirdi. Kapitan Daniels təşvişə düşən polislərə ifadə

verdikdən sonra baş nazir Duvra yola düşür. Orada onu

esmines, Bulonda isə Britaniya bayraqlı xidməti maşın

gözləyirdi. Sən demə, bu, lazım olan avtomobil yox, baş

naziri qaçıranların maşını imiş.

- Mənə danışacaqlarınız yalnız bunlardır?

- Bəli.

- Heç nəyi unutmadınız?

- Hə, bir qəribəlik də var...

- Nə qəribəlik?

- Baş naziri vağzala aparan maşın qaraja qayıtmayıb.

Polislər O'Merfini dindirməyə

tələsdiyindən, axtarış elan edildi. Maşın Soxoda yerləşən və

downloaded from KitabYurdu.org

Page 174: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

174

alman casuslarının görüş yeri kimi tanıdığımız şübhəli

restoranlardan birinin yanından tapıldı.

- Bəs sürücü?

- Hələ də tapılmayıb. O da yoxa çıxıb.

- Deməli, iki nəfər yoxa çıxıb: baş nazir Fransada,

O'Merfi isə Londonda.

- Bilirsiniz, müsyö Puaro, əgər dünən kimsə mənə

O'Merfinin satqın olduğunu desəydi, ona gülərdim.

- Bəs bu gün?

- Bu gün artıq nə düşünəcəyimi bilmirəm. Puaro ciddi

tərzdə başını tərpədərək

saatına nəzər saldı:

- Mənə istənilən vaxt istənilən yerə daxil olmaq imkanı

verilməlidir.

- Əlbəttə. Bir saat sonra Skotlənd Yardın ən yaxşı

qüvvələri xüsusi bir qatarla Duvra yola düşəcək.

İxtiyarınızda bir hərbçi zabit və bir polis əməkdaşı olacaq.

Bu, kifayət edər?

- Əlbəttə edər. Siz getmədən əvvəl bir sual da verim,

müsyö. Sizi gəlməyə nə vadar etdi? Buraya gəlmənizi

nəzərdə tuturam. Yəni bu boyda Londonda...

- Sizi bir böyük yerlinizin zəmanəti və təkidi ilə axtarıb

tapdıq.

- Comment?41 Dostum prefektin?

downloaded from KitabYurdu.org

Page 175: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

175

Lord Ester başını buladı:

- Xeyr, bu, daha böyük adamdır. Vaxtilə Belçikada onun

hər sözü qanun idi. İngiltərə

and içib ki, yaxın gələcəkdə yenə belə olacaq.

Puaro əlini havaya qaldırdı:

- Qoy belə olsun! Müsyö... Mən - Erkül Puaro sizə

sədaqətlə xidmət edəcəyəm. Ümid edək ki, çox

gecikməmişik. Ancaq hələ ki, məsələ qaranlıqdır... iynə ucu

qədər də işıq görünmür...

Qonaqlar otaqdan çıxan kimi səbirsizliklə:

- Hə, nə fikirləşirsiniz? - deyə soruşdum.

Tələsə-tələsə, ancaq həmişə olduğu kimi

səliqə ilə yol çantasını hazırlamağa başlayan dostum fikirli-

fikirli başını buladı:

- Bilmirəm. Doğrudan, bilmirəm. Başımı itirmişəm.

- Sizə elə gəlmir ki, qaçırmaqdansa, baş nazirin başına

yaxşı bir zərbə endirmək daha

asan olardı?

- Üzr istəyirəm, mon ami, mən belə deməzdim. Şübhəsiz

ki, onlara məhz naziri qaçırmaq lazım idi.

- Niyə ki?

- Ona görə ki, birincisi, qeyri-müəyyənlik çaxnaşma

yaradır. Baş nazirin ölümü ağır faciə olsa da, gec-tez bu

faciənin nəticələri aradan qaldırılacaqdı, indiki halda isə

downloaded from KitabYurdu.org

Page 176: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

176

vəziyyət daha çıxılmazdır. Baş nazir tapılacaq, yoxsa yox?

Sağdır, yoxsa həlak olub? Heç kim heç nə bilmir və nə qədər

ki, bu belədir, heç bir konkret iş görülməyəcək. Dediyim

kimi, qeyri- müəyyənlik çaxnaşma yaradır və

düşmənlərimizin də istədikləri budur. Baş naziri gizli bir

yerdə saxlamaqları onlar üçün

üstünlükdür: hər iki tərəflə danışıq apara bilərlər. Alman

hökuməti xəsisliyi ilə tanınsa da, istənilən halda onlardan

yaxşı pul qoparmaq olar. Həm də ki, insan oğruları qatillər

kimi ölüm hökmü ilə cəzalandırılmırlar. Görürsünüz, onlara

məhz naziri oğurlamaq lazım imiş.

- Bəs onda niyə əvvəlcə öldürməyə cəhd etdilər?

Puaro hirslə çiynini çəkdi:

- Bax, bunu başa düşə bilmirəm! Axmaqlıqdır! Gözəl bir

oğurluq planı hazırladıqdan sonra hər şeyi mənasız bir

tamaşaya görə təhlükəyə atmaq. Özü də Londondan cəmi

iyirmi mil məsafədə və bir yığın maskalı adamla!

- Bəlkə də bu iki hadisə arasında heç bir əlaqə yoxdur.

- Yox, Hastinqs, bu boyda təsadüf ola bilməz. Davam

edək: satqın kimdir? Onsuz, ən azından birinci hadisə

zamanı heç nə etmək mümkün olmazdı. Bəs o kimdir:

Deniels, yoxsa O'Merfi? Dəqiq ikisindən biridir, yoxsa

maşın niyə yolunu dəyişsin ki? Çətin ki, baş nazir özü ona

qarşı həyata keçirilmiş sui- qəsddə iştirak eləsin... Yoldan

downloaded from KitabYurdu.org

Page 177: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

177

O'Merfi özü dönüb, yoxsa bunu Denielsin əmri ilə edib?

- Əlbəttə ki, özü dönüb.

- Elə görünür, çünki dönməyi Deniels əmr etsəydi, baş

nazir bu əmrin səbəbini soruşardı. Olduqca çox ehtimal var

və hamısı da bir-biri ilə ziddiyyət təşkil edir. Əgər

O'Merfi satqın deyilsə, niyə maşını döndərib? Əgər

satqındırsa, niyə atəş açılanda maşını sürərək naziri xilas

edib? Bir tərəfdən də, əgər satqın deyilsə, niyə naziri

vağzala qoyan kimi düşmənlərin yığışdığı yerə gedib?

- Çox qarışıq məsələdir.

- Ardıcıllığı pozmayaq. Bu iki nəfərin lehinə və əleyhinə

nə bilirik? Əvvəlcə O'Merfi... Əleyhinə: yoldan kənara

çıxması, irland əsilli olması və şübhəli şəkildə yoxa çıxması.

Lehinə: atəş açılan zaman maşını aradan çıxarıb baş naziri

xilas etməsi,

Skotlənd Yardda xidmət etmiş olması və əla xidməti

dəftərçəsi. indi isə Deniels. Əleyhinə: mənşəyinin

bilinməməsi və ingilislərə qətiyyən xas olmayan dil

öyrənmə qabiliyyətinə malik

olmasından başqa heç nə (bağışlayın, mon ami, sizdən də

poliqlot çıxmadı). Lehinə: əl- qolu və ağzı bağlı, bihuş

vəziyyətdə tapılıb ki, bu da onun cinayətin iştirakçısı

olmadığını göstərir.

- Bunu onun yoldaşları etmiş ola bilərlər - gözdən pərdə

downloaded from KitabYurdu.org

Page 178: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

178

asmaq üçün.

Puaro başını buladı:

- Fransız polisi belə halları tuta bilir. Bundan əlavə, baş

nazir oğurlamaqla məqsədlərinə çatandan sonra Denielsi

orada saxlamağa nə ehtiyacları vardı? Tutalım, yoldaşları

onu yatırdıb əl-qolunu bağlaya bilərdilər, ancaq şəxsən mən

bununla onların nəyə nail olduqlarını dərk edə bilmirəm.

Onsuz da bundan sonra, bu iş açılana qədər o,

ciddi polis nəzarəti altında olacağından, onların işinə yaraya

bilməz.

- Bəlkə o, polisləri azdırmalı idi?

- Bəs niyə eləmədi? O, sifətinə yapışdırılan əskidən

başqa heç nə xatırlamadığını deyib. Bu, iz azdırmağa

qətiyyən bənzəmir.

- Hm, görünür, indi görə biləcəyimiz ən yaxşı iş vağzala

yollanmaqdır. Bəlkə də bu müəmma Fransada açılacaq.

- Ola bilər, dostum, ancaq şəxsən mən buna şübhə

edirəm. Baş nazirin kifayət qədər yığcam ərazidə

tapılmaması çox anlaşılmazdır. Üstəlik onu burada uzun

müddət gizlətmək, demək olar ki, qeyri-mümkündür. İki

ölkənin

əks-kəşfiyyatı və polisləri onu tapa bilməyiblərsə, mən nə

edə bilərəm?

Vağzalda bizi ser Doc qarşıladı:

downloaded from KitabYurdu.org

Page 179: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

179

- Skotlənd Yarddan detektiv Barns və mayor Norman.

Onlar sizin ixtiyarınızda olacaqlar. Uğurlar! Vəziyyət çox

qarışıq olsa da, ümidimi itirmirəm. İndi isə məni bağışlayın,

tələsməliyəm...

Nazir tələsik çıxıb getdi. Mayor Normanla bir qədər

söhbət elədik. Platformadakı adamlar arasında hündürboy,

sarışın bir adamla danışan balaca, safsara oxşayan birini

gördüm. Bu, Puaronun köhnə tanışı - Skotlənd Yardın ən

bacarıqlı əməkdaşlarından biri sayılan müfəttiş Cepp idi. O,

yaxınlaşıb dostumu gülərüzlə salamladı:

- Eşitdim, sizi də bu işə qoşublar. Zərgər işidir! Ancaq

inanmıram çox davam gətirsinlər. Uşaqlarımız hər

santimetri axtarırlar.

Fransızlar da bizim kimi. Mənə elə gəlir, yaxın bir neçə

saata oğruların işi bitəcək!

Hündürboy detektiv təəssüflə:

- Baş nazirin işi, bəlkə də, artıq bitib, - deyə fikrini

bildirdi.

Ceppin siması dəyişdi:

- Bəli... Ancaq nədənsə mənə elə gəlir ki, o hələ sağdır.

Puaro başını təsdiq mənasında tərpətdi:

- Bəli, bəli. Sağdır. Ancaq vaxtında tapılacaqmı? Mən də

sizin kimi düşünürdüm ki, onu bu qədər uzun müddət

gizlədə bilməzlər...

downloaded from KitabYurdu.org

Page 180: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

180

Fit verildiyindən hamı vaqona tərəf tələsdi. Qatar

könülsüz-könülsüz yerindən tərpənib, tənbəl-tənbəl

stansiyadan yola çıxdı.

Bu, qəribə bir səfər idi. Hər tərəfdə Skotlənd Yarddan

olan adamlar vardı... Hər tərəfdə Şimali Fransanın

xəritələrini, bu xəritələr üzərində bir-birinin ardınca

işarələnmiş şəhər və yolları göstərən barmaqları görmək

olurdu... Hərənin öz versiyası vardı. Puaro isə, adəti

xilafına, heç nə danışmadan küskün uşaq kimi bir küncdə

oturmuşdu. Onun əvəzinə özümə mayor Norman kimi gözəl

bir həmsöhbət tapmışdım və vaxt mənim üçün sürətlə

keçirdi. Duvrda Puaronun davranışına xeyli güldüm.

Gəminin göyərtəsinə çıxar-çıxmaz, dostum qolumdan

yapışıb dəhşət hissi ilə şahə qalxan dalğaları göstərdi:

- Mon Dieu! Dəhşət!

- Məyus olmayın, Puaro, - deyə ürəkdirək verməyə

çalışdım. - Bacaracaqsınız. Onu tapacaqsınız, buna əminəm.

- Ah, mon ami, səhv edirsiniz! Məni tamam başqa şey

narahat edir... Bu qorxunc dəniz, mal de mer42

dözülməzdir!

- A-a!

İşə düşən mühərriklər gəmini yırğalayır, bu zaman Puaro

gözlərini yumub inildəyirdi.

- Mayor Normanda Şimali Fransanın xəritəsi var, sizin

downloaded from KitabYurdu.org

Page 181: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

181

üçün maraqlıdırsa, gətirərəm, - deyə dostumun fikrini

dağıtmaq

üçün cəhd elədim. Puaro dərdli-dərdli başını buladı:

- Yox, yox. Məni tək buraxın, dostum. Bilirsiniz,

fikirləşmək üçün beyinlə mədə arasında sülh olmalıdır.

Laverje dəniz xəstəliyinin müalicəsi üçün çox gözəl bir üsul

məsləhət görür. Başımızı sağ tərəfə döndərib yavaşca nəfəs

alırıq və sonra onu sol tərəfə döndərib nəfəsi veririk, nəfəs

almaqla vermək arasında isə altıya qədər saymaq lazımdır.

Bir müddət dostumun idman hərəkətlərinə baxdıqdan

sonra yuxarı qalxdım.

Gəmi yavaş-yavaş Bulon limanına daxil olanda Puaro,

hər zaman olduğu kimi, olduqca səliqəli görkəmdə və

gülümsəyə-gülümsəyə

göyərtəyə yanıma gəlib pıçıltı ilə Laverjenin üsulunun əsl

möcüzə yaratdığını bildirdi.

Cepp hələ də şəhadət barmağını xəritənin üzərində

gəzdirirdi:

- Cəfəngiyatdır. Maşın Bulondan çıxıb.

Onu burada saxlayıblar. Sizə deyirəm, onlar maşını

dəyişiblər. Fikrimi başa düşdünüz?

Hündürboy detektiv:

- Şəxsən mən hesab edirəm ki, onu dənizlə aparıblar, -

deyə cavab verdi.

downloaded from KitabYurdu.org

Page 182: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

182

Cepp başını buladı:

- Çox bəsit ehtimaldır. Nəzərə alın ki, dərhal bütün

limanların bağlanması əmr edilmişdi.

Gəmi sahilə yan alanda hava hələ tam işıqlanmamışdı.

Mayor Norman Puaronun

qoluna toxundu.

- Hərbi maşın sizi gözləyir, ser.

- Təşəkkür edirəm, müsyö, hələ ki, heç yerə getmirik.

- Necə yəni?

Puaro:

- İndi hamımız sahildəki otelə yollanacağıq, - dedi və

tələb elədi ki, çatan kimi ona ən yaxşı nömrəni versinlər.

Biz çaşqın və qayğılı halda onun arxasınca düşdük.

Dostum bizə iti bir nəzər salaraq istehza ilə:

- Yaxşı detektiv belə eləməzdi, hə? - deyə soruşdu. -

Bilirəm. Yaxşı detektiv enerjili olmalıdır. O tərəf, bu tərəfə

qaçmalıdır.

Yollarda, toz-torpaq içində olmalı, zərrəbin ilə avtomobil

şinlərinin izlərinə baxmalıdır. Hə, bir də siqaret kötüklərini

və kibrit qalıqlarını toplamalıdır. Belə düşünürsünüz, elə

deyil?

O, təhrikedici nəzərlərlə bizə baxaraq:

- Hm. Mən - Erkül Puaro sizi əmin edirəm ki, bütün

bunlar cəfəngiyatdan başqa bir şey deyil. Əsl dəlillər

downloaded from KitabYurdu.org

Page 183: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

183

buradadır, - deyə alnını döyəclədi. - Başa düşürsünüz? Bir

də ki, gərək heç Londondan çıxmayaydım. Evdə yaxşı-yaxşı

fikirləşmək kifayət edərdi. Vacib olan tək şey balaca boz

hüceyrələrdir, vəssalam. Onlar sakitcə işlərini görürlər, mən

isə xəritəni götürüb barmağımla lazım olan yeri göstərərək

deyirəm: baş nazir buradadır! Və nazir həqiqətən orada

tapılır! Metod və

məntiqin olması mütləqdir. Fransaya bu tələsik gəliş

səhvdir, uşaqların qaçdı-tutdu oyunundan başqa bir şey

deyil. Ancaq indi, bir qədər gec olsa da, iş lazım olduğu kimi

- daxildə aparılacaq. Sakit olun, dostlarım, xahiş edirəm.

Dostum düz beş saat heç bir hərəkət etmədən oturub,

arabir pişik gözlərini xatırladan yaşıl gözlərini qırpmaqla

kifayətləndi. Onun gözləri getdikcə daha yaşıl, Skotlənd

Yarddan olan şəxs getdikcə daha acıqlı, mayor Norman isə

daha məyus və səbirsiz görünürdü. Hətta vaxt da get-gedə

sürətini itirirdi.

Nəhayət, ayağa qalxıb, mümkün olduqca səssiz şəkildə

pəncərəyə yaxınlaşdım.

Araşdırmamız oyunbazlığa çevrilmişdi. Dostuma görə

narahatlıq keçirirdim. Uğursuzluğa məruz qalacaqdısa da,

bunun bu dərəcədə biabırçı və gülünc şəkildə olmasını

istəməzdim. Qəmgin-qəmgin pəncərədən sahilə yan almış

paroxodun püskürdüyü tüstü burumlarına tamaşa etməyə

downloaded from KitabYurdu.org

Page 184: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

184

başladım.

Puaronun səsi məni fikirlərimdən ayırdı:

- Başlayaq, mes amis43!

Üzümü çevirəndə dostumun əməlli-başlı dəyişdiyini

gördüm. Gözləri parıldayır, sinəsi sürətlə qalxıb-enirdi:

- Bir az diqqətsizlik göstərdim, ancaq... Ancaq indi

qaranlıqda işıq görünməyə başlayıb!

Mayor:

- Bu dəqiqə maşın çağıraram, - deyə qapıya tərəf qaçdı.

- Ehtiyac yoxdur. Mənə maşın lazım olmayacaq. Tanrıya

şükür, külək də dayanıb.

- Yəni demək istəyirsiniz ki, piyada gedəcəyik?

- Yox, gənc dostum. Mən müqəddəs Pyotr deyiləm.

Dənizi gəmi ilə keçməyə üstünlük verirə m 44.

- Nəyi keçməyə?

- Dənizi, dostum, dənizi! Lap başdan başlamaq lazımdır.

Bu işin başı isə İngiltərədədir. Odur ki, oraya qayıtmalıyıq.

Günorta saat üçdə yenidən Çerinq-Kross platformasında

dayanmışdıq. Puaro

etirazlarımıza əhəmiyyət vermədən bildirdi ki, başlanğıca

qayıtmaq boş yerə vaxt itkisi yox, yeganə çıxış yoludur. O,

bütün yolboyu astadan mayorla danışırdı. Bu danışıqların

nəticəsi isə mayorun Duvrdan göndərdiyi bir yığın teleqram

oldu.

downloaded from KitabYurdu.org

Page 185: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

185

Mayorda olan icazə vərəqələri sayəsində mənzil başına

çox tez çata bildik. Londonda bizi içində mülki geyimli bir

neçə detektiv olan böyük bir polis maşını gözləyirdi. -

Detektivlərdən biri dərhal makinada yazılmış bir kağız

parçasını dostuma uzatdı. Puaro baxışlarımdakı sualı

anladığından:

- Londonun qərbindəki kənd xəstəxanalarının

siyahısıdır, - deyə izahat verdi. - Duvrda olanda istəmişdim.

Londonun mərkəzindən sürətlə keçərək Betrouda getdik,

sonra da yolumuzu davam etdirib, Hemmersmit, Çizik və

Brentforddan keçməklə şəhərdən çıxdıq. Səfərimizin

məqsədini anlamağa başlayırdım. Vindzor və Askot.

Denielsin xalası Askotda yaşayırdı. Deməli, O'Merfini yox,

onu axtarırdıq.

Tezliklə gəlib gözəl bir villanın qapısı ağzında dayandıq.

Puaro maşından çıxıb zəngi basdı. Dostumun işıqlı

çöhrəsində tutqun bir təəccüb əlaməti sezilirdi. Görünür, nə

isə onun düşündüyü kimi olmamışdı. Qapını açıb Puaronu

içəri dəvət etdilər. O, demək olar ki, bir neçə saniyə sonra

evdən çıxaraq dərhal maşına minib başını tərpətdi. Ümidimi

itirmək üzrə idim. Saat beş idi... Puaro Denielsin

günahkar olduğunu göstərən dəlili tapmış olsa belə, baş

nazirin yerini bildirəcək şəxs əlimizdə olmadıqdan sonra

bunun nə faydası ola bilərdi?

downloaded from KitabYurdu.org

Page 186: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

186

Londona geri qayıdarkən səfərimiz xeyli darıxdırıcı

keçdi. Tez-tez əsas yoldan çıxaraq kiçik xəstəxanaların

qarşısında dayanırdıq. Puaro xəstəxanaların hər birində

cəmi bir neçə dəqiqə qalır və hər dəfə də pis əhvali-

ruhiyyəsinin bir hissəsini orada qoyub çıxırdı. Axıra yaxın

bütün vücudundan sevinc yağırdı.

Dostum Normana nə isə pıçıldadı. O da cavabında:

- Bəli, sola dönək, orada - körpünün yanında bizi

gözləyirlər, - dedi.

Yandakı yola döndük. Qatılaşmaqda olan qaranlıqda

içərisində mülki geyimli iki polis işçisi olan maşının bir

kənarda dayandığını güclə seçdim. Puaro onlarla

danışdıqdan sonra yolumuzu şimal istiqamətində davam

etdirdik. O biri maşın arxamızca düşdü.

Bir qədər sonra Londonun şimalında yerləşən şəhərətrafı

qəsəbələrə tərəf getdiyimiz məlum oldu. Nəhayət, gəlib

yoldan bir qədər kənarda yerləşən tənha və hündür bir evin

qapısı ağzına çatdıq.

Normanla mən maşında qaldıq, Puaro isə detektivlərdən

biri ilə artırmaya çıxıb zəngi basdı. Qapını qəşəng bir

xidmətçi qız açdı. Detektiv:

- Polis zabiti, - deyə özünü təqdim etdi. - Evdə axtarış

aparmaq üçün orderim var.

Xidmətçi zəif səslə qışqırdı. Elə o dəqiqə təxminən otuz

downloaded from KitabYurdu.org

Page 187: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

187

üç yaşlı hündürboy bir qadın arxadan ona yaxınlaşdı:

- Edit, bağla qapını. Yəqin soyğunçulardır.

Lakin Puaro cəld ayağını qapının arasına

salıb fit verdi. Hamı artırmaya qaçaraq içəri doluşduqdan

sonra qapı bağlandı.

Normanla mən sonrakı beş dəqiqəni məcburi

hərəkətsizliyimizə lənət yağdırmaqla keçirdik. Nəhayət,

qapı açıldı və bütün dəstəmiz biri qadın, ikisi isə kişi olan

əsirlərlə birlikdə artırmaya çıxdı. Kişilərdən birini və qadını

ikinci maşına oturtdular, digər kişini isə Puaro şəxsən bizim

maşına gətirdi:

- Dostum, mən o birilərlə getməliyəm. Siz isə bu

centlmenlə məşğul olun. Siz tanış deyilsiniz? Onda icazə

verin, təqdim edim: müsyö O'Merfi!

O'Merfi! Maşın hərəkət etsə də, mən ağzıaçıq vəziyyətdə

gözlərimi ona zilləmişdim. Əlləri qandallanmadığından

qaçacağından ehtiyat edirdim. Gözlərini qarşısına dikərək

oturmuşdu. Bir tərəfdən də, mənə və Normana nə edə bilərdi

ki?

Maşının yenidən şimala tərəf hərəkət etdiyini görəndə

təəccübləndim. Deməli, Londona qayıtmırdıq. Bir qədər

çaşqın idim. Maşın ünvana çatanda anladım ki, Hendon

aerodromuna gəlmişik. Puaronun planını başa

düşmüşdüm. Dostum Fransaya təyyarə ilə getmək istəyirdi!

downloaded from KitabYurdu.org

Page 188: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

188

Əla fikir olsa da, əslində sərfəsizdir! Teleqram

göndərmək daha asan və tez başa gələrdi. Axı hər saatın öz

hökmü var. Yox, Puaro, heç vaxt baş nazirin xilaskarı

şöhrətinin başqasına qismət olmasına göz yummaz!

Çatan kimi mayor Norman maşından düşüb yerini mülki

geyimli detektivlərdən birinə verdi. O, tələsik Puaro ilə

danışdıqdan sonra çıxıb getdi.

Mən də maşından düşüb dostumun qolundan yapışdım:

- Təbriklər, dostum! Nazirin yerini dedilər? Ancaq

teleqram göndərmək daha yaxşı olar.

Hər şeyi özünüz etməyə çalışsanız, gecikərsiniz.

Puaro, demək olar ki, bir dəqiqə maraqla mənə tamaşa

etdikdən sonra, nəhayət:

- Dostum, təəssüf ki, bəzi şeyləri teleqramla göndərmək

olmaz, - deyə cavab verdi.

Norman əynində hava qüvvələri forması olan gənc bir

zabitlə geri qayıtdı:

- Sizi Fransaya kapitan Layol aparacaq. Dərhal uçmağa

hazırdır.

Pilot:

- Möhkəm geyinin, ser, - dedi. - İstəsəniz, palto da verə

bilərəm.

Puaro saatına baxdı:

- Hə, vaxtdır. Çox sağ olun, müsyö, ancaq sizinlə uçan

downloaded from KitabYurdu.org

Page 189: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

189

mən deyiləm. Sərnişininiz bu centlmen olacaq.

Dostum geri çəkilən kimi, o biri maşınla gəlmiş

əsirlərdən biri qaranlıqdan işığa çıxdı. Onu görən kimi

heyrətdən donub qaldım. Bu adam baş nazirin özü idi!

Londona qayıtmaq üçün Puaro və Normanla maşına

əyləşər-əyləşməz səbirsizliklə:

- Tanrı xatirinə, nə baş verdiyini izah edəcəksiniz, ya

yox? - deyə soruşdum. - Naziri necə gətiriblər İngiltərəyə?

Puaro soyuq-soyuq:

- Buna ehtiyac olmayıb, - deyə cavab verdi. - Nazir

Londondan heç çıxmayıbmış. O,

Vindzordan Londona gedən yolda qaçırılıb.

- Necə?

- İndi izah edərəm. Baş nazir öz maşınında, katib də

yanında imiş. Qəfildən nazirin sifətinə xloroformlu əski

yapışdırılıb...

- Kim yapışdırıb axı?

- Bizim məşhur poliqlot kapitan Deniels. Başqa kim

olacaq ki? Baş nazir huşunu itirdikdən sonra o, şüşə

arakəsmənin o üzündən telefonla O'Merfiyə sağa dönməyi

əmr edib. Heç nədən şübhələnməyən O'Merfi deyiləni

yerinə yetirib. Boş yolla bir neçə metr irəliləməmiş kənarda

sürücüsü mühərriklə əlləşən böyük bir maşın görüblər.

O'Merfi sürücünün xahişi ilə maşını saxlayıb. Yad adam

downloaded from KitabYurdu.org

Page 190: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

190

tələsmədən maşına yaxınlaşıb. Elə bu

vaxt Deniels həmin xloroformlu əskini O'Merfinin üzünə

sıxıb. Etil-xlorid kimi güclü təsirə malik maddədən də

istifadə etmiş ola bilər. Cəmi bir neçə saniyə keçdikdən

sonra huşunu itirənlər maşından çıxarılaraq o biri maşına

qoyulublar. Onların yerinə isə oxşarları oturdulub.

- Necə yəni?

- Çox sadəcə! Məgər məşhurların necə dəqiqliklə təqlid

edildiklərinə tamaşa etməmisiniz? İctimai xadimi

yamsılamaqdan asan iş yoxdur. İngiltərənin baş nazirini

parodiya etmək hansısa Con Smiti təqlid etməkdən dəfələrlə

asandır. O'Merfinin oxşarına gəlincə, çətin ki, baş nazirin

gedişindən əvvəl ona diqqətlə fikir verən olub,

gedişindən sonra isə fikir verməyə kimsə yox idi. Odur ki,

saxta O'Merfi sakitcə vağzaldan birbaşa dostlarının yanına -

restorana gedib, paltarını dəyişərək, oradan tamam başqa

adam kimi çıxıb. Əsl O'Merfi isə şübhəli şəkildə yox olub.

- Yaxşı, tutaq ki, heç kim O'Merfiyə diqqət yetirməyib.

Ancaq saxta baş nazirə ki hamı baxıb!

- Onu görənlər şəxsən və yaxından tanıyanlar olmayıb.

Bir də ki, Deniels naziri arzuolunmaz təmaslardan

qoruyurdu. Üstəlik də, sifəti sarıqlı idi, davranışındakı

qəribəlikləri isə səhərki sui-qəsd zamanı keçirdiyi şokla izah

edirdilər. Bundan əlavə, Makadamın boğazı həssas

downloaded from KitabYurdu.org

Page 191: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

191

olduğundan, mühüm

çıxışlarından əvvəl onu qorumağa çalışır. Daha dəqiqi,

susur. Ona görə də Fransaya qədər onu təqlid etmək çətin

olmayıb. Orada bu, mümkün olmayacaqdı və odur ki, baş

nazir yoxa çıxdı. İngiltərə polisi dərhal sui-qəsdi unudaraq

La-Manşa atıldı. Cinayətkarlar polisləri oğurluğun Fransada

həyata keçirildiyinə inandırmaq üçün Denielsin əl- qolunu

bağlayaraq onu yatızdırdılar.

- Bəs baş nazirin oxşarı?

- Sadəcə tamaşaya son qoydu. Hətta onunla saxta

sürücünü şübhəli şəxs kimi yaxalasaydılar da, bir qədər

əvvəl oynadıqları rol heç kimin ağlına gələ bilməzdi, onlar

da cinayət tərkibinin olmaması səbəbindən azad edilərdilər.

- Bəs baş nazirin özü necə?

- Onunla O'Merfini gizlicə Denielsin Hempsteddə

yaşayan "xalası" "xanım Everardın" evinə aparıbmışlar.

Əslində, bu qadın polis tərəfindən xeyli vaxtdır axtarışda

olan frau Berta Ebental imiş. Bu da mənim polislərə kiçik,

ancaq dəyərli hədiyyəm oldu. Hələ Denielsin özünü

demirəm. Onun planı həqiqətən məharətlə hazırlanmışdı.

Lakin dostumuz bu işin açılmasının Erkül Puaroya həvalə

edilə biləcəyini nəzərə almamışdı!

Şəxsən mən hesab edirəm ki, dostumun bu dəfəki

şöhrətpərəstlik tutmasını tərəddüd etmədən bağışlamaq olar.

downloaded from KitabYurdu.org

Page 192: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

192

- Məsələni nə vaxt anladınız?

- İşə lazımi yerdən - daxildən başlayan kimi. Səhərki sui-

qəsdi heç cür məntiqi ardıcıllığa daxil edə bilmirdim. Lakin,

"sui- qəsd"in nəticəsi kimi, məhz baş nazirin sarıqlı üzlə

Fransaya yola düşməsini nəzərə aldıqda, nəhayət, düzgün

yolu tapdım. Vindzor və London arasındakı bütün

xəstəxanalara baş çəkib, onların heç birinə yanağında güllə

yarası olan bir adamın müraciət etmədiyinə əmin olduqdan

sonra heç bir şübhəm qalmadı. Qalan məsələlər isə mənim

boz hüceyrələrim üçün uşaq oyunudur!

Növbəti günün səhəri Puaro yenicə aldığı teleqramı

mənə göstərdi. Üzərində göndərənin möhürü və imzası

olmayan

teleqram yalnız bir sözdən ibarət idi: "Tam zamanında!"

Axşama yaxın qəzetlərdə müttəfiq ölkələrin konfransı

haqqında məlumat dərc olundu. Məlumatda coşqun nitqi ilə

insanlarda dərin və unudulmaz təəssürat oyatmış Devid

Makadamın ünvanına səslənmiş gurultulu alqışlar xüsusi

vurğulanırdı.

36 Uşaq işidir (fr.)

37 Və? (fr.)

38 Əla (fr.)

39 Deməli, belə! (fr.)

40 O! Bu ki aydın məsələdir! (fr.)

downloaded from KitabYurdu.org

Page 193: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

193

41 Necə? (fr.)

42 Dəniz xəstəliyi (fr.)

43 Dostlarım (fr.)

44 Dənizi gəmi ilə keçməyə üstünlük verirəm - Burada

İncildəki bir əhvalat nəzərdə tutulur, isa şagirdlərinə Qaliley

dənizinin qarşı tərəfinə keçməyi tapşırır. Qayıq dənizin

ortasında olanda tufan qalxır. Şagirdlərinin fəlakətə düçar

olduğunu görən isa suyun səthi ilə onlara tərəf gedir.

Şagirdlər onu ruh zənn edərək qorxub qışqırışırlar, isa:

"Qorxmayın, mənəm", - deyə onları sakitləşdirir. Bu vaxt

apostol Pyotr: "Tanrım! Əgər sənsənsə, icazə ver, suda sənə

tərəf

gəlim", - deyir. Tanrı "Gəl" dedikdən sonra Pyotr qayıqdan

çıxıb, suyun səthi ilə İsanın yanına gedir.

Mister Davenheymin yoxa çıxması

Puaro ilə mən çay içməyə dəvət etdiyimiz dostumuz,

Skotlənd Yarddan olan müfəttiş Ceppin yolunu gözləyirdik.

Dostum ev sahibəsinin lazımi qaydada düzməyə macal

tapmadığı stəkan-nəlbəkiləri yenicə səliqəyə salmışdı.

Sonra o, melxior dəm çaydanını ipək dəsmalla sildi. Böyük

çaydan artıq qaynayırdı, onun yanına isə Puaronun "ingilis

zəhərindən" üstün hesab etdiyi şokolad parçı qoyulmuşdu.

Bir neçə dəqiqə sonra qapının zəngi çalındı və dostumuz

içəri keçdi:

downloaded from KitabYurdu.org

Page 194: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

194

- Ümid edirəm gecikməmişəm. Doğrusu, Davenheymin

işi ilə məşğul olan Millerlə söhbətə başım qarışmışdı.

Tez qulaqlarımı şəklədim. Üç gün idi ki, qəzetlər

tanınmış "Davenheym və Salmon" bank firmasının böyük

şəriki mister Davenheymin qəribə şəkildə yoxa çıxması

haqqında yazılarla dolu idi. O, keçən şənbə günü evdən

çıxmış, bundan sonra heç kim onu görməmişdi. Bu haqda

Ceppdən nə isə maraqlı bir məlumat eşidəcəyimə ümid

edirdim.

- Adama elə gəlir ki, - dedim, - indiki dövrdə yoxa

çıxmaq mümkün deyil.

Puaro:

- Dəqiqləşdirək, dostum, - dedi. - Siz "yoxa çıxmaq"

deyəndə nəyi nəzərdə tutursunuz?

- Məgər "yoxa çıxmaq" cürbəcür olur? - deyə güldüm. -

Bəlkə onları təsnif də edəsiniz?

Bu sözümə Cepp də gülümsədi. Puaro isə qaşqabaqla

bizə baxdı:

- Zarafat etmirəm. Üç kateqoriya "yoxa çıxma"

mövcuddur. Birinci və daha adi hal könüllü yoxa çıxmadır.

İkinci və tez-tez sui- istifadə edilən hal "yaddaşın

itirilməsidir". Nadir hal olsa da, təcrübədə rast gəlinir.

Üçüncü hal isə cəsədin gizlədilməsi ilə qətl hadisəsinin

törədilməsi halıdır.

downloaded from KitabYurdu.org

Page 195: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

195

- Boş sözlərdir, Puaro, - deyə etiraz etdim. - İnsan

yaddaşını itirə bilər, ancaq belə olsa da, onu tanıyacaq bir

adam əvvəl-axır tapılar. Xüsusən də, söhbət Davenheym

kimi tanınmış bir şəxsiyyətdən gedirsə. Cəsədə gəlincə, o da

buxarlana bilməz: gec-tez kimsəsiz bir yerdə və yaxud

parçalanmış şəkildə çamadanda aşkar edilər. Bir də ki,

indiki zəmanədə qaçaq klerk və ya terrorist harada gizlənə

bilər axı? Onları hətta xaricdə də axtarıb taparlar. Limanlara

və vağzallara nəzarət tətbiq ediləcəyindən heç cür gizlənə

bilməzlər, yoxa çıxmış adamın əlamətləri qəzet oxuyan və

radio dinləyən hər kəsə məlum olur.

- Mon ami, səhv edirsiniz. Bir şeyi unudursunuz ki,

başqa bir adamı və yaxud özünü aradan götürmək qərarına

gələn şəxs metodun nə olduğunu bilən nadir -

insanlardandır. O, bütün ağlını və yaddaşını cinayətin hər

bir incəliyini diqqətlə planlaşdırmaq üçün səfərbər edir.

Deyirsiniz belə bir adam polisləri aldada bilməz?

Cepp mənə göz vuraraq istehza ilə:

- Bəs sizi necə? - deyə soruşdu. - Sizi aldada bilər,

müsyö Puaro?

- Məni? Bu, bir az çətin məsələdir, axı mən bu cür

məsələlərin həllini, indiki detektivlərdən fərqli olaraq, bütün

məntiq qanunlarından istifadə etməklə axtarıram!

Cepp gülümsədi:

downloaded from KitabYurdu.org

Page 196: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

196

- Bilmirəm. Miller bacarıqlı oğlandır, əmin ola bilərsiniz.

O, nə ayaq izlərini, nə siqaret küllərini, nə də bir qırıntını

gözdən qaçırır. Hər şeyi görür.

- Eynən Londondakı bütün sərçələr kimi, mon ami.

Ancaq mən mister Davenheymin yoxa çıxması məsələsini

bu balaca boz quşcuğaza həvalə etməzdim.

- Bəs tapılmış dəlillər, müsyö? Məgər onların heç bir

əhəmiyyəti yoxdur?

- Dəlillərə çox da inanmayın, dostum. Onlar hər zaman

olduqca önəmli görünsələr də, əksəriyyəti həddindən artıq

əhəmiyyətsiz olur. İşi açmaq üçün yalnız bircə şey lazımdır:

boz hüceyrələr. Biz yalnız onlara güvənə bilərik. Bu və ya

digər məsələləri çox vaxt

hissə qapılmadan qavraya bilmirik. Həqiqəti isə kənardan

yox, daxildən axtarmaq lazımdır.

- Demək istəyirsiniz ki, yerinizdən qalxmadan bu işi aça

bilərsiniz?

- Elədir ki, var. Təbii ki, faktlarla tanış olandan sonra.

Cepp əlini dizinə çırpdı:

- Beş funtdan mərc gəlirəm ki, bir həftə ərzində diri və

ya ölü Davenheymin yerini deyə bilməyəcəksiniz!

Puaro bir qədər düşündükdən sonra, nəhayət:

- Başa düşürəm, - dedi. - Le sport45 ingilislərin zəif

yeridir. Siz faktları təqdim edin.

downloaded from KitabYurdu.org

Page 197: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

197

- Keçən şənbə mister Davenheym, həmişə olduğu kimi,

birə iyirmi dəqiqə qalmış

Viktoriya vağzalından ona məxsus "Sidr" villasının

yerləşdiyi Çinqsayda gedən qatara minib. Lançdan sonra

parkda gəzməyə və bağbana bəzi göstərişlər verməyə çıxıb.

Dindirdiyimiz şəxslərdən heç biri onun davranışında nə isə

bir qəribəlik, əsəbilik sezməyib. Çay içdikdən sonra həyat

yoldaşına kəndə bir neçə məktub göndərməyə gedəcəyini

deyib. Eyni zamanda bildirib ki, mister Loven adlı birinin

yolunu gözləyir. Lovenin onun qayıtmasından əvvəl

gələcəyi təqdirdə kabinetdə gözləməsini tapşırıb. Bundan

sonra qabaq qapıdan çıxaraq tələsmədən darvazaya tərəf

gedib. Və bir də onu görən olmayıb.

Puaro:

- Çox gözəl, - dedi, - davam edin, dostum, davam edin.

- On beş dəqiqə sonra qara saçlı, gur bığlı bir kişi gələrək

mister Davenheymlə görüşü olduğunu bildirib. Mister

Loveni, bankirin tapşırığına uyğun olaraq, kabinetə

ötürüblər. Bir saat keçsə də Davenheym qayıtmayıb.

Nəhayət, Loven qatara gecikəcəyindən, artıq gözləyə

bilməyəcəyini bildirib. Xanım ərinin yerinə üzr istəyib və

Loven təəssüf etdiyini bildirərək çıxıb gedib.

Bildiyiniz kimi, Davenheym qayıtmayıb. Bazar günü

səhər tezdən bu barədə polisə məlumat verilsə də, heç nə

downloaded from KitabYurdu.org

Page 198: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

198

aydınlaşmayıb: kişi elə bil buxarlanıb. Poçtda olmayıb.

Kənddə heç kim görməyib. Stansiyada heç bir

qatara minmədiyini bildiriblər. Avtomobili də qarajda idi.

Əgər maşın tutmuş olsaydı, indiyə qədər bundan xəbər

tutardıq, belə ki, Davenheym haqqında istənilən

informasiya qarşılığında rəsmi şəkildə böyük məbləğdə

mükafat vəd edilib. Sedarsdan beş mil aralıda - Entfilddə at

yarışları keçirilirdi və əgər Davenheym bu stansiyaya qədər

piyada getmişdisə, orada izdihamın arasında diqqətdən

yayına bilərdi. Amma o vaxtdan bəri şəkilləri və zahiri

əlamətləri haqqında məlumatlar bütün qəzetlərdə dərc

edilib. Buna baxmayaraq, hələ bir nəfər də müraciət

etməyib... Bazar ertəsi səhər sensasiyalı bir məlumat aldıq.

Davenheymin kabinetindəki seyf sındırılaraq soyulmuşdu.

Pəncərələr bağlı

olduğundan bayırdan içəri heç kim keçə bilməzdi. Hərçənd

oğrunun evin içində şərikinin olması və pəncərəni

oğurluqdan sonra bağlaması da istisna edilmir. Bundan

əlavə, nəzərə almaq lazımdır ki, şənbə və bazar günü evdə

mərəkə olub. Oğru evə şənbə günü daxil olaraq, sakitcə bir

küncdə bazar ertəsi gününə qədər gizlənə bilərdi.

Puaro soyuq tərzdə:

- Precisement46, - dedi. - Həbs ediblər? Ce pauvre M.

Lowen47?

downloaded from KitabYurdu.org

Page 199: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

199

- Hələ ki, yox. Ancaq, təbii ki, şübhəli hesab olunur.

- Aydındır. Bəs seyfdən nə oğurlanıb?

- Dəqiq bilinmir. Xanım Davenheymin fikrincə, orada

sonuncu sövdələşmələr

nəticəsində qazanılmış böyük məbləğdə aksiya və

banknotlar saxlanılıb. Xanımın bütün brilyantları da seyfdə

imiş. Son illər həyat yoldaşı hər ay ona qeyri-adi bir

cavahirat bağışlayırmış.

-Hə, pis qənimət deyil. Bəs Loven? O, Davenheymgilə

niyə gəlibmiş?

- Aralarındakı münasibət yaxşı deyildi. Loven xırda

möhtəkirdir. İki dəfə Davenheymin sayəsində birjadan külli

miqdarda qazanc əldə etsə də, demək olar ki,

görüşməmişdilər. Baş tutmayan görüş cəhdləri isə hansısa

cənubi Amerika səhmləri ilə əlaqədar imiş.

- Deməli, Davenheym Cənubi Amerikaya kapital

qoyubmuş?

- Elə görünür. Xanım Davenheym həyat yoldaşının

keçən payızı Buenos-Ayresdə keçirdiyini bildirir.

- Ailə həyatlarında problem var?

- Çətin ki. Davenheymin ailə həyatında sakitlik hökm

sürüb. Həyat yoldaşı xoşagəlimli, ancaq dar düşüncəli bir

qadındır.

- Onda məsələnin həllini burada axtarmağa dəyməz.

downloaded from KitabYurdu.org

Page 200: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

200

Düşmənləri varmış?

- Maliyyə sahəsində xeyli rəqibi olub... Lakin onu aradan

götürmək istəyən düşmənlərinin olduğunu zənn etmirəm.

Bir də ki, əgər öldürülübsə, cəsədi haradadır?

- Hastinqsin dediyi kimi, cəsədlərin gec- tez tapılmaq

kimi labüd bir xüsusiyyəti var.

- Yeri gəlmişkən, bağban evin yanı ilə güllüyə tərəf

gedən bir adam görüb. Kabinetin bu güllüyə açılan şüşə

qapısı var və Davenheym tez-tez məhz bu qapıdan istifadə

edirmiş. Ancaq bağban çox uzaqda olduğundan, gördüyü

adamın ev sahibi olub- olmadığını dəqiq deyə bilmir. Bu,

bağbanın işini bitirdiyi vaxt - axşam saat altıda baş verib.

- Bəs Davenheym nə vaxt gedib?

- Altının yarısı.

- Güllüyün arxasında nə var?

- Göl.

- Qayıqları və qayıqçı koması da var?

- Bəli. Bir neçə qayıq var. Yəqin intihar versiyası

haqqında düşünürsünüz? Onda

sabah Miller gedib gölü diqqətlə nəzərdən keçirər.

Puaro gülümsədi:

- Hastinqs, zəhmət olmasa, "Deyli meqafon"un48 o

nüsxəsini verin mənə. Yaddaşım məni aldatmırsa, orada

Davenheymin yaxşı bir fotosu olmalıdır.

downloaded from KitabYurdu.org

Page 201: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

201

Qalxıb qəzeti götürdüm. Puaro bir neçə dəqiqə diqqətlə

şəklə baxdı:

- Hm. Saçı və bığı uzun, çənəsi sivri, qaşları qalın.

Gözləri qaradır?

- Bəli.

- Saç-saqqalına dən düşüb?

Müfəttiş başını təsdiq mənasında tərpətdi

- Hə, müsyö Puaro, bu haqda nə deyə bilərsiniz? Məsələ

gün kimi aydındır, hə?

- Əksinə, çox qaranlıqdır...

Ceppin simasında gizli qalib ədası peyda oldu. Puaro

sakit tərzdə:

- Bu da məndə sirrin açılacağına dair ümid oyadır,

- deyə əlavə etdi.

- Doğrudan?

- Təcrübəmdən bilirəm: iş qarışıqdırsa, həqiqəti tapmaq

şansı var. Məsələ gün kimi aydın olanda isə həqiqətin

tapılacağına inanmayın! Deməli, kimsə sizi qəsdən izdən

yayındırır!

Cepp başını buladı:

- Nə deyə bilərəm ki, hərənin öz yanaşması var. Məncə,

hər şeyin açıq-aşkar görünməsində pis bir şey yoxdur.

- Mənsə heç nə görməyə çalışmıram. Əksinə, gözlərimi

yumub düşünürəm.

downloaded from KitabYurdu.org

Page 202: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

202

Cepp:

- Düşünmək üçün düz bir həftə vaxtınız var, - deyə ah

çəkdi.

- Ancaq söz verin ki, məni yeni məlumatlardan xəbərdar

edəcəksiniz. O cümlədən, yorulmaz və uzaqgörən müfəttiş

Millerin əldə edəcəyi nəticələrdən də.

Cepp ayağa qalxaraq:

- Danışdıq, - dedi. Mən onu qapıdan yola salanda isə

dərindən ah çəkərək:

- Çox qəribədir, - deyə əlavə etdi. - Elə bil balaca uşaq

oğurlayıblar.

Özümdən asılı olmadan gülümsədim. Ceppi yola

saldıqdan sonra qonaq otağına

qayıdanda da gülümsəyirdim.

Puaro şən-şən:

- Aha! - deyə barmağını silkələdi. - Puaroya gülürsünüz?

Onun boz hüceyrələrinə inanmırsınız? Yaxşı, pərt olmayın.

Gəlin, bu kiçik problemi müzakirə edək. Bir-iki maraqlı

təfərrüat var.

- Göl! - deyə mənalı-mənalı dilləndim.

- Təkcə göl yox, qayıqçı koması da!

Puaroya qıyqacı bir nəzər saldım. Üzündə

güclə sezilən bir təbəssüm vardı. Hiss etdim ki, ondan nə isə

soruşmağın heç bir mənası yoxdur.

downloaded from KitabYurdu.org

Page 203: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

203

Cepp bizə yalnız növbəti gün axşam saat onda gəldi.

Üzündəki ifadədən təzə xəbər gətirdiyi hiss olunurdu.

Puaro:

- Nədir, dostum? - deyə soruşdu. - İşlər yaxşı gedir?

Deməyin ki, mister Davenheymin cəsədini göldən

tapmısınız, onsuz da inanmayacağam.

- Cəsədi tapmasaq da, həmin gün əynində olan kostyumu

tapmışıq. Hə, nə deyirsiniz?

- İtən başqa geyim əşyaları da var?

- Xeyr. Qalan paltarları yerindədir. Bir xəbər də var.

Loveni həbs etmişik. Qulluqçulardan biri deyib ki, evi tərk

etməsindən on dəqiqə əvvəl onu bağda görüb.

- Bəs Loven nə deyir?

- Əvvəlcə evdən çıxmadığını desə də, sonradan qısa

müddətə kabinetin bağa açılan

qapısından qeyri-adi qızılgüllərə baxmaq üçün çıxdığını

etiraf etdi. Çox bəsit bəhanədir!

Onun əleyhinə bir dəlil də var. Davenheymin çeçələ

barmağında həmişə brilyant qaşlı böyük bir üzük olurdu.

Həmin o üzük şənbə gecəsi hansısa Billi Kellet tərəfindən

Londonda girov qoyulub! Polislər artıq bu adamın kim

olduğunu aşkar ediblər - keçən payız yaşlı bir centlmendən

saat oğurladığına görə üç aylıq həbs cəzası alıbmış. Billi

üzüyü girov qoyduqdan sonra içərək polis işçisinə hücum

downloaded from KitabYurdu.org

Page 204: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

204

etdiyindən, həbs edilib. Millerlə Bou-stritə gedib onu

gördüm. İndi ayılıb və çox qorxur. Qorxur ki, onu qətl

törətməkdə günahlandırarıq.

- O nə danışıb?

- Şənbə günü Entfilddə at yarışında olub. Qayıdanda

Çinqsayda gedən yolda dincəlmək üçün oturub. Bir neçə

dəqiqədən sonra yolla kəndə gedən bir nəfər görüb. Uzun

qara bığlı qaraşın bir centlmen olduğunu deyir. Yəqin ki,

Loven imiş.

Kellet daşın arxasında olduğundan, yoldan

görünmürmüş. Yolun boş olduğunu zənn edən yolçu

cibindən balaca bir əşya çıxarıb hasarın o biri tərəfinə atıb.

Sonra da stansiyaya tərəf gedib. Balaca əşya yerə düşəndə

cingildədiyindən, Kelletin diqqətini cəlb edib. O, bir qədər

axtardıqdan sonra üzüyü tapıb. Təbii ki, bunlar hamısı

uydurmadır. Kelletə inanmaq olmaz. Aydın məsələdir ki,

əslində o,

qarşısına çıxan Davenheymi qətlə yetirərək qarət edib.

Puaro başını buladı:

- Ağlabatan deyil, mon ami. Birincisi, onun cəsədi

gizlətmək imkanı olmayıb. Belə olan halda cəsəd indiyə

tapılmalı idi. İkincisi, üzüyü girov qoyması da onu qətl

törətməklə əldə etmədiyini sübut edir. Üçüncüsü, cibgirlər

qətl törətmirlər. Dördüncüsü, Kellet şənbə günü həbs

downloaded from KitabYurdu.org

Page 205: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

205

edildiyindən, Loveni sonradan görməsi və zahiri

görünüşünü xatırlaması ağlabatan deyil.

Cepp başını təsdiq mənasında tərpətdi:

- Bəlkə də, haqlısınız. Ancaq Lovenin üzükdən

qurtulmaq üçün başqa yol tapa bilməməsi çox qəribədir.

- Daha onu cəsədin barmağından niyə çıxarırdı ki?

- deyə mən soruşdum.

- Bunun üçün öz səbəbləri ola bilər. Bilirsiniz ki, gölün

yaxınlığında əhəng bişirmək üçün nəzərdə tutulmuş soba

var?

- Aman Tanrım! - deyə qışqırdım. - Demək istəyirsiniz

ki, cəsədi məhv etmək iqtidarında olan əhəng metal üzüyü

məhv edə bilmir?

- Elədir ki var.

- Mənə elə gəlir ki, - dedim, - hər şey aydındır. Nə

dəhşətli cinayətdir!

İkimiz də Puaroya baxdıq. Dostum qaşlarını

düyünləyərək dərin fikrə getmişdi.

Görəsən, nə deyəcək? Çox gözləməli olmadıq. Birdən

Ceppə tərəf dönərək:

- Maraqlıdır, görəsən, Davenheymlə arvadı eyni otaqda

yatırdılar, yoxsa ayrı-ayrı otaqlarda? - deyə soruşdu.

Sual bizə elə qəribə gəldi ki, bir müddət susaraq Puaroya

baxdıq. Sonra Cepp:

downloaded from KitabYurdu.org

Page 206: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

206

- Mən də elə bildim nə isə dəhşətli bir şey deyəcəksiniz,

- dedi. - Düzü, bilmirəm, müsyö Puaro. Ancaq öyrənə

bilərəm.

- Merci, mon ami49. Bu məlumatı əldə edə bilsəniz, sizə

çox minnətdar olaram.

Cepp tanınmış xəfiyyədən gözünü çəkməsə də Puaro,

görünür, bizim otaqda olduğumuzu unutmuşdu. Müfəttiş

təəssüflə başını bulayaraq:

- Zavallı! Müharibə ona yaman təsir edib!

- deyə pıçıldayıb barmaqları ucunda otaqdan çıxdı.

Puaro elə o dəqiqə fikirlərindən ayrılaraq şən-şən

gülümsədi:

- Que faites vous la, mon ami?50 Nəhayət, başa

düşdünüz ki, bizim işimizdə əsas məsələ dəqiqlik və

sistemlilikdir.

Etiraf edim ki, dostumun məni tərifləməsindən

xoşhallanmışdım, ancaq bunu üzə vurmamağa çalışaraq:

- Bu məsələ haqqında bəzi fikirləri qeyd eləmişəm,

- dedim. - Oxuyum?

- Mütləq.

- Birincisi, bütün dəlillər seyfi Lovenin sındırdığını

göstərir. İkincisi, onunla Davenheym arasında haqq-hesab

vardı. Üçüncüsü, Kelletə inansaq, Loven yüz faiz bu işin

içindədir.

downloaded from KitabYurdu.org

Page 207: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

207

Bütün vacib məsələləri vurğuladığımı düşünüb susdum.

- Mon pauvre ami!51 Ən vacib məqamları nəzərdən

qaçırmısınız. Çıxardığınız nəticələr də inandırıcı deyil.

- Niyə?

- İcazə verin, sizin faktlarınıza bir qədər düzəliş edim.

Birincisi, mister Loven seyfi açmaq imkanının olacağını

bilmirdi. O, işgüzar görüş üçün gəlmişdi və əvvəlcədən

Davenheymin evdə olmayacağını bilə bilməzdi.

- Ancaq yaranmış fürsətdən istifadə etmiş ola bilərdi.

- Bəs alətlər? Centlmenlərdə özləri ilə hər ehtimala qarşı

oğru alətləri gəzdirmək adəti olmur. Cib bıçağı ilə isə seyfi

açmaq mümkün deyil.

- Yaxşı. İkinci fakt haqqında nə deyəcəksiniz?

- Fərz edək ki, Lovenlə Davenheym arasında haqq-hesab

vardı. Bilirik ki, Loven bir-iki dəfə onu birjada udub. Bu

məsələdə qəzəbli olan tərəf Davenheym olmalı idi, - Loven

yox.

- Bəs üçüncü fakt?

- Bu məsələdə haqlısınız. Əgər Kelletin danışdıqları

həqiqətdirsə, Loven yüz faiz bu işin içindədir.

- Onda, deməli, nəyisə tuta bilmişəm?

- Ola bilər, ancaq iki daha mühüm faktı nəzərdən

qaçırmısınız.

- Hansı faktlardır onlar elə?

downloaded from KitabYurdu.org

Page 208: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

208

- Birincisi, Davenheymin cavahirat almaq həvəsi.

İkincisi də, keçən payız Buenos- Ayresə getməsi.

- Puaro, məni ələ salırsınız!

- Xeyr, çox ciddiyəm. Ümid edirəm, Cepp xahişimi

unutmaz.

Yox, müfəttiş Puaronun xahişini zarafat hesab etsə də,

unutmamışdı. Odur ki, səhər belə bir teleqram aldıq:

"Davenheymlər keçən qışdan ayrı-ayrı otaqlarda

yatırmışlar".

Puaro:

- Aha! - deyə qışqırdı. - İndi artıq iyunun ortasıdır.

Məsələ aydın oldu!

Təəccüblə dostuma baxdım.

- Mon ami, "Davenheym və Salmon" bankında pulunuz

yoxdur?

- Xeyr. Nə olub ki?

- Olsaydı, mümkün qədər tez bir zamanda götürməyinizi

məsləhət görərdim.

- Nə olacağını ehtimal edirsiniz?

- Yaxın günlərdə iflasın baş verəcəyini. Ceppə

teleqramına görə minnətdarlıq etməliyik. Kağız-qələm,

zəhmət olmasa. "Mister Davenheymin bankına qoyduğunuz

pulları dərhal götürməyinizi məsləhət görürəm". Bu, bizim

Ceppi maraqlandırar!

downloaded from KitabYurdu.org

Page 209: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

209

Soyuqqanlılığımı qoruyub saxlamağa çalışırdım. Ancaq

səhəri gün dostumun qeyri- adi uzaqgörənliyinə təəccüb

etməyə bilmədim. Bütün qəzetlərdə böyük başlıqlarla

bankir Davenheymin iflas etməsi xəbəri yazılmışdı.

Səhər yeməyimizi bitirməmiş Cepp içəri daxil oldu:

- Bundan necə xəbər tutdunuz, Puaro?

Dostum sakit-sakit gülümsədi:

- Sizin teleqramınızı aldıqdan sonra buna şübhəm

qalmadı. Əvvəldən seyfin soyulması məsələsi məni çox

təəccübləndirmişdi. Brilyantlar, pullar, aksiyalar - sanki

bütün

bunlar hamısı əvvəlcədən hazırlanmışdı. Kimin üçün?

Əlbəttə ki, mister Davenheymin özü üçün. Bir tərəfdən də,

onun cavahiratlara olan marağı. Məsələ çox sadədir! O,

pullarını cavahiratlara xərcləyir, sonra onları saxtaları ilə

əvəz edərək, külli miqdarda sərvəti başqa ada keçirir ki, bir

gün hamı onun ölüsünü, ya dirisini axtaranda rahatca öz

kefinə xərcləsin. Bütün bunlardan sonra Lovenlə (haçansa

bir dəfə onu təbdən çıxarmağa cürət etmiş Lovenlə) görüş

təşkil edir, seyfi sındırır və tapşırıq verir ki, qonağı kabinetə

aparsınlar. Sonra da çıxıb gedir. Haraya?

Cavab vermədik.

- Aydın məsələdir. Əlbəttə ki, sığınacağına. Bir-iki səhv

buraxsa da, onun

downloaded from KitabYurdu.org

Page 210: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

210

boz hüceyrələri əla işləyir.

- Yaxşı, üzməyin bizi, Puaro. Danışın!

Dostum səbirsizliyimizdən zövq ala-ala

gülümsəyirdi:

- Hə, dostlarım, ikiniz də ağıllı insanlarsınız. Mənim

özümə verdiyim sualı siz də özünüzə verin: "Onun yerində

mən olsaydım, harada gizlənmək istəyərdim?" Hə,

Hastinqs, nə deyirsiniz?

- Şəxsən mən heç yerə qaçmazdım, - deyə cavab verdim.

- Londonda qalar, avtobuslarla, metro ilə gəzərdim, onsuz

da izdihamın arasında heç kim məni tapa bilməzdi.

Puaro sualedici nəzərlərlə Ceppə baxdı:

- Razı deyiləm. Ələ keçməməyin yeganə yolu dərhal

çıxıb getməkdir. Ancaq əvvəlcədən hər şeyi hazırlamaq

lazımdır. Səs-küy kəsilənə qədər yaxtada və ya başqa gizli

bir yerdə gizlənmək olar.

İndi növbə Puaronun idi:

- Bəs siz nə edərdiniz?

Dostum bir qədər susduqdan sonra hiyləgərliklə

gülümsədi:

- Dostlar, mən polislərdən gizlənmək istəsəydim,

bilirsiniz haranı seçərdim? Həbsxananı!

- Necə?!

- Siz Davenheymi axtarırsınız ki, həbsxanaya salasınız,

downloaded from KitabYurdu.org

Page 211: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

211

ancaq ağlınıza da gəlmir ki, dostumuz artıq orada ola bilər.

- Nə demək istəyirsiniz?

- Demişdiniz ki, madam Davenheym o qədər də ağıllı

qadın deyil. Amma, məncə, onu Bou-stritə gətirib Billi

Kelletlə üzləşdirsəniz, sonuncunun kim olduğunu dərhal

anlayar! Hətta dostumuzun bığ- saqqalını qırxmasına, saçını

kəsdirməsinə baxmayaraq. Qadın ərini, onun hamını aldada

bilmiş olmasına rəğmən, tanıya biləcək varlıqdır!

- Billi Kellet? Axı polis idarəsində onun haqqında

əvvəlcədən məlumat vardı!

- Məgər demədim ki, Davenheym ağıllı adamdır? O, hər

şeyi çoxdan hazırlayıbmış. Dostumuz keçən payız Buenos-

Ayresdə olmayıb, Billi Kellet adlı personaj yaratmaqla

məşğul olub. O, vaxtı gələndə polisləri şübhələndirməmək

üçün üç ay "həbsdə olub". Unutmayın ki, böyük iş

planlaşdırırdı. Böyük iş isə böyük zəhmət tələb edir.

Ancaq...

- Ancaq nə?

- Yenidən özü olduqdan sonra saxta saqqal və parik

gəzdirmək, bunlarla yatmaq çox çətin idi. Davenheym

ehtiyat edirdi ki, həyat yoldaşı saç-saqqalının saxta

olduğunu başa düşər. Ona görə də, guya Buenos- Ayresdən

qayıtdıqdan sonra arvadı ilə otaqlarını ayırmışdı. Ev

sahibini evin yanında gördüyünü deyən bağban tamamilə

downloaded from KitabYurdu.org

Page 212: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

212

haqlı idi. Davenheym qayıqçı komasına keçərək əvvəlcədən

orada gizlətdiyi avaralara xas köhnə pal-paltarı geyinib,

kostyumunu gölə

atıb və planını icra etməyə yollanıb. Sonra olanları da

bilirik: üzük, küçədəki qalmaqal və həbs. Dostumuz bilirdi

ki, heç kim onu həbsxanada axtarmayacaq...

Cepp:

- İnanılmazdır, - deyə pıçıldadı.

Puaro gülümsədi:

- Madamla danışın.

Səhəri gün Puaroya məktub gəldi. Zərfdən beş funtluq

banknot çıxdı.

Dostum:

- Ah, sacre!52 - deyə qaşlarını düyünlədi. - İndi bunu nə

edim? Lap utandım. Ce pauvre Japp!53 Hə, tapdım! Kiçik

bir nahar təşkil edərik. Üçümüz üçün! Yoxsa özümü pis hiss

edərəm. İş çox asan çıxdı. Bu, mənim

prinsiplərimə uyğun deyil... Mon ami, sizi bu qədər

şənləndirən nədir?

45 idman (fr.)

46 Tamamilə doğrudur (fr.)

47 O yazıq M.Loven? (fr.)

48 "Deyli meqafon" - əsasən sensasiyalı və kriminal

materiallar üzrə ixtisaslaşmış gündəlik qəzetdir. 1897-ci

downloaded from KitabYurdu.org

Page 213: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

213

ildən çıxmağa başlayıb.

49 Sağ olun, dostum (fr.)

50 Nə edirsiniz orada, dostum? (fr.)

51 Zavallı dostum! (fr.)

52 Lənət şeytana! (fr.)

53 Zavallı Cepp! (fr.)

Kübar italyanın əhvalatı

Puaro ilə mənim yaxın münasibətdə olduğumuz xeyli

dost-tanışımız vardı. Onlara misal olaraq, qonşumuz həkim

Hokerin adını da çəkə bilərəm. Çox mehriban bir adam olan

həkim axşamlar qeyri-adi bacarıqlarına heyran olduğu

Puaro ilə söhbət etmək üçün bizə gələrdi. Açıqürəkliliyi

sayəsində onun fərqli peşələrin sahibi olan istedadlı şəxslərə

qarşı laqeyd olmadığını öyrənmişdik.

Bir dəfə - iyunun əvvəllərində, təxminən axşam saat

doqquzda bizə gələrək arsenlə zəhərlənmədən ölən

insanların sayının ciddi şəkildə artması haqqında ciddi bir

müzakirə başlatmışdı. Onun gəlişindən təxminən yarım saat

sonra qonaq otağının qapısı taybatay açıldı və təlaşlı bir

xanım özünü içəri atdı:

- Həkim, sizi istəyirlər! Dəhşətli bir səsdir! Elə

həyəcanlanmışam ki, heç özümdə deyiləm.

Gələn qadın həkim Hokerin xidmətçisi xanım Rayder

idi. Həkim subay idi və bizdən bir neçə məhəllə aralıdakı

downloaded from KitabYurdu.org

Page 214: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

214

köhnə bir evdə yaşayırdı. Adətən, sakit və təmkinli olan

xanım Rayder bu dəfə çox həyəcanlı görünürdü.

- Nə dəhşətli səs? Nə olub axı?

- Ah, həkim, telefon zəng çaldı. Dəstəyi götürdüm...

"Kömək edin", - dedi kimsə. - "Həkim... kömək edin. Məni

öldürdülər!" Səs get-gedə kəsilirdi. "Kimdir danışan?"

- deyə soruşdum. Pıçıltı ilə: "Foskatine", - deyə cavab verdi,

ya da buna bənzər bir şey dedi. Bir də: "Ricents-Kort"...54 -

dedi. Həkim:

- Qraf Foskatini! - deyə qışqırdı. - O, Ricents-Kortda

yaşayır. Dərhal getməliyəm. Görəsən, nə olub?

Puaro:

- Xəstənizdir? - deyə soruşdu.

- Üç həftə əvvəl yüngül bir narahatlığa görə çağırmışdı.

Özü italyandır, ancaq ingilis

dilini mükəmməl bilir. Nə etmək olar, müsyö Puaro, sizinlə

bu gecəlik sağollaşmalıyam. Amma əgər...

Həkim çəkinərək susdu. Puaro gülümsədi

- Nə demək istədiyinizi anladım. Məmnuniyyətlə sizi

müşayiət edərəm. Hastinqs, aşağı düşüb taksi tutmağa

çalışın.

Çox lazım olanda elə bil bütün taksilər yoxa çıxır.

Nəhayət, birtəhər maşın tapa bildim və Ricents-Kort

istiqamətinə yollandıq.

downloaded from KitabYurdu.org

Page 215: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

215

Vestibüldə heç kim yox idi. Həkim var gücü ilə liftin

düyməsini basdı və lift düşdükdən sonra formalı liftçiyə sərt

şəkildə:

- Mənzil on bir. Qraf Foskatini. Deyəsən, orada nə isə

olub, - dedi.

Liftçi təəccüblə ona baxdı:

- Birinci dəfə sizdən eşidirəm. Qraf Foskatininin

xidmətçisi mister Qreyvz təxminən yarım saat əvvəl çıxıb

getdi, amma bu haqda heç nə demədi.

- Qraf mənzildə təkdir?

- Xeyr, ser. İki centlmeni nahara dəvət edib.

Səbirsizliklə:

- Görünüşləri necə idi? - deyə soruşdum.

- Mən görməmişəm, ser. Ancaq, anladığıma görə,

əcnəbidirlər.

Üçüncü mərtəbəyə çatanda liftçi dəmir qapını itələdi və

pilləkən meydançasına çıxdıq. On bir nömrəli mənzil düz

qarşımızda idi.

Həkim zəngi basdı. Cavab gəlmədi. Təkrar-təkrar basdı.

İçəridən heç bir hənirti

gəlmirdi.

Həkim:

- Məsələ ciddidir, - deyərək liftçiyə müraciət etdi. - Bu

qapının ehtiyat açarı var?

downloaded from KitabYurdu.org

Page 216: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

216

- Var. Aşağıda qapıçıdadır.

- Gətirin onu. Bir də, mənə elə gəlir ki, polis çağırmaq

lazımdır.

Puaro başının hərəkəti ilə həkimlə razı olduğunu bildirdi.

Liftçi tezliklə qayıtdı. Evin sahibi də yanında idi:

- Centlmenlər, nə baş verib?

- Qraf Foskatini mənə zəng vuraraq hücuma məruz

qaldığını və ağır vəziyyətdə olduğunu bildirib. Yəqin başa

düşərsiniz ki, bir dəqiqə də itirə bilmərik. Əgər artıq

gecdirsə...

Ev sahibi qapını açdı və hamı otağa daxil oldu. Əvvəl

qonaq otağına keçdik. Oradan sonrakı otağa açılan qapı aralı

idi. Ev sahibi həmin otağı göstərərək:

- Yemək otağıdır, - dedi.

Həkim Hoker qapıya tərəf getdi. Biz də onu təqib etdik.

İçəri keçəndə özümdən asılı olmadan ah çəkdim. Yemək

otağının ortasındakı stolun üstündə süfrə açılmışdı.

Görünür, təzəlikcə qəhvə içilmişdi. Üç stul kənara

çəkilmişdi, elə bil oturanlar yerlərindən indicə qalxmışdılar.

Buxarının sağ tərəfindəki küncdə yazı masası vardı və onun

arxasında bir nəfər oturmuşdu. Sağ əli telefon aparatının

üstündə idi, hələ də dəstəkdən yapışmışdı. Cinayət alətini

çox axtarmaq lazım olmadı,

aşağısı qana bulaşmış mərmər heykəlcik tez tələsik

downloaded from KitabYurdu.org

Page 217: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

217

düşürüldüyü yerdəcə qalmışdı.

Həkim bir dəqiqəyə qrafı müayinə etdi:

- Ölüb. O dəqiqə keçinib. Heyrət edirəm necə olub ki,

ümumiyyətlə, zəng edə bilib?

Ev sahibinin xahişi ilə mənzilə baxış keçirdik. Onsuz da

axtarışın nəticəsini əvvəlcədən ehtimal etmək olurdu.

Düşmənlərin evdə gizlənmə ehtimalı çox az idi, onların edə

biləcəkləri tək şey mümkün qədər tez aradan çıxmaq ola

bilərdi.

Qonaq otağına qayıtdıq. Puaro mənzilin axtarılması

prosesində iştirak etməmişdi. Yemək stolunu diqqətlə

nəzərdən keçirdiyini görüb mən də ona qoşuldum. Stol

yaxşı cilalanmış qırmızı ağacdan idi. Ortasında

içərisində qızılgüllər olan vaza vardı. Parlaq səthi üzərinə

krujevalı salfetlər düzülmüşdü. Süfrəyə meyvə qoyulsa da,

desert boşqablarından istifadə edən olmamışdı. Stolun

üstündə içində axıra qədər içilməmiş qəhvə olan üç fincan

da qalmışdı - iki fincanda qara, birində isə südlü qəhvə

vardı. Otaqda olan üç nəfərin üçü də portveyn içmişdi.

Yarısı boşaldılmış qrafin stolun ortasındakı boşqabın yanına

qoyulmuşdu. Kişilərdən biri siqar, ikisi isə siqaret çəkmişdi.

Stolun üstündə gümüşlə işlənmiş açıq siqar qutusu da vardı.

Bütün bu faktları özüm üçün qeyd etsəm də, onların baş

vermiş faciəyə aydınlıq gətirməyəcəyini bilirdim. Puaronun

downloaded from KitabYurdu.org

Page 218: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

218

stolun üstündəki əşyalara bu qədər diqqət

yetirməsi məni təəccübləndirirdi. Odur ki, ondan belə

diqqətlə nəyə baxdığını soruşdum.

Dostum:

- Mon ami, - deyə cavab verdi, - əsas məsələni nəzərə

almırsınız. Mən görünməz olanı görməyə çalışıram.

- O nədir ki elə?

- Balaca bir səhv. Əlbəttə ki, qatilin mümkün səhvini

nəzərdə tuturam.

Puaro cəld yemək otağına bitişik olan balaca mətbəxə

keçdi və ətrafa əməlli-başlı göz gəzdirdikdən sonra başını

bulayıb:

- Müsyö, - deyə ev sahibinə müraciət etdi, - zəhmət

olmasa, mənzillərə yemək paylama sisteminiz haqqında

məlumat verərdiniz.

Ev sahibi divardakı balaca pəncərəyə yaxınlaşdı:

- Burada mətbəxlərin yerləşdiyi mərtəbəyə qalxan xüsusi

qaldırıcı mexanizm var. Telefonla sifariş edilən yeməklər

qaldırıcı mexanizmlə aşağı salınır. Çirkli qablar da eyni

qaydada geri göndərilir. Bununla da sakinlər tez-tez

restorana düşmək əziyyətindən qurtulmuş olurlar.

- Deməli, bu gün axşam burada istifadə edilən boşqablar

və yeməklər indi yuxarıdakı mətbəxdədir. Ora baş çəkmək

olar?

downloaded from KitabYurdu.org

Page 219: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

219

- Əlbəttə, olar! Liftçi Roberte sizi müşayiət edərək lazımi

izahatları verər. Ancaq oradan bir şey əldə edəcəyinizə

inanmıram.

Mətbəxdə yüzlərlə boşqab və yemək olur, üstəlik hamısını

bir stolun üstünə yığırlar.

Ev sahibinin dediklərinə baxmayaraq, Puaro fikrini

dəyişmədi və hamımız birlikdə mətbəxə gedib, on bir

nömrəli mənzilin sifarişini qəbul etmiş şəxsi danışdırdıq.

O:

- Üç nəfərlik yemək sifariş etdilər, - dedi.

- Sup jülyen, Normandiya tərzində file, mal ətindən kotlet

və düyü suflesi. Nə vaxt? Təxminən saat səkkiz olardı. Yox,

indiyə qədər bütün qablar yuyulmuş olur. Təəssüf. Yəqin

sizi barmaq izləri maraqlandırır?

Puaro müəmmalı təbəssümlə:

- O qədər də yox, - deyə cavab verdi. - Məni daha çox

qraf Foskatininin iştahası

maraqlandırır. Yeməklərin hamısından yemişdi?

- Bəli, ancaq nədən nə qədər yediyini deyə

bilməyəcəyəm. Yalnız deyə bilərəm ki, bütün boşqablar

bulaşıq və boş idi. Təkcə düyü suflesindən başqa... Onun

çoxu - qalmışdı.

- Aha!

Görünür, bu fakt Puaronun diqqətini cəlb etmişdi.

downloaded from KitabYurdu.org

Page 220: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

220

Yenidən mənzilə qayıdanda dostum sakitcə:

- Qarşımızdakı adam çox ehtiyatlıdır, - dedi.

- Qatili nəzərdə tutursunuz, yoxsa qraf Foskatinini?

- Qraf olduqca səliqəli bir centlmen imiş. Hətta

öldürüləcəyindən ehtiyat edərək kömək çağırdıqdan sonra

da telefonun dəstəyini yerinə qoymağı unutmayıb.

Diqqətlə Puaroya baxmağa başladım. Dostumun axırıncı

sözləri və bir qədər əvvəl verdiyi suallar onun nə

fikirləşdiyini ehtimal etməyə imkan verirdi.

- Zəhərlənmədən şübhələnirsiniz? - deyə ah çəkdim.

- Deməli, mərhumun başına vurulmuş zərbə sadəcə diqqəti

yayındırmaq üçün imiş?

Puaro sadəcə gülümsəməklə kifayətləndi. Mənzilə

keçəndə yerli polis müfəttişi ilə iki konsteblin orada

olduğunu gördük. Müfəttiş bizi görüb hiddətlənəcəkdi ki,

Puaronun

Ceppin adını çəkməsindən sonra könülsüz şəkildə mənzildə

qalmağımıza icazə verdi. Heç beş dəqiqə keçməmişdi ki,

orta yaşlı bir kişi təlaşla mənzilə daxil oldu. Kişinin

simasından təşviş və hüzn oxunurdu.

Gələn mərhum qraf Foskatininin xidmətçisi Qreyvz idi.

O, hamımızın heyrətlənməsinə səbəb olan bir əhvalat -

danışdı.

Məlum oldu ki, bir gün əvvəl qrafı görmək üçün iki

downloaded from KitabYurdu.org

Page 221: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

221

centlmen gəlib. Hər ikisi italyan olan qonaqların təxminən

qırx yaşında olanı özünü sinyor Askanio kimi təqdim edib.

O biri qonaq isə ən çoxu iyirmi dörd yaşında şıq geyimli bir

adam imiş.

Görünür, qraf Foskatini onların gələcəklərini

bildiyindən, dərhal bir bəhanə ilə Qreyvzi evdən

uzaqlaşdırıb. Əhvalatın bu hissəsində Qreyvz, sanki davam

edib- etməməyi qərarlaşdırmaqda çətinlik çəkirmiş kimi

sözünə ara verdi. Lakin axırda etiraf etdi ki, ağasının

tapşırığını dərhal yerinə yetirməyib, əksinə, bir qədər

ləngiyərək söhbətin nədən getdiyini öyrənməyə çalışıb.

Söhbət alçaq səslə aparıldığından, istəyinə nail ola

bilməsə də, eşitdiyi tək-tük sözlərdən hansısa maliyyə

təklifinin və bu təkliflə əlaqədar mövcud olan bəzi

çətinliklərin müzakirə edildiyini, bir də kiminsə təhdid

edildiyini anlaya bilib. Söhbət heç də mehribanlıq şəraitində

aparılmırmış. Axırda

qraf Foskatini səsini elə qaldırıb ki, xidmətçi onun

dediklərini aydın eşidib:

- Centlmenlər, mübahisə etməyə vaxtım yoxdur.

Etirazınız yoxdursa, sabah axşam saat səkkizdə burada

yığışıb həm yemək yeyərik, həm də söhbətimizi

yekunlaşdırarıq.

Qreyvz ağasının onu görəcəyindən ehtiyat edərək tez

downloaded from KitabYurdu.org

Page 222: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

222

oradan uzaqlaşıb. Növbəti gün axşam saat düz səkkizdə

həmin adamlar yenidən peyda olublar. Yemək yeyərkən

əvvəlcə müxtəlif məsələlərdən - siyasətdən, havadan,

teatrdan danışılıb. Qreyvz portveyn və qəhvə gətirəndən

sonra ağası bildirib ki, bu axşam daha ona lazım olmayacaq.

Müfəttiş:

- Həmişə qonaqları olanda belə edərdi? - deyə soruşdu.

- Xeyr, ser, heç vaxt. Məni yollamasından belə başa

düşdüm ki, qonaqları ilə müzakirə edəcəyi mövzu nə isə

qeyri-adi bir məsələ haqqındadır.

Bununla da Qreyvzin qraf və qonaqları haqqında

danışdıqları bitdi. Məlum oldu ki, o, təxminən saat 08:30-da

evdən çıxıb və dostu ilə görüşərək onunla birlikdə Edvard-

rouda Müzik-hol metropoliteninə yollanıb.

Qətlin saat 08:47-də törədildiyi kifayət qədər dəqiq

məlum olsa da, qonaqların evdən çıxmağını heç kim

görməmişdi. Yıxılarkən Foskatininin əlini toxundurmaqla

yerə saldığı kiçik stolüstü saat hələ də məhz bu vaxtı

göstərirdi və bu vaxt xanım Rayderin telefon zəngini qəbul

etdiyi vaxtla üst-üstə düşürdü.

Polis serjantı müayinəni bitirdikdən sonra cəsədi taxtın

üstünə qoydular. Nəhayət, ona baxmağa imkan tapdım:

üzünün rəngi sarı- yaşıl, burnu uzun, bığları gur və qara idi,

yarıqapalı qırmızı və ətli dodaqları arasından

downloaded from KitabYurdu.org

Page 223: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

223

gözqamaşdırıcı ağ dişləri görünürdü.

Müfəttiş bloknotunu bağlayaraq:

- Hə, belə, - dedi. - Hər şey aydındır. İndi bircə

çətinliyimiz qalır. O da sinyor Askanionu tapmaqdan

ibarətdir. Onun ünvanı mərhumun qeyd kitabçasında

olmaz?

Puaronun dediyi kimi, mərhum Foskatini çox səliqəli

adam imiş. Onun qeyd kitabçasında xırda hərflərlə, lakin

aydın

şəkildə yazılmış "Sinyor Paolo Askanio, "Qrosvenor-otel"

mehmanxanası" qeydinə rast gəldik. Müfəttiş telefonla

danışdıqdan sonra bizə tərəf döndü:

- Vaxtında zəng eləmişəm. Bizim hörmətli sinyor

hərəkət cədvəli gəminin qitəyə yola düşmə vaxtına uyğun

olan qatarla yola çıxmaq üçün mehmanxananı tərk edib.

Centlmenlər, məncə, lazım olan hər şeyi elədik. Hadisə çox

dəhşətli, amma olduqca bəsitdir. Qətlin səbəbi, böyük

ehtimalla, vendetta olmalıdır.

Söhbəti uzatmadan evdən çıxıb pilləkənlərlə aşağı

düşdük. Həkim Hoker çox həyəcanlı görünürdü:

- Lap roman kimidir. Elə maraqlı əhvalatdır ki, bu barədə

haradasa oxusaydım dünyasında inanmazdım.

Puaro fikirli görünürdü. Bütün axşamı cəmi bir neçə

kəlmə danışmışdı.

downloaded from KitabYurdu.org

Page 224: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

224

Həkim əlini onun kürəyinə vuraraq:

- Bəs böyük detektivimiz nə fikirləşir? - deyə soruşdu. -

Deyəsən, bu dəfə boz hüceyrələrinizə ehtiyac qalmadı.

- Belə düşünürsünüz?

- Diqqətinizi nə cəlb eləyib ki, belə?

- Məsələn, pəncərə.

- Pəncərə? Axı pəncərə bağlı idi. Heç kim oradan içəri

keçə və ya bayıra çıxa bilməzdi. Buna xüsusilə diqqət

yetirdim.

- Bağlı olduğunu necə müəyyənləşdirdiniz?

Həkim çaşqın halda Puaroya baxdı. Dostum:

- Pərdələr, - deyə izah etməyə başladı, - çəkilməmişdi.

Çox qəribədir, elə deyil? Bir də ki, qəhvə çox tünd idi.

- Nə olsun ki?

Puaro:

- Çox tünd idi, - deyə təkrar etdi. - Bununla yanaşı, düyü

suflesinin az bir hissəsi yeyilmişdi. Deməli, buradan nə

çıxır?

Həkim:

- Cəfəngiyat! - deyə güldü. - Məni ələ salırsınız.

- Heç kimi ələ salmıram. Dostum Hastinqs çox ciddi

adam olduğumu təsdiq edə bilər.

- Ancaq buradan nə nəticə çıxardığınızı başa düşə

bilmirəm, - deyə etiraf etdim. - Xidmətçidən

downloaded from KitabYurdu.org

Page 225: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

225

şübhələnirsiniz? Doğrudur, o, cinayətkarlarla əlbir olub

qəhvəyə narkotik maddə tökə bilərdi. Yəqin onun alibisi

diqqətlə yoxlanılacaq?

- Buna şübhəniz olmasın, dostum. Ancaq məni daha çox

sinyor Askanionun alibisi maraqlandırır.

- Düşünürsünüz ki, onun alibisi ola bilər?

- Məni məhz bu narahat edir. Yəqin ki, tezliklə hər şeyi

dəqiq biləcəyik.

"Deyli nyusmanger" qəzetindən hadisələrin davamı

barədə öyrəndik.

Sinyor Askanio saxlanılaraq qraf Foskatininin qətlində

ittiham edilmişdi. O, qrafla tanış olduğunu qəti şəkildə inkar

edir, nə qətlin törədildiyi axşam, nə də əvvəlki günün səhəri

Ricents-Kort yaxınlığında olduğunu bildirirdi. Qətl

törədilən gündən iki gün əvvəl qitədən tək gəlmiş sinyor

Askanio "Qrosvenor-otel" mehmanxanasında qalırdı.

Qrafın gənc qonağı isə yoxa çıxmışdı. Onun izlərini

tapmaq cəhdləri fayda vermirdi.

Axırda Askanio yaxasını ədalət məhkəməsindən

qurtardı. Şəxsən İtaliya səfirinin özü onun həmin axşam saat

səkkizdən doqquza qədər səfirlikdə olduğuna şahidlik

etmişdi. İnsanların əksəriyyəti

cinayətin siyasi motivinin olduğunu və qəsdən ört-basdır

edildiyini düşünürdü.

downloaded from KitabYurdu.org

Page 226: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

226

Puaro bütün bu hadisələri həvəslə izləyirdi. Bir səhər

mənə xəbər verdi ki, saat on birdə yanına Askanio gələcək.

- Sizdən məsləhət almaq istəyir?

- Əksinə, Hastinqs. Mən ondan məsləhət almaq

istəyirəm.

- Nə haqqında?

- Ricents-Kortdakı qətl haqqında.

- Qətlin onun tərəfindən törədildiyini sübut etmək

istəyirsiniz?

- Adamı bir qətl hadisəsinə görə iki dəfə ittiham etmək

olmaz, Hastinqs. Sağlam düşüncənizə nə olub belə? Aha, bu

da qapı zəngi.

Bir neçə dəqiqədən sonra alçaqboylu, arıq bir kişi olan,

gözlərindən sirlilik və hiyləgərlik oxunan sinyor Askanio

içəri keçdi. O, bir müddət qapının ağzında dayanaraq

tərəddüdlə Puaro ilə məni süzdükdən sonra:

- Müsyö Puaro? - deyə soruşdu.

Dostum barmaqları ilə sinəsini döyəclədi:

- Əyləşin, müsyö. Görünür, məktubumu almısınız. Mən

bu sirli əhvalatın axırına çıxmaq qərarına gəlmişəm. Bu işdə

mənə müəyyən köməyiniz dəyə bilər. Başlayaq. Çərşənbə

axşamı səhər dostunuzla mərhum qraf Foskatiniyə baş

çəkdiniz...

İtaliyalı əlini sərt şəkildə yelləyərək:

downloaded from KitabYurdu.org

Page 227: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

227

- Elə şey olmayıb, - dedi. - Polislərə də dediyim kimi...

- Precise ment55. Ancaq, mən polislərə yalan dediyinizi

düşünürəm.

- Bu nədir, məni təhdid edirsiniz? Sizdən qorxub-

eləmirəm. Mən bəraət almışam.

- Sözsüz. Ancaq mən sizi dar ağacı ilə təhdid edəcək

qədər axmaq deyiləm, mən, sadəcə, ictimaiyyətin diqqətini

sizə yönəldə bilərəm. Görürəm ki, bu, ürəyinizcə deyil.

Belə də düşünürdüm. Qulaq asın, sinyor, sizin yeganə bir

şansınız var - mənimlə açıq danışmaq. Sizdən İngiltərəyə

gəlməklə kimin günahını ört-basdır etməli olduğunuzu

soruşmaq fikrim yoxdur. Çox gözəl başa düşürəm ki,

gəlişinizin konkret məqsədi olub - qraf Foskatini ilə

görüşmək.

- O, qraf-zad deyil.

- Bu faktı artıq özüm üçün aydınlaşdırmışam: onun adı

"Kim kimdir" soraqçasında yoxdur. Ancaq məsələ bunda

deyil, məşhur şantajçılar tez-tez qraf titulundan istifadə

edirlər.

- Görünür, sizinlə açıq danışmaq olar. Deyəsən, çox şeyi

artıq bilirsiniz.

- Boz hüceyrələrimdən istifadə etməyə çalışıram.

Beləliklə, sinyor Askanio, çərşənbə axşamı səhər mərhuma

baş çəkdiniz, düzdür?

downloaded from KitabYurdu.org

Page 228: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

228

- Bəli, ancaq növbəti günün axşamı onun yanına getmək

fikrim yox idi. Buna ehtiyac qalmamışdı. Sizə hər şeyi izah

edəcəyəm. O yaramazın əlinə İtaliyada yüksək vəzifədə

çalışan biri haqqında bəzi məlumatlar keçmişdi. Alçaq

əlindəki sənədlərə görə böyük

məbləğ istəyirdi. Mən İngiltərəyə bu məsələni yoluna

qoymaq üçün gəlmişdim və həmin səhər onunla görüşdüm.

Səfirliyin gənc katibi də məni müşayiət edirdi. "Qraf"

mənim gözlədiyimdən üzüyola çıxdı. Hərçənd ona verməyə

məcbur olduğum məbləğ də çox böyük idi. Sənədləri mənə

verdi. Ondan sonra bir də görüşmədik.

- Həbs edildiyiniz zaman bunları niyə danışmadınız?

- Düşdüyüm vəziyyətdə bu adamla əlaqəmi danmalı

idim.

- Bəs növbəti gün baş verən hadisələri necə izah

edərdiniz?

- Ancaq kiminsə özünü mənim kimi qələmə verdiyini

ehtimal edə bilərəm.

Puaro ona baxaraq başını buladı:

- Qəribədir. Hamımızda balaca boz hüceyrələr var, ancaq

çox az adam onlardan düzgün istifadə etməyi bacarır. Sağ

olun, sinyor Askanio. Dediklərinizə inanıram. Əslində belə

də təsəvvür edirdim. Sadəcə təsdiqə ehtiyac vardı.

Qonağı ötürdükdən sonra dostum kresloda oturub

downloaded from KitabYurdu.org

Page 229: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

229

gülümsədi:

- Bəs kapitan Hastinqs bu barədə nə düşünür?

- Düşünürəm ki, Askanio haqlıdır, kimsə onun adından

istifadə edib.

- Tanrının sizə bəxş etdiklərindən istifadə etməyi nə vaxt

öyrənəcəksiniz? Foskatininin evini tərk edərkən diqqətinizi

nəyə

yönəltdiyimi xatırlayırsınız? Pərdələrin çəkilməməyinə.

Özü də iyunun ortasında.

Saat səkkizdə hava hələ işıqlı olur. Qaranlıq doqquzun

yarısında düşməyə başlayır. Bu barədə nə deyə bilərsiniz?

Gərgin düşünməyiniz göstərir ki, yaxın günlərdə düzgün

nəticəyə gələ biləcəksiniz. Ancaq gəlin davam edək. Qeyd

etdiyim kimi, qəhvə çox tünd idi. Foskatininin dişləri

ağappaq görünürdü. Buradan məlum olur ki, Foskatini

həmin axşam qəhvə içməmişdi. Ancaq stolun üstündə üç

fincan qəhvə vardı. Kiməsə, əslində, qəhvə içməmiş

Foskatinini qəhvə içmiş kimi göstərmək nə üçün lazım ola

bilərdi?

Çaşqınlıqla başımı buladım.

- Qoyun kömək edim. Askanio ilə dostunun, ya da ki,

özlərini onlar kimi qələmə verən iki nəfərin həmin axşam,

ümumiyyətlə, Foskatininin yanına gəldiyini bildirən

sübutumuz varmı? Onların gəldiklərini və ya getdiklərini

downloaded from KitabYurdu.org

Page 230: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

230

heç kim görməyib. Bu iki nəfərin gəlişinin şahidi yalnız bir

nəfər və bir də cansız əşyalardır.

- Nəyi nəzərdə tutursunuz?

- Bıçaqlar, çəngəllər, boşqablar və yeyilmiş yeməklər.

Əslində çox qeyri-adi ideyadır! Qreyvz alçaq bir oğru olsa

da, ağıllıdır və metodla hərəkət eləməyi bacarır! Səhər

söhbətin kiçik bir hissəsini eşitmək, onun Askanionun şübhə

hədəfi ola biləcəyini anlamasına kifayət edir. O, növbəti gün

düz

axşam saat səkkizdə ağasına bildirir ki, onu telefona

çağırırlar. Foskatini masanın arxasında oturur, əlini dəstəyə

uzadır və elə bu vaxt Qreyvz mərmər heykəlciklə onun

başına zərbə endirir. Sonra daxili telefonla zəng edərək üç

nəfərlik nahar sifariş edir. Nahar göndərildikdən sonra süfrə

hazırlayır və elə mənzərə yaradır ki, guya otaqda nahar

edilib. Təkcə yeməklərdən xilas olmaq qalırdı... Yeri

gəlmişkən, Qreyvzin yalnız başı yox, mədəsi də yaxşı

işləyirmiş! Ancaq üç bifşteksdən sonra düyü suflesini də

yemək mümkün deyil! Mənzərəni tamamlamaq üçün

dostumuz bir siqar və iki siqaret də yandırır. Sonra saatın

əqrəblərini 08:47-də saxlayıb özünü yerə atır. Yalnız

pərdələri çəkməyi

unudur. Əgər həqiqətən otaqda yemək yeyilmiş olsaydı,

hava qaralmağa başlayan kimi pərdələr çəkilərdi. Sonra

downloaded from KitabYurdu.org

Page 231: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

231

Qreyvz liftçiyə qonaqların gəldiyini bildirməyi unutmadan

tez çıxıb gedir. Saat 08:47-də telefon budkasına daxil olaraq

həkimə zəng vurub mərhum ağasının səsi ilə kömək istəyir.

İdeyası o qədər işə yarayır ki, heç kim zəngin məhz qrafın

mənzilindən edildiyinə şübhə etmir.

- Bircə Erkül Puarodan başqa, elə deyil?

Dostum gülümsəyə-gülümsəyə:

- Erkül Puaro da daxil olmaqla, - deyə etiraf etdi. - Mən

də yalnız indi şübhələndim və yeni versiyamı sizin

üzərinizdə sınamaq qərarına gəldim. Haqlı olduğuma əmin

olmaq üçün imkanınız olacaq. Müfəttiş Ceppə də

müəyyən qədər məlumat vermişəm. Yalnız xidmətçini həbs

etmək qalır. Maraqlıdır, görəsən, pulun nə qədərini

xərcləyib?

Puaro haqlı çıxdı. Həmişə olduğu kimi, lənət şeytana!

54 Ricents-Kort - Londonun əsas ticarət küçələrindən

biridir.

55 Elədir ki, var (fr.)

Müəmmalı vəsiyyətnamə

Xanım Vayolet Marşın bizə verdiyi tapşırıq gündəlik

yeknəsəq işimizə xoş bir müxtəliflik gətirdi. Onun

görüşmək istədiyini bildirən qısa və işgüzar məktubunu

aldıqdan sonra Puaro cavab yazaraq səhər saat on birdə

gəlməsini tapşırdı.

downloaded from KitabYurdu.org

Page 232: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

232

Qadın düz saat on birdə peyda oldu. O, hündürboylu,

səliqəli geyinmiş, işgüzar və özünə arxayın, həyatda öz

yolunu tapmaq istəyən gənc bir xanım idi. Azadfikirli

qadınları

sevmədiyim üçün zahiri gözəlliyinə baxmayaraq,

qonağımızı bəyənmədim.

Xanım Vayolet təklif edilən yerdə oturaraq:

- Mənim işim bir qədər qeyri-adidir, müsyö Puaro,

- dedi. - Yaxşı olar ki, hər şeyi lap əvvəldən danışım.

- Necə istəyirsiniz, madmazel.

- Mən yetiməm. Atam Devonşirli bir fermerin kiçik oğlu

idi. Fermadakı işlər pis getdiyindən, böyük qardaşı Endrü

Avstraliyaya köçmüş, burada torpaq ticarəti ilə məşğul

olaraq zənginləşmişdi. Atam Roceri isə kənd həyatı cəlb

etmirdi. O, az-maz təhsil alaraq kiçik bir firmada klerk

olmuşdu. Anam da

yoxsul bir rəssamın qızı olduğundan, onların nikahlarını

mezalyans (iki müxtəlif - varlı və kasıb təbəqədən olanların

nikahı ) adlandırmaq olmazdı. Altı yaşım olanda atam

rəhmətə getdi... Anam ondan sonra cəmi səkkiz il yaşadı.

Yalnız bir qohumum qalmışdı - Avstraliyadan qayıdaraq öz

doğma qraflığında "Yabanı alma ağacı" adlı bir yer almış

əmim Endrü. O, məni himayəsinə götürərək öz doğma qızı

kimi böyütdü.

downloaded from KitabYurdu.org

Page 233: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

233

"Yabanı alma ağacı" mülk sayılsa da, əslində köhnə bir

fermer evi idi. Fermerlik əmimin qanında vardı, o,

durmadan bütün kənd təsərrüfatı yenilikləri və təcrübələri

ilə maraqlanardı. Xeyirxah bir insan olmasına baxmayaraq,

qadının təhsil alması ilə bağlı bir

qədər fərqli düşüncələrə malik idi. Təbiət ondan ağlı, zəkanı

əsirgəməmişdi və özü təhsilsiz olsa da, "kitab hikmətləri"

haqqında qətiyyən yüksək fikirdə deyildi. O, qəti şəkildə

düşünürdü ki, qızlar evdə və fermada işləməyi öyrənməli,

durmadan işləməli və kitablara mümkün qədər az vaxt sərf

etməlidirlər. Məni də bu prinsiplə tərbiyə edəcəyini başa

düşəndə nə qədər məyus olduğumu təsvir edə bilmərəm.

Özümdən çıxmışdım. Mənim kifayət qədər iti ağlım var və

ev işlərini qətiyyən sevmirəm. İnadkarlıq qanımızda

olduğundan, hətta aramızdakı səmimi bağlılıq da uzun və

qızğın mübahisələrimizə əngəl ola bilmədi. Xoşbəxtlikdən

məktəbdə təqaüd almağa nail ola bildim və müəyyən vaxta

qədər güman

edirdim ki, öz sözümün üstündə dura biləcəyəm. HertonaŞŞ

getmək qərarımı açıqlayanda münasibətlərimiz kəskin

xarakter almağa başladı. Anamdan qalmış az miqdarda pul

vardı və Tanrının mənə bəxş etdiyi istedadlardan ən yaxşı

şəkildə yararlanacağıma ürəkdən inanırdım. Əmimlə

axırıncı dəfə qəti söhbət elədik. Əmim açıq danışdı. Tək

downloaded from KitabYurdu.org

Page 234: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

234

olduğunu, məndən başqa heç kimi olmadığını və bütün var-

dövlətini mənə vəsiyyət edəcəyini vurğuladı. Dediyim kimi,

o, çox varlı idi... Bildirdi ki, əgər öz "şıltaqlıqlarımı" inadla

davam etdirsəm, ondan bir pens də almayacağam. Mən çox

nəzakətlə, ancaq qəti şəkildə cavab verdim ki, ona qarşı

duyduğum dərin məhəbbətə baxmayaraq,

həyatımı özüm qurmaq niyyətindəyəm.

Beləcə, əmimlə ayrıldıq.

Ayrılanda əmim:

- Özünü çox ağıllı zənn edirsən, qızım, - dedi. - Mən

ömrümdə kitab oxumamışam, ancaq səndən daha

məlumatlıyam. Hansımızın haqlı olduğunu zaman

göstərəcək.

O vaxtdan doqquz il keçib. Ara-sıra istirahət günlərində

əmimə baş çəkirdim və heç birimiz fikrimizi dəyişməsək də,

münasibətlərimiz kifayət qədər yaxşı idi. Nə universitetə

daxil olanda, nə də bakalavr dərəcəsi alanda əmim heç nə

demədi. Son üç il ərzində onun səhhəti getdikcə pisləşirdi

və bir ay əvvəl onu itirdim.

İndi gələk gəlişimin məqsədinə. Əmim çox qəribə bir

vəsiyyətnamə yazıb. Vəsiyyətnamədə belə deyilir:

"Ölümümdən sonrakı bir il ərzində, yəni ağıllı qardaşım

qızının öz müdrikliyini əməldə sübut etməsi üçün kifayət

edəcək müddətdə "Yabanı alma ağacı" bütün əmlakı ilə

downloaded from KitabYurdu.org

Page 235: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

235

onun ixtiyarında olacaq. Əgər bu müddət bitdikdən sonra

mənim haqlı olduğum meydana çıxarsa, evim və bütün

əmlakım müxtəlif xeyriyyə təşkilatlarının mülkiyyətinə

verilməlidir".

- Onun yeganə qohumu olduğunuzu nəzərə alsaq, sizə

qarşı bir qədər amansız davranıb, madmazel.

- Mən başqa cür düşünürəm. Endrü əmi mənə

xəbərdarlıq eləmişdi, ancaq mən öz

yolumla getdim. Onun iradəsinə tabe olmadığım üçün

əmlakını kimə istəsə verə bilərdi.

- Vəsiyyətnaməni hüquqşünas tərtib edib?

- Xeyr. Standart blankda yazıldıqdan sonra evin

yaxınlığında yaşayan və əmimin yanında işləyən ər-arvad

tərəfindən təsdiq edilib.

- Vəsiyyətnaməyə etiraz etmək haqqında

düşünməmisiniz?

- Bu fikrin özü belə, mənə çox iyrənc görünür.

- Bu vəsiyyətnaməni bir növ əminizin çağırışı kimi qəbul

edərək haqlı olduğunuzu sübut etmək fikrindəsiniz?

- Əslində, bəli.

Puaro fikirli-fikirli:

- Ola bilər, - dedi. - Ola bilər ki, əminiz o köhnə evdə

böyük məbləğdə nağd pul və ya ikinci vəsiyyətnaməsini

gizlədib və fərasət göstərib onları tapmanız üçün sizə bir il

downloaded from KitabYurdu.org

Page 236: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

236

vaxt verib.

- Tamamilə doğrudur, müsyö Puaro. Bunu kompliment

kimi qəbul etməyin, sizin fərasətinizə özümünkündən çox

güvənirəm.

- O! Çox lütfkarsınız! Mənim boz hüceyrələrim

qulluğunuzda hazırdır. Özünüz axtarmağa cəhd etmisiniz?

- Belə, səthi. Əmimin çox ağıllı olduğuna əmin

olduğumdan, öz axtarışlarımın nəticə verəcəyinə

inanmıram.

- Vəsiyyətnamə və ya surəti yanınızdadır?

Xanım Marş bir kağız çıxardı. Puaro başını

tərpədə-tərpədə vəsiyyətnamə ilə tanış oldu.

- Üç il əvvəl hazırlanıb, iyirmi beş mart tarixində. Hətta

vaxt da göstərilib - səhər saat on bir. Bu, çox vacibdir. Məhz

nə axtarmalı olduğumuzu müəyyənləşdirməyə imkan

verir... Yəqin ki, söhbət ikinci bir vəsiyyətnamədən gedir.

Heç olmasa yarım saat sonra yazılmış vəsiyyətnamə

əvvəlkini qüvvədən salır. Eh bi en 5 7, madmazel, mənə çox

gözəl bir tapşırıq verdiniz. Onu sizin üçün həll etməkdən

böyük məmnunluq duyacağam. Əminiz istedadlı olsa da,

onun boz hüceyrələrinin Erkül Puaronun boz

hüceyrələrindən yaxşı işlədiyini düşünmək

düzgün olmaz! (Dostumun lovğalığı hərdən adamı şoka

salır! ) Xoşbəxtlikdən, indi təcili bir işim yoxdur. Elə günü

downloaded from KitabYurdu.org

Page 237: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

237

bu gün Hastinqslə "Yabanı alma ağacı"na yola düşərik.

Əminizə xidmət edən cütlük hələ oradadır?

- Bəli, Beykerlər.

Səhəri gün səhər tezdən artıq iş başında idik. Dünən

xanım Marşın gəlişindən dərhal sonra Londondan yola

çıxaraq axşam mənzil başına çatmışdıq. Xanım Marşın

teleqram vurub xəbərdar etdiyi Beykerlər ailəsi bizi

gözləməkdə idi. Xoşagəlimli adamlar idilər: ailə başçısı

qırmızı yanaqlı yaşlı bir kişi, qadın isə əsl təmkinlilik

mücəssəməsi idi.

Stansiyadan evə qədər olan səkkiz mil yol da daxil

olmaqla səyahət bizi əməlli-başlı

yorduğundan, qızarmış toyuqdan, alma piroqundan və

Devonşir kremindən ibarət axşam yeməyini yeyib dərhal

yatmağa getdik. Səhər isə möhtəşəm səhər yeməyindən

sonra mərhum mister Marşın həm kabinet, həm də yataq

otağı kimi istifadə etdiyi kiçik otağa qalxdıq. Otaqda kağız

qovluqları (hamısına səliqə ilə yarlıqlar yapışdırılmışdı) ilə

dolu olan siyirtməli yazı masası, görünür, sahibinin sevimli

oturacağı olan böyük dəri kreslo, üzərinə köhnə dəbli

naxışları olan çit örtük salınmış böyük divan vardı. Pəncərə

taxçalarındakı alçaq dərin kreslolara da eyni materialdan

hazırlanmış örtüklər salınmışdı.

Puaro nazik siqaretlərindən birini yandıraraq:

downloaded from KitabYurdu.org

Page 238: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

238

- Eh bien, mon ami, - deyə sözə başladı, - plan cızmaq

lazımdır. Artıq evi nəzərdən keçirmişəm, ancaq mənə elə

gəlir ki, müəmmanın açarı məhz bu otaqdadır. Bütün

kağızlara diqqətlə baxmalıyıq. Təbii ki, onların arasından

vəsiyyətnaməni tapacağımı düşünmürəm. İlk baxışdan adi

görünən bir sənəddə lazım olan işarəyə rast gələ bilərik.

Zəhmət olmasa, zəngi basın.

Zəngi basdım. Puaro otaqda gəzişərək ətrafı nəzərdən

keçirirdi:

- Bu mister Marş metodla işləyən biri imiş! Baxın, görün,

qovluqlar necə səliqə ilə düzülüb, bufetin açarı da daxil

olmaqla, bütün açarlara yarlıqlar bərkidilib. Çini qablar da

yerli-yerindədir. Adamın ürəyi açılır. Gözə xoş görünməyən

heç nə yoxdur...

Elə bu vaxt dostumun gözü siyirtmədə görünən, əzik və

çirkli bir zərfə bərkidilmiş açara sataşdı. O, qaşlarını

düyünləyərək qənimətini əlində fırlatmağa başladı. Açarın

yarlığında əllə "yazı masasının açarı" yazılmışdı. Bu əl

yazısı cidd-cəhdlə yazılmış digər yazılardan xeyli fərqli idi.

Puaro:

- Bu nədir? - deyə mızıldadı. - And içə bilərəm ki, bunu

mister Marş yox, başqa biri eləyib. Amma evdə başqa kim

olub ki? Səhv eləmirəmsə, mister Marşın qardaşı qızı da özü

kimi səliqəli adamdır.

downloaded from KitabYurdu.org

Page 239: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

239

Zəngin səsini eşitmiş mister Beyker gəlib çıxdı. Puaro:

- Həyat yoldaşınızı da çağırıb, birlikdə bir neçə sualımıza

cavab verə bilərsiniz? - deyə soruşdu.

Beyker gedib bir qədər sonra yaş əllərini önlüyünə silən

həyat yoldaşı ilə birlikdə qayıtdı.

Puaro gəlişimizin məqsədini bir neçə kəlmə ilə izah etdi.

Beykerlər heyrət içində idilər. Qadın:

- Kaş ki, xanım Marşın pulsuz qalmasını görməyəydik, -

deyə təəssüfləndiyini bildirdi.

Puaro suallara keçdi. Ər-arvad vəsiyyətnaməni

imzalamaqlarını çox yaxşı xatırlayırdılar. Mister Beyker

Mister Marşın onu

blankları almaq üçün şəhərə göndərdiyini də qeyd etdi.

Dostum dərhal:

- Blankları? - deyə soruşdu.

- Bəli, ser, iki dənə blank aldırdı. Yəqin birinin

korlanması ehtimalını nəzərə almışdı. Elə də oldu. Biz

imzalayanda...

- Təxminən saat neçə idi?

Mister Beyker başını qaşımağa başladı. Onun həyat

yoldaşı:

- Xatırlayırsan, kakao üçün süd qoymuşdum, - deyə

söhbətə qarışdı. - On birdə. Mətbəxə qayıdanda süd

qaynayırdı.

downloaded from KitabYurdu.org

Page 240: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

240

- Bəs sonra?

- Deyəsən, bir saat sonra idi... Bizi təzədən yuxarı

çağırıb: "Əvvəlki sənəddə səhv

eləmişdim. Cırıb atmalı oldum. Təzə sənədi də

imzalamalısınız", - dedi. Biz də imzaladıq. Sonra hər

ikimizə böyük məbləğdə pul verərək: "Vəsiyyətnamədə

sizin üçün heç nə yazmamışam. Ancaq nə qədər ki, sağam,

hər il bu qədər pul alacaqsınız. Gələcəyiniz üçün

yığarsınız", - dedi.

- Sözünün üstündə də durdu.

Puaro fikrə getdi:

- Bəs mister Marş ikinci dəfə vəsiyyətnaməni

imzalatdırdıqdan sonra nə etdi? Bilirsiniz?

- Kəndə dükançının pulunu verməyə getdi.

Vəziyyət çıxılmaz görünürdü. Puaro başqa yola əl atdı,

yazı masasının açarını göstərib:

- Bu, mister Marşın xəttidir? - deyə soruşdu. Bəlkə də

mənə elə gəldi, ancaq, elə bil, Beyker bir qədər tərəddüdlə

cavab verdi:

- Bəli, ser.

"Yalan danışır, - deyə fikirləşdim. - Ancaq niyə?"

- Mister Marş evi kirayəyə vermişdi? Demək istəyirəm

ki, son üç ildə burada yad adam yaşayıb?

- Xeyr, ser.

downloaded from KitabYurdu.org

Page 241: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

241

- Bəs qonaq gələn olub?

- Yalnız xanım Vayolet.

- Yəni bu otağa yad bir adam daxil olmayıb?

- Xeyr, ser, heç kim.

Birdən xanım Beyker:

- Ustaları unutdun, Cim, - deyə ərinə müraciət etdi.

Puaro:

- Ustalar? - deyə ona tərəf döndü. - Hansı ustalar?

Xanım Beyker təxminən iki il yarım əvvəl evə nə isə

düzəltdirmək üçün fəhlələrin çağırıldığını danışdı. Nəyin

düzəltdirilməli olduğunu dəqiq xatırlamırdı... Onun

fikrincə, bu iş sadəcə ev sahibinin lazımsız hoqqabazlığı idi.

Ustalar bir müddət orada işləmişdilər, ancaq nə iş

gördüklərini heç kim bilmirdi, belə ki, təmir gedən vaxt

mister Marş heç kimi otağa buraxmamışdı. Təəssüf ki,

Beykerlər ustaları göndərmiş firmanın adını

da, yerli firma, yoxsa Plimut firması olduğunu da

unutmuşdular.

Beykerlər otaqdan çıxdıqdan sonra dostum əllərini

ovuşdura-ovuşdura:

- İrəliləyirik, Hastinqs, - dedi. - Yüz faiz mister Marş

ikinci bir vəsiyyətnamə də hazırlayıb və Plimutdan ustalar

dəvət edib ki, vəsiyyətnaməni gizlətmək üçün etibarlı bir

yer düzəltsinlər. Divarları döyəcləməyə və döşəmələri

downloaded from KitabYurdu.org

Page 242: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

242

sökməyə vaxt sərf etmək əvəzinə, yaxşı olar ki, birbaşa

Plimuta yollanaq.

Xüsusi səy göstərmədən almaq istədiyimiz məlumatları

əldə etdik. Cəmi bir neçə cəhddən sonra mister Marşın usta

istədiyi firmanı tapdıq.

Firmanın bütün işçiləri uzun illər idi ki, orada işləyirdilər

və mister Marşın sifarişini yerinə yetirmiş iki nəfəri tapmaq

qətiyyən çətin olmadı. Bu iki nəfər o zaman nə etdiklərini

çox yaxşı xatırlayırdılar. Onlar bəzi xırda işlərlə yanaşı,

köhnə ocaqdan kərpic çıxararaq onu dərinləşdirmiş və bunu

elə eləmişdilər ki, ocağın xarici görünüşü dəyişməmişdi.

Ocağın yanındakı kərpici itələməklə gizli yeri açmaq

olurdu.

- Çox incə iş idi və yaşlı centlmen hər şeyin yaxşı

alınmasından ötrü bərk narahatlıq keçirirdi.

Adı Hoqan olan həmsöhbətimiz ağ bığları olan arıq bir

kişi idi.

Yüksək əhvali-ruhiyyə ilə "Yabanı alma ağacı"na

qayıdan kimi aldığımız informasiyanı dəqiqləşdirməyə

tələsdik. Kərpiclərin üzərində heç bir iz görünməsə də,

deyilən yeri basdıqdan sonra dərin bir boşluğun açılmasına

şahid olduq.

Puaro səbirsizliklə əlini ora uzatdı. Simasındakı

özündənrazılıq ifadəsi əvvəl heyrət, sonra isə qorxu ilə əvəz

downloaded from KitabYurdu.org

Page 243: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

243

olundu. Əlinə sadəcə bir topa yanmış kağız keçmişdi.

Vəssalam. Oyuqda başqa heç nə yox idi.

Dostum qəzəblə:

- Sacre!58 - deyə qışqırdı. - Bizdən əvvəl burada kimsə

olub.

Tələsik kağız qalıqlarına baxdıq. Şübhəsiz, bu,

axtardığımız sənədin qalıqları idi. Beykerin

imzasının bir hissəsi də görünürdü. Ancaq vəsiyyətnamənin

məzmununu əks etdirən heç nə qalmamışdı.

Puaro çöməlib oturdu. Həddindən artıq sarsılmış

olmasaydıq, onun simasındakı ifadə gülməli hesab edilə

bilərdi.

- Başa düşmürəm, - deyə zarıdı. - Kim eləyib bunu? Niyə

axı?

- Bəlkə Beykerlər?

- Pourquoi?59 Heç bir vəsiyyətnamədə onların adı

çəkilmirdi və evdən qovulma ehtimalları evin xanım Marşa

yox, xeyriyyə təşkilatlarına qalacağı halda daha böyükdür.

Bu vəsiyyətnamənin kimə zərəri vardı? Xeyriyyə

təşkilatlarına? Ola bilər. Ancaq onlardan şübhələnə bilmərik

ki.

- Bəlkə qoca özü sonradan fikrini dəyişərək

vəsiyyətnaməni yandırıb?

Puaro ayağa qalxaraq özünəməxsus səliqə ilə şalvarını

downloaded from KitabYurdu.org

Page 244: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

244

çırpdı:

- Ola bilər. Ağıllı ehtimallardan biri də budur, Hastinqs.

Hə, artıq burada işimiz qalmadı. Əlimizdən gələni elədik.

Ağıl yarışında qalib gəldik. Bədbəxtlikdən, müştərimiz

üçün bu qələbə sadəcə quru sözdür.

Dərhal stansiyaya yollansaq da, ekspressə çata bilmədik,

əvəzində Londona gedən sərnişin qatarına mindik. Puaro

məyus və narahat görünürdü. Mən də öz növbəmdə çox

yorulduğumdan, pəncərəyə qısılıb

mürgülədim. Qatar tərpənər-tərpənməz Puaronun fəryadını

eşitdim:

- ViteŞO, Hastinqs! Oyanın! Çıxırıq. Atılın, deyirəm!

Özümə gəlməmiş platformada dayandığımızı gördüm.

Qatar əşyalarımızla birlikdə gözdən itdi. Çox qəzəblənsəm

də, Puaro mənə qətiyyən fikir vermirdi.

- Necə də axmağam, - deyə qışqırırdı. - Bir də boz

hüceyrələrimlə öyünməyəcəyəm!

Acıqla:

- Yəqin ki, bura havayı yerə gəlməmişik, - dedim. - Axı

nə olub?

Dostum elə bil məni eşitmirdi. Hər dəfə məsələ ona

aydınlaşanda belə olur.

- Dükançının pulu! Tamam ağlımdan çıxıb! Yaxşı, bəs

harada? Harada? - deyə öz- özünə danışırdı. - Sakit, səhv ola

downloaded from KitabYurdu.org

Page 245: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

245

bilməz. Dərhal qayıtmalıyıq.

Bunu eləmək, demək qədər asan deyildi. Nəhayət,

birtəhər Ekseterə çatıb orada maşın tutduq. Yenidən

"Yabanı alma ağacı"na çatanda səhərin açılmasına cəmi bir

neçə saat qalırdı. Yuxudan zorla oyanmış Beykerlərin

təəccübünü təsvir etmək mümkün deyil.

Puaro onlara əhəmiyyət vermədən özünü kabinetə atdı.

- Çox axmağam, - deyə qışqırırdı. - Çox! Baxın!

O, yazı masasına yaxınlaşıb açarı götürərək zərfi ondan

qopardı. Diqqətlə,

amma heç bir şey anlamadan onu müşahidə edirdim.

Görəsən, başa düşmür ki, vəsiyyətnamə blankını bu balaca

zərfə yerləşdirmək mümkün deyil? Puaro ehtiyatla zərfi

açaraq tərsinə çevirdi və diqqətlə hamarlamağa başladı.

Sonra şam yandırıb ehtiyatla kağızı qızdırdı. Bir neçə

dəqiqədən sonra zərfin boş içəri üzündə solğun hərflər

peyda olmağa başladı.

Dostum qalibanə tərzdə:

- Görürsünüz, mon ami? - deyə qışqırdı. Görürdüm. Üç

solğun sətir mister Marşın bütün var-dövlətini qardaşı qızı

Vayolet Marşa vəsiyyət etdiyini bildirirdi. Kağız Endrü

Marş tərəfindən 25 mart tarixində günorta saat

12:30-da imzalanmışdı. Şahidlər qənnadıçı Albert Payk və

evdar qadın Cessi Payk idilər.

downloaded from KitabYurdu.org

Page 246: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

246

- Bunun hüquqi qüvvəsi var? - dərindən nəfəs alıb

soruşdum.

- Mən bilən, vəsiyyətnaməni rəngsiz mürəkkəblə

yazmağı qadağan edən qanun yoxdur. Vəsiyyət edənin

niyyəti aydındır: varis onun yeganə qan qohumunun

özüdür! Necə də ağıllı davranıb! Vəsiyyətnaməni axtaranın

atacağı bütün addımları qabaqcadan proqnozlaşdırıb. Baxın:

iki blank götürüb, xidmətçilərdən hər iki vəsiyyətnaməni

imzalamalarını xahiş edib, sonra da çirkli zərfin tərs üzünə

rəngsiz mürəkkəblə yazılmış üçüncü vəsiyyətnaməni

götürüb şəhərə yollanıb. Bir bəhanə taparaq qənnadıçı ilə

həyat yoldaşının kağızı imzalamasına nail olduqdan sonra

kağızdan yenidən zərf düzəldərək açara bərkidib. Qardaşı

qızı bu müəmmanı çözməklə sərbəst yaşamağa və ali təhsilə

haqqı olduğunu sübut edəcəkdi və düşünürəm ki, əmisi

bunun belə olmasından ancaq məmnunluq duyardı.

- Lakin qız bu müəmmanı çözə bilmədi, elə deyil? Puaro,

bu, düzgün deyil... Əslində, qoca qalib gəlib.

- Xeyr, Hastinqs. Sizin məntiqinizə nəsə olub. Xanım

Marş işi dərhal mənə həvalə etməklə ağıllı olduğunu və

aldığı təhsilin faydalılığını sübut etmiş oldu. Hər zaman

mütəxəssisə müraciət etmək lazımdır,

dostum. Məncə, o, bu sərvətin mirasçısı olmaq haqqını

sübuta yetirdi.

downloaded from KitabYurdu.org

Page 247: downloaded from KitabYurdubeylagan.cls.az/front/files/libraries/421/books/...Agatha Christie POIROT INVESTIGATES Aqata Kristi PUARO İSTİNTAQ APARIR Bakı, Qanun Nəşriyyatı, 2014

247

Maraqlıdır, görəsən, Endrü Marşın özü necə düşünərdi?

Bilmək istərdim!

56 Herton - Kembric Universitetinin tanınmış qadınlar

kolleci, 1869-cu ildə yaradılmışdır.

57 Belə (fr.)

58 Lənətə gələsən! (fr.)

59 Niyə? (fr.)

60 Tez (fr.)

downloaded from KitabYurdu.org