Təhsilin formaları (inklüziv, çoxmədəniyyətli təhsil) və ... · Xarici təhsildə...

27
Təhsilin formaları (inklüziv, çoxmədəniyyətli təhsil) və onların funksiyaları ÜLKƏR BAYRAMOVA [email protected] [email protected]

Transcript of Təhsilin formaları (inklüziv, çoxmədəniyyətli təhsil) və ... · Xarici təhsildə...

Page 1: Təhsilin formaları (inklüziv, çoxmədəniyyətli təhsil) və ... · Xarici təhsildə inklüzivliyin modelləri •«Push in» deyilən müəllimlərin bu cür siniflərdə dərs

Təhsilin formaları (inklüziv, çoxmədəniyyətli təhsil) və onların funksiyaları

ÜLKƏR BAYRAMOVA

[email protected]

[email protected]

Page 2: Təhsilin formaları (inklüziv, çoxmədəniyyətli təhsil) və ... · Xarici təhsildə inklüzivliyin modelləri •«Push in» deyilən müəllimlərin bu cür siniflərdə dərs

Təhsilin formaları

Azərbaycan Respublikasında formal, qeyri-formal, informal təhsil formaları tətbiqolunur.

• formal təhsil - dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil formasıdır;

• qeyri-formal təhsil - müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldəedilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan təhsilformasıdır.

• informal təhsil - özünütəhsil yolu ilə biliklərə yiyələnmənin formasıdır.

Formal təhsilin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindənmüəyyən edilir.

Page 3: Təhsilin formaları (inklüziv, çoxmədəniyyətli təhsil) və ... · Xarici təhsildə inklüzivliyin modelləri •«Push in» deyilən müəllimlərin bu cür siniflərdə dərs

Davamı...

Azərbaycan Respublikasında əyani, qiyabi, distant (məsafədən), sərbəst təhsilalma formaları müəyyən olunmuşdur və təhsilalmaformaları çərçivəsində evdə təhsil və fərdi təhsil təşkil oluna bilər.

Fərdi təhsil - müxtəlif səbəblərdən uzun müddət təhsildən kənardaqalmış şəxslər, habelə müəyyən bir sahə üzrə xüsusi istedadı iləfərqlənən şagirdlər üçün tətbiq edilən təhsil formasıdır.

Evdə təhsil müvafiq təhsil proqramlarına uyğun olaraq ümumitəhsilin evdə təşkili formasıdır. Zəruri hallarda, müasir təhsiltexnologiyalarından istifadə etməklə müvafiq icra hakimiyyəti orqanıtərəfindən müəyyən edilmiş qaydada digər təhsilalma formaları da tətbiq edilə bilər.

Page 4: Təhsilin formaları (inklüziv, çoxmədəniyyətli təhsil) və ... · Xarici təhsildə inklüzivliyin modelləri •«Push in» deyilən müəllimlərin bu cür siniflərdə dərs

İnklüziv təhsil Azərbaycanda

https://www.youtube.com/watch?v=YkufDbizKls

UNİCEF

https://www.youtube.com/watch?v=rfWhQUz2J70

Page 5: Təhsilin formaları (inklüziv, çoxmədəniyyətli təhsil) və ... · Xarici təhsildə inklüzivliyin modelləri •«Push in» deyilən müəllimlərin bu cür siniflərdə dərs

All children can learn!!!

Page 6: Təhsilin formaları (inklüziv, çoxmədəniyyətli təhsil) və ... · Xarici təhsildə inklüzivliyin modelləri •«Push in» deyilən müəllimlərin bu cür siniflərdə dərs

İnklüziv təhsil nədir?

İnklüziv təhsil xüsusi qayğıya ehtiyacı olan uşaqların ümumi təhsilmüəssisələrində sağlam uşaqlarla birgə təhsil almasıdır. Bu proqramfiziki və əqli cəhətdən qüsurlu olan uşaqların öz potensiallarına nail olma imkanını dəstəkləyir. Bu təhsil sistemi xüsusi qayğıya ehtiyacıolan uşaqlarda özünə inamı artırır və digər normal uşaqlarlabərabərhüquqlu olmasını təmin edir. İnklüziv təhsil xüsusi qayğıyaehtiyacı olan uşaqların yalnız təhsil hüquqlarını dəstəkləməklə bitmir. Bu tip təhsil fiziki cəhətdən qüsurlu uşaqların cəmiyyətə inteqrasiyasını, müstəqil şəkildə qərar vermə imkanlarını, hüquqlarını öyrətməkməqsədi daşıyır. Belə olan halda, sağlamlığı məhdud olan uşaqlarınyaşamaq istəyi və həvəsi daha da artır, onlarda gələcəyə ümid yaranır.

Page 7: Təhsilin formaları (inklüziv, çoxmədəniyyətli təhsil) və ... · Xarici təhsildə inklüzivliyin modelləri •«Push in» deyilən müəllimlərin bu cür siniflərdə dərs

Davamı...

Page 8: Təhsilin formaları (inklüziv, çoxmədəniyyətli təhsil) və ... · Xarici təhsildə inklüzivliyin modelləri •«Push in» deyilən müəllimlərin bu cür siniflərdə dərs

Təhsil qanunu

Maddə 5. Təhsil hüququna dövlət təminatı

5.1. Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminatverir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və fоrmasından məhrum edilməsinəyоl vermir.

5.2. Dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı оlmayaraq, hər birvətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yоl verilməməsinə təminatverir.

5.3. Dövlət mülkiyyət formasından asılı оlmayaraq, bütün təhsil müəssisələrinə işə qəbulda, vəzifələrə təyin оlunmada və ya seçilmədə, əməyin stimullaşdırılmasında, təhsilmüəssisələrinə qəbul olunmada, təhsilalanların təqaüdlə təmin edilməsində, iхtisaslarınseçilməsində, biliyin qiymətləndirilməsində, məzunların işlə təmin edilməsində, təhsilinnövbəti pillədə davam etdirilməsində, iхtisasın artırılmasında və təhsil sahəsində digərməsələlərdə kişilər və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir.

Page 9: Təhsilin formaları (inklüziv, çoxmədəniyyətli təhsil) və ... · Xarici təhsildə inklüzivliyin modelləri •«Push in» deyilən müəllimlərin bu cür siniflərdə dərs

Təhsil strategiyası

Dördüncü strateji istiqamət müasir tələblərə uyğun və ömür boyu təhsili təmin edən təhsilinfrastrukturunun yaradılmasını nəzərdə tutur. Bu istiqamət təhsil müəssisələrindəinformasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasına uyğuninfrastrukturun yaradılması, təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması, distant təhsil, istedadlı və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsil və inkişaf, yaşlılarıntəhsili, peşə-ixtisas və təhsil məsələləri üzrə məsləhət xidmətləri göstərən regional universal mərkəzlərin, müasir təminatlı peşə-tədris mərkəzlərinin və komplekslərininqurulması, kampusların yaradılması kimi tədbirləri ehtiva edir.

7. Strateji hədəflər və tədbirlər1.2.4. xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün inkişaf və inklüziv təlim proqramlarınınhazırlanması;

Page 10: Təhsilin formaları (inklüziv, çoxmədəniyyətli təhsil) və ... · Xarici təhsildə inklüzivliyin modelləri •«Push in» deyilən müəllimlərin bu cür siniflərdə dərs

UNESCO və inklüziv təhsil

İnsan Hüquqları 1948-ci Bəyannamənin 26-cı maddəsinə təsbit kimi inklüziv təhsil haqqı daxil olunmuşdur. O vaxtdan sonra bir neçə qanunlar və normativ aktlar bir daha bu hüququ təsdiq etmişdir. Üç məsələ xüsusi qeydolunmuşdur. Təhsildə ayrı-seçkilik əleyhinə YUNESKO-nun 1960-ci ilKonvensiyası Amerika Birləşmiş Ştatlarında ibtidai təhsildən məhrumqalanların bütün təhsil imkanlarının genişləndirilməsi öhdəliyini nəzərdətutur. İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə (1966) Beynəlxalq Paktbütün təhsil hüququnu təsbit edir və icbari təhsilin prinsipini vurğulayır. Nəhayət, Uşaq Hüquqları Konvensiyası, ən çox ratifikasiya insan hüquqlarımüqavilə, ayrı-seçkiliyə məruz qalan uşaqların hüququ müdafiə edir. Bundan əlavə, şagirdin öyrənmə təcrübəsi mərkəzində olduğunu qəbul edərək, təhsilməqsədləri barədə öhdəlikləri müəyyən edir.

Page 11: Təhsilin formaları (inklüziv, çoxmədəniyyətli təhsil) və ... · Xarici təhsildə inklüzivliyin modelləri •«Push in» deyilən müəllimlərin bu cür siniflərdə dərs

Davamı...

Müasir Təhsil və Tədrisə Yardım Mərkəzində İnklüziv Təhsilproqramının meneceri Lamiyə Şərəfxanovanın dediklərinə görə onların təşkilatları və digər QHT-lər bu proqramın tətbiqinə 2004-cü ildən başlayıblar. Bu müddət ərzində 7 məktəb, 8 uşaq bağçası -ümumilikdə 15 təhsil müəssisəsi proqrama cəlb edilib. Respublika üzrəisə Sumqayıt, Bakı, Mingəçevir və Yevlax şəhərində proqram icraedilib. Müsahibin sözlərinə görə, hazırda müəssisələrin sayı artaraq 20-yə çatıb, rayonların sırasına isə 4 rayon əlavə edilib. Ölkəmizdə 60 minə yaxın fiziki və əqli qüsurlu uşaq var. Lamiyə Şərəfxanovanınsözlərinə görə, bunlardan 268 nəfər sağlamlığı məhdud olan uşaqinklüziv təhsilə cəlb edilib.

Page 12: Təhsilin formaları (inklüziv, çoxmədəniyyətli təhsil) və ... · Xarici təhsildə inklüzivliyin modelləri •«Push in» deyilən müəllimlərin bu cür siniflərdə dərs

Davamı...

İnklüziv təhsil proqramı 2005-2009-cu illərdə Təhsil Nazirliyi tərəfindənhəyata keçirilmişdi. Proqramın vaxtının bitməsinə baxmayaraq, inklüzivtəhsil məktəblərdə və bağçalarda davam etdirilir. Sağlamlıq imkanlarıməhdud uşaqların təhsili ilə bağlı mövcud problemlərin kompleks həlliistiqamətində UNİCEF-in texniki dəstəyi ilə "2012-2019-cu illərdəİnklüziv Təhsilin İnkişafı üzrə Dövlət Proqramı" ikinci dəfə hazırlanaraq, təsdiqlənməsi üçün Nazirlər Kabinetinə təqdim olunub. Proqram TəhsilNazirliyi, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzin və bir sıra QHT təşkilatlarının nümayəndələrinin köməkliyi ilə hazırlanıb.

Yeni tədris metodu:

https://www.youtube.com/watch?v=TevgLwqnS9w

Page 13: Təhsilin formaları (inklüziv, çoxmədəniyyətli təhsil) və ... · Xarici təhsildə inklüzivliyin modelləri •«Push in» deyilən müəllimlərin bu cür siniflərdə dərs

“İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrasıbarədə Azərbaycan Respublikası təhsil nazirinin əmri (1)

Azərbaycan Respublikası Təhsil Nazirliyi və BMT-nın Uşaq Fondu(UNİCEF) arasında 2014-cü il tarixində imzalanmış “2014-2015-ci illərə dair İllik Fəaliyyət Planı”na müvafiq olaraq əlilliyi olansağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil müəssisələrinəinklüziv təhsilə cəlb olunması üçün nəzərdə tutulan “İbtidai təhsilsəviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrasını təminetmək məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyihaqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

Ə M R

Page 14: Təhsilin formaları (inklüziv, çoxmədəniyyətli təhsil) və ... · Xarici təhsildə inklüzivliyin modelləri •«Push in» deyilən müəllimlərin bu cür siniflərdə dərs

Davamı...

18 mart, 2015-ci il, 311 saylı əmr aşağıdakı kimidir:

1. BMT-nın Uşaq Fondu (UNİCEF) tərəfindən maliyyələşdirilən “İbtidai təhsil səviyyəsi üzrəinklüziv təhsilin tətbiqi” layihəsinin icrası ilə bağlı Təhsil Nazirliyinin Fəaliyyət Planı təsdiq edilsin(əlavə olunur).

2. Nizami rayonu 220 nömrəli məktəb-lisey və Xətai rayonu 138 nömrəli orta məktəb layihə üzrəpilot müəssisə təyin edilsinlər.

3. Pilot müəssisələrdə loqopedik xidmət yaradılsın.

4. Layihənin Fəaliyyət Planının icrası və koordinasiyası De-institutlaşma və Uşaqların Müdafiəsiİdarəsinə (M. Hacıyeva) tapşırılsın.

5. İnformasiya şöbəsi (E. Əliyev) bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını vəNazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.

6. Əmrin icrasına nəzarət İnformasiya şöbəsinə (E.Əliyev) həvalə olunsun.

Əsas: C.Bayramovun 2015-ci il 09 fevral tarixli 863 nömrəli xidməti məlumatı, BMT-nın UşaqFondunun (UNİCEF) Təhsil Nazirliyinə ünvanladığı 2015-ci il 04 mart tarixli 1034GOV1501KM nömrəli məktubu.

Page 15: Təhsilin formaları (inklüziv, çoxmədəniyyətli təhsil) və ... · Xarici təhsildə inklüzivliyin modelləri •«Push in» deyilən müəllimlərin bu cür siniflərdə dərs

Davamı...

İnklüziv şagirdlər olan siniflərdə onların bacarıq səviyyəsi müxtəlif olsa da, onlar özyaş qrupu eyni sinifdə təhsil alırlar.

Müəllimlər sinifdə icma yaratmaq üçün oyunlardan istifadə edirlər

Şagirdlər qrup təqdimatlar hazırlayırlar

Bir masada oturaraq qrup kimi görülən sinif tapşırıqlarını edirlər

Şagirdlərin bir-birindən fərqliliyi haqqında açıq müzakirələr edirlər

Müəllimlər şagirdlərə tədris zamanı bir-birlərinə kömək etmənin yollarını öyrədirlər

Müəllimlər şagirdləri həvəsləndirirlər ki, onlar müəllim funksiyasını yerinə yetirsinlər (məs.inklüziv şagird üçün kitab oxusunlar)

Page 16: Təhsilin formaları (inklüziv, çoxmədəniyyətli təhsil) və ... · Xarici təhsildə inklüzivliyin modelləri •«Push in» deyilən müəllimlərin bu cür siniflərdə dərs

İnklüziv təhsilin üstünlükləri

Dostluq

Ümumi təhsilə böyük çıxış

Başqaları ilə münasibət qurmaq imkanları

Akademik, sosial və davranış bacarıqlarının formalaşması

Artan sosial təşəbbüsləri, münasibətləri və şəbəkələri

Gələcək mühitə qoşulmaq, cəmiyyətin yararlı üzvü olmaq imkanları

Gələcək həyatlarına müstəqil davam etmək bacarıqları

Həyata, yaşamağa artan inam və ümidləri

Page 17: Təhsilin formaları (inklüziv, çoxmədəniyyətli təhsil) və ... · Xarici təhsildə inklüzivliyin modelləri •«Push in» deyilən müəllimlərin bu cür siniflərdə dərs

İnklüziv təhsilin çətinlikləri

•Bütün müəllimlər inklüziv sinifdə dərs deməyə hazır deyillər

•Şagirdlərin çoxu kütləvi sinifdə olarkən daha çox diqqət və kömək tələb edirlər

•Şagirdlərin bəziləri sinifdə inklüziv şagirdləri qəbul edə bilmirlər

Page 18: Təhsilin formaları (inklüziv, çoxmədəniyyətli təhsil) və ... · Xarici təhsildə inklüzivliyin modelləri •«Push in» deyilən müəllimlərin bu cür siniflərdə dərs

Davamı...

Page 19: Təhsilin formaları (inklüziv, çoxmədəniyyətli təhsil) və ... · Xarici təhsildə inklüzivliyin modelləri •«Push in» deyilən müəllimlərin bu cür siniflərdə dərs

Bəzi prinsiplər

Page 20: Təhsilin formaları (inklüziv, çoxmədəniyyətli təhsil) və ... · Xarici təhsildə inklüzivliyin modelləri •«Push in» deyilən müəllimlərin bu cür siniflərdə dərs

Xarici təhsildə inklüzivliyin modelləri

•«Push in» deyilən müəllimlərin bu cür siniflərdə dərs demək üçün xüsusi təhsili var. Onlar həm dərs deyirlər və həm də qüsurlu şagirdlərə dəstək olurlar. Bu müəllimlər həm də adi müəllimlərə onların işlərində yardımçı ola bilirlər.

•«Full inclusion» adlandırılan müəllimlər xüsusi təhsil almış müəllimlərdir və onlar adi müəllimlərlə birgə eyni sinifdə tamhüquqlu müəllim kimi eyni zamanda dərs deyə bilərlər.

Page 21: Təhsilin formaları (inklüziv, çoxmədəniyyətli təhsil) və ... · Xarici təhsildə inklüzivliyin modelləri •«Push in» deyilən müəllimlərin bu cür siniflərdə dərs

İnklüziv təhsilin uğurları

• Müntəzəm təhsil alan tələbələr və müəllimlərin təsiri yüksək qiymətləndirilir

• İnklüziv təhsilin uğurlarının və uğursuzluqlarının aydınlaşdırılması

•Araşdırmalar inklüziv təhsilin uğurlu olduğunu göstərir

• İnklüziv təhsilə cəlb olunan şagirdlər sonda işlə təmin edilirlər

Page 22: Təhsilin formaları (inklüziv, çoxmədəniyyətli təhsil) və ... · Xarici təhsildə inklüzivliyin modelləri •«Push in» deyilən müəllimlərin bu cür siniflərdə dərs

İnklüziv təhsilə kimləri qoşmaq olar?

• Bütün şagirdlər inklüziv təhsilə qatılmaq üçün yaxşı namizəd deyillər. Bəzi inklüziv şagirdlərin davranışları digərləri üçün təhlükəli ola bilər.

• Təhsilə cəlb olunan şagirdlər fənlərin çoxundan uğurlu nəticələr göstərməlidirlər

• İnklüziv təhsilə cəlb olunan şagirdlərin çoxu fiziki cəhətdən qüsurlu olanlar, yüksək dərəcəli əlil olmayanlar və xüsusi qayğıya az ehtiyacı olanlardır

Page 23: Təhsilin formaları (inklüziv, çoxmədəniyyətli təhsil) və ... · Xarici təhsildə inklüzivliyin modelləri •«Push in» deyilən müəllimlərin bu cür siniflərdə dərs

İnclusion

https://www.youtube.com/watch?v=x8TnKi_YblQ

Page 24: Təhsilin formaları (inklüziv, çoxmədəniyyətli təhsil) və ... · Xarici təhsildə inklüzivliyin modelləri •«Push in» deyilən müəllimlərin bu cür siniflərdə dərs

Çoxmədəniyyətli təhsil

https://www.youtube.com/watch?v=RjqB21rnYfE

Page 25: Təhsilin formaları (inklüziv, çoxmədəniyyətli təhsil) və ... · Xarici təhsildə inklüzivliyin modelləri •«Push in» deyilən müəllimlərin bu cür siniflərdə dərs

Çoxmədəniyyətli təhsil

Çoxmədəniyyətli təhsil müxtəlif millətlərin nümayəndələrinin eyni vaxtda təhsil alması üçün nəzərdə tutulmuş təhsil formasıdır. Bu təhsil forması zamanı eyni sinifdə olan şagirdlərin irqi, dini, rəngi və adətlərinə görə bir-birindən fərqləndirilməməsi əsas götürülür. Şagirdlər qarşılıqlı anlaşma, bir-birinə hörmət, digər irqlərin və dinlərin nümayəndələrinin qarşılıqlı anlaşması təmin olunur. Bütün şagirdlərin eyni hüquqa malik olması, öyrətmə və öyrənmənin dini, irqi, rəngi olmaması və əksinə belə bir mühitin şagirdlərin daha da inkişaf etməsinə, digər mədəniyyətləri öyrənməsinə kömək etdiyini müəllimlər unutmamalıdırlar.

Page 26: Təhsilin formaları (inklüziv, çoxmədəniyyətli təhsil) və ... · Xarici təhsildə inklüzivliyin modelləri •«Push in» deyilən müəllimlərin bu cür siniflərdə dərs
Page 27: Təhsilin formaları (inklüziv, çoxmədəniyyətli təhsil) və ... · Xarici təhsildə inklüzivliyin modelləri •«Push in» deyilən müəllimlərin bu cür siniflərdə dərs

SUALLAR?

TƏŞƏKKÜRLƏR!