AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN TEXNOLOGİYA UNİVERSİTETİ
Мarketinq kafedrası
Bakalavr hazırlığı üçün
«REKLAM FƏALİYYƏTİ»
kursunun
TƏDRİS ПРОГРАМЫ
İxtisas ИИ 050408 – «Маркетинг»
ЭЯНЪЯ– 2012
2
3
AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN TEXNOLOGİYA UNİVERSİTETİ
Мarketinq kafedrası
Bakalavr hazırlığı üçün
«REKLAM FƏALİYYƏTİ»
kursunun
TƏDRİS ПРОГРАМЫ
İxtisas ИИ 050408 – «Маркетинг»
Azərbaycan Respublikası Təhsil Nazirliyinin
“ 27 ” 02 2013-cü il tarixli iclasının
336 saylı əmri ilə təsdiq edilmişdir.
ЭЯНЪЯ– 2012
4
Тяртиб едян:
i.f.d., dosent Mehdiyev Xasay Musa oğlu
Ряй верянляр:
AzTU-nunMenecment кафедрасынын досенти,
и.f.d. Maarif Şərif oğlu Qarayev
ADAU-nun Aqrar biznesin təşkili və
idarəedilməsi кафедрасынын досенти, и.f.d.
Etibar Əsgər oğlu İmamverdiyev
Elmi redaktor:
AzTU-nun Marketinq kafedrasının müdiri,
dosent, i.f.d. Nüşabə Aslan qızı Hacıyeva
5
İ Z A H A T V Ə R Ə Q İ
İqtisadi müstəqillik qazandıqdan sonra Azərbaycan
Respublikası bazar iqtisadiyyatına doğru istiqamət götürmüşdür.
Bu onunla əlaqədardır ki, bazar münasibətləri insanlarda
özlərinin malik olduqları imkanların reallaşdırılması, əmək və
təsərrüfat fəallıqlarının yüksəldilməsi üçün güclü stimul yaradır,
elmi-texniki tərəqqini sürətləndirir, maddi, əmək və maliyyə
resurslarından səmərəli istifadə olunmasını, iqtisadiyyatda
sahələr arasında tarazlıq yaradılmasını təmin edir, resursları
cəmiyyətdə daha çox ehtiyac olan əmtəə və xidmətlərin
istehsalına yönəldir, daha çox səmərə verən istehsal
texnologiyalarının işlənib hazırlanması və tətbiq olunmasına
şərait yaradır, çeviklik, dəyişən şəraitə yüksək uyğunlaşma
qabiliyyəti formalaşdırır. Belə şəraitdə müəssisələrin bazara
daxil olması və rəqabətə davam gətirməsi reklam fəaliyyətinin
səmərəli təşkilindən çox asılıdır. Reklam fəaliyyəti marketinqin
tərkib hissəsi olub müəssisələrin rəqabət üstünlüyünün təmin
edilməsində, satış həcminin artırılmasında güclü bir vasitədir.
Rəqabət mühitinin kəskinləşməsi, əmtəələrin çeşidinin daima
təzələnməsi, texniki cəhətdən mürəkkəb konstruksiyalı məmu-
latların, mədəni-məişət və təsərrüfat təyinatlı məhsulların
çoxalması reklam fəaliyyətinin rolu və əhəmiyyətini daha da
artırır. Əmtəələrin istehlak xassələri və istifadə üsulları
haqqında əhaliyə vaxtında və hərtərəfli informasiya verilməsi
reklamın mühüm vəzifələridir.
Reklama ideyaları, məhsulun və ya xidmətin xüsusiyyət-
lərini istehlakçıların tələb və ehtiyaclarının dilinə çevirməyə
çalışan kommunikasiya forması kimi baxmaq olar. Kommini-
kativliyin yüksək səviyyədə olması müəssisənin bazarda baş
6
verən dəyişikliklərə vaxtında reaksiya verilməsinə və tələbatı
stimullaşdırmaq üzrə müəyyən tədbirlərin görülməsinə,
reklamın vasitəsilə təbliğatın köməyi ilə satış bazarına mümkün
qədər təsir göstərilməsinə imkan verir.
Bütün bunlar əsas tutularaq kursun müasir tələblərə cavab
verən tədris proqramının hazırlanması olduqca vacib və
aktualdır.
Bu proqramın məqsədi reklam fəaliyyətinin ali məktəb
tələbələri tərəfindən kompleks şəkildə öyrənilməsini təmin
etməkdir.
“Reklam fəaliyyəti” fənninin tədrisi prosesində reklam
fəaliyyətinin mahiyyəti, məzmunu, vəzifələri, funksiyaları,
subyektləri, reklamın yaranma tarixi, inkişafı və sosial-psixoloji
əsasları, reklam fəaliyyətinin hüquqi tənzimləınməsi, reklam
vasitələrinin təsnifatı və tətbiqi, reklam elanlarının və
mətnlərinin işlənib hazırlanması, reklam fəaliyyətinin idarə
olunması, əmtəə nişanları, reklam fəaliyyətinin səmərəliliyi və
s. məsələlər məntiqi ardıcıllıqla öyrənilir.
Tədris proqramının məzmunu və quruluşu reklam
fəaliyyətinin əsasları ilə bilavasitə bağlı olan və yuxarıda qeyd
edilən məsələlərin qarşılıqlı əlaqələri və asılılığı nəzərə
alınmaqla verilmişdir.
“Reklam fəaliyyəti” fənninin proqramı 90 saat həcmində
nəzərdə tutulur ki, bunun da 45 saatını mühazirə, 45 saatını isə
seminar məşğələləri təşkil edir.
7
Mövzu 1. Kursun predmeti və vəzifələri
Reklam fəaliyyəti anlayışı. Reklamın əsas əlamətləri.
Reklamın mahiyyəti və vəzifələri. Reklamı xarakterizə edən
xüsusiyyətlər. Reklamın təsirlilik xüsusiyyəti. Reklam fəaliy-
yəti qarşısında duran məqsədlər. Reklamın əsas funksiyaları.
Reklamın miqyası və xarakteristikası. Reklamın məzmunu və
ona olan müxtəlif yanaşmalar. Reklam – istehsal və istehlakçı
arasında əlaqələndirici həlqə kimi. Reklam prosesi və onun
tərkib hissələri. Reklamın növləri. Reklamın növləri içərisində
ticarət reklamının aparıcı yer tutması. Reklamın rolu.
Kursun nəzəri və metoloji əsasları. Dialektik metod kursun
metodoloji əsası kimi. Kursun predmeti. Kursun digər fənnlərlə
(ticarətin iqtisadiyyatı, menecment, marketinq, kommersiya işi,
biznesin iqtisadiyyatı, sahibkarlığın əsasları, estetika, psixo-
logiya, incəsənət və s.) qarşılıqlı əlaqəsi.
Mövzu 2. Reklamın yaranma tarixi və inkişafı
Reklamın meydana gəlməsi və tarixi inkişaf meyli. Qədim
dünya dövlətlərində reklam. İlk reklam müraciətləri. Antik
reklama xas olan üsullar və vasitələr. Carçılar və onların
vəzifələri. Antik dövrdə şifahi reklam. Yazılı mətn formasında
reklamın əmələ gəlməsi. Şərq mədəniyyətində reklam yazıları.
Kitab nəşrinin yaranması ilə reklamın inkişafında yeni
mərhələnin inkişafı.
Qərbi Avropada və ABŞ-da reklamın inkişafı. Qutenburq
tərəfindən ilk çap dəzgahının kəşfi. İlk çap olunmuş reklam
elanı. İlk reklam elanlarında bu və ya digər əmtəələr və onların
mövcudluğu haqqında xəbər verilməsi. Avropada çap reklamı-
nın əsasının qoyulması. Amerikada reklam elanları üzrə ixtisas-
8
laşan qazetlər. Amerika reklamının çiçəklənməsində
B.Franklinin rolu. B.Franklin tərəfindən təsis edilmiş
“Qazet”də reklam elanlarının verilməsi.
Fotoqrafiya yaranandan sonra reklam mətnlərinin
fotoşəkillərlə (illüstrasiyalarla) tamamlanması.
Teleqrafın kəşfi ilə regoinların qapalılığının aradan
qaldırılması. Reklam qeyri-qiymət rəqabət metodlarından birinə
çevrilməsi. Ondan iqtisadi məqsədlərlə yanaşı siyasi və ideoloji
cəhətdən insanlara təsir vasitəsi kimi istifadə olunması.
Reklamla geniş şöbə və nümayəndəlikləri olan xüsusi
firma və agentliklərin, habelə sənaye və ticarət kampaniya-
larının, nəşriyyatların, iri müəssisələrin reklam şöbələrinin və
başqalarının məşğul olması.
Reklam agentliklərinin yaranması. ABŞ-da ilk reklam
agenti və iri reklam agentliklərinin fəaliyyətə başlaması. Rek-
lam agentliyinin əsasını təşkil edən şöbələr: yaradıcı şöbə,
reklam vasitələri şöbəsi, tədqiqat şöbəsi və kommersiya şöbəsi.
Firmalarda reklam agentliklərinin xidmətlərindən istifadə
olunması. ABŞ-da reklam vasitələrinə, o cümlədən qazet və
jurnal reklamına çəkilən xərclər.
Reklam agentliklərinin beynəlxalq şəbəkəsinin yaradılması
reklam biznesinin inkişaf xüsusiyyətlərindən biri kimi. Dünya
bazarlarında Amerika reklam agentliklərinin aparıcı rolu. Son
illərdə reklamda baş verən dəyişikliklər.
Azərbaycanda reklamın inkişafı.
Mövzu 3. Reklamın sosial-psixoloji əsasları
İnsanların davranışı və ətrafındakı informasiyaya münasi-
bəti. Reklam informasiyası qıcıqlandırıcılar kompleksi kimi.
9
Cəmiyyətdə reklamın rolu. Reklamın dərk edilməsi və
təsiri prosesi. Reklam – insanların idarə edilməsi metodu kimi.
Təlqinetmə və inandırma metodları. Diqqətin cəlb edilməsi
reklamın istehlakçıya psixoloji təsirinin mühüm mərhələsi kimi.
Reklam – istehlakçılarda sərbəst seçim vasitəsi kimi.
Reklam – istehlakçını məlumatlandırma vasitəsi kimi. Rekla-
mın bazara yeni mallar və xidmətlərin çıxarılmasında və
tələbatın formalaşmasında rolu.
Reklamın istehlakçıya psixoloji təsir mexanizminin sxemi.
Psixoloji təsirin gücünə görə reklamın əsas növləri və onların
xarakteristikası. İstehlakçının marağına reklam kampaniyasının
təsiri və davranış motivləri.
Diqqətin mühüm xüsusiyyəti və onun reklam qəbulunun
xarakterinə təsiri. Reklama diqqətin cəlb edilməsi. Reklamın
qəbul edilməsi zamanı onun həcminin əsas yer tutması. Diqqət
obyekti. Reklamdan istifadə zamanı yeniliyin insan tərəfindən
qəbulunun bəzi xüsusiyyətləri.
Reklama qeyri-ixtiyari diqqət. Reklam qıcıqlandırıcılarının
insanın hiss orqanlarına intensiv təsir etməsi. Qeyri-ixtiyari
diqqətin iradi diqqətə keçməsi üçün istifadə edilən üsullar.
Reklamın istehlakçının davranışına və psixologiyasına
təsiri. Tələbin formalaşmasında reklam istiqamətverici vasitə
kimi. Motivləşdirmə - əmtəə alqısının məqsədəuyğunluğunun
əsası kimi. Motivləşdirmə prosesində adətlərin, vərdişlərin,
təsəvvürlərin, istehlakçıların zövqlərinin mühüm rol oynaması.
İlkin və təkrar motivlər. İlkin motivlərin insanın əmtəə və
xidmətlərə olan tələbatı ilə əlaqəsi. Alqının motivləşdirilməsi.
İstehlak motivləri. Reklamın potensial istehlakçıların formalaş-
masına təsiri.
10
Mövzu 4. Marketinq kommunikasiyalarının əsas
vasitələri
Marketinq kommunikasiyaları sistemi anlayışı və onun
marketinq kompleksində rolu. Marketinq kommunikasiyasının
məqsədləri. Reklam – kommunikasiya forması kimi. Marketinq
kommunikasiya sistemində reklamın rolu. Reklamın informativ
və kommunikativ funksiyası. Tələbin sadəcə formalaşması
deyil, seçilmiş istehlakçı qrupu içərisində onun idarə edilməsi
müasir reklamın fərqləndirici əlaməti kimi. Konkret bazar
vəziyyəti ilə müəyyən edilən məqsədlərdən asılı olaraq rekla-
mın əsas vəzifələri. Reklamın iqtisadi, ictimai və maariflən-
dirici rolu.
Marketinq kommunikasiyasının digər əsas vasitələri:
kommunikasiya təbliğatı, satışın stimullaşdırılması, şəxsi satış.
İstehlakçıların kommersiya təbliğatı vasitələri ilə geniş əhatə
olunması səbəbləri. Kommersiya təbliğatının öz məqsədlərinə
nail olunması üçün istifadə etdiyi vasitə və üsullar. Marketinq
kommunikasiyanın mühüm növü kimi kommersiya təbliğatının
əsas cəhətləri.
Satışın stimullaşdırılması – marketinq kommunikasiya
forması kimi. Satışın stimullaşdırılmasında reklamın rolu.
Məqsədli auditoriya tipindən asılı olaraq satışın stimullaşdırıl-
masının əsas vəzifə və üsulları. ”Seylz promouşi” və onun
istehlakçıya yönəldilmiş üsulları. Qiymətdən edilən güzəşt.
Kuponlar. Satış praktikasında maddi formada verilən mükafat-
lar. Vasitəçilərin stimullaşdırılması və onun geniş yayılmış
üsulları.
Şəxsi satış və onun rolu. Şəxsi satışın kommunikasiya
xüsusiyyətləri. Təşkilati cəhətdən şəxsi satışın formaları.
11
Mövzu 5. Reklam fəaliyyətinin hüquqi tənzimlənməsi
“Reklam fəaliyyəti haqqında” Azərbaycan Respublikasının
qanunu. Reklam fəaliyyətinin təşkilində və idarə edilməsində
bu qanunun rolu. Qanunun tətbiq sahələri. Reklam fəaliyyətinin
subyektləri. Reklama olan ümumi tələblər. Haqsız reklam.
Qeyri-dəqiq və qeyri-etik reklam. Gizli reklam.
Əmtəə, iş və xidmət bazarında reklam fəaliyyətinin hüquqi
tənzimlənməsinin əsas normaları. Dövrü mətbuatda reklamın
xüsusiyyətləri. Müxtəlif əmtəə növlərinin reklamının xüsusiy-
yətləri. Sosial reklam. Reklam materiallarının saxlanma müd-
dətləri.
Reklam fəaliyyətinə nəzarətin həyata keçirilməsi. Əks
reklam və haqsız reklama görə məsuliyyət. Qanunun pozul-
masına görə məsuliyyət. Lazımsız reklama görə reklam prosesi
iştirakçılarının məsuliyyəti. Reklam praktikasının kodeksi.
Mövzu 6. Reklam vasitələrinin təsnifatı
Reklam vasitələri təsnifatının əsas əlamətləri. Reklam
vasitələrinin köməyi ilə potensial alıcılara təsir edilməsi,
onların müəyyən hərəkətlərə sövq edilməsi. Reklam vasitələ-
rinin reklam xəbərlərinin daşıyıcılarından fərqi. Reklam vasitə-
lərinin həm reklam, həm də qeyri-reklam elementlərinə malik
olması. Reklam xəbərlərinin reklam elementlərinə aid olması.
Qeyri-reklam elementləri – reklam elementlərinin maddi-texni-
ki daşıyıcıları kimi. Sponsordan, kommunikasiya subyektindən
asılı olmasına görə reklam vasitələri. İnsanın hiss (duyğu)
orqanlarına təsir üsuluna görə reklam vasitələri. Texniki əlamət
üzrə reklam vasitələri. Tətbiq edilmə yerinə görə reklam vasi-
12
tələri. Ünvan sahiblərinə (ünvançıya) təsirinin xarakterinə görə
reklam vasitələri, ərazi əhatəsinə görə reklam vasitələri və s.
Bütün reklam vasitələrinin 3 qrupa ayrılması: nümayiş
reklam vasitələri, təsvir-şifahi reklam vasitələri, nümayiş və
təsviri əlaqələndirən reklam vasitələri.
Reklam vasitələrinin elementləri. Mətn və təsvir – reklam
xəbərlərinin əsas elementləri kimi. Reklam mətni – əksər
reklam vasitələrinin ayrılmaz hissəsi kimi. Reklam mətninə
olan mühüm tələblər. Mətnlərin informasiya, xatırlayıcı, nüfuz-
edici və inandırıcı xarakteri. Reklam mətnlərinin tərtib edilməsi
və onlarda əsas yeri reklam olunan obyekti bütünlüklə əhatə
edən başlığın tutması. Reklamda xüsusi yer tutan təsvirin
mətnin təsirinin gücləndirilməsinə kömək etməsi və ya onu
əvəz etməsi. Reklam xəbərlərində təsvir vasitələri kimi foto-
şəkillərdən, rəsmlərdən, diapozitivlərdən, audio-vizual, kino və
teletəsvirlərdən istifadə edilməsi.
Reklam vasitələrinin məzmununda rəngin mühüm yeri və
əhəmiyyəti. Rənglərin insanın hissiyyatına, əhvalına, məluma-
tın səmərəli mənimsənilməsinə xüsusi təsir etməsi. İsti və
soyuq rənglər. Rənglərin aktiv və passiv olması. Rənglərin əsas
və əlavə rənglərə bölünməsi. Reklam vasitələrində işıq və səsin
rolu. Şriftlər.
Reklam vasitələrinin seçilməsi. Reklam tədbirlərinin məq-
sədləri və onların müxtəlifliyi. Firmanın imicini formalaşdıran
reklam məqsədləri. Stimullaşdırıcı reklama aid olan məqsədlər.
Mövzu 7. Reklam vasitələri və onların tətbiqi
Dövrü mətbuatda reklam və ona çap edilən ən müxtəlif
reklam materiallarının daxil edilməsi. Mətbuatda reklamın
13
spesifik cəhətləri, üstünlükləri və çatışmamazlıqları. Reklam
elanları. Məqalələr və digər icmal-reklam xarakterli elanlar.
Dövrü mətbuatın çap vasitələri. Qazetlər və jurnallar, on-
larda verilən reklamın xarakteristikası. Reklam müraciətinin
təqdim olunma meyarı. Qazet reklamının xüsusiyyətləri. Qazet-
lərin strukturu: çıxışın tezliyi, həcmi və tirajı.
Çap reklamı. Reklam – kataloq nəşri: kataloq, prospekt.
Reklam – kataloq nəşri: buklet, plakat, vərəq. Yeni il reklam –
hədiyyə nəşrləri.
Audiovizual reklam. Reklam kinofilmləri. Videofilmlər və
slayd-filmlər.
Radio və telereklam onların üstünlükləri. Radioreklam və
onun xüsusiyyətləri. Mağazadan kənar və mağaza daxili
radioreklam. Radioreklamın ən çox yayılmış növləri: radioelan,
radiorolik, müxtəlif radiojurnal və reklam radioreportajlar.
Televiziya reklamı və onun növləri. Televiziya reklamının
xarakteristikası.
Sərgi və yarmarkalar. Reklam suvenirləri. Birbaşa poçt
reklamı. Xarici reklam. Pablik rileyşnz tədbirləri. Kompüter-
ləşdirilmiş reklam.
Mövzu 8. Reklam elanlarının və mətnlərinin işlənib
hazırlanması
Reklam mətnləri və onların tərtib edilməsinin əsas
prinsipləri. Mətn – elanın şifahi hissəsidir. Mətnlərin reklamın
əsas ideyasını və fikrini ifadə etməsi. Reklam mətnlərinin əsas
ideyalarınıln işlənib hazırlanması. Reklam mətnlərinin tərtibi
zamanı əmtəənin alınması haqqında qərar qəbul edilməsində
alıcının rəhbər tutduğu sövqedici motivlərin nəzərə alınmasının
zəruriliyi. Reklam mətnlərinin tərtibində insan tələbatlarının
14
təsnifatının rolu. Maslouya görə insan tələbatlarının təsnifatı.
Reklam mətnlərinin tərtibində sövqedici motivlər. Reklam
mətnlərinin işlənib hazırlanmasında reklam edilən əmtəə və
xidmətlərə olan mühüm tələblərin nəzərə alınmasının zəruriliyi.
Xarici reklam təcrübəsinin yaxşı reklam yaratmağa kömək
edən bəzi qaydalarının tətbiqinin zəruri olması: mövqeyin
müəyyən edilməsi, yaxşı yaradılmış reklamın ümidverici olma-
sı, reklamın orijinal, təzə ideyaya əsaslanması, əmtəə mar-
kasının imici, yenilik, aşkarlıq və s.
Reklam elanlarının bədii tərtibatı. Reklam elanlarının
şəkilli, illüstrasiyalı verilməsinin tətbiq üsulları: ştrixlərlə çəkil-
miş şəkil, fotoqrafiya, ton verilmiş ştrixlərlə çəkilmiş şəkil,
linoqravyur texnikasında şəkil və s. Rəngli illüstrasiyaların bir
neçə rəngin kombinasiyasından ibarət olması.
Şriftlərdən istifadə edilməsi. Əsas şrift qrupları. Çap
üsulları. Ofset çap üsulu və s. İllüstrasiyaların və şriftlərin
effektivliyinin çap üsulundan daha çox asılılığı.
Reklam yayım vasitələrinin seçilməsinin zəruriliyi və
əhəmiyyəti. Əsas reklam yayım vasitələrinin üstünlükləri və
çatışmazlıqları.
Mövzu 9. Mağazalarda reklamın təşkili
Mağazalarda reklam və onun növləri: alıcıları özünə cəlb
edən mağazanın özünün reklamı və onda satılan əmtəələrin rek-
lamı. Mağazanın və onun içərisində olan əmtəənin reklamının
həm mağazanın xaricində, həm də onun daxilində həyata keçi-
rilməsi. Mağazanın xarici reklam vasitələri: plakat və afişaları
olan lövhələr, mağazanın xarici forması, xarici vitrinlər. Mağa-
zanın daxili reklam vasitələri: ticarət zalının interyeri, ticarət
15
müəssisəsinin daxilində əmtəələrin göstərilməsi, reklam gös-
təriciləri, plakatları, afişaları, mağazada radio ilə reklam və s.
Reklam xəbərlərinin bir neçə tip: informasiya, xatırlayıcı,
nüfuzedici və inandırıcı mətnlərinin olması. Reklam elanlarının
əsas elementlərinin mətn və təsvir olması. Buraya, həmçinin
hərf və rəngin də aid olması. Reklam mətnlərinin üç hissədən:
sərlövhə (başlıq), izahetmə və nəticədən ibarət olması. Cazibə-
darlığına görə sərlövhələrin mühüm komponentləri. Reklam
mətnlərinin işlənib hazırlanmasının əsasını təşkil edən mühüm
prinsiplər.
Şriftlər və onların mətnə özünəməxsus emosional rəng
verməsi. Mətnin qəbul edilməsində mətnin yazıldığı boyanın
rənginin əhəmiyyəti. Reklam vasitələrini təşkil edən elementlər
arasında mətn kimi, təsvirin də mühüm yer tutması.
Mağazanın interyeri – reklam vasitəsi kimi.
Vitrinlər, onların əhəmiyyəti və rolu. Mağazaların funksio-
nal ünsürü kimi vitrinlərin əsas vəzifələri. Əmtəə əlaməti üzrə
vitrinlərin bölünməsi. Tərtibatının xarakterinə görə vitrinlərin
ayrılması. Vitrinlərə olan əsas tələblər. Vitrinlərin tərtibatının
tez-tez dəyişilməsini müəyyən edildiyi səbəblər.
Vitrinlərin quruluşu və avadanlıqları. Vitrinlərin tərtibatı
üçün vitrin inventar və materialları. Vitrin sərgi kompozisiya-
sının işlənib hazırlanması qaydası.
Mövzu 10. Topdansatış və istehsal müəssisələrinin
reklam fəaliyyəti
Topdansatış müəssisələırin reklam fəaliyyəti. Nümayiş
reklam vasitələrinin təşkilində və keçirilməsində topdan müəs-
sisə işçilərinin rolu. Əmtəə nümunələri kolleksiyası. Topdan
16
yarmarkaların keçirilməsi zamanı əmtəələrin reklam edilmə-
sinin əhəmiyyəti.
Əhaliyə ünvanlanmış reklam informasiyasının yayılması
topdanticarət müəssisələrinin reklam fəaliyyətinin mühüm isti-
qaməti kimi. Əhalinin tələbinə bilavasitə təsir məqsədilə topdan
müəssisələr və təşkilatlar tərəfindən reklam vasitələrindən isti-
fadə edilməsi.
Sənaye müəssisələrinin reklam fəaliyyəti. Reklamlaşdırma-
nın məqsədi və obyektləri. Sənaye müəssisələri tərəfindən
aparılan reklamın əsas məqsədləri. Reklamlaşdırma obyektləri.
Reklam adresatları (ünvançılar). Yeni əmtəələrin sənaye müəs-
sisələri və təşkilatları tərəfindən reklam edilməsi və bu zaman
onların qarşısına qoyulan vəzifələr. Sənaye müəssisələri tərə-
findən keçirilən reklamın xüsusi forması. Əmtəənin qablaşdırıl-
masının reklamda rolu.
Mövzu 11. Əmtəə, iş və xidmət bazarında reklam
fəaliyyətinin təşkili və idarə edilməsi
Reklam agentlikləri, onların rolu və funksiyaları. Reklam
prosesinin realizasiyasında iştirak edən subyektlər. Reklam
verənlərin əsas funksiyaları. Reklam agentliklərinin inkişafını
müəyyən edən səbəblər. Reklam prosesi iştirakçısı kimi reklam
agentliyinin əsas funksiyaları. Reklam agentliyinin tipik təşkilat
sxemi.
Reklam prosesi iştirakçılarının qarşılıqlı münasibətlərinin
təşkili. Müəssisənin reklam xidməti və onun təşkilat quruluşu.
Reklam prosesində iştirak edən subyektlərin tipləri. Reklam
prosesinin təşkilində reklam verən və reklam agentliklərinin
əsas rol oynaması. Reklamverənlərin və reklam agentlərinin
qarşılıqlı fəaliyyətinin əsas istiqamətləri. Reklam verənlə rek-
17
lam agentliyi arasında müqavilə və onun əhəmiyyəti. Müqavilə
şərtlərinin icrası zamanı reklam verənin əməl etməli olduğu
əsas qaydalar. Reklam agentliyi ilə reklam yayım subyekti
arasındakı müqavilənin şərtləri.
Müəssisədə reklam işinin planlaşdırılması. Reklam planı-
nın işlənib hazırlanmasında əsas və ikinci dərəcəli məqsədlər.
Reklam tədbirlərinin məqsədinin qısa, orta və uzun müddətli
olması. Müxtəlif ölkələrdə firmaların müxtəlif reklam tədbir-
lərinin planlaşdırılması.
Reklamın planlaşdırılması mərhələləri. Reklam kampa-
niyalarının keçirilməsinin məqsədləri. Reklam kampaniya-
larının müxtəlif əlamətlər üzrə müxtəlifliyi.
Reklam kompaniyalarının keçirilməsinə hazırlıq. Reklam
kompaniyalarının planlaşdırılmasının ardıcıllığı. Reklam kom-
paniyası məsələlərinin həlli prinsipləri.
Mövzu 12. Müəssisədə pablik rileyşnzin təşkili
“Pablik rileyşnz”in anlayışı, mahiyyəti və təkamülü. PR
marketinq kompleksinin beşinci elementi kimi. “PR” və
“pablisiti” anlayışları arasında əlaqə. Pablik rileyşnzin inkişaf
tarixi. PR-in elmin və fəaliyyətin müstəqil növü kimi yaran-
masının XX əsrin əvvəllərinə təsadüf etməsi. İlk iri PR bürosu-
nun 1912-ci ildə Amerika telefon-teleqraf birliyində yaradıl-
ması. 1948-ci ildə ABŞ-da PR cəmiyyətinin yaranması. Pablik
rileyşnzin dünyada geniş yayılması. PR – ictimaiyyətlə əlaqə-
nin müasir konsepsiyasıdır.
PR kompaniyasının mərhələləri. “Pablik rileyşnz”in məq-
sədləri, vəzifələri və funksiyaları. Kütləvi informasiya vasitələri
ilə pablik rileyşnz xidmətinin işi. Pablik rileyşnzin idarə
18
edilməsinin təşkilati formaları. İctimaiyyətlə əlaqələrin təşkili.
Pablik rileyşnz konsepsiyasının əsas fəaliyyət istiqamətləri.
Mövzu 13. Əmtəə nişanları
Firma üslübü anlayışı, onun tərkib elementləri. Firma
üslübünun məqsədləri. Firma üslübünun dar və geniş mənada
izahı.
Firma üslübünün üstünlükləri.
Firma üslübünün əsas elementləri. Əmtəə nişanı – firma
üslübünün mərkəzi elementi kimi. Əmtəə nişanlarının tipləri.
Firma şrift yazısı (loqotip) və bloku. Firma şüarı və şrift
kompleksi. Digər firma konstantları. Firma üslubu element-
lərinin əsas daşıyıcıları.
Əmtəə nişanları və ona olan mühüm tələblər. Əmtəə
nişanlarının qeydə alınması qaydası.
Mövzu 14. Reklam fəaliyyətinin effektliyi
Səmərəli reklam haqqında anlayış. Reklamın iqtisadi,
psixoloji və sosial səmərəliliyi.
Reklamın səmərəliliyini müəyyən edən amillər. Reklamın
səmərəliliyinin təhlili metodikası. Reklamın istehlaka cəlb etmə
və səmərəlilik göstəriciləri. Reklamın istehlakçılara təsirinin
qiymətləndirilməsinin statistik metodları. Ayrı-ayrı reklam
vasitələrinin səmərəliliyinin müəyyən edilməsi. İnsanın düşün-
cəsinin təsirinə görə iqtisadi və psixoloji səmərəliliyinin fərq-
ləndirilməsi. İqtisadi səmərəliliyin insana təsir edən psixoloji
səmərəlilikdən asılı olması.
19
Reklam vasitələrinin tətbiq edilməsinin psixoloji səmərə-
liliyi. İstehlakçıya reklamın psixoloji təsirinin effektliyinin
müşahidə, eksperiment, sorğu üsulu ilə müəyyən edilməsi.
Reklamın səmərəliliyinin təmin edilməsi üçün zəruri
iqtisadi şərtlər. Reklamın kommunikativ səmərəliliyi.
Mövzu 15. Beynəlxalq reklam
Beynəlxalq reklam və onun yaranması səbəbləri. Reklamın
tarixi inkişaf mərhələlərində istifadə olunan reklam vasitələri.
Keçirildiyi yerdən asılı olaraq reklamın daxili bazarda reklama
və ixrac (beynəlxalq) reklama ayrılması. Azərbaycanda reklam
bazarı. Xarici bazar üçün göndərilən malların reklamına olan
tələblər. Reklam bazarının inkişafında internetin rolu.
Beynəlxalq reklam, onun xüsusiyyətləri, vəziyyəti və
inkişaf meylləri. Reklamın standartlaşdırılması və uyğunlaş-
dırılması. Beynəlxalq reklam kompaniyasının planlaşdırılması.
Beynəlxalq ticarətin geniləndirilməsində reklamın rolu.
20
“Reklam fəaliyyəti “ fənni üzrə dərs saatlarının
bölgüsü
№
№
Mövzuların adı
Cəmi
O cümlədən
Müh. Məşğ.
1 Fənnin predmeti və vəzifələri 4 2 2
2 Reklamın yaranma tarixi və
inkişafı 4 2 2
3 Reklamın sosial-psixoloji əsas-
ları 4 2 2
4 Marketinq kommunikasiyaları-
nın əsas vasitələri 8 4 4
5 Reklam fəaliyyətinin hüquqi
tənzimlənməsi 4 2 2
6 Reklam vasitələrinin təsnifatı 8 4 4
7 Reklam vasitələrinin təsnifatı 8 4 4
8 Reklam elanlarının və mətn-
lərinin işlənib hazırlanması 8 4 4
9 Mağazalarda reklamın təşkili 8 4 4
10 Topdansatış və istehsal müəs-
sisələrinin reklam fəaliyyəti 4 2 2
11
Əmtəə, iş və xidmət bazarında
reklam fəaliyyətinin təşkili və
idarə edilməsi
8 4 4
12 Müəssisələrdə pablik rileyşn-
zin təşkili 8 4 4
13 Əmtəə nişanları 4 2 2
14 Reklam fəaliyyətinin səmərə-
liliyi 4 2 2
15 Beynəlxalq reklam 6 3 3
Cəmi: 90 45 45
21
İstifadə olunan ədəbiyyatlar
1. Reklam haqqında Azərbaycan Respublikasının qanunu.
Bakı, 1997
2. Axundov Ş.Ə. Marketinqin əsasları. Dərslik. Bakı: “Əbilov,
Zeynalov və oğulları” nəşriyyatı, 2001
3. Голубков Е.П. Основы маркетинга. Moсква:
«Финпресс» 1999
4. Гольман И.А. Рекламная деятельность: планирование,
технологии, организация. Москва, «Гелла – принт»,
2002
5. Денисон Д., Тоби Л. Учебник по рекламе. Мн.: ИООО
«Современное Слово», 1997
6. İzahlı reklam lüğəti (QLOSSARİ). Tərtibçi T.Ə.Nağıyeva.
Bakı nəşriyyatı, 2004
7. Nəsibov V.N. Reklam menecmenti. Bakı, Azərnəşr, 2010
8. Məmmədov A.T. Marketinqin əsasları. Dərs vəsaiti. Bakı:
“İqtisad Universiteti nəşriyyatı” , 2007
9. Məmmədov X., Mirzəyev S. Marketinqin əsasları. Ali
məktəblər üçün dərslik. Bakı, QAPP-POLİQRAF, 2001
10. Панкратов Ф.Г., Серегина Т.К., Шахурин В.Г..
Рекламная деятельность. Москва, Информационно-
внедренческий центр «Маркетинг», 1998
11. Васильев Г.А., Поляков В.А. Основы рекламы.
Учебное пособие. M,: Вузовский учебник, 2009
12. Панкратов Ф.Г., Баженов Т.Л., Серегина Т.К.,
Шахурин В.Г. Рекламная деятельность. Учебник для
студентов высших учебних заведений, М,,
Издательско-торговая корпорация «Дашков и К», 2003
13. Уткин Э.Ф., Кочеткова Ф.И. Рекламное дело. М.,
Ассоциация авторов и издателей «Тандем», Изд-во
ЭКМОС, 2001
22
23
24
Top Related