AZƏRBAYCAN - Altun Kitabaltunkitab.az/uploads/pdf/az9_mmv2016_sayt.pdf · I bölmə –...

179
AZƏRBAYCAN

Transcript of AZƏRBAYCAN - Altun Kitabaltunkitab.az/uploads/pdf/az9_mmv2016_sayt.pdf · I bölmə –...

AZƏRBAYCAN

ƏL

LİM

ÜÇ

ÜN

ME

TO

DİK

SA

İT

AZƏRBAYCAN DİLİ

9

Müəllim üçün

METODİK VƏSAİT

Bakı – 2016

Rafiq İsmayılov Aynur RüstəmovaDilrüba CəfərovaHidayət AllahverdiSahibə Məmmədova

Rafiq İsmayılov Aynur RüstəmovaDilrüba CəfərovaHidayət AllahverdiSahibə Məmmədova

AZƏRBAYCAN DİLİ 9-cu sinif. Müəllim üçün metodik vəsait.Bakı: “Altun kitab”, 2016. 176 səh.

Redaktorlar: Elxan NəcəfovArzu Quliyeva

Bədii tərtibat: Rəşad Nəbiyev

Korrektor: Aqşin Məsimov

Müəllim üçün metodik vəsaitlə bağlı rəy, irad və təkliflərin [email protected] ünvana göndərilməsi xahiş olunur. Əməkdaşlığınız üçün əvvəlcədən təşək -kür edirik!

Yazıçı və şairlərin dərslikdə istifadə olunan bəzi əsərləri dərslik müəl lifləri tərə findənmüvafiq yaş qrupu üçün uyğunlaşdırılmışdır.

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansıhis səsini yenidən çap etdirmək, elektron informa siya vasitələri ilə yaymaq qanunaziddir.

© ALTUN KİTAB MMC – 2016

MÜNDƏRİCAT

Girişl Dərslik komplektinin ümumi prinsipləri ..........................................................4

l Dərslərin strukturu .........................................................................................5

l Məzmun standartları və dərslər üzrə təlim nəticələri ......................................6

l Fəndaxili inteqrasiya ....................................................................................19

l Qiymətləndirmə ...........................................................................................21

I bölmə. Fərd və cəmiyyət ..............................................................................24

II bölmə. Sözlərin tarixi ...................................................................................53

III bölmə. Tarixi şəxsiyyətlər ...........................................................................86

IV bölmə. Əxlaqi dəyərlər...............................................................................118

V bölmə. Kamilliyə doğru ..............................................................................141

VI bölmə. Azadlıq mücahidləri ......................................................................170

3GİRİŞ

GİRİŞ

Dərslik komplektinin ümumi prinsipləriTəqdim edilən dərslik komplektinə iki kitab daxildir: dərslik və müəllim üçün

metodik vəsait (MMV). Bu komplekt üzrə Azərbaycan dili tədrisinin 6 böl mədəkeçirilməsi nəzərdə tutulur.

IX sinifdə Azərbaycan dilinin tədrisi üçün həftədə 2 saat olmaqla 34 həftə(68 saat) nəzərdə tutulmuşdur.

Hər bölmə üçün ayrılmış saat sayına KSQ üçün nəzərdə tutulmuş 1 saat(cəmi 6 saat) da daxildir. Mövcud qiymətləndirmə təlimatına görə, BSQ illikplanlaşdırmaya daxil edilməlidir. Ona görə də hər BSQ-yə ayrılmış 1 saat(cəmi 2 saat) da planlaşdırma cədvəlinə daxildir. Təqdim olunan illik plan -laşdırmaya əsasən, 1-ci yarımil üzrə BSQ ilk üç bölmədən sonra keçirilməlidir.

Ümumiləşdirici təkrar üçün ayrıca saatlar nəzərdə tutulmamış, bu mate -rial ların tədrisi bölmənin sonuncu dərsinə daxil edilmişdir.

Dərslikdə və MMV-də verilmiş mətnlər (oxu və dinləmə mətnləri), həmçinindanışma və yazı fəaliyyəti müvafiq bölmənin mövzusu ilə bağlıdır.

Dil qaydaları bölmələr üzrə aşağıdakı kimi paylanmışdır:I bölmə – Mürəkkəb cümlə və onun növləriII bölmə – Tabesiz mürəkkəb cümlələrIII bölmə – Tabeli mürəkkəb cümlələr haqqında ümumi məlumatIV bölmə – Sadə cümlənin mürəkkəb cümləyə çevrilməsi, tabeli mürəkkəb

cümlənin sadələşdirilməsi, mürəkkəb cümlənin növlərinin fərq -ləndirilməsi

V bölmə – Tabeli mürəkkəb cümlədə bağlayıcı vasitələrVI bölmə – Vasitəsiz və vasitəli nitqDərslik müəlliflərinin əsas vəzifəsi təlim nəticələri müəyyənləşdirməklə

məzmun standartlarını açıqlamaq, dərsi daha səmərəli qurmaq üçün müəlli mə

Bölmə Mövzu Saatsayı

Həftə sayı

I FƏRD VƏ CƏMİYYƏT 12 6

II SÖZLƏRİN TARİXİ 10 5

III TARİXİ ŞƏXSİYYƏTLƏR 12 6

IV ƏXLAQİ DƏYƏRLƏR 10 5

V KAMİLLİYƏ DOĞRU 12 6

VI AZADLIQ MÜCAHİDLƏRİ 12 6

Cəmi 68 34

Ümumi illik planlaşdırma

4 GİRİŞ

əlavə materiallar təqdim etmək, dərslikdə verilmiş materialları dərindən mə -nim sətmək üçün ən uyğun hesab olunan üsul və texnikalar tövsiyə et mək dir.

Müəllimlər, ilk növbədə, müasir nəticəyönümlü təhsilin tələblərini nəzə rəalmalıdırlar. Bu tələblərə görə, müəllimin əsas məqsədi tədris ilinin sonunaqə dər kurikulumda təsbit olunmuş məzmun standartlarını reallaşdır maq dır.Buna görə də onlar təqdim olunan dərslik komplektindəki materialları ehkamkimi deyil, qoyulan məqsədə çatmaq üçün bir vasitə kimi nəzərdən keçirmə -lidirlər.

Dərslik müəllifləri çalışmışlar ki, hər bir dərsin mövzusu üzrə müxtəlif məz -mun stan dart larını reallaşdırmaq üçün materiallar təqdim etsinlər. 9-cu sinifüçün Azərbaycan dili üzrə nəzərdə tutulmuş dərs saatlarının sayı 8-ci sinifləmüqayisədə xeyli azdır. Bununla belə, şagirdin qavrama sürətinin artdığınınəzərə almaq lazımdır. Sinfin səviyyəsindən və dərsin gedişindən asılı olaraqnəzərdə tutulmuş dərs vaxtı dərslik komplektində təqdim olunan fəaliyyətlərinhamısı üçün kifayət etməyə bilər. Belə olduqda müəllim başqa dərslərdətəkrar olunan standartları ixtisar edə, diqqətini formalaşmağa daha çoxehtiyac olan bacarıqlar üzərində mərkəzləşdirə bilər. Sözsüz ki, bu, dil qayda -la rına aid deyil, çünki burada verilən bilik və bacarıqlar kurs boyu elmiardıcıllıq üzərində qurulur.

Dərslərin strukturu“Dərs” dedikdə bir dərs saatı deyil, müəyyən mövzunu əhatə edən tədris

mərhələlərinin məcmusu nəzərdə tutulur. Bu baxımdan bir dərsə iki və dahaartıq saat ayrıla bilər. Hər bir dərsin mərhələlərinin saatlar üzrə bölgüsümüəllimin öhdəsinə buraxılır. Müəlliflər yalnız mövzulara ayrılmış saat sayıilə bağlı öz təkliflərini vermişlər, lakin müəllimlər burada da sərbəstdirlər. Öztəqvim planlarını hazırlayarkən onlar sinfin səviyyəsindən asılı olaraq bubölgüdə müəyyən dəyişikliklər edə, müəyyən dərsdə bir, digərində başqaməz mun standartını ön plana çəkə bilərlər.

Hər bir dərsin əvvəlində verilmiş motivasiya materialı nümunə xarakteridaşıyır. Müəllim yerli şəraitə, sinfin səviyyəsinə uyğun olaraq başqa moti-vasiya qura bilər. Əsas məsələ bu mərhələni mahiyyətinə və təyinatına görədüzgün təşkil etməkdir. Motivasiya şagirdlərə mövzu üzrə əvvəlki biliklərixatırlatmaqla onlarda möv zu ya maraq oyatmaq (onu mənimsəməyə stimul -laşdırmaq) məqsədi daşıyır.

Dərs, adətən, məzmun standartlarına (dinlə mə, danışma, söz ehti yatı, oxu,yazı, dil qaydaları) görə mərhələlərə bölünür. Bu bölgüdə əsas prinsip əvvəlcəoxu və dinləmə vasitəsilə məlumat almaq, sonra isə danışma və yazıvasitəsilə özünü ifadə etmək bacarıqlarını inkişaf etdir məkdir. Beləliklə, oxuvə dinləmə materialları şagirdlərə mövzu üzrə müəyyən məlumatlar təq dimedir, ona görə də dərsin ilkin mərhələlərini təşkil edir. Bu məlumatlarımənimsəyən və öz təfəkkür süzgəclərindən keçirən şagirdlər mövzu üzrə öz

5GİRİŞ

fikir lərini ifadə etməyə – danışmağa və yazmağa stimul laş dı rılırlar. Dil qay -daları isə şagirdlərə Azərbaycan dilinin qanunauy ğunluqları haq qında məlu -mat verməklə yanaşı, nitqi ədəbi dilin normalarına uyğun qurmağa kömək edir.

MMV-də hər dərsdə reallaşdırılacaq alt-standartlar üzrə təlim nə ti cələriverilmişdir. Bundan əlavə, hər bir mərhələdə hansı təlim nəticəsinin reallaş -dı rıldığı xüsusi dizaynla aydın göstərilmişdir.

Bütün bunlarla yanaşı, qeyd etmək lazımdır ki, vəsaitdə təqdim olunandərs mərhələlərinin ardıcıllığı ehkam deyil. Sinfin səviyyəsindən və müəlliminməqsədindən asılı olaraq bu ardıcıllıq dəyişə bilər. Məsələn, mətnin mövzusuilə bağlı şagirdlərin kifayət qədər biliyi varsa, müəllim əvvəlcə bu mövzu iləbağlı müzakirə (şifahi nitq standartı) təşkil edə, sonra mətni oxudaraqşagirdlərlə birlikdə müzakirənin nəticələrini bir daha nəzərdən keçirə bilər.

Məzmun standartları və dərslər üzrə təlim nəticələriKonseptual məqamlar: Əvvəlki sinif dərsliklərindən fərqli

olaraq təqdim olunan dərslikdə nitqbacarıqlarının: dinləmə, danışma,oxu və yazının mahiyyətini, onlarıreallaşdırmağın və inkişaf etdirməyinyollarını açıq layan tövsiyələr veril -mişdir. “Nitq ba ca rıqları” rubrika sın -da öz əksini tapan bu tövsiyələrabstrakt xarakter daşımasın deyəhər bir mövzu üzrə məsləhətlərkonkret tapşırığı mü şayiət edir vəonun daha səmərəli şə kildə icrasınaxidmət edir. Dərslikdə “Nitq ba ca -rıqları” və “Qrammatika” yeganə rub -rikalardır ki, nəzəri xarakter daşısada, müvafiq mövzu ilə bağlı interak-tiv fəaliyyətin daha səmərəli qurul -

masına kömək edir.

1. Dinläyib-anlama vä danışmaKonseptual məqamlar:Dinləmə və danışma bacarıqları bir məzmun xəttində birləşsə də, onlardan biri

anlama, digəri özünüifadə vasitəsidir, ona görə də həmin məzmun xətti iki əsasstandarta ayrılmışdır. Bu gün Azərbaycanda keçirilən kütləvi imtahanlarda (bu ra -xılış və qəbul imtahanlarında) bu bacarıqlar qiymətləndirmə obyekti olma dı ğındanbəzən müəllimlər dərs prosesində şifahi nitq bacarıqlarının inkişafına kifayət qədər

6 GİRİŞ

diqqət və vaxt ayırmırlar. Lakin nəzərə almaq lazımdır ki, müasir təhsilin əsasvəzifəsi şagirddə həyati bacarıqlar formalaşdırmaq, fəal vətəndaş yetişdir məkdir.Dinləmə və danışma isə hər bir insana həyatda lazım olan, onun cəmiyyətdə imicinimüəy yən ləşdirən vacib ünsiyyət formalarıdır.

Təqdim olunan dərslik komplektində “Dinləyib-anlama və danışma” məzmun xəttiüzrə standartlar, əsasən, müzakirə, debat, şifahi təqdimat üsul və texnikaları iləreallaşdırılır. Bu üsullar eyni zamanda həm dinləmə, həm də danışma baca rıq larınıinkişaf etdirir. Ümumiyyətlə, müəllimlər bu bacarıqların formativ qiy mət ləndirilməsinidərs boyu (şagirdlər danışarkən və bir-birini dinləyərkən, reaksiya verərkən) aparabilərlər. Məsələn, dil qaydaları üzrə analitik tapşırıqlar yerinə ye ti rilərkən şagirdlərinqrammatik biliklərdən istifadə etməklə öz fikirlərini şifahi şəkildə əsaslandırmasıdanışma standartları ilə fəndaxili üfüqi inteq rasiyaya da imkan verir.

Məzmun standartı: 1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.Alt-standart: 1.1.1. Danışanın mövzuya münasibətini müəyyən etmək üçün

tədqiqat xarakterli suallar verir. Təlim nəticələri:l Dinlədiyi mətndəki mübahisəli mə qam ları aydınlaşdırmaq üçün suallar tərtib

edir.

l Müzakirə zamanı tərəf-müqabilinə sual verməklə onun mövqeyini aydınlaş -dırır.

l Suallar verməklə deyəcəyi fikir üçün zəmin yaradır.

l Debat zamanı qarşı tərəfi öz arqumentləri ilə razı laş dırmaq üçün “hə” vəya “yox” ca vabı tə ləb edən suallar verir.

Açıqlama: İlk baxışdan bu təlim nəticəsinin müvafiq alt-standartla bağlılığı zəifgörünə bilər, ona görə də 9-cu dərsdən (“Topçubaşovlar”) misal gətirək.Sual: Məlum oldu ki, bir çox mənbələrdə M.C.Topçubaşovun 1790-cıildə anadan olduğu göstərilir. Doğrudur?Cavab: Bəli. (Danılmaz həqiqətdir, başqa cavab mümkün deyil)Sual: Tarix fənnindən bilirik ki, Ağa Məhəmməd şah Qacar Tiflisə 1795-ciildə hücum edib. Elədir?Cavab: Bəli.Arqument: Topçubaşovun xatirələrində göstərilir ki, Qacarın hücumuzamanı o, Kür çayını üzərək keçmiş və əsirlikdən xilas olmağa çalış mış -dır. Aydındır ki, beş yaşında uşaq üzərək Kür çayını keçə bilməzdi. De -məli, mənbələrdə Topçubaşovun doğum tarixi düzgün göstəril məmişdir.

l Mövzu üzrə fikirlərini tam formalaş dır maq üçün faktoloji suallar verir.

Açıqlama: Sual vermək şagirdin diq qət lə dinlədiyini, aldığı informasiyaya həs sas ya -naşdığını göstərir. Suallar, adətən, dinlənilən mətndəki qa ran lıq məqam -larla bağlı yaranır. Sualın yaranmasına digər səbəb isə şagirdin dinlədiyimə lu mat lardan əlavə informasiya almaq istəyidir. Standartın tələbinəuyğun olaraq 9-cu sinifdə bu bacarıq bir qədər də inkişaf etdirilir: şagirddebat və ya müzakirə zamanı öz çıxışına zəmin yaratmaq, gətirəcəyiarqu ment ləri bəri başdan razılaşdırmaq üçün suallar verir.

7GİRİŞ

Alt-standart: 1.1.2. Dinlədiyi fikirlərə münasibət bildirir.Təlim nəticələri:l Dinlədiyi fikirlərə münasibətini atalar sözləri ilə əsaslandırır.

l Dinlədiyi mətndə obrazlı şəkildə ifadə olunmuş fikri şərh edərək müna sibətbildirir.

l Dinlədiyi mətndəki mübahisəli mə qam la bağlı öz fikrini bildirir.

l Dinlədiyi mətndəki məlumatları əvvəl əldə etdiyi məlumatlarla müqayisəedərək öz fikrini formalaşdırır.

l Dinlədiyi fikri təkzib etmək üçün faktlara əsaslanan arqumentlər gətirir.

Açıqlama: Şagird dinlədiyi fikirlə razılaşa və ya onu təkzib edə bilər. Razılaşdığıtəqdirdə, yaxşı olar ki, o həmin fikri əsaslandıran əlavə arqumentlər gə -tir sin. Təkzib etdikdə isə belə arqumentlər mütləq gətirilməlidir. Ar -qumentlər fakta və ya məntiqə əsaslana bilər. Məsələn, “Kompüterinta rixi” dərsində Bill Qeytsin 1981-ci ildə söylədiyi “Biz heç vaxt 32 bitlikəmə liyyat sistemi yarada bil məyəcəyik” fikrini təkzib etmək üçün şagird -lər müasir 32 və ya 64 bitlik əməliyyat sistemlərini misal gətirə bilərlər.

Məzmun standartı: 1.2. Şifahi nitq bacarıqları nümayiş etdirir.Alt-standart: 1.2.1. Dil vahidlərindən məqsədyönlü istifadə etməklə müxtəlif

formalı mətnlər qurur.Təlim nəticələri:l Oxuduğu, eşitdiyi fikri şərh etmək üçün mühakimə xarakterli mətn qurur.

l Situasiyaya uyğun olaraq danışığında müvafiq nəzakətli ifadələrdən və nitqetiketlərindən istifadə edir.

l Müzakirə zamanı çıxışını tələb olunan formata uyğunlaşdırır.

Açıqlama: Şagirdin öz şifahi nitqini müvafiq situasiyaya uyğunlaşdırması vacibbaca rıq lardan biridir. Belə ki, nitqin qısa və ya geniş, nəqli, mühakiməvə ya təs viri xarakterli olması, məişət şəraitində və ya müzakirə, debatzamanı reallaşması danışanın leksikasına, istifadə etdiyi qrammatikkonstruksiyalara təsir göstərir. Ona görə də danışanın öz nitqini müvafiqşəraitə və formata uyğunlaşdırmasını onun şifahi nitqinin inkişafgöstəricisi hesab etmək olar.

Alt-standart: 1.2.2. Müxtəlif tipli rabitəli nitq nümunələri qurur.Təlim nəticələri:l Qrafik materialların şərhi ilə müşayiət olunan məruzə hazırlayır.

lAraşdırma nəticəsində hazırladığı tezislərdən istifadə et mək lə şifahi şəkildərabitəli mətn qurur.

l Müzakirəyə giriş vermək üçün kiçik həcmli məruzə ilə çıxış edir.

8 GİRİŞ

Açıqlama: Bu alt-standart 1.2.1 standartı ilə kifayət qədər yaxındır, lakin buradaşagirdin qurduğu mətnin rabitəliliyi ön plana çəkilir. Dərslərin şərhindədə vurğulanır ki, şagirdlər məruzə hazırlayarkən təqdim edəcəklərimətni yazmamalı, tərtib etdikləri tezislər və vizual materiallar əsasındaçıxış etməlidirlər. Burada əsas tələb fikirlərin və şərhlərin məntiqi ar -dıcıllığı, onların arasında rabitəliliyin təmin olunmasıdır.

Alt-standart: 1.2.3. Nitq prosesində danışığı (səs seçimi, səsin ucalığı, hiss,ton) ilə ifadə tərzini (poza, jest, mimika) uzlaşdırır.

Təlim nəticələri:l Danışıq situasiyasına uyğun olaraq səs tonu ilə jest və mimikalarını uz laş -

dırır.

l Debat zamanı emosiyaya qapılmadan səsinin ucalığını, jest və mimikalarınıtənzimləyir.

Açıqlama: Şifahi nitq zamanı ətrafdakılara təsirin əhəmiyyətini inkar etmək ol maz.Bəzi şagirdlər yüksək intellektual səviyyəyə malik olsalar da, nitqlərinikifa yət qədər məzmunlu qursalar da, yoldaşlarının diqqətini cəlb edə,on ları inandıra bilmirlər. Bu bacarıq daha çox insan xarakteri – xarizmailə bağlı olsa da, daimi məşqlər hesabına, səs tonunu, jest və mimikalarıdiqqətdə saxlamaqla onu inkişaf etdirmək olar. Lakin onu da nəzərəalmaq lazımdır ki, səs tonu, pauza, jest və mimi ka təbii şəkildə nitqinməzmunu ilə vəhdət təşkil etməlidir.

Alt-standart: 1.2.4. Ümumiləşmiş fikirləri yığcam şəkildə təqdim edir.Təlim nəticələri:l Özünün və başqasının fikirlərini müqa yisə edərək ümumiləşmiş formada

təqdim edir.

l Müqayisələr apararaq gəldiyi nəticələri qısa tezislər şəklində ifadə edir.

l Fikirləri ümu mi ləşdirərək bir neçə tezislə ifadə edir.

l Qarşıya çıxan sualla bağlı fikirlərini ümu miləşdirərək gəldiyi nəticələri lako -nik ifadə edir.

Açıqlama: Bu standartdakı fəaliyyəti iki hissəyə (mərhələyə) bölmək olar: fikirlərinümumiləş dirilməsi və ümumiləşdirilmiş fikirlərin yığcam şəkildə təqdimolun ma sı. Birinci mərhələ daha çox əqli prosesdir; burada fərqli fikirlərimüqayisə etmək, ikincidərəcəli fikirləri ixtisar etmək, müxtəlif cür ifadəolunmuş eyni məzmunlu fikirləri vahid formaya salmaq tələb olunur. İkincimər hələdə təfəkkür məhsulu nitq bacarığına çevrilir. Qeyd etmək la zım -dır ki, danışma bacarığına aid olan bu alt-standart dinlə mə ba ca rı ğı ilədə sıx bağlıdır. Şagirdlər çox zaman dinlədiklərini ümu miləş dir mə li olur -lar. 15-20 dəqiqə sürən müzakirədə səslənmiş əsas fikirləri üç-dördtezislə ümumiləşdirmək yüksək intellektual baca rıq tələb edir.

9GİRİŞ

2. OxuKonseptual məqamlar:Azərbaycan dili dərsliklərində oxu üçün nəzərdə tutulmuş mətnlər şagirdin in-

tellektini və oxuyub-anlama bacarığını inkişaf etdirmək üçün əsas vasitədir. “Oxu” məzmun xətti:– elmi-kütləvi mətnlər vasitəsilə fənlərarası inteqrasiya yaratmağa imkan verir;– şagirdin söz ehtiyatını artırır;– dinləmə, danışma, yazı və dil qaydaları üzrə fəaliyyətinin qurulması üçün

zəmin yaradır;– şagirdin analitik, məntiqi və tənqidi təfəkkürünü, eyni zamanda yaradıcılıq

qabiliyyətlərini inkişaf etdirmək üçün material verir.Dərsliklərdə bədii və elmi-kütləvi mətnlərə qoyulan tələbləri fərqləndirmək la -

zımdır. Bədii mətnlərlə bağlı qarşıya qoyulan məqsədlər, ilk növbədə, aşa ğı dakılar ola

bilər:l mətni intonasiya ilə oxumaq;l mətndə obrazlı şəkildə ifadə olunmuş fikirləri şərh etmək;l məcazi mənalı söz və ifadələrin, frazeologizmlərin mənasını açıqlamaq;l mətnin ideyasını müəyyənləşdirmək və müəllifin fikrinə münasibət bildirmək;l mətndəki əsas obrazların xarakterlərini təhlil etmək və onları dəyər lən dirmək.

Elmi-kütləvi mətnlərə qoyulan tələblər bir qədər fərqlidir:l mətndəki əsas elmi fakt və fikirləri müəyyənləşdirmək;l müvafiq sahə üzrə terminologiyaya bələd olduğunu nümayiş etdirmək;l mətndəki faktlardan istifadə etməklə (sillogizm qurmaqla) yeni informasiya

aşkara çıxarmaq;l mətndəki məlumatları müvafiq sahə üzrə elmi bilikləri ilə müqayisə edərək

ziddiyyət və uyğunluqları müəyyənləşdirmək.Yuxarı siniflərdə sürətli oxu amilinin də böyük əhəmiyyəti var. Belə ki, imtahan

zamanı, sözsüz ki, oxu üzrə bacarıqlar da qiymətləndiriləcək. İmtahan müddətimüəyyən zamanla məhdudlaşdırıldığından şagirdlər tez bir zamanda mətni oxu yubqavramalı və onun məzmunu ilə bağlı sualları cavablandırmalı olacaqlar.

Məzmun standartı: 2.1. Mətndə tanış olmayan sözləri mənimsədiyininümayiş etdirir.

Alt-standart: 2.1.1. Tanış olmayan söz və ifadələrin kontekstə uyğunmənasını şərh edir.

Təlim nəticələri:l Çoxmənalı sözlərin kontekstə uyğun mənasını izah edir.

l Kontekstdən çıxış edərək sözlərin mə nalarını müəyyənləşdirir və lüğət dəkimənası ilə müqayisə edir.

l Mətndə rast gəldiyi sözlərin bildirdiyi ümumi anlayışı müəyyən edir.

10 GİRİŞ

l Elmi mətnin məzmunundan çıxış edə rək terminin elmi izahını verir və onunAzərbaycan dilindəki qarşılığını müəy yənləşdirir.

l Mətndə rast gəldiyi sözlərin mənasını şərh etməklə leksik kateqoriyasınımüəyyənləşdirir.

Açıqlama: Mətndəki sözlərin kontekstə uyğun mənasını şərh etmək həm də oxu -yub-anlama bacarığı ilə bağlıdır. Şagird sözün işləndiyi cümləni, abzasıdərindən qavramalıdır ki, məzmundan çıxış edərək onun mə nasını an -la sın və izah etsin. Burada bir məqama diqqət yetirmək la zımdır: əgərsöz çoxmənalıdırsa, onun yalnız kontekstə uyğun olan mənasını şərhet mək tələb olunur. Ümumiyyətlə, sözün izahını ver mək şagirddən kifa -yət qədər yüksək nitq bacarığı tələb edir. Təsadüfi deyil ki, bu bacarıqhəm də məntiqdə tədris obyektidir. Əgər aşağı siniflərdə sözü izahetmək üçün onun sinonimini və ya aid olduğu ümumi anlayışı – hipero -nimi tapmaq tələb olunurdusa (məs.: “savanna” çöl, dü zən lik deməkdir),9-cu sinifdə sözün izahında hiperonimlə ya naşı, konkret məfhumunəsas əlamətləri də öz əksini tapmalıdır (məs.: savanna – tropik və sub-tropik zonalarda seyrək ağacları və kolları olan ot örtüklü sahə, çöl,düzənlik).

Alt-standart: 2.1.2. Həqiqi və məcazi mənalı söz və ifadələrin mənasınıkontekstə uyğun də qiq ləş dirməklə şərh edir.

Təlim nəticələri:l Sözün ilkin mənasını araşdıraraq kon tekstdə qazandığı yeni məna ça larını

izah edir.

l Kontekstə görə ifadənin mənasını və onun yaxınmənalı qarşılığını müəy -yən ləşdirir.

l Mətndəki alınma sözün və onun Azər baycan dilindəki qarşılığının məna ça -lar ları arasındakı fərqi izah edir.

l Mətndə rast gəldiyi frazeoloji birləşmələri və obrazlı ifadələri izah edir.

l Kontekstdən çıxış edərək frazeoloji birləşmələrin mənasını izah edir.

l Mətndə rast gəldiyi sözlərin lüğətdəki mənası ilə kontekstdəki mənası ara -sın dakı fərqi və bu fərqin səbəblərini izah edir.

Açıqlama: Göründüyü kimi, 2.1.1 və 2.1.2 standartları məzmunca çox yaxındır vəəvvəlki siniflərdəki müvafiq standartın inkişaf xətti üzrə davamınınəzərdə tutur. 2.1.2 standartı həm də məcazi mənalı söz və ifadə lər ləişləməyi nəzərdə tutur ki, bura obrazlı ifadələr və frazeoloji bir ləşmələrdə daxildir. Ona görə də bu standarta, adətən, bədii mətn lərlə bağlımüraciət edilir.

Məzmun standartı: 2.2. Mətnin məzmun və strukturunu mənimsədiyininümayiş etdirir.

Alt-standart: 2.2.1. Mətni düzgün intonasiya ilə oxuyur.

11GİRİŞ

Təlim nəticələri:l Mətni oxuyarkən məntiqi vurğudan düzgün istifadə edir.

l Mətni oxuyarkən cümlələrdə əlavədən əvvəl, ümumiləşdirici sözdən sonra,eləcə də həmcins üzvlər və mürəkkəb cümlənin tərkib hissələri arasındapauza edir.

l Mətni oxuyarkən səs seçimi və tonu ilə müəllifin hiss və duyğularını əks et-dirir.

l Şeiri deklamasiya edərkən səs tonu, pauza, məntiqi vurğu vasitəsilə şairinfikir və duyğularını daha qabarıq ifadə edir.

l Mətnin xarakterindən asılı olaraq oxu sürətini tənzimləyir və məntiqi vurğu -dan düzgün istifadə edir.

l Dialoji mətni oxuyarkən səs tonunu, jest və mimikalarını obrazların xarak -terinə uyğunlaşdırır.

Açıqlama: Bu alt-standart ilk baxışdan 1.2.3 standartı ilə çox yaxındır. Lakin nə -zə rə almaq lazımdır ki, intonasiya ilə oxumaq və danışarkən müvafiqsəs tonundan, jest və mimikalardan istifadə etmək fərqli ba carıqlardır.Mətni intonasiya ilə oxumaqda əsas məqsəd buradakı informasiyanı,müəllifin və obrazların hiss və duyğularını dolğun və bariz şəkildə din -ləyiciyə çatdırmaqdır. Danışarkən səs tonunu tən zim ləmək isə özü nüdaha xarizmatik ifadə etmək, qarşı tərəfi öz fikir lə rinə inandırmaqməqsədi güdür. Ona görə də 1.2.3 standartı şa girdlərdə daha çox xa -rizmanı (öz nitqi və hərəkətləri ilə ətraf da kı la ra təsir göstərmək, onlarıözünə cəlb etmək, ardınca aparmaq ba carığı), 2.2.1 standartı isə dekla-masiya bacarığını (şeir və nəsr əsərini intonasiya, jest və mi mikalarlasöyləmə; bədii oxu mə harəti) formalaşdırmağı və inkişaf et dirməyinəzərdə tutur.

Alt-standart: 2.2.2. Tərkib hissələri arasında əlaqəni gözləməklə mətnigenişləndirir.

Təlim nəticələri:l Mövzu üzrə əldə etdiyi məlumatları mət nin müvafiq hissələrinə əlavə edir.

l Mətndə məntiqi ardıcıllığı təmin etmək üçün tərkib hissələri arasına müvafiqkeçid cümlələri əlavə edir.

l Mətndəki müəyyən faktlarla bağlı şərh lərini müvafiq hissələrə əlavə edir.

l Bədii obraz və tarixi şəxsiyyətlərin hə rəkətlərinə qiymət verməklə mətni ge -nişləndirir.

l Yeni məlumatları oxuduğu mətnə əlavə edərkən məzmun ardıcıllığına riayətedir.

Açıqlama: Bu standartı reallaşdırmaq üçün bəzi dərslərdə mövzu ilə bağlıaraşdırma aparmaq və əldə olunan məlumatlardan istifadə etməkləmətni genişləndirmək tələb olunur. Bir sıra dərslərdə (məsələn,“Eponimlər” “Esperanto”, “Kompüterin tarixi” və s.) mətn his sələrə

12 GİRİŞ

bölünür və hər hissənin sonunda layihə-araşdırma tipli tapşırıq qoyulur.Tövsiyə edilir ki, bu cür araşdırmalar evdə icra olun maq üçün öncədəntapşırılsın və şagirdlər dərsə hazır məlumat larla gəlsinlər. Bunun üçünmüəllim şagirdləri əvvəlki dərsdə qruplara bölməli və hər qrupa evdəicra etmək üçün araşdırma tapşırığı ver məlidir. Belə olduqda dərssaatına qənaət edilər və 2.2.2 stan dar tı daha səmərəli şəkildə real laş -dırılar. Əks halda mətnin oxunması ilə məlumatların toplanması ara -sında böyük fasilə yaranar və şa gird lər növbəti dərsdə yenidən mətnəqayıtmalı və onu zənginləşdirməli olar lar. Beləliklə, müəllimlərə tövsiyəedilir ki, hər bir növbəti dərsin şərhlərinə öncədən nəzər salsınlar vəehtiyac varsa, mətnin məzmunu ilə tanış olaraq şagirdlərə müvafiq evtapşırığı versinlər.

Alt-standart: 2.2.3. Mətndə irəli sürülmüş fikirləri dəyərləndirir.Təlim nəticələri:l Mətndə söylənilən fikrə münasibət bil dirmək üçün arqumentlər gətirir.

l Mətndə rast gəldiyi mühakimə xarakterli cümlələri şərh edir.

l Mətndəki fikirləri ümumiləşdirərək tezis şəklində ifadə edir.

l Mətndəki əsas fikirlərə münasibət bildirir.

l Mətndə obrazlı şəkildə ifadə olunmuş fikirləri şərh edərək münasibət bildirir.

l Verilmiş faktın mətndəki hansı fikri təsdiqlədiyini müəyyənləşdirir.

l Araşdırma aparmaqla mətndə yol verilmiş elmi yanlışlığı müəyyən ləş dirir.

l Əlavə biliklərindən istifadə etməklə mətndəki fikir və faktları şərh edir.

l Elmi mətndəki ziddiyyətli məqamları aşkar edir və onlara münasibət bildirir.

l Mətndəki əsas fikirləri vurğulayır.

l Mətndəki obraz, tarixi şəxsiyyət haq qın da fikir yürütmək üçün müvafiq epi-zodlardan istifadə edir.

l Mətndəki hadisələri izah etmək üçün müx təlif versiyalar irəli sürür.

l Mətndəki məlumatları əvvəlki bilikləri ilə müqayisə edərək nəticə çıxarır.

l Mətndə sətiraltı ifadə olunmuş fikirləri şərh edir.

l Həyatda gördüklərindən, eşitdiklərindən misallar gətirməklə mətndəki fikir -lərə münasibət bildirir.

l Məntiqə əsaslanaraq mətndəki müba hi səli məqama aydınlıq gətirir.

l Mətndəki obraz haq qın da fikir yürütmək üçün həyat hadisələrindən misal -lar gətirir.

l Mətndəki əsas fikri atalar sözləri və aforizmlərlə şərh edir.

l Mətndəki faktları təhlil etməklə fikir yürüdür.

Açıqlama: Bu alt-standart da dinləmə və danışma standartları ilə (1.1.2, 1.2.4) xeylidərəcədə yaxındır və müəyyən mənada onlarla inteqrasiya təşkil edir.

13GİRİŞ

Dinlədiyi fikrə münasibət bildirmək və oxuduğu mətndəki fikirləridəyərləndirmək məzmun baxımından yaxın bacarıqlardır, çünki hər ik-isinin mahiyyəti qəbul edilmiş informasiyaya reaksiya verməkdir və hərikisində özünüifadə çox zaman danışma yolu ilə baş verir. Lakin nəzərəalmaq lazımdır ki, 2.2.3 standartında danışma yalnız vasitə kimi çıxışedir: şagird mətni oxuyub anladığını və oradakı fikirlərə münasibətinidanışma yolu ilə nümayiş etdirir. Əlbəttə, müəllim istəsə, bu zamanşagirdin şifahi şəkildə rabitəli mətn qurmaq bacarığını da diqqətdəsaxlaya və qiymətləndirə bilər. Lakin 2.2.3 standartı, ilk növbədə, mətnintəhlilini nəzərdə tutur.

3. YazıKonseptual məqamlar:9-cu sinifdə yazı məzmun xətti üzrə qoyulan tələbləri aşağıdakı kimi qrupl aş dır -

maq olar:– öz fikrini müxtəlif formalarda ifadə etmək;– yazıda nəqli, təsviri, mühakimə xarakterli hissələri uzlaşdırmaq;– öz fikrini əsaslandırmaq üçün müvafiq faktlara istinad etmək;– yazdığı mətnin məntiqi ardıcıllığını və rabitəliliyini təmin etmək;– hesabat və akt kimi əməli yazılar tərtib etmək.Dərslikdə yazı üçün seçilmiş mövzular, adətən, dərsdəki mətnin mövzusu ilə

bağlı olur. Bunun səbəbi aydındır: insan yalnız informasiya aldıqdan sonra onamünasibət bildirməyə və ya bu informasiyanı dərinləşdirməyə həvəsli olur. Bunagörə də şagirdlərə ya mühakimə, ya da araşdırma xarakterli mətnlər tərtib etməktapşırılır. Bəzən isə bu iki məqsəd bir tapşırıqda birləşdirilir, belə ki, şagird verilmişmövzuya münasibət bildirmək üçün araşdırma aparmalı olur.

Yazılmış mətnlərdə məzmun, yəni mövzunun açılması ilə yanaşı, fikrin əsas lan -dırılması və mətnin rabitəliliyinə də xüsusi diqqət yetirilməlidir.

Məzmun standartı: 3.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş et-dirir.

Alt-standart: 3.1.1. Verilmiş mövzuya uyğun müxtəlif tipli (nəqli, təsviri, müha -kimə) və formalı (inşa, esse, hekayə) mətnlər yazır.

Təlim nəticələri:l Verilmiş mövzuya uyğun hekayə yazır.

l Müqayisəli təhlil üsulu ilə mühakimə xarakterli yazı yazır.

l Oxuduğu mətnlərin məzmunundan çıxış edərək müvafiq mövzuda esseyazır.

l Verilmiş mövzuya uyğun esse yazır.

l Essedə müxtəlif tipli qrafik materiallardan (sxem, cədvəl, diaqram və s.)istifadə edir.

Açıqlama: Aşağı siniflərdə şagirdlərdə müxtəlif yazı formaları və tiplərində mətnyazmaq bacarıqlarının əsası qoyulmuşdur. Belə ki, onlar artıq inşa,

14 GİRİŞ

ifadə, esse yazmaq və bu zaman nəqli, təsviri, mühakimə xarakterlimüxtəlif tipli yazıları tərtib etməyi öyrənmişlər. 9-cu sinifdə şagirdlərəqarışıq tipli esse və hekayələr yazmaq öyrədilir. Esse və inşanın fərq -lən di rilməsi bəzən mübahisələr doğurur. Bu iki yazı növü çox yaxındır:hər ikisi, əsasən, mühakimə xarakterlidir. Lakin ənənəvi inşa mövzu la -rından fərqli olaraq essenin mövzusu daha konkret olur və mövzununözü yazı üçün motivasiya yaradır. Məsələn, Novruz bayramı haqqındainşa yazmaq tələb olunursa, esse mövzusu belə ifadə oluna bilər:“Novruz bayramında qulaq falına çıxmaq adətinə münasibətim”. Bun-dan əlavə, esse öz formasına görə sərbəst olur. Burada qrafik informa -siyaya (sxem, cədvəl və diaqramlara), onun şər hinə yer verilir. Bütünbun ları nəzərə alaraq dərslikdə daha çox esse yazmağa üstünlük ve -rilmişdir.

Alt-standart: 3.1.2. Formalaşmış fikir və mülahizələrini həyat hadisələri iləəlaqə lən dirərək əsaslandırır.

Təlim nəticələri:l Həyatda gördüklərindən, oxuduqlarından və eşitdiklərindən misallar gətir -

məklə yazdığı mətndəki fikri əsaslandırır.

l Mühakimə xarakterli yazıda həyat ha di sələri ilə bağlı fikirlərini sitatlarlaəsas landırır.

Açıqlama: Şagirdlər dərk etməlidirlər ki, onların yazıda əks etdirdikləri fikir və mü la hizə -lər inandırıcı olmalıdır. Bunun üçün onlar həmin fikirləri müxtəlif faktlarlaəsaslandırmalıdırlar.

Alt-standart: 3.1.3. Mətnin hissələri, abzaslar və cümlələr arasında əlaqənigözləməklə özü nün və başqasının yazısını təkmilləşdirir.

Təlim nəticələri:l Fikirləri abzaslar üzrə qruplaşdırmaqla başqasının yazısını redaktə edir.

l Cümlələr arasındakı məntiqi ardıcıllığı bərpa etməklə mətndə düzəlişlər edir.

l Verilmiş meyarlar əsasında yazını redaktə edir.

l Cümlələr arasında əlaqəni gözləməklə başqasının nitqini vasitəli və yavasitə siz nitq kimi ifadə edir.

l Mətnə ağırlıq gətirən mürəkkəb feili tər kibli cümlələri bir neçə cümlə şəklin -də ifadə edərkən mətnin rabitəliliyini qor u yub saxlayır.

l Sitatlarla müəllif nitqi arasındakı əlaqəni gözləməklə məlumat xarakterlimətn hazırlayır.

Açıqlama: Bu standart şagirdlərdə redaktə bacarıqlarını formalaşdırmağa xid mətedir. Bir çox şagirdlərin yazıları orfoqrafik, qrammatik baxımdan xətasızolsa da, mətnin rabitəliliyi baxımından qüsurlu olur. Belə ki, onlar yaza -caq ları mətni əvvəlcədən strukturlaşdıra bilmirlər. Bir çox ları yazmağabaşlayarkən mətnin planını tutmur və ya tərtib etdikləri plana əməl edə

15GİRİŞ

bilmirlər. Bu da yazıda fikir dağınıqlığına, eyni fikrin mətn boyu müxtəlifformalarda təkrar olunmasına gətirib çıxarır. Bunu aradan qaldırmaqüçün şagirdlər dəfələrlə öz yazılarına qayıtmalı, ona tənqidi yanaşmalı,fikirlərini mətnin hissələri və abzaslar üzrə qruplaşdır malıdırlar.

Alt-standart: 3.1.4. Müxtəlif əməli yazılar (hesabat, akt) yazır.Təlim nəticələri:l Məhsulun qəbul olunması ilə bağlı akt tərtib edir.

l Verilmiş situasiyaya uyğun hesabat tərtib edir.

Açıqlama: Şagirdlərdə müəyyən əməli yazı növünü tərtib etmək bacarığı inter-aktiv şəkildə formalaşdırılmalıdır. Sadəcə, əməli yazı növünün nümu -nəsini təqdim etməklə bu bacarığı formalaşdırmaq olmaz. Ən sə mərəliyol əməli yazı növünün formasını və ya sxemini təqdim etmək vəmüəyyən situasiya yaradıb sxemə uyğun olaraq mətn tərtib etməyitapşırmaqdır. Dərslikdə məhz bu üsuldan istifadə olunur.

4. Dil qaydalarıKonseptual məqamlar:Xatırladırıq ki, 8-ci sinifdə şagirdlər sintaksis bəhsi üzrə söz birləşmələri, cümlə

üzvləri və sadə cümlənin növləri ilə tanış olublar. 9-cu sinfin standartlarına görə,onlar mürəkkəb cümlənin növləri ilə bağlı bilik və bacarıqlara yiyələnmə lidirlər.Eyni zamanda bu sinifdə vasitəsiz nitqdə durğu işarələrinin işlənməsi və sözlərinböyük və ya kiçik hərflə yazılışına dair praktiki bacarıqlara da yer verilir. Qeydetmək lazımdır ki, 4.1.1 standartı 4.1.3 və 4.1.4 standartları ilə müqayisədə dahageniş mövzunu əhatə etdiyindən dərsliyin ilk beş bölməsi bu mövzuya həsrolunmuşdur.

9-cu sinif şagirdinin daha yüksək intellektual səviyyəyə malik olduğunu nəzərəalaraq müəlliflər dərslikdə dil qaydaları ilə bağlı analitik, debat xarakterli tapşırıq -lara da yer vermişlər. Bu tipli tapşırıqları yerinə yetirməklə şagirdlər müqayisəlitəhlil, dil qaydalarının konkret nitq materialına tətbiqi, cümlənin qrammatik formasıilə onun semantikasını (qrammatik formanın mənaya təsir etməsi) uzlaşdırmabacarıqlarını nümayiş etdirməlidirlər.

Bir sıra tapşırıqlarda nitq nümunəsindən çıxış edərək müəyyən dil qaydasınıtərtib etmək tələb olunur. Bu da şagirdlərdə yalnız analiz deyil, həm də sintez etməkbacarığını formalaşdırır.

Elmi ədəbiyyatda sintaksisin bəzi mövzuları ilə bağlı müəyyən mübahisəli mə -qam lar var. Müəlliflər belə məsələlərdən yan keçməyə çalışmışlar. Bəzi debattipli tapşırıqlar hansısa elmi məsələni həll etmək deyil, bu cür məsələlərlə bağlıfikir yürütmək və onu arqumentlərlə əsaslandırmaq bacarığını inkişaf etdirməkməqsədilə verilir.

Məzmun standartı: 4.1. Dil qaydalarını mənimsədiyini nümayiş etdirir.Alt-standart: 4.1.1. Mürəkkəb cümlənin növlərini fərqləndirir.

16 GİRİŞ

Təlim nəticələri:l Mürəkkəb cümləni sadə cümlədən fərqləndirir.

l Mürəkkəb cümləni həmcins xəbərli sadə cümlədən fərqləndirir.

l Tərkib hissələri arasındakı qrammatik əlaqəyə görə tabesiz və ta beli mürək -kəb cümlələri fərq lən dirir.

l Tabesiz mürəkkəb cümlənin kom po nentləri arasında məna əlaqələrini fərq -ləndirir.

l Sadə cümlələr arasında müvafiq məna əlaqəsi yaratmaqla tabesiz mürəkkəbcüm lələr qurur.

l Tabesiz mürəkkəb cümlənin kom po nentləri arasında bağlayıcı vasitələrimüəyyənləşdirir.

l Tabeli mürəkkəb cümlədə baş və budaq cümlənin yerini müəyyənləşdirir.

l Tabeli mürəkkəb cümlədə əvəzliyin funksiyasını müəyyənləşdirir.

l Tabeli mürəkkəb cümlənin tərkib his sə lərini bağlayan vasitələri müəyyənedir.

l Sadə cümlədəki feili tərkibi budaq cüm lə kimi ifadə edərək tabeli mü rək kəbcümlə yaradır.

l Sadə cümlənin müvafiq üzvünü budaq cümlə kimi ifadə etməklə tabeli mü -rək kəb cümlə qurur.

l Tabeli və tabesiz mürəkkəb cümlələri xüsusiyyətinə görə fərqləndirir.

l Eyni fikri sadə cümlə və tabeli mü rək kəb cümlə şəklində ifadə edir.Açıqlama: Dərslərdə mürəkkəb cümlənin növlərinin cüt-cüt veril mə si təsadüfi deyil.

Əksər hallarda cütlərə bir sıra göstəricilərinə görə bənzər növlər salın -mışdır; məsələn: zaman və ardıcıllıq əlaqə ləri, səbəb və məqsəd budaqcümlələri, şərt və qarşılaşdırma budaq cümlələri və s. Bu həmin növlərişagirdlərə müqayisəli şəkildə başa salmaq imkanı verir. Bu cür müqa -yisədə mürəkkəb cümlənin hər bir nö vü nün əlamətləri bariz şəkil də üzəçıxır və onların şagirdlər tə rə findən səhv salınmasının qarşısı alınır.Tabeli mürəkkəb cümlədə budaq cümlənin növləri haqqında məlumatverilərkən tez-tez sadə cümlənin mürəkkəb cümləyə çevrilməsi və ək -sinə, mürəkkəb cümlə nin sadələşdirilməsi tapşırığı qoyulur. Bu da təsa -dü fi deyil. Bu tap şı rığı yerinə yetirməklə şagirdlər həm müvafiq dilqay dalarına (budaq cümlənin baş cümlədə buraxılmış üzvü əvəz və yaverilmiş üzvü izah etməsi), həm də praktiki nitq bacarıqlarına (fikrinmüxtəlif cümlə konstruksiyaları ilə ifadə olunması) yiyələnirlər.

Alt-standart: 4.1.2. Sözləri və söz birləşmələrini müxtəlif sintaktik vəzifələrdəişlədir.

Təlim nəticələri:l Tabeli mürəkkəb cümləni sadə ləş dirə rək budaq cümləni baş cümlənin mü-

vafiq üzvü vəzifəsində işlədir.

17GİRİŞ

Açıqlama: Bu alt-standart dərslikdə, əsasən, 4.1.1 standartı ilə inteqrasiyada real -laşdırılır. Belə ki, eyni fikri həm mürəkkəb, həm də sadə cümlə şəklindəifadə etmək şagirdlərin nitq bacarıqlarını inkişaf etdirir. Eyni zamandamürəkkəb cümlənin növünü təyin etmə yə, söz birləşməsinin cümlədəkisintaktik funksiyasını müəyyən ləş dirməyə imkan yaradır.

Alt-standart: 4.1.3. Mürəkkəb cümlədə, vasitəsiz nitqdə durğu işarələrindənistifadə edir.

l Tabesiz mürəkkəb cümlənin kom po nentləri arasında müvafiq durğu işa rə -lərindən istifadə edir.

l Tabeli mürəkkəb cümlədə vergül işarə sin dən istifadə edərkən “ki” bağ la yı -cısı ilə bağlayıcı söz tərkibində işlənən “ki” ədatını fərqləndirir.

l Müəllif sözləri ilə vasitəsiz nitq arasında müvafiq durğu işarələrindən istifadəedir.

l Sitatlardan istifadə edərkən müvafiq durğu işarələrindən istifadə edir.

Açıqlama: Bu məsələ punktuasiyanın ən çətin məqamlarından biridir. Şagirdlərməhz vasitəsiz nitqdə durğu işarələrindən istifadədə tez-tez səhvə yolverirlər. Dərslikdə bu bacarıq müxtəlif praktiki tapşırıqlarla şa gird lərəmənimsədilir.

Alt-standart: 4.1.4. Dialoqlarda və vasitəsiz nitqdə sözlərin böyük və kiçik hərf - lərlə yazılış qaydalarına əməl edir.

l Vasitəli və vasitəsiz nitqi fərqləndirir.

l Müəllif sözləri ilə vasitəsiz nitqin növ bələşdiyi mətn parçalarında sözlərinböyük və kiçik hərflərlə yazılış qayda larına əməl edir.

Açıqlama: Bu məsələ vasitəsiz nitqdə daha çox bir məqamla bağlıdır: müəllifsözləri vasitəsiz nitqin ortasında işlənərkən onun ikinci yarısının böyükvə ya kiçik hərflə yazılması. Mövzunun məhdudluğu çalışma modellə -ri nin yeknəsəqliyinə gətirib çıxardığından bu məsələyə dərsliyin son ikidərsində toxunulmuşdur.

18 GİRİŞ

Fəndaxili inteqrasiyaMəlumdur ki, 9-cu sinif ümumi orta təhsil

səviyyəsinin sonuncu sinfidir və bu mərhələninsonunda şagirdlərin müvafiq fənlər üzrə indiyəkimi əldə etdikləri bilik və bacarıqlar qiy mət lən -diriləcək.

Bunu nəzərə alaraq müəlliflər dərsliyə əv -vəlki siniflərlə inteqrasiya yaradan bəzi rub -rikalar daxil etmişlər. Məqsəd dərs zamanımüəyyən vaxt ayırmaqla 5-8-ci siniflərdə real -laş dırılmış standartları bir daha nəzərdən keçir -mək və bununla da şagirdləri qarşıdakıqiy mət ləndirməyə hazırlaşdırmaqdır.

Bu rubrikalar aşağıdakılardır:

Orfoqrafiya və orfoepiyaBu rubrikada dərsdə verilmiş mətndən çıxış

edərək şagirdin orfoqrafiya və orfoepiya üzrəbacarıqları yox la nılır. Rubrikadakı tapşırıqlaraşağıdakı möv zuları əhatə edir:

1. “O” saitinin “a” kimi tələffüzü2. Xəbər şəklində olan feillərin ya zılışı və

tələffüzü3. “L” samiti ilə başlanan şəkilçilərin yazılışı və

tələffüzü4. Qoşa “y” samiti ilə yazılan sözlərin tələffüzü5. Qoşasaitli sözlərin tələffüzü6. Qoşasamitli sözlərin tələffüzü

Mətnin kompleks təhliliBu rubrikada dərsin mövzusu ilə bağlı olan

kiçikhəcmli mətn verilir və onun məzmun, sözehtiyatı və linqvistik baxımdan təhlili üçünmüxtəlif tipli tapşırıqlar qoyulur. Həmin tapşırıq -lar yalnız müvafiq dərsdə məqsəd kimi qoyulanstandartların deyil, həmçinin 5-8-ci siniflər üzrəkurikulum standartlarının bir daha reallaşdırıl -ması üçün nəzərdə tutulur. Dil qaydaları üzrəfəndaxili şaquli inteqrasiya məqsədilə qoyulanbir sıra tapşırıqlar mətnin kompleks analizinimüşayiət edən “Xatırla!” rubrikasında dahageniş açıqlanır.

19GİRİŞ

“Xatırla!” rubrikasında 5-8-ci siniflər üçün“Dil qaydaları” məzmun xətti üzrə standartlarıəhatə edən aşağıdakı mövzular öz əksinitapmışdır:

1. Söz birləşmələri 2. Cümlə üzvləri3. Sadə cümlənin növləri 4. Feilin təsriflənməyən formaları 5. “İdi”, “imiş” hissəcikləri 6. Əvəzlik 7. Zərf 8. Köməkçi nitq hissələri 9. Feilin qrammatik məna növləri10. O, bu əvəzliklərindən sonra vergülün

işlənməsi11. Düzəltmə və mürəkkəb sözlər 12. İsmin hal və mənsubiyyət şəkilçiləri13. İsmin sifətləşməsi və sifətin

isimləşməsi14. Feilin şəkilləri15. Say16. SifətOnu da qeyd etmək lazımdır ki, bu rubrika -

dakı materiallar interaktiv xarakterli sual vətapşırıqlardan ibarətdir.

LüğətDərsliyin sonunda ənənəvi olaraq mətn və tapşırıqlarda işlənmiş yeni söz -

lərin izahı verilmişdir. Bununla yanaşı, müəlliflər 9-cu sinfin buraxılış sinfi oldu -ğunu və bu sinifdə fəndaxili şaquli inteqrasiyaya geniş yer verildiyini nə zərəalaraq 5-8-ci sinif dərsliklərində işlənmiş dilçilik terminlərinin qısa izahlı lü ğə -tini də vermişlər. Hər bir söz məqaləsinin sonunda həmin terminin daha genişizah olunduğu dərsliyin adı və səhifəsi də göstərilir ki, bu da buraxılış imtahan -larına hazırlaşan şagirdlərin işini yüngülləşdirmək məqsədi daşıyır.

20 GİRİŞ

QiymətləndirməŞagirdlərin formativ qiymətləndirilməsini nitq bacarıqlarının nailiyyət səviyyələri

üzrə meyarları əhatə edən rubriklər vasitəsilə aparmaq tövsiyə olunur. Nəticələrimüntəzəm surətdə təhlil etməklə şagirdlərin əldə etdiyi nailiyyətləri izləmək vəgələcək fəaliyyətində bunları nəzərə almaq olar.

Formativ qiymətləndirmə üçün rubrikləri müxtəlif fəaliyyət istiqamətləri üzrə əldəedilən təlim nəticələrinə uyğun hazırlamaq lazımdır. Bu zaman təlim nəticəsi ənyüksək nailiyyət səviyyəsi olmaqla müxtəlif səviyyələr müəyyənləşdirmək olar.

Rubriklər vasitəsilə aparılan qiymətləndirmədə müxtəlif bacarıqlar üzrə nailiyyətsəviyyələrini müəyyənləşdirmək mümkündür. Bütün bunlar şagirdin illik qiymətlərinətəsir etmir, lakin ilboyu onun inkişaf dinamikasını izləməyə və summativ qiymətlən -dirmələrə daha yaxşı hazırlaşdırmağa kömək edir.

Hər bir rubrikin hansı məqsədlə hazırlandığı məktəbli kitab çasına qeyd ediləbilər. İstinad edilən rubrik və şagirdin əldə etdiyi nailiyyət səviyyəsi müvafiq tarixdəyazılır. Belə olduqda valideynlər də uşaqlarının nailiyyətləri barədə konkret məlumatala bilərlər.

Rubrik hazırlayarkən məqsəddən asılı olaraq bir və ya bir neçə bacarığın səviy -yələrini müəyyən etmək lazımdır. Aşağıda verilmiş rubrik nümunələri şa girdlərinmüxtəlif məzmun standartları üzrə bacarıqlarını qiymətləndirmək məqsədi daşıyır.

21GİRİŞ

Yazı bacarıqları ilə bağlı rubrik №1 (st. 3.1.2)

Səviyyə Meyar / Fikri əsaslandırma

I səviyyəYazdığı mətndə müəyyən fikirlər irəli sürür, lakin onlarıəsaslandırmır.

II səviyyəYazdığı mətndə irəli sürdüyü fikirləri zəif əsaslandırır (yalnız şəxsimühakimələrindən çıxış edir).

III səviyyəHəyatda gördüklərindən çıxış edərək yazdığı mətndəki fikirləriəsaslandırır.

IV səviyyəHəyatda gördüklərindən, oxuduqlarından və eşitdiklərindən çıxışedərək yazdığı mətndəki fikirləri əsaslandırır.

Yazı bacarıqları ilə bağlı rubrik №2 (st. 3.1.3)

Səviyyə Meyar / Mətn tərtibetmə

I səviyyəEyni fikirlər mətnin müxtəlif abzaslarında təkrar olunur, mətndəməntiqi ardıcıllıq yoxdur.

II səviyyəFikirləri abzaslar üzrə qruplaşdırır, lakin cümlələr arasında məntiqiardıcıllığı gözləmir.

III səviyyəFikirləri abzaslar üzrə məntiqi ardıcıllıqla qruplaşdırır, lakin abzaslararasında bağlılıq yaratmaq üçün keçid cümlələrdən istifadə etmir.

IV səviyyəFikirləri abzaslar üzrə qruplaşdırmaq və məntiqi ardıcıllığı bərpaetməklə mətni tərtib edir.

Dinləmə və danışma üzrə rubrik №3

Səviyyə

Meyarlar

I II III IV

Dinləmə

Müzakirəzamanı qarşıtərəfə suallarver məkdənçəkinir.

Müzakirə za -manı verdiyisuallar qarşı tə -rəfin möv qeyiniaydın laş dırma -ğa xidmətetmir.

Müzakirə za -manı verdiyisuallar qarşıtə rəfin möv -qeyini tamaydın laş dırmır.

Müzakirəzamanı verdiyisuallarla tərəf-müqabilinmövqeyiniaydınlaşdırır.

Danışma

Çıxışınməzmunun -dan asılı ol-mayaraqmo notondanışır.

İstifadə etdiyisəs tonu, jestvə mimikalardanışıqsituasiyasınauyğun deyil.

Səs tonu, jestvə mimikalarıdanışıqsituasiyasınauyğunlaşdırma-ğa cəhd edir.

Danışıqsituasiyasınauyğun olaraqsəs tonu ilə jestvə mimikalarınıuz laş dırır.

Oxu üzrə rubrik №4

Səviyyə

Meyarlar

I II III IV

Təhliletmə

Bədii obraz vətarixi şəxsiyyət -lərin hərəkət -lərinə qiymətverməkdəçətinlik çəkir.

Bədii obraz vətarixi şəxsiy -yət lərin hərə -kətləri barədəfikirlərini mət -nin müva fiqhissələrinəəlavə etmir.

Mətni geniş -lən dirməkməqsədiləəlavələr edər -kən tərkib his -sələri ara sın- da əlaqənigözləmir.

Bədii obraz vətarixi şəxsiy -yətlərin hərə -kətlərinəqiy mət ver -məklə mətnigeniş ləndirir.

Münasibətbil -dirmə

Mətndə obraz lışəkildə ifadəolunmuş fikir -lərin sətiraltımənasınımüəyyənləşdirməkdə çətinlikçəkir.

Mətndə obraz -lı şəkildə ifadəolunmuş fikir -ləri müəyyən -ləşdirir, lakinona münasi -bəti qeyri-müəyyəndir.

Mətndəobrazlı şəkildəifadə olunmuşfikirləri şərhedir.

Mətndəobrazlı şəkildəifadə olunmuşfikirləri şərhedərəkmünasibətbildirir.

22 GİRİŞ

Mənbələr

1. Azərbaycan dilinin izahlı lüğəti (4 cilddə). Bakı, “Şərq-Qərb”, 2011.

2. Azərbaycan dilinin orfoqrafiya lüğəti. Bakı, “Şərq-Qərb”, 2013.

3. Azərbaycan dili. Bakı. “Abituriyent”, 2013.

4. Atalar sözü və məsəllər. Bakı, “Altun kitab”, 2011.

5. İnteraktiv təlim (müəllimlər üçün tədris vəsaiti). Bakı, “Müasir Təhsil vəTədrisə Yardım Mərkəzi”, 2010.

6. Məktəblinin alınma sözlər lüğəti. Bakı, “Altun kitab”, 2014.

7. Müasir Azərbaycan dili (4 hissə). Bakı, “Şərq-Qərb”, 2007.

8. Təhsil lüğəti. Bakı, “Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi”, 2011.

9. VEYSOVA Z.A. Fəal/İnteraktiv təlim. Müəllimlər üçün vəsait. Bakı, 2007.

10. ALAN KROUFORD və b. Düşünən sinif üçün öyrətmə və öyrənməüsulları. Bakı, “Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi”, 2012.

11. İnnovativ təlim metodları və texnologiyaların tezaurusu. Bakı, “XXI əsrTəhsil Mərkəzi” İB, 2014.

Təqdimat hazırlama və təqdimetmə ilə bağlı rubrik №5

Səviyyə

Meyarlar

I II III IV

Təqdimatınməzmunu

Təqdimatın ha -zırlanmasın-daqrafik informa -si ya material -ların dan is ti fa dəedilmə yib.

Təqdimatınhazırlanmasın-da qrafik infor-masiya ma te- ri al la rından azistifadə edilib,mətnə uyğun -laşdırılmayıb.

Təqdimatınhazırlanmasın-da qrafik infor-masiya mate- riallarındanistifadə edilib,amma bəziyerlərdə mətnlədüzgün uyğun -laşdırılmayıb.

Təqdimatınhazırlanmasın-da qrafik infor-masiya mate-riallarındankifayət qədəristifadə edilibvə mətnə tamuyğundur.

Təqdimetmə

Məlumatlarıbaşa düşülə - cək səviyyədətəqdim etmək-də çətinlik çəkir.Auditoriyanınsuallarına ca -vabı qənaət -bəxş deyil.

Məlumatlarıtam şəkildətəqdimetməkdəçətinlik çəkir.Auditoriyanınsuallarınaqismən cavabverir.

Məlumatlarıaydın şəkildətəqdim edir.Auditoriyanınsuallarınacavab verir.

Məlumatlarıardıcıl vəaydın şəkildətəqdim edir.Auditoriyanınsuallarınadolğun cavabverir.

23GİRİŞ

24 I BÖLMƏ

I BÖLMƏFƏRD VƏ CƏMİYYƏT

Dərs №

Mövzu Məzmun standartlarıSaatsayı

Dərslik səh.

MMV səh.

1.İbrət dərsiVIII sinifdə keçilənlərin təkrarı

2.2.3, 2.1.2, 2.2.1,1.1.2, 1.2.4, 3.1.1,

3 8-14 25-33

2.İşıqfor və konfet kağızı Mürəkkəb cümlə 2.2.3, 1.2.1, 4.1.1 2 15-18 33-37

3.Ünsiyyətin sirləriMürəkkəb cümlə, yoxsahəmcins xəbərli sadə cümlə?

2.2.3, 2.1.1, 2.2.2,1.2.3, 1.2.1, 4.1.1

3 19-25 37-44

4.Ustadın məsləhətləri Mürəkkəb cümlənin növləri

2.2.1, 2.2.3, 1.1.2,1.2.4, 3.1.1, 3.1.3,4.1.1

3 26-29 44-48

Kiçik summativ qiymətləndirmə 1 49-50

Yekun12

Dərs 1. İBRƏT DƏRSİ (3 saat)

Qeyd. Tədris ilinin ilk dərsində diaqnostik qiymətləndirməyə vaxt ayırmaq töv -siyə olunur. Bu məqsədlə müəllim dərslikdə verilmiş 1-ci dərsin ma te -riallarından da istifadə edə bilər. Belə ki, bu dərs bütün məzmun xətləriüzrə materialları ehtiva edir və burada aşağı siniflər üzrə kurikulumstandartları ilə inteqrasiyaya geniş yer verilmişdir. Beləliklə, müəllimdərsi keçərkən təlim nəticələrini reallaşdırmaqla yanaşı, diaqnostikqiymətləndirmə məqsədilə qeydlər apara bilər.

Motivasiya1. “Assosiasiya” sözünün mənalarını izah edin. Qara və qırmızı rənglər

sizdə nə ilə assosiasiya olunur?Müəllimin nəzərinə! Lüğətlərdə bu sözün iki mənasına rast gəlmək

mümkündür: Assosiasiya.1. Psixologiya. Hadisə və anlayışların təsəvvürdə əlaqələnməsi. Söz

asso sia siyası. 2. Hüquq. Ümumi məqsədlərə nail olmaq üçün təşkilatların və ya ayrı-ayrı

şəxs lərin birgə fəaliyyətini əlaqələndirən birlik forması. Sahibkarlar assosiasiyası. Şagirdlərin diqqəti daha çox birinci mənaya yönəldilir, qara və qırmızı rəng -

lərin onlarda nə ilə assosiasiya olunduğu soruşulur. Qırmızı rəng xoş bəxtlik,sevinc rəmzi olmaqla yanaşı, xəbərdarlıq, qadağan işarəsi də hesab edilir. Onagörə də işıqforun xəbərdarlıq bildirən rəngi, yanğınsöndürən ma şının rəngiqırmızıdır. Qara rəng daha çox matəmlə, kədər və hüznlə, şər qüvvələr vəinsanın mənfi xüsusiyyətləri ilə assosiasiya olunur. Bu müzaki rədə şagirdlərin

Standartlar Təlim nəticələri

2.2.3. Mətndə irəli sürülmüş fikirləridəyərləndirir.

Mətndə söylənilən fikrə münasibət bil -dirmək üçün arqumentlər gətirir.

2.1.2. Həqiqi və məcazi mənalı sözvə ifadələrin mənasını kontekstə uy -ğun dəqiqləşdirməklə şərh edir.

Sözün ilkin mənasını araşdıraraqkon tekstdəki mənasını izah edir.

2.2.1. Mətni düzgün intonasiya iləoxu yur.

Mətni oxuyarkən məntiqi vurğudan düz -gün is tifadə edir.

1.1.2. Dinlədiyi fikirlərə münasibətbildirir.

Dinlədiyi fikirlərə münasibətini atalarsözləri ilə əsaslandırır.

1.2.4. Ümumiləşmiş fikirləri yığcamşəkildə təqdim edir.

Özünün və başqasının fikirlərini müqa -yisə edərək ümumiləşmiş formada təq -dim edir.

3.1.1. Verilmiş mövzuya uyğun müxtəliftipli (nəqli, təsviri, mühakimə) və for ma -lı (inşa, esse, hekayə) mətnlər yazır.

Verilmiş mövzuya uyğun hekayə yazır.

25FƏRD VƏ CƏMİYYƏT

müstəqil fikir söyləməsinə şərait yaratmaq lazımdır.

Oxu vä söz ehtiyatı2.2.3. Mətndə irəli sürülmüş fikirləri dəyərləndirir.t Mətndə söylənilən fikrə münasibət bildirmək üçün arqumentlər gətirir.Fəndaxili şaquli inteqrasiya: 6-cı sinif. 2.2.3. Mətndəki fikir və mülahi zə -

lərə münasibət bildirir.

Mətn əvvəlcə şagirdlər tərəfindən səssiz oxunur. Sinfin səviyyəsindən asılıolaraq mətnin oxunması üçün vaxt təyin olunur.

Qeyd. Mətn təxminən 1 səhifə həcmindədir. Psixoloqların araşdırmala rına görə,orta səviyyəli intellektə malik insan bir səhifəlik mətni 2 dəqiqəyə oxuyur.Beləliklə, müəllim diaqnostik qiymətləndirmə məqsədilə oxu üçün 4 dəqi -qə vaxt ayıra bilər. Bu müddət ərzində mətni oxuyub başa çatdırmamışşagirdlər olarsa, müəllim onları qeyd edib vaxtı daha 1 də qiqə artıra bilər.

Mətnlə bağlı suallar cavablandırılır.2. Şagirdin dediyi kəlamı necə izah edərdiniz?3. Şagirdlərin dedikləri ilə razı sınızmı? Bu haqda siz nə düşü nür sünüz?

Müəllim şagirdlərə sərbəst fikir söyləmək üçün şərait yaradır. Lakinçalışmaq lazımdır ki, müzakirələr çox uzanmasın. Daha sonra mətndəkifikirləri müəyyənləşdirmək və bu fikirləri təsdiq etmək üçün mətndən ar-qument gətirmək tapşırılır. Bunun üçün şagirdlərə belə bir cədvəl təqdimedilir.

Qeyd. Cədvəl şagirdlərə boş verilir. Nümunə müəllimə kömək məqsədidaşıyır.

4. Altından xətt çəkil miş cüm ləni şərh edin.

Mətndə altından xətt çəkilmiş cümləyə (“Amma teleqraf bizə bir daha

Mətndə verilmiş fikir Mətndə bu fikrə münasibət

Mənim münasibətim

Razıyam. Niyə?

Razı deyiləm.Niyə?

Dünyadakı hər var -lıqda, hər ha di sədəbir ibrət dərsi var.

Bu fikir hələ in sanlar vəhşi tə -biətin qoynunda yaşayandaya ran mış dır.

Bu kəlamı müasirdövrə aid etməkolmaz.

İnsan bir çox əşyaları özü ya -ratmışdır, buna görə onlardanöyrəni ləcək heç nə yoxdur.

Müdrik kəlamköhnəlməyib.

İnsan tərəfindən düzəldilənəşyalardan da nəsəöyrənmək, dərs almaq vənəticə çıxarmaq olar.

26 I BÖLMƏ

xatırladır ki, hər sözün qiyməti var”) diqqət yetirilir. Müasir dövrdə internetvasitələri (elektron məktublaşma, skayp, sosial şəbəkələr və s.) poçt vəteleqrafı xeyli dərəcədə əvəz etdiyindən şagirdlərin teleqraf haqqında bilikləriməhdud ola bilər. Onların çoxu bilmir ki, teleqram göndərərkən hər bir sözünqiyməti – müəyyən məbləğlə ölçülən dəyəri olur, yəni teleqraf xidmətinə görəödəniləcək məbləğ göndərilən mətnin həcmindən – sözlərin sayından asılı olur.Beləliklə, altından xətt çəkilmiş cümlədəki “sözün qiyməti” ifadəsində sözünmaddi dəyəri ilə məna tutumu arasındakı assosiativ əlaqəyə eyham vurulur.Belə ki, teleqram göndərərkən az söz yazmaq lazımdır. Bu zaman insan mə -lumatı düzgün və dəqiq çatdırmaq üçün istər-istəməz ən mühüm sözləri seçir.Bu da bir daha sübut edir ki, sözün miqdarı yox, "keyfiyyəti" vacibdir.

2.1.2. Həqiqi və məcazi mənalı söz və ifadələrin mənasını kontekstəuyğun dəqiqləşdirməklə şərh edir.

t Sözün ilkin mənasını araşdıraraq kontekstdəki mənasını izah edir.

5. “Müstəqim”, “materialist yanaşma” söz və ifadələrinin kontekstə uyğunmənalarını izah edin.

Dərslikdəki sözlükdə bu sözlərin mənası verilmişdir. Bu izah əsasındamətndə niyə məhz bu sözlərin işləndiyi izah edilməlidir.

“Müstəqim” ərəb sözü olub “birbaşa, düzünə” mənasını verir. Dilçilikdə“sözün müstəqim mənası” dedikdə onun ilkin, həqiqi mənası nəzərdə tutulur. Bumənada hər hansı fikrə, ifadəyə müstəqim yanaşma “obrazlı ifadə”, “mə caziməna” anlayışları ilə ziddiyyət təşkil edir.

“Materialist yanaşma” ifadəsini izah etmək üçün şagirdlərə kömək məq sə -dilə “materialist” sözünün izahını vermək tövsiyə olunur: “Şüura, təfəkkürənis bətən materiyanın, təbiətin ilkinliyini, şüurdan asılı olmayaraq möv cud lu -ğunu qəbul edən elmi-fəlsəfi cərə yan”. Beləliklə, materialist yanaşma zamanımaddiyyat və onun təbiət qa nu nauyğunluqlarına müvafiq obyektiv mövcud -luğu əsas götürülür. Burada obraz lılığa, assosiativ düşüncəyə yer yoxdur.

6. Kontekstə görə, “obrazlı düşüncə” ifadəsi aşağıdakı variantlardan hansıilə əvəz oluna bilər?A) elmi təfəkkür B) tənqidi təfəkkürC) analitik düşüncəD) assosiativ düşüncə

Əvvəlki tapşırıqları yerinə yetirdikdən sonra bu test sualını cavablandırmaqşagirdlər üçün çətin olmayacaq. Müəllim diqqəti digər cavab variantlarınayönəldib elmi, tənqidi, analitik təfəkkür haqda uşaqların fikirlərini öyrənə bilər.“Obrazlı təfəkkür” ifadəsinin daha dərindən qavranılması üçün şagirdlərəədəbiyyatdan, xüsusilə poeziyadan misallar gətirmək tapşırıla bilər.

7. “Beşik” sözünün həqiqi və məcazi mənalarını izah edin.

27FƏRD VƏ CƏMİYYƏT

Sözsüz ki, şagirdlər bu sözün həqiqi mənasını bilirlər. Onun məcazi mənası(bir şeyin törədiyi, meydana gəldiyi yer) izah olunduqdan sonra bu iki mənaarasındakı yaxınlıq, məcazi mənanın həqiqi mənadan necə yarandığı müza -ki rə olunur. Məhəmməd peyğəmbərin kəlamı da xatırlana bilər: “Beşikdənqəbrədək elm öyrənin”. (Bu kontekstdə “beşikdən” sözü “anadan olandan” mə -na sında işlənmişdir.)

2.2.1. Mətni düzgün intonasiya ilə oxuyur.t Mətni oxuyarkən məntiqi vurğudan düz gün istifadə edir.Fəndaxili şaquli inteqrasiya: 5-ci sinif. 2.2.1. Tələffüz qaydalarını göz lə -

məklə mətni düzgün oxuyur.Müəllimin seçimi ilə mətnin hissələri şagirdlər tərəfindən ucadan oxunur.

Müəllim səsli oxu zamanı mətndəki fikir və emosiyaların daha qabarıq ifadəolunmasında in to nasiyanın rolunu şagirdlərin nəzərinə çatdırır, məntiqi vurğuhaqqında mə lumat verir. Şagirdlərə mətni oxuyarkən bu məqamlara diqqətyetirmək tapşırılır.

Mətn oxunduqdan sonra “Orfoqrafiya və orfoepiya” rubrikasındakı tapşırıqüzərində iş gedir.

Qeyd. Bu tapşırıq şagirdlərdən vurğulu heca ilə bağlı müəyyən biliklər tələbedir. Nəzərə almaq lazımdır ki, Azərbaycan dili fənn kurikulumundasözdə vurğunun yeri ilə bağlı xüsusi standart yoxdur, buna görə dəkurikulum üzrə yazılmış əvvəlki dərsliklərdə bu məsələ öz əksinitapmışdı. Təcrübə göstərir ki, aşağı siniflərdə şagirdlər sözdə vurğuluhecanı müəyyən etməkdə çətinlik çəkirlər (xüsusilə əgər sözdə uzunsaitli heca varsa). Lakin müəlliflərin fikrincə, 9-cu sinif şagirdləri bumövzunu mənimsəyə bilərlər və mənimsəməlidir lər, çünki 1) sözütələffüz edərkən vurğulu hecanın düzgün seçilməsi vacib nitq baca -rığıdır, 2) 9-cu sinif buraxılış sinfidir və ola bilsin ki, bir çox şagirdlərinbu nitq bacarığını mənimsəmək üçün başqa imkanı olmasın.

Müəllim vurğu, vurğulu heca haqqında məlumat verir: – Vurğu sözdəki hecalardan və ya cümlədəki sözlərdən birinin daha güclü

və daha ucadan tələffüz edilməsidir.Vurğulu heca üzərinə vurğu düşən hecadır.“Məntiqi vurğu” və “vurğulu heca” anlayışlarını mənimsətmək üçün müəllim

mətndəki söz və cümlələrə müraciət edə bilər. “Dünyadakı hər varlıqda, hərhadisədə bir ibrət dərsi verən hikmət var” cümləsində “bir” sözünün aid olduğunitq hissəsi (ədat) müəyyən edilir. Müəllim bildirir ki, köməkçi nitq hissələrileksik məna kəsb etmədiyindən, adətən, vurğu ilə deyilmir və yuxarıdakı cümləni“bir” sö zü nün üzərinə vurğu salmaqla bir daha təkrar edir. Yenidən “bir”sözünün hansı nitq hissəsinə aid olduğu soruşulur. Şagirdlər bu dəfə həmin

28 I BÖLMƏ

sözün say oldu ğunu bildirirlər. Beləliklə, məntiqi vurğunun nəinki fikrin emo -sionallığına, hətta cümlədəki fikrə belə təsiri olduğu nümayiş etdirilir.

Daha sonra müəllim “mikroskop” sözünü vurğunu 2-ci hecaya salmaqlatə ləffüz etməyi tapşırır. Beləliklə, şagirdlər həm vurğulu hecanı, həm də vur -ğudan asılı olaraq “o” saitinin tələffüzündəki dəyişikliyi müəyyən edirlər.

Dinlämä vä danışma1.1.2. Dinlədiyi fikirlərə münasibət bildirir.t Dinlədiyi fikirlərə münasibətini atalar sözləri ilə əsaslandırır.Sual: – “Bumeranq kimi özünə qayıdar” ifadəsini necə başa düşürsünüz?Müəllim aşağıdakı şeiri oxuyur. Şagirdlərə tapşırılır ki, şeiri diqqətlə dinlə -

sinlər. Oradakı əsas fikirləri müəyyən etsinlər və həmin fikirləri təsdiqləyənatalar sözləri fikirləşsinlər.

HƏYAT – BUMERANQ

Yadda saxla, bu dünyadaNə əksən, onu biçərsən.Nur ağardar, şər qaraldar,Qisməti özün seçərsən.

Həyat bumeranqdır, inan,Göydən enən haqdır, inan,Qazdığın nahaqdır, inan,Quyuya özün düşərsən.

Yalan yalanla açılar,Günah günahla basılar,Xeyrin boğazdan asılar,Kiminsə xeyrini kəssən.

İncitmə, incitməsinlər,Küsdürmə, küsdürməsinlər,Endirmə, endirməsinlər,Qovma ki, özün gedərsən.

Yel olarsan, külək əsər,Su olarsan, sel kükrəyər,Od olsan, alov püskürər,Yaşamağından bezərsən.

Oleq QavrilyukTərcümə edəni: Dilrüba Cəfərova

29FƏRD VƏ CƏMİYYƏT

Quyuya tüpürmə, vaxt olar,suyunu içməli olarsan.

Nə tökər aşına, o da çıxar qaşığına.

Dəvədən böyük fil var.

Özgəyə quyu qazan özü düşər.

1.2.4. Ümumiləşmiş fikirləri yığcam şəkildə təqdim edir.t Özünün və başqasının fikirlərini müqayisə edərək ümumiləşmiş formada

təqdim edir.

8. Cütlərlə iş. Nərdivanın təyinatı və faydası haqqında fikirlərinizibildirin. Sizcə, adi nərdivan insana hansı “ibrət dərsi” verə bilər?..

Qeyd. Şagirdlərin bu tapşırıq üzərində cütlərlə işləmələri fikir mübadiləsiilə müəyyən qənaətlərə tez gəlməyə kömək edə bilər.

Şagirdlərə əvvəlcə “nərdivan” sözünün mənasını izah etmək tapşırıla bilər.Sözün mənasını izah etmək qaydaları xatırlanır:l sözün aid olduğu ümumi anlayış müəyyən edilir. (Nərdivanı “müəyyən funk -

siya daşıyan vəsait” adlandırmaq olar)l sözün bildirdiyi anlayışın əlamətləri müəyyən edilir. (Bir yerə qalxmaq və ya

enmək üçün istifadə edilir, ağacdan, dəmirdən, ipdən və s.-dən düzəl dilir,pilləlidir)Beləliklə, nərdivanın izahı belə ola bilər: – Bir yerə qalxmaq və ya enmək üçün istifadə edilən, ağacdan, dəmirdən,ipdən və s.-dən düzəldilən pilləli vəsait.

Qeyd. Sözün izahını vermək bacarığı məntiqi təfəkkürlə bağlı olub nitq ba ca -rığının göstəricilərindən biridir. Buna görə də gələcək dərslərdə verilmişqayda əsasında şagirdlərdə bu bacarığı inkişaf etdirmək tövsiyə olu nur.

8-ci tapşırıqda nərdivanın şagirdlərdə doğurduğu assosiasiyalar soruşulur.Müxtəlif cavablar ola bilər:

– İstənilən yüksəliş pillə-pillə olmalıdır.– Müəyyən səviyyəyə qalxanda kimin və ya nəyin vasitəsilə qalxdığınızı

unutmayın.– Sizi müəyyən səviyyəyə qaldırana hörmətlə yanaşın, çünki aşağı dü -

şəndə o sizə lazım olacaq və s.

8. ... Şair Ramiz Rövşənin bu haqda fikirlərini öz fikirlərinizlə müqayisəedin.Şagirdlər şeiri oxuduqdan sonra onların diqqəti hər bir bəndin son iki

misrasına yönəldilir və onları şərh etmək tapşırılır (mötərizədə verilmiş şərhlərnümunə xarakteri daşıyır):

Kimi mahnı deyə-deyə,Kimi söyə-söyə çıxır.(Xarakterindən asılı olmayaraq hamı cə miyyətdə yüksək mövqe tutmağa

çalışır. Lakin bu yolda biri çətinlik çəkir, digəri isə rahat şəkildə yüksəlir.)Ən hündürə çıxan adamHamımıza yiyə çıxır.(Çox zaman başqalarının hesabına yuxarı yüksələn ən hiyləgər, qəddar

adamlar hamıya hakim olur.)

30 I BÖLMƏ

Bizə baxıb Tanrı çaşır:“Bu zalımlar niyə çıxır?!.”(Kənardan baxanda bu, mənasız bir mübarizədir.)Son ucu bu nərdivanınYenə o dünyaya çıxır...(Bu mübarizədə hamı bir şeyi unudur ki, hamı ölüb gedəcək, hər kəs o

dünyada öz əməllərinə görə cavab verəcək.)Sonda şagirdlər tapşırığın 1-ci mərhələsində söylədikləri fikirlərlə tanınmış

şairin fikirlərini müqayisə edirlər.

9. Qruplarla iş. Mövzularla bağlı təqdimat hazırlayın. I qrup: Yanan şamın yaratdığı assosiasiyalar.II qrup: Başı qarlı dağın yaratdığı assosiasiyalar.III qrup: “2” rəqəminin yaratdığı assosiasiyalar.IV qrup: Qələmin yaratdığı assosiasiyalar.

Bu tapşırıq ev tapşırığı kimi də verilə bilər.Şagirdlərə tapşırılır ki, assosiasiyaları əsaslandırmaq üçün bir nağıl,

hekayə (rəvayət) qursunlar.Şagirdlərin nəzərinə çatdırmaq lazımdır ki, təqdimat üçün hər qrupa iki-üç

dəqiqə vaxt veriləcək. Şagirdlərə tapşırılır ki, verilmiş əşyaların onlardayaratdığı assosiasiyaları əsaslandırmaq üçün suallarda əks olu nan varlıqlarışərti obraz kimi qəbul edərək kiçik bədii mətn və ya situasiya qursunlar vəfikirlərini bu şərti obrazlar vasitəsilə ifadə etsinlər. Bu zaman maraqlı, orijinal,cəsarətli fikirlər ortaya qoymalıdırlar.

Müəllimin nəzərinə! Bu fəaliyyət zamanı sinfin səviyyəsindən asılı olaraqmüəllim şagirdlərə tam sərbəstlik verə və ya onlara aşağıdakı cədvəli təqdimedə bilər.Qrup Varlıq Assosiasiya Təklif olunan nümunələr

I Yanan şam fədakarlıq, altruizm

* Şair masasını işıqlan dıran şamındüşüncələri.

* Tortu bəzəyən şamın düşüncələri.

* Şam ilə pərvanənin dialoqu.

II Başı qarlı dağmüdriklik, vüqar,əzəmət

* Minilliklər ərzində dağın gördükləri: ovaçıxmış insanlar, gizlənmək istəyən heyvanlar,müharibələr, bayram şənlikləri, müasirinsanların təbiətə vurduğu ziyan.

III “2” rəqəmi uğursuzluq

* “İki”nin “beş”lə dialoqu:– Nəyə görə məhz “2” uğur suz la rınqismətinə düşür?

* “İki”nin “bir”lə dialoqu:– Nəyə görə “2-ci” həmişə “1-ci”ninkölgəsində qalır?

IV Qələm elm, yaradıcılıq * Qələmin kağız vərəqi ilə dialoqu.

* Qələmin kompüterlə münaqişəsi.

31FƏRD VƏ CƏMİYYƏT

Yazı3.1.1. Verilmiş mövzuya uyğun müxtəlif tipli (nəqli, təsviri, mühakimə)

və formalı (inşa, esse, hekayə) mətnlər yazır.

t Verilmiş mövzuya uyğun hekayə yazır.

10. “Bir gün işıqforun qarşısında dayanmışdım...” cümləsi ilə başla nanhekayə yazın.

Bu yazı növbəti mövzuya keçid olduğu üçün ev tapşırığı kimi verilməsi töv -

si yə edilir. Dərslikdə şagirdlərə kömək məqsədilə hekayə yazmağın tələb ləri

ve rilmişdir. Xatırladaq ki, 7-ci sinifdə şagirdlərə hekayə yazmağın alqoritmi

öy rə dilmişdi. “Nitq bacarıqları” rubrikasındakı tezislər verilmiş mövzuda heka -

yə yazmaq üçün kömək məqsədi daşıyır.

Verilmiş mövzuda hekayə nümunəsi:

Bir gün işıqforun qarşısında dayanmışdım. Yolun kənarında iki oğlan dur -muş du. Qırmızı işıq yanmasına baxmayaraq, biri, nə olursa olsun, yolu keç -məyə çalışırdı. O biri isə sakitcə dayanıb yaşıl işığın yanmasını gözləyirdi.Sa niyələr keçirdi. Tələsən oğlan həm özü, həm də maşınlar üçün bir neçədəfə təhlükəli vəziyyət yaradandan sonra sakitcə geri çəkildi. Vaxt çatdı, yaşılişıq yandı. Hər iki oğlan yolu eyni vaxtda keçdi. İkisi arasında yalnız bir fərqoldu: biri gözləyənə qədər təlaş keçirdi, o biri isə sakit vəziyyətdə gözlədi. Mənözüm üçün nəticə çıxartdım: “Hər işin öz vaxtı var, insan vaxtında hərəkətetməyi və vaxtında dayanmağı bacarmalıdır”...

Dil qaydalarıFəndaxili şaquli inteqrasiya

8-ci sinif. 4.1.1. Sadə cümlənin növlərini fərqləndirir.8-ci sinif. 4.1.2. Söz və söz birləşmələrinin sintaktik vəzifəsini müəyyən edir.8-ci sinif. 4.1.3. Həmcins üzvlər, əlavələr, xitab və ara sözlərlə bağlı durğuişarələrindən istifadə edir.9-cu sinif. 4.1.2. Sözləri və söz birləşmələrini müxtəlif sintaktik vəzifələrdəişlədir.

Kurikulumda VIII və IX siniflər üçün dil qaydaları üzrə nəzərdə tutulmuş

məz mun standartları dilçiliyin sintaksis bölməsi ilə bağlıdır. IX sinifdə bu məz -

mun xətti üzrə standartlar reallaşdırılarkən VIII sinifdə keçilmiş bir çox qram-

matik kateqoriyalara müraciət olunacaq. Bunu nəzərə alaraq birinci dərsin dil

qaydaları üzrə materialları VIII sinifdə keçilənlərin təkrarına həsr edilmişdir. Bu

tapşırıqlarda söz birləşmələri, cümlə üzvləri, sadə cümlənin növləri ilə bağlı ba -

carıqların yoxlanılması nəzərdə tutulur. Bu materiallardan diaqnostik qiy mət -

ləndirmə üçün də istifadə oluna bilər.

Mətnin kompleks təhlili

MMV-nin giriş hissəsində deyildiyi kimi, bu rubrikada “Oxu” və “Dil

qaydaları” məzmun xətləri üzrə müxtəlif standartlar inteqrasiya olunur.

32 I BÖLMƏ

Rubrikada verilmiş mətn dərsin mövzusu ilə bağlıdır. Onun oxunmasına3-4 dəqiqə ayırmaq kifayətdir. Tapşırıqların yerinə yetirilməsini və suallarınca vablandırılmasını isə 10-12 dəqiqə ərzində frontal sorğu şəklində həyatakeçirmək tövsiyə olunur: sual (tapşırıq) bütün sinfə ünvanlanır, onun ca vab -landırılması üçün şagird(lər) müəllim tərəfindən seçilir. Beləliklə, mətnin kom-pleks təhllinə 12-15 dəqiqə ayırmaq kifayətdir. Bu müddət ərzində şagirdləroxuyub-anlama bacarıqlarını nümayiş etdirir, dil qaydaları üzrə əvvəlki siniflər -də və müvafiq dərsdə keçdiklərini xatırlayırlar.

1-ci tapşırıq vasitəsilə 5-ci sinfə aid olan “2.2.2. Mətnin tərkib hissələrinifərqləndirir” standartı reallaşdırılır. 2-ci tapşırıq isə 9-cu sinfin “2.2.2. Tərkibhissələri arasında əlaqəni gözləməklə mətni genişləndirir” və “2.2.3. Mətndəirəli sürülmüş fikirləri dəyərləndirir” standartlarına xidmət edir.

3-cü tapşırıq söz ehtiyatı (9-cu sinif. 2.1.2. Həqiqi və məcazi mənalı sözvə ifadələrin mənasını kontekstə uyğun dəqiqləşdirməklə şərh edir) iləbağlıdır. “Axına qarşı üzmək” ifadəsi mətndə balıq haqqında həqiqi mənadaişlənmişdir. Şagirdlər kontekstdən çıxış edərək onun məcazi mənasınımüəyyənləşdirə bilərlər: “kütlədən fərqlənmək”, “özünə çətin yol seçmək”.

4-7-ci tapşırıqlar 8-ci sinifdə keçilmiş bəzi dil qaydalarını şagirdlərə bir dahaxatırlatmağa imkan verir:

4.1.2. Söz və söz birləşmələrinin sintaktik vəzifəsini müəyyən edir.

QiymətləndirməGirişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 21-23), müxtəlif ba carıqların

yoxlanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.

Dərs 2. İŞIQFOR VƏ KONFET KAĞIZI (2 saat)

MotivasiyaMotivasiya üçün müxtəlif variantlardan istifadə etmək olar.1. Keçən dərsdə tapşırılmış “Bir gün işıqforun qarşısında dayanmışdım...”

cümləsi ilə başlanan hekayələrdən biri (və ya bir neçəsi) dinlənilir və müzakirə

Standartlar Təlim nəticələri

2.2.3. Mətndə irəli sürülmüş fikirləridəyərləndirir.

Mətndə rast gəldiyi mühakimə xarakterlicümlələri şərh edir.

1.2.1. Dil vahidlərindən məqsədyönlüistifadə etməklə müxtəlif formalımətnlər qurur.

Oxuduğu, eşitdiyi fikri şərh etməküçün mühakimə xarakterli mətn qurur.

4.1.1. Mürəkkəb cümlənin növlərinifərqləndirir.

Mürəkkəb cümləni sadə cümlədənfərqləndirir.

33FƏRD VƏ CƏMİYYƏT

olunur. Müəllim onların arasından “İşıqfor və konfet kağızı” mətninin ideyasıilə az-çox bağlı olana daha çox diqqət yönəldir.

2. Dərslikdə verilmiş motivasiya sualından istifadə olunur.

Qeyd. İlk baxışdan müqayisəolunmaz varlıqları müqayisə edib onlarınarasındakı ümumi cəhətləri müəyyənləşdirmək şagirdlərdən məntiqivə assosiativ təfəkkür, eyni zamanda orijinal düşüncə tərzi tələb edir.Müəllim yönəldici suallarla şagirdləri işıqfor və konfet kağızı arasındaümumi cəhətləri tapmağa dəvət edir: “İşıqforun qırmızı işığında yolukeçmək olarmı?”, “Konfet kağızını küçədə hara gəldi atmaq olarmı?”Beləliklə, şagirdlər hər iki predmetdə qaydalara hör mət, şüurlu vəintizamlı davranışa dəvət məqamlarını müəyyənləş dirirlər.

3. Müəllim şagirdlərə belə bir hadisə danışır:– Bir qrup turist Azərbaycanın rayonlarından birinə qonaq gəlmişdi. Onları

bir kəndə gəzməyə aparmışdılar. Yol boyunca alma yeşikləri düzülmüşdü.Onların qarşısındakı tərəzilər diqqətimi cəlb etdi. Hər tərəzinin üstündəalmanın qiyməti yazılmışdı. Satıcı gözə dəymirdi. Alma almaq istəyənlərmaşınlarını saxlayıb istədikləri qədər almanı tərəzidə çəkir və maşınayığırdılar, pulu isə tərəzinin yanındakı qalın dəftərin arasına qoyur, lazımgələrsə, oradan pulun qalığını götürürdülər. Maraqlı burasıdır ki, almanı nisyəalmaq istəyənlər adlarını dəftərdə qeyd edirdilər. Bu, qonaqlara təəccüblügəldi. Qonaqlardan biri soruşdu:

– Bəs buranı belə başsız qoyublar, kiminsə gəlib alma və ya pulu oğur la -yacaqlarından narahat deyillərmi?

Yerli sakin sual verən qonağa təəccüblə baxdı və cavab verdi:– Siz nə danışırsınız? Elə şey olar? Kim elə iş görər ki? Verdiyi suala görə qonaq utandı. Üzünü yanındakı yoldaşına tutub dedi: – Bu nədir: insanlarda yüksək şüur və təfəkkür, yoxsa ölkədəki güclü

qayda-qanun?Sual: 1. Bu suala necə cavab verərdiniz? Fikirlərinizi əsaslandırın. 2. İnsanların qayda-qanunlara riayət etməsinə nail olmaq üçün nə etmək

lazımdır?Fərziyyələr müzakirə edilmədən lövhədə qeyd olunur. Mətnin əvvəlində

verilmiş sual proqnozlaşdırılmış oxuya xidmət edir və şagirdlərdə məntiqitəfəkkürün inkişafına yönəlmişdir. Bu tapşırığın icrası zamanı müzakirələrəgeniş yer vermək tövsiyə edilmir. Şagirdlərin fərziyyələri dinlənilir və qeyd olu -nur ki, dərsin sonunda bu fərziyyələrə yenidən qayıdılacaqdır.

Oxu2.2.3. Mətndə irəli sürülmüş fikirləri dəyərləndirir.t Mətndə rast gəldiyi mühakimə xarakterli cümlələri şərh edir.

34 I BÖLMƏ

Şagirdlərə mətni oxumaq üçün 3 dəqiqə vaxt verilir. Lövhədə aşağıdakı nümunəyə uyğun cədvəl çəkilir və şagirdlər cütlükdə

işləyərək mətndən çıxış edərək cədvəli doldururlar. Nümunə:

2-ci tapşırıq. Mətndə qara hərflərlə verilmiş cümlələri izah etmək üçünnümunələr gətirmək tapşırılır (“Elə şeylər var ki, vətəndaş ona nəzarət edəbilmir, lakin dövlət ona əməl etməlidir. Elə şeylər də var ki, dövlət onanəzarət edə bilmir, lakin vətən daş yerinə yetirməlidir”). Mətnin ilkabzaslarında təsvir olunan situasiya 2-ci cümləyə aiddir. Şagirdlər buna dairbaşqa situasiyalar da fikirləşə bilərlər. 1-ci cümlədə isə söhbət daha çox insanvicdanından gedir. Məsələn, hər hansı dövlət layihəsi üçün büd cə dən pulayrılıb. İcra orqanının bunu hansı keyfiyyətdə yerinə yetirəcəyinə adi və tən -daş nəzarət edə bilmir, lakin bu iş vicdanla yerinə yetirilməlidir.

3-cü tapşırıqda verilmiş kəlamların mətnin ideyasına uyğunluğu müzakirəmövzusu ola bilər. Bunun üçün, ilk növbədə, mətndəki əsas fikri izah etməklazımdır:

l Demokratiya, ilk növbədə, şüurlarda olmalıdır.Bundan başqa, aşağıdakı kəlamlar da mətnin ideyası ilə səsləşir:l Cəmiyyət əxlaqlı olsa, qanunları daha asan tətbiq etmək olar.

(J.B.Molyer)l Biz azad olmaq üçün, ilk növbədə, qanunun qulu olmalıyıq. (Seneka)l Azadlıq ürəyimiz istəyəni yox, haqqımız çatanı etmək deməkdir.

(F.Volter)

Dinlämä vä danışma1.2.1. Dil vahidlərindən məqsədyönlü istifadə etməklə müxtəlif formalımətnlər qurur.t Oxuduğu, eşitdiyi fikri şərh etmək üçün mühakimə xarakterli mətn qurur.Sinif 4 qrupa bölünür. 4-cü tapşırıq yerinə yetirilir.

*4. Qruplarla iş. Aşağıdakı aforizmləri şərh edin və öz fikirlərinizləgenişləndirin.

Bu tapşırığın məqsədi şagirdlərdə verilmiş fikri şərh etmək, genişləndirməkbacarığını formalaşdırmaqdan ibarətdir. Şagirdlərə izah etmək lazımdır ki,söylənilən aforizmdə əsas fikri müəyyənləşdirmək və ona münasibət bildirməktələb olunur.

Dövlətin vəzifəsi Vətəndaşın vəzifəsi

Piyadaların yolu keçməsi üçünzolaqlı keçidlər düzəltməlidir.

Piyadalar yolu müəyyən edilmişyerlərdən keçməlidirlər.

Park salmalı, orada gül əkməli vəskamyalar qoymalıdır.

İnsanlar parkda gülləri qoparmamalı,skamyaları sındırmamalıdır.

35FƏRD VƏ CƏMİYYƏT

Qeyd. 4-cü tapşırığın yerinə yetirilməsi sinfin səviyyəsinə bağlıdır. Çətinliksəviyyəsi yuxarı olduğuna görə bu tapşırığın icra forması (qrupların for -ma laşdırılması, yönəldici sualların verilməsi və s.) müəllimin öhdə sinəburaxılır. 1-ci aforizmdə əsas fikir ondan ibarətdir ki, yalnız savadlı vəintellekti olan insan azad ola bilər. Çünki azadlıq, ilk növbədə, insanınşüurundan başlayır. 2-ci aforizm bu dərsdə oxun muş mətnin ideyası iləbağlıdır. Lakin demokratiyaya nail olmağın yolları haqqında yeni fikirvar. Tarix dəfələrlə sübut edib ki, demokratiya adı ilə edilən inqilab,əslində, bir diktaturanın başqa bir diktatura ilə əvəz olun masına gətiribçıxarıb. 3-cü aforizmlərdə əsas fikir ondan ibarətdir ki, azadlıq anar xiyademək deyil, insan vəzifə və hüquqlarını bilməli, şüurlu şəkildə vəzifəsiniicra etməli və yalnız bundan sonra hüququnu tələb etməlidir. Bunu isəyalnız, həqiqətən, savadlı insan edə bilər. 4-cü aforizmdə əsas fikirondan ibarətdir ki, insan qanunun aliliyini qəbul edərsə, əsl demokratikmühit formalaşar.

Dil qaydaları6-7-ci tapşırıqlar fəndaxili şaquli inteqrasiyanı (8-ci sinif. 4.1.1. Sadə

cümlənin növlərini fərqləndirir. 4.1.2. Söz və söz birləşmələrinin sintaktikvəzifəsini müəyyən edir.) reallaşdırır.

4.1.1. Mürəkkəb cümlənin növlərini fərqləndirir. t Mürəkkəb cümləni sadə cümlədən fərqləndirir.

5-ci tapşırıq dil qaydaları üçün motivasiya xarakteri daşıyır. Mətnin 1-cicümləsi geniş adlıq cümlədir. Sadə cümlənin növləri ilə şagirdlər VIII sinifdətanış olublar.

6-cı tapşırıq. Mətnin 2-ci cümləsini şagirdlər sintaktik təhlil edərək cümləüzvlərinin ifadə vasitələrini müəyyənləşdirirlər.

7-ci tapşırıq. Göy rənglə verilmiş cümlə quruluşca mürəkkəbdir. Şagirdlərcümlənin qrammatik əsasını göstərirlər. Cümlədə üç qrammatik əsas vardır.Şagirdlərə tapşırılmışdır ki, onlar birinci iki hissəni saxlamaqla qalan hissənielə dəyişsinlər ki, cümlələr arasında məna əlaqəsini itirmədən başqa bir fikirifadə etsinlər. Cümlələr bu şəkildə dəyişə bilər:

Hər çənd işıqforun qırmızı işığı yanır, amma biz küçəni keçi rik, ona görə kitələsirik.

Tapşırığın bu hissəsi iki məqsəd güdür: 1) cümlənin bir neçə sadə cümlə -dən ibarət olduğunu vurğulamaq; 2) mürəkkəb cümləni təşkil edən sadə cüm -lələr arasında məna əlaqəsinin olduğunu nümayiş etdirmək.

Nəzəri material mənimsədildikdən sonra müəllim bildirir ki, məna bağlılığıfikir ifadə etmək baxımından uyğun gələn cümlələrin əlaqələnməsini nəzərdətutur. Komponentlər arasında məna bağlılığı olmasa, mürəkkəb cümləninifadə etdiyi fikir aydın olmaz. Misal üçün iki nümunə gətirmək olar:

1. Dayımın qırx yaşı var. Mən müəllim olmaq arzusundayam.2. Dayımın qırx yaşı var. O, yaşından cavan görünür.

36 I BÖLMƏ

2-ci nümunədən fərqli olaraq 1-ci nümunədəki cümlələr birləşib mürəkəbcümlə yarada bilməz, çünki onların arasında məna bağlılığı yoxdur.

Daha sonra “komponent” sözü müxtəlif kontekstlərdə işlədilməklə izahedilir: “Nəyinsə tərkib hissəsi, ünsürü”; məsələn, “Metodik vəsait dərslik kom-plektinin komponentlərindən biridir”.

8-13-cü tapşırıqlar yerinə yetirilir. Şagirdlər fikirlərini mürəkkəb cümləşəklində ifadə etməkdə çətinlik çəkirlər, ona görə də dərslikdə şagirdlərdəmürəkkəb cümlə qurmaq bacarığını for ma laşdırmaq üçün tapşırıqlar verilmiş -dir. Bu tapşırıqlar aşağıdakı məqsədlərə xidmət edir:

1. Mürəkkəb cümləni sadə cümlədən fərqləndirmək; onun tərkibindəkisadə cümlələri müəyyən etmək (hər bir komponentin qrammatik əsasınıgöstərmək).

2. Mürəkkəb cümlənin komponentləri arasında məna əlaqəsinin mövcud -luğunu diqqətə çatdırmaq. (Burada qrammatik məna əlaqəsi deyil, semantikməna əlaqəsi nəzərdə tutulur.)

3. Sadə cümlədəki feili tərkibi cümlə şəklində ifadə etməklə mürəkkəbcümlə yaratmaq.

QiymətləndirməGirişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 21-23), müxtəlif ba carıqların

yoxlanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.

Dərs 3. ÜNSİYYƏTİN SİRLƏRİ (3 saat)

Standartlar Təlim nəticələri

2.2.3. Mətndə irəli sürülmüş fikirləridəyərləndirir.

Mətndəki fikirləri ümumiləşdirərək tezisşəklində ifadə edir. Mətndəki əsas fikirlərə münasibət bildirir.

2.1.1. Tanış olmayan söz və ifa də lə rinkontekstə uyğun mənasını şərh edir.

Çoxmənalı sözlərin kontekstə uyğunmənasını izah edir.

2.2.2. Tərkib hissələri arasında əla -qəni gözləməklə mətni genişləndirir.

Mövzu üzrə əldə etdiyi məlumatlarımət nin müvafiq hissələrinə əlavə edir.

1.2.3. Nitq prosesində danışığı (səsseçimi, səsin ucalığı, hiss, ton) ilə ifadətərzini (poza, jest, mimika) uzlaşdırır.

Danışıq situasiyasına uyğun olaraqsəs tonu ilə jest və mimikalarını uz -laş dırır.

1.2.1. Dil vahidlərindən məqsədyönlüistifadə etməklə müxtəlif formalı mətn - lər qurur.

Situasiyaya uyğun olaraq danışığındamüvafiq nəzakətli ifadələrdən və nitqetiketlərindən istifadə edir.

4.1.1. Mürəkkəb cümlənin növlərinifərq ləndirir.

Mürəkkəb cümləni həmcins xəbərlisadə cümlədən fərqləndirir.

37FƏRD VƏ CƏMİYYƏT

MotivasiyaSinfə aşağıdakı suallarla müraciət olunur:– Həmsöhbətinizin danışdıqları sizin üçün o qədər də maraqlı deyilsə, nə

edərsiniz?– Söhbət zamanı kimsə müəyyən bir səhvə yol veribsə, ona necə reaksiya

verərsiniz?– Biri sizin səhvinizi üzünüzə desə, buna necə reaksiya verərsiniz?Şagirdlərin fikirləri lövhədə yazılır.

Oxu2.2.3. Mətndə irəli sürülmüş fikirləri dəyərləndirir.t Mətndəki fikirləri ümumiləşdirərək tezis şəklində ifadə edir. t Mətndəki əsas fikirlərə münasibət bildirir.

Mətn “Ziqzaq” üsulu ilə oxunur. Şagirdlərə tapşırılır ki, hər qrup əvvəlcəoxuduğu mətndən əsas fikirləri tezis şəklində ifadə etsin, sonra bütün mətnlətanış olanda digər hissələrdən də əsas fikirləri qeyd etsinlər.

Müəllim fərziyyələri qeyd etmək üçün belə bir cədvəl asır:

Bu cədvəlin birinci sütununun şagirdlər mətni oxuyandan, ikinci sütunununisə müzakirə aparılandan sonra doldurulması nəzərdə tutulur.

Mətndən çıxarılan tezislər aşağıdakılar ola bilər:

I hissə:• İnsanlar özləri haqqında danışmağı daha çox sevirlər. • Yaxşı müsahib o kəsdir ki, dinləyici mövqeyi tutur və müsahibinin danış -

masına imkan yaradır. • Müsahibini yalnız etika naminə dinləmək düzgün deyil, onun söhbətinə

səmimi maraq nümayiş etdirmək lazımdır.

II hissə:• İnsanlar, adətən, söhbət zamanı öz istəklərindən danışırlar. Amma müdrik

adamlar bu məsələdə güzəştə getməyi bacarırlar.• Hər hansı bir işlə bağlı müsahibinin rəğbətini qazanmaq istəyirsənsə,

onu maraqlandıran məsələlərdən danışmalısan.

III hissə:• İnsan öz səhvini etiraf edəndə qarşı tərəfin reaksiyası daha yumşaq olur

və mübahisənin qarşısı alınır. • Qarşınızdakı insan özünün gərəkliliyini və səlahiyyətlərini nümayiş etdir -

mək istəyirsə, buna mane olmayın.

Oxu zamanı edilən qeydlərMüzakirədən sonra əldə edilən

nəticələr

38 I BÖLMƏ

IV hissə:• Mübahisədən həmişə uzaq durmaq lazımdır.• Kiməsə onun haqsız olduğunu sübut etmək mənasız işdir.• Xüsusən cəmiyyət arasında kiməsə onun haqsız olduğunu sübut elə -

məyə çalışmaq onu özünüzə qarşı qoymaq deməkdir.

Şagirdlər tapşırığı yerinə yetirəndən sonra əvvəlcə cədvəlin birinci, dahasonra isə ikinci sütunu doldurulur. Bu tapşırığın icrasının məqsədi şagirdlərdəəsas fikri tezis şəklində ifadə etmək, ümumiləşdirmək bacarığını inkişafetdirməkdir.

2.1.1. Tanış olmayan söz və ifadələrin kontekstə uyğun mənasını şərhedir.

t Çoxmənalı sözlərin kontekstə uyğun mənasını izah edir.

2. “Villa”, “savanna”, “hidrodinamika”, “sitat” sözlərinin mənalarını mü əy - yən ləşdirin. “Akt” və “səhnə” sözlərini kontekstə görə izah edin.Tapşırıqda adı çəkilən “akt” və “səhnə” sözlərinin bir neçə mənası var. Bu

mətndə onlar teatrşünaslıq termini kimi işlənmişdir:Akt – teatr tamaşasının bir hissəsi, bir pərdəsi. Səhnə – pyesdə, ədəbi əsərdə təsvir olunan ayrıca epizod. 2.2.2. Tərkib hissələri arasında əlaqəni gözləməklə mətni genişləndirir. t Mövzu üzrə əldə etdiyi məlumatları mət nin müvafiq hissələrinə əlavə edir.

3-cü tapşırıqda verilmiş mətn parçasında fikir obrazlı ifadə olunmuşdur:ünsiyyəti öz istəklərin üzərində deyil, başqasının arzu və düşüncələri üzərindəqur. Bu fikir isə mətnin II hissəsinə uyğun gəlir. (Əslində, bu parça 1-ci hissənində girişi ola bilərdi. Aşağıda 5-ci tapşırıq şərh olunarkən bu hissələr arasındakıfərq vurğulanır.)

Mətn üzərində iş qruplarda davam etdirilir. Şagirdlərə mətnin hissələriniadlandırmaq və genişləndirmək tapşırılır (4-cü tapşırıq).

4.1. Oxuduğunuz hissəni məzmuna uyğun başlıqla adlandırın. Hər birbaşlıq dörd variantda olmalıdır: 1) söz birləşməsi; 2) əmr cümləsi; 3) sual cümləsi; 4) nəqli cümlə.

Bu tapşırıq dil qaydaları ilə inteqrasiya yaratmaqla yanaşı, müxtəlif dil va -hidlərindən istifadə olunmaqla mətndəki əsas fikri lakonik ifadə etmək baca -rı ğı nı inkişaf etdirir. Tapşırığı yerinə yetirmək üçün müəllim lövhədə aşağıdakınü munəyə uyğun cədvəl çəkə bilər. Daha sonra şagirdlərin təklif etdikləri va -riantlar dinlənilib ən optimal variant seçilə və müvafiq xanaya yazıla bilər.(Aşağıda verilən başlıqlar nümunə xarakteri daşıyır.)

39FƏRD VƏ CƏMİYYƏT

4.2. Aşağıdakı mətn parçalarından oxuduğunuz hissənin məzmununauyğun olanını seçin və ondan istifadə etməklə mətni genişləndirin.

I hissə – BII hissə – AIII hissə – DIV hissə – C

Şagirdlər uyğunluğu müəyyənləşdirdikdən sonra onlara verilmiş parçalarımətnin müvafiq hissəsinə inteqrasiya etmək tapşırıla bilər. Bu zaman keçidcümlələrin işlədilməsinə diqqət yetirilməlidir.

5. 1-ci və 2-ci, eləcə də 3-cü və 4-cü hissələr arasında mövzu yaxınlığınıvə fərqini müəyyən edin.

1-ci hissədəki əsas fikri “ünsiyyət zamanı dinləməyə üstünlük ver” kimi ifa -də etmək olar. 2-ci hissədə isə müəllif (Deyl Karnegi) yalnız dinləməyi deyil,həm də danışmağı tövsiyə edir. Lakin bu zaman söhbətin mövzusu müsahibinmaraqları üzərində qurulmalıdır.

3-cü və 4-cü hissələrdə mübahisə etməyin mənasız olduğu diqqətə çat -dı rı lır. Üçüncü hissədə haqsız olduğun halda, dördüncü hissədə isə haqlıoldu ğun hal da belə, mübahisələrdən yayınmağın ən yaxşı yol olduğuvurğulanır.

Söz birləşməsi Əmr cümləsi Nəqli cümlə Sual cümləsi

I“Dinləməyin vacibliyi”

“Danışmaqdançox, danışdırın”

“Diqqətlə din lə -mək vacibdir”

“Yaxşı həm söh -bət kimdir?”

II“Həmsöhbəti ələalmağın daha biryolu"

“Söhbəti qarşıtərəfin maraqlarıüzərində qurun”

“Qarşı tərəfinrəğ bətini qazan-maq istə yirsən -sə...”

“O niyə mənimlədanışmaq istə -di?”

III“Münaqişənin biraddımlığında”

“Səhvinizi etirafedin”

“Çətin də olsa,razılaşmalıyam”

“Münaqişəninqar şısını necəalmalı?”

IV“Başqası səhvedəndə”

“Mübahisəyəgirişməyin”

“Mübahisə uğurgətirmir”

“Bunu mütləqdeməli idim?”

40 I BÖLMƏ

Dinlämä vä danışma1.2.3. Nitq prosesində danışığı (səs seçimi, səsin ucalığı, hiss, ton) ilə

ifadə tərzini (poza, jest, mimika) uzlaşdırır.t Danışıq situasiyasına uyğun olaraq səs tonu ilə jest və mimikalarını

uzlaşdırır.

6. Sizcə, müəllif “Bibli ya ”dan sitat gə tirən cənabla söhbətə ne cə baş la saidi, onların ara sında mübahisə baş ver məzdi?

Nümunə: “Bağışlayın, söhbətinizə müdaxilə edirəm. Dediyiniz fikir çoxmaraqlıdır. Səhv etmirəmsə, bu fikrə Şekspirin əsərində də rast gəlmişəm.Yəqin ki, o bu fikri elə “Bibliya”dan götürüb. Buyurun, davam edin, sözünüzükəsdiyimə görə bir daha üzr istəyirəm”.

Şagirdlərə bildirmək lazımdır ki, ünsiyyət zamanı bəzən söhbət elə birməqama gəlib çıxır ki, başqasının səhv təqdim etdiyi bir fikrə aydınlıq gətirməkvə ya onunla bağlı başqalarının bilmədiyi bir məlumatı vurğulamaq arzusuyaranır. Mətndəki qəhrəmanlardan birinin dediyi kimi, insan özü etiraf etməsədə, burada məqsəd həqiqəti üzə çıxarmaqdan çox, özünün nə qədər bilikliolduğunu nümayiş etdirməkdir. İnsana elə gəlir ki, buna görə hamı ona hörmətedəcək, lakin əks effekt yaranır. İnsanın təbiəti belədir: heç kim başqasınınnümayişkaranə şəkildə ifadə etdiyi üstünlüyü qəbul etmək istəmir. Ona görədə belə hallarda fikrini çox təvazökarlıqla, heç kimdə qısqanclıq yaratmadanbildirmək lazımdır.

Bu tapşırığın əsas məqsədi şagirdlərdə danışıq situasiyasından asılı ola -raq müvafiq ifadələr və nitq etiketləri seçmək, situasiyaya uyğun səs to nu iləjest və mimikaları uzlaşdırmaqdır. Buna görə də müzakirə zamanı şagirdlərinjest və mimikalarının yerli-yerində işlənib-işlənməməsinə diqqət yetirmək,doğru və yanlışları qeyd etmək lazımdır.

1.2.1. Dil vahidlərindən məqsədyönlü istifadə etməklə müxtəlif formalımətnlər qurur.

t Situasiyaya uyğun olaraq danışığında müvafiq nəzakətli ifadələrdən vənitq etiketlərindən istifadə edir.

Dinləmə və danışma üzrə digər tapşırıqlara keçməzdən əvvəl şagirdlərə“Nitq bacarıqları” rubrikasında verilmiş tövsiyələrlə tanış olmaq tapşırılır. On-lara bildirilir ki, debat zamanı bu tövsiyələrə nə dərəcədə əməl olunduğuqiymətləndiriləcək.

7-ci tapşırıq debata hazırlıq məqsədi daşıyır. Şagirdlərin tərtib etdiklərinəzakətli ifadələr lövhədə yazıla bilər:

41FƏRD VƏ CƏMİYYƏT

8-ci tapşırıqda qoyulmuş debat mövzusu şagirdlərdə sosial mövzuda fikiryürütmək bacarığını inkişaf etdirir.

Təsdiqedici tezis: Mübahisədə uğur qazanmağın ən gözəl yolu mübahisəetməməkdir.

İnkaredici tezis: Mübahisədən qaçmaqla uğur qazanmaq olmaz.

Debat zamanı şagirdlərin çıxışları aşağıdakı meyarlarla qiymətləndirilə bilər:1. Tarix üzrə biliklərindən istifadə (ictimai və siyasi xadimlərin məşhur de -

bat ları)2. Həyatda gördüklərindən və eşitdiklərindən misallar3. Aforizmlərdən yerli-yerində istifadə4. Etik davranış5. Nitqini məntiqi sillogizmlər üzərində qurmaq bacarığı

Dil qaydaları4.1.1. Mürəkkəb cümlənin növlərini fərqləndirir. t Mürəkkəb cümləni həmcins xəbərli sadə cümlədən fərqləndirir.Cümlənin quruluşca növünü müəyyənləşdirərkən şagirdlərin ən çox yol

verdikləri səhv həmcins xəbərli sadə cümləni mürəkkəb cümlə kimi təqdimetməkdir. Ona görə də mürəkkəb cümlə haqqında ümumi məlumat verildikdənsonra bu məsələ ayrıca bir dərsin mövzusu kimi təqdim edilir.

10-cu tapşırıq motivasiya xarakteri daşıyır. Şagirdlərə cümlənin baş üzvləri,qrammatik əsası xatırladılır, cümlələr sintaktik təhlil edilir. İzah olunur ki, mü -rək kəb cümləni təşkil edən komponentlərdən hər birinin öz qrammatik əsasıolmalıdır.

Nəzəri material mənimsədildikdən sonra şagirdlər 11-ci tapşırığı yerinəyetirməklə biliklərini tətbiq edirlər.

12-ci tapşırıqda bağlayıcıların həmcins üzvləri və ya sadə cümlələri əlaqə -lən dirdiyini müəyyən etmək tapşırılmışdır. Şagirdlər bu tapşırığı yerinə ye ti -rərkən bağlayıcıları və onların cümlədə nəyi əlaqələndirdiyini müəy yənləşdirirlər.Tapşırığın məqsədi mürəkkəb cümlə haqqında qazanılmış bilikləri möh kəm -

Situasiya İfadə

Çıxışa başlayarkənMəndən qabaq çıxış edənlərə dəyərli fikir lə rinəgörə təşəkkürümü bildirirəm...

Kimsə sözünü kəsərkənReplikanız çox maraqlıdır. Amma icazə ve rin,sözümü tamamlayım...

Dialoq zamanı Yəqin, razılaşarsınız ki, ...

Çıxışa müdaxilə edərkən Bağışlayın, müdaxilə etməyə məcburam...

Çıxışını tamamlayarkənGüman edirəm ki, mövzuya bir qədər ay dın lıqgətirə bildim.

42 I BÖLMƏ

ləndirməkdən ibarətdir. Bu zaman onlar həm də bağlayıcılar mövzusunutəkrarlayırlar.

1. Böyürtkən həm soyuqdəyməni, həm də böyrəkdaşını müalicə etmək xüsu -siy yətinə malikdir. – Bağlayıcılar: həm, həm də. Həmcins tamam lıqlarıbağlayır.

2. Biz artıq yola düşməyə hazırlaşırdıq, ancaq mən hələ də gözümü Qəç rəşingözəlliyindən çəkə bilmirdim. – Bağlayıcı: ancaq. Sadə cümlələri bağlayır. Icümlə – Biz artıq yola düşməyə hazırlaşırdıq. II cümlə – Mən hələ də gözümüQəçrəşin gözəlliyindən çəkə bilmirdim.

13-cü tapşırıqda verilmiş cümlələrin mürəkkəb, yoxsa sadə olduğunumüəy yənləşdirmək tapşırılmışdır. Burada məqsəd şagirdlərə öz fikirlərini elmi-nəzəri baxımdan arqumentlərlə əsaslandırmaq bacarığını aşılamaqdır.

Birinci cümlənin ikinci komponentində “olmaz” sözü, ikinci cümlədə isəxəbərlik şkilçisi ellipsisə uğramışdır. Bu tipli cümlələrin təhlili şagirdlərdəçaşqınlıq yarada bilər. Onlar belə cümlələri həmcins xəbərli sadə cümlə iləsəhv sala bilərlər. Müəllimlərə tövsiyə edilir ki, belə olan halda atalarsözlərində tez-tez rast gəlinən bu xüsusiyyət – ellipsis şagirdlərin diqqətinəçatdırılsın (məs.: “Ağıllı öyrən məyi xoşlar, axmaq öyrətməyi”. Burada “xoşlar”sözü ixtisar edilmişdir) və cümlənin mürəkkəb olduğu izah edilsin.

Qeyd. Ellipsis yalnız bədii mətnlərdə deyil, həmdə adi danışıq dilində çox tez-tez rast olunan linqvistik hadisədir. Bu tapşırıqda məqsəd ellipsisi tədrisobyektinə çevirmək deyil, sadəcə, bu tipli cümlələrin quruluşca növünümüəyyən etmək üçün şagirdlərə müəyyən biliklər verməkdir.

14-cü tapşırıqda da şagirdlərdən həmcins xəbərli sadə cümləni mürəkkəbcümlədən fərqləndirmək tələb olunur; məsələn:

Gedib xaricdə oxuyar, ailəsi onunla fəxr edər – mürəkkəb cümlə.Gedib xaricdə oxuyar, bir yerdə tərcüməçi işləyər – sadə cümlə.

Mətnin kompleks təhlili Bu rubrikada verilmiş mətn “Ünsiyyətin sirləri” mətni ilə eyni mövzudadır. 1-ci sual məzmunla bağlıdır. Cavab: D – “Söhbət zamanı mübahisə doğu -

racaq məqamlardan yan keçin”. Bu hökm doğru olsa da, verilmiş mətndə özəksini tapmamışdır. Şagirdlərə bir daha xatırlatmaq lazımdır ki, bu cür sual -larla qarşılaşarkən mətnin məzmunundan çıxış etməlidirlər.

Qeyd. Beynəlxalq qiymətləndirmələr zamanı şagirdlərin tez-tez buraxdığısəhvlərdən biri də budur. Onlar bəzən hökmün düzgünlüyünü əsasgötürərək mətnin məzmununa o qədər də diqqət yetirmirlər. Bu sə bəb -dən də belə tapşırıqların düzgün yerinə yetirilməsi çox əhə miy yətlidir.

Qrammatika ilə bağlı olan 5-ci tapşırıq yerinə yetirilərkən diqqət yetirməklazımdır ki, bu, tabeli mürəkkəb cümlədir və onun birinci komponenti həmcinsxəbərli sadə cümlədir.

43FƏRD VƏ CƏMİYYƏT

7-8-ci tapşırıqlar əvvəlki siniflərdə keçilən dil qaydaları ilə inteqrasiyayaradır. Bu cümlədə sözlərin sayı çox olsa da, mübtəda, tamamlıq vəxəbərdən iba rət dir.

QiymətləndirməGirişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 21-23), müxtəlif ba carıqların

yoxlanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.

Dərs 4. USTADIN MƏSLƏHƏTLƏRİ (3 saat)

Qeyd. Bu bölmədə 1-ci mətn şagirdlərin hər gün qarşılaşdıqları hadisə vəvarlıqları obrazlı təfəkkür süzgəcindən keçirməklə səciyyələndirməyi,assosiativ yanaşma yolu ilə ətrafdakı hər bir şeyi sosial münasibətlərvə mənəvi dəyərlərlə əlaqələndirməyi öyrədir. 3-cü mətn insanlararasında ünsiyyət haqqındadır. Bu dərs isə hər iki mövzunu birləşdirir.Burada insanlar arasındakı münasibətlər müəyyən obrazlar – portağalvə qırıq çaydan vasitəsilə şərh olunur.

MotivasiyaMüəllim sinfə belə bir sualla müraciət edir: – Bəzən insanlar bir başqasının imkanlarından bəhrələnərək istədiklərini

əldə edirlər, həmin adamın imkanları tükəndikdə isə onunla əlaqələri kəsirlər.

Standartlar Təlim nəticələri

2.2.1. Mətni düzgün intonasiya iləoxuyur.

Dialoji mətni oxuyarkən səs tonunu,jest və mimikalarını obrazların xarak -terinə uyğunlaşdırır.

2.2.3. Mətndə irəli sürülmüş fikirləridəyərləndirir.

Mətndə obrazlı şəkildə ifadə olunmuşfikirləri şərh edərək münasibət bildirir.

1.1.2. Dinlədiyi fikirlərə münasibətbildirir.

Dinlədiyi mətndə obrazlı şəkildə ifadəolunmuş fikri şərh edərək müna sibətbildirir.

1.2.4. Ümumiləşmiş fikirləri yığcamşəkildə təqdim edir.

Müqayisələr apararaq gəldiyi nəticələriqısa tezislər şəklində ifadə edir.

3.1.1. Verilmiş mövzuya uyğun müx təliftipli (nəqli, təsviri, mühakimə) və for -malı (inşa, esse, hekayə) mətnlər yazır.

Oxuduğu mətnlərin məzmunundan çı -xış edərək müvafiq mövzuda esse yazır.

3.1.3. Mətnin hissələri, abzaslar və cüm -lələr arasında əlaqəni gözləməklə özü -nün və başqasının yazısını tək milləşdirir.

Fikirləri abzaslar üzrə qruplaşdırmaqlabaşqasının yazısını redaktə edir.

4.1.1. Mürəkkəb cümlənin növlərini fərq -ləndirir.

Tərkib hissələri arasındakı qrammatikəlaqəyə görə tabesiz və ta beli mü rək -kəb cümlələri fərq lən dirir.

44 I BÖLMƏ

Narın və ya portağalın nümunəsində belə bir münasibəti obrazlı şəkildə necəifadə edərdiniz?

Şagirdlərin cavabı belə ola bilər ki, narın və ya portağalın şirəsini çəkibqabıq və toxum la rını isə zibil yeşiyinə atırlar. Sonra müəllim verilən cavablarəsa sında şagirdlərə sosial münasibətlə onun obrazlı ifadəsi ara sın da pa ra -lellər aparmağı, bu münasibəti şərh etməyi tapşırır; məsələn: “Bu cür insan -lar başa düşmürlər ki, istifadə et dikləri adamın imkanları bər pa oluna bilər.Meyvələrin toxumu cücərib yeni bar gətirə bilər. Ancaq nankor insanlar dahaondan istifadə edə bilməyəcəklər”.

Oxu2.2.1. Mətni düzgün intonasiya ilə oxuyur.t Dialoji mətni oxuyarkən səs tonunu, jest və mimikalarını obrazların

xarak terinə uyğunlaşdırır.

Mətn üzərində iş “Öyrənirəm-öyrədirəm” üsulu ilə aparılır. Sinif iki qrupaayrılır. İki qrupa eyni mətnlər verilir. Mətn qruplar tərəfindən əvvəlcə səssizoxu ilə oxunur. Hər qrupa bir mətn üzrə suallar tərtib etmək tapşırılır. Təqdimatzamanı isə hər qrupun nümayəndəsi mətni əvvəlcə ucadan intonasiya iləoxumalıdır. Bu zaman oxuyan şagird müəllif mətnindən obrazların nitqinəkeçərkən səs tonu nu dəyişməli, onu müvafiq xarakterə uyğunlaşdırmalıdır.

Fəndaxili üfüqi inteqrasiya2.2.3. Mətndə irəli sürülmüş fikirləri dəyərləndirir.t Mətndə obrazlı şəkildə ifadə olunmuş fikirləri şərh edərək münasibət bildirir.1.1.2. Dinlədiyi fikirlərə münasibət bildirir.t Dinlədiyi mətndə obrazlı şəkildə ifadə olunmuş fikri şərh edərək müna -

sibət bildirir.

Bir qrupun təqdimatı zamanı digər qrup həmin mətni dinləmə yolu ilə mə -nim səməlidir. 1-ci qrup təqdimata hazırlaşarkən öz hissəsi üzrə tapşırıqlarıye rinə yetirir. (3-cü tapşırığın cavabı: A – 2, B – 3, C – 4, D – 1; 5-ci tapşırığıncavabı: A – 4, B – 1, C – 2, D – 3) Bu həmin qrupa mətni dərindən mə nim sə -mə yə imkan verir. Daha sonra təqdimat edən qrup dinləyən qrupa hazırladığısualları təqdim edir. (Şagirdlər bu üsulla hələ 6-cı sinifdən tanışdırlar.)

“Portağal” mətni əsasında tərtib edilmiş suallar təqribən belə ola bilər:– Siz hansı tələbənin fikrini dəstəkləyirsiniz? – Ustadın aşağıdakı fikirlərini necə başa düşürsünüz?1. Tutaq ki, sən qarşındakı adama yemək üçün portağalın yarısını qabıqlı,

ikinci yarısını təmizləyərək verirsən. Bu zaman o, birinci ya rımın acılığınıdaddığına görə ikincini tullaya bilər.

2. Sən isə, əlbəttə, qarşındakı adama acı portağal yedirtməyə cək sən,qabığını tərtəmiz soyaraq təklif edəcəksən. Amma bu müddət ərzində ogözləmək dən yorularaq çıxıb gedə bilər.

45FƏRD VƏ CƏMİYYƏT

3. Bunu öyrənənə kimi isə portağalı soymağı həmin adamın özünə həvaləetsəniz, daha yaxşı olar... (2-ci tapşırıq)

4. Hələlik isə... özünüz üçün tez-tez portağal soyun.

Qeyd. Birinci dörd cümlə ilə bağlı mətndə qoyulmuş tapşırıq qapalı sualşəklində olduğundan təqdimat edən şagirdlər onları şərh etməkdəçətinlik çəkməyəcəklər. Mətndə altından xətt çəkilmiş cümlə ilə bağlı(“Bunu öyrənənə kimi isə portağalı soymağı həmin adamın özünəhəvalə etsəniz, daha yaxşı olar...”) çətinlik və ya fikir ayrılığı yara-narsa, müəllim müdaxilə edə bilər: – Belə bir yanaşma var ki, sualıncavabını bilməyəndə və ya cavab verməkdən yayınmaq istəyəndəsualın cavabını sual verən adama “ötürmək” lazımdır. "Siz necə dü -şü nür sünüz?”, “Siz necə edərdiniz?” və bu kimi suallar verməkləbu na nail olmaq olar. Ustad hələ ünsiyyət qurmaqda o qədər də təc -rü bəsi olmayan tələbələrinə məhz bunu məsləhət görür.

“Qırıq çaydan” mətni əsasında tərtib edilmiş suallar təqribən belə ola bilər:– Tələbənin ona pislik etmiş adamı bağışlamamaq fikri ilə razısınızmı? – Ustadın aşağıdakı fikirlərini necə izah edərdiniz:1. Doğrudur, sən çaydanı qırdın, amma bununla ondan azad olmadın, yal -

nız çoxlu qırıqlara çevirdin. İndi sən və ya yaxınların bu qırıqlarla ayaq -la rınızı zədələyə bilərsiniz.

2. Amma yaxşısı budur, ümumiyyətlə, çatların əmələ gəlməsinə imkanverməyəsən. (4-cü tapşırıq)

2-ci mətnlə bağlı 6-cı tapşırıqda verilmiş atalar sözlərini mətnin ideyasınauy ğunluğuna görə sıralamaq tələb olunur. Bu tapşırıq ümumi müzakirə yoluilə yerinə yetirilə bilər. Aşağıdakı ardıcıllıq daha məqsədəuyğundur:

1. Qanı qan ilə yumazlar.2. Hirsli başda ağıl olmaz.3. Sirkə tünd olanda öz qabını çatladar.4. Dostluğun telini qırma – bağlarsan, düyün qalar.5. Düşmən səni daş ilə, sən düşməni aş ilə.1-4-cü cümlələr mətnin ideyası ilə uy ğun dur. 5-ci cümlənin isə mətnin

ideyası ilə bağlılığı yoxdur. Müzakirə bitdikdən sonra hər iki mətn əsasında ümumi nəticələr çıxarmaq

tövsiyə edilir. Nəticələr tezis şəklində təqribən aşağıdakı kimi əks oluna bilər: I mətn. Ünsiyyət qurarkən daha çox qarşınızdakı insanı düşünməlisiniz.

Fikirləriniz elə ifadə olunmalıdır ki, onu qane edəsiniz.

II mətn. Pisliyə pisliklə cavab vermək sənin özünə də ziyan gətirər. Çalışın,insanlarla münasibətdə narazılığın yaranmasına imkan vermə -yəsiniz. Mübahisədən və münaqişədən uzaq olun.

46 I BÖLMƏ

Dinlämä vä danışma1.2.4. Ümumiləşmiş fikirləri yığcam şəkildə təqdim edir.t Müqayisələr apararaq gəldiyi nəticələri qısa tezislər şəklində ifadə edir.

7. Mətnlərdəki fikirləri “Ünsiyyətin sirləri” mətnində tanış olduğunuzfikirlərlə müqayisə edin. Fikirlərin ifadə tərzləri arasındakı fərqimüəyyənləşdirin.

Əvvəlki dərsdə şagirdlər “Ünsiyyətin sirləri” mətni ilə tanış olmuşdular. Bumətndə də ünsiyyət qurmaq üçün insana lazım olan bacarıqlar haqqındadanışılır. Hər iki mətn mövzu baxımından eynilik təşkil edir. Lakin buna bax-mayaraq, fikirlərin ifadə tərzində müəyyən fərqlər vardır.

Deyl Karnegi öz əsərində 1) ünsiyyət bacarığı haqqında hər hansı fikir irəlisürür, sonra bu fikri əsaslandıran hadisə nəql edir və ya 2) ünsiyyət bacarığıilə bağlı müxtəlif hadisələr nəql edir, sonra bu hadisələri ümumiləşdirərəknəticə çıxarır və fikir irəli sürür.

Qədim Çin rəvayətlərində ünsiyyət bacarığı haqqında fikirlər bədii şəkildəustadın dilindən verilir. Burada hər bir fikir müəyyən bir obraz üzərində (por -tağal, çaydan) qurulur.

Bu fikirlərdən çıxış edərək müəllim şagirdlərə Qərb və Şərq təfəkkür tərz -lərini fərqləndirən cəhətlər haqqında məlumat verə bilər:

– Ümumbəşəri dəyər lər, ideyalar eyni olsa da, Qərbdə və Şərqdə onlarınifadə tərzi çox za man fərq lənir. Qərbdə rasional (hissə, obraza deyil, ağıl vəməntiqə əsas la nan), Şərqdə isə obrazlı təfəkkür üstünlük təşkil edir.

Qeyd. Bu tapşırığı yerinə yetirərkən şagirdlər Venn diaqramından istifadə edəbilərlər.

Yazı3.1.1. Verilmiş mövzuya uyğun müxtəlif tipli (nəqli, təsviri, mühakimə)

və formalı (inşa, esse, hekayə) mətnlər yazır.t Oxuduğu mətnlərin məzmunundan çıxış edərək müvafiq mövzuda esse

yazır.

3.1.3. Mətnin hissələri, abzaslar və cümlələr arasında əlaqəni gözləməkləözünün və başqasının yazısını təkmilləşdirir.

t Fikirləri abzaslar üzrə qruplaşdırmaqla başqasının yazısını redaktə edir.

8. “Ünsiyyət qurmaq bacarığı cəmiy yətdə nüfuz qazanmağın əsas şərt -lərindən biridir...” mövzusunda esse yazın.

Tapşırıqda esse üçün plan nümunəsi verilmişdir. Lakin şagirdlərə bildirməklazımdır ki, bu, sadəcə, bir nümunədir, onlar yazılarında tamamilə başqaməsələlərə toxuna, essenin strukturunu istədikləri kimi formalaşdıra bilərlər.

47FƏRD VƏ CƏMİYYƏT

Eyni zamanda şagirdlərə “Nitq bacarıqları” rubrikasında essenin strukturuilə bağlı verilmiş tövsiyələrlə tanış olmaq tapşırılır.

Qeyd. Şagirdlərin yazdıqları mətnlərdə dil-üslub səhvləri ilə yanaşı, ən çox yolverdikləri qüsur yaxın fikirlərin mətn boyunca müxtəlif hissələrə səpə -lənməsidir. Şagirdlərə başa salmaq lazımdır ki, bu, mətnin oxunmasınıvə qavranmasını çətinləşdirir. Məhz buna görə də “Nitq bacarıqları”rubrikasında mətnin strukturlaşdırılması məsələsinə toxunulmuşdur.

Şagirdlər yazı işini bitirdikdən sonra cütlərə bölünürlər və esselərini bir-bi -rinə ötürürlər. Hər bir şagird yoldaşının yazısı üzərində təkmilləşdirmə işiaparır. Müəllim bildirir ki, şagirdlər yoldaşlarının yazıları üzərində işləyərkənon ların fikirlərinə hörmətlə yanaşmalı, yalnız dil-üslub səhvlərinə və fikirlərinəlaqələnməsinə, abzas və hissələr üzrə qruplaşmasına diqqət yetirməlidirlər.

Dil qaydaları4.1.1. Mürəkkəb cümlənin növlərini fərqləndirir. t Tərkib hissələri arasındakı qrammatik əlaqəyə görə tabesiz və tabeli

mürəkkəb cümlələri fərqləndirir.Dil qaydalarına keçid üçün nəzərdə tutulmuş 9-cu tapşırıq çox sadə şəkildə

şagirdlərə tabesiz və tabeli mürəkkəb cümlələr arasında fərqi nümayiş etdirir.

9. Hansı mürəkkəb cümlənin tərkib hissələri arasında nöqtə qoymaq vəbu hissələri müstəqil cümlə kimi işlətmək olar?A) Portağalı elə təmizləməyi öyrənin ki, qonağınızı çox gözlətməyəsiniz. B) Sən çaydanı qırdın, indi yaxınların bu qırıqlarla ayaqlarını zədələyə bilər.

Mürəkkəb cümlənin növləri barədə nəzəri material mənimsədildik -dən sonra qoyulan ilk tapşırıq tabesiz və tabeli mürəkkəb cümlələri fərq -lən dirməyi tələb edir.

10-11-ci tapşırıqlar keçilmiş dil qaydasını möhkəmləndirməyə xidmətedir. Şagirdlər bu tapşırığı müəllimin köməyi ilə yerinə yetirə bilərlər.Onlar nəzəri hissədə aldıqları məlumatlardan çıxış edərək tabesiz vətabeli mürəkkəb cümlələri müəyyənləşdirirlər.

QiymətləndirməGirişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 21-23), müxtəlif ba carıqların

yoxlanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.

Ümumiləşdirici təkrar müvafiq bölmədə reallaşdırılmış bəzi (oxu və dilqay daları) məzmun standartları üzrə ba ca rıq ların möhkəmləndirilməsi üçünnəzərdə tutulmuşdur. Tapşırıqlar dərslikdə (səh. 30) təqdim olunmuşdur. Sinfinsəviy yə sinə uyğun olaraq müəllim başqa tapşırıqlar da verə bilər.

48 I BÖLMƏ

I BÖLMƏ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ

1-3-cü tapşırıqlar mətnlə bağlıdır.

YAXINLARIN BİGANƏLİYİ

Bir nəfər həmkəndlisi olan müdrik bir qoca ilə söhbət zamanı yaxınlarındanşikayət etdi:

– Ustad, – dedi, – yaxınlarım çox quru və laqeyddirlər, mə nim problem vəhəyəcanlarımı başa düşə bilmirlər. Mən özüm isə onlara bu barədə deməyəcəsarət etmirəm.

Bir qədər sonra, onlar artıq başqa bir şey haqqında danışarkən qocahəmsöhbətinin ayağını basdaladı. Kəndli bir anlığa susdu, lakin ayağını çək -mədi və ustada heç nə demədi, sözünə davam etdi. Onda qoca onun ayağınıdaha bərk basdı. Kəndli köksünü ötürdü, lakin yenə də dinmədi. Qoca isəkəndlinin ayağını basmaqda davam edirdi. Kəndli, nəhayət, dözməyibsoruşdu:

– Müəllim, sən niyə mənim ayağımın üstündə durursan, axı məni ağrıdır?!– Bağışla, – deyə ustad tez ayağını geri çəkdi. – Mən bilmirdim ki, bu səni

narahat edir, axı sən susurdun.

1. Mətnin məzmununa uyğun atalar sözünü seçin.A) Dost arası pak gərək.B) Atlı ilə piyadanın yoldaşlığı tutmaz.C) Ağlamayan uşağa süd verməzlər.D) Yeməyənin payını yeyərlər.E) Söz danışıqdan keçər.

2. Hansı cümlədə “soyuq” sözü mətndəki “quru” sözü ilə eyni mənada işlən -mişdir?A) Qış gəlsə də, hələ havalar o qədər də soyuq keçmirdi.B) Masanın üstü soyuq qəlyanaltılarla dolu idi.C) Mənimlə soyuq görüşməsi xətrimə dəydi.D) Soyuq otaqda təkcə oturub keçmişləri xatırlayırdı.E) O heç vaxt isti yerini soyuq eləməz.

3. Morfoloji tərkibinə görə “həmkəndli”, “həmsöhbət” sözlərindən fərqlənənsözü göstərin. A) həmfikirB) həmdərdC) həmyerliD) həmçininE) həmsədr

49FƏRD VƏ CƏMİYYƏT

4. Hansı bənddəki cümlələrdən mürəkkəb cümlə yaratmaq olmaz?1. Soyuqlar bu il çox tez düşmüşdü. Qaranquşlar öz yuvalarında balalarını

yemləyirdilər.2. Qılınclar yenə parladı. Dağ-daş lərzəyə gəldi.3. Mehman bir sıra çətinliklərlə qarşılaşmışdı. Öz mübarizəsindən əl çək mir -

di.4. Külək əsdi. Hər tərəf nura boyandı.5. Müharibələrə son qoyulsun. Heç bir ananın gözlərindən yaş axmasın. A) 1, 2 B) 1, 4 C) 2, 4 D) 1, 5 E) 2, 3

5. Verilmiş cümləni elə bitirin ki, mürəkkəb cümlə alınsın.Dağdan gələn sel qarşısına çıxan hər şeyi yuyub aparır…A) bənd-bərəni dağıdırdı.B) qızılgüllərin ətri ətrafa yayılırdı.C) çay məcrasından çıxırdı.D) сanlı-cansız hər şeyi qabağına qatıb aparırdı.E) təbiət min bir rəngə çalırdı.

6. Biri mürəkkəb cümlə deyil.A) Havalar soyuyur, mal-qaranın ayağı çöllərdən kəsilirdi; xəzan fəslinin

qüssəli günləri başlamışdı.B) Hitlerin cidd-cəhdlərinə baxmayaraq, faşist Almaniyası məhvə doğru ge -

dirdi.C) O yerin ki adı qürbətdir, orada həqiqi xoşbəxtlikdən söhbət gedə bilməz.D) Dənizdəki balıqlar ac adamı nə qədər doydura bilirsə, məhbuslara da bir

ümid o qədər təsəlli verirdi. (C.Əmirov)E) Qayıq elə qalxıb-düşürdü ki, hamımız bu dəqiqə dənizin dibinə gedə -

cəyimizi düşünürdük.

7. Tabesizlik əlaqəsi ilə bağlanmış mürəkkəb cümləni göstərin.A) Torpağı nə qədər əzizləsən, o da səni bir o qədər sevindirər.B) Əsəd kişi hələ də inana bilmirdi ki, oğlu müharibədən sağ-salamat qayıt -

mışdır.C) Kəndin üzərini gah od ələyən günəş alır, gah da tutqun, boğucu bulud

bürüyürdü.D) Qarı gördü ki, yox, Koroğlu plovun hamısını yeyəcək.E) Çox çəkmədi ki, cəbhədən qələbə xəbərləri gəlməyə başladı.

50 I BÖLMƏ

51SÖZLƏRİN TARİXİ

II BÖLMƏSÖZLƏRİN TARİXİ

Dərs №

Mövzu Məzmun standartlarıSaatsayı

Dərslik səh.

MMV səh.

5.Homerdən gələn ifadələrTabesiz mürəkkəb cümlədəbağlayıcı vasitələr

2.1.1, 2.1.2, 2.2.2,2.2.3, 1.1.2, 1.2.2,4.1.1

2 32-37 52-59

6.

GimnaziyaTabesiz mürəkkəbcümlələrdə məna əlaqələri(zaman, ardıcıllıq əlaqəsi)

2.2.2, 1.1.2, 1.2.2,4.1.1

2 38-43 59-66

7.

Hind, ispan, yoxsa türktoyuğuTabesiz mürəkkəbcümlələrdə məna əlaqələri (aydınlaşdırma, qarşı laş dır -ma və bölüşdürməəlaqələri)

2.2.1, 1.2.4, 2.2.3,2.2.2, 2.1.2, 4.1.1,4.1.3

2 44-50 67-74

8.EponimlərTabesiz mürəkkəb cümlədədurğu işarələri

2.2.2, 2.1.1, 3.1.1,4.1.3

3 51-58 75-81

Kiçik summativ qiymətləndirmə 1 82-83

Yekun10

Dərs 5. HOMERDƏN GƏLƏN İFADƏLƏR (2 saat)

Qeyd. Bu bölmədəki mətnlərdə bir sıra söz və ifadələrin yaranma tarixindəndanışılır. Yaxşı olar ki, şagirdlərə bu mövzu – müxtəlif söz və deyimlərinmənşəyi ilə bağlı araşdırma işi tapşırılsın. Şagirdlər bütün bölmə boyuaraşdırmanı davam etdirə, sonda topladıqları materiallar əsasında“Rəvayətli ifadələr” adlı məqalələr toplusu hazırlaya bilərlər. Bununüçün bütün şagirdlərin iştirak etməsi şərtilə hərəyə bir vəzifə tapşırılabilər: l toplunun baş redaktorul redaktorlar l məlumat toplayanlarl yazarlarl dizaynerlər

Müəllim yazılacaq məqalələrin strukturunu əvvəlcədən belə müəy -yənləşdirə bilər:

Standartlar Təlim nəticələri

2.1.1. Tanış olmayan söz və ifadələrinkontekstə uyğun mənasını şərh edir.

Mətndə rast gəldiyi sözlərin bildirdiyiümumi anlayışı müəyyən edir.

2.1.2. Həqiqi və məcazi mənalı söz vəifadələrin mənasını kontekstə uyğundəqiqləşdirməklə şərh edir.

Kontekstə görə ifadənin mənasını vəonun yaxınmənalı qarşılığını müəy -yən ləşdirir.

2.2.2. Tərkib hissələri arasında əlaqənigözləməklə mətni genişləndirir.

Mətndə məntiqi ardıcıllığı təmin et məküçün tərkib hissələri arasına mü vafiqkeçid cümlələri əlavə edir.

2.2.3. Mətndə irəli sürülmüş fikirləridəyərləndirir.

Verilmiş faktın mətndəki hansı fikritəsdiqlədiyini müəyyənləşdirir.Araşdırma aparmaqla mətndə yol ve -ril miş elmi yanlışlığı müəyyən ləş dirir.

1.1.2. Dinlədiyi fikirlərə münasibətbildirir.

Dinlədiyi mətndəki mübahisəli mə qam -la bağlı öz fikrini bildirir.

1.2.2. Müxtəlif tipli rabitəli nitq nümu nə -ləri qurur.

Araşdırma nəticəsində hazırladığı te -zis lərdən istifadə et mək lə şifahi şəkildərabitəli mətn qurur.

4.1.1. Mürəkkəb cümlənin növlərinifərqləndirir.

Tabesiz mürəkkəb cümlənin kom po -nent ləri arasında bağlayıcı vasitələrimüəyyənləşdirir.

52 II BÖLMƏ

Motivasiya4, 5, 7-ci sinif dərsliklərində söz və ifadələrin mənşəyi ilə bağlı bir sıra möv -

zu lar öz əksini tapmışdır. Şagirdlər “etimologiya” sözünün mənası ilə 5-cisinifdə tanış olmuşlar. Bu biliklər “Əqli həmlə” və ya “Auksion” üsulu ilə xatır -la dıldıqdan sonra dərslikdə qoyulmuş motivasiya sualına keçmək olar.

1. Qədim yunan mifologiyasından hansı əsatirləri və qəhrəmanlarıxatırla yırsınız? Homer yaradıcılığı və Troya müharibəsi haqqındabildiklərinizi söyləyin.

Şagirdlər “Herakl”, “Prometey”, “Zevs”, “Axilles” kimi adları çəkə bilərlər.5-ci sinifdə verilmiş “Axillesin dabanı” mətnində, az da olsa, Troya müharibəsihaqqında məlumat öz əksini tapıb.

Oxu vä söz ehtiyatı2.1.1. Tanış olmayan söz və ifadələrin kontekstə uyğun mənasını şərh

edir.t Mətndə rast gəldiyi sözlərin bildirdiyi ümumi anlayışı müəyyən edir.

2. Emosiya sözünü izah edin. Mətndə ilahlarla bağlı hansı emosiyalardansöhbət gedir?

sevinc, qorxu, kədər, qəzəb, nifrət, heyranlıq, heyrət

Bu çalışma “emosiya” (həyəcan, təəssürat) sözünün izahını tələb etməkləyanaşı, mətndə hərəkət bildirən sözlərlə onlara uyğun gələn mücərrədisimlərin qarşılığını (gülür – sevinc, ağlayır – kədər, hirslənir – qəzəb, təəc -cüb lənir – heyrət) tapmağı nəzərdə tutur ki, bu da şagirdlərin söz ehtiyatınızənginləşdirməyə xidmət edir.

2.1.2. Həqiqi və məcazi mənalı söz və ifadələrin mənasını kontekstəuyğun dəqiqləşdirməklə şərh edir.

t Kontekstə görə ifadənin mənasını və onun yaxınmənalı qarşılığınımüəyyənləşdirir.

Deyim: “Axilles dabanı”.

İfadə etdiyi məna: ən zəif yer, nöqtə.

Yaranma tarixçəsi: Əfsanəyə görə, Axillesin anası dəniz ilahəsi Feti -da oğlunu ölməz və yenilməz etmək üçün onu yeraltı Stiks çayınınmüqəddəs suyuna salmışdır. Anası onun dabanından tutduğuna görəora müqəddəs su dəyməmiş və dabanı Axillesin yeganə zəif yeri ol -muşdur. Nəticədə Parisin atdığı zəhərli ox dabanına dəyərək onuöldürmüşdür.

Mənbə: http://portal.azertag.az/node/1512#.Vdnnqfntmko

53SÖZLƏRİN TARİXİ

3. İzahı verilmiş sözlərdən hansı mənaca “sardonik gülüş” ifadəsinə dahayaxındır?

Çalışmada “satira”, “yumor”, “qrotesk”, “sarkazm”, “komizm” sözlərininizahları verilmişdir. Bu çalışma verilmiş sözün mənasını araşdırmaqla yanaşı,onu mətnlə əlaqələndirməyi tələb edir. Mətnin son cümlələrini diqqətlə oxu-maq kifayətdir ki, “sardonik gülüş” ifadəsinin “sarkazm”la yaxın olduğu aşkaredilsin.

4. Müasir dillərdə ümumi isim kimi işlənən “odisseya” sözünə rast gəl -mək mümkündür. Mətndəki məlumatlara əsaslanaraq bu sözün məna -sını izah edin.

Mətndə Odisseyin uzunsürən müharibədən qayıdarkən başına gələn sər -güzəştlər, qarşılaşdığı maraqlı və təhlükəli hadisələrdən danışılır. Bundanipucu kimi istifadə etməklə “odisseya” sözünün müasir dildə “macəralarla doluuzun səyahət” anlamında işlədildiyini müəyyənləşdirmək olar.

2.2.2. Tərkib hissələri arasında əlaqəni gözləməklə mətni genişləndirir. t Mətndə məntiqi ardıcıllığı təmin etmək üçün tərkib hissələri arasına mü-

vafiq keçid cümlələri əlavə edir.

5. Mətndəki mavi rəngli boşluğa hansı cümlə uyğun gəlir?

5-ci çalışmanı icra edərkən mavi boşluqdan əvvəl və sonra işlənmiş fikirləridüzgün dəyərləndirən şagird “Amma ilahlarda bu emosiyalar daha güclüşəkildə təzahür edir” fikrini seçəcək.

2.2.3. Mətndə irəli sürülmüş fikirləri dəyərləndirir.t Verilmiş faktın mətndəki hansı fikri təsdiqlədiyini müəyyənləşdirir.

6. “Əvvəllər ancaq Sardiniya sahillərində ovlandığından siyənək fəsilə -sindən olan xırda balıq sardina adlanır” cümləsi mətnin 3-cü hissə -sindəki hansı fikri təsdiq edir?

Çalışmadakı cümlə mətnin 3-cü abzasındakı “Müasir dillərdə bilavasitə buada ilə əlaqədar işlənən başqa sözlər də var” fikrini təsdiq edir.

Fəndaxili şaquli inteqrasiya: 5-ci sinif. 2.2.1. Tələffüz qaydalarını gözləməklə mətni düzgün oxuyur.6-cı sinif. 4.1.2. Sözün qrammatik mənasını kontekstə uyğun izah edir.

“Orfoqrafiya və orfoepiya” rubrikasında verilmiş tapşırıq yerinə yetirilir.Mətndə göy rənglə verilmiş sözlərin yer aldığı cümlələr şagirdlər tərəfindən

oxunur. Dinləyən şagirdlərə göy rənglə verilmiş sözlərin tələffüzünə diqqətyetirmək tapşırılır. Tələffüz qaydalarına necə əməl edilməsi izlənilir və qeydləraparılır.

54 II BÖLMƏ

Mətndə göy rənglə verilmiş sözlərin düzgün tələffüzü şagirdlərin xəbərşəklində işlənən feillərin tələffüzü ilə bağlı 6-cı sinifdə qazandıqları bacarıqlarıyoxlamağa imkan verir (bax: “Azərbaycan dili” dərsliyi, 6-cı sinif, səh. 115-116).“Orfoqrafiya və orfoepiya” rubrikasındakı tapşırıq əsasında mətndəki sözlərive rilmiş qaydalara uyğunlaşdırmaqla şagirdlər bu sahədəki biliklərini dərin -ləşdirirlər.

Dinlämä vä danışma1.1.2. Dinlədiyi fikirlərə münasibət bildirir.t Dinlədiyi mətndəki mübahisəli məqamla bağlı öz fikrini bildirir.Müəllim internet saytından götürülmüş aşağıdakı mətni səsləndirir.

Xalq artisti Brilyant Dadaşova dağ yəhudilərinin verdiyi “Biq-Apple”(“Böyük alma”) mükafatına layiq görülür və gedib həmin mükafatı alır.Azərbaycanda onu qələbə münasibətilə təbrik etməyə hazırlaşanlar hələağızlarını açmamış həmin mükafatı təsis edənlərin arasında ermənilərində olduğunu bilənlər fəallaşır. Bu alma dönüb olur əsl nifaq alması.Brilyant Dadaşovanı gah mü kafatı aldığına, gah da onu alıb uşaq evlərinəvermədiyinə görə ittiham edirlər. Brilyant Dadaşova başa salmağa çalışırki, malı mala qatmaq lazım deyil. Onun etdiyi ermənilərlə əməkdaşlıqdeyil. O qalib gəlib və ermənilərin içində belə Azərbaycanın bayrağınıqaldırmağı bacarıb. Və mən Brilyant xanımla tam razıyam. Onun uğuruilə İrəvanda, özü də erməni güləşçiyə qalib gələrək Azərbaycan bayrağınıqaldırmış Elmar Qasımovun nailiyyəti arasında fərq yoxdur.

Şagirdlərdən mətndə qoyulmuş problemlə bağlı fikirləri soruşulur. Şagirdlərmüzakirə (debat da ola bilər) keçirərək məqalə müəllifinin mövqeyinə münasibətbildirirlər.

1.2.2. Müxtəlif tipli rabitəli nitq nümu nə ləri qurur.t Araşdırma nəticəsində hazırladığı te zis lərdən istifadə et mək lə şifahi

şəkildə rabitəli mətn qurur.

7. “Nifaq alması” ifadəsinin mən şəyi ilə bağlı araşdırma aparın vətəqdimat hazırlayın.

Dərslikdə bu tapşırıq təlimat xarakterli göstərişlərlə müşayiət olunur. Şa -girdlər həmin göstərişlərə əməl etməklə material toplamalı, qeydlər aparmalıvə öz fikirlərini həmin materiallara istinad etməklə əsaslandırmalıdırlar. Onlaröz çıxışlarını mətn şəklində yazmamalıdırlar; hazırladıqları tezislər və qeydlərəsasında şifahi təqdimat hazırlamalıdırlar.

ØMüasir mətbuatda və ədəbiy yat da bu ifadə hansı mənada işlənir?

Şagirdlər internetdə “nifaq alması” ifadəsinə axtarış verməklə müxtəlif

55SÖZLƏRİN TARİXİ

xəbər saytlarında bu ifadənin işləndiyi kontekstləri nəzərdən keçirirlər. Müəllimtövsiyə edir ki, ifadənin mənasını izah edərkən həmin materiallardan sitatgətirsinlər.

Nifaq alması – mübahisəyə, dava-dalaşa səbəb olan bir şey.

Ø İnternet və digər informasiya mənbələrinin köməyi ilə ifadənin mənşəyiniaraşdırın. Qeyd. Bu ifadə qədim yunan mifologiyası ilə, daha dəqiq desək, üç yunan

ilahəsinin mübahisəsi ilə bağlıdır. Prometey Fetida ilə evlənmək istəyənZevsə xəbər verir ki, əgər onların izdivacı baş tutsa, doğulacaq uşaqona – baş ilaha bədbəxtlik gətirəcək. Onda Zevs buyurur ki, Fetidaqəhrəman Peleyə ərə getsin. Zevs onların toy məclisinə nifaq ilahəsiEridadan başqa hamını dəvət edir. Erida qərara gəlir ki, toya gediborada nifaq salsın. O, bir almanın üstünə "ən gözələ çatacaq" sözləriniyazaraq üç gözəl ilahənin – Afina, Hera və Afroditanın oturduğumasaya doğru diyirlədir. İlahələr almanı götürürlər və hər biri özününən gözəl olduğunu iddia edir. Araya mübahisə düşür. Belə olduqdaZevs məsləhət görür ki, kimin gözəl olduğunu dünyanın ən gözəl kişisiParis müəyyənləşdirsin. “Gözəllik statusu”na yiyələnmək üçün hərəParisə bir şeyi “rüşvət” vəd edir. Parisi isə ona dünya gözəli Yelenanıvəd edən Afroditanın təklifi cəzb edir. Beləliklə, Paris Afroditanınhamıdan gözəl olduğunu bildirir.

Ø “Nifaq alması” ifadəsi ilə Troya mü ha ribəsi arasında hansı əlaqə var?

Qeyd. Yelena Sparta hökmdarı Menelayın arvadı idi. Paris Afroditanın məs -ləhətinə əməl edib Yelenanı onun öz razılığı ilə qaçıraraq Troyayagətirir. Menelay da bu biabırçılığın qarşısını almaq üçün qardaşıAqamemnonla birgə yunan əyalətlərindən döyüşçülər toplayaraq Troyaüzərinə hücum edir və məşhur Troya müharibələri məhz həmin “nifaqalması”nın məntiqi nəticəsi kimi antik ədəbiyyatın tarixinə düşür.

Fəndaxili üfüqi inteqrasiya:1.2.1. Dil vahidlərindən məqsədyönlü istifadə etməklə müxtəlif formalı

mətnlər qurur.2.2.3. Mətndə irəli sürülmüş fikirləri dəyərləndirir.t Araşdırma aparmaqla mətndə yol verilmiş elmi yanlışlığı müəyyən -

ləşdirir.

Ø * Mətnin 1-ci abzasında bu ifadə nin mənşəyi ilə bağlı yol verilmiş yanlış -lığı müəyyən edin.

Bu tapşırığın çətinlik dərəcəsi daha yüksəkdir, çünki şagirdlərdən qədimyunan mifologiyası və Homerin “İliada”sı haqqında daha dərin biliklər tələbedir. Məsələ bundadır ki, “nifaq alması” ifadəsinin yaranması ilə bağlı əsatiryunan mifologiya sına aid olsa da, bu ifadənin “İliada” və ümumiyyətlə, Ho -

56 II BÖLMƏ

merlə heç bir bağlılığı yoxdur, çünki “İliada”da təsvir olunan hadisələr Troyamüharibəsinin onuncu ilini əhatə edir.

Müəllim bu məsələyə aydınlıq gətirən şagirdi daha dərin araşdırma apar -dı ğı üçün xüsusi qiymətləndirə bilər.

Dil qaydaları4.1.1. Mürəkkəb cümlənin növlərini fərqləndirir. t Tabesiz mürəkkəb cümlənin kom po nentləri arasında bağlayıcı vasitələri

müəyyənləşdirir.

8-ci və 9-cu çalışmalar “Tabesiz mürəkkəb cümlələrdə bağlayıcı vasitələr”mövzusu üçün motivasiya yarada bilər.

8. Mətnin 2-ci abzasının 1-ci cümləsində nöq tələrin yerinə hansı bağlayıcıuyğun gəlir?

Mətnin 2-ci abzasının birinci cümləsi tabesiz mürəkkəb cümlədir. Onun kom -ponentlərindəki fikirlər bir-biri ilə qarşılaşdırıldığı üçün onların arasında qarşılaş -dır ma bağlayıcılarından biri (amma, ancaq, lakin) istifadə edilir.

9. Buraxılmış bağlayıcıları artırmaqla şeiri tamamlayın.İyirmi ildir ki, qələm çalırsan,Yerdən ..., göydən ... ilham alırsan.Başında rəqs edir od ..., şimşək ...,Şerinə ruh verir gül ..., çiçək ... . (S.Vurğun)

ØHansı misralar tabesiz mürəkkəb cümlənin komponentlərindən ibarət dir?

ØHansı misra tabeli mürəkkəb cümlədən ibarətdir?

Bu çalışmanı icra edən şagirdlər buraxılmış bağlayıcıları artırırlar.İyirmi ildir ki, qələm çalırsan,Yerdən də, göydən də ilham alırsan.Başında rəqs edir od da, şimşək də,Şerinə ruh verir gül də, çiçək də.

Şeirin 1-ci və 2-ci misraları tabeli mürəkkəb cümlənin komponentləridir. 3-cüvə 4-cü misralar isə bir tabesiz mürəkkəb cümlədir. Hər iki cümlədə eyni bağ -la yıcı buraxılsa da, nəzərə almaq lazımdır ki, həmin bağlayıcılar həmcinsüzvləri bir-birinə bağlayır.

8-ci və 9-cu çalışmalardakı faktlar müqayisə edilməklə (bağlayıcılarınhəmcins üzvləri və tabesiz mürəkkəb cümlələrin tərəflərini bağlaması faktı) ye -ni mövzuya giriş verilir. Bərabərhüquqlu tərəfləri bağlayan bağlayıcılar xa tır la nır(fəndaxili şaquli inteqrasiya), onların tabesiz mürəkkəb cümlənin kom po -nentlərini bağla ması ilə bağlı faktlar nümayiş etdirilir, nəzəri məlumat ümu mi -ləşdirilir. 10-cu çalışma verilmiş nəzəri məlumatı bir qədər də möh kəm lədir.

11-ci çalışmada tabesizlik bağlayıcılarının həmcins üzvləri, yoxsa tabesiz

57SÖZLƏRİN TARİXİ

mürəkkəb cümlənin komponentlərini bir-birinə bağladığını müəyyənləşdirməktələb olunur. 1-ci cümlədə ya, ya da bağlayıcıları tabesiz mürəkkəb cümləninkomponentlərini bağlayır. 2-ci cümlə sadə cümlə olduğuna görə eyni bağlayıcıhəmcins tamamlıqları bağlayıb. 3-cü və 4-cü cümlələrdə də gah, gah da, həm,həm də bağlayıcıları cümlələrin həmcins xəbərlərini bağlayıb.

5-ci cümlə üzərində şagirdləri maraqlı iş gözləyir. 5. Tarix başdan-başa dəyişkənlik və tale dönüklüyü silsiləsindən ibarətdir, yəni

xalqlar növbə ilə gah qalib gəlir, gah məğlub olur, gah zülm edir, gah özlərizülmə məruz qalır. Cümlə tabesiz mürəkkəb cümlədir. Yəni bağlayıcısı tabesiz mürəkkəb cüm -

lənin komponentlərini bağlayıb. Lakin cümlənin tərkibində işlənmiş gah, gah dabağlayıcıları ikinci sadə cümlənin həmcins xəbərlərini bir-birinə bağlayıb. Buməqama diqqət yönəltmək lazımdır.

Sonrakı (6-cı və 7-ci) cümlələrdə tabesizlik bağlayıcıları həmcins üzvlər, eləcədə ümumiləşdirici sözlərlə həmcins üzvlər arasında bağlılıq yaradıb. 8-ci cümlədəisə məsələn bağlayıcısı tabesiz mürəkkəb cümlənin komponentləri arasındabağlılıq yaradıb. Bu baxımdan 7-ci və 8-ci cümlələri müqayisə etmək olar.

12-ci çalışma da müqayisə və təhlil tələb edir. Yaxşı olar ki, onun üzərindəkollektiv iş (cütlər və ya qrupla iş) təşkil edilsin.

13-cü çalışma cütlərdə işləməyi nəzərdə tutur və əldə edilmiş bilikləri bacarığaçevirmək imkanı yaradır.

Mətnin kompleks təhliliFəndaxili inteqrasiya:6-cı sinif. 2.2.2. Mətni tərkib hissələrinə ayırır.6-cı sinif. 2.2.1. Mətndəki əsas fikri nəzərə çarpdırmaq məqsədilə mühüm

məqamları vurğulayır.9-cu sinif. 4.1.1. Mürəkkəb cümlənin növlərini fərqləndirir. 7-ci sinif. 4.1.2. Sözləri ümumi qrammatik mənalarına görə fərqləndirir.7-ci sinif. 4.1.4. Nitq hissələrinin yazılışı ilə bağlı qaydalara əməl edir.“Qanadlı sözlər” mətni üzərində aparılacaq iş həm yeni biliklərin, həm də fən -

daxili şaquli inteqrasiya hesabına əvvəllər formalaşmış bacarıqların möhkəm lən -diril məsinə xidmət edir.

1-ci tapşırıq mətni tərkib hissələrinə ayırmaq bacarığını yoxlayır. Mətndə yenifikrin “Termin kimi həmin ifadədən ilk dəfə ...” cümləsi ilə başladığını müəyyənedənlər abzasın da yerini dəqiq göstərə biləcəklər.

2-ci tapşırığın cavabı: “Qanadlı sözlər” ifadəsinə ilk dəfə Homerin poema -larında rast gəli nir, lakin dilçilik termini kimi bu ifadədən ilk dəfə alman filoloquGeorq Bühman istifadə et miş dir.

3-cü tapşırığın cavabı: qarşılaşdırma bağlayıcısı – amma (ancaq, lakin).Mətnin kompleks təhlili üçün qoyulmuş 4-8-ci tapşırıqlar, eləcə də “Xatırla!”

58 II BÖLMƏ

rubrikasındakı çalışmalar şagirdlərin VII-VIII siniflərdə əldə etdikləri bacarıqlarınmöhkəmləndirilməsini nəzərdə tutur.

QiymətləndirməGirişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 21-23), müxtəlif ba carıqların

yoxlanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.

Dərs 6. GİMNAZİYA (2 saat)

MotivasiyaMüəllim şagirdlərdə mövzuya maraq yaratmaq üçün dərslikdəki 1-ci

çalışmada verilmiş suallarla sinfə müraciət edir:

1. Gimnaziya tədris müəssisəsi haqqında nə bilirsiniz? Ölkəmizdə fəaliy -yət göstərən hansı gimnaziyaları tanıyırsınız? Onlar orta məktəb -lərdən nə ilə fərqlənir?

Mövzu ilə bağlı BİBÖ cədvəli qurulur:

Standartlar Təlim nəticələri

2.2.2. Tərkib hissələri arasında əlaqənigözləməklə mətni genişləndirir.

Mövzu üzrə əldə etdiyi məlumatlarımət nin müvafiq hissələrinə əlavə edir.

1.1.2. Dinlədiyi fikirlərə münasibətbildirir.

Dinlədiyi mətndəki məlumatları əvvələldə etdiyi məlumatlarla müqayisəedərək öz fikrini formalaşdırır.

1.2.2. Müxtəlif tipli rabitəli nitq nümu nə -ləri qurur.

Qrafik materialların şərhi ilə müşayiətolunan məruzə hazırlayır.Hazırladığı tezislərdən istifadə et mək - lə şifahi şəkildə rabitəli mətn qurur.

4.1.1. Mürəkkəb cümlənin növlərinifərqləndirir.

Tabesiz mürəkkəb cümlənin kom po -nentləri arasında məna əlaqələrini fərq -ləndirir.

GİMNAZİYA HAQQINDA

BİLİRƏM İSTƏYİRƏM BİLİM ÖYRƏNDİM

59SÖZLƏRİN TARİXİ

Tədqiqat sualı: – Gimnaziya necə yaranıb? Tədris müəssisəsi olan gimna -ziya digər tədris müəssisələrindən nə ilə fərqlənir?

OxuFəndaxili şaquli inteqrasiya:5-ci sinif. 2.2.1. Tələffüz qaydalarını gözləməklə mətni düzgün oxuyur.7-ci sinif. 4.1.4. Nitq hissələrinin yazılışı ilə bağlı qaydalara əməl edir.9-cu sinif. 2.2.1. Mətni düzgün intonasiya ilə oxuyur.Oxu zamanı şagirdlərin düzgün orfoepiya və intonasiya qaydalarına necə

əməl etmələrinə diqqət yetirilir. “Orfoqrafiya və orfoepiya” rubrikasında “L”samiti ilə başlanan şəkilçilərin yazılışı və tələffüzü ilə bağlı tapşırıqla fəndaxilişaquli inteqrasiya edilir.

2.2.2. Tərkib hissələri arasında əlaqəni gözləməklə mətni genişləndirir. t Mövzu üzrə əldə etdiyi məlumatları mət nin müvafiq hissələrinə əlavə edir.Müəllim mətnə dair bir neçə faktoloji sualla onun nə dərəcədə qavra nıldı -

ğını yoxlayır. Daha sonra dərslikdə verilmiş 2-ci tapşırıq üzərində iş gedir.

2. Mətndə gimnaziya ilə bağlı hansı məsələlərə toxunulmuşdur? Sizcə,bu mövzu ilə bağlı hansı vacib məsələlər mətndə əks olunmayıb? Hə -min məsələləri sual şəklində qeyd edin. Əlavə mənbələri araşdırmaqlabu sualları cavablandırın. Topladığınız yeni məlumatları mətnin mü-vafiq hissələrinə əlavə edin.

Bu tapşırığı yerinə yetirmək üçün şagirdlər motivasiya mərhələsində tərtibetdikləri BİBÖ cədvəlinə nəzər salırlar. Mətndəki məlumatlardan çıxış edərəkşagirdlər “Öyrəndim” sütununda müəyyən qeydlər aparırlar. “İstəyirəm bilim”sütununda cavabı tapılmış sualların altından yaşıl, açıq qalmış suallarınaltından qırmızı xətt çəkilir. Müəllim bildirir ki, əldə edilən istənilən məlumatinsanda yeni, daha dərin biliklərə həvəs doğurur. Buna görə də mətni oxuduq-dan sonra yaranmış sualları ayrıca vərəqdə qeyd etmək tapşırılır.

Beləliklə, əldə edilmiş yeni biliklər nəzərə alınmaqla yeni BİBÖ cədvəli qu-rulur. Şagirdlər 2-ci sütunda açıq qalmış suallara yeni suallar əlavə edirlər;məsələn:

– Gimnaziyalar adi məktəblərdən nə ilə fərqlənir?– Gimnaziyaya neçənci sinifdən qəbul edirlər? və s.

Qeyd. Şagirdlərə Almaniya təhsil sistemində gimnaziyanın özəllikləri haqqındaməlumat verilə bilər. Gimnaziya – əsasən, humanitar sahədə istedad vəqa biliy yəti ilə fərqlənən şagirdlər üçün təmayüllər üzrə təhsil хidmətlərigöstərən ümumtəhsil müəssisəsidir. Gimnaziyalarda təhsil, adətən, 5-cisinif dən 12-ci sinfə qədər nəzərdə tutulur və burada şa gird lərə dərinləş -diril miş ümumi təhsil verilir. Hazırda gimnaziyaların əvvəl lər mövcud olan

60 II BÖLMƏ

profillər – qədim dillər, yeni dillər, riyaziyyat və təbiətşünaslıq üzrəbölünməsi sistemi, demək olar ki, yoxdur. Burada ayrı-ayrı fənlərin, yaxudfənn qruplarının öyrənilməsinin məcburi olaraq qalmasına baxmayaraq,yuxarı sinif şagirdlərinin öz fərdi qabiliy yət lərini inkişaf etdirmək üçün genişimkanları vardır. Belə ki, onlara fənlə rin daha geniş seçimi təklif edilir. Fənlərtəlim profilinə uyğun olaraq bö lüş dürülür (dil-ədəbiyyat-incəsənət profili,ictimai-elmi profil və yaxud riyaziy yat-təbiət elmləri profili). Yuxarı siniflərdətəhsili başa vurana və kamal at testatı almaq üçün imtahanları verənəqədər şagirdlər hər üç profil üzrə fənləri öyrənmək məcburiyyətindədirlər.İlahiyyat və bədən tərbiyəsi də icbari fənlərdəndir. Gimnaziyanın yuxarısiniflərində təhsil dörd fənn üzrə kamal attestatı imtahanlarının verilməsiilə başa çatır. Kamal attestatı im tahanları müvəffəqiyyətlə verildikdənsonra tam orta təhsil haqqında şə hadətnamə verilir. Bu şəhadətnamətəhsili istənilən profil üzrə ali təhsil müəssisəsində davam etdirmək hüququverir.

Şagirdlərin topladıqları məlumatlar problemlər üzrə qruplaşdırılır və mətninmüvafiq hissələrinə əlavə edilir.

Dinlämä vä danışma 1.1.2. Dinlədiyi fikirlərə münasibət bildirir.t Dinlədiyi mətndəki məlumatları əvvəl əldə etdiyi məlumatlarla müqayisə

edərək öz fikrini formalaşdırır.

3. Orta əsrlərdə xristian ölkə lərindəki gimnaziya ilə mü səlman ölkələ rin - dəki mədrəsə arasındakı fərqli və oxşar cə hətləri araşdırın və müza -ki rə edin.

Bu çalışmanı icra etmək üçün mədrəsələr haqqında aşağıdakı mətni səs -lən dirmək olar. Dinləmədən sonra gimnaziya ilə mədrəsələrin oxşar və fərqlicəhətləri müqayisə edilir.

MƏDRƏSƏ (dinləmə mətni)“Mədrəsə” sözünün ərəb dilindən tərcüməsi “dərs oxunan yer” deməkdir.

Müsəlman dünyasında təhsil ocaqlarına verilən ümumi addır.Bu gün, təəssüf ki, yalnız “mollaxana” kimi anlaşılan mədrəsələr vaxtilə

bütün dünya üçün elm mərkəzləri rolunu oynayıb.İslam dininin elm və biliyə verdiyi müstəsna dəyər sayəsində ilk dövrlər -

dən etibarən müsəlman torpaqlarında təhsil müəssisələri fəaliyyət göstər -mişdir. Sonrakı dövrlərdə xilafətin hər bölgəsində irili-xırdalı mədrə sələraçıl ma ğa başladı. Bu mədrəsələrdə, bir qayda olaraq, dini elmlər dahageniş tədris edilirdi. Mədrəsələrin çoxu müstəqil şəkildə deyil, kitabxana la -rın, məscidlərin nəzdində fəaliyyət göstərirdi. IX əsrdə Ərəb xilafətinin müx -təlif yerlərində onlarla iri mədrəsə fəaliyyət göstərirdi.

61SÖZLƏRİN TARİXİ

1998-ci ildə çap olunmuş “Ginnesin rekordlar kitabı”nda yazılanlaraəsasən, dünyada bu günə qədər davamlı fəaliyyət göstərən ilk ali təhsilocağı 859-cu ildə Mərakeşin Fəs şəhərində təsis edilmiş Qərəviyyin məd -rəsəsi sayılır. Burada ilahiyyat elmləri ilə yanaşı, ərəb dili qrammatikası,mən tiq, tibb, riyaziyyat, astronomiya, tarix, kimya, coğrafiya və musiqi dətədris olunurdu.

Orta əsrlərdə müsəlman Şərqinin ən iri təhsil ocağı XI əsrdə böyük alimXacə Nizamülmülkün təşəbbüsü ilə Bağdadda təşkil edilmiş Nizamiyyəmədrəsəsi idi. Nizamiyyə mədrəsəsi o dövrün imkanları baxımından ənyüksək səviyyəli təhsil şəraiti, ən savadlı müəllim kadrları və ən mütərəqqitəhsil proqramı ilə təchiz edilmişdi. Burada təkcə müsəlmanlar deyil, Avro -padan gəlmiş onlarla tələbə də təhsil alırdı. Həmin dövrdə qədim yunan vəRoma fəlsəfəsi ərəb dilinə tərcümə olunaraq burada tədris edilirdi.

Qeyd. Müəllim verilmiş tapşırıqdan istifadə edərək şagirdlərdə müqayisəetməbacarığını formalaşdırmaq üçün müəyyən təlimatlar verə bilər. Şagirdlərəbildirilir ki, adətən, eyni kateqoriyadan olan anlayışlar müqayisə edilir.Müxtəlif kateqoriyalı anlayışların müqayisəsi kiçikyaşlı uşaqlara və ya in-tellektual səviyyəsi aşağı olanlara tapşırıla bilər. Məsələn, gimnaziyanın fab -riklə müqayisəsi zamanı bir cümlə ilə kifayətlənmək mümkün dür:gimnaziya – təhsil ocağı, fabrik isə istehsalat müəssisəsidir. Lakin gim-naziya və mədrəsənin hər ikisi təhsil ocağıdır. Belə olduqda müqayisəninsistemli şəkildə aparılması üçün parametrlər müəyyən olunmalıdır, yənimüqayisə müəyyən göstəricilər əsasında aparılmalıdır. Ona görə də gim-naziya ilə mədrəsənin müqayisəsi üçün, ilk növbədə, həmin göstəricilərmüəyyən ləş dirilməlidir.

Şagirdlər gimnaziya və mədrəsəni aşağıdakı göstəricilər üzrə müqayisəedə bilərlər:

– adlarının etimologiyası;– fəaliyyət göstərdiyi areal;– tarixi inkişaf yolu;– təhsil sistemi və tədris olunan fənlər.

1.2.2. Müxtəlif tipli rabitəli nitq nümunələri qurur.t Qrafik materialların şərhi ilə müşayiət olunan məruzə hazırlayır.t Hazırladığı tezislərdən istifadə etməklə şifahi şəkildə rabitəli mətn qurur.

4. Qruplarla iş. Lisey, universitet, akademiya ilə bağlı araşdırma aparınvə “Təhsil ocaqlari: tarix və müasirlik” mövzu sunda təq di mat ha zır -layın.Təqdimat zamanı qrafik informasiya materiallarından – şəkillərdən,xronoloji cədvəl lərdən və s.-dən istifadə edin.

Qeyd. Qruplara layihə işinin ev tapşırığı kimi verilməsi tövsiyə olunur. Bu cürtapşırıqlar müstəqil tədqiqat aparmaqla yanaşı, şagirdlərin sosial ba ca -

62 II BÖLMƏ

rıq la rını da inkişaf etdirir. Belə ki, qrupa daxil olan şagirdlərdən hərəsibir təhsil ocağı üzrə araşdırma apara, sonradan əldə olunan məlumatlarıbir ləşdirərək kollektiv məruzə hazırlaya bilər. Araşdırmadan əvvəl şa -girdlərin diqqətini “Nitq bacarıqları” rubrikasına yönəltmək yaxşı olar.

Şagirdlərə bildirilir ki, məruzə zamanı qrafik informasiya materiallarındanistifadə xüsusi qiymətləndiriləcək. Təqdimat zamanı onlar yazılmış mətnioxumamalı, tezislər əsasında çıxış etməli, lakin nitqin rabitəliliyini təmin etməküçün məlumatlar arasında keçid cümlələri işlətməlidirlər.

Müəllim məruzənin hazırlanması üçün şagirdlərə belə bir cədvəl nümunəsitəklif edə bilər:

Cədvəlin boş xanalarında tezislər yazılmalı, şagirdlər bu tezislər əsasındaçıxış etməlidirlər.

Dil qaydaları 4.1.1. Mürəkkəb cümlənin növlərini fərqləndirir. t Tabesiz mürəkkəb cümlənin komponentləri arasında məna əlaqələrini

fərqləndirir.

5. Uyğunluğu müəyyən edin.a. Cümlədə eyni zamanda baş verən hadisələr sadalanır.b. Cümlədə bir-birinin ardınca baş verən hadisələr sadalanır.

1. M.ö. 323-cü ildə Makedoniyalı İsgəndər xəstəlikdən vəfat etdi və onunsərkərdələri arasında hakimiyyət uğrunda mübarizə başlandı.

2. İsgəndərin ölümündən sonra Cənubi Qafqazda Atropatena dövlətiyarandı, Yaxın Şərqdə Selevkilər dövlətinin əsası qoyuldu.

Lisey Universitet Akademiya

Yaranma tarixi

İnkişaf tarixi

Bu adla fəaliyyətgöstərən ən məşhurtəhsil ocaqları

Azərbaycanda buadla fəaliyyətgöstərən təhsilocaqları

63SÖZLƏRİN TARİXİ

5-ci çalışmadan dil qaydalarına keçid üçün motivasiya yaratmaq olar.Mürək kəb cümləni təşkil edən sadə cümlələrdən birincisində bir-birinin ardın -ca baş verən, digərində isə eyni zamanda baş verən hadisələr sadalanır.

Qeyd. 2-ci bölmədə şagirdlər tabesiz mürəkkəb cümlələrin tərkib hissələri ara -sındakı məna əlaqələrini araşdırmalı, onların növlərini fərqləndirməli -dirlər. Bu dərs həmin mövzu üzrə ilk dərs olduğundan müəllim moti va siyatapşırığından istifadə edərək müəyyən şərhlər verə bilər. Hər iki cüm -lənin komponentləri bərabərhüquqlu olsa da, yuxarıda göstərilən fərqonların məna əlaqələrinin göstəricisi sayılır. Bərabərhüquqlu sadə cüm -lə ləri müstəqil sadə cümlələr kimi də işlətmək olar. Onların mürəkkəbcüm lə şəklində ifadə edilməsinin səbəbi məhz həmin məna əlaqə lə rin -dədir. Yəni fikir tabesiz mürəkkəb cümlələr şəklində ona görə formalaşırki, onun komponentləri eyni zamanda və ya ardıcıl baş verən hadisələrhaqqında məlumat verir, yaxud onu təşkil edən cümlələrdə verilən fikirbir-biri ilə qarşılaşdırılır, başqa birində birinci cümlədə söylənilən fikirikin ci cümlədə aydınlaşdırılır, digər bir qrup cümlələrdə isə ya iş növbəilə bir-birini əvəz edir, ya da iki işdən birini seçmək tələb olunur. Bu xü -su siy yətlər tabesiz mürəkkəb cümlələrdə məna əlaqələrini yaradır.

Tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasındakı məna əlaqələribarədə qısa məlumat verən müəllim zaman və ardıcıllıq əlaqələrinin xüsusiy -yət lərini sadalaya bilər: komponentlərin yerini dəyişməyin mümkünlüyü, ortaqzaman zərfliyinin olması və s.

Qeyd. Kurikulum təqdim olunan deklarativ biliklərin elmiliyə xələl gətirmədənsadələşdirilməsini və onların həyati bacarıq kontekstində verilməsini tələbedir. Digər tərəfdən məlumdur ki, elmdə mübahisə doğuran məqamlardərslikdə öz əksini tapmamalıdır. Məhz bu prinsipləri nəzərə alaraqmüəl liflər tabesiz mürəkkəb cümlələrdə səbəb-nəticə əlaqə sini vur -ğu lamamış, ardıcıllıq əlaqəsini şərh edərkən “Bir çox hallarda bu mü -rək kəb cüm lələrin 1-ci komponenti səbəb, ikincisi nəticə bildirir” tezisiilə kifayətlənmişlər. Doğrudur, əvvəlki dərsliklərdə bu əlaqə növü öz ək -sini tapmışdır. Lakin müşahidələr göstərir ki, bir çox tabesiz mürəkkəbcümlələrin kompo nentləri ara sındakı əlaqənin ardıcıllıq, yoxsa səbəb-nəticə əlaqəsi olması nəinki şagirdlərdə, hətta müəllimlərdə belə çaş qın -lıq və mübahisə yaradır, çünki tabesiz mürəkkəb cümlənin kom po nentləriarasında səbəb-nəticə əlaqəsi bariz deyil: Hamı öz yerini tutdu, sədr iclasıaçıq elan etdi. Zəng vuruldu, şagirdlər sinfə daxil oldular. Belə bir mənaəlaqəsi bariz olduqda cümlələr arasında istər-istəməz “ona görə də” bağ -la yıcısı işlənir. Bu isə həmin cümləni tabeli mürəkkəb cümləyə çevirir:Sürücü qaydanı pozdu, (ona görə də) polis onu saxladı.

Zaman və ardıcıllıq məna əlaqələrinin xüsusiyyətlərini praktik şəkildə mü -şa hidə etmək üçün 6-cı və 7-ci çalışmalar üzərində iş aparılır. Çalışmaların

64 II BÖLMƏ

birin də zaman əlaqəli tabesiz mürəkkəb cümlənin bir xüsusiyyəti (kompo nent -lərin yerini dəyişməsi), digərində isə başqa xüsusiyyəti (zaman zərfliyinincümlənin komponent lərindəki xəbərlərə aid olması) tədqiqat obyektinə çevrilir.Mə lumdur ki, zaman və ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələr formalcəhətdən (bağlayıcı vasitə lə rinə görə) bir-birinə bənzəyir. Onları fərqləndirməküçün cüm lələrin yerini də yişmək lazımdır. Zaman əlaqəli tabesiz mürəkkəbcüm lə lərdə komponentlərin yeri dəyişsə də, cümlənin məzmununa xələlgəlmir.

7-ci çalışmadan iki cümləyə diqqət yetirək:2. Dünya çempionu olduqdan sonra Nizami Paşayev Afina Olimpia dasında

ölkəmizi təmsil etmək hüququ qazandı və komandamızın bayraqdarıolmaq kimi şərəfli rol ona tapşırıldı.

3. Axır çərşənbədə oğlanlar tonqal qalayır, qızlar qulaq falına çıxır, uşaqlarpapaq atırlar.

Hər iki cümlədə zaman zərfliyi olsa da, 1-ci cümlədə o yalnız bir kompo -nentə (1-ciyə), 2-ci cümlədə isə komponentlərin hamısına aiddir.

Həmin müşahidədən sonra 8-ci çalışmanı icra edən şagirdlər çətinlik çək -mə yə cəklər. 1, 3 və 4-cü cümlələrin komponentlərini dəyişmək mümkün ol ma -dığına və bir-birinin ardınca baş verən hadisələr sadalandığına görə ar dıcıllıqəlaqəli, qalan cümlələr isə zaman əlaqəli tabesiz mürəkkəb cümlələr dir.

9-cu çalışma nitq materialının qrammatik təhlilini tələb edir. Şeirin iki mis-radan ibarət hər üç bəndi ikidən çox sadə cümlədən ibarət mürəkkəb cümlə -dir. Birinci misralarda sadə cümlələr arasında zaman əlaqəsi olsa da, onlarlaikinci misra arasında ardıcıllıq əlaqəsi mövcuddur.

10-cu çalışma formalaşmış bacarıqları bir qədər də inkişaf etdirir. Müxtəlifsadə cümlələrdən mümkün olan mürəkkəb cümlələr yaradılır və onların ara -sındakı bağlayıcı vasitə və məna əlaqəsi müəyyənləşdirilir (1 – C; 2 – E; 3 –A; 4 – B; 5 – D). Bu çalışma bir daha nümayiş etdirir ki, tabesiz mürəkkəbcümlənin komponentləri arasında mütləq semantik cəhətdən də məna əlaqəsiolmalıdır.

11-ci çalışma nitq bacarıqları ilə yanaşı, müəyyən intellektual hazırlıq tələbedir. Verilmiş sadə cümlələrə elə cümlələr əlavə etmək lazımdır ki, nümunədəgöstərildiyi kimi ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlə yaransın. Bu tapşırıqvasitəsilə tarix fənni ilə inteqrasiya yaradılır.

Müəllimin nəzərinə!

1. Yusif Məmmədəliyev yüksəkoktanlı benzin icad etdi və Böyük Vətən mü -ha ribəsində sovet təyyarələrinin daha yüksəkdən uçuşu təmin olundu.

2. M.ö. II minilliyin ortalarında – Orta Tunc dövründə sənətkarlıq əkinçilik -dən ayrıldı və ticarət inkişaf etməyə başladı.

3. Zəlzələ zamanı Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsdi vəGöygöl yarandı.

65SÖZLƏRİN TARİXİ

4. 1828-ci il fevralın 10-da Türkmənçay müqaviləsi imzalandı və Azər bay -canın Araz çayından şimaldakı bütün əraziləri Rusiyanın, cənubdakıəraziləri isə İranın əlinə keçdi.

5. 1961-ci ildə qurulmuş Berlin divarı 1990-cı ilin noyabrında söküldü vənəticədə vahid Almaniya dövləti yarandı.

6. 1410-cu ildə Qara Yusiflə Sultan Əhməd arasında baş vermiş döyüşdəCəlairilər məğlub oldu və onların Azərbaycandakı hakimiyyətinə sonqoyuldu.

7. 1920-ci ildə bolşeviklər Azərbaycanda siyasi hakimiyyəti ələ aldı vəAzərbaycan Demokratik Respublikası süqut etdi.

12-ci çalışmada da zaman və ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələrimüəyyənləşdirmək tələb olunur. Bu haqda kifayət qədər bilik əldə etmişşagirdlər bu tapşırıq vasitəsilə mürəkkəb cümlənin növlərini fərq lən dir məkbacarıqlarını daha da möhkəmləndirirlər.

13-cü çalışmada nəzm parçalarında verilmiş mürəkkəb cümlələri və kom -po nent lər arasında məna əlaqəsini tapmaq tələb olunur. Şagirdlər bitkin mis ra lar -dakı cümlələrə diqqət yetirməli, mürəkkəb cüm lə lərin tərəfləri ara sındakı mənaəlaqə lərini müəyyənləşdirməlidirlər. Tapşırıq bu baxımdan çox ma raq lıdır.

Nümunə: “Bu yerləri, bu göyləriYağış yuyur, gün qurudur” – misrasındakı cümlə quruluşca mürək -

kəbdir.I cümlə – Bu yerləri, bu göyləri yağış yuyur.II cümlə – Gün qurudur.Sonra mürəkkəb cümlənin komponentləri arasında məna əlaqəsi müəyyən -ləş dirilir. Verilmiş cümlədə bu, zaman əlaqəsidir.

Mətnin kompleks təhliliFəndaxili şaquli inteqrasiya:6-cı sinif. 2.2.1. Mətndəki əsas fikri nəzərə çarpdırmaq məqsədilə mühüm

məqamları vurğulayır.6-cı sinif. 4.1.2. Sözün qrammatik mənasını kontekstə uyğun izah edir. 9-cu sinif. 4.1.1. Mürəkkəb cümlənin növlərini fərqləndirir.

“Nesin” soyadı necə yarandı” mətni üzərində aparılacaq təhlil zamanı 1-4-cütapşırıqlar “Oxu”, 5-8-ci tapşırıqlar isə “Dil qaydaları” məzmun xəttini əhatəedir. Daha sonra şagirdlərin diqqətini “Xatırla!” rubrika sındakı “Əvəzliyin mənanövləri” mövzusu üzrə tapşırıqlara yönəltmək olar.

QiymətləndirməGirişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 21-23), müxtəlif ba carıqların

yoxlanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.

66 II BÖLMƏ

Dərs 7. HİND, İSPAN, YOXSA TÜRK TOYUĞU (2 saat)

MotivasiyaMüəllim dərslikdə motivasiya üçün qoyulmuş sualla bağlı şagirdlərin

fikirlərini öyrənir.

1. Hinduşka quşunun vətəni, eləcə də bu sözün mənşəyi və morfolojitərkibi ilə bağlı mülahi zələrinizi söyləyin.Tədqiqat sualı: – Şəkildə gördüyünüz quşu Azərbaycan dilində “hinduşka”

adlandırırlar. Sizcə, bu quşa “hind toyuğu” deyilsə, doğrudur, yoxsa “hinduşka”?

Standartlar Təlim nəticələri

2.2.1. Mətni düzgün intonasiya ilə oxu -yur.

Mətni oxuyarkən cümlələrdə əlavədənəvvəl, ümumiləşdirici sözdən sonra,elə cə də həmcins üzvlər və mürəkkəbcüm lənin tərkib hissələri arasındapauza edir.

1.2.4. Ümumiləşmiş fikirləri yığcam şə -kildə təqdim edir.

Fikirləri ümu mi ləşdirərək bir neçə te -zis lə ifadə edir.

2.2.3. Mətndə irəli sürülmüş fikirləridəyərləndirir.

Əlavə biliklərindən istifadə etməkləmətndəki fikir və faktları şərh edir.

2.2.2. Tərkib hissələri arasında əla -qə ni gözləməklə mətni genişləndirir.

Mətndəki müəyyən faktlarla bağlı şərh -lərini müvafiq hissələrə əlavə edir.

2.1.2. Həqiqi və məcazi mənalı söz vəifadələrin mənasını kontekstə uyğundəqiqləşdirməklə şərh edir.

Mətndəki alınma sözün və onun Azər -baycan dilindəki qarşılığının məna ça -lar ları arasındakı fərqi izah edir.

4.1.1. Mürəkkəb cümlənin növlərinifərqləndirir.

Tabesiz mürəkkəb cümlənin kom po -nent ləri arasında məna əlaqələrini fərq -ləndirir.Sadə cümlələr arasında müvafiq mənaəlaqəsi yaratmaqla tabesiz mürəkkəbcüm lələr qurur.Tabesiz mürəkkəb cümlənin kom po -nentləri arasında bağlayıcı vasitələrimüəyyənləşdirir.

4.1.3. Mürəkkəb cümlədə, vasitəsiznitqdə durğu işarələrindən istifadəedir.

Tabesiz mürəkkəb cümlənin kom po -nentləri arasında müvafiq durğu işa rə -lərindən istifadə edir.

67SÖZLƏRİN TARİXİ

68 II BÖLMƏ

Oxu vä söz ehtiyatı2.2.1. Mətni düzgün intonasiya ilə oxuyur.t Mətni oxuyarkən cümlələrdə əlavədən əvvəl, ümumiləşdirici sözdən

sonra, eləcə də həmcins üzvlər və mürəkkəb cümlənin tərkib hissələriarasında pauza edir.

Mətn “Səsli oxu” texnikası ilə oxunur. Bu zaman mətnin düzgün intonasiyailə oxunmasına diqqət yetirmək lazımdır. Əlavədən əvvəl, həmcins üzvlər, elə -cə də mürəkkəb cümlələrin tərkib hissələri arasında pauza gözlənilməklə oxudavam etdirilir.

Fəndaxili üfüqi inteqrasiya:1.2.4. Ümumiləşmiş fikirləri yığcam şəkildə təqdim edir.t Fikirləri ümu mi ləşdirərək bir neçə tezislə ifadə edir.

Birinci abzasın sonunda diqqət 2-ci və 3-cü çalışmalara yönəldilir.

2. 1-ci abzasda rast gəl diyiniz üç mühüm mə lu matı tezislər şəklində ifa -də edin. Onların ara sından ən mühümünü seçin.

Birinci abzasda vurğulanan üç əsas məqam aşağıdakılardır:1. Orta əsrlərdə hinduşkanı “hind toyuğu”, “ispan toyuğu”, “türk toyuğu”

adlandırırdılar.2. Bu quşun vətəni Şimali Amerikadır. 3. Onu Avropaya 1519-cu ildə ispan də niz çiləri Meksikadan gətiriblər.

Fənlərarası inteqrasiya:Ümumi tarix. 8-ci sinif. 3.1.1. Dövlətlərin (İngiltərə, Fransa, Rusiya, ABŞ,Osmanlı, İran, Çin, Hindistan, Mərkəzi Asiyanın türk dövlətləri, Qazaxıstan,Krım, Sibir, Volqaboyu, Qafqaz xalqları) yaranmasını, idarəçilik formalarını,siyasi, sosial-iqtisadi münasibətləri təhlil edir.Ümumi tarix. 8-ci sinif. 4.1.1. Tarixi şəxsiyyətləri (Oliver Kromvel, MaksimilianRobespyer, I Pyotr, II Yekaterina, Corc Vaşinqton, Bencamin Franklin, KöprülüMehmet paşa, III Səlim, Nadir şah, Ağa Məhəmməd şah Qacar) müqayisəedir.Azərbaycan dili. 9-cu sinif. 2.2.3. Mətndə irəli sürülmüş fikirləri dəyərləndirir. t Əlavə biliklərindən istifadə etməklə mətndəki fikir və faktları şərh edir.

Azərbaycan dili. 9-cu sinif. 2.2.2. Tərkib hissələri arasında əlaqəni gözlə -məklə mətni genişləndirir.t Mətndəki müəyyən faktlarla bağlı şərhlərini müvafiq hissələrə əlavə edir.

Növbəti suallara cavab vermək üçün şagirdlər “Ümumi tarix” (8-ci sinif)fənni üzrə müəyyən biliklərindən istifadə etməlidirlər.

Müəllimin nəzərinə!1. Mətndə işlənmiş alınma sözlərin qarşısında tələffüzü verilmişdir. Tələf -

füzü verilməyən sözlər latın dilindən alındığı üçün yazıldığı kimi oxunur;məsələn: furkee [furkee]

3. Sizcə, nə üçün Av ropada bu quşu həm də “hind toyuğu” adlandırır dılar?Şərh. Məlumdur ki, XVI əsrin əvvəllərində avropalılar hələ də X.Kolumbun

kəşf etdiyi Amerikanın Hindistan olduğunu güman edirdilər. Bu cümləni dərs -likdə 1-ci abzasın sonuna artırmaqla mətni zənginləşdirmək olar.

4. Mətndə və “Bu ma raq lıdır” rubrika sında verilmiş məlumatlardan isti -fa də etməklə müəy yən ləşdirin: XVI əsrdə “Yeni İspa ni ya” dedikdəhansı ölkə nəzərdə tutulurdu?

Şərh. Mətndəki məlumatlardan belə bir nəticə çıxarmaq olar ki, o zaman“Yeni İspaniya” dedikdə indiki Meksika nəzərdə tutulurdu.

5. Nəyə görə brita ni yalıları hind toyuğu ətinə məhz türk tacirləri alış -dırdılar? Bu suala cavab vermək üçün xatırlayın: nə üçün Vasko daQama Hindistana getmək üçün Afri kanı dolanmalı oldu?

Şərh. 6-cı sinif “Azərbaycan dili” dərsliyindəki “Vasko da Qama” mətnindədeyilir ki, portuqallar Hindistana yol axtardıqları zaman Avropadan Şərqəgedən ticarət yolları türklərin nəzarətində idi. Bu isə o deməkdir ki, türk tacirləriAvropa bazarlarında hegemonluq edirdilər.

6. Ümumi tarix fənni üzrə biliklərinizə əsasla naraq Bencamin Frank li -nin nit qin dəki son cüm ləni izah edin.

Şərh. Tarixdən məlumdur ki, Bencamin Franklin ömrünün sonuna yaxınamerikalıları Britaniya asılılığına qarşı mübarizəyə səsləmişdir.

7. Dünya tarixi üzrə hansı bilikləriniz bu mətn dəki məlumatları daha də -rindən mənimsəməyə kö mək etdi? Həmin bilik lərdən istifadə etməkləmətni genişləndirin və nəql edin.

Bu tapşırığın icrasından əvvəl şagirdləri “Nitq bacarıqları” rubrikasındaverilmiş tövsiyələrlə tanış etmək yerinə düşərdi. Bu materialla tanış olduqdansonra mətnə yenidən baxmaq, coğrafi adlar, həmin adlarla bağlı tarixihadisələr barədə fikir yürütmək lazım gələcək.

9-cu tapşırıqdan istifadə edilməklə mətnin şagirdlər tərəfindən tam mə -nimsənildiyi yoxlanılır. Cavablar: 1) ispan toyuğu; 2) furkee; 3) turkey (türktoyuğu); 4) Şimali Amerika.

10-cu tapşırıq da bilavasitə 2.2.3 standartından çıxan təlim nəticəsi iləbağlıdır. Müəllim özü bu mətni ucadan oxuya və şagirdlərin reaksiyasını yox -laya bilər. Sözsüz ki, müvafiq bilikləri olmayan şagirdlər mətnin mahiy yətinibaşa düşməyəcəklər.

Qeyd. Məlumdur ki, ABŞ bombardmançı təyyarəsi 1945-ci il avqustun 6-da Yapo -niyanın Xirosima şəhərinə atom bombası atmışdı. Partlayış nəticəsində70.000 adam həlak olmuş, bir o qədər də adam yarım il ərzində şüaxəstəliyindən vəfat etmişdi. Bu hadisədən 3 gün sonra ABŞ Yaponiyanınmərkəzi şəhər lərindən biri olan Naqasakini bombardman etmişdir.

69SÖZLƏRİN TARİXİ

Daha sonra bu mətnlə bağlı tapşırıqların icrasına keçilir.2.1.2. Həqiqi və məcazi mənalı söz və ifadələrin mənasını kontekstəuyğun dəqiqləşdirməklə şərh edir.t Mətndəki alınma sözün və onun Azərbaycan dilindəki qarşılığının məna

çalarları arasındakı fərqi izah edir.

8-ci tapşırığın tələbinə uyğun olaraq “bulyon” sözünün mənası, onun adişorbadan fərqi şagirdlər tərəfindən izah edilir.

Bulyon – qaynayaraq bişmiş ətin suyudur, şorba isə bişirilərkən tərkibinəmüxtəlif ərzaq məhsulları qatılmış duru xörəkdir.

Müəllim bildirir ki, dilimizdə elə alınma sözlər var ki: 1) Azərbaycan dilində qarşılığı yoxdur;2) Azərbaycan dilində yaxınmənalı qarşılığı var;3) Azərbaycan dilində eynimənalı qarşılığı var.Bulyon və şorba sözlərinin hansı kateqoriyaya aid olduğu soruşulur.Şagirdlərə söz cütlükləri verilə bilər:A) parametr – göstəriciB) kriteri – meyarC) kruiz – səyahətD) auksion – hərracE) avantaj – üstünlükSöz cütlüklərinin hansı kateqoriyalara aid olduğu soruşulur.

Qeyd. Burada A, B, D, E variantları Azərbaycan dilində eynimənalı qarşılığıolan söz lərə aiddir. Müəllim bildirir ki, bu cür sözlərin dilə daxil olunmasıarzuolun maz haldır, çünki dildə eyni məfhumu bildirən sözlər artıq möv -cuddur. Lakin “kruiz” və “səyahət” sözlərində vəziyyət bir qədər başqacürdür, “kruiz” limanlarda dayanmaqla məhdud marşrut üzrə gəmi ilədəniz səya hətini nəzərdə tutur.

Bu tapşırıqdan müəllim motivasiyada verilmiş sual ətrafında müzakirəyəkeçid ala bilər. Mətndən məlum olur ki, “hinduşka” sözü rus mənşəlidir. Budildə “ka” suffiksi ilə işlənən bir çox sözlər (kartoçka, rozetka, fortoçka) var ki,onlar dilimizdə var varizm (əcnəbi sözlərin yersiz işlənməsi) kimi işlənir.Bununla bağlı şa girdlər tədqiqat sualı ətrafında müzakirə keçirirlər, bu quşuAzərbaycan dilində necə adlandırmaq barədə öz fikirlərini deyir və onuəsaslandırırlar.

Dil qaydaları4.1.1. Mürəkkəb cümlənin növlərini fərqləndirir. t Tabesiz mürəkkəb cümlənin komponentləri arasında bağlayıcı vasitələri

müəyyənləşdirir.t Sadə cümlələr arasında müvafiq məna əlaqəsi yaratmaqla tabesiz

mürəkkəb cümlələr qurur.

70 II BÖLMƏ

t Tabesiz mürəkkəb cümlənin komponentləri arasında məna əlaqələrinifərqləndirir.

4.1.3. Mürəkkəb cümlədə, vasitəsiz nitqdə durğu işarələrindən istifa -də edir.

t Tabesiz mürəkkəb cümlənin kom po nentləri arasında müvafiq durğu işa -rə lərindən istifadə edir.

11. Verilmiş fikirləri daha aydın və konkret şəkildə izah et -mə yə çalışın.

Bu çalışma dil qaydaları üçün motivasiya rolunu oynayır. Cütlərin hərəsinəümumilik bildirən bir cümlədəki fikri aydınlaşdırmaq üçün ona ikinci cümləəlavə etmək tapşırılır; məsələn:

1. Əslində, hind toyuğunun Hindistan və hindlilərlə heç bir əlaqəsi yoxdur:sadəcə olaraq o dövrdə Amerikanı Hindistan adlandırırdılar.

2. Hind toyuğunun əvvəllər ispan toyuğu adlandırılmasının səbəbi sadədir:onu Avropaya ilk olaraq ispan dənizçiləri gətiriblər.

3. Şərqdə ilk opera Azərbaycanda bəstələnmiş və səhnələşdirilmişdir: 1908-ciil yanvarın 25-də Tağıyev teatrında Ü.Hacıbəylinin bəstələdiyi “Leyli vəMəcnun” operası tamaşaya qoyulmuşdur.

Cütlər tamamladıqları cümlələri təqdim etdikcə yaranmış tabesiz mürəkkəbcümlənin komponentləri arasındakı məna əlaqəsi də müəyyənləşdirilir. Başqasözlə, müşahidələr əsasında aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə -nin birinci komponentinin ümumilik bildirdiyi, ikincinin isə onu aydınlaşdırdığıqeyd edilir.

Nəzəri hissə mənimsədildikdən sonra tapşırıqlar vasitəsilə şagirdlərinmövzu ilə bağlı praktik bacarıqları inkişaf etdirilir.

12. Verilmiş mürəkkəb cümlələrin tərkib hissələri arasındakı mənaəlaqə sinə, eləcə də durğu işarələrinə diqqət edin və aşağıdakı tapşırığıyerinə yetirin.

l İlbizlərin bir çoxu əzələlərin yığılması və açılması ilə hərəkət edir; orta hərəkətsürəti dəqiqədə 5-6 sm-dir.

l İlbizlər çox yavaş hərəkət edir: orta hərəkət sürəti dəqiqədə 5-6 sm-dir.

ØHansı cümlədə tərkib hissələri arasındakı durğu işarəsini “yəni”bağlayıcısı ilə əvəz etmək olar?Ø Aşağıdakı qaydalarda nöqtələrin yerinə müvafiq olaraq “qoşa nöqtə” və

ya “nöqtəli vergül” ifadələrini işlədin.

Elmi və tədris ədəbiyyatında aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cüm lə -nin komponent ləri arasında durğu işarələrinin işlənməsi ilə bağlı qeyri-müəy -yənlik var. Məsələn, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (indikiAzərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi) “Azər bay can dili” vəsa -itində (Bakı, 2014) deyilir:

Analiz

Cütlərlə iş

71SÖZLƏRİN TARİXİ

1) “Tabesiz mürəkkəb cümlənin tərkib hissələrinin birində sadalanan cüm -lələr olduqda daha geniş fasilə (!) olan tərkib hissələri arasında” nöqtəli vergülqoyulur.

2) “Tərkibində vergül olmayan (!) aydınlaşdırma əlaqəli bağlayıcısız tabesizmürəkkəb cümlənin tərkib hissələri arasında” qoşa nöqtə qoyulur.

Lakin elmi və bədii ədəbiyyatdakı nitq materiallarının araşdırılması göstərir ki:

Qeyd. Bir çox hallarda qoşa nöqtə cümlədə, bir növ, bərabərlik işarəsi funk si -yasını yerinə yetirir. Müqayisə üçün bildirək ki, ümumiləşdirici sözlə həm -cins üzvlər arasında da qoşa nöqtə qoyulur. Burada da həmcins üzvlərümumiləşdirici sözün mənasını konkretləşdirir. Elə TQDK-nın adıçəkilənvəsaitində verilən nümunə də bunu sübut edir: “Tərəflər razılığa gəldilər:sülh danışıqları davam etdiriləcək”. (Tərəflər arasındakı razılığın mahiy -yəti sülh danışıqlarının davam etdirilməsidir.)

Qeyd. Tabesiz mürəkkəb cümlənin tərkib hissələri müstəqil cümlə kimi bitkin fikirifadə etdikdə və onların arasında məna bağlılığı o qədər də güclü ol ma -dıq da nöqtəli vergül qoyulur. Bir çox hallarda nöqtəli vergülü nöqtə vəya vergüllə də əvəz etmək olar. TQDK-nın adıçəkilən vəsaitində ve ri lənnümunə: “Zabit sərhəd boyunca uzanan yollara baxdı; yolda bir qaraltıgörünmür, elektrik dirəklərindəki lampalar yanmırdı”. Burada nöqtəlivergül qoyulmasının səbəbi heç də sadalanan cümlələrin olması deyil,son iki komponentin birinci komponentdəki fikri şərh etməsi, genişlən -dirməsidir. Başqa bir cümləyə nəzər salaq: “Uşaqların hərəsi bir işləməşğul idi: Samir kitab oxuyur, Nərgiz kompüterdə nə isə axtarır, İlqarsabahkı dərslərinə hazırlaşırdı”. Burada qoşa nöqtədən istifadə olunub,çünki sadalanan cümlələr ümumilik bildirən cümlədəki fikri konkret -ləşdirir.

13. Boşluqların yerinə uyğun gələn durğu işarəsini müəy yənləşdirin.

1-ci cümlədə komponentlər arasında qoşa nöqtə qoyulur, çünki ikinci kom-ponent 1-cidəki “bahalı” sözünü konkretləşdirir.

2-ci cümlədə komponentlər arasında qoşa nöqtə qoyulur, çünki ikinci kom-ponent 1-cidəki “ədalətli” sözünü konkretləşdirir.

3-cü cümlədə komponentlər arasında nöqtəli vergül qoyulur, çünki ikincikomponent 1-cidəki fikri əlavə məlumatla zənginləşdirir.

4-cü cümlədə komponentlər arasında qoşa nöqtə qoyulur, çünki ikinci kom-ponent 1-cidəki “bağlıdır” sözünü konkretləşdirir.

14-15-ci çalışmalar növbəti dil qaydasına (qarşılaşdırma və bölüşdürməəlaqələri) keçid üçün motivasiya rolunu oynayır.

1. Aydınlaşdırıcı cümlə ümumilik bildirən cümlədəki fikri konkret -ləşdirdikdə tərkib hissələri arasında qoşa nöqtə (:) qoyulur.

2. Aydınlaşdırıcı cümlə ümumilik bildirən cümlədəki fikri geniş -ləndirdikdə tərkib hissələri arasında nöqtəli vergül (;) qoyulur.

72 II BÖLMƏ

14-cü çalışmada 1-ci komponentləri eyni olan iki cümlə verilir. Şagirdlər ikin -ci komponentə görə cümlələrdəki məna əlaqələrini müəyyənləşdirməlidirlər.Aydınlaşdırma əlaqəsi haqqında məlumatı olan şagirdlər, sözsüz ki, 1-ci cüm -lə dəki məna əlaqəsini müəyyənləşdirəcəklər. İkinci cümlə müzakirə olunarkənmüəllim yönəldici suallarla “qarşılaşdırma” sözünün səsləndiril məsinə nailolmalıdır.

15-ci çalışmada şagirdlər komponentlər arasında məna əlaqəsinə görə qar -şılaşdırma və bölüşdürmə (ya, ya da) bağlayıcılarını müəyyənləş dirmə lidirlər.

16-cı çalışma qrammatik qaydaların izahında müqayisəli təhlil bacarığınıinkişaf etdirir. Verilmiş tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasındakıməna əlaqəsi (zaman) müəyyənləşdirilir. Bunu müəyyən etmək üçün kompo -nentlərin yeri dəyişdirilir. Cümlənin məzmununa heç bir xələl gəlmir. Növbətiaddımda cümlənin komponentləri arasına bölüşdürmə bağlayıcısı (gah, gahda) artırılır. Əvvəlcə eyni zamanda baş vermiş hadisələr haqqında məlumatverən cümlədə vəziyyət dəyişmiş olur: bir-birini əvəz edən (növbələşən) ha -di sələr haqqında məlumat verilmiş olur. Bu haldan istifadə edərək nəzəriməlumat daha da möhkəmləndirilir: bölüşdürmə əlaqəli tabesiz mürəkkəbcümlələr hökmən bölüşdürmə bağlayıcılarından biri ilə işlənir.

Qeyd. Bu tapşırığı yerinə yetirməklə şagirdlər həm də cümlədə bağlayıcılarınrolunu, cümlənin ifadə etdiyi fikrə tə sir göstərdiyini müəyyənləşdirirlər.Şagirdlərə başqa bir misal da gətir mək olar: “Uşaqlar çəmənlikdəoynayır, böyüklər nahara hazırlıq görür dülər” cümləsində zaman əlaqəsimövcuddur, lakin “isə” bağlayıcısı əla və etməklə qarşılaşdırma əlaqəsiyaradırıq: “Uşaqlar çəmənlikdə oynayır, böyüklər isə nahara hazırlıqgörürdülər”. Şagirdlərə onu da bildirmək lazımdır ki, bağlayıcı vasitəsiləməna əlaqəsinin dəyişdirilməsi həmişə mümkün olmur. Mürəkkəbcümlənin tərkib hissələrində ifadə olu nan fikirlər buna şərait yaratmalıdır.

17. Aşağıdakı iki aforizmi və onların mənaları arasındakı fərqi şərhedin. Onlardan hansının tabesiz mürəkkəb cümlə olduğunu deyin.

l Siz vaxtı itirirsinizsə, vaxt da sizi itirir.

l Siz vaxtı itirirsiniz, vaxt isə sizi itirir.

Bu çalışma şagirdlərdən qrammatik biliklərlə yanaşı, söz oyunu üzərindəqurulmuş cümləni izah etmək bacarığı tələb edir. Tapşırıqdakı 2-ci cümləqarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlədir. Cümlələri belə izah etməkolar: Siz vaxtınızı boş işlərə sərf edirsinizsə, tarixdə heç bir iz qoymursunuz.

Növbəti çalışmalarda şagirdlərdən tabesiz mürəkkəb cümlənin komponent -ləri arasında məna əlaqəsini, bağlayıcı vasitələri müəyyənləşdirmək tələb ol-unur.

18-ci çalışmada cümlələr arasında uyğunluğu müəyyən edərək tabesizmürəkkəb cümlələr yaradılır, onlar arasındakı məna əlaqəsi (qarşılaşdırma)və bağlayıcı tapılır (1 – D; 2 – A; 3 – E; 4– C; 5 – B).

73SÖZLƏRİN TARİXİ

19-cu çalışmada müvafiq durğu işarəsi və bağlayıcılar artırılır, cümlələrinməzmunundan çıxış edərək onların komponentləri arasındakı məna əlaqələrimüəyyənləşdirilir.

20-ci çalışma da müxtəlif məna əlaqəli tabesiz mürəkkəb cümlələrin ya -ranma prosesini izləməyə imkan verir. Belə ki, eyni sadə cümləyə ayrı-ay rı -lıqda müxtəlif sadə cümlələr əlavə edilir. Yaranmış tabesiz mürəkkəb cüm lələrarasındakı məna əlaqələri müəyyənləşdirilir.

1. Azərbaycan idmançıları I Avropa oyunları zamanı yüksək qələbə əzminümayiş etdirdilər; milli komandamız medal sayına görə turnirin ikincisi oldu.(aydınlaşdırma)

2. Azərbaycan idmançıları I Avropa oyunları zamanı yüksək qələbə əzminümayiş etdirdilər, dövlətimiz onların əməyini yüksək qiymətləndirdi. (ardıcıllıq)

3. Azərbaycan idmançıları I Avropa oyunları zamanı yüksək qələbə əzminümayiş etdirdilər, lakin turnirin qalibi Rusiya komandası oldu. (qarşılaşdırma)

21-ci çalışma müzakirə üçün verilmişdir. Mürəkkəb cümlədə bölüşdürməbağla yı cısı işlənməsinə baxmayaraq, o, bölüşdürmə əlaqəli tabesiz mürəkkəbcümlə deyil. Çünki bölüşdürmə bağlayıcısı mürəkkəb cümlənin komponent -lərini deyil, onun tərkibindəki həmcins üzvləri bağlayıb. Müzakirə zamanı hərbir fikrə diqqətlə yanaşmaq lazımdır.

Mətnin kompleks təhliliFəndaxili inteqrasiya:6-cı sinif. 2.2.1. Mətndəki əsas fikri nəzərə çarpdırmaq məqsədilə mühüm

məqamları vurğulayır.9-cu sinif. 2.1.1. Tanış olmayan söz və ifadələrin kontekstə uyğun mənasını

şərh edir. 6-cı sinif. 4.1.2. Sözün qrammatik mənasını kontekstə uyğun izah edir. 9-cu sinif. 4.1.1. Mürəkkəb cümlənin növlərini fərqləndirir.

“Bolqar bibəri” mətni üzərində aparılacaq kompleks təhlil də əvvəlkilərdəolduğu kimi həm “Oxu”, həm də “Dil qaydaları” məzmun xətləri üzrə əldə edilmişbacarıqları işə salmağı tələb edir.

1-4-cü tapşırıqlar mətnin hissələrini müəyyənləşdirməyi, əlavə biliklərdən is ti -fadə etməklə bəzi məqamlara aydınlıq gətirməyi, tanış olmayan sözün mə nasınıaydınlaşdırmağı tələb edir.

5-7-ci tapşırıqlar tabesiz mürəkkəb cümlənin komponentləri arasındakı mənaəlaqələrini, onları bağlayan bağlayıcı vasitələri müəyyənləşdirməyi nəzərdə tutur.

8 və 9-cu tapşırıqlar fəndaxili şaquli inteqrasiyanı nəzərdə tutur. Bu zamanşagirdlərə “Xatırla!” rubrikasında verilmiş “Zərf və onun məna növləri” ilə bağlısualları nəzərdən keçirmək tövsiyə oluna bilər.

QiymətləndirməGirişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 21-23), müxtəlif ba carıqların

yoxlanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.

74 II BÖLMƏ

Dərs 8. EPONİMLƏR (3 saat)

MotivasiyaMüəllim dərslikdə motivasiya üçün qoyulmuş sualla bağlı şagird lərin fikir -

lərini öyrənir.

Şəkildə əks olunmuş tarixi şəx siy -yətin və tortun adı (Napoleon) ey ni ləş -dirildikdən sonra şagirdlər dən mətninadı (eponim) ilə bağlı ehti mallarısoruşulur.

Oxu vä söz ehtiyatı2.2.2. Tərkib hissələri arasında əlaqəni gözləməklə mətni genişləndirir. t Mövzu üzrə əldə etdiyi məlumatları mət nin müvafiq hissələrinə əlavə edir.

Şagirdlər qruplara bölünərək mətnin hissələrini oxuyurlar. Hər bir hissəninsonunda müvafiq hissənin mövzusu ilə bağlı şagirdlərə eyni tipli tapşırıq veri -lib: onlar müəyyən sözlərin mənşəyi ilə bağlı araşdırma aparıb təqdimat et -məlidirlər. Sinif şəraitində şagirdlərin internetə çıxışı olarsa, onlar müstəqilşə kil də araşdırma aparıb təqdimata hazırlaşa bilərlər. Belə bir şəraitin ol ma -dığı təqdirdə isə müəllim aşağıdakı mətnləri qruplara verə bilər ki, onlar buməlumatlardan istifadə etməklə oxuduqları hissəni genişləndirib nəql et sinlər.Bunun üçün onlar məlumatları aşağıdakı cədvələ uyğun qruplaşdıra bilərlər.

Standartlar Təlim nəticələri

2.2.2. Tərkib hissələri arasında əlaqənigözləməklə mətni genişləndirir.

Mövzu üzrə əldə etdiyi məlumatlarımət nin müvafiq hissələrinə əlavə edir.

2.1.1. Tanış olmayan söz və ifadələrinkontekstə uyğun mənasını şərh edir.

Çoxmənalı sözlərin kontekstə uyğunmənasını izah edir.

3.1.1. Verilmiş mövzuya uyğun müxtəliftipli (nəqli, təsviri, mühakimə) və for ma -lı (inşa, esse, hekayə) mətnlər yazır.

Verilmiş mövzuya uyğun esse yazır.

4.1.3. Mürəkkəb cümlədə, vasitəsiznitqdə durğu işarələrindən istifadəedir.

Tabesiz mürəkkəb cümlənin kom po -nentləri arasında müvafiq durğu işa rə -lərindən istifadə edir.

1. Şəkildə gördüyünüz şəxs kim dir?Onun qarşısındakı tort ne cə ad la nır?Şəkildəki yazını şərh edin. Siz cə, bumətndə söh bət nədən gedəcək?

75SÖZLƏRİN TARİXİ

Mən artıqinsan deyiləm.Mən tortam.

I qrup. 3. Altından xətt çəkilmiş söz və ifadələr haqqında əlavə biliklərinizdən istifadə

etməklə mətni genişləndirib nəql edin. Nyuton qanunu və Pifaqor teoremi, eləcə də mətndə adı çəkilən ölçü va -

hidləri (amper, volt, vatt, hers) haqqında şagirdlər fizika və riyaziyyat fən lə rin -dən məlumat almışlar. Onlara digər eponimlər haqqında aşağıdakı mə lumatlarıvermək olar.

Nərgiz sindromu – fövqəladə özünəvurğunluqda ifadə olunan xarakter cizgisi.Termin Nərgiz haqqında qədim yunan əsatirindən yaranmışdır. Əsatirə görə, Nərgizçay ilahı Kefisin və nimfa Liriopanın oğludur. Uşaq doğularkən gələcəkdən xəbərverən Tiresi onun uzun və xoşbəxt ömür sürəcəyini bildirir. Lakin bircə şərtlə: ogərək heç vəchlə öz əksini görməsin. Nərgiz böyüyüb son dərəcə gözəl oğlanaçevrilir. Rast gəldiyi bütün qızlar, gəlinlər, hətta gözəllər gözəli nimfa Exo da Nərgizəaşiq olur. Lakin Nərgiz heç kəsə könül vermir. Məhəbbət ilahəsi Afrodita onu dəhşətlicəzaya məhkum edir: bir dəfə bulaqdan su içmək üçün əyilən Nərgiz suda öz əksinigörür və ona vurulur. Dünyada hər şeyi unudan gənc saatlarla sudakı əksinə tamaşaedir, nəhayət, eşqin əzabına tab gətirməyib həlak olur. Onun öldüyü yerdə ağ rəngli,ətirli bir çiçək bitir. Həmin çiçəyi “nərgiz” adlandırırlar.

Daun sindromu (yaxud “Trisomiya 21”) – ilk dəfə 1866-cı ildə ingilis alimi ConLanq don Haydon Daun tərəfindən təsvir edilmiş xəstəlik. Bu sindromla doğulanuşaqlar əqli cəhətdən geri qalır və bir-birinə oxşayırlar; boyları qısa, kəlləsi kiçik vəyumru olub üz nahiyəsində yastılaşır, gözləri uzunsov və kiçik olur. Xarakterik xaricigörü nüşünə, yəni monqoloid irqinə mənsub insanlara bənzədiklərinə görə Daun buxəstəliyi “monqolizm” adlandırmışdı. Lakin asiyalı alimlərin etirazından sonra xəstəli -yə onu ilk dəfə müəyyən etmiş alimin adı verilmişdir. Xəstəliyin yaranma səbəbi 1956-cıildə fransız genetiki Cerom Lejen tərəfindən aşkar edilmişdir. Belə ki, bu xəstəlik za -manı 21-ci xromosom cütlüyündə normal iki əvəzinə üç xromosom olur. 2006-cı ildəilk Beynəlxalq Daun sindromlu insan gününün martın 21-də qeyd edil məsi də məhzbu nunla əlaqədardır. Gün və ay xromosom cütlüyünün sıra nöm rəsi və cütlükdəkixro mosomların sayına uyğun seçilmişdir.

Söz (ifadə) Mənşəyi Eponim mənası

İstisu Azərbaycan Respublikasının Kəl bə cərrayonunun inzibati ərazi vahidində qə sə -bədir. Kəlbəcər İstisu mineral eh tiyatı və“İstisu” sa natoriyası ilə dünyada tanınıb.“İstisu” sanatoriyası Kəlbəcərin qərbhissə sində – silsilə dağ yamac la rın dadır.İstisu mineral bulaqları 1138-ci ildə güclüzəl zələ zamanı Yerin qabar ması, çatla -ması nəti cə sində əmələ gəlib.

Müalicəvi əhəmiyyətəmalik mineral su

76 II BÖLMƏ

Napoleon kompleksi – alçaqboylu adamların şöhrət, uğur, var-dövlət sahibiolmağa can atması. Napoleon Bonapart tarixə Fransa imperatoru, böyük qələbəəzminə malik bacarıqlı sərkərdə kimi düşmüşdür. Yəqin ki, o bu gün məşhur tortunvə bəstəboylu, miniatür bədən quruluşlu adamlara xas olan kompleksin onun adınıda şıdığını eşitsəydi, çox təəccüblənərdi. Geniş yayılmış psixoloji problem olannatamamlıq kompleksinin Napoleonla nə əlaqəsi var? Məsələ burasındadır ki, boyucəmi 1 m 51 sm olan Napoleon böyük uğurlar qazanmış, tükənməz enerjiyə, özü nə - ina ma və məqsədəçatma əzminə malik insan kimi yadda qalmışdır. “Napoleon komp -leksi” terminini əsərlərində ilk dəfə avstriyalı psixoloq Alfred Adler insan fəaliy yətininmüxtəlif sahələrində yüksək fəallıq göstərən alçaqboylu kişilərin davranışını təsviredərkən işlətmişdir.

“Mirzəyi” rəqsi – Azərbaycanın qədim rəqslərindən biri. Qarabağlı ney ustasıMirzə tərəfindən təqribən 1860-70-ci illərdə bəstələnib. Bir əsrdən də artıq vaxtkeçməsinə baxmayaraq, bu rəqs hələ də öz populyarlığını itirməmişdir. Xalq ara sındatanınan məşhur rəqqasların repertuarlarında bu rəqs daim öz layiqli yerini almış dır.“Mirzəyi” rəqsi həm qadınlar, həm də kişilər tərəfindən ifa edilir. Müəllifi rəq sinmelodiyasını ney alətində yaratsa da, tar və kamança ifasında da gözəl səs lənir.Bununla yanaşı, “Dərbəndi”, “Aşqabadi”, “Əsgərani”, “Qars” və digər milli rəqs lərimizdə var ki, onlar Azərbaycanın coğrafi adlarını özündə yaşadır.

Alqoritm – qarşıya qoyulan məsələni həll etmək üçün yerinə yetirilməsi vacib olanəməliyyatlar ardıcıllığı. Latınca “qayda-qanun” deməkdir. Alqoritm 783-850-ci illərdəXarəzmdə (indiki Özbəkistanda) yaşamış IX əsrin məşhur özbək riyaziyyat çı sı Mə -həm məd ibn Musa əl-Xarəzminin (yəni Xarəzmli Musa oğlu Məhəmməd) adınınlatınca yazılışı ilə (Algorithmi) bağlıdır. Əl-Xarəzminin yazdığı trak tatın XII əsrdə latındilinə tərcümə olunması sayəsində avropalılar mövqeli say sis te mi ilə tanış olmuş,onluq say sistemini və onun hesab qaydalarını alqoritm ad landırmışlar. Ümumiyyətlə,alqoritm – verilmiş məsələnin həlli üçün lazım olan əmə liyyatları müəyyən edən vəonların yerinə yetirilmə ardıcıllığını göstə rən formal yazılışdır. Hesablama maşınla -rının əsas fərqləndirici xüsusiyyətlərindən biri də onun proqramla idarə olunmasıdır.Yəni istər sadə, istərsə də mürəkkəb məsə ləni maşının həll etməsi üçün proqramtərtib edilməlidir.

Abbası – Səfəvilər dövründə gümüş pul. XVI-XVII əsrlərdə Qafqaz, Yaxın Şərqvə Orta Asiyada geniş yayılmışdı. Səfəvi şahı I Abbas taxta çıxanda yeni pullar kəs -di. 1620-ci ildə kəsilən bu iri gümüş pullar “abbasi” adlandı. Onun çəkisi iki misqal, yəni7,7 qram, dəyəri 200 dinara, bu da 4 şahıya bərabər idi. 20 tümən bir abbası idi.

II qrup. 4. Etimoloji baxımdan eponim sayılan brend adları və bu adların tarix çə si ilə

bağlı əlavə biliklərinizdən istifadə etməklə mətni genişləndirib nəql edin.Porşe – əsasən, idman avtomobilləri istehsal edən, həmçinin dizayn xidmətləri

göstərən və maliyyə əməliyyatları aparan alman avtomobil kompaniyası. KompaniyaAvstriya avtomühəndisi və biznesmeni Ferdinand Porşenin (1875-1951) adını daşıyır.Porşenin ən tanınmış konstruksiyaları “Folksvagen” maşınları (məş hur “böcək”),alman “Tiger” tankları və özüyeriyən “Ferdinand” topudur. 1999-cu ildə F.Porşe yüzil-liyin ən yaxşı avtokonstruktoru adına layiq görülüb.

Simens – elektrotexnika, elektronika, energetik avadanlıq, nəqliyyat, tibbi ava -

77SÖZLƏRİN TARİXİ

danlıq və işıq texnikası istehsalı, eləcə də sənayenin müxtəlif sahələrində, nəqliyyatvə rabitədə ixtisaslaşmış xidmətlərin həyata keçirilməsi istiqamətində fəaliyyətgöstərən alman transnasional (bir neçə ölkədə istehsalat bölmələri olan kompaniyavə ya korporasiya) konserni. Kompaniyanın qərargahları Berlində və Münhendəyerləşir. Əsası 1847-ci ildə görkəmli alman alimi, ixtiraçısı, sənayeçisi, ictimai və siyasixadimi Verner fon Simens (1816-1892) tərəfindən qoyulub və onun adını daşıyır.Beynəlxalq vahidlər sistemində elektrik keçiriciliyi vahidi də alimin şərəfinə simens(beynəlxalq işarəsi – S) adlandırılıb.

Honda – əsasən, minik avtomobili və motosiklet istehsalçısı kimi tanınan bey nəl -xalq sənaye kompaniyası. 1948-ci il sentyabrın 24-də Soiçiro Honda (1906-1991)tərəfindən yaradılmışdır və onun adını daşıyır. Qərargahı Tokioda yerləşir. Kom pa ni -yanın dünya avtomobil bazarına çıxmaq qərarı Yaponiya hökuməti tərəfindən nara -zılıqla qarşılanmışdı. Hesab edilirdi ki, dünya bazarında “Toyota”, “Nissan” və “Mit subişi”ilə rə qa bət son nəticədə ölkənin iqtisadi maraqlarına toxuna bilər. Bununla belə, kom-paniya 1959-cu ildə motosikl istehsalı üzrə dünya liderliyinə nail oldu. 1973-cü il enerjiböh ra nından sonra qənaətcil “Honda” avtomobilləri böyük populyarlıq qazandı və 1980-ci ildə Yaponiyanın ən böyük avtomobil istehsalçıları üçlüyünə daxil oldu.

Mersedes və ya Mersedes-Bens – alman avtomobil markası, eləcə də 1883-cü ildəyaradılmış avtomobil kompaniyası. Karl Bens (1844-1929) al man mü hən disi, avto-mobil ixtiraçısı, avtomobil istehsalının pioneri olmuşdur. 1883-cü ildə Man heym dəvelosiped emalatxanasının əsasında “Benz&Company Rheinische Gasmotoren-Fab-rik” kompaniyasını təşkil etmiş, 1885-ci ildə daxiliyanma mühərriki ilə işləyən ilk avto -mobilini hazırlamışdır. 1893-cü ildə ikiyerli dördtəkərli “Vikto riya” avto mobili, 1894-cüildə ilk avtomobil yürüşlərində iştirak etmiş “Velo” avtomo bil mo deli, bir il sonra ilk yükmaşı nı, həmçinin tarix də ilk avtobuslar yaradıl mışdı. 1926-cı il iyunun 28-də Bens vədigər alman mü həndisi, konstruktoru və sənayeçisi Qotlib Daymlerin kompaniyalarıbirləşir və yeni kompaniyanın bütün avtomobilləri “Mer se des-Bens” adlanmağa baş la -nır. Mersedes (əsl adı Adriana Manuela Ramona) avstriyalı biznesmen Emil Elli ne kinqızı idi. Daymlerin işçisi olan Ellinek müəssisədə istehsal olunan avtomobil mar ka -sı na qızının adını vermişdi. 1902-ci il fevralın 23-də bu söz rəs mi ticarət mar kası ki miqeydiyyatdan keçdi. 1903-cü ilin iyununda isə Emil El linek soyadının Ellinek-Merse -des soyadı ilə əvəz edilməsi üçün rəsmi icazə aldı.

III qrup.

5. Kraliça Viktoriyanın şərəfinə adlandırılmış yer adlarının belə geniş coğrafiarealda yayılmasının səbəbini izah etməyə çalışın.

Şagirdlər tarix dərslərindən əldə etdikləri məlumatlara istinad edərək bununsəbəbini izah edə bilərlər. I Viktoriya 1837-1901-ci illərdə Böyük Britaniya və İrlandiyaBirləşmiş Krallığının kraliçası, 1876-cı ildən etibarən isə Hindistanın imperatriçəsiolmuşdur. Onun hökmranlıq dövrü İngiltərənin müstəmləkəçilik siyasətinin geniş vüsətalması ilə səciyyələnir. Sözsüz ki, yeni zəbt olunan ərazi və məntəqələrin bir çoxuViktoriyanın adı ilə adlandırılırdı. 6. İsgəndərin adı ilə bağlı olan mayak (dünyanın yeddi möcüzəsindən biri)

və qədim Şərqin ən zəngin kitabxanası haqqında əldə etdiyiniz məlu mat -lardan istifadə etməklə mətni genişləndirin.

78 II BÖLMƏ

İsgəndəriyyə mayakı – dünyanın 7 möcüzəsindən biri. M.ö. təqribən 280-ci ildəNil çayının mənsəbindəki Faros adasında (İsgəndəriyyə şəhərinin kənarında) memarKnidli Sostrat tərəfindən inşa edilmişdi. Bu üçqatlı qüllənin hündürlüyü 120 metrəçatırdı. Onun zirvəsindəki daş köşkdə gəmilərə yol göstərən tonqal yanırdı. Bununüçün qullar dayanmadan qüllənin yuxarısına odun daşıyırdılar.

İsgəndəriyyə kitabxanası — Misirdə M.ö. II Ptolemey Filadelfin dövründə ya ra -dılmış kitabxana. Antik dövrün ən böyük kitabxanası sayılır. Roma imperatorla rı nınMisirə hərbi yürüşləri zamanı yandırılmışdı. Bəzi tarixçilər hesab edirlər ki, İs gən -dəriyyə kitabxanasının yanması bir çox tarixi faktların izini itirib.

IV qrup. 7. Linç məhkəməsi, boykot, xuliqan, şovinizm, “Molotov kokteyli” söz və

ifa dələrinin məna və mənşəyi haqqında topladığınız məlumatlardan isti -fadə etməklə mətni genişləndirin.Linç məhkəməsi – cinayətdə şübhəli bilinən insanın məhkəmənin qərarı olmadan

kütlə tərəfindən edam edilməsi (əsasən, həmin insanı asmaqla). Versi ya ların birinəgörə, amerikalı hakim Çarlz Linçin adı ilə bağlıdır. O, Ame rikada və tən daş müharibəsiillərində ilk dəfə olaraq bu cür edamların tə şəbbüskarı olmuş dur. İkinci versiyaya görə,bu ifadə kapitan Uilyam Linçin adından götürülmüşdür. “Linç məh kəməsi” terminiABŞ-da yaranmışdı. Bu cür edamlar XIX əsrin sonu–XX əsrin əvvəl lərində BirləşmişŞtatlarda geniş yayılmışdı. Dünyada baş verən Linç məh kəmələrinin 85%-i məhz budövrün Amerikasının payına düşür. Linç məhkə məsinə qarşı ən sərt mübarizə de -mokrat-prezidentlər F.Ruzvelt və H.Trumen tə rəfindən həyata keçirilmişdir.

“Boykot” sözünün də maraqlı tarixçəsi var. XIX əsrin II yarısında İrlan di yada tor-paq mülkiyyətçiləri ingilislər idi. Onlar öz torpaq və təsərrüfatlarını yerli müvək killərvasitəsilə idarə edirdilər. 1879-cu ildə İrlandiya aclıq təhlükəsi ilə üz-üzə qalmışdı.Belə olduqda İrlandiyanın parlamentdəki baş nüma yən dəsi torpağın icarə haqqınıaşağı salmaq haqda çağırış etdi. İngilis par lamentariləri bu çağırışa səs verməkistəyirdilər ki, irlandiyalı müvək kil lərdən biri öz ağasına xoş gəlmək üçün ica rə haqqınıaşağı salmağın əley hinə çıxış etdi və vax tında pulu ödəməyən icarədarları – özhəmyerlilərini köçürmək tək lifini irəli sürdü. Bu vaxt parlamentarilər ona arxalarınıçevirdilər, sanki həmin insanın mövcudluğunu belə duy mur dular. Belə bir münasibətədözə bilməyən müvəkkil İrlan diyanı tərk etməli oldu. Həmin mü vəkkilin adı isə ÇarlzKanningem Boykot idi. O vaxtdan da “boy kot” sözü bir adam və ya bir qrup insanlaünsiyyətdən imtina etmək, onu saymamaq mə na sında işlənməyə başlandı.

Şovinizm – millətçiliyin ifrat, mürtəce formalarından biridir. Başqa millət və xalq -lara nifrət və ədavəti qızışdırmağa yönəlmişdir. Şovinizm siyasəti “ikincidərəcəli” millətvə irqlər üzərində hökmranlıq etməli bir millətin milli müs təs nalığını təbliğ edir. Bu söz1831-ci ildə Fransada yazılmış komediyalardan biri nin qəhrəmanı – Napo leonunişğalçılıq siyasətinin pərəstişkarı Nikola Şo venin adından yaranmışdır.

“Molotov kokteyli”ndən ilk dəfə 20 iyul 1895-ci ildə Kubanın azadlığı uğ run damübarizə zamanı istifadə olunub. Bu “kokteyl”dən növbəti istifadə 1936-cı ildə İs-paniyada baş verən vətəndaş müharibəsi zamanı qeydə alınıb. Lakin içində tez alışanmaye olan bu şüşə butulkalar “Molotov kokteyli” adını sovet-fin müharibəsi zamanıalıb. 1939-40-cı illərdə SSRİ Helsinkini havadan bomba ladığı üçün ciddi qı na ğa tuş

79SÖZLƏRİN TARİXİ

gəldi. Beynəlxalq ictimaiyyətin tənqidlərinə cavab olaraq SSRİ xarici işlər naziri Vya -çeslav Molotov rəsmi bəyanat verir ki, sovet hərbi təyyarələri Finlan diyanın paytaxtınabomba deyil, acından əziyyət çəkən əhali üçün humanitar yar dım paketləri atır. Bubəyanatdan sonra fin əsgərləri ölkə ərazisinə soxulan sovet tanklarına atdıqları şüşəbutulkaları “Molotov üçün kokteyl” adlandırmağa başla dı lar. Tezliklə bu butulkalar,sadəcə, “Molotov kokteyli” adı ilə məşhurlaşdı.

Xuliqan – Klarens Rukun 1899-cu ildə nəşr edilmiş “Xuliqan gecələri” adlı kita -bın da bildirilir ki, bu kəlmə Londonda yaşamış mühafizəçi və oğru Patrik Xuli qanınadın dan götürülmüşdür. O, tez-tez cinayətlər törətməklə, qarətlər etməklə ad çıxar -mışdı. Patrik Xuliqan hətta polis işçisini qətlə yetirmiş, həbs xanaya düşmüş vəömür lük həbs cəzası almışdır.

2.1.1. Tanış olmayan söz və ifadələrin kontekstə uyğun mənasını şərh edir.t Çoxmənalı sözlərin kontekstə uyğun mənasını izah edir.

8-9-cu çalışmalar yerinə yetirildikdən sonra “orijinal” və “aksiya” sözlərininmənaları müəyyənləşdirilir və mətndəki mənası tapılır.

Orijinal:1. Bir yazının, şəklin və s.-nin əsli (surətin antonim qarşılığı). 2. Başqa dilə tərcümə üçün əsas olan mətn.3. Başqalarına oxşamayan, təqlidçilikdən uzaq olan.

Aksiya:1. Şirkətə kapital qoyuluşunu təsdiq edən qiymətli kağız. 2. İctimaiyyətin diqqətini cəlb etmək üçün keçirilən kütləvi tədbir.

Yazı3.1.1. Verilmiş mövzuya uyğun müxtəlif tipli (nəqli, təsviri, mühakimə)

və formalı (inşa, esse, hekayə) mətnlər yazır. t Verilmiş mövzuya uyğun esse yazır.

10. Gəncə şəhərinin adı ilə bağlı aşağıdakı məlumatdan çıxış edərək mü -ha kimə xarakterli mətn yazın.

Tapşırıqda verilmiş xronologiyada Gəncə şəhərinin müxtəlif illərdə necəadlandırıldığı göstərilir. Şagirdlər tarix üzrə biliklərindən istifadə etməklə bu də - yişikliklərin səbəblərini göstərməli və buna öz münasibətlərini bildirməlidir lər.

Dil qaydaları4.1.3. Mürəkkəb cümlədə, vasitəsiz nitqdə durğu işarələrindən istifadə

edir.t Tabesiz mürəkkəb cümlənin komponentləri arasında müvafiq durğu

işarələrindən istifadə edir.

11-ci çalışma dil qaydaları üçün motivasiya rolunu oynayır. Verilmiş tabesizmürəkkəb cümlələrin komponentləri müəyyən edilir. Onları bağlayan mənaəla qə ləri və bağlayıcı vasitələr tapılır. Sonra komponentlər arasındakı bağ -

80 II BÖLMƏ

layıcı vasitələri müşahidə etmək tövsiyə olunur. Müşahidənin nəticələri qeydedilir: bu komponentlər arasında vergül (,), nöqtəli vergül (;) və qoşa nöqtə(:) işarələrindən istifadə olunur. Müşahidələr başqa nümunələr əsasın da dadavam etdirilə bilər. Durğu işarələrinin işlənmə yeri bağlayıcı vasitə lərə görədə müəyyən olunur. Qeyd edilir ki, və bağlayıcısı işlənərkən heç bir durğuişarəsindən istifadə olunmur.

12-ci çalışma da, də bağlayıcıları ilə bağlı durğu işarələrinin işlənmə qay -da larındakı fərqin müşahidə və analizini tələb edir. Hər iki cümlə təhlil edil -dikdən sonra belə nəticəyə gəlmək olur ki, birinci cümlə həmcins üzvlü sadəcümlə, ikinci isə tabesiz mürəkkəb cümlədir. Birinci cümlədə vergül həmcinsüzvləri, ikincidə isə tabesiz mürəkkəb cümlənin komponentlərini ayırır. Ayrılmayerləri fərqli olduğundan birinci cümlədə durğu işarəsi də bağlayıcısındansonra işlənib. Tabesiz mürəkkəb cümlənin komponentlərinin ayrılma yeri fərqliolduğundan də bağlayıcısından sonra vergül işarəsi işlənməyib.

Qeyd. Yazıda durğu işarələri ilə bağlı ən çox buraxılan səhvlər qarşılaşdırmabağlayıcılarının (amma, ancaq, lakin, isə) işlənməsi zamanı müşahidəolu nur. Belə ki, çox zaman bu bağlayıcılardan əvvəl vergül qoyulur. Onagörə də bu mövzu ilə bağlı həmin məsələyə daha çox diqqət yetirilmişdir.

13-cü çalışma eynitipli çalışmadır. Verilmiş tabesiz mürəkkəb cümlələrdəbağlayıcı vasitə kimi qarşılaşdırma bağlayıcıları (isə, amma) işlən mişdir. Ammabağlayıcısı tabesiz mürəkkəb cümlənin komponentləri arasında, daha doğrusu,ikinci komponentin əvvəlində işləndiyinə görə vergül birinci kom po nentdənson ra, yəni amma bağlayıcısından əvvəl işlənib. İsə bağla yıcısı isə bu sər -həddə işlənmədiyindən vergül işarəsi ondan əvvəl deyil, qayda üzrə, birincikomponentdən sonra işlənib.

14 və 15-ci çalışmalar tətbiqedici çalışmalardır: birincidə durğu işarələ rininistifadəsində yol verilmiş səhvləri müəyyənləşdirmək, ikincidə isə buraxıl mışdurğu işarələrini bərpa etmək tələb olunur.

QiymətləndirməGirişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 21-23), müxtəlif ba carıqların

yoxlanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.

Ümumiləşdirici təkrar müvafiq bölmədə reallaşdırılmış bəzi (oxu və dilqay daları) məzmun standartları üzrə ba ca rıq ların möhkəmləndirilməsi üçünnəzərdə tutulmuşdur. Tapşırıqlar dərslikdə (səh. 57-58) təqdim olunmuşdur.Sinfin səviy yə sinə uyğun olaraq müəllim başqa tapşırıqlar da verə bilər.

81SÖZLƏRİN TARİXİ

II BÖLMƏ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ

1-4-cü tapşırıqlar mətnlə bağlıdır.

REYUNYON ADASI

Bəzən hansısa bir yerin adı siyasi səbəblərdən dəfələrlə dəyişir. Buna maraqlınümunə kimi Hind okeanında yerləşən Reyunyon adasını göstərmək olar. Uzunmüddət adada yaşayış olmamış və heç bir ölkə ona iddia irəli sürməmişdi.Lakin 1649-cu ildə bura Etyen de Flakur adlı bir fransız gəldi və adanı Fransaərazisi elan etdi. O, adanı həmin dövrdə hökmranlıq edən Burbonlar sülaləsininşərəfinə “Burbon” adlandırdı.

1793-cü ildə Burbonlar sülaləsinin nümayəndəsi XVI Lüdovik inqilabçılartərəfindən edam olundu və adaya xalqla respublikaçılar hökumə tinin birliyini ifadəedən Reyunyon (Birləşmə) adı verildi. 1804-cü ildə Napo leon Bonapart özünüimperator elan edəndə ada, təbii ki, Bonapart adası adlanmağa başladı. 1815-ciildə Napoleon devrildi və taxt-tac Burbonlardan olan XVII Lüdo vikə keçdi. Bundansonra adaya Burbon adı qaytarıldı.

1830-cu ildə Burbonlar yenə hakimiyyətdən qovuldular və taxt-tac onlaraqohum olan Orleanlar sülaləsinə keçdi. Onları da öz növbəsində 1848-ci ildədevirdilər və elə o zaman adaya Reyunyon adı qaytarıldı. Bundan sonra haki -miyyətə bir dəfə də Bonapartlar gəldi. Lakin buna baxmayaraq, adanın adı “...”deyə bir daha dəyişdirilmədi.

1. Cədvəli doldurun. Boşluqlara uyğun gələn məlumatı yerləşdirin.

2. Mətnin sonuncu cümləsində nöqtələrin yerinə hansı ifadə uyğun gəlir?A) dünya beş gündürB) dərə xəlvət, tülkü bəyC) düşər-düşməzi olarD) qorxan gözə çöp düşərE) mal yiyəsinə oxşayar

A

B

C

Tarix Adanın adı Dəyişmə səbəbi

1649

Reyunyon

1804

Burbonlar sülaləsi yenidənhakimiyyətə gəldi.

82 II BÖLMƏ

3. Verilmiş məlumatların mətndəki yerini müəy yən ləş dirin.

* Rusiyaya qarşı müharibədə məğlubiyyət Napoleon imperiyasının da ğıl -masının başlanğıcı oldu. A B C

* Napoleon Bonapartın qardaşı oğlu Şarl Lui Napoleon Bonapart (III Na -poleon) Fransanın sonuncu monarxı oldu. A B C

* X əsrdən başlayaraq bura ərəb dənizçiləri gəlib-gedirdilər. Avropalılardan buadaya ilk dəfə XV əsrdə portuqaliyalılar gəlmişdi. A B C

4. Mətnin 2-ci və 3-cü abzaslarının birinci cümləsinin tərkib hissələri arasındahansı məna əlaqəsi var?A) zaman B) ardıcıllıq C) aydınlaşdırma D) qarşılaşdırma E) bölüşdürmə

5. Durğu işarələri düzgün işlənməmiş cümlələri göstərin. 1. Ovçu kəkliyə iki güllə atdı, ancaq heç biri dəymədi. 2. İndi bu quru çöllərdə, nə quşların səsi eşidilir, nə də cüyürlərin izi görünürdü.3. Göyərçin həm gözəl quşdur, həm də, hamı onu sülh rəmzi kimi qəbul edir.4. Bu yerlərə yaz tez gəlir; artıq martın əvvəllərində badam ağacı çiçəkləyir.5. Ovçu vaxtında kənara atıldı, lakin, canavarın iti dırnağı yenə də onun

ayağını yaraladı. A) 1, 2, 3 B) 2, 4, 5 C) 2, 3, 5 D) 1, 2, 5 E) 2, 3, 4

6. Biri tabesiz mürəkkəb cümlə deyil. A) Külək bərk vıyıldayır, ildırım hamını vahiməyə salırdı. B) Efir yağları qızılgüldən alınır və ondan dərmanların, eləcə də kosmetik

vasitələrin hazırlanmasında istifadə olunur.C) Cəngavər düşmənini bir həmlədə yerə sərdi, ancaq onu öldürməkdə bu

dəfə də tərəddüd etdi.D) Döyüş dayanmışdı, ancaq hələ də güllə səsləri eşidilirdi.E) Kənddə çal-çağır idi, bircə o, kədərli halda küçələrdə dolaşırdı.

7. Cümləni elə davam etdirin ki, qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümləalınsın.Soyuqlar çox tez düşdü, ...A) günəş isə hələ də yeri isitməkdə idi. B) köçəri quşlar da uçub isti ölkələrə getdilər. C) qış payızı vaxtsız yola saldı. D) mülayim hava qasırğa ilə əvəz olundu. E) bir azdan qar da yağmağa başladı.

83SÖZLƏRİN TARİXİ

84 III BÖLMƏ

III BÖLMƏTARİXİ ŞƏXSİYYƏTLƏR

Dərs №

Mövzu Məzmun standartlarıSaatsayı

Dərslik səh.

MMV səh.

9.Topçubaşovlar Tabeli mürəkkəb cümlələr

2.2.1, 2.2.2, 2.2.3,1.1.1, 4.1.1, 4.1.2

3 60-65 85-92

10.Mirzə Kazım bəyBaş və budaq cümlənibağlayan vasitələr

2.2.3, 2.1.1, 2.2.2,3.1.2, 1.2.3, 4.1.1,4.1.3

2 66-71 93-98

11.Kölgədə qalmayanlarTabeli mürəkkəb cümlədəbaş və budaq cümlənin yeri

2.2.3, 2.2.2, 1.1.1,1.2.1, 4.1.1, 4.1.2,3.1.3

3 72-79 98-106

12.

Nəriman Nərimanovunoğluna məktubuTabeli mürəkkəb cümlədəəvəzliyin rolu

2.2.1, 2.2.3, 2.2.2,1.1.1, 1.2.4, 4.1.1

2 80-86 107-112

Kiçik summativ qiymətləndirmə 1 113-114

Böyük summativ qiymətləndirmə 1

Yekun12

Dərs 9. TOPÇUBAŞOVLAR (3 saat)

MotivasiyaMüəllim şagirdlərin diqqətini mövzu ətrafında cəmləşdirmək və təfəkkürünü

fəallaşdırmaq məqsədilə aşağıdakı sualla müraciət edə bilər:

1. Azərbaycan tarixində məşhur şəxsiyyətləri ilə yadda qalmış hansınəsilləri tanıyırsınız?Alınan cavablar klaster şəklində qeyd edilir. Topçubaşovlar soyadı səs lə -

nə nə qədər klasteri davam etdirmək olar. Prosesi sürətləndirmək üçün müəl -lim yönəldici suallardan istifadə edə bilər.

Oxu vä söz ehtiyatı2.2.1. Mətni düzgün intonasiya ilə oxuyur.t Mətnin xarakterindən asılı olaraq oxu sürətini tənzimləyir və məntiqi

vurğudan əvvəl pauza edir.

Mətni səsli oxu texnikası ilə oxutmaq məqsədəuyğundur. Mətnin düzgünintonasiya, müvafiq səs tonu ilə oxunmasına diqqət yetirmək lazımdır. Səsinməkana və dinləyiciyə görə tənzimlənməsi, oxu zamanı pauzaya nəzarət et -mə yin əhə miyyəti barədə şagirdləri məlumatlandırmaq tövsiyə olunur. Müəllimbildirir ki, yeknəsəq tonda oxunan mətn dinləyiciləri tez yorur. Hər bir cümləninbir hissəsi sürətlə oxuna bilər, lakin yeri gəldikcə pauza edilməlidir ki,dinləyicilər həm indiyə qədər oxunmuş hissəni qavrasınlar, həm də pau za -dan sonra deyiləcək söz və ya ifadəni diqqətlə dinləsinlər.

Standartlar Təlim nəticələri

2.2.1. Mətni düzgün intonasiya iləoxu yur.

Mətnin xarakterindən asılı olaraq oxusürətini tənzimləyir və məntiqi vurğu -dan düzgün istifadə edir.

2.2.2. Tərkib hissələri arasında əla -qə ni gözləməklə mətni genişlən dirir.

Mövzu üzrə əldə etdiyi məlumatlarımət nin müvafiq hissələrinə əlavəedir.

2.2.3. Mətndə irəli sürülmüş fikirləridəyərləndirir.

Elmi mətndəki ziddiyyətli məqamlarıaşkar edir və onlara münasibət bildirir.

1.1.1. Danışanın mövzuya müna si -bə tini müəyyən etmək üçün tədqi qatxarakterli suallar verir.

Dinlədiyi mətndəki mübahisəli mə qam -ları aydınlaşdırmaq üçün suallar tərtibedir.

4.1.1. Mürəkkəb cümlənin növlərinifərqləndirir.

Tabeli mürəkkəb cümlədə baş vəbudaq cümlənin yerini müəyyənləşdirir.

4.1.2. Sözləri və söz birləşmələrinimüx təlif sintaktik vəzifələrdə işlədir.

Tabeli mürəkkəb cümləni sadə ləş dirə -rək budaq cümləni baş cümlənin mü-vafiq üzvü vəzifəsində işlədir.

85TARİXİ ŞƏXSİYYƏTLƏR

2.2.2. Tərkib hissələri arasında əlaqəni gözləməklə mətni genişlən -dirir.

t Mövzu üzrə əldə etdiyi məlumatları mət nin müvafiq hissələrinə əlavə edir.

Mətnin birinci hissəsi oxunub qurtardıqdan sonra şagirdlərin diqqətini 2-cimətndaxili tapşırığa yönəltməklə Azərbaycan tarixi ilə fənlərarası inteqrasiyayaradılır.

Qeyd. Şagirdləri bu tapşırıqla əvvəlki dərsdə də tanış etmək olar ki, onlar budərsə daha hazırlıqlı gəlsinlər. Lakin nəzərə almaq lazımdır ki, tapşırıqdaqoyulmuş mövzular şagirdlərə 8-ci sinifdən tanışdır. Belə ki, bu mövzular8-ci sinif üçün Azərbaycan tarixi fənn kurikulumuna uyğundur.

2. Azərbaycan tarixi fənnindən aldığınız məlumatlardan istifadə etməkləmətni tarixi faktlarla zənginləşdirin:

– Ağa Məhəmməd şah Qacarın Qafqaza yürüşüMüəllim üçün əlavə məlumat:1791-ci ildə Ağa Məhəmməd şah Qacar Azərbaycan ərazisində zəifləmiş möv -

qelərini gücləndirmək üçün tədbirlər görür. O, tabe olmayan xanlara və feodallaraamansız divan tutaraq onları öz hakimiyyətini tanımağa məcbur edir. Bu zaman xəbərtutur ki, Rusiya tabeliyini qəbul etmiş gürcu çarı II İrakli Qarabağ və İrəvan xan lıq la -rının da belə bir qərar qəbul etməsinə çalışır. Qarabağın Rusiyanın tabeliyinə keçməsifikrindən dəhşətə gələn Ağa Məhəmməd şah Qacar 1795-ci ildə 60 minlik ordu iləQafqaza yürüş edir.

Şahın özünün komandanlıq etdiyi böyük bir ordu hissəsi Qarabağ üzərinə yeriyirvə Şuşa qalasını mühasirəyə alır. Hərtərəfli hərbi hazırlıq olmadan qısa müddətdəŞuşanı ələ keçirməyin qeyri-mümkün olduğunu görən Ağa Məhəmməd şah QacarTiflis istiqamətində hücuma keçir. O heç bir çətinlik çəkmədən Tiflisə daxil olub şəhəridarmadağın edir.

1797-ci ildə Ağa Məhəmməd şah Qacar daha böyük bir qüvvə ilə ikinci dəfəQafqaza yürüş edir. Qacar qoşununun Arazı keçdiyini eşidən kimi İbrahimxəlil xanAzərbaycanın şimalına – Car-Balakənə qaçıb gizlənir. Ağa Məhəmməd şah Qacardəbdəbəli şəkildə, bir fateh kimi Şuşa qalasına daxil olur. Bir neçə gün sonra – iyunayının 5-də saray məmurları Ağa Məhəmməd şahı gecə öz iqamətgahında qətləyetirirlər. Bu əhvalatı eşidən İbrahimxəlil xan Şuşaya qayıdıb şahın cənazəsini böyükehtiramla Tehrana yola salır. Beləliklə, Azərbaycan xanlıqlarını birləşdirmək AğaMəhəmməd şaha nəsib olmur.

– General Sisianovun Gəncəyə hücumuGəncə xanlığı XVIII əsrin 90-cı illərindən rus dövləti ilə səmimi diplomatik müna -

sibət lər saxlayırdı. General Sisianov Gəncə xanlığının ələ keçirilməsinə böyük əhə -miyyət verirdi. O, Rusiya hakimiyyətini qəbul etmiş digər xanlıqlardan fərqli olaraqGən cə xanlığına daha amansız tələblər irəli sürürdü. Sisianov Cavad xandan ildə 20min çervon (qızıl pul), yəni Şəki, Qarabağ və Şirvan xanlıqları üçün müəyyən edilmişməbləğdən 3 dəfə çox ödənc tələb edirdi. Sisianovun Rusiyanın himayəsini qəbuletmək tələbinə Cavad xan belə cavab verdi: “1796-cı ildə sənin padşahın fərmangöndərdi, mən də onun təklifini qəbul edib qalanı təhvil verdim. Əgər indi də sənin

86 III BÖLMƏ

padşahın belə bir fərman veribsə, onu mənə göstər, mən də onun iradəsini görərəkbuna uyğun hərəkət edərəm”.

Beləliklə, Sisianov 11 topu olan piyada batalyonu, 3 eskadron, 2 kazak yüzlüyün -dən ibarət qoşunu Gəncə üzərinə yeritdi. Bütün bu qoşunlara general Portnyaginrəhbərlik edirdi.

1803-cü ilin dekabrında Sisianovun təslim olmaq ultimatumuna Cavad xan beləcavab verdi: “Nə ixtiyarla mənimlə belə danışırsan?! Mən ki sənə tabe deyiləm… “Eləbu gün cavab ver” – bu nə deməkdir? Heç nökərlə də belə rəftar etməzlər. Bu bir. Oki qaldı şəhərin təhvil verilməsinə, xam xəyaldan əl çək. Gəncəyə yalnız meyitlərinüstündən keçə bilərsən, mən öləndən sonra, özgə cür yox”. (Bu hə min məktub idi ki,Əlimərdan bəy tərcümə etmişdi.) 1804-cü il yanvarın 3-də sübh çağı Gəncə qalasınahər tərəfdən od yağdırıldı. Hücum zamanı mayor Dmitri Lisa ne viç Cavad xanı öldürdü.Onun oğlu Hüseynqulu ağa da qəhrəmancasına həlak oldu.

Əlavələr dinlənildikdən sonra oxu davam etdirilir. Şagirdlər mətnin ikincihissəsini oxuyurlar, 3-cü tapşırığı yerinə yetirməklə bu hissənin məzmun ardı -cıllığını müəyyən edirlər.

4-cü tapşırıq da 2.2.2 standartının reallaşdırılmasına xidmət edir. Şa -girdlərə tapşırılır ki, mətnin strukturunu, hissələr arasındakı əlaqəni düzgünmüəyyənləşdirsinlər və verilmiş cümlələri uyğun gələn hissələrə əlavə et -sinlər:

A – 61-ci səhifədə 4-cü abzasın əvvəlinə;B – 61-ci səhifədə 5-ci abzasın 2-ci cümləsindən sonra;C – 61-ci səhifədə 1-ci abzasın sonuna;D – 61-ci səhifədə 2-ci abzasın sonuna.

2.2.3. Mətndə irəli sürülmüş fikirləri dəyərləndirir.t Elmi mətndəki ziddiyyətli məqamları aşkar edir və onlara münasibət

bildirir.Məlum olduğu kimi, bir çox tarixi şəxsiyyətlərin həyat və fəaliyyəti ilə bağlı

ziddiyyətli fikirlər mövcuddur. Bu hala Mirzə Cəfər Topçubaşovla bağlı fakt-larda da rast gəlinir. 5-ci tapşırıq məhz bu ziddiyyətli məqamların araşdırılmasıilə bağlıdır.

5. Mirzə Cəfər Topçubaşovun doğum yeri ilə bağlı mətndəki məlu mat lar -da hansı ziddiyyətlər var?

Çalışmanın icrasına başlamazdan əvvəl müəllim şagirdləri “Nitq baca -rıqları” rubri kasında verilmiş “Oxu bacarığı və tənqidi təfəkkürün inkişafı” iləbağlı müd dəalarla tanış edir. Yadda saxlamaq lazımdır ki, bu tip çalışmalardamütləq həqiqəti tapmaqdan daha çox, tənqidi təfəkkürü inkişaf etdirməyi önplana çıxarmaq vacibdir.

Mətnin 2-ci hissəsində deyilir ki, “Mirzə Cəfər Topçubaşov 1790-cı ildəGən cə şə hə rində anadan olub”. Lakin 1-ci hissədən belə məlum olur ki, MirzəCəfərin atası Əlimərdan bəy 1795-ci ilə qədər Tiflisdə yaşayıb və II İraklinin

87TARİXİ ŞƏXSİYYƏTLƏR

xidmətində olub. Tarixdən məlum olduğu kimi, II İrakli ilə Cavad xanın münasi -bətləri o qədər də yaxşı olmayıb. Belə olduğu təqdirdə Əlimərdan bəyin ailəsi1790-cı ildə Gəncəyə necə gedə bilərdi?

Bu ziddiyyət aşkar edildikdən sonra ədəbiyyatşünas alim Vilayət Quli ye -vin “Tarixdə iz qoyan şəxsiyyətlər” kita bından parça oxunur. Bu parçadaM.C.Topçubaşovun 1795-ci il Tiflis hadisələri ilə bağlı xatirələri verilib. Beləçıxır ki, həmin zaman Mirzə Cəfərin 5 yaşı varmış. Xatirələrdə isə beləifadələrə rast gəlirik: “... atam tapşırdı ki, 6 yaşlı bacımı da götürüb məscidəgedim...”, “...gizlincə Kürə yaxınlaşdım və yaxşı üzə bildiyimə görə o birisahilə keçməyə müvəffəq oldum”. 5 yaşlı uşağın üzüb Kürü keçməsi ağla -batan deyil. Belə çıxır ki, elmi ədəbiyyatda Mirzə Cəfər Topçubaşovun doğumtarixi düzgün göstərilməyib.

Dinlämä1.1.1. Danışanın mövzuya münasibətini müəyyən etmək üçün tədqi -

qat xarakterli suallar verir. t Dinlədiyi mətndəki mübahisəli məqamları aydınlaşdırmaq üçün suallar

tərtib edir.Müəllim aşağıdakı mətni səsləndirməzdən əvvəl şagirdlərə tapşırır ki, mət -

ni dinləyərkən oradakı faktların dərslikdən oxuduqları mətnlə müqayisəsiniaparsınlar və onlar üçün qaranlıq qalan məqamları sual şəklində qeyd etsinlər.Bunun üçün əvvəlcədən şagirdlərə tapşırılır ki, mətni dinləyərkən tarixləri,adları (yer və ya insan adları) qeyd etsinlər. Bu onlarda məlumatın yaddasaxlanıl masına yardım edəcəkdir.

Rus hərbi tarixçisi S.O.Kişmişevin “Nadir şahın Herata, Qəndəhara,Hindistana səfəri və onun ölümündən sonra İranda baş verənhadisələr” kitabından:

“Əlimərdan bəy və onun oğlu Mirzə Cəfərin zadəgan olması ba -rədə 1818-ci ildə gürcü çarı şəhadətnamə vermişdi. Şəha dətna mə -də deyilirdi ki, Topçubaşıların əcdadlarını İran şahları Xora san danTiflisə köçürmüşdülər. Gürcü çarı onları köçkünlər üzərində başçıqoydu. Əliəkbər bəy topçuluğu bildiyinə görə çar İrakli onu topçu -başı vəzifəsinə təyin etdi. Həmin vəzifəyə Gürcüstanda yalnız əsil-nə cabətli zadəganlar təyin edilirdilər. Əliəkbər bəy Azxuri adlı yerdədöyüşdə həlak olduqdan sonra çar İrakli onun yetim qalmış uşaq -larını – Əlimərdan bəyi, Hacıağa və Ağahüseyni öz sarayına qəbuletdi və onlar çar qulluqçuları ilə birgə tərbiyə olundular. Ağa Mə -həmməd şah Tiflisi aldıqda isə həmin Əlimərdan bəy bütün ailəsi iləbirgə əsir götürüldü. Gəncəli Cavad xan onları pulla ondan alıb özüdə Əlimərdan bəyin qızı ilə evləndi və ona fəxri nazir rütbəsi verdi”.

88 III BÖLMƏ

Dinləmə mətnindəki yeni faktlarla bağlı şagirdlərdə başqa suallar yaranabilər.

1. Dərslikdəki mətndə deyilirdi ki, Ağa Məhəmməd şah Qacar Əlimərdanbəyin ailəsini əsir götürdükdən sonra onu Cavad xana hədiyyə verdi. Dinləməmətnində isə deyilir ki, Cavad xan Əlimərdan bəyin ailəsini pulla aldı? Bun-lardan hansı doğrudur?

2. Dərslikdə Gəncə şəhəri zəbt olunduqdan sonra Əlimərdan bəyin taleyibarədə heç bir məlumat verilmir. Belə bir təəssürat yaranır ki, o da rus ordu -suna qarşı döyüşlərdə həlak olub. Dinləmə mətnindən isə aydın olur ki, Əli -mərdan bəy 1818-ci ilə kimi yaşayıb. Bəs Gəncənin süqutundan sonra onuntaleyi necə olub? Necə oldu ki, Əlimərdan bəyin ailəsi yenidən Tiflisə köçdü?

Müəllim bildirir ki, tarixdə kifayət qədər boşluqlar var. Bu boşluqları doldur-maq istəyərkən tarixçilər bəzən öz məntiqlərinə və təxəyyüllərinə əsaslanırlar,ona görə də elmdə ziddiyyətlər yaranır. Belə hallarda həqiqəti aşkar etməyinən düzgün yolu ilkin mənbələrə müraciət etməkdir.

Dil qaydaları4.1.1. Mürəkkəb cümlənin növlərini fərqləndirir. t Tabeli mürəkkəb cümlədə baş və budaq cümlənin yerini müəyyənləşdirir.4.1.2. Sözləri və söz birləşmələrini müxtəlif sintaktik vəzifələrdə

işlədir.t Tabeli mürəkkəb cümləni sadələşdirərək budaq cümləni baş cümlənin

müvafiq üzvü vəzifəsində işlədir.

6-cı tapşırıq dil qaydaları üçün motivasiya yarada bilər. 6. Cümlələri oxuyun. Altından xətt çəkilmiş komponent digər kompo -

nentdən doğan hansı suala cavab verir? Tapşırığın düzgün yerinə yetirilməsi üçün nümunə verilib. Qalan cümlələrlə

də iş nümunədə göstərildiyi kimi yerinə yetirilir.

1. Əliəkbər bəy gürcü ordusuna topçubaşı təyin olundu (niyə?), çünki o,topçuluq sənətini yaxşı bilirdi.

2. Elə ki Ağa Məhəmməd şah Tiflisi aldı (nə vaxt?), Əlimərdan bəy ailəsiilə birgə əsir götürüldü.

3. Rahiblər Cəfəri monastırda gizlətdilər ki (nə məqsədlə?), farslar onutapa bilməsinlər.

Ø İndi isə cümləni sadələşdirərək altından xətt çəkilmiş komponenti cümləüzvü kimi işlədin. Tapşırığın bu hissəsində həmin cümlələr sadələşdirilir, bu zaman altından

xətt çəkilmiş komponent söz birləşməsinə çevrilərək sadələşdirilmiş cümləninmürəkkəb üzvünə çevrilir.

1. Əliəkbər bəy topçuluq sənətini yaxşı bildiyinə görə gürcü ordusunatopçubaşı təyin olundu.

89TARİXİ ŞƏXSİYYƏTLƏR

2. Ağa Məhəmməd şah Tiflisi tutanda Əlimərdan bəy ailəsi ilə birgə əsirgötürüldü.

3. Farsların onu tapa bilməməsi üçün rahiblər Cəfəri monastırda gizlətdilər.

Müşahidələr nəticəsində yaranan qənaətlər “Qrammatika” rubrikasındaverilmiş nəzəri məlumatla müqayisə edilir. Müəyyən olunur ki, tabeli mürəkkəbcümlələrin komponentlərindən biri əsas, digəri isə asılı tərəf kimi çıxış edir.Sual verən, aydınlaşdırma tələb edən komponent əsas tərəf, suala cavabverən komponent isə asılı tərəfdir. Əsas tərəf baş cümlə, asılı tərəf isə budaqcümlə adlanır. Tabeli mürəkkəb cümlədə ifadə olunmuş fikri sadə cümləşəklində də ifadə etmək olar. Bu zaman tabeli mürəkkəb cümlənin budaqcümləsi sadə ləş dirilmiş cümlənin mürəkkəb üzvünə çevrilir. Çünki budaqcümlənin vəzifəsi ya baş cümlədə buraxılmış bir üzvü əvəz etmək, ya da hərhansı bir üzvü ay dınlaşdırmaqdır.

Növbəti tapşırıq şagirdlərdən müqayisəli təhlil bacarığı tələb edir.

7. Tabesiz və tabeli mürəkkəb cümlələrin oxşar və fərqli cəhətlərini gös -tərməklə Venn diaqramı qurun.

Mürəkkəb cümlənin bu iki əsas növünü müqayisə etməklə şagirdlər hər birnövün fərqləndirici xüsusiyyətlərini daha dərindən mənimsəmiş olurlar.

Oxşar cəhətlər:

• Hər ikisi iki və daha artıq sadə cümlənin birləşməsindən yaranır.

• Hər ikisinin tərkib hissələri arasında semantik cəhətdən məna əlaqəsi olur.

• Hər ikisinin tərkib hissələri intonasiya və bağlayıcıların köməyi iləəlaqələnir.

Fərqli cəhətlər:

• Tabesiz mürəkkəb cümlələrin tərəfləri bərabərhüquqlu olur; tabelidə isətərəflərdən biri (budaq cümlə) o birindən (baş cümlə) asılı olur.

• Tabesiz mürəkkəb cümlələrin tərəfləri fikrin ifadəsində bərabər şəkildəiştirak edir; tabelidə isə tərkib hissələrdən biri o biri cümlədəki fikriaydınlaşdırır.

• Tabesiz mürəkkəb cümlələrin tərəfləri tabesizlik bağlayıcıları ilə bağlanır;tabelidə isə tərəflər tabelilik bağlayıcıları ilə bağlanır.

8-ci tapşırıq əldə edilmiş məlumatları bacarığa çevirir. Tapşırıqda aşağı -da kı tələblər qoyulur:

1) 1-ci sütundakı cümlələrdə buraxılmış və ya aydınlaşdırılan üzvü, onunyaratdığı sualı müəyyənləşdirmək;

2) 2-ci sütunda həmin suala cavab verən cümləni müəyyən etmək;3) bu cümlələri birləşdirməklə tabeli mürəkkəb cümlə yaratmaq;4) yaranmış cümlədə baş və budaq cümləni müəyyənləşdirmək.

90 III BÖLMƏ

1. Bütün musiqisevərlər bilirlər ki,“Min bir gecə” baletinin bəstəkarı FikrətƏmirovdur. 1 – С

2. Maraqlı məlumatlardan biri də budur ki, Bakıya ilk avtomobili məhz HacıZeynalabdin Tağıyev gətirtmişdir. 2 – D

3. Aydındır ki, işğalçılar xoşluqla torpaqlarımızı tərk etməyəcəklər. 3 – E

4. Üzeyir Hacıbəyli elə bir bəstəkardır ki, onun musiqisi sərhəd tanımır. 4 – A

5. İqtisadiyyatı elə qurmaq lazımdır ki, ixrac idxalı üstələsin. 5 – B

9. Tabeli mürəkkəb cümlələri sa də cümləyə çevirib yazın. Bu daq cümləninhansı cümlə üz vü ye rində işləndiyini müəyyən edin.

1. Elə insanlar var ki, yaxşılığı heç zaman unutmurlar.

Yaxşılığı heç zaman unutmayan insanlar var.

2. Sənətin sirri ondadır ki, o, təbiətin naqisliklərini düzəl dir. (F.Volter)

Sənətin sirri təbiətin naqisliklərini düzəltməyindədir.

3. Şirlər qrup halında ov etsə lər də, onların beş cəhdindən biri uğurlu olur.

Şirlərin qrup halında ov etmələrinə baxmayaraq, onların beş cəhdindənbiri uğurlu alınır.

4. Həqiqi dahi, o adamdır ki, ürə yi hamı üçün döyünür. (R.Rollan)

Həqiqi dahi, ürəyi hamı üçün döyünən adamdır.

Mətnin kompleks təhlili Kompleks təhlil üçün nəzərdə tutulmuş mətn də mövzu ilə bağlıdır. Mətn

Mirzə Cəfər Topçubaşovla bağlı məlumat bazasını zənginləşdirməklə yanaşı,oxu və dil qaydaları üzrə bacarıqları inteqrativ şəkildə inkişaf etdirməyə şəraityaradır.

1. Mətn Şərq mədəniyyətinin dünya sivilizasiyasına verdiyi töhfələri danan-lara qarşı yazılmışdır.

2. “Kürsü” sözünün sinonimi – “tribuna” 3. “Fövqündə” sözünün sinonimi – “xaricində” 4-cü və 5-ci tapşırıqlar mürəkkəb cümlələrlə bağlıdır. Mətndə işlədilmiş

mürəkkəb cümlələr aşağıdakılardır: Hələ də iddia edirlər ki, Asiyanın tarixi solğundur, sönükdür, maraqsız və

əhəmiyyətsizdir.Bütün kürsülərdən uca səslə bəyan edirlər ki, orta əsrlərdə diqqət yetirilməli

yeganə hadisə alman xalqının inkişafıdır.Gəlin düzünü deyək ki, bu məsələlərin qüdrəti, əhəmiyyəti onları inkar

etmək istəyənlərin qüvvələri fövqündədir.Mürəkkəb cümlə ilə əlaqədar xeyli bilik və bacarıq əldə edənlər ən azı iki

qrammatik əsasa malik olan bu cümlələri seçəcəklər. Onlar əvvəlcə mürəkkəbcümlənin komponentlərinin sərhədlərini müəyyənləşdirməlidirlər. Kompo -

91TARİXİ ŞƏXSİYYƏTLƏR

nentlər arasındakı əlaqənin tabelilik, yoxsa tabesizlik əlaqəsi olduğunu isəhəm bağlayıcı vasitələr, həm də tərəflərin birindən meydana çıxan suala digərtərəfin cavab verməsi ilə müəyyənləşdirmək olar. Hər üç cümlənin kompo -nentləri ki bağlayıcısı ilə bağlanıb. Birinci komponentdən verilən suallara ikincikomponent cavab verir.

Hələ də iddia edirlər ki, (nəyi?) Asiyanın tarixi solğundur, sönükdür, maraq -sız və əhəmiyyətsizdir.

Bütün kürsülərdən uca səslə bəyan edirlər ki, (nəyi?) orta əsrlərdə diqqətyetirilməli yeganə hadisə alman xalqının inkişafıdır.

Gəlin düzünü deyək ki, (nəyi?) bu məsələlərin qüdrəti, əhəmiyyəti onlarıinkar etmək istəyənlərin qüvvələri fövqündədir.

Deməli, hər üç cümlə tabeli mürəkkəb cümlədir. Sual meydana çıxan birincicümlələr baş, suala cavab verərək onu izah edən, aydınlaşdıran ikincicümlələr isə budaq cümlələrdir.

6-cı və 7-ci tapşırıqlar həmcins xəbərli (Asiyanın tarixi solğundur, sönükdür,maraqsız və əhəmiyyətsizdir) və həmcins mübtədalı (Məgər minilliklərdən bəridünyadakı dəyişiklikləri sakit bir tərzdə seyr edən sarsılmaz Çin, hər dəfəSəməndər quşu kimi külün içərisindən dirçələn İran, poeziyası və incəsənətiilə dünyanın özü qədər qədim olan Hindistan öyrənilməyə layiq deyillərmi?)cümlələri müəyyənləşdirməyi nəzərdə tutur. (Fəndaxili şaquli inteqrasiya. VIIIsinif, st. 4.1.2)

8-ci və 9-cu tapşırıqlar sözün qrammatik mənasını müəyyənləşdirmə vəköməkçi nitq hissələrini bir-birindən fərqləndirmə bacarığını yoxlamaqlafəndaxili şaquli inteqrasiya (VI sinif, st. 4.1.2, VII sinif, st. 4.1.2) yaradır. Bun-dan sonra “Xatırla!” rubrikasındakı tapşırıqlara keçmək olar.

10-cu tapşırıqda (debat) morfologiyanın kifayət qədər mürəkkəb məsə -ləsinə – sifətlə feili sifətin fərqləndirilməsinə toxunulur. Bu tapşırığın əsasməqsədi şagirdlərdə dil qaydaları üzrə biliklərindən istifadə etməklə fikirləriniəsaslandırmaq bacarığını inkişaf etdirməkdir. “Sarsılmaz” sözü dilimizdəkeyfiyyət bildirən leksik vahid kimi sabitləşmişdir. Beləliklə, bu debatda ənkəsərli arqument aşağıdakı sillogizm üzərində qurula bilər:

1-ci hökm: Sifətlərdən fərqli olaraq feili sifətlər lüğətlərdə baş söz kimi özəksini tapmır.

2-ci hökm: “Sarsılmaz” sözü lüğətlərdə öz əksini tapmışdır.Nəticə: “Sarsılmaz” sözü sifətdir.

QiymətləndirməGirişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 21-23), müxtəlif ba carıqların

yoxlanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.

92 III BÖLMƏ

Dərs 10. MİRZƏ KAZIM BƏY (2 saat)

MotivasiyaMətnin əvvəlində motivasiya məqsədilə qoyulmuş sualdan istifadə edilir:

1. Azərbaycan tarixi fənnindən aldığınız biliklərə əsaslanaraq XIX əsrin1-ci rübündə Cənubi Qafqazda baş vermiş ən vacib siyasi hadisələrisadalayın və şərh edin.Şagirdlər bu dövrün tarixini 8-ci sinifdə keçiblər. Onlar Rusiya–İran müha -

ribələri, “Gülüstan” və “Türkmənçay” müqavilələri nəticəsində Şimali Azərbay -canın Rusiyanın tərkibinə keçməsi, Şamil hərəkatı və s. haqda danışa bilərlər.Müəllim bu dövrdə Rusiya–Azərbaycan mədəni əlaqələri barədə (A.Bakı -xanov, M.F.Axundov, A.S.Puşkin, M.Y.Lermontov və b.) suallar verə bilər.

Oxu vä söz ehtiyatı2.2.3. Mətndə irəli sürülmüş fikirləri dəyərləndirir.t Mətndəki əsas fikirləri vurğulayır.

Mətni “Qeydgötürmə” texnikası ilə oxutmaq olar. Dərslikdəki 2-ci tapşırıqbu məqsədə xidmət edir:

Standartlar Təlim nəticələri2.2.3. Mətndə irəli sürülmüş fikirləridəyərləndirir.

Mətndəki əsas fikirləri vurğulayır.

2.1.1. Tanış olmayan söz və ifadələ -rin kontekstə uyğun mənasını şərhedir.

Kontekstdən çıxış edərək sözlərinmə nalarını müəyyənləşdirir və lüğət -dəki mənası ilə müqayisə edir.

2.2.2. Tərkib hissələri arasında əla -qəni gözləməklə mətni genişlən dirir.

Mövzu üzrə əldə etdiyi məlumatlarımət nin müvafiq hissələrinə əlavə edir.

3.1.2. Formalaşmış fikir və mü la hi -zələrini həyat hadisələri ilə əlaqə lən -dirərək əsaslandırır.

Həyatda gördüklərindən, oxuduq la rın -dan və eşitdiklərindən misallar gətir -məklə yazdığı mətndəki fikri əsas landırır.

1.2.3. Nitq prosesində danışığı (səsseçimi, səsin ucalığı, hiss, ton) ilə ifa -də tərzini (poza, jest, mimika) uz laş -dı rır.

Debat zamanı emosiyaya qapılmadansəsinin ucalığını, jest və mimikalarınıtənzimləyir.

4.1.1. Mürəkkəb cümlənin növlərinifərq ləndirir.

Tabeli mürəkkəb cümlənin tərkib his sə -lərini bağlayan vasitələri müəyyən edir.

4.1.3. Mürəkkəb cümlədə, vasitəsiznitqdə durğu işarələrindən isti fadəedir.

Tabeli mürəkkəb cümlədə vergül işarə -sin dən istifadə edərkən “ki” bağlayıcısıilə bağlayıcı söz tərkibində işlənən “ki”ədatını fərqləndirir.

93TARİXİ ŞƏXSİYYƏTLƏR

2. Mətni oxuduqca iş vərəqində aşağıdakı cədvələ uyğun olaraq MirzəKazım bəyin həyatının əsas mərhələlərini qeyd edin.

Mətnin oxusu başa çatdıqdan sonra oradakı vacib məqamları nə dərəcədəmənimsədiklərini yoxlamaq məqsədilə şagirdlərə suallar vermək olar:

• Quba xanlığının maliyyə vəziri kim idi? Onun oğlu kiminlə ailə qurmuşdu?• Bu izdivacdan doğulan uşağın adı nə idi?• Rusiya hakim dairələri Dərbəndin şeyxülislamı kimi fəaliyyət göstərən

Hacı Qasımı niyə Həştərxana sürgün etdi?• Mirzə Məhəmmədəlinin dünyagörüşü və dini kimin təsiri ilə dəyişdi?• Necə oldu ki, Mirzə Kazım bəy Kazan Universitetində baş müəllim vəzi -

fəsinə təyin edildi?• Mirzə Kazım bəyin 26 yaşında London Kral Asiya Cəmiyyətinin həqiqi

üzvü seçilməsinin səbəbi nə idi?• Mirzə Kazım bəy nə zaman Rusiya Elmlər Akademiyasının müxbir üzvü

seçildi?• Mirzə Kazım bəy 1849-cu ildə hansı universitetin rəsmi dəvəti ilə orada

işlə məyə gedir və həmin universitetdə Şərq fakültəsinin açılmasına nailolur?

• Mirzə Kazım bəy yazdığı əsərlərə görə hansı mükafatlara layiq görülüb?• Mirzə Kazım bəyin dostları və tələbələri arasında hansı məşhur şəxslərin

adlarını çəkə bilərsiniz?Suallara cavab verərkən şagirdlərin öz qeydlərindən istifadə etmələrinə

imkan yaradılmalıdır. Müəllim tərəfindən bu sualların verilməsi şagirdləringötürdükləri qeydlərin düzgün və tam olub-olmamasının yoxlanmasına xidmətedir.

2.1.1. Tanış olmayan söz və ifadələrin kontekstə uyğun mənasını şərhedir.t Kontekstdən çıxış edərək sözlərin mənalarını müəyyənləşdirir və

lüğətdəki mənası ilə müqayisə edir.

3. Kontekstdən çıxış edərək “izdivac”, “missioner”, “protestant”, “erudi -si ya”, “fakültə”, “dekan” sözlərinin mənalarını izah edin.

Ø Hansı sözlərin mənalarının araşdırılması mətni daha dərindən başa düş -mə yə kömək etdi?

Çalışmaq lazımdır ki, sözlərin ifadə etdiyi anlayış mətnin məzmunundançıxarılsın. Bunun üçün şagirdlərə ipucu da vermək olar. Yalnız son məqamdagəlinmiş qənaətin doğruluğuna əmin olmaq üçün lüğətdən istifadə edilməlidir.Köməkçi suala cavab olaraq şagirdlər müəy yən ləşdirirlər ki, bu sözlərarasında “missioner” və “protestant” sözlərini anlamadan mətndəki əsasmotivlərdən birini – Mirzə Kazım bəyin xristianlığı qəbul etməsi hadi səsinibaşa düşmək çətin olar.

Həyatından vacib məqamlar Baş verdiyi tarix

94 III BÖLMƏ

2.2.2. Tərkib hissələri arasında əlaqəni gözləməklə mətni genişlən dirir. t Mövzu üzrə əldə etdiyi məlumatları mət nin müvafiq hissələrinə əlavə edir.4-cü tapşırığa əsasən, mətndə adı çəkilən şəxsiyyətləri araşdırmaqla şa gird -

lər eyni zamanda Mirzə Kazım bəy şəxsiyyətinin böyüklüyünü dərk etmiş olurlar.5-ci tapşırıqda verilmiş cümlələr “Mirzə Kazım bəy” mətninin müvafiq

yerlərinə keçid cümlələri artırmaqla əlavə edilir.

Yazı3.1.2. Formalaşmış fikir və mülahizələrini həyat hadisələri ilə əlaqə -

ləndirərək əsaslandırır. t Həyatda gördüklərindən, oxuduqlarından və eşitdiklərindən misallar

gətir məklə yazdığı mətndəki fikri əsaslandırır.

6-cı tapşırıqda verilmiş məlumatlardan istifadə etməklə “Məhəmmədəliniyə Aleksandr oldu?” mövzusunda esse yazmaq tapşırılır. Nəqli xarakterli par -çalardan ibarət məlumatlardan istifadə edərkən şəxsi fikirlərini, müna sibət lə -ri ni də irəli sürmək, mühakimə xarakterli bir esse yazmaq əsas tələb kimiqoyul malıdır. Sözsüz ki, burada əsas mühakimələr Mirzə Kazım bəyin xris -tianlığı qəbul etməsinin səbəbləri və buna münasibət bildirilməsi ilə bağlı olabilər. Çox güman ki, şagirdlərin bu haqda formalaşmış fikirləri var. Onlara töv -siyə edilir ki, öz fikirlərini oxuduqları, gördükləri, eşitdikləri hadisələrlə əla -qələndirsinlər. Məsələn, ola bilsin ki, Məhəmmədəli xristianlığı qəbul etdik dənsonra atasının və qohumlarının buna sərt reaksiyası onu islamdan daha dauzaqlaşdırıb. Bəlkə də, şagirdlər həyatda buna bənzər situasiyalarla rast -laşıblar və bunu misal göstərə bilərlər. Və ya onlar xristian dininə mənsub birsıra tanınmış şəxslərin islamı qəbul etməsini misal gətirərək Mirzə Kazımbəyin səhv addım atdığını əsaslandıra bilərlər.

Qeyd. Son dövrlərdə bəzi gənclər və yeniyetmələr arasında dini fanatizminyayılması ilə bağlı şagirdlərə xəbərdarlıq etmək lazımdır ki, onlar ifadə -lə rində səmimi, lakin ehtiyatlı olmalıdırlar. Din azadlığı AzərbaycanKonstitusiyasında təsbit olunmuş azadlıqlardan biridir. Bununla yanaşı,hər kəs bu məsələ ilə bağlı öz mövqeyini bildirərkən başqasının şəxsiy -yə tinə toxunan kəskin ifadələrə yol verməməli, tolerant olmalı, sadəcə,öz fikrini əsaslandırmağı bacarmalıdır.

Dinlämä vä danışma1.2.3. Nitq prosesində danışığı (səs seçimi, səsin ucalığı, hiss, ton)ilə ifadə tərzini (poza, jest, mimika) uzlaşdırır.t Debat zamanı emosiyaya qapılmadan səsinin ucalığını, jest və mimi -

kalarını tənzimləyir.

Şagirdlər esse yazarkən Mirzə Kazım bəyin xristianlığı qəbul etməsi ilə bağlıöz fikirlərini formalaşdırırlar. Bu onlara 7-ci tapşırıqda qoyulmuş debatda da hasərbəst və fəal iştirak etməyə imkan verir. Mövzu kifayət qədər maraqlı və

95TARİXİ ŞƏXSİYYƏTLƏR

genişşaxəli müzakirələr tələb etdiyindən müəllim şagirdləri nitqlərində diqqətliolmağa dəvət edir, bildirir ki, onlar hissə qa pılaraq səslərini ucaltmamalı, aqres-siv əl-qol hərəkətlərinə yol vermə məlidirlər.

Dil qaydaları4.1.1. Mürəkkəb cümlənin növlərini fərqləndirir. t Tabeli mürəkkəb cümlənin tərkib hissələrini bağlayan vasitələri müəyyən

edir.4.1.3. Mürəkkəb cümlədə, vasitəsiz nitqdə durğu işarələrindən isti -

fadə edir.t Tabeli mürəkkəb cümlədə vergül işarəsindən istifadə edərkən “ki” bağ -

layıcısı ilə bağlayıcı söz tərkibində işlənən “ki” ədatını fərqləndirir.

8-ci tapşırıq dil qaydaları üçün motivasiya rolunu oynayır. Nöqtələrin yerinəuyğun gələn sözlər artırıb cümlələri tamamlamaq tapşırılır. Verilmiş cümlə -lərdə nöqtələrin yerinə göy rənglə verilmiş sözlər artırılmışdır.

1. Mirzə Kazım bəy din haqqında mübahisələrə girişmirdi, çünki islamınsərt qaydaları əsasında tərbiyə edilmişdi.

2. Mirzə Kazım bəy bilirdi ki, Sankt-Peterburqda onun üçün daha genişimkanlar açıla bilər.

3. O öz elmi yaradıcılığında nə mövzuya toxunurdusa, onu dərindən tədqiqedirdi.

Əlavə edilən sözlərin morfoloji əlamətləri müəyyənləşdirilir. Məlum olur ki,çünki, ki bağlayıcı, nə sual əvəzliyidir. Onların sintaktik vəzifəsi isə tabelimürəkkəb cümlənin komponentlərini bir-birinə bağlamaqdır. Şagirdlərin əldəetdikləri bu məlumata “Qrammatika” rubrikasında verilmiş nəzəri məlumat daəlavə edildikdən sonra 9-cu çalışma üzərində iş aparılır.

9. Tabeli mürəkkəb cümlələri cədvəl üzrə qruplaşdırın.A) İntonasiya ilə bağlananlar: 5-ci, 9-cu cümlələrB) Bağlayıcı ilə bağlananlar: 2-ci, 3-cü, 6-cı cümlələrC) Bağlayıcı sözlə bağlananlar: 4-cü, 8-ci cümlələrD) Şəkilçi ilə bağlananlar: 1-ci, 7-ci cümlələr

10-cu tapşırıq da əldə edilmiş bacarıqların möhkəmlənməsinə xidmət edir.

10. Aşağıdakı cümlələrin hansında “ki” ədat, hansında bağlayıcıdır?A) Kim demiş ki, düşmüş adı dilimdən,

Azərbaycan, mənim eşsiz yurdum, oy! (A.İldırım)B) Kim ki ruhən güclü və möhkəmdir, onu sındırmaq mümkün olma -

yacaq.

Bu zaman fəndaxili şaquli inteqrasiya da yaratmaq mümkündür (VII sinif,st. 4.1.2). Köməkçi nitq hissələrinin omonimliyini yada salan şagirdlər sualəvəzlikləri ilə birləşib bağlayıcı söz yaradan ki ədatı ilə ki bağlayıcısının fərqinimüşahidə edirlər. Ki bağlayıcısının (“A” variantı) vəzifəsi yalnız baş və budaq

96 III BÖLMƏ

cümləni bağlamaqdır və başqa nitq vahidləri ilə birlik yaratmır. Ki ədatının (“B”variantı) vəzifəsi isə söz və cümlələrin təsir gücünü artırmaqdır. Belə məqam -lar dan birində təsir gücünü artırdığı sual əvəzlikləri ilə birlikdə bağlayıcı sözfunksiyasını yerinə yetirir.

Bu məqamda şagirdlərin VII sinifdə qazandıqları biliklərə (bağlayıcılar) yeniməlumatlar əlavə etmək olar. Bağlayıcıların bir qisminin cümlədə əsas və asılıtərəfləri (baş və budaq cümləni) bağladığı üçün tabelilik bağlayıcısı ad -landırıldığı onların nəzərinə çatdırılır.

11-ci tapşırıq məhz bu biliyi dərinləşdirməyə yönəlmişdir.

11. Verilmiş mürəkkəb cümlələrdə tabelilik bağlayıcıla rını müəyyənləşdirin.

Şagirdlərin diqqətini bir məqama yönəltmək vacibdir: tapşırığı yerinə yetir -mək üçün seçilmiş cümlələrin bir çoxunda həm tabelilik, həm də tabesizlikbağlayıcıları iştirak edir, lakin tabelilik bağlayıcıları mürəkkəb cümlənin tərkibhissələrini, tabesizlik bağlayıcıları isə həmcins üzvləri və tabesiz mürəkkəbcümlənin kom po nent lərini bağlayır (4-cü cümlə istis na olmaqla).

1. Tarix başdan-başa dəyişkənlik və tale dönüklüyü silsiləsindən ibarətdir,çünki xalqlar növbə ilə gah qalib gəlir, gah məğlub olurlar.

2. Əgər atmosfer təzyiqi düşərsə, buludlu və yağışlı hava gözlənilməlidir.3. Deyirlər ki, məşhur yunan filosofu Sokrat bir kəsin üzünə baxmaqla onunşəxsiyyətini müəyyənləşdirərmiş.4. Pəncərə hərçənd ağır idi, amma Qaraca qız da qüvvətli idi. 5. Bir halda ki heç nə bacarmırsan, daha adını niyə sədr qoyubsan? 6. Danabaş kəndini tanıyan hər kəs Məhəmmədhəsən əmini də tanıyır,

çünki Məhəmmədhəsən əmi kəndin sayılıb-seçilən kəslərindəndir.

Mətnin kompleks təhliliKompleks təhlil üçün nəzərdə tutulmuş “İmam Şamil və Mirzə Kazım bəy”

mətni bu dərsdə əldə edilmiş informasiyanı genişləndirir. İlk üç tapşırıq mətnindüzgün qavranılmasına xidmət edir.

1-ci tapşırıqda verilmiş cümlələri uyğun gələn abzasların əvvəlinə artırmaqlazımdır.

• Mirzə Kazım bəyi ən çox təəccübləndirən Şeyxin elmi söhbətlərə marağıolur. (2-ci abzas)

• Şeyxlə bir neçə görüşü Mirzə Kazım bəydə böyük təəssürat yaratmışdı.(3-cü abzas)

• Şeyx Şamilin adı dünya tarixinə ən böyük müqavimət lideri kimi düşmüş dür.(1-ci abzas)

2-ci tapşırığı icra edən şagirdlər sillogizm qurmaq bacarıqlarından istifadəetməlidirlər.

1-ci hökm: 1834-cü ildə başlayan mübarizə 25 il davam edib. (1859-cu ilə kimi)2-ci hökm: Bu zaman (1859-cu ildə) Şeyx Şamilin 62 yaşı var idi.

97TARİXİ ŞƏXSİYYƏTLƏR

Nəticə: Şeyx Şamili 1797-ci ildə (1859 – 62) anadan olmuşdur.

4-cü tapşırıqda nömrələnmiş cümlələrdə tabeli mürəkkəb cümlənin kom -ponentlərini bağlayan vasitələr müəyyənləşdirilir (1-ci cümlədə ay dın laş dır -ma-tabelilik bağlayıcısı olan “ki”; 2-ci cümlədə eyni növdən olan “belə ki”; 3-cücümlədə səbəb bağlayıcısı olan “buna görə də”; 4-cü cümlədə “-sa2” hissəciyi).

5-ci tapşırıq fəndaxili şaquli inteqrasiya yaratmağa xidmət edir (VI sinif, st.4.1.3). Bu tapşırıqla bağlı “Xatırla!” rubrikasına müraciət edilir.

QiymətləndirməGirişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 21-23), müxtəlif ba carıqların

yoxlanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.

Dərs 11. KÖLGƏDƏ QALMAYANLAR (3 saat)

Motivasiya1-ci sual: – Xalqımızın tarixində iz qoymuş görkəmli qadın şəxsiyyətlərdən

kimləri tanıyırsınız?

Standartlar Təlim nəticələri

2.2.3. Mətndə irəli sürülmüş fikirləridəyərləndirir.

Mətndəki obraz, tarixi şəxsiyyət haq -qın da fikir yürütmək üçün müvafiq epi-zodlardan istifadə edir.Mətndəki hadisələri izah etmək üçünmüx təlif versiyalar irəli sürür.

2.2.2. Tərkib hissələri arasında əla qə -ni gözləməklə mətni genişlən dirir.

Mövzu üzrə əldə etdiyi məlumatlarımət nin müvafiq hissələrinə əlavə edir.

1.1.1. Danışanın mövzuya müna si -bətini müəyyən etmək üçün təd qiqatxarakterli suallar verir.

Müzakirə zamanı tərəf-müqabilinə sualverməklə onun mövqeyini aydınlaş -dırır.

1.2.1. Dil vahidlərindən məqsədyönlüistifadə etməklə müxtəlif for malı mətn - lər qurur.

Müzakirə zamanı çıxışını tələb olunanformata uyğunlaşdırır.

4.1.1. Mürəkkəb cümlənin növlərinifərqləndirir.

Tabeli mürəkkəb cümlədə baş və budaqcümlənin yerini müəyyənləşdirir.

4.1.2. Sözləri və söz birləşmələrinimüx təlif sintaktik vəzifələrdə işlədir.

Tabeli mürəkkəb cümləni sadə ləş di rə -rək budaq cümləni baş cümlənin mü-vafiq üzvü vəzifəsində işlədir.

3.1.3. Mətnin hissələri, abzaslar vəcümlələr arasında əlaqəni gözlə məkləözünün və başqasının yazısını tək mil -ləşdirir.

Cümlələr arasındakı məntiqi ardıcıllığıbərpa etməklə mətndə düzəlişlər edir.

98 III BÖLMƏ

Şagirdlər Məhəmməd Cahan Pəhləvanın həyat yoldaşı Möminə xatunu,Uzun Həsənin anası Sara xatunu, Xurşidbanu Natəvanı xatırlaya bilərlər.

2-ci sual: – Yəqin ki, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Firidunbəy Köçərli, Əliağa Şıxlinski kimi tarixi şəxsiyyətlərimizin həyat və fəaliyyətihaqqında müəyyən məlumatınız var. Bəs onların həyat yoldaşları haqqındanə bilirsiniz?

Tarix dərsliklərində bu haqda heç bir məlumat olmadığından və ya ötəriməlumat verildiyindən, çox güman ki, şagirdlər geniş bilik nümayiş etdirəbilməyəcəklər. Lakin bu sual onları mövzu ətrafında düşünməyə və bu haqdabilik almağa sövq edə bilər.

Bundan sonra müəllim şagirdlərin diqqətini dərslikdəki mətnin başlığına(“Kölgədə qalmayanlar”) yönəldir: – Sizcə, bu mətndə nədən danışılacaq?

Oxu vä söz ehtiyatı2.2.3. Mətndə irəli sürülmüş fikirləri dəyərləndirir.t Mətndəki obraz, tarixi şəxsiyyət haqqında fikir yürütmək üçün müvafiq

epizodlardan istifadə edir.t Mətndəki hadisələri izah etmək üçün müxtəlif versiyalar irəli sürür.2.2.2. Tərkib hissələri arasında əlaqəni gözləməklə mətni genişlən -

dirir. t Mövzu üzrə əldə etdiyi məlumatları mət nin müvafiq hissələrinə əlavə edir.

Mətni “Qeydgötürmə” texnikası ilə oxutmaq olar. Bu məqsədlə dərslikdəki1-ci tapşırıq verilir:

1. Qruplara bölünərək mətnləri oxuyun. Aşağıdakı nümunəyə uyğuncədvəl tərtib edin və mətnə istinadən qeydlərinizi yazın.

Mətnin müxtəlif qruplar üçün nəzərdə tutulmuş hər bir hissəsinin sonunda2.2.2 standartını reallaşdırmaq üçün sual və tapşırıqlar qoyulmuşdur. Araş -dırmaya çox vaxt itirməmək üçün müəllim hər bir qrup üçün qoyulmuş suallarüzrə müəyyən məlumatlar verə bilər ki, şagirdlər həmin informasiyadan istifa -də etməklə təqdimat zamanı mətni genişləndirsinlər.

I qrup:2. Sualları cavablandırmaqla oxuduğunuz mətni genişləndirib nəql edin.Ø Həsən bəyin təhsilli müsəlman qızı ilə evlənmək istəyinin səbəbi nə idi?Ø “Əkinçi” qəzetinin nəşri hansı səbəbdən dayandırılmışdı?Ø H.Z.Tağıyevin bir xeyriyyəçi kimi daha hansı xidmətlərini xatırlayırsınız?

Tapşırıqda qoyulmuş 1-ci suala cavab verərkən şagirdlər H.Zərdabi haqqındabildiklərini xatırlamalıdırlar. Bu şəxs Azərbaycan tarixində ilk teatr tamaşasını

... xanımın xarakterindəki əsas cəhətlər Bu cəhəti təsdiq edən hadisə (epizod)

99TARİXİ ŞƏXSİYYƏTLƏR

səhnələşdirən, ilk qəzet nəşr edən, Azərbaycan xalqının milli oyanışında böyükrol oynamış mütərəqqi fikirli maarifpərvər ziyalı kimi qalmışdır. Sözsüz ki, beləbir şəxs özünə ömür-gün yoldaşı seçərkən onun da təhsilli olmasını, maarifçifikirləri dəstəkləməsini istəyirdi.

2-ci suala cavab vermək üçün şagirdlər “Əkinçi” qəzetinin nəşr edildiyi dövrün –1875-78-ci illərin siyasi mənzərəsini xatırlamalıdırlar. Müəllim I qrupa köməkməqsədilə Qılman İlkinin “Bakı və bakılılar” kitabından bir parçanı onlara təqdimedə bilər: “1877-ci ildə başlayan rus-türk müharibəsi qəzetə böyük zərbə oldu.Bütün rus qəzetləri müharibənin gedişindən ətraflı xəbərlər verdiyi halda,“Əkinçi”yə müharibə barədə bir kəlmə də çap etməyə icazə verilmədi. Həsən bəybu barədə yazırdı: “Deyil ki müharibənin gedişi, hətta mü ha ri bə zamanı Rusiyaiçərisində vaqe olmuş təbii fəlakətlərə dair məlumatı, Moskvada soyuqdansərçələrin donub ölməsini də qəzetə yazmağa mü saidə etməmişdilər. Senzorunfikrincə, bunu müsəlmanlar “Ruslara Allahın qəzəbi keçmişdir” deyə izahedərlər...”

Həmin bu günlərdə Dağıstanda iğtişaş başladı... Bütün Qafqazda üsyanınbaşlayacağından qorxuya düşən çar hökuməti “Əkinçi”nin də bu işdə böyük roloynayacağını düşünüb qəzeti bağlatdırdı”.

H.Z.Tağıyevin xeyriyyəçilik fəaliyyəti haqqında müxtəlif mənbələrdə kifayətqədər məlumat var.

II qrup:3. Sualları cavablandırmaqla oxuduğunuz mətni genişləndirib nəql edin.Ø Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı haqqında nə bilir siniz?Ø 1905-1906-cı illərdə Qarabağda baş vermiş erməni-müsəlman davası haq -

qında nə bilirsiniz? Ø Cavanşirlər nəslinin daha hansı görkəmli nümayəndələrini tanıyırsınız?

Şagirdlərə Cəlil Məmmədquluzadənin əsərləri, onun buraxdığı “Molla Nəsrəd -din” jurnalı haqda daha geniş məlumatlar vermək olar.

3-cü sualda tələb olunan informasiya şagirdlər üçün yenidir. Şagirdlərə bunəslin bəzi nümayəndələri haqda müəyyən məlumatlar vermək olar ki, onlar özlərihəmin şəxslər haqqında əldə etdikləri və ya bildikləri məlumatları mətnə əlavəetsinlər:

• Pənahəli xan Qarabağlı (1693-1763) – Qarabağ xanlığının qurucusu• İbrahimxəlil xan Cavanşir (1732-1806) – Qarabağ xanı• Məhəmmədhəsən ağa Sarıcalı-Cavanşir (1766-1806) – İbrahimxəlil xanın

vəliəhdi, general-mayor• Mehdiqulu xan Cavanşir (1775-1845) – Qarabağın sonuncu hakimi, general-

mayor, Xurşidbanu Natəvanın atası• Xurşidbanu Natəvan (1832-1897) – Azərbaycanın görkəmli şairəsi. Qara -

bağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi

III qrup:

100 III BÖLMƏ

4. Sualları cavablandırmaqla oxuduğunuz mətni genişləndirib nəql edin.Ø Əliağa Şıxlinski haqqında bildiklərinizi söyləyin.Ø Şıxlinskilər nəslinin başqa hansı nüma yən dələrini tanıyırsınız?Ø Beynəlxalq Qırmızı Xaç Komitəsinin yaranma tarixi haqqında bildik lə ri -

nizi söyləyin.

Əliağa Şıxlinski 1865-ci il martın 3-də Qazax qəzasının Aşağı Salahlı kəndindəanadan olmuşdur. 1883-cü ildə rus ordusunda hərbi xidmətə başlayan Şıxlinski1886-cı ildə Sankt-Peterburq artilleriya məktəbini əla qiymətlərlə bitirdi. 1904-1905-ci illər rus-yapon müharibəsində batareya komandiri kimi vuruşdu. Port-Artur qalasının müdafiəsi zamanı xüsusi şücaət göstərdiyinə görə “Qızıl qılınc”lamükafatlandırıldı.

Şıxlinskinin yazdığı “Səhra toplarının cəbhədə işlədilməsi” əsəri dərs vəsaitikimi hərbi kadrların yetişdirilməsində istifadə edilirdi. Bundan əlavə, onun “Şıx -linski üçbucağı”, “Şıxlinski formulu” adlı hərbi yenilikləri topçu zabitlər üçün hazır -lanmış dərsliklərə daxil edildi. Bütün bu xidmətlərinə görə gənc hərbçiyə 1912-ciildə general-mayor rütbəsi verildi. Beləcə, o, çar ordusunun aparıcı mü tə -xəssislərindən birinə çevrildi.

1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikasının ya ran masıƏliağa Şıxlinskini vətəninə qayıtmağa məcbur etdi. 1918-ci ilin dekabr ayında ar-tilleriya general-leytenantı Əliağa Şıxlinski hərbi nazirin müavini təyin olundu.1920-ci il aprelin 27-də imperiya ordusu Azərbaycanı işğal edəndə Səməd bəyMehmandarov xəstə olduğu üçün nazir vəzifəsini Əliağa Şıxlinski icra edirdi.Vuruşmağın mənasız olduğunu nəzərə alan Şıxlinski minalanmış körpülərinpartladılmasına icazə vermədi və yeni sovet hökuməti digərlərindən fərqli olaraqƏliağa Şıxlinskiyə toxunmadı.

1928-ci ildə “Rusca-azərbaycanca qısa hərbi lüğət” çap etdirən Şıxlinski bunagörə SSRİ Hərbi İnqilab Şurasının fəxri fərmanı ilə təltif edildi.

Əliağa Şıxlinski 18 avqust 1943-cü ildə Bakıda vəfat etmişdir.2-ci sual. Şıxlinskilər nəslinin nümayəndələri:– Cavad bəy Şıxlinski (1874-1959 – general-mayor, rus, Azərbaycan və İran

qoşun başçısı, Əliağa Şıxlinskinin qardaşı oğlu)– Qiyas bəy Şıxlinski (1875-1972 – XX əsrin 20-ci illərində antisovet qaçaq

hərəkatının başçılarından biri, siyasi mühacir, I Dünya müharibəsi illərindəazər baycanlı əsirlərin xilas edilməsi və milli legionların yaradılmasında yaxın -dan iştirak etmişdir)

– İsmayıl Şıxlı (1919-1995 – Azərbaycanın görkəmli yazıçısı, “Dəli Kür”,“Ölən dünyam” və s. əsərlərin müəllifi)

Müəllimin nəzərinə!3-cü sual. Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) yaranma tarixi:Beynəlxalq Qırmızı Xaç Komitəsinin yaradılmasında isveçrəli jurnalist Anri

Dünanın böyük rolu olub. O, 1859-cu ildə qanlı Solferino döyüşünün şahidi olduq-dan sonra bu haqda kitab yazıb. Böyük əks-səda doğuran bu kitab 1863-cü ildəCenevrədə beynəlxalq konfransın təşkilinə səbəb olub. Konfransda müharibədən

101TARİXİ ŞƏXSİYYƏTLƏR

zərər çəkənlərə humanitar yardım üzrə təşkilatın yaradılması haq da qərar qəbuledilib və bunun üçün 5 nəfərdən ibarət komissiya yaradılıb. BQXK müstəqil vəmüharibə edən tərəflərə qarşı neytral mövqe tutan təşkilatdır. Bu təşkilatın əsasprinsipi ondan ibarətdir ki, hətta müharibə belə müəyyən qaydalar əsasındaaparılmalıdır. Müharibədə əsir düşənlərin, hətta qatı cinayət kar ların belə özhüquqları var və onları pozmaq olmaz. Bu qaydalar Cenevrə kon ve n siyalarındatəsbit olunmuşdur. Onları dünyanın bütün ölkələri imzaladığından həmin qay da -ları pozan tərəf Beynəlxalq Məhkəməyə cəlb olunur.

IV qrup:5. Sualları cavablandırmaqla oxuduğunuz mətni genişləndirib nəql edin.Ø Firidun bəy Köçərli haqqında nə bilirsiniz?Ø Qori Müəllimlər Seminariyası barədə bildiklərinizi danışın. Ø Danışılan dövrdə Azərbaycanda kimsəsiz, imkansız uşaqların çoxlu ğu

nə ilə əlaqədar idi?Ø Vəkilovlar ailəsinin daha hansı görkəmli nümayəndələrini tanıyırsınız?

Müəllimin nəzərinə!1-ci sual. Firidun bəy Köçərli 1863-cü il yanvarın 26-da Şuşada dünyaya gəl -

mişdir. 1876-cı ildə Şuşadakı rus məktəbinə daxil olur. 1878-ci ildə AlekseyÇernyayevski Zaqafqaziya Müəllimlər Seminariyasına tələbə toplamaq məqsədiləbu məktəbə gəlir və bu yolla Firidun bəy öz taleyini seminariya ilə bağlamış olur.1879-85-ci illər ərzində o, seminariyada təhsil alır, 1895-1918-ci illər ərzində bu-rada dərs deyir. 1910-cu ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan şö bə -sinin müvəqqəti təli mat çısı təyin olunur, 1918-20-ci illərdə onun təşəbbüsü iləhəmin şöbənin əsasında açılmış Qazax Müəllimlər Seminariyasının müdiri işlə -mişdir. Firidun bəy Köçərli Gəncə üsyanı yatırıldıqdan sonra XI Ordunun xüsusişöbəsi tərəfindən 1920-ci ildə, əlli səkkiz yaşında güllələnərək qətlə yetirilir.

O, 300-dən artıq dərsliyi, o cümlədən “Vətən dili” dərsliyini redaktə etmiş,metodika və üslubunu dəyişdirərək zənginləşdirmişdir.

2-ci sual. 1877-ci il idi. 60 yaşlı Mirzə Fətəli Axundov və Tiflis mü səl man mək -təbinin 47 yaşlı şəriət müəllimi Mirzə Hüseyn Qayıbzadə xalqın maariflən məsiuğrunda çalışır, seminariyanın nəzdində Azərbaycan şöbəsinin açıl ma sından ötrüget-gəldən yorulmur, Qafqaz canişini, böyük knyaz Mixail Nikolayeviç Romanovuyola gətirməyə çalışırdılar: “Cənab canişin, biz rusların, xris tian ların vəzifədəolmalarından narahat deyilik. Mən demirəm ki, savadsız mü səl mana vəzifə ver-ilsin. Ancaq heç olmasa, beş idarədən birində bir vəzifəli şəxs, ya da kargüzarişçi bizim xalqın nümayəndəsi olsa, pis olmaz. Kənddən gələn rəiyyət qalırgözünü döyə-döyə, onun dediyini başa düşmürlər”.

Mirzə Fətəli daha sonra canişinə Peterburq Universitetinin professoru MirzəCəfər Topçubaşov, maarif xadimi Həsən bəy Zərdabi və Peterburq Universitetininfəxri doktoru Mirzə Kazım bəy haqqında xüsusi məlumat verərək bildirir ki, buböyük zat təkcə Rusiya Elmlər Akademiyasının müxbir üzvü deyil, həm də Lon-

102 III BÖLMƏ

donda Böyük Britaniya və İrlandiya Kral Cəmiyyətinin, Kopenhagendə ŞimaliAntikvarilər Kral Cəmiyyətinin üzvü seçilmişdir: “Azərbaycanlı oğullar Fransada,Almaniyada, Vyanada, Rusiyada ali təhsil alırlar. Ancaq hamı bunu edə bilmir”. Busözlərdən sonra Qafqaz canişini qərar verir: “Ölkənin azərbaycanlı əhalisi üçünZaqafqaziya Müəllimlər Seminariyası yanında təcrübə məqsədilə üç il müddətinəmüstəqil Azərbaycan şöbəsi açılsın. Təcrübə yaxşı nəticə verərsə, üç ildən sonrahəmin şöbəni azərbaycanlılar üçün müstəqil seminariyaya çevirib Qoridən Azər -baycanın mərkəzinə köçürməli”. Beləliklə, 1879-cu ildə Qafqaz Təhsil Dairəsigörkəmli maarifpərvərlərin və bu yolda çalışan Azərbaycan ziyalılarının arzularınıhəyata keçirdi. (Şəmistan Nəzirlinin “Qoridən gələn qatar” kitabından)

3-cü sualla əlaqədar şagirdlər sözügedən dövrlə bağlı mühüm tarixi hadisələrixatırlamalıdırlar. 1918-ci ildə I Dünya müharibəsi hələ davam edirdi. Digər tərəf -dən Azərbaycanın daxil olduğu Rusiya imperiyasında vətəndaş müharibəsi baş -lanmış dı. Bütün bunlar ölkədə aclıq və səfalətə səbəb olurdu.

4-cü sual. Qazax rayonunun Salahlı kəndindən çıxmış Vəkilovlar nəslinin birçox nümayəndələri Azərbaycan tarixində iz qoymuş görkəmli şəxsiyyətlərdir:

– Rəhim bəy Vəkilov (1898-1934) Azərbaycanın görkəmli siyasi xadimi, Azər -bay can Demokratik Respublikası parlamentinin üzvü olmuşdur.

– Məmmədrza ağa Vəkilov (1864-1944) Azər bay can Demokratik Respublikasıparlamentinin üzvü, Azər bay canda səhiyyənin ilk təşkilatçılarından biri olmuşdur.

– Mustafa bəy Vəkilov (1896-1965) Azərbaycan Demokratik Respublikası par-lamentinin üzvü, daxili işlər naziri olmuşdur.

Sözsüz ki, bu siyasi xadimlərlə yanaşı, Vəkilovlar nəslindən olan Səməd Vurğun,Yusif Səmədoğlu, Vaqif Səmədoğlu kimi şair və yazıçılarımız da xatırlanmalıdır.

Hər bir qrup bu və digər materiallardan istifadə etməklə öz hissəsini genişlən -dirilmiş şəkildə nəql edir.

Dinlämä vä danışma1.1.1. Danışanın mövzuya münasibətini müəyyən etmək üçün təd -

qiqat xarakterli suallar verir. t Müzakirə zamanı tərəf-müqabilinə sual verməklə onun mövqeyini

aydınlaşdırır.1.2.1. Dil vahidlərindən məqsədyönlü istifadə etməklə müxtəlif for -

malı mətnlər qurur.t Müzakirə zamanı çıxışını tələb olunan formata uyğunlaşdırır.

7-ci tapşırıq 1.1.1 və 1.2.1 standartlarından çıxan təlim nəticələrinin reallaş -ma sına xidmət edir. Eyni zamanda “Nitq bacarıqları” rubrikasının inkişafındanövbəti mərhələ sayıla bilər. Təklif edilmiş müzakirə mövzu baxımından mətnləsıx bağlıdır, onun məntiqi davamıdır. Amma bu mərhələ həm də dinləmə vədanışma bacarıqlarının inkişafına yönəldiyindən müəllim əldə ediləcək təlimnəticələrinin səviyyəsini yoxlamaq üçün əvvəlcədən meyarlarını hazırlamalı, bu

103TARİXİ ŞƏXSİYYƏTLƏR

yöndə şa gir d ləri xəbərdar etməlidir. Bu məqsədlə şagirdlər müzakirənin şərtləriilə tanış olduqdan sonra onlara “Reqlament nədir” mətnindəki məlumatlarmənimsədilməli, orada irəli sürülmüş müddəalara əməl etməyin vacib olduğuxatırladılmalıdır.

Dil qaydaları4.1.1. Mürəkkəb cümlənin növlərini fərqləndirir. t Tabeli mürəkkəb cümlədə baş və budaq cümlənin yerini müəyyənləşdirir.4.1.2. Sözləri və söz birləşmələrini müxtəlif sintaktik vəzifələrdə

işlədir.t Tabeli mürəkkəb cümləni sadələşdirərək budaq cümləni baş cümlənin

müvafiq üzvü vəzifəsində işlədir.

8-ci tapşırıqdan istifadə etməklə dil qaydaları üçün motivasiya yaratmaq olar.Tapşırığın şərtinə görə, verilmiş mürəkkəb cümlələrdə bağlayıcı vasitələr müəy -yən edilir.

Daha sonra şagirdlərə verilmiş qaydaları dəqiqləşdirmək təklif olunur. Düzgünvariantı seçməklə qaydalar tamamlanır:

• Bağlayıcı sözün iştirak etdiyi komponent budaq cümlədir.• Komponentlər “ki” bağlayıcısı ilə bağlandıqda baş cümlə əvvəl gəlir.• Komponentlər səbəb bağlayıcısı ilə bağlandıqda baş cümlə əvvəl gəlir.• Xəbəri feilin şərt şəkli ilə ifadə olunan komponent budaq cümlədir.Tapşırığın icrasından sonra əldə edilən nəticələr “Qrammatika” rubrikasında

verilmiş materialla tutuşdurulur. Tabeli mürəkkəb cümlədə baş və budaq cümləninyerini müəyyənləşdirmək məqsədilə tədqiqat praktik çalışmalar vasitəsilə davametdirilir.

9-cu tapşırıqda baş və budaq cümlələri göstərmək və onları bir-birinə bağlayanvasitələri müəyyən etmək nəzərdə tutulur. Motivasiyada aparılan müşahidələr vəoxunan nəzəri məlumatdan istifadə etməklə tapşırıq yerinə yetirilir. Burada ve -rilmiş cümlələrdə baş və budaq cümlənin yerini müəyyən etmək tələb olunur.Bunun üçün aşağıdakı sxemdən istifadə etmək olar.

Müəllimlərə tövsiyə olunur ki, baş və budaq cümlənin yerinin müəyyən olun -

Cümlə Baş və budaq cümlənin yeri Bağlayıcı vasitə

1-ci Baş cümlə budaq cümlədən sonra gəlir. -sa2 şəkilçisi

2-ci Baş cümlə budaq cümlədən sonra gəlir. bağlayıcı söz

3-cü Baş cümlə budaq cümlədən əvvəl gəlir. bağlayıcı

4-cü Baş cümlə budaq cümlədən əvvəl gəlir. bağlayıcı

5-ci Baş cümlə budaq cümlədən sonra gəlir. “-mı4” ədatı

104 III BÖLMƏ

ması metodikasını şagirdlərə aydınlaşdırsınlar; hansı cümlədən sual yarandığını,hansının bu suala cavab verdiyini şagirdlərlə birgə müəyyənləşdirsinlər. Dahasonra nəticənin düz günlüyünü yoxlamaq üçün budaq cümlə baş cümlənin həminsuala cavab verən üzvü kimi işlədilə bilər.

10-cu tapşırıqda verilmiş cümlələri sadələşdirmək tələb olunur. Bunun üçünkömək məqsədilə nümunələrin sonunda sadələşdirmə zamanı istifadə olunacaqsözlər (əsasən, qoşmalar) verilib:

1. Mən uzun məktub yazdım, ona görə ki qısa yazmağa vaxtım yox idi.(B.Paskal) (üçün)Qısa yazmağa vaxtım olmadığı üçün mən uzun məktub yazdım.

2. Qulli ver liliputların gö zün də nə həng dağ kimi görü nürdü, çünkionların boyu təx mi nən 15 sm idi. (görə)Liliputların boyu təx mi nən 15 sm olduğuna görə Qulliver onların gö -zün də nə həng dağ kimi görü nürdü.

3. Hərçənd sözümü deyib ürəyimi boşaltdım, amma onun qəlbinə dəydi -yimə görə indi də peşmanam. (baxmayaraq)Sözümü deyib ürəyimi boşaltdığıma baxmayaraq, onun qəlbinə dəydi -yimə görə indi də peşmanam.

4. Süleymandaşı rus dilində “qranat” adlandırılmışdır, çünki xarici görü -nüşü nar dənələrini xatırladır. (görə)Xarici görünüşü nar dənələrini xatırlatdığına görə Süley man daşı rusdilində “qranat” adlandırılmışdır.

5. Hər bir dilin müəyyən qanunauyğunluqları olsa da, istisnalar da azdeyil. (baxmayaraq)Hər bir dilin müəyyən qanunauyğunluqlarının olmasına baxmayaraq,istisnalar da az deyil.

Yazı3.1.3. Mətnin hissələri, abzaslar və cümlələr arasında əlaqəni gözlə -

məklə özünün və başqasının yazısını təkmilləşdirir. t Cümlələr arasındakı məntiqi ardıcıllığı bərpa etməklə mətndə düzəlişlər

edir.11-ci tapşırıqda aşağıdakı mətn verilmişdir:

Məktəbimiz XIX əsrin sonlarında tikilmiş binada yerləşir. Bina me marlıq ba -xımın dan maraqlı olsa da, təhsil ocağı üçün o qədər də yara mır. Yuxarı mərtə -bə lərdə yerləşən otaqlar geniş və işıqlıdır. Yemək xana və akt zalı birincimərtəbədəki ən böyük otaqlarda təşkil olunub. Lakin mərtəbələr arasında pillə -kənlər kifayət qədər enli deyil.

Diqqətlə oxuduqda görmək olar ki, sonuncu cümlə yerində deyil. O, mətnin3-cü cümləsi ilə bağlıdır və onunla qarşılaşdırma əlaqəsi yaradır:

Yuxarı mərtəbələrdə yerləşən otaqlar geniş və işıqlıdır. Lakin mərtəbələrarasında pillə kənlər kifayət qədər enli deyil.

105TARİXİ ŞƏXSİYYƏTLƏR

Mətnin kompleks təhliliKompleks təhlil üçün nəzərdə tutulmuş mətn mövzu ilə bağlıdır. “İlk məruzəçi qadın” mətninə qoyulmuş ilk tapşırıq şagirdlərin orfoqrafiya

bacarığını yoxlasa da, daha çox “Söz ehtiyatı” və “Oxuyub anlama” stan dart -larını reallaşdırır. Azərbaycan dilinə daxil olunmuş alınma sözlər arasındahəm “kompaniya”, həm də “kampaniya” sözləri var:

Kompaniya – 1. Səhmdarların ticari və ya sənaye birliyi, şirkət. İnşaat kom -pa niyası. 2. Vaxtlarını bir yerdə keçirən kiçik qrup, bir yerə yığışmış dost və həm -fi kirlər. Dost kompaniyası.

Kampaniya – hər hansı vacib ictimai-siyasi, sosial-məişət və ya təsərrüfatprobleminin həllinə nail olmaq üçün keçirilən silsilə tədbirlər. Seçki kampaniyası.

Kontekstdən görünür ki, mətndə məhz kampaniyadan söhbət gedir.2-ci tapşırığı yerinə yetirmək üçün mətndəki məlumatları düzgün dəyərlən -

dir mək lazımdır. Zaqafqaziya pambıqçılarının XIII qurultayının nə vaxt keçiril -diyini müəyyən etmək üçün həmin vaxtdan 7 il əvvəl Bakı milyonçuları iləziyalıların keçirdiyi qurultayın vaxtına (1905-ci il) istinad etmək lazımdır.

4-cü tapşırığı icra etmək üçün şagirdlərə yenicə qazandıqları bacarığın (tabelimürəkkəb cümlələrdə baş və budaq cümlələrin yerini və onları bir-birinə bağlayanvasitələri müəyyən etmək) nümayişi lazım gəlir.

1. Digər Bakı milyonçuları bu kampaniyaya qoşulsalar da, yığılan pullar kifayətetmirdi.

Budaq cümlənin xəbəri feilin şərt şəkli ilə ifadə olunduğuna görə əvvəl budaqcümlə, sonra isə baş cümlə işlənib.

2. Həmidə xanımdan xahiş edirlər ki, qurultayda çıxış edib təkliflərini versin.Bağlayıcı vasitə ki bağlayıcısıdır, əvvəl baş cümlə, sonra isə budaq cümlə

işlənib.3. Hərçənd onun razılığını alırlar, lakin Bakı qoçuları qurultay salonunun

qarşısını kəsirlər.Bağlayıcı vasitə güzəşt bağlayıcısı (hərçənd) olduğuna görə əvvəl budaq

cümlə, sonra isə baş cümlə işlənib.5-ci, 6-cı və 7-ci tapşırıqlar fəndaxili şaquli inteqrasiyaya xidmət edir. V sinif, 4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma

üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir. VII sinif, 4.1.4. Nitq hissələrinin yazılışı ilə bağlı qaydalara əməl edir.Bu məqsədlə “Xatırla!” rubrikasına nəzər salmaq lazımdır. Burada müxtəlif

nitq hissələrinə aid sözlərin quruluşca növü, sözün başlanğıc forması və kökü,eləcə də mürəkkəb sözlərin yazılış qaydaları yada salınır.

QiymətləndirməGirişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 21-23), müxtəlif ba carıqların

yoxlanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymət ləndirmə aparılır.

106 III BÖLMƏ

Dərs 12. NƏRİMAN NƏRİMANOVUN OĞLUNA MƏKTUBU (2 saat)

MotivasiyaMüəllim Nəriman Nərimanovun şəklini nümayiş etdirərək soruşur:– Şəkildə gördüyünüz şəxs haqqında nə bilirsiniz?BİBÖ cədvəli çəkilir və alınan cavablar birinci sütunda qeyd edilir.Sorğu davam etdirilir:– Bəs Nəriman Nərimanov haqqında daha nə bilmək istərdiniz?Alınan cavablar ikinci sütunda qeyd edilir. Yönəldici suallar vasitəsilə ma -

rağı N.Nərimanovun ədəbi yaradıcılığı və siyasi baxışlarına istiqa mət lən dir -mək tövsiyə edilir. Müəllim qeyd edir ki, N.Nərimanovun siyasi baxışları,ha kimiyyət haqqında düşüncələri oğlu Nəcəfə yazdığı məktubda öz əksinitapıb.

Oxu vä söz ehtiyatı2.2.1. Mətni düzgün intonasiya ilə oxuyur.t Mətni oxuyarkən səs seçimi və tonu ilə müəllifin hiss və duyğularını əks

etdirir.Mətn fasilələrlə “Səsli oxu” texnikası ilə oxunur. Şagirdlərə tövsiyə olunur

ki, sürətli oxumaqdan daha çox, səs tonuna fikir versinlər. Mətndəki hiss və

Standartlar Təlim nəticələri2.2.1. Mətni düzgün intonasiya iləoxu yur.

Mətni oxuyarkən səs seçimi və tonu iləmüəllifin hiss və duyğularını əks etdirir.

2.2.3. Mətndə irəli sürülmüş fikirləridəyərləndirir.

Mətndəki obraz, tarixi şəxsiyyət haq -qında fikir yürütmək üçün müvafiqepi zodlardan istifadə edir.Mətndəki məlumatları əvvəlki bilikləriilə müqayisə edərək nəticə çıxarır.Mətndə sətiraltı ifadə olunmuş fikirlərişərh edir.

2.2.2. Tərkib hissələri arasında əla -qə ni gözləməklə mətni genişlən dirir.

Mövzu üzrə əldə etdiyi məlumatlarımət nin müvafiq hissələrinə əlavə edir.

1.1.1. Danışanın mövzuya müna si -bətini müəyyən etmək üçün təd qiqatxarakterli suallar verir.

Suallar verməklə deyəcəyi fikir üçünzəmin yaradır.

1.2.4. Ümumiləşmiş fikirləri yığcamşə kildə təqdim edir.

Fikirləri ümu mi ləşdirərək bir neçə tezis -lə ifadə edir.

4.1.1. Mürəkkəb cümlənin növlərinifərqləndirir.

Tabeli mürəkkəb cümlədə əvəzliyinfunksiyasını müəyyənləşdirir.

107TARİXİ ŞƏXSİYYƏTLƏR

dü şüncələrə uyğun səs tonunu tənzimləməyin vacibliyi xatırladılır. Mətnməktub şəklində oldu ğun dan burada müəllifin əhvali-ruhiyyəsini – kədər vəpeşmanlıq hissini mü vafiq səs seçimi ilə əks etdirmək lazımdır. Bunun üçün,ilk növbədə, mətni düz gün duymaq, anlamaq vacibdir. Müəllim kiçik birparçanı özü oxuya bilər. Mətndaxili tapşırıqların icrası üçün edilən fasilələrzamanı intonasiyanın nə dərəcədə düzgün seçildiyi təhlil oluna bilər.

2.2.3. Mətndə irəli sürülmüş fikirləri dəyərləndirir.t Mətndəki obraz, tarixi şəxsiyyət haqqında fikir yürütmək üçün müvafiq

epizodlardan istifadə edir.t Mətndəki məlumatları əvvəlki bilikləri ilə müqayisə edərək nəticə çıxarır.t Mətndə sətiraltı ifadə olunmuş fikirləri şərh edir.

Mətndəki əsas fikirləri müəyyən etmək üçün 2-ci tapşırığa nəzər salmaqlazımdır. Bu tapşırığın icrası bütün mətni əhatə edir. Mətn kiçik ixtisarlarla 4hissəyə bölünmüşdür. Hər hissədə N.Nərimanov oğluna bir fikir çatdırmaqistəyir. Hər bir hissəni oxuduqdan sonra həmin fikri müəyyənləşdirmək vəqeyd etmək olar. Bunun üçün dərslikdəki mətndaxili suallar cavablandırılır.

3. Mətndəki faktlardan çıxış edərək müəyyənləşdirin: Nərimanov buməktubu nə vaxt yazıb?

Şagirdlər sillogizm qurmaqla bu suala cavab verə bilərlər. Bunun üçünmətndəki iki fakta diqqət yetirmək lazımdır:

1. Müəllif 1895-ci ilin yanvarında olmuş hadisələri xatırladır.2. Müəllif bildirir ki, həmin hadisələrdən 30 il keçir.Deməli, məktub 1925-ci ilin yanvar ayında yazılıb. Müəllif bildirir ki, N.Nə -

rimanov 1925-ci ilin martında vəfat edib. Buradan belə nəticəyə gəlmək olarki, məktub onun ölümündən iki ay əvvəl yazılıb.

4. Oxuduğunuz hissədən çıxış edərək Nərimanovun xarakteri və həyatabaxışı haqqında fikir yürüdün. Məktubdan yeni nə öyrəndiniz?

Şagirdlər oxuduqları iki hissədən çıxış edərək Nərimanov haqqında yeniməlumatları tezislər şəklində ifadə edir və BİBÖ cədvəlinin “Öyrəndim” sütu-nunda yazırlar.

Fənlərarası inteqrasiya: “Azərbaycan tarixi”, st. 4.1.1. Dövlətçiliyin möhkəm -lən diril məsində və inkişafında tarixi şəxsiyyətlərin (Məhəmməd Əmin Rəsul za -də, Nəriman Nərimanov, Heydər Əliyev, İlham Əliyev) rolunu dəyərləndirir.

5. Nərimanovun siyasi fəaliyyəti haqqında bildiklərinizi məktubun buhis səsindən oxuduqlarınızla müqayisə edin. Şagirdlər Azərbaycan tarixi fənnindən N.Nərimanov haqqında öyrəndik -

lərini bu hissədəki yeni məlumatlarla müqayisə edib nəticə çıxarırlar.

108 III BÖLMƏ

6. Altından xətt çəkilmiş cümləni şərh edin.

Əgər zərrə qədər də olsa hiss etsən ki, səni seçməyə insanları kimsə məc -bur edir, onda imtina et.

Bu cümlə ilə Nərimanov oğluna siyasətə qoşulduğu təqdirdə kimlərinsəəlində alət olmağın təhlükəsi barədə xəbərdarlıq edir. (Tarixi mənbələrdən dəməlumdur ki, V.İ.Leninin ölümündən sonra Stalin Nərimanovu Şərq xalqlarınınnümayəndəsi kimi Kremldə saxlayır, lakin onunla hesablaşmırdı.)

7. Sizcə, məktubun bədbin ruhda olmasının səbəbi nədir?

Bu suala cavab vermək üçün yenə də şagirdlər tarix üzrə bilikləri xatırla -ma lı, o dövrdə Azərbaycanda və ümumiyyətlə, Sovet İttifaqında baş verənha disələrin siyasi mənzərəsini yaratmalıdırlar.

9-cu tapşırıqda verilmiş başlıqların mətnin hansı hissəsinə uyğun gəldiyinimüəyyən etmək tələb olunur. Həmin başlıqları mətnin hissələrinin ardıcıllığınauyğun olaraq və hər bir hissənin məzmununu bir neçə tezislə ümumiləş dir -məklə aşağıdakı kimi düzmək olar:

I hissə. Ədəbi yaradıcılığının qayəsi1895-ci il yanvarın 15-də “Nadanlıq” pyesinin tamaşaya qoyulmasından

keçən 30 il böyük bir zamandır. Bu zaman ərzində, əslində, daha çox iş görməkolardı. Lakin yazılanlar çox azdır. Buna baxmayaraq şərait, dolanbac həyatyolları, mühitin geriliyi, ətalət və mənasız çəkişmələrin doğurduğu iztirab, tökü -lən qanlar, göz yaşları... bu əsərlərdə öz əksini tapıb.

II hissə. Nəyə görə həkimlik?Qayğılarla dolu həyat – qardaş və bacılarının ailəsinə baxmaq, onların

uşaqlarının tərbiyəsi ilə məşğul olmaq, hər birinin yeni həyat qurmasına yar -dımçı olmaq ehtiyacı tez bir zamanda universitet təhsili almağı məcbur edirdi.Hüquq və təbiyyat fakültələri arasında aparılan seçimə iki amil təsir edir:kimsədən asılı olmamaq istəyi və valideynləri kimi başqalarına yardım gös -tər mək həvəsi. Buna görə də o, təhsil müddətinin uzun olması və çətin li yinəbaxmayaraq, həkimlik sənətini seçir.

III hissə. Nərimanovun siyasi baxışları və təmsil etdiyi hakimiyyətə mü na -sibəti

N.Nərimanov daim başqaları üçün yaşamaqdan təskinlik tapırdı. Rusiyadaqurulan hökumətin də bu yolu tutduğuna inanaraq bolşe vik lə rin proq ramınıqəbul etmişdi. Onun dünyada köləliyin ləğv ediləcəyinə inamını hakimiyyətdətəmsil olunan şəxslərin fəaliyyəti sarsıtdı. İlk vaxtlar zəruri olan hakimiy yətinbir əldə cəmləşməsini davam etdirmək bolşevizmi süquta apara bilər. Artıqnöqsanlar haqqında kommunistlər öz aralarında da danışa bilmir lər. Hamınınsusduğu vaxtda N.Nərimanov susmur, MK-ya yaz dığı məruzədə bütün nöq -sanlar haqqında söz açır.

109TARİXİ ŞƏXSİYYƏTLƏR

IV hissə. Hakimiyyət haqqında düşüncələrHakimiyyət dalınca qaçmaq insanı korlayır. Hakimiyyət insanın bütün ba -

ca rığını və nöqsanlarını büruzə verir. Kütləni aldatmadan, uğurla öz arxasıncaapara bilməyən bu işdən imtina etsə, yaxşıdır. Əgər kütlə qiymət verirsə, səninhakimiyyət başında qalmağını labüd hesab edirsə, xalqa mənfəət verəcək -sənsə, imtina etmə.

2.2.2. Tərkib hissələri arasında əlaqəni gözləməklə mətni genişlən -dirir.

t Mövzu üzrə əldə etdiyi məlumatları mət nin müvafiq hissələrinə əlavə edir.

Bu standartdan çıxarılmış təlim nəticəsini reallaşdırmaq üçün 8-ci tapşırıqüzərində iş aparmaq mümkündür. A, B, C, D ilə işarələnmiş parçalar N.Nə ri -manovun məktubundan çıxarılmışdır. Mətndaxili əlaqəni düzgün dəyərlən dir -mədən həmin parçaları mətnə əlavə etmək çətinlik yaradar.

A. Məktubun sondan ikinci abzasında N.Nərimanovun hakimiyyət haq -qında düşüncələri əks olunub. Bu parça da həmin fikirlərlə birbaşa bağlıdır.

B. Məktubun 3-cü mətndaxili tapşırıqdan əvvəlki hissələri N.Nərimanovunədəbi yaradıcılığı ilə bağlıdır. Bu hissədə o, mühit, şərait, dövrün çəkişmələrivə onlardan doğan iztirablar və s. məsələlərə toxunur, bu barədə ədəbi əsər -lərində söz açır. Parça həmin hissənin sonunda işlənə bilər.

C. 3-cü mətndaxili tapşırıqdan sonra N.Nərimanov ailə problemləri, buproblemlərin aradan qaldırılması istiqamətində gördüyü işlər haqqında sözaçır. Bu məsələlərin onun təhsil almasına da təsiri yox deyildi. Parça həminhissənin birinci və ikinci abzasları arasına artırılsa, natamamlıq aradan qalxar.

D. Məktubun 4-cü mətndaxili tapşırıqdan sonrakı hissəsində N.Nə rima no -vun bolşevizmə olan səmimi münasibəti, hakimiyyətin bolşeviklərin bir ço xu -nu korladığı, bolşevizmin süquta aparıldığı haqqında söhbət gedir. Parça dabu baxımdan həmin hissənin sonuncu abzasından əvvələ artırıla bilər.

Dinlämä vä danışma1.1.1. Danışanın mövzuya münasibətini müəyyən etmək üçün təd -

qiqat xarakterli suallar verir.t Suallar verməklə deyəcəyi fikir üçün zəmin yaradır. 1.2.4. Ümumiləşmiş fikirləri yığcam şəkildə təqdim edir.t Fikirləri ümu mi ləşdirərək bir neçə tezislə ifadə edir.

10-cu tapşırıqda qoyulmuş müzakirə mövzusu (“Sizcə, tarixi şəxsiyyətəqiy mət ve rər kən müasir döv rün dü şün cəsi və tələblərin dən çıxış etmək nədə rəcədə düzgündür?”) iştirakçılar arasında mübahisə yarada və müzakirəyədebat elementləri qata bilər. Buna görə də əvvəlcə şagirdlərə “Nitq bacarıq -ları” rubrikasında verilmiş “Müzakirə zamanı dinləmə və danışma” qaydalarıilə tanış olmaq tapşırılır. Müəllim şagirdlərin diqqətini xüsusi olaraq bəzi qay-dalara yönəldə bilər:

110 III BÖLMƏ

l Çıxışa hazırlaşarkən əsas fikirlə yanaşı, nit qini zin girişi və sonluğu haqqında dadüşünün.

Şərh. Bəzən müzakirə iştirakçısı ağlına gəlmiş fikri digərlərinə çatdırmaqüçün tez-tələsik söhbətə müdaxilə edir və onun çıxışı bitkin olma dı -ğından təsirsiz qalır. Buna görə də çıxışa hazırlaşarkən nitqin girişivə sonluğunu formalaşdırmaq lazımdır. Çıxışın girişi müzakirə işti -rak çılarının diqqətini dərhal cəlb etməlidir. Sonluq isə əsas fikriümumiləşdirməlidir.

l Suallarınızı məqsədyönlü verin.

Şərh. Verilən sual ya danışanın fikrini aydınlaşdırmağa, ya da deyiləcəkfikir üçün zəmin yaratmağa xidmət etməlidir.

Qeyd. 10-cu tapşırıqda müzakirəyə hazırlıq məqsədilə müəyyən töv si yələrverilmişdir. Yaxşı olar ki, şagirdlər 1-ci saatın sonunda mü za kirəyəhazırlıq mərhələsini bitirsinlər. Gələn saatda isə müzakirə keçirilsin.Bunun üçün onlar müzakirə olunacaq tarixi şəxsiyyətlərin siyahısınıtutmalı və həmməruzəçilər seçməlidirlər. Elə şəxsiyyətlər seçil -məlidir ki, onların fəaliyyətində ziddiyyətli məqamlar olsun; məs.:Şah İsmayıl, Nadir şah, Mircəfər Bağırov və b. Siyahı bütün şagird -lərə elan olunmalıdır. Həmməruzəçilərin olması heç də qalan şa -gird ləri müzakirəyə hazırlaşmaqdan azad etməməlidir.

Müzakirənin gedişi zamanı məlumatlar zəngin və ya zəif ola bilər. Bunlarmüzakirənin keyfiyyətinə təsir göstərsə də, önəmli olan müzakirə qaydalarınanecə əməl etməkdir.

Bu fəaliyyət zamanı 1.2 standartının bir neçə alt-standartı reallaşdırıla bilər.Lakin müəllim məruzədə səsləndirilən fikirlərin ümumiləşdirilməsinə və şagird -lərin onlara münasibət bildirməsinə xüsusi diqqət yetirməlidir.

Dil qaydaları4.1.1. Mürəkkəb cümlənin növlərini fərqləndirir. t Tabeli mürəkkəb cümlədə əvəzliyin funksiyasını müəyyən edir.

11-ci tapşırıqla dil qaydalarına motivasiya yaratmaq olar. Verilmiş cümlələr -də budaq cümlələri baş cümlədəki işarə əvəzliklərinin yerində işlətmək tələbolunur. Tapşırıq iki mərhələdə icra edilə bilər. Əvvəlcə baş və budaq cümlələrmüəyyən edilir, sonra isə budaq cümlə sadə cümlənin əvəzliyi yerinə işlənir.

1. Vəziyyətin belə davam etməsi o deməkdir ki, bolşevizm əvvəl-axır süqutauğrayacaq. Vəziyyətin belə davam etməsi bolşevizmin əvvəl-axır süquta uğrayacağıdeməkdir.

2. Bu ona dəlalət edir ki, biz işimizə pis yanaşırıq.

111TARİXİ ŞƏXSİYYƏTLƏR

112 III BÖLMƏ

Bu bizim işimizə pis yanaşmağımıza dəlalət edir.

3. Biz o qədər təkəbbürlü olmuşuq ki, boş işlərlə məşğul olaraq əsl işi əldənburaxmışıq. Biz boş işlərlə məşğul olaraq əsl işi əldən buraxacaq qədər təkəbbürlüolmuşuq.

4. Yaxşısı budur, bu işdən imtina et. Yaxşısı bu işdən imtina etməkdir.

Tapşırıq yerinə yetirildiyi zaman məlum olur ki, həmin cümlələrin baş cüm -lə sində işarə əvəzlikləri ilə ifadə olunan cümlə üzvləri budaq cümlələr va -sitəsilə aydınlaşdırılır.

Əldə edilən nəticələr ümumiləşdirilir, “Qrammatika” rubrikasında verilmişnəzəri materialla tutuşdurulur.

Tədqiqat qrammatik tapşırıqların icrası ilə davam etdirilir.12-14-cü tapşırıqlar keçilmiş nəzəri qaydanı möhkəmləndirməyə xidmət

edir. Şagirdlər tabeli mürəkkəb cümlələrdə işlənmiş bağlayıcıları seçir vəonların funksiyalarını, bağlayıcı sözün budaq cümlə də, ona cavab olaraqişlənən sözün isə baş cüm lədə işləndiyini müəyyənləşdirirlər.

13. Nöqtələrin yerinə bağlayıcı söz və ya işarə əvəzliyi işlət məkləcümlə ləri tamamlayın.

1. Həyat (nə qədər) şirindirsə, o qədər də çətindir. 2. O yerdə ki böyüyün sözü eşidilmir, (orada) iş getməz. 3. (O yerdə ki) məqsəd yoxdur, orada insan da yoxdur. 4. Qorxaq (o) adamdır ki, təhlükə vaxtı ayaqları ilə düşünür. 5. Kim ki yalnız özünü sevir və düşünür, (ona) eqoist deyirlər. 6. Sultan özünü (elə) aparırdı ki, elə bil qardaşı oğlunun rəng verib

rəng al dı ğını görmürdü. 15-16-cı tapşırıqlar məntiqi təfəkkürün və dil bacarıqlarının inkişafına

yönəlmişdir. Belə ki, sadə cümlələri mürəkkəb cümləyə və əksinə çevirməkşagirddən yalnız qrammatik biliklər tələb etmir. Burada cümlənin mənasınısaxlamaq da əsas şərtlərdəndir.

QiymətləndirməGirişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 21-23), müxtəlif ba carıqların

yoxlanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.

Ümumiləşdirici təkrar müvafiq bölmədə reallaşdırılmış bəzi (oxu və dilqay daları) məzmun standartları üzrə ba ca rıq ların möhkəmləndirilməsi üçünnəzərdə tutulmuşdur. Tapşırıqlar dərslikdə (səh. 86) təqdim olunmuşdur. Sinfinsəviy yə sinə uyğun olaraq müəllim başqa tapşırıqlar da verə bilər.

III BÖLMƏ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ

1-4-cü tapşırıqlar mətnlə bağlıdır.

BERTA BENS

Avtomobil istehsalının pioneri sayılan Karl Bens 1872-ci ildə 23 yaşlı Berta iləevlənərkən böyük maliyyə çətinlikləri çəkirdi. Ərinin is tedadına və gələcə yi nəinanan gənc qadın onun bütün işlərinə həm mənəvi, həm də maddi cə hətdəndəstək olmuşdu.

1888-ci ildə Karl Bens üç il əvvəl ixtira etdiyi avtomobilin satışına başlasa da,alıcılar maşına şübhə ilə yanaşırdılar. Həmin il avqustun 5-də ərinin xə bəri olmadanBerta avtomobili götürərək iki oğlu ilə bərabər Manheymdən ana sının yaşadığıPforsheym şəhərinə yola düşür. Ümumi uzunluğu 106 km olan yolda Berta birsıra çətinliklərlə qarşılaşır, amma hamısından çıxış yolu tapır. Avtomobil yolunyoxuş hissələrini öz gücü ilə çıxa bilməyəndə Berta sükan arxasına kiçik oğlunuoturdub özü böyük oğlu ilə maşını itələyirdi. Yolda o özü avtomobilin əyləcsistemində, ötürücü qutusunda olan nasazlıqları aradan qaldırmalı oldu.

Axşam nigaran qalmış Karl Bens səyahətin uğurla başa çatdığını bildirən tele-qram alır. Bertanın səyahəti ona avtomobilin çatışmazlıqlarını müəy yən ləş diribaradan qaldırmağa kömək edir. Məsələn, Berta ərinə avtomobildə quraşdırılmışötürücü sürət qutusuna “dağ sürət ötürücüsü” əlavə etməyi məsləhət gör müş dü.Bu səyahəti ilə Berta Bens ərinin avtomobilini çox effektiv reklam etməkləbərabər, həm də bir sıra ilklərə imza atmışdı: o, dünyada avtomobillə ilk səyahətəçıxmış, sükan arxasında oturmuş ilk qadın olmuşdur.

2008-ci il fevralın 25-də Bertanın səyahət zamanı keçdiyi yol “Berta Bensadına memorial tras” adı ilə rəsmi turist trası statusu aldı və indi alman sənayetarixinin mötəbər abidəsi kimi tanınır.

1. Cümlələri mətnin müvafiq abzaslarının sonuna əlavə edin.l Yolboyu Berta benzini apteklərdən alırdı (o zaman benzin aptekdə tə miz -

ləyici vasitə kimi satılırdı). ___l 1888-ci ildə ona Manheymdə avtomobil sürmək üçün polis tərə findən icazə

verildiyini təsdiqləyən sənəd – ilk sürücülük vəsiqəsi təqdim edilmişdi. ___l 2011-ci ildə Almaniyada Karl və Berta Benslərin bioqrafiyaları əsasında “Karl

və Berta” bədii televiziya filmi çəkilmişdir. ___ l Berta öz cehizini firmanın xilası üçün istifadə etmişdi. ___

2. Mətndə hansı suala cavab tapmaq mümkün deyil?A) Berta Bens nə vaxt anadan olmuşdur?B) Berta Bens nə vaxt vəfat etmişdir?C) Səyahətə çıxarkən Bertanın neçə yaşı olmuşdur?D) Karl Bens ilk avtomobilini nə vaxt yaratmışdı?E) Dünyada avtomobillə ilk səyahət hansı şəhərlər arasında olmuşdur?

A

B

C

D

113TARİXİ ŞƏXSİYYƏTLƏR

3. “Nə üçün Berta ərinə avtomobildə quraşdırılmış ötürücü sürət qutusuna “dağsürət ötürücüsü” əlavə etməyi məsləhət görmüş dü?” sualına cavab verəncümləni mətndən seçin.

4. Kontekstdən çıxış edərək “ilkə imza atmaq” ifadəsinin mənasını müəy yən -ləşdirin.

_____________________________________________________________

5. Mürəkkəb cümlələrdən birində həm tabesizlik, həm də tabelilik bağlayıcısıişlənmişdir.

A) Elə süfrəni yığışdırmaq istəyirdilər ki, ortaya plov gəldi.B) Əgər Şəkiyə yolun düşsə, Xan sarayına mütləq baş çək.C) Ona görə əlimi öyrətdim bu sənətə,

Bir gün sənə dil açıb düşməyim xəcalətə. (N.Gəncəvi)D) Hərçənd mən Çinarlıdan deyiləm, ancaq müharibədən qabaq bu kənd

haqqında çox eşitmişdim. (Ə.Vəliyev)E) Madam ki qapına bağlıdır yolum,

İşim ah olacaq, qurbanın olum. (N.Gəncəvi)

6. Cümlələrdən birində baş cümlə budaq cümlədən sonra işlənmişdir.A) Xoşbəxtik ki, bizim belə igid, qəhrəman, cəsur övladlarımız var.B) Milləti sevmək odur ki, onun hər bir nümayəndəsinin uğuruna öz uğurun

kimi sevinəsən.C) Elə sözə başlamaq istəyirdi ki, zalda çaxnaşma başladı.D) Dil o zaman inkişafdan qalır ki, millət ünsiyyət vasitəsi kimi başqa dillərə

üstünlük verir.E) Xoşbəxt o adamdır ki, xoşbəxtlik axtarmağa ehtiyacı yoxdur.

7. Cümlələrdən biri tabesiz mürəkkəb cümlədir. A) O yerdə ki rütubətlilik çoxdur, insanlar arasında revmatizm xəstəliyi geniş

yayılmış olur.B) Kim ki çox çalışıb az qazanır, deməli, haqqını tələb etməyi bacarmır. C) Necə gözəl günlər idi: vətən göylərinin səması aydın və günəşli idi.D) Kimə ki ürək qızdırıb söz deyirsən, ondan da qorxmalı olursan.E) Tələb necə qoyulursa, təklif də o cür hazırlanmalıdır.

8. Budaq cümləsi əvvəldə işlənən mürəkkəb cümləni seçin.A. Kim ki səxavətlidir, axirətini satın alıb.B. Haraya üz tuturam, üzlərdə sevinc, fərəh görürəm.C. O adama bel bağla ki, əməli ilə sözü bir olsun.D. Deyirlər ki, nəvə övladdan şirindir.

114 III BÖLMƏ

115ƏXLAQİ DƏYƏRLƏR

IV BÖLMƏƏXLAQİ DƏYƏRLƏR

Dərs №

Mövzu Məzmun standartlarıSaatsayı

Dərslik səh.

MMV səh.

13.

Dağda şəlalə kimiSadə cümlənin tabelimürəkkəb cümləyəçevrilməsi

2.2.1, 2.2.3, 4.1.1,4.1.2

2 88-92 116-120

14.Əli və Ömərin nağılıTabeli mürəkkəb cümləninsadələşdirilməsi

2.2.3, 2.1.2, 3.1.2,3.1.3, 4.1.1

2 93-98 120-125

15.

Altı nəfər və yeddinciTabeli və tabesiz mürəkkəbcümlələrin fərqləndirilməsi

2.1.2, 2.2.3, 1.2.4,3.1.4, 4.1.1

3 99-104 125-129

16. Şər mövcuddurmuTəkrar

2.2.3, 2.1.1, 1.1.2,1.2.2, 4.1.1

2 105-110 129-132

Kiçik summativ qiymətləndirmə 1 133-134

Yekun10

Dərs 13. DAĞDA ŞƏLALƏ KİMİ (2 saat)

Motivasiya Dərslikdəki 1-ci tapşırıqdan motivasiya kimi istifadə edilir:

1. Aşağıdakı fikirlərə münasibət bildirin. “Həyat yaşanan günlər deyil, yadda qalan günlərdir”. (P.A.Pavlenko) “Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən”. (M.Cəlil)

Oxu 2.2.1. Mətni düzgün intonasiya ilə oxuyur. t Şeiri deklamasiya edərkən səs tonu, pauza, məntiqi vurğu vasitəsilə

şairin fikir və duyğularını daha qabarıq ifadə edir.2.2.3. Mətndə irəli sürülmüş fikirləri dəyərləndirir. t Mətndə obrazlı şəkildə ifadə olunmuş fikirləri şərh edərək münasibətbildirir.Sinif 3 qrupa bölünür. Hər qrupa şeirin bir hissəsi tapşırılır. Mətnə qoyulmuş

suallar qruplar arasında bölüş dü rü lür.I hissə – 88-ci səhifə;II hissə – 89-cu səhifədə “Diri ikən, sağ ikən...” cümləsinə qədər;III hissə – “Diri ikən, sağ ikən...” cümləsindən sona qədər.I qrup:

2. Şeirin ilk misra la rından çıxış edərək şai rin həyat kredosunu müəy -yənləşdirin.

3. “İnci üzə çı xar mı, çalxalanmasa üm man?” cümləsi ilə şair nə deməkistəyir?

4. Həyatda kədərin də öz gözəlliyi olduğu, kə dər dən də zövq duy ma ğınmümkünlüyü fik rinə mü nasibət bil dirin.

II qrup:5. Nə üçün “ölü can lar” ifadəsi dır naq içərisində ya zılıb?6. Dərsliyin 3-cü böl məsində oxuduğu nuz “Kölgədə qalmayanlar” mətnini

Standartlar Təlim nəticələri2.2.1. Mətni düzgün intonasiya ilə oxu -yur.

Şeiri deklamasiya edərkən səs tonu,pau za, məntiqi vurğu vasitəsilə şairin fi -kir və duyğularını daha qabarıq ifadə edir.

2.2.3. Mətndə irəli sürülmüş fikirləridəyərləndirir.

Mətndə obrazlı şəkildə ifadə olunmuşfikirləri şərh edərək münasibət bildirir.

4.1.1. Mürəkkəb cümlənin növlərini fərq - lən dirir.

Eyni fikri sadə cümlə və tabeli mü rək kəbcüm lənin müxtəlif növləri şəklində ifadə edir.

4.1.2. Sözləri və söz birləşmələrini müx -təlif sintaktik vəzifələrdə işlədir.

Sadə cümlənin müvafiq üzvünü budaqcümlə kimi ifadə etməklə tabeli mü rək -kəb cümlə qurur.

116 IV BÖLMƏ

xatırlayın. “Kölgədə qalmamaq” və “kölgə axtarmaq” ifa də lərini müqa -yi səli izah edin.

7. Hansı insanları “gün dən qaçıb həmişə kölgə axtaranlar” ad lan dırmaq olar?III qrup:

8. “Min-min dəfə ölə nin matəmi yassız ke çər” cümləsini necə ba şadüşürsünüz? Bu fikir sizə hansı atalar sözü nü xatırladır?9. Şeirin son parça sında şairin oxuculara aşılamaq istədiyi fikri izah edin. Təqdimat zamanı qruplar şeirin öz sualları ilə bağlı hissəsini ucadan oxu -

malı, qoyulmuş suala əsasən bu hissəni şərh etməlidir. Şagirdlərə izah edil -məlidir ki, intonasiya heç də şeiri yüksək pafosla oxumaqdan ibarət deyil. Şeirielə oxumaq lazımdır ki, dinləyici müəllifin əsas fikrini anlasın, onun keçirdiyihis ləri duysun. Deklamasiya zamanı səs seçimi, səsin tonu və ucalığı, pauza -lar, məntiqi vurğu dinləyiciyə təsir edən, onu duyğulandıran amillərdir.

NümunəI qrup:Seçilmiş hissə: dərsliyin 88-ci səhifəsindəki hissə.

2. Şeirin ilk misra la rından çıxış edərək şai rin həyat kredosunu müəy yən ləş -dirin.

Misralardan çıxış edərək şairin həyat kredosunu belə müəyyənləşdirmək olar:1. Şair həyatda fəal mövqe tutmağa üstünlük verir, yeknəsəqliyi sevmir. 2. Həyatda qazandığı kiçik qələbələrlə kifayətlənən deyil.3. Həyatın yaxşı və pis günlərindən zövq almağı bacarır.4. İnanır ki, bu həyatda insanı ancaq əməlləri yaşadır.

3. “İnci üzə çı xar mı, çalxalanmasa üm man?” cümləsi ilə şair nə deməkistəyir?

“İnci” dedikdə mirvari nəzərdə tutulur. Məlumdur ki, mirvari dənizin dibindəolur və onu əldə etmək o qədər də asan deyil. Şair demək istəyir ki, insan hə -yat da nəyə isə nail olmaq istəyirsə, mütləq çalışmalı, zəhmət çəkməli, çətin -lik lərə sinə gərməlidir.

4. Həyatda kədərin də öz gözəlliyi olduğu, kə dər dən də zövq duy ma ğınmümkünlüyü fik rinə mü nasibət bil dirin.

Elə insanlar var ki, rahat həyat axtarır, mənfi emosiyadan uzaq qaçmağaçalışır, “Nəyimə gərək?” deyib yaxalarını hər işdən kənara çəkirlər. Daim se -vinc axtarsalar da, əslində, anlamırlar ki, özlərini necə bir qəmə məhkum edib -lər. Şair bildirir ki, əgər ürəyi təlatümə gətirən hislər olmasa, bu həyatda in sanzövq almadan yaşayar. “Kədərdən zövq almaq” deyəndə şair həyatın məhzağır günlərində ruhdan düşməməyə, bu vəziyyətdən çıxmaq üçün əziyyətəqatlaşmağa çağırır, bunun özünün ayrı bir zövq olduğunu bildirir. Şairin fik -rincə, həyatı gözəlləşdirən onun keşməkeşli olmasıdır.

II qrupSeçilmiş hissə: dərsliyin 89-cu səhifəsinin əvvəlindən “Diri ikən, sağ ikən”

misrasına qədər olan hissə.

117ƏXLAQİ DƏYƏRLƏR

5. Nə üçün “ölü can lar” ifadəsi dır naq içərisində ya zılıb?Şagirdlər bu ifadənin məcazi mənada işləndiyini düşünə bilərlər. Lakin on -

ların rus ədəbiyyatından məlumatlı olsalar, burada həmin ifadənin sitat oldu -ğunu – N.V.Qoqolun “Ölü canlar” əsərinə eyham vurulduğunu söyləyə bilərlər.

6. Dərsliyin 3-cü böl məsində oxuduğu nuz “Kölgədə qalmayanlar” mətninixatırlayın. “Kölgədə qalmamaq” və “kölgə axtarmaq” ifa də lərinimüqayi səli izah edin.

7. Hansı insanları “gün dən qaçıb həmişə kölgə axtaranlar” ad lan dırmaq olar? Verilən frazeoloji birləşmələr bir-biri ilə tamamilə zidd məna daşıyır.

“Kölgədə qalmamaq” daim öndə getmək, diqqət mərkəzində olmaq, həyatdangeri qalmamaq, “kölgə axtarmaq”, əksinə, gözə çarpmamaq, diqqət cəlb et -məmək mənasını verir. Burada şair həmişə başqalarının arxasında giz lə -nənləri, başını cəncələ salmamaq üçün öz fikrini söyləməkdən çəkinənləri,dünyaya başqalarının gözü ilə baxanları qınayır.

III qrupSeçilmiş hissə: dərsliyin 89-cu səhifəsində “Diri ikən, sağ ikən” misrasından

sona qədər olan hissə.8. “Min-min dəfə ölə nin matəmi yassız ke çər” cümləsini necə ba şa düşür sü -

nüz? Bu fikir sizə hansı atalar sözü nü xatırladır?Qorxaq insanlar, şairin təbirincə, yaşamaqdan qorxan, çalışmaqdan qorxan,

fikir söyləməkdən qorxanlardır. Belə insanlar həyatda heç bir iz buraxma -dığına, onların varlığı bilinmədiyinə görə yoxluqları da hiss olunmur. Yoxluğuhiss olunmayan insanın varlığının da heç bir əhəmiyyəti yoxdur. Bu fikir “İgidbir dəfə ölər, qorxaq min dəfə” atalar sözü ilə səsləşir. 9. Şeirin son misrala rında şairin oxuculara aşılamaq istədiyi fikri izah edin.

Şeirin son parçası B.Vahabzadənin qanadlı ifadəyə çevrilmiş aşağıdakımisraları ilə səsləşir:

Yaşamaq yanmaqdır, yanasan gərək,Həyatın mənası yalnız ondadır.Şam əgər yanmırsa, yaşamır demək,Onun da həyatı yanmağındadır.Fəndaxili şaquli inteqrasiya:5-ci sinif. 4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini,

yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkətbildirməsini) izah edir.

Dərsdə bəzi orfoepiya qaydalarının yada salınması şagirdlərin diqqətinidüzgün tələffüzə yönəldir. Bəzən şagirdlər yanlış olaraq belə düşünürlər ki,Azərbaycan dilində sözlərin yazıldığı kimi tələffüz edilməsi ədəbi dilinnormalarına düzgün riayət etmək deməkdir. Ona görə də dərslərdə səsli oxu -dan istifadə edilərkən şagirdlərin nitqində buraxılan orfoepik səhvlərin dü zəl -dil məsi xüsusilə vacibdir. Bu dərsdə “Orfoqrafiya və orfoepiya” rubrikasındaqo şasaitli sözlərin tələffüz qaydaları yada salınır. Müəllim 5-ci sinifdə keçilən -ləri xatırladaraq nümunələr gətirməklə rubrika üzərində iş apara bilər.

118 IV BÖLMƏ

Dil qaydaları4.1.1. Mürəkkəb cümlənin növlərini fərqləndirir. t Eyni fikri sadə cümlə və tabeli mü rək kəb cümlənin müxtəlif növləri

şəklində ifadə edir.4.1.2. Sözləri və söz birləşmələrini müxtəlif sintaktik vəzifələrdə

işlədir.t Sadə cümlənin müvafiq üzvünü budaq cümlə kimi ifadə etməklə tabeli

mürəkkəb cümlə qurur. 10-cu tapşırıq motivasiya xarakteri daşıyır. Tapşırıqda B.Vahabzadənin

yuxarıda təhlil olunmuş şeirindən iki misralıq parça və onun nəsrlə ifadəsiverilmişdir. Cümlələr eyni məzmun daşısa da, quruluş baxımından fərqlənir.1-ci cümlə quruluşca sadə, 2-ci cümlə mürəkkəbdir. Şagirdlər tapşırığa qo -yulmuş suallara cavab verərkən cümlənin quruluşunu və mürəkkəb cüm lədəbudaq cümlənin bütövlükdə bir cümlə üzvünün sualına cavab verdiyinimüəyyənləşdirirlər.

Nəzəri materiallar mənimsədildikdən sonra 11-15-ci tapşırıqlar yerinə ye-tirilir. Təcrübə göstərir ki, şagirdlər mürəkkəb cümlə qurmaqdan çəkinir,danışarkən və ya yazarkən sadə cümlələrdən istifadə edirlər. Şagirdlərdəmürəkkəb cümlə qurmaq bacarığını formalaşdırmaq və inkişaf etdirmək üçünbu tip tapşırıqların əhəmiyyəti çox böyükdür.

16-cı tapşırıq da şagirdlərdə müxtəlif konstruksiyalı cümlələrdən istifadəetməklə mətn qurmaq bacarığını inkişaf etdirir.

Şərh. Şeyx Şamil müharibəni uduzandan sonra I Nikolay onu süfrə başın -da əsir kimi oturtmuşdu. Şeyxin dediyi sözdə eyham ondan ibarətidi ki, yəni mən də sənə qalib gəlib süfrəmin başında əsir kimi oturtsaidim, bundan böyük şərəf duyardım.

Nümunələr:Məlumdur ki, Şeyx Şamil Rusiya ilə 25 il müharibə aparmış və sonda

məğlub olmuşdu.Aydındır ki, Şeyx Şamil süfrə başında qonaq kimi otursa da, ev sahibinin

əsiri idi. “Xatırla!” rubrikasında şagirdlərin 5–7-ci siniflərdə “İsim” bəhsindən keç -

dikləri biliklər yada salınır. Bu, mətnin kompleks təhlili zamanı onlara lazımolacaq.

Mətnin kompleks təhliliBu rubrikada verilmiş hekayədə insanpərvərlikdən, xeyirxahlıqdan danışılır.

1-3-cü tapşırıqlar mühakimə və analiz tələb edir. 4-5-ci tapşırıqlar mürəkkəbcümlə ilə bağlı biliklərin yoxlanmasına xidmət edir.

Mətndə göy rənglə fərqləndirilmiş iki budaq cümlə var:Məsələ bundadır ki, mənim qardaşım əlildir.Artıq neçə saat dır ki, biz kömək istəyirik.Şagirdlərdən bu cümlələrdə bağlayıcı vasitələri, eləcə də baş və budaq

cümlənin yerini müəyyənləşdirmək tələb olunur. Cavab tələb edən komponentimüəyyən etməklə baş cümlələri müəyyənləşdirmək olar.

119ƏXLAQİ DƏYƏRLƏR

Fəndaxili şaquli inteqrasiyaya xidmət edən sonuncu tapşırıqlar ismin mor-foloji xüsusiyyətləri ilə bağlıdır:

6-cı tapşırıq – ismin adlıq halının qeyri-müəyyənlik bildirən yiyəlik və təsirlikhallardan fərqlən dirilməsi;

7-ci tapşırıq – ismin mənsubiyyət və hal şəkilçilərinin müəyyənləşdirilməsi;8-ci tapşırıq – ismin müəyyən və qeyri-müəyyən təsirlik hallarının fərqlən -

di rilməsi.

QiymətləndirməGirişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 21-23), müxtəlif ba carıqların

yoxlanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.

Dərs 14. ƏLİ VƏ ÖMƏRİN NAĞILI (2 saat)

MotivasiyaDərsə oxu mətninə qoyulmuş motivasiya sualı ilə başlamaq olar.

1. Sizcə, dostluğun əsasında nə dayanır? Dostluqla tanışlıq arasındakısərhədi necə müəyyənləşdirirsiniz?“Beyin həmləsi” üsulu ilə şagirdlərin fikirləri heç bir dəyişiklik olmadan

lövhədə qeyd edilir. Əgər bu fikirlər arasında “həmrəylik”, “həyata baxışlarıneyni olması” meyarları səslənərsə, müəllim bu fikrin üzərində daha genişdayanıb onu şərh etməyi tapşıra bilər.

Oxu vä söz ehtiyatı2.2.3. Mətndə irəli sürülmüş fikirləri dəyərləndirir.

Standartlar Təlim nəticələri

2.2.3. Mətndə irəli sürülmüş fikirləridəyərləndirir.

Həyatda gördüklərindən, eşitdiklərindənmisallar gətirməklə mətndəki fikirlərəmünasibət bildirir.

2.1.2. Həqiqi və məcazi mənalı sözvə ifadələrin mənasını kontekstə uy -ğun dəqiqləşdirməklə şərh edir.

Kontekstdən çıxış edərək frazeolojibirləşmələrin mənasını izah edir.

3.1.2. Formalaşmış fikir və müla hi -zələrini həyat hadisələri ilə əlaqə lən -dirərək əsaslandırır.

Həyatda gördüklərindən, oxuduq la rın -dan və eşitdiklərindən misallar gətir mək -lə yazdığı mətndəki fikri əsaslandırır.

3.1.3. Mətnin hissələri, abzaslar vəcümlələr arasında əlaqəni gözlə mək -lə özünün və başqasının yazısınıtəkmilləşdirir.

Verilmiş meyarlar əsasında yazını re -daktə edir.

4.1.1. Mürəkkəb cümlənin növlərinifərqləndirir.

Eyni fikri sadə cümlə və tabeli mü rək -kəb cümlənin müxtəlif növləri şəklindəifadə edir.

120 IV BÖLMƏ

t Həyatda gördüklərindən, eşitdiklərindən misallar gətirməklə mətndəkifikirlərə münasibət bildirir.

Mətn “İstiqamətləndirilmiş oxu” texnikası ilə oxunur. Müəllim əvvəlcədənsuallar tərtib edir və şagirdlərə tapşırılır ki, mətni oxuyub bitirəndən sonrahəmin suallara cavab versinlər. Müəllim aşağıdakı sualları təqdim edə bilər(suallar nümunə xarakteri daşıyır, müəllimlər sinfin səviyyəsinə uyğun başqasuallar tərtib edə bilərlər):

1. Xanı səciyyələndirən xüsusiyyətləri söyləyin və əsaslandırın. (Obrazlarxəritəsi)

2. Xanın dostlara dediyi “Bəlkə də, yalançı deyilsiniz, sadəcə, yanılırsınız?”cümləsini şərh edin. Bununla xan nə demək istəyirdi?

Şərh. “Yalançı” o şəxsə deyilir ki, hər hansı səbəbdən başqasını aldatmaqistəsin. Bəzən insan hər hansı bir məsələdə özünü haqlı bilir, əslindəisə yanılır. Özünü bu və ya digər məsələ ilə bağlı nəyəsə inandırır, lakinsonradan bunun doğru olmadığını görür.

3. Sizcə, dostları zindana salan xan nə üçün onların qarşısında məhz beləşərt qoydu?

4. Dostlar xana nə “dərs vermişdilər?”5. Amal nədir? 6. Sizcə, xan nə üçün özünə bu vaxta qədər dost qazana bilməmişdi?Mətni oxuyandan sonra şagirdlərin cavabları dinlənilir, müzakirə aparılır.

Şagirdlərə tapşırılır ki, fikirlərini izah edərkən həyatda gördükləri, eşitdiklərihadisələrdən nümunələr gətirsinlər. Sonra 2-ci tapşırıq yerinə yetirilir.

2. Sizcə, mətndə bu iki fikirdən hansı daha qabarıq verilib:1. İnsan öz amallarına sadiq qalmaq naminə əzablara dözür.2. Yalnız amalları bir olan insanlar dost ola bilərlər.Şərh. Hər iki fikir mətndə öz əksini tapmışdır. Lakin müəllif bir fikri daha

qabarıq çatdırmaq istəyib ki, dostluq özü də insanın amalına bağlı olanbir şeydir. Əgər insanın amalı, məqsədi, prinsipləri olmasa, o, həyatdaheç nəyə nail ola bilməz.

2.1.2. Həqiqi və məcazi mənalı söz və ifadələrin mənasını kontekstəuyğun dəqiqləşdirməklə şərh edir. t Kontekstdən çıxış edərək frazeoloji birləşmələrin mənasını izah edir.Mətndəki məcazi mənalı söz və ifadələr üzərində iş aparılır.Mətndə çoxlu frazeoloji birləşmələr və məcazi mənada işlənmiş sözlər

vardır. Şagirdlərin söz ehtiyatının genişləndirilməsi və mətnin qavranılmasıbaxımından bu sözlər üzərində iş aparılması çox əhəmiyyətlidir.

3. Mətnin 2-ci abzasında kursivlə verilmiş “sıxmaq” və “satmaq” sözlə -rinin kontekstə uyğun mənalarını izah edin. Həmin sözlərin həqiqi vəməcazi mənaları arasındakı əlaqəni müəyyənləşdirin.“ ... həyatda kimi yaxşıca sıxsan, ən yaxın dostunu da satar” cümləsində

“sıxsan” sözü “incitsən, ağır işgəncələrə məruz qoysan”, “satar” sözü “öz canı nı,

121ƏXLAQİ DƏYƏRLƏR

həyatını xilas etmək üçün kiminsə sirrini vermək, kimisə ələ vermək” mə nasınıverir.

4. Altından xətt çəkilmiş frazeoloji birləşmələrin mənalarını izah edin. Ø “Ayağı yer tutmaq” və “ayağı yer almaq” ifadələri arasındakı məna fərqini

müəyyənləşdirin.ayağı yer tutmaq – gəzə bilmək, yeriməyə başlamaq, güclənmək.

ayağı yer almaq – ürəklənmək, özünü inamlı hiss etmək, yerini möhkəmlətdikcə diliuzun

olmaq, özünə güvənmək.

Ø “Ara vurmaq” və “ara qarışdırmaq” ifadələri arasındakı məna fərqinimüəyyənləşdirin.

ara qarışdırmaq – xaos, qarışıqlıq yaratmaq, şuluq salmaq.ara vurmaq – kimləri isə küs dür mək, münasibətlərini korlamaq, əlaqələrini kəsmək.Ø “Dili söz tutmamaq” və “dili dönməmək” ifadələri arasındakı məna fərqini

müəyyənləşdirin.dili dönməmək – dilinə gətirə bilməmək, deməyə qıy ma maq.dili söz tutmamaq – bu və ya başqa səbəbə görə da nışa bilməmək; da nı ş ıq qabiliyyətini

itirmək.

Ø Dördündən biri mənasına görə fərqlidir:a) qulağı çalmaq (eşitmək, xəbər tutmaq)b) qulağına çatmaq (eşitmək, xəbər tutmaq)c) qulaq vermək (qulaq asmaq, dinləmək) Fərqlidir.d) qulağına dəymək (eşitmək, xəbər tutmaq)

Yazı3.1.2. Formalaşmış fikir və mülahizələrini həyat hadisələri ilə əlaqə -

lən dirərək əsaslandırır. t Həyatda gördüklərindən, oxuduqlarından və eşitdiklərindən misallar

gətir məklə yazdığı mətndəki fikri əsaslandırır.3.1.3. Mətnin hissələri, abzaslar və cümlələr arasında əlaqəni gözlə -

məklə özünün və başqasının yazısını təkmilləşdirir. t Verilmiş meyarlar əsasında yazını redaktə edir.5-ci tapşırıqda “Mən onunla dostluq edirəm, çünki...” və ya “Elə bir dost

axtarıram ki...” mövzusunda esse yazmaq tapşırılmışdır. Esse yazmaqqaydaları ilə şagirdlər artıq tanışdırlar. “Nitq bacarıqları” rubrikasında mətnintərkib hissələri və abzaslar arasında əlaqə yaradan cümlələrin olmasının vacib -liyi haqqında məlumat və nümunələr verilmişdir. Buradakı tövsiyələr dərsliyin28-ci səhifəsində eyni rubrikada (“Essenin strukturu”) verilmiş tövsiyələrindavamıdır.

Esse mühakimə xarakterli yazı olsa da, mühakimələri əsaslandırarkənnəqli və təsviri xarakterli parçalara yer vermək mümkündür və bəzən bu həttaqaçılmazdır. Belə olan hallarda mətnin rabitəli olması üçün əsas məsələ buparçaları əlaqələndirməkdir. Şagirdlərin essedə həyatdan gətirdikləri nümu -nələr mühakimələrin daha dərindən açılmasına xidmət etməlidir. Bunu bir şərtvə meyar kimi onların diqqətinə çatdırmaq lazımdır.

122 IV BÖLMƏ

Beləliklə, müəllim şagirdlərə əvvəlcədən qiymətləndirmə meyarlarınıtəqdim edə bilər:

1. Öz fikirlərini məntiqi ardıcıllıqla qələmə almaq.2. Onları əsaslandırmaq üçün həyatdan nümunələr gətirmək.3. Mətnin tərkib hissələri və abzaslar arasında keçid cümlələri yazmaqla

mətnin rabitəliliyini təmin etmək.Şagirdlərdən birinin essesi verilmiş meyarlar əsasında kollektiv şəkildə

redaktə olunması tövsiyə edilir.

Dil qaydaları4.1.1. Mürəkkəb cümlənin növlərini fərqləndirir. t Eyni fikri sadə cümlə və tabeli mü rək kəb cümlənin müxtəlif növləri

şəklində ifadə edir.6-cı tapşırıq “Tabeli mürəkkəb cümlənin sadələşdirilməsi” mövzusuna

keçid üçün motivasiya xarakteri daşıyır. 6. “Məsələ burasındadır ki, bizim amallarımız birdir” cümləsində al tın dan

xətt çəkilmiş komponent hansı suala cavab tələb edir? Ø Mürəkkəb cümlədə baş və budaq cümləni müəyyənləşdirin.Ø Mürəkkəb cümlənin 2-ci komponentini həmin suala cavab verən cümlə

üzvü kimi işlədin.

“Məsələ bizim amallarımızın bir olmasındadır”. Budaq cümlə III növ təyinisöz birləşməsi şəklində sadə cümlənin xəbəri kimi ifadə olunmuşdur.

Bu dərsdə şagirdlərin yenə də cümlə qurmaq, fikirlərini aydın, düzgün ifadəetmək bacarığı inkişaf etdirilir.

7-ci tapşırıq keçilmiş qrammatik mövzunu möhkəmləndirməyə xidmət edir. Dərslikdə 7-ci tapşırığın mərhələ-mərhələ necə yerinə yetiriləcəyi izah

edilmişdir.Nümunə:Nə tökərsən aşına, o da çıxar qaşığına.Baş cümlə: o da çıxar qaşığına.Budaq cümlə: nə tökərsən aşına.Aşına tökdüyün qaşığına çıxar.

8-9-cu tapşırıqlar da eyni məqsədi daşıyır və əldə olunmuş bacarıq larınvərdişə çevrilməsinə xidmət edir.

10. Verilmiş tabeli mürəkkəb cümlələri sadələşdirin. Hansıcümlədə feili tərkibə çevrilən budaq cümlə tamamlıq kimi çıxış edir? Analiz

Etiraf etməliyik ki,bir çox piyadalar yol hərəkəti qaydalarınıbilmirlər.

Heç kimə sirr deyil ki,

123ƏXLAQİ DƏYƏRLƏR

Şagirdlər müəyyənləşdirirlər ki, 1-ci cümləni sadələşdirəndə tərkibəçevrilən budaq cümlə tamamlıq kimi çıxış edir.

Bir çox piyadaların yol hərəkəti qaydalarını bilmədiklərini etirafetməliyik.

11-ci tapşırıq:A – 2 B – 1 C – 4 D – 312-ci tapşırıq:Mən uşaqların deyil, buludların ağlamağını istəyirəm. Mən güllələrin deyil, güllərin açılmasını istəyirəm.Mən ümidlərin deyil, yanğınların sönməsini istəyirəm.13-cü tapşırıq. Debat. Təklif edilmiş cümlə çox maraqlıdır:

Harada kadr çatışmır, məzun ları hə min bölgəyə göndərmək lazım dır.Bu tapşırığın məqsədi şagirdlərin fikirlərini ifadə etmək bacarığınıyoxlamaqdan ibarətdir.

Mətnin kompleks təhlili1-3-cü tapşırıqlar oxuyub-anlamağa xidmət edir.3-cü tapşırıq. Mətnin sonuncu cümləsində deyilir: “Gənc o gündən vali -

deyn ləri ilə daha çox vaxt keçirməyə başladı”. Lakin 2-ci abzasda deyilir ki,uşaqkən qonşusu onun həlak olmuş atasını əvəz etməyə çalışmışdı.

4-8-ci tapşırıqlar şagirdlərin qrammatik biliklərini yoxlamağa xidmət edir.4-cü tapşırıq. 1-ci abzasda iki sadə, iki mürəkkəb cümlə var. Müəllim so-

nuncu cümlənin üzərində daha geniş dayanır: “Cavan oğlan çox məşğul idi;o, keçmişi xatırlamağa, yaxınlarına diqqət yetirməyə vaxt tapmırdı”. Bura dacümlənin komponentləri arasında işlənmiş durğu işarəsi ilə bağlı şagird lə rinfikri soruşula bilər. Tabesiz mürəkkəb cümlələrdə aydınlaşdırma əlaqəsi haq -qında məlumat verilərkən deyilmişdi ki, aydınlaşdırıcı cümlə ümu mi ləş diricicümlədəki fikri genişləndirirsə, nöqtəli vergül qoyulur. Müəllim bu cümləni birqədər dəyişə bilər: “Cavan oğlan çox məşğul idi: o, səhərdən axşama kimiişləyirdi”. Bu cümlədə isə 2-ci komponent birincidəki fikri konkretləşdirir, onagörə də tərkib hissələri arasında qoşa nöqtə qoyulur.

5-ci tapşırıq. Göy rəngdə verilmiş cümlə adlıq cümlədir. “Adlıq cümlə”mövzusu ilə şagirdlər VIII sinifdən tanışdırlar.

6-cı tapşırıq. Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə.7-ci tapşırıq. Fərq yalnız onda idi ki, stolun üstündən kiçik qutu yox olmuşdu. Fərq yalnız stolun üstündəki kiçik qutunun yox olmasında idi.Qoca deyərdi ki, burada onun üçün ən qiymətli bir şey sax lanılır.Qoca burada onun üçün ən qiymətli bir şeyin saxlanıldığını deyərdi. Birinci cümlə sadələşərkən budaq cümlə xəbər, ikinci cümlədə tamamlıq

rolunda çıxış edir.

124 IV BÖLMƏ

8-ci tapşırıq və onunla mövzuca bağlı olan “Xatırla!” rubrikasındakı tap şı -rıq lar fəndaxili şaquli inteqrasiyaya xidmət edir.

QiymətləndirməGirişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 21-23), müxtəlif ba carıqların

yoxlanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.

Dərs 15. ALTI NƏFƏR VƏ YEDDİNCİ (3 saat)

MotivasiyaMüəllim oxunacaq mətnin ideyası və ya mövzusu ilə bağlı şagirdləri dü -

şünməyə sövq edir.Mövzu ilə bağlı dərslikdə qoyulmuş tapşırıqdan istifadə oluna bilər:

1. Cənubi Qafqazda sovet hakimiyyəti qurulduqdan sonra ayrı-ayrıyerlərdə bolşeviklərə qarşı gedən mübarizə, qaçaq hərəkatı haq qındabildiklərinizi danışın. Əlavə olaraq “Axırıncı aşırım” filmi xatırlana, Abbasqulu ağa obrazına

şagirdlərin münasibəti soruşula bilər.İdeya ilə bağlı aşağıdakı suallar qoyula bilər: – İnsanlıq borcu və vəzifə borcu anlayışlarını necə izah edərdiniz? Elə bir

situasiya danışın ki, kimsə insanlıq borcunu yerinə yetirib, vəzifə borcunu yoxvə ya əksinə. Sizcə, bunların hansı daha önəmlidir?

Standartlar Təlim nəticələri2.1.2. Həqiqi və məcazi mənalı sözvə ifadələrin mənasını kontekstə uy -ğun dəqiqləşdirməklə şərh edir.

Mətndə rast gəldiyi frazeoloji birləş mə -ləri və obrazlı ifadələri izah edir.

2.2.3. Mətndə irəli sürülmüş fikirləridə yərləndirir.

Mətndəki obraz haq qın da fikir yürüt -mək üçün həyat hadisələrindən mi -sal lar gətirir.

1.2.4. Ümumiləşmiş fikirləri yığcamşəkildə təqdim edir.

Qarşıya çıxan sualla bağlı fikirləriniümu miləşdirərək gəldiyi nəticələri la ko -nik ifadə edir.

3.1.4. Müxtəlif əməli yazılar (hesa bat,akt) yazır.

Verilmiş situasiyaya uyğun hesabatyazır.

4.1.1. Mürəkkəb cümlənin növlərinifərqləndirir.

Tabeli və tabesiz mürəkkəb cümlələrixüsusiyyətinə görə fərqləndirir.Eyni fikri sadə cümlə və tabeli mü rək -kəb cümlə şəklində ifadə edir.

125ƏXLAQİ DƏYƏRLƏR

Oxu vä söz ehtiyatı2.1.2. Həqiqi və məcazi mənalı söz və ifadələrin mənasını kontekstə

uyğun dəqiqləşdirməklə şərh edir. t Mətndə rast gəldiyi frazeoloji birləşmələri və obrazlı ifadələri izah edir.2.2.3. Mətndə irəli sürülmüş fikirləri dəyərləndirir.t Mətndəki obraz haq qın da fikir yürütmək üçün həyat hadisələrindən

misal lar gətirir.Mətn səsli oxu ilə oxunur. Oxunduqca mənası çətinlik yaradan sözlərin

izahı verilir. 2.“Bolşevik”, çekist” və “mauzer” sözlərini izah edin və etimoloji mənasını

araş dırın. Bolşevik – Rusiya sosial-demokrat fəhlə partiyasının parçalanma ilə

əlaqədar yaranan radikal (ekstremist) qanadı. “Bolşeviklər” (çoxluq) adı 1903-cüildə partiyanın II qurultayında Leninin tərəfdarlarının Mərkəzi Komitəyə seç -kilər zamanı qələbə qazanmasından sonra meydana gəlmişdir. Bu fraksiyayamüxalif olanlar isə “menşeviklər”(azlıq) adlandırılmışdır.

Çekist – ÇEKA əməkdaşı. Bu söz rus dilində “Чрезвычайная Комиссия” –“Fövqəladə Komissiya” mürəkkəb adının ixtisarından yaradılmışdır. Bolşevikhakimiyyətinin ilk illərində bu komissiya ölkədə təhlükəsizlik məsələlərinə nə -zarət edirdi.

Mauzer – 1896-cı ildən istehsal olunan 7,63 mm kalibrli avtomat tapança.Alman ixtiraçısı və biznesmeni Peter Mauzer tərəfindən işlənib hazırlanmışdır.

3. Aşağıdakı ifadələri izah edin. Onlardan hansı frazeoloji ifadədir? sinfi mübarizə torunda dola şıb qalmaq – sovet hökuməti dövründə fəhlə-kəndli və istismarçı (burjua və mülkədar) siniflər arasında gedən mübarizənəzərdə tutulur. Bolşevik hakimiyyətinin ilk illərində bir çoxları bu müba ri -zə yə qoşulmuş, lakin sonradan bolşevizmin yanlış ideologiya olduğunuanla sa lar da, ondan yaxa qurtara bilməmişdilər. Sandro belə çekistlərdənbiri idi; yaxa ələ verməmək – yaxalanmamaq, tutul mamaq, ehtiyatlı olmaq; təhlü -kədən yayınmaq. Frazeoloji ifadədir; taleyin acı şərbətini içmək – həyatı ağır sınaqlarına məruz qalmaq.Bu obrazlı ifadə müstəqil leksik vahid kimi dilimizdə sabitləşmədiyindənonu frazeoloji ifadə hesab etmək olmaz.

4. Nəyə görə müəllif öz fikrinə düzəliş edir: “yeddi nəfər” əvəzinə “altınəfər və yeddinci” ifadəsini işlədir?Müəllim bu suala öz əlavəsini edə bilər: – Sonda tonqal ətrafında halay

vuranda isə dəstədəkiləri “yeddi gürcü” adlandırır?Şərh. Dəstəni məhv etmək tapşırığını almış Sandro dəstə üzvləri ilə artıq

çox yaxın olmuşdu. Həmin gecə vəzifə borcunu yerinə yetirəcəyini bilirdi vəbuna görə vicdan əzabı çəkirdi. Həmin an Sandronun altı nəfərdən heç birfərqi yox idi.

126 IV BÖLMƏ

5. Quram Coxadzenin nitqindəki fikirlərə münasibət bildirin. Hansıcümlələri aforizm kimi qəbul edərdiniz?Coxadzenin nitqindən aşağıdakı ifadələri aforizm kimi qəbul etmək olar: Dünyanın işi belədir: iki vuruşanın biri qalib gəlir, o biri məğlub olur. Döyüşdə ölən düşmən düşmənlikdən çıxır. Vətəni özünlə apara bilməzsən, əgər kisə kimi onu dalına yükləyib aparsan,onda onun zərrəcə qiyməti olmaz. Aparacağın yalnız Vətən həsrəti olacaq.

Danışma1.2.4. Ümumiləşmiş fikirləri yığcam şəkildə təqdim edir. t Qarşıya çıxan sualla bağlı fikirlərini ümumiləşdirərək gəldiyi nəticələri

lakonik ifadə edir.6. Əsərdə baş verən faciənin əsl səbəbi nədir?

Bu sualı cavablandırmaqla şagirdlər tənqidi təfəkkürlərini nümayiş etdirmişolurlar. Əgər insanların ölümü faciə kimi nəzərdə tutulursa, sözsüz ki, onunsəbəbi Sandronun vəzifə borcunu üstün tutaraq silahdaşlarına xəyanətidir. Lakinmüəllim şagirdləri daha dərin fikirlərə yönəldə bilər. Əsərdə söhbət insan fa ciə -sindən gedir. Bu mənada əsl faciə Sandronun daxilində gedən mübarizə, onundüşdüyü çıxılmaz vəziyyətdir ki, onun da səbəbi cəmiyyətdə gedən pro seslərdir.

7. Vəzifə borcu ilə insanlıq borcu arasında seçim etməli olsa idiniz, han -sı na üstünlük verərdiniz? Fikrinizi əsaslandırın. Bu tapşırığı yerinə yetirərkən dərsin əvvəlindəki müzakirəyə qayıt maq

tövsiyə edilir. Yarımçıq qalmış suallara, müzakirə olunmamış məsələlərə yeni -dən münasibət bildirmək tapşırılır. Müzakirə aparılarkən şagirdlərin fikrinidüzgün ifadə etmək, arqumentlərlə əsaslandırmaq bacarığı qiymətləndirilir.Şagirdlər müxtəlif həyat situasiyaları düşünə bilərlər; məsələn, şagird dərsəgələrkən küçədə yaşlı bir adamın yıxıldığını görüb ona kömək etmək qərarınagəlir. Dərsə gecikəcəyinə baxmayaraq, dayanıb ona ilkin yardım göstərir, təciliyardım maşını gələnə qədər onun yanından aralanmır.

Müzakirə zamanı şagirdlərin gəldiyi ən optimal nəticə belə ola bilər:“İnsanlıq borcu yüksək mənəvi dəyərlərlə bağlı olur. İnsan, ilk növbədə, bu

dəyərlərə sadiq qalmalıdır”.

Yazı3.1.4. Müxtəlif əməli yazılar (hesabat, akt) yazır.t Verilmiş situasiyaya uyğun hesabat yazır.8-ci tapşırıqda şagirdlər yeni bir əməli yazı növü – hesabat yazmalıdırlar.

Bu tapşırığı müşayiət edən “Nitq bacarıqları” rubrikasında hesabatın formasıvə onu tərtib etmək qaydaları haqqında məlumat verilir.

Dil qaydaları4.1.1. Mürəkkəb cümlənin növlərini fərqləndirir. t Tabeli və tabesiz mürəkkəb cümlələri xüsusiyyətinə görə fərqləndirir.t Eyni fikri sadə cümlə və tabeli mü rək kəb cümlə şəklində ifadə edir.

127ƏXLAQİ DƏYƏRLƏR

9-cu tapşırıq dil qaydalarına keçid xarakteri daşıyır.

9. “Səhər Quram Coxadze əmr etdi ki, atları yəhərləsinlər” cümləsini sadəcümləyə çevirin. Budaq cümlə baş cümlənin hansı üzvünə çevrildi?Şagirdlər verilmiş cümləni sadələşdirib təhlil edirlər. Budaq cümlənin baş

cümlədəki buraxılmış tamamlıq olduğu müəyyənləşdirilir.10-cu tapşırıqda sadə cümləni mürəkkəb cümləyə çevirmək tələb olunur:Tonqal gur yansa da, Sandro odun dalınca getmək bəhanəsi ilə dəstədən

aralandı.11-ci tapşırıq çətinlik dərəcəsi yuxarı olan tapşırıqdır. Qrammatik əsası

müəyyənləşdirilməli olan cümlə çox maraqlıdır.Sandronun bənizi əhəng kimi ağarmışdı, nəfəsi çatmırdı, sanki boğu lurdu.Bu cümlə quruluşca mürəkkəb cümlədir. Baxmayaraq ki, ilk baxışda

komponentlərdəki xəbərlərdə ifadə olunan hərəkətlər Sandro ilə bağlıdır, lakinbu cümlənin tərkibində 3 cümlə vardır:

1. Sandronun bənizi əhəng kimi ağarmışdı.2. nəfəsi çatmırdı – şəxssiz cümlə3. boğu lurdu – O boğulurdu.

12-ci tapşırıqda verilmiş tabesiz mürəkkəb cümləni tabeli mürəkkəb cüm -ləyə çevirmək tapşırılır:

Sonra qalanlarını da bir-bir elə vurdu ki, onlar heç məsələnin nə yerdəolduğunu başa düşmədilər.

Bu tapşırıq dil qaydalarına keçid üçün motivasiya xarakteri daşıyır. Nəzərimaterial mənimsədilir, tabeli və tabesiz mürəkkəb cümlələrin oxşar və fərqlixüsusiyyətləri müəyyənləşdirilir.

13-16-ci tapşırıqlar keçilmiş materialın möhkəmləndirilməsinə xidmət edir.17-ci tapşırıqda verilmiş tabeli mürəkkəb cümləni həm tabesiz mürəkkəb

cümləyə, həm də sadə cümləyə çevirmək tələb olunur:Səni eşitmələri üçün ucadan danışmaq, qulaq asmaları üçün astadan

danışmaq lazımdır. (tabesiz mürəkkəb cümlə)Səni eşitmələri üçün ucadan, qulaq asmaları üçün astadan danışmaq

lazımdır.

Mətnin kompleks təhliliMətnə qoyulmuş suallar daha çox bu bölmədə və əvvəlki siniflərdə keçilmiş

qrammatik mövzularla bağlıdır.2-ci tapşırıq. Mətndə göy rənglə tabeli mürəkkəb cümlələr verilmişdir.

Budaq cümlələr tamamlığın sualına cavab verir.3-cü tapşırıq. “Mükafatlandırılacaq” sözünün tərkibinə görə təhlili: mükafat – sözün kökü; -lan – isimdən feil düzəldən şəkilçi; -dır – feildən feil düzəldən şəkilçi;

128 IV BÖLMƏ

-ıl – feilin məchul növ şəkilçisi; -acaq – gələcək zaman şəkilçisi; mükafatlandırıl – sözün başlanğıc forması.4-cü tapşırıq cümlə üzvü rolunda çıxış edən feili tərkibləri müəyyənləş dir -

mək bacarığı tələb edir.5-ci tapşırıq. “Qanı qaralmış Toğrul qoyunları otlağa hayladı”. Şagirdlər bu-

rada “qanı qaralmış” ifadəsinin feili sifət tərkibi deyil, frazeoloji birləşməolduğunu müəyyənləşdirirlər.

6-cı tapşırıq. Mətndə işlənmiş “bəs”, “axı”, “kaş” sözləri ədat, “kimi” isəqoşmadır.

7-ci tapşırıqla “Xatırla!” rubrikasına keçid yaranır. Bu rubrikada feilin şəkil -ləri haqqında məlumat verilmişdir. Bu, təkrara xidmət edir. Şagirdlər suallaracavab verməklə aşağı siniflərdə feil bəhsi üzrə keçilmiş materialı təkrarlamışolurlar.

QiymətləndirməGirişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 21-23), müxtəlif ba carıqların

yoxlanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.

Dərs 16. ŞƏR MÖVCUDDURMU (2 saat)

MotivasiyaŞagirdlərin 7-ci sinifdə oxuduqları “Albert Eynşteyn dərslərindən “iki” alırdı?”

mətni xatırlanır:1. Albert Eynşteyn haqqında nə bilirsiniz?Ø Şagird ikən Eynşteynin müəllimləri ilə münasibətini xatırlayın.

Ø Nisbilik nəzəriyyəsinin mahiyyəti nədən ibarətdir?

Şərh. Nisbilik nəzəriyyəsi Albert Eynşteyn tərəfindən 1905-ci ildə xüsusi nis-bilik nəzəriyyəsi və 1916-ci ildə ümumi nisbilik nəzəriyyəsi olmaqla irəli

Standartlar Təlim nəticələri2.2.3. Mətndə irəli sürülmüş fikirləridəyərləndirir.

Məntiqə əsaslanaraq mətndəki müba -hi səli məqama aydınlıq gətirir.

2.1.1. Tanış olmayan söz və ifa də lə rinkontekstə uyğun mənasını şərh edir.

Alınma sözün etimoloji tərkibini araş -dır maqla kontekstə uyğun izahını verir.

1.1.2. Dinlədiyi fikirlərə münasibətbildirir.

Məntiqi sillogizm qurmaqla fikrin yanlış,yoxsa doğru olduğunu sübut edir.

1.2.2. Müxtəlif tipli rabitəli nitq nü mu -nələri qurur.

Digər fənlər üzrə aldığı biliklərdən istifa -də etməklə elmi mətn qurur.

4.1.1. Mürəkkəb cümlənin növlərinifərqləndirir.

Eyni fikri sadə cümlə və tabeli mü rək -kəb cümlə şəklində ifadə edir.

129ƏXLAQİ DƏYƏRLƏR

sürülmüş məkan və zaman haqqında fiziki nəzəriyyədir. Ümumi şəkildəbu nəzəriyyə belə izah olunur: bu həyatda hər şey zaman çərçivəsindənisbi xarakter daşıyır.

Oxu vä söz ehtiyatı2.2.3. Mətndə irəli sürülmüş fikirləri dəyərləndirir.t Məntiqə əsaslanaraq mətndəki mübahisəli məqama aydınlıq gətirir.Proqnozlaşdırılmış oxu texnikası tətbiq oluna bilər. Sual: – Mətnin adı

sizdə hansı assosiasiyalar yaradır? Sizcə, mətndə nədən danışılacaq?Mətnin oxusu zamanı müəyyən hissələrdə şagirdlərin fikrini öyrənmək,

onların bu barədə mülahizələrini dinləmək, hadisələrin necə inkişaf edəcəyiniproqnozlaşdırmaq təklif olunur. Mətnin bölünə biləcək hissələri aşağıdakışəkildə təklif edilir. (Müəllim bu bölgünü lazım bildiyi şəkildə dəyişə bilər.)

I hissə – mətnin əvvəlindən “ ... belə çıxır ki, Allah şərdir” cümləsi daxil ol-maqla.

Suallar:– Professorun sözlərinə münasibətiniz necədir? – “... bizim əməllərimiz bizim özümüzü müəyyən edir” fikrini izah edin. (3-cü

sual)– Sizcə, professor haqlıdırmı?– Siz həmin tələbənin yerinə olsa idiniz, nə cavab verərdiniz?II hissə – “... təsvir etmək üçün yaratdığı bir anlayışdır” cümləsi də daxil ol-

maqla.Suallar:– Tələbənin gətirdiyi arqumentlərlə razısınızmı? – Siz professorun yerində olsa idiniz, buna necə cavab verərdiniz?

III hissə – mətnin sonuna qədər.Suallar: – Tələbənin gətirdiyi arqumentə münasibətiniz necədir? – Tələbənin cavabını nisbilik nəzəriyyəsi ilə necə əlaqələndirərdiniz?– “Şər mövcuddurmu?” sualına siz necə cavab verərdiniz?

4-cü tapşırıq şagirdlərin oxuyub-anlama bacarığının yoxlanmasına xidmətedir. 1, 2, 5-ci cümlələr Eynşteynin fikirləri ilə uyğun gəlir.

2.1.1. Tanış olmayan söz və ifadələrin kontekstə uyğun mənasını şərhedir.

t Alınma sözün etimoloji tərkibini araşdırmaqla kontekstə uyğun izahını verir.

2-ci tapşırıq söz ehtiyatı ilə bağlı olsa da, araşdırma tiplidir.2. “Ateist” sözünün mənasını izah edin. Bu sözün etimologiyasını araş -

dırmaqla “teologiya”, “politeizm” və “monoteizm” sözlərinin məna la -rı nı müəy yənləşdirin.

130 IV BÖLMƏ

Şagirdlər kontekstdən çıxış edərək və ya lüğətin köməyi ilə “ateist” sözü -nün mənasını müəyyənləşdirə bilərlər. Lakin tapşırığın 2-ci hissəsi daha dərinaraşdırmalar tələb edir.

Şərh. Bir çox alınma sözlərdə eyni hissəciklər təkrar olunur ki, Azərbaycandilin də onlar ayrılıqda məna kəsb etməsələr də, alındığı dildə müstəqilsöz və ya müəyyən funksiya daşıyan morfemdir. Şagirdlər bu hissəcik -lərin etimoloji mənasını bilsələr, bir çox sözləri izah edə bilərlər.

“Ateizm” sözünün etimologiyası:a – inkar bildirən hissəcik, “sız2” (anormal, alogizm)teos (yun.) – AllahAyrılıqda “teos” sözünün etimoloji mənasını biləndən sonra şagirdlər tərki -

bində bu sözün işləndiyi digər sözləri də izah edə bilərlər:teologiya (teos + logos) – ilahiyyat, din haqqında elm;politeizm (poli – çox + teos + izm) – çoxilahlılıq;monoteizm (mono – tək + teos + izm) – təkallahlılıq.

Dinlämä vä danışma1.1.2. Dinlədiyi fikirlərə münasibət bildirir.t Məntiqi sillogizm qurmaqla fikrin yanlış, yoxsa doğru olduğunu sübut edir.Tapşırıq: – Professorun və Eynşteynin məntiqini sillogizm şəklində ifadə

edin. (5-ci tapşırıq)Professorun qurduğu sillogizm:I hökm – Hər şeyi Allah yaradıb.II hökm – Şər mövcuddursa, deməli, onu da Allah yaradıb.Nəticə – Allah şərdir. Yanlışlıq ondan ibarətdir ki, əslində, şər mövcud deyil, Allah yalnız gözəl

şeylər yaradıb. Şər xeyirin yoxluğunun göstəricisidir.

Eynşteynin qurduğu sillogizm:I hökm – Allah insanın ürəyinə sevgi verib və bu sevgi xeyir işlər eləməyə

yönəlib.II hökm – Elə insanlar var ki, ürəklərində bu sevgi yoxdur və orda şər “məs -

kən salıb”.Nəticə – Şər insanlarda ilahi məhəbbətin yoxluğu deməkdir. Deməli, şəri

Allah yox, insanlar yaratmışlar.

1.2.2. Müxtəlif tipli rabitəli nitq nümunələri qurur.t Digər fənlər üzrə aldığı biliklərdən istifadə etməklə elmi mətn qurur.

6. Digər fənlərdən aldığınız biliklərə istinad etməklə “Sükunət (durğun -luq, hərəkətsizlik) mövcuddurmu?” mövzusunda müzakirə keçirin.Verilmiş mövzu ətrafında şagirdlər müxtəlif fikirlər və fərziyyələr söyləyə

bilərlər. Bu zaman onlar mətndəki fikirlərdən də çıxış edə bilərlər. Diqqət yetir məklazımdır ki, söylənilənlər digər fənlərdən əldə olunmuş biliklərə əsaslansın.

131ƏXLAQİ DƏYƏRLƏR

Dil qaydaları4.1.1. Mürəkkəb cümlənin növlərini fərqləndirir. t Tabeli mürəkkəb cümlədə budaq cümlənin növünü müəyyənləşdirir.7-ci tapşırığı yerinə yetirərkən şagirdlər əvvəlki dərslərdə qazanılmış bilik

və bacarıqlardan istifadə edirlər: 1) oxu duq ları mətndən seçilmiş nümunədəbaş və budaq cümləni müəy yənləş di rirlər; 2) baş cümlədəki əvəzliyi, onunsintaktik vəzifəsini təyin edirlər; 3) bu daq cümləni feili sifət tərkibi kimi ifadəedərək baş cümlənin təyini vəzi fə sində işlədirlər: “Ateist alim onun guya sil-logizm üzərində qurulmuş küfrünü alt-üst edən bir məntiqlə qarşılaşmışdı”.

8-11-ci tapşırıqlar şagirdlərdə cümlə qurmaq bacarığının inkişafına xidmətedir. 8-ci tapşırıqda tabesiz mürəkkəb cümlə verilmişdir. Bu cümləni sintaktiktəhlil etmək, zərflikləri müəyyənləşdirmək, daha sonra iki tabeli mürəkkəbcümlə qurmaq lazımdır.

İstinin olmadığı yerdə soyuq yaranır, işığın olmadığı yerdə qaranlıq çökür.O yerdə ki isti yoxdur, orda soyuq yaranır, o yerdə ki işıq yoxdur, orda

qaranlıq çökür.9-cu tapşırıqda cümləyə “belə ki” bağlayıcısı artırmaqla tabeli mürəkkəb

cümlə qurmaq olar:Allah şəri yaratmayıb, belə ki, şər, əslində, insanın ürəyində ilahi məhəb -

bətin yoxluğunun nəticəsidir. 11-ci tapşırıqda 1-ci beytdəki cümlənin komponentləri arasına “ki” bağla -

yıcısı əlavə etməklə cümlənin tabeli mürəkkəb cümlə, 2-ci beytdəki cümləninkomponentləri arasına “amma” əlavə etməklə cümlənin tabesiz mürəkkəbcümlə olduğunu təsdiq etmək olar.

12-15-ci tapşırıqlar bölmədə keçilən dil qaydalarını möhkəmlətməyəxidmət edir.

QiymətləndirməGirişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 21-23), müxtəlif ba carıqların

yoxlanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.

Ümumiləşdirici təkrar müvafiq bölmədə reallaşdırılmış bəzi (oxu və dilqay daları) məzmun standartları üzrə ba ca rıq ların möhkəmləndirilməsi üçünnəzərdə tutulmuşdur. Tapşırıqlar dərslikdə (səh. 109-110) təqdim olunmuşdur.Sinfin səviy yə sinə uyğun olaraq müəllim başqa tapşırıqlar da verə bilər.

132 IV BÖLMƏ

133ƏXLAQİ DƏYƏRLƏR

IV BÖLMƏ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ

1-4-cü tapşırıqlar mətnlə bağlıdır.

ÇAY FİNCANLARI

Nüfuzlu ali məktəbin bir neçə məzunu vaxtilə onlara dərs demiş qoca profes-sorun evinə qonaq gəlmişdi. Söhbət əsnasında gənclər həyatda rastlaşdıqlarıçoxsaylı çətinliklər dən, problemlərdən şikayətlənirlər.

Qonaqlarına çay təklif edən professor mətbəxə keçdi, az sonra çaydan və fin-canlarla geri qayıtdı. Fincanlar müxtəlif idi. Burada büllur, çini, çox bahalı vəəksinə, adi şüşədən və plastikdən olan fincanlar vardı. Qonaqlar özlərinə fincangötürəndən sonra professor dedi:

– Fikir verin, siz hamınız özünüzə gözəl fincanları seçdiniz, sadə və ucuz olan-lar isə qaldı. Bu, normal haldır. Lakin yaşadığınız problem və streslərin mənbəyidə elə bundadır. Başa düşün, fincan özlüyündə çayı daha yaxşı etmir. Əksər hal-larda o, sadəcə, daha bahalıdır, bəzən isə hətta içdiyimizi kölgədə qoyur. Əslində,sizin arzu etdiyiniz heç də fincan deyil, yalnız çay idi. Lakin siz şüurlu olaraq ənyaxşı fincanları seçdiniz, çünki...

İndi isə fikirləşin: həyat çaydır, iş, pul, vəzifə, cəmiyyət – bütün bunlar isə fin -canlardır. Bəzən fikrimizi yalnız fincanda cəmləyərək biz çayın özünün dadındanzövq almağı unuduruq. Xoşbəxtlik heç də ən yaxşı şeylərə sahib olmaq deyil,sahib olduqlarından yaxşı istifadə etməkdir.

1. Mətndəki əsas fikirdən çıxış edərək göy rənglə verilmiş cümləni tamamlayın.______________________________________________________________

2. Uyğunluğu müəyyən edin.1) kölgədə qoymaq A) hədələyərək dalınca danışmaq2) kölgəsini qamçılamaq B) kiminsə hi mayəsinə sığınmaq3) kölgədə qalmaq C) nəyəsə, kiməsə üstün gəlmək, irəli keçmək4) kölgəsində dolanmaq D) fərqlənməmək, özünə diqqəti cəlb etməmək

3. Mətnin sonuncu cümləsindəki fikri təsdiq edən kəlamı seçin.A) Xoşbəxt o adam deyil ki, böyük var-dövləti var, o adamdır ki, heç bir var-

dövlətə ehtiyacı yoxdur. (Demokrit)B) Ağıllı adam – var-dövlətin ağası, axmaq adam – var-dövlətin nökəri. (Atalar

sözü)C) Xoşbəxtliyin yolu zəhmət və cəsarətdən keçir. (O.Balzak)D) Yaxşı oğul neylər ata malını, yaman oğul neylər ata malını. (Atalar sözü)E) Adamı qeyrət işlədər, dəyirmanı su. (Atalar sözü)

4. Mətnin III abzasında qalın hərflərlə yazılmış sözlərin məhz bu ardıcıllıqla veril -məsinin məntiqə uyğun olduğunu əsaslandırın.

_______________________________________________________

5. Verilmiş baş cümləyə hansı budaq cümləni əlavə etsək, tamamlığın sualına

cavab verər?

İndi kim birinci gəlsə, ...A) qələbə qazanacaq.

B) mükafatı da ona verəcəklər.

C) qalib də odur.

D) o da çempion olacaq.

E) turnirin qalibi olacaq.

6. Budaq cümləsi mübtədanın sualına cavab verən tabeli mürəkkəb cümləni seçin.

A) Əsas problem onda idi ki, Həsən sənədlərin hamısını gətirməmişdi.

B) Bil ki, son sözü zaman deyəcək.

C) Əsas məsələ budur ki, problemi düzgün qoya biləsən.D) Kim ki səhv etməkdən qorxur, heç bir işə başlaya bilməz.E) Yer var ki, susmağın daha yaxşıdır.

7. Cümlələrdən birini mürəkkəb cümləyə çevirəndə budaq cümlə təyinin sualınacavab verir:

A) Bu günlə yaşayıb gələcəyini düşünməyən insanlar var.B) Məqsədimiz gələcək nəsilləri vətənpərvər yetişdirməkdir.C) Kəndimizə qaz çəkildiyi hamıya məlum idi.D) Dağlara duman çökəndə çiskin də bir tərəfdən başlayır.E) Bu liseyin respublikada ən yaxşı tədris müəssisəsi olduğunu söyləyirlər.

8. Tabeli mürəkkəb cümlələrdən birini sadələşdirdikdə budaq cümləni feili sifəttərkibi kimi ifadə etmək olar:A) Yaxşı olar ki, bilik və bacarıq bir-birini tamamlasın.B) Qurban kişi hələ də inana bilmirdi ki, oğlu cəbhədə həlak olub.C) Sevda sözünü yenicə qurtarmışdı ki, yolun enişində maşın göründü.D) Onun arzusu bu idi ki, gec-tez yenə də rəssamlığa qayıtsın.E) Bir daha qət etdim ki, geriyə qayıtmayım.

10. Hansı cümlədə “ki”dən sonra vergül düzgün qoyulmamışdır?A) Elə adamlar var ki, yalnız pisə rast gəldikdən sonra yaxşının qədrini bilirlər.B) O heç ağlına da gətirə bilməzdi ki, ucqar bir dağ kəndində belə bir muzey

ola bilər.C) O yerdə ki, təmizlik var, orada xəstəlik olmaz.D) Çox çəkmədi ki, xəstə iynənin təsiri ilə yuxuladı.E) Biz nəfəsimizi yenicə dərmişdik ki, hücum əmri verildi.

134 IV BÖLMƏ

135KAMİLLİYƏ DOĞRU

V BÖLMƏKAMİLLİYƏ DOĞRU

Dərs №

Mövzu Məzmun standartlarıSaatsayı

Dərslik səh.

MMV səh.

17.Yalandan necə qorunmalıTabeli mürəkkəb cümlələrdə“ki” ədat və bağlayıcı kimi

2.1.1, 2.2.3, 2.2.2,4.1.1, 4.1.2

3 112-117 136-140

18.

Müəllimin vəzifəsiTabeli mürəkkəb cümlələrdəsəbəb bağlayıcıları və “onagörə... + ki bağlayıcısı”

2.2.1, 2.2.3, 4.1.1,4.1.2

2 126-131 140-142

19.

Kompüterin tarixiTabeli mürəkkəb cümlələrdə“-sa2” şəkilçisininfunksiyaları

2.2.2, 1.1.2, 1.2.4,3.1.4, 4.1.1

3 132-140 143-146

20.EsperantoTəkrar

2.2.3, 2.2.2, 2.1.2,1.2.4, 1.1.1, 3.1.1,4.1.1, 4.1.2

3 118-125 147-152

Kiçik summativ qiymətləndirmə 1 153-154

Yekun12

Dərs 17. YALANDAN NECƏ QORUNMALI (3 saat)

MotivasiyaMotivasiya məqsədilə dərslikdə mətnin əvvəlində qoyulmuş suallardan

istifadə etmək olar. Lakin bundan əvvəl müəllim belə bir sualla müraciət edəbilər: – İnsan hansı hallarda yalan danışır?

Aşağıdakı cavablar alına bilər:– günahını gizlətmək üçün;– özünü öymək, olduğundan daha bacarıqlı və ağıllı göstərmək üçün;– qarşısındakını aldadıb başqa istiqamətə yönəltmək üçün;– başqasını sakitləşdirmək üçün və s.Daha sonra dərslikdəki motivasiya suallarına keçmək olar:

1. Sizcə, insanın danışarkən yalan söylədiyini bilmək mümkündürmü?Bunu hansı əlamətlərə görə müəyyən etmək olar?

2. Şəkildə gördüyünüz cihaz haqqında nə deyəbilərsiniz?

1-ci sualla bağlı şagirdlər həyatda gördük -lərindən, şəxsi müşahidələrindən misallar gətirəbilərlər.

2-ci sualla bağlı şagirdlərə baxdıqları film lər dənyalan detektoru vasitəsilə istintaq epi zod larınıxatırlatmaq olar.

Standartlar Təlim nəticələri2.1.1. Tanış olmayan söz və ifadə lə -rin kontekstə uyğun mənasını şərhedir.

Çoxmənalı sözlərin kontekstə uyğunmənasını izah edir.

2.2.3. Mətndə irəli sürülmüş fikirləridəyərləndirir.

Mətndəki fikirləri ümumiləşdirərək te -zis şəklində ifadə edir.

2.2.2. Tərkib hissələri arasında əla -qə ni gözləməklə mətni genişlən dirir.

Mətndə məntiqi ardıcıllığı təmin etməküçün tərkib hissələri arasına müvafiqkeçid cümlələri əlavə edir.

4.1.1. Mürəkkəb cümlənin növlərinifərqləndirir.

Tabeli mürəkkəb cümlənin tərkib his sə -lərini bağlayan vasitələri müəyyən edir.

4.1.2. Sözləri və söz birləşmələrinimüxtəlif sintaktik vəzifələrdə işlədir.

Tabeli mürəkkəb cümləni sadələş di rə -rək budaq cümləni müvafiq cümlə üzvüvəzifəsində işlədir.

136 V BÖLMƏ

Oxu vä söz ehtiyatı2.1.1. Tanış olmayan söz və ifadələrin kontekstə uyğun mənasını şərh

edir.t Çoxmənalı sözlərin kontekstə uyğun mənasını izah edir.

Mətn Qeydgötürmə üsulu ilə səssiz oxunur. (Oxu üçün 7-8 dəqiqə vaxtayırmaq olar.) Mətn üç hissəyə ayrılmışdır. Müəllim bildirir ki, şagirdlər hər birhissəni məzmununa uyğun başlıqla adlandırmalıdırlar. Onlar hər bir hissədəkiəsas fikirləri 1-2 tezislə ifadə etməlidirlər.

Mətndə şagirdlər üçün yeni olan terminlər və alınma sözlər var. Mətninməzmununun mənimsənilməsində bu sözlərin rolu böyükdür. Ona görə dəəvvəlcə söz ehtiyatı ilə bağlı 3, 6, 7, 10, 11, 12, 13-cü tapşırıqlar yerinə yetirilir.

3. Patoloji sözünün mənasını izah edin. “Azərbaycan dilinin izahlı lüğəti”ndə “patoloji” sözünün iki mənası veril mişdir:1) tibb. Patologiyaya aid olan, patologiya ilə əlaqədar olan. 2) məc. Qeyri-normal, normadankənar, xəstə. Mətndə sözün hansı mənada işləndiyini müəyyən etmək üçün həmin sözün

işləndiyi kontekstə diqqət yetirilir: “Amma patoloji yalançılar var ki, birisini al-dadan zaman çox vaxt düz onun gözlərinin içinə baxırlar”. Beləliklə, deməkolar ki, bu söz 2-ci (məcazi) mənada işlənmişdir.

Şagirdlərin bu sözü daha dərindən anlamaları üçün onun ilkin terminolojimənası ilə məcazi mənası arasındakı yaxınlığı araşdırmaq tövsiyə olunur.Bunun üçün izahda işlənmiş “patologiya” sözünün də izahını vermək lazımdır:İnsan və heyvan orqanizmində xəstəliklər və qeyri-normal proseslərlə bağlıqanunauyğunluğu öyrənən elm.

Tapşırıq 10. “Parametr” sözünün də izahı (proses, sistem və ya texnikiqurğunun hər hansı bir xassəsini xarakterizə edən ölçü, göstərici) verildikdənsonra şagirdlər tapşırığın ikinci hissəsini cavablandıra bilərlər: “parametr”sözünü “göstərici” sözü ilə əvəz etmək olar.

4. Mətndə test sözü hansı mənada işlənmişdir?Şagirdlər “test” sözünü, ilk növbədə, pedaqoji termin – qiymətləndirmə

üsulu kimi qəbul edirlər. Lakin ingilis dilində “test” sözünün ilkin mənası sınaq -dır. Mətndə də bu söz məhz ilkin mənasında işlənmişdir. “Testdən keçirmək”dedikdə “sınaqdan çıxarmaq” nəzərdə tutulur.

Tapşırıq 11.“Reaksiya” sözü də çoxmənalıdır. “Azərbaycan dilinin izahlılüğəti”ndə bu sözün 5 mənası verilmişdir. Lakin mətndəki mənasına(Mürəkkəb insan orqanizminin müxtəlif qıcıqlara reaksiyasının səbəbləri...)uyğun olanı belədir: “Hər hansı bir təsirə cavab olaraq əmələ gələntəsir”.Cavab: A.

7. Poliqraf və poliqrafiya sözlərinin mənaları arasındakı fərqli və oxşarcəhətləri müəyyənləşdirin.

137KAMİLLİYƏ DOĞRU

Mətndə “poliqraf” sözünün izahı (yalan detektoru) verilmişdir. Şagirdlər lü -ğət vasitəsilə “poliqrafiya” sözünün mənasını izah edə bilərlər: çap məhsullarıistehsalı ilə məşğul olan sənaye sahəsi.

Müəllim bu tapşırığı növbəti tapşırıqla birləşdirə bilər:

*12. Poliqrafoloq sözünün etimologiyasını araşdırın. Onun tərkibindəkiəcnəbi sözləri müəyyənləşdirərək hər birinə aid Azərbaycan dilindəişlənən sözlər tapın.

Alınma sözlər arasında elə hissəciklər var ki, onlar alındığı dildə ayrıca sözkimi işlənir və müstəqil məna kəsb edir; məsələn, aero... (-vağzal, -kassa, -port və s.) ingilis dilində (air) “hava” deməkdir; multi... (-media, -milyoner)latın dilində (“multum”) “çox” deməkdir.

Beləliklə, “poliqrafoloq” sözünün tərkibindəki əcnəbi sözlər araşdırılır:poli yunanca “çoxlu” mənasını verir: polifoniya – vokal və ya instrumental

əsərlərdə bir neçə səsin bir vaxtda birləşməsi; çoxsəslilik; poliqlot – çox dilbilən adam;

qrafo (qrafiya) yunanca “yazmaq”, “çəkmək” mənasını verir: fotoqraf,topoqraf, kartoqraf, piktoqrafiya;

loq (logiya) yun. (logos) – “söz”, “təlim” mənasını verir: geoloq, bioloq,sosioloq.

13. Detektor və detektiv sözlərinin etimoloji məna yaxınlığını müəyyən -ləşdirin.

“Detekt” (ing. detect) ingilis dilində “üstünü açmaq”, “faş etmək”, “qeydəalmaq” mənasında işlənir. Bu məna hər iki sözdə özünü göstərir:

detektiv – təhqiqat apararaq cinayəti açan şəxs, xəfiyyə;detektor – hər hansı siqnalları, şüanı, titrəməni və s.-ni qeydə alan cihaz.

2.2.3. Mətndə irəli sürülmüş fikirləri dəyərləndirir.t Mətndəki fikirləri ümumiləşdirərək tezis şəklində ifadə edir.Mətndəki yeni sözlər üzərində iş bitdikdən sonra şagirdlərin tezisləri mü -

zakirə olunur (4-cü tapşırıq). Tezislər lövhədə yazılır. Şagirdlərin ümumi rəyiilə ikincidərəcəli məlumatları əks etdirən tezislər ixtisar olunur və mətnin məz -mununu daha qabarıq əks etdirən beş tezis saxlanılır.

14-cü tapşırıq. Yalan detektoru insanı arterial təzyiq, nəbz, dərinin tər ifrazıvə tənəffüsə görə sınaqdan keçirir. Müasir cihazlardan heç biri yalanı dəqiqtutmaq iqti da rında deyil, çünki onlar yalnız emosiyanın nəticəsini (təzyiqinartması, tə nəf fü sün kəskinləşməsi və s.) qeydə ala bilir, lakin bu emosiyanınnədən ya ran dığını müəyyənləşdirə bilmir.

2.2.2. Tərkib hissələri arasında əlaqəni gözləməklə mətni genişlən dirir. t Mətndə məntiqi ardıcıllığı təmin etmək üçün tərkib hissələri arasına mü-

vafiq keçid cümlələri əlavə edir.

138 V BÖLMƏ

17. Mətnin hissələri arasında əlaqə yaratmaq üçün keçid cümlələrifikirləşin.

1-ci və 2-ci hissələr arasına aşağıdakı cümlələri əlavə etmək olar: “Buüsulları təhlil edərək belə nəticəyə gəlmək olar ki, yalan deyən adamı imta-hana çəkəndə onun orqanizmində bəzi fizioloji dəyişikliklər baş verir. XIX əsrinsonlarından başlayaraq mütəxəssislər bu dəyişiklikləri “sənədləşdirməyin”,yəni yalanı texniki üsullarla qeydə almağın yollarını axtarmağa başladılar”.

2-ci və 3-cü hissələr arasında keçidi təmin etmək üçün aşağıdakı cümlə -lər dən istifadə etmək olar: “Bəs poliqraf testlərinin nəticələrini nə dərəcədəmötəbər hesab etmək olar? Bir çoxları elə düşünürlər ki, yalan detektorununköməyi ilə istənilən yalançını ifşa etmək mümkündür. Bəlkə də, belə bir fikrinyaranmasına bir çox Qərb detektiv və döyüş filmləri əsas verib”.

Dil qaydaları4.1.1. Mürəkkəb cümlənin növlərini fərqləndirir..

t Tabeli mürəkkəb cümlənin tərkib his sə lərini bağlayan vasitələri müəyyənedir.18-ci tapşırıq dil qaydalarına keçid xarakteri daşıyır. Şagirdlər aşağı si nif -

lərdən “ki” sözünün omonim olduğunu (bağlayıcı və ədat) bilirlər. Verilmişcüm lələrdə “ki”nin hansı nitq hissəsinə aid olduğunu müəyyənləşdirməlidirlər.19-cu tapşırıqda mürəkkəb cümlələrin tərkib hissələri arasında bağlayıcıvasitəni göstərməlidirlər.

Nəzəri qayda mənimsədilir. 20-23-cü tapşırıqlar mövzunu möhkəmlətməkməqsədi daşıyır.

20. Cümlələri oxuyun və aşağıdakı qaydalarda nöqtələrin yerinəmüvafiq olaraq “bağlayıcı söz” və ya “bağlayıcı” sözlərini əlavə edin.

Bu tapşırıq baş və budaq cümlənin yerini müəyyənləşdirmək bacarığını birqədər də möhkəmlədir. Tapşırığı yerinə yetirmək üçün şagirdlər zaman budaqcümləsini baş cümlənin zaman zərfliyi kimi işlətməyi bacarmalıdırlar.

1. Ailədə əsas problem o vaxt yaranır ki, evin böyüyünə hörmət qoyulmur.

Ailədə əsas problem evin böyüyünə hörmət qoyulmayanda yaranır.

2. O vaxt ki torpaqlar işğaldan azad olacaq, onda xalq rahat nəfəs alacaq.Torpaqlar işğaldan azad olanda xalq rahat nəfəs alacaq.Beləliklə, şagirdlər tapşırığın sonunda verilmiş nəzəri qaydanı tamamlaya

bilərlər:

Analiz

1. O vaxt, o zaman sözləri ki ədatı ilə birgə işləndikdə bağlayıcı sözrolun da çıxış edir.

2. O vaxt, o zaman sözləri baş cümlədə işləndikdə mürəkkəb cümlənintərkib hissələri arasında ki bağlayıcısından istifadə olunur.

139KAMİLLİYƏ DOĞRU

Mətnin kompleks təhliliFəndaxili inteqrasiya:6-cı sinif. 4.1.2. Sözün qrammatik mənasını kontekstə uyğun izah edir. 9-cu sinif. 4.1.1. Mürəkkəb cümlənin növlərini fərqləndirir. 9-cu sinif. 2.2.2. Tərkib hissələri arasında əlaqəni gözləməklə mətni geniş -ləndirir. Bu rubrikada verilmiş mətn “Yalandan necə qorunmalı” ilə eyni mövzudadır

və onun 3-cü hissəsinə əlavə edilə bilər. Mətnin kompleks təhlili üçün qoyulmuş 5-ci tapşırıq, eləcə də “Xatırla!” rubri -

kasındakı çalışmalar şagirdlərin VI sinifdə əldə etdikləri “Say” mövzusununtəkrarını nəzərdə tutur.

QiymətləndirməGirişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 21-23), müxtəlif ba carıqların

yoxlanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.

Dərs 19. MÜƏLLİMİN VƏZİFƏSİ (2 saat)

MotivasiyaBu mərhələdə şagirdlərlə məktəbdə təhsilin vəzifəsi barədə söhbət apar -

maq olar. Yaxşı olar ki, bu məsələ ilə bağlı əvvəlcə şagirdlərin fikirləri din lə -nilsin. Ola bilsin ki, onlar orta məktəb təhsilinin əsas vəzifəsini elmi biliklərəyiyələnməkdə görsünlər. Belə olduqda müəllim yönəldici suallarla şagirdləriaşağıdakı fikirlərə yönəltməlidir:

Standartlar Təlim nəticələri

2.2.1. Mətni düzgün intonasiya ilə oxu -yur.

Dialoji mətni oxuyarkən səs tonunu, jestvə mimikalarını obrazların xarak terinəuyğunlaşdırır.

2.2.3. Mətndə irəli sürülmüş fikirləridəyərləndirir.

Mətndə obrazlı şəkildə ifadə olunmuşfikirləri şərh edərək münasibət bildirir.Mətndəki əsas fikri atalar sözləri vəaforizmlərlə şərh edir.

4.1.1. Mürəkkəb cümlənin növlərinifərqləndirir.

Sadə cümlədəki feili tərkibi budaq cüm -lə kimi ifadə edərək tabeli mü rək kəbcüm lə yaradır.

4.1.2. Sözləri və söz birləşmələrinimüxtəlif sintaktik vəzifələrdə işlədir.

Tabeli mürəkkəb cümləni sadələş di rə -rək budaq cümləni baş cümlənin mü-vafiq üzvü vəzifəsində işlədir.

140 V BÖLMƏ

– Orta təhsilin əsas vəzifəsi alim yetişdirmək deyil, şagirdlərdə biliklərəhəvəs yaratmaq, həyati bacarıqlar aşılamaq, öyrənməyi öyrətməkdir. Hər birşagird məktəbi bitirdikdən sonra müəyyən həyat yolu seçəcək. Hansı yolseçməyinizdən asılı olmayaraq məktəbdə qazandığınız biliklər sizin gündəlikhəyatınızda gərəkli ola bilər; məsələn, Azərbaycan dili dərslərində sizə istə -nilən mətni tez bir zamanda oxuyub anlamaq, dinləyərkən diqqətli olmaq, özfikrini anlaşıqlı və əsaslandırılmış şəkildə ifadə etmək bacarıqları aşılanır. Dilqaydaları isə nitqinizi ədəbi dilin normalarına uyğun qurmağa kömək edir.

Orta məktəbin başqa bir vəzifəsi isə layiqli vətəndaş yetişdirməkdir. Buvətəndaş milli-mənəvi dəyərlərə hörmət etməli, çətinliklərin öhdəsindən gələbilməli, layiqli ailə başçısı olmalı, yaşadığı ölkənin qanunlarına ehtiramlayanaşmalıdır. Bir sözlə, orta məktəb sizin intellektinizi inkişaf etdirməkləyanaşı, şəxsiyyətinizi formalaşdırır.

Oxu2.2.1. Mətni düzgün intonasiya ilə oxuyur.t Dialoji mətni oxuyarkən səs tonunu, jest və mimikalarını obrazların

xarak terinə uyğunlaşdırır. Mətn rollu oyun (mətn müəllifi, müəllim, tələbələr) şəklində oxudula bilər.

Bu zaman şagirdlərin səs seçimi və intonasiyasına diqqət yetirilir.

2.2.3. Mətndə irəli sürülmüş fikirləri dəyərləndirir.t Mətndə obrazlı şəkildə ifadə olunmuş fikirləri şərh edərək münasibət bildirir.t Mətndəki əsas fikri atalar sözləri və aforizmlərlə şərh edir.

2. Mətndə altından xətt çəkilmiş “bax beləcə” sözünü kontekstə görəhansı ifadə ilə əvəz etmək olar? Bu tapşırıq mətnin qavranılması və obrazlı ifadə olunmuş fikrin şərhi ilə

bağlıdır. Burada düzgün cavab “C” va rian tıdır: “Əvvəlcə mən sizdə susuzluqyaratdım, o isə sizi bulaq axtarmağa məc bur etdi. Bax beləcə, yəni “problemihəll etmək istəyi yaratmaqla”.

Şagirdlər 3-cü tapşırıqda verilmiş nümunələr arasından mətndəki əsasfikrə uyğun olanları seçirlər. Variantlar üst-üstə düşməyə də bilər. Belə olduq -da şagirdlər öz variantlarını əsaslandırmalıdırlar.

4-cü tapşırığı aşağıdakı kimi şərh etmək olar:

biliyə həvəs oyatmaq... mən sizdə bilik qazanmaq yanğısıyaradıram.

düzgün yol göstərmək... mən sizə bulağın harada yerləşdiyinigöstərdim.

nümunə göstərməkÖzümlə daha çox su götürməklə mən sizəsübut etdim ki, işinizi ehtiyatlı tutmalısınız.

141KAMİLLİYƏ DOĞRU

Dil qaydaları4.1.1. Mürəkkəb cümlənin növlərini fərqləndirir. t Sadə cümlədəki feili tərkibi budaq cüm lə kimi ifadə edərək tabeli mü -rək kəb cüm lə yaradır.4.1.2. Sözləri və söz birləşmələrini müxtəlif sintaktik vəzifələrdə işlədir.t Tabeli mürəkkəb cümləni sadələşdirərək budaq cümləni baş cümlənin

müvafiq üzvü vəzifəsində işlədir.

5-ci tapşırıq dil qaydalarına keçid üçün motivasiya xarakteri daşıyır. Nəzəriməlumat mənimsədilir. 6-8-ci tapşırıqlar yerinə yetirilir.

Mətnin kompleks təhliliFəndaxili inteqrasiya:5-ci sinif. 4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini,yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini)izah edir. 6-cı sinif. 4.1.1. Cümlənin qrammatik əsasını müəyyənləşdirir. Bu rubrikada təqdim olunan mətndə müəllim-şagird münasibətlərindən,

təhsilin mahiyyətindən danışılır. 1-ci tapşırıq şagirdlərdə çətinlik yarada bilər, lakin tapşırıqdakı açar söz -

lərdən istifadə etməklə onlar mətnin sonuncu cümləsini tamamlaya bilərlər:“Bax beləcə, biz çox zaman kiçik bir qüsura görə insanın bir çox məziyyət -lərinə qiymət vermirik”.

Mətndəki əsas fikir: “Müəllimin əsas vəzifələrindən biri şagirdlərə ətrafdagördükləri hər bir şeyi düzgün və obyektiv qiymətləndirməyi öyrətməkdir”.

Mətndə göy rənglə budaq cümləsi səbəb və məqsəd bildirən mürəkkəbcümlələr verilmişdir ki, bu da cari dərsdə keçilmiş dil qaydalarını möh kəm lət -mə yə xidmət edir (2-ci sual). Bu cümlələrdən ikincisində mübtəda və xəbəruzlaşması pozul muşdur: “şagirdlərimin hamısı gördülər” (3-cü sual).

4-cü sual sifətin dərəcələri ilə bağlıdır və “Xatırla!” rubrikasına keçidi təminedir.

QiymətləndirməGirişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 21-23), müxtəlif ba carıqların

yoxlanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.

142 V BÖLMƏ

Dərs 20. KOMPÜTERİN TARİXİ (3 saat)

Därsä hazırlıqBu dərsin oxu, dinləmə, danışma, yazı mərhələləri İnformatika fənni ilə sıxinteqrasiya üzərində qurulmuşdur. Müəllimdə buradakı məlumatlarla bağlısuallar yaranarsa və ya o özündə məlumat qıtlığı hiss edərsə, əvvəlcədəninformatika müəllimləri ilə məsləhətləşə bilər.

Mətnin hər bir hissəsindən sonra araşdırma tipli tapşırıq verilir. Yaxşı olarki, müəllim bundan əvvəlki dərsdə şagirdləri qruplara bölərək bu tapşırıqlarıonlara təqdim etsin.I qrup:Çötkə, loqarifm xətkeşi, kalkulyator və bəzi təhsil müəssisələrində xü-susi tədris vəsaiti kimi istifadə olu nan abak haqqında məlumattoplayın.II qrup:Mətndə adları çəkilən alimlər haqqında əlavə məlumat toplayaraqmətni genişləndirin.III qrup:Çarlz Bebbic, IBM şirkəti, eləcə də perfokart və tabulyator haqqındaməlumat toplayın.IV qrup:Son 30 ildə kompüter texnologiyalarının inkişafı haqqında məlumat

Standartlar Təlim nəticələri

2.2.2. Tərkib hissələri arasında əla -qəni gözləməklə mətni genişlən dirir.

Mövzu üzrə əldə etdiyi məlumatlarımət nin müvafiq hissələrinə əlavə edir.Yeni məlumatları oxuduğu mətnə əlavəedərkən məzmun ardıcıllığına riayətedir.

1.1.2. Dinlədiyi fikirlərə münasibətbildirir.

Dinlədiyi fikri təkzib etmək üçün fakt-lara əsaslanan arqumentlər gətirir.

1.2.4. Ümumiləşmiş fikirləri yığcamşəkildə təqdim edir.

Fikirləri ümu mi ləşdirərək bir neçə tezis -lə ifadə edir.

3.1.4. Müxtəlif əməli yazılar (hesabat,akt) yazır.

Məhsulun qəbul olunması ilə bağlı akttərtib edir.

4.1.1. Mürəkkəb cümlənin növlərinifərqləndirir.

Tabeli mürəkkəb cümlənin tərkib his sə -lərini bağlayan vasitələri müəyyən edir.Eyni fikri sadə cümlə və tabeli mü rək -kəb cümlənin müxtəlif növləri şəklindəifadə edir.

143KAMİLLİYƏ DOĞRU

toplayın.

MotivasiyaDərslikdə qoyulmuş 1-ci sual vasitəsilə şagirdlərin kompüter texnologiya -

larının inkişaf tarixi ilə bağlı “İnformatika” fənnindən aldıqları biliklər xatırladılır.

Oxu2.2.2. Tərkib hissələri arasında əlaqəni gözləməklə mətni genişlən -dirir. t Mövzu üzrə əldə etdiyi məlumatları mətnin müvafiq hissələrinə əlavə

edir.t Yeni məlumatları oxuduğu mətnə əlavə edərkən məzmun ardıcıllığınariayət edir.Mətn dörd hissəyə bölünmüşdür. Hər hissədə kompüter tarixinin bir mər -

hə ləsindən danışılır. Qruplara öz hissələrini oxumaq və evdə araşdırma nə -ticəsində əldə etdikləri məlumatları müvafiq hissələrə əlavə etmək üçünmüəyyən vaxt verilir.

Hər bir qrup öz mətnini təqdim edərkən (təqdimat üçün də müəyyən vaxtayırmaq tövsiyə olunur) həmin hissəni müvafiq başlıqla adlandırmalı (7-citapşırıq), mətnə əlavə etdiyi məlumatı vurğulamaq üçün “Apardığımız araş -dırmalara görə...”, “Əldə etdiyimiz məlumatlara əsasən, deyə bilərik ki, ...”kimi ifadələrdən istifadə etməlidir.

Oxu mərhələsinin sonunda qruplar bir-birinin işini qiymətləndirir:– Mövzu nə dərəcədə dolğun açılıb?– Təqdimat nə dərəcədə anlaşıqlı idi?– Yeni məlumatlar mətnə əlavə olunarkən tərkib hissələri ara sında əlaqə

və məzmun ardıcıllığı gözlənilibmi?Mətnin bütün şagirdlər tərəfindən tam qavranıldığını yoxlamaq üçün 8-ci

və 9-cu tapşırıqlardan istifadə olunur.8-ci tapşırıqda verilmiş 1-ci şəkil Jozef Jakkarın toxuculuq sənayesində is -

tifadə etdiyi perfokartlardan danışılan hissəyə aiddir (3-cü hissə). 2-ci şəkildə isəBlez Paskalın mexaniki hesablama maşını – “Paskal çarxı” təsvir olun muş dur.

9-cu tapşırıq şagirdlər arasında mübahisəyə səbəb ola bilər, çünki kom-püterin ixtirasında hər hansı alimin xidmətlərini o birilərindən üstün hesab et -mək, doğrudan da, mübahisəli məsələdir. Bu zaman şagirdlərdən öz fikirləriniəsas landırmaq tələb olunmalıdır.

Dinlämä vä danışma1.1.2. Dinlədiyi fikirlərə münasibət bildirir.t Dinlədiyi fikri təkzib etmək üçün faktlara əsaslanan arqumentlər gətirir.1.2.4. Ümumiləşmiş fikirləri yığcam şəkildə təqdim edir.t Fikirləri ümu mi ləşdirərək bir neçə tezislə ifadə edir.

10-cu tapşırıqda kompüter mütəxəssislərinin və ya şirkət rəhbərlərinin

144 V BÖLMƏ

yaxın keçmişdə (20-50 il əvvəl) söylədikləri fikirlər – kompüterin gələcək inki -şa fı ilə bağlı pessimist proqnozlar verilmişdir. Şagirdlər müasir kompüter tex -no logiyaları haqqında biliklərindən istifadə etməklə bu fikirlərə münasibətbildirməlidirlər.

Müzakirə “Akvarium” üsulu ilə keçirilə bilər. Diqqət yetirmək lazımdır ki, hərhansı fikri təkzib edən şagird öz fikrini əsaslandırmaq üçün bildiyi faktlardanistifadə etsin. Yaxşı olar ki, şagirdlər son 50 ildə kompüterin inkişafı ilə bağlıməlumatlara əsaslanaraq növbəti 20 il üçün İKT-nin inkişafı ilə bağlı öz proq -nozlarını versinlər.

Müzakirəni 5-7 dəqiqəlik mərhələlərə bölmək, hər bir mərhələ üçün mode -rator seçmək məqsədəuyğun olardı. Moderator deyilən fikirləri qeyd etməli,sonda ümumiləşdirməli və müzakirənin nəticəsini qısa tezislərlə iştirakçılarınnəzərinə çatdırmalıdır.

Yazı3.1.4. Müxtəlif əməli yazılar (hesabat, akt) yazır.t Məhsulun qəbul olunması ilə bağlı akt tərtib edir.11-ci tapşırıqda akt tərtib etmək üçün məktəb həyatına yaxın situasiya ve -

ril mişdir. Şagirdlər əvvəlcə “Nitq bacarıqları” rubrikasında verilmiş akt formasıilə tanış olmalı, sonra qruplara bölünərək situasiyaya uyğun akt tərtib et mə li -dirlər.

Müəllim buna bənzər digər situasiyalar fikirləşərək qruplara fərqli mövzu-larda akt tərtib etməyi tapşıra bilər.

Dil qaydaları4.1.1. Mürəkkəb cümlənin növlərini fərqləndirir. t Tabeli mürəkkəb cümlənin tərkib his sə lərini bağlayan vasitələri müəyyənedir.t Eyni fikri sadə cümlə və tabeli mürəkkəb cümlənin müxtəlif növləri

şəklində ifadə edir.Bu dərsdə mənimsədiləcək dil qaydası tabeli mürəkkəb cümlədə -sa2

şəkilçisinin funksiyasını müəyyənləşdirməklə bağlıdır. Motivasiya mərhələ sin -də fəndaxili şaquli inteqrasiyadan istifadə edilməklə feilin şərt şəklinin əlaməti(-sa2) və “isə” his səciyinin ixtisar forması xatırladılır. Şagirdlər bu iki morfemarasındakı fərqi izah edirlər.

13-cü tapşırıqda isə mətndə göy rənglə verilmiş cümlədə nöqtələrin yerinəuyğun gələn şəkilçinin qoyulması tələb olunur. Nöqtələrin yerinə -sa2 şəkilçisiqoyulur və şagirdlər bu şəkilçinin cümləyə şərt mənasını verdiyini müəyyən -ləş dirirlər.

14-cü tapşırıq vasitəsilə qarşılaşdırma əlaqəli tabesiz mürək kəb cümlə iləqarşılaşdırma mənası verən budaq cümləli tabeli mürəkkəb cümlə arasında

145KAMİLLİYƏ DOĞRU

oxşarlıq müəyyənləşdirilir: “Abak” sözü yunan mənşəlidir, amma bu alətin ilkin nü munələri Miladdan 3000il əvvəl qədim Babilistanda yaradılmışdır.

“Abak” sözü yunan mənşəli olsa da, bu alətin ilkin nü munələri Miladdan 3000il əvvəl qədim Babilistanda yaradılmışdır.

Nəzəri material mənimsədilir. Şagirdlərə izah edilir ki, -sa2 şəkilçisi heç dəhəmişə şərt anlayışı yaratmır. 15-17-ci tapşırıqlar qaydanın möhkəm lən -dirilməsinə xidmət edir.

15. Verilmiş cümlələrdə budaq cümlənin növünün və ifadə olu-nan fikrin necə dəyişdiyini şərh edin.

1-ci cümlədə budaq cümlə məqsəd, 2-cidə isə şərt mənası yaratmışdır.

17-21-ci tapşırıqlar 4.1.1 standartı üzrə dərsdə nəzərdə tutulmuş “Eyni fikrisadə cümlə və tabeli mü rək kəb cümlənin müxtəlif növləri şəklində ifadə edir”təlim nəticəsini reallaşdırmağa xidmət edir. Belə ki, şagirdlər eyni fikri mürək -kəb cümlənin müxtəlif növləri şəklində ifadə etməlidirlər.

19-cu tapşırıq şagirdlərdən tabeli mürəkkəb cümlə mövzusuna analitikyanaşma tələb edir.

19. Verilmiş cümlələri sadələşdirsək, budaq cümlə baş cümləninhansı üzvünə çevrilər?

1. Kimin ürəyi arzu və ümidlə doludursa, o artıq gələcəkdə yaşayır.

(L.Şefer)

2. Hansısa axmaq bizi tərifləsə, onu artıq axmaq saymayacağıq.

(F.Laroşfuko)

Cü.1. Ürəyi arzu və ümidlə dolan artıq gələcəkdə yaşayır. (mübtəda)

2. Bizi tərifləyən axmağı artıq axmaq saymayacağıq. (tamamlıq)

QiymətləndirməGirişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 21-23), müxtəlif ba carıqların

yoxlanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.

Analiz

Analiz

Şərti şumda kəs ki, xırman dayabalaşmayasan.

Şərti şumda kəssən, xırman -da yabalaşmazsan.

146 V BÖLMƏ

Dərs 18. ESPERANTO (3 saat)

MotivasiyaŞagirdlərlə dillərin müxtəlifliyi barədə söhbət aparılır: – Nəyə görə başqa dilləri öyrənirik?– Beynəlxalq ünsiyyət dillərindən hansılarını tanıyırsınız?– “Ölü dil” dedikdə nə nəzərdə tutulur? Belə dillərdən hansılarını tanıyırsınız?– Sizcə, elə bir dil yaratmaq olarmı ki, bütün xalqlar bu dildə danışsın?– “Süni dil” anlayışını necə başa düşürsünüz? Sizcə, süni dil yaratmaq

olarmı? Esperanto dili haqqında nə bilirsiniz? (1-ci tapşırıq)

Oxu2.2.3. Mətndə irəli sürülmüş fikirləri dəyərləndirir.

Standartlar Təlim nəticələri2.2.3. Mətndə irəli sürülmüş fikirləridəyərləndirir.

Əlavə biliklərindən istifadə etməkləmətn dəki fikir və faktları şərh edir.

2.2.2. Tərkib hissələri arasında əla qənigözləməklə mətni genişlən dirir.

Mətndəki müəyyən faktlar və fikirlərləbağ lı şərh lərini müvafiq hissələrə əlavəedir.Bədii obraz və tarixi şəxsiyyətlərin hə -rəkətlərinə qiymət verməklə mətni ge -nişləndirir.

2.1.2. Həqiqi və məcazi mənalı söz vəifadələrin mənasını kontekstə uyğundəqiqləşdirməklə şərh edir.

Elmi mətnin məzmunundan çıxış edə -rək terminin elmi izahını verir və onunAzərbaycan dilindəki qarşılığını müəy -yənləşdirir.

1.2.4. Ümumiləşmiş fikirləri yığcamşəkildə təqdim edir.

Müqayisələr apararaq gəldiyi nəticələriqısa tezislər şəklində ifadə edir.

1.1.1. Danışanın mövzuya müna si -bətini müəyyən etmək üçün tədqi qatxarakterli suallar verir.

Debat zamanı qarşı tərəfi öz arqu ment -ləri ilə razı laş dırmaq üçün “hə” və ya“yox” ca vabı tə ləb edən suallar verir.

3.1.1. Verilmiş mövzuya uyğun müx tə -lif tipli (nəqli, təsviri, mü hakimə) və for -malı (inşa, esse, hekayə) mətnlər yazır.

Essedə müxtəlif tipli qrafik materiallar-dan (sxem, cədvəl, diaqram və s.) istifa -də edir.

4.1.1. Mürəkkəb cümlənin növlərinifərqləndirir.

Tabeli mürəkkəb cümlədə budaq cüm -lə nin növünü müəyyənləşdirir.Tabeli mürəkkəb cümlədə baş və bu -daq cümlənin yerini müəyyənləşdirir.

4.1.2. Sözləri və söz birləşmələrinimüxtəlif sintaktik vəzifələrdə işlədir.

Tabeli mürəkkəb cümləni sadə ləş dirə -rək budaq cümləni baş cümlənin mü-vafiq üzvü vəzifəsində işlədir.

147KAMİLLİYƏ DOĞRU

t Əlavə biliklərindən istifadə etməklə mətndəki fikir və faktları şərh edir.2.2.2. Tərkib hissələri arasında əlaqəni gözləməklə mətni genişlən dirir.

t Mətndəki müəyyən faktlar və fikirlərlə bağlı şərh lərini müvafiq hissələrəəlavə edir.

Mətn 4 hissədən ibarətdir. Şagirdlər 4 qrupa bölünərək mətni “Ziqzaq” üsuluilə oxuyurlar. Bütün qruplara eyni tapşırıqlar verilir.

– oxunmuş hissəni məzmuna uyğun başlıqla adlandırmaq;– hər bir hissənin sonunda qoyulmuş tapşırıqları yerinə yetirmək;– müvafiq hissədəki hadisə, fakt və fikirlərə münasibət bildirməklə mətni

nəql etmək.

I hissə üzrə şərhlər3. Əfsanədəki əsas fikri müəyyən edin və ona münasibətinizi bildirin.

Bu hissədən iki nəticə çıxarmaq olar:1. Hədsiz insan qüruru, təkəbbürlük əvvəl-axır öz cəzasını tapır.2. Dil müxtəlifliyi nəticəsində insanlar arasında ünsiyyətin çətinləşməsi Tanrı

tərəfindən göndərilmiş bədbəxtlik kimi qələmə verilir.4. Dünyada müxtəlif dillərin mövcudluğunu elmi cəhətdən necə izah

edər diniz? Dünya dillərinin müxtəlifliyi haqqında sual şagirdlərdən müəyyən tarixi-linq -

vistik biliklər və məntiqi düşüncə tələb edir. Bu hissədə I qrupun təqdimatınıtamamlamaq üçün müəllim sadə şəkildə müəyyən tarixi arayış verə bilər:

Şərh. Qədim dünya tarixindən bilirsiniz ki, ibtidai icma quruluşu dövründəinsanlar tayfalar şəklində yaşayırdılar. Hər tayfanın öz dili var idi. Zaman keç -dikcə tayfalar böyüyür, hər hansı nəsil ondan ayrılaraq başqa əraziyə köçedirdi. Burada yeni bir tayfa yaranırdı. Onun dili əvvəlki dil olsa da, yerli şəraitəuyğunlaşır və qonşu tayfa dillərinin təsiri nəticəsində müəyyən dəyişikliyəuğrayırdı; məsələn, türk tayfaları bir kökdən olsalar da, Avropadan tutmuşOrta Asiya və Çinə qədər geniş bir əraziyə yayılmışdılar. Beləliklə, vahid türkdili ailəsinə daxil olan çoxlu dillər yaranmışdır. Azərbaycan dili də bu ailəyədaxildir və nisbətən yaxın ərazilərdə yaşayan türkmənlərin, Osmanlı türklə ri -nin, daha çox Moldovada məskunlaşmış qaqauzların dili ilə birlikdə onun oğuzqrupunu təşkil edir.

t Bədii obraz və tarixi şəxsiyyətlərin hə rəkətlərinə qiymət verməklə mətnige nişləndirir.

2-ci hissə artıq bilavasitə esperanto dilinin yaranması tarixi ilə bağlıdır.

5. Dilin linqvistik əsasları nə deməkdir?Şərh. Şagirdlər bu sualla bağlı bir neçə tezis hazırlaya bilərlər:– dilin fonetik prinsipləri (əlifbası, səslərin artikulyasiyası, orfoqrafiya və or-

foepiya uyğunluğu);– dilin leksikası (lüğət ehtiyatı);– dilin morfoloji əsasları (əsas və köməkçi nitq hissələri üzrə təsnifatı, söz

tərkibinin sxemi, sözdüzəltmə prinsipləri və s.);

148 V BÖLMƏ

– dilin sintaktik əsasları (cümlədə söz sırası, cümlə üzvlərinin bir-biri iləəlaqələnməsi və s.).8. Oxuduğunuz hissədəki məlumatlardan çıxış edərək Zamenqofun xa -

rakteri haqqında fikir yürüdün. Şərh. Zamenqof zəhmətkeş və məqsədyönlü idi: o, bir çox dilləri mənim -

səmişdi və addım-addım irəliləyərək beynəlxalq dil yaratmaq məqsədinə nailolmuşdu. O, ağıllı idi, çünki dərk edirdi ki, “hər hansı bir milli dilin ümumi dil kimiseçilməsi başqasının məna feyinə zidd ola və onun qüruruna toxuna bilər”.Nəhayət, Zamenqof təmənnasız insan idi: o, müəlliflik hüququndan imti na edərəköz ixtirasını bəşəriyyətin ixtiyarına verdi.

Müəllim eyni zamanda şagirdlərin diqqətini “Dilin vahidliyini qoruyub saxla-maq” ifadəsinə yönəldə və bu ifadəni şərh etməyi tapşıra bilər.

Şərh. Milli esperanto mərkəzləri yaranıb öz istədikləri kimi bu dili inkişafetdirmək istəsələr, onun müxtəlif milli variantları yarana bilərdi və son nəticədə oöz beynəlxalq funksiyasını itirmiş olardı.

Fəndaxili şaquli inteqrasiya5-ci sinif. 4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini,

yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini)izah edir.

3-cü hissədə esperanto dilinin linqvistik xüsusiyyətlərindən bəhs olunur.

9. Mətndə esperanto dilinin hansı xüsusiyyətləri barədə məlumat veril mir?A) fonetik xüsusiyyətləri B) sintaktik xüsusiyyətləri C) morfoloji xüsusiyyətləri D) leksik xüsusiyyətləri

Mətndə esperanto dilinin sintaktik xüsusiyyətləri barədə heç nə deyilmir.Bu suala cavab verməklə şagirdlər həm mətni diqqətlə oxuduqlarını, həm dədilçilik elminin sahələri barədə zəruri məlumatlara malik olduqlarını nümayişetdirirlər.

10. Esperanto dilinin morfoloji xüsusiyyətlərini ana dilinizlə müqayisəedin, fərqli və oxşar cəhətlərini müəyyənləşdirin.

Azərbaycan dilinin fonetik, morfoloji, sintaktik xüsusiyyətləri haqqındakifayət qədər biliyə malik olan şagirdlər mətndəki məlumatlardan çıxış edərəkana dillərini esperanto dili ilə müqayisə edə bilərlər.

11. Oxuduğunuz hissənin sonuncu cümləsini izah etmək üçün Azərbaycandilindən nümunələr gətirin.

Hissənin sonuncu abzasında deyilir: Özü də yeni anlayışı ifadə etmək üçünsöz dildə artıq mövcud olan elementlərdən istifadə olunmaqla yaranır.

Bu tapşırıqla əlaqədar şagirdlər 5-ci sinifdə keçdikləri “Söz yaradıcılığı” iləbağlı bilikləri – leksik şəkilçilər vasitəsilə yeni sözlərin yaradılmasını yadasalmalıdırlar. 13. Aşağıdakı sxem mətndəki hansı fikri təsdiqləyən nümunə rolunu oy-

naya bilər?

149KAMİLLİYƏ DOĞRU

150 V BÖLMƏ

Azərbaycan dilində söz yaradıcılığının morfoloji üsulunu əks etdirən busxem esperanto dilində sözlərin yaranmasında xüsusi şəkilçilərin iştirak et-diyini, əsas nitq hissələrinin hər birinin xüsusi sonluğu olduğunu göstərənhissələri izah edir.

2.1.2. Həqiqi və məcazi mənalı söz və ifadələrin mənasını kontekstəuyğun dəqiqləşdirməklə şərh edir.

t Elmi mətnin məzmunundan çıxış edərək terminin elmi izahını verir vəonun Azərbaycan dilindəki qarşılığını müəyyənləşdirir.

12. Prefiks və suffiks sözlərinin mənalarını kontekstə görə müəy yən ləş -dirin və onları bildiyiniz dilçilik terminləri ilə əvəz edin.

Şagirdlər kontekstdən çıxış edərək “prefiks”in sözönü şəkilçi, “suffiks”inisə sözlərin sonuna artırılan leksik şəkilçi olduğunu müəyyən edə bilərlər.

4-cü hissədə esperanto dilinin müasir dövrdəki vəziyyətindən danışılır.14. Sizcə, müasir dövrdə esperanto dilinin daha hansı praktik əhəmiy -

yəti ola bilər?Esperanto dilindən beynəlxalq yarışlarda iştirak edən idmançılar, bey -

nəlxalq konfrans və digər tədbir iştirakçıları, ölkələrarası aviareyslər həyatakeçirən pilotlar və b. istifadə edə bilərlər.

15. “Esperanto” sözünü eponim adlandırmaq olarmı? Fikrinizi əsas lan -dırın.

Şagirdlər 2-ci bölmədə eponimlər haqqında məlumat almışlar. Onlar bilirlərki, eponim müəyyən bir anlayışın hər hansı xüsusi adla adlandırılmasıdır. Bumətndən belə çıxır ki, Zamenqof “esperanto” sözünü təxəllüs kimi seçmişdir,sonradan isə bu söz dilin adına çevrilmişdir. Təxəllüs də xüsusi isim olduğunagörə “esperanto” sözünü eponim adlandırmaq olar.

16. Mətnin giriş, əsas və sonluq hissələrini müəyyənləşdirin. Sübut edinki, I hissə bütövlükdə mətnin giriş hissəsidir.

I hissə mətnin giriş hissəsi, II və III hissələr əsas hissə, IV hissə isə son-luqdur.

Dinlämä vä danışma1.2.4. Ümumiləşmiş fikirləri yığcam şəkildə təqdim edir.t Müqayisələr apararaq gəldiyi nəticələri qısa tezislər şəklində ifadə edir.

17. Aşağıdakı mətn parçasını “Esperanto” mətninə hansı hissədən sonraəlavə etmək olar?

Verilmiş parça 1-ci hissədən sonra əlavə olunmalıdır. Burada müəyyəntarixi dövrlərdə beynəlxalq dil rolunu oynamış dillərdən danışılır. Mətnə uyğunverilmiş mövzuda təqdimat hazırlamaq üçün şagirdlər ümumi tarix üzrəbiliklərindən istifadə etməlidirlər.

Şərh. Bir sıra dillərin beynəlxalq ünsiyyət dili statusu alması onların siyasi,

dini, mədəni, hərbi baxımdan dünya miqyasında rolları ilə bağlıdır. Qədim Romaimperiyası Avropa və Asiyanın bir çox ərazilərinə hakim olduqdan sonra latın dilixüsusilə Avropa ölkələrində geniş yayılmışdı. Bu dil o dövrdə həm də bədiiədəbiyyatın, elmin, xristianlığın (katolisizmin) əsas dili idi. VII əsrdən başlayaraqislam dini Yaxın və Orta Şərqdə əsas dinə çevrildi. Şərqin bir çox xalqları bu diniqəbul etdi və Ərəb xilafətinə daxil oldu. Eyni zamanda islam mədəniyyəti – elmivə ədəbiyyatı güclü inkişaf dövrünə qədəm qoydu. Məhz bu səbəblərdən YaxınŞərqdə ərəb dili beynəlxalq dil statusu qazandı.

Bu qaydada şagirdlər ingilis və rus dillərinin də müəyyən ərazilərdə genişyayılmasının səbəblərini şərh edə bilərlər.

1.1.1. Danışanın mövzuya münasibətini müəyyən etmək üçün təd qi -qat xarakterli suallar verir.

t Debat zamanı qarşı tərəfi öz arqumentləri ilə razılaşdırmaq üçün “hə”və ya “yox” cavabı tələb edən suallar verir.

Esperanto dilinin həyatiliyi və vacibliyi həmişə mübahisə obyekti olub.Bununla bağlı şagirdlərə debat keçirmək təklif olunur:

18. İki qrupa bölünməklə debat keçirin.I qrup: Millətlərarası ünsiyyət üçün süni beynəlxalq dilə ehtiyac var.II qrup: Müasir dövrdə süni beynəlxalq dilə ehtiyac yoxdur.“Esperanto” mətnində 1-ci tezisi əsaslandırmaq üçün kifayət qədər mə -

lumat var. Şagirdlər, sadəcə, onları tapmalı və arqument şəklinə salmalıdırlar.2-ci qrup isə arqumentləri özü hazırlamalıdır. Aşağıdakı arqumentlərdən

istifadə etmək olar.1. Müasir dövrdə ingilis dilini bilməklə istənilən ölkədə insanlarla ünsiyyət

saxlamaq olar, ona görə də süni beynəlxalq dilə ehtiyac yoxdur.2. Esperanto dili artıq 100 ildən çoxdur ki, mövcuddur, lakin indiyə kimi

nəzərdə tutulan funksiyasını yerinə yetirə bilmir, digər beynəlxalq dillərləmüqayisədə çox az istifadə olunur.

3. Dilin beynəlxalq ünsiyyət rolu oynaması tarixi-siyasi və mədəni pro ses -lərlə bağlıdır. Süni şəkildə beynəlxalq ünsiyyət dili yaratmaq mümkün deyil.

Debatdan əvvəl müəllim şagirdlərə belə bir tövsiyə verir:– Arqumentlərinizi daha kəsərli etmək üçün qarşı tərəfin spikerinə elə su-

allar verməyə çalışın ki, o sizin arqumentinizi təsdiqləmiş olsun; məsələn:– Sən özün hansı dili öyrənməyə üstünlük verərdin: ingilis, yoxsa espe -

ranto dilini?– Esperanto dili artıq 100 ildən çoxdur ki, mövcuddur. Heç bu dildə danışan

adam tanıyırsanmı?

Dil qaydaları4.1.1. Mürəkkəb cümlənin növlərini fərqləndirir.

Debat

151KAMİLLİYƏ DOĞRU

t Tabeli mürəkkəb cümlədə budaq cümlənin növünü müəyyənləşdirir.t Tabeli mürəkkəb cümlədə baş və budaq cümlənin yerini müəyyənləşdirir.4.1.2. Sözləri və söz birləşmələrini müxtəlif sintaktik vəzifələrdə işlədir.t Tabeli mürəkkəb cümləni sadələş di rə rək budaq cümləni müvafiq cümlə

üzvü vəzifəsində işlədir.Verilmiş tapşırıqlar bu bölmədə keçilmiş dil qaydalarını möhkəmləndirməyə

xidmət edir.

Mətnin kompleks təhliliBu rubrikada verilmiş mətn şagirdlərin artıq tanış olduqları “Esperanto” mətni

ilə mövzu baxımından yaxındır. Mətnin məzmunu və söz ehtiyatı ilə bağlıtapşırıqlar yerinə yetirildikdən sonra şagirdlər köməkçi nitq hissələri və sözünmorfoloji tərkibi ilə bağlı əvvəlki siniflərdə aldıqları biliklər əsasında qrammatiktapşırıqları icra edirlər.

QiymətləndirməGirişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 21-23), müxtəlif ba carıqların

yoxlanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.

Ümumiləşdirici təkrar müvafiq bölmədə reallaşdırılmış bəzi (oxu və dilqay daları) məzmun standartları üzrə ba ca rıq ların möhkəmləndirilməsi üçünnəzərdə tutulmuşdur. Tapşırıqlar dərslikdə (səh. 139-140) təqdim olunmuşdur.Sinfin səviy yə sinə uyğun olaraq müəllim başqa tapşırıqlar da verə bilər.

152 V BÖLMƏ

V BÖLMƏ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ

1-3-cü tapşırıqlar mətnlə bağlıdır.

XARİCİ VƏ DAXİLİ GÖZƏLLİK

Bir tələbə müəlliminə “İnsanda nə daha vacibdir: xarici, ya daxili gözəllik?”sualı ilə müraciət etdi. Cavabında müəllim ondan soruşdu:

– Tutaq ki, sən ev almalısan. Sənə iki variant təklif edilir: bayırı gözəl, içinarahat və xarici görünüşü yaraşıqsız, içi isti və rahat. Hansı evə üstünlükverərsən?

– Mən sadə görünüşlü, ancaq rahat evi seçərdim.– Bəs sənin yerinə bir şöhrətpərəst adam olsa, nəyi seçərdi? – Yəqin ki, o, zahiri gözəllik və dəbdəbəni rahatlıqdan üstün tutardı, –

tələbə cavab verdi.Müəllim:– Məncə, sən haqlısan, – dedi və əlavə etdi: – Amma etdiyiniz seçimdən

asılı olmayaraq nə vaxtsa hər ikiniz başa düşəcəksiniz ki, sizə ya gözəllik, yada rahatlıq çatmır və həmin andan bunu əldə etməyə can atacaqsınız.

– Deməli, xarici və daxili gözəllik, əslində, eyni dərəcədə əhəmiyyətlidir vəyalnız harmoniya yaratdıqda qiymətlidir?

– Belə də demək olar, – deyə müəllim gülümsəyərək cavab verdi, – mənisə düşünürəm ki, əgər bir şeyin yarısına sahibsənsə, mütləq onun tamınıəldə etməyə çalışmalısan. Amma bu zaman gərək sahib olduğunu da itir mə -yəsən. Atalar demişkən, ...

1. Mətnin sonuncu cümləsini hansı atalar sözü ilə tamamlamaq olar?A) Soğan olsun, nağd olsun. B) Dad yarımçıq əlindən. C) Çox istəyən azdan da olar.D) Gül tikansız olmaz. E) Sonrakı peşmançılıq fayda verməz.

2. Mətnin məzmunu ilə səsləşən aforizmi seçin.A) Dünyanı gözəllik xilas edəcək. (F.Dostoyevski)B) Gözəllik qurban tələb edir. (Naməlum)C) Ağıl olmasa, gözəllik bir işə yaramaz. (Arximed)D) Gözəl ədalar gözəl çöhrədən üstündür. (A.Lamartin)E) İnsanda hər şey gözəl olmalıdır: sifəti də, libası da, qəlbi də, fikirləri də.

(A.Çexov)3. Mətndə işlənmiş “harmoniya” sözünü hansı sözlə əvəz etmək olar?

A) Bərabərlik B) Ahəngdarlıq C) Saziş D) Razılıq E) Müvazinət

153KAMİLLİYƏ DOĞRU

4. Hansı mürəkkəb cümlə şərt mənası vermir?A) Xoruz banlamasa, səhər açılmaz?B) Anası nə qədər nəsihət etdisə, Cəmil razılaşmadı.C) Orxon-Yenisey əlifbasının sirri açılmasa idi, qədim türk tarixi haqqında

məlumatımız az olardı.D) Fermerlər məhsuldarlığı bir az da artırsalar, iqtisadiyyatımız lazımi

səviyyəyə qalxacaq.E) Bəlkə də, dostumun tənələri olmasa idi, mən məqsədimə doğru belə

inad la irəliləməzdim.

5. Hansı sadə cümləni mürəkkəb cümləyə çevirdikdə qarşılaşdırma mənasıverən mürəkkəb cümlə alınar?A) Suitiləri təhlükədən qorumaq üçün “Ovçular cəmiyyəti” bir sıra tədbirlər

həyata keçirdi.B) O, ailəsinin xoşbəxtliyini düşündüyünə görə dayanmadan işləyirdi. C) Uğursuzluqla qarşılaşdığımız zaman ruhdan düşməli deyilik.D) Beynəlxalq təşkilatların Dağlıq Qarabağ problemi ilə bağlı bir neçə qət na -

mə qəbul etməsinə baxmayaraq, bu məsələ hələ də həll olunma mış qalıb. E) Onun heç vaxt naxələflik etmədiyini hər kəs yaxşı bilirdi.

6. Hansı tabeli mürəkkəb cümlədə budaq cümlə sadələşəndə yer zərfliyi rolundaçıxış edir?A) Daş hasarın yanına çatmışdıq ki, güllə səsləri eşitdik.B) İkinci səhvin odur ki, başqalarının sözünü kəsirsən.C) Bir də bunu anladım ki, ötən günlər geri dönməz.D) Elə söz var, ömürboyu qəlbini bıçaq kimi dəlir.E) O yerdə ki böyük sözü eşidilir, orada bərəkət olur.

7. Cümlələrdən birində baş və budaq cümlə “ki” bağlayıcısı ilə əlaqələn mə -mişdir (durğu işarələri buraxılmışdır):A) Baxışları elə sərtləşdi ki bayaqkı məsumluqdan əsər-əlamət qalmadı.B) Razılığını bildirmək istəyirdi ki dostunun narazı baxışları ilə rastlaşdı.C) O yerdə ki səni arzulamırlar oraya getmə.D) Tanrıdan bir şey arzulayırdım ki daha müharibə olmasın.E) Bu elə bir andır ki söz aciz qalır.

8. Cümlələri tamamlayın. Hansı cümləni sadələşdirdikdə budaq cümlə zamanzərfliyi rolunda çıxış edər?A) Sözümüz ona görə çəpləşdi ki, ...B) Təbillər elə vurulurdu ki, ...C) Onlar o vədə gəlib çatdılar ki, ...D) Amma hələ də inana bilmirdi ki, ...E) Birinci səbəb bu idi ki, ...

154 V BÖLMƏ

155AZADLIQ MÜCAHİDLƏRİ

VI BÖLMƏAZADLIQ MÜCAHİDLƏRİ

Dərs №

Mövzu Məzmun standartlarıSaatsayı

Dərslik səh.

MMV səh.

21.Əlimərdan bəyTopçubaşovVasitəsiz və vasitəli nitq

2.2.3, 4.1.4, 3.1.3 3 142-145 156-160

22.Stalinlə ixtilal xatirələriVasitəsiz nitqdə durğuişarələri

2.2.1, 2.1.1, 2.1.2,2.2.3, 3.1.3, 4.1.3,4.1.4

3 146-151 160-165

23.Azərbaycanın ilk təhsilnaziriSitatlar

2.2.2, 1.1.1. 1.2.2,4.1.3, 3.1.3

2 152-157 165-169

24.

Əli bəy Hüseynzadə:rəssam, həkim, böyükdemokratTəkrar

2.2.1, 2.2.2, 1.1.2,4.1.3, 3.1.2

2 158-164 170-173

Kiçik summativ qiymətləndirmə 1 174-175

Böyük summativ qiymətləndirmə 1

Yekun12

Dərs 21. ƏLİMƏRDAN BƏY TOPÇUBAŞOV (3 saat)

Qeyd. Bu bölmədəki mətnlər 1918-20-ci illərdə mövcud olmuş Azərbay -can Xalq Cümhuriyyətinin ideoloqları və qurucularına həsr olun -muşdur. Nəzərə almaq lazımdır ki, bu mövzu Azərbaycan tarixifənni ilə inteqrasiya təşkil edir: 9-cu sinif. 4.1.1. Dövlətçiliyin möh -kəmlən diril məsində və inkişafında tarixi şəxsiyyətlərin (Məhəm mədƏmin Rəsulzadə, Nəriman Nərimanov, Heydər Əliyev, İlham Əliyev)rolunu dəyərləndirir.

MotivasiyaDərsə şagirdlərin 3-cü bölmədə Topçubaşılar nəsli haqqında aldıqları

məlumatları xatırlatmaqla başlamaq olar.1. Dərsliyin 3-cü bölməsində Topçubaşılar nəsli haqqında oxuduqlarınızı

xatırlayın. Bu nəslin daha hansı nümayəndələrini tanıyırsınız?Azərbaycan tarixi fənnindən Azərbaycan Xalq Cümhuriyyəti və onun quru -

cu ları haqqında geniş məlumat almış şagirdlər Əlimərdan bəy Topçubaşovu,bəziləri isə görkəmli həkim, cərrah Mustafa Topçubaşovu xatırlaya bilərlər.

Bundan sonra BİBÖ üsulunu tətbiq etmək olar:

Oxu vä söz ehtiyatı2.2.3. Mətndə irəli sürülmüş fikirləri dəyərləndirir.t Mətndəki faktları təhlil etməklə fikir yürüdür.Mətn tarixi faktlarla zəngin olduğundan “Qeydgötürmə” texnikasını tətbiq

etmək tövsiyə olunur. Oxu zamanı qeydləri aşağıdakı cədvəldə aparmaq müm -kündür. Cədvəlin nümunəsini nümayiş etdirərək onu dəftərə çəkib qeydləraparmaq tapşırılır.

Standartlar Təlim nəticələri2.2.3. Mətndə irəli sürülmüş fikirləri də -yərləndirir.

Mətndəki faktları təhlil etməklə fikiryürüdür.

4.1.4. Dialoqlarda və vasitəsiz nitqdəsözlərin böyük və kiçik hərflərlə ya zı lışqaydalarına əməl edir.

Vasitəli və vasitəsiz nitqi fərqləndirir.

3.1.3. Mətnin hissələri, abzaslar vəcümlələr arasında əlaqəni gözlə mək ləözünün və başqasının yazısını tək mil -ləşdirir.

Cümlələr arasında əlaqəni gözləməkləbaşqasının nitqini vasitəli və ya vasitə -siz nitq kimi ifadə edir.

Əlimərdan bəy Topçubaşov haqqında

Bilirəm İstəyirəm bilim Öyrəndim

156 VI BÖLMƏ

Mətnin oxusu başa çatdıqdan sonra (bu müddəti əvvəlcədən elan etməklazımdır) mətndə işlədilmiş podporuçik, mühərrirlik, fraksiya, memorandum,anneksiya, pakt, de-fakto sözlərinin mənasının kontekstdən çıxış edərək ay -dın laşdırılması tapşırılır. Tarix fənnindən şagirdlər bu sözlərlə tanışdırlar. Çə–tinlik çəksələr, lüğətə müraciət edə bilərlər.

Müəllim tərtib etdiyi faktoloji suallar vasitəsilə mətnin nə dərəcədə qavranıl -dığını yoxlaya bilər. Bu zaman şagirdlər cədvəl üzrə qeydlərindən istifadə edəbilərlər.

• Əlimərdan bəy Topçubaşov nə zaman və hansı ailədə anadan olub?• Tiflis gimnaziyasını bitirən Əlimərdan bəy təhsilini harada davam etdirdi,

bu təhsil onun sonrakı fəaliyyətinə necə təsir edib?• 1898-ci ildə Əlimərdan bəy Topçubaşov hansı qəzeti yaradır, onun

mühərrirliyini nə vaxta qədər davam etdirir?• Nə vaxt Rusiya Dövlət Dumasının deputatı seçilir? Deputat kimi

Əlimərdan bəy hansı fraksiyaya qoşulur?• AXC hökumətində Xarici İşlər naziri, parlament sədri kimi hansı tarixi

missiyanı yerinə yetirdi?• 1919-cu ildə Əlimərdan bəyin Paris sülh konfransında iştirak edərkən

atdığı hansı addımlar Azərbaycan Cümhuriyyəti üçün mühüm hadisə idi? Suallarla aparılan iş 3-cü çalışma ilə davam etdirilir. Uyğunluğu aşağıdakı

kimi müəyyən etmək olar:1. Mətndəki məlumatlara ziddir. – D. 1919-cu ildə Əlimərdan bəy AXC-nin

dünya dövlətləri tərəfindən de-fakto tanınmasına nail oldu.Qeyd. Mətndə deyilir ki, 1919-cu ildə Əlimərdan bəy Paris sülh konfran sında

Azərbaycan Respublikasının müstəqilliyinin tanınması tələbi ilə çıxışetdi. Lakin bir neçə abzas sonra deyilir: “1920-ci ilin yanvarındaƏlimərdan bəy Azərbaycan Cümhuriyyətinin Antanta Ali Şurası tərə -findən de-fakto tanınmasına nail olur”.

2. Mətndəki məlumatlara uyğundur. – C. 1918-ci ilin oktyabr-dekabr ayla -rında Ə.Topçubaşov AXC-də Xarici İşlər naziri vəzifəsini icra etmişdir.

Qeyd. 142-ci səhifədə deyilir: “1918-ci ilin oktyabrında onun Azərbaycan XalqCümhuriyyətinin Xarici İşlər naziri vəzifəsinə təyin olunması tamamilətəbii idi. İki ay sonra isə Əlimərdan bəy Topçubaşov Azərbaycan par-lamentinin sədri seçildi”.

3. Mətndə bu haqda məlumat yoxdur. – A. 1920-ci ilin mayında Ə.Topçu -başov Pa risə köçdü.

Qeyd. Bolşeviklər Azərbaycanda hakimiyyəti ələ keçirərkən Ə.Topçubaşovunharada olması barədə mətndə heç bir məlumat yoxdur.

4. Mətndə bu haqda məlumat olmasa da, belə bir nəticə çıxarmaq olar. –B. Prezident H.Əliyevin Fransaya ilk rəsmi səfəri 1993-cü ildə baş tutmuşdur.

Əlamətdar hadisə və ya fakt Zaman Tarixi əhəmiyyəti

157AZADLIQ MÜCAHİDLƏRİ

Qeyd. Mətndə Ə.Topçubaşovun 1934-cü ildə Parisdə vəfat etməsi haqdaməlumat verilir və deyilir: “59 il sonra Azərbaycan Prezidenti HeydərƏliyev dövlət başçısı kimi Fransaya ilk rəsmi səfəri zamanı Ə.Top -çu ba şovun məzarını zi ya rət etdi”.

Bu tapşırıq şagirdlərdə mətndəki faktları diqqətlə oxumaq və dəyərlən -dirmək bacarığını inkişaf etdirir. Tapşırığı yerinə yetirdikdən sonra BİBÖcədvəli üzərində iş yekunlaşdırıla bilər.

Dil qaydalarıFəndaxili üfüqi inteqrasiya4.1.4. Dialoqlarda və vasitəsiz nitqdə sözlərin böyük və kiçik hərflərlə

yazılış qaydalarına əməl edir. t Vasitəli və vasitəsiz nitqi fərqləndirir.3.1.3. Mətnin hissələri, abzaslar və cümlələr arasında əlaqəni gözlə -

məklə özünün və başqasının yazısını təkmilləşdirir. t Cümlələr arasında əlaqəni gözləməklə başqasının nitqini vasitəli və ya

vasitəsiz nitq kimi ifadə edir.Dil qaydaları üzrə təlim nəticəsinə nail olmaq üçün oxunmuş mətnin

mövzusu ilə bağlı nümunələr seçilmişdir.4-cü tapşırıqda mətndəki vasitəsiz nitq vasitəli nitq şəklində verilmişdir:

Şagirdlərə bu iki parçanı müqayisə etmək tapşırılır. Yaxşı olardı ki, müəl liminyönəldici sualları ilə şagirdlər özləri nəzəri materialda verilmiş nəticələrə gəl sin - lər, nəzəri material isə onların fikirlərinin ümumiləşdirilməsi kimi təqdim edilsin.

Müqayisə zamanı diqqət hər iki cümlənin eyni informasiya daşıdığına yö -nəl dilməlidir. Hər iki parçada müəllif başqasının fikrindən istifadə edir. Ça lış -maq lazımdır ki, şagirdlər mətndə istifadə olunmuş fikrin sahibini və bu fikrimüəyyənləşdirsinlər.

Bu parçalarda eyni şəxsin eyni fikrindən istifadə edilib: Vudro VilsonBirinci cümlədə onun fikri olduğu kimi verilib: Bundan sonra Azərbaycan xalqı

öz azadlıq və müstəqilliyini qoruyub saxlamaq işində Amerikanın kömə yi ni vəyardımını alacaqdır.

İkinci parçada isə bu fikir bir qədər dəyişikliyə məruz qalıb, daha doğrusu,məzmunu saxlanılıb: bundan sonra Amerika Azərbaycan xalqına onunazadlıq mübarizəsində hər cür yardım göstərəcəkdir.

MƏTNDƏTopçubaşovla görüşdən sonra Vudro

Vilson Azərbaycan nümayəndə heyətinəmüraciət edərək:

– Bundan sonra Azərbaycan xalqı özazadlıq və müstəqilliyini qoruyub saxla-maq işində Amerikanın köməyini və yar -dı mını alacaqdır, – deyə öz dəs tə yini bildirir.

TAPŞIRIQDATopçubaşovla görüşdən sonra Vudro

Vilson Azərbaycan nümayəndə heyətinəbildirdi ki, bundan sonra Amerika Azər -bay can xalqına onun azadlıq mübari -zəsində hər cür yardım göstərəcəkdir.

158 VI BÖLMƏ

5-ci çalışmada şagirdlər qazandıqları bilikləri tətbiq edərək vasitəsiz nitqivasitəli nitq şəklinə salmalıdırlar:

Ə.Topçubaşov Parisdən Azərbaycan Respublikasının baş naziri Nəsib bəy Yu -sif bəyliyə yazırdı ki, siyasət qədər çox elastik və dəyişkən heç nə yoxdur... Onlarında azad və müstəqil yaşamaq ümidlərinin möhkəmləndiyi bir dövr baş la nır.Topçubaşovun yazdığına görə, onlar heç vaxt ümidlərini itirməmişdilər... Xal qınmüs təqil yaşaya biləcəyinə, istənilən yolla müstəqillik əldə edəcəyinə inan mış dılar...

6-cı tapşırıq da eyni məqsəd daşıyır, lakin burada şagirdlər vasitəli nitqivasitəsiz nitqə çevirərək irihəcmli dialoq yaratmalıdırlar. Bu fəaliyyət dil qay -da ları ilə yanaşı, şagirdlərin “Yazı” məzmun xətti üzrə “3.1.3. Mətnin his sə -ləri, abzaslar və cümlələr arasında əlaqəni gözləməklə özünün və baş qa sınınyazısını təkmilləşdirir” standartından çıxan təlim nəticəsinə yi yə lənmələrinəşərait yaradır.

Mətn belə olmalıdır:Paris sülh konfransında Ə.Topçubaşovla tanış olan Heyk ondan soruşur:– Necə düşünürsünüz, Qafqaz xalqları yenə Rusiya ilə birgə olmağa

razılaşarlarmı?– Ruslarda sürətlə sosializm, özü də ifrat sosializm olan bolşevizm ide ya ları

yayılır. Bizim xalqımız bu cür ideyaları nə qəbul edə, nə də onlara dözə bilər, –deyə Ə.Topçubaşov cavab verir.

– Bəli, doğrudan da, bu ideyalar hətta bizim demokratiya haqda təsəv vür lə ri -mizə də uyğun gəlmir, – Heyk Əlimərdan bəylə razılaşır. – Onlar qurmur, ancaqdağıdırlar. Mən sizi tamamilə anlayıram. Həm də ki sizin xalqınız islama sitayiş edir.

Ə.Topçubaşov Heykin nəyə eyham vurduğunu anlayır:– Bilirsiniz, islam demokratik dindir, – deyir. – Əgər onu dərindən anlasaq, çox

sadə və aydın din olduğunu görərik. Bizim xalqımız sosializmin əleyhinə deyil,ancaq maddi mədəniyyətin dağıdılması və özgə malının zorla alınması bizimüçün qəbuledilməzdir.

– Bu, tamamilə düzgün fikirdir, – Heyk deyir. – Deməli, sizin xalqınızın ictimaiquruluş haqda təsəvvürləri sağlamdır.

– Sizdən bunu öz hökumətinizin nəzərinə çatdırmağı rica edirəm.

Mətnin kompleks təhliliKompleks təhlil üçün nəzərdə tutulmuş parça Ə.Topçubaşov haqqında

yeni məlumatlar verir. Başqırdıstan milli hərəkatının lideri Zəki Vəlidi Toğanın“Xatirələr”indən bir parça olan bu mətnin təhlili üçün nəzərdə tutulan ilk tap -şırıq şagirdlərdə əvvəlcə aldıqları məlumatlarla yeni məlumatı müqayisə vətəhlil etmək bacarığı formalaşdırır.

2-3-cü tapşırıqlar da mətndə irəli sürülmüş faktları dəyərləndirməyə xidmətedir. 4-5-ci tapşırıqlar əvvəlki dərslərdə qazanılmış bacarıqları möhkəm lən -dirir. Bu tapşırıqlarda cümlənin quruluşca növünü müəyyənləş dir mək, sadəcümləni mürəkkəb cümləyə çevirmək tələb olunur:

1. Gələcəyimizi xə bər vermək üçün Əlimərdan bəyə zəng et dik.Əlimərdan bəyə zəng et dik ki, gələcəyimizi xə bər verək. 2. Əli mərdan bəy gələcəyimiz vaxtı dəqiq bilir miş kimi bizi qa pının önündə qar şı ladı.

159AZADLIQ MÜCAHİDLƏRİ

Əli mərdan bəy bizi qa pının önündə elə qar şı ladı ki, sanki gələcəyimiz vaxtı dəqiqbilir miş. 3. 1917-ci ildə Moskva da Rusiya Mü səlmanlar İttifaqının Konqresi və bir qə dərsonra “Rusiya Döv lət Konqresi” ilə əla qə dar eyni mövqeyi mü da fiə etdiyimizə görəbir-biri mi zə yaxşı isiniş miş dik. Biz bir-biri mi zə yaxşı isiniş miş dik, çünki 1917-ci ildə Moskva da Rusiya Mü səl man -lar İttifaqının Konqresi və bir qə dər sonra “Rusiya Döv lət Konqresi” ilə əla qə darey ni mövqeyi mü da fiə etmişdik.4. Şəhər kənarında, Sen-Klu adlanan mə həl lədəki evləri dəmiryol xəttinin altın daoldu ğu na görə hər dəfə qatar keçəndə böyük gu rultu eşi dilirdi. Hər dəfə qatar keçəndə böyük gu rultu eşi dilirdi, çünki şəhər kənarında, Sen-Kluadlanan mə həl lədəki evləri dəmiryol xəttinin altın da idi. 5. Lakin söhbətlə ri miz çox ciddi və sə mi mi olduğundan qa tar ların səsini belə eşit -mirdim. Lakin qa tar ların səsini belə eşit mirdim, çünki söhbətlə ri miz çox ciddi və sə mi mi idi.

QiymətləndirməGirişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 21-23), müxtəlif ba carıqların

yoxlanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.

Dərs 22. STALİNLƏ İXTİLAL XATİRƏLƏRİ (3 saat)Standartlar Təlim nəticələri

2.2.1. Mətni düzgün intonasiya ilə oxu -yur.

Dialoji mətni oxuyarkən səs tonunu, jestvə mimikalarını obrazların xarak terinəuyğunlaşdırır.

2.1.1. Tanış olmayan söz və ifadə lə rinkontekstə uyğun mənasını şərh edir.

Mətndə rast gəldiyi sözlərin mənasınışərh etməklə leksik kateqoriyasını müəy - yənləşdirir.

2.1.2. Həqiqi və məcazi mənalı söz vəifadələrin mənasını kontekstə uy ğundəqiqləşdirməklə şərh edir.

Mətndə rast gəldiyi sözlərin lüğətdəkimənası ilə kontekstdəki mənası arasın -dakı fərqi və bu fərqin səbəblərini izah edir.

2.2.3. Mətndə irəli sürülmüş fikirləridəyərləndirir.

Mətndəki obraz, tarixi şəxsiyyət haq qın -da fikir yürütmək üçün müvafiq epizod-lardan istifadə edir.

3.1.3. Mətnin hissələri, abzaslar vəcümlələr arasında əlaqəni gözlə mək ləözünün və başqasının yazısını tək -milləşdirir.

Mətnə ağırlıq gətirən mürəkkəb feili tər -kibli cümlələri bir neçə cümlə şəklin dəifadə edərkən mətnin rabitəliliyini qor u -yub saxlayır.

4.1.3. Mürəkkəb cümlədə, vasitəsiznitqdə durğu işarələrindən istifadə edir.

Müəllif sözləri ilə vasitəsiz nitq arasındamüvafiq durğu işarələrindən istifadə edir.

4.1.4. Dialoqlarda və vasitəsiz nitqdəsözlərin böyük və kiçik hərflərlə ya zı lışqaydalarına əməl edir.

Müəllif sözləri ilə vasitəsiz nitqin növ -bələşdiyi mətn parçalarında sözlərinböyük və kiçik hərflərlə yazılış qayda -larına əməl edir.

160 VI BÖLMƏ

MotivasiyaDərsliyin 144-cü səhifəsində qoyulmuş tapşırıqla motivasiya yaratmaq olar.

1. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonraMəhəmməd Əmin Rəsulzadənin taleyi haqqında bildiklərinizi söyləyin.Ola bilsin ki, şagirdlər M.Ə.Rəsulzadənin “Əsrimizin Siyavuşu”, “Stalinlə

ixtilal xatirələri” əsərləri ilə tanışdırlar və ya tarix dərsliklərində böyük azadlıqcarçısının bioqrafiyası haqqında məlumat almışlar.

Şagirdlərin fikirləri ümumiləşdirildikdən sonra müəllim oxunacaq mətnləbağlı belə bir məlumat verə bilər:

Məhəmməd Əmin Rəsulzadənin Stalinlə bağlı xatirələri Türkiyədə“Dünya” qəzetinin 1954-cü il may–iyun nömrələrində 28 məqalədə çapedilmişdir. “M.Ə.Rəsulzadə kimdir?” adlı bioqrafik yazı da bu məqa lələrəəlavə edilmişdir. M.Ə.Rəsulzadənin xatirələrinin tam adı orijinalda “Birtürk milliyyətçisinin Stalinlə ixtilal xatirələri” adlanır. Xatirələrdə Stali ninvə stalinizmin mahiyyətinin açılması ilə yanaşı, əsrimizin ilk on illə rindəAzər baycanda gedən çox maraqlı proseslər təsvir edilir.

Oxu vä söz ehtiyatı2.2.1. Mətni düzgün intonasiya ilə oxuyur.t Dialoji mətni oxuyarkən səs tonunu, jest və mimikalarını obrazların

xarak terinə uyğunlaşdırır.Mətn dialoqlarla, müxtəlif psixoloji ovqatların təsviri ilə zəngindir. Bu mə -

qam ları şagirdlərin necə duyduqları, bu duyğuları oxu texnikasında necə ifadəetmələri müşahidə olunur. Oxuya başlamazdan əvvəl şagirdlərə bu barədəxəbərdarlıq edilir. Müəllim əvvəlcə bir parçanı özü nümunə kimi oxuya bilər.Dialoq və vasitəsiz nitq nü munələrinin oxusu zamanı səs tonunun dəyişməsihallarına, bu məqam lar da fikir sahiblərinin ovqatından asılı olaraq jest vəmimikalarının necə əlaqə ləndiyinə diqqət yetirilir. Şəraitdən asılı olaraqdialoqları rollarla da oxutmaq olar.

2.1.1. Tanış olmayan söz və ifadələrin kontekstə uyğun mənasını şərhedir.

t Mətndə rast gəldiyi sözlərin mənasını şərh etməklə leksik kateqoriyasınımüəyyənləşdirir.

Oxu qurtardıqdan sonra 2-ci çalışmada göstərildiyi kimi, kontekstdən çıxışedərək “xitab etmək”, “koridor”, “uniforma”, “ixtilalçı”, “dosye”, “ləhzə”, “zat”, “dik -tatura”, “komissarlıq”, “iltifat”,“taktika”, “surət” sözlərinin mənaları izah olu nur vədərsliyin sonundakı lüğətdə verilmiş izahlarla müqayisə edilir. Həmin sözləriaşağıdakı kateqoriyalar üzrə qruplaşdırmağı tapşırmaq tövsiyə olunur. (Fən -da xili şaquli inteqrasiya, V sinif, st. 4.1.2)

• Rus-Avropa mənşəli sözlər: koridor, uniforma, dosye, diktatura, taktika.• Ərəb-fars mənşəli sözlər: ləhzə, zat, iltifat, surət, xitab etmək.• Arxaizmlər: xitab, ixtilal, komissarlıq.

161AZADLIQ MÜCAHİDLƏRİ

2.1.2. Həqiqi və məcazi mənalı söz və ifadələrin mənasını kontekstəuyğun dəqiqləşdirməklə şərh edir.

t Mətndə rast gəldiyi sözlərin lüğətdəki mənası ilə kontekstdəki mənasıarasındakı fərqi və bu fərqin səbəblərini izah edir.

3-cü tapşırıq. Mətnin 1-ci hissəsində fərqləndirilmiş “xərclənməyə”, “bu -raxın”, “töhmətilə” sözlərinin kontekstə görə mənaları izah edilir. Eyni zaman -da “xərclənməyə” sözünün dırnaq arasında yazılmasının səbəbi araşdırılır.

Hər üç söz bu və ya digər formada kontekstdə fərqli məna daşıyır. “Xərc lən - mək” sözü həqiqi mənada deyil, məcazi mənada işlənib. Həbsxana leksiko-nunda həmin söz edama və ya güllələnməyə aparılmaq an lamında işlənir.M.Ə.Rəsulzadənin bolşevik çevrilişindən sonra Bakı həbs xa na sında saxlanıl -dığı günlərdə hər an bolşeviklər tərəfindən edam olunma ehtimalı vardı.

“Buraxmaq” sözünün də lüğətlərdə müxtəlif mənaları verilib: 1) əlini açaraqəlindəki, yaxud əli və s. ilə tutduğu şeyin çıxmasına, düşməsinə, getməsinəimkan vermək, daha tutub saxlamamaq; 2) içərisindən keçirmək, bir şeyin öziçərisindən keçməsinə imkan vermək; 3) bir yerə daxil olmağa, keçməyə icazəvermək, girməsinə, daxil olmasına mane olmamaq; 4) yol vermək, imkanvermək, qoymaq, razı olmaq.

Mətndə isə bu söz sonuncu anlama uyğun olmaqla məcazi mənada işlədilib.Qeyd. Mətndə bu söz rus dilindən hərfi tərcümə – kalka kimi işlədilib:

“Оставьте нас” – “Bizi buraxın”. Şagirdlərə bu fikri də çatdırmaq olar.Şagirdlər mətndəki “töhmət” sözünün də Azərbaycan dilinin izahlı lüğətin -

dəki mənaya (danlama, məzəmmət, danlaq) uyğun gəlmədiyini aşkar edəbilərlər. Onlara bildirmək lazımdır ki, ərəb dilindən alınmış bu söz “ittiham”sözü ilə eyni kökdəndir və burada məhz “Birinə qarşı irəli sürülən günah,təqsir, suç” mənasında işlənmişdir.

4-cü tapşırıq dil qaydaları ilə fəndaxili inteqrasiya yaradır.4. “D-r. Nəriman” ifadəsindəki “d-r.” hansı sözün ixtisarıdır? Bu cür

abreviaturalara başqa misallar gətirin.

Qeyd. Nəzərə almaq lazımdır ki, əvvəlki siniflərdə şagirdlərə “abreviatura” ter-mini öyrədilməyib. Lakin tapşırığın şərtindən bu sözün ixtisar olduğu bi -linir. Bununla belə, müəllim abreviaturanın bir neçə növünə – mürək kəbadların ixtisarına, sözün baş hərfinin və ya bir hissəsinin sax la nıl ması iləyaranan abreviaturalara (m – metr, Mb – meqabayt və s.) misal gətirə bilər.

2.2.3. Mətndə irəli sürülmüş fikirləri dəyərləndirir.t Mətndəki obraz, tarixi şəxsiyyət haq qın da fikir yürütmək üçün müvafiq

epizodlardan istifadə edir.5-ci tapşırıq yerinə yetirilərkən mətnin 1-ci hissəsində hadisələrin Bakıda

cərəyan etdiyini müəyyənləşdirmək çox da çətin deyil. Şagirdlər MəhəmmədƏminin bioqrafiyası ilə yaxından tanış olmasalar, seçim qarşısında qalabilərlər: Bakı, yoxsa Moskva? Lakin M.Ə.Rəsulzadə ilə Stalinin dialoqunu diq -qətlə oxuyanlar Stalinin “mənimlə bərabər Moskvaya gedək” cümləsinə nəzəryetirib hadisələrin Bakı həbsxanasında baş verdiyini deyə bilərlər.

162 VI BÖLMƏ

2-ci hissədə isə hadisələrin Moskvada cərəyan etdiyini müəyyənləşdirməküçün Millətlər Komissarlığı, komissarlığın baş katibi Braydo, “Şərqi öyrənməişləri ilə məşğul olacaq cəmiyyət” kimi ifadələrə diqqət yetirilməlidir.

6-cı tapşırıq vasitəsilə şagirdlərin diqqətini Stalin obrazına yönəltməkmümkündür. Dialoq zamanı Stalinin fikirləri onun xarakterini açmağa imkanverir. Yerli bolşeviklərin böyük çoxluğunun Rəsulzadənin ya öldürülməsini, yada ömürlük olaraq həbsdə saxlanılmasını tələb etmələrinə baxmayaraq, Stali -nin ona bu cəzaları rəva görməməsi qəribə və maraqlıdır. İdeoloji cəhətdənrəqib olsalar da, köhnə mübarizə yoldaşı olmalarını xatırlatmaq üçün kitabınbaşqa hissələrindən dinləmə mətni kimi istifadə etmək olar.

Kobanın Vışinskiyə bir təbliği (iradı)(“Stalinlə ixtilal xatirələri”ndən)

Günün birində Bakı civarında Qaraşəhər deyilən bir məhəllədə idik. Ge cə -nin gec saatlarında bir dülgər atelyesində müxtəlif inqilabi təşkilatlara mən subnümayəndələrdən ibarət bir konfransda idik. Müzakirələr bolşe vik-men şe vik gö - rüşü üzərində cərəyan edirdi. Bolşevik görüşünü Koba, yəni Stalin, men şevikgö rüşünü isə indi sovetlərin millətlərarası sözçülüyünü yapan Andrey Vışinskimü da fiə edirdi.

O zaman azərbaycanca dərc edilən milli müxalifət orqanı “Təkamül” qə ze -təsini bu toplantıda mən təmsil edirdim. Müzakirələr rusca idi. Rus olmayan birçoxları kimi mənim ruscam da çox mükəmməl sayılmazdı. Üslub və qramma -tik xətası da yapmamış deyildim. Müzakirədə təmsil etdiyim milli müxalifət cə -rə yanının bolşevik istiqamətinə üstünlük verən bir ifadəm vardı. Bunu həzmet məyən ozamankı menşevik Vışinski yapdığım yanlışlıqlara eyhamla:

– Yoldaş, ədəbi deyil!.. – deyə üslubuma sataşdı. Koba isə dərhal:– Haydı, yoldaş Vışinski, bir çıxıb türkcə, azərbaycanca danış, baxaq kim

daha ədəbi danışır?.. – deyə ona qarşı çıxdı.

7-ci tapşırıq. Mətndə M.Ə.Rəsulzadənin xarakterinə xas olan qətiyyət, dön -məzlik, mübarizlik, prinsipiallıq, milli ideallara sədaqət kimi xüsusiyyətlər özəksini tapıb.

Yazı3.1.3. Mətnin hissələri, abzaslar və cümlələr arasında əlaqəni gözlə -

mək lə özünün və başqasının yazısını təkmilləşdirir. t Mətnə ağırlıq gətirən mürəkkəb feili tərkibli cümlələri bir neçə cümlə

şəklində ifadə edərkən mətnin rabitəliliyini qoruyub saxlayır.

8-9-cu tapşırıqlar şagirdlərin redaktə bacarıqlarının inkişaf etdiril məsininəzərdə tutur.

8-ci tapşırıq. Redaktə nümunəsi:Millətlər Komissarlığı Şərqi öyrənməklə məşğul olacaq elmi cəmiyyə tin təş -

kilinə qərar vermişdi. Bu cəmiyyət Rusiyanın tanınmış şərqşünas larından təş kilolunmalı idi. Orada sovetlərdəki millət lərin elm sahə sində nüfuzlu nü ma yəndələridə iştirak edəcəkdi. Mənə də bu cəmiyyətə sədrlik təklif olu nurdu.

163AZADLIQ MÜCAHİDLƏRİ

9. Cütlərlə iş. Mətndə göy rənglə verilmiş cümlələr üzərində təkmilləş -dirmə işi aparmaqla onları daha sadə və anlaşıqlı şəkildə ifadə edin.Ø Birinci cümlədəki fikri iki cümlə ilə ifadə edin.

“Müsavat” partiyasına mənsub olmaq töhmətilə işçilərin qruplar halındagüllələndiyi bir yerdə bu firqənin lideri qalaraq vəziyyətinin yaxşı olacağınıdüşünəcək qədər sadə deyiləm.

Redaktə: Bir çox işçilər “Müsavat” partiyasına mənsub olduqlarına görəqruplar halında güllələnirlər. Mən o qədər də sadə deyiləm ki, bu firqənin lideriola-ola vəziyyətimin yaxşı olacağını düşünüm.

Ø 2-ci və 3-cü cümlələrdə təkrar olunan sözlərə diqqət yetirin. Bu cüm lə -ləri tabeli mürəkkəb cümlə kimi ifadə edin.

...özümü məşhur alimlərin iştirak edəcəkləri səlahiyyətli bir elmi müəssisə -nin sədri olacaq bir səlahiyyətdə görmürəm.

Redaktə: Məncə, elə bir imkana malik deyiləm ki, məşhur alimlərin iştirakedəcəkləri səlahiyyətli bir elmi müəssisənin sədri olum.

Maddələrdən birində üzvlərin 51 faizinin Kommunist Partiyası nümayəndə -lərindən olmasının zəruri olduğunun yazıldığını gördüm.

Redaktə: Maddələrdən birində gördüm ki, üzvlərin 51 faizi KommunistPartiyası nümayəndə ləri olmalıdır.

Dil qaydaları4.1.3. Mürəkkəb cümlədə, vasitəsiz nitqdə durğu işarələrindən

istifadə edir.t Müəllif sözləri ilə vasitəsiz nitq arasında müvafiq durğu işarələrindən

istifadə edir.4.1.4. Dialoqlarda və vasitəsiz nitqdə sözlərin böyük və kiçik hərflərlə

yazılış qaydalarına əməl edir. t Müəllif sözləri ilə vasitəsiz nitqin növbələşdiyi mətn parçalarında sözlərin

böyük və kiçik hərflərlə yazılış qaydalarına əməl edir.Bu dərsdə şagirdlərin oxuduqları mətndə dialoqların çoxluğu dil qaydaları

ilə bağlı nəzərdə tutulan təlim nəticəsinə nail olmağa imkan verir. Ona görədə motivasiya mərhələsində həmin materialdan nümunə kimi istifadə edilir(10-cu tapşırıq). Şagirdlər dialoqlardakı durğu işarələrini araşdırmaqla özləribu qaydalarla bağlı müəyyən nəticələrə gəlirlər.

Qeyd. Çalışmaq lazımdır ki, şagirdlər müəllif sözləri ilə obrazların nitqi (vasi tə -siz nitq) arasındakı sərhədi müəyyən etməyə alışsınlar. Bu sərhədi mü əy - yən etmədən durğu işarələrini düzgün işlətmək mümkün deyil. Durğuişa rələri də məhz bu sərhədi işarə etmək üçündür. Sərhədi müəyyən -ləş dirdikdən sonra təklif edin ki, durğu işarələrinin işlənməsi ilə bağlı birqayda düzəltsinlər (müşahidə əsasında). Sonra həmin qayda əsasındavasitəsiz nitqli cümlənin sxemini çəkdirin. M: “V”, – m: “V”, – m.

“Qrammatika” rubrikasında verilmiş “Vasitəsiz nitqdə durğu işarələri” nəzərimaterialı ilə şagirdlərin nəticələri müqayisə edilir.

164 VI BÖLMƏ

Qaydanın necə mənimsənildiyini yoxlamaq və onu bacarığa çevirmək üçün11-ci tapşırıq üzərində iş aparılır.

12-ci tapşırığı yerinə yetirməklə şagirdlər vasitəsiz nitq olan mətndə durğuişarələrinin işlənməsi və sözlərin böyük və kiçik hərflə yazılışı qaydalarınısxemlərlə ifadə etməyi öyrənirlər.

13-cü tapşırıqda verilmiş vasitəsiz nitqli cümlələri müşahidə əsasındavasitəsiz nitqdə durğu işarələrinin düzgün işlədilməsi, böyük və kiçik hərflərləyazılma qaydalarını şagirdlər özləri hazırlayırlar. Yaxşı olar ki, bu qaydalarsxem şəklində ifadə edilsin.

14-cü tapşırıq vasitəsiz nitqdə sözlərin böyük və ya kiçik hərflə yazılışıqaydalarını daha dərindən mənimsəməyə yönəlib.

Mətnin kompleks təhliliİlk tapşırıq mətndə irəli sürülmüş fikirləri dəyərləndirmə bacarığını yoxla -

ma ğa xidmət edir. Epizoddan məlum olur ki, kasıbların müdafiəçisi kimi haki -miy yətə gəlmiş bolşevikləri, əslində, məzlumların vəziyyəti qətiyyənmaraq landırmır.

2-ci tapşırıq 4.1.3 standartının nə dərəcədə reallaşdırıldığını yoxlayır.3-8-ci tapşırıqlar da dil qaydaları ilə bağlıdır:Digər tapşırıqlar fəndaxili inteqrasiyaya xidmət edir.

QiymətləndirməGirişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 21-23), müxtəlif ba carıqların

yoxlanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.

Dərs 23. AZƏRBAYCANIN İLK TƏHSİL NAZİRİ (2 saat)

Standartlar Təlim nəticələri2.2.2. Tərkib hissələri arasında əla qənigözləməklə mətni genişlən dirir.

Mövzu üzrə əldə etdiyi məlumatları mət - nin müvafiq hissələrinə əlavə edir.

1.1.1. Danışanın mövzuya müna si -bətini müəyyən etmək üçün tədqi qatxarakterli suallar verir.

Mövzu üzrə fikirlərini tam formalaş dır -maq üçün faktoloji suallar verir.

1.2.2. Müxtəlif tipli rabitəli nitq nü mu -nələri qurur.

Müzakirəyə giriş vermək üçün kiçik -həcmli məruzə ilə çıxış edir.

4.1.3. Mürəkkəb cümlədə, vasitəsiznitqdə durğu işarələrindən istifadə edir.

Sitatlardan istifadə edərkən müvafiqdurğu işarələrindən istifadə edir.

3.1.3. Mətnin hissələri, abzaslar vəcümlələr arasında əlaqəni göz lə mək ləözünün və başqasının yazısını təkmil -ləş dirir.

Sitatlarla müəllif nitqi arasındakı əlaqənigözləməklə məlumat xarakterli mətnhazırlayır.

165AZADLIQ MÜCAHİDLƏRİ

MotivasiyaAzərbaycan Xalq Cümhuriyyəti hökumətində təmsil olunmuş nazir və baş

nazirlərdən bir neçəsinin şəkilləri nümayiş etdirilir. Şagirdlər tanıdıqları şəxsiy -yətlər barədə danışırlar.

Oxu 2.2.2. Tərkib hissələri arasında əlaqəni gözləməklə mətni genişlən -

dirir. t Mövzu üzrə əldə etdiyi məlumatları mət nin müvafiq hissələrinə əlavə edir.Mətn “Qeydgötürmə” texnikası ilə oxunur. Mətndə Nəsib bəy Yusifbəyli ilə

bağlı hadisə və faktları seçib qeyd etmək tapşırılır.

Oxudan sonra mətndəki fikirləri necə dəyərləndirdiklərini yoxlamaq üçünsinfə suallarla müraciət edilir:

– Azərbaycanın istiqlaliyyət tarixində Nəsib bəy Yusifbəylinin rolunu necədəyərləndirirsiniz?

– Nəsib bəy hansı ailədə anadan olmuşdur?– Nəsib bəy Yusifbəyli təhsilini harada almışdır?– Nəsib bəy Azərbaycan siyasi fikir tarixində iz qoymuş hansı partiyanın

yaradıcılarındandır? və s.Oxu məzmun xətti üzrə iş 2-ci tapşırığın icrası ilə davam etdirilir. Verilmiş

parçaları mətnin müvafiq hissələrinə əlavə etmək nəzərdə tutulur. A, B, C, Dişarələri ilə qeyd edilmiş parçalarda mətnlə əlaqəli informasiyalar verilmişdir.Mətni diqqətlə oxuyan, oradakı fikirləri düzgün qiymətləndirən şagirdlər par -çalarla mətn arasındakı əlaqələri duya biləcəklər.

A – səh. 151, 5-ci abzasdan sonra.Şərh. N.Yusifbəylinin AXC hökumətində təmsilçiliyi, dövlət quruculuğunda

göstərdiyi xidmətlər 153-cü səhifədə 3–5-ci abzaslarda öz əksinitapıb. Bu abzaslarda onun ZDFR-də xalq maarif naziri kimi başladığıişlərdən, AXC höku mətində də eyni vəzifəni daşımasından, dahasonra isə baş nazir kimi fəaliyyətindən söz açılır.

B – səh. 150, 4-cü abzas.Şərh. Mətnin 152-ci səhifədə verilmiş 4-cü abzası bu cümlə ilə başlayır:

“Gən cədə yaşayarkən Nəsib bəy Yusifbəyli siyasi fəaliyyətə qoşulur”.Elə həmin cümlədən sonra “B” ilə işarə edilmiş parçanı əlavə etməklazımdır.

C – səh. 150, 3-cü abzas.

Əlamətdar hadisə və yafakt

Zaman Tarixi əhəmiyyəti

166 VI BÖLMƏ

Şərh. Mətnin ilk 3-cü abzasında Nəsib bəyin təhsili ilə əlaqədar olaraq Bağ -çasaraya köçməsindən bəhs edilir. “C” parçası həmin abzasın 2-cicümləsindən sonra gəlsə, tərkib hissələri arasında əlaqə pozulmaz.

D – 150-ci səhifədəki 3-cü abzas “D” parçası ilə başlasa, məzmun ardı cıl -lığı pozulmaz.

Mətndə irəli sürülmüş fikirləri dəyərləndirmək baxımından 3-cü tapşırıq damaraqlıdır. Buradakı uyğunluğu aşağıdakı kimi müəyyən etmək olar:

A – 2, 3, 5; B – 4, 6; C – 1.

Dinlämä vä danışma1.1.1. Danışanın mövzuya münasibətini müəyyən etmək üçün tədqi -

qat xarakterli suallar verir. t Mövzu üzrə fikirlərini tam formalaşdırmaq üçün faktoloji suallar verir.1.2.2. Müxtəlif tipli rabitəli nitq nümunələri qurur.t Müzakirəyə giriş vermək üçün kiçikhəcmli məruzə ilə çıxış edir.4-cü tapşırığın şərti ilə tanış olan şagirdlərin diqqəti əvvəlcə “Nitq

bacarıqları” rubrikasında verilmiş “Auditoriyanı necə ələ almalı” mətninəyönəldilir. Müəllim hər bir tezisə əməl etməyin vacibliyini vurğulayır.

Tapşırıqda müzakirəni təşkil etmək üçün tövsiyələr verilir:Ø Həmin dövrün hərbi-siyasi mənzə rəsini təsvir edin.Ø AXC hökumətinin süqutunun obyektiv və subyektiv səbəblərini

sadalayın.Müzakirəni aşağıdakı kimi təşkil etmək olar:1. Yuxarıda göstərilən mövzular üzrə məlumat vermək üçün tarix fənnindən

yüksək göstəriciləri olan şagirdlər arasında məruzəçi (və ya həmməruzəçilər)seçilir.

2. Məruzəçilərə tapşırılır ki, çıxış zamanı daha çox müzakirənin əsasmövzusuna (“Azərbaycan Xalq Cümhuriy yə tinin qurucuları ölkənin müs - təqilliyini qoruyub saxla ya bi lər dilərmi?”) aydınlıq gətirən məqamlara toxun-sunlar.

3. Digər müzakirə iştirakçılarına tapşırılır ki, məruzələri diqqətlə dinləsinlər,müzakirənin əsas mövzusu üzrə çıxışa hazırlaşmaq üçün özlərinə qeydlərgötürsünlər və məruzəçilərə suallar versinlər.

4. Giriş məruzələri bitdikdən sonra məruzəçiləri moderator(lar) əvəz edirvə əsas mövzu üzrə müzakirə keçirilir.

Dil qaydaları4.1.3. Mürəkkəb cümlədə, vasitəsiz nitqdə durğu işarələrindən istifadə

edir. t Sitatlardan istifadə edərkən müvafiq durğu işarələrindən istifadə edir.

5-ci tapşırıq sitat haqqında ümumi təsəvvür yaradır.

167AZADLIQ MÜCAHİDLƏRİ

5. Aşağıdakı mətn parçasını oxuyun. Sizcə, nə üçün bəzi cümlələr vəsözlər arasında üç nöqtə qoyulmuşdur?Müxtəlif cavablar verilə bilər. Şagirdlər həmin işarənin mətndə ixtisarlar

getməsi ilə bağlı olduğunu deyə bilərlər. Onların fikirləri genişləndirilir və beləbir nəticə əldə olunur: “Dırnaq arasında verilmiş mətn vasitəsiz nitqdir. Ondadəyişiklik edilə bilməz. Lakin ixtisarlar oluna bilər. Bunun üçün ixtisar olunanhissə üç nöqtə ilə göstərilməlidir”.

Bundan sonra şagirdlər “Qrammatika” rubrikasında verilmiş sitatlar haqqın -da nəzəri məlumatla tanış edilir.

6-cı tapşırığın cütlərdə yerinə yetirilməsi nəzərdə tutulub. Cümlələrdə müx -tə lif mənbələrdən götürülmüş sitatlar müəyyən məna daşıyır.

1. Hələ də bəziləri “yel dəyirmanları ilə döyüşməklə” ad qazanmaq xəyalın -da dır. (Məşhur qəhrəman Don Kixotun mənasız döyüşlə ad çıxarmağınaişarədir.)

2. Müdrik insanlar “başı kəsdirən yox, savaşı kəsən” sözə üstünlük verirlər.(Şah İsmayıl Xətainin aşağıdakı misralarından götürülüb:

Söz var kəsdirər başı,Söz var kəsər savaşı...)3. Bəzən vəzifəni layiqincə yerinə yetirə bilmək üçün “barmağını kəsib

yerinə duz basmalı” olursan. (“Məlikməmməd” nağılından götürülüb, dözüm-lülük dərəcəsini göstərmək məqsədi daşıyır.)

4. Həyatda hər şeyə “bir molla, bir kəllə qənd, üç manat pul” ilə nail olmaqmümkün deyil. (“Arşın mal alan” musiqili komediyasından götürülüb, hər birişi operativliklə, “tezbazar” yerinə yetirmək istəyinə işarədir.)

5. Vətən torpağının “qayasında bitən mamırı” olmağı bacarmayan insan-dan əsl vətəndaş çıxmaz. (M.Arazın məşhur “Vətən mənə oğul desə, nə dər -dim, mamır olub qayasında bitərdim” misralarından götürülüb, Vətən üçünhər şeyə hazır olmaq mənası daşıyır.)

6. Vətən həsrəti ilə necə yanmalısan ki, Bakını “neft qoxan gülə” bənzədə -sən. (Almas İldırımın Azərbaycana xitabən söylədiyi şeirdən götürülmüş ifadəVətən həsrətinin şiddətini ifadə etmək üçün seçilib.)

7-ci tapşırıq sitatlarda durğu işarələrinin və sözlərin böyük və kiçik hərfləyazılışı arasındakı fərqi müəyyənləşdirməyi nəzərdə tutur. Müşahidələr əsa -sında gəldikləri nəticələri qayda şəklində ifadə etmək üçün şagirdlər bundanəvvəlki dərsdə qazandıqları bilik və bacarıq ları da xatırlamalıdırlar. Müşahidəzamanı bütün sitatların vasitəsiz nitq kimi dırnaq içərisində yazıldığı qeydedilir. Daha sonra sitatların bəzilərinin vasitəsiz nitq kimi bütöv cümlələrşəklində olduğu, bəzilərinin isə söz birləşməsi, hətta sözlə ifadə olunduğubildirilir. Vasitəsiz nitq şəklində ifadə olunub dırnaq içərisində yazılan sitatlarınilk sözünün böyük hərflə, söz və söz birləşməsi şəklində ifadə olunmuşsitatların isə dırnaq içərisində kiçik hərflə yazıldığı göstərlir.

168 VI BÖLMƏ

Məlum olduğu kimi, yazılı nitqdə dırnaq işarəsi müxtəlif funksiyalar yerinəyetirir. Şagirdlərin bu funksiyaları müəyyən ləşdirmələri üçün 8-ci tapşırıq əhə -miy yətlidir. Əsər adları, eyhamla, məcazi mənada işlənən sözlər də dırnaq içə -risində yazılır. Sitatlar isə fikri təsdiq etmək üçün başqasına istinadən istifadəolunan nitq vahididir. Bu baxımdan V.Şekspirin qəhrəmanı Hamletin dilindəngötürülmüş nümunə sitat sayılır: D) Hər kəs haçansa həyatda “olum, ya ölüm”seçimi arasında qala bilər.

9-cu tapşırıq verilmiş nümunələrə analitik yanaşma tələb edir. Verilmiş ikicümlədə müxtəlif vəziyyətlərdə dırnaq işarəsindən istifadə edilib. Hər birfunksiyanın izahı tələb olunur. Birinci cümlədə Mir Cəlaldan gətirilmiş sitat(“Mirzə Cəlilin “poçt qutusu”ndan çıxan”) dırnaqda yazılıb, lakin sitatın içəri -sin dəki əlavə dırnaq əsər adının rəmzi məna ifadə etməsi ilə bağlıdır.

2-ci cümlədə Üzeyir Hacıbəylinin “Məşədi İbad”ından (“Tarixi-Nadir”iyarıyacan oxuyan”) sitat gətirilib. Sitatda isə yenə də əsər adı – “Tarixi-Nadir”dırnaq içərisində yazılıb. “Alim” sözü isə kinayə ilə işlədildiyindən dırnaqdayazılıb.

Fəndaxili üfüqi inteqrasiya3.1.3. Mətnin hissələri, abzaslar və cümlələr arasında əlaqəni gözlə -

məklə özünün və başqasının yazısını təkmilləşdirir. t Sitatlarla müəllif nitqi arasındakı əlaqəni gözləməklə məlumat xarakterli

mətn hazırlayır.10-cu tapşırıqda şagirdlər dil qaydaları üzrə əldə etdikləri bilikləri konkret

nitq materialında tətbiq etməlidirlər.Nümunə:ABŞ prezidenti Barak Obama 28 May Respublika Günü münasibətilə Azərbay -

canın dövlət başçısı İlham Əliyevə təbrik məktubu ünvanlamışdır. Məktubda prezidentObama dövlətimizin başçısına və Azərbaycan xalqına səmimi təbriklərini ifadəetmişdir. Məktubda deyilir: “1918-ci ildə dün yada əhalisinin əksəriyyəti müsəlmanolan ilk dünyəvi demokratik döv lətin qurulmasını qeyd etdiyiniz zaman bilin ki,Birləşmiş Ştatlar bütün azər bay canlılar üçün daha çiçəklənən, daha demokratikgələcəyi həmin miras əsa sında təmin edən Azərbaycanla əməkdaşlığa sadiqdir”. Öztəbrik məktubunda ABŞ prezidenti Dağlıq Qarabağ məsələsinə də toxunmuşdur: “Bizbunu ikitərəfli münasibətlərimizi, bir çox sahələrdə tərəfdaşlığımızı, o cümlədənDağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin, Əfqanıs tanda sabitliyin təşviqinivə Avropanın enerji təchizatının şaxələndirilməsini yüksək dəyərləndirdiyimiz üçünedirik”. Barak Obama həmçinin bildirmişdir: “Bütün vətəndaşların fundamentalazadlıqlarının təmin edilməsi hər iki ölkənin təhlükəsizliyini möhkəmləndirəcək vəhökumətlərimiz arasında daha sıx əlaqələndirməyə imkan yaradacaqdır”.

QiymətləndirməGirişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 21-23), müxtəlif ba carıqların

yoxlanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.

169AZADLIQ MÜCAHİDLƏRİ

Dərs 24. ƏLİ BƏY HÜSEYNZADƏ: RƏSSAM, HƏKİM, BÖYÜKDEMOKRAT (2 saat)

MotivasiyaMüəllim dərsliyin 156-cı səhifəsində verilmiş “Hali-vatan” şeirini səsləndirir.Sual: – Bu şeirin müəllifi, onun amalı, əqidəsi, yaşadığı dövr haqqında nə

deyə bilərsiniz?Yönəldici suallarla şagirdlər aşağıdakı fikirləri səsləndirə bilərlər:– Şair həqiqət, azadlıq carçısıdır.– Cahillərin üstünlük təşkil etdiyi bir cəmiyyətdə və dövrdə yaşayır.– Onun vətəni işğal təhlükəsi altındadır.– Şair öz şeirləri ilə xalqını cəhalətdən, nadanlıqdan xilas etməyə çalışır.

Oxu 2.2.1. Mətni düzgün intonasiya ilə oxuyur.t Mətni oxuyarkən məntiqi vurğudan düz gün is tifadə edir.Mətn “Səsli oxu” texnikası ilə hissə-hissə müxtəlif şagirdlər tərəfindən oxu -

nur. Oxu zamanı sözlərin düzgün tələffüzünə, məntiqi vurğu, pauza və səstonuna diqqət yetirilir.

Oxunun bu mərhələsi başa çatan kimi şagirdlərin mətnin məzmununu necəqavradıqlarını müəyyənləşdirmək üçün suallarla sinfə müraciət edilir:

– XX əsrin əvvəllərində Əli bəy Hüseynzadə tərəfindən yaradılmış milli ide-ologiya düsturunun əsasında hansı şüarlar dayanırdı?

– Peterburq Universitetində təhsilinin yarımçıq qalmasının səbəbi nə idi?– “Əli bəyin simasında tibb sahəsi qiymətli bir mütəxəssisini itirdi, ancaq

Azərbaycan türkçülüyün oyanmasında baş rolu oynayacaq bir övladını qazan -mış oldu” fikrini necə şərh edə bilərsiniz?

Standartlar Təlim nəticələri2.2.1. Mətni düzgün intonasiya ilə oxu -yur.

Mətni oxuyarkən məntiqi vurğudan düz -gün is tifadə edir.

2.2.2. Tərkib hissələri arasında əla qənigözləməklə mətni genişlən dirir.

Mövzu üzrə əldə etdiyi məlumatları mət - nin müvafiq hissələrinə əlavə edir.

1.1.2. Dinlədiyi fikirlərə münasibətbildirir.

Dinlədiyi mətndəki məlumatları əvvələldə etdiyi məlumatlarla müqayisə edə -rək öz fikrini formalaşdırır.

4.1.3. Mürəkkəb cümlədə, vasitəsiznitqdə durğu işarələrindən isti fadə edir.

Sitatlardan istifadə edərkən müvafiqdurğu işarələrindən istifadə edir.

3.1.2. Formalaşmış fikir və müla hi zə -lərini həyat hadisələri ilə əlaqə lən di rə -rək əsaslandırır.

Mühakimə xarakterli yazıda həyat ha di -sələri ilə bağlı fikirlərini sitatlarla əsas -landırır.

170 VI BÖLMƏ

– Əli bəy Hüseynzadə Bakıda fəaliyyət göstərdiyi qısa zaman ərzində hansıizləri qoydu?

2. Mətndəki sitatları göstərin. Onların hansı fikri əsaslandırdığını və yaaydınlaşdırdığını müəyyənləşdirin.

Müəllim aşağıdakı sitata xüsusi diqqət yetirir:“Atatürk o vaxt atama, Ağaoğluna və bəzi başqa insanlara millət vəkilliyi təklif

edib. Atam deyib ki, mən təkpartiyalı dönəmdə millət vəkilliyini qəbul etmərəm.Atatürk deyib ki, yaxşı, onda gəl Türk Dil Qurumunda əməkdaşlıq edək. Əli bəyrazılaşıb, Türk Dil Qurumunda çalışıb”.

Sitatı şərh etmək tapşırılır: “Bu sitat Ə.Hüseynzadənin xarakterindəki hansıcəhəti bir daha təsdiqləyir?”

Fəndaxili üfüqi inteqrasiya 2.2.2. Tərkib hissələri arasında əlaqəni gözləməklə mətni genişlən -

dirir. t Mövzu üzrə əldə etdiyi məlumatları mət nin müvafiq hissələrinə əlavə edir.1.1.2. Dinlədiyi fikirlərə münasibət bildirir.t Dinlədiyi mətndəki məlumatları əvvəl əldə etdiyi məlumatlarla müqayisə

edərək öz fikrini formalaşdırır.Şagirdlər 3-cü tapşırıqda verilmiş parçaları mətnin müvafiq hissələrinə əla -

və etməklə mətni genişləndirirlər. Bu zaman mətnin rabitəliliyini təmin etməküçün keçid cümlələrdən istifadəyə diqqət yetirilir.

Əlavə məlumatlar sırasına aşağıdakı dinləmə mətnini də əlavə etmək olar:“Həyat” qəzetinin hər iki redaktoru xaricdə təhsil almışdı: Əli bəy Peterburq

və İstanbul universitetlərində, Əhməd bəy Sorbon Universitetində. 7–8 dildə danı -şır dılar. Şərqi də, Qərbi də gözəl bilirdilər. Onlar elə yerdə, elə adamlardan dərsalmışdılar ki, dünyanın aparıcı tendensiyaları orda idi. Avropa mədəniyyəti, de -mokratiyası, düşüncə tərzi onlara hakim idi. Qayıdıb elə mühitə düşmüşdülər ki,onları boğurdu... Çıxış yolu lazım idi. Bir işıq gərəkdi. O da “Həyat” qəzeti oldu. Buqəzet təkcə Azərbay can türkləri üçün deyildi, Rusiyada, Türkiyədə, İranda, OrtaAsiyada yaşayan türklər üçün idi. Qəzetin oxucusu Misirdə, Hindistanda da vardı.

“Həyat” qəzeti qarşısına üç məqsəd qoymuşdu. Birinci məqsəd o idi ki, qoytürklər kim olduqlarını bilsinlər. Özünü dərk etməyən millətin gələcəyi olmazdı!Qəzetin ikinci məqsədi: “Biz müsəlmanıq – minillik islam mədəniyyətimiz var”, –deyirdi. Dinimizi xurafatdan, fanatizmdən uzaqlaşdırmalıyıq. Üçüncüsü, biz insanıq.

M.Ə.Rəsulzadə sonralar bu ideyaların – türkləşmək, islamlaşmaq, müasir -ləşməyin yerini dəyişdi. “Açıq söz” qəzetində yazdı ki, biz türkləşməliyik, müasir -ləş məliyik, islamlaşmalıyıq. Sitat: “Vaxtilə “Füyuzat” məcmuəsinin mühərriri “Türkqanlı, islam imanlı və firəng qiyafəli olalım” – demişdi. (M.Ə.Rəsulzadə, “İqbal”qəzeti, 1914-cü il)

İndi biz “Həyat” qəzetini çıxaranların hazırladığı nəzəriyyə əsasında müstəqildövlət yaratmışıq. Bilməliyik ki, bu hansı qaynaqdan gəlir!” (Ş.Hüseynov)

171AZADLIQ MÜCAHİDLƏRİ

Şagirdlər dinlədikləri mətni Ə.Hüseynzadə haqqında məlumatlarla müqa -yisə edir və oxuduqları mətndə ona uyğun gələn hissəni (“Bakıda Əhməd bəyAğayevlə birlikdə “Həyat” qəzetini...” sözləri ilə başlayan abzas) müəyyənedirlər.

Yazı vä dil qaydaları Fəndaxili üfüqi inteqrasiya 4.1.3. Mürəkkəb cümlədə, vasitəsiz nitqdə durğu işarələrindən isti -

fadə edir.t Sitatlardan istifadə edərkən müvafiq durğu işarələrindən istifadə edir3.1.2. Formalaşmış fikir və mülahizələrini həyat hadisələri ilə əlaqə -

ləndirərək əsaslandırır. t Mühakimə xarakterli yazıda həyat hadisələri ilə bağlı fikirlərini sitatlarla

əsaslandırır.4-cü tapşırıq qruplarla iş şəklində yerinə yetirilir. Verilmiş esse mövzuları

bölmənin mövzusu (azadlıq) ilə bağlıdır və bu geniş mövzuya müxtəlif aspekt -lərdən yanaşmaları əks etdirir. Bölmədəki mətnləri oxuduqca şagirdlər kifayətqədər bu mövzuda düşünüb və müzakirələr aparıblar. Onlara bildirmək lazım -dır ki, tapşırıqda hər bir mövzu ilə bağlı verilmiş sitatlar köməkçi material lardır;şagirdlər oxuduqları mətnlərdən və başqa mənbələrdən də sitatlar gətirəbilərlər. Əsas məsələ sitatların yazıda əks olunmuş fikirlərə uyğunluğu vəonları qabartmasıdır.

Mətnin kompleks təhliliKompleks təhlil üçün nəzərdə tutulmuş mətn Əli bəy Hüseynzadə haqqında

məlumatları bir qədər də zənginləşdirməklə yanaşı, şagirdlərin müxtəlif nitqbacarıqlarının inkişafına xidmət edir.

1-ci tapşırığa əsasən, şagirdlər mətndə vurğulanmış üç mühüm fikri göstər -mə lidirlər. Şagirdlər əvvəlcə mətndəki fikirləri tezislər şəklində ifadə edə bilərlər:

1) Əli bəy Hüseynzadənin ziyalı dairələrindəki nüfuzu;2) Əli bəy Hüseynzadənin ziyalılığı və maarifpərvərliyi;3) Əli bəy Hüseynzadənin rəssamlıq istedadı;4) Hacı Zeynalabdin Tağıyevin milli təəssübkeşliyi;5) Hacı Zeynalabdin Tağıyevin təmənnasız xeyriyyəçiliyi.Şagirdlər bu fikirlər arasında üç ən mühümünü seçərkən öz seçimlərini

əsaslandırmalıdırlar.2-ci tapşırığı yerinə yetirmək üçün şagirdlər bu dərsdə oxuduqları əsas

mətn dəki müvafiq epizodlardan çıxış etməlidirlər.3-cü tapşırıq söz ehtiyatı ilə bağlıdır. Şagirdlər əvvəlcə kontekstə və öz

mən tiqi düşüncələrinə əsaslanaraq bildirməlidirlər ki, həmin dövrdə Azərbay -can Rusiya imperiyasının tərkibinə daxil idi və Bakı bu ölkənin kiçik şəhər lə -rindən sayılırdı. Deməli, səfirdən fərqli olaraq konsul bir dövlətin başqa bir

172 VI BÖLMƏ

döv lətin paytaxtında deyil, müəyyən bir məntəqəsində öz dövlətinin və onunvətəndaşlarının hüquqlarını təmsil və müdafiə edən vəzifəli şəxsdir.

4-cü tapşırıq tarix fənni ilə fənlərarası inteqrasiya yaratmaq imkanı verir.XX əsrin əvvəlində Bakının çar Rusiyasının əyalət şəhəri olmasına baxma-yaraq, burada kapitalizm, xüsusən neft sənayesi inkişaf etmişdi. Artıq Avropakapitalistləri də bura sərmayə yatırırdılar. Belə bir şəraitdə öz vətəndaşlarınınhüquqlarını təmsil və müdafiə etmək üçün konsulluq açmağa ehtiyac ya ranabilərdi.

5-ci tapşırıqda altından xətt çəkilmiş cümlələri vasitəsiz nitqə çevirməktələb olunur.

Hacı 500 manat verib deyir ki, həmin tablonu göndər bizə. Ancaq tapşırırki, Əli bəy heç nə bilməsin, yoxsa məndən pul götürməz. Qoy Bibiheybətməscidinin şəkli Bakıda qalsın, gedib Londona düşməsin...

Hacı 500 manat verib deyir: “Həmin tablonu göndər bizə, amma Əli bəyheç nə bilməsin, yoxsa məndən pul götürməz. Qoy Bibiheybət məscidininşəkli Bakıda qalsın, gedib Londona düşməsin...”

QiymətləndirməGirişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 21-23), müxtəlif ba carıqların

yoxlanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.

Ümumiləşdirici təkrar müvafiq bölmədə reallaşdırılmış bəzi (oxu və dilqay daları) məzmun standartları üzrə ba ca rıq ların möhkəmləndirilməsi üçünnəzərdə tutulmuşdur. Tapşırıqlar dərslikdə (səh. 162-164) təqdim olunmuşdur.Sinfin səviy yə sinə uyğun olaraq müəllim başqa tapşırıqlar da verə bilər.

173AZADLIQ MÜCAHİDLƏRİ

VI BÖLMƏ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ

1-3-cü tapşırıqlar mətnlə bağlıdır.

HƏMİD BƏY YUSİFBƏYLİ

1. Həmid bəy Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və rəhbərlərin -dən biri olmuş Nəsib bəy Yusifbəylinin böyük qardaşıdır. O, 1895-ci ildə Gən -cədəki klassik gimnaziyanı bitirmişdir. İki il sonra məktəbdə müəllim iş ləməyəbaşlayanda onun cəmi iyirmi yaşı vardı. Elə həmin vaxtdan siyasi fəaliyyətəbaşlamış, Azərbaycanın muxtariyyət statusu alması üçün mübarizə aparmışdır.

2. Yusifbəyli qardaşları hələ XIX əsrin sonlarından başlayaraq Gəncədə böyükmaarifçilik işi aparmışlar. Ataları Yusif bəyin şəhərdə “Kitabxaneyi-Osmani” adlıkitab mağazası vardı. Həmid bəy topladığı Puşkin kitabxanasını 1899-cu ildəA.S.Puşkinin 100 illik yubileyi münasibətilə Gəncədəki Tatlar məscidinə köçür -müşdü. Kitabxananın zənginləşməsində dövrün görkəmli ziyalılarının da böyük roluolmuşdu.

3. Həmid bəyin evində də zəngin şəxsi kitabxanası vardı. Burada 2000-dənçox kitab qorunurdu. Həmid bəyin ölümündən 5 il son ra – 1949-cu ildə həmin kitab -lar Azərbaycan Elmlər Akademiya sı nın Gəncə Elmi Tədqiqat Mərkəzinə verilmişdi.

4. Həmid bəy siyasi görüşlərinə görə daim təqiblərə məruz qal mış dı. İlk dəfə1899-cu ilin dekabrında həbs edilən maarifpərvər ziyalı 14 ay Tiflisdə Me texhəbsxanasında saxlanıldıqdan sonra Türküstana sürgün olunmuşdu. Çar Rusi -ya sına qarşı mübarizəsinə görə dəfələrlə həbs və sürgün həyatı yaşamış Həmidbəy Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra “antisovet əhvali-ruhiyyəli” şəxs kimi ittiham edilmiş və dünyasını həbsxanada dəyişmişdi.

1. Məlumatların hansı abzasa aid olduğunu müəyyənləşdirin.l Qısa bir zamanda kitabların sayı yeddi yüzü ötmüşdü. Oxucuların sayı 1200

nəfərə çatmış, onlardan 300-ə yaxını azərbaycanlı olmuşdu. ___l 1910-cu ildə Bağçasaraya sürgün edilən Həmid bəy bir müddət qardaşı

Nəsib bəyin qayınatası İsmayıl bəy Qaspıralının evində yaşamışdır. ___l 1905-ci ildə Gəncədə yaradılmış “Türk sosial-federalist inqilabi komi təsi”nin

rəhbərliyinə Həmid bəy Yusifbəyli də daxil idi. ___l Akademiyanın Gəncədə olan bazası ləğv ediləndə kitabların əksəriyyəti itib-

batmış, az bir hissəsi sonralar tapılıb Şahsevənlər məscidində ya ra dılmış“Xəzinə” adlı kitabxanaya verilmişdi. ___

2. Mətndə altından xətt çəkilmiş ifadələrin dırnaq arasında yazılmağının səbəbiniizah edin.________________________________________________________________________________________________________________________

174 VI BÖLMƏ

3. Mətndə hansı suala cavab tapmaq mümkün deyil?A) Həmid bəy nə vaxt anadan olmuşdur?B) Həmid bəy əmək fəaliyyətinə nə vaxt başlamışdır?C) A.S.Puşkin nə vaxt anadan olmuşdur?D) Həmid bəy Türküstandan nə vaxt qayıtmışdır?E) Həmid bəy nə vaxt vəfat etmişdir?

4. Bəndlərdən birində vasitəsiz nitq var:A) Cəfər Cabbarlı 1918-ci ildə Türkiyə həyatından bəhs edən “Ədirnə fəthi”

əsərini yazmışdır.B) Teymurun tökdüyü qanları “haqq və ədalət” adlandırması da məhz bu amalla

bağlı idi.C) Deyirlər ki, ədibimiz “Ölülər”ini Qoqolun “Ölü canlar”ından ilhamlanaraq

yazmışdır, əslində isə bu əsərlər arasında ideya bağlılığı yoxdur.D) “Bu il havalar yağmurlu keçəcək”, – deyə göylərə ani bir nəzər saldı.E) “Topal Teymur” əsərində “Allah bir olduğu kimi, padşah da bir olmalıdır” fikri

ədibin böyük türk dövləti arzusunun bədii ifadəsi idi.

5. Verilmiş nümunədəki vasitəsiz nitqi sadə cümlə şəklində ifadə edərək vasitəlinitq şəklinə salın.Şöbə müdiri direktorun qəbul otağında məni görüb: “Dünən iclasda kəskindanışsan da, səndən inciməmişəm”, – dedi.________________________________________________________________________________________________________________________

6. Verilmiş nümunədəki vasitəli nitqi mürəkkəb cümlə şəklində ifadə edərəkvasitəsiz nitq şəklinə salın.Babam mənə həmişə deyərdi ki, insanlar arasında nüfuz qazanmaq üçünağıllı və ədalətli qərarlar verməliyəm.________________________________________________________________________________________________________________________

7. Bəndlərdən birində sitat verilmişdir:A) “Vağzala sür, – dedi, – orda bilərsən”. (M.Hüseyn)B) “Qaytar ana borcunu” şeirində Əli Kərim anasına laqeyd yanaşan hər bir

gənci tənqid edirdi.C) “Kür qırağının əcəb seyrəngahı” yalnız Vaqifin deyil, bir çox şairlərimizin

əsərlərinin leytmotivini təşkil edir.D) Bəzən biz bir-birimizə “xanım”, “bəy” deyə müraciət edirik.E) Onun bu “canıyananlığı” hamımızı təəccübləndirdi.

8. Boşluqlara müvafiq durğu işarələri yazın.

Mən dözə bilməyib ondan Bütün bu işləri yalnız mən

görməliyəm? deyə soruşdum.

175AZADLIQ MÜCAHİDLƏRİ

Rafiq İsmayılovAynur RüstəmovaDilrüba CəfərovaHidayət Allahverdi

Sahibə Məmmədova

AZƏRBAYCAN DİLİ – 9

Müəllim üçün metodik vəsait

Bakı, “Altun kitab”, 2016

Няшриййатын цнваны:АЗ1130, Бакы, Я.Нахчывани кцчяси, 15А

Телефон: (+99412) 562 69 86; 562 69 88www.altunkitab.az

Каьыз форматы 70х1001/16.Офсет чапы. Офсет каьызы. Физики чап вяряги 11.

AZƏRBAYCAN

ƏL

LİM

ÜÇ

ÜN

ME

TO

DİK

SA

İT