Kurikulum, metodika: fənlərin tədrisi TƏHSİLİN İNKİŞAFI...

7
57 “Azərbaycan məktəbi” 2014/6 Müasir dərsə verilən tələblərin müəyyənləşdirilməsi didaktikanın, fənlərin tədrisi metodikasının qarşısında duran mühüm problemlərdəndir. Cəmiyyətin, elmin, mədəniyyətin inkişafının hər mərhə- ləsində dəyişən şəraitə uyğun olaraq, gənc nəslin təlimi, tərbiyəsi qarşısında yeni vəzi- fələr qoyulur. Həmin vəzifələr təlim-tərbiyə prosesinin əsas təşkili forması olan dərsin nəzəri və praktik məsələlərində, təşkilində, metodikasına verilən tələblərdə də öz əksini tapır. Bu, təbii, qarşısıalınmaz prosesdir. Cəmiyyətin artan tələbatına uyğun olaraq, yeni nəslin formalaşmasını təmin edən təhsil sistemi, təlimin təşkilinin əsas forması olan dərs də daim müasirləşməli, yeniləşməlidir. Təhsil sistemində müxtəlif modellər, yanaşmalar, prinsiplərin yaranmasına bax- mayaraq, dərs təlim məqsədlərinin reallaşdı- rılmasında, bilik və bacarıqların formalaşdı- rılmasında ən mühüm vasitə olaraq qalır. Son illərdə respublikamızın ümumtəhsil məktəblərində təlimin müasir tələblər səviy- yəsində təşkili sahəsində bir sıra müsbət addımlar atılmışdır. Azərbaycan məktəbləri- nin I-IV siniflərində fənn kurikulumlarının, təhsil standartlarının tətbiqi ilə əlaqədar təh- sil sistemində fənyönümlü məzmundan imti- na edilir, təlim müasir cəmiyyətin tələblərin- dən irəli gələn məqsədlərin yerinə yetirilmə- sinə istiqamətləndirilir. Müasir dərsdə şagir- də təlim prosesinin bərabərhüquqlu iştirakçı- sı kimi tədris tapşırıqlarının və onların icrası yollarının, formalarının seçimində müstəqil- liyinə şərait yaradılır, hətta özünün və yol- daşlarının bilik və bacarıqlarının dəyərləndi- rilməsində “söz sahibinə” çevrilməsi təmin olunur. Bununla yanaşı, nəzərə almaq lazım- dır ki, müasirlik müəyyən mənada şərti anla- yışdır. Bugünkü məktəb keçən əsrin səksə- ninci, doxsanıncı illərinin təhsil ocağı deyil- dir. Elmi-texniki tərəqqi, cəmiyyətin inkişaf tempi elə sürətlə gedir ki, hətta bir neçə il əvvəl məktəb üçün müasir hesab edilən metodik baxış da bu günün tələbləri ilə səs- ləşməyə bilər. Təhsil sistemi, məktəb qlobal- laşan, mürəkkəbləşən dünyanın reallıqlarına, zamanın sürətli axarına, elmin, texnikanın inkişafına, cəmiyyətin sosial tələblərinə uyğun olaraq, daim təkmilləşir, inkişaf edir, yeni keyfiyyət səviyyəsinə qalxır. Müasir Kurikulum, metodika: fənlərin tədrisi TƏHSİLİN İNKİŞAFI STRATEGİYASI VƏ MÜASİR DƏRSİN TƏŞKİLİ PROBLEMLƏRİ Bilal Həsənli, Azərbaycan Müəllimlər İnstitutunun dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, əməkdar müəllim Açar sözlər: kurikulum, təlim, şagird, müəllim, strategiya, təhsil, səriştə, müasir dərs. Ключевые слова: курикулум, обучение, ученик, учитель, стратегия, образова- ние,компетентность, современный урок. Key words: curiculum, training, student, teacher, strategy, education, competence, modern lesson.

Transcript of Kurikulum, metodika: fənlərin tədrisi TƏHSİLİN İNKİŞAFI...

Page 1: Kurikulum, metodika: fənlərin tədrisi TƏHSİLİN İNKİŞAFI ...E2%84%966/Bilal%20Hassanli.pdf · qət axtarışlarına, problemin həlli yollarını axtarıb tapmağa hazır

57

“Azərbaycan məktəbi” 2014/6

Müasir dərsə verilən tələblərinmüəyyənləşdirilməsi didaktikanın, fənlərintədrisi metodikasının qarşısında duranmühüm problemlərdəndir. Cəmiyyətin,elmin, mədəniyyətin inkişafının hər mərhə-ləsində dəyişən şəraitə uyğun olaraq, gəncnəslin təlimi, tərbiyəsi qarşısında yeni vəzi-fələr qoyulur. Həmin vəzifələr təlim-tərbiyəprosesinin əsas təşkili forması olan dərsinnəzəri və praktik məsələlərində, təşkilində,metodikasına verilən tələblərdə də öz əksinitapır. Bu, təbii, qarşısıalınmaz prosesdir.Cəmiyyətin artan tələbatına uyğun olaraq,yeni nəslin formalaşmasını təmin edən təhsilsistemi, təlimin təşkilinin əsas forması olandərs də daim müasirləşməli, yeniləşməlidir.

Təhsil sistemində müxtəlif modellər,yanaşmalar, prinsiplərin yaranmasına bax-mayaraq, dərs təlim məqsədlərinin reallaşdı-rılmasında, bilik və bacarıqların formalaşdı-rılmasında ən mühüm vasitə olaraq qalır.Son illərdə respublikamızın ümumtəhsilməktəblərində təlimin müasir tələblər səviy-yəsində təşkili sahəsində bir sıra müsbətaddımlar atılmışdır. Azərbaycan məktəbləri-nin I-IV siniflərində fənn kurikulumlarının,

təhsil standartlarının tətbiqi ilə əlaqədar təh-sil sistemində fənyönümlü məzmundan imti-na edilir, təlim müasir cəmiyyətin tələblərin-dən irəli gələn məqsədlərin yerinə yetirilmə-sinə istiqamətləndirilir. Müasir dərsdə şagir-də təlim prosesinin bərabərhüquqlu iştirakçı-sı kimi tədris tapşırıqlarının və onların icrasıyollarının, formalarının seçimində müstəqil-liyinə şərait yaradılır, hətta özünün və yol-daşlarının bilik və bacarıqlarının dəyərləndi-rilməsində “söz sahibinə” çevrilməsi təminolunur.

Bununla yanaşı, nəzərə almaq lazım-dır ki, müasirlik müəyyən mənada şərti anla-yışdır. Bugünkü məktəb keçən əsrin səksə-ninci, doxsanıncı illərinin təhsil ocağı deyil-dir. Elmi-texniki tərəqqi, cəmiyyətin inkişaftempi elə sürətlə gedir ki, hətta bir neçə iləvvəl məktəb üçün müasir hesab edilənmetodik baxış da bu günün tələbləri ilə səs-ləşməyə bilər. Təhsil sistemi, məktəb qlobal-laşan, mürəkkəbləşən dünyanın reallıqlarına,zamanın sürətli axarına, elmin, texnikanıninkişafına, cəmiyyətin sosial tələblərinəuyğun olaraq, daim təkmilləşir, inkişaf edir,yeni keyfiyyət səviyyəsinə qalxır. Müasir

Kurikulum, metodika: fənlərin tədrisi

TƏHSİLİN İNKİŞAFI STRATEGİYASI VƏ MÜASİRDƏRSİN TƏŞKİLİ PROBLEMLƏRİ

Bilal Həsənli,Azərbaycan Müəllimlər İnstitutunun dosenti,

pedaqogika üzrə fəlsəfə doktoru, əməkdar müəllim

Açar sözlər: kurikulum, təlim, şagird, müəllim, strategiya, təhsil, səriştə, müasir dərs.Ключевые слова: курикулум, обучение, ученик, учитель, стратегия, образова-

ние,компетентность, современный урок.Key words: curiculum, training, student, teacher, strategy, education, competence,

modern lesson.

Page 2: Kurikulum, metodika: fənlərin tədrisi TƏHSİLİN İNKİŞAFI ...E2%84%966/Bilal%20Hassanli.pdf · qət axtarışlarına, problemin həlli yollarını axtarıb tapmağa hazır

58

Azərbaycan Respublikası Təhsil Nazirliyi

təhsil fəlsəfəsi bilik modelindən, paradiqma-sından səriştə modelinə-tələb olunan davra-nış bacarıqlarına keçidlə səciyyələnir.Hazırda məktəb yalnız cəmiyyətin deyil,ümumən əsrin, zamanın qarşıya qoyduğuproblemləri həll etməyə qadir olan, milli vəümumbəşəri dəyərləri əxz etmiş, müstəqil,yaradıcı şəxsiyyətin təlim-tərbiyəsi kimimühüm vəzifəni yerinə yetirməlidir. Müasirməktəbin yetişdirməsi müstəqil həyatdazamanın çağırışlarına cavab verməyə, həqi-qət axtarışlarına, problemin həlli yollarınıaxtarıb tapmağa hazır olmalıdır.

Bu baxımdan Təhsilin inkişafı üzrəDövlət Strategiyasında təlim prosesinin təş-kilinin əsas forması olan dərsə yeni yanaşmadiqqəti cəlb edir. Strategiyada göstərilir ki,son 30–40 il ərzindəki elmi-texnoloji tərəq-qi, innovasiyalar və modernləşmə nəticəsin-də praktiki bilik və vərdişlərlə zənginləşmə-yən, sırf nəzəri xarakter daşıyan təhsil özfundamental əhəmiyyətini itirməkdədir.Təhsilin məzmununun formalaşmasındaakademik biliklərlə yanaşı, praktik bilik vəbacarıqların, səriştənin vacibliyi önə çəkilir.

Kurikulumların məzmunu texnolojiirəliləyişin gətirdiyi yenilikləri nəzərəalmaqla daim inkişaf etdirilir ki, bu da müx-təlif təhsil pillələrində spesifik yanaşmatələb edir. Təhsilin inkişafında mühüm irəli-ləyişlərə nail olmuş ölkələrin təcrübəsi gös-tərir ki, informasiya-kommunikasiya texno-logiyalarına əsaslanan, yaradıcı düşüncəniinkişaf etdirən və təhsilalanın fərdi xüsusiy-yətlərini nəzərə alan müasir, fəal-interaktivtəlim metodlarından, informasiya-kommuni-kasiya texnologiyalarından istifadə dahayüksək nəticələr verir. Odur ki, qarşıyaqoyulan məqsədlərə nail olmaq üçün davam-lı olaraq mütərəqqi tədris metodlarının yara-dılması və müəllimlərin səriştəsinin artırıl-ması təhsil siyasətində mühüm yer tutur (1).

Beləliklə, strategiyada müasir dərsproblemi kurikulumların inkişaf etdirilməsi,

səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsi-lin məzmununun yaradılması innovativtəlim metodlarını tətbiq edən, bilik və baca-rıqların səmərəli mənimsənilməsini təminedən səriştəli təhsilverənin formalaşdırılma-sı ilə sıx əlaqədə götürülür.

Pedaqoji ədəbiyyatda səriştəliliyinmüxtəlif aspektləri nəzərdən keçirilir. Beləki, ümummədəni aspektdə səriştəlilik dedik-də özünütəhsil və qarşıya çıxan idraki prob-lemlərin müstəqil həll olunması, öz mövqe-yinin müəyyənləşdirilməsi üçün kifayət edəntəhsillilik səviyyəsi başa düşülür. Sosialsəriştəlilik insanın cəmiyyətdəki norma vəqaydalara əməl etməsi üçün zəruri olan sosi-al bacarıqlardır. Müəllimin peşə səriştəliliyiisə onun pedaqoji fəaliyyəti, pedaqoji ünsiy-yəti, şəxsiyyət kimi müəyyən dəyərlərinin,ideallarının, pedaqoji şüurunun formalaşma-sı üçün zəruri olan bilik, bacarıq və vərdişlə-rə yiyələnməsi kimi şərh olunur (6).

Məsələyə məhz bu aspektdən yana-şaraq, YUNESKO 1990-cı ildə şəxsiyyətin13 keyfiyyət göstəricisini ( səriştəlilik səviy-yəsini), Avropa İxtisaslaşma sistemi 2006-cıildə 8 əsas səriştəlilik göstəricisini (anadilində ünsiyyət bacarığı, xarici dildə ünsiy-yət bacarığı, sahibkarlıq səriştəsi, öyrənməyiöyrənmək, vətəndaş və sosial səriştəliliyi,riyaziyyat, elm, texnologiya, dəyərləndirməsəriştəliliyi) müəyyənləşdirmişdir. Bu key-fiyyət göstəriciləri əsasında 4 səriştə qrupumüəyyənləşdirilmişdir: öyrənməyi öyrən-mək, müstəqil və məsuliyyətli olmaq, kom-munikativ-sosial səriştəyə malik olmaq vəpeşə üzrə səriştəyə yiyələnmək (5).

Müəllimin səriştəliliyi özünü, ilknövbədə yaradıcı düşüncəni inkişaf etdirənvə təhsilalanın fərdi xüsusiyyətlərini nəzərəalan informasiya-kommunikasiya texnologi-yalarından, fəal/interaktiv təlim metodların-dan səmərəli istifadədə büruzə verir.Səriştəyə əsaslanan təhsil yeni biliyin əvvəl-ki bilik və bacarıqlar zəminində qavranılma-

Page 3: Kurikulum, metodika: fənlərin tədrisi TƏHSİLİN İNKİŞAFI ...E2%84%966/Bilal%20Hassanli.pdf · qət axtarışlarına, problemin həlli yollarını axtarıb tapmağa hazır

59

“Azərbaycan məktəbi” 2014/6

sını, praktik səciyyəli çalışmalar vasitəsilətətbiqini ön plana çəkir. Yeni mövzu şagird-lər üçün “göydəndüşmə” olmamalı, əvvəlqazanılmış müvafiq biliklərlə əlaqəli şəkildətəqdim edilməlidir. Yeni mövzu ilə bağlıəvvəlki biliklərə, o cümlədən şəxsi həyattəcrübəsinə istinad edilməsi şagirdlərin müs-təqillik və fəallığının, öyrənmə prosesininsəmərəliliyinin artırılmasına səbəb olur.

Bu məqsədlə təlim prosesində Blümtaksonomiyası üzrə praktik səciyyəli sual vətapşırıqlardan geniş istifadə məqsədəuyğun-dur. Bilik, anlama, tətbiqetmə, təhlil, sintezvə dəyərləndirmə kimi dərketmə proseslə-rinə əsaslanmaqla bilikyönümlü, fən-yönümlü təlimdən bacarıqların praktik fəa-liyyətdə tətbiqinə, səriştəlilik aşılanmasınakeçmək mümkündür.

Bu problemi araşdıran Ə.Abbasovhaqlı olaraq yazır ki, müasir dərsin mühümkeyfiyyətlərindən biri onun yeni düşüncə,yeni pedaqoji təfəkkürün məhsulu kimimeydana çıxmasıdır. Bu isə o deməkdir ki,dərsə quru, şablonçuluqla yanaşmaq müa-sir ölçülərə sığmır. Onu sadəcə inzibatistrateji struktur kimi qəbul etmək olmaz.Müasir dərs həm də bəzi hallarda konkretvaxt çərçivəsini, struktur vahidliyini qırıb-dağıdır. Ona da demokratik yanaşmağı,yaradıcı bir proses kimi müraciət olunması-nı tələb edir. Dərs idarə olunan bir prosesolduğundan onun məntiqi struktur cəhət-dən bütövlüyü əsas şərtlərdən biri kimiyüksək dəyərləndirilir.

Müasir dərsin müxtəlif parametrləri(məsələn: dərsin təhsil, tərbiyə inkişaf məq-sədlərinin, vəzifələrin müəyyənləşdirilməsi,dərsdə qiymətləndirmə fəaliyyətinin təşkili,müxtəlif dərs tiplərinin planlaşdırılması və s.)ilə bağlı tədqiqatların aparılmasına, müzaki-rələrin keçirilməsinə ehtiyac vardır. Əgərhəmin araşdırmalar aparılarsa, bu gün müasirdərsi fenomenal bir təhsil hadisəsi kimi dahada irəlilətmək mümkün olar (4).

Bu baxımdan hazırda müəlliminmetodik hazırlığına yeni yanaşma problemidə öz həllini gözləməkdədir. Fənn kuriku-lumlarının tətbiqi təcrübəsi, müəllimin yenidərsliklər əsasında tədris fəaliyyətinin nəti-cələri bu sahədə ciddi problemlər olduğunugöstərir. Məktəb təcrübəsinin öyrənilməsi,müəllimlərlə apardığımız söhbət və sorğularbir daha sübut edir ki, şagirdlərin fərdi xüsu-siyyətlərini nəzərə alan innovativ təlimmetodları və texnologiyaları vasitəsilə təhsi-lin məzmununun səmərəli mənimsənilməsi-nə nail olan, yüksəknüfuzlu müəllim hazırlı-ğını təmin etmək üçün istər pedaqoji aliməktəblərdə, istərsə də diplomdansonrakıtəhsildə yeni modellərə keçid zəruridir.

Pedaqoji ali məktəb məzunlarınıyaradıcı pedaqoji işə, dərsi müasir tələblərsəviyyəsində təşkil etməyə hazırlamaq üçünonların nəzəri və metodik hazırlıq səviyyəsiyüksəldilməli, yeni təlim texnologiyaların-dan məqsədyönlü istifadə bacarıqları forma-laşdırılmalıdır. Ali məktəbdə mühazirə vəseminarlarda elektron lövhə, slide share,bloqspot, you tube, test share və s. internetresurslarından, proqram və saytlarından isti-fadə tələbələrin mövzunu dərindən, şüurlumənimsəməsi ilə yanaşı, bu texnologiyalarınmahiyyəti, istifadə mexanizmi, təlimiimkanları barədə bilik və bacarıqlara dərin-dən yiyələnmələrinə şərait yaradır.

Müəllim hazırlığında fənn kurikulu-munun mahiyyəti, fəlsəfəsi, məqsəd və vəzi-fələri, məzmun xətləri, əsas və alt standartla-rın məğzi, reallaşdırılması imkanları, fənlər-arası və fəndaxili inteqrasiyanın yaradılma-sı, yeni qiymətləndirmə mexanizmlərininöyrənilməsi, pedaqoji təcrübədə tətbiqi üzrəbilik və bacarıqların formalaşdırılması diq-qət mərkəzində saxlanılmalıdır. Bu məsələ-lər öz həllini elə tapmalıdır ki, ali məktəbibitirən gənc müəllimlərin kurikulumun tət-biq olunduğu siniflər üçün təlim kurslarındayenidən təhsil almasına ehtiyac qalmasın.

Page 4: Kurikulum, metodika: fənlərin tədrisi TƏHSİLİN İNKİŞAFI ...E2%84%966/Bilal%20Hassanli.pdf · qət axtarışlarına, problemin həlli yollarını axtarıb tapmağa hazır

60

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Təlimə yeni yanaşma əzbərləmə vəyaddaş dərslərindən, şagirdin bərpaedici fəa-liyyətinə əsaslanan dərslərdən daha fəal,yaradıcı formalara - müzakirə, araşdırma,problemin həlli, təhlil, tətbiq, ümumiləşdir-mə dərslərinə keçməyi, səriştəli, yaradıcışəxsiyyət formalaşdırmaq üçün müəllimdənyüksək peşəkarlıq, pedaqoji məharət, yenitexnologiyalardan, metodlardan istifadəbacarığı tələb edir.

Məktəb təcrübəsinin öyrənilməsigöstərir ki, bir çox qabaqcıl müəllimlərimizyeni təlim texnologiyalarının - fəal/interak-tiv metodların, informasiya-kommunikasiyatexnologiyalarının tətbiqi sahəsində təcrübətoplamış, MİMİO-dan, elektron lövhə,kompyuter və internetdən dərs prosesindəməqsədyönlü istifadə etməklə gənc nəslintəlim-tərbiyəsində ciddi uğurlara imzaatmışlar. Bununla bərabər, dərs prosesindəyeni təlim texnologiyalarından istifadə sahə-sində bəzi çatışmazlıqlar da özünü göstər-məkdədir:

1. Yeni təlim texnologiyalarındansistemsiz, ara-sıra, yalnız açıq dərslərdə isti-fadə olunur.

2. Təlim prosesində şagirdlərin zahi-ri fəallığı, yaradıcı iş görüntüsü yaradılır. Buməqsədlə veriləcək suallar və cavablarşagirdlərə əvvəlcədən (dərsə qədər) aydın-laşdırılır.

3. Müəllimlərin müəyyən qismimotivasiya yaratmaqda, tədqiqat sualınıdüzgün müəyyənləşdirməkdə çətinlik çəkir.

4. Kiçik qruplar üzrə işin təşkilindəsəhvlərə yol verilir. Qruplara tapşırığın icra-sı üçün dəqiq vaxt ayrılmır, iş vərəqlərində-ki sual və tapşırıqlar problemli, düşündürücüsəciyyə daşımır.

5. Qrupların təqdimatının müəlliminşərhi ilə əvəz edilməsi də arzuedilməz haldır.

Məlumdur ki, yeni təlim texnologi-yalarının tətbiq edildiyi dərs daha dəqiqplanlaşdırma, vaxt bölgüsünə ciddi əməl

olunmasını tələb edir. Bunu nəzərə almayanmüəllim vaxt çatışmazlığı problemi ilə üzlə-şir və çıxış yolunu qrupların sözçülərinintəqdimatının dinlənilməsi və müzakirəsiniixtisar etməkdə görür. Nəticədə müəllim təq-dimat vərəqlərini özü nəzərdən keçirib qiy-mətləndirir ki, bu da dərsdə “texnoloji prose-sin” ciddi şəkildə pozulmasıdır. Çünki yenitəlim texnologiyalarının əsasında duranmüəllim-şagird, şagird-şagird əməkdaşlığımüəllimin monoloqu ilə əvəz olunur.

Müasir dərslərdə bir-birini təkrarla-yan bərpaedici səciyyəli, lüzumsuz, şagirdəhəyatda lazım olmayacaq faktlarla yüklən-miş söhbətlər, sorğular deyil, təlim materia-lını dərindən, şüurlu qavramaq, dərk etmək,yaradıcı fəaliyyət göstərmək mühiti yaradıl-ması zəruridir. Aparılmış tədqiqatlardaşagirdlərin öz imkanlarını reallaşdırmasıüçün dərsdə öyrənməyə həvəs, təlimə müs-bət münasibət, emosional, idraki, intellektu-al baxımdan dəstək, işgüzar ünsiyyət situasi-yası yaradılmasının əhəmiyyəti xüsusi qeydedilir. Müəllimin dərsə hansı ovqatla girmə-si, psixoloji hazırlığı da çox əhəmiyyətlidir.Məktəblilərlə səmimi ünsiyyət, sənətkar,müzakirə olunan problem barədə sərbəstfikir mübadiləsi, sinifdənxaric iş elementlə-rindən, inteqrativ təlimin imkanlarından isti-fadə dərsdə emosional, işgüzar ab-havayaratmağa kömək edir.

Müasir dərsdə müəllimin nəzəriinformasiya ilə yüklənmiş monoloqu, çoxvaxt aparan fərdi sorğular öz yerini müəllim-şagird, şagird-şagird dialoquna verir. Bumənada müasir dərsi dialoq dərsləri adlan-dırmaq daha məntiqlidir. Dərsdə tədqiq olu-nan problemlə bağlı geniş müzakirələr, dis-putlar, debatlar təşkil edilməli, alternativfikirlər səslənməli, söylənilən mülahizələrəsaslandırılmalıdır. Müəllim bu prosesdəsinifdəki bütün şagirdlərin fəal iştirakınanail olmalı, suala cavab verən, müzakirədəfikir söyləməyə can atan heç bir şagird diq-

Page 5: Kurikulum, metodika: fənlərin tədrisi TƏHSİLİN İNKİŞAFI ...E2%84%966/Bilal%20Hassanli.pdf · qət axtarışlarına, problemin həlli yollarını axtarıb tapmağa hazır

61

“Azərbaycan məktəbi” 2014/6

qətdən yayınmamalıdır. Təcrübə göstərir ki,tətbiq, yaradıcı iş, diskussiya səciyyəli tapşı-rıqlar şagirdin nitqinin inkişafına, kommuni-kativ bacarıqların formalaşdırılmasınazəmin yaradır.

Şagirdlərə sadəcə bu və ya digərmövzu üzrə bilikləri mənimsətmək deyil,müstəqil fəaliyyət göstərməyi öyrətmək,axtarıcılıq fəaliyyətinə, tədqiqat sualının,təlim probleminin müstəqil qoyuluşu vəhəlli prosesinə cəlb etmək, öyrənilənləridəyərləndirməyi bacarmalarına nail olmaqbaşlıca məqsədə çevrilməlidir. Tədqiq edilənproblem düşündürücü olmalı, şagirdi seçimqarşısında, “yol ayrıcında” qoymalı, axtarış-lara sövq etməlidir.

Tədqiqatlar sübut edir ki, təlim pro-sesi hər bir şagirdin qabiliyyəti, fərdi xüsu-siyyətləri nəzərə alınmaqla təşkil olunarsa,sinifdəki uşaqların 95 faizi təlim materialınıtam mənimsəməyə qadirdir. Deməli, şagird-lərin maraq və meyli, idraki qabiliyyətlərinəzərə alınmaqla keçilən dərsin müasirliyin-dən danışmaq daha doğru olar. Hazırdametodikada müəllimin bilik və bacarıqlarıdərsdə tələb etməklə deyil, şagirdlərdə maraqoyatmaqla, motivasiya yaratmaqla, fərdixüsusiyyətləri nəzərə almaqla mənimsənil-məsinə nail olmasına xüsusi önəm verilir.

Məlumdur ki, sinifdə şagird kollekti-vinin tərkibi yekrəng deyil, adətən, müxtəlifhazırlıq, qavrama səviyyəsinə malik fərdlər-dən ibarət olur. Dərsdə hər şagirdin fərdiinkişafı, yaradıcı potensialını üzə çıxarmasıüçün münbit şərait yaradılması, əqli fəaliy-yəti, bilik və bacarıqlara, mənəvi dəyərlərədərindən, şüurlu yiyələnməsi müəlliminmetodik ustalığından çox asılıdır.

Müasir dərs özündə həm də şagirdlə-rə diferensial yanaşmanı, inklüzivliyi ehtivaedir. Məlumdur ki, inklüziv təlimin əsasınıhər bir şagirdə fərdi yanaşma ideyası təşkiledir. İnklüzivlik – sağlamlıq imkanları məh-dud olan uşaqlarda özünəinam yaratmaqla

yanaşı, onlara digər yaşıdları ilə eyni məktəb-də təhsil almaq şəraitinin yaradılmasıdır. Bubaxımdan təlimi diferensiallaşdırarkən xüsusitəlimə ehtiyacı olan şagirdlərlə iş texnologi-yasının nəzərə alınması mühüm amildir.

Yeni təlim prinsipləri sağlamlıqimkanları məhdud olan uşaqların ümumitəhsil mühitinə inteqrasiyasını və ümumiproqram əsasında təhsil almalarını tələbedir. İnklüziv təlimin əsasını hər bir şagirdəfərdi yanaşma, hər bir uşağın tələbatlarınınödənilməsi ideyası təşkil edir. Hər birşagird təlimdə uğur qazanması üçün tələbolunan psixoloji yardım, diqqət və qayğı iləəhatə olunmalıdır.

Təcrübə göstərir ki, ümumtəhsilməktəblərində ənənəvi dərsdən fərqli olaraq,müasir dərs şagirdlərin idraki bacarıqlarının,müstəqillik və fəallığının inkişafına, axtarı-cılıq və tədqiqatçılığa cəlb olunmasına dahageniş imkanlar açır. Lakin müasir dərs şagir-di həyata hazırlasa da, informasiya selininqat-qat sürətləndiyi çağdaş dövrdə həyatdaona lazım olacaq bütün bilikləri vermək iqti-darında deyildir. Şagirdin müstəqillik vəfəallığının, idraki, intellektual bacarıqlarınıninkişafı, müstəqil mütaliə mədəniyyətininaşılanması bu mənada çox əhəmiyyətlidir.

Hər bir dərsin ona bütövlük, tamlıqverən metodik konsepsiyası olmalıdır. Buvə ya digər mövzu üzrə hər dərsin əsasməqsədi olmalı, öyrənilən təlim materialıəvvəl mənimsənilmiş müvafiq biliklərləəlaqələndirilməli, sonrakı dərslər üçünzəmin yaradılmalıdır. Müasir dərsin struk-turu da yaradıcı münasibət tələb edir.Müəllim qarşıya qoyduğu məqsəddən asılıolaraq, yeni təlim texnologiyalarının tətbiqolunduğu dərsin strukturunda dəyişiklikləredə bilər. Lakin bu zaman dərsin tamlığına,bütövlüyünə xələl gəlməməli, təlim prose-sinin, mövzunun öyrənilməsinin mərhələlə-rinin ardıcıllığı, bir-birini tamamlaması vəşərtləndirməsi gözlənilməlidir.

Page 6: Kurikulum, metodika: fənlərin tədrisi TƏHSİLİN İNKİŞAFI ...E2%84%966/Bilal%20Hassanli.pdf · qət axtarışlarına, problemin həlli yollarını axtarıb tapmağa hazır

62

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Mühüm problemlərdən biri də yenitəlim texnologiyalarının tətbiq olunduğudərsdə ev tapşırığının verilməsi ilə bağlıdır.Bəziləri şagirdin yeni mövzunu dərsdəmənimsəməsinin zəruriliyi fikrini əsas götü-rərək ev tapşırığına ehtiyac olmadığını isbatetməyə çalışır, öz mövqelərini əsaslandır-maq üçün əksər hallarda xarici təcrübəninümunə gətirirlər. Halbuki inkişaf etmişölkələrin təhsil sistemindən gətirilən faktlarbunun əksini deyir. Nümunə saydığımızAvropa məktəblərində ev tapşırıqlarınınləğvi sinifdə daha intensiv işlə əvəz olunur,verilmiş tapşırıqların icrası üçün məktəbdəikinci növbədə məşğələlər təşkil edilir.Məsələn: Almaniyanın Şimali Reyn-Vestfaliyada bölgəsindəki Elza-Braen ds t ro -em gimnaziyasının V-IX sinif şagirdlərini evtapşırıqlarından azad etmişlər. Məktəblilərinev tapşırıqlarından azad edilməsi barədəqərar dərs gününün uzadılması ilə bağlıdır.İndi uşaqlar məktəbdə, adətən, axşam saat6-dək olurlar. Müəllim şagirdlərə verilmiştapşırıqların sinifdə yerinə yetirilməsinənəzarət edir, tövsiyələr verir, müəyyənmövzunu yaxşı mənimsəməmiş şagirdlərləəlavə məşğul olur.

Belə olduğu təqdirdə, hər gün cəmi4-5 saat, özü də ağır proqramlarla dərs keçənazərbaycanlı şagirdə heç bir ev tapşırığınınverilməməsi hansı məntiqə sığır? Nəzərəalmaq lazımdır ki, hazırda Azərbaycandanfərqli olaraq cəmi 32 tədris həftəsi var. Digərölkələrdə tədris həftəsinin müddəti 38, bəzi ölkə-lərdə 40-43 həftəyə çatır. Əslində söhbət şagirdləridərsdə qazanılmış bilikləri praktik iş zamanı müs-təqil tətbiq etməyə, dərinləşdirməyə imkanverən tapşırıqların ləğvindən yox, təlimyükünün normallaşdırılmasından, şagirdinqavrama səviyyəsinə uyğun olmayan dərs-liklərdən, ağır təlim materiallarından imtinaolunmasından getməlidir.

Şagird nailiyyətlərinin qiymətləndi-rilməsi də müasir dərsin mühüm mərhələlə-

rindəndir. Təcrübə göstərir ki, bu sahədə dəmüəyyən problemlər qalmaqdadır. Fəaldərsdə kiçik qruplarla iş təşkil edən müəllimbəzi hallarda qrupun fəaliyyətini qiymətlən-dirdiyi halda, ayrı-ayrı şagirdlərin biliyiniqiymətləndirməyi “unudur”. Halbuki məhzfərdi qiymətləndirmə şagirdlərin dərs prose-sində fəaliyyətindəki fərqləri daha dəqiq üzəçıxarmağa imkan verir. Yaradıcı müəllimlərbunu nəzərə alaraq, dərs boyu şagirdlərinfəaliyyətini diqqətlə izləyir, hər tapşırığınicrası, hər sualın cavabı ilə əlaqədar fərdiqiymətləndirmə vərəqində qeydlər aparır,dərsin sonunda yekun qiymətləndirmə aparır.

Qiymətləndirmə ilə yanaşı aparılmalı olanrefleksiya çox zaman nəzərdən qaçır. Məlumdurki, refleksiyada dərs prosesində fəaliyyət, bilik vəbacarıqların mənimsənilməsi prosesi, tədqiq edilənproblemin mahiyyəti və həlli yolları bir daha gözönündən keçirilir, görülən işlərin əhəmiyyəti üzəçıxarılır, yekunlaşdırma aparılır. Bu mərhələdə hərbir şagird kollektiv axtarış prosesində nəticəninnecə əldə edildiyini, qarşılaşdığı çətinlikləri, onla-rın necə aradan qaldırıldığını daha aydın dərk edir.

Müəllimin pedaqoji, metodik yaradı-cılığının, təşəbbüskarlığının təmin edilməsiməqsədi ilə kurikulum üzrə nəşr edilənmetodik vəsaitlərdə beynəlxalq təcrübəyəuyğun olaraq, ayrı-ayrı bölmələr üzrə yalnızbir neçə dərsin gündəlik planlaşdırılmasınaaid nümunələrin (dərs icmallarının) verilmə-si, digər mövzular üzrə müəllimin yaradıcıfəaliyyəti üçün zəmin yaradan təlim texnolo-giyalarının işlənilməsi təqdirəlayiqdir.

Müəllimin şəxsiyyəti, mənəvi key-fiyyətləri, pedaqoji-metodik ustalığı dərsinsəmərəliliyinə təsir edən amillərdəndir.Pedaqoji-metodik ustalıq öz əksini, ilk növ-bədə dərsin planının yaradıcı tərtibində vəonun reallaşdırılmasında tapır. Məhz düz-gün, yaradıcı planlaşdırma təlim vaxtındanoptimal istifadəyə, materialın məzmununundərindən, şüurlu mənimsənilməsinə, yenisituasiyada tətbiqinə zəmin yaradır.

Page 7: Kurikulum, metodika: fənlərin tədrisi TƏHSİLİN İNKİŞAFI ...E2%84%966/Bilal%20Hassanli.pdf · qət axtarışlarına, problemin həlli yollarını axtarıb tapmağa hazır

63

“Azərbaycan məktəbi” 2014/6

Müəllim pedaqoji, psixoloji tədqi-qatlardan, fənnin tədrisi metodikasının nai-liyyətlərindən bəhrələnməklə, konkret sinfinimkanlarını nəzərə almaqla öz dərs sisteminiyaratmalı, təşəbbüskar fəaliyyət göstərməli-dir. Bəzən metodik tövsiyələrə ehkam kimiyanaşan, müəllim üçün vəsaitdəki dərsnümunələrindən kənara çıxmağa, oradakı birsözü, cümləni belə dəyişməyə cəsarət etmə-yən, uğursuzluqlarını bu yolla sığortalamağaçalışan müəllimlərə də rast gəlirik.Unudulmamalıdır ki, müasir dərsdə uğurmetodika elminin nailiyyətləri ilə müəllimtəcrübəsinin, yaradıcılığının qovuşuğunda,üzvi vəhdətində yaranır.

Müasir dərs yalnız müəllimin qısamüddətdə konkret məşğələyə hazırlığınındeyil, həm də uzun illər ərzində zərrə-zərrətopladığı iş təcrübəsi ilə metodik tövsiyələr-dən yaradıcılıqla bəhrələnməyin vəhdətindəyaranır. Nəzərə almaq lazımdır ki, dərsinsəmərəliliyinin artırılması imkanları məhduddeyil, burada hər dəfə yeni metodik ideyalar,tətbiqlər, orijinal dərs variantları üçün zən-gin yaradıcılıq imkanları vardır.

Hər bir dərs sinfin şagirdlərinin bilikvə bacarıqları, təlim məqsədləri, metodikimkanları, təlim materialının həcmi, mürək-kəblik səviyyəsi və s. nəzərə alınmaqla təş-kil olunmalıdır. Təsadüfi deyil ki, yaradıcımüəllimin paralel siniflərdə eyni mövzudadediyi dərslər heç vaxt bir-birinin təkrarıolmur, biri digərindən metodik çalarlar,tapıntılar, özünəməxsus, təkrarolunmazcəhətləri ilə fərqlənir.

Rəyçi: dos. S.Hüseynoğlu

İstifadə edilmiş ədəbiyyat

1. Azərbaycan Respublikasında təh-silin inkişafı üzrə Dövlət Strategiyası.//Azərbaycan məktəbi, 2013, № 5.

2. Azərbaycan Respublikasındaümumi təhsilin milli kurikulumu. Bakı, 2006.

3. Cabbarov M. Məqsəd keyfiyyətsəviyyəsinə görə dünyada öncül mövqetutan təhsil sistemi formalaşdırmaqdır.//Azərbaycan məktəbi, 2013, № 6.4.http://www.muallim.edu.az/arxiv/2014/01/35.htm.

5. http://ifets.ieee.org/russian/depo-sitory/v13_i3/pdf/14r.pdf.

6. Коджаспирова Г., КоджаспировА. Педагогический словарь. М.: Академия,2001.

Б.Гасанлы Стратегия развития образования и

проблемы организации современного урока

РезюмеВ статье отмечается важность

стратегии образования для определенияосновных требований, предъявляемых ксовременному уроку подготовки учителялитературы. Обосновывается предлагае-мые конкретные пути и возможности орга-низации современного урока. Ука зываетсяважность нового подхода к подготовкепедагогических кадров, формирования уних профессиональной компетентности.

B.HassanliDevelopment Strategy of education and

problems of organizingmodern lesson

SummaryThe article emphasizes the importan-

ce of education strategies to identify themain requirements of a modern lesson.Substantiates the proposed concrete waysand possibilities of organizing a modern les-son. Indicates the importance of a new app-roach to teacher training, the formation oftheir professional competence.