Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə...

112
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi

Transcript of Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə...

Page 1: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

Azərbaycan Respublikası Prezidentinin

2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikasının

milli iqtisadiyyat perspektivi üzrə

Strateji Yol Xəritəsi

Page 2: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

2

Mündəricat

1. QISA XÜLASƏ ....................................................................................................... 4

2. AZƏRBAYCAN ÜÇÜN QLOBAL VƏ REGİONAL KONTEKST......................... 6

3. AZƏRBAYCAN İQTİSADİYYATININ MÖVCUD VƏZİYYƏTİ ........................... 10

3.1. İqtisadi artımın mərhələləri: tənəzzüldən tərəqqiyə ............................................. 11

3.2. Sıçrayışlı artım dövrünün (2004 – 2010) təhlili ...................................................... 13

3.3. Yüksək iqtisadi artımın təmini: makroiqtisadi siyasət ......................................... 26

3.4. Yeni iqtisadi mərhələ: aşağı neft qiymətləri dövrü ............................................... 33

3.5. İqtisadi vəziyyətin yekun qiymətləndirilməsi: GZİT təhlili ................................... 39

3.6. İqtisadi perspektivlər: baza ssenaridə proqnozlar ............................................... 41

3.7. Yeni iqtisadi artım yanaşması: strateji seçim ....................................................... 42

4. STRATEJİ BAXIŞ ................................................................................................ 45

4.1. 2020-ci ilədək strateji baxış .................................................................................... 45

4.2. 2025-ci ilədək uzunmüddətli baxış ........................................................................ 46

4.3. 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış ........................................................ 50

5. HƏDƏF İNDİKATORLARI ................................................................................... 54

6. STRATEJİ MƏQSƏDLƏR ................................................................................... 56

7. STRATEJİ HƏDƏFLƏR ...................................................................................... 58

7.1. Strateji hədəf 1. Fiskal dayanıqlılığın gücləndirilməsi və davamlı monetar

siyasətin qəbul edilməsi .................................................................................................... 58 7.1.1. Prioritet 1.1. Neft gəlirlərinin dövlət büdcəsinə köçürülməsini tənzimləyəcək “qızıl

qayda”nın qəbul edilməsi ...................................................................................................................... 60 7.1.2. Prioritet 1.2. Xərc/investisiya intizamının təminatı üçün mexanizmin yaradılması ........... 65 7.1.3. Prioritet 1.3. Yeni iqtisadi modeldə effektiv pul siyasəti rejiminin tətbiq edilməsi ............. 67

7.2. Strateji hədəf 2. Özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı

islahatların həyata keçirilməsi .......................................................................................... 70 7.2.1. Prioritet 2.1. İqtisadiyyatda dövlət sektorunun rolunun səmərəliliyinin artırılmasına dair

ümumi yanaşmanın koordinasiya edilməsi .......................................................................................... 72 7.2.2. Prioritet 2.2. Özəlləşdirmə gündəliyinin uğurla icrası və prioritet sektorlarda

özəlləşdirmənin həyata keçirilməsi ....................................................................................................... 74 7.2.3. Prioritet 2.3. Özəlləşdirmə və birbaşa xarici investisiya üçün uyğun investorların cəlb

olunması.................................................................................................................................................. 76

7.3. Strateji hədəf 3. İnsan kapitalının inkişaf etdirilməsi ........................................... 83 7.3.1. Prioritet 3.1. Təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi ...................................... 85 7.3.2. Prioritet 3.2. Əmək məhsuldarlığının yüksəldilməsini təmin etmək üçün insan kapitalının

inkişafının stimullaşdırılması ................................................................................................................ 91

7.4. Strateji hədəf 4. Əlverişli biznes mühitinin inkişaf etdirilməsi ............................ 93 7.4.1. Prioritet 4.1. Əlverişli biznes mühitinin yaradılmasında hökumətin aparıcı rolunun daha

da gücləndirilməsi .................................................................................................................................. 94

Page 3: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

3

7.4.2. Prioritet 4.2. Təşviqedici mühitin yaxşılaşdırılması vasitəsilə biznesin davamlılığının

möhkəmləndirilməsi ............................................................................................................................... 98

8. MALİYYƏLƏŞDİRMƏ MEXANİZMLƏRİ .......................................................... 103

9. İCRA, MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ............................................... 104

10. TƏDBİRLƏR PLANI .......................................................................................... 106

Page 4: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

4

1. QISA XÜLASƏ

Azərbaycan iqtisadiyyatının strateji yol xəritələri

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyini, inklüzivliyini və sosial rifahın daha da artırılmasını təmin edəcəkdir. Qlobal çağırışlara cavab verərək investisiyaların cəlbi, azad rəqabət mühiti, bazarlara çıxış və insan kapitalının inkişafı nəticəsində Azərbaycanın dünya iqtisadiyyatında mövqeyi gücləndirəcək və yüksək gəlirli ölkələr qrupuna daxil olacaqdır.

Azərbaycan Respublikası Prezidentinin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamına müvafiq olaraq milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə ümumilikdə 12 strateji yol xəritəsi hazırlanmışdır. Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışdan ibarətdir. Sənəd təkcə inkişaf məqsədləri və prinsiplərini deyil, həm də hər bir istiqamət üzrə qlobal meyilləri, iqtisadiyyatın 360 dərəcəli diaqnostikasını və mövcud vəziyyətin GZİT təhlilini, görüləcək tədbirləri, tələb olunan investisiya və nəticə indikatorlarını əhatə edir. Qısamüddətli dövrdə seçilmiş prioritetlərə fokuslanmaqla orta və uzunmüddətli dövrlərdə iqtisadi inkişafın bünövrəsi qoyulacaqdır. Strateji Yol Xəritəsi iqtisadi inkişafa töhfə verən bütün faktorları, o cümlədən yerli və beynəlxalq özəl sektor nümayəndələrinin kommunikasiyası və əməkdaşlığı üçün imkanları təmin edəcəkdir. Dövlət investisiyaları katalizator rolunu oynayacaq, iqtisadi inkişafın lokomotivi isə özəl sektor olacaqdır.

Xüsusi olaraq qeyd edilməlidir ki, Strateji Yol Xəritəsinin qəbulundan sonra onun həyata keçirilməsi üçün müvafiq dövlət qurumları öz fəaliyyətlərini daha müfəssəl proqramlar əsasında quracaqlar. Sənəddə nəzərdə tutulan layihələrin həyata keçirilməsindən əvvəl texniki-iqtisadi əsaslandırılma aparılacaq və hər bir təşəbbüs üzrə müvafiq dövlət qurumları cavabdehlik daşıyacaqlar.

Milli iqtisadiyyat perspektivinin əsas xüsusiyyətləri

Son 10 ildə Azərbaycan dünyada iqtisadi artım tempinə görə ön sıralarda qərar tutmuşdur. Uğurla həyata keçirilən neft strategiyası əsasında əldə olunmuş gəlirlər hesabına infrastruktur modernləşdirilmiş, qeyri–neft iqtisadiyyatı inkişaf etdirilmiş, sosial rifah yaxşılaşdırılmış, dövlətin balansında olan aktivlər artmış və ÜDM-in həcmini aşan səviyyədə strateji valyuta ehtiyatları yaradılmışdır. 2014-cü ildən başlayaraq neft qiymətlərinin kəskin azalması və ticarət tərəfdaşı ölkələrində iqtisadi böhran nəticəsində ölkədə iqtisadi artım sürətinin yavaşıması, institusional və struktur çağırışlar, tədiyə balansı və qeyri–neft büdcə kəsiri, maliyyə–bank sektorunda baş verən proseslər fonunda Azərbaycanda yeni iqtisadi inkişaf yanaşmasına keçid zərurəti yaranmışdır. Davamlı inkişafı təmin edəcək yeni "avanqard" sektorların üzərində fokuslanmaqla, iqtisadiyyatın strukturu qeyri–ticari bölməyə nisbətən ticari bölmənin, hasilata nisbətən emalın, dövlət sahibkarlığına

Page 5: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

5

nisbətən özəl sahibkarlığın, aşağı texnologiya tutumlu sektorlara nisbətən yüksək texnologiyalara əsaslan sektorların, aşağıixtisaslı əməyə nisbətən yüksəkixtisaslı əməyə əsaslanan sahələrin, azgəlirli bazarlara nisbətən yüksəkgəlirli bazarların və aşağı dəyər yaradan sektorlara nisbətən yüksək dəyər yaradan sektorların daha üstün artımı hesabına yenidən balanslaşacaqdır. Milli iqtisadiyyatın strukturunun yenilənməsi biznes mühitinin daha da yaxşılaşdırılması, ortamüddətli xərclər strategiyası çərçivəsində yeni siyasətin tətbiq edilməsi, maliyyə–bank sisteminin sağlamlaşdırılması və monetar siyasətin üzən məzənnə rejimi üzərində təkmilləşdirilməsi, habelə xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi ilə mümkün olacaqdır.

Buna görə də milli iqtisadiyyat perspektivi çərçivəsində dörd strateji hədəf seçilmişdir. Bu hədəflərin və 11 sektor üzrə strateji yol xəritələrinin həyata keçirilməsi nəticəsində real və maliyyə sektorları arasında tarazlığın təmin edilməsi yolu ilə davamlı iqtisadi inkişaf mümkün olacaqdır. İlk strateji hədəfə uyğun olaraq Azərbaycanda fiskal dayanıqlılıq təmin ediləcək və monetar siyasət üzən məzənnə rejimi üzərində qurulacaqdır. Fiskal və monetar siyasətlərin uzlaşdırılması makroiqtisadi sabitliyi təmin edəcəkdir. Milli iqtisadiyyat perspektivində ikinci hədəf paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması və özəlləşdirmənin həyata keçirilməsi yolu ilə iqtisadi dinamikliyi təmin etməkdən ibarətdir. Üçüncü hədəf insan kapitalının inkişafı ilə bağlıdır ki, bununla əmək bazarının inkişafı milli iqtisadiyyat perspektivinə uyğunlaşdırılacaqdır. Nəhayət, dördüncü hədəf biznes mühitinin daha da yaxşılaşdırılmasını nəzərdə tutur.

Milli iqtisadiyyat perspektivində müəyyən edilmiş 11 sektorun dayanıqlı inkişafını təmin edəcək ümumi məsələlər əhatə olunmuşdur.

Page 6: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

6

2. AZƏRBAYCAN ÜÇÜN QLOBAL VƏ REGİONAL KONTEKST

Azərbaycan iqtisadiyyatı orta və uzunmüddətli perspektivdə müxtəlif dəyişikliklərin təsirlərinə məruz qalan bir mühitdə inkişaf edəcəkdir. Belə təsirlərin müşahidə edilməsi və başa düşülməsi onların səbəb olduğu çətinliklərin öhdəsindən gəlmək və verdiyi imkanlardan faydalanmaq nöqteyi–nəzərindən vacibdir. Bu zaman proqnozlaşdırılmayan proseslərin başvermə ehtimalı böyük olsa da, qlobal meyillərin bir neçəsinin növbəti onilliklər ərzində qlobal iqtisadiyyata təsirlərinin ilk əlamətləri artıq indidən görünməkdədir. Bu təsirlərdən dördünün Azərbaycan üçün vacib olacağı yəqindir: qlobal iqtisadi güc mərkəzinin Asiyada yeni yaranmaqda olan bazarlara doğru yerdəyişməsi, texnoloji innovasiyaların əhəmiyyətli təsirləri, dəyişən geosiyasi konfiqurasiya və neft–qaz qiymətləri.

İnkişaf etməkdə olan bazarların iqtisadi əhəmiyyətinin davamlı artımı

Asiyanın inkişaf etməkdə olan bazarları hazırda dünyada yaradılan iqtisadi dəyərin təqribən beşdə birinə sahibdir. 2030-cu ildə bu pay üçdə birədək yüksələcəkdir. Asiyanın orta təbəqəsinin ölçüsündə də müvafiq artım gözlənilir. Proqnozlara görə, dünyanın orta təbəqəsi hazırkı 3 milyard nəfərdən 2023-cü ildə təqribən 5 milyard nəfərədək artacaq və bu artımın 80 faizi Asiyanın payına düşəcəkdir. Eyni inkişaf prosesləri həm də şirkət səviyyəsində özünü büruzə verəcəkdir: yeni yaranmaqda olan bazarlar hazırda illik gəlirləri 1 milyard ABŞ dollarından çox olan dünya şirkətlərinin təqribən dörddə birini əhatə etdiyi halda, bu payın 2025-ci ilə qədərki dövrdə demək olar ki, yarıyadək artması gözlənilir. Təkcə Asiyada ümumi gəlirləri 1 milyard ABŞ dollarından ibarət təxminən 3 min yeni şirkətin olması gözlənilir. Bununla yanaşı, son zamanlar mal və xidmətlər üzrə qlobal ticarətin həcminin artımı ÜDM-in artımından iki dəfə yüksək sürətə malik olmuşdur. Ticarət həcmlərinin getdikcə artması Avrasiyanın mərkəzində, Şimal–Cənub və Şərq–Qərb dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan kimi ölkələrin bu artımdan faydalanmasına şərait yaradır.1

Yeni texnologiyaların iqtisadi təsirləri

İnternet və yaxın tarixdə mobil internetin geniş yayılması qlobal istehlak mədəniyyətlərində əhəmiyyətli dəyişikliklərə səbəb olmuşdur. Rabitə əlaqələri üçün yeni imkanlar təklif etməklə, internet şirkətlərə istehlakçılarla onlayn əlaqə qurmağa imkan vermiş və milli sərhədləri aşan satış kanalları təmin etmişdir.

Yeni texnologiyalar həm artıq formalaşmış, həm də yeni formalaşan iqtisadi sahələrin inkişafına təsir edir. Avtomatlaşdırılmış bilik yaradılması prosesi, “İnternet nəzarəti” (dəyər zəncirləri boyu fiziki aktivlər arasında internet əsaslı avtomatlaşdırılmış əməkdaşlıq), uzaq məsafəli idarəetmə texnologiyaları, süni intellekt və robotlaşdırma mövcud bazar liderlərini sınağa çəkərək yeni şirkətlərin qlobal flaqmanlar kimi mövqelərini möhkəmləndirəcəkdir. Azərbaycanda həm dövlət, həm də özəl sektorda idarəetmə bio, nano, informasiya, kommunikasiya, sənaye, 1 Bu abzasda qeyd olunan məlumatlar Dünya Bankı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) ekspertlərinin hesablamalarına əsaslanır.

Page 7: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

7

maliyyə və başqa sahələrdə qabaqcıl texnologiyaların tələblərinə uyğunlaşacaqdır. Yeni texnologiyaların inkişafı ilə yanaşı artan kibertəhlükəsizlik risklərinin idarə edilməsi qlobal çağırış olaraq Azərbaycan üçün də aktualdır. Qabaqcıl texnologiyaların idxalı ilə yanaşı, həm də onu idarə edən insan kapitalının formalaşdırılması, ümumilikdə təfəkkür tərzinin yeni qlobal çağırışlar və meyillərə uyğun inkişafı həyata keçiriləcəkdir. Daha qabaqcıl texnologiya və insan kapitalı daha yüksək əlavə dəyər yaradır. Azərbaycanın elmi potensialı qlobal meyillərə uyğun şəkildə yeni texnologiyaların inkişafına töhfə verəcəkdir.

Geosiyasi qeyri–sabitlik

Ötən illər ərzində misli görünməmiş qlobal siyasi qeyri–sabitlik müşahidə olunmuşdur. Bunun təsirləri siyasi rəhbərlərin tez–tez dəyişməsi, müharibə, terrorçuluq və sürətlə artan qaçqın axınında özünü büruzə vermişdir. Siyasi qeyri-sabitlik fonunda təhlükəsizlik problemlərinin olduğu və ya sanksiyaların tətbiq edildiyi ərazilərdə ticarət həcmləri kəskin surətdə azaldığı halda, böhranlı vəziyyətlərin öhdəsindən gəlindiyi, iqtisadiyyatın açıq olduğu və ya sanksiyaların aradan qaldırıldığı ərazilərdə bərabər səviyyəli artım müşahidə olunmuşdur. Geosiyasi baxımdan yenidən formalaşan dünyada Azərbaycanda risklər və çağırışlar düzgün qiymətləndirilərək sabit inkişaf təmin ediləcəkdir. Xüsusilə, iqtisadi təhlükəsizliyin əsas komponentləri– enerji, ərzaq, maliyyə və nəqliyyat təhlükəsizliyinin davamlı olması ölkənin geosiyasi kataklizmlərə qarşı dayanıqlılığını daha da gücləndirəcəkdir.

Neftin yeni qiymət hədləri

Ötən illər ərzində neftin qiymətləri düşmüş və qiymətlərdə volatillik artmışdır: neftin bir bareli 2008-ci ildə 150 ABŞ dollarına yaxınlaşdığı halda 2016-cı ildə 30 ABŞ dollarından da aşağı düşmüşdür.2 Neft qiymətlərindəki bu cür qlobal azalmanın Azərbaycan iqtisadiyyatına da təsiri böyük olmuşdur. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2010–2014-cü illərdə iqtisadi artım sürəti yavaşlayaraq ildə orta hesabla 2,7 faiz olmuşdur. 2015-ci ildə ixracın həcmi və dövlət büdcəsinin gəlirlərinin azalması işsizlik səviyyəsinin əvvəlki ilə nisbətən 2 faiz artmasına səbəb olmuşdur. Aşağı neft qiymətləri səbəbindən cari hesablar balansında yaranmış gərginlik manatın məzənnəsinə təzyiqi artırmış və 2015-ci ildə milli valyuta iki dəfə devalvasiyaya uğramışdır.

Proqnozlar onu göstərir ki, neft–qaza qlobal tələbatda artım 2050-ci ilədək ildə təqribən 0,7 faiz zəifləyəcək (əvvəlki artım proqnozlarından 30 faiz az) və ümumi enerji sektorunda üzvi yanacaq növlərinin payı azalacaqdır. Bu şərtlər altında neft qiymətlərinin əvvəlki yüksək səviyyələrinə qayıdışı gözlənilmədiyi üçün yaxın gələcəkdə neft gəlirləri hesabına yüksək dayanıqlı artımın bərpa olunacağı proqnozlaşdırılmır. Beynəlxalq Valyuta Fondu Azərbaycan iqtisadiyyatının 2025-ci ilədək illik 2–3 faiz artacağını proqnozlaşdırır. Bu temp ötən bir neçə il ərzində müşahidə olunan artım səviyyəsinə uyğundur. Lakin belə aşağı artım səviyyəsi iqtisadiyyatın qarşısında duran məqsədlərə çatmağa, o cümlədən indiki və gələcək nəsillər üçün lazım olan sayda iş yerləri yaratmağa kifayət etmir. Buna görə də Azərbaycanda aşağı neft qiymətləri şəraitində iqtisadiyyat yeni təməllər üzərində qurulmaqla daha yüksək artım tempinə nail olunacaqdır.

2 Mənbə: Economist Intelligence Unit

Page 8: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

8

Neft–qaz sektorunun iqtisadiyyatı inkişaf etdirmək potensialı zəiflədikcə, Qazaxıstan, Səudiyyə Ərəbistanı və Rusiya da daxil olmaqla, dünyanın təbii ehtiyatlarla zəngin ölkələri çətinliklərlə üzləşir və öz iqtisadiyyatlarını şaxələndirməyə təşəbbüs göstərirlər. Azərbaycanda da hazırda eyni vəziyyət mövcuddur. Ölkə ötən on il ərzində yaratdığı baza əsasında qlobal iqtisadiyyatdakı mövqelərini daha da gücləndirmək üçün güclü siyasi iradə və imkanlara malikdir.

Azərbaycan üçün potensial imkanlar

Neft qiymətlərinin 2008–2009-cu illərdəki səviyyələrə qayıdacağı ehtimal edilmir, lakin bu baş versə belə, resurs sənayesi bütün suallar üçün doğru cavab deyildir. Keçmiş iqtisadi əhəmiyyətinə baxmayaraq, neft–qaz sektoru əvvəlki illər ərzində ümumi məşğulluğun 1 faizdən çoxuna 3 sahib olmayıb. İqtisadi artımın şaxələndirilməsi 10 milyona yaxın Azərbaycan vətəndaşına öz peşə arzularını gerçəkləşdirməyə və rifah səviyyəsini yüksəltməyə imkan verəcəkdir.

İqtisadi şaxələndirmənin sürətləndirilməsi üçün üç potensial imkan mövcuddur ki, bu imkanları əldən verməmək üçün müvafiq tədbirləri məhz indi həyata keçirmək olduqca vacibdir:

● Regionun ümumi iqtisadi inkişaf dinamikası daim dəyişir və ixracatı genişləndirmək imkanları yaradır. Azərbaycan ümumi əhali sayı 300 milyon nəfərdən çox olan və ÜDM-i 3 trilyon ABŞ dollarına çatan4 üç iri iqtisadiyyat – İran, Türkiyə və Rusiya arasında yerləşir. İrana tətbiq edilən sanksiyalar aradan qaldırıldıqca və regiondakı digər iqtisadiyyatlar arasında yeni ticarət modelləri meydana gəldikcə, ölkə üçün unikal imkanlar açılır. Daha geniş diametrdə isə Azərbaycan cəmi ÜDM-i 30 trilyon ABŞ dollarına çatan 5 Avropa Birliyi, Çin və Körfəz ölkələri bazarlarının yaratdığı dairənin mərkəzində yerləşir. Məsələn, Azərbaycanla dünyanın ikinci iqtisadiyyatı sayılan Çinin arasında yalnız Qazaxıstan var; Azərbaycanla Körfəz ölkələri arasında təkcə İran, Azərbaycanla Avropa Birliyi arasında isə yalnız Gürcüstan yerləşir. Beləliklə, həm qısa, həm də iri radiuslu dairədə Azərbaycanın bazarlara çıxmaq potensialı böyükdür.

● Qlobal iqtisadi mənzərə Avropada zəif və Çində azalan artıma görə dəyişməkdədir. Buna cavab olaraq, Çin onu əsas iqtisadi regionlarla birləşdirəcək “İpək Yolu” layihəsini həyata keçirməyi planlaşdırır ki, bu marşrutlardan biri də Azərbaycan ərazisindən keçir. Eyni zamanda, Avropa, Rusiya, İran, Hindistan və Mərkəzi Asiyanı birləşdirəcək Şimal–Cənub nəqliyyat dəhlizinin də bir xətti Azərbaycanın ərazisindən keçir. Bu təşəbbüslər ölkəmizin ərazisindən keçən əmtəə və sərnişin dövriyyəsinin həcmini artırmaqla marşrut boyu istehsal və nəqliyyat-logistika xidmətləri üçün imkanlar yaradacaqdır. Azərbaycan təkcə tranzit ölkəsi deyil, o həm də öz ərazisindən keçən əmtəələr üzərində əlavə dəyər yaratmaq potensialına malikdir. Ümumilikdə isə Azərbaycanın ərazisindən keçən nəqliyyat dəhlizlərinin hesabına qlobal dəyər zəncirlərində ölkənin mövqeləri gücləndirilə bilər. Azərbaycan üçün belə yeni beynəlxalq imkanların açılması

3 Mənbə: Dövlət Statistika Komitəsi 4 Mənbə: Dünya Bankı 5 http://www.tradingeconomics.com/european-union/gdp

Page 9: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

9

yüksək və dayanıqlı iqtisadi artım potensialı yaradır. Strateji Yol Xəritəsi bu imkanlardan faydalanmaq üçün hazırlanmışdır.

● Dayanıqlı iqtisadi artımı təmin edəcək investisiya qoyuluşlarında maraqlı olan Azərbaycanda qlobal investisiya meyilləri nəzərə alınacaqdır. 2007-ci illə müqayisədə dünya üzrə birbaşa xarici investisiya axını 2015-ci ildə 36 faiz artaraq 1,7 trilyon ABŞ dollarına çatmışdır. 2015-ci ildə inkişaf etmiş ölkələr birbaşa xarici investisiyaların 55 faizini cəlb edə biliblər. Artım əsasən birləşmə və satınalmalar (“M&As”) hesabına baş vermişdir. 2015-ci ildə Asiya regionunda inkişaf etməkdə olan ölkələr dünya üzrə birbaşa xarici investisiyaların 1/3-ni cəlb etmişdir. Bu mənada Asiya regionu dünya üzrə ən çox investisiya cəlb edən regiondur. Rusiya və Qazaxıstan başda olmaqla, keçid ölkələrinə birbaşa xarici investisiya axını 2015-ci ildə 54 faiz azalmışdır. 6 Aşağı xammal qiymətləri və regional münaqişələr keçid ölkələrində birbaşa xarici investisiya axınları üçün əsas maneə olmuşdur. Birləşmə və satınalmaları nəzərə almasaq, dünyada birbaşa xarici investisiyaların axını qısamüddətli perspektivdə zəifləyəcəkdir. Çünki qlobal iqtisadiyyat kövrəkdir, qlobal maliyyə bazarları volatildir, tələb aşağıdır və inkişaf etməkdə olan ölkələrdə iqtisadi artım tempi zəifdir. İnvestisiya axınını cəlb etmək üçün Azərbaycanda əlverişli biznes mühiti təmin ediləcək və özəl sahibkarlığın inkişafı daha da stimullaşdırılacaqdır.

6 Mənbə: Dünya İnvestisiya Hesabatı, 2016

Page 10: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

10

3. AZƏRBAYCAN İQTİSADİYYATININ MÖVCUD VƏZİYYƏTİ

Azərbaycan iqtisadiyyatı son 10 il ərzində dünyanın ən yüksək iqtisadi artım tempinə malik ölkələrindən biri kimi keyfiyyət etibarı ilə yeni mərhələyə qədəm qoymuşdur. Bu müddətdə ölkədə həyata keçirilən iqtisadi siyasət iqtisadiyyatın həcminin əhəmiyyətli genişlənməsinə, əhalinin sosial rifahının yüksəldilməsinə, sosial–iqtisadi infrastrukturun tamamilə müasirləşdirilməsinə imkan vermişdir.

2004–2015-ci illər ərzində real olaraq orta hesabla 10,6 faiz iqtisadi artım müşahidə edilmiş, ÜDM-in nominal həcmi isə 7,6 dəfə artmışdır. 7 Dövr ərzində adambaşına ÜDM-in həcmində 6,5 dəfə artım olmuşdur ki, bu da Azərbaycanı dünya ölkələri arasında 134-cü yerdən 79-cu yerə yüksəltmiş, 8 əhalinin sosial rifahı əhəmiyyətli səviyyədə yaxşılaşmışdır. Yoxsulluq səviyyəsi 2004-cü ildəki 40,2 faizdən 4,9 faizə enmişdir.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının uğurla reallaşdırılması ölkənin neft gəlirlərinin artması ilə müşayiət olunmuş, əldə edilmiş maliyyə imkanları sürətli iqtisadi artımın maliyyələşdirilməsinə imkan vermişdir. 2004–2015-ci illər ərzində neft gəlirlərindən istifadə etməklə reallaşdırılmış iqtisadi artım modeli “aktiv şəkildə əsas kapitala investisiya qoyuluşu” xarakterli olmaqla, dövr üçün qarşıya qoyulmuş hədəflərin reallaşdırılmasına zəmin yaratmışdır.

Azərbaycanda reallaşdırılmış iqtisadi islahatlar ölkənin qlobal reytinq göstəricilərinin əhəmiyyətli yüksəlməsi ilə də müşayiət olunmuşdur. Təsadüfi deyildir ki, Dünya Bankının “Doing Business” hesabatına görə, Azərbaycan 2009-cu ildə dünyanın “lider islahatçı dövləti” kimi qiymətləndirilmişdir. Dünya İqtisadi Forumunun “2016–2017-ci illər üzrə qlobal rəqabətlilik hesabatı”na görə Azərbaycan 2006-cı illə müqayisədə 27 pillə irəliləyərək 138 ölkə arasında 37-ci mövqedə qərarlaşmışdır. Həmin hesabata əsasən, Azərbaycan makroiqtisadi mühitin keyfiyyəti göstəricisinə görə dünyada 39-cu, əmək bazarının səmərəliliyi üzrə 26-cı, milli gəlirin ÜDM-ə nisbəti üzrə 37-ci, infrastrukturun keyfiyyətinə görə isə 55-ci yerdədir.

Aparılmış iqtisadi siyasət Azərbaycanın dünya ölkələri sırasında adambaşına düşən milli gəlirin həcminə görə nəzərəçarpacaq dərəcədə irəliləməsinə səbəb olmuşdur. Dünya Bankının təsnifatına (atlas metodologiyasına görə) əsasən, Azərbaycan 2004-cü ildə adambaşına milli gəlirinin həcminə görə yoxsul ölkələr qrupuna aid edilmişdisə, 2005-ci ildə aşağı-orta gəlirli, 2009-cu ildən isə yuxarı-orta gəlirli ölkələr qrupuna daxil olmuşdur.

Son illər ərzində reallaşdırılmış iqtisadi artım modeli iri həcmdə strateji valyuta ehtiyatlarının formalaşmasına imkan vermişdir ki, bu da ölkə iqtisadiyyatının üzləşə biləcəyi potensial risklərin absorbsiya edilməsinə, həmçinin gələcək iqtisadi inkişafın maliyyələşdirilməsi prosesinə mühüm töhfə ola bilər. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2004–2010-cu illər ərzində iqtisadi artım tempi orta hesabla 16,9 faiz təşkil edirdisə, 2011–2014-cü illərdə bu göstərici 2,7 faiz olmuşdur. Eyni zamanda, 2004–2010-cu illərdə ölkə iqtisadiyyatına investisiya qoyuluşu orta hesabla 17,9 faiz, 2011–2014-cü illərdə isə bu göstərici 11,9 faiz təşkil etmişdir.

7 ÜDM və yoxsulluq səviyyəsi göstəriciləri Dövlət Statistika Komitəsinin məlumatlarına əsaslanır 8 Dünya İqtisadi Forumunun “2016–2017-ci illər üzrə qlobal rəqabətlilik hesabatı”na görə

Page 11: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

11

Qoyulan investisiyanın həcminin 6 faiz bəndi azalmasına baxmayaraq, iqtisadi artım tempi 14,2 faiz bəndi aşağı düşmüşdür. Bu o deməkdir ki, 2004–2014-cü illər ərzində uğurla reallaşdırılmış iqtisadi artım modelinin özünün “doyumluluq” həddinə yaxınlaşması keyfiyyətcə yeni iqtisadi artım yanaşmasına transformasiya zərurətini ortaya qoymuşdur.

2014-cü ilin sonlarından etibarən dünya əmtəə bazarlarında enerji daşıyıcılarının qiymətinin kəskin aşağı düşməsi Azərbaycanın xarici valyuta gəlirlərinin azalması ilə müşayiət olunmuşdur ki, bu da son 10 il ərzində reallaşdırılmış iqtisadi artım modelinin maliyyələşdirilməsi imkanlarını məhdudlaşdırmışdır. Neft gəlirlərinin azalması da öz növbəsində yeni iqtisadi artım yanaşmasına transformasiya zərurətini daha da gücləndirmişdir.

Hər iki amil bir daha onu göstərir ki, mövcud iqtisadi artım modeli özünün həyat tsiklini uğurla reallaşdıraraq qarşıya qoyulmuş hədəflərin əldə edilməsinə imkan vermişdir. Artıq yeni dövrün ən mühüm strateji çağırışı “kapital akkumulyasiyası” əsaslı modeldən “məhsuldarlıq (effektivlik)” əsaslı artım modelinə keçidi təmin etməkdir. Bunun üçün institusional mühitin keyfiyyətinin daha da yüksəldilməsi, əlçatan maliyyələşmə mənbələri, biznesin düzgün seqmentasiyası və ixtisaslaşması, makroiqtisadi siyasətin yeni çağırışlar əsasında müasirləşdirilməsi, ən başlıcası isə intensiv şəkildə yüksəkixtisaslı insan kapitalının hazırlanması tələb olunur.

3.1. İqtisadi artımın mərhələləri: tənəzzüldən tərəqqiyə

Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etməklə birlikdə bir çox çağırışlar və risklərlə üzləşmişdir. Ölkənin son 25 ildəki iqtisadi artım prosesi 4 mərhələdə təsnifləşdirilə bilər (şəkil 1).

Şəkil 1. Azərbaycanda iqtisadi artımın mərhələləri

Mənbə: Dövlət Statistika Komitəsi

Page 12: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

12

● Tənəzzül dövrü (1991–1994-cü illər): Dövlət müstəqilliyinin bərpasının ilk illərinə təsadüf edən bu dövr, Azərbaycanın müharibə şəraitində olması, Ermənistanın hərbi təcavüzü nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkünlərin problemlərilə üzləşməsi ilə birlikdə keçmiş İttifaq respublikaları arasında ticarət əlaqələrinin zəifləməsi, nəticədə sosial–iqtisadi vəziyyətin kəskin pisləşməsi ilə xarakterizə edilə bilər. Həmin dövrdə regional qeyri–sabitlik, iqtisadi idarəetmədə səriştəsizlik, mövcud iqtisadi institutların tamamilə səmərəsizliyi Azərbaycanda iqtisadi böhranı dərinləşdirmişdir. Beynəlxalq Valyuta Fondunun hesabatlarına əsasən, bu dövrdə Azərbaycan iqtisadi potensialının 60 faizini itirmiş, mövcud istehsal infrastrukturu əhəmiyyəli şəkildə sıradan çıxarılmış, işsizliyin kəskin artımı fonunda hiperinflyasiya müşahidə edilmişdir. 1991–1994-cü illər ərzində Azərbaycanın real ÜDM-i ildə orta hesabla 17 faiz aşağı düşmüş, dövlət büdcəsinin maliyyələşməsi əsasən emissiya kanalları hesabına reallaşdırılmış, tədavülə buraxılan milli valyuta kəskin ucuzlaşmışdır.

● Dərin iqtisadi islahatlar, keçid və bərpa dövrü (1995–2003-cü illər): Ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonrakı bu dövr, ilk növbədə, ölkədə siyasi sabitliyin bərpası, bazar iqtisadiyyatına keçidi və səmərəli iqtisadi münasibətləri təmin edəcək strateji iqtisadi islahatların reallaşdırılması nəticəsində yüksəkkeyfiyyətli iqtisadi artım üçün zəmin formalaşdırılması ilə xarakterizə edilə bilər. Genişmiqyaslı torpaq islahatları, dövlət əmlakının özəlləşdirilməsi kimi mühüm islahatların reallaşdırılması bu dövrə təsadüf edir. Dövrün digər mühüm xüsusiyyətlərindən biri də Azərbaycanın yüksək sürətlə inkişafını təmin edən neft strategiyasının təməlinin məhz bu dövrdə qoyulmasıdır. 1994-cü ildə 13 şirkətdən ibarət beynəlxalq konsorsiumla Azəri–Çıraq–Günəşli neft yataqlarının işlənməsinə dair ümummilli lider Heydər Əliyevin müəllifi olduğu və birbaşa təşəbbüskarlığı ilə imzalanmış “Əsrin Müqaviləsi”nin ilkin iqtisadi səmərəsi özünü göstərməyə başladı. Bu dövrdə iqtisadi artım təmin edilməklə itirilmiş potensial bərpa edilmiş, milli valyutanın və qiymətlərin sabitliyinə, işsizliyin əhəmiyyətli səviyyədə azaldılmasına nail olunmuşdur. Ölkənin strateji xarici valyuta ehtiyatları formalaşdırılmış, bank sisteminə etimad bərpa edilmiş, dövlət büdcəsinin dayanıqlı maliyyələşmə mənbələri təmin edilmişdir.

● İqtisadi inkişaf və tərəqqi dövrü (2004–2014-cü illər): Bu dövrdə reallaşdırılmış iqtisadi artım modeli Azərbaycan iqtisadiyyatını dünyanın ən sürətlə artan iqtisadiyyatlarından birinə çevirmişdir. Əldə edilmiş neft gəlirlərinin bir hissəsinin aktiv şəkildə ölkə iqtisadiyyatına investisiya edilməsi nəticəsində Azərbaycan qısa müddətdə yüksək–orta gəlirli ölkəyə çevrilmiş, sosial–iqtisadi infrastruktur tamamilə yenilənmiş, qlobal rəqabət qabiliyyətinə görə dünyada 37-ci yerdə qərarlaşmışdır. 9 Görülən tədbirlər və təbii sərvətlərin qiymətindəki artımlar ölkə iqtisadiyyatının sıçrayışlı inkişaf mərhələsinin əsasını qoymuş və 2004–2010-cu illər ərzində ÜDM ildə orta hesabla 16,9 faiz artmışdır. Neft–qaz istehsalının həcminin və qiymətinin artması neft sektoruna birbaşa xarici investisiya (BXİ) cəlb edilməsinə də öz töhfəsini vermişdir. 2006-cı ildə Bakı–Tbilisi–Ceyhan boru kəmərinin rəsmi açılışı olmuş və Azərbaycan qlobal səviyyədə iqtisadi əlaqələri

9 Dünya İqtisadi Forumunun “2016–2017-ci illər üzrə qlobal rəqabətlilik hesabatı”na əsasən

Page 13: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

13

yaxşılaşdırmaqla, neft–qaz istehsalı və ticarətinin davamlılığını təmin etmişdir. Bu illər ərzində neft gəlirləri tikinti, xidmət, dövlət idarəetməsi, müdafiə və sosial təminat kimi bir sıra digər sektorların da inkişafına birbaşa yol açmaqla ölkəyə tərəqqi gətirmişdir. İqtisadi artım prosesinin mühüm mərhələsini uğurla reallaşdırmağa imkan verən iqtisadi artım modeli sayəsində iqtisadiyyat 6 dəfə böyümüş, adambaşına düşən milli gəlir 5 dəfədən çox artmışdır.10 Bu dövr ərzində ölkədə qiymətlərin sabitliyi qorunmuş, xarici valyuta gəlirlərinin əhəmiyyətli artması nəticəsində böyük həcmdə strateji valyuta ehtiyatları formalaşdırılmış, milli valyutanın məzənnəsinin izafi möhkəmlənməsinə yol verilməməklə beynəlxalq rəqabət qabiliyyəti qorunmuşdur. Dövr ərzində bank sektorunda aktivlik yüksəlmiş, əmanətlərin həcmi 11 dəfə, kreditlərin həcmi 19 dəfə artmışdır.11 Bu dövrdə diqqət edilməli məqamlardan biri də 2011-ci ildən sonra iqtisadi artım sürətinin aşağı düşməsidir. İqtisadiyyata dövr ərzində qoyulan investisiyaların artmasına baxmayaraq, iqtisadi aktivliyin zəifləməsi müşahidə edilmişdir. Aktiv şəkildə kapital yığımı modeli bu dövrdən sonra özünün “doyumluluq” səviyyəsinə çatmışdır.

● Aşağı neft qiymətləri dövrü: 2014-cü ilin sonlarından etibarən dünya əmtəə bazarlarında neftin qiymətinin kəskin ucuzlaşmasının mənfi təsirləri 2015-ci ilin ikinci yarısından etibarən Azərbaycan iqtisadiyyatında müşahidə edilməyə başlamışdır. Mənfi təsir, ilk növbədə, tədiyə balansına, daha sonra iqtisadi artımın maliyyələşmə kanalları üzərindən iqtisadi aktivliyə ötürülmüşdür. ABŞ dollarının məzənnəsi milli valyutaya qarşı iki dəfəyə yaxın bahalaşmış, maliyyə sabitliyinin təmini üzrə bir sıra risklər formalaşmış, dövlət borcunun ödənilməsi üzrə fiskal yük artmışdır. Azərbaycan hökuməti iqtisadi aktivliyin bərpa edilməsi məqsədilə iqtisadi siyasətin daha da təkmilləşdirilməsi, institusional islahatların sürətləndirilməsi istiqamətində bir çox tədbirlər görmüşdür.

2015-ci ildən etibarən Azərbaycan iqtisadiyyatı keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Yeni iqtisadi artım yanaşmasına keçid məqsədilə 2010–2014-cü illərin iqtisadi artım modelinin, həmçinin həmin dövrdə reallaşdırılmış iqtisadi siyasətin təhlili nəticəsində əsas risk və çağırışların əsasında yeni artım dayaqlarının müəyyənləşdirilməsi zərurəti yaranmışdır.

3.2. Sıçrayışlı artım dövrünün (2004 – 2010) təhlili

2004–2010-cu illər ərzində Azərbaycan əldə edilmiş neft gəlirlərinin bir qisminin iqtisadiyyata yönəldilməsi nəticəsində yüksək iqtisadi artıma nail olmuşdur. Dövr üzrə iqtisadiyyatın orta artım sürəti 16,9 faiz olmuşdur ki, bu da dünya üzrə analoji göstəricidən 12,9 faiz bəndi, inkişaf etməkdə olan ölkələr üzrə müvafiq göstəricidən 10,6 faiz bəndi, MDB ölkələri üzrə müvafiq göstəricidən isə 12,6 faiz bəndi yüksəkdir.12

Neft sektorunda orta illik iqtisadi artım 24,9 faiz, qeyri-neft sektorunda isə 11,7 faiz təşkil etmişdir. Diqqət çəkən məqam ondan ibarətdir ki, qeyri-neft sektoruna qoyulmuş irihəcmli investisiyalar sektorun əhəmiyyətli artımına imkan vermişdir. 2010-cu ildən başlayaraq ölkədə iqtisadi artımın əsas hərəkətverici amili neft

10 Mənbə: Dövlət Statistika Komitəsi 11 Mənbə: Azərbaycan Respublikasının Mərkəzi Bankı 12 Beynəlxalq Valyuta Fondunun və Dövlət Statistika Komitəsinin məlumatları

Page 14: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

14

sektorundan qeyri-neft sektoruna transformasiya olmuş, 2010–2014-cü illər ərzində neft sektorunda 2,9 faizlik geriləmə olduğu halda, qeyri-neft sektoru 8,8 faiz artmaqla, ümumi 3 faizlik iqtisadi artıma nail olunmuşdur (şəkil 2).

Şəkil 2. Sektorlar üzrə iqtisadi artım

1. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq. 2. Elektrik və su təchizatı, tikinti. 3. Ticarət, turistlərin yerləşdirilməsi və ictimai iaşə, nəqliyyat və anbar təsərrüfatı, informasiya və rabitə,

maliyyə və sığorta fəaliyyəti, daşınmaz əmlak, kirayə və biznes xidmətləri. 4. Dövlət idarəetməsi və müdafiə, təhsil, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, digər

sahələrdə xidmətlərin göstərilməsi.

Mənbə: Dövlət Statistika Komitəsi

Yüksəktempli iqtisadi artım makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsinə imkan vermişdir. Dünya İqtisadi Forumunun hesabatına görə, Azərbaycan 2014-cü ildə 144 ölkə arasında makroiqtisadi mühitin keyfiyyət göstəricisinə görə 2008-ci illə müqayisədə 36 pillə irəliləyərək 9-cu yerdə, dövlət büdcəsi balansının ÜDM-ə nisbəti göstəricisinə görə 16 pillə irəliləyərək 15-ci yerdə, milli gəlirin ÜDM-ə nisbətinə görə 9-cu yerdə, cəmi dövlət borcunun ÜDM-ə nisbətinə görə isə 12-ci yerdə qərarlaşmışdır.

İqtisadi artımın təhlili göstərir ki, əldə edilmiş makroiqtisadi sabitlik və rifah üzərində neft amilinin təsiri hələ də əhəmiyyətlidir. Yüksək neft qiymətləri dövründə pro-tsiklik iqtisadi siyasət iqtisadi artımın dövlət tələbindən asılılığını yüksəltmişdir. Əsas çağırışlardan biri kimi iqtisadi artımın dövlət tələbi üzərindən dayanıqlı özəl tələb üzərinə transformasiyası öz aktuallığını qoruyub saxlayır.

Artımın sektoral bölgüsündə əsas çağırış: qeyri–ticari sektordan ticari sektora

Reallaşdırılmış sıçrayışlı iqtisadi artım modeli aktiv şəkildə “kapital akkumulyasiyası” xarakterli olmuş, nəticədə ölkədə irihəcmli və müasir sosial–iqtisadi

Page 15: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

15

infrastruktur qurulmuşdur. Azərbaycan bu dövr ərzində dünyanın sürətli inkişaf edən Cənub–Şərqi Asiya ölkələrində reallaşdırılmış “dövlət kapitalizmi” inkişaf modelindən istifadə etmişdir. “Dövlət kapitalizmi” xarakterli makroiqtisadi siyasətin ən aktiv qanadı isə fiskal siyasət olmuşdur. İrihəcmli neft gəlirlərinin dövlət tərəfindən iqtisadiyyata yönəldilməsinin əsas kanalı kimi məhz dövlət büdcəsinin investisiya xərcləri çıxış etmişdir.

2010-cu ilədək iqtisadi artımın əsas hərəkətverici amili ənənəvi neft sektoru olsa da, 2010–2014-cü illərdə artıma əsas töhfə qeyri-neft sektorlarından formalaşmışdır. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2014-cü ildə qeyri-neft sektorunda 6,9 faiz, tikinti sektorunda 8,8 faiz, xidmət sektorunda 7,6 faiz artım qeydə alınmışdır. Bu sektorların ÜDM-dəki paylarının təhlili göstərir ki, təbii ehtiyatlar 2014-cü ildə iqtisadi artıma 37 faiz töhfə vermiş, ikinci yerdə isə 14 faizlik templə tikinti sektoru olmuşdur.

2014-cü il üzrə iqtisadi artımın sektorlar üzrə təhlili göstərir ki, aktiv dövlət kapitalizmi nəticəsində qeyri–neft ÜDM-in 80 faizə yaxın hissəsi, məşğulluğun isə 60 faizə qədər hissəsi qeyri-ticari sektorda istehsal edilmişdir. Qeyri-neft ÜDM-də qeyri–ticari sektorlar olan sosial və digər xidmətlər 28 faiz, tikinti sektoru 21 faiz, ticarət sektoru 13 faiz, nəqliyyat və anbar təsərrüfatı 7 faiz təşkil edir (şəkil 3). Bu dövrdə qeyri-neft ÜDM-in cəmi 8 faizi qeyri-neft sənayesinin hesabına formalaşmışdır. 2014-cü ildə kənd təsərrüfatı sahəsində yaradılmış əlavə dəyər ÜDM-in 6 faizini təşkil etsə də, ölkə üzrə məşğul əhalinin 36,7 faizi bu sahənin payına düşmüşdür. Kənd təsərrüfatında yüksək məşğulluq göstəricisi mülkiyyətində pay torpaqları olanların məşğul əhali kimi nəzərə alınmaları hesabına olmuşdur.

İqtisadiyyatın strukturunda aktiv dövlət kapitalizminin digər təsiri özünü özəl sektorun dövlətin investisiya fəaliyyəti ilə rəqabətə girməsinin rentabelli olmamasında göstərir. Bunun da nəticəsində özəl təşəbbüskarlığın daralması baş verir. Bu mənada, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin iqtisadiyyata töhfəsini nəzərə almasaq, iqtisadiyyatda özəl sektorun payının yüksəldilməsi mühüm çağırış olaraq qalır.

Page 16: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

16

Şəkil 3. Sektorların iqtisadi artım səviyyəsinə görə qruplaşdırılması

1. Azərbaycan üçün 2005-ci ilin sabit qiymətlərində ÜDM-ə əsasən (maliyyə vasitəçilərinin şərti hesablanmış xidmət haqları və vergidən əvvəl)

2. Nəqliyyat və anbar təsərrüfatı, informasiya və rabitə, digər ictimai, sosial və fərdi xidmətlər 3. Elektrik, qaz və su təchizatı

Mənbə: Dövlət Statistika Komitəsi

Qeyri–ticari sektorlar üzrə artımın tsiklik həssaslığını, dövlət maliyyəsindən yüksək asılılığını və nəhayət, qlobal dəyər zəncirinə inteqrasiya üçün imkanlarının zəif olmasını nəzərə alaraq, ticari sektorların inkişaf etdirilməsi, özəl təşəbbüskarlıq fəaliyyətlərinin genişləndirilməsi öz aktuallığını qoruyub saxlayır.

Əhalinin sosial rifahı: yoxsulluqdan yüksək–orta gəlirə

2004–2014-cü illər ərzində yüksək iqtisadi artım əhalinin sosial rifahının yüksəlməsi ilə də müşayiət olunmuşdur. Adambaşına düşən milli gəlir (Dünya Bankının atlas metodologiyası) 2004-cü illə müqayisədə 8 dəfə artaraq 7600 ABŞ dollarına çatmış, Azərbaycan qısa vaxt ərzində aşağı gəlirli ölkədən yüksək–orta gəlirli ölkəyə çevrilmişdir. İqtisadi artım məşğulluğun artımı ilə müşayiət olunmuş, 1,3 milyondan çox yeni iş yeri açılmış və bu iş yerlərinin 77,1 faizi daimi iş yerləri olmuşdur ki, onların da 62,9 faizi regionların payına düşmüşdür. Məşğulluğun artımı hesabına bu dövr ərzində əhalinin adambaşına gəlirləri real ifadədə 2,6 dəfə artmışdır.

Azərbaycan üzrə Gini indeksi (ölkədə gəlirin bölüşdürülməsinin keyfiyyət ölçüsü: 0 tam bərabərliyi, 1 isə bərabərsizliyi əks etdirir) müqayisə edilən ölkələrin orta qiymətləndirilməsinə nisbətən aşağı gəlir bərabərsizliyini əks etdirir. Palma nisbəti də (əhalinin ən varlı 10 faizinin ümumi milli gəlirdəki payını ən yoxsul 40

Page 17: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

17

faizinin payına bölməklə müəyyən edilir) müqayisə oluna biləcək ölkələr üzrə orta göstəriciyə nisbətən kiçik gəlir bərabərsizliyi nümayiş etdirmişdir (şəkil 4).

Şəkil 4. Gəlirlərin bölüşdürülməsində qeyri–bərabərlik səviyyəsi

Mənbə: BMT-nin İnsan İnkişafı Hesabatı (ən son dövr 2005-2013-cü illəri əhatə edir)

Faktiki olaraq, Azərbaycanda vətəndaşların həyat səviyyəsinin yüksəldiyini bir neçə mühüm göstərici də əyani surətdə əks etdirir. Belə ki, yoxsulluq səviyyəsində yaşayan əhalinin xüsusi çəkisi on il ərzində altı dəfə azalaraq, 2005-ci ildəki 29,3 faizdən 2014-cü ildə 5 faizə qədər düşmüşdür. Bu illər ərzində dövlətin sosial müdafiə və təminat xərclərinin artırılması nəticəsində əhaliyə pensiya və müavinət ödənişləri 6,7 dəfə artmışdır. Digər sosial göstərici olan minimum əməkhaqqı isə 3 dəfədən çox artaraq 2005-ci ildəki aylıq 30 manatdan 2014-cü ildə aylıq 105 manata çatmışdır (şəkil 5).

Şəkil 5. Yoxsulluq səviyyəsi, sosial transfertlər və minimum əməkhaqqı göstəriciləri

1. Müvafiq illərin sonuna olan göstəricilər

Mənbə: Dövlət Statistika Komitəsi, Dünya Bankı

Page 18: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

18

Əhalinin aşağı rifaha malik qrupuna göstərilən sosial xidmətlər əsasən maddi yardımların verilməsi ilə məhdudlaşır. Bunun isə yoxsul və aşağı peşəkarlıq səviyyəsinə malik əhalinin yenidən əmək bazarına daxil olması perspektivi baxımından faydaları məhduddur. Məhz həmin əhali təbəqəsinin aktiv işçi qüvvəsinə inteqrasiya edilməsi baxımından sosial xidmətlər portfelinə keyfiyyətli təhsil və səhiyyə xidmətlərinin, zəruri hallarda, peşəkarlığın yüksəldilməsi kimi xidmətlərin daxil edilməsi vacibdir.

Əhalinin sosial rifahının yüksəldilməsinin digər mühüm komponenti kommunal xidmətlər sektorunun keyfiyyətinin yüksəldilməsidir. Dövr ərzində infrastruktura yönəldilmiş iri məbləğli investisiyalar əhalinin işıq, qaz, su təchizatı kimi kommunal xidmətlərə çıxış imkanlarını genişləndirmişdir. Kommunal xidmətlərin keyfiyyətinin kifayət qədər yüksəldilməsinə baxmayaraq, xidmətlər üzrə əsas aparıcı qüvvə qismində hələ də dövlət sektoru çıxış edir. Kommunal xidmətlər bazarının liberallaşdırılması və özəl sektoru cəlb etməklə inkişafı bu xidmətlərin keyfiyyətinin dayanıqlılığının təmin edilməsi və eyni zamanda, dövlət sektorunun fiskal yükünün azalması baxımından faydalı ola bilər.

Əhalininn sosial rifahını əks etdirən göstəricilərdən biri də mənzillə təminatdır. Hazırda Azərbaycanda adambaşına düşən orta mənzil fondu 17,9 m² təşkil edir ki, bu da MDB (20 m²) və Şərqi Avropa ölkələri (30 m²) üzrə orta göstəricilərdən azdır.13

İqtisadi artım amilləri: istehlak və investisiya aktivliyi

Azərbaycanda ÜDM-in artımı yerli istehlak və dövlət investisiyalarına mütənasib olmuşdur. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, faktiki son istehlak xərcləri 2005–2010-cu illər ərzində orta hesabla ildə 14,0 faiz, 2010–2014-cü illərdə isə müvafiq olaraq 9,0 faiz artmışdır.

Azərbaycanda 2004–2014-cü illər ərzində yüksək investisiya aktivliyi müşahidə edilmişdir. Dövr ərzində ölkə iqtisadiyyatına 148,9 milyard manat həcmində investisiya yönəldilmişdir ki, bunun da 54,1 faizi daxili, 45,9 faizi isə xarici mənbələr hesabına maliyyələşmişdir. Ümumi investisiya qoyuluşunun ÜDM-də xüsusi çəkisi 36,3 faiz, qeyri–neft sektoruna yönəldilmiş investisiyanın qeyri–neft ÜDM-də xüsusi çəkisi isə 50,7 faiz təşkil etmişdir.

Dövr ərzində yüksək investisiya aktivliyinin əsas mənbəyi Azərbaycanın yüksək neft gəlirləri olmuşdur. Bu dövrdə (2004–2014) Azərbaycan Respublikası Dövlət Neft Fonduna 90 milyard ABŞ dolları vəsait daxil olmuş, onun da 61 milyard ABŞ dolları ölkə iqtisadiyyatının inkişafına investisiya edilmişdir. Bu vəsaitin 92 faizi dövlət büdcəsinə transfertlər, 8 faiz hissəsi isə dövlət əhəmiyyətli layihələrin maliyyələşdirilməsinə yönəldilmişdir.14

Daxili mənbələr hesabına reallaşdırılmış investisiyaların həcmi 80,5 milyard manat təşkil etmişdir ki, bunun da 47,7 faizi dövlət büdcəsi (kapital xərcləri) hesabına maliyyələşdirilmişdir. 2014-cü ildə daxili investisiyaların 68,2 faizi dövlət investisiyaları olmuşdur (şəkil 6).

13Mənbə: Dövlət Statistika Komitəsi 14 Mənbə: Azərbaycan Respublikasının Dövlət Neft Fondu

Page 19: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

19

Şəkil 6. İnvestisiyaların ÜDM-də payı

1. Qeyd etmək lazımdır ki, birbaşa xarici investisiya axınlarının heç də hamısı əsas kapitalın formalaşdırılmasına yönəldilmir

2. Dövlət və özəl sektor üzrə investisiya bölgüsü 2014-cü ilin dövlət büdcəsində 70 faiz və 30 faiz nisbətində qəbul edilmişdir

İran barədə təhlillər yalnız ictimaiyyət üçün açıq olan məlumatlara əsaslanır

Mənbə: Dünya Bankının İnkişaf göstəriciləri

2007-ci ilə qədər Azərbaycan iqtisadiyyatına yönəldilmiş investisiyaların əsas mənbəyi birbaşa xarici investisiyalar (BXİ) olmuşdur. Lakin sonrakı dövrdə mənzərə dəyişmiş, daxili investisiya aktivliyi dövlət maliyyəsi hesabına yüksəlmişdir. Qeyd edilməlidir ki, Azərbaycanda birbaşa xarici investisiyalar hesabına formalaşmış əsas kapitalın ÜDM-də payı regional orta göstəricidən aşağıdır. Belə ki, 2014-cü ildə müvafiq olaraq Gürcüstanda 74 faiz, Qazaxıstanda 61 faiz, Türkmənistanda 55 faiz, Ukraynada 49 faiz, Qırğızıstanda 48 faiz və Moldovadakı 46 faizlə müqayisədə Azərbaycanda birbaşa xarici investisiyalar ÜDM-in 25 faizini təşkil etmişdir.

2004–2014-cü illər ərzində ölkə iqtisadiyyatına qoyulan BXİ-nin həcmi 52 milyard ABŞ dolları olmuşdur ki, onun da 85 faizi neft sektoruna, 15 faizi isə qeyri–neft sektoruna yönəldilmişdir. Həmin dövrdə qeyri-neft sektoruna qoyulan BXİ-nin xüsusi çəkisinin az olmasına baxmayaraq, artım sürəti yüksək olmuşdur. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ümumi BXİ-nin orta illik artımı 8,2 faiz təşkil etdiyi halda, qeyri–neft sektoru üzrə müvafiq göstərici 32,5 faizə çatmışdır. Yüksək artım sürətinə baxmayaraq, qeyri–neft sektoruna yönəlmiş BXİ mövcud potensialdan hələ də aşağı olaraq qalır (şəkil 7).

Page 20: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

20

Şəkil 7. Birbaşa xarici investisiyanın ÜDM-də payı

1. 2012-2014-cü illər üzrə orta göstərici

İran barədə təhlillər yalnız ictimaiyyət üçün açıq olan məlumatlara əsaslanır

Mənbə: BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı

Mövcud investisiya aktivliyinin strukturu üzrə ən mühüm çağırışlardan biri iqtisadiyyata yönəldilmiş investisiyaların məhsuldarlığının aşağı düşməsidir. 2004–2010-cu illərdə ölkə iqtisadiyyatına investisiya qoyuluşunun artım sürəti orta hesabla 17,9 faiz olmuşdursa, 2011–2014-cü illərdə bu göstərici 11,9 faiz təşkil etmişdir. Qoyulan investisiyanın cəmi 6 faiz bəndi azalmasına baxmayaraq, iqtisadi artım tempi 14,2 faiz aşağı düşmüşdür.15 Bu o deməkdir ki, mövcud model artıq irihəcmli dövlət maliyyəsi “impuls”larına belə tam reaksiya verə bilmir. Bundan isə belə nəticə çıxarmaq olar ki, investisiyaların qoyulduğu ənənəvi qeyri-ticari sektorlar artıq öz “doyumluluq” həddinə çatmışdır və ona görə də yaxın və ortamüddətli dövrdə investisiyalar daha yüksək məhsuldarlıq nümayiş etdirə bilən ticari sektorlara yönəldilməlidir.

İnvestisiya aktivliyi ilə bağlı digər mühüm çağırış daxili investisiyaların əsas mənbəyinin dövlət maliyyəsindən özəl sektorun üzərinə ötürülməsinə nail olmaqdır. Bu prosesin baş verməsində ləngimələr dövlət maliyyəsinin, xüsusilə də dövlət büdcəsinin dayanıqlılığı və yükü, səmərəli idarə edilməsi üzərində risklər formalaşdırır və özəl təşəbbüskarlıq fəaliyyətinin zəifləməsinə səbəb olur. Məhz bu səbəbdən, özəl təşəbbüskarlığın dəstəklənməsi istiqamətində biznes–investisiya mühiti daha da təkmilləşdirilməli, BXİ-nin qeyri–neft sektoruna cəlb edilməsi istiqamətində işlər sürətləndirilməlidir.

15 Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən

Page 21: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

21

İqtisadi artım amilləri: xalis ixrac

Azərbaycanda iqtisadi artımın mühüm hərəkətverici qüvvələrindən biri də məhz xalis ixrac olmuşdur. Neft müqavilələrinin icrası Azərbaycanın neft ixracını əhəmiyyətli dərəcədə artırmış, ölkənin tədiyə balansı göstəriciləri yaxşılaşmışdır.

2004-cü ildə cari əməliyyatlar hesabı üzrə (CƏB) 5,8 milyard ABŞ dolları həcmində kəsir mövcud idisə, artıq 2005-ci ildən etibarən kəsir profisitlə əvəz olunmağa başlamışdır. 2005–2014-cü illər ərzində CƏB profisiti kumulyativ olaraq 110 milyard ABŞ dollarına çatmışdır. 2011-ci ildə bu göstərici özünün tarixi maksimumuna çataraq 17 milyard ABŞ dollarına yaxın, onun ÜDM-də xüsusi çəkisi isə 25,8 faiz olmuşdur.16

Şəkil 8. Neftin qiymətinin ticarət balansına təsiri

1. Əmtəə balansı

Mənbə: “Global Insights” Dünya Bazarının Monitorinqi və Dövlət Statistika Komitəsi

Xarici ticarət balansının qalığı 2004-cü ildə 3 milyard ABŞ dolları kəsirdən 2014-cü ildə 19 milyard ABŞ dolları həcmində profisitə yüksəlmişdir. Bu dövrdə əmtəə ixracı 6 dəfə, idxalı isə 2,6 dəfə artmışdır. Cari əməliyyatlar hesabının diqqət çəkən mühüm elementi məhz xidmətlər balansıdır (şəkil 9). Xidmətlər balansında diqqəti cəlb edən əsas məqam ondan ibarətdir ki, yüksək iqtisadi artım və rifahın yüksəlməsi xidmətlər balansında kəsirin böyüməsi ilə nəticələnmişdir. Belə ki, 2010–2015-ci illər ərzində balans üzrə kəsir 2 dəfə artmış, 2 milyard ABŞ dollarından 4 milyard ABŞ dollarına çatmışdır. Lakin buna baxmayaraq bəzi xidmətlər üzrə artım müşahidə edilmişdir.

16 Göstəricilər Mərkəzi Bankın tədiyə balansının məlumatlarına əsaslanır.

Page 22: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

22

Şəkil 9. Xidmətlər balansında dəyişiklik

Mənbə: Azərbaycan Respublikasının Mərkəzi Bankı

Azərbaycanın tədiyə balansının təhlili onu göstərir ki, dövr ərzində ölkənin xarici iqtisadi mövqeyi güclənmişdir. Lakin eyni dövr ərzində tədiyə balansından neft sektoru göstəricilərinin təmizlənməsi fərqli bir mənzərə formalaşdırır. Belə ki, 2004–2014-cü illər ərzində qeyri-neft sektoru üzrə CƏB kəsiri kumulyativ olaraq 56 milyard ABŞ dolları olmuş, dövrün əvvəli ilə müqayisədə 2014-cü ildə kəsir 5 dəfə yüksəlmişdir. Bu onu göstərir ki, yüksək neft gəlirləri ölkə iqtisadiyyatının qeyri-neft sektorunun idxaldan asılılığını artırmış, qeyri–neft büdcə dinamikasını nəzərə aldıqda, “əkiz kəsirlər” problemini əmələ gətirmişdir. Formalaşmış bu konyuktur şərait məzənnə siyasətinin çevikliyi və potensial səmərəliliyi, o cümlədən xarici valyuta ehtiyatlarının akkumulyasiyası məsələləri üzərində müəyyən risklər əmələ gətirmişdir.

Page 23: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

23

Şəkil 10. Azərbaycan üzrə adambaşına ixrac göstəricisi (min ABŞ dolları ilə, 2015)

1. 2015-ci il üçün hesablamalar İran barədə təhlillər yalnız ictimaiyyət üçün açıq olan məlumatlara əsaslanır.

Mənbə: Malların ticarətinə dair BMT-nin məlumat bazası, Beynəlxalq Valyuta Fondu

Azərbaycanın qeyri–neft ixracı 2004–2014-cü illərdə orta hesabla ildə 17 faiz artsa da, (2014-cü ildə 1,6 milyard ABŞ dolları) neft ixracından 16 dəfə, qeyri-neft idxalından 5 dəfə aşağıdır. Yəni qeyri–neft ixracı qeyri–neft idxalının maliyyələşdirilməsinə imkan verməmişdir ki, bu da qeyri–neft ixracının şaxələndirilməsini labüd edir (şəkil 11).

Page 24: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

24

Şəkil 11. Adambaşına qeyri–neft/qaz ixracının müqayisəsi (min ABŞ

dolları ilə)

Mənbə: Beynəlxalq Valyuta Fondu

Baxılan dövr ərzində Azərbaycanın qeyri–neft idxalı orta hesabla ildə 18 faiz artmışdır. 2011-ci ildən başlayaraq iqtisadi artımın nisbətən səngiməsi idxala da təsir etmiş və onun həcmi 1,4 milyard ABŞ dolları azalaraq, 2014-cü ildə 7,9 milyard ABŞ dolları, əhalinin hər nəfərinə düşən həcmi isə azalaraq, 900–1100 ABŞ dolları təşkil etmişdir.

İxracda olduğu kimi, Azərbaycanın adambaşına qeyri-neft və qaz idxalı da artmaqdadır. 2004-cü ildən 2015-ci ilə qədər bu idxal ildə 10 faiz artmışdır (şəkil 12). Bu artım Türkiyə üzrə orta illik göstəricidən (7 faiz) çox olsa da, Azərbaycanla təqribən eyni müqayisə nöqtəsindən başlayan, lakin ildə 15 faizlik artım nümayiş etdirən Gürcüstandan zəif olmuşdur (təqribən adambaşına 300–400 ABŞ dolları).

Page 25: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

25

Şəkil 12. Azərbaycanda adambaşına düşən qeyri–neft/qaz idxalının

müqayisəsi (min ABŞ dolları ilə)

Mənbə: Malların ticarətinə dair BMT-nin məlumat bazası, Beynəlxalq Valyuta Fondu

2004-cü ildən bəri Azərbaycan iqtisadiyyatında güclü inkişaf meyilləri ilə yanaşı ixracın şaxələnmə səviyyəsinin azalması da müşahidə edilmişdir. Eyni zamanda ixrac məhsullarının çeşidliliyi də aşağı düşmüşdür. 17 Belə ki, “The Observatory of Economic Complexity” hesabatına görə 2004-cü ildə Azərbaycan ixracda 56 adda rəqabətqabiliyyətli məhsulla təmsil olunurdusa, 2014-cü ildə cəmi 23 adda rəqabətqabiliyyətli əmtəəsi ilə “ixracın çoxşaxəliliyi” indeksinə görə dünyada 108-ci yerdə olmuşdur. Azərbaycanın ticarət tərəfdaşları olan Gürcüstan 106 adda rəqabətqabiliyyətli əmtəə ixracı ilə dünya üzrə 66-cı yerdə, Türkiyə isə 380 adda müvafiq əmtəə ilə dünyada 51-ci yerdə qərarlaşmışdır.

2014-cü il üzrə “The Observatory of Economic Complexity” hesabatına görə, Azərbaycan ixracın həcminə görə dünyada 144 ölkə arasında 70-ci yerdə qərarlaşmışdır.

Gələcəkdə idxaldan asılılığı minimuma endirmək və yerli məhsullarla özünü təminetmə səviyyəsini daha da yüksəltmək məqsədilə rəqabətqabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının təşviqi sahəsində Azərbaycan hökuməti qanunvericilik bazasında bir sıra mühüm dəyişiklik həyata keçirmişdir. “Qeyri–neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2016-cı il tarixli 1713 nömrəli Sərəncamı və “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 1 mart 2016-cı il tarixli 811 nömrəli Fərmanı ölkənin ixracının şaxələndirilməsi və rəqabət qabiliyyətinin yüksəldilməsinə təkan verəcəkdir.

17 http://atlas.media.mit.edu/en/profile/country/aze/

Page 26: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

26

İqtisadi artım amilləri: insan kapitalının keyfiyyəti

Dünya İqtisadi Forumunun hazırladığı İnsan Kapitalı İndeksinə (2015-ci il) əsasən, Azərbaycan 124 ölkədən 63-cüdür. Yuxarı-orta gəlirli 30 ölkə üzrə Azərbaycan insan kapitalına görə 15-ci yerdədir. Bu gəlir qrupuna daxil olan ölkələr üzrə ən yaxşı göstərici isə Macarıstan və Qazaxıstana məxsusdur. Azərbaycanda fərqli yaş qrupları üzrə ən aşağı keyfiyyət göstəricisi (təhsil və məşğulluq) 15–24 yaş qrupuna, ən yuxarı göstərici isə 55–64 yaş qrupuna aiddir. Bu o deməkdir ki, ölkənin ən ixtisaslı kadr potensialı yaşlı nəsil arasında, ən zəif kadrlar isə gənclər arasındadır. 25–54 yaş qrupunda ixtisaslı kadrların mövcudluğu göstəricisinə görə ölkəmiz dünyada 85-ci yerdədir.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2014-cü ildə ölkə üzrə məşğulluğun 36,7 faizinin kənd təsərrüfatının payına düşməsinə baxmayaraq, ali və orta ixtisas təhsili müəssisələrində oxuyan 218690 tələbədən cəmi 2658 nəfəri kənd təsərrüfatı ixtisasları üzrə təhsil alır. Bu sahə üzrə ixtisaslı mütəxəssislərin azlığı kənd təsərrüfatında aşağı məhsuldarlığın ən əsas səbəblərindən biridir.

Dünya İqtisadi Forumunun Qlobal Rəqabətqabiliyyətlilik Hesabatına (2016) əsasən, Azərbaycan 144 ölkə arasında ali təhsil və təlimin keyfiyyəti göstəricisinə görə 78-ci yerdə, ali təhsilə cəlb olunma üzrə 94-cü yerdə, işçi heyətinin təlimi üzrə 82-ci yerdə, ibtidai təhsilin keyfiyyəti göstəricisi üzrə isə 81-ci yerdədir. Bu baxımdan, məhsuldarlıq–əsaslı inkişaf modelinə keçid çağırışları fonunda ən mühüm təkmilləşdirmə istiqamətlərindən biri də insan kapitalının hazırlanması prosesinin keyfiyyətinin daha da yüksəldilməsidir.

3.3. Yüksək iqtisadi artımın təmini: makroiqtisadi siyasət

2004–2014-cü illər ərzində Azərbaycanda yürüdülən makroiqtisadi siyasətin hər iki istiqaməti – fiskal və pul-məzənnə siyasətləri iqtisadi artımın dəstəklənməsinə yönəlmişdir. Dövr ərzində Azərbaycan makroiqtisadi sabitlik göstəricilərinə görə qlobal miqyasda qabaqcıl mövqelərdə qərarlaşmış, əldə edilmiş iqtisadi siyasət uğurları ölkənin biznes–investisiya cəlbediciliyini əhəmiyyətli dərəcədə yüksəltmişdir. Ötən dövr üzrə makroiqtisadi siyasətin təhlili onu göstərir ki, iqtisadi siyasətin formalaşdırılması və reallaşdırılmasında neft ən mühüm amil olmuşdur.

İqtisadi artım mühərriki: fiskal genişlənmə

Azərbaycan iqtisadiyyatının sıçrayışlı artım dövründə iqtisadi artıma yüksək ötürücülüyə malik ən mühüm siyasət istiqaməti fiskal siyasət olmuşdur. Fiskal göstəricilər dövr ərzində əhəmiyyətli dərəcədə yaxşılaşmış, dövlət maliyyəsinin iqtisadi artıma töhfəsi ciddi şəkildə artmışdır.

İrihəcmli dövlət maliyyə resurslarından istifadə edilməsi nəticəsində yüksək keyfiyyətli sosial–iqtisadi infrastruktur qurulmuş, iqtisadi aktivlik yüksəlmiş, bank–maliyyə sektorunda əhəmiyyətli dərəcədə canlanma müşahidə olunmuşdur.

2004–2014-cü illərdə dövlət büdcəsinin xərcləri 12,5 dəfə artmış, xərclərin ÜDM-ə nisbəti isə 14 faiz bəndi artaraq 32 faizə yüksəlmişdir. Fiskal genişlənmə əsasən büdcənin kapital xərcləri hesabına artmışdır. Belə ki, bu dövrdə cari xərclər 8 dəfə artdığı halda, kapital xərcləri 41,5 dəfə, büdcə gəlirləri isə 12 dəfə artmışdır. Lakin xüsusi diqqət çəkən məqam ondan ibarətdir ki, qeyri-neft gəlirlərinin ümumi gəlirlərdə xüsusi çəkisi 30 faiz bəndi azalaraq, 64 faizdən 34 faizə düşmüşdür. Gəlirlərin artımının əsas hərəkətverici amili Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) transfertlərin həcminin artması olmuşdur. Bu dövrdə

Page 27: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

27

transfertlərin həcmi 72 dəfə artaraq, 130 milyon manatdan 9,3 milyard manata çatmışdır. Bütövlükdə, büdcənin neft gəlirlərinin payı (neft sektorundan vergi daxilolmaları ilə birlikdə) 36 faizdən 66 faizə yüksəlmişdir. Qeyri-neft gəlirləri qrupuna daxil olan vergilər, gömrük daxilolmaları və sair daxilolmalar isə 7 dəfə yüksələrək, 966 milyon manatdan 6.3 milyard manata çatmışdır.18

Şəkil 13. Dövlət borcunun məbləği və büdcə kəsirinin səviyyəsi

Mənbə: “Ekonomist” jurnalının analitika şöbəsi, ARDNF

Dövlət büdcəsi 2004–2014-cü illərdə, demək olar ki, kəsirsiz icra edilmişdir (şəkil 13). Dünya İqtisadi Forumunun 2015-ci il üzrə hesabatına əsasən, Azərbaycan büdcə balansının ÜDM-ə nisbətinə görə dünyanın 144 ölkəsi arasında 16-cı yerdə, dövlət borcunun ÜDM-ə nisbətinə görə isə 14-cü yerdə qərarlaşmışdır (şəkil 14).

18 Bu abzasda istifadə olunan göstəricilər Dövlət Statistika Komitəsinin və Maliyyə Nazirliyinin məlumatlarına əsaslanır.

Page 28: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

28

Şəkil 14. Azərbaycanın fiskal vəziyyətinin müqayisəsi

1. 2013-cü ilin məlumatları (Malta və Lüksemburq daxil edilmədən). ÜDM-in həcminə düzəlişlər edilməmişdir.

Mənbə: “Ekonomist” jurnalının analitika şöbəsi

ARDNF-dən transfertlərin yüksək payı hesabına formalaşmış büdcə gəlirlərindən neft amilinin təmizlənməsi bir sıra fiskal çağırışların mövcudluğunu əyani şəkildə göstərir (şəkil 15). Belə ki, qeyri–neft büdcə kəsirinin qeyri–neft ÜDM-ə nisbəti 2004-cü ildəki 11 faizlik göstəricidən 2014-cü ildə 37 faizə yüksəlmişdir. Qeyd etmək lazımdır ki, bu göstərici özünün pik səviyyəsinə – 61 faizə 2008-ci ildə çatmış, daha sonrakı illərdə tədricən azalma meyilli olmuşdur. Qeyri–neft daxilolmaları dövlət büdcəsinin cari xərclərinin cəmi 60 faizlik (2014) hissəsini maliyyələşdirməyə imkan vermişdir.

Dövlət maliyyəsinin ən mühüm həlqələrindən biri də məhz ARDNF-dir. İrimiqyaslı neft layihələrinin reallaşdırılması nəticəsində 2015-ci ilin sonunadək fondun gəlirlərinin həcmi 98 milyard ABŞ dolları olmuşdur. Gəlirlərin 65 faizi və ya 64 milyard ABŞ dolları dövlət büdcəsinə transfertlər formasında ölkə iqtisadiyyatının inkişafına yönəldilmişdir. ARDNF-in ehtiyatlarından 6,3 milyard ABŞ dolları həcmində vəsait infrastruktur və sosial layihələrin maliyyələşdirilməsinə sərf edilmişdir ki, bu da iqtisadi aktivliyin yüksəlməsinə töhfə vermişdir.

Page 29: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

29

Şəkil 15. Büdcə balansının ARDNF-in transfertlərindən asılılığı (ÜDM-ə nisbəti, faizlə)

1.Yalnız vergi gəlirləri, digər gəlirlər daxil edilmir

Mənbə: Dövlət Statistika Komitəsi, Maliyyə Nazirliyi

Vergi dərəcələrinin rəqabətqabiliyyətliliyi baxımından Azərbaycan region dövlətlərindən aşağı mövqeyə malikdir. Belə ki, cəmi vergi ödənişləri dərəcəsi Azərbaycanda 39,8 faiz təşkil etdiyi halda, bu göstərici Gürcüstanda 16,4 faiz, Qazaxıstanda 29,2 faizdir. Dünya Bankının məlumatına görə, 2014-cü ildə Azərbaycanda idxal xərcləri (1 konteyner üzrə) 3450 ABŞ dolları təşkil etmiş, lakin bu göstərici Türkiyədə 1235 ABŞ dolları, Gürcüstanda 1595 ABŞ dolları, Rusiyada isə 2595 ABŞ dolları həcmində olmuşdur. Dünya İqtisadi Forumunun 2015-ci il hesabatına görə, Azərbaycan “Gömrük prosedurlarının biznes üzərində yükü” indeksinə görə dünyada 144 ölkə arasında 122-ci yerdə bərqərar olmuşdur.

Fiskal siyasətin texnokratik istiqamətləri üzrə və dövlət investisiyalarının idarə edilməsinin keyfiyyəti göstəricilərinə görə əsas ticarət tərəfdaşları ilə müqayisədə bir sıra çağırışlar mövcuddur.

Fiskal idarəetmə ilə bağlı digər diqqət çəkən məqam dövlət büdcəsinin icrasında aylar üzrə müəyyən qeyri–mütənasibliyin mövcudluğudur. Bir çox illərdə dövlət büdcəsinin dekabr ayında icrası digər aylarla müqayisədə əhəmiyyətli səviyyədə çox olur ki, bu da öz növbəsində iqtisadiyyatda müəyyən natarazlıqlar formalaşdırır.

Yüksək neft qiymətləri və gəlirləri dövründə ciddi fiskal genişlənmə fiskal siyasətin pro–tsiklik xüsusiyyəti haqda qənaətin formalaşdırılmasına imkan verir. Fiskal dayanıqlılığı və fiskal multiplikatorun yüksək həddini təmin edə bilən səmərəli qaydaların tətbiqi fiskal idarəetmənin keyfiyyətinin daha da yüksəldilməsi baxımından mühüm çağırış olaraq qalır.

Page 30: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

30

İqtisadi artım mühərriki: pul və məzənnə siyasəti

Yüksək neft gəlirlərindən dövlət maliyyə kanalları vasitəsilə inkişaf məqsədləri üçün istifadənin pul və məzənnə siyasəti üzərində də əhəmiyyətli təsirləri olmuşdur. 2004–2014-cü illər ərzində pul siyasəti göstəricilərində artan dinamika müşahidə edilmiş, ölkədə maliyyə aktivliyi yüksəlmişdir.

Beynəlxalq Valyuta Fondunun hesabatına görə, həmin dövrdə Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) pul siyasəti rejimi de–fakto məzənnənin hədəflənməsi olmuşdur. Məhz bu dövrdə məzənnə sabitliyi istehlak səbətində idxal məhsullarının əhəmiyyətli payını nəzərə almaqla, idxal inflyasiyasının qarşısının alınmasına imkan vermişdir (şəkil 16).

Şəkil 16. Azərbaycanda inflyasiya səviyyəsinin dinamikası

Mənbə: Dövlət Statistika Komitəsi

Mərkəzi Bankın məlumatlarına əsasən, 2004–2014-cü illərdə Azərbaycanda milli valyuta ilə pul təklifi–pul bazası 18 dəfə artaraq, 640 milyon manatdan 11,5 milyard manata çatmışdır. Dövriyyədə olan pul 21 dəfə, bankların müxbir hesablarında izafi likvid vəsaitlərin həcmi isə 3,3 dəfə yüksəlmişdir.

Manatla geniş mənada pul kütləsi (M2) 25 dəfə artaraq 17 milyard manata çatmışdır. Bu dövrdə iqtisadiyyatın monetizasiyası (M2/ÜDM) 8 faizdən 30 faizə yüksəlmişdir. İqtisadiyyata bank sektoru tərəfindən verilmiş kreditlərin həcmi 19 dəfə artaraq, 18 milyard manat təşkil etmiş, ÜDM-də xüsusi çəkisi isə 30 faizə çatmışdır.

Bank sektorunda yerləşdirilmiş əmanətlərin həcmi də dövr ərzində yüksək dinamikaya malik olmuşdur. Əmanətlərin həcmi 2004–2014-cü illərdə 11 dəfə artmışdır ki, bu da bank sektoruna etimadın yüksəlməsi ilə də izah edilə bilər. Bu dövrdə dollarlaşma (xarici valyutada əmanətlərin ümumi əmanətlərdə xüsusi çəkisi) 44 faiz bəndi aşağı düşərək, 36 faiz təşkil etmişdir.

Dövr ərzində dominant fiskal siyasət fonunda ekspansiv pul siyasətinin aparılmasına yüksək neft gəlirlərindən aktiv şəkildə istifadə edilməsinin dolayı

Page 31: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

31

təsirləri olmuşdur. Dövlət büdcəsinə ARDNF-dən irihəcmli transfertlər maliyyə bazarında izafi xarici valyuta kütləsi formalaşdırmış, AMB isə öz növbəsində milli valyutanın kəskin bahalaşmasına yol verməmək məqsədilə izafi valyuta təklifini sterilizasiya etmişdir. Nəticədə, manatla pul təklifi transfertlərin artım dinamikasına yaxın tempdə artmış, AMB iri həcmdə xarici valyuta ehtiyatları akkumulyasiya etmişdir.

Pul siyasətinin mühüm göstəricilərindən olan pul multiplikatorunun dinamikasında isə əhəmiyyətli artım olmamışdır. 2004-cü ildə 1,04 vahidə bərabər olan pul multiplikatoru 2014-cü ilin sonu üzrə cəmi 0,44 bənd artaraq 1,51 vahidə bərabər olmuşdur. Bunun da əsas səbəbi monetar dərinliyin artımının pul təklifinin artımına adekvat tempdən geri qalması olmuşdur.

Pul siyasətinin iqtisadiyyata ötürücülüyünün qiymətləndirilməsi əsnasında diqqət edilməli olan məqamlardan biri də pul kütləsinin strukturudur. 2014-cü ilin sonuna dövriyyədə olan nağd pul (M0) 10,2 milyard manat, M1 pul kütləsi 12,8 milyard manat, M2 pul kütləsi 17,4 milyard manat, M3 pul kütləsi isə 21,6 milyard manat təşkil etmişdir. Pul siyasətinin ötürücülüyünün səmərəliliyi üçün mühüm şərtlərdən biri nağd pul kütləsinin manatla geniş mənada pul kütləsinin (M2) həcmində payının aşağı olmasıdır. Bu göstərici 2014-cü ildə 58,2 faiz olmuşdur və 2004-cü illə müqayisədə 10 faiz bəndi azalsa da, hələ də öz yüksək həddini qoruyur. AMB tərəfindən ödəniş sistemlərinin inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli işlər görülsə də, iqtisadiyyatın nağdlaşma səviyyəsi hələ də, yüksək olaraq qalır.

İqtisadiyyatda dollarlaşmanın səviyyəsi də pul siyasətinin ötürücülüyünə təsir edən ən mühüm amillərdən biridir. 1990-cı illərin əvvəllərində maliyyə–bank sistemində baş verən neqativ proseslər bank sisteminə etimadın zəifləməsi ilə nəticələnmişdir. Lakin 90-cı illərin ikinci yarısından etibarən aparılan iqtisadi islahatlar, milli valyutanın məzənnəsinin sabitləşməsi dollarlaşma göstəricisini əhəmiyyətli dərəcədə aşağı salmağa imkan vermişdir. 2004-cü ildə 80 faiz olan dollarlaşma göstəricisi 2014-cü ildə 36 faizə qədər azaldılmış, bu da öz növbəsində pul siyasətinin potensial manevr imkanlarını artırmışdır (şəkil 17).

Page 32: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

32

Şəkil 17. İqtisadiyyatda dollarlaşma tendensiyası (milyard manatla)

Mənbə: Azərbaycan Respublikası Mərkəzi Bankı

Pul siyasətinin ötürücülüyünün yüksəldilməsi baxımından digər mühüm şərt banklararası pul bazarının inkişaf etdirilməsidir. Banklararası pul bazarı Mərkəzi Bankın faiz dəhlizi çərçivəsinin iqtisadiyyata təsir kanalının ötürülməsində ən mühüm həlqə hesab edilir. Faiz dəhlizində dəyişikliklərin pul bazarında əməliyyatların dəyəri və həcminə təsir imkanlarının məhdudluğu pul siyasətinin iqtisadiyyata ötürücülüyünə də mənfi təsir etmiş olur. Bu baxımdan, Azərbaycan maliyyə–bank sistemində pul bazarının daha yüksək səviyyədə inkişaf etdirilməsi çağırışı qalmaqdadır.

Müasir iqtisadiyyatın daha çox davranış iqtisadiyyatına meyil etməsi, o cümlədən maliyyə–bank xidmətləri istehlakçılarının informasiyaya çıxış imkanlarının genişlənməsi diqqətin pul siyasətinin şəffaflığı və hesabatlılığı üzərində fokuslanmasını labüd edir. Pul siyasətinin hesabatlılıq və şəffaflıq göstəricilərini mütərəqqi mərkəzi bankçılıq meyarları üzrə qiymətləndirdikdə, nəticə qənaətbəxş səviyyədədir. Bununla belə, keyfiyyət parametrləri üzrə çox sürətlə dəyişən gözləntilər kanalının üzərində diqqətin daim artırılması, pul siyasətinə olan etimadın yüksəldilməsi kimi vəzifələr ən mühüm çağırış olaraq qalmaqdadır.

2004–2014-cü illər ərzində pul siyasətinin nailiyyətlərindən biri də iri neft gəlirlərindən istifadə ilə müşayiət olunmuş sıçrayışlı iqtisadi artım dövründə milli valyutanın həddindən artıq möhkəmlənməsinə yol verilməməsi olmuşdur. Bu dövrdə pul siyasətinin əsas rejimi kimi məzənnənin hədəflənməsi rejiminin seçilməsi mahiyyət etibarı ilə həmin iqtisadi tsikl üçün adekvat olmuşdur. Bu iqtisadi tsikldə yüksək neft qiymətləri və artan neft ixracı ölkə iqtisadiyyatının xarici balansının əhəmiyyətli yaxşılaşması ilə müşayiət olunmuş, məzənnə siyasətinin ən mühüm hədəflərindən olan iri həcmdə xarici valyuta ehtiyatlarının akkumulyasiyası baş

Page 33: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

33

vermişdir. Xarici valyuta ehtiyatlarına qarşı olan beynəlxalq tələblər (3 aylıq idxala, M2 pul aqreqatına nisbət) baxımından, AMB-nin malik olduğu ehtiyatlar həmin tələbləri dəfələrlə aşmışdır. Bununla belə, məzənnə dinamikasının qiymətlərə ötürücülüyünün aşağı səviyyədə saxlanılması, digər tərəfdən məzənnə siyasətinin xarici sektorun tənzimlənməsinə təsir imkanlarının əhəmiyyətli səviyyədə genişləndirilməsi mühüm vəzifə olaraq qalmaqdadır.

3.4. Yeni iqtisadi mərhələ: aşağı neft qiymətləri dövrü

2014-cü ilin sonlarından etibarən dünya əmtəə bazarında neft qiymətlərində kəskin enmələr müşahidə edilməyə başladı. 2014-cü ilin sonunda Brent markalı neftin dünya bazarında qiyməti ilin əvvəli ilə müqayisədə 44 faiz aşağı düşmüş, dövrün sonuna 62 ABŞ dolları təşkil etmişdir. 19 Neft qiymətləri ilə birlikdə Azərbaycanın əsas ticarət tərəfdaşları olan ölkələrdə iqtisadi aktivliyin azalması və milli valyutaların dəyərsizləşməsi də ölkə iqtisadiyyatına neqativ təsir etmiş, maliyyə-bank bazarında psixoloji gərginliyin yüksəlməsinə səbəb olmuşdur.

Yeni iqtisadi reallıqların milli iqtisadiyyata mənfi təsirlərini minimuma endirmək, xarici və daxili balansı korreksiya etməklə makroiqtisadi sabitliyi qorumaq Azərbaycan dövlətinin əsas prioritetlərindən biri olmuşdur. Bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan institusional islahatların əhatə dairəsi daha da genişləndirilmiş, həmçinin iqtisadiyyatın dövlət tənzimləməsi – vergi və gömrük idarəetməsinin daha da təkmilləşdirilməsi istiqamətində səmərəli addımlar atılmışdır. Aparılan islahatların təsiri qısa müddətdə biznes və investisiya aktivliyində müşahidə edilmiş və bu təsirin çoxşaxəli səmərəsinin ortamüddətli dövrdə daha da artacağı gözlənilir.

Ucuz neft qiymətləri dövrünün başlanması Azərbaycan iqtisadiyyatı qarşısında əhəmiyyətli çağırışlar formalaşdırmış oldu. Belə ki, yeni şəraitin milli iqtisadiyyata əsas təsir kanalları xarici balans (tədiyə balansı), daxili balans (dövlət maliyyəsi, o cümlədən strateji valyuta ehtiyatları; özəl investisiya tələbi → iqtisadi artım → makroiqtisadi sabitlik), o cümlədən bank-maliyyə sektoru (maliyyə sabitliyi) olmuşdur.

Ölkənin xarici balansı ucuz neft qiymətlərindən ən yüksək təsirlənmiş iqtisadi həlqə olmuşdur. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2015-ci ildə xarici ticarət (əmtəə) dövriyyəsi 33,3 faiz azalaraq, 20,7 milyard ABŞ dolları, 2016-cı ilin yanvar-avqust aylarında isə ötən ilin müvafiq dövrünə nəzərən 24,9 faiz azalaraq 11,3 milyard ABŞ dolları təşkil etmişdir. 2015-ci ilin yekunu üzrə xarici ticarət saldosu 2,2 milyard ABŞ dolları (5,7 dəfə azalma), 2016-cı ilin yanvar–avqust aylarında isə 250,3 milyon ABŞ dolları olmuşdur.

2015-ci ildə ölkənin tədiyə balansında CƏB üzrə 2004-cü ildən bəri ilk dəfə olaraq kəsir (222 milyon ABŞ dolları) yaranmışdır. Kəsirin əsas mənbəyi ticarət balansı üzrə saldonun 3 dəfədən çox azalaraq, 19 milyard ABŞ dollarından 6 milyard ABŞ dollarına düşməsi olmuşdur (şəkil 18).

19 Mənbə: “Economist” jurnalının analitika şöbəsi

Page 34: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

34

Şəkil 18. Neft qiymətlərinin neft gəlirlərinə və cari hesab balansına təsiri

Mənbə: “Ekonomist” jurnalının analitika şöbəsi, ARDNF, Maliyyə Nazirliyi

Tədiyə balansının digər mühüm elementi olan kapital və maliyyənin hərəkəti hesabının balansı CƏB üzrə kəsiri maliyyələşdirməyə imkan verməmiş, bu hesab üzrə kəsir 3 dəfə artaraq 9 milyard ABŞ dollarına çatmışdır.

Xarici sektor üzrə formalaşmış çərçivənin yaxşılaşdırılması, xarici balansın yeni dövrün reallıqları əsasında bərpa edilməsi, o cümlədən daxili iqtisadi balansa neqativ təsirlərin minimuma endirilməsi məqsədilə milli valyuta 2015-ci il ərzində 2 dəfə korreksiya edilmiş, ilin sonunda 1 ABŞ dollarının manata qarşı məzənnəsi ilin əvvəlindəki 0,78 manatdan 1,55 manatadək bahalaşmışdır (şəkil 19).

Page 35: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

35

Şəkil 19. Manatın məzənnəsinin aşağı düşməsinə təsir edən amillər

1. 2016-cı ilin may ayının sonuna 2. ARDNF-in 33,6 milyard ehtiyatları daxil deyil 3. Maliyyə Nazirliyinin ilin sonuna hesablamaları

Mənbə: Azərbaycan Mərkəzi Bankı, “Ekonomist” jurnalının analitika şöbəsi, Maliyyə Nazirliyi

Milli valyutanın ucuzlaşmasının tədiyə balansının yeni səviyyədə tarazlanmasına qismən təsiri olmuşdur. Belə ki, xarici ticarət balansı üzrə qeyri–neft idxalı cəmi 7 faiz azalmışdır. Lakin məzənnənin korreksiyasına baxmayaraq, ölkədə irimiqyaslı yeni neft layihələrinin icrası səbəbilə neft sektorunun idxalı 1,7 dəfə artmışdır. Bütövlükdə, qeyri–neft sektoru üzrə CƏB kəsiri isə 1 milyard ABŞ dollarına yaxın səviyyədə azalmışdır.

Ucuz neft dövrünün formalaşdırdığı yeni konyunktur şərait dövlət maliyyəsinə də öz təsirini göstərmişdir (şəkil 20). Dövlət maliyyəsinin mühüm həlqəsi olan ARDNF-in gəlirləri 2015-ci ildə 38 faiz və ya 4,9 milyard manat azalmışdır. Digər tərəfdən milli valyutanın korreksiyası dövlət büdcəsinə transfertlərin həcmində xarici valyuta ehtiyatlarına qənaət imkanları vermişdir.

Mərkəzi Bankın məlumatlarına əsasən, ölkə üzrə cəmi strateji valyuta ehtiyatları 2015-ci ildə 24,4 faiz və ya 12,5 milyard ABŞ dolları azalaraq, 38,9 milyard ABŞ dolları olmuşdur. O cümlədən Neft Fondunun ehtiyatları 9,1 faiz (3,3 milyard dollar) azalaraq dövrün sonuna 33,6 milyard dollar təşkil etmişdir.

Yeni dövrün reallıqlarına uyğun olaraq, Azərbaycan hökuməti dövlət maliyyəsinin bütövlüyünü təmin etmək məqsədilə fiskal konsolidasiya tədbirlərinə qərar vermişdir. Belə ki, 2016-cı il üçün dövlət büdcəsində nəzərdə tutulan kapital xərclər əhəmiyyətli səviyyədə azaldılmışdır. Fiskal konsolidasiya öz–özlüyündə müsbət meyil olsa da, dövlət investisiyalarından yüksək asılılığa malik olan iqtisadi aktivliyin azalması bu mənada qaçılmazdır. Lakin ortamüddətli dövrdə iqtisadi artımın dövlət tələbindən özəl tələbə transformasiya edilməsi aspektində fiskal konsolidasiyanın iqtisadi siyasət alternativi mövcud deyildir.

Page 36: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

36

Şəkil 20. ARDNF-in transfertlərinin azalmasının büdcə balansına təsiri

1. Faktiki deyil, büdcədə nəzərdə tutulan tikinti xərclərinə əsasən hesablanmışdır

Mənbə: Maliyyə Nazirliyi, Azərbaycanın illik büdcə qanunvericiliyi

Dövlət maliyyəsinə yeni dövrün formalaşdırdığı neqativ təsir kanallarından biri də məzənnə korreksiyası nəticəsində dövlət və dövlət zəmanətli xarici borc ödənişləri üzrə fiskal yükün artımıdır.

Neftin qiymətinin aşağı düşməsinin mənfi təsirləri məcmu özəl tələbin (investisiya və daha çox istehlak) maliyyələşdirilməsi kanallarından biri olan bank sektorundan da yan keçməmişdir. Məcmu tələbin daralması, eyni zamanda məzənnənin korreksiyası bankların gəlirli fəaliyyət dairəsini kifayət qədər məhdudlaşdırmışdır. İqtisadiyyatda mövcud risklər bankları yüksək səviyyədə mühafizəkar kredit siyasətinə vadar edir ki, bunun da nəticəsində izafi likvidlik–aşağı gəlirlilik (bəzi hallarda zərər) formalaşır.

Page 37: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

37

Şəkil 21. Beynəlxalq risklər

Mənbə: Bloomberg

Moody’s reytinq agentliyinin tədqiqatının nəticələrinə görə, dövlət büdcəsinin kapital xərclərinin dinamikası ilə qeyri–işlək kreditlərin dinamikası arasında tərs mütənasib əlaqə vardır (şəkil 21). Bu isə fiskal konsolidasiya şəraitində maliyyə sabitliyi üçün risk deməkdir.

Page 38: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

38

Şəkil 22. Qeyri-işlək kreditlər əmsalının müqayisəsi

1. Qeyri-işlək kreditlər (məqsədli ehtiyatlar nəzərə alınmadan) cəmi kredit portfelinə bölünməklə hesablanır

2. Dünya Bankının məlumatları mövcud olmadığına görə Azərbaycan Respublikası Mərkəzi Bankının məlumatları

Mənbə: Dünya Bankı, Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Respublikası Mərkəzi Bankı

Yeni dövrün bank sektoruna, eyni zamanda pul siyasətinin iqtisadiyyata səmərəli ötürücülüyünə neqativ təsirlərindən biri də iqtisadiyyatda dollarlaşma meyillərinin yenidən vüsət almasıdır.

2015-ci ilin sonunda iqtisadiyyatda dollarlaşma səviyyəsi yenidən kəskin şəkildə artmışdır (şəkil 17). Bu isə öz növbəsində iqtisadi siyasətin manevr imkanlarına məhdudlaşdırıcı təsir etməklə yanaşı, bankların valyuta mövqeyinin zəifləməsinə də səbəb ola bilər (şəkil 23).

Page 39: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

39

Şəkil 23. Bank sektorunda kredit faizləri, borc səviyyələri və qeyri-işlək kredit əmsalı

1. 2011 – 2015-ci illər üzrə qeyri-işlək kreditlər ödəmə müddəti 90 gündən artıq gecikdirilmiş cəmi aktivlərin əsasında hesablanmışdır. 2005 – 2010-cu illər üzrə qeyri-işlək kreditlər Mərkəzi Bankın qeyri-işlək kreditlər üzrə məlumatlarına əsasən hesablanmışdır ki, bu məlumatlar da ödəmə müddəti 90 gündən artıq gecikdirilmiş cəmi aktivlərin bir hissəsinə əsasən hesablanmışdır.

Mənbə: Dövlət Statistika Komitəsi, Azərbaycan Respublikası Mərkəzi Bankı

Ucuz neft qiymətlərinin neqativ təsirlərinin daxili balansa təsir kanalları vasitəsilə reallaşması iqtisadi artımın dinamikasında da öz əksini tapmışdır. Rəsmi statistik məlumatlara əsasən, 2015-ci ildə ÜDM-in real artımı 1,1 faiz (2014-cü ildə 2,8 faiz) olmuş, o cümlədən qeyri-neft sektorunda 1,1 faiz (2014-cü ildə 7 faiz), neft sektorunda isə 1,2 faiz (2014-cü ildə 2,9 faiz azalma) artım müşahidə edilmişdir. 2016-cı ilin yanvar-avqust aylarında isə ÜDM real ifadədə 3,1 faiz azalmış, o cümlədən qeyri-neft sektorunda 5,8 faiz azalmış, neft sektorunda isə 2,5 faiz artmışdır.

2016-cı ilin sentyabr ayında inflyasiya ilin əvvəlinə nisbətən 8,9 faiz, orta illik inflyasiya 11,2 faiz, son 12 ayda 14,3 faiz olmuşdur. İlin əvvəlindən ərzaq məhsulları 10,9 faiz (orta illik 12,7 faiz), qeyri–ərzaq malları 10,4 faiz (orta illik 15,9 faiz), xidmətlər isə 5,1 faiz (orta illik 5,2 faiz) bahalaşmışdır. İnflyasiya dinamikasında artım əsasən məzənnə amili ilə əlaqədar olaraq, daha çox idxal qiymətləri hesabına baş vermişdir. Hal–hazırda Azərbaycanın malik olduğu strateji valyuta ehtiyatlarının həcmi ÜDM-in 100 faizini ötmüşdür. 20

3.5. İqtisadi vəziyyətin yekun qiymətləndirilməsi: GZİT təhlili

Azərbaycan iqtisadiyyatı 2004–2014-cü illər ərzində sıçrayışlı iqtisadi artım dövründə gələcək dövr üçün zəmin ola biləcək səviyyədə əhəmiyyətli iqtisadi artım potensialı əldə etmişdir. Ucuz neft qiymətlərinin neqativ təsirlərinin davam etdiyi şəraitdə belə, gələcək iqtisadi inkişaf üçün yeni artım yanaşmasına transformasiya üçün geniş zəmin vardır.

20 Mənbə: Azərbaycan Respublikası Mərkəzi Bankı

Page 40: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

40

Güclü tərəflər Zəif tərəflər

● strateji cəhətdən əhəmiyyətli coğrafi mövqe

● ictimai–siyasi sabitlik ● sosial sahələrin daim dövlətin

diqqət mərkəzində olması ● vətəndaşlara dövlət xidmətlərinin

göstərilməsi sahəsində effektivlik və şəffaflığın artırılması (“ASAN Xidmət” mərkəzləri)

● sahibkarlığın inkişafına, ixracın stimullaşdırılmasına, iqtisadiyyatın şaxələndirilməsinə və əlverişli investisiya mühitinin yaradılmasına dövlət dəstəyi

● əhəmiyyətli enerji və nəqliyyat dəhlizi üzrə qlobal layihələrdə iştirak

● enerji və ərzaq təhlükəsizliyi baxımından özünü təminetmə səviyyəsinin qənaətbəxş olması

● dövlət borcunun, işsizlik səviyyəsinin və inflyasiyanın qənaətbəxş səviyyədə olması

● makroiqtisadi siyasətin protsiklik olması

● iqtisadiyyatın və ixracın zəif şaxələndirilməsi

● ölkə iqtisadiyyatının neft–qaz gəlirlərindən asılılığı

● dövlət müəssisələrində və özəl sektorda korporativ idarəetmənin yetərli səviyyədə olmaması

● birbaşa xarici investisiyaların əsasən neft–qaz sektoruna yönəldilməsi

● xarici şokları absorbsiya imkanlarının zəif olması

● investisiya qoyuluşlarında dövlətin payının böyük olması, özəl təşəbbüskarlığın zəif dinamikası

● ixracın əsasən xammal yönümlü olması

● istehsal sahələrində idxaldan asılılıq ● qeyri–rəsmi məşğulluq səviyyəsinin

yüksək olması ● insan kapitalının inkişafı üzrə zəif

qlobal mövqe ● xidmət ixracının təşviqinin zəif olması

İmkanlar Təhlükələr

● qlobal dəyər zəncirinə inteqrasiya, iqtisadiyyatın şaxələndirilməsi imkanları

● prioritet sahələr üzrə inkişaf imkanlarının olması

● qeyri–rezident sahibkarlara əlverişli biznes mühitinin yaradılması

● dövlət mülkiyyətində rentabellik səviyyəsi aşağı olan sahibkarlıq subyektlərinin özəlləşdirilməsində həm yerli, həm də xarici sahibkarların iştirakı üçün əlverişli şərait yaratmaqla, özəl investisiya qoyuluşlarının təşviq edilməsi

● məşğulluqda qeyri–dövlət sektorunun rolunun artması

● regiondakı geosiyasi gərginliyin artması

● fiskal yükün artması ● investisiyaların istehsal sahələrindən

daha çox infrastruktur layihələrə cəlb edilməsi

● təbii ehtiyatların tükənməsi, yeni artım sahələrinin itkiləri kompensasiya etmə səviyyəsinin aşağı olması

● orta gəlir səviyyəsinə düşmək və ya daha aşağı gəlir qrupuna enmək

GZİT təhlilinin nəticələri göstərir ki, iqtisadi artımın əsas hərəkətverici amillərinin yeni iqtisadi yanaşma üzərinə transformasiyası üçün əhəmiyyətli üstün cəhətlər mövcuddur.

Page 41: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

41

3.6. İqtisadi perspektivlər: baza ssenaridə proqnozlar

Mövcud artım yanaşmasının xarakteri, son 4 ildə müşahidə edilən dinamika, qlobal neft bazarında gözləntilər bu qənaəti formalaşdırır ki, Azərbaycan iqtisadiyyatı baza ssenaridə yaxın və ortamüddətli dövrdə bir sıra çağırışlarla üzləşəcəkdir.

Beynəlxalq Valyuta Fondunun 2016-cı il IV maddə üzrə missiyasının sentyabr ayında ictimaiyyətə təqdim edilmiş nəşrində, Azərbaycan iqtisadiyyatının aşağı neft qiymətləri dövründə qarşılaşdığı çağırışlar nəzərə alınaraq, baza ssenaridə makroiqtisadi çərçivə üzrə proqnozlar açıqlanmışdır (cədvəl 1).

Cədvəl 1. Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə proqnozları

Göstərici 2

2014 2

2015

Proqnoz

22016

22017

22018

22019

22020

(illik dəyişmə, faizlə)

ÜDM, sabit qiymətlərlə 2

2,8 1

1,1 -

-2,4 1

1,4 2

2,3 2

2,9 2

2,5

Neft sektoru -

-2,4 0

0,3 -

-0,4 -

-0,1 3

3,0 4

4,3 1

1,0

Qeyri-neft sektoru 6

6,9 1

1,1 -

-3,6 2

2,4 1

1,8 2

2,0 3

3,4

İnflyasiya, orta illik 1

1,5 4

4,1 1

10,2 8

8,5 4

4,2 4

4,1 4

4,0

Manatla pul bazası -

-0,9 -

-40,2 1

17,0 2

21,7 1

16,2 1

12,3 1

12,5

Manatla geniş pul kütləsi, M2

66,1

--50,6

22,8

113,2

116,8

119,1

224,3

İxrac -

-11,1 -

-44,8 -

-13,2 1

13,6 8

8,7 8

8,5 4

4,6

İdxal -

-16,3 4

4,7 -

-13,7 1

10,9 1

10,7 2

2,3 6

2,3

Qeyri-neft büdcə kəsiri/qeyri-neft ÜDM (payı, faizlə)

--35,8

--34,4

--37,7

--32,6

--31,8

--28,3

--27,4

Mənbə: Beynəlxalq Valyuta Fondu

Proqnozlar göstərir ki, sıçrayışlı iqtisadi artım yanaşmasının əlavə dəyər formalaşdırma imkanları yeni konyuktur şəraitdə məhdudlaşır. İqtisadi aktivliyin zəifləməsi məşğulluğun azalması və dövlətin sosial yükünün artması ilə müşayiət olunur. Dövlətin investisiya aktivliyinə yüksək həssaslığı olan sektorlarda – tikinti, xidmət və ticarət sahələrində məşğulluğun fiskal konsolidasiya şəraitində artması gözlənilmir.

Baza ssenaridə qısamüddətli dövrdə özəl tələbin daralması şəraitində dövlət büdcəsinin qeyri-neft daxilolmalarının (vergi–gömrük) icrasında müəyyən çətinliklərin yaranması mümkündür. Eyni zamanda, özəl tələbin daralması sosial müdafiə

Page 42: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

42

xərclərinin maliyyələşdirilməsində dövlət büdcəsi üzərində yükün daha da artması ilə nəticələnə bilər.

3.7. Yeni iqtisadi artım yanaşması: strateji seçim

Ölkənin gələcək iqtisadi artımının hansı "artım nöqtələri" vasitəsilə təmin edilməsi mühüm strateji qərardır. Aktiv şəkildə kapital yığımı modelinin yeni strateji dövrdə əlavə dəyər formalaşdırma imkanlarının daralması nəticəsində gələcək artım yanaşması ilə bağlı ölkənin qarşısında iki seçim vardır:

a. əməktutumlu artım yanaşması b. məhsuldarlıq–effektivlik əsaslı artım yanaşması

Qlobal dəyər zəncirinə inteqrasiya, iqtisadi artımın keyfiyyəti və dayanıqlılığı baxımından münasib və məntiqli zaman dövründə məhsuldarlıq–effektivlik əsaslı iqtisadi artım yanaşmasına transformasiya strateji seçim ola bilər. Lakin yaxın və ortamüddətli dövrdə hər iki modelin kombinasiyasından istifadə edilməsi strateji seçim yanaşmasına keçid müddətinin daha qısa vaxt ərzində reallaşdırılmasına imkan verə bilərdi.

Xüsusilə də nəzərə almaq lazımdır ki, Azərbaycanda regionlarda işçi qüvvəsi Bakı şəhərinə nisbətən əhəmiyyətli səviyyədə ucuzdur və bu da regionlarda əməktutumlu klaster inkişafı üçün böyük potensial formalaşdırır. Bununla belə, strateji seçim – məhsuldarlıq əsaslı artım yanaşmasının qurulmasıdır. Bunun üçün yüksək keyfiyyətli institusional mühit, əlçatan maliyyələşmə mənbələri, biznesin düzgün seqmentasiyası və ixtisaslaşması və ən başlıcası, intensiv şəkildə yüksəkixtisaslı insan kapitalının hazırlanması tələb olunur.

Yeni artım yanaşmasına keçid: prioritet addımlar

İstər yaxın və ortamüddətli, istərsə də uzunmüddətli dövr üçün strateji çağırışlara adekvat reaksiyalar üçün islahat gündəliyində genişmiqyaslı institusional islahatlar durur. Daha keyfiyyətli, effektiv və inklüziv institutlar biznes–investisiya mühitini yaxşılaşdırmaqla, yaxın perspektivdə ucuz neft qiymətləri dövrünün neqativ təsirlərini minimuma endirməyə, orta və uzunmüddətli dövrdə isə məhsuldarlıq əsaslı artım yanaşmasına keçidə münbit zəmin formalaşdıracaqdır.

İnstitusional islahatların aparılması üçün aşağıdakı addımların atılması zəruridir:

● Məhkəmə-hüquq islahatlarının davam etdirilməsi. Müstəqil məhkəmə institutunun möhkəmləndirilməsi, qanunun aliliyinin təmin edilməsi mülkiyyət hüquqlarının qorunmasının başlıca şərtidir. Bu istiqamətdə islahatların sürətləndirilməsi hazırkı və potensial investorlarda investisiyalarının qorunmasına, sərmayə müqabilində gəlir götürəcəklərinə olan inamı yüksəldəcəkdir.

● Qanunun aliliyinin gücləndirilməsi. Qanunvericiliyin təkmilləşdirilməsi, qanunların icrası mexanizmlərinin gücləndirilməsi və şəffaflaşdırılması, onların proqnozlaşdırılması imkanlarının artırılması və eyni zamanda, qanunvericilik təşəbbüslərinin dəstəklənməsi mexanizmlərinin genişləndirilməsi xüsusi aktuallıq kəsb edir.

● Biznes mühitinin yaxşılaşdırılması. Biznesin dövlət tənzimləmə mexanizmlərinin effektivliyinin artırılması, vergi–gömrük idarəetməsinin keyfiyyətinin daha da yüksəldilməsi, bazara daxilolma məhdudiyyətlərinin minimuma endirilməsi, eyni zamanda, azad rəqabət mühitinin təmin edilməsi

Page 43: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

43

biznes mühitinin yaxşılaşdırılmasına imkan verəcəkdir. Bununla yanaşı, dövlət sektorunun kommersiya fəaliyyətini (sənaye, nəqliyyat, rabitə, maliyyə xidmətləri və s.) məhdudlaşdırmaqla özəl təşəbbüskarlıq üçün imkanları genişləndirmək mühüm əhəmiyyət kəsb edir. Yeni artım yanaşmasının maliyyələşmə mənbələrinin genişləndirilməsi

islahatların gündəliyində duran mühüm məsələlərdəndir. İlk növbədə, dövlət və özəl maliyyələşmə mənbələrinin imkanlarının dəqiqləşdirilməsinə, xarici investisiya qoyuluşlarının ciddi şəkildə təşviq edilməsinə ehtiyac vardır.

● Dövlət maliyyələşdirməsi. İlk növbədə prioritet inkişaf sektorlarının müəyyənləşdirilməsi lazımdır. Bundan sonra, həmin sahələrə Sahibkarlığa Kömək Milli Fondu və digər maliyyə mənbələrinin vəsaitləri hesabına sahəvi kreditləşməni reallaşdırmaq mümkündür.

● Özəl yığımların investisiyaya yönəldilməsi. Biznes mühitinin yaxşılaşdırılması biznes və ev təsərrüfatlarının yığımlarının investisiya şəklində iqtisadiyyatın inkişafına yönəldilməsinə imkan verə bilər.

● Xarici maliyyələşmə mənbələrinin genişləndirilməsi. Ölkədə məhkəmə-hüquq islahatlarının sürətləndirilməsi, qanunun aliliyinin təmin edilməsi xarici investorların biznes təşəbbüslərinin genişlənməsinə təkan verə bilər. Bu islahatların aparılması ilə yanaşı, xaricdə intensiv şəkildə investisiya yarmarkalarının keçirilməsi, prioritet sektorlara investisiya qoyuluşlarında müəyyən imtiyazların verilməsi (daxili investorlarla eyni şərtlərlə) yeni artım yanaşmasının xarici mənbələr hesabına maliyyələşdirilməsini asanlaşdıra bilər. Yeni artım yanaşmasının effektivliyinin təmin edilməsi üçün iqtisadi siyasətin

və iqtisadi siyasət quruculuğu prosesinin və icrası mexanizmlərinin daha da təkmilləşdirilməsinə və müasirləşdirilməsinə ehtiyac vardır. Bunun üçün aşağıdakı islahatlar tələb olunur:

● Fiskal siyasətin səmərəliliyinin yüksəldilməsi. Yeni iqtisadi yanaşmada fiskal siyasətin dominantlığını azaltmaqla ötürücülüyün yüksəldilməsi mühüm istiqamətlərdən biridir. Region ölkələri və əsas ticarət tərəfdaşları ilə müqayisədə rəqabətqabiliyyətli qeyri–neft sektorunun şaxələndirilməsi büdcənin vergitutma bazasının da genişləndirilməsini dəstəkləyə bilər. Bu istiqamətdə təxirə salınmadan optimal və rəqabətqabiliyyətli biznes və investisiya imkanlarının genişlənməsinə imkan verən çərçivənin qurulması məsələsinə baxıla bilər. Digər tərəfdən, fiskal idarəetmənin texnokratik çərçivəsinin təkmilləşdirilməsi baxımından kontr–tsiklik fiskal qaydaların tətbiqi, şəffaflıq və hesabatlılığın, dövlət investisiyalarının idarə edilməsinin keyfiyyətinin daha da yüksəldilməsi əsas prioritetlərdəndir.

● Pul–məzənnə siyasətinin səmərəliliyinin yüksəldilməsi. Bu istiqamətdə ən mühüm çağırış pul siyasətinin iqtisadiyyata ötürücülüyünün yüksəldilməsidir. Yüksək ötürücülüyün təmin edilməsi istiqamətində banklararası pul bazarının qurulması, pul siyasətinə etimadın yüksəldilməsi ilə dollarlaşmanın azaldılması, iqtisadi gözləntiləri adekvat idarəetmə çərçivəsinin qurulması, maliyyə sabitliyi siyasəti ilə koordinasiyanın daha da gücləndirilməsi tələb edilir.

● Proqnozlaşdırıla bilən iqtisadi siyasət modeli. İqtisadi siyasətin iqtisadi agentlər tərəfindən proqnozlaşdırıla bilməsi adekvat gözləntilərin formalaşmasına və bu əsasda rasional qərarların qəbul edilməsinə imkan verir. Bunun üçün iqtisadi siyasət orqanlarının gözləntilərin formalaşdırılması

Page 44: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

44

mexanizmlərini təkmilləşdirmək, ictimaiyyətə ötürülən informasiya və təhlillərin təsirini əvvəlcədən nəzərə almaq, hökumət daxilində ictimaiyyətlə əlaqələrə koordinasiya olunmuş qaydada və yüksək diqqətlə yanaşılmasını təmin etmək lazımdır. Şəffaflıq və hesabatlılığın ən yüksək səviyyədə qurulması, bizneslə səmimi əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi iqtisadi siyasətin və islahatların effektivliyini yüksəldəcəkdir.

● Yüksəksəviyyəli koordinasiyanın təmin edilməsi. Makroiqtisadi, struktur siyasətinin formalaşdırılması və icrası zamanı qurumlar arasında koordinasiya institutunun möhkəmləndirilməsinə, effektivliyin daha da yüksəldilməsinə ehtiyac vardır. Bu istiqamətdə Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2016-cı il tarixli Fərmanı ilə Maliyyə Sabitliyi Şurası yaradılmışdır. Şuranın fəaliyyətinin daha da genişləndirilməsi iqtisadi siyasətin səmərəliliyinin yüksəldilməsinə imkan verəcəkdir.

Yeni artım yanaşmasına keçid: səmərəli kommunikasiya

Mürəkkəb iqtisadi şəraitdə və iqtisadi islahatların reallaşdırılması prosesində ən arzuolunmaz vəziyyətlərdən biri də iqtisadi agentlərdə (investor və istehlakçılar) qeyri–adekvat gözləntilərin olması və bunun da təsiri altında qeyri–rasional iqtisadi qərarların verilməsidir.

Neftin qiymətlərində kəskin ucuzlaşma, eyni zamanda Azərbaycan Respublikasının əsas ticarət tərəfdaşı olan ölkələrdə ciddi iqtisadi və maliyyə böhranlarının baş verməsi ölkədə iqtisadi agentlər arasında psixoloji gərginliyə səbəb olmuşdur. Psixoloji gərginliyin yüksəlməsinin səbəblərindən biri və bəlkə də ən əsası, makroiqtisadi siyasətin kommunikasiyasında, eləcə də adekvat gözləntilərin formalaşdırılması mexanizmlərində mövcud olan çatışmazlıqlardır. Siyasət orqanlarından iqtisadi agentlərə adekvat informasiya axınının olmadığı mühitdə informasiya boşluğu yaranır və bu da möhtəkirlərin vəziyyətdən öz maraqları çərçivəsində istifadə etməsinə, spekulyasiyaları artırmaqla gəlirlərini maksimallaşdırmasına imkan verir. Nəticədə, həm biznes, həm də ev təsərrüfatları spekulyasiyalar nəticəsində üzləşdikləri zərərin məsuliyyətini möhtəkirlərdən daha çox iqtisadi siyasət orqanları üzərinə qoyur, həmin qurumlara olan etimad azalır. Lakin diqqətdə saxlamaq lazımdır ki, müasir iqtisadi münasibətlərdə ən mühüm dəyərlərdən biri yüksək etimaddır. Məhz yüksək etimad gələcək uğurlu iqtisadi islahatlar üçün ən mühüm şərt hesab edilir.

Page 45: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

45

4. STRATEJİ BAXIŞ

4.1. 2020-ci ilədək strateji baxış

Milli iqtisadiyyat üzrə 2020-ci ilədək strateji baxış Azərbaycan iqtisadiyyatının əvvəlcə xarici şokların mənfi təsiri nəticəsində yaranmış vəziyyətdən çıxmaq üçün qısamüddətli dönəmdə sabitləşdirilməsinə, ortamüddətli dönəmdə şaxələnmə və yeni hərəkətverici qüvvələr hesabına inkişaf xəttinin bərpa edilməsinə, dövrün sonunda isə dünya iqtisadiyyatına daha çox inteqrasiya etməklə rəqabət qabiliyyətinin artırılmasına nail olmaqdır.

Strateji baxışın şərhi

2020-ci ilədək strateji baxış 2025-ci il və ondan sonrakı dövr üçün qurulacaq iqtisadiyyatın təməllərinin inkişafına xidmət edəcəkdir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində, həmçinin nəqliyyat–logistika dəhlizlərinin inkişafında mühüm rolu qorunmaqla yanaşı, həm də iqtisadiyyatının Strateji Yol Xəritəsində nəzərdə tutulan istiqamətlərdə irəliləməsi təmin olunacaqdır.

İqtisadiyyatın şaxələndirilməsində və ixtisaslaşmanın artırılmasında əsas məqsəd, qeyri–neft sektorunda daha çox dəyərin yaradılması əsasında gəlirlərin məbləğinin artırılması və ədalətli bölgüsünün aparılmasıdır. Son 10 il ərzində neftdən əldə edilmiş gəlirlər əhalinin məşğulluq səviyyəsini artırıb. Bununla belə, neft sektorunda əməyin intensivliyi zəif olduğu üçün bu sektora birbaşa cəlb edilmiş işçilərin sayı ümumi işçi qüvvəsinin cəmi 1 faizini21 təşkil edir. Təbii ehtiyatlardan əldə edilmiş gəlirlər dövlət sektorunda və tikinti sahəsində məşğulluq səviyyəsini artırmışdır. Qeyri-ticari sahədə gəlirlərin azalması məşğulluğun əvvəlki səviyyədə təmin edilməsində problem yaratdığından, eləcə də azərbaycanlı miqrantların cəmləşdiyi qonşu ölkələrdəki iqtisadi geriləmə səbəbindən ölkədə yeni iş yerlərinin yaradılmasına ehtiyac vardır. İnfrastrukturun inkişafı və biznes mühitinin təkmilləşdirilməsi imkan verəcək ki, daxili və xarici mənbələr hesabına ölkə iqtisadiyyatına daha çox investisiya cəlb edilsin və bir sıra ticari mal və xidmət sektorunda yeni iş yerləri yaradılsın. Bu zaman işçi qüvvəsinin peşəkarlığının yüksəldilməsinə və yeni iqtisadi çağırışlara uyğunlaşdırılmasına xüsusi diqqət yetiriləcəkdir.

2020-ci il üçün strateji baxış həm də bazarlara çıxış imkanının daha da genişləndirilməsini ehtiva edir. Ticarət infrastrukturunun yaxşılaşdırılması və ticarət açıqlığının gücləndirilməsi daxili bazarların qorunması siyasəti ilə elə uzlaşdırılmalıdır ki, nəticədə təbii ehtiyatlardan daha səmərəli istifadə əsasında daha çox dəyər ölkədə qalsın və ədalətli bölüşdürülsün.

İnkişafın davamlılığının artırılması üçün ölkə iqtisadiyyatının, dövlət büdcəsinin və məzənnənin neftdən asılılığı azaldılmalıdır. Neftdən əldə edilmiş vəsait mal və xidmətlərə olan yerli tələbata əhəmiyyətli dərəcədə təsir göstərdiyi üçün neftin qiymətində baş verən dəyişiklik ölkə iqtisadiyyatında sabitliyi pozur. Məsələn, 2004–2014-cü illərdə illik artım tempinin orta hesabla 11,5 faiz dərəcəsi dəyişməsi nəticəsində şirkətlərin planlaşdırma imkanları məhdudlaşdı və özəl

21 Mənbə: Dövlət Statistika Komitəsi

Page 46: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

46

sektora qoyulan investisiyalar azaldı.22 Bundan başqa, neftdən əldə edilən gəlirlər xarici valyutanın əsas mənbəyi olduğu üçün neftin qiymətində baş verən dəyişikliklər ölkənin milli valyutasının dəyər itirməsinə səbəb olur.

Əsas makroiqtisadi göstəricilərin, xüsusilə də, dövlət büdcəsinin neft gəlirlərindəki volatillikdən asılılığını aradan qaldırmaq üçün "qızıl qayda"nın tətbiqi nəzərdə tutulur. Bu yolla akkumulyasiya olunmuş neft gəlirlərinin nəsillər arasında ədalətli bölgüsü təmin ediləcək və ARDNF-dən dövlət büdcəsinə transfertlərin həcmi dayanıqlı iqtisadi inkişaf ehtiyacları ilə uzlaşdırılacaqdır. Pul siyasəti nəticəsində qiymət sabitliyi milli valyutaya etimadı artıracaq, intizamlı fiskal siyasətin formalaşdırılmasına xidmət edəcək və iqtisadi artıma müsbət təsir göstərəcəkdir. Bir sözlə, monetar siyasət məqsədləri, fiskal çərçivə və iqtisadi artım hədəfləri qarşılıqlı şəkildə bir-birini dəstəkləyəcəkdir. Maliyyə bazarlarının dərinliyi, həmçinin xidmətlərin çeşidi, keyfiyyəti və əlverişliliyi artırılacaqdır.

2016–2020-ci illərdə Strateji Yol Xəritəsinin həyata keçirilməsi zamanı sosial təsirlər qiymətləndiriləcək, iş yerlərinin yaradılması ilə yanaşı, mənzil təminatının yaxşılaşdırılması, müasir tələblərə uyğun təhsil və səhiyyə xidmətlərinin göstərilməsinə dəstək verən sistemin inkişafı, kommunal xidmətlərin təkmilləşdirilməsi və ünvanlı sosial yardım sistemindən reabilitasiyaya keçidin təmin edilməsi yolu ilə yoxsulluğun azaldılmasına səylər göstəriləcəkdir.

4.2. 2025-ci ilədək uzunmüddətli baxış

2025-ci ilədək milli iqtisadiyyat üzrə uzunmüddətli baxış dayanıqlı inkişaf magistralına daxil olmuş Azərbaycan iqtisadiyyatının bütün tərəflərin faydalı əməkdaşlığı şəraitində daha çox dəyər yaratmaqla rəqabət qabiliyyətinin gücləndirilməsinə nail olmaqdır.

Uzunmüddətli baxışın şərhi

Xüsusilə, azad rəqabət mühitinin inkişafı özəl sektorun dəstəklənməsi ilə müşayiət olunmaqla milli iqtisadiyyata daha çox investisiya cəlbi və bazarlara çıxış imkanının genişləndirilməsi ilə nəticələnəcəkdir. Milli iqtisadiyyatın inkişafı qlobal və regional kontekstdə başlıca meyillər nəzərə alınmaqla təmin ediləcək, həmçinin qlobal və regional dəyər zəncirlərinə inteqrasiya əsas götürüləcəkdir. Makroiqtisadi sabitliyin qorunması, biznes mühitinin yaxşılaşdırılması, özəl sektorun investisiya qoyuluşlarının təşviqi və dəstəkləyici dövlət sektoru Azərbaycanın 2025-ci ilədək olan dövrdə iqtisadi inkişaf perspektivinin fundamental əsasıdır.

Makroiqtisadi sabitlik

Daha çox şaxələndirilmiş və dayanıqlı iqtisadiyyatın əsasını sabit makroiqtisadi mühit təşkil edir. Makroiqtisadi siyasət seçimləri bu mühitin formasını müəyyən edir. Ötən illər ərzində, Azərbaycan Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatına əsasən, 10 ən stabil makroiqtisadi mühitə malik ölkələr arasında qərar tutmuşdur. Azərbaycanı 10 ən stabil makroiqtisadi mühitə malik ölkələr sırasında saxlamaq üçün növbəti 10 il ərzində daha çox şaxələndirilmiş gəlir strukturu yaradılacaqdır. ARDNF-dən transfertlər üçün “qızıl qayda”dan istifadə və güclü xərc çərçivəsinin şərtləndirdiyi fiskal intizam iqtisadiyyatı neft qiymətindəki dəyişkənlikdən qoruyacaq, ARDNF-in ehtiyat toplamasına imkan verəcək və dövlət

22 Mənbə: Dünya Bankı və Dövlət Statistika Komitəsi

Page 47: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

47

borcunun aşağı səviyyədə saxlanılmasına şərait yaradacaqdır. Borc səviyyələrinin dayanıqlı artım potensialına uyğun səviyyədə saxlanılması, bu zaman təbii ehtiyatlardan əldə edilən gəlirlərin və balans uçotundan kənar borcların nəzərə alınması üçün fiskal qayda işlənib hazırlanacaqdır. Həmçinin, bu qayda dövlət xərclərini qeyri-neft ÜDM-i ilə əlaqələndirib qeyri-neft gəlirlərinin dövlət xərclərini ödəmə səviyyəsini artıracaqdır. Dövlət xərclərinin effektivliyini təmin etmək üçün büdcə tələbləri aydın müəyyən edilmiş məqsədlərlə, həmçinin icra göstəriciləri üzrə indikatorlarla əlaqələndiriləcəkdir.

Bütün bunlar, Azərbaycanın əsas beynəlxalq reytinq agentliklərindən investisiya dərəcəli kredit reytinqi almasını təmin edə bilər. Bununla yanaşı, mühüm iqtisadi göstəricilər və açıq kredit mövqeyi və ya aktivlərin potensial qabarcıqları kimi mühüm risklərin izlənilməsi sistemi dayanıqlı inkişafı dəstəkləyəcəkdir.

Vacib məlumatların verilməsi, yerli və beynəlxalq investorların tələb etdiyi şəffaflıq səviyyəsinin təmin edilməsi məqsədilə manat üzən valyuta olmaqda davam edəcəkdir. Bu yanaşma makroiqtisadi mühiti daha asan proqnozlaşdırmağa imkan verəcək, daha yüksək həcmdə birbaşa xarici investisiyaları və sabit ticarət axınlarını dəstəkləyəcəkdir. Bu, həm də sabit və proqnozlaşdırılması mümkün olan inflyasiya mühitinin yaranmasına gətirib çıxaracaqdır ki, nəticədə Azərbaycanda ev təsərrüfatları öz yığımlarını bank sektoruna etibar etməklə maliyyə sabitliyinə daha çox dəstək vermiş olacaqlar. Manatın mübadilə məzənnəsində volatilliyin azalması Azərbaycanda investisiya risklərini də azaldacaqdır. Beynəlxalq kreditorların tətbiq etdiyi risk premiyası bu təsir nəticəsində azalaraq kapital xərcini aşağı salacaqdır.

Effektiv fiskal və monetar idarəetməni dəstəkləmək üçün maliyyə sektorunda sabitlik və likvidlik 2025-ci ilədək tam təmin ediləcəkdir. Bunun üçün dövlət istiqrazlarının və sərbəst dövriyyədə olan digər qiymətli kağızların daha likvid olması təmin edilməlidir. Likvidlikdə artım vacib qiymət siqnalı olub, real iqtisadiyyata daha çox kredit kütləsinin axını ilə nəticələnən likvid banklararası bazarın inkişafına təkan verir. Həmçinin, daha dərin kapital bazarları çevik yerli investisiyalar üçün imkan qazandırır və bu, müvəqqəti sərmayə imkanları axtaran investorlar üçün xüsusilə vacibdir. Bu prioritetin əsas məqsədi daha çox yerli kreditorları və kredit axtaranları kapital bazarlarına cəlb etməkdən ibarətdir. Bu, kapital bazarlarının daha da şaxələndirilməsi və volatilliyin azaldılmasına gətirib çıxarır, həmçinin manatın daha cəlbedici olması üçün manat nominasiyalı investisiya qoyuluşlarına daha geniş imkanlar açır. Nəticədə, hazırda əsasən ABŞ dollarında saxlanan yığımlar get-gedə daha çox manata çevriləcəkdir. Daha dərin kapital bazarı həm də Mərkəzi Banka daha effekttiv monetar siyasət yürütmək və bazarda qeyri-müəyyənlik olduqda son instansiya kreditoru kimi hərəkət etmək imkanı verəcəkdir. Azərbaycanda 2025-ci ilə qədərki dövrdə maliyyə sektorunda qısamüddətli sabitləşdirmə təmin ediləcək, ortamüddətli dönəmdə struktur islahatları ilə inkişaf gücləndiriləcək, uzunmüddətli dönəmdə isə maliyyə sektoru qlobal müstəvidə açıq rəqabətə hazırlanacaqdır. Ölkədə maliyyə sektorunda islahatların region dövlətlərinə nisbətən daha sürətlə aparılması, ölkəyə xarici investisiya cəlbini genişləndirməklə milli iqtisadiyyatın dayanıqlı inkişafına təkan verəcəkdir.

Yaxşılaşdırılmış biznes şərtləri və özəl sektorun investisiya qoyuluşları

2025-ci ilədək Azərbaycanda müasir texnologiyalara, bazarlara və maliyyə vəsaitlərinə bərabər çıxış imkanları təmin edən rəqabət mühiti yaradılacaqdır. Yerli şirkətlərin canlanmasına və xarici investorların dünya standartlarına uyğun fəaliyyət göstərmələrinə şərait yaradacaq biznes mühiti təmin ediləcəkdir. Biznesin həyata keçirilməsinin asanlığı üç əsas sahəni əhatə edir: investisiya qoyuluşlarına şəraitin

Page 48: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

48

yaradılması, beynəlxalq dəyər zəncirlərinə inteqrasiya və biznes əməliyyatlarında qlobal standartlara nail olunması.

Azərbaycanın regional qovşaq kimi mövqeyinin gücləndirilməsi üçün səmərəli infrastruktura yüksək səviyyədə investisiya qoyuluşu davam etdiriləcəkdir. 2025-ci ildə Azərbaycan iqtisadiyyatı ölkənin dəmir yollarının Gürcüstan, Türkiyə və İranın dəmiryol şəbəkəsi ilə Bakı–Tbilisi–Qars və Astara–Astara dəmiryol layihələri vasitəsilə birləşdirilməsindən, həmçinin Xəzər hövzəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisindən bəhrələnəcəkdir. Azərbaycanın şaxələndirilmiş nəqliyyat–logistika imkanları ölkədən ixracın artması üçün zəmin olacaq, bütövlükdə isə biznes xərclərinə qənaət edilməsinə gətirib çıxaracaqdır. Bundan əlavə, təkmilləşdirilmiş nəqliyyat infrastrukturu Azərbaycanın bütün bölgələrinin daha yaxşı inteqrasiyasına şərait yaratmaqla, regionlarda biznesin inkişafına əlavə təkan verəcəkdir. Müasir kommunikasiya imkanlarından istifadə etməklə sürətli genişzolaqlı şəbəkə vasitəsilə elektron xidmətlərin (e–təhsil, e–səhiyyə, e–bankçılıq, e–ticarət və s.) əhatə dairəsi genişləndiriləcəkdir. Xüsusilə, dövlət idarəetməsində rəqəmsallaşdırma biznes üçün şəffaf, hesabatlı, səmərəli və proqnozlaşdırıla bilən perspektivlər yaradacaqdır. Elektron xidmətlərin tətbiq dairəsinin genişləndirilməsi Azərbaycanda biznesin beynəlmiləlləşdirilməsi üçün zəmin olacaqdır. 2025-ci il perspektivində özəl sektorun infrastruktur quruculuğunda daha yaxından iştirakı təmin ediləcək ki, bu da iqtisadi səmərəliliyin artmasına gətirib çıxaracaqdır. Bundan əlavə, keyfiyyətli kommunal xidmətlər rəqabətli qiymətlərlə təklif ediləcək və nəticədə Azərbaycan keyfiyyətli kommunal xidmətlərin qiymətlərinə görə region ölkələri arasında ön sıralarda yer alacaqdır (qlobal sıralamaya görə hazırkı 65-ci yerdən təxminən 35-ci yerə yüksələcəkdir).23

Xüsusən MDB ölkələri, Türkiyə, Gürcüstan və İran kimi mühüm region ölkələri ilə əlverişli ticarət sazişlərinə əsaslanan aşağı tarifli mühitdə səmərəli gömrük prosedurları Azərbaycanın 2025-ci il üçün iqtisadi perspektivində regional ticarət qovşağı kimi mövqeyini gücləndirəcəkdir. Qeyri–neft mal və xidmətləri üzrə ticarətin əsas həcminə görə regional inteqrasiya Azərbaycanın geosiyasi və iqtisadi mövqeyi üçün əhəmiyyətlidir. Məsələn, Azərbaycanın kənd təsərrüfatı və ərzaq məhsullarının, demək olar ki, 90 faizi Rusiya, Gürcüstan və Orta Asiya ölkələrinə göndərilir. 24 Qonşu ölkələrlə ticarət sazişlərinin yekunlaşdırılması Azərbaycana daha sərfəli şərtlərlə xarici bazarlara mal və xidmət ixracını genişləndirmək imkanı verəcəkdir. Həmçinin, regional inteqrasiya xarici investorlar üçün Azərbaycanın ixracyönümlü investisiya cəlbediciliyini artıracaqdır. 2025-ci ilədək regional inteqrasiyanı davam etdirərək, Azərbaycanda xüsusən yüksəkdəyərli məhsul və xidmətlər üçün qlobal dəyər zəncirlərinə inteqrasiya məqsədilə əlaqələr qurulacaq və sazişlər imzalanacaqdır.

Ticarətin asanlaşdırılması və keyfiyyətin dəqiq qiymətləndirilməsi üçün Azərbaycan şirkətlərində beynəlxalq standartlar və sertifikatlar tətbiq ediləcəkdir. 2025-ci ildən əvvəl beynəlxalq standartlara uyğunlaşma Azərbaycandan ixrac edilən malları rəqabətədavamlı edəcəkdir. Beynəlxalq sertifikatlardan daha çox istifadə etibarlı keyfiyyət ölçüsü yaradaraq yerli istehlakın səviyyəsini yüksəldəcəkdir. Azərbaycana coğrafi baxımdan ən yaxın iki regional bazarda – Avropa İttifaqı və Avrasiya İttifaqında ÜTT standartları əsas götürüldüyündən, Azərbaycanda da bu standartlara uyğun məhsul və xidmətlərlə qeyri–neft ixracının həcmi genişləndiriləcəkdir. Yerli şirkətlər öz məhsullarının keyfiyyətini yaxşılaşdırmaqla yerli

23 Mənbə: Dünya Bankı 24 Mənbə: BMT-nin Comtrade məlumat bazası

Page 49: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

49

istehlakçıların getdikcə artan keyfiyyət tələblərinə cavab verəcəklər. Nəticədə “Made in Azerbaijan” brendi beynəlxalq bazarlarda keyfiyyət göstəricisinə çevriləcəkdir. “Made in Azerbaijan” brendinin tanıdılması istiqamətində görüləcək işlərin effektivliyini artırmaq məqsədilə ölkədə istehsal olunan mallar və həmin malların istehsalçıları barədə məlumatları əks etdirən internet portalı yaradılacaqdır. Bu portalda məlumatların üç dildə – Azərbaycan, ingilis və rus dillərində yerləşdirilməsi istifadəçi əhatəsini genişləndirməklə, yerli məhsulların tanıdılması baxımından daha faydalı olacaqdır. Nəticədə, istehsalçı–istehlakçı arasında əlaqələr asanlaşacaq, rəqabətqabiliyyətli yerli məhsulların ixracının həcmi artacaqdır.

2025-ci il perspektivində Azərbaycanda sərmayə qoymuş investorların daha da möhkəmlənməsi və yeni birbaşa xarici investisiyaların cəlb edilməsi təmin olunacaqdır. Xüsusilə rəqabət üstünlüyü olan konkret investisiya layihələri maraqlı xarici sərmayədarlara təqdim olunacaqdır. Azərbaycanı qlobal dəyər zəncirlərinə inteqrasiya etmək imkanına malik mühüm investorların və ya eyni sektorda fəaliyyət göstərən şirkətlərə ciddi siqnal verən investorların cəlb olunması üçün xüsusi investisiya imtiyazları və təklifləri veriləcəkdir. Mövcud və potensial investorlara göstərilən xidmətlər onlara inzibati prosesləri çevik başa çatdırmağa və tikinti firmaları, təchizatçılar və ya təhsil sektorundakı təşkilatlarla əlaqə qurmağa imkan verəcəkdir. Xarici investorların yerli məhsul və xidmətlərə daha çox tələbatının yaradılması üçün mexanizmlər qurulacaqdır.

Geniş çeşidli və əlverişli maliyyə xidmətləri təklif edən sabit və dərin maliyyə sistemi formalaşdırılacaq ki, bu da iqtisadiyyatın və ev təsərrüfatlarının müvafiq ehtiyaclarını ödəməklə iqtisadi inkişafa töhfə verəcəkdir.

Dəstəkləyici və asanlaşdırıcı dövlət sektoru

Azərbaycanda növbəti onillikdə də iqtisadi yüksəlişə təkan veriləcəkdir. Dövlətin iqtisadiyyata müdaxiləsi zamanı siyasət, tənzimləmə, dövlət sifarişləri və dövlət sahibkarlığı fəaliyyəti institusional olaraq bir–birindən ayrılacaqdır. İqtisadiyyatın əsas aparıcı qüvvəsi olmaq əvəzinə, dövlət sektoru daha çox aşağıdakı üç prioritet ilə məşğul olacaqdır: Azərbaycan vətəndaşları üçün vasitə və imkanların yaradılması; müvafiq makroiqtisadi və tənzimləmə çərçivəsi ilə iqtisadi inkişafa təkan verilməsi; vergi gəlirlərinin ən rasional şəkildə xərclənməsinə imkan verən inzibati idarəçiliyin qurulması.

Sabit makroiqtisadi şərtlər, ciddi fiskal intizam və möhkəm hüquqi baza fiziki və əqli mülkiyyət hüquqlarının ciddi qorunduğu biznes mühiti yaradacaq və bunun nəticəsində özəl investisiya həcmi kifayət qədər artacaqdır. Bundan əlavə, müvafiq tənzimləmə siyasəti rəqabəti gücləndirərək istehsal edilən yerli mal və xidmətlərin təminatı, keyfiyyəti və səmərəliliyində ciddi artıma yol açacaqdır. Bu zaman yerli kiçik və orta müəssisələrin inkişafının dəstəklənməsinə xüsusi diqqət yetiriləcəkdir. Bu sahədə göstərilən təşəbbüslər kredit, ixracın artırılması, keyfiyyətli təlim proqramlarının təklif edilməsi və ya inzibati prosedurların sadələşdirilməsi imkanlarına çıxışı yaxşılaşdıracaqdır. Daha yaxşı dövlət planlaşdırması Azərbaycanın böyük logistika qovşağı, həmçinin region ölkələrinin daha üstün iqtisadi inteqrasiyası üçün tələb olunan zəruri infrastrukturun tikintisinə şərait yaradaraq, şəhər və kənd yerlərindəki gəlir fərqini aradan qaldırmağa kömək edəcəkdir.

Dövlət sektorunun 2025-ci il üzrə iqtisadi perspektivdə öz yenilənmiş rolunu həyata keçirməsi üçün dövlət müəssisələrinin fəaliyyəti ciddi monitorinq ediləcək və idarə olunacaqdır. Burada əsas məqsəd həmin müssisələrdə dövlətin idarəetmə çərçivəsinin aydınlaşdırılması, həmçinin monitorinq və strateji menecmentin tətbiqi

Page 50: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

50

olacaqdır. Əksər dövlət müəssisələrinin fəaliyyətlərini nəzərə alacaq aydın mandat və icra hədəflərinin işlənib hazırlanması şəffaflığı artıracaq, habelə dövlət, dövlət müəssisəsi və ictimaiyyət arasında yaradıcı dialoqu inkişaf etdirəcəkdir. Monitorinq və sahiblik daha da möhkəmləndiriləcək, peşəkar korporativ strukturlar gücləndiriləcəkdir. Bundan əlavə, Azərbaycan dövləti öz portfelini strateji cəhətdən qiymətləndirərək, özəlləşdiriləndən sonra daha məhsuldar olacağı ehtimal edilən qeyri–strateji aktivlərin özəlləşdirilməsini həyata keçirəcəkdir. Bütövlükdə bu proses ictimai və milli maraqları tam nəzərə alaraq, hər bir özəlləşdirmə prosesinin başlanğıcında lazımi tənzimləmə və bazar strukturunu yaradacaqdır.

4.3. 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış

2025-ci ildən sonrakı dövr üçün hədəf baxış sosial rifah halının yaxşılaşdırılmasını və insan inkişafı indeksinin ən yüksək həddə çatdırılmasını təmin edən və yüksək texnoloji inkişafa və iqtisadiyyatın optimal strukturuna əsaslanan güclü rəqabətqabiliyyətli və inklüziv iqtisadiyyat qurmağı nəzərdə tutur.

Hədəf baxışın şərhi

Güclü orta təbəqə, rəqabət üstünlüyü olan sahələrdə dərin ixtisaslaşma, dünya iqtisadiyyatı ilə effektiv inteqrasiya, milli iqtisadi təhlükəsizliyin təmin edilməsi və inkişaf etmiş infrastruktur 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışın əsas sütunlarını təşkil edəcəkdir. Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq, dünyanı dayanıqlı və güclü edəcək təxirəsalınmaz, cəsarətli və transformativ tədbirlərin həyata keçirilməsi öhdəliyinə sadiq qalacaqdır.

Sosial rifah

2025-ci ildən sonrakı dövr üçün hədəf baxış insan potensialının reallaşdırılması üçün geniş imkanlar təmin etməyi nəzərdə tutur. Yaxşı həyat keyfiyyəti üçün ilkin şərt rifah, səhiyyə və təhsildir.

2025-ci ildən sonrakı dövrdə yoxsulluq ünvanlı şəkildə tam aradan qaldırılacaq, keyfiyyətli səhiyyə xidmətlərinə və təhsilə çıxış imkanları genişləndiriləcəkdir. Ötən on il ərzində keçilmiş yolu davam edərək, dövlət iqtisadi inkişafın ən yoxsul insanları əhatə etməsini və beləliklə də ünvanlı olaraq yoxsulluğun aradan qaldırılmasını təmin edəcəkdir. 2025-ci ildən sonrakı dövrdə yoxsulluq probleminin həllinə iki yanaşma olacaqdır: layiqli iş yerlərinin sayının artırılması; əməkhaqqı və digər gəlirləri ilə ən zəruri ehtiyaclarını ödəyə bilməyən insanlara ünvanlı sosial dəstək. Minimum əməkhaqqı məbləğində tədrici artım işləyən yoxsul insanların xüsusi çəkisini minimuma endirəcəkdir. Xüsusən də minimum əməkhaqqı orta əməkhaqqı səviyyəsinin 60 faizinə yaxınlaşacaqdır.

Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün 2025-ci ildən sonrakı dövrdə iqtisadi, sosial, demoqrafik, təbiət və texnoloji sahələrdə baş verə biləcək əsas dəyişikliklər və problemlər nəzərə alınacaqdır. Adekvat ərzaq təhlükəsizliyi sisteminin formalaşdırılması üçün yeni qida zənciri texnologiyalarının tətbiqinin genişləndirilməsi (biotexnologiya və nanotexnologiyalardan istifadə səviyyəsinin artırılması, digər istehsal texnologiyalarından istifadə vasitəsilə ərzaq istehsalının artırılması, qidanın medikallaşdırılması və yeni qida növlərinin yaradılması) və yeni aqro-ərzaq zənciri strukturlarının formalaşdırılması (orqanik məhsul istehsalının genişləndirilməsi, regional, yerli və alternativ qida zəncirlərinin formalaşdırılması, qida zənciri üzrə itki və tullantıların azaldılması və yenidən emal imkanlarının genişləndirilməsi) nəzərdə tutulur. Hazırda Qlobal Ərzaq Təhlükəsizliyi İndeksində Azərbaycan qida təminatına görə 61-ci, qida məhsullarının keyfiyyətinə görə 86-cı

Page 51: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

51

yerdədir. Daha yaxşı kənd təsərrüfatı sistemi Azərbaycanın hər iki göstərici üzrə mövqeyinin təxminən 40-cı yerə yüksəlməsinə imkan verəcəkdir. 25

Şəhər yerlərində uyğun mənzil təminatı seçimləri Azərbaycanın kənd yerlərində olan hazırkı işçi qüvvəsinin şəhər yerlərindəki məşğulluq imkanlarından bəhrələnməsinə şərait yaradacaqdır. Bu, nəinki yoxsulluq səviyyəsini azaltmağa kömək edər, hətta regionlar arasında gəlir bərabərsizliyinin azalmasına gətirib çıxara bilər. Mənzil təminatı artan şəhər əhalisinin tələblərini də əhatə edəcək və bu əhali qrupunun xüsusi çəkisi hazırkı təxminən 55 faizdən 70-75 faizədək artacaqdır. Daha yaxşı məşğulluq imkanlarına görə şəhərlərə axın və kənd yerlərində daha yüksək gəlirli məşğulluq imkanlarının artımı nəticəsində gəlirlərdəki bərabərsizlik azalacaqdır. 2025-ci ildən sonra Bakı ilə ölkənin digər regionları arasındakı gəlir fərqi adambaşına təxminən 50 faizdən 40 faizədək enəcəkdir.

İqtisadi inkişaf perspektivləri nəzərə alınaraq planlı şəkildə aparılan urbanizasiya nəticəsində orta təbəqənin güclənməsi – orta təbəqənin maddi rifah halının yaxşılaşdırılması, alıcılıq qabiliyyətinin yüksəlməsi və əmək məhsuldarlığının artması yolu ilə iqtisadi inkişaf tempi yüksək səviyyədə saxlanılacaqdır.

Səhiyyə xidmətləri və təhsilin keyfiyyətinin artması ilə insan kapitalına verilən töhfə 2025-ci ildən sonrakı dövrdə iqtisadi artımda mühüm rol oynayacaqdır. Azərbaycanın təhsilin keyfiyyətinə görə qlobal miqyasda hazırda 107-ci 26 yerdə qərarlaşması hələ də təkmilləşmə potensialının böyük olduğunu göstərir. Dövlət xidmətləri insanlar üçün eyni dərəcədə əlçatan olacaq və texnoloji bacarıqlara malik əhaliyə əlverişli rəqəmsal xidmətlər göstəriləcəkdir.

2025-ci ildən sonrakı dövrdə elektrik enerjisi, su və kanalizasiya, istilik və qaz təchizatı sektorlarında səmərəliliyin və xidmət səviyyəsinin yüksəldilməsi sosial rifahın yaxşılaşdırılmasına və insan kapitalının inkişafına xidmət edəcəkdir.

Təkmilləşdirilmiş təhsil sistemi səmərəlilik və innovasiyaya əsaslanan iqtisadiyyata keçidin əsasını təşkil edəcəkdir. Bu sistem Avropa İttifaqı üzvü olan Şərqi Avropa ölkələrinin nail olduğu səviyyəyə çatmağa imkan verən gəlirlərə şərait yaradacaqdır. Xüsusən də azgəlirli işçilər üçün belə keyfiyyətli həyatın təmin edilməsindən ötrü lazım olan əməkhaqqı artımları daha yüksək məhsuldarlıq və münasib iş imkanlarına çıxışdan asılı olacaqdır. 2025-ci ildən sonrakı dövrdə Azərbaycanın təhsil sistemi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən verilmiş PİSA balları kimi beynəlxalq standartlara uyğun qiymətləndiriləcəkdir. Təhsil səviyyəsi ən azı Şərqi Avropa ölkələri səviyyəsinə çatdırılacaqdır. Bundan əlavə, məktəbəqədər təhsilə əlçatanlıq ənənəvi Avropa səviyyəsinə qaldırılaraq, uşaqlara öz təhsil həyatlarına qədəm qoymaq imkanı veriləcəkdir. Ali təhsillilərin payı əhəmiyyətli şəkildə artacaqdır (qlobal sıralamada Azərbaycan hazırda 20 faizlə 91-ci mövqedədir). İT bacarıqlarının tədrisi ibtidai təhsildən ali təhsil səviyyəsinə kimi 2025-ci ildən sonrakı müasir tədris proqramının əsas hissəsini təşkil edəcəkdir. Beynəlxalq təhsil standartlarına uyğunlaşma məktəb və universitet səviyyəsində daha çox beynəlxalq mübadilə imkanları yaradacaqdır.

2025-ci ildən sonrakı dövr üçün Azərbaycan iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi rəqabətqabiliyyətli işçi qüvvəsi olacaqdır. Xüsusilə, gənclərin və qadınların işlə təminatına daha çox diqqət yetiriləcəkdir. Əmək bazarında çevik siyasətin həyata keçirilməsini təmin edən institutlar vasitəsilə sosial dialoqun inkişafı

25 Mənbə: “Economist” jurnalının analitika şöbəsi 26 Azərbaycanın qlobal mövqeyi barədə bu bölmədə əks olunan məlumatlar Dünya İqtisadi

Forumunun Qlobal Rəqabətlilik Hesabatına əsaslanır.

Page 52: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

52

və inklüziv məşğulluğun artırılmasına nail olunacaqdır. Azərbaycanda insan kapitalının təkcə milli iqtisadiyyatın deyil, qloballaşan dünya iqtisadiyyatının da tələblərinə uyğun inkişaf etdirilməsi əmək miqrasiyasını elə tənzimləməyə şərait yaradacaq ki, daha çox dəyər ölkədə qalsın. Güclü, yüksəkixtisaslı və innovativ işçi qüvvəsi qlobal dəyər zəncirlərində Azərbaycanın mövqelərinin daha da möhkəmlənməsində mühüm rol oynayacaqdır. Texnoloji imkanların artması, Azərbaycanın işçi qüvvəsinin bir sıra xidmət sferalarında ixrac fəaliyyəti göstərməsinə imkan yaradacaqdır. Bacarıqların inkişaf etdirilməsi, həmçinin əmək resurslarından səmərəli istifadə nəticəsində Azərbaycanda əmək məhsuldarlığı Şərqi Avropa ölkələrinin müvafiq göstəricisinin səviyyəsinə çatdırılacaqdır. Ümumilikdə 2025-ci ildən sonrakı dövrdə əmək bazarının tənzimlənməsi həyata keçirilərkən yüksək texnologiyaların, o cümlədən ağıllı maşınların və sistemlərin tətbiqi, həmçinin kommunikasiya imkanlarının genişlənməsi kimi amillərin təsiri nəzərə alınacaqdır.

2025-ci ildən sonrakı dövrdə Azərbaycanda ətraf mühitin mühafizəsinə daha çox diqqət yetiriləcək, ölkədə karbon emissiyasının azaldılması hava, su və torpağın ekoloji baxımdan daha təmiz olmasına şərait yaradacaqdır. Enerji səmərəliliyi prinsipi əsasında Azərbaycanda ÜDM-in hər bir vahidinin istehsalı üçün enerji sərfiyyatı minimuma endiriləcək, 2025-ci ildən sonrakı dövrdə ölkənin enerji balansında bərpa oluna bilən enerji növlərinin payı artırılacaqdır. Bundan əlavə, ekoloji tarazlığın qorunması əsas götürülərək, tullantıların, o cümlədən zərərli qazlar, çirkab suları və radioaktiv tullantıların səmərəli idarə edilməsi sistemi yaradılacaqdır.

İqtisadi rifah

2025-ci ildə makroiqtisadi sabitlik, xüsusilə fiskal dayanıqlılıq, əlverişli biznes mühiti, inkişaf etmiş infrastruktur, xarici bazarlara sərbəst çıxış və xarici investisiyaların cəlb edilməsi nəticəsində Azərbaycan iqtisadiyyatı xarici şoklara daha davamlı olacaq və ölkədə əmək məhsuldarlığı Şərqi Avropa ölkələrinin müvafiq göstəricisinə çatdırılacaqdır. Azərbaycan iqtisadiyyatı, Dünya İqtisadi Forumunda bildirildiyi kimi, səmərəlilikəsaslı modeldən innovasiyaəsaslı modelə keçəcəkdir. Əhalinin adambaşına düşən real gəlirləri ildə təxminən 5 faiz artacaq və Azərbaycan Dünya Bankının təsnifatına əsasən, “yüksəkgəlirli ölkə” statusu qazanacaqdır. Bu inkişaf prosesləri nəticəsində 2025-ci ildən sonrakı dövrdə adambaşına düşən gəlir səviyyəsinə görə Azərbaycan Şərqi Avropa ölkələrinin səviyyələrinə yaxınlaşacaqdır.

İnnovasiyaəsaslı modelin inkişaf etdirilməsi üçün fiziki, insan, institusional və sosial kapital təmin olunacaqdır.

2025-ci ildən sonra Azərbaycanın şaxələndirilmiş və dayanıqlı iqtisadiyyatında ümumi əlavə dəyərin dörddə üçündən çoxu qeyri-neft sektorlarında yaranacaqdır. Növbəti illərdə rəqabətədavamlı əmək xərcləri Azərbaycan iqtisadiyyatı üçün qısamüddətli katalizator rolunu oynayacaqdır. Lakin faktiki rəqabət üstünlüyü qabaqcıl texnologiyalar və digər innovasiya formalarından istifadə ilə yanaşı, keyfiyyətli təhsil və peşə təliminin nəticəsi kimi yüksək məhsuldarlıq hesabına yaranacaqdır. Başqa sözlə, 2025-ci ilədək olan dövr biliktutumlu iqtisadiyyata keçid dövrü olacaqdır.

2025-ci ildən sonrakı dövrdə innovasiyaəsaslı inkişaf modelinə keçid əvvəlki illərdə rəqabət üstünlüyü olan və inkişaf etmiş qeyri-neft sektorlarında ixtisaslaşmanın daha da dərinləşdirilməsi hesabına daha çox dəyərin ölkədə qalmasını təmin edəcəkdir. Texnologiya transferi və biliyin kommersiyalaşdırılmasının genişləndirilməsi investisiya qoyuluşunun səmərəliliyini artıracaqdır. İqtisadiyyatın həm regional, həm də sahələrarası strukturunun optimallığı artacaq ki, bu da tarazlı və dayanıqlı inkişafı təmin edəcəkdir. Xüsusilə,

Page 53: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

53

Azərbaycanda regional inkişaf mərkəzlərinin formalaşması bölgələrdə iqtisadiyyatın rəqabətqabiliyyətli sahələrində ixtisaslaşmanın dərinləşdirilməsi hesabına ümumi iqtisadi inkişafı təmin edəcəkdir. Bakı beynəlxalq əhəmiyyətə malik sənaye və xidmət mərkəzinə çevriləcəkdir.

2025-ci ildən sonrakı dövrdə karbohidrogen və qeyri-karbohidrogen gəlirləri arasındakı tarazlığa nail olunacaq və hər il ARDNF-dən iqtisadiyyata inyeksiyalar "qızıl qayda" əsasında təmin ediləcəkdir. Belə yanaşma neft-qaz qiymətlərindəki dəyişikliklərin təsirini yumşaldaraq sərbəst üzən yerli valyutaya inamı artıracaq və iqtisadi inkişafın dayanıqlılığını təmin edəcəkdir. Makroiqtisadi sabitlik həm yerli, həm də xarici özəl sektor nümayəndələrinin investisiya qoyuluşlarının stimullaşdırılması üçün zəmin olacaqdır. Beynəlxalq maliyyə bazarları ilə inteqrasiya və maliyyə texnologiyalarının tətbiqi əsasında rəqabətqabiliyyətli maliyyə sistemi dayanıqlı iqtisadi inkişafı dəstəkləyəcək və əhalinin rifahını yaxşılaşdıracaqdır.

Qeyri-neft sektoruna əlavə investisiya qoyuluşları 2025-ci ilədək və ondan sonrakı dövrdə daha rəqabətli iqtisadiyyatın vacib hərəkətverici qüvvəsi olacaqdır. Bu səbəbdən gələcəkdə sənaye və xidmət sektorlarına birbaşa xarici investisiyalar daha geniş miqyasda cəlb ediləcəkdir. Texnologiya, bacarıqlar və qlobal dəyər zəncirlərinə çıxış təklif edən iri xarici şirkətlərin qeyri-neft sektoruna investisiya yatırımı Azərbaycanın qlobal iqtisadi xəritədə yerini möhkəmləndirəcəkdir. Azərbaycana xarici investorlar strateji olaraq üç aspekt üzrə cəlb ediləcəkdir: son dərəcə cəlbedici investisiya imkanlarının yaradılması (məsələn, müasir infrastruktura malik sənaye parkları); aparıcı beynəlxalq şirkətlərə məqsədyönlü çıxış; mövcud və gələcək investorlar üçün birinci sinif xidmətlər.

2025-ci ildən sonrakı dövrdə ixrac təkcə mal deyil, həm də xidmət çeşidinin artması hesabına şaxələnəcək və böyüyəcəkdir. İxracın artan məhsul və xidmət sayına əsaslanması neft və qaz qiymətlərindəki dəyişkənliklərdən asılılığı azaldıb, xarici valyuta gəlirini sabitləşdirəcəkdir.

Page 54: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

54

5. HƏDƏF İNDİKATORLARI

Strateji Yol Xəritəsi 2025-ci ilə qədər ÜDM-də 3 faizdən çox orta illik real artım və əlavə olaraq da 450 mindən çox yeni iş yerinin yaradılmasını nəzərdə tutur. Bu iş yerlərinin yaradılması 3 amilin təsiri nəticəsində mümkün olacaqdır: i) Strateji Yol Xəritəsi çərçivəsində görülən tədbirlər; ii) digər əlavə tədbirlər və iii) ümumi iqtisadi mühitin yaxşılaşması nəticəsində iqtisadi artım sürətinin yüksəlməsi. İqtisadiyyatın sektorları üzrə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində qeyri-rəsmi məşğulluğun payı azalacaq və aşağıdakı dörd xüsusi hədəfə nail olunacaqdır:

Qeyri-neft sektoruna yönəldilmiş birbaşa xarici investisiyaların qeyri-neft ÜDM-dəki payının hazırkı 2,627 faizlik göstəricidən 2025-ci ilə qədər 4 faizə çatdırılması. İqtisadiyyatın şaxələndirilməsində xarici investorların rolu çox əhəmiyyətlidir. Belə ki, xarici investorların töhfəsi yalnız sərmayə qoyuluşundan ibarət deyil, onlar eyni zamanda yeni sektorlara və dəyər zəncirlərinə daxil olmaq üçün zəruri olan yeni bacarıqlar, texnologiyalar və şəbəkələşmə imkanları gətirirlər. İqtisadiyyatın şaxələndirilməsi qeyri-neft sektoruna daha çox investisiya cəlb edilməsini tələb edir.

Qeyri-neft sektoru üzrə ixracın 2015-ci ildəki adambaşına 170 ABŞ dollarından28 2025-ci ildə ən azı 450 ABŞ dollarına qaldırılması. 2015-ci ildə Azərbaycan iqtisadiyyatının idxal tələbi adambaşına 1000 ABŞ dollarına bərabər olmuşdur. İdxalı tarazlaşdırmaq üçün Azərbaycandan adambaşına 1500 ABŞ dolları həcmində məhsul ixrac olunmuşdur ki, bunun da 90 faizini neft və qaz məhsulları təşkil etmişdir.29 Mal və xidmətlərin idxalının ixrac ilə balanslaşdırılması iqtisadi müstəqillik və sabitlik üçün son dərəcə vacibdir, lakin neft qiymətlərindən asılılığı azaltmaq üçün daha çox qeyri-neft sektoru məhsullarının ixracına ehtiyac vardır.

Ticari mal və xidmətlər sektorunda, məsələn istehsal və ya turizm sektorlarında 2025-ci ilə qədər 150 min əlavə iş yerinin yaradılması. Vətəndaşlar üçün iş yerlərinin yaradılması daim dövlətin prioritetlərindəndir. Lakin bəzi sektorların iqtisadi təsir imkanları digərləri ilə müqayisədə daha genişdir. İxracın şaxələndirilməsi üçün ticari mal və xidmətlər sektorunda, yəni beynəlxalq səviyyədə satıla bilən məhsulların (məsələn, sənaye və ya qida məhsulları) və ya xidmətlərin (məsələn, turizm və ya nəqliyyat) istehsalı ilə məşğul olan sektorlarda iş yerlərinin yaradılması zəruridir. Ticari mal və xidmətlər sektorunun iştirakçıları beynəlxalq rəqabətlə üzləşirlər və bu da adətən, məhsuldarlıqda sürətli artıma gətirib çıxarır.

27 Bu göstərici son 5 il ərzində qeyri–neft və qaz sektorunda əsas kapitala yönəldilmiş xarici investisiyaların orta məbləğinin həmin müddət üzrə orta qeyri-neft ÜDM-ə olan nisbəti kimi hesablanmışdır.

28 Mənbə: Dövlət Statistika Komitəsi 29 Mənbə: BMT-nin Comtrade məlumat bazası

Page 55: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

55

Dövlət büdcəsinin ARDNF-in transfertlərindən asılılığının azaldılması. Bu gün dövlət sektorunda xərclənən hər ikinci manat (təqribən 50 faizi) ARDNF-dən edilən transfertlərin hesabına maliyyələşdirilir. 30 Bu rəqəm 2025-ci ilə qədər 15 faizə endirilməlidir. ARDNF-in transfert edə biləcəyi məbləğ onun gəlirləri ilə, yəni neftin qiymətləri ilə sıx əlaqələndirilmişdir. Bu asılılıq Azərbaycan iqtisadiyyatına neft qiymətlərindəki dəyişikliklərin ciddi təsirinin əsas səbəblərindən biridir. İqtisadiyyatda özəl investisiyaların payını artırmaq üçün sabit artım tempinin olması çox vacibdir və dövlət büdcəsinin Neft Fondunun transfertlərindən daha az asılı olmasını tələb edir. Bu hədəflərə nail olmaq üçün milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə strateji yol xəritələrində nəzərdə tutulan strateji hədəf və prioritetlərin uğurla həyata keçirilməsi zəruridir. Eyni zamanda, nəzərdə tutulan tədbirlərin davamlı həyata keçirilməsi, işlək monitorinq və qiymətləndirmənin təmin edilməsi üçün investisiyaların və digər resursların səfərbər edilməsi tələb olunur. Hesablamalara görə, 2020-ci ilədək nəzərdə tutulmuş prioritetlərin yerinə yetirilməsi üçün iqtisadiyyata təxminən 27 milyard manat investisiya qoyuluşunun tələb ediləcəyi proqnozlaşdırılır. Bu məbləğ bütün sektorlar üzrə strateji yol xəritələri çərçivəsində tələb olunan cəmi vəsaiti əks etdirir. Nəzərdə tutulan vəsait bütün növ dövlət və özəl (yerli və xarici) mənbələr hesabına təmin ediləcəkdir. Bu investisiyalar Azərbaycan iqtisadiyyatı üçün 2020-ci ilədək müəyyən edilmiş hədəflərdən əlavə, gələcək üçün nəzərdə tutulmuş hədəflərə təsir baxımından da bünövrə rolunu oynayacaqdır. Prioritet sektorlar və ya iqtisadiyyatın digər sektorları üzrə yeni strateji hədəflərin müəyyənləşdirilməsi Azərbaycana Strateji Yol Xəritəsinin prioritetlərinin müsbət trayektoriyası ilə daha yüksək hədəflərə çatmağa kömək edəcəkdir.

30 Mənbə: Maliyyə Nazirliyi, ARDNF

Page 56: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

56

6. STRATEJİ MƏQSƏDLƏR

Azərbaycan neft gəlirlərinin düzgün idarə edilməsi hesabına sosial və iqtisadi infrastrukturun qurulması, yüksək yığım və nisbətən kiçik xarici borc, yoxsulluğun azaldılması, özəl sektorun ÜDM-də payının yüksək həddə çatdırılması və biznes mühitinin yaxşılaşdırılması sahəsində uğurlara imza atmışdır. Strateji Yol Xəritəsi çərçivəsində yaxşı idarəetmə əsasında makroiqtisadi sabitliyi təmin etmək, iqtisadiyyatın strukturunu təkmilləşdirmək, məşğulluğu artırmaq, tarazlaşdırılmış regional inkişafı təmin etmək, biznes mühitini yaxşılaşdırmaq və özəl sektorun iştirakçılığını gücləndirmək planlaşdırılır. Azərbaycan Minilliyin İnkişaf Məqsədləri üzrə bir çox hədəflərə nail olmuş və Birləşmiş Millətlər Təşkilatının 2016–2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulmuşdur. Azərbaycanda daha dayanıqlı, əhatəli və şaxələndirilmiş iqtisadiyyatın inkişaf etdirilməsi, sosial sahələrin tarazlı inkişafının təmin olunması üçün səmərəli milli icra mexanizmi yaradılacaqdır.

Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində dörd əsas strateji məqsəd nəzərdə tutulmuşdur.

Hazırkı qlobal mühit və neft qiymətlərinin dəyişkənliyi maliyyə dayanıqlılığının gücləndirilməsini, təbii ehtiyatlardan əldə edilən gəlirlərdən rasional istifadəni və ciddi makroiqtisadi çərçivənin qəbulunu obyektiv zərurətə çevirir. İqtisadi inkişaf istiqamətində görülən tədbirlər sayəsində dövlət öz məqsədlərini gerçəkləşdirmək üçün fiskal və monetar siyasətin daha rasional uzlaşdırılmasına çalışır. Azərbaycanın güclü fiskal dayanıqlılıq və monetar siyasəti ilə bağlı gələcək tədbirlər “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin birinci hədəfində təsvir olunmuşdur.

Bu baxımdan fiskal siyasət üçün çərçivənin təmin edilməsi və təbii ehtiyatlardan əldə olunan gəlirlərə kifayət qədər qənaət edilməsi üçün görülən tədbirlərlə yanaşı, Azərbaycanın təbii ehtiyatlarının düzgün idarə edilməsi məsələsi də nəzərdən keçirilir. Təklif edilən əsas institutlar bunlardır: neft gəlirlərindən rasional istifadə edilməsi üçün “qızıl qayda” yanaşması və dövlət borcunun idarə edilməsi üçün zəruri fiskal çərçivə. Bu kontekstdə Ortamüddətli Xərclər Çərçivəsinin daha da gücləndirilməsi, güclü büdcə idarəçiliyi və onun nəticəəsaslı büdcə təşkilinə uyğunlaşdırılması dövlət xərclərinin səmərəliliyinin təmin edilməsi və neft gəlirlərinin dəyişkənliyinin azaldılması üçün görülən tədbirlərin davamı olmalıdır. Birinci məqsəd ciddi fiskal çərçivə ilə yanaşı, həm də monetar çərçivə ilə bağlıdır.

Ciddi monetar siyasət çərçivəsi və məqsədlərinin effektiv icrası makroiqtisadi mühitin mühüm tərkib hissəsidir. Bu baxımdan, monetar siyasətin fiskal siyasətlə koordinasiyada həyata keçirilməsi, iqtisadiyyatdakı dəyişiklikləri əks etdirmək üçün monetar amillərdə tələb olunan düzəlişlərin qiymətləndirilməsi iqtisadi potensialın daha da gücləndirilməsi üçün zəruridir.

İqtisadi potensialın daha da gücləndirilməsi üçün monetar və fiskal çərçivələrin qarşılıqlı əlaqəsi ilə yanaşı, digər strateji məqsəd özəlləşdirmə və dövlət müəssisələrində islahatlarla bağlıdır. Bu sənəddə dövlət səhmdarlığı yanaşmasının qəbulu və dövlət müəssisələrinin islahat proqramının həyata keçirilməsi nəticəsində dövlət sektorunun iqtisadiyyatdakı səmərəliliyinin yaxşılaşdırılması ilə bağlı müddəalar verilmişdir. Strateji Yol Xəritəsi ölkədə özəl sektorun fəallığını yüksəltmək üçün həyata keçirilən mövcud təşəbbüsləri dəstəkləmək, dövlət müəssisələrinin

Page 57: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

57

səmərəliliyini artırmaq və biznes mühitini yaxşılaşdırmaqla, birbaşa xarici investisiyaların cəlbini stimullaşdırmaq məqsədi daşıyır və bu sahədə atılacaq addımlar ikinci hədəfdə təsvir olunmuşdur.

Rəqabətli, inklüziv və dayanıqlı iqtisadi məqsədlərə nail olmaq üçün göstərilən səylərin tərkib hissəsi kimi, üçüncü məqsəd insan kapitalının inkişafının daha da sürətləndirilməsidir. Bu məqsədlə həyata keçiriləcək təşəbbüslər əsaslandırılır və tədbirlər aşağıdakı istiqamətlərə uyğun planlaşdırılır: təhsilin insan kapitalına töhfəsi, müəssisələrin işinin daha səmərəli olmasına kömək üçün əmək məhsuldarlığının yaxşılaşdırılması.

Dördüncü məqsəd biznes mühitinin daha da yaxşılaşdırılması ilə bağlıdır. Fiskal və monetar siyasət nəticəsində iqtisadiyyata veriləcək təkanlar əlverişli biznes mühiti şəriatində mövcud resurslardan daha səmərəli istifadəyə imkan yarada bilər. İqtisadiyyatı dəstəkləmək üçün biznes mühitinin yaxşılaşdırılması istiqamətində daha müfəssəl yanaşma milli iqtisadiyyatın sektorları üzrə strateji yol xəritələrində verilmişdir.

Page 58: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

58

7. STRATEJİ HƏDƏFLƏR

7.1. Strateji hədəf 1. Fiskal dayanıqlılığın gücləndirilməsi və davamlı monetar siyasətin qəbul edilməsi

Azərbaycan iqtisadiyyatında baş verən proseslər ölkədə neft hasilatı və dünya bazarlarında neftin qiymətindəki dəyişkənliklə əhəmiyyətli dərəcədə bağlı olmuş və bu cür dəyişkənliklərin ÜDM-ə təsiri ardıcıl təkanverici mexanizmlər şəklində baş vermişdir (şəkil 24). Neftin qiymətindəki dəyişikliklər bilavasitə ARDNF-in dövlət büdcəsinə transfertlərinə təsir göstərmişdir. Eyni zamanda, ARDNF-in dövlət büdcəsinə transfertinin həcmindəki dəyişikliklər dövlət xərclərində də öz əksini tapmışdır. İqtisadiyyatda dövlət xərclərinin payını nəzərə alaraq, dövlət xərclərindəki dəyişikliklərin ÜDM-dəki dəyişikliklərlə üst-üstə düşdüyünü görmək olar. Bu səbəb–nəticə əlaqəsi və ötən illər ərzində neft qiymətlərindəki volatillik səbəbindən Azərbaycanda ÜDM artımı çox fərqli olmuş və Türkiyədə müşahidə edilən cəmi 4 faizlə müqayisədə Azərbaycanda ÜDM-in artımında orta standart kənarlaşma 2004–2014-cü illər arasında 11 faiz təşkil etmişdir.31

Şəkil 24. Neftin qiymətindəki dəyişkənliyin və ARDNF-in transfertlərinin Azərbaycan iqtisadiyyatına təsiri

Mənbə: Maliyyə Nazirliyi, Dünya Bankı

Azərbaycan iqtisadiyyatının təbii ehtiyatlardan və xüsusən də neftdən asılılığının həm qısa, həm də uzunmüddətli perspektivdə azaldılması zəruridir. 2013-cü ildə ARDNF-in transfertinin dövlət xərclərində payı 59 faizə32 çatmışdır və bu

31 Mənbə: Dünya Bankı 32 Mənbə: Maliyyə Nazirliyi, ARDNF

Page 59: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

59

vəziyyət makroiqtisadi sabitlik üçün ciddi təhdid yaradır. Büdcənin ARDNF-in transfertlərindən asılılığı 2013-cü ildən bəri azalsa da, bu transfertlərin büdcədə ümumi payı hələ də yüksək olaraq qalmaqdadır. Bu şəraitin, gələcəkdə neftin qiymətindəki dəyişkənliklər nəzərə alınmaqla, ÜDM artımına birbaşa təsir edə biləcəyi ehtimal edilir.

Uzunmüddətli perspektivdə neftin qiymətlərindən fiskal asılılıq, bu sahəyə daha diqqətli yanaşmanı şərtləndirir. Azərbaycanın təbii resurslarının tükənən xarakterli olması diqqəti dayanıqlı iqtisadi inkişaf modelini qəbul etmək üçün alternativ yanaşmalar seçilməsinə yönəldir. Belə ki, hesablamalara görə, Azərbaycanın təsdiq edilmiş neft-qaz ehtiyatları İran, Səudiyyə Ərəbistanı və ya Qazaxıstan kimi ölkələrin analoji göstəricisi ilə müqayisədə daha tez tükənə bilər. Davamlı kəşfiyyat işlərinin aparılması (xüsusən də kiçik yataqlar) bu müddəti bir qədər artırsa da, hazırkı şərait növbəti 30 il ərzində neft-qaz ehtiyatlarından əldə olunacaq gəlirlərdən asılılığın azaldılmasını tələb edir (şəkil 25).

Şəkil 25. Neftdən asılılıq səviyyəsi

Mənbə: Maliyyə Nazirliyi, Beynəlxalq Valyuta Fondu

Neftdən yüksək asılılıq iqtisadiyyata fərqli yollarla təsir edir. Məsələn, neft ticarəti ilə bağlı xarici valyuta daxilolmalarının həcminin dəyişməsi və buna görə manatla bağlı müşahidə edilən qeyri-stabilliyin nəticəsi kimi, milli valyutaya inam azalır.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2014-cü ildə Azərbaycanda dövlət sektoru hesabına formalaşmış əsas kapitalın ümumi yığımının ÜDM-də payı 20 faiz olduğu halda, özəl sektor üçün bu nisbət cəmi 8,6 faiz təşkil etmişdir. Bunun səbəbi, bir tərəfdən, dövlətin böyük neft gəlirlərinə çıxışı ilə əlaqəli olsa da, digər tərəfdən, özəl sektorun maliyyə resurslarına məhdud çıxışı ilə bağlıdır. Sonuncu təsir qismən onunla əlaqəlidir ki, neft gəlirlərinin mövcudluğu dövlət tərəfindən istiqrazların buraxılması zərurətini azaltmışdır; halbuki dövlət istiqrazları

Page 60: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

60

çox vaxt likvid kapital bazarının əsasını təşkil edir. Bundan əlavə, ümumi iqtisadiyyata nisbətdə dövlət sektorunun ölçüsü özəl sektorun “sıxışdırıldığı”nı göstərir: dövlət xərclərinin qeyri-neft ÜDM-ə nisbəti son illərdə 52-59 faiz olmuşdur. Norveç Azərbaycanla müqayisədə kapital çatışmazlığı ilə üzləşməsə də, onun 28 faizlik 33 göstəricisi Azərbaycan üçün bu istiqamətdə əlavə inkişaf imkanlarının olduğunu göstərir.

Resurs sektorlarına əsaslanan artım, adətən, bu sektorlarda əmək tutumunun aşağı olmasına görə bütövlükdə özəl sektorda aşağı məşğulluq səviyyəsinə gətirib çıxarır. Resurs sektorlarının aşağı əməktutumlu olması Azərbaycana mənfi təsir etmişdir: neft–qaz sektorunun ÜDM-də payı azı 36,3 faiz olduğu halda, ümumi məşğulluqdakı payı cəmi 1–2 faizdir. Nəticədə, 2015-ci ildə özəl sektorda muzdlu işçilərin sayı 623,6 min nəfər təşkil etdiyi halda, dövlət xərclərinin artırılması dövlət sektorunda 878,9 min nəfərin işlə təmin edilməsinə imkan vermişdir.34

Bundan əlavə, dövlət xərclərində çox yüksək artım, adətən, izafi yüklənmə, aşağı büdcə intizamı və dövlət sektorunda səmərəliliyin azalması kimi bir sıra əlavə problemlər törədir. Azərbaycanın dövlət büdcəsi xərclərinin bəzi illər üzrə 50 faizdən çox artması eyni çətinliklərin təkrarlanması ehtimalını yüksəldir.35

7.1.1. Prioritet 1.1. Neft gəlirlərinin dövlət büdcəsinə köçürülməsini tənzimləyəcək “qızıl qayda”nın qəbul edilməsi

Əsaslandırma

Qlobal makroiqtisadi meyillər və onların yuxarıda təsvir edilmiş nəticələrinə görə proqnozlaşdırıla bilməyən kənar şoklar nəticəsində baş verən potensial çətinliklərin qarşısının alınması, gələcək nəsillər üçün ehtiyatın yaradılması və inteqrasiya edilmiş fiskal idarəetmə prinsiplərinin effektivliyi ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə nəzərdən keçirilməli olan dörd əsas komponent: neft gəlirlərinin dövlət büdcəsinə köçürülməsi, xərc və investisiya intizamı üçün mexanizmin yaradılması, Ortamüddətli Xərclər Çərçivəsinin gücləndirilməsi və nəticəəsaslı büdcə mexanizminin icrasının nəzərə alınması qeyd edilən istiqamətlər üzrə “qızıl qayda”nın qəbulunu zərurətə çevirir. Bu səbəbdən fiskal, monetar, iqtisadi hədəflər, habelə onlar arasındakı qarşılıqlı asılılıq və onların bir-birini tamamlaması daha optimal şəkildə nəzərə alınacaqdır.

Görüləcək tədbirlər

Tədbir 1.1.1: “Qızıl qayda” prinsipi ilə uzlaşdırmanın həyata keçirilməsi Azərbaycanın dövlət büdcəsinə ARDNF-in transfertində sabitliyi təmin etmək

üçün “qızıl qayda”nın tətbiqi nəzərdən keçiriləcəkdir. Hazırda ARDNF-in Maliyyə Nazirliyinə köçürdüyü vəsaitlərin məbləği neftin

qiymətindən asılı olaraq dəyişir. Fond ilə Maliyyə Nazirliyi arasında “qızıl qayda” adlanan daha ciddi köçürmə mexanizmi köçürülən məbləğləri sabitləşdirərək, dövlət xərclərini (və beləliklə də ÜDM-in artımını) neftin qiymətindəki dəyişkənliklərdən daha yaxşı qoruya bilər (şəkil 26).

33 Mənbə: Avropa Komissiyası və Dünya Bankı 34 Mənbə: Dövlət Statistika Komitəsi 35 Maliyyə Nazirliyinin 2006-2008-ci illər üzrə məlumatı

Page 61: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

61

Şəkil 26. “Qızıl qayda” prinsipi

Mənbə: Maliyyə Nazirliyi, Beynəlxalq Valyuta Fondu

Bu mexanizm bir sıra üstünlüklərə malikdir və bunların ən əsası sabitlikdir. “Qızıl qayda” ÜDM-in dəyişkənliyini azaldaraq Maliyyə Nazirliyi üçün əlçatan vəsaitlərin həcminin və manatın mübadilə məzənnəsinin proqnozlaşdırılmasını daha da asanlaşdıracaqdır. Proqnozlaşdırma imkanları da öz növbəsində uzunmüddətli artım və şaxələndirmə, habelə uzunmüddətli planlaşdırma və dövlət xərclərinin səmərəliliyinin yüksəldilməsi üçün şərait yaradacaqdır. Dövlət xərclərinin əhatəsi və dəyişkənliyinin məhdudlaşdırılması özəl sektorun sıxışdırılması imkanını da məhdudlaşdırır. Bunun digər təsiri Maliyyə Nazirliyinin bəzi illərdə dövlət büdcəsinin potensial kəsirini maliyyələşdirmək üçün kapital bazarlarına çıxışının tələb edilməsində özünü göstərəcək, bu isə kapital bazarının dərinləşməsinə töhfə verəcəkdir.

Bundan əlavə, ARDNF-dən dövlət xəzinədarlığına vəsaitin köçürməsinin optimal məbləği dəqiq müəyyən edilmədiyindən, Fond tərəfindən daha yüksəkgəlirli və uzunmüddətli investisiya edilməsində çətinlik yaranır. Büdcəyə transfertlərin məbləğinin məhdudlaşdırılması ARDNF-ə toplanan vəsaitlərin həcmini artıraraq, gələcək nəsillər üçün faydalı olacaqdır.

Bununla belə, “qızıl qayda”nın həyata keçirilməsi və artımın təmin edilməsində mühüm amil xərclərin müəyyən səviyyədə saxlanılmasından ibarətdir. Azərbaycanda dövlət xərcləri müəyyən səviyyədən aşağı endikdə uzunmüddətli mənfəət əldə etmək perspektivləri azala bilər. Bu vəsait iqtisadiyyatın inkişafı üçün lazım olduğuna görə uzunmüddətli perspektiv naminə qısamüddətli perspektivdə qarşıda duran məsələlər də diqqət mərkəzində saxlanılacaqdır.

Page 62: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

62

Təcrübədə “qızıl qayda”

Mahiyyət etibarilə, “qızıl qayda”nın tətbiqi neft gəlirlərindən həddən artıq asılılıq səbəbindən dövlət büdcəsinin resurslarını məhdudlaşdıra bilər (şəkil 27). Bunun təsiri aşağıdakı kimidir: dövlət cari və kapital xərcləri üçün büdcəni tərtib edir. Büdcə xərclərinin böyük hissəsi qeyri–neft gəlirləri ilə ödənilir və qeyri–neft gəlirlərində kəsir (vergi–xərc fərqi) kiçik olduğuna görə, “qızıl qayda”da nəzərdə tutulduğu kimi, bu fərq neft gəlirlərinin orta həddə müəyyən edilmiş məbləği ilə ödənilir. Neft gəlirlərinin digər hissəsi özəl investisiyaların sıxışdırılmasının qarşısının alınması üçün xarici ölkələrə investisiya yatıran xüsusi fondda toplanır. Bu fond insanlar üçün gələcək ehtiyat toplamaqla, zaman keçdikcə böyüyür. Fondun özü bufer rolunu oynayır; neft qiymətləri müəyyən həddən aşağı düşdükdə fondda toplanmış ehtiyatlar dövlət büdcəsinə davamlı köçürülməklə baş verən dövri dəyişkənliklərə qarşı təhlükəsizlik buferi təmin edilir.

Şəkil 27. “Qızıl qayda”nın tətbiqi mexanizmi

1. Həmçinin, daxili sektorda “büdcədənkənar maliyyələşməni” azaldır.

Təbii ehtiyatlardan asılı olan ölkələrin çoxunda müstəqil ehtiyat fondu yaratmaq və neft sektorundan asılılığı azaltmaq üçün müxtəlif prinsiplər tətbiq edilir. Məsələn, Norveçin neft fondu olan Norveç Dövlət Pensiya Fondundan dövlət büdcəsinə ildə 4 faiz həcmində transfert etməyə icazə verilir. Botsvananın Pula Fondu ölkənin almaz ehtiyatlarından əldə edilən gəlirləri gələcək nəsillər üçün saxlayır. Norveç Pensiya Fondundan fərqli olaraq, Pula Fondu faiz qaydası tətbiq etmir. Bunun əvəzində, ölkənin bütün digər xarici ehtiyatları müəyyən edilmiş həddən yüksək nisbətə çatdıqda həmin fonda köçürülür.

Təbii resurslardan asılı digər ölkələr yuxarıda qeyd edilən Norveç və Botsvana təcrübəsinə bənzər yanaşmalardan istifadə etsələr də, resurs qiymətlərindəki dəyişkənliklərdən qorunmağa daha az diqqət yetirirlər. Bu mexanizmlər “qızıl qayda”nın əsas xarakteristikasını heç də mütləq şəkildə nəzərə almır. Məsələn, Çili

Page 63: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

63

mis ehtiyatlarından əldə edilən gəlirlər üçün iki fond yaratmışdır: Pensiya Ehtiyat Fondu (PEF) və İqtisadi Sosial Stabilləşdirmə Fondu (İSSF). İstənilən müsbət saldo bu fondlara köçürülür. 2009-cu il böhranının nəticələrini minimuma endirmək üçün fondlardan irihəcmli xərclərə baxmayaraq, hər iki fond böyüməkdədir. Qazaxıstan, Küveyt və Türkmənistan da fərqli uğur səviyyələri ilə neftdən əldə edilən gəlirləri gələcək nəsillərə saxlamaq üçün eyni xarakterli fondlara malikdirlər.

Tədbir 1.1.2: “Qızıl qayda” mexanizminin və parametrlərinin müəyyənləşdirilərək qəbul edilməsi

“Qızıl qayda” üzrə aparılan ümumi düzəlişlərə əsasən, mexanizm və onun parametrləri dəqiqləşdirilməlidir. Azərbaycan üzrə “qızıl qayda” mexanizmi müxtəlif hesablama məntiqinə əsaslanır. Mümkün variantlara aşağıdakılar daxildir:

Variant 1: Sabit köçürmə məbləği. Azərbaycanda ARDNF-dən dövlət büdcəsinə sabit köçürmə stabil və konservativ neft qiyməti, həmçinin gözlənilən orta ixrac həcmlərinə əsasən nəzərdən keçirilə bilər. Bu yanaşma iqtisadiyyatı neft qiymətindəki dalğalanmaların səbəb olduğu dəyişkənliklərdən qoruyaraq, qısamüddətli sabitliyi təmin edir. Belə qayda iqtisadiyyata daxil olan xarici valyuta məbləğini və milli valyutanın məzənnəsini proqnozlaşdırmaq imkanı yarada bilər. Lakin bu variantda dövlət büdcəsinə davamlı köçürmələrə icazə verilməməlidir: neft-qaz ehtiyatları tükəndikdən sonra sabit köçürülən məbləğ fondun illik faiz gəlirini üstələyə və bununla da fondun ehtiyatlarını sıfıra endirə bilər.

Variant 2: Sabit neft qiymətinə əsasən hesablanan köçürmələr. ARDNF-in köçürmələrinə sabit və konservativ neft qiymətinə əsasən hesablanan faktiki satış həcmləri kimi tərif verilə bilər (orta satış həcmlərinin qəbul edildiyi sabit köçürmə variantından fərqli olaraq). Bu yanaşma yalnız satılan həcmlərdə dəyişiklik baş verdikdə köçürmələrdə dəyişikliklərə yol açır. Bu halda uzunmüddətli perspektivdə neft-qaz ehtiyatları tükəndikdən sonra Fondda qalan potensial ehtiyatlardan istifadə üçün yeni “qızıl qayda”nın tətbiqi lazım gələcəkdir.

Variant 3: İnvestisiyalardan əldə ediləcək sabit gəlirlər. Dövlət büdcəsinə köçürmə ARDNF-in vəsaitlərinin idarə edilməsindən əldə olunan sabit gəlir şəklində aparıla bilər (bu qayda Norveçdə tətbiq edilən məntiqə uyğundur). Bu yanaşma neft qiymətindəki dəyişkənliklərdən asılılığı aşağı salsa da, fondun nisbətən kiçikölçülü olması səbəbindən ilkin mərhələdə 4 faizlik36 (Norveçdə tətbiq edildiyi kimi) köçürmə dövlət büdcəsinin ehtiyaclarını ödəmək üçün kifayət etməyə bilər. Uzunmüddətli perspektivdə dövlət büdcəsinə yalnız orta faiz dərəcəsindən əldə edilən gəlirin köçürülməsi, kapital balansının saxlanılması və artırılması fondun gələcək nəsillər üzrə daim bölüşdürülməsi probleminin yaranmasına imkan vermədiyinə görə daha əlverişlidir.

Variant 4: İnvestisiyaların maliyyələşdirilməsi. Azərbaycan üçün digər alternativ variant yuxarıda verilmiş variantlardan birinə uyğun “qızıl qayda” mexanizminə mərhələli yanaşmadan ibarətdir. Bu yanaşma onu nəzərdə tutur

36 Mənbə: Norveç Bankı

Page 64: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

64

ki, Azərbaycan iqtisadi inkişafın erkən mərhələsində olduğundan, əsaslı kapital qoyuluşu qeyri-neft sektorunun inkişafı və şaxələndirilməsinə şərait yarada bilər. İnvestisiya imkanlarına və institusional inkişaf potensialına görə, ARDNF-dən transfertin tədricən azaldılması üçün qayda qəbul edə bilər. Fonddan azalan köçürmələrin qeyri-neft investisiya layihələrindən əldə ediləcək gəlirlərin artmasına görə tarazlaşdırılması iqtisadiyyata ümumi təsiri minimuma endirəcəkdir.

“Qızıl qayda” əsasında köçürmənin lazımi səviyyəsinin müəyyən edilməsi

Mexanizm seçildikdən sonra köçürmələrin arzuolunan səviyyəsi, qaydanın parametrlərinə dair razılığa gəlindiyi təqdirdə qəbul edilməlidir. Arzuedilən səviyyə köçürmələrin stabilliyindən əldə edilən mənfəəti qısamüddətli maliyyələşdirmə ehtiyacları ilə tarazlaşdırmalıdır. Bu cür tarazlaşdırma ölkənin sosial-iqtisadi inkişafı üçün vacibdir, çünki hazırda Azərbaycan həm adambaşına düşən ümummilli gəlir, həm də real kapital ehtiyatına görə bir sıra ölkələrlə müqayisədə geri qalır (şəkil 28). Davamlı iqtisadi inkişaf üçün dövlət öz investisiyalarının lazımi səviyyədə saxlanmasını təmin edəcəkdir.

Şəkil 28. Qısamüddətli perspektivdə neft gəlirlərinə ehtiyac

1. 1990–2014-cü illər üzrə İran barədə təhlillər yalnız ictimaiyyət üçün açıq olan məlumatlara əsaslanır.

Mənbə: BMT-nin İnkişaf Proqramı (UNDP), Dövlət Statistika Komitəsi, Dünya Bankı

Büdcə kəsirinin dövlət borcu hesabına maliyyələşdirilməsi mümkün olsa da, cari vergi–xərc fərqinin böyük olması ARDNF-dən nəzərəçarpan səviyyədə

Page 65: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

65

transfertlər tələb edir. “Qızıl qayda”nın parametrlərinin ölçülməsi zamanı bu məsələ də nəzərə alınacaqdır. “Qızıl qayda”da stabillik əsas məsələ olsa da, müəyyən zaman ərzində Fonda daxilolmalarda proqnoz dəyişikliyə imkan vermək üçün parametrlər qrafik üzrə müntəzəm nəzərdən keçirilməlidir. Məsələn, “qızıl qayda” beşillik vaxt müddəti üçün təsdiqlənə və sonra Fondun ehtiyatlarının artımının dəyərləndirilməsi və dəyişikliklərin zəruri olub-olmadığının təsdiqlənməsi məqsədilə üçüncü il yenidən nəzərdən keçirilə bilər.

Bu yolla Azərbaycanda ölkənin qısamüddətli büdcə ehtiyaclarını qarşılamaq üçün “qızıl qayda”nın tətbiq edilməsinə çalışmaqla yanaşı, neft qiymətindəki dəyişikliklərin təsiri azaldılacaq, Fondun vəsaitlərinin hazırkı və gələcək nəsillər üzrə ədalətli bölgüsü təmin edəcəkdir. Həm institusional və həm də praktiki tədbirlər maliyyə dayanıqlılığının təmin edilməsi və maliyyə siyasəti nəticəsində davamlı iqtisadi inkişafa nail olunması baxımından vacibdir. Xərc və investisiya intizamı yaratmaq üçün başladılan proqramlar iqtisadi siyasət, uzunmüddətli planlaşdırma və büdcənin tərtibi proseslərinin əlaqələndirilməsini asanlaşdırır. Bundan əlavə, strateji hədəflərin müəyyən olunması, potensial gələcək əməliyyatlarda mümkün büdcə risklərinin qarşısının alınması və bu proqramların effekttiv tətbiqi Azərbaycanda maliyyə intizamının daha da gücləndirilməsi üçün vacibdir.

Azərbaycanın öz iqtisadi inkişafı üçün investisiya qoyuluşlarını daha da gücləndirəcək əlverişli mühit yaratmağa çalışdığını nəzərə alaraq, “qızıl qayda”nın icrası iqtisadiyyatın şaxələndirilməsi üçün davam edən kompleks tədbirlərə töhfə olacaqdır. Dəyişkən neft qiymətlərinin təsirinə davamlı olan və potensial iqtisadi riskləri yüngülləşdirən dayanıqlı maliyyə idarəçiliyi iqtisadiyyatın gələcək inkişafını şərtləndirir. “Qızıl qayda” iqtisadiyyatı kənar şoklardan qoruyur və iki əlavə mühüm tədbirin həyata keçirilməsi üçün əsas təşkil edərək, makroiqtisadi çərçivəni gücləndirir: səmərəli və effektiv xərcləmə. Bu istiqamətdə görülən tədbirlərin nəticəsi kimi, eləcə də yuxarıda təfərrüatları verilmiş “qızıl qayda”nı nəzərə alaraq, Ortamüddətli Xərclər Çərçivəsinin effektiv tətbiqi və nəticəyə hədəflənmiş büdcənin təşkili prosesinə keçid vəsaitlərdən daha rasional istifadəni təmin edəcəkdir.

7.1.2. Prioritet 1.2. Xərc/investisiya intizamının təminatı üçün mexanizmin yaradılması

Əsaslandırma

“Qızıl qayda”nın səmərəli və effektiv xərc siyasəti ilə tətbiqi Azərbaycanda dövlət sektorunun dayanıqlılığını və məhsuldarlığını təmin etməyə kömək edəcəkdir. Səmərəli xərc siyasəti kapital xərcləri üçün resurslardan rasional istifadəni təmin edir və bu zaman investisiya qoyuluşlarından gəlir əldəetmə və kapitalın özünüödəməsi kimi amillər nəzərə alınır. Başqa sözlə, büdcə intizamı tətbiq edilir. Bu cür siyasət zəruri texnoloji yüksəlişi və insan kapitalının inkişafını təmin etmək üçün düzgün layihələrin seçilməsinə imkan verir, yəni xərclər gələcək artım üçün təkanverici rol oynayan ehtiyaclara yönəldilir.

Maliyyə dayanıqlılığını və çoxsahəli fiskal siyasətin məqsədlərini təmin etmək üçün Azərbaycanda gəlir, xərc və dövlətin balans hesabatı kimi məsələləri nəzərə alaraq, inteqrasiya edilmiş fiskal xərcləri idarəetmə çərçivəsinin yaradılması planlaşdırılır. Bu baxımdan, çərçivənin dayanıqlı şəkildə icrası üçün xərc və investisiya intizamını təşviq edən tədbirlərin davam etdirilməsi vacibdir. Ona görə də Azərbaycanda belə intizamın standartlaşdırılması və təmin edilməsini nəzərdə tutan davamlı tədbirlər həyata keçiriləcəkdir. Neft gəlirlərindən dövlət büdcəsinə

Page 66: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

66

transfertlərin payının dayanıqlı səviyyəyə çatdırılması, 2014-cü ildə Dünya Bankı tərəfindən Azərbaycan üzrə aparılmış Dövlət Xərcləri və Maliyyə Hesabatlılığı (DXMH–PEFA) qiymətləndirilməsində öz əksini tapan tövsiyələrin icrası, vergi modeli də daxil olmaqla fiskal çərçivənin təkmilləşdirilməsi, habelə dövlət borcunun idarə edilməsinin gücləndirilməsi üzrə göstərilən təşəbbüslər belə davamlı tədbirlər sırasına daxil ediləcəkdir. Bu intizam Azərbaycanda ardıcıl surətdə həyata keçirilən kompleks tədbirləri tamamlayan əsas amillərdən biri olduğundan, fiskal siyasətin səmərəli həyata keçirilməsi üçün əsas istiqamətləndirici prinsiplərin dərc və monitorinq edilməklə izlənilməsi vacibdir. Bu prinsiplərin icrasını tamamilə təmin etmək üçün, ehtiyac olduğu təqdirdə, əlavə qanunvericilik tədbirlərinin görülməsi nəzərdən keçirilə bilər. Bununla yanaşı, dövlət və özəl tərəfdaşların cəlb edilməsi və həmin prinsiplər üzrə öhdəliklərin uzlaşdırılması yolu ilə sözügedən prinsiplərin icrasına əlavə dəstək verilə bilər.

Görüləcək tədbirlər

Tədbir 1.2.1: Ortamüddətli Xərclər Çərçivəsinin yaradılması

Azərbaycanda büdcənin hazırlanması mexanizminin Ortamüddətli Xərclər Çərçivəsinə (OMXÇ) uyğun olaraq təkmilləşdirilməsi nəzərdən keçiriləcəkdir. Bu büdcə mexanizminin əsas məqsədi iqtisadi siyasəti, uzunmüddətli iqtisadi (o cümlədən büdcə planlaşdırmasını və büdcə proseslərini əlaqələndirmək), həmçinin strateji hədəfləri müəyyənləşdirməkdir.

OMXÇ dövlətə büdcə xərclərinin planlaşdırılması məqsədilə həm təşkilati, həm də sektoral büdcə resurslarının həcmi, bölgüsü, tətbiqi üçün zəruri olan inkişaf büdcəsinin tərkib hissəsi kimi investisiya layihələrinin əsas istiqamətləri barədə məlumat verməlidir. OMXÇ hökumətin öz strategiyasında müəyyənləşdirdiyi əsas hədəflərə uyğun olaraq, büdcədən vəsaitlərin ayrılmasını şərtləndirir. Bu zaman ilk olaraq hökumətin illik büdcə xərcləri müəyyən edilir (məsələn, qəbul edilmiş “qızıl qayda”ya uyğun olaraq). Müəyyən edilmiş məbləğ sonradan müxtəlif dövlət orqanları arasında bölüşdürülür. OMXÇ tətbiq olunduğu sistemlərdə bu növ bölüşdürmələr zamanı müvafiq dövlət orqanlarının müəyyən edilmiş iqtisadi və sosial siyasət kursunun qısa və ortamüddətli təsirləri nəzərə alınır.

OMXÇ-nin hazırlanması sonda dövlətin maliyyə resurslarının idarə edilməsi baxımından aşağıdakı üstünlüklərə malikdir: fiskal intizamın təmin edilməsi, dövlət büdcəsi göstəricilərinin proqnozlaşdırıla bilən olmasının təmin edilməsi, büdcə resurslarının sektorlararası və sektordaxili düzgün bölüşdürülməsinin təmin edilməsi, nəticələrə görə konkret subyektlərin məsuliyyətinin artırılması, dövlət büdcəsi xərclərinin səmərəliliyinin yüksəldilməsi.

Tədbir 1.2.2: Nəticəəsaslı büdcə mexanizminin təşkil edilməsi

Nəticəəsaslı büdcənin, OMXÇ-nin əsasını təşkil etməklə, aşağıdakı şərtlər daxilində reallaşdırılması zəruridir:

● dövlətin maliyyə resurslarının maddələr üzrə deyil, proqramlar və strateji hədəflər üzrə icrasının təmin edilməsi;

● proqramların və strateji hədəflərin, o cümlədən hər bir dövlət orqanının fəaliyyətindən gözlənilən əsas nəticələrin aydın şəkildə müəyyən edilməsi;

● dövlət qurumlarının məqsədlərinin və strateji prioritetlərinin kompleks və məqsədli proqramlara uyğunlaşdırılması;

Page 67: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

67

● dövlət orqanları üzrə büdcənin həmin orqandan gözlənilən nəticələr əsasında tərtib edilməsi;

● dövlət qurumlarının büdcə vəsaitlərindən istifadəsi üzərində nəzarət mexanizminin qurulması;

● büdcə layihəsinin müvafiq icra hakimiyyəti orqanlarına büdcə təşkilatlarının fəaliyyətinin səmərəliliyini, nəticələrini və qənaətliliyini qiymətləndirməyə imkan verən göstəricilər sistemi əsasında tərtib edilməsi.

7.1.3. Prioritet 1.3. Yeni iqtisadi modeldə effektiv pul siyasəti rejiminin tətbiq edilməsi

Əsaslandırma

Mövcud qanunvericiliyə əsasən, Azərbaycan Respublikasında pul siyasətinin başlıca məqsədi qiymət sabitliyinin təmin edilməsidir. Qiymət sabitliyinin təmin edilməsi ölkədə makroiqtisadi sabitliyi möhkəmləndirməklə qarşıya qoyulmuş strateji hədəflərin reallaşdırılmasına əhəmiyyətli töhfə verəcəkdir. Azərbaycan iqtisadiyyatının mövcud reallıqları və mütərəqqi beynəlxalq təcrübə onu deməyə əsas verir ki, orta və uzunmüddətli dövrdə pul siyasətinin iqtisadiyyata yüksək ötürücülüyünün makroiqtisadi və maliyyə sabitliyinin əldə edilməsinə əhəmiyyətli töhfə verməsi məqsədilə ən optimal pul siyasəti rejiminə keçid təmin edilməlidir.

Görüləcək tədbirlər

Tədbir 1.3.1: Makroiqtisadi koordinasiyanın təmin edilməsi

Makroiqtisadi və maliyyə sabitliyi üzrə dövlət qurumları arasında koordinasiyanın təmin edilməsi qarşıya qoyulmuş hədəflərin reallaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycanda bu istiqamətdə artıq nəzərəçarpan tədbirlər görülmüşdür. Bu baxımdan əsas maraqlı tərəflər arasında tam koordinasiyanı təmin etmək məqsədilə, məsuliyyətlərin aydın bölgüsünə əsaslanmaqla, Azərbaycanda Maliyyə Sabitliyi Şurası (MSŞ) yaradılmışdır. MSŞ dəyişkən qlobal, regional və daxili mühiti təhlil edərək, koordinasiya edilmiş və çevik makroiqtisadi sabitlik üzrə siyasətin formalaşdırılmasına və səmərəli həyata keçirilməsinə əhəmiyyətli töhfə verəcəkdir.

MSŞ-nin yaradılması fiskal və monetar əməliyyatlar arasında əlaqəni təmin etmək üçün müxtəlif dövlət qurumları arasında yüksək səviyyədə koordinasiya əldə edilməsinin əhəmiyyətini göstərir. MSŞ-da müxtəlif sahələrdə makroiqtisadi siyasəti həyata keçirən dövlət qurumları təmsil olunur və Azərbaycan Respublikası Baş nazirinin rəhbərliyi ilə makroiqtisadi siyasət koordinasiya edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) pul siyasəti əməliyyatlarını həyata keçirməsi üçün sağlam platforma yaratmaq və siyasətin formalaşdırılmasının erkən mərhələsində monetar və fiskal qurumlar arasında effektiv kommunikasiyanı təmin etmək MSŞ-nin başlıca məqsədlərindən biridir.

MSŞ vasitəsilə Azərbaycanda davamlı olaraq makroiqtisadi vəziyyət təhlil ediləcək, bazar qiymətləndirmələri və perspektivləri, habelə inkişaf etməkdə olan bazar strukturları və vasitəçilik platformaları nəzərə alınacaqdır. Bu isə AMB-nin siyasət seçimlərinin müəyyənləşdirilməsi zamanı hərtərəfli məlumatla təmin edilməsi deməkdir. İqtisadiyyatın müəyyən edilmiş hədəflərə uyğun inkişaf etdiyini qiymətləndirmək üçün MSŞ müntəzəm olaraq iclaslar keçirəcəkdir. Bu səyləri

Page 68: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

68

dəstəkləmək məqsədilə MSŞ monetar siyasətlə daha geniş iqtisadi məqsədlər arasında əlaqə barədə təsəvvür yaratmaq üçün aktual mövzular barədə xüsusi işçi qruplar yarada bilər (bazar infrastrukturunun və institusional təsisatların dayanıqlılığı, Azərbaycanın rəqabət qabiliyyəti və müqayisəli üstünlüyü, birbaşa xarici investisiyalar (BXİ) və s. üzrə).

MSŞ vasitəsilə, mandat və səlahiyyətlər nəzərə alınaraq, intizamlı koordinasiyanın təmin olunması iqtisadiyyatın dayanıqlılığı üçün mühümdür. Səmərəli fəaliyyəti ilə MSŞ ictimai etimadın yaradılması yolunda çox faydalı təsisat ola bilər. Bu qurum vasitəsilə sağlam koordinasiya və effektiv icra manatın cəlbediciliyinin artırılmasını və paralel olaraq, dollarlaşma səviyyəsinin azaldılmasını təmin edə bilər. Eyni zamanda, bu Strateji Yol Xəritəsinin bir hissəsi kimi, BXİ-nin və ixracın artımı iqtisadiyyatda dollarlaşmanın məhdudlaşdırılmasına kömək edəcəkdir. Uzunmüddətli dövrdə depozitlərin dollarsızlaşdırılması vasitəsilə öhdəliklərin manata konvertasiyasına və potensial olaraq, daha təkmil alətlərə, o cümlədən törəmə maliyyə alətlərinə əsaslanan dollarsızlaşdırılmadan istifadə ediləcəkdir. Bundan başqa, Şura maliyyə sabitliyinin gücləndirilməsi üçün müvafiq tədbirlər həyata keçirəcəkdir. Bu isə öz növbəsində maliyyə vasitəçiliyini dərinləşdirməklə, pul siyasətinin ötürücülüyünü gücləndirəcəkdir.

Tədbir 1.3.2: Yeni alternativ lövbərin hədəflənməsi

BVF-nin hesabatına görə, Azərbaycan 2015-ci ilin sonunadək de-fakto məzənnənin hədəflənməsi rejimini reallaşdırmışdır. Bu rejim əsnasında pul siyasətinin lövbəri qismində məzənnə çıxış etmişdir. Dünya bazarında neftin qiymətinin kəskin düşməsi xarici sektor üzrə balansın təmin edilməsi ilə bağlı ciddi çağırışlar formalaşdırmış, xarici sektorda olan problemlər daxili iqtisadi balans üzərində neqativ təsirlər əmələ gətirmişdir. Yeni dövrün şərtlərinə uyğunlaşmaq, daxili və xarici iqtisadi balansı təmin etmək üçün milli valyuta iki dəfəyə yaxın ucuzlaşmış, faktiki olaraq, pul təklifinin hədəflənməsi rejiminin tətbiqinə başlanılmışdır. Bu rejimin reallaşdırılması isə pul təklifinin–pul bazasının pul siyasətinin lövbəri kimi seçilməsi hesabına təmin edilmişdir.

Orta və uzunmüddətli dövrdə pul siyasəti rejiminin təkmilləşdirilməsi məqsədilə faiz dərəcələri nəzərə alınan lövbərlərdən biri seçilə bilər. Faiz dərəcələrinin lövbər qismində seçilməsi pul siyasətinin iqtisadiyyata ötürücülüyünü yüksəltməklə, qiymət və maliyyə sabitliyinin daha effektiv təmin edilməsinə imkan verəcəkdir.

Tədbir 1.3.3: Tam üzən məzənnə rejiminə keçidin təmin edilməsi

Qlobal əmtəə bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsinin Azərbaycanın xarici və daxili iqtisadi balansına neqativ təsirlərini minimuma endirmək, ölkə iqtisadiyyatının beynəlxalq rəqabət qabiliyyətini yüksəltmək, həmçinin ölkənin malik olduğu xarici valyuta ehtiyatlarının bütövlüyünü təmin etmək məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 2015-ci il 21 dekabr tarixli qərarı ilə sabit məzənnə rejimindən imtina edilmiş, üzən–tənzimlənən məzənnə rejiminin tətbiqinə başlanılmışdır.

Tam üzən məzənnə rejiminin tətbiqinə nail olmaq üçün ilk növbədə yaxın və ortamüddətli dövrdə hazırda tətbiq edilən üzən–tənzimlənən məzənnə rejiminin məzmununun bir daha dəqiqləşdirilməsi vacibdir. Tam üzən məzənnə rejiminə keçid həyata keçirilməlidir və bu baxımdan, ilk növbədə yaxın və ortamüddətli dövrdə məzənnə siyasətinin əsas strateji hədəfi kimi idxalın əvəzlənməsi siyasətinin dəstəklənməsi prioritet seçilə bilər. Məhz istehlak səbətində idxal məhsullarının

Page 69: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

69

payının azaldılmasına nail olma səviyyəsinə uyğun şəkildə məzənnə üçün faktiki tətbiq edilən dəhlizin genişləndirilməsi, ortamüddətli dövrdə isə tamamilə ləğv edilməsi üzən rejimə səmərəli keçidi təmin edəcəkdir. Üzən məzənnə rejiminə keçidin şərtlərindən biri də daxili maliyyə bazarının inkişafına, bazarda hedcinq və məzənnə risklərindən sığortalanmağa imkan verən digər maliyyə alətlərinin təqdim edilməsinə nail olmaqdır.

Bundan əlavə, Mərkəzi Bankın valyuta bazarına müdaxilə strategiyasının hazırlanması və onun maliyyə bazarı iştirakçılarına səmərəli şəkildə kommunikasiya edilməsinin təmin olunması istiqamətində tədbirlər nəzərdən keçiriləcəkdir.

Tədbir 1.3.4: Banklararası bazarın fəaliyyətinin təkmilləşdirilməsi

Pul siyasətinin iqtisadiyyata effektiv ötürücülüyünün təmin edilməsinin əhəmiyyətli aralıq həlqəsi banklararası bazardır. Bu bazarın səmərəli fəaliyyəti pul siyasəti qərarlarının faiz dərəcələri vasitəsilə iqtisadiyyata ötürülməsinə imkan verir.

Hazırda pul bazarının aparıcı seqmenti olan banklararası bazarda əməliyyatların həcmi nisbətən aşağıdır. Banklararası bazarın inkişaf etdirilməsi üçün kommersiya bankları arasında etimadın gücləndirilməsi, faiz dəhlizi parametrlərinin banklararası bazarın fəaliyyətini dəstəkləyici konstruksiyada istifadə imkanlarının təhlili xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, dərin və likvid qiymətli kağızlar bazarı banklararası bazarın inkişafını təmin edən amillərdəndir. Xüsusilə də dövlət qiymətli kağızlar bazarının inkişaf etdirilməsi banklararası bazarda təminat problemini həll etməklə, əməliyyatların həcminin artmasına təkan verə bilər. Banklararası bazarın inkişaf etdirilməsinə dair təfsilatlı tədbirlər “Azərbaycan Respublkasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə əks olunmuşdur.

Tədbir 1.3.5: Adekvat iqtisadi gözləntilərin formalaşdırılması və idarə edilməsi

Pul siyasəti rejiminin səmərəli tətbiqi zamanı ən çox istifadə edilən transmissiya kanallarından biri də gözləntilər kanalıdır. Səmərəli kommunikasiyanın təmin edilməsi biznes, dövlət sektoru və ev təsərrüfatlarının qəbul edilmiş pul siyasəti qərarlarından adekvat iqtisadi gözləntilərini formalaşdırır. Effektiv kommunikasiya çərçivəsinin qurulmasının digər üstün tərəfi həmin gözləntilərin adekvat idarə edilməsinə imkan verməsi və nəticədə rasional davranışların təmin edilməsidir.

Effektiv kommunikasiya strategiyası müasir qərarvermə prosesinin əsas elementlərindən birinə çevrilmişdir və hazırda Mərkəzi Bankın etimadının, habelə pul siyasətinin səmərəliliyinin artırılmasına əhəmiyyətli dərəcədə təsir göstərməkdədir. Qlobal iqtisadi meyillərin təhlili bir daha sübut edir ki, mərkəzi bankların effektiv kommunikasiya siyasəti ictimaiyyətin gözləntilərinin formalaşmasının və idarə edilməsinin ən mühüm vasitələrindəndir.

Pul siyasətinin kommunikasiyası bazar iştirakçılarının pul siyasətinin cari vəziyyəti və gələcək istiqamətləri, inflyasiyanın yaxın müddət ərzində proqnozlaşdırılan səviyyəsi, faiz dərəcələri, kreditləşmə şərtləri və sair bu kimi məsələlərin təfsilatı ilə ictimaiyyətə çatdırılmasını, bununla da gözləntilərin idarə olunmasını özündə ehtiva edir. Kommunikasiya strategiyası ictimaiyyətin pul siyasəti ilə bağlı proqnozlar verə bilməsi üçün ən vacib şərtlərdən biridir. Pul siyasətinin kommunikasiyasının əsas hədəfi iqtisadi proseslərə təsir etmək, o cümlədən qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün qəbul edilmiş həmin qərarlara adekvat gözləntilərin formalaşmasını təmin etməkdən ibarətdir. Kommunikasiya strategiyasının son hədəfinə nail olmaq üçün aralıq hədəflər müəyyən edilməlidir. Bu

Page 70: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

70

aralıq hədəflərə pul siyasətinə olan etimadın və şəffaflığın artırılması, eləcə də əsas hədəf kütlələrin iqtisadi maariflənmə səviyyəsinin yüksəldilməsi daxildir.

7.2. Strateji hədəf 2. Özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların həyata keçirilməsi

Azərbaycanda iqtisadi artım üçün yeni ehtiyat mənbələrindən faydalanmaq, iqtisadiyyatın şaxələndirilməsi və qeyri–neft sektoruna daha çox investisiyaların cəlb edilməsi məqsədilə iqtisadiyyatda özəl sektorun xüsusi çəkisinin artırılması istiqamətində mühüm islahat proqramları həyata keçirilməkdədir. Həmçinin, yerli şirkətlərin dünya bazarlarında daha uğurlu rəqabət aparmasına şərait yaratmaq üçün onların idarəetmə təcrübələrinin və səmərəliliyinin artırılmasına yönələn proqramlar işlənib hazırlanmaqdadır.

Ölkədə iqtisadi fəallığı gücləndirmək, özəl təşəbbüslərə dəstək vermək, iqtisadiyyatda dövrün tələbinə uyğun olaraq zəruri struktur dəyişiklikləri aparmaq, sağlam rəqabət mühiti formalaşdırmaq və milli iqtisadiyyatın səmərəliliyini yüksəltmək məqsədilə dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi iqtisadi siyasətin mühüm istiqamətlərindən biridir.

Əksər ölkələrin təcrübəsi göstərir ki, iqtisadiyyatda özəl sektorun xüsusi çəkisinin artırılması maliyyə və aktivlər üzrə əməliyyatlar sahəsində mühüm irəliləyişlərə, həmçinin investisiyaların cəlb edilməsi üçün kapitala çıxış imkanlarının yaxşılaşdırılmasına səbəb olur (şəkil 29). Dünyada üç qlobal meyil iqtisadiyyatda dövlət sektorunun mülkiyyət payının getdikcə azaldılmasını zəruri edir: birincisi, daha qlobal sənaye və daha sürətli texnoloji inkişaf idarəetmə orqanlarının çevik reaksiyasını və yeni tələblərə sürətli adaptasiyasını zəruri edir; ikincisi, idarəetmə və mülkiyyətçilik siyasətinə diqqətin artırılması bu aspektləri dəyər yaradılması prosesinin əsas hərəkətverici qüvvələrindən birinə çevirir; üçüncüsü, dövlət sektorunun maliyyələşməsinə ictimai nəzarətin güclənməsi dövlət müəssisələrinin (bundan sonra – DM) dəyəryaratma prosesində iştirakını artırır. Bütün bu meyillər iqtisadi proseslərdə özəl sektorun iştirakının artırılması yolu ilə hər bir sektor üzrə və nəticə etibarilə, makroiqtisadi səviyyədə qarşıya qoyulan məqsədlərə çatmaq üçün zəmin yaradır.

Page 71: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

71

Şəkil 29. Özəlləşdirmədən sonra istismar və maliyyə sahələrində irəliləyişlər, %-lə

Mənbə: Megginson, Nash & van Randenborgh (1994); Boubarki & Cosset (1998); D’Souza & Megginson (1998); İƏİT dövlət müəssisələrinin özəlləşdirilməsi, noyabr 2003-cü il

Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 2016-cı ilə qədər iki dövlət proqramı– “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin I Dövlət Proqramı” və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı” (bundan sonra – “I Dövlət Proqramı” və “II Dövlət Proqramı”) həyata keçirilmişdir. Qeyd edilən hər iki dövlət proqramının əsas məqsədi iqtisadiyyatda aparılan struktur islahatlarını, sahibkarlığın inkişafını və sağlam rəqabət mühitinin formalaşdırılmasını sürətləndirmək, həmçinin investisiyalar cəlb etmək yolu ilə iqtisadi səmərəliliyin artırılmasına nail olmaq idi. Bu dövlət proqramlarının həyata keçirilməsi nəticəsində qeyri-neft sektoruna cəlb edilmiş investisiyaların artması, sahibkar və səhmdar təbəqəsinin daha da genişlənməsi, ölkədə yeni iş yerlərinin açılması və ya bərpa olunması sahəsində əhəmiyyətli irəliləyiş əldə edilmişdir.

Bundan əlavə, həmin proqramlar Azərbaycanda iqtisadi potensialın genişləndirilməsinə, azad rəqabət mühitinin yaradılmasına, əksər dövlət müəssisələrinin fəaliyyətinin yenidən qurulmasına, yeni avadanlıq və texnologiyaların, həmçinin müasir idarəetmə metodlarının tətbiqinə şərait yaratmışdır. Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsindən bəhrələnərək, Azərbaycan dövlət əmlakının liberallaşdırılması və özəl sektorun inkişaf etdirilməsi istiqamətində təşviqedici fəaliyyətini davam etdirməkdədir. Ölkədə dövlət əmlakından istifadənin səmərəliliyinin artırılmasına, onun idarə olunmasının təkmilləşdirilməsinə və özəlləşdirilməsinə yönəlmiş yeni qanun layihəsi hazırlanır.

Dövlət əmlakının özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsini iqtisadiyyatda özəl sektorun xüsusi çəkisinin artırılması ilə

Page 72: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

72

bağlı əvvəlki proqramların davamı hesab etmək olar. Belə ki, yeni qanun layihəsinin məqsədi dövlətin idarəetmə funksiyalarının tədricən dövlətin tənzimləmə funksiyaları ilə əvəz edilməsi vasitəsilə dövlət xərclərinin azaldılması, şəffaf və müstəqil idarəetməyə təkan verilməsi, həmçinin yeni özəlləşdirmə metodlarının tətbiq edilməsi yolu ilə bazar iqtisadiyyatının daha da gücləndirilməsindən ibarət olacaqdır. Bundan başqa, layihənin hədəfləri sırasında nüfuzlu investorların, o cümlədən beynəlxalq maliyyə institutlarını, investisiya banklarını və fondlarını cəlb etməklə Azərbaycan iqtisadiyyatına sərmayə axınının daha da artırılması xüsusi əhəmiyyət kəsb edir. II Dövlət Proqramında özəlləşdirməyə açıq elan edilmiş müəssisələrin özəlləşdirilməsinin sona çatdırılması, həmçinin əvvəllər özəlləşdirilmiş müəssisələrin inkişafı üçün dəstək tədbirlərinin müəyyən edilməsi də yeni qanun layihəsində öz əksini tapacaqdır. Yeni qanun layihəsi əvvəlki Dövlət Proqramının icrasından sonra yaranmış digər tələblərin də ödənilməsi istiqamətində əlverişli imkanlar yaradacaqdır.

Hazırlanmış Strateji Yol Xəritəsinin səmərəli idarə olunması Azərbaycan iqtisadiyyatında özəl sektorun xüsusi çəkisinin daha da artırılması məqsədi daşıyan davamlı tədbirlərin reallaşdırılması və tətbiq edilmiş yeniliklərin tamamlanması üçün olduqca mühümdür. Bu baxımdan, Strateji Yol Xəritəsinin həyata keçirilməsi üçün iqtisadiyyatda dövlət sektorunun roluna ümumi yanaşmanın koordinasiyası, o cümlədən zəruri ehtiyat və prioritetlərin, xüsusilə də tələb olunan maliyyənin təmin edilməsi əsas amillər kimi diqqətdə saxlanılacaqdır.

Bundan başqa, iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində ən yüksək şəffaflıq səviyyəsini təmin etmək və səmərəliliyi yüksəltmək məqsədilə müasir korporativ idarəetmə prinsiplərinin tətbiq olunması, vacib struktur dəyişikliklərinin aparılması istiqamətində lazımi tədbirlərin həyata keçirilməsi, özəlləşdirmə prosesinə nəzarətin gücləndirilməsi və bu sahədə aşkarlığın təmin edilməsi də xüsusi əhəmiyyət kəsb edir. Diqqət yetiriləsi məqamlardan biri də dövlət əmlakının özəlləşdirilməsində şəffaflığın və məlumatlandırmanın təmin edilməsi, həmçinin müvafiq prosedurların elektron üsulla həyata keçirilməsidir.

7.2.1. Prioritet 2.1. İqtisadiyyatda dövlət sektorunun rolunun səmərəliliyinin artırılmasına dair ümumi yanaşmanın koordinasiya edilməsi

Əsaslandırma

Strateji Yol Xəritəsi özəlləşdirmə məqsədləri üçün dövlət səhmdarlığı və dövlətin mülkiyyətçisi olduğu müəssisələrdə onun iştirak səviyyəsinin müəyyən edilməsi ilə bağlı iki mühüm məsələnin nəzərə alınmasını təklif edir. Belə ki, dövlət mülkiyyətində olan müəssisələrin aktivlərində özəl sektorun xüsusi çəkisinin artırılması və ya onların dövlət mülkiyyətində saxlanılması ilə bağlı qərarlar müəssisənin fəaliyyətinin təkmilləşdirilməsi və rentabelliyinin artırılması məqsədilə verilməlidir. Bundan başqa, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı prioritetlər müəyyənləşdirilərkən ilk növbədə regionda rəqabət potensialı olan və sosial-iqtisadi inkişafa əhəmiyyətli töhfə verə biləcək fəaliyyətsiz müəssisələrin özəlləşdirilməsinə üstünlük verilməlidir.

Azərbaycan Respublikası Prezidentinin “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” 2016-cı il 19 iyul tarixli Fərmanı və “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı

Page 73: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

73

əlavə tədbirlər haqqında” 2016-cı il 5 sentyabr tarixli Sərəncamı ölkədə özəlləşdirmənin həyata keçirilməsinin effektivliyini təmin etmək üçün hüquqi bazanı daha da gücləndirmişdir.

Görüləcək tədbirlər

Tədbir 2.1.1: Dövlət mülkiyyətçiliyinə əsaslanan tələbatın müəyyən edilməsi

Uzunmüddətli dövr üçün dövlət mülkiyyətçiliyinə tələbatın müəyyən edilməsinin aşağıdakı 5 meyar əsasında həyata keçirilməsi planlaşdırılır:

dövlət şirkəti özəl sektor vasitəsilə icra oluna bilməyən, lakin cəmiyyət üçün vacib olan maraqların təmin edilməsini həyata keçirir;

dövlət mülkiyyətində olan müəssisələrin yaradılması və ya dəstəklənməsi zamanı DM-in fəaliyyət sahəsi üzrə milli maraqların mövcudluğu nəzərə alınmalıdır;

dövlət mülkiyyətçiliyinin davam etdirilməsi həmin müəssisələrin uzunmüddətli dövr ərzində dövlət üçün əhəmiyyətli dərəcədə əlavə dəyər yaratdığı halda tələb olunur;

dövlət mülkiyyətçiliyinin davamlı xarakter daşıması rəqabət mühitinin qorunub saxlanması və təbii inhisarçılığın qarşısının alınması məqsədilə tələb olunur;

dövlət mülkiyyətçiliyinin davam etdirilməsi məşğulluğun təmin edilməsi üçün tələb olunur.

Tədbir 2.1.2: İdarəetmənin təkmilləşdirilməsi və səmərəliliyin yüksəldilməsi məqsədilə dövlət mülkiyyətində olan müəssisələr üzrə islahat proqramının icrası

Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar çərçivəsində sahibkarlığın inkişafı və sağlam rəqabət mühitinin formalaşdırılması sahəsində görülən işləri sürətləndirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti 2016-cı il 5 sentyabr tarixində “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalamışdır. Sərəncamın əsas məqsədi yerli və xarici investisiyalar cəlb etməklə, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin (bundan sonra – DM) idarə olunmasında şəffaflığı artırmaq və nəticədə diversifikasiya olunmuş, rəqabətqabiliyyətli milli iqtisadiyyatın formalaşdırılmasına nail olmaqdır. Bu sahədə həyata keçiriləcək tədbirlərdən biri DM-in fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi qaydasının müəyyən edilməsidir. Bu qayda beynəlxalq təcrübə və milli iqtisadiyyatın xüsusiyyətləri nəzərə alınmaqla hazırlanacaqdır. Səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərində korporativ idarəetmə qaydaları və standartları, habelə həmin qaydaların və standartların mərhələlərlə tətbiqinə dair tədbirlər planı hazırlanacaqdır. Bu zaman DM-in idarəetmə orqanlarının üzvlərinə bonus ödənişlərinin verilməsi onların fəaliyyətinin nəticələrinə əsaslanan ödəniş sistemi ilə (“Performance Based Remuneration System”) həyata keçiriləcəkdir. Bu müəssisələrin maliyyə hesabatları mərhələli şəkildə beynəlxalq standartlar tətbiq edilməklə təkmilləşdiriləcəkdir.

Page 74: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

74

7.2.2. Prioritet 2.2. Özəlləşdirmə gündəliyinin uğurla icrası və prioritet sektorlarda özəlləşdirmənin həyata keçirilməsi

Əsaslandırma

Strateji Yol Xəritəsinin icrası zamanı özəlləşdirmə gündəliyinin və aktivlər üzrə təsnifləşdirmənin bütün maraqlı tərəflər arasında tam razılaşdırılması diqqətdə saxlanılacaqdır. Strateji Yol Xəritəsi üzrə aparılmış təhlillərdən əldə edilmiş nəticələr müvafiq iqtisadi bölmələrdən verilən məlumatlara əsaslanır.

Görüləcək tədbirlər

Tədbir 2.2.1: Gələcəkdə özəlləşdirilməyə açıq elan edilə biləcək bəzi təsnif olunmuş əmlaklara dair özəlləşdirmə gündəliyinin idarə olunması

Strateji Yol Xəritəsində xüsusi diqqət yetirilən məsələlərə əmlaklar üzrə mülkiyyət hüququnun əldə edilməsinin əsas prinsipləri, özəlləşdirmə qərarı və metodologiyası, həmçinin əmlakların ölçüsünə görə təsnifatı daxildir.

Özəlləşdirmənin qarşıda duran istiqamətlər üzrə planlaşdırılmasını daha da genişləndirmək və müəssisələrin sağlam şəkildə fəaliyyət göstərə bilməsini təmin etmək üçün korporativ idarəetmə tədbirləri, o cümlədən korporativ idarəetmə üzrə qanunvericiliyin təkmilləşdirilməsi, şəffaf maliyyə hesabatları və özəlləşdirmənin müvafiq hüquqi bazası üzrə tələblərin müəyyən edilməsi mövcud Strateji Yol Xəritəsində əlavə olaraq nəzərə alınacaqdır.

Strateji Yol Xəritəsinin icrasında iki əsas sahə mühüm rol oynayır. Birinci sahə özəlləşdirmə gündəliyinin və aktivlər üzrə təsnifləşdirmənin bütün maraqlı tərəflər arasında tam razılaşdırılmasını əhatə edir. İkinci sahə isə müxtəlif məsələlərin həllində yerli və qlobal ekspertlərlə səmərəli işləmək üçün ehtiyatların müəyyən edilməsidir.

Xarici investisiyaların cəlb edilməsinə daha səmərəli şərait yaratmaq məqsədilə yeni qanun layihəsinin hazırlanması prosesində iştirak edən xarici investorların stimullaşdırılması və investisiyaların qorunması üçün onlara əlavə güzəşt və üstünlüklərin, eləcə də dövlət zəmanətlərinin verilməsi nəzərdə tutulur.

Tədbir 2.2.2: Prioritet sektorlarda müəyyən edilmiş özəlləşdirmə yanaşmasının tətbiqi

Strateji Yol Xəritəsində sektorlar üzrə özəlləşdirməyə dair əsaslı yanaşmanın müəyyənləşdirilməsinə də yer verilmişdir (müvafiq sektorlarda daha ətraflı bəhs edilir). Bu baxımdan, Strateji Yol Xəritəsi üzrə aparılmış təhlillərdən əldə edilmiş nəticələr həyata keçirilən davamlı tədbirləri daha da gücləndirmək üçün əlavə perspektivlər verə bilər. Bu nəticələr iqtisadi sektorlara, məsələn, neft–qaz, kommunal xidmətlər, ağır sənaye və maşınqayırma, logistika və turizm sektorlarına dair strateji yol xəritələrində verilən məlumatlara əsaslanır.

“Azərbaycan Respublikasının neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına dair Strateji Yol Xəritəsi”nin həyata keçirilməsi vasitələrindən biri kimi, bu sektor üzrə güzəştlər, vergiqoyma prosedurları və kapital bazarlarının tənzimləyici infrastrukturunun yaradılması və inkişaf etdirilməsi neft-qaz sektoruna dair müvafiq bölmədə müəyyən edilmişdir. Bu istiqamətdə maliyyələşmə imkanlarından, məsələn, kapital bazarlarından səmərəli şəkildə yararlanmaq neft-qaz sektorunda dövlət müəssisələri üzrə sağlam maliyyə göstəricilərini, məhsuldarlığın artırılmasını və səmərəliliyi təmin edə bilər (şəkil 30). Buna görə də kapitala çıxış imkanlarını yüksəltmək məqsədilə milli neft şirkətlərinin yerli və ya

Page 75: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

75

beynəlxalq bazarlarda qiymətli kağızların emissiyası yolu ilə borclanması, yaxud yerli birjalarda səhm buraxması təcrübələri nəzərə alına bilər. Bu yanaşmanı həyata keçirərkən şirkətləri tam şəkildə deyil, onların ayrı-ayrı hissələrini (məsələn, yanacağın pərakəndə satışı və ya polimer istehsalı) özəl kapitalın iştirakı üçün səhmlərin ilkin kütləvi təklifinə (İPO) çıxarmaq mümkündür.

Şəkil 30. Səhmlərin satışının şirkətlərin maliyyə vəziyyətinə və məhsuldarlıq göstəricilərinə təsiri

1. Qiymətli kağızlar buraxıldıqdan sonra: -3 və -1 ilə +1 və +3 arasında 3 illik orta göstəricilərin təkmilləşmə faizi; hər göstərici üzrə nəzərdə tutulan məlumat paketində 14-28 İPO

Mənbə: Wolf, C. və Pollitt, M.G., “Milli neft şirkətlərinin özəlləşdirilməsi: Firmaların göstəricilərinə təsirin qiymətləndirilməsi”, Kembric Biznes Məktəbi Universiteti

Kommunal xidmətlər sahəsində səmərəliliyin və keyfiyyət səviyyəsinin təmin edilməsi məqsədilə özəl sektorun iştirakı nəzərdən keçirilə bilər. “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə qeyd edildiyi kimi, dəyər zənciri üzrə elektrik enerjisinin istehsalının, ötürülməsinin, paylanmasının və satışının bir-birindən ayrılması və liberallaşdırılması dünya təcrübəsində artıq sınaqdan keçirilmişdir. Bu təcrübə göstərir ki, elektrik enerjisi sektorunun liberallaşdırılması müxtəlif yollarla, o cümlədən 1) “Tik–idarə et–təhvil ver” (TİT modeli); 2) tam özəlləşdirmə; 3) idarəetməyə verilmə; 4) açıq tipli səhmdar cəmiyyətinə çevrilmə və ya 5) konsessiya müqaviləsi əsasında reallaşır. Bu sektorda özəlləşdirmə, əsasən, istehsal (strateji obyektlər istisna olmaqla) və satış sferalarını əhatə edə bilər.

“Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə göstərilən təşəbbüslərin səmərəli şəkildə reallaşdırılması üzrə qiymətləndirmə prosesi təmin edilməlidir. Bu məqsədlə, düzgün prioritetlərin müəyyən olunması ilə müşayiət edilən sistemli yanaşmanın tətbiqi nəzərdə tutulur. Müvafiq Strateji Yol Xəritəsində müəyyən edilən mərhələli

Page 76: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

76

yanaşmada müəyyən istehsal aktivlərinin səmərəliliyinin artırılması üçün özəl müəssisələrə diqqət yetirilir və özəl sektorun iştirakçılığını təmin etmək üçün yaradılan istehsal aktivləri prioritetlər üzrə sıralanır. Rəqabətqabiliyyətli enerji alışı müqavilələri, özəlləşdirmə üçün hərraclar və yeni istehsal lisenziyaları vasitəsilə özəl sektorun səmərəli əməliyyat və icra göstəricilərinin təmin edilməsi istehsal portfelində qiymətləndirmə üçün potensial sahələrdir. Burada, həmçinin regionlarda elektrik enerjisinin paylanması fəaliyyətinin seçmə üsulla özəlləşdirilməsi nəzərə alına bilər.

“Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, səmərəliliyi artırmaq məqsədilə istifadə edilməyən aktivlərin daha səmərəli istifadəsini təmin etməyin bir metodu kimi, bu sahədə özəl sektorun iştirakçılığı nəzərdən keçirilə bilər. Potensial rəqabət üstünlüyü və aşağı investisiya tələbi olan istifadəsiz aktivlərin canlandırılması, həmçinin gəlir əldə etmək və daha yaxşı idarəetmə qurmaq üçün bu aktivlərin səhmlərinin özəl şirkətlərə satılması yolu ilə bu sahələrdə özəl sektorun xüsusi çəkisinin artırılması məsələsi qiymətləndirilə bilər. Həmçinin, böyük investisiya tələb edən və məhdud rəqabət üstünlüyünə malik olan istifadəsiz aktivlərin sağlamlaşdırılması, zərurət olduğu hallarda, torpaq və aktivlərin satılması və təyinatının dəyişdirilməsi vasitəsilə özəl sektorun sərəncamına verilməsi metodu da nəzərdən keçirilə bilər. Bu sahə üzrə özəlləşdirmə idxalın tədricən əvəz edilməsinə və gələcəkdə qlobal dəyər zəncirinə qoşulmağa istiqamətlənməlidir.

“Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”nin mexanizmlərindən biri də özəl sektorun logistika sahəsində xüsusi çəkisinin artırılmasıdır. Həmin Strateji Yol Xəritəsində nəzərdə tutulan sektoral yanaşmada bu sahənin də potensial imkanlarından yararlanmaq olar. Qabaqcıl təcrübəyə malik bəzi ölkələrdə 30 il ərzində logistika sahəsində xeyli dövlət aktivləri özəlləşdirilmişdir. Təcrübə göstərir ki, özəl sektorun logistika sahəsində iştirakı əməliyyat gəlirləri üzrə marjanın, kommunikasiyanın şəffaflığının və açıqlığının, həmçinin xidmətlərin səviyyəsinin yüksəlməsinə səbəb olur. Bu həm də dövlət üçün daha yüksək gəlirlilik göstəricilərinin təmin olunması və bu sektorun rentabelliyinin təmin edilməsi deməkdir.

Logistika üzrə özəl sektorun xüsusi çəkisinin artırılması bu sahədə rəqabət mühitini sağlamlaşdıraraq, regional və beynəlxalq turizmin inkişafı üçün də ciddi təkan ola bilər. Azərbaycanda mədəni turizm, sağlamlıq turizmi, ekoturizm, kənd turizmi kimi turizm növləri üzrə tələbatın artırılması və qış turizminin inkişafına dəstək verilməsi kimi islahatların aparılması turizmlə bağlı digər altsektorların daha da inkişaf etdirilməsi strategiyası ilə bağlıdır. Turizmin inkişafında özəl sektorun iştirakının genişləndirilməsi istiqamətində atılacaq addımlar sırasında dövlət mülkiyyətində olan Şahdağdakı mehmanxanalardan başlamaqla, qış kurortlarının özəlləşdirilməsi məsələsi də nəzərdən keçirilə bilər. Peşəkar mehmanxana şəbəkələrindən idarəetmə heyətinin cəlb edilməsi və ya mövcud idarəetmə sisteminə əlavə inzibati çevikliyin gətirilməsi üçün özəlləşdirmə potensialı və özəlləşdirmə şərtləri qiymətləndirilməlidir.

7.2.3. Prioritet 2.3. Özəlləşdirmə və birbaşa xarici investisiya üçün uyğun investorların cəlb olunması

Əsaslandırma

Strateji Yol Xəritəsi və özəlləşdirməyə dair yeni qanun layihəsi Azərbaycanın iqtisadi inkişafına münbit şəraitin yaradılması üçün maliyyə vəsaitlərinin cəlb

Page 77: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

77

edilməsini, həmçinin investorların iştirakına dəstək verilməsi məqsədilə qanunvericilik şərtlərini və hüquqi müdafiə məsələlərini əks etdirir. Yerli özəl sektorun xüsusi çəkisinin artırılması məqsədilə, Azərbaycan birgə iştirak etmək şərtilə kiçik şirkətlər qrupunun hədəf kimi qiymətləndirilməsini də nəzərdən keçirə bilər.

Görüləcək tədbirlər

Tədbir 2.3.1: Ən uyğun investor profillərinə struktur yanaşmanın tətbiq edilməsi

Azərbaycanda özəl sektorun iştirakı proqramlarının məqsədi ölkəyə yerli və xarici investorları fəal surətdə cəlb etməklə investisiya axınını gücləndirməkdir. Hazırkı Strateji Yol Xəritəsində ölkə iqtisadiyyatının inkişafının sürətləndirilməsi üçün maliyyə vəsaitlərinin cəlb edilməsi baxımından müxtəlif yanaşmalar müəyyən edilmiş, eləcə də hər hansı qurumun təşəbbüsü ilə investorların iştirakının dəstəklənməsi üçün onun hüquqlarının qorunması və qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulmuşdur. Bu yanaşma Azərbaycanda kapital bazarlarının inkişaf etdirilməsinə maraq göstərən investorların, o cümlədən öz biznesini inkişaf etdirmək marağında olan strateji alıcıların cəlb edilməsi üçün görülən tədbirlərə təkan verir.

İnvestorlar, məsələn, dövlət investisiya fondları, pensiya fondları, ianə fondları və özəl sektor investorları bu baxımdan xüsusi diqqət mərkəzində saxlanılacaqdır. MDB, Şərqi Avropa, Yaxın Şərq ölkələrində və Türkiyədə investisiya qoyan ən böyük bazar iştirakçıları ilə əlaqələr yaratmaqla potensial investorlar seçilə bilər. Bundan əlavə, inkişaf etməkdə olan bazarların ən böyük iştirakçılarından başqa, nəzərdə tutulan müəssisələrin fəaliyyət miqyasından asılı olaraq, digər xarici investorlar da cəlb edilə bilər. Regionda fəaliyyət göstərən sənaye konqlomeratları və yerli dəyər zənciri boyunca öz fəaliyyətini genişləndirən transmilli şirkətlərlə əməkdaşlığın qurulması özəl sektorun özəlləşdirmədə iştirakını genişləndirmək məqsədilə nəzərə alınacaqdır.

Yuxarıda qeyd edilən investisiya təşkilatlarının qlobal institusional aktivlərdəki payı təxminən 24 faizdir (36 trilyon avro).37 Bu təşkilatlar son 5 il ərzində ölkələrin inkişafında aparıcı qüvvəyə çevrilmişdir. Azərbaycana belə investorları cəlb etməklə investisiya imkanlarını artırmaq və xarici kapital qoyuluşunu gücləndirmək olar.

İnvestorların daha effektiv seçilməsi məqsədilə onlar təhlil ediləcək və onların fərqli xüsusiyyətlərinə görə müxtəlif kateqoriyalara ayrılması, həmçinin bu kateqoriyalara aid olan investorlara ən uyğun fərdi yanaşma metodlarının tətbiqi imkanları araşdırılacaqdır. Belə yanaşmalardan biri fondların əlverişlilik (əlçatanlıq, qoyulan investisiyaların intensivliyi, yanaşmanın mürəkkəbliyi) və cəlbedicilik (aktivlərin səhm kapitalı və regionlar üzrə bölgüsü, gözlənilən maliyyə vəsaiti axını, investisiyaların zaman müddəti) baxımından təhlil edilməsi ola bilər. Digər yanaşma isə investorların risk və rentabellilik baxımından müxtəlif kateqoriyalara bölünməsi ola bilər. Ölkəyə investisiyaların cəlb edilməsi zamanı fondların ərazi üzrə paylanması, investisiya mandatları və məqsədləri, eləcə də investisiya qoyuluşuna mane olan hallar nəzərə alınmalıdır. Müxtəlif investor profilləri barədə aşağıda ətraflı qeyd edilmişdir.

Dövlət investisiya fondları (DİF)

37 Mənbə: Preqin, Towers Watson and Pension & Investments

Page 78: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

78

Yaxın keçmişdə büdcə profisiti və investisiya göstəriciləri dövlət investisiya fondları tərəfindən idarə edilən aktivlərin əhəmiyyətli dərəcədə artmasına səbəb olmuşdur. Karbohidrogen ixracı bazarlarına neft məhsullarının ixracı, inkişaf etməkdə olan bazarlara isə qeyri-əmtəə məhsullarının ixracı nəticəsində yaranmış büdcə profisitləri bu fondların inkişafını daha da sürətləndirmişdir. Dövlət investisiya fondlarının reytinqində karbohidrogen ehtiyatlarına əsaslanan fondlar yüksək mövqe tutur, digər fondlar isə qeyri-əmtəə ehtiyatlarına əsaslanan fondlardır (şəkil 31). Ona görə də Azərbaycanda neftin qiymətləri ilə kapital axını arasında olan əlaqəni zəiflətmək üçün ölkəyə daha çox qeyri-əmtəə ehtiyatlarına əsaslanan investisiya fondlarının cəlb edilməsi imkanları qiymətləndiriləcəkdir. Bununla belə, karbohidrogen ehtiyatlarının qiymətlərinin düşməsi nəticəsində karbohidrogen əsaslı fondların məruz qala biləcəyi mənfi təsirlər də nəzərə alınmalıdır.

Şəkil 31. Kapital mənbəyi əmtəə ixracından asılı olmayan 20 ən böyük fond

Mənbə: Preqin, SWFI

Dövlət investisiya fondları (DİF) pensiya fondları qədər mühafizəkar investisiya tələbləri irəli sürmür və bu fondlarda aktivlərin daha müxtəlif bölgüsü tətbiq edilə bilər. DİF aktivlərinin təxminən 50 faizi 38 səhm kapitalı və alternativ investisiyalar, məsələn, özəl səhm kapitalı və ya daşınmaz əmlak kimi bölünmüşdür. Ona görə də Azərbaycan səhm kapitalına investisiya qoyuluşu imkanları baxımından dövlət investisiya fondları üçün cəlbedici variant ola bilər.

38 Mənbə: Preqin

Page 79: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

79

Dövlət investisiya fondları hər hansı xüsusi aktiv növünün cəlb edilməsi baxımından üç geniş kateqoriyaya bölünə bilər: əmanət fondu, dövlət holdinq şirkətləri və inkişaf investorları. Əmanət fondlarının mandatını maddi rifahda sabitliyin yaradılması və rentabelliliyin maksimum artırılması təşkil edir. Bu fondların portfeli müxtəlif olub, səhm kapitalına birbaşa investisiya qoyuluşunun məhdud olması ilə xarakterizə edilir. Dövlət holdinq şirkətlərinin mandatı isə strateji rentabellilikdən kapital rentabelliliyinə kimi fərqlənir. Bu fondlarda ümumiyyətlə digər investisiyalarla yanaşı, miras qoyulmuş aktivlər də idarə edilir və adətən strateji sahiblənmə gündəliyi tətbiq edilir. Üçüncü kateqoriyaya aid olan fondlar isə əsas diqqəti yerli və xarici strateji sektorlara yönəldir və özəl investisiya şirkətləri kimi eyni investisiya prosesi tətbiq edir, lakin yuxarıdakı iki fonddan fərqli olaraq risklərə qarşı həssaslığı daha aşağı səviyyədədir.

Pensiya və ianə fondları

Pensiya və ianə fondları maliyyə bazarlarında fəaliyyət göstərən institusional investorların mühüm hissəsini təşkil edir. 2014-cü ildə bu fondların dünya miqyasında idarə etdiyi aktivlərin ümumi dəyəri 9,6 trilyon avro olmuşdur. 39 Azərbaycan investisiya və ianə fondlarından təkcə investisiya məqsədləri üçün faydalanmaya da bilər. Bu fondların əksəriyyəti investisiya qoyuluşunun tərzinə görə “fondların fondu” hesab edildiyi üçün onların digər iştirakçılarla qarşılıqlı əlaqədə olması ehtimal edilir. Ona görə də belə investisiyaların uğurla cəlb edilməsi investorlar icmasında Azərbaycan haqqında təsəvvürləri gücləndirə bilər.

Ümumiyyətlə, pensiya fondları dövlət investisiya fondları ilə müqayisədə daha mühafizəkar investisiya strategiyaları həyata keçirsə də, onların aktivlərinin təxminən 20 faizi (1.8 trilyon avro) səhm kapitalına və alternativ investisiyalara cəlb edilir (şəkil 32). Bütün investorların cəlb edilməsində ayrı-ayrı halların və investisiya mandatlarının başa düşülməsi vacib olsa da, pensiya fondlarının investisiya qoyuluşunda üzləşdiyi məhdudiyyətləri nəzərə alsaq, pensiya fondlarını cəlb edərkən bu amilləri nəzərə almaq xüsusilə vacibdir. Ona görə də pensiya fondlarının planlarında maliyyə vəsaitinin ayrılması imkanlarının, onların gələcək borc öhdəliklərinin maliyyələşdirilməsinə olan ehtiyaclarının düzgün başa düşülməsi böyük əhəmiyyət kəsb edir, çünki bunlar həmin fondların investisiya strategiyasına təsir edə bilər. Pensiya fondları maliyyə vəsaitinin ayrılması imkanlarından və digər ehtiyaclardan asılı olaraq sabit gəlirlərə və ya riski idarə edilən məhsullara daha çox maraq göstərə bilər.

Pensiya fondlarının düzgün müəyyən edilməsi Azərbaycan üçün vacibdir, çünki bu, daha səmərəli investisiyaların cəlb edilməsinə şərait yaradır. Azərbaycanda ənənəvi investisiya məkanlarından fərqli portfelin yaradılması imkanları düzgün müəyyən edilmiş pensiya fondları üçün cəlbedici investisiya mühiti formalaşdıra bilər. Bundan başqa, regional pensiya fondlarının böyük hissəsi əsasən seçilmiş ölkələrdə mərkəzləşdiyi üçün uyğun hədəflərin müəyyən edilməsi Azərbaycan üçün daha asan ola bilər. Nəhayət, pensiya fondlarının Azərbaycan üçün uyğun investorlar olmasının digər bir səbəbi də odur ki, bu fondlar uzunmüddətli investisiya strategiyaları həyata keçirir və belə investisiyaların qiymətləndirilməsi üçün daxili əmək ehtiyatlarına malikdir.

39 Mənbə: Preqin, Towers Watson, Pension & Investments

Page 80: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

80

Şəkil 32. Avropa, Afrika və Yaxın Şərqin ən böyük pensiya fondları

Mənbə: Towers Watson

İanə fondları nisbətən kiçik olub, özəlləşdirmə ilə bağlı investisiya sövdələşmələrində az iştirak edir, lakin nüfuzlu olduğu üçün onların Azərbaycana cəlb edilməsi ölkəyə və mövcud aktivlərə olan ümumi marağı artıra bilər. İanə fondları ümumiyyətlə uzunmüddətli investisiyalar yatırır və bu fondların həyata keçirdiyi investisiya strategiyaları onların Azərbaycan üçün uyğun investisiya fondu olduğunu göstərir.

Ən böyük ianə fondlarının reytinqinə ABŞ universitetləri başçılıq edir (şəkil 33). İki ölkə arasındakı məsafəni nəzərə alsaq, belə ianə fondlarının cəlb edilməsi üçün həmin investorların Azərbaycan barədə məlumatlandırılması böyük əhəmiyyət kəsb edir. Digər investisiya fondları kimi ianə fondlarının ehtiyacları və üstün tutduğu investisiya qoyuluşu təhlil ediləcək və bu fondların cəlb edilməsi üçün xüsusi strategiyalar hazırlanacaqdır.

Page 81: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

81

Şəkil 33. Böyük universitetlərin nəzdindəki ianə fondları

Mənbə: “Pensions & İnvestments”40

Özəl sektor (yerli və xarici)

1-ci strateji hədəfdə qeyd edildiyi kimi, Azərbaycan iqtisadiyyatında özəl sektorun payı inkişaf etmiş ölkələrlə müqayisədə azdır. Özəl sektorun investisiya və məşğulluq səviyyəsindəki payı bu faktı bir daha sübut edir. Məsələn: 2014-cü ildə əsas kapitalın ümumi yığımının ÜDM-in 20 faizini təşkil edən həcmi dövlət sektorunun hesabına formalaşmış olduğu halda, özəl sektor üzrə bu göstərici 8,6 faiz olmuşdur.41 Bu göstəricilərə əsasən demək olar ki, Azərbaycanda özəlləşdirmənin və sahibkarlığın gücləndirilməsi imkanlarını nəzərə almaqla, özəl sektorun daha da inkişaf etdirilməsi mümkündür (şəkil 34).

40 “Pensions & Investments” - pulun idarəedilməsi üzrə beynəlxalq qəzet (http://www.pionline.com/) 41 Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

Page 82: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

82

Şəkil 34. Özəl sektor investisiyalarının ÜDM-də payı və muzdlu işçilərin sayının müqayisəsi

1. Əsas kapitalın formalaşması birbaşa xarici investisiya axınlarına aid deyildir. 2. 2011–2015-ci illər üzrə məlumat olmadığı hallarda, orta göstərici kimi mövcud məlumat

götürülmüşdür. 3. Burada “rəsmi məşğulluq” dedikdə, rəsmi statistikada “muzdlu işçilər” kimi təsnif olunan əhali nəzərdə

tutulur.

Mənbə: Dünya Bankı (World Development Indicators), Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, Rusiya Federasiyasının Statistika Xidməti, TürkStat (2005–2014), Dünya Bankının göstəriciləri

Azərbaycanda xarici investisiyalar ölkə iqtisadiyyatının mühüm elementi hesab edilsə də, yerli özəl sektorun özəlləşdirmə prosesinə daha çox cəlb edilməsi nəzərə alınmalıdır. Azərbaycanda bu baxımdan yerli özəl sektordan investisiyaların daha çox cəlb edilməsi imkanları qiymətləndiriləcəkdir. Bu sahələrdə fəaliyyət göstərən potensial investorlara kiçik ailə biznesləri və ya varlı vətəndaşlar, eləcə də böyük yerli korporativ holdinqlər aid edilə bilər.

Bu istiqamətdə görülən ilkin tədbirlərdən biri potensial yerli investorların özəlləşdirmə imkanları barədə lazımi səviyyədə məlumatlandırılmalarıdır. Bunun üçün özəlləşdirmə aktivlərinin onlayn siyahısı mütəmadi olaraq yenilənəcək (bu tədbir artıq uğurla həyata keçirilir) və potensial investorların daha ətraflı məlumatlandırılmaları üçün mövcud məlumat bazası genişləndiriləcəkdir. Bundan başqa, iri holdinq şirkətlərinin özəlləşdirmənin faydaları (məsələn, mövcud biznesə şaquli və ya üfüqi inteqrasiya) barədə məlumatlandırılması üçün xüsusi təşviqat sənədləri və təqdimatlar hazırlanacaqdır. Nəhayət, özəlləşdirmə siyahısında uzun müddət qalmış, lakin az maraq doğuran müəssisələrin təhlili aparılacaq və bunun səbəbləri (özəlləşdirməyə təsir edən hallar) müəyyən edilərək təkliflər hazırlanacaqdır.

Bundan başqa, özəlləşdirmə təşəbbüslərinin dəstəklənməsi üçün geniş kommunikasiya strategiyası həyata keçiriləcəkdir. Xarici özəl sektorun özəlləşdirmə

Page 83: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

83

prosesinə cəlb edilməsi üçün 4.2.3-cü tədbir çərçivəsində müəyyən edilmiş prinsiplərdən istifadə etmək olar.

7.3. Strateji hədəf 3. İnsan kapitalının inkişaf etdirilməsi

İnsan kapitalı əmək məhsuldarlığının artırılmasında, dayanıqlı iqtisadi artımda, istehsal və xidmət sektorlarının rəqabət qabiliyyətinin yüksəldilməsində və ölkənin qlobal bazarlara inteqrasiyasında həlledici rol oynayır. Buna nail olmaq üçün təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi, təlimlər vasitəsilə işçilərin bilik və bacarıqlarının inkişaf etdirilməsində fasiləsizliyin təmin edilməsi, ixtisaslı kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması, şirkətlərin araşdırma və təkmilləşdirmə sahəsinə investisiya qoyuluşunun stimullaşdırılması, mövcud insan kapitalından səmərəli istifadə edilməsi tələb olunur. Bunu əsas tutaraq, Azərbaycanda iqtisadiyyatın transformasiyası istiqamətində həyata keçiriləcək islahatların ayrılmaz tərkib hissəsi kimi, insan kapitalının inkişafında fasiləsizliyin təmin edilməsi, əmək məhsuldarlığının yüksəldilməsi və biliyin iqtisadi inkişafda rolunun artırılması ilə bağlı tədbirlər hərtərəfli dəstəklənəcəkdir. Bu, iki səviyyədə təmin ediləcəkdir:

1) insan kapitalının formalaşması və inkişafı üçün təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi;

2) əmək məhsuldarlığının yüksəldilməsini təmin etmək üçün insan kapitalının fasiləsiz inkişafının, araşdırma və təkmilləşdirmə sahəsinə investisiya qoyuluşunun stimullaşdırılması. Dünya İqtisadi Forumunun 2015-ci il üçün açıqladığı “İnsan Kapitalı İndeksi”

hesabatında Azərbaycan 124 ölkə arasında orta sıralarda (63-cü) yer almaqla Türkiyə, Çin, İndoneziya və Küveyt kimi ölkələri qabaqlamışdır (şəkil 35). Dünya İqtisadi Forumunun 2016–2017-ci illər üçün açıqladığı Qlobal Rəqabətlilik Hesabatında isə Azərbaycan 138 ölkə arasında 37-ci olmuşdur (şəkil 36). Bu, Azərbaycanın formalaşmış insan kapitalına, həm də rəqabət qabiliyyətini yüksəltmək imkanlarına malik olduğunu göstərir. Bu imkanlardan səmərəli istifadə etməklə, qısa və ortamüddətli perspektivdə insan kapitalını daha da inkişaf etdirmək və rəqabət qabiliyyətini artırmaq olar.

Şəkil 35. İnsan kapitalı indeksi, 2015-ci il

Page 84: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

84

Mənbə: Dünya İqtisadi Forumu, “İnsan Kapitalı Hesabatı 2015”

Şəkil 36. Qlobal Rəqabətlilik İndeksi

Mənbə: Dünya İqtisadi Forumu, Qlobal Rəqabətlilik Hesabatı, 2016–2017

Bunun üçün insan potensialının inkişaf etdirilməsi, insan kapitalının keyfiyyətinin və əmək məhsuldarlığının yüksəldilməsi ilə bağlı məsələlərə xüsusi diqqət veriləcək, institusional və biznes mühiti daha da yaxşılaşdırılacaq, infrastruktur yaradılacaq, təhsil-təlim prosesi və ixtisaslı kadr hazırlığının, əmək bazarı və biznes sektoru arasında koordinasiyanın effektivliyi artırılacaq, innovasiyaya meyilli (elm və texnologiya tutumlu) istehsal (xidmət) sektorunun investisiya cəlbediciliyi artırılacaq, klaster yaratma təşəbbüsləri dəstəklənəcək və əmək məhsuldarlığının yüksəldilməsi üzrə əsas prioritetlər müəyyənləşdiriləcəkdir.

Page 85: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

85

7.3.1. Prioritet 3.1. Təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi

Əsaslandırma

İnkişaf etmiş ölkələrdə milli sərvətin böyük hissəsini insan kapitalı təşkil edir və iqtisadi artımda intellektual əmək üstün xüsusi çəkiyə malikdir. Azərbaycanda da ölkənin dayanıqlı inkişafını təmin etmək məqsədilə insan kapitalının formalaşdırılması və ondan səmərəli istifadə əsas prioritet hesab edilir və bu istiqamətdə təşəbbüslər dövlət tərəfindən dəstəklənir. Ötən illər ərzində insan kapitalının inkişafı ilə bağlı tədbirlər müəyyən edilərək icra olunmuş və hazırda icra olunan bir sıra strategiya, dövlət proqramları və konsepsiyalarda da öz əksini tapmışdır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda insan kapitalının inkişafı, bilik və innovasiyalara əsaslanan inkişaf prioritet təşkil edir. Eləcə də "Təhsil haqqında" və “Elm haqqında” Azərbaycan Respublikasının qanunları da ölkədə insan kapitalının inkişafına xidmət edən mühüm dövlət sənədləridir.

İnsan kapitalının keyfiyyətinin yüksəldilməsi və ondan səmərəli istifadə elmin və biliktutumlu istehsal (xidmət) sahələrinin inkişafına, əmək məhsuldarlığının və rəqabət qabiliyyətinin yüksəldilməsinə ciddi təsir göstərir. Hazırda Azərbaycanda insan kapitalının inkişaf etdirilməsi, qeyri-neft sektorunun inkişafı, biznes mühitinin yaxşılaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində islahatlar aparılır. Bu islahatların davam etdirilməsi orta və uzunmüddətli dövrdə təhsilin (xüsusilə təhsilin ixtisaslı kadr hazırlığı pillələrində) keyfiyyətinin yüksəldilməsi, infrastrukturun və “elm-təhsil-istehsal” əlaqələrinin çevik idarəetmə mexanizminin qurulması, eləcə də şirkətlərin qlobal dəyər zəncirinə qoşulmaqla dünya bazarlarına inteqrasiyası üçün əhəmiyyətlidir.

Azərbaycanda insan kapitalının inkişafında fasiləsizliyin (ömürboyu öyrənmək) təmin edilməsi, məktəbəqədər və orta təhsil də daxil olmaqla, peşə təhsilli və ixtisaslı kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması, eləcə də “elm-təhsil-istehsal” əlaqələrinin təkmilləşdirilməsi istiqamətində məqsədli proqramların hazırlanması və həyata keçirilməsi davam etdiriləcəkdir. Daha keyfiyyətli insan kapitalının formalaşdırılması daha çox maddi və mənəvi fayda əldə etməyə və rəqabətqabiliyyətliliyi yüksəltməyə imkan verəcəkdir.

Görüləcək tədbirlər

Tədbir 3.1.1: Məktəbəqədər təhsillə əhatəolunma səviyyəsinin yüksəldilməsi və təlim-tərbiyə texnologiyalarının təkmilləşdirilməsi

Məktəbəqədər təhsil insan potensialının inkişafına və daha keyfiyyətli insan kapitalının formalaşmasına, uzunmüddətli perspektivdə əhalinin gəlirlərinə, iqtisadi artıma və davamlı inkişafa müsbət təsir göstərir. Hazırda Azərbaycanda həmin yaşda uşaqların məktəbəqədər təhsillə əhatəolunma səviyyəsi aşağıdır. Belə ki, 1–5 yaşlı uşaqların cəmi 14 faizi məktəbəqədər təhsillə əhatə olunur. Rəsmi statistik məlumatlara görə, 2015-ci ildə Azərbaycanda 1722 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərmişdir ki, bunlardan 1079-u körpələr evi, 631-i uşaq bağçası, 4-ü məktəb-uşaq bağçası, 8-i isə xüsusi uşaq bağçasıdır.

Məktəbəqədər təhsilin uzunmüddətli perspektivdə insan kapitalının keyfiyyətinin yüksəldilməsinə təsirini nəzərə alaraq, bu istiqamətdə stimullaşdırıcı tədbirlər həyata keçiriləcək, təlim-tərbiyə texnologiyaları təkmilləşdiriləcəkdir. Dövlət

Page 86: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

86

və özəl məktəbəqədər təhsil müəssisələrinin yaradılması, bununla bağlı normativ hüquqi sənədlərin hazırlanması və qəbulu dəstəklənəcək, müasir təhsil və təlim texnologiyalarına əsaslanan yüksəkixtisaslı pedaqoqların hazırlanması ilə bağlı tədbirlər həyata keçiriləcəkdir. Pedaqoji heyətin daha səmərəli fəaliyyət göstərməsi üçün onların sosial müdafiəsi ilə bağlı tədbirlər dəstəklənəcəkdir.

Məktəbəqədər təhsilin icbari olması məsələsi nəzərdən keçiriləcəkdir. İstedadın erkən yaşdan aşkar olunması, inkişafı və dəstəklənməsi üzrə sistemin yaradılması Azərbaycanın dayanıqlı inkişafı üçün vacibdir.

İri şirkətlərin məktəbəqədər təhsil müəssisələri açmaq təşəbbüsləri təşviq edilə bilər. Bu, şirkətlərdə əmək məhsuldarlığının artırılması (işçilərin övladları ilə bağlı qayğılarının azaldılması, ixtisaslı qadın işçilərin bilik və təcrübəsində fasiləsizliyin qorunması yolu ilə) və məşğulluqda gender bərabərliyinin qorunması baxımından əhəmiyyətli ola bilər.

Sadalanan tədbirlərin həyata keçirilməsi üçün məktəbəqədər təhsilin inkişafı üzrə dövlət proqramı hazırlana bilər.

Tədbir 3.1.2: Ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi və təmayülləşmənin inkişaf etdirilməsi

İqtisadiyyatın 11 sektoru üzrə strateji yol xəritələrində nəzərdə tutulan orta və uzunmüddətli hədəflərə çatmaqda ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi müstəsna rol oynayacaqdır. Belə ki, ümumi təhsil (ümumi ibtidai, ümumi əsas və ümumi orta təhsil) insan kapitalının formalaşmasında strateji əhəmiyyət kəsb edir. Bu baxımdan, ümumi təhsil sistemində idarəetmənin şəffaflığı və demokratikliyi, təhsilin keyfiyyətinə yönəlmiş yaradıcılıq və təşəbbüskarlıq mühitinin yaradılması bilikli cəmiyyət quruculuğunun əsas inkişaf prioritetlərindən hesab olunur. Azərbaycanda ümumi təhsildə infrastrukturun və keyfiyyətin yüksəldilməsi məqsədilə davamlı tədbirlər həyata keçirilir. 2003–2015-ci illərdə yeni məktəb binalarının tikilməsi və mövcud məktəblərin əsaslı təmiri ilə bağlı ciddi işlər görülmüşdür. Bu müddət ərzində maddi-texniki bazanın yaxşılaşdırılmasına baxmayaraq, tədrisin keyfiyyəti dövrün tələblərinə uyğun tam inkişaf etməyib. Orta təhsil pilləsində təhsilin keyfiyyətinin yüksəldilməsi üçün pedaqoji kadrların hazırlığının və tədrisin müasir təhsilvermə və təhsilalma texnologiyasına uyğunlaşdırılması, təhsilvermə və təhsilalma metodlarının təkmilləşdirilməsi ilə bağlı tədbirlər dəstəklənəcəkdir.

Ümumi təhsil sistemində “yaddaş” məktəbindən “təfəkkür” məktəbinə keçidin təmin edilməsi, mütərəqqi dünya təcrübəsinə əsaslanan təhsil proqramlarının (kurikulumların) hazırlanması və səmərəli tətbiqi, məktəb rəhbərlərinin, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, cəmiyyətdə müəllimlərin nüfuzunun yüksəldilməsi istiqamətində tədbirlər görüləcək, daha keyfiyyətli insan kapitalının formalaşdırılması üçün mövcud resurslardan səmərəli istifadə edilməsi istiqamətində islahatlar davam etdiriləcəkdir.

İnsan kapitalının formalaşmasında əsas rol oynayan təhsil işçilərinin, müəllimlərin sosial müdafiəsinin yaxşılaşdırılması və müəllimin nüfuzunun artırılması istiqamətindəki təşəbbüslər dəstəklənəcəkdir.

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, ölkədə 12 illik ümumi təhsilə mərhələli keçidin həyata keçirilməsinə başlanmışdır. 12 illik təhsil ümumi təhsilin son iki ilində təmayülləşməni nəzərdə tutur. Təmayülləşmə peşə-ixtisas təhsili və ali təhsillə əhatəolunma səviyyəsini yüksəldəcək, əmək bazarına daxil olan gənclərin işsizlik riskindən qorunmasına

Page 87: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

87

kömək edəcək, Azərbaycan təhsil sisteminin Avropa təhsil sisteminə inteqrasiyasını sürətləndirəcəkdir.

Azərbaycanda bundan sonra da təhsil sisteminin maddi-texniki bazasının yaxşılaşdırılması, şagirdlərin dərs vəsaitləri ilə təmin edilməsi istiqamətində fəaliyyətlər davam etdiriləcəkdir.

Tədbir 3.1.3: İlk peşə və orta ixtisas təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılması

İlk peşə və orta ixtisas təhsili insan kapitalının formalaşmasında, eləcə də insan kapitalına investisiya qoyuluşunda əhəmiyyətli rol oynayır. İlk peşə və orta ixtisas təhsilinin inkişafı iqtisadi artım, əmək məhsuldarlığının yüksəldilməsi, əlavə dəyərin yaradılması, əmək bazarında tələb və təklifin uzlaşdırılması, məşğulluğun təmin edilməsi baxımından əhəmiyyətlidir. Xüsusilə də XXI əsrdə sürətlə yeniləşən texnologiya və elmi-texniki tərəqqi nəticəsində yeni peşə və ixtisasların yaranması ilk peşə-ixtisas təhsili və təlimlərinin əhəmiyyətini daha da artırır. Bu baxımdan, ilk peşə və orta ixtisas təhsili ölkənin strateji yol xəritəsinin bir hissəsi kimi təşviq edilir.

Azərbaycanda peşə təhsilinin inkişafı ilə bağlı bir sıra tədbirlər görülmüşdür. Belə ki, 2007-ci ildə qəbul edilmiş "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007–2012-ci illər)" çərçivəsində peşə təhsili sistemində bir sıra tədbirlər həyata keçirilmiş, lakin peşə təhsili müəssisələrinə qəbul səviyyəsinin yüksəlməsinə baxmayaraq, gözlənilən nəticə əldə olunmamışdır. Bundan əlavə, Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin təsis edilməsi peşə təhsilinin inkişaf etdirilməsi və müasir dövrün standartlarına uyğunlaşdırılması baxımından böyük əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasında “İlk peşə-ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nın əmək bazarının tələblərinə uyğunlaşdırılması, işəgötürənlərin kadr hazırlığına yaxından cəlb olunması, regionlarda, xüsusən də sənaye mərkəzlərində eyni peşə istiqamətləri üzrə paralel kadr hazırlığını həyata keçirən ilk peşə-ixtisas təhsili müəssisələri şəbəkəsinin optimallaşdırılması, maraqlı tərəflərin, xüsusilə də müəssisə və təşkilatların nümayəndələrinin ilk peşə-ixtisas təhsili müəssisələrinin idarə olunmasına cəlb edilməsi dəstəklənəcəkdir. Bu məqsədlə, iqtisadiyyatın müxtəlif sektorlarından olan əsas işəgötürənlərlə sıx əməkdaşlıq əlaqələrinin qurulması, peşə təhsili müəssisələrinin keyfiyyət və kəmiyyət göstəricilərinın yaxşılaşdırılması ilə bağlı fəaliyyətlər təşviq ediləcəkdir.

Formal (dövlət təhsil sənədinin verilməsi ilə başa çatan) təhsillə yanaşı, informal (özünütəhsil yolu ilə biliklərə yiyələnmə) və qeyri-formal (müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan) üsullarla əldə edilmiş səriştələrin tanınması metodikası hazırlanacaqdır.

Əmək bazarının keyfiyyət tələblərini – bilik və bacarıqlara olan tələbləri müəyyənləşdirmək üçün müəssisələrin nümayəndələri və sosial tərəfdaşlar ilə birlikdə prioritet sahələr üzrə peşə standartlarının hazırlanması dəstəklənəcəkdir.

İlk peşə və orta ixtisas təhsili müəssisələrinin mövcud vəziyyəti araşdırılacaq, onların infrastruktur, maddi-texniki baza, müəllim-pedaqoji heyətinin potensialının qiymətləndirilməsi aparılacaqdır.

Peşə təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması planına əsasən, peşə təhsili müəssisələrinin birləşdirilməsi və müəyyən peşə istiqamətləri üzrə ixtisaslaşmış peşə təhsili mərkəzlərinin yaradılması təşviq olunacaqdır.

Peşə təhsili müəssisələrinin mövcud müəllim-pedaqoji heyətinin diaqnostik qiymətləndirilməsi və onların bilik və bacarıqlarının artırılması, yeni müəllim heyətinin

Page 88: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

88

peşə təhsili və təlimi prosesinə cəlb edilməsi ilə bağlı tədbirlər dəstəklənəcəkdir. Peşə təhsili müəssisələrinin mövcud müəllim-pedaqoji heyətinin potensialı və peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və ixtisaslarının artırılması, prioritet ixtisaslar üzrə yüksək peşəkarlığa malik istehsalat təlimi ustalarının və pedaqoji heyətin cəlb olunması üçün zəruri tədbirlər həyata keçiriləcəkdir. Həm işəgötürənlər, həm də onların tədris prosesinə cəlb ediləcək mütəxəssisləri üçün müvafiq həvəsləndirici və stimullaşdırıcı tədbirlər müəyyən ediləcəkdir.

Bundan əlavə, mövcud universitetlərin nəzdində 2 illik sub–bakalavr pilləsi (kolleclər) yaradıla bilər ki, bu da gənclərin orta ixtisas təhsili ilə əhatəolunma səviyyəsini artırar.

Tədbir 3.1.4: Ali təhsil müəssisələrində “təhsil-tədqiqat-innovasiya” formatında inkişafın təşviqi

Ali təhsil insan kapitalının formalaşmasında və inkişafında mühüm mərhələdir. Onun insan kapitalının formalaşmasına və inkişafına təsiri özünü iki şəkildə büruzə verir: 1) insan kapitalının formalaşmasında birbaşa iştirak edən ixtisaslı mütəxəssislərin hazırlaması; 2) yeni biliklərin yaranmasında, tətbiqində və ötürülməsində bilavasitə iştirak.

Ali təhsil müəssisələrində yetişdirilən mütəxəssislər dövlətin və şirkətlərin idarə olunmasında, daha çox əlavə dəyərin yaranmasında, iqtisadi artımda və əmək məhsuldarlığının yüksəldilməsində fəal iştirak edirlər. Bunu nəzərə alaraq, Azərbaycanda iqtisadi və sosial baxımdan daha səmərəli ali təhsil sisteminin formalaşdırılması dəstəklənəcəkdir. Bunun üçün ali təhsilin keyfiyyətinin yüksəldilməsi, qlobal təhsil məkanına inteqrasiyası, ali təhsilli kadrlara tələbatın ödənilməsi, habelə ali təhsilin informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə uyğunlaşdırılması istiqamətində islahatlar sürətləndiriləcəkdir. Hazırda Azərbaycanda gənclərin ali təhsillə əhatəolunma səviyyəsi aşağıdır. Bu da uzaq perspektivdə ölkənin rəqabətqabiliyyətli və dayanıqlı inkişafına maneə törədə bilər.

Yüksəkixtisaslı kadr hazırlığının əmək bazarının tələbinə və beynəlxalq ixtisas təsnifatına uyğunlaşdırılması, uzunmüddətli proqnozlaşdırma mexanizminin hazırlanması istiqamətində fəaliyyətlər, əmək bazarında diferensiallaşmış əməkhaqqı və stimullaşdırma sisteminin yaradılması üzrə mexanizmlərin hazırlanması dəstəklənəcəkdir.

Universitet klasterlərinin yaradılması “təhsil–tədqiqat–innovasiya” zəncirinin effektivliyini artıra bilər. Bu baxımdan, ölkədə, ilk növbədə, bəzi ixtisaslaşmış universitetlərdə klasterlərin yaradılması təşviq ediləcəkdir. Ali təhsil sisteminin keyfiyyətinin yüksəldilməsi nəticəsində daha keyfiyyətli insan kapitalı və intellektual potensial formalaşacaq, əmək məhsuldarlığı artacaqdır.

Universitet klasterlərinin yaradılması araşdırma və təkmilləşdirmələrin həyata keçirilməsini, elmi nəticələrin istehsala tətbiqini stimullaşdıracaq, “təhsil-elm-istehsal” əlaqələrinin səmərəliliyi yüksələcəkdir. Klasterlərin dəstəklənməsi regionlarda insan kapitalının inkişafı üçün də əhəmiyyətlidir.

Özəl universitetlərin müstəqilliyinin artırılması və onların inkişafı üçün stimullaşdırıcı tədbirlər görüləcəkdir. Ali təhsil haqqında qanunun və dövlət proqramının qəbul edilməsi məsələsi nəzərdən keçiriləcəkdir.

Tədbir 3.1.5: Elmi tədqiqat fəaliyyətinin inkişafı və biliklərə əsaslanan cəmiyyət quruculuğunun dəstəklənməsi

Page 89: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

89

Elmin inkişafı yüksəkkeyfiyyətli insan kapitalının formalaşdırılmasında, istehsal olunan məhsul və xidmətlərin rəqabət qabiliyyətinin yüksəldilməsində, əmək məhsuldarlığının artırılmasında strateji əhəmiyyət kəsb edir. Azərbaycanda elmin inkişafı, elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi, tədqiqatların nəticələrinin istehsala tətbiqinin təşviqi ilə bağlı tədbirlər həyata keçiriləcəkdir.

Elmin inkişafı təşviq ediləcək, özəl sektor tərəfindən araşdırma və təkmilləşdirmələrə investisiya qoyuluşunu təmin etmək üçün stimullaşdırıcı tədbirlər görüləcəkdir. Bu, Azərbaycanın qlobal dəyər zəncirinə qoşulmasını sürətləndirə bilər. Beynəlxalq istehsal zəncirinə qoşulma özlüyündə “təhsil-elm-istehsal” əlaqələrinin təkmilləşdirilməsinə, əmək məhsuldarlığının yüksəldilməsinə müsbət təsir göstərəcəkdir.

Azərbaycan Milli Elmlər Akademiyası “elm-təhsil-istehsal” zəncirində aktiv iştirak etməklə Azərbaycanın qlobal istehsal zəncirində iştirakına öz töhfəsini verə bilər. Hazırda AMEA “elm-təhsil-istehsal” zəncirini qurmaq məqsədilə tədqiqat universitetinin yaradılması ilə bağlı bir sıra addımlar atmışdır.

Biznes mühitinin yaxşılaşdırılması şirkətlər tərəfindən araşdırma və təkmilləşdirmələrə investisiya qoyuluşunu stimullaşdırmaqla, elmin maliyyələşdirilməsində özəl sektorun xüsusi çəkisini artıra bilər. Hazırda Azərbaycanda araşdırma və təkmilləşdirmələrə çəkilən xərclərin ÜDM-də payı (0.2 faiz)42 dünya üzrə orta göstəricidən aşağıdır.

Tədbir 3.1.6: İnnovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin keyfiyyətinin yüksəldilməsi

Bütün təhsil pillələrində innovativ təlim metodologiyasının və müvafiq resursların yaradılması məqsədilə müsabiqə mexanizminin hazırlanması və müsabiqələrin keçirilməsi insan kapitalının inkişafı üçün vacibdir. Əlavə təhsil sahəsində keyfiyyətin yüksəldilməsi və rəqabət mühitinin formalaşdırılması üçün mülkiyyət formasından asılı olmayaraq, əlavə təhsil verən müəssisələrin potensialının gücləndirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi dəstəklənəcəkdir.

Ümumi təhsil müəssisələrinin müəllimlərinin peşəkarlıq səviyyəsinin artırılması üçün innovativ modellərin işlənib hazırlanması, ali təhsil müəssisələrində əlavə təhsil üzrə strukturların yaradılması, ixtisasartırma təhsilinin nəticələrinin qiymətləndirilməsi və stimullaşdırılması mexanizminin hazırlanması və tətbiqi təşviq olunacaqdır. Bundan başqa, yeni kurikulumlara və informasiya-kommunikasiya texnologiyalarına əsaslanan metodik vəsaitlərin, didaktik materialların, təlim vasitələrinin hazırlanmasını stimullaşdıran müsabiqə və qrant mexanizmlərinin yaradılması ilə bağlı təsəbbüslər dəstəklənəcəkdir.

Tədbir 3.1.7: İnsan kapitalının inkişafında iştirak edən fiziki və texnoloji infrastrukturun təkmilləşdirilməsi

Təhsil və elm sahəsində infrastrukturun təkmilləşdirilməsi bu sahələrin daha effektiv fəaliyyətinə təsir göstərə, insan kapitalının formalaşması və ondan istifadənin səmərəliliyini yüksəldə, innovasiyalara əsaslanan inkişafı təmin edə bilər. “Təhsil-elm-istehsal” sahələrinin qarşılıqlı, çevik və effektiv fəaliyyətinin təmin edilməsinə xidmət edən nəqliyyat, İKT, bina və tikililər, cihaz və avadanlıqlar, laboratoriyalar, sınaq mərkəzləri, fondlar, innovasiya müəssisələri, konsaltinq və mühəndislik

42 Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

Page 90: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

90

xidmətlərinin və s. inkişafı istiqamətində təşəbbüslər davamlı olaraq dəstəklənəcəkdir.

İnformasiya infrastrukturunun (KİV, ixtisaslaşmış sərgi və konfransların keçirilməsi, qlobal və yerli bazarları öyrənən mərkəzlərin yaradılması, elektron kitabxana, tərcümə mərkəzləri, konsaltinq xidmətləri), eləcə də “təhsil-elm-istehsal” sahələrinin qarşılıqlı fəaliyyətinin effektivliyinin artırılması üçün digər vasitəçi qurumların fəaliyyəti dəstəklənəcəkdir. Eyni zamanda, məktəblərin, elmi təşkilatların, istehsal müəssisələrinin internetə çıxış imkanlarının və informasiya təminatının yaxşılaşdırılması istiqamətində fəaliyyətlər stimullaşdırılacaqdır. İKT bilikləri insanlara, eləcə də iqtisadiyyata yüksək dəyər gətirmək potensialına malik yeni iş yerləri yaratmaq imkanları verir. Bundan başqa, rəqəmsal savadlılıq Azərbaycanın gələcəyi və insan kapitalının inkişaf etdirilməsi üçün əsas element hesab olunur.

İKT bilikləri insan kapitalının formalaşmasında və istifadəsində həlledici amillərdən biridir. Müasir məktəblərin və universitetlərin yaranması, araşdırma və təkmilləşdirmələrin aparılması, istehsal və xidmət müəssisələrinin fəaliyyəti bu və ya digər dərəcədə İKT texnologiyaları ilə bağlıdır.

Hazırda ölkədə internetə çıxışı olmayan regionlar, məkanlar və məktəblər vardır. Yaxın və ortamüddətli perspektivdə ibtidai təhsildən başlayaraq, orta təhsilin bütün pillələrində İKT biliklərinin şagirdlərə aşılanması, qlobal informasiya məkanından səmərəli istifadə etmələri üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsi dəstəklənəcəkdir. Orta məktəblərdə elektron kitabxanaların, intellektual oyunların yaradılması təşviq ediləcəkdir. İnternet resurslarından məqsədyönlü istifadə etmək üçün maarifləndirmə tədbirləri həyata keçiriləcəkdir.

E-məktəb sisteminin tətbiqi, Təhsil İnformasiya Sisteminin hazırlanması ilə bağlı işlər dəstəklənəcəkdir. Təhsilin bütün səviyyələrindən məzun olan şəxslərin iqtisadiyyatın və cəmiyyətin inkişafı üçün zəruri olan rəqəmsal bacarıqları əldə etməsinə, eləcə də İKT-nin təklif etdiyi imkanlardan tədris və təlim prosesində bacarıqla istifadə olunmasına şərait yaradılacaqdır.

Rəqəmsal tədrisin təşviqi məqsədilə, təhsilin bütün səviyyələrində kurikulumun yüksəkkeyfiyyətli rəqəmsal tədris materiallarının (məsələn, e-kitablar, e-seminarlar, açıq tədris materialları, veb-imtahanların keçirilməsi və s.) və müvafiq metodların köməyi ilə təkmilləşdirilməsi vacibdir. Müəllimlər və şagirdlər üçün hazırlanmış rəqəmsal tədris materiallarına müxtəlif rəqəmsal avadanlıqlarda sistematik qaydada əlçatanlığın təmin edilməsi dəstəklənəcəkdir.

Təhsil sahəsində texnoloji dəstəyin əldə olunmasına təminat vermək üçün təhsil qurumlarının rəhbərləri təhsil texnologiyaları haqqında davamlı olaraq məlumatlandırılacaq, təhsil texnoloqları üçün şəbəkələrin işi və təkmilləşdirmə kurslarının təşkili dəstəklənəcəkdir.

İKT bacarıqları müəyyənləşdiriləcək və müvafiq baza, eləcə də peşəkar standartlar təhsilin bütün səviyyələrində inkişaf etdiriləcəkdir. Tələbələrin İKT bacarıqlarının qiymətləndirilməsi (sınaqlar, beynəlxalq müqayisəli sorğularda iştirak, mövzu üzrə xarici qiymətləndirmələr) aparılacaq və qiymətləndirmələrin nəticələri inkişaf fəaliyyətlərinin planlaşdırılmasında baza rolunu oynayacaqdır.

Elm, təhsil və istehsal sahələrində maddi-texniki bazanın müasir tələblər səviyyəsinə çatdırılması təhsildə pedaqoji və tədris fəaliyyətinin normal işləməsini, elmi tədqiqatların aparılmasını, sınaqdan keçirilməsi və tətbiqini, “elm-istehsal-bazar” əlaqələrinin optimallaşdırılmasını təmin edəcək, köməkçi xarakterə malik qurumların yaradılması təşviq ediləcəkdir. Bu isə təhsil, elm və istehsal siyasətini hazırlayan və həyata keçirən idarəetmə orqanlarının koordinasiyasını daha effektli edəcəkdir.

Page 91: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

91

“Təhsil-elm-istehsal” əlaqələrinin optimallaşdırılması, bu “üçlüyə” daxil olan müəssisə və təşkilatların ixtisaslı kadrların hazırlanması, bazara hədəflənən elmi tədqiqat və işləmələrin həyata keçirilməsi üçün maliyyə imkanlarının yaxşılaşdırılması məqsədilə maliyyə-kredit infrastrukturu (büdcə və qeyri-büdcə fondları, kommersiya bankları) inkişaf etdiriləcəkdir.

“Təhsil-elm-istehsal” infrastrukturunun çevik işləmə mexanizminin qurulması üçün regional və funksional universitet və istehsal klasterlərinin yaradılması ilə bağlı fəaliyyətlər həvəsləndiriləcəkdir. Çoxsəviyyəli fasiləsiz təhsil sisteminin, universitet komplekslərinin, elmi tədqiqat müəssisələri (AMEA və sahə institutları) və onların fəaliyyətinin iqtisadi effektivliyini artıran istehsal və xidmət sahələrinin inkişafı dəstəklənəcəkdir.

7.3.2. Prioritet 3.2. Əmək məhsuldarlığının yüksəldilməsini təmin etmək üçün insan kapitalının inkişafının stimullaşdırılması

Əsaslandırma

Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətli, inklüziv və dayanıqlı inkişafı istiqamətində qarşıya qoyulan əsas tələb, insan kapitalının inkişafına və əmək məhsuldarlığının inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılmasına nail olmaqdır. Bunun üçün qısa və ortamüddətli perspektivdə iqtisadi artımda intensiv əməyi stimullaşdıran sahələrin yaranması üstünlük təşkil edəcək, orta və uzunmüddətli perspektivdə isə biliktutumlu modelə keçid təmin ediləcəkdir. Əmək məhsuldarlığının və insan kapitalının inkişaf etdirilməsi iki səbəbdən əhəmiyyətli amil hesab olunur. Bir tərəfdən, intensiv əmək tələb edən inkişaf modelində əmək məhsuldarlığının yüksəldilməsi ölkə iqtisadiyyatında birbaşa əlavə dəyər yaratmaqla iqtisadi artımın əsas hərəkətverici qüvvəsi olacaqdır. Digər tərəfdən, yalnız əmək məhsuldarlığının yüksəldilməsinə nail olmaqla daha intensiv bilik tələb edən inkişaf modelinə maneəsiz keçid təmin ediləcəkdir. Bütün bunlar Azərbaycan məhsullarının qlobal bazarlarda rəqabətqabiliyyətliliyini təmin edəcək, eyni zamanda insan kapitalına investisiya qoyuluşunu daha cəlbedici edəcəkdir.

Son 15 ildə Azərbaycanda sürətli inkişaf təmin olunmuş və əmək məhsuldarlığı üç dəfədən çox artmışdır. Azərbaycanda 2000-2008-ci illərdə əmək məhsuldarlığının artımı orta hesabla ildə 13,6 faiz olmuşdur. 2008-ci ildən etibarən əmək məhsuldarlığında artım davam etsə də, artım sürəti orta hesabla ildə 2 faizə qədər azalmışdır.

Regionda ölkələrin inkişaf səviyyəsini nəzərə almaqla aparılan müqayisə Azərbaycanın əmək məhsuldarlığın yüksəldilməsi üçün geniş imkanların olduğunu göstərir. Belə ki, 2015-ci ildə Rusiyada bir məşğul əhali üzrə ÜDM 46 min ABŞ dolları, Türkiyədə 57 min ABŞ dolları, Azərbaycanda isə 36 min ABŞ dolları təşkil etmişdir.43

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində əhatə olunan 11 sektorda əmək məhsuldarlığını yüksəltmək üçün insan kapitalına investisiya qoyuluşu stimullaşdırılacaqdır.

Azərbaycan aqrobiznes sektorunda əmək məhsuldarlığının artırılmasına təminat sisteminin, istehsalın və innovasiya fəaliyyətinin stimullaşdırılmasını təşviq etməklə nail ola bilər. Müxtəlif sektorlarda çalışan ixtisaslı işçilərə təlimlər vermək,

43 Mənbə: Beynəlxalq Əmək Təşkilatı

Page 92: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

92

sahibkarlara daha çox mənfəət əldə etməkdə və ehtiyac duyduqları fəaliyyətləri inkişaf etdirməkdə kömək etmək üçün təlim-tədris mərkəzləri və aqroklasterlər yaradılacaqdır.

İstehsalın təşviq edilməsi və sahibkarların maarifləndirilməsi məqsədilə məsləhət mərkəzləri təşkil olunacaqdır. Mərkəzlər istehsal və xidmət sektorlarından cəlb edilmiş peşəkar vasitəçi və məsləhətçilərdən istifadə etməklə, kiçik və orta sahibkarlıq subyektlərinə rəqabətqabiliyyətliliyin və məhsuldarlığın artırılması ilə bağlı məsləhət və dəstək verəcəklər. Mərkəzlərin əsas hədəfi kiçik və orta sahibkarlıq subyektlərinin qarşılaşdığı problemlərin həlli istiqamətində təkliflər irəli sürmək və onların müxtəlif şəbəkələrə çıxış imkanını yaxşılaşdırmaqdır.

Şirkətlərin elmi tədqiqat işləri ilə məşğul olmasını və innovasiyalı inkişafını stimullaşdırmaq üçün onlara nəticələrə əsaslanan güzəştlər və imtiyazlar verilə bilər.

Azərbaycanda aparılan davamlı iqtisadi islahatların tərkib hissəsi kimi, əmək məhsuldarlığını artırmaq üçün insan kapitalına investisiya qoyuluşu davam etdirilir. Bu məqsədlə, yaxın və uzaq perspektivdə təlim və tənzimləyici dəyişikliklərə nail olmaq istiqamətində mexanizmlərin yaradılması və tətbiqi, istehsalın həcminin və səmərəliliyinin yüksəldilməsi, investisiya qoyuluşunun stimullaşdırılması, innovasiyaların əlavə dəyər yaradan sektorlara tətbiq edilməsi və uyğunlaşdırılması vacib amillərdəndir.

Görüləcək tədbirlər

Tədbir 3.2.1: Dəstəkləyici sistemin yaradılması

Dəstəkləyici sistemin qurulmasına infrastrukturun təkmilləşdirilməsi, əmək təlimləri, əmək normaları, ticarət müqavilələri vasitəsilə bazarlara çıxış imkanının asanlaşdırılması və sürətləndirilməsi, eləcə də sənaye mərkəzləri və ya sənaye platformaları vasitəsilə klasterəsaslı inkişafa şərait yaradılması daxildir. Azərbaycanda qeyd olunan bütün istiqamətlər üzrə səylər davam etdirilir. Son onillikdə dövlət infrastrukturunun təkmilləşdirilməsi istiqamətində səmərəli investisiya layihələri həyata keçirilmiş, peşə təhsili və təlimlərinin inkişaf səviyyəsini yüksəltmək üçün müxtəlif fəaliyyət planları icra edilmiş, o cümlədən kənd təsərrüfatı sənayesi, ağır maşınqayırma və logistika kimi sektorlarda klasterəsaslı inkişaf yanaşması qəbul edilmişdir.

Azərbaycan Respublikasında artıq icrasına başlanmış layihələr davam etdiriləcək, o cümlədən əmək məhsuldarlığı sahəsindəki fəaliyyətlərin nəticələrini izləmək üçün monitorinqlər keçiriləcəkdir. Fəaliyyət prinsiplərini əsas tutaraq, ölkənin gələcək inkişafı yeni təkmilləşdirmə planları əsasında qurulacaqdır. Əmək məhsuldarlığının artırılması istiqamətində fəaliyyət planının hazırlanması və icrası prosesində effektiv beynəlxalq təcrübələrdən istifadə olunması zəruridir.

Fəaliyyət göstərən istehsal müəssisələrində insan resursları üzrə bacarıqların təkmilləşdirilməsi və inkişaf etdirilməsi, klasterli inkişaf üçün işçi qüvvəsinin hazırlanması və təkrar hazırlanması prosesi davam etdiriləcək, işə qəbul və təlim mexanizmini təkmilləşdirmək üçün müxtəlif stimullaşdırıcı və təşviqedici tədbirlər həyata keçiriləcəkdir. Kommersiya təşkilatlarında işəqəbul prosesinin asanlaşdırılması və çevik mexanizmin qurulması üçün dövlət tərəfindən yerli işədüzəltmə mərkəzi təsis edilməsi nəzərdən keçiriləcəkdir. Müxtəlif sektorlarda əmək bazarının tələblərinə cavab verən perspektivli işçilərin hazırlanması məqsədilə mərkəz tərəfindən həyata keçirilən təlimlər tam olaraq dövlət tərəfindən maliyyələşdirilə bilər.

Tədbir 3.2.2: İstehsalın və investisiyanın təşviq edilməsi

Page 93: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

93

İnvestisiyaların təşviqi məhsuldarlığın artırılması üçün stimullaşdırıcı maliyyə resurslarının təmin edilməsi istiqamətində həyata keçirilən fəaliyyətin əhəmiyyətini özündə ehtiva edir.

Azərbaycanın qlobal dəyər zəncirinə qoşulması ilə əsas diqqəti əmək məhsuldarlığının yüksəldilməsinə yönəldiləcək və gələcəkdə də stimullaşdırıcı proqramların tətbiqi davam etdiriləcəkdir.

Müəyyən edilmiş prioritet sektorlarda fəaliyyət göstərən müəssisələrin transmilli şirkətlərlə əlaqələrinin qurulması istiqamətində təşviqedici tədbirlər görüləcəkdir. Fəaliyyətinin stimullaşdırılması məqsədilə cəlb edilən şirkətlərə nəticələrə əsaslanan güzəştlər, investisiya subsidiyaları təklif edilə bilər. Bu güzəştlər istehsalın həcminin artırılmasına, dövlət subsidiyaları hesabına bir sıra kiçik yerli subtəchizatçılar klasterinin yaradılmasına və əlavə şirkətlərin cəlb edilməsinə imkan yarada bilər. Bu amillər isə öz növbəsində, əmək məhsuldarlığını yüksəldəcəkdir.

Tədbir 3.2.3: İnnovasiya fəaliyyətinə investisiya qoyuluşunun təşviq edilməsi

İnnovasiya fəaliyyəti istehsal və idarəetmə sahələrində əmək məhsuldarlığının və rəqabətqabiliyyətliliyin yüksəldilməsi, insan kapitalının inkişafında fasiləsizliyin təmin edilməsi üçün əsas hərəkətverici qüvvədir. Azərbaycanda innovasiyanın təşviqini stimullaşdıracaq fəaliyyət planları və dövlət proqramları hazırlanarkən bu fəaliyyətin əhəmiyyəti nəzərə alınacaqdır. İnnovasiya fəaliyyətini stimullaşdırmaq üçün ölkə elmi araşdırma və təkmilləşdirmələrə yüksək texnologiyalı məhsulların istehsalına görə mükafatlar və kreditlər vermək yolu ilə geniş diapazonlu bilik şəbəkəsi yaratmaq sahəsində bir çox imkanlara malikdir. Bu müddəaların ardıcıl, mərhələli və davamlı şəkildə icrasının diqqət mərkəzində saxlanılması uyğun və optimal nəticələrin əldə olunması üçün vacibdir.

Tədbir 3.2.4: Sektorlar üzrə əmək məhsuldarlığı təşəbbüslərinin reallaşdırılması

Sektorlar səviyyəsində əmək məhsuldarlığını artırmaq üçün əvvəlki tədbirlərə paralel olaraq təkmilləşməli olan sahələrin kompleks şəkildə araşdırılması davam etdiriləcəkdir. Əsas məqsəd hər bir sektor üzrə cavabdeh orqanlar, o cümlədən dövlət qurumları və sahə təşkilatları arasında səmərəli koordinasiyanı təşkil etmək və əmək məhsuldarlığının artırılması üçün tələb olunan mexanizmlərin qurulmasında onlara kömək etməkdir.

Gələcəkdə strateji yol xəritələrində əhatə olunan 11 sektor üzrə də əmək məhsuldarlığına dair əlavə təhlillərin aparılması məqsədəuyğundur.

7.4. Strateji hədəf 4. Əlverişli biznes mühitinin inkişaf etdirilməsi

Azərbaycanda həm makroiqtisadi, həm də sektorlar üzrə müəyyən edilmiş məqsədlərə nail olmaq üçün proqramlar həyata keçirilmişdir. Nəticədə 2016-cı ildə Dünya Bankının hazırladığı “Doing Business” hesabatında Azərbaycan 189 ölkə arasında 63-cü olmuşdur. Hesabatda əks olunan 10 göstəricidən 5-i üzrə isə Azərbaycan dünya ölkələri arasında ilk 40-lıqda qərarlaşmışdır. 2004–2014-cü illərdə iqtisadi inkişafın əsas amili neft-qaz sektoruna xarici investisiyaların cəlb edilməsi və dövlətin birbaşa və dolayı iştirakı ilə sərmayə qoyuluşu olmuşdur. Yeni iqtisadi yanaşma özəl sektorun qeyri-neft iqtisadiyyatına investisiya qoyuluşunu stimullaşdırmaq üçün biznes mühitinin daha da təkmilləşdirilməsini tələb edir. Bu baxımdan iqtisadi islahatlar biznes mühitinin daha da yaxşılaşdırılmasını, təşviq

Page 94: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

94

siyasətinin davam etdirilməsini və institusional islahatları əhatə edəcəkdir. Makroiqtisadi sabitlik və infrastrukturun inkişafını dəstəkləməklə dövlət biznes şəraitinin yaxşılaşdırılmasına öz töhfəsini verməyə davam edəcəkdir. Bu Strateji Yol Xəritəsində biznes mühitinin yaxşılaşdırılması ilə bağlı 11 sektoru əhatə edən konseptual məsələlər öz əksini tapmışdır. Daha müfəssəl tədbirlər planı hər bir sektor üzrə Strateji Yol Xəritəsində verilmişdir.

7.4.1. Prioritet 4.1. Əlverişli biznes mühitinin yaradılmasında hökumətin aparıcı rolunun daha da gücləndirilməsi

Əsaslandırma

Ölkədə sahibkarlığın inkişafı, onun rəqabətqabiliyyətliliyinin artırılması istiqamətində dövlət tənzimlənməsinin təkmilləşdirilməsi, qabaqcıl beynəlxalq təcrübəyə uyğun cəlbedici biznes və investisiya mühitinin formalaşdırılması və əlverişliliyinin daha da artırılması, bu sahədə mütərəqqi tənzimləmə və hüquqi bazanın olması ən vacib məsələlərdir. Göstərilən hədəflərə nail olmaq üçün dövlət tərəfindən ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, rəqabətqabiliyyətliliyinin və ixrac imkanlarının genişləndirilməsi, sahibkarlara dövlət dəstəyi və təşviq mexanizmlərinin formalaşdırılması, beynəlxalq standartlara uyğun elektron dövlət xidmətlərinin göstərilməsi sahəsində kompleks tədbirlər həyata keçirilmişdir. Sahibkarlıq sahəsində son illər ərzində əldə olunmuş sürətli inkişafın davamlılığının təmin edilməsi və rəqabətqabiliyyətliliyin möhkəmləndirilməsi, eləcə də beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması məqsədi ilə Komissiya yaradılmışdır.

Bu prioritet çərçivəsində Azərbaycan dövləti biznes mühitinin institusional əsaslarını gücləndirəcəkdir. Xüsusilə, azad rəqabət mexanizminin inkişaf etdirilməsi, dövlət-biznes münasibətlərində insan amilinin rolunun azaldılması ilə səmərəlilik, hesabatlılıq və şəffaflığın artırılması əsas istiqamət kimi götürüləcəkdir. Dövlətin daha bir rolu xarici bazarlara çıxışın təmin edilməsi üçün azad ticarət sazişlərinin bağlanması, texniki tənzimləmə və milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğun formalaşdırılmasını təmin etməkdən ibarətdir. Həmçinin, dövlət vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın daha da artırılması və optimal vergi yükü siyasəti vasitəsilə biznes mühitinin səmərəliliyinin yüksəldilməsi istiqamətində də fəaliyyətini davam etdirəcəkdir.

Görüləcək tədbirlər

Tədbir 4.1.1: Azad rəqabət mühitinin inkişaf etdirilməsi

Özəl sektorun inkişafını dəstəkləyən əlverişli biznes mühitini təmin etmək üçün Azərbaycanda rəqabətə şərait yaradan mühüm islahatlar həyata keçirilmişdir.

Maliyyə sektoru və real sektor arasında tarazlıq nöqtəsinin müəyyən edilməsi probleminin həlli Azərbaycanda rəqabət mühitinin daha da təkmilləşdirilməsi yolu ilə mümkündür. Belə ki, yalnız tam rəqabət şəraitində iqtisadiyyata stimul verməklə yerli məhsul və xidmətlərin rəqabətqabiliyyətliliyini artırmaq olar. Rəqabət mühitinin təkmilləşdirilməsi sağlam və tam təkmil rəqabət qanunvericiliyinin olmasını, bu qanunvericiliyin effektiv və müstəqil fəaliyyət göstərən rəqabət qurumu tərəfindən

Page 95: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

95

tətbiqini və ümumilikdə rəqabət prinsiplərinə əməl edən, rəqabətin inkişafındakı əngəlləri aradan qaldıran və inhisarçılığa yol verməyən iqtisadi siyasətin gerçəkləşdirilməsini tələb edir. Rəqabət qanunvericiliyinin pozulması hallarının ilkin araşdırılması və aşkar edilmiş qanun pozuntuları ilə bağlı qərarların qəbul edilməsi iki fərqli fəaliyyət istiqaməti olduğundan onların müvafiq ixtisaslaşması tələb olunur. Bu baxımdan, qabaqcıl xarici (ABŞ, Avstriya, Latviya, Litva, Macarıstan, Çexiya və s.) təcrübəyə uyğun olaraq Azərbaycanda müstəqil fəaliyyət göstərən rəqabət orqanının yaradılması nəzərdən keçiriləcək və beynəlxalq təcrübəyə uyğun Rəqabət Məcəlləsi qəbul ediləcəkdir.

Tədbir 4.1.2: Səmərəli vergi sisteminin təşviq edilməsi

Qabaqcıl beynəlxalq standartlara uyğunluq və dünyanın aparıcı ölkələrində tətbiq olunan vergi xidmətlərinin əksəriyyətinin göstərilməsi qarşıya məqsəd qoyulmuşdur. Buna görə də, özəl sektorun inkişafını və sahibkarlıq subyektlərinin rəsmiləşdirilməsini təşviq edən, ehtiyatla müəyyən edilmiş, real vergi tarifləri olan, səmərəli və ədalətli vergi və icra sisteminin təqdim edilməsi istiqamətində islahatlar davam etdirilir.

Vergi sistemi və onun idarə olunması əlverişli biznes mühitinin əhəmiyyətli bir hissəsi olduğundan, Azərbaycanda sahibkarlıq subyektləri tərəfindən vergi ödənişlərinin həyata keçirilməsini asanlaşdıran islahatlar aparılmışdır. Şəffaflığı artıraraq, vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı inamı gücləndirmək, eləcə də davamlı iqtisadi inkişafın təşviqində vergi potensialını müəyyən etmək üçün vergi sistemi və inzibatçılığının təkmilləşdirilməsi sahəsində islahatlar davam etdiriləcəkdir. Bu istiqamətdə irəliləmək məqsədilə, digər ölkələrdə şirkətlərin vergi yükü və bütün əməliyyatlar üçün dəyər zənciri boyunca vergilər nəzərə alınaraq, ədalətli vergi səviyyəsi qiymətləndiriləcəkdir. Sahibkarlıq subyektlərinə lazım olan maliyyə öhdəliyinin proqnozlaşdırılması üçün, ölkənin vergi öhdəliklərinin aydın müəyyənləşdirilməsi və proqnozlaşdırılması sahəsində mümkün islahatlar təhlil ediləcək və qiymətləndiriləcəkdir. Belə ki, bu islahatlar çərçivəsində sahibkarlıq subyektlərinin rəsmi qeydiyyatını təşviq etmək və vergi bazasını genişləndirmək məqsədilə vergi əməletməsi xərclərinin azaldılması təşəbbüsləri nəzərdən keçiriləcəkdir. İcra olunan islahatlarla yanaşı, iqtisadi fəaliyyətin stimullaşdırılması, prioritet sektorlarda inkişafın təşviqi və xarici investisiyanın cəlb edilməsi üzrə fərqlənən vergi qaydalarının təsiri davamlı olaraq qiymətləndiriləcəkdir. İslahatların səmərəli icrasını təmin etmək üçün proses ərzində müvafiq hesabatlılıqla yanaşı vergi inzibatçılığı kimi digər amillərin rolu da təhlil ediləcək və müvafiq formada nəzərə alınacaqdır. Vergi sistemindən əldə edilən vəsaitlərin dövlət proqramları vasitəsilə iqtisadi artıma və iş yerlərinin açılmasına töhfə verən şirkətləri stimullaşdırmaqla, iqtisadi inkişafa dəstək verən sahələrə investisiya edilməsi imkanları təhlil ediləcəkdir.

Tədbir 4.1.3: Dövlət xidmətlərinin çevikliyinin və səmərəliliyin artırılması

Əlverişli biznes mühitinin inkişafı üçün elektron hökumət xidmətlərinin müasir texnologiyaların tətbiqi genişləndirilməklə və onlardan istifadə imkanları sadələşdirilməklə təkmilləşdirilməsi davam etdiriləcəkdir. Dövlət e-ödəniş, e-vergi, e-intellektual idarəetmə və s. elektron xidmətlərin təşkilini genişləndirməklə, rəqəmsal iqtisadiyyatın inkişafını dəstəkləyəcək və beləliklə də, dövlət idarəetməsinin təkmilləşdirilməsi ümumi iqtisadi səmərəliliyin artırılmasını təmin edəcəkdir.

Dünyada Azərbaycan brendi olaraq tanınan və “vahid məkan prinsipi əsasında dövlət xidmətləri göstərən ASAN xidmət” mərkəzlərinin əhatə dairəsi

Page 96: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

96

genişləndiriləcəkdir. Ümumilikdə, dövlət orqanlarının informasiya sistemləri inteqrasiya olunaraq elektron xidmətlərin çevikliyi, səmərəliliyi və şəffaflığı təmin olunacaq ki, bununla da sahibkarlıq subyektləri öz resurslarına qənaət edəcək, yerli və beynəlxalq səviyyədə qarşılıqlı əlaqələr təkmilləşdiriləcək, bazarlara və resurslara çıxış imkanları genişlənərək ölkəyə investisiya axını güclənəcəkdir. Mütəmadi olaraq, istehlakçı məmnunluğu indeksinin ölçülməsi dövlət xidmətlərinin keyfiyyətinin daha da artırılması və biznes mühitinin davamlı təkmilləşdirilməsini təmin edəcəkdir.

Azərbaycanda dövlət satınalmaları iri həcmli olduğu üçün, məhsul və xidmətlərin satınalma prosedurlarının təkmilləşdirilməsi, o cümlədən dövlət satınalmaları prosesinin sürət və səmərəliliyinin artırılması təmin ediləcəkdir. Əlavə olaraq, dövlət satınalmalarının iri həcmindən yararlanaraq, dövlət tenderləri üzrə müəyyən normativlərin yaradılması ölkədə fəaliyyət göstərən yerli şirkətlərə və ya kiçik və orta sahibkarlıq subyektlərinə əlavə dəstək verəcəkdir.

Azərbaycanda dövlət-özəl tərəfdaşlığının daha da inkişaf etdirilməsi və biznes mühitinin yaxşılaşdırılması üçün tədbirlərin vaxtında və səmərəli icrası təmin ediləcək, infrastruktur sahələrinin inkişafı üçün özəl sərmayənin cəlb edilməsi biznesin inkişafına əlavə töhfə olacaqdır.

Tədbir 4.1.4: Azad ticarət sazişlərinin bağlanması

Azad ticarət sazişlərindən irəli gələn iqtisadi faydalardan yararlanmaq üçün Azərbaycan davamlı olaraq əlverişli ticarət sazişləri bağlayır.

Bundan sonra da ikitərəfli və çoxtərəfli ticarət sazişlərinin bağlanması yolu ilə ixrac fəaliyyəti stimullaşdırılacaq və ticarət marjasını artırmaqla biznes mühitinin əlverişliliyi təmin ediləcəkdir. Yaradılmış nəqliyyat-logistika infrastrukturu ölkənin xarici ticarətinin gücləndirilməsi üçün daha da inkişaf etdiriləcək, həmçinin Dünya Bankının hazırladığı “Logistik Nailiyyət İndeksi”ndə ölkənin mövqeyinin daha da yaxşılaşdırılması üçün ticarət logistikası üzrə təkmilləşdirmələr həyata keçiriləcəkdir.

Hazırlanan yeni azad ticarət sazişləri bazarların təhlili və dəyər zəncirində mövqelərin gücləndirilməsi üzrə aparılan qiymətləndirmələrə əsaslanacaqdır. Ənənəvi MDB bazarları ilə yanaşı, qeyri-neft ixracını artırmaq məqsədilə Avropa İttifaqı, Körfəz ölkələri, Çin kimi bazarlara daha əlverişli ticarət rejimi əsasında daxil olmaq istiqamətində fəaliyyət davam etdiriləcəkdir. Dövlət dəstəyilə ixrac bazarlarında logistika mərkəzlərinin tikintisinin texniki-iqtisadi əsaslandırılması və risk təhlili aparılacaq və bu layihələrin ölkənin ixracına verə biləcəyi real dəyər proqnozlaşdırılacaqdır.

Ölkədə qlobal informasiya cəmiyyətinin bir hissəsi olan elektron ticarətin beynəlxalq normalara uyğun infrastrukturunun və hüquqi bazasının inkişafı təmin olunmaqla, yerli məhsul və xidmətlərin xarici bazarlara çıxışının elektronticarət vasitəsilə həyata keçirilməsi təşviq ediləcəkdir.

Ticarət sazişlərinin bağlanması və beynəlxalq müqavilələrdə iştirak barədə qərarların mümkün iqtisadi, sosial və siyasi nəticələri təhlil ediləcəkdir. Türkiyə və İranla ikitərəfli saziş imkanları nəzərə alınarkən müxtəlif sektorlar üzrə potensial təsirlərin qiymətləndirilməsi də əhəmiyyətlidir. Bu istiqamətdə hazırlıq tədbirlərinin görülməsi, o cümlədən risklərin azaldılması üzrə təkmilləşdirmə işlərinin yerinə yetirilməsi və sazişlərin bağlanması halında xüsusi tədbirlərin müəyyən edilməsi vacibdir.

Tədbir 4.1.5: Texniki tənzimləmə və milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğun formalaşdırılması, onların biznes mühitinə dəstək istiqamətində tətbiq edilməsi

Page 97: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

97

Ölkədə əksər məhsullar, o cümlədən yeyinti məhsulları standartlara əsasən məcburi sertifikatlaşdırılır. Mövcud qanunvericiliyə əsasən milli standartlaşdırma sisteminin idarə olunmasına və tənzimlənməsinə cavabdeh mərkəzi icra hakimiyyəti orqanı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsidir (SMPDK). Komitə ilə yanaşı, standartların hazırlanması, sertifikatlaşdırma, bazarda məhsulların standartlara və təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət və qiymətləndirməni digər müvafiq dövlət orqanları da həyata keçirirlər.

Azərbaycanın milli standartlaşdırma sistemi inkişaf etmiş ölkələrdə mövcud olan və Ümumdünya Ticarət Təşkilatının (ÜTT) tələbləri əsasında formalaşdırılmış milli standartlaşdırma sistemləri ilə müqayisədə bir çox fərqli xüsusiyyətlərə malikdir. Bir sıra MDB dövlətləri, o cümlədən Rusiya Federasiyası, Qazaxıstan, Ukrayna və Gürcüstan bu cür fərqlərin aradan qaldırılması və istehsal etdikləri məhsulların beynəlxalq ticarətdə sərbəst dövriyyəsinə şərait yaradılması üçün ÜTT-nin tələbləri və Avropa İttifaqının modeli üzrə mövcud standartlaşdırma sistemlərini beynəlxalq tələblərə uyğunlaşdırmaqdadır.

Azərbaycan məhsullarının beynəlxalq ticarətdə sərbəst dövriyyəsinin təmin edilməsi və idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi üçün bir sıra tədbirlərin görülməsi məqsədəuyğundur. Bu tədbirlər hüquqi bazanın formalaşdırılmasından başlayaraq milli standartların beynəlxalq və Avropa standartlarına uyğunlaşdırılması ilə bağlı müvafiq tədbirlər planının qəbul edilməsinədək olan prosesləri əhatə edir. Belə ki, texniki tənzimləməyə dair qanun qəbul etməklə, məhsullara dövlət nəzarətinin təhlükəsizlik tələbləri ilə məhdudlaşdırılması və keyfiyyət tələblərinə uyğunlaşdırmanın könüllü edilməsi, yeyinti məhsullarına nəzarətin texniki tənzimləmə və standartlaşdırma sistemindən çıxarılması, məhsulların sertifikatlaşdırılmasının risk səviyyəsinə görə aparılması kimi məsələlər öz həllini tapacaqdır. Bundan əlavə, keyfiyyət məsələlərini tənzimləyən standartlaşdırmaya dair qanunun yeni redaksiyasının qəbulu sistemin hüquqi bazasını beynəlxalq tələblərə tam uyğunlaşdıracaqdır. Proses zamanı mövcud bütün standartlar tədricən könüllü olacaq və onların əvəzinə tamamilə yeni texniki reqlamentlər qəbul ediləcəkdir. Model kimi isə Avropa İttifaqının mövcud direktivləri götürülə və milli texniki reqlament kimi qəbul edilə bilər. Bu direktivlərin əsas tələblərinin təmin edilməsi üçün Avropa İttifaqında müvafiq beynəlxalq standartlara əsasən qəbul edilmiş istinad standartlar mövcuddur. Texniki reqlamentlər qəbul edildikdən sonra məhz həmin beynəlxalq standartlar da milli standartlar kimi qəbul ediləcəkdir. Eyni zamanda, mövcud standartlardan beynəlxalq standartlara uyğun gələnlər istinad standartı kimi qüvvədə qalacaq, uyğun olmayanlar və ya köhnə olanlar isə ləğv ediləcəkdir. Sadalanan tədbirlər tədrici keçid prinsipi əsasında aparılacaqdır. Belə ki, yeni texniki reqlamentlər və onların istinad edilmiş standartları qəbul edilənədək mövcud standartlar qüvvədə qalacaq və tədricən hər yeni texniki reqlament və onun istinad edilmiş standartı qəbul edildikcə köhnələr ləğv ediləcəkdir.

İnstitusional səviyyədə bu islahatlar aparılarkən bir sıra mühüm meyarlar əsas götürüləcəkdir: məhsulların təhlükəsizliyinin təmin edilməsi ilə liberal biznes mühitinin formalaşdırılması arasında balansın təmin edilməsi; tənzimləmə tədbirlərinin məhsulların təhlükəsizliyinin təmin edilməsi ilə məhdudlaşdırılması və keyfiyyətin artırılmasına xidmət edən standartlaşdırmanın məhsulların rəqabətqabiliyyətliliyinin artırılmasına töhfə verən fəaliyyətə çevrilməsi; idarəetmə sisteminin bazar iqtisadiyyatının prinsipləri, eləcə də şəffaflıq, maraqların toqquşmaması, liberallıq prinsipləri əsasında qurulması; dövlət idarəetmə xərclərinin rasionallaşdırılması; sahibkarlıq fəaliyyəti üçün zəruri olan minimum müdaxilənin təmin edilməsi; istehsalata dövlət nəzarətinin bazara dövlət nəzarəti ilə əvəzlənməsi

Page 98: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

98

və istehsalata nəzarətin uyğunluğun qiymətləndirilməsi orqanlarına həvalə edilməsi; milli standartlaşdırma sisteminin işində özəl sektorun daha aktiv iştirakının təmin edilməsi; özəl sektorun normativ sənədlərin tətbiqinə çəkilən xərclərinin mümkün qədər azaldılması və prosedurların sadələşdirilməsi.

7.4.2. Prioritet 4.2. Təşviqedici mühitin yaxşılaşdırılması vasitəsilə biznesin davamlılığının möhkəmləndirilməsi

Əsaslandırma

Hazırda qlobal və regional miqyasda investisiyaların cəlb edilməsi istiqamətində rəqabət güclənir və biznesin təşviqi mexanizmləri təkmilləşdirilir. Bu sahədə aparılan islahatlar sürətləndirilməklə, regional miqyasda investisiyaların cəlb edilməsi istiqamətində ölkənin daha əlverişli mövqeyə çıxarılması planlaşdırılır. Belə ki, daha çox investisiya cəlb etməklə həm tədiyə balansındakı gərginlik aradan qaldırılacaq, həm də getdikcə optimallaşan dövlət investisiyaları özəl sərmayələrlə əvəzlənərək, dayanıqlı iqtisadi inkişaf təmin ediləcəkdir. Xüsusilə də xarici investisiyaların cəlbi Azərbaycanın qlobal və regional miqyasda dəyər zəncirinə daha dərindən qoşulması üçün zəmin yaradacaqdır. Eyni zamanda, daxili yığım potensialının investisiya edilməsi üçün də zəruri təşviqedici mexanizmlər inkişaf etdiriləcəkdir. Azərbaycanda biznesin təşviqi mühitinin beynəlxalq reytinqlərdə əks olunması xüsusi əhəmiyyət kəsb edir.

Görüləcək tədbirlər

Tədbir 4.2.1: Biznesin təşkilinin asanlaşdırılması üçün mövcud islahatların sürətləndirilməsi və beynəlxalq reytinqlərdə mövqelərin yaxşılaşdırılması

İnvestisiyanın cəlb edilməsi üçün ən vacib istiqamətlərdən biri təkmil, proqnozlaşdırıla bilən və stabil biznes mühitinin olmasıdır. Ölkənin investisiya imicini formalaşdıran faktorlar arasında ən əsası məhz beynəlxalq reytinqlərdə ölkənin mövqeyidir. Belə ki, bu reytinqlər investorlar üçün əhəmiyyətli olan əksər faktorlar (makroiqtisadi sabitlik, investisiya mühiti, məhkəmə sistemi və s.) üzrə göstəricilərə malikdir və sadəcə həmin reytinqlərə baxmaqla investor ölkə haqqında fikir formalaşdıra bilir.

Beynəlxalq reytinqlərdə Azərbaycanın mövqelərinin yaxşılaşdırılması üçün aşağıdakı istiqamətlərdə fəaliyyətlər davam etdiriləcəkdir:

1) qanunvericiliyin qabaqcıl beynəlxalq təcrübəyə əsaslanaraq təkmilləşdirilməsi;

2) qəbul edilmiş qərarların icrasının təmin olunması; 3) iqtisadi islahatların kommunikasiyasının gücləndirilməsi yolu ilə yerli və xarici

ictimaiyyətin məlumatlandırılması. Biznesin fəaliyyətinin asanlığının əsas göstəricisi Dünya Bankı Qrupu

tərəfindən hər il qiymətləndirilən, özəl sektorun fəaliyyətinə yardım edən qayda və normalara əsaslanan “Doing Business” hesabatıdır. Bu hesabata əsasən, son illər ərzində Azərbaycanda biznesin təşkili asanlaşmışdır. Belə ki, bir sıra islahatlar və təkmilləşdirmələr, o cümlədən sahibkarlıq subyektlərinin fəaliyyətə başlaması üçün bir pəncərə sisteminin tətbiqi, şirkətlərdə möhürdən istifadə tələbinin aradan qaldırılması, vergi və sosial sığorta ödənişləri üzrə elektron sistemin inkişafı məqsədilə 2007–2014-cü illərdə ölkə Prezidentinin imzaladığı sərəncamlar və digər

Page 99: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

99

müvafiq islahat tədbirləri nəticəsində Azərbaycan 2016-cı ildə dünyada 189 ölkə arasında 63-cü yerə yüksəlmişdir (şəkil 37).

Şəkil 37. Biznes fəaliyyətinin asanlığı indeksi üzrə Azərbaycanın mövqeyi

Mənbə: Dünya Bankının “Doing Business” adlı hesabatı, 2016

Doing Business hesabatının təhlili bir çox faydalı məlumatları açıqlayır: Azərbaycan hesabatda sahibkarlıq fəaliyyətinə başlama, əmlakın qeydiyyatı, investorların hüquqlarının qorunması, vergilərin ödənilməsi və müqavilələrin icrası

Page 100: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

100

kimi göstəricilər üzrə qənaətbəxş mövqedədir. Bu nəticələr göstərir ki, həyata keçirilən tədbirlər, o cümlədən ölkə Prezidentinin son sərəncamları sayəsində Azərbaycanda bir çox sahədə islahatlar dünya standartlarına uyğun reallaşdırılır. Azərbaycan bu göstəricilər üzrə əksər postsovet ölkələrindən irəlidə olsa da, aşağıdakı sahələrin nəzərdən keçirilməsindən başlamaqla, biznes mühitinin gücləndirilməsi ilə əlaqədar göstərilən təşəbbüslər daha da təkmilləşdirilə bilər: tikinti üçün icazələrin alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma, kredit alınması, xarici ticarətin aparılması və müəssisənin bağlanması. Özəl sektorun inkişafına kömək edəcək bu sahələr müəyyən qayda və müddəalara əsaslanır və bu məsələlər “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə ətraflı işıqlandırılmışdır.

Azərbaycanda biznesin təşkilinin asanlaşdırılmasına diqqətin artırılması iqtisadi inkişafın dəstəklənməsi sahəsində aparılan cari islahatları tamamlaya bilər. Bu baxımdan, əlavə islahat imkanlarını və bu sahədə görüləcək tədbirləri araşdırmaq məqsədilə ölkə Prezidentinin 2016-cı il 13 iyul tarixli “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı əsasında müvafiq Komissiya yaradılmışdır. Bu Komissiyanın təklifləri peşəkar taktiki gedişlərlə bütovlükdə hədəf seçilmiş iqtisadi inkişaf səylərinin gücləndirilməsi üçün çox əhəmiyyətli ola bilər. Beynəlxalq reytinqlər inkişaf məqsədləri üzrə tədbirlərin prioritetlərinin müəyyən edilməsində faydalı rol oynayır və onlar sırf bir məqsəd kimi yox, irəliləyiş üçün bir göstərici kimi qəbul edilməlidir.

Tədbir 4.2.2: Statistika infrastrukturunun təkmilləşdirilməsi

Azərbaycanda sahibkarlıq subyektlərinin inkişafını dəstəkləyən bir mühit qurmaq və biznes mühitini təkmilləşdirmək məqsədilə məqsədyönlü iqtisadi islahatlar həyata keçirilməkdədir. İqtisadi islahatların paralel şəkildə həyata keçirilməsi üçün ölkədə biznes mühitinə mənfi təsir edən qayda və maneələrin aradan qaldırılması məqsədilə davamlı olaraq mümkün tədbirlər nəzərdən keçirilir və inkişaf etdirilir. İslahatların davamlı inkişafının tələblərinə uyğun olaraq yeni tədbirlərin həyata keçirilməsi zərurəti yaranır. İslahatlara əlavə dəstək vermək üçün yaranan cari imkanlar üzrə daha səmərəli qərar verilməsi sahəsində həyata keçiriləcək tədbirlərə statistika infrastrukturunun gücləndirilməsi də daxildir.

Özəl investisiyalara şərait yaratmaq, bazar infrastrukturunu gücləndirmək və sahibkarlıq subyektlərinə daha əlverişli mühit yaratmaq məqsədilə reallığı əks etdirən faktlara əsaslanan siyasət və biznes qərarlarının qəbulu üçün statistika mühüm idarəetmə vasitəsidir. Azərbaycanın milli statistika sistemi geniş çeşidli məlumatları və iqtisadi hesablamaları özündə birləşdirərək emal edir, eləcə də Dövlət Statistika Komitəsinin kanalları vasitəsilə dərc edilmiş çoxsaylı statistikaya çıxış imkanları verir. Bu baxımdan, gələcək təşəbbüslərin davamlı olması üçün milli statistika sisteminin zəruri ehtiyatlarla təmin edilməsi və dövlət orqanlarının qarşılıqlı əməkdaşlığı, məlumat sistemlərinin inteqrasiyası vacibdir. Bu əməkdaşlıq çərçivəsində, bir tərəfdən, fəaliyyətlərin bir-birini təkrar etməsi aradan qaldırılacaq, respondentlərə düşən yükün azaldılması təmin ediləcək, məlumatların toplanmasının və dövlət orqanları arasında yayılmasının səmərəliliyi yüksələcəkdir. Digər tərəfdən, milli statistika sistemi dəqiqliyin təminatı, məlumatlar arasında mümkün fərqlərin azaldılması və məlumatların yenilənməsinin təkmilləşdirilməsi vasitəsilə statistik infrastrukturun səmərəliliyinin yüksəlməsini təmin edəcəkdir. Bütün texniki məsələlər nəzərə alındıqdan, müvafiq qanunvericilik bazası təkmilləşdirildikdən sonra güclü statistik infrastruktur vacib analizlərin aparılmasına imkan yaradacaq və qərar qəbulu

Page 101: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

101

prosesinin, həmçinin vətəndaşların prosesə cəlb edilməsinin səmərəliliyini təmin edəcəkdir.

Tədbir 4.2.3: Yaxşı idarəetmə və effektiv stimullar vasitəsilə birbaşa xarici investisiya strategiyasının həyata keçirilməsi

Azərbaycanı investorlara əhəmiyyətli və müsbət mövqedə göstərən bir sıra amillər vardır: siyasi sabitlik və təhlükəsizlik; ölkənin təbii iqtisadi xüsusiyyətləri; biznes mühitinin ayrı-ayrı elementləri üzrə təkmil sistem (biznesə başlama, keyfiyyətli dövlət xidmətləri, elektron xidmətlər, liberal lisenziyalaşma, yoxlamaların dayandırılması); fiziki infrastruktur. Bu üstün cəhətlərin ölkəyə investisiya axınını təmin etməsi üçün islahatların davam etdirilməsi məqsədəuyğundur.

İnvestisiyanın təşviqi agentlikləri xarici investisiyaların cəlb edilməsində və biznes mühitinin formalaşdırılmasında fəal rol oynayır və dünya təcrübəsinə dair misallar onların müxtəlif səviyyələrdə iştirakını göstərir. Belə misallar “bir pəncərə” modelinin tətbiqindən tutmuş, təşviqat və danışıqlar üzrə fəaliyyət göstərən investisiyaların təşviqi agentliklərinin funksiyalarını və dəyər zəncirinə qoşulması üzrə əhatə dairəsini əks etdirir. Məsələn, Sinqapur, İrlandiya və Malayziyanın müvafiq dövlət agentlikləri öz fəaliyyətlərində əsas diqqəti stimullaşdırıcı tədbirlər vasitəsilə xarici investorların cəlb edilməsinə və inzibati mərhələlərdə onların problemlərinin həllinə yardım göstərilməsinə, investisiyanın icrasına dəstək verilməsinə və səmərəli altsektorəsaslı layihə işləmə metodlarının hazırlanmasına, həmçinin investisiyaların cəlb edilməsi vasitəsilə dövlətin ümumi inkişafı üzrə məqsədlərə nail olmağa yönəldirlər. Bu agentliklər xarici investisiyaların cəlb edilməsi məqsədilə investorlara dəstək üçün iş icazələrinin alınması və sahibkarlıq subyektlərinin qeydiyyatı, potensial biznes tərəfdaşları ilə əlaqələrin qurulması, məqsədyönlü subsidiyalar yolu ilə layihələrin maliyyələşdirilməsi, müxtəlif dövlət təşkilatlarında lobbiçilik fəaliyyətinin həyata keçirilməsi və s. kimi tədbirləri həyata keçirirlər. Qeyd olunan qabaqcıl dünya təcrübələrindən ölkədə geniş istifadə olunması nəzərdə tutulur.

Azərbaycanda iqtisadi artım və inkişaf məqsədlərinə uyğun xarici investisiyaların cəlb edilməsi və həcminin artırılması istiqamətində mühüm təşəbbüslər həyata keçirilmişdir.

Düzgün idarəetmə strukturunun yaradılması və stimulların (tənzimləmə, maliyyə və ya vergi sahəsində) müəyyənləşdirilməsi Azərbaycanın xarici investisiya cəlb etməsinə yardım göstərə bilər. Uğurlu stimul strukturunun müəyyənləşdirilməsi, ümumi yerləşdirmə profili, uyğun sahə və ya fəaliyyət sferası, həmçinin mümkün maliyyə və digər biznes-stimullar vasitəsilə doğru alətlər seçilməklə, investor perspektivi qəbul edilməlidir. Tənzimləyici, maliyyə və vergi stimulları ətrafında qurulmuş dövlət siyasətinin potensial təsirləri əlavə dəyərin yaradılmasının asanlaşdırılması üçün qiymətləndirilə bilər. Stimulların vaxt qrafiki də əhəmiyyətlidir. Belə ki, stimulların təsirləri müəyyən müddət keçdikdən və onların daimi olduğu zənn edildikdən sonra mənfi olur.

Potensial stimulların formatı 3 əsas sahədə qruplaşdırılmaqla geniş diapazonu əhatə edir: Tənzimləyici stimullar xarici investorlara yerli şirkətlər üçün də mövcud olan əmlak üzərində mülkiyyət hüququ verilməsi, valyuta nəzarəti məhdudiyyətinin və ya kapital tələblərinin azaldılması, əcnəbi işçilərin işə qəbulu kimi bərabər fayda və təminatları əhatə edə bilər. Maliyyə stimulları yığım və vergidən azadolma üzrə xərcləri, elmi-tədqiqat kreditlərini, kapitala vergi güzəştlərini, rüsumlardan güzəştləri nəzərdə tutur. Vergi güzəştləri isə müəyyən müddətə və müəyyən şərtlər əsasında gəlirlərdən bütün tutulmaları, korporativ və yerli vergiləri

Page 102: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

102

əhatə edir. İqtisadi inkişafı təmin etmək üçün Azərbaycanda bu alətlər artıq tətbiq edilir. Gələcək illərdə stimullar davamlı olaraq yenidən nəzərdən keçiriləcək və yenilənəcəkdir.

Maliyyə sektoru tərəfindən investisiyaların cəlb edilməsinə və xüsusilə də qiymətli kağızlar bazarının inkişafı istiqamətində işlərin uğurla davam etdirilməsinə ehtiyac yaranmışdır. Hazırda bazarda valyuta derivativlərinə (fyuçers, forvard, svop və opsionlar) tələbat yüksəkdir. Bu tələbatın qarşılanmaması və kommersiya sektoru tərəfindən sözügedən alətlərdən istifadə edilmə imkanının olmaması sahibkarlar üçün qeyri-müəyyənliklə yanaşı əlavə risklər də yaradır. Xarici valyuta derivativləri bazarının inkişafı Azərbaycanda xarici sərmayənin cəlbi üçün imkan yarada bilər.

Yarımçıq qalmış infrastruktur layihələrinin davam etdirilməsi və qeyri-neft iqtisadiyyatı üçün beynəlxalq inkişaf bankları ilə əməkdaşlıq və dövlət-özəl sektor tərəfdaşlığı xüsusi əhəmiyyətə malikdir. İndiki şəraitdə beynəlxalq investorların cəlbi üçün problemli aktivlərin satılması bazarının formalaşdırılması və beynəlxalq aktivləri idarəetmə şirkətlərinin Azərbaycana cəlb edilməsi zəruridir. Bunun üçün qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsinə, aktivləri idarəetmə şirkətinin yaradılmasının hüquqi bazasının formalaşdırılmasına baxıla bilər. Maliyyə bazarlarının inkişafı və xarici sərmayələrin cəlbi məqsədilə dövlət müəssisələrinin özəlləşdirilməsi prosesinin surətləndirilməsi və səhmlərin ilkin kütləvi təklifinə (İPO emissiyasına) start verilməsi xüsusi önəm daşıyır. Bu tədbir dövlət mülkiyyətində olan problemli aktivlərin sağlamlaşdırılması baxımından da əhəmiyyətlidir.

Azərbaycanda islam maliyyəsinin inkişafı da xarici investisiyaların (xüsusən Körfəz ölkələrindən) cəlbi üçün əlavə təkan ola bilər. İslam maliyyə institutları real sektorda maliyyə xidmətlərinə çıxışın genişləndirilməsi, həmçinin kiçik və orta sahibkarlığın maliyyə əldə etmək imkanı üçün yaxşı platforma hesab olunur. Ölkədə artıma və iqtisadi inkişafa dəstək üçün xarici investisiyalarin cəlb edilməsində onların iştirakı dəyərləndiriləcəkdir.

Ölkənin investisiya mövqeyinə və cəlbediciliyinə beynəlxalq və regional iqtisadi təşkilatlara üzvlük faktorları da təsir göstərir. Məsələn, investorlar ÜTT-yə üzvlüyü həmin ölkədə mülkiyyət və investor hüquqlarının qorunması və ölkənin ÜTT qarşısında öhdəliyinin olması səbəbindən stabil və pronozlaşdırıla bilən ticarət və investisiya mühitinin mövcudluğu kimi qəbul edirlər və həmin ölkəyə daha çox investisiya qoyurlar.

Azərbaycanda investorların hüquqlarını qorumaq məqsədilə optimal hüquqi bazanın müəyyən edilməsi üçün təhlillər həyata keçiriləcəkdir.

İnvestisiya məhsuldarlığı sistemlərini nəzərə almaqla, yerli və qlobal ekspertlərlə işin təşviq edilməsi üçün tələb olunan əlavə resursların ayrılması prosedurları həyata keçirilə və birbaşa xarici investisiya üzrə potensial imkanları genişləndirmək məqsədilə görülmüş geniş investisiya tədbirləri daha da təşviq edilə bilər.

Page 103: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

103

8. MALİYYƏLƏŞDİRMƏ MEXANİZMLƏRİ

Müəyyən edilmiş strateji hədəflərə nail olmaq üçün 27 milyard manat həcmində investisiyanın tələb olunacağı proqnozlaşdırılır. Bu məbləğ bütün sektorlar üzrə strateji yol xəritələri çərçivəsində tələb olunan cəmi vəsaiti əks etdirir və bütün növ dövlət və özəl (yerli və xarici) mənbələr hesabına təmin ediləcəkdir. Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icrası aşağıdakı mənbələr hesabına maliyyələşdiriləcəkdir:

● dövlət büdcəsi; ● büdcədənkənar fondlar; ● Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti; ● yerli büdcələr; ● mülkiyyət formasından asılı olmayaraq yerli idarə, müəssisə və təşkilatların

vəsaitləri; ● birbaşa xarici investisiyalar; ● ölkənin bank sisteminin kreditləri və qrantlar; ● beynəlxalq təşkilatların və xarici dövlətlərin kreditləri, texniki və maliyyə

yardımı; ● qanunvericiliklə qadağan olunmayan digər mənbələr. Maliyyə vəsaitlərinin müəyyən edilmiş strateji hədəflər üçün ən səmərəli

şəkildə sərf olunmasını təmin etmək məqsədilə büdcələr nəticələrə əsaslanan büdcə tərtibatı prosesi çərçivəsində işlənib hazırlanacaqdır. Tələb olunan maliyyə vəsaitlərinin böyük hissəsi mövcud büdcələrin restrukturizasiyası, özəl sektorun və müxtəlif investorların birgə maliyyələşdirmə səyləri ilə təmin ediləcəkdir.

Page 104: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

104

9. İCRA, MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ

Strateji Yol Xəritəsinin icrası Koordinasiya və rəhbərlik: Qərarların qəbul edilməsinin sürətləndirilməsi,

hesabatlılığın aydın müəyyən edilməsi və əlavə icra qabiliyyətinin formalaşdırılması üçün müvafiq koordinasiya və rəhbərlik təmin ediləcəkdir.

● Strateji Yol Xəritəsi üçün yüksək siyasi səviyyədə qərarların qəbul edilməsinin sürətləndirilməsi mexanizmi yaradılacaqdır. Bu mexanizm qərarları qəbul edən şəxslər üçün digər əsas iştirakçılar tərəfindən proqramın tətbiq olunmasına lazımi rəhbərliyin təmin edilməsinə imkan verəcəkdir. Tətbiqin prioritetləri və konkret hədəflər ilə bağlı qərarlar bu mexanizm vasitəsi ilə qəbul ediləcəkdir.

● Əsas icraçı təşkilat tədbirin vaxtında və mahiyyəti üzrə həyata keçirilməsi üçün ona aid hər bir prioritet və tədbir üzrə məsul şəxslər təyin edəcəkdir. Həmçinin, tədbirlər planında qeyd olunan digər qurumların iştirakı ilə prioritet üzrə məsul qurumların rəhbərliyi altında işçi qrupları yaradılacaqdır. İşçi qruplarının hesabat toplantıları əsas icraçı təşkilatın rəhbərliyi ilə rüblük əsasda keçiriləcəkdir. İclaslarda rüb ərzində görülmüş işlər və növbəti dövr üçün nəzərdə tutulmuş fəaliyyətlər müzakirə ediləcəkdir. İşçi qrupları illik iş proqramı əsasında fəaliyyət göstərəcəklər. İşçi qrupunun gündəlik iş rejimi və tapşırıqların bölgüsü məsul şəxs tərəfindən aparılacaqdır. Bir qayda olaraq, qrupun cari görüşləri məsul şəxsin təklifi ilə əsas icraçı təşkilatda keçiriləcəkdir. Əsas icraçı təşkilat işçi qrupunun maneəsiz fəaliyyətini təmin etmək üçün zəruri şəraiti yaradacaq, tələb olunduqda kənar ekspertlərin texniki dəstəyindən yararlanmaq üçün addımlar atacaqdır.

● Strateji Yol Xəritəsinin icra olunmasına nəzarətin aparılması, yaranan problemlərin həll olunması və ya qurumlar arasında əlaqələndirmənin düzgün təşkili məqsədilə müvafiq koordinasiya qurumu (“delivery unit”) müəyyən ediləcəkdir. Qurumun əsas işi tədbirlərin effektiv icrası məqsədilə zəruri qurumlar, proseslər və texnologiyalar arasında koordinasiyanın təşkili olacaqdır. Tədbirlər planı üzrə işçi qruplarının ahəngdar işi, rüblük hesabatların ümumiləşdirilməsi və illik hesabatın hazırlanması koordinasiya qurumu tərəfindən tənzimlənəcəkdir. Bundan əlavə, həmin qurum digər qurumlar tərəfindən tələb olunan maliyyə və insan resurslarının təşkil olunmasının təmin edilməsinə və zəruri hallarda əlavə resursların təqdim edilməsinə nəzarət edəcəkdir.

Strateji uyğunlaşdırma və maliyyələşdirmə: Resurslardan səmərəsiz istifadənin və hədəflər arasında yarana biləcək ziddiyyətlərin qarşısının alınmasına imkan verən səmərəli icra prosesinə nail olunması məqsədilə Strateji Yol Xəritəsi sektorlar üzrə digər planlara və mövcud büdcələrə tam inteqrasiya olunacaqdır.

● Aidiyyəti dövlət qurumlarının təklifləri əsasında bütün müvafiq strateji sənədlər Strateji Yol Xəritəsinə uyğunlaşdırılacaq və zəruri hallarda mövcud qurumların funksiyaları hədəflərə müvafiq qaydada yenidən formalaşdırılacaqdır. Bu uyğunlaşdırma işlərinə şəffaf, ölçüləbilən tətbiq hədəfləri daxil ediləcək, bu barədə ictimaiyyətə məlumat veriləcək və prosesin izlənilməsində bu hədəflərdən istifadə olunacaqdır.

Page 105: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

105

● İcraya rəhbərlik olunması, eləcə də tələb olunan resurslar və gözlənilən nəticələrə münasibətdə şəffaflığın təmin edilməsi üçün bütün strateji prioritetlər üzrə təqdim olunan tədbirlərə əsaslanan detallı icra planları işlənib hazırlanacaqdır. Təyin olunmuş aparıcı qurum icra planının yerinə yetirilməsi üçün ümumi məsuliyyət daşımaqla yanaşı, planın tətbiq olunmasına bütün əsas qurumları və özəl sektoru cəlb edəcəkdir.

Maraqlı tərəflərin səfərbər edilməsi: Həm dövlət, həm də qeyri-dövlət sektorundan yerli və beynəlxalq tərəfdaşlar Strateji Yol Xəritəsinin icrası prosesinə cəlb olunacaqdır.

● Əsas strateji tərəfdaşların müəyyən olunması və cəlb edilməsi üçün müvafiq tədbirlər görüləcəkdir. Hər bir strateji prioritetin uğurla tətbiq olunması üçün çoxsaylı təşkilatların və maraqlı tərəflərin cəlb olunması tələb olunur. Hədəflərin uyğunlaşdırılması və lazımi əlaqələndirmənin təmin edilməsi məqsədilə, özəl sektor, dövlət müəssisələri və beynəlxalq təşkilatlar, eləcə də beynəlxalq maliyyə təşkilatları kimi kritik beynəlxalq tərəfdaşlar ilə işləmək üçün məşvərətçi şuralar və işçi komitələr yaradılacaqdır.

● Strateji Yol Xəritəsinin geniş şəkildə dəstəklənməsi üçün vətəndaş cəmiyyəti səfərbər ediləcək və cəlb olunacaqdır. Bundan əlavə, fəal kommunikasiya, şəffaflıq və cəlbolunma dövlət və özəl sektorun, eləcə də bütövlükdə cəmiyyətin və digər maraqlı tərəflərin səfərbər edilməsinə kömək edəcəkdir.

Strateji Yol Xəritəsinin monitorinq və qiymətləndirilməsi

Tələb olunan alətlər, proseslər və sairə vasitəsi ilə icranın uğurla həyata keçirilməsini təmin etmək üçün Strateji Yol Xəritəsinin monitorinq və qiymətləndirilməsi həyata keçiriləcəkdir. Monitorinq və qiymətləndirmə aparılarkən tədbirlərin mahiyyəti üzrə icrasına, müvafiq prioritet üzrə gözlənilən nəticələr və indikatorlara diqqət yetiriləcək, icra müddətinə uyğunluq yoxlanılacaqdır. Monitorinq və qiymətləndirmə beynəlxalq metodologiyalara əsasən tərtib edilmiş qaydalar əsasında aparılacaqdır.

İşçi qruplarının illik iş proqramları koordinasiya qurumu ilə razılaşdırılaraq, əsas icraçı təşkilat tərəfindən təsdiqlənəcəkdir. İşçi qruplarının rüblük iclasları koordinasiya qurumunun nümayəndələrinin iştirakı ilə keçiriləcəkdir.

Rüb üzrə görülmüş işlərə dair hesabat əsas icraçı təşkilat tərəfindən işçi qrupunun rüblük iclasından ən azı 10 gün əvvəl koordinasiya qurumuna təqdim ediləcəkdir. Koordinasiya qurumu qeyd olunmuş hesabatın hərtərəfli təhlili və qiymətləndirilməsini, həmçinin, işçi qrupunun rüblük iclasında baş tutmuş müzakirələri nəzərə alaraq, iclasın keçirilmə tarixindən 10 gün müddətində rüblük monitorinqin nəticələrini və növbəti dövr üçün tövsiyələri əsas icraçı təşkilata təqdim edəcəkdir. Koordinasiya qurumu və əsas icraçı təşkilat monitorinqin nəticələrinin və tövsiyələrin işçi qrupunun gündəlik fəaliyyətində nəzərə alınması üçün tədbirlər görəcəkdir.

Page 106: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

106

10. TƏDBİRLƏR PLANI

№ Tədbirin adı Əsas icraçı Digər icraçılar İcra müddəti

Strateji hədəf 1. Fiskal dayanıqlılığın gücləndirilməsi və davamlı monetar siyasətin qəbul edilməsi

1.1. Neft gəlirlərinin dövlət büdcəsinə köçürülməsini tənzimləyəcək “qızıl qayda”nın qəbul edilməsi

1.1.1. “Qızıl qayda” prinsipi ilə uzlaşdırmanın həyata keçirilməsi

Maliyyə Nazirliyi Dövlət Neft Fondu,

İqtisadiyyat Nazirliyi, Maliyyə Sabitliyi Şurası

2017

1.1.2. “Qızıl qayda” mexanizminin və parametrlərinin müəyyənləşdirilərək qəbul edilməsi

Maliyyə Nazirliyi Dövlət Neft Fondu,

İqtisadiyyat Nazirliyi, Maliyyə Sabitliyi Şurası

2017

1.2. Xərc/investisiya intizamının təminatı üçün mexanizmin yaradılması

1.2.1. Ortamüddətli Xərclər Çərçivəsinin yaradılması

Maliyyə Nazirliyi İqtisadiyyat Nazirliyi, Dövlət Neft Fondu,

Vergilər Nazirliyi

2017

1.2.2. Nəticəəsaslı büdcə mexanizminin təşkil edilməsi

Maliyyə Nazirliyi İqtisadiyyat Nazirliyi, Dövlət Neft Fondu,

Vergilər Nazirliyi

2017

1.3. Yeni iqtisadi modeldə effektiv pul siyasəti rejiminin tətbiq edilməsi

1.3.1. Makroiqtisadi koordinasiyanın

təmin edilməsi Maliyyə Sabitliyi Surası 2017–2018

1.3.2. Yeni alternativ lövbərin hədəflənməsi Mərkəzi Bank

Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi

2016–2017

1.3.3. Tam üzən məzənnə rejiminə keçidin təmin edilməsi

Mərkəzi Bank

Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Bazarlarına

Nəzarət Palatası

2017

Page 107: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

107

1.3.4. Banklararası bazarın

fəaliyyətinin təkmilləşdirilməsi Maliyyə Bazarlarına

Nəzarət Palatası Maliyyə Nazirliyi,

Mərkəzi Bank 2017

1.3.5. Adekvat iqtisadi gözləntilərin

formalaşdırılması və idarə edilməsi Mərkəzi Bank

Maliyyə Bazarlarına Nəzarət Palatası, Maliyyə Nazirliyi,

İqtisadiyyat Nazirliyi

2017–2018

Strateji hədəf 2. Özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların həyata keçirilməsi

2.1. İqtisadiyyatda dövlət sektorunun rolunun səmərəliliyinin artırılmasına dair ümumi yanaşmanın koordinasiya edilməsi

2.1.1.

Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı normativ bazanın yaradılması

Azərbaycan Respublikası Prezidentinin

Administrasiyası

Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi,

İqtisadi İslahatların Təhlili və Kommunikasiya

Mərkəzi

2016

Dövlət mülkiyyətçiliyinə əsaslanan tələbatın müəyyən edilməsi

Əmlak Məsələləri Dövlət Komitəsi

İqtisadiyyat Nazirliyi 2017–2020

2.1.2.

Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması

Əmlak Məsələləri Dövlət Komitəsi

2016–2018

İdarəetmənin təkmilləşdirilməsi və

səmərəliliyin yüksəldilməsi məqsədilə

dövlət mülkiyyətində olan müəssisələr üzrə islahat proqramının icrası

Əmlak Məsələləri Dövlət Komitəsi

İqtisadiyyat Nazirliyi 2017–2018

2.2. Özəlləşdirmə gündəliyinin uğurla icrası və prioritet sektorlarda özəlləşdirmənin həyata keçirilməsi

2.2.1.

Gələcəkdə özəlləşdirməyə açıq elan edilə biləcək bəzi təsnif olunmuş əmlaklara dair özəlləşdirmə gündəliyinin idarə olunması

Əmlak Məsələləri Dövlət Komitəsi

İqtisadiyyat Nazirliyi 2017

Page 108: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

108

2.2.2. Prioritet sektorlarda müəyyən edilmiş

özəlləşdirmə yanaşmasının tətbiqi Əmlak Məsələləri Dövlət

Komitəsi İqtisadiyyat Nazirliyi 2017-2018

2.3. Özəlləşdirmə və birbaşa xarici investisiya üçün uyğun investorların cəlb olunması

2.3.1. Ən uyğun investor profillərinə struktur yanaşmanın tətbiq edilməsi

İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət

Komitəsi 2017-2020

Strateji hədəf 3. İnsan kapitalının inkişaf etdirilməsi

3.1. Təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi

3.1.1.

Məktəbəqədər təhsillə əhatəolunma səviyyəsinin yüksəldilməsi və təlim-tərbiyə texnologiyalarının təkmilləşdirilməsi

Təhsil Nazirliyi Rabitə və Yüksək

Texnologiyalar Nazirliyi 2017–2020

3.1.2. Ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi və təmayülləşmənin inkişaf etdirilməsi

Təhsil Nazirliyi

Azərbaycan Milli Elmlər Akademiyası,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

2017–2019

3.1.3. İlk peşə və orta ixtisas təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılması

Təhsil Nazirliyi Əmək və Əhalinin Sosial

Müdafiəsi Nazirliyi 2017–2018

3.1.4. Ali təhsil müəssisələrində “təhsil-tədqiqat-innovasiya” formatında inkişafın təşviqi

Təhsil Nazirliyi Azərbaycan Milli Elmlər

Akademiyası, İqtisadiyyat Nazirliyi

2017–2018

3.1.5. Elmi tədqiqat fəaliyyətinin inkişafı və biliklərə əsaslanan cəmiyyət quruculuğunun dəstəklənməsi

Azərbaycan Milli Elmlər Akademiyası

Təhsil Nazirliyi

2017–2020

3.1.6.

İnnovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin keyfiyyətinin yüksəldilməsi

Təhsil Nazirliyi

Azərbaycan Milli Elmlər Akademiyası,

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

2017–2018

Page 109: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

109

3.1.7. İnsan kapitalının inkişafında iştirak edən fiziki və texnoloji infrastrukturun təkmilləşdirilməsi

Təhsil Nazirliyi

Azərbaycan Milli Elmlər Akademiyası,

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi,

İqtisadiyyat Nazirliyi

2017-2019

3.2. Əmək məhsuldarlığının yüksəldilməsini təmin etmək üçün insan kapitalının inkişafının stimullaşdırılması

3.2.1. Dəstəkləyici sistemin yaradılması İqtisadiyyat Nazirliyi Təhsil Nazirliyi,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

2017

3.2.2. İstehsalın və investisiyanın təşviq edilməsi

İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi 2017–2020

3.2.3. İnnovasiya fəaliyyətinə investisiya qoyuluşunun təşviq edilməsi

İqtisadiyyat Nazirliyi Azərbaycan Milli Elmlər

Akademiyası 2017–2020

3.2.4. Sektorlar üzrə əmək məhsuldarlığı təşəbbüslərinin reallaşdırılması

İqtisadiyyat Nazirliyi Azərbaycan Milli Elmlər

Akademiyası 2017–2018

Strateji hədəf 4. Əlverişli biznes mühitinin inkişaf etdirilməsi

4.1. Əlverişli biznes mühitinin yaradılmasında hökümətin aparıcı rolunun daha da gücləndirilməsi

4.1.1. Azad rəqabət mühitinin inkişaf etdirilməsi

İqtisadiyyat Nazirliyi Ədliyyə Nazirliyi 2017-2018

4.1.2. Səmərəli vergi sisteminin təşviq edilməsi Vergilər Nazirliyi İqtisadiyyat Nazirliyi 2017

4.1.3. Dövlət xidmətlərinin çevikliyinin və səmərəliliyin artırılması

Azərbaycan Respublikasının

Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə

Dövlət Agentliyi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

2017–2018

Page 110: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

110

4.1.4. Azad ticarət sazişlərinin bağlanması İqtisadiyyat Nazirliyi Xarici İşlər Nazirliyi,

Dövlət Gömrük Komitəsi 2017–2020

4.1.5.

Texniki tənzimləmə və milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğun formalaşdırılması, onların biznes mühitinə dəstək istiqamətində tətbiq edilməsi

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

İqtisadiyyat Nazirliyi 2017–2019

4.2. Təşviqedici mühitin yaxşılaşdırılması vasitəsilə biznesin davamlılığının möhkəmləndirilməsi

4.2.1.

Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə Komissiyanın yaradılması

Azərbaycan Respublikası Prezidentinin

Administrasiyası

2016

icra edilib

Biznesin təşkilinin asanlaşdırılması üçün mövcud islahatların sürətləndirilməsi və beynəlxalq reytinqlərdə mövqelərin yaxşılaşdırılması

Komissiya

İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi,

Dövlət Statistika Komitəsi, Azərbaycan

Respublikasının Prezidenti yanında Vətəndaşlara

Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət

Agentliyi, İqtisadi İslahatların Təhlili

və Kommunikasiya Mərkəzi, Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər)

Təşkilatlarının Milli Konfederasiyası

2017–2020

4.2.2. Statistika infrastrukturunun

təkmilləşdirilməsi Dövlət Statistika Komitəsi

Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi,

2017–2018

Page 111: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

111

Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Əmək və Əhalinin Sosial

Müdafiəsi Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi

4.2.3. Yaxşı idarəetmə və effektiv stimullar vasitəsilə birbaşa xarici investisiya

strategiyasının həyata keçirilməsi İqtisadiyyat Nazirliyi

Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi

2017–2018

4.3. İnstitusional islahatların həyata keçirilməsi

4.3.1. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması

Azərbaycan Respublikası Prezidentinin

Administrasiyası

2016

icra edilib

4.3.2. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi

Azərbaycan Respublikası Prezidentinin

Administrasiyası

2016

icra edilib

4.3.3.

Agentlik və “MİDA” MMC-nin yaradılması və Cəmiyyətin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi qaydasının hazırlanması

Azərbaycan Respublikası Prezidentinin

Administrasiyası

Nazirlər Kabineti, Ədliyyə Nazirliyi,

Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi, Rabitə və Yüksək

Texnologiyalar Nazirliyi, Əmək və Əhalinin Sosial

Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri Dövlət

Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə

Dövlət Komitəsi, Mənzil İnşaatı Dövlət

Agentliyi

2016 icra edilib

4.3.4. Maliyyə Sabitliyi Şurasının yaradılması Azərbaycan Respublikası 2016

Page 112: Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə …edu.gov.az/upload/file/serencama-elave/2016/strateji-yol... · 2016-12-12 · 4 1. QISA XÜLASƏ Azərbaycan

112

Prezidentinin Administrasiyası

icra edilib

4.3.5. Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması

Azərbaycan Respublikası Prezidentinin

Administrasiyası

2016 icra

edilib