Friedrich Nietzsche - Baku State University

12
“Tanrı öldü” – deyib insanı uçuruma itələyən Nitşe

Transcript of Friedrich Nietzsche - Baku State University

Page 1: Friedrich Nietzsche - Baku State University

“Tanrı öldü” – deyib insanı uçuruma itələyən Nitşe

Page 2: Friedrich Nietzsche - Baku State University
Page 3: Friedrich Nietzsche - Baku State University

Özü üçün dürüst, hamının qarşısında güclü olmaq istəyən Nitşe!

1844-cü il Şərqi Almaniyada lüteran keşişinin ailəsindəanadan olub.1864-1869-cuillərdə Bonn və LeypsiqUniversitetlərindəteologiyanıvə klassik filologiyanı öyrənib.Nitsşe ən yaxşı tələbə idi və elmi çevrələrdə böyük şöhrəti vardı. Bunun sayəsində hələ 1869-cu ildə o, Bazel Universitetində klassik filologiya professoru olur. Çoxsaylı xəstəliklərinə baxmayaraq, Nitsşe burada 10 il işləyir. 1899-cu ildə Nitsşenin yaradıcı fəaliyyəti də sona çatır.Nitsşe 1890-cı ildə Veymar şəhərindəki psixiatrik müalicəxanada dünyasını dəyişib. 

Page 4: Friedrich Nietzsche - Baku State University

Nitşe Avropanı Söküb Tikməkdə böyük fərasət göstərdi. Sosial inqilablar yapmaqda, dövlətlərini modernləşdirməkdə, texnika tətbiq etməkdə diribaş olan avropalıların üzünə qapıları taybatay açdı. Daim buxovlanan “həyat instinktlərinin” bütün sədlərini dağıtdı. Fanatizmin, mühafizəkarlığın, yıpranmış etiketlərin qonduğu bütün nəsnələrin tozunu silib parıldatdı. İnsanı cızıqda, əsarətdə saxlayan, onun həyat enerjisini azdıran, sümürən elə bir şey qalmadı ki, Nitsşe ona üsyan etməsin. Nitsşe – “Avropanın Buddası” korşalmış insanlığı “həyat fəlsəfəsi” ilə itilədi.

Page 5: Friedrich Nietzsche - Baku State University

«Tanrı öldü» ideyası

Tanrıya iqtibas edərək, Nitsşe hansısa dini qüvvələri nəzərdə tutmur, hər şeydən öncə dəyərlərin insandan müstəqil olan obyektivliyini nəzərdə tutur, yəni dəyərlər ən yüksək nemət kimi Tanrıda transsendental xarakterinin bütün formalarının ləğv edilməsi və dəyərlərin insani yaradıcılıq kimi yenidən kəşf olunması deməkdir.

Page 6: Friedrich Nietzsche - Baku State University

Şərhlər...1. Nitşe iyrənc bir mühitin yetirməsi idi və üsyanı buna qarşı idi.

2. Nitşe dinin yox, xristianlığın əleyhinə idi.

3. Nitşe iyrənc bir mühitin yetişdirdiyi insanlıq keyfiyyətlərini zərərli hesab edir və yeni insan yaratmaq tərəfdarıdır.

4. Nitşe dağıdır əvəzində ... dağıtdığı xarabalığı verir.

5. Nitşenin özü modernist, fövqəlinsanı isə postmodernist adlandırılır

Page 7: Friedrich Nietzsche - Baku State University

Kitabları... Musiqinin ruhundan traqediyanın doğuşu.(1872) İnsani, həddən artıq insani – azad ağıllar üçün kitab (1878-

1880)  Şəfəq- mənəvi önyarqı haqda düşüncələr (1881)  Şən elm (1882) Zərdüşt belə buyurdu – Hamı və heç kəs üçün bir kitab (1883-

1885) Yaxşının və pisin ardında – Gələcək fəlsəfəsinin önsözü (1886) Əxlaqın şəcərəsi (1887)  Vaqner məsələsi (1888)  Bütlərin qürubu yaxud necə çəkiclə fəlsəfəçilik edilir (1889) Dəccal – Xristianlığın qarğışı (1895) Ecce Homo – Var olmağın necə var olması (1908) Hakimiyyət istəyi – Bütün dəyərlərin yeni dəyərləndirilməsinə

bir cəhd (1886-1888)

Page 8: Friedrich Nietzsche - Baku State University

Filosofdan 5 hikmətli fikir...

1. Ağrıların bölüşülməsi deyil, sevinclərin bölüşülməsidir dostluğu yaradan.

2. Bizlər arzu etdiyimiz şeydən daha çox, arzulamağa aşiqik.3. Ən insani davranış - bir insanın utanılacaq bir vəziyyətə düşməsinin qarşısını almaqdır.

4. Kiminə görə təklik, xəstə adamın qaçışıdır; kiminə görə də, xəstə kəslərdən qaçışdır.

5. Siz yüksəlmək istəyincə yuxarı baxarsınız. Mənsə aşağı baxaram.

Page 9: Friedrich Nietzsche - Baku State University

Dedilər... Fulye yazır: “Nitsşe özünün qələmə verdiyi kimi, heç də

ali bir orijinallığa malik deyil. Yunan sofistikasını və yunan skeptikliyini Hobbsun naturalizmi və Şopenhauerin monizmi ilə qarışdırın, Darvinlə düzəliş edin, Russo və Didronun paradokslarından təmizləyin və sizdə Zərdüştün fəlsəfəsi alınacaq”.

Hitler: “Böyük döşüçüyə...” Freyd: “ Nitşeyə qədər heç kim özünü təhlil

etməyi bu qədər yaxşı bacarmamaışdı, çox güman ki, bacaranlar bir daha çətin tapılsın.”

Spencer: “ Anarxistləri Nitşeyə çəkən çox şey var: onun dövlətə nifrəti, “sürü”-lərin düşüncəsiz hərəkətinə nifrəti , onun antixristian düşüncəsi , dövlət və bazarların quruculuğuna etimad etməməsi, onun üstün insana olan istəyi

Page 10: Friedrich Nietzsche - Baku State University

Modernizm və Postmodernizm1.Elmi -------- Qeyri-elmi2.Əvvəlki dəyərlərin bir mənalı inkarı ----- Dəyərlərin yenidən dəyərləndirilməsi3. Qərb ------- Çox kültürlü4. Kitabxana.çap ------ yazının fiziki sərhədini aşılması komputer və internet5. Həqiqətə inam orijinallığın səmimiliyi------- Təqlidin gerçək olandan güclülüyü, olmayanların var kimi təqdim olunması6. Millilik -------- Transmillilik7. Bilikdə hər şeyi əhatələmə, ensiklopedik ------ Ehtiyac olanı bilmək8. Cinsi fərqinə görə formalaşmış güc düzəni, tək cinsiyyət ------ İkili cinsiyyətlik, pornoqrafiya9. Gerçəklik, həqiqət ---------Virtual , xəyal10. Maddi ------Mənəvi 11.Məka n -----Məkansızlıq

Page 11: Friedrich Nietzsche - Baku State University

Nitşe bir gün dahi elan olunacağını əlbəttə ki, bilirdi. Amma dünyanın onu necə dəyərləndirəcəyini müəyyən edə bilmirdi və "bir gün müqəddəs elan olumağından çox qorxurdu". Hətta "müqəddəs olmaqdansa axmaq olmağı seçəcəyini" də yazırdı.

Page 12: Friedrich Nietzsche - Baku State University

Diqətinizə görə təşəkkürlər!

Qoşqar Abbas