AZƏRBAYCAN RESPUBLIKASININ PREZIDENTI …bildirən lenti kəsdi. Sonra xatirə şəkli...

7
– Mayın 21-də Azərbaycan Res- publikasının Prezidenti İlham Əli- yev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib, yeni inşa edilən Bakı sərnişin – Sa- bunçu dəmir yolu xətti üzrə görülən işlərlə tanış olub. AZƏRTAC xəbər verir ki, dövləti- mizin başçısı əvvəlcə qəsəbə sakinlə- ri ilə görüşüb söhbət etdi. Prezident İlham Əliyevi salam- layan Sabunçu qəsəbəsinin sakini Arazxanım MƏRDANOVA dedi: - Bizim Sabunçu qəsəbəsinə xoş gəlmisiniz. Bu gün Sizin sayənizdə burada möhtəşəm dəmir yolu vağzalı açılır. Siz bunları xalqımızı, övladla- rımızı düşünüb edirsiniz. Allah Sizə cansağlığı versin. Siz Ulu Öndərimi- zin davamçısısınız. Biz Sizə güvəni- rik, Azərbaycanımız Sizə güvənir. Siz bizim böyük dayağımızsınız. Sakin- lər adından Sizə “Sağ olun!” deyirik. Prezident İlham ƏLİYEV dedi: - Çox sağ olun, təşəkkür edirəm. Mən də çox şadam ki, bu gün bu gözəl vağzal kompleksi istifadəyə verilir. Çox gözəl binadır. Bu bina- nın tikintisi bir daha onu göstərir ki, hər bir qəsəbənin problemləri diqqət mərkəzindədir. Çalışırıq ki, bütün qəsəbələrdə quruculuq-abadlıq işləri aparılsın, vətəndaşlar üçün yeni im- kanlar yaradılsın. Dünyanın ən qa- baqcıl şirkətlərindən birinin istehsalı olan yeni vaqonlar alınıb və bundan sonra gediş-gəliş çox rahat olacaq. Yolboyu Bakıxanov, Keşlə dayana- caqları da yenidən qurulub. Bu vağ- zal kompleksi də göz oxşayır. Şadam ki, bu gün belə bir gözəl tədbiri biz birlikdə qeyd edirik. Bu, bir daha onu göstərir ki, şəhər nəqliyyatına çox bö- yük diqqət yetirilir. İndi avtobuslar alınıb, bu il əlavə 300 avtobus alına- caq. Metro tikintisi gedir, yeni vaqon- lar alınır, yollar çəkilir, dəmir yolu vağzalları, yəni, nəqliyyat infrastruk- turumuz kompleks şəkildə yenilənir. Sizdə işlər necədir? (Davamı 2-ci səhifədə) Òÿñèñ÷èëÿð: “Àçÿðáàéúàí Äÿìèð Éîëëàðû” Ãàïàëû Ñÿùìäàð Úÿìèééÿòè âÿ Ìöñòÿãèë Ùÿìêàðëàð Èòòèôàãû Ðåñïóáëèêà Êîìèòÿñè İndeks 0006 Qiyməti 40 qəpik İYUN 2019-cu il 6 (7009) Ãÿçåòèí ÿñàñû 1931-cè èëäÿ ãîéóëìóøäóð AZƏRBAYCAN RESPUBLIKASININ PREZIDENTI ILHAM ƏLIYEV SABUNÇU DƏMIR YOLU VAĞZALI KOMPLEKSININ AÇILIŞINDA IŞTIRAK EDIB

Transcript of AZƏRBAYCAN RESPUBLIKASININ PREZIDENTI …bildirən lenti kəsdi. Sonra xatirə şəkli...

Page 1: AZƏRBAYCAN RESPUBLIKASININ PREZIDENTI …bildirən lenti kəsdi. Sonra xatirə şəkli çəkdirildi. “Azərbaycan Dəmir Yolları” Qa-palı Səhmdar Cəmiyyətinin sədri Ca-vid

– Mayın 21-də Azərbaycan Res-publikasının Prezidenti İlham Əli-yev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib, yeni inşa edilən Bakı sərnişin – Sa-bunçu dəmir yolu xətti üzrə görülən işlərlə tanış olub.

AZƏRTAC xəbər verir ki, dövləti-mizin başçısı əvvəlcə qəsəbə sakinlə-ri ilə görüşüb söhbət etdi.

Prezident İlham Əliyevi salam-layan Sabunçu qəsəbəsinin sakini Arazxanım MƏRDANOVA dedi:

- Bizim Sabunçu qəsəbəsinə xoş gəlmisiniz. Bu gün Sizin sayənizdə burada möhtəşəm dəmir yolu vağzalı açılır. Siz bunları xalqımızı, övladla-rımızı düşünüb edirsiniz. Allah Sizə cansağlığı versin. Siz Ulu Öndərimi-zin davamçısısınız. Biz Sizə güvəni-rik, Azərbaycanımız Sizə güvənir. Siz bizim böyük dayağımızsınız. Sakin-lər adından Sizə “Sağ olun!” deyirik.

Prezident İlham ƏLİYEV dedi:- Çox sağ olun, təşəkkür edirəm.

Mən də çox şadam ki, bu gün bu gözəl vağzal kompleksi istifadəyə verilir. Çox gözəl binadır. Bu bina-nın tikintisi bir daha onu göstərir ki, hər bir qəsəbənin problemləri diqqət mərkəzindədir. Çalışırıq ki, bütün qəsəbələrdə quruculuq-abadlıq işləri aparılsın, vətəndaşlar üçün yeni im-kanlar yaradılsın. Dünyanın ən qa-baqcıl şirkətlərindən birinin istehsalı olan yeni vaqonlar alınıb və bundan sonra gediş-gəliş çox rahat olacaq. Yolboyu Bakıxanov, Keşlə dayana-caqları da yenidən qurulub. Bu vağ-zal kompleksi də göz oxşayır. Şadam ki, bu gün belə bir gözəl tədbiri biz birlikdə qeyd edirik. Bu, bir daha onu göstərir ki, şəhər nəqliyyatına çox bö-yük diqqət yetirilir. İndi avtobuslar alınıb, bu il əlavə 300 avtobus alına-caq. Metro tikintisi gedir, yeni vaqon-lar alınır, yollar çəkilir, dəmir yolu vağzalları, yəni, nəqliyyat infrastruk-turumuz kompleks şəkildə yenilənir. Sizdə işlər necədir?

(Davamı 2-ci səhifədə)

Òÿñèñ÷è ëÿð : “Àçÿðáàéúàí Äÿìèð Éîëëàðû” Ãàïàëû Ñÿùìäàð Úÿìèééÿòè âÿ Ìöñòÿãèë Ùÿìêàðëàð Èòòèôàãû Ðåñïóáëèêà Êîìèòÿñè

İndeks 0006Qiyməti 40 qəpikİYUN 2019-cu il 6 (7009)Ãÿçåòèí ÿñàñû 1931-cè èëäÿ ãîéóëìóøäóð

AZƏRBAYCAN RESPUBLIKASININ PREZIDENTI ILHAM ƏLIYEV SABUNÇU DƏMIR YOLU VAĞZALI KOMPLEKSININ AÇILIŞINDA IŞTIRAK EDIB

Page 2: AZƏRBAYCAN RESPUBLIKASININ PREZIDENTI …bildirən lenti kəsdi. Sonra xatirə şəkli çəkdirildi. “Azərbaycan Dəmir Yolları” Qa-palı Səhmdar Cəmiyyətinin sədri Ca-vid

(Əvvəli1-ci səhifədə)Sakinlər: Sağ olun, minnətdarıq.Prezident İlham ƏLİYEV: Həllini

gözləyən, bu gün hələ həll olunmamış hansı məsələlər var?

Sakin Əkbər HÜSEYNOV: Adi bir qəsəbədə belə gözəl vağzal inşa olu-nub. Bu, çox gözəldir. Bu qəsəbənin sakiniyəm, 70 ilə yaxındır ki burada yaşayıram. Ancaq nə vaxtsa belə bir möhtəşəm binanın inşa olunacağı heç ağlımıza da gəlməzdi. Hər bir açılışı televizordan görəndə fərəhlənirdik. Bu gün özüm bu açılışda iştirak edirəm və bunu əyani surətdə görürəm. Çox sevinirəm. Əlbəttə ki, bunlar hamısı xalqın rifah halının yaxşılaşdırılması üçün Sizin gördüyünüz işlərdir. Sizə təşəkkür edirik.

Prezident İlham ƏLİYEV: Sağ olun. Demək olar ki, hər gün ölkəmiz-də - Bakıda, bütün rayonlarda, Bakıət-rafı qəsəbələrdə, hər yerdə hansısa ob-yektin açılışı olur, istər sosial obyekt, istər infrastruktur obyekti. İndi yol çəkilişi sürətlə gedir, Sabunçu rayonu-nun da yollarının təmiri ilə bağlı işlər görülür. Yəni, çalışırıq, maksimum nə mümkündürsə edək ki, insanlar daha da yaxşı yaşasınlar, maddi rifah art-sın, dolanışıq daha yaxşı olsun. Ona görə bu istiqamətdə bundan sonra da addımlar atılacaq. Pensiyaların, əməkhaqlarının, müavinətlərin artırıl-ması gündəlikdə duran məsələlərdən biridir. Belə gözəl binalar vətəndaşla-ra xidmət edəcək.

Sakin Əkbər HÜSEYNOV: Əl-bəttə, hamısı Sizin sayənizdədir. Bu dəmir yolunun fəaliyyətə başlaması avtobusların yükünü xeyli azaldacaq.

Prezident İlham ƏLİYEV: Əlbəttə, vaxt baxımından da çox sərfəli olacaq.

Sakinlər: Təşəkkür edirik, sağ olun.

Prezident İlham ƏLİYEV: Sağ olun.

***Sonra Prezident İlham Əliyev

yaxınlıqdakı mağazaya gəldi, alıcılar və satıcılar ilə söhbət etdi.

Qarabağ müharibəsi əlili Məza-hir ORUCOV: Xoş gəlmisiniz, cənab Prezident. Sizinlə fəxr edirik. Allah Sizi qorusun.

Şəhid anası Səyyarə NƏZƏROVA: Xoş gəlmisiniz, cənab Prezident.

Prezident İlham ƏLİYEV: Sağ olun, necəsiniz?

Səyyarə NƏZƏROVA: Çox sağ olun, Allah Sizdən, dövlətimizdən razı olsun. Siz çox gözəl insansınız. Bizim dövlətimiz çox yaxşı dövlətdir. Çünki hər yerdə əmin-amanlıqdır, hamı qay-ğımızı çəkir, çox sağ olun.

Məzahir ORUCOV: Cənab Prezi-dent, biz Qarabağ qaziləri Sizinlə fəxr edirik. Allah Sizi, dövlətimizi qoru-sun.

Prezident İlham ƏLİYEV: Ticarət necə gedir?

Səyyarə NƏZƏROVA: Çox yaxşı, şükür Allaha, hər günümüzə min şü-kür.

Prezident İlham ƏLİYEV: Məh-sulların neçə faizi yerli mallardır?

Satıcı: Demək olar ki, 90 faizi.Sakinlər: Çox sağ olun, cənab Pre-

zident. Sizinlə fəxr edirik. Allah Sizi qorusun.

Prezident İlham ƏLİYEV: Sağ olun.

***Prezident İlham Əliyevin 2018-

ci il 22 yanvar tarixli Sərəncamına əsasən, Bakı sərnişin-Sabunçu dəmir yolu yenidən inşa olunub. Layihənin tərkib hissəsi olan Sabunçu dəmir yolu vağzalı tamamilə yenidən quru-lub. İnşasına ötən ilin iyunundan baş-

lanılan üçmərtəbəli binanın ümumi sahəsi 4,1 min kvadratmetrdir. Artıq Sabunçu dəmir yolu vağzalı komplek-si sərnişinlərə xidmət göstərməyə tam hazırdır.

Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalının rəmzi açılışını bildirən lenti kəsdi.

Sonra xatirə şəkli çəkdirildi.“Azərbaycan Dəmir Yolları” Qa-

palı Səhmdar Cəmiyyətinin sədri Ca-vid Qurbanov dövlətimizin başçısına layihə üzrə görülən və görüləcək işlər barədə ətraflı məlumat verdi.

Qeyd edildi ki, layihəyə əsasən Bakı dairəvi dəmir yolu xətti üzrə gö-rülən işlərin davamı olaraq Məmmədli kəndində uzunluğu 17 metr olan ye-

raltı avtomobil keçidi, həmçinin Kür-dəxanı kəndində uzunluqları 22 metr olan yeraltı avtomobil və yerüstü pi-yada keçidləri tikilib.

Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalında yaradılan şəra-itlə tanış oldu.

Binanın birinci mərtəbəsində göz-ləmə zalı, bilet satışı kassaları, mə-lumat bürosu, server otağı, əşyaların saxlanması kamerası yerləşir. Hər üç mərtəbədə ticarət mərkəzlərinin yaxın günlərdə istifadəyə verilməsi planlaş-dırılır. Burada müasir dizaynla tərtib olunan istirahət guşələri sərnişinlə-rin rahatlığını təmin edəcək. İşçilərin

əmək fəaliyyəti üçün bütün lazımi im-kanın olduğu binada, eyni zamanda, hərəkət qabiliyyəti məhdud olan in-sanlar üçün də xüsusi şərait yaradılıb. Vağzalda müasir təhlükəsizlik kame-raları, yanğınsöndürmə və havalandır-ma sistemləri, əlavə olaraq eskalator, lift, 17 turniket quraşdırılıb, iki piyada alt keçidi inşa edilib. Layihə çərçi-vəsində Sabunçu vağzalında iki yeni platforma salınıb, işıqlandırma dirək-ləri və müasir sərnişin dayanacaqları quraşdırılıb. Stansiyadakı üç dəmir yolu xətti tamamilə yenidən qurulub. Sabunçu vağzalında dəmir yolu poli-sinin üçmərtəbəli binası da tikilib və zəruri avadanlıqla təchiz olunub.

(Davamı3-cü səhifədə)

2 ÀÇßÐÁÀYCÀÍ ÄßÌÈÐYÎË×ÓÑÓ 3ÀÇßÐÁÀYCÀÍ ÄßÌÈÐYÎË×ÓÑÓİYUN 2019-cu il İYUN 2019-cu il

(Əvvəli 2-ci səhifədə)Sonra Prezident İlham Əliyev

Bakı sərnişin - Sabunçu dəmir yolu xətti üzrə görülən işlərlə tanış olmaq üçün qatarla Bakı Dəmir Yolu Vağza-lına yola düşdü.

Qeyd edildi ki, bu marşrut üzrə dəmir yolu xəttinin uzunluğu bir is-tiqamət üzrə 13,5 kilometrdir. Bakı sərnişin - Sabunçu dəmir yolu xətti üzərindəki Bakıxanov, Koroğlu, Keş-lə və Nərimanov dayanacaqları tama-milə yenidən qurulub.

Bu gün Azərbaycan nəqliyyatı-nın ən böyük sahələrindən biri dəmir yolu sektorudur. Azərbaycanın nəq-liyyat sisteminin əsas sahələrindən olan dəmir yolu nəqliyyatı indi özü-nün sürətli inkişaf mərhələsindədir. Belə ki, son zamanlar bu sahənin inkişafı, yüksək dünya standartlarına çatdırılması istiqamətində məqsəd-yönlü layihələr, böyük həcmli işlər həyata keçirilir. Prezident İlham Əli-yevin imzaladığı sərəncamlar, qəbul

olunan dövlət proqramları bu sahədə islahatların daha da sürətlənməsinə, dəmir yolu nəqliyyatı vasitələrinin müasirləşdirilməsinə müsbət təsirini göstərib. Bakı Sərnişin-Sabunçu də-mir yolu xəttinin yenilənməsi də bu işlərin davamıdır.

Dövlətimizin başçısı Bakıxanov dayanacağında yaradılan şəraitlə ta-nış oldu.

Dayanacağın ümumi sahəsi 7 min kvadratmetrdir. Burada iki turniket binası və platforma tikilib. Bundan başqa, 16 turniket, uzunluğu 30 metr, eni 3,9 metr olan yerüstü piyada keçi-di inşa edilib. Bakıxanov dayanacağı-nın ərazisində yaşıllıqlar salınıb, av-tomobillər üçün dayanacaq yaradılıb. Müasir işıqlandırma sistemi ilə təchiz olunmuş platformalarda sərnişinlərin rahatlığı üçün hər cür şərait var.

Bildirildi ki, Bakı sərnişin - Sa-bunçu dəmir yolu xətti üzərində yer-ləşən Koroğlu dayanacağının ümumi sahəsi isə 15 min kvadratmetrdir.

Dayanacaqda iki turniket binası inşa edilib, 17 turniket, müasir işıqlandır-ma dirəkləri, oturacaqlar quraşdırılıb.

Sonra Prezident İlham Əliyev Keşlə dayanacağında yaradılan şəra-itlə tanış oldu.

Məlumat verildi ki, ümumi sahə-si 10 min kvadratmetr olan Keşlə dayanacağında da iki turniket binası tikilib. Bundan başqa, dayanacaqda iki platforma, 10 turniket, uzunluğu 39 metr, eni isə 2,5 metr olan yeral-tı piyada keçidi mövcuddur. Ətrafda yaşıllıq və abadlıq işləri görülüb, av-tomobillər üçün dayanacaq yaradılıb. Platformada müasir işıqlandırma və yanğınsöndürmə sistemi quraşdırılıb.

Diqqətə çatdırıldı ki, Nərimanov stansiyasının binası da əsaslı təmir edilib, platformalar və buradakı ye-rüstü piyada keçidi yenidən qurulub. Stansiyada yeni dəmir yolları salınıb və müasir işıqlandırma dirəkləri ilə quraşdırılıb. Bakı sərnişin - Sabunçu

dəmir yolu xətti üzrə bütün rabitə və işarəvermə işləri tamamilə yenilənib, elektrik dirəkləri, rigelləri və kontakt şəbəkəsi yenidən qurulub.

Bütün bunlar son illərdə ölkə-mizdə nəqliyyat infrastrukturunun davamlı inkişafı üzrə dövlət siyasə-tinin tərkib hissəsidir. Bu gün Azər-baycanda dəmir yolu infrastrukturu-nun müasirləşdirilməsi, beynəlxalq standartlara uyğun qurulması Prezi-dent İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü iqtisadi inkişaf strate-giyasının bəhrəsidir. Bu strategiya Azərbaycanı Qərb ilə Şərq, Şimal ilə Cənub arasında ən mühüm nəqliyyat qovşağına çevirir.

Prezident İlham Əliyevin görülən işlərlə tanışlığı Bakı Dəmir Yolu Vağ-zalında başa çatdı.

Sonda xatirə şəkli çəkdirildi.

AZƏRBAYCAN RESPUBLIKASININ PREZIDENTI ILHAM ƏLIYEV SABUNÇU DƏMIR YOLU VAĞZALI KOMPLEKSININ AÇILIŞINDA IŞTIRAK EDIB

AZƏRBAYCAN RESPUBLIKASININ PREZIDENTI ILHAM ƏLIYEV SABUNÇU DƏMIR YOLU VAĞZALI KOMPLEKSININ AÇILIŞINDA IŞTIRAK EDIB

Page 3: AZƏRBAYCAN RESPUBLIKASININ PREZIDENTI …bildirən lenti kəsdi. Sonra xatirə şəkli çəkdirildi. “Azərbaycan Dəmir Yolları” Qa-palı Səhmdar Cəmiyyətinin sədri Ca-vid

4 ÀÇßÐÁÀYCÀÍ ÄßÌÈÐYÎË×ÓÑÓ 5ÀÇßÐÁÀYCÀÍ ÄßÌÈÐYÎË×ÓÑÓ

Finlandiyanın paytaxtı Helsin-ki şəhərində MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şu-rasının 70-ci iclası keçirilib.

Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qur-banovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.

İclasda Şuranın 69-cu iclasının qərarlarının həyata keçirilməsi və 2018-ci ildə, eləcə də 2019-cu ilin bi-rinci rübündə dəmir yolu şəbəkəsinin istismar işlərinin yekunları, 2018-ci il, eləcə də 2019-cu ilin birinci rübü ərzində beynəlxalq sərnişin daşıma-da görülən işlərin nəticələri, 2019-2020-ci illər üçün qatarların hərəkət cədvəlinin normativləri, Konteyner-lərin 2018-ci ildə siyahıyaalınma-sının nəticələri və 2019-ci il üzrə yük qatarlarının siyahıyaalınmasına

dair hazırlıqlar, 2018-ci il, eləcə də 2019-cu ilin birinci rübü ərzində də-mir yolu administrasiyaları arasında qarşılıqlı hesablaşmaların vəziyyəti, MDB hökumət başçıları Şurasının 18 oktyabr 1996-cı il tarixli MDB üzvü olan dövlətlərin dəmir yolu nəqliyyatı üçün razılaşdırılmış tarif siyasətinin qurulması konsepsiyası-na dair qərarının 2018-ci il üzrə ic-rası, 2019-cu il üçün “Rusiya Dəmir Yolları” ASC-nin filialı olan Mərkə-zi rabitə stansiyasının Şura müdiriy-yəti və dəmir yolu administrasiya-

larının koordinasiyası üçün rabitə xidmətləri xərclərinin əvəz edilməsi smetası və digər məsələlər müzakirə olunub.

İclasın sonunda yekun protokolu imzalanıb.

Tədbir çərçivəsində ikitərəfli gö-rüşlər keçirilib, Helsinki dəmir yolu vağzalı ilə tanışlıq olub.

Qeyd edək ki, “Azərbaycan Də-mir Yolları” Qapalı Səhmdar Cəmiy-yəti 1992-ci ildən MDB və Baltikya-nı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasının üzvüdür.

MDB VƏ BALTIKYANI ÖLKƏLƏRIN DƏMIR YOLU NƏQLIYYATI ŞURASININ 70-CI ICLASI HELSINKIDƏ KEÇIRILIB

Almaniyanın Münhen şəhərin-də “Nəqliyyat və logistika” sərgisi keçirilib. Bu sərgi Avropada miq-yasına görə ən böyük hesab olunur, dünyada isə ilk beşliyə daxildir. Bir ildən bir keçirilən bu tədbirdə nəqliyyat, logistika, yükdaşıma və yüksək texnologiya üzrə dünyanın aparıcı şirkətləri təmsil olunub.

4-7 iyun tarixlərində Münhen Messe mərkəzində keçirilən sərgidə ilk dəfə olaraq, Azərbaycanın mil-li stendi quraşdırılıb. “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbay-can Xəzər Dəniz Gəmiçiliyi” QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birgə təşkil etdiyi Azər-baycanın milli stendində hər üç qurumun nümayəndələri sərgi işti-rakçılarına ölkəmizin tranzit imkan-ları, dəmir yolu, dəniz nəqliyyatı ilə daşımalar, limanlarımızın imkanla-rı, Azərbaycanın ərazisindən keçən Beynəlxalq Nəqliyyat Dəhlizləri və Bakı-Tbilisi-Qars dəmir yolu kimi iri infrastruktur layihələrinin imkanları və üstünlükləri barədə

ətraflı məlumat verirlər. Həmçinin, əməkdaşlığa dair görüşlər keçirilir, danışıqlar apararılır. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Ca-vid Qurbanovun başçılıq etdiyi nü-mayəndə heyəti innovativ məhsul-ları, xidmətləri və imkanları təqdim edib.

Qeyd edək ki, ekspozisiya Mün-hen Messe sərgi mərkəzinin 10-dan artıq pavilyon və açıq meydança-larında yerləşdirilib. 115 000 m2 sahəsi olan, 62 ölkədən 2500-ə yaxın iştirakçının, eləcə də 123 ölkədən 60000-dən artıq ziyarətçi-nin qatıldığı “Nəqliyyat və logis-tika" sərgisi nəqliyyat və logistika sektorunun bütün prosesləri ilə tanış olmağa imkan verir. Burada Alma-niyadan və dünyanın hər yerindən qatılan iştirakçılara, eyni zaman-da əhatəli konfrans proqramı təklif edilib, həmçinin, məlumat müba-diləsi üçün platformalar yaradılıb.

AZƏRBAYCAN ILK DƏFƏ AVROPANIN ƏN BÖYÜK NƏQLIYYAT SƏRGISINDƏ TƏMSIL OLUNUB

İYUN 2019-cu il İYUN 2019-cu il

Page 4: AZƏRBAYCAN RESPUBLIKASININ PREZIDENTI …bildirən lenti kəsdi. Sonra xatirə şəkli çəkdirildi. “Azərbaycan Dəmir Yolları” Qa-palı Səhmdar Cəmiyyətinin sədri Ca-vid

6 ÀÇßÐÁÀYCÀÍ ÄßÌÈÐYÎË×ÓÑÓ

1 iyun-Uşaqların Bey-nəlxalq Müdafiəsi Günü münasibətilə “Azərbay-can Dəmir Yolları” Qapa-lı Səhmdar Cəmiyyətinin əməkdaşları Şağan qəsəbə-sindəki Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi-nin Şağan qəsəbəsindəki 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün xid-mət müəssisəsində xeyriyyə tədbiri keçiriblər.

Tədbirdə “Azərbay-can Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İc-timaiyyətlə əlaqələr şöbəsi-nin rəisi Sevinc Qədirova, 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün xid-mət müəssisəsənin direk-toru Sevinc Məlikova çıxış edərək uşaqları bayram münasibətilə təbrik ediblər. Bildirilib ki, bu gün gələcə-yimiz olan uşaqların Bey-nəlxalq Müdafiəsi Günü-dür. Son illərdə ölkə başçısı

İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əli-yev Fondunun prezidenti, YUNESKO-nun və İSES-KO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva-nın təşəbbüsü və qayğısı ilə uşaq evlərinin, internat məktəblərinin, o cümlədən Şağan qəsəbəsindəki 1 saylı sağlamlıq imkanları məh-dud uşaqlar üçün xidmət müəssisəsinin maddi-texni-ki bazası, texniki təchizatı daha da gücləndirilib. Bu-rada yaşayan əqli və fiziki cəhətdən qüsurlu uşaqların normal yaşayışı və onla-rın müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunması üçün hərtərəfli şərait yaradı-lıb. Uşaq evlərinin sakinləri hər cür qayğı ilə əhatə olu-nublar.

(Davamı 7-ci səhifədə)

DƏMIRYOLÇULAR XEYRIYYƏ TƏDBIRI KEÇIRIBLƏR

İYUN 2019-cu il 7ÀÇßÐÁÀYCÀÍ ÄßÌÈÐYÎË×ÓÑÓİYUN 2019-cu il

(Əvvəli 6-cı səhifədə)

Daha sonra müəssisə-nin həyətində əqli və fiziki qüsurlu uşaqlara sənətçilər, aktyorlar və gözbağlayıcılar maraqlı səhnəciklər, eləcə də musiqi proqramı təqdim ediblər, uşaqlara əsl bayram əhval-ruhiyyəsi yaşadıblar.

Tədbirin təşkilində Ley-la Şıxlinskaya qospitalının kollektivi yaxından iştirak edib.

Sonda dəmiryolçular tərəfindən uşaqlara müxtəlif hədiyyələr təqdim olunub və xeyriyyə tədbiri bayram süfrəsi arxasında davam et-dirilib.

Vasif SÜLEYMANZahid QURBANOV

(foto)

DƏMIRYOLÇULAR XEYRIYYƏ TƏDBIRI KEÇIRIBLƏR

Page 5: AZƏRBAYCAN RESPUBLIKASININ PREZIDENTI …bildirən lenti kəsdi. Sonra xatirə şəkli çəkdirildi. “Azərbaycan Dəmir Yolları” Qa-palı Səhmdar Cəmiyyətinin sədri Ca-vid

8 ÀÇßÐÁÀYCÀÍ ÄßÌÈÐYÎË×ÓÑÓ 9ÀÇßÐÁÀYCÀÍ ÄßÌÈÐYÎË×ÓÑÓİYUN 2019-cu il İYUN 2019-cu il

(Əvvəli 6-cı səhifədə)Sevindirici haldır ki, böyük nə-

sil estafeti layiqli peşəkarlara ver-mək əzmindədir. AHİKİK-in 2b.4 saylı 25 iyul 2018-ci il tarixli qəra-rı ilə Dəmiryolçuların MHİRK-in təqdimatına əsasən 2017-ci il üzrə əməkdə, təhsildə və ictimai fəaliy-yətdə xüsusi nailiyyətlər əldə etmiş “ADY Ekspress” MMC-nin insan resurslarının idarə edilməsi şöbə-sinin rəisi Həsənova Samirə Fazil qızı “İlin peşəkar gənci” fəxri adına layiq görülüb. Rəyasət Heyətinin yığıncağında bu gənc peşəkarın ün-vanına xoş sözlər deyildikdən sonra Komitə sədri Fəzail Bağırov tərə-findən ona mükafat tərdim edildi.

“İnfrastruktur Departamentinin aparatında və tabeçiliyində olan yol sahələrində və müəssisələrin-də Əmək Məcəlləsinin tələblərinə, əmək haqqı və digər müavinətlərin ödənilməsi qaydalarına riayət olun-ması, əməyin mühafizəsinin ümumi vəziyyəti və bu istiqamətdə rəhbər-liklə HİK-in gördüyü işlər haqqın-da” məsələ ilə bağlı baş texniki əmək müfəttişi, komissiyanın sədri Hüseyn Cəfərov və Sosial-iqtisadiy-yat şöbəsinin müdiri, komissiyanın üzvü Fətəli Bəyimov çıxış edərək, həmin yoxlamanın nəticələri barədə toplantı iştirakçılarına ətraflı məlu-mat verdilər. Natiqlər bildirdilər ki, Xaçmaz, Ələt, Bakı, Saatlı, Min-civan, Salyan, Tağıyev yol sahələ-rində olduqları zaman görülən bü-tün işlərlə yaxından tanış olmuşlar. Müəyyən etmişlər ki, müəssisələrdə Əmək Məcəlləsinin və Sahə Kol-lektiv Sazişin bütün tələblərinə düz-gün riayət edilir. Saatlı və Tağıyev yol sahələrində əmək haqqının, mə-zuniyyətin, gecə vaxtı və çoxnöv-bəli iş rejiminə görə ödəmələr və digər hesablamalar düzgün aparılıb. Amma bəzi sahələrdə sənədlərdə mexaniki səhvlərə də yol verilib.

Sonra yoxlama komissiyası Ma-şın mexanizmlərin təmiri Yol ema-latxanasında, 2 nömrəli dəmir yolu və 7 saylı Yol yaşıllaşdırma müəs-sisələrində də olmuşlar. Orada gö-rülən bütün işlər dərindən araşdı-rılmışdır. Müəyyən edilmişdir ki, müəssisələrdə çalışan hər bir işçi ilə əmək müqaviləsi bağlanmışdır. Bu sahələrdə ciddi qanun pozuntuları-na yol verilməmişdir. Yuxarıda ad-ları çəkilən sahələrdə diqqətdən ya-

yınmayan kiçik qüsurların bəziləri yerindəcə öz həllini tapmışdır.

Natiqlər qeyd etdilər ki, “Azər-baycan Dəmir Yolları” QSC-in İn-frastruktur Departamentinin yol təsərrüfatı müəssisələrində əməyin mühafizəsi ilə bağlı məsələlər yox-lanılarkən aydın oldu ki, burada çoxsaylı işlər görülmüşdür. Əmək-çilərin sağlamlıqlarını qorumaq, onların təhlükəsizliklərini təmin etmək məqsədi ilə müəssisələrin əksəriyyətində xeyli təmir - tikinti işləri aparılıb. Saatlı yol sahəsində inzibati binanın ərazisində yaşıllaş-dırma işləri görülmüşdür. Ərazisi bütöv hasarlanmış, su çəkilmiş, xü-susi yola metlax döşənmişdir. Xid-məti otaqlar lazımi mebel dəstləri ilə təchiz edilmişdir. Yol sahəsi üzrə ilkin və növbəti tibbi müayinələrin vaxtı-vaxtında aparılmasına nəzarət gücləndirilmişdir.

Salyan yol sahəsinin inzibati bi-nası və ərazisində müxtəlif təmizlik işləri davam edir. İşçilər 15/S stan-dartlar sisteminə müvafiq təlimat-landırılır, texniki dərslər keçirilir. H.Z.Tağıyev, Bakı, Ələt yol sahələ-

rində əməkçilərin bilik səviyyəsinin artırılması, təlimatlandırılması is-tiqamətində işlər görülür. Qaradağ stansiyasında üç məntəqə üçün yeni bina tikilərək istifadəyə verilmişdir. Binada usta otağı və alət saxlamaq üçün yer mövcuddur. Qobustanda alət saxlamaq üçün yer və Sənğə-çalda məntəqə otağı tikilərək istifa-dəyə verilib.

Mincivan, Xaçmaz yol sahələ-rində, 7 və 2 saylı müəssisələr-də, MMTE-də əməyin mühafizəsi sahəsinə aid məsələlər icra edilir. MMTE işçiləri yeni xüsusi iş ge-yimi, ayaqqabı və əlcəklərlə təmin olunmuşlar. Yoxlama vaxtı aşkar edilən pozuntular cavabdeh şəxslə-rin iştirakı ilə araşdırılmış, onların aradan qaldırılması üçün lazımi məsləhətlər verilmişdir.

Mövzu ilə bağlı digər çıxışlar da oldu. MHİRK-in sədr müavi-ni Loğman Muradov, İnfrastruktur Departamentinin rəis müavini, Yol xidmətinin rəisi Xəlil Alışov və İn-san Resursları İdarəsinin rəisi Tural Məmmədov məsələ ətrafında öz fikir və mülahizələrini bildirdilər.

Çıxışlarda dəmir yolu müəssisələ-rində peşəkarların sahələrə düzgün yönümü, kadr seçimi məsələsi və vakansiya bölgüləri ilə bağlı dis-kusiyalar da öz əksini tapdı. Mü-zakirələrdən sonra mövzu ətrafında qərar qəbul edildi.

Növbəti məsələ Azərbaycan Də-miryolçularının MHİRK-in növbəti Plenumunun çağırılması haqqında oldu. Komitənin 2019-cu il üçün təsdiq olunmuş iş planına əsasən “ADY” QSC-nin Departament, MMC, idarə və müəssisələrində əməyin mühafizəsinin ümumi və-ziyyətini əks etdirən növbəti V Ple-numun çağırılmasının zəruri olduğu Rəyasət Heyətinin yığıncağında əksini tapdı. Yığıncaqda MHİRK-in növbəti V Plenumunun 2019-cu ilin iyun ayında çağırılması məqsə-dəuyğyn hesab edildi. Müzakirələr-dən sonra qərara alındı ki, növbəti Plenum iyun ayının 12-də çağırılsın və gündəliyində duran məsələ ilə bağlı məruzə MHİRK-in baş texni-ki əmək müfəttişi Hüseyn Cəfərova həvalə edilsin.

MHİRK-in “Lokomotiv İs-tirahət Mərkəzi” MMC-nin yay mövsümündə fəaliyyətə başlaması haqqında məsələ ilə bağlı Komitə sədri müəyyən tövsiyyələrini verdi. Sonra Komitənin baş mühasibi Qə-ribə Xəlilova çıxış edərək, məsələ ilə bağlı öz fikir və mülahizələrini bildirdi. Gündəlikdə duran digər məsələlər də müzakirəyə çıxarıldıq-dan sonra mövzular ətrafında qərar qəbul edildi və bununla da Rəyasət Heyəti öz işini tamamladı.

Gülnaz ƏLİYEVA Zahid QURBANOV (foto)

Bu yaxınlarda MHİRK-in növ-bəti iclası baş tutdu. İclası açıq elan edən Komitə sədri Fəzail Bağırov Azərbaycan dəmir yolla-rında gedən islahatlardan sonra polad magistralda yaranmış köklü dəyişiklərin müsbət nəticələrin-dən bəhs etdi. Qeyd etdi ki, dövlət tapşırıqlarını həyata keçirən də-mir yolu rəhbərliyinin çağırışına dəstək verən müəssisə və təşkilat-larda çalışan əmək adamlarının zəhməti əvəzsizdir. Bu insanların qayğılarına qalmaq, onların yay istirahətlərini səmərəli təşkil et-mək bizim borcumuzdur. Azərbay-can dəmir yolu müəssisələrindəki vəziyyətlə yaxından tanış olmaq üçün Komitə tərəfindən yaradılan yoxlama komissiyası mütəmadi olaraq sahələrə baş çəkir, mövcud nöqsanların qarşısını almaq üçün tədbirlər görür.

Sonra sədr bu il may ayının 15-də Gəncə şəhərində keçirilən tədbirdən bəhs edərək, onun gedişatı barədə qonaq qismində dəvət olunan şəxs-ləri məlumatlandırdı. Qeyd etdi ki, Gəncə yol sahəsinin inzibati bina-sında “İnfrastruktur Departamenti-nin Hacıqabul, Kürdəmir, Yevlax, Şəki, Gəncə, Ağstafa yol sahələ-rində Əmək Məcəlləsinin tələblə-rinə, əmək və digər müavinətlərin ödənilməsi qaydalarına riayət olun-ması, əməyin mühafizəsinin ümumi vəziyyəti və bu istiqamətdə müəs-sisə rəhbərləri ilə HİK-in gördüyü işlər haqqında” məsələ ilə əlaqədar MHİRK-in Rəyasət Heyətinin səy-yar iclası öz səmərəsini verməkdə-dir.

Gəncədə təşkil olunan tədbir-də Komitənin komissiyası tərəfin-dən aparılan yoxlamanın nəticələri müzakirə olunub. Orada müəssisə rəhbərləri mövzu ilə bağlı öz rəy-lərini bildiriblər. Həmin çıxışlardan müəyyən olundu ki, işçilərə layiqli iş şəraitinin yaradılması istiqamə-tində müəssisələrdə çoxsaylı işlər

görülüb, uzun müddət mövcud olan məişət problemləri həllini tapıb və bu işlər uğurla davam etdirilir. Eyni zamanda aşkar olunan kiçik ça-tışmazlıqların aradan qaldırılması üçün lazımi tədbirlərin görülməsi üçün sahə rəhbərlərinə tövsiyyələr verilib və bütün bunlar qərar layihə-sində öz əksini tapıb.

Natiq bildirdi ki, may ayının 14-15-də Komitənin bütün aparat iş-çiləri ilə birgə Gəncə şəhərində yer-ləşən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Qərb istiqaməti üzrə bölməsində, Gəncə Lokomotiv deposunda, Qərb vaqon

deposunda, İnfrastruktur Departa-mentinin Gəncə yol, İşarəvermə və rabitə, elektrik təchizatı sahələrin-də olduq və baxış keçirdik. Həmin müəssisələrin işçiləri ilə görüşüb, onların iş şəraitinin vəziyyəti, ay-rı-ayrılıqda hər birinin sosial-məişət problemləri ilə yaxından tanış ol-duqdan sonra, Komitə tərəfindən

ailə vəziyyəti ağır olan dəmiryolçu-lara maddi yardımlar edildi. Bu gün gündəlikdə duran mövzular yoxla-ma komissiyasının ardıcıl gördüyü işlərin davamıdır.

Sonra natiq Rəyasət Heyətinin gündəliyində duran məsələləri top-

lantı iştirakçılarının nəzərinə çatdır-dı: “İnfrastruktur Departamentinin aparatında və tabeçiliyində olan yol sahələrində və müəssisələrin-də Əmək Məcəlləsinin tələblərinə, əmək haqqı və digər müavinətlərin ödənilməsi qaydalarına riayət olun-ması, əməyin mühafizəsinin ümumi vəziyyəti və bu istiqamətdə rəhbər-liklə HİK-in gördüyü işlər haqqında; Sərnişin daşımaları Departamenti BHİK-in və tabeçiliyində olan ilk HİK-in, Texniki Xidmət və İstismar Departamenti, “Azərbaycan Dəmir Yolları” QSC Aparat İşçiləri HİK-in iş fəaliyyəti haqqında; Azərbay-can Dəmiryolçularının MHİRK-in növbəti Plenumunun çağırılması haqqında; Azərbaycan Dəmiryol-çularının MHİRK-in 2017-2018-ci illər üzrə statistik hesabatları haqqında; MHİRK-in “Lokomotiv İstirahət Mərkəzi” MMC-nin yay mövsümündə fəaliyyətə başlama-sı haqqında; Dəmir yolunda uzun müddətli iş stajının bərpası haqqın-da; Mükafatlandırma haqqında; Maddi yardım haqqında.”

İclasa xöş ovqat gətirmək üçün “Mükafatlandırma haqqında məsələ” ön plana çəkildi. Azərbay-can Həmkarlar İttifaqı Konfedera-siyası İcraiyyə Komitəsi respublika gənclərinə mənəvi dəstək vermək və ölkənin gələcəyi üçün daha saf kadrlar yetişdirmək məqsədilə “İlin peşəkar gənci” mükafatını ərsəyə gətirmişdir. Dəmir yolu sahəsində də çoxlu bacarıqlı gənc çalışır.

(Davamı 7-ci səhifədə)

MÜHÜM MƏSƏLƏLƏR ÖZ HƏLLINI TAPDI MÜHÜM MƏSƏLƏLƏR ÖZ HƏLLINI TAPDI

Page 6: AZƏRBAYCAN RESPUBLIKASININ PREZIDENTI …bildirən lenti kəsdi. Sonra xatirə şəkli çəkdirildi. “Azərbaycan Dəmir Yolları” Qa-palı Səhmdar Cəmiyyətinin sədri Ca-vid

10 ÀÇßÐÁÀYCÀÍ ÄßÌÈÐYÎË×ÓÑÓ 11ÀÇßÐÁÀYCÀÍ ÄßÌÈÐYÎË×ÓÑÓİYUN 2019-cu il İYUN 2019-cu il

(Əvvəli 8-ci səhifədə)Qərb istiqamətində əsas

güc mərkəzlərindən olan Gəncə lokomotiv deposun-da da işlərin qaynar vaxtı-dır. Özünəməxsus ənənələrə malik olan bu müəssisədə yaz- yay mövsümünün ha-zırlıq işləri başa çatdırılıb və kollektiv hamılıqla cari istehsalat işlərinin icrasına səfərbər olunub. 2019- cu təsərrüfat ilinin ötən ayla-rının göstəricilərini artan iş əmsalı ilə yerinə yetirən kollektiv texniki vasitələrin daim saz vəziyyətdə sax-lanması üçün diqqəti çəkən işlər görüb. Cari təsərrüfat ilinin ilk dörd ayı ərzində müəssisədə 55 elektrovoz, 51 teplovoz təmir edilərək istismara qaytarılıb. Depo rəisi İslam Əsgərovla söhbə-timizdə o qeyd etdi ki, dəmir yolunda aparılan əsaslı isla-

hat işlərinə uyğun olaraq, müəssisəmizdə kadr poten-

sialının peşəkar vərdişlərə yiyələnməsinə ciddi diqqət yetirilir. Lokomotiv təsərrü-fatında baş verən əsaslı ye-niləşmələr hazırlıqlı kadrla-rın yetişdirilməsi zərurətini yaradıb. Bu məqsədlə yeni alınmış , müasir tələblərə cavab verən lokomotivlərin idarə olunması üçün depo-nun lokomotiv briqadaları Qazaxıstanın paytaxtı As-tana şəhərində Fransanın "Alston Transportation SA" şirkətinin AZ8A maşinistlə-ri üçün təşkil etdiyi kurslar-da müdavim olmuş, həmin lokomotivlərin idarəçilik sirlərinə yiyələnmişlər. Bu proses ardıcıl olaraq davam etdiriləcəkdir. Depodakı rahat iş şəraitinin, estetik durumun qorunması üçün daim yaradıcı tədbirlər hə-yata keçirir, müəssisəmizin gözəllik imicini qoruyub saxlamağa çalışırıq. Əvvəl-ki illərlə müqayisədə əmək haqlarının xeyli artması kollektivin hər bir üzvünə qurucu əməyə köklənmək üçün əlavə stimul verib. De-poda çalışan hər bir əmək adamı yaxşı başa düşür ki, lokomotiv təsərrüfatı-nın qayğıları təkcə bizim müəssisəmizlə məhdudlaş-mır. Lazım gəldikdə digər müəssisələrə də kömək əli uzatmaq, yaxud, onlardan kömək ummaq zərurəti ya-ranır. Elə bu səbəbdən də bütün ehtiyat hissələrini xüsusi mühafizəkarlıqla qo-

ruyur, gərəkli anda həmkar-larımızın köməyinə çatırıq. Sonda onu da xatırladım ki, Gəncə lokomotiv de-posu dəmir yolu tarixində ənənəvi izlər buraxmış bir kollektivi özüdə birləşdirir. Dövlət quruculuğu işlərinin təbliğində, ötən əsrdə geniş vüsət almış milli-azadlıq mübarizəsində bu kollektiv həmişə xalqımızın istəkləri-nin ifadəçilərindən olub.

Gəncədə fəaliyyət göstərən 6 saylı yol sahə-sində də işlər öz axarında-dır. Dəllər-Goran mənzil-ləri arasında 178 km baş yola, Daşkəsən qolundakı Alabaşlı-Quşçu mənzilində 35.1 km və Gəncə-çay qo-lunda 8.2 km , ümumilikdə 223.3 yola xidmət göstərən sahə əməkçiləri də dəmir yolunun ümumi qayğıları ilə yaşayıb fəaliyyət göstə-rirlər. Xidməti ərazidə 395 dəst yoldəyişən qurğu, 35 ədəd qorunan və qorunma-yan yol keçidi mövcuddur. Ərazi 13 stansiyanı əhatə edir ki, bu xidmət də 10 məntəqə arasında bölüşdü-rülmüşdür. Sahə rəisi Dil-bazi Musayev cari ilin əvvə-lindən icra olunan işlərdən bəhs edərkən bildirdi ki, əsaslı təmir edilmiş yollarda 2.9 km inventar relslər ca-laqsız relslərlə əvəzlənmiş, 45,6 km yolda RM, CSM, USP və DQS yol təmiri ma-şınları işləmişdir. Yolların bal qiyməti aparılan işlərin

sayəsində 23 baldan 16 bala endirilmişdir. Cari təmir məqsədilə yollara 415 ədəd təzə, 357 ədəd yarımyararlı ağac şpal, 1161 ədəd ya-rımyararlı dəmir-beton şpal döşəməklə, qüsurlu relslə-rin dəyişdirilməsinə 1,24 km R-65, 0,1 km R-50 tipli relslər , o cümlədən qüsur-lu detalların əvəzlənməsinə 11,36 ton D-65 tipli altlıq, 2,62 ton R-65 tipli yanlıq, 0,5 ton kastil, 0,2 ton R-65 altlıq, 100 ədəd təzə PBV-65/1 rezin altlıq istifadə olunmuşdur. Stansiyalarda qüsurlu relslərin dəyişdiril-məsinə 98 ədəd 25 metrlik, 2 ədəd 12,5 metrlik R-65, 2 ədəd təzə R-50 çərçivə relsi, 1 ədəd R-65/50 keçid relsi , həmçinin 218 ədəd yarım-yararlı ağac, 79 ədəd ya-rımyararlı dəmir-beton şpal , 6 dəst təzə R-50 tipli izo-yanlıq işlənmişdir. Əslində icra olunan işlərin siyahısı-nı artırmaq da olar. Amma əsas olan odur ki, Qərb is-tiqaməinin müəssisələrində əməyə bağlı ruh qorunub saxlanıb. Dəmiryolçular bu şərəfli və məsuliyyətli peşə-nin hansı mənəvi və fiziki yükə malik olduğunu yaxşı bilirlər. Bu da işdə ahəgdar-lığın qorunmasında əhəmiy-yətli rol oynayır.

Elbariz MƏMMƏDLİZahid RAMİZ (foto)

Düşüncələri könlümüzə hakim kəsilən, gözəlliyi ruhumuzu oxşayan bahar fəsli yavaş- yavaş möv-sümünü başa vurmaqda, yerini qaynar yayın nəfə-si təngidən günlərinə ver-məkdədir. Yaz çiçəklərinin ətrində ovsunlanıb gözəl-liyə qərq olmuş təbiət su-suz torpaqların bənizində-ki saralmadan narahatmış kimi, isti günəş şüalarının altında kövrək yaşantıya köklənib.

Əslində təbiət də in-san kimidir. Gözəlliyinə əl uzadılanda, mövcudluğuna kənar təsirlər güc gələn-də, suyu qəhətə çəkiləndə bənizi solğunlaşır, görkə-mi əvvəlki təravətini itirir. Dünyanın indiki durumun-da onsuz da təbiətin qayğı-ları amansız savaşların tap-dağı altında qalıb. Tanrının var etdikləri insan nəfsinin

kölgəsində budanıb məh-və sürüklənir. Amma halal zəhmətə, fədakar əməyə köklənib çörəyini daşdan çıxaranlar ən azı özlərinin yaşantısı naminə var ola-

nı qoruyub saxlamağa, onu gözəlləşdirməyə çalışırlar. Dünyada ən məsuliyyətli və ciddi peşələrdən sayılan dəmiryolçu peşəsində bu ənənə həyat norması kimi insanların canına-qanına hopub.

Məlumdur ki, dəmir yolu nəqliyyatı mövcud olduğu hər bir ölkədə iqtisadi siste-min əsas qollarından sayılır. Azərbaycan dəmir yolu nəq-liyyatının əhəmiyyətini bu baxımdan əsaslandırmağa ehtiyac yoxdur. Çünki polad magistral ölkədə mövcud olduğu XIX əsrin sonların-dan üzü bəri iqtisadiyyatın inkişafında yetərincə önəm-li rol oynayıb. Qədir-qiymə-

ti qədirbilməzlər tərəfindən yetərincə dəərləndirilməsə də, bu torpağın yadellilərə şöhrət gətirən sərvətlərini on illərlə uzaq-uzaq mənzil-lərə daşıyıb. Azad olmayan millətin gərgin, ağır zəhmət bahasina qazandıqları so-vetlər tərəfindən onun azad-lığı ilı birgə dünya bazarın-da hərraca qoyulub.

Bu gün Azərbaycan də-mir yolu nəqliyyatı özünün yeniləşmə dövrünü yaşayır. İyirmi səkkiz illik müstəqil-lik dövrü üçün bəlkə də bu xeyli gecikdirilmiş addım-dır. Ona görə ki, bu nəqliyyat sahəsinin gücünə və imkan-larına bələd olanlar burda əsaslı işlərin görülməsinə çoxdan başlamalı, proseslə-ri illərlə ləngidib günümüzə qədər gətirməməliydilər.

Təbii resurslarına görə bü-tün dünyanın diqqəti mərkə-zində olan bir ölkədə dəmir yolu nəqliyyatının tamamilə müasirləşməsi günümüzün ən ciddi məsələlərindən biri olmalı idi.

Dəmiryolçular sözün əsl mənasında fədakar insanlar-dırlar. Dediyimiz kimi, bu gün aparılan əsaslı islahat-lar qısa zamanda bütün is-tehsalat sahələrini tam əha-də edə bilmir. Amma əldə olan imkanlarla dəmir yo-lunun mövcudluğunu qoru-yub saxlamaq, onu inkişafa doğru irəliyə istiqamətlən-dirmək , demək olar ki, yal-nız dəmiryolçulara xas olan xarakterik keyfiyyətdir. Bu günlərdə yolumuzu saldığı-mız Qərb istiqamətində biz bu özünəməxsusluğun bir daha şahidi olduq. Onlarla müəssisəni özündə birləş-dirən Qərb şöbəsinə rəhbər-lik edən peşəkar hərəkətçi Qurban Nəbiyev dedi ki, dəmir yolu nəqliyyatının islahatlara ünvan olması ümumi işimizdə böyük can-lanma yaradıb. Ötən illər-də arzuladığımız qələbəli işlərə artıq qovuşmaqda-yıq. Doğrudur, bu sahənin əsas fəaliyyət göstərici-si olan yük daşımalarında hələ arzuladığımız həddə çata bilməmişik. Amma bu-nun səbəblərini beynəlxalq aləmdə baş verən ziddiy-yətli hadisələrdə, region ölkələrinin heç də stabil olmayan münasibətlərində axtarmaq daha doğru olar-dı. Son illər dəmir yolunda

texniki bazanin möhkəm-ləndirilməsi istiqamətində o qədər böyük işlər görülüb ki, bütün bunlar bizim bey-nəlxalq nəqliyyat sisemləri ilə bərabərhüquqlu tərəfdaş olmağımıza geniş imkanlar yaradıb. Hazırda Qərb is-tiqaməti üzrə yük daşıma-larının gündəlik həcmi təx-minən 17-19 min ton təşkil edir. İmkanlarımıza görə bu rəqəm heç də qənaətbəxş sayıla bilməz. Hərçənd ki, "Azərbaycan Dəmir Yolları " QSC-nin rəhbərliyi yük dövriyyəsinin artan xətt üzrə davam etdirilməsi üçün əməli işlər görür. Bakı-Bö-yük Kəsik istiqamətində 1006 km yolun əsaslı təmir olunması bizim daşıma im-kanlarımızı daha da artırıb. Yaz-yay mövsümünün baş-lanması ilə əaqədar olaraq bütün müəssisələrimizdə iş qaynarlığı artıb. Hərəkə-tin təhlükəsizliyinə imkan verən geniş tədbirlər həya-ta keçirilib. Eyni zamanda əmək şəraitinin yaxşılaşdı-rılması, abadlıq işlərinin gö-rülməsi baxımından da əhə-miyyətli işlər görə bilmişik. Fikrimi əsaslandırmaq üçün bircə faktı xatırladım ki, Gəncə sərnişin vağalının ərazisində 600 kvadrat-metr yaşıl qazon salınmaq-la, 300-ə yaxın ağac əkilib. Xətt stansiyalarında nöbətçi və digər xidmət otaqları tə-mir edilərək normal iş şəra-iti yaradılıb. Qərb şöbəsinin fəaliyyət göstərdiyi inzibati binanın birinci mərtəbəsin-də və dispetçer məntəqələ-rində əsası təmir işləri apa-rılıb. Əslində elə işlər var ki, onun icrası üçün nə yar-dıma, nə də vəsaitə ehtiyac yoxdur. Kollektivlər daxili imkanlar hesabına bunu re-allaşdırmağı bacarırlar. Biz də öz işlərimizi bu müstəvi-də qurmuşuq.

(Davamı 9-cu səhifədə)

MƏSULIYYƏTI HƏYAT NORMASINA ÇEVIRƏNLƏR MƏSULIYYƏTI HƏYAT NORMASINA ÇEVIRƏNLƏR

Page 7: AZƏRBAYCAN RESPUBLIKASININ PREZIDENTI …bildirən lenti kəsdi. Sonra xatirə şəkli çəkdirildi. “Azərbaycan Dəmir Yolları” Qa-palı Səhmdar Cəmiyyətinin sədri Ca-vid

Burda hər şey adamın könlünü oxşayır. Başqa bir aləmə düşüb-sənmiş kimi, ürəyindən min bir arzu keçir. Al-əlvan çiçəklərin seh-rinə düşüb duyğularını ovsununa təslim etmək istəyirsən. İstehsalat sahələrində həmişə qarşılaşmağa adətkar olmadığımız bu qeyri-adi gözəlliyin insanların hansı gərgin zəhməti bahasına başa gəldiyini fikirləşməyə, doğrusu imkanın da olmur. Çünki insanlar gözəlliyə həssas olduqları qədər də onun əsi-rinə çevrilməməkdə acizdirlər. Min bir qayğıdan üz götürüb uzaq qaç-maq istəyəndə, qarşına çıxan ilk gözəllik sənin ruhunu oxşayır. Dü-şüncələrinə və əzablarına məlhəm olur. Əslində yaşamağın mahiyyə-ti, dəyəri də elə bundadır. Sönük və dəyişməz həyat tərzi insanları hər şeydən usandırır. Ömrün dəyərini ucuzlaşdırır. Yaşayırsansa, demə-li canında yaradıcı ruh, gözəlliyə can atan işıq olmalıdır.

Bizi on illərlə öz halal ruhumuz-dan uzaq salıblar. Yöndəmsiz həyat tərzinə meylləndirib, beynimizdəki işığı zülmətə qərq ediblər. Gərgin zəhmət meydanı ilə sosial həyat tər-zimiz arasındakı fərqləri elə siliblər ki, hər şeyi eyni rəngdə görüb qav-ramağa məcbur olmuşuq. Amma unutmuşuq ki, gərgin zəhmətin arxasında mənalı və rahat həyat tər-zi dayanmalıdır.

Biləcəridəki Fövqəladə Hallar Qatarının ərazisinə ayaq basanda məhz bu düşüncələrə qapılırsan. Burdakı çiçək ,meyvə ağacları, gül və dekorativ ağac rəngarəngliyinin içində bütün gözəlliklər öz əksini tapıb. Dünyanın müxtəlif yerlə-rinə məxsus olan gül və ağac kol-

ları ərazidə elə bir ansambl yaradıb ki, tamaşasına duranda həzin bir musiqidən başqa heç nəyə ehtiyac duymursan. Hərçənd ki, bu müəs-sisə iş prinsipinə görə kifayət qədər ciddi bir profilə sahibdir. Amma bu əməli işlərin əsas memarı , Fövqə-ladə Hallar Qatarının rəisə Albert Səfərov bir az fərqli düşünür. De-yir ki, təbiətdə mövcud olan bütün gözəlliklərin ən alisi insandır. Tan-rının şüur bəxş etdiyi bu ali varlıq öz mahiyyətini və dəyərini dərk edib kamilləşdirdiyi zaman daha dəyərli görünür. Bir də insanın iş və həyat tərzində hər şey gözəl görün-məlidir ki, əməllərini xoş niyyət-lərə kökləyə bilsin. Bizim müəssisə

Biləcəri, H. Z. Tağıyev, Hacıqabul, İmişli, Yevlax və Gəncə bölmələ-rindən ibarət 6 bölməni özündə birləşdirir. Dəmir yolunda geniş xarakter alan əsaslı yeniləşmələrə uyğun olaraq, bütün kollektivimizlə yenilikçi ruha köklənmişik. Mənim düşüncəmə görə işdə uğurun əsas şərti əmək şəraitinin üstünlüyünə bağlıdır. Bu həm də ictimai mü-nasibətdə böyük maraqlar yaradır. Cəmiyyət rəhbərliyinin son illərdə gördüyü əməli işlər görürsünüzmü, ictimaiyyətdə necə maraq oyadıb. Yəni gözəl işə gözəl də münasibət var.Biz də öz işimizlə bu proseslə-rin tərkib hissəsinə çevrilmək istə-yirik. Bu müəssisədə gördüyünüz nə varsa, hamısı Cəmiyyət rəhbərli-yinin diqqətinin və kollektivin gər-gin əməyinin nəticəsidir. Müəssisə yeni ünvanda yaradılanda burda an-caq tikililər və boş ərazi vardı. Elə ilk günlərdən abadlaşdırma işlərinə əl qoyduq və şahidi olduğunuz bu şəraiti yaratmağa nail olduq. Son aylarda ərazidə daha 100 gül kolu və 50 meyvə ağacı əkmişik. Burda nə varsa, hamısı işçilərin istifadəsi üçündür. İstər sexlərimizdə, istər in-zibati binada elə əmək şəraiti yarat-mışıq ki, işçi bu qayğının qarşısında

bizim tələbkar münasibətimizə özü-nün işgüzarlığı ilə cavab verə bilsin.

Qatarın fəaliyyətinin fövqəladə hallar üçün gərəkliliyi onun adın-dan da bəllidir. Müəssisənin texni-ki bazasının möhkəmləndirilməsi üçün Cəmiyyət rəhbərliyi tərəfin-dən xeyli işlər həyata keçirilib. Belə ki, fövqəladə hallarda istifadə üçün yolun texniki təchizat və satınalma-lar şöbəsi tərəfindən 12 cüt diyir-cəkli başmaq, 12 ton 10-14-18-22-51 tipli dartı trosu alınıb. Biləcəri bölməsinin istismarında olan EDK-1000/4 markalı dəmir yolu kranının təmirinə köməklik göstərilib. Yaxın vaxtlarda Hacıqabul bölməsinin is-tismarında olan EDK-2000 markalı kranın əsaslı təmirinə başlanacaq-dır. Həmçinin Hacıqabul bölməsinə məxsus olan Qazel markalı avtomo-bil təmir edilərək istismara qaytarı-lıb.

Şübhəsiz ki, hər bir kollektiv-də işin uğura daşınmasında xüsusi əməyi olan insanlar var. Müəssisə rəisi belə xarakterli əməkçilərdən Biləcəri bölməsinin rəisi Sultan Əliyevin, rəis müavini E.Ağada-daşovun, traktorçular B.Məmmədo-vun, S. Baxşəliyevin, yuyucu nasos maşinisti E. Əhmədovun, Yevlax bölməsinin rəisi Niyazi Abdurrəhi-movun, həmin bölmənin kran ma-şinistləri Ü. Xəlilovun, R. Baxışo-vun, R. Əsədovun və H.Z. Tağıyev bölməsinin rəisi Həsən Sultanovun adlarını çəkdi.

Bu gözəl məkanda işləmək və gözəlliyin ovsununda ruhunu qi-dalandırmaq çox xoşdur. Xüsusi zövqlə hazırlanıb ağaclara bərkidil-miş yuvalarından haray salıb ətra-fı nəğməyə bürüyən quşların həzin səsi burda çalışanlara həm ovqat duruluğu , həm də dinclik gətirir. Kaş ki, üz tutduğumuz bütün ün-vanlarda bələdçimiz belə gözəllik-lər olaydı...

Elbariz MƏMMƏDLİZahid RAMİZ (foto)

12 ÀÇßÐÁÀYCÀÍ ÄßÌÈÐYÎË×ÓÑÓ

Baш ре дак тор: Севинъ ГЯДИРОВА

Ре дак тор: Васиф СЦЛЕЙМАН

Лисензийа АБ Н 022560. Гейдиййат нюмряси Б 360Бизим материаллардан истифадя едяркян гязетя

истинад един.

Azərbaycan Dəmir Yolları QSC/Azerbaijan Railways CJSCady_qsc

www.ady.az Ñà éû 1100. Ñè ôà ðèø 885

Цн ва ны мыз: Ба кы. Азд 371010. Д. Ялиyе ва кц чя си, 230. “Азяр бай ъан Дя мир Йо ллары” ГСЪ

Те ле фон лар: 499-43-19; 499-63-91Мцял лиф ля рин мюв гейи ре дак сийа нын мюв ге йи иля уй ьун эял мя йя би ляр.

Гя зет редаксийaнын ком пц тер мяр кя зин дя йы ьыл мыш, ся hи фя лян миш, “Вятяноьлу” Няшриййат vя Полиграфийа ММЪ-нин мятбяясиндя чап

олун муш дур.

Йа ра дû cû hеéят Göë íàç ßËÈ YÅ ÂÀ (ðåä. ìöàâèíè) Åëáàðèç ÌßÌÌßÄËÈ (ìöхáèð) Àëëàùâåðäè ßËÈÉÅ (ìöхáèð) Tural QASIMOV (fotoqraf) Zahid QURBANOV (fotoqraf)

İYUN 2019-cu il

ALLAH RƏHMƏT ELƏSİN

İD Saatlı yol sahəsinin kollektivi və HİK sahənin rəisi Təvəkkül Xankişiyevə, anası

PƏRZAD XANIMINvəfatından kədərləndiklərini bildirir, dərin

hüznlə başsağlığı verirlər.