Azərbaycanda təhsilin keyfiyyəti ilə bağlı çox önəmli ... 9 sep OPT.pdf · TƏSİSÇİ:...

8
TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ QƏZETİN REDAKSİYA HEYƏTİ Qəzet 1919-cu ildən nəşr edilir www.xalqqazeti.com № 181 (29446) 9 sentyabr 2020-ci il, çərşənbə Tacikistan Respublikasının Prezidenti Zati-aliləri cənab Emoməli Rəhmona Hörmətli Emoməli Şərifoviç, Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Biz dost Tacikistanın dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurlarına və beynəlxalq arenada nüfuzu- nun artmasına sevinirik. Ölkələrimizi ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan ikitərəfli əlaqələrimiz xalqlarımı- zın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir. Dünyanın üzləşdiyi COVID-19 pande- miyası ilə mübarizədə Azərbaycan xalqının dost Tacikistan xalqı ilə həmrəy olduğunu vurğulamaq istəyirəm. Hörmətli Emoməli Şərifoviç, belə bir xoş gündə Sizə ən xoş arzularımı yetirir, Tacikistan Respublikasına əmin-amanlıq və rifah diləyirəm. Hörmətlə, İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 7 sentyabr 2020-ci il Y.Ə.Əliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasında milli dövlət quruculuğu işində xüsusi xidmətlərinə görə Yaşar Ədilxan oğlu Əliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin. İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 8 sentyabr 2020-ci il Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə respublikanın təhsil sistemində də böyük nailiyyətlər əldə olunub. Dahi şəxsiyyət təhsilə daim mühüm önəm verib, məktəb şəbəkəsinin tam formalaşmasını, xalqın intellektual potensialının yüksəlməsini hər zaman diqqət mərkəzində saxlayıb. Məktəb infrastrukturu əsaslı şəkildə yenilənib, dünya təhsilinə inteqrasiya yönündə əsaslı islahatlara yol açılıb. Ümumi təhsil məktəblərinin I-XI sinifləri üçün müasir tələblərə cavab verən milli dərsliklər yaradılıb və tam ödənişsiz olaraq Azərbaycan şagirdlərinə çatdırılıb. Latın qrafikalı əlifbaya keçilməsi ilə əlaqədar qısa zamanda bütün məktəb kitabxanaları yeni əlifba ilə çap olunan dərslik və əlavə vəsaitlərlə təmin edilib. Ümummilli lider Azərbaycanın gələcəyi olan gənclərin inkişafına, elm və təhsilin tərəqqisinə hər zaman xüsu- si qayğı göstərib, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması və respublikamızda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının gerçəkləşdirilməsi məqsədilə əhəmiyyətli tədbirlər həyata keçirib, bu istiqamətdə tarixi əhəmiyyətli fərman və sərəncamlar imzalayıb. Ulu öndərin göstərişi əsasında minlərlə azərbaycanlı gənc dünyanın ən tanın- mış universitetlərində təhsil almağa göndərilib. Dahi lider həm təhsilin məzmunu, mahiyyəti, məqsədləri, səmərəli təşkili, müəllim əməyi, şagirdlərin və tələbələrin vəzifələri barədə dəyərli fikirlər söyləyib, həm də Azərbaycan təhsilinin hərtərəfli yüksəlişi qayğısı- na qalıb, illər bоyu bu sahədə böyük inkişafa təkan verən sistemli tədbirlər reallaşdırıb. Ümummilli liderin təhsil sistemi- nin müasirləşməsi ilə bağlı ənənələri son 17 ildir ki, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu sektorda ardıcıl şəkildə gerçəkləşdirilən genişhəcmli isla- hatlar, dövlət proqramları, layihələr bunun bariz ifadəsidir. Ölkə Prezidentinin təhsil sek- toruna göstərdiyi diqqət və qayğı nəticəsində son illər bu sahədə islahatlar daha da dərinləşib, təhsilin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi diqqətdə saxlanılıb. Dövlətimizin başçısının təşəbbüsü ilə reallaşdırılan, təhsil sektorunun yol xəritəsi olan “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nın icrası istiqamətində bir sıra mühüm nailiyyətlər əldə edilib. Son illər ərzində təhsilin inki- şafı ilə bağlı qəbul olunan mühüm strategiya və proqramlar nəticəsində dövlət büdcəsindən bu sahəyə ayrılan xərclər də əhəmiyyətli şəkildə yüksəlib. Belə ki, ötən il 2013-cü ilə nisbətən 60 faizdən çox artaraq, 1,4 milyard manatdan 2,3 milyard manata çatdırılıb. 2003-cü ilə nisbətən isə təhsil xərcləri 9 dəfədən çox artırılıb. Azərbaycan Prezidentinin diqqət və qayğısı nəticəsində, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturu- nun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb, son 5 ildə 600-dən çox, 2003-2018-ci illər ərzində isə 3500-dən çox məktəb binası tikilib və ya əsaslı təmir edilib. İlk dəfə olaraq ucqar kəndlərdə modul tipli məktəb təcrübəsi reallaşdırılıb. Təhsil Nazirliyinin Milli Məclislə birgə reallaşdırdığı təhsil qanunve- riciliyinin əsaslı şəkildə yenilənməsi ilə bağlı təşəbbüslər də təhsil isla- hatlarının daha çevik aparılmasına, təhsil sisteminin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına əlverişli zəmin yaradıb. Belə ki, “Təhsil haqqında” Qanuna 62 dəyişikliyi özündə əks etdirən təkliflər paketi və “Peşə təhsili haqqında” Qanun qəbul olunub. Dəyişikliklər təhsilin bütün pillələrini və səviyyələrini əhatə edib. Son illərdə Azərbaycanda müəllim peşəsinə ənənəvi hörməti bərpa etmək üçün çox böyük işlər görülüb, dövlət xətti ilə həyata keçirilən xərclər bu sahənin tərəqqisini sürətləndirib. Belə ki, 2015-2018-ci illərdə yeni yanaşma tətbiq olunub – müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilib. Bu diaqnostik qiymətləndirmədən uğurla keçən müəllimlərin əməkhaqları orta hesabla 2 dəfə artırılıb. Əlbəttə, bu, müəllimlər üçün əlavə bir stimul olub. Eyni zamanda, müəllim peşəsini seçənlərin də sayı buna uyğun şəkildə artıb. Dövlətimizin başçısı çıxışları- nın birində son illərdə müəllimliyə marağın güclənməsinin sevindirici bir hal olduğunu vurğulayaraq deyib: “Bir neçə il bundan əvvəl müəllim olmaq istəyənlərin sayı kifayət qədər az idi. Ancaq son bir neçə ildə müəllim peşəsinə maraq artıb. Çünki müəllimlər indi daha yaxşı maaş alırlar. Onların cəmiyyətdə hörməti yüksək səviyyədədir. İndi onlar gözəl, təmir edilmiş, yenidən tikilmiş məktəblərdə, ali məktəblərdə çalışır- lar. Mən hər il tədris ilinin ərəfəsində yeni tikilmiş və təmir edilmiş məktəblərə baş çəkirəm. Hər il bilik günündə də uşaqlarla, müəllimlərlə görüşürəm və qeyd edirəm ki, məktəb, eyni zamanda, müəllimin iş yeridir. Bu gün bu sahədə gö- rülmüş işlər əlbəttə ki, müəllimləri həvəsləndirir. Ona görə təhsilin səviyyəsinin artırılması istiqamətində əlavə addımlar atılmalıdır”. (ardı 2-ci səhifədə) Azərbaycanda təhsilin keyfiyyəti ilə bağlı çox önəmli addımlar atılır, islahatlar aparılır Elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar. Ona görə, təhsilin keyfiyyəti indi ön plana çıxır. Bu istiqamətdə də islahatlar aparılır. İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 fevral tarixli 1792 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. “Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 fevral tarixli 1792 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 312; 2018, № 6, maddə 1297; 2019, № 9, maddə 1487) 1-ci hissəsi ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin: “Komissiyanın sədri Samir Nuriyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Komissiyanın üzvləri Fuad Ələsgərov - Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Kərimov - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi Fikrət Məmmədov - Azərbaycan Respublikasının Ədliyyə naziri Vilayət Eyvazov - Azərbaycan Respublikasının Daxili İşlər naziri Əli Nağıyev - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Allahşükür Paşazadə - Şeyxülislam, Qafqaz Müsəlmanları İdarəsinin sədri Əhliman Əmiraslanov - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Səhiyyə komitəsinin sədri Zahid Oruc - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İnsan hüquqları komitəsinin sədri Fazil Mustafa - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Mədəniyyət komitəsi sədrinin müavini Azay Quliyev - Azərbaycan Respublikası Milli Məclisinin deputatı Sədaqət Vəliyeva - Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aynur Sofiyeva - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Rəşad Məcidov - Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Əliməmməd Nuriyev - “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Bəyimxanım Verdiyeva - “Xan Şuşinski” Fondunun rəhbəri Mehriban Vəliyeva - Akademik Zərifə Əliyeva adına liseyin direktoru Komissiyanın katibi Kəmalə İsmayılova - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektorunun müdiri”. 2. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir. İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 8 sentyabr 2020-ci il

Transcript of Azərbaycanda təhsilin keyfiyyəti ilə bağlı çox önəmli ... 9 sep OPT.pdf · TƏSİSÇİ:...

  • TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSİYA HEYƏTİ

    Qəzet 1919-cu ildən nəşr edilirwww.xalqqazeti.com№ 181 (29446) 9 sentyabr 2020-ci il, çərşənbə

    Tacikistan Respublikasının Prezidenti Zati-aliləri cənab Emoməli Rəhmona

    Hörmətli Emoməli Şərifoviç,Ölkənizin milli bayramı – Müstəqillik

    günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

    Biz dost Tacikistanın dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurlarına və beynəlxalq arenada nüfuzu-nun artmasına sevinirik.

    Ölkələrimizi ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan ikitərəfli əlaqələrimiz xalqlarımı-

    zın iradəsinə uyğun olaraq bundan sonra

    da inkişaf edəcək və möhkəmlənəcəkdir.Dünyanın üzləşdiyi COVID-19 pande-

    miyası ilə mübarizədə Azərbaycan xalqının dost Tacikistan xalqı ilə həmrəy olduğunu vurğulamaq istəyirəm.

    Hörmətli Emoməli Şərifoviç, belə bir xoş gündə Sizə ən xoş arzularımı yetirir, Tacikistan Respublikasına əmin-amanlıq və rifah diləyirəm.

    Hörmətlə,

    İlham ƏLİYEV Azərbaycan Respublikasının

    Prezidenti

    Bakı şəhəri, 7 sentyabr 2020-ci il

    Y.Ə.Əliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında

    Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası

    Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan Respublikasında milli dövlət quruculuğu işində xüsusi xidmətlərinə görə Yaşar Ədilxan oğlu Əliyev 2-ci

    dərəcəli “Vətənə xidmətə görə”

    ordeni ilə təltif edilsin.

    İlham ƏLİYEV Azərbaycan Respublikasının

    Prezidenti

    Bakı şəhəri, 8 sentyabr 2020-ci il

    Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə respublikanın təhsil sistemində də böyük nailiyyətlər əldə olunub. Dahi şəxsiyyət təhsilə daim mühüm önəm verib, məktəb şəbəkəsinin tam formalaşmasını, xalqın intellektual potensialının yüksəlməsini hər zaman diqqət mərkəzində saxlayıb. Məktəb infrastrukturu əsaslı şəkildə yenilənib, dünya təhsilinə inteqrasiya yönündə əsaslı islahatlara yol açılıb. Ümumi təhsil məktəblərinin I-XI sinifləri üçün müasir tələblərə cavab verən milli dərsliklər yaradılıb və tam ödənişsiz olaraq Azərbaycan şagirdlərinə çatdırılıb. Latın qrafikalı əlifbaya keçilməsi ilə əlaqədar qısa zamanda bütün məktəb kitabxanaları yeni əlifba ilə çap olunan dərslik və əlavə vəsaitlərlə təmin edilib.

    Ümummilli lider Azərbaycanın gələcəyi olan gənclərin inkişafına, elm və təhsilin tərəqqisinə hər zaman xüsu-si qayğı göstərib, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması və respublikamızda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının gerçəkləşdirilməsi məqsədilə əhəmiyyətli tədbirlər həyata keçirib, bu istiqamətdə tarixi əhəmiyyətli fərman və sərəncamlar imzalayıb. Ulu öndərin göstərişi əsasında minlərlə azərbaycanlı gənc dünyanın ən tanın-mış universitetlərində təhsil almağa göndərilib.

    Dahi lider həm təhsilin məzmunu, mahiyyəti, məqsədləri, səmərəli təşkili, müəllim əməyi, şagirdlərin və tələbələrin vəzifələri barədə dəyərli fikirlər söyləyib, həm də Azərbaycan təhsilinin hərtərəfli yüksəlişi qayğısı-na qalıb, illər bоyu bu sahədə böyük inkişafa təkan verən sistemli tədbirlər reallaşdırıb.

    Ümummilli liderin təhsil sistemi-nin müasirləşməsi ilə bağlı ənənələri son 17 ildir ki, Prezident İlham Əliyev tərəfindən uğurla həyata

    keçirilir. Bu sektorda ardıcıl şəkildə gerçəkləşdirilən genişhəcmli isla-hatlar, dövlət proqramları, layihələr bunun bariz ifadəsidir.

    Ölkə Prezidentinin təhsil sek-toruna göstərdiyi diqqət və qayğı nəticəsində son illər bu sahədə islahatlar daha da dərinləşib, təhsilin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi diqqətdə saxlanılıb. Dövlətimizin başçısının təşəbbüsü ilə reallaşdırılan, təhsil sektorunun yol xəritəsi olan “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nın icrası istiqamətində bir sıra mühüm nailiyyətlər əldə edilib.

    Son illər ərzində təhsilin inki-şafı ilə bağlı qəbul olunan mühüm strategiya və proqramlar nəticəsində dövlət büdcəsindən bu sahəyə ayrılan xərclər də əhəmiyyətli şəkildə yüksəlib. Belə ki, ötən il 2013-cü ilə nisbətən 60 faizdən çox artaraq, 1,4 milyard manatdan 2,3 milyard manata çatdırılıb. 2003-cü ilə nisbətən isə təhsil xərcləri 9 dəfədən çox artırılıb.

    Azərbaycan Prezidentinin diqqət və qayğısı nəticəsində, Birinci

    vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturu-nun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb, son 5 ildə 600-dən çox, 2003-2018-ci illər ərzində isə 3500-dən çox məktəb binası tikilib və ya əsaslı təmir edilib. İlk dəfə olaraq ucqar kəndlərdə modul tipli məktəb təcrübəsi reallaşdırılıb.

    Təhsil Nazirliyinin Milli Məclislə birgə reallaşdırdığı təhsil qanunve-riciliyinin əsaslı şəkildə yenilənməsi

    ilə bağlı təşəbbüslər də təhsil isla-hatlarının daha çevik aparılmasına, təhsil sisteminin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına əlverişli zəmin yaradıb. Belə ki, “Təhsil haqqında” Qanuna 62 dəyişikliyi özündə əks etdirən təkliflər paketi və “Peşə təhsili haqqında” Qanun qəbul olunub. Dəyişikliklər təhsilin bütün pillələrini və səviyyələrini əhatə edib.

    Son illərdə Azərbaycanda müəllim peşəsinə ənənəvi hörməti bərpa etmək üçün çox böyük işlər görülüb, dövlət xətti ilə həyata keçirilən xərclər bu sahənin tərəqqisini sürətləndirib. Belə ki, 2015-2018-ci illərdə yeni yanaşma tətbiq olunub – müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilib. Bu diaqnostik qiymətləndirmədən

    uğurla keçən müəllimlərin əməkhaqları orta hesabla 2 dəfə artırılıb. Əlbəttə, bu, müəllimlər üçün əlavə bir stimul olub. Eyni zamanda, müəllim peşəsini seçənlərin də sayı buna uyğun şəkildə artıb.

    Dövlətimizin başçısı çıxışları-nın birində son illərdə müəllimliyə marağın güclənməsinin sevindirici bir hal olduğunu vurğulayaraq deyib: “Bir neçə il bundan əvvəl müəllim olmaq istəyənlərin sayı kifayət qədər az idi. Ancaq son bir neçə ildə

    müəllim peşəsinə maraq artıb. Çünki müəllimlər indi daha yaxşı maaş alırlar. Onların cəmiyyətdə hörməti yüksək səviyyədədir. İndi onlar gözəl, təmir edilmiş, yenidən tikilmiş məktəblərdə, ali məktəblərdə çalışır-lar. Mən hər il tədris ilinin ərəfəsində yeni tikilmiş və təmir edilmiş məktəblərə baş çəkirəm. Hər il bilik günündə də uşaqlarla, müəllimlərlə görüşürəm və qeyd edirəm ki, məktəb, eyni zamanda, müəllimin iş yeridir. Bu gün bu sahədə gö-rülmüş işlər əlbəttə ki, müəllimləri həvəsləndirir. Ona görə təhsilin səviyyəsinin artırılması istiqamətində əlavə addımlar atılmalıdır”.

    (ardı 2-ci səhifədə)

    Azərbaycanda təhsilin keyfiyyəti ilə bağlı çox önəmli addımlar atılır, islahatlar aparılır

    Elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar. Ona görə, təhsilin keyfiyyəti indi ön plana çıxır. Bu istiqamətdə də islahatlar aparılır.

    İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

    “Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının

    yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 fevral tarixli 1792 nömrəli

    Sərəncamında dəyişiklik edilməsi barədə

    Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    1. “Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 fevral tarixli 1792 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 312; 2018, № 6, maddə 1297; 2019, № 9, maddə 1487) 1-ci hissəsi ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:

    “Komissiyanın sədriSamir Nuriyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri

    Komissiyanın üzvləriFuad Ələsgərov - Azərbaycan Respublikası Prezidentinin köməkçisi –

    Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri

    Gündüz Kərimov - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi

    Fikrət Məmmədov - Azərbaycan Respublikasının Ədliyyə naziriVilayət Eyvazov - Azərbaycan Respublikasının Daxili İşlər naziriƏli Nağıyev - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisiAllahşükür Paşazadə - Şeyxülislam, Qafqaz Müsəlmanları İdarəsinin sədriƏhliman Əmiraslanov - Azərbaycan Respublikası Milli Məclisinin deputatı,

    Səhiyyə komitəsinin sədriZahid Oruc - Azərbaycan Respublikası Milli Məclisinin deputatı,

    İnsan hüquqları komitəsinin sədriFazil Mustafa - Azərbaycan Respublikası Milli Məclisinin deputatı,

    Mədəniyyət komitəsi sədrinin müavini Azay Quliyev - Azərbaycan Respublikası Milli Məclisinin deputatıSədaqət Vəliyeva - Azərbaycan Respublikası Milli Məclisinin deputatıAynur Sofiyeva - Azərbaycan Respublikasının Ailə,

    Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müaviniRəşad Məcidov - Azərbaycan Yazıçılar Birliyinin katibi,

    Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvüƏliməmməd Nuriyev - “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəriBəyimxanım Verdiyeva - “Xan Şuşinski” Fondunun rəhbəriMehriban Vəliyeva - Akademik Zərifə Əliyeva adına liseyin direktoru

    Komissiyanın katibiKəmalə İsmayılova - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının

    Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektorunun müdiri”.2. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

    İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 8 sentyabr 2020-ci il

  • 9 sentyabr 2020-ci il, çərşənbə2

    Azərbaycanda təhsilin keyfiyyəti ilə bağlı çox önəmli addımlar atılır, islahatlar aparılır

    (əvvəli 1-ci səhifədə)Bütün bu tədbirlər vacib strateji

    fəaliyyət sahəsinin inkişafına güclü təkan verib, ölkə təhsilinin qabaqcıl dövlətlərin təhsil sistemlərinə inteqrasiyasına əlverişli şərait yaradıb. Görülən işlər nəticəsində Azərbaycanın ümumtəhsil müəssisələri Avropa standartlarına uyğunlaşdırılıb. Bu gün əminliklə qeyd edə bilərik ki, respublikamızda istər orta, istərsə də ali məktəblər həm infrastruk-turuna, həm də tədrisin səviyyəsinə görə bir çox ölkələri üstələyib. Azərbaycanda məktəb tikintisi ilə bağlı dövlət proqram-larında qarşıya qoyulan mühüm vəzifələr də artıq reallığa çevrilib.

    Bu isə respublikamızda təhsilin artıq ümumdövlət işinin tərkib hissəsinə çevrildiyindən xəbər verir. Ölkəmizdə təhsil islahatının uğurla aparılmasını təmin edən mükəmməl normativ-hüquqi bazanın yaradılması, habelə yuxarıda vurğuladığımız kimi, müxtəlif dövlət proqramları və layihələrin gerçəkləşdirilməsi də bunun əyani göstəricisidir.

    Yeri gəlmişkən, yeni tədris ili ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva təzə tikilən, yaxud əsaslı təmir olu-nan tədris müəssisələrinin açılışında iştirak edir, həmin məktəblərdə yara-dılan şəraitlə tanış olurlar. Məsələn, son günlərdə dövlətimizin başçısının paytaxtın Nizami rayonundakı 251 nömrəli tam orta məktəb, ADA Univer-siteti, UNEC və Yasamal rayonundakı Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbi ilə tanışlığı Azərbaycanda pandemiya şəraitində belə təhsilin inkişafına göstərilən diqqət və qayğının parlaq təzahürüdür.

    Belə bir vəziyyət, həm də təhsilimizin gələcəyinə nikbinliklə baxmağa əsas verir. Xüsusi qeyd etmək lazımdır ki, dövlətimizin başçısının təhsil sahəsində müəyyən etdiyi proq-ramlar ümumtəhsil müəssisələrinin təmir və bərpasının, onların ən müasir avadanlıqlarla təchiz olunmasının başlıca istiqamətlərini təşkil edir.

    Təhsil Nazirliyindən aldığımız məlumatda bildirilir ki, yeni tədris ilinin əvvəlində bu nazirlik tərəfindən təmir-tikinti işləri yekunlaşdırılan 47 məktəb binası şagirdlərin istifadəsinə veriləcək. Onlardan 8-i yeni tikilən, 5-i əsaslı təmir olunan, 34-ü modul tipli məktəbdir. Cari ilin sonuna kimi isə 100-ə yaxın təhsil müəssisəsi qapılarını şagirdlərin üzünə açacaq.

    Ölkəmizdə təhsilin inkişafından danışarkən, bir məqama da diqqət yetirmək istərdik. Bu, modul tipli məktəblərin tikintisi ilə bağlı məsələdir. Belə ki, son illər ərzində respublikada bu tip tədris müəssisələrinin yaradılma-sına mühüm önəm verilir. Bu, təsadüfi deyil. Ekspertlər modul tipli məktəbləri ənənəvi təhsil ocaqlarından fərqini onunla əlaqələndirirlər ki, bir ənənəvi məktəbin inşası üçün lazım olan vəsaitlə 10-na yaxın modul tipli məktəb quraş-dırmaq olar. Modul tipli məktəblərin ya-radılmasının üstünlüyü, həm də onların azməsrəfli olması ilə bərabər, təxminən 1 ay ərzində istənilən relyefdə quraş-dırılması, asan daşınması, burada sinif

    otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırıl-ması ilə bağlıdır.

    Modul tipli məktəblərin digər üstün-lüyü isə budur ki, qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən, tədris prosesi dayandırılmır və bu məqsədlə müvəqqəti olaraq, 50 yerlik səyyar məktəb quraşdırılır.

    Bu cür məktəblərin mühüm önəm daşıması ilə bağlı Prezident İlham Əliyev Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videoformat-da qəbulu zamanı deyib: “Ancaq həllini gözləyən məsələlər də həyatda öz həllini tapmalıdır və burada vaxt itirmək olmaz. Xüsusilə, dağ kəndlərində və ucqar kəndlərdə modul tipli məktəblərin tikin-tisi layihəsi də yaxın iki il ərzində başa çatmalıdır. İndi bir çox ucqar kəndlərdə bu layihə icra edilir. Kənd sakinləri də, uşaqlar da bundan çox razıdırlar. Bu proqram dövlət büdcəsinin xətti ilə icra edilir və ona görə yenə də deyirəm, bunun tamamlanması 2021-2022-ci ildə başa çatmalıdır. Bununla paralel

    olaraq, təhsilin keyfiyyəti artmalıdır və artır. Bunu müxtəlif reytinqlər göstərir və əlbəttə, burada əsas məsələlərdən biri müəllimlərin peşəkarlığıdır. Çün-ki təhsilin səviyyəsi müəllimlərin peşəkarlığından asılıdır. Müəllimlər uşaqları necə öyrədirlərsə, uşaqlar da buna uyğun şəkildə biliklər əldə edirlər”.

    Dövlətimizin başçısı bütün bunları nəzərə alaraq, 8 avqust 2020-ci il tarixli “Azərbaycan təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” müvafiq sərəncam imzalayıb. Həmin sərəncamla respublika ərazisində modul tipli məktəblərin quraşdırılması məqsədilə Təhsil Nazirliyinə yeddi mil-yon manat vəsait ayrılıb.

    Yeri gəlmişkən, ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə 2016-2019-cu illərdə respublikamızın 45 bölgəsində ümumilikdə 293 modul tipli məktəb quraşdırılıb. Cari ilin sonuna kimi isə daha 60 modul tipli məktəbin istifadəyə verilməsi nəzərdə tutulub.

    Modul tipli məktəblərin quraşdı-rılması ilə bölgələrdə, xüsusilə ucqar

    kəndlərdə qəzalı və istismar müddəti başa çatan məktəb problemi tamamilə həll olunacaq.

    Təhsil infrastrukturunun yenilənməsi istiqamətində Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi işləri də xüsusi qeyd etmək lazımdır. Ümumiyyətlə, Heydər Əliyev Fondu bir çox sahələrdə səmərəli layihələr həyata keçirməklə yanaşı, təhsilin inkişafı istiqamətində də mühüm təşəbbüslərlə çıxış edib, bu sahədə genişmiqyaslı işlər reallaşdırıb. Bu baxımdan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramını diqqətə çatdırmaq gərəkdir. 2005-ci ildən icrasına başlanılan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində 100 mindən artıq şagirdin təhsil aldığı 600-dək məktəb binası inşa olunub və yenidən qurulub. Bu məktəblərin hər birində müasir laborato-riyalar, kitabxanalar, yeməkxanalar, ən son avadanlıqla təchiz edilmiş kom-püter otaqları, emalatxanalar, idman zalları, geniş meydançalar yaradılıb. Bu proqramda respublikamızın rayon və şəhərlərində yeni məktəb binalarının ti-kilib istifadəyə verilməsi, təhsil ocaqları-nın əsaslı təmiri, maddi-texniki bazasının yaxşılaşdırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi kimi məsələlər öz əksini tapıb və qarşıya qoyulan məqsədlərə müvafiq olaraq həyata keçirilən tədbirlər səmərəli nəticələr verib. Azərbaycanda ali məktəblərin mütləq əksəriyyəti müa-sir standartlara cavab verir, yeni binalar, korpuslar tikilib, yeni ali məktəblər yaradılıb.

    Vaqif BAYRAMOV, “Xalq qəzeti”

    Prezidentin köməkçisi Hikmət Hacıyev İstanbulda fəaliyyət göstərən beynəlxalq

    media nümayəndələri ilə görüşüb

    AZƏRTAC xəbər verir ki, sentyabrın 8-də Azərbaycan nümayəndə heyətinin rəhbəri Hikmət Hacıyev İstanbulda fəaliyyət göstərən beynəlxalq media qu-rumlarının nümayəndələri ilə görüşərək müzakirələr aparıb.

    Prezidentin köməkçisi özünün “Twit-ter” səhifəsində görüşlə bağlı yazıb: “İs-tanbulda fəaliyyət göstərən beynəlxalq media nümayəndələri ilə görüşmək və açıq dialoq aparmaq çox xoş idi. Ermənistan-Azərbaycan münaqişəsi, re-gional və beynəlxalq mövzularda geniş müzakirələr apardıq”.

    Keçirilən görüşlərin əhəmiyyətini vurğulayan Hikmət Hacıyev deyib ki, biz media sahəsinin müxtəlif istiqamətləri

    üzrə ətraflı müzakirələr apardıq. Dü-şünürük ki, əməkdaşlıq üçün böyük potensial vardır. Türkiyə son dövrlərdə sənədli və bədii filmlərin hazırlanma-sı sahəsində böyük təcrübə qazanıb. Türkiyə televiziyaları istər texnologiya, istərsə də kontent yaradılması baxımın-dan yaxşı imkanlara malikdir. Bu xüsus-da əməkdaşlıq üçün geniş imkanlar və böyük resurslar vardır.

    Qeyd edək ki, üç gün davam edən səfər sentyabrın 8-də başa çatıb.

    Xatırladaq ki, Azərbaycan nümayəndə heyətinin Türkiyəyə səfərinin əsas məqsədi ölkələrimiz ara-sında birgə media platforması yaratmaq, xəbər, mütəxəssis və fikir mübadiləsini

    həyata keçirmək, o cümlədən hər iki ölkənin sosial media vasitəsilə dünyada daha yaxından tanıdılması işini daha da fəallaşdırmaqdır.

    Nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikasının Birinci

    vitse-prezidentinin informasiya təminatı sektorunun rəhbəri Fərhad Əmirbəyov, Azərbaycan Dövlət İnformasiya Agent-liyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Aslan Aslanov, Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Əhməd İsma-yılov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov, İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru Balakişi Qasımov daxildirlər.

    Adil ƏLİYEV: Azərbaycan-Türkiyə münasibətləri ən yüksək səviyyədə inkişaf edir

    Bu gün ölkəmiz ikili standart mövqeyindən tam kənardadır və bu siyasəti heç cür qəbul etmir. Məsələn, deyirik ki, Türkiyə bizim qardaşımız və dostumuzdur, ulu öndər Heydər Əliyev dediyi kimi, biz bir millət, iki dövlətik. Bu, dünən də belə idi, bu gün də belədir və təbii ki, sabah da belə olacaq. Mövqeyi-miz vahiddir, bunu kimlərəsə xoş gəlmək üçün gizlətmirik. Aydın şəkildə bütün dünyaya bəyan edirik ki, Türkiyənin dostlarını dostlarımız, düşmənlərini isə düşmənlərimiz olaraq qəbul edirik. Vahid siyasətimizin ana xəttində hər iki ölkənin maraqlarının birgə müdafiəsi öz əksini tapır, vahid dilimizin, vahid millətimizin olmasına baxmayaraq, hər bir dövlət - istər Azərbaycan, istər Türkiyə öz müstəqil siyasətini həyata keçirir. Lakin söhbət hansısa maraqların kəsişməsindən gedirsə birlikdə vahid siyasət həyata keçiririk.

    Bu fikirləri AZƏRTAC-a açıqlama-sında Milli Məclis Sədrinin müavini Adil Əliyev söyləyib.

    Adil Əliyev deyib: “Hazırda ölkəmizlə qardaş Türkiyənin münasibətləri bu günə qədər olmayan səviyyədədir, yəni tarixin heç bir mərhələsində hər iki dövlət bir-birinə bu qədər yaxın olmayıb. Məmnuniyyətlə deyə bilərik ki, hər iki ölkənin başçısı bir-birlərini təkcə dost olaraq görmür, eyni zamanda, qardaş olduqlarını hər dəfə bəyan edirlər. Bu dostluq və qardaşlıq təbii ki, bir çox ölkələri narahat edir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, buna təkcə digər xarici dövlətlər deyil, din və millət ortaqlığımız olan dövlətlərin bu cür qıs-qanması heç cür xoşagələn deyil.

    Vahid dəyərlərə malik olmağımıza

    gəldikdə isə, bütün türk xalqlarının ortaq mirası olan “Kitabi-Dədə Qorqud” dastanında çox bəyəndiyim bir fikir var. Hər dəfə qeyd olunur ki, düşmənə qarşı Oğuz igidləri aralarında incikliyin olub-olmamasından asılı olmayaraq birləşirdilər. Bizdə isə bu incikliyin olmamasına baxmayaraq, biz düşmənə deyil, düşmənlərə qarşı kifayət qədər birləşmişik.

    Xüsusilə qeyd etmək yerinə düşər ki, bütün məsələlərdə olduğu kimi, 12 iyul tarixində Ermənistan tərəfinin cəbhənin Tovuz rayonunda törətdiyi təxribat zamanı ilk dəstək nümayiş etdirən ölkə yenə Türkiyə oldu.

    Biz Türkiyə ilə qardaş olmaqla yana-şı, oxşar talelərə malikik. Belə ki, hər iki ölkə hazırda terrorizmdən əziyyət çəkir. Bu gün torpaqlarımızın faktiki olaraq 20 faizi işğal altındadır, işğal edilmiş ərazilərdən hansısa məqsədlə istifadə edildiyi bu gün dünya ictimaiyyətinə məlumdur. Çox təəssüf hissi ilə qeyd etməliyik ki, ölkəmizin ərazisinin işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurası-nın qəbul etdiyi 4 qətnamənin heç biri bu gün də Ermənistan tərəfindən icra edilməyib. Ermənistan tərəfinin beynəlxalq hüququ kobud şəkildə poz-ması və bundan sonra törətməyə cəhd etdiyi təxribatlar bu münaqişənin dinc yolla həllini istisna edir.

    Ermənistanın törətdiyi təxribatların davamı olaraq, Azərbaycan sərhədini keçərkən yaxalanmış Ermənistan ordusuna məxsus olan zabit də öz açıqlamasında rəhbərlik etdiyi dəstə

    ilə birlikdə sərhədi keçmək istədiklərini, məqsədlərinin isə hərbi və mülkü şəxsləri öldürmək olduğunu bildirdi.

    Bu gün ordumuz nəinki Cənubi Qafqazın, həmçinin dünyanın ən güclü ordularından biridir. Ordumuz tam müa-sir silah və sursatla təmin edilib, maddi texniki bazası gücləndirilib. Habelə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasın-da hərbi maliyyə əməkdaşlığı haqqında” 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış Sazişə əsasən iki ölkə arasında keçirilən hərbi təlimlər ordumu-zun potensialının daha da artırılmasına yönəlmişdir.

    Türkiyə ilə təlimlər həm də ona görə vacibdir ki, bu gün hərbi sahədə ən güclü qurum NATO-dur və təbii ki, həmin qurumda aparıcı ölkə Türkiyədir. Bu sahədə olan yaxınlaşma Azərbaycan Silahlı Qüvvələrinin müasirləşdirilməsinə kömək göstərir.

    Habelə ölkəmizin təhlükəsizlik sənədləri və iki ölkə arasında im-zalanmış strateji müqavilələr hərbi əməkdaşlıq baxımından gələcəyə müsbət vədlər verir. Bizim önəm verdiyimiz məsələlərin içərisində hərbi kadrların hazırlanması xüsusi yer tutur. Bu sahədə də təbii ki, Türkiyə təcrübəsi bizim üçün çox yerində və lazımlıdır.

    Təbii ki, əməkdaşlığımızın fonunda Türkiyənin bizə göstərdiyi qardaşlığa da biz öz növbəmizdə yerində və vaxtında qarşılıq verməliydik, verdik də. Belə ki, hazırda Aralıq dənizində baş verən hadisələr tərəfimizdən diqqətlə izlənir və Yunanıstan tərəfinin eynilə Ermənistan kimi qərəzli mövqeyi bizdə təəssüf hissi doğurur. Biz isə baş verənlərə, sadəcə, izləyici kimi qalmırıq, qətiyyətli mövqe-yimizi göstərərək Türkiyənin yanında olduğumuzu hər an bütün dünyaya çatdırırıq. Prezident İlham Əliyevin Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş səfirinə qeyd olunan mövqe-yin çatdırılması və Türkiyənin yanında olduğumuzu bildirməsi təkcə Yunanıstan tərəfinə deyil, bütün dünyaya açıq me-saj idi. Dünyanın türkün gücünü bir daha görməsinin vaxtı çatıb”.

    Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.

    İkili standart prinsipini tez-tez eşidirik, əslində isə məsələnin mahiyyəti odur ki, mövqe heç vaxt dəqiq olmur. Belə demək mümkündürsə, hər iki tərəflə uzlaşmağa getməyin əsas simvoludur.

    Azərbaycan ilə Polşa arasında əməkdaşlıq məsələləri müzakirə olunub

    Sentyabrın 8-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Polşanın ölkəmizdəki səfiri Rafal Poborski ilə görüşüb.

    Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazir Ceyhun Bayramov ölkələrimiz arasında mövcud olan yüksəksəviyyəli əməkdaşlıq münasibətlərindən bəhs edib, bu xüsusda ali səviyyədə həyata keçirilən səfər mübadilələrinin əməkdaşlığın inkişafına təkan verdiyini bildirib.

    Cari ildə dünyanın üzləşdiyi pandemiyaya rəğmən ölkələrimiz arasında əməkdaşlığın davam etdirildiyini vurğulayan nazir bu xüsus-da Polşa tərəfindən Azərbaycana COVID-19 ilə mübarizə çərçivəsində göstərilən humani-tar yardıma görə minnətdarlığını ifadə edib.

    Səfir Rafal Poborski öz növbəsində Polşa-nın Xarici İşlər naziri Zbiqnev Raunun səmimi təbriklərini nazir Ceyhun Bayramova çatdırıb. Diplomat ölkələrimiz arasında münasibətlərin inkişaf dinamikasının davam etdirilməsinin vacibliyini vurğulayıb.

    Tərəflər Azərbaycan ilə Polşa ara-sında siyasi məsləhətləşmələrin davam etdirilməsi, eləcə də enerji, nəqliyyat, kənd

    təsərrüfatı, təhsil, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.

    Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxındır davam edən işğalçılıq siyasəti, təcavüzkar ölkənin iş-ğal etdiyi ərazilərdə həyata keçirdiyi qeyri-qa-nuni fəaliyyəti, Ermənistan silahlı qüvvələrinin iyulun 12-16-da iki ölkə sərhədində törətdiyi hərbi təxribatı, eləcə də Ermənistan rəhbərliyinin bölgədə gərginliyin artmasına xidmət edən və münaqişənin danışıqlar yolu ilə həllinə xələl gətirən fəaliyyəti barədə qarşı tərəfə ətraflı məlumat verib.

    Səfir Rafal Poborski Polşanın Şərq Qonşuluğu ölkələrində sabitliyin təmin edilməsində maraqlı olduğunu deyib və ölkəsi üçün beynəlxalq hüquqa hörmət prinsipinin vacibliyini diqqətə çatdırıb.

    Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

    Səfir: Azərbaycan və Türkiyə mübarizlikləri ilə ortaq maraqlarını, təhlükəsizliklərini qoruyacaqlar

    Bu fikri AZƏRTAC-a məxsusi açıqlamasında Türkiyənin Ukraynadakı səfiri Yağmur Əhməd Güldərə söyləyib.

    Səfirin sözlərinə görə, Türkiyə Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünə açıq dəstək göstərir. Türkiyə Dağlıq Qarabağ

    münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində sülh yolu ilə həllinin tərəfdarıdır.

    “İyul ayında Ermənistanın Azərbaycana hü-cumları ölkəmiz tərəfindən ən yüksək səviyyədə qınanıldı. Türkiyə Xarici İşlər Nazirliyi bununla bağlı verdiyi açıqlamada ölkənin bütün imkanları ilə Azərbaycanın yanında olacağını bəyan edib”, - deyə səfir bildirib.

    Diplomat vurğulayıb ki, Türkiyə-Azərbaycan tərəfdaşlığının, dostluğunun qapısı bölgədə sa-bitlik, sülh və firavanlıq istəyən hər kəsə açıqdır. “İki dövlət, bir millət” şüarını rəhbər tutaraq Azərbaycan və Türkiyənin mübarizlikləri ilə ortaq maraqlarını və təhlükəsizliklərini qoruyacaqlarını, beynəlxalq hüquqa zidd hərəkətlərə qarşı çıxacaq-larını hər kəs bilməlidir.

    Türkiyənin qardaş ölkə Azərbaycanla münasibətləri strateji səviyyədədir. Çoxtərəfli dostluğumuz yüksəksəviyyəli qarşılıqlı səfərlərlə güclənir və ölkələrimiz bir çox sahələrdə başqalarına nümunə olacaq strateji layihələr həyata keçirirlər.

  • Sahibə Qafarova Milli Məclisin Sədri kimi ilk rəsmi səfərini Türkiyəyə edəcək

    Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, komitə sədri Ziyafət Əsgərov, deputatlardan Sevil Mi-kayılova, Fazil Mustafa, Elşən Musayev, Tural Gəncəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

    Səfər zamanı nümayəndə heyətinin üzvləri Türkiyə Böyük Millət Məclisində parlamentin fəaliyyəti, qanun yaradıcılığı prosesi ilə yaxın-dan tanış olacaq, türkiyəli həmkarları ilə fikir mübadiləsi aparacaqlar.

    Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopla görüşəcək. Görüşdə parlamentlərarası əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri, ikitərəfli əməkdaşlığımızın daha da genişləndirilməsi, hər iki ölkənin birgə həyata keçirdiyi qlobal layihələrin reallaşması,

    regional münaqişələrin həlli yolları parlament müstəvisində müzakirə ediləcək.

    Milli Məclisin Sədri Sahibə Qafarovanın Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.

    Səfər müddətində Milli Məclis Sədrinin başçı-lıq etdiyi parlament nümayəndə heyəti Ankarada Anıtqəbri ziyarət edəcək, şəhərin tarixi yerləri ilə tanış olacaq.

    Səfər sentyabrın 12-də başa çatacaq.

    Azərbaycanla Türk Şurası arasında əməkdaşlıq məsələləri müzakirə olunub

    Xarici İşlər naziri Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şura-sının Baş katibi (Türk Şurası) Bağdad Amreyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

    Nazirlikdən verilən məlumatda bildirilir ki, Ceyhun Bayramov Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətindən, təşkilat çərçivəsində iştirakçı ölkələrin sayının artmasından, təşkilatın sonuncu zirvə görüşünün Bakıda uğurla keçməsindən, eləcə də Azərbaycanın Türk Şurası ilə əməkdaşlığından məmnunluğunu qeyd edib. Görüşdə Türk Şurasının beynəlxalq və regional təşkilatlarla əməkdaşlığı və beynəlxalq platformalarda təşkilatın statusu məsələsi ətraflı müzakirə olunub.

    Nazir Türk Şurasının Azərbaycanın təhlükəsizliyinə əsas təhdid olan Ermənistanın təcavüzkar siyasəti ilə bağlı beynəlxalq hü-ququn norma və prinsipləri, başda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri olmaq-la, digər beynəlxalq təşkilatların qərarlarına əsaslanan prinsipial mövqeyini vurğulayaraq, bu xüsusda Baş katibə təşəkkürünü bildirib.

    Bağdad Amreyev Azərbaycanın Türk Şura-sında iştirakını və rolunu yüksək qiymətləndirib. Sonuncu Bakı Zirvə görüşünün təşkilatın fəaliyyətində keyfiyyətcə yeni bir mərhələ olduğunu qeyd edən Baş katib, hazırda təşkilat çərçivəsində geniş spektrli məsələlər üzrə daha sıx əməkdaşlıq və inteqrasiyanın həyata keçirilməsi istiqamətində addımların atıldığını bil-dirib. Azərbaycanı Türk Şurasına uğurlu sədrliyi münasibətilə təbrik edən, Azərbaycan Respublika-sının Prezidentinin təşəbbüsü ilə həyata keçirilən və pandemiya ilə mübarizəyə həsr olunan video-görüş formatlı zirvə görüşü, eləcə də digər istiqamətlər üzrə reallaşdırılan video görüşlərdən məmnunluqla bəhs edən Bağdad Amreyev Azərbaycanın təşkilata rəhbərliyi müvəffəqiyyətlə davam etdirəcəyinə əminliyini bildirib. Baş katib Türk Şurasının bundan sonra da Azərbaycanın ədalətli və beynəlxalq hüquqa əsaslanan mövqeyi-ni hər zaman dəstəkləyəcəyini vurğulayıb.

    Görüş zamanı tərəflər Türk Şurası çərçivəsində əməkdaşlıq, növbəti zirvə görüşünün təşkili, eləcə də təşkilatın gələcək fəaliyyəti ilə bağlı məsələləri ətraflı müzakirə ediblər.

    “Xalq qəzeti”

    AŞPA-nın komitə iclasında Ermənistanın işğalçılıq siyasətindən danışılıb

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Res-publikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev çıxışında Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın təcavüzkar siyasətini və cinayətkar fəaliyyətini hələ də davam etdirdiyini bildirib. O, Ermənistanın iyulun 12-də Azərbaycanın Tovuz rayonu istiqamətində yeni təcavüz aktı həyata keçirdiyini, Azərbaycanın isə buna adekvat olaraq özünümüdafiə hüququndan istifadə edərək cavab verdiyini qeyd edib. Ermənistanın bu hücumu nəticəsində sərhədboyu zonada mülki əhaliyə və

    infrastruktura dəymiş zərərə toxunan T. Gəncəliyev bütün bunların beynəlxalq huma-nitar hüququn kobud surətdə pozulması olduğunu vurğulayıb.

    T. Gəncəliyev, həmçinin Ermənistanın öz işğal siyasətindən əl çəkmədiyini, yeni ərazilərimizə id-dialı olduğunu, dövlət səviyyəsində ilhaq siyasəti apardığını və bütün bunların Ermənistanın müdafiə naziri D.Tonoyanın “yeni ərazilər üçün yeni müharibə” doktrinası ilə bir daha öz təsdiqini tapdığını qeyd edib.

    Ermənistanın münaqişənin həllində ma-raqlı olmadığını, sülh danışıqlarını pozduğu-nu vurğulayan deputat bu ölkənin beynəlxalq ictimaiyyətin nəzərində öz işğalçı əməllərini pərdələmək cəhdlərini ifşa edib. O, münaqişə ilə bağlı BMT-nin qətnamələrinə və digər beynəlxalq təşkilatların sənədlərinə hələ də əməl olunmadığını xatırladıb.

    Azərbaycanda koronavirus infeksiyasından 128 nəfər sağalıb, 139 yeni yoluxma faktı qeydə alınıb

    Azərbaycan Respublikasın-da koronavirus infeksiyasından daha 128 nəfər müalicə oluna-raq sağalıb, 139 yeni yoluxma faktı qeydə alınıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

    Hazırkı dövrədək ölkəmizdə 37 min 557 nəfərin koronavirus infeksiyasına yo-luxması faktı müəyyən edilib. Onlardan 34 min 965 nəfər müalicə olunaraq sağalıb, 552 nəfər vəfat edib. Aktiv xəstə sayı 2040 nəfərdir.

    Ötən müddət ərzində 973 min 838 test aparılıb. Bugünkü test sayı isə 6798-dir.

    9 sentyabr 2020-ci il, çərşənbə 3Sentyabrın 10-da Milli Məclisin Sədri Sahibə

    Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti ilk rəsmi səfərini Türkiyə Respublikasına edəcək. Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov söyləyib.

    Səməd Seyidov deyib ki, müasir dövrdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş qardaşlıq əlaqələri son dövrdə daha yüksək templə inkişaf etməkdədir. Azərbaycan-Türkiyə münasibətləri Milli Məclisdə də hər zaman xü-susi olaraq qiymətləndirilib. Bununla bağlı çoxlu nümunələr var. Ən son misallar kimi mütəmadi xarakter daşıyan ikitərəfli və üçtərəfli görüşlərin keçirilməsini, qarşılıqlı olaraq vizadan azadetməni, Preferensial Ticarət Sazişini, hərbi maliyyə əməkdaşlığını və paradları, təhlükəsizlik üzrə əməkdaşlığı və s. qeyd etmək olar.

    Bir sözlə, bütün dün-yaya nümunə olan və daim güclənən Azərbaycan-Türkiyə münasibətləri dayanmadan in-kişaf edir, əməkdaşlığın yüksək səviyyəsi hərtərəfli əlaqələrin gücündən və sarsılmazlığından xəbər verir. Qardaş ölkələr

    arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq daha da genişlənir və artıq yeni pilləyə keçir, ilk növbədə, hər iki ölkənin artıq güclü olan əlaqələrinin daha da möhkəmlənməsinə xidmət göstərir. Mühüm bir nümunəni qeyd edim. Prezident İlham Əliyev Yunanıstanın Azərbaycanda yeni təyin olun-muş fövqəladə və səlahiyyətli səfiri Nikolas Piperiqkosu qəbul edərkən Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda baş verən gərginliyə toxunub. Dövlətimizin başçısı

    Türkiyənin Azərbaycana təkcə dost və tərəfdaş deyil, həm də qardaş ölkə olduğunu vurğulayıb və bütün məsələlərdə Türkiyənin yanında olacağımızı deyib. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Admi-nistrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Türkiyəyə səfəri zamanı ölkələrimiz arasında media qurumları-nın yaxın əməkdaşlığı, birgə media platformasının yara-dılması, xəbər, mütəxəssis və

    fikir mübadiləsinin həyata keçirilməsi, o cümlədən hər iki ölkənin sosial media vasitəsilə dünyada daha yaxından tanı-dılması haqqında danışıqların aparılması mühüm əhəmiyyətə malikdir. Həmçinin Hikmət Ha-cıyev Türkiyənin nüfuzlu “Ha-ber Global” telekanalında çıxışı zamanı bildirib ki, biz qardaş ölkələr olaraq birlikdə hərəkət edərək doğruları beynəlxalq təşkilatlara daha aktiv şəkildə çatdırmalıyıq. Lazım olan anda, lazımi yerdə bir-birimizə dəstək verib, xarici siyasətdə

    olduğu kimi, hərbi mövzularda da bir-birimizi dəstəkləməkdə davam edəcəyik. Türkiyənin bu günlər regional, beynəlxalq müstəvidə milli maraqları, xal-qının mənafeyini nəzərə almaqla apardığı aktiv siyasəti görürük və bununla qürur duyuruq.

    Səməd Seyidov qeyd edib ki, qardaşlıq münasibətlərinin bundan sonra daha güclü inkişaf etməsinin bariz nümunəsi sentyabrın 10-da Milli Məclisin Sədri Sahibə Qafarovanın baş-çılığı ilə parlament nümayəndə heyətinin ilk rəsmi səfərinin məhz Türkiyə Respublikasına olmasıdır.

    “Azərbaycan ilə Türkiyə hər zaman bir birinin yanın-dadır. Ən əsası, Azərbaycan-Türkiyə əlaqələri bütün türk dünyası üçün də mühüm rol oynayır və türkdilli dövlətlər arasında münasibətlərin inkişafına da güclü təsir göstərir. Həmin qardaşlıq münasibətlərinin bundan sonra da inkişaf etməsi üçün tərəflərin güclü iradəsi və istəyi var. Qarşılıqlı səfərlər və həyata keçirilən tədbirlər də məhz belə deməyə əsas verir”, - deyə Milli Məclisin komitə sədri bildirib.

    Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qa-zandığımız uğurların ən mühüm istiqamətlərindən biri Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inki-şafının davamlılığının qorunmasıdır. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin böyük tarixi keçmişi var və bu münasibətlər gündən-günə inkişaf edir, bununla da hər iki ölkənin güclü irəliləyişinə təkan verir.

    Sentyabrın 8-də AŞPA-nın Siyasi işlər və demokratiya komitəsinin videokonfrans formatında iclası keçirilib.

    AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

    “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublika-sı Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

    “Naxçıvan Muxtar Respublikasının Babək rayonu-

    nun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 12 iyun tarixli 128-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 iyun tarixli 2110 nömrəli Sərəncamının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

    “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası

    Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 8, maddə 555; 2005, № 11, maddə 1065; 2006, № 12, maddə 1161; 2007, № 7, maddələr 737, 738; 2008, № 1, maddə 36, № 2, maddə 104, № 6, maddələr 582, 584, 586, № 7, maddələr 680, 681, 682; 2009, № 7, maddə 609, № 10, maddə 848; 2010, № 6, maddə 566, № 7, maddə 704, № 8, maddə 760; 2012, № 3, maddə 264, № 6, maddə 636; 2013, № 3, maddə 338, № 4, maddə 440, № 6, maddə 727, № 10, maddələr 1201, 1213; 2014, № 1, maddə 57, № 5, maddə 586, № 7, maddə 911; 2015, № 4, maddələr 460, 480, № 7, maddələr 887, 900, № 10, maddə 1216; 2016, № 5, maddə 956; 2018, № 5, maddə 1123, № 10, maddə 2144; 2019, № 6, maddə 1151, № 8, maddə 1449; 2020, № 5, maddə 637; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 218 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:

    1. Həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”nın “Babək rayonu” hissəsinin “Yerləşdiyi ünvan” sütununun 1830-cu, 1831-ci, 1877-ci bəndlərində “Nehrəm

    kəndi” sözləri “Nehrəm qəsəbəsi” sözləri ilə, 1846-1848-ci bəndlərində “Cəhri kəndi” sözləri “Cəhri qəsəbəsi” sözləri ilə əvəz edilsin.

    2. Həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə – “Yer-li əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı” üzrə:

    2.1. “Memarlıq abidələri” bölməsinin “Babək rayonu” hissəsinin 5308-5314-cü bəndlərində “Nehrəm kəndi” sözləri “Nehrəm qəsəbəsi” sözləri ilə və 5317-ci bəndində “Cəhri kəndi” sözləri “Cəhri qəsəbəsi” sözləri ilə əvəz edilsin;

    2.2. “Bağ-park monumental və xatirə abidələri” bölməsinin 5711-ci bəndində “Nehrəm kəndi” sözləri “Nehrəm qəsəbəsi” sözləri ilə əvəz edilsin;

    2.3. “Arxeoloji abidələr” bölməsinin “Naxçıvan Muxtar Respublikası Babək rayonu” hissəsinin 6066-cı bəndində “Nehrəm kəndi” sözləri “Nehrəm qəsəbəsi” sözləri ilə əvəz edilsin.

    Əli ƏSƏDOV Azərbaycan Respublikasının Baş Naziri

    AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

    “Güzəştlərin tətbiqi Qaydasının və bölünən hissələrin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Res-publikası Nazirlər Kabinetinin 2002-ci il 28 oktyabr tarixli 165 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

    “Dövlət satınalmaları haqqında” Azərbaycan Respubli-kasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 75-VIQD nömrəli Qanununun tətbiqi, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 668 nömrəli Fərmanında dəyişiklik edilməsi və dərman vasitələri istehsalının stimullaşdırılması

    ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respubli-kası Prezidentinin 2020-ci il 28 may tarixli 1040 nömrəli Fərmanının 1.2-ci bəndinin icrası məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 28 oktyabr tarixli 165 nömrəli Qərarı (Azərbaycan Res-publikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 648; 2016, № 7, maddə 1364; 2019, № 4, maddə 746, № 7, maddə 1334) ilə təsdiq edilmiş “Güzəştlərin tətbiqi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

    1. 2-ci hissəyə “(işlər və xidmətlər)” sözlərindən sonra “, o cümlədən Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən istehsal prosesinin hər hansı mərhələsi Azərbaycan Respublikasının ərazisində həyata keçirilən mallar” sözləri əlavə edilsin.

    2. 5-ci hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

    “Dərman vasitələrinin istehsal prosesinin qablaşdır-ma mərhələsi ilə bağlı tender təklifində isə Azərbaycan Respublikası Prezidentinin fərmanının nömrə və tarixi qeyd edilir və belə fəaliyyətlə məşğul olmaq üçün verilmiş lisenziyanın surəti tender təklifinə əlavə edilir.”.

    3. 9-cu hissənin birinci cümləsində “4-cü hissəsində” sözləri “4-cü və 5-ci hissələrində” sözləri ilə əvəz edilsin.

    4. Bu Qərarın 2-ci və 3-cü hissələri 2020-ci il iyunun 1-dən 5 (beş) il müddətinədək qüvvədədir.

    Əli ƏSƏDOV Azərbaycan Respublikasının Baş Naziri

    Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi ölkəmizin dünyadakı yüksək nüfuzunun göstəricisidir

    1961-ci il sentyabrın 6-da Belqradda təsis edilmiş Qoşulmama Hərəkatının ideoloji əsasını 1955-ci ildə qəbul olun-muş Bandunq prinsipləri təşkil edir. Qo-şulmama Hərəkatı qlobal problemlərin həlli və müasir dövrün çağırışlarına cavab vermək baxımından bu gün xüsusi əhəmiyyətə malikdir. Hərəkatın əsas məqsədi beynəlxalq hüququn norma və prinsipləri əsasında dünyada sülhün, təhlükəsizliyin qorunmasına və tərəqqiyə töhfə verməkdir. Azərbaycanın hərəkata üzvlüyü ölkəmizin beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlıq proseslərinə daha yaxından cəlb olunması, müxtəlif dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsi üçün əlverişli imkan yaradıb.

    “Soyuq müharibə” illərində yaran-masına baxmayaraq, həmişə ədaləti, beynəlxalq hüququ, dövlətlərin suveren-liyini və ərazi bütövlüyünü müdafiə edən Qoşulmama Hərəkatı “soyuq müharibə” bitdikdən sonra da öz aktuallığını itirməyib. Bu təşkilatın BMT-dən sonra tərkibində ən çox dövləti (120 ölkə) birləşdirən bir siyasi təsisat olması faktı özü-özlüyündə çox şey deməkdir.

    2019-cu il oktyabrın 25-26-da Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının Bakı sammiti keçirildi. Hərəkatın XVIII Zirvə Görüşünün Azərbaycanda keçirilməsi ölkəmizin qlobal proseslərdəki rolunun və beynəlxalq nüfuzunun gündən-günə artdığının parlaq göstəricisidir. Qoşul-mama Hərəkatının hazırkı sədri Prezi-dent İlham Əliyev Azərbaycanın sədrlik zamanı öz prioritetlərini və fəaliyyətini bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı ma-raqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən tarixi Bandunq prinsipləri üzərində quraca-ğını bildirdi. Prezident İlham Əliyev Azərbaycanın sədrliyi zamanı Qoşul-mama Hərəkatı üzvlərinin maraqlarını

    müdafiə edəcəyini, digər təsisatlarla dialoq quracağını və əməkdaşlığı inkişaf etdirəcəyini qeyd etdi. Azərbaycan sədrlik üçün geniş, əhatəli Fəaliyyət Planı hazırladı. Lakin pandemiya səbəbindən vəziyyət xeyli dəyişdi. Buna baxmayaraq, Azərbaycan yaran-mış vəziyyətə çevik reaksiya verməyi bacardı.

    2020-ci il mayın 4-də Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının pandemiyaya qarşı video-konfrans formatında dövlət və hökumət başçıları səviyyəsində Zirvə görüşü keçi-rildi. Bu tədbirdə Prezident İlham Əliyev Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının pandemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Təklif Qoşul-mama Hərəkatına üzv ölkələr tərəfindən müdafiə olundu. Bu dəstək nüfuzlu qurumun üzvlərinin öz dəyərlərinə hörmətinin, çoxtərəfli beynəlxalq əməkdaşlığa, multilateralizmə, qlobal problemlərin yalnız qlobal səylərlə həll oluna biləcəyi düşüncəsinə olan inamı-nın bariz bir nümunəsi idi. Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü

    ümumən dünyanın 130-dan çox ölkəsi tərəfindən dəstəkləndi. İyulun 10-da BMT-nin pandemiyaya qarşı 31-ci xüsusi sessiyası rəsmi proses kimi başladı. Xü-susi sessiyanın dövlət və hökumət başçı-ları səviyyəsində ümumi müzakirələrinin keçirilmə vaxtı hazırda ölkələr arasında müzakirə olunur.

    Azərbaycan Qoşulmama Hərəkatına üzv olan ölkələrin Ermənistan --Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ədalətli mövqeyini alqışlayır. Qoşulmama Hərəkatı özünün sənədlərində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə, ərazi bütövlüyünə dəstəyini ifadə edib və münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinin vacibliyini vurğulayıb. Bakıda keçirilmiş zirvə görü-şü Ermənistan-- Azərbaycan, Dağlıq Qa-

    rabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini daha da gücləndirdi.

    Yekun sənədə ilk dəfə olaraq çox mühüm yeni bənd daxil edildi. Bu bənddə dövlət və hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini vurğulayır və təsdiq edirlər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq, bu ərazilərdə iqtisadi fəaliyyətlər də daxil olmaqla, bu cür vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcək. Burada, bilavasitə, işğalçı ifadəsindən istifadə olunur. Bu, Ermənistanın növbəti dəfə dünyanın 120 dövləti tərəfindən işğalçı kimi tanınması deməkdir. Onu da qeyd etmək vacibdir ki, təkcə bu il Qoşulma-ma Hərəkatı Ermənistanın işğal olun-muş ərazilərimizdə təşkil etdiyi “seçki şousu”nu tanımadığını, bunu qanunsuz hesab etdiyini bildirib və Ermənistanın Tovuzda törətdiyi təxribatı pisləyib.

    Çingiz QƏNİZADƏ, Demokratiya və İnsan Hüquqları

    Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru

    № 327 Bakı şəhəri, 5 sentyabr 2020-ci il

    № 328 Bakı şəhəri, 5 sentyabr 2020-ci il

    Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına üzv oldu. Qısa müddət ərzində Qoşulmama Hərəkatında böyük nüfuz qazanan ölkəmiz 2016-cı ildə qəbul edilmiş qərarla 2019–2022-ci illər üçün bu nüfuzlu quruma sədr se-çildi. Qoşulmama Hərəkatının Azərbaycan üçün önəmini artıran amillərdən biri bu təşkilatın prinsiplərinin ölkəmizin xarici siyasət prioritetləri ilə üst-üstə düşməsidir. Hərəkat dövlətlərin ərazi bütövlüyü məsələsində birmənalı mövqe nümayiş etdirir, beynəlxalq hüququn təməl prinsiplərindən çıxış edir. Azərbaycanın Qoşulmama Hərəkatında üzvlüyünün ilk günlərindən bu təşkilat ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə dəstəkləyib, qəbul olunmuş bütün sənədlərdə Ermənistan--Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini məhz həmin prinsiplər əsasında nizamlamağa çağırıb. Bu fakt 2019-cu ilin iyul ayında Qoşulmama Hərəkatı təşkilatının Nazirlər Şurasının iclasında qəbul olunmuş yekun sənəddə də öz əksini tapıb. Bununla da planetin təqribən üçdə iki hissəsi Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib.

    Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri daha da möhkəmlənir

  • 9 sentyabr 2020-ci il, çərşənbə4

    –Cavanşir müəllim, bu yaxınlarda Türkiyə ilə birgə hərbi təlimlərdən sonra ölkə ictimaiyyətində qardaş dövlətin ordusunun Azərbaycanda qalması ilə bağlı arzu-istəklər səsləndi. Bu çağırışlar geniş müzakirələrə də səbəb oldu və hələ də gündəmdən düşmür. Sizcə, bu istək nədən qaynaqla-nır?

    –Burada təəccüblü və gözlənilməz bir şey yoxdur. Azərbaycanla Türkiyə arasında münasibətlər, ölkə başçısının da bu yaxınlarda vurğuladığı kimi, sadəcə, qonşu və dost yox, əsl qardaşlıq münasibətləridir. Bu, tarixən də belə olub, bu gün də belədir. 1918-ci ildə Azərbaycanda ilk respublika quruculuğu illərində türk or-dusunun düşmən qüvvələrə qarşı mübarizədə xalqımıza təmənnasız və əvəzsiz yardımı hamıya yaxşı məlumdur. Ona görə cəmiyyətimizdə türk ordusu-na rəğbət və inam birmənalıdır.

    Azərbaycan cəmiyyətində son vaxtlar bu təkliflərin daha inadla səslənməsi isə Ermənistan--Azərbaycan qarşıdurmasındakı mövcud durumla bağlıdır. Son 30 il ərzində nə BMT, nə ATƏT, nə də digər dövlətlər işğal olunmuş tor-paqlarımızın azad olunması üçün heç bir əməli addım atmayıb. Bü-tün dünya münaqişənin dinc yolla həll olunmasına çağırırsa, amma onun gerçəkləşdirilməsi üçün heç bir addım atılmırsa, indiki durum-da əhalinin ümidi ancaq qardaş Türkiyənin ordusuna qalır.

    –ATƏT-in Minsk qrupu bu

    münaqişənin həlli ilə məşğul olmaq üçün beynəlxalq mandat almış yeganə qurumdur və dün-yanın 3 güclü dövləti bu qrupun həmsədridir. Niyə Minsk qrupu bu münaqişənin həllinə nail ola bilmir, onlara nə mane olur?

    –ATƏT-in Mİnsk qrupu 11 üzv dövlətdən ibarətdir, lakin Minsk qrupu timsalında bu münaqişənin həlli ilə məşğul olmaq üçün 3 dövlətdən ibarət həmsədrlik insti-tutu yaradılıb. Həmsədr dövlətlər də, bildiyiniz kimi, ABŞ, Fransa və Rusiyadır. Bu 3 dövlətdən, ən azı, ikisinin bu münaqişədə maraqlı tərəf olduğu göz qabağındadır. Onların işğalçı dövlətə rəğbətini, bəzi hallarda isə hətta əməli

    dəstəyini aydın sezməmək müm-kün deyil. İşğal əməliyyatlarını həyata keçirdiyi zaman, eləcə də sonrakı illərdə Ermənistana Ru-siyadan birbaşa dəstək verilməsi heç kimə sirr deyil.

    Elə bu yaxınlarda sərhəd bölgəsində erməni təxribatı za-manı da Rusiyadan Ermənistana 500 ton həcmində silah-sur-sat daşınması aşkarlandı və Azərbaycanın sorğusuna inandı-rıcı bir cavab verilmədi. Fransada kök salmış güclü erməni diaspo-runun da bu ölkə hakimiyyətinə təsiri az deyil və zaman-zaman biz bunun şahidi oluruq. Ona görə bu formatda münaqişənin həllinə, özü də ədalətli həllinə ümidlər əvvəldən çox az idi. Bu gün isə demək olar ki, belə bir inam heçə enib.

    –Məntiqlə bu münaqişədə Ermənistanın müdafiəsi açıq iş-ğala, etnik təmizləməyə dəstək vermək və bir milyon insanın faciəsinə biganəlik deyilmi? Niyə demokratiyadan, ədalətdən ağızdolusu danışan dövlətlər buna göz yumurlar?

    –Bu həmin dövlətlərin tarixi və bügünkü geosiyasi maraq-ları ilə bağlıdır. Bu ədalətsizliyi başa düşmək üçün hələ 100 il əvvəl Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılma-sını yada salmaq kifayətdir. Hələ o zaman həmin dövlətlərin təkidi ilə tarixi torpaqlarımızda Ermənistan dövləti yaradıldı. Ermənilərin çoxsaylı uydurmalarına rəğmən bu, ermənilərin tarixdə ilk rəsmi dövləti idi. Həmin ərazidən vax-taşırı, imkan düşən kimi soydaş-larımız deportasiya olundu və 9 min kvadratkilometrdən başlayan

    Ermənistan ərazisi tədricən 29 min kvadratkilometrə çatdırıldı.

    İndi də bu siyasət davam etdirilməkdədir. O zaman məqsəd Ermənistan adlı dövlət yaratmaqla Anadoludan uzaq Şərqi Sibirə qədər uzanan türk zolağını par-çalamaq və Türkiyənin gələcəkdə güclənmək potensialını birdəfəlik aradan qaldırmaq idi. Bugünkü qloballaşma şəraitində də Cənubi Qafqaz bölgəsi dünya siyasətində mühüm geostrateji əhəmiyyətə malik olan mərkəz kimi qəbul olunur. Ona görə bu bölgədə he-gemonluq mübarizəsində öz təsir gücünü artırmaq istəyən böyük dövlətlər tərəfindən həmin siyasət davam etdirilir. Ermənistan və dünya erməniləri isə bu siyasətin reallaşması üçün onların əlində vasitə rolunu oynayır. Kənar

    güclər Ermənistanı bu bölgədə özlərinin forpostu kimi görür və on-dan bölgə dövlətlərinə təzyiq üçün plasdarm kimi istifadə edirlər.

    –Minsk qrupu həmsədrliyinin tərkibində dəyişiklik etməklə münaqişənin həllinə nail olmaq mümkün deyilmi?

    –Təəssüf ki, yox. Çünki Minsk qrupunun protokol qaydalarına görə, hər hansı bir üzv dövlətin həmsədrliyə qəbul olunma-sı üçün münaqişə tərəflərinin hər birinin razılığı olmalıdır. Bu halda Azərbaycan tərəfindən təklif edilən digər dövlətlərin həmsədrliyinə Ermənistan razılıq vermir və ona görə də bu mandatın işləməsi elə bura-daca dalana dirənir. Azərbaycan cəmiyyətində artıq belə bir inam yaranıb ki, Minsk qrupu vasitəçiliyi ilə münaqişə uzun müddət dondurulmuş vəziyyətdə saxlanacaq və torpaqlarımız

    ATƏT vasitəsilə heç vaxt işğal-dan azad edilməyəcək. Ona görə də, dediyiniz kimi, ictimaiyyətdə Türkiyənin də hərbi-siyasi dəstək verəcəyi antiterror əməliyyatları ilə torpaqlarımızn işğalçılardan azad olunması yeganə və son çıxış yolu kimi görünür.

    –Sizin Türk Dövlətləri Birliyi haqqında fikirləriniz çoxsaylı məqalə və kitablarınızda geniş əksini tapıb. Bu mövzuda funda-mental tədqiqat əsəri olan kita-bınız türkdilli ölkələrdə də nəşr olunub və böyük rəğbətlə qar-şılanıb. Həmin nəşrdəki ideya və mülahizələr geniş müzakirə obyekti olub. Tədqiqatçıların qənaətinə görə, bu kitabda irəli sürülən siyasi birlik modeli böyük türk birliyinin yaranma-sını əsaslandırır və zəruri edir. Sizcə, belə bir ittifaqın yaran-ması realdırmı və bu nə qədər zaman ala bilər?

    –Son 70 il ərzində Avropa Birliyinin yaratdığı nümunə bütün çatışmazlıqlarına baxmayaraq, müasir dövrdə siyasi birlik yarat-mağın ən optimal nümunəsidir. Türkdilli dövlətlərin arasında da siyasi-iqtisadi və mədəni birliyin elementlərini özündə daşıyan müəyyən üstqurumlar artıq yara-nıb. Məsələn, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası, Parlament Assambleyası və s. fəaliyyət göstərir. Türk dövlətləri arasında çoxsaylı iqtisadi, mədəni-humanitar yönümlü birgə fəaliyyətlər həyata keçirilir. Bu istiqamətdə inteqrasi-ya proseslərinin genişləndirilməsi Avropa ilə Asiyanın qovşağında 6 türkdilli dövləti özündə birləşdirən siyasi birliyin təşəkkül tapmasına gətirib çıxara bilər.

    Türk Dövlətləri Birliyi adı altında belə bir ittifaqın meyda-na çıxması nəinki realdır və ya mümkündür, hətta mən deyərdim ki, zəruridir. Bu bütün Avrasiya miq-yasında sülhün və sabitliyin təmin olunmasına xidmət edən bir birlik ola bilər. İndi qloballaşma dövrüdür, bütün dövlətlər bu prosesdən fay-

    dalanmağa çalışırlar. Dünya miqya-sında inteqrasiya və mərkəzləşmə getdikcə sürətlənir və biz də doğru seçimimizi edib ilk olaraq öz aramızda, yəni türkdilli dövlətlər arasında, mənsub olduğumuz sivilizasiya hüdudları çərçivəsində siyasi birliyimizin yaranmasına nail olmalıyıq. Əks halda inanıram ki, hər bir türk dövləti ayrı-ayrılıqda qloballaşmadan fayda yox, zərər görə bilər.

    Belə bir birliyin yaranması isə bütün türk dünyasının mövcud problemlərinin həlli üçün yeni imkanlar açar, eyni zamanda, qloballaşma proseslərində qarşı-laşdığımız və ya üzləşə biləcəyimiz problemlərin sayını da kəskin surətdə azaldar. Bunun üçün bütün ilkin şərtlər mövcuddur, ilk növbədə, bu zərurətin bütün türk dövlətləri tərəfindən qəbul edilməsinə və daha sonra ide-yadan əməli fəaliyyətə keçilməsi üçün birgə siyasi iradənin ortaya qoyulmasına ehtiyac var.

    Namiq QƏDİMOĞLU, “Xalq qəzeti”

    Mətbuatın daim diqqət mərkəzində olan Azərbaycan–Türkiyə münasibətləri son vaxtlar aktuallığını bir qədər də artırıb. Ermənistanın Tovuzla sərhəddə törətdiyi son təxribatdan və Azərbaycanın qardaş Türkiyə ilə birgə keçirdiyi hərbi təlimdən sonra cəmiyyətdə yeni çağırışlar səslənməkdədir. İctimai fikir birgə fəaliyyətin genişlənməsini dəstəkləyir. Bu barədə Milli Məclisin üzvü, Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevlə həmsöhbət olduq.

    Tarixən, Ana vətənə övladlıq edə bilməyənlər, dar gündə onu qorumayanlar vətənsiz qalaraq yad-yağmaçılara qul olublar, əriyib heçliyə qarışıblar. Azərbaycan xalqı min illərdən bəri vətənini sevən və qoruyan, bu gün də onun üstündə mövcudluğunu davam etdirən qadir insan toplumlarındandır. Odur ki, hazırda 50 milyonluq dünya azərbaycanlılarının əksəriyyəti öz tarixi vətənində məskundur. Çağdaş dünyada samballı çəki yaradan bu toplumun 10 milyonluq hissəsi tarixi vətəninin quzeyində öz müstəqil dövlətinə sahibdir. Azərbaycan Respublikasının hər bir övladı bu dövlətin vətəndaşı olaraq əsrlərdən bəri qanlar-qovğalar bahasına onlara miras qalmış bu torpağı sevməli, ona xidmət etməli və Vətən müqəddəs əmanət kimi qorumalıdır.

    Ensiklopedik mənbələrdə göstərilir ki, vətənsevərlik mahiyyəti vətənə məhəbbət və öz şəxsi maraqlarını vətən yolunda qurban verməyə əsaslanan emosional bağ-lılıqdır. Bu bağlılıq mənsub olduğun toplumun etnik, mədəni, siyasi və tarixi xüsusiyyətlərinə arxalanan milli hissiyyat və ya milli qürür kimi də mənalandırılır. Burada vətəninin xarakterini və mədəni incilərini ya-şatmaq və özünü bu dəyərlərlə tanı-maq, öz xalqının marağını qorumaq da vətənpərvərlik keyfiyyətlərinə aiddir. Vətənpərvərliyin tarixi kökündə min illər boyu yaşamış, möhkəmlənmiş, öz doğma torpağı-na, dilinə və adət-ənənələrinə bağ-lanmış dövlətçilik durur. Millətin və dövlətçiliyin formalaşması şəraitində vətənpərvərlik onun inkişafının ümummilli miqyasını əks etdirən ictimai düşüncənin tərkib hissəsinə çevrilir.

    Göründüyü kimi, vətən və vətəndaşlıq anlayışlarının cazibə mərkəzi vətən sevgisi duyğusudur. Vətən sevgisi olmayanın vətənə bağlılığı da olmur. Az da olsa, günü xoş keçən yeri vətən sayanlar özlərini ən ağır cəzaya-- mənəvi ölümə məhkum edirlər. Vətən sev-gisi ana südü, ana laylası, doğma olan hər bir şeyin yaratdığı duyğu-düşüncələrlə insanın qanına-ruhu-na hopur, həyatda onun ən üstün dəyərinə çevrilir. Beləcə, vətən hər şeydən üstün olduğuna, hər şey də onun üstündə qərarlaşdığına görə eyni səy-köklü insanlar o yerdən qopub ayrılmırlar. Xalq hikmətində deyildiyi kimi, qürbət cənnətə dönsə də, yenə Vətən ondan üstün sayılır. Vətəni sevmək və qorumaq ictimai amala çevrilmirsə, həmin diyar və onun xalqı əriyib yox olmağa məhkumdur. Zaman-zaman vətən sevgisi bu axarda vətəndə yaşayıb, vətəni yaşatmağın əbədiyaşarlıq iksirinə çevrilib.

    Zaman da olub ki, Vətəndə hökm etmək ixtiyarı yadların əlinə keçdiyindən onu qorumaq duy-ğusu, az da olsa, korşalıb. Rus imperiyasının Quzey Azərbaycanı işğalı dövründə vətənə sahibliyini tamamilə itirmiş soydaşlarımızın “məktəbə getməyi” “əsgər getmək”

    anlamında başa düşməsinin, “uşqol gedən balam vay, saldat gedən balam vay” – deyib uşaqlarını gərmə qalağında gizlətməsinin böyük ədibimiz Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin məktəbi” pyesində əksini tapmış faciəsinin kökləri də bu həssas məqama gedib çıxırdı. Sovet zamanında da vətən anlayışı hüdudları SSRİ miqyasında həddən artıq böyü-dülüb mücərrədləşdirildiyindən azərbaycanlı gənclər orduya həvəslə getmir, hərb işinə az maraq göstərirdilər. Bu bəlanı görüb onu aradan qaldırmaq üçün ümummilli lider Heydər Əliyevin ötən əsrin 70--80-ci illərində gerçəkləşdirdiyi əsaslı tədbirləri xatırlamaq kifayətdir.

    Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana təcavüzü isə xalqımızın vətənlə bağlı düşüncələrindəki zədələnmiş məqamları aşkar etməklə ya-naşı, təbii-instikiv vətən sev-gisini də kütləvi surətdə alov-landırdı. Düşmənin xəyanət və təcavüzü yatmışları da ayıldıb ayağa qaldırdı, cərgəyə qoşdu. 30 ildən artıqdır ki, xalqımızın vərənsevərliyi yüksək həddə çataraq torpağı silahla qorumaq-- hərbi vətənpərvərlik səviyyəsinə yüksəlib. Qarabağ uğrunda mübarizədə milyardlarla maddi itki ilə üzləşən Azərbaycan xalqı 20 mindən artıq da şəhid verib. Ölkəmizdə vətənsevərlik onu könüllü qorumaq, hətta uğrunda qurban getməyə hazır olmaq qədər ali dəyər qazanıb. Belə yurdsevər gənclərdən təşkil olunmuş Azərbaycan Ordusu artıq Qafqazın ən qüdrətli, dünyanın isə 50 güclü silahlı qüvvəsi sırasındadır.

    Zabit-yazar Məhəmməd Nəsirli gənclərin hərbi vətənpərvərlik tərbiyəsi ilə bağlı bildirdi:

    –Vətənpərvərlik hamımız üçün ən ülvi hissdir, doğma yurda olan sonsuz sevgimizdir, el-obaya bağlılığımızdır. Vətənə olan borcu-nu ödəməkdir vətənpərvərlik. Bu duyğu təkcə sözdə deyil, əməldə də olmalıdır. Vətənpərvərlik həm də ilahi bir sevgidir. Belə sevgi hər kəsə nəsib olmur. Mübariz, Fərid, Murad, Samid, Çingiz, Polad kimi oğulları-mız canlarını Vətən yolunda qurban

    verdilər. Deməli, əsl vətənpərvər insan ölümün gözünə dik baxandır. Şəhidlər xiyabanında gecə-gündüz alovlanan məşəl də vətənpərvərliyə bir çağırışdır.

    Bir vaxtlar mənə dərs demiş zabitin bir sözü yadıma düşür. O, “Vətən üçün nə edə bilərsiniz?” – sualını verəndə hamımız bir ağızdan “Vətən üçün canımızdan keçməyə hazırıq”-- dedik. Müəllim gülümsün-dü və sonra “Vətənə sizin ölümünüz yox, düşmənin ölümü lazımdır. Axı siz ölsəniz Vətəni kim qoruyacaq?”-- dedi. İndi bu sözlər yadıma düşəndə anlayıram ki, bu gün ordumuzda xidmət edən hər kəs düşməni məhv etmək arzusu ilə yaşayır. Vətən müqəddəsdir, and yerimizdir. Biz zabitlər həyatımızın son anına qədər Vətən üçün yaşayacağıq. Ana Vətənimiz Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək üçün qanımızı və canımızı heç vaxt əsirgəməyəcəyik. Bizlər üçün örnək olan ümummilli liderimiz Heydər Əliyev də ömrünü məhz xalqı üçün yaşadı. Ulu öndərin bir sözünü həmişə özümüzə deviz seçmişik: “Doğma canım, varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır”.

    Ulu öndərin dediyi “Hamımı-zın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”-- sözləri isə bizim üçün Vətənə xidmət kampa-sıdır. Müasir Azərbaycan Ordu-sunun qurucusu Heydər Əliyev gənclərimizdə hərb peşəsinə marağın gücləndirilməsi işinə ciddi diqqət yetirərək “Zabit olmaq, hərbi vəzifə daşımaq gənclərimizin ən müqəddəs vəzifələrindən biri olmalıdır” demişdir. Zabit peşəsi, doğrudan da, ən müqəddəs və vacib peşələrdən biridir. Bu peşənin sahibləri Vətən qoruyucularıdırlar. Son illərdə peşə seçimi zamanı gənclərin böyük qisminin hərbçi peşəsinə yiylənmək arzusunda olması da olduqca qürurvericidir.

    Cəmiyyətimizdə orduya rəğbət, sevgi yüksəkdir. Bu o deməkdir ki, ailələrdə, məktəblərdə hərbi vətənpərvərliyin təbliği düzgün təşkil edilir. Ölkə səviyyəsində orduya göstərilən yüksək diqqət və qayğı isə Prezident İlham Əliyevin ulu

    öndərin ordu quruculuğu kursunu layiqincə davam etdirməsinin bariz nümunəsidir. Vətənin gələcək sahibi olacaq yeni nəslin vətənpərvərlik tərbiyəsi uşaqlıqdan ailədə, sonra isə məktəbdə formalaşdırılır, orduda isə əməli iş səviyyəsinə yüksəlir. Torpaqlarımızın 20 faizinin işğalda olduğu bir vaxtda orta məktəblərdə Vətən sevgisi, torpağı qorumaq an-layışı yaratmaq tərbiyə işinin əsasını təşkil etməlidir.

    Zəngilan rayonundan məcburi köçkün, tarix müəllimi Musa Quliyev orta məktəblərdə vətənpərvərlik tərbiyəsinin düzgün qurulmasının vacibliyini söylədi:

    –Tarix əsrlər boyu Azərbaycana vətənpərvər övladlar bəxş etmiş-dir. Onlar adi adamlardır, təcrübəli sərkərdələrdir, müdrik siyasətçilərdir, uzaqgörən dövlət xadimləridir. Bu gün Azərbaycan müstəqildir. Azərbaycan dövləti dünyanın sayılıb-seçilən dövlətlərindən biridir. Bu dövlətin vətənpərvər övladları istər Vətəndə, istərsə də kənarda boya-başa çatdıqları torpağın, mənsub olduqları xalqın şərəfini ləyaqətlə qoruyurlar. Hər bir vətənpərvər insan Azərbaycan adını uca tutur, bu torpağa hörmət gətirən xeyirxah əməllərlə məşğul olmağa çalışır.

    Orta məktəblərdə müəllimlərimiz şagirdlərə onu çatdırmalıdır-lar ki, Vətəni sevmək ali duyğu olduğu kimi, onu qorumaq, iş-ğal altında olan torpaqlarımızı düşməndən azad etmək də o qədər müqəddəs bir borcdur. Şəhidlik isə vətənpərvərliyin ən uca zirvəsidir. Son ana qədər erməni cəlladlarının işgəncələrinə tab gətirərək düşmənə boyun əyməyən yüzlərlə şəhidimiz var. Biz onların vətənpərvərliyi ilə fəxr edirik.

    Gələcəyimiz olan şagirdlərimizə, gənclərimizə onu da çatdırırıq ki, ki, gec-tez torpaqlarımız işğaldan azad ediləcək, doğma torpaq-larından məcburi köçkün düşən vətəndaşlarımız doğma yurdlarına qayıdacaqlar. Biz inanırıq ki, bütün bunlar Azərbaycan Prezidenti, Si-lahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə güclü, qüdrətli Azərbaycan Ordusu-nun qəhrəmanlığı sayəsində tezliklə mümkün olacaq.

    Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Təşkilatının təmsilçisi Mirməcid Seyidov isə Vətən sevgisinin ölkəmizin etibarlı müdafiəsi işinə yönəldilməsində vətəndaş cəmiyyyəti qurumlarının rolu ilə bağlı mülahizələrini belə açıqladı:

    --Tariximizin hansı səhifəsini vərəqləsək, orada igid babalarımızın keçdiyi qəhrəmanlıq yollarının izinə rast gələrik. Çünki yaşadığımız tor-pağı qorumaq üçün Vətən uğrunda mübarizə əsas şərtdir. Məhz bu amil vətənpərvərliyi şərtləndirir. Əsl vətənpərvər isə Vətənə məhəbbətini sözdə deyil, gördüyü işdə, çəkdiyi zəhmətdə, fəaliyyətində nüma-yiş etdirir. Məhz buna görə də vətənpərvərliyin meyarı söz ilə əməlin üst-üstə düşməsidir.

    Ümummilli liderimiz Heydər Əliyevin milli dövlətçilik, vətənpərvərlik ideyaları bugünkü inkişafımızın təməlini təşkil edir. Ulu öndərin müəyyən etdiyi milli şüur – vətənpərvərlik şüuru siyasi yanaşması xalqımızın vətənpərvərlik tərbiyəsində əvəzsiz nümunəyə çev-rilib, vətəndaşlarımıza Vətən sevgisi aşılayıb. Dahi şəxsiyyətin fikrincə, Vətən yalnız coğrafi ərazi deyil, ha-rada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının şan-şöhrəti, qeyrəti, əyilməz vüqarı, qürur mənbəyi, gücü, əbədi səcdəgahıdır. Bugünkü müstəqil, çiçəklənən Azərbaycan bütün varlığını, ömrünü, zəkasını öz xalqına, millətinə həsr etmiş ulu öndərimiz Heydər Əliyevin bizə ən müqəddəs, ən ülvi əmanəti, yadigarıdır.

    Özünü ölkəsinin əsl vətəndaşı hesab edən hər bir ləyaqətli, iradəli, əqidəli, vətənpərvər gənc millətin adı və varlığı ilə fəxr edir, onda milli xarakter və milli mənəviyyat forma-laşır. Çünki milli mənlikdə milli ideal, milli ləyaqət, milli şərəf, milli birlik hissi, azadlıq, müstəqillik arzuları, milli qürur hissi təcəssüm olunur. Milli mənlik hər bir şəxsin özünün milli mənsubiyyətini ətraflı dərk etməsinə imkan yaradır. Milli mənliyi olan şəxs Vətənlə bağlı heç bir hadisəyə laqeyd qala bilməz. Ona görə də Vətən, torpaq məhəbbəti, xalqın qayğıları onun şəxsi istək və arzularını üstələyir, onu xalq üçün çalışmağa sövq edir.

    Vətənpərvərlik insanın öz Vətəninə sevgi və sədaqətindən,

    doğma Vətənin siyasi, iqtisadi və mədəni tərəqqisi naminə çalışmaq-dan və onun müdafiəsinə hər an hazır olmaqdan ibarətdir. Doğma yurda sədaqət həm də mövcud çətinliklərdən qorxmayıb vətəndaşlıq mətanəti göstərmək deməkdir. Xal-qımızın qədim dastanı “Kitabi-Dədə Qorqud”da yadellilərin hücumu və xalqın öz yurdunu düşmənlərdən qo-ruması təsvir edilir. Bu dastanın bütün boyları vətənpərvərlik hissini yüksək səviyyədə təcəssüm etdirir. “Koroğ-lu”, “Şah İsmayıl”, “Qaçaq Nəbi” kimi xalq dastanlarında da vətənpərvərlik duyğuları əsas yer tutur.

    Vətənpərvərlik bütün dövrlərdə yazıçı və şairlərimizin də yaradıcı-lığının aparıcı qüvvəsinə çevrilib. M.F.Axundovun, H.Zərdabinin, S.Ə.Şirvaninin Vətən sevgisi mücərrəd olmayıb, əməli işlə bağ-lıdır. M.F.Axundov yeni əlifbanın qəbul edilməsi uğrunda on illərlə mübarizə apararkən, H.Zərdabi ehtiyac içərisində yaşadığı hal-da, Azərbaycan dilində ilk qəzeti nəşr edərkən və ya S.Ə.Şirvani, M.T.Sidqi xalqın balaları üçün pulsuz məktəb açarkən yalnız vətənini, soydaşlarının mənafeyini düşünüblər. Bütün bu həqiqətlərin yeni nəsillərə çatdırılmasında vətəndaş cəmiyyəti qurumlarının üzərinə şərəfli vəzifə düşür.

    Müsahiblərimizin mülahizələrinə əlavə olaraq bildirək ki, hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən, mil-li ruhundan və digər amillərdən asılıdır. Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin taleyüklü məsələlərinə münasibətin həlledici məqamlarda öz sözünü deyib. Ölkəmiz müstəqillik əldə etdikdən sonra gənc nəslin üzərinə daha bö-yük məsuliyyət düşüb. Müstəqilliyin əldə edilməsində olduğu kimi, onun qorunub saxlanmasında da gənclərin rolu danılmazdır. Gənc nəsil həm də xalqın əsrlər boyu ya-ratdığı ənənələri, milli mədəniyyəti yaşadır və gələcək nəsillərə ötürür. Onlar dövlətin həm bu günü, həm də gələcəyidir.

    Bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasətinin, on-lara göstərilən diqqət və qayğının əsasında ölkə üçün layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi dayanır. Müstəqilliyin üçüncü onil-

    liyini yaşayan Azərbaycana məhz milli şüura yiyələnmiş vətənpərvər gənclər lazımdır. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanın gənclər siyasəti də məhz bu amala xidmət edir. Ulu öndər müstəqil düşüncə tərzinə sahib vətənpərvər nəslin yetişdirilməsini dəfələrlə qürur hissi ilə vurğulayaraq demişdir: “Məni hədsiz dərəcədə sevindirən odur ki, Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən, Azərbaycanı daim bütün xətalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var”.

    Bütün bu deyilənlər bir daha təsdiqləyir ki, vətənpərvərlik öz xalqını, vətənini və dövlətini sevmək deməkdir. Amma bu, “mənim dövlətimin başqaları önündə müstəsna olması, ali olması” demək deyil. Bu cür düşüncə artıq ksenofobiya, etnik, dini, milli və dövlət şovinizmi kimi təhlükəli amili yaradır. Mütəxəssislər bildirirlər ki, ən yaxın tariximizdə alman faşizmi, hazırda isə erməni millətçi faşizmi özünü “xüsusi” olaraq görməyin bəşəriyyətə nə qədər təhlükə gətirdiyinin əyani nümayişidir. Dini müstəsnalıq, “xaç yürüşləri” və hazırda isə İslamın bütün dinlərdən üstün olması kimi iddialar dünyaya “Əl Qaidə”, daha sonra “İŞİD” kimi bəlalar gətirdi.

    İctimai-siyasi fenomen ba-xımından vətənpərvərliyin dövlət vətənpərvərliyi, vətəndaş vətənpərvərliyi, fərdi vətənpərvərlik kimi açıqlaması da var. Dövlət vətənpərvərliyi hər bir dövlətin quru-culuğun və idrəçiliyin bütün sahələrini əhatə edən siyasətidir. Vətəndaş vətənpərvərliyi isə insanların ümumi Vətən uğrunda müəyyən əqidə ətraflnda cəm olması, dövlətin kim tərəfindən idarə olunmasından asılı olmayaraq vətənində hər bir icti-mai, sosial, siyasi, təbii hadisələrdə həmrəy olmasıdır.

    Vətəndaş vətənpərvərliyi Qa-rabağ savaşının qızğın dövründə, sonra isə 2016-cı ilin Aprel və 2020-ci ilin İyul döyüşlərində (vətəndaşlar dövlətinin yanında idi, könüllü olaraq cəbhə bölgəsinə getmək istəyənlər saysız-hesabsız idi) vətəndaşların orduya və dövlətə dəstək olması, düşmənə qalib gəlmək üçün nəsə etmək əzmində olması ilə yüksək səviyyədə təzahür etdi. Fərdi vətənpərvərlik isə cəmiyyətin hər hansı bir üzvünün öz bacardığl sahədə ictimai və dövlət dəstəyini gözləmədən öz imkanları ilə fəaliyyət göstərməsidir.

    Sonda istiqlal şairi Məmməd Arazın əvvəldə xatırladığımız poetik çağırışının davamını xatırlamamaq mümkün deyil:

    “Əgər varsa zərrə qədər imanımız, İmanımız Vətən! – desin. Hər yaxşımız, yamanımız Vətən! – desin. Qoca millət, bu gün gərək hər

    anımız Vətən! – desin”.

    Tahir AYDINOĞLU, “Xalq qəzeti”

    Hamı gərək Vətən! – desin...“Bu gün gərək hər anımız Vətən! – desin. Qılıncımız, qalxanımız Vətən! – desin. Ölənlərin əvəzinə, qalanımız Vətən! – desin”. Xalq şairi Məmməd Arazın bu poetik çağırışı bir qərinədən bəri xalqımızın qanı axan yarasına

    çevrilmiş Dağlıq Qarabağ münaqişəsi başlanandan Vətən və vətəndaşlıq barədə duyğu-düşüncələrimizin önündə gəlir, xalqımızın vətənsevərlik anlayışında bədii dilmanclıq edir. Vətən Yer üzündə hər bir xalqın əzəli-əbədi mövcudluq məkanı, ali mənəvi dəyəridir. Hər bir insanı dünyaya gətirən Ana nə qədər uca tutulursa, Ananın da anası sayılan Vətən torpağı “Ana vətən” – deyə öyülür.

    Cavanşir FEYZIYEV: Türk birliyi nəinki mümkündür, hətta zəruridir

  • 9 sentyabr 2020-ci il, çərşənbə 5Yeni təşəbbüsün reallaşması

    çevik idarəçiliyi təmin edəcək

    İdarəetmə siyasətindən bəhs edərkən, ilk növbədə, ölkəmizdə dövlət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində son bir il ərzində atılan mühüm addımların, çoxşaxəli islahatların müsbət nəticələrini diqqətə çat-dırmaq istərdim. Belə ki, bu müddətdə dövlət strukturlarının fəaliyyətinin yüksək səmərəlilik göstəriciləri əsasında qiymətləndirilməsi siste-minin möhkəmləndirilməsini xüsusi vurğulamaq zəruridir. Ona görə ki, bu məsələyə mühüm önəm verilməsi respublikada vətəndaş cəmiyyətinin gücləndirilməsi, məmnunluğun artırılması, sosial vəziyyətin yaxşılaşdırılması və hüququn üstünlüyünə əsaslanan idarəetmə strukturunun formalaşdırılmasına əsaslı təsir göstərib.

    Prezident İlham Əliyev son çıxışlarında da sosial-iqtisadi sahələrdə, eləcə də idarəetmə strukturunda ciddi islahatların reallaşdırılmasının uğurlu nəticələrindən bəhs edib. Ölkə rəhbəri bu zaman həm də diqqəti icra hakimiyyətlərinə nəzarətin, qanunların icrasında boşluqların aradan qaldırılmasının zəruriliyinə yönəldib. Dövlətimizin başçısı yeni seçilən parlamentin ilk iclasında da bu məsələ ilə bağlı deyib: “İslahatlar həm konseptual xarakter, həm də struktur xarak-teri daşıyır. Kadr islahatları aparılır. Son müddət ərzində Prezident Administrasiyası, demək olar ki, tam yeni tərkibdə formalaşmış və yeni şöbələr yaradılmışdır. Bu şöbələrin yaradılması, eyni zamanda, dediyim sözləri bir daha təsdiqləyir, bizim niyyətimizi təsdiqləyir. Nazirlər Kabineti yeni tərkibdə formalaşmışdır. Hazırda Nazirlər Kabineti daha operativ və çevik fəaliyyət göstərir. Nazirliklərdə kadr islahatları aparılmış, yerli icra orqanlarında bu islahatlar aparılır və aparılacaq”.

    Prezident İlham Əliyevin vurğuladığı bu sözlər idarəetmə strukturlarında islahatların davamlı olacağından xəbər verirdi. Dövlətimizin başçısının 17 mart 2020-ci il tarixli “Dövlət idarəçiliyində səmərəliliyin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalaması da bunun bariz ifadəsi idi.

    Xatırladım ki, adıçəkilən həmin sərəncamın icrası müddətində idarəetmədə çevikliyə, hesabat-lılığa mühüm təsir göstərəcək, qərarların icrasını, ona nəzarət və innovativ üsullarla yeni təfəkkür mexanizminin yaranmasını sürətləndirəcək çoxsaylı ciddi addımlar atılıb. Bunun nəticəsində yerli icra strukturlarının fəaliyyətlərinin səmərəliliyinin qiymətləndirilməsi mexanizmi formalaşıb, icra intizamının pozulması ilə bağlı əvvəllər mövcud olan hallar aradan qaldırılıb. Nəticədə, dövlət başçısının təşəbbüsü ilə həyata keçirilən islahatlar paketinin təsirliliyi, dövlət idarəetməsinin şəffaflaşdırılması və onlara ümumi nəzarət daha rahat şəkildə təmin edilib.

    Fikrimcə, Gəncənin Nizami və Kəpəz inzibati ərazi bölgüsünün ləğv edilməsi ilə bağlı qaldırılan təşəbbüsə də yuxarıda diqqətə çatdırdığım prinsiplər əsasında yanaşılmalı-dır. Mənə elə gəlir ki, adıçəkilən inzibati ərazi bölgüsünün ləğvi Gəncə kimi böyük bir şəhərin idarəçiliyində keyfiyyəti daha da yüksəldəcək, vətəndaşlara xidmət daha səmərəli və nəticəli olacaq. Eyni zamanda, bu, şəhərdə vətəndaşların həyat səviyyəsinin yüksəldilməsini, dövlət-vətəndaş münasibətlərinin təkmilləşdirilməsini şərtləndirəcək.

    Anar MƏMMƏDOV, Milli Məclisin deputatı

    Cəmiyyət tərəfindən ötən 8 ayda əsas satış məhsulu olan qızıl üzrə nəzərdə tutulmuş plandan 4 752 unsiya daha çox olmaqla, ümumilikdə 39 312 unsiya qızıl hasil edilmişdir. Bu, faizlə ifadə etsək, hasilat üzrə planla müqayisədə 14 faiz artım deməkdir. Bu hasilat göstəriciləri istehsalatda həyata keçirilən optimallaşdırma işləri və müasir texnoloji metodologiyaların tətbiqi sayəsində əldə edilmişdir.

    Məlum olduğu kimi, cari ilin 8 ayında qeyri-neft sektoru üzrə ixrac olunan məhsullar arasın-da qızıl ilk üçlükdə q